date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-08 | 13,825 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə,əsasən gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında Aprelin 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısında qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez biri-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. |
2014-04-08 | 13,826 | Qazaxıstan sanksiyalardan çıxış yolunu Azərbaycanda görür | Qazaxıstan Avropa Birliyinin Rusiyaya sanksiya tətbiq edəcəyi təqdirdə öz neftini ixrac etmək üçün əlavə marşrutlar axtarır. "Axar.az" xəbər verir ki, bu barədə Qazaxıstan neft-qaz naziri Uzakbay Karabalin məlumat verib. Qazaxıstan hər il ixrac etdiyi neftin 30 faizini (təxminən 22 milyon ton) Rusiya vasitəsilə ötürür. Karabalin qeyd edib ki, nazirlik neftin tranziti ilə bağlı müxtəlif variantlar üzərində işləyir. "Müxtəlif variantları nəzərdən keçiririk. Bu, Xəzər dənizi və Azərbaycan vasitəsilə Qara dənizə çıxış yoludur. Çünki Batumidə Qazaxıstan terminalı var", - deyə nazir bildirib. Nazirlik, həmçinin, Özbəkistan və Türkmənistan vasitəsilə İrana da çıxmağı düşünür. Hərçənd, İran Qərbin ağır sanksiyaları altındadır və bu sanksiyaların götürüləcəyi ehtimalı da azdır. |
2014-04-08 | 13,827 | Rus jurnalist reportaj hazırlayarkən sürprizlə qarşılaşdı – Video | Rusiyada yayımlanan "Kanal 1" TV-nin müxbiri Yelena Makarova Novosibirsk vilayətində daşqın ilə bağlı reportaj hazırladığı zaman bir sürprizlə qarşılaşıb. Müxbirin çətin vəziyyətdə qalması isə saniyə-saniyə kameraya çəkilib. Videonu təqdim edirik: |
2014-04-08 | 13,828 | Donbasa Ukrayna xüsusi təyinatlıları gətirildi - Video | Ukraynanın şərqində baş qaldıran itaətsizliklə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Alfa" xüsusi təyinatlıları Donbasa gətirilib. "Axar.az" xəbər verir ki, ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun etirazçılara qarşı mübarizə barədə bəyanatından sonra təyyarələr Donbas hərbi hava limanına eniş edib. Xatırladaq ki, bu vaxta qədər ölkə daxilində baş verən bütün gərgin anların qarşısının alınması "Berkut" və "Titan" xüsusi təyinatlılara həvalə edilirdi. Məlum Maydan hadisələrindən sonra xüsusi qərarla hər iki bölmə ləğv olunub. Hazırda ölkə əhəmiyyətli hadisələr "Alfa"ya tapşırılır. |
2014-04-08 | 13,829 | Bülənt Arınc jurnalisti sual verdiyi üçün pərt etdi - Video | Türkiyənin Baş nazir müavini Bülənt Arınc Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında jurnalisti sual verdiyi üçün pərt edib. "Axar.az" xəbər verir ki, Doğu Perinçəklə bağlı Arınca ünvananlan suala Arınc, əsəbi tərzdə "Kaş soruşmasaydınız" cavabını verib. Müxbir Doğu Perinçəkin "Camaatla mübarizədə hökumətin yanındayıq" deməsi barədə nə düşündüyünü soruşub. Arınc isə bildirib ki, "Perinçək həbsdən yeni çıxıb və bu yaşına qədər nə işlərlə məşğul olduğunu yaxşı bilirik. Kaş mənə bu sualı verməsəydiniz, bunu sizə yaraşdırmadım". |
2014-04-08 | 13,830 | Meydana girən azarkeşi ödürdülər | Türkiyənin Denizli şəhərində 1-ci Lig oyununda baş tutan "Denizlispor"-"Tavşanlı Linyitspor" matçının 45-ci dəqiqəsində meydana çıxan 28 yaşlı Əhməd Çingizin nəzarətə alınaraq sərbəst buraxılmasından sonra onun gecə bir zibil konteynerinin yanında adyala bükülü halda cəsədi tapıldı. Ehtimala görə, bədənində döyülmə izləri olan Çingizi başqa yerdə öldürüb bura atıblar. Məlumata görə, bu gün saat 05.00 radələrində Kayıhan Məhəlləsi, Bağlı Pazaryeri arxasındakı zibil konteynerinin yanında kiçik ticarətlə məşğul olan bir şəxs adyala sarılı kişi cəsədini tapıb. Onun xəbərindən sonra hadisə yerinə gedən polis əməkdaşları üzərindən şəxsiyyətini ifadə etməyən adamın başı və bədəninin müxtəlif yerlərinə sərt cisimlə vurularaq öldürüldüyünü müəyyən ediblər (ANS). Bu xəbər Türkiyədə hər kəsi şoka salıb. |
2014-04-08 | 13,831 | Paraşutçu az qala meteorun hədəfi olacaqdı – Video | Norveçli paraşütçü helikopterdən atılandan sonra bir meteora hədəf olmaqdan qurtulub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, paraşütlə tullanma həvəskarı Anders Helstrup dünən paraşütlə özünü yerə buraxıb. Bir müddət havada uçduqdan sonra paraşütünü açmaq istəyib. Ancaq elə həmin vaxt yanından saatda 130 km/sürətlə bir obyekt keçib. Nə baş verdiyini anlaya bilməyən Helstrup yerə enəndən sonra uçuşunu qeydə alan kameraya düşən görüntüləri dəfələrlə heyrət içində izləyib. Həmin videonu təqdim edirik: |
2014-04-08 | 13,832 | Ukrayna Rusiyanın nüvə sirlərini yayır - Qisas | Rusiya üçün nüvə mərmisi istehsal edən Ukraynanın bu ölkədən qisas almaq üçün bir sıra gizli məlumatları bəzi ölkələrə satdığı iddia edilir. "Axar.az" xəbər verir ki, bilgilərin verildiyi ölkələr arasında Türkiyə də var. Rusiyada dərc olunan "Rossiyskaya qazeta"nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya rəsmi olaraq xəbərdarlıq edib. |
2014-04-08 | 13,833 | Estoniya Sevastopol merinin biznesinə əl qoydu | Rusiyanın Sevastopolu anneksiyasından sonra Avropa Birliyi sözügedən şəhərin yeni meri Aleksey Çalıya qarşı sanksiyalar tətbiq etsə də, bu yöndə ilk addım atan ölkə Estoniya olub. "Axar.az" xəbər verir ki, 60 nəfərin çalışdığı və Çalıya məxsus Estoniyadakı "Tavrida Electric Export" hesabları dondurulub. Qeyd edək ki, şirkət məişət elektronikası məhsulları istehsal edib. Çalıy isə məsələyə münasibətində bildirib ki, bu sahə üzrə biznesini müvəqqəti dayandırıb. Onun sözlərinə görə, Estoniyadan başqa Avropa Birliyinə üzv ölkələrdən hər hansı qadağa xəbəri almayıb. Əksinə, o, Amerika Birləşmiş Ştatlarında biznesini daha da genişləndirməyə hazırlaşdığını dilə gətirib. |
2014-04-08 | 13,834 | Azərbaycanda milli sosial şəbəkə yarandı – Fotolar | Azərbaycanlı gənclər milli sosial şəbəkə yaradıb. "Axar.az" xəbər verir ki, milli sosial şəbəkə aprelin 1-dən aktivləşdirilib. Bu sosial şəbəkə "MyTagram" adlanır. Bu barədə "MyTagram"ın yaradıcıları Həmzə Hüseynli, Xosrov Əsgərov, Mürsəl Əliyev, Nüsrət Alışov məlumat verib. Onların sözünə görə xeyli vaxtdır ki, bu şəbəkənin üzərində işləyirlər: "Aprelin 1-dən istifadəyə verilmiş şəbəkədə artıq 500-dən çox üzv var. Bir il ərzində 100 min olmağı hədəf seçmişik. İnşallah ki, istəyimizə nail olacağıq". "MyTagram"ın adminlərinin verdiyi məlumata görə, onlar kiçik yaşlarından sayt qurmağa meylli olublar və indi də onun bəhrəsini görürlər. ABŞ, Rusiyanın İnternet inhisarından qurtulmaq üçün bütün dünya dövlətlərində bir səy olduğunu diqqətə çatdıran "MyTagram" adminləri artıq bütün dünyadakı azərbaycanlıları yeni milli sosial şəbəkəmiz olan "MyTagram" saytına dəvət edir. Sayt tam rahat və çevikdir, bir sosial şəbəkəyə gərəkli olan hissələrdən də artıq yenilənmələr yaradılıb. |
2014-04-08 | 13,835 | Ukraynanın daha bir bölgəsində toqquşma başladı - Video | Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında polislə nümayişçilər arasında toqquşmalar baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, öncə binanın yaxınlığına bir qrup adam toplaşıb. Milis onları əhatəyə alıb, aksiyaya qoşulmağa gələnlərin qarşısını almağa çalışıb. Lakin əllərində Rusiya bayrağını tutan 10-15 nəfər mühasirəni qıraraq nümayişçilərə qatılıb. UNİAN agentliyinin məlumatına görə, etirazçılar artıq iki dəfə icra hakimiyyətinin binasına daxil olmağa cəhd ediblər. |
2014-04-08 | 13,836 | TRT yeni layihələrə start verdi - Bakı | TRT AVAZ iki yeni layihəsinə Bakıda təqdimat keçirib. "Axar.az" xəbər verir ki, TRT kanalının Bakı təmsilçiliyi TRT AVAZ iki yeni layihəsinə təqdimat keçirib. Tədbirdə "Qürbətdəki elçilər" və "Röya kimi" verlişlərinə təqdimat keçirilib. Hər iki verliş haqqında qonaqlara məlumat verilib, video çarxlar nümayiş olunub. Layihə rəhbərləri verilişin tamaşaçı üçün xeyrindən, onun məlumat xarakteri daşımasından bəhs ediblər. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun, ziyalılar, millət vəkilləri və tanınmış sənətçilərdən Tünzalə Ağayevə, Mətanət İsgəndərli, Gülyaz və Gülyanaq Məmmədova bacıları, skripkaçı Nazim, Rəşad İlyasov kimi sənətçilər tədbirdə iştirak ediblər. |
2014-04-08 | 13,837 | İanə toplamaq naminə bu işgəncəyə dözür – Video | Qızı elektrok-şok tapançası ilə vurub... "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da təşkil olunan bir ianə kampaniyası öz formatına görə tənqidə məruz qalıb. Belə ki, kampaniyada elektro-şok tapanaçası ilə vurulan çimərlik libasındakı qızı izləmək istəyən kişilərdən adambaşı 100 dollar alınır və yığılan pullar xeyiriyyə məqsədi ilə xərclənir. Ancaq kampaniya zamanı çəkilən bir video bu kampaniyanın yardım kampaniyasına heç də uyğun olmadığını göstərir. |
2014-04-08 | 13,838 | Hər kəsin gözünün qarşısında ilanı dişlədi - Video | Şou yaratmaq üçün səhnəyə çıxan hindli qadın hər kəsin gözü qarşısında ilanı dişləyib. "Axar.az" xəbər verir ki, verilişdə tamaşaçıları təəccübləndirən bir hadisə yaşanıb. Şou yaratmaq üçün səhnəyə çıxan hindli qadın tamaşaçıların qarşısında dəfələrlə şillələyərək hirsləndirdiyi Kobra ilanın başından dişləyib. Qadın tamaşaçıların heyrətlə qışqırdıqlarına görə ilanın başı ağzında ayağa qalxaraq hər kəsi salamlayıb. Həmin videonu təqdim edirik. |
2014-04-08 | 13,839 | Röyadan türk müğənninin sözlərinə reaksiya | Türk müğənni Gülşən Bakıda keçiriləcək konsertində Röya Ayxan haqda danışıb. "Axar.az" xəbər verir ki, müğənni Türkiyə telekanallarının birində Azərbaycan şou-biznesinin tanınmış simalarından olan Röya xanım haqqında danışıb: "Röyaya böyük hörmətim var, onu dinləməkdən zövq alıram. Yaxın günlərdə Azərbaycanda konsert proqramı ilə çıxış edəcəyəm. Yeni bir duet hazırlamışam, bu mahnını məhz Röya üçün yazmışam. İnanıram ki, təklifimi qəbul edəcək". Röya Ayxanın prodüseri Kənan bəy əməkdaşımıza türk müğənninin bu açıqlmasından təəccübləndiyini bildirib: "Biz çox yaxın dostlarıq, mənə təəccüblü qalan o oldu ki, nə əcəb bunu mənim özümə deyil, ilk olaraq mediaya deyib? Təbii ki, çox sevindirici haldır, böyük məmnuniyyətlə təklifi qəbul edəcəyəm". Qeyd edək ki, konsert mayın 25-i, saat 20:00-da Heydər Əliyev Sarayında reallaşacaq. |
2014-04-08 | 13,840 | Xarkov administrasiyası yandırıldı - Canlı yayım | Ukraynanın Xarkov şəhərində rusiyameylli şəxslər vilayət administrasiyasının binasına daş və fişəng atıblar, binanın qapısında təkər yandırıblar. Milis fəal müqavimət göstərib. Separatçılar binaya Molotov kokteylləri atıblar. Nəticədə yanğın başlayıb. Yanğının qarşısı alınıb ("Musavat.com"). Live streaming video by Ustream |
2014-04-08 | 13,841 | “Toyota”dan yeni hibrid model gəldi - Foto | "Toyota"-TS040 yeni hibrid modelini tanıdıb. "Axar.az" xəbər verir ki, TS030 hibridin yenilənmiş və daha da təkmilləşdirilən versiyası olan avtomobil FIA və ACO qaydalarına uyğun olaraq yenidən dizayn edilib. 3.7 litr həcmli V8 mühərrikli "Toyota" 520 at gücünə malikdir. Qarışıq gücü 1.000 at gücü olan TS040-ın çəkimi dörd təkər vasitəsilə reallaşır. Məlumat üçün qeyd edək ki, "Toyota" "2014 FIA World Endurance Championship"-də iki TS040 ilə yarışacaq. |
2014-04-08 | 13,842 | Mətanət İsgəndərliyə görə saçının rəngini dəyişdi | Əməkdar artist Nüşabə Ələsgərli yenidən əvvəlki saç düzümünə qayıdıb. Müğənni "Axar.az"a verdiyi açıqlamada saç düzümündəki dəyişikliyin səbəbini belə açıqlayıb: "Hamı məni Mətanət İsgəndərliyə bənzətdiyinə görə saç düzümümü dəyişdirdim. Rəngini tündləşdirib, qabarıq etdirdim. Amma sonra yenə əvvəlki imicimə qayıdıb sarışın oldum. Hətta "Günəbaxan" verilişinin qonağı idim, o verilişin aparıcısı İlqar Mikayıloğlu da mənə Mətanət xanım dedi. Məni Mətanət xanıma bənzətmələri xətrimə dəymir. Onun da saçı sarıdır, mənimki də... O, İsgəndərli, mən Ələsgərli. Həm Mətanət xanım sevdiyim sənət dostlarımdandır". |
2014-04-08 | 13,843 | Şou-biznesin ən cazibədar xanımı kimdir - Elza? | "Şou-biznesdə Röyanı gözəl qadın sayıram. Könül Kərimova da cazibədar xanımdır, ancaq mən onu şou-biznesdə görmürəm". Bu sözləri "Axar.az"ın "Kimi cazibədar xanım hesab edirsiniz?" sorğusuna cavab olaraq bəstəkar-müğənni Cabbar Musayev dedi. Müğənni bildirdi ki, o, Könül Kərimovanı səviyyəli, sanballı müğənni hesab etdiyindən onu şou-biznesə aid etmir: "Zeynəb Xanlarovanı, Niyaməddin Musayevi, Arif Babayevi şou biznesdəki müğənnilərdən daha səviyyəli bilirəm və Könül Kərimovanı da onlarla bir pillədə görürəm". Şou biznesdə Elza Seyidcahandır Müğənni Əlikram Bayramovun fikrincə isə, şou aləmində ən cazibədar xanım qeyri-adiliyi ilə seçilən Elza Seyidcahandır: "Elza xanım hər zaman fərqli geyimləri, saç düzümləri ilə digər qadınlardan fərqlənməyi bacarır. Bu mənim xoşuma gəlir. Mənə onun tərzi maraqlıdır". Qadınlarının gözəlliyi mənə maraqlı deyil Müğənni Zaur Əmiraslanov isə tək şou-biznesdə deyil, həyatda da qadınlara zahiri gözəlliyə görə yox, daxili zənginliyinə əsasən qiymət verdiyini dedi: "Konkret ad çəkməyi gərəkli saymıram. İstəmirəm insanlar elə düşünsün ki, mən kiməsə az, kiməsə çox dəyər verirəm. Mənim üçün xanım öz əxlaqi keyfiyyətləri ilə cazibədar olmalıdır. Hər bir xanım potensial anadır, analar haqqında nə isə qərar vermək təhlükəlidir". Gözəl xanımlar çoxdur Gənc müğənni Yaşar Cəlilov isə şou-biznesdə cazibədar xanımların yetərincə olduğunu, lakin Aygün Kazımova, Röya Ayxan, Oksana Rəsulova və Roza Zərgərlinin fərqli gözəlliyə sahib olduqlarını bildirdi. Müğənni Arzu Rzayevin fikrincə şou-biznesdə yeganə gözəl xanım Lamiyə Novruzovadır. Günay İbrahimlini cazibədar sayıram Teleaparıcı İdris Cəfərov şou-biznesdə yeganə cazibədar xanım kimi Günay İbrahimlini bəyəndiyini qeyd etdi: "Fikrimcə, bu qadın təxminən 1 ildən sonra şou biznesdə olan qadın müğənniləri öz qabiliyyəti, xarici görünüşü, şarmı ilə geridə qoyacaq. Onun maraqlı yaradıcılığı var". |
2014-04-08 | 13,844 | Bəşər Əsəd körpənin ayaqlarını əlindən aldı – Video/18+ | Suriyanın Hələb şəhərində bir körpə dağıntılar altından xilas edilib. "Axar.az" xəbər verir ki, bu gün Suriyada Bəşər Əsəd qüvvələrinə bağlı birliklər tərəfindən Hələbə bombalar yağdırılıb. Bombardmanda altısı uşaq, üçü qadın olmaqla 118 adam həyatını itirib. Bombalarla həyata keçirilən hücumlar nəticəsində ortaya faciəvi görüntülər çıxıb. Hələbdə dağıdılan bir binanın altında qalan kiçik bir uşaq ətrafda olan insanlar tərəfindən xilas edilib. Hələbdəki hücumda dağıntıdan sağ-salamat xilas olan körpədən fərqli olaraq bəxti gətirməyənlər də olub. Xəstəxanaların birində çəkilən videoda südəmər bir uşağın hər iki ayağının yerindən qopduğu görünür. |
2014-04-08 | 13,845 | Məşhur müğənni aşıq olub | Məşhur türk müğənnisi Hadisə, nəhayət, aşiq olduğunu deyib. "Axar.az" xəbər verir ki, Türkiyənin məşhur müğənnisi, Avroviziya üçüncüsü olan Hadisə aşıq olub. Sevgilisinin adını isə gizli saxlayıb. Hətta müğənni vəziyyətini belə təsvir edib: "Ayaqlarım yerdən üzülüb. Çox xoşbəxtəm, qəlbimin səsini dinləyirəm. Çünki uzun müddətdən sonra ilk dəfədir ki, belə bərk döyünür". |
2014-04-08 | 13,846 | Tüntüldə ev yandı | Qəbələ rayonu, Tüntül kəndində (rayon mərkəzindən 20 kv.m aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-08 | 13,847 | 5 bal gücündə zəlzələ oldu | Fransanın cənub-şərqində 5 bal gücündə zəlzələ baş verib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Milli Seysmologiya Araşdırmalar Mərkəzindən edilən açıqlamaya görə, zəlzələnin episentri ölkənin cənub-şərqində olan Kann və Nays şəhərlərindən 50 kilometr uzaqda yerləşən Barselonette bölgəsi olduğu bildirilib. Zəlzələ zamanı ölən və yaralananların olmadığı qeyd edilib. |
2014-04-08 | 13,848 | Ərdoğanın Bakıya gətirdiyi qorxunc dosye | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən həftə Bakıya bir günlük səfəri hələ də gündəmin ən çox müzakirə edilən mövzularından biri olaraq qalır. Çox gərgin atmosferdə keçən 30 mart bələdiyyə seçkilərindən dərhal sonra, Azərbaycan rəsmilərinin də etiraf etdiyi kimi, xeyli yorğun görünən Ərdoğanı Bakıya gətirən səbəblərlə bağlı artıq bəzi təfərrüatlar məlumdur. Baş nazirin Azərbaycan prezidenti ilə bağlı qapılar arxasında müzakirə etdiyi əsas mövzulardan biri (bəzi mənbələrə görə, birincisi) Bakıda "Hizmət" hərəkatının (nurçuların) fəaliyyəti ilə bağlı olduğu təsdiqlənmiş faktdır. Bakıda keçirdikləri birgə mətbuat konfransında həm Türkiyənin baş naziri, həm prezident İlham Əliyev müzakirə masasında nurçularla bağlı məsələnin olduğunu jurnalistlərin suallarına verdikləri cavabda təsdiqlədilər. Azərbaycan prezidenti diplomatik olaraq bildirdi ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: "Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın". Qeyd edək ki, Ərdoğanın Azərbaycan paytaxtına nurçularla bağlı xüsusi dosye ilə gəldiyi xəbərini ilk dəfə "Yeni Müsavat" yazmışdı. Bu xəbər Ərdoğan Bakıda olarkən başqa bir informasiya agentliyi tərəfindən də təsdiqlənmişdi. Məlumatlara görə, Bakıya gətirilən dosye təkcə "Fətullah Gülənin Bakıdakı adamları"nın siyahısı ilə məhdudlaşmayıb. Dosyedə Anadolu türklərinin turizm terminologiyası ilə desək, "hər şey daxil" məlumatlar da olub. Mənbəmizin iddiasına görə, Türkiyə kəşfiyyatı son illər ərzində Azərbaycana, onun iqtidarına aid maraqlı ola biləcək hər şeyi "arxivindən" üzə çıxarıb. Türkiyə hökumətini kifayət qədər riskli olan bu addıma sövq edən səbəb dəyişməzdir. Ərdoğan hökuməti "nəhəng informasiya arxivinin" qarşılığında Azərbaycanda fəaliyyət göstərən bütün Gülən məktəblərinin və nurçulara bağlı şəbəkənin birdəfəlik çökdürülməsini istəyir. "Ərdoğan xarakter etibarilə çox kinlidir və onun prezidentlik yolunda əsas əngəllərdən biri də "Camaat"dır. Amma Ərdoğan bunu bilə-bilə seçki dövründə ona nurçuların etdiyi sərt hücumları bağışlamaq niyyətində deyil və onların şəbəkəsini çökdürmək üçün bütün riskli addımlara hazırdır. Onun tələsik Bakıya gəlməsi və Azərbaycan iqtidarını razı salacaq digər dosyeləri də iqtidara verməsi tam realdır" deyə, mənbəmiz iddia edib. Türkiyədəki mənbələr bildirir ki, Milli İstihbarat Təşkilatı və ordu kəşfiyyatının (Ərdoğandan əvvəl Türkiyə ordusunun Baş Qərargah rəisi Bakıya gəlmişdi) əlində olan məlumatlarının əhəmiyyətli hissəsi iqtidara təqdim olunub. Bunların içərisində Azərbaycan əsilli və türkiyəli nurçuların dosyeləri daha üstünlük təşkil edir. Dosyedə Azərbaycan hakimiyyətində təmsil olunan və həm də Gülən camaatına yaxınlıqla seçilən məmurlara dair xüsusi fayllar da var. Hətta onların əlaqələri, telefon danışıqları, Türkiyəyə, Şimali Kipr Türk Respublikasına yatırımları, kompromat hesab oluna biləcək başqa cür məlumatlar Bakıya gətirilən dosyelərdə yer alıb. Mənbəmizin iddia etdiyi ən sensasion məlumat dosyedə Azərbaycan müxalifətinə dair də məlumatların olmasıdır. Məsələnin ən maraqlı və skandal tərəfi budur ki, Ərdoğan Azərbaycan müxalifətinə dair də MİT və Ordu istihbaratında nə varsa, hamısını rəsmi Bakıya təhvil verib. Qaynağımız müxalifətə aid fayllarda nələrin olduğuna dair fikir söyləməkdən çəkindi. "Amma söhbət kəşfiyyat və dövlət etibarını zədələyəcək bir yanlış addımdan gedir. Azərbaycan olmasa da, hər hansı bir ölkənin prezidentinə, onun siyasi rəqiblərinə dair hətta müsbət məlumatların olduğu dosyeni ötürmək Türkiyə iqtidarlarına yaraşmayan, dövləti gözdən salacaq və etibarını şübhə altına alacaq bir addımdır. Üstəlik, qanun pozuntusudur". Mənbə iddia edir ki, dosyelərdə ruslara və ermənilərə dair də kəşfiyyat məlumatları var. Mənbənin dediyinə görə, Moskvadan Türkiyə kurortlarına dincəlməyə gələn, burada əylənən, bəzi hallarda gizli görüşlər keçirən Rusiyanın bır sıra biznesmenləri, siyasət və dövlət adamları, kriminal avtoritetləri barədə MİT-in illərdir topladığı məlumatların bir qismi artıq rəsmi Bakının məhsuludur: "Onların sırasında "AST Telman" kimi tanınan milyarder Telman İsmayılov və onun milyarder dostları da var. Hətta ötən ilin yay və payız aylarında "Milyarderlər İttifaqı" deyilən anti-Azərbaycan konseyinin üzvü olan "AST Telman"ın Antalyadakı hotelində - "Mardan Palace"də keçirdiyi və Azərbaycandan da şok isimlərin yer aldığı kəşfiyyat bilgiləri də Bakıya çatdırılıb". İddia edilir ki, rəsmi Bakıya verilən dosyelərdə Türkiyə xüsusi xidmət orqanlarının yalnız öz ölkəsində deyil, onun xaricində də apardığı və Azərbaycan iqtidarına maraqlı olan bilgilər vardır. Bəs iqtidar üçün çox mühüm olan bu məlumatların müqabilində rəsmi Bakı Ərdoğan hökumətinə nə vəd edib? Xəbərlərə görə, artıq nurçu şəbəkənin Bakıda fəaliyyətinə dövlət səviyyəsində "stop" nişanı qoyulub. Bir sıra dövlət təşkilatlarında gizli nurçuların müəyyənləşdirilməsi və fəaliyyətlərinə son qoyulması barədə xəbərlər gəlməkdədir. Təsadüfi deyil ki, Ərdoğan Bakıya gəlib-gedəndən sonra Azərbaycandakı nurçu şəbəkəyə qarşı Türkiyədən gəlməsi ehtimal olunan elektron kompromat savaşı daha da qızışıb. Redaksiyalara Türkiyə ərazisindən göndərilən e-postlarda nurçi şəbəkə hətta ən absurd ittihamlarla suçlanır. Böyük ehtimalla bu, "nurçuların təmizlənməsi" əməliyyatının başlanğıcıdır və proses tezliklə daha sürətlə davam edəcək. Amma iqtidarında Türkiyə hökumətinə "qarşılıqlı xəbərləşmə" nurçulara qarşı əməliyyatla məhdudlaşmır. Mənbə iddia edir ki, Azərbaycan iqtidarı da analoji addım atıb və Türkiyəyə aid bir sıra maraqlı bilgilər həm Baş Qərargah rəisinə, həm də Ərdoğana verilib (musavat.com). |
2014-04-08 | 13,849 | Vitse-admiral ev dustağına çevrilib | Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə daxil olan zabitlərin bir-birinin ardınca həbsi hərbi dairələrdə ən çox müzakirə edilən mövzulardandır. Belə məlumatlar var ki, həbs dalğası bir qədər əvvəl vəzifəsindən uzaqlaşdırılan HDQ komandanı, vitse-admiral Şahin Sultanovu da öz ağuşuna alacaq: "Şahin Sultanovun həbsinə kifayət qədər əsaslar var, amma rütbəsi onun həbsini rəsmiləşdirməyə imkan vermir. Onu həbs etmək üçün rütbəsini aşağı salmalıdırlar. Bu isə Ali Baş Komandanın səlahiyyətindədir. Əgər belə bir addım atılsa, Şahin Sultanovun həbsi gerçəkləşəcək". Belə məlumatlar da var ki, vitse-admirala hərbi geyim forması daşımaq qadağan edilib, özü isə faktiki ev dustağına çevrilib: "Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifənin icrası birinci dərəcəli kapitan Yunus Məmmədova tapşırıldı. Az keçmədi ki, Yunus Məmmədov HDQ-də baş verən maliyyə pozuntuları və nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində istintaqa çağırıldı və ona ittiham elan edildi. Yunus Məmmədov istintaqa verdiyi ifadədə korrupsiya əməllərini Şahin Sultanovun göstərişləri əsasında yerinə yetirdiyini bildirib. HDQ-nin qərargah rəisi vəzifəsinə isə II dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Şahin Məmmədov həm də HDQ-nin komandanı vəzifəsini icra edir". Baş verənlərdən sonra Ş.Sultanov ölkədən getmək istəyib. Ancaq ona qeyri-rəsmi şəkildə ölkəni tərk etmək yasaqlanıb. Yoxlamalar yekunlaşana qədər Şahin Sultanov nəzarət altında saxlanacaq. Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-də daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək "xidməti uyğunsuzluğa" görə ordudan uzaqlaşdırılıb. Buna qədər isə HDQ-də nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Seyfi Ramazan oğlu Hüseynov, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur ("Musavat.com"). |
2014-04-08 | 13,850 | Rusiya XİN: “Ukrayna yeni problemlərlə qarşılaşacaq” | Rusiya Xarici İşlər Nazirliyi Ukraynada baş verənlərlə bağlı Rusiyanı günahlandırmaqdan əl çəkmək lazım olduğunu açıqlayıb. "Axar.az" xəbər verir ki, Nazirliyin internet saytında edilən açıqlamada belə yazılıb: "Ukraynada baş verən hadisələrə görə Rusiyanı günahlandırmaq doğru deyil. Ukrayna xalqı Kiyevdən bütün suallara cavab verməsini istəyir". Açıqlamada bu qanuni tələblərə qulaq asmağın vaxtının gəldiyinə də toxunularaq xəbərdarlıq edilib: "Əgər özlərini Ukrayna rəhbərliyi olaraq təqdim edənlər ölkənin gələcəyi və xalqın taleyi mövzusunda məsuliyyətsiz davranmağa davam etsə Ukrayna yeni problemlərlə qarşılaşacaq". Ukraynanın şərq və cənub şəhərlərində bazar günü aksiya keçirən Rusiya tərəfdarı qruplar bəzi dövlət binalarını ələ keçirərək Ruisya bayrağı asmışdı. Xatırladaq ki, Donetsk şəhəri müstəqilliyini elan edəndən sonra Ukraynada Xarkov Vilayət Şurası da Xarkov Xalq Respublikasının yaradılmasını elan edib. |
2014-04-08 | 13,851 | Kerri Azərbaycana təminat verməyə gəlir | "Kerri Azərbaycana Rusiyaya qarşı mübarizədə təminat verməyə gəlir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycanın Rusiyaya qarşı blokadaya Qərbdən təminat almamış qoşula bilməyəcəyini bildirib: "Qısa sözlə desək, Ərdoğanın və türk generallarının Azərbaycana gəlməsi birinci növbədə ölkəmizin təhlükəsizliyini təmin etməyə xidmət edir. Çünki Azərbaycan həqiqətən Avropaya neft-qaz ixrac edən ölkə olacaq. Türkmənistanın qazı da bizim vasitəmizlə ixrac ediləcək. Azərbaycana Rusiya tərəfindən ediləcək hücum planlarına qarşı düşünülmüş taktika qurulmalı, bunun təminatı verilməli, daha sonra bizi şimal qonşumuzu blokadaya salmaq planlarına daxil etmək lazımdır. Bunsuz elə bir şeyin imkanı yoxdur. Ona görə ki, Azərbaycan dərhal vurula bilər. Kerrinin Azərbaycana gəlməsi bu məsələləri müzakirə etməyə yönəlib. Azərbaycan Qərbdən təminat istəyəcək. Qərb də bu təminatı verməli olacaq". Qeyd edək ki, ABŞ Dövlət katibi Con Kerrinin ayın sonu Azərbaycana gəlməsi planlaşdırılır. |
2014-04-08 | 13,852 | 3 əsgərin şəhid olması ilə bağlı açıqlama - Rəsmi/Yeniləndi | 09:22 Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Daha 8 hərbçimizin ağır yaralandığı bildirilir. 10:05 Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub. Məlumata görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib. Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub. 20:02 Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib. Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. "Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib", - deyə məlumatda bildirilir. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir. Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. |
2014-04-08 | 13,853 | Rusiya etniklərdən bizə qarşı istifadə edə bilər | "Azərbaycanda Qarabağ qarmağı o qədər möhkəm və güclüdür ki, yenisinin icad edilməyinə ehtiyac yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Rusiyanın Azərbaycana qarşı etnik azlıqlardan istifadə edə bilmək gücündə olduğunu söyləyib: "Bir dəfə etnik azlıqlardan Azərbaycana qarşı istifadə ediblər. Erməniləri Azərbaycana qarşı qaldırıblar. Azərbaycanı Qarabağ qarmağından asıblar. Bu qarmaq o qədər möhkəmdir ki, digər qarmaqlara ehtiyac yoxdur. İstəsələr, Azərbaycanda etnik azlıqlardan istifadə etmək mümkündür. Krım, Əfqanıstan, İraq, Serbiyanın bombalanması göstərdi ki, güclü dövlətlər hər hansı yerə müdaxilə etmək istəyəndə onlar üçün güclü səbəb lazım deyil. İstənilən bəhanə ilə istədikləri şeyi edirlər. Yenə deyirəm, Azərbaycanda Qarabağ qarmağı o qədər möhkəm və güclüdür ki, yenisinin icad edilməyinə ehtiyac yoxdur". |
2014-04-08 | 13,854 | Somalidə BMT məsləhətçiləri öldürüldü | Birləşmiş Millətlər Təşkilatının 2 məsləhətçi aprelin 7-də naməlum silahlı şəxs tərəfindən qətlə yetirilib. BMT-nin Narkotik vasitələr və Cinayətkarlıq İdarəsində işləyən fransız və ingilis məsləhətçiləri polis paltarı geymiş bir naməlum şəxs tərəfindən Somalinin Qalkayo hava limanında dünən atəş açılıb. Somali polis orqanları tərəfindən dünən (7 apreldə) verilən açıqlamada, hücum nəticəsində nümayəndələrdən birinin hadisə yerində öldüyü, digərinin isə yaralı olaraq xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişdiyi qeyd edilib. İngiltərə Xarici işlər nazirliyi sözçüsü isə məsləhətçilərdən birinin İngiltərə vətəndaşı olduğunu açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun mətbuat katibi faktı təsdiqləyərək, ölənlərin ailələrinə başsağlığı diləyib. Qeyd edək ki, Pan Gi Mun isə öz növbəsində yerli nümayəndələrin hadisə haqqında dərhal əhatəli istintaq işi başlatması və qatilin bir an əvvəl cəzalandırılmasını istəyib (AzərTac). |
2014-04-08 | 13,855 | Avropa Birliyi Ukraynanın bütün ümidlərini qırdı | Avropa Birliyi indiki vəziyyətdə Ukraynanı qəbul etməyə hazır deyil. "Axar.az" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu verdiyi açıqlamasında deyib. "Ukrayna üzvlüyə nə indi, nə də yaxın gələcəkdə hazır deyil. Ona görə də Avropa Birliyi Ukrayna kimi ölkələri qəbul etməyə hazırdır", - deyə Barrozu bildirib. Buna baxmayaraq, prezident Kiyevin demokratiya və sabitlik yolunda irəliləməyə dəstək olacaqlarını deyib. |
2014-04-08 | 13,856 | Ermənilərin təxribat cəhdi baş tutmadı | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-08 | 13,857 | Ukrayna Azərbaycana təşəkkür etdi | Ukraynanın xarici işlər nazirinin müavini Daniil Lubkivski Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb. Lubkovski 2014-cü il martın 27-də BMT Baş Assambleyasının müvafiq qətnaməsinə səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. Tərəflər suverenliyə, ərazi bütövlüyünə, eləcə də beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığına dair müvafiq beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini qeyd ediblər. Mövcud strateji tərəfdaşlıq mexanizmləri çərçivəsində ikitərəfli siyasi dialoqun fəallaşmasına qarşılıqlı hazırlıq təsdiqlənib. Diqqətin əsas sahələr üzrə konkret layihələrin reallaşması, eləcə də yeni perspektivli əməkdaşlıq yollarının axtarışına cəlb edilməsi barədə razılıq əldə olunub ( Trend ). |
2014-04-08 | 13,858 | Azərbaycanda ər arvadını döyərək öldürdü | Azərbaycanda ər həyat yoldaşını qətlə yetirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki ,Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 80 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov ailə münaqişəsi zəminində 1957-ci il təvəllüdlü həyat yoldaşı Nənəxanım Həbibovanı döyüb və başına güldan vuraraq qətlə yetirib. Hadisəni törədən H.Həbibov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. |
2014-04-08 | 13,859 | “Sitatın sonu” bağlanıb, yoxsa davam edir? - Açıqlama | "Millət vəkili Etibar Hüseynovun müəllifi olduğu "Sitatın sonu" verilişi bir layihədir. Hər həftə efirə getməsi nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək deyil ki, layihə bağlanıb". Bu sözləri "Axar.az"a açıqlamasında ATV-nin Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun sözlərinə görə, "Sitatın sonu" verilişi hələ də davam etməkdədir: "Etibar Hüseynovun "Sitatın sonu" verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur". Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun ATV-də yayımlanan "Sitatın sonu" verilişinin bağlandığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan deputatın ATV-dəki verilişi bağlanıb. |
2014-04-08 | 13,860 | Bakıda qatar piyadanın üstündən keçdi - Foto | Bu gün səhər saatlarında Nərimanov rayonunda, Bağırov körpüsü üzərində qatar piyadanı vurub. Qatar, dəmiryolunu keçmək istəyən 25-30 yaşlarında olan naməlum kişinin üzərindən keçib. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb ("Bizimyol.info"). |
2014-04-08 | 13,861 | ABŞ Ukraynaya muzdu əsgərlər göndərdi | Rusiyameyilli qüvvələrin Ukraynanın şərqində bir neçə gün öncə keçirdiyi aksiyalardan sonra ölkədə vəziyyət ciddi şəkil almağa başlayıb. "Axar.az" xəbər verir ki, gərginliyin qarşısını almaq və Krımdakı eyni aqibəti yaşamamaq üçün Ukrayna bu ərazilərə "Sağ sektor" millətçilərini və ABŞ-dan gətirilmiş muzdlu əsgərləri göndərib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sayları 150-dən çox olan bu qrupların arasında xüsusi təxribatçılar da yer alır. Qeyd edək ki, dünən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun etirazçılara qarşı mübarizə barədə bəyanatından sonra xüsusi təyinatlıları daşıyan təyyarələr Donbas hərbi hava limanına enmişdilər. |
2014-04-08 | 13,862 | III Dünya müharibəsi Qafqazdan başlayacaq – Rus politoloq | "Qafqazda yerləşən ölkələr hər an onlarla müxtəlif kiçik anklavlara parçalana bilərlər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qriqori Trofimçuk deyib. Rusiya və Türkiyə ittifaqı alınmadı O, indiyə qədər Rusiya və Türkiyənin Qafqazın birgə idarəedilməsi planını həyata keçirə bilmədiklərini bildirib: "Moskva və Ankara 2007-ci ildə gözlənilmədən Rusiya-Türkiyə münasibətlərinin aktivləşməsindən sonra Qafqazın bir yerdə idarə edilməsi planını reallaşdıra bilməyiblər. Ortada çox illər hədər gedib və bunların hər biri də boş-boş danışıqlara həsr olunub. Türkiyə də həmçinin Ermənistanla ikitərəfli əlaqələr və "Qafqaz platforması" planlarını reallaşdıra bilməyib. Ona görə də əvvəlki illərə dönüş başlayıb. Sınaqdan keçmiş regional sxem yenə də Azərbaycan-Türkiyə ittifaqıdır". Naxçıvan ayrıla, talışlar baş qaldıra bilər Politoloq Qafqazın istənilən vədə onlarla kiçik parçalara ayrıla biləcəyini qeyd edib: "Qafqaz həm də ona görə partlamağa hazır bomba sayılır ki, burada yerləşən ölkələr hər an onlarla müxtəlif kiçik anklavlara parçalana bilərlər. Müşahidəçilər hər zaman Dağlıq Qarabağ və Cənubi Osetiya haqqında danışmağa öyrəşiblər. Amma hər zaman yeni qeyri-stabil bölgələr yarana bilər. Acariya, Cavaxetiya, Kvemo-Kartli, Azərbaycanın cənubunda talışlar, hətta Naxçıvanla da problemlər yarana bilər. Bu, hər an ola bilər və baş verməməsi imkansızdır. Çünki artıq dünya qeyri-stabilliyə, fəlakətə doğru yuvarlanır". Azərbaycana dini radikallar axışacaq Q.Trofimçuk yeni dünya müharibəsi ərəfəsində Azərbaycana dini radikalların yönəldiləcəyini deyib: "Yeni dünya müharibəsi postsovet məkanı, Baltik dənizindən Sakit okeana qədər geniş bir ərazini nəzarət altına almaq uğrunda baş verəcək. Nə Rusiya, nə Azərbaycan, nə də ki Qazaxıstanla Türkmənistan sonsuz olaraq özlərinin xammallarını təyin etdikləri qiymətə sata biləcəklər. Qərb bu aralıqda öz geopolitik maraqlarını həyata keçirməkdən ötrü bir qonşunu digərinin üzərinə yönəldəcək. Artıq Ukrayna radikallarından ibarət qruplar Rusiyaya qarşı partizan hərəkatı aparılması üçün hazırlanır. Azərbaycana tərəf isə dini radikallar yönəldiləcək". Cənubi Osetiya səbəb olacaq O, müharibənin başlamasına əsas səbəblərdən birinin Qafqaz olacağını söyləyib: "Bundan başqa isə SSRİ zamanından qalmış sərhədlərin bölünməsi problemləri var. Böyük müharibənin başlaması üçün başqa səbəblər də yetərincədir. Onlar isə artıq öz anını gözləyirlər. Bu səbəbləri heç kim görmək istəmir. Cənubi Osetiyada müharibə, Krımın siyasi yolla Rusiyaya birləşdirilməsi gələcəkdə tarix dərsliklərinə hadisələrin eskalasiya mərhələsi olaraq salınacaq. İkinci Dünya Müharibəsi də Stalinqrad döyüşündən yox, uzaq İspaniyadan və digər simptomlardan başladı". |
2014-04-08 | 13,863 | Putin Abbas Abbasovun müraciətinə cavab verdi - Foto | Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey İvanov "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun müraciətinə cavab verib. Məlumata görə, deputat Jirinovskinin azərbaycanlıları təhqir etməsinə cavab olaraq onun məsuliyyətə cəlb olunmasını tələb edən Abbasovun müraciətinə baxıldığı və daha obyektiv və hərtərəfli qiymətləndirilməsi üçün Dövlət Dumasına göndərildiyi qeyd olunub ("Qafqazinfo"). |
2014-04-08 | 13,864 | Barrozu: “Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayansa...” | Rusiyanın təkidlərinə baxmayaraq, "Cənub axını" kəməri Avropa üçün prioritet marşrut sayılmır, çünki "Şimal axını" bu layihədən fərqlənsə də, qazı satan yenə eyni şirkət - Qazpromdur. "Axar.az" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin bu layihəyə münasibəti ilə bağlı sualına cavabında bildirib. Barrozu bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə "Cənub axını" kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər. Avropa Komissiyasının prezidenti Bolqarıstana da xəbərdarlıq edib. Onun sözlərinə görə, Bolqarıstan Rusiya ilə qaz kəmərlərinin reallaşdırılması məsələsinə ehtiyatla yanaşmalıdır: "Məhz buna görə də, Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə daxil olması tarixi qərar olardı. Bolqarıstanda Rusiyanın casusları sayılan insanlar var. Buna görə də bu iki ölkənin Avropa Birliyinə qoşulması tarixi əhəmiyyət daşıyır". |
2014-04-08 | 13,865 | Nəcməddin Sadıqov MDB-ni qətiyyətsizlikdə ittiham etdi | Beynəlxalq təşkilatlar, o cümlədən MDB-nin qətiyyətsizliyi uzun müddət ərzində işğalın qanunsuz olaraq davam etməsinə yardım edir. Məlumata görə, bunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov Bakıda keçirilən MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında deyib ( Trend ). |
2014-04-08 | 13,866 | Nazirlik mülki maşına radar qurulmasına necə baxır – Foto | "Əgər yolda surəti məhdudlaşdıran işarə yoxdursa və yol polisi mülki maşına gizli şəkildə radar qoşubsa, bu, qanuna ziddir". Bu sözləri "Axar.az"a Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Şəmkir-Gəncə yolunda yol polislərinin mülki maşına radar qoşması ilə bağlı xəbərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, belə bir faktla bağlı müraciət daxil olduğu təqdirdə araşdırma aparıla bilər: "Bu barədə artıq məlumatlıyıq. Müəyyən olunarsa ki, yol polisi əməkdaşı nişan olmayan ərazidə surəti ölçüb və buna görə sürücünü məsuliyyətə cəlb edib, bu zaman yol polisi əməkdaşı özü intizam məsuliyyətinə cəlb ediləcək". K.Əliyev bildirdi ki, sürücülər radarın harada yerləşdirildiyini bilir. Çünki bununla bağlı müvafiq yol nişanları var: "İnformasiya stendi 6.14 servis nişanı və yaxud maksimum surəti məhdudlaşdıran 3.24 yol nişanı quraşdırılır. O nişanın təsir sahəsi olan ərazidə sürücü bilməlidir ki, həmin yolda radar ola bilər. Həmin ərazi üçün müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu qurğular maşını idarə edən və digər sürücülərin təhlükəsizliyi naminə qoyulan qurğulardır. Yol polisinin əməkdaşları sürücülərin təhlükəsizliyi üçün çalışır". Radar işarəsi yoxdursa, gizli quraşdırma qanunsuzdur Ekspert Azər Allahverənovun sözlərinə görə, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır: "Qanunvericiliyə əsasən, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır. Həmin yol-hərəkət nişanı olan ərazidə bütün növ radarlardan istifadə etmək olar. İstər bu mobil, yəni daşınan radarlar olsun, istərsə də qeyriləri. Əgər radar həmin işarə quraşdırılan ərazidən kənar yerdə quraşdırılıbsa, bu qanunsuzdur". Ekspert hesab edir ki, bir çox hallarda sürücülər həmin işarəni görməməzlikdən gəlirlər və bu da mübahisələrə səbəb olur: "Sürücülər çox ehtiyatlı olmalıdılar. Bir çox hallarda sürücülər özləri həmin radar işarəsini görmədiklərini deyirlər və təbii ki, bu da narazılığa səbəb olur". Qanunvericilik "gizli radar" adlandırılan mobil radarların quraşdırılmasını qadağan etmir. Bütün bu məsələlər "Yol hərəkəti haqqında" qanunun 50 maddəsinə əsasən nizamlanır. Qanunvericilikdə göstərilir ki, əgər yol polisi vətəndaşa radara düşməsi barədə məlumat verirsə və sürücü bununla razılaşmırsızsa, yol polis əməkdaşı protokol tərtib edə bilər, lakin qərar çıxarılmır. Qərar radarın fotogörüntüsü vətəndaşın qeydiyyatda olduğu ərazinin yol polis şöbəsinə göndərildikdən sonra və sürücünün iştirakı ilə çıxarıla bilər. Əgər sürücü qeyd olunan zaman da şöbəyə getməsə, qərar onun iştirakı olmadan çıxarılacaq. Vətəndaş qərardan narazı olduğu təqdirdə 10 gün ərzində şikayət edə bilər. Qeyd edək ki, Şəmkir-Gəncə yolunda yol polisinin sürücüləri gizli yolla cərimələməsi halı ilə bağlı "Milli.az" saytı xəbər yayıb və Könüllü kəndi ərazisində yol polisinin mülki maşına radar qoymasını əks etdirən şəkillər dərc edib. |
2014-04-08 | 13,867 | General Zakir Həsənov təcili cəbhə xəttinə getdi - Səbəb | Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən siyahını təqdim edir. Həlak olan hərbi qulluqçular: - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu; - əsgər Kərimov Seyfəddin Nəvai oğlu; - əsgər Abdullayev Novruz Qurban oğlu. Yaralı hərbi qulluqçular: - əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu; - əsgər Mirzəyev Alı Pənah oğlu; - əsgər İsgəndərzadə Azər Eyyub oğlu; - əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu; - əsgər Cəbrayılov Sadiq Misirxan oğlu; - əsgər Talıbov Emin Talıb oğlu. Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Əhmədbəylidə yerləşən hərbi hospitaldadırlar. Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunur. Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerindədir. |
2014-04-08 | 13,868 | “Vətəndaş müharibəsi” yaradan Mundial – Foto | İyunun 12-də hər kəsin səbirsizliklə gözlədiyi dünya çempionatı start götürəcək. "Axar.az" xəbər verir ki, 31 gün boyunca milyonlarla insan "ən güclü kim olacaq" sualının həyəcanını yaşayacaq. "Futbol xəstələri" gərgin və maraqlı keçəcək oyunlardan zövq alacaqlar. Bir sözlə, balacadan-böyüyə hər kəs böyük turniri maraqla gözləyir. 20-ci dünya çempionatının Braziliyada keçiriləcəyi artıq 2007-ci ildən hər kəsə məlumdu. DÇ-50-dən sonra ikinci dəfə mötəbər turnirə ev sahibliyi edəcək Braziliya bu həyəcanı iki dəfə yaşayan ilk Cənubi Amerika ölkəsi olacaq. "Sambaçılar"dan başqa dörd ölkə - Meksika, Fransa, İtaliya və Almaniya mundialı iki dəfə təşkil etmək hüququ qazanıb. Braziliyalı olasan, dünya çempionatına etiraz edəsən… Belə bir turnirin 64 il sonra yenidən Braziliyada keçirilməsi bəzi insanları sevindirsə də, yaranan problemlər əlavə çətinliklər də yaşatdı. Belə ki, maliyyə böhranından sonra heç cür toparlana bilməyən Braziliya hökumətinin bu turnirə ev sahiblik etmək istəyi əhali arasında birmənalı qarşılanmasa da, FİFA-nın ölkələrinə dəstək olacağını bildikdən sonra hər şey axarında getməyə başladı. Ötən il baş tutan Konfederasiyalar Kubokundan öncə hökumətin turnirlə bağlı maliyyə hesabatı braziliyalıların hiddətlənməsinə səbəb oldu. Belə ki, ölkə rəhbərliyi turnirin keçirilməsi üçün nəzərdə tutulan 11 milyarddan çox pul xərcləmişdi. Bu günə kimi ölkənin dörd yanında nümayişlər, etiraz aksiyaları keçirilir. İnsanların qəzəblənməsinə səbəb olan məsələ isə başqa ölkələrdən, banklardan, həmçinin FİFA-dan külli miqdarda alınan borclar idi. Bu borcların yüksək faizlə verilməsi isə ölkədəki həyatın tamamilə dəyişməsinə səbəb oldu. Hökumət istər nəqliyyatda, turizm obyektlərində, istərsə də ticarətə aidiyyatı olan hər yerdə qiymətlərin dörd dəfəyə qədər qaldırılması ilə bağlı qərar qəbul etdi. Qiymətlərin yüksəlməsi onunla əlaqələndirilirdi ki, turniri izləmək üçün gəlməli olan turistlərin hesabına borclar aradan qaldırılsın. Amma qərarın vaxtından çox tez - bir il öncə verilməsi isə mötəbər turnirin baş tutması üçün təhlükə yaratdı. FİFA-nın təzyiqləri və sanksiyaları nəticəsində qiymətlər endirildi, etirazçılara qarşı güc tətbiq edilməsinin qarşısı alındı. Hər şeyə rəğmən, Braziliyada vəziyyət gərgindi. Hökumətin mundialla bağlı maliyyə hesabatında xərclənən pulların həddindən az göstərilməsi insanları sakitləşdirmir. Turnirlə bağlı digər problemlər də var. Məsələn, dünya çempionatının keçirildiyi dövrdə Braziliyanın cənubunda qış, şimalında isə yay olacaq. Bu anormal havanın komandalara necə təsir edəcəyi isə bilinmir. Digər məqam isə oyunların keçirilmə vaxtları ilə əlaqədardı. Hər şey Avropada yaşayan insanların rahatlığı üçün hesablansa da, Asiya və Okeaniyada yaşayan insanlar yuxusuz qalmalı olacaqlar. Azərbaycanlı azarkeşlər isə oyunları 21:00, 00:00, 01:00, 03:00 və 06:00-da izləyə biləcəklər. 202 idilər, 31-i qaldı Beş qitədən 202 milli komanda dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparsa da, onlardan 31-i məqsədlərinə nail olub. Belçika, İngiltərə, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveçrə, Fil Dişi Sahili və Nigeriya yığmaları məğlubiyyət acısı dadmayıblar. Altı komanda rəqiblərinə nisbətən daha az - 8 matç keçirib. İspaniya Avropa zonasında ən az komandanın məskunlaşdığı qrupda (5) yer alıbsa, Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Nigeriya və Qananın yer aldığı Afrika zonasında seçmə mərhələ oyunları zamanı qrup mərhələsində 5 komanda mübarizə aparır. Uruqvay və Meksika komandaları isə daha çox əziyyət çəkməli olub - 18 matç. Belə ki, bu yığmaların yer aldığı konfederasiyalarda komandalar dövrəli sistemlə mübarizə aparırlar. Bundan əlavə, hər iki milli dünya kubokuna vəsiqə qazanmaq üçün pley-off matçlarında iştirak ediblər. Bosniya, mundiala xoş gəldin Argentina, İspaniya, Braziliya, Almaniya, İtaliya, Meksika, ABŞ və Cənubi Amerika milliləri son beş mundialın hamısında iştirak etməyə müvəffəq olublar. "Sambaçılar" rəqiblərindən fərqli olaraq, dünya çempionatlarının daimi iştirakçısıdı. Budəfəki dünya kubokunun debütantı Bosniya və Herseqovinadı. Edin Dzeko, Vedad İbişeviç kimi futbolçulara sahib olan balkanlar qrup mərhələsini lider kimi adlamağa nail olublar. Heç kim onlardan elə də ciddi uğur gözləməsə də, turnirin süpriz komandalarından hesab edilirlər. Avropalılar nədə uduzurlar? Seçmə mərhələ oyunlarını 17.549.343 azarkeş stadiondan canlı izləyib. Cənubi amerikalıların futbola sevgisi statistik göstəricilərdə də açıq-aşkar özünü büruzə verir. Belə ki, Cənubi Amerikada hər oyunu orta hesabla 34 min azarkeş izləyir. Asiyada bu rəqəm 24 mindi. Avropada isə hər oyunu orta hesabla 22 min azarkeş stadiondan izləyib. 2012-ci il iyunun 12-də Tehranın "Azadi" stadionunda baş tutan İran - Qətər (0:0) matçını 120 min azarkeş izləyib. Bu, seçmə mərhələdə stadiona ən çox azarkeş toplayan oyun olub. "Alt-üst" söhbət Seçmə mərhələdə rəqiblərini ən çox məyus edən komanda Almaniya millisidi - 39 qol. Nigeriyaya isə dünya çempionatına vəsiqə qazanmaq üçün 11 qol kifayət edib. Afrikalılar mundialın ən az qol vuran komandasıdı. Məhsuldar futbolçular siyahısında isə üç futbolçunun adına rast gəlmək olar - belizli Deon Makulay, uruqvaylı Luis Suares və hollandiyalı Robin Van Persi. Hər üç futbolçu rəqib komandaların qapısından 11 top keçirməyi bacarıblar. Jak Hayko (Yeni Kaledoniya) və Lesli Fleur (Bəhreyn) bir oyunda ən çox fərqlənən futbolçulardı - 5 qol. Göz qamaşdıran vəsait Mundial oyunları 12 şəhərdə, eyni sayda stadionda keçiriləcək. Oyunların keçiriləcəyi arenalardan ən böyüyü Rio de Janeyroda yerləşən məşhur "Marakana"dı. Bir vaxtlar 200 min azarkeşi ağuşuna alan stadion indiyədək üç dəfə rekonstruksiya olunub və son yenidənqurma işlərindən sonra 77 min azarkeşi qəbul edəcək. Bu stadionda 7 qarşılaşma keçiriləcək və dünya kuboku məhz burda havaya qaldırılacaq. Açılış matçı isə ecazkar "Arena de San-Paulu"da baş tutacaq. Açılış oyunundan əlavə daha beş matç da burda keçiriləcək. San-Pauluda yerləşən stadionun rekonstruksiyası 350 milyon dollara başa gəlib, tutumu 68 min nəfərdi. Stadionların təmiri və rekonstruskiyasına ümumilikdə 1 milyard 653 milyon dollar xərclənib. Bu da DÇ-2014-ün stadionları: Marakana - 77 min (Rio de Janeyro) Nasyonal Meyn Qarrinça - 70 min (Braziliya) Arena de San-Paulu - 68 min (San-Paulu) Kastelao - 64 min (Fortaleza) Mineyrao - 62 min (Belo Horizont) Beyra-Rio - 51 min (Porto Aleqre) Fonte Nova Arena - 56 min (Salvador) Pernambukano Arena - 46 min (Rekife) Arena da Bahya - 43 min (Koritiba) Pantanal Arena - 42 min (Kuyaba) Amazoniya Arena - 42 min (Manaus) Das-Dunas Arena - 42 min (Natal) |
2014-04-08 | 13,869 | Nazirlik özünü asan polkovniklə bağlı məlumat yaydı | Aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur. Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti "polkovnik-leytenant" hərbi rütbəsi verilib. Eyni zamanda Polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib. Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib. Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir. |
2014-04-08 | 13,870 | Moldova qorxu içində: Ordu döyüş hazırlığına gətirildi | Moldova prezidenti Nikolae Timofti ölkənin Müdafiə naziri Valeri Troenkoya ordunu döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib. "Axar.az" xəbər verir ki, sözügedən əmr təhlükəsizlik Şurasının iclası zamanı verilib. "Biz təhlükəsizliyin gücləndirilməsi və silahlı hazırlıq üçün konkret əmr aldıq. Bizə situasiyanı qiymətləndirmək və bu sferada sabitliyi qorumaq lazımdır", - deyə Müdafiə Nazirliyin yaydığı bəyanatda bildirilib. |
2014-04-08 | 13,871 | Mətanət İsgəndərli narkoman imiş – ŞOK | Bir neçə gün öncə tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) verdiyi "şou biznesin 99 faizi narkomandır" açıqlaması geniş rezonansa səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, narkotik istifadəçisi olan şou nümayəndələri gitaraçıya qarşı birləşmək niyyətindədirlər. "Axar.az" xəbər verir ki, belə bir vaxtda "Aznews.az" olduqca ilginc siyahı əldə edib. Cəmiyyətdə şok effekti yaradacaq, narkotik aslılığından əziyyət çəkən sənət adamlarının adlarının qeyd olunduğu bu siyahını tam şəkildə çap etmirik. Amma həmin şəxslərin bu ziyanlı vərdişlərini sübut edən faktları əldə etdikcə, onları sizə təqdim edəcəyik. İndiliksə narkotik asılılığından əziyyət çəkməsi barədə xeyli sübutların olduğu bir sənətçinin adını çəkməklə kifayətlənirik. Bu, tanınmış müğənni, respublikanın əməkdar artisti Mətanət İsgəndərlidir. Mənbənin sözlərinə görə, müğənnidə bu asılılıq onda təxminən on ildir ki, yaranıb. Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir. Məlumdur ki, müğənninin adı Mahir Abdullayevlə bağlı açılmış cinayət işində də hallanırdı. Xatırlatmaq yerinə düşər ki, hələ dörd il öncə sənətçinin keçmiş həyat yoldaşı da müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurmuşdu: "Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi". |
2014-04-08 | 13,872 | Gülənçilərə qarşı daha sərt əməliyyat başladı – Son dəqiqə | Türkiyədə Gülən hərəkatının üzvləri olaraq dövlət içində dövlət quranlarla əlbir olmaqda şübhəli bilinən 8 polis əməkdaşı həbs olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət içində dövlət qurmaq istəyənlərə qarşı ilk axtarış və həbs Türkiyənin Adana şəhərindən başlayıb. Aralarında polis rəisinin müavini və şöbə müdiri olmaqla həbs edilən 8 polis əməkdaşının evində axtarış tədbirlərinin aparılması davam edir. Həbs olunan 8 nəfərin içində keçmiş kəşfiyyat şöbə müdiri İsmayıl B. və Ərtoğrul Y.-də var. |
2014-04-08 | 13,873 | Əhalinin cibinə girib "cin çıxaran" "Bakcell" - Təhlil | Ölkədə fəaliyyət göstərən mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Operatorlar daha çox pul qazanmağa kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə ünvanlanıb, nəinki texniki yeniliklərə. Hazırda ölkədəki mobil operatorların – "Azercell", "Bakcell" , "Nar Mobile" - hər birinin özünün bazar siyasəti, funksiyası var. Məsələn, birinci açıq şəkildə bahalı tarif siyasəti yeridir. "Bakcell" isə aşağı qiymətlərlə, şirnikləndirici xidmətlələrlə abunəçilərin cibinə girir. Yəni mobil operatorun mənfəət götürmək siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından çox-çox uzaq. "Nar Mobile" gəlincə, "iki köhnə qurdun" olduğu bazarda hələ də yerini müəyyən edə bilməyib. Xidmət keyfiyyəti aşağıdır. Bu məsələdə operatora ən çox maneəni isə "Azercell" yaradır. (Bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik). Başlayaq, daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan "Bakcell"dən. Hansı ki bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə "mahir cibgir" kimi girir. Məsələn, bu günlərdə Fuad Ağamaliyev adlı "Bakcell" abunəçisi az qala bütün ölkəyə şikayət etdi. Abunəçinin şikayətində bildirilirdi ki, "Bakcell" 9971 nomreli bir xidmetlə müqavilə imzalayıb və onun balansındakı pulu mənimsəməklə məşğuldur: "Tanımadığım sayta nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu gün ərzində iki-üç dəfədə təkrarlanır bəzən. Balansda həftə ərzində 10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin xidmət deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir. Əslində bu, bir abunəçinin etirazıdır. "Bakcell"in qiymət siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq aydın görmək olur. Kredit maxinasiyası "Bakcell"in kredit xidməti də rəsmən sələmçi funksiyasını yerinə yetirir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən az 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən kredit borcu 1.20 AZN təşkil edir. Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər 2 manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir, Lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və balans artırıldıqdan sonra da 1 AZN çıxır. Balansından pulu yoxa çıxan abunəciyə isə heç bir arayış verilmir. Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə bilir. Bahalı pul köçürməsi "Bakcell"in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20 qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti- hər bir göndəriş üçün 5 qəpik təşkil edir.Növbəti göndərişlərin qiyməti 10 qəpik olur. Günboyu 0 tarifi ilə soyul Operatorun kampaniyalarının şərtləri sərfəliliyi ilə "gözləri yaşardır". Götürək Günboyu 0 tarifini. Tarif dəqiqəsi 0 qəpiyə səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur. Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır. İlk 3 gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır.Göründüyü kimi, istifadə edildi –edilmədi gün ərzində abunəçi 29 qəpik itirir. Bundan əlavə nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük verirlər nəinki ünsiyyətə. "ƏlaCIN" tarifi Saatlarla danışmağı xoşlayanlar üçün olan bu tarifdə şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Nə az nə çox 1 AZN. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə 1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik "Bakcell"in cibinə gedir. Sevimlicin Tarifin şərtləri də digər tariflərdən fərqlənmir. Bu tarifdə Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir.Ta rifə keçid haqqı – 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı (SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə, şəbəkəxarici zənglərin tarifikasiya müddəti – 15 saniyədir.Göründüyü kimi avantajları geniş deyil. "BlackBerry" paketi "Bakcel"l "BlackBerry" paketi isə ən bahalı xidmət sayıla bilər.Mobil operator CIN, Klass və Gold abunəçilərinin qoşulma tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir. Bunlardan ən ucuzu və keyfiyyətsizi Social 7 paketidir. Hansı ki istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33 manat olan paketlə "BlackBerry"nin "yes" düyməsi belə işləmir.Belə ki, operatorun saytında Social 7 paketində BBM (çat), BB mail (electron poçt), social şəbəkələr üçün BB əlavələr, internetə giriş kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki reallıqda 150 MB trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil. Social 7 paketi sadəcə telefonun ekranında internetə çıxış işarəsinin yanıb sönməsinə kifayət edir. İnternet trafiki "BlackBerry" telefonları üçün deyil. 600 MB-lıq Social 30 paketində də sürətli internet xidmətindən söhbət gedə bilməz. Əslində "BlackBerry" telefonları üçün paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq "Complete" paketinin qiyməti 13.99 manatdır. Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun rəsmi internet ünvanında hər 1 MB-ın 0.10 AZN təşkil edəcəyi bildirilir. Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi halda növbəti paket yüklənənə qədər "BlackBerry" konturları "yeyir". Hər 1 saata balansdan 10 qəpik çıxılır. |
2014-04-08 | 13,874 | Azərbaycanlı avtoritet öldürüldü - Video | Ötən gecə saat 22:20-da Odessada "Veçerniy Baku" restoranında "Vaxa" ləqəbi ilə tanınan 39 yaşlı keçmiş "qanuni oğru" Baxış Əliyev güllələnib. Məlumata görə, Gürcüstan vətəndaşı olan, azərbaycanlı Baxış Əliyevlə birlikdə onun mühafizəçisi də öldürülüb. Qeyd edək ki, 2004-cü ildə Moskvada Baxış Əliyevin "tacqoyma mərasimi" olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilməyib və onu ancaq xuliqanlığa görə azadlıqdan məhrum edib. Həmin zaman "Vaxa" girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir. Bu davranış oğru qaydalarına zidd hesab edildiyi üçün onu 2007-ci ildə "qanuni oğru" titulundan məhrum edirlər. Daha sonra gürcü avtoritetlərlə "Ded Xasan" arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi "qanuni oğru"larla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən B.Əliyev bütün oğru hüquqlarından məhrum edilir (ANS). |
2014-04-08 | 13,875 | Göyçay polis idarəsində ciddi yoxlamalar başladı | Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alarkən yayılan videosundan sonra sözügedən polis idarəsində ciddi yoxlamalar başlayıb. "Axar.az" xəbər verir ki, hazırda işdən çıxarılma və yaxud cəzalanma ilə bağlı heç bir tədbir görülməsə də, dünəndən daşlayaraq Daxili İşlər nazirliyindən gələn yüksək rütbəli əməkdaşlar qurumun işini yoxlamağa başlayıblar. Xəbərdə qeyd olunur ki, rüşvət qalmaqalı ilə bağlı birbaşa nazir Ramil Usubovun tapşırığına əsasən aparılan yoxlamadan sonra ciddi ölçü götürüləcəyi istisna edilmir. Qeyd edək ki, Göyçay rayol yol polisi şöbəsinin rəisi Elman Əliyevdir və o, bu vəzifəyə ötən il təyinat alıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də "Axar.az"a açıqlamasında araşdırma aparıldığını təsdiqlədi: "Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin əməkdaşları araşdırma aparır. Araşdırmanın nəticəsi ilə bağlı tezliklə ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və Yutub video portalında yol polisinin rüşvət almasını əks etdirən video yayılıb. Videoda Göyçay rayon yol polisi şöbəsinin rəisi Elman Əliyevin yol hərəkəti qaydalarını pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə ondan rüşvət tələb etdiyi görüntülənir. |
2014-04-08 | 13,876 | Həcc ziyarətinin başlanma tarixi açıqlandı | Azərbaycanda Həcc ziyarətinə səfərin başlanma tarixi və səfər müddəti məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycan gedəcək zəvvarların Həccə səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban Bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan etibarən nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban Bayramı oktyabrın 4-5-də qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) avia şirkəti həyata keçirəcək. Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir. |
2014-04-08 | 13,877 | Mətanət coşdu: “Mənə narkoman deyəni sürüyəcəm” | "Hansı əsasla mənə narkoman deyirlər?" Bu sözləri "Axar.az"a müğənni Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərkən dedi: "Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə". Xatırladaq ki, bu gün "Aznews.az" saytında müğənninin narkoman olmasıyla bağlı xəbər yayılmışdı. |
2014-04-08 | 13,878 | Ukraynalı gənclər: "İşğalçıları öldürəcəyik" - Video | Ukraynada bir qrup gəncin ölkə vətəndaşlarını Rusiyaya qarşı döyüşməyə çağıran videosu yayılıb. "Axar.az" xəbər verir ki, videoda çağırış edənlər xalqı vətən uğrunda ruslara qarşı sona qədər vuruşmağa səsləyiblər. Onların arasında keçmiş xüsusi təyinatlı, məşqçi, 19 yaşlı idmançı, jurnalist, firma rəhbəri və tələbə də var. "Həyatımızda qiymətli şeylər elə də çox deyil. Ev, ailə, ölkə. Ölmək üçün çox şey yoxdur", - videodakı gənclərdən biri deyib. |
2014-04-08 | 13,879 | Dünya əhalisinin sayı azalacaq - BMT | Əhalinin yaşlaşması və urbanizasiya yeni çağırış, yeni imkanlar vəd edir. Bu mövzular Birləşmiş Millətlər Təşkilatının (BMT) aprelin 7-də Nyu-Yorkdakı mənzil-qərargahında işinə başlayan Əhali və inkişaf üzrə komissiyasının 74-cü sessiyasında müzakirə olunub. "Axar.az" xəbər verir ki, BMT baş katibinin hesabatında əlaqəli məsələlərə aydınlıq gətirilib: "Müasir dünyanın demoqrafik tərkibi bəşəriyyət tarixində heç vaxt görünməyən rəngarəngliyi ilə seçilir. Doğum sayının yüksək olduğu ölkələr üçün yaş strukturunda çoxlu gənclərin olması və əhalinin yüksək artım tempi xarakterikdir, doğumun təkrar doğuş səviyyəsindən aşağı düşmüş ölkələrdə isə əhalinin sürətlə qocalması müşahidə olunur". Sənəddə qeyd olunur ki, 2014-cü ilin əvvəlində dünya əhalisinin sayı 1994-cü ildəki 5,7 milyarddan 7,2 milyard nəfərə yüksəlib. Qarşıdakı onilliklərdə Afrika əhalisinin sayı xeyli artacaq. Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə bu qitənin əhalisinin sayı Cənubi Amerika və Karib hövzəsi əhalisinin sayını 6 dəfədən çox, Asiya əhalisinin artım tempini isə 15 dəfədən artıq üstələyəcək. Bundan əlavə bildirilir ki, 2014-2050-ci illərdə qırxdan çox ölkədə əhali sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Almaniya, Çin, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tailand, Ukrayna və Yaponiyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq. |
2014-04-08 | 13,880 | İlham Əliyev Naxçıvanın 90 illik yubleyində | Azərbaycan prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Məlumata görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonunda keçirilən toplantıda MR-in hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan prezidenti mərasimdə geniş nitq söyləyib. Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib. Prezident İ. Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb. Dövlət başçısı həmin mükafatları təqdim edib. Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub (AzərTac). |
2014-04-08 | 13,881 | Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi azalır | "Ukraynada biznes qurmaq istəyənlərin azalması müşahidə ediləcək". Bunu "Axar.az"a Ukraynadakı proseslərin Azərbaycanla olan ticarət dövriyyəsinə təsirini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi: "Ukraynada baş verən məlum hadisələr rəsmi Kiyevin təkcə Azərbaycanla deyil, bütün digər dövlətlərlə də iqtisadi münasibətlərinə mənfi təsir edəcək. Amma bu, heç də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnməyəcək. Ukraynanın idxal asılılığı olduğu məhsullarda bu təsir daha çox müşahidə ediləcək. Nəzərə alsaq ki, Kiyevin Moskvadan bir çox sahələrdə, xüsusən də qaz idxalı məsələsində asılılığı var, məhz bu proseslər həmin dövriyyəyə təsirsiz ötüşməyəcək. Ukraynaya biznes qurmaq istəyənlərin azalması müşahidə ediləcək. Həmçinin Rusiyadan bu ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ixracında müəyyən məhdudiyyətlər olacaq. Amma ümumilikdə bu hərbi münaqişə MDB məkanında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayacaq". Ekspert hesab edir ki, Ukrayna ilə Rusiya arasında baş verən olay Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinə müəyyən çətinliklər yaradacaq: "Olaylar nəticəsində Rusiya banklarının fəaliyyətində məhdudiyyətlər yaranıb və bu da Rusiyadan Azərbaycana pul göndərən həmvətənlərimizin işinə, həmçinin Rusiya bankları vasitəsi ilə idxal-ixrac əməliyyatı aparan iş adamlarımızın fəaliyyətinə mənfi təsir göstərəcək". Xatırladaq ki, Azərbaycan Ukraynadan əsasən qida məhsulları idxal edir və Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə bərabərdir. Azərbaycan Ukraynadan daha çox buğda unu, qənnadı məmulatları, şokolad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun ətini və s. qida məhsulları idxal edir. Ötən ilin statistikasına görə, 2013-cü ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub. |
2014-04-08 | 13,882 | Ramil Usubov rüşvət alan polis rəisini qovdu | Göyçay rayon yol polisi bölməsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb. Bu barədə "Axar.az"ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib: "Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir". |
2014-04-08 | 13,883 | Ukrayna parlamentində dava düşdü - Video | Ukrayna Ali Radasında dava düşüb. "Axar.az" xəbər verir ki, hadisə Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenkonun çıxışı zamanı baş verib. Simonenko çıxışı zamanı bildirib ki, hazırki hakimiyyətin addımları ölkənin şərqində sabitliyin pozulmasına gətirib çıxarıb. Onun sözlərinə görə, separatçı çıxışlar xaricdən deyil, yerli əhali tərəfindən təşkil edilib. Bu çıxışından sonra parlamentdəki müxtəlif fraksiyalardan olan deputatlar onun üzərinə hücum çəkiblər. Müstəqil deputat Yuri Mixalçişin onu tribunadan itələyərək yerə yıxıb. Kommunistlər və regionallar iclas zalını tərk ediblər. |
2014-04-08 | 13,884 | Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi - Foto | Opera müğənnisi Cahangir Qurbanova kapitan rütbəsi verildi. Opera və Balet Teatrı ilə yanaşı Daxili İşlər Nazirliyinin hərbi orkestrinin solisti olan sənətçi artıq kapitandır. "Azərbaycan Respublikasina xidmət edirəm!" deyən Cahangir Qurbanov yeni aldığı hərbi rütbəyə görə DİN-nin rəhbərliyinə öz təşəkkürünü bildirməyi unutmadı. "Məni bu rütbəyə layiq gördükləri üçün bütün rəislərimə təşəkkürümü bildirirəm. İncəsənətə gostərilən qayğı və diqqətə görə cənab nazir - general polkovnik Ramil Usubova və onun muavini Daxili Qoşunlarin komandanı general-mayor Şahin Məmmədova isə xüsusi təşəkkürümü bildirirəm" (ANS). |
2014-04-08 | 13,885 | Cəbhədə yaralanan iki hərbçi Bakıya gətirildi | Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki. təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. |
2014-04-08 | 13,886 | Azərbaycanda prokurorun səlahiyyətinə məhdudiyyət qoyulur | Azərbaycan qanunvericiliyində təhqiqat orqanının adı, təhqiqatçının prokuror qarşısında öhdəliyi dəyişdirilir, ixtisarlar edilir və prokurorun səlahiyyətinə məhdudiyyətlər qoyulur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib. Layihəyə əsasən, məcəllədə "Təhqiqat orqanı" adı dəyişdirilərək "İxtisaslaşmış təhqiqat qurumu" adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından "prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi" vəzifəsi çıxarılaraq ləğv edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
2014-04-08 | 13,887 | NATO Rusiyanı geri addım atmağa çağırdı | NATO Ukraynanın şərqində baş verənlərdən çox narahatdır. "Axar.az" xəbər verir ki, bunu Alyansın baş katibi Anders Foq Rasmussen çıxışı zamanı deyib. Qeyd edək ki, bir neçə gündür ki, separatçı qüvvələr Ukraynanın şərq regionlarında mərkəzi hökumət binalarını ələ keçirərək, müstəqilliklərini elan ediblər. |
2014-04-08 | 13,888 | “Obama” mağazadan 20 min oğurladı - Video | Rusiyanın Krasnodar vilayətində qəribə oğurluq hadisəsi baş verib. "Axar.az"ın məlumtına görə, başlarına Barak Obama və Qay Foksun maskalarını taxmış iki nəfər naməlum şəxs gecə saatlarında mağazaya daxil olaraq satıcını tapança ilə hədələyib oradan içi pulla dolu olan seyfi götürüblər. Krasnodar polisindən məlumat verilib ki, analoji hadisə martın 31-də zərgərlik mağazasında da baş vermişdi. Həmin vaxt oğrular 1 milyon rubl dəyərində pul və zinət əşyaları aparıblar. Faktla bağlı cinayət işi başlanılıb. |
2014-04-08 | 13,889 | Ərdoğan Bakıda nurçuluğu müzakirə etməsindən danışdı | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı "paralel yapı" adlandırdığı Fətullah Gülən icması (nurçular) ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, baş nazir bunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışında bildirib. O, "qardaş ölkə Azərbaycana səfərimiz zamanı paralel yapı məsələsini müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olacaq", - deyib. R. T. Ərdoğan Fətullah Gülənin din adamı deyil, qanunsuz örgüt (təşkilat) lideri və holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini vurğulayıb, bu icmanı xəyanət şəbəkəsi adlandırıb. O, sıravi nurçuları bu şəbəkədən uzaqlaşmağa çağırıb. Xatırladaq ki, APA R. T. Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etdiyi barədə məlumat yaymışdı. |
2014-04-08 | 13,890 | Azərbaycan Dil Qurumu: Biz kimin varisiyik? - Müzakirə | Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın yeni tarixi: biz kimin varisiyik" mövzusunda elmi konfrans keçirilib. "Axar.az" xəbər verir ki, konfransı Xalq şairi, millət vəkili Sabir Rütəmxanlı giriş sözü ilə açıb və Xalq Cümhuriyyətinin, yoxsa Sovet Azərbaycanının varisi olmağımız məsələsi ilə bağlı çıxış edib. Millət vəkili bildirib ki, hüquqi baxımdan AXC-nin varisi olsaq da, gerçəkdə daha çox Sovet Azərbaycanının varisi kimi davranırıq: "Biz varis olaraq nə AXC-nin ərazisinə sahib çıxdıq, nə dilinə. Halbuki AXC-nin dövlət dili türk dili idi. İndi isə dövlət dilimiz Azərbaycan dilidir". Sabir Rüstəmxanlının açılış nitqindən sonra AMEA-nın elmi işçisi Faiq Ələkbərov məruzə ilə çıxış edib, türk dili adı ətrafında yaranmış yanlış elmi təsəvvürləri tənqid edib: ""Türkdilli" olmaq nə deməkdir? Bu istilahı ortaya atmaqla sanki bizim türk olmadığımızı isbatlamaq istəyirlər". Daha sonar tədbirdə Nəsiman Yaqublu, Adil Minbaşı, şair Ramiz Əsgər mövzuyla bağlı fikirlərini bölüşüb. Ramiz Əsgər öz fikirlərini bu sözlərlə başlayıb: "Həqiqət budur ki, biz əslində Sovet Azərbaycanının varisiyik. Mənəvi baxımdan AXC-nin, hüquqi baxımdan isə faktiki olaraq Azərbaycan SSR-nin varisiyik. Ona görə də biz bu gün türkçülükdənsə azərbaycançılıq ideologiyasını dəstəkləməliyik. Lakin hazırda azərbaycançılıq ideologiyası da formalaşmayıb. Pis odur ki, türkçülük doğru olaraq təbliğ olunmur, azərbaycançılıq isə yanlış olaraq formalaşdırılmayıb və beləliklə milli ideologiya oturuşmayıb". Daha sonra tədbir iştirakçılarından türkoloq Firudin Ağasıoğlu, tarixçi alim Cəmil Həsənli, filologiya elmləri doktoru Rəhim Əliyev, professor Vaqif Arzumanlı çıxış edib, Azərbaycan Dil Qurumunun belə tədbir keçirməsini alqışlayıb və fikirlərini bölüşüblər. |
2014-04-08 | 13,891 | Avropa niyə hər şeyi Azərbaycanın üstünə atır? | "Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır". "Axar.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli öz Feysbuk səhifəsinə yazıb. O, Barrozunun "Cənub axını" ilə bağlı etdiyi çıxışını qəribə məntiq adlandırıb: "Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin "Cənub axını" layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, "Cənub axını" kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər. Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir. Həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır. Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri-bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdir…" Deputat Avropanın və ABŞ-ın Azərbaycanın Rusiya qarşı tək buraxmamaqla bağlı təminat verməli olduqlarını deyib: "Fikrimizcə, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər. Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır. ABŞ və Avropa "Bakı-Tiflis-Ceyhan" Strateji Neft Kəməri də daxili olmaqla, Türkiyə üzərindən Qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulmasında fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə keçməlidir". |
2014-04-08 | 13,892 | İlham Əliyev sərəncam imzaladı | Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilsinlər: Aslanov Əli Qaçay oğlu Baxşəliyev Vəli Baxşəli oğlu Eyvazov Həsənəli Cahangir oğlu Eyvazov Məmmədəli Əhməd oğlu Əliyev Asim Yediyar oğlu Həsənov Əsgər İbrahim oğlu Quliyev Musa Rəhim oğlu Məmmədov Rafiq Ağəli oğlu Novruzov Namiq Yaqub oğlu Sadiqov İlqar Beytulla oğlu Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib. Sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin: "Əməkdar Elm Xadimi" Həsənli Oruc Qafar oğlu Məhərrəmov Saleh Heydər oğlu "Əməkdar Müəllim" Əliyeva Lətafət Nəriman qızı Seyidova Sevda Əli qızı Vəliyeva Hüsniyyə Həsən qızı "Əməkdar Mədəniyyət İşçisi" Əsədova Nəzakət Əsəd qızı "Əməkdar Rəssam" Qurbanov Həsən Bulut oğlu "Əməkdar Həkim" Bayramova Tamilla Yusif qızı Həsənov Nüsrət Firudin oğlu "Əməkdar Tibb İşçisi" Hüseynova Validə Firudin qızı "Əməkdar Jurnalist" Əliyeva Şölə Qadir qızı "Əməkdar Mühəndis" Bağırov İbrahim Süleyman oğlu |
2014-04-08 | 13,893 | "Qızıltac" şadlıq sarayında partlayış - Fotolar | "Qızıltac" şadlıq sarayı partlayış nəticəsində yanıb". Bu barədə "Axar.az"a şadlıq sarayının yaxınlığında olanlar məlumat verib. Məlumatda deyilir ki, yanğınsöndürmə xidmətin əməkdaşlarına da artıq xəbər verilib. Hadisə yerinə yollanan əməkdaşımızın verdiyi məlumata görə, partlayış olsa da, adı çəkilən şadlıq sarayına heç bir ziyan dəyməyib: "Partlayış şadlıq sarayında deyil, onun yaxınlığında çəkilməkdə olan yolda baş verib. Yol çəkilişində istifadə edilən qır qazanı ehtiyatsızlıq ucbatından partlayıb". Onu da qeyd edək ki, partlayışın şadlıq sarayında baş verməsi ilə bağlı məlumat yayılandan bir neçə dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin əməkdaşları hadisə yerində olub. |
2014-04-08 | 13,894 | Azərbaycana əlillər üçün xüsusi avtobuslar gətirilir | Azərbaycan əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilməsi üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına başlayıb. Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb. S.Müslümov qeyd edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir: "Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinə və "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub" ( Trend ). |
2014-04-08 | 13,895 | Kılıçdaroğlu Millət Məclisində yumruqlandı - Video | CHP lideri Kamal Kılıçdaroğlu Böyük Millət Məclisində hücuma məruz qalıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Millət Məclisində insanların arasında olan bir şəxs Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğuna hücum edib və ona iki yumruq zərbəsi vurub. Daha sonra böyük bir qarışıqlıq yaranıb. Mühafizəçi polislər həmin şəxsi qısa bir vaxtda zərərsizləşdirib. Hücum edən şəxsin kimliyi barəsində isə hələ ki, heç bir məlumat yoxdur. 16:27 Kamal Kılıçdaroğluna hücum edən şəxsin adı məlum olub. Orxan Övən adlı həmin şəxsin polisə verdiyi ilk ifadəsində "Alpərən" ocaqlarına üzv olduğu məlum olub. |
2014-04-08 | 13,896 | Muradın üzünə verilməyən suallara cavabı | Özümlə bacara bilmirəm... Bu gündən "Üzə verilməyən suallar" layihəmizə start verdik. Layihəmizin ilk qonağı yenicə Avropa ölkəsindən qayıdan Murad Köhnəqaladır. Həm bizə, həm də onun yaxın üç dostuna maraqlı idi ki, Murad bəy nə üçün Avropaya getmişdi və niyə geri qayıtdı. Onun dostlarının indiyə qədər Murad bəyə üz-üzə verə bilmədikləri sualları öyrəndik və ona ünvanlayıb, dostlarının vasitəsi ilə onun maraqlı cavablarını öyrənib həmsöhbət olduq. İlk olaraq Salam Sarvanla əlaqə saxladıq və Murad bəyə üz-üzə verə bilmədiyi sualı öyrənib, cavablarını aldıq. Salam Sarvan: "Düzü, Muradın qorxmazlığı-ehtiyatsızlığı, daim qaynamağı-qaynaşmağı, ifrat çılğınlığı-narahatlığı həmişə məni narahat edib. Mən onun, nəhayət, bir balaca sakitləşməsini həmişə arzulamışam. Özündən heç vaxt soruşmadığım bu sualı sizin vasitənizlə ona ünvanlayıram: - Onun özü bu barədə düşünürmü? Cavab: - Bəli, düşünürəm. Həmişə elə bilirəm ki, hər bir insan belədir. Amma hərdən baxıram ki, hər insan mənim kimi qaynayıb-qarışmır, mənim kimi həssas deyil, çılğın deyil, mənim kimi etiraf etməyi bacarmır. Amma bu mənim həyatımdır, taleyimdir, özümlə bacara bilmirəm. Şərif Ağayarın sualları: 1. Adam da gül kimi Avropanı qoyub buralara gələrmi? 2. Yaman arıqlamısan... Xiffət eləyirdin? 3. Zarafat eləyirəm. Yaxşı ki, gəldin. Sənə çaxır qonaqlığı məndə... İçkini tərgitməmisən ki? Cavab: 1. Gül kimi Avropanın gül kimi olmağından bizə dəxli yoxdur. Mən Avropada anladım ki, bir şərqli olaraq, yaxud da Murad Köhnəqala olaraq orada həyat kinosuna baxırdım. Həyat gözəl, insanlar gözəl, şəhər gözəl, cəmiyyət, quruluş, qanunlar gözəl... Mənə elə gəlirdi ki, orada kinoya baxırdım və iştirak etmədim. 2. Bəli! Mən beş ay hotel tipli binada qalmışam, hər gün normasında üç dəfə yemək veriblər. İşim-gücüm yatmaq, olan prosesi izləyib cavab gözləmək olub. Heç bir texniki iş görmürdüm. Ancaq şəxsi həyatımda olan problemlər məni sınıxdırıb. Mənim heç kök vaxtım olmayıb, həmişə arıq olmuşam. 3. Yox, içkini tərgitməmişəm, heç vaxt da tərgitməyəcəyəm. Həyatımın sonuna qədər içəcəyəm. Mən içkini hərdən özümə, bədənimə istirahət vermək üçün içirəm. Ancaq fasilələrlə də içkini buraxmışam. Zarafat etməyini də, əlbəttə, bilirdim; bilirəm ki, Şərif, sənin kimi dostlar mənim geri qayıtmağımı istəyir. Mən Avropada hamınızın haqqında düşünürdüm, tutaq ki, siz buralarda olardınız, sizinlə içərdim, qarşıma çıxardınız. Elə mən də sizinlə zarafat edirdim, həmişəlik gedə bilməzdim. Əsəd Cahangir: 1. Niyə getmişdin? 2. Niyə qayıtdın? 3. Mustafa necədir? Cavab: 1. Azərbaycan cəmiyyətindən bezmişdim, ona görə. Bu, hamıya bəllidir ki, bu cəmiyyətdə həssas insanlar yaşaya bilmir. 2. Müəyyən səbəblər var idi. Sevdiyim insanı apara bilmədim, ona görə də qayıtdım. 3. Mustafa mənimlə görüşmədi, çünki məndən küsüb. |
2014-04-08 | 13,897 | Bakıda 7-ci sinif şagirdi özünü asdı | Bakıda orta məktəb şagirdi intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib. Polisdən A. Məmmədovun 7-ci sinif şagirdi olduğu bildirilir. |
2014-04-08 | 13,898 | Oliqarx balalarının Bakıda 250 km/s-lıq hoqqası - Video | Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şossesindəki yarışması geniş müzakirə olunur. Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və Cadilac CTS-V Hennessey-dir. Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobul qayda pozuntusudur. Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır. "Day.az" məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. "Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şossesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək", – V.Əsədov bildirib. Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb. "Yollarda hətta radarların olduğu barədə nişan da quraşdırılıb. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar", – o qeyd edib. |
2014-04-08 | 13,899 | Gülənin Mərkəzi Kəşfiyyatla əlaqəsi varmış - Foto | MKİ-nin əməkdaşı Qrem Fullerlə Gülən "hocanı" dərin tarixi tellər birləşdirir. "Axar.az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Almaniyalı analitik Ulyam Enqdal "Voltaire Network" dərgisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Qrem Fullerin Mərkəzi Asiya ölkələrindəki dini cərəyanların terrorçuluğa meyilləndirilməsi və müxtəlif qanlı olayların təşkil olunmasında iştirakına dair diqqətçəkən məqalə ilə çıxış edib. Kimdir Qrem Fuller? O, Mərkəzi Kəşfiyyat İdarəsində müxtəlif yüksək vəzifələrdə çalışıb. Sovet İttifaqı Əfqanıstana qoşun yeridəndə Q.Fuller MKİ-nin Kəbildəki nümayəndəliyinə rəhbərlik edib. 1998-ci ildə Q. Fuller MKİ-dən rəsmən istefa verib. Bundan sonra o, fəaliyyətini "RAND Corporation" Analitik Mərkəzində davam etdirib. Burada işlədiyi ərəfədə Füller Türkiyədən qaçmış din adamına ABŞ-da sığınacaq tapması üçün köməklik göstərir. Federal Tədqiqatlar İdarəsi Türkiyə vətəndaşına sığınacaq verməyin əleyhinə olsa da, iki sabiq MKİ əməkdaşı "yaşıl kartın" alınmasına müvəffəq ola bilirlər. Onlardan biri isə "Siyasi islamın gələcəyi" kitabının müəllifi Q.Fuller olur. Həmin Türkiyə vətəndaşının kimliyinə gəldikdə, məqalə müəllifi bunu açıq və aydın şəkildə yazıb – Fətullah Gülən. Nə imiş Güləni MKİ əməkdaşına bağlayan? Niyə amerikalı kəşfiyyatçı, islam ölkələri və digər dövlətlərin ərazisində törədilmiş terror aktlarının əvvəlcədən hazırlanmasına iştirak etdiyi iddia olunan Q. Füller Gülənə görə bu qədər əziyyət çəkib, onun Pensinvaniyaya sığınmasını təmin edib? Bütün bunlar barədə məqalədə maraqlı məqamlar yer alıb. Müəllif qeyd edir ki, Q.Fullerlə "nurçu hocanın" münasibətləri dərin tarixi tellərlə bağlıdır. Almaniyalı analitik hesab edir ki, Q.Fuller Kəbildə fəaliyyət göstərdiyi dönəmlərdə də Gülənlə əlaqədə olub, onun vasitəsilə Mərkəzi Asiya və keçmiş SSRİ məkanında bir neçə əməliyyatların hazırlanmasına nail ola bilib. Eyni zamanda, Əfqanıstanda Sovet əsgərlərinə qarşı törədilən terror aktlarınının hazırlanmasında da Fullerin izinə rast gəlmək olar. Məqalə müəllifi öz iddialarını Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı, qurumda tərcüməçi kimi fəaliyyət göstərmiş Sibel Edvardsın Fətullah Gülənin məhkəməsində verdiyi ifadələrlə əsaslandırır. Belə ki, xanm Edvards məhkəmədə verdiyi ifadədə Gülənin qeyd etdiyimiz dairələrə bağlılığını təsdiq edib. U.Enqdal Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistandakı Gülən məktəbləri və ibadət yerlərindən də söz açıb. Məqalədə diqqətçəkən digər məqam isə ötən il Bostonda törədilmiş terror olayı ilə bağlıdır. Xatırladaq ki, ötən il aprelin 15-də Bostonda keçirilən Marafon zamanı milliyətçə çeçen olan Gövhər və Tamerlan Tsarnayev qardaşları 3 nəfərin ölümü və 200-dən artıq şəxsin yaralanması ilə nəticələnmiş terror aktı törədiblər. Polislərlə atışma zamanı qardaşlardan biri- Tamerlan Tsarnayev qətlə yetirilib. Digəri isə bir gün sonra həbs olunub. Məqalə müəllifi çeçen qardaşlarının əmilərinin kimliyinə diqqət yönəldir - Ruslan Tsarnayev. Məlum olur ki, Ruslan həmin o MKİ əməkdaşı, Fətullah Gülənin himayəçisi Q.Fullerin kürəkənidir. Düzdür, Q.Fuller mətbuata verdiyi açıqlamada R.Tsranayevlə qızı Samanta Fullerin artıq boşandığını bildirib. Müəllif qeyd edir ki, Q.Fuller dəfələrlə Tsarnayevin MKİ ilə əlaqələrini inkar etməyə çalışıb, lakin bu açıqlamalar o qədər də inandırıcı olmayıb. R.Ttsarnayev uzun illər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin "USAİD"-in Qazaxıstan nümayəndəliyində beynəlxalq inkişaf üzrə məsləhətçi vəzifəsində çalışıb. Bəzi mənbələrdə onun türkdilli ölkələrdəki Gülən məktəblərilə əlaqələrinə də işarə olunur. Düzdür, qardaşı uşaqlarının əməlinə Ruslan da etiraz edərək, onlarla əlaqəsinin olmadığını bildirmişdi. Elə bu məqamlara əsaslanan U.Enqdalın sonrakı qeydləri də düşündürücüdür: "Çoxları belə bir suala cavab axtarır: Ola bilərmi ki, Bostandakı terror hadisəsi Qrem Fullerlə əlaqədə olan şəxslər(!) tərəfindən qurulmuş aldadıcı əməliyyat olsun? Məqsədləri də bu ola bilər ki, terrorun arxasında Putinin dayandığına dair fikir formalaşdırsınlar. Hər halda o, Tsranayev qardaşlarının Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələrini təkzib edərkən bir çox mətləblərə aydınlıq gətirmiş oldu. O cümlədən də Fətullah Gülənlə bağlı məqamlara. İndi Gülən Fullerin yanındadır – ABŞ-da". Qeyd edək ki, U.Enqdal "Miflər, yalan və neft müharibələri" kimi bir neçə məşhur kitabların müəllifidir. |
2014-04-08 | 13,900 | Abdullah Gül: “Danışmağın vaxtı gəldi” | Abdullah Gül prezidentlik barəsində suala qeyri-müəyyən cavab verib. "Axar.az" xəbər verir ki, Türkiyənin Prezidenti Abdullah Gül Keniya prezidenti ilə təşkil etdiyi mətbuat konfransında prezidentliklə bağlı suala belə cavab verib: "Prezident seçkisinə 4-5 ay vaxt qaldığı üçün indi bu məsələ gündəmdədir. Ona görə mən də "danışmağın vaxtı gəldi" dedim. Yenə qeyd edirəm ki, mənimlə bağlı mövzu olduğu üçün oturub dostlarla müzakirə edəcəyik. Cənab Baş nazir başda olmaqla... Ancaq təbii ki, mənə aid mövzularda vacib olan mənim nə fikirləşdiyimdir". Xatırladaq ki, 2014-cü ilin 10 avqust tarixində Türkiyədə prezident seçkiləri keçiriləcək. |
2014-04-08 | 13,901 | Bakı metrosunda qatarlar dayandı: insanların ürəyi getdi | Bu gün saat 14:00 radələrində Bakı motrosunun "Dərnəgül – Həzi Aslanov" istiqamətində hərəkət edən qatar metronun tunelində dayanıb. Məlumata görə, metronun "Dərnəgül" stansyasından "Həzi Aslanov" stansyasına doğru hərəkət edən qatar tuneldə bir neçə dəqiqə dayanıb.Həmin vaxt tələbələrin dərsdən çıxdığı zaman olduğu üçün, qatarlarda hədsiz sıxlıq yaranıb.Nəticədə tuneldə qalan qatarlarda urəyi zəyif olan insanların halı pisləşib. Eyni zamanda metronun "28 MAY" stansyasında da qatar gecikdiyi üçün sıxlıq yaranıb. Bakı metropoliten idarəsindən faktı təsdiqləsələr də, bu barədə böyük hadisənin baş vermədiyini bildiriblər ("Xeberdar.az"). |
2014-04-08 | 13,902 | Putin Ukraynaya kimi rəhbər təyin edib? | "Kreml Ukraynanın şərq vilayətlərinə rəhbər kimi Oleq Çarevi təyin edib". "Axar.az" xəbər verir ki, bu iddia ilə Ukrayna mətbuatı çıxış edib. Mətbuat Oleq Çarevin bunun üçün Putindən xüsusi göstəriş aldığını bildirib: "Əgər son hadisələrə diqqət etsək, hadisələrin hər birinin təməl mərkəzində Çarevin dayandığını görə bilərik. Rusiya ilə ən böyük əlaqə Çarevdədir. Rusiya bankları Çarevə məmnuniyyətlə kredit verir. Deputatın Regionlar Partiyasının tərkibindən çıxması isə sadəcə olaraq gözə üfürülmüş külə bənzəyir". |
2014-04-08 | 13,903 | Bakıda 9 mərtəbəli binada yanğın | Bakıda doqquzmərtəbəli binada yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-08 | 13,904 | Pele futbolçu ilə Şvarsneqqeri səhv saldı | Futbolunun canlı əfsanəsi Pele yayda ölkəsində təşkil olunacaq dünya çempionatının ulduzları ilə bağlı sualları cavablandırıb. "Axar.az" xəbər verir ki, suallara cavab verən Pele Almaniya yığmasının üzvü Bastian Şvaynştaygerin adını səhv salıb. O, Şvaynştayqer əvəzinə məşhur aktyor Şvarsneqqerin adını deyib: "Şvarsnegger çox yaxşı oynayır. Əgər bir qədər də çalışsa, dünya çempionatının ulduzu ola bilər". |
2014-04-08 | 13,905 | Sarkisyandan Türkmənistana "Qarabağ minnətdarlığı" | "Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir və faktiki durum de-yure də ifadə olunmalıdır. Ermənistan bizim üçün ən vacib bir məsələdə neytrallıq və anlaşma göstərdiyi üçün Türkmənistana minnətdardır". Məlumata görə, bunu Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu gün prezident Qurbanqulu Berdımühəmmədovla birgə keçirdiyi mətbuat konfransında deyib. Bu açıqlamaya türkmən prezidentin hansı reaksiya verdiyi bəlli deyil. Ancaq türk torpaqlarının 20 faizini zəbt edərək orada etnik təmizləmə aparan, Xocalı soyqırımını həyata keçirən bir işğalçı ölkənin başçısına, həm də Xocalı canisinə qucaq açmaq, onun şərəfinə təntənəli qəbul və ziyafət təşkil eləmək türkmən xalqını dərin tarixi-mənəvi tellərlə bağlandığı Azərbaycan xalqına təhqirdir. Heç olmasa, Özbəkistan kimi Ermənistanla məsafə saxlamaq olardı. Qeyd edək ki, az öncə Berdımühəmmədov Azərbaycan prezidenti İlham Əliyevi də Türkmənistana rəsmi səfərə dəvət edib ("Musavat.com"). |
2014-04-08 | 13,906 | Bakıda bu yollar bağlanacaq | Bakının "Neftçilər" prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu Neftçilər prospekti və "Azneft" dairəsində nəqliyyat vasitələrinin hərəkətinin hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılması gözlənilir. |
2014-04-08 | 13,907 | FHN Sumqayıtdakı yol qəzası ilə bağlı açıqlama yaydı - Yeniləndi | 17:40 Sumqayıt şəhərində ağır yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. 3 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub. Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir. 18:33 Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib. Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır. 20:20 Bakı-Quba yolunun 40-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşması barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "İsuzu" markalı avtobusun təxminən 20 nəfər sərnişini xilasedicilər çatana kimi yaralı vəziyyətdə xəstəxanaya aparılıb və sürücü Vaqif Azad oğlu Behbudov isə hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 17:19-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-04-08 | 13,908 | "Volvo" rus BMP-lərinə mühərrik hazırlamayacaq | İsveçin "Volvo" avtomobil konserninin törəmə şirkəti olan "Renault Trucks Defense" Rusiyanın hərbi döyüş maşınlarını hazırlayan "Uralvaqonzavod"la müqaviləsini dondurmaq qərarına gəlib. "Axar.az" xəbər verir ki, bu barədə konsernin nümayəndəsi Karin Vik məlumat verib: "Biz əməkdaşlığımız ətrafında xeyli qaranlıq məqamlar gördüyümüzdən müqavilənin icrasını dayandırmaq qərarına gəldik". Qeyd edək ki, bu arada "Renault Trucks Defense"in marketinq direktoru Mark Şasilian sövdələşmənin pozulmasının siyasi motivlərdən qaynaqlandığını etiraf edib: "Müqavilənin dalana dirənməsinin səbəbi, hamıya da məlum olan son siyasi proseslərdir". Xatırladaq ki, bu vaxta qədər rus BMP-lərinə "Volvo" mühərrikləri nəzərdə tutulsa da, fransızlar sözügedən hərbi maşına "Atom" tipli konstruksiya hazırlayıblar. Onlar "Volvo"lar üçün İsveç hökumətinin razılığının vaciblyini bildirmişdilər. |
2014-04-08 | 13,909 | Bu görüntüdən sonra dönər yeyən olacaqmı? - Video | Sosial şəbəkələrdə dönərxanalarla bağlı daha bir dəhşətli video yayılıb. "Axar.az" xəbər verir ki, qısa müddət ərzində hər kəsin böyük marağına səbəb olan görüntülərdə hazırlanmaqda olan dönərin üstündə siçan gəzişir. Qeyd edək ki, dönərlərin mənşəyi məlum olmayan ətdən hazırlanması, bununla da sağlamlığa ciddi təhlükə yaratması ilə bağlı sos siqnalları çalınsa da, Bakının hər yerində bu "türk kababı"nın iyi gəlir. |
2014-04-08 | 13,910 | Mənsum İbrahimova ağır itki | Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun anası vəfat edib. Məşhur xanəndə Mənsum İbrahimovun anası Gülhəyat İsmayılova bu gün saat 12 radələrində dünyasını dəyişib. Xalq artisti verdiyi açıqlamada anası Gülhəyat İsmayılovanın yüksək qan təyziqindən vəfat etdiyini bildirib. Allah rəhmət eləsin!!! ("Xeberdar.az") |
2014-04-08 | 13,911 | Ərdoğan ana müxalifət liderinə zəng etdi | Türkiyədə CHP sədri Kamal Kılıçdaroğluna qarşı olan fiziki hücumdan sonra Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğluna zəng edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı baş verən hadisəyə üzüldüyünü bildirən Ərdoğan hadisəni qəti şəkildə pisləyərək narahatlığını dilə gətirib. |
2014-04-08 | 13,912 | Millət vəkilinə “Hürrəm Sultan” libası bağışlanıb? | Müğənni Elza Seyidcahan ona hədiyyə olunan "Hürrəm Sultan"ın libaslarından Qənirə Paşayevaya da hədiyyə olunduğunu deməsinə millət vəkili münasibət bildirib. Qənirə Paşayeva "Axar.az"a xəbərin yalan olduğunu, bu məsələlərdə adının hallanmasından narahatlığını dilə gətirib: "Yəqin Elza xanım səhv salıb, mənə belə bir libas hədiyyə edilməyib. Və ya Elza xanımın dediklərini kimsə yanlış yazıb. Hər halda, mənə belə bir şey hədiyyə olunsaydı, öncə özümün xəbərim olardı". |
2014-04-08 | 13,913 | Ermənistan yenə də Ukraynanın əleyhinə səs verəcək | "Ermənistan Rusiyaya qarşı sanksiyaların əleyhinə səs verəcək". "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat Avropa Şurasında Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamənin səsverməsi zamanı Ermənistanın mövqeyinin bəlli olduğunu yazıb. Bu dövlətin yenə də Rusiyaya sanksiyaların tətbiq edilməsinin əleyhinə səs verəcəyi bəlli olub. Qeyd edək ki, BMT-dəki səsvermə zamanı Ermənistan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs vermişdi. |
2014-04-08 | 13,914 | Rus qoşunları Ukrayna sərhədinə doğru irəliləyir - Foto | İnternetdə rus hərbi texnikasının Ukrayna sərhədlərinə doğru irəliləməsilə bağlı fotolar yayılıb. "Axar.az" xəbər ki, fotolar ABŞ peykləri tərəfindən müxtəlif vaxtlarda çəkilib. 2013-cü ilin 25 oktyabrında, 2014-cü ilin martın 23-də və aprelin 2-də çəkilən fotolarda görünür ki, rus qoşunları prezident Vladimir Putinin dediyi kimi ölkənin içərilərinə doğru deyil, birbaşa Ukrayna sərhədlərinə doğru irəliləyir. Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkildiyini bildirmişdi. |
2014-04-08 | 13,915 | Müdafiə Nazirliyi MDB dövlətlərinin iclası barədə məlumat yaydı | Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. Nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, Belarus Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-mayor İqor Lavrinenko, Müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakov, Qırğızıstan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini polkovnik İlyazbəy Subankulov və onları müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar. İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər. İclas iştirakçıları tərəfdaşlıq münasibətləri əsasında hərbi sahədə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci ilədək MDB-nin üzvü olan dövlətlərin hərbi əməkdaşlığının inkişafına konseptual yanaşma məsələlərini razılaşdırıblar. MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri görüşdə hərbi təyinatlı birgə sistemlərin gələcək inkişafı, o cümlədən, MDB iştirakçı ölkələrin Müdafiə nazirliklərinin Dövlət radiolokasiya tanınma birgə sisteminin təkmilləşdirilməsi, radioloji, kimyəvi və bioloji vəziyyətə nəzarət və qiymətləndirmə Birləşmiş sisteminin inkişafı məsələlərini müzakirə ediblər. Humanitar minatəmizləmə məsələlərinin vacibliyini nəzərə alaraq MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi humanitar minatəmizləmə tapşırıqlarının yerinə yetirilməsi dövründə MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələri mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşmanın layihəsini razılaşdırıb, o cümlədən, humanitar minatəmizləmə Birgə mühəndis taboru haqqında müzakirələr aparılıb. Birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlığın prioritet istiqamətlərindən biri MDB hava hücumundan müdafiə sahəsində araşdırmalar və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin maraqları üçün geoməkan məlumatların mübadiləsi sahəsində əməkdaşlıq iştirakçılar tərəfindən xüsusi qeyd edilib. Nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb və MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin hərbi qulluqçularının səhra (hava, dəniz) hazırlığı üzrə yarışlarının təşkil edilərək keçirilməsini təsdiq ediblər. O cümlədən, Rusiya Federasiyası Silahlı Qüvvələri panton-körpü bölmələrinin və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin hərbi qulluqçularının birgə iştirakı ilə Ümumordu yarışının keçirilməsi təklif olunub. Gündəliyə daxil edilən sualların müzakirəsi zamanı keçiriləcək birgə tədbirlər və yarışların dost ölkələrinin hərbi bölmələrinin qarşılıqlı praktiki əlaqələrinin artmasına imkan yaradacaq. MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakı şəhərində təşkil olunmuş növbəti iclası konstruktiv və işgüzar şəraitdə keçirilib. İclasda qəbul olunmuş qərarlar ümumi, regional və milli maraqlar nəzərə alınmaqla qarşılıqlı fəaliyyət formatında çoxtərəfli hərbi əməkdaşlıq sisteminin inkişafına istiqamətlənib. Sonda sənədlərin imzalanması mərasimi keçirilib, xatirə şəkli çəkdirilib. Tədbirin sonunda MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının yekunlarına dair kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verilib. Bununla da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası sona çatıb. İclas iştirakçıları Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ilə də görüşüblər. |
2014-04-08 | 13,916 | İlham Əliyev sabah İrana gedir | Azərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək. Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq. Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir. Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühümdür. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: "Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır. İnşallah, İlham Əliyevin səfərinin yaxın gələcəkdə iki ölkənin mənafeyinə müsbət təsirləri olacaq". İran XİN sözçüsü həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da Tehrana səfər edəcəyini deyib: "Hər bir ölkənin diplomatik qaydasına əsasən səfərdə prezidentləri nazirləri müşayiət edirlər. Ona görə də Azərbaycan müdafiə nazirinin prezident İlham Əliyevin İran səfərindəki nümayəndə heyətinin tərkibində olması təbii və məqsədəuyğundur. İki ölkə münasibətlərini genişləndirməkdə qətiyyətlidir. Məsələ ondadır ki, münasibətləri möhkəmləndirmək istəyən ölkələrin bir sıra diplomatik mərhələləri və münasibətləri keçməsi lazımdır. Bununla həmin ölkələr daha yaxşı münasibətlər qurur. Xoşbəxtlikdən hər iki ölkə qədim əlaqələrə və ortaq cəhətlərə görə bu mərhələləri keçməklə bir addım öndədir". |
2014-04-08 | 13,917 | Zakir Qaralov Prokurorlar Assosiasiyasının prezidentini qəbul etdi | Azərbaycanın Baş prokuroru Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroşu qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, aprelin 8-də Azərbaycanın Baş prokuroru Z.Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri G.Yaroşun başçılıq etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub. Qonaqlara son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilib. Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən G.Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib.Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanıb. G.Yaroş BPA-nın tədbirlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi üçün birgə veb saytın yaradılması təklifi ilə çıxış edib. Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib. Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyadıb. Qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar. Daha sonra G.Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılıb. |
2014-04-08 | 13,918 | QMİ halal məhsullarla bağlı açıqlama yaydı | Qafqaz Müsəlmanları İdarəsi (QMİ) uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib. "Axar.az" QMİ-nin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda deyilir: "Biz hüquqi, dünyəvi dövlətdə yaşayırıq və bütün məsələlərdə olduğu kimi, istehsal standartları ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş normativlərin mövcudluğunu qəbul edirik. Biz onun da fərqindəyik ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl olunması, baytarlıq nəzarəti - bir sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaq istəyirik. İlk növbədə, onu qeyd etmək istərdik ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Məlumat üçün bildirək ki, digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur. Məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda, dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir". Qeyd olunur ki, ümumən, dünyanın bir çox ölkələrində halal qida sənayesi mövcuddur ki, onun fəaliyyəti heç də təkcə ət məhsulları ilə məhdudlaşmır, bütövlükdə ərzaq və digər istehlak mallarının istehsal və emalı zamanı müsəlmanlar üçün qeyri-məqbul komponent və üsullardan istifadə olunmadığına dair zəmanəti təmin edir. Bu, müxtəlif ölkələrdə əhalinin müsəlman kəsiminin insan hüquqları kontekstində təsbit olunmuş dini etiqad azadlıqlarının təmininə xidmət edir. Dünyanın bir çox ölkələrində bu məsələ öz həllini dini mərkəzlərin tövsiyə və təklifləri əsasında dövlət səviyyəsində tapmışdır. Bir çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə təqdir olunur: "İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının dini mərkəzi kimi, müsəlmanlarımızın istehlak etdikləri məhsulların halallıq məfhumuna uyğun gəlməsinin tərəfimizdən təsdiq olunması mövcud qanunvericiliyə zidd deyil. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əsasən, idarə Qurani-Kərimin tələb və müddəalarına, Peyğəmbər (S) hədislərinə istinadən İslam dininə aid bütün şəri məsələləri təmin edir. Eyni zamanda, digər şəri məsələlərdə olduğu kimi, halallığın təsdiq olunması ilə bağlı müsəlmanların QMİ-yə müraciətlərinə münasibət bildirilmək bizim vəzifəmizdir. Bu, bizim mənəvi borcumuz, ölkə müsəlmanlarına mənəvi xidmətimizdir. QMİ dini mərkəz olaraq, müsəlman həmvətənlərimizin istehlakçı olaraq şəri baxımdan maraq və mənafelərinin qorunması məsələsinə böyük məsuliyyətlə yanaşır. Çünki bizim üçün önəmli olan bu məhsulların istehlakçısı olan müsəlmanların haqqıdır. Hesab edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin halal adı ilə məhsul istehsal edərək insanları aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən sui-istifadə edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti olduqca əhəmiyyətli və vacibdir. Lakin sırf şəri məqam olan halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununun 1-ci maddəsinə görə əcnəbilər tərəfindən dini təbliğat aparılması qadağandır, xarici dövlətlərdə hazırlanmış bu və ya digər standartların, qayda-qanunların Azərbaycanda tətbiqi müstəqil dövlətimizin mənəvi məkanına müdaxilə kimi nəzərdən keçirilməlidir. Bu minvalla, gələcəkdə digər sahələrdə də müxtəlif dövlət və təşkilatların təsbit etdiyi, fətva və ya şəri hökm qismində ölkəmizdə tətbiqi vacib kimi təqdim olunan başqa məqamlarla bağlı fəsadlı presedent yarana bilər. Şükürlər olsun ki, müstəqillik illəri ərzində özünün milli-mənəvi dəyərlərinə sahib çıxan dövlətimizdə vətəndaşlarımızın dini tələbatlarının ödənilməsi üçün bütün imkanlar mövcuddur. Belə bir halda, ölkəmizin müvafiq dövlət strukturları ilə dini mərkəzin əməkdaşlığı şəraitində Azərbaycanın halal zəmanətli məhsullar istehsal etmək imkanları da mövcuddur və bunun reallaşdırılması mümkündür". QMİ dövlətimizin ali qanunu - Konstitusiyamızın 18-ci maddəsində təsbit olunmuş "Din dövlətdən ayrıdır" müddəasını rəhbər tutaraq, dövlətə dair məsələlərə müdaxilə etmədən, şəri məsələlərə dövlətin aidiyyətinin olmadığını nəzərə alaraq, bir daha bəyan edir ki, istehlak məhsullarına halallıq zəmanəti verilməsi prosesində dini mərkəzin iştirakı, rəyi vacib və labüddür: "Bu işdə müvafiq dövlət qurumu ilə dini mərkəzin müştərək fəaliyyəti, nəticə etibarilə, müsəlman istehlakçıların tələbatının yüksək səviyyədə və etibarlı təminatı işinə xidmət edəcəkdir, inşallah. Gələcəkdə belə məhsulların Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununun 22-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməsi də məqbul olardı". İdarə bununla bağlı rəy və təkliflərini 08.02.2011-ci il tarixli 1/58 saylı məktubunda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə çatdırıb. |
2014-04-08 | 13,919 | Rusiyanın səsvermə hüququ əlindən alındı | Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qurumun səhər keçən iclasında Komitə Ukraynada demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə layihəsini qəbul edib və sənəd AŞPA-nın sabahkı plenar iclasında müzakirəyə çıxarılacaq. Sənəddə Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiya tərəfinin təklif etdiyi əlavə və dəyişikliklər isə qəbul olunmayıb. Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib. Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya nümayəndə heyətinin qurum daxilindəki hüquqları və AŞPA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib. Bu qərar AŞPA-nın aprelin 10-da keçiriləcək xüsusi plenar iclasında səsverməyə çıxarılacaq. Komitənin toplantısında iştirak edən Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Puşkov bu qərarı mənfi qiymətləndirsə də, Komitə üzvlərinin Rusiya nümayəndə heyətinin tam hüquqlarının əlindən alınması və AŞPA-dan xaric edilməsinə səs vermədiklərini bildirib: "Bu qərar da bizim üçün çox mənfi hal hesab olunur, lakin bizim Assambleyadan uzaqlaşdırmamıza səs verilmədi. Yəni biz AŞPA-nın yay sessiyasından etibarən bütün il boyu fəaliyyət göstərəcəyik, sadəcə səsvermə hüququmuz olmayacaq. Lakin biz öz aramızda müzakirə aparıb qərar qəbul etdikdən sonra çox güman ki, bu qərara da etiraz olaraq, bu sessiyanı tərk edib gedəcəyik". |
2014-04-08 | 13,920 | Koreya lideri naziri diri-diri yandırdı | Şimali Koreyanın diktatoru Kim Çen In ictimai təhlükəsizlik naziri O Son Xona odsaçan silahla atəş açaraq yandırıb. Kommunistlər ölkəsinin naziri diktatorun dayısı Çan Son Txekaya yaxın olduğu səbəbindən "xalq düşməni" elan olunub. Kim Çen In bəyan edib ki, "xalq düşməni" Txekaya İctimai Təhlükəsizlik Nazirliyinin şəxsi mühafizəsinə çevrilməsində kömək edib. Bundan əlavə, o guya Koreya Xalq Demokratik Respublikasında korrupsiya faktlarını gizlətməkdə günahkar bilinib. Kim Çen In qəddarcasına edamdan sonra İctimai Təhlükəsizlik Nazirliyini buraxıb. Bundan əlavə, nazirliyin 11 vəzifəli şəxsinin də ya güllələndiyi, ya da həbs düşərgəsinə göndərildikləri bildirilir ("Modern.az"). |
2014-04-08 | 13,921 | İŞİD Ərdoğanı təhdid etdi: "Türk əsgərinin əti dadlı olur" | İraq Şam İslam Dövləti lideri Əbu Bəkir Bağdadi Türkiyəni təhdid edib. "Axar.az" xəbər verir ki, Bağdadi "Çox gec olmadan Ərdoğan bizə bağlılıq andı içsin", - deyib. Əbu Bəkir Bağdadi Türkiyəyə təhdid dolu çağırış edib: "Ərdoğan çağırışımıza cavab verməsə, Süleyman Şah Türbəsinin məzar daşlarını məhv edəcəyik. Türk əsgərinin əti ləzzətlidir, türk əsgərlərini öldürmək bizim üçün zövqlü olacaq. Zəfərə gedən yolun buradan keçdiyinə inanırıq". Əl Bağdadi Səudiyyə Ərəbistanını və Qatarı da təhdid edib. Əl Bağdadi Səudiyyə Ərəbistanı və Qatarın Suriya məsələsində mövqeyini dərhal dəyişdirməsini və dəyişdirməyəcəkləri vəziyyətində sıranın onlara gələcəyini bildirib. |
2014-04-08 | 13,922 | Rza Zərrabın ortağı kimlərə işlədiyini etiraf etdi | İranda milyard dollarlıq korrupsiya ittihamı ilə həbs edilən iş adamı Babək Zəncani tək hərəkət etmədiyini etiraf edib. "Axar.az" xəbər verir ki, bu barədə Zəncaninin işi üzrə yaradılan araşdırma komissiyasının üzvü, millət vəkili Əmr Abbas Sultani məlumat verib. Sultaninin dediyinə görə, Zəncani böyük bir qrupun dəstəyi ilə işlədiyini və bu işdə tək olmadığını etiraf edib. İranlı millət vəkili Zəncaninin kim və ya kimlərlə birlikdə işlədiyi sualına cavab olaraq bildirib ki, bu barədə hüquqi səbəblərdən ötəri məlumat verməyəcək. Qeyd edək ki, korrupsiyaya qurşandığı üçün və qanunlara zidd hərəkət etdiyi üçün dövləti aldatmaq ittihamıyla ötən ilin 30 dekabrda həbs olunub. Zəncaninin İran dövlətinə 2 milyard avrodan çox borcu var. |
2014-04-08 | 13,923 | Rusiya İsveçə hücum etməyə hazırlaşır - Şok | İsveç xüsusi xidmət orqanı SAPO dünyanı şoka salacaq xəbərdarlıq edib. SAPO-nun hökumətə göndərdiyi hesabatda qeyd olunur ki, Rusiya bu ölkəyə hərbi müdaxilə hazırlıqları üçün casusluq fəaliyyətini artırıb. Rus agentləri əsasən İsveçin hərbi obyektləri haqqında məlumat toplayırlar. Rusiyanın İsveçdə ən güclü kəşfiyyat şəbəkəsi saxlayan ölkə olduğuna da toxunan SAPO, "Ruslar hər şeyimizlə maraqlanır , ölkə siyasəti , iqtisadiyyatı , texnologiyası və hərbi sirləri da daxil olmaq üzrə hər şeylə .." deyə hesabatda qeyd edib. Digər tərəfdən İsveç müdafiə naziri Karin Enström də Rusiyayla hər cür hərbi əməkdaşlığa son verildiyini və İsveçin müdafiəsi üçün həyata keçiriləcək islahatlar üçün tələsmək lazım olduğunu qeyd deyib ("Publika.az"). |
2014-04-08 | 13,924 | Almaniya vətəndaşlıqla bağlı gözlənilən qərarını verdi | Almaniya ikili vətəndaşlığa icazə verəcək ilk rəsmi addımını atıb. "Axar.az" xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin Almaniyada doğulan miqrant uşaqlarının həm alman pasportu sahibi olub, həm də valideynlərinin ölkəsinin vətəndaşlığını qoruya bilməsini təmin edəcək qanun layihəsini qəbul edib. Almaniya Federal Ədliyyə naziri Hayko Maas Nazirlər Kabinetinin iclasından sonra qanun layihəs ilə bağlı məlumat verib: "Almaniyanın Vətəndaşlıq Aktı artıq təkminləşir. Bundan sonra ailələr övladları barədə qərar verərkən seçim qarşısında qalmayacaqlar və övladları birbaşa ikili vətəndaşlığa sahib olmaq hüququ qazanacaqlar". Qanuna görə, Almaniyada doğulmuş, 21 yaşı tamam olmuş, səkkiz il Almaniyada yaşamış və ya altı il bu ölkədə təhsil almış şəxslər ikili vətəndaşlığa sahib olacaqlar. Bundan əlavə Almaniyada orta təhsil və ya peşə təhsili diplomu almış şəxslər ikili vətəndaşlıqdan faydalanacaqlar. Qanun layihəsinin bu il ərzində reallaşacağı gözlənilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.