date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-31 | 13,100 | Rusiya dünyanın acığına yeni kart sistemi yaradır | "Rusiya əhalisinin təxminən 97%-i bu iki iri şirkətin sistemindən istifadə edir". Bunu "Axar.az"a Rusiyanın alternativ milli kredit kart sisteminə keçməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi. N. Cəfərli yeni sistemin bazarda rəqabət apara bilməyəcəyini hesab edir: "Öncə onu deyim ki, bu sistem Rusiya daxilində işləmək üçün nəzərdə tutulub. Yəni Rusiyanın daxilində kart vasitəsi ilə olan ödəmələr bu sistemlə həyata keçiriləcək. Həmin sistemin geniş arenaya çıxması, beynəlxalq ödəmələrdə qəbul olunması üçün onun beynəlxalq maliyyə sisteminə inteqrasiya olunması lazımdır. Təbii ki, hazırki sanksiyalar buna imkan vermir. "Visa" və "MasterCard" kimi iri şirkətlər bazarı öz aralarında bölüblər. Hansı ki, bu şirkətlərə məxsus kartlar vasitəsi ilə dünyanın istənilən nöqtəsində məhdudiyyətsiz alış-veriş etmək olar. Amma Rusiyanın milli kart ideyasının reallaşması hələ sual altındadır. Son məlumatlara görə, Rusiya əhalisinin təxminən 97%-i bu iki iri şirkətin sistemindən istifadə edir. Əgər xaricdə olan Rusiya vətəndaşları öz kartlarında bu sistemdən istifadə edə bilməyəcəklərsə, Putinin bu addımı sanksiyaların qarşısını almaq, yaxud onun təsirini yumşaltmaq üçün atdığını söyləmək doğru deyil". Ekspert Rusiyanın milli kart sisteminin MDB dövlətlərində işləməsinin mümkünlüyü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi: "Putinin yaratmaq istədiyi bu sistem ancaq Rusiya ərazisində və gələcəkdə "Gömrük İttifaqı"na daxil olan ölkələrdə işlək ola bilər, hansı ki, həmin ittifaqa Qazaxıstan, Belarus və Ermənistan daxildir. Əgər gələcəkdə "Gömrük İttifaqı"nın ərazisi genişlənsə, bu sistem onlara da şamil edilə bilər". Xatırladaq ki, Rusiyanın Krımı işğal etməsinə görə Qərb dövlətləri Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar sırasında dünyanın məşhur "Visa" və "MasterCard" şirkətlərinin Rusiya bankları ilə işbirliyini dayandırmaq qərarı da vardı. Dünya Bankının verdiyi proqnoza görə, bu sanksiyalar Rusiyaya böyük ziyan vuracaq. Təkcə ümum daxili məhsulun dövriyyəsi 1,8% azalma müşahidə ediləcək. Rusiya isə öz növbəsində "Visa" və "MasterCard"a alternativ kredit kart sistemi yaratmağa qərar verib. Bundan öncə Yaponiya və Çin öz milli kredit kart sistemini yaratmışdı. Qısa zamanda məşhurlaşan Yaponiyanın milli alternativi hazırda dünyanın 200-dən artıq ölkəsində istifadə edilir. |
2014-03-31 | 13,101 | Ermənilər lənkəranlıları necə qırdı? - Video | 1918-ci il mart ayının 28-dən 31-dək Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb, iki mindən çox dinc sakin qətlə yetirilib. Qırğını dayandırmaq məqsədilə danışığa gedən Sutəmurdov kəndinin ağsaqqallarına tutulan divan daha dəhşətli olub. Onların hamısı vəhşicəsinə doğranılıb. Sutəmurdov kəndini və ətraf əraziləri gözlənilən qırğından qorumaq məqsədilə kəndin 14 ağsaqqalı denikinçi Şıvkonuvla danışığa göndərilib. Həmin danışığı pozmaq məqsədilə ermənilər tərəfindən naməlum şəraitdə atəş açılması sülh missiyasının qanlı sonluqla bitməsi ilə nəticələnib. Rus əsgərinin acığını yerli sakinlərdən çıxan Şıvkunov danışığa gələnləri qılıncla doğratdırmaq əmrini verir. Cəsədlər doğranılaraq iki yeşiyə yığılır və dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır. Həmin yeşikləri daşımış arabaçı Musa kişi isə bu qətliamın sirrini yalnız bir həftə sonra aça bilir. Baş verən qanlı qırğından 96 il sonra da Lənkəranlılar soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir. Faciə qurbanlarının xatirəsinə ucaldılan və bu günlərdə əsaslı şəkildə yenilənən xatirə kompleksinin minlərlə ziyarətçisi var. Bu gün xatirə kompleksinin önünə düzülən qan rəngli çiçəklər də xalqın qan yaddaşından xəbər verir (ANS). |
2014-03-31 | 13,102 | Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına münasibət | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəis müavini Elçin Kazımov ARDNŞ prezidenti Rövnəq Abdullayevin "Report.az" adlı informasiya agentliyi yaratması və həmin yerdə işləyəcək jurnalistlərə yüksək məbləğdə maaş veriləcəyi barədə mətbuatda yayılanlara münasibət bildirib. ARDNŞ rəsmisi mətbuatda yer alan sözügedən məlumatları təkzib edib. E.Kazımov deyib: "Bu layihə şirkətin layihəsi deyil. Mənim bundan xəbərim yoxdur. Hazırda şirkətdə bu barədə söhbət yoxdur. O qədər maaş heç Neft Şirkətində verilmir". Xatırladaq ki, yaxın günərdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin himayəsi ilə "Report.az" adlı informasiya agentliyinin fəaliyyətə başlaması barədə məlumatlar yayılıb. Mətbuatda ye alan məlumatlara görə, yeni agentliyin baş redaktoru Anar Əsgərov adlı şəxs olacaq. Qeydiyyatdan keçən agentlik hələ ki fəaliyyətə başlamasa da, artıq ofis problemi də həll olunub. Belə ki, rəhbərlik "Xətai" metorusunun yanındakı iş mərkəzində ofis kirayələyib, eyni zamanda bir neçə maşın alıb. Onu da bildirək ki, yeni yaradılan media qurumu hazırda ölkədə fəaliyyət göstərən aparıcı informasiya orqanlarının kadr potensialı hesabına formalaşdırılır. Artıq "APA Holdinq" və digər media qurumlarının aparıcı əməkdaşları "Report.az" adlı informasiya agentliyinə yüksək məbləğli əmək haqqı ilə işə götürülüb. Yeni yaranan agentlikdə müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir ("Publika.az"). |
2014-03-31 | 13,103 | “Tayms”: “Gülənçilərə qarşı sərt tədbir görüləcək” | "Faynənşnl Tayms" qəzeti Ərdoğanın seçkidən sonrakı nitqini analiz edib. "Axar.az" xəbər verir ki, Türkiyədə dünən həyata keçirilən bələdiyyə seçkisindən İngiltərənin "Faynənşnl Tayms" qəzeti də yazıb. Qəzet çox maraqlı başlıq qoyub: "Ərdoğan milli seçkilərdə qalibiyyətini elan etdi" Qəzetin İstanbuldakı müxbiri Daniel Dombey Türkiyənin Baş naziri R.T.Ərdoğanın zəfər qutlamasının Gülən hərəkatı üzvlərinə qarşı qısa müddətdən sonra sərt tədbirlər görəcəyi ilə bağlı təəssürat yaratdığını deyib. Dombey Ərdoğanın düşmənlərini korrupsiya istintaqı (17 dekabr. – red.) və bir neçə gizli bilgilərin sızdırılması ilə suçladığını xatırladır. Müxbirin diqqət yönəltdiyi bir məsələ də Ərdoğanın prezidentliyə namizəd ola biləcəyinin siqnalını verməsidir. "Faynənşnl Tayms"a görə, Ərdoğan gülənçilərə qarşı bu yaxınlarda tədbir görəcəyini bu sözlərlə ifadə edib: "Qaçanlar qaçdı. Bəziləri də sabah qaça bilər... Demişdim axı, hinlərinə girəcəyik. Hesab verəcək, əvəzini ödəyəcəklər". "Faynənşnl Tayms"a görə, Ərdoğan zəfər nitqində prezidentliyə namizəd ola biləcəyini bu sözlərlə ifadə edib: "Bundan sonra da bu can bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənsə, Allahın icazəsi ilə ona sədaqətlə sahib çıxmağa çalışacağıq". |
2014-03-31 | 13,104 | Putinin “KQB”dəki rəisi güllələndi – Müəmma | Rusiya prezidenti Vladimir Putinin keçmiş rəisi, "KQB" general-leytenantı Leonid Şebarşin dünən yaşadığı evində güllələnib. "Axar.az" Rusiya mediasına istinadən məlumat verir ki, Şebarşin 1989-1991-ci illərdə SSRİ–nin xarici kəşfiyyatına cavabdeh olan Birinci Baş İdarənin rəisi vəzifəsində işləyib. Bəzi rus mənbələrində bildirilib ki, 2000-ci illərin əvvəlində Qərb mediasında Putinin 1999-ci illərdə Almaniyanın xarici kəşfiyyat orqanlarına və Mərkəzi Kəşfiyyat İdarəsinə işləməsi barədə xəbərlər yayıldı. Ekspertlər bununla da Putinin əcnəbi xəfiyyəyə "verbovka" olunması iddiaları bir qədər də möhkəmlənmiş oldu. Qeyd edək ki, Putinin adının bu hadisələrdə hallanması və məsələnin dəqiqliyi Sankt Peterburq şəhərində işıq üzü görən "Naşe Oteçestvo" qəzetində geniş çap olunmuşdu. Maraqlıdır ki, sözügedən qəzetin baş redaktoru, Sovet Ordusunun ehtiyatda olan zabiti Yevgeni Şekatkinin FTX-nin uzun-uzadı sorğusundan bir müddət sonra - 2003-cü ildə qəfil "ürək tutmasından" ölüm xəbəri yayıldı. Dostları bildirmişdi ki, Şekatkinin heç vaxt ürəklə bağlı problemi olmayıb. Leonid Şebarşinin dünən güllələnmiş vəziyyətdə tapılması isə bu məqamların yenidən gündəmə gəlməsinə səbəb olub. |
2014-03-31 | 13,105 | Lənkəran və Qubada ağır cinayətlərin üstü açıldı | Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıdğı birgə məlumatda deyilir. Belə ki, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva evindən güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Samid Hüseynov tutulub. Ondan "AKM" markalı silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə etdiyi papaq və əlcək götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. S.Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirib. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib. Cinayəti törətməkdə şübhəli bilinən V.Babayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Trend) |
2014-03-31 | 13,106 | Pele və Ronaldodan heyrətamiz reklam - Video | Futbol tarixinin 2 böyük futbolçusu Pele ilə Ronaldo birlikdə reklam çarxına çəkilib. Canlı əfsanələr "Fly Emirates" aviaşirkətinin yeni reklam çarxında çəkiliblər. Ronaldo və Peleni təyyarə bortunda görmək sıravi sərnişinlərin təəccübünə səbəb olub. Yeni reklam kampaniyasında məqsəd braziliyalı futbolçunun pərəstişkarı olan nəsillə portuqaliyalı Ronaldonun pərəstişkarı olan nəsili birləşdirməkdir. (ANS) |
2014-03-31 | 13,107 | Yararsız məhsullar satışdan çıxarıldı | İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar satışdan çıxarılıb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakının Nizami, Suraxanı rayonlarında, Sumqayıt, Qəbələ, Lənkəran, Şəmkir, Qazax, Saatlı, Bərdə, Xudat şəhərlərində, Samux, Siyəzən, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur. |
2014-03-31 | 13,108 | Sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı | Qarlı hava şəraiti Göygöldə 2 yol qəzasının baş verməsinə səbəb olub. Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb. Bakı-Qazax magistralının Göygöldən keçən hissəsində sərnişin avtobusu ilə NİVA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər yaralanıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır hesab edilir. Qəzadan sonra avtobusun digər sərnişinləri saatlarla yolda gözləməli olublar. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub və gedib. İlkin versiyaya görə hadisəyə qarlı hava və sürücünün ehtiyatsızlığı səbəb olub. Göygöldəki daha bir qəzanı isə Daşkəsən sakini törədib. Əli Hüseynov avotomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomaşını qarşı tərəfdən gələn İlqar Yusibovun VAZ markalı avtomobilinə çırpıb. Bu qəzada isə VAZ 21015-də olan şərnişin Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki qəza ilə bağlı araşdırma aparılır. (ANS) |
2014-03-31 | 13,109 | Suriya sərhədi bombaladı: Türkiyə hərəkətə keçdi | Türkiyə ilə Suriya sərhəddində yerləşən Kasab qəsəbəsi bu ölkə təyyarələri tərəfindən bombalanıb. "Axar.az" xəbər verir ki, hücum nəticəsində çoxlu sayda ölən və yaralananlar var. Yaralıların Reyhanlı Dövlət Xəstəxanasına gətirilməsi üçün Türkiyə tərəfindən çoxlu sayda təcili tibbi yardım və hərbi maşınlar göndərilib. |
2014-03-31 | 13,110 | 22 yaşlı qızı yük avtomobili vurdu | Gəncədə yolu keçmək istəyən 22 yaşlı qız avtomobil tərəfindən vurulub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. 1992-ci il təvəllüdlü şəhər sakini, Qurbanova Səriyyə yolu keçmək istəyərkən, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Sakit Hüseynovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. |
2014-03-31 | 13,111 | Prezident ailəsinin yeni şəkilləri yayıldı - Fotolar | Əliyevlər ailəsinin yeni fotoları yayılıb. "Axar.az" xəbər verir ki, Prezident İlham Əliyevin qızı Arzu Əliyeva ailəsinə aid olan və ictimaiyyətdə maraqla qarşılanan yeni fotoşəkilləri bu gün öz Feysbuk profilindən yenidən paylaşıb. Fotoların arasında onun təyyarədən paraşütlə enərkən çəkilmiş unikal fotoşəkili də var. Həmin fotoları təqdim edirik: |
2014-03-31 | 13,112 | Türkiyədə məscid Suriyadan raketlə vuruldu - Foto | "Türkiyənin Hatay vilayətinə aid olan Yayladağı yaşayış məntəqəsində Suriya tərəfindən 2 raket atılıb və raketlərin biri kəndin məscidinə dəyib". "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayın Yayladağı kəndinə Suriya tərəfindən 2 top gülləsi düşdükdən sonra kənd mərkəzindəki məscidin yanxınlığında olan 50 yaşındakı Muna Hacısüleyman ağır yaralanıb. Türkiyə ərazisinə Suriya tərəfindən bu gün günorta saatlarında atılan 3 top gülləsi ilə 1 raket Yayladağı yaşayış məntəqəsini dağıdıb. Atılan toplardan çıxan mərmilərin ətrafa səpələnməsi nəticəsində suriyalı bir qadın da ağır yaralanıb . Məscidin divarları çökərək ətrafı toz-dumana qərq edib. Qanlar içində qalan 50 yaşlı Muna Hacısüleyman isə təcili yardımla Antakya Dövlət Xəstəxanasına aparılıb. |
2014-03-31 | 13,113 | İlham Əliyev Ərdoğana zəng etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə Baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (AzərTac) |
2014-03-31 | 13,114 | İspan yazıçı Arda Turan haqda kitab yazdı - Foto | Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan haqda yazılan kitab bu gün satışa çıxarılıb. İspaniyalı yazar Xuan Rodriqes Qarridonun müəllifi olduğu kitabın adı "Arda Turan, Bayrampaşanın dahisi"dir. Kitabda türk yarımmüdafiəçinin futbol macəraları, başına gələn maraqlı hadisələr yer alıb. Ardanın böyüyüb boya-başa çatdığı Bayrampaşanın onun xarakterinə təsir etdiyi vurğulanıb. ("Korner.az") |
2014-03-31 | 13,115 | Tatar şairi: “Krım yenidən Ukraynanın olacaq” | "Krım Rusiyanın tərkibinə qatıldıqdan sonra minlərlə Krım türkü yarımadanı tərk edib". Bu sözləri "Axar.az"la əlaqə saxlayan Ukrayna Yazıçılar İttifaqının Krım şöbəsinin üzvü, tatar şair Seyran Süleymanov deyib. Ukraynanın yeni hakimiyyəti bizi yalnız buraxdı Seyran Süleymanov tatarların Krımı tərk etməsinin tərəfdarı olmadığını bildirib: "Kırımı Rusiyaya qeyri-qanuni olaraq bağladılar. Kırım türkləri buna görə keçirilən referendumu boykot etdi. Əfsuslar olsun ki, Ukraynanın yeni hakimiyyəti bizi yalnız buraxdı, bizə dəstək olmadı. Yerli rusların, silahlı əsgərləin təzyiqi ilə Krım parlamenti qərarı təsdiq etdi. Parlamenti də Rusiya təyin elədi. Artıq burada bütün qanunlar Rusiyanın qanunlarıdır. Pasportlar, pul vahidi, bayraq, dövlət dili... Bu vəziyyətdə minlərlə Krım türkü "gələcəyimiz heyif oldu", - deyə Kırımı tərk etdi. Fikrimcə isə, xalqımız Krımı tərk etməməli, barışıq əldə edib hüquqlarını təmin etməlidirlər". Seyran bəy Rusiyanın Krım türklərinə verdiyi bağlı bunlarlı deyib: "İndi Rusiya tərəfindən Krım türklərinə çoxlu vədlər verilir. Onlar bizim siyasətçiləri əməkdaşlığa dəvət edirlər. Amma tarixdən məlumdur ki, Rusiya həmişə vəd verib. Amma sonradan sözünü tutmayıb. Bu dəfə necə olacağını zaman göstərər". Şair Krım yazarlarının bu qeyri-qanuni bağlantıya reaksiyasıyla bağlı dadanışıb: "Biz Krım yazarları olaraq bu işğalla bağlı heç bir bəyanat vermədik. Son 23 il ərzində onsuz da Krım tatarlarının hüquqları Ukrayna hakimiyyəti tərəfindən də tanınmamışdı. Yanukoviç ölkəni tərk etdikdən sonra düşünmüşdük ki, yeni hakimiyyət bunu edər. Onlara olan ümidimiz də doğrulmadı. Amma artıq Rusiyanın tərkibində olan məmləkətimizin və xalqımızın hüquqlarını Rusiya hakimiyyətindən tələb edəcəyik". Rusiyanın onların hüququnu tanıyıb-tanımayacağı sualına Seyran bəy belə cavab verib: "Buna inam çox azdır. Bizdən soruşmadan, bizim fikrimizi bilmədən Krımı Rusiyanın tərkibinə qatdılar. Məcburuq ki, Rusiya ilə dialoqa girək. Əks halda bizə burda yaşamağa fürsət belə verməzlər. Ümüd edirik ki, Ukrayna və bütün dünyanın yardımı ilə Krım yenidən Ukraynanın tərkibində olacaq". |
2014-03-31 | 13,116 | Putin Ərdoğanı təbrik etdi | "Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib". "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezident Aparatının rəsmi internet səhifəsində məlumat yayılıb. Rusiya Prezident Administrasiyasının rəsmi saytı yazır: "Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə telefonla əlaqə saxlayıb. Vladimir Putinin istəyi ilə baş tutan telefon danışığı zamanı, Putin 30 mart tarixində keçirilən seçkilərdə qalib olması münasibəti ilə Rəcəb Tayyib Ərdoğanı təbrik etdi". Prezident saytı onu da yazıb ki, Rusiya prezidenti və Türkiyə Baş naziri qarşılıqlı əlaqələri inkişaf etdirmək istədiklərini dilə gətiriblər". |
2014-03-31 | 13,117 | Ukrayna Rusiyaya nota verdi | Ukrayna Rusiyaya nota verib. Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. Notada bildirilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan Krıma səfər etməsi beynəlxalq hüquqa və diplomatik qaydaların kobud pozulmasıdır. Qeyd edək ki, Medvedev Krıma bu gün səfər edib. Xatırladaq ki, Ukraynada millətçi dairələr Yanukoviç hakimiyyətini devirəndən sonra Rusiya Krıma hərbi təcavüz edib. Martın 16-da keçirilən referendumdan sonra Krım Rusiyaya birləşdirilib. (ANS) |
2014-03-31 | 13,118 | Gəncədə QHT rəhbəri saxlanıldı | Gəncədə QHT rəhbəri saxlanılıb. "Kamil Vətəndaş" İctimai Birliyinin sədri Həsən Hüseynli evindən mülki geyimli şəxslər tərəfindən aparılıb. Oğlu Azər Hüseynli açıqlamasında atasının bu gün saat 18 radələrində evdən aparıldığını bildirib. Onun sözlərinə görə, evlərinə gələnlər polis formasında olmayıblar. Həsən Hüseynlinin hazırda Gəncə şəhər Nizami rayonunun Polis Şöbəsində olduğunu bildirən Azər Hüseynli atasının hansı səbəbdən saxlanılmasından məlumatı olmadığını bildirdi. Qeyd edək ki, Həsən Hüseynlinin rəhbərlik etdiyi QHT 2009-cü ilə qədər Açıq Cəmiyyət İnstitutunun Gəncə Filialı kimi fəaliyyət göstərib. Gəncə şəhər Polis İdarəsindən Həsən Hüseynlinin saxlanılması ilə bağlı məlumatları olmadığını bildirdilər. (ANS) |
2014-03-31 | 13,119 | Türkiyədə gərginlik: CHP etiraza qalxdı | Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı CHP seçki komissiyasına etiraz edib. "Axar.az" xəbər verir ki, CHP Ankarada qalib gəldiyini iddia edir. Dünən açıqlanan ilkin nəticələrə görə AKP-nin Ankara bələdiyyə sədrliyinə namizədi Məlih Gökçək CHP-nin namizədi Mansur Yavaşa 26 min fərq atmışdı. Bu nəticədən sonra isə AKP qələbəsini qeyd etmişdi. CHP namizədi isə seçkilərdə saxtakarlıq edildiyini və səslərin yenidən sayılması üçün seçki komissiyasına müraciət edib. |
2014-03-31 | 13,120 | 1993-də Azərbaycanda soyqırım baş verib – Axar TV | Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart hadisələrindən 94 il ötür. 1918-ci il 30 mart -3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib. Həmin günlərdə təkcə Bakıda 12 mindən çox azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Maraqlıdır, 94 il keçməsinə baxmayaraq, paytaxt sakinləri bu günün tarixini bilirlərmi? Axar TV mövzu ilə bağlı süjeti təqdim edir: |
2014-03-31 | 13,121 | Zakir Həsənovun oğlunun vəzifəsi artırıldı | Müdafiə naziri Zakir Həsənovun oğlu Nazim Həsənov Baş Mühafizə İdarəsinin Nərimanov rayon İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. "Axar.az" xəbər verir ki, N.Həsənov bu gün şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, mayor Nazim Həsənov buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsində çalışıb. |
2014-03-31 | 13,122 | Qənirə Paşayeva Tovuzdan xəbər verir | "Ermənistan silahlı qüvvələri mülki vətəndaşlarımızın hüquqlarını pozurlar. Onlar sərhəd bölgəsində olan kəndlərimizi, kəndlərdəki insanları, həyətləri, evləri daim atəşə tuturlar". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Qənirə Paşayeva Tovuzun sərhəd bölgəsində yerləşən kəndlərinə səfəri ilə bağlı danışarkən dedi. O, bildirdi ki, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu kimi davranışlarına susmaqla obyektiv olmadıqlarını göstərir: "ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar Ermənistan tərəfinin insanlıqdan uzaq əməllərini görməzdən gəlir və onların mülkü insanların yaşamaq hüquqlarını pozmasına, kəndləri gülləboran etməsinə, insanlarımızı güllələməsinə göz yumur. Bu, ədaətsizlikdir". Qeyd edək ki, millət vəkili ilə geniş müsahibəni sabah "Axar.az"dan oxuya bilərsiniz. |
2014-03-31 | 13,123 | Ərdoğanın qələbə sirri | Türkiyədə bələdiyyə seçkiləri bitdi. Əslində, gözlənildiyi kimi, AKP bütün problemlərə rəğmən bu seçkini qazandı. Gəzi parkı hadisələrinə və son dövr nurçularla yaşadıqları sıxıntılara, eyni zamanda rüşvətlə bağlı yayılan səs yazıları, nazir övladlarının həbs olunmasına rəğmən Ərdoğanın başçılıq etdiyi partiyanın qazanması onu göstərir ki, Türkiyədə toplum olub-bitənlərə baxmayaraq, başqa birinə səs verməyə risk etmir. Niyə? Çünki Ərdoğan indiki halda Türkiyədə alternativsiz liderdir. Onu əvəzləyəcək və AKP komandasının görə biləcəyi işləri edə biləcək başqa bir güc mərkəzinin formalaşa bilməməsi, həm CHP, həm də MHP-nin cəmiyyətdə nüfuzunu itirməsi Ərdoğana və komandasına qalibiyyət qazandıran başlıca şərtlərdən biridir. Türkiyədə PKK problemi var... AKP-nin hakimiyyəti dönəmində bir vaxtlar ancaq dağlarda terror edən PPK bu gün İstanbulun küçələrində mitinqlər edir. BDP Türkiyənin Böyük Millət məclisində deputatları ilə təmsil olunur. Türkiyədə türkçülük ideologiyası ciddi şəkildə sıxışdırılır və iqtidar tərəfindən elə daxili siyasət yeridilir ki, bu gün bir türk "türkəm" deməkdən sanki çəkinir hala gəlib. Kürdəm deməksə, sanki bir qürur işi olub. Türkiyədə sosial şəbəkələr bağlanır... Gəzi parkında hakimiyyətin tətbiq etdiyi zor nəticəsində insanlar ölür... AKP iqtidarında nazir kimi təmsil olunan insanların övladları rüşvət üstündə tutulur. Hətta Ərdoğanın oğlu ilə səsi yayımlanır... Fətullah Gülənlə ciddi problemlər yaşanır... Amma bunun yanında... Türkiyədə iqtisadi inflyasiyanın bütün dünya dövlətlərini silkələdiyi halda bu ölkədə inkişaf qeyd olunur. Xarici siyasətdə dünənə qədər əl uşağı rolunda olan Türkiyə indi söz sahibdir. Tez-tez hakimiyyət böhranı yaşayan ölkədə siyasi sabitlik hökm sürür. Bölgədə hər hansı problem Türkiyənin rəyi nəzərə alınmadan həll olunmur. Ən nəhayət, Türkiyədə sosial problemlərin həlli üçün böyük layihələr həyata keçirilir. Dünənə qədər xəyal hesab olunan bir çox şey bu gün vətəndaş üçün artıq əl çatan bir hala gəlib. Yəni AKP işləyir və ölkənin inkişaf etməsində, xarici siyasətdə böyük uğurları var. Belə olan halda özünün dolanışığına və gələcəyinə ümid etməsinə baxan vətəndaş AKP-ni seçməyə üstünlük verir. AKP dönəmində daxilidə yaranan problemlərə baxmayaraq, bu gün Türkiyə daha güclüdür. Ən başlıcasısa eynən bu xarici siyasəti yürüdüb daxildə də müəyyən ideoloji məsələləri daha yaxşı formada idarə edib nizama salacaq bir lider də yoxdur. Yəni Ərdoğan Türkiyədə alternativsizliyin nəticəsi olaraq qalib oldu. Əgər daha güclü biri olsaydı, biz bu gün AKP-nin bayram mitinqlərində yaşadığı sevincin şahidi olmayacaqdıq. |
2014-03-31 | 13,124 | Sabiq prezident: "Bu necə ədalətdir axı?!." | Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf vətənə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxıb. "Axar.az" xəbər verir ki, ilk dəfə olaraq sabiq prezidentin qarşısında onun vətənə xəyanət etdiyi barədə ittihamlar səsləndirilib. Özünü müdafiə edən Müşərrəf bu cinayətləri rədd edib: "Ölkəmə hər sahədə xidmət etdim, indi isə xəyanətdə ittiham edilirəm. Bu necə ədalətdir axı?!" Müşərrəfin yeni vəkili Dr. Faruk Nəsim müvəkkilinin Dubayda xəstə olan anasının vəziyyətinin ağırlaşdığını deyərək, sabiq prezidentin ölkə xaricinə çıxması barədə qoyulan qadağanın aradan qaldırılmasını məhkəmədən tələb edib. Qeyd edək ki, bundan əvvəlki məhkəmə proseslərində iştirak etməyən Pərviz Müşərrəf bu prosesdə də iştirak etməsəydi məhkəmə tərəfindən barəsində həbs qərarı çıxarılacaqdı. |
2014-03-31 | 13,125 | O uşaqları göstərdilər - Foto/Video | Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "O uşaqlar..." layihəsi çərçivəsində konfrans keçirilib. Layihə çərçivəsində hazırlanan video-çarx ictimaiyyətə təqdim olunub. Bu barədə "Axar.az"ın təqdimat mərasimində olan əməkdaşı məlumat verib. Tədbirdə "O uşaqlar..." filminin iştirakçısı xanəndə Bahar Lətifqızı, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə, "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədri Zərifə Quliyeva və "Mənim Təhsilim, Məim Gələcəyim!" kampaniyasının rəhbəri Rövşən Nəcəfov iştirak ediblər. Video-çarxın nümayişindən sonra gənclərlə interaktiv müzakirələr edilib. Layihənin rəhbəri Pənah Əlisoydur. Gənclər arasında sosial məsuliyyətin artırılması və ictimai müzakirələrin təşkil olunması layihənin əsas ideyasıdır. Layihə "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyası çərçivəsində icra olunur. "O uşaqlar..." adlı video-çarx: |
2014-04-01 | 13,126 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Martın 03-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir. |
2014-04-01 | 13,127 | Parisdə qoyun sürüsü muzeyə girdi - Video | Hökumətə etiraz edən fermerlərin hərəkəti ətrafdakıların marağına səbəb olub. "Axar.az" xəbər verir ki, Parisin məşhur Luvr Muzeyinə qoyun sürüsü girib. Sürüdəki qoyunlara qoşulan çoban iti də dəhlizdə gəzişib. Muzeyə girən qoyunlar ətrafda böyük marağa səbəb olub. Az sonra qoyun sürüsü muzeydən çıxarılıb. Həmin videonu təqdim edirik. |
2014-04-01 | 13,128 | Azərbaycan oliqarxları İngiltərədə bahalı villalar alır | Azərbaycan oliqarxları Böyük Britaniyada özlərinə bahalı daşınmaz əmlaklar alırlar. "Axar.az" xəbər verir ki, bu informasiyanı İngiltərənin məşhur "Teleqraf" ("The Telegraph") qəzeti yayıb. Xəbərdə bildirilir ki, Londonda özlərinə villa alan oliqarxlar Rusiya, Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan və Azərbaycandandır. Londona bu tip axının son iki ildə daha çox artdığı, alınan villaların hər birinin lüks olduğu vurğulanır. Qəzet bu vaxta qədər rus oliqarxlarının rəhbərlik etdiyi siyahıda liderliyə hazırda ukraynalıların yüksəldiyini də bildirib. |
2014-04-01 | 13,129 | Küçənin ortasında ölümcül halda döyüldü - Video | Yoldan keçərkən gözünə pis dəyən ağdərili adamlara hücum edən zəncinin axırı pis olub. "Axar.az" xəbər verir ki, bir zənci küçənin ortasında iki ağdərili adama sataşaraq mübahisə yaradıb. Mübahisəni yaradan zənci gözünə pis dəyən ağ adama hücum edib. Əvəzində amansız şəkildə döyülüb. Özünə gələ bilməyən zəncinin sonu çox pis olub, hətta ayağa qalxa bilməyib. Həmin videonu təqdim edirik. |
2014-04-01 | 13,130 | CHP-də kütləvi istefalar başladı | Türkiyədə bələdiyyəyə keçirilən seçkilərin nəticələrindən narazı qalan CHP-də kütləvi istefalar baş verib. "Axar.az" xəbər verir ki, CHP-nin Kütahya təşkilatının rəhbərliyi uğursuz nəticələrə görə partiyadan istefa veriblər. CHP bölgə rəhbəri xalqın seçimi ilə edilən seçkilərdən sonra vəzifədə qalmalarının doğru olmadığını bildirib: "Seçkilərdə bölgə təşkilatları olaraq CHP uğursuz nəticə əldə etdi. Düşünürəm ki, digərlərinin də buna bənzər addım atmaları lazımdır. Biz təşkilatın 15 nəfərlik heyəti istefa verdik". |
2014-04-01 | 13,131 | Ali məktəblərə sənəd qəbulu başladı | Bu gündən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbulu başlayır. "Axar.az" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər 2014-cü il aprelin 1-dən 30 dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə edə bilərlər. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər: • Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər; • Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər; • Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər; • 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər. Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. SQK-ların yerləşdiyi yerlər haqqında məlumat 2 saylı "Abituriyent" jurnalında təqdim olunub. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər: -tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi: a)əvvəlki illərin məzunları sənədin əslini; b)ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı. -Şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini; b)əcnəbilər şəxsi pasportunu və ya icazə vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsini və ya icazə vəsiqəsini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqəsini. -Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini. Ali və orta ixtisas təhsili olan abituriyentlər göstərilən sənədlərlə yanaşı SQK-ya aşağıdakı sənədləri də təqdim etməlidirlər: -təhsil aldıqları müəssisə tərəfindən verilən və ali və ya orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı; -attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən formada attestat qiymətləri göstərilən arayışı. Nəzərinizə çatdırırıq ki, ərizə qəbulu ilə bağlı daha ətraflı məlumatlar 2 saylı "Abituriyent" jurnalında təqdim olunub. Jurnalı satışdan əldə edə və ya abituriyent.az saytından sifariş edə bilərsiniz. |
2014-04-01 | 13,132 | Oğuzda yaşayış evi yandı | Oğuz rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Calut kəndində (rayon mərkəzindən 7 km aralı) hal-hazırda faəliyyət göstərmiyən ümumi sahəsi 305 kv.m olan birmərtəbəli inzibati binanın 3 otağınınn tavanı 110 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 124 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-01 | 13,133 | Məşhur aktyor müsəlman vəkillə evlənir - Foto | Hollivudun məşhur aktyoru 52 yaşlı Corc Kluni Britaniyada yaşayan 36 yaşlı Əmal Əlamuddinlə ailə qurmağa qərar verib. "Axar.az" xəbər verir ki, Corcla Əmal ötən ilin sentyabrında tanış olublar. Onlar indiyədək bütün iddialara "biz sadəcə dostuq" deməklə kifayətlənib. Lakin son vaxtlarda Corc Kluni britaniyalı vəkili sevdiyini etiraf edib. Kluni "Həyatımın sonunadək bu qadının yanında olmaq istərdim. Əmalı sevirəm, o da məni sevir. Əmal ağıllı, savadlı, dünyagörmüş qadındır", - deyib. Xatirladaq ki, bu vaxta qədər bir dəfə ailə qurmuş Corc Kluni 1992-ci ildə boşanandan sonra bir daha ailə qurmayacağına söz vermişdi. Onun sevgililəri arasında Culiya Roberts, Rene Zelveger, Kelli Preston, Sindi Krouford da var. |
2014-04-01 | 13,134 | Heç vaxt görmədiyiniz avtomobillər - Fotolar | Bu avtomobilləri yollarda görmə şansımız yoxdur. Üzərində illərlə işlənən, əmək sərf olunan avtomobillər konsept hala gətirildikdən sonra demək olar ki, onlara heç yerdə rastlamaq olmur. Şəhər yollarında görmə şansımızın olmadığı avtomobilləri "Axar.az" oxucularına təqdim edirik. |
2014-04-01 | 13,135 | Həyat yoldaşı Muğannanın qəfil ölümündən danışdı - Yeniləndi | 01:47 Azərbaycan Muğannasını itirdi. Azərbaycanın Xalq yazıçısı, qeyri-adi istedadı və ədəbi dili ilə yeni ədəbi nəslin yetişməsində böyük rol oynayan və məşhur "Altımışıncılar"ın özlərinə ustad saydıqları üzvü İsa Muğanna (Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib. Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə qədər qələmini yerə qoymayan "İdeal" yazarımız Ağstafada orta məktəbi bitirəndən sonra BDU-nun Filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru , "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı. İsa Muğannanın "Yanar ürək", "Məhşər", "İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi. İsa Hüseynovun ssenariləri əsasında "Tütək səsi", "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. Xalq yazışısı, "İstiqlal" ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb. Bu, onun son mükafatı idi. Ən böyük mükafatı isə oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən korifey yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı. İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı. 2:35 İsa Muğannanın sevimli həyat yoldaşı Füruzə Hüseynova bu qəfil itki ilə bağlı "Aktual.az"a danışıb. Firuzə xanım bildirib ki, axşam saat 6 radələrində İsanın halı birdən-birə pisləşib: "Ona qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi..." Allah rəhmət etsin! |
2014-04-01 | 13,136 | Türkiyədə kürdlər ayağa qalxdı - Etiraz dalğası artır | Türkiyədə bələdiyyə seçkilərindən sonra yaşanan gərginlik davam edir. "Axar.az" xəbər verir ki, bu dəfə kürdlərin partiyası kimi tanınan BDP tərəfdarları Şanlıurfada bələdiyyə sədrliyini AKP-nin qazanmasına etiraz ediblər. Belə ki, BDP namizədi İsamyıl Aslanın seçkiləri 755 səs fərqlə AKP namizədi Menderes Atillaya uduzmasından sonra kürdlər etiraza qalxıb. BDP tərəfdarları hökumət binası qarşısına toplaşaraq etiraz etməyə başlayıblar. Nəticədə polis aksiyaçılara müdaxilə edib. Polislə qarşıdurma yaşanıb. Etirazçılar polisin müqaviməti ilə üzləşib və ara küçələrə axışıblar. |
2014-04-01 | 13,137 | Bərdədə hamam yandı | Bərdə rayonunda (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan hamamın taxta üzlüyü 6 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-01 | 13,138 | Hərbi helikopter vuruldu - Video | Suriyada qarşıdurmalar davam edir. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, müxaliflər İdlib şəhərində vurduqları hökumət qüvvələrinə aid helikopterin video-görüntülərini yayımlayıb. İdlib şəhərində yerləşən Əbu Əl-Duhur Aerodromundan qalxan hərbi helikopterin müxaliflər tərəfindən hücuma məruz qaldığı və vurulduğu açıqlanıb. Vurulan hərbi helikopterin içində dördü zabit olmaqla 34 rejim əsgərinin olduğu və bütün heyətin öldüyü açıqlanıb. Müxaliflər tərəfindən vurulan hərbi helikopterin düşmə anı həvəskar kameralar tərəfindən anbaan lentə alınıb. Həmin videonu təqdim edirik: |
2014-04-01 | 13,139 | Yeni Baş nazirin kimliyi məlum oldu – Foto | Fransa Respublikasının prezidenti Fransua Olland Baş nazir Cin-Mark Ayroltun gözlənilməz istefasından sonra televiziya vasitəsi ilə xalqa səslənib. "Axar.az" xəbər verir ki F.Olland çıxışında Fransanın yeni Baş nazirinin Daxili İşlər naziri Manuel Vols olduğunu bildirib. Liberal olan 51 yaşlı Volsa Sosialist partiyasının sol qanadı güvənmir və onun hədəfləri arasında prezidentlik var. M.Vols seçicilər arasında da məşhurdur. |
2014-04-01 | 13,140 | ABŞ hər kəsi NATO-ya dəvət etdi | Şimali Atlantika Müqaviləsi Təşkilatı hər bir Avropa ölkəsini öz tərkibinə qatmağa hazırdır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib. Bununla belə, Kerri konkret ölkələrin adlarını çəkməyib. "ABŞ tərəfdaşlarına qoşularaq bir daha təsdiqləyir ki, üzvlük vəzifə və öhdəlikləri üzərilərinə götürməyə qadir olan hər bir ölkə üçün NATO-nun qapıları açıqdır", - deyə Kerri bildirib. Kerrinin bəyanatı NATO-nun ardıcıl genişləndirilmə mərhələlərinin ildönümünə aid edilib. Belə ki, 1999-cu ilin martında Macarıstan, Polşa və Çexiya, 2004-cü ilin martında Bolqarıstan, Estoniya, Litva, Rumıniya, Slovakiya və Sloveniya, 2009-cu il, aprelin 1-dən isə Albaniya və Xorvatiya NATO-ya üzv olublar. Kerrinin qənaətinə görə, hərbi alyans Avropaya demokratiya, tərəqqi və sabitlik gətirib. |
2014-04-01 | 13,141 | Təmas xəttində monitorinq keçiriləcək | ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçirəcəklər. |
2014-04-01 | 13,142 | Yol terroru: ölən və yaralanan var - Foto | Bu gün səhər saat 08:30-da Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, ağır yol qəzası Masazır qəsəbəsində, Masazır gölü yaxınlığında olub. Həmin yolda hərəkətdə olan "Mercedes" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər ölüb. Yaralıların da olduğu bildirilir. "Hələlik hadisə yerində əməkdaşlarımız çalışır. Bu dəqiqə vəziyyət qarışıb. Bütün qüvvələrimiz həmin əraziyə cəlb olunub. Qəzanın hansı səbəbdən baş verməsi və ölənlərin kimliyi araşdırılır", - deyə polisdən bildiriblər. Hazırda hadisə yerinə hüquq mühafizə orqanları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub (ANS). Fotolar "axar.az"ındır. |
2014-04-01 | 13,143 | Ermənilər bu dəfə Ağstafanı atəşə tutdular | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-01 | 13,144 | “Aygün Kazımovanı istəyirəm mən...” - Foto | "Ziyafət kişidir mənim adım, "luboy" oğlandan soruş, deyəcəklər sənə, necə adamam. Nə olsun burda işləyirəm?!" Səsə tərəf döndüm və bu səsin sahibi diqqətimi həmən çəkdi. Pilləkənlərin üstündə dayanmışdı və həmsöhbətinin "aradan çıxmasına" mane olurdu... Həmsöhbəti qulaq asır və onun dediklərini candərdi təsdiqləyirdi: - Adam sifətindən tanınır, kim kimdir. Səndə naxələflik olmaz. Mən razı... Gəl indi səni maraq çəkməsin, nə etsin. Kişinin dayandığı pilləkənin arxasındakı qapının üstündəki şəkil buranın tualet oduğundan xəbər verir. Yuxarı qalxıb içəri keçirəm. Paytaxtımızdakı Cəzaçəkmə Müəssisələrindən birinin qarşısındakı bu ayaqyolunun səliqə-sahmanına baxan kişi özündən çox razı görünürdü. Koroğlu kimdir? Tanımıram... Ayaqyolu çox səliqəlidir. Hətta şəhərin ən bərkgedən şadlıq evlərinin də ayaqyolusu bu səliqəyə həsəd apara bilər. Əlüzyuyanın üstündəki elan da diqqətimdən yayınmır. "Burada nəzərdə tutulacaq əməldən başqa heç bir iş görülə bilməz!" Əstəğfirullah, yəni doğurdan da bu ayaqyolunda hansısa sirr gizlənir? - düşünərək özümü bir qədər məşğul göstərirəm. Ziyafət kişinin çənəsinin altından canını qurtaran kişi aralanan kimi soruşuram: - Koroğluya qohumluğun çatmır ki? – şələ bığlarına görə soruşuram və söhbətə körpü salmaq istəyirəm. - Nə?! Koroğlu kimdir? Kopooludur, Koroğlunu tanımıram. Haqqında eşitmişəm. Amma görməmişəm. Mən "voobşe" heç kimi görmürəm. Ancaq adamlarını, yaxınlarını görürəm. O da əgər lazım oluramsa... "Hə, deyəsən ilişdi", fikirləşirəm və bir qədər də yaxına gəlirəm: - Mənə dedilər səninlə əlaqə saxlayım... - özümü lap film qəhrəmanları kimi aparıram. - Kim dedi? – o da mənim kimi səsini aşağı salır... - Adam vardı, dedim, görüşüb söhbət edək. Özü xəbər göndərib ki, nə sözüm varsa, sənə deyim... - "Özü" kimdir, sən nə danışırsan, mənə heç kəs heç nə deməyib? Sənə kim dedi, mənimlə əlaqə saxla? Özümü müəmmalı durumda qalmış, əlacsız adam kimi aparıram. Siqaret yandırıb dərindən nəfəs alıram. Yazıq görkəm alan sifətimə baxan gözləri az qala hədəqədən çıxacaq qədər böyüyür: - Səni birinci dəfədir görürəm, sənə kim dedi, mənimlə əlaqə saxla? - Yəqin səhv gəlmişəm, mən dedilər ki, Ziyafət kişi ilə görüşərsən. Hələlik... – adını bayaq öz dilindən eşitmişdim. Tualetə, "ubornıya" televizor? Çölə çıxıram. Ayağa qalxır, stolun arxasından kənara çəkilir: - Bir dur görüm, səhv gəlməmisən, düz gəlmisən, Ziyafət kişi mənəm. Geri dönürəm. Bir az da söhbət edirəm. Suallarımı cavabsız qoymur. Maraq isə onu az qala üzür. İntizarda saxlayıram və mövzudan yayınıram: - Bura niyə televizor qoydurmursuz? - Hara? Tualetə, "ubornı"ya televizor? – Kirpiklərini tez-tez qırpıb deyir, sonra da: - Nə bilim, deyərəm. Amma hara qoymaq olar, burda yer yoxdur axı... - Niyə, səliqəlidir bura, təmizdir, lap kabinetə oxşayır. - Deyirsən səliqəsiz olsun? - Yox, niyə ki! Yaxşıdır. Bığların əladır, belə bığı hər kəs saxlaya bilməz.. Əlini bığlarına çəkir. Xoş təbəssüm üzünə yayılır: - Bizim nəslimizdə bığsız adam olmayıb. Hələ babamın bığını görəydin, bax-bax, düz buracan, - əllərini qulaqlarının dibinə aparır. - Çoxdandır burdasan? - Səhər tezdən gəlmişəm də, həmişəki kimi. - Yox e, burada işləməyini soruşuram. Kim pulu çox istəmir ki? - Yox, "sedmoy"da "Cıdır düzü" restoranında işləyirdim. Bir dəfə məhərrəmlik vaxtı toylar olmayanda ağız açdım, dedi, gəl bax xoşun gəlsə, otur işlə. - Kim dedi? - Elə özü dedi. Mənim başqaları ilə işim olmaz. Həmişə birinci ilə işi görərəm. - Haqqı da elə özünə verirsən onun? - Nə haqq? - Burdan yığılanları. - Yox əşşi, o buranın puluna qalıb? - Nə əcəb? Axı o, pulu çox sevir... - Kim pulu çox istəmir ki... Rəhmətliyin oğlu, elə pula görə oturmuşuq da burda. Ziyafət kişinin marağı daha da artır. Arada içəri keçənlərin verdiyi qəpikləri alıb cibinə boşaldır. - Bura səliqəlidir, düz deyirsən, çörəyim burdan çıxır. Qadınlar da, kişilər də burdan istifadə edir. Dustaq yanına gələnlərdi. - Bəzi müğənnilər var ki, deyir imkansız adamların toyunda pulsuz oxuyaram. Olub ki, içəri keçmək istəyən olsun və imkanı olmasın ödəməyə, onu pulsuz buraxasan? - Niyə olmayıb ki? Olub. Bəs bu adam neynəsin, buraxmayacam, gedəcək ağaclığa... - Deyirsən Koroğlunu tanımırsan hə... - Vallah yox, indi əvvəlki kimi deyil, gündə biri bir adla peyda olur. Kriminal aləmdir də... bilirsən, mən "sedmoy"da yaşayıram. Hər gün gəlib-gedirəm. Günə, Allah bərəkət versin, 20-25 manat qalır. Saat 4-də bağlayıb gedirəm. Amma məni "oformut" ediblər işçi kimi. Heç onu almıram da, nəyimə lazımdır axı. - Şadlıq evindən pisdir ki bura? - Yox, bura yaxşıdır. Bilirsən, sənə deyiblər ha, məni gör, bax mənim əsas işim odur. Kim adam tapa bilmir, mən onlara yardımçı oluram, burda o qədər adamların məsələsi həll olunur ki... - Məsələn, hansı məsələlər? - Bax, əgər yeri pisdirsə, yaxşı kameraya keçirtmək lazımdırsa və sair. Düzdür, burda pis kamera yoxdur, təzə tikilib, hər şey yaxşıdır. Amma müsəlmanıq da, pul verən də rahat olur ki, adamımız yaxşı yerdədir. - Deyirsən, indi mən desəm, bizim uşağın yerini yaxşılaşdırmaq olar da?.. - Vallah, sən dilli-dilavər adama oxşayırsan, niyə özü ilə danışmamısan axı?.. - Səni məsləhət bildilər... Kamera yox, güdükçü yox... Ziyafət kişi ilə söhbətimiz uzun çəkdi. Cəbrayıl rayonunun Süleymanlı kəndindən olmasını, qaçqınlıq dövründən sonra tez-tez Rusiyaya gedib işləməsindən, 7-ci mikrorayonda qeyri-qanuni tikililəri sahiblərindən aldıqdan sonra icra başçısı olmuş Hüseyn müəllimin göstərişi ilə bu tikililərin sökülməsinə başçılıq etməsindən, burda işə düzəldikdən sonra özünə xeyli dost tapmasından bəhs etdi. - Elə bu ayaqyolunun belə təmiz olmasının da bir sirri ondadır ki, burda kabinetlərdə ciddi məsələlər həll olunur. Heç kəsin ağlına gəlməz burda kim hansı məqsədlə içəri keçib. Kamera yox, güdükçü yox... Vaxt tamam olub. Ziyafət kişi ilə sağollaşmaq istəyirəm. Tələsik soruşur: - Axı sən demədin sənə nə lazım idi? Koroğlu kimdi? - Ziyafət kişi, bığlarına görə soruşmuşdum. Qoç Koroğlunun bığlarına bənzəyir bığların... Haqqında yazı yazmaq istəyirəm, icazə verərsən? - Yaz da... amma yaz ki, mən Aygün Kazımovanı Röyadan çox istəyirəm. Televizoru isə özüm alıb qoyacam... |
2014-04-01 | 13,145 | Azərbaycan Avro-4 standartlarına keçdi | Bu gündən Azərbaycan Avro-4 standartlarına keçib. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət standartına dəyişiklik təsdiq edilib. Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib. Xatırladaq ki, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək. |
2014-04-01 | 13,146 | Putin gəlirlərini açıqladı | Rusiya prezidenti Vladimir Putin, hökumət nümayəndələri, Kreml Administrasiyasının rəhbərləri öz gəlirləri və xərcləri ilə bağlı hesabat təqdim ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Kreml mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, hesabatlar artıq təqdim olunub və yoxlanışdan keçəcək. Peskov bildirib ki, hələlik, Kreml məmurlarının xarici banklarındakı hesablarında qanun pozuntusu aşkar olunmayıb. Qeyd edək ki, məmurların öz gəlirləri və xərcləri, həyat yoldaşlarının gəlirləri haqqında hesabat vermək qaydası 2008-ci ildən tətbiq olunur. Bu ildən isə məsələ ilə ötən il yaradılmış Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olacaq. |
2014-04-01 | 13,147 | Bakı metrosunda həyəcanlı anlar yaşandı | Bu gün səhər Bakı metropoliteninin "Nərimanov" stansiyasında sərnişinlər gərgin anlar yaşayıblar. Verilən məlumata görə, 35-37 yaşlarında bir kişi qəfildən huşunu itirərək yıxılıb. Stansiyaya çağırılan reanimasiyalı təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb. Həkimlər onun halının kəskin ürəktutmadan pisləşdiyini bildiriblər ("Milli.Az"). |
2014-04-01 | 13,148 | Bakının ən böyük prospekti bağlandı - Tıxac | Bakının əsas prospektində baş verən yol qəzası tıxac yaradıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev prospektində, kənar yolda, Koroğlu metrosu istiqamətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb (ANS). Sürücülərə alternativ kimi Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur. |
2014-04-01 | 13,149 | Bu il Azərbaycanda meyvə qıtlığı olacaq - Ekspert | "Məhz bu şaxtanın təsiri nəticəsində Azərbaycanda meyvə qıtlığı gözlənilir". Bunu martın 30-da ölkə ərazisinə qar və dolu düşməsi üzündən yaranmış problemləri şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Axar.az"a bildirdi: "Ümumilikdə qarın yağması əkinəcək üçün bir o qədər zərərli deyil, amma nəzərə almaq lazımdır ki, qar yağmazdan bir gün əvvəl yəni martın 29-da havanın temperaturu 20 dərəcəyə qədər yüksək olub. Amma martın 30-da bəzi rayonlarda hərarət mənfi 2-ə düşüb. Məhz bu şaxtalar meyvə ağaclarının çiçəkləməsi və mayalanması ilə eyni vaxta düşdüyü üçün çox böyük fəsadları olacaq. Xüsusən də alça, ərik, şaftalı və "mayovka vişnə" deyilən tezyetişən gilas ağaclarının çiçəklərinə ciddi zərər vurub. Məhz bu şaxtanın təsiri nəticəsində Azərbaycanda meyvə qıtlığı gözlənilir. Dolunun düşməsi isə daha çox mənfi təsir etdi. Xüsusən də faraş tərəvəzçiliklə məşğul olan, kartof əkən insanlar bundan çox ziyan görəcək. Amma bununla yanaşı qarın yağmasının kənd təsərrüfatına xeyri dəydi. Belə ki, Aran rayonlarında Kür suyunun azlığı və quraqlıq suvarmaya problem yaratdığı üçün məhz qarın yağması bu problemin həllinə kömək etdi. Ümumilikdə qarın taxıl bitkilərinə, çoxillik ot bitkilərinə və hələ çiçəkləməmiş ağaclara müsbət təsiri var". Aran zonasında 3000 hektar dəmyə taxılçılığı var Salyandan olan fermer Elçin Əzizov isə hesab edir ki, qarın yağmasının heç bir ziyanı yoxdur. Əksinə: "Birmənalı şəkildə deyə bilərəm ki, bu yağıntının kənd təsərrüfatı sahəsinə xeyri var. Çünki hazırda Kür çayında suyun səviyyəsi aşağıdır və bir çox Aran rayonlarında suvarmada problemlər yaranıb. Məhz qarın yağması suvarmaya yardım edir. Bizdə mənzərə belədir ki, pambiq hələ əkilməyib, taxıl məhsulları əkilib və suvarmaya ehtiyac var. Yoncaya isə bu qarın, şaxtanın heç bir təsiri ola bilməz. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, burada 25000-30000 hektarlıq dəmyə taxil var. Bu isə o deməkdir ki, indiki qar onların məhsuldarlığını iki qat artıracaq". Qarın və dolunun çiçəkləyən ağaclara təsirinə gəlincə, fermer hesab edir ki, bu təsir o qədər də müşahidə edilməyəcək: "Bu, ancaq bəzi tezyetişən bostan bitkilərinə hansısa kiçik ziyan vura bilər. Çiçəkləyən ağaclara gəldikdə isə hesab edirəm ki, qar və dolu cəmi bir neçə saat müddətində olduğu üçün o qədər də mənfi təsir etməyəcək". Xatırladaq ki, martın 30-da Azərbaycanın bir çox rayonlarında qar yağıb, paytaxt Bakı və bəzi rayonlarda isə qarla yanaşı dolu da düşüb. Temperatur bəzi rayonlarda mənfi 5-dərəcəyə qədər çatıb. Məhz bu təbiət hadisəsindən sonra aqrar sahədə çalışanlar kənd təsərrüfatı sahəsinə ziyan dəyəcəyi ilə bağlı həyəcan təbili çalıblar. |
2014-04-01 | 13,150 | Tvitter Krımı Rusiya ərazisi kimi tanımadı - Foto | Tvitter sosial şəbəkəsi Krım yarımadasını Rusiya ərazisi kimi tanımaqdan imtina edib. "Axar.az" xəbər verir ki, bu hal Rusiya Baş naziri Dmitri Medvedyevin Krıma səfəri zamanı baş verib. Səfər zamanı Medvedyev özünün Tvitter səhifəsində, "Sevastopol – bizim hərbi şöhrətimizin şəhəri. Qəhrəmanlar şəhərinin xiyabanı" yazıb. Lakin həmin tvitin altında qeyd olunan ərazi Ukrayna ərazisi kimi göstərilib. |
2014-04-01 | 13,151 | Qərb Rusiyanı necə çökdürür - Plan | "Çin artıq Rusiyaya yox, Avropaya partnyor olur". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Rusiyadan öz müttəfiqlərinin də üz çevirdiyini bildirib: "Qərblə Rusiya arasında iqtisadi müharibə gedəcək. Bu iqtisadi müharibənin birinci göstəricisi Kerrinin Səudiyyə Ərəbistanına səfəri idi. Obama onun ardınca getdi. Amerika ilə İranın əlaqələri yumşaldı. Bu dəqiqə Çin rəhbərinin Avropaya olduqca triumfal səfəri var. Gələcəkdə də Çinlə Avropa arasında müqavilələrin imzalanması nəzərdə tutulur. Yəni Çin artıq Rusiyaya yox, Avropaya partnyor olur. Çin üçün hər cür şərait yaradırlar ki, ikincilər də bundan çox razıdırlar. Həmçinin İranı da Qərb qane edir. Çünki Qərb İrana qarşı yumşalır. Qərb İranın pullarını artıq azad buraxır. İrana imkan yaradır ki, neftini bazara çıxartmaqla onun qiymətini aşağı salsın. Bu da Rusiya üçün böyük zərbədir". |
2014-04-01 | 13,152 | İran azərbaycanlı sahibkarlara çağırış | İran azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusi ilə Meşginşəhr və Səreyn bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. M.Pakayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: "Meşginşəhr bölgəsi qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması məqsədəuyğundur". Səfir qeyd edib ki, Meşginşəhr Savalan dağının ətəyində yerləşdiyi üçün bu bölgədə turizm sahəsinə də sərmayə yatırmaq mümkündür: "Bu bölgədə müalicə xarakterli 9 növ bulaq və eləcə də 420-dən çox tarixi abidə, gəzməli yerlər var. Turizm sahəsinə sərmayə yatırmaq, hotel və əyləncə mərkəzlərinin istifadəyə verilməsi üçün bu bölgədə əlverişli şərait var". M.Pakayin bildirib ki, Ərdəbilin Sərein şəhəri və onun ətraf bölgələrində də turizmin inkişafı üçün əlverişli şərait mövcuddur və bura hər zaman azərbaycanlı turistlərin diqqət mərkəzində olub. Onun sözlərinə görə, Ərdəbil əyalətinə səfər edən turistlər Səreini ən azından bir dəfə görür və bu şəhərin gözəlliklərini seyr edirlər: "Səreində hotellər, iaşə müəssisələri, müasir müalicəvi su hovuzları, akvapark və "Alvars" xizək idman kompleksi mövcuddur ki, bu da həmin bölgədə turizmin inkişafı məqsədilə sərmayə yatırmaq üçün əlverişli şərait yaradıb". M.Pakayin deyib ki, Ərdəbil əyalətinin valiliyi xarici, xüsusi ilə azərbaycanlı investorları dəstəkləmək məqsədi ilə proqram həyata keçirir. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi Ərdəbil əyalətinin valiliyi ilə birlikdə azərbaycanlı sərmayəçilərin Sərein və Meşginşəhrdə sərmayə yatırması üçün lazımi güzəştlərin edilməsi istiqamətində yardım göstərməyə hazırdır. Qeyd edək ki, ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ərdəbil əyalətinə səfər etmiş, Meşginşəhr və Sərein bölgəsində bu şəhərlərdən olan parlament nümayəndələri və icra başçıları ilə görüşlər keçirmişdi ( Trend ). |
2014-04-01 | 13,153 | “Putin Qarabağa əvvəlki kimi münasibət göstərməyəcək” | "Putinin Qarabağ konfliktinə yanaşması əvvəlkilərdən fərqli olacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Karnegi Fondunun baş eksperti Tomas de Vaal çıxış edib. O, Krımın işğalından sonra Qarabağ konfliktinin ətrafında yatmış qüvvələrin yenidən aktivləşdiyini bildirib: "Vladimir Putinin bu addımı 90-cı illərdə regionda suverenitet məsələləri ətrafında yaranmış Pandorra qutusunu yenidən açdı. Hazırda Qafqazda əsas oyunçular bunu həll olunmamış konfliktlər üçün əsas amil kimi qiymətləndirirlər. Regionun ən köhnə və böyük problemi olan Dağlıq Qarabağın ətrafında olan məsələlərin yenidən aktivləşdirilməsi üçün lazımlı məqam hələ çatmayıb. Putinin Qarabağ konfliktinə yanaşması əvvəlkilərdən fərqli olacaq". Qeyd edək ki, bəzi ekspertlər Krımın işğalından sonra Rusiyanın Azərbaycanı təzyiq altında saxlamaqdan ötrü Qarabağ konfliktindən geniş istifadə edəcəyini bildirib. |
2014-04-01 | 13,154 | Uşağın səsi yüzlərlə ölümə səbəb oldu - Şok | Bir dəfə qışqırmaqla 434 toyuq ölüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Çində qeyri-adi olay baş verib. Atası ilə qazlı su satmaq üçün ətraf rayonları gəzən uşağı it qoxudub. Qorxusundan qışqıraraq ağlayan uşağın səsinin təsirindən yaxınlıqdakı toyuq hinində olan 434 toyuq ölüb. Məhkəmənin qərarı ilə uşağın atası 2000 yuan cərimə edilib. |
2014-04-01 | 13,155 | Yüksək rütbəli zabitlər cəbhə bölgəsinə getdi | Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır. |
2014-04-01 | 13,156 | Ölkədə siqaretin qiyməti yendən bahalaşdı | Paytaxt mağazalarında satışa çıxarılan bəzi siqaret məhsullarının qiyməti bahalaşıb. Məlumata görə, bahalaşma əsasən "Kent" firmasının məhsullarına şamil edilib. Belə ki, bu gün səhər saatlarından "Kent"in hər bir məhsullunun qiyməti 20 qəpik qalxıb. Satıcılar bahalaşmanın səbəbini bilməsələr də bu qərarın məhsulları satışa çıxaran firma tərəfindən müəyyən edildiyini qeyd ediblər ("AzVision.az"). |
2014-04-01 | 13,157 | Maştağadakı dispanserin xəstəsi özünü asdı | Bakıdakı ruhi xəstəxanada 29 yaşlı kişi intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində yerləşən Respublika 1 saylı Ruhi Əsəb Dispanserində qeydə alınıb. Dispanserdə müalicə alan Lerik rayon sakini, 1985-ci il təvəllüdlü Asəf Ziyad oğlu Cəbrayılov palatada özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. |
2014-04-01 | 13,158 | “Bizim sevimli Ronaldomuza” | "Real Madrid" klubunun azarkeşləri portuqaliyalı ulduz Kristiano Ronaldoya dəstək veriblər. "Axar.az" xəbər verir ki, "Real" azarkeşlərinin federasiya klubu bəyanatla çıxış edib. "Bizim sevimli Ronaldomuza. Sən "madridizm"in bütün dəyərlərini təqlid edirsən. Biz həmişə səninlə olmuşuq və bundan sonra da olacağıq" deyə bəyanatda bildirilib. Qeyd edək ki, İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Rayo Valekano" ilə keçirilən oyun zamanı azarkeşlər Ronaldo və qapıçı Dieqo Lopezi fitə basmışdılar. |
2014-04-01 | 13,159 | Bakıya yeni avtobuslar gətirildi | Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan daha 20 ədəd yeni avtobus Azərbaycana gətirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Daewoo" markalı olan bu avtobuslar 24 sərnişin üçün nəzərdə tutulub. Fərdi sahibkara məxsus yeni avtobuslar istilik sistemi ilə təchiz olunub. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir. Qeyd edək ki, ümumilikdə ilin əvvəlində paytaxta artıq 40 ədəd belə yeni avtobuslar gətirilib. |
2014-04-01 | 13,160 | Türkiyədəki seçkilərə saxtakarlıq ittihamı – Şok foto/Video | Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində saxtakarlığa yol verildiyi ilə bağlı ittihamlar səslənməyə başlayıb. "Axar.az" xəbər verir ki, səslərin sayılması zamanı işıqların söndürülməsinə görə yaranan şübhələrin ardınca indi də bülletenlərin yandırılması və səslər sayılarkən yekun protokolda düzgün qeyd aparılmamasını əks etdirən fotolar yayılıb. Sosial şəbəkədə paylaşılan və müzakirələrə səbəb olan fotoda isə bir neçə seçki məntəqəsində bələdiyyə seçkilərinin açıq şəkildə hakim partiya təmsilçisinin xeyrinə saxtalaşdırıldığı öz əksini tapıb. Xatırladaq ki, Türkiyədə "seçkilərin saxtalaşdırılması" ilə bağlı ittiham demək olar ki, heç zaman səslənmir və bu fotofaktların da anti-təbliğat vasitəsi kimi quraşdırıldığı və sosial şəbəkələrdə yerləşdirildiyi istisna deyil. Çünki hələlik əsas müxalifət partiyaları bununla bağlı ittihamlar səsləndirməyiblər. Amma hazırda yekun protokolların müəyyən dairə və məntəqələrdə düzgün hazırlanmaması şübhəsinə görə Türkiyənin bəzi seçki dairələrində səslərin yenidən sayılmasına qərar verilib. |
2014-04-01 | 13,161 | “Azərenerji”də böhran: Etibar Pirverdiyev işdən çıxarılır | Onu Baba Rzayevin əvəzləyəcəyi gözlənilir. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində (ASC) böhran hökm sürür. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, böhran həm maddi sıxıntılar, həm də daxili psixoloji gərginliklə müşahidə olunmaqdadır. Qurum əməkdaşlarından verilən məlumata görə, hazırda ASC-də ciddi kağız qıtlığı yaşanır. Əməkdaşın dediklərinə inansaq, mövcud durumun yaranmasının əsas səbəbi maliyyə sıxıntıları ilə bağlıdır. Hətta kağız almağa da vəsait tapmayan "Azərenerji"dəki mövcud vəziyyət ASC-nin böyük layihələri maliyyələşdirməsi ilə izah edilir. Digər bir məlumatda isə qeyd olunur ki, böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkir. Lakin bütün sıxıntılar sadəcə kredit borcları və sponsorluqla əlaqəli deyil. Hətta vəziyyət o həddə çatıb ki, "Azərenerji"nin dəhlizlərində sədrin dəyişdiriləcəyi və "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin "Azərenerji" rəhbərliyinə gətiriləcəyi danışılır. Mənbəmiz qeyd edir ki, bununla əlaqədar olaraq, ASC-də qeyri-müəyyənlik hökm sürür. Bu isə özlüyündə bir sıra gərginliklərə səbəb olub, hətta işçilərin rabitə imkanları məhdudlaşdırılıb. Belə ki, beynəlxalq çıxışı olan telefonlar ciddi nəzarətə götürülüb. Novruz bayramı ərəfəsində yaranan gərginlik hazırda daha sərt şəkil alıb: "Kiminləsə danışmaq olmur. Deyilən hər şey adamın öz əleyhinə çevrilir. Çox adam iş axtarmağa başlayıb. Çox böyük narahatlıq var. Rəhbər şəxslərin heç birinə söz demək olmur. Hamı çox gərgindir". Məsələ ilə bağlı "Azərenerji"nin mətbuat xidmətinin (MX) rəhbəri Fəridə Behbudova ilə əlaqə saxladıq. O, əvvəlcə bu xəbərləri bizdən eşitdiyini söyləyərək, bütün bunların dedi-qodu olduğunu bildirdi. Amma bu fikrindən bir neçə saniyə keçməmiş "sizin dediklərinizi nə təsdiq, nə də təkzib edirəm"- dedi. Daha sonra isə ümumiyyətlə, bu barədə danışmaq istəmədiyini söylədi... Bundan sonra Fəridə xanımla olan dialoqumuzu təqdim edirik: -Nə vaxt etibarlı mənbənizi bizə təqdim etsəniz, sizə cavab veriləcək. İndi mənim söylədiklərim mövqe deyil. Çünki siz məndən "Azərenerji"nin fəaliyyəti barədə soruşmamısınız. Yazsanız, problem yaşayacağıq. - Sizin fikirləriniz niyə rəsmi hesab olunmasın ki? Qurumun rəsmi sözçüsüsünüz. - Dediklərinizi yazılı şəkildə bizə göndərin, əsaslandırın. Mən indi sizə belə cavab verməyəcəyəm. Əgər siz mənim dediklərimi mövqe kimi bildirsəniz, bu, hörmətsizlik olacaq. "Azərenerji"ni fəaliyyətinə aid, bizim həyata keçirdiyimiz layihələr... - Siz bizə nə qədər vaxta cavab verə bilərsiniz? - Siz yazılı şəkildə göndərin, mən rəhbərliyə təqdim edim. Cavabı onlar verir, mən vermirəm. Siz məni düz başa düşün. Mən burda sadəcə olaraq koordinatoram. Jurnalistlərdən daxil olan sualları götürüb cavablanması üçün aidiyyatı idarələrə, şəxslərə təqdim edirəm. Siz deyirsiniz ki, mən mövqe bildirim. Mənim nə ixtiyarım var mövqe bildirim?! - Problem yoxdu, siz elektron adresinizi deyin, ora gönderek... - Offf... sizə sadəcə adamı əsəbiləşdirməklə məşğulsunuz, ey vallah. Adama elə gəlir ki, jurnalistikada ilk gündür işləyirsiniz. Fəridə xanımın onu əsəbiləşdirməyimizlə bağlı dediklərinə də, bizdən inciməyinə də hardasa haqq qazandırmaq olar. Yəqin ki, onun bu həyəcanı və hətta "Mənim nə ixtiyarım var mövqe bildirim?" deməsi elə sözçüsü olduğu qurumdakı qeyri-müəyyənlik, gərginliklə bağlıdır. |
2014-04-01 | 13,162 | Elçibəy ailəsi Almurad bəyi təkzib etdi - Yeniləndi | 12.09 "Elçibəy həyat yoldaşı Həlimə xanım səhhətindəki problemlərlə bağlı müalicə üçün Türkiyəyə gedib". "Axar.az" "Azvision.az" istinadən xəbər verir ki, bunu açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə, Ə.Elçibəyin həyat yoldaşının səhhətində müəyyən problemlər var. Bu baxımdan o Türkiyəyə müalicə olunmağa gedib. A.Əliyev bildirib ki, mərhum prezidentin oğlu Ərturqut hazırda anasının müalicəsi ilə bağlı Türkiyədədir. Aprelin 15-nə qədər qayıtmalıdırlar". A.Əliyev daha sonra Ərturqutun işsizliyindən gileylənib. Bildirib ki, dəfələrlə ona iş tapsa da Ərturqut imtina edib. "İş çoxdur. Ərturquta görə, Prezident Aparatına, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Deyirlər ki, gəlib işləsin, amma özü getmir, əhlikeflik edir. İndi də deyir ki, Türkiyədən gələndən sonra gedəcəm". 14:17 "Həlimə xanım üç aydır ki, Türkiyədədir. Sadəcə Almurad bəyin xəbəri yoxdur. Onun Türkiyəyə getməyinin səhhəti ilə heç bir əlaqəsi yoxdur". Bu fikirləri "Aznews.az"a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsinin sözçüsü Çingiz Öztürk səsləndirib. Ç.Öztürkün sözlərinə görə, Həlimə xanım hazırda Türkiyədə yaşayan qızı Çilənay xanımın evində istirahət edir. |
2014-04-01 | 13,163 | Yutubla bağlı bilmədiyimiz 7 fakt | Dünyanın internet nəhəngi Yutub portalı haqqında bilmədiyimiz çox şey var. Hər gün demək olar ki, bu portalın xidmətindən istifadə edirik, amma onun haqqında bəzi şeyləri bilmirik. Bu dəfə də sizə çoxlarımızın istifadə etdiyi Yutub saytı haqda 7 maraqlı faktı təqdim edirik: Yutub-un üç təsisçisi də saytı hazırlayanda Paypal-da işə başlamışdılar. Yutubu-un domeni Valentin günündə qeydiyyatdan keçib. (14 fevral, 2005-ci il) Saytın 70 % istifadəçiləri Amerika Birləşmimş Ştatlar vətəndaşıdır. Əgər Yutub Hollivud kinokompaniyası olsaydı, həftəyə 60 min yeni film buraxmaq imkanına malik olardı. Yutubdakı bütün videoları izləmək üçün 1000 ildən artıq vaxt lazımdır. Amma o vaxta kimi saytda videoların sayı 1 milyardı ötəcək. Yutuba yerləşdirilən ilk video 23 aprel 2005-ci ildə olub və bu video "Mən zooparkdayam" adlanır. Wikipediyada qeyd olunan məlumata əsasən əsasən 15 fevral 2005-ci il Yutub saytının yaranma tarixi hesab olunur ("Technimum.com"). |
2014-04-01 | 13,164 | Nazirlik tərəfindən xüsusi laboratoriyalar yaradılır | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən iş yerlərinin əmək standartlarına uyğunluğunun müayinəsi üçün xüsusi laboratoriyalar yaradılacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb. Bununla bağlı olaraq, ilkin mərhələdə ƏƏSMN-nin sifarişi əsasında Bakı şəhərində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır. Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaq. Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq gətirilib və onların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində də işlər aparılır. Laboratoriyalar tərəfindən ilk növbədə istehsal sahələrində əmək şəraitinin ekspertizası, insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunması təmin ediləcək. Qeyd edək ki, hər hansı iş yerində işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. |
2014-04-01 | 13,165 | PFL böyük vəsaiti necə mənimsədi? - Foto | Martın 30-da keçirilən "Qarabağ"-"Qəbələ" qarşılaşması güclü qar yağması nəticəsində ekstremal şəraitdə keçirildi. Bəlkə də buna görə oyunda baş verən bəzi məqamlar diqqətdən kənarda qaldı. Ancaq bu qarşılaşmada bir məqamın üstündən sükutla keçmək olmaz. Məsələ burasındadır ki, "Qarabağ"-"Qəbələ" qarşılaşmasında çempionatın əsasnaməsi pozulub. "Axar.az" xəbər verir ki, əsasnamənin pozulması oyunda istifadə olunan toplarla bağlıdı. Məsələnin mahiyyətinə varmaq üçün əvvəlcə çempionatın əsasnaməsindən etdiyimiz çıxarışa diqqət ayıraq: 2013/2014-cü il mövsümündə Premyer Liqa klubları üçün Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların ƏSASNAMƏSİ: 3-cü maddə: Yarışların keçirilmə şərtləri. 3-cü maddənin 24-cü bəndində deyilir. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışlar Adidas Cafusa topları ilə keçirilməlidir. Daha bir məqam: 12-ci maddə: Qonaq komandanın qəbulu 12.2 Qəbul edən komanda matça gəlmiş qonaq komandaya və hakimlərə aşağıdakıları təmin etməlidir: a) Məşqdən bir gün əvvəl təqvim oyununun keçiriləcəyi meydançada 1 saatlıq məşq. b) ən azı 8 ədəd Adidas Cafusa topu... Bizcə xüsusi izaha ehtiyac yoxdur. Əsasnamədə konkret şəkildə göstərilib ki, oyun Adidas Cafusa topu ilə keçirilməlidir. Bu, mütləqdir. Ancaq "Qarabağ"-"Qəbələ" qarşılaşması bu topla keçirilməyib. Bunu təqdim etdiyimiz fotolardan da aydın görmək olar. Üstəlik, onu da nəzərə alaq ki, "Qəbələ" bir gün əvvəl məhz Adidas Cafusa topları ilə məşq edib. Bir gün sonra isə rəsmi qarşılaşmada başqa toplardan istifadə olunub. Bu, futbolçuların topa alışması baxımından çox önəmli məqamdı. Ortada çempionatın əsasnaməsinin ciddi şəkildə pozulması faktı var. "Qarabağ" PFL-i günahlandırdı Məsələ ilə bağlı meydan sahibi olan "Qarabağ" rəhbərliyinin mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, topları onlara PFL-dən veriblər: "Oyundan əvvəl isə AFFA nümayəndəsi bu topları yoxlayıb və oynamağa icazə verib". AFFA münayəndəsinin çempionatın əsasnaməsindən xəbərsiz olduğu faktdı. Artıq neçənci dəfədir ki, AFFA nümayəndələrinin bu tip qanun pozuntularına göz yumduğunun şahidi oluruq. Bununla işimiz yox. PFL-in "standart" bəhanəsi Görək PFL rəhbərliyi məsələyə necə münasibət bildirir. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev "Qarabağ"-"Qəbələ" qarşılaşmasında Adidas Cafusa toplarından istifadə olunmadığını təsdiqlədi. Ancaq maraqlıdır ki, Şahgəldiyev bunu ciddi qanun pozuntusu hesab etmir: "Qar yağdığına görə narıncı rəngdə topdan istifadə olunub". Aslan bəyə ünvanladığımız "Adidas Cafusa-nın narıncı rəngdə topu yoxdu" sualına bu cavabı aldıq: "Həmin vaxt klubda olan top bu olub. Top standartlara cavab verib". Görürsünüzmü, PFL rəsmisi də çempionatın əsasnaməsini əsas götürmür. İddia edir ki, oyun standartlara cavab verən topla keçirilib. Oyun standartlara cavab verən topla keçirilməlidirsə, onda əsasnamədə "Premyer Liqa və Azərbaycan koboku uğrunda yarışlar Adidas Cafusa topları ilə keçirilməlidir" bəndi nəyə və kimə lazımdı? Təbii ki, bu sualı Aslan Şahgəldiyevə ünvanladıq. Bu da cavab: "Çox xırda bir məsələdir. Oyunun nümayəndəsi icazə verirsə, problem yoxdur. Təki belə xırda məsələlərə görə əsasnamə pozulsun". Buyurun, bu da Peşəkar Putbol Liqasının rəsmisinin məsələyə qeyri-peşəkar yanaşması. Belə çıxır ki, çempionatın əsasnaməsi elə kağız üzərində əsasnamədir. Əsas əsasnamə isə AFFA və PFL rəsmilərinin maraqlarıdı. Hansı maraqlar? Hə, əsasnanmənin hansı səbəbdən pozulmasını müəyyənləşdirən marağı nəzərdə tuturuq. Publika.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, "Qarabağ"-"Qəbələ" qarşılaşmasında Adidas Cafusa toplarından istifadə olunmaması sırf yeyinti ilə bağlıdı. Mənbə bildirdi ki, həmin oyunda istifadə olunan narıncı toplar 2-3 il əvvəl alınıb: "Səhv etmirəmsə, o toplar Adidas Terrapas-dı. Vaxtilə çempionat oyunları bu toplarla keçirilib. Narınçı toplar da həmin vaxt alınıb. Ancaq Azərbaycanda qarlı hava şəraitində çox nadir hallarda oyun keçirildiyindən bu toplar da istifadəsiz qalıb. PFL hər ilə büdcədən vəsait ayıraraq yeni toplar aldığını bildirib. Ancaq əslində narıncı top alınmayıb. Beləcə, hər mövsüm 30-40 min manat vəsait mənimsənilib. Elə ona görə də, "Qarabağ"-Qəbələ" qarşılaşmasında Adidas Cafusa-nın narıncı topu olmayıb". Vəssalam, belə çıxır ki, PFL rəsmisinin "xırda qanun pozuntusu" kimi xatakterizə etdiyi olayın arxasında böyük vəsaitin mənimsənilməsi faktı dururmuş. |
2014-04-01 | 13,167 | Timoşenko dövlətin milyonlarını harada gizlədib? - Araşdırma | London hüquqşünasları Britaniya banklarında Yuliya Timoşenko və ailəsinə məxsus milyonlarla pulu üzə çıxarıblar. "Axar.az" xəbər verir ki, yoxlama 90-cı illərin ortasında yoxa çıxan Ukrayna büdcəsinə məxsus 200 milyon dolların axtarışı çərçivəsində aparılıb. Çirkli pullar həmçinin, İsveçrə və ABŞ banklarında da aşkarlanıb. Yuliya Timoşenkonun maliyyə hesablarını yoxlayan "Lawrence Graham" adlı hüquq şirkəti axtarışa hələ ötən ilin martında Ukrayna hökumətinin tapşırığı ilə başlamışdı. Pullar 90-cı illərin ortalarında Timoşenkonun "Ukraynanın Vahid Energetika Sistemi" şirkətinə rəhbərlik etdiyi vaxt yoxa çıxıb. Bu struktur rus qazının idxalı üzərindəki inhisarı həyata keçirmək hüququ qazandı. Məhz buna görə, Timoşenko o vaxt "qaz kraliçası" adını almışdı. Ukrayna büdcəsindən də milyonlarla dollar həmin ərəfədə yoxa çıxdığı bildirilir. Britaniyalı hüquqşünaslar 26 ölkədə 300 bank hesablarında araşdırma aparıblar. Məlum olub ki, Timoşenko və onun ailəsinə məxsus çoxlu bank hesabı mövcuddur. Onlardan 13-ü hələ də fəaliyyətdədir. |
2014-04-01 | 13,168 | Azərbaycan məktəblərində dərs müddəti uzadılır | Növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılması gözlənilir. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb. Onun sözlərinə görə, bu il tədris müddətinin başa çatmasına az qalıb və dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. C. Bayramov qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: "Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur". Dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılmasına gəlincə, nazir müavini qeyd edib ki, bununla bağlı tam qərar hələ ki, qəbul olunmayıb. Onun sözlərinə görə, böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq. Tədris ili ərzində dərs müddətinin 3 həftəyədək artırılması gözlənilir ("Trend"). |
2014-04-01 | 13,169 | Kadırov ermənilərə dəstək verdi | Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-ı və Qərb ölkələrini Suriyadakı erməni kəndlərinin atəşə tutulmasını araşdırmamaqda, eləcə də, "terrorçuların hərəkətlərinə haqq qazandırmaqda" ittiham edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ramzan Kadırov bu barədə İnstaqram səhifəsində yazıb: "Suriyada növbəti dəfə dinc sakinlərin qanı töküldü. Suriya hökumətinin bildirdiyi kimi, Türkiyə ərazisindən gələn silahlıların hücumu nəticəsində Keseb qəsəbəsində 100-ə yaxın adam həlak olub. Bunlar Suriyanın köklü sakinləri olan ermənilərdir". Ramzan Kadırov Keseb qəsəbəsinə hühum edənlərin "Ən-Nüsrə Cəhbhəsi" və "İslam cəbhəsi" qruplaşmalarının silahlıları olduğunu xatırladıb və yazıb ki, terrorçuların İslamla heç bir əlaqəsi yoxdur, onlar müsəlman deyillər. Ramzan Kadırov Avropa ölkələri və ABŞ-ın bu hadisələr qarşısında susduğunu bildirir və qeyd edir ki, bu ölkələr Suriyanın qanuni hakimiyyətinə qarşı çıxan dəstələrə yüz milyonlarla dollar, silah və xüsusi vasitələr ayırır: "Neçə min suriyalı ölməlidir ki, NATO ölkələri terrorçulara dəstəyə son qoyusunlar?" Qeyd edək ki, martın 21-də Suriyanın Türkiyə ilə sərhədindəki Keseb qəsəbəsinə hucum olub. Hucumun olduğu ərazidə əsasən ermənilər yaşayır. Hücuma görə tərəflər bir-birini ittiham edir. Məlumata görə, hücum nəticəsində 80 nəfər ölüb. |
2014-04-01 | 13,170 | Azərbaycanlı müğənni Şakira ilə duet oxuyacaq | Şakira ilə duet oxuyacağam. Bu sözləri "Axar.az"a açıqlamasında müğənni Ramal Əsədzadə deyib. "Artıq neçə vaxtdır ki, bu xanımı dinləyirəm və onun ifasından doymuram. Belə bir qərara gəldim ki, Şakira ilə duet oxuyum. Artıq Şakira bundan xəbərdardır və inanıram ki, duetimiz uğurlu alınacaq". |
2014-04-01 | 13,171 | Murad Köhnəqala Azərbaycansız yaşaya bilmədi | Murad Köhnəqəla ilə müsahibə - Salam, Murad bəy, məlumat aldıq ki, artıq Bakıdasınız. Xoş gəlmisiniz. Niyə qayıtdınız? - Salam. Hə, gəlmişəm. Düzü, yaman darıxdım. Əslində, mən cavan vaxtı çox olmuşam xaricdə, Rusiyada yaşamışam. Onda heç demək olar ki, darıxmırdım. Bəlkə, yaşla əlaqədardır, bilmirəm. Amma bu dəfə həqiqətən çox darıxdım. Mən orda sığınacaq istəmişəm, "özünü təhvil verib" – deyirlər onlar. Birinci intervü oldu, "mən nə üçün gəlmişəm?" – bunu izah etməliydim. Xeyli danışdıq, hardasa, üçsaatlıq, yarısı qaldı gələn dəfəyə. Hardasa 3-4 ay keçmişdi. Mənə sığınacaq vermək istəyirdilər. Stokholmu gəzdim, şəraiti, adamları, mühiti öyrəndim, nəsə ürəyim sıxıldı. - Bizim mühit daha ürəyinizcədir? - İnan ki, nəsə, Avropa ürəyimə yatmadı. Çox darıxdım. - Demək, öz təşəbbüsünüz olub gəlmək, o tərəf sığınacaq verməkdən imtina etməyib? - Sadəcə, darıxdığım insanlar vardı, onlar çəkdi məni. - Birdəfəlik gəlmisiniz, yoxsa, yenə getməyi planlaşdırırsınız? - Birdəfəlik gəlmişəm. - Gələn kimi ilk olaraq hara getdiniz? - Məni onlar yola saldılar. Ərizə yazdım – ona "STOP" deyirlər. Yəni bu ərizəylə bütün prosesi dayandırırsan. Orda ərəblər çox idi, başqa millətlər də var idi. Hamısı ölürdü Avropada qalmaq üçün. Məəttəl qalmışdılar mənim qayıtmaq istəyimə. Belarus, əfqan uşaqlar var idi, hamısı deyirdi, dəlisən sən. Bu boyda prosesdən keçmisən, götürürlər səni, hara gedirsən? "STOP" verəndən sonra mənə dedilər ki, pasportun varsa ... Orda pasportu gizlətmişdik. Qaçaq yolla gəldiyimizi demişdik. Dedim, var Stokholmdadı, dostumun evində. Biz bir az mərkəzdən uzaqda – düşərgədə qalırdıq. "Düşərgə" deyəndə, yataqxanalar kimi yox da, üçmərtəbəli otel idi. Kafesi vardı, gündə üç dəfə yemək verirdilər. Poçt qutuları var. Hər şeyi poçtla göndərirlər. - Mən eşitmişdim ki, düşərgədə yaşayanlara şəhərə getmək qadağandır. - Mən də eşitmişdim. Hətta mənə getməmişdən qabaq demişdilər ki, bəzi düşərgələrin qapısında polislər dayanır, qoymurlar kənara çıxmağa. Bizdə elə deyildi. İstədiyimiz vaxt rahat, hər yerə gedə bilirdik. Nə isə, mənə dedilər ki, pasportu verəndən sonra məktub yazacağıq. Mən də gözlədim, məktub gəldi ki, "Gəl". Getdim miqrasiya mərkəzinə. Dedilər ki, səni birisigün yola salırıq. Amma məktub gələnə kimi bir həftə çəkdi. O bir həftə az qalırdı bağrım çatlaya – beynimdə getmək vardı deyə... Stokholm aeroportuna bir gün əvvəl gəldim. Dedim, birdən gecikərəm. Stokholmdan İstanbula, İstanbuldan Bakı reysi ilə uçdum. Bir gün aeroportda qaldım. Orda azərbaycanlılardan mənə "dost", "qardaş" deyənlərdən heç biri gəlmədi. Bir ləzgi oğlan vardı, o yola saldı. - Kimlərdən ki umurdunuz, gəlmədi, kimlər idi onlar? - Adlarını demək istəmirəm. Özləri bilir. - Bir də dediniz ki, sizi vətənə çəkən adamlar var idi. Kimlərdir – dost, tanış, sevgili? - Yox, ad çəkmək istəmirəm. Amma məsələn, Tahir Kazımlı, Salam Sarvan, Aqşin Yenisey, nə bilim, dostlar vardı ki, onlarçün darıxmışam. - Həmişə vətəndə. - Təşəkkür edirəm, var olun ("1937.az"). |
2014-04-01 | 13,172 | Metrodan çıxarılan ticarətcilər hara yerləşdirilib? | "Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib. R.Hacıyev sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin quruma müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər: "Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk" . Xatırladaq ki, ticarətçilərin böyük əksəriyyəti yeni yaradılan "Metro" ticarət mərkəzində fəaliyyət göstərir. |
2014-04-01 | 13,173 | Daha iki azərbaycanlı Suriyada öldürüldü | Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ölənlər "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının tərkibində vuruşan "Həsən Azəri" və "Abdul Mətin" ləqəbli Azərbaycan vətəndaşlarıdır. Mücahidlər hər iki şəxsin fotosunu da yayıblar. Məlumatda "Abdul Mətin" ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub. "Həsən Azəri"nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-04-01 | 13,174 | Qarabağ konfliktinin həllinə ABŞ mane olub - Şok | "Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasında Viktoriya Nulandın böyük töhfəsi olub". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Petrosyanın keçmiş köməkçisi Jirayr Liparityan çıxış edib. O, ABŞ-ın Robert Köçəryanın hakimiyyətə gətirilməsində böyük rol oynadığını bildirib: "Nuland çoxdan işləyir. Bizim vaxtımızda o, Ermənistana danışıqlar aparmaq üçün gəlmişdi. Viktoriya Nuland o şəxslərdəndir ki, 1997-1998-ci illərdə Ermənistanın daxili işlərində çox böyük rol oynayıb. Onun Ter-Petrosyanın istefaya göndərilməsində önəmli rolu olub. O zamankı səfir Piter Tomson isə müxalifəti müdafiə etməkdən ötrü əlindən gələni edirdi. Nuland Petrosyan istefaya gedəndə mənə bu sözləri demişdi: "Petrosyan ağıllı adamdır, amma o Qarabağda sülh yaratmaq üçün güclü şəxs deyil. Köçəryan isə müharibəni qazanan güclü şəxsdir və sülhü yaratmalıdır..." Qeyd edək ki, Jirayr Liparityan Qarabağ konflikti ilə bağlı danışıqlarda iştirak edib. O, atəşkəslə bağlı (Bişkek) müqaviləni hazırlayan şəxslərdən biri olub. |
2014-04-01 | 13,175 | Seçkilərdə 20 ilin rekordu qırıldı | Türkiyədə bələdiyyə seçkisində 42 milyon 219 min 800 seçici səs verərək son 20 ilin rekordunu qırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə 30 mart bələdiyyə seçkisində 48 milyon 55 min 317 seçicinin 89.1%-i səs verib. Bu rəqəmə görə 20 ilin rekordu qırılıb. 1994-cü il bələdiyyə seçkilərində 89.7% seçici səs vermişdi. AKP 6 şəhərdə bütün rayonları qazandı AKP bələdiyyə seçkilərində Ordu, Sakarya böyük şəhərləri ilə birlikdə Tokat, Gümüşxana və Düzcədə mərkəz və bütün rayonlarda qalib gələrək çətin olan rekorda imza atıb. CHP-nin bələdiyyə sayı azalıb Ana müxalifət partiyası CHP seçkilərdə 25.7% səs qazanaraq 2-cı sırada qalıb. CHP-nin bələdiyyə sayı 15-dən 14-ə düşüb. |
2014-04-01 | 13,176 | Ukrayna hökumətindən hərbi əməliyyat tapşırığı | Ukrayna Ali Radası "Ukraynada qanunsuz silahlı birləşmələrin dərhal tərk-silah edilməsi haqqında" qərar qəbul edib. Verilən məlumata görə, qərarın lehinə 256 deputat səs verib. Qərarda qeyd edilir ki, ölkədə yaranmış fövqəladə ictimai-siyasi vəziyyət, kriminal vəziyyətin gərginləşməsi, xarici vətəndaşların ölkədə sistemli təxribatları ilə əlaqədar Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidmətinə qanunsuz silahlı birləşmələri və qanunsuz silah daşıyan ayrı-ayrı vətəndaşları tərk-silah etmək tapşırılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir ( Trend ). |
2014-04-01 | 13,177 | Erməni zabit Qarabağda minaya düşdü | Erməni silahlı qüvvələrinin zabiti minaya düşüb. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə martın 31-də qoşunların təmas xəttində baş verib. Erməni ordusunun baş leytenantı Arutyun Safaryan minaya düşərək ölüb. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. |
2014-04-01 | 13,178 | Saşko Biliy: "İndi Qırmızı Meydanda gəzirdik" - Video | Ukraynanın millətçi "Sağ sektor"unun qətlə yetirilmiş üç liderindən biri –Saşko Biliyin Çeçenistanda ruslara qarşı savaşdığı barədə Rusiya mediası növbəti süjet yayımlayıb. "Axar.az"ın məlumatına görə, yayımlanan video-çarxın xronometrajının 6-21 dəqiqəsində Biliydən Çeçenistana hansı səbəbdən gəlməsi soruşulur. O, isə cavabında Moskvadan gəlmiş aqressora qarşı savaşdığını açıqlayır. Daha sonra öyrənilir ki, onun dəstəsində Ukraynadan gəlmiş neçə nəfər rus hərbçilərinə qarşı savaşır: - Mənimlə birlikdə 200 yaxın ukraynalı döyüşçü gəlib. Daha yaxşı olar ki, biz qalibiyyətimizi Moskvanı almaqla qeyd edək. Döyüşçülərimdən olduqca razıyam. Moskalların açıqladığı dezinformasiyaya inanmayın. Onlar Çeçenistanda heç bir uğura nail ola bilməyib. Başqa məqamı deyim – ruslarda olan texnika və hərbi sursat bizdə olsaydı, çoxdan Qırmızı Meydanda qalibiyyət paradını qeyd edərdik, gəzərdik". Xatırladaq ki, Ukrayna hadisələrinin başlandığı ilk gündən Rusiya tərəfi "Sağ sektor" və onun liderlərinin ünvanına ən kəskin ifadələr işlətməyə başlamışdılar. Qətlə yetirilmiş Saşko Biliyin isə çeçen döyüşçüləri ilə ruslara qarşı savaşdığı indi hər xəbər proqramının manşetində əks olunur. Yayımlanan videoda Cövhər Dudayevin açıqlamaları da diqqət çəkir. |
2014-04-01 | 13,179 | İcra Hakimiyyətindən qəzet köşkləri ilə bağlı açıqlama | "Yeni köşklər məhz qəzet satışı üçün nəzərdə tutulub. Lakin, ticarətçilərin öz xərclərini ödəməsi üçün müəyyən hallarda ərzaq mallarının satışına da icazə verilir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib. Onun sözlərinə görə, indiyədək paytaxta 200-ə yaxın köşk gətirilib və ehtiyac olarsa, yeni köşklərin gətirilməsi də istisna edilmir. R.Hacıyev qəzet köşklərində ərzaq mallarının satılması haqqında deyilənlərə də münasibət bildirib: "Köşklərdə əsasən qeyri-ərzaq malları satılır ki, bu da ticarətçilərin kommunal və digər xərclərini ödəməsinə imkan yaradır. Bu qəzet köşküdür, ərzaq mağazası deyil. Lakin nəzərə alaq ki, bir qəzet köşkündə istifadə olunan işığın pulu təxminən 60-70 manatdır, qəzet satışından gəlir isə 50 manatdan yuxarı ola bilməz. Belə olan halda ticarətçilər yalnız qəzet satışı ilə öz xərclərini ödəyə bilmirlər. Bu baxımdan müəyyən hallarda onlara güzəştlər olunur. Eyni zamanda həmin köşklərdə əsasən qeyri-ərzaq malları satılır. Yəni xarab olma ehtimalı olan mallar satılmır". |
2014-04-01 | 13,180 | Muğannanın ölümünü eşidən dostlarının reaksiyası - Yazarlar | Azərbaycan ədəbiyyatı böyük imzalarından biri İsa Hüseynovu itirdi. Oxucu hər mütaliəsində Muğanna imzasının yoxluğunu hiss edəcək. Bəs yazarlar necə düşünür? Azərbaycan kimi itirdi? Gözəl əziz insan və yaxın dost Anar: "Ədəbiyyatımız üçün böyük itkidir. Azərbaycan ədəbiyyatında Muğanna imzasının həmişə özünəməxsus yeri olub. Bu imzadan sonra boşluq həmişə hiss ediləcək. Şəxsən mən İsa Muğannanın ölümü ilə gözəl, əziz insan və yaxın dost itirdim. Mənimçün və eləcə də Azərbaycan üçün ağır itkidir". Dilim söz tutmur bu itkini ifadə etməyə Seyran Səxavət: "Vay-vay, nə vaxt vəfat edib? İndi eşidirəm mən bu xəbəri. İlahi, nə pis oldu bu! İndi hardadı İsa? Hara aparıblar? Hara getsəm onu görə bilərəm? Gözləmədiyim anda eşitdiyim xəbər oldu. Azərbaycan nəhəng yazarını – İsa Muğannasını itirdi. Ədəbiyyatımız onun sayəsində zənginləşdi. Söz tapmıram deməyə. Çox təsirləndim, pis oldum. Qəfil dediz xəbəri. Dilim söz tutmur bu itkini ifadə etməyə". Azərbaycanın ən gur işıqlarından biri söndü Sabir Rüstəmxanlı: "İsa Muğannanın ölüm xəbərini gecə eşitdim. Xəbəri eşidəndə mənə elə gəldi ki, Azərbaycanın ən gur işıqlarından biri söndü. Gecənin qaranlığı zülmətə büründü o anda. Çünki İsa Muğanna son dərəcə işıqlı və böyük istedad sahibi olan ziyalımız idi. Neçə yüz illik Azərbaycan ədəbiyyatının yetirdiyi ən parlaq simalarından biri idi. Muğanna ədəbiyyatımızda yeni ədəbi məktəbin, yeni üslub və cərəyanın bünövrəsini qoymuş insandı". Ona məlum olan qəribə sirlər… Musa Yaqub: "Kim? İsa Muğanna vəfat edib? Nə danışırsız siz? Belə insanlar ölümsüz olmalıdı!... İsa Muğanna ədəbiyyatda özünə ayrıca bir yol, cərəyan yaratmış insandı. Onun hər əsəri bir imzadı. Son dövrlər onun Allahla kəlmələşmə söhbətləri vardı. O, dünyanı, insanı, insan ömrünü fəlsəfə ilə bağlayırdı. Ona məlum olan qəribə sirlər, bu gün heç bir yazıçıya məlum deyil. Bu gün ədəbiyyatımız cismən İsa Muğannanı itirdi. İmzası isə dünya durduqca yaşayacaq". Əsil İsa ölümü Pərviz Cəbrayıl: "O, zamanın sıfırlandığı anda dünyadan köçdü: 00:00-da. Demək ki, qəm eləməyə dəyməz. Əsil İsa ölümü. Zamandan kənar…" Onu hər zaman qısqandılar, yolunu kəsdilər Cəlil Cavanşir: "İsa Muğanna XX əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biridir. Ədəbiyyatımızda, romançılığımızda müəyyən mərhələ onunla bağlıdır. "Tütək səsi", "Saz", "Yanar ürək ", "Məhşər" və "İdeal" əsərləri nəsrimizin əvəzsiz nümunələrdir. Son yüz ildə Azərbaycan ədəbiyyatında Muğanna qədər istedadlı və intellektual nasir yetişməyib. Dünyaya təqdim edə biləcəyimiz, nadir istedad sahibi idi. Əminəm ki, onun əsərləri hələ uzun müddət öz aktuallığını itirməyəcək. Muğannanın dünyagörüşü və ədəbiyyata yanaşması bu gün bizə "soxuşdurulan", dərsliklərə salınan, gecə-gündüz təbliğ olunan yazıçılardan daha böyük olduğu üçün onu hər zaman qısqandılar, yolunu kəsdilər. O, heç kəsə bənzəmirdi və heç kəsi təqlid etmirdi. Onun qeyri-adi mətn duyumu, mətnə yanaşması vardı. Muğanna ustad yazıçı idi. Hər zaman oxunmalı və örnək götürülməli nasirdir. Azərbaycan romançılığında onun öz yolu, öz dəsti-xətti var. Təkcə "Məhşər" romanı ilə dünyaya çıxmağa, dünyada tanınmağa haqqı vardı. Nədənsə özünü təbliğ edənlər, Muğannanın təbliğinə mane oldular. Son bir ildə "Hədəf" Nəşrləri onun külliyyatını çap etməyi öz öhdəsinə götürməsəydi, kitablarının təqdimatını keçirməsəydi, demək olar ki, unudulmuşdu. Biz böyük söz və ədəbiyyat adamını, dövrümüzün ən böyük romançısını itirdik. Onun yaradıcılığını hər zaman heyrətlə və sevgiylə izləmişəm. Ruhu şad olsun!" Qocalmışdı artıq Seymur Baycan: "Böyük bir sarsıntı keçirmədim. Qocalmışdı artıq. Nə deyim, Allah rəhmət eləsin". Son 50 ilin ən böyük yazıçısı Şərif Ağayar: "Muğanna Azərbaycan nəsrinin üç-dörd ən nəhəng simalarından biridir. Mənim düşüncəmə görə, son 50 ilin ən böyük yazıçısıdır, böyük imzadır. O, Azərbaycan ədəbiyyatının sütunu hesab olunan bir kişidir. Cəmiyyəti necə inkişaf tarixi keçibsə, İsa Hüseynovun yaradıcılığı da o cür inkişaf yolu keçib. Sadə hekayə və povestlərdən tutmuş real mürəkkəb struktura malik əsərlərə qədər çoxşaxəli inkişaf yolu keçmiş yaradıcılığı var onun. Azərbaycan adlanan bu məmləkət, bu xalq durduqca Muğanna imzası da yaşayacaq. Azərbaycan, ədəbiyyat, xalq illər uzunu onun imzası, adı ilə fəxr edəcək. Qeyd edək ki, yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirdi. Yazıçı gecə saat 00.00-da qəfildən dünyasını dəyişib. Allah rəhmət etsin! |
2014-04-01 | 13,181 | Elnur Məcidli axtarışa verildi | Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidlinin axtarışda olması barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır. Xatırladaq ki, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxsi beş ilədək müddəti azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. E. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub. Baş Prokurorluq isə 2011-ci ildə məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb. |
2014-04-01 | 13,182 | Daha 10 idmançımızı cəza gözləyir – Özəl | Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı. Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar. İndi isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Üstəlik cəzaya məruz qalan idmançıalrın da sayı 5 yox, 9 olub. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib. Hətta Azərbaycanın Ağır atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib. Bu məsələ ilə bağlı mətbuatda kifayət qədər məlumat yer aldı. Bir il əvvəl medal qazanan idmançıların indi cəzaya məruz qalması müəyyən söz-söhbətlər ortaya çıxartdı. Ancaq təəssüf ki, Azərbaycan ağır atletika Federasiysaının rəsmiləri həqiqəti deməkdən çəkindilər. "Axar.az" məsələ ilə bağlı özəl mənbədən məlumat əldə edib. Gənclər və İdman Nazirliyində yüksək vəzifə tutan, adının açıqlanmasını istəməyən şəxs dopinq qalmaqalının təfərrüatlarını bizimlə bölüşdü: "Əvvəlcə bir məqamı diqqətinizə çatdırım. Bu gün bütün dünyada ağırlıqaldıranlar dopinqdən istifadə edir. Bu, birmənalıdı. Təbii ki, bundan Beynəlxalq Ağırlıqaldırma Federasiyasının da (İWF) məlumatı var. Məhz bu məqamdan yararlanan İWF rəhbərliyi təşkilatı korrupsiya yuvasına çevirib. İWF rəhbərliyi dopinqə görə az qala bütün milli federasiyalardan rüşvət toplayır. Xüsusən də medallara iddialı ölkələr İWF-yə rüşvət verirlər ki, dopinqdən "təmiz" çıxsınlar. İndi isə gələk Azərbaycan idmançılarının cəzaya məruz qalmasına. Cəzanın yarışdan bir ilə sonra tətbiq edilməsinin özü də bir müəmmadı. Ancaq əsas müəmmanı İWF-nin prezidenti Tomaş Ayanın Azərbaycana səfərində axtarmaq lazımdı. Cəmisi 4 ay əvvəl Tomaş Ayan Bakıda keçirilən "Qran-pri" yarışında rəsmi qonaq kimi iştirak edib. İWF prezidenti Bakıda olarkən şəxsi maraqlarını da həyata keçirməyə cəhd edib. Belə ki, Tomaş Ayan Gənclər və İdman naziri Azad Rəhimovla görüşdə ağır atletikanın Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına salınmasını təklif edib. Nazir isə bunun mümkün olmadığını bildirib. İWF prezidenti hətta buna görə təkid belə edib. Ancaq rədd cavabı alıb. Onun ağırlıqaldırmanı I Avropa Oyunlarının proqramına salınmasında təkid etməsinin arxasında külli miqdarda vəsit qazanmaq iddiası durub. Qeyd etdiyim kimi, milli federasiyalar hər yarışdan əvvəl dopinqdən "təmiz" çıxmaq üçün İWF-yə rüşvət verirlər. Bu da külli miqdarda vəsait deməkdi. Ağırlıqqaldırma I Avropa Oyunlarının proqramında olsaydı, İWF bu yarışdan azı 10 milyon dollar rüşvət toplamağı düşünürdü. Ancaq Tomaş Ayanın bu istəyi baş tutmayıb. Elə ona görə də o, Azərbaycandan qayıdan kimi bu qərar verilib. Daha bir məqama diqqət ayırmanızı istəyirəm. Fikir verdinizsə, İWF əvvlcə rəsmi saytında idmançılarımızın medallardan məhrum olunduğunu bildirdi. Amma səbəb göstərmədi. Özü də 5 idmançımızın. Bu, artıq Azərbaycana qarşı şantaj idi. İWF rəhbərliyi hesab edirdi ki, bundan sonra onların istəkləri yetinə yetiriləcək. Bu alınmayınca, daha 4 idmançımızı da əlavə edərək 9 idmançının dopinqdə ilişdiyini bildirdilər. Bizdə olan məlumata görə, İWF rəhbərliyi bununla da sakitləşmək fikirində deyil. Yaxın vaxtlarda ola bilsin ki, daha 10 idmançımız dopinqə görə cəzalandırılsın. Düşünürəm ki, məsələyə müəyyən aydınlıq gətirə bildim. Çox təəssüf ki, Azərbaycan Ağır Atletika Federasiyası bu məsələdə olduqca passif mövqe tutdu, Azərbaycanın maraqlarını müdafiə edə bilmədi. Federasiyada yüksək vəzifə tutan şəxslər Cahangir Əsgərovu aldatdılar, ona hər şeyin qaydasında olduğunu bildirdilər. Məndə olan məlumata görə, Tomaş Ayana müyyən qədər rüşvət də təklif olunub. Ancaq o, federasiyadan I Avropa Oyunlarında qazanmaq istədiyi məbləğə yaxın rüşvət tələb edib. Nəticəsi də belə…" Biz mənbənin fikirlərini olduğu kimi verdik. Ancaq görünən odur ki, ya zəlzələdən, ya da vəlvələdən, inkişafı üçün dövlətin külli miqdarda vəsait ayırdığı, olimpiadalarda medal ümidimiz olan bir idman növü məhv edildi. |
2014-04-01 | 13,184 | Qaqauz liderdən Putinə yalvarış məktubu – Şok/Video | Moldovanın tərkibində olan Qaqauziya Muxtar Vilayətinin rəhbəri Mixail Formuzal televiziya kanalına açıqlamasında rəsmi Kişinyovun ünvanına hədə dolu bəynatlar verib. "Axar.az" xəbər verir ki, Formuzalın çıxışının qayəsində Rusiya ilə əlaqələrin qurulması ana xətti təşkil edib: "Sabah başımıza gələcək hər hansı problemin aradan qaldırılmasına kimsə qarantiya verirmi? Məsələn, Avropa Birliyinə üzv olan 27 ölkə iqtisadi problemlərimizin aradan qaldırılmasına bizə qarantiya verirmi?" Qeyd edək ki, cari il fevralın 2-də muxtar vilayətdə referendum keçirildi. Bu addım Moldova mərkəzi hakimiyyəti tərəfindən hiddətləndə qarşılandı. Etiraz bəyanatlarına baxmayaraq, Komrat təmsilçiləri prosesi davam etdirdilər. Formuzalın məsələyə isə öz yanaşması var: "Əgər bizim hüquqlarımız pozularsa, nəinki Rusiya, biz Türkiyəyə də, Polşaya və digər Avropadakı dostlarımıza müraciət edəcəyik. Bizim hüquqlarımızı pozmağa heç kimin ixtiyarı yoxdur". Süjetin sonunda qaqauziyalı fermerlərin də Ruiya ilə əlaqələrin qurulmasında maraqlı olduğu yer alıb. Qeyd edək ki, dünən Qaqauziya rəhbəri Mixail Formuzal Rusiya hökumətinə məktubla müraciət edərək Moldova əhalisinin sadələşdirilmiş prosedurla Rusiya Federasiyasının vətəndaşlığında yaşaması məsələsinə baxılmasını xahiş edib. Məktubda bildirilib ki, Moldova əhalisi rus cəmiyyətinə rahat şəkildə daxil ola bilərlər, çünki onlar rus dili və mədəniyyətini yaxşı bilir və onların çoxunu ruslarla provoslav dəyərlər birləşdirir. |
2014-04-01 | 13,185 | Bəxtiyar Sadıqov İTV-yə gedən əməkdaşından danışdı | "Cəmil Quliyev məndən alicənab, ziyalıdırsa və Flora onun rəhbərliyi altında işləmək istəyirsə, buna mən nə edim?" Bu sözləri "Axar.az"a açıqlamasında "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov deyib. O, Flora Xəlilzadənin vəzifədən azad olunandan sonra verdiyi açıqlamasına yalnız iki cümlə deməklə münasibət bildirib: "Cəmil Quliyev məndən alicənab, ziyalıdırsa və Flora onun rəhbərliyi altında işləmək istəyirsə, buna mən nə edim? Bunu ancaq alqışlayıram". Qeyd edək ki, əməkdar jurnalist Flora Xəlilzadə "Azərbaycan" qəzetindən gedib. O, "Mia.az" saytına açıqlamasında alicənab bir adamın rəhbərliyi altında işləməyə üstünlük verdiyini bildirib: "Mən öz ərizəmlə işdən getmişəm, jurnalistikadan yox. Şərəfli, alicənab, ziyalı, qədirbilən, mədəni bir şəxsiyyətin rəhbərliyi altında işləməyə üstünlük verdim. Mənim heç bir zaman vəzifə iddiam olmayıb. Amma əlimə qələm alandan yaxşı yazmaq, xalqıma, millətimə, dövlətimə xidmət etmək iddiam olub. Buna da nə dərəcədə nail olmuşam - həm oxucularım, həm kitablarım, həm də layiq görüldüyüm mükafatlar, təltiflər söyləyə bilər". Onu da xatırladaq ki, Flora Xəlilzadə mətbuatda səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Prezident mükafatçısı olmuş əməkdar jurnalist "Tərəqqi" medalı ilə təltif edilib. Hazırda onun İctimai Televiziyada məsul vəzifəyə təyin edildiyi bildirilir. |
2014-04-01 | 13,186 | «Unibank»ın məlumat mərkəzi xidmət saatlarını artırdı | Azərbaycanın "Unibank" ASC-nin 117 məlumat mərkəzi xidmət saatlarını artırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, indi bankın məlumat mərkəzi həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. "Unibank" müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər. Qeyd edək ki, "Unibank" hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün bankın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. |
2014-04-01 | 13,187 | Kürd rejissor Fransanın mükafatından imtina etdi | Kazım Öz Parisdə öldürülən üç PKK-çı qadına görə Fransa hökumətinin mövqeyinə etiraz olaraq mükafatdan imtina edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il yanvarın 10-da Parisdə üç PKK-çı qadını öldürülməsindən sonra Fransa hökumətinin mövqeyinə etiraz olaraq kürd rejissor Kazım Öz "Cinema du Reel" festivalı çərçivəsində "Biri var imiş, biri yox imiş" adlı filminə görə ona verilən mükafatdan imtina edib. |
2014-04-01 | 13,188 | Əlixan Səmədov ermənilərə meydan oxudu | Əlixan Səmədov Yutub sosial şəbəkəsində ermənilər tərəfindən mənimsənilmiş musiqilərini bağlatdırıb. "Axar.az" xəbər verir ki, məşhur azərbaycanlı balaban ustası musiqilərinin oğurlanaraq erməni musiqisi kimi təqdim edilməsi səbəbindən Yutub social şəbəkəsinə şikayət edib və bu tip bütün plagiat linkləri bağlatdırıb. Balaban ustası belə bir sərt mətn yazaraq hər kəsə xəbərdarlıq edib: "Belə nümunələr yüzlərcədir. İnanıram ki, bəlkə bundan sonra utanar və başqalarının əməyinə sayğı göstərərlər... Bu günə qədər mənim ifa etdiyim musiqiləri, uydurma adlarla Yutubda paylaşanların sonu aşağıdakı linklərdə göründüyü kimi olacaq. 1. http://www.youtube.com/watch?v=ZiMBZrjvz2w 2. http://www.youtube.com/watch?v=mfJ-0AsMAjA 3. http://www.youtube.com/watch?v=AfbSXZT4CXY 4. http://www.youtube.com/watch?v=XTuARqNtCjM 5. http://www.youtube.com/watch?v=8OdZU_7LNkc 6. http://www.youtube.com/watch?v=439nxBtEsQU 7. http://www.youtube.com/watch?v=JqJaqnyNO5M 8. http://www.youtube.com/watch?v=sePEQVj_vcQ 9. http://www.youtube.com/watch?v=sqim60FVSYQ 10. http://www.youtube.com/watch?v=nT1YI67PWGE |
2014-04-01 | 13,189 | Kənd təsərrüfatına subsidiyalar artırılacaqmı? - Ekspert | "Yaz vaxtına keçidlə gələn qar yenidən subsidiyalar məsələsini aktuallaşdırdı". "Axar.az" xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov kənd təsərrüfatına ayrılan subsidiyaların artırılmasının tərəfdarı olduğunu deyib: 80 manatdan 140 manata "Ötən ilin dekabrında benzinin qiymətində müşahidə edilən artımlar fermerlərə verilən subsidiyaların artırılması məsələsini gündəmə gətirsə də, sonradan kənd təsərrüfatına birbaşa maliyyə dəstəyinin gücləndirilməsi müzakirə mövzusu olmadı. Yaz vaxtına keçidlə gələn qar isə yenidən subsidiyalar məsələsini aktuallaşdırdı. Belə ki, sonuncu qarın kənd təsərrüfatı məhsulları istehsalının azalacağına səbəb olacağını proqnozlaşdırmaq çətin deyil. Belə olan halda isə, həm fermerlərin xərclərinin azaldılmasının, həm də mövsüm zamanı gözlənilə qiymət artımlarının qarşısının alınması üçün subsidiya məbləğlərinə yenidən baxılması və artırılmasına ciddi ehtiyac var. Qeyd edək ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır: Strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istehsal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir CESD-nin ekonometrik hesablamaları göstərir ki, subsidiya məbləğinin adi məhsullar üzrə 40 manatdan 80 manata, strateji məhsullar üzrə isə 80 manatdan 140 manata artırılması dövlət büdcəsi üçün hər hansı ağırlıq yaratmamaqla yanaşı fermerlərinin xərclərinin qarşılanmasına imkan verər". İqtisadçı alim hesab edir ki, kənd təsərrüfatı sahəsinə subsidiyaların ayrılması sonuncu dəfə 4 il bundan əvvəl baş verib. Amma son 4 ildə aqrar sahə ilə məşğul olanların xərcləri bir neçə dəfə artıb: Son 4 ildə dəyişdirilməyib "Avropa Birliyində büdcənin 40 faizindən çoxunun sadəcə kənd təsərrüfatına subsidiyalar verilməsinə yönəldildiyini nəzərə aldıqda o zaman inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda da fermerlərə birbaşa maliyyə yardımın əhəmiyyətini müəyyənləşdirmək çətin olmaz. Eləcə də nəzər almaq lazımdır ki, subsidiyaların məbləği son 4 ildə dəyişdirilməyib. Amma bu müddətdə fermerlərin xərclərində artımlar var. O baxımdan subsidiyaların məbləğinə yenidən baxılması, xüsusən strateji məhsulların istehsalına yönələn subsidiyaların məbləğinin artırılması daha məqsədəuyğundur". Ərzaq növlərinin sayının artırılmasına ehtiyac var Vüqar Bayramov subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsini də təklif edir. Onun fikrincə, yeni şərtlərə kənd təsərrüfatı sahəsində çalışanlar, fermerlərə yardımları daha rahat əldə etmələrinə şərait yaradacaq: "Digər tərəfdən, subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Bu da kifayət qədər sadə üsuldur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır". Ən yaxşı təcrübə ABŞ-a məxsusdur Ekspert aqrar sahədə çalışanlara verilən subsidiyaların miqdarının və şərtlərinin müəyyən edilməsi zamanı xarici təcrübədən yararlanmaq lazım olduğunu da deyir. Onun fikrincə, bu sahədə ən yaxşı təcrübə ABŞ-a məxsusdur: "Subsidiyalarin ABŞ-da edilən meyarlar əsasında tətbiq edilməsi mümkündür. Belə ki, subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Yəni, faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar fermerləri daha çox məhsul istehsal etməyə təşviq etməlidir". Xatırladaq ki, martın 30-da Azərbaycan ərazisində havanın temperaturu düşüb. Ölkənin əksər yerlərində qar yağıb, bəzi ərazilərdə dolu düşüb. Temperaturun birdən-birə azalmasının yenicə çiçəkləmiş ağaclara və bəzi bostan bitkilərinin məhsuldarlığına mənfi təsir edəcəyi proqnozlaşdırılır. |
2014-04-01 | 13,190 | Bu gün Çirkin Kralın doğum günüdür – Video | "Biz də bilirdik sevgiliyə qərənfil almağı... Lakin ac idik deyə, yedik qərənfil parasını". Bu gün bu məşhur sözlərin müəllifi, zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazar, Türkiyənin "çirkin kral"ı Yılmaz Güneyin doğum günüdür. Əsl adı Yılmaz Pütün olan Yılmaz Güney 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Universitet təhsili almaq üçün İstanbula gedərək orada Atıf Yılmazla (rejissor) tanış olub. Daha sonra Atıf Yılmazın dəstəyilə film sektorunda işləməyə başlayıb. Yılmaz Güney 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu vətənin çocuqları" və "Alageyik" (Nəcib maral) filmlərinin həm ssenari müəllifliyini edib, həm də o filmlərdə aktyor kimi rol alıb. "Yeni üfüqlər" və "On üç" kimi jurnallara da hekayələr yazan Yılmaz Güney bir hekayəsində kommunizm təbliğatı apardığına görə 1961-ci ildə bir il yarım həbs cəzasına məhkum edilir. İki il sonra filmə qaldığı yerdən davam etməyə başlayır. Güney filmlərində əzilən, alçaldılan bir "Anadolu övladının" dirənişi var. Bu dövrdə Y.Güney "Çirkin Kral" təxəllüsünü qazanır. Yılmaz Güney 1972-ci ildə "inqilabçılara yardım etmək" suçuyla yenidən 2 illik həbsə və sürgünə məhkum edilir. 1974-cü ildə "Əndişə" filmini çəkərkən kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edilib və 1976-cı il iyulun 13-də 19 il həbs cəzası alıb. Beş il həbsxanada qaldıqdan sonra 9 oktyabr 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından icazəli şəkildə çıxaraq ölkəni tərk edib. Güneyin həbsdən qaçmasının tarixçəsi çox maraqlı və qəribədir; həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün bir günlük iznlə çıxan və itib-batan adamın həyat hekayəsindən bəhs edən rejissor bu dəfə filmi özü oynamalı olub. Həbsxanadan bir günlük icazə ilə çıxıb və Fransaya qaçaraq həyatının qalan hissəsini orada yaşayıb. Xaricə qaçdıqdan sonra Fransada "Divar" filmini çəkib. Bu onun çəkdiyi son film olub. 1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşayıb və ölümündən sonra Parisdəki "Pyer Laşez" qəbiristanlığında dəfn edilib. "Yol", "Sürü", "Ümidsizlər" kimi filmlərin müəllifidir. Çəkildiyi əsas filmlər bunlardır: "Sərhədlərin qanunu", "Çirkin Kral bağışlamaz", "Seyyid Xan (Torpağın gəlini)", "Bir çirkin adam", "Ümid". "Yol" filmi yenidən montaj edildikdən sonra "Kann" kinofestivalında mükafat alıb. Yılmaz Güney 114 filmdə çəkilib, 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olub. 14 kitab müəllifidir. |
2014-04-01 | 13,191 | Putindən Ukraynaya “1 aprel” zarafatı | "Qazprom" Ukraynaya satdığı hər min kub metr qazın qiymətini 30 faiz qaldırıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın "Qazprom" şirkəti Ukraynaya satdığı hər min kub metr qazı 385,5 dollara qaldırıb. Ümumi qiymətləri 30 faiz artıran şirkət əvvəllər qazı 268.5 dollara satırdı. Məsələ ilə bağlı açıqlama verən "Qazprom"un rəhbəri Aleksey Miller Ukraynanın 1 milyard 711 milyon dollar borcunun olduğunu və təbii qazın daşınmasının əvvəlki illərə nisbətən daha 10 faiz artdığını bildirib. Xatırladaq ki, Rusiya Qara dənizdəki donanmasının Sevastopolda daha 25 il qalması üçün Ukraynaya satdığı qazın qiymətində endirim etmişdi. |
2014-04-01 | 13,192 | Gürcüstan NATO-ya üzv olur | Gürcüstan NATO-ya üzv olacaq. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay deyib. Onun sözlərinə görə, bu siyasət dəyişməyib və dəyişmək niyyəti də yoxdur: "Mən bu məsələ ilə bağlı onu deyə bilərəm ki, NATO mövqeyini dəyişməyib və cari ilin iyununda təşkilatın XİN başçılarının keçiriləcək görüşündə dörd namizəd ölkənin quruma yaxınlaşma yollarına baxılacaq. Bununla bağlı biz hesabat təqdim edəcəyik. Konkret qərara gəldikdə isə bu NATO-nun sentyabrdakı sammitində baxılacaq". Apaturay onu da ümidvar olduğunu deyib ki, sammitdə Gürcüstanla bağlı irəliyə doğru addım atılacaq: "NATO baş katibi də Gürcüstanla bağlı konkret qərarın verilməsinin tərəfdardır və bu qərar mütləq olacaq, amma bu necə qərar olacaq bunu əvvəlcədən demək çətindir". NATO XİN başçılarının Brüsseldə bu gün keçirilən iclasında da qurumla Gürcüstan arasındakı münasibətlərə baxılacaq. Bu məqsədlə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək. NATO XİN başçılarını toplantısında Gürcüstanın Xarici işlər naziri Maya Pancikidze iştirak edəcək ("Musavat. com"). |
2014-04-01 | 13,193 | “Ruslar Ukraynaya girsələr, atəş açacağıq” | "Əgər Rusiya Ukraynanın daxilinə doğru irəliləsə, atəş açacağıq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib. O, Krımı işğal etməklə Rusiyanın 1994-cü ildə qəbul olunmuş Budapeşt memorandumunu pozduğunu bildirib: "Əgər rus qoşunları Ukraynanın daxilinə doğru irəliləsə, atəş açacağıq və bu Rusiya, yaxud Putinin marağında olmayacaq. Bu işğal təkcə Krım tatarları üçün yox, həm də etnik ukraynalılar və ruslar üçün böyük faciə olacaq". |
2014-04-01 | 13,195 | Hizbullahın Suriyaya girməsinə Əsəd izn verib | Suriyada hökumət qüvvələrinin xalqa qarşı törətdiyi qətliamlara lap əvvəldən dəstək verən Hizbullah lideri Şeyx Həsən Nasrallah Türkiyəni Suriyanın müstəqilliyini təhlükəyə atmaqda günahlandırıb. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, Əsədin Suriya xalqına qarşı 3 ildən çox bir müddətdə davam etdirdiyi qanlı əməliyyatlarına hərbi dəstək verən Hizbullah lideri Nasrallah Türkiyənin Suriya mövqeyini tənqid edib. Hizbullahın Suriyadakı varlığını siyasi mövqe olaraq açıqlayan Nasrallah Suriyadakı qırğınlara ortaq olma səbəbi olaraq "digər tərəflərin də müharibəyə qatılmaqları"nı göstərib. Şeyx Həsən Nasrallah ayrıca Ərəb dövlətlərinin Suriya rəhbərliyini devirmək istədiyini, özlərinin heç bir müstəqilliyi pozmadıqlarını, Suriya torpaqlarına Suriya hökumətinin razılığıyla girdiklərini bildirib. Suriyada olma səbəblərinin arasında Seyidə Zeynəb Türbəsini qorumaq olduğunu bildirən Şeyx Həsən Nasrallah Türkiyənin heç kim tərəfindən tanınmayan Süleyman Şah Türbəsini müdafiə etdiyini və həmçinin, Suriyanın müstəqilliyini təhlükəyə saldığını iddia edib. |
2014-04-01 | 13,196 | Tağı Əhmədov tacirlərə 100 min atıb - Foto | Ticarətçilər vaxtı ilə onların hər biridən məcburi şəkildə alınan 1100 manatı da tələb edirlər. Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında mağazaları sökülən ticarətçilər prezident İlham Əliyev "İmdad" başlığı ilə məktub yazıblar. Həmin məktubu redaksiyamıza bilavasitə təqdim edən metro ticarətçilərinin "Yeni Müsavat"a verdikləri məlumata görə, prezidentdə göndərilən məktubda qeyd olunub ki, onlar iş yerlərini itirməklə yanaşı, dələduzlar tərəfindən aldadılıblar. Bir sürəti "Yeni Müsavat"a göndərilən məktubda deyilir: "Tağı Əhmədov işdən azad olunandan sonra bizdə belə bir ümid yaranmışdır ki, bundan sonra ticarətlə məşğul olan bizim kimi adamlar rahat nəfəs alacaqlar. Hamı elə düşünürdü ki, bundan sonra ailəsini daha yaxşı dolandıracaq. Çünki qazandığımız 1-2 manat pullu da bizdən "tikinti pulu", "vergi pulu", "xidmət pulu", "zibil pulu", "yer pulu" adı ilə məcbur alırdılar. Amma, yeni metro rəisi gözlənilənin tam əksini etdi. Yeganə qazanc yerimizi bağlayaraq bizə ağır zərbə vurdu. İndi bizlər iş yerlərimizin bərpa olunması ilə yanaşı, 2012-ci ilin martında "Eurovision" yarışması ilə bağlı yığılan 1100 manatı da tələb edirik. Çünki, o vaxt alüminiumdan olan köşkləri yeniləri ilə əvəz etmək adı ilə bizdən 104 min 500 manat pul yığıblar. Bu, bizlər üçün kifayət qədər böyük məbləğdir". Metro ticarətçiləri məktublarında qeyd ediblər ki, o vaxt həmin pulu çoxları bankdan kredit götürmək hesabına ödəyiblər: "O, vaxt Tağı Əhmədovun yaxın adamı Şövqi Əhmədov bizi məcbur etdi ki, üç gün içində həmin pulu yığıb verməlisiniz. Mağazalarımız bağlananda biz həmin pulu tələb etdik. Çünki, Tağı Əhmədov bizə demişdi ki, nə vaxtsa həmin mağazalardan çıxsanız, həmin məbləğ ticarətçilərə geri qaytarılacaq. Bizim də ümidimiz ona idi ki, nə vaxtsa metrodan çıxsaq 1100 manatımızı alıb, bir başqa yerdə ticarətə davam edəcəyik. İndi, əlimizdə pul yoxdur ki, alver edək". Xatırladaq ki, Bakı Metropolitendəki ticarət köşklərinin sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, tacirlərin işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, "Keşlə", "Yaşıl" və "Şərq" bazarlarında yer təklif olunub. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyekti sökülüb. |
2014-04-01 | 13,197 | O, bizim gəncliyimizin idealı idi | Böyük yazıçımız İsa Muğannanın ölüm xəbərini gecə yarısı aldım. Elə bildim, göydəki ulduzlardan biri axıb getdi. Azərbaycanın yüzilliklər ərzində yandırdığı ən böyük zəka işıqlarından biri söndü və gecənin qaranlığı bir az da qatılaşdı. İsa Muğanna nadir istedad sahibi idi. O, bunu ilk əsərlərində göstərmişdi. Cavan yaşlarından Azərbaycan ədəbiyyatının klassiklərindən birinə çevrilmiş, adı nəslimizin böyük yaradıçıları olan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.Çəmənzəminli, M.S.Ordubadi, S.Rəhimli, M.İbrahimov, Mir Cəlal, Ə.Vəliyev, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı və bu kimi yazarlarımızın adları ilə birgə yer alıb. Ancaq eyni zamanda İsa Muğanna ədəbiyyat tariximizdə yeni, təkrarsız bir hadisə idi. Nəslimizə yeni üslub, yeni baxış, yeni düşüncə tərzi, ən başlıcası, unudulmaz insan xarakterləri gətirmişdi. İsa Muğanna yaradıcılığı nəsrimizdə yeni bir ədəbi məktəbdir. Özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir göstərib, nəsrimizi bəsit sosialist realizmi şablonundan qurtarıb, 20-ci əsrin dünya nəsrinin ən gözəl örnəkləri səviyyəsinə qaldırıb. Gənclik illərimizdə onun hər bir əsərini böyük intizarla gözləyirdik. "Doğma və yad adamlar", "Teleqram", "Kollu koxa", "Tütək səsi", "Yanar ürək", "Məhşər", "İdeal"... İsa Muğannanın bu bir-birindən gözəl əsərləri ötən yüzilin son dərəcə mürəkkəb tarixini, ictimai-siyası hadisələrini əks etdirməklə yanaşı, qədim psixoloji təhlilləri ilə milli xarakterin qeyri-adi dərəcədə mürəkkəb və bənzərsiz mənzərələrini yaradıb. Onun ən çox müzakirə olunan "İdeal" romanını "Yazıçı" nəşriyyatının baş redaktoru olanda mən nəşr etmişdim. Bunu ürəklə yazıram. Çünki o vaxt Mərkəzi Komitənin İdeologiya şöbəsi əsərin nəşrinə icazə vermirdi. Özəlliklə "Qapalı dünya" bölümünə heç cür icazə vermək istəmirdilər. Mən uzun müzakirədən sonra başa sala bildim ki, bu bölmə əsərin bir qəhrəmanına aiddir. Müəllifin öz fikri deyil. Buna görə müəllifi ittiham etmək olmaz. Əslində dünyaya belə qeyri-adi yanaşmağı bədii əsərə gətirmək yazıçının böyüklüyüdür. Yalnız bundan sonra Mərkəzi Komitədən bildirdilər ki, bu əsərin məsuliyyətini özün boynuna götür. Bununla razılaşdım və əsərin məsuliyyətini boynuma götürdüm: "İsa Muğanna özü kifayət qədər ağıllı adamdır. Nə yazdığını bilir. Yazdığının məsuliyyətini elə özü müəllif kimi daşıyır. Ancaq eyni zamanda, mən də bir naşir kimi məsuliyyəti boynuma götürürəm. Bu əsərin böyük bir hissəsi "Yanar ürək" adı altında çap olunub. Bu genişləndirilmiş və təkmilləşdirilmiş nəşrdir. Həmin bölmə də əsər qəhrəmanının düşüncələridir və bu düşüncələr elə ciddi məsuliyyət doğurmur". Əsər çox böyük tirajla çap olundu. Sonra da dəfələrlə çap edildi. Həmin illərdə İsa Muğanna tez-tez nəşriyyata gəlirdi. Bizim onunla əvvəldən, heç şübhəsiz, çox yaxın münasibətimiz var idi, bundan sonra dostluğumuz daha da möhkəmlənmişdi. İsa Muğanna son dərəcə maraqlı, gözəl insan, dost, həmsöhbət idi. Onun həyat yoldaşı Firuzə xanım da İsa Muğanna qədər dəyərli insandır. Çox gözəl xanım və əziz bacımızdır. O, İsa müəllimə yaraşan bir xanımdır. Firuzə xanım ömrünün axırına kimi İsa müəllimə xidmət etdi. O, İsa Muğannanın böyüklüyünü dərk edirdi. İsa Muğanna ilə mən Yazıçılar İttifaqının Moskvada keçirilən qurultayına birlikdə getmişdik. Firuzə xanım da bizimlə idi. Təyyarədə Firuzə xanım İsa müəllimə yemək vermək istəyəndə o dedi ki, "İsmayıl Şıxlı şəkərdi, əvvəl İsmayıla ver, sonra mənə verərsən". Firuzə xanım yolda yemək üçün pendir və çörək götürmüşdü; az qala hamıya o pendir-çörəkdən verdi. İsa Muğanna bir tikəsini də hər kəslə bölməyi bacaran insan idi. Onun əsərlərinə çoxlu filmlər çəkilib. Hər biri bizim film sənətində böyük hadisədir. İsa Muğanna bizim gənclik illərimizdə idealımız olan insan kimi də, yazıçı kimi də böyük söz sahibi idi. Bir dəfə kamera, fotokamera götürüb onların qapılarını döymüşdüm. 4 saat oturub onunla ədəbiyyat haqqında maraqlı söhbətlər eləmişdik, bir albom şəkil çəkdirmişdik birlikdə. O söhbəti lentə də aldırmışdım. Həmin gün zarafatlaşa-zarafatlaşa Firuzə xanımın da çox dadlı piroqundan yemişdik. Bunlar hamısı çox əziz xatirədir mənim üçün. İsa Muğanna Azərbaycanın qərb bölgəsinin İsmayıl Şıxlı ilə yanaşı, bütün böyük xarakterlərini, xüsusiyyətlərini ədəbiyyata gətirmişdi. Bununla yanaşı, keçən əsrdəki Azərbaycanın mürəkkəb psixologiyasını, insan və cəmiyyət arasındakı münasibətlərini ədəbiyyata gətirmişdi. Əgər onun uğurlu dil tərcüməçisi olsaydı, yaxud o ingilis, ispan dil mühitində yetişsəydi, heç şübhəsiz indi İsa Muğanna dünyanın ən çox tərcümə edilən, dünyada ən çox oxunan yazıçılarından biri olardı. İsa Muğanna ömrünün müdrik yaşında bizi, ədəbiyyatı tərk etdi. Onun özünəməxsus dünyası var idi. Onun düşüncəsində insan öləndən sonra hamının təsəvvür etdiyi yol ilə yox, tamam başqa yol ilə gedirdi. Onun kitablarında da buna işarə var. Bu gün o özünün təsvir etdiyi dünyadadır. Ancaq o elə bir dünyadır ki, bizdən elə də uzaqda deyil. O, bundan sonra da, əsrlər keçdikcə əsərlərini oxuyan oxucularını görəcək, onların səsini eşidəcək. Azərbaycan var olduqca İsa Muğanna da Azərbaycanla bərabər var olacaq. |
2014-04-01 | 13,198 | N!DA-çıları aparan maşına bibər qazı atıldı | "İndicə Kürdəxanıdan zəng vurub, xəbər elədilər. Bu gün NİDA-çılar məhkəmədən Kürdəxanıya aparılarkən, maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının asmatik tutması olub, havası çatmayıb. Məhbuslar qapını döyüb, etap olunduqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyəcləməkdə davam ediblər. Nəzarətçilər maşının içinə bibər qazı sıxıblar". Bu sensasion məlumatı jurnalist Xədicə İsmayıl özünün "Facebook" səhifəsində yazıb. O daha sonra qeyd edib ki, bunun nəticəsində Z.Qurbanlının vəziyyəti daha da ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib: "Vəkillərdən kim var, ora getsin, məlumat alsın?!" ("Aznews.az") |
2014-04-01 | 13,199 | “Samsunq S5”dən möhtəşəm ixtira - Foto | Bir müddət əvvəl istifadəçilərin ixtiyarına verilən "Samsunq S5" mobil telefonundakı yeni kəşf hər kəsin təəccübünə səbəb olub. "Axar.az" xəbər verir ki, telefonun menyusunda "Uşaq ağlaması detektoru" adlı proqram var. Bu proqram telefonu uşağın yanına qoyan zaman onun ağlayıb-ağlamadığını müəyyən edir. Uşaq ağlayan zaman valideynlərin qolundakı "Gear" ağıllı saatlara xəbərdarlıq göndərilir. Bu proqramdan istifadə etmək üçün telefon mütləq uşağın yanına qoyulmalıdır. |
2014-04-01 | 13,200 | Şevardnadze ruslarla savaşa hazır olduğunu bildirdi | Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Ukraynada yaşayan doğması Georqi Şevardnadze Ukraynanı işğal etmiş aqressorlarla savaşa hazır olduğunu dilə gətirib. "Axar.az" xəbər verir ki, bu barədə o , "1+1" kanalında efrə gedən "Svetskaya jizn" verilişində açıqlama verib. Şevardnadze deyib ki, lazım gələrsə, o da silaha sarılacaq: "Mən özümün və Ukraynada yaşayan bütün gürcülərin adndan bildirmək istəyirəm ki, biz Ukraynanın yanındayıq. Ukrayna bizim üçün doğma ölkədir. Osetiya və Abxaziya müharibələrində MDB–yə daxil olan ölkələrin heç birinin edə bilmdəiyini Ukrayna etdi. Bizə qapılarını açdı, yardım göstərdi. Gürcülər tanıyıram ki, onlar iki müharibə keçiblər və Ukrayna haqqında ürək dolusu danışırlar. Bildirirlər ki, pul, qarşılıq verəcək başqa vasitələr lazım deyil. Çağırın və bir sutka ərzində səngərlərdə olmağa hazırıq". Şevardnadze əlavə edib ki, könüllü kimi artıq o adını Hərbi Komissarlıqda da qeydiyyata aldırıb: "Mən Peçora Hərbi Komissarlığına getdim və bütün koordinatlarımı saxladım. Çünki bu addımı özünü kişi sayan hər bir kəs atmalıdır". |
2014-04-01 | 13,201 | Ermənilər Nalbandyanı ələ saldı | Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyana Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "fəxri doktor"u mükafatı verilib. "Axar.az" "Bakupost.az"a istinadən xəbər verir ki, mükafatın təqdimat mərasimi aprelin 2-də Moskvada baş tutacaq. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "fəxri doktor"u mükafatı dövlət rəhbərləri, ictimai-siyasi xadimlər, diplomatlar, eləcə də alimlərə verilir. Bu gün erməni mətbuatında verilən bu xəbər oxucuların gülüşünə səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı yazılan şərhlərdə ermənilərin Nalbandyanı ələ saldıqları açıq-aydın görünür; "Bu zarafatı sadəcə sabaha keçiriblər". "1 apreldə olsaydı əla olardı. Gülərdik". "Fəxri doktor" Azərbaycana diplomatik müharibəni uduzdu". "Kim deyir ki, Nalbandyan başdanxarabdı? O, əsl fəxri axmaqdı". "Belə nazirləri mətbəx işləri naziri qoymaq lazımdı. Qoy, orada qabları və mənim corablarımı yusun". |
2014-04-01 | 13,202 | Əli Əhmədov oğlunun toyuna hazırlaşırdı, amma… | Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov bu günlərdə oğlu Orxan Əhmədova toy etməyə hazırlaşırmış. Bu barədə "Axar.az"a prokurorluq orqanlarından məlumat verilib. Bildirilir ki, aprelin 4-ə nəzərdə tutulan toyun artıq dəvətnamələri də paylanıb və bütün hazırlıqlar tamamlanıbmış. Mərasimin "Buta Palace"da keçirilməsi nəzərdə tutulubmuş. Lakin dünən Ə.Əhmədova ağır faciə üz verib, qardaşı İsa Əhmədov qəflətən dünyasını dəyişib. Bu böyük kədər Ə.Əhmədova oğul toyunun sevincini yaşamağa imkan verməyib. Hazırda toyun təxirə salınması məsələsi gündəmə gəlib. Başı hüzr mərasiminə qarışan Ə.Əhmədovun hansı qərarı verdiyi bilinmədiyindən, toya dəvət edilən qonaqlar da qərarsızdır. "Buta Palace" Şadlıq evindən "Axar.az"a bildirdilər ki, bu barədə hər hansı məlumatı mediaya açıqlaya bilməzlər. Qeyd edək ki, İcra katibinin oğlu O.Əhmədov Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləyir. Əli Əhmədova bir daha başsağlığı verir və bu ağır günlərində kədərini bölüşdüyümüzü bildiririk. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.