date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-05 | 13,619 | Nurçu məktəblərinə qarşı ilk əməliyyat - Video | Türkiyə Təhsil Nazirliyi yerli seçkilərin ardınca "camaat" məktəblərinə qarşı 81 şəhərin valiliyinə göndərdiyi yazı ilə ilk addımını atıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Təhsil Nazirliyi özəl məktəblərdən dövlət təhsil müəssisələrinə keçid prossesində limit şərtini aradan qaldırıb. Keçid balı toplayan bütün tələbələr il sonuna qədər dövlət məktəblərinə keçid edə biləcək. Nazirliyin valiliklərə göndərilən yazısında bu fikirlər yer alıb: "Son günlərdə özəl təhsil müəssisələrində təhsil alan şagirdlərlə bağlı mətbuatda xəbərlərin nəşr olunması və yaşanan neqativ hallarla əlaqəli olaraq oxuduqları özəl məktəblərdən ayrılmaq istəyən şagirdlərin olduğuna dair nazirliyə tələblər daxil olub. Bu hallarla qarşılaşan şagirdlərin kontingent səbəbindən dövlət təhsil müəssisələrinə keçə bilmədiyi üçün onlarda naratlıq müşahidə edilir". |
2014-04-05 | 13,620 | Millət vəkili respublika çempionatı keçirir | Bakıda Kikboksinq və Muay-Tai idman növü üzrə Azərbaycan çempionatı keçirilir. Bu barədə Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov məlumat verib. O deyib ki, çempionat Şağan Olimpiya İdman Kompleksində keçirilir. Yarışa üç çəki dərəcəsi üzrə 510 idmançı qatılıb. Ümumilikdə yarışda 45 klub iştirak edir. Dünən başlayan Respublika çempionatına sabah yekun vurulacaq. Qeyd edək ki, Kikboksinq Federasiyasının prezidenti Milli Məclisin deputatı Adil Əliyevdir ("Aznews.az"). |
2014-04-05 | 13,621 | Sabah yenə qar yağacaq | Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Aprelin 6-da Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Rayonlarda havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxta, 2 dərəcə isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır ("Trend"). |
2014-04-05 | 13,622 | Gənc müğənni xəstəxanada: “Yaşamaq istəyirəm” | Gənc müğənni Yaşar Cəlilov xəstəxanaya düşüb. "Axar.az" xəbər verir ki, gənc müğənni Yaşar Cəlilov səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. Bu barədə müğənni özü "Axar.az"a bildirib. Müğənninin bildirdiyinə görə, klip çəkilişlərindən sonra möhkəm soyuqlayıb, bronxlarında ikitərəfli pnevmoniya əlamətləri müşahidə edilib. İndi ciddi həkim nəzarətindədir. Xatırladaq ki, Yaşar Cəlilov sosial şəbəkələrin birində xəstəliyi ilə bağlı statusunda belə yazmışdı: "Yaşamaq istəyirəm..." |
2014-04-05 | 13,623 | Zəvvarlarımız Həccə ABŞ təyyarəsi ilə gedəcək | Bu il Azərbaycandan zəvvarları Həcc ziyarətinə aparacaq aviaşirkətin adı açıqlanıb. "Axar.az" APA-ya ismtinadən xəbər verir ki, QMİ-dən verilən məlumata görə, bu, ABŞ-a məxsus ASAS (American Airlines Arrival Slot Allocation System) vasitəsilə baş tutacaq. Artıq şirkətin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi ilə razılıq əldə olunub və tezliklə uçuşların dəqiq tarixləri QMİ-yə təqdim olunacaq. Həcc ziyarətinin Azərbaycanda sentyabrın 20-dən sonra başlanacağı gözlənilir. Dəqiq gün uçuş tarixlərinin QMİ-yə təqdim olunmasından sonra məlum olacaq. Xatırladaq ki, ötən il uçuşları "France Air" şirkəti həyata keçirib. Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir. |
2014-04-05 | 13,624 | Cəlilabadda sandıq qəbirlər tapıldı - Video | Cəlilabadda atəşpərəstliklə bağlı olduğu ehtimal edilən orta əsrlərə aid sandıq (sənduqə) qəbirlər tapılıb. Cəlilabad rayon sakini, tədqiqatçı-alim, şair Bilal Alarlının "Axar.az"a verdiyi məlumata görə, maddi-mədəniyyət nümunələri rayonun Seyid bazar kəndində Qaraağaclı bulaq adlanan kənddə tapılıb. Təxminən 30 kvadrat metrə yaxın ərazini əhatə edən sahədə "Beş sandıq" tipli qəbir aşkar olunub. Arxeoloji qazıntılar zamanı qədim tarixə məxsus bəzi əşyalar da tapılıb. Həmin videonu təqdim edirik. |
2014-04-05 | 13,625 | “Hələ ölməmişəm ki, belə edirsiniz” - Video | "Mən hələ diriyəm, ölməmişəm ki, belə edirsiniz!" Bu sözləri Xalq artisti Flora Kərimova "Axar.az"a verdiyi açıqlamasında həyat yoldaşı tərəfindən ona həsr olunan "Söz olmasaydı" mahnısının müğənni Abbas Bağırov tərəfindən oxunmasına münasibət bildirərkən deyıb: "Həyat yoldaşım tərəfindən mənə beş, altı mahnı həsr olunub. Bəzi müğənnilər mahnını oxuyurlar, amma düzgün ifa etmirlər. O da mənə çox ağır gəlir, ya sözlərini dəyişirlər, ya da musiqisini alt-üst edirlər. Bunlardan biri də Abbas Bağırovdur. Mahnını gözəl ifa edib, ancaq mahnıda musiqinin yerlərinin dəyişib, düzgün oxumayıb. Mən heç vaxt demərəm ki, mənim mahnılarımı oxuma, amma oxuyursansa, müraciət elə. Bu haqda danışmaq mənə çox çətindir, çünki bəstəkarın ruhu inciyir. Mən bəstəkarın və ailəsinin adından deyirəm ki, belə şey eləməyin. Əgər belə şey edirlərsə, ayıb olsun. Siz Azərbaycan musiqisinə zərər gətirirsiniz. Mən diriyəm, hələ ölməmişəm ki, belə edirsiniz!". Mən heç kəsdən icazə almalı deyildim Müğənni Abbas Bağırov isə mahnını düzgün oxuduğunu və bəstəkardan icazə aldığını bildirdi: "Mahnını beş il bundan əvvəl oxumuşam. Bəstəkardan icazə almışam, əcəb edib oxumuşam. Mən heç kəsdən icazə almalı deyildim, musiqidə də heç nəyin yerini dəyişməmişəm. Mahnını əla oxumuşam, sözləri və musiqisi də yerindədir. Bəstəkar da mənə zəng vurub mahnının xeyir-duasını verib. Flora xanım özü də dəfələrlə məni görəndə mahnını çox gözəl ifa etdiyimi bildirib. Bəs indi nə oldu?". Abbas Bağırovun ifasında: |
2014-04-05 | 13,626 | Bu gün əfqanlar yeni prezident seçir | Seçknin təhlükəsizliyini 250 min polis qoruyacaq. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bu gün Əfqanıstanda prezident seçkisidir. 8 nəfərin namizəd olduğu seçki artıq başlanılıb. Yerli ekspertlərin məlumatına görə, seçkinin birinci mərhələsində heç bir namizəd lazım olan səsi toplaya bilməyəcək. İkinci mərhələdə hər şey həll ediləcək. Rəqabətin 3 nəfər arasında gedəcəyi deyilir. Onlardan biri Milli Əfqan Koalisiyasının rəhbəri Abdullah Abdullah, digərləri isə müstəqil namizədlər Əşrəf Qani Əhmədzayi və Zalmayi Rəsuldur. Bu gün səhər saatlarında səs verən hazırkı prezident Həmid Kərzai isə namizədliyini verməyib. Ekspertlər Abdullah Abdullahın şansının daha çox olduğunu bildirirlər. Xatırladaq ki, sonuncu dəfə 2009-cu ildə Əfqanıstanda prezident seçkisi keçirilib. Xarici media agentlikləri həmin seçkilərin indikindən daha təhlükəsiz və demokratik şəraitdə keçdiyini deyir. |
2014-04-05 | 13,627 | Qaz borusunda partlayış: xəsarət alan var | Ağcabədidə qaz borusunda partlayış baş verib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aprelin 4-də Ağcabədi şəhərində yaşayan Eldəniz Nərimanovun həyətindən keçən qaz borusundan təbii qazın sızmasından ani partlayış baş verib. Hadisə nəticəsində E.Nərimanov yüngül xəsarət alıb. Faktla əlaqədar araşdırma aparılır ("Aznews.az"). |
2014-04-05 | 13,628 | Müdafiə Nazirliyi erməni hərbi təlimlərinə cavab verdi | "Müdafiə Nazirliyi Ermənistan tərəfinin işğal olunmuş torpaqlarımızda keçirdiyi təlimlər barədə məlumatlıdır". Bu sözlər Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin "Axar.az"ın sorğusuna verdiyi cavabda yer alıb. Müdafiə Nazirliyi Dağlıq Qarabağda erməni silahlı bölmələrinin keçirdiyi təlimi nəzarətdə saxladıqlarını bildirib: "Müdafiə Nazirliyi Ermənistan tərəfinin işğal olunmuş torpaqlarımızda keçirdiyi təlimlər barədə məlumatlıdır və bu proses nəzarət altındadır. Müdafiə Nazirliyi Ermənistan Respublikasının işğalçı Silahlı Qüvvələri bölmələrinin ərazilərimizdə yerləşməsini - hərbi təlimlərin keçirilməsi və ya hər hansı digər formada iştirakından asılı olmayaraq, bunun yolverilməz olduğunu bildirir". Qeyd edək ki, dünəndən etibarən Azərbaycanın işğal olunmuş torpaqlarında erməni silahlı birləşmələrinin təlimləri keçirilir. Təlimləri bu gün Ermənistan Müdafiə naziri Seyran Ohanyanın da izlədiyi haqqında informasiya yayılıb. |
2014-04-05 | 13,629 | Bu klubun ildə 1.4 milyon forması satılır | Avropada illik ən çox forması satılan klublar və futbolçular müəyyənləşib. Onluğun ilk pilləsində Madrid "Real"ı və "Mançester Yunayted" klubları qərarlaşıb. Hər iki klubun il ərzində təqribən 1 milyon 400 min forması satılır. "Barselona" klubu isə siyahıda üçüncüdür. 1. "Real" (Madrid) - 1 milyon 400 min Ən çox forması satılan futbolçular: Kriştiano Ronaldo, Raul, Zinəddin Zidan, Ronaldo 2. "Mançester Yunayted" - 1 milyon 400 min Ən çox forması satılan futbolçular: Rayan Qiqqz, Robin van Persi, Peter Şmeyxel, Ueyn Runi 3. "Barselona" - 1 milyon 150 min Ən çox forması satılan futbolçular: Lionel Messi, Ronaldinyo, Xavi, Andres İnyesta, Karles Puyol 4. "Çelsi" - 910 min Ən çox forması satılan futbolçular: Didye Droqba, Frank Lempard, Eden Hazard, Fernando Torres 5. "Bavariya" - 880 min Ən çox forması satılan futbolçular: Tomas Müller, Aryen Robben, Oliver Kan, Frank Ribero, Bastyan Şvaynştayger 6. "Liverpul" - 810 min Ən çox forması satılan futbolçular: Steven Cerrard, Karraqer, Luis Suarez 7. "Arsenal" - 800 min Ən çox forması satılan futbolçular: Tyerri Anri, Məsut Özil, Teo Uolkott, Santi Kasorla 8. "Yuventus" - 480 min Ən çox forması satılan futbolçular: Alessandro Del Pyero, Karlos Tevez, Canluici Buffon 9. "İnter" - 425 min Ən çox forması satılan futbolçular: Esteban Kambiyasso, Luiş Fiqo, Xavyer Zanetti 10. "Milan" - 350 min Ən çox forması satılan futbolçular: Paolo Maldini, Ronaldinyo, Kaka, El Şaaravi ("qol.az"). |
2014-04-05 | 13,630 | Türkiyə ilə Azərbaycan hərbi razılığa gəlib - Ekspert | Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub. Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib. "Ərdoğan deyəndə ki, biz hər sahədə əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub". Politoloq hazırda dünyada Rusiya əleyhinə gedən proseslərin Azərbaycanın xeyrinə olduğunu söyləyib: "Bu dəqiqə proseslər bizim xeyrimizə gedir. Çünki Qərb açıq-aşkar Rusiya ilə müharibəyə başlayıb. Bu rejimi çökdürməyə çalışır. Bu da Qarabağ məsələsinin həllinə töhfə verəcək. Rusiya elə bir güclü dövlət deyil ki, Amerika maraqlarını qorumaq üçün bura baza gətirsin. Amerika sanksiyalarla, Rusiya ilə əməkdaşlığı kəsməklə, siyasi, iqtisadi, diplomatik blokada ilə Rusiyanı çökdürəcək. Çökdürəcək deyəndə, mən hakimiyyəti nəzərdə tuturam. Rus xalqı yaşayacaq, amma onların başında indiki kimi quldurlar dayanmayacaq. İmperiyapərəstlər yox, xalqının dərdinə yananlar. Putin dördüncü dəfədir prezident olur. Ölkə batır, iqtisadiyyat çökür. Niyə görə? Putin ona görə Krıma hücum edib ki, bu suallara ondan cavab soruşmasınlar". |
2014-04-05 | 13,631 | Avropa Oyunlarının rəsmi videoçarxı təqdim olundu | 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx təqdim olunub. "Axar.az" həmin videonu təqdim edir: |
2014-04-05 | 13,632 | Həbs olunan AMAY Abdullanın obyekti boşaldılır - Foto | Abdulla Abdullayev "A.M.A.Y."dakı sahibkarlara 577 min 500 manat "atıb". "A.M.A.Y." prezidentinin həbsindən sonra ticarət mərkəzinin boşaldılması ilə bağlı göstəriş verilib; mağazalardan çıxan alverçilərə "Sədərək"də yer ayrılıb. Aprelin 5-də Bakının ən böyük ticarət mərkəzi sayılan "A.M.A.Y."dakı mağazaların bəziləri boşaldılıb. "Yeni Müsavat"ın məlumatına görə, mağazaların boşaldılması ilə bağlı qərar aprelin 4-də "A.M.A.Y." Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra verilib. Ticarət mərkəzində çalışanlardan qəzetimizə bildiriblər ki, onlara şifahi şəkildə 3 iş günü müddətində mağazaların boşaldılmasını tapşırıblar. Abdulla Abdullayevin həbsindən sonra "A.M.A.Y."da baş verənlərlə bağlı məlumat almaq üçün ötən gün Xətai rayonunda yerləşən həmin ticarət mərkəzinə baş çəkdik. "Bütün mərtəbələr boşaldılıb" "A.M.A.Y."da olarkən birinci mərtəbədə yerləşən mağazaların çoxunun boşaldıldığının şahidi olduq. Ticarət mərkəzində çalışan satıcılar bildirdilər ki, "A.M.A.Y." açılan gündən burada alver zəif olub. Sevinc Qafarova adlı satıcının sözlərinə görə, son iki ildir ki, yalnız internet vasitəsi ilə satış həyata keçirirlər: "Facebookda səhifə yaratmışıq, online olaraq malları satırıq. Başqa çarəmiz də yoxdur. Ayda 1200 manat yer haqqı verirəm. Neçə aydır ki, ancaq borca işləyirik. Abdulla müəllimin tutulmasından sonra inanmıram ki, kimisə burada saxlasınlar. Artıq yuxarı mərtəbələrdəki mağazaları bağlayıb, təhvil veriblər. Aprelin 5-də səhər saatlarında birinci mərtəbədə yerləşən 8-ə yaxın mağazada çalışan şəxslər mallarını çıxarıb, obyektin açarlarını Abdulla müəllimin yaxın adamı Şakirə təhvil verdilər". "Obyektlərimiz "Birlikbank"da girovluqda idi" Satıcılarla söhbət zamanı öyrəndik ki, Abdulla Abdullayev "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləyən zaman "A.M.A.Y."dakı mağazaların çoxunu ipoteka vasitəsilə ilə satıb. 2008-ci ildə həmin bank vasitəsi ilə ticarət mərkəzindən mağaza alan Qafur adlı paytaxt sakini bildirdi ki, 2010-cu ildə Milli Bankın qərarı ilə "Birlikbank"ın fəaliyyəti dayandırılıb. Həmsöhbətimizin sözlərinə görə, Abdulla Abdullayev o zaman bildirib ki, kreditləri şəxsən ona ödəsinlər: "Biz ayda 1500 manat olmaqla, 11 ay A.Abdullayevə kredit ödədik. Sonradan məlum oldu ki, Milli Bank "Birlikbank"da qeydiyyatda olan kredit əməliyyatlarını bir neçə banka yönləndirib. Banklardan birindən mənə zəng vurub dedilər ki, sizin 11 aylıq gecikmə ilə banka borcunuz var. Dəli oldum, tez A.Abdullayevin yaxın adamı Şakirlə görüşdüm. O, mənə dedi ki, narahat olma, Abdulla müəllim pul məsələsini həll edəcək. Neçə aydır ki, A.Abdullayevlə görüşüb, ona ödədiyimiz pulu geri almaq istəyirdik. Onun 35 sahibkara ümumilikdə 577 min 500 manat borcu var idi. Abdulla Abdullayevi tutdular, indi bu pulu kim ödəyəcək?" "A.M.A.Y."da olarkən öyrəndik ki, ticarət mərkəzini boşaldan satıcılar "Sədərək"ə üz tutublar. Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" bazarında yerləşdirilən ticarətçilərdən 6 ay müddətində yer pulu alınmayacaq. Qeyd edək ki, "A.M.A.Y." Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluqdan "musavat.com"a göndərilən məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. |
2014-04-05 | 13,633 | Cavaxetiya ermənilərinə Rusiya pasportu paylanılırmı? | "Cavaxetiyadakı ermənilərə Rusiya pasportları paylanılmır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaniani çıxış edib. O, Rusiyada baş verən hadisələrin Gürcüstan tərəfindən diqqətlə izlənildiyini bildirib: "Biz Rusiya Dumasında vətəndaşlığın verilməsi ilə bağlı müzakirə olunan qanun layihəsinə reaksiyaları diqqətlə öyrənirik. Əgər Rusiya tərəfindən Gürcüstanın maraqlarına zidd bir şey olsa, biz bununla bağlı cavab addımları atacağıq". Qeyd edək ki, bir müddət öncə mediada Gürcüstanın Samsxe Cavaxetiya bölgəsindəki ermənilərə Rusiya pasportlarının paylanması ilə bağlı informasiyalar yayılmışdı. |
2014-04-05 | 13,634 | İran Qərblə yeni danışıqlara başlayır | İranla "altılıq" ölkələri arasında nüvə müzakirələri may ayında yekun razılaşmanın mətninin hazırlanması mərhələsinə daxil olacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında irəliləyiş əldə olunduğu bildirilir və iyul ayınadək müqavilənin imzalanacağı ehtimal edilir. Qeyd edək ki, aprelin 3-də Vyanada İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri başlayıb və danışıqlar üç gündür davam edir. Müzakirələrdə İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək. Bu danışıqlar aprelin 7-9-da Vyanada İranla "altılıq" ölkələri arasında siyasi müstəvidə keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə hazırlıq məqsədi daşıyır. |
2014-04-05 | 13,635 | Baykalın intim kaseti ilə bağlı gerçəklər üzə çıxır | Seks kaseti olayına görə hökuməti suçlu hesab edən Dəniz Baykalın bu şantajdan əvvəl Gülən hərəkatı haqqında istintaq başladılmasını təklif etdiyi məlum olub. "Axar.az" bu haqda Türkiyə mətbuatına istinadən xəbər verir. Keçmiş CHP sədri Dəniz Baykal 2010-cu ildəki kaset şantajı ilə sədrlikdən istefa vermişdi. Kasetin Gülən hərəkatı tərəfindən ictimailəşdirilməsinə baxmayaraq, Baykal hökumətdən şübhələnirdi. Və bununla bərabər Baykal istefa qərarını açıqladığı mətbuat konfransında "Pensilvaniyadan aldığım mesajın səmimiyyətinə inanıram" demişdi. Halbuki Baykal kaset şantajından üç il əvvəl "dövlətin içindəki şəbəkələşmə təhdid əmələ gətirir" əsası ilə istintaq başladılması üçün prokurorluğa müraciət etmişdi. Xatırladaq ki, Dəniz Baykal "Tərəfsiz bölgə" proqramında ona qarşı seks kaseti şantajının Gülən tərəfdarları tərəfindən təşkil edildiyinə inanmadığını demişdi. |
2014-04-05 | 13,636 | Tanınmış modelə öz ölkəsindən qadağa – Cinsi mesajlar | İsrailli model Bar Rafaeliyə ölkəsindən qadağa gəlib. "Axar.az" xəbər verir ki, bu barədə "Hollywood Reporter" jurnalı məlumat yayıb. Bar Rafaelinin rol aldığı reklam çarxının seksual xarakterli olduğunu iddia edənlər onu yayımlamaqdan imtina edib. Geyim markalarından biri üçün kamera qarşısına keçən ulduzun bu reklamının yayımı dövlətlə bağlı olan Radio və Televiziya Nəzarət Heyəti tərəfindən dayandırılıb. Buna səbəb 54 saniyəlik videoda həddindən artıq cinsi mesajlar göndərilməsidir. Amma buna baxmayaraq, reklamın saat 22:00-dan etibarən yayımlanmasına icazə verilib. |
2014-04-05 | 13,637 | “Ad çəksəm, başımı yeyərlər”: Sponsor, ya ər? | Bəzi müğənnilərin, şou-biznes əhlinin ailə uğursuzluqları kimsəyə sirr deyil. Maraqlı odur ki, çox vaxt da həmin uğursuzluqlara müğənnilərə sponsorluq edən şəxslərin, iş adamlarının səbəb olması, hətta onları buna təhrik etməsi haqda söz-söhbət gəzir. Doğrudanmı şou-biznes əhli sponsorunu ailədən üstün tutur? "Axar.az" olaraq bu sualla tanınmışlar arasında sorğu keçirdik Xalqın gözü tərəzidir Yaşar Cəlilova görə on nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var: "Fərqlidir, şou-biznesdə hər cür insana rast gəlmək mümkündür. Mən yeddi ildir ki, səhnədəyəm və bir çox halların şahidi olmuşam. On nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var. Ad çəkmək istəmirəm, özləri bilirlər və xalqın gözü tərəzidir". Üstünlük pullu kişilərə verilir "Əslində mən şou biznes barədə suallara cavab verə bilmirəm, çünki o insanlarla demək olar ki, münasibətim yoxdur. Amma kənardan belə təsəvvür yaranır ki, üstünlük daha pullu kişilərə verilir. Yəni ailə dəyərləri-filan bunlar qalıb kitablarda, filmlərdə. Şou biznes adamları da təəssüf ki, nə filmə baxırlar, nə də kitab oxuyurlar", - bu sözləri isə sorğumuzu cavablandırarkən müğənni Qismət Məmmədzadə dedi. Ad çəksəm, başımı yeyərlər Tanınmış reper Ramil Nabran ad çəkməyin nə qədər təhlükəli olduğunu belə anlatdı: "Yerli şou-biznes yox, yerli şouya oxşayan biznesdə daha çox sponsorlara üstünlük verirlər. Amma aralarında az da olsa, ailələrinə sadiq qalanlar da var. Durub ailəsinə sadiq qalanların adını çəksəm, o birilər məndən inciyəcəklər ki, demək, biz sponsoru ailəmizdən üstün tuturuq? Halbuki bəzi sponsorlar artıq ailə kimi olub. Ancaq inciməyin, kiminsə adını çəkə bilmərəm, çünki onlar həmin an başımı yeyə bilərlər". Hərə özünə cavabdehdir Müğənni Rəvan Qarayev sponsorun, yoxsa ailənin üstünlüyü məsələsinə birtərəfli baxmağın tərəfdarı deyil: "Baxır kimin üçün. Əgər söhbət məndən gedirsə, əminliklə deyə bilərəm ki, mən ailəmi hər zaman hər bir şeydən üstün tutmuşam. Kimlərin sponsoru ailəsindən üstün tutmasına qalanda, o haqda danışmaq istəmirəm, hərə özünə cavabdehdir. Mən öz yerimə danışa bilərəm". |
2014-04-05 | 13,638 | Gözləyək... Amma çox şey yox! | Keçən günlərdə "Ulduz" və "Ədəbiyyat qəzeti"nin baş redaktorları dəyişdirildi. Bütün qəzetlər də bu dəyişiklikdən yazdı, həmkarlarımıza uğurlar diləyənlər də oldu, bu dəyişiklikdən heç bir gözləntisi olmadığını söyləyənlər də... Əslində, "Ədəbiyyat qəzeti" və "Ulduz" dərgisi ölkədə mütəmadi və ən ardıcıl çıxan ədəbiyyat məcmuələri olduğundan ədəbi proseslərin önündə olmalıdırlar. Amma indiyə qədər belə görmədik təbii... Xüsusən "Ədəbiyyat qəzeti" illərdir ki, sovet dönəminin psixologiyasından çıxa bilmədiyinə görə demək olar ki, ədəbiyyat qəzetindən başqa hər şey idi... Hər iki ədəbi orqanın baş redaktorları dəyişdirildikdən sonra necə olacaq, hansı yeniliklər baş verəcək, yəqin yaxın zamanda bunun şahidi olacağıq. Amma ola biləcəyikmi? Bu şübhəmin əsasında heç də həmkarlarımın qabiliyyətsizliyi və ya istəksizliyi dayanmır. Sadəcə, mənə o maraqlıdır, əlimizdə olan ədəbiyyatla nə qədər yüksək səviyyəli məcmuələr ortaya çıxarmaq olar? Təbii ki, əgər səviyyəli, maraqlı, səmimi və sözün qiymətliliyini təsdiqləyən ədəbi orqanların olmasını istəyiriksə, ilk öncə bu orqanların səhifələrində yer almaq üçün dəyərli yazılar olmalıdır. Səviyyəli müəlliflər olmazsa, orda kimin başçılıq etməsindən asılı olmayaraq, ortaya qiymətli bir şey çıxa bilməz. Yüksək səviyyəli ədəbiyyatın olmadığı yerdə keyfiyyətli ədəbiyyat məcmuəsi necə ortaya qoymaq olar? Axı bu redaktorlar Aydakı ədəbiyyatın ədəbi orqanlarını hazırlamayacaqlar, Azərbaycan ədəbiyyat nümunələrindən ibarət bir orqan dərc edəcəklər. Onlar ortada olanı təqdim edəcəklər... Bir sözlə, bu orqanlar Azərbaycan ədəbiyyatının güzgüləridir. Başqa bir cəhət... Hər iki orqan AYB-nin tabeliyindədir. Amma bu ölkədə bütün yazarlar AYB-ni dəstəkləmir. AYB-nin bir qurum kimi artıq ədəbiyyat üçün bir yararı qalmadığı fikrini müdafiə edən yazarlar da çoxdur. Əgər bu kəsim də adı çəkilən ədəbiyyat orqanlarında təmsil olunmayacaqsa, onlar azad sözün və ifadə tərzinin tribunasına çevrilə bilməyəcəksə, azad ədəbiyyatın yaranmasında iştirakçı olmayacaqsa, onda gerçək anlamda ədəbiyyat məcmuələrinə çevrilə biləcəkləri şübhə doğurur. Ədəbiyyat şərin, naqisliyin, qeyri-səmimiliyin qarşısında ola bilmirsə, böyük ədəbiyyat ola bilmir. Eyni şəkildə də ədəbi məcmuələr belə olmadıqda gerçək anlamda uğurlu bir iş ortaya qoya bilmir. Azərbaycan ədəbiyyatının inkişafı son dövrlər iki xətt üzrə gedib. Ciddi mətn ortaya qoyanlar və qara-qışqırıqla meydan sulayanlar. Bu baxımdan hər iki orqanda işə başlayan redaktorların işi asan deyil. Çünki məsələ təkcə ədəbiyyat məcmuəsi ortaya qoymaqla bitmir, həm də ciddi oxucu kütləsi yaratmaq üçün iş görülməlidir. Azərbaycanda ədəbiyyat bazarındakı tarazlığı düzənləmək üçün ciddi və peşəkar seçimə, mətnlərin və müəlliflərin saf-çürük edilməsinə ehtiyac var. Çünki ədəbiyyata son dövrlər elə bir axın olub ki, bu axın və çoxluğun içindən ən yaxşılarını seçmək çox çətindir. Əslində, bir qədər sərt olsa da, şou qanunlarının əsasında yaranan ədəbiyyat nümunələrinin içindən ciddisini seçib elə şoulaşmış oxucuya da onu qəbul etdirmək asan məsələ deyil. Bir sözlə, illərdir ədəbiyyatdakı qara-qışqırıq və yarınmaların içində itən gerçək istedadların aşkar edilməsi, sözünə qısılıb bir küncdə qalanların üzə çıxarılması, eyni zamanda ciddi ədəbiyyatın formalaşması üçün görəsən bu orqanlar nə qədər iş görə biləcəklər? Gözləyək... Amma azını... Əks halda məyusluğumuz çox olar! |
2014-04-05 | 13,639 | Məşhur müğənnini səhnədə ağladan nə oldu? | Qalmaqalları ilə daim gündəmdə olan müğənni Mayli Sayrus Bostonda verdiyi konsertdə ağlayıb. "Axar.az" xəbər verir ki, Mayli Sayrus konsertinin mühüm hissəsini ölən itinə həsr edib. Səhnədə göz yaşları tökməkdən çəkinməyən Sayrus pərəstişkarları ilə dərdləşib. Mayli: "Bu gün bu qədər qəmgin olmağımın səbəbi itimdir. O mənim ən qiymətlim idi. Bəlkə də bunu deməməliydim, amma söyləyirəm, çünki elə idi. O, artıq ölüb. Onun üçün mahnı oxumaq istəyirəm. Əvvəllər onunla birgə "Fleetwood Mac" mahnısını dinləyərdik. İndi bu ifamı ona həsr etmək istəyirəm", - deyib. Qeyd edək ki, Mayli kədərini Tvitterdə də bölüşüb: "Bundan sonra mən onsuz neynəyəcəm?". |
2014-04-05 | 13,640 | Jurnalistləri depressiyaya salacaq reportaj – Foto | Britaniya mediası… II yazı British Council, Tomson Fondu və "Paşabank"ın birgə layihəsi olan "Biznes jurnalistikası" layihəsinin Londonda keçirilən üçüncü mərhələsi daha faydalı və maraqlı oldu desəm, yanılmaram. Britaniya mətbuatının ənənələri və bu günkü iş prinsipləri ilə tanış olmaq təlimlərin əsasını təşkil edirdi. Bir həftə boyunca media nəhənglərinin redaksiyalarına səfərlər ancaq müsbət hisslərlə yadda qaldı. İlk olaraq dünyanın siyasi düzənini tənzimləmək gücündə olan BBC teleradio kompaniyasında qonaq olduq. Şirkətin yerləşdiyi binanın önündəcə xəbərlə rastlaşırsan. Yerə düzülən beton plitələrin hər birində dünyanın iri şəhərlərinin, tarixi məkanların adları yazılıb. Dərhal özümüzü axtarırıq və budur "Khocalı" və "Naqorni Karabagh" adları həkk olunan plitələr. Deməli, bizi tanıyır və tariximizə biganə deyillər. Qapalı və nüfuzlu xəbər məkanı -"nyuz rum" Görüşümüz öncədən planlaşdırıldığı üçün vizit kartlarımız hazır idi. Buna baxmayaraq, yuxarıya balədçisiz çıxa bilməyəcəyimizi xatırlatdılar. Bələdçi də özünü çox gözlətmədi. BBC Azərbaycan xidmətinin rəhbəri Könül Xəlilova bizi qarşılayaraq iri media qurumunun xidmətləri ilə tanış etməyə başladı. İkinci mərtəbəyə qalxan kimi özümüzdən asılı olmayaraq hamımız geniş pəncərənin önünə toplaşdıq. Aşağıda qonaqlar üçün qapalı olan nəhəng "nyuz rum"un bölmələri və studiyaları aydınca görünür. Heyrət etməmək mümkün deyil bu mənzərəyə. Bir jurnalistə eyni vaxtda 3 kompüter xidmət edir. Xəbər hazırlanır, montaj edilir, redaktorlarla əlaqələndirilir və efirə ötürülür. Yüzlərlə insanın bir məkanda işləməsinə və dünyanın xəbər siyasətinin müəyyənləşməsinə baxmayaraq, orada qəribə səssizlik hökm sürür. Qısa tarixçə BBC 1922-ci ildə özəl şirkət olaraq fəaliyyətə başlayıb. 1927-ci ildən isə İngiltərədə krallığın nəzarəti altında və dövlətin maliyyə dəstəyi ilə televiziya kimi işini davam etdirib. 1972-ci ildən isə həm də radio yayımları sahəsində fəaliyyət göstərir. BBC Azərbaycan Xidməti isə 1994-cü ilin noyabrında işə başlayıb. Bununla Azərbaycan dili BBC-dən dünyaya yayımlanan 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir. Ümumilikdə isə şirkətin 8 mərtəbəli binasında 6 min nəfər çalışır. Onlara hər mərtəbədə 10 müxtəlif studiya xidmət edir. Bundan başqa yuxarı mərtəbələrdə də xarici xəbər bürolarının və radioların ayrıca studiyaları var. Hər kəs lazımi məqamda öz studiyasından canlı efirə çıxır. Bütün ölkələrin xəbərçiləri bir arada BBC Azərbaycan bürosunun yerləşdiyi iş otağı da texniki təminatı və sakitliyi ilə diqqəti cəlb edir. İş rejimləri və Bakı ilə əlaqələrin operativliyindən danışan Könül Xəlilova bunların bir hissəsini əyani göstərməyə də vaxt tapdı. Yeri gəlmişkən, BBC Rusiya bürosunun rəhbəri də azərbaycanlıdır. Qonşu sırada iş başında olan Famil bəy də rəhbərlik etdiyi büronun fəaliyyəti barədə danışdı. Söhbətini isə ara-sıra Moskvadan daxil olan zənglər pozurdu. Operativ xəbər çatdırmağın belə xüsusiyyətləri qaçılmazdır. BBC-nin Avropa bölümündə bizimkilərlə yanaşı Ukrayna, Türkiyə, Belarusiya, Asiya bölümündə İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Əfqanıstan, Tacikistan, Cin, Yaponiya və digər ölkələrin xəbərçiləri fəaliyyət göstərir. İstirahətə də məkan ayrılıb Onlar iş yerindəcə istirahət etməyə, hətta idmanla məşğul olmağa da vaxt ayırırlar. Kitablarla dolu olan rəflər, rahat divanlar, çay içmək üçün kiçik kabinələr və idman otaqları elə "nyuz rum"un bir addımlığındadır. Oraları gəzdikcə, əvvəllər çalışdığım qəzetdə yazılarımı redaktə edən dəyərli müəllimim Elşən Əliyevin tez-tez bizə ünvanladığı deyimini xatırladım: "Yemək və işləmək". (O, iş otağında bizi yemək yeyərkən görəndə həmişə belə deyərdi.) BBC ilə tanışlıq nahar fasiləsinə qədər davam etdi və peşəkar xəbərçilərlə bir arada lənç (yemək). Şirkətin bu anadək bizi izləyən sakitliyini kafedəki səs-küy əvəzləyir. BBC əməkdaşları və onların qonaqları nahar vaxtı da iri monitordan elə BBC-ni izləyirlər. Qiymətlər çox baha olduğundan orada da əksər əməkdaşlar yeməyini özü ilə gətirir. Onlara ayrıca qızdırıcı sobalar da ayrılıb. Alışmadığımız ingilis mətbəxi əhvalımızı bir az dəyişsə də, BBC-dən xoş təəssüratlarla ayrılırıq. Bəzi həmkarlarım hətta bu iş şəraitini görüb depressiyaya düşdüyünü də etiraf elədilər. Media nəhəngi - "The Daily Telegraph" Səfərin ən maraqlı və zəngin bölümü "The Daily Telegraph" qəzetinin redaksiyasında keçdi. Təqdimatçıların iş rejimlərini həvəslə anlatması və texniki yeniliklərlə tanışlıq Britaniya mətbuatı barədə geniş təsəvvür yaratmağa imkan verdi. 150 yaşlı "The Daily Telegraph"ın ürəyi olan "nyuz rum"da eyni vaxtda 200 nəfər jurnalist çalışır. Lakin bu məkandakı sükutu yalnız həyəcan siqnalı poza bilər. Hərə öz işi, xəbəri ilə məşğuldur, yanından ötüb keçən bir kimsəyə belə nəzər yetirmirlər. Cünki xəbəri vaxtında və yüksək keyfiyyətlə səhifəyə yerləşdirmək lazımdır. Xəbərlərə hüquqi yanaşma "The Daily Telegraph" gündə üç dəfə (səhər, günorta, axşam) 675 min tirajla çap olunur. Eyni vaxtda dünyanın 5 böyük ölkəsində yayılan qəzetin ümumilikdə 2 milyondan artıq oxucusu var. Sürətli xəbər və analizlərin onlara çatdırılmasında ən müasir informasiya texnologiyalarının gücündən maksimum istifadə olunur. Qəzetin ümumilikdə min nəfər əməkdaşı var. Burada menecer və hüquqşünaslar üçün ayrıca otaqlar ayrılıb. Menecerlər qəzein idarə olunması və gəlirlərini tənzimləyirlərsə, hüquqşünaslar redaksiyanı məhkəmələrdən qoruyurlar. Başqa sözlə, onlar xəbər və analitik yazılarda böhtana və təhqirə yol verilib-verilmədiyini yoxlayırlar. Avropada ilk xəbər saytı Qəzet bir sıra ilklərin də müəllifidir. Avropada ilk olaraq internet saytı olan qəzet məhz "The Daily Telegraph"dır. Bundan başqa, Androidə və podkastinq xidmətinə qoşulan və yeni proqramlar üçün Maykrasofta müraciət edən birinci media qurumudur. Britaniyanın ən populyar saytı olan "The Daily Telegraph"ın 3,5 milyon izləyicisi var. Elə bir o qədər insan da qəzeti Tvitterdən izləyir. Günorta vaxtı sayta 1 milyon nəfər baxdığı halda, sonrakı saatlarda bu rəqəm azalır. Saat 5-7 arası isə izləyicilərin sayı sürətlə artır. Ən çox baxılan məqalələr sağ sütunda yerləşdirilir. Mövzular və xəbərlər isə sosial şəbəkələrin gündəminə uyğun seçilir. Ona görə də qəzetdəki redaktorlar birliyini indi sosial media redaktorları əvəz edir. "Baş qaşımaq, burun çəkmək vaxtı" "The Daily Telegraph"da redaktorların toplantısı məcazi olaraq məhz belə adlandırılır. Velosiped təkərini xatırladan "nyuz rum"un tam ortasında oval şəkilli böyük stol qoyulub. Burada redaktorlar gündə bir neçə dəfə toplaşaraq nə yazacaqlarını müzakirə edirlər. Onlardan biri "nə yazacağıq?" deyərək başını qaşıyır. Digəri "hələlik elə bir şey yoxdur" deyir və burnunu çəkir. Əlbəttə, bu bir zarafatdır. "The Daily Telegraph" İngiltərənin və oradan bütün dünyanın xəbər gündəmini müəyyən edən iri media qurumlarındandır. "Gələcəyin stolu" Bəlkə də çoxlarına yuxu kimi görünər, amma bu yeni sensorlu yemək masası xəbəri sizə təsəvvür edə bilməyəcəyiniz qədər yaxın edir. Səhər nahar etmək üçün masaya oturur və fincanınızı onun üzərinə qoyursuz. Bu zaman ən son xəbərlərlə "The Daily Telegraph" qarşınızdadır. Masa boyu açılan qəzeti sanki əlində olan kağız qəzet kimi vərəqləyə, özünüzə lazım olan xəbərləri tapıb oxuya bilərsiz. Masada yerinizi dəyişib qarşı tərəfdə otursanız, elektron qəzeti də bir əl hərəkəti ilə özünüzə tərəf çevirə bilərsiz. Yaxud, yoldaşınızın aldığı şirəni masaya qoyursuz və dərhal onun barəsində bütün məlumatlar kart formasında masada görsənir. Eyni zamanda siz həmin şirənin alternativləri barədə də digər yanaşı kartlardan informasiya ala bilərsiz. Əpl şirkətinin istehsalı olan masadakı digər "xidmətlər" sizin bütün gününüzü faydalı və qənaətli keçirməyinizə imkan verir. Lakin "The Daily Telegraph" buna qane olmayaraq yeni proqramlar üçün Maykrasoft şirkətinə müraciət edib. Maliyyə siyasətini formalaşdıran "Financial Times" Pearson PLS holdinqinə məxsus olan "Financial Times" qəzetinə səfərimiz də maraqlı məqamlarla yadda qaldı. 1888-ci ildən nəşr olunan qəzetin bir necə əlavəsi də var. 2000-ci ildən isə almanca versiyası olan "Financial Times Deutschland" nəşr olunur. "Financial Times" beynəlxalq işgüzar qəzet kimi tanınır və oxunur. Əsasən, maliyyə və biznes sektorunda baş verən hadisələri, yenilikləri çatdıran qəzet 360 min tirajla çap olunur və dünyanın 24 şəhərində yayılır. Xəbərlərin satışı da bazar prinsiplərinə uyğun formalaşdırılıb. İnternet saytında bir çox xəbərlərə giriş pulludur. Eyni abunələr "biznes to biznes" formasında əldə olunub. Qəzetə uğur gətirən amillərin ən mühümü elə budur. Saatları Qrinviçə kökləyin! Londonda gedib dünyanın vaxt göstəricisini təyin edən başlanğıc nöqtədə olmamaq yanlış olardı. Qrinvic (Qreenwich) meridianının adı Temza cayının sahilində yerləşən eyni adlı kəndin adından götürülüb. Şəhər mühitini xatırladan kəndin ən yüksən nöqtəsində rəsədxana qurulub. Onun üzərində uzaqdan hamının görə biləcəyi qüllə və kürə yerləşdirilib. Gündüz vaxtı həmin kürə qüllənin yuxarısına qalxır. Bu onu göstərir ki, artıq saat birdir. Bu mənzərəni görmək bizə də nəsib oldu. Gəmilər də vaxtı həmin kürənin yurarı qalxması ilə təyin edirlər. Saatlarımızı Qrinviçə kökləyərək Temza sahilinə endik. Buradan Londona yalnız gəmi vasitəsi ilə getmək olur. |
2014-04-05 | 13,641 | Şeirlərimi “bəh-bəh”lə götürüb, siyirməyə atırdılar | Şair İlham Qəhrəmanla görüşüb onun gerçəkləşməyən arzularına işıq salmaq istədik. Adına Azərbaycanın "Alınmaz qalası" deyilən, lakin indi düşmən tapdağı altında əsirlik həyatı yaşayan bir məmləkətdə - Laçında dünyaya gəlməsi, şeirlərində, yaradıcılığının başqa nümunələrində daima xatırlanan, içindən bir nisgil kimi keçən yurd haqda söhbət etmək istədik və etdik də… Şairlə söhbətimiz onun ilk, məsum arzuları və gerçək həyatı ilə bağlı oldu. Beləliklə, şair İlham Qəhrəman "Axar.az"ın "Gerçəkləşməyən arzular"ında. İlham dərs oxuyanda "ev köçür!" - İham, özünü nə vaxt şair kimi hiss etdin? - Orta məktəbdə oxuyandan ədəbiyyata güclü marağım olub. Həm də əlaçı idim. Klassiklərimizin ən çətin qəzəl və şeirlərini sinfimizdə əzbərləyən 2-3 şagirddən biriydim. M.P.Vaqifin ərəb və fars sözləriylə dolu "Görmədim" müxəmməsini, C.Cabbarlının "1905-ci ildə" dramını bütöv əzbərləmişdim. Yayda dərs oxumaq asan idi. Həyətdə, çöldə bayırda olardıq. Qışda isə mütləq evdə dərs hazırlamalı idik. Anam deyirdi İlham dərs oxuyanda "ev köçür!" - Yəqin elə o vaxtlardan şeir yazmağa başladın? - Altıncı sinifdə oxuyanda qəzəllər yazırdım. Səkkizinci sinfi qurtaranda bu uşaqlıq şairliyim bitdi. Yazdığım qəzəlləri səliqə-səhmanla – bəzən səhifələrə qırmızı qələmlə bəzək vurub - ümumi dəftərə köçürürdüm. Maraqlıdı, o qəzəllərin hamısının rədifi "gülüm" idi. Sinifdə bəzən tənəffüsdə həmin qəzəlləri qızlara oxuyardım. - Düşünmürəm ki, sənin ilk arzun tənəffüsü gözləyib qızlara qəzəl oxumaq olsun. Ona görə də soruşuram: - sənin arzuların nə olub və bu arzular səni hara qədər apara bilib? - Ədəbiyyatı sevdiyim üçün orta məktəbi qurtarıb arzularımın ardınca düşdüm. Sənədlərimi o vaxtkı Lenin adına APİ-nin Xankəndi filialının Filologiya fakültəsinə verdim. Ədəbiyyatdan yazılı və şifahi imtahanların ikisindən də "4" aldım. 3-cü imtahandan – tarixdən "3" qiymət bəs edirdi ki, ilk arzum rellaşa. Amma orta məktəbdə "Tərifnamə" aldığım tarixdən 2 aldım. Arxasız, köməksiz fəhlə balası - Təsəvvür edirəm. - Əvvəlki iki imtahandan yaxşı qiymət alanda yanımda qohum-qardaşdan heç kəs olmamışdı. Amma imtahandan kəsilib institutun həyətinə çıxanda atamı görüb çox pis oldum. Özümü arxasız, köməksiz, haqqı tapdanmış bir fəhlə balası kimi hiss etdim. Həyatdan arxasızlığın ilk şilləsini almışdım. Gözümün yaşı xeyli müddət qurumadı. Atam da kövrəlmişdi. Növbəti il Bakıda elə birinci yazılı imtahandan iki aldım. İki ilin qəbul imtahanlarından gözüm qorxduğu üçün sənədlərimi Bakı Maliyyə-kredit texnikumuna verdim. Mühasib ixtisasına yiyələndim. Texnikumu fərqlənmə diplomuyla bitirdim və təyinatımı Bakıya verdilər. Elçin müəllim üç dəfə məndən ötrü ağız açdı Sərbəst vaxtlarımda həm mütaliə edir, həm də şeirlər yazırdım. Bazar günləri isə ədbi məclislərə gedirdim. Eldar Baxışın məsləhəti ilə şeirlərimi Yazıçılar Birliyində o vaxt katib işləyən yazıçı Elçinə təqdim etdim. Elçin müəllim məni çox yaxşı qarşıladı. Təxminən 300 misra şeirimi rus dilinə sətri tərcümə etdirdi ki, Moskvaya Qorki adına Ədəbiyyat institutuna müsabiqəyə göndərsinlər. Tərcümə qurtarandan sonra Elçin müəllim üç dəfə məndən ötrü o vaxtkı rəhbərliyin yanına girdi ki, müsabiqəyə göndərilən sənədlərə yazıçılar birliyinin möhürü vurulsun. O vaxt göndəriş üçün Yazıçılar birliyinin möhürü çox vacib idi. Amma bunu nədənsə etmədilər. Möhürsüz gedən sənədlər müsabiqədən keçmədi. Bir gerçəkləşməyən arzum da bu oldu. Mühasib şairlər sanballı şairlər olurlar - İlham, sən həm də mühasib şairsən... - Bəli Türk dünyasında tanınmış mühasib şairlər olub. Onlardan biri Cənubdan "Heydərbabaya salam" poemasını yazan Məhəmməd Hüseyn Şəhriyardır. O biri Türkiyədən məhşur "İstiqlal" marşını yazan Mehmet Akif Ərsoydur. Adlardan göründüyü kimi, mühasib şairlər sanballı şairlər olurlar. Mühasib olduğum üçün deyim ki, burda həm də mühasiblik peşəsinin rolu var. Rəqəmlər dəqiqlik sevən kimi şeirdə fikri sözlərlə dəqiq ifadə edəndə gözəl olur. Nə qədər qəribə də olsa, şeirin başlanğıcı, davamı, bədii sonluğu ilə hazırlanan hesabat arasında paralel aparmaq olar. Şeirlərimi "bəh-bəh"lə götürüb… siyirməyə atırdılar - Ədəbiyyata gəlişini necə xatırlayırsan? - Mənim uşaqlıqdan iki cür güclü mütaliəm olub. Onun biri gözlə - kitab oxumaqla, o biri isə isə qulaqla – Azərbaycan radiosunu dinləməklə olub. 1988-ci ildə Qarabağ hadisələri başlanan vaxta qədər – Azərbaycan kitab bazarında olan kitabların əksəriyyətini oxumuşdum. Hər gün işdən çıxanda yolumu "Bakı" unvermağının yaxınlığındakı mağazadan salırdım. Bəzən ora rəhmətlik Eldar Baxışla birgə gedərdik. Gözəl şairimizin geniş mütaliəsi vardı. Amma sovet vaxtı bilirik ki, ədəbi orqanlar inhisara alınmışdı və hər gəncin çap olunmaq şansı yoxuydu. Şeirləri "bəh-bəh"lə götürüb redaksiyaların siyirməsinə atırdılar və illərlə orda qalırdı. Çap olunmaq üçün tanınmış şairlərdən biri gərək sənə "uğurlu yol" yazaydı. 1986-cı ildə rəhmətlik Y.Səmədoğlu "Ulduz"da bir şeirimin üstünə çap üçün dərkənar qoydu. Oktyabrda "Səməd Vurğun nömrəsi"ndə şeirim çap olundu. Ondan sonra daha mətbu orqanda çap oluna bilmədim. - Amma kifayət qədər dərc olundun… - Hə, bu sonralar oldu. Müstəqillik dövrü çap olunmaq üçün belə demək mümkünsə, qapıları üzümüzə taybatay açdı. Şeirlərimi çap edən "Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", bir səhifə şeirlərimi çap edən "Yeni müsavat" qəzetlərini həmişə minnətdarlıq hissiylə xatırlayıram. Ədəbi nümunələrə qarşı tələbkar olan və ədəbi meyarları itirməyən "Ulduz"un baş redaktoru rəhmətlik Ələkbər Salahzadə və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin yaradıcılığıma diqqətlə yanaşmalarını heç vaxt unutmaram. Özümü görmək istədiyim yerdə görmədim - Kitabların çıxdı, oxucu sevgisi qazandın. Özünü görmək istədiyin yerdə görə bildinmi? - Şairlik ilk çağlarda daha çox adamın canında şan-şöhrət hissini qaldırır. Amma zaman keçdikcə qələmin məsuliyyəti gəlir. Mən əgər ali filoloji təhsil alsaydım, ancaq xalqımızın əski əlifbada olan irsini araşdırardım. Amma bu mənə müyəssər olmadı. Bizim şairliyimizi, belə demək mümkün olsa, vətənin acı taleyi "burnumuzdan gətirdi". "Vətən oxşaması" şeiri bu bəndlə başlayır: Başımız aynımadı heç, Sənə bir çəkmədik sığal. Bir yandan azad oldun, Bir yandan işğal. Bizim yaradıcılığımız vətənin bir yandan fərəh dolu azadlığı, o biri yandan isə üstümüzdə töhməti qalan Qarabağın işğalına təsadüf etdi. Nə qədər kitablar çıxsa da, az-çox tanınsaq da, özümü görmək istədiyim yerdə görmədim. - O yer hara idi? - Laçın... Laçını hər fəsildə necədirsə, o cür görürəm - Yuxularında Laçını hansı rəngdə görürsən? - Nə qədər qəribə də olsa, fəsillər dəyişdikcə Laçının həmin fəslə aid mənzərələri gəlib durur gözümün qarşısında. Sanki Laçında yaşayıram. Qışda quşbaşı yağan qarı, həyətimizdəki tuta qonan qaratoyuğu, sərçələri, yalı veriləndə zəncirdə dartınan itimizi, yazda bizdən xəbərsiz evin üstündə kürt yatıb bir dəstə cücəsiylə çardaxdan həyətə tökülən anaş toyuğumuza qədər hər şeyi xatırlayıram. Yayda Həkərinin sularında bərq vuran günəşi Padşahlı körpüsündən seyr etməyimi, çaydan qarmaqla balıq tutmağımı, çimib qumda qumlanmağımı, bostanı, ağacları suvarmağımı, kövşəndə bir-birimizə hav edib ot çalmağımızı gözümün önündən keçirirəm. Anama paltar yuyanda və tut bəhməzi bişirəndə su daşımağım da məni tərk etməyən xatirələrimdi. Payızda çayqırağı bağlarda sarı xəzəlin xışıltısı qulağımda, həyətlərdə ucalan ot tayalarının şəkli gözümdə, dərilmiş almaların evimizdən gələn xoş ətri hələ də burnumdadı. - Araşdırma, Laçın folkloru və sair, hardan gəldi ağlına? - Salman Mümtazın "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabı mənə iki kitab yazmaqda bələdçi olub. Keçən əsrin əvvəllərində Salman Mümtazın M.Ə.Sabirlə apardığı müsahibə adı çəkilən kitabda yer alıb. Bu müsahibədən ruhlanıb mən də müxtəlif sənət adamlarıyla "Azərbaycan XXI əsr" qəzetində müsahibələr apardım. Axırda həmin müsahibələr "İlham qapısı" adıyla kitab halında çap olundu. Azərbaycan ədəbiyyatı qarşısında əvəzsiz xidməti olan Salman Mümtazın kitabını oxuyandan sonra 15 ilə hazırladığım ikinci kitab isə Sarı Aşığın "Güldəftəri" kitabı oldu. S.Mümtazın kitabında "Aşıq Abdulla" adlı məqaləni oxuyandan sonra məndə Sarı Aşiğın irsini bir kitabda toplamaq həvəsi yarandı. O taylı, bu taylı Azərbaycanda Sarı Aşığın adına olan nə qədər bayatı, şeir, bağlama-tapmaca, rəvayət və s. nə varsa yığıb topladım "Gül dəftəri"nə. Burada çəkinmədən onu da deyim ki, bu kitaba bir ad da verərdim - "Böyüklər üçün ana dili kitabı". Kitabı oxuyanlar niyə belə dediyimi bilirlər. Sarı Aşıq ana dilimizin hər qatında söz demiş ustad bir şairdir. "Laçın folkloru" kitabını yazmağa Laçın seçki dairəsindən deputatlığa namizəd olanda İsmayıllı rayonununda məskunlaşan Qorçu sakini Mələk nənənin dediyi bu bayatı səbəb oldu: Ərəbəm oxumuşam, Nə dərdi çoxumuşam. Nə gələn var, nə gedən, Elə bil yoxumuşam. Laçında həmişə qonaq-qaralı olan ağbirçəyin qaçqınçılıqda üzləşdiyi unutqanlıqla barışa bilməməsi, öz yurdunda sayılması, indi isə heç kimin yadına düşməməsi ona çox yer eləmişdi. Bu bayatı bütün qaçqınlara aiddir, sadəcə Mələk nənə bunu dərdi kimi dəqiq ifadə eləmişdi. Namizəd olmağım bu yöndə - Laçın folklorunu toplamaq işində qapı-qapı gəzməyə mənə bəhanə verdi. Gəzib dolandıqca camaatımızın yaddaşında çoxlu ağız ədəbiyyatı nümunəsi olduğunun şahidi oldum. Kitabda otuz beşdən çox bölmə var. Elə bölmələr var ki, janr kimi folklorumuz üçün yenidir. Məsələn, bəzəmələr, səvələmələr və s. Kitaba ön söz yazan professor Kamil Vəli Nərimanoğlu belə bir inamını ifadə etmişdi – "Məncə bu gülməcələr özü gələcəkdə artaraq ayrılıqda bir kitab olacaq". Dediyi kimi də oldu. "Laçın folkloru" kitabındakı lətifələr say etibarı iə artırılıb, məkanı genişləndirilərək "Laçın lətifələri" adlı kitabı meydana gətirdi. -İlham sən şeirlərində də, adi söhbətində də nigaran görünürsən. Narahatçılığın nədəndir? - Laçında Sus kəndində Nemət babamın böyük qara damları vardı. Burda onu deyim ki, qara damlar Azərbacan xalqının ağız ədəbiyyatının nəsildən-nəslə keçməsində əvəzsiz rol oynayıb. Uzun qış gecələri nənələrimiz cəhrədə yun əyirə-əyirə balalara nağıl danışıb, tapmaca satıb, bayatı söyləyiblər. Bu zaman uşaqlar bir yandan nənələrin ağzından çıxanı yadda saxlayır, o biri yandan isə cəhrə əyirmək, xalça toxumaq, tikmə tikmək kimi sənətlərə yiyələnirdilər. Qara damlar dövrünün mədəniyyət evi, teatr səhnəsi və sənət öyrənmək məktəbi idi. Balalarım üçün Bakının istisindən daldalanmaq üçün babamın yurdunda bir ev tikərdim. Bakıda ev tikməyin çətinliyinə baxma, kənddə ev tikəndə bir materiala pul verirsən, bir də ustaya zəhmət haqqı. Qalan işi kənd əhli hav yolu ilə özü görürdü. Yayda balalrım çox əziyyət çəkir, necə deyərlər gedəcək yerləri yoxdu. - Dostları qazanmaq asan olur, itirmək? - Əlbəttə, qazanmaq çətindi, itirmək isə asan... |
2014-04-05 | 13,642 | Qırğızıstanın sabiq prezidenti həbs edildi - 25 il | Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev qiyabi olaraq 25 il müddətinə azadlıqdan məhrum edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bişkekin Pervomaysk Rayon Məhkəməsi keçmiş dövlət başçısını britaniyalı biznesmen Şon Deylinin həyatına sui-qəsd etməkdə təqsirli bilib. Ş.Deyli Qırğızıstanın Ceruy qızıl yatağının işlənməsi lisenziyasının sahibi olan "Oxus Gold" (Böyük Britaniya) şirkətinin Bişkekdəki təmsilçisi olub. Lakin Qırğızıstan hökuməti yatağı daha əlverişli şərtlər təklif edən Avstriyanın "Global G.O L.D. Holding Gmbh" şirkəti ilə işlətmək barədə saziş imzalayıb. İstintaqın versiyasına görə, Kurmanbek Bakiyev məsələnin ictimailəşməməsi üçün Qırğızıstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan qardaşı Janıbek Bakiyevə, oğlanları Maksim və Marata Ş.Deylini aradan götürmək barədə göstəriş verib. 7 iyul 2006-cı ildə bir neçə güllə yarası alan Ş.Deyli sağ qalıb və tezliklə Qırğızıstanı tərk edib. Artıq bu faktla bağlı Maksim Bakiyev və Janıbek Bakiyev ömürlük, Marat Bakiyev isə 20 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2005-2010-cu illərdə Qırğızıstan prezidenti olan Kurmanbek Bakiyev hakimiyyətdən devrildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ona Minskdə sığınacaq verib. Rəsmi Bişkekin tələblərinə baxmayaraq, Minsk sabiq prezidenti təhvil verməkdən imtina edir. |
2014-04-05 | 13,643 | FHN-dən Gəncədəki yol terroru ilə bağlı açıqlama - Yenilənib | 19:18 Azərbaycanın Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. 57 BT 795 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir. 22:52 Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.30 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ 2105"-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır. 23:50 Fövqəladə Hallar Nazirliyi Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "LADA" markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib. |
2014-04-05 | 13,644 | İranda azərbaycanlı-erməni qarşıdurması | İranın Şərqi Azərbaycan vilayətində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 3-də Culfa şəhərində qeydə alınıb. Belə ki, bir qrup azərbaycanlı fəal Culfanın "Xaraba dəyirman" kilsəsini ziyarət etməyə gedib. Onların arasında Mehdi Kuxiyan, Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir. İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. Ancaq azərbaycanlı fəallardan ikisi - M.Kuxiyan və S.Sultani həbs edilərək Culfa Şəhər Polis İdarəsinə aparılıb. Onlar bir müddət sonra azadlığa buraxılsa da, təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri məlum olub. |
2014-04-05 | 13,645 | Rusiyanın Baş Qərargah rəisi Bakıya gəlir | Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Bakıya gəlir. "Axar.az" Müdafiyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, аprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək. Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır. |
2014-04-05 | 13,646 | CHP-də kütləvi istefalar davam edir | Türkiyənin Trabzon şəhərində keçirilən bələdiyyə seçkilərindən sonra bölgə CHP-çiləri kütləvi şəkildə istefa verib. "Axar.az" xəbər verir ki, CHP daxilində partiya əleyhinə qərarların verilməsi, seçkilərdə partiya namizədlərinə səs verilməməsi üçün əlindən gələni edənləri səbəb göstərən Trabzon CHP-çiləri kütləvi şəkildə istefa veriblər. Qeyd edək ki, Trabzonun Vakfıkəbir ilçəsinin rəhbəri 50 ildir bu bölgədə seçkilərə namizəd çıxara bilmirdi. CHP-nin problemlərinin çox olduğuna diqqət çəkən Kəskin mövcud partiya üzvlərinin üzvlükdən çıxarılaraq yeniləri ilə əvəzlənməsinin lazım olduğunu bildirib. |
2014-04-05 | 13,647 | Egeydə gəmi qəzası - Foto | Egey dənizində Midilli adası yaxınlığında iki yük gəmisi toqquşub. "Axar.az" xəbər verir ki, Yunanıstan sahil təhlükəsizlik xidməti qəzaya müdaxilə edib. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib. Qəzadan sonra gəmilərin batma təhlükəsinin yaranmadığı da qeyd edilib. |
2014-04-05 | 13,648 | Merkel yenə Putini hədələdi | Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə konflikti daha da dərinləşdirəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib. Merkel deyib: "Əgər Ukraynanın ərazi bütövlüyünə bundan sonra da qəsd olarsa, onda biz iqtisadi sanksiyalar tətbiq eləməli olacağıq. Heç kimin buna şübhəsi olmasın". Kanslerin sözlərinə görə, kimsə Rusiyaya cavab verilməsi məsələsində Avropa Birliyi daxilində konsensusla bağlı özünü aldatmasın. Merkel öz fikrinə "Avropada heç kim Moskva ilə dialoqu kəsmək istəmir",- sözlərini də əlavə edib ("Musavat.com"). |
2014-04-05 | 13,649 | ABŞ-dan Çinə xəbərdarlıq: "Diqqətli olun" | ABŞ Dövlət katibinin müavini Daniel Russel Çinin Krımı örnək götürərək Sakit okeanda yerləşən adaların ələ keçirilməsi istiqamətində addımlar atacağı təqdirdə bu ölkəyə də sanksiyalar tətbiq etməkdən çəkinməyəcəklərini deyib. "Axar.az" xəbər verir ki, ABŞ müttəfiqlərini qoruyacağı ilə bağlı verdiyi sözü unutmadığını və Çini addımlarında diqqətli olmağa səsləyib. Çinin də Rusiya kimi bölgəsində gərginlik yaradacaq addımların ata biləcəyi barədə verilən suala, Russel problemlərin sülh şəraitində həll etmənin hələ də etibarlı olduğunu, bu etibarlılığın da Çin üzərində daha çox təzyiqlərin olması ilə əlaqələndirib. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın bu bəyanatına cavab olaraq bildirib ki, Cənubi Çin dənizi və Ukraynadakı problem tamam fərqlidir və Russelin niyə fərqli hadisəni eyniləşdirdiyi başa düşülən deyil. Cənubi Çin dənizinin demək olar bütün ərazisinin özlərinə aid olduğunu iddia edən Pekin rəhbərliyinin bölgədə zaman-zaman Filippin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Malaziya, Bruney və Tayvanla əlaqələrində gərginlik yaşanır. |
2014-04-05 | 13,650 | "Qarabağ" çempionluğunu gerçəkləşdirir | Bu gün Premyer Liqada 29-cu tura start verilib. İlk oyun günündə üç qarşılaşma baş tutub. İlk olaraq meydana autsayderlər çıxıb. "Rəvan" öz meydanında "Sumqayıt"ı qəbul edib. Yüksək liqada qalmaq uğrunda mübarizə aparan rəqiblərin oyununun kifayət qədər gərgin keçəcəyi gözlənilirdi. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər görüşdə turnir cədvəlinin vahid lideri "Qarabağ" AZAL-ın qonağı olub. Ağdam təmsilçisi son oyunda rəqibinə qalib gəlsə də, Tərlan Əhmədovun yeni baş məşqçi təyin olunduğu komanda "Qarabağ" üçün ən çətin rəqiblərdən sayılırdı. Bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası çempionluq yolunda daha bir inamlı addım atıb. Günün son oyunu Lənkəranda keçiriləcək. Burada yerli "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Son vaxtlar hər iki komanda uğursuz zolağa düşdüyündən bugünkü qarşılaşmada tərəflərin qələbə istəyi daha çox olacaqdı. Qarşılaşmada minimal hesabla "Xəzər Lənkəran" qalib gəlib - 1:0. Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq (Trend). |
2014-04-05 | 13,651 | Tvitterin vitse-prezidenti erməniymiş | Tvitterin vitse-prezidenti, mənşəcə erməni olan Raffi Krikoryan aprel ayının ikinci yarısında İrəvana gələcək. Bu haqda erməni mətbuatı xəbər verib. Ermənistana bir həftəlik səfəri zamanı Krikoryanın proqramlaşdırma üzrə iki seminar keçirməsi və informasiya texnologiyaları nümayəndələrilə görüşləri nəzərdə tutulub. Krikoryanın hökumət üzvləri ilə də görüşü olacaq. Qeyd edək ki, Tvitterin vitse-prezidenti olan Raffi Krikoryan burada infrastuktur sisteminə başçılıq edir. Krikoryan və onun komandası Tvitterdə baza sisteminə, server qruplarına və proqramların qeydiyyatına nəzarətlə məşğuldur. Tvitterdən əvvəl Krikoryan "WattzOn" platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub, həmçinin Nyu York Universitetində müəllim işləyib. (ANS) |
2014-04-05 | 13,652 | İtmiş təyyarənin tapıldığı iddia edilir | Malaziyaya məxsus itən təyyarə barədə yeni müəmmalı xəbər yayılıb. Çin hərbi dəniz xidməti Hind okeanının cənubunda siqnal impulsları tutub. Bu siqnalların itmiş təyyarəyə aid olub-olmadığı hələ də dəqiqləşdiriləyib. Amma radio dalğaların tezlik göstəricilərinə görə, Çin mütəxəssisləri bu siqnalların məhz axtarılan təyyarənin qara qutularından gəldiyinə əmin olduqlarını bildiriblər. Xatırladaq ki, Kuala-Lumpurdan Pekinə uçan təyyarə 8 mart gecəsi radarların ekranından yoxa çıxıb. O vaxtdan təqribən bir ay keçsə də, 26 dövlətin axtarmasına baxmayaraq təyarədən hələ də soraq əldə edilməyib (AzNews.az"). |
2014-04-05 | 13,653 | Ağsuda yaşayış evi yandı | Ağsuda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin dəhlizinin tavanı 3 kv.m sahədə və 1 otağının giriş qapısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-05 | 13,654 | Misirdə tayfa davası: Nazir danışıqlar aparacaq | Misirin Asvan şəhərində iki tayfa arasında silahlı qarşıdurma yaranıb. "Axar.az" xəbər verir ki, iki tayfa arasında baş verən olay nəticəsində 23 nəfər öldürülüb. Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölkənin cənubu Asvanda Əl-Həlayil və Ed-Dabudiye tayfaları arasında dünən başlayan və bu gün də davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 23 nəfər olduğu bildirilir. 31 nəfərin də yaralandığı tayfa davasının qarşısı polis qüvvələri tərəfindən alınıb. Qeyd edilir ki, Baş nazir İbrahim Mihlib və Daxili işlər naziri Məhəmməd İbrahim bölgəyə gedib və tayfalar arasında danışıqlar aparılacaq. |
2014-04-05 | 13,655 | Hitlerin arvadi yəhudi çıxdı | Britaniyalı alimlər Adolf Hitlerin arvadı Yeva Braunun DNK-sında araşdırma apardıqdan sonra onda yəhudi qarışığı tapıblar. "Axar.az"ın "The Independent"ə istinadən verdiyi məlumata görə, artıq "Channel 4" telekanalı bu barədə geniş sənədli film nümayiş etdirməyə hazırlaşır. Qeyd edək ki, araşdırma üçün Braunun Hitlerin Bavariyadakı evindən 1945-ci ildə tapılan daraq və saçından istifadə olunub. Məlum olub ki, ana şəcərəsində Yevanın yəhudi-aşkenazlara qan qohumluğu var. Dərgi həmiçinin məlumat verib ki, Hitlerə yaxın olan Martin Borman adlı şəxs vaxtı ilə Braun ailəsində yoxlama aparmış, həmin şəxslərin damarlarında təmiz alman qanının axdığını bildirmişdi. Görünür, yeni analizin nəticələri illər öncə Bormanın apardığı araşdırmanı alt-üst edib. Xatırladaq ki, Yeva Braun ayinlərə ciddi əməl edən katolik ailəsində tərbiyə alıb. Əvvəlcə Hitlerin sevgilisi olan Braun sonra illər ərzində onun həyat yoldaşı olub. Rəsmən nikaha isə birgə intiharlarına bir neçə saat qalmış – 30 aprel 1945-ci ildə giriblər. |
2014-04-05 | 13,656 | Rumıniyada yaşlı qadına ağlasığmaz işgəncə - Video | İlfov şəhərində bir neçə gəncin yaşlı qadına verdiyi ağlasığmaz işgəncənin görüntüləri ictimai mediada böyük reaksiyaya səbəb olub. "Axar.az" xəbər verir ki, İlfov şəhərinin Cilava kəndində yerləşən barın qarşısında dayanan gənclər yoldan keçən yaşlı qadının qarşısını kəsib. Sərxoş olduğu təxmin edilən gənclərdən biri yaşlı qadını qollarından tutub və onu fırladıb. Qadın qışqırmağa bağlayıb, gənclər isə onun qışqırmağına qəhqəhə ilə gülüblər. Ancaq onu fırladan gənc oğlan qadını buraxıb. Qadın isə hadisə yerindən uzaqlaşmaq istəyib. Ancaq gənclərdən biri qaçaraq yaşlı qadını tutub və yenə fırlatmağa başlayıb. Həmin videonu təqdim edirik. |
2014-04-05 | 13,657 | Qərbdən Rusiyaya ilk böyük qadağa | NATO Parlament Assambleyası Rusiya ilə bütün əlaqələri dayandırmaq haqqında qərar qəbul edib. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə NATO PA-nın Prezidenti Qyu Beyli çıxış edib. O, Rusiya ilə əlaqələrin Krımın işğalı ilə əlaqədar olduğunu bildirib: "Biz Putinin Kırımı Rusiyaya birləşdirməsinə etiraz olaraq bu addımı atdıq. Bununla bağlı Parlament Assambleyasının üzvü olan 28 ölkənin hamısı səs verib. Rusiya Parlamenti Putinin addımını dəstəklədiyi üçün bu əlaqələri dayandırdıq". Qeyd edək ki, bir müddət öncə Qərbin Rusiyaya qarşı sanksiyaların üçüncü fazasını başlatdığı haqqında informasiyalar yayılmışdı. |
2014-04-05 | 13,658 | Şamil Basayevin Putinə yazdığı dəhşətli məktubdan parça | "Sənə sual vermək istəyirəm - ikimizdən əsl terrorçu kimdir?" "Axar.az" xəbər verir ki, bu sözlər İçkeriya Respublikasının Rusiyaya qarşı savaşının ən öndə gedən simalarından biri olan səhra komandiri, ötən əsrin 90-cı illərində Rusiyanı lərzəyə gətirən döyüşçü Şamil Basayevin Kremlin birinci şəxsi Putinə yazdığı məktubda yer alır. Qeyd edək ki, Ukrayna hadisələrində olduğu kimi, məhz həmin illərdə də çeçenlərin azadlıq və müstəqillik savaşını Moskva texnoloqları terrorçuların mübarizəsi şəklində təqdim edirdi. Ölümündən bir müddət əvvəl Basayevin Rusiya rəhbərliyinə gəlmiş Vladimir Putinə ünvanladığı bildirilən həmin məktubdan parçaları təqdim edirik: "Sənə sual vermək istəyirəm - ikimizdən əsl terrorçu kimdir? Mən təsdiqləyirəm ki, sən Rusiya imperiyasının xarabalıqlarında yaranan Rusiya Pederasiyası adlı terrorçu dövlətin rəhbərisən. Bağışla, çeçen dilində "f" hərfi yoxdu! Sən əsl terrorçusan!" Xatırladaq ki, Dağlıq Qarabağ savaşında könüllü iştirak etmiş bu məğrur mücahid 2006-cı il iyulun 10-da federallar tərəfindən qətlə yetirilib. |
2014-04-06 | 13,659 | Bu günün hava proqnozu | Bakıda və Abşeron yarımadasında aprelin 6-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir. Gözlənilən hava şəraiti aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. aprelin 6-da havanın temperaturu aprelin 05-i ilə müqayisədə 10-14 dərəcə aşağı enəcək. |
2014-04-06 | 13,660 | Türk komandandan dərhal sonra rus general niyə gəlir? - Rəy | "Rusiyada anlayırlar ki, Türkiyə ilə əməkdaşlığın genişlənməsi onlar üçün təhlükəli deyil". Bu sözləri "Axar.az"a açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Türkiyə komandanının və Baş nazirinin ardınca Azərbaycana səfər etməsi barədə danışarkən politoloq Elxan Şahinoğlu deyib. Rusiya problem yaratmamağa çalışır O, Azərbaycanın bütün gərginliyə baxmayaraq, Rusiya ilə münasibətləri qorumaqda maraqlı olduğunu bildirib: "Rusiya və Ukrayna arasında gərginləşən münasibətlər müəyyən qədər Cənubi Qafqazda da hiss olunur. Türkiyə rəsmiləri və bundan başqa Türkmənistanın Xarici İşlər naziri də Azərbaycana gəldi. Bu çox əlamətdar hadisə idi. Azərbaycanın Türkmənistanla münasibətlərinin normallaşmasına ehtiyac var. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Azərbaycanın Müdafiə Nazirliyində görüşlərdən sonra hərbi sahədəki əməkdaşlıqda da canlanma hiss olunub. Rusiya generalının gəlməsi də ələmatdar hadisədir. Azərbaycan Rusiya ilə münasibətlərinin normal olmasını istəyir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib rus işğalını pisləməyinə baxmayaraq, Rusiya ilə münasibətlərin normallığının qorunub saxlanılmasına çalışır. Rusiya da çalışır ki, bu münasibətlərdə gərginlik olmasın. Baxmayaraq ki, Ermənistana hələ də dəstək verib, onların ordusunun modernləşməsinə kömək edirlər. Ukrayna gərginliyi bütün regiona yayılsa da, Azərbaycan çalışır ki, qonşu ölkələrlə münasibətləri qoruyub saxlasın. Rusiyada anlayırlar ki, Türkiyə ilə əməkdaşlığın genişlənməsi onlar üçün təhlükəli deyil". Azərbaycan hələ MDB-də qalacaq Politoloq Azərbaycanın MDB-nin tərkibindən çıxmağı planlaşdırmadığını qeyd edib: "Düşünmürəm ki, Azərbaycan MDB-nin tərkibindən çıxar. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə səs verməsinə baxmayaraq, bu Rusiyanı qıcıqlandırmamalıdır. Çünki Rusiya anlamalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük dərdi var. Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs vermək Azərbaycanın özünə xəyanət etməsi demək olardı. Azərbaycanı bu dəqiqə MDB-dən çıxmağa heç bir durum məcbur etmir. Düzdür, MDB-nin özü amorf bir qurumdur. Amma orada bir siyasi qrup görüşüb fikir mübadiləsi apara bilər. Rusiyanın formalaşdırdığı Gömrük İttifaqı və Avrasiya İttifaqı birliyinə gəldikdə isə, yalnız onu deyə bilərəm ki, Azərbaycan burada yer almayacaq". Azərbaycan Rusiyanın ayağını tapdalamır Elxan Şahinoğlu Azərbaycanın Rusiyanı qıcıqlandırmağa heç bir bəhanə vermədiyini deyib: "MDB-də qəbul olunan qərarlar formal xarakter daşıyır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə isə onu qeyd edə bilərəm ki, əslində bu qurum daha çox Rusiya-Ermənistan əməkdaşlığından ibarətdir. Çünki Qarabağ müharibəsi başlasa, Ermənistana real dəstək verəcək ölkə də Rusiyadır. Burada yer alan Qırğızıstan və Qazaxıstan Azərbaycanın əleyhinə çıxmayacaq. Bu mənada Azərbaycanı bu birliyə cəlb eləyə bilməzlər. Azərbaycan NATO üzvlüyünü də qarşısına hədəf qoymayıb. Bu da Rusiyanı qıcıqlandırılmamalıdır. Əslində, Rusiyanı qıcıqlandırmağa Azərbaycan bəhanə vermir. Amma söz yox ki, Rusiya Qarabağın həll olunmasında maraqlı deyil. Bunun üçün isə Ermənistana dəstəyi artırır ki, bu da bizim maraqlarımızla uyğunlaşmır". Qeyd edək ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov aprelin 7-də Azərbaycana gələcək. Onun Bakıda MDB üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirakı planlaşdırılır. |
2014-04-06 | 13,661 | Bağdada törədilmiş partlayışda 15 hərbçi öldü | İraqın paytaxtı Bağdad yaxınlığında törədilmiş partlayış nəticəsində 15 hərbçi ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, terrorçular hiylə işlədərək hərbçilərin güclü partladıcı qurğu quraşdırılmış binaya daxil olmalarına nail olublar, sonra isə binanı partladıblar. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. |
2014-04-06 | 13,662 | Putinin məsləhətçisi: “Yeni dünya müharibəsi başlayacaq” | "Rusiyaya qarşı tədbiq ediləcək embarqo yeni dünya müharibəsinə gətirib çıxara bilər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev çıxış edib. O, Rusiyaya qarşı tədbiq ediləcək sanksiyalar nəticəsində Avropa İttifaqının 1 trilyon dollar itirəcəyi ilə bağlı fikrini növbəti dəfə təkrarlayıb: "Amerika İranda olduğu kimi, Rusiyanı da dünya maliyyə sistemində kənarda qoymağa cəhd etsə, Avropa İttifaqı bunda itirəcək. Bu itkinin 1 trilyon avro olacağı ehtimal edilir. Rusiyaya qarşı tədbiq ediləcək sanksiyalar yüz milyardlarla dolların havada qalmasına, Avropa banklarının zərər görməsinə, böhranın yaranmasına səbəb olacaq. Nəticədə isə oynanan geopolitik oyun yeni dünya müharibəsinin başlanmasına səbəb olacaq". |
2014-04-06 | 13,663 | Rafiq Əliyev: “Mən müxalifət adamı deyiləm” | "Bilirəm Rüstəm İbrahimbəyov Azərbaycana niyə gəlmir, amma bunu ona deyə bilmərəm" Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin APA-ya müsahibəsi - Son bir neçə ayda Ziyalılar Forumunun fəaliyyətində səngimə yaranıb, demək olar ki, fəaliyyət göstərmir. Qurumun bundan sonrakı taleyi necə olacaq? - Ziyalılar Forumunun fəaliyyətində seçkilərlə və başqa siyasi proseslərlə əlaqədar səngimə əmələ gəldi. Mən həmişə demişəm ki, müxalifət adamı deyiləm. Mən ancaq müxalifəm. Bir ziyalı kimi mən ən birinci özümə, bir də bu cəmiyyətdə, ölkədə olan mənfi proseslərə qarşı müxalifəm. Müxalifət odur ki, o, hakimiyyət istəyir. Ona görə gərək siyasətlə siyasi partiyalar məşğul olsunlar. Mən belə düşünürəm. Məgər Mirzə Cəlil, Üzeyir Hacıbəyov hakimiyyət istəyirdi? Onların əsərlərinə baxın. Yəni ziyalı statusu bir az başqadır. Səngimə yalnız siyasi proseslərlə əlaqədar oldu. Ancaq təbii ki, Ziyalılar Forumu öz işini davam etdirəcək. Bu gün Azərbaycana sağdan-soldan, yuxarıdan-aşağıdan həddən artıq çox böyük basqılar var. Və ola bilər ki, bu basqılar getdikcə də artsın. Hesab edirəm ki, bu gün Azərbaycan üçün çatışmayan şey milli barış, milli birlikdir. O basqıların qarşısında ancaq milli birlik duruş gətirə bilər. - Dediyiniz milli birliyə kimlər mane olur? - Hikkə. Ad çəkə bilmirəm, ümumiyyətlə, hamı mane olur. Bir az elmi dildə desəm, Aristotel məntiqi ilə düşüncə tərzi. Kim bizimlə deyil, bizim düşmənimizdir. Yəni, ikili məntiqlə düşüncə tərzi. Mənim hələ Milli Şuradan çox qabaq bir yazım vardı. Demişdim ki, mən bir az bədgümanam, çünki hikkə qoymayacaq ki, bu birlik alınsın. Nə müxalifətin, nə o biri tərəfin, nə də müxalifətlə hakimiyyətin birliyi var. Hazırda milli birlik üçün körpü yoxdur. - Rüstəm İbrahimbəyovla əlaqə saxlayırsınızmı? Onun Azərbaycana gəlişi gözlənilirmi? - Mən Rüstəmi ziyalı sayıram. Rüstəm 75 yaşı olanda, ABŞ-da mən ona zəng vurub təbrik etdim. Amma nə vaxt gəlib-gəlməyəcək, deyə bilmirəm. Məsələn, mən Rüstəm İbrahimbəyova deyə bilmərəm ki, niyə gəlmirsən? Nə qədər yaxın dost olsaq da, bizim aramızda başqa səviyyədə söhbətlər gedir. Bəlkə də bilirəm niyə gəlmir, amma bunu ona deyə bilmərəm. - Nəzərə alsaq ki, Ziyalılar Forumunun bəzi üzvləri Milli Şurada təmsil olunurdu. Ancaq siz Milli Şura yarananda bəyan etmişdiniz ki, orada təmsil olunmayacaqsınız. Bunun səbəbi nə idi? - Mənim Milli Şuraya qoşulmaq barədə qətiyyən fikrim olmayıb və bunun da cavabını qeyd etdim. Mən hakimiyyət istəmirəm, yalnız məni narahat eləyən problemləri deyirəm. |
2014-04-06 | 13,664 | Müsəlman qatillərinə beynəlxalq tribunal qurulur | Avropa İttifaqı müharibə zamanı Kosovoda müsəlmanların qətlə yetirilməsi ilə bağlı beynəlxalq tribunal qurur. "Axar.az" "Nyu York Tayms" qəzetinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndələrindən biri məlumat verib. Qeyd olunur ki, gələn il məhkəmə cinayət işinin icrasına başlayacaq. Xatırladaq ki, 2008-ci ildə NATO-nun dəstəyi ilə Kosova müstəqilliyini bərpa etdikdən sonra Serbiya ilə əlaqələr gərginləşmişdi. |
2014-04-06 | 13,665 | Canlı yayımda anasını təpiklədi - Video | Livanda yaşayan, uzun zaman bir-birləri ilə görüşməyən ailə üzvlərinin bir araya gəldiyi "Realiti Şou"da qalmaqal yaşanıb. "Axar.az" xəbər verir ki, 7 ildir anasıyla görüşməyən gənc canlı yayımda mübahisə yaradaraq anasına təpik atıb. Gənc oğlanı televiziya işçiləri çətinliklə sakitləşdirə biliblər. Oğlanın anası isə oğlunun hərəkətinə təəccüblənib. Həmin videonu təqdim edirik. |
2014-04-06 | 13,666 | NATO sülhə ən böyük təhdiddir - Rik Rozoff | "ABŞ Avropa qitəsində hərbi varlığını əbədiləşdirmək üçün NATO-nu yaradıb". "Axar.az" xəbər verir ki, bu barədə "Stop NATO" saytının yaradıcısı, amerikalı araşdırmaçı Rik Rozoff deyib. Rozoff NATO-nun sülhə ən böyük hərbi təhdid olduğunu bildirib. Sovetlər Birliyinin ilk atom bombasını yaratmamışdan əvvəl ABŞ-ın Avropaya atom bombası yerləşdirdiyini xatırladan Rozoff indi də Vaşinqtonun əsas strateji silahı olan B-61 nüvə bombalarını Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyə ərazisində yerləşdirdiyini deyib. Rozoff Pentaqonun NATO ölkələrinin hava sahələrinə nəzarət etdiyini, bu ölkələrdə quru qoşunları və dəniz donanmaları vasitəsi ilə NATO-nun sərhədlərini genişləndirdiyini vurğulayıb. |
2014-04-06 | 13,667 | Bakıda dəhşətli gecə qəzası: ölən var | Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb. "Mersedes" və "Azsamand" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Vaqif küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mersedes" Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand"ı yolayırıcında vurub. Zərbənin gücündən "Azsamand"ın sağ ön qapısı açılıb və sərnişin asfaltın üstünə düşüb. O, aldığı zərbə nəticəsində dünyasını dəyişib. Həlak olan şəxsin şəxsiyyəti dəqiqləşdirilir. İlkin ehtimala görə, qəzaya "Mersedes"in işıqforun qadağanedici işığında hərəkətini davam etdirməsi səbəb olub. Sürücü qəzadan sonra hadisə yerindən qaçıb. |
2014-04-06 | 13,668 | Kerri də Bakıya gəlir – Qafqaz qaynayır | ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycana səfəri yaxın günlərdə başlayacaq. "Axar.az" xəbər verir ki, amerikalı rəsminin Cənubi Qafqaza səfərə hazırlaşdığı barədə artıq Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib. Ancaq səfərin dəqiq vaxtı və məqsədi barədə bilgi yoxdur, yalnız bu vizitin "yaxın günlərdə" reallaşacağı qeyd edilir. Ekspertlər isə Kerrinin məqsədinin Azərbaycandan Rusiyaya qarşı istifadə etmək, ölkəmizin mavi yanacağını Avropa bazarlarına cıxarmaqdan ibarət olduğunu bildirirlər. Departamentin rəsmi məlumatında Azərbaycana səfərin məqsədini təsəvvür etməyə imkan verən Kerrinin Brüssel çıxışının stenoqramı da yerləşdirilib: "Bu gün keçirdiyimiz iclasın gündəliyində Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya nəqli məsələsi durur". Ekspertlər bildirir ki, "Şahdəniz-2" layihəsi ötən ilin dekabr ayında imzalansa da, qazın tezliklə nəqlidən söhbət gedə bilməz. Məlumdur ki, ilk qazın çıxarılması 2018-ci ilə, Türkiyə üzərindən nəqli isə 2019-cu ilə planlaşdırılır. Vurğulanır ki, belə olan təqdirdə Avropa yenə çıxılmaz vəziyyətə düşəcək. Norveç və Qətər qazı hamıya yetməyəcək. Ruslar artıq Rusiyanın sanksiyalarla bağlı Kerrinin bəyanatlarına ironiya ilə yanaşmağa başlayıblar. Onların qənaətinə görə, Amerika rəsmisinin bəyanatları siyasi blefdən başqa bir şey deyil. Məqsəd neytral dövlətləri öz tərəfinə çəkməkdir. Rus mütəxəssislər hesab edib ki, Avropanın Rusiya qazından imtina edəcəyi fikirləri absurddur. Qeyd edək ki, "Nyu York Tayms" Azərbaycanla bərabər, Kerrinin Gürcüstana da səfər edəcəyini gürcü diplomatlarına istinadla yayıblar. Ancaq ABŞ Dövlət katibinin Ermənistana səfər edib-etməyəcəyi məlum deyil. Con Kerrinin səfəri barədə məlumatın Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin 2 aprel, Türkiyə Baş nazirinin 4 aprel Bakı viziti, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin aprelin 7-də gözlənilən səfəri ilə eyni vaxtda gündəmə gəlməsinə də ekspertlər diqqət çəkirlər. |
2014-04-06 | 13,669 | Ruhəngiz Allahverdiyeva: “Zahiri görünüşüm itib ki!?” | Son zamanlar mediada müğənni Ruhəngiz Allahverdiyevanın sənətdən uzaqlaşması ilə bağlı xəbər yayılıb. Müğənni Ruhəngiz Allahverdiyeva "Axar.az"a verdiyi açıqlamasında xəbərin yanlış olduğunu bildirdi. O, əlinə əsa alanda sənətini tərk edəcəyini qeyd edib: "Bəyəm səsim yoxdur, yoxsa zahiri görünüşüm itib? Yalnış məlumatdır, mən əlimə əsa alanda sənətimi tərg edəcəyəm. Mən hələ yeni mahnılar, duetlər hazırlayıram, bu yaxınlarda klip də çəkdirəcəyəm. Hətta İlqar Sadıqovla "Bir aylı gecə" mahnısını duet də oxumuşam". |
2014-04-06 | 13,670 | Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi | Ermənistan Azərbaycandan qaçan ailənin siyasi sığınacaq istəyini təmin edib. Bu barədə Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan açıqlama verib. "Onların xahişi təmin edilib, ailə qaçqın kimi tanınıb və ona Ermənistanda sığınacaq verilib", - deyə qurum rəsmisi bildirib. Xatırladaq ki, bu il yanvarın 29-da erməni-gürcü sərhədindəki "Baqrataşen" gömrük məntəqəsinə Bakı sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov öz həyat yoldaşı və üç uşağı ilə müraciət edərək Ermənistandan siyasi sığınacaq istəmişdi. Orucov iddia eləmişdi ki, guya erməni əsilli arvadı Roza ilə ailə qurduqdan sonra Azərbaycanda təqiblərlə üzləşib. Lakin Azərbaycanda onun bu iddiaları öz təsdiqini tapmamış, hətta Orucovun doğmaları belə, onun haqda müsbət fikir söyləməmişdilər ("Musavat.com"). |
2014-04-06 | 13,671 | FHN taxta bazarındakı yanğınla bağlı məlumat yaydı | 09:45 Bakıda taxta satışı bazarında yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunublar. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir. 21:52 "Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb" "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN Bakıda taxta satışı bazarında baş verən yanğın barədə məlumat yayıb. Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xitmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər. Yanğınsöndürmə əməliyyatları zamanı xilasedicilər vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və müvafiq mühafizə tədbirləri həyata keçirərək yanğının baş verdiyi ərazidən ümumilikdə 35 nəfəri təxliyə ediblər. Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər fəhlə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəsətəxanaya aparılıb. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-04-06 | 13,672 | Ermənilər Türkiyəyə təslim oldu | 18 erməni əsilli Suriya vətəndaşı Türkiyə tərəfinə keçib. Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhədində yerləşən Kəsəb bölgəsində nəzarəti ələ keçirən müxalif qüvvələr 18 erməni əsilli Suriya vətəndaşını Türkiyə tərəfinə təslim ediblər. Türkiyəyə sığınmaq istəyən erməni əsilli suriyalıların artıq Yayladağı bölgəsində Türkiyə tərəfinin nəzarəti altında olduğu bildirilir. Qeyd edək ki, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb qəsəbəsində Bəşər Əsəd tərəfdarları ilə müxalif qüvvələr arasında 12 gündür ki, silahlı atışmalar baş verir. Türkiyə sığımaq üçün təslim edilən erməni əsilli 18 suriyalıdan 7-sinin qadın olduğu bildirilir. Yayladağının bələdiyyə sədri Turan Yılmaz isə erməni əsilli suriyalıları Türkiyədə qonaq kimi qəbul etdiklərinə görə çox şad olduqlarını söyləyib (ANS). |
2014-04-06 | 13,673 | Ukrayna da KQB arxivini açır | Ukraynanın Milli Abidələr İnstitutunun yeni rəhbəri Vladimir Vyatroviç Sovet xəfiyyəsinin bütün sənədlərinin vətəndaşların üzünə açılmasına qərar verib. "Axar.az"ın "Azadlıq" radiosuna istinadən məlumatına görə, Vyatroviç bu istiqamətdə addım atılacağı təqdirdə Rusiyanın təpkilərini istisna etməyib: "İlk növbədə təcili şəkildə KQB sənədlərini Ukrayna təhlükəsizlik orqanlarından almalıyıq. Çünki sənədlər həmin orqanların işlərinə gərəkli deyil. Təyinatına uyğun olaraq, bu sənədlər Milli Abidələr İnstitutuna verilməlidir". Vyatroviç sənədlərin açılması prosesinin Çexiya nümunəsi üzrə aparılmasını təklif edib. Məlumdur ki, Çexiyada hər bir vətəndaş bu sənədlərlə tanış ola bilirdi: "Bu suallara aydınlıq gətiriməsi üçün Çexiya variantı bizim üçün ən ideal seçim olardı. Olduqca liberal bir qanun çıxarıldı. İnanıram ki, Ukraynada da belə addım ata biləcəyik. Məqsədimiz hər bir vətəndaşın bu sənədlərlə tanış olmasına maksimum imkan yaratmaqdır". İnstut rəhəbəri etiraf edir ki, sənədlərin açlması Ukrayna daxilində də təzyiqlərlə üzləşəcək. Amma o, ən böyük təpkinin Rusiyadan gələcəyinə əmindir: "Rusiya tərəfindən böyük müqavimət olacaq. Mən bunu hətta 2008-2010-cu ildə hiss etdim. Yadımdadır, Rusiya Ukrayna daxilində böyük bir təbliğat apardı ki, hətta bu, az qala, vətəndaş müharibəsinə səbəb olacaq". Ukrayna Milli Abidələr İnstutu sabiq prezident Viktor Yuşşenkonun göstərişi ilə 2006-cı ildə yaradılıb. KQB sənədləri ilk dəfə Ukraynada 2009-2010-cu illərdə açılmağa başlayıb. O vaxt Vyatroviç arxivin direktoru işləyib. Viktor Yanukoviçin gəlişindən sonra KQB sənədləri ilə tanışlığa qadağa qoyulub. Xatırladaq ki, bir müddət öncə Latviya KQB sənədlərinin açılması qərarını parlamentin birinci oxunuşunda qəbul etmişdi. |
2014-04-06 | 13,674 | AB-yə Türkiyənin üzvlük müzakirələri dayandırıla bilər | Mühafizəkar partiyaların AP seçkilərinə əsas namizədlərdən biri Jean-Klaud Junker Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılmasına qarşı çıxıb. "Axar.az" xəbər verir ki, Junker danışıqları Ərdoğan ilə deyil, Türkiyə ilə apardıqlarını bildirib. Angela Merkelin liderliyində Xristian Demokrat Birlik bu gün Berlində bir konqres təşkil edib. Avropa Parlamentində seçki proqramının müzakirəsi zamanı Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələri də gündəmə gəlib. Hessen əyalətindən verilən bir təklifdə Türkiyə ilə Avropa Birliyi müzakirələrinin dayandırılması istənilirdi. Səbəb kimi isə Türkiyədə Tvitterə qoyulan qadağa göstərilirdi. Hessen əyalətinin Baş naziri Volker Bouffier iclasda demokratiyanın əsas prinsiplərinə riayət edilmədiyi müddətdə üzvlük şanslarının azaldığını və bunun da Türkiyəyə bildirilməsinin vacib olduğunu deyib. |
2014-04-06 | 13,675 | Şamaxıda ayı rayon sakinini parçaladı | Şamaxıda ayı Talışnuru kənd yolunda piyadanı parçalıyıb. Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədi ayının hücümuna məruz qalıb. Sədinin sözlərinə görə, ayı onun qarşısna ani olaraq çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyyəsindən xəsarətlər alıb. Ayı onun boyun nahiyyəsini parçalayıb. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib. Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evələrinə qaydırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub. Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır. Ötən il isə rayonun Keşmədin kəndinə ayı hücum edib və 2 nəfəri yaralayıb (Kanal S). |
2014-04-06 | 13,676 | Ərdoğana qalib gələn yeganə şəxs kimdir? - Foto | Baş nazir Ərdoğana siyasi həyatında seçkilərdə qalib gələn yeganə şəxs CHP-li Hüseyn Aslan olub. "Axar.az" xəbər verir ki, Radikal yazarı Ömər Şahin bu barədə məqaləsində bildirib. Yazar qeyd edir ki, bu günə qədər Ərdoğan 3 seçki uduzub və Baş nazirə qalib gələn yeganə şəxs də 1989-cu ildə CHP nümayəndəsi Hüseyn Aslan olub. Yazar son 12 seçkidə 8 qələbə əldə edən Ərdoğanı seçki sehirbazı adlandırıb. Baş nazir Ərdoğan 3 seçki uduzub və ilk dəfə bu 1986-cı ilə təsadüf edib. İstanbulda ulduzu parıldayan Ərdoğan bir dəfə də solçulara qarşı mübarizədə yenilib. Bu dəfə o, 1989-cu il seçkilərində Bəyoğlu Bələdiyyə rəhbərliyinə namizəd olmuşdu. Ərdoğanın siyasi həyatında yeganə uduzduğu şəxs məhz bu seçkilərdə olub. CHP-li Hüseyn Aslana məğlub olan Ərdoğan, seçkinin nəticəsindən narazı qalmışdı. |
2014-04-06 | 13,677 | Bakı-Sumqayıt yolunda həftəsonu tıxacı – Video | Həftənin şənbə və bazar günü də tıxac olub. "Axar.az" xəbər verir ki, istirahət günü olmasına baxmayaraq, Bakının müxtəlif yerlərində hələ də tıxac müşahidə edilməkdədir. Yeni körpünün tikintisi ilə əlaqədar Ziya Bünyadov prospektində avtomobillərin sıxlığı müşahidə edilir. Qeyd edilən yerdən başlanan tıxac 3-cü mikrorayon dairəsinə qədər davam edir. Digər tıxac isə Bakı – Sumqayıt yolunda müşahidə edilməkdədir. Bakı Beynəlxalq Avtovağzalından "Şamaxı yolu" ərazisinə qədər davam edən tıxac şənbə günü bütün gün davam edib. Xatırladaq ki, qeyd edilən ərazilərdə həftənin iş günlərində hər zaman tıxac müşahidə edilir. Nəqliyyat Nazirliyi və "Azəryolservis"in rəsmiləri bunun ərazidəki körpü tikintisi ilə əlaqədar olduğunu deyirlər. |
2014-04-06 | 13,678 | Sumqayıtda uşaq su anbarına düşdü: FHN axtarır | Sumqayıtda çirkab su kanalına azyaşlının düşdüyü bildirilir. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çirkab su kanalına 1 azyaşlının düşdüyü ehtimal olunur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin azyaşlının axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək. |
2014-04-06 | 13,679 | Bosfor körfəzi üzərində faciəvi qəza: ölənlər var - Video | İstanbulda Bosfor körfəzi üzərindən üçüncü körpünün tikintisi zamanı metal konstruksiyaların uçması nəticəsində üç nəfər ölüb. Məlumata görə, təməlinin qoyuluşu zamanı metalkonstruksiya uçub və onun altında üç fəhlə qalıb. Bosfor körfəzi üzərindən üçüncü körpünün tikintisi 2015-ci ilədək başa çatmalı və həmin il o, istifadəyə verilməlidir. Körpünün istismar müddəti on il təşkil edəcək (Trend). |
2014-04-06 | 13,680 | Pomidor döyüşü – Axar TV | Hər il minlərlə insan qeyri-adi festivallarda iştirak etmək üçün dünyanın müxtəlif yerlərində toplaşır. Belə karnavallardan biri də Tomatinodur. Tomatino - pomidor döyüşüdür. Bu festival hər il ənənəvi olaraq kiçik İspaniya şəhərciyi Bünyolda keçirilir. Festival adətən avqustun son çərşənbə günü qeyd olunur. Daha ətraflı Axar TV-nin süjetində. |
2014-04-06 | 13,681 | Fətullah Gülən hökuməti özü alır | 25 ildir "camaat"a xidmət edən Fətullah Gülən barədə təəccüb doğuracaq iddialar səsləndirilib. "Axar.az" xəbər verir ki, bu barədə gülənçilər içərsində bir müddət xidmət etmiş Prof. Dr. Əhməd Kələş danışıb. Kələş Gülənin heç bir zaman peşmançılıq hissi keçirmədiyini və tövbə etmədiyini bildirib: "Fətullah Gülən hökuməti özü alır. Sərhədləri özü təyin edir, onun üçün heç kim sərhəd qoya bilməz". Bu ölkə istəsə, Gülənin qulağını özünə çəkdirər Türkiyənin böyük təhlükə ilə qarşı-qarşıya olduğunu iddia edən Kələş, "Bu ölkə istəsə, Fəthullah Gülənin öz qulağını özünə çəkdirər. Bu ölkə hələ necə bir təhlükə qarşısında olduğunu bilmir", - deyib. Prof. Dr. Əhməd Fətullah Gülənin yeganə istinad mənbəyinin İslam olduğunu, bazasını müsəlmanların təşkil etdiyini bildirib. Yeni hücumlara hazırlaşırlar Seçkilərdən Baş nazir Ərdoğanın qələbə ilə çıxmasını da dəyərləndirən Kələş bildirib: "Millətimizin seçkilərdə göstərmiş olduğu sağlam fikrə, ölkənin Baş nazirinə sahib çıxan hər kəsə təşəkkür edirəm. Millətimiz bu ölkənin elə də asan yıxılmayacağını göstərmiş oldu". Kələş hələ hər şeyin bitmədiyini, yeni oyunların planlaşdırıldığını qeyd edərək, növbəti həmlələrə hazır olmağın vacibliyini bəyan edib. |
2014-04-06 | 13,682 | Rəqsanədən Rəmişə cavab gəldi | "Rəmiş gözəl sənətkardır, ona böyük hörmətim var. Lakin danışdığı sözlərin mahiyyətinə diqqət etmir. Məni bir müğənnı kimi sevməyə bilər, ancaq bu ona ixtiyar vermir ki, məni təhqir etsin. Mənim üçün onun xoşuna gəlmək vacib deyil". "Axar.az" xəbər verir ki, bu sözləri Rövşanə Bektaşinin "Bazar səhəri" verlişində qonaq olan Rəqsanə Rəmişin onun haqqında söylədiyi fikirlərə iradını bildirərkən deyib. Qeyd edək ki, gitara ifaçısı Rəmiş mediaya açıqlamasında Rəqsanədən zəhləsi getdiyini söyləyib. |
2014-04-06 | 13,683 | 35 il sonra ilk dəfə İrana icazə verildi - ABŞ | ABŞ Maliyyə Nazirliyi İrana "Boinq" şirkətinin müəyyən təyyarə hissələrinin satışına icazə verib. "Axar.az" xəbər verir ki, "Boinq"in Tehranla 1979-cu ildən bəri əlaqəsi yoxdur. Bu qərar ABŞ Dövlət katibi Con Kerrinin ötən il İranla əldə etdiyi razılaşmanın bir hissəsi kimi dəyərləndirilir. Ötən ilin noyabrında əldə edilən razılaşma altı ay müddətində İranın nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında ABŞ, Çin və İngiltərənin də olduğu bir sıra ölkələrin İrana sanksiyaları yüngülləşdirilməsini nəzərdə tuturdu. Qeyd edək ki, Amerikanın "General Electric" şirkəti aprelin 4-də 1979-cu ilin sonlarında İrana satılan 18 mühərrikin yenilənməsi üçün icazə aldığlarını açıqlamışdı. Xatırladaq ki, İran Hava Yolları hələ də 1979-cu ildə aldığı təyyarələrdən istifadə edir. Son 25 il ərzində İran təyyarələri 200-dən çox qəzaya uğrayıb. Bu qəzalar nəticəsində 2000-dən çox adamın öldüyü bildirilib. |
2014-04-06 | 13,684 | Azərbaycan Türkiyə ilə konfederativ dövlət yaradır - Şok iddia | "Dağlıq Qarabağın statusu dəyişə bilər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, son günlər Azərbaycanın müxtəlif siyasi və hərbi liderlərin səfərlərinin mərkəzinə çevrildiyini bildirib: "Azərbaycana Ərdoğanla Türkiyənin Baş Qərargah rəisi gəlir. Onlardan öncə isə Türkiyənin Quru Qoşunlarının komandanı Hulusi Akar Bakıda olur. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov aprelin 7-də bu ölkəyə gedəcək. Nədənsə, Kerri də bura gəlir. Ən qəribəsi isə Azərbaycanın Türkiyə ilə konfedirativ dövlət yaratmaq istəklərinin olmasıdır. İran isə istənilən vədə bu ölkəni dini radikalları ilə qarışdıra bilər. Çox güman ki, Qarabağın statusunda xüsusi dəyişiklik olmalıdır. Mənə elə gəlir ki, cənab Gerasimov bunu artıq anlayır". |
2014-04-06 | 13,685 | Ərdoğan-Gül müharibəsinin ilk siqnalı verildi | Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ölkə Prezidenti Abdullah Güllə Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident postu uğrunda döyüşəcəklərini deyib. Cəmil Çiçək Ərdoğanın prezidentliyə namizəd olduğunu açıqladıqdan sonra ölkədə qarşıdurmaların baş verəcəyini söyləyib. Onun sözlərinə görə, Ərdoğan prezidentliyə namizəd olduqdan sonra ölkədəki mövcud iqtidarda vəzifə üstünda ixtilaflar baş qaldıracaq: "Ərdoğan prezidentliyə namizədliyini verdikdən sonra səlahiyyətli və məsuliyyətsiz prezidentlə vəzifəli baş nazir arasındakı münasibətlər sağlam olmayacaq. Dünyanın heç bir yerində belə sistem yoxdur. Prezident ikinci dəfə xalq tərəfindən seçiləcək, amma o, səlahiyyətli və məsuliyyətsiz olacaq" (ANS). |
2014-04-06 | 13,686 | İsrail Fələstin qarşısında bir addım geriyə çəkildi | "İsrail Fələstinlə danışıqlar aparmağa hazırdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib. O, İsrailin Fələstinlə danışıqlara hər zaman hazır olduğunu bildirib: "İsrail Fələstinlə sülh danışıqlarına başlaya bilər. Amma Fələstin öz dövlətini qurmaq uğrunda birtərəfli addım atsa, bu, İsrailin özünə uyğun tədbirlər alması ilə nəticələnəcək". Qeyd edək ki, İsraillə Fələstin arasında danışıqlar rəsmi Təl-Əvivin fələstinli məhbusları azadlığa buraxmasından imtina etdikdən sonra pozulmuşdu. |
2014-04-06 | 13,687 | “İntim səhnələri çəkmək böyük istedad tələb edir” | "Yerli seriallarımızda açıq-saçıq səhnələrin nümayiş olunmasına münasibətim pisdir, gənclərdə düzgün fikrin formalaşmasında mənfi rol oynayır." Bu sözləri seriallarımızda erotik səhnələrin yayımlanması mövzusunda "Axar.az"ın tanınmışlar arasında keçirdiyi sorğu zamanı şairə Cığatel İsaqızı dedi. Rejissorlar bunu yüngül reklam xatirinə edirlər Kinorejissor Fariz Əhmədov ehtiyac olduğu zaman seriallarda belə səhnələrə də yer verməyin lazım olduğunu bildirib: "Ümumiyyətlə kino vizual sənətdir və hər hansı bir filmi çəkərkən rejissor özünə heç bir məhdudiyyət qoymamalıdır. İlk növbədə hər bir düşünülmüş səhnə filmin ideyasına işləməlidir. Əgər ethiyac varsa əlbəttə açıq səhnə də olmalıdır. Kino həyatın aynasıdır və öz materialını əksər halda cəmiyyətdən götürür. Yaşadığımız həyat tək yemək və yatmaqdan ibarət deyil. Əlbəttə ki, açıq səhnələri çəkmək rejissordan böyük isdedad ve bacarıq tələb edir. Əsas odur ki, bu səhnə filmin qayəsinə xidmət etsin, bəzi halda rejissorlar əlbəttə yüngül reklam xatirinə bu işləri görürlər." Yerli seriallara baxmıram Mirvari Qəhrəmanlı yerli serialları izləmədiyini, ümumilikdə isə belə səhnələrə münasibətinin pis olduğunu dedi: "Vallah heç birinə baxmıram. Amma bunu düzgün hesab etmirəm. Ümumiyyətlə nə açıq-saçıq geyimləri, nə də intim səhnələri sevmirəm və bunu qəbul etmirəm. Yetişməkdə olan gənclərin həyat tərzinə təsir edəcək mənfi amil kimi qiymətləndirirəm". Film reallığı əks etdirir Şair Vüqar Əhməd isə seriallarımızda erotik səhnələrə yer verilməsinin müəyyən həddə qədər normal olduğunu söylədi: "Türk seriallarında olduğu kimi, müəyyən səddi saxlamaqla belə səhnələrə də yer ayırmaq olar. İntim səhnələrin nümayiş olunmasına qarşıyam, çünki biz türkük, müsəlmanıq. Yüngülvari öpüş səhnələri hələ sovet dövründə də olurdu, indi də müəyyən qədər yer ayırmaq olar. Film reallığı əks etdirməlidir. Yerli seriallarımızda belə səhnələrin kasad olacağı təqdirdə tamaşaçı kütləsi də azalacaq". |
2014-04-06 | 13,688 | “Rusiya olduğu müddətdə Qarabağ problemi çözülməyəcək” | "Serj Sərkisyan gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti gülləbaran edilib". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Ermənilər türklərə nifrət etmir O, Ermənistanın sosial partlayış ərəfəsində olduğunu deyib: "Ermənistan parçalanmış cəmiyyətdir. Çünki Ermənistan bir tərəfdən tamamilə Rusiya müstəmləkəsidir və xalq da bunu istəmir. Yalnız hakim dairə Rusiyanın Ermənistan üçün əhəmiyyətini təbliğ edir. Əksinə, bütün ziyalı, savadlı ermənilər bilirlər ki, Rusiya Ermənistanın bədbəxtliyidir. Onunçün ki, Rusiyaya görə Ermənistan təcrid olunmuş vəziyyətdə qalıb. Ermənilər görürlər ki, türklərin onları qırmaq fikri yoxdur. Əksinə, onlara əl uzadaraq bu bataqlıqdan çıxartmaq istəyirlər. Ona görə Ermənistanda Putinin səfəri ərəfəsində nümayişlər oldu, Avropa İttifaqına tərəf ermənilərdən böyük istək göründü. Lakin Sərkisyan bu arzunu onların ürəyində qoydu. Erməni xalqı öz rəhbərliyindən olduqca narazıdır. Vəziyyət orada kövrəkdir və bir gün partlayacaq". Sərkisyanın ipi Moskvanın əlindədir Politoloq Dağlıq Qarabağ konfliktinin həll olunmasında irəliləyiş olmayacağını qeyd edib: "Ermənistan Rusiyanın caynağından çıxmayana qədər heç bir irəliləyiş olmayacaq. Serj Sərkisyan tamamilə Moskvadan asılı adamdır. O, gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti gülləbaran edilib. Bunu ondan yaxşı bilən yoxdur. Ona görə də Serj Sərkisyan Moskvanın icazəsi olmasa, heç bir addım ata bilməz. Moskva da Qarabağ məsələsini əngəlləyərək, bir gün Azərbaycana qarşı istifadə etməyə ümid edir. Bu münaqişə ilə ABŞ-ın, Avropa İttifaqının, NATO-nun regionda olan bütün maraqlarına hədə-qorxu gəlir. Ona görə də məsələ həll olunmayacaq və hələlik irəliləyiş gözləməyə dəyməz". Azərbaycan üçün ən yaxşı namizəd V.Quluzadə erməni xalqının sülhə ehtiyacı olduğunu söyləyib: "Ermənistanda Ter-Petrosyandan əlavə daha müsbət şəxsiyyətlər var. Məsələn, David Şahnazaryan. O, müxalifətdədir və açıq-aşkar deyir ki, bizim bütün sərhədlərimiz Rusiyanındır. Əgər o hakimiyyətə gələ bilsə və ölkə Rusiyanın caynağından çıxa bilsə, sülh məsələsi həll olunacaq. Ermənistan xalqı deyir ki, əgər qələbə çalmısınızsa, bəs sülh haradadır? Bax, onlar bundan narazıdırlar". |
2014-04-06 | 13,689 | Avropaya nefti Qətər ötürəcək: "Rusiya blokadaya alınır" | "Qətər Rusiyanın yerinə Avropaya qaz ötürməyə razılıq verib". "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı ərəb mətbuatı hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb. Mətbuat Qətər şeyxinin artıq Con Kerri ilə razılığa da gəldiyini deyib: "Bu, Qətərin Suriya müxalifətinə dəstək verməyini bir daha sübut edir. Qətər Rusiyanı blokadaya saldırmaqla Suriyadan canını qurtarmağa çalışır. Daha sonra buradan Türkiyəyə neft kəməri çəkmək istəyir". |
2014-04-06 | 13,690 | NATO Polşada qüvvələrinin sayını artırır | "NATO Şərqi Avropa ölkələrini Rusiyanın təzyiqindən qorumaqdan ötrü Polşada öz qüvvələrinin sayını artıracaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Polşa Prezidenti Donald Tusk çıxış edib. Qərb mətbuatı həmçinin Rumıniyada da NATO qüvvələrinin sayının artırıldığı haqqında məlumat yayıb. Rumıniya Prezidenti Trayan Baseskunun parlanmentə göndərdiyi məktubda ABŞ-ın Rumıniyadakı bazasına əlavə 600 əsgərin göndərəcəyini bildirib. Qeyd edək ki, ABŞ-a məxsus Mixail Koqelniçanu adlanan aviabaza Ukrayna sərhədinə yaxın məsafədə yerləşir. |
2014-04-06 | 13,691 | Gülənlə savaşda Ərdoğanın yeni müttəfiqi bəlli oldu | "Fətullah Gülən hərəkatına qarşı mübarizədə Ərdoğanın yanında olacağıq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçək çıxış edib. O, həbsdən çıxarkən "təriqətləri məhv edəcəyik" sözlərinin üstündə sona qədər qalacağını bildirib: "Mən "təriqətləri məhv edəcəyik" deyəndə Fətullah Gülən təriqətini nəzərdə tutmuşdum. Başqa cür anlaşılmasın. Bu işdə Ərdoğanın yanındayam. Amma yalnız bu işdə. Ümumiyyətlə, Fətullah Gülən hərəkatına qarşı mübarizə aparacaq kim varsa, onların hamısının yanındayıq". Qeyd edək ki, Doğu Perinçəyin bir müddət öncə Ərgənəkon davasında günahsız olduğu bildirilmiş və azadlığa buraxılmışdı. |
2014-04-06 | 13,692 | Türkiyənin ilk milli qırıcı təyyarəsi - 2023 | Türkiyə 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxmaq niyyətindədir. Bunu Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzində (TUSA) bildiriblər. Bundan öncə Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzi (TUSA) "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsini hazırlayıb. Türkiyə müdafiə sənayesinin icraiyyə komitəsi "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsinin seriyalı istehsalının başlanması barədə qərar qəbul edib (Trend). |
2014-04-06 | 13,693 | Putinə də cizgi filmi çəkildi - Video | Rusiyanın Krımı işğal etməsi kino sənətinin təmsilçilərinin də diqqətini cəlb edib. Belə ki, onlar Rusiyanın Ukrayna siyasətini bir cizgi filminin mövzusuna çeviriblər. Cizgi filminin personajları sırasında Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, ABŞ Prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, eləcə də Yanukoviç hakimiyyəti devrildikdən sonra Ukraynaya rəhbərlik edən şəxslər yer alır ("Musavat.com"). Həmin maraqlı siyasi-satirik cizgi filmini təqdim edirik: |
2014-04-06 | 13,694 | Həmyerlimiz Moskvada kapitanı öldürdü - Foto | Moskva milisi bu gecə seriya qətllərdə şübhəli bilinən 3 azərbaycanlının və bir beloruslunun yaxalanması məqsədilə əməliyyat keçirib. Məlumata görə, cinayətkar dəstə təslim olmaq istəmədiyindən əməliyyat itkisiz ötüşməyib. Kapitan Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerində keçinib. Kapitanın 48 yaşlı Mirzə Sarıyev tərəfindən öldürüldüyü ehtimal edilir. Onun oğurluqda şübhəli bilindiyi və axtarışda olduğu bildirilir. Kapitan Jadobkin cinayətkarı binanın girişində saxlamaq istəyib. Qonşuların sözlərinə görə, ucadan danışanların səsləri eşidilsə də, güllə səsi eşitməyiblər (ANS). |
2014-04-06 | 13,695 | Urmu gölü can verir - Foto | Güney azərbaycanlıların siyasi hakimiyyətdən tələblərinə və bu fəlakətə qarşı tədbirlər görülməsi üçün mübarizələrinə baxmayaraq, Urmu gölü qurumaqda davam edir. "Axar.az" xəbər verir ki, gölün qurumasına səbəb Urmuya axan çayların üzərində tikilən sədlərdir. Böhran getdikcə dərinləşir və İran rejimi bu günə qədər heç bir əməli addım atmadan gölün qurumasını müşahidə etməkdədir. "GunAz TV" 2014-ci ilin mart ayında Urmu gölündən şəkillər çəkib. Mütəxəssislərin fikrincə, bu şəkillər gölün 94% quruduğunu təsdiqləyir. Xatırladaq ki, Urmunun qurumusı ilə ətraf ərazilərin şoranlaşacağı və yaşayış üçün yararsız hala düşəcəyi bildirilir. Güneyli fəallar azərbaycanlıların kompakt yaşadığı tarixi ərazilərin boşaldılması üçün bu planın İran rejimi tərəfindən düşünülərək həyata keçirilməsindən narahatdırlar. |
2014-04-06 | 13,696 | “O dünyada dədəmdən hökmən soruşacağam” - Foto | Feysbuk sosial şəbəkə istifadəçilərindən biri İkinci Dünya Müharibəsindən sonra Səməd Vurğunun çəkdirdiyi bir fotonu paylaşıb. "Axar.az" xəbər verir ki, paylaşılan fotoya Vaqif Səmədoğlunun münasibəti maraqlı olub. Vaqif Səmədoğlu yazıb: "Var olun, Teymur bəy... Mən Yusif qağamın qucağında, Abıqız dədəmə qısılıb. Fioletov küçəsindəki evimizdəyik, müharibə yenicə qurtarıb. Ağlıma gəlməzdi ki, bu əzizlərimin hamısından çox yaşayacağam. O dünyada dədəmdən hökmən soruşacağam: - Ay dədə, evdə balalarına saz çalanda sinənə ordenləri neçin taxmısan?" |
2014-04-06 | 13,698 | “Yeganə icra başçısıyam ki...” – Xanbabayev danışdı | Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülən Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev "Xeberdar.az" saytına danışıb. İcra başçısı təltifdən sevindiyini bildirib və Prezidentə təşəkkür edib: "Azərbaycanda yeganə icra başçısıyam ki, həm "Şöhrət", həm də "Şərəf" ordeninə layiq görülmüşəm". Hər zaman Heydər Əliyev siyasətinə sadiq olduğunu söyləyən icra başçısı bu diqqətin onun məsuliyyətini artırdığını da söyləyib: "Bundan sonra Xaçmaz daha da çiçəklənəcək, inkişaf edəcək. Bu diqqətin qarşısında ancaq işləmək, məsuliyyətli olmaq, xalqa xidmət etmək dayanır". |
2014-04-06 | 13,699 | Rusların Ukraynada qalma limiti azaldıldı | Ukraynada rusların qalmaq üzrə limiti aprelin 7-dən qüvvəyə minəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatında deyilir. Xəbərdə bildirilir ki, Rusiya Federasiyasının vətəndaşlarına aprelin 7-dən etibarən Ukrayna ərazisində yalnız 90 gün qalmaq icazəsi verilir". Bu vaxta qədər Rusiya vətəndaşlarının Ukrayna ərazisində 180 gün (6 ay) müddətində qalmaq imkanları var idi. Xatırladaq ki, bu addım Ukrayna vətəndaşlarının Rusiya ərazisinə girişinin məhdudlaşdırılmasına qarşı atılıb. |
2014-04-06 | 13,700 | Bakıda milyon avroluq avtomobil - Foto | Bakının küçələrinin birində qiyməti yüz minlərlə ölçülən "Lamborghini" markalı avtomobil peyda olub. Fotolardan aydın etmək olur ki, söhbət "Lamboghini Gallardo" markalı avtomobildən gedir. Qeyd edək ki, model və formasından asılı olaraq, "Lamborcini" avtomobillərinin qiyməti yüz mindən milyon avroya qədər dəyişə bilir. "Lamborghini Gallardo" markalı avtomobil getdiyi yoldan aslı olaraq saatda 350 kilometr qədər sürət yığmaq imkanına malidir. Yəni, Bakıda yol nəqliyyatı qaydalarını pozmadan bu avtomobilin bütün imkanlarından yararlanmaq möcüzəyə bərabərdir (ANS). Yalnız italyan şirkəti bütün dünyadakı müştəriləri üçün ildə minlərlə belə markalı avtomobillər istehsal edir. |
2014-04-06 | 13,701 | Qarabağdan erməni ordusu Suriyaya göndərildi | Suriyanın ikinci ən iri liman şəhəri olan Tartusa Dağlıq Qarabağdan 1500 nəfərlik erməni yaraqlısından ibarət desant çıxarılıb. Bu barədə məlumat Hələbdə döyüşən "Əl-Təvhid Briqadası" (Liwa al-Tawhid) yaraqlı qruplaşması tərəfindən briqadanın internet saytında yayılıb. Tartus Latakiyədən sonra Suriyanın ikinci ən iri liman şəhəridir və orada Rusiya hərbi-dəniz bazası yerləşir. "Əl-Təvhid Briqadası" Qarabağ ermənilərindən ibarət yaraqlı dəstəsinin Tartusa gəlişini bu anonsla çatdırıb: "Xristian ordusu Suriya torpağına yeridildi". "Əl-Təvhid Briqadası" Suriyada Əsəd rejiminə qarşı döyüşən ən iri qruplaşmalardan biridir və onun tərkibində 10 minə yaxın yaraqlı var. Ermənilərin də sıx yaşadığı Hələb şəhərinə bu qruplaşma nəzarət edir. Suriya erməniləri Bəşər Əsəd rejiminin tərəfindədir və bu üzdən müxaliflər onları da hədəfə alır. Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin qarabağlı üzvü, keçmiş səhra komandiri və müharibə veteranı Vaan Bədəsyan Suriyanın Türkiyə ilə sərhəd Kasab qəsəbəsinin "İraq Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsinə və ermənilərin oradan çıxarılmasına cavab olaraq Suriyaya Qarabağdan erməni könüllülərin göndəriləcəyini bildirmişdi. Vaan Bədəsyan 150 erməni könüllünün Kasab ermənilərini müdafiə etmək üçün Suriyaya göndəriləcəyini desə də, belə görünür ki, söhbət 10 dəfə artıq yaraqlıdan gedir. Vaan Bədəsyan demişdi ki, 150 nəfərlik qrupu Suriyanın Latakiyə şəhərinə göndərmək üçün maliyyə vəsaiti yoxdur, ancaq onlardan azsaylı qrup tezliklə Suriyaya göndəriləcək. Deputatın bildirdiyinə görə, söhbət döyüş təcrübəsi olan şəxslərdən gedir ("Virtualaz.org"). |
2014-04-06 | 13,702 | Yüksək rütbəli kəşfiyyatçı intihar etdi | Mərkəzi Kəşfiyyat İdarəsinin (ÇRU) yüksək rütbəli əməkdaşı çox böyük ehtimalla intihar məqsədi ilə özünü binanın 5 - ci mərtəbəsindən aşağıya atıb. Məlumata görə, Amerikanın "Washinqton Free Beacon" onlayn qəzetinin yazdığına görə hadisə Virciniya ştatındakı MKİ - nin mənzil - qərargahında baş verib. MKİ - nin mətbuat katibi Kristofer Uayt hadisəni təsdiq edib, amma o intiharın mənzil - qərərgahda deyil, Virciniyadakı Lenqli şəhərində İdarəyə məxsus binada baş verdiyini bildirib. "Biz təsdiq edirik ki, əməkdaş ölümcül xəsarətlər alıb. O yerli xəstəxanalardan birinə aparılıb və orada vəvat edib", - deyə Uayt bildirib ("AzNews.az"). Hadisənin baş vermə səbəbləri barədə hələ ki, mətbuatda heç bir açıqlama verilməyib. |
2014-04-06 | 13,703 | İtmiş təyyarə ilə bağlı daha bir məlumat | Təxminən bir ay əvvəl itkin düşən "Malaysia Airlines Boeing 777" təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi. CNN telekanalının məlumatına görə, bu barədə Malayziya hökumətindəki mənbə məlumat verib. "Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi", - telekanalın məlumatında deyilir. Bu məlumatlar təyyarənin itməsi sirrini tapmağa çalışan ekspertlərin mülahizələrinə əsaslanır. Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib ("Trend"). |
2014-04-06 | 13,704 | "Qarabağ" "Barselona"dan güclü ola bilər" | "Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu". Bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Neftçi" ilə oyundan (0:1) sonra deyib. Serbiyalı mütəxəssis "Neftçi"nin meydanında rəqiblərin xal qazanmasını mümkünsüz hesab etdiyini bildirib: "Çətin oyuna hazır idik. "Barselona"nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. "Qarabağ" burada dörd qol vurubsa "Barselona"dan daha güclü ola bilər". Pantiç komandasının əqibdən üstün oynadını da vurğulayıb: "İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim". |
2014-04-06 | 13,705 | Keçmiş arvadı Putindən belə intiqam aldı – Foto | Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl rəsmən boşandığı arvadı Lyudmila hər kəsi təəccübləndirəcək addım atıb. "Axar.az" xəbər verir ki, Putinin bütün dünyanı vecinə almayaraq Krımı işğal etdiyi bir vaxtda boşandığı xanımı Lyudmila ona xoş olmayan sürpriz hazırlayıb. Lyudmila Ukrayna bayrağının rənglərində paltar geyinərək ərindən intiqamını belə alıb. Yayılan foto internetdə baxış rekordu qırıb. |
2014-04-06 | 13,706 | Çanaqqala döyüşçüləri nə yeyib qələbə qazandılar? – İnanılmaz | Türkiyənin Çanaqqala şəhəri uğrunda gedən savaşda döyüşən əsgərlərin qida rasionunu əks etdirən siyahı üzə çıxıb. "Axar.Az" xəbər verir ki, 43-cü alay, 1-ci piyada taboru, 1-ci bölüyə aid olduğu güman edilən siyahıda əsgərlərin üç ay müddətində qəbul etdikləri qida çeşidləri öz əksini tapib. İyun-avqust aylarını əhatə edən siyahida sonuncu ay gündəlik əsgər yeməyinin səhər bir çörəyin yarısı, axsam saatlarında isə şəkərsiz üzüm bəhməzindən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. "Axar.az" həmin siyahını təqdim edir: 43-cü alay, 1-ci piyada taboru, 1-ci bölüyün gündəlik yemək siyahısı: GÜN SƏHƏR GÜNORTA AXŞAM ÇÖRƏK 15 İyun Üzüm bəhməzi Yemək verilmir Yağlı buğda şorbası 1 ədəd. 26 İyun Yemək verilmir Yemək verilmir Üzüm bəkhməzi 1 ədəd. 18 İyul Üzüm bəhməzi Yemək verilmir Yemək verilmir ½ ədəd. 8 Avqust ½ çörək Yemək verilmir Şəkərsiz üzüm bəhməzi Yoxdur. |
2014-04-06 | 13,707 | Əfqanlar kimi prezident seçdi? - İlkin nəticə | Bir qədər əvvəl Əfqanıstan televiziyası seçkinin ilkin nəticələrini açıqlayıb. General Əbdül Rəşid Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəfqani Əhmədzay böyük say üstünlüyü ilə irəlidədir. İlkin məlumata görə, o, səslərin 65 faizindən çoxunu toplayıb. İkinci yerdə Abdulla Abdulla, 3-cü yerdə isə hazırkı prezident Həmid Kərzainin dəstəklədiyi Zalmay Rəsul qərarlaşıb. Bir çox məntəqələrdə səsvermə protokolları artıq açıqlanıb. Əfqanıstanda prezident seçkilərinin yekun nəticələri isə yaxın vaxtlarda açıqlanacaq (ANS). |
2014-04-06 | 13,708 | Ukrayna yenidən qarışdı: dövlət binaları tutuldu - Fotolar | Ukraynada Rusiya meyilli qüvvələr yenidən aktivləşib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarından başlayaraq Donetsk şəhərində separatçılar kütləvi etiraz aksiyalaşrına başlayıblar. Aksiya nəticəsində separatçılar Donetsk Şəhər Administrasiyasının binasını ələ keçiriblər. Hətta separatçılar binanın içərisinə əl qumbarası da atıblar. Luqansk şəhərində də rusmeyilli qüvvələr şəhərin Milli Təhlükəsizlik İdarəsinin binasını ələ keçiriblər. Aksiyaçılar qapıları sındıraraq içəri daxil olublar. |
2014-04-06 | 13,709 | ABŞ Şimali Koreyaya qarşı hərbi gəmilərini göndərir | ABŞ-ın Müdafiə naziri Çak Heygel Vaşinqtonun Şimali Koreya tərəfindən hədələrin qarşısını almaq məqsədilə Yaponiyaya raket əleyhinə iki hərbi gəmi göndərməyi planlaşdırdığını deyib. Çak Heygel yaponiyalı həmkarı İtsunori Onodera ilə görüşdən sonra Tokioda keçirilən birgə mətbuat konfransında bildirib ki, AEGİS hərbi gəmilərinin Yaponiyaya 2017-ci ilə qədər göndərilməsi nəzərdə tutulur. Bununla ABŞ-ın raket əleyhinə müdafiə qüvvələri gücləndirilərək, yeddi hərbi gəmiyə çatdırılıcaq. ABŞ müdafiə naziri bu açıqlamanı Şimali Koreyanın raket və nüvə sınaqlarını davam etdirməklə hədələyərək, qonşuları ilə gərginliyi daha artırmasından sonra verib. Çinə səfəri ərəfəsində Çak Heygel eyni zamanda, Pekini regional münasibətlər və ərazi mübahisələri zamanı öz nüfuzundan məsuliyyətlə istifadə etməyə çağırıb. Pentaqon rəhbəri Birləşmiş Ştatların müttəfiqlərini regionda müdafiə sahəsində razılaşmalara sadiq qaldığını çatdırmaq üçün Asiya-Sakit ocean hövzəsi ölkələrinə 10 günlük səfər edir. ("Amerikaninsesi.org") |
2014-04-06 | 13,710 | Bir səhv kərpiclə bütün binanı uçurdu - Video | Britaniyanın Eşton-ander Layn şəhərində müğənni Frensis Tompsonun keçmiş evi fəhlənin "cadu"su sayəsində dağılıb. "Axar.az" xəbər verir ki, qonşular evin divarından zir-zibil düşdüyü ilə bağlı şəhər rəhbərliyinə şikayət ediblər. Problemin həll edilməsi üçün binaya mühəndislər göndərilib. Evin damına çıxan fəhlələrdən biri əlindəki linglə nəyisə uçurmaq istəyib. Lakin bu hərəkət ona baha başa gəlib. Binanın bir hissəsi tamamilə uçub. |
2014-04-06 | 13,711 | Obama Əfqanıstanda prezident seçkisini alqışladı | ABŞ prezidenti Barak Obama Əfqanıstanda tarixi adlandırdığı prezident seçkisində iştirak edən milyonlarla əfqanı təbrik edib. Cənab Obama seçkilərə dair açıqladığı bəyanatda səsverməni ölkənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürən əfqanlar üçün mühüm bir inkişaf kimi qiymətləndirib. Prezident Obama seçkinin Əfqanıstanın demokratik gələcəyinin təmin edilməsi, eləcə də beynəlxalq dəstəyin davam etdirilməsi üçün böyük önəm daşıdığını deyib. ABŞ prezidenti həmlinin 2001-ci il 11 sentyabr hadisələrindən sonra Əfqanıstnda xidmət göstərmiş Amerika əsgərlərinin xatirəsinə ehtiramını ifadə edib. "Birləşmiş Ştatlar suveren, sabit, vahid və demokratik Əfqanıstana dəstək verməyə davam edəcək və biz əfqan xalqının seçdiyi yeni hökumətlə qarşılıqlı hörmət və məsuliyyət əsasında əməkdaşlığımızın davam etdirilməsini gözləyirik"-deyə cənab Obama bəyanatda bildirib. Əfqanıstanda ilk demokratik seçki yüksək seçici fəallığının müşahidə edildiyi şəraitdə keçib. (amerikaninsesi.org) |
2014-04-06 | 13,712 | Azərbaycanın mübahisəli ərazisi İrana verildi | Azərbaycanla İran arasında, Culfa rayonunda 44 metrlik mübahisəli ərazi İrana birləşdirilib. "Axar.az"ın məlumatına görə, bu barədə İran mətbuatı xəbər verib. İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunub (İranda il mart ayının 21-də dəyişir). H.Zülfüqarlı bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan MR-nın Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metrlik sahə İran ərazisinə birləşdirildi. |
2014-04-06 | 13,713 | Argentinada fövqəladə vəziyyət elan edildi | Argentinada son zamanlar cinayət hadisələrinin artması ilə əlaqədar paytaxt Buenes-Ayresdə fövqəladə vəziyyət elan edilib. "Axar.az" xəbər verir ki, paytaxtda təhlükəsizlik təmin edilənə qədər bir il müddətinə fövqəladə vəziyyət olacaq. Hətta ölkədə vəziyyət o qədər gərginləşib ki, ehtiyatda olan polis zabitləri və gözətçiləri vəzifə başına qaytarılıb. Təhlükəsizliyin təmini üçün 5 min polis iş başındadır. Ölkə büdcəsindən 55 milyon avro cinayətlərin qarşısının alınması üçün ayrılıb. |
2014-04-06 | 13,714 | Ziya Məmmədov qaydaları dəyişir | "İritonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydaları dəyişdirilir" Bu sözləri Nəqliyyat Nazirliyinin Katibliyinin məzuniyyətə göndərilən rəisi Namiq Həsənov bildirib. N.Həsənov deyib ki, Nazirlər Kabinetində iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərarın qəbulu yaxın günlərdə gözlənilir: "İritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolları yararsız hala salır. Bunun qarşısının alınması məqsədi ilə martın 14-dən hökumət müvəqqəti yeni hədlər müəyyən edib. Müvəqqəti qərara əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Bu qərardan sonra yollarda vəziyyət normallaşmağa doğru getməkdədir. Əvvələr narazılıq etmələrinə baxmayaraq, artıq sürücülər bu qərarla razılaşmağa məcburdurlar. Bəzi sürücülər bu məsələdən xəbərdardır. Bu müvəqqəti qərardan xəbəri olmayan bəzi sürücülər arasında da maarifləndirmə işləri aparılır. Ancaq hesab edirik ki, bu məsələyə yenidən baxılmalıdır". N. Həsənov vurğulayıb ki, bəzən tamah məqsədi ilə sürücülər bu qərara riayət etməkdən yayınırlar: "Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu cür qeyri-qanuni halların qarşısının alınmasına çalışır. Qaydaları pozan bütün sürücülər müvafiq qaydada cərimələnəcək. Bu müvəqqəti qərar daimi olmayana qədər bunun tətbiqi ilə bağlı çətinliklər yaranacaq. Hazırda da bu çətinliklər müşahidə olunmaqdadır". Nazirlik sözcüsü iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qaydaların nədən ibarət olacağının təfərrüatı haqda tam bilgili olmadığını dilə gətirib: "Nəqliyyat Nazirliyi də bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Hesab edirik ki, yeni qaydaların tətbiqindən sonra problem köklü surətdə həll olunacaq" (AzNews.az"). |
2014-04-06 | 13,715 | İlk Olimpiya oyunları Bakıda xatırlandı - Foto | 1896-cı ildə Afinada keçirilən ilk müasir olimpiya oyunlarının açılışından 118 il keçir. "Axar.az" xəbər verir ki, bu gün Bakıda "Hilton" otelində İnkişaf və Sülh naminə 1-ci Beynəlxalq İdman Günü qeyd olunub. Tədbirin əsas təşkilatçıları Nəsillər Sülh Naminə (Generations for Peace) Azərbaycan təşkilatı, "Hilton" Bakı Oteli, BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) və "İnkişaf üçün İdman" İctimai Birliyidir. Nəsillər Sülh Naminə Azərbaycan təşkilatının Milli Əlaqələndiricisi Aysel Əsgərova bu il ilk dəfə olaraq İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününün qeyd edildiyini bildirdi. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd məhz idman vasitəsilə ayrıseçkilik və müxfəlifliklərə yeni baxışı formalaşdırmaq və müxtəliflik, bərabərlik, qarşılıqlı hörmət və anlaşma kimi dəyərləri təbliğ etməkdir. Xatırladaq ki, ilk müasir olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilib. Həmin oyunların acılışı isə 1896-cı ilin aprelin 6-da baş tutub. BMT-nin Baş Assambleyasının 2013-cü ildə verilmiş qərarına əsasən, hər il 6 aprel tarixi Beynəlxalq İdman və Fiziki Aktivlik Günü kimi qeyd edilir. |
2014-04-06 | 13,716 | Külək Cəlilabadı qaranlığa qərq etdi | Güclü külək Cəlilabad rayonunun bir çox kəndlərini işıqsız qoyub. Bu barədə "Axar.az"a rayon sakinləri məlumat veriblər. Sakinlər bildirir ki, rayonun Maşlıq, Söyüdlü və Muğan kəndlərinə gələn elektrik xətləri qırılıb. Külək hazırda da davam etdiyindən, xətlərin bərpası mümkün deyil. |
2014-04-06 | 13,717 | İsrail Qəzzada 5 nöqtəni vurdu | Bu gün İsrail Qəzzaya havadan hücum edib. "Axar.az" xəbər verir ki, İsrail təyyarələri Qəzzada yerləşən 5 hərbi nöqtəni vurub. Qəzzada yerləşən təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, Beyt Hanun qəsəbəsinin müxtəlif nöqtələrini İsrail raketlə vurub. Hücum nəticəsində ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib. Xatırladaq ki, aprelin 4-də Qəzzaya İsrail 16 hava hücumu reallaşdırmışdı, nəticədə 2 fələstinli yaralanmışdı. |
2014-04-06 | 13,718 | "Qalatasaray" "Fənər"i əliboş yola saldı | Bu gün Türkiyə çempionatının 28-ci turunun növbəti qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, günün mərkəzi qarşılaşması İstanbulda "Türk Telekom Arena"da keçirilib. Çempionatın vahid lideri "Fənərbaxça" səfərdə "Qalatasaray"la qarşılaşıb. Görüş "Qalatasaray"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra iki komanda arasındakı xal fərqi 7-yə düşüb. Qeyd edək ki, "Fənərbaxça" 60 xalla ilk pillədə, "Qalatasaray" isə "Beşiktaş"la 2-ci və 3-cü pillələri bölüşür. Hər iki klubun hesabında 53 xal var. |
2014-04-06 | 13,719 | ABŞ Senatı "erməni soyqırımı"nı gündəliyə saldı | Amerika Birləşmiş Ştatlarındakı erməni diasporu qondarma "erməni soyqırımı" məsələsini Senatın gündəliyinə salınmasına nail olub. "Axar.az"ın məlumatına görə, ermənilər bu dəfə hətta Türkiyəni suriyalı erməniləri guya kütləvi şəkildə qətlə yetirməkdə qınayıb. Qeyd edək ki, həmişə olduğu kimi, bu il də dünyadakı ermənilər Amerika prezidentinin rəsmi internet saytında onun qondarma soyqırımı tanıması ilə bağlı xüsusi petisiyayla çıxış ediblər. Bu arada ABŞ-da fəaliyyət göstərən türk dərnəkləri məsələyə obyektiv yanaşması ilə bağlı Prezident Barak Obamaya müraciət etməyə hazırlaşırlar. Xatırladaq ki, aprelin 24-ü qondarma erməni soyqırımı qeyd edildiyindən, hər il aprel ayında bu məsələ gündəmə gəlir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.