date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-01
13,203
Ermənistan 4 hərbçisini itirdi
Azərbaycanın işğal altındakı ərazilərində son iki həftə ərzində 4 erməni hərbçi ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb. Martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib. Martın 31-də isə Ermənistan ordusunun baş leytenantı Arutyun Safaryan qoşunların təmas xəttində minaya düşərək ölüb.
2014-04-01
13,204
ANS-in aparıcısı müğənnini aldadıb rayona toya göndərdi
Bütün dünyada 1 Aprel "Gülüş günü" kimi qeyd olunur. Başqa günlərdən fərqli olaraq bu gün biz yalnız zarafat məqsədi ilə tanışlarımızı aldadırıq. Maraqlıdır, bəs müğənnilərimiz bu gün kimi aldadıb və ya onları kim aldadıb? Hələ heç kəsi aldatmamışam Müğənni Mətanət Əsədova bildirdi ki, hələ heç kəsi aldatmayıb. Onu kiminsə aldadacağını da gözləmir. Aldanmağı sevmirəm Faiq Ağayev isə "Gülüş günü"nü unutduğunu söylədi: "Heç kəsi aldatmamışam. Aldanmağı da sevmirəm. Amma məni aldadıblar. "Gülüş günü" olduğunu unutmuşdum, aldadılandan sonra xəbərim oldu". "Gülüş günü" yadımdan çıxıb Xatirə İslamınsa "Gülüş günü" yadından çıxıb: "İnanın ki, "Gülüş günü" yadımdan çıxıb. Heç aldadan da olmayıb ki, yadıma düşsün. Amma mən aldadacağam". ANS-in teleaparıcısı Çingiz aldadıb Müğənni Əlikram Bayramov isə aldandığından danışdı: "Bəli, ANS-in teleaparıcısı Çingiz məni aldadaraq üç yüz manat pul verib Sabirabada toya göndərdi. Yarı yolda zəng vurub dedi ki, "Aldadıram, qayıt gəl Bakıya, pulumu da qaytar. Mən də yalandan dedim ki, "Görüşək qaytarım. Amma qaytarmayacağam, mən də onu aldadacam"". Köynəyinin düymələri qırılıb Reper Anar Nağılbaz isə əvvəlki kimi bayramlara həvəsi olmadığını söylədi: "Evdəkilər məni yüngülvari aldadıblar. Mən də dostumu aldatdım. Ona dedim ki, köynəyinin düymələri qırılıb. Amma əvvəlki kimi bayramlara, belə günlərə həvəsim qalmayıb".
2014-04-01
13,205
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-04-01
13,206
Mücahid: “Biz Suriyaya ölmək üçün gəlmişik” - Video
"Biz Suriyaya geri dönmək üçün deyil, ölmək üçün gəldik". "Axar.az" mücahidlərə yaxın sayta istinadən xəbər verir ki, hollandiyalı bir jurnalistin Suriyada döyüşən holland əsilli mücahiddən aldığı açıqlamada bu fikirlər yer alıb. Müxbirin "siz Hollandiyaya döndükdən sonra terror aktı həyata keçirməyi planlaşdırırsınızmı" sualına mücahidin cavabı belə olub: "Əgər Hollandiya hakimiyyəti Suriya xalqına yardım üçün könüllü adam toplasaydı, mən adımı birinci yazdırardım. Nə üçün biz zalım bir rejimin əlindən canını qurtarmaq istəyən bir xalqa yardım etdiyimizə görə qınanırıq? Bu, heç bir məntiqə sığmır. Hollandiyada terror aktına gəldikdə isə xeyr, bizim elə bir niyyətimiz yoxdur. Biz Suriyaya geri dönmək üçün deyil, ölmək üçün gəldik". Hollandiyalı jurnalistin Suriyadan olan reportajını təqdim edirik.
2014-04-01
13,207
Futbolçular vətənlərinə buraxılmır - Video
Braziliyalı futbolçular gülməli reklam çarxında yer alıblar. "Axar.az" xəbər verir ki, Braziliya komandasının oyunçuları Tyaqu Silva, David Luis və Marselo məşhur aviokompaniyanın reklam çarxının əsas simalarıdır. Süjetə əsasən dünyanın müxtəlif yerlərindən dünya çempionatına ev sahibliyi edəcək vətənlərinə qayıdırlar. Lakin Braziliyaya qayıtmaq o qədər də asan olmur. Belə ki, onlar yolda bir çox maneələrlə qarşılaşırlar.
2014-04-01
13,208
Nə mələk, nə şeytan...
Adətən bir xalqın inkişafı və daha mədəni olmasından danışanda düşünürük ki, əgər o xalq çox kitab oxuyursa, demək ki, mütləq mədənidir və istisna qabiliyyətlərə sahibdir. Ya da hansısa xalqın daha çox bədii ədəbiyyat oxuması bizim üçün əsas mədəniyyət göstəricisi sayılır. Məsələn, ruslar da ən çox oxuyan və bədii ədəbiyyatı, xüsusən nəsri güclü olan xalqlar sırasındadır. Amma bu gün rus xalqının yanaşmalarını və imperiya şüurundan uzaqlaşa bilmədiyini görədən istər-istəməz bu düşüncənin gerçək olmadığı haqqında fikirləşməkdən özünü saxlaya bilmirsən. Rus yazarı Dmitri Bıkov elə rus xalqının oxuyub, amma bir şey əldə etməməsi haqqında da eynən belə deyirdi: "Xalq oxuyur, amma oxuduğunu mənimsəmir". "Bədii ədəbiyyat pul qazanmaq üçün deyil, qəlbi qorumaq uçundur" – bu fikir də Bıkova aiddi. Adətən bədii ədəbiyyatdan danışan yazarlar bu kimi ifadələri işlədirlər. Müasir dünyadasa bu, artıq necə deyərlər, indi ədəbiyyat qəlbi qorumaqdan çıxıb, həm də böyük maddi gəlirlərin təminatına çevrilib. Amma bu gün insanın halına baxıb buna görə ədəbiyyatı onun qəlbini qoruya bilməməkdə günahlandırmaq olmur. Çünki ədəbiyyat sırf mənəviyyat məsələsi, heç bir gəlir mənbəyi olmayan dövrlərdə də insan bu idi... Nə bir az əskik, nə bir az artıq... Azərbaycan xalqı yəqin dünyanın ən az oxuyan xalqları arasında yer alır. Onun mədəni, inkişaf etmiş və mütərəqqi xalq olmasından danışmaq istəmirik. Çünki biz toplum olaraq acizanə şəkildə boynumuza alırıq ki, az oxuyuruq və bu pis xasiyyətimizdən də əl çəkmək niyyətində deyilik. Amma biz az oxuyub bu gündəyiksə, bəs görəsən dünyanın çox oxuyub zahirən mədəni və inkişaf etmiş xalqları niyə elə mahiyyətdə bizim günümüzdədir? Mən zahiri nəzakətdən və mədəniyyətdən danışmıram. Peşə vicdanından və səmimilikdən də danışmıram. İnsanın mahiyyətindəki naqislikdən danışıram. Adını xatırlamadığım bir filmdə iki dəstəyə ayrılmış və çox mədəni insanlar qəribə bir eksperimentdə iştirak edirlər. İki dəstədən biri həbsxanada məhbus, digərləri isə nəzarətçi rolunu alır. Bu mədəni, savadlı insanlar bir ayın içində elə dəyişib qəddarlaşırlar ki, artıq ayın sonunda bunun bir oyun olduğunu belə, unudub öz dostlarına, indi məhbus rolunda olanlara dəhşətli işgəncələr verirlər. Demək, insanın mədəni görünməsi və ya nəzakətli olması da onun mahiyyətini dəyişmir. Bunları deməklə mən oxumağın əleyhinə çıxış etmirəm. Təbii ki, insanın daxili dünyası və ruhunun zənginləşməsi üçün ədəbiyyat, mədəniyyət əvəzsizdir. Amma insanın mahiyyətini dəyişməsi baxımından ədəbiyyat, fəlsəfə, incəsənət heç bir rol oynaya bilmədi. Bəlkə ona görə ki, insan fəlsəfə və ədəbiyyatın ardınca getmədi. Bəzən insanın psixi durumu və halını nəzərdən keçirib düşünürsən ki, necə olur insan bu qədər aşağıda yer alır. Ya da insan bu olmalı idimi? Yəni bu, öldürən, asanlıqla digərinin bədbəxtliyini yaradan, bir körpənin oyuncağını sinəsinə sıxıb qarşısında dayanmış aciz halına belə güllə sıxacaq qədər aşağı... Doğurdanmı Allah ən kamilini yaratdım deyəndə bu insanımı nəzərdə tuturdu? Ya da bəlkə mükəmməl dediyimiz təkcə fəzilət deyil? Qəbahətin də mükəmməli olur... Bəlkə Allah "kamilini yaratdım" deyəndə insanın içindəki naqisliyin və pisliyin mükəmməlliyini nəzərdə tutub? Dünyanın bu çağında özünü mədəni sayan bir xalq qalxıb başqa bir ölkəni işğal edirsə, ABŞ əsgəri İraqda insanlara işgəncə verirsə, evinə, ailəsinə can atan bir əsgər başqa bir ölkədə bir ailəni əlində tutduğu silahla qətlə yetirib heç nə olmamış kimi yaşayırsa, demək ki, insan biz bildiyimiz və təsəvvür etdiyimiz biri deyil. Feysbukda əsgər bir qadının xidmətdən qayıdış əsnasında balaca qızını qucaqlayıb ağladığı halda çəkilmiş şəkli paylaşılmışdı. Şəkil diqqətimi cəlb etdi. Ana diz üstə yerə əyilib balaca qızını qucaqlamışdı. Təsirli səhnə idi... Amma bir an ABŞ əsgərlərinin arasında olan qadın əsgərlərin orda əsir olan insanları soyundurub aşağılamalarını və hələ bundan ləzzət alırmış kimi etdiklərinin şəklini də çəkdirdiklərini xatırladım. Və düşündüm ki, yox, insan hər halı ilə insandır... Övladını qucaqlayanda da... Birinin övladını öldürəndə də... Çünki "insan nə mələkdir, nə şeytan, yalnız insandır!"
2014-04-01
13,209
Kiyevdən Putinə sərt cavab
Ukraynanın Xarici İşlər naziri Danil Lubkivskiy bəyan edib ki, ölkə federallaşmağa getməyəcək, ancaq yerli özünü idarə islahatları həyata keçirəcək. XİN rəhbəri "Biz federallaşmağa "yox", yerli özünüidarə reformalarına isə "hə" deyirik. Bu, yerli hakimiyyət orqanlarına və vətəndaşlara daha böyük imkan və səlahiyyət verər" söyləyib. Xatırladaq ki, ötən bazar Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın federallaşmasının vacib, hətta Kremllə münasibətlərin normallaşması baxımından şərt olduğunu bildirib. Lavrovun açıqlamasına onun ukraynalı həmkarının cavabı isə sərt olub: "Cənab Lavrov, heç bir ölkə, heç bir xalq xoşlamır ki, kimsə ona ağıl öyrətsin, necə yaşamağı və nə etmək lazım olduğunu göstərsin. Ukraynada necə yaşamağa yalnız Ukrayna xalqı qərar verə bilər". Bundan əlavə, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov da az öncə Ukraynanın federallaşması üçün əsas olmadığını bəyan edib, "Ukrayna unitar dövlətdir" deyib ("Musavat.com").
2014-04-01
13,210
Rusiya 2015-də hansı əraziləri tutacaq? – Xəritə
Üzərində xəritə həkk olunan şokoladda Rusiyanın 2015-ci ildə sahib olacağı ərazilər göstərilib. "Axar.az" xəbər verir ki, bu şokoladın şəkilləri sosial şəbəkələrdə yayılıb. Rusiyanın 2015-ci ildə sahib olacağı ərazilər göstərilən xəritə müxtəlif rəng və simvollarla işarələnib. Qız uşağının şəkli yerləşdirilən ərazilər Rusiyanın indiki ərazisi kimi qeyd edilib; Yaşıl-ağ zolaqlarla işarələnən yerlər rəsmi Moskvanın yenicə əldə etdiyi torpaqlar, nəhayət, qırmızı kvadratlarla işarələnmiş hissələr isə gələcəkdə Rusiyaya birləşmək perspektivi olan ərazilər kimi göstərilib. Xatırladaq ki, Rusiya ötən ay Krımı öz ərazisinə qatıb və martın 16-da Krımda keçirilən referendum bu birləşməni rəsmən təsdiq edib.
2014-04-01
13,211
Azərbaycan əsgəri şəhid oldu
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Akif Aydın oğlu Baxşıyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-04-01
13,212
DİN ümumrespublika toplantısı keçirdi
Aprelin 1-də Daxili İşlər Nazirliyində (DİN) şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib. DİN-in mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, son on ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirirlən islahatlar çərçivəsində Daxili İşlər Nazirliyi sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində önəmli addımların atıldığını vurğulayıb. Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışmış, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndiriblər. Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib. Eyni zamanda onu da diqqətə çatdırıb ki, profilaktik fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi İctimai şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə birgə, onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə həyata keçirilməlidir. Xidməti fəaliyyətin təşkilində və nəticələrinin qiymətləndirilməsində ən mühüm vasitələrdən birinin vətəndaşların qəbulunun, ərizə və şikayətlərinə operativ baxılmasının olduğunu qeyd edən nazir bu xüsusda ulu öndər Heydər Əliyevin "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsini də xatırladaraq əhalinin inamını, etibarını daim qorumağın möhtərəm Prezidentimizin xalqın xidmətçisi olmaq tələbinin, dövlətin və vətəndaşların qanuni mənafeyinin, şərəfli polis adının daim üstün tutulmasının, qanunçuluğa riayət edilməsində hər bir əməkdaşın vətəndaşlara nümunə olmasının, etik davranış qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, ümumrespublika toplantısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaq. Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə, əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və R.Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub. İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından tanış olacaqlar.
2014-04-01
13,213
Neft Fondu Seulda yarım milyarda daşınmaz əmlak aldı - Foto
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini satın alıb. Dövlət Neft Fondunun mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən "Miraye" Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilib. Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır. "Payn Avenyu A qülləsi" Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılıb və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir. Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır. Binanın ümumi ərazisi təqribən 65 min kvadratmetr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "S&K Qrup" tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş daşınmaz əmlak investisiyası barədə qeyd edib: "Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və nəhayət bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik". Xatırladaq ki, Dövlət Neft Fondu indiyə qədər Moskva, London və Parisdə daşınmaz əmlak alıb. Bununla da ARDNF-nun aldığı əmlakların dəyəri təxminən 1 milyard dolları ötüb. Qeyd edək ki, Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 1 mart 2014-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 319 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.
2014-04-01
13,214
İlham Əliyev İsa Muğannanın vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, ədəbiyyat xadimləri xalq yazıçısı İsa Hüseynovun vəfatı ilə əlaqədar nekroloq yayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nekroloqda bildirilir ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat edib. İsa Hüseynov 1928-ci il iyun ayının 12-də Qazax rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1946-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb, 1950–1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954-1964-cü illərdə "Literaturnıy Azerbaydjan" jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, 1964-1979-cu illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olub. O, 1979-cu ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib. Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olub. Aydın mövqeli yazıçı Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə həyatı boyu yorulmadan yazıb yaradıb. Tariximizin qədim dövrlərdən bəri ən müxtəlif mərhələlərində baş verənləri və böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olub. Ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Mühüm sosial həqiqətlərdən söz açaraq, dərin vətəndaşlıq ruhu ilə səciyyələnən bu əsərlərdə ustad yazıçı ana dilinin potensial poetik imkanlarından yüksək dərəcədə bəhrələnmək məharəti nümayiş etdirib. İsa Muğanna eyni zamanda Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınırdı. Onun əsərləri əsasında çəkilən və xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur. Yazıçı həmçinin xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət qazandıran əsərləri ilə nəsrimizi ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil edib. İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, fəxri ad və ordenlərə layiq görülmüş, Azərbaycan Respublikasının ali dövlət mükafatı "İstiqlal" ordeni ilə təltif edilib. Görkəmli nasir və ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin! Nekroloqu İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal Abdullayev, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Anar Rzayev, İsa Həbibbəyli, Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Zəlimxan Yaqub, Şəfiqə Məmmədova və Eldar Quliyev imzalayıb.
2014-04-01
13,215
İnəyin vuraraq kanala saldığı qadın meyiti tapıldı
Göyçay rayonunda Yuxarı Şirvan kanalına düşən qadının meyiti tapılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev APA-nın yerli bürosuna bildirib ki, hadisə martın 30-da saat 15:00 radələrində Göyçay rayonunun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib. Qadın oradan keçərkən körpünün üstündə olan inək onu vurub və qadın qaçmaq istəyərkən ayağı sürüşərək kanalın ortasına düşüb. Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd xəstəxanasında tibb bacısı işləyirdi. Dörd uşaq anası olan Zemfira İbrahimovanın meyitinin tapılması üçün 3 gün ərzində kanalda axtarış işləri həyata keçirilib. Aran Dalğıc-Axtarış Qrupunun 5 nəfərdən ibarət dəstəsi gecə və gündüz saatlarında motorlu qayıq və xüsusi alətlər vasitəsilə suda axtarış aparıblar. Bu gün saat 19:00 radələrində qadının meyiti kanala düşdüyü yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, həmin gün axşam mərhum Zemfira İbrahimovanın qaynının oğlunun toy mərasimi olub. O, toy mərasimi keçiriləcək evə gedərkən yolda kanalın üstündən suya düşüb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yerli sakinlər bildiriblər ki, Göyçayın Bığır kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindəki qəzalı piyada körpüləri əsl təhlükə mənbəyinə çevrilib. Bu körpülər son vaxtlar baxımsız qaldığı üçün tamamilə yararsız hala düşüb. Uzunluğu 30 metr və eni 40 santimetr olan körpülərin kənarları dağılıb, müxtəlif yerlərdə böyük dəliklər əmələ gəlib. Kənarlarında dəmir məhəccərləri olmayan bu piyada körpüləri daim təhlükə mənbəyi hesab edilir. Sakinlərin sözlərinə görə, bu qəzalı körpülər dəfələrlə mal-qara və insan tələfatına səbəb olub. Yağış yağan zaman körpünün üstündəki torpaq palçığa çevrilir və sürüşkən olur. Kənarında əllə tutub keçməyə heç nə olmadığı üçün bu körpülər uşaqlar, yaşlı insanlar üçün çox təhlükəlidir. Kanalın hər iki tərəfində evlərin olması və 100 metr aralıda orta məktəbin yerləşməsi onu deməyə əsas verir ki, insanlar çarəsiz qalaraq bu qəzalı körpüdən daim istifadə edirlər. Bığır kəndindən keçən bu kanalın üstündə 15-ə yaxın bu cür qəzalı piyada körpüləri var.
2014-04-01
13,216
Yol polisi rüşvətə görə işdən çıxarıldı
Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin məsul işçisi vətəndaşların şikayəti əsasında işdən çıxarılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, kapitan Bəxtiyar Həşimov vəzifəsindən azad edilib. Onun müxtəlif vaxtlarda sürücülərdən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı bildirilir. Məsələ ilə əlaqədar Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi bildirib ki, 2007-ci ildən yol polisi bölməsində çalışan Bəxtiyar Həşimovun işində ciddi nöqsanlar aşkar edilib. Sürücülərin çoxsaylı şikayəti əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bəxtiyar Həşimovun fəaliyyəti araşdırılıb. Fəaliyyətində nöqsanlar aşkar edilən Bəxtiyar Həşimov polis orqanlarından xaric edilib. Faktla bağlı araşdırmalar davam edir.
2014-04-01
13,217
Zakir Həsənov Necdet Özeli medal ilə təltif etdi - Foto
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ordu generalı N.Özelin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar. Sonra ordu generalı N.Özelin Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi "Şərəf Kitabı"nda ürək sözlərini qeyd edib. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu streteji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu qeyd edib. Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb. Ordu generalı N.Özel öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özel Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.
2014-04-01
13,218
Mark Zükerberq ilə 1 dollar maaş alır
İldə simvolik olaraq sadəcə bir dollar maaş alan Zükerberqin sərvəti illik maaşı ilə ölçülə bilməz. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Feysbuk tərəfindən açıqlanan illik hesabatında məlum olub ki, Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zükerberq keçən il şirkətdən sadəcə bir dollar maaş alıb. Zükerberq aldığı maaşın məbləğinə görə vəfat edən "Əpl"in qurucusu Stiv Cobs ilə rəqabətdədir. Stiv də demək olar ki şirkətdən heç pul almayıb. Xatırladaq ki, Mark təkcə keçən il səhm satışından 3 milyard 300 milyon qazanıb. Feysbukun 426 milyonluq səhmini hələ də əlində saxlayan Zükerberqin sərvəti 27 milyard dollara yaxındır.
2014-04-01
13,219
Rusiya Bəşər Əsədlə bağlı Türkiyəyə xəbərdarlıq edibmiş
"Biz 3 il əvvəl Suriya ilə bağlı Türkiyəyə xəbərdarlıq etdik, ancaq onlar bizi dinləmədilər. Türkiyə Bəşər Əsədlə barışmalıdır". "Axar.az" xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi xadimi, sabiq millət vəkili Sergey Markov deyib. Suriyanın Kasab bölgəsinə silahlı hücumun olması ilə bağlı danışan Markov bölgədə ermənilərin qətlə yetirilməsinin türklərlə əlaqədar olmadığını bildirib: "Türkiyə erməni xalqıyla barışmağın yollarını axtarır, ancaq Ermənistandakı ermənilərdən daha öncə, ABŞ, Avropa və Rusiyada yaşayan ermənilərlə barışmaq niyyətindədir". Kasabdakı qətliamla bağlı Markov türk-erməni problemini istəməyən suriyalı müxaliflərin erməniləri qırdığını bildirib. Türkiyə rəhbərliyinin bölgədəki silahlı qruplara nəzarət edə bilmədiyini iddia edən Markov, "Türk dostlarıma 3 il əvvəl dedim, Suriyaya həddən artıq müdaxilə edirsiniz və sonra vəziyyətə nəzarət edə bilməyəcəksiniz. Onlar isə özlərindən əmin şəkildə dost tövsiyələrimi rədd etdilər və Suriyada rejimi devirməyə çalışdılar. Bu gün isə Bəşər Əsədlə barışmaq lazımdır".
2014-04-01
13,220
Kürdəmirdə evdə partlayış: 2 yaşlı uşaq yandı
Kürdəmirdə evdə yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib. Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Quliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-01
13,221
Suriya erməniləri Qubadlıda məskunlaşır - Foto
Suriya ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yerləşdirilməsi davam edir. Bu dəfə iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verib. Mənzillər "Tufenkyan" və "Kaşataq" xeyriyyə fondlarının maliyyə dəstəyi ilə tikilib. Mənzillərin təhvil verilməsi zamanı çıxış edən "Tufenkyan" təşkilatının direktoru Andranik Qasparyan bildirib ki, belə tikintilər davam etdiriləcək. "Proses hələ tam başa çatmayıb. Biz daha 12 ev inşa etməyi planlaşdırırıq"-deyə A.Qasparyan bildirib. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. Ermənistan tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan dövləti isə dəfələrlə bu təxribata qarşı etiraz edib. İşğalçı Ermənistan Respublikası Azərbaycanın zəbt olunmuş ərazisində yaratdığı separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "xəritəsində" işğal altındakı rayonlarımıza özlərinə məxsus "adlar" qoyublar. Ermənilərin belə "xəritələrində" Kəlbəcər rayonunu "Karvaçar", Laçın rayonunu Kaşataq, Laçın şəhərini "Berdzor", Cəbrayıl rayonunu "Djrakan", Zəngilan rayonunu "Kovsakan", Qubadlı rayonunu "Sanasar", Ağdərə bölgəsini "Mardakert", Şuşanı "Şuşi", Xankəndini "Stepanakert", Füzuli rayonunu "Varanda", Xocavənd rayonunu "Martuni", Ağdam rayonunu "Akna", Xocalını "İvanyan" kimi qeyd ediblər. ("Modern.az")
2014-04-01
13,222
Azərbaycanda 78 yaşlı qadın diri-diri yandı
Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, mart ayının 24–də rayonun Sığırlı kənd sakini 78 yaşlı Aslanova Gilas Şükür qızı həyətyanı sahədə təmizlik işləri apararkən yığdığı zibili odlayıb. Hələlik məlum olmayan səbəbdən özü də yanaraq ağır yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 4–cü dərəcəli yanıq xəsarəti almış G. Aslanova ilkin tibbi yardım göstərildikdən sonra Bakıya göndərilib. Zərərçəkən Bakı xəstəxanasında dünyasını dəyişərək, meyiti bu gün rayona gətirilib. Faktla bağlı araşdırma aparılır.
2014-04-01
13,223
Türkiyədə ara qarışdı - Video
Türkiyənin paytaxtı Ankarada polis Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında keçirilən etiraz aksiyasını dağıdır. Polis nümayişçilərdən nəqliyyatın hərəkətinə mane olmamaq üçün dağılışmağı tələb edib. Bundan sonra polis su şırnaqları və səs bombalarından istifadə edib. MSK bu gün daha çox mübahisə yaranan məntəqələrdə səslərin təkrar sayılması barədə qərar qəbul edib. Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib. (Trend)
2014-04-01
13,224
NATO: "Rusiyaya qarşı Azərbaycandan istifadə ediləcək"
NATO Ukrayna və Krımda yaşanan olaylarla bağlı Rusiya ilə bütün mülki və hərbi əlaqələri asqıya alıb. "Axar.az" xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 28 ölkəsinin Xarici İşlər naziri Rusiyanın Krımı ələ keçirməsindən sonra ilk dəfə bu gün Brüsseldə bir araya gələrək Ukrayna böhranını müzakirə ediblər. NATO Rusiyanı təcili olaraq beynəlxalq hüquqa riayət etməyə çağırıb. Ukraynalı nümayəndə Andriy Deşiçitsiya ilə nazirlər Ukraynaya və bu ölkənin müdafiəsinə necə yardımçı ola biləcəklərini müzakirə ediblər. NATO Ukraynada baş verən gərginlik səbəbindən Rusiyaya yaxın olan Ermənistan, Azərbaycan və Moldova ilə hərbi əməkdaşlığı artıracaq. Bu ölkələrlə üzvlük məsələləri müzakirə ediləcək və NATO hərbi qüvvələri bölgədə hərbi təlimlər keçirəcək. Rumıniya prezidenti Traian Basesku da ABŞ-ın bu ölkədə NATO-ya aid əsgərlərin və hərbi təyyarələrin sayını artırmaq istədiyini açıqlayıb. ABŞ 1999-cu ildən bəri Ruminiyada olan 600 əsgər sayını 1000-ə çıxarmağı planlaşdırır. Anders Rasmussen də Rusiya ilə əvvəlki kimi münasibətlərin davam etdirilə bilinməyəcəyini qeyd edib.
2014-04-01
13,225
Polad Ələmdarın kimliyini araşdıran Azərbaycan şairi
Əslində şair Vasif Süleymanla indi görüşməyimiz təsadüf deyildi. Neçə vaxt idi ki, bizə ayırmağa zamanı olmurdu. Vaxtı ötürə-ötürə qızı Gültacın ad gününə kimi gəlib çıxdıq. Jurnalist Natiq Muxtarlı ilə uzun illərdir ki, bizə doğma olan evə Güllərin tacı - Gültacın ad gününə gəldik. "Gəlmə" deyə bilməzdi ki… Elə belə "Qəfil qonaq" oldu. Qonaqlar dağılanda gəlimişdik, amma həyat yoldaşı Flora xanım ehtiyatını görmüşdü, yəqin bilirdi ki, gec də olsa gələcəyik. Söhbətə, yemək gələnə kimi, çay süfrəsi arxasında başladıq. Qonaq Allah qonağıdır - Biz Feysbukdan öyrənməmişik ki, Gültacın ad gününü, elə on yeddi ildir ki, bir yerdə qeyd edirik də… - Kimdi sizə nə deyən ki, qonaq Allah qonağıdır. Feysbukda qızımı təbrik edənlər, mənim şeirlərimə rəy yazanlardan çox oldu. - Elə təbrikdə də sənin şeirin var idi. - Hə. O şeir qızımla yaşıddır. Düz on yeddi yaşı var. Elə bil, Yusif Seyidov günah eləmişdi - "Qəfil qonaq" rubrikası belədir ki, burda təkcə poeziyadan, ədəbiyyatdan yox, qəfil məqamların hamısından danışmaq olar. Ancaq qəribədir ki, istənilən anda səndən söhbət edəndə, hər şey ədəbiyyatın, poeziyanın əhatəsində olur. Sanki sən danışırsan, biz də bir dastana qulaq asırıq. Bəlkə ona görə Etiram deyir ki, Vasif bir şeir desin, dişinin ağrısı kəssin… - Etiram bu məmləkəti, bu yurdu dəlicəsinə sevən, poeziyanın əfsanəvi pərəstişkarlarındandır. Adam özü boyda sevgidir. "Oğul atasına bənzər deyirlər, Sənə bənzəyirəm oğul, get-gedə" deyən şairdir. Ən düz dediyi də odur. Dəhşət uşaqlaşıb, elə əvvəl də eləydi. Eyni zaman kəsiyində oxumuşuq, bir kurs fərqi ilə. Heç dərsə-zada da gəlmirdi. Bir dəfə imtahan vaxtı kefsiz gördüm, səbəbini soruşdum. Dedi ki, Yusif Seyidov məndən imtahan soruşur. Elə bil, Yusif Seyidov günah eləmişdi, bundan imtahanda nəsə soruşanda. Türklər demiş, iştə Ehtiram bu. - Mətləbə qayıt. Niyə sənin hər söhbətin poeziyanın əhatəsində olur? - Bax, gördün sən də sözdən başladın. Mən indi qayıdım sənə alma-armuddanmı danışım?.. Elə sənin də, mənim də sözlə yaratdığımız nəsə varsa, bundan danışmalıyıq. Bir maraqlı şey danışım. Ötən əsrdə Qazax rayonunda Dərya Məhəmməd adlı bir bir saz-söz adamı olub. Bu adam gözəl şeirlər yazmaqla yanaşı, həm də çox zaman qafiyəli danışıb. Bilirsən, bir məşhur şeir var ey, aşıqlar tez-tez oxuyur: Mübarək camalın necə gözəldi, Dağlara təzə-tər qar düşən kimi. Sən mənim könlümə elə düşürsən, Xəstənin könlünə nar düşən kimi. Bax, bunu yazan adamdır. Nə isə. Bir gün kəndin uşaqları gedirlər mal otarmaq növbəsinə. Günorta görürlər ki, naxırın içində yad bir dana var. Bunu kəsirlər, kabab bişirirlər. Bu vaxt Dərya Məhəmməd burdan keçirmiş. Deyirlər, aşıq gəl, bir tikə də sən ye. Oturub bismillah eyləyəndə itmiş dananın sahibi milislə kəsdirir bunların başının üstünü ki, danamı bunlar oğurlayıb. Dərya Məhəmməd məsələni anlayır və düşünür ki, bu uşaqlar cavandır və deyir ki, dananı mən oğurlamışam, məni aparın. Uzun sözün qısası, bunu aparırlar, bir neçə günə məhkəmə başlayır. Dərya Məhəmmədi çıxarırlar müttəhimlər kürsüsünə. Hakim deyir ki, kişi olduğu kimi danış, cəzan yüngül olsun. Nə bilirlər ki, Dərya Məhəmməd qafiyəli danışacaq. Deyir ki, Ağrın alım, a məhkəmə, Bizim uşaqlar gederlərmiş mala. Başqa bir mal çıxır yola, Gəlib qarışır bizim mala. Uşaqlar onu çəkillər dala. Tutalar onu kəsələr, Cəmdəyini göydən asalar. Mən də düşdüm belə felə, Bir az yedim bala-bala. Ağrın alım, a məhkəmə, On iki ili mənə söykəmə. Mənim köküm də o torpaqdandır. Sonradan atam Şəmkirə təyinat alanda, biz uşaqlar Şəmkirdə doğulmuşuq. Yəni sazlı-sözlü bir diyardanam. Məsələn, mənim ilk canlı gördüyüm şair əmim Qara Qaymaqlı olub. O zaman dillərdə məşhur şeirləri vardı: Qaranın sözləri gülə bərabər, Elə dəqiqə var, ilə bərabər. Keçər ömrümüzdən bir-bir, sərasər, Həftələrlə aylar, il addım-addım. Özü də yaxşı saz çalardı. İndi haqq dünyasındadır. Yaddaşımın əlli faizini itirdiyimi bilirsən - Maşallah, yaddaşına da ki söz yox, hər şeyi sanki F5 eləyibsən. - Əslində, bir çoxunu "delet" eləmişəm. Nəzərə al ki, mən qəbul imtahanında "Xosrov və Şirin" poemasını əzbər deyən adamam. Elə həmin il, yəni ali məktəbə qəbul olunanda avtomobil qəzasına düşdüyümü və hələ yaddaşımın əlli faizini itirdiyimi bilirsən ki... - Vasif, bu reklam olunan "Qurd Səid və Şura" serialına baxmırsan? Çox qəşəng çəkilib. - Yox. Mənim daimi izlədiyim "Qurdlar Vadisi" adına çəkilənldərdir. Kimin necə düşünməsindən asılı olmayaraq, bu serial başdan-başa vətən sevgisinə həsr olunub. Mən sənə bir şey deyim. Hələ on il əvvəl bu serialın ilk hissələri yayınlananda mən iş yoldaşım Allahverdiyə dedim ki, Polad Ələmdar obrazını canlandıran Nesati Şaşmaz şair olmalıdır. Ona qəribə gəldi, dedim ki, poeziyanın, ədəbiyyatın tərbiyə etdiyi adam ancaq vətən fədaisi obrazını belə yarada bilər. Sonra bir müddət axtarış elədim. Öyrəndim ki, "Qurdlar vadisi" serialının baş qəhrəmanı Polad Ələmdar kimi tanıdığımız adamın əsl adı və soyadı Məhəmməd Necati Abdulqadir oğlu Şaşmazdır. MHP-dən olan əski millət vəkili Tahir Şaşmazın qardaşı oğludur. O, 1971-ci ildə Elazığda anadan olub. Əsl peşəsi turizmçilik olan Şaşmaz ali təhsilini Kanadada alıb. Amerika Birləşmiş Ştatlarında 6 il yaşayan Şaşmaz 2001-ci ildə ailəsinə baş çəkmək üçün Türkiyəyə gəlir. Geri dönmək üçün təyyarəyə bileti 11 sentyabr 2001-ci ilə alır. Həmin gün ABŞ-da məlum terror hadisəsi baş verir və bu yaşananlar səbəbindən onun da sərnişini olduğu təyyarə Amerikaya çatmadan geri dönür. Ailəsinin təkidindən sonra ABŞ-a qayıtmaq fikrindən daşınır. Necati Şaşmaz ingilis, fransız, rus, ərəb dillərində sərbəst danışır. Həyatını Ankarada davam etdirməyə qərar verən Şaşmaz Türkiyədə sığorta agentliyi açır. Çox keçmir ki, İstanbulda Osman Sınavla işgüzar bir görüşü olur. Həmin görüşdə Osman Sınav ona bildirir ki, bir film çəkmək haqqında düşünürük, səni də həmin filmə baş rola dəvət etmək istəyirik. Necati bir qədər düşünmək üçün vaxt istəyir və bir aydan sonra təklifi qəbul edir. Dünyaya səs salan "Qurdlar vadisi" serialından sonra "Qurdlar vadisi İraq" və "Qurdlar vadisi Pusu" filmlərində canlandırdığı Polad Ələmdar, əslində, Necati Şaşmazın yaratdığı bir obrazdır. Deyilənlənlərə görə, Ankarada yaşadığı gənclik illərində taleyindən bir eşq hekayəsi keçən Necati sonralar həmin böyük eşqini şerlər yazmaqla axtarmağa başladı. İlahi eşqin sirlərini öyrənən Şaşmaz yazdığı şerləri "EŞQ" adlı bir kitabda toplayır və Ankara mətbəələrinin birində çap etdirir. Onun qələmə aldığı eşq yüklü şerlərindən bir neçəsini çap etdirdim. Necati Şaşmaz ədəbiyyatla, poeziya ilə bağlılığını müsahibələrində dəfələrlə vurğulayıb. Gör müsahibələrinin birində nə deyir: "Okumak çox önemli benim için. Tarih hakkında yazılmış herşeyi keyifle takip ediyorum. Şiirle çok yakın bir ilişkim var. Şiir yazıyorum zaten. Ven serbest düzen yazarım ama mesela bir Füzuli olsun, bir Nesimi olsun, etkilendigim şairlerdir. Sufizmle ilgiliyim özellikle. Ankarada yaşarken semah kursu almıştım. Yaşım 18 filandı herhalde. Semah yapmışlığım vardır yani. O qazetelere yansıyan resimler vardı bir ara, hatırlar herkes. Semazen olmayı düşünmüştüm o zamanlar. Ama sınavları kazanmadım. Özetle şöyle dileyim, dünyaya bakışım felsefi olarak bakışım sufi bakışıdır…" Şeirlərində də bir sufizim var: Aşk sana oyun, Bana ibadet. Və yaxud gəraylısına bax: Gönül sazımda hüzzam, Faslı geçer bu akşam. Ağlamakta her azam, Yaslı geçer bu akşam. Kendimde değilim ben, Sarhoşum aşk elinden. Ruhum uçmakta tenden, Göçtü göçer bu akşam. Ah canım verdiğim ah... Sevdana düştüm eyvah... Gelmedi, gelmez sabah, Nazlı geçer bu akşam. Hep gözümde hayali, Gölge oyunu gibi. Hayali değil belki, Aslı geçer bu akşam... Aparım məzara adını pünhan - Axır vaxtlar feysbukda fəallaşıbsan. Çoxdandır mətbuata vermədiyin təzə şeirlərini burda görürəm... Özü pünhan sevgidən yazırsan. Nə işdi ki?.. - Nə işi-zadı yoxdur. Mənim şeir yazmaq stilimi sən hamıdan yaxşı bilirsən. Sonuncu misrasına kimi beynimdə hazır olmayınca heç bir yerə köçürmürəm. Bu bəzən altı ay da çəkə bilir. Son vaxtlar bir neçə şeir yazmışam. O ki qaldı pünhan duyğuların ifadəsi olmağına, əslinə qalsa, dünyanın ən pünhan duyğusu elə poeziyanın özüdür. Sənlə qaibanə bir bağlantı qurulursa, sənə nəsə pıçıltı ilə deyilirsə, pünhanlıq budur. Pünhan olanı da pünhan həddinə qədər demək olar, ta onu "Axar.az"a da dedinsə, nə pünhanlıq. Elə son şeirlərdən birinin də adı "Pünhan"dır: Nə yazdın, İlahi, ələ düşməsin, Mələkdi, mələyin dilə düşməsin. Saxla ürəyimdə, hələ düşməsin, Aparım məzara adını pünhan. Sevgindən yaranıb bəşər dediyin, Bəlkə də halaldı bu şər dediyin. İlahi, budurmu məhşər dediyin, Sinəmə çəkirəm odunu pünhan. Bir azca su çilə, bir azca dən ver, İstəsən sevinc ver, istəsən qəm ver. İki divanəyə iznini sən ver, Saxlarıq bu eşqin dadını pünhan. Üzünü solduran çəkdiyi qəmmi, Tərsinə getdiyim yolu… Dönəmmi… Aşikar ömürdə Yarəb, mənəmmi, Ya da göndərdiyin odumu pünhan. Həmişə mənim ətrafımda sevgi olub. Hər şeydə sevgi görürəm deyə, hər şeyə sevgi ilə yanaşıram deyə bəlkə belədir, - deyə bilmərəm. Sanki ətrafımdakı işığın, nurun da insanlardan pərvəriş tapdığının fərqindəyəm. - Vasif, sənin şeirlərinin özündə bir həzinlik var. Sözlərinə yazılmış mahnılar bir-iki ola, olmaya... - Bir neçə il əvvəl gözəl şair dostumuz Nadir Azayoğlunun Sumqayıtda poeziya gecəsi keçirilirdi. Səhv eləmirəmsə, tədbir bir texnikumda idi. Orda eşitdim ki, bəstəkar Nazim Məmmədli "Sonuncu görüş" adlı şerimə mahnı bəstələyib. Sonra isə Əlikram Bayramovun "Çıx get" adlı bir klipi yayınlandı, sözləri mənə məxsusdur. Onun da bəstələnməsindən sonra xəbər tutmuşam. Özü də sözlər birinci kitabımda dərc olunan "Uçurum" pemasındandır. Rövşən Nicat adlı bir bəstəkar bəstələyib, çox sağ olsun. Zəng edib Əlikram Bayramova minnətdarlığımı bildirdim. Bilirsiniz, bu iş necədir?.. Bəzi bəstəkarlar hazır notları öz dost-tanışlarına verirlər ki, uyğun bir mətn yaz. Qafiyənin nə olduğunu bilən hər kəs yaza bilər. Bir də var ki, sözün həqiqi mənasında klassik mahnıların mətnləri. Burda məsələ başqa cürdür. Əvvəlcə şeir olur, onu oxuyan bəstəkar mahnı bəstələyir. Belə şeirlərin canında bir ritm olur. Deyək ki, Nəbi Xəzrinin, Fikrət Qocanın, Nüsrət Kəsəmənlinin, Cabir Novruzun, Musa Ələkbərlinin, Şamxal Rüstəmin o qədər gözəl şeirlərinə mahnı bəstələnib ki, dinlədikcə doymazsan. Vasifdən aldığımız müsahibənin sonunda yenə də Gültaca sağ ol dedik. Onun ad günü olmasaydı, Vasifi tapmaqmı olardı?..
2014-04-01
13,226
İngiltərə şokda: 27 yaşında baba oldu
Bu gün İngiltərədə 27 yaşlı oğlan baba olub. "Axar.az" xəbər verir ki, 14 yaşında qızı olan həbsxanadakı 27 yaşlı məhkum baba olub və bu olay İngiltərədə yeni rekord kimi qeydə alınıb. İngiltərənin ən gənc babası olan qatil məhkumun qızı öz yaşında olan bir oğlandan hamilə qalıb. Qızı 2 yaşında olarkən bıçaqla bir nəfəri öldürən məhkum qızına uşağı dünyaya gətirməməsi üçün dilə gətirməyə çalışıb. Gənc qız hamiləlik şəkillərini Feysbukda yayımlayınca, yaxınları atasını dinləməyib bu addımı atdığı üçün onunla qürur duyduqlarını bildiriblər.
2014-04-01
13,228
Avropaya müsəlmanlar ağalıq edəcək – Video
2060-cı ildə Fransa müsəlman ölkəsi olacaq. "Axar.az"ın təqdim edəcəyi videoda müsəlmanların Qərb dünyasında yerləşmələri və artımını əks etdirən faktlar yer alıb. Video müəllifi müsəlmanlar arasında uşaq doğumunun avropalılardan daha çox olduğuna diqqət edir. O, bununla bağlı müxtəlif faktlara yer ayırır. Süjetdə Parisin 2060-cı ildə tam müsəlman şəhəri olacağı deyilir. Rusiyada isə yaxın beş ildə ordunun 40%-nin müsəlmanlardan ibarət olacaq. Almaniyaya gəlincə isə bu ölkənin 2050-ci ildə müsəlmanların yaşadığı dövlətə çevriləcəyi bildirilir. Qeyd edək ki, video islam əleyhdarları tərəfindən xəbərdarlıq məqsədiylə hazırlanıb. Videonu təqdim edirik:
2014-04-01
13,229
Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq - Video
Kəlbəcərin işğalı zamanı əsir düşən, Kəlbəcərin işğalı ilə bağlı süjetimə qardaşımla bağlı xatirəmdən başlamaq istəyirdim, çünki Kəlbəcər işğal olunanda artilleriya komandiri olan qardaşım da Murovda idi və hətta evimizə onun ölüm xəbəri belə gəlib çıxıb. Az sonra qardaşım ağız-burnu yara bağlamış vəziyyətdə qayıdıb gəldi. Görünür, Allahın anama yazığı gəlib. Amma Allahın bu anaya yazığı gəlmədi. Kəlbəcərin işğalı zamanı əsir düşən Gülcahan bir həftə sonra əsirlikdə dünyaya gətirdiyi körpəsini qucağına salamat ala bilmədi. Özünün dediyinə görə erməni həkimlər iynə vurub onun balasını şikəst etdilər. Bu kadrlar ANS-in arxivindəndir. Əməkaşımız Sevda Həsənova Gülcahandan müsahibə götürəndə Kəlbəcər düz 9 il idi ki, işğal olunmuşdu. Amma bu ananın ürəyini işğal edən təkcə doğulduğu, boya-başa çatdığı yurd yerinin ağrısı deyildi. Bu ana Kəlbəcərlə birlikdə arzularını da itirmişdi. Oğluna, əsirlikdə Beynəlxalq Qırmızı Xaçın nümayəndələrinin müşayiəti ilə doğulan bu körpəsinə də Arzu adını qoymuşdu ki, bəlkə arzuları haçansa həyata keçsin. Amma o, arzusunu da, arzularını da sonunda dəfn etmək məcburiyyətində qaldı. Onu dinləyəndə bir millət olaraq hələ də ayaq üstə qalmağımıza, başı dik gəzə bilməyimizə heyrət edirəm. Ermənistanla Dağlıq Qarabağ arasında böyük bir ərazidə yerləşən Kəlbəcərin işğalı əslində gözlənilən idi. Bunu ölkənin o zamankı siyasi rəhbərliyi də bilməmiş deyildi. O vaxt ölkə prezidenti Əbülfəz Elçibəy Mirşahinə müsahibəsində bildirmişdi ki, hücum əməliyyatlarının dayandırılması və səylərin birləşdirilməsi üçün dünya dövlətlərinin tərəfləri bir masa ətrafında oturmaq çağırışını Azərbaycan tərəfi dəyərləndirsə də, erməni tərəfi buna əməl etmir. Bəlkə də zaman və mövcud şərait baxımından düzgün qərar idi. Ortalıqda doğurdan da Xocalı faciəsinin acı təcrubəsi vardı. Heç bir rəhbər milləti qırğına verdin ittihamını öz üzərinə götürmək istəməzdi. Amma razılaşın ki, rayonların boşaldılmasını düzgün siyasət hesab edənlərlə də istənilən qədər mübahisə etmək və bu mübahisədən qalib ayrılmaq olar. Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq. Danamıza sahib çıxdıq, anamıza sahib çıxa bilmədik. Daha təəssüf limitimiz də bitib. Görəsən, oğlu Arzunu qəbrə qoyan Gülcahanın arzuları bitibmi? (ANS)
2014-04-01
13,231
Sən türk millətçiliyini niyə ləkələyirsən?
Siyasət, hüquq və əxlaq Bu günlərdə xeyli konspirasiya nəzəriyyələri dolaşır. Hər kəs də, ağlından və savadından asılı olmadan, siyasətçi olub. Halbuki ağızda dişi olan insan dentist olmadığı kimi, səsvermə hüququna sahib olmaq siyasətşünas olmaq mənasına gəlməz. Əfsuslar olsun ki, gənc nəslimiz liberal-demokrat ruhda yetişmir; savadsızlıqla şərtlənən Asiya xalqlarına hakim olan gerici mentalitet bizdə də dərin köklər salır. Konspirasiya (bizim dildə "torba") nəzəriyyələri də elmi istinad və təhqiqatdan məhrum zehniyyətlərdə əksik olmur. Ən yayğın konspirasiya teoriyasına görə, dünyanı 500 nəfər idarə edir, hamısı da masondur. Qərb dövlətlərinin də tək məqsədi, insanlığın qalan hissəsini sümürməkdir. Demokratiya filan da boş şeydir. Onlar hamısı gözə asmaq üçün pərdədir. Dünyanı imperialist mason yahudilər idarə edir. Jirinovskiy belə gizli yahudidir. Bu səbəblə, demokratiya, insan hüquqlarından, hüququn üstünlüyündən dəm vurmağın yeri yoxdur. Maraqlıdır? Hollivud kinoları qədər. Halbuki dünya tarixini biraz oxuyanlar Avropanın inkişaf seyrini bilir və polis dövlət – liberal dövlət – hüquqi dövlət mərhələsindən necə keçdiyini də bilməlidir. Bu yazı siyasətin əxlaqı haqqındadır. Makkiavellinin "Hökmdar" əsərində də görürsünüz ki, monarxiyanın belə əxlaqi əsasları vardı, bunlar da hökmdarın legitimliyi üçün zəruri idi. Siyasətin müxtəlif tərifləri vardır, bunlardan biri də "cəmiyyəti idarə etmə prosessi"dir. Siyasət, başqa sözlə, idarəetmə cəmiyyətdə zəruridir. Çünki insanlar hüquqsuz yaşaya bilməz; ona riayət olunması üçün hüquq dövlət əli ilə icra və mühafizə edilməlidir. Beləliklə, hüquq siyasətin həm zəruri ünsürüdür, həm də onun hədlərini müəyyən edir. Siyasətin müasir əxlaqını məhz hüquq müəyyən edir. Orta əsrlərdə siyasətin əxlaqını din və şərəf müəyyən edirdi. Günümüzün dünyəvi dövlətində bunları hüquq əvəz edib. Yuxarıda demokratiyadan və hüququn üstünlüyündən boş yerə danışmadım. Demokratiya, insan hüquqları və hüququn üstünlüyü real olmaya bilər, amma bunlar ən azı bir ideal olaraq qalmalıdır və siyasi cəmiyyətlərə şərəf verən məhz bu prinsiplərə olan sədaqətdir. Lakin bir çoxumuz plüralist demokratiyanın elementlərindən belə xəbərsiz olduğumuz halda qalxıb çətin hüquqi-siyasi təhlillər aparmağa cəhd edirik. O adama soruşsanız ki, əsas insan hüquqlarını iqtisadi və sosial hüquqlardan ayıran fərq nədir, o sizə deyər ki, ABŞ dünyada ən çox insan hüquqlarını pozan dövlətdir. Odur ki, induksiya qaydasında sadaladığımız bu anlayışlar - insan hüquqları, hüquqi dövlət və demokratiya - eyni mənalara gəlməməklə bərabər, biri-birindən ayrılmaz institutlardır və cəmiyyətlərin son hədəfini təşkil edir. Mənə inanmaya bilərsiniz, onda açıb ölkə Konstitusiyalarına baxın, əmin olarsınız. Bu idealları tərk edən güruhçu zehniyyət hadisələrin səbəbini və əsaslandırılmasını, dünyanın anti-islam koalisiyasında, MOSSAD-ın hər şeyi görən gözlərində, ərəblərin varlılığı və tənbəlliyində, rus imperializmində, fars hiyləgərliyində, pulun hər şeyi ala bilən gücündə görür. Əslində bunlar yox deyildir; dövlətlər arasında münasibətlərdə nəzərə alınmalıdır, amma bu "xəstəliklər" və qüsurlar azad cəmiyyətin istiqamətləndirici faktorları olmamalıdır. Azad insanlar da bununla barışmamalıdır. Demokratiyanın "conditio sine qua non" şərtləri var, bunlar siyasi ədəbiyyatda keçir, məsələn Robert Dahl, ya da Sartori, ya da başqaları bunları zikr edir; bunları oxumadınızsa, bilən kimi danışmayın və ehkam kəsməyin. Hər kəs bildiyi ilə məşqul olsun, bilmədiyini də öyrənsin. Təqlid etmə (başqasının bir şeyi doğru bildiyinə inanma) tənbəllərin işidir. Liderin arxasınca kor-koranə gedənlərin riski böyükdür; tarixə baxsanız, görərsiniz ki, liderilərin əhəmiyyətli bir hissəsi səhv yolda olub. Bu ehtimalı gözdən qaçırmayın. Quo vadis – hara gedirik? Çıxış yolu nədir? Məsələnin həlli intellektual cəmiyyət yaratmaqdır. Oxumaq, müxtəlif mövqeli kitabları nəzərdə tuturam, insan inkişafı üçün zəruridir. Almanlar bəzən çirkin "incəsənət" növləri ilə məşqul olur; 2 il əvvəl birisi meyitlərin dərisini soyaraq, bunun sərgisini də keçirmişdi. Almanlar yahudiləri də qırmışdı; lakin həmən alman milləti MP3 səs formatını ecad etmişlər, istehsal etdikləri avtomobillərin isə bənzəri yoxdur. Şopen və Kantı da yaradan alman millətidir. 300 il sonra da yadda qalan onlar olacaq, biz deyil. Bəs biz nə etdik bunun üçün? Stereotiplərin qurbanı olub, fərqli düşünənləri qınamaq, öz dar üfüqümüzü dünyanın mərkəzi kimi görmək. Öz elmi və mədəni inkişafımız üçün nə edirik? Ümumiyyətlə sənə baxıb sənin kimi olmaq istəyən varmı? Etalon ola bildinmi? Olduq, amma cəhalətin, zorbalığın və qaranlığın etalonu. Birisi var, adını milliyətçi qoyub. Halbuki türk millət adına o böyük bir xəcalətdir. Adamda nə etiket, nə savad, nə xarici dil, nə dünyagörüşü var: – türk milliyətçiliyini niyə ləkələyirsən? Bir başqası dindar keçinir. Halbuki təhlil edəndə görürsən ki, onun-bunun səhvini düzəltməklə Allahın ədalətini təcəlli etməyi məhz özünə vəzifə seçib. Sən get bir Tanrıya qul olmanı dərk et, sonra panteizmə iddia et. Bir başqası ateistdir. Amma analitik və şübhəçi düşüncə tərzindən bu adamda nəsə axtarsan, xeyli vaxt itirərsən. Bir başqası adını "dövlətçi" qoyub. Halbuki siyasət ədəbiyyatında belə bir anlayış ümumiyyətlə yoxdur. Bu "dövlətçi"yə qalsa, o məmurların zibil qutusuna atdığı kirli bir kağızı "rəhmətlik babamın məktubudur" deyə öpüb gözlərinə basar. Bəlkə də o kağızda onun tayfasını söyürlər. Hamısı "dayaz" və riyakardır. İdeal olmayıb, qüsurlu və əskik olduğumuzu düşünərək, daha yaxşı olmağa can atsaq belə, bir gün anlayırsan ki, həyat bir, ya da iki həqiqətdən ibarət deyildir; üstəlik mənim həqiqət bildiyim bəlkə heç də elə deyildir. Əşyanın mahiyyəti və məzmunu haqqında şübhəyə girdikdən sonra biraz psixoloji rahatlıq üçün formal çərçivələrə sığınmaya qərar veririk; məsələn deyirik ki, qarşımızdakı insan cahil və səviyyəsiz olsa belə, onunla mədəni davran. Hüquq qaydaları da siyasətin məzmun baxımından əxlaqi, eyni zamanda formal qaydalarını da təşkil edir. Bu səbəblə, hüququn prinsiplərinə görə aparılmayan bir siyasət faciədən başqa heç nə gətirməz, millətin gələcəyinə xidmət etməz və qaranlıq üfüqlərdən bizi xilas etməyəcəkdir.
2014-04-01
13,232
Astara, Bakı və Saatlıda yanğın olub
Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına xəbər verir ki, Astara şəhərində üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 10 kv.m olan təsərrüfat otağında yanğın baş verib. Nəticədə, otağın pəncərə çərçivəsi 1 kv.m sahədə və təsərrüfat malları qismən yanıb. İnzibati bina yanğından mühafizə olunub. Bundan başqa, Bakının Xəzər rayonunda vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 300 kv.m olan qazanxanada baş vermiş yanğın nəticəsində, qazanxananın dam örtüyü 60 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Daha bir yanğın hadisəsi Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-01
13,233
Almaniyadan Türkiyə ilə bağlı şok istək
Baş nazir Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsindən sonra müxalifətçilərə qarşı sərt ifadələrdən istifadə etməsi alman siyasətçilərin kəskin reaksiyasına səbəb olub. "Axar.az" xəbər verir ki, Almaniya hökumətinə yaxın olan Xristian İctimai Birliyi Türkiyə ilə AB müzakirələrinin dayandırılmasını tələb edib. Birliyin Baş katibi Andreas Şoyer dünən Münhendə çıxışı zamanı Ərdoğan hökumətinin getdikcə Avropaya aid olmadığının ortaya çıxdığını qeyd edib: "Türkiyə demokratiyanı ayaqlar altına atan bir ölkə, Avropaya heç vaxt daxil ola bilməz". Qeyd edək ki, Baş nazir Ərdoğan seçki axşamı xalq qarşısında çıxışında müxalifətin bədəl ödəyəcəyini bildirmişdi.
2014-04-01
13,234
Məşhur aktyor “Barselona”nı ələ saldı
Məşhur "Doktor Haus" teleserialının aparıcı aktyoru Hyu Lorin İspaniyanın "Barselona" klubunun futbolçularına sataşıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin "Fulhem" klubunun azarkeşi olan britaniyalı aktyor İspaniya primyerasında oynanmış "Barselona"-"Espanyol" matçına baxıb. Sonra isə komandanın məğlubiyyətini görən aktyor Tvitter səhifəsində şərh yazıb: "Bu "Barselona"nın futbolçularının ayaqlarını sındırmadan topa necə toxunduqlarını anlamıram. Onlar Meysen çinsindən olan fiqurlar kimi yıxılırlar".
2014-04-02
13,235
"Bu, axmaqlıqdır, Pensilvaniya bəy-əfəndisi..." - Video
ABŞ Dövlət Katibinin mətbuat xidmətinin rəhbəri Marie Harf Türkiyəyə ismarıc göndərərək, Fətullah Güləni yaddan çıxarmalarını istəyib. "Axar.az" xəbər verir ki, Harf Türkiyə xalqını seçkilərdə iştirakına görə təbrik edib. Harf Fətullah Gülənlə bağlı ona ünvanlanan suala isə, "Güləni unudun, biz Türkiyə ilə qarşılıqlı əlaqələrə malikik" , - deyib. Harf seçkilərdə saxtakarlıq edildiyi ilə bağlı suallara cavabında hər cür şübhələrin araşdırılmasının vacib olduğunu bildirib. Bir jurnalistin seçkilərdə Ərdoğandan çox, Fətullah Güləndən danışıldığını və Türkiyədə Tvitterə qoyulan qadağaya da səbəbin Gülən olduğu barədə sualına Harf maraqlı cavab verib: "Bu, axmaqlıqdır, bəy-əfəndi Pensilvaniyada yaşasın, ya da yaşamasın, Türkiyə hökumətinin Tvitterə qoyduğu qadağa hələ dəqiq deyil. Bu məsələlərin Gülənlə bir əlaqəsi yoxdur".
2014-04-02
13,236
Kəlbəcərin işğalından 21 il ötür
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ildönümüdür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır. (Trend)
2014-04-02
13,237
Maydandakı voronejli snayperin etirafı yayıldı
Kiyevin mərkəzi küçələrində aksiyalar zamanı Voronejdən gətirilmiş snayperlər güllə atıb. "Axar.az" xəbər verir ki, bu barədə Maydandakı hadisələrin iştirakçılarından biri "Elise" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, fevralın 20-də aksiyaçılar Kalaşnikov avtomatından atəş açan sarı sarğılı hərbçini saxlayıblar: "Biz insanlara dəqiq nişanla güllə atan şəxsi tutduq. Onunla ukraynca danışdıq, ancaq anladıq ki, o bizi dəqiq başa düşmür. Dedik ki, 10-a qədər ukraynca say, amma o, saya bilmədi. Rus dilində isə sürətlə saydı. Biz dərin şok içindəydik. Gözümüzün önündə qardaşlarımızı öldürürdü. Özünümüdafiə dəstələrindəki dostlarımızdan biri onun ayağına güllə atdı və bildirdi ki, hardan gəldiyini deməsə, Maydana, xalq məhkəməsinə veriləcək. Cavan oğlan gözü yaşlı danışmağa başladı. Bildiridi ki, Voronej vilayətindəndir. Onların bölmələri fevralın 10-da Krıma dislokasiya olunubmuş. Görəcəyi işin müqabilində 5-10 min dollar arasında pul aldığını dedi. Soruşduq ki, baş verənlər barədə Kremlin xəbəri varmı? Cavab verdi ki, Kreml elə Krımdadı. Putinin təlimatı ilə göstərişlər oradan verilir".
2014-04-02
13,238
Kreml Putinin boşanmasını rəsmən təsdiqlədi
Rusiya prezidentinin rəsmi saytının "Rusiya prezidentinin bioqrafiyası" adlı bölməsində dəyişiklik edilib. "Axar.az" xəbər verir ki, Vladimir Putinin həyat yoldaş Lyudmila haqqında bütün məlumatlar çıxarılıb. İTAR TASS-ın, "bu korrektələr prezidentin rəsmi boşanması anlamına gəlirmi"- sualına cavabında dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, bəli, bu, rəsmi boşanmanın xəbəridir. Rusiya prezidentinin saytında yalnız onun qızları – Mariya və Katerina haqqında məlumat qalmaqdadır. Xatırladaq ki, Vladimir və Lyudmila Putinlər boşanmaq qərarına gəldiklərini 2013-cü il iyunun 6-da televiziya vasitəsi ilə bəyan etmişdilər.
2014-04-02
13,239
Bu qız yenə hər kəsi heyrətləndirdi - Video
Bundan əvvəl 14 fərqli növdə mahnı oxuyaraq təcrübəli olduğunu nümayiş etdirən gənc qız bu dəfə bir neçə fərqli alət çalaraq musiqi qabiliyyətini göstərib. "Axar.az" olaraq həmin videonu təqdim edirik.
2014-04-02
13,240
Amerika bankı rus səfirliyinin pulunu dondurdu
Amerika bankı "JPMorgan Chase" Rusiyanın Qazaxıstanın paytaxtı Astanadakı səfirliyinə pul köçürmələrini dondurub. Bank bu addımı Rusiyaya qarşı sanksiyalar çərçivəsində atdığını bildirib. Pullar "Soqaz" sığorta şirkətinə çatmalı imiş. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksey Lukaşeviç bankın qərarını yolverilməz və qanunsuz sayıb. Bildirib ki, "JPMorgan Chase" ABŞ administrasiyasına yaltaqlıq edib. "Əgər Amerikanın maliyyə qurumu bu yolla "seçilmək", Ağ Evin yanında özünü yaxşı etmək istəyibsə, çox tələsib", - deyə Lukaşeviç bildirib. O vurğulayıb ki, Rusiya diplomatik missiyasına qarşı yönələn istənilən addım cavabını alacaq. Bu, ABŞ-ın Rusiyadakı səfirlik və baş konsulluğunun işində özünü göstərəcək. (ANS)
2014-04-02
13,241
“Hörümçək adam” 152 metrlik binaya dırmaşdı - Video
"Hörümçək adam" Parisdəki 152 metrlik göydələnə dırmaşaraq macəralara hazır olduğunu isbat edib. "Axar.az" xəbər verir ki, "Hörümçək adam" ləqəbi verilən fransalı Alen Robert bu dəfə də Parisin "La Defense" bölgəsində yerləşən 152 metrlik Arian binasına dırmaşıb. 52 yaşında olmasına baxmayaraq, Robert fiziki olaraq yeni "Hörümçək adam" macəralarına hazır olduğunu göstərib. Ətrafda olanlar da onun yeni macərasını alqışlayıb. Həmin videonu təqdim edirik.
2014-04-02
13,242
Möhtəşəm “Speedback GT” tanıdıldı - Foto
"Aston Martin"in DB modellərinin yaradıcısı David Brounun qurduğu şirkətin istehsal etdiyi "Speedback GT" tanıdılıb. Avtomobilin xarici dizaynı klassik bir avtomobil görünüşündə olsa da, yeni "Speedback GT" güclü 5.0 litrlik V8 tipli mühərriklə təchiz olunub. İlkin məlumatlara görə, avtomobil 500-dən artıq at gücünə sahibdir. Bu avtomobilin ərsəyə gəlməsi üçün mütəxəssislər 8 ay çalışıb.
2014-04-02
13,243
Fazil Mustafa: "Hələ də heyrət içindəyəm"
Deputat Fazil Mustafa Təhsil Nazirliyinin dərs ilinin uzadılması ilə bağlı qərarına etiraz edib. Fazil Mustafa qərara Feysbuk səhifəsində münasibət bildirib: "Hələ də heyrət içindəyəm: görəsən Azərbaycanda rəsmi strukturlarda hansısa qərar qəbul etməzdən öncə ciddi düşünüb-müzakirə edirlərmi? Təhsil Nazirliyi qərara alıb ki, 3 həftə dərs müddətini uzatsın, yəni iyun ayında dərslər davam etsin. Halbuki neçə illərdir təklif edirik ki, dərslər sentyabrın 1-də başlasa, əlavə müddəti uzaltmağa gərək qalmaz. İki həftə buradan qazanırsan, bir həftə də mənasız bayram günlərinin hərəsindən bir günü qatırsan dərs müddətinə, olur əlavə 3 həftə. Beləliklə, iyun ayının istisində şagirdi məktəbə göndərməyə də ehtiyac qalmır. Bir də müddəti deyil, tədrisin keyfiyyətini artırmaq lazım", - deputat yazıb. ("Musavat.com")
2014-04-02
13,244
Benzinin qiyməti qalxdı - Son dəqiqə
Aİ-95 markalı benzin bu gündən 93 qəpiyə satılacaq. Aprel ayının 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq. Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib. ("Deyerler.org")
2014-04-02
13,245
Ermənilər türk səfirliyi önündə aksiya keçirdi
Onlarla erməni Türkiyənin Moskvadakı səfirliyi önündə aksiya keçirib. "Axar.az" məlumat verir ki, onlar Kəsəb qəsəbəsindəki hadisələlərə etiraz ediblər. Edqar Qriq adlı aksiya iştirakçısı hadisələrdə Türkiyənin əlinin olduğunu iddia edib. Aksiyanın 1 saata yaxın müddət davam etdiyi, insidentsiz başa çatdığı bildirilib. Xatırladaq ki, Suriyanın Lazkiyə şəhərinə bağlı olan Kəsəb qəsəbəsini ələ keçirmək uğrunda müxalifətlə hakimiyyət tərəfdarları arasında gedən döyüşlərdə 130 adam, o cümlədən Bəşər Əsədin doğmaları ölüb. Türkiyə isə bölgəsində yaşayan suriyalı ermənilərin də Türkiyə tərəfindən qəbul ediləcəyi və BMT-nin bəyanatına uyğun olaraq ermənilərlə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
2014-04-02
13,246
Ukraynadan Rusiyaya 18 milyardlıq şantaj
Rusiya "Boinq" ("Boeing") tipli Amerika təyyarələrinin müəyyən hissələrini istehsal etsə də, bu məsələdə Ukraynadan olduqca asılı vəziyyətdədir. "Axar.az" xəbər verir ki, bu barədə "Espeso TV"-nin efirində Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurası katibinin müavini Boris Sobolev məlumat verib: "10 ildən çoxdur ki, Uralda titan prokatın böyük bir hissəsi Jitomir və Dnepropetrovsk vilayətlərindəki zənginləşdirmə kombinatlarının hesabına formalaşır. Həmin hissələr müasir tipli "Boinq"lər üçün nəzərdə tutulub. Təxmin edək ki, sabah – kombinat 1 günlüyə fəalyyətini dayandırdı və Urala lazımı məhsul göndərilmədi, görün, bu zaman nələr baş verər. Amerikalılar ruslara öncədən 18 miyard dollar vəsait ödəyib və ehtiyat hissələrlə təminat üzrə müqavilə 30 illiyə bağlanıb. Odur ki, rəsmi Moskva qaz və digər şantajlardan tələsik istifadəyə çalışmasın".
2014-04-02
13,247
Qiyamət gününün nəzəriyyəsi açıqlandı - Foto
Alimlər kainatın və dünyanın necə və nə vaxt sona çatacağını araşdırıb. İlk olaraq Kainatın məhv olması araşdırılıb. "Axar.az" ehtimalları təqdim edir: Kainatın məhvi: Təxminən 13 milyard yaşlı kainat elə o qədər də yaşayacaq. Kainatın sonu soyuyaraq, büzüşərək, yırtılaraq, ya da böyük partlayışla baş verəcək. Günəşin sonu: Alimlər Günəşin məhv olmasına 7-8 milyard il qaldığını araşdırıb. Dünyanın sonunda Günəş əvvəlcə Marsın orbiti qədər genişlənəcək. Sonra isə büzüşərək cücə boyda ulduza çevriləcək. Meteor təhlükəsi: 10 km diametrli meteorun toqquşması ilə dünyada həyat sona çatacaq. Qara Dəlik: Görünməsi gələcək zamana təsadüf edəcək qara dəliklərin isə dünya üçün elə də təhlükəli olmadığı araşdırılıb. Vulkanlar: Dünyanın sonu kiçik bir ehtimal olsa da, güclü vulkan nəticəsində baş verə bilər. Meqasunami: Nəhəng meteor toqquşması ilə baş verən meqa sunami dünya tarixində bir neçə dəfə yaşanıb. Qlobal epidemiya: İnsanların hamısını yox etməsi kiçik bir ehtimaldır. Amma milyonların ölümünə səbəb olacaq epidemiyalar tez-tez görünür və görünəcək də. Qamma şüası partlaması: Sönmüş ulduzların bir-biri ilə toqquşmaları nəticəsində yaranan bu partlamalar insanlara ziyan vura bilər. Amma bu ehtimal çox az görünür.
2014-04-02
13,248
Azərbaycanlılar Suriyada erməni qəsəbəsini tutdular - Video
Bəşər Əsədə qarşı döyüşən azərbaycanlı və çeçenlərdən ibarət mücahidlər Suriyanın Kəsəb qəsəbəsində ermənilərin yaşadığı məhəlləni tutublar. Bu haqda həm mücahidlərə məxsus saytlar, həm də Rusiya mətbuatı xəbər yayıb. Ruslara məxsus mətbuat döyüşlər nəticəsində Əsədi müdafiə edən 80-dən çox erməninin öldürüldüyünü və bunu Türkiyə hərbi birləşmələrinin etdiyini bildirib. Mücahidlərə məxsus saytlar isə azərbaycanlı və çeçenlərdən ibarət qurupun ermənilərin yaşadığı qəsəbəni tutduğu haqda məlumat yayıb ("Avropa.info"). Həm Rusiya mətbuatında yayılan videonu, həm də mücahidlərə məxsus saytların yaydığı videonu təqdim edirik: ​
2014-04-02
13,249
Məhşur ingilis müğənnidən 2-ci albom - Video
Rihannanın rəqibi olaraq görülən Rita Ora ikinci albomundan ilk çəkdiyi klipi 31 mart tarixində yayımlayıb. Rita öz fanatlarının İnstaqramda yaydığı yazıları öz yazdığı mesajla birləşdirərək yayıb və klipin çıxmasını öz fanatlarıyla qeyd edib. Müğənni heyranları ilə şəkil çəkdirib imza verərək yenə öz geyimi və səmimi hərəkətləri ilə diqqət çəkib. Yalnız müğənninin çox böyük həyəcanla yayımladığı klip izlənmə sayına görə hələ ki, məyusluq yaradır. Cəmi 232 min dəfə izlənən klip belə gedərsə, gözləntiləri doğrultmaya bilər.
2014-04-02
13,250
Bakıda evdə yanğın oldu
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin hamam otağında 1 ədəd su qızdırıcı yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, ev yanğından mühafizə olunub. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-02
13,251
Prezidentin nazirlərlə zarafatı – Video
Türkiyə prezidenti Abdulla Gül Küveyt əmiri Şeyx Əl-Sabahın dəvəti ilə Küveytə rəsmi səfər edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər vaxtı Küveyt Parlament başçısını qəbul etmək üçün gözləyən prezident Gül yanındakı nazirlərə zarafat edib. Prezident onunla birlikdə Küveytə gələn Baş nazir köməkçisi Əmrullah İşlərə və İqtisadi İnkişaf naziri Nihat Zeybəkçiyə tərəf çevrilərək, şəhəri gəzib gəzmədiklərini soruşub. Nazir Zeybəkçi "gecə gəzəcəyik", deyə cavab verib. Prezident də gülərək belə zarafat edib: "Burada həyat gecə başlayır, axşam çıxın".
2014-04-02
13,252
Nizami İsgəndərov qapadılan istirahət mərkəzini bərpa edir
2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan "Nabran Holiday Village"in adı dəyişdirilir. "CTF" şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov ona məxsus "Nabran Holiday Village" istirahət mərkəzinin fəaliyyətini bərpa edir. Ötən il 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan istirahət mərkəzinin adı dəyişdirilir. Yerli sakinlərdən qəzetimizə verilən məlumatda deyilir ki, o vaxt Baş Prokurorluq tərəfindən istirahət mərkəzinin qapısına vurulan möhür bir neçə gün öncə qoparılıb. Tikinti işləri gizlicə aparılır Xaçmaz sakinləri deyir ki, son iki həftədir istirahət mərkəzində canlanma yaranıb. Əvvəllər "Nabran Holiday Village"də işləyənlər yenidən işə çağırılıblar. Eyni zamanda Xaçmazdan iki tikinti briqadasına sözügedən istirahət mərkəzində iş təklif olunub. Məlumatda qeyd olunur ki, ilkin mərhələdə Baş Prokurorluq tərəfindən fəaliyyəti dayandırılan "Nabran Holiday Village"in adı dəyişdiriləcək. Daha sonra istirahət mərkəzində kosmetik işlər aparılacaq. Mərkəzdəki motelin daxili və xarici görünüşü yenilənəcək. Məlumatda o da qeyd olunur ki, istirahət mərkəzində işlər ancaq gecə saatlarında aparılır. Eyni zamanda kənar şəxslərin bu əraziyə yaxınlaşa bilməməsi üçün mərkəzə gedən yol bir neçə yerdən qazılıb. "Nabran Holiday Village" dəyişib "Caspian Summer Beach" olacaq Rayon sakinləri istirahət mərkəzinin yeni adını da öyrənə biliblər. Məlumatda deyilir ki, "Nabran Holiday Village"in yeni adı "Caspian Summer Beach" olacaq. Yeniliklər təkcə bununla kifayətlənmir. Belə ki, sabiq deputat Nizami İsgəndərov istirahət mərkəzinə yaxın boş əraziləri də alıb. O, istirahət mərkəzinin ərazisini genişləndirmək istəyir. Tikinti aparılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətindən razılıq alan sabiq deputat "Caspian Summer Beach"i bu ilin iyulunda istifadəyə verməyi düşünür. Qeyd edək ki, ötən il iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşüb. Nəticədə azyaşlının bir ayağı kəsilib, digəri isə ağır zədələnib. O vaxt istirahət mərkəzinin sahibi, sabiq deputat Nizami İsgəndərov bildirmişdi ki, "Nabran Holiday Village" istirahət mərkəzi son 4-5 ildir müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub. Həmin vaxt bu məsələ prezident İlham Əliyevin diqqətində idi. Ölkə başçısının göstərişi ilə balaca İmran təcili müalicə olunmaq üçün Almaniyaya göndərildi. Baş Prokurorluq isə "Nabran Holiday Village"in qapadılması və qapılarının möhürlənməsi barədə qərar çıxardı. Eyni zamanda səhlənkarlığa yol verən istirahət mərkəzinin 3 əməkdaşı həbs olundu. Bir ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadə ötən ay Bakıya qayıtdı. Bir ayağı tam sağalan, digər ayağına isə protez taxılan balaca İmran artıq əvvəli kimi yeriyə bilir. Xatırladaq ki, onun Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib (müsavat.com).
2014-04-02
13,253
Ukraynaya gedəsi çay Bakıya göndəriləcək
Rusiya Ukrayna istiqamətində qablaşdırılmış çay tədarükünün mümkün azalma risklərinin qarşısını almaq üçün bu malın ixracını şaxələndirməlidir. Bu məsələdə isə ən cəlbedici Azərbaycanın çay bazarıdır. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə ötən gün mətbuat konfransında Rusiya çay və qəhvə istehsalçıları assosiasiyasının ("Rusçaykofe") baş direktoru Ramaz Çanturiya bildirib. Onun sözlərinə görə, hələlik Rusiyadan Ukraynaya çay tədarükünə birbaşa təhlükə olmasa da, bazar iştirakçıları iki ölkə arasındakı münaqişə fonunda bu cür riskləri nəzərə alırlar. Qeyd edək ki, hazırda Rusiyadan ixrac olunan qablaşdırılmış çayın böyük qismi – 64 faizi məhz Ukraynanın payına düşür. İkinci yeri isə Qazaxıstan tutur. Rusiya, ümumilikdə, 2013-cü ilin yekunlarına əsasən, xarici bazarlara 8,5 min ton çay ixrac edib. "Biz ümid edirik ki, Ukrayna bazarına ixracın azalmasını nəzərdə tutan neqativ ssenari reallaşmayacaq, lakin, məhz hazırda yeni bazarlarda aktivləşmək çox gərəkdir. Və burada bizim üçün ən cəlbedici Azərbaycanın çay bazarıdır", deyə Çanturiya qeyd edib. Assosiasiyada əmindirlər ki, Azərbaycan istənilən halda, digər ixracçı dövlətlərin bazarlarındakı vəziyyətdən asılı olmayaraq, çox böyük maraq doğurur. Qeyd edək ki, Rusiya şirkətləri 2013-cü ildə Azərbaycana 134 ton çay ixrac etdikləri halda, Azərbaycandan bu ölkəyə 2,9 min ton çay (əsasən qablaşdırılmış Seylon çayı) ixrac olunub. Çanturiya qeyd edib ki, Azərbaycanın çaya tələbatı 15 min ton olduğu halda ölkə plantasiyalarında cəmi 3 min ton çay istehsal olunur. Azərbaycan, Rusiya kimi, çay xammalını başqa ölkələrdən ixrac edir. "Rosçaykofe"də hesab edirlər ki, Rusiya şirkətlərinin Azərbaycanda daha geniş təmsil olunmaları üçün bütün imkanlar var. Assosiasiyanın hesablamalarına görə, Rusiya şirkətləri Azərbaycana ildə 5-7 min çay ixrac etmək iqtidarındadırlar. Çanturiyanın sözlərinə görə, Rusiya şirkətlərinin xarici bazarlarda iştirakının genişləndirilməsi məsələsi Assosiasiyanın Rusiya baş nazirinin müavini İqor Şuvalova ünvanladığı məktubda izah olunub. Lakin hökumət tərəfdən hələlik heç bir reaksiya verilməyib.
2014-04-02
13,254
Bakıda BMV üç maşını əzdi - Foto
Bakının Səbail rayonu, Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisəs baş verib. Hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb Qəza zamanı Tofiq Həşimovun idarə etdiyi BMW markalı avtomobil idarəetməni itirilməsi nəticəsində əvvəlcə İsmət Nəzərovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi "Audi" markalı avtomobilləri əzib. Daha sonra isə avtomaşın Kamil Sadıqovun idarə etdiyi VAZ 2106 markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, VAZ 2106 deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya BMW markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub. Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac da müşahdə olunub. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub. Baş vermiş avtoqəza ilə bağlı araşdırma başlanılıb, müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin edilib (ANS).
2014-04-02
13,255
Wi-Fi gələn ildən pulsuz olacaq
Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcək. Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi Vay-Fay (Wi-Fi) siqnallarını pulsuz və simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata keçiriləcək. Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq. Möhtəşəm layihənin reallaşdırılması məqsədilə yerətrafı orbitə yüzlərlə miniatür sputniklər buraxılacaq ki, onun vasitəsilə kompyuterlərə və mobil telefonlara çıxış təmin ediləcək. Auternet "datakastinq" texnologiyası əsasında fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək. Layihənin həyata keçirilməsini "Media Development Investment Fund" (MDIF) təşkilatı öz üzərinə götürüb (AzərTAc).
2014-04-02
13,256
Bakıda yaşayış evi uçdu - Foto
Gecə Bakının Səbail rayonu 20-ci sahə kimi tanınan ərazidə torpaq uçqunu baş verib. Lomomosov küçəsi 7-d ünvanında baş verən hadisə zamanı hasarın aşması nəticəsində 40 yaşlı Habil Hacıyevə məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikən uçqun anında ailənin iki azyaşlı övladı və ev sahibləri qonşuda olublar. Bu isə hadisə zamanı insan tələfatının qarşısının alıb. Dağıntılar altında qalan mənzilin iki otağı, o cümlədən mətbəxt və hamam otağı da tamamilə yararsız vəziyyətə düşüb. Evin dam örtüyünə ziyan dəyib. Bir sözlə evi uçan ailə gecəni küçədə gecələmək məcburiyyətində qalıb. Hadisə zamanı sürüşmə qonşuluqda yaşayan sakinlərə və onların evlərinə də ciddi ziyan vurub. Qonşuların sözlərinə görə əgər vaxtında tədbir görülməsə bu ərazidə bu tipli hadisələr təkrarlana bilər (ANS)
2014-04-02
13,257
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-02
13,258
Lombardlar vətəndaşları necə aldadır - Ekspert
"Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində artım var". Bunu "Axar.az"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov dedi. Onun sözlərinə görə, istehlak kreditləşməsi 2013-cü ildə 35% artıb, bu da vətəndaşların kreditə olan tələbatının göstəricisidir: "Hazırda kommersiya bankları çox az sayda kredit verirlər. Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pula tələbatın artması müşahidə edilir. Bu da təbii ki, lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdilər. İndi isə, faizlərin artması nəticəsində lombardlar yalnız qızıl, zinət əşyaları qəbul edirlər". Vətəndaşın girovu təhlükə altında qalır Ekspert bildirir ki, qanunvericilikdə lombarda qoyulan girovların icbari sığortalanması nəzərdə tutulmayıb. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı da heç bir müddəa yoxdur: "Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də, təəssüf ki, onların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac yaranır. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var". Lombardın girov əşyadan istifadə hüququ yoxdur Hüquqşünas Araz Yusifov da lombardlarla bağlı müəyyən problemlərin olduğunu təsdiq etdi. O, bu sahədəki qanunvericilikdə də müəyyən dəyişiklik edildiyini bildirdi: "Əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata bilər". Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək mümkündür.
2014-04-02
13,259
Qənirə Paşayeva cəbhə xəttində kitab təqdimatı keçirdi
Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı və imzalanması olub. Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. 3-cü dəfədir ki, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hərbi hissədə təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla oxuduqlarını deyib. Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib. Qənirə Paşayeva kitab haqqında məlumat verərək bildirib ki, "Dünyanı dəyişən alimlər" adlı kitabının nəşr edilməsində məqsəd gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir: "Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış azərbaycanlı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək." O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum kitablar siz dəyərli əsgər və hərbçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram deyib. Sonra əsgər və hərbiçilər üçün "Dünyanı dəyişən alimlər" kitabını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.
2014-04-02
13,260
Bakının bu rayonlarında su olmayacaq
Bakının 3 rayonunda su problemi olacaq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 02 aprel 2014-cü il tarixində gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir ("Milli.Az").
2014-04-02
13,261
Mayakovski və Brik: dəlisov məhəbbət üçbucağı
Vadimir Mayakovski və zərif sarıyağız gözəl Brik. Qalqamaqallı sovet şairinin evli qadına qarşı inanılmaz ehtirası. Nədən başlamış və necə bitmişdi? Vladimir Mayakovskinin şeirləri sevgi çılğınlıqları ilə dolub-daşır, dəlicəsinə fədakar bir məhəbbətin istisi onun misralarının iliyinə işləyib. Şairin "Liliçka"sına həsr olunmuş şeirlərini dünyanın hər yerində oxuyur, sevir və ibarə ilə söyləyirlər. Metaforaların coşqunluğu, nizamsız, qeyri-adi qafiyələr və səmimi emosiyalar oxucunun daxili aləmini təlatümə gətirir. Pərəstiş etdiyin, məftun olduğun qarşısında istedadını baş əyməyə məcbur etmək üçün Məhəbbət nə qədər güclü olmalıdır! Üsyankar sovet şairini öz tərzi ilə bir araya sığmayan anlayışlarla yaşamağa vadar edən Sevgi necə böyük bir qüvvəyə malik olub?! Hər şey Mayakovskinin Lili Brikin bacısı Elza ilə kiçik bir eşqbazlıq macərası ilə başlayır. Şair bir müddət Elza ilə mehriban münasibətdə olmuşdu. Qızın valideynləri ilə də tanış olan Vladimir onların evinə gedib-gəlirdi. Emosional təbiətli şair özünün futurist (XX əsrin əvvəlində incəsənət və ədəbiyyatda: realizmi inkar edən və köhnə incəsənət ənənə və üsullarını dağıtmalı olan yeni bir üslub yaratmağa çalışan formalist cərəyan – tərc.) çıxışları ilə çox vaxt onları dəhşətə gətirirdi. Mayakovskini Brik ailəsi ilə də məhz bu gənc qız tanış etmişdi. Tanışlıq 1915-ci ilin yayında baş tutmuşdu. Bu vaxt Lili (əslində Mayakovskinin sevgilisinin adı məhz Lili idi, onu şair Lilya çağırırdı) 24 yaşında idi. Gələcəkdə tamamailə təmin edilmiş iş adamı olan Osip Maksimoviç Brik – Lilinin əri – gəncdəki şairlik istedadını sezib onunla maraqlanır. Tanışlıq böyüyüb dostluğa keçir və Vladimir Mayakovski tez bir zamanda Briklərin evində daimi qonağa çevrilir. Onlar şairin yaradıcılığını sevirlər, o isə... O isə Lilyanı sevir. Lilya Yuryevna Brik məxsusi gözəlliyi ilə seçilən qadınlardan deyildi. Hətta bəzi memuar müəllifləri onun "gözəl olmadığını" xüsusi vurğulamağı sevirdilər. Əslində isə qadının xarici görkəmində xoşagəlməz heç nə yox idi, sifətin azacıq enli aşağı hissəsi, ancaq iri mavi gözlər və kənarları qəşəng çəkilmiş, "daima boyalı" dodaqlar qeyri-adi təsir bağışlayır və nəzərləri cəlb edirdi. Brikin zərif, incə vücudu var idi, qaməti, əndamı yeniyetmə qızı xatırladırdı. Ancaq bununla yanaşı, o, kişilərlə necə davranmağı yaxşı bilirdi. Onun sözlərinə görə, "kişiyə təlqin etmək lazımdır ki, o, çox yaraşıqlıdır, hətta dahiyanədir. Başqaları isə bunu görmürlər. Daha sonra isə evdə ona qadağan olunanı etməyə icazə vermək lazımdır. Misal üçün, siqaret çəkməyə, ürəyi istədiyi yerə getməyə... Yerdə qalan şeyləri gözəl qayaqqabı və ipək gecə paltarı həll edəcək. Lilya çox gözəl aktrisa idi, o, özünəməxsus lətafət və məlahətinin cazibəsi sayəsində həmişə arzuladıqlarını əldə edə bilirdi. Mayakovski məhəbbət şeirlərini bir-birinin ardınca yazırdı, o, məftun olmuşdu, heyranlığından ağlını itirmişdi. Osip Brik onun "Облако в штанах" ("Şalvarlı bulud") poemasını nəşr etdirir. O.Brik yeganə insan idi ki, bu poema haqqında öz fikrini bildirmiş və onu çap etdirmək qərarına gəlmişdi. Poema bir göz qırpımındaca öz ithaf ünvanını tapdı: "Lilya, Sənə". Sonralar da Mayakovski nə yazırdısa, hamısı yalnız bir – yeganə qadına ithaf olunurdu. Bu məhəbbət üçbucağının hər üç üzvü bir yerdə, lakin hərəsi öz həyatını yaşayırdı. Lilya sağda-solda məhəbbət macəraları yaşayırdı, o, kişiləiri idarə etməkdən həzz alırdı. Osipin həmişə kənarda sevgilisi olurdu. Mayakovski isə unutmağa, Lili haqqında düşünməmyə çalışaraq tez-tez Rusiyanı tərk edir, birgünlük tanışlıqlarla başını qatır və yenidən geri dönürdü. Lilya utanmadan Vladimirdən pul istəyirdi – tezliklə şair əziz Liliçkasının xırda və kiçicik xahişlərini yerinə yetirməklə onların bütün ailəsini maddi cəhətdən təmin edir. Briklər Mayakovskinin dördotaqlı mənzilində yaşayırdılar, şairin özü də burada yaşasa da, otaqlardan yalnız birini tuturdu. Sevgililərin qeydiyyatı şairin əbədi məhəbbət etiraflarından, Lilinin "pul göndərmək" barədəki xahişlərindən və onun guya şairin gerçəkdən evlənməyə hazırlaşmasına görə məzəmmətlərindən ibarət idi. Brik Mayakovskinin başqa bir qadına sözün əsl mənasında aşiq olacağından ehtiyatlanaraq onun "cilovunu bərk saxlamışdı". Ola bilsin ki, bayağı və mənasız qadın qüruru üzündən idi bu münasibət, bəlkə də ona görə idi ki, Vladimir Lilinin kef çəkməsi üçün böyük pullar xərcləyirdi, onun evlənməsi isə şairin maliyyə imkanlarını məhdudlaşdıra bilərdi. Bununla belə, Lilya ölən gününədək Mayakovskinin bağışladığı üzüyü barmağında gəzdirirdi. Üzüyün üzərində onun inisialları həkk olunmuşdu: ЛЮБ (Lilya Yuryevna Brik). Əgər üzük fasiləsik fırladılsa, bu hərflər sonsuzadək ЛЮБЛЮЛЮБЛЮ (sevirəmsevirəm) kəlməsinə çevrilirdi. Mayakovski özünü güllələyir. Ölümqabağı yazdığı məktubda şair Lilyanı öz ailə üzvlərinin siyahısına daxil etmişdi. Lilya deyirdi ki, onun dörd əri olub: O.Brik, V.Mayakovski, V.Primakov və V.Katanyan. O, 87 yaşında yüksək dozada yuxu dərmanı içərək intihar etmişdi. Vladimirlə Lilya arasında baş verənlər, şübhəsiz ki, məhəbbət idi. Hər kəsin sevgisindən fərqli, lakin əsl məhəbbət...
2014-04-02
13,262
İcra başçısı: “Onlardan hələ də xəbər yoxdur”
Bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, 5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. A.Məmmədov bu girovlardan 122 nəfərin geri qaytarıldığını, 43 nəfərin taleyindən hələ də bir xəbər olmadığını bildirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur, dünya birliyi də buna göz yumur: "Əksinə, Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir". Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib. O qeyd edib ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub. Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb: "3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edildi. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik".
2014-04-02
13,264
Tutum normasını pozan sürücülər cərimələnəcək
Nəqliyyat vasitələrində nəzərdə tutulduğundan çox sərnişin daşiyanlar yol polisi tərəfindən cəzalandırılacaq. Bu təkcə sərnişin daşiyanlara deyil həmçinin rayonlararası avtobuslara da aid ediləcək. Minik avtomobillərində nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab olunur. Buna görə də, belə sürücülərin cəzalandırılması nəzərdə tutulur. Bəzən avtomobillərdə ön oturacaqda azyaşlı uşaq gəzdirirlər. Buna da belə bəraət qazandırmağa çalışırlar ki, guya uşaq valideynlərinin qucağında oturur və valideyn nəyin bahasına olursa - olsun onu buraxa bilməz. Bu çox vaxt sonda azyaşlının faciəsinə səbəb olur. Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sərnişindaşıma qaydalarını pozan sürücülər bilməlidirlər ki, inzibati xətalar məcəlləsinin 151.2 maddəsinə müvafiq olaraq bu qayda pozuntusu 60 manat məbləğində cərimələnir. Rayonlararası sərnişin daşımada da bu qaydaları pozan sürücülər cəzalanacaqlar. Elə avtobus və mikroavtobuslar var ki, ayaqüstdə sərnişin daşınması üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq nəqliyyat vasitəsinə nəzərdə tutulduğundan çox sərnişin mindirirlər. Baş Dövlət Yol Polis İdarəsindən belə sürücülərə qarşı bu cür tədbirlərin davamlı olacağı bildirilir (ANS).
2014-04-02
13,265
Vəhabilər Xudatda şəriət məhkəməsi qurub - Şok
"Vəhabi məzhəbindən olanlar Xudatda şəriət məhkəməsi qurub". Bu barədə "Axar.az"ın əməkdaşı Xudatda sakinlərdən məlumat əldə edib. Məlumata görə, vəhabilərin qurduğu məhkəmə yalnız onların özü üçündür və həmin məzhəbdən olanların dövlət məhkəmələrinə müraciət etməmələri üçün yaradılıb. Vəhabi məzhəbindən olanların mübahisəli məsələləri məhz bu məhkəmədə həll olunur. Şəriət məhkəməsinin daha ədalətli olması, tərəfkeşlik etməməsi təbliğ edilir və yerli əhaliyə mübahisəli məsələləri bu məhkəmələrdə həll etmək tövsiyə olunur. Məlumatlı mənbə deyir ki, vəhabi olmayan şəxslərin həmin məhkəmə heyəti olan "ağsaqqal vəhabilərin" yanına getməsinə icazə yoxdur. Burdan da aydın olur ki, insanlar şəriət məhkəməsi ilə həm də vəhabiliyə cəlb edilirlər. Vəhabilər bu məhkəmələri yaratmaq fikrini bu cür əsaslandırır: "İslam qaydaları ilə fəaliyyət göstərməyən dövlət kafir dövlətdir. Kafir dövlətin məhkəməsi də kafirdir. Kafirlərin müsəlmanların haqqında qərar çıxarmasına imkan vermək olmaz. Müsəlmanlar öz məhkəməsini qurmalı və mübahisəli məsələləri şəriətlə həll etməlidir". Xəbərin ciddiliyi səbəbindən "Axar.az" əməkdaşı Xudata ezam olunub.
2014-04-02
13,266
Ukraynanın yeni prezidenti ABŞ-dan asılı olacaq - Eksklüziv
"Seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq". Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib. O, ölkədəki prezident seçkiləri üçün əsas üç namizədin irəli sürüləcəyini bildirib: "Hazırkı sosiologiya seçkilərin yalnız bir tur keçiriləcəyini proqnozlaşdırmağa imkan verir. Bu göstərir ki, indiyə olan reytinq dinamikası iki ay ərzində güclü dəyişikliklərə məruz qalmayacaqsa, o zaman Poroşenko özünün və Kliçkonun tərəfdarlarını toplamağı bacaracaq. Bu, təxminən seçkilərə gəlmək istəyənlərin 50%-i miqdarındadır. Timoşenko hazırkı liderdən sonra ikinci yerdə qərarlaşır. Üçlüyü isə Sergey Tiqipko qapadacaq". Qərb və Rusiyanın sevimlisi Politoloq ölkədə rəhbərliyə ən yaxın olan şəxsin hazırda Avropa tərəfindən dəstəkləndiyini bildirib: "Əgər xarici oyunçuların hansı namizədə yatırım etməsinə gəlincə isə hazırkı situasiyada bunu müəyyən etmək iki ay bundan öncəyə nisbətən daha aydındır. Yadımdadır Kliçko Berlinin favoriti hesab olunurdu. Yaçenyuku isə ABŞ dəstəkləyirdi. Poroşenko Davos, Münhen və Vaşinqtona qeyri-rəsmi görüşlərə gedirdi. Həmçinin o özünün Rusiyada da aktiv reklamı ilə məşğul olurdu. Hazırda alman mətbuatında Timoşenkoya qarşı neqativ məqalələr çap olunmağa başlayır. Özləri də təsdiqləyirlər ki, onun qələbəsi Ukrayna üçün fəlakət olardı. Lakin belə bir şey düşünmək də olar ki, bu tip məqalələrin çap olunmasının arxasında Timoşenkonun Ukraynadakı əleyhdarları dayana bilər". Seçilən prezidentlərin hamısı ABŞ-dan asılı olacaq A.Blüminov Ukraynada kimin qalib gəlməsinin ABŞ üçün heç bir əhəmiyyəti olmadığı söyləyib: "ABŞ-a gəlincə isə hazırkı favoritlərdən kimin qalib gəlməsinin onlar üçün elə də böyük fərqi yoxdur. Çünki siyasi rejimin konstruksiyası bütünlükdə belədir ki, seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq. Nəhayət Ukrayna iqtisadiyyatının defoltdan öncəki vəziyyətini öyrənərək və Vaşinqtonun diqtəsinə uyğun olaraq istənilən Ukrayna prezidenti Beynəlxalq Valyuta Fonduna tabe olacaq. Eyni situasiya Avropa İttifaqı ilə də yaşanır. Ukrayna Brüssel üçün müştəri ölkəyə çevrilib və bu fakt hökumətin manevr imkanlarını məhdudlaşdıra bilməz".
2014-04-02
13,267
Azərbaycanlı oliqarx “Starbucks”u Bakıya gətirir
Bakıda ilk dəfə olaraq dünyaca məşhur brend olan "Starbucks"ın kafe-mağazası açılacaq. Açılış mərasimi yaxın vaxtlara planlaşdırılan "Starbucks"ın ünvanı bəlli olub. Əldə edilən məlumata görə, kafe-mağaza Neftçilər prospektində yerləşən "Port Baku Towers"in aşağı mərtəbələrindən birində fəaliyyət göstərəcək. Məşhur brendi Azərbaycana tanınmış iş adamı gətirir. Qeyd edək ki, "Starbucks" şəbəkəsi öz mağazalarını yalnız dünyanın inkişaf etmiş ölkələrində - böyük şəhərlərdə açmağa razılıq verir. "Starbucks" - 1971-ci ildə ABŞ-da yaradılan "fəstfud" şəbəkəsidir. Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk "Starbucks" mağazası 1971-ci ildə müəllim Jerry Baldvin və Zev Siegel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb.1982 ci ildə iş adamı Hovard Schultz mağazanın sahiblərindən biri olub. Daha sonra o, "Starbucks"ın tək sahibinə çevrilib ("Publika.az").
2014-04-02
13,268
Bakıda orta məktəb şagirdi qətlə yetirildi
Bakıda 16 yaşlı oğlan qətlə yetirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Binəqədi şosesində qeydə alınıb. Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayev bıçaq xəsarətləri alıb. M. Abdullayev ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Polisdən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.
2014-04-02
13,269
Kənan MM şou əhlini biədəb sözlərlə hədələdi - Foto
"Çaşmayın, mənim də səbrim var! Canlı yayımda ağzınızı cıraram". "Axar.az" xəbər verir ki, bu sözləri reper Hüseyn Dəryanın ölümü ilə bağlı səsləndirdiyi fikirlərə görə onu qınayanlara mesaj olaraq rejissor Kənan MM İnstaqram səhifəsində yazıb: "Eyyy! Mənə tanışlarınızla, dostlarınızla söz göndərməyin ki, Kənan özünü reklam edir. 1 - əcəb edirəm, 2 - özünüzü kişi hiss edib zəng vurun, 3 - çaşmayın, mənim də səbrim var, ağzınızı canlı yayımda cıraram. Cındırlar, bir atasıza dayaq dururam, sizin kimi cındırlıq etmirəm. Keçmişlərindən bixəbər fahişələr, gedin ağzınıza, ...ınıza sahib çıxın. Sizi qınamıram e, kişi olmaq çətindi. Kimə ləzzət eləmir, zəng vursun, ağzını cırım. Davay, hoppanın, fahişələr..." Kənan MM-in İnstaqramda yazdığı mesajın fotosunu təqdim edirik:
2014-04-02
13,270
Almaniyada sələfi türklər həbs olundu
Almaniya Suriyadakı İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən üç sələfini həbs edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Karlsruhe vilayətinin Federal Baş Prokurorluğu sırağagün polisin Berlin, Bonn və Frankfurt şəhərlərində sələfi müsəlmanlara qarşı əməliyyat təşkil etdiyini açıqlayıb. Hüquq mühafizə orqanları üç şəhərdəki cəmi on evdə axtarış aparıb. Berlində milliyətcə türk olan Almaniya vətəndaşı Fateh K. adlı şəxs 2013-cü ilin avqust və sentyabr aylarında Suriyada olan vətəndaş qırğınında paramilitar qüvvələrə qarşı toqquşmalara qatılmaq və təbliğat vəsaiti istehsal etməkdə günahlandırılıb. Frankfurt şəhərindəki basqında isə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına üzv olduğu iddiası ilə 26 yaşlı daha bir türk həbs olunub. Şübhəli yanvar ayında Almaniyaya qayıtdıqdan sonra təşkilat üçün pul və başqa zəruri vəsait təmin etməkdə günahlandırılıb. Bonn şəhərindəki basqında isə təşkilata aid 4 min 800 avro pul dəstəyi təmin etdiyi əsası ilə Almaniya və Polşa vətəndaşı olan bir qadın həbs olunub.
2014-04-02
13,271
Azərbaycanda xərçəngi sığortalayan şirkət varmış – Rəsmi
"Ölkəmizdə olan sığorta şirkətlərində ürək, qan-damar sistemi və onkoloji xəstəliklər sığorta təminatından kənardır". Bunu "Axar.az"a "Buta" Sığortanın Tibbi Sığorta ilə bağlı elanını şərh edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin rəhbəri Mahir Abdullayev bildirdi: "Mümkündür ki, hər bir sığorta şirkəti digər şirkətin istisna elədiyi xəstəliyə təminat versin. Məsələn, stomatoloji xərcləri şirkətlərdən biri verə bilər, amma digəri yox! Qanunvericilikdə hansısa xəstəliyə təminat verilib-verilməcəyi ilə bağlı konkret müddəa yoxdur". Dövlət nümayəndəsi bir çox dövlətlərdə sığorta təminatı verilməyən və kritik xəstəliklər sırasına daxil olan ürək, qan-damar sistemi xəstəlikləri və infarktın öncədən müəyyən edilməsinin mümkünsüzlüyünü deyir: "Ürək, qan-damar sistemi xəstəlikləri gizli keçən xəstəlikdir. Onu müəyyən etmək çox çətindir. Bunun üçün çox ciddi tibbi müayinədən keçmək lazımdır. Məhz buna görə də həmin xəstəliyi müəyyən etmək olmur. Amma ümumilikdə ölkəmizdə olan sığorta şirkətlərində ürək, qan-damar sistemi və onkoloji xəstəliklər sığorta təminatından kənardır". Şərtlər 3 ay sonra qüvvəyə minir "Buta" Sığortanın Korporativ Satış şöbəsinin rəhbəri Azad Nəcəfov elanda göstərilən müddəaları təsdiq etdi. Şirkət nümayəndəsi həmin xəstəliklərə əlaqədar şərtlərin digər xəstəliklərə verilən təminatdan fərqləndiyini də bildirdi: "Kritik xəstəliklərlə bağlı şərtlər bir qədər fərqlidir. Belə ki, tibbi sığorta müqaviləsi bağlandıqdan 3 ay (90 gün) sonraya qədər müddət ərzində sığortalı şəxsdə bu tipli xəstəlik aşkar edilərsə, biz buna təminat vermirik. Amma qoyulan müddət bitəndən sonra aşkarlanarsa, sadəcə bundan sonra təminat verilir". Sığorta şirkətinin nümayəndəsi müştərilərinin müqavilə bağlanmazdan öncə müayinədən keçib-keçməməsi məsələsinə və saytda göstərilən məlum elanda 3 aylıq müddətlə bağlı şərtin göstərilməməsinə aydınlıq gətirdi: "Bizdə sığorta müqaviləsi bağlanan zaman müştərilər müayinədən keçirilmir. Qaldı elanda bu müddətin göstərilməsinə, bununla bağlı dəqiq bir şey deyə bilmərəm. Amma biz broşürlərdə artıq bu barədə məlumat vermişik". Müştəri şirkətə doğru məlumat verməlidir Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı xəstəliklərlə bağlı təminat məsələsində qanunvericilikdə konkret müddəanın olmadığını deyir. Onun fikrincə, sığorta şirkəti təminat verəcəyi xəstəliyi seçməklə bağlı müstəqildir: "Sığorta şirkəti sığorta olunan müştərini müayinə etməkdə müstəqildir. Amma vətəndaş öz səhhəti haqqında məlumatları doğru-düzgün bildirməyə borcludur". Ekspert hesab edir ki, sığorta şirkətinin reklamları belə bir formada verməsini normal qəbul etmək lazımdır: "Elanların bu formada verilməsi şirkətlərin reklam gedişləridir. Adətən sığorta şirkətləri reklamları bu formada yerləşdirirlər, amma sonradan məlum olur ki vəziyyət fərqli, daha sərt imiş. Bir məsələ ilə razıyam ki, reklam və elanlarda bəzən müəyyən yanlışlıqlara yol verilir. Bu isə sığorta qanunvericiliyi deyil, reklam haqqında qanunun pozulmasına gətirib çıxarır. Həmin məsələlərlə aidiyyəti qurumlar məşğul olmalıdır". Xatırladaq ki, "Buta" Sığorta Şirkəti Könüllü Fərdi Tibbi Sığorta kampaniyasına start verib. Kampaniyanın maraqlı cəhəti şirkətin təminat verdiyi xəstəliklər sırasında kritik xəstəliklər hesab edilən bədxassəli şişlər, orqan transplantasiyası, miokard infarktı və xərçəng daxildir. Əslində "Buta Sığorta"nın qeyd edilən xəstəliklərə verdiyi təminat müştəri ilə müqavilə bağlandıqdan 3 ay (90 gün) sonra qüvvəyə minir. Amma şirkətin rəsmi səhifəsində və radio kanallarda yerləşdirdiyi elan və reklamlarda bununla bağlı heç bir müddəa yoxdur.
2014-04-02
13,272
Bakıda I qrup əlil intihar etdi
Bakıda 62 yaşlı kişi intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi 14 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əjdər Hacıağa oğlu Qədirov yaşadığı evdə özünü asaraq intihar edib. Polisdən Ə. Qədirovun I qrup əlil olduğu bildirilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
2014-04-02
13,273
Üç məşhur “Hər şeyi ürəklə et”di – Video
Kriştiano Ronaldo, Neymar və Ueyn Runi eyni filimdə çəkiliblər. "Axar.az" xəbər verir ki, "Nike Football"ın təqdim etdiyi film "Hər şeyi ürəklə et" adlanır. "Mübarizə əfsanə yaradır" şüarı altında çəkilən film bütün dünyanın diqqət mərkəzində olarkən futbolçuların hansı təzyiqə məruz qaldığını göstərir. "Nike"nin marketinq üzrə vitse-prezidenti David Qrasso film haqda belə deyib: "Hər bir futbolçu üçün öz ölkəsinin şərəfini qorumaq böyük qürurdu. Filmin əsas qayəsi ulduz futbolçuların uğura necə nail olduğunu göstərməkdi". Rejissoru Conatan Qleyzer olan filmi təqdim edirik:
2014-04-02
13,274
Şimali Koreyada 200 məmur edam olunacaq
Şimali Koreya ötən ilin sonunda ali lider Kim Çen Unun əmri ilə öldürülən "boz kardinal" ləqəbli Çan Son Txekə sadiq olan 200 yüksək çinli məmuru edam edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Çosun İlbo" agentliyi adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb. Bundan başqa 1000 nəfərə yaxın ailə həbs düşərgələrinə göndəriləcək. Mənbənin sözlərinə görə, Dövlət Təhlükəsizlik Departamenti Alim Məhkəmədən həmin şəxslər barəsində ölüm hökmü verməsilə bağlı razılıq alıb. Edam Kan Kon hərbi akademiyasının poliqonunda partiya üzvləri, ölkə və ordu rəhbərliyinin gözləri qarşısında həyata keçiriləcək.
2014-04-02
13,275
Bakıda uşaq bağçalarında infeksion xəstəlik yayıldı
Azərbaycanda uşaq bağçalarında suçuçəyinə yoluxma halları artıb. Məlumata görə, paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçuçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub. Paytaxtın 327 saylı uşaq bağçasından bildiriblər ki, bağçada xeyli sayda uşaq bu xəstəliyə yoluxduğundan bağçaya gəlmir. Anoloji vəziyyət paytaxtdakı bir sıra uşaq bağçalarında müşahidə olunur. Bu xəbərini Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva da qismən təsdiqləyib. A. Əliyeva uşaqlar arasında yaz fəsli girəndən suçiçəyinə yoluxma hallarının müşahidə olunduğunu söyləyib: "Düzdür, son günlər bu xəstəliyə yoluxma halları qeydə alınır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyinə yoluxma halları artmayıb. Hər ilin yaz fəslində bu xəstəlik bir qədər fəallaşır. Ona görə də, nəinki uşaq bağçalarında, məktəblərdə də profilaktik tədbirlər gücləndirilməlidir. Bu xəstəlik yoluxucu olduğundan, suçiçəyi çıxardan uşaqlar bağçaya buraxılmamalı, həkim nəzarətində saxlanılmalıdırlar". A.Əliyeva suçuçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiyanın olmadığını da söyləyib. Onun sözlərinə görə, dünyada suçuçəyinə qarşı peyvən işləri aparılsa da bizim peyvənd təqviminə daxil olunmayıb. Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Suçiçəyi hava-damcı yolu ilə keçən virus xəstəliyidir. Bu virus uşaqlarda suçiçəyi formasında, böyüklərdə isə dəmro (herpes zoster) xəstəliyi kimi özünü göstərir. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur. Praktik olaraq bütün insanlar uşaqlıqda su çiçəyi xəstəliyinə yoluxurlar. Daha çox qış və yaz aylarında müşahidə olunur. Bu xəstəliyi hər bir insan keçirə bilər. Əsas insanın immun sistemi güclü olmalı və xəstəliyə qarşı qabaqlayıcı profilaktik tədbirlər aparılmalıdır. Xəstəliyin əvvəlində uşaqda qızdırma, titrəmə halları baş verir, onun ümumi halı, iştahası və yuxusu pozulur. Bəzi hallarda isə, kürək və sinəsində ağrılar olur. Xəstədə səpgilər əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər. Suçiçəyi xəstəliyinə tutulmuş xəstələr adətən ev şəraitində müalicə edilir. Xəstə 7-10 gün müddət ərzində ev şəraitində olmalıdır. Evdə havalandırma sistemi normal olmalı, yataq otağının havası tez-tez dəyişdirilməli və hər gün nəm əsgi ilə təmizləmə işləri aparılmalıdır. Xəstə bol-bol su içməli, immun sistemini artıran qidalar qəbul etməlidir. Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. Xəstəlik zamanı uşağın immun sistemi daha zəif olduğundan onu bir müddət qorumaq lazımdır. Evdə qalması, məktəbə və ya bağçaya getməməsi məsləhətdir. Müalicə müddətində çox nadir hallarda baş verən fəsadlar zamanı həkim xəstəyə antibiotiklər yaza bilər ("Movqe.az").
2014-04-02
13,276
Jirinovski Fətullah Güləni türkcə təriflədi – Video
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski bir müddət öncə "Xidmət hərəkatı"nın qurucusu Fətulla Gülən barədə türk dilində öz fikirlərini bildirib. "Axar.az" xəbər verir ki, Gülənin fəaliyyətini yüksək qiymətləndirən Jirinovski onu Mahatma Qandi ilə eyniləşdirib. Hazırda gülənçilərə qarşı Türkiyədə siyasi basqılar aparıldığı bir zamanda Jirinovskinin Fətullah güləni tərifləyən çıxışının yenidən gündəmə gətirilməsi təsadüf kimi qiymətləndirilmir.
2014-04-02
13,277
Qərb Çinə Rusiyanın cənub ərazilərini vəd edib – Şok fakt
Rusiyanın cənub-şərq əraziləri Çinə hədiyyə ediləcək. "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı çıxış edib. Mətbuat buna əsas sübut kimi Çin Kommunist Partiyasının sədri Si Tsinzipinə Almaniya kansleri Angela Merkel tərəfindən verilən hədiyyəni göstərirlər: "Rusiya əraziləri artıq bölünmək üçün razılaşdırılıb. Almaniya kanslerinin Si Tsinzipinə verdiyi hədiyyə hər şeyi bir daha təsdiqləyib. Hədiyyə Çinin xəritəsi idi. Bu xəritə isə 1735-ci ildə olan Çin ərazilərini əhatə edir. Burada Çinin tərkibinə Rusiyanın cənub-şərq əraziləri daxil edilib. Qərb bununla Rusiyaya qarşı apardığı savaşda Çini də öz yanına almağa çalışır. Güman ki, yaxın günlərdə Çin Rusiyaya qarşı aparılan və parçalanmasını nəzərdə tutan iqtisadi müharibəyə qoşulacaq".
2014-04-02
13,278
"Ermənilər Rusiyaya da xəyanət edəcəklər”
"Artıq ağlaşma dövrü arxada qalıb, gənclərimizi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlamalıyıq". "Axar.az" APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə.Həsənov deyib ki, Kəlbəcərin havası, suyu kimi o torpaqlarda yetişən insanlar da safdır və dövlətçiliyə sadiqdirlər: "Dünyada elə bir ərazi yoxdur ki, 30 min bulaq, çeşmə olsun, 4 min dərman bitkisi bitsin". Azərbaycan ərazilərinin işğalı faktına digər dövlətlərin münasibəti barədə danışan Ə.Həsənov daha sonra bunları açıqlayıb: "Rusiya bilməlidir ki, İkinci Dünya Müharibəsində SSRİ-yə xəyanət edən, casusluq edən ermənilər bir gün Rusiyaya da xəyanət edəcəklər. Qərb də bunu bilir. Bəzən deyirlər ki, bir xalqın, dövlətin ünvanına bu sözləri demək olmaz. Ancaq ermənilərin ünvanına bunu demək olar. Erməni diasporu, Ermənistan dövləti türkdilli dövlətlərə qarşı siyasət aparır. Niyə yalnız Türkiyə və Azərbaycan erməni şovinizminə qarşı mübarizə aparır? Bəs digər türkdilli dövlətlər nə edir? Bu dövlətlərin rəhbərləri Ermənistana səfər edir, hətta biri 12 il əvvəl qondarma erməni genosidi abidəsinə əklil qoymuşdu. Digər tərəfdən, işğal olunmuş ərazilərdə narkotik bitkilər yetişdirilir, bu, artıq dünyanın problemidir. Bizə demokratiyadan dərs keçməyə çalışırlar. Nə qədər ki, Qərb, qonşularımız ayılmayıb, bir zaman erməni terrorizmi, separatizmi ilə onlar da üzləşəcəklər". Dövlət Komitəsinin sədri ilk növbədə işğal altındakı rayonların gənclərinin hərb sənətinə maraq göstərməli olduğunu bildirib: "İşğal altında olan rayonların gənclər hərbi təhsil almağa meyllənməlidir. Ola bilər ki, bir gözəl gündə Ali Baş Komandan bəyan etsin ki, dünyanın ədalətsizliyi davam edir və torpaqlarımızın işğaldan azad edilməsi barədə əmr versin. Orduya, əsgərə münasibət dəyişməlidir, ilk növbədə gənclərimiz orduya meyllənməlidir. Türkiyə vətəndaşı xaricdə yaşasa da, hərbi xidmət üçün vətənə qayıdır. Türkiyədən bu nümunəni niyə götürməyək? Fərarilik torpaqları işğal altında olan ölkə üçün biabırçılıqdır. Günahkar ilk növbədə valideynlərdir. Biz qisasçı millət deyilik, amma gənclərimiz qisas almağa hazır olmalıdır".
2014-04-02
13,279
“Qanun”un işıqları söndürüldü
"Qanun" Nəşriyyatının işıqları söndürülüb. "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Axar.az"a bildirib ki, işıqların söndürülməsi barədə məlumat almaq istədikdə, bunu Yasamal rayonunda aparılan təmir işləri ilə əlaqələndiriblər: "Amma yağış deyil, qar deyil, niyə söndürsünlər? Onunçün şübhələrimiz var ki, bəlkə də bu ərazidə təkcə nəşriyyatımızın işıqlarını kəsiblər. Ola bilər, kiminsə göstərişidir, nəşriyyatın işinə mane olmaq istəyirlər, bilmək olmaz". Xatırladaq ki, fevral ayında "Qanun" Nəşriyyatı Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə edilib. Nəşriyyata qarşı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işi başlanıb.
2014-04-02
13,280
Dünya şöhrətli müğənni Bakıya gəlir
Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas Bakıda solo konsert proqramı ilə çıxış edəcək. Konsert mayın 29-da Heydər Əliyev Sarayında müğənninin "Kaas chante Piaf, Caucasus tour" adlı Qafqaz turu çərçivəsində baş tutacaq. İfaçı mayın 31-də Tiflisdə çıxış edəcək. Gecədə tamaşaçılar əfsanəvi müğənninin ən məşhur hitlərini və yeni mahnılarını eşidəcəklər. Bu, müğənninin Bakıya ikinci səfəridir. Daha öncə Kaas 2008-ci ildə Cartier zərgərlik butikinin açılışı münasibətilə paytaxtımıza qonaq gəlmişdi "(Buro247.az)".
2014-04-02
13,281
İsa Hüseynovla vida mərasimi başladı - Foto
Aprelin 1-də vəfat edən görkəmli yazıçı İsa Hüseynovla vida mərasimi başlayıb. Azərbaycan Milli Dram Teatrında baş tutan mərasimə mərhumun qohumları, bir çox tanınmış yazıçılar, şairlər, aktyorlar, həmçinin gənc yazarlar qatılıb. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri, yazıçını tanıyan və tanımayan insanlar da vida üçün toplaşıblar. Azərbaycan Yazıçılar Birliyindən hələlik təkcə Fikrət Qoca vida məqasiminə qatılıb. O, İ.Hüseynov barədə jurnalistlərə danışaraq yazıçının daim qələmi ilə ədəbiyyat sahəsində vuruşduğunu, onun ədəbiyyatımızda xüsusi yerinin olduğunu vurğulayıb. Yazıçının qızı və və xanımı da atasının son dəqiqələri barədə danışıblar. Saat 12.00-da başlanan mərasim 15.00-a qədər davam edəcək. Bundan sonra yazıçı Birinci Fəxri Xiyabanda dəfn ediləcək. Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktoru İsa (Muğanna) Hüseynov 1928-ci ildə anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub ("Musavat.com"). 2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb. Allah rəhmət eləsin!
2014-04-02
13,282
Tədris müddəti bu il uzadılacaq, ya yox? - TQDK
Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin artırılması hesabına uzadılacağı gözlənilir. Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, tədris ilinin müddətinin artırılması məsələsi Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Nazirliyin bu təklifi ilə bağlı Tələbə Qəbul Komissiyasının mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Aktual.az-a açıqlamasında hələ ki, bu barədə nazirliyin rəsmi qərarı olmadığını bildirdi: "Əgər belə bir qərar olarsa, buraxılış imtahanlarının keçirilmə vaxtları ona uyğun olaraq müəyyənləşdirilə bilər. Ali məktəblərə qəbul imtahanları bu il may və iyul aylarında keçirildiyinə görə bu prosesə hər hansı maneə yaratmır. Hər halda Təhsil Nazirliyi belə qərar qəbul edərsə, onun hansı ildən tətbiq olunması dəqiqləşdikdən sonra bu məsələlərə daha aydın şəkildə baxmaq olar" Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmisi bu təklifi tədris proqramlarının ağır olması və 32 dərs həftəsinin buna cavab verməməsi ilə əlaqələndirib.
2014-04-02
13,283
Ulduz futbolçunun beli çatladı
"Barselona"nın müdafiəçisi Jerard Pike ağır zədələnib. "Axar.az" xəbər verir ki, Çempionlar Liqasında "Atletiko" ilə oyunda zədələnən mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlarda görünməyəcək. Pike oyun epizodlarından birində uğursuz şəkildə yıxılıb. Həkim müayinəsi onun bel sümüyündə çat olduğunu müəyyən edib. 27 yaşlı futbolçu oyuna davam edə bilmədiyindən Mark Bartra ilə əvəzlənib. Xatırladaq ki, "Barselona" -"Atletiko" oyunu 1-1 hesabı ilə başa çatıb.
2014-04-02
13,284
Gözləyin, Aslanov villasını başa çatdırır...- Mənimsəmə
Nurçuluqda ittiham olunaraq Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun dövlət büdcəsindən mənimsədiyi vəsaitlərlə bağlı maraqlı faktlar ortaya çıxıb. E.Aslanova həvalə edilən və dövlət səviyyəsində dəstəklənən bütün siyasi layihələrin uğursuz və qaranlıq taleyi ilə bağlı "haqqın.az"ın apardığı araşdırmadan önəmli məqamları təqdim edirik: "Məsələn, illik olaraq 1 milyon manat israf edilən onun şəxsi təbliğat siyahısı -1news.az saytı. Azərbaycanda siyasi hakimiyyətin taleyi həll olunan prezident seçkiləri kampaniyasının qızğın dövründə sayt Bakı diceylərinin tumanlarını reklam edir. Sual yaranır, vəsaitlər niyə ayrılmışdı? İlham Əliyevin siyasi kampaniyasına, yoxsa müğənni Röyanın tumanının təbliğatına?". Daha sonra E.Aslanovun digər bir layihəsi olan İrəli Gənclər Təşkilatından bəhs edilir. Yüz minlərlə azərbaycanlı gənci ətrafına toplayacağı planlaşdırılan təşkilatın real durumu isə fərqli olur: "Fransa səfirliyi qarşısındakı bir piketə cəmi 20 nəfər toplaya bilirlər. Strukturun başında isə anlaşılmaz, nadir soyadı ilə Mərdiyev dayanır. Və o, kostyumuna uyğun səliqəli seçilmiş gözəl qalstuklar taxmağı sevirdi...". Yazıda böyük ümidlər bəslənilən bu layihəyə ayrılan 10 milyonlarla manatın da israf olunduğu və beləliklə ümidlərin puça çıxdığı vurğulanır. "Aslanovun növbəti layihəsi isə Prezident yanında Strateji Araşdırmalar Mərkəzidir. Ötən il dövlət KİV-də bu mərkəz tərəfindən Çində nəşr olunan və Heydər Əliyevin çıxışları yer alan kitab nəşr olunur. Siz bir şey başa düşdünüz? Bəs sizə bu kitabın büdcəsi haqda, Çində bu kitabların hələ də tozlu rəflərdə qalması haqda danışaq?.." Araşdırmada həmçinin qeyd olunur ki, Mərkəzin baş ofisinin Prezident Administrasiyasında, yoxsa dəbdəbəli "Four Seasons" otelində yerləşməsini anlamaq çətindir. Müəllif hər il dövlət büdcəsindən 5 milyon manatın ayrıldığı bu Mərkəzdə keçirilən və heç bir əhəmiyyət daşımayan "dəyirmi masaların" iştirakçıları arasında bircə mütəxəssisə belə rast gəlmədiyini yazır: "Bəs kimləri ora toplayırdılar? "İrəli"dən olan uşaqlar, rəfiqələr, dostlar və sair. Dövlət büdcəsindən bu mərkəzə hər il 5 milyon manat ayrılırdı. Bu pullar hara getdi və nəyə? Siz bu mərkəzin saytını açın və fotosessiyalara baxın, sizə aydın olacaq ki, büdcə vəsaitləri hara yoxa çıxıb". Daha sonra araşdırmada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu olan ASAİF-in adı vurğulanır: "Söhbət özünü Azərbaycan gənclərinin lideri kimi təqdim edən və Britaniya TV-nin efirində gülüş hədəfinə çevrilən həmin sehrli qanadlardan gedir". Aslanova həvalə edilən növbəti layihə isə ümumilkdə 2 milyon xərci olan Yurd TV-dir. Müqayisə üçün APA Holding tərəfindən yaradılan APA TV-yə çəkilən xərc göstərilir və məlum olur ki, bunun üçün cəmi 250 min manat da kifayət edərmiş: "TV Ginnesin bütün rekordlarını qıraraq 25-30 nəfər oxucu auditoriyası toplaya bilir". Sosial şəbəkələrin qızğın dövründə E.Aslanov da "yumroo.az" layihəsini düşünür. Müəllif bildirir ki, həmin linkə daxil olaraq əslində iki milyon manatın nəyə xərcləndiyini bilmək olar. Və sonda müəllif "1news.az"ın keçmiş əməkdaşlarının paylaşdığı maraqlı bir tarixcədən bəhs edir: "Təxminən yarım il əvvəl agentlik maaşları verməyi dayandırır. Əməkdaşlar çox təəccüblənirlər, əgər belə demək olarsa, saytın baş redaktoru Rəhman Hacıyevin kütləvi reklam ticarətinin fonunda gecikdirilən maaşlarından sarsılırlar. Redaktor dürüstcə öz əməkdaşlarına deyir: "Dostlar, bir balaca da gözləyin, Aslanov villasını başa çatdırır..." ("Qafqazinfo").
2014-04-02
13,285
Məmmədyarov Nalbandyanla görüşəcək
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan aprelin 2-4-də Rusiyaya işgüzar səfər edəcək. Məlumata görə, o aprelin 3-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, aprelin 4-də isə MDB ölkələrinin Xarici İşlər nazirlərinin növbəti iclasına qatılacaq. Aprelin 4-ü axşam saatlarında isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyanın gözlənilən görüşü barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Haaqada keçirilən görüşdə məlumat vermişdilər. Nazirlərin görüşünün iki ölkə prezidentinin görüşünə hazırlıq məqsədi daşıdığı qeyd edilir. Qeyd edək ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Tvitter səhifəsində prezidentlərin yaxın zamanlarda görüşü barədə razılıq əldə edildiyini, hər iki ölkənin xarici siyasət idarələri rəhbərləri ilə müsbət əhval-ruhiyyədə görüş keçirdiklərini yazmışdı (ANS). Aprel ayında həmsədrlərin növbəti dəfə regiona səfəri planlaşdırılır.
2014-04-02
13,286
Azərbaycanlı milyarder Krımı yanacaqla təmin edəcək
Rusiya Energetika Nazirliyi Krımın benzin, dizel yanacağı, aviasiya kerosini, mazutla təmin olunması üçün "LUKoyl", "Rosneft" və "Qazpromneft" şirkətləri ilə danışıqlar aparıb. "Axar.az" xəbər verir ki, həmin şirkətlərə yarımadanın neft məhsulları ilə təmin edilməsi üçün tapşırıqlar verilib. Krıma yanacağın çatdırılması aprelin əvvəllərində başlacaq. Qeyd edək ki, azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "LUKoyl" şirkətinin Volqoqradda yerləşən zavodunda ötən il 1.6 milyon ton benzin, 3 milyon ton dizel yanacağı, 1 milyon ton mazut və 1 milyon aviasiya kerosini istehsal edilib. Bundan başqa Krımda Vahid Ələkbərova məxsus 13 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası var.
2014-04-02
13,287
“Azəriqaz”ın tərkibində yeni xidmət yaradılır
Gələn ay Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) strukturunda dəyişiklik ediləcək. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, may ayının 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə Qaz İstismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək. Onun sözlərinə görə, bundan sonra birliyin Təmir-Tikinti İdarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza və Təmir-Bərpa Xidməti yaradılacaq: "Yeni yaradılacaq xidmətin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq". Qeyd edək ki, yeni strukturun yaradılması birliyin tərkibində xeyli sayda ixtisarlara və qaz istismar sahələrinin əməkdaşlarının işdən çıxarılmasına səbəb olacaq. A.Ağayev deyib ki, hələlik ixtisara düşəcək işçilərin sayı məlum deyil: "Bununla bağlı yeni təşkilati işlər aparılır. Nə qədər adamın ixtisar olunacağı da məhz bu tədbirlərdən sonra məlum olacaq".
2014-04-02
13,288
Həmcinslərini xaricə “satan” azərbaycanlı tutuldu
İmişli rayon sakininin qadınları cinsi istismara məruz qoyması faktı müəyyən edilib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Adilə Bağırova saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları Rusiya Federasiyasına və Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
2014-04-02
13,289
Xalq artistinin ailəsini öldürən məmur oğlu ilə bağlı - Şok
Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da karyerasına son qoydu. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun "Mercedes Galendewagen AMG63" markalı avtomobillə Zığ-aeroport yolunda törətdiyi, iki nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən dəhşətli qəza ilə bağlı "virtualaz.org"a yeni məlumatlar daxil olub. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dəki mənbədən məlum olub ki, harın məmur oğlu əslində həmin gün daha bir neçə nəfər özü kimi qudurğan zəngin balaları ilə hərəyə 10 min manatdan atışaraq avtomobil yarışı təşkil ediblər. Məlumata görə, Xalid Mədətov və dostları (cəmi 8 nəfər) şəhərin mərkəzindəki elit restoranların birində yaxşıca yeyib-içdikdən sonra kimin daha bərk maşın sürməsi məsələsi üstündə bəhsə giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki, kimin daha bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübut etmək üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışın şərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq "mükafat fondu" yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır) ilə şütüyərək Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna birinci çatan "qonşik" 80 min manatlıq uduşa da sahib olmalı idi. X.Mədətovun digər 7 qudurğan dostunun adları hələlik məlum olmasa da onların da "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavininin oğlu kimi yüksək vəzifəli şəxslərin uşaqları olduğu bildirilir. Həmin harın balalar da X.Mədətov kimi qiyməti yüz minlərlə manat olan superkarlarda - "Mercedes McLaren", "Mercedes Benz SLK", "Porsche Panamera", sonuncu model "Audi" və s. markalı maşınlarda yarışa çıxıblar. Söhbət hər birinin qiyməti 200-250 min manat olan maşınlardan gedir. Hamısı bərk sərxoş olan yarış iştirakçıları gecə saat 1 radələrində Zığ şossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar. X.Mədətovun "Galendewagen"i digər iştirakçıların maşınlarından bir azca geri qalıb. Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da artırıb və avtomobilin sürəti saatda 240 kilometrə çatıb. Ancaq "Galendewagen" idarəetməni itirib və arxadan dəhşətli zərbə ilə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi, içərisində sənətkarın ailə üzvləri, o cümlədən azyaşlı nəvəsi olan "VAZ-2106"-ya çırpılıb. Zərbənin təsirindən "Jiquli" darmadağın olub, "Galendewagen" isə şosse yolunu ayıran dəmir arakəsmələrə çırpılaraq dayanıb. Qəzadan bir neçə dəqiqə sonra yarışın digər iştirakçıları öz superkarlarında geri qayıdaraq hadisə yerinə çatıblar və X.Mədətovu maşından çıxarıblar. Daha sonra onlar X.Mədətovu da götürərək hadisə yerindən uzaqlaşıblar. Şahidlərin qəza yerindən mobil telefonla çəkdikləri görüntülərdə də X.Mədətovun dostlarının bəzilərini görmək mümkündür. Xatırladaq ki, böyük ictimai rezonans doğuran bu cinayət əməlindən sonra prezident İlham Əliyev X.Mədətovun atasını vəzifədən qovdu. Neft pulları hesabına quduran məmur oğlu isə həbs olundu. Virtualaz.org saytına o da məlum olub ki, prezident İlham Əliyev X.Mədətovun bu cinayət əməlinə görə təkcə onun atasını işdən qovmayıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavininin kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusf Mədətov da geri çağırılıb və diplomatik xidmətdən qovulub. Yusif Mübariz oğlu Mədətov Azərbaycanın Almaniyadakı səfirliyində II katib vəzifəsində işləyən diplomat olub və 2006-cı ildə Almaniya XİN-in gənc diplomatlar üçün təşkil etdiyi bir illik hazırlıq ("Diplomatenkolleg") kursunu bitirib. Onun qəzadan (martın 15-nə keçən gecə) üç gün sonra geri çağırıldığı bildirilir. Hazırda Azərbaycanın Almaniyadakı səfirliyinin işçilərinin XİN-in saytında yer alan siyahısında Y.Mədətovun adı yoxdur. Göründüyü kimi, prezident İlham Əliyev qudurğan məmur balaları ilə bağlı məlum xəbərdarlığı boş yerə etməmişdi və M.Mədətov kimi bu xəbərdarlıqdan dərs götürməyən məmurlar dövlət başçısının qətiyyətinə bir daha əmin ola bilərlər. Şübhəsiz ki, qudurğan məmur balalarının martın 15-nə keçən gecə Zığ şossesində təşkil etdikləri yarışın görüntüləri videomüşahidə kameralarına düşüb və bu cinayətlə bağlı istintaq aparan müstəntiqlər digər iştirakçıları da asanlıqla müəyyən edə bilərlər. Təbii ki, yüksək sürətlə avtomobil idarə edib başqalarının həyatını təhlükədə qoyan bu şəxslərin əməllərini ört-basdır etmək niyyəti yoxdursa...
2014-04-02
13,290
Hərbi Dəniz Qüvvələrində yoxlamalar başlandı
Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yanvarın sonlarından başlayan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir. Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən HDQ-də aparılan yoxlamalarla bağlı APA-nın sorğusuna cavab verilməyib.
2014-04-02
13,291
"Ruhanilər, axundlar, imamların dediklərini..."
"Ruhanilər, axundlar, imamlar, mollarlar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib. Dövlət müşaviri qeyd edib ki, ölkədəki dini, eləcə də etnik-mədəni icmalarla mədəniyyətlərin, dillərin, dini məsələlərin öyrənilməsi ilə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiriləcək: "Onlarla komissiyalar və icma nümayəndələri, Azərbaycan alimləri, tarixçiləri birlikdə məşğul olacaqlar. Bir var layihələr hazır şəkildə icmalara verilir, bir də var ki, onların özləri hərəkətə gəlir, işləyirlər. Hər halda bu istiqamətdə fikirlər çoxdur. İnşallah bunları həyata keçirəcəyik". Onun sözlərinə görə, dini icmalarla bağlı layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək: "Ruhanilər, axundlar, imamlar, mollalar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır. Ümumiyyətlə, Azərbaycan xalqı, eləcə də burada yaşayan digər xalqlar öz dininə böyük hörmətlə yanaşır. Azərbaycanda olan dinlərin, təriqətlərin irəli sürdükləri tövsiyələr, fikirlər, əlbəttə ki, Dövlət Komitəsi tərəfindən də, alimlərimiz tərəfindən də dəyərləndiriləcək. Biz onları müxtəlif proqramlar vasitəsilə həyata keçirəcəyik. Məsələn, təhsil, strukturlaşma sahəsində, eləcə də bəzi məscidlərin restavrasiya işləri ilə bağlı və bir çox başqa məsələlər nəzərdə tutulur. Yəni, dini icmaların görəcəyi hələ çox işlər var" (Aznews.az).
2014-04-02
13,292
YAP-çı deputatdan Etibar Hüseynova ağır cavab
"Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm". Məlumata görə, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə öz Feysbuk səhifəsində yazıb. Millət vəkili Etibar Hüseynovun fikirlərini telekanalda izlədiyini və patlament üzvünün bu cür çıxışlar etməməli olduğunu vurğulayıb: "Qaçqınlar haqqında dediyi epitetlərə ( "ac-yalavac", "təhsiliz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır" ("AzNews.az").
2014-04-02
13,293
Türkiyədə küçələr müharibə meydanına döndü – Video
Şanlıurfa 2 gündür baş verən hadisələrə görə Suriyadan seçilmir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində bələdiyyə seçkisində kürd BDP-çi (Barış və Demokratiya Partiyası) İsmayıl Arslanın 755 səs fərqi ilə AKP-çi Məndərəs Atillaya məğlub olmasına görə iki gündür şəhərdə gərginlik davam edir. Polis aksiyaçılara bibər qazı, təzyiqli su və plastik güllələrlə müdaxilə edib. Xatırladaq ki, İsmayıl Arslan ötən seçkidə qələbə qazanaraq bələdiyyə sədri seçilmişdi. Onun bu dəfəki seçkidə məğlub olmasına qəzəblənən kürd tərəfdarları etiraz aksiyası keçirməyə qərar veriblər.
2014-04-02
13,294
Elnur Aslanovun vəzifəyə gətirildiyi təsdiqləndi - Yeniləndi
Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb. Bu barədə "Musavat.com"un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin rəhbəri vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb. *** Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifəyə təyin olunması təsdiqləndi. Bu barədə "Axar.az"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov məlumat verib. O, Elnur Aslanovun dünəndən etibarən Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin sədri vəzifəsini icra etdiyini bildirib
2014-04-02
13,295
“Azdrama”nın aktyorları tamaşadan imtina etdilər
Akademik Milli Dram Teatrının səhnəsində quruluş verilən "Qatil" əsəri ətrafında qalmaqal yekunlaşmamış, daha bir tamaşa gərginliyə səbəb olub. Bu dəfə Əli Əmirlinin və Teatr Xadimləri İttifaqının sədri, rejissor Azər Paşa Nemətovun birgə fəaliyyəti nəticəsində səhnəyə çıxarılan "Şah Qacar" tamaşasının kulisində yaşananlar barədə AzNews.az-a maraqlı məlumatlar daxil olub. Məlumata görə, əsərə quruluş verilərkən, tamaşada baş verən hadisələr orada rol alan aktyorların narazılığına səbəb olub. Aktyorların etirazına səbəb rejissorun Ağaməhəmməd Şah Qacarın öldüyü səhnənin faktaloji canlandıra bilməməsi olub: "Aktyorlar tərəfindən əsərin müəllifinin diqqətinə çatdırıldı ki, Ağaməhəmməd Şah Qacarın Çar Rusiyasının kəşfiyyatı tərəfindən öldürülməsi olduğu kimi canlandırılmalıdır. Bu fakt isə sözügedən tamaşada öz əksini tapmayıb. Tamaşanın müəllifinə dedik ki, Azərbaycan müstəqil dövlətdir, indi kimdən qorxursunuz? Bilmirsiniz ki, Ağaməhəmməd Şah Qacarı rus kəşfiyyatı öldürüb, niyə bu həqiqəti açmırsan? Onun diqqətinə çatdırıldı ki, bütün bu fəlakətləri edənlərin Rusiya olduğunu məgər bilmirlər... Əli Əmirli isə cavabında "Mən tarixi bilmirəm" dedi. Onda sual verdik ki, tarixi bilməyən dramaturq niyə, tarixi əsəri səhnəyə gətirir?". İrad tamaşanın rejissoru Azər Paşa Nemətova da bildirilib. Amma Azərpaşa Nemətovun verdiyi cavab aktyorları özündən çıxarıb: "Dedik ki, istər Əbdürrəhim bəy Haqverdiyev, istərsə də Səməd Vurğun Ağaməhəməd Şah Qacarın xidmətçi tərəfindən öldürüldüyünü yazıb. O dövrü başa düşürdük. Bu gün siz rus kəşfiyyatının xəyanətini tamaşaçıya çatdırmalısınız. Azər Paşa Nemətov isə "Mənə tarix lazımdır? Tarix mənim nə vecimə? Müəllif nə yazıbsa, o da oynanılacaq. Mənim üçün tarix mənasızdır" - dedi. Biz də dedik ki, belə tamaşada oynaya bilmərik. Onun qarşısında şərt kimi qoyduq ki, əsər yenidən işlənməlidir. Əgər tamaşada problemlər tam açılmasa, orada işləmək də mənasızdır". Teatrdan o da qeyd olunub ki, bəzi aktyorlar tamaşada rol almaqdan bu məsələyə görə, imtina ediblər.
2014-04-02
13,296
Hacı İbrahim: “Ziya Məmmədovla aramızı vurmaq istəyirlər”
"Xəzər adaları" ("Khazar Island") layihəsini həyata keçirən "Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) bir sıra mətbu orqanlarda "Khazar İslands" layihəsinin iflasa uğraması və xarici investorların geri çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib. "Axar.az" xəbər verir ki, Hacı İbrahim Nehrəmli "Publika.az"a açıqlamasında deyib: "İndiyədək heç bir xarici investor "Khazar İslands"a pul qoymayıb, hamısı hələ fikirləşir. İndiyədək nə iş görülübsə, öz pulumla olub. Xarici investorlar hələ indi hazırlaşırlar ki, gətirib pul qoysunlar. İndiyədək mənim "Khazar İslands"a 1 milyard 100 milyon manat pul qoymuşam". Hacı İbrahim türkiyəli tanınmış iş adamı Əli Ağaoğlu ilə hazırkı münasibətlərinə də toxunub: "Əli Ağaoğlu sadəcə olaraq layihəyə baxmağa gəlmişdi, o, bu layihəyə pul qoymayıb. Ağaoğlu bura pul qoymağa gəlməmişdi. O da tanış oldu və sonra da razı qalıb getdi". Hacı İbrahim Nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri barədə mətbuatda yazılanlara da aydınlıq gətirib: "Ziya Məmmədov mənim dostumdur, mənim ona simpatiyam var. Bizimlə bağlı nə yazılırsa, ara qızışdırmaq üçündür. Ziya Məmmədovla mənim aramı vurmaq istəyirlər".
2014-04-02
13,297
Uşaqların sevimli Harri Poteri qayıdır
Harri Poter kitablarının müəllifi C.K.Roulinq bir neçə müddət əvvəl kitabın və filmlərin pərəstişkarlarına yeni filminin müjdəsini verib. Silsilə filmlərin bu dəfəki davamı ilə bağlı məlumatlar da gəlməyə başlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Harri Poter "Fantastik heyvanları hardan tapmalı" adlı dərslik əsasında çəkiləcək yeni film 3 hissəli olacaq. Açıqlamanı filmin prodüserliyini boynuna götürən "Vorner Brazər"in rejissoru Kevin Çucihara verib. Film Harri Poterin 70 il əvvələ gedərək Nyu-Yorkda başlayan cadugərlik macərasından bəhs edəcək. 2001 və 2011-ci illərdə ekranlara çıxan 8 Harri Poter filmi 7.7 milyard dollara başa gəlib.
2014-04-02
13,298
Tarif Şurasından benzinin qiyməti ilə bağlı açıqlama
"Tarif (qiymət) Şurası 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib". Bu sözləri "Axar.az"a Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Aİ-95 markalı avtomobil benzininin qiymətindəki dəyişikliklə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir: "Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib". A.Əliyev qeyd edir ki, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib: "Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır". Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur. Xatırladaq ki, dünən mediada benzinin qiymətinin artması ilə bağlı xəbər yayılmışdı. M\lumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacağı bildirilmişdi.
2014-04-02
13,299
Elnur Aslanov hansı səlahiyyətlərə yiyələndi? - Foto-sxem
Elnur Aslanovun Prezident Administrasiyasi Siyasi təhlil və analitik təhlil şöbəsinin müdiri vəzifəsindən azad olunmasından sonra bu gün təyin olunduğu vəzifə hər kəsin diqqətindədir. "Axar.az" xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsi nazirliyin strukturunda nazir (1), nazir müavinləri və aparat rəhbəri (2), nazirin köməkçisi, məsləhətçi-mətbuat katibi, aparat rəhbərinin müavini (3) iarerxiyasından sonra strukturlaşmanın 4-cü pilləsində qərar tutur: yəni maliyyə uşot və iqtisadi-təhlil şöbəsi, strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsi (4). Nazirliyin əsasnaməsinə görə, Elnur Aslanovun hazırki səlahiyyətlərinə bunlar daxildir: 3.1 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial (SEŞ) şöbəsinə müdir başçılıq edir. O, həmin vəzifəyə Rabitə və İnformasiya Texnologiyaları nazirinin əmri ilə təyin edilir və vəzifədən azad edilir. 3.2 SEŞ-in müdiri öz fəaliyyətində nazirliyin müvafiq əmr və sərəncamlarını rəhbər tutaraq bu Əsasnamə ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir. 3.3 Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 3.4 Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. 3.5 Şöbənin fəaliyyətinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələrini müəyyən edilmiş qaydada təsdiq edilmək üçün nazirə təqdim edir. 3.6 Şöbə müdiri şöbə daxilində sektor müdirlərinin və işçilərin vəzifə təlimatlarını təsdiq edir. Şöbə daxilindəki sektorlara rəhbərlik edir və onların fəaliyyətinə nəzarət edir. 3.7 Şöbə işçiləri arasında iş bölgüsü aparır. 3.8 Şöbənin fəaliyyətinə dair icrası məcburi olan göstərişlər verir, hüquqi sənədləri imzalayır, əmr və göstərişlərin icrasını təşkil edir və nəzarəti həyata keçirir. 3.9 Rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün məqsədyönlü iş aparır. 3.10 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərişi ilə xarici dövlətlərdə SEŞ-in fəaliyyətinə dair məsələlərdə səlahiyyətli nümayəndə kimi çıxış edir. Sxemin fotosunu təqdim edirik.
2014-04-02
13,300
Rövnəq Abdullayevdən sensasiyalı açıqlama
Növbəti mövsüm Topaz Premyer Liqasında 12 yox, 10 komanda oynayacaq. Növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında gözlənildiyinin əksinə olaraq 12 deyil, indi olduğu kimi, 10 komanda mübarizə aparacaq. Məlumata görə, bu haqda AFFA prezidenti Rövnəq Abdullayev qurumun saytına müsahibəsində bildirib. O qeyd edib ki, AFFA İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunması barədə qərar qəbul edilsə də, hazırkı durumda çempionatda 12 komandanın iştirakı alınmır. "Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. İstər çempionat oyunlarında, istərsə də kubok uğrunda qarşılaşmalarda maraqlı və gərgin rəqabətin şahidi oluruq. Cari mövsümü mükafatçılar sırasında hansı komandaların başa vuracağı ilə yanaşı, futbol ictimaiyyətini və azarkeşləri növbəti çempionatda Premyer Liqada neçə klubun çıxış edəcəyi də ciddi maraqlandırır. İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş son iclasında növbəti mövsüm Topaz Premyer Liqasında 12 komandanın iştirak edə biləcəyi ilə bağlı qərar qəbul olunub. Lakin həmin qərarda çox vacib bir məqam da xüsusi vurğulanıb ki, elitada komandaların sayının artırılması I diviziondan yüksək liqaya çıxmaq istəyən hər hansı klubun lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə biləcəyi halda mümkün olacaq. Əlbəttə, AFFA rəhbərliyi ölkə çempionatının yüksək liqasında komandaların sayının daha çox olmasını arzulayır. Amma bu arzunun gerçəkləşməsi üçün klublarda mövcud qaydalara, xüsusilə lisenziya tələblərinə uyğun müvafiq işlər görülməlidir. Təəsüf ki, bu sahədə vəziyyət arzuladığımız səviyyədə deyil. 2014-2015-ci ildə Topaz Premyer Liqasında çıxış etmək istəyən klublar üçün lisenziyalaşdırma prosesi bu il aprelin 30-da başa çatacaq. AFFA-nın baş katibliyinin verdiyi məlumata görə, bu günə qədər I divizion klublarından yalnız "Araz-Naxçıvan" lisenziya tələblərinin böyük əksəriyyətini yerinə yetirib və elitada çıxış edə bilmək üçün maliyyə zəmanətini də təqdim edəcəyi halda, Premyer liqada çıxışına lisenziyalaşma baxımından hər hansı problem olmayacaq. Baş katibliyin lisenziyalaşdırma ilə bağlı proqnozuna görə, digər I divizion klublarının bu sahədə müxtəlif meyarlarla bağlı çatışmazlıqları çoxdur və qalan qısa müddət ərzində onların aradan qaldırılması o qədər də inandırıcı görünmür. Belə olacağı təqdirdə, İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında qəbul olunmuş qərara uyğun olaraq, 2014-2015-ci il mövsümündə I diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksələcək və müvafiq olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək". R.Abdullayev bildirib ki, Topaz Premyer Liqasında çıxış edən klubların sayı cari mövsümlə müqayisədə dəyişməyəcək: "Təbii ki, klubların sayının artmasını istəyirik, ancaq kəmiyyəti artırmaqla keyfiyyəti azaltmaq olmaz. Premyer Liqada çıxış edən bütün klublar ölkədaxili, eləcə avrokubok oyunları üçün lisenziyalaşdırma tələblərini yerinə yetirməyi bacarmalıdır. Bu, UEFA klub yarışlarında çıxış edən klublarımızın hər hansı problemlə üzləşməməsi üçün çox vacib məsələlərdən biri, hətta birincisidir" ("Qol.Az").
2014-04-02
13,301
Seçkidən sonra hökumətdən ilk əməliyyat
Türkiyə iqtidarı ilə "Gülən hərəkatı" arasındakı gərginlik seçkidən sonra da davam edir. "Axar.az" xəbər verir ki, Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkisindən sonra da vəzifədən uzaqlaşdırma dalğası davam edir. "Gülən hərəkatı"na yaxınlığı ilə tanınan Əmək və Sosial Müdafiə Nazirliyinin müşaviri Fateh Acar bu gün vəzifəsindən uzaqlaşdırılıb.
2014-04-02
13,302
Tatarlar rəsmən Rusiya hakimiyyətini tanıdılar – Təzyiq
Krım Tatar Məclisi Krımın yeni hakimiyyəti ilə əməkdaşlığa başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Krım Tatar Məclisinin rəsmi saytında yerləşdirilib. Hazırda Krım hakimiyyətində iki vəzifəyə tatar təklif olunub: "Krım hakimiyyətində iki nəfəri vəzifəyə təklif etmişik. Bunlardan biri Lenur İslamovdur. Məşhur biznesmeni Baş nazirin birinci müavini vəzifəsinə təklif etmişik. Zaur Smirnovun isə Xalqlararası Münasibətlər Komitəsinin sədri vəzifəsinə gətirilməsi planlaşdırılıb". Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov isə təklif edilən şərtlərin heç də Krım hakimiyyətində olan dəyişiklikləri qəbul etmək demək olmadığını bildirib. Qeyd edək ki, bir müddət öncə Krım Tatar Məclisinin Mətbuat katibi Liliya Osmanova "Axar.az"a açıqlamasında Krım rəhbərliyi ilə razılaşmanın olmayacağını bildirmişdi.
2014-04-02
13,303
Ermənistan Gömrük İttifaqına mayda qoşulacaq
Ermənistan aprelin sonuna kimi Gömrük İttifaqına qoşulmaqla bağlı hazırlığını başa çatdıracaq. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan bildirib. Onun sözlərinə görə, artıq may ayında Ermənistan Gömrük İttifaqına qoşulmaqla bağlı sənədləri imzalayacaq. "Aprelin sonuna kimi təşkilata qoşulmaq üçün bütün hazırlığı başa çatdıracağıq. Ümid edirəm ki, mayda Gömrük İttifaqına qoşulmaq üçün sənədləri imzalayacağıq" deyə Nalbandyan bildirib.
2014-04-02
13,304
Rəbiyyət Aslanova oğlunun yeni vəzifəsindən danışdı
Milli Məclisin deputatı, Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri olan oğlu Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına qısa münasibət bildirib. Deputat R.Aslanova açıqlamasında oğlunun yeni vəzifəyə təyin olunması ilə bağlı ürək sözünün olmadığını deyib. "Oğluma yeni vəzifə verilməsi ilə bağlı heç bir ürək sözüm yoxdur. Nə varsa, mətbuatda yazılıb". Daha sonra R.Aslanova sualımızı bu cür cavablandırıb: "Salamat olun, Allah qoysa görüşərik" ("Publika.az").
2014-04-02
13,305
“Hüseynin ruhundan üzr istəyirəm”
Müğənni Nadir Qafarzadə 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla qoşularaq dünyasını dəyişmiş reper Hüseyn Dərya ilə bağlı dediklərinə aydınlıq gətirib. Məlumata görə, sənətçi, "Ölüb, cəhənnəmə ölsün!" ifadəsinə görə üzr istəyib: "Hüseyn Dərya ilə həyatda ikən tanışlığım olmayıb. Onun kimi insanlardan qaçmışam. Bunu pis mənada demirəm. Bizim yaşam tərzimiz fərqli idi. Onunla bircə dəfə üz-üzə gəlmişəm. Sumqayıt televiziyasında qonaq idim, içəri pis geyimdə biri girdi. Məndən pul istədi, verdim. Çıxandan sonra soruşdum ki, bu kimdi? Dedilər: Hüseyn Dərya. Pis oldum. Düzdü, onun haqqında "Ölüb, cəhənnəmə ölsün!" ifadəsini demişəm. Amma məni bu həddə Hüseynin pərəstişkarları çatdırdı! Onlar məni qalmaqala sürüklədilər! Dediyim sözün arxasında dururam. O pərəstişkarlardan soruşmaq istəyirəm, bu vaxta qədər harda idiniz? Niyə Dəryaya lazım olanda yanında deyildiniz? İnsan öləndən sonra necə qiymət verirmişlər?! Özümü Hüseynin ruhu qarşısında günahkar hiss edirəm. Onun ruhundan üzr istəyirəm, başqa heç kimdən" ("Axşam.az").