date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-30 | 12,995 | Nurçuların Azərbaycanda imamı olduğu təsdiqləndi - Video | "Türkiyədə Fətullah Gülən hərəkatının təşkilatlanmadığı tək yer Milli Kəşfiyyat İdarəsidir (MİT)". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Fətullah Gülənin ən yaxın adamlarından biri olan Tuncay Güney çıxış edib. O, "camaat"ın ən çox polisdə təşkilatlandığını bildirib: "Bizim polis və digər yerlərdə təşkilatlanmağımızda ən çox millətçilərin rolu böyük olub. Təxminən 1984-1986-cı illər arasında. İndi bəziləri çıxıb deyir ki, "camaat" pulları necə hərəkət edir. Bu pullar yəhudilərin sərmayə etdiyi banklar tərəfindən dəyərləndirilir. Son 15 ildə pullar Dubay üzərindən göndərilir. 28 fevrala nəzər yetirsəniz? tək zərər görməyən bankın "Asya Finans" olduğunu müşahidə edə bilərsiniz". T.Güney "camaat"la PKK arasında əlaqələri də etiraf edib: "O zaman "camaat"ın bölgədə hərəkətinə PKK maneə törədirdi. PKK ilə görüşüb "Zaman" qəzetinin paylanmasına və rahat satılmasına icazə aldıq. Lakin sonradan burada problem çıxdı. Həmin an PKK ilə əlaqə yaradıb, "Avropa və Amerikadan gələn bütün pullarınıza əl qoyacağıq", - dedik. Həmin dəqiqə hər şey düzəldi". O, "Gülən hərəkatı"nın "hər ölkə üçün bir imam cavabdehdir" fikrini də təsdiqləyib: "Bəli, hər ölkə üçün bir imam cavabdehdir. ABŞ-dan Çinə qədər hər ölkənin imamı var. Fətullah Gülən Kanadaya yerləşmək üçün izn istəsə də, rəsmi Ottava onu Kanadaya buraxmayıb". Fətullah Gülənin ən yaxın adamının etirafının bir hissəsini özündə əks etdirən videonu təqdim edirik. |
2014-03-30 | 12,996 | Qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq - Yol polisi | Azərbaycanın avtomobil yollarında nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı hava şəraiti yollarda nəqliyyatın hərəkətinə təsir etməyib. Bununla belə, yol polisi sürücülərə diqqətli olmağı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımında avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur (Trend). Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq. |
2014-03-30 | 12,997 | İsrail Ukraynanı niyə dəstəkləmədi? - Açıqlama | Martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımda keçirilən referendumun qeyri-legitim elan edən qərar qəbul edildi. BMT üzvü olan 193 dövlətin 100-ü lehinə, 11-i əleyhinə səs verdi. 58 dövlət isə bitərəf qaldı. İsrail də daxil olmaqla, 24 ölkə isə ümumiyyətlə səsvermədə iştirak etmədi. "Axar.az" xəbər verir ki, İsrailin səsvermədə iştirak etməməsi və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatda adının olmaması ilə bağlı rəsmi açıqlama yayılıb. İsrail Xarici İşlər nazirinin müavini Zeyev Elkin səsvermədə iştirak etməmələrinin səbəbinin İsrail diplomatlarının tətillərini davam etdirmələri ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bir çox ölkələrdəki diplomatlar kimi, İsrailin BMT-dəki nümayəndəsi də etiraz aksiyasına qoşulub. Məhz bu səbəbdən İsrail nümayəndə heyəti Baş Assambleyanın iclasında iştirak edə bilməyib. |
2014-03-30 | 12,998 | Səs verdiyi məntəqədə intihar etdi | "Axar.az" xəbər verir ki, Türkiyənin Trabzon şəhərində qanlı hadisə baş verib. Bu gün günorta saatlarında 52 yaşlı Sultan Kandemir səs vermək üçün seçki məntəqəsinə gəlib, amma intihar edib. Uzun müddət axtarışda olan Sultan səsvermə məntəqəsindəki polislər tərəfindən dövrəyə alınıb. Həbs ediləcəyini görən şəxs tapançasını başına dayayaraq özünə qəsd edib. Trabzon Polis İdarəsinin rəisi Murad Köksal hadisəni təsdiq edib. Səsvermədə ləngimənin olmaması üçün seçiciləri digər qapıdan məntəqəyə buraxıblar. Xatırladaq ki, özünə qəsd edən şəxs Türkiyə Cinayət Məcəlləsinin odlu silah saxlama və gəzdirmə maddəsi ilə təqsirli bilinirdi. |
2014-03-30 | 12,999 | Türkiyənin siyasi taleyini dəyişəcək seçki | Türkiyədə səhər saat 8-dən bəri davam edən bələdiyyə seçkisində seçicilərin aktivlik göstərdiyi müşahidə olunur. Artıq bir çox dövlət rəsmiləri, namizədlər, partiya təmsilçiləri seçki məntəqələrinə gediblər. Doğan Xəbər Agentliyi bildirir ki, məntəqələrdə seçki qutuları başında növbələr yaranıb. Yerli idarəetmə seçkisində bələdiyyə rəhbərliyi, bələdiyyə məclisi üzvləri, məclis üzvləri və muxtarlıqlar üçün səs verillməsi də səsvermə prosesini yavaşladır, buna görə də qarşıdakı saatlarda növbələrin daha da uzanacağı gözlənilir. 129 YAŞLI SEÇİCİ SƏS VERİB Türkiyənin ən yaşlı vətəndaşı, 1885-ci il təvəllüdlü Mehmet Esen Eruh bölgəsində səsvermədə iştirak edib. Səsvermədən sonra 129 yaşlı Esen jurnalistlərin suallarını cavablayıb. "Bu seçkinin türk və kürd coğrafiyasında yaşayan xalqlara sülh və qardaşlıq gətirməsini arzu edirəm. Dünyanın ən gözəl yeraltı və yerüstü zənginliyi bu torpaqlarda mövcudur. Bu seçki qardaş olan türklərə və kürdlərə hüzur, barış gətirsin", deyə vurğulayıb. Seçki insidentsiz ötüşməyib. Hürriyyət qəzeti yazır ki, Şanlıurfada muxtarlıqla əlaqədar 2 dəfə qarşıdurma yaranıb. Bıçaq və silahların işə düşdüyü davada 9 nəfər xəsarət alıb. Qarşıdurmalardan biri muxtar namizədləri Ersöz və Öztürk ailələri arasında mübahisə nəticəsində yaranıb. Muxtar namizədi Emin Öztürk və yaxınları tapançadan açılan atəşlə yaralanıb və xəstəxanaya aparılıb. Silahı kimin açdığı, hələ ki, məlum deyil. SOSİAL MEDİADA Türkiyə seçicilərinin səsvermə ilə yanaşı, sosial mediada da fəallığı gözə dəyir. Seçkini müşahidə edən qeyri-hökumət təşkilatları, könüllü müşahidəçilər, sıravi seçicilər rastlaşdıqları pozuntu halları ilə bağlı facebook və twitter üzərindən məlumat paylaşılır. Tvitterdə #sandıktayım haştaqı artıq dünya trendinə çıxıb. Müşahidəçilərin paylaşdıqları bilgilərə görə, iqtidarda olan partiya AKP-nin xeyrinə möhürlənmiş hazır bülletenlər aşkarlanıb, səsvermə haqqı olmayan Suriya vətəndaşları seçkiyə gətirilib. Pozuntularla bağlı protokollar hazırlanıb. Seçki əhval-ruhiyyəsinə hava şəraiti də təsir edib. İstanbuldakı günəşli hava Şərqi Anadolu bölgəsində müşahidə olunmur, əksinə burda yağan qar sayəsində yollar bağlanıb, güclü qar bəzi bölgələrdə günün ilk saatlarında seçki qutularını boş qoyub. Şərqi Aralıq dənizi bölgəsində yaranmış fırtına isə elektrik xətlərini sıradan çıxarıb və burada da bəzi səsvermə məntəqələrində işıqlar sönüb. 26 PARTİYADAN 2-İ ƏSAS RƏQİBDİR Türkiyə 5 il boyunca yerli idarəetməni həyata keçirəcək şəxsləri seçmək üçün seçki qutusu başındadır. Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Ölkədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 milyondan artıqdır. Onlardan 26 milyondan çoxu qadın, 26 milyona yaxını kişidir. Seçkidə ümumilikdə 26 partiya yarışacaq. Ancaq əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. Bugünkü bələdiyyə seçkisindən etibarən Türkiyənin gələcək idarəetməsini müəyyənləşdirən 15 aylıq seçki mərhələsi başlanır. Yayda prezident seçkisi, gələn il isə parlament seçkisi keçiriləcək. 40%-DƏN AZ OLSA... Bundan əvvəl 2009-cu ildəki bələdiyyə seçkisində hakim AKP 39% səslə birincilik qazanmışdı, onun ardınca CHP səslərin 23%-ni əldə edə bilmişdi. 2004-cü illə müqayisədə AKP səslərinin 2 faizini itirmiş sayılır, o zaman seçicilərin 41 faizi hakim partiyanı dəstəkləmişdi, analitiklər hesab edirlər ki, bu il AKP 40 faizdən az səs qazansa, bu, baş nazir R.T.Ərdoğan üçün zərbə olacaq. CHP ilə yanaşı, Millətçi Hərəkat Partiyası (MHP) və Sülh və Demokratiya Partiyası (BDP) da hakim AK partiyanı hakimiyyətdən uzaqlaşdıracağına ümid edir. Bələdiyyə seçkisində önəmli məqam böyük şəhərlərdə, xüsusilə İstanbul və paytaxt Ankarada seçkini kimin qazanmasıdır. Bu, baş nazir Erdoğanın iqtidarda qalıb-qalmayacağına işarə edən bir sınaq olacaq. Erdoğan 20 il öncə iqtidara 15 milyon əhalisi olan İstanbulun bələdiyyə başqanlığı ilə gəlmişdi. Türk atalar sözündə deyildiyi kimi, "İstanbulu alan, Türkiyəni alır". MUSTAFA SARIGÜL VS. KADİR TOPBAŞ CHP-nin İstanbul namizədi 57 yaşlı Mustafa Sarıgül bu seçkidə bələdiyyə rəhbərliyini AKP-nin təmsilçisi olan Kadir Topbaşın əlindən alacağına ümid edir. Bu, ötən yayda 11 nəfərin ölümü və 8 minə yaxınının isə xəsarətinə səbəb olan anti-hökumət Gəzi etirazlarından sonra ilk seçkidir. Son aylarda Türkiyənin gündəminə gələn korrupsiya əməliyyatları, gizli səs yazılarının ardınca, seçkidən bir neçə gün əvvəl Türkiyədə tvitter və yutub sosial şəbəkəsinə girişə qadağa qoyulub ("Azadliq.org"). |
2014-03-30 | 13,000 | Rusiya Ukraynanın lehinə səs verən ölkələri hədələyib | Rusiya martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qərarla bağlı keçirilən səsvermə zamanı bir sıra ölkələrin diplomatlarını hədələyib. "Axar.az"ın "Röyter"ə istinadən məlumatına görə, Rusiyanın hədəfi Şərqi Avropa, Orta Asiya və Afrika ölkələri olub. Adının açıqlanmasını istəməyən deputat bildirib ki, Rusiya bir sıra ölkələrin diplomatlarını Krımdakı referendumu qeyri-legitim sayan bəyanatın lehinə səs verəcəkləri təqdirdə onlara qarşı Rusiya tərəfindən sərt addımlar atılacağı ilə hədələyib. Rusiyanın BMT-dəki nümayəndələrindən biri isə bildirib ki, heç vaxt və heç kim hədələnməyib: "Sadəcə, biz onlara vəziyyəti başa salmışıq". |
2014-03-30 | 13,001 | Dünya qaranlığa qərq oldu | Tokio, Seul, Sidney kimi şəhərlərin ardınca dünya saatı adlı aksiya çərçivəsində Asiya və Avropanın digər şəhərlərində də bir saat müddətinə qaranlıq çöküb. Dünya əhalisinin ekoloji maarifləndirilməsi məqsədilə keçirilən genişmiqyaslı aksiyaya Karaçi şəhəri də qoşulub. Dünya saatı adlı aksiya Pakistanın Karaçi şəhərində davam edib. Sind Asambleyası binası önünə toplaşan rəsmilər və "yaşıllar" mərkəzdəki əsas binaların işıqları söndürüldükən sonra şamlar yandırıb, havaya uçan fənərlər buraxıb. Dünən zülmətə qərq olan 7 min könüllü şəhər arasında Honq Konqda yer alıb. Şəhərin əsas göydələnində işıqların keçməsi maraqlı görüntü yaradıb. Ekoloji tədbirə dəstək olaraq Honqonqda bu hərəkata 3900-ə yaxın şirkət, məktəb və dövlət idarələri qoşulub. İqlim dəyişikliyinin ən çox qabardığı şəhərlərdən olan Tehran beynəlxalq tədbirə həmrəylik nümayiş etdirmək üçün Məşhur Azadi və Milad Qülləsinin işıqlarını keçirib. 435 metr hündürlükdə olan qüllə dünyanın altıncı ən hündür qülləsi sayılır. Dünya saatı Avropaya yan aldığı bir vaxtda Afina işıqları söndürən ilk şəhərlərdən olub. Ölkənin qədim tarixi olan Akropolu 60 dəqiqəlik zülmətə qərq olub. Rusiyanın paytaxtı Moskvada Qırmızı Meydan və Müqəddəs Bazil kilsəsinin işıqları keçirilib. Hər il keçirilən tədbirə Fransa və İtaliya da həmrəy olub. Parisdə əsas turist hədəfi olan Eyfel qülləsi gecənin qaranlığına qovuşub,Vatikan şəhəri isə qaranlıq düşdükdən sonra yalnız kağız fənərlərlə və Vəhşi Təbiət Fondunun simvolu olan panda oyuncaqlarla işıqlandırılıb. Dünya saatı Ümumdünya Vəhşi Təbiət Fondu tərəfində hər il təşkil olunan beynəlxalq aksiyadır. Aksiya hər il mart ayının sonuncu şənbəsində keçirilir. Aksiyada iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün ölkələr ərazilərindəki binaların işıqlarını bir saatlıq keçirməyə çağrılır. İlk dəfə belə bir aksiya 2007-ci ildə təkcə Avstraliyanın Sidney şəhərində keçirilsə də, 2009-cu ildə artıq genişmiqyaslı bir tədbirə çevrilib (ANS). |
2014-03-30 | 13,002 | Xaçmazda rusların maşını körpüdən uçdu | null |
2014-03-30 | 13,003 | Türkiyədə qanlı seçki: 8 ölü, 36 yaralı | Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif yerlərində baş vermiş qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb. "Sabah" qəzeti məlumat verir ki, Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında yaranan qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı biri ağır olmaqla 9 nəfər yaralanıb. Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb. Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb. Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb. Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar. Türkiyənin Şanlıurfa vilayətində Karaköprü rayonunda muxtarlığa namizədlər arasında dava düşüb. Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar. Şanlıurfa vilayətinin Birecik rayonunda isə iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb. Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb. Şanlıurfada baş verən qarşıdurmalar zamanı ümumilikdə 6 nəfərin həlak olduğu bildirilir. Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir ("Trend"). |
2014-03-30 | 13,004 | Seçkini 2 saata bitirdilər | Əhalisi 38 seçicidən ibarət olan mahalda hamı səs verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Edremit mahalında 38 nəfər seçici var və seçkilər başladıqdan sonra 2 saat müddətində bu proses tamamilə yekunlaşıb. Mahalın hazırkı bələdiyyə sədri olan Mustafa Özbuz artıq səsvermənin nəticələrinin bəlli olduğunu da deyib. Ərazidə tək namizəd İbrahim Gültəpə adlı yerli sakindir. Özbuz yaşının çox olmasına görə yenidən namizəd olmadığını və səsini gənc namizədə verdiyini açıqladı. Xatırladaq ki, bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində ölkənin əsas siyasi partiyalarının namizədləri və müstəqil namizədlər mübarizə aparıb. |
2014-03-30 | 13,005 | Bakıda çovğun fəsadları: işıq, qaz kəsildi, maşınlar əzildi | Bu gün Azərbaycanda küləklə müşahidə olunan qar yağması ciddi problemlər yaradıb. Bakının bir sıra rayonlarında elektrik şəbəkələri yüklənib və açılmalar baş verib. Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisindəki elektrik şəbəkəsindəki örtükləri çovğun qoparıb və yaxınlıqdakı dayanacaqda saxlanılan avtomobillərə çırpıb. Nəticədə, 5 avtomobil yararsız hala düşüb. Paytaxtda ciddi qaz problemi yaşanmasa da, çovğun nəticəsində xüsusilə şəxsi məhəllələrdə elektrik xətlərində qısaqapanmalar baş verib və bu səbəbdən həmin ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. "Axar.az"a "Bakelektrikşəbəkə"dən verilən məlumata görə, çovğunla bağlı ötən gecədən başlayaraq, qurum gücləndirilmiş iş rejiminə keçib. Çovğuna baxmayaraq, hazırda fəsadların aradan qaldırılması üçün bütün heyət sahələrdə işləyir. Məlumatda hər hansı insan xəsarəti olmadığı da bildirilir. |
2014-03-30 | 13,006 | Misir Qəzzada 6 tuneli bombaladı | Misir ordusunun Qəzza sərhədində yerləşən 6 tuneli bombaladığı və 3 nəfəri saxladığı barədə xəbərlər yayılıb. "Axar.az" xəbər verir ki, Misir ordusu polkovniki Əhməd Məhəmməd Əli məsələ ilə bağlı açıqlamasında xəbəri təsdiq edərək, 6 tunelin bombalandığını bildirib. Əməliyyat çərçivəsində 10 kq TNT və müxtəlif partlayıcı maddələr, hərbi sürsatlar ələ keçirilib. |
2014-03-31 | 13,007 | Türkiyə Ərdoğanı qalib etdi - Yenilənir (13) | 20:40 Türkiyədə bələdiyyə seçkiləri başa çatıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) başlayan səsvermə saat 16:00-dək (19:00) aşağıdakı dairələrdə davam edib: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis. Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçirilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub. Bundan başqa, bütün əyləncə yerləri bağlanıb. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa, heç kəs seçkilər günündə silah gəzdirə bilməz. (Trend) 21:52 Türkiyədə bələdiyyə seçkilərinə keçirilən səsvermə vaxtı başa çatıb və seçki komissiyasının seçki qadağası ilə bağlı qoyduğu bəzi qaydalara görə, ilkin nəticələr hələ ki, açıqlanmayıb. "Axar.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başa çatan səsvermədən dərhal sonra səslərin sayılmasına başlanılıb. Əldə olunan məlumatlara görə, artıq ölkə ərazisində seçki qutularının 7.03%-i açılıb. Qeyd edək ki, 5 il boyunca xidmət edəcək bələdiyyə məmurlarını müəyyən etmək üçün Türkiyənin 32 şəhərində səsvermə keçirilib. 22:20 Bəzi bölgələrdən verilən məlumatlara görə, AKP səslərin yarısını götürüb. İlkin məlumatlara görə, ilk üç sıra belədir: AKP, MHP, CHP 22:30 Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanır. "Axar.az" xəbər verir ki, AKP 49,3%lə ilk sırada, ikinci sırada 17,2%-lə MHP, CHP 16,8%-lə ilk üçlükdə, sonrakı pillələrdə BDP 7,1%, SP 1,8%, SDP 0,7%, BBP isə 0,4%-lə qərarlaşıb. 22:55 Seçkilərin bu ana olan nəticələrində xeyli dəyişiklik var. "Axar.az" xəbər verir ki, ən önəmli dəyişiklik MHP və CHP-nin sıralamada yerdəyişmə etməsidir. AKP 48%-ə düşüb, CHP 19,19%, MHP 17,1%-lə ilk üçlükdədir. Sonrakı pillələrdə BDP 5,6%, SP 1,6%, HDP 1,1%, BBP isə 0,4% toplayıb. 23:18 Bu saata olan məlumatlara görə ölkə ərazisində 22,79% səslərin hesablanması yekunlaşıb. AKP əldə etdiyi nəticəni itirməyə doğru gedir. Belə ki, AKP 48,25%, CHP 27,33%, MHP 13,43%, BDP 3% səslə ilk dördlükdə qərarlaşıb. 00:12 Türkiyədə bələdiyyə seçkilərinin 31,4 % səslərin hesablanması sona çatıb. Son nəticələrə görə, AKP 47,98%, CHP 27,36%, MHP 13,44%, BDP 3,07% səs toplayıblar. Qeyd edək ki, Türkiyənin əksər böyük şəhərlərində nəticələr elan olunmayıb. 0:42 Türkiyədə seçicilərin verdiyi səslərin 36 %-i sayılıb. Nəticələrə görə, AKP 47,78%, CHP 27,57%, MHP 13,48%, BDP 3,05% səs qazanıb. 01:12 Türkiyədə bələdiyyə seçkilərinin nəticələrində cüzi də olsa dəyişiklik var. Belə ki, hazırda 43,77 faiz səs sayılıb. Bu dəqiqəyə olan nəticələrə görə, AKP 47,59%, CHP 27,61%, MHP 13,68%, BDP isə 3,02% səs toplayıb. 02.00 Bələdiyyə seçkilərində seçicilərin səslərinin 50 faizi sayılıb. Seçicilərin yarısının seçimi artıq məlumdur: AKP! Ədalət və İnkişaf Partiyası 47,28 faizlə liderdir. CHP 27,59%-lə ikinci, MHP 14,02%-lə üçüncü, BDP 3,03%-lə 4-cüdür. 03:22 Türkiyə bələdiyyə seçkilərində seçicilərin 61,22 faizi seçimini edib. Nəticələrə görə, AKP 46,99% səslə ilk sıradadır, sonrakı yerlərdə CHP 27,71%, MHP 14,36%, BDP isə 3,03% səslə qərarlaşıb. 04:10 Seçkilərin bu saata olan nəticələrinə görə, AKP liderliyini davam etdirir. Artıq seçicilərin 70 fayizinin seçimi bəlli olub. Hakim partiya 45,96% səslə liderdir, ikinci sırada CHP 27,73%, üçüncü sırada MHP 14,21%, dördüncü sırada isə BDP 3,28 % səslə qərarlaşıb. 09:23 Türkyədə dünən keçirilən bələdiyyə seçkilərində səslərin 97 faizi sayılıb. "Axar.az" xəbər verir ki, son nəticələrə görə, AKP 45.56 faiz səslə liderliyini davam etdirir. Sonrakı yerləri isə 27.91 faizlə CHP, 15.17 faiz səslə isə MHP qazanıb. |
2014-03-30 | 13,008 | Azərbaycanın tanınmış dirijoru vəfat etdi | Azərbaycan dirijoru, əməkdar incəsənət xadimi, professor Azad Əliyev 63 yaşında vəfat edib. Maestronun yaxınları bildiriblər ki, tanınmış musiqiçi ürək çatışmazlığından dünyasını dəyişib. Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib. Pedaqoji fəaliyyətə 1960-cı ildə 6 №-li musiqi məktəbindən başlayıb. A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olub. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orketstrlə müxtəlif konsertlərdə çıxış edib. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb. Pedaqoji fəaliyyəti ilə yanaşı, ifaçı kimi də fəaliyyət göstərib. Eyni zamanda, Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera studiyasında dirijor kimi bir çox opera tamaşalarını - "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlayıb. 1994-cü ildən Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən isə Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi olub. 2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik Orkestrinin və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin II dirijoru vəzifəsində çalışıb.2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib. "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir. 2006-cı ildən "Azteleradio" Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. A.Əliyevlə vida mərasimi sabah saat 12:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək. (Trend) Allah rəhmət eləsin! |
2014-03-30 | 13,009 | Şuşa Teatrının direktoru jurnalisti məhkəməyə verdi | Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, "Elitar.Az" saytının baş redaktoru, jurnalist Elmin Bədəlovu məhkəməyə verib. Jurnalistin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutundan "Axar.az"a verilən məlumata görə, proses 31 mart Nəsimi rayon məhkəməsində keçiriləcək. Qeyd edək ki, Şuşa Teatrının direktoru Yadigar Muradov barəsində yayılan şikayət məktubuna görə jurnalisti məhkəməyə verib. Jurnalist teatrın direktoru haqda aktyorların şikayət məktubunu dərc edib. |
2014-03-30 | 13,010 | Yay vaxtına keçid seçkidə qarışıqlıq yaratdı | Türkiyədə yay vaxtına keçidlə bağlı verilən rəsmi ertələnmə qərarı seçiciləri çətin duruma salıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Türkiyədə yay vaxtına keçilməsi bələdiyyələrə keçirilən seçki ilə bir günə düşdüyünə görə Nazirlər Kabineti seçki günü qarışıqlıq yaranmaması üçün əqrəblərin 1 saat geri çəkilməsinin növbəti günə təxirə salınması haqda qərar verib. Əvəzində isə durum daha da qəlizləşib. Bilgisayarlarda, telefonlarda saatların avtomatik olaraq yay vaxtına keçməsi üzündən seçicilərin çox hissəsi səs vermək üçün məntəqələrə 1 saat tez gəlib və nəticədə xeyli gözləməli olublar. Xatılaradaq ki, bu gün Türkiyədə bələdiyyə seçkisi keçirilir. Müşahidələr göstərir ki, bu seçki çox kritik dönəmini yaşayan qardaş ölkədə Böyük Millət Məclisinə seçkilərdən daha amansız savaş şəraitində keçib. Yaranan qarşıdurmalar nəticəsində 8 nəfər həyatını itirib, 40-a yaxın seçici yaralanıb. |
2014-03-30 | 13,011 | Sabunçuda avtomat və mina tapıldı | Sabunçu rayonunda 19 ədəd 7,62 mm avtomat patron və 1 ədəd PM62M təlim minası aşkarlanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri cəlb olunublar. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib. Əlavə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 18:00-da başa çatıb. |
2014-03-30 | 13,013 | Masonların Qafqazda yəhudi dövləti arzusu - Video | "Yəhudilər növbəti dövlətlərini Şimali Qafqazda yaratmaq istəyirlər". "Axar.az"ın təqdim edəcəyi videoda yəhudi lobbisinin Şimali Qafqaz üçün fəaliyyət planı qısa reklam çarxında yer alıb. Videoda yəhudi lobbisinin məhz son zamanlar bu regiona xüsusi diqqət ayırmasına önəm verilir. Burada keçmişdən bu yana dolaşan əfsanələrə əsasən qızılın yerləşdiyini və yəhudilərin məhz bunun üçün Qafqaza meyl etdikləri bildirilir. Süjet müəllifləri fərziyyələrinin dəqiq olduğunu sübut etmək üçün dövrümüzdən əvvəlki alimlərin fikirlərinə də müraciət edirlər. Qeyd edək ki, video rus millətçiləri tərəfindən hazırlanıb və fərziyyə xarakteri daşıyır. |
2014-03-30 | 13,014 | Ukrayna ilə bağlı müzakirələr başlandı | Bu dəqiqələrdə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerrinin Fransanın paytaxtı Parisdə görüşü başlayıb. Görüşdə Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək. Görüşün keçirilməsi barədə qərar martın 29-da gecə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığından sonra verilib. ("Aktual.az") |
2014-03-30 | 13,015 | Lerik rayonu işıqsız qalıb | Martın 30-da səhər saatlarından başlayan güclü külək Lerik rayonunda yenidən bir sıra fəsadlar yaradıb. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, külək 100-dən çox elektrik dirəyini aşırıb, 10 min metrdən çox elektrik naqilini sıradan çıxarıb. Bunun da nəticəsində rayonun 162 yaşayış məntəqəsindən 120-i işıqsız qalıb. H.Məlikovun sözlərinə görə, "AZENKO" ASC tərəfindən rayona 40-dək elektrik dirəyi gətirilib və hazırda qəza briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Bununla belə günorta saatlarından yağmağa başlayan intensiv qar işin gedişini çətinləşdirib. Belə ki, rayon mərkəzində 20, ucqar ərazilərdə isə 25-30 santimetr qalınlığında qarın yağdığı bildirilir. |
2014-03-31 | 13,016 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağıntı olacaq. Temperatur gecə 1-3°, gündüz 5-9° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən olan məlumata görə, martın 31-də Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında yağıntı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava yağıntılı olacaq, sulu qar yağacaq, gündüz tədricən kəsiləcək. |
2014-03-31 | 13,017 | CHP-çilər şəhər mərkəzlərinə toplanır | Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinin açıqlandığı bir vaxt CHP tərəfdarları şəhər mərkəzlərində bir araya gələrək bayram qeyd edirlər. "Axar.az" xəbər verir ki, tərəfdarlar əl-ələ tutaraq "Çarə Sarıgül", "Mustafa Kamalın əsgərləriyik" şüarları səsləndirirlər. Bundan sonra CHP tərəfdarları Taksimə əylənməyə gedəcəklərini və AKP-çilərlə bir yerdə seçkini qeyd edəcəklərini bildlrirlər. |
2014-03-31 | 13,018 | 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür | Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək. |
2014-03-31 | 13,019 | AKP-dən ilk açıqlama verildi | Türkiyədə bələdiyyəyə keçirilən seçkilərlə bağlı AKP-dən ilk açıqlama gəlib. "Axar.az" xəbər verir ki, AKP-nin sədr müavini Mustafa Şentop açıqlamasında nəticələrin hələ tam bəlli olmadığını bildirib. Şentop İstanbulda AKP-nin 49,2%, CHP-nin isə 39,8% səs topladığını bəyan edərək, bu şəhərdə qalib gəlmək şanslarının çox yüksək olduğunu vurğulayıb. |
2014-03-31 | 13,020 | AKP İstanbulda bayram edir | Türkiyədə keçirilən bələdiyyə seçkiləri başa çatıb və açıqlanan nəticələr AKP-lilərin bayram etməsinə səbəb olub. Məlumata görə, YSK (Türkiyənin Mərkəzi Seçki Komissiyası) yayın qadağası aradan qalzdıqdan sonra açıqlanan rəqəmlər və adlar AKP tərəfdarlarının sevincinə səbəb olub. İstanbulda partiyanın tərəfdarları hətta "Rəcəb Tayyip Ərdoğan" mahnısını oxuyublar. İlkin nəticələrə görə, AKP-nin namizədi Kadir Topbaş İstanbulda səslərin 50,13 faizini, CHP-li Mustafa Sarıgül isə 37,64 faizini qazanıb. Ekranların önündə şəkil çəkdirən hakim partiya tərəfdarları "İstanbul, uyuma, Başbakanı salamla",- deyə şüarlar səsləndiriblər ("Musavat.com"). |
2014-03-31 | 13,021 | Fətullah Gülən seçkinin nəticələrinə müdaxilə edir - Foto | Türkiyə dini icma lideri Fətullah Gülənin bələdiyyə seçkilərinin bülletenlərinin sayılması zamanı təxribata əl atdığı iddia edilir. Məlumata görə, Gülən camaatına yaxınlığı ilə tanınan "Cihan" xəbər agentliyində AKP və CHP-nin səs faizləri demək olar ki, eyni göstərilir. Türkiyənin bir sıra xəbər agentliklərində yayılan xəbərlərdə iddia edilir ki, Gülən camaatı seçkinin nəticələrinə qeyri qanuni müdaxilə edərək səs faizlərini CHP-nin xeyrinə dəyişmək istəyir (ANS). |
2014-03-31 | 13,022 | Gəncədə ər arvadını öldürdü | Gəncədə ər arvadənı öldürüb. Hadisə şəhərin Gülüstan yaşayış massivində yerləşən ADAU-nun yataqxanasının ərazisinin birində baş verib. Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb. Hadisə ilkin ehtimallara görə ailə münaqişəsi zəmnində baş verib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır ( Trend ). |
2014-03-31 | 13,023 | Fətullah Gülənin kəndində MHP qazandı - Video | Türkiyənin daxili işlərinə qarışmaqda adı tez-tez hallanan Fəthullah Gülənin adı bələdiyyə seçkilərində də hallanır. "Axar.az" xəbər verir ki, Fətullah Gülənin doğulduğu Ərzurum şəhərinin Qorucuk kəndində bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, MHP AKP-yə fərq ataraq qalib gəlib. 27 aprel 1941-ci il təvəllüdlü Fətullah Gülən və Baş nazir Ərdoğan arasındakı gərginlik nəticələrə xeyli təsir göstərib. Belə ki, bu kənddə 194 MHP səs toplayarkən, AKP 40 səslə geridə qalıb. Bələdiyyə sədrliyi üçün səsvermələrdə isə MHP 201, AKP 36 səs toplayıb. |
2014-03-31 | 13,024 | Seçkidə uduzan BDP iğtişaş törətdi | Türkiyənin vilayətində keçirilən bələdiyyə seçkilərində məğlub olan Barış və Demokratiya Partiyasının (BDP) üzvləri iğtişaş törədiblər. Verilən xəbərə görə, Muşda seçkinin qalibi AKP-çi Feyat Asya olub. Bu nəticədən sonra BDP seçki bürosunun qarşısına toplaşan partiya üzvləri AKP-nin seçki bürosuna doğru yürüş edib. Qeup yol üzərindəki bankomatlara və ofislərə, eləcə də polis əməkdaşlarına daş və fişəng atıblar ("Musavat.com"). |
2014-03-31 | 13,025 | Türkiyə tarixində bir ilk yaşandı | Türkiyədə bələdiyyə seçkilərində bir ilk yaşanıb. "Axar.az" xəbər verir ki, AKP-nin bələdiyyə sədrliyinə namizədi olan hicablı Fatma Toru Konyanın Məram mahalında keçirilən seçkilərdə qalib gəlib. Bununla da Türkiyə tarixində hicablı qadının bələdiyyə sədri olması ilk dəfə qeydə alınıb. 1972-ci il təvəllüdlü Toru Konyada doğulub, ilk və orta təhsilini də bu şəhərdə alıb. 1994-cü ildə Səlcuq universitetinin Mühəndislik və Memarlıq fakültəsini bitirib. Fatma Toru evlidir və 2 uşağı var. |
2014-03-31 | 13,026 | Metrodakı "acı xatirələr" nə vaxt silinəcək? - Foto | Bakı metrosunun keçidlərində olan ticarət obyektləri sökülsə də, onların xoş olmayan izləri ilə hər gün rastalaşmaq olar. Sökülmüş obyektlər olan keçidin divarları bərbad vəziyyətdədir. Müxtəlif rəngləri divara vurmaqla, əlavə müdaxilələr edilməklə fasadları korlanıb. Metroya daxil olan an keçidin divarlarındakı bu mənzərə dərhal nəzərə çarpır. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva açıqlamasında bildirdi ki, keçidlər yavaş-yavaş təmir ediləcək. Bunun üçün bir az vaxt lazımdır. Metronun "Memar Əcəmi" stansiyasının keçidində artıq təmir işləri aparılıb. N.Tanrıverdiyeva qeyd etdi ki, Bakı Metropoliteninin əsasnaməsi, nizamnaməsi, strukturu dəyişdirilir. Yalnız bundan sonra hansı işlərin görüləcəyi dəqiq məlum olacaq ("Milli.Az"). |
2014-03-31 | 13,027 | AKP millət vəkili istefa verdi | AKP-nin Kayseri millət vəkili Əhməd Öksüzkaya partiyadan istefa verib. "Axar.az" xəbər verir ki, bu barədə TBMM spikerinin müavini Sadiq Yaqut məlumat verib. Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Əhməd Öksüzkayanın partiyadan istefası ilə bağlı açıqlamasında qərarın təkrar düşünülməsini istədiklərini, ancaq Öksüzkayanı fikrindən daşındıra bilmədiklərini bildirib. Millət vəkili seçki nəticələrinə təsir etməmək üçün qərarını səsvermə bitəndən sonra bəyan edib. |
2014-03-31 | 13,028 | Suvorov: ABŞ Reyqan siyasətinə əl atdı | Sovetlər Birliyi bazara çıxarılmış neftin qiymətinin nəzərə çarpacaq şəkildə aşağı düşməsi nəticəsində dağıldı. "Axar.az" xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında keçmiş Sovet kəşfiyyatçısı, tarixçi və yazıçı Viktor Suvorov bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bəzi məqamlarda yanlışlığa yol verib: "Obamanın Putinə nə dediyini bilmirəm, ancaq bəzi tarixi paralellər aparmaq istərdim. Bilirsiniz ki, son illərində SSRİ olduqca aqressiv siyasət yürüdürdü, Əfqanıstana qoşun yeritdi və özünü əvəzolunmaz fövqəldövlət statusunda gördü. O zaman ABŞ-ın sayca 40-cı prezidenti Ronald Reyqan Ağ evdə müəyyən məsləhətləşmələrdən sonra neftin qiymətinin endirilməsi üçün Səudiyyə Ərəbistanına təzyiqlər etdi. Bunun üçün rəsmi Vaşınqonun əlində tutarlı rıçaqlar da vardı - sözügedən ərəb ölkəsinin aktivləri Amerkada saxlanılırdı, bundan başqa, Səudiyyə Ərəbistanının ABŞ-dan silah asılılığı vardı. Nəticədə neftin hasilatı artırıldı, dünya bazarlarında qara qızılın qiyməti sürətlə aşağı düşdü. Sonra baş verənlər hamımıza məlumdur – SSRİ dağıldı". Keçmiş kəşfiyyatçı xatırladıb ki, Rusiyanın mövcudluğu neftdən asılıdır və vaxtı ilə Reyqan bu amili çox gözəl bilirdi: "Hesab edirəm ki, Obama da bu nüansı nəzarətdə saxlayır. Ssenarilər olduqca bir-birinə bənzəyir. Əgər dünya bazarında neftin qiyməti düşərsə, Rusiya köhnə matryoşka kimi dağılacaq". Suvorov Obamanın neft amilinə əl atacağı məqamında Putinin yanıldığını da dilə gətirib: "Aydın görünür ki, Ukraynanı zəbt edərkən Putin o amildən çıxış edirdi ki, Obama xarici siyasətdə qərarsızdı və Reyqanın metoduna əl atmayacaq. Amma biz bunun əksini görürük – Reyqan Səudiyyə Ərəbistanı amilindən daha geniş şəkildə yararlanmaqdadır". |
2014-03-31 | 13,029 | Çubarovun atası dünyasını dəyişdi | Krım Tatar Milli Məslisinin sədri Refat Çubarovun atası Əbdürəhman Çubarov martın 30-da 84 yaşında vəfat edib. "Axar.az" xəbər verir ki, bu barədə oğul Çubarovun özü açıqlama verib. 1931-ci ildə Krımın Sudak rayonunda anadan olan Əbdürəhman Çubarov 13 yaşında deportasiya olunub. Dörd uşaq atası olan Çubarov Özbəkistanda ağır şəraitdə belə Krım tatarlarının milli mücadiləsinin önündə gedən şəxslərdən sayılıb. 1968-ci ildə ailəsi ilə Krıma dönən Çubarov Krasnoperekopsk rayonunda məskunlaşıb. Mərhumla vida mərasimi bu gün Moskava vaxtı ilə saat 15-00-da keçiriləcək. |
2014-03-31 | 13,030 | Ağcabədidə ev yandı | Ağcabədidə yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayon mərkəzindən 23 km aralıda yerləşən Pərioğlular kəndində ötən gün axşam saatlarında yanğın meydana gəlib. Kənd sakinlərindən birinə məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyalarının yandığı bildirilir. Yanğının böyüməsinin qarşısı alınaraq yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 18:35-də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. |
2014-03-31 | 13,031 | MHP 20 illik yerini itirdi | Türkiyənin Kastamonu şəhərində bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə AKP qalib gəlib. "Axar.az" xəbər verir ki, 20 ildir bu bölgədə lider olan MHP AKP-yə yerini təslim edib. Qeyri-rəsmi nəticələrə görə, 424 səs MHP namizədindən çox səs alan AKP namizədi Tahsin Babaş qalib gəlib. 47 yaşlı Tahsin Babaş evlidir və 1 övladı var. |
2014-03-31 | 13,033 | Camaatın xəbər saytları dağıdıldı | "Ay ulduz" haker qrupu camaat mediasına məxsus bir neçə xəbər saytına hücum edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fox TV, Samanyolu TV və Cihan Xəbər Agentliyi "Ay ulduz" haker qrupu tərəfindən dağıdılıb. Haker qrup bu media orqanlarının internet saytlarına 30 mart bələdiyyə seçkilərinin nəticələri açıqlayarkən böyük zərbə vurub və bunu media orqanlarının seçkilərdə saxtakarlıq olmasını iddia etdikləri üçün etdiklərini bildirib. |
2014-03-31 | 13,034 | İsrail Qüdsdə məscidi yerlə-yeksan etdi | İsrail əsgərlərinin Qərbi Şəriyənin müxtəlif şəhərlərində təşkil edilən nümayişlərə müdaxiləsi zamanı çoxlu fələstinli yaralanıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyası zamanı nəzarətə götürülən fələstinlilərin əllərinə plastik qandal vurulub. Birləşmiş Millətlər Təşkilatı Fələstin bölgəsi üzrə Humanitar Yardım Koordinatoru Ceyms Roli İsrailin Şərqi Qüdsün Ət-Tura səmtində dağıntılar törətməsinə reaksiya verib. Ceyms Roli martın 26-da İsrailin Qüdsdə məscid, dükan və 2 evin yerləşdiyi ikimərtəbəli binanı dağıtmasına reaksiya göstərərək Şərqi Qüdsdəki fələstinlilərin yerlərindən didərgin salınması və onlara məxsus əmlakların dağıdılmasına görə narahatlıq keçirdiyini bildirib. Roli İsrailin bu hərəkətlərlə dövlətlərarası gərginliyi artırdığını və eyni zamanda beynəlxalq hüquq qarşısındakı öhdəçiliklərinə qarşı çıxdığını bildirib. Xatırladak ki, Şərqi Qüdsdə 2012-ci ildə 71 nəfər, 2013-cü ildə isə 238 nəfər fələstinli yurd-yuvasından didərgin salınıb. |
2014-03-31 | 13,035 | Məcburi köçkünlərin binası yandı | Bu gecə ölkə daxilində 5 yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin döşəməsi və ev əşyaları 4 kv.m sahədə yanın. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 7 otaqlı evin tüstü bacası ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. Qarajin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus "VOLKSWAGEN" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Yasamal rayonunda tikinti şirkətinə məxsus ümumi sahəsi 20 kv.m olan dəmir köşkün içərisində taxta arakəsmə 6 kv.m sahədə və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-31 | 13,036 | Ebru Gündəş və Rza Zərrab səsverməyə getməyib | Dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib, İstanbulda saat 08:00-da başlayan səsvermə 17:00-da bitib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Ebru Gündəş və 17 dekabr korrupsiya və rüşvətxorluq əməliyyatları zamanı həbs olunub daha sonra azadlığa buraxılan əri, məşhur iş adamı Rza Zərrab seçki siyahısında adları olmasına baxmayaraq səs verməyə getməyiblər. Türkiyənin məşhur adamlarından Mustafa Qoç və Sezen Aksunun səs verdiyi məntəqə siyahısında Ebru Gündəş və Rza Zərrabın adı olsa da onlar səsvermədə iştirak etməyiblər. |
2014-03-31 | 13,037 | Ərdoğan İstanbulu əldən vermədi | Türkiyənin Ədalət və İnkişaf Partiyası tərəfindən (AKP) irəli sürülmüş namizəd Kadir Topbaş İstanbul bələdiyyə başçısı seçildiyini elan edib. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərində səslərin bu ana 70 faizi hesablanıb və nəticələrə əsasən, AKP öndədir. Ankarada, Antalyada, Bursada və Konyada AKP-nin namizədləri hal-hazırda öndədilər. Qeyd edək ki, bazar günü Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. |
2014-03-31 | 13,038 | Bakıda yeni avtomobil yolu tikilir | Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun Koroğlu stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri aparılır. Tikinti işlərinə 2013-cü ilin may ayında başlanıb. İnşaat işlərini həyata keçirən "Azvirt" MMC-dən verilən xəbərə görə, layihəyə görə, ümumi uzunluğu 17 kilometr olacaq 6 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr təşkil edəcək. Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub. Ümumilikdə 1 milyon 300 min kubmetr torpaq işlərinin görülməsi və müxtəlif diametrli 19 min paqonmetr drenaj borularının qoyulması planlaşdırılıb ("Musavat.com"). |
2014-03-31 | 13,039 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə iştirak edir | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü, Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində (Almaniya) Verifikasiya heyəti üçün alman dili kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-03-31 | 13,040 | Cəbhədə növbəti təxribat: itki yoxdur | "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-31 | 13,041 | Kılıcdaroğlunun istefa xəbəri yayıldı | Sosial şəbəkələrdə Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun istefa verdiyi xəbəri yayılıb. "Axar.az" xəbər verir ki, seçkinin nəticələrinin elan olunmasından bu yana kameralar qarşısına çıxmayan Kılıcdaroğlunun istefa verdiyi, partiya yoldaşlarının onu bu addımından çəkindirməyə çalışdıqları bildirilib. Qeyd edək ki, dünən keçirilən bələdiyyə seçkisi zamanı hakim Ədalət və İnkişaf Partiya səslərin əksəriyyətini qazanaraq vahid lider olub. |
2014-03-31 | 13,042 | Ukrayna 2025-ci ildə Avropa İttifaqının üzvü olacaq | Ukrayna 2025-ci ildə Avropa İttifaqına daxil olacaq. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ukraynalı Petro Poroşenko çıxış edib. O, Avropada artıq qəhrəman kimi qəbul olunduqlarını bildirib. "Biz Avropada qəhrəman kimi qəbul olunuruq. Mənə elə gəlir ki, bu situasiya maksimum istifadə etməliyik. Avropa İttifaqı bizi öz sıralarına 10 ildən sonra qəbul edəcək. Daha dəqiq desək, bu 2025-ci ildə baş verəcək". |
2014-03-31 | 13,043 | Mir Şahin: "Hər kəs öz arxasını nişan verir" - Video | Rusiyanın Ukrayna ərazisinə soxulub Krımı götürərək çıxmasından sonra elə bil cəmiyyətdə kütləvi bir xof yaranıb. İndi nə olacaq, Rusiya Azərbaycana da girəcək, Qarabağı da özünə birləşdirəcək… "vay dədəm vay, qoyma gəldi" ovqatı şimal küləyi tək üzə vurur. Əlbəttə, region üçün, dünya üçün o qədər də xoş olmayan, güclünün gücsüzü basması ilə beynəlxalq rəyə meydan oxumağı bütün ləçərliyi ilə əks etdirən fakt baş verib. Müstəqil bir dövlətin BMT səviyyəsində tanınan ərazi bütövlüyü pozulub, bəli bütün bunlar olub. Amma indi neyləməliyik biz? Az qala, "11-ci Qızıl Ordu meydanınını deyəsən tələsmişik sökməyə" deyən əfəl vətən bitərəflərinin qorxaq əhval-ruhiyyəsi özünə yeni miqyaslar axtarır… Kimlərsə guya öz adi işlərini görürlər, müsahibələr verirlər, çıxışlar edirlər… Amma Rusiyanın neoimperiyaçı fəallığı fonunda mənə heç nə təsadüfi görünmür. Heç nə! Hətta kimsə bürünc "Neftçi" komandasının Markarov - Tuayev - Banişevski üçlüyünün ayaq həmrəyliyni bu gün xiffətlə xatırlasa belə bu mənə soxulmağa yer axtaran sovet başları barədə siqnal verir. Azərbaycanın keçmiş prezidenti və Bakıya qayıdanda "heç vaxt müsahibə verməyəcəyi, siyasi mövzuda ümumiyyətlə danışmayacağını" şəxsən ANS-ə çatdıran Ayaz Mütəllibovun müəmmalı bir qəflətənliklə dillənməsi və dərhal da 1991-ci ilin 17 mart referendumunda Sovet İttifaqının saxlanması lehinə əksəriyyətin səmimiyyətlə səsverməsini guya elə - belə, söz gəlişi xatırlatmasını təsadüf saymıram. Çünki bu xatırlama Kremlin Sovet İttifaqı arzularını dilə gətirməsi ilə bir vaxta düşür. Mütəllibov bu cavabı Azərbaycanın Sovet İttifaqından çıxmasını təsdiq edən başqa bir referendumdan sonra vermişdi. Görürsünüz, heç nə yadaşımızdan, arxivimizdən silinmir. Əlyazmalarınız bizdədir və onlar yanmır. Və ya İlyas İsmayılov. Adətən öz gününə susan, Azərbaycanda adətən seçkidən seçkiyə seçilən İsmayılovun birdən birə, özü də sıravi bir deputata yox, baş nazirin, Milli Məclis sədrinin üzərinə və məhz indi getməsi kim məni inandıra bilər ki, təsadüf idi. Axı biz İlyas İsmayılovu da, onun həmişə İran İslam Respublikası və Rusiya xəttini sədaqətlə müdafiə etmiş etibarlı nümayəndəsi yaşıl Mais Gülalıyevi də tanıyırıq. Doğrudanmı İlyas İsmayılov elə zənn edir ki, o danışanda biz kadrda yalnız onu görürük və arxasında, yan-yörəsində, qarşısındakıları yox?! Məni düz başa düşün, Oqtay Əsədovun vəkili deyiləm, sadəcə olaraq ondan danışıram ki, bu gün hər bir siyasətçi öz bəyanatlarında ehtiyatlı olmalıdır. Özünə hesabat verməlidir ki, onun fikirləri hansısa dövlətin Azərbaycanda aranı qarışdırmaq planları ilə üst-üstə düşə bilər. İlyas İsmayılov niyə belə fəaldır və hətta Milli Məclis sədrini provakasiyaya da çəkir. Rusiyapərəst qüvvələrin "qara piar da bir piardı" məntiqi ilə artıq özlərini xatırlatmağa başlaması boşuna deyil. Ortada məqsəd var. 5-ci cərgə fəallaşır. İstəyirsinizsə mən sizə potensial fəalların adlarını sadalayım. Amma yox… gəlin tələsməyək, bir az da gözləyək. Ümumiyyətlə mənə elə gəlir ki, bu gün Azərbaycanda, rəhmətlik Heydər Əliyev demişkən, hər kəs gərək öz mövqeyini bildirsin. Və xalq da görsün ki, kim dövlətin yanındadır. Məsələn, bir qədər əvvəl Rusiya Krımı götürüb aparanda bu fakta İki prezidentin reaksiyasını müşahidə etdim. Ermənistan prezidenti və Azərbaycan prezidenti. Ermənistan prezidenti Krım Ukraynadan qoparılandan dərhal sonra Moskvaya Putinə müraciət etdi. Azərbaycan prezidenti isə Azərbaycan xalqına. Deməli hər kəs öz arxasını, öz dayağını nişan verdi. BMT-də isə Azərbaycanın iradəsi şifahidən yazılıya keçdi. Rusiyanın qorxusundan bəzi dövlətlər bitərəf qaldılar, bəzi dövlətlər isə sadəcə gücün tərəfinə keçdilər. Keçmiş Sovet respublikaları arasında yalnız iki dövlət, Azərbaycan və Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu əslində bir test idi, bir lakmus kağızı idi. Heç də hamı əvvəldən sonadək mərdanəliyini qoruya bilmədi. Şifahi şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən dövlətlərin bir çoxu imzası ilə təsdiq etməyi bacarmadı. Məsələn, Özbəkistan bir az əvvəl öz xarici işlər nazirliyi səviyyəsində bəyan etmişdi ki, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Amma BMT-də başqa bir mövqe nümayiş etdirdi. Bitərəf qaldı. Qazaxıstan Ukraynanın ərazi bütövlüyünün əleyhinə oldu. Ermənistan və Belorus kimi. Moldovanı ümumiyyətlə gördüm deyən olmadı. Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü müdafiə etməklə, əslində öz dövləti kişiliyini, beynəlxalq mərdliyini nümayiş etdirdi. Bax elə buna görə də Azərbaycanın siyasi əhval-ruhiyyəsini müəyyənləşdirən qüvvələrdən tələb edilməlidir ki, onlar da öz mövqelərini dəqiqləşdirsinlər. Məsələn, şəxs, ya da partiya çıxıb desin ki, o Azərbaycanın istiqlalını, dövlətin müstəqillik kursunu dəstəkləyir, dövlətin yanındadır. Qoy camaat da görsün ki kim milli qüvvədir, kim antimilli. Antimilli qüvvələrlə məşğul olmaq isə müvafiq qurumların işidir. Milli Təhlükəsizlik, Daxili ilşər nazirliklərinin. Vəssəlam. Bu gün əsl hesab vaxtıdır. Vəziyyət çox həssasdır, hansısa məhəllənin sökülməsi zəminində mitinq, adicə sosial narazılıq fonunda aksiyalar təşkil etmək istəyən qüvvələrin başqa vaxt sıradan biri olan əməli bu gün antidövlət səciyyəli hərəkət kimi görünə bilir. Müstəqilliyin dönməz və əbədi olması barədə şüarların əməllə təsdiqinin zamanıdır. Prezident şəxsən bunu edir. Bir halda ki, dövlətin birinci şəxsi bu nümunəni göstərir, qorxmur, onda xof hardandır, kim yayır onu? Cənablar! Bəlkə, bir az sakitləşək?! Bizimlə hər şey qaydasındadır. Nə Rusiya göründüyü qədər dəhşətlidir, nə Azərbaycan zənn edildiyi qədər zəif, nə də Ermənistan haqlı. Bir də ki, mən başa düşmürəm, biz nə üçün Ukrayanadan Krımı almış Rusiyaya baxıb, özümüzü Ukraynanın yerinə qoymalı, acizliyimizin qabağına getməliyik. Bəlkə özümüzü Rusiyanın yerinə oyaq və bizə göstərilmiş nümunədən bəhrələnək? Bir halda ki, Rusiya özünün olanı heç vaxt satmadağını və satmayacağını bəyan edir. Bu əhdinə də sadiq qalır. Özü də indi yox a, bir zamanlar onunku olmuşu bütün qanunlar onun əleyhinə olsa da geri qaytarır, bəs biz niyə bütün beynəlxalq qanunların bizim tərəfimizdə olduğunu bilə - bilə özümüzünkünü - Qarabağı almayaq. Kim deyib ki, Rusiya Qarabağa girəcək, doğrudanmı Vladimir Jirinovskinin ruhi xəstə bəyanatları Azərbaycan xalqını qorxutmağa kifayət edir? Bəs qan tökməyə cümlə qadiriz hökmü? O məgər yalnız Azərbycan qadınlarının ayda bir dəfə həyata keçirdiyi təbii aksiya ilə bağlı qüvvədədir? Bəs kişilərin kritik günü olmur? Olur qardaşlar. Dövlətin vətənə çevrilən, qorunmağa amadə günü. Burda axı heç qorxmağa səbəb də yoxdur. Axı bizi də anamız ehtiyyatsızlıqdan doğmayıb. Ehtiyyat üçün doğub. Düşmən çəpəri kimi! |
2014-03-31 | 13,044 | İdmançılarımız ömürlük cəzalandırıldılar | Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idamançılara (IWF) ağır cəza kəsməsi barədə məlumat yayıb. Məlumata görə, IWF-nin rəsmi internet saytı bu barədə öz səhifəsində məlumat yerləşdirib. Yer alan məlumatda dopinq istifadə etdiklərinə görə, cəzalandırılan idmançıların siyahısında 9 azərbaycanlı idmançının da adı yer alıb. Siyahıda yer alan Azerbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntikam Zairova iki il, Zülfiqar Süleymanova isə ömürlük yarışlarda iştirak etməyə qadağan edilib (ANS). IWF həmçinin Azərbaycanın Ağırlıqqaldırma Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər verib. |
2014-03-31 | 13,045 | Yol polisi Bakıda qəzaya uğradı | Bakıda yol polisi qəza törədib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Azadlıq meydanında qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin polis serjantı Seymur Möhübbət oğlu Abbasovun idarə etdiyi 10 YP 429 dövlət nömrə nişanlı BMW markalı xidməti avtomobili yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində S.Abbasov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. |
2014-03-31 | 13,046 | Gülənçilərlə müharibə Ərdoğanın səslərini artırdı – Müqayisə | Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim AKP 2009-cu ilə nisbətən səslərini daha da artırıb. "Axar.az" xəbər verir ki, əgər 2009-cu ildə R.T.Ərdoğanın partiyası 38,8 faiz səs toplamışdısa, bu seçkilərdə 45,56 faizdən daha çox səs qazanıb. Başqa sözlə desək, 2009-cu ildə 15 milyon 459 min səs alan AKP hazırda 20 milyon 091 min səs alıb. AKP-dən sonra ikinci yeri tutan ana müxalifət partiyası da mövqeyini gücləndirib. Əgər 2009-cu ildə CHP 23,1 faiz (9 milyon 219 min səs) almışdısa, hazırda bu rəqəm 27,91 faiz (12 milyon 207 min səs) qazanıb. MHP isə 15,16 faizlə 2009-cu ildə topladığı 16 faizlik mövqeyini qoruya bilməyib. Hələ seçicilərin səslərinin tam deyil, 97,67 faizi sayılıb və rəqəmlər qəti deyil. Ancaq cəmi 2 faiz sayılmayan səslərin nəticələri ciddi şəkildə dəyişməyəcəyi də bəllidir. Xatırladaq ki, Fətullah Gülənlə aralarında yaşanan mübarizədən və 17 dekabr rüşvət əməliyyatından sonra Ərdoğanın bu seçkilərdə ciddi uğur qazanmayacağı barədə proqnozlar verilirdi. |
2014-03-31 | 13,047 | “Ərdoğanın qələbəsi iğtişaşlara səbəb olacaq” | "İndiki məqamda Türkiyə cəmiyyəti üçün AKP-nin qalib gəlməsi daha faydalı nəticədir". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Fazil Mustafa Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun sözlərinə görə, bu gözlənilən nəticə idi: "2009-cu ilin bələdiyyə seçkilərindən təxminən 6-7 faiz daha yüksək nəticə göstərildi. Əsas məsələ böyük şəhərlərin əldə saxlanılması idi. Gözlənilən nəticə oldu. Deyərdim ki, heç bir surpriz olmadı. İctimai rəy sorğuları da özünü təsdiqlədi". Deputatın fikrincə, seçki nəticələri göstərdi ki, xarici qüvvələrin Ərdoğana qarşı təşkil etdikləri kompramatlar əks-effekt verdi: "Türkiyə cəmiyyəti nə qədər siyasiləşsə də, partiyalar üzrə bölünsə də, seçkilərdə daha çox xidmətə üstünlük verdiklərini nümayiş etdirdilər. Kim daha yaxşı bələdiyyəçilik anlayışı ilə vətəndaşın marağını təmin edirsə, cəmiyyət də ona meyl edir. Hamı bu dəfə AKP-nin korrupsiya məsələsində çox ittiham olunacağını gözləyirdi. Ancaq əhali xeyli anlayış göstərdi. Çünki cəmiyyət anlayır ki, dövlət səviyyəsində korrupsiya olsa da, bu, əhalinin cibinə girən korrupsiya deyil". F.Mustafa hesab edir ki, seçki nəticələri Türkiyədə növbəti iğtişaşlara səbəb ola bilər: "Türkiyədə son aylar baş verən hadisələr daha da böyüyə bilər. İqtidarın dəyişməməsi hakimiyyəti dəyişmək üçün narazı elektoratın başqa yollara əl atmasına səbəb olacaq. Ancaq ümid edək ki, nəticələr Türkiyəyə sabitlik gətirəcək". Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir. |
2014-03-31 | 13,048 | Əli Əhmədova ağır itki | Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədova ağır itki üz verib. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun qardaşı İsa Əhmədov bu gün vəfat edib. Mərhum Əli Əhmədovun böyük qardaşı olub. Yas mərasimi Nərimanov rayonunda olacaq. |
2014-03-31 | 13,049 | Köçkünlər Bakıdan köçürüləcək | "Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi 2016-cı ildən etibarən həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq". Bunu Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib: "Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində geniş yer ayrılıb. Orada böyük yaşayış kompleksi tikiləcək. 2016-cı ildə tikinti işlərinə başlanacaq və elə həmin ildən də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Lakin istisna hallar ola bilər, bu da dövlət ehtiyacları ilə əlaqədardır. Zərurət yaranarsa, tam hazır mənzillər alınır və məcburi köçkünlər köçürülür. Amma komitənin xəttilə tam köçürülmə 2016-cı ildən tez olmayacaq". Komitə rəsmisi ancaq bunun 2016-cı ilə qədər ümummiyyətlə, köçürülmə olmayacağı anlamına gəlmədiyini bildirib: "Hazırda regionlarda da böyük tikinti işləri gedir. Respublikanın 8-9 rayonunda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sürətli tikinti işləri aparılır. Həmin tikinti işləri başa çatan kimi köçürülmə başlayacaq" ("modern.az"). |
2014-03-31 | 13,050 | Q.Hüseynli: “Ərdoğan Azərbaycana müdaxilə edə bilməz” | "Ərdoğanın qalibiyyətini cəsarətlə "Pirr qələbəsi" adlandırmaq olar". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. "Bu, hələ tam qələbə deyil" O, Ərdoğanın partiyasına qarşı yaxın günlərdə ciddi etirazların olacağını bildirib: "Bir sıra bölgələrdə, xüsusən də böyük şəhərlərdə seçkilərin nəticələrini müxalifət qəbul etmir. Məsələn, Ankarada MHP və CHP AKP-nin qələbəsini qəbul etmirlər. Axı necə ola bilər ki, AKP namizədi olan Melih Gökçen keçən seçkilərdə 40% səslə qələbə qazandığı halda, indi səslərini xeyli artırıb. Üstəlik, partiyası bu qədər səs itirdiyi bir zamanda bu reallaşıb. Bəzi yerlərdə işıqların keçməsi, bəzi yerlərdən gələn digər faktlar sübut edir ki, bu, heç də sonadək ədalətli seçki olmayıb. AKP birinci yerdədir, amma onun liderliyinə kölgə salan səbəblər kifayət qədər çoxdur". "Fətullah Gülənin qalası fəth edilə bilmədi" "Ərzurum Fətullah Gülənin qalasıdır. AKP və Ərdoğan yeganə Ərzurumda mitinq keçirə bilməmişdilər. Amma indi göstərirlər ki, guya Ərzurumda qələb qazanıblar. Ona görə də növbəti günlərdə biz müxalifət partiyalarının ciddi etirazlarını müşahidə edəcəyik". "İliklərinə qədər mübarizə aparacayıq" Q.Hüseynli Ərdoğanın "Gülən hərəkatı"nı yox etmək üçün fəaliyyətə başlayacağını qeyd edib: "Seçkilərin nəticələri tam müəyyənləşməmiş Ərdoğan "Balkon çıxışı" etdi. Bu çıxışda Baş nazir onlara "iliklərinə qədər mübarizə aparacayıq" deyə mesaj verdi. Paralel dövlət - uydurma anlayışdır. Vaxtı ilə Gülənin hesabına qələbə qazanmış adam indi ona qarşı mübarizə aparır. Bu mübarizə prosesində o bütün müxalifəti sıradan çıxardıb, proseslər dikatatura rejimi qurmağa qədər gətirə bilər". "Ərdoğan Azərbaycanın daxili işlərinə qarışa bilməz" Politoloq Q.Hüseynli Türkiyədə keçirələcək əməliyyatların Azərbaycana sıçramayacağını və bu seçkidən sonra ölkəmizdə də nurçulara qarşı mübarizənin sərtləşməyəcəyini proqnozlaşdırıb: "Ərdoğan Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. O, sadəcə, bununla bağlı xahiş edə bilər. Azərbaycanda isə nurçuların dayaqları elə də güclü deyil". Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə görə, Ərdoğanın partiyası qələbə qazanıb. |
2014-03-31 | 13,051 | CHP-nin 1 səs belə ala bilmədiyi yer haradır? | Türkiyədə keçirilən seçkilərdən maraqlı məlumatlar gəlməkdə davam edir. CHP-nin namizədinə Sivasın Koyulhisar qəsəbəsində heç kim səs verməyib. Bu barədə "Axar.az" saytı Türkiyə mediasına istinadən xəbər verir. Məlumata görə, Koyulhisarda MHP 59.2 faiz səslə seçkinin qalibi olarkən, AKP 35 faiz səslə ikinci olub. Bu iki partiyanı ardıcıllığa uyğun olaraq Böyük Birlik Partiyası, Səadət Partiyası və Müstəqil Türkiyə Partiyası (BTP) izləyib və 5.8 faiz səs həmin partiyaların arasında bölünüb. Adıçəkilən partiyalara qəsəbədən gələn səslər sayılan zaman aydın olub ki, CHP-nin də aralarında olduğu digər partiyalara heç kəs səs verməyib. Məlumat üçün onu da deyək ki, Koyulhisarda 2977 nəfər səsvermədə iştirak edib. |
2014-03-31 | 13,052 | Azərbaycanlı Qarsın bələdiyyə sədri seçildi | Dünən Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Murtaza Karaçanta seçkiləri qazanaraq, şəhərin bələdiyyə sədri seçilib. Xatırladaq ki, Murtaza Karaçanta eyni zaman Qars-Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri olub və bölgədə nüfuzu ilə seçilən şəxslərdəndir. Əslən Qərbi Azərbaycandandır ("Musavat.com"). |
2014-03-31 | 13,053 | Bakı polisi "BMV"dən silah tapdı | Paytaxtda avtomobildə silah aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Babək prospektində paytaxt sakini Hikmət Sadıqovun idarə etdiyi "BMW" markalı avtomobildə iki ədəd pnevmatik tapança və yeddi ədəd 9 millimetrlik patron aşkar olunub. |
2014-03-31 | 13,054 | Sevgi qalmaqalı yaşayan prezidentin partiyası uduzdu | Fransada dünən keçirilən bələdiyyə seçkilərin ikinci turunun nəticələri açıqlanıb. "Axar.az" xəbər verir ki, rəsmi açıqlamalar görə, hakim Sosialist Partiyası məğlubiyyətə uğrayıb. Sosialistlər və solçular səslərin 43 faiz, ana müxalifət partiyası olan Xalq Hərəkatı Birliyi və sağ partiyalar isə 48 faiz səs toplayıb. Sağçılar ölkənin ən böyük şəhəri olan paytaxt Parisdə sosialistlər qalib gəlib. Sosialist Partiyasının qadın namizədi Anna Hidalqo 54 faiz səslə Parisin bələdiyyə sədri seçilib. Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Sosialist Partiyasının rəhbəridir. Ölkədə baş verən bir neçə qalmaqaldan sonra Olland və partiyasının reytinqi düşməkdə davam edir. Prezidentin yeni sevgilisi Qaye Jülye ilə fotolarının mətbuatda yayılması da seçkilərə öz təsirini göstərib. |
2014-03-31 | 13,055 | Faiq Ağayev heç “C” kateqoriyasında da deyil | Estradamızın gənc müğənnisi Ramal Əsədzadə ilə "Axar.az"ın redaksiyasında görüşdük. Həmsöhbətimizlə estradamızın bu günü, eləcə də şou-biznesdəki durum haqqında fikir mübadisləsi apardıq. Vəziyyət yaxşı deyil - Ramal bəy, siz az bir müddətdə kifayət qədər populyarlaşmısınız. Şou-biznesdə adınız hallanır. Sizcə, bu gün Azərbaycan şou-biznesinin vəziyyəti necədir? - Konkret olaraq deyə bilərəm ki, Azərbaycan estradasının vəziyyəti yaxşı deyil, eləcə də şou-biznesin... - Səbəbini nədə görürsüz? - Səbəb əlbəttə ki, kommersiya. Azərbaycanda prodakşnlar fəaliyyət göstərə bilmir. Türkiyə və Rusiya ilə müqayisədə, bizdə peşəkarlığı və işgüzarlığı ilə seçilən prodakşnlar yoxdur. - Fikrinizcə, prodakşnlar necə fəaliyyət göstərməlidir? - Sizə Türkiyə və Rusiyada prodakşnlarından nümunə göstərə bilərəm. Bu ölkələrdə gənclərə çox dəstək olurlar. İlkin mərhələdə gənc müğənniləri vokal müəllimi ilə təmin edirlər. Danışıq qabiliyyəti öyrədirlər və sair. Sonrakı mərhələdə isə müğənninin piar-meneceri kimi çalışırlar. Bütün bunlardan sonra həmin insanı ulduz edirlər. Amma bizdə belə bir şey yoxdur. Əvvəlcədən pul almasalar, yaxın durmurlar - Azərbaycanda prodüserlik institutu varmı? - Düzdür, prodüserliklə məğul olmaq istəyən dostlarım çoxdur, ancaq məndən inciməsinlər, Azərbaycanda prodüser yoxdur. Misal üçün Təranə xanım, Mədinə xanım, Tolik və sair. Təranənin xətrini çox istəyirəm, amma ona prodüser demək olmaz. Təranə piar-meneceridir. Türkiyədə, Rusiyada, Amerikada prodüser müğənnini sıfırdan götürür, ona maya qoyur və nəticəsini görəndə pulunu alır. Bizdə belə deyil, əvvəlcədən pul almasalar, yaxın durmurlar. - Sizə elə gəlmir ki, Azərbaycan estradasının ən böyük problemi istedadsızlıqdır? - Düzdür, ona qalsa, gərək müğənnilərin 90 %-nin efirə çıxmasına qadağa qoyula. Arzum "Qurtlar vadisi"ndə çəkilməkdir - Siz necə, özünüzü istedadlı müğənni sayırsınız? - Mən özüm böyük bir məktəb keçmişəm. Musiqi təhsilim, danışıq qabiliyyətim, dünya görüşüm var. Azərbaycan Dövlət İncəsənət universitetinə ən yüksək balla qəbul olunan tələbələrdən biriyəm. - Bir müddət bundan öncə serialda rol almışdınız. İndi necə, seriala dəvət alsaydınız razılıq verərdiniz? - Bəli, "Sindrom" serialında rol almışdım. Lakin rolumun öhdəsindən gələ bilmədiyim üçün çəkilmədim. Baxmayaraq ki, müğənni olduğumuza görə aktyorluğu da bacarmalıyıq. Arzum dünyaca məşhur olan "Qurtlar vadisi" serialında çəkilməkdir. Hər hissə üçün 500 alırdım - "Rolun öhdəsindən gələ bilmədim", - dediniz, bəlkə aldığınız qonorar sizi qane etmədi? - Qonorar normal idi. Hər hissə üçün 500 AZN alırdım. Dünyaca məşhur olan "Möhtəşəm yüz il" serialındakı Süleyman rolunu canlandıran Xalid Kvanç çəkildiyi hər bir seria üçün bizim pulla 32 min manat alır. Toyda oxumağı sənət hesab etmirəm - Toylara gedirsiniz? Gizli deyilsə, neçəyə? - Mən başqa müğənnilər kimi özümə konkret qiymət qoymuram. Danışıqdan asılıdır, bəlkə birinin imkanı yoxdur. - Toyu müğənnilər üçün məktəb hesab etmək olarmı? - Toy, toy üçün məktəbdir, səhnə üçün yox. Mən illərdir oxuyuram, lakin özümü il yarımdır professional müğənni olaraq görürəm. Röyanın bir mahnıya 200 min xərci çıxdı - Niyə müğənnilərimiz daha çox Türkiyəyə üz tuturlar? Orada yaxşı pul qazanırlar, yoxsa bu bir piardır? - Yox, gəlir yoxdur. Röya xanım özü orada bir mahnı yazdırdı, 200 min manat xərci çıxdı. Əgər gedib pul qazanmayacaqsa, niyə bunu edirlər, anlaya bilmirəm. Sizə misal gətirim, Türkiyə ulduzlarından Yıldız Tilbə və Yıldız Usmanova efirdə dəfələrlə etiraf ediblər ki, biz Türkiyədə pul qazana bilmirik. Mənim fikrimcə, istər Aygün, istər Brilyant, istərsə də Röya Ayxanın əziyyətləri özlərinə qalır. Bu müğənnilərin hər üçü güclü müğənnilərdi, onların Türkiyə şou-biznesinə qatılmaq düzgün fikir deyil. Sevil və Sevinc bacıları danışıqlarını bilmir - Səhnəmizə yaraşmayan müğənni varmı? - Bizdə Sevil və Sevinc bacıları var. Hər ikisi bir araya gələndə baxırsan ki, istedadlı xanımlardı. Görünüşləri də pis deyil, sadəcə, bu insanların danışıq qabiliyyəti yoxdur. Onlar ağızların açıb danışanda başıma qaynar su tökülür elə bil. - Soyunmaqla yadda qalmaq mümkündür, yoxsa qalmaqalla? - Soyunmaqla yadda qalmaq mümkün deyil, çünki kifayət qədər soyunan var, bu artıq yararsız üsuldur. Bu gün qalmaqalla yadda qalmaq olur. Sevda Yəhyayeva və Ruhi oxuya bilmir - İfasını bəyənmədiyiniz müğənnilərdən kimin adını açıqlaya bilərsiniz? - Məndən inciməsinlər, bir çoxu mənim dostlarımdı, sadəcə, mən arxada danışmağı sevmirəm. Sevil və Sevinc bacıları, Sevda Yəhyayeva, Ruhi xanım müğənnilikdən uzaqdırlar. Ruhi gözəl xanım və gözəl insandır. Amma oxumaq üçün bu xanımın səsi yoxdur. O bunu anladı və oxumağın daşını atdı. - Özünüzə rəqib kimi görürsünüz? - Bizim estradada, şou aləmində olan hər kəs mənə rəqibdir. Əvvəl düşünürdüm ki, mənə rəqib yoxdur. Sonra düşündüm ki, bu yanlış fikirdir. Səhnədə olan hər kəs mənə rəqibdir. Kalan qazanmışam - Müğənnilərin sayının artmasını nədə görürsünüz? - Bu yaxınlarda ailəmlə bir türk filminə baxırdıq. Atam elə birdən dedi ki, bu nədir, filmlərin hamısı eyni formada çəkilib. Kasıb olur, gedir sonra müğənni olur varlanır. Açığı, indi bizdə də belədir, sənətə gələn müğənnilərin bir çoxu pul qazanmaq üçün gəlirlər. - Peşəkar səhnəyə gələndən sonra qazancınız necə olub? - Özümə görə kalan pul qazanmışam, məni qane edir. - Üzeyirin bayağı oxuduğunu deyirlər. Bayağı oxumaq nədir? - Bu insanın musiqiləri 99 faiz plagiatdır. Özbək və kürd musiqilərindən bəhrələnir. Mahnının sözlərini götürüb dəyişib, oxuyur. Lakin uğurlu da alınır, sevənləri də çoxdur. Faiq Ağayevi heç "C" kateqoriyasında belə görmürəm - Özünüzü hansı kateqoriyada görürsünüz? - Azərbaycanda kateqoriya yoxdur, ola da bilməz. - Faiq Ağayev özünü "A" kateqoriyası kimi təqdim edib… - Yox, mən Faiq Ağayevi heç "C" kateqoriyasında belə görmürəm. - Müğənnilərdən kimə paxıl deyərdiniz? - Mənim üçün ən paxıl müğənni, Əli Mirəliyevdir. |
2014-03-31 | 13,056 | Cahangir Əsgərov Federasiyanı buraxır | Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı. Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar. İndi isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib. Hətta Azərbaycanın Ağır atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib. Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovla əlaqə saxladıq. Federasiya rəsmisi sualımıza əsəbi halda cavab verdi və araşdırma aparıldığını bildirdi: "Hələ bu barədə mətbuata məlumat vermək istəmirik. Özümüz də araşdırma aparırıq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə əlaqə saxlamağa çalışırıq. Aydınlaşdırıb bir xəbər deyəcəyik". Qeyd edək ki, federasiya rəsmiləri idmançılarımız medaldan məhrum edilərkən də bu tip açıqlama vermişdilər. Amma onların araşdırmalarının heç bir nəticəsi olmadı, idmançılarımız ağır cəzaya məruz qaldı. "Axar.az" "Publika.az"a istinadən məlumat verir ki, bu biabırçılıqdan sonra Azərbaycan Ağır Atletika Federasiyasında ciddi kadr islahatları həyata keçiriləcək. Məlumat verən mənbə bildirir ki, federasiya prezidenti Cahagir Əsgərov baş verən hadisədən bərk qəzəblənib. Hələ idmançılarımız cəzaya məruz qalarkən federasiya rəsmiləri Əsgərovu əmin ediblər ki, narahatçılığıa heç bir əsas yoxdur, anlaşılmazlıq olub və hər şey qaydasına düşəcək. İdmançılarımız ağır cəzaya məruz qalandan sonra Cahangir Əsgərovun səbr kasası daşıb. Məlumata görə, Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasını tam tərkibdə buraxmaq haqda düşünür. Federasiyada və milli komandaların məşqçi heyətində ciddi kadr islahatları həyata keçiriləcəyi bildirilir. Məsəslə ilə bağlı federasiya rəsmilərinin mövqeyini dərc etməyə hazırıq. |
2014-03-31 | 13,057 | Nadir Qafarzadə: "Hüseyn Dərya cəhənnəmə ölüb!" - Foto | "Hüseyn Dərya cəhənnəmə ölüb, qaragora ölüb. Böyük iş olub?" "Axar.az" xəbər verir ki, bu sözləri Nadir Qafarzadə öz "İnstaqram" səhifəsində Hüseyn Dəryanın ölümüylə bağlı paylaşılan şəklə münasibət bildərərkən yazıb: "Birincisi, ölüb, cəhənnəmə, qaragora ölüb, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın. Sağ olanda hardaydınız, küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda? İndi əziz oldu?" Məsələylə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlamağa çalışdıq. Zəngimizə müğənninin köməkçisi olduğunu bildirən Ruslan bəy cavab verərək Nadir Qafarzadənin ölkədə olmadığını, bu barədə açıqlama verə bilməyəcəyini söylədi. Qalmaqala səbəb olacaq şəkil Hüseyn Dəryanın fanatlarının onun adına açdıqları səhifədə paylaşılıb. Nadir Qafarzadə isə həmin şəkli öz səhifəsində dərc edib və şəklin altında Hüseyn Dərya haqqında həmin sözləri yazıb. Xatırladaq ki, H.Dərya fanatlarının müğənniyə qarşı sərt reaksiya göstərməsindən sonra N.Qafarzadə bu fotonu "İnstaqram" sosial şəbəkəsindəki hesabından silib. Həmin fotonu təqdim edirik. |
2014-03-31 | 13,058 | “31 mart müstəqillik günüdür” - Azərbaycanlı futbolçu | Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Bundan 96 il keçməsinə baxmayaraq, hər il xalqımız 31 mart hadisələrini böyük hüznlə anır. Ona görə də güman etmək olar ki, həmin günü ölkəmiz üçün hansı tarix olduğunu uşaqdan böyüyə hamı bilir. Ancaq çox təəssüf ki, belə deyilmiş. Buna Topaz Premyer Liqasında çıxış edən yerli futbolçuların bəziləri ilə danışan zaman şahid olduq. Sualımız isə çox bəsit idi: "31 Mart Azərbaycan tarixində hansı gün kimi qeyd olunur?" Buyurun, cavablarla tanış olun. Samir Zərgərov ("İnter"in yarımmüdafiəçisi): "Bilmirəm. Nə günüdür ki? (biz dedikdən sonra) Soyqırım? Həə, elə də yazarsınız ki, Samir bilmədi. Bilirsiniz, hazırda mən bütün diqqətimi zədəmin sağalmasına yönəltmişəm. Bu səbəbdən başqa heç nə haqqında fikirləşə bilmirəm". Aqil Nəbiyev (klubsuz): "31 mart? Yadıma heç nə düşmür. Soyqırım günüdür? Vallah, onu demək istəyirdim. Ancaq fevral mənim fikrimi qarışdırdı (fevralda ona Xocalı soyqırımının olduğunu xatırladırıq). Ruslan Tağızadə ("Qəbələ"nin müdafiəçisi): "31 mart Müstəqillik günüdür". Elmar Baxşıyev ("Qəbələ"nin yarımmüdafiəçisi): "Qardaş, məsciddəyəm, indi danışa bilmirəm. (Heç 2 dəqiqə keçməmiş yenidən zəng vurur) Bağışlayın, bayaq danışa bilmirdim. Azərbaycanlıların soyqırım günüdür". Rauf Əliyev ("Bakı"nın hücumçusu): "Səhv etmirəmsə, Soyqırım günü olmalıdır". Rahid Əmirquliyev ("Xəzər Lənkəran"ın yarımmüdafiəçisi): "Martın 31-i Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırım törədilib. Özüm Quba-Qusar zonasından olduğum üçün, bunu bilməməyim mümkün deyil". Mahir Şükürov ("Neftçi"nin müdafiəçisi): "Bunu bilməmək olar? Təbii ki, bu gündə ermənilər azərbaycanlılara qarşı vəhşilik ediblər". Qeyd edək ki, son turun oyunlarından sonra bununla bağlı bəzi futbolçulardan açıqlama almağa çalışdıq. Ancaq qarşılaşmalardan öncə 31 mart hadisəsi ilə bağlı 1 dəqiqəlik sükut edildiyindən, oyunçular bundan məlumatlı idi deyə onları burda yazmağa ehtiyac duymadıq ("Apasport.az"). |
2014-03-31 | 13,059 | Suriya Türkiyə sərhədinə raket kompleksi yerləşdirdi | Suriya ordusu Türkiyə ilə sərhəddə zenit-raket kompleksi yerləşdirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Küveytin "Əl-Rai-Alaam" qəzetinin yaydığı məlumatda deyilir. Nəşrin yazdığına görə, Suriyanın sərhəddə zenit-raket kompleksini yerləşdirməkdə məqsədi ölkənin hava məkanının pozulması hallarının qarşını almaqdır. |
2014-03-31 | 13,060 | Elçin Əfəndiyevin tamaşasında intim səhnələr - Qalmaqal | Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında qalmaqal yaradıb. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, teatrın səhnəsində oynanılan "Qatil" tamaşasındakı yataq səhnələrini Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ilə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm..." Onun "Qatil"ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb. Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun açıqlamasında məlumatı təsdiqləyib: "Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. "Azdrama"da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?" Qeyd edək ki, tamaşanın ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir. |
2014-03-31 | 13,061 | Azərbaycanda qadın 4-cü mərtəbədən düşərək öldü | Sumqayıt sakini çoxmərtəbəli binadan yıxılaraq ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə 18-ci mikrorayonda qeydə alınıb. Mikrorayon sakini Fatimə Əliyeva yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır. |
2014-03-31 | 13,062 | Cahangir Əsgərov yaxın qohumunu işdən qovdu – Özəl | Azərbaycan Ağır Atletika Federasiyasında ciddi kadr islahatları aparılacağı ilə bağlı məlumat vermişdik. Bu barədə məlumat verən mənbə bildirmişdi ki, federasiya prezidenti Cahangir Əsgərov idmançılarımızın dopinqə görə cəzaya məruz qalmasından əsəbləşərək ciddi addımlar atmağı planlaşdırır. "Axar.az"ın əldə etdiyi məlumata görə, artıq Cahangir Əsgərov ilk kadr islahatını gerçəkləşdirib. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov vəzifəsindən qovulub. Qeyd edək ki, İsgəndər Əsgərovun Cahangir Əsgərova yaxın qohum olduğu deyilir. |
2014-03-31 | 13,063 | “İranın Ermənistana qaz satması alqışlanmalıdır” | "Azərbaycan İran əməkdaşlığına yaşıl işıq yandırılıb". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin aprelin sonlarında İrana nəzərdə tutulan səfərini şərh edən politoloq Vəfa Quluzadə deyib. İranla Azərbaycan arasında ziddiyyət yoxdur Politoloq Azərbaycan Prezidentinin İrana səfərini müsbət dəyərləndirib: "Prezidentin səfərini müsbət dəyərləndirmək lazımdır. Ona görə ki, Azərbaycanın İranla əlaqələri dünyadakı gərgin siyasi şərait hökm sürərkən müsbət qəbul olunmalıdır. Qonşu ölkədir və bizim aramızda əməkdaşlıq var. Əslində, heç bir ziddiyyət yoxdur. İran Azərbaycanın bəzi Qərb dövlətləri ilə etdiyi əməkdaşlığına görə narazılıq edirdi, amma bu elə də böyük problem deyil. İran başa düşür ki, Azərbaycan öz milli maraqlarını inkişaf etdirir. O biri tərəfdən də Azərbaycan İranın bizi tənqid etməsindən narazı idi. Lakin bu səfər narazılıqların hamısını yerə qoyacaq". Bu, Amerikanın apardığı siyasətdir Politoloq Prezident İlham Əliyevin İrana səfərini Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi ilə əlaqədar olmadığını bildirib: "Prezidentin İrana səfərini Qərbin Rusiyaya qarşı apardığı iqtisadi müharibə ilə əlaqələndirmək doğru deyil. Bu siyasəti Amerika Birləşmiş Ştatları aparır, Azərbaycan yox. Sözsüz ki, əməkdaşlıq üçün imkanlarımız genişdir və biz bunu daha da genişləndirməyə çalışmalıyıq. Artıq İran da hadisələri düşmən kimi dəyərləndirmir, Azərbaycana Qərblə əməkdaşlıq etdiyi üçün təzyiqlər edilməsini dayandırıb. Deməli, Azərbaycan-İran əməkdaşlığına yaşıl işıq yandırılıb". İranın Ermənistana qaz satması alqışlanmalıdır V.Quluzadə İranın Ermənistana ucuz qiymətə qaz satmasını müsbət dəyərləndirib: "Əgər İran Ermənistana ucuz qiymətə qaz versə, biz bunu alqışlamalıyıq. Ona görə ki, Ermənistan bizə Rusiyaya görə düşməndir. Rusiya yanacağından, Rusiya qazından asılıdır. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq faktiki olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamağa xidmət etmək deməkdir. Deməli, İran əgər Ermənistanı Rusiyanın asılılığından çıxarırsa, biz bunu alqışlamalıyıq". Nabukko yenidən meydanlara qayıdır O, Ukraynadakı son hadisələrdən sonra Nabukko layihəsinin yenidən aktivləşəcəyini qeyd edib: "Mən əvvəlki bəyanatlarımın heç birində Nabukkonu ölmüş layihə hesab etməmişəm. Nabukko strateji layihədir. Bunun arxasında ABŞ dayansa, o həyata keçəcək. İndi o həqiqətən də həyata keçəcək. Ukraynadan sonra Rusiyanın "Cənub axını" projesi olmayacaq. Üstəlik, Qərb Rusiyanı hər tərəfdən sıxışdırmaq fikrindədir. Avropanı Rusiyanın yanacaq asılılığından xilas etmək niyyətindədir. Ona görə Nabukkonun əhəmiyyəti artır və o baş tutacaqdır". Qeyd edək ki, dünən İran səfiri Möhsün Pakayin İlham Əliyevin Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər edəcəyini bildirmişdi. |
2014-03-31 | 13,064 | Medvedyev Krıma getdi | Rusiya Baş naziri Dmitri Medvedyev Krıma səfər edib. "Axar.az" xəbər verir ki, Baş nazirin təyarəsi bu gün Sevastopol hava limanına enib. Medvedyev Simferopolda Krımın sosial-iqtisadi inkişafı ilə bağlı toplantı keçirəcək. Qeyd edək ki, ötən həftə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da Krıma səfər etmişdi. |
2014-03-31 | 13,065 | Türkiyə tarixində ilk dəfə... | Türkiyədə bələdiyyə seçkisində bu dəfə bir ilk qeydə alınıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Kommunist Partiyasının (TKP) namizədi Məhmət Maçoğlu Tuncəli şəhərinin Ovacıq rayonunda rəsmi olmayan nəticələrə görə qalib gəlib. Beləliklə, Türkiyədə ilk dəfə TKP bələdiyyə sədri olacaq. |
2014-03-31 | 13,066 | Bakıda pulsuz kino göstəriləcək | Martın 31-dən etibarən Nizami Kino Mərkəzində hər bazar ertəsi, çərşənbə və cümə günləri Azərbaycan milli filmlərinin pulsuz nümayişi başlanılır. Nizami Kino Mərkəzinin bu aksiyası tələbə və gənclərin milli filmlərimizə marağının artırılması, ekran əsərlərində əks etdirilən millətimizə xas adət-ənənələrlə yaxından tanış olmaları, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsi məqsədi güdür. Bundan əlavə, Nizami Kino Mərkəzinin layihəsində Azərbaycanın tarixi və tanınmış simaları haqqında filmlərin nümayişi də nəzərdə tutulub (AzərTAc). |
2014-03-31 | 13,067 | “Mənə 29 güllə vuruldu” – Aslan Aslanov | Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının 31 mart azərbaycanlılara qarşı soyqırımla bağlı keçirdiyi tədbirdə Milli Məclisin bir qrup deputatı, tarixçi alimlər və YAP Siyasi Şurasının üzvü Aslan Aslanov iştirak edirdi. Tədbirin əvvəlində jurnalistlərdən Aslan Aslanova müsahibə üçün yaxınlaşalar da, ancaq sabiq nazir müavini müsahibə verməkdən imtina etdi. Ancaq tədbirin sonunda onu müsahibə verməyə razı sala bildik. Aslan Aslanov müsahibəsində Azərbaycanda və Gürcüstanda üzləşdiyi sui-qəsd halları, OMON dəstələri ilə mübarizəsindən, Gürcüstanda gördüyü işlərdən və son vaxtlar haqqında yazılan yazılardan danışdı. Kənd təsərrüfatı nazirinin sabiq müavini, YAP Siyasi Şurasının və Humanitar məsələlər komissiyasının üzvü Aslan Aslanovun Publika.Az-a müsahibəsi: "Dmanisdən azərbaycanlıların deportasiyası başlanacaqdı" -Bayaq dediniz ki, 90-cı illərin əvvəllərində ermənilər Gürcüstanda da azərbaycanlılara qarşı soyqırımlar törədəcəkdi, ancaq buna imkan vermədiniz. Mümkünsə bu barədə ətraflı danışardınız. -Ermənilər 1993-cü ildə Gürcüstanda da azərbaycanlılara qarşı böyük soyqırımlar törədəcəkdi. O vaxt mən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idim. O dövrdə ermənilər Gürcüstanda Xüsusi Polis Dəstəsinin (OMON) rəisi olmuş Mixi Droni adlı bir şəxslə birgə Dmanisidən başlayaraq azərbaycanlıları çıxarırdılar. 1993-cü ildə mən Şəmkirdə icra başçısı işləyən zaman mərhum atam gəlib mənə dedi ki, Şəmkirin Çinarlı kəndinə Gürcüstandan adamlar köçürülür. Mən dərhal bu barədə ulu öndərimiz Heydər Əliyevə məlumat verdim. O vaxt mənim 31 yaşım var idi, ən cavan icra başçısı idim. Ulu öndərin də mənə cavabı o oldu ki, sən durma, elə bu dəqiqə hazırlaşıb yardımlar topla və gedin Dmanisiyə. Mən də qışın o çağında Gürcüstanın Dmanisi rayonuna getdim və gördüm ki, orada azərbaycanlıların hamısı yüklərini yığıb hazırlaşıb və köç başlayır. 1993-cü ildə Gürcüstana getmək çox çətin idi. Marneulidən Bolnisiyə, Bolnisidən isə Dmanisiyə getmək üçün yanında mütləq silahlı dəstə olmalı idi. Çünki o vaxtı adamları heç nədən tutub girov götürürdülər, adamları təhqir edirdilər və s. Bütün bunlara görə də mən o vaxt Gürcüstana silahlı dəstə ilə getmişdim. Rəhmətlik Heydər Əliyevin tapşırığı ilə mən ora getdim və 2 yük böyük maşını ilə ərzaq yardımları apardım. Bundan əlavə, özümlə silahlı dəstə və tibbi yardım da götürmüşdüm. Çünki 1993-cü ildə Gürcüstana getmək böyük risk tələb edirdi. Biz Gürcüstanda gedəndə oradakı soydaşlarımız bizi görüb çox sevindilər. Hətta o vaxt orada yaşayan azərbaycanlılardan biri Dmanisi rayon başçısının müavinini vurdu və dedi ki, indi gördünüz ki, biz yiyəsiz deyilik, arxamızda Heydər Əliyev var. İnanın ki, o vaxt əgər biz 2 gün gec getsəydik, o zaman Dmanisdən azərbaycanlıların deportasiyası başlanacaqdı. Hətta o vaxtı biz ora gedəndə bir hadisə ilə da rastlaşdıq. Deməli, biz gedib gördük ki, Azərbaycan kəndlərinin birində bəy və gəlini toydan oğurlayıb girov götürüblər. Onun qaytarılması üçün oğrular o vaxtı 17 min dollar pul tələb edirdilər. Mən gedib oranın icra başçısı və polis rəisi ilə danışdım, çox çətinliklə də olsa bəy və gəlini geri qaytardıq. Bundan sonra Gürcüstanda olan azərbaycanlılar rahat oldular. O vaxt özümüzlə ulu öndər Heydər Əliyevin də bir şəkilini aparmışdıq. Gürcüstan azərbaycanlıları həmin şəkili yerə qoymurdular, həmin şəkili öpürdülər, Heydər Əliyevə dua edirdilər. Daha sonra mən Dmanisidən Azərbaycana qayıdıb baş verənləri Heydər Əliyevə məruzə etdim. Sonralar isə Heydər Əliyev Eduard Şevardnadzeyə zəng edib danışdı və xahişlərini etdi. Biz daha sonra qayıdanda gördük ki, Dmanisdə ermənipərəst icra başçısı, polis rəisi və prokuroru vəzifədən çıxarılıb. Biz bir həftədən sonra yenə Dmanisiyə getdik. Həmin vaxtı biz Dmanisidən geri qaydan zaman yolda Mixi Droninin qara maskalı adamları bizə silahlı hücum etdilər. Onların sayı çox idi və hamısının da əllərində avtomat silahlar var idi. Mixi Droninin adamları silahlarını mənə tuşlamışdılar. Fikirləri də o idi ki, bizi tutub Ermənistana aparsınlar. Ancaq mən tez xəbər verdim ki, bizim avtomobildəki silahlı adamlarımız gəlsinlər. Bizim silahlı olduğumuzu görən kimi Droninin adamları qorxuya düşdülər və başladılar bizə yaltaqlanmağa. "Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil idi" -Bəs o dövrdə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze sizə dəstək vermirdi? -O dövrdə Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil idi. Onun əleyhinə olan müxalif güclər var idi. Ancaq buna baxmayaraq Eduard Şevardnadze bizə dəstək verirdi. "Heydər Əliyevin AzTV-dəki çıxışını bəzi adamlar dərhal Gürcüstana xəbər vermişdilər" -O vaxt Heydər Əliyevə sizə Gürcüstanla bağlı başqa hansı tapşırıqlar vermişdi? -Bəli, o dövrdə ulu öndər Heydər Əliyev mənə tapşırıq verdi ki, nəyin bahasına olursa olsun, Azərbaycanın görkəmli şəxsləri olmuş Fətəli xan Xoyski, Həsən bəy Ağayevin Gürcüstanda məzarları tapılmalıdır. Hətta, o vaxtı Eduard Şevardnadze prezident kimi Azərbaycana səfərə gələndə Heydər Əliyevə söz vermişdi ki, məzarları Tiflisdə olan Azərbaycanın görkəmli mütəfəkkirlərinin ev muzeyi qaytarılacaq. Həmin ərəfədə ulu öndər Heydər Əliyev məni Eduard Şevardnadzenin yanına göndərdi. Prezident Eduard Şevardnadze mənə dedi ki, düzdür mən Heydər Əliyevə söz vermişəm, ancaq mən bunu edə bilməyəcəm. Çünki o evlərdə ermənilər yaşayırlar və onları oradan çıxarsaq, burada qarşıdurma olar və s. Mən Eduard Şevardnadzenin bu sözlərindən real vəziyyəti anladım. Sadəcə olaraq mən o vaxtı istəmədim ki, Heydər Əliyev ilə Eduard Şevardnadzenin münasibətlərində buna görə soyuqluq yaransın. Mən özüm Nəriman Nərimanovun Tiflisdəki evinə getdim, evdə yaşayan erməni idi. Həmin 3 mərtəbəli evi erməni bizə 31 min dollara satdığını söylədi. Bu isə o vaxtı çox böyük pul idi. Həmin vaxt Gürcüstanın mədəniyyət naziri ulu öndər Heydər Əliyevin AzTV-dəki çıxışını görmüşdü. Həmin çıxış zamanı Heydər Əliyev demişdi ki, mən Azərbaycanın görkəmli şəxslərinin, o cümlədən Nəriman Nərimanovun evinin qaytarılması işini Aslan Aslanova tapşırmışam, o bu işlə məşğuldur. O vaxtı Şəmkirdə Gürcüstana Yardım Fondu yaradılmışdı, imkanlı adamlarımız həmin fonda pul köçürürdülər. Biz 31 min dolları bir təhər toplayıb Nərimanovun evini ermənidən almaq istəyən zamanı o evin qiymətini artırdı. Buna da səbəb o vaxtı ulu öndər Heydər Əliyevin AzTV-dəki çıxışını bəzi adamlar dərhal Gürcüstana xəbər vermişdilər. Evin sakini olan erməni də bundan xəbər tutub qiyməti 51 min dolaradək qaldırdı. Ancaq mən o vaxtı ulu öndərin tapşırığını nə yolla olursa olsun yerinə yetirməyi özümə borc bildim və imkanlı adamlardan xahiş edib əlavə pulu da düzəldib həmin evi ermənidən aldım. Daha sonra isə Axundovun evində Mədəniyyət Mərkəzi və ev muzeyini yaratdıq, Şəkidən gəlib Axundova aid şəkillər apardıq və sairə. Bu işdə isə bizə Şəkinin keçmiş prokuroru Vilayət Zahirov köməklik etmişdi. Tiflisdə Mədəniyyət Mərkəzi yaradılandan sonra ulu öndər Heydər Əliyevin tapşırığı ilə orada ayda 2 dəfə azərbaycanlıların görüşü keçirilirdi və həmin görüşlərə mən də gedirdim. Daha sonra isə ulu öndərin tapşırığı ilə Cəlil Məmmədquluzadənin də evini gedib tapdıq və pul verib onu da aldıq. Həmin evin aşağı mərtəbəsində "Qeyrət" mətbəəsi yerləşirdi, həmin mətbəəni də aldıq. Mən sizə bir məqamı da deyim ki, Heydər Əliyev bütün sahələrdə çox savadlı insan idi. Onunla telefonda yazıçılarla bağlı danışmaq çox çətin idi. Çünki bir dəfə mən ulu öndər Heydər Əliyevlə telefonla Axundovla bağlı danışan zaman mənə sual verdi ki, Aslan Aslanov Axundovun neçə əsəri var? Hansını oxumusan?. Mən onun suallarının bəzilərinə cavab verə bilmədim. Ulu öndər də hər şeyi anladı və gülüb mənə dedi ki, bu istiqamətdə bilikləri dərinləşdirmək lazımdır. Ona görə mən daha sonralar Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin evini almağa gedəndə bütün əsərlərini oxuyurdum ki, çətin vəziyyətə düşməyim. Bu, böyük məsuliyyət idi. Yadınıza gəlirsə, Naxçıvanın 75 illiyində də yeganə icra başçısı mən idim ki, Heydər Əliyev tərəfindən ora dəvət olunmuşdum. Həmin mərasimdə də mən Cəlil Məmmədquluzadənin evinin "kupçasını" orada bağışladım. Mən 1998-ci ildə Tiflis şəhərinin fəxri vətəndaşı seçilmişdim. Abxaziya Ali Sovetinin fərmanı ilə təltif olunmuşam, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü seçilmişəm, "Sədaqət" ordeni və Tiflisdə gördüyüm işlərə görə Tiflis meriyasının medalı ilə təltif olunmuşam. Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunandan sonra isə cənab prezidentə müraciət etdim ki, Azərbaycanın görkəmli şəxslərinin Tiflisdəki evlərini dövlətə bağışlamaq istəyirəm. Cənab prezident də sağ olsun ki, müraciətimə müsbət cavab verdi və həmin evlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin balasına verildi. "Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü mənə 29 güllə vuruldu" -Ola bilərmi ki, mərhum oğlunuz Ruslan Aslanovun qətlinin sifarişçiləri məhz Gürcüstan OMON-çuları olsun? -Yox, bu ola bilməz. Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır. Onlar indi də yaşayırlar və məndən heyf çıxmaq üçün bunu ediblər. Oğlumun qatilləri mənim həyatıma da 3 dəfə sui-qəsd ediblər. Rəhmətlik Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü, ayın 29-da həmin saatda və həmin dəqiqədə mənə 29 güllə vuruldu, sürücüm və mühafizəçim ağır yaralandı, sürücüm isə bir ildən sonra rəhmətə getdi. O vaxtı mən müdafiə naziri olmuş Məmmədrəfi Məmmədova rəsmi formada müraciət etmişdim ki, mənə mühafizəçi versin. O da mənə 4 nəfər mühafizəçi vermişdi. Bilirsiniz ki, o vaxt Gəncə hadisələrinin qarşısının alınmasında Şəmkir böyük rol oynayırdı. O dövrdə Heydər Əliyevin mənə verdiyi ən ağır, çətin və məsuliyyəti tapşırıqların öhdəsindən gəldim. Həmin oktyabr gecəsi heç kəs Gəncədən OMON-u çıxara bilməzdi, ancaq mən ətrafımda olan dostlarımın sayəsində Gəncədən OMON-u çıxartdım, hökumət binaları azad olundu. O vaxtı mənə bu işdə ətrafımda olan nüfuzlu adamlar kömək etdi. O vaxtı Gəncədə Banditizm İdarəsi yeni yaradılmışdı və Mədət Quliyev də Banditim İdarəsinin rəisi idi. Baş verənləri o da təsdiq edə bilər. O dövrdə OMON-un komandiri isə Tahir adlı şəxs idi, o əslən Şəmkirdən idi. Mən çalışırdım ki, onları ələ alım və sabah hər hansı hadisə baş versə, bu adamlar bizə qarşı olmasın, bizim yanımızda olsun. Doğrudan da həmin vaxtı onlar bizim yanımızda oldu. Sonradan isə Tahiri şərlədilər. Mən bütün bu işləri ulu öndər Heydər Əliyevin tapşırığı ilə icra edirdim. Ovaxtkı hadisələrlə bağlı AzTV-də bir kadr yayımlanır, orada ulu öndər Heydər Əliyev deyir ki, mən Gəncə OMON-unun komandiri ilə danışdım. O kadrlarda səsləndirmə düzgün deyilməyib. Əslində həmin gecə ulu öndər Heydər Əliyev Tahirlə Şəmkirdə mənim yanımda telefonla danışıb. Hətta, həmin telefon danışığı zamanı ulu öndər Heydər Əliyev onlara dedi ki, Aslan Aslanov nə deyirsə, onu da edin. "Mənim haqqımda cənab prezidentə kim yalandan məlumat veribsə, o adam şərəfsizdir" -Sizin vəzifədən çıxarılmağınız mətbuatda birmənalı qarşılanmadı. Haqqınızda yazılanlara münasibətiniz necədir? -Mən 1992-ci ildən bəri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Şəmkir zonasında YAP-ın yaradılmasında rəhmətlik atamın rolu böyük olub. Bizim rayondakı evimiz YAP-ın Şəmkir qərargahı olub. Mən ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tapşırıqlarını necə lazımdırsa yerinə yetirmişəm. Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda da şəxsən cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da gördüyünüz kimi istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq digər nazirlərlə danışıqları aparıb kurasiyama aid olan bitkiçilik və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün çalışmışam. O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub. Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan məsələdir. Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır. Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə inanmaz. "Mənim bir əqidəm var, o da YAP-dır" -Ümumiyyətlə, nazir müavini vəzifəsindən çıxarılandan sonra prezidentlə hər hansı görüşünüz olub? -Görüşümüz olmasa da, ancaq mən YAP-ın tədbirlərində fəal iştirak edirəm, mütəmadi olaraq dövlətçiliklə bağlı məqalələrim olur və s. Mənim haqqımda yalandan danışanlara demək istəyirəm ki, məni bütün Azərbaycan tanıyır. Mənim bir əqidəm var, o da YAP-dır. Mən bir insana xidmət etmişəm - Heydər Əliyevə. İndi də onun oğlu cənab İlham Əliyevə xidmət edirəm. |
2014-03-31 | 13,070 | Xanım rejissordan Şeyxə təhqiramiz sözlər – Dava | "Hər kəs tamaşanı öz əxlaqının arşını ilə ölçür. Kim nə görmək istəyir, onu da görür". Bu sözləri "Axar.az"a Alim Qasımov və Əbdül Mahmudbəyovun yataq səhnələrinə görə sonadək izləmədən yarıda tərk etdikləri qalmaqallı "Qatil" tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə dedi. Rejissor qeyd etdi ki, "Qatil" tamaşasında intim səhnələr yoxdur. Tamaşada ancaq məhəbbət, sevgi var: "Filmlərdə minlərlə səhnə olur. Onlaradamı bu adı verirlər? Hər şeyin öz adı var. İki cinsin nümayəndəsinin bir-biri ilə yaxınlığına o adı vermək olmaz. Tamaşada sevgi var, Alim Qasımov və Şeyx Əbdülün dedikləri yox". M.Ələkbərzadə hesab edir ki, tamaşanın birinci hissəsinə baxıb, ikinci hissəsinə baxmayan insanların ona qiymət verməyə, fikir söyləməyə haqqı yoxdur: "Bu tamaşa ilə bağlı əxlaqi dəyərlərdən danışan insanların özlərinin əxlaqı yoxdur. Bir-birini sevən iki insan arasında qeyri-əxlaqi heç nə ola bilməz". Tamaşanın rejissoru deyir ki, o, səhnəyə yetərincə tərbiyəvi və maarifçi tamaşa qoyub: "Tamaşanı sona qədər izləməyə kiminsə səbri, gücü, ağlı, savadı çatmırsa, onun heç tamaşa haqqında fikirləri də maraqlı deyil mənə. O insanın tamaşa haqqında söz deməyə mənəvi haqqı çatmır". Xatırladaq ki, Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Qatil" tamaşasındakı yataq səhnələri tamaşanı izləməyə dəvət alan Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Qeyd edək ki, əsərin ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir. |
2014-03-31 | 13,071 | Putin “qanuni oğru” elan edildi - Foto | Rusiyanın "Konflikti i zakonı" ("Münaqişələr və qanunlar") agentliyi Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqda müəyyən vəzifələrdə işədiyi vaxtlardakı fəaliyyətini araşdırıb. "Axar.az" xəbər verir ki, agentlik bunun üçün hələ illər öncə Natalya Şulyakovskaya adlı müxbir tərəfindən hazırlanan "KQB polkovniki Piteri dünyaya talan etdirir" adlı məqaləsini dərc edib. Agentliyin qənaətinə görə, 20 il bundan öncə Putin haqqında sanki "qanuni oğru" təsiri bağışlayan məqalələr dərc olunurdu. Məsələn, Şulyakovskaya yazısında bildirib ki, Leninqrad vilayəti Xarici əlaqələr departamentinin rəhbəri Vladimir Putin xammalın ölkə xaricinə çıxarılması üçün qeyri-qanuni lisenziyalar verir. Bu sənədlər hətta müqavilələr bağlanmamışdan öncə hazırlanırdı. Şulyakovskaya sözügedən məqaləsinin sonunda Leninqradı 122 milyon dollardan məhrum etdiyinə görə KQB polkovniki Vladimir Putinin xalq qarşısında mütləq cavab verəcəyi barədə fikirlərini əks etirib. Xatırladaq ki, "Konflikti i zakonı"nın belə arxiv səndlərini təkrar gündəmə gətirməkdə məqsədi Rusiyada rəhbər şəxslərin əksəriyyətinin keçmişinin kriminalla bağlı olduğunu göstərməkdir. |
2014-03-31 | 13,072 | Amerika öz komandanını təcili Avropaya qaytardı | Amerika Birləşmiş Ştatlarının NATO-dakı Avropa təmsilçisi general Filip Bridlav təcili şəkildə Amerikdan Brüsselə qaytarılıb. "Axar.az"ın məlumatına görə, bu barədə Amerikanın Müdafiə naziri Çak Xeygel xüsusi göstəriş verib. Pentaqon rəsmisinin belə addım atmasına səbəb Ukrayna-Rusiya sərhədində gərginliyin pik həddə çatmasıdır. Xatırladaq ki, Avropa üzrə komandan general Bridlav bu həfə Konqresdə xüsusi məruzə ilə çıxış etməliydi. Bunun əvəzində isə Alyansdakı həmkarları ilə məsləhətləşmək üçün o, Vaşinqtonu tərk etmək məcburiyyətində qalıb. |
2014-03-31 | 13,073 | Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı | Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsindən çıxarılıb. Məlumata görə, HDQ-nın komandanı vəzifəsini icra edən, qurumun qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov ordudan tərxis olunub. Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əsasən bir neçə gün əvvəl Y. Məmmədov təqaüdə göndərilib. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin edilib. Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edəcək. Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb. Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur ("AzNews.az"). |
2014-03-31 | 13,074 | Novruz Məmmədovdan seçki tviti - Foto | Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinə münasibət bildirib. N.Məmmədov Tvitter səhifəsində həm ingilis, həm də Azərbaycan dilində Türkiyədə keçirilən seçkiləri möhtəşəm adlandırıb. "Ötən gecəni Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi", - deyə N. Məmmədov qeyd edib. |
2014-03-31 | 13,075 | Anar Məmmədovun Abbas Bağırovla 140 minlik davası | Azərbaycanın Əməkdar artisti Abbas Bağırov "Bank of Azerbaijan" tərəfindən məhkəməyə verilib. Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, "Bank of Azerbaijan"dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir. 2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyəti yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib. Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da, A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb. Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə "Bank of Azərbaijan"ın baş ofisi açıb. Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur. Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə sirr deyil ki, "Bank of Azərbaijan" Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki, Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər, hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar Məmmədov Abbası borca görə məhkəməyə verib. Hətta bir neçə il əvvəl "Aləm gözəldi" mahnısının üstünə dava düşəndə Əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir oğlunun yanında yer aldı. Əslində mahnının Ramala məxsus olduğu hamıya aydın idi. Biz məsələnin bu tərəfinə toxunmayaraq, işin pərdə arxasında dayanan şok məqamlara aydınlıq gtirmək istəyirik. Redaksiyamıza daxil olan məlumat da o da qeyd olunur ki, əslində müğənninin banka olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır. İddia olunur ki, nazir oğlu müxtəlif adamların adına kredit rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı barədə də məlumat var. O məqamda bizə məlum olub ki, "Bank of Azərbaijan"la müxtəlif müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir. Qeyd edək ki, "Bank of Azerbaijan"ın səhmlərini böyük hissəsi "Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN (12.07%) NEM Holdinq 335.000 AZN (0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı sözügedən bankla əlaqə saxlayıb informasiya haqda bankın mövqeyini öyrənmək istəsə də, sualı eşidən kimi sorğu göndərmələrini tələb ediblər. Bu gün səhər "Bank of Azərbaijan"a rəsmi sorğu göndərilsə də, hələ ki, sorğuya cavab verən olmayıb. Abbas Bağırov isə bu barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa prosesin yaşandığını etiraf etsə də, "Bank of Azərbaijan"a borclu olmadığını iddia edib: ""Bank of Azərbaijan"dan mənə zəng etmişdilər, dolaşıq düşən məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu banka borcum yoxdur" Eyni zamanda Abbas Bağırov redaksiyadan bu məlumatların işıqlandrılmamasını xahiş edib. |
2014-03-31 | 13,076 | Səslər yenidən sayılacaq | Türkiyənin İstanbul, İzmir, Qars, Bartın, Bitlis, Osmaniyyə, Kastamonu, Balıqəsir və Afyonqarahisar kimi böyük şəhərlərinin bəzi rayonlarında edilən şikayətlərə görə səslər yenidən sayılacaq. "Axar.az" xəbər verir ki, bəzi seçki məntəqələrində namizədlər səslərinin yanlış sayıldığını iddia ediblər. Bundan sonra da səslərin ikinci dəfə sayılması qərarına gəlinib. Səslərin ikinci dəfə sayılacağı qəsəbələr bunlardır: Bartının Qurucaşilə qəsəbəsi, Bitlisin Əhləd və Güroymaq qəsəbələri, İzmirin Səlcuq və Məndərəs qəsəbələri, Osmaniyyənin Torpaqqala qəsəbəsi, İstanbulun Qartal qəsəbəsi, Kastamonunun Çatalzeytun qəsəbəsi, Balıqəsirin Manyas qəsəbəsi və Afyonqarahisar. Qeyd edək ki, səslər iki gün içərisində sayılandan sonra nəticə məlum olacaq. |
2014-03-31 | 13,077 | Səməd Behrəngi mükafatına əsər qəbulu başlandı | Hörmətli yazarlar, nəzərinizə çatdırırıq ki, bu mükafat Azərbaycan Diaspor komitəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan "litdiaspora.az" ın təsis etdiyi mükafatdır. Bütöv Azərbaycan və bötövlük ideologiyasını özündə əks etdirəcək mövzuları işıqlandırmaq şərtiylə 5 nominassiyada qaliblər müəyyən ediləcək. Ən yaxşı şeir, ən yaxşı hekayə, ən yaxşı publisistik məqalə, ən yaxşı esse və ən yaxşı araşdırma nominassiyalarında ilk iki yeri tutan iştirakçılar mükafatlandırılacaq. Əsas gərəkli olan sənədlər: Özü haqqında məlumat, şəkil, əlaqə nömrəsi. Yazılarınızı [email protected] adresinə göndərə və ya (493-48-21) nömrəsinə zəng edə bilərsiniz. Qeyd edək ki, şeirlərin sayı 3-dən artıq olmamalı, digər yazılar isə hərəsindən bir ədəd olmaqla qəbul olunacaq. Müsabiqədə müstəqil Azərbaycan Respublikasının yazarları ilə yanaşı dünyanın hər bir yerində yaşayan azərbaycanlı qələm adamları iştirak edə bilərlər. Əsərlərin qəbulu may ayının 15-nə qədər davam edəcək. |
2014-03-31 | 13,078 | “28 May” nə vaxt istifadəyə veriləcək? - Açıqlama | Bakı Metropoliteninin "28 May" stansiyasının hazırda təmirə bağlanan girişinin nə vaxt açılacağı məlum deyil. Stansiyanın girişi sərnişinləri qəbul etməyə hazır olarkən bu haqda öncədən məlumat veriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib. O, qeyd edib ki, adı çəkilən stansiyanın girişinin ictimaiyyətə nə zaman açılması ilə bağlı ümumiyyətlə heç bir məlumata malik deyil. Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə də məsələ ilə bağlı hələlik dəqiq vaxt deyə bilməyəcəyini bildirib. |
2014-03-31 | 13,079 | Avtobus piyadanı vurdu: vəziyyəti ağırdır - Foto | Süleyman Sani Axundov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində, "Cıdır düzü" restoranının yanında baş verib. Yüksək sürətlə hərəkət edən 10 XX 140 dövlət nömrə nişanlı 13 saylı marşrut avtobusu yolu keçən piyadanı vurub. Bildirilir ki, piyada ciddi xəsarət alıb, zərbədən başı partlayıb və bel nahiyəsi möhkəm əzilib. Yoldan ötənlər piyadanı səkiyə uzadıblar. Bundan sonra onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar. |
2014-03-31 | 13,080 | ABŞ-ın Rusiyaya təklif etdiyi Ukrayna şərtləri bəlli oldu | ABŞ tərəfindən Rusiyaya Ukrayna böhranının həlli ilə bağlı təklif olunmuş sənəddə yerləşdirilmiş bəndlər bəlli olub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat sənəddə Krımın geri qaytarılmaması ilə bağlı bəndin yerləşdirilməməsinə xüsusi diqqət edib. Sənəddə rus qoşunlarının 1 mart tarixindəki bazalarına qayıtması, ATƏT nümayəndələrinin Krım və Ukraynaya daxil olmasına şərait yaradılması, Kiyev və Moskva arasında birbaşa danışıqların aparılması və 25 may seçkilərinin nəticələrinin tanınması məsələləri yerləşdirilib. Qeyd edək ki, bir az öncə Rusiya ilə ABŞ-ın Xarici İşlər Nazirlikləri arasında görüş baş tutmuşdu. Görüşdə Sergey Lavrov əsas istəklərinin Ukraynanın federasiya tipli dövlətə çevrilməsi olduğunu bildirmişdi. |
2014-03-31 | 13,081 | “Oda”da intihar - Foto | "Oda" teatrında aprel ayının 5-i və 6-da yeni tamaşanın premyerası olacaq. "Axar.az" xəbər verir ki, Peter Turrininin "Axır ki, qurtardıq" əsəri əsasında hazırlanan "Suicide" (İntihar –red.) adlı tamaşanın rejissoru İmam Qassandır. Teatrın direktoru Elmin Bədəlovun öz ifasında olacaq monotamaşa barədə aktyor bu sözləri deyib: "Bu tamaşa indiyədək hazırlanan tamaşalardan tam fərqlidir. Özünüz görəcəksiz. Qeyd edim ki, tamaşaya 10 yaşından az insanların baxması məsləhət deyil". |
2014-03-31 | 13,083 | “Mançester Yunayted” adını satır | Cari mövsüm uğursuz çıxışla yadda qalan "Mançester Yunayted" gələn mövsüm böyük ehtimalla Çempionlar Liqasında olmayacaq. Bu isə "qırmızı şeytanlar"ın böyük gəlirdən məhrum olması deməkdi. "Axar.az" xəbər verir ki, bunu nəzərə alan rəhbərlik komandanın ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunun adını satmaq qərarına gəlib. Hazırda ən yaxşı təklif məşhur "Nike" şirkətindən gəlib. Onlar stadionun adı üçün 10 illik müddətə 500 milyon funt-sterlinqdən keçməyə hazırdılar. Qeyd edək ki, "Nike" həm də "Mançester Yunayted"in texniki sponsorlarından biridi. |
2014-03-31 | 13,084 | Keçmiş Baş nazir rüşvətlə ittiham olundu | İsrailin keçmiş Baş naziri Ehud Olmert rüşvət aldığı iddia edilib. "Axar.az" xəbər verir ki, İsrailin keçmiş Baş naziri Ehud Olmertin Qüds bələdiyyə başçısı olduğu zaman daşınmaz əmlakın sənədləşməsində rüşvət aldığı iddia edilib. Bu gün isə məhkəmə tərəfindən ittiham olunub. Qeyd edək ki, Olmert əvvəllər də bir neçə dəfə rüşvət aldığına görə sorğu-sual olunub. Qüdsdə bələdiyyə başçısı olduğu zaman şəhərdə lüks mənzillərin tikilməsi üçün milyonlarla dollar aldığı iddia edilib. 2008-ci ildə isə Olmert rüşvət aldığına görə Baş nazir postundan istefa verib. |
2014-03-31 | 13,085 | “Azərbaycanda da nurçuluğa qarşı əməliyyat genişlənəcək” | "Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz". Bu sözləri "Axar.az"a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir: "Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək". Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: "Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək". S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: "Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir". Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: "Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu". Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir. |
2014-03-31 | 13,086 | Quqlla bağlı 7 maraqlı fakt | Quql şirkətini tanıyanlar çox olasa da, bu şirkətlə bağlı bilmədiyimiz faktlar da mövcuddur. Bu səbəbdən, amerikalı şirkət olan Quqlla bağlı çoxlarımızın bilmədinkəri 7 maraqlı faktı diqqətinizə çatdırmaq istərdik. Məsələn, ilk maraqlı məlumat ondan ibarətdir ki, şirkətin ofislərində olan kafelərdə öz əməkdaşlar üçün daima limitsiz qidalanma rejimi mövcuddur. Şirkətdə ilk aşbaz isə 1999-cu ildə işə qəbul olub. O vaxt kompaniyada cəmi 40 nəfər işçi var idi. Quql hər ay ən azı bir şirkəti satın alaraq, öz tərkibinə qatır. Şirkətin ilk Gmail poçt ünvanı 1 aprel 2004-cü ildə yaranıb. Bütün yaradılmış şəraitə baxmayaraq əməkdaşlar arasında daima rəqabət var və hər il şirkətə iki minə yaxın yeni işçi qəbul olunur. Burada işçilər hər gün işləmirlər. Belə ki, hər bir əməkdaşın həftədə öz iş saatının planı var və o, bu plan üzrə işləmək vaxtını özü seçir. Şirkət əsas gəlirini isə daima üzə çıxan "Adwords" reklamından alır ("technimum.com"). Qeyd edək ki, Quql şirkəti əvvəllər bu reklamdan imtina etmək istəsə də, sonralar fikirini dəyişib. |
2014-03-31 | 13,087 | Ruslar Krımda 4 azərbaycanlını əsir saxlayır | "Krım həbsxanalarında 4 azərbaycanlı məhbus var". Bu barədə "Axar.az"a etibarlı mənbələrdən məlumat verilib. Mənbə mətbuatda yazıldığı kimi Krım həbsxanalarında 3000 nəfərin olduğunu təsdiqləyib: "Krım həbsxanalarında Ukraynanın müxtəlif vilayətlərindən 3000 nəfər məhbus var. Onları hazırda Rusiyaya köçürmək istəyirlər. Aralarında 4 azərbaycanlı da var. Amma onların taleyinin necə olacağı bəlli deyil. Bu dəqiqə həmin şəxslərlə bağlı iş görülür. Amma hələlik heç bir rəsmi məlumat verilmir". Qeyd edək ki, bir az öncə "Müsavat.com" Ukrayna mətbuatına istinadən Dövlət Penitensiar Xidmətinin Krımdakı 3000 məhbusu Kiyevdəki cəzaçəkmə müəssisələrinə köçürmək haqqında qərar aldığını bildirmişdi. Xəbərdə bəzi məhbusların Sibirə göndərilmə ehtimalının olduğu qeyd edilmişdi. |
2014-03-31 | 13,088 | Mourinyodan uşağa qarşı tərbiyəsiz hərəkət - Foto | İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo ilə bağlı növbəti iddia ortaya atılıb. "Axar.az" xəbər verir ki, Morinyo oyun zamanı topdaşıyan uşağı döyməklə hədələyib. Məlumata görə, "Kristal Palas"a öz vində 0-1 uduzan "Çelsi"nin baş məşqçisi futbolçuya topu gec verdiyi üçün uşağın üzərinə gələrək onu döyəcəyilə hədələyib. Məsələ ilə bağlı açıqlama verən Mourinyo uşağı təhdid etmədiyini deyib. "Ötən oyun Eden Hazard "Suonsi" ilə oyunda topdaşıyan uşağı vurduğu üçün oyundan çıxmışdı. Mən də eyni hadisənin təkrarlanmaması üçün müdaxilə etdim" deyə təcrübəli mütəxəssis özünü müdafiə edib. |
2014-03-31 | 13,089 | Maliyyə Nazirliyindən siyasi partiyalara xəbərdarlıq | Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları və siyasi partiyalara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub "(Trend)". |
2014-03-31 | 13,090 | Bakıda zavodda lift qırıldı: xəsarət alanlar var - Yenilənib | 17:27 Bakıda köhnə zavod binasında qəza baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Təcili Tibbi yardım Stansiyasından verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində liftdə olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. 19:28 Bakıda liftin qırılması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində xəsarət alanlar 1990-cı il təvəllüdlü Amin Xaliq oğlu Hüseynzadə, 1986-cı il təvəllüdlü Natiq Ağazər oğlu Baxşıyev, 1996-cı il təvəllüdlü Elmin İbrahimov travmatologiya şöbəsində yerləşdirilib. |
2014-03-31 | 13,091 | Bələdiyyə sədrliyinə namizəd öldürüldü – Son dəqiqə | Səadət Partiyasının namizədi silahlı hücum nəticəsində öldürülüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Siirt şəhərinin Tillo rayonuna Səadət Partiyasından bələdiyyə sədrliyinə namizəd olan Bəhmən Aydın silahlı hücum nəticəsində öldürülüb. Hadisədə həmçinin beş nəfər də yaralanıb. Hüquq mühafizə orqanları araşdırmaya başlayıb. Xatırladaq ki, Səadət Partiyasının namizədi Bəhmən Aydın Tillo rayonunda 50% səslə seçkini qazanan AKP namizədi Məhmət Məsud Məmduhoğlundan sonra 39% səslə ikinci olub. |
2014-03-31 | 13,092 | Məşhur rus aktyoru ermənilərdən yazdı | Məşhur rus aktyoru Sergey Bezrukov Suriyanın Kesab şəhərində yaşayan ermənilərin taleyindən narahat olub. "Axar.az" xəbər verir ki, aktyor Kesabda baş verənlərlə bağlı Tvitter hesabında yazıb. "Maydandakı faciənin üstündən 40 gün keçməmiş, dünya yenə kədərə batdı. Kesabdakı faciə... Biz erməni xalqı ilə birlikdə kədərlənirik!" deyə Bezrukov öz hesabında yazıb. |
2014-03-31 | 13,093 | Ayətullah Sistani bu şiələri münafiq elan etdi - Foto | Hz. Peyğəmbərin yoldaşını təhqir edən kəs günahkar və münafiqdir. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiə dünyasının böyük mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani şiə və sünni təriqətindən olan müsəlmanlar arasında ayrılıq salma məqsədilə peyğəmbərin xanımı Həzrəti Ayişəni təhqir edən şiələri günahkar və münafiq elan edib. Şiə təriqətində saysız müqəllidi olan Ayətullah Sistani peyğəmbərin pak zövcəsi Ayişə və digər 3 xəlifəni təhqir edənlərin şiə görünüşlü sionist, Azamiyə yaxınlığında edilən çirkin hərəkətin qəbul edilməz bir hərəkət olduğunu bildirib. Seyid Əli Sistani bundan əlavə əhli-beytin, imamların yolunda gedənlərin bu cür çirkin hərəkətlərdən uzaq olduğunu bildirib. Ayətullah Sistani İraqın Baş naziri Nuru Malikidən bu çirkin və əxlaq xaricində olan hərəkəti edənlərin dərhal cinayət məsuliyyətinə cəlb olunmasını və layiqli cəza verilməsini istəyib. |
2014-03-31 | 13,094 | Başbuğ Ərdoğana görə Türkiyə xalqına təşəkkür etdi - Foto | Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ özünü Tvitter səhifəsində seçkilərin nəticəsindən yazıb. "Axar.az" xəbər verir ki, Başbuğ yazdığı tvitində Türkiyə xalqına AKP-yə səs verdikləri üçün "təşəkkür" edib. Keçmiş Baş Qərargah rəisi üstüörtülü şəkildə Ərdoğanı oğru da adlandırıb. Qeyd edək ki, bu məlumatın saytda yerləşdirilməsindən sonra həmin səhifənin İlkər Başbuğa aid olmadığı və onun saxta olduğu bildirilib. Hətta Başbuğun rəsmi Tvitter səhifəsində belə bir tvitin olmadığı da qeyd olunub. |
2014-03-31 | 13,095 | Əvəz Zeynallı əməliyyat olunacaq | "Xural" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının səhhətində problem var. Jurnalistin həyat yoldaşı Məlahət Zeynalova belə deyib. Məlahət Zeynalova Əvəz Zeynallı ilə Novruz bayramı ərəfəsində görüşdüyünü bildirib: "Əvəzin burun-qulaq ağrıları olur. Ağrılara son qoymaq üçün cərrahiyyə əməliyyatına ehtiyac var. Həkimlə danışmışıq, ara-sıra dərmanlar yazır, yanına göndəririk. Çalışırıq ki, əməliyyata qədər vəziyyəti dərmanlarla stabil saxlayaq". Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib ("Mediaforum.az"). |
2014-03-31 | 13,096 | Qəzzada partlayış: 6 uşaq yaralandı | Qəzzanın cənubunda baş verən partlayışda 6 uşaq yaralanıb. "Axar.az" xəbər verir ki, Qəzzanın Təl Əs-Sultan məhəlləsində hələ səbəbi bilinməyən partlayış baş verib. Qəzzadakı Fələstin hökuməti Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudranın verdiyi açıqlamada partlayış zamanı biri ağır olmaqla 6 uşağın yaralandığı bildirilib. Bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub. |
2014-03-31 | 13,097 | İlham Əliyev sərəncam imzaladı | Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |
2014-03-31 | 13,098 | Azərbaycanda zibillikdən körpə cəsədi tapıldı | Mingəçevir şəhərində zibillikdən naməlum körpə meyiti tapılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün şəhərin şimalında yerləşən Bozdağın ətəyindəki zibil poliqonundan yeni doğulmuş qız uşağının cəsədi aşkarlanıb. Şahidlərin sözlərinə görə, cəsəd un kisəsinin içərisində olub. Kisəyə uşaqla yanaşı, zibil də doldurulub. Hadisənin necə və hansı şəraitdə baş verməsi, uşağın valideyninin kim olması və onun nəyə görə zibilliyə atılması hələlik məlum deyil. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır. |
2014-03-31 | 13,099 | Türkiyə Baş Qərargah rəisi Azərbaycana gəlir | Aprelin 1-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Türkiyə Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Necdət Özəlin rəsmi səfəri aprelin 4-dək davam edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.