date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-07 | 13,720 | Suriya təyyarələri yenidən Türkiyə radar sistemini çökdürdü | Suriyanın F-16 təyyarələri patrul uçuşunu həyata keçirərkən Türkiyəyə məxsus F-16 təyyarəsinin radar sisteminin bağlanmasına səbəb olub. "Axar.az" xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargah rəhbərliyi məlumat yayıb. Suriyaya məxsus F-16 təyyarələri Türkiyə sərhəddi boyunca raket sisteminin patrul uçuşunu həyata keçirib. Nəticədə Suriyaya məxsus SA-5 raketi tərəfindən Türkiyənin Hatay ərazisində havada olan F-16 təyyarəsinin radar sistemi 10 saniyə müddətinə bağlanıb. Xatırladaq ki, ötən gün də Suriya raketləri Türkiyənin radar sistemlərinin 17 dəqiqə ərzində bağlanmasına səbəb olmuşdu. |
2014-04-07 | 13,721 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, aprelin 7-də Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir. |
2014-04-07 | 13,722 | Ruslar “Kia Opirus”u “Volqa”ya çevirdilər – Foto | Rus mexaniklər "Kia Opirus" markalı avtomobilin xarici görünüşünü dəyişməklə, onu "Volqa"ya çeviriblər. "Axar.az" xəbər verir ki, bu unikal "rekonstruksiya" üçün "Kia Opirus"un ön və arxa hissələrini antikvar "Volqa"nın görünüşünə tam olaraq bənzədən mexaniklər ekspermenlərinin bütün mərhələlərini əks etdirən fotoları sosial şəbəkədə paylaşıblar. Avtomobilin daxili hissələri dəyişdirilməyən mexaniklərin son texnoloji yeniliklərin imkan verdiyi müasir daxili hissələr və komfortla "Volqa" "istehsal etmələri" marağa səbəb olub. |
2014-04-07 | 13,723 | Aİ 95 satışdan çıxarıldı | Artıq Bakıda Aİ 95 markalı avtomobil yanacağı satışdan çıxarılıb, əvəzində "Avro-4" standartlarına uyğun "Premium" təklif edilir. "Axar.az"ın bu gün paytaxtda apardığı müşahidələrə görə, Aİ 95 markalı yanacaq əvəzinə təklif edilən "Premium"un qiyməti 93 qəpikdir və beləliklə, Aİ 95-in qiymətinin dolayısı ilə artdığı təsdiqləndi. Aİ 98 markalı benzin də "Super benzin" adı ilə əvəzlənib. Satıcıların bildirdiyinə görə, növbəti mərhələdə Aİ 92 markalı benzinin satışdan çıxarılması və standartların "Avro-4"ə keçirilməsi ilə əlaqədar, yanacaqdoldurma məntəqələrinə yalnız "Premium" markalı yanacağın verilməsi nəzərdə tutulur. Xatırladaq ki, "Premium" və "Super" markalı yanacaqlar ölkəmizə idxal olunur. Ona görə də Aİ 92 markalı yanacağın yalnız Azərbaycanda "Avro-4" standartına uyğun istehsal başladıqdan sonra satışdan çıxarılacağı bildirilir. SOCAR isə artıq "Avro-4" markalı benzin istehsalına hazırlıqla bağlı proqram qəbul edib. Ancaq istehsala nə vaxtdan başlanılacağı barədə hələlik konkret tarix yoxdur. |
2014-04-07 | 13,724 | Əbülfəz Elçibəyin efirə getməyən müsahibəsi - Video | Bu həftə Kəlbəcərin işğalından düz 21 il keçdi. Biz artıq, ifadəsilə demək olar ki, heç bir hiss oyatmayan, əksinə milli əksəriyyətə dəyib düşən fakt qurusundan danışmayacağıq. Sizə 1993-cü ilin mart ayının 27-də Əbülfəz Elçibəydən götürdüyümüz müsahibəni təqdim edəcəyik. Onu da deyim ki, müsahibə efirə ilk dəfədir ki, gedir. Bəs onu niyə efirə verməmişik? Baxın, cavabını müsahibədən sonra verəcəyik. Əbülfəz Elçibəy: "Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətrmək istəyir. Çox ehtiyat edirik ki, çox böyük faciə ola bilər. İnsan qırğını, xüsusən uşaqların qadınların qırğını ola bilər. Bütün gücümüzlə çalışırıq ki, uşaqları və qadınları bu bölgədən çıxaraq. Ermənistan 2 tərəfdən Kəlbəcərə hücüm edir. Yolları bağlayaraq əhalini təcrid ediblər..." İndi isə müsahibənin efirə niyə verməməyimizin səbəbi barədə. Müsahibədən sonra Əbülfəz bəy bizdən soruşdu ki, onu nə vaxt verəcəyik? Biz ona "Cənab Prezident, ANS-in efirə çıxışını bərpa edəcəyiniz halda. Axı biz efirdə yoxuq, bizi bağlamısınız", - deyə cavab verdik. ANS açılmadı, müsahibə isə efirə getmədi. Biz bir daha efirə 1993-cü ilin iyul ayında qayıtdıq. Onda da artıq gec idi. Bir də biz Elçibəylə bu mövzuya 2000-ci ilin aprelində qayıtdıq. O Kəlbəcəri qoruya bilmədiyinə gözə xalqdan üzr istədi". |
2014-04-07 | 13,725 | Gülənin PKK-ya məktub göndərməsinə açıqlama gəldi | Fətullah Gülənin PKK-ya ittifaq məktubu göndərməsi barədə xəbər təkzib olunub. "Axar.az" xəbər verir ki, Gülənin vəkili Nurullah Albayrak PKK-ya ittifaq məktubunun göndərilməsini böhtan adlandırıb. Qeyd edək ki, "Sabah" qəzetində Fətullah Gülənin PKK-ya ittifaq məktubu göndərməsi barədə məlumatlar yayılmışdı. Albayrak bu günə qədər Gülənin Türkiyə əleyhinə olacaq ən kiçik hadisənin belə içində olmadığını vurğulayıb: "Xoca əfəndi sülhü və səbirli olmağı tövsiyyə edən biridir. Terrorla əlaqəsinin göstərildiyi xəbərlə bağlı bütün hüquqi yollardan istifadə ediləcək". |
2014-04-07 | 13,726 | ABŞ Kipr probleminin həlli üçün hərəkətə keçdi | Avropa Birliyi və ABŞ Kipr probleminin tezliklə həll edilməsi üçün hərəkətə keçib. "Axar.az" xəbər verir ki, Avropa Birliyinin komissarı Stefan Füle və ABŞ Dövlət Katibliyinin müşaviri Erik Rubin Şimali və Cənubi Kipr liderləri ilə problemləri ayrı-ayrı şəkildə müzakirə edəcək. Stefan Füle bu gün adaya gəlir. Füle əvvəl Cənubi Kipr lideri Nikos Anastasiadisla daha sonra isə Şimali Kipr prezidenti Dərviş Eroğlu ilə görüşəcək. AB komissarı hər iki liderlə görüşdən sonra hər iki tərəfdə də siyasi partiyalarla və qeyri-hökumət təşkilatları ilə bir sıra təmaslar quracaq. Fülenin Kiprdə olacağı ərəfədə ABŞ Dövlət Katibliyinin müşaviri Erik Rubin də adaya gələrək, görüşlər keçirəcək. Ötən ay hər iki ölkə liderləri Qüdrət Özərsay və Andreas Mavroyannis görüşmüşdü. Görüş nəticəsində hər iki ölkə arasında əlaqalərin qurulması barədə razılıq əldə edilmişdi. |
2014-04-07 | 13,727 | Mir Şahin: "Ərdoğanın Bakı səfərinin gizlinləri" - Video | Rəcəb Tayyib Ərdoğan Bakıya həm də "Tvitter", "Youtube" kimi şəbəkələrin Türkiyə ərazisində bağlanması barədə populyar olmayan qərarlar qəbul edəndən sonra gəlmişdi. Ümumiyətlə etiraf edim ki, məndən ötrü Ərdoğanın Azərbaycana səfəri heç vaxt indiki qədər maraqlı olmamışdı. Əvvəla ona görə ki, Ərdoğan Azərbaycana Rusiyanın regionda xüsusi fəallıq nümayiş etdirməsi, Krım türklərinin taleyinə də toxunan aqressiv qərarlar qəbul etməsi ilə bir vaxtda gəlmişdi. İkinci tərəfdən baş nazirin Azərbaycana səfərini onun bu ərəfədə verdiyi müxtəlif bəyanatlar kifayət qədər cazibədar edirdi. Başbakan seçki ərəfəsindəki çıxışlarında Azərbaycanın adını çəkmiş və bu zaman heç də həmişə ton müsbət olmamışdı. Üstəlik də Türkiyədən sızan Nurun bir şəfəq cızığının da Azərbycandan keçməsi, bu təriqəti daşıyanların Azərbaycanda mühüm postlarda qərar tutması barədə deyilənlər türk demiş söz konusu idi və bu baxımdan hətta belə söhbətlər də gəzirdi ki, qonaq gələndə bir iki ali nəfərin taleyi həll olunacq. Hətta guya baş nazir özü ilə hansısa siyahı gətirib və sair. Elə butün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri sətiraltıları ilə də maraq doğururdu. Amma bu həm də o Türkiyənin başbakanı idi ki, Azərbaycanın ağır günlərində onun başının üstünü kəsdirmişdi, özünün "Qızıl şahinlər"i ilə. Bu şahinlər göydə Allahdan aşağı qanadları ilə sipər çəkmişdi ki, Azərbaycanı qorusun. Bu dəfə də oxşar vəziyyət yaranmışdı. Başbakan o zaman gəlmişdi ki, Rusiyadan təhdid dolu bəyanatlar gəlir, gizlətməyəcəyəm cəmiyyətin müəyyən yaruslarında Azərbaycana mümkün müdaxilə ilə bağlı təşviş də var. Görünür, belə düşünənlər də haqlıdır ki, Türkiyə növbəti dəfə hamıya Azərbaycanın tək olmadığını sübut etmək istəyir. Elə bu səbəbdən də Prezident Adminstrasiyası rəhbərinin müavini, Əliyev - Ərdoğan danışıqlarında iştirak etmiş Novruz Məmmədovla görüşə xüsusi maraqla getmişdim. Məncə zənnimdə də yanılmadım. Novruz Məmmədov: "Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətləridəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəmki, buna nikbin baxmaq lazımdır" (ANS). |
2014-04-07 | 13,728 | Etibar Hüseynovun verilişini bağladılar | Deputat Etibar Hüseynovun ATV-də yayımlanan "Sitatın Sonu" verlişi bağlanıb. "Axar.az" "Avropa.info"ya istinadla xəbər verir ki, daha əvvəllər də verlişinə müəyyən fasilələr verilən Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr "Sitatın Sonu"nun sonu olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir. Xatırladaq ki, Milli Məclisin spikeri Oktay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi. Deputatla söhbət etdiyini deyən spiker Etibar Hüseynova yönəlik ironiya ilə onun məcburi köçkünlərdən "bacardığı qədər" üzr istədiyini demişdi. Qeyd edək ki, ötən həftənin şənbə günündən Etibar Hüseynovun müəllifi olduğu "Sitatın Sonu" verlişi efirə getməyib. |
2014-04-07 | 13,729 | Ağstafada maşın körpüdən aşdı: ölənlər var - Foto | Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poylu kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, Ağdam rayon sakini, 29 yaşlı Anar Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil sürücünün avtomobilə nəzarəti itirməsi nəticəsində körpüdən dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan iki sərnişin, Ağstafa rayon Poylu kənd sakini 30 yaşlı Vüsalə Quliyeva və Qaçaq Kərəm kənd sakini 22 yaşlı Vasif Əliyev hadisə yerində ölüb. Sürücü Anar Məmmədov və digər sərnişin, Ağstafa şəhər sakini, 24 yaşlı Vüsal Şuşanov ağır bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır (ANS). |
2014-04-07 | 13,730 | Bura zibilxanadır, yoxsa qəbiristanlıq? - Video | Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsindəki "İstixana" adlı ərazidə yerləşən qəbiristanlıq zibilliklərin əsirinə çevrilib. Ətrafda yaşayan insanlar məişət tullantılarını qəbiristanlığın hasarının yaxınlığına tullayırlar. Nəticədə, xoşagəlməz bir mənzərə yaranıb ki, görənlərə həm də mənəvi əziyyət verir. Sakinlərin dediyinə görə, zibil atmaları üçün xüsusi yer ayrılmadığından, əlacsız qalıb məişət tullantılarını bu əraziyə yığırlar. "Axar.az" "Kanal 24"-ün hazırladığı şərhsiz süjeti təqdim edir. |
2014-04-07 | 13,731 | "48 saatdan sonra Rusiya ordusu Ukraynaya girəcək" | "Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq". Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində bildirib. "Üç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər", - Saakaşvili yazıb. Onun fikrincə, indi ən başlıcası Ukraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir ("Teleqraf.com"). |
2014-04-07 | 13,732 | Bir Cem Yılmaz qalmışdı - Foto | Oskar kino mükafatında aparıcı Elen Diqeneresin başlatdığı selfi xəstəliyi bütün dünyaya yayılıb. Sosial mediada çox aktiv olan, xüsusilə Tviterdə çoxlu paylaşımlar edən ölkəmizdə də kifayət qədər məşhur olan Türkiyəli aktyor Cem Yılmaz tezliklə ekrana çıxacaq "Çox yaxında" filminin çəkilişlərinə görə həddindən çox işləyir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz elə iş vaxtı iş yoldaşları ilə selfi çəkdirərək Tviterdə paylaşıb. "Selfi-Kendikem!" başlığı ilə paylaşdığı foto Tviterdə böyük maraqla qarşılanıb. |
2014-04-07 | 13,733 | İsrail sərhədində qarşıdurma: 20 ölü - Video | Suriyada şiə döyüşçülərə qarşı döyüşən ən böyük qruplardan biri olan İslami-Cəbhə İsrail sərhədinə yaxın olan Kuneytranın cənub çöllüklərində yerləşən Əl-Davaya bölgəsində Hizbullah döyüşçüləri ilə qarşıdurma yaşayıb. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, qarşıdurmada 20 Hizbullah döyüşçüsü və Əsəd əsgərinin öldüyü açıqlanıb. Strateji əhəmiyyətə sahib Kuneytranın bu bölgəsi müxxaliflərin əlinə keçib, müxaliflər bütün silah-sursatı ələ keçirib. Həmin əməliyyat anbaan video-lentə alınıb, həmin görüntüləri təqdim edirik: |
2014-04-07 | 13,734 | Dövlət məktəblərində hamı donuz əti yeyəcək | Fransalı siyasətçi sekulyar dəyərlərə zidd olduğu üçün məktəblərdə müsəlman və yəhudilərə donuz əti xaricində yemək verilməsinə qarşı çıxıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bu sözlər Fransanın ultra-sağçı partiyası olan Milli Cəbhə Partiyasının lideri Marin Le Peninə aiddir. Penin onlara məxsus bələdiyyənin nəzdində olan məktəblərdə müsəlman və musəvi şagirdlər üçün donuz ətinin əvəzinə alternativ menyunun verilməsinə son qoyacaqlarını açıqlayıb. |
2014-04-07 | 13,735 | Abdullah Gülün prezidentliyi gündəmə gətirildi | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əmrullah İşler avqustda keçiriləcək prezident seçkisi barədə danışıb. İşlər Baş nazirin namizəd olacağı barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, iştirak edəcəyi təqdirdə ilk turda 50% səs yığacağını iddia edib. Əmrullah İşler hazırki prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. Baş nazirin müavini, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını bildirib. "Hesab edirəm ki, prezidentimiz millət vəkili olmadığı üçün bu vəzifənin icrasına başlaya bilməz. Bu texniki olaraq da mümkün deyil. Qarşımızda iki yol var. Bayburt modeli və ya vaxtından əvvəl seçki. Bu təqdirdə yenə də 2 ay vaxta ehtiyac var. Abdullah Gül vaxtından əvvəl keçirilən qurultayla partiyanın sədri də ola bilər. Amma bütün bunlar barədə dəqiq məlumatlar prezidentimizlə baş nazirimiz arasında keçirilən görüşdən sonra məlum olacaq". Xatırladaq ki, 2002-ci ildə AKP-nin təkbaşına hakimiyyətə gəlməsindən bir müddət sonra həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın millət vəkili olmasının qarşısındakı maneə ləğv olunmuş, Siirt millət vəkili istefa vermiş, 2003-cü ilin mart ayında keçirilən seçki ilə Siirtdən namizəd olan Ərdoğan millət vəkili və daha sonra baş nazir olmuşdu. Baş nazirin müavini Əmrullah İşler "Bayburt modeli" deyərək prezident Abdullah Gülün Bayburtdan millət vəkili və daha sonra baş nazir ola biləcəyinin işarəsini verib (ANS). |
2014-04-07 | 13,737 | Ermənilərin təxribat cəhdi baş tutmadı | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-07 | 13,738 | ANS-in aparıcısı oxucularını təhqir etdi - Video | Deputat Etibar Hüseynovun ANS-in efirində qaçqın və məcburi köçkünlər barədə sərsəm fikirlər səsləndirəndən sonra bu telekanal daha bir oxşar skandala səbəb olub. İkinci qalmaqalın səbəbi isə Kəlbəcərin işğal günü "Xəbərçi" proqramının saat 21:00 buraxılışında efirə gedən "Kəlbəcərsiz 21 il" başlıqlı süjetdi. Kəlbəcər sakinləri tələb edirlər ki, bu süjetdə səslənən fikirlərə görə ANS telekanalı üzr istəsin. Onlar Ləman Əliəşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına jurnalistin təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən "bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu" və "Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar" ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Məsələni qəlizləşdirən məqam isə süjet efirə veriləndən az sonra bununla bağlı iradlarını bildirən kəlbəcərli ziyalılara süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirilməsidir. Feysbuk yazışmalarında ANS-in jurnalisti onu tənqid edənləri qəzet səhifələrinə çıxara bilmədiyimiz ifadələrlə aşağılayıb. Əslən kəlbəcərli hüquq müdafiəçisi və jurnalist Xalid Vahidoğlu "Azadlıq"a açıqlamasında bildirib ki, onlar da işğal altında olan bütün ərazilərin itirilməsinin səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin tərəfdarıdır. Amma bu, birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsilə müşayiət olunmamalıdır: "Biz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə müraciət hazırlamışıq. Müraciətdə, rəhbərlik etdiyi kanalın efirində səsləndirilən təhqiramiz ifadələrə görə üzr istənilməsini tələb edəcəyik". Xalid Vahidoğlu deyir ki, süjetdə səsləndirilən ifadələrdə jurnalist etikasının pozulması, təhqir elementlərinin olmasına dair media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var: "Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiqləndi və bu barədə mətbuatda da məlumat yayıldı. Biz müraciətimizi ANS telekanalına göndərəndən sonra bir həftə onların üzr istəməsini gözləyəcəyik. Süjetin efirə verildiyi "Xəbərçi" verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həllinə çalışacağıq. Ümid edirik ki, müraciətimiz anlayışla qarşılanaraq yerinə yetiriləcək və məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac qalmayacaq. Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Bunu edənlər isə qanun qarşısında cavab verməlidir". |
2014-04-07 | 13,739 | Fransaya qarşı növbəti soyqırım ittihamı | Ruanda prezidenti Pol Kaqame 20 il əvvəl öləkəsində baş verən soyqırımda Fransanı günahlandırıb. "Axar.az" xəbər verir ki, Kaqamenin bu açıqlaması iki ölkə arasında gərginliyə səbəb olub. Məlumata görə, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada Ruandanın bu qərarından təəccübləndiklərini bildirilib və Ədliyyə naziri Kristian Tobiranın bu ölkəyə səfərinin ləğv edilib. Qeyd edək ki, Ruandada 1994-cü ildə hutular və tutsilər arasında baş verən soyqırım zamanı 800 mindən çox insan öldürülmüşdü. |
2014-04-07 | 13,740 | Nazirlikdən sürücülərə müraciət | Bakıda mərkəzi yollardan biri təmir işləri ilə əlaqədar bağlanıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Onun sözlərinə görə, aprelin 6-da hərəkət dayandırılmadan 300 metrdən artıq məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi ilə qaşınması həyata keçirilib: "Artıq həmin ərazi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Hazırda yeni asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Aprelin 8-i səhər saatlarından etibarən yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq". Bununla əlaqədar, P.Mürsəliyev sürücüləri alternativ yollardan istifadə eməyə çağırıb ("Trend"). |
2014-04-07 | 13,741 | Fətullah Gülən Xomeyni məsələsinə cavab verdi – Video | "Türkiyəyə qayıtsam, özüm kimi qayıdacağam". "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, video-açıqlamalarına bir müddət fasilə verən Gülən yeni bir video yayımlayaraq bəzi iddialara cavab verib. Xatırladaq ki, seçki təbliğatı zamanı jurnalistlərin suallarını cavablandıran Baş nazir R.T.Ərdoğan Gülən hərəkatı ilə əlaqədar "Şəbəkənin sxemi bizdədir, seçkidən sonranı gözləyin", - demiş və Fətullah Güləni 1979-ci ildə İranda şəriət inqilabı edərək hakimiyyətə gələn Xomeyniyə oxşatmışdı. Həmin videonu təqdim edirik: |
2014-04-07 | 13,742 | Ruslar Obamanı təhqir etdilər - Foto | Rusiyanın "Russia today" telekanalında ABŞ prezidenti Barak Obama təhqir edilib. AzNews.az-ın məlumatına görə, kanalın xəbər proqramında Obamanın görüntüsünün altında - titrdə ABŞ prezidentinin adı "Baran Obama" kimi yazılıb. Məsələ ilə bağlı ABŞ rəsmi dairələri reaksiya verməsə də, Amerika mediasında bu kəskin etirazla qarşılanıb. Kanal rəhbərliyi isə bu günə qədər baş verən olaya heç bir münasibət bildirməyib. Xatırladaq ki, Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını ilhaq etməsindən sonra ABŞ-la bu dövlətin münasibətləri günü-gündən pisləşməkdədir. Bu mənada təhqirin buradan qaynaqlandığı da istisna olunmur. AzNews.az həmin görüntünü sizə təqdim edir: |
2014-04-07 | 13,743 | Qəbələ RLS ləğv olundu | Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ radiolokasiya stansiyası ("Daryal "RLS) Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə əlaqədar Rusiyanın stansiyanın istismarının dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etdiyi 10 dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam dayandırılıb. RLS-nın əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub. "Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə RLS-in bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın tərkibi müəyyən edilib və aidiyyəti dövlət orqanları bu Komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll edib. Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. Keçmiş Qəbələ RLS-nın əmlakının və ərazisinin gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub", - deyə məlumatda qeyd olunub. Məlumata görə, Qəbələ RLS Müdafiə Nazirliyinin balansından çıxarıldıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib. Hazırda stansiyanın ərazisinin və qalan əmlakının mühafizəsi mühafizə polisi tərəfindən həyata keçirilir. Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi barədə qərar qəbul ediləcək. Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub. "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib. |
2014-04-07 | 13,744 | ABŞ-dan Gülənin ekstradisiyası ilə bağlı açıqlama | ABŞ-ın Türkiyədəki səfiri Francis J. Ricciardone Gülən camaatının lideri Fətullah Gülənin Türkiyəyə qaytarılacağı xəbərləri ilə bağlı açıqlama verib. Ankaradakı səfir Francis J. Ricciardone ABŞ-ı özü üçün iqamətgah seçən hər bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, ABŞ məsələ ilə əlaqədar olaraq Türkiyə hökumətinin bütün qərarlarına hörmətlə yanaşır və onların daxili işlərinə müdaxilə edə bilməz: "Bu məsələni Türkiyə hökuməti gündəmə gətirdi. Qanuni formada edilən bütün müraciətlərə ciddi şəkildə cavab verəcəyik". Ankaradakı ABŞ səfiri Francis J. Ricciardone ölkəsi ilə Fətullah Gülən arasında olan münasibətlərə də aydınlıq gətirib. O, qeyd edib ki, ABŞ-ın Fətullah Gülənlə heç bir münasibəti yoxdur: "Bizim dövlətlərlə yalnız rəsmi əlaqələrimiz var ",- deyə səfir sözlərinə əlavə edib (ANS). |
2014-04-07 | 13,745 | Polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır | Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov ağır avtomobil qəzasına düşüb. "Axar.az"ın məlumatına görə, hadisə aprelin 4-nə keçə gecə, Fəhlə prospektində baş verib. Dərhal DİN-in hospitalına yerləşdirilən polis rəisinin vəziyyətinin yaxşı olmadığı bildirilir. Hazırda Xətai rayonunun polis rəisi vəzifəsini rəsi müavininin əvəz etdiyi də qeyd edilir. Daxili İşlər nazirliyində ciddi şəkildə müzakirə olunan bu qəza hadisəsinin ən maraqlı cəhəti isə polis rəisinin işdən azad ediləcəyi ilə bağlıdır. Belə ki, polkovnik Əkbər İsmayılovun avtomobili özünün idarə etdiyi və içkili olması barədə yayılan qeyri-rəsmi məlumat nazir Ramil Usubovun ciddi narazılığına səbəb olub və onun müalicəsindən dərhal sonra istefaya göndəriləcəyi haqda qərar verib. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Axar.az"a açıqlamasında Xətai rayonunun polis rəisi Əkbər İsmayılovun qəzaya düşdüyü xəbərini təsdiqləyib: "Qəzadır, hamının başına gələ bilər. Ümid edirik ki, cənab polkovnikin səhhətindəki narahatlıq qısa müddətdə arxada qalacaq". E.Zahidov bununla bağlı yayılan digər xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib. |
2014-04-07 | 13,746 | NATO qüvvələrinin Ukraynaya yeridilməsi təklif olundu | Rusiyanın Ukraynanın şərqinə hücum edəcəyi təqdirdə NATO-nun öz ordusunu Ukraynanın ərazisinə yerləşdirilməsi təklif olunur. Bu təkliflə Çexiya prezidenti Miloş Zeman çıxış edib: "Əgər Rusiya Ukraynanın şərqində ərazi işğalının genişləndirərsə, onda zarafat bitəcək. Bu halda mən təklif edərdim ki, təkcə Avropa İttifaqına maksimum sərt sanksiyalar yox, həm də NATO ordusunun hazırlıq vəziyyətinə gətirilməsini, məsələn, Ukrayna ərazisinə yeridilməsini də məqbul sayardım". Xatırladaq ki, aprelin 6-da Xarkov, Luqansk və Donetskdə Rusiya tərəfdarı olan separatçılar vilayət administrasiyalarının binalarını mühasirəyə alıblar ("Modern.az"). |
2014-04-07 | 13,747 | AMEA-da akademik seçkilər keçirilir | Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçkilər elan edib. "Axar.az" APA-ya istinadən məlumatına görə, AMEA Rəyasət Heyətindən seçkilərlə əlaqədar komissiya yaradılıb. Komissiya ilkin lazımi işləri yekunlaşdırıb və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olub. Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir. |
2014-04-07 | 13,748 | "Botanika"dakı soyqırıma reaksiya - Video | "Botanika Bağı"nda ağacların kəsilməsi sosial şəbəkələrdə, özəlliklə Feysbukda qızğın müzakirələr doğurub. Ağaclar kəsilir, ərazidə yaşayan sakinlərə deyilir ki, burada park salınacaq. Rəhbərlik isə ümumiyyətlə faktı təkzib edir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib. Mərkəzi Nəbatat Bağından bildirilib ki, ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur. Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil: "Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqruma işlərinin aparılması gözlənilir". Bağdan qeyd edilib ki, ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb: "Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb". Qeyd edək ki, son günlər Mərkəzi Nəbatat Bağındakı ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar informasiyalar yayılıb ("Aznews.az"). |
2014-04-07 | 13,749 | Baş prokurorun ölkədən qaçma anı: aeroportda atışma - Video | Ukraynanın keçmiş Baş prokuroru Viktor Pşonki və keçmiş Vergilər naziri Aleksandr Klimenkonun hələ bir müddət öncə ölkədən qaçmaq istədiyi anlar Donbas aeroportunun nəzarət kameralarına düşüb və həmin görüntülər ilk dəfə efirə verilib. "Axar.az" xəbər verir ki, efirə verilən süjetdə həmçinim sabiq prezident Viktor Yanukoviçin də qaçmaq anları yer alıb. Videodan da göründüyü kimi, sərhəd məntəqəsini keçməyə cəhd edən sabiq məmurların şəxsi mühafizə üzvləri səhrədçilərin müqavimətini görüb onlara atəş açıblar. Adıçəkilən şəxslər hava limanının VİP terminalı ilə Ukraynadan qaçmağa çalışıblar. Sərhədçilərin bütün səylərinə baxmayaraq, həmin şəxslər naməlum istiqamətdə qaçmağa müyəssər olublar. Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu Pşonkiyə qarşı Cinayət Məcəlləsinin 115-ci maddəsi – kütləvi ölüm - üzrə cinayət işi açıb. Bu sanksiya üzrə 7 ildən 17-ə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Verilən məlumatlara görə, kütləvi qətllərədə daha 50 nəfər keçmiş məmurun adları hallanır. Hazırda Pşonki axtarışa verilib. |
2014-04-07 | 13,750 | Krımda ruslar Ukrayna hərbçisini güllələdi | Krımda rus hərbçisi Ukrayna ordusunun zabitini güllələyib. "Axar.az" xəbər verir ki, bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb. "İnformasiya Müqaviməti"nin verdiyi məlumata görə, dünən gecə rus hərbi qulluqçusu Ukrayna xalqına sadiqliyini saxlayan bir zabiti güllələyib. Saat 23:45 radələrində Rusiya ordusunun kiçik çavuşu Zayçev onunla bir otaqda olan və geriyə qayıtmağa hazırlaşan ukraynalı mayora iki dəfə atəş açıb. Onunla bir otaqda qalan kapitan Artyom Yermolenko vəhşicəsinə döyülərək, rus hərbi hissələrindən birinə aparılıb" deyə Tımçuk qeyd edib. Məlumata görə, öldürülən mayorun meyiti də ruslar tərəfindən götürülüb. |
2014-04-07 | 13,751 | İsa Muğannanı təhqir edən jurnalistə sərt cavab | "Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra qeybətini qırırsan". Bu sözlər mərhum Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) qızı Sevinc Muğannanın jurnalist Əziz Rzazadə "Modern.az" saytında dərc olunmuş köşəsinə yazdığı cavabda yer alıb: "Yazıq, cahil, ucuz adam! "Siz" deməyə də dilim gəlmir! Sən kimsən ki, müasir Azərbaycan ədəbiyyatinin Nəsimisi haqqında fikir söyləyirsən!? Belə cəsarətin var idi, bunu onun sağliğinda dilə gətirəydin. Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra onun qeybətini qırırsan. Muğannanın dünyasını anlamaqdan ötrü Nəsimini, Nəimini bilmək lazımdır, ay cahil insan! Bu çürük mənəviyyatla hara gedirsən? Səni qınamıram, yəgin özünü reklam etmək üçün bu vasitəyə əl atmısan. Ancaq onu bil ki, bununla özünü reklam yox, biabır etmisən. Mənim atam yerdəki mələk idi, ona görə Afaq bacımın dediyi kimi, tənqidləri dinləyib susardı. Mən isə susmagı bacarmıram. Sussam, onun ruhuna xəyanət etmiş olaram. Çox şeylər deyə bilərəm, amma fikrimi belə tamamlayıram: zaman gələcək, Əzrayıl sinənə çöküb sənin də canını alacaq, sən də öləcəksən, amma sənin kimilər - işıqsız, mənəviyyatsız adamcıqlar torpaqda çürüyəcəklər, mənim uca Mugannam isə Eysarının yanında sənin bu halına baxıb güləcək! Onda görərik zibil qutusuna kim yaraşır!" Xatırladaq ki, Əziz Rzazadənin "Oyaq İsa Hüseynov, yuxulu İsa Muğanna" başlıqlı yazısında bu fikirlər yer alıb: "(…) Bu, bəyəndiyim və yüksək dəyərləndirdiyim yazıçıya aid qeydlərdir. Amma "Məşhər"dən başlayaraq İ. Hüseynovun, yox, artıq İ. Hüseynovun deyil, İsa Muğannanın yazdıqlarını düşünmədən zibil qutusuna atardım. Çünki... tam cəfəngiyatdır". |
2014-04-07 | 13,752 | ANS kəlbəcərlilərdən üzr istəməyəcək - Qalmaqal | Aprelin 2-si, Kəlbəcərin işğal günü "Xəbərçi" proqramının saat 21:00 buraxılışında efirə gedən "Kəlbəcərsiz 21 il" başlıqlı süjet qalmaqala səbəb olub. Kəlbəcər sakinləri bu süjetdə səslənən fikirlərə görə ANS telekanalının üzr istəməsini tələb edirlər. "Axar.az" xəbər verir ki, Kəlbəcər sakinləri Ləman Ələşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən "bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu" və "Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar" ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Bu məsələdən sonra Ləman Ələşrəfqızı aprelin 3-ü Feysbuk səhifəsindəki şəxsi hesabında mövzuyla bağlı belə bir status yazıb: "Ləman Jirinovskinin qızıdır və hürüb sakitləşəcək. Kəlbəcərlə bağlı süjetimdən sonra bir sıra kəlbəcərlinin mənə verdiyi qiymət. Təşəkkür edirəm". Daha sonra isə şərhlərdə üzr istəməyəcəyini qeyd edib: "Mən heç kimdən üzr istəməyə hazırlaşmıram. Bununla da söhbəti yekunlaşdıraq, məncə. Mənim üçün, bir jurnalist üçün əlahəzrət fakt var ortada. Onun qarşısında hamı şlyapasını çıxarıb baş əyməlidir. Mənim ifadələrimin sübutu gördüyüm kadrlardır. Sağ olun". Bu gün yenidən Ləman Ələşrəfqızı ilə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini soruşduq. Ləman xanım bu haqda mətbuata heç nə danışmayacağını dedi: "Mən bu gün reportaj edəcəm bu haqda. Yaxşı olar "Xəbərçi"nin 15:00 buraxılışına baxın. Yəni, sözümü orada deyəcəm, heç bir KİV-ə yox". |
2014-04-07 | 13,753 | NATO Ukraynaya girir | Çexiya Prezidenti Rusiyaya xəbərdarlıq edib. "Axar.az" xəbər verir ki, Çexiya Prezidenti Milos Zeman Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə NATO-nun qoşun yeridəcəyini açıqlayıb. Ölkənin ictimai radiosuna müsahibə verən Çex lider təkcə Amerikanın yürütdüyü sanksiyalarının deyil, həm də NATO qüvvələrinin Rusiyanın qarşısını ala biləcəyini deyib. Xatırladaq ki, dünən Ukraynanın müxtəlif yerlərində Rusiya meylli qüvvələr etiraz aksiyası keçiriblər. 3 Hökumət binası ələ keçirilib. Beynəlxalq ekspertlər Rusiyanın Ukraynanın qərb hissəsini də işğal edə biləcəyini deyir. |
2014-04-07 | 13,754 | Obama bir gecəyə 3 milyon dollar xərclədi | ABŞ prezidenti Barak Obamanın martın 25-də Brüsselə səfəri zamanı qaldığı oteldə bir gecəyə 3 milyon dollara yaxın pul xərcləməsi ölkədə qalmaqala səbəb olub. "Axar.az" xəbər verir ki, Obama və komandası qaldıqları oteldə şampan və spa xidmətinin göstərildiyi 387 otaq kirayələyib. Lüks xidmətlərdən əlavə otelə 1.52 milyon dollar xərclənib. Bundan başqa Obamanın komandası 143 avtomobil kirayəsi üçün də 1.05 milyon dollar sərf edib. Ölkədə Obamanın geniş komanda ilə rəsmi səfər çıxması və lüks otellərdə qalmağı ölkədə narazılıqlara səbəb olub. |
2014-04-07 | 13,755 | “Dəmirbank”ın daha bir fırıldağı | Bakıda məşhur bank müştərisini həyəcana salıb. Əvəz adlı oxucu "Milli.az"a yazıb ki, bir neçə gün öncə "Dəmirbank"dan lizinqlə aldığı "Volvo" markalı 10 PJ 527 dövlət nömrə nişanlı avtomobilini yol polisi saxlayıb. Polis ona maşının saxlamasını həbsdə olmağı ilə əsaslandırıb. Deyilib ki, "Azəryolservis" ASC-nin "Dəmirbank"da lizinqdə olan yük maşınları ilə problemi olub. "Azəryolservis" isə bu yük maşınlarına görə yol polisinə müraciət edib. "Dəmirbank"da lizinqdə olan bütün növ avtomobillərə həbs qoyulub. "Həbsin hansı tərəfin iddiası ilə qoyulması mənə məlum deyil. Əgər problem yük avtomobillərindədirsə, mənim sedan tipli "Volvo S40" markalı avtomobilimin buna nə aidiyyəti var? Bunu mən polisə sübut edə bilmədim. Onlar məni fakt qarşısında qoyaraq, avtomobilimin həbsdə olduğunu bildirdilər. Onu da bilmək istərdim ki, mənim lizinqim başa çatanda, avtomobilimi öz adıma keçirdəndə bu tipli problem yenə ortaya çıxacaqmı? Xahiş edirəm, mənim bu böyük problemimi həll edin", - deyə oxucu yazır. "Dəmirbank"ın reklam və piar şöbəsindən bildirilib ki, vətəndaşın maşınına həbs qoyulubsa, bunun səbəbini öyrənmək lazımdır. Vətəndaş yol polisinə gedərək bunun səbəbini öyrənməlidir. Səbəbi öyrəndikdən sonra onun ardınca gedib araşdırmaq olar. Kökünə çıxmaq lazımdır ki, həbs hardan qaynaqlanır. Yol polisinin sürücüyə dediyi həbs qərarı rəsmi deyil. Həbsin axırı hara gedib çıxır, bunu araşdırmaq lazımdır. Bankdan deyildi ki, həbsi məhkəmə qoyur, heç bir qurum özbaşına həbs qoya bilməz: "Bəlkə sürücü maşınla radara düşüb, ona məktub göndərilib, cavab verməyib və cərimələr toplanıb. Maşın da lizinq olduğuna görə belə qərara gəlib ki, bank qoyub həbsi. Bank rəsmi faktlarla danışa bilər. Rəsmi müraciət yoxdur. Vətəndaş polisdən öyrənsin ki, hansı məhkəmə həbs qoyub. Həbs məktubunu tapsın və araşdırsın. Həbs birdən-birə qoyulmur. Uzun prosesdir. Bizim üçün müştəri ilə anlaşmaq daha rahatdır, nəinki məhkəmə ilə həll etmək. Bəlkə həmin şəxsin hansısa quruma borcu var". Bankdan məsləhət görüldü ki, bankla bağlı suallar ortaya çıxarsa, vətəndaş Problemlər şöbəsinə müraciət etsin və araşdırılsın. Qeyd edək ki, bankın adı tez-tez qalmaqallarda xatırlanır. Müştərilər isə "Dəmirbank"ın xidmətlərindən şikayətçidirlər. |
2014-04-07 | 13,756 | Bakıda "Cim-Bom" - "Fənər" davası - Video | Bakının mərkəzində "Qalatasaray" və "Fənərbaxça" azarkeşləri arasında qarşıdurma yaranıb. "Qalatasaray" - "Fənərbaxça" matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər "Torqovı"da yürüş keçiriblər. Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir. Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qalatasaray" 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla "Fənərbaxça"nı 1:0 hesabı ilə məğlub edib. Gərgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərəqə göstərib (ANS). |
2014-04-07 | 13,757 | İşdən çıxan polis rəisinin oğluna vəzifə verilir | Nazirə raport yazaraq səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş edən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayevin oğlu, polis mayoru Turabi Paşayev Nərimanov rayon 18-ci polis bölməsinə rəis təyin ediləcək. Daxili İşlər orqanlarından "Axar.az"a daxil olan məlumata görə, T.Paşayevin yeni vəzifəyə təyinatı ilə bağlı artıq nazir Ramil Usubova təqdimat da verilib. Məlumata görə, polkovnik Ş.Paşayevin vəzifədən getməklə bağlı nazirə raport yazması gözlənilməz xəbər olub. Çünki Ş.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınıb. Ona görə də Ş.Paşayevin işdən getmək xahişindən sonra nazir onu qəbul edib. Polkovnik yaşlandığını və yerini gənclərə vermək istədiyini deyib. General Usubov isə "yerini gənclərə vermək istəyən" Ş.Paşayevin hüquq-mühafizə orqanlarındakı nüfuzunu nəzərə alaraq, onun oğluna vəzifə vermək qərarına gəlib. Məlumatda həmçinin bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsi boşdur: "T.Paşayevin 18-ci bölməyə və yaxud Qaradağ Rayon Polis Şöbəsinin 38-ci bölməsinə göndərilməsi nəzərdə tutulur". Qaradağ Rayon 38-ci polis bölməsinin polis sahə rəisi, polis mayoru Mərdi Hüseynov "Axar.az"a açıqlama verərkən, bölmədə hər hansı dəyişiklik olmadığını dedi: "38-ci polis bölməsinin rəisi Rafiq Şərifovdur. Onun vəzifəsinin dəyişdiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur". Nərimanov Rayon 18-ci polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Sarvan Osmanov bildirdi ki, bölmənin rəisi təzəlikcə polis rəisi vəzifəsinə təyin olunub və hazırda bölmə rəissiz fəaliyyət göstərir: "Bizə kimin rəis göndəriləcəyini bilmirik, bu, cənab nazirin səlahiyyətindədir". DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yeni təyinatla bağlı hər hansı söz deməyin mümkün olmadığını söylədi: "Polkovnik Şahmar Paşayev doğrudan da hörmətli polis rəislərindən biridir və təəssüf ki, səhhəti ilə bağlı istefaya getməyə məcbur oldu. O ki qaldı onun oğlunun vəzifəyə gətirilməsinə, nazirin səlahiyyətində olan gələcək təyinatlarla bağlı proqnoz verə bilmərik". |
2014-04-07 | 13,758 | Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur - Politoloq | "Azərbaycan Rusiyanı blokadaya salmaq üçün əsas platformalardan biridir". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Qafqaz əməliyyatı - 2 O, son günlər Azərbaycana edilən səfərlərin əsasını Qafqazın çökürdülməsi planının təşkil etdiyini söyləyib: "Bu səfərlər göstərir ki, Ukraynanın ekspansiyası prosesi çərçivəsində Qafqazın süquta uğradılması əməliyyatı da davam etdiriləcək. Bu bir-biri ilə əlaqəli regionlardır və ona vahid Xəzər-Qaradəniz qövsü kimi baxmaq lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi-siyasi ittifaqı Rusiya və İranın blokadaya salınması prosesini həll edir. Bir tərəfdən isə bu ittifaq mütləq Qərb tərəfindən nəzarətdə saxlanılmalıdır. Əks halda ABŞ və NATO üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki nəzarətsiz ittifaq ABŞ və NATO-nun Xəzər və Mərkəzi Asiyaya çıxış imkanlarını faktiki olaraq bağlayacaq". Kerri Azərbaycanı Rusiya əleyhinə ittifaqa cəlb edir Politoloq Con Kerrinin səfərinin Rusiyanı blokadaya salınması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: "Con Kerrinin səfəri Moskvanı bütün istiqamətlərdə blokadaya salmaq üçün başlanılmış nümayişlə bağlı hələlik test xarakteri daşıyır. Azərbaycan isə bu mənada əsas platformalardan biri hesab edilir". NABUKKO reallaşacaq Q.Trofimçuk NABUKKO-nun reallaşdırılması imkanlarının çox olduğunu deyib: "İndi Rusiyaya qarşı olan bütün tranzit proyektlərin hamısı onun iqtisadi izolyasiya ilə əlaqədar olaraq həyata keçiriləcək. Hətta bir zaman xəyal kimi görünən və heç bir uğur gətirilməyəcəyi düşünülən NABUKKO layihəsi də reallaşdırıla bilər. Bu dəqiqə əhəmiyyətli olan şey siyasi məqsəddir. Siyasi məqsəd isə Rusiyanı qısa zaman kəsiyində maliyyə blokadasına salmaqdan ibarətdir. ABŞ-dan Avropaya qazın göndəriləcəyi ana qədər yeni dəhlizlərin yaranması da istisna deyil". Türkmənistan müstəqilliyini itirəcək O, Avropaya neft ötürülməsi baxımından Azərbaycanın əsas əziyyət çəkən ölkə olacağını bildirib: "Faktiki olaraq Avropa İttifaqı və Ukraynaya qazın çatdırılması ilə bağlı əsas ağırlıq Azərbaycan kimi ölkələrin payına düşür. NABUKKO-nun reallaşdırılması üçün Vaşinqton hətta Türkmənistanı da əymək məcburiyyətində qalacaq. Yeni geopolitik sistemdə Türkmənistan öz müstəqilliyi və neytrallığını geniş mənada itirməli olacaq". |
2014-04-07 | 13,759 | Əli Abbasovdan yeni kadr dəyişikliyi | Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə Intrans şirkətinin baş direktoru Faiq Azər oğlu Fərmanov təyin edilib. F. Fərmanov Azərbaycan Texniki Universiteti bitirib, Azərbaycan, rus və ingilis dillərini bilir, 2009-cu ildə dövlət başçısının sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif olunub və bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi yaxın 2 ay ərzində fəaliyyətə başlayacaq ("AzVision.az"). |
2014-04-07 | 13,760 | Ermənistanda yeni hökumət qurulur | Ermənistanın yeni baş naziri ölkə parlamentinin sədri, hakim Respublika partiyasının sədr müavini Ovik Abramyan təyin edilib. Məlumata görə, parlament spikeri vəzifəsinə isə prezident adminsitrasiyasının sabiq rəhbəri, hakim partiyadan olan millət vəkili Karen Karapetyan təyin edilib. Karen Karapetyan rusiyalı milyerder, "Taşir" şirkətinin sahibi Samvel Karapetyanın qardaşıdır (ANS). Qeyd edək ki, aprelin 3-də Ermənistan baş naziri Tiqran Sarkisyan istefa vermişdi. Prezident Serj Sarkisyan isə onun istefasını qəbul etmişdi. |
2014-04-07 | 13,761 | Fəhlə 13-cü mərtəbədən yıxılaraq öldü | Bakının Yasamal rayonu ərazisində dəhşətli hadisə baş verib. Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yeni tikilən hündürmərtəbəli binada işləyən fəhlə ölüb. Tikinti gedən zaman binada işləyən 1961-ci il təvəllüdlü Əli İsmayılov 13-cü mərtəbədən yıxılıb. Fəhlə dərhal hadisə yerindəcə keçinib. İlkin ehtimala görə, fəhlə ehtiyatsızlıq nəticəsində yıxılıb (ANS). Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. |
2014-04-07 | 13,762 | İlham Əliyev Su Elektrik stansiyalarını işə saldı - Yenilənib | 12:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb. Xatırladaq ki, "Axar.az" saytı olaraq bununla bağlı bir müddət əvvəl xəbər vermişdik. Prezidentin səfər zamanı Naxçıvanda tikilən Bayraq Meydanının açılışında iştirak edəcəyi də gözlənilir. 14:45 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. İnzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnməsi üçün tədris otağı yaradılıb. Aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. *** Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verildi ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir. Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış olub. 17:35 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də "N" saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxış keçirib. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verilib. Bildirilib ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. 18:14 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilib. 19:35 Prezident İlham Əliyev "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik Stansiyalarını işə saldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılıb. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılıb. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir. Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı (Trend). |
2014-04-07 | 13,763 | Nurçu məktəblərinin ikinci şəxsləri ABŞ-a niyə gedir? | Türkiyə baş naziri Ərdoğanın Azərbaycana birgünlük səfərindən sonra camaat məktəblərinin bağlanması iddiaları bir qədər də artıb. Ərdoğanın bağlı qapılar arxasında baş tutan görüş zamanı həmin məktəblərin haqqında prezident İlham Əliyevdən ölçü götürməsini xahiş etdiyi deyilir. Qapalı görüşdən sonra Baş nazirlə Prezident İlham Əliyevin birgə keçirdikləri mətbuat konfransında camaat məktəblərinin Azərbaycandakı taleyi ilə bağlı hər iki dövlət liderinə ünvanlanan suallara verdikləri diplomatik cavablar da bu iddiaları bir qədər də dərinləşdirib. Belə ki, prezident İlham Əliyevin "Türkiyəyə zərər verəcək hər hansı addımı qəbul etməyəcəyik"-cavabını Türkiyə mediası "İlham Əliyev camaat məktəblərini bağlamaq siqnalını verdi"-kimi şərh edib. Məlumata görə, "Çağ" Öyrətim Məktəblərinin ikinci şəxsləri gözlənilmədən ABŞ-a yola düşürlər. Səfərin detalları açıqlanmasa da camaat məktəblərinin bağlanacağı ilə bağlı iddiaların yenidən gündəmə gəldiyi bir vaxtda "Çağ"ın nüfuzlu şəxslərinin ABŞ-a üz tutması təsadüfi görünmür. Mənbə sözügedən məktəblərin və "Araz" kurslarının ikinci şəxslərinin aprelin 8-də Türkiyəyə, oradan isə ABŞ-a səfər edəcəyini açıqlayıb. Onların ABŞ səfərinin Pensilvaniyaya olub-olmadığı haqda isə bir məlumat yoxdur ("Qafqazinfo.az"). |
2014-04-07 | 13,764 | “Botanika soyqırımı” ilə bağlı imzatoplama başladı | Prezidentə müraciət ediləcək Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılmsına etiraz edən vətəndaşlar bunun qarşısını almaq üçün Prezident İlham Əliyevə müraciət hazırlayıb. "Axar.az" xəbər verir ki, bu müraciət sosial şəbəkələrdə yayılıb. Müraciətdə "Botanika bağı"nın qırılmasının dayandırılması xahiş olunur. Artıq bir necə dəqiqə ərzində 250-dən çox imza verilib. Rəqəmin hər dəqiqə artması müşahidə edilir. Qeyd edək ki, sənədin müəllifləri əvvəlcə 100 imza toplamağı hədəfləyib. Sonradan imzaların surətlə artması limiti 200-ə qaldırıb və real rəqəm bu həddi də ötüb. Xatırladaq ki, son günlərdə "Botanika bağı"ndakı ağacların kütləvi surətdə qırılması xəbərləri yayılıb. Ərazidə yaşayan sakinlərə bildirilib ki, burada park salınacaq. Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağından isə ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin əsassız olduğu bildirilib. Rəsmilər yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qisminin köçürüldüyünü deyib. |
2014-04-07 | 13,765 | Ər arvadını qətlə yetirdikdən sonra intihara cəhd etdi | Bakıda qətl hadisəsi baş verib. "Azar.az" APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 5-də paytaxtın Nizami rayonu Keşlə qəsəbəsi ərazisində Fəridə Səlimcanovanın yaşadığı evdə qohumu, Bakı şəhər sakini Sənan Qulamov münaqişə zəminində arvadı Əfiqəni bıçaqla qətlə yetirib S. Qulamov sonra özünə də boyun, qol və qarın nahiyələrindən xəsarət yetirib. |
2014-04-07 | 13,766 | Bakıda “Barselona”ya bilet satılır - 2 AZN | Futzal üzrə UEFA kubokunun final mərhələsinin biletləri aprelin 15-dən etibarən satışa çıxarılacaq. Biletləri Sərhədçi İdman Olimpiya Mərkəzində və 28 Mall Ticarət Mərkəzində saat 10:00-dan 22:00-dək əldə etmək mümkün olacaq. Biletlərin qiyməti 2 manatdır. Əlaqə telefonu:+994 55 980 88 88 Təqvimi diqqətinizə çatdırırıq: 1/2 final, 24 aprel 18:30. "Kayrat" - "Dinamo" 21:00. "Araz" - "Barselona" 26 aprel 19:00. III yer uğrunda oyun 21:30. Final Bütün oyunlar Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək (ANS). |
2014-04-07 | 13,768 | Ruslar Ukraynada DİN-in binasını ələ keçirdi | Şəhərin giriş və çıxışı polis qüvvələri tərəfindən bağlanıb. "Axar.az" xəbər verir ki, Ukraynanın Şərqində Luqansk şəhərində Daxili İşlər Nazirliyinin binası ələ keçirilib. Polis binada olan şəxslərin silahlı olduğunu və nazirliyə məxsus sursatları ələ keçirdiyini bildirib. Ölkənin Daxili İşlər naziri Arsen Avakov öz Feysbuk səhifəsində nazirliyin Xarkov şəhərində yerləşən inzibati binasının separatçılardan təmizləndiyini yazıb. Xatırladaq ki, aprelin 6-dan başlayaraq Rusiyameylli separatçı qüvvələr Ukraynanın bir çox şəhərlərində etiraz aksiyaları keçirirlər. |
2014-04-07 | 13,769 | Yanukoviç Ukraynaya qayıtdı - Son dəqiqə | Krım Respublikasının Baş naziri Serqey Aksyonov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Donetskdə olduğunu bildirib. "Axar.az" xəbər verir ki, Aksyonov bu barədə özünün Tvitter hesabında yazıb. "Yanukoviç Donetskdədir. Təsdiqlənməyini gözləyirik", - deyə Aksenov yazıb. |
2014-04-07 | 13,770 | Sabir Rüstəmxanlı: “Sədrlikdən gedirəm" | Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının APA-ya müsahibəsi - Sabir bəy, VHP-nin qurultayı sonuncu dəfə 2007-ci ildə keçirilib. Nizamnaməyə uyğun olaraq qurultay 5 ildən bir keçirilir. Bu müddətin artıq başa çatdığını nəzərə alsaq, partiyanın qurultayı hansı səbəbdən gecikir? - 2012-ci ildə qurultay səviyyəsində yubiley tədbirimiz oldu. Buna görə də qurultayın gecikməsi ilə bağlı sıxıntı yaşamırıq. Əsas odur ki, bu il bütün rayonlarda konfranslar keçirilməlidir. Təbii ki, sonuncu qurultaydan xeyli vaxt keçdiyindən, bəzi rayon təşkilatlarının işindən, onların sədrlərindən ümumi narazılıqlar var. Seçkilərlə bağlı, xüsusən də məntəqə və dairələrdə təmsilçilərimizin müəyyənləşməsi ilə əlaqədar müəyyən rayonlarda narazılıqlar meydana çıxır. Bunların hamısını aydınlaşdırmaq və partiyanın rayon təşkilatlarını təzə hala gətirmək üçün hökmən rayonlarda konfranslar keçirilməlidir. Bu ilin payızına doğru çalışacağıq ki, qurultayı keçirək. Bu il bizim işimiz çoxdur, mən həm Dünya Azərbaycanlıları Konqresinin qurultayına hazırlaşıram, həm də partiya ilə bağlı işlərim var. Bunlar hamısı vaxt istəyir. Lakin bütün bunlara baxmayaraq, işlərimiz gedir və çalışacağıq ki, bu il qurultayı keçirək. - Partiyanın sədrliyindən getməyi düşünürsünüzmü? - Doğrudan da, mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm. Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb. Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm. - Ümumiyyətlə, siyasətdən getmək niyyətiniz var? - Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində, yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. Yəni, mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm. - Fikrinizdən belə başa düşülür ki, 2015-ci il parlament seçkilərində də iştirak etməyəcəksiniz. - Hələ bu barədə düşünməmişəm. Mən tək olsam, çox asanlıqla çantamı əlimə alıb gedə bilərəm. Lakin 23 il bir yerdə olduğumuz insanlar var və onların bir çox məsələlərdə məndən umacaqları var. Məsələn, partiyanın parlamentdə təmsil olunması. Əvvəldən biz parlamentdə təmsil olunmuşuq, bu mövqeyi itirməmək şərtilə partiyadan getmək istəyirəm. Yəni, elə bir dəyişiklik olsun ki, bizim parlamentdə təmsil olunmağımıza ziyan vurmasın. Bax, bunların hamısı ölçüb-biçirik. Mənsiz bu məsələlər həll olunsa, parlamentdə iştirak etməyəcəyəm. Ancaq görəndə ki, mənə ehtiyac var, onda buna uyğun addım atacağam. - Sabir bəy, prezident seçkilərindən sonra Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz? - İnsan qəribə bir məxluqdur, rahat yaşamaq istəmir. Müharibəsiz, iğtişaşsız yaşaya bilmir. Bütün toplumlarda daimi bir gərginlik var. ABŞ-ın, Avropanın hegemonluq siyasəti istər-istəməz gərginlik yaradır və bütün bunlar hamısı Azərbaycana da təsir edir. Azərbaycan coğrafi olaraq son dərəcədə mürəkkəb bir bölgədədir, bütün yolların qovşağı, bir çox dövlətlərin maraqlarının kəsişdiyi yerdir. Yəni, ətrafımızda bütün güclər hamısı bir-birinə qarşı ağız-ağıza yatıblar. Şimalda Rusiya var, itirdiyi torpaqlarda öz nüfuzunu qoruyub saxlamağa çalışır, Ermənistan düşmən dövlətdir, 20 faiz torpaqlarımızı işğal edib, bizə rahat yaşamağa imkan vermir. Müharibə olmasa, Azərbaycanı dünyanın gözəl guşələrindən birinə çevirərdik. Güney Azərbaycan bizdən ayrılıb, biz oradakı soydaşlarımızı unuda bilmərik. İslam-şiə dövləti adı altında fars şovinizmi orada yaşayan 35 milyon soydaşımızın qanını sorur. Biz azərbaycanlı olaraq öz həyatımızı bunlardan kənarda hiss edə bilmərik. Bütün bunlar hamısı həm də Azərbaycanın daxili siyasətinə təsir göstərir. Təsəvvür edin ki, müharibə olmasa, Azərbaycan idarəçiliyi nə qədər rahat nəfəs ala bilərdi. Bütün bunlar həm də iqtidar-müxalifət qarşıdurması üçün əlavə mövzu verir. Bu da daimi həyatımızda izlənilən bir gərginlikdir. Azərbaycanda seçkilərdə müəyyən gərginliklərin yaşanmasına baxmayaraq, seçkilərdən sonra həm siyasi həyat, həm də ölkənin həyatı sakit bir məcraya düşüb. Bunun bir səbəbi də elə dediyim gərginlikləri millətin duymasıdır. Millət başa düşür ki, Azərbaycanda indiki durumu dəyişdirmək o qədər asan deyil, əvvəla, dəyişdirdikdən sonra da daha yaxşı variant olmalıdır. O yaxşı variant meydanda olmadıqca, yalnız boş vədlərdən ibarət olduqca, hakimiyyət belə davam edəcək. Çünki doğrudan da ortaya çıxan o alternativ qüvvələr elə prezident seçkilərində xırda istisnalarla, hamısı, hakimiyyətin apardığı təbliğatın yanında solğun görünürdü. Bu, reallıqdır. Ona görə də, xalq boş vədlərə, ümidlərə səs vermir. İndi vəziyyəti görür və ona uyğun addımlar atır. Bu gün partiya mübarizəsi adı altında, təəssüf ki, bir sıra o qədər də şəffaf olmayan maraqlarla birləşən qrupların qarşılıqlı mübarizələri var. Bu mübarizələrə kənardan müdaxilələr var. Bu iqtidara qarşı olan kənar qüvvələr özlərinə müxalifət düşərgəsində yuva qurmağa çalışırlar, orada tərəfdarlar axtarırlar. Bütün bunlar toqquşur və bunlar toqquşanda hər şeyi xalqın iradəsi həll etmir. Amma yekun olaraq, mən Azərbaycanda daxili sabitliyə sevinən adamlardan biriyəm və güman edirəm ki, zaman hər şeyi qaydasına qoyur. - Müxalif partiyanın sədri kimi Azərbaycanın müxalifət düşərgəsindəki hazırkı durumu necə qiymətləndirirsiniz? Xüsusilə də Milli Şura ətrafında cərəyan edən prosesləri nəzərdə tuturam. Nəzərə alsaq ki, sizin partiyanın bir neçə funksioneri qurumda təmsil olunur... - Biz partiya olaraq orada iştirak etmirik, ancaq partiyanın müəyyən üzvləri iştirak edir. Onlar da İctimai Palatadan ora gediblər. Biz müxalifət partiyası olaraq müxalifət düşərgəsində gedən proseslərdən kənarda deyilik, hər hansı şəkildə orada iştirak edirik. Mən Milli Məclisdəyəm və orada ola-ola Milli Şuraya gedə bilməzdim. Milli Şura guya Milli Məclisə alternativ kimi nəzərdə tutulurdu. Mən Milli Şurada tam süstlük görürəm. Digər tərəfdən, Milli Şuraya toplaşmış adamların bu birliyə sona qədər sadiq qalacağına inanmırdım. Onların bir azdan bir-birinə qarşı yenidən ittihamlara qalxacağını da bilirdim. Ümumiyyətlə, o tərkiblə, o heyətlə hətta qalib gəlsə belə, yalnız o adamların iştirakı ilə ciddi bir hakimiyyət formalaşdırıb Azərbaycanın bu sıxıntılardan qurtula biləcəyinə inanmırdım. Bu gün 1988-90-cı illərə nisbətən mənəvi-psixoloji cəhətdən zəifləmiş, bir-birinə münasibətdə bir çox körpüləri yandırmış adamların zahiri görüntü yaradaraq, guya yenidən hakimiyyətə gələcəkləri və gələndən sonra ölkədə ciddi dəyişikliklər edəcəyinə inanmırdım. Ona görə də mən inanmadığım yerə heç vaxt getmərəm. Mən bütün əvvəldən yaranan birliklərin hamısını görmüşəm, təşəbbüskarı olmuşam, illər uzunu əsəblərimiz gedib, bir-birimizə yaxınlaşmağa çalışmışıq, amma sonradan görmüşəm ki, bu gün üz-üzə oturursan, sabah arxanda yüz cür böhtanlar deyilir. Yəni, müxalifətdə qarşılıqlı etimad mühiti yoxdur. Müxalifət düşərgəsi əvvəllər çox geniş idi. Orada hansı maraqdır bu böyük birliyi getdikcə parçalayan? Əsas müxalifət, nə bilim, radikal müxalifət... Bu, əslində öz oturduğun budağı kəsməkdir. Bunlar əslində millətin etimadından özünü məhrum etməkdir. Burada bir məqsəd var, dünya görsün ki, Azərbaycanın "ana" müxalifəti mənəm. Bu xırda şöhrətpərəstik və bu gün mənim sübut edə bilməyəcəyim başqa maraqlar var idi. O da yaşamaq mübarizəsidir. Yaşamaq üçün müxalifətçiliyin müəyyən qaynaqları var, məsələ odur ki, o qaynaqlara kim təkbaşına sahiblənmək istəyir. Buna görə adam illər uzunu yanaşı gəldiyi dostunu itirməz, xalqın ümidlərini qırmaz. Bunların hamısını biz görmüşük. Ona görə də təcrübədən dəfələrlə keçirdiyimiz və hər dəfə də peşmançılığını yaşadığımız birlik yolu məni çəkmir. Yəni, kimsə aldana bilər, mənim isə bu yaşda aldanmaq vaxtım deyil axı... - Bəzi siyasətçilər Milli Şuranın sədri Cəmil Həsənlinin ziyalı kimi siyasətə qoşulmasını, sözügedən birliyə daxil olmasını düzgün addım hesab etmir. Siz necə düşünürsünüz? - Cəmil Həsənli siyasətdə yeni deyil. Bir müddət Milli Məclisin fəal deputatlarından biri olub. Buna baxmayaraq, hesab edirəm ki, Cəmil müəllim Milli Şuraya getməli, orda sədrliyi boynuna götürməli deyildi. Cəmil müəllim Azərbaycanın böyük tarixçisi və ziyalısıdır, çox gözəl əsərlər yazır və o işini də davam etdirməli idi. Bir dəstə adam onu qabağa verib, onun kölgəsində gizlənir. Qabaqcadan bəlli idi ki, o birliyin sonu necə olacaq. Ona görə də düşünürəm ki, səmərəsiz mübarizəyə girişmək vaxtımız keçib. İndi onlar Milli Şuranın odunu söndürüb, külü ilə oynayırlar. - Milli Şurada təmsil olunan Müsavat Partiyasının qurumu tərk etməsi və bundan sonra bir zaman onun müttəfiqləri olmuş şəxslərin partiyanı hakimiyyətlə mandat alverində ittiham etməsi, əlaqələri kəsməsi sizcə nə ilə bağlıdır? - Mənim Müsavat Partiyasında heç kimlə şəxsi problemim yoxdur. Tarixi Müsavat Azərbaycan üçün unudulmaz bir dəyərdir - XX yüzilliyin əvvəlindən başlayan, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Müsavat. O müsavatçılıq Azərbaycanda demək olar ki, hər kəsin ürəyindədir. Onu bugünkü Müsavat Partiyasının divarları içinə sığışdırmaq mümkün deyil. Ümumiyyətlə isə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifətinin iki problemi var. Biri Müsavatdır, biri də Xalq Cəbhəsi. Xalq Cəbhəsi, o boyda hərəkat neçə yerə parçalandı, halbuki onu qorumaq olardı. Ümumiyyətlə, bu partiyalaşmanı biz bir müddət yubada bilərdik. Mən özüm də bu proseslərin içində olmuşam, amma sözümü həmişə mümkün qədər demişəm. Xalq Cəbhəsi təbii şəkildə o vaxt sovetlərə qarşı qalxan kütlənin etiraz dalğasında yetişmiş hərəkat idi. Bütün millət də bu hərəkatın üzvü idi. Müsavat da yenə o tarixi xatirənin üzərində qurulmuş böyük partiyadır. Onların heç biri bu gün onlara başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onlar xatirə ilə, xalqın iradəsi ilə yaranmış qurumlardır. Buna görə də onların bir yerdə olmamaları və həmişə aralarındakı konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Fikrimcə, onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı. - Kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya gəlişi və sonradan qurumda təmsil olunanların ona qarşı olan münasibəti barədə nə dəyə bilərsiniz? - Bilirsiniz, hər kəs öz yerində dəyərlidir. Rüstəm İbrahimbəyov böyük yazıçı, dramaturq və kinorejissordur. Buna baxmayaraq, Rüstəm İbrahimbəyovun da Milli Şuraya rəhbərliyini yanlış hesab edirəm O, əgər müxalifət düşərgəsinə yardım etmək istəyirdisə, yardımını edə bilərdi. Yəni, birdən-birə hakimiyyətlə şəxsi problemlər yaranandan sonra siyasətə gəlmək mənim düşüncəmə görə bəri başdan məhkumluqdur. Çünki onun sonu olmayacaq. Amma digər tərəfdən, mənim Rüstəmə çox böyük hörmətim var və heç vaxt da o hörmətə kölgə düşməyini istəmərəm. Eyni zamanda mən hakimiyyətin də Rüstəm İbrahimbəyova qarşı münasibətini yanlış hesab edirəm. Mən istərdim ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli kimi adamlar millətin ümid yeri kimi qalsınlar, daxili münaqişələrdən kənarda qalan bir ağıl mərkəzimiz olsunlar. Bir çox partiyaların onlara münasibətinin səmimi olduğuna da inanmıram. Ona görə, bu adamların ayrı-ayrı partiyaların maraqlarına qoşulmasının tərəfdarı deyiləm. |
2014-04-07 | 13,771 | Soyuqlar yenidən başlayır | Bakı və Abşeron yarımadasında aprelin 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 15-20 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər ("Trend"). |
2014-04-07 | 13,772 | Suriyaya kimyəvi hücumda Türkiyə barmağı – İddia | 2013-cü il 21 avqust tarixindən Suriyanın Quta bölgəsinə kimyəvi hücumla əlaqədar iddia ortaya atılıb. "Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, amerikalı jurnalist Seymur Herşin iddiasına görə, 2013-cü ilin yazında Amerika kəşfiyyatı Türkiyə hökumətinin "Əl-nüsrə" terror təşkilatı ilə işbirliyi içərisində oluduğunu öyrənib. Və iddiaya görə, bu işbirliyi MİT və hərbi-polisə həvalə edilibmiş. Xatırladaq ki, həmin tarixdəki hücum müharibədə dönüş nöqtəsi olmuş, Amerika "kimyəvi silah qırmızı xəttimizdir" demişdi. Əvvəlcə hərbi əməliyyatlar gündəmə gəlsə də, sonradan bu iş diplomatik cəhdlə əvəz edilmişdi. |
2014-04-07 | 13,773 | Qadınların diri-diri yandırıldığı Ağdaban – 22 il | 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndi azğın ermənilərin hücumuna məruz qalıb. Nəticədə kənd tamamilə yandırılaraq məhv edilib. Bu gün həmin faciənin 22-ci ildönümüdür. "Axar.az" xəbər verir ki, 130 evdən ibarət olan Ağdaban kəndində həmin gecə tarixin ən dəhşətli cinayətlərindən biri törədilib. Kəndə hücum edən erməni separatçıları 779 nəfər dinc kənd sakininə qeyri-insani işkəncələr verib. 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Faciə zamanı itkin düşən 2 nəfərin taleyi hələ də bəlli deyil. 12 nəfər isə ağır bədən xəsarətləri alaraq əlil olublar. Bununla kifayətlənməyən erməni vandalları tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdaraq məhv edib, müqəddəs ziyərətgah və qəbiristanlıqları təhqir etməkdən çəkinməyiblər. Ağdaban kəndində klassik Azərbaycan şeirinin ustadı Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmalarını yandırıb talan ediblər. Xatırladaq ki, 1993-cü il martın 26-da bu faciə bir daha təkrarlanıb. Bunun ardınca isə Kəlbəcər rayonunun işğalı gercəkləşdirilib. |
2014-04-07 | 13,774 | Polis rəisi rüşvət alarkən görüntüləndi - Video | Sosial şəbəkələrdə və Yutub video portalında yol polisinin açıq-aşkar rüşvət alması barədə video paylaşılıb. Bu videonun paylaşmasından sonra ölkədə böyük səs-küy yaranıb. Qeyd edək ki, videodan da göründüyü kimi bir vətəndaş avtomobil idarə edərkən kobud şəkildə qayda pozub. Həmin şəxs içkili halda avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Danışıqlardan belə nəticəyə gəlmək olar ki, həmin şəxs polisin dayan-dur əmrinə tabe olmayıb. Lakin sonradan polislərin keçirdiyi əməliyyat zamanı həmin şəxs saxlanılıb. Həmin şəxs isə öz növbəsində yol polis ilə danışarkən gizlin çəkiliş edib. Çəkilişlərdən açıq-aydın görünür ki, yol polisləri yol hərəkəti haqqında qaydaları kobud şəkildə pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə, həmin şəxsdən rüşvət tələb edirlər. Qayda pozan vətəndaşdan 300 manat rüşvət tələb edən polis serjantı sonradan razılaşmayan şəxsi rəisin qəbuluna göndərir. Polis rəisi də öz növbəsində gizlin çəkiliş edən vətəndaşdan 300 manat pul istəyir. "Salehə deyəcəyəm. 300 verəcəksən Salehə. Bax bunu üçümüz bilirik haa. Sabah Salehə deyəcəyəm, kompüterə oturan kimi Saleh mənə onu çəkib verəcək", - deyə Göyçay rayon yol polisi idarəsinin rəisi bildirib. Maraqlı orasındadır ki, polis rəisi rüşvət tələb edərkən qanunla danışır: "Yol hərəkəti qaydasının pozulması sənin tabe olmamağındır. Bunun cəriməsi 500 manatdır, "Prava" da 1 il "lişeniyaya" düşür. Bunun belə olmaması üçün 300 manatı verməlisən", - deyə yol polisi rəisi bildirib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib. Şöbə rəisinin sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır. Araşdırmalardan sonra, nəticə barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək (ANS). |
2014-04-07 | 13,775 | Azərbaycanlı modelyer fəlsəfə doktoru oldu | Modelyer Gülnarə Xəlilova fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. Bu haqda modelyer özü məlumat verib: "Namizədliyimi bir müddət əvvəl irəli sürdüm. Mayda müdafiə etdim və bu öz təsdiqini tapdı. Fəlsəfə doktoru adını aldım. Diplomum yaxın günlərdə təqdim olunacaq" ("Axsam.az"). |
2014-04-07 | 13,776 | Zidan “Real”ın baş məşqçisi postuna gətirilir | "France Football" nəşri Zinəddin Zidanın "Real Madrid"in baş məşqçisi olacağı barədə yazıb. "Axar.az"ın verdiyi xəbərə görə, bu barədə Fransanın məşhur idman nəşrlərindən biri məlumat yayıb. İddiya görə, 2016-cı ildə Zinəddin Zidan "kral klubu"nda baş məşqçi olacaq. Qeyd edək ki, Ançelottinin də müqaviləsi məhz 2016-cı ildə başa çatır. |
2014-04-07 | 13,777 | Azərbaycan ordusunun polkovniki özünü asdı | Ordusunun zabiti intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb. Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb. Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır. |
2014-04-07 | 13,778 | ABŞ-da erməni “soyqırım”ı anılacaq | Aprelin 12-də ABŞ-ın Florida ştatında qondarma erməni soyqırımının 99-cu ildönümü münasibətilə anım yürüşü keçiriləcək. "Axar.az" bu haqda Ermənistanın "Panarmenian" xəbər agentliyinə istinadən məlumat verir. Florida ştatında gerçəkləşdiriləcək olan qondarma erməni soyqırımını anma yürüşünü ABŞ-dakı erməni mənşəli müxtəlif qurumlar və Cənubi Florida kilsəsi təşkil edəcək. Anma mərasiminin əsas təşkilatçısı isə "Erməni Soyqırımı Xatirələri" təşkilatı olacaq. Qeyd edək ki, sözü gedən təşkilatın əsas missiyası əhali və məktəblilər arasında qondarma soyqırımın təbliğatını gerçəkləşdirməkdir. |
2014-04-07 | 13,779 | Bakıda yarımçıq tikililər - SOS | Son illərdə paytaxta, eləcə də regoinlarda tikintisi yarımçıq qalan binaların aqibəti aktuallaşıb. Hələ 2008-ci ildə Zabrat-Maştağa yolunun üzərində düz körpünün yanında iri bir layihənin plakatı asıldı. Dəmiryol xətti və yüksək gərginlikli elektrik xətlərinin tam yanında əsası qoyulan bu buna hamının marağına səbəb oldu. Və şəhərdən kənar olması vətəndaşları bu şəhərciyə həvəslə cəlb etdi. Cəmi bir neçə mərtəbəsi tikildikdən sonra isə inşaat işləri dayandı. Oradan mənzil almaq üçün əvvəlcədən pul ödəyən vətəndaşların hüquqları da sual altındadır. Amma onlar azlıqda deyillər. Bakının bir çox yerlərində uzun illərdir tikintisi yarımçıq qalan binaların "sakinləri" hələ də mənzillərinin onlara təhvil verilməsini gözləyirlər. Bəs həmin binalar istifadəyə yarayırmı? Tikintisi başa çatdırılsa belə, bu mənzillərdə yaşamaq nə dərəcədə təhlükəsiz sayılır? "Axar.az"ın araşdırmasını təqdim edirik. Binaların ömrü qısalır "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalardan bəlli olub ki, hazırda Bakıda təxminən 2400-ə yaxın yeni tikilən bina var. Bunların hər birində orta hesabla 150 mənzil tikilib. Bəzi binalarda mənzillərin çoxu satılsa da, bir çox binalardakı mənzillərin təxminən 30 faizi, ümumilikdə, təxminən 110 minə yaxın mənzil boşdur. Tikinti sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, sakinlərlə tam məskunlaşmayan binaların əksəriyyəti fiziki və mənəvi aşınmaya məruz qalırlar. "Binaların fiziki aşınmasının ləngidilməsi üçün onlarda sabit temperatur olmalıdır. Ümumiyyətlə, bina böyük konstruksiyadır, soyuduqda və qızdıqda metal konstruksiyaları deformasiyaya uğrayır. Onda mikroçatlar yaranır, çöl tərəfdən suvağı, rəngi, üzlükləri tökülür. Armaturlarda korroziya yaranır, beton armaturdan aralanmağa başlayır. Bununla da bina tez sıradan çıxır. Əgər layihəyə görə, binanın istismar müddəti 150 il nəzərdə tutulurdusa, belə olan halda o, 60-70 ildən sonra sökülməli olur. Yəni binada mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə azalır". Tədricən aşınaraq dağılan tikilidən əlinizi üzün Tikintisi yarımçıq qalan binaların tamamlanmaması onları potensial təhlükə mənbəyinə çevirir. "Əmlak Bazarı İştirakçıları" İstimai Birliyinin eksperti Pərviz Rəhimoğlu "Axar.az"a açıqlamasında bildirib ki, binalar bir neçə səbəbdən aşınmaya məruz qalaraq dağılır: "Yarımçıq tikilini uzağı 2-5 il ərzində istifadəyə vermədən saxlamaq olar. Sonradan isə həmin bina daxili və xarici amillərin təsiri nəticəsində aşınmaya məruz qalır və dağılır. Belə ki, qış fəslində soyuq və şaxtalı hava, yağış və qar bir çox hallarda belə binaların dayanıqlığına ciddi təsir göstərir, onların ömrünü qısaldır. Bu da həmin tikililərin aşınmasını sürətləndirir, uçub dağılma ehtimalını artırır. Bu səbəbdən yarımçıq bina probleminin həllinin sürətləndirilməsi olduqca vacibdir". Xarici təcrübə nə deyir? Ekspert problemin həlli yollarına da toxunub. Bu sahədə xarici təcrübənin öyrənilməsinə də ehtiyac olduğunu vurğulayıb: "Yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması qanunvericiliyə ziddir. Çünki bu, sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir. Onların taleyi məsələsi istənilən halda ikitərəfli razılaşma əsasında olmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl atmaq düzgün olmazdı. Lakin Rusiyada olduğu kimi, həmin tikililərin hərraca çıxarılaraq satılması mümkündür. Təbii ki, dövlət də əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır". MTK-dan alıb bələdiyyələrə vermək mümkündür Bu məsələdə xarici təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən P.Rəhimoğlu yarımçıq binaları bələdiyyələrə verməklə onlardan Mənzil Fondunun formalaşmasında istifadə etməyin mümkünlüyünü vurğulayıb: "Yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı Ukrayna modeli mövcuddur. Bu ölkədə inşası yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir. Bizdə də yarımçıq binaların dövlət tərəfindən deyil, məhz bələdiyyələr tərəfindən alınması prosesinin həyata keçirilməsi daha məqsədəuyğun olardı". Mənzil Fondunun formalaşmasına dəstək Qeyd edək ki, "Mənzil Məcəlləsi"nə edilən son dəyişikliklərə əsasən, Mənzil Fondunun idarə olunmasında bələdiyyələrin balansında olan və kommunal mənzillər məsələsi ortaya çıxıb. Belə məlum olr ki, ilk olaraq bələdiyyələrin mənzil fondu formalaşmalıdır. Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. Məlum olduğu kimi, hazırda bələdiyyələrin iqtisadi maliyyə durumu həmin yarımçıq binaların alınması və tikintini başa çatdırmağa imkan vermir. P.Rəhimoğlu hesab edir ki, bu istiqamətdə dövlət müəyyən addımlar atmalı, bələdiyyələrə subsidiyalar ayırmalıdır: "Lazim gələrsə, onlara uzunmüddətli, az faizli kreditlər də verilməlidir ki, özünüidarə orqanları da yarımçıq mənzillərdə işin başa çatdırılması prosesinə cəlb olunsun. Belə vəziyyət Azərbaycanda bələdiyyə institutunun ən azından prosesdə tam normal şəkildə iştirakının təmin olunmasına gətirib çıxarar. Eyni zamanda, tikinti şirkətləri də üzərində hər hansı bir məsuliyyətin olduğunu görsə və binanı qoyulan limit müddətində başa vurmadıqda tikintinin əlindən çıxmaq riskinin olduğunu bilsə, prosesə daha məsuliyyətli yanaşacaq. Belədə yarımçıq binalarla bağlı problem də öz həllini tapar". |
2014-04-07 | 13,780 | Donetsk özünü respublika elan etdi - Foto | Separatçılar özlərini müstəqil elan ediblər. "Axar.az" xəbər verir ki, Ukraynanın şərqində olan Donetsk vilayətindəki inzibati binaları tutan separatçılar Donetsk Xalq Respublikasını yaratdıqlarını elan ediblər. Donetskdən olan məşhur bloqçu və jurnalist Denis Kazanski bu barədə öz bloqunda xəbər paylaşıb. O, hazırda Şəhər Administrasiyasında təmsil olunanlardan heç kimin buna qarşı çıxmadığını deyir. Ukrayna Baş naziri Arsen Yaçenyuk Rusiyaya bağlı qüvvələrin ölkənin şərqindəki 3 şəhərdə olan dövlət və hökumət binalarını ələ keçirdiyini təsdiq edib. Xarkov, Luqansk və Donetskdə olan inzibati binaların artıq əldə olmadığını deyən Baş nazir 40 minlik Rusiya qoşunlarının sərhədə yaxınlaşdığını və 30 kilometr (19 mil) məsafədə hücum üçün əmr gözlədiyini deyib. Hökumət rəhbəri Rusiya qüvvələrinin ölkənin ərazisnə girməyə imkan verməyəcəklərini və hərbi qüvvələrin müdafiəyə hazır olduğunu bildirib. Xatırladaq ki, bundan öncə Ukraynanın Daxili İşlər naziri də Luqansk şəhərində nazirliyin binasının tutulduğunu bildirmişdi. |
2014-04-07 | 13,781 | Azərbaycanda məmur rüşvətə görə həbs olundu | Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. "Axar.az"a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
2014-04-07 | 13,782 | Gün ərzində 47 cinayət faktı qeydə alındı | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınıb ki, onların da 23-ü "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 14 nəfər tutulub. |
2014-04-07 | 13,783 | Gəmi zavodunda dəhşətli qəza: bir nəfər öldü - Foto | 15:45 Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də dəhşətli faciə baş verib. "Axar.az"a Xəzər Gəmiçiliyindəki mənbədən verilən məlumata görə, "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyasını dəyişib. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmişiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir. Xəzər Dəniz Gəmiçiliyi QSC-dən "Axar.az"a belə bir məlumata malik olmadıqlarını bildirdilər. 16:35 Xəzər Dəniz Gəmiçiliyi QSC-dəki mənbədən "Axar.az"a verilən məlumata görə, ölən iki nəfər deyil, bir nəfərdir: "Hadisə zamanı 2 nəfər deyil, bir nəfər ölüb, bir nəfərsə yaralanıb. Dünyasını dəyişən şəxs Cəlilabad rayon sakini, 28 yaşlı Mirbağır Zeynalovdur. Bir uşaq atasıdır, 7 ay idi ki, işləyirdi. Digər fəhlə onu xilas etmək üçün suya atılıb. Xəsarətləri olsa da, o, sağ-salamatdır". Xəbərdə həmçinin bildirildi ki, M.Zeynalov "General Əlağa Şıxlinski" kran gəmisinin təmir briqadasının işçisidir. Hadisə yerində hazırda Baş Prokurorluğun müstəntiqləri araşdırma aparır. İlkin ehtimala görə, ölüm hadisəsi təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün baş verib. |
2014-04-07 | 13,784 | Əbru Gündəş 1.5 milyon qazanmağa gedir | Türkiyənin məşhur müğənnisi Əbru Gündəş əri Rza Zərrab azadlığa buraxıldıqdan sonra öz susqunluğunu pozub. "Axar.az" xəbər verir ki, yavaş-yavaş normal həyata dönən müğənni 4 iyun-10 sentyabr tarixləri arasında Antalyada 11 konsert verəcək və onlardan 750 min dollar (1 milyon 550 min TL) qazanacaq. Qeyd edək ki, sonuncu dəfə 2013-cü ilin sonlarında səhnəyə çıxan Əbru Gündəş əri Rza Zərrab həbs olunduqdan sonra bütün konsertlərdən imtina etmişdi. |
2014-04-07 | 13,785 | Suriyada erməniləri öldürmürlər – Video | "Nəinki erməniləri öldürmürlər, hətta kilsələrə belə toxunmurlar". "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, bölgədə Əsəd hökumət qüvvələri ilə müxaliflər arasında davam edən şiddətli qarşıdurmalarda müxaliflərin erməniləri öldürdüyü haqqında mediada çıxan xəbərlərlə bağlı açıqlama verən müxaliflər bu bölgədə nəinki erməniləri öldürmədiklərini, hətta kilsələrə belə toxunmadıqlarını bildiriblər. Müxaliflər bildiriblər ki, ermənilərin yemək ehtiyacı belə ödənir. O bölgədə qarşıdurmalar davam etdiyinə görə, Türkiyəyə sığınmaq istəyən 18 erməni mənşəli suriyalı müxaliflərin nəzarətində Türkiyə tərəfinə təslim edilib. Xatırladaq ki, Suriyada rejimə qarşı döyüşən müxaliflər hökumətin əsas mərkəzi sayılan Latakiyə bölgəsində 16 gündür "Ənfal" adı altında başlatdıqları əməliyyatda aralarında erməni bölgəsi olan Kasab qəsəbəsinin də olduğu bir çox bölgənin idarəsini ələ keçirəndən sonra Suriyada müxaliflərin erməniləri öldürməsi xəbəri yayılmış və bir neçə ölkədə Suriya müxalifləri əleyhinə aksiyalar təşkil edilmişdi. |
2014-04-07 | 13,786 | XİN-dən İrana verilən ərazi ilə bağlı açıqlama - Foto | "Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz". Bu sözləri "Axar.az"a Culfa rayonundakı 44 metrlik ərazinin İrana birləşdirilməsi ilə bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev deyib. O, məsələ ilə bağlı məlumatının olmadığını bildirib: "Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz". Qeyd edək ki, dünən İran mətbuatında Culfa rayonundakı 44 metrlik mübahisəli ərazinin İrana birləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Onu da bildirək ki, verilən xəbərdə məhz "44 metr" sözü işlədilib. Bunun 44 kvadrat metrlik sahə, yoxsa sərhəd keçid məntəqəsinin 44 metr irəli çəkilməsi anlamında işlədildiyi barədə məlumat verilmir. İran mediasında yayılan xəbərin fotosurətini təqdim edirik: |
2014-04-07 | 13,787 | AŞPA yeni vitse-prezidentlərinin adlarını açıqladı | Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün yaz sessiyasının ilk günündə təşkilatın iki yeni vitse-prezidenti seçilib. Təşkilatın yeni vitse-prezidentləri vəzifəsinə italyan Mişel Nikoletti (Michele Nicoletti) və Monteneqrodan Predraq Sekuliç (Predrag Sekulic) təyin olunub. Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb. Aprelin 11-dək davam edəcək sessiyada Azərbaycandan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər. Sessiyanın gündəliyinə Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstanın demokratiya üzrə tərəfdaşlıq üçün AŞ PA-ya müraciətinə baxılması və digər məsələlər daxil edilib. Tədbirdə azərbaycanlı deputatlar S.Fətəliyeva və R.Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. |
2014-04-07 | 13,789 | Vəhabilər Sumqayıtda mitinq təyin etdi | Radikal dini qruplar (vəhabilərin olduğu deyilir) aprelin 13-də saat 12.00-da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası təyin edib. Məlumata görə, artıq Sumqayıtda divarlara aksiyaya çağırış vərəqələri yapışdırılır. Bundan əlavə, Bakı-Sumqayıt marşrutunda çalışan bəzi taksi sürücüləri də insanların aksiyalara gəlməsi barədə təbliğatlar aparırlar ("Publika.az"). |
2014-04-07 | 13,790 | İtmiş təyyarənin qara qutusundan siqnal gəldi | Keçən ay bortunda 239 adamın olduğu Malaziya hava yollarına məxsus olan itmiş təyyarənin qara qutusundan siqnallar alınıb. "Axar.az" məlumat verir ki, bu barədə təyyarənin qara qutusunu axtaran Çin gəmisindən xəbər verilib. Axtarma çalışmalarını koordinasiya edən avstraliyalı yetgililər ikinci siqnalın Hind okeanının güneyindən gəldiyini bildiriblər. Amma bu məlumatdan sonra o da bildirilib ki, gələn siqnalın tam olaraq itən təyyarəyə məxsus olduğunu demək də çətindir. Axtarışlar aparan gəmi sabah artıq həmin bölgədə olacaq. Alınan siqnalın saniyədə 37.5 Hz olduğu bildirilib ki, təyyarələrin qara qutularından da gələn siqnalların eyni tezlikdə olduğu qeyd olunur. Gəminin taleyi ilə maraqlananlar qara qutuların ancaq 30 gün ərzində siqnal yaya bildiyini, bu üzdən də itmiş təyyarənin tezliklə tapılmasının vacibliyini vurğulayıblar. |
2014-04-07 | 13,791 | “MDB-yə əlvida demək Azərbaycanın zərərinədir” | Ukraynada cərəyan edən hadisələrdən sonra Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin birlikdəki təmsilçiliyi müzakirə mövzusuna çevrilib. Azərbaycanın quruma üzvlüklə bağlı bundan sonra hansı addım atacağı və verəcəyi qərarlara görə gözlədiyi təhlükələr çoxlarını düşündürür. Məsələ ilə bağlı Parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc "Axar.az"a geniş müsahibə verərək yaranmış suallara aydınlıq gətirib. - Ukraynanın MDB-dən çıxmaqla bağlı qərar vermək mərhələsində olması qurumun sonrakı taleyinə və Rusiyanın bölgə ilə bağlı planlarına necə təsir edəcək? - Qeyd edim ki, Ukraynanın bunu siyasi təzyiq aləti kimi işə salmasına heç bir şübhə yeri yoxdur. Faktiki olaraq, yeni inqilabi hökumət hər hansı vasitə ilə Rusiyanın Krım işğalından, o cümlədən, Ukraynanın şərq hissəsinin ələ keçirilməsindən azad olmaq və Qərbin dəstəyini qazanmaq üçün beynəlxalq birliklərə qoşulmaq yönündə bəyanatlar verir, paralel şəkildə Rusiyanın nüfuz kartı olan MDB ilə onları hədələyir. Əslində Rusiya Krım hadisələri fonunda nə qədər beynəlxalq aləmlə konfrontasiyaya getdisə və ərazicə genişləndisə də, onun yalnız bir itkisi var, o da tarixən özünə öhdəlik hesab etdiyi, Kiyev rus dövlətindən bu yana ətlə-dırnaq kimi bir-birinə bağlı olduğu bir xalqla müəyyən mənada düşmən olub və Qərb bunu ustalıqla yaratdı. Bu da öz-özlüyündə gələcək SSRİ planlarına xeyli dərəcədə zərbə vurdu. Lakin bu MDB-nin süqutu və onun varlığının tamamilə iflası demək deyil. - Ukraynadan əvvəl Gürcüstan da bu taleyi yaşayıb və MDB-dən çıxmaq qərarı verib. Proses hara gedir? - Hətta Gürcüstan da oradan çıxıbsa, Rusiya alternativ dövlətləri bu formata cəlb etməklə MDB-nin mövcudluğunu saxlayacaq. Ona görə də həmin ölkələrin GUAM formatında, yaxud da Avropa qonşuluq siyasətində iştirak edən ölkələrin xarici siyasəti Azərbaycan üçün nümunə ola bilməz. Burda subyektiv mövqeyimi bölüşürəm ki, belə bir dönəmdə antirusiya bloklarında yer almaq, bizim üçün böyük siyasi itkilərə və ağrılara səbəb ola bilər. Azərbaycan prezidentini xarakterizə edən ən mühüm keyfiyyət regional siyasi hadisələri dərindən duyması ona adekvat ölkənin milli maraqlar konsepsiyasını bilməsi və bunu həyata keçirməsidir. Lakin eyni zamanda, hüquq müstəvisində Ukraynanın bütövlüyünü müdafiə etməyimiz, hər hansı bir şəkildə Rusiya əleyhinə Qərb sanksiyalarına qoşulmaq və yaxud bu ölkənin siyasi kursunu pisləmək mənasına gəlmir. - Siz GUAM-ın adını çəkdiniz. Gürcüstan MDB-dən çıxıb, Ukrayna çıxmaq ərəfəsindədir, Moldava birliyi tərk etmək məsələsini öz ölkəsində müzakirəyə çıxarıb. Sizə elə gəlmir ki, növbə Azərbaycandadır? - Əvvəla etiraf edim ki, GUAM-ın vaxtı ilə ABŞ-ın geopolitik arxitektura layihəsi kimi nə qədər cazibədarlığı var idisə, sonrakı zamanda bu bizim ölkənin hesabına ayaqda qalmaqda idi. Hətta xatırlayırsınızsa, bir ara Özbəkistanın da ora qoşulmaq məsələsi müzakirə olunurdu. Ölkələrin birliyi o zaman ayaq tutub yeriyir ki, ortaq siyasi mənafeləri olsun və paralel şəkildə iqtisadi əsaslarla, bazislə möhkəmləndirilsin. Faktiki olaraq həm də bunun uzaqgörən perspektivdə hərbi alyansa çevriləcəyi, biri digərinin bəlli ərazi bütövlüyü problemlərinə görə yardımlar göstərəcəyi də iddia edilir. Lakin gerçəklik odur ki, təşkilatın güc mərkəzi kimi fəaliyyətindən danışmaq mümkün deyil. Ona görə də qeyd etdiyiniz çətir altında toplaşan ölkələrin fərqli siyasi hədəflər ortaya qoyması və oranı tərk edəcəyi təqdirdə Azərbaycanın da GUAM prinsiplərinə görə MDB-yə əlvida deməsinin tərəfində deyiləm və buna inanmıram. - MDB-də təmsil olunmağımızın və ya əks durumun bizim üçün fərqi nədir? - Ulu öndərin zamanında deyilən, siyasi və ictimai diskussiyaların baş sərlövhəsinə, epiqrafına çevrilən fikri xatırlayıram. O sözlər Heydər Əliyevə məxsus idi. MDB-dən bəhs edərək deyirdi ki, bu qurumun ola bilsin ki, böyük faydaları yoxdur, amma onun kənarında qalmağın ziyanları realdır, mümkündür. Bu mənada bizim üçün onsuz da Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmayan, hər hansı bir şəkildə MDB-də belə, Qərbin əleyhinə bir proyekt nəzərdən keçirməyən, Rusiyanın fonunda avtoritarlığı tam həzm etməyən bir ölkənin Ukrayna hadisələri üzərindən Rusiyaya revanş etməsinin heç bir adı yoxdur. Mən bu mövzuda danışanlara çox sadə bir sual vermək istərdim. Ukraynanın bizim ərazi bütövlüyümüzü müdafiə etməsindən o yana, başqa nəyin şahidi olmuşuq ki? Əksinə, hələ deyərdim ki, Ermənistanla ciddi hərbi bağlaşmalar, əlaqələr və s. mövcuddur. Ona görə də bəzən bizim Ukrayna xalqından önə keçib Rusiya ilə savaşmaq istəməyimiz, mənə meydan hərəkatı dövrünün eyforiyasını xatırladır. - Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında müqavilə hələ də imzalanmamış qalır. Türkiyənin NATO üzvü olmasını nəzərə alaraq, ölkəmizin Şimali Atlantika Alyansı ilə münasibətlərdə "məsafəli siyasət" yürütməsi qeyd edilən müqavilənin imzalanmasını gecikdirən amil kimi qiymətləndirilə bilərmi? - NATO-nun prinsipləri sırasında üzv dövlətlərin hər hansı bir şəkildə başqa dövlətlə əlaqələr qurması qadağan edilmir. 10 illər ərzində o qurumun Parlament Assambleyasında Azərbaycanı təmsil edən bir şəxs kimi deyə bilərəm ki, dediyiniz mövzuda heç bir yasaq rejimi mövcud deyil. Bu başqa bir söhbətdir ki, həmin dövlətin büsbütün digər NATO dövlətlərini də üçüncü ölkənin xeyrinə cəlb etməsi və onun müdafiəsində iştiraka çağırılması qaydası yoxdur. Ancaq Türkiyənin Azərbaycan həyatında, bundan sonrakı dönəmdə təhlükəsizlik mövzusunda önəmli addımlar atmasına 2011-ci ildə sayın Ərdoğanın və hörmətli İlham Əliyevin imzaladığı strateji tərəfdaşlıq şurası və onun imzalanmış müqavilələr tamamilə geniş imkan verir. Burdan irəli gələrək, ölkənin hərbi strukturlarının, silahlı qüvvələr sisteminin, NATO və xüsusilə Türkiyə standartlarına uyğunlaşması üçün müəyyən bir yol getməlidir və çox ciddi islahatlara ehtiyac duyulur. - Bəs sizcə, bu islahatlar başlayıb? - Ölkə başçısının qoyduğu son vəzifələr, yeni müdafiə nazirinin və onun yaratdığı komandanın addımları bu islahatların tərkib hissəsidir. Əminəm ki, Türkiyə generalitetinin önəmli təmsilçilərinin son günlər Azərbaycana səfəri, bütövlükdə regional proseslər və indiki atmosfer, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasını tamamilə mümkün və zəruri edir. Bunun alt qatında isə artıq müxtəlif hərbi hissələrin Türkiyənin standartları altında hazırlıqlarda və birgə təlimlərdədir. Yadınızdadırsa, Qaraheybətdə, Naxçıvanda, Türkiyənin Adana şəhərində birgə təlimlər keçirilib. Bu təlimlər vahid prinsiplər, koordinasiya və vahid tapşırıqlar altında işləmək və s. kimi bacarıqları aşılamaq məqsədi daşıyıb. Ona görə də düşünürəm ki, 90-ci illər deyil ki, Türkiyə bu risklərdən narahat olsun. Qardaş ölkə Cənubi Qafqaz regionunda aktiv bir oyunçudur, bunu inkar etmək mümkün deyil, Rusiya və İran da bununla hesablaşır. Düşünürəm ki, Ərdoğanın məhz belə bir zamanda Azərbaycana təşrif buyurması sadəcə rəmzi bir məna daşımır, bağlı qapılar arxasında qəbul olunacaq sənədlər, imzalar hər hansı bir razılaşmalar, gələcək hüquqi imzalaşmalar üçün əsas yaradacaq. - Ukrayna və Gürcüstan kimi Azərbaycan da GUAM üzvü olan dövlətdir. Rusiyanın Dağlıq Qarabağ məsələsinin nizamlanmasında faktiki olaraq aparıcı güc olmasını nəzərə alsaq, Gürcüstan və Ukrayna timsalında, Osetiya və Krım modelində rastlaşacağımız problemlərlər bizi MDB-dən çıxmağa nə qədər vadar edə bilər? - Əvvəlcə onu qeydim edim ki, Ukrayna hadisələri fonunda Qərblə konfrontasiya ATƏT-in Minsk qrupunu zərbə altında qoyubdur. Çünki bir kimsəni inandırmaq mümkün deyil ki, bu qədər geniş cəbhədə vuruşan Rusiya və Avropa dövlətləri Dağlıq Qarabağ məsələsində əməkdaşlıq edəcəklər. Bu məsələnin çox önəmli tərəfidir. Lakin məhz bunu nəzərə alıb Azərbaycanın Minsk qrupunun formatının tam dayandırması, o cümlədən GUAM-ın Rusiyasız MDB kimi sıralarını genişləndirməsi və ABŞ-ın və bütövlükdə Qərbin bu ölkəyə alterantiv dövlətlər blokunu formalaşdırmasını da real saymıram. Çünki Qərb bəyanatlar verir, Siyasi giqant informasiya sistemləri hər hansısa bir ölkənin əleyhinə çevrilib, amma ortada nə real iqtisadi dəstək və qarantiyalar mövcuddur, nə də təhlükəsizlik addımları var. Bir ölkənin də bu cür formal müdafiə aktlarından çıxış edib, özünü böyük bir təhlükənin altına atması da olduqca ciddi problemlərə səbəb olardı. Məşhur bir fikir var, deyir ki, fillər savaşanda ayaqlarının yerində 7 il ot bitmir. Bizim üçün nüvə mərkəzinə daxil olmamaq daha önəmlidir. Hətta obrazlı şəkildə desək, Türkiyənin ikinci müharibəsindəki siyasəti yaxud ingilis siyasəti Azərbaycanın bugünkü xarici siyasət kursunun mühüm elementlərinə çevrilməlidir. Çünki bu cür vəziyyətlərdə çox riskli qərarlar vermək dövlətin mənafelərinə ziyan gətirər. Ona görə də bir də deyirəm ki, MDB-ni tərk etməyin tərəfdarı deyiləm. |
2014-04-07 | 13,792 | Moldovada da mitinqlər başladı - Video | Moldovanın paytaxtı Kişinyovda Rusiya əleyhinə mitinq keçirilib. "Axar.az" xəbər verir ki, mitinq iştirakçıları bildiriblər ki, öz torpaqlarında Krım ssenarisinin təkrarlanmasını istəmirlər. Əllərində Moldova və Avropa Birliyinin bayraqlarını tutan yüzlərlə mitinq iştirakçısı "Putin-işğalçı", "Bura Krım deyil" şüarlarını səsləndiriblər. Onlarla yanaşı Rusiya tərəfdarı olanlar da aksiya keçiriblər. Rusiya tərəfdarları mitinqə rus bayrağı ilə çıxıblar. |
2014-04-07 | 13,793 | Con Kerri Azərbaycana nə üçün gəlir? - Ekspert | "ABŞ dövlət Katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərinin arxasında gizlin nüanslar axtarmaq düzgün deyil. Bu səfər Cənubi Qafqaz regionunda yeni və gənc dövlətlərə ABŞ dəstəyinin ifadəsidir". Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Azərbaycan-ABŞ dostluq qrupunun üzvü, millət vəkili Asim Mollazadə dedi. O, bildirdi ki, ABŞ-dan olan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri tez-tez baş verir və buna təəcüblənmək lazım deyil: "Azərbaycan ABŞ ilə terrorizmlə mübarizə sahəsində müttəfiq ölkədir. Ona görə, ABŞ-ın dövlət katibinin Azərbaycana səfəri sizə qəribə gəlməsin. Con Kerrinin ölkəmizə səfərinin əsas səbəbi ABŞ-ın Cənubi Qafqazdakı dövlətlərə dəstəyinin ifadəsi olmaqla bərabər həm də bir sıra tədbirlərdə iştirak etməkdir. Bir daha deyirəm ki, bu səfəri hər hansı bir başqa maraqlarla şərh etmək düzgün olmazdı". Millət vəkili MDB-dən olan dövlətlərin silahlı qüvvələrinin baş qərargah rəislərinin Bakıya səfəri məsələsinə də aydınlıq gətirib: "Bu səfər əvvəlcədən gözlənilən və planlaşdırılan bir səfərdir. Azərbaycana bütün dövlətlərdən önəmli və vəzifəli şəxslər gəlir, onların səfərlərini bir-biri ilə əlaqələndirmək və bir yerə bağlamaq düzgün olmazdı. Con Kerrinin ölkəmizə səfərini MDB dövlətlərinin müdafiə nazirliklərinin qərargah rəislərinin toplantısı ilə əlaqələndirmək düzgün deyil". |
2014-04-07 | 13,794 | Dövlət Komitəsi bayrağımızı təhqir etdi - Foto | Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib. "Axar.az" xəbər verir ki, görüş zamanı nümayəndələrin əyləşdiyi masada Azərbaycan bayrağı tərsinə qoyulub. Fotodan da göründüyü kimi, QKDK-nın Aparatının rəhbəri Bəxtiyar Əzizovun qarşısında masaya qoyulan bayraq tərs formadadır. |
2014-04-07 | 13,795 | Bəşər Əsəd müharibənin bitmə vaxtını açıqladı | Suriya prezidenti Bəşər Əsəd ölkəsində gedən müharibənin bitmə vaxtını açıqlayıb. Rusiyanın sabiq baş naziri Sergey Stepaşin Dəməşq şəhərində Bəşər Əsədlə görüşüb. Görüşdən sonra mətbuat konfransı keçirən Sergey Stepaşin bildirib ki, Əsəd bir ilin içində Suriyadakı müharibənin başa çatacağını deyir: "Ölkədəki mövcud müharibənin nə vaxt bitəcəyi ilə bağlı soruşduğum suala Bəşər Əsəd bir ilin içində Suriyadakı bütün qarşıdurmaların sona çatacağı ilə cavab verdi. Daha sonra Əsəd bu mərhələ başa çatdıqdan sonra Suriyadakı terroristlərlə mübarizə dövrünün başlayacağını dedi". |
2014-04-07 | 13,796 | Rus kinematoqrafçıları da Krıma girdi | Krımın işğal olunduğundan qısa müddət keçməsinə baxmayaraq, artıq bu bölgəni tam olaraq Rusiyanınkı hesab edənlər var. Rusiyanın Kinematoqrafçılar İttifaqı öz müraciəti ilə bunu təsdiq edib. "Axar.az" saytı Rusiyanın "RİA novosti" agentliyinə istinadən xəbər verir ki, rejissor Nikita Mixalkovun başçılıq etdiyi qurum Krımda öz şöbəsini açmaq üçün Baş nazir Dmitri Medvedyevə müraciət edib. Rejissor Nikita Mixalkovun başçılıq etdiyi qurum etdiyi müraciətdə Krımda şöbə açmaqla ordakı xalqı "mədəniyyət izolyasiyasından" xilas edəcəklərini bildirib. |
2014-04-07 | 13,797 | Tanınmış baş məşqçi: “Burada xoşbəxtəm” | "Monako"nun baş məşqçisi Klaudio Ranyeri gələcək karyerası ilə bağlı danışıb. O, haqqında yayılan ayrılıq xəbərlərinin əsassız olduğunu vurğulayıb: "Gələn mövsümdə də "Monako"da qalacam. Bunların hamısı şayiədi. "Monako"nu tərk etmək niyyətim yoxdur. Burada xoşbəxtəm və klub prezidenti də işimdən razıdır". |
2014-04-07 | 13,798 | 4 dolları 4 milyarda çevirən türk - Foto | "Forbes" dərgisinin açıqladığı statistikaya əsasən, Türkiyənin ən varlı adamı Krım tatarı Murat Ülkərdir. "Axar.az"ın məlumatına görə, onun varidatı 3,9 miyard dollar civarındadır və o, dünyada ən varlı adamlar sırasında 396-cı yerdə qərarlaşıb. Qeyd edək ki, Türkiyədə məşhur olan "Ülker" onun "Yıldız Holdinq" adlı şirkətinin brendidir. Milyarderin atası Sabri Berksan (sonra soyadını dəyişdirərək, Ülkər edib) 1920-ci ildə Krımda anadan olub. Ailəsi ilə birlikdə 1929-cu ildə Türkiyəyə köçüb. Berksan ailəsi köç edən zaman özləri ilə götürdükləri əşyaların ümumi dəyəri cəmi 4 dollar olub. Orta məktəblərdə yüksək qiymətlərlə oxuyan Sabri ali məktəbə daxil olmağa müvəffəq olub. 1944-cu ildə dayısı ilə ilk dəfə şokolad və peçenye istehsalına başlayıb. 2000-ci ildə isə "Yıldız Holdinq"in idarəçiliyini oğlu Murata təhvil verib. Öz ürəkaçıqlığı ilə fərqlənən və daim kimsəsizlərə yardım edən Sabri bəy 2012-ci ildə dünyasını dəyişib. Hazırda illik mal dövriyyəsi 11,6 miyard dollar olan holdinqə 50 törəmə şirkət daxildir. Bu şirkətdə 30 minə yaxın əməkdaş çalışır. |
2014-04-07 | 13,800 | Futbolçu oyun zamanı dünyasını dəyişdi | İspaniyanın ikinci divizionunda çıxış edən "Ontenyente"nin yeniyetmələrdən ibarət komandasının futbolçusu Oskar Martines oyun zamanı ölüb. 17 yaşlı oyunçu "Kastelyo" ilə matçda huşunu itirib. Həkimlərin səylərinə baxmayaraq, Martines ayılmayıb. "Ontenyente" rəhbərliyi "Lyeida" ilə növbəti matçı təxirə salmaq üçün İspaniya Futbol Federasiyasına müraciət etsə də, rədd cavabı alıb. Bununla belə, oyunçular görüşə mətəm sarğıları ilə çıxıblar. Qeyd edək ki, rəsmi oyunlar keçirilməyə başlayandan meydanda və ya xəstəxanada 63 futbolçu keçinib. Onların arasında daha çox "Mançester Siti" və Kamerun yığmasının yarımmüdafiəçisi Mark-Vivyen Foenin 2003-cü il Konfederasiyalar Kubokunda, "Benfika"nın xavbeki Mikloş Feherin 2004-cü ildə Portuqaliya çempionatı matçında, İspaniya "Sevilya"sının müdafiəçisi Antonio Puertonun isə 2007-ci ildə meydanda ardıcıl ürəktutmalarından bir neçə gün sonra xəstəxanada keçinməsi daha böyük rezonans doğurub ("Korner.az"). |
2014-04-07 | 13,801 | Azərbaycan Qərb-Rusiya savaşında | Ukrayna ətrafında yaranmış gərgin vəziyyət, bundan sonra Rusiyanın Krımı işğal etməsi bölgədə qarşıdurma vəziyyətini artan xətt üzrə inkişaf etdirməkdədir. Amma iki ölkə arasında yaranmış durum təkcə Ukrayna və Rusiya arasında olan gərginlik deyil, bu əslində, Qərblə Rusiya arasında kimin keçmiş postsovet məkanında söz sahibi olacağı uğrunda mübarizədir. İndi artıq Krım məsələsi də sanki bir az arxa plana keçib. Ukraynanın şərq əyalətlərinin işğal olunması gündəmdədir. Donetskidə və Xarkovda mitinqlər olub və yerli əhali dövlət idarələrinə hücum edərək onları daşqalaq edib. Seperatçılar tələb edib ki, bu əyalətlər də Krım kimi Rusiyaya birləşdirilsin. Doğurdanmı, Rusiya Şərqi Ukraynanı da işğal edəcək? Əslində, Krımdan sonra başı bəlaya girmiş Rusiya şərqi Ukrayna ətrafında gərginlik yaradaraq bununla Qərbi şantaj etməyə çalışdı. Daha sonra Rusiyanın Xarici İşlər naziri S.Lavrovla ABŞ-ın Dövlət katibi Con Kerri arasında görüş baş tutdu və Rusiya öz qoşunlarını Şərqi Ukraynadan geri çəkdi. Şərqi Ukraynada gərginlik yaradıb sonra da qoşunlarını ordan geri çəkməklə Qərbə "mən buraları sizə güşəstə etdimsə, siz də Krımı mənə güzəştə gedin" mesajını verməyə çalışan Rusiya bununla Krımla bağlı yaranan gərginliyin səngiyəcəyini zənn etdi. Amma bunun ardından Obama Səudiyyə Ərəbistanının kralı ilə görüşdü və Rusiya şantajla əldə etmək istəyindən bir nəticə hasil olmadığını gördükdən sonra yenidən şərqi Ukrayna məsələsini gündəmə gətirdi. İndi də Donetski və Xarkovda başlayan separatçı hərəkətlər bu şantaj ssenarisinin tərkib hissəsidir. Məsqəd heç də Krım kimi şərqi Ukraynanın işğal olunmasından getmir. Qərb də, əslində, bu vəziyyətdən istifadə edib sanki şərqi Ukraynanı Rusiyanın qəzəbindən xilas edibmiş kimi qalib rolunu oynaya bilərdi. Amma Qərb Ukraynanı Rusiyadan qorumaqla həm də bütün postsovet məkanında Rusiyanın söz sahibliyinə zərbə vuracağını bildiyindən Krımdakı uğursuluğu cavabsız buraxmaq istəmir. Bir sözlə, Rusiya ilə Qərb arasında əsəb müharibəsi gedir. Amma hər şeyə rəğmən, Rusiyanın indiyə qədər tutduğu mövqe, hətta lazım gələndə öz vətəndaşını belə qurban verib hikkə ilə xarici siyasət yürütdüyünü unutmaq lazım deyil. Yəni bütün bu deyilənlərdən sonra Rusiyanın şərqi Ukraynanı işğal etməsini də gözləmək mümkündür. Bu halda da artıq NATO-nun Ukraynaya girməsi qaçılmaz olacaq. Azərbaycana gəlincə… İndiki vəziyyətdə Azərbaycanın tutduğu mövqe təbii ki, həm Rusiya, həm də Qəbr üçün çox əhəmiyyətlidir. Avropanın enerji təminatı ancaq bu ölkə üzərindən mümkündür. Son dövrlər Azərbaycana Türkiyə, Rusiya və ABŞ-dan gələn qonaqların nə məqsədlə gəldiyini anlamaq o qədər də çətin deyil. İllərdir oynaq siyasət yürüdən Azərbaycan indi öz mövqeyini tam olaraq bəlli edib. Bu, rəsmi Bakını çətin duruma qoysa da, hər halda bu dəfə qəti söz deməkdən yayınmaq mümkün olmayacaq. Rusiyanın Azərbaycanı cəzalandırması haqqında deyilənlərə gəlincə, bu, indiki halda mümkün deyil, çünki Rusiyanın başı Krım ətrafında yaranmış problemə qarışıb. Amma Rusiya necə deyərlər, bu iki daşın arasında belə Azərbaycana müəyəyn problemlər yaratmaq üçün bir vaxtlar etdiyi kimi, Ermənistana silah verə, Qarabağ ətrafında vəziyyəti gərinləşdirə bilər. Amma Qarabağda müharibənin yenidən alovlanmasından söz gedə bilməz. Ən başlıcasısa Rusiya Azərbaycanın şimal bölgəsində ciddi problemlərin yaranmasına yol aça bilər. |
2014-04-07 | 13,802 | Azərbaycanda əsgər zabiti güllələdi | Azərbaycanda hərbi hissədə silahlı insident olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib. Güllə yarası alan əsgər İ.İsmayılov dünyasını dəyişib. R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. |
2014-04-07 | 13,803 | Azərbaycanda sensasiyalı kəşf! | Bəzən həyatına daxil etdiyin bir yenilik, bütün işlərini asanlaşdırır və arzuların reallığa necə çevrildiyini görürsən. Bir karta sahib olmaqla belə, çətinlikləri asan etmək, arzuları reallaşdırmaq mümkündür. Artıq belə kart mövcuddur. Bu, 4 bank məhsulunu özündə birləşdirən, Unibankın Albalı Plus kartıdır. Unibank Azərbaycan kart bazarında bir ilkə imza ataraq, bank müştərilərinin ehtiyac və arzularını bir məhsulda birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. Albalı Plus beynəlxaq kart olmaqla yanaşı , dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir. Taksit kartı ALBALI PLUS - çox-çox sərfəli TAKSİT KARTIDIR. Bu kartla siz 1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz. Kredit kartı ALBALI PLUS həm də güzəştli dövrü olan KREDİT KARTIDIR. Təcili pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştəri Unibank-dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur. Depozit kartı ALBALI PLUS çox sərfəli DEPOZİT KARTIDIR. Sizin karta qoyduğunuz depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə saxladığınız pulu Albalı Plusa yatırın ki, vəsaitiniz hər gün bir qədər də artsın. Müştərinin Bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi hesablanır. Debet kartı ALBALI PLUS - BEYNƏLXALQ KARTDIR. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,üstəlik Unibank bankomatlarında vəsaitinizi KOMİSSİYASIZ NAĞDLAŞDIRA bilərsiniz. Albalı Plusun imkanları sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər. Albalı Plus kartı olan müştəri Unibank-da özünə kredit tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank məhsullarından güzəştli istifadə edə biləcək. 18-70 yaş arası Azərbaycan vətəndaşları Albalı Plus kartının imkanlarından yararlana bilər. Albalı Plus hamı üçün əlçatan, istifadəsi sadə və arzuların həyata keçməsinin sadə yolu! Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən https://www.facebook.com/unibank.az/photos/a.95797086237.89666.95588021237/10152049975016238/?type=1&theater əldə etmək olar. Albalı Plus - arzuları reallaşdıran kart. Unibank – hər kəsin bankı. |
2014-04-07 | 13,804 | Türkiyə Yutubla bağlı qərarını verdi | "Axar.az" "Bloomberght.com" saytına istinadən xəbər verir ki, Türkiyədə TİB (Telekomünikasyon İletişim Başqanlığı) Tvitterdən sonra Yutuba qoyulan giriş qadağasını da aradan qaldırıb. Xatırladaq ki, Yutub aprelin 6-da bununla bağlı Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Ancaq TİB məhkəmənin qərarı olmadan giriş qadağasını ləğv edib. |
2014-04-07 | 13,805 | Tanınmış teleaparıcı “Xalq qəzeti”ni məhkəməyə verir | Teleaparıcı İlham Mirzəyev "Xalq" qəzetini məhkəməyə verməyə hazırlaşır. Bu açıqlamanı İlham Mirzəyev Yasamal rayon Məhkəməsində həbs etdirdiyi Asif Əliyevin cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan prosesdən əvvəl deyib. Onun sözlərinə görə, ötən həftə "Xalq qəzeti"ndə onun barəsində həqiqətə uyğun olmayan yazı yazılıb: "Həmin yazını yazanlar pul alıb, yazı dərc ediblər. Onları məhkəməyə verəcəm. Prezidentin də bundan xəbəri var. Onlar cəzalandırılcaqlar". Qeyd edək ki, bu gün Yasamal rayon Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror Asif Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib ("Publika.az"). |
2014-04-07 | 13,806 | Zakir Həsənov rus generalına medal verdi - Foto | Bu gün Azərbaycan Müdafiə Nazirliyində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ordu generalı V.Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf kitabı"nda ürək sözlərini qeyd edib. Sonra Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib. Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məslələri müzakirə edilib. Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ordu generalı V.Gerasimovu qəbul edib. Müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. Ordu generalı V.Gerasimov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Sonra Azərbaycan-Rusiya hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda müdafiə naziri general-polkovnik Z.Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı V.Gerasimov Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. Görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak ediblər. |
2014-04-07 | 13,807 | Sarkisyan Türkmənistana gedir | Ermənistan prezidenti Serj Sarkisyan bu gün axşam rəsmi səfərlə Türkmənistana gedəcək. Prezident Qurbanqulu Berdımühəmmədovla təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətləri geniş tərkibdə bir araya gələcək. Görüşlərin yekunu barədə birgə bəyanat veriləcək. Aprelin 9-da Sərkisyan və Berdımuhəmmədov Ermənistanın və Türkmənistanın mədəniyyət xadimlərinin konsertinə qatılacaqlar. Səfər çərçivəsində Aşqabadda erməni-türkmən biznes forumu da keçiriləcək ("Musavat.com"). |
2014-04-07 | 13,808 | Yol polisinə sürücüləri qovmaq icazəsi verildi | Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər. Bununla bağlı Milli Məclisdə müvafiq qanun layihəsi hazırlanıb. Milli Məclisdən verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsində (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd" hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilir: "Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər". Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər (Trend). |
2014-04-07 | 13,809 | Putin: "Suriyadakı terrorçular Rusiyaya da yönələ bilər" | Rusiya prezidenti Vladimir Putin Suriya və Əfqanıstanda döyüşən terrorçu qrupların Rusiyaya istiqamətlənə biləcəyini deyib. "Axar.az" xəbər verir ki, Rusiya Kəşfiyyat Federal Təhlükəsizlik Xidmətinin konfransında çıxış edən Putin, Rusiya və MDB ölkələrində yaşayan bir qrup varlığın beynlərinin yuyularaq terror təlimləri aldıqlarını və bundan narahat olduqlarını bildirib. Terrorçu radikal qruplara qarşı mübarizə aparılmasını istəyən Putin, Rusiyada da insanlara qarşı hücum ehtimalının böyük olduğunu qeyd edib. Putin həmçinin ötən il Volqoqradda yaşanan hadisələri xatırladaraq, terrorçu qrupların yalnız Şimali Qafqazda deyil, Volga bölgəsi və Mərkəzi Rusiyada da etnik birliklər və dinlər arasında təxribat törədə biləckləri barədə xəbərdarlıq edib. |
2014-04-07 | 13,810 | AŞ sədri: "Qarabağın həlli hamımımz üçün vacibdir" | "Dağlıq Qarabağ münaqişəsinin həlli hamımız üçün olduqca vacibdir". Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərinin vəziyyəti ilə bağlı suala cavab verərkən deyib. Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını cavablandırıb. Millət vəkili sualında bildirib: "Cənab nazir, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq mənim millət vəkili seçildiyim bölgədə 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlərlə yaralayıblar. Bundan başqa, çoxlu sayda mülki insanlar, onların evləri atəşə tutulub və böyük zərər yetirilib. Nəzərinizə çatdırım ki, bu kimi hallar tez-tez baş verir. Sədr kimi bu hallara münasibətinizi bilmək istərdim. Eyni zamanda, Ermənistanın işğalının hələ də davam etməsi səbəbindən 20 ildən artıqdır ki, evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı məcburi qaçqın və köçkün pozulan hüquqlarının müdafiəsi və öz yurdlarına dönə bilmək üçün sizdən - AŞ Nazirlər Komitəsindən 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün dəstək gözləyirlər. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?" Avstriyalı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun zamandır mövcuddur və bunun həlli hamımız üçün olduqca vacibdir: "Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zamandır mövcuddur və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk qrupu bu istiqamətdə öz işini davam etdirir və məndə olan məlumatlara görə, yaxın vaxtlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir. Hər iki ölkənin xarici işlər naziri müntəzəm şəkildə təmasdadırlar və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün həmişə hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində öz töhfəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mümkün qədər tez bir zamanda son qoymaqdır" (Trend). |
2014-04-07 | 13,811 | Qərb-Rusiya qarşıdurması dünyanın sifətini dəyişəcək | "Ukraynada böhran Rusiyadakı rejim çökənə qədər davam edəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ukraynanın Rusiyanı çökdürmək üçün sadəcə qığılcım olduğunu bildirib: "Əsas məsələ Ukrayna deyil. Ukrayna sadəcə olaraq bəhanədir. 91-ci ildə Sovet imperiyası tam süquta uğramadı. Rus imperiyası Rusiya Federasiyası adı altında qaldı və dəyişmədi. Qərb ümid edirdi ki, Rusiya dəyişib nə isə daha demokratik bir dövlət olacaq. Amma bu, baş vermədi. Rusiya yenə antiqərb qurum kimi qaldı. Bu qarşıdurma davam edir. Qarşıdurmada Ukrayna sadəcə olaraq qığılcımdır. Bu qığılcım Qərbi ayağa qaldırdı. Qərb 1991-ci ildən bəri Rusiyaya qarşı heç bir sərt addım atmamışdı. Hətta Abxaziya və Cənubi Osetiya işğal olunanda da Qərb Rusiyaya toxunmamaq haqqında qərar vermişdi. Məqsədi isə bu imperiyanın özü-özünə çürüyüb dağılmağına şərait yaratmaq idi. Ukrayna hadisələri Qərbə sübut elədi ki, zorla süquta uğratmasalar, bu imperiyaya heç bir şey olan deyil". Politoloq Ukraynada böhranın Rusiyadakı rejim çökənə qədər davam edəcəyini qeyd edib: "Söhbət indi Qərb və Rusiya qarşıdurmasından gedir. Mən təəssüf edirəm ki, ukraynalılar belə vəziyyət düşüblər. Amma Qərblə Rusiyanın müharibəsi gedir və buradan Rusiyanın qalib çıxması mümkün deyil. Qarşıdurma rejim çökənə qədər davam edəcək". Vəfa Quluzadə Qərb-Rusiya qarşıdurmasının dünyanın düzənini dəyişə biləcəyini deyib: "Kim düşünürsə ki, Ukrayna parçalandıqdan sonra hər kəs gedib Putinin əlini sıxıb onların neftini alacaq, yanılır. Bu cür insanlar çox sadəlövhdür. Əgər onlar Ukraynanın bu yollarla parçalanmasını davam etdirsələr, Rusiyaya qarşı təzyiqlər artacaq. Həm iqtisadi, həm hərbi. Artıq görürsünüz ki, NATO Rusiyanın sərhədində təyyarələrini, gəmilərini yavaş-yavaş yerləşdirir. NATO artıq əsgəri qarşıdurmaya da hazırlaşır. Bu, dünyanın sifətini dəyişəcək məsələdir. Əvvəl Rusiya səsləndirirdi ki, çoxqütblü dünya olmalıdır. Amma indi Rusiya çökəndən sonra baxarıq görək dünya neçə qütblü olacaq". |
2014-04-07 | 13,812 | Yəhudi dövləti üçün Osmanlı torpağı təklif edilibmiş | 1917-ci ildə bir rus yəhudisi tərəfindən yəhudi dövləti qurulması üçün Osmanlı imperiyasına məxsus bir əyalətin işğal edilməsi təklifinin İngiltərə tərəfindən rədd edildiyi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, "British Library" tərəfindən yayımlanan sənəd və yazışmalarda Parisdə yaşayan rus yəhudisi Dr. ML Rotştayının 1917-ci ilin sentyabr ayında İngiltərənin Paris səfiri Lord Frankis Bertieyə bir təklif etdiyi, səfir Bertienin də İngiltərə Xarici işlər naziri Artur Ceyms Balfoura göndərdiyi məktubda Rotştaynın təklifindən bəhs edib. Yazışmalara görə, Rotştayın Antanta dövlətləri olan Fransa, Rusiya və İngiltərənin bir araya gələrək Osmanlı torpağı olan Lahsa əyalətini ələ keçirib və burada bir yəhudi dövlətinin qurulmasını irəli sürüb. Rotştayın 120 minlik yəhudi ordusunun yaradıla biləcəyini və Antanta dövlətləri ilə əməkdaşlıq edə biləcəyini bildirib. İngiltərə isə Rotştaynın təklifini geri çevirib. "British Library" Rotştayın barədə sənədlərdə kifayət qədər məlumatın olmadığını, ancaq bir məktubda oğlunun 1916-cı ildə Verdun döyüşündə həyatını itirdiyini və bundan sonra yəhudilərin Fransaya sığınaraq, bu ölkəyə bağlılıqları qeyd olunur. |
2014-04-07 | 13,813 | Erməninin başını kəsən yerlimizin videosu yayıldı - Video | Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun internetdə yeni videosu yayılıb. "Axar.az" xəbər verir ki, video bir Türkiyə vətəndaşı tərəfindən yayılıb. Görüntülərdə Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynov karate idman novündə istifadə olunan nunsaki (zəncirlə bir-birinə bitişik dəmir döyüş aləti) oynadır. Nunsakinin ən mahir istifadəçisi kimi Brüs Li məşhurdur. Lakin videodan vörünür ki, İbad bəy heç də məşhur aktyordan geri qalmır. Videoda o da xatırlanır ki, İbad Hüseynov Sibirdə yaşayarkən bir dəfə kafedə ona hücum çəkən 60 nəfər əli bıçaqlı rusu bu aləti işlətməklə pərən-pərən salıb. Xatırladaq ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində amansız terrorçu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsiylə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib. |
2014-04-07 | 13,814 | İsmayıllıda ağır yol qəzası: ölən və yaralanan var | İsmayıllıda ağır yol qəzası baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İsmayıllı rayonunda (İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyi) vətəndaşlara məxsus "VAZ" və "Chevrolet" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər. |
2014-04-07 | 13,815 | ETTELAAT əməkdaşları toy mərasiminə basqın etdi | İranın Şərqi Azərbaycan vilayətində yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində baş verib. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar. Nəticədə "Salmas" musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və aldığı xəsarətlərdən dolayı Şəbüstər xəstəxanasına qaldırılıb. ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq Əmakin idarəsinə aparıblar. A.Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər saatlarında sərbəst buraxılıb. Məmurlar A.Nikrəvanın rəhbərlik etdiyi "Salmas" musiqi qrupunun Səbüstər şəhərində çıxışına qadağa qoyulduğunu bildiriblər. |
2014-04-07 | 13,817 | Ananı maşınla vurub 16 yaşlı qızını zorla qaçırdılar | Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 16:30 radələrində Lənkəran şəhərinin Həzi Aslanov xiyabanında qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı Feyzullayevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülarə Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkim-travmatoloq Bahadır Heydərov deyib ki, müayinə zamanı xəstədə burunun əzilməsi, bir də hər iki əlin arxa səthində əzilmiş yaralar aşkar edilib. Xəstənin vəziyyətinin kafi olduğu deyilir. Xəstəxanada zərərçəkənlə söhbət baş verən hadisənin təsadüf olmadığını deməyə əsas verir. Zərərçəkənin ailə üzvləri bildirdilər ki, bu gün günorta saat 14:00 radələrində Gülarə Feyzullayevanın 10-cu sinifdə oxuyan, hələ 16 yaşına çatmamış qızı naməlum şəraitdə qaçırılıb və sonra bu barədə ailə üzvlərinə xəbərdarlıq edilib. Gülarə atası və qardaşı ilə deyilən əraziyə gələndə maşında əks tərəflə mübahisə yaranıb və sürücü atanı kənarlaşdırandan sonra qadın maşından düşmək istəmədiyindən zorla maşından salınıb. Bu zaman Gülarə xəsarət alıb, qardaşını isə zərərçəkən tərəfin iddiasına görə, maşın 200 metrəcən sürükləyib. Artıq hadisəni törətməkdə təqsirli bilinən "VAZ-21099" markalı maşının sürücüsü və azyaşlını qaçırmaqda təqsirləndirilən şəxs Lənkəran Şəhər Polis Şöbəsinə aparılıb. Onların rayonun Mamusta kəndindən olduğu bildirilir. Lənkəran polisindən baş verən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib (ANS). |
2014-04-07 | 13,818 | Dövlət Komitəsi bayrağı nədən təhqir edib? - Açıqlama | "Bəxtiyar Əzizovun başı qonaqlara qarışdığından masada qoyulan bayrağın tərsinə asılması diqqətindən yayınıb". Bu sözləri "Axar.az"a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Dünya Bankının missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş zamanı masaya qoyulan dövlət bayrağının tərsinə asılması ilə bağlı açıqlama verərkən bildirdilər. QKDK əməkdaşı bildirdi ki, görüşöncəsi qəbul otağını xadimələr hazırlayır: "Qəbul otağı hazırlanan zaman bayrağın səhv qoyulması diqqətdən yayınıb. Bəxtiyar Əzizovun başı qonaqlara qarışdığı üçün buna fikir verməyib. Bir də burda nə var ki?" Məsələ ilə əlaqədar QKDK-dan bu açıqlamanı aldıqdan sonra dövlət komitəsinin rəsmi saytından sözügedən tədbirlələ bağlı fotoları sildiyi məlum oldu. Xatırladaq ki, bu gün QKDK-də Dünya Bankının missiyasının rəhbəri Lyuis Hauk və nümayəndə heyətinin üzvləri ilə görüş zamanı nümayəndələrin əyləşdiyi masada Aparatının rəhbəri Bəxtiyar Əzizovun qarşısında Azərbaycan bayrağı tərsinə qoyulub. |
2014-04-07 | 13,819 | Gülənin Rusiyada əsgərləri varmış - "Gizli döyüş doktrinası" | Fətullah Gülənin "Gizli döyüş doktrinası"nı icra edən və Rais Süleymanovun imzası olan hesabat yayılıb. "Axar.az" xəbər verir ki, Moskva Dini Araşdırmalar Mərkəzi rəhbərinin hesabatında Gülənin əsgərləri olaraq işləyən bir kəşfiyyat təşkilatının olduğu bildirilir. Hakimiyyətə yaxın olan Rusiya Strateji Araşdırmalar Mərkəzinin Moskva inistitutu Gülən camaatının Rusiyada təşkilatlanmasını nəzarət altında saxlayır. Rais Süleymanovun hesbatında Rusiyada camaatın necə təşkilatlandığı və fəaliyyəti əks olunub: "Fəthullah Gülən camaatı Rusiya Federasiyasında "gizli döyüş doktrinası" icra edən bir təşkilatdır. Camaatın Rusiya torpaqlarında aktiv fəaliyyət göstərən xüsusi bir kəşfiyyat təşkilatı var. Gülənin əsgərləri olaraq fəaliyyət göstərən bu təşkilatın üzvləri yalnız Türkiyə vətəndaşlarından ibarət deyil. Bu təşkilatın üzvləri sırasında Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin xüsusi kəşfiyyat orqanlarının sabiq işçiləri ilə yanaşı, təhsil məqsədiylə Rusiyaya gələn xarici tələbələr də vardır. Gülən camaatın Rusiya Federasiyasına girişi və fəaliyyətləri SSRİ-nin dağılmasından sonra başlayıb. Zaman içərsində təşkilat xeyli böyüyüb və fəaliyyətinin artmasından narahat olan hökumət 2008-ci ildə məhkəmə qərarı ilə təşkilatın fəaliyyətini qadağan edib. Təşkilat təhsilini yüksək səviyyədə davam etdirən tələbələrin yaşayış yerlərini təmin edir və təhsil xərclərini qarşılayır. Bununla da təşkilat tələbələrə Fətullah Güləninin prinsiplərinə xidmət etmələrini təlqin edir". |
2014-04-07 | 13,820 | Qərbdən Rusiyaya yeni zərbə | Üç həftəlik sakitlikdən sonra bu gün günorta saatlarında Rusiya səhm bazarında kütləvi satışla yadda qalıb. Analitiklər bunu Ukraynadan, xüsusilə də bu ölkənin cənub-şərqi regionlarından gələn xəbərlərlə bağlayırlar. Bazar günü bu regionlarda indiki Ukrayna hakimiyyətinə qarşı kütləvi mitinqlər keçirilib, bir sıra inzibati binalar tutulub. Həmçinin Donetsk vilayətinin xalq soveti mayın 11-də Donetsk xalq respublikasının yaradılması ilə bağlı referendum təyin edib. Saat 15.30-da MMVB indeksi 3,3 faiz, RTS indeksi isə 4,5 faiz düşüb. Ən çox FSK səhmləri (8,7 faiz) düşüb. Saat 16:40-da isə MMVB indeksi 3,1%, RTS indeksi isə 4,3% azalıb. Səhmlərin azalması isə aşağıdakı kimi olub: "FSK EES" - 9,5%, "Rostelekom" - 5,7%, "İnter RAO EES"- 5,5%, "Rossiyskiye seti" - 5,2%, "Sberbank Rossii" - 4,5%, "Qazprom neft"- 3,7%, VTB - 3,7%, "Qazprom" - 3,7%, "LUKOYL" - 3,1%, "Maqnit" - 3,1%, "Severstal" - 2,2%, "Surqutnefteqaz" - 2,1%, "Tatneft" - 1,5%, "Nornikel" - 1,1%, "Rosneft" - 0,9%. Dünya bazarında Rusiyanın əsas gəlir qaynaqlarından olan neftin qiyməti də ucuzlaşmağa başlayıb. Günorta saatlarında London birjasında "Brent" nefti 0,76% ucuzlaşaraq 105,82 dollar/barrelə düşüb (ANS). |
2014-04-07 | 13,821 | NATO qapılarını rus diplomatlarına bağladı | Rusiya diplomatlarının NATO-nun Brüsseldəki mənzil qərargahına girişinə qadağalar qoyulub. Məlumata görə aprelin 8-dən etibarən Rusiya missiyasının nümayəndələri adi ziyarətçilərlə eyniləşdiriləcək və giriş üçün onlardan alyansın xüsusi buraxılış vərəqəsi tələb olunacaq. Yalnız Rusiya səfiri, missiya rəhbərinin müavini və iki əməkdaşın istisna səlahiyyətləri olacaq. Bu addım təşkilatın xarici işlər nazirlərinin qərarının nəticəsidir. Onlar Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı Rusiya ilə mülki və hərbi sahələrdə bütün əməkdaşlığa xitam verilməsinə səs veriblər ("AzNews.az"). |
2014-04-07 | 13,822 | Ağ Ev “selfie”yə qadağa qoydu | Sosial şəbəkədə ABŞ prezidenti Barak Obama ilə çəkdiyi "selfie"ni paylaşmış beysbolçu Devid Ortizin telefon istehsal edən bir şirkətlə reklam müqaviləsi bağladığı məlum olub. "Axar.az" xəbər verir ki, Ağ Evin rəhbərliyi bundan sonra prezidentlə "selfie" çəkdirməyə icazə verməyəcək. Hətta ola bilsin ki, gələcəkdə Ağ Evdə "selfie" qadağan edilsin. CBS telekanalında "Face The Nation" adlı proqrama qatılan Ağ Evin müşaviri Den Pfayfer Obamanın "selfie"nin reklam məqsədilə çəkildiyindən xəbərsiz olduğunu deyib: "Təbii ki, Obama fotonun reklam məqsədilə çəkildiyini bilmirdi. Bəlkə də bu foto "selfie" axınına son qoyacaq. Məsələ ilə vəkillərimiz məşğul olur", - deyən müşavir Ortizlə reklam müqaviləsi imzalamış Koreya şirkətinə artıq xəbərdarlıq olunduğunu da bildirib. Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın keçən il Nelson Mandelanın dəfn mərasimində Britaniyanın Baş naziri Devid Kameron və Danimarkanın baş naziri Helle Thorning-Şmidtlə çəkdirdiyi "selfie" də bütün dünyada mənfi reaksiyalarla qarşılanmışdı. |
2014-04-07 | 13,823 | Ukraynada Xarkov respublikası da yaradıldı | Ukraynada Xarkov Vilayət Şurası Xarkov Xalq Respublikasının yaradılmasını elan edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, müvafiq qərar Xarkov Vilayət Şurasının növbədənkənar toplantısında deputat seçilmiş rusiyameylli fəallar tərəfindən qəbul olunub. Eyni zamanda, onlar bütün dövlət qurumlarının səlahiyyətlərini öz üzərlərinə götürdüklərini bəyan ediblər. |
2014-04-07 | 13,824 | Simferopolun adı “Putin”ə dəyişdirilir | Krımın paytaxtı olan Simferopol şəhərinin Putinin adı ilə əvəzlənməsi məsələsi gündəmə gəlib. "Axar.az" xəbər verir ki, təklif bu gün Kerç şəhər administrasiyasının önündə keçirilən aksiyada səsləndirilib. Aksiya iştirakçıları Ukraynanın şərqinin Rusiyaya birləşdirilməsi şüarlarını da səsləndiriblər. Onlar hər iki təklifin məmnunluqla qarşılanmasını istəyiblər. Məlumata görə, aksiya Krımın hazırkı Baş naziri və "Rus Birliyi" Partiyasının təmsilşiləri tərəfindən təşkil olunub. Xatırladaq ki, coğrafi yerləşməsinə uyğun olaraq, Kerç şəhərində iri miqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu Krım şəhəri Rusiyanın materik hissəsinə ən yaxın şəhərdir. Məlumdur ki, bir neçə müddət öncə Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə Kerç boğazı üzərindən Krımla Rusiyanı biləşdirəcək ən böyük körpünün təməlqoyma mərasimi keçirilmişdi. Ruslar bu dəniz bağlantısını strateji və həyatı vacib layihə sayırlar. Onu da qeyd edək ki, Simferopolun adının Putin şəhəri ilə əvəzlənməsi barədə mitinq iştirakçılarının təklifi Kerç şəhər meriyası tərəfindən qəbul olunub və şəhər rəsmiləri yaxın vaxtlarda məsələyə münasibətlərini açıqlayacaqlarını deyiblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.