date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-02
13,306
İki media qrumu MŞ-ya üzv oldu
Aprelin 2-də Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyətində Şuraya üzv qəbul olunmaq üçün bir sıra media qurumlarının etdiyi müraciətlər araşdırılıb. İclasda "Qaynar.info" xəbər portalı və "Visiontv.az" internet televiziyasının müraciətinə də baxılıb və Mətbuat Şurasına üzv qəbul edilib. Xatırladaq ki, "Qaynar.info" xəbər portalının təsisçisi "Qaynar-Media" şirkəti, baş redaktoru Şəmşad Ağadır. Qeyd edək ki, portal ölkədə ən uzunömürlü və ilk yaranmış internet resurslarından biridir. Aprelin 25-də Qaynar.info 7 yaşını qeyd edəcək. "Visiontv.az" internet televiziyasının təsisçisi Elvin Abbasovdur.
2014-04-02
13,307
Putin ən çətin layihəni Araz Ağalarova tapşırdı
Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatının stadionlarını inşa edəcək şirkətlərin adları açıqlanıb. "Axar.az" xəbər verir ki, həmin şirkətlərin arasında azərbaycanlı milyarder Araz Ağalarovun rəhbəri olduğu "Krokus İnterneyşnl" şirkəti də var. Ağalarovun şirkəti Rostov və Kalininqrad şəhərlərində Dünya Çempionatnın keçiriləcəyi stadion inşa edəcək. Stadionun tikintisi ilə bağlı açıqlama verən Ağalarov bildirib ki, ona ən çətin obyektlər düşüb: "Oradakı stadionlar 3 tərəfdən su ilə əhatə olunub və əlverişsiz yerdə yerləşir. Həmin ərazilərdə infrastruktur və kommunikasiya yoxdur". Dünya Çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Onlardan 5-i artıq hazırdır. Qalan 7 stadionun tikintisi Rusiyanın tanınmış iş adamlarına həvalə olunub. Həmin stadionlar Nijni-Novqorod, Volqoqrad, Kalininqrad, Samara, Saransk və Rostovda inşa olunacaq.
2014-04-02
13,308
Rəcəp Tayyib Ərdoğan Bakıya gəlir
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana gəlir. Məlumata görə, Ərdoğan aprelin 4-də Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində Ərdoğanın Prezident İlham Əliyevlə görüşü planlaşdırılır ("AzVision.az").
2014-04-02
13,309
Mahal İsmayıloğlu əməliyyat olunur
Jurnalist Mahal İsmayıloğlu aprelin 3-ü Türkiyədə əməliyyat olunacaq. Aprelin 2-də "Media forum" saytına açıqlamasında Mahal İsmayıloğlu deyib ki, hazırda Türkiyənin Qaziantep Universitetinin tibb fakültəsi xəstəxanasındadır: "Həyat yoldaşım da yanımdadır. Böyrək xəstəliyindən əziyyət çəkirəm. Böyrəyimdən əməliyyat olunacam". Mahal İsmayıloğlu bildirib ki, o, əməliyyata maddi yardım göstərilməsi üçün Azərbaycan dövlətinə müraciət etsə də, bu, nəticə verməyib, ona görə də əməliyyat üçün lazım olan 12 min ABŞ dollarına yaxın pulu borc alıb düzəldib. Mahal İsmayıloğlu 1957-ci ildə Qərbi Azərbaycanda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yerevanda çap olunan "Sovet Ermənistanı" qəzetində işləyib. "Aydınlıq" qəzetinin qurucularından biridir, 1990-95-ci illərdə bu qəzetdə çalışıb. 1995-2002-ci illərdə "Xalq qəzeti"nin baş redaktoru olub. Hazırda müstəqil jurnalist kimi "Yeni Müsavat"qəzetində köşə yazıları ilə çıxış edir.
2014-04-02
13,310
Krımda əsir saxlanılan 4 yerlimizin adı bəlli oldu – Özəl
Krımda rusların əsir saxladığı dörd azərbaycanlının adı bəlli olub. Bu barədə "Axar.az"a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə həbsdə saxlanılan həmvətənlərimizin yaxın müddətdə Sibir həbsxanalarına göndərilməsinin nəzərdə tutulduğunu qeyd edib. Onların soyadlarının İ.Kadırov, İ.Ağacanov, T.Abdullayev, R.Qasımov olduğu bildirilib. 4 azərbaycanlı əsir haqqında başqa informasiya əldə etmək mümkün olmayıb. Eləcə də Krımda həbsdə olan 3000 məhbusun geri qaytarılması üçün hazırda Kiyev rəhbərliyinin danışıqlar apardığı, lakin hələlik məhbuslar haqqında Ukrayna rəsmilərinin hər hansı məlumat verməkdən çəkindikləri deyilib. Qeyd edək ki, bir müddət öncə Ukraynanın Krımdakı 3000 məhbusu Kiyevin cəzaçəkmə müəssisələrinə köçürmək istəməsi haqqında informasiya yayılmışdı. Xəbərdə bəzi məhbusların Sibirə göndərilmə ehtimalının olduğu qeyd edilmişdi.
2014-04-02
13,311
Rusiya Krımı qumarxanaya çevirir
Rusiya hökuməti Krımda yeni kazinolar açmaq qərarına gəlib. "Axar.az" xəbər verir ki, bununla bağlı məsələ ilk dəfə Rusiya Baş nazirinin müavini Dmitri Kozakov tərəfindən gündəmə gətirilmişdi. Bir müddət sonra isə Krım Nazirlər Şurasının sədri Sergey Aksenov bu ideyanı dəstələyən çıxış etmişdi. Artıq Krım hökuməti regionda azart oyunlar məkanının yaradılması ilə bağlı plan hazırlayır. Oyun biznesinin nümayəndələri əmindirlər ki, bura ölkənin ən uğurlu məkanı olacaq. Hələ dekabrın sonunda Rusiya Baş naziri Dmitri Medvedyev Soçidə yeni azart oyunlar məkanının yaradılmasını təklif etsə də, Putin onun bu təklifinə qarşı çıxmışdı.
2014-04-02
13,312
Eynulla Fətullayev: “Bizdə Fərhad Məmmədovun səsi var”
"Bizdə Fərhad Məmmədovun dediklərinin səs yazısı var". Bunu jurnalist Eynulla Fətullayev deyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təmsil etdiyi quruma açıqlama verib və dedikləri də olduğu kimi yazılıb: "Tamamilə yalandır, böhtandır. Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin edilməsi xəbəri ilk bizdə olub. Bu informasiya dünəndən bizə məlum idi. Fərhad Məmmədova müraciət edərək informasiyanın həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək istəmişik. Fərhad Məmmədov isə deyir ki, məhkəməyə vermək hüququmu özümdə saxlayıram. Özündə saxlamasın, versin məhkəməyə. Biz də səs yazısını çıxartaq qoyaq ortaya". Qeyd edək ki, adı nurçularla əməkdaşlıqda hallanan Elnur Aslanov bir müddət əvvəl Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Ötən gün isə o Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunub. Haqqın.az xəbər saytı isə bu xəbərlər bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan açıqlama alıb. Fərhad Məmmədov açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib. O deyib ki, nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır: "Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur". Fərhad Məmmədov isə mətbuatda onun adından yayımlanan açıqlamanı təkzib edib. F.Məmmədov bildirib ki, haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında ona istinadən "Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyi layiq deyil" başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb: "Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə "eksklüziv müsahibə" adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram" ("AzNews.az").
2014-04-02
13,313
Anar Niftəliyev Mehriban Əliyevaya müraciət etdi
Jurnalist Anar Niftəliyev 20 sentyabr 2013-cü ildə "Medi Sina klinikası" tibb müəsisəsində həyat yoldaşı, BSU-nun dekanı Elnarə Tofiqqızının əməliyyat zamanı vəfat etməsi ilə bağlı Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət göndərib. Müraciətdə bildirilir: "Hörmətli Mehriban xanım! Məlumat üçün qısaca olaraq Sizə bildirim ki, 2013-cü il sentyabrın 20-də "Medi Sina klinikası" özəl tibb mərkəzində həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı (Niftəliyeva) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişdi. Cərrahiyyə əməliyyatı süd vəzi kanalının papilloması xəstəliyinə görə aparılırdı və xəstəlik ilkin mərhələdə idi, heç bir şiş və fəsad yox idi. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırıldı və hazırda da cinayət işinin istintaqı davam edir. İlkin, yekun və daha sonra 4-cü komisyon ekspertiza rəyində ölümün həkim səhlənkarlığından baş verdiyi təsdiqləndi. Amma bu qətldə həkimlərin məsuliyyət bölgüsü ilə bağlı prokurorluğun sonuncu sorğusuna cavab olaraq, bir neçə gün öncə Milli Anatomiya və Tibbi Ekspertiza Birliyi ölümün yalnız anestezioloqun günahı üzündən baş verdiyini təsdiqləyən, digər həkimlərin məsuliyyətdən azad olunmasına gen-bol şərait yaradan beşinci komisyon rəyi istintaqa təqdim edib və bununla da qatillərin heç bir cəza almadan yaşamasına və işləməsinə şərait yaradıb. Halbuki Milli Anatomiya və Tibbi Ekspertiza Birliyinin rəhbəri Şakir Musayev bizə açıqlamasında həkimlərin hər birinin məsuliyyət daşıdığını hüquqi baxımdan, ekspertizaya aid elmi ədəbiyyatın köməyi ilə izah etmiş və prokurorluqdan təyinatı üzrə sual gələcəyi halda, həkimlərin məsuliyyət dərəcəsini özündə əks etdirən rəy veriləcəyini bildirmişdi. Digər tərəfdən, süd vəzi kanalının axardaxili papillomasının əməliyyatdan öncə hazırlanan müayinə nəticələrində xəstəliyin yalnız sol döşdə olduğu bildirilmiş və "1 mm-lik səpki" kimi xarakterizə edilmişdi. Ancaq ekspertizanın 5-ci rəyində "hər iki süd vəzinin papilloması" təsdiq edilir və həmçinin bu xəstəliyin hansı mərhələdə olduğu barədə bircə kəlmə də yazılmır. Çünki xəstəliyin ilkin mərhələdə olmasının qeyd edilməsi bir daha cərrahi əməliyyatın və cərrahi əməliyyat üsulunun (anesteziyanın) seçilməsinin yanlış olduğunu təsdiqləməklə, həkimlərin məsuliyyətini artırmış olardı. Hörmətli Mehriban xanım! Sizə bir Ana kimi müraciət edirəm: 3 və 8 yaşında iki qız uşağını anasız qoyan, heç bir zəruri ehtiyac olmadan, yalnız tamah məqsədilə əməliyyata qaldırılan və qətlə yetirilən gənc bir xanımın qatillərinin cəzalanmamasına, onların naməlum qüvvə tərəfindən himayə olunmasına imkan verməyin! Bu həkimlər 6 ay müddətində bircə dəfə də olsun mənəvi məsuliyyətlərini etiraf etməyiblər, heç olmasa, vicdani baxımdan narahat olduqlarını açıqlamayıblar – nə ictimaiyyətə, nə də istintaqa. Bu xarakterli insanlar, bir insan ölümündə heç bir mənəvi məsuliyyət hiss etməyən şəxslər hansı keyfiyyətlə həkimlik fəaliyyətlərini davam etdirə bilərlər? Bunlar peşəkar qatil kimi davranırlar və heç bir ehtiyac olmadan əməliyyata qaldırdıqları və tamahlarına görə qətlə yetirdikləri bir gənc anadan sonra soyuqqanlı tərzdə növbəti əməliyyatlara girir, bütün vasitələrə əl ataraq istintaqa saxta sənədlər təqdim edirlər. Daha bir mənzərəni aydınlaşdırmaq istərdim: əməliyyatda iştirak edən onkoloq Mahir Məmmədov 1 saylı hərbi hospitalın onkologiya şöbəsinin, assistent Fərəcullah İdrisov M.Topçubaşov adına Eksperimental Kliniki Cərrahiyyə İnstitutunun ümumi cərrahiyyə şöbəsinin, anestezioloq Firuz İbrahimov isə 1 saylı şəhər klinik xəstəxanasının həkimidir. 20 sentyabr tarixi iş gününə təsadüf etdiyindən, onlar istintaqa saxta sənədlər təqdim edir, bir gün əvvələ məzuniyyət açdırır və növbəti cinayətlərə gedirlər. Məsələ burasındadır ki, Nəsimi Rayon Prokurorluğu da şəxsi danışıqlarımız zamanı bu faktların saxtakarlıq olduğunu bildiyini etiraf etdiyi halda, "hüquqi sənəd veriblər" arqumenti ilə qatil həkimlərin növbəti saxtakarlığının ört-basdır olunmasına şərait yaradır. "Medi Sina klinikası" özəl tibb mərkəzinin əməliyyat otağı bu cür əməliyyatlar üçün kafi olmadığı halda həkimlər bu yeri niyə seçiblər? İnandığımız üçün etibar etdiyimiz həkim Fərəcullah İdrisovun o zamana qədər heç vaxt tanımadığımız, əməliyyat otağı bu cür əməliyyatlara cavab verməyən "Medi Sina klinikası"nı seçməkdə məqsədi nə olub və burda onun dələduzluğunun faktları necə təsdiqlənir? Həkimlərin əməlində dələduzluq faktları olduğu halda, niyə istintaq hərəkətləri aparılmır və nəhayət, faktla bağlı cinayət işi açıldığına baxmayaraq, heç bir mənəvi məsuliyyət daşımayan və məsuliyyətə cəlb olunmayacaqları barədə yüksək təminat aldıqlarını gizlətməyən bu həkimlərin həkimlik fəaliyyəti hansı kriteriyalarla məhdudlaşdırılmır? Bu yöndə etdiyim müraciətlər Səhiyyə nazirinə niyə məruzə olunmur? Hörmətli Mehriban xanım! Həyat yoldaşımı qətlə yetirən, iki qız övladımı anasız qoyan və 40 yaşında ikən mənəvi baxımdan ömrümə xitam verən bu dələduz, saxtakar həkimlərin heç nə olmamış kimi fəaliyyətlərini davam etdirməsi mənim kimi daha neçə-neçə potensial ailənin bədbəxt olması deməkdir. Bu həkimlərin məsuliyyətdən yaxa qurtarması həkim səhlənkarlığına görə heç bir cinayət məsuliyyətinin olmadığı barədə çox təhlükəli tendensiyasının daha da güclənməsinə şərait yaratmaq, vicdansız həkimlərin xəstələrin qəsdinə durmasına göz yummaq deməkdir. Bu baxımdan, Sizin ədalətin bərpa olunması yönündə iradənizi göstərməyiniz təkcə bir cinayətə görə, təkcə bir ailəyə görə deyil, ümumi Azərbaycan səhiyyəsinə və ictimaiyyətinə xoşniyyətli bir mesajınız, bundan sonra həmin həkimlərin törədəcəyi fəsadların qarşısını almağınız, neçə-neçə ailəni potensial faciələrdən qurtarmağınız, o cümlədən, səhiyyəmizdə olan bəzi bu cür həkimlərin məsuliyyətini artırmağınız və deməli, həkim terrorunun qarşısının alınmasında ciddi addımınız demək olardı. Ona görə Sizdən kömək istəyir və bu işi şəxsən nəzarətə götürməyinizi, ekspert rəylərindəki özbaşnalığın aradan qaldırılması, sözügedən həkimlərin qətllərinin dayandırılması və istintaqın hərəkətsizliyinə qəti mövqe göstərməyinizi Sizdən xahiş edirəm".
2014-04-02
13,314
İlham Əliyev Türkiyə Baş Qərargah rəisi ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb ( Trend ).
2014-04-02
13,315
Sumqayıtda müəllimə qırmızı koftasına görə dərsdən qovuldu
"Sumqayıtda yerləşən məktəb müəlliməsini qırmızı koftaya görə dərsdən çıxarıblar". "Axar.az"a bu barədə adının çəkilməsini istəməyən müəllimə bildirib. Onun sözlərinə görə, direktor dərsə qırmızı kofta geyinən müəlliməni dərsdən çıxardıb və evə gedib koftasını dəyişməyi tələb edib. Bundan əlavə olaraq, 1 nömrəli internat məktəbinin və Təfəkkür liseyinin müəllimələrinə parlaq dodaq boyası çəkmək və dikdaban ayaqqabı geyinmək, zinət əşyaları taxmaq qadağan olunub. Müəllimlər isə vahid formaya keçiblər: tünd göy və ya qara yubka-pencək və ağ kofta. Məsələ ilə bağlı olaraq Sumqayıt şəhər Təhsil şöbəsi müdirinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərovla əlaqə saxladıq. O isə müəllimələrə vahid geyim tətbiq edildiyini inkar etdi: "Yox, doğru deyil. Müəllimlərin vahid formaya keçməsi xəbəri doğru deyil və planda hələlik belə bir şey yoxdur".
2014-04-02
13,316
Hərbi Dəniz Qüvvələrinin komandanlığına yeni namizəd
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirib ki, M. Almasov ixtisasca dənizçidir, hazırda Azərbaycan Silahlı Qüvvələrində ən yüksək rütbəli hərbi dənizçi də məhz odur. Qeyd edək ki, general-mayor M. Almasov HDQ-nə komandan təyin olunduqda kontr-admiral rütbəsini daşıyacaq. HDQ komandanı vəzifəsinə namizəd dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı tərəfindən təyin olunur. Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də vəzifəsindən azad edilib.
2014-04-02
13,317
Qazaxıstanın yeni Baş naziri məlum oldu - Yeniləndi
17:46 Qazaxıstanın baş naziri Serik Axmetov istefa qərarını açıqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, S.Axmetov hökumətin iclasında istefasının dövlət başçısı tərəfindən qəbul edildiyini bildirib. Qazaxıstan qanunvericiliyinə əsasən, Nazirlər Kabineti sədrinin istefası bütövlükdə hökumətin istefası deməkdir. Yeni təyinatlar olanadək nazirlər öz səlahiyyətlərini icra edəcəklər. Qeyd edək ki, S.Axmetov 2012-ci ilin sentyabrından Qazaxıstan baş nazirinin postunu tuturdu. 19:17 Kərim Məsimovun Qazaxıstanın Baş naziri vəzifəsinə namizədliyi bəyənilib. Parlamentin iclası zamanı Məclisin komitə sədrləri çıxış edərək K.Məsimovun təcrübəsini qeyd ediblər. Onlar K.Məsimovun Baş nazir vəzifəsinə namizədliyini bəyəniblər. Qeyd edək ki, bu gün Serik Axmetov hökumətin iclasında Baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib. (Trend)
2014-04-02
13,318
Bakıda Beynəlxalq Uşaq Kitabı Günü keçirildi
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. "Axar.az"ın müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxanının direktoru Şəhla Qəmbərova açaraq bu günün əhəmiyyətindən danışdı. Daha sonra tədbirdə uşaq ədəbiyytını sərgiləyən slayd, 22 başlıq altında 700 uşaq ədəbiyyatı nümunəsi və "Xalq yaradıclığı paytaxtları - 2009-2014-cü il" başlığı altında sərgi nümayiş etdirildi. Sərgi 5 aprelədək davam edəcək. Tədbirin sonunda iştirakçılara və məktəbli oxuculara kitabxananın təsis etdiyi "Göy qurşağı" jurnalının sonuncu sayı hədiyyə edildi. Tədbirdə uşaq yazıçı və şairlərindən İlyas Tapdıq, Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Aygün Bünyadzadə, Reyhan Yusifqizi, uşaq ədəbiyyatı tənqidçisi, ədəbiyyatşünas alim Füzuli Əsgərli, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, "Tumurcuq" qəzetinin redaktoru Səməd Məlikzadə və məktəblilər iştirak edib, Beynəlxalq Uşaq Kitabı Gününün tarixi və Kitabın dəyəri barədə maraqlı fikirlərini bölüşüblər. Xatırladaq ki, 1967-ci ildə UNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının (International Board on Books for Young People — IBBY) təşəbbüsü və qərarı ilə dünya şöhrətli uşaq yazarı H.K.Andersenə böyük hörmət və sevginin əlaməti olaraq yazıçının doğum günü - 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Kitabxana bu əlamətdar gün münasibətilə VI Milli Uşaq Kitabı Sərgisi təşkil edib.
2014-04-02
13,319
Köçkünlər millət vəkilinin mandatının ləğvini tələb edir
Millət vəkilinin üzr istəməsi və mandatından məhrum edilməsi tələb olunur; Məcburi köçkünlər aksiya keçirəcəklərinin anonsunu verdilər. Etibar Hüseynov: "Mən qarabağlılardan üzr istəməyəcəyəm" Millət vəkili Etibar Hüseynovun ANS telekanalında məcburi köçkünlər barədə səsləndirdiyi fikirlər ətrafında yaranan narazılıqlar böyüməkdədir. Sosial şəbəkələrdə etirazlar daha kəskin xarakter alıb. Etirazçılar millət vəkilinin üzr istəməsini tələb edirlər. Hətta millət vəkili üzr istəməsə, bununla bağlı etiraz aksiyası keçirəcəklərini bildirirlər. "Musavat.com"a müraciət edən Laçından olan bir qrup məcburi köçkünün etirazı daha ciddi xarakterdədir. Onlar millət vəkilinin mandatının alınmasını və Qarabağ məcburi köçkünlərindən üzr istəməsini tələb edirlər. "Qaçqın və Məcburi Köçkünlərin Müdafiəsi" İctimai Birliyinin sədri Əhməd Cəlaloğlu Azərbaycan hakimiyyətini millət vəkili ilə bağlı təcili tədbirlər görməyə çağırıb: "11 il Azərbaycan ordusunda qulluq etmişəm. 1992-ci ildən Sumqayıt ərazisində məskunlaşmışıq. Öz doğma yurdlarından didərgin düşən insanlar haqqında bir deputatın bu cür insanları aşağılaması rüsvayçılıqdır. O, bir millət vəkilinə uyğun olmayan ifadələrlə bütün qarabağlıları təhqir edib və hissiyatımıza toxunub. Bu deputat üzr istəməli və onun mandatı ləğv olunmalıdır. Əks halda, qarabağlıların qəzəbindən qurtula bilməyəcək. Əhatəmizdə olan köçkünlər çox qəzəblidir. Artıq bu barədə dövlət tədbir görməsə, biz əlavə tədbirlər planlaşdırmağı düşünürük". Laçın məcburi köçkünü Xəyyam Qəhrəmanov da deputatı məhkəməyə verəcəklərini bildirib: "Bu çıxış ətrafımızdakı insanları hiddətləndirib. Onsuz da problemlərimiz aşıb-daşır. Səslənən belə fikirləri ifadə etməyə insan söz tapa bilmir. Etibar Hüseynovu "Lider" kanalından tanıyırıq. O insan gedib, öz törətdiyi əməlləri ört-basdır etməklə məşğul olsun. Biz qanunvericiliyin tələblərinə uyğun olaraq, sona qədər haqlarımız uğurunda mübarizə aparacağıq. Qısa zamanda tədbirlər görülməsə, aksiya təşkil edəcəyik". Məcburi köçkün Sarvan Pircahanlı Etibar Hüseynovun çıxış etdiyi ANS telekanalı vasitəsilə Azərbaycan xalqından üzr istəməsini tələb edib: "Bu fikirləri səsləndirən deputat yaxşı olar ki, Azərbaycan kanallarında xalqımızın mentalitetini korlayan, övladlarımızın tərbiyəsini korlayan verilişlərin yayımlanmasına etiraz etsin. Bunlara etiraz etməyə cəsarəti çatmaz. Çünki özü bu cür hallara şərait yaradan insanlardandır. Mətbuatda bir o qədər də bu məsələyə önəm verilmədi. Bütün mətbuatdan xahişim budur ki, bu barədə tədbirlər görülməyənə qədər mətbuat bu xəbəri işıqlandırsın. O deputatın isə çıxış etdiyi kanal vasitəsilə üzr istəməsini tələb edirik". Digər məcburi köçkün Elşən Cəbiyev isə daha sərt danışdı: "Yaxşı olar ki, Etibar Hüseynov gedib, taladıqları dövlətimizi düzəltməklə məşğul olsun. Onun bizim yaşadığımız çətinlikləri yaşamasını arzu edirik. Onda bizi bəlkə anlaya bilər. Onu da güman etmirəm. Çünki insanlıqdan kənar birisi nə qədər çalışsa da, insan olmağı bacara bilməz. Biz bu təhqiri yerdə qoymayacağıq. Deyir ki, guya ki biz TV və radionu Bakıya gələnə qədər görməmişik. Elə insanları kanallarda görməməyimiz daha yaxşıdır. O insanları verilişə çıxardanlar da elə onun səviyyəsindədir ". Onu da qeyd edək ki, bu etirazlar kiçik bir dairə ilə məhdudlaşmır. İşğal edilmiş bütün ərazilərimizdən məcburi köçkün olan insanlar buna öz etirazlarını açıq şəkildə bildirirlər. Qubadlı rayonundan olan məcburi köçkün Könül Əliyeva hesab edir ki, heç bir insan belə fikirləri təkbaşına səsləndirə bilməz: "Bu insanların məqsədi tamam başqadır. Xalq arasına nifaq toxumu səpmək istəyirlər. Güman etmirəm ki, bu fikirlər onun şəxsi fikri olsun. Bu işin arxasında onu müdafiə edən havadarları var. Bunlar unutmurlar ki, Azərbaycan tarixinin inciləri qaçqınların ata-babaları olub. Belə fikirlər iyrənc bir siyasətdən doğur. İstəmirlər ki, qaçqın adı səslənsin. Çünki belə olduqda ilk yada düşən Qarabağ olur. Bunlar xalqa bu adı unutdurmaq istəyirlər. Onun fikirlərini bəyənən insanlar bizim xalqdan deyil. Belə insanlar xalqa üz qarasıdır. Mən bir qarabağlı kimi tələb edirəm ki, Etibar Hüseynov bütün Qarabağ məcburi köçkünlərindən üzr istəsin. Əks halda böyük fəlakətlər gözlənilir". Ölkəmizin tanınmış siyasətçiləri də millət vəkilinin səsləndirdiyi fikirlərə münasibət bildiriblər. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub sosial şəbəkələrdə bu barədə yazılan statusların birində bunları deyib: "Bu adam ağzının sözünü bilməyən birisidir. İllərdir ki, TV ekranlarından, deputat kürsüsündən insanlarımızı təhqir edir. Amma onun kimilərinin fitfasına uyub, bəzi dostlarımız bölgələrimizi üz-üzə qoymasınlar. Söhbət deputat adını daşıyan bir məxluqa cavab verməkdən getməlidir". Millət vəkili Etibar Hüseynov səsləndirdiyi fikirlər və onun haqqında yazılanlara münasibətini açıqlayıb. Azxeber.com-a müsahibəsində deputat bunları deyib: "Əgər mən səhv etsəydim, mən xalqımdan bir ayaqüstündə dayanıb, üzr istəyərəm. Əgər mən indi üzr istəsəm, o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram. Ona görə də heç kim məndən inciməsin. Mən qarabağlıların heç birindən üzr istəməyəcəm. Birincisi deyirlər ki, guya ki, mən qarabağlıları təhqir eləmişəm. Halbuki qulağında və gözündə problemi olmayanlar görür ki, danışığımda konkret olaraq, heç bir bölgənin adını çəkmirəm. İkincisi, qaçqın və məcburi köçgünlərə "gələnlərin içində elələri var ki, yaşadığı məkanda nəinki TV, heç radio səsi belə eşitməyib. İnsanlar qəflətən paytaxt yerində yaşamaq məcburiyyətində qaldılar" ifadəsidir. Burada səhv və ya təhqiramiz nə var ki? Axı hamınız çox gözəl bilirsiniz ki, nəinki uzaq 80-ci illərdə, bu gün də Azərbaycanımızın onlarla kəndi, qəsəbəsi var ki, nəinki TV və radio heç adi mobil rabitəsi belə yoxdur. Üçüncüsü, hiddət doğuran ifadələrimdən biri də "o vaxt əksəriyyəti ayaqyalın, başıaçıq, ac-yalavac, doğma və yaxınlarını itirmiş və buna görə də əsəbi və aqressiv olan kəslərin birdən-birə şəhər mühitinə adaptasiyası çətin oldu. Sanki bir anda yağla su bir-birinə qatışdırıldı" deməyimdir. Burada yalan nə var ki?" Sonda onu qeyd edək ki, məcburi köçkünlər deputat barədə ölkə prezidentinə müraciət edəcəklərini bildiriblər (Musavat.com).
2014-04-02
13,320
Bu il siqaretin qiyməti dördüncü dəfə qalxdı – Səbəb
"Hazırda elektron siqaretlərin qiyməti 120 manatdır". "Axar.az" xəbər verir ki, bunu siqaretin bahalaşmasının səbəblərinə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: "Ölkədə siqaretin bahalaşması bir neçə səbəbdən ola bilər. Onlardan birincisi dünya bazarında tütünün qiymətinin qalxması, digəri dünyada və Azərbaycanda aksiz vergilərinin artması və Azərbaycan bazarında bu sahə ilə məşğul olan şəxslərin sövdələşməsidir. Bir sözlə, bu bazarın monopoliyada olması qiymət artımının əsas səbəblərindəndir". Siqaretə tələbatın artması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən ekspert hesab edir ki, bu məsələ o qədər də inandırıcı deyil: "Araşdırmalarımıza görə, ölkədə tütün məhsullarına tələbat azalmaqdadır. Azad İstehlakçılar Birliyi olaraq bu vaxta qədər yeddi filtrsiz siqaret istehsalı ilə məşğul olan fabriki bağlatdırmışıq. Biz həm də radiasiyalı "LD" və "Novosti" siqaretlərin bazardan çıxarılmasına nail olmuşuq. Hesab edirəm ki, siqaretin bahalaşması ona qarşı tələbatın azalmasına da təsir edə bilər". E.Hüseynov elektron siqaretlərin qiymətlərinin bahalaşmasından və onlardan istifadənin artmasından narahat olduğunu bildirdi: "Mən bu siqaret qalmaqalı ətrafında elektron siqaretlərin qiymətinin qalxmasından və ona tələbatın artmasından narahatam. Hazırda elektron siqaretlərin qiyməti 120 manatdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, həmin siqaretlər bazara tütün məmulatı kimi daxil olmur. Əslində isə tərkibində nikotin maddəsi olduğu üçün tütün məhsulu kimi satılmalıdır". Xatırladaq ki, dünəndən etibarən bəzi siqaretlərin qiymətində artım müşahidə edilir. Belə ki, "Kent" markalı siqaret 10-20 qəpik qalxıb. Əslində, ilin əvvəlindən bu yana 4-cü dəfədir ki, siqaret artır. Satıcılar siqaretin qiymətinin topdansatış məntəqələrində də artdığını deyir.
2014-04-02
13,321
Yutub Atatürkə görə qapadılıb? - Açıqlama
Yutub əslində Atatürkə edilən təhqirlərə görə qapadılıb. "Axar.az" xəbər verir ki, bir həftədən çoxdur Türkiyədə Yutub video paylaşım saytı qapadılıb. Məsələ ilə əlaqədar Telekommunikasiya və Rabitə Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib. Xəbərə görə, Yutub video paylaşım saytının Atatürkə edilən təhqirlərə görə qapadıldığı bildirilir.
2014-04-02
13,322
Azərbaycan özünü qorumaq üçün NATO-nu seçməlidir
"Azərbaycan ən azı öz suverenliyini qorumaq üçün NATO ilə əməkdaşlığa getməlidir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, dünən mediaya NATO-da müzakirə olunmuş sənədin belə asan sızdırılmasının inandırıcı olmadığını bildirib: "Bu, inandırıcı görünmür. Azərbaycan həmişə Rusiya təzyiqindən ehtiyatlanaraq NATO ilə bəlli məsafə saxlayıb. Mümkündür ki, Moldova NATO ilə əməkdaşlığı genişləndirsin. Ermənistanda bu necə mümkün olacaq, təsəvvür edə bilmirəm. Çünki Ermənistan de-fakto Rusiyanın hərbi bazasıdır. NATO Ermənistanla əməkdaşlığı necə quracaq? Bu, bir az inandırıcı görünmür. Xüsusi ilə söhbət Ermənistanla əməkdaşlıqda ordunun zabitlərinin NATO tərəfindən hazırlığından gedirsə. Güman eləmirəm ki, Rusiya belə bir şeyə göz yuma bilər. Mənim fikrimcə, bu piar, siyasi texnologiya xarakterli sənəddir. O dərəcədə inandırıcı görünmür ki, NATO-da müzakirə olunmuş və haqqında qərar qəbul edilmiş sənəd belə asanlıqla mətbuata sızsın". Politoloq NATO ilə əməkdaşlıqda əsas problemin Azərbaycanda olduğunu qeyd edib: "Mən keçmiş ABŞ səfiri Metyu Brayzaya konfransda hamı qarşısında sual verdim ki, Azərbaycan NATO-ya üzv olmaq istəsə, onu qəbul edərlərmi? Səfir də bir başa dedi ki, bəli. Azərbaycan-NATO əməkdaşlığında problem NATO-da deyil. Problem Azərbaycandadır. Azərbaycan hakimiyyəti NATO ilə yaxın əməkdaşlıq etmək istəmir. Bu istək görülmür. Məhz bu səbəbdən ki, NATO-nun əməkdaşlıq planı Azərbaycan tərəfindən artıq üçüncü dəfədir təkrar həyata keçirilir. Bu maraq görünmür. Problem məhz bundadır". Azərbaycanın Rusiyanın təzyiqi qarşısında özünü müdafiə etməkdən ötrü NATO-nu seçə bilmə ehtimalı ilə bağlı suala gəlincə isə Ə.Oruclu sadəcə başqa seçimimizin olmadığını deyib: "Situasiyadan asılıdır. Məncə, sadəcə olaraq seçim yoxdur. Əgər Azərbaycana qarşı təzyiqlərə başlanıbsa və bu təzyiqlər çox ciddi istiqamətlərdə olursa, Azərbaycan ən azı öz suverenliyini qorumaq üçün və yaxud Azərbaycan hakimiyyəti özünü qorumaq üçün NATO ilə əməkdaşlığa getməlidir. Başqa seçim yoxdur". Qeyd edək ki, dünən mediada NATO-nun Ukraynada baş verən gərginlik səbəbindən Rusiyaya yaxın olan Ermənistan, Azərbaycan və Moldovayla hərbi əməkdaşlığı artıracağı ilə bağlı xəbərlər yayılmışdı.
2014-04-02
13,323
Ukrayna kanalları bizim peyklə yayımlanacaq
Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynaya məxsus "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb. "Axar.az" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq. Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
2014-04-02
13,324
Aİ-98 markalı benzini alan yoxdur – Ekspert rəyi
"Hətta Aİ-95 markali benzindən kiminsə istifadə etməsinə nadir hallarda rast gəlirəm". Bunu "Axar.az"a Aİ-98 markalı benzinin ucuzlaşması ilə bağlı məsələlərə aydınlıq gətirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi: "Azərbaycanda Aİ 98 benzinindən istifadə edən çox azdır, demək olar ki, yox səviyyəsindədir. Öz praktikamdan deyə bilərəm ki, təxminən hər həftə yanacaqdoldurma məntəqəsinə gedirəm. Bu vaxta qədər bir dəfə olsun belə görməmişəm ki, kimsə Aİ-98 benzini alsın. Hətta Aİ-95 markali benzindən kiminsə istifadə etməsinə nadir hallarda rast gəlirəm. Ötən il üçün olan statistik məlumatı demək istəyirəm. 2013-cü ildə Dövlət Gömrük Komitəsindən Dövlət Statistika Komitəsinə verilən məlumata görə, həmin il ərzində Azərbaycana Aİ 98 markalı benzin idxal edilməyib. Bu bir daha həmin marka benzinə tələbatın olmadığını göstərir. Çox güman ki, bu il satışa çıxarılan Aİ-98 markalı benzin 2012-ci ildən qalma benzindir". Ekspert Aİ 98 markalı benzinin yalnız 2008-ci ildən sonrakı illərdə buraxılan avtomobillərdə istifadə edilə biləcəyi ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirdi: "Mənə tez-tez bu barədə suallar verirlər. Hesab edirəm ki, o tamamilə səhv məlumatdır. Hətta maşın 2014-cü il buraxılış olsa belə, bu o demək deyil ki, həmin avtomobildə Aİ-98 markalı benzin istifadə oluna bilər. O benzin ancaq xüsusi mühərrikli maşınlarda istifadə edilə bilər. Çünki Aİ-98 markalı benzinin tərkibində xüsusi ağır elementlər var ki, bu da məhz həmin avtomobillər üçün nəzərdə tutulub. Çünki digər mühərrikli maşınlarda bu benzini istifadə etdikdə həmin mühərrikləri sıradan çıxarır. Bunun nə Avro-4-ə, nə də Avro-5-ə aidiyyəti var". Ekspert hesab edir ki, Aİ-98 markalı benzinin ucuzlaşması aksiz vergi ilə bağlıdir: "Qiymətin ucuzlaşması aksiz verginin aşağı düşməsi ilə əlaqədardır. Bu isə o deməkdir ki, dövlət bu marka benzinin idxalına görə vergini azaldır". İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev hesab edir ki, Aİ-98 markalı benzinin qiymətinin ucuzlaşması digər markalı benzinlərə təsir etməyəcək: "Bildiyimiz kimi, Aİ 98 markalı benzin xaricdən idxal edilir. Amma benzinin başqa markaları ölkədə istehsal edilir və qiyməti Taarif Şurası tərəfindən müəyyən edilir. Bu baxımdan hesab edirəm ki, bu endirim digər markaları ucuzlaşdırmayacaq. Aİ 98 markalı benzin xaricdən idxal edildiyi üçün onun qiyməti həmin ölkələrlə razılaşdırılmalıdır". Xatırladaq ki, bu gecədən etibarən Aİ-98 markalı benzinin qiymətində ucuzlaşma olub. Xarici ölkələrdən idxal edilən bu benzinin 1 litrinin qiyməti 1,5 manatdan 1,03 manata düşüb. Bu ucuzlaşma digər benzin markalarına şamil edilməyib. Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.
2014-04-02
13,325
MKİ-nin Buşu dəfələrlə aldatdığı üzə çıxdı
Corc Buşun vaxtında MKİ-nin məhkumlara qarşı işgəncə verdiyi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, "Vaşinqton Post" qəzeti ABŞ senatının MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) ilə əlaqədar hesabatını əldə edib. Hesabata görə, MKİ sorğulama vaxtı gizli işgəncə üsullarından istifadə edib. Corc Buşun vaxtından istifadə edilən işgəncə üsulları arasında məhkumların buzlu suya atılması və başlarının divara vurulması kimi vəhşiliklər də yer alıb. Həmçinin hesabatda işgəncələrin çox da işə yaramadığı qeyd edilib. Buna rəğmən, MKİ-nin bu üsullardan istifadə etmək üçün Buş hakimiyyətini və senatı dəfələrlə aldatdığı da qeyd olunub.
2014-04-02
13,326
Prezidentdən bu günə 4 sərəncam, 1 fərman
19:02 Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Qax Rayon İcra Hakimiyyətinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 20:02 Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokolu təsdiqləyib. "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokol 2012-ci il dekabrın 12-də Moskvada imzalanıb. İlham Əliyev həmçinin Ə.C.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında sərəncam imzalayıb. 21:32 Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"na əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə müəyyənləşdirilmiş vəzifələrə və "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram: 1. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 23:42 Azərbaycan Prezidenti İlham Əliyev Səyahət sənədi haqqında fərman imzalayıb. Fərmanda "Səyahət sənədinin təsviri", "Səyahət sənədinin spesifikasiyası", "Səyahət sənədinin nümunəsi" təsdiq edilib. Fərmanda müəyyən edilib ki, səyahət sənədi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
2014-04-02
13,327
Elmar Məmmədyarov Avstriyanın ikinci prezidenti ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunaraq, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin malik olduğu vacib rol qeyd olunub. Görüşdə siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
2014-04-02
13,328
ATU-nun dekanı iş başında infarkt keçirib
Azərbaycan Turizm İnstitutunun dekanı iş başında infarkt keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.00 radələrində qeydə alınıb. Azərbaycan Turizm İnstitutunun dekanı, 62 yaşlı Nəsir Nəsirli infarkt diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
2014-04-02
13,329
Suriyada ölən azərbaycanlının adı açıqlandı
Ceyhun Bayramovun bacısının əri olan "Abdul Məcid"in fotosu da yayılıb. Suriyada öldürülən daha bir azərbaycanlının adı məlum olub. "Axar.az"ın APA-ya istinadən məlumatına görə, həyata keçirilən araşdırmalar zamanı bir neçə gün əvvəl Suriyada yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Ceyhun Bayramovla birlikdə həlak olan şəxsin onun bacısının əri, "Abdul Məcid" ləqəbli Ağakişiyev Aydın Rais oğlu olduğu müəyyənləşib. APA A. Ağakişiyevin ölümündən əvvəl çəkilən fotosunu da əldə edib. Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan bir neçəsinin Sumqayıt sakini olduğu məlum olub. Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə edilən məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. C. Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub.
2014-04-02
13,330
Ukrayna telekanallarının yayımına başlanılır
Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynanın "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azerspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb. "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq. Qafqazda yegane peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. (Trend)
2014-04-02
13,331
Metroda qiymət artımıyla bağlı - Açıqlama
"Metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev metroda gediş haqlarının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. A.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət daxil olmayıb və bu məsələ Tarif Şurasında müzakirə olunmur.
2014-04-02
13,332
Seçkilərin nəticələrinə etiraz etdi, bələdiyyə sədri oldu
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrindən narazı qalan partiyalardan biri də AKP-dir. "Axar.az" xəbər verir ki, Türkiyənin Bayburt şəhərində seçkiləri uduzan AKP səslərin yenidən sayılması üçün müraciət edib. Beləliklə təkrar sayılan səslərdən sonra MHP-nin deyil, AKP-nin qalib gəldiyi məlum olub. Belə ki, seçkidən sonra 755 səs aldığı bildirilən MHP namizədi Həşim Şəntürkün səsləri 745-ə endirilib. Nəticədə isə 3 səs fərqlə AKP namizədi Şükrü qalib gəlib. MHP-nin bu qərara etiraz edəcəyi gözlənilir.
2014-04-02
13,333
Sovet Batumisinin ilk “lütlər plyajı” - Unikal video
Sovet İttifaqı haqqında ilk hərəkətli kadrlardan biri amerikalı rejissor Çarlz Edvard Stüart tərəfindən lentə alınıb. "Axar.az" xəbər verir ki, dünya şöhrətli Stüart əsasən ilk "Beşillik"də Sovetlər Birliyində nələrin baş verdiyini kameraya köçürüb. Qeyd edək ki, keçmiş SSRİ haqqında sənədli film çəkən rejissor müxtəlif məkanlardan diqqət çəkən anları arxivləşdirib. Maraqlıdır ki, onun çəkiliş üçün seçdiyi məkanlardan biri də Qafqaz, Gürcüstanın Qara Dəniz sahillərində yerləşən şəhər və qəsəbələr olub. Bildirilir ki, 1985-ci ildə aparılan müxtəlif analizlərdən sonra təqdim etdiyimiz qısa çarxdakı görüntülər Sovet Gürcüstanının 1926-1930-ci illərdəki gündəlik həyatına həsr olunub. Diqqət çəkən məqamlardan biri də Batumidə Qərb istirahət mədəniyyətinə xas olan dənizkənarı nudist (lütlər) plyajının olmasıdır. Videonu təqdim edirik:
2014-04-02
13,334
NATO-dan Gürcüstana zərbə
Gürcüstanın NATO-ya üzv olması barədə danışmaq hələ çox tezdir. Bu barədə alyansın baş katibi Anders Foq Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinin iclasında bəyan edib. Rasmussen bu ilin iyun ayında NATO xarici işlər nazirlərinin Gürcüstan və digər ölkələrin alyansa üzv olması ilə bağlı prosesi növbəti dəfə nəzərdən keçirəcəyini deyib. "Gürcüstandakı demokratiyanı dəstəkləyirik. Lakin bu ölkənin NATO-ya üzv olması barədə danışmaq hələ tezdir. NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımları dəyərləndiriləcək. Onu deyə bilərəm ki, əməkdaşlıq etmək üçün geniş imkanlarımız var", - deyə Rasmussen bildirib. Baş katib Gürcüstandakı demokratik islahatları alqışlayıb və Gürcüstan hərbçilərinin NATO-nun hərbi əməliyyatlarında iştirak etdiyinə görə rəsmi Tiflisə təşəkkür edib. (ANS)
2014-04-02
13,335
"Titanik" batmamışdan 14 il əvvəl - İnanılmaz fakt
"Titanik" gəmisinin batmamışdan 14 il əvvəl kitabı yazıldığı ortaya çıxıb. "Axar.az" xəbər verir ki, 1898-ci ildə yazılan bu maraqlı kitabın müəllifi Morqan Robertsondur. Həmin illərdə nə Robertson, nə də bir başqasının "Titanik"in var olacağı barədə məlumatı vardı. Həmin kitabdakı hekayə və real hadisə arasındakı inanılmaz bənzərliklər aşkar olunub. Kitabın adı "Titanın qalıqları" adlanır və kitabdakı gəmini isə yazar "Titan" adlandırıb. "Titanik" gəmisi barədə səsləndirilən "Bu gəmi heç vaxt batmaz" sözləri, kitabda da qeyd olunub. Kitabda "Titan" gəmisinin İngiltərənin Sauqtempton limanından ABŞ-a doğru səfərə çıxdığı əks olunmuşdu və 14 il sonra "Titanik" gəmisi də eyni limandan ABŞ-a doğru yol almışdı. Ən önəmlisi isə hər iki gəminin tutumu 3000 nəfər idi. Müəllifin kitabda qeyd etdiyinə görə, "Titan" gəmisi aprel ayında gecə yarısına doğru bir aysberqə çarparaq batmışdı. İllər sonra Titanik də 14 apreldə saat 23:40 ərəfələrində aysberqə çırpılmışdı. Hər iki gəmi də sağ tərəfindən parçalanmışdı və gəmilərin batdığı koordinatlar da eyni idi. Hər iki gəmidə də kifayət qədər xilasedici qayığlar olmadığı üçün ölü sayısı kifayət qədər olmuşdu və hər ikisində də Avropanın sayılıb-seçilən zənginləri, məşhur ailələri var idi. Kitabı yazan Robertson isə 1915-ci ildə bir otel otağında ölü tapılmışdı və yaşadığı ərazidə kimsə onun fərqinə varmamışdı. Ancaq 1980-ci ildə faciə ilə bağlı araşdırmalar aparılarkən bu inanılmaz bənzərlik üzə çıxmışdı.
2014-04-02
13,336
"Məmur oğluna ən ağır cəza istəyirəm"
Xalq artisti, tarzən Ağasəlim Abdullayev prezidentdən məmur oğluna ən ağır cəza istəyib və bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə də aydınlıq gətirib. "Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm. Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar". Bunu ailəliklə avtomobil qəzasına düşən xalq artisti, tarzən Ağasəlim Abdullayev hadisənin günahkarı Xalid Mədətov barədə danışarkən bildirib. "Gəlinimin burnu çox pis sınmışdı. Həmin sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir." Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. ("Modern.az")
2014-04-02
13,337
İdmançımız 7 saniyəyə ermənini nokauta saldı - Video
"MMA idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda idmançılarımızdan ibarət "Legion Fight klub" komandası qalib olub. Qafqaz ölkələrinin iştirak etdiyi yarışda vətənimizi beş idmançı təmsil edib". Bu haqda "Axar.az"a klubun məşqçisi Orxan Həmzəyev məlumat verib: Erməni idmançısı nokaut oldu "3 idmançımız - Nihat Şükürzadə, Orxan Quliyev və Təbriz Bəşirov birinci pilləni qazanıblar. Yarışda ən diqqət çəkən məqam isə Orxan Quliyevin Ermənistan döyüşçüsünü 7 saniyə ərzində nokaut etməsi olub". Qeyd edək ki, "Legion Fights Club" komandası iyul ayında Bolqarıstanda keçiriləcək yarışa hazırlaşır.
2014-04-02
13,338
Elnur Aslanovun kadrı Əli Həsənovdan danışdı
"Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm". "Axar.az" xəbər verir ki, bu sözləri "Aktual.az"a müsahibəsində adı nurçu məmurların siyahısında çəkilən, AzTV sədri Arif Alışanovun kürəkəni, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov himayədarı kimi qələmə verilən Elnur Aslanovla bağlı suala cavab verərkən deyib: "Ölkənin bu gün apardığı daxili və xarici siyasət dünyanın ən inkişaf etmiş ölkələrinin həsəd apara biləcəyi bir siyasətdir və prezidentin verdiyi hər hansı bir qərar qəti şəkildə müzakirə olunmamalıdır, yerinə yetirilməlidir. Çünki hər şeyin ən doğrusunu prezident bilir. Cənab prezident belə məsləhət bilibsə, demək, belə də olmalıdır. Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm". Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova əvvəlki münasibətinin dəyişib-dəyişməməsi iıə bağlı suala icma sədri belə cavab verib: "Mənim Əli müəllimlə münasibətim çox gözəldir. Əli müəllimə çox hörmətim var. Biz kiçiklər olaraq böyüklərə hörmət etməliyik və böyük-kiçik yerini bilməliyik. Əli müəllimlə üz-üzə gələndə bir böyük kimi ona ehtiramımı göstərirəm. Ümumiyyətlə, böyük-kiçik münasibətlərinə fikir vermək lazımdır. Dövlət rəsmilərindən, ağsaqqallarla, böyüklərlə istənilən insanla üz-üzə gələndə mən çox böyük hörmətlə salamlaşıram".
2014-04-02
13,339
Azərbaycanın sabiq konsulu Konqres rəhbəri oldu
Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqlarından ibarət cəmiyyətin başına gətirildi. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycanın bu yaxınlara qədər Dubaydakı vitse – konsulu olan Paşa Məmmədovdur (İlisuyiski). UQXK özündə azərbaycanlıları, gürcüləri, çeçenləri, osetinləri, abxazları, ləzgiləri, inquşları və digər Qafqaz mənşəli xalqları təmsil edən cəmiyyətləri birləşdirir. Erməni cəmiyyətləri UQXK elan olunan zaman rəhbərliyə milliyətcə azərbaycanlının seçildiyi üçün bura dərhal qoşulmaqdan imtina edib və bu barədə qərar vermək üçün fikirləşəcəklərini bildirib. Yeni yaradılan Konqres ölkədə yaşayan Qafqaz xalqlarının Ukraynanın ictimai – siyasi həyatında, parlament seçkilərində yaxından iştirakının təmin edilməsini qarşıya məqsəd qoyub. UQXK – nin rəhbərliyinə seçilən Paşa Xəyyam oğlu Məmmədov (İlisuyiski) 9 fevral 1977 – ci ildə Moskvada ziyalı azərbaycanlı ailəsində anadan olub. Bakıda "Azərbaycan" Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, ABŞ – ın Kaliforniya ştatında Dilçilik Kollecini, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alan P. Məmmədov 2003- 2009 – ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Həmkarlar İttifaqının sədr müavini vəzifəsində işləyib. P. Məmmədov 2009 – cu ilin fevralında Azərbaycanın Dubayda vitse – konsulu təyin edilib və 2010 – cu ilin sentyabr ayına kimi bu vəzifədə çalışıb. Öz ərizəsi ilə tutduğu vəzifədən azad olub. Hazırda Kiyevdə yaşayır, Yaxın Şərq korporasiyalarının şərqi Avropa üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir. P. Məmmədov diplomatik fəaliyyətinə görə dövlət tərəfindən bir sıra təltiflərə layiq görülüb, eyni zamanda Azərbaycan Prezidentinin 2003 və 2008 – ci illərdə inaqurasiya mərasiminin yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürnaməyə layiq görülüb. Atası Xəyyam Məmmədov Azərbaycanın ağciyər xəstəlikləri üzrə tibb alimidir, eyni zamanda 1993 – 2002 – ci illərdə Qax rayon İcra hakimiyyətinin başçısı olub.
2014-04-02
13,340
Gülənin bu görüntüləri baxış rekordu qırdı - Video
Fətullah Gülənin seçkilərlə əlaqədar montaj olunmuş videosu marağa səbəb olub. "Axar.az" xəbər verir ki, bələdiyyə seçkilərində CHP-ni dəstəkləyən Fətullah Gülən və hərəkatının nəticələr açıqlanandan sonra böyük təəssüf hissi keçirdiyi məlumdur. Video-montaj bu təəssüfün üstündə quraşdırılıb. Həmin videonu təqdim edirik:
2014-04-02
13,341
Vaxtı uzadın, savadsız qalmayacaq!
Təhsil nazirliyi tədrisin keyfiyyətini qaldırmaq üçün düşünüb-daşınıb və qərara gəlib ki, dərs ilini uzatmaq lazımdır. Düz 3 həftə... Demək 3 həftəyə tədrisdə olan bütün problemlər əməlli-başlı aradan qalxacaq... Amma buna kimsə, yəqin heç Təhsil Nazirliyinin özündə belə inanmırlar. Çünki bu tədris sistemi ilə şagirdlər 10 ay yox, lap 12 ay da dərsə getsələr, kimsə bir nəticə əldə edə bilməyəcək. Çünki tədrisdə olan problemlər heç də vaxtın qısa olması ilə bağlı deyil. İyun ayında dərsə gedəcək, yayın istisindən əziyyət çəkəcək şagird görəsən necə oxuyacaq, necə toparlanacaq, görəsən belə bir fikri ortaya atanlar bunu nəzərə alırmı? Düşünə bilərlər ki, Avropada da şagirdlər yay fəslində dərsə gedir. Amma Avropada hava şəraiti bu deyil, yay Azərbaycandakı kimi sərt deyil. Bir də əgər Azərbaycanda dərs ili qısadırsa və əgər bütün problemlər bundan qaynaqlanırsa, onda bayramların sayını azaltmaq olar. Ümumiyyətlə, Azərbaycanda tədrisdə olan problemləri vaxtın azlığı ilə izah etməkdən absurd bir şey yoxdur. Digər ölkələrlə müqayisədə bizdə dərs ilinin qısa olmasını deyənlər onda niyə demir ki, bizdə də eynən o ölkələrdə tətbiq olunan kuriklum sisteminin tətbiq edildiyinə baxmayaraq, şagirdlər evdə də yüklənir, onların dərs seçimindəki könüllülük prinsipi nəzər alınmır. Proqramlar hər sinifdə şagirdlərin qabiliyyətinin səviyyəsinə uyğun hazırlanmır? Niyə dərslər məktəbdə mənimsədilə bilmir və şagirdlərə bu qədər ev tapşırığı verilir. Axı dərs ilinin uzun olduğunu əsas gətirdikləri ölkələrdə bütün bu problemlər yoxdur. Şagirdlər bu qədər süni şəkildə yüklənmir. Müəyyən yaşdan sonra məktəblilərin peşə qabiliyyətinin artırılması üçün proqram həyata keçirilir. Bəlkə bizdə dərs ilinin qısa olmasının nəticəsidir ki, məktəbdə verilən təhsillə kimsə universitetlərə daxil ola bilmir?! Repetitorluq az qala tədrisin üstünə qalxıb. Azərbaycanda dərslərin keyfiyyətinə baxanda və yuxarı siniflərdə şagirdlərin kütləvi şəkildə repetitor yanına getməsi hətta qəti deməyə əsas verir ki, heç yuxarı sinifdə məktəbə getmək lazım deyil, ali məktəbə daxil olmaq istəyən biri repetitor yanına gedib istəyinə çata bilər. Daha məktəbə gedib artıq vaxt itirməyin nə mənası var ki?! Yəni problem bu qədər qabarıqdır. Bu və digər problemlərin əhatəsində boğulan təhsil sistemindənki naqisliklərin aradan qaldırılması üçün qalxıb da vaxtın uzadılması haqqında düşünmək məncə ən son ediləcək işin ən birinci edilməsi kimi bir şeydir. Dünyada tədris müddəti uzun ola bilər. Amma orda məktəblinin vaxtı istismar olunmur. Məsələn, məktəbli rəsm, bədən tərbiyəsi, musiqi kimi dərslərə boş baxmır. İdman dərsində uşaq istədiyi bir idman sahəsini seçib onunla məşğul olur. Musiqidə bir aləti seçib onu çalmağı öyrənir. Rəsm dərsində də həmçinin... Amma bizdə uşaqların vaxtı bu kimi dərslərin boş keçməsi ilə əlindən alınır. Bu da onların vaxtdan səmərəli istifadə haqqındakı təsəvvürlərini elə uşaq olarkən zədələyir. Bəlkə də elə bunun nəticəsidir ki, Azərbaycan insanı sistemli şəkildə vaxtını dəyərləndirə bilmir?! Bəlkə də elə bunun nəticəsidir ki, çayxanalar, kafelər bu qədər dolub-daşır... Yaxud da Azərbaycan məktəblərində şagirdlərin şəxsiyyətinin alçaldılması, onları qorxaq, başıaşağı böyütmək istəyi də vaxtın az olması ilə bağlıdır? Axı bu bir faktdır ki, Azərbaycan məktəblərində şagirdə insan kimi yanaşılmır. Onun nə istədiyi və nə hiss etdiyi nəzərə alınmır. Hələ bu azmış kimi bir az fərqlənənlər az qala ağ qarğa kimi lənətlənir və hər vasitə ilə sındırılıb aşağılanmağa çalışılır. Sadaladığımız və sadalamadığımız səbəblərin aradan qalxması, şagirdlərin bu işgəncələrə daha çox məruz qalmaması üçün vaxtı uzatmaq lazım deyil, cənablar? Problem bu deyil və nədənsə məndə o əminlik var ki, siz də bunu yaxşı bilirsiniz. Bəlkə bunlar islahat xətrinə dəyişikliklərdir, necə bilirsiniz!?
2014-04-02
13,342
Zaqatalada 57 yaşlı qadın intihar etdi
Zaqatalada 57 yaşlı qadın intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Makov kəndində qeydə alınıb. 1957-ci il təvəllüdlü, Zaqatala rayonu Makov kənd sakini Havva Şaban qızı Arıyeva özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asaraq intihar edib. Havva Arıyevanın son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
2014-04-03
13,343
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 3-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
2014-04-02
13,344
Bakı, Qəbələ və Ağcabədidə yanğın olub
Bu gün axşam saatlarında Qəbələ, Ağcabədi və Bakıda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Seyidqışlaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyü və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan fermanın taxta və qamışdan ibarət dam örtüyü 12 kv.m sahədə yanıb. Yanğın zamanı fermada olan 3 baş xırda buynuzlu heyvan yanaraq tələf olub. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı taxta konstruksiyadan ibarət evin 1 otağı 6 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-02
13,345
Hakan Şükür vətənə xəyanətdə günahlandırıldı - Foto
Türkiyədə ötən gün dünyasını dəyişən baş məşqçi Ekrem Karaberberoğlunun dəfn mərasiminə qatılan tanınmış futbolçu, müstəqil millət vəkili Hakan Şükürə vətəndaşlardan biri etiraz edib. Dəfn mərasimində cənazə namazı qılınandan sonra vətəndaşlardan biri Hakan Şükürə yaxınlaşaraq onu vətənə xəyanətdə günahlandırıb. "Baş nazirimizə və ölkəmizə xəyanət etdiniz. Sakaryamıza xəyanət etdiniz. Mən ölkəmi sevirəm", deyə vətəndaş millət vəkilinə etirazını bildirib. Hakan Şükür isə onun bu sözlərinə cavab olaraq "Sən nə bilirsən ki, vətənini sevirsən", deyə bildirib. Dəfn mərasimində iştirak edən digər şəxslər etiraz edən vətəndaşı ərazidən uzaqlaşdırıblar. Hakan Şükür dəfn mərasimində baş verən hadisəyə tvitter səhifəsində münasibət bildirib. (ANS)
2014-04-02
13,346
KQB ABŞ-a qarşı cinlərdən istifadə edirdi – Şok video
KQB kəşfiyyat məlumatlarını əldə etməkdən ötrü cinlərin gücündən istifadə edib. "Axar.az"ın bu dəfə təqdim edəcəyi videoda dünyanın ən güclü kəşfiyyat orqanlarının istifadə etdiyi metodlardan bəhs edilir. Videoda beş ən güclü kəşfiyyat orqanından danışılır. Əsirləri dindirərək məlumatlar əldə etməkdən ötrü müxtəlif dərmanlardan istifadə edildiyinə diqqət çəkilir. "LSD" adlanan narkotik vasitə ilə hər bir şəxs asanlıqla danışdırılır. Bunu çox qəbul etdikdə isə insanda şəxsiyyət dəyişimi baş verir və nəticədə o, seçimi intiharda görür. Kəşfiyyat orqanlarının həmçinin cinlərdən də məlumat üçün istifadə etdiyi qabardılır. Onların köməyi ilə dünyanın istənilən nöqtəsindən məlumat əldə etməyin mümkün olduğu qeyd edilir. Maraqlıdır ki, videoda müasir rus kəşfiyyatının hələ də bu kimi üsullardan istifadə etdiyi söylənilir. Videonu təqdim edirik.
2014-04-03
13,347
Çindən Bəşər Əsədin gələcəyi ilə bağlı ilk açıqlama
Çin Suriya böhranı ilə bağlı ilk dəfə münasibət bildirib. "Axar.az" xəbər verir ki, Çinin Xarici işlər naziri Vang Yi Suriya məsələsinin dialoqların aparılması ilə həll edilə biləcəyini və BMT-nin suriyalıların faciəsini yaxından hiss etdiyini, bunun üçün ilk ərəfədə humanitar yardımların edilməsi üçün hərəkətə keçdiyini bildirib. Xarici işlər naziri Vanq suriyalı həmkarı Muallim ilə dünən görüşdüyünü və Suriyadakı vəziyyəti müzakirə etdiklərini qeyd edib. Çinli nazir Cenevrə-2 konfransında qarşılıqlı ittihamların səsləndirildiyini, hətta Vəlid Muallimin konfransda Bəşər Əsədin gələcəyinin müzakirə mövzusu olmadığını deməsinin salonda gərgin anların yaşanmasına səbəb olduğunu vurğulayıb.
2014-04-03
13,348
“Məni toylara məhz onlar çağırırlar”
"Respublikada yeganə meyxana deyən qadın mənəm. Mən bu janra yeni ruh, yeni nəfəs gətirdim". Bu sözləri "Axar.az"a açıqlamasında meyxanaçı qadın Samirə Yusifqızı dedi. Bu sözü deyənlər özləri məni toya dəvət edirlər Samirə başqalarının fikrinin ona maraqlı olmadığını bildirdi: "Onlar əvvəlcə meyxananın tarixini öyrənsinlər, sonra gəlib meyxana söyləyən qadınlar haqqında fikir söyləsinlər. O sözü deyənlər gəlib mənimlə qarşı qarşıya deyişsinlər. Heç bir beyt də deyə bilməzlər. Bu sözləri deyənlər özləri məni toylara çağırırlar". Qeyd edək ki, bir neçə gün öncə Axar.az saytı qadınların meyxana deməsinə münasibətiniz mövzusunda sorğu keçirmişdi. Sorğuda iştirak edənlər meyxananın qadınlara yaraşmadığını demişdilər.
2014-04-03
13,349
Yığıncaq keçirən qanuni oğrular tutuldu
Moskva polisi axşam saatlarında şəhərdəki restoranların birində "qanuni oğru"ların yığıncağını dayandırıb. Bu barədə aprelin 2-də axşam saatlarında Rusiya Daxili İşlər Nazirliyinin Baş İstintaq-axtarış İdarəsinin mətbuat xidməti məlumat yayıb. Əməliyyat tədbirləri zamanı polis səkkiz "qanuni oğrunu" həbs edib. "Aparılmış əməliyyatın gedişində 30 adam tutulub", - deyə məlumatda bildirilir. Hazırda tutulanların Rusiya ərazisində olmasının qanuniliyi yoxlanılır. "Əməliyyat üçün maraqlı olan bütün şəxslər polis şöbəsinə aparılacaq", - deyə mətbuat xidməti vurğulayır (ANS).
2014-04-03
13,350
“Röyaya salam vermirəm, salamını da almıram”
"Mən Aygün Kazımova ilə yaxın olduğum üçün Röya məndən inciyib". "Axar.az" xəbər verir ki, bu sözləri müğənni Niyam Salami telekanalların birində qonağı olduğu verlişdə deyib: "Bəziləri deyir ki, guya mən Aygün Kazımova ilə yaxın olduğum üçün Röya məndən inciyib. Lakin belə bir inciklik yoxdur, yalan söhbətdir. Heç bir müğənni məni sığortalamayıb". Məsələni aydınlaşdırmaq üçün Röya xanıma zəng etdik. "Niyam Salami haqqında heç nə deyə bilmərik. Deyibsə də deyib, belə də ki, olan sözü deyib. Bəli, həqiqətən də aramızda nə salam var, nə sağ ol. Salam verənlər sağ olsun, yetərincədirlər", - bu sözləri bizə Röya xanımın prodüsseri Kənan bəy dedi.
2014-04-03
13,351
Dünyaca ünlü Emir Kusturitsa dünya turunda
Bosniya mənşəli serbiyalı kinorejissor Emir Kusturitsa mart ayında müxtəlif ölkələrdə konsertlər verib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, həm də musiqiçi olan E.Kustriça serb folk-rok qrupu olan"Çəkmək qadağandır orkestrı" (The No Smoking Orchestra) ilə Rusiya, Kolumbiya və Meksikanın müxtəlif şəhərlərində konsertlər verib. Emir Kusturitsa və "Çəkmək qadağandır orkestrı" Rusiyanın Saratov, Samara, Nijni Novqorod, Sankt Peterburq, Moskva, Kazan və Yekaterinburq şəhərlərində, Kolumbiyanın Baqota şəhərində, Meksikanın Mexiko şəhərində konsertlər verib. Xatırladaq ki, Emir Kusturitsa və "Çəkmək qadağandır orkestrı" aprelin 5-də İtaliyanın Toskana şəhərində, mayın 1-də Macarıstanın paytaxtı Budapeştdə konsert verəcək. Emir Kusturitsanın konsertlər zamanı çəkilən yeni fotolarını təqdim edirik.
2014-04-03
13,352
Kim neçə yaşında yazmağa başlayıb? – Sizin yazarlar
Uşaq vaxtı çox insan nə isə yazmaq həvəsinə düşür. Bir müddətdən sonra bu həvəs ötəri olur və hər şey unudulur. Amma hər zaman deyil. Bəzən də uşaqlıq həvəsi kimi baxdığımız bu maraq sonradan gözəl və istedadlı yazıların əsərlərinin ortaya çıxmasına səbəb olur. "Axar.az" olaraq bəzi yazarlarımızdan neçə yaşında yazmağa başladığını soruşduq. Səni oxşamağa açılan əlim Salam Sarvan ciddi hesab edə biləcəyi yaradıcılığa 20 yaşından başladığını dedi: "Ciddi hesab edə biləcəyim yaradıcılığa 20 yaşımda başlamışam. İlk dəfə isə şeir yazmışam. İlk şeirimdən misranı xatırlayıram... "Səni oxşamağa açılan əlim, Elə hey yumulur vurmağa məni"". İlk hekayəm "Ağ güllər" idi Zümrüd Yağmurun sözlərinə görə, təqribən dördüncü sinifdən yazmağa başlayıb. "Hələ lap balaca olandan gündəliklər yazırdım. Təqribən 4-cü sinifdən... Bəlkə də onları elə mənim ilk yazılarım kimi qəbul etmək olar? Amma belə hekayə kimi yazdığım yazı 7-ci sinifdə oxuyanda olub. Hətta indi həmin hekayənin adını da xatırlayıram, "Ağ güllər" idi. O illər SSRİ-də dəyişikliklər zamanı idi. Mən də gedən prosesləri anlaya bildiyim qədər izləyirdim. O qədər özümü qapdırmışdım ki, hətta "Kommunist" qəzetinə məqalələr belə yazırdım. Təbii ki, heç biri də dərc olunmurdu. Amma indi ciddi yaradıçılıq saydığım yazıları təqribən 19 yaşından yazmağa başladım". İlk şeirimi 8-ci sinifdə yazmışam "İlk şeirimi 8-ci sinifdə yazmışam. Şeirlərim ilk dəfə 1990-cı ildə "Yol" qəzetində və "Ulduz" jurnalında çap olunub. 33-34 yaşından isə dövri mətbuatda çap olunmağa başlamışam". "Nə gözəlsən sən, Vətən" olub Kənan Hacı isə ilk dəfə məktəb illərində yazmağa başlayıb: "2-ci sinifdən öz aləmimdə guya şeirlər yazırdım. Amma təbii ki, onlar şeir deyildi. Görünür, istedadın ilkin işartıları idi. İlk şeirim isə "Nə gözəlsən sən, Vətən" olub. Sonradan o cızmaqaraları cırıb tulladım. O şeirləri də Səməd Vurğunun, Süleyman Rüstəmin təsiri altında yazmışdım. İndi bəziləri köhnə dəftərlərdə qalır". "Ana" haqqında şeir idi Səhər Əhməd isə ilk şeirini on bir yaşında yazıb: "İlk şeirimi dördüncü sinifdə oxuyanda, on bir yaşımda yazmışdım. "Ana" haqqında idi". Futbol haqda yazmışdım Yazar İlqar Fəhmi isə ilk dəfə futbol haqqında yazıb: "Təxminən 1988-90-cı illərdə futbol çempionatı keçirilirdi. Elə ilk şerimi də 7-ci sinifdə oxuyanda futbol haqda yazmışdım".
2014-04-03
13,353
İlana narkotik maddə verildi və… – Video
İlana narkotik maddə olan LSD verilib. "Axar.az" xəbər verir ki, Yutub sosial şəbəkəsində yayımlanan videoda yolun ortasında sürünən ilana narkotik maddənin verildiyi və bundan sonra ilanın qeyri-adi rəqs etməsi görüntülənib. Narkotik maddənin bir növü olan LSD-nin ilana təsiri kameralar tərəfindən qeydə alınıb. İnsanlarda təəccüb və gülüş doğuran videonu təqdim edirik:
2014-04-03
13,354
Onlar öz-özünə əzab verir, əllərini kəsirlər...
XXI əsrin psixoloji problemi sayılan autizm ölkəmizdə kifayət qədər yayılıb. Mütəxəssislərin fikrincə, autik uşaqları xəstə adlandırmaq olmaz. Çünki onlar qeyri-adi istedada malik olurlar. Bu gün də məhz onların günüdür. Aprelin 2-si Ümumdünya Autizmi Məlumatlandırma günü kimi qeyd edilir. Autizm nədir? Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Bu problem əsasən, erkən yaş dövründə başlayır və insan yaşa dolduqca həyatı boyu onu izləyir. Tibbi dillə desək, autizm sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur. Bu xəstəliyi ilk olaraq 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner aşkar edib və "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırıb. Autizmin simptomlarını necə müəyyən etməli? Bəzən uşağı öz adıyla belə cağırırlar, lakin cavab vermir. Bu onun diqqətini qətiyyən çəkmir. Yaxud nə istədiyini deməkdə çətinlik çəkir, bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır. Bunlar autizmin əlamətləri sayılır. Eyni zamanda mütəxəssislər digər simptomları da qeyd edirlər: - Danışıq inkişafı geridə qalırsa, sözləri tələffüz edə bilmir. - Böyüklərin heç bir göstərişini izləmir, diqqət etmir, heç nə öyrənmək istəmir. - Təbii ehtiyaclarını anaya demir və şalvarını islatmaqda davam edir. Xüsusən, 1 yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir. Əl-qol atmaq, anaya qol açma kimi ilkin hərəkətlərdən belə məhrum olurlar. - Belə uşaqlar tək oynamağı sevir, uşaqlardan qorxur. - Bəzən öz-özünə əzab verirlər. Bilərəkdən əllərini kəsirlər, ayaqlarını cızırlar. Çünki onlar ağrı hiss etmirlər. -Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirirlər. Mənasız sözləri ardıcıl təkrarlayır. - Predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir. - Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər. - Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verirlər. - Davamlı olaraq eyni oyunları oynayırlar. Əgər uşaqlarda bu xüsusiyyətləri müşahidə edilərsə, dərhal həkimə müraciət etmək məsləhətdir. Problemi doğuran səbəblər Autizm anadangəlmə xəstəlik hesab olunur və səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem kimi dəyərləndirilir. Bəzi mütəxəssislər isə autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Təkyumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər təkyumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70 faiz ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23 faiz təşkil edir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15 faizdir. İstedadlarla peşəkarlar məşğul olsun Autizm xəsləliyindən əziyyət çəkən uşaqlar eyni zamanda xüsusi istedadları ilə seçilirlər. Bizimlə söhbətində "Narınc" Uşaq Psixologiya Mərkəzinin Nizami filialı direktoru,psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı bu xüsusiyytləri xüsusilə vurğulayıb: "Belə uşaqların böyüyəndən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekt verə bilər. Aparılan tədqiqatlar göstərir ki, belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər. Onlar ya peşəkarların proqramlarından istifadə etməli, ya da övladlarını peşəkarların öhdəsinə verməlidirlər. Bu zaman həmin uşaqların içində olan istedad üzə çıxacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar". Analardan böyük səbr tələb olunur Psixoloq bu xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərində müəyyən davranış problemlərinin olduğunu da istisna etmir: "Bəzən valideyinlər bu uşaqlara əsəbiləşir, hətta onları cəzalandırır, qəsdən belə etdiyini düşünür. Yaxud onu dərk etmədiyini düşünərək belə uşaqları oxşamır və xoş sözlər demirlər. Əslində isə bu belə deyil. Autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar. Lakin onlar bunu biruzə verməyi bacarmırlar. Onlar analarından hər zaman bütün xüsusiyyətlərinə görə səbr və məhəbbət umurlar". Bərpa mərkəzi yaradılsın Autik uşaqların terapiyasında anaların rolu çox böyükdür. Məsələn, uşağı çağırarkən baxmır, lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır. Bu işlər səbrlə edildikcə nəticəsi də uğurlu alınır. Bir müddətdən sonra artıq uşaq onu çağıran anasına cavab verir, hər hansı göstərilən əşyaya diqqət yetirir və s. Ona görə də autizmdən əziyyət çəkən uşaqların analarına da ciddi maarifləndirmə və psixoloji dəstək lazımdır. Söhbət zamanı bu məsələyə toxunan R.Mehmanqızı onlar üçün bərpa mərkəzlərinə ehtiyac olduğunu vurğulayıb: "Autik uşaqlar üçün psixoloji mərkəzlər deyil, günərzi bərpa mərkəzləri yaradılmalıdır. Yəni, səhər uşağı evdən alıb axşam evlərinə qaytarmaq şərti ilə fəaliyyət göstərməlidirlər. Çünki bu xəstəliyin reablitasiyası uzun müddətlidir. Amma təəssüf ki, valideyinlər bu işin öhdəsindən təkbaşına çətinliklə gəlirlər. Eyni zamanda günərzi mərkəzlər olarsa, analar da işləyə bilərlər".
2014-04-03
13,355
Ukrayna-Rusiya sərhədində əsl Çin səddi – Video
Rusiya hərbi qoşunlarının mümkün hücumunun qarşısının alınması üçün Ukraynanın müvafiq strukturları əməli işlərə keçib. "Axar.az"ın məlumatına görə, sərhəd boyunca 123 km-lik səngər qazılıb, 238 beton blok düzənlənib. Xarkovda jurnalistlərlə görüşən Ukraynanın sərhəd xidmətinin şərq reqional idarəsinin rəisi Andrey Kurçenko media nümayəndələrinin digər suallarını da cavablandırıb: "Hərbidə belə bir termin var – "hədəfə vurmaq amili" və " sərhədi pozanlara qarşı ölçü götürülməsi". Belə xəbərdarlıqda söhbət artıq hərbi qoşunların hərəkətə gəlməsindən gedir. Bilməlisiniz ki, səngərlər elə-belə qazılmır. Ehtiyat tədbirlər təlükənin gözləndiyi istiqamətlərdə aparılır". Kurçenko bildirib ki, sərhədçilərin sərhədi pozanlara qarşı xəbərdarlıq atəşi, bu da nəzərə alınmasa, hədəfin vurulması ixtiyarı var. Xatırladaq ki, martın 26-dan Rusiyanın Ukraynanın sərhədləri yaxınlığında kifayət sayda hərbi qoşun yeritməsi xəbərləri yayıldı. Bütün danışıq və ilkin razılaşmala baxmayaraq, Rusiyanın Ukrayna ərazilərinə hücüm çəkəcəyi təhlükəsi hələ də qalmaqdadır.
2014-04-03
13,356
Rusiya hərbi gəmiləri Çanaqqalada - Foto
Rusiya donanmasına məxsus 2 hərbi gəmi Türkiyə boğazlarından keçib. "Axar.az" xəbər verir ki, Rusiyanın Suriyadakı böhran səbəbiylə Aralıq dənizinə göndərdiyi hərbi gəmilər Çanaqqalaya doğru yol alıb. "Kalininqrad" gəmisi axşama doğru boğazda gəmilərin manevr etməsi üçün ən çətin nöqtə olan Nara burnunu keçərək Mərmərə dənizinə yol alıb.
2014-04-03
13,357
Ölmüş pop kralının yeni albomu çıxdı
2009-cu ildə artıq dozada dərman verilməsi nəticəsində ölən pop musiqisinin kralı Maykl Cekson pərəstişkarları ilə yenidən görüşəcək. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, 5 il əvvəl ölən məşhur popçunun albomu may ayının 13-də satışa çıxarılacaq. Maykl Ceksonun ölümündən sonra satışa çıxarılacaq ikinci albomunun adı "İksskeyp" (Xscape) olacaq. Albomda Maykl Ceksonun ölməmişdən əvvəl yazdırıb, amma yayımlamadığı 8 mahnısı yer alıb. Mahnılar Ceksonun şəxsi arxivindən seçilərək götürülüb.
2014-04-03
13,358
Rus məmurlarına Maqnitski qadağası təsdiqləndi
Avropa Parlamentinin maliyyə işləri üzrə rus vəkili Sergey Maqnitskinin ölümündə günahkar olan rus rəsmilərinə Avropa İttifaqı ərazisində viza qadağasının tətbiq olunması və onların bank hesablarının dondurulması haqda Avropa İttifaqının Nazirlər Şurasına ünvanladığı tövsiyələr bugünkü plenar iclasda səsverməyə çıxarıldı. Tövsiyə səsverməyə ehtiyac olmadan qəbul edildi ("Musavat.com").
2014-04-03
13,359
Ledi Qaqa şəhəri bikinidə gəzdi - Foto
Məşhur müğənni Ledi Qaqa qeyri-adi görünüşü ilə yenə gündəmdədir. "Axar.az" xəbər verir ki, konsert üçün Nyu-Yorka gedən müğənni gecəyarısı bikini tərzində dəri şort ilə gəzintiyə çıxıb. Qaqa gecə olmasına baxmayaraq, gün eynəyini gözündən çıxarmayıb. Müğənnin rəfiqələri gecə gəzintisində onu tək qoymayıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Ledinin rəfiqələri də onun kimi əcaib paltarlar geyiniblərmiş.
2014-04-03
13,360
13 rəqəminin sirləri – siz də bilin
13 rəqəminin uğursuz olması dünyanın bir çox ölkələrində o qədər geniş yayılıb ki, hətta insanların yaşayışına ciddi təsir edir. Təyyarə oturacaqlarında 13 rəqəmi yoxdur, 13 saylı mənzil , 13 saylı otel otaqlarına rast gəlməzsiniz. Olsa belə, buna inanan insanlar həmin saylı otaq və ya mənzildən istifadə etmirlər. "Axar.az" bildirir ki, Qərb ölkələrinin bir çoxunda bu artıq qorxu kimi qəbul edilib və buna "triskaidekaphobia" adı verilib. Əsasən bu inancın kökü Həzrəti İsanın məşhur son yemək masasında əyləşən həvarilərinin sayından qaynaqlandığı sanılsa da, səbəb daha qədimlərə, mifoloji tanrıların yaşadığına inanılan çağlara, Skandinaviya torpaqlarına qədər gedib çıxır. O zamanlarda işıq və gözəllik tanrısı Balder bir ziyafət verir. Balder Vikinqlərin məşhur tanrısı Odin ilə Friqqanın oğulları olub ay kraliçası Nannanın da yoldaşıdır. Bu ziyafətə 12 nəfər dəvət edilməsinə baxmayaraq, yalanların və hiylənin tanrısı olan Loki, dəvətli olmadığı halda məcburən 13-üncü şəxs kimi ziyafətə qatılmaq istəyir. Ancaq çıxan mübahisə zamanı o Balderi öldürür. Bu mifoloji hekayə və inanc Avropaya yayılır və Həzrəti İsanın son yeməyinə uyğunlaşdırılır. Xristian versiyalarında Balder İsa peyğəmbər, Loki isə xain Cudas kimi dəyərləndirilir. Bu yeməkdən 24 saat sonra İsa peyğəmbər çarmıxa çəkilərək öldürülür. Bu səbəblərdən xristianlar bir yeməyə 13 nəfər qatılarsa, 13-cünün başına bir iş gələcəyindən qorxurlar. Bu inanclara görə, 13 rəqəmi uğursuzdur, amma ayın cüməyə rastlayan 13-cü günü doğurdan da uğursuzdur. Lakin belə bir gündə doğulmusunuzsa, tam tərsi, 13 sizin uğurlu gününüzdür.
2014-04-03
13,361
Rusiya: “Gömrük İttifaqında Azərbaycanı görmürük”
Azərbaycan rəqabətə davamlı bir ölkəyə çevrilib və Rusiya Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirir. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev çıxış edib. Qalmaqallı Kreml rəsmisinin sözlərinə görə, Gömrük İttifaqının məqsədi yüksək texnologiyalı məhsulların hazırlanmasıdır. Ermənistanla bu yöndə reallaşdırıla biləcək məsələlər atom enerjisi, maşınqayırma və avadanlıq hazırlığı sahələrinin inkişafıdır. Qlazyev Azərbaycanın Gömrük İttifaqına üzvlük məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda neft və neft məhsullarının təsirindən monoiqtisadi mühit formalaşıb. Bu, təbii ki, Azərbaycanın rəqabətə davamlı bir ölkəyə çevrilməsinə imkan yaradır. Bu sahədən əldə olunan gəlirlər ölkə daxilində sosial layihələrin həyata keçirilməsinə imkan yaradır. Rusiya Azərbaycanla bu sahə üzrə ayrılıqda, ikitərəfli əlaqələri onsuz da genişləndirməkdədir. Amma Gürcüstanla məsələ belə deyil". Rusiya rəsmisi Gürcüstanın Gömrük İttifaqına üzlüyü perspektivinə toxunaraq davam edib: "Düşünürəm ki, əgər Abxaziya və Cənubi Osetiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini istəyirsə, Gürcüstan mütləq Gömrük İttifaqına üzv olmalıdır. Gürcüstan hələ də Avropa Birlyi ilə əlaqələrinin inkişafına səy göstərir. Məlumdur ki, Avropa Gürcüstandan Rusiyaya qarşı plasdarm kimi istifadə məqsədi güdür".
2014-04-03
13,362
Ən son model “Ferrari” - Fotolar
İnqilab xüsusiyyəti daşıyan V8 Turbo mühərrikli "California T"nin nümayişi Cenevrə avtomobil sərgisində reallaşıb. Cenevrədəki "Ferrari" stendində sərgilənən və Yeni "Apple Carplay" sistemi ilə təchiz edilən "Ferrari FF" də diqqət mərkəzində olub. İtalyan əfsanəsi "Ferrari", bu il 84-cü dəfə təşkil edilən Cenevrə avtomobil sərgisində ecazkar görkəmi və idman tərzini özündə birləşdirən yeni bir dizayna sahib olan "California T" modelini dünyaya tanıdıb.
2014-04-03
13,363
Tanınmış aktrisa əməliyyat olundu - Foto
Türkiyəli aktrisa Ceyda Ateş ayağından əməliyyat olunub. "Axar.az" xəbər verir ki, uzun müddət ayağındakı damar genişlənməsindən əziyyət çəkən Ceydanın əməliyyatı uğurlu olub. Həkimlər, aktrisanın özünü yaxşı hiss etdiyini deyir. Hətta C.Ateş dünən gecə evinə göndərilib. Aktrisa iki günlük istirahətdən sonra iş həyatına qayıdacaq. Qeyd edək ki, ötən ilin martında Azərbaycanda qonaq olan Ceyda Atəş tezliklə yenidən Bakıya gələcəyini bildirmişdi.
2014-04-03
13,364
Türk aktyoru ölkəni tərk edir - Foto
Ötən il cinsiyyətini dəyişdirərək kişiyə çevrilmiş aktrisa Rüzgar Ərkoç ölkəni tərk etmək qərarına gəlib. "Axar.az" xəbər verir ki, arzusunda olduğu mavi şəxsiyyət vəsiqəsinə sahib olan Rüzgar yenə də xoşbəxt deyil. Vəziyyətinin çətin olduğunu bildirən Ərkoç ölkəni tərk etməsindən bəhs edib. Artıq çıxılmaz vəziyyətdə olduğunu iddia edən Ərkoç: "Türkiyədə addım ata bilmirəm. Maddi çətinliklərim var, bütün qapılar üzümə bağlanıb. Xaricə gedib həyatımı yenidən quracağam", - deyib.
2014-04-03
13,365
Abbas Abbasovun oğlu ictimaiyyətə müraciət etdi
"Olimpiya çempionu Toğrul Əsgərov hələ özündən söz etdirəcək, Azərbaycanın beynəlxalq arenada idman mübarizəsinə çox qələbələr gətirəcək". Bunu Gəncənin deputatı Aydın Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan idmançısının obyektiv səbəbləri olan müəyyən uğursuqlarını müzakirə etmək, dünya idman arenasındakı qələbələrini unutmaq doğru deyil. Aydın Abbasov deyib ki, Toğrul Əsgərov son aylarda çətinliklər yaşayıb: "O, babasının ölümündən sonra çox üzülmüşdü. Səhhətində də problemlər yarandı, uzun müddət müalicə olundu. Görünür, bütün bunlar onan yarışlara hazırlığında iz buraxıb". Deputat Azərbaycanın idman ictimaiyyətini və jurnalistləri Toğrul Əsgərovu mənəvi cəhətdən sındırmama çağırıb ("Musavat.com")
2014-04-03
13,366
ABŞ Qara dənizə əlavə qüvvələr göndərir
ABŞ hərbi dəniz donanması Qara dənizdə öz missiyasının vaxtını uzatmaq və ora əlavə hərbi qüvvələr göndərmək barədə qərar verib. "Axar.az" xəbər verir ki, bu barədə Ağ Ev təmsilçisi Coş Ernest bugünkü mətbuat konfransında bəyan edib. Jurnalistlərin suallarına cavab olaraq C.Ernest bildirib ki, ABŞ Avropada ABŞ hərbi kontingentinin gücləndirilməsinə aydınlıq gətirib: "Biz 6 ədəd F-15s qırıcılarını Baltikdə hava müşahidəsini aparmağa göndərmişik. ABŞ-dan 12 ədəd F-16 hərbi təyyarəsi Polşaya müdafiəni gücləndirmək üçün gedib. Əlavə resurslar da var ki, Qara dənizə ABŞ dəniz donanmasına göndərilib", - deyə Ağ Ev təmsilçisi deyib. Qeyd edək ki, C.Ernest "əlavə resurslar" deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gəıtirməyib.
2014-04-03
13,367
Bakı Dəniz Vağzalında həyəcanlı anlar yaşandı
Bu gecə Bakı Dəniz Vağzalında həyəcanlı dəqiqələr yaşanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması haqqında məlumat daxil olub. Nazirliyin müvafiq qrupları hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Kinoloqlar və protexniklər hadisə yerində və ətraf ərazilərdə təhlükəliliyi təmin etmiş və axtarış işləri aparıblar. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib, əməliyyat 01:37-də başa çatıb.
2014-04-03
13,368
ABŞ bu üç şəxsin başına 3 milyon dollar qoydu
ABŞ Dövlət Katibliyi terror təşkilatı olan İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) ən məşhur üç üzvünün başına mükafat qoyub. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Katibliyiindən edilən yazılı açıqlamada İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin rəhbərlik heyətində olan üç əhəmiyyətli adam Musa Asoğlu, Zerrin Sarı və Səhər Dəmir Şənin tutulması üçün yerlərini bildirən şəxslərə 3 milyon dollar mükafat veriləcəyi bildirilib. İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin 1994-cü ildə İnqilabçı Sol təşkilatından ayrılaraq yarandığı bildirilən açıqlamada terror təşkilatının 1990-cı illərdən bəri ABŞ-ın hərbi və diplomatik personalı da daxil olmaqla NATO personalı ilə bərabər türkləri də hədəf aldığı açıqlanıb. Açıqlamada Musa Asoğlu, Zerrin Sarı və Səhər Dəmir Şənin axırıncı dəfə olduğu yerlər barəsində də bəzi məlumatlar qeyd edilib.
2014-04-03
13,369
Dünya Müharibəsindən qalma bomba partladı: 7 ölü, 20 yaralı
Taylandın Banq-Xen bölgəsindəki bir dəmir-dümür dükanında 227 kiloqram ağırlığında olan İkinci Dünya Müharibəsindən qalma bomba partlayıb, nəticədə 7 adam ölüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünən Taylandda günorta saatlarında bomba partlaması nəticəsində 5 adam hadisə yerində ölüb. Ölənlərin bədənlərinin parçaları hadisə yerindən 200 metr uzaqdan toplanıb. 2 adam da aparıldığı xəstəxanada ölüb. Təxminən 20 adam da yaralanaraq xəstəxanaya aparılıb. Partlayışa səbəb olan 227 kiloqramlıq bombanın İkinci Dünya Müharibəsindən qaldığı bildirilir. Bir inşaat işçisi qazıntı zamanı tikinti sahəsindən ağır dəmir parçası tapıb. Nə olduğunu bilmədiyi dəmir parçasını dəmir-dümür dükanına satıb. Dükan sahibi də aldığı dəmir parçasının bomba olduğunu bilməyib. Bu parçanı qazlı odla kəsməyə çalışarkən bomba partlayıb. Partlayış ərazidə 4 metr genişliyində və 3 metr dərinliyində çuxur açıb. Ətrafdakı evlər də partlayış nəticəsində ziyan görüb, bir çox evin pəncərələri qırılıb, divarları dağılıb.
2014-04-03
13,370
Sürücülər cərimələrini “MilliÖn“də ödəyə biləcək
Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək. "Komtec" şirkətindən bildiriblər ki, bu ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖn ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq. Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır. MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq ("Aznews").
2014-04-03
13,371
Azərbaycana soyuducu gətirən yük qatarı yandı
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib. Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib. N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir. Faktla bağlı araşdırma aparılır (ANS).
2014-04-03
13,372
“Putin istəsə, bir zənglə...”
Avropa Parlamentində gələn ay keçiriləcək seçkilərdə 73 yer üçün mübarizə aparacaq İngiltərədəki siyasi partiyalardan ikisinin liderləri BBS-də canlı verilişdə iştirak edib. "Axar.az" xəbər verir ki, İngiltərə Baş nazir köməkçisi və koalisiya hökumətinin balaca ortağı Liberal Demokrat Partiyanın lideri Nik Kleq ilə Avropa Birliyinə qarşı fikirləri ilə tanınan Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKİP) başçısı Niqel Feric ölkənin AB-yə üzvlüyünə və Suriya mövzusuna toxunub. Müzakirədə Niqelin daha əvvəl müsahibə zamanı dediyi sözlər də gündəmə gəlib. O müsahibədə Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu demişdi. Kleq Putinin istəsə bir zənglə Suriya problemini son qoya biləcəyini dilə gətirəndə Niqel, "Putinə heyran olduğunu demədiyini təkcə rəhbərlik şəklini sevdiyini söylədiyini", qeyd edib. Müzakirədən dərhal sonra "YuQov" araşdırma şirkəti tərəfindən edilən açıqlamada iştirakçıların 68%-i müzakirəni Ferecin 27%-i Kleqin qazandığını deyib. Xatırladaq ki, Birləşmiş Krallıqda Avropa Parlamenti seçkiləri mayın 22-də keçiriləcək.
2014-04-03
13,373
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-03
13,374
Bakıdakı universitetlər hara köçəcək?
Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq. Ali məktəblərin paytaxtdan kənara köçürülməsi çoxdan gündəmdədir. Artıq dövlət rəsmiləri, bəzi vəzifəli şəxslər də ali məktəblərin paytaxtdan kənara köçürüləcəyini bir neçə dəfə bildiriblər. Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir. Universitetlərin köçürülmə prosesinə demək olar ki, başlanılıb. İlk olaraq Dövlət Neft Şirkətinə məxsus binada müvəqqəti yerləşən Ali Neft Məktəbi üçün yeni bina inşa olunub. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq. Qeyd edək ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Təhsil Nazirliyi də ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı məlumatları təsdiqləyib. Nazirlikdən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır ("Modern.az"). Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.
2014-04-03
13,375
Orduda kriptolu telefonun istifadəsinə başlanıldı
Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib. CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz arasında kriptolu danışması mümkündür. Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir. Qeyd edək ki, fevral ayında cəbhə bölgəsində keçirilən müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyinin telefonlarının ermənilər tərəfindən dinlənildiyinə dair məlumatlar yayılmışdı.
2014-04-03
13,376
Qaqauziyaya “KQB Tamerlan” rəhbərlik edir - Eksklüziv
Fevralın 2-də Qaqauziyada referendum keçirildi və prosesin təşkili rəsmi Kişinyov tərəfindən ciddi təpkilərlə qarşılandı. Bu və digər məslələri filologiya üzrə elmlər doktoru, "Miras" ictimai təşkilatının üzvü, zaman–zaman publisit yazıları ilə mediada çıxış edən qaquz əsilli Güllü Qərənfillə müzakirə etdik. Hazırda Türkiyədə olsa da, qəlbi doğma Qaqauziyası ilə döyünür. - Qaqauziyada referendumu edən zəruri amillər nədən ibarətdir? - Moldova bu referendumu haqq etti, çünki Moldova rəsmilərinin uzun illər yürütdüyü siyasət nəticədə buna gətirdi. Onlar Qaqauziya ilə muxtar vilayət deyil, Moldovanın hansısa bir rayonu kimi davaranırdılar. Müxtəlif atributları təhqir ediririlər, bayraqların aşağı enməsini istəyirdilər. Bir sözlə, savadsız və işinin öhdəsindən gələ bilməyən məmurlar hadisələri daha da gərginləşdirdilər. Bu dönəmdə Rumıniya prezidenti Troyan Baseskunun bəyanatları isə məsələni daha da mürəkkəbləşdirdi. - Referendumun keçirilməsinə yalnız sadaladığınız amillər təkan verdimi? - Həm də bu amillər... Muxtar vilayətə az vəsait ayırırdılar. Rusiya ilə əlaqələrin korlanmasına çalışır, zəmin yaradırdılar. Təbii ki, bu nöqsanlar qaqauzların xoşun gəlmirdi. Diqqətə çatdırım ki, qaqauzların əksəriyyəti Rusiyada işləyir, ailələrinə maddi yardım edirlər. - Qaqauziya Muxtar Vilayətinin rəhbəri Formuzal barədə fikirləriniz maraqlı olardı. İşinin öhdəsindən gəlirmi, qaqauzlar onun idarəçiliyindən razıdırlarmı? - Bilirsinizmi, cənab Formuzal bütün tərəflər - Türkiyə, Rusiya və Avropa ölkələri ilə normal əlaqələr qurmağa çalışır ki, qaqauzlara yardım olunsun. Nə deyə bilərəm, bəzi moldovalı siyasilərə baxanda kifayət qədər işinin öhdəsindən gələn bir rəhbərdir. Doğrudur, dillə bağlı yetərli addım atmadığına görə ona rəğbətim yoxdur. Hesab edirəm ki, bir qədər sərt olmaq lazımdır, o isə, diplomatdır. Ana dilimiz əldən gedir. - Əksər mütəxəssis və siyasi çevrələr Formuzalı Kremlin layihəsi sayır, onu Rusiyanın adamı hesab edirlər. Siz bu iddialarla paylaşırsınızmı? - İnanın, hər hansı qəti fikir bildirməkdə çətinlik çəkirəm. Amma dəqiq bilirəm ki, o, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş əməkdaşıdır, ləqəbi də Tamerlandır. - Aha, anladım. Bəs sadə qaqauzlar necə, onu dəstəkləyirmi? - Cari ilin feral ayının 2-də keçirilən referendumdan sonra onun nüfuzu daha da artdı. Doğrudur, əleyhidarları da var, ancaq onların sayı yetərli deyil. Onun ətrafında birləşənlərin sayı gün-gündən artmaqdadır. - Güllü xanım, istərdim müqaysəli şərh verəsiniz – qaqauzlar Sovetlər Birliyi dönəmində yaxşı yaşayırdılar, yoxsa müstəqil Moldovanın tərkibində? Hər hansı fərq görürsünüzmü? - O dövrdə mən də yaşamışam və cərəyan edən hadisələr hələ də gözlərim önündədi. O vaxt iş yerləri vardı, insanlarımız kənd və qəsəbələrdə yaşayırdı, ancaq məşğuliyyətləri də yox deiyildi. Vaxtı-vaxtında əmək haqqı alırdı, başqaları necə, qaqauzlar da eyni həyat tərzi sürürdülər. Sovetlər Birliyinin dağılmasından sonra kiçik respublikalar daha da zəiflədi, xaos, işsizlik baş aldı. Doğrudur, qaqauzlar ən böyük zərbəni SSRİ-də görüb. Qaqauzların 40 faizi deportasiya olunub, ana dildə danışmağa qadağalar qoyulub. - Qaquz türkləri nə qədər türk dünyasına bağlıdırlar və nə qədər özlərini türk sayırlar? SSRİ-də, yoxsa indi assimilyasiya olunub qaqauzlar? - Əlbəttə, qaqauzlar özlərini türk kimi hiss edirlər. Ancaq təəssüf olsun ki, türk dünyasına o qədər də bağlı deyillər. Təbii, burada din amili də öz sözünü deyir. Referendumdan sonra provaslav inanclı qaqauzlar Rusiyaya daha da meyl etməyə başladılar. - Necə hesab edirsiniz, bu, qaqauzlar və türk dünyasına hansı problemlər yarada bilər? - Mən əminəm və bilirəm ki, türk dünyası qaqauzları sevir və rəğbətlə yanaşırlar. Bizim özümüzdən də çox şey asılıdır. Ağıllı davranmalı, türk dünyasının hörmətini qazanmalıyıq. - Bəs rəhbər şəxslər, muxtar vilayət rəhbərliyi necə, türk dünyası ilə əlaqələrə nə qədər önəm verir? - Burda heç bir problem görmürəm - hörmətə hörmətlə yanaşırlar. Amma təəssüf ki, türk dünyası barədə xəbərlər az olur bizdə. Bu boşluqları doldurmalıyıq. - Muxtar vilayət rəhbəri Formuzal necə, özünü türk kimi hiss edirmi? - Əlbəttə, amma bir fərqlə - pravoslav türkü olmaqla. - Anladım.Güllü xanım, ziyalılardan, yaşlı nəsilin nümayəndələrindən də çox şey asılıdır. Onlar bu yöndə hansı töhvəni verirlər? - Mən öz adımdan danışmaq istərdim – seçimim Moldova tərkibində yaşamağımızdı. Bəziləri isə gələcəyini Rusiyada görürlər. Belə adamlar az deyil. Qaqauziyanı itirməməsi üçün Moldova sanballı, ölçülmüş və ağılı siyasət yürütməlidir. Qaquzlara qarşı səhvə yol vermək olmaz. - Qaquzlar nə qədər mütəşəkkildirlər? Məsələn, bölgənin özünü televiziya kanalı, çap mediası və indi dəbdə olan internet saytları varmı? Hansı dildə fəaliyyət göstərir bu kütləvi informasiya vasitələri? - Diqqətinizə çatdırım ki, muxtar vilayətdə bir televiziya kanalı, 2 qəzet və 2 jurnal fəaliyyət göstərir. Hansı dildə çapına və yayımına gəlincə, bildirmək istərdim ki, qaquz dili işlək dilin 50 faizini təşkil edir. - Güllü xanım, bu, muxtar vilayətin problemlərinin, həqiqətinin göstərilməsinə bəs edirmi? - Razıyam sizinlə, olduca azdır. Bundan başqa, verilişlər də keyfiyyətli və rəngarəng olmalıdır. Ən başlıca hədəf isə ana dilinin qorunmasıdır. - Yenə əvvəlki məqamlara qayıtmaq istərdim. Bilirsiniz, qaquzlar artıq separatçı, Moldova ərazi bütövlüyünə təhlükə yarada biləcək xalq kimi təqdim edilməyə başlanılıb. Qaqauz dostlarımız bundan narahat deyillər? - Bəli, xəbərimiz var, bu barədə hər gün məlumat oxuyur, eşidirik. - Şəxsən siz separatçı adlandırılmağınızdan narahat deyilsiniz? - İnanın, bu suala cavab vermək mənə çətindir. Amma görünən odur ki, Dnestryanı bölgə və Qaqauziya qaynar hadisələrin episentrinə çevrilməkdədir. Putinin hədəfləri bundan ibarətdir. Qeyd etdiyim kimi, qaqauzların əksəriyyəti Rusiya ilə yaşamağın tərəfdarıdır. Qaquziya Rusiyanın daxilinə keçsə, xalqımın gələcək taleyindən narahat və nigaran qalardım. - Məsələn, elə dünən Formuzalın bir video-müsahibəsinə rast gəldim. Əmin şəkildə Avropanın ünvanına kəskin fikirlər səsləndirirdi. Qaquzlar Avopaya buraxlılmamsından ehtiyatlanmırmı? - Haqlısınız, bizimkilərin də Avropanı görməyə gözləri yoxdu. Burada Rusiyanın da xidmətini qeyd etmək istərdim, onları bizlərə bu şəkildə təqdim edib. Düşünürəm ki, burada avropalıların da günahı var, bölgə əhalisi ilə işləməyi bacarmalıdırlar. Ancaq Rusiya elə edib ki, qaquzlar yalnız Rusiyanı görürlər. - Güllü xanım, bu o anlama gəmirmi ki, bütün yollar Romaya aparır? Yəni Qaquziyanın Rusiyaya birləşməsi ilə bağlı həlledici referendumun keçirilməsi qaçılmazdır? - Təəsüüf ki, bu, belədir. İndi bütün yollar Rusiyaya aparır. Amma gəlin gözləyək, vaxtı qabaqlamayaq. Bu barədə danışmaq tezdir. Həm də məsələlər Putinin kefindən asılıdır. Qeyri-müəyyənlik isə hələ qalmaqdadır. Moldova Avopa Birliyinə, qaquzlar isə Gömrük İttifaqına üstünlük verirlər. - Bəs sizin proqnozlar nədən ibarətdi? - Sadəcə, bir və əsas məqamı vurğulamaq istərdim – Allah xalqımı bəlalardan qorusun. - Moldovanın Dnestrayanı bölgəsiylə Qaqauziya Muxtar Vilayəti arasında əlaqələr, münasibətlər varmı? - Bəli, var. Bölgəlrin rəhbərləri bir-birini dəstəkləyirlər. - Sonucu sualımı vermək istərdim. Hazırda Türkiyədə yaşayırsınız. Qaqauzlar çoxdurmu qardaş ölkədə? Diaspor dərnəkləriniz, vahid mərkəzdən fəaliyyət strateqiyanız varmı? Vətənində baş verənlərə onların reaksiyaları nədən ibarətdir? - Var, yaşayırlar. Dəqiq sayına gəlincə, belə bir statistika yoxdur ki, Türkiyədə yaşayan qaqauzların sayına aydınlıq gətirilsin. Diaspor təşkilatları da yox səviyyəsindədir. Yalnız burada təhsil alan tələbələrimiz Rusiya ilə əməkdaşlığın əleyhinədir. Uzaq vətənimdəki soyadaşlarım isə, sanki zombiləşib, səhərdən axşama Rusiya kanallarına baxırlar.
2014-04-03
13,377
Rusiya üçün “İran variantı" hazırlanır
Rusiya iqtisadiyyatı 5% kiçiləcək. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rusiyalı analitik Timur Niqmatulin çıxış edib. O bir zamanlar İrana tətbiq edilən sanksiyaların Rusiya üçün də nəzərdə tutulduğunu bildirib: "İrana tətbiq edilən sanksiyalar Rusiya üçün də nəzərdə tutulub. Bura müxtəlif şeylər aiddir. Qərbdəki hesablardan tutmuş malların ixracına qədər bütün sahələri əhatə edir. Təsəvvür edin ki, Rusiyanın xaricə göndərdiyi məhsulların 70%-ini neft təşkil edir. Əgər sanksiyalar tətbiq edilsə, nəticədə ölkə iqtisadiyyatı 5% kiçiləcək. Bir şeyi də yaddan çıxartmaq lazım deyil ki, Rusiyanın koorporativ borcu 800 milyard dollardır. Bu isə vəziyyətin çox ağır olacağından xəbər verir".
2014-04-03
13,378
Türkiyədə bələdiyyə başçısı saxlanıldı
Türkiyədə Siirt vilayətinin bələdiyyə başçısı Mehmet Məsud Səadət Partiyasının namizədi Bəhmən Aydının ölümündə şübhəli bilinərək saxlanılıb. Məsudla yanaşı, daha dörd nəfər də saxlanılıb. Qeyd edək ki, M.Məsud bələdiyyə seçkilərində hakim partiyadan namizəd idi. Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın martın 31-də Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib. Daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb. Səadət Partiyası müxalifətyönlü islamçı partiyadır. Bələdiyyə seçkilərində bu partiya bir faizdən az səs toplayıb. Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib ( Trend ).
2014-04-03
13,379
Xəzər TV-nin təxribatı, yoxsa Xəzər TV-yə təxribat? - Video
Xəzər televiziyası Daxili işlər naziri, general polkovnik Ramil Usubova müraciət edib. Televiziyadan bildirilib ki, Azərbaycan dövlətçiliyinə və Xəzər televiziyasına qarşı təxribat olub. Belə ki, mart ayının 29-da Xəzər Xəbərdə efirə gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrını öz mənəviyyatlarına uyğun olaraq təhrif edən şəxslər ötən gün bununla bağlı televiziyanın xəbərdarlığına məhəl qoymayaraq bu təxribatdan əl çəkməyiblər. Xəzər televiziyası Azərbaycan Respublikasının qanunları çərçivəsində təxribatçıların cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcəyini bir daha bəyan edir. Qeyd edək ki, təxribatçılar sözügedən videonun subtitirinə əxlaqsız sözlər əlavə edərək sosial şəbəkələrdə yayıblar ("Qafqazinfo").
2014-04-03
13,380
Bakıda əsas yollardan birinin təmirinə başlandı
Bakıda əsas yollardan birinin təmirinə start verilib. Bu barədə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: "Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək". Qeyd edək ki, təmir olunacaq hissə yolun 1,3 km məsafəsini əhatə edir.
2014-04-03
13,381
ABŞ-da hərbi bazaya hücum olub
ABŞ-da hərbi bazaya silahlı hücum olayı baş verib. Dörd nəfər, o cümlədən hücum edən şəxs Fort Hud hərbi bazasında baş verən atışmada həlak olub. Bu barədə ordu bazasının komandiri general-leytenant Mark Milley bildirib. Milley azı 16 adamın yaralandığını xəbər verib. Cinayət hadisəsi Texasda yerləşən nəhəng hərbi bazada baş verib. 2009-cu ildə burada ABŞ Ordusunda xidmət edən islamçı ekstremist 13 adamı öldürmüşdü. Hadisə barədə ilkin məlumatlarda hücumun əsgər tərəfindən başqa əsgərlərə qarşı törədildiyi deyilir. Fort Hood bazasının rəsmiləri ölən və yaralananların dəqiq sayını hələ açıqlamayıblar. Bəzi yaralananların durumunun kritik olduğu deyilir. Yüksək rütbəli ABŞ rəsmiləri hücumçunun İvan Lopez olduğunu deyirlər. Uniforma geymiş hücumçunun semi-avtomatik tapançadan istifadə etdiyinə inanılır. Hücum günorta saat 4:30-da baş verib ("Amerikanın səsi").
2014-04-03
13,382
Məşhur narkobaron öldürüldü
Meksika dəniz piyadalarının Miçioakan ştatında keçirdiyi əməliyyat nəticəsində "Tamplierlər ordeni cəngavərləri" narkokartelinin liderlərindən olan Enrike Plankarte öldürülüb. "Axar.az" xəbər verir ki, Plankartenin öldürülməsi zamanı həyata keçirilən əməliyyatda 150-yə yaxın dəniz piyadası iştirak edib. Narkobaron və onun mühasirəyə alınmış dəstəsi müqavimət də göstərib. 43 yaşlı Plankarte "Tamplierlər ordeni cəngavərləri" narkokartelinin 3 ən böyük liderlərindən biri idi. Meksika hökuməti onun yerini söyləyən şəxsə 750 min dollar mükafat təyin etmişdi.
2014-04-03
13,384
Rövnəq Abdullayevin ad günü ARDNŞ-ni bir-birinə vurdu
Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin doğum günüdür, şirkət rəhbərinin 49 yaşı tamam olur. "Axar.az"ən əldə etdiyi məlumata görə, ARDNŞ prezidentinin doğum günü şirkətin öz daxilində yüksək səviyyədə qeyd edəcək. Mənbə deyir ki, kollektiv R.Abdullayevin ad gününə xüsusi hazırlıq görüb, hədiyyələr hazırlanıb və lokal tədbir nəzərdə tutulub. Tədbirin miqyasını öyrənmək üçün ARDNŞ ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətindən bu barədə hər hansı məlumat verə bilməyəcəklərini dedilər. Əvəzində Nizaməddin Quliyevin rəhbərli etdiyi şöbə ilə əlaqə saxlamağımızı məsləhət gördülər. Rövnəq Abdullayevin ad günü ilə bağlı keçirilməsi nəzərdə tutulan şirkətdaxili tədbir üçün niyə məhz Nizaməddin Quliyevin şöbəsi ilə əlaqə saxlamağımızın məntiqini anlamasaq da, şöbə müdirinə müraciət etdik. Ancaq buradan bizi yenidən mətbuat xidmətinə yönləndirdilər. Beləliklə, ARDNŞ-nin bir neçə şöbəsi ilə əlaqə qursaq da, yalnız bu cavabı aldıq: "Bu suala cavab verə bilmərik".
2014-04-03
13,385
Qabil Hüseynli: “Ərdoğan xeyir-dua almağa gəlir”
"Son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ərdoğan Azərbaycana jest edir O, Ərdoğanın bu səfərlə Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirdiyini bildirib: "Ümumiyyətlə, Ərdoğandan əvvəlki prezident və baş nazirlər hər zaman birinci səfəri Azərbaycana ediblər. Ərdoğan Azərbaycanın daşıdığı strateji əhəmiyyəti başa düşüb. Həm də son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir. Xüsusən də Azərbaycan siyasi rəhbərliyinə bəslədiyi münasibət bəzən həlledici ola bilər. Mən düşünürəm ki, Ərdoğan bu səfəri etməklə həm jest edir, həm də Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirir". Ərdoğan siyasi karyerasında dəyişiklik edir Politoloq səfər zamanı Baş nazirin siyasi karyerasında dəyişiklik etmək istədiyini qeyd edib: "Ərdoğan siyasi karyerasında dəyişiklik etmək istəyir. Ölkə prezidentliyinə namizədliyini vermək niyyətindədir. Bayaq dediyim kimi, Türkiyədəki seçkilərdəki əhval-ruhiyyəyə Azərbaycanın təsir etmək imkanını Ərdoğan hər zaman anlayıb. Ən azı, orada 2 milyon azərbaycanlı var və bir sıra partiyalarla Azərbaycanın yaxşı əlaqələri mövcuddur. Bu səfər proqramına həm Azərbaycan rəhbərliyinin əhval-ruhiyyəsini proqnozlaşdırmaq, həm də onların xeyir-duasını almaq kimi məsələlər daxildir". "Petkim"in bütün səhmləri SOCAR-ın olacaq Q.Hüseynli iki ölkə arasında müzakirə ediləcək məsələnin çox olacağını söyləyib: "Düzdür, nurçularla bağlı hansısa siyasi, diplomatik formada məsələlərə eyham vurula bilər. Amma gündəlik müzakirələrə çevrilə bilməz. Çünki bu, artıq daxili işlərə qarışmaq kimi görünərdi. Hər şey diplomatik etika çərçivəsində olmalıdır. Amma iki ölkə arasında kifayət qədər müzakirə ediləcək ciddi problemlər var. Problemlər içərisində yaxınlaşan erməni məsələsinin 100 illiyi ərəfəsində iki ölkənin koordinasiya edilmiş hərəkəti müzakirə oluna, İzmir yaxınlığındakı neftayırma zavodunun məsələsi müzakirəyə qoyula bilər. "Petkim" deyilən iri neft sənayesi kompleksinin bütün səhmlərinin hamısının Azərbaycana satılması məsələsi də müzakirə mövzusuları sırasındadır". Nurçuların obyektləri dövlət nəzarətinə alınıb O, nurçularla bağlı məsələyə də toxunula biləcəyini deyib: "Ola bilsin, nurçular məsələsinə də toxunulsun. Çünki Azərbaycan siyasi hakimiyyəti bununla bağlı kifayət qədər diqqətli addımlar atıb. Onların bütün şəbəkələrinin hamısı dövlət nəzarətinə alınıb. Bundan artıq nəsə etmək mümkün deyil. Doğrudur, mətbuat bəzi adamlar haqqında ifşaedici məlumatlar yayır, amma hər halda məsələ cəmi 90% qapanmış hesab edilə bilər". Qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
2014-04-03
13,386
Ronaldodan daha bir rekord
"Real Madrid"in portuqaliyalı ulduzu Kristiano Ronaldo bu mövsüm Çempionlar Liqasında vurduğu qolların sayını 14-ə çatdırıb. "Axar.az" xəbər verir ki, Ronaldo dünən "Real"ın "Borussiya Dortmund"a 3-0 qalib gəldiyi matçda 1 qol vurmuşdu. Bununla da Ronaldo Çempionlar Liqasında bir mövsümdə 8 oyuna 14 qol vurmaqla Lionel Messinin rekorduna çatıb. Qeyd edək ki, Çempionlar Liqası çərçivəsində Kristiano Ronaldonun hesabında 67 qol var.
2014-04-03
13,387
Zəlimxan Yaqub xəstəxanaya yerləşdirildi - Yeniləndi
11:35 Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya yerləşdirilib. Məlumata görə, şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparıblar. Hazırda Zəlimxan Yaqub həmin xəstəxanadadır. Şairin qızı Günay Yaqubova xəbəri təsdiqlədi. O atasının həkim nəzarəti olduğunu deyib ("Publika.az"). 12:12 Zəlimxan Yaqubun oğlu atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib: "Zəlimxan Yaqubun səhhətində heç bir problem yoxdur. Yalan söhbətdir.O, Almaniyadan müayinədən təzəcə qayıdıb. Hər şey yaxşıdır. Bir az var ki, evdən çıxıb "Semaşko"ya gedib. O, həftədə 3 dəfə dializə gedir. İndi də dializdədir" ("Aznews.az").
2014-04-03
13,388
ABŞ: “Diqqətli olun! Əl-Şəbab hücum edəcək”
ABŞ Keniya hökumətini hücum barəsində xəbərdarlıq edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ yaxın vaxtlarda "Əl-Qaidə" və "Əl-Şəbab" terror təşkilatının hücum edəcəyi barədə Keniya hökumətinə xəbərdarlıq edib. Əldə edilən kəşfiyyata məlumatlarına görə, terror aktının turistlərin yaşadığı bölgələrdə və sentyabr terrorundan daha böyük olacağı bildirilib.
2014-04-03
13,389
Azərbaycanda hərbi xidmətdən imtina edən təriqət
Azərbaycanda dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslər var. Bunlar "Yehovanın şahidləri" dini icmasının üzvü olduqlarını deyən gənclərdir. Hüquq-mühafizə orqanlarındakı adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, əvvəlki illərdə də "Yehovanın şahidləri" dini icmasının nümayəndələrinin Azərbaycanda hərbi xidmətdən yayınması hallarına ara-sıra rast gəlinirdi. Lakin həqiqi hərbi xidmətə 2014-cü ilin yanvar çağırışı dövründə bu, özünün kulminasiya həddinə çatıb. Belə ki, bu dəfə Bakı ilə yanaşı regionlar da daxil olmaqla, "Yehovanın şahidləri" icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina edib. Belə faktların mövcudluğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də təsdiqləyiblər. Məsələ ilə bağlı açıqlama verən Bakıdakı "Yehovanın şahidləri" dini icmasının nümayəndəsi Kirill Aleksandroviç Stepanov bildirib ki, onlar irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar: "Biz inanırıq ki, Bibliya (İncil) Allahın ilhamlandırılmış sözüdür. İsa öz davamçıları ilə bağlı İohanın İncildə 17-ci fəsil, 14-cü şeirdə yazılmış sözlərini deyib: "... onlar mənim kimi dünyadan deyillər". Bu göstərişə tabe olaraq, "Yehovanın şahidləri" irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar. Həmçinin biz hökumətin yürütdüyü siyasətə qarşı etiraz etmək üçün keçirilən vətəndaş itaətsizliyi aktlarında iştirak etmirik. Bizim üçün qan tökülməsi və ya zorakılığın başqa növlərində iştirak etmək yolverilməzdir. "Yehovanın şahidləri" bütün dünyada baş verən münaqişə və müharibələrdə tamamilə neytral qalırlar". K.Stepanov bildirib ki, "Din və müharibə haqqında ensiklopediya"da ("Encyclopedia of Religion and War") deyilir: "İsanın ilk davamçıları müharibədə və hərbi xidmətdə iştirakdan imtina edirdilər. Qətl İsanın öz düşmənlərinə sevgi haqqında təliminə zidd idi". Onun sözlərinə görə, Bibliyanın vicdanla bağlı təliminə əsasən, hər bir Yehova şahidi hərbi xidmət keçib-keçməməsi ilə bağlı özü qərar qəbul edir. Heç kim başqası üçün qərar qəbul edə bilməz: "Yehova şahidləri" dini icmasının Nizamnaməsində hərbi xidmət keçməklə bağlı məsələ barədə xatırladılmır. "Yehova şahidləri" hərbi əməliyyatlara etiraz etmirlər və hərbi xidmət keçmək istəyənlərə öz baxışlarını zorla qəbul etdirmirlər. Biz Bibliyada, İsa peyğəmbərin kitabında 2-ci fəsildə, 4-cü şeirdə yazılmış yaxşı tanınan peyğəmbərliyə inanırıq və onun "Onlar öz qılınclarını bağ bıçaqlarına və nizələri gavahınlara dəyişəcəklər. Xalq xalqa qılınc qaldırmayacaq və daha vuruşmağı öyrənməyəcəklər" sözlərinin yerinə yetirilməsində iştirak etmək istəyirik". Dini icmanın nümayəndəsi qeyd edib ki, "Yehovanın şahidləri" adətən hərbçilərin nəzarəti altında olmayan alternativ xidmət keçməyə razılaşırlar: "Azərbaycan Respublikasında dini etiqadları onlara hərbi xidmət keçməyə icazə verməyən vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 76.2-ci maddəsi ilə zəmanət verilir: "Əgər həqiqi hərbi xidmətin icra edilməsi vətəndaşların inamlarına zidd olarsa, onda qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsinə yol verilir". 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasının üzvü olub və bu beynəlxalq qurumun üzvü olmaqla dövlət beynəlxalq ictimaiyyət qarşısında öz üzərinə müxtəlif öhdəliklər götürüb". Onun sözlərinə görə, məsələn, Avropa Şurası Parlamentinin 2000-ci il 28 iyun tarixli 222 saylı Hesabatının 14-cü abzasında Azərbaycan dövləti tərəfindən daxil olan məktubdan sitat gətirilir. Azərbaycan tərəfindən təqdim edilmiş bu məktubda Azərbaycan Respublikası 2 il ərzində Avropa standartlarına uyğun gələn alternativ mülki xidmət haqqında qanun qəbul etmək öhdəliyi qəbul edib: "Bu iki illik müddət 2003-cü ildə başa çatıb. Lakin təəssüf ki, alternativ xidmət haqqında qanun indiyədək qəbul edilməyib. Son iki il yarım ərzində Avropa İnsan Haqları Məhkəməsi əsas vətəndaş hüquqlarını, o cümlədən "Yehovanın şahidləri"nin dini etiqadlarına görə orduda xidmətdən imtina etmək hüquqlarını dəfələrlə təsdiqləyib". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib ki, "Yehovanın şahidləri" dini icması vaxtilə Ədliyyə Nazirliyi tərəfindən ilkin qeydiyyatdan keçdiyi üçün onun Bakı şəhəri ərazisində fəaliyyəti qanuni hesab edilir: "Lakin onlar Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməyiblər. "Dini etiqad azadlığı haqqında" Qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilərlər". O.Əli deyib ki, "Yehova şahidləri"nin hərbi xidmətdən yayınmasına gəlincə, bu yəqin ki, onların öz aralarında olan əqidə məsələsindən qaynaqlanır və DQİDK sözçüsünün fikrincə, bu, yolverilməzdir: "Hamımız bilirik ki, hazırda Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Müharibə şəraitində olan ölkədə belə fikirlərin formalaşması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin (Vətəni müdafiə) II bəndindən əvvəl, I bənd var. Orada isə qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidirlər". Məsələyə İslam dini baxımından yanaşmanı izah edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev bildirib ki, İslam dini Vətəni, torpağı, milləti, dövləti, namusu, ailəni qorumağı önə çəkir və yeri gələrsə, hamı bunlar üçün canını da fəda etməlidir: "İslam dini xalqlar və millətlər arasında müharibənin olmasını istəmir, amma belə bir yanaşma var ki, sənə qarşı hücum varsa, müdafiə olunmalısan. Müdafiə olunanda isə təcavüzkarla vuruşmalısan. Hərbi xidmətə gəlincə, Vətənə hərbi xidmətin edilməsi çox bəyənilir. İslamda Vətənin keşiyində durmaq, ona xidmət etmək, onu düşməndən, təcavüzkardan qorumaq ən böyük şərəfdir, mütləq, vacib amildir və hər bir insanın boynunda haqdır. Vətəni qorumaq xalqı qorumaq, xalqı qorumaq torpağı qorumaq, torpağı qorumaq dövləti qorumaq deməkdir. İslamda zaman-zaman Vətəni qorumaq üçün din, dövlət rəhbərləri əmrlər verib. Cihad əmri veriləndə hamı bu hökmə tabe olaraq Vətəni qorumaq üçün ayağa qalxıb. Kim gizlənsəydi, kim qaçsaydı, onlar məsuliyyət daşıyardılar. Onlar həm Allah, həm də Vətən və xalq qarşısında günahkar hesab olunurdular. Muhəmməd peyğəmbərdən (s.ə.s) hədis var ki, "Vətəni sevmək imandandır". Sevmək üçün onu qorumalısan, onu möhkəmləndirməlisən, ona qarşı diqqətli olmalısan". Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər zamanı ora alternativ xidmətlə bağlı müddəa salınıb: "Xidmətin bir neçə növü var: həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ xidmət nədir? Dünyada müəyyən ölkələrdə bu xidmət növü tətbiq olunur. Bu zaman xidmətin müddəti həqiqi hərbi xidmətə nisbətən daha çox olur. İslam dininə aid olmayan bəzi dini cərəyanlar var ki, dini baxışlarına görə həmin şəxslər əlinə silah götürmürlər. Bundan başqa, cinsi azlıqlar və s. kateqoriyadan olan adamlar da həqiqi hərbi xidmətə yox, alternativ xidmətə cəlb olunurlar. Alternativ xidmət edən şəxslər adətən hospitallarda otaqları təmizləyir, hərbi hissədə müxtəlif təsərrüfat işlərinə cəlb olunurlar. Bu, o demək deyil ki, onlar xidmətdən uzaqlaşa bilərlər. Məsələn, Rusiyada alternativ xidmətdə olanlardan bazarların süpürülməsində, yaxud ayaqyoluların təmizlənməsində, qocalar evində qocalara qulluq edilməsində və s. işlərdə istifadə olunur. Lakin bunun üçün qanun olmalıdır" ( Trend ).
2014-04-03
13,390
Vəhabilərin Xudatda şəriət məhkəməsi - Foto
Xudat şəhərində vəhabilərin şəriət məhkəməsi qurması ilə bağlı ötən gün məlumat vermişdik. Xəbərin ciddiliyini nəzərə alıb, araşdırma üçün Xudata yollandıq. Vəhabilər gələndən nifaq başladı Məlumatlar elə Bakı Beynəlxalq Avtovağzalından başlayır - Xudat istiqamətinə gedən mikroavtobuslardan. Söhbətləşdiyimiz xudatlılar vəhabilərin rayondakı gücündən narahat görünürdü. Jurnalistləri sevdiyini deyən orta yaşlı sərnişin Xanəmir kişi vəhabilərin Xudata Qusardan gəldiyini bildirir: "Əvvəllər bizdə dədədən-babadan hamı şiə məscidinə gedirdi. Düzdür, sünnilərin də yaşadığı kəndlərimiz var. Ancaq vəhabilər buralara gələndən sonra Xudat, Xaçmaz, Qusar camaatı arasında nifaq salıblar. Bizdə heç vaxt "mən şiəyəm, sən sünnisən" söhbətləri olmayıb. Məsələn, bizim ailə şiədir, ancaq qızımın yoldaşı sünni. Heç vaxt dini fərqlərə görə mübahisələrimiz olmayıb. Ancaq vəhabilik biz tərəflərə ayaq açandan sonra kənd camaatı arasına nifaq düşdü. Vəhabilər özlərindən olmayana kafir kimi baxırlar. Buna görə şiə məzhəbindən olanlarda onlara qarşı haqlı qəzəb yarandı". Şəriət məhkəməsi haqda eşitmişəm Yolboyu söhbətləşdiyimiz Xanəmir kişi vəhabilərin şəriət məhkəməsi qurması xəbərindən və kənd camaatının Suriyaya döyüşməyə getməsindən də danışır: "Onların məhkəməsinin harda olması və qərarları kimlərin verməsi haqqında məlumatım yoxdur. Bir neçə ay bundan qabaq kəndimizdən bir nəfər mənə dedi ki, qohumları Suriyaya döyüşməyə gedib. Onun Suriyaya getməsindən sonra bizim camaatdan ona yaxın insan döyüşə yollanıb. Həmin adamlardan 3-4 nəfərinin meyiti gəlib. Hamısı da cavan-cavan oğlanlardır..." Qardaş, gəlin, çay için Sərnişini olduğumuz avtobus Xudata çatır. Xanəmir kişi ilə birlikdə mərkəzi küçələrin birində avtobusdan enirik. Şiələrin ibadət etdiyi məscidin yerləşdiyi ünvanı soruşub yol yoldaşımızla sağollaşırıq. Məscidə doğru yolda bir çayxanın yanından keçirik. Xudat gənclərinin toplaşdığı çayxanadan səs gəlir: "Qardaş, gəlin, çay için" Xudatlı gənclərin bu jestini qəbul edərək çayxanaya dönüb, ordan-burdan söhbətə başlayırıq, daha doğrusu, kəşfiyyata: görəsən, vəhabilər deyil ki bunlar? Çayxanadakı gənclərin vəhabi olmadığına inandıqdan sonra söhbət açırıq. Gənclər deyir ki, vəhabilərlə maraqlanmırlar və onları qəbul etmirlər: "Biz müsəlmanıq. Onların hərəkətləri dinə görə qəbul olunmur. Vallah özbaşnalıqdır: şəriət məhkəməsi qururlar, kafir elan edirlər kimisə... Bizim Xudat camaatı arasında vəhabilər çox az idi. Son vaxtlar çoxalmağa başlayıb. "Yuxarı məscid" onların məscididir, ora toplaşırlar". "İmam Hüseyn" məscidi Gənclərlə sağollaşıb şiə məzhəbindən olanların namaz qıldığı İmam Hüseyn Məscidinə gəlirik. Məscidin axundu ilə söhbətimizdə çox məsələlərdən xəbər tuturuq. Ağ saçı və ağarmış saqqalı ilə insanda xoş təəssürat yaradan yaşlı axund deyir ki, vəhabilərin Xudata ayaq açması Xaçmazda məscidin bağlanmasından sonra baş verib: Əvvəllər Xaçmaza üz tuturdular "Xudatda vəhabilərin sayının çoxalması Xaçmazdakı vəhabi məscidinin bağlanması ilə bağlıdır. Əvvəllər Xudatda olan vəhabilər Xaçmaza üz tuturdular. Çünki toplaşmaq yerləri ora idi. Ancaq ordakı məscidləri bağlandıqdan sonra onlar Xudata üz tutmağa və burda genişlənməyə başladılar". Söhbət əsnasında axund onu da dedi ki, vəhabilər onların hamısına kafir kimi baxır: "Onlar ifratçılıqla məşğuldurlar. İslam mənəviyyatdır, əxlaqdır. Bunların mənəviyyatsız hərəkətləti nə dinə, nə də şəriətə uyğundur". Vəhabilər Xaçmazda da cəmiyyət qurub Məscidin axundu şəriət məhkəməsinin olması barədə qulaqdan-qulağa eşitdiyini deyir: "Bunların sayı əvvəllər çox az idi. Heç nə edə bilmirdilər. İndi çoxalıblar deyə, əl-ayaq açıblar. Burda söhbət gəzir ki, vəhabilər şəriət məhkəməsi yaradıblar, amma görməmişəm. Ona görə Xudatda nə yaratdıqlarını dəqiq deyə bilməyəcəyəm, ancaq Xaçmazda onların cəmiyyətinin olması və toplanıb müəyyən qərar vermələri haqqında məlumat dəqiqdir. Suriyaya döyüşməyə gedənlərin heç biri qayıtmır. Geri gələnlərin də ancaq meyiti gəlir". Çeçenistandan gələn vəhabilər... Digər rayonlardakı vəziyyətdən də danışan axund bildirdi ki, ən acınacaqlı vəziyyət Qusardadır: "Ən ağır vəziyyət Qusardadır. Dağıstanla sərhəddə yerləşdiyinə görə, ordan gələn vəhabilər insanları tez bir zamanda təsir altına sala bilirlər. Dağıstan və Çeçenistandan gələn vəhabilər işsiz gəncləri onlarla birgə ticarət etməyə dəvət edirlər. Bir müddət sonra isə iş dalınca gedən cavanlar vəhabi olurlar və özləri buralara gələrək işsiz cavanları Dağıstana dəvət edirlər. İş-güc olsa, heç kim onlara qoşulmaz". Vəhabi məscidində namaz qılmaq Axundla sağollaşıb "Yuxarı məscid" adlanan ünvana -vəhabilərin ibadət yerinə gəlirik. Maraqlısı odur ki, məscidin qapısı açıq olsa da, yaxınlıqda heç kəsi görmürük. Bir qədər həyətdə dolaşdıqdan sonra velosiped sürən bir gənc görünür. Yaxınlaşıb məsciddəki sükutun səbəbini soruşuruq: "Axşam namazına hələ 2-3 saat var. İndi bura heç kəs gələn deyil. Məscid açıqdır, istəsəniz, girib içəridə namaz qıla bilərsiniz". Üzərindəki yazılardan bəlli olur ki, məscid 1992-ci ildə inşa edilib. Qaranlıq düşməsi səbəbindən axşam namazına qala bilmirik. Vəhabilərin məscidindən çıxaraq yola düzəlirik. Bakı-Xudat-Bakı
2014-04-03
13,391
Ayaqqabı qutusunda pul gizlədən bankirə yeni vəzifə
"Halkbank"ın keçmiş sahibi Süleyman Arslan "Ziraat" bankının idarə heyətinin üzvü olub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədəki 17 dekabr rüşvət əməliyyatı dalğasına damğasını vuran – evində ayaqqabı qutularının içindən 4.5 milyon dollar tapılan "Halkbankı"n keçmiş sahibi Süleyman Arslana yeni vəzifə verilib. Belə ki, 17 dekabrdakı korrupsiya əməliyyatları zamanı həbs olunan Süleyman Arslan "Ziraat" bankının idarə heyətinin üzvü seçililib.
2014-04-03
13,393
İsa Muğannanın son səs yazısı yayıldı - Video
"Hədəf Kursları"nın baş direktoru, Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiqin Xalq yazıçısı İsa Muğanna ilə söhbətinin bəzi parçaları Yutub portalında yerləşdirilib. "Axar.az" Şəmil Sadiqin Xalq yazıçısı İsa Muğanna ilə etdiyi 3 saatlıq söhbətdən parçaları təqdim edir. Xatırladaq ki, bu, müəllifin son səs yazısıdır.
2014-04-03
13,394
Putinin 53 metrlik yaxtası Qara dənizdə - Foto
Rusiya prezidenti Vladimir Putinə məxsus 53 metrlik meqa-yaxta Bosfor boğazından Qara dənizə daxil olub. "Axar.az" xəbər verir ki, "Çayka" adlı yaxta növbəti yoxlanışdan keçmək üçün yollanır. Bundan əvvəl yaxta Yunanıstanın Lavrion limanında lövbər salmışdı. Bu limanı onun "qış mənzili" adlandırırlar. Yaxtaya Rusiya Prezidentinin əmlakının idarə edilməsi şöbəsi nəzarət edir. Qeyd edək ki, 2012-ci ilin avqustunda rus müxalifət liderləri Boris Nemtsov və Leonid Martınyuk Putinin dəbdəbəli həyatı ilə bağlı hesabat yaymışdılar. Həmin hesabatda prezidentə məxsus villalar, yaxtalar, avtomobillər, təyyarələr və başqa aksessuarlar göstərilmişdi.
2014-04-03
13,395
Xəzər TV: “Namussuzlar montajla subtitrləri dəyişib”
"Hanısısa namussuz montajla subtitrləri dəyişib, etdiyi tərbiyəsizliyin məsuliyyətini də bizim üstümüzə atıb". Bu sözləri "Axar.az"a açıqlamasında Xəzər TV-nin Xəbərlər Departamentinin redaktoru Vüsal Gözəlov telekanalda gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrinə əxlaqsız söz əlavə edərək sosial şəbəkələrdə yayılması məsələsinə aydınlıq gətirərkən bildirdi. Redaktor qeyd etdi ki, mart ayının 29-da efirə gedən süjetlə bağlı təkzib aprel ayının 1-ində yayımlanıb: "Süjet gedən vaxt belə bir səhv olsaydı, mütləq kimsə görərdi. Süjet zamanı gedən subtitrdə heç bir səhv olmayıb. Bunu sonradan kimlərsə feysbukda hazırlayıb və paylaşıb. Daxili İşlər Nazirliyinə müraciət etməyimizə səbəb də budur". V.Gözəlov bildirir ki, onlar şəkil feysbukda yayımlanandan sonra bu hadisədən xəbər tutublar: "Şəkilə diqqətlə baxsanız, montaj olduğunu hiss edərsiz. Arxiv kadrlarını da izləmişik. Süjetdə gedən subtitrlərdə heç bir səhv yoxdur. Bu tərbiyəsizliyi edən hər kimdirsə, buna görə cavab verəcək". Qeyd edək ki, mart ayının 29-da, saat 20:30-da "Xəzər Xəbər"də efirə gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrində təhqiramiz ifadə yer alıb. Həmin gündən sosial şəbəkədə yayılan və bütün redaksiyalara göndərilən fotonun montaj olduğu barədə Xəzər TV-nin təkzibi yalnız bu gün yayılıb.
2014-04-03
13,396
“Təmiz Dünya” könüllü təlimlərə start verib
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi könüllü təlimlərə start verib. Bu haqda "Axar.az"a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda deyilir ki, bölgələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində sosial işçilər lazımi bilgilərlərə yiyələnəcəklər. Təlim ali məktəblərdə sosial iş üzrə təhsil alan tələbələrlə aparılır. Onlara sosial işin təşkili və psixoloji yardım edilməsi üçün gərəkli məlumatlar oyrədilir. Həmçinin, təlim prosesində həssas qrupdan olan məişət zorakılığı və insan alveri qurbanlarıyla sosial işin xüsusiyyətlərinə dair təlimlər keçirilir. Təlimin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu cür könüllü təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə sosial işçilərin regionlarda belə qruplarla işşləmək bacarığını təkmilləşdirmək və nəzəri və praktik biliklərini yüksəltməkdir. Təlimlər 1 ay müddətində həyata keçiriləcək. Müddət bitdikdən sonra il ərzində mütəmadi olaraq yeni qrupların təlimə cəlb edilməsi nəzərdə tutulur. Təlimdə ölkədə məişət zorakılığının aradan qaldırılması və eləcə də insan alverinə qarşı mübarizə haqda Qanunların müddəaları rəhbər tutulur. Təlim dövlət proqramlarının icrasına dəstək məqsədi daşıyır. İctimai Birlik sosial işçilər üçün Bazar günü məktəbləri də həyata keçirir, sosial işçilərin işçilərin təcrübələrinin artırılması istiqamətində iş aparır.
2014-04-03
13,397
4 nurçu polis rəisi təyyarədə həbs edildi – Şok
Xüsusi tapşırıq üzrə İsrailə gedən dörd polis rəisi təyyarədən düşürdülüblər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailə getmək üçün xüsusi olaraq seçilən altı nəfərlik komandadakı polis rəisləri təyyarədə şok yaşayıblar. Dörd rəisə "çamadanlarınızı düşürdün, deşifrə olundunuz", - deyilib. Təyyarədən düşürdülən polislərin silah və vəsiqələri alınıb. Rəislərin Daxili İşlər naziri Əfqan Alanın göstərişi ilə saxlanıldıqları bildirilib. Müxtəlif şəhərlərdə Terrorla Mübarizə, Kəşfiyyat, Qaçaqmalçılıq və Banditizmlə Mübarizə idarəsində çalışan bu dörd polis rəisinin Gülən hərəkatına üzv olduqları üçün saxlanıldıqları bildirilir. Xatırladaq ki, TIPH beynəlxalq missiyasında 10 Türkiyə polisi işləyir. Altı aydan bir komanda dəyişdirilir və polislər 4-5 min dollar arası maaş alır. Türkiyə Baş Mühafizə İdarəsi İsrail ilə Fələstin arasındakı insan hüquqlarının pozulmasını müşahidə etmək üçün Əl-Xəlildə (İsraillə Fələstin arasındakı mübahisəli bölgə - red.) təşkil olunan Beynəlxalq Müvəqqəti İştirak (TIPH) qüvvələrində çalışacaq müxtəlif rütbələrdən altı polisi seçib.
2014-04-03
13,398
Futbolçumuz Türkiyə klubundan uzaqlaşdırıldı
Azərbaycan yığmasının sabiq futbolçusu Saşa Yunisoğlu Türkiyənin "Dənizlispor" klubundan kənarlaşdırılıb. Bu barədə I dəstədə mübarizə aparan komandanın prezidenti Mehmet Özsoy məlumat verib. "Saşa Yunisoğlu ilə müqaviləmiz qarşılıqlı şəkildə pozuldu. Bu futbolçunun komandamıza verdiyi xidmətə görə ona təşəkkür edir, karyerasında uğurlar diləyirəm" – deyə klub rəhbəri bildirib. Qeyd edək ki, Saşa Yunisoğlu mövsümün əvvəlində AZAL-dan ayrılaraq "Dənizlispor"a transfer olunmuşdu. Ondan əvvəl bu klubda digər azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayev çıxış edirdi ("Qol.az").
2014-04-03
13,399
Ermənilərdən növbəti təxribat – Xəritə
Ermənilər Azərbaycanın xəritəsini saxtalaşdırdılar. "Axar.az" xəbər verir ki, erməni proqramçılar Azərbaycanın real ərazisini təhrif edən xəritə hazırlayıblar. www.mappery.com saytında yerləşdirilən xəritədə Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib. Saytda Azərbaycanın təhrif edilmiş xəritəsi ilə yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının və Stepanakert (Xankəndi) şəhərinin xəritəsi yerləşdirilib. Xatırladaq ki, Azərbaycan xəritəsinə bu cür hörmətsizlik bir neçə dəfə təkrar edilib. Sonuncu dəfə bir neçə il öncə Ümumdünya Səhiyyə Təşkilatının saytında eynitipli səhvə yol verilmişdi. Azərbaycan Səhiyyə Nazirliyinin və Xarici İşlər Nazirliyinin etirazından sonra səhv düzəldilmişdi.
2014-04-03
13,400
Azərbaycanda polis zabitinin həbsi ilə bağlı açıqlama - Rəsmi
14:10 Azərbaycanda polis zabiti saxlanılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Onun nədə ittiham olunduğu açıqlanmır. Hadisə şahidlərinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları V. Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar. Balakən Rayon Polis Şöbəsindən V. Filiyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılmasının detallarını açıqlamayıblar. 19:20 Azərbaycanda polis zabitinin saxlanılması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin saxlanılması barədə yayılan məlumatlar əsassızdır. Qeyd edək ki, bu gün bəzi KİV-lərdə polis kapitanı V.Filiyevin saxlanılması barədə məlumat yayılıb. (Trend)
2014-04-03
13,401
Ermənilər Röya Ayxanın qarşısını kəsdi
Moskvanın Kreml sarayında eyni ayda, eyni məkanda həm azərbaycanlıların, həm də ermənilərin konserti keçiriləcək. "Axar.az" xəbər verir ki, aprel ayının 18-i Röya Ayxan Moskvanın Kreml sarayında konsert proqramı ilə çıxış edəcək. Bunu eşidən ermənilər eyni məkanda, eyni ayda öz millətlərindən olan müğənninin konsertini təşkil etmək qərarına gəliblər. Konsertin təşkilatçıları azərbaycanlıları bir olmağa, konsertin səviyyəsinin hər cəhətdən üstün etmək üçün həmvətənlərimizə səslənib: "Biz sübut etməliyik ki, onlardan güclüyük. Ona görə, Moskvada yaşayan bütün azərbaycanlıları bir olmağa çağırırıq". Məsələylə bağlı Röya Ayxanın prodüsseri Kənan bəy məsələyə aydınlıq gətirdi: "Təbii ki, eşidəndə əsəbiləşdim, sadəcə, onlar həzm edə bilmirlər bizim uğurumuzu. Nəyə imza atırıqsa, uğurlu alınır. Bunu isə, ermənilərin gözü götürmür. Nə deyə bilərəm ki? Sadəcə, sözün əsl mənasında mənə gülməli gəlir, sanki məni gözləyirdilər. Eyni ayda, eyni məkanda konsert verəcəklərini eşidəndə çox da narahat olmadım. Onsuz da onlar bizimlə rəqabətə girə bilməz və bunu inşallah ayın 18-ində sübut edəcəyik".
2014-04-03
13,402
Kliçkonun azərbaycanlı əsgər yoldaşı danışdı - Müsahibə
Bakı merinin oğlunun təzyiqi ilə ölkədən çıxan Qurban Mahmudov Kliçkonun əsgər yoldaşı olub. "Kliçko çox sadə insandır. 8 ay onunla hərbi xidmətdə olduq, bilmədik ki, o idmançıdır. Halbuki həmin vaxt o artıq Ukrayna çempionu olmuşdu. Sonradan zabitlərdən eşitdik ki, Kliçko peşəkar boksla məşğuldur". Bu sözləri "Azadlıq"a ağır çəkidə WBC, WB0, WBA versiyaları üzrə üç dəfə dünya çempionu olmuş, Ukrayna inqilabının liderlərindən biri olan, UDAR partiyasının sədri Vitali Kliçkonun əsgər yoldaşı Qurban Mahmudov deyir. Qurban Mahmudovu tapmaq o qədər asan olmadı. Düzü, Kliçkonun azərbaycanlı əsgər yoldaşı olduğu barədə sosial şəbəkələrdən xəbər tutduq. Ağ-qara olan həmin şəkildə Kliçko və Qurban Mahmudov işarələnmişdi. Di gəl, onu kiminsə tanıdığı, münasibəti olduğu bəlli deyildi. Nə isə, uzun axtarışdan sonra öncə Qurban Mahmudovun dostu, iş ortağı Maqsud Mahmudovu tapdıq. Maqsud Mahmudovla söhbətimizə keçməzdən öncə kiçik bir arayış verək. Maqsud Mahmudov tez-tez Ukraynaya gedir. Orada kiçik bizneslə məşğuldur. Ukraynadakı Maydan hadisələrində də orada olub və Azərbaycan bayrağını dalğalandırıb. Onun şəkilləri də bizdə olduğu üçün yanına getdik. Məhz bu şəkillərin hesabına Maqsud Mahmudovu danışdıra bildik. Necə deyərlər, onu fakt qarşısında qoyduq, narazı olsa da, bir-iki kəlmə danışdı. Onu da öncədən bildirək ki, Maqsud Mahmudovla Qurban Mahmudovun heç bir qohumluq əlaqələri yoxdur. Sadəcə soyadları eynidir. Söhbətimizə Qurban Mahmudovla Kliçkonun münasibətlərindən başlayırıq. Xəbəri olmamış olmaz. Ancaq bu barədə danışmadı. Dedi ki, Qurban Mahmudovla görüşəndə özündən soruşaq. Müsahibimizi çox da narazı salmamaq üçün birbaşa özüylə bağlı söhbətə başlayırıq. - Bizdə olan məlumata görə, Siz tez-tez Ukraynaya gedirsiniz. Hətta ayda iki dəfə səfəriniz olur. Bu səfəriniz nəylə bağlıdır? Sizin orada da biznesiniz var? - Mənim o xalqa - ukraynalılara böyük hörmətim var. Həm də orada özümə kiçik biznes qurmuşam. Vaxtaşırı ora gedib işlərimlə maraqlanıram. - Ancaq bizdəki şəkillərdən bəlli olur ki, siz Maydan hadisələrində orada olmusunuz, üstəlik, Azərbaycan bayrağını meydanda birinci siz qaldırmısınız? - Bəli, bu belə olub. Bu mənim üçün şərəfdir. Bayrağımızın hər yanda dalğalanmasından qürur duyuram. Əgər bunda mənim də kiçik bir xidmətim olubsa, sevinirəm. - Kliçkoyla necə, münasibətiniz varmı? - Azərbaycan bayrağını Maydanda dalğalandıranda nəinki Kliçko, bir çoxları mənə yaxınlaşıb qucaqladı, öpdü, bizə və xalqımıza olan sevgilərini dilə gətirdilər. Hazırda Ukraynanın baş naziri olan Yatsenyuk da mənlə görüşdü. Bayrağı dalğalandıranda qucaqladı, gözləri dolmuşdu. - Dediniz ki, bayrağı dalğalandıranda Kliçkoda sizinlə görüşdü. İndi də onunla əlaqə saxlayırsınız? - Mən Ukraynaya onunla tanışlığa görə getməmişəm. Sadəcə olaraq orada olan azərbaycanlılar kimi Ukrayna xalqının həmrəyliyinə şərik olmuşam. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını dalğalandırandan sonra onlar mənimlə görüşdülər. - Maydan hadisələrində Donetskdən gələn etirazçıların qurduğu mağara da Azərbaycan bayrağını sancmışdınız. - Sizdə olan məlumatlar məndən daha çoxdur. Deyəsən, çox hazırlıqlı gəlmisiniz? (Gülür) - Sonuncu dəfə Ukraynada nə vaxt olmusunuz? - Üç-dörd gün öncə. Keçən həftənin bazar günü Ukraynadan qayıtmışam. Maqsud Mahmudov işlərinin çox olduğunu deyir. Bunu ona gələn telefon zənglərindən də hiss edirik. "Qardaş, beş dəqiqəyə çatıram", "Bir azdan gəlirəm" deyib dəstəyin o üzündə olan insanlara "təsəlli" verirdi. Ondan şəriki Qurban Mahmudovun nömrəsini istədik. Bunu edə bilməyəcəyini dedi. Onu da qeyd etdi ki, hazırda ölkədə deyil. Uzun axtarışdan sonra Qurban Mahmudovun nömrəsini tapa bildik. Moskvada olduğunu öyrəndik. Telefon nömrəsini tapıb zəng etdik. Onunla da söhbətə bizdə olan şəkillərdən başladıq. Qurban da soydaşı kimi vaxtının az olduğunu dedi və söhbəti tez yekunlaşdırmağımızı xahiş etdi. Qurban Mahmudov indinin özündə də Kliçkoyla münasibətlərinin olduğunu deyir: "Sizin əldə etdiyiniz şəkillərdəki insanların Kliçkoyla münasibəti var. Onlar hətta Maydan hadisələri zamanı onun yanında idi. Mən Moskvada olsam da, bir neçə dəfə onunla telefon əlaqəsi yaratmışam. Kliçkonun istər mənlə, istərsə də başqa əsgər yoldaşları ilə münasibətləri əla olub. Çox sadə insandı. Onun idmançı olduğunu bilmirdik. Baxmayaraq ki, 8 ay bir yerdə xidmət etmişik. Sonradan zabitlərdən eşitdik ki, Kliçko peşəkar boksçudur. Əsgərlikdə olan zaman artıq Ukrayna çempionu idi. Ancaq özünü elə aparırdı ki, deməzdin döyüşçüdür. İdmançı olduğunu, bizdən daha güclü olduğunu hiss etdirməmişdi". Qurban Mahmudovla çox danışa bilmirik. Bakıya qayıdandan sonra bizimlə görüşüb, geniş söhbət edəcəyinə söz verir. ("Azadlıq.info").
2014-04-03
13,403
Şeyx məscidə 10 min manat ayırdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Quba rayonuna səfəri çərçivəsində burada yerləşən Hacı Cəfər məscidində olub. Şeyx məscidin təmiri üçün 10 min manat pul ayırıb. Şeyxülislam ayırdığı pulu məsciddə olarkən nümayəndələrə təqdim edib. Daha sonra məscidə qeydiyyatdan keçən 22 dini ədəbiyyat təqdim edilib. Həmçinin, məscidə vəhabilik əleyhinə olan kitab və Qurani-Kərim də verilib. Görüş Heydər Əliyev Mərkəzində davam etdirilib. QMİ sədri Quba Memorial Soyqırımı Kompleksini də ziyarət edib. Şeyxülislam soyqırımı dünyanın ən dəhşətli faciəsi adlandırıb (ANS).
2014-04-03
13,404
Talassemiyalı 9 aylıq Ümidin köməyə ehtiyacı var
Talassemiya xəstəliyindən əziyyət çəkən 9 aylıq Qurbanlı Ümid Mənsur oğluna kömək lazımdır. "Axar.az" xəbər verir ki, Ü. Qurbanlıya 8 aylığında talassemiya beta diaqnozu qoyulub. Xəstəliklə əlaqədar körpə bir həftə Talassemiya xəstəxanasında müayinə görüb. Xəstəlik müəyyən edildiyi gündən Ü. Qurbanlıya 7 dəfə qan vurulub. Üç ildən sonra dünyaya gələn və ailənin tək övladı olan balaca Ümidin xəstəliyi ağır olduğundan vurulan qan tez parçalanır. Bu səbəblə körpəyə ayda 2 dəfə qan vurulur. Həkimlər deyir ki, yaş artdıqca Ümidin B(III)Rh+ qana ehtiyacı da artacaq. Xəstəlik getdikcə daha da ağırlaşdığından balaca Ümidin dalağına və ciyərində artıq böyümə gedir. Valideynləri deyir ki, körpənin əməliyyatı Türkiyədə və Almaniyada mümkündür. Türkiyədəki əməliyyat üçün 150 000 manat, Almaniyada əməliyyatı üçün isə 260 000 manat lazımdır. Ailə balaca Ümidini itirməmək üçün yardım istəyir. Balaca Ümidin həyatda qalması üçün yardım etmək istəyənlər (051) 844 82 84 nömrəsi ilə əlaqə saxlaya bilər. Ü.Qurbanlı adına bankda hesab da açılıb. Ailə Ümid üçün gələcək yardımları gözləyir. Yardım etmək istəyənlər üçün Ü.Qurbanlının bank hesabı: Ünvan: AZ1010, Bakı şəhəri, Ş.Bədəlbəyli 102 Tel: (99412) 4978700, 5980841, 5980842 Fax: (99412) 4987447 Teleks: 142310 İSA Email: [email protected] VÖEN: 9900006651 KOD: 507581 Müxbir hesab: AZ50NABZ01350100000000032944AZN SWİFT: ATAZAZ22 Hesabın adı: QURBANOV MƏNSUR ZAHİD OĞLU IBAN: AZ11ATAZ012001781120000141010(AZN)
2014-04-03
13,405
Bıçaqlanmış gənci klinika qan içində küçəyə atdı – Vəhşilik
Nəsimi rayonu Rəşid Behbudov küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında baş verən hadisə zamanı təxminən 25-27 yaşlı gənc oğlan naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ərazidə olanlar yaralını yaxınlıqdakı "Nihat Klinikası"na aparsalar da, klinika yaralını qəbul etməyib. Hadisə şahidləri bildirir ki, yaralını klinikaya aparıblar: "Klinikanın işçiləri yaralını heç içəri buraxmadı. Biz güclə də olsa, onu içəri saldıq, ancaq onlar xəstəni yaralı vəziyyətdə küçəyə atdılar. Xəstəni qan aparırdı. Yaraları çox olduğundan ayaq üstə dayana bilmirdi. Klinika işçiləri isə bildirdilər ki, onlarda cərrahiyyə şöbəsi yoxdur". Hadisə şahidi deyir ki, klinika işçiləri heç yaralıya ilkin yardım da göstərməyib. Onlardan təcili yardıma zəng etmələrini istəsələr də, klinika işçiləri qapını arxadan üzlərinə bağlayıb. Yaralı gənci ətrafdakıların köməyi ilə maşına mindirərək xəstəxanaya aparıblar.
2014-04-03
13,406
Lotu Qulinin qohumu həbs olundu
Sankt-Peterbuqrda kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Albert Rıjıy" ləqəbli sankt-peterburqlu kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinərək axtarışa verilən İlham Hacıyev dünən gecə paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində yaşadığı mənzildə saxlanılıb. Əməliyyat zamanı kriminal aləmdə "Hamlet" adı ilə tanınan İlham Hacıyevin yaralandığı məlum olub. O, mənzilinin eyvanından qaçmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis əməkdaşları travmatik silahdan İ.Hacıyevə atəş açıblar. Qeyd edək ki, Ə.Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətl kriminal aləmdə "qanuni oğru"lar arasında 2010-cu ildə başlanan savaşın davamı sayılır. Ə.Heydərovun qətlini məşhur kriminal avtoritet, 2013-cü ilin 16 yanvarında qətlə yetirilən Ded Xasana yaxınlığı ilə əlaqələndirirlər. "Albert Rıjıy" ləqəbli Ə.Heydərov Şimal-Qərbi Rusiyada Ded Xasanın maraqlarını müdafiə edirmiş. Bu səbəbdən onun Ded Xasanın düşmənləri ilə konflikt yaşadığı bildirilir. Ə.Heydərovun qətlində şübhəli bilinən İ.Hacıyevin isə hazırda Türkiyədə gizlənən qanuni oğru Namiq Səlifov və onun qardaşı, uzun müddətdir Azərbaycanda həbsdə saxlanılan "qanuni oğru" Nadir Səlifovun qohumu olduğu bildirilir.
2014-04-03
13,407
Uşaqların “Dəcəllər klubu” yaradıldı
Azərbaycanda uşaqlar üçün yeni dəcəllər klubu yaradılıb. Klubdan "Axar.az"a verilən məlumata görə, 5 aprel tarixində saat 12:00-da Təlim və psixologiya mərkəzində dəcəllər klubunun ofisinin açılış mərasimi keçiriləcək. Klubun açılış tədbirinə giriş sərbəstdir. Açılışda siz klubla və övladlarınızın məşğul olacağı fəaliyyətlə yaxından tanış olacaq və uşaqlarınızla birgə müxtəlif hədiyyələr qazanacaqsınız. Əlaqə məlumat üçün: V.S. təlim və psixologiya mərkəzi, Səbail r-nu, Xaqani küç. 1. Xaqani Ticarət Mərkəzinin 5-ci mərtəbəsi, Malakan bağının yanı. Bakı AZ1000 Tel: +99412 480 45 59 Mob: +99455 902 11 21 +99470 902 11 21 Email: [email protected]