date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-04
13,513
Azərbaycanlı iş adamı yeni təyyarə aldı - Foto
"Xəzər Lənkəran"ın futbolçuları dünən şad xəbərə seviniblər. "Axar.az" xəbər verir ki, bu yaxınlarda İstanbulda olan komandanın baş məşqçisi Mustafa Dənizli oradan xoş xəbərlə qayıdıb. Belə ki, bundan sonra komandanın yeni təyyarəsi olacaq. Təyyarəni kluba Mübariz Mənsimov alıb. Dəyəri açıqlanmasa da çox komfortlu və müasir təyyarə olduğu deyilir. Beləliklə, "Xəzər Lənkəran"ın futbolçularının avtobus əziyyəti bitib. Yəni komanda bundan sonra ölkə çempionatının səfər oyunlarına avtobusla yox, təyyarə ilə yollanacaq. Bu addım futbolçularının uzun səfərləri avtobusla qət edib yorulmaması üçün atılıb.
2014-04-04
13,514
BSU-da “Hekayə günü” keçiriləcək
Dünən Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin tələbələri və məzunlarının Dünya Gənc Türk Yazarlar Birliyinin gənc yazarları ilə görüşü keçirilib. "Axar.az" xəbər verir ki, görüşdə fakültə rəhbərliyi Günel Eyvazlı, Rəbiqə Nazimqızı, Manaf Kərimov, şairə Fərqanə Mehdiyeva, şair və fakültənin müəllimi Qəşəm Nəcəfzadə də iştirak edib. Görüş zamanı həm fakültənin tələbələri - Nuranə Nur, Ramilə Qardaşxanqızı, Aysel Kərimi, Nuru Abdullayev, Rauf Qərib və başqa məzunlardan Elçin Aslangil, Günay Ümid, həm də qonaqlar maraqlı poeziya nümunələrini səsləndiriblər. Görüşün sonunda gələn ay üçün fakültədə hekayə günü keçirilməsi qərara alınıb.
2014-04-04
13,515
Müdafiə Nazirliyi “komandan həbsinə” etiraz etdi – Rəsmi
Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi polkovnik Yunus Məmmədov həqiqətən həbs olunub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirdilər. Mətbuat Xidməti mediada yayılan xəbərləri təsdiqləməklə bərabər, etirazını da dedi: "Polkovnik Yunus Məmmədov Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini heç zaman daşımayıb, sadəcə, Qərargah rəisi kimi komandanı əvəz edib. Ona görə də media mənsublarından xahiş edirəm ki, onu Hərbi Dəniz Qüvvələrimizin keçmiş komandanı kimi təqdim etməsinlər". Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi polkovnik Yunus Məmmədov Şahin Sultanovu bu vəzifədə müvəqqəti əvəz edirdi. Polkovnikin HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində həbs olunduğu bildirilib.
2014-04-04
13,516
Rusiyada miqrantların əl izləri götürüləcək
Rusiya Federal Miqrasiya Xidməti ölkədə yaşayan miqrantların 6 yaşadək olan uşaqlarının əl izlərini götürmək niyyətindədir. "Axar.az" xəbər verir ki, bununla bağlı qanun layihəsi hüquqi aktların hazırlandığı rəsmi saytda yerləşdirilib. "Ölkəyə gələnlərin 6 yaşadək olan ailə üzvləri dövlət daktiloskopik (əl izlərinin götürülməsi) qeydiyyatdan keçməlidirlər" deyə qanun layihəsində bidirilib. Könüllü şəkildə əl izlərini götürməyə gələnlərdən pul alınmayacaq. Bundan başqa miqrantlardan götürülən əl izlərinin saxlanma müddəti də 80 ildən 100 ilədək uzadılıb.
2014-04-04
13,517
Şirvan-Salyan avtobus sürücüləri aksiya keçirdi
Avtobus sürücüləri işə çıxmaqdan imtina etdilər; Yüzlərlə sərnişin saatlarla avtovağzallarda gözləməli oldu. Apreli 4-də Şirvan və Salyan rayonlarındakı avtovağzallarda çalışan avtobus sürücüləri aksiya keçiriblər. İşə çıxmaqdan imtina edən avtobus sürücüləri tərəfindən "Müsavat"a verilən məlumata görə, aksiyaya səbəb Salyan və Şirvan rayonlarını birləşdirən magistral yolun dağılaraq, bərbad hala düşməsidir. Avtobus sürücülərinin sözlərinə görə, iki rayonu birləşdirən magistral yolun dağılması səbəbi ilə 1 saatlıq yolu bəzən 3-4 saata gedirlər. Bu da öz növbəsində onların iş qrafikinə çox ciddi təsir edir. Bəzən günlərlə reysə çıxmaq üçün növbə gözlədiklərini deyən sürücülər daha sonra "Azeryolservis" ASC-nin 38 saylı yol tikinti idarəsinin Şirvan rayonundakı ofisinin qarşısına toplaşaraq, yolun təmir olunmasını tələb ediblər. Yol tikinti idarəsindən aksiya keçirən sürücülərə bildirilib ki, sözügedən magistral yol yaxın günlərdə əsaslı təmirə dayandırılacaq. İdarədən verilən məlumata görə, artıq bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri təsdiqlənib. Uzunluğu 31 kilometr olan Salyan-Şirvan yolunun 10 kilometrlik hissəsini Şirvan 34 saylı yol istismarı idarəsi, 21 kilometrini isə Salyan 38 saylı yol istismarı idarəsi təmir edəcək. Sürücülərin aksiyası nəticəsində Salyan və Şirvan rayonlarının avtovağzallarında yüzlərlə sərnişin saatlarla gözləməli olub. Avtovağzal rəhbərliyi isə bu marşruta kənardan avtobus qoşmaqla problemi qismən aradan qaldırmağa çalışıb. Şirvan sakinlərinin "Yeni Müsavat" verildikləri məlumata görə, magistral yolun 31-ci kilometrliyi tamamilə dağıldığından, çox vaxt avtobusun aşmaması üçün düşüb, 200-300 metr piyada getməli olurlar. Onların sözlərində görə, asfalt örtüyü dağıldığından yol üzərində qabartı və çökəkliklər yaranıb. Bu da avtomobillər üçün çox ciddi problemlər yaradır. Qırxçıraq, Parça Xələc, Seydan, Abadkənd, Xələc, Kolanı, Qarabağlı, Təzəkənd, Gomuşlu, Kərimbəyli, Qaraçala, Yolüstü, Çadırlı, Bəşirbəyli və Pambıqkənd yaşayış məntəqələri ilə əlaqəni tamamilə kəsilib. Sakinlərin sözlərinə görə, magistral yol axırıncı dəfə 70-ci illərdə asfaltlanıb. Sonradan yol təmir adı ilə bağlansa da, yüngül yamaqların burulmasından başqa heç bir iş görülməyib.
2014-04-04
13,518
Sərkisyan Ermənistana yeni Baş nazir gətirir
"Ermənistanın yeni Baş naziri Seyran Ohanyan ola bilər". "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yazıb. Mətbuat hazırkı Müdafiə nazirinin bu vəzifəyə şansının daha çox olduğunu bildirib: "Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan Baş nazirin postuna daha real namizəddir. Bu sırada Robert Köçəryan da ola bilər. İndi bütün nəzərlər Serj Sərkisyandan öncə Moskvaya yönəlib. Putin kimi istəsə, hakimiyyətə də o gətiriləcək". Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Tiqran Sərkisyan vəzifəsindən istefa verib. Onu da xatırladaq ki, bir müddət öncə Ermənistan mətbuatı 2018-ci ildə ölkən prezidentinin Seyran Ohanyan olacağını bildirmişdi. Seyran Ohanyanın bundan öncə isə daha yüksək vəzifəyə gətiriləcəyi qeyd edilmişdi.
2014-04-04
13,519
Arda Turan: “Sinəmin eşq yaşadığı vecimə deyil”
Futbolçu Arda Turan keçmiş nişanlısı Sinəm Kobalın İbrahim Çəlikkolla sevgi yaşamasına münasibət bildirib. "Axar.az" verir ki, Arda Sinəmlə maraqlanmadığını və onu vecinə almadığını söyləyib. Onun verdiyi açıqlama hər kəsi təəccübləndirib. Arda, "Sinəmin kiminlə eşq yaşadığı, nə etdiyi məni maraqlandırmır. Onun nə iş gördüyü qətiyyən vecimə deyil. Mən Sinəmlə bağlı dəftəri çoxdan bağlamışam", - deyib. Xatırladaq ki, Sinəm Kobal İbrahim Çəlikkolla əl-ələ kameraların görüntülərinə tuş gələn zaman onunla sevgili deyil, dost olduğunu iddia etmişdi. Çəlikkol isə bu məsələyə münasibət bildirməkdən yayınmışdı.
2014-04-04
13,520
Ərdoğan Azərbaycandadır
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Bakıya gəlib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, baş nazirin təyyarəsi bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Ərdoğanı səfərdə baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər müşayiət edir.
2014-04-04
13,521
Ermənilər Azərbaycanda hərbi təlimlərə başladı
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, düşmən hərbçiləri Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində keçirdikləri manevrlərdə ağır artilleriya və zirehli texnikalardan istifadə edirlər. Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilir. Düşmənə məxsus texnikaların hərəkəti təmas xəttinə yaxın ərazilərdən aydın müşahidə olunur.
2014-04-04
13,522
Türkiyə ilə hərbi müqavilə imzalanacaqmı? - Ekspert
"Əgər belə tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Türkiyəylə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanmasına inanmadığını bildirib: "Hərbi tərəfdaşlıq haqqında müqavilənin imzanlanacağını güman eləmirəm. Ola bilər ki, nə isə olsun. Amma Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqavilə hələ iki il əvvəl imzalanıb. Bundan o tərəfə heç nə olmayıb. Bunun da səbəbləri var. Səbəblərdən biri odur ki, Türkiyənin NATO ölkəsi olaraq qarşısında müəyyən öhdəlikləri var. NATO-nun üçüncü ölkələrlə geniş diapazonlu əməkdaşlığı üçün alyans ilə anlaşması olmalıdır. Bu gün belə bir anlaşmanın olmasının əlamətləri görünmür. Türkiyə ilə NATO arasında belə bir anlaşma var ki, məhz alyansın həmin funksiyasını o yerinə yetirir. Ola bilər, yanılıram. Amma mən bu əlamətləri görmürəm. Ona görə belə bir şey mümkün deyil". Politoloq müqavilənin imzalanmasında əsas problemin Azərbaycanın yürütdüyü balanslı siyasətlə bağlı olduğunu qeyd edib: "Azərbaycan tərəfi balanslaşdırılmış siyasət yürütməklə çalışır ki, heç bir tərəflə müqavilə bağlamasın. Mən hələ bilmirəm hansı daha önəmlidir. Amma hər halda hər iki tərəfdə bu niyyəti görmürəm. Hansısa silah alış-verişi barədə və yaxud strateji tərəfdaşlıq haqqında müqavilənin inkişafı üçün memorandum imzalana bilər. Amma Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlıq kimi ciddi bir sənədin imzalanacağına inanmıram. Əgər belə bir tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi". Qeyd edək ki, dünən bəzi ekspertlər Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanacağını bildirmişdilər.
2014-04-04
13,523
Jurnalisti əxlaqsızlıq yuvasında girov saxladılar
Jurnalist Səxavət Məmməd "Odnoklassniki" sosial şəbəkəsində fahişəlik xidməti təklif edənlər tərəfindən girov saxlanılır. Jurnalistin "Aznews.az"a verdiyi məlumata görə, o, adıçəkilən sayt vasitəsi ilə kişilərin tələyə salınması barədə mətbuatda xəbərlər yayıldıqdan sonra məsələni araşdırmaq üçün qadınlardan biri ilə əlaqə saxlayaraq, onların təklif etdiyi ünvana gedib: "Jurnalist 1 qadınla masada görüşdüyü zaman, əlavə iki qadın da həmin stola yaxınlaşıb. Həmin qadınlar da bu masaya əyləşərək "Martini" sifariş ediblər. Baş verənlərlə bağlı reportaj hazırlamaq üçün bu məkanda olan müxbirə 4 martini üçün 130 manat hesab gəlib. Hazırda əməkdaşımızdan bu məbləğin ödənilməsi tələb olunur. Əks-təqdirdə onu döyəcəkləri ilə hədələyirlər". Qeyd olunub ki, üzərində heç bir adı olmayan həmin məkan paytaxtın Puşkin küçəsində "Anadolu" restoranının yaxınlığında yerləşir.
2014-04-04
13,524
İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev "Şərəf" ordeni ilə təltif edilsin. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2014-04-04
13,525
Donetsk separatçısı Rusiya bayrağına görə həbs olundu
Donetsk Şəhər Şurasında Rusiya bayrağını qaldıran gənc hakim tərəfindən təqsirli bilinib. "Axar.az" xəbər verir ki, bu barədə Donetsk Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Gənc adam 2 il müddətinə azadlıqdan məhrum edilib Xatırladaq ki, martın 23-də Donetskdə Şəhər Şurası qarşısında icazəsiz mitinq keçirilib. Aksiya zamanı şəhər sakini dövlət bayrağını cırıb. Daha sonra isə Rusiya Federasiyasının bayrağını yerləşdirib.
2014-04-04
13,526
Ərdoğan hava limanında sərt danışdı – Video
Türkiyənin Baş naziri Azərbaycana gəlməmişdən əvvəl hava limanında mətbuat konfransı təşkil edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri bu gün Azərbaycana gələrkən hava limanında jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Konstitusiya Məhkəməsinin Yutub və Tvitter saytlarına qoyulan qadağadan danışdığı zaman Konstitusiya Məhkəməsinin qərarına hörmət etmədiyini bildirib: Sayğı duymaq məcburiyyətində deyiləm "Konstitusiya Məhkəməsinin verdiyi qərara tabe olmaq məcburiyyətindəyik. Amma sayğı duymaq məcburiyyətində deyiləm. Bu qərara hörmətlə yanaşmıram. Yutub və Tvitter şikayəti heç bir məhkəməyə müraciət edilmədən, hüquqi yollardan keçmədən birbaşa Konstitusiya Məhkəməsinə aparılıb. Onun üçün Konstitusiya Məhkəməsi bunu rədd etməli idi".
2014-04-04
13,527
“Türkiyənin Rusiyadan niyə qorxduğunu başa düşürəm”
"Türkiyənin Azərbaycan siyasətini bəyənməsəm də, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini yüksək qiymətləndirirəm". Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Q.Həsənquliyev Azərbaycanın Türkiyədən umacağının çox olduğunu bildirib: "Çünki onlar bizim qan qardaşlarımızdır. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycan torpaqlarının işğal altında qalmasına öz torpaqlarının işğal altında qalması faktı kimi yanaşmalıdır. Güclü Azərbaycan həm də güclü Türkiyə deməkdir". Qüdrət Həsənquliyev açıqlamasında Türkiyənin Rusiyadan qorxusunu başa düşdüyünü də qeyd edib: "Əgər ABŞ-ın qarant durduğu Ukrayna torpaqlarını Rusiya işğal edirsə və super dövlət ləyaqətinin bu şəkildə alçaldılması ilə barışırsa, bu halda Türkiyə də Qarabağın işğalı ilə barışmaq zorundadır. Bütün bunlara anlayışla yanaşsam da, heç bir halda Ərdoğanın Ermənistanla ticarət əlaqələrini genişləndirməsini qəbul edə bilmərəm". BAXCP sədri Baş nazir Ərdoğanın səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın genişləndiriliməsi barədə müzakirələrin aparılmasını arzuladığını vurğulayıb. Millət vəkili eyni zamanda qeyd edib ki, Türkiyə nüvə dövlətinə çevrilməlidir və Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir: "NATO artıq qeyri-ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir. Gələcəkdə Türkiyə təhdid olunarsa, ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz".
2014-04-04
13,528
Ərdoğan İlham Əliyevlə mətbuat konfransı keçirdi - Video
16:33 Paytaxt Bakıda rəsmi səfərdə olan Türkiyənin Baş naziri, prezident İlham Əliyevlə görüşüb. "Axar.az" xəbər verir ki, Bakıya rəsmi səfərə gələn Türkiyənin Baş naziri R.T.Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Əliyev Ərdoğanı Prezident Administrasiyasının qarşısında qarşılayıb. Liderlərin nahar zaman təkbətək görüşü həyata keçiriləcək. Mediaya qapalı olan bu təkbətək görüşdən sonra mətbuat konfransı təşkil ediləcək. *** Prezident İlham Əliyevlə Baş nazir Rəcəb Tayyib Ərdoğanın ikitərəfli qapalı görüşü başa çatdı və hazırda dövlət rəhbərləri birgə mətbuat konfransı keçirir.
2014-04-04
13,529
Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşlarla görüşdü
Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 4-də Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsində vətəndaşları qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nazir qəbulda iştirak edən Kürdəmir, Göyçay, Ucar və Zərdab rayon sakinlərini, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri dinləyib. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb, məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
2014-04-04
13,530
Xalq artisti qəza keçirdi: bel sümüyü qırıldı - Yeniləndi
16:54 Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya düşməsi ilə bağlı xəbərlər yayılıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından "Publika.az"a verilən xəbərə görə, aktrisa xəstəxanadadır. Məlumata görə, aktrisa "Xalqlar Dostluğu" metrosu yaxınlığında "11" saylı marşrutda xəsarət alıb. . Vəziyyəti orta-ağırdır. *** 3 saylı Şəhər Klinik Xəstəxanasından "Axar.az"a verilən məlumata görə, aktrisa hal-hazırda reanimasiyadadır, vəziyyəti normaldır. Həkimlər xəstənin huşunun yerində olduğu, normal danışdığını və rentgen müayinəsindən sonra evə buraxılacağını da bildiriliblər. 17:14 Xalq artistinin oğlu Faiq isə "Publika.az"a açıqlamasında vəziyyətin heç də ürəkaçan olmadığını söyləyib: "Hazırda reanimasiyadadır, yarım saata cavab çıxacaq, indi yanında idim. Həkimlər onun onurğa sütununda ciddi problem olduğunu deyir. Mən də yanına girdim, danışmadı, üzümə baxırdı. Huşu özündə olsa da, durumu kritikdir". O, daha sonra bildirib ki, başımızı itirmişik, ümid Allahadır. 19:40 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın bel sümüyü sınıb. Bu barədə xəstənin həkimi Nailə Əsgərova açıqlamasında bildirib. Həkimin sözlərinə görə, hazırda xalq artistini nevrocərrah müayinə edir. Müayinədən sonra məlum olacaq ki, Nuriyyə Əhmədova əməliyyat etdirilməlidir ya yox. "Hazırda Nuriyyə Əhmədova danışa bilir. Lakin şiddətli ağrıları var. Ona ağrıkəsici vurmuşuq. Xəsarətləri ciddidir. Həkimlər hazırda ona yardım edirlər. İnşallah hər şey yaxşı olacaq". (ANS)
2014-04-04
13,531
Müdafiə Nazirliyində yeni həbs dalğası gözlənilir
"Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər". Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib: "Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziya, dağılma, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır". Ekspert yaxın günlərdə yenə həbslərin olacağını deyib: "Təsəvvür edin ki, qərargah rəisi Nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Bu, növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq. Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq işdən azad olunacaqlar". Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi polkovnik Yunus Məmmədov həbs edilib.
2014-04-04
13,532
Berluskoni xəstəxanaya yerləşdirildi
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, buna səbəb Berluskoninin dizində əmələ gələn ağrılardır. Həkimlərin sözlərinə görə, sabiq baş nazir yaxın günlərdə evə buraxılacaq. Qeyd edək ki, gələn həftə Milan məhkəməsi 77 yaşlı Berluskoni ilə bağlı qərarını açıqlayacaq. Sabiq baş naziri ev dustaqlığı yaxud da islah-əmək işləri gözləyir.
2014-04-04
13,533
Zümrüd Yağmurun “Yağış qadın”ı işıq üzü gördü
Tanınmış yazar Zümrüd Yağmur "Yağış qadın"ını ilə oxucularının görüşünə gəlib. "Adiloğlu" nəşriyyatında dərc olunan bu kitab müəllifin 9-cu kitabıdır. Xatırladaq ki, bir neçə ay bundan əvvəl Zümrüd xanımın "Allah qayıdır" kitabı Ukraynada da dərc olunmuşdu.
2014-04-04
13,534
Ağdaşda avtoqəza: 3 ölü, 2 yaralı - Yeniləndi
17:56 Ağdaş rayonunda bir neçə nəfərin ölməsi və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib. Yaralıların da olduğu bildirilir. Hadisə yeni baş verdiyi üçün ölən və yaralananların dəqiq sayını və kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Hadisə yerində FHN-in xilasediciləri işləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 22:47 Ağdaşda baş verən zəncirvari avtoqəzada biri körpə uşaq olmaqla ailənin 3 üzvü ölüb, iki nəfər xəsarət alıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun 270-ci kilometrliyində, Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 24-BE-444 və 60-BM-344 dövlət nömrə nişanlı iki "KamAZ" markalı yük avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində yük maşınlarından biri yolun kənarında dayanmış 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində hər üç avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində mişar daşı ilə olan olan yük maşınlarının sürücüləri Tovuz rayon sakini 1965-ci il təvəllüdlü Əhmədov Bəhram Talıb oğlu və Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Əliyev Mehdi Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2107" markalı minik maşınının sürücüsü, Qazax rayon Çaylı kənd sakini 1988-ci il təvəllüdlü Balayev Elvin Loğman oğlu, qaynanası 1962-ci il təvəllüdlü Qaraxanova Akifə Məşədi qızı və 15 gün əvvəl doğulmuş körpə qız övladı dünyasını dəyişib. FHN-nin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalmış ölən adamların meyitlərini xüsusi kəsiçi alətlərdən istifadə etməklə çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
2014-04-04
13,535
Hər il 2 milyard manat hara gedir? – Ekspert rəyi
"Onların xərci o qədər çox olur ki, müqavilələrdən tutmuş xırda sənədlərə qədər bütün dövriyyəni gizlədirlər". Bunu "Axar.az"a "qara mühasibatlılığ"ın səbəblərini izah edən hüquqşünas Eldar Qocayev bildirdi: "Bu hallara təkcə bizim ölkədə deyil, dünyanın bir çox, xüsusən də keçid dövrünü uzadan ölkələrdə və köhnə kolonial dövlətlərdə rast gəlmək olar. Qara mühasibatlıq kölgə iqtisadiyyatının bir elementidir. İkili mühasibatlılıq daha çox vergi sistemi və cəmiyyətdə gəlirlərin ədalətli bölüşdürülməsi ilə bağlıdır. Səbəbkar isə hər iki tərəfdir. Həm hökumət, həm də sahibkarların özüdür. Sahibkarları isə bu işə məcbur edən səbəblər var. Bu onların sıxışdırılmasıdır. Onların xərcləri o qədər çox olur ki, müqavilələrdən tutmuş xırda sənədlərə qədər bütün dövriyyəni gizlədirlər. Həmçinin maaşları da aşağı göstərirlər. Bu isə sosial ödənişlərdən yayınmaq xarakteri daşıyır. Məqsəd vergini az ödəmək istəmələridir. Baltikyanı ölkələri çıxmaq şərti ilə digər keçmiş SSRİ ölkələrində qara mühasibatlıq sistemi hələ də qalmaqdadır". Ekspert hesab edir ki, problemin həll edilməsi üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir: "Sahibkarlar düşünür ki, işçinin maaşını gizlətməklə ona yaxşılıq etmiş olur. Bu yaxşılıq sadəcə qısa müddətli ola bilər. Əslində isə bu, xeyli qısa müddətli olur. Amma sahibkarın əməkhaqqını gizlətməsi həm cəmiyyətin inkişafına, həm də işçinin pensiya təminatına xeyli zərər vurur. Problemi inzibati yolla həll etmək mümkün deyil. Bunun üçün sosial əsaslar yaradılmalıdır. Sahibkara hansısa güzəştlər edilməlidir. Bu gömrük, vergi və başqa sahələrdə ola bilər. Əgər iş adamından həm tələb etsək, həm də müxtəlif sahələrdə sıxsaq, o zaman onlar yeni yollar axtarmağa məcbur olacaqlar". Vergi mədəniyyəti təşviq edilməlidir İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, "qara mühasibatlığ"ın mövcud olmasının əsas səbəbi qanunvericilikdəki boşluqlardır: "Bu məsələdə konkret kimisə təqsirləndirmək çətindir. Hesab edirəm ki, ilk olaraq ölkədə vergi ödəyicisi mədəniyyəti formalaşdırılmalıdır. Bunun üçün isə müxtəlif tədbirlər, maarifləndirici seminarlar keçirilməlidir. Digər məsələ qanunvericilikdədir. Vergi qanunvericiliyində onlarla bir-birini təkzib edən, bir-birini vuran maddələr var. İnsanların anladığı dildə yazılan vergi məcəlləsi qəbul edilməlidir. Azərbaycan neftdən külli miqdarda gəlir əldə edir və buna görə də vergi dərəcələri azaldılmalıdır, bu isə öz növbəsində sahibkarların işə maraqla yanaşmasına şərait yaradacaq. Neft gəlirləri azalarsa, az-az vergi uçot dərəcələrini artırmaq olar". Ekspert hesab edir ki, ikili mühasibatlığın qarşısını almaqla vergilərdən büdcəyə olan daxilolmaların miqdarı 60%-ə qədər arta bilər: "Hesab edirəm ki, vergi və gömrük sistemində problemlər aradan qaldırılarsa, bu, büdcəyə təxminən 60% gəlir gətirəcək. Azərbaycanın bu problemləri aradan qaldırmaq üçün potensialı olduğunu düşünürəm". Xatırladaq ki, müstəqil ekspertlərin apardıqları tədqiqatlar nəticəsində ötən il müxtəlif şirkətlərin apardığı ikili mühasibatlıq əməliyyatlarının dövlət büdcəsinə 2 milyard manat ziyan verdiyi aşkarlanıb. Həmin pullar Dövlət Sosial Müdafiə Fonduna köçürülməlidir.
2014-04-04
13,536
İlham Əliyev nurçularla mübarizədən danışdı
"Bizim dostluğumuza zərrə qədər də xələl gətirən istənilən problemin qarşısını almağa qadirik". "Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı nurçuluğun ikitərəfli görüşdə müzakirə edilib-edilmədiyi ilə bağlı türkiyəli jurnalistin sualını cavablandırarkən iki ölkə rəhbərlərinin hazırda da davam edən mətbuat konfransında səsləndirib: Prezident həmçinin bunları əlavə edib: "Türkiyə Azərbaycan qardaş ölkədir. Rəhbərləri qardaşdır, xalqları qardaşdır. Biz Türkiyə Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısını alırıq. Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın".
2014-04-04
13,537
Xərçənglə mübərizə aparan Leylaya dəstək olaq
29 yaşlı Xancanova Leyla Ədalət qızı xərçəng xəstəliyindən əziyyət çəkir. "Axar.az" xəbər verir ki, evlilik hazırlıqları ilə məşgul olduğu ərəfədə süd vəzi xərçəngi diaqnozu qoyulan L.Xancanova Azərbaycan Dillər Universitetinin İngilis Dili-Filologiya fakültəsi məzunudur. İki ay əvvəl rutin bir həkim ziyarəti sırasında ona süd vəzi xərçəngi diaqnozu qoyulub. Xəstəliyi səbəbilə süd vəzlərindən biri əməliyyatla alınan Leyla bir neçə həftədir ki, kimyaterapiya sessiyalarına başlayıb. Yaxın vaxtlarda buna radiasiya müalicəsi də əlavə ediləcək. Atası təqaüdçü, anası evdar qadın və hər iki bacısı tələbə olan Leylanın ağır müalicə xərclərini qarşılaya bilməsi üçün maddi dəstəyə ehtiyacı var. Ailə imkanı olanlardan qızlarına yardım etmələrini xahiş edir. Yardım etmək istəyənlər (055) 261 97 92 nömrələri ilə əlaqə saxlaya bilər. Yardım məqsədilə L.Xancanova adına bank hesabı da açılıb: Hesab: Kapital Bank Mingəçevir Filialı 200297 VÖEN: 9900003611 Müxbir Hesab: 2928010000 S.W.I.F.T. BIK AİİBAZ2X KHANJANOVA LEYLA ADALAT QIZI AZ84AIIB38010019442902329129
2014-04-04
13,538
AKP səsləri 15-ci dəfə saydıracaq
AKP-nin etirazlarına görə daha əvvəl 14 dəfə sayılan Ağrı Bələdiyyə sədrliyi və bələdiyyə məclisi seçkisi üçün verilən səslər 15-ci dəfə sayılacaq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə 30 mart bələdiyyə seçkilərinin nəticələri bəzi rayon və şəhərlər hələ də bəlli deyil. Bəlli olan nəticələrə isə məğlub olan namizədlər etiraz edir. Elə bu hadisələrdən biri də Ağrı şəhərində yaşanıb. Belə ki, seçkini kürdləri təmsil edən BDP-nin (Barış və Demokratiya Partiyası) qazanmasına baxmayaraq, indiyənə kimi nə az, nə çox - düz 14 dəfə səslər təkrarən sayılıb. BDP-çi namizəd Sırrı Sakıka 10 səs fərqi ilə məğlub olan hakim partiya AKP-nin namizədi Həsən Arslan seçki nəticələrinin 15-ci dəfə də sayılmasını tələb edib. Şəhər Seçki Komissiyası da bu tələbi haqlı görərək səslərin təkrarən sayılması haqqında göstəriş verib.
2014-04-04
13,540
Martın 30-da yağan qara silahlar səbəb olub?
"Martın 30-da yağan qar təbii hadisə idi. Bunu hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqələndirmək düzgün deyil". Bu sözləri "Axar.az"a İqlim dəyişmələri və ozon mərkəzinin direktoru Gülmalı Süleymanov mart ayının 30-da hava şəraitinin hansısa silahın sınaqdan keçirilməsi səbəbilə pisləşməsi xəbərinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, martın sonu üçün belə hava şəraiti ilk deyil: "1971-ci ildə də belə bir hadisə olmuşdu. Bu, mayda da ola bilər. Çox az hallarda olan təbiət hadisəsidir. Ancaq baş verməsində heç bir qeyri-təbiilik yoxdur". Ekspert qeyd edir ki, hansısa silahın sınaqdan keçirilməsi zamanı bu qədər böyük ərazidə havanın kəskin şəkildə aşağı düşməsi mümkün deyil: "Elə güclü silah yoxdur ki, 3 ölkənin ərazisində havanı tamamilə dəyişəcək gücdə olsun. Martın 30-da Gürcüstanda, Rusiyanın bir çox hissəsində də hava kəskin dəyişmişdi. Hansısa sınaqdan keçirilən silah bu qədər böyük ərazinin iqliminə təsir edə bilməz". G.Süleymanov bildirir ki, vaxtilə dolu buludlarının dağıdılması üçün silahlardan istifadə edilib: "Ancaq elə hallarda kiçik bir ərazidə yağıntı ola bilər. Silahla havaya edilən müdaxilə kiçik miqyaslı olur". Qeyd edək ki, martın 30-da ölkədə havaların anidən pisləşməsi hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqədar olduğu iddia edilir. Məlumata görə, belə bir "təbii prosesi" yaratmaq üçün silahlardan istifadə olunub. Qarın yağması ilə paralel olaraq ildırımın çaxması müşahidə olunmayan hadisədir.
2014-04-04
13,541
AMAY Abdulla həbs edildi
AMAY-ın rəhbəri, qalmaqallı iş adamı Abdulla Abdullayev həbs edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan "Birlikbank" ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq, həmin vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-04-04
13,542
ATİB nurçuları “marginal qrup” adlandırdı – Bəyanat
"Axar.az" saytında yayımlanan "Nurçuların Azərbaycandakı müdhiş biznes şəbəkəsi" adlı materiala cavab olaraq Azərbaycan-Türkiyə İş Adamları Birliyi redaksiyamıza bəyanat göndərib. ATİB ölkəmizdə gördüyü işlər və fəaliyyəti barədə məlumat verdikdən sonra adının "marginal qruplarla" birgə hallanmasıyla razılaşmır və bəyanatın dərcini xahiş edir. ATİB-in mövqeyini olduğu kimi təqdim edirik: "Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 2014-cü ilin aprelində yaranmasının 10 ili tamam olan Azərbaycanın ən böyük biznes assosiasiyalarından biridir. ATİB-in əsas məqsədi Türkiyə ilə Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin gücləndirilməsi, ölkələrimizin zəngin iqtisadi potensialının qarşılıqlı olaraq tanıdılması və hər iki ölkənin sosial-iqtisadi əməkdaşlığını genişləndirəcək ortaq layihələrin həyata keçirilməsidir. Bu çərçivədə ATİB iqtisadi mövzuda konfranslar və seminarlar təşkil etmiş, iqtisadi tədqiqatları, təhsil sahəsində birgə təşəbbüsləri və qarşılıqlı işgüzar səfərləri dəstəkləmiş, ictimaiyyətdə maraqla qarşılanan iqtisadi mövzulu EcoVision jurnalının və kitabların çapını gerçəkləşdirmişdir. Bütün bu fəaliyyətlərində ATİB Türkiyə və Azərbaycanın dövlət və hökumətləri ilə qarşılıqlı əməkdaşlığa və koordinasiyaya xüsusi önəm vermişdir. Hər iki ölkənin nazirlikləri, parlament nümayəndələri və səfirləri ilə keçirilən müntəzəm görüşlərdə birgə layihələr və hər iki ölkənin ortaq fəaliyyət imkanları müzakirə olunmuşdur. ATİB həmçinin Azərbaycanda fəaliyyət göstərən Türk iş adamları ilə Azərbaycanın hökumət nümayəndələrinin vaxtaşırı görüşlərini təşkil etməklə və hökumətə yazılı təkliflər göndərməklə ölkədəki biznes mühitinin daha da təkmilləşməsinə davamlı töhfələr vermişdir. ATİB olaraq Türkiyə və Azərbaycan dövlətlərinin ortaq məsələ olan erməni yalanlarının ifşasına yönəlik fəaliyyətlərinə dəstək məqsədiylə Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) təşəbbüsünü gerçəkləşdirmişik. Bu çərçivədə hər iki ölkənin tarixçilərinin ciddi arxiv araşdırmaları ilə tarixi həqiqətləri ortaya çıxarmasına və hər iki ölkəyə qarşı təbliğat aparan erməni lobbistlərinə elimi əsaslandırılmış tutarlı cavablar verilməsinə nail olmuşuq. ATİB regionda yaradılan ilk beynəlxalq qeyri hökumət təşkilatı olan Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) təsisçisi olmaqla yanaşı, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Qlobal Saziş təşəbbüsündə də (UN Global Compact) ölkələrimizi və bölgəmizi uğurla təmsil etmişdir. Müxtəlif beynəlxalq layihələrdə və tədbirlərdə aktiv iştirak edən ATİB ekspetləri regional iqtisadi inteqrasiya, qarşılıqlı ticarət və investisiya münasibətləri, yaşıl iqtisadiyyat və yaşıl biznes kimi mövzularda Türkiyə və Azərbaycanın həm təcrübələrini, həm də perspektivlərini beynəlxalq auditoriyalara çatdırmışlar. Türkiyə və Azərbaycanın sosial-iqtisadi baxımdan güclənməsi və ortaq layihələrin gerçəkləşməsi üçün 100-ə yaxın üzv şirkətimizin təmsilçisi kimi ATİB İdarə heyəti və Katibliyi olaraq hər iki ölkənin dövlət və hökumətləri ilə dövlətçilik prinsipləri və strateji dövlət maraqları çərçivəsində bütün səylərimizi birgə göstərmişik. Bu zaman bütün siyasi, dini və etnik qruplardan və maraq dairələrindən eyni məsafədə olmağa və fəaliyyətimizdə yalnız Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi və dövlətçilik prinsiplərini əsas götürməyə xüsusi önəm vermişik. Bütün bunları nəzərə aralaq Azərbaycanın bəzi media orqanlarında son günlər ATİB-in adının bəzi "marginal qruplar"la bərabər hallandırılmasını həqiqətdən və obyektivlikdən uzaq olan jurnalist təxəyyülünün məhsulu kimi qəbul edir və pisləyirik". Xatırladaq ki, "Nurçuların Azərbaycanda müdhiş biznes şəbəkəsi" adlı araşdırmada daxil olan mənbəyə əsasən ATİB-in də bu şəbəkəyə aid olduğu vurğulanırdı.
2014-04-04
13,543
İlham Əliyev Slovakiya prezidentinə məktub göndərdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Kiska, Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" (AzərTac).
2014-04-04
13,544
İlham Əliyevlə Ərdoğanın mətbuat konfransı başa çatdı - Foto
"Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik, bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib. İlham Əliyev bildirib ki, bütün sahələrdə Azərbaycan və Türkiyə qardaş kimi, dost kimi birgə fəaliyyət göstərir və bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir: "Biz siyasi sahədə müttəfiqik, bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə və Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq, qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə yatırılır, Türkiyə sərmayələri Azərbaycana qoyulur və bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində haradasa 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu da bizim xaricə qoyduğumuz ən böyük sərmayədir. Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik və Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir". Prezident qeyd edib ki, digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir: "Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız üçün, qonşularımız üçün də böyük fayda verəcəkdir. Bu gün eyni zamanda hərbi sahədə əməkdaşıq haqqında fikir mübadiləsi apardıq, bu sahədə də çox yaxşı imkanlar var, perspektivlər var, nəticələr var". Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar: "Əminəm ki, belə də olacaq, buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır, bu işğal, ədalətsizlik davam edir və buna son qoyulmalıdır. Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum və qardaşımla görüşürəm. Bir daha sizə, bütün türk xalqına xöşbəxtlik və yeni uğurlar arzu edirəm". "Azərbaycan və Türkiyəni təkcə siyasət deyil, eyni zamanda Bakı və Ankaranın regionda birgə həyata keçirdiyi layihələr birləşdirir". Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. Baş nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi artmaqda davam edir: "Dövlətlərimiz arasında gələcəyə yönəlmiş işlər hər gün daha da çoxalmaqdadır. Azərbaycanın Türkiyədəki investisiyaları sözün həqiqi mənasında böyükdür". Baş nazir bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalardan ən böyüyü TANAP layihəsidir və ilin sonuna qədər layihənin əsası qoyula bilər: "Qlobal mahiyyət kəsb edən TANAP layihəsinin gerçəkləşməsi ilə Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələri daha da güclənəcək". R.T.Ərdoğanın sözlərinə görə, Bakı və Ankara arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə mövcud əməkdaşlıq dövlətlərimiz arasında qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. (Trend)
2014-04-04
13,546
ABŞ-dan dünyanı sarsıdacaq etiraf: "Biz etdik"
ABŞ Kubada qiyam qaldırmaq üçün hazırlandığı iddia edilən və "Kuba Tvitteri" olaraq adlandırılan qısa mesaj xidmətinin arxasında Amerika təşkilatının olduğunu qəbul edib. "Axar.az" xəbər verir ki, Ağ Ev Kubada kommunist hökumətini devirmək üçün bu ölkədə Tvitter sosial şəbəkəsinə bənzər şəbəkə yaratmaq barədə gizli proqram hazırlayırmış. Bu proqram ABŞ konqresi tərəfindən də təsdiq edilmişdi, ancaq bu gizli proqramın nəyi hədəflədiyi və necə icra edildiyi barədə suallara aydınlıq gətirilməyib. Əldə edilən məlumatlara görə isə, ZunZuneo adlı şəbəkə istifadəyə verildiyi an 40 min istifadəçi cəlb edilmişdi. Xatırladaq ki, ABŞ hökuməti ZunZundeo adlı layihənin 2012-ci ilin sentyabr ayında dayandırlıdığını etiraf etmişdi. Kubanın Xarici işlər naziri Josefino Vidal məsələylə bağlı açıqlamasında, ABŞ-ın Kubada böhran yaratmağa çalışdığını və bunun üçün hər il büdcədən milyonlarla dollar ayırdığını qeyd edib. Vidal həmçinin bildirib ki, ABŞ beynəlxalq hüquqi qaydaları kəskin şəkildə pozur və Kuba hökuməti, xalqı ABŞ-ın qanunsuz addımlarını rədd edir.
2014-04-04
13,547
Jose MaurniyonunTürkiyə ilə bağlı gözlənilməz istəyi
İngiltərə "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Jose Maurniyo Türkiyədə işləmək istəyir. "Axar.az" xəbər verir ki, bu barədə Maurniyonun istəyini meneceri Jorqe Mendes türkiyəli nümayəndə Əhməd Buluda deyib. Əhməd Bulud Avropada Türkiyə futboluna marağın xeyli artdığını və buna nümunə kimi Maurniyonun 3-4 il sonra Türkiyədə hər hansı bir komandanı çalışdırmaq istəyini vurğulayıb.
2014-04-04
13,548
Rusiya vətəndaşlığı almaq asanlaşdırıldı
Rusiya Dövlət Duması asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını almaq haqqında qanun layihəsinə əlavəni üçüncü oxunuşda qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qanun layihəsinə əlavəyə əsasən asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını rus dilinin daşıyıcıları olan, qohumları Rusiya Federasiyası ərazisində yaşamış və ya Rusiya İmperiyası və SSRİ-də yaşamış şəxslər ala bilərlər. Bu tələblərə uyğun şəxslər Rusiyada daimi yaşamaq üçün vətəndaşı olduqları ölkənin vətəndaşlığından imtina etməlidirlər.
2014-04-04
13,549
Prezidentin mühafizəçiləri qubernatoru qoruyur – Foto
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin şəxsi mühafizəçilərini dünən Peçora məhkəməsində jurnalistlərin yanına gələn Xarkov vilayətinin keçmiş qubernatoru Mixail Dobkinin yanında görüblər. Jurnalistlər isə vaxtı ilə Yanukoviçi müxtəlif səfərlərdə müşayiət edən həmin şəxsəri tanıyıblar. "Axar.az" xəbər verir ki, Ukrayna ictimaiyyəti Dobkinin Yanukoviçin mühafizəçilərinin xidmətindən istifadə etməsini təsadüfi saymırlar, çünki onlar eyni siyasi qüvvənin nümayəndələri idi. Media nümayəndələri üçün sadəcə bir məqam qaranlıq qalmaqdadır: nədən Ukraynanın hazırkı hüquq-mühafizə orqanı nümayəndələri Yanukoçin Mejiqoriyedən qaçması, Krıma, daha sonra isə Rusiyaya getməsi barədə önəmli məlumatlar almaq üçün keçmiş prezidentin keçmiş mühafizəçilərini sorgu-sual etmirlər? Media nümayəndələrinin qənatinə görə, təqdim etdikləri bu şəkillərdən sonra bir sıra qaranlıq məqamlara aydınlıq gətiriləcək.
2014-04-04
13,550
Kerri: "ABŞ Yaxın Şərqdən imtina edəcək"
ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstin rəhbərlərinin sülh prosesinin sürətləndirilməsi üçün ciddi addımlar atmaması səbəbindən Yaxın Şərqdə sülh görüşlərindən imtina edəcəklərini deyib. "Axar.az" xəbər verir ki, Kerri Mərakeşdə mətbuat konfransında sülh prosesinin əldə olunması üçün səy göstərməyən tərəflərin istəksiz davranmalarının ABŞ-ın mövqeyinə təsir göstərdiyini vurğulayıb. Kerri ABŞ-ın sülh proseslərinə ayıracağı vaxtın sərhədi olduğunu qeyd edib.
2014-04-04
13,551
Bakıda yaşayış evi yandı
Bakıda yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m və digər otağın çardağı 13 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-04
13,552
Belarus da Rusiya ilə birləşəcək
Belarusiya Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların Rusiyanın xeyrinə olacağını bildirib. Lukaşenko Kaluqa regionunun qubernatoru Anatoli Artamonovla göruşdə rus həmkarına birləşmək və birlikdə işləmək çağırışı da edib: "Yer üzündə elə bir eybəcər dogulmayıb ki, Rusiyanın kim oldugunu bilməsin. Bütün bu sanksiyalar boş bir cəfəngiyyatdır və Rusiyanın xeyrinə işləyəcək. Narahat olmayın, biz daxili problemlərlə məşğul olaq və onları həll etməyə çalışaq. Belarusiya artıq uzun müddətdir ki, Qərbin sanksiyaları altında yaşayır". Belarus prezidentinin sözlərinə görə, Qərbin sanksiyaları qarşısında birləşib birgə mübarizə aparmaq lazımdır: "Onlar bizim birliyimiz qarşısında sarsılacaq". (ANS)
2014-04-04
13,553
Jurnalistlərə xoş xəbər
Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə kütləvi informasiya vasitələri arasında "Əli bəy Hüseynzadə və türk dünyası" mövzusunda yazı müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə dəstək verməkdir. Müsabiqəyə aprelin 5-dən 30-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Burada dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb və müəlliflər mövzuya yanaşma baxımından sərbəstdirlər. Təqdimat zərfinə yazı təqdim edən şəxsin hansı kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə vasitələri, yazının dərc olunduğu qəzet və jurnalın nüsxəsi, informasiya saytının linki təqdim edilməlidir. 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) artıq yazılar qeydə alınmayacaq. Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla aprelin 5-dən hər gün saat 10.00-dan 17.00-dək aşağıda göstərilən ünvana - Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi, 38) Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim edilməklə çatdırılmalıdır. Müsabiqədə birinci yerə bir, ikinci yerə 2 və üçüncü yerə 3 qalib seçilməklə, 6 nəfərə də həvəsləndirici mükafat nəzərdə tutulub. Müsabiqədə birinci yerin sahibinə 800, ikinci yerin sahibinə 500, üçüncü yerin sahibi isə 300 manat pul mükafatı təqdim ediləcək. Həvəsləndirici mükafatların müəlliflərinə isə 100 manat veriləcək. Müsabiqə qaliblərinin adları 3 may - Türkçülük Günü ərəfəsində açıqlanacaq. (AzərTac)
2014-04-04
13,554
Qəza törədən sürücü hadisə yerindən qaçdı - Foto
Bu gün saat 19 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sürücüsü hadisə yerindən qaçan BMW markalı avtomobil Musa Məmmədova məxsus "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə BMW yoldan çıxaraq səki daşlarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb BMW-nin yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirməsi olub. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla Bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır (ANS).
2014-04-04
13,555
Səhiyyə Nazirliyinin “Qaynar xətt” biabırçılığı
Binəqədi rayonu, Seyidzadə-29 ünvanında qeyri-qanuni stomatoloji mərkəz fəaliyyət göstərir. Ərazidə yaşayan sakinlərin "Axar.az"a verdiyi məlumata görə, yaşayış binasında qanunsuz olaraq fəaliyyət göstərən stomatoloji mərkəzdə heç bir gigiyenik qaydalara riayət edilmir. Sakinlər bildirir ki, qeyd etdiyimiz ünvanda yerləşən binanın 2-ci blokunda birinci mərtəbədəki evin sahibi evinin bir otağını stomatoloji klinika kimi işlədir. Sakinlər gizli şəkildə işləyən stomotoloji kabinetin standartlara cavab verib-verməməsindən, Səhiyyə Nazirliyinin lisenziyası ilə işləyib-işləmədiyindən məlumatsızdırlar və burda baş verən hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağını öyrənmək istəyirlər. Vətəndaşları narahat edən əsas məqam isə son dövrlər dünyanın ən təhlükəli virusuna çevrilən Hepatit C-nin belə mərkəzlərdən yoluxma barədə nazirliyin açıqlamasıdır. Son dövrlər ölkəmizdə Hepatit C-yə yoluxma hallarının artdığını nəzərə alaraq, Səhiyyə Nazirliyi standartlara cavab verməyən və ya lisenziyasız fəaliyyət göstərən 300-dən artıq stomotoloji mərkəzi bağlayıb. Stomatoloqlar isə evlərinə çəkilərək, gizli şəkildə fəaliyyətlərini davam etdirməkdədirlər. Səhiyyə Nazirliyi vətəndaşlardan yardım istəmişdi Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Axar.az"a açıqlamasında nazirliyin bu istiqamətdə tez-tez yoxlamalar apardığını bildirmişdi. Onun sözlərinə görə, araşdırmaların nəticəsi olaraq son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var: "Ancaq bunu qorxulu həddə çatması kimi qiymətləndirmək düzgün olmazdı. Nazirlik mütəmadi olaraq yoxlamalar keçirir. Gigiyenik qaydalara riayət etməyən bütün tibb müəssisələrində araşdırma aparılır. Bu virusun daha çox yayılma və yoluxma ehtimalı olan stomatoloji mərkəzlərin iş şəraiti daha çox yoxlanılır". S.Əhmədovanın sözlərinə görə, gigiyenik qaydalara əməl edilməyən və ya lisenziyası olmayan belə mərkəzlər müəyyən edildikdə, onların fəaliyyətinə xitam verilir: "Cərimə tətbiq edilən yerlər də olur. Əgər fakt varsa ki, həmin mərkəzdə müayinə zamanı kimsə virusa yoluxub, sahibkara cinayət işi də açıla bilər". Nazirlik sözçüsü qeyd edir ki, gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsi ilə birbaşa nazirlik özü məşğul olur: "Bunun üçün polis orqanları ilə heç bir əməkdaşlıq edilmir və bu, nəzərdə tutulmayıb. Natəmiz şəraitdə işləyən və ya lisenziyası olmayan stomatoloji kabinetlərin fəaliyyəti qadağan edildikcə, ev şəraitində bu işlə məşğul olanların sayı artır. Bu, həm də vergidən yayınma deməkdir". Nazirlik sözçüsü belə yerlərin aşkar edilməsində vətəndaşları diqqətli olmağa və nazirliyə yardım etməyə çağırmışdı. "Qaynar xətt", yoxsa süründürməçiliyin yeni forması? Nazirliyin bu müraciətini nəzərə alıb, sakinlərin narahatlığına aydınlıq gətirmək üçün Binəqədi rayonu Seyidzadə 29 ünvanında fəaliyyət göstərən diş kabinetinin qanuni və nəzarətdə olub-olmamasını öyrənmək istədik. İki gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı. Nazirliyin "Qaynar xətt" xidmətindən isə "Axar.az"a bildirdilər ki, belə bir kabinetin fəaliyyəti barədə daxil olan şikayəti Analitik şöbəyə təqdim ediblər və Analitik şöbədən bildirilib ki, şikayətçilər kollektiv imza ilə məktub hazırlayıb, Səhiyyə nazirliyinə verməlidirlər və yalnız bundan sonra şikayətin araşdırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırıla bilər. Nazirliyin belə laqeydliyinin səbəbi nədir? Sözügedən diş kabinetinin lisenziyasının olub-olmamasına gəldikdə isə nazirliyin Lisenziyalaşdırma şöbəsindən bildirdilər ki, sualımızla əlaqədar nazirliyə məktub ünvanlamalıyıq. Lisenziyalaşdırma şöbəsinin əməkdaşı qeyd etdi ki, əgər fəaliyyət göstərən stomatoloji kabinetin adı yoxdursa, bu onun lisensiyasız fəaliyyət göstərməsi deməkdir: "Sahibkar fiziki şəxsdirsə, girişdə diş kabinetinin adını qeyd etməyə də bilər. Ancaq ümumiyyətlə mərkəzin adı yoxdursa, bu onun qanunsuz olaraq fəaliyyət göstərməsi deməkdir". Nəticə nədir? Azərbaycanda Hepatit-C virusunun yayılma sürətindən narazılıq statistikaya əsaslanır: əgər normal ölkələrdə bu rəqəm 6 faizdə "kritik hədd" sayılırsa, Azərbaycanda bu rəqəmin ötən il keçirilən beynəlxalq konfransda 12 faiz olduğu bildirildi. Məhz bundan sonra Səhiyyə Nazirliyinin bu yöndə addımlarının şahidi olduq. Amma nəticə nədir? Səhiyyə Nazirliyinin müvafiq qurumları kampaniya naminə apardıqları 300 ədəd diş kabinetinin bağlanmasında sonra hansısa səbəbdən, həmin mərkəzlərdən ayrılan stomatoloqların arın-arxayın, bu dəfə isə vergidən də yayınmaqla, fəaliyyətinə "şikayət məktubu daxil olsun" kimi qeyri-ciddi reaksiya ilə şərait yaradır. Bəs, görəsən bu nazirlik "Qaynar xətt"i nə üçün yaradıb? Ona görə ki, insanlara "şikayətinizi kollektiv surətdə imzalı məktubla göndərin" deməkdən ötrü? "Qaynar xətt" qurumun mobil reaksiyasına xidmət əvəzinə, mənasız cavablarla bürokratizmin çiçəklənməsinə şərait yaradırsa, onda niyə bu xidmət yaradılır? Qeyd edək ki, Azərbaycanın dövlət qurumlarında "Qaynar xətt" çox yüksək səviyyədə və operativ xidmət göstərir. Amma görünür, bu yüksək və operativlik Səhiyyə nazirliyinə qətiyyən aid deyil.
2014-04-04
13,556
Güləşçimiz erməniyə qalib gəldi
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparırdı. Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib. 70 kq-da yarışan Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevlə qarşılaşıb. Təmsilçimiz 10:2 hesabıyla qalib gəlib. 1/4 finalda o, macarıstanlı İstvan Qulyasa da 6:2 hesabıyla qalib gəlib. Dibirhacıyev yarımfinalda türkiyəli Yakup Görə 5:4 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanla güləşib. 12:2 hesabıyla qalib gələn Ruslan Avropanın ən güclüsü adını qazanıb. 86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Peter Yanulovu çətinliklə məğlub edib. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macarıstanlı İstvan Vereblə qarşılaşıb. Təəssüf ki, o, bu oyunda 1:4 hesabıyla məğlub olub. Vereb də yarımfinalda uduzduğundan, Osmanovun bürünc medal qazanmaq şansı qalmayıb ("Azerisport.az"). Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 5 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.
2014-04-04
13,557
Elmar Məmmədyarov Sergey Lavrovla görüşdü
Görüşdə Rusiya-Azərbaycan münasibətləri, MDB regionunda baş verən hadisələr və Dağlıq Qarabağ konfliktinin həlli yolları müzakirə olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib. APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan münasibətləri, MDB regionunda baş verən hadisələr və Dağlıq Qarabağ konfliktinin həlli yolları müzakirə olunub. Mətbuata qapalı keçirilən görüş Rusiya Xarici İşlər Nazirliyində baş tutub. Qeyd edək ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Xarici işlər nazirləri məhdud çərçivədə və geniş tərkibdə görüşlər keçiriblər.
2014-04-04
13,558
Sürücü özünü yandırmaq istədi - Video
Bu gün Bakıdan demək olar ki, dünyanın istənilən yerinə hava nəqliyyatı ilə çox rahat gedib çıxmaq olur. Təyyarələrlə yanaşı son illər avtobuslarla da beynəlxalq və yerli sərnişin daşımaları da həyata keçirilir. Amma bu prosesin heç də hamısı qanuni olmur. Məsələn, Bakı Beynəlxalq Avtovağzalından işləməyən sərnişin avtobusları var ki, onlar bölgələrə sərnişin daşıyır. Bu kimi halların isə qarşısını almaq üçün Nəqliyyat Nazirliyi müəyyən tədbirlər görməyə başlayıb. Belə ki, tədbir zamanı paytaxtdan Goranboya qeyri-qanuni sərnişin daşıdığı üçün avtobus Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən saxlanılıb. Sürücü buna etirazını bildirərək deyib: "Bəlkə əyləcim olmazdı, vurardım, niyə qabağımda saxlayırsan? Mənim qabağımı niyə kəsirsən? Camaat qırılardı, xoşuna gələrdi?" Sonra nazirliyin işçiləri sürücüdən idarə etdiyi avtomobilin sənədlərini təqdim etməyi tələb ediblər. Əvvəlcə sürücü sənədlərin qaydasında olduğunu iddia edib, amma sənəd gəlməyincə hadisə yerinə evakuator çağırılıb. Bu dəfə sürücü avtobusun önünə keçərək maşının yerindən tərpənməsinə imkan verməyəcəyini deyib. Həmin vaxt narazı tərəflə nazirlik işçiləri dil tapmağa çalışıb. Vəziyyətin dəyişmədiyini görən sürücü maşının cərimə meydançasına aparılmaması üçün əlini benzinə atıb. Birtəhər sakitləşdirilən sürücünün sənədləri alınaraq yola salınıb. Saxlanılan diğər avtobusun sürücüsünün də sənədlərinin yerində olmadığı məlum olub. Bu avtobus isə Bakıdan Qazaxa sərnişin daşıyırmış. Bakıdan Qazaxa sərnişin daşıyan avtobus sürücüsü Sarvan Cümşüdov Nəqliyyat Nazirliyinin işçilərinə bildirib ki, hər bir sənədi var, bir dənə fərqlənmə nişanı yoxdur. S.Cümşüdov da digər sənədləri yerində olmayan sürücülər kimi məsuliyyətə cəlb olunub. Nəqliyyat işçilərinin reydə başlama xəbərini eşidən digər bir neçə avtobus sürücüsü də maşınlarını tərk edərək ərazidən uzaqlaşıblar. Bundan sonra Nəqliyyat Nazirliyinin əməkdaşları Rusiya nömrəsi ilə avtomobil idarə edən sürücünün sənədlərini yoxlayıblar. Nazirlik əməkdaşlarının sözlərinə görə, hazırda sərnişinlə bərabər yük daşıyan sürücülər da var. (ANS)
2014-04-04
13,559
Sadiq YAP-çı polis rəisliyindən imtina etdi
Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayev vəzifəsindən azad olunub. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Ş.Paşayevin vəzifədən azad olunmasının səbəbi onun nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunma istəyidir. Raportdan sonra Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb. Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb. Ş.Paşayev həm də YAP hakimiyyətinin polis sistemindəki ən etibarlı kadrlarından hesab edilirdi.
2014-04-04
13,560
Benzinin qiyməti qəfil artdı
Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırıldı. Aprelin 4-ü axşam saatlarında Aİ-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan Aİ-95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb. "Azpetrol"un yanacaqdoldurma mətəqəsindən "Yeni Müsavat"ın əməkdaşına bildirilib ki, bundan sonra Aİ-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb. Bu, artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq Aİ-80 və Aİ-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzinin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı. Xatırladaq ki, aprelin 1-də Aİ95 markalı benzinin 93 qəpiyə qalxması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt müvafiq strukturlar Aİ-95 deyil, Avro-4 standartına uyğun yeni markanın bu qiymətə satışa çıxarıldığını bildirmişdilər.
2014-04-04
13,561
Krımoğlu Türkiyədən Rusiyaya qarşı hərbi yardım istəyib
Krım Tatar Məclisinin sabiq rəhbəri Mustafa Cəmil Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalardan ötəri Türkiyənin Krıma müdaxilə edə bilməyəcəyini deyib. "Axar.az" xəbər verir ki, Amerikanın səsi kanalına qonaq olan Krımoğlu Ankaranın Krım məsələsində müstəqil siyasət yeridə bilmədiyini bildirib. Krımoğlu Türkiyənin təbii qazın 50 fayizini Rusiyadan aldığını, iki ölkə arasında ticarət həcminində 38 milyard dollar olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin pisləşəcəyi halda iqtisadiyyatın çökmə dərəcəsinə gələcəyini vurğulayıb. Krımın Rusiyaya bağlanmasından sonra Türkiyədə Xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdüyünü deyən Kırımoğlu, Davutoğludan boğazları Rusiya hərbi gəmilərinin keçişinə bağlamalarını və həmçinin Türkiyə hərbi donanmasının Krım sahillərinə yan almasını istədiyini deyib. Türkiyə tərəfi isə boğazların bağlanılmasının beynəlxalq müqavilələrə zidd olduğunu və Türkiyə donanmasının hərəkəti üçün NATO-nun qərarının olmasının lazım olduğunu deyib.
2014-04-04
13,562
İqtisad Universitetində kadr dəyişikliyi: 4 nəfər işdən çıxarıldı
Azərbaycan Dövlət İqtisad Universitetində struktur və kadr islahatlarına start verilib. Universitet rektorunun imzaladığı əmrə əsasən, ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin Magistratura mərkəzinin direktorları, Maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad edilib. Digər əmrə görə Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosent Eldar Azadov təyin olunub. O, bu günə qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışıb. Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə isə Elçin Xəlilov təyin edilib. Rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin edilib. E.Bağırzadə "Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müəllimidir. İngilis, rus və türk dillərini bilir. Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. M.İbrahimov bundan əvvəl Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekan müavini vəzifəsində işləyib. Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E.Məmmədova həvalə edilib. Rektorunun əmrinə əsasən, ali təhsil ocağında ictimayyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də "Qaynar xətt" xidməti təşkil edilib ("Teleqraf.com"). Xatırladaq ki, bu ilin martın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.
2014-04-04
13,563
Rus deputat Zəngəzurun geri qaytarılmasını tələb etdi
"Krım Rusiyanın qədim torpağıdır. Nikita Xruşşovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə Krımı Rusiyadan ayıraraq Ukraynaya verməsi ədalətsizlik idi. Necə ki, vaxtilə Zəngəzurun Ermənistana verilməsi ədalətsizlik olub". Bu barədə Azərbaycan parlamentinin deputatı, Rus İcmasının rəhbəri Mixail Zabelin "Media forum" saytının suallarını cavablandırarkən bildirib. "Biz öz qədim ərazilərimizi - Zəngəzuru, Qarabağı qaytarmaq istəyirik" deyən deputat Dağlıq Qarabağla Krım arasında müqayisə aparmağın qeyri-mümkün olduğunu bildirib: "Krım hər zaman Rusiya ərazisi olub. Dağlıq Qarabağ da həmişə Azərbaycan ərazisi olub. Əgər Rusiya Krım məsələsini bu şəkildə qoyub problemi həll etdisə, biz də bu qaydada torpaqlarımızı qaytara bilərik. Yəni bu hadisə bizim xeyrimizədir", - deyə Mixail Zabelin Rusiyanın Krımı ilhaq etməsinə rəy bildirib.
2014-04-04
13,564
Qubada 52 yaşlı kişi intihar etdi
Bu gün axşam saatlarında Quba rayonunda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdü Abdurrəhmanov Nafiq Abdurrəhman oğlu özünü asıb. Yaxınları onu Quba Mərkəzi Rayon Xəstəxanasına gətirərkən yolda keçinib. Onun hansı səbəbdən intihar etdiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Fakt Quba rayon prokurorluğu tərəfindən araşdırılır.
2014-04-04
13,566
Rusiya: “Avropa 1 trilyon itirəcək”
Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev sanksiyalar tətbiq edəcəyi təqdirdə Avropa Birliyinin 1 triyon avro itirəcəyini bildirib. "Axar.az" xəbər verir ki, qalmaqallı siyasətçi Almaniyanın itkilərinin 200 milyon avroya çatacağını vurğulayıb: "Baltikyanı ölkələr isə ümumiyyətlə müflis olacaq. Sual olunur, görəsən bu sanksiyalardan daha çox hansı tərəf zərər çəkəcək? Əgər ABŞ İrana tətbiq etdirdiyi kimi, qlobal maliyyə şəbəkəsindən kənarlaşdırılması sanksiyasını Rusiyaya şamil etdirərəsə, bu zaman Avropa Birliyinə üzv dövlətlərin itkiləri 1 trilyon dollara çatacaq". Qlazyev hesab edib ki, Avropa maliyyə sistemi qeyri-stabil vəziyyətə çatarsa, geosiyasi vəziyyət müharibə həddinə qədəm qoyacaq. Xatırladaq ki, Krımın ilhaqından sonra Avropa Birliyi və ABŞ Rusiyaya qarşı müəyyən sanksiayalara start verib.
2014-04-04
13,567
Avropalı diplomat Gülənin II hərəkat proqramını açıqladı
"Sadəcə din adamı olmayan Gülən yeni hazırlıq içindədir". "Axar.az" xəbər verir ki, Türkiyədəki bələdiyyə seçkilərinin bitməsinə baxmayaraq, həm Türkiyədə, həm də beynəlxalq ictimaiyyətdə onun təsiri davam edir. Beynəlxalq Diplomatlar Birliyinin (DMV) sədri Günter Meinel də seçkini yaxından izləyənlərdən biridir. Meinel seçkidə sabitlik əldə edildiyini və nəticələrin Avropa Birliyində də (AB) yüksək səviyyədə qarşılandığını deyib. Türkiyənin sabitliyinə və gücünə görə AB-yə üzv olmasının vacibliyini qeyd edən Meinel Türkiyənin Baş naziri R.T.Ərdoğanın ölkəni ayaqda saxlamaq üçün ciddi və güclü qərarlar verdiyini bildirib. DMV-nin Türkiyə ofisinin rəhbəri Fərhad Bozçəliklə görüşən Meinel "Gülən hərəkatı"nın Almaniyadakı məktəblərinin nəzarət altında saxlanıldığını deyib. Və əlavəsində seçkidən qabaq hərəkatın fəaliyyətlərinə dair, "bu fəaliyyətlər Gülənin sadəcə bir din adamı olmadığını göstərir. AB Gülənin arxasında kimlərin olduğunu bilir", - deyib. Türkiyənin gücü AB üçün vacibdir Meinel Gülənin hərəkətləri ilə bağlı fikirlərinə belə davam edib: "Türkiyədəki seçkinin bu cür nəticə verdiyinə görə çox məmnunam. Sabitlik qazanıldı və bu, ölkə üçün çox yaxşı bir inkişafdır. Mövcud sabitlik və inkişaf nizamının dəyişməsi dağıdıcı ola bilər. Dolayısı ilə AB-də də seçkinin AKP lehinə çıxması məmnuniyyətlə qarşılandı. Türkiyənin güclü bir ölkə olması AB üçün çox vacibdir. "Gülən hərəkatı"nın məktəblərinə qırmızı işıq Almaniya hökuməti Gülənin məktəblərini son vaxtlar çox ciddi nəzarət edir. Diplomatik mənada bu, Almaniya hökuməti tərəfindən Gülənin məktəblərinə qırmızı işıq yandırıldığını göstərir. Türkiyədəki fəaliyyətlər şüurlu şəkildə həyata keçirildi və bu fəaliyyətlər AB tərəfindən gözlənilirdi. Sadəcə, nə vaxt olması barəsində bir fikir yox idi. Gülənin arxasındakıları bilirik Rüşvət iddiaları və qanunsuz dinlənmələrin yayımlanmasının eyni vaxta düşməsi yəqin ki, təsadüf deyil. Gülənin bu cür bir hərəkatın içində olması onun sadəcə bir din adamı olmadığını və həmişə bir hazırlıq içində olduğunu göstərir. Avropada Türkiyənin dostu olan siyasətçilər hərəkatın fəaliyyətlərinin səhv olduğunu bildirirlər. Sabitliyə gedən Türkiyədə aranın qarışdırılması AB-ni narahat edən vəziyyətdir. Çünki AB Gülənin arxasında kimlərin olduğunu bilir. Dinləmələr bağışlana bilməz Suriyadakı Süleyman Şah Türbəsinə dair son səs yazılarını yaymaqda məqsəd bu ölkəni məhv etməyə çalışmaqdır. Və səs yazılarının yayılması qətiyyən bağışlana bilməz. Bu səs yazısını yazan şəxsin ölkəsini sevdiyinə şübhə edirik. Bu şəxs ölkəni ancaq parçalamaq istəyir".
2014-04-04
13,568
Polis 2 jurnalisti güllələdi
Polisin atəş açdığı jurnalistlərdən biri öldü, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. "Axar.az" xəbər verir ki, Assoşeyted Press Agentliyinin (Associated Press news agency) 2 müxbiri Əfqanıstan ərazisində polis tərəfindən güllələnib. Ölkənin Qərbində qeydə alınan hadisə zamanı agentliyin müxbirin Anya Nyedringhaus ölüb, digər müxbir Keti Qannon isə ağır yaralanıb. Ölkə rəsmilərinin verdiyi məlumata görə jurnalistlər Pakistanla sərhəddə yerləşən Xost şəhərində Taliban qüvvələrinin olduğu əraziyə polisin basqını zamanı polis rəisi tərəfindən güllələnib. Xatırladaq ki, aprelin 5-də Əfqanıstanda prezident seçkisi günüdür. Hazırkı prezident Həmid Kərzai bu seçkilərdə namizəd kimi iştirak etməyib.
2014-04-05
13,569
Krımın işğalına etiraz edən rus ziyalıları - Siyahı
Rusiyada Ukraynanı dəstəkləyən və eyni zamanda Rusiya prezidentinin Krıma hərbi təcavüzünü pisləyən mədəniyyət xadimlərinin siyahısı təqdim olunub. "Axar.az" xəbər verir ki, jurnalist Mustafa Nayem öz Feysbuk səhifəsində imzaları ilə Ukraynanı dəstəkləyən məşhur şəxslərin adlarını yazıb. Onlar arasında Yuriy Şevçuk, Andrey Konçalovskiy, Liya Axedjakova, Eldar Ryazanov, Boris Qrebenşikov, Aleksandr Rozenbaum və digər məşhurların adlarına rast gəlmək olar. Bildirək ki, bunlarla bərabər, Rusiya prezidentinin siyasətini dəstəkləyən 90-dan çox incəsənət nümayəndəsinin imzası ilə təsdiqini tapan siyahı da mövcuddur. Onlar arasında Bezrukov, Qazmanov, Boyarskiy, Rastorquyev, Babkina, Bondarçuk, Leps və digər şəxslərin imzası var.
2014-04-05
13,570
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir gücənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında Aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
2014-04-05
13,571
Erməni bankir faciəvi tənəzzülü etiraf etdi
Ermənistanda vəd edilən 10 %-lik tərəqqi əvəzinə 15 %-lik tənəzzül baş verib. Bunu bugünkü mətbuat konfransında Ermənistan Mərkəzi Bankının keçmiş başçısı Baqrat Asatryan deyib. Onun sözlərinə görə, pozitiv proqnozlar üçün indi heç bir əsas yoxdur: "Əksinə, ölkə iqtisadiyyatında rüsvayçı faktlar haqda danışmaq üçün əsaslar var. Hökumətin uğursuzluğa uğramasının ən parlaq nümunələri – 2009-cu ildə 10 %-lik iqtisadi inkişaf əvəzinə 2013-dəki 15 %-lik iqtisadi tənəzzül və 2013-cü ilin 3 sentyabrında Ermənistanın siyasi vektorunun kardinal şəklində dəyişməsidir (Ölkənin Gömrük İttifaqına girdiyi tarix nəzərdə tutulur –red.)" "Gömrük İttifaqına qoşulduqdan sonra təkcə ölkə iqtisadiyyatı əziyyət çəkməyəcək, həm də Ermənistan böyük sayda sakinlərini itirəcək, hansılar ki, Rusiya vətəndaşlığı almaq sadələşdirildikdən sonra daha yaxşı həyat tapmaq üçün vətəni tərk edəcəklər. Mən elə bir siyasi qüvvə tanımıram ki, ölkədəki situasiyaya görə məsuliyyəti öz üzərinə götürsün", - deyə keçmiş baş bankir bildirib. ("Musavat.com")
2014-04-05
13,572
Kənan M.M: "Atamın ilk sevgisi" - Foto
Tanınmış rejissor Kənan M.M Feysbukda anası ilə fotosunu paylaşıb. Məlumata görə, rejissor paylaşdığı fotoya maraqlı şərh yazıb: "Atamın ilk sevgisi. Yəni ki, anam. Allah bütün anaları qorusun. Cənnətə gedən yol... Anam dirəşdi ki, xeyir ola mənimlə şəkil qoymursan?" Həmin fotonu təqdim edirik:
2014-04-05
13,573
ABŞ Rusiyanı yalanladı
ABŞ hakimiyyəti Rus qoşunlarının Ukrayna sərhədlərindən çıxarılması xəbərini təsdiq eləmir. "Axar.az" xəbər verir ki, bu barədə cümə günü ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf danışıb. Onun sözlərinə görə, Ukrayna sərhədlərində on minlərlə rus əsgəri qalmaqdadır: "Ukrayna sərhədlərində vəziyyət əvvəlki kimidir. Hələ də on minlərlə rus qoşunları orda yerləşiblər. Heç bir şey dəyişilməyib". Xatırladaq ki, bir müddət öncə Putin rus qoşunlarının Ukrayna sərhədindən çəkildiyi barədə açıqlama vermişdi.
2014-04-05
13,574
Bəs, Ərdoğan niyə belə yapdı?
Konstutisiya Məhkəməsi, Tvitter və hüquqa hörmət prinsipi Bu gün Türkiyə Baş naziri Ərdoğan, riyakarlıqdan və təqiyyədən uzaq, Avropa İttifaqına Türkiyənin namizədliyi baxımından olduqca vacib sözlər deyib: "Konstitusiya Məhkəməsinin qərarına hörmət bəsləmirəm. Tvitter məsələsi də ticari bir işdir, bunun söz azadlığı ilə əlaqəsi yoxdur". Əslində hər siyasətçi 21-ci əsrdə bu sözü demə cəsarətini özündə görməz. Bəlkə də haqlıdır?! Məhkəmə nəzarəti bir cəmiyyətdə gedən proseslərin hüquqiliyini yoxlayan mexanizmdir; hüququn aliliyi və mühafizəsi onunla həyata keçirilir. Məhkəmə hüququn nə olduğunun ən son deyildiyi yerdir. Məhkəmələrin də səhv etmə ehtimalı nəzərə alındığına görə, onlar arasında da bir dərəcələnmə olur; ölkəyə görə ən yuxarı məhkəmə ya Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsi olur. Qanunvericiliyin tanıdığı hüquqlar müxtəlifdir, bunların ən alisi də insan hüquqlarıdır. İnsan hüquqları şəxsin öz azadlığının həyata keçirməsinin vasitələridir. İnsan hüquqları ən yüksək qoruma dərəcəsinə sahib olur, siyasi iqtidarlar da buna hörmət bəsləməlidirlər. İnsan hüquqları bu qədər vacibdir ki, bunların qorunması Avropa ölkələrində Konstitusiya Məhkəmələrində olur. Terri Devisi azərbaycanlılar unutmayıb, onun bir sözü çox xoşuma gəlir. Ağsaqqal AŞ Baş katibi Devis demişdi ki, "İnsan hüquqları arasında iyerarxiya yoxdur; amma olsaydı, bu iyerarxiyanın ən üstündə söz azadlığı olardı". Yəni deyir ki, "tvitter-mvitteri" və bənzər şeyləri digər azadlıqlardan üstün sayardım. Amma Terri Devis kimdir ki? Pis kafir, əxlaqsız avropalı. O nə bilər ki, "milli əxlaq" nədir? Axı bu Tvitter-mvitter insanın özəlinə girir, özəlinə! Əslində, Konstitusiya Məhkəməsi həmişə uğurlu qərarlar vermir. Mənim 40 yaşım var, hüquq elmini 22 ildir öyrənirəm, nadir hallarda da olsa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını çox da uyğun, ya da yerinə düşməyən görürəm. Amma mən alimlik dərəcəsində sahib olduğum hüquq təhsilim ilə AİHM hakimlərinin qərarları haqqında "yersiz" deyə bilsəm də, o insanların ağlına və yaşına əlbəttə ki, hörmət göstərirəm. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarını bəyənməsəniz belə, onun haqqında "hörmət göstərmirəm" sözünü işlətmək çox da düzgün bir ifadə tərzi deyildir - nə hüquqi, nə də siyasi baxımdan. Ürəyinizdən keçsə belə, deməyin! Gələk Tvitterin söz azadlğına dair məsələ olub-olmadığına. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və İCCPR 19-cu maddəsində tənzimlənmiş bu hüquq milli sərhədlərə bağlı olmadan, istənilən növ məlumatı, istənilən vasitə ilə (TV, radio, qəzet, internet, faks v s.) və formada (yazılı, sözlü, simvolla, pantomim, karikatur, heykəl, jestlə) qəbul etmə və yaymanı ifadə edir. Bu səbəblə Yer kürəsində az sayıda insan "mvitterin" söz azadlığına dair bir platform olmadığını iddia edə bilər. Bəs, Ərdoğan niyə belə yapdı? Bəlkə də o hesab edir ki, Başbakanlıq və parlamentdə çoxluğa sahib olan partiyanın sədri olmaq qanun çıxarma səlahiyyəti verdiyi kimi, elmi əsasları və hüquqi yanaşmaları da yaratma imkanı tanıyır. Müasir hüquq sistemi və institutları Şərqdə və İslam mədəniyyəti tərəfindən yaradılmayıb - motorlu nəqliyyat vasitələrinin işlək qaydaları kimi! Patriotik yanaşıb, bunları inkar edib özünüzə xas "milli" institutlar yarada bilərsiniz, amma 3 təkərli avtomobil yüksək sürət ala bilməyəcəyi kimi, belə bir hüquq sistemi nə ədalət, nə inkişaf, nə də ki xoşbəxtlik gətirə bilər. Sirr deyil ki, miqrasiya edən insanlar yaşamaq üçün Qərb ölkələrini seçir, milli olanları deyil. Yeni təkər icad edə bilərikmi? Əslində, bu sualın cavabının "yox" olduğunu hamı bilir, amma məqsəd qütbləşmə, nifrət toxumu üzərində ictimai hərəkətlənmə yaradıb, o dalğanın dağıdıcı enerjisi ilə zorba xilafət qurma olanda, müxtəlif çaplı qış şinlərin ortaya çıxması mümkündür. Aktual.az
2014-04-05
13,575
Corc Buş Putinin şəklini çəkdi – Foto
ABŞ-ın 43-cü prezidenti Corc Buş Rusiya Prezidenti Vladimir Putinin portretini çəkib. Axar.az xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində bildirib. Buş deyib ki, "Liderlik məharəti: prezidentin şəxsi diplomatiyası" adlı şəkillər seriyasında Rusiya prezidentindən başqa Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler və Dalay Lama kimi simalar yer alıb: "İnanıram ki, onlar ərsəyə gətirmək istədiyim dostluq ruhunu qəbul edəcəklər. Mən onların hər birinin ölkəsinin liderliyinə həsəd aparırdım. Düşünürəm ki, insanlar onların kimliyini mənim gözlərimlə daha da tanıya biləcəklər". Xatırladaq ki, keçmiş prezidentin 20 əsəri Texas ştatındakı Buş adına mərkəzdə də nümayiş olunacaq.
2014-04-05
13,576
İsraildən Qəzzada bir ay ərzində 320 əməliyyat
Fələstin hökuməti Qəzzada İsrailin mart ayında təşkil etdiyi silahlı hücumların siyahısını tərtib edib. "Axar.az" xəbər verir ki, hesabatda İsrail tərəfindən mart ayında 15 fələstinlinin öldürüldüyü, 82 nəfərin yaralandığı və 382 nəfərin girov götürüldüyü bildirilir. İsrailin Qərbi Şəriyə və Qəzzada 320 əməliyyat reallaşdırdığı, fələstinlilərə məxsus 41 avtomobilin sıradan çıxarıldığı, 2670 ağacın kəsildiyi, 102 ərazi vahidinin ələ keçirildyi qeyd olunur. Hesabatda ayrıca İsrail əsgərlərinin fələstinlilərə məxsus 18 evi yerlə-yeksan etdiyi bəyan edilir. İsrail tərəfi isə Fələstin hökumətinin yaydığı hesabata münasibət bildirməyib.
2014-04-05
13,577
AB ilə vizasız rejim tətbiq ediləcək – 2015-də
Ukrayna Avropa Birliyi ilə 2015-ci ilin əvvəllində vizasız rejim əldə edə bilər. "Axar.az" xəbər verir ki, bu barədə Ukraynanın Ədliyyə naziri Pavel Petrenko bildirib. Onun sözlərinə görə, Ukrayna yaxın zamanda vizasız rejimə keçə biləcək: "Hökümətdə lazım olan bütün qanun və qaydalar paketi nazir tərəfindən imzalanıb. Biz onlara siyasi xarakter daşıyan sual qoyduq: Vizasız rejimə nə vaxt icazə veriləcək? Onlar bizi əmin etdilər ki, maksimal dərəcədə yaxın günlərdə qəbul olunacaq. Bizim optimist düşüncəmizə əsasən, gələn il biz artıq vizasız rejimə keçəcəyik".
2014-04-05
13,578
Saturnun peykində okean kəşf edildi
Saturnun peykində okean kəşf edilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, burada dəniz canlılarının yaşamaq ehtimalı da ola bilər. Dip Speys Netvork və NASA-nın Kassini kosmos vasitəsi Saturn planetinin 6-cı böyük peyki olan Enceladusun buz səthinin dərinliklərində nəhəng bir okean olduğuna dair ən dəqiq dəlilləri tapıb. Alimlər 4,5 milyard il öncə alüminium və dəmir radioaktiv izotopları ehtiva edən qaya və buz qarışığının meydana gəldiyini, bir neçə milyon il sonrakı dövrdə isə iki radioaktiv elementin sürətli şəkildə pozulması ilə mərkəzdəki qayalıq nüvənin mantodakı buz örtüyünə yaxınlaşdığını düşünürlər. Qeyd edək ki, Enceladus peyki ingilis astronomu Frederik Uilyam Herşel tərəfindən 1789-cu ildə kəşf edilib.
2014-04-05
13,579
Arınc: “Ərdoğanın prezidentliyə yolu açıldı” - Video
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini dəyərləndirən Bülənt Arınc ölkənin siyasi gündəmini dəyişəcək açıqlama verib. "Axar.az" NTV kanalına istinadən xəbər verir ki, Arınc müsahibəsində Rəcəb Tayyib Ərdoğanın Çankayaya yolunun açıldığını vurğulayıb: "Tayyib Ərdoğanın Çankayaya yolu açıldı. Seçkilərin nəticələri də bunu göstərdi. Fikrimcə, Baş nazirimiz prezidentliyə namizəd olmaq istərsə, hörmətli Gül buna sayğı göstərər və onun namizədliyini dəstəkləyər".
2014-04-05
13,580
Krımda çəkilən sovet filmləri – Axar TV
Krımın heyrətamiz təbiəti bir neçə nəsil rejissorların diqqətini həmişə cəlb edib. Bir zamanlar Krım Sovet İttifaqının Hollivudu adlanırdı. Burada onlarla film lentə alınıb. Krım bəzi filmlərdə xarici ölkələri canlandırmaq üçün də məkan seçilib. Məsələn, "Master və Marqarita" filmində Qədim Qüds şəhərinin obrazını Krımda yaradıblar. O kult filmlər arasında "Al yelkənlər", "Başsız atlı", "İvan Vasilyeviç peşəsini dəyişir", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" , "Adi möcüzə", "Mio, mənim miom", "Mavi quş", "Ələddinin sehirli çırağı", "Amfibiyalı adam", "Sannikova torpağı" kimi filmlər də yer alıb. Daha ətraflı Axar.TV-nin süjetində:
2014-04-05
13,581
Lex Valensa: "Dünya Putinə kişi kimi cavab verəcək"
Polşanın sabiq prezidenti Lex Valensa Ukrayna hadisələrində tutduğu mövqeyinə görə, Rusiya prezident Vladimir Putini sərt tənqid edib. "Axar.az" "Rzeczpospolita" qəzetinə istinadən xəbər verir ki, Nobel mükafatı laureatı Valensa çıxışında Putin kimi adamların Haaqa Tribunalında mühakimə olunmasının vacibliyini bildirib: "Putin kimi adamlar Haaqada məhkəmə önünə çıxarılasıdır. Dünyanın rusiyalı diktatora kişi kimi hələ də cavab vermək şansı var. Beynəlxalq normaları pozmaqla dünya xalqlarına təhlükə yaratmaq olmaz. Kimi məhkəmə qarşısına çıxarmağımızı hamı bilməlidir. Bunun üçün dünya miqyaslı xüsusi komissiya yaradılmalıdır ki, Rusiyaya qarşı proses başlanılsın". Lex Valensa qeyd edib ki, dünya bokslaşan Putinlə şahmat oynamalıdır: "Əgər biz baş verənləri ona bağışlasaq, bizim üçün hər şeyin sonu pis olacaq. Biz dünya həmrəyliyi yaratmalıyıq, ancaq bir qədər müasir şəkildə. Biz hər ölkədən Ukrayna üçün nə qədər və nələri edə biləcəyini soruşmalıyıq. Dərhal kimin bizimlə olmasını aydınlaşdırardıq. İnanıram ki, dünya Putinə kişi kimi cavab verəcək".
2014-04-05
13,582
Türkiyədədən yeni qərar: "Yutub qadağası davam edir"
Bu gün Türkiyədə Yutuba qoyulan qadağanın aradan götürləcəyi bildirilsə də, əksinə qərar qəbul edilib. "Axar.az" xəbər verir ki, bu gün səhər saatlarında Ankarada Gölbaşı Sülh Cəza məhkəməsi Yutuba qoyulan qadağanın aradan qaldırıldığı barədə qərar vermişdi. Ancaq axşam saatlarında açıqlanan qərara əsasən Yutuba giriş qadağasının davam etdirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, bir müddət öncə Türkiyədə Tvitterdən istifadəyə qadağa qoyulmuşdu, ancaq sonradan bu qərar geri götürüldü.
2014-04-05
13,583
Gülən hərəkatından PKK-ya ittifaq məktubu
Fətullah Gülən hərəkatı üzvlərinin mart ayının ortalarında PKK idarəçiləri ilə ittifaq qurmaq üçün Qəndilə məktub göndərdiyi məlum olub. "Axar.az"ın "Bas-Nyus"a istinadən xəbərinə görə, məktubda Qəndildəki PKK terror təşkilatının idarəçilərinə AKP hökumətinə təzyiq göstərməsi üçün Camaat-PKK əlaqələrinin gücləndirilməsi istənilir. Adının açıqlanmasını istəməyən bir mənbə "hərəkat"ın PKK-ya göndərdiyi məktubda Qəndili ziyarət etməyə hazır olduqlarını və Türkiyədəki barış prosesini dəstəklədiklərini bildirib. Bəhs edilən məktubun 2004-cü ildən indiyə kimi Gülən hərəkatının Qəndilə göndərdiyi ikinci məktub olduğu, ancaq PKK-nın bu dəfə olduğu kimi, əvvəlki məktubu da cavabsız qoyduğu məlum olub. Çünki PKK Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrinin dəqiqləşməsini gözləyir.
2014-04-05
13,584
Həkimlər pasiyentləri necə öldürür? - Araşdırma
Sağlamlığın insan həyatı üçün nə dərəcə önəmli olduğunu qeyd etməyə ehtiyac yoxdur. Bəzən aramızda söhbət edərkən bir-birimizə "Allah sənin yolunu həkim qapısına salmasın" deyirik, bu sözlər əslində səhiyyəmizin vəziyyətini qiymətləndirmək üçün bəlkə də ən dəqiq ifadədir. Hər zaman sağlam qalmaq və həkimə möhtac olmamaq mümkünsüzdür. Xəstəliklər və orqanizmimizin fəaliyyətinə mane olan digər nüanslar daim olub və olacaq. Bu xəstəliklərlə mübarizə məqsədi ilə ölkəmizdə bir çox səhiyyə ocaqları fəaliyət göstərir. Amma müalicə zamanı yanlış diaqnoz, həkim səhlənkarlığı və digər hallar da müşahidə olunur. Bu məqamlar insanların yerli səhiyyəmizə və onu təmsil edən həkimlərə inamını ciddi şəkildə zədələyir. Elə bu səbəbdən xəstələrin böyük əksəriyyəti müalicə olunmaq məqsədi ilə kütləvi şəkildə xarici ölkələrə üz tutur. "Axar.az" olaraq bu problemin kökünü araşdırmağı qərara aldıq. Hədəfimizdə isə problemin özəyini təşkil edən bir neçə sual var: - Yanlış diaqnozların səbəbi nədir - həkim səhlənkarlığı, yoxsa qeyri-peşəkarlıq? - Həkim səhlənkarlığı ucbatından həyatını itirən şəxsin yaxınları hüquqi müstəvidə hansı addımları ata bilər? İlk sualımızın cavabını mart ayının əvvəlində xərçəng xəstəliyindən dünyasını dəyişən Nərmin Hüseynlinin bacısı Mehin Hüseynliyə ünvanlamaq istədik. Mehin xanımla əlaqə saxlamaq mümkün olmadığından onun şəxsi Feysbuk səhifəsində paylaşdığı status diqqətimizi çəkdi. Bildiyiniz kimi, Nərmin Hüseynli ötən il zob diaqnozu ilə əməliyyat olunub. Lakin vəziyyəti ağırlaşan Nərmin Təbrizə üz tutub və burada müayinə zamanı məlum olub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir. Ötən ay xərçəngin ən ağır həddini – dördüncü dönəmini yaşayan Nərmin ianə kampaniyalarından yığılan məbləğ hesabına Türkiyəyə göndərildi. Ancaq bütün səylərə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı. "Mən artıq bacımı itirdim. Onun ölümündə o səhv edən həkim günahkardır! Onun ölümündə onu bu vəziyyətdə evə buraxan Milli Onkologiya Mərkəzi günahkardır!" – yazan M.Hüseynli günahı məhz yerli həkimlərimizin səhlənkarlığında görüb. Araşdırmamız zamanı səhiyyə eksperti Adil Qeybullanın rəyini aldıq: - Yanlış diaqnozların çoxalması qeyri-peşəkarlıq, klinikaların həddən artıq çox olması və onların öz təyinatlarına uyğun şəkildə fəaliyyət göstərməməsi, onlar üzərində nəzarət sisteminin və onlar arasındakı assosiativ əlaqələrin düzgün təmin olunmamasından qaynaqlanır. Bəzən xəstə bir neçə həkimə müraciət edir, onların arasında peşəkar həkimin olmaması nəticəsində milli səhiyyəyə güvən azalır. Bu cür faktorlar yetərincədir. Biz Qərb təbabətinə keçirik. Qərb təbabətinin əsas prinsipi ondan ibarətdir ki, hərə bir sahənin mütəxəssisi olmalıdır, hər sahə üzrə bir mütəxəssis, peşəkar fəaliyyət göstərməlidir və bütün diaqnozların qoyulması və müalicələrin aparılması kliniki protokollar əsasında həyata keçirilməlidir. Bu şəkildə getsək, diaqnostik səhvlərin sayı azalar və biz Qərb standartlarına yaxınlaşa bilərik. - İnsanların müalicə məqsədi ilə xarici ölkələrə üz tutmasını nə ilə əlaqələndirirsiniz? - Ən çox axın bu dəqiqə İranadır. Bunun əsas səbəbi İranda müalicə xərclərinin bizə nisbətən az olmasıdır. Milli səhiyyəyə güvəni zədələnmiş insanlar bu səbəbdən də xarici ölkələrə üz tuturlar. Ümumiyyətlə, xaricə üztutma halı dünyanın hər yerində var. Türkiyədə Almaniyaya, Almaniyada Amerikaya üz tuturlar. Amma bu hal bizdə sadaladığım problemlərlə bağlı olaraq daha çoxdur. - Sadalanan problemlərin həlli üçün hansı addımların atılmasını zəruri sayırsız? - Bu problemlərin həll yoluna gəldikdə isə, peşəkarlıq və Qərbdə təhsil alan mütəxəssislərin sayı artırılmalıdır. Ümumdünya Səhiyyə İşləri Təşkilatının protokolları əsasında kliniki müayinələrin aparılması, diaqnozların qoyulması və ayrı-ayrı xəstəliklər üzrə müalicə sxemləri qurulmalıdır. Bir sözlə, dünya hansı yolla gedirsə, biz də o yolla getməliyik. Suallarımızı gələcək həkimlərimizə - Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində təhsil alan tələbələrə də ünvanladıq. Cavablar formaca müxtəlif olsa da, məzmunca demək olar ki eyni idi: Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinin IV kurs tələbəsi Kərim Hüseynov: - Bu halın bir çox səbəbləri var. Özəl klinikaların artması və onlara dövlət nəzarətinin zəif olması, həkimlərin maaşlarının az olması, savadlı kadr qıtlığı və s. əsas səbəblərdir. Ən əsas səbəb isə odur ki, insanların bir birindən eşitdiyi, hətta əczaçılara yazdırdığı dərman preparatlarını qəbul etməsi nəticəsində bir çox xəstəliklər öz kliniki şəklini dəyişir və bakteriyalar L forma halına keçir. Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin III kurs tələbəsi Pərvin Babayev: - Əsas səbəblər savadlı həkimlərin azlığı, xəstəliklərin yayılması ilə bağlı olaraq difrensasiyanın çətinləşməsi və yanlış müalicə nəticəsində mikrobların gizli formalarının artmasıdır. Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin V kurs tələbəsi Züleyxa Əliyeva: - Düşünürəm ki, səhv diaqnozun qoyulmasında əsas səbəb həkimin yanlışlıqları ilə əlaqəlidir, bu məhz həkimin tibbi təfəkkürünün, məntiqinin yetəri qədər olmamasından, yaxud təcrübəsinin az olmasından qaynaqlana bilər. Amma məsələnin kökünə getsək, deyərdim ki, bizim təhsil sistemimizdə tibbə uyğun olmayan, tiblə ayaqlaşmayan tərəflər çoxdur. Məsələn, deyək ki, bəzi fənlər əslində tədris olunmamalıdır, bu sadəcə zaman itkisinə səbəb olur. Amma təhsilin digər mənfi cəhəti isə bəzi dərsliklərimizin köhnə olmasıdır. Yetəri qədər təcrübə qazana bilmirik, yəni praktik cəhətdən əksikliklər mövcuddur. Ümumiyyətlə, tələbələrimiz uzman kimi yetişmək üçün digər ölkələrdə təhsil almağa daha çox üstünlük verirlər. Bütün bunlari nəzərə alsaq, tibbi təhsilimizdə keyfiyyət digər ölkələrə nisbətdə aşağıdır. Amma təbii ki, əvvəlki illərlə müqayisədə xeyli inkişaf var. Araşdırmamız zamanı bu halların hüquqi tərəfini də araşdırdıq. Elə bu səbəbdən də "Qanun Hüquq Şirkəti" MMC-nin direktoru Zamiq Abdullayevdən həkim səhlənkarlığı ucbatından həyatını itirən şəxsin yaxınlarının hüquqi müstəvidə hansı addımlar ata biləcəyini, hansı qurumlara şikayət edə biləcəyini, bir sözlə, işin hüquqi rakursda həlli yollarıyla maraqlandıq: - Qeyd etmək lazımdır ki, bizim qanunvericilikdə bu məsələ ilə bağlı boşluq var. Qanunlarımız hələ tam olaraq "həkim səhvi nədir?" sualını cavablandırmır. Qanundakı bu boşluq nəticəsində, ehtiyatsızlıq etmiş savadsız və təcrübəsiz həkimlərlə yanaşı bəzən xəstə ilə bağlı bədbəxtlik halı baş verdikdə, xəstəni vəziyyətdən çıxarmaq mümkün olmadıqda vicdanlı həkim də şübhə altına düşür. Belə hal baş verdikdə zərərçəkmişin yaxınları ilk növbədə polis və prokurorluq orqanlarına müraciət edərək həkim barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 maddəsinə (Səhlənkarlıq) əsasən cinayət işi başlanmasını tələb edə bilərlər. Həmin maddədə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada etməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur. Bundan başqa zərərçəkmişin yaxınlarının mülki qaydada məhkəməyə müraciət edərək həkimin səhvi nəticəsində vəfat etmiş qohumlarının vəfatından dolayı onlara dəymiş maddi və mənəvi ziyanı tələb etmək hüquqları vardır. Bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Aktlara, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq məsələyə hüquqi qiymət verilir. - Bəs bu prosedur xaricdə necədir? - Dünyanın əksər inkişaf etmiş ölkələrində pasiyentlərin hüquqları qanunvericiliklə qorunur və həkimlərin səhlənkarlığı ucbatından pasiyentə dəyən ziyan məhkəmə qaydasında müəyyən edilərək ödənilir. Əksər Qərb ölkələrində öz peşəkar fəaliyyətində səhlənkarlığa yol verən həkimlər təzminat ödəyir, həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilir, hətta həbs olunur. Rusiya Fedarasiyasında cəzalar daha yüngüldür. Bu cür həkimlərə adətən cərimələr və şərti cəzalar verilir. ABŞ-da isə daha ciddi tibbi sistem var və həkimlərin fəaliyyətinə ciddi nəzarət olunur. Cəzalar isə digər ölkələrə nisbətən daha sərtdir. "Təbabətin atası" Və sonda fikirlərimizi "Təbabətin atası"nın sözləri ilə yekunlaşdırmaq istərdik. Əgər bir həkim xeyir gətirə bilmirsə, heç olmasa, insanlara ziyan da vurmasın. Bəli, bu müqəddəs peşənin daşıyıcıları Hippokrat andını içərkən bu şərəfi özləri üçün bir qalibiyyət, həyat yollarında əldə etdikləri növbəti uğur kimi yox, həm də həyatı boyu əllərini qanına buladıqları hər bir xəstəyə görə daşıdıqları məsuliyyət kimi dərk etməlidirlər.
2014-04-05
13,585
Azərbaycanda yeni jurnal işıq üzü görüb – “Parks&Gardens”
Azərbaycanın ilk bağçılıq və landşaft dizaynı jurnalı işıq üzü görüb. "Axar.az"a bu barədə "Parks&Gardens" jurnalının baş redaktoru Leyla Kərimli məlumat verib. İk dəfə olaraq da bağçılıq və landşaft dizaynı sahəsində jurnal çap olunub. İlk bağçılıq və landşaft dizaynı jurnalı "Parks&Gardens" bağ həvəskarları, bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulub. Jurnalın əsas mövzusu bağın planlaşdırılması və tərtibatı, landşaft dizaynı, Azərbaycanın və dünyanın parkları haqqında geniş informasiya, şəhər dizaynında yeniliklər və s.-dən ibarətdir. Ölkədə bu sahədə ilk olan jurnal oxucularını landşaft dizaynında müasir texnologiya və yeni tendensiyalarla tanış edir, bağ dizaynı tarixi haqqında məlumat verir. Jurnalda həmçinin, bitkilərin düzgün seçimi və onlara qulluq, bağbanlar üçün mövsümə uyğun praktik məsləhətlər, dərman bitkilərinin istifadə qaydaları, qış bağı, terras və eyvanların dekorativ bəzədilməsi, maraqlı müsabiqələr və s. yer alır. İki aydan bir çap olunacaq "Parks&Gardens" ilk nömrəsində oxucularına gül toxumları hədiyyə edib. Qiyməti 3 AZN olan jurnalı supermarket və köşklərdən əldə edə bilərsiniz. Jurnalın rəsmi web-səhifəsi "www.parkgarden.az" saytıdır.
2014-04-05
13,586
Bakıda şirniyyat evi yandı
Bakıda şirniyyat evində yanğın baş verib. "Axar.az" xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan vətəndaşa məxsus şirniyyat evinin mətbəxində mətbəx əşyaları 12 kv.m sahədə yanıb. Şirniyyat evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-05
13,587
Murad Dadaşov müğənni oldu - Video
Keçmiş KVN-çi Murad Dadaşov tar-kamanın müşayiəti ilə mahnı oxuyub. "Axar.az" xəbər verir ki, Feysbukda Murad Dadaşovun "Ötən əsrin nəğməsi" adlı proqramda oxuduğu mahnının videosu paylaşılıb. Videodan da göründüyü kimi, Murad səhnəyə çıxmamışdan əvvəl qızğın məşq prosesindən keçir. Ona bu işdə Xalq artistləri tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov yaxından köməklik göstərib.
2014-04-05
13,588
Qlobal iqlim dəyişikliyi: Azərbaycanı nə gözləyir – Rəy
"Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır". Bunu "Axar.az"a BMT-nin qlobal hesabatını şərh edən Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirdi. Onun fikrincə, qlobal dəyişikliyin Azərbaycana təsiri hiss edilməyəcək: "Dünyada iqlim dəyişikliyi riyazi qaydalara əsasən hesablanır. BMT-nin müəyyən rəqəmlər göstərərək hesabat verməsinə baxmayaraq, bu iqlim dəyişikliyinin Azərbaycana necə təsir edəcəyini demək çətindir. Çünki ölkəmizin iqlim durumu bir qədər fərqlidir. Dəfələrlə Avropanın iqlim durumu ilə bağlı proqnozlar verilib, amma digər Avropa dövlətlərindən fərqli olaraq həmin proqnozlar özünü Azərbaycanda doğrultmayıb. Məhz bunları nəzərə alaraq Azərbaycanda iqlim dəyişikliyinin tam modelini hazırlamağın çətin olduğunu deyə bilərəm". Ekspert hesab edir ki, Azərbaycanda temperatur dəyişməsinə əsas təsir edən amil Xəzər dənizidir: "Ölkəmizin Xəzər hövzəsində yerləşməsi onun temperaturuna da təsir edir. Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır. Qlobal hesabatda göstərilir ki, iqlim dəyişikliyi okean səviyyəsindən aşağıda yerləşən ölkələrdə torpaq itkisi ilə müşahidə ediləcək. Xəzərin isə dünya okeanı ilə əlaqəsi tam isbat edilməyib. Maksimum hansısa sahilyanı ərazilərin suyun altında qalmasını müşahidə edə bilərik. Qlobal iqlim dəyişməsinin ölkəmizə təsiri qışın sərt keçməsində də özünü göstərib. Təxmini hesablamalarımıza görə, iqlim dəyişikliyi qışda temperaturun daha da düşməsinə gətirib çıxarıb. Son illər temperatur mənfi 15 dərəcəyə qədər düşüb. Bu hal əvvəllər müşahidə olunmayıb. Doğrudur, yayda da temperaturun yüksəlməsi müşahidə edilib. Amma bu günlərin sayı o qədər də çox olmadığı üçün mənfi təsiri də çox çəkmir". Xatırladaq ki, BMT İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun Yaponiyada keçirilən iclasında iqlim dəyişikliyi ilə bağlı heç də xoş olmayan proqnozlar verilib. Elmi cəhətdən sübut edilən sənəddə 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının 25 faizədək azalacağı deyilir. Həmçinin 2050-ci ildən sonra dünya əhalisinin 9 milyarda çatacağı halda, taxıl məhsullarının bundan da çox azalacağı ehtimal olunur. Hesabata əsasən bir çox balıq növləri şimal sularına köçəcək, bu isə tropik regionların sakinlərinin ərzaq təhlükəsizliyində özünü göstərəcək. Bir çox yaşayış regionlarında sellər intensivləşəcək, isti havalardan ölüm hallarının sayı artıracaq. İqlim dəyişikliyindən əsasən yoxsul ölkələr zərər çəkəcək, lakin daşqınlar və quraqlıq riskinin artması səbəbindən inkişaf etmiş ölkələr də ciddi ziyan görəcək.
2014-04-05
13,589
Ünlü aktrisa nişanlısı ilə Los-Ancelesə köçür
Bərən Saat nişanlısı Kənan Doğulu ilə birlikdə Los-Ancelesə köçmək qərarına gəlib. "Axar.az" xəbər verir ki, gözəl aktrisa orda həm istirahət etmək, həm də təhsil almaq istəyir. O, doqquz il fasiləsiz işlədiyinə görə, bir müddətlik ekranlardan uzaqlaşmaq və sənətini təkmilləşdirmək istədiyini bildirib. Hazırda aktrisa Los-Ancelesdəki aktyorluq kursları haqqında məlumat toplayır. Bundan əlavə o, Amerikadakı studiyalarla da danışıqlar aparacaq. Qeyd edək ki, Bərən Saat Türkiyədə serial çəkilişlərinə 2015-ci ilin sentyabrın ayında qayıtmağı planlaşdırır.
2014-04-05
13,590
Pərəstişkarları məşhur müğənnini məhkəməyə verdi
Amerikalı müğənni Beyonsun pərəstişkarları onu məhkəməyə verib. "Axar.az" xəbər verir ki, Rakel Kastellanos və Qabriella Devidson bununla bağlı verdikləri açıqlamada bildiriblər ki, keçən ilin dekabr ayında müğənninin Çikaqodakı konsertində ayaq altında qalıblar. Belə ki, ön sıraya bilet almaqlarına və düz qapının ağzında dayanmaqlarına baxmayaraq, qapılar açılanda arxadakı kütlə onları yıxaraq önə keçib. Nəticədə hər iki qız xəstəxanalıq olub. Qeyd edək ki, zərərçəkənlər baş verənlərlə bağlı konsertin təşkilatçılarını və Beyonsu günahlandırıb. Qızların zərərləri qarşılığında müğənnidən tələb etdikləri kompensasiyanın məbləği isə açıqlanmır.
2014-04-05
13,591
Merlin Monronun maraqlı fotoları yayıldı - Fotolar
Ölümündən sonra belə, adı dillərdən düşməyən məşhur sarışın Merlin Monronun ABŞ-da yayımlanan "Həyat" (Life) jurnalının 1952-ci il 7 aprel tarixli sayı üçün çəkilən və daha əvvəl heç yerdə görünməmiş fitnes zamanı çəkilən fotoları çap olunub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bu foto-kadrların Monronun çəkildiyi "Kişilər sarışın sevər" filminin nümayişindən bir az əvvəl məşhur fotoqraf Filip Holsmen tərəfindən evində çəkildiyi bildirilib. Lakin bu pozalar daha sonra film çox məşhurlaşdığı üçün məşhurluğuna kölgə salmamaq məqsədilə yayımlanmayıb. Fotolarda Monronun möhtəşəm görünüşünü necə əldə etdiyi məlum olur.
2014-04-05
13,592
“Şahzadə Səlim”in sarışın sevgilisi - Foto
"Möhtəşəm yüz il" serialındakı "Şahzadə Səlim" obrazı ilə daha çox məşhurlaşan aktyor Əngin Öztürk bardan çıxarkən kameralara tuş gəlib. "Axar.az" xəbər verir ki, həmin vaxt o tək deyil, sarışın sevgilisi ilə olub. Səhərə yaxın bardan çıxan Öztürk müxbirləri görərkən özünü itirib. Mediaya üz tutub "Bəs deyil artıq?" söyləyərək etirazını bildirən "Şahzadə Səlim" taksiyə yaxınlaşıb. Sevgilisi sarışın xanım isə əli ilə üzünü gizlədərək maşınların arasından qaçıb.
2014-04-05
13,593
VAZ markalı avtomobil yandı
Cəlilabad şəhərində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərriki və salonu qismən yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-05
13,594
Şirvanda ev yandı
Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 103 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin am örtüyünün yanar konstruksiyaları 103 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 2 ədəd yataq dəsti və döşəməsi 2 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-05
13,595
Yunanıstan Türkiyə ilə sərhədi bağladı - Böhran
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana getmək üçün torpaq üzərindən İpsala sərhədindən istifadə edəcək türk vətəndaşları və AB üzvü olmayan ölkə vətəndaşları üçün nazirliyin internet saytında yeni elan yayımlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin internet saytındakı Xarici Səyahət elanları hissəsində yayımlanan elanda bu sözlər yazılıb: "Daxili İşlər Nazirliyindən alınan məlumata görə, Yunanıstan tərəfinin 2014-cü il 4 aprel tarixində 07:00 ilə 20:00 arasında Avropa Birliyi vətəndaşları xaric olmaqla digər ölkə pasportlarının giriş və çıxışlarını qəbul etməyəcəkləri bildirilib".
2014-04-05
13,596
Abşeronda ikimərtəbəli ev yandı
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəx əşyaları 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-05
13,597
Cəbhədə növbəti erməni təxribatı
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-05
13,598
Xalq artisti düşdüyü qəzadan danışdı - Video
Dünən Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədova bədbəxt hadisə ilə üzləşmişdi. Avtobusdan yıxılan Xalq artisti dərhal xəstəxanaya çatdırılmışdı. Müayinə zamanı həkimlər Nuriyyə xanımın onurğa sütununda zədə aşkarlamışdılar. Nuriyyə Əhmədovanın özü baş verən qəza ilə bağlı açıqlama verib ("Kanal Bakı").
2014-04-05
13,599
“Cənub axını” kəməri Krımdan keçəcək
Bolqarıstanın "darikfinance.bg" maliyyə xəbərləri saytının məlumatına əsasən, Krımın Rusiyaya birləşməsi "Cənub axını" kəmərinin Bolqarıstandan deyil Krımdan keçməsi ilə nəticələnə bilər. Məlumatda deyilir ki, Rusiya kəmərin Qara dənizin dibindən deyil, Krımın quru ərazisindən keçməsi barədə qərar qəbul etsə 2 milyard ABŞ dolları vəsaitə qənaət etmiş olar (AzərTAc).
2014-04-05
13,600
Davudoğludan Bakı səfəri ərəfəsində sərt addım
Türkiyənin ABŞ-dakı Səfirliyinin Mətbuat katibi Mustafa Sunqur vəzifəsindən azad edilib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat Mustafa Sunqurun Fətullah Gülənin ölkənin Xarici İşlər Nazirliyində əsas adamlarından biri olduğunu bildiriblər. Onun vəzifəsindən Əhməd Davudoğlunun qərarıyla uzaqlaşdırıldığı söylənilib. Mətbuat Ə.Davudoğlunun bu addımı Baş nazirin Azərbaycan səfəri ərəfəsində atdığını yazıb. Mustafa Sunqur Gülən şəbəkəsinə Xarici İşlər Nazirliyində olan müəyyən sənədlərin ötürülməsində günahkar hesab edilir.
2014-04-05
13,601
Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”
Ərdoğan Bakıya səfəri zamanı iki ölkə arasında əlaqələrə təhlükə yaradacaq şəxslərin gizli dosyesini Azərbaycan prezidentinə təqdim edib. "Axar.az" xəbər verir ki, bu məlumatı hökumətə yaxınlığı ilə seçilən Türkiyənin "Takvim" qəzeti yayıb. Qəzet Ərdoğan və İlham Əliyevin nurçularla əlaqədar etdiyi açıqlamaları buna əsas sübut kimi gətirib. Baş nazirin təqdim etdiyi dosyedə iki ölkə arasında məlum layihələrə mane olacaq şəxslərin adları əks olunub və onlara qarşı addımların atılması nəzərdə tutulur. Qəzet Türkiyə və Azərbaycanın dövlət içində dövlət yaratmaq istəyənlərə qarşı birgə mübarizəsi ilə əlaqədar razılığa gəldiyini də yazıb. Xatırladaq ki, Ərdoğanın müalicəsini yarımçıq qoyaraq, bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana səfər etməsi səbəbini politoloqlar Türkiyə və Azərbaycanın strateji planlarının təxirəsalınmaz müzakirəsi ilə əlaqələndirmişdilər. Ərdoğanın məşhur "Balkon çıxışı" isə belə qənaətə gəlməyə əsas verirdi ki, Türkiyə Baş nazirinin Bakı səfərində nurçu şəbəkəsi ilə bağlı məsələ də ciddi müzakirə olunacaq və MİT və MTN-nin məlumatlarının mübadiləsi aparılacaq. Hər iki ölkə mediasının mənbələri isə belə bir siyahının iki ölkə rəhbəri arasında müzakirə edildiyini təsdiqlədi.
2014-04-05
13,603
Ərdoğanın səfəri Rusiyaya mesaj idi - Ekspert
"Bu səfər Rusiyaya, həm də onun əlaltısı olan Ermənistana mesaj idi". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Hərbi vertolyotlar alacağıq O, Ərdoğanla Əliyevin görüşündə daha çox hərbi əməkdaşlığın müzakirə olunduğunu bildirib: "Ərdoğanın səfəri işgüzar xarakter daşıdığından heç bir sənəd imzalanmadı. Ümumiyyətlə, bu səfər qəflətən meydana çıxmış səfər təəssüratı bağladı. Görünür, hərbi əməkdaşlıq daha çox müzakirə olunub. Çünki bundan öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərə gəlmişdi. Azərbaycan Türkiyədən böyük hərbi vertolyotlar almaq istəyir. Bu məsələ yəqin ki, dəqiqləşib. Bundan başqa isə birgə silah hazırlama sahəsində Müdafiə nazirləri arasında şifahi danışıqlar oldu. Görünür, bununla da bağlı razılıq əldə olunub". Azərbaycan Ordusunu türk zabitlər hazırlayacaq? Politoloq Ərdoğanın bu səfərinin Rusiyaya mesaj olduğunu qeyd edib: "Ərdoğanın səfəri regionda vəziyyəti çətinləşdirməyə çalışan qüvvələrə cavab idi. Yəni ki, Azərbaycan tək deyil və onun yanında Türkiyə kimi regional güc, NATO ölkəsi olan dövlət dayanıb. Bu, Rusiyaya, həm də onun əlaltısı olan Ermənistana mesaj idi. Belə fikir yaranmışdı ki, Rusiya BMT-də səsverməyə görə, Azərbaycanı cəzalandıracaq. O isə həmişə Ermənistanla bunu edirdi. Cəbhədəki əsgərlərin döyüş texnikasını artırmaq və bura əlavə döyüş texnikası yeritmək məsələsi də müzakirə olunub. Deyərdim ki, Türkiyədən Azərbaycana hərbi təlimatçıların göndərilməsi və xüsusilə komando tipli dəstələrin hazırlanması məsələsi gündəmdədir". Nurçularla bağlı araşdırma başlandı Qabil Hüseynli aparılan araşdırmalardan sonra Azərbaycanın bəzi məmurlara qarşı əməliyyata başlayacağını söyləyib: "Azərbaycanın özü də nurçuları dövlətçilik üçün təhlükə hesab edir. Türkiyənin etdiyi rica və verdiyi siyahı bunun üçün yetərli deyil. Azərbaycan yaxşı başa düşür ki, paralel dövlət strukturları yaratmağa çalışan təşkilatlar kifayət qədər təhlükəlidir. O bu istiqamətdə də fəaliyyətini davam etdirəcək. Azərbaycan kifayət qədər iş görüb. Nurçuların Azərbaycanda əsas dayağı olan təhsil müəssisələri SOCAR-ın nəzdinə verilib. Hələ ki, araşdırmalar davam edir. Bu araşdırmalar başa çatdıqdan sonra dövlətə sızmış məmurların təmizlənməsinə başlanılacaq". Qeyd edək ki, türk mediası ("Takvim") Ərdoğanın Azərbaycan prezidentinə nurçuların siyahısını təqdim etməsiylə bağlı məlumat yayıb.
2014-04-05
13,605
Zaur Hüseynov Tağı Əhmədova vəzifə təklif etdi
Bir müddət əvvəl Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edilib. "Axar.az" "Aznews.az" a istinadən xəbər verir ki, QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteninin sabiq şefi ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini postuna Tağı Əhmədov təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir. Məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək. Xatırladaq ki, Tağı Əhmədov Bakı Metropoliteninin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub.
2014-04-05
13,607
Hafiz Hacıyev və Jirinovskinin qulağı dünya mətbuatında
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini qulağını kəsməklə təhdid etməsi dünya mətbuatının gündəminə çevrilib. "Axar.az" xəbər verir ki, Rusiya, Türkiyə, Ermənistan və digər ölkələrin mətbu orqanları Hacıyevin bu təhdidini manşet verirlər. Qeyd edək ki, Hafiz Hacıyev bir neçə gün öncə Vladimir Jirinovskinin azərbaycanlılar haqda işlətdiyi ifadələrə cavab verərək, onun qulağını, hətta başqa yerlərini də kəsəcəyini bildirmişdi.
2014-04-05
13,608
43 yaşlı kişi amansızlıqla qətlə yetirildi - Sumqayıda
Sumqayıtda qətl törədilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə 41-ci məhəllə ərazisində yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayan, 1971-ci il təvəllüdlü Rauf Seyfulla oğlu Osmanov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bıçaqlaşmanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
2014-04-05
13,609
Ərdoğan Əjdərbəy məscidində namaza niyə gəlmədi?
Dünən Türkiyənin Baş naziri öncədən xəbər verildiyinin əksinə olaraq, Əjdərbəy məscidini (Göy məscid) ziyarət etməyə gəlməyib. Bu barədə "Axar.az"a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib: "Bizə bildirilmişdi ki, Rəcəb Tayyib Ərdoğan Əjdərbəy məscidini ziyarət edəcək, orada namazını qılacaq. Bunun üçün QMİ bütün lazımi tədbir və hazırlıqları görsə də, Ərdoğan məscidə gəlmədi". Daha sonra müxbirimizin "Niyə Təzə Pir məscidi deyil, Əjdərbəy məscidi" sualına isə sədr müavini bu qərarın Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmədiyini bildirdi: "Bu məsələni QMİ deyil, Prezident Administirasiyası müəyyənləşdirir". Xatırladaq ki, Şeyx Hacı Allahşükür Paşazadə Ərdoğanın Bakı səfəri zamanı sözügedən məscidi ziyarət edəcəyini bildirmişdi: "Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məscidində, həm sünilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən". Qeyd edək ki, həm sünni, həm də şiələrin namaz qılmaq üçün getdiyi yerlərdən biri Əjdərbəy məscididir. Təzə Pir məscidində isə adətən, şiə məzhəbinin nümayəndələri toplanır. Baş nazir Ərdoğanın Təzə Pir məscidinə deyil, Əjdərbəyə getməsinin səbəbi barədə də məhz bu ehtimal səsləndirilir. Buna baxmayaraq, Azərbaycanın ən nüfuzlu, bütün mərasimlərin keçirildiyi və QMİ-nin də yerləşdiyi məscid Təzə Pir məscididir.
2014-04-05
13,610
Şimali Koreya ordusu Yapon dənizinə girdi
Şimali Koreyanın Yapon dənizində aparacağı raket sınaqlarına hərbi həmlə ilə cavab veriləcək. "Axar.az" xəbər verir ki, Yaponiyanın Müdafiə Naziri İtsunori Onodera Şimali Koreyanın raket sınaqları keçirmək üçün heç bir razılıq əldə etmədiyini deyib. O, əsgərlərə hər hansı xoşagəlməz olayın qarşısını almaq üçün hücuma keçmələri üçün razılıq verib. Mediaya məlumat verən mənbənin sözlərinə görə, Müdafiə nazirinin əmri ilə artıq aprelin 3-də Yapon dənizinin sahillərinə Yaponiya 25 raket cəm edib. Yaponiya bu qərarı ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin Laheydə görüşündən sonra verib. Xatırladaq ki, bir neçə gün öncə Şimali Koreya Yaponiya ilə əldə edilmiş razılığı pozaraq Yapon dənizində 1300 kilometr məsafəni vura bilən uzaqmənzilli raketlərin sınağını həyata keçirib. Amma sınaqlar uğursuz alınıb. Raket 650 kilometr məsafəni qət edəndən sonra dənizə düşüb.
2014-04-05
13,611
Xristianlar bir müsəlmanı vəhşicəsinə öldürdülər – Video/23+
Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı vəhşiliklər törədilir. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Yutub video paylaşım saytında bir müsəlmanın döyüldüyünü əks etdirən video paylaşılıb. Xəbərdə xristianların müsəlmanlara qarşı vəhşilik törətdiyi yazılıb. Xatırladaq ki, Myanmarın Arakan bölgəsində də xristian və buddistlərin müsəlmanlara qarşı törətdikləri qətliamlar davam etməkdədir. Video:
2014-04-05
13,612
Benzinin bahalaşması xəbərinə reaksiya - Rəsmi
"Yanacağın qiymətinin qalxması ilə bağlı yayılan məlumatlar əsassızdır". Bunu Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə də Tarif (qiymət) Şurasının Aİ-92 və Aİ-95 markalı avtomobil benzinin pərakəndə satış qiyməti ilə bağlı məlumat dərc edilib. O bildirib ki, Şuranın benzinin pərakəndə satış qiyməti dəyişdirilməyib: "Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Avro standartlara cavab verən avtomobil benzininin - "Premium Avro-95" və "Super Avro-98" isə nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan yaradılıb". A.Əliyev vurğulayıb ki, artıq "Premium Avro-95" və "Super Avro-98" markalı benzin yanacaqdoldurma məntəqələrində sərbəst qiymətə satılır ("AzNews.az").
2014-04-05
13,613
İlham Əliyevlə Ərdoğanın görüşü başlıqlarda - Türk mediası
Dünən Türkiyənin Baş naziri Bakıda rəsmi səfərdə olub. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan ənənəvi olaraq seçkidən sonra Azərbaycana rəsmi səfər edib. Ərdoğan səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb. Təbii ki, bu səfər o biri səfərlərdən çox-çox seçilirdi - Ərdoğanla Gülənin arasındakı nifaq, Azərbaycan hökumətində qədər sızan gülənçilər və Gülən məktəbləri. İki lider mediaya qapalı, təkbətək görüşdükdən sonra ortaq mətbuat konfransı təşkil edib. İlham Əliyev konfransda Gülən məktəbləri ilə bağlı sualı cavablandırıb. Və bu cavab Türkiyə mediasında böyük əks-sədaya səbəb olub. Türkiyə mediasının İlham Əliyevin açıqlaması ilə bağlı verdiyi xəbərləri qısa başlıqlarla təqdim edirik: "Əliyev Gülən məktəblərinin bağlana biləcəyinin siqanlını verdi" "internethaber.com" saytı açıqlamanı bu cür təqdim edib və "Gülən məktəblərinin bağlanıb-bağlanmayacağı sualına Əliyev Ərdoğanın etibarını təzələdi və Gülən məktəblərinin bağlana biləcəyinin siqnalını verdi" cümləsi ilə xəbərə davam edib. "Azərbaycandakı Gülən məktəblərindən şikayət etdimi?" Türkiyənin reytinqli saytı olan "radikal.com.tr" xəbəri Ərdoğanın Azərbaycana səfərinin səbəbini Gülən məktəblərindən şikayət etmək kimi qələmə verib. "Gülən məktəblərinə daha bir zərbə Əliyevdən gəldi" Türkiyənin ən köklü və ən tirajlı qəzetlərindən olan "milliyet" Ərdoğan-Əliyev görüşməsini bu başlıqla verib. "Milliyet" xəbərə "Ərdoğan seçkidən sonra Azərbaycana səfər etdi. Ərdoğan seçkidən əvvəl Türkiyədə baş verənləri Əliyevə danışıb və Gülən məktəbləri ilə bağlı tədbir görməyi xahiş edib" cümləsi ilə davam edir. "Gülənçilərin siyahısını verdi" "hürriyet.com.tr" saytı Ərdoğanla Əliyevin görüşünü bu cür adlandırıb. "Hürriyet" "Baş nazir R.T.Ərdoğan ənənəvi olaraq seçkidən sonra Azərbaycana rəsmi səfər edib. Mitinqlərdə seçkidən sonra gülənçilərə qarşı əməliyyatların başlayacağının siqnalını verən Ərdoğan dünən Bakıya özəl bir siyahı ilə getdi" cümləsi ilə xəbər davam edir. "Əliyev: "Əlaqələrimizə zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik"" Türkiyədə son dəqiqə xəbərləri ilə məşhur olan "haberler.com" saytı Əliyevin açıqlamasına aid xəbəri bu başlıqla verib. "Əliyev: "Dostuq, müttəfiqik, qardaşıq" "haber365.com" saytı Əliyevin Gülən məktəbləri ilə bağlı açıqlamasını bu cür başlıqla verib.
2014-04-05
13,614
Vəli Küçük: "Burdan çıxan kimi Qarabağa gedəcəyəm"
"Məhkəmədə hakimə dedim ki, yasaq qoysan da, burdan çıxan kimi Qarabağa gedəcəyəm" "Ergenekon" adı ilə tanınan prosesdə 74 ay həbsdə qalandan sonra azad edilən Türkiyənin istefada olan jandarma generalı Vəli Küçükün APA-ya müsahibəsi - Sizi niyə tutmuşdular? - Mənim həbs edilməyim türk ordusunu ələ keçirmək məqsədi daşıyırdı. 700 min nəfərlik türk ordusu partizan müharibəsi apara bilən bir ordudur. Orta Şərqdə 26 ölkənin sərhədlərinin dəyişməsinə dair qərar qəbul edilmişdi, onların içində Türkiyə də vardı. Türkiyənin sərhədlərinin dəyişdirilməsi üçün partizan müharibəsi apara bilən 700 min nəfərlik ordunun zəiflədilməsi lazımdır. Türk ordusuna girmək asan deyildi, ona görə də illərlə mənim üzərimdən orduya girməyə çalışdılar. Mən 74 ay həbsdə qaldım, o müddətdə apardıqları istintaqda mənim qabağıma heç bir suç qoya bilmədilər. Dəfələrlə dedim ki, nə günahım varsa, onu deyin, mən cəzasını çəkəcəyəm. Təbii ki, mən türk milliyyətçisiyəm, Atatürkün çizdiyi yoldan zərrə qədər uzaqlaşmaram, türk millətinin bütövlüyünü düşünürəm. Azərbaycanda ermənilər tərəfindən işğal edilən torpaqların niyə işğal edildiyini, Xocalıda millətimin niyə soyqırıma məruz qoyulduğunu demək mənim haqqım deyilmi? Bu işlərin üzərinə getdim, bərkdən danışdım, məni hədəfə aldılar. DAK-ın Kölndəki toplantısında məni başqan seçdilər, ondan sonra imperialist dövlətlər üzərimə daha qərarlı şəkildə gəldilər. Mən ABŞ-dakı Azərbaycan dərnəklərinin də toplantılarına gedirdim. İranı qarışdırmaq, oradakı Azərbaycan türklərinin ayrılaraq dövlət qurması üçün Qərb məndən dəstək istədi, ancaq mən buna qarşı çıxdım, çünki bunun nə zamanı, nə də sırası idi. Qərb bunu İrandakı Azərbaycan türklərinə yaxşılıq etmək üçün istəmirdi, ertəsi gün gəlib Orta Şərqi qarışdırmaq, imperialistlərin bu torpaqları tamamilə ələ keçirməsi üçün istəyirdi. Bunlara qarşı çıxdığıma görə məni hədəfə qoydular. Məhkəmədə dəfələrlə dedim: mən türk milliyyətçisiyəm, mənə birlik lazımdırsa, bunun adı Türk Birliyidir. 300 milyonluq Türk Dünyası bir araya gələ bilsə, dünyanın xəritəsi və mahiyyəti dəyişəcək. Bundan qorxduqlarına görə Orta Şərqi qarışdırmaq istəyirlər. Məni 6 il həbsdə saxladılar, ancaq heç vaxt fikirlərimdən vaz keçməyəcəyəm. Yenə də eyni fikirləri təkrarlayacağam. Əgər ermənilər Azərbaycanın 17 min kvadrat kilometr torpağını işğal edibsə və mən buna qarşı səsimi çıxara bilmirəmsə, onda niyə yaşayıram? 1 milyon insan öz torpaqlarında qaçqındır. Bunun niyə baş verdiyini demək mənim günahımdırmı? Mən Azərbaycanın və bütün Türk Dünyasının nəfəriyəm, yenə də danışacağam, yenə də torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışacağam, yenə də bildiklərimi deyəcəyəm. Həbsxanada dəfələrlə dedim ki, mən burada bayrağın və torpağın növbətçiliyini yapıram. 70 yaşım var, heç bir şeydən çəkinmirəm, gördüyüm heç bir işdən də peşman deyiləm. Mən jandarma generalıyam, jandarmanın kəşfiyyatını mən qurmuşam. Məhkəmədə dəfələrlə dedim ki, təşkilatımın da hansı günahı varsa, mənim qabağıma sənədlərlə qoyun, cəzasını mən çəkəcəyəm. Kəşfiyyatçı olmaq suçdurmu? Mənə bu vəzifəni dövlət verdi, mən də sevə-sevə vəzifəmi yerinə yetirdim. Demişdilər ki, Vəli Küçük 500 milyon dollar pul gətirib, Adananın Pozantı qəsəbəsində bankın anbarına qoyub. Qızım Zeynəb vəkilimdir, dedi ki, gedin axtarıb tapın. Ta Azərbaycana qədər gedib araşdırdılar ki, Vəli Küçük buralara gəlib nə yapıb? Heç bir şey çıxmadı. 1 maşınım, borcla aldığım 1 evim, bankda da 1896 TL pulum, ondan başqa heç bir şey çıxmadı. Mən hər şeyimi vətənim üçün xərcləmişəm, başqa heç bir sərvətim yoxdur. Dedilər ki, 3 yük maşını qızıl gətirib, Azərbaycanda çevriliş edəcəkmiş. Heç belə şey ola bilərmi? Məhkəmədə bunları çığırıb-bağıraraq dedim, qabağıma heç bir sübut qoya bilmədilər, ancaq 6 ilimi yedilər. DAK-ın İsveçdəki toplantısında çəkilmiş bir foto üçün dedilər ki, bu, Vəli Küçüklə Ankarada məhkəmə hakimini öldürən Alparslan Aslanın şəklidir. O isə Məmməd Əhmədov adlı bir azərbaycanlı gənc idi. Sırf o iddiaya görə mənə 2 dəfə ağırlaşdırılmış ömür boyu və 99 il həbs cəzası verdilər. Alparslan Aslan məni tanımır, mən onu tanımıram. Belə bir həngamənin içindən keçdik. Amma mən içəridə yatmağıma da məmnunam, çünki orada vətənimin keşiyini çəkdim. Qızım işini buraxıb mənə vəkillik etdi, həyat yoldaşım xəstəliyə düçar oldu, həyatım əməlli-başlı pozuldu. Amma nə edim, vətən üçün, torpaq üçün bu cəfaları çəkməyə dəyər. - Məhkəmədə hakimə demisiniz ki, məni azad etsəniz də, xaricə çıxmağımı qadağan edəcəksiniz, ancaq əmin olun ki, ilk gedəcəyim yer Qarabağdır... - Onu qəsdən dedim, heç bir cavab vermədilər. Xaricə çıxmağım qadağan edilib. Təbii ki, Azərbaycana gedib vətənimi, dostlarımı görmək istəyirəm. Yasaq ləğv edilən kimi gedəcəyim ilk yer Azərbaycandır. Mən də Azərbaycan mənşəliyəm, ancaq hər şeydən əvvəl türkəm. Şərqdə bizim kürd problemimiz yoxdur, daima bu barədə yüksək səslə danışdım, yazıb-pozdum. Mənim Şərqi Anadoludakı problemim kürd problemi deyil, erməni problemidir. Ermənistanı genişləndirib "Meqa Ermənistan" qurmağa çalışırlar, bunu gizlətmirlər. Mən bunlara qarşı çıxdığıma görə suçlu oluram. Burda kürd məsələmiz yoxdur, erməni problemimiz var. - Hrant Dinkin öldürülməsində də sizin əlinizin olduğunu iddia edirdilər... - Hrant Dink öldürüldü, o dəqiqə "Vəli Küçük" dedilər. Mən Hrant Dinki tanımırdım, onu heç vaxt görməmişdim. Amma mən Hrant Dinki sevmirəm, sevmək məcburiyyətindəyəmmi? Hrant Dink demişdi ki, "türkdən boşalacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan ermənilərin Ermənistanla quracağı əsalətli damarlarda mövcuddur. Yetər ki, bu mövcudiyyətin fərqində olaq". Bu zehniyyətdə olan bir adamı mən sevməyə məcburammı? Sevmirəm. Onu belə mənə bağlamağa çalışdılar. Həbsxanada olarkən PKK terror təşkilatı harda terror aksiyası keçirdisə, dedilər ki, bunu da Vəli Küçük etdi. Nə qədər gizli şahid varsa, mənim üzümə durğuzdular. - Gizli şahid məsələsi nə idi? - Əvvəllər belə bir şey yox idi, ancaq məhkəməmiz başlamazdan 15 gün əvvəl Türkiyədə "Gizli şahid" qanunu qəbul edildi. Bir dünya cinayət etmiş, qadınları zorlamağa, qadın ticarəti ilə məşğul olmağa (bacısının qızını satarkən tutulub) görə ömür boyu həbs cəzası almış Osman Yıldırımdan mənə qarşı "gizli şahid" kimi istifadə etdilər, sonra onu həbsdən azad etdilər. Təsəvvür edin ki, bu cür adam məhkəmədə həm açıq, həm də gizli şahid idi. Hakim onun tamamilə yalan olan ifadəsini qəbul edib mənə ömür boyu həbs cəzası verdi. Bunu mənə başqası desə, qətiyyən inanmaram (səsini qaldırır). Türkiyəni parçalamaq yox, dağıtmaq istəyirlər. İmperialist dövlətlərin içimizdə yetişdirdiyi, onlara xidmət edən xainlər var. Bunun başqa mənası yoxdur: Türkiyəni dağıtmağa çalışırlar. Parçalanmanın əsas hədəfi Kürdüstanı yox, "Böyük Ermənistan"ı qurmaqdır. Sevr sazişində "Ermənistan" kimi göstərilən yeri indi "Kürdüstan" kimi göstərirlər, bunun xəritəsi NATO-nun qərargahında var. Artıq heç bir şey gizli deyil. Mən bunlara qarşı çıxmayımmı, heç nə deməyimmi? Ömrümü buna vermişəm, 70 yaşım var, bunları deməyim suç oldu və gizli şahidlərlə mənə o cəzaları verdilər. Məhkəməyə dəfələrlə dedim ki, bu mənasız ittihamlar qarşısında özümü müdafiə etmirəm və məhkəməni tanımıram. Gizli şahidlərlə bizi mühakimə edirdilər, bu necə işdir, bunlar haradan çıxdılar? 33 türk əsgərini şəhid etdirən Şəmdin Sakıkdan bizim əleyhimizə gizli şahid kimi istifadə etdilər. - Sizcə, Şəmdin Sakıkın gizli şahidliyinə türk ordusunun komandanlığı niyə ciddi reaksiya göstərmədi? - Vallah, qardaşım, mən nə deyim? Mənim başqa ordum yoxdur. Əgər bu işlərin qabağı Vəli Küçüklə alınacaqsa, mən özümü fəda etməyə həmişə hazıram. Yetər ki, mənim torpağım parçalanmasın, ordum dağıdılmasın. Həbs ediləndə dedim ki, mənə qarşı irəli sürülən ittihamların hər hansı biri sübuta yetirilərsə, rütbəmi alsınlar. Mən türk ordusunun generalıyam. Hədəf ordumuz idi, mən türk milliyyətçisi olduğuma görə hədəf seçildim. DAK-ın başqanı seçiləndən sonra tamamilə təqib altında qaldım. Türklərin hamısı mənim qardaşımdır. Mən bunları deməyəcəkdimmi? - Bölgənin gələcəyi ilə bağlı planlarda əsas yeri "Böyük Ermənistan" layihəsinin tutduğunu vurğulayırsınız. "Soyqırım" iddiası ilə əlaqədar 2015-ci ildə Türkiyəyə qarşı təzyiqlərin güclənməsi gözlənilir. Bununla bağlı nə demək istərdiniz? - Hal-hazırda mən DAK-ın başqanı deyiləm. 6 il həbsdə olduğuma görə DAK-dakı son vəziyyətdən xəbərim yoxdur. Erməni separatçılığının və terrorçuluğunun tarixinə baxanda görürük ki, 1856-cı ildən bəri müxtəlif adlar altında bu günə qədər öz fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. 1980-ci illərin əvvəlində ASALA deyəcəkdi ki, mən Şərqi Anadoluda erməni dövlətini elan edirəm, ancaq bunu deyə bilmədi, çünki bölgədəki türk və kürd vətəndaşlarımız Turan mənşəlidir. Ona görə də ASALA niyyətini həyata keçirə bilməyərək, bir gecədə öz vəzifəsini PKK-ya verdi. PKK kürd yox, erməni təşkilatıdır. Bunun gizli tərəfi yoxdur. Bunu Türk Dünyasına başa salmağımız lazımdır. Mənim vətənim parçalanır, hələ də danışmayacağammı? Şərqi Anadolu bölgəsində Türkiyə bayrağı qaldıra bilmirlər, mən hələ də danışmayacağammı? Belə şey olarmı? Təbii ki, mən Azərbaycandakı qardaşlarımın yanında olacağam. Mən Xocalıdakı soyqırımı lənətlədim, yenə lənətləyəcəyəm. Bu işləri yapınca suç olurmu? Belə bir şey ola bilməz. Türk Dünyasının bir nəfəri kimi gücüm çatan qədər mən bunları hayqıracağam, məni heç kim əngəlləyə bilməz.
2014-04-05
13,615
Seyran Ohanyan Azərbaycandakı hərbi təlimləri izlədi
Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarında keçirdiyi irimiqyaslı hərbi təlimləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan izləyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, onu Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan müşayiət edib. Atıcı silahlardan istifadə olunan təlimlərdə hərbi aviasiya da iştirak edib.
2014-04-05
13,616
Gürcüstan telekanalları Azərbaycan peykində yayıma başladı
Gürcüstanın peyk operatoru "IveriaSat" şirkəti Azərbaycanın "Azerspace-1" peyki ilə Gürcüstan telekanallarının yayımına başlayıb. Bunu telekommunikasiya bazarındakı mənbə deyib. Şirkət Gürcüstanın "1 TV", "Obieqtivi TV", "Maestro", "Rustavi 2", "Imedi TV", "GDS TV", "Ajara TV" və "TV3" telekanallarının yayımını həyata keçirir. Bundan başqa, "Azerspace-1" peyki vasitəsilə "Vitex" televiziya paketindən istifadə etmək olar. Paketə Gürcüstanın "Ertsulovneba", "Meore Arkhi", "Vip TV HD", "Comedy TV Georgia", "Trialeti TV", "TV 3 Georgia", "GDS" və "Quality Channel HD" telekanalları daxildir. Qeyd edək ki, "Azerspace-1" peyki ilə yayımlanan telekanal və radiokanalların sayı 90-a çatır ( Trend ) .
2014-04-05
13,617
Bakıda avtobus qəza törətdi
Suraxanı rayonu Hövsan qəsəbəsində "Opel" markalı minik maşını "Daewoo" markalı "103" saylı sərnişin avtobusu ilə toqquşub. Suraxanı rayonu polis idarəsindən verilən məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzanın baş vermə səbəbi hələlik dəqiq bilnmir. Lakin ilkin ehtimala görə, avtobus sürücüsü dönmə əməliyyatını düzgün yerinə yetirməyib və nəticədə minik maşını ilə toqquşub (ANS). Faktla bağlı araşdırma aparılır.
2014-04-05
13,618
Hacı “Qalatasaray”a gətirilir
Türkiyənin "Qalatasaray" klubu sabah keçiriləcək "Fənərbağça" ilə görüşdən məğlubiyyətlə ayrılacağı təqdirdə baş məşqçi Roberto Mançinini istefaya göndərəcək. "Axar.az" xəbər verir ki, türk mətbuatı Mançininin Georgi Hacı ilə əvəz olunacağını iddia edib. Məlumata görə, əgər Mançini məğlubiyyətə rəğmən 9 milyon avroluq təzminatını düşünməyib getməkdən imtina edərsə, Hacı idman direktoru kimi fəaliyyətə başlayacaq. Əgər italiyalı mütəxəssis istefa verərsə Hacı dərhal onun yerinə gətiriləcək. Qeyd edək ki, Fatih Terimin klubdan ayrılmasından sonra "Qalatasaray" rəhbərliyi Hacı ilə danışıqlar aparsa da, rumın mütəxəssis rədd cavabı vermişdi.