date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-29 | 12,889 | Ölkədəki məktəblər təmir olunacaq | "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən paytaxtın Qaradağ rayonunda bir sıra təhsil müəssisələrinin inşası və əsaslı təmiri işləri aparılacaq. Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu illər ərzində Lökbatan qəsəbəsindəki 960 şagird yerlik yeni məktəb binasının və Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəb binasının tikintisi planlaşdırılıb. Dövlət Proqramında məktəbəqədər tədris müəssisələrinin təmiri də öz əksini tapıb. Belə ki, Müşfiqabad qəsəbəsindəki 286 nömrəli körpələr evi-uşaq bağçası, Lökbatan qəsəbəsində "Çiçək" körpələr evi-uşaq bağçası, eləcə də, Sahil qəsəbəsində yerləşən "Qaranquş" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq. Bundan əlavə, rayonun Qobustan qəsəbəsindəki "Gəlincik" körpələr evi-uşaq bağçasının yerində 80 yerlik yeni binanın tikintisi və "Şəngülüm" körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub (ANS). |
2014-03-29 | 12,890 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Kəngərli, Baş Qərvənd, Xocəvənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-29 | 12,891 | Ordumuz dənizdə terrorizm ilə mübarizə kursunda | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə terrorizmlə mübarizə kursu, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-03-29 | 12,892 | Bu gecədən Azərbaycanda yay vaxtına keçilir | Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 mart 2014-cü il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir (Trend). |
2014-03-29 | 12,893 | Dünyanın ən bahalı qol saatı - Foto | İsveçrədə dünyanın ən böyük saat və ləl-cəvahirat auksionu "BazelVorld2014"də dünya tarixinin ən bahalı saatı təqdim olunub. "Axar.az" xəbər verir ki, 55 milyon dollar dəyərində olan saatın özü və kəməri nadir tapılan qiymətli daşlarla bəzədilib. Saatı bəzəyən daşların 110 karatdan çox olduğu bildirilir. İngiltərənin "Graff" şirkətinin istehsalı olan saata "Hallunasiya" adı verilib. |
2014-03-29 | 12,894 | “Ukrayna ilə bağlı qətnamə dünyanı iki yerə böləcək” | "Ukraynanın bütövlüyü ilə əlaqədar qəbul olunmuş qətnamə gələcəkdə Vaşinqtonun hücumlarının əsas bazasını təşkil edəcək və bunun üçün hüquqi baza yaradacaq". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Azərbaycanın Rusiya əleyhinə səs verməsinin iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olmayacağını bildirib: "Ukrayna ilə bağlı öz mövqeyi olan ölkələrdən biri də Azərbaycan idi. Bizim müşahidə etdiyimiz kimi, Qazaxıstanda da bu mövqe var idi, amma özünü ondan bir az daha yumşaq büruzə verirdi. Qırğızıstan, Tacikistan, Türkmənistan isə ümumiyyətlə səs verməyənlər sırasında yer aldılar. Əgər Rusiya bu çoxvektorlu mövqelərə qarşı reaksiya versəydi, o çaş qalardı. Azərbaycana Rusiya tərəfindən heç bir reaksiya olmayacaq. Biz hamımız yaxşı bilirik ki, BMT Baş Assambleyasının verdiyi qərarlar heç bir şeyi həll etmir. Amma Ukraynanın bütövlüyü ilə əlaqədar qəbul olunmuş qətnamə gələcəkdə Vaşinqtonun hücumlarının əsas bazasını təşkil edəcək və bunun üçün hüquqi baza yaradacaq". Politoloq Ukrayna ilə bağlı olan qətnamənin dünyanı artıq iki yerə böldüyünü göstərdiyini bildirib: "Bununla da ölkələr sadəcə Krım problemi ilə bağlı səs vermədilər. Bu, ölkələrin yumşaq formada ilk dəfə müttəfiqlər və Rusiya əleyhdarlarına bölünməsi idi. Bu məqamda cavab yalnız "hə" və "yox"dan ibarət olacaq. Başqa cavab qəbul olunmayacaq. İndiki zamanda əleyhinə səsi belə hər kəs tərəfindən başa düşüləcək və vicdanlı olacaq". Qeyd edək ki, martın 27-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-də qətnamə qəbul olunub. Qətnamədə Rusiyanın Krımı işğal etməsi pislənilib. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyü üçün səs verib. |
2014-03-29 | 12,895 | Cövhər Dudayev: “Mən əslən Qarabulaq türküyəm” | Ağası Hun. Peşəkar jurnalist. Çeçenistan, Osetiya, Qarabağ müharibələrinin qaranlıq üzünü çəkdiyi fotolarla, hazırladığı video reportajlarla işıqlandıran işıqlı adamdır. Bir neçə il AZTV-də reportyor kimi çalışıb. O illərdə Türkiyənin TGRT və TRT kanalları ilə əməkdaşlıq edib. 2001-2008-ci illər arası TRT Bakı bürosunda kameraman-müxbir kimi fəaliyyət göstərib. İndi Ankarada yaşayır. Vəhabilik ərəb millətçiliyidir - Ağası bəy, uzun illərdir vətəndən uzaqlarda yaşayırsınız. Azərbaycan qürbətdən necə görsənir? - Bir az Azərbaycan dilinin durumu iləı bağlı danışmaq istərdim. Durumun heç də, yaxşı olmadığını üzülərək bildirirəm. Mən son 6 ili Moldovada da yaşamışam. Moldovanlar 90-nıncı illərə kimi o qədər assimilyasiyaya məruz qalmışdı ki, dillərini unutmaq ərəfəsində idilər. Əhalinin az qala yetmiş faizi rus dilində danışırdı. Amma Moldova müstəqil olandan sonra, bu məsələ ön plana çəkilərək, moldovan dili möhkəmləndirildi. Rumıniya onlara çox dəstək verdi. Dilin üzərindən oyanış getdi, moldovanlar özlərini dərk etməyə başladı. Məsələn, moldovanlar danışarkən rus sözləri işlədən soydaşlarına ucuz bir insan kimi baxırlar.Qürbətdə Azərbaycan televiziya kanallarını izləyirik.Ancaq hərdən yerli telekanallarımıza baxanda dəhşətə gəlirəm. Efirə çıxanlar dilimizi rus sözləriylə zibilləyirlər. Ruslar içən millətdir, onların genefondunda əyyaşlıq var. Ancaq rus telekanallarında spirtli içkilərin reklamı yasaqdır. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq bir də görürsən televiziya kanallarımız rus araqlarının reklamlarını elə bəzəyirlər ki, adam mat qalır. Nifrət edir. Yəni bu televiziyalar (bir vaxtlar xarici güclərin etdiyi kimi) Azərbaycan xalqının genefondunu korlamaq üçün əllərindən gələni edirlər.Moldova televiziyalarında mən belə şeylərə rast gəlməmişəm. Dünyada ən ucuz araq Azərbaycandadır. İnsanlarımızı zorla içirdirlər. Mən deyərdim ki, bu, tamamilə təxribatdır. Bir tərəfdən də vəhabilik. Vəhabiliyin müsəlmançılıqla əlaqəsi yoxdur. Vəhabilik ərəb milliyyətçiliyidir. Digər tərəfdən də başqa dini cərəyanlar. Bütün bunlar Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhlükədir. Suriyada döyüşən həmvətənlərimiz orda türkmənlərə qarşı döyüşürlər. İki qardaş bir-birini öldürür. Bir sıra təşkilatlar və dini cərəyanlar millətimizi zombiləşdirmək istəyir. Gənclərimizi aldadaraq ölümə göndərən təşkilatların fəaliyyət göstərilməsinə hansı məqsədlə icazə verilməkdədir? Azərbaycan xalqının təhlükəsizliyi ilə məşqul olan orqanlar hara baxırlar? Bunun bariz numunəsi Suriyada biri-birinə qarşı vuruşan azərbaycanlılardır. Ən amansız müharibə - Qarabağ - Qarabağ savaşında peşəkar jurnalist kimi döyüşlərin ən qaynar nöqtələrindən reportajlar hazırladığınızı bilirəm. Bir az bu barədə danışaq. - Mən çox müharibələr görmüşəm. Dünyada ən amansız müharibə Çeçenistan müharibəsi hesab olunur. Fəqət mənimçün ən amansız və ən dəhşətli müharibə Qarabağ müharibəsidir. Çeçenistan müharibəsindən dəfələrlə dəhşətli, dəfələrlə amansız. Qarabağda baş verənlər Çeçenistanda baş versəydi, bilmirəm nələr olardı. Təsəvvür edin ki, Qroznu bir neçə dəfə işğal olunsa da, əhali şəhərdə yaşamağa davam edirdi, ruslar işğal edəndə də çeçenlərin nəzarətində olanda da. Amma Qarabağda işğal edilən rayonların heç birində bir dənə də olsun sağ insan qalmırdı. Ermənilər hamını öldürürdülər. Bu, etnik təmizləmədir. Heç faşistlər ermənilər qədər qəddar olmayıb. Xocalını dünyaya ilk çatdıran jurnalist - Xocalı faciəsinin ilk dəfə dünyaya çatdırılmasında sizin adınız hallanır. Bu, nə dərəcədə doğrudur? - Qarabağ problemi başlayandan hadisələrin içində olmuşam. O vaxt fevralın 25-i dostum İrfan Sapmazla danışdıq ki, gedək Qarabağa. O zaman Xocalı mühasirədə idi, heç bir xəbər ala bilmirdik. İrfanın bir video kamerası vardı. Ağdama gecə saat 1-2 radələrində çatdıq. Saat 3 olardı xəbər aldıq ki, Xocalını yandırırlar. Xəbəri eşidən hər kəs həyəcanlandı və yardıma getmək üçün haray çəkildi. Oradan hər kəs Xocalıya yardıma getməyə can atırdı. Biz eləcə hamıya qoşulub Xocalıya tərəf qaçdıq. O yadımdadır ki, kim əlinə nə keçdi götürüb üz tuturdu Xocalıya tərəf. Gördüm bir neçə nəfər Xocalıya gedir. Amma aralarında yalnız bir nəfərdə tüfəng var. Dedim, qardaş bir tüfənglə hara gedirsiniz belə? Dedi ki, mən ölsəm, o birilər götürəcək tüfəngi. Ümumiyyətlə, bizim millətdə vətənpərvərlik hissi çox güclüdür. Səhər üzü Qaraqaya deyilən yerə çatdıq. Orda könüllülər həm ermənilərlə döyüşürdülər, həm də mühasirədən çıxan xocalıları erməni güllə-boranından qoruyurdular. Ah-vay göyə yüksəlirdi. Mühasirədən çıxanlar ermənilər tərəfindən güllələnirdi. Təsəvvür elə ki, mühasirədən çıxan uşaqlar öz əsgərlərimizi də görüb qorxurdular. Bunlar hamısı çəkilişlərdə də görünməkdədir. Çəkiliş vaxtı kameranın batareyası bitdi. İrfan bəy də öz fotoaparatı ilə çəkirdi. Mən də başladım fotoaparatla şəkillər çəkməyə. Sonra İrfana dedim ki, burada dayanmağın mənası yoxdur, bunu tez Bakıya çatdırmaq lazımdır. Rəhmətlik Çingizin çəkdiyi kadrlar Xocalı faciəsindən iki gün sonra çəkilən kadrlardır. O, faciədə ölənləri çəkmişdi. Mən o zaman AZTV-də işləyirdim. Ənvər Qafarlı sədr müavini idi. Gəldim AzTV-yə, dedim ki, Xocalıda qırğın olub, çəkmişik, bunu tez yaymaq lazımdır. Kaseti də verdim ona. Mənə nə desə yaxşıdı? "Sən təxribatçısan, Xocalıda qırğın-filan olmayıb!" Tez əlimi atıb kaseti aldım əlindən. O gün İrfan Sapmazı yola saldıq İstanbula, kaset TRT kanalı vasitəsilə yayımlandı və dünyanın 50-yə yaxın ölkəsində göstərildi. Hələ o zaman Azərbaycanda Moskvaya tabe olan iqtidar israrla Xocalıda heç nə olmadığını sadəcə iki nəfərin öldüyünü təkrar etidirirdilər bütün mətbuata. - Ağası bəy, Çeçenistan Rusiya müharibəsi zamanı Cövhər Dudayevdən müsahibə almışınız, səhf etmirəmsə. Bu, necə oldu, Cövhər Dudayev Azərbaycan və azərbaycanlılar haqda nə düşünürdü? - Cövhər Dudayevdən hazırladığım reportajda o belə bir fikir söylədi Azərbaycanlılar haqda: "Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim". Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar Türklərinin "TÖRE" təşkilatının başqanı Bahauddin Etyazov - üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam.Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxaraq, Vaynaxların arasında əridilər. Bu zaman Qarabulaq adını Çeçen və İnquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir neçə türkdilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir. Diqqət etsəniz, Dudayevə qədər boz qurd emblemi olmayıb Çeçenistanda. O, hakimiyyətə gələn kimi rus telekanallarını Çeçenistanda ləğv elədi. Hətta rus cizgi filmlərini də qadağan etdi. İlk dəfə insanın təhtəlşüurunu zəhərləyən 25-ci kadr haqda da danışan məhz Cövhər Dudayev oldu. O deyirdi ki, çeçen uşaqları "donuz balası" cizgi filminə baxmalı deyil. Onun bir çıxışı heç yadımdan çıxmaz. Çeçenlərə səslənərək deyirdi: "Nədən qorxursunuz, rus tanklarından? Mən onları kirbit kimi yandıracağam!" Və Cövhər Dudayev bunu sübut etdi. Rus tanklarını kirbit kimi yandırdı. - Çeçenistanda olarkən Şamil Basayevlə görüşmüsünüzmü? - Şamil Basayev, Salman Raduyev, Hunkarpaşa İsrapilov, Zalimhan Yandarbiyev, Aslan Mashadov,Mövladi Uduqov, Ahmat Zakayev və digər çeçen liderlərlə yaxından tanış olmuşam.Onların hamısı ilə dəfələrlə reportaj hazırlamışam. Bir dəfə Dərbənddə idim. Dedilər Azərbaycan sərhədinə yaxın ərazilərdə "Sadval" qruplaşması var. Azərbaycana qarşı nəsə planlaşdırırlar. Deyilənə görə, bu qruplaşmada çeçenlər də var idi. Çeçenistana getdim, Şamil Basayev ilə söhbət zamanı bu məsələni ona çatdırdım. Bundan sonra Şamil Basayev bir bəyanat verdi: "Əgər "Sadval" Azərbaycan əleyhinə hər hansı təxribat törədərsə, bu qruplaşmanı mən özüm cəzalandıracam". Ancaq doğrudan da bu açıqlamadan sonra həmin təxribat qruplaşmaları Azərbaycan sərhəddindən yox oldular. - Ağası bəy, sizi çox yordum. Sonda deyəcəyiniz, eşidəcəyimiz nəsə var? - Uzun ömür, can sağlığı. Azərbaycanı sevin, yetər. |
2014-03-29 | 12,896 | Murad Dadaşovun obyekti dağıdıldı - Foto | Şirin zarafatları ilə insanları güldürən şoumenin "şirin biznesi"nə zəhər qatılıb. Məlumata görə, Azərbaycanın tanınmış şoumeni, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti ötən gecə qarət olunub. Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən "Côte d`Azur" mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil ("Milli.Az"). |
2014-03-29 | 12,897 | Lənkəranda növbəti qarət: sələmçi “ovu” davam edir | Lənkəranda bir ay ərzində üçüncü sələmçi qadının evinə basqın edilib. Bu barədə "Axar.az"a rayondakı mənbədən məlumat veriblər. Lənkəranın Mamusta kəndində yaşayan sələmçiliklə məşğul olan qadının evinə basqın edilib. Maskalı olduğu iddia edilən oğrular adını hələlik dəqiqləşdirə bilmədiyimiz qadına heç bir xəsarət yetirməyiblər. Mənbə deyir ki, basqın zamanı sələmçinin evindən qızıl-zinət əşyaları və pul aparılıb. Lənkəran polisi məsələ ilə bağlı araşdırma aparır. Bu artıq bir ay ərzində Lənkəranda baş verən üçüncü belə hadisədir. Rayon camaatı bir-birinin ardınca baş verən hadisələrlə əlaqədar narahatlıq keçirir. Cinayətkarların tapılmaması əhalini də təlaşlandırır. Xüsusilə sələmə pul verməklə məşğul olan qadınların evinə edilən basqınları əhali təsadüf hesab etmir. Xatırladaq ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı 5 ünvanında yerləşən mənzilə basqın olub və hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub. Bu hadisədən öncə isə maskalı şəxslər bir başqa qadının evinə basqın edib, əl-qolunu bağlayaraq qızıllarını aparmışdı. |
2014-03-29 | 12,898 | Nəqliyyat müfəttişlərinin daha bir özbaşınalığı - Yeniləndi | 10:24 Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, "Daewoo Espero" markakıl minik maşını Xətai prospekti ilə Qədirbəyov küçəsinin kəsişməsində yol kənarında dayanan "Toyota Prado" markalı avtomobilə çırpılıb. Taksi fəaliyyəti ilə məşğul olan "Daewoo Espero"nun sürücüsü Vahid Talıbov bildirib ki, o, Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən iki şəxs sərnişin kimi onu saxlayıb. Həmiş şəxslərdən biri ön, digəri isə arxa oturacaqda əyləşib. Qədirbəyov küçəsi ilə Xətai prospektinin kəsişməsində ön oturacaqdakı şəxs Nəqliyyat Departamentinin əməkdaşı olduğunu bildirib və sürücüdən avtomobili saxlamağı tələb edib: "Bu vaxt sağdan maşın keçirdi. Arxadakı tutdu qolumdan ki, açara əlim çatmasın. Qabaqda oturan isə mühərriki söndürdü. Sükan kilidləndi. O maşını kim saxlaya bilərdi?" İdarəetmədən çıxan avtomobil yolun sağ kənarında dayanan "Toyota Prado"ya çırpılıb. Sürücünün dediyinə görə, qəzadan sonra hadisə yerinə Nəqliyyat Departamentinə məxsus 10 PL 784 dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb və hər iki nəqliyyat müfəttişi həmin avtomobillə ərazidən uzaqlaşıblar. Faktı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır. 11:33 Nəqliyyat müfəttişlərinin taksi sürücüsünə qarşı kobudluğu nəticəsində baş vermiş qəza ilə bağlı Nəqliyyat Nazirliyinin sözsçüsü Namiq Həsənov açıqlamasında bildirib ki, bu cür hallar baş verdikdə hadisələri nazirliyin təhlükəsizlik şöbəsi araşdırır və hüquq-mühafizə orqanlarına göndərir: "Hadisə araşdırılıcaq, əgər nəqliyyət müfəttişlərinin əməlində cinayət tərkibi olarsa, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq" (Aktual.az). |
2014-03-29 | 12,899 | Dünyanın ən möhtəşəm yeraltı xəstəxanası – Fotolar | İsraildə yeraltı xəstəxana açılır. Yerin altında qurulan xəstəxana baş verə biləcək səfərbərlik vəziyyətində 2 min adama tibbi xidmət göstərə biləcək. "Axar.az" xəbər verir ki, sülh dövründə isə yeraltı tunel başqa bir problemi həll edir. Yeraltı tuneldə 1500 avtomobili park etmək imkanı var. Sağlamlıq Mərkəzinin müdiri Maykl Holbertal layihə haqqında bunları deyib: "Açığı belə bir yeraltı xəstəxana tikintisi yollarda problem yaradacağına görə, buradan avtopark kimi də istifadə etmək istədik. Bu avtopark lazım olanda dünyanın ən böyük xəstəxanasına çevrilə biləcək". Xəstəxana işçiləri avtoparkı cəmi 72 saata yeraltı xəstəxanaya çevirə bildiklərini deyiblər. Xəstəxanada çoxlu tibbi yardım avtomobillərinin, onkoloji xidmətin, hətta doğum şöbəsinin belə olacağı bildirilib. İsraildə 2012-ci ildə tikilməyə başlanan yeraltı xəstəxana, avtopark kimi may ayında istifadəyə veriləcək. |
2014-03-29 | 12,900 | Putin Krımın işğal olunduğunu etiraf etdi | Rusiya Prezidenti Vladimir Putin rus əsgərlərinin Krımı işğal etdiklərini etiraf edib. "Axar.az" xəbər verir ki, Putin Krım ərazisinə daxil olan şevronsuz hərbçilərin rus əsgərləri olduğunu deyib. Prezident Rusiya Silahlı Qüvvələrinin bacarıq və qabiliyyət mərhələsini keçdiyini və Krıma müdaxilənin onlar üçün bir sınaq olduğunu deyib. |
2014-03-29 | 12,901 | Baş redaktor naməlum səbəblərdən istefa verdi | Türkiyənin "Habertürk" qəzetinin baş redaktoru Fatih Altaylı istefa verib. "Axar.az" xəbər verir ki, Altaylı bu qərarını dünən gecə saatlarında açıqlayıb. Tanınmış jurnalist bundan sonra sadəcə köşə yazıları yazacaq. Qeyd edək ki, Faltih Altaylı "Habertürk" qəzeltinə 2009-cu ilin martın 1-dən rəhbərlik edirdi. |
2014-03-29 | 12,903 | Senatordan açıqlama: “Azərbaycanın işğalından narahatıq” | "Biz Prezident Putinin keçmiş Sovet respublikalarına göz qoymasından narahatıq. Xüsusən də Azərbaycan kimi neftlə zəngin bir ölkəni ələ keçirmək niyyətindən". "Axar.az"ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ konqresinin Texasdan seçilmiş senatoru Pit Olson bildirib. Senatorun dedyinə görə, Putin Azərbaycan da da daxil olmaqla, digər respublikaları ələ keçirsə, ABŞ heç nə edə bilməyəcək. Olsonun dediynə görə, ABŞ Avropanın qaz təchizatı məsələsində, xüsusi ilə də sıxılmış qaz ixracında gecikib. Və bunun da nəticəsi kimi Rusiyanın qaz şantajına qarşı duruş gətirə bilmir: "Nəticədə isə Ukrayna kimi strateji müttəfiq köməksiz qaldıb". |
2014-03-29 | 12,904 | Başına Əsədin mükafat qoyduğu türk öldürüldü | Əsəd rejiminə qarşı savaşmaq üçün Suriyaya gedən və başına mükafat qoyulan Səlami Aynur keçən həftə baş verən toqquşmada öldürülüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada artıq dördüncü ilinə girən vətəndaş qırğını davam etməkdədir. Türkiyə vətəndaşı 30 yaşlı Səlami Aynur Türkiyənin Giresun şəhərində Ülkü Ocaqlarının sədri idi. Ancaq o, vəzifəsindən istefa verərək Əsəd rejiminə qarşı savaşmaq üçün Suriyaya gedib. Səlami keçən həftə baş verən toqquşmaların birində snayper tərəfindən vurularaq öldürülüb. Əsəd başına mükafat qoymuşdu Səlami Aynur bir müddət əvvəl Əsədin bir xalası oğlunun öldürüldüyü toqquşmada iştirak edib. Məhz bundan sonra Əsəd həmin qruplaşmada öldürülən hər bir yaraqlı üçün pul mükafatı verəcəyini vəd etmişdi. |
2014-03-29 | 12,905 | Türkiyədə nurçuların həbsi başladı - Foto | Hərəkatın media sahəsində olan şəxsləri bir-bir həbs olunur. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki təhlükəszlik toplantısında gedən danışıqları dinləyərək internetə sızdırdığına görə Gülən hərəkatına qarşı əməliyyat başlayıb. Dövlət sirlərini dünya ictimaiyyətinə çatdıran Gülən hərəkatının media sahəsindəki üzvləri bir-bir həbs olunur. Aytac, Baransu və Opçin Məlum dinləmənin internetə sızdırılmamışdan əvvəl bir televiziya proqramındakı çıxışında nazirlikdəki toplantıdan xəbəri olduğunu deyən Öndər Aytacın Ankarada həbs edildiyini xəbər vermişdik. Öndər Aytacdan sonra isə hərəkatın mediadakı ciddi simaları olan Məhmət Baransu və Tuncay Opçin də həbs olunub. Əmrə Uslu qaçdı Hakkında yaxalanma qərarı çıxarıldığı bildirilən digər jurnalist Əmrə Uslu yaxalanacağı xəbərini eşidərək xaricə qaçdığı iddia edilib. Vətənə xəyanət Xatıladaq ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan isə Van və Diyarbəkir mitinqlərində bu qanunsuz dinləmələrdə əli olanların vətənə xəyanət etməkdə mühakimə olunacaqlarını demişdi. |
2014-03-29 | 12,906 | İstanbulda Sabir Rüstəmxanlının kitabı paylandı - Video | İstanbulun Beykent Universitetində 31 mart soyqırımı günü anılıb. "Axar.az" "Aktual.az"a istinadən xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Uluslararası İlişkilər Klubunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov, Beykent Universitetindən dr. Muzaffer Ürekli və DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çıxış ediblər. Ərtoğrul Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran rayonlarında böyük soyqırımı həyata keçiriblər: "Sadəcə Bakıda 12000 türk öldürülüb. Azərbaycanda martdan başlayan soyqırımı sentyabr ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart 1998-ci ildən etibarən Dünya Azərbaycanlılarının soyqırımı günü kimi anılır". Ərtoğrul Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb: "Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də bizə dəyər verəcək. 200-ə qədər iştirakşının olduğu (ictimai xadimlər, professorlar, tələbələr və İstanbulda yaşayan azəybaycanlılar) tədbirdə millət vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı "Difai fədailəri" kitabını hədiyyə edib. |
2014-03-29 | 12,907 | ABŞ-dan Rusiyanı məhv etmək üçün ən ağır gediş | "Obama Səudiyyə Ərəbistanıyla Rusiya əleyhinə ittifaq yarada bilib". "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı çıxış edib. Mətbuat yazır ki, Obama Səudiyyə Ərəbistanını neft ixracatını artırmağa razı salıb: "Obama Səudiyyə Ərəbistanını neftin ixracatını artırmağa razı sala bilib. Hazırda Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, məhz onun sayəsində dünya bazarında neft qiymətlərini dəyişdirmək olar. Obama Rusiyanı bu yolla cəzalandırmaq niyyətindədir. Neftin qiymətinin aşağı düşməsi isə Rusiya iqtisadiyyatının çöküşünün başlanğıcı olacaq. Bu, Rusiya Əfqanıstana girəndə belə olmuşdu, indi də təkrarlanacaq". |
2014-03-29 | 12,908 | Bakıda polisin içi pulla dolu seyfini oğurladılar | Bakıda polis əməkdaşının evi qarət edilib. Sabunçu Rayon Polis İdarəsindən bildirilənə görə, 27 mart tarixində Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində polis əməkdaşının evi qarət edilib. Naməlum şəxslər barmaqlığı sındırıb pəncərədən Qaradağ Rayon Polis İdarəsi mühafizə xidmətinin giziri Samir Mərdanovun mənzilinə daxil olublar. Beləliklə, içində 16000 manat pul, 2000 manat dəyərində qızıl zinət əşyaları və sənədlər olan seyfi oğurlayıblar. Qeyd olunur ki, qarət hadisəsi zamanı evdə heç kim olmayıb. Hazırda kriminalistlər polis əməkdaşının evinə daxil olanların sayını dəqiqləşdirməyə çalışırlar ("Musavat.com"). |
2014-03-29 | 12,909 | 9 yaşlı azərbaycanlı Rusiyanın milyonluq layihəsində | Moskvada yaşayan 9 yaşlı azərbaycanlı hər həftənin çərşənbə axşamı saat 21:00-da "Rossiya-1" telekanalında yayınlanan "Türkiyə keçidi" ("Turetckiy tranzit") serialına çəkilib. "Axar.az"ın məlumatına görə, türkmənistanlı rejissor Murad Əliyevin Vladimir Qrinkovun eyniadlı dedektiv romanı əsasında çəkdiyi "Türkiyə keçidi" serialı milyonlarla büdcəsi olan reytinqli serialdır. Moskvadakı 900 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Camal Qurbanovun bu seriala çəkilməsi təsadüfi olmayıb. O, yüzlərlə həmyaşıdı arasından seçilib. "Türkiyə keçidi" serialında qadağan olunmuş malı Türkiyə ərazisindən Rusiyaya keçirən mafiyadan bəhs edilir. Serialda əkiz bacılardan biri olan Tanya türk mafiozunun pulunu qaçırıb köhnə qəbiristanlıqda gizlədir. Onu mafiya hər yerdə axtarırkən bacıların o biri tayı - Palina Türkiyəyə istirahətə gəlir. Əsl olaylar bundan sonra başlanır. |
2014-03-29 | 12,910 | Azərbaycan ordusunun əsgəri özünü güllələdi | Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu özünü güllələyib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyindən faktı təsdiq ediblər. Qeyd edək ki, R. Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. |
2014-03-29 | 12,911 | Murad Dadaşov dükanındakı oğurluqdan danışdı – Məzə | "Tort aparmağa gəliblər, telefon aparıblar". Bu sözləri "Axar.az"a "Cote d`Azur" adlı şirniyyat mağazası qarət olunan tanınmış şoumen, "Bakılı oğlanlar"ın keçmiş üzvü Murad Dadaşov dedi. Mağazasının qarət edilməsini gülüşlə qarşılayan şoumen oğurluq barədə də yarızarafatla danışdı: "Mağazada ancaq tortların maketləri olur. Yəqin oğurluq etmək istəyən də tort aparmaq üçün şüşələri sındırıb. Ancaq vitrindəki tortların maket olduğunu görüb, əliboş çıxmasın deyə, telefonu da özü ilə aparıb. Bilsəydim, heç olmasa bir tort saxlayardım vitrində". M.Dadaşov deyir ki, mağazaya elə də ciddi zərər dəyməyib: "Təkcə şüşələr sınmışdı. Onu da gələn kimi düzəltdirdim". Xatırladaq ki, şoumen Murad Dadaşovun obyekti ötən gecə qarət olunub. Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən "Côte d`Azur" mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. |
2014-03-29 | 12,912 | Politoloq: “Elnur Aslanov dalğasının davamı gələcək” | "Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, Türkiyədəki seçkilərdən sonra Gülənə qarşı savaşın ən yüksək mərhələyə çatacağını bildirib: "Bələdiyyə seçkiləri Türkiyədə çox gərgin keçir. Düşünürəm ki, seçkidən sonra Ərdoğan müxalifətə qarşı siyasətində bir qədər yumşalmağa meyl edəcək. Öncələr də Ərdoğanın seçkilərdən sonra yumşaq açıqlamaları olurdu. Amma bu dəfə fərqli olacaq. Ola bilsin ki, müxalifətə qarşı yumşaq mövqe tutacaq. Lakin Gülən hərəkatı bura aid olmayacaq. Düşünürəm ki, Ərdoğan əvvəlki tək Gülən hərəkatını bitirməyə çalışacaq. Gülən bu dəqiqə onun üçün müxalifətdən və vaxtilə onu hakimiyyətdən devirməyə hazır olan generallardan daha təhlükəlidir. Ərdoğan onları boş buraxsa, özünün siyasi sonu yaxınlaşacaq. Ona görə də Baş nazir seçkilərdən sonra da onlara qarşı savaşacaq". Politoloq, Elnur Aslanovun istefaya göndərilməsinin hələ başlanğıc olduğunu qeyd edib: "Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək. Düşünürəm ki, Gülən hərəkatına qarşı başlanmış bu dalğa təkcə Elnur Aslanovun istefası ilə yekunlaşmayacaq. Onun ardı da gələcək". Qeyd edək ki, Türkiyə mətbuatı 30 mart seçkilərindən sonra Fətullah Gülən hərəkatına qarşı böyük əməliyyatın başlayacağı haqda iddialar irəli sürmüşdü. Keçiriləcək əməliyyatların Türkiyədən kənar əraziləri də əhatə edəcəyi bildirilmişdi. |
2014-03-29 | 12,913 | Partiya üzvlərindən Ərdoğana zərbə | İstanbulda Ədalət və İnkişaf Partiyasının (AKP) 4 mindən çox üzvü istefa verib. "Axar.az" xəbər verir ki, AKP-ni tərk edən üzvlər Cümhuriyyət Xalq Partiyasına (CHP) keçiblər. CHP-yə keçən Esenyurt bələdiyyə sədri bildirib ki, AKP İstanbul təşkilatının şovinist addımlar atması onları belə bir qərar vermələrinə səbəb olub. |
2014-03-29 | 12,914 | Zaur Hüseynov dilənçilərə müharibə elan etdi | Bakı Metropolitenin rəisi Zaur Hüseynov tabeliyindəki işçilərə və metroda fəaliyyət göstərən polislərə ciddi tapşırıq verib. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, Z.Hüseynov metroya dilənçilələrin və səyyar satıcıların girişini qadağan edib. Eyni zamanda bildirilir ki, metronun "Neftçilər" stansiyasında dilənçilərin çox olmasını nəzərə alaraq, stansiyada polislərin sayı artırılıb. Belə ki, polislər və metro işçiləri artıq qaraçıların və səyyar satıcıların stansiyaya belə girişinə icazə vermirlər. Qeyd edək ki, Tağı Əhmədovun dönəmində metroda addımbaşı dilənçi və səyyar satıcılara rast gəlmək olardı. İndi isə təkcə metro keçidlərində alış-veriş deyil, eləcə də qatarlarda səyyar ticarət və dilənçilik yığışdırılıb ("Azvision.az"). |
2014-03-29 | 12,915 | Abdullah Gül Ərdoğanın qadağasını saymadı | Tvitterin bağlanmasından sonra yazdığı tvitlə hər kəsi təəccübləndirən Türkiyə prezidenti Abdullah Gül analoji addımı Yutub vasitəsilə də atıb. "Axar.az" xəbər verir ki, Gül bağlanmasına baxmayaraq dünən Yutub vasitəsilə bir video paylaşıb. Yutubda inkdiyə qədər 1500-dən çox video paylaşan Abdullah Gülün 2 milyondan çox izləyicisi var. |
2014-03-29 | 12,916 | Azərbaycanda əsgər hərbçi yoldaşını bıçaqladı | Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər yoldaşını bıçaqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb. K. Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir. Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. |
2014-03-29 | 12,918 | Müğənni Aslan döyülməsindən danışdı | "Onlar qaçqınlıq statusundan istifadə edirlər". Bu sözləri döyülməsi ilə bağlı mediada yayılan xəbərə aydınlıq gətirərkən müğənni Aslan "Axar.az"a bildirdi. Müğənni qeyd etdi ki, xəbəri tam yanlış veriblər. Həmin saytı məhkəməyə verəcək: "Hadisə əslində belə olub. Mən müğənni Roza Rəhimli ilə ailəvi dostam. Həmin gün Lənkərandan dövlət tədbirindən qayıdırdım, Bayılda isə toyda olmalıydım. Yollar tıxac olduğu üçün Roza xanımgilə döndüm ki, paltarımı dəyişib toya gedim. Onun qonşusu qapını döyüb Rozadan maşını kənara çəkməyimi istədi. Mənsə çıxıb maşını çəkmək istədikdə o, qadına yaraşmayan əxlaqsız sözlərlə məni təhqir etdi, hələ bu azmış kimi, mənə əl qaldırmaq istəyirdi. Ərini də arxasında gizlədib deyirdi ki, sənin işin yoxdur, mən bilirəm bunlara nə edəcəyəm. Mən də DİN-nin qaynar xətti 102-yə zəng vurub hadisəni danışdım. Onlar hadisə yerinə gəldi, qadın yenə ürəyi soyumadan polislərin yanında da məni təhqir etməyə başladı. Hətta polislər təəccüblə qadına baxdı və bölməyə apardılar. Bölmədə isə qadın deyir ki, mən qaçqınam, heç kəs mənə heç nə edə bilməz". Biz artıq bu sözdən boğaza yığılmışıq. Demək, bunun deməyindən belə çıxır ki, qaçqındırsa, qaçqınlıq statusu varsa, gəlib bizi təhqir etməlidir. Onlar qaçqınlıq statusundan istifadə edirlər. Elə bil, mən Qaçqınlar Komitəsiyəm. İş hazırda Səbayel rayon 8-ci polis bölməsindədir. Artıq məhkəmə ilə də əlaqə saxlamışam, həmin saytı da məhkəməyə verəcəyəm, yanlış məlumat verdiyinə görə". |
2014-03-29 | 12,919 | Naxçıvanda dəyirman partladıldı - Video | Naxçıvandakı köhnə dəyirmanlardan birinin partladılma görüntüsü yayılıb. "Axar.az" xəbər verir ki, sosial şəbəkələrdə yerləşdirilən video "Naxçıvanın əski dəyirmanı belə partladıldı" adı ilə paylaşılıb. Burada Naxçıvandakı köhnə dəyirmanın yenisi ilə əvəz etmək üçün partladıldığı bildirilib. Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının səlahiyyətli orqanları ilə əlaqə saxlasaq da, iş günü olmadığı üçün zənglərimizə cavab verən olmadı. Videonu təqdim edirik. |
2014-03-29 | 12,920 | Bakıda qar yağacaq – Xəbərdarlıq | Azərbaycanda sabah hava şəraiti kəskin dəyişəcək, bu gecə isə Bakının bəzi ərazilərində sulu qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Qeyd edək ki, Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq ( Trend ). |
2014-03-29 | 12,921 | Baş nazir: “Rus pasportlarını götürməyin” | "Biz hər bir vətəndaşa pensiya və sosial ödənişlərini ödəyəcəyik. Ona görə Ukrayna pasportları ilə Ukrayna vətəndaşı olaraq qalın". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseni Yaçenyuk yerli kanalların birində çıxış edərkən söyləyib. Onun sözlərinə görə, Krım onsuz da Ukraynanın bir hissəsi olaraq qalacaq: "Krım hər bir halda Ukraynanın bir hissəsi kimi qalacaq. Sizdən xahiş edirəm, rus kanallarına baxmayın və öz əsəblərinizi qoruyun". Qeyd edək ki, krımlıların sözlərinə görə, Krımda rus pasportu olmadan işləmək və ümumiyyətlə, yaşamaq çətin olacaq. |
2014-03-29 | 12,922 | İlham Əliyev Naxçıvana açılışa gedir - Fotolar | Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfər edəcək. Bu barədə "Axar.az"a daxil olan məlumatda bildirilir ki, ölkə başçısı səfər zamanı ötən ilin sonlarından hazır olan Bayraq Meydanının açılışını edəcək. Səfərin yaxın saatlarda baş tutacağı qeyd olunur. Bildirilir ki, Prezidentin səfəri ilə bağlı Naxçıvanda artıq hazırlıq işlərinə başlanılıb: yollar təmizlənir, ayrı-ayrı qurumlar qarşılanmaya hazırlaşır. Qeyd edək ki, ötən ilin noyabr ayında Naxçıvanın mərkəzində yeni Bayraq Meydanının tikintisi tamamlanıb. Hələ həmin vaxt Prezident İlham Əliyevin Bayraq Meydanının açılışında iştirakı gözlənilirdi. Xatırladaq ki, bu il həm də Naxçıvan Muxtar Respublikasının 90 illiyidir. Azərbaycan Prezidenti yubiley mərasimlərinin keçirilməsi üçün 2014-cü il yanvarın 14-də sərəncam imzalayıb. |
2014-03-29 | 12,923 | Sələmçinin qatili sayılan şəxs polisə təslim oldu | Mart ayının 21-i Lənkəranda qətlə yetirilən sələmçi Sürəyya Tağı qızı Tağıyevanın qətli ilə bağlı yeni xəbər var. Lənkərandakı mənbədən "Axar.az"a verilən məlumata görə, sələmçi qadının qətlində şübhəli bilinən Samid Hüseynov Rusiyadan Lənkərana qayıdıb və könüllü olaraq polisə gedib. Onun polisə təslim olması üçün saxlanılan qardaşı Amid Hüseynov sərbəst buraxılıb. Qətldə şübhəli bilinən və polisə gedən Samid özünü günahkar bilmir və qətldə əlinin olmasını inkar edir. Mənbə deyir ki, hadisədən sonra sözügedən məhəllədə yaşayan digər sakinlər polisə çağırılır, dindirilir. Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlandığı da bildirilir. Hadisə və ümumiyyətlə, bir ay ərzində Lənkəranda ayrı-ayrı sələmçi qadına qarşı törədilən qətl və qarətlərin mütəşəkkil dəstə tərəfindən həyata keçirildiyi haqda deyilənlərə DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov aydınlıq gətirdi. E.Zahidov bildirdi ki, hadisəni mütəşəkkil dəstənin həyata keçirdiyini yalnız araşdırmalardan sonra demək mümkündür: "Nazirlik respublika üzrə baş verən bütün belə hallara qarşı tədbirlər görür, nəzarətdə saxlayır. Lənkəranda baş verən hadisələrlə isə Lənkəran polisi özü məşğul olur. Polis şikayətlər əsasında vətəndaşların işinə baxır". Qeyd edək ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın olub və hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub. |
2014-03-29 | 12,924 | Yanacaq alan sürücüləri belə aldadırlar - Foto | "Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən "Fnint" firmasına məxsus yanacaqdoldurma məntəqəsi müştəriləri aldadır". Bu barədə adının çəkilməsini istəməyən müştərilərdən biri bildirib. Onun sözlərinə görə, özünə məxsus "Audi Q5" markalı avtomobilə yanacaq vurmaq üçün həmin məntəqəyə gedib və orada aldadıldığının şahidi olub: "Dedim ki, "polnı bak" vurun. Avtomobilimin "bak"ı 75 litr benzin tutur. Mənə çek verəndə isə baxdım ki, 78 litr yazıblar. Təbii ki, məbləğ də 78 litrə uyğun qeyd edilib. Dedim axı maşınımın "bak"ı 75 litr tutur, siz ora necə 78 litr benzin vura bilərsiniz? Mübahisə etdik, nəticəsi olmadı. Deməli, bu adamlar hər müştəridən artıq pul alırlar". Vətəndaş həmin yanacaqdoldurma məntəqəsindən ona verilən çeki də redaksiyamıza təqdim edib. "Audi Q5"in yanacaq çəninin həqiqətən 75 litr tutub-tutmadığını dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən "Audi Mərkəz"lə əlaqə saxladıq. Bəlli oldu ki, vətəndaş düz deyir. Adıçəkilən yanacaq doldurma məntəqəsi ilə əlaqə saxlamaq mümkün olmadı ("Azadlıq"). |
2014-03-29 | 12,925 | Aqil Abbas: "Ağdamlılar arvad arxasında gizlənmir" | Müğənni Aslan Hüseynovun döyülməsi haqda xəbərlərə münasibət bildirərkən Ağdamdan olan məcburi köçkünlər haqqında aşağılayıcı fikirlər bildirməsinə millət vəkili Aqil Abbas münasibət bildirib. Millət vəkili açıqlamasında müğənni Aslanla normal münasibəti olduğunu və ona hörmət bəslədiyini deyib. "Mənim Aslanla normal münasibətlərim var. Mən onu tərbiyəli biri kimi tanıyıram. Xaricdən bu gün qayıtdığım üçün məsələ ilə bağlı ətraflı məlumatım yoxdur. Onun " elə qanun yoxdur ki, qaçqının hamını söyüb, döyə bilər" fikiri ilə razıyam. Amma onu ağdamlılar haqqında bildirdiyi fikrə görə qınayıram. O, açıqlamasında ağdamlı məcburi köçkün kişinin arvadının arxasında gizləndiyini bildirib. Agdamlı kişi həyat yoldaşının arxasında gizlənməz. O kişi Aslanı maşının altına soxa bilərdi. İkinci iradım isə güya ağdamlıların qaçıb gəlməsi ilə bağlı Aslanın dedikləridir. Biz qaçıb gəlməmişik. Ağdam 6000 şəhid verib. Aslan gərək 102-yə, polisə deyil, mənə zəng etməli idi. Mən həmin problemi həll edə bilərdim." ("Avropa.info") |
2014-03-29 | 12,926 | Rza Zərrabın vəkilindən iddia | Korrupsiya əməliyyatında həbs olunduqdan sonra azadlığa buraxılan Rza Zərrabın xaricə qaçması ilə bağlı yayılan xəbəri vəkili təkzib edib. "Axar.az" xəbər verir ki, mart ayının 7-si, 14-ü və 21-i qaçmadığını sübut etmək üçün "özünü göstərən" Zərrabın dünən görünməməsi sosial şəbəkələrdə qaçmasıyla bağlı şübhələri gücləndirib. Ancaq vəkili Zərrabın başqa polis bölməsinə getdiyini açıqlayıb. Xatırladaq ki, Rza Zərrab dekabr ayının yeddisi külli miqdarda rüşvət və korrupsiya istintaqı ilə həbs olunub və 73 gündən sonra azadlığa buraxılıb. |
2014-03-29 | 12,927 | Tatarlar Krımda Milli Muxtariyyət yaradır | Krım tatarları yarımadada Krım Tatar xalqının milli-ərazi muxtariyyəti yaratmaq üçün prosedur hazırlıqlarına başladıqlarını elan ediblər. "Axar.az" xəbər verir ki, bu barədə onlar bu gün Baxçasarayda baş tutan qurultay zamanı söyləyiblər. Qeyd edək ki, qurultayda Tatarıstanın prezidenti Rüstəm Minnixanov da iştirak edib. |
2014-03-29 | 12,928 | Təhsil naziri uşağın cavabından küsdü – Video | Türkiyənin Təhsil naziri Nəbi Avcı ona məktəbi atdığını deyən uşağa "bu indi Təhsil nazirinə deyiləcək sözdürmü?" deyib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Təhsil naziri Nəbi Avcı Əskişəhər gəzinti zamanı bir internet kafeyə girib, uşaqlarla söhbət etməyə başlayıb. İnternet kafedə "Qurdlar Vadisi" adlı teleserialı izləyən 14-15 yaşlarında bir uşaqdan hansı məktəbdə oxuduğunu soruşan nazir "məktəbi atmışam" cavabı aldığı zaman "bu heç Təhsil nazirinə deyiləcək sözdürmü?" deyib. |
2014-03-29 | 12,929 | Jurnalistlər spikerə deputatlardan şikayət etdilər | Gürcüsanda yayımlanan "Reaksiya" tok–şousunun aparıcısı İnqa Qriqoliya verilişinə təşrif buyurmuş ölkə parlamentinin spikeri David Usupaşviliyə deputatların mediaya qapalı olmasından gileylənib. "Axar.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, İnqa Qriqoliya Saakaşvilinin prezidentliyi dövründə vəziyyətin başqa cür olduğunu, parlament üzvlərinin mətbuata açılama verməyə həvəslə yanaşdıqlarını deyib: "Cənab spiker, əlimə fürsət düşüb, sizə çoxdan bildirmək istəyirdim ki, hazırda deputat korpusu ilə media əlaqələri olduqca çətin dövrlərini yaşayır. Xatırlayıram, bir qədər öncə yalnız 4-5 konkret deputata media ilə ünsiyyətə icazə verilmişdi. Onların da adlarını demək istəməzdim. Lakin xalq tərəfindən seçilənlər indi açıqlama verməkdən ümumiyyətlə imtina edirlər. Nədir bunun kökündə duran səbəb?" Qeyd edək ki, sualı cavablandıran Usupaşvili onda belə məlumatların olmadığını və canlı efir vasitəsilə ölkədə baş verənləri şərh etməkdən imtina edən şəxslərin adlarının açıqlanmasını istəyib. |
2014-03-29 | 12,930 | İslam Əməkdaşı Təşkilatı Krım tatarlarını dəstəklədi | Krım ətrafında baş verən hadisələrlə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı xüsusi bəyanatla çıxış edib. "Axar.az" məlumat verir ki, açıqlamada Krım tatarlarının hüquqlarının qorunmasına diqqət yetirilməsi tələb olub: "Krım tatarlarının 20-ci əsrin ortalarında öz doğma torpaqlarında üzləşdikləri problemlərin təkrarlanmsına yol verilməməlidir. Bunun üçün onların azad şəkildə ibadət etmələrinə, mülkiyyətlərinə sahib çıxmalarına və mədəniyyərlərinə hörmətlə yanaşılmalıdır. Təşkilat olaraq 21-ci əsrdə konstruktiv danışıqların aparılmasını və qarşılıqlı hörməti vacib sayırıq". |
2014-03-29 | 12,931 | Tutulan nurçulardan biri azad edildi – Video | Öndər Aytac ifadəsi alındıqdan sonra azad edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki Suriya məsələsi ilə bağlı təhlükəsizlik toplantısının qanunsuz dinlənilməsindən sonra Öndər Aytac və Gülən hərəkatının bir neçə üzvü yaxalanmışdı. Aytacın ifadəsi alındıqdan sonra günorta saatlarında azad edilib. |
2014-03-29 | 12,932 | Qarım bu avtomatı Heydər Əliyevin özündən almışdı... | Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsinin həyətindəki tut ağacının altında Vaqif Cabbarovla yanaşı oturmağım, şirin-şirin söhbət etməyim ətrafdakı dustaq yoldaşların marağına səbəb olsa da, icazəsiz heç kəs yaxına gəlmirdi. Hər kəs öz işi ilə məşğuldur. Amma hiss edirəm ki, söhbətə "kurs" olmaq istəyənlər də var. Əlbəttə ki, Vaqif kişinin söhbətləri uzun qış gecələrinin nağılları kimi maraqlı olurdu... Rədd eləyin onu, adamı bir qarın yeməyə satar Vaqif dayı hündür boyunun verdiyi fürsətdən istifadə edərək ətrafa göz gəzdirdi. Xidmətimizdə hazır duran "şustryak" Rasimə baxdı. Bu kök, yastı-yapalaq adamdan Vaqif kişinin heç xoşu gəlmirdi. Bir dəfə söhbət zamanı mənə demişdi, "Faiq bacoğlu, rədd eləyin onu, bir kişinin ki gözü onun-bunun əlində, qazanında ola, ondan nə istəsən, gözləmək olar, yaxşılıqdan başqa". Vaqif dayının yemək-içməyini oğlu hazırlayırdı və o özü də ərincək adam deyildi. Rasim ağsaqqalın baxışından qırımını anladı, tamam kənara çəkildi. - Adə, ay uşaq, gör Xosrov kişi yuxudan ayılıbsa, gəlsin bura. Yatıbsa, səs salma. Rasim ardınca gələn səsə tərəf dönmədən başı ilə "yaxşı" dedi. - Bacoğlu, niyə yeməyinizi özünüz hazırlamırsız? Beləsi söz gəzdirən olur, adamı bir qarın yeməyə satar... Özü də o "Bazarkom" səni qaralayıb, fikir verirəm, tox adam deyil. "Vaqif dayının burdakı "tox" sözü "Bazarkom" ləqəbli Talehin bütöv adam olmamasına işarə idi. O, rejim rəisinin "söz aparanı" idi... Bunu mənə artıq Əməliyyat şöbəsini rəisi, mayor rütbəli həmyerlim demişdi: "Sənin bütün söyüşlərin, danışıqların onun tərəfindən şifahi olaraq çatdırılır, belə olmaz". "Bazarkom" da pişik saxlayır... - Vaqif dayı, bəs dedin ki, mənə çox şeylərdən danışacaqsan. - Sənin heç qursağın yoxuymuş ki... Sonra da stolun altından quyruğunu ayaqlarına sürtən pişik balalarına mehriban bir təbəssüm ünvanladı: - Xosrov kişinin pişikləri qəribsəyib, – xırıltılı səslə güldü. - Xəbərin var da Bazarkom da pişik saxlayır... - Hə... - Dağıl, a dünya, Bazarkom kimilərini qapımda tula əvəzi saxlamaram. Pişik saxlayana bax e... Doğrusu, indinin özünə qədər də bu pişik saxlamağın Vaqif dayı tərəfindən hara yozulduğunu araşdıra bilmirəm. Taleh isə doğrudan da iki pişik balasını "özəlləşdirmişdi". Ermənini çıxdığı yerə qədər qovaram Vaqif dayı bir qədər də fikrə getdi. Kənarda idmanla məşğul olan oğlu Cəlala, kinq-boksinq üzrə dünya çempionu olmuş, dava-dalaşa görə həbs olunmuş Vüqara, cəlilabadlı "Qara kəl" ləqəbli İlyasa və onun yerlisi, güləş üzrə vaxtı ilə qitə ikincisi olmuş, Bədən tərbiyəsi və İdman akademiyasının 3-cü kursunda oxuyarkəkən adam bıçaqladığına görə həbs olunan əhl başçısı və "zon"un əsas nüfuz və söz sahiblərindən olan Əzizə baxdı. Dərindən ah çəkdi: - O uşaqları görürsən? O uşaqlarla ermənini çıxdığı deşiyə qədər qovaram. Mənim cəzam varsa, icazə versinlər, seçim belə uşaqları, gedim oturum Şuşada. Ya ölüm, ya da torpağı alım verim bunlara, deyim, halal xoşunuz olsun. Necə Horadizi, Arazboyu kəndləri aldıq ermənidən, bax elə... İnan, bacoğlu, iki aya Xankəndində fıştırıq çala-çala gəzərik. Gör nə qədər uşaq burda məhv olur. Burda elələri var ki, qalmağından ölməyi yaxşıdır. Basaram onları cəbhəyə, kişi kimi vuruşarlar. Ölən ölər, qalan da qələbədən sonra inanmıram pis yola düşə. Özləri özlərini islah edər, – bu, Vaqif kişinin məntiqi idi. - Çox uşağı burda narkomana çeviriblər. Onlardan qəhrəman düzəldərəm mən. Yazıqlar... Adə, a köpək oğlu, sənin anan-bacın yoxdur? Bu "yazıqlar" kəlməsi kimə ünvanlanmışdı, bilmədim. Burada idman edən sağlam, döyüşkən ruhlu gənclərə, yoxsa? Nə isə... - Vaqif dayı, bura adamı heç nədən tutub salmazlar ki, hamının günahı var. O Qara kəl var ha, mənim kəndlimdir. Toyda içib dava salıb, bir ailənin 3-4 üzvünü döyüb, şil-küt edib. Əziz adam bıçaqlayıb, düzdür, bıçaqlamaya da bilərmiş, yanındakı qıza sataşıblar, bu da salıb onları təpiyin altına. Adam buna bıçaq çəkib, bu da alıb əlindən soxub yambızına. - Sən Allah düz deyirsən? Heylə orasınamı soxub bıçağı? – dedi və xırıltılı səslə güldü... - Hə, vallah. - Yaxşı eləyib... Ani fikrə gedib dilləndi: - Amma gərək vurmayaydı, başa salaydı... Gözləri yol çəkdi, kim bilir bir anın içində xəyalı haralara apardı onu və yenə də fikrində nələrisə götür-qoy eləyib: - Amma yaxşı eləyib vurub. Deyən gərək, adə, a köpək oğlu, sənin anan, bacın yoxdur? Bəs bilmirsən biri çıxıb, dalını dağıdar? – Vaqif kişi qəzəblənmişdi. Rasim gəlib dedi ki, Xosrov dayı yatıb. Sonra da təklif gözləmədən nimçədəki yemişdən iki dilim götürdü. Uzaqlaşmaq istəyəndə Vaqif dayı onu saxladı: - A bala, götür hamısını, halal xoşun olsun, get mənim "xata"mdan termosumu gətir. - Sağ ol, Vaqif dayı, jarqonlarla danışırsan, – dedim, kişi qımışdı. Mənim də günahım az olmadı, bacoğlu Bir neçə dəqiqədən sonra çay içirdik. Vaqif dayı maraqlı başagəldi söhbətlərilə yenə dağı arana, aranı dağa daşıyırdı. Mənimçünsə maraqlı olan o idi ki, müharibədə bu qədər xidmətləri olan, ailəsində neçə şəhid verən adamı niyə həbs etsinlər, nədir axı bu adamın günahı? - Vaqif dayı, görürsən adam var, illərlə yaxşı əməlləri ilə tanınır, ölkəyə xeyri dəyir, müharibədə canını, malını, övladını qurban verir, amma əlindən bir xəta çıxan kimi tutub basırlar içəri. Heç xidmətlərini yüngülləşdirici hal kimi də nəzərə almırlar... - Eh, a bacoğlu, sən hələ nələr görübsən... - çayından qurtum aldı. - Elə biri sən... - Mənim də günahım az olmadı, bacoğlu. Bilirsən, bunlar məndən niyə kəc oldu? - Haradan bilim axı, danışmırsan ki... Bir dəfə - Demək, mənim fermam cəbhə xəttindən çox da uzaq deyil. Həmin sərhəd boyunu uşaqlarım da qoruyur. İnan kəsdiyimiz çörəyə, qarım hər gün əsgərlərə isti çörək bişirir, yemək hazırlayır, dovğa bişirirdi. Neynəsin yazıq. Oğlanları döyüşüb, nəvələri vuruşub, qardaşları elə, mən belə... Gecəmiz-gündüzümüz olmayıb. Balalarımdır, nəvələrimdir, - deyirdi, - o uşaqlar. Mən əsgərlərə tez-tez baş çəkərdim, komandirləri ilə görüşərdim. Arxayın olun biz də burdayıq, deyərdim. Bir dəfə axşam üstü ermənilər tərəfdən bir vertolyot havaya qalxdı, başımızın üstündə dövrə vurub geri qayıtdı. Tələsik hərbi hissənin komandirinə dedim. Dedi görmüşük, bizə atəş əmri vermirlər. Neynək, dedim, belə məsləhətdir. Bu vertolyot bir də göründü. Təxminən 2-3 gün keçmişdi. Bu dəfə bir az da yuxarılara dedim ki, düşmən bəri tərəfə keçir. Mənə dedilər, qarışma, sənlik deyil. Mən də qarışamadım. Hələ bir az da hədə-qorxu gəlindi ki, sən ordunun işinə qarışırsan. Dedim yox, bu erməni vertolyotudur "Osabist"-zad tökülüşdü üstümə, rayondakı təhlükəsizlik xidməti, polis zad, hamısı dirəndi ki, yalandan hay-küy salıb əhalidə təşviş yaradıram. O vertolyot erməni vertolyotu deyildi. Özümüzünki idi. Həm də xəbərdarlıq etdilər ki, bir də bu haqda heç nə danışa. Dedim ki, kaş erməni olmasın, bizimkilərdisə, lap yaxşı. Bəs niyə vertolyot onlar tərəfdən qalxıb, dizim tərəfdə dövrə vurub qayıdır? Dedilər, belə şey yoxdur, panika qaldırma. Dedim, yox, bu, erməni vertolyotudu. Sizə sübut edəcəm. Nə isə, gəldim fermaya. Elə orda da balaca ev tikmişəm, yaşayırıq. Vertolyotu atəşə tutdum Erməni vertolyotu bir də göründü. Bu dəfə lap həyasızlaşmışdı. Düz gəldi mənim fermamın üstündən dövrə vurmağa. Evdə avtomat vardı. Milli qəhrəman, şəhid olmuş oğlum İlyasın döyüşdüyü silah idi. Qarıya dedim, get, gətir. Gətirdi. Nişan aldım, atdım. Vertolyotu atəşə tutdum. Vertolyot tez uzaqlaşdı ordan. O boyda vertolyota başını qaldırmayanlar, mənim atəşimə tökülüşdü üstümə. Axtarış-zad, axırda da qanunsuz silah saxlama, əhali arasında təşviş salma və ağıllarına gələn nə varsa onunla cinayət işi açdılar mənə. - Vaqif dayı, bəs bilmədilər ki, bu erməni vertolyotu idi? - Bilirdilər, bacoğlu. Mənə ilk dəfədən dedilər ki, şikayət etdiyimə görə lap yuxarıdan bunları sıxıblar. "Necə olur, düşmən bəri keçir, görmürsüz, vurmursuz?" Bunlar da deyib ki, Vaqif Cabbarov yalan deyir, elə şey yoxdur. İkinci, üçüncü dəfə gələndə də gizlin saxladılar ki, mənim dediklərim təsdiqini tapmasın. Heydər Əliyev oğlumun silahını... - Bəs səndə silah-sursat tapılıb axı, deyirlər. - Bacoğlu, kişinin silahı olar da. Mənim ta Sovetin bərkgedən vaxtından silahım olub. Düşmənlə üz-üzə, ağız-ağızayıq, silahsız keçinmək olmaz. Qaldı ki, məndən qanunsuz silah saxlamaq adı ilə götürdükləri avtomata, bunu şəxsən qarım Heydər Əliyevdən xahiş etmişdi. Oğlum şəhid olduqdan sonra ona Milli Qəhrəman adını verdi o kişi. Mükafatı qarıma təqdim etdi. Qarı ona minnətdarlıq edəndə xahiş elədi ki, əgər icazə versəydiniz, oğlumun silahını yadigar kimi mənə verərdilər. Rəhmətlik də göstəriş vermişdi. Sənədnən idi o silah. Oğlumun böyüdülmüş şəklinin yanından asardıq... O silahla neçə erməni öldürmüşdü, axırda da elə həmin silahdan erməni vertolyotuna atəş açdım. Bax, budu, burdayam. Səninlə burada oturub günümüzü keçirirk... Beləliklə, Vaqif dayı nəhayət ki, nəyə görə həbs olduğunu danışdı. Amma məndə yenə də əminlik vardı ki, o nələrinsə üstündən xətt çəkdi, danışmadı... - Bacoğlu, bunlara etibar yoxdur. Sənin 32 dişin bir dilini ağzında tutub saxlaya bilmir? Az danış, az əsəbiləş... Adamlara inanmağın yaxşıdır, etibar etməyinsə pis, – ağsaqqal məsləhətini də əsrgəmədi məndən. Sonra səhhətindən gileyləndi: - Bacoğlu, qıçlarım sözümə baxmır, yel tutub ayaqlarımı, mən dağ-daş bilməzdim heç. Pişiyimiz ölüb Xeyli sakit dayandıq. Bizi Xosrov dayının səsi xəyallardan ayırdı: - Nə olub, gəminiz batıb? - Yox, pişiyimiz ölüb, – Vaqif dayı zarafatla Xosrov dayının pişiklərə olan mehrini yada saldı... Xosrov dayı, kətil çəkib oturdu. Özünə çay süzdü. O, adam oğurluğunda və qətlində günahkar bilinərək ömürlük həbs cəzası almış Hacı Məmmədovun bacısının yoldaşı idi... (ardı olacaq) |
2014-03-29 | 12,933 | Gülən “Green Card”ı necə aldı? | Türkiyə Fətullah Gülənin "Yaşıl kartı"nı ləğv etdi və bu arada onun necə "Yaşıl kart" alması yada düşür. 2008-ci ildə Fətullah Gülən ABŞ da yaşamağa və fəaliyyət göstərməyə imkan verən "Yaşıl kart" ("Green Card") almaq üçün müraciət edir, ancaq ona mənfi cavab verilir. Bu o mənaya gəlir ki, Gülən bir ay ərzində ABŞ-ı tərk etməlidir. "Nur" camaatının lideri məhkəməyə üz tutur. ABŞ dövlətinin Miqrasiya idarəsindən şikayətçi olan nur camaatının liderini "Klasko", "Rulan", "Stock Seltzer" kimi dünyaca məşhur hüquq büroları müdafiə edir. Vəkillər məhkəməyə təqdim etdikləri müdafiə xarakterli dosyelərlə Gülənin Roma Papası II İohann Pavel ilə Vatikandakı görüşünü, yüzlərlə qəzet, jurnal və televiziyalarda haqqında müsbət xarakterli materiallar olduğunu, qurduğu "maarifçi" hərəkatın dünyanın nüfuzlu universitetlərində konfrans və seminarlar təşkil etdiyini və Amerika da daxil olmaqla dünyada yüzlərlə məktəb açdığını məhkəmənin diqqətinə çatdırır. Cavabında dövlət ittihamçısı "Gülən camaatı"nın heç də maarifçiliklə məşğul olmadığını, çap etdirdikləri kitabların dini tərkibli və təbliğ xarakterli olduğunu, Fətullah Gülən haqqında yazılan müsbət yazıların dini camaatın özünün media qurumlarında yazıldığını qeyd edir. Məhkəmənin gedişində prokurorluğun iddiaları sübut olunduqca, Gülənin Amerikada qalmağı və fəaliyyəti sual altına düşürdü. Bəs necə oldu ki, Gülən "Green Card"ı ala bildi? Maraqlısı odur ki, məhkəmənin qalibi Fətullah Gülən olur. CİA-da çalışan və ABŞ-ın xarici siyasət kursunu bəlli edən şəxslərin Fətullah Gülən haqqında məhkəməyə yazdığı rəylər və xahiş məktubları onu xilas edir. ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın da içində olduğu bu qrup Fətullah Gülənin Amerikada qalmağına tərəf durub, məhkəmədən dini camaat liderinin iddiasını təmin etməyi rəsmi şəkildə xahiş edib. Xahiş məktubu yazan insanların arasında CİA-nın analitik departamentinin direktoru Corc Fidas da var. Yunan əsilli anti-türk olan Fidas rəy məktubu yazan CİA mənsublarından sadəcə biridir. Başqa kim var? "Kamalizm öldü, Türkiyə mötədil islama sarılmalıdır" (Qraham Füller: "Yeni Türkiyə cümhuriyyəti" kitabı) deyən CİA-nın Türkiyə ofisinin keçmiş rəhbəri Qraham Füller də var. ("Qurdlar Vadisi" serialında Aron Feller obrazı Qraham Fullerin prototipidir. - T.Q.) Kəşfiyyatçılar Gülənə "Green Card" verdirir İş karyerasına CİA-da başlayıb sonra diplomat olan ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramoviç də Füllerdən geri qalmayıb. O da məhkəməyə Gülənin müdafiəsi üçün məktub yazıb. Çoxu kəşfiyyatçılar olmaqla 26 nəfərin rəy məktubundan sonra 10 oktyabr 2008-ci ildə Fətullah Gülənə Amerikada qalmağa, yaşamağa və fəaliyyət göstərməyə icazə verildi. Elə həmin məhkəmə prosesindən bir ay keçməmiş, Rusiyada nurçuların təqibinə start verildi. Bütün Rusiya mediası Fətullah Gülən camaatının Rusiya və bölgə üçün təhdid olduğunu yazmağa başladı. Səbəb Gülən camaatının Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətinə keçməsinin açığa çıxması idi. |
2014-03-29 | 12,934 | Kliçko prezidentliyə namizədlikdən imtina etdi | Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə baş verib. "Axara.az" APA-ya istinadən xəbər verir ki, bu gün Kiyevdə UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının 11-ci qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın lideri Vitali Kliçko prezident seçkilərində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb. V.Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb: "Hazırda elə vəziyyət yaranıb ki, səhv etmək olmaz. Siyasi populizm dövrü keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə namizəd Pyotr Poroşenkodur". V.Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi Avropa tipli paytaxta çevirəcəyini bildirib. Xatırladaq ki, prezident seçkiləri ilə mer seçkiləri eyni anda keçiriləcək. Qeyd edək ki, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko da prezidentliyə namizəd olacağını açıqlayıb. Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr Poroşenkonun ən yüksək reytinqə malik olduğu ortaya çıxıb. 1965-ci il təvəllüdlü P.Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf naziri vəzifəsində çalışıb. P.Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının sahibidir. |
2014-03-29 | 12,935 | 7-ci mikrorayon qazsız qalıb - Rəsmi | "Qazın verilməsində fasilə yaranacağı məlum idi. Lakin bu barədə əvvəldən məlumat verilməsinə ehtiyac duyulmadı". Bu sözləri "Axar.az"a Binəqədi rayon Qaz İstismar İdarəsindən bildirdilər. İdarə işçisinin sözlərinə görə, borularda yaranmış problem aradan qaldırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək: "Ancaq konkret olaraq nə vaxt veriləcəyi məlum deyil. Problemin aradan qaldırılması üçün hazırda iş gedir". Qeyd edək ki, Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi ərazisində 2 gündür qaz verilişində fasilə yaranıb. |
2014-03-29 | 12,936 | AST Telmanın bu yazıçılara milyonlarla borcu var - Siyahı | Azərbaycan əsilli milyarder Telman İsmayılovun bir neçə tanınmış yazıçıya külli-miqdarda borcu var. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata görə, İsmayılovun sahibi olduğu AST Şirkətlər Qrupuna daxil olan AST Nəşriyyatı dünya şöhrətli yazıçılarla müqavilə bağlayaraq, onların kitablarını dərc edib, amma qonorarlarını ödəməyib. Bu yazıçılar Stiven Kinq, Den Braun, Paulo Koelo, Con Faulz, Struqatski qardaşları, Vladimir Sorokin, Mixail Veller, Polina Daşkovadır. İsmayılovun sahibi olduğu nəşriyatın onlara üst-üstə 5 milyona yaxın borcu var. Məlumata görə, bu ildən onlar AST Nəşriyyatı ilə müqaviləni birtərəfli dayandırıblar. Yazıçılar hazırda "Eksmo" ilə müqavilə bağlayıblar. AST Telman isə hələ ki, borcu qaytarmağa tələsmir. |
2014-03-29 | 12,937 | Dağıstanın xalq artisti, həmyerlimiz Düriyyə Rəhimova vəfat etdi | Dağıstanın xalq artisti, həmyerlimiz Düriyyə Rəhimova uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat edib. D.Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olub. Fəaliyyətə Quba Dövlət Dram Teatrında başlayıb. Quba Dövlət Dram Teatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət alıb və orada işləyib. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərib. O, Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolu var (Trend). Allah rəhmət eləsin! |
2014-03-29 | 12,938 | Azərbaycanda maqnit qasırğası olacaq | Martın 29-31-də geomaqnit vəziyyətin orta gərginlikdə olacağı proqnozlaşdırılır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (29,30,31 mart tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb. APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil vəziyyətdə olacaq. Onun sözlərinə görə, hazırda günəşin diskinin 9 regionunda 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif həddə ola biləcəyi proqnozlaşdırılır. Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq. Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur. |
2014-03-29 | 12,939 | London polisi Nigarla şəkil çəkdirmək istədi - Foto | Londonda yaşayan azərbaycanlı müğənni Nigar Camal maraqlı hadisədən bəhs edib. "Eurovision 2011"-in qalibi olan cazibədar xanım yol qaydalarını pozduğuna görə, polis tərəfindən saxlanıldığını bildirib. Şəxsi İnstaqram səhifəsində foto paylaşaraq bu barədə xəbər verən ifaçı maraqlı hadisə ilə üzləşdiyini vurğulayıb. O, qaçılmaz vəziyyətdən müğənni kimi tanınmağı sayəsində çıxdığınl deyib: "Bu gün polis saxladı. Məni tanıyandan sonra bir şəkil çəkdirmək istədi. Cərimə etmədən buraxdılar. Halbuki yüngül qayda pozuntusu etmişdim". İfaçının sosial şəbəkədə paylaşdığı şəkli sizə təqdim edirik. Qeyd edək ki, Nigar Camal artıq bir neçə ildir ki,əkiz qızları ilə birlikdə Londonda yaşayır. Xüsusi dəvət və yeni layihələri ilə bağlı olaraq Azərbaycana üz tutur. (ANS) |
2014-03-29 | 12,940 | “Neftçi”–“XL” matçında dava: yaralanan var - Video | Topaz Premyer Liqasının XXVIII turunun "Neftçi"-"Xəzər Lənkəran" matçında dava düşüb. "Neftçimaniya" fanklubunun azarkeşlərinin "Axar.az"a verdiyi məlumata görə, əzəli rəqiblərin "Bakcell Arena"da keçirilən qarşılaşmasında meydan sahiblərinin azarkeşləri ilə polis əməkdaşları arasında gərginlik yaranıb. Məlumata görə, polis əməkdaşları "Neftçi" tərəfdarlarına ayaqüstə azarkeşlik etməyə imkan verməyib. Azarkeşlər 1-ci hissədən sonra stadionu tərk edib, şüarlarla çölə çıxıblar və polislə qaşıdurma da stadiondan kənarda yaşanıb. Qarşıdurma zamanı xəsarət alanlar olub. Bir başqa məlumata görə isə oyun zamanı partlayıcı maddələrdən istifadə etdikləri üçün 4 azarkeş saxlanılıb. Polislə yaranan qarşıdurma zamanı xəsarət alan azarkeşlərdən birinin fotosunu təqdim edirik. Xatırladaq ki, qarşılaşma "Neftçi" komandasının 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. |
2014-03-29 | 12,941 | Köhnə avtomobili olanların nəzərinə - Ekspert rəyi | "Avropada dövlət köhnə avtomobillərin yenisi ilə əvəzlənməsi üçün müəyyən imkanlar yaradır". Bunu "Axar.az"a "Avro-4" standartlarına keçidin problem və üstünlüklərini şərh edən nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov bildirdi. Ekspert bildirib ki, Azərbaycanın "Avro-4" standartlarına keçməyə tam hazırdır: "Hesab edirəm ki, hətta bu müəyyən qədər gecikmiş addımdır. Tıxac və ekoloji problemlərin yaranması bunu bir daha sübut edir. Məncə biz 2004-2005-ci illərdə bu standarta keçməli idik. Bu proseslərin bazara təsirinə gəldikdə isə, avtomobillərin strukturunda dəyişiklik olacağını düşünürəm. Həm yeni avtomobillərin sayı artacaq, həm də xaricdən gələcək yeni markaların sayı çoxalacaq. Son statistikaya əsasən Azərbaycan bazarında 3 böyük markadan daha çox istifadə edilir. Bazarın 35 faizinə "Mersedes", 11 faiz BMV və təxminən 9-10 faizinə "Opel" markalı maşınlar hakimdir. Amma aprelin 1-dən sonra "Volksvagen", "Toyota", "Fiat" və "Reno"un sayında hissediləcək dərəcədə dəyişikliklər olacaq. Daxili bazarda digər ekonomik maşınlardan istifadəyə üstünlük veriləcək". S.Yunusovun sözlərinə görə, Azərbaycan hökuməti ölkə daxilində olan və "Avro-4" standartlarına uyğun gəlməyən avtomobilləri yenisi ilə əvəz etmək üçün xüsusi təkliflər hazırlamalı, güzəştlər tətbiq etməlidir: "Dəfələrlə bu məsələnin mümkünlüyü ilə bağlı fikir bildirmişəm, yazı yazmışam. Hesab edirəm ki, bu olmalıdır və kompleks təkliflər hazırlanmalıdır. Hansı ki, bura avtomobilin alınmasından tutmuş, güzəştli kreditin verilməsi, elanların yerləşdirilməsinə qədər bütün şərtlər daxil olmalıdır. Türkiyə təcrübəsini də göstərmək olar. Qonşu ölkədə avtomobilləri kiloqramla alırdılar. Təxminən 80-ci illərə qədər yük avtomobillərini, daha sonra isə digər nəqliyyat vasitələrini alıblar. Azərbaycan da bu təcrübədən yararlana bilər. Həm də müəyyən güzəştlər tətbiq edilməsi də doğru olardı. Amma hansısa məcburiyyət olmasının tərəfdarı deyiləm. Avropada dövlət köhnə avtomobillərin yenisi ilə əvəzlənməsi üçün müəyyən imkanlar yaradır və vətəndaşlar da könüllü olaraq öz maşınlarını təhvil verirlər". Ekspert "yol vergisi"nin müəyyən edilməsi ilə bağlı şərtlərin də dəyişdirilməsinin tərəfdarıdır: "Mən avtomobillərin texniki baxış zamanı müəyyən edilən "yol vergisi"nin motorun gücünə görə müəyyənləşdirilməsinin əleyhinəyəm. Hazırda 6 motor BMV-lər istehsal olunur ki, onların atmosferi çirkləndirməsi çox azdır və "Avro-5" standartlarına uyğundur. Hesab edirəm ki, avtomobilin atmosferə axıtdığı zəhərli qazların emissiyasına görə həmin vergi müəyyən edilməlidir. Bu halda insanlar həmin avtomobillərdən can qurtarmağa maraqlı olacaqlar". Xatırladaq ki, aprelin 1-dən "Avro-4" standartlarına keçidlə əlaqədar 2005-ci ildən aşağı olan avtomobillər Azərbaycana buraxılmayacaq. Bu isə Gürcüstan, Almaniya, Dubay və başqa yerlərdən avtomobil gətirənlərə böyük problemlər yaradacaq. Son məlumatlara görə qanunun qüvvəyə minməsinə sayılı günlər qaldığı vaxtda Gürcüstanın Rustavi maşın bazarında canlanma müşahidə edilir. Təkcə onu demək kifayətdir ki, son iki gündə istehsal tarixi 2001-dən aşağı olan 700-ə yaxın avtomobil azərbaycanlılar tərəfindən alınıb. Bu isə son bir neçə ildə qeydə alınan ən böyük göstəricidir. |
2014-03-29 | 12,942 | Rəbiyyət Aslanova Suriyadakı azərbaycanlılardan danışdı | Suriyada gedən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Bunu jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. R.Aslanova qeyd edib ki, Suriyaya gedən azərbaycanlılar qanunlarımızın əsas müddəalarını bilməlidirlər: "Suriyaya gedən insanlarımızın da geri qayıdacağına inanıram. Onlar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər bir ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz". Komitə sədri bildirib ki, Suriyaya Azərbaycan gənclərinin getməsi prosesi artıq dayanıb. Onun sözlərinə görə, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər öncədən bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun əsas müddəalarının pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb". R.Aslanova əlavə edib ki, gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər: "Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib". O, qeyd edib ki, gənclərimizin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir. (ANS) |
2014-03-29 | 12,943 | Ərdoğanın müşaviri jurnalisti həbs etdirdi | Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun Sarıyer bölgəsində təşkil edilən mitinqi zamanı "Zaman" qəzetinin müxbiri Dərviş Gənc həbs edilib. Dərviş Gənc mitinq zamanı Ərdoğanın məsləhətçisi Mustafa Varankın fotoşəklini çəkmək istəyib. Bu zaman Varank şikayət edib və Dərviş Gənc polis tərəfindən həbs edilib. Polislər Dərviş Gəncin şöbəyə aparılaraq ifadəsi alınacağını bildiriblər. Qeyd edək ki, bu gün Sarıyerdə baş vermiş hadisəyə oxşar hadisə martın 13-də hakim partiya AKP-nin Mersin mitinqində də yaşanıb. Ancaq onda jurnalist həbs edilməmişdi. Həmin gün Türkiyə qəzetinin yazarı Yıldıray Oğur baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri Mustafa Varank ilə birlikdə söhbət edərkən "Zaman" qəzetinin foto müxbiri Mevlüt Karabulut onların şəklini çəkmişdi. Yıldıray Oğur Mevlüt Karabuluta "güdükçü fotoqrafiya axınının banisi" deyərək onu hədələmişdi. "Zaman" qəzeti hazırda Rəcəb Tayyib Ərdoğanın ən böyük siyasi düşməninə çevrilmiş dini icma lideri Fətullah Gülənə yaxınlığı ilə seçilir (ANS). |
2014-03-29 | 12,944 | Göygöldə köməkçi tikili yandı | Bu gün Göygöl rayonunun Nadil kəndində yanğın hadisəsi baş verib. "Axar.az" FHN-inin rəsmi saytına istinadən xəbər verir ki, kənd sakini Yaşar Bayramova məxsus 60 kvadratmetr sahəsi olan üçotaqlı köməkçi tikilini bir otağının 24 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Yanğın yerinə Gəncə və Göygöl yanğından mühafizə idarəsinin 3 avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Tez bir zamanda alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısa qapanma səbəb olub. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır. |
2014-03-29 | 12,945 | Lavrov və Kerri Krımı müzakirə edəcək | RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri, bazar günü, martın 30-da Parisdə görüşəcəklər. Bu barədə RF XİN-in informasiya və mətbuat departamenti bildirib. "RF XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə sabah Parisdə görüşü keçəcək", - mənbə deyib. Sonuncu dəfə Kerri və Lavrov bu həftənin əvvəlində Haaqada görüşüblər. Keçirilən danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olub. (Trend) |
2014-03-29 | 12,947 | Prezidentin nəvələrinin yeni şəkilləri yayıldı - Foto | Azərbaycan prezidenti İlham Əliyevin əkiz nəvələrinin yeni fotoları yayılıb. Əli ilə Mikayılın yeni fotoları onların ataları Emin Ağalarov tərəfindən Tvitterə yerləşdirilib. Moskvada yaşayan iş adamı Araz Ağalarovun oğlu Emin çox böyük ehtimalla bu şəkilləri ABŞ-da çəkdirib. Emin Ağalarov "Amor" adlı albomunu təqdim etmək üçün ABŞ-ın 5 populyar televiziya şousunda iştirak edib. Müğənni Emin Ağalarorov həmçinin atasının rəhbərlik etdiyi "Crocus Group" şirkətinin "Russkiy adası"nda inşa etdiyi şəhərin şəkillərini də yayıb. Xatırladaq ki, Emin Ağalarov iyul ayının 17-də Bakıda Yaşıl Teatrda çıxış edəcək. Bundan öncə o, iyun ayının 21-də Sea Breeze-də canlı konsertlə pərəstişkarlarını sevindirəcək. Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb. Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir. Emin Ağalarovun Giving İn, Dont cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the worl go away, Just for one night klipləri var. (ANS) |
2014-03-29 | 12,948 | Kreml sahibləri: intihar, narkomaniya... | Kimi özünü güllələdi, kimi də narkoman oldu... Adətən ictimai-siyasi işlərdə çalışan insanlar öz ailələri ilə birgə toplumun qarşısında daima gülümsəyir, xoşbəxt ailə tablosu yaratmağa çalışırlar. Kremlin tarixində də orada rəhbər olmuş insanların nikahları haqqında sanki elə bir fikir var ki, onların da həyatı nizamlı və rahat olub. Amma son prezident Putin öz xanımından ayrıldıqdan sonra bu fikrin heç də doğru olmadığı təsdiqlənmiş oldu. Əslində ideal olmayan cütlük Kremldə birinci rəhbər Lenin idi. Xanımı Nadejda Konstantinovna ilə onlar sürgündə olarkən evləndilər. Uzun illər bu iki insanın bir-birini sevməsi və sədaqəti haqqında yazılan əhvalatların heç də həqiqət olmadığını sübut edən faktlar var. Leninin İnessa Armada adlı bir inqilabçı qadınla ona xəyanət etdiyi haqqında söyləntilər var. Ürəyimə daş yüklədin... Sirli şəxsiyyəti ilə diqqəti cəlb edən İosif Stalin də iki dəfə evli olub. Birinci xanımı Yekaterina Svanidze varlı gürcünün qızı olub. Evləndikdən az sonra o vərəmdən vəfat edib. Deyilənlərə görə, Stalin onun məzarı üstə "ürəyimə daş yüklənib və insanlara qarşı mərhəmət hissimi itirmişəm" sözlərini deyib. İkinci dəfə Stalin 1918-ci ildə Nadejda Allulayeva ilə evlənib. Amma onların münasibətləri çox dözülməz olub və Nadejda iki dəfə Stalindən ayrılmaq istəyib. Buna nail ola bilməyən qadın sonra özünü güllələyib. Stalin hətta onun dəfn mərasimində də iştirak etməyib. İkisi birlikdə dəfn olundu Stalindən sonra Xruşşovun Kremldə tam səlahiyyət sahibi olmasına qədər Georgi Malenkov Sovet İttifaqını idarə edirdi. O Türkmənistan cəbhəsinə gedərkən qatarda tanış olduğu Valeriya Qolubçova adlı bir xanımla evli idi. 1952-ci ildə Xruşşovun gəlişindən sonra Malenkov vəzifəsindən uzaqlaşdırıldı və sürgünə göndərildi. Onunla birlikdə sürgünə gedən xanımı ancaq uzun illər sonra Moskvaya qayıda bildilər. Bundan sonra ömürlərinin sonuna qədər birlikdə yaşayan cütlük demək olar ki, bir-birinin ardınca 3 ay fasilə ilə vəfat edirlər. İki dəfə evli olan Xruşşov Xruşşov da iki dəfə evli olub. O birinci dəfə 1914-cü ildə Yefrosiniya Pisareva ilə evlənib. 19 il evlilikdən sonra Xruşşovun xanımı tif xəstəliyindən vəfat edib. İkinci dəfə o, Nina Kxarçuk adlı bir xanıma evlənir. O dövrün mənbələrinə görə Kxarçuk işgüzar və zabitəli bir qadın olub. O, Xruşşov Sovet İttifaqının rəhbəri olduğu zamanlarda bir sıra xarici səfərlərdə onu müşahidə edib. Qayğıkeş Brejnev Leonid Brejnev Viktoriya Denisova adlı bir xanımla evli idi. Brejnevlə Kurskda təhsil aldıqları yerdə rəqs zamanı tanış olublar. Sovet İttifaqının başçısı olan Brejnev onu Vitya çağırıb və hər zaman qayğıkeş bir ər kimi onun arzularını yerinə yetirməyə çalışıb. Mənbələrdən o da bəlli olur ki, Brejnev bütün işləri ilə bağlı xanımı ilə məsləhətləşib və bütün qərarlarını onunla razılaşdırıb. Brejnevin ölümdən sonra sarsılan qadını ərinin itkisinə dözə bilməyərək yaddaşını itirib. Andropovun narkotik qəbul edən xanımı... Sovet İttifaqının rəhbəri olan Andropov da iki dəfə evli olub. Birinci xanımı Nina ilə o ayrılanda Andropovun artıq iki uşağı vardı. İkinci dəfə o Tatyana Lebedava ilə evləndi. Amma qısa müddətdən sonra Tatyana xəstələnir və uzun müalicədən sonra ancaq əsəbləri pozulmuş halda həyata dönür. O dövrün şahidi olan adamların dediklərindən bəlli olur ki, Tatyana tez-tez xəstəxanada yatırmış və narkotikdən asılı imiş. Andopovdan sonra Sovet İttifaqına qısa sürədə başçılıq etmiş Çernenko da iki dəfə evli olub. O birinci arvadı Faina Vasilevna ilə uzun müddət yaşaya bilməyib və o boşandıqdan sonra ikinci dəfə Anna Lyubiva ilə evləndi. Onların nikahı sakit və düzənli keçib. Birinci xanım statusunu qazanan ilk qadın Sovet İttifaqının ən məşhur cütlüyü Mixail Qorbaçov və Raisa Maksimovna 1953-cü ildə tələbə toyu ilə yataqxanada evləniblər. Raisa Maksimovna Sovet İttifaqında publikaya görünməyən birinci xanımların qapalı obrazını dağıdaraq Qorbaçovun bütün səfərlərində onu müşahidə edib. O, 1987-ci ildə Britaniyada bir dərgi tərəfindən ilin qadını elan olundu. 1991-ci ildəsə o "İlin ledisi" mükafatını aldı. Xarici ölkələrdə onu sülhün daşıyıcısı adlandırırdılar. Qorbaçov hakimiyyətdən getdikdən sonra o "Qorbaçov fondu"nun qurulmasına yardım etdi. Xeyriyyə işləri ilə məşğul oldu və xəstə uşaqların müalicəsinə yardım etdi. 1999-cu ildə vəfat edib. Dəfnində minlərlə insan iştirak edib. Yeltsinlər Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının prezidenti olan Boris Yeltsin 25 yaşına qədər Anastasiya, sonradan adını dəyişib Naina qoyan qadınla evli idi. Naina Yeltsin Rusiyanın ilk prezidenti ilə evlənmədən öncə Yuri Qaqarinlə görüşüb. 1991-ci idə Naina Yeltsin Rusiyanın birinci xanımı oldu. 2007-ci ildə Boris Yeltsin vəfat edəndə şahid olanların dediklərindən bəlli olur ki, dəfn zamanı Naina Yeltsin onun tabutunun üstünə göz yaşları ilə islanmış dəsmalını qoyub. Birinci xanım fəal olmamalıdır Dmitri Medvedyev xanımı Svetlana Linniklə eyni məktəbdə paralel siniflərdə oxuyub. Onlar 7-ci sinifdən sonra görüşməyə başlayıblar və 1993-cü ildə evləniblər. 1995-ci ildə onların oğlu doğulub. Medvedyev öz şəxsi saytında Rusiyanın ənənələrinə uyğun olaraq birinci xanımın o qədər də fəal olmaması barədə yazıb. Putinin Kabayeva ilə sevgi macəraları... Və nəhayət... Rusiyanın indiki prezidenti Putin adının Kabayeva ilə hallanmasından sonra xanımı Lüdmila ilə rəsmi şəkildə boşandı. Hətta arvadını monastıra qapatması ilə bağlı söz-söhbət gəzəndən sonra publika qarşısına çıxıb boşandıqlarını elan edən Putinlərin nikahına beləcə son qoyuldu. |
2014-03-29 | 12,949 | Bakıda tikili yandı | Bakıda tikilidə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 23 kv.m olan tikilinin dam örtüyü yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-29 | 12,950 | ABŞ 122 dövlət başçısını dinləyib - Şok siyahı | ABŞ Milli Təhlükəsizlik Agentliyinin 122 dövlət başçısını dinlədiyi barədə yeni bir sənədin ortaya çıxdığı barədə iddialar səslənib. "Axar.az"ın alman mətbuatına istinadən məlumatına görə, Eduard Snoudenin sızdırdığı sənədlərdə 2009-cu ilin mayına kimi 122 dövlət başçısının dinlənilib və onlar barədə məlumatlar toplanıb. Xəbərdə hökumət başçılarının adlarının siyahıda əlifba sırasıyla sıralandığı və ilk sırada Malaziyanın sabiq Baş naziri Abdullah Bədəvinin olduğu vurğulanıb. Nümunə üçün 11 nəfərin adının açıqlandığı siyahıda sabiq Somali prezidenti Abdullahi Yusuf, Fələstin prezidenti Mahmud Abbas, Peru prezidenti Alan Qarsia, Belarus prezidenti Aleksandr Lukaşenko, Qvatemalanın sabiq prezidenti Alvaro Kolom, Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe, Malinin sabiq prezidenti Amadou Toumani Toure, Almaniya kansleri Angela Merkel, Suriya prezidenti Bəşər Əsəd və son olaraq Ukrayna sabiq Baş naziri Yuliya Timoşenko qeyd edilib. Xüsusi olaraq yayılan məlumatda Almaniya kansleri Merkel haqqında 300-dən çox informasiyanın toplandığı və bu məlumatların "Marina" adlı bankda yer aldığı göstərilir. |
2014-03-29 | 12,951 | “Bütün şanslarımızı itirdik” | "Çelsi" klubunun portuqaliyalı baş məşqçisi Joza Maurinyo "Kristal Pelas"a uduzmaqlarından danışıb. "Axar.az" xəbər verir ki, Joze Maurinyo "aristokratların" çempionluq qazanma şansının olmadığını bildirib: "Biz çempionluq yarışının qalibi olmaq üçün bütün şanslarımızı itirdik. Bunda yalnız özümüz günahkarıq". Qeyd edək ki, "Çelsi" "Kristal Pelas"a 0-1 hesabla uduzub. Buna baxmayaraq, "Çelsi" İngiltərə premyer liqasında yenə də birinci yerdə gedir. İkinci yeri isə 1 xal fərqlə "Liverpul", üçüncü yeri isə 3 xal fərqi ilə "Mançester Siti" klubu tutur. |
2014-03-29 | 12,952 | “Krımı Ukraynaya qaytaracam” | "Krımı Ukraynaya qaytaracağıma söz verirəm". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Regionlar Partiyasından prezidentliyə namizəd olan Mixail Dobkin söyləyib. Mixail Dobkin əsas narahatçılığını da dilə gətirib: "Siyasətçilərdən kimsə Krımın ərazi kimi itirilməsindən narahatdırsa, mən daha çox soydaşlarımızın 2,5 milyon dəyərində olan itkisindən narahatam. Yeni hökumət məsuliyyəti dərk etmədən xarici həmkarların məsləhətlərinə güvənirdilər. Məhz onlar Krımın Ukraynadan qoparılmasına öz əlləri ilə təkan verdilər. Biz nəinki Krımın ərazisini qaytarmaq üçün mübarizə aparmalıyıq, eyni zamanda, orada yaşayan insanların qəlbini yenidən qazanmaq üçün də var-gücümüzü əsirgəməməliyik". |
2014-03-29 | 12,953 | Putin və Medvedev rus çastuşkalarında - Video | Rusiyanın üç prezidentini qınayan və bir müddət əvvəl hazırlanan xüsusi video yenidən gündəmə gəlib. "Axar.az" Yeltsin, Putin və Medvedyev haqqında rus musiqiçilərin hazırladığı və hazırda ukraynalılar tərəfindən paylaşılan çastuşkalardan ibarət qısa çarxı diqqətinizə çatdırır. Çarxda hər üç prezidentin Rusiyaya ağır bəlalar gətirdiyi müxtəlif kinayəli sözlərlə bildirilir. Videonu təqdim edirik. |
2014-03-29 | 12,954 | Nobel Mükafatı rekord qiymətə satıldı | ABŞ-ın Merilend ştatındakı "Stack's Bowers" auksion evi 1936-cı ilə aid Nobel Sülh Mükafatını rekord qiymətə - 1.1 milyon dollara satıb. "Axar.az" xəbər verir ki, mükafatın yeni alıcısının adı açıqlanmayıb. Satılan mükafat 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə aparan Argentina Xarici İşlər naziri Karlos Saavedra Lamasa verilmişdi. Lamas öləndən sonra bir neçə nəfərin əlinə keçən bu mükafat 20 il əvvəl bir amerikalı kolleksiyaçı tərəfindən Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından alınmışdı. |
2014-03-29 | 12,955 | Almaniya Timoşenkonu prezidentliyə layiq bilmədi | Almaniya Bundestaqının sədri Norbert Lammert prezidentliyə namizədliyini irəli sürdüyünə görə Ukraynanın keçmiş Baş naziri Yulya Timoşenkonu ciddi tənqid edib. "Axar.az" "Şpigel"ə istinadən məlumat verir ki, Lammert sabiq Baş nazirin Rusiya əleyhinə aqressiv mövqe tutması səbəbindən onu prezident kreslosuna layiq görmədiyini bəyan edib. Lammert əlavə edib ki, Timoşenkonun hazırda səsləndirdiyi fikirlər də təhlükəlidir və bu bəyanatlar Ukrayna daxilində birliyə töhvə vermir. Xatırladaq ki, "Şpigel" dərgisi həmçinin prezident seçkilərində iştirakı ehtimal olunan şəxslərin sorğularını da açıqlayıb. Bildirilib ki, hazırda cəmi 10 faiz səs toplamasına baxmayaraq, seçkilərə yaxın müddətdə Timoşenkonun bu göstəricisinin qalxacağı şübhəsidir. |
2014-03-30 | 12,957 | Aprelin 1-dən avtomobillərin qiyməti qalxır? | Aprelin 1-dən ölkəyə gətirilməsinə qadağa qoyulan maşınların qiyməti artıq indidən bahalaşmağa başlayıb. Maşın bazarında apardığımız müşahidələr göstərdi ki, artım kəskin olmasa da, Avro-2 və Avro-3 standartlı maşınların qiymətində bahalaşma baş verib. Bəzi satıcılar isə Avro-2 və Avro-3 standartına uyğun maşınların hələ aprelin birindən sonra bahalaşacağını deyirlər. Onların sözlərinə görə bu birbaşa "Avro-4"-ə uyğun gəlməyən maşınların idxalının qadağan olunması ilə bağlıdır. Amma qiymətlərin artmayacağını proqnozlaşdıranlar da çoxdur. Onların isə özünə görə əsasları var. Hələlik bəlli olan bir məsələ var ki, iki həftədir xaricdən, xüsusilə Gürcüstandan Azərbaycana çoxlu sayda Avro-2 və Avro-3 standartında olan maşınlar gətirilib. Və bu atomobillər Avro-4 standartına cavab verən maşınlardan xeyli ucuzdur. Bu səbəbdən satıcılar köhnə maşınlara tələbatın artmasından qazanmaq istəyir. Buna görə də yaxın həftələrdə bazarlarda köhnə maşınların qiymətinin kifayət qədər qalxacağı gözlənilir (ANS). |
2014-03-30 | 12,958 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin kəskin dəyişiləcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir, gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənailir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. |
2014-03-30 | 12,959 | Avropada qaraçıların sammiti keçiriləcək | Avropa İttifaqı (Aİ) siyasi xadimləri və liderləri aprelin 4-də Avropadakı qaraçıların inteqrasiyası məsələsini müzakirə etmək üçün Brüsseldə toplanacaqlar. Bu, 2011-ci ildə Komissiya qaraçıların milli inteqrasiyası strategiyalarının əsasını qoyandan bəri keçirilən ilk Aİ-Qaraçı Sammiti olacaq. Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat verir. Məqsəd üzv ölkələr tərəfindən təyin edilən milli qaraçı strategiyalarının necə həyata keçirildiyini və bunun yerlərdəki qaraçı icmalarının həyatının inkişafına təkan verib-vermədiyini müəyyənləşdirməkdir. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, Rumıniya prezidenti Trayan Besesku (Traian Băsescu), Bolqarıstan baş nazirinin müavini Zinaida Zlatanova (Zinaida Zlatanova), eləcə də Aİ-yə üzv olan 9 digər ölkədən nazirlər və dövlət katibləri sammitdə çıxış edəcəklər. Açıq Cəmiyyət Qurumlarının (OSF) sədri Corc Soros (George Soros) və qaraçı soyqırımından xilas olan Zoni Vays (Zoni Weisz) isə sammitdə qeyri-hökumət məruzəçiləri qismində çıxış edəcəklər. "2010-cu ildən bəri Avropa Komissiyasının siyasi xəritəsində qaraçıların inteqrasiyası məsələsi mühüm yer tutur. Cəmi 4 il əvvəl baş tutan Kordova Qaraçı Sammitinə nəzər saldıqda aydın olur ki, qaraçıların inteqrasiyası məsələsi əksər ölkələrin diqqət mərkəzində deyildi. Müxtəlif üzv dövlətlərdən siyasətçilərin qatılacağı Brüssel Qaraçı Sammiti dəyişikliklərə gətirib çıxara bilər. Bu, ümidverici haldır", - Aİ-nin ədliyyə məsələləri üzrə komissarı, vitse-prezident Vivian Redinq (Viviane Reding) bildirib. "Qaraçıların inteqrasiya strategiyaları üçün Aİ-nin gördüyü tədbirlər tərəqqi əldə etmək yolunda yerli hökumətlərin yüksək səviyyədə öhdəliklər qazanmasında diqqətəlayiq rol oynayır. Qaraçıların inteqrasiya istiqamətində ən effektiv yollarla bağlı səmərəli müzakirələrin və dəyişikliklərin baş tutmasını gözləyirəm. İnanıram ki, Avropanın ən böyük milli azlığına qarşı dəyişikliklərə birlikdə yol aça bilərik", - Redinq əlavə edib. "Üzv dövlətlər Avropanın qaraçı icmalarının təhsil, məşğulluq, səhiyyə və mənzillə təmin edilmə kimi sahələrdə vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıdırlar", - Məşğulluq, sosial və inteqrasiya məsələləri üzrə Avropa komissarı Laslo Andor (László Andor) bildirib. "Komissiya üzv ölkələrin addımlarını yaxından izləməyə davam edəcək və bu məqsədə nail olmaq üçün növbəti yeddi il ərzində Aİ-nin büdcəsindən ən yaxşı şəkildə istifadəni təmin etmək üçün onlarla çalışacaq. Bu sammit qaraçı icmaları ilə bağlı böyük dəyişikliklərə təkan verə biləcək məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Xüsusilə də lazımi maliyyənin yerli səviyyəyə çatdığından əmin olmaq baxımından gərəklidir", - o deyib. Aİ səviyyəsində III Qaraçı Sammiti Avropa Komissiyasının qaraçıların milli inteqrasiyası strategiyalarının həyata keçirilməsi istiqamətində 2014-cü ilin qiymətləndirməsi ilə üst-üstə düşür. Bu, 2011-ci ildən bəri üzv ölkələrdə inkişaf istiqamətində atılan ən önəmli addımlardandır. 28 üzv dövlətdə qaraçıların təhsil, məşğulluq, səhiyyə və mənzillə təmin olunması kimi əsas məsələlərdəki vəziyyəti qiymətləndiriləcək. Həmçinin diskriminasiya halları ilə mübarizə, maliyyə xərcləri nəzərdən keçiriləcək və tövsiyələr təqdim ediləcək. Nəticələr iqtisadi siyasət koordinasiyası üçün illik Avropa Semestr prosesinə də töhfə verəcək. Bu proses Aİ-də qaraçılarla bağlı müvafiq bir ölkəyə tövsiyələrin verilməsilə nəticələnə bilər. Bu illik dövr inteqrasiyanın Avropa gündəliyində möhkəmliyini və davamlılığını təmin edir. Aİ-Qaraçı Sammiti 2014-cü il, aprelin 4-də Brüsseldə baş tutacaq. Tədbirə Aİ institutlarından, hökumət və parlamentlərdən, beynəlxalq təşkilatlardan, vətəndaş cəmiyyətindən (o cümlədən qaraçı təşkilatlarından), yerli və regional qurumlardan 500-ə yaxın nümayəndə qatılacaq. Onlar bugünədək əldə edilən nailiyyətlər və gələcəkdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Bu ilk keçiriləcək sammitdə qaraçı cəmiyyətinin inteqrasiyasının inkişafı istiqamətində üç məsələnin həllinə diqqət yetiriləcək. Bura tədbirlərin yerli səviyyədə bütün qaraçılara aid olması, inteqrasiyaya dəstək vermək məqsədilə Aİ büdcəsinin yerli və regional qurumlara çatdırılması və bu prosesi onların yayılmaqda olduğu ölkələrdə yerli reallığa çevirmək kimi məsələlər daxildir. Üzv və namizəd dövlətlərdən olan bir sıra merlər də sammitdə iştirak edəcəklər. Qeyd edək ki, tədbir onlayn olaraq canlı yayımlanacaq ("Musavat.com"). |
2014-03-30 | 12,960 | Rusiyada oliqarxların biznesləri məhv olur | Rusiyada ukraynalı oliqarxların bizneslərini məhv etmək hədəfdədir. "Axar.az" xəbər verir ki, Krım münaqişəsi Rusiyada investisiyaları olan ukraynalı oliqarxlar üçün problemə çevrilib. Ukraynalılara məxsus olan "Roşen" zavodları və "Moskomprivatbank" rusların ciddi nəzarəti altındadır. Belə ki, "Roşen"in Lipetskdəki zavodları artıq işləmir. Burda sənədlərlə bağlı bir neçə dəfə axtarış ediblər, lakin qanunsuz heç bir sənədə rast gəlinməyib. "Moskomprivatbank"ı isə Ukraynada terrorçuluğu maliyyələşdirməsində şübhəli bilirlər. Lakin onların bu şübhəsi hələ ki bir nəticə verməyib. Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının bankları Krımda fəaliyyət göstərməyə hazır deyil. Belə ki, onlara tətbiq ediləcək sanksiyalardan ehtiyat edirlər. |
2014-03-30 | 12,961 | Almaniyanın böyük şirkətləri Putini dəstəklədi | Almaniyanın böyük şirkətlərinin rəhbərliyi Qərbin tətbiqi etdiyi sanksiyalarla üz-üzə qalan Rusiya Prezidenti Vladimir Putini müdafiə ediblər. "Axar.az"ın Almaniyanın "Die Welt" dərgisinə istinadən xəbərinə görə, alman sahibkarlar qərbliləri uzağı görməməkdə qınayıblar. Məsələn, "Adidas", "Deutsche Post" və "Thyssen Krupp" şrkətləri cəza ölçülərini böyük yanlışlıq adlandırıblar. "Deutsche Post"un rəhbəri Frank Appel bildirib ki, Ukraynadakı münaqişənin baş verəcəyini ehtimal etmək elə də çətin deyildi. Bunu son 2 ilin xronologiyasında görmək mümkün idi. Öz növbəsində, "Adidas" firmasının baş direktoru Herbert Hayner xatırladıb ki, Putinlə münaqişəyə qədər olan müddətdə təmaslara ehtiyac vardı. Belə olardısa, Ukraynada hakimiyyət dəyişikliyi qarşıdurmasız reallaşardı. Oxşar fikirlə çıxış edən "Thyssen Krupp" rəhbəri Haynrix Hizinqer qarşıdurmalardan öncə Rusiyanın təklənməsi amilini önə sürüb. Beləliklə, digər şirkət rəhbərləri də sanksiyaları yersiz sayaraq, Rusiya ilə əməkdaşlığı davam etdirəcəklərini dilə gətiriblər. |
2014-03-30 | 12,962 | Lavrov Ukrayna ilə bağlı planlarından danışdı | Rusiya Xarici işlər naziri Sergey Lavrov dövlət televiziyasına verdiyi açıqlamasında qəti şəkildə Ukrayna sərhədlərini pozmaq niyyətində olmadıqlarını bildirib. "Axar.az" xəbər verir ki, Lavrov Ukrayna-Rusiya sərhədində yaşanan gərginliyi qiymətləndirib. Belə ki, nazir Ukrayna sərhədlərini aşmalarının Rusiyanın xeyrinə olmadığını, qərb ölkələrini isə ədalətli davranmağa dəvət etdiyini deyib. Lavrov Kırımla əlaqədar Rusiyanın qərarı qəbul etməsindən sonra geri addım atılmasının istənilməsini diplomatik çatışmazlıq adlandırıb. Rusiyalı nazir qərb həmkarlarının konstitusiyaya dəyişiklik edilməsi yolu ilə Ukraynanın federal sistemə keçirilməsi istiqamətindəki təkliflərini rədd etmədiklərini bildirib. |
2014-03-30 | 12,963 | Dəryanın son damlası: "6 ildir tərgitmişəm" | "Axar.az" "Mövqe.az"a istinadla Hüseyn Dəryanın son müsahibəsini təqdim edir: Səs tembri, insani keyfiyyətləri, xoş münasibəti, repdə etdiyi əvəzolunmaz hərəkətlərilə sevilib-seçilən reper Hüseyn Dərya ilə görüşüm ani oldu. Dişlərində problem olduğu üçün bir neçə həftə görüşümüzə gəlməyən reper nəhayət ki, zəng edib, müsahibə üçün məni artıq məkanın yaxınlığında gözlədiyini dedi. Artıq müsahibə üçün hazır olan Dərya ilə bu gün müsahibəm baş tutacaqdı. Müsahibəyə çoxdan hazır idim. Uşaqlıqdan çox sevdiyim, məktəb zamanı həmişə Elşad Xose tərəfdarı olan sinif yoldaşlarımla dalaşdığım, onu müdafiə etdiyim, replərini əzbər bildiyim reper ilə görüşə tələsirdim. Düzü, uşaq kimi sevinirdim. Amma bilmirdim ki, bu görüşümüz son olacaq... Səhəri gün yazını yazıb, hazır edəcəkdim ki, Hüseyn Dəryanın ölüm xəbərini eşitdim. Xəbəri eşitdiyim an keçirdiyim hissləri sözlərlə əvəz edə bilmədiyim üçün sadəcə, sizə rəhmətlik Hüseyn Dəryanın son müsahibəsini təqdim edirəm: - Haqqınızda çox şayiələr gəzdi. Kimi dedi Hüseyn Dərya zəhərlənib, kimi dedi həbs olunub. İndi necəsiz? - Gördüyünüz kimi, çox yaxşıyam. Hal-hazırda sizin qarşınızdayam, özü də ki, sağ-sağlam. Mənim haqqımda yazılanlar doğru deyil. İnsan tanınmış olanda bəziləri mız qoymalıdır. Bu şou-biznesin qanunudur. Bunsuz şou-biznes olmaz. Mən qınamıram. Bir şey məni qəzəbləndirir ki, yazmışdılar ki, yenidən həbs olunmuşam. Bu da mənim mediaya olan güvəncimi azaldır. Mən əgər polisə düşmüşdümsə, "ATV" telekanalında mənim nə işim var idi? Bu gün Azərbaycan şou-biznesinin yiyəsi yoxdur. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Heç kim, hətta dövlət belə buna nəzarət etmir. Kim kimə nə istəyir deyir, kim kimin haqqında nə istəyir yazır, axırda da deyirlər ki, əşşi, şou idi. Mən buna şou kimi baxmıram. Bu mənim həyatımdır. Mənə aid olmayan şayiələri kim deyir, kim yazır, Allah qarşısında cavab verəcəklər. Mən başa düşə bilmirəm ki, bu boyda Azərbaycan Respublikasında şou-biznesə yiyəlik etmək istəyən yoxdur? Yoxdur, o zaman biz də ağzımızı açıb, nə istəsək deyək, yalandan şər ataq. - Narkotik istifadə etməniz barədə hələ də danışılır... - Çünki yeganə insanam ki, bunu etiraf etmişəm. Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm, mənə şans verin, məni özünüzdən kəsib atmayın, uzaqlaşdırmayın. Cəmiyyətə adaptasiya olunum. Xalq da bu şansı mənə verdi. Mənim özüm-özümə vurduğum ən güclü zərbə hələ də kimlər üçünsə mənim zəif nöqtəm kimi qalır. Amma bu, artıq mənim zəif nöqtəm deyil. Mən bu dəqiqə canlı yayımda belə qanımdan analiz verib, sübut edərəm ki, mən daha narkotik istifadəçisi deyiləm. Axtarıb bir şey tapa bilmirlər, keçmişdəkilərdən silah kimi istifadə edirlər. Bacarırsızsa, yeni silah tapın. - Neçə vaxtdır ki, narkotik qəbul etmirsiniz? - 2008-ci ildən bu yana... 6 il olur. - Əksəriyyət narkomanın yenidən sağalması fikrinə inanmır... - Bəli, cəmiyyət özündən narkomanları kəsib, atır. Necə ki, məni kəsib, tullamışdılar. Narkotiki tərgitmək üçün insana həkim lazım deyil. Sadəcə, insanın öz gücü, iradəsi olmalıdır. Narkomaniya insanın psixologiya və xarakteri ilə bağlı əməkdaşlıq edən xəstəlikdir. - Bəs siz necə tərgitdiniz? - Mən həbsxanada tərgitdim. Tutulduğum gündən istifadə etmək imkanım olmadı. - Məhbus həyatı yaşamısınız... - Bəli. 38 yaşım var və 38 ildir ki, məhbus həyatı yaşayıram. Mən 38 ilin məhbusuyam. Sadəcə bir fərq var ki, bir gün orada, bir gün burada... Bu məhbus həyatım neçə il gedəcək, getməyəcək bilmirəm...Yeni bir mahnım var yeni albomumda... Qulaq as, Əfruzə, deməli, orada deyirəm ki, Demə zindana düşərsənsə, görərsən zindan, Bu həyatın özü zindandı, görür hər insan. Hər kimin qismətinə zindanı yazmış, yaradan Gün gələr, özü də ona yar olacaq, inşallah! Hər gecə etsəm dua, çağırsam da Allahımı, Eşidir, cavab vermir, çünki görür günahımı. Tanrım, hər kim ki mənim üzümə bağlayıb qapımı Daş olan qəlbinə rəhmi salacaq, inşallah! Çatacaqdır əcəlim, mən yumacam gözlərimi, Uzanıb qarə məzarda açacam dizlərimi. Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi Əbədi ruhuma rəhmət oxuyacaq, inşallah! Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın var-dövlətində gözüm yoxdur. Fərqi yoxdur, zindan olur, ya müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim, azadlığımı əlimdən alırsınız, alın, ixtiyarımı da əlimdən alırsız, alın. Eybi yoxdur... Çörəyimi də əlimdən alırsız, alın. Bir dənə bu qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala, get karsa. Al, bu da sənə qələm. Get orada yaz. (gülürük-red) Həbsxanada da gördülər ki, sənətə bağlı insanam. - Oralarda sənət adamlarına xüsusi hörmət olur? - Əvvəl olur. Ümumiyyətlə, çöldən gələn hər təzə insana hörmət olur. Tanınmış insan həbsxanaya düşürsə, bu da olduqca maraqlı bir şeydir. Amma o da qısa müddətli olan şeydir. Çöldə kim olmusan, olmusan, amma bütün insana verilən qiymət içəridəki hərəkətlərinə görədir. İnsanlarla davranışın, mərifətin, qabiliyyətin, sözü bütövlüyün, niyyətinin paklığı və s. müsbət cəhətlər içəri düşən insanda varsa, sənin tanınmış biri olduğuna ehtiyac yoxdur. İnsan kimi o cəmiyyət tərəfindən onsuzda qəbul olunacaqsan. Çöldə heç kimə pislik edən insan olmamışam. Nə pislik etmişəm, özümə etmişəm. Məndən yalnız yaxşılıq görüb bu insanlar... Həbsxanada da çöldə etdiyim yaxşılıqlar qarşıma çıxdı. Şükür olsun. Sizə bir sirr də açım; həyatımda bircə dəfə özümlə fəxr etmişəm, o da həbsxanada... Ən qorxulu yer, mənim gözümdə güllü-çiçəkli görünürdü. Mən orada bir dənə azadlıqdan məhrum olmuşdum. Başqa heç bir fərq yox idi. İstər yaşayış tərzim, istərsə də mənə qarşı olunan hörmət heç də fərqli deyildi. Düzdür, bütün gün kələm dolması yemirdik. Heç mən indi də bütün gün kələm dolması yemirəm. Bir də görürsən, kələm dolması bişir, onda da yemirəm. Biz artmaq üçün yox, yaşamaq üçün qidalanırıq. Nəfəsimiz qalsın sadəcə... - Ən çox nəyə peşmansınız? - Heç nəyə. Niyə peşman olum ki? Yazan belə yazıb. Bir dənə təəssüf etdiyim, narkotikaya qurşanmağım oldu. Amma o cəhətim də, mənə ətrafımı tanıtdı. Narkotikaya bağlılıq cinayət yox, xəstəlikdir. Və mən sadəcə xəstə idim. Xəstə olan zaman da mənim əhatəm bunu bəhanə edib, məni atıb, getdi. Halbuki, mənim onların köməkliyinə ehtiyacım var idi. Bəlkə də onlar mənə kömək etsəydi mən daha ağrılı-acılı günlər yaşamazdım. Bəlkə də tutulmazdım. O məqamda ki, mən insanlardan kömək gözləyirdim, o zaman mən insanlardan təpik gördüm. O məqamda ki, insanlardan kömək gözləmirdim, o zaman insanlar mənə kömək etdi. Başadüşülməyən həyatdır. Hər acı sonluq sabahın başlanğıcıdır. Bilirsən, bir insanı ki yıxmaq istəyirsən, o zaman həmin insanı narkotikaya aludə elə. Sonrasında sən yox, o özü-özünü yıxacaq! - O, ağrılı-acılı günlərim oldu deyirsiniz ... Bax o zaman kim Dəryanı tək buraxmadı? - Heç kim. - Bəs ailəniz? - Ailə sayılmır ki... O, ailənin borcu idi. Həmin hərəkəti ailə "çox sağ ol" üçün edə bilməzdi. Mən ailə qurdumsa, övlad dünyaya gətirdiksə, bu da elə. Necə ki, hər insanın borcu namaz qılmaqdır. Biz onu "çox sağ ol" xatirinə etməməliyik. Allah bizə yox, biz Allaha çox sağ ol deməliyik ki, sən bizi heyvan yaratmamısan, insan yaratmısan. Yeganə varlıq insandır ki, Allah ona şüur verib. Mən əgər Sona xanımla ailə qurmuşdumsa, Sona gəlməliydi, borcunu yerinə yetirməli idi. - Gəldi? - Əlbəttə, gəldi. Özü də ki, Sona mən necə istəyirdim, elə də gəlirdi. Bir kəlməmlə qışın covğununda belə, Sona həbsxanaya gəlirdi. Bəhanə etmirdi ki, sabah işim var. Bax, belə şeylərə görə mən Sonaya "sağ ol" deyirəm. Ailə münasibətlərindən artıq Sonanın mənə addımları olub. Ona görə də sağ olsun. Ailəni çıxsaq, reper Dado gəlib. Qalan heç kim. Nə əsgər, nə sinif yoldaşlarım, nə də ki, şou-biznesdən kimsə gəlməyib. Amma bu gün hamı məni axtarır, toya çağırır. Mən də hər kəsin toyuna pulumu alıb, gedirəm. (gülür-red) Həyat belədir. İnsan ən vəhşi məxluqatdı və hər şeyə qadirdir. - Bu gün Azərbaycanda rep var? Repin atası kimdir? - Rep var ki, siz bu gün məndən müsahibə alırsız. Repin ağsaqqalı, veteranı Anar Nağılbazdır. Repin atası isə yoxdu. Biz də heç təzə rep demirik. - Rep üçün Dərya bu gün nə edir? - Mən rep üçün nə etməmişəm ki?!. Bu gün repi efir və dünya səviyyəsinə kim çıxarıb ? Bu gün prezident və deputat seçkilərində rep... Dövlət layihələrində, tədbirlərdə, əlamətdar günlərdə, toylarda rep. Bunu kim edib? - Siz. - Əlbəttə! İlk dəfə meyxana və muğamla repi sintez edən də mən olmuşam. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana da mən gətirmişəm. Və məndən sonra da o nominasiyanı MDB-də heç bir reperə verməyiblər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını da alan mən olmuşam. İlk dəfə Ü. Hacıbəyov diplomunu kim alıb? Mən. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə mən layiq görülmüşəm. Mən, mən deyirəm, amma bu özündən müştəbehlik deyil. Sadəcə, etdiklərimi sadalayıram. - O zaman siz repin kimisiz? - Onu mən deyə bilmərəm. Necə özümə ad qoyum? Repdə kifayət qədər çəkim var. Onu rep auditoriyası deyə bilər ki, mən repin kimiyəm. Rep bir dəfə çıxıb efirə nəsə demək deyil. Ona qalsa, belə bir şey deyim: Oturmuşam, mən Əfruzla yan-yana, Fərqi yoxdu çıxacam bu gün ekrana, Ordan da deyəcəm bütün Azərbaycana, Qoşulun bizə, gəl birgə kef edək! Bir dənə bu rep deyil ki. Ala-bula boz keçini də rep kimi desən, o da repdir də. Reperin funksiyası təkcə rep demək deyil. O baxımdan bu gün özümə rəqib görmürəm. Vaxtında mənim şou-biznesdə qazandığım pulu heç kim qazanmadı. Amma mən heç nəyi altımda imarət elətdirmədim. Çünki mən əsl sənətkaram. Mənim gözümdə ancaq sənətdir. Mən öləndən sonra da yaşayacağam. Amma hələ ölməyəcəm... Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Bu dünyada cəhənnəm əzabı çəkirəm və o dünyaya aparası günahlarım qalmır. Adamlar var ki, bu dünyada kef edib, o dünyada cəhənnəm əzabı çəkəcəklər. Amma bu ədalətsizlik olar ki, bu dünyada da cəhənnəm əzabı çəkim, o dünyada da... - Həyatdan narazı Hüseyn Dərya... - Mənim həyatım qeyri-adi həyatdır. Mən bunu artıq başa düşmüşəm. Milyonların yaşadığı həyatı da yaşamışam, milyonların qaçdığı həyatı da...Allah-təala hər şeyi görür. Özü bilər. Amma insan nə qədər zülm içində əziyyət çəkər? Nə oldu e elə ... Heç olmasa, bir ay üzümüz gülsün də... Eh... - Hüseyn Dərya bu gün necə dolanır? Gəlir yeri haradandır? - Oxumaqdan. Sadəcə, dostlarım mənə kömək edir. Pul verirlər ki, al bu 10 manatı, benzin vurarsan. Belə dolanıram. Amma qoy tam sağalıb, ayağa durum, görəcəksiz... Amma çox təəssüf, Dərya dəryalara qərq oldu. Həyat ona imkan vermədi ki, ürəyindəkiləri həyata keçirsin. 38 yaşında bizi tərk edən Hüseyn Dəryaya Allahdan rəhmət diləyirik! |
2014-03-30 | 12,964 | Zak Kinqdən ağlasığmaz hərəkətlər – Video | Zak Kinq adlı şəxs videomontajın köməyi ilə ağlasığmaz hərəkətlər icra edir. "Axar.az" xəbər verir ki, Zak Kinq videomontaj vasitəsilə etdiyi hərəkətlərlə həm təəccüb, həm də gülüş doğurur. Video martın 16-da Yutuba yerləşdirilib və 95 mindən çox adam tərəfindən izlənilib. Həmin videonu oxucularımıza təqdim edirik. |
2014-03-30 | 12,965 | Yanukoviçin zirehli maşınında indi Yaroş gəzir - Foto/Video | Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin 2 zirehli maşında indi "Sağ sektor"un lideri Dmitri Yaroş gəzir. "Axar.az"ın məlumatına görə, Yaroşu həmin maşınlarda hərəkatın qətlə yetirilən digər lideri – Aleksandr Muziçkonun (Saşko Biliy) dəfnində görüblər. Faktı "Sağ sektor"da da təsdiqləyiblər. Xatırladaq ki, hərəkat bunu Yaroşun təhlükəsizilyi baxımdan etdiyini açıqlayıb. |
2014-03-30 | 12,966 | ABŞ-ı siqaretlə çökdürəcəklər... | Rusiyada "Müstəqil jurnalistlərin siqaret çəkməsinə qarşı ümumrusiya alyansı"dan Yeva Merkaçeva ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı orijinal təkliflə çıxış edib. "Axar.az" "RİA Novosti"yə istinadən bildirir ki, o, Rusiyaya ABŞ-dan hər il 400 milyard ədəd idxal olunan siqaretin Rusiya bazarına girməsini əngəlləmək üçün kütləvi şəkildə siqaretdən imtina etmək təklifini irəli sürüb. Bu təkliflə çıxış edən Yeva Merkaçeva eyni zamanda bildirib ki, Rusiyada hər il 400 min adam siqaret çəkməkdən dünyasını dəyişir. Xatırladaq ki, Rusiyaya siqaretin ixracını iki ABŞ şirkəti həyata keçirir. |
2014-03-30 | 12,967 | ABŞ Ermənistana münasibətini sərtləşdirir | "Ağ Ev 2015-ci ildə ermənilərin "soyqırımı" məsələsinə münasibətini Ermənistanın Krım məsələsindəki mövqeyi ilə uzlaşdırmayacaq". Bunu erməni saytına müsahibəsində Xarici Siyasət üzrə Amerika Şurasının Avrasiya və Avropa regionu üzrə aparıcı mütəxəssisi Ueyn Merri deyib. Onun sözlərinə görə, Ermənistanın Krımla bağlı mövqeyi çətin ki, kimisə təəccübləndirsin. "Bu mövqe Ermənistanın bir sıra Avropa hökumətləri ilə və əlbəttə ki, ABŞ-la münasibətlərində nahamarlıq yaradacaq. Mən bilirəm ki, bizim səfir Con Xeffern Ermənistanın hərəkətləri ilə bağlı həddən artıq sərt danışıb. Bununla belə, situasiyanın Vaşinqton-İrəvan münasibətlərinə necə təsir edəcəyini söyləmək hələ tezdir ", - deyə ekspert qeyd edib. ("Musavat.com") |
2014-03-30 | 12,968 | Azərbaycan yay vaxtına keçdi | Hazırda ölkədə saatın əqrəbləri bir saat irəli çəkildi və Azərbaycan yay vaxtına keçdi. "Axar.az" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, hər il martın son həftəsinin bazar günü 04:00-da saat əqrəbləri bir saat irəli çəkilməklə ölkədə yay vaxtı tətbiq edilir. İqtisadçıların hesablamalarına görə, saatların irəli çəkilməsi enerji sərfiyyatına 5 faiz qənaət etmək deməkdir. Saatların irəli çəkilməsinin insanların səhhətinə müəyyən mənfi təsirlərinə baxmayaraq, əksər dünya ölkələri bu iqtisadi səmərədən istifadə edir. Hesab olunur ki, ilk günlər uyğunlaşma problemi yaşansa da, məhsuldarlıq və gündən səmərəli istifadə baxımından sınanılmış ənənə olan yay vaxtına keçid doğru addımdır. |
2014-03-30 | 12,969 | İranda qatar relsdən çıxıb, yaralananlar var | Bu gün səhər yerli vaxtla 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətinə hərəkət edən sərnişin qatarı Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxaraq aşıb. Məlumata əsasən, qatarın 5 vaqonu relsdən çıxaraq aşıb və sərnişinlərdən bir neçə nəfər xəsarət alıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür. (Trend) |
2014-03-30 | 12,970 | Türkiyədə bələdiyyə seçkilərinə start verildi | Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. "Axar.az" xəbər verir ki, yerli vaxtla saat 07:00-da başlayan səsvermə saat 16:00-dək davam edəcək. Seçkilərin keçiriləcəyi dairələr bunlardır: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis. Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçiriləcək. Qeyd edək ki, bələdiyyə seçkilərində 26 partiya iştirak edir. |
2014-03-30 | 12,971 | Bu gün rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir | Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılıb və 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlandır. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb. Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidir. |
2014-03-30 | 12,972 | Soydaşımız Qırğızıstanda direktorlar şurasına üzv seçildi | Dünən Bişkekdə fəaliyyət göstərən Açıq Səhimdar Cəmiyyəti Rusiya-Qırğızstan bankı "Amanbankın" səhmdarlarının illik hesabat seçki iclası keçirilib. Bir sıra məsələlərlə yanaşı, bankın direktorlar şurası üzvlərinin sayı artılaraq, 5-dən 7-yə qaldırmaq məsələsinə baxılıb. Soydaşımız, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) prezidenti Nüsrət Məmmədov böyük səs çoxluğu ilə Bankın direktorlar şurasına üzv seçilib. Qeyd edək ki, Açıq Səhimdar Cəmiyyəti Rusiya – Qırğızstan "Amanbankı" Qırğızstanda aparıcı banklardan biridir (ANS). |
2014-03-30 | 12,973 | Polis saxta səsvermə bülletenləri ilə bağlı əməliyyat keçirdi - Video | Türkiyədə bələdiyyə seçkilərinin keçiriləcəyi gün İzmirdə bir mətbəədə saxta səsvermə bülletenlərinin hazırlandığı barədə polisə şikayət daxil olub və polis əməliyyat keçirib. "Axar.az" xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyinin təxminən 2 saat davam edən axtarışı bir nəticə verməyib. Cinayəti göstərəcək hər hansı dəlilə rast gəlinməyib. Eyni vaxtda, bir başqa mətbəədə də axtarış aparılmasına baxmayaraq, şikayətlərin əsasssız olduğu ortaya çıxıb. Qeyd edək ki, Türkiyədə 52 milyon 695 min seçici 1394 seçki məntəqələrində səsvermə imkanlarına sahibdir. |
2014-03-30 | 12,974 | Yevlax və Ağdaşda yanğın olub | Bu gün Yevlax və Ağdaş şəhərlərində yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bir başqa yanğın hadisəsi isə Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyünün 10 kv.m sahədə yanması ilə müşahidə edilib. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-30 | 12,975 | Bu günün hava proqnozu: Bakıya da qar yağır - Yenilənib | 11:05 Gəncə şəhərində qar yağır. Gecə saatlarından Gəncəyə yağan qar artıq yerdə oturmağa başlayıb və yağmaqda davam edir. Şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb. Qeyd edək ki, gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq (Trend). 12:20 Hazırda Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağır. Bakıda güclü şimal-qərb küləyi əsir. Şəkidə də hava şəraiti kəskin dəyişib. Axşam saatlarında güclü küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Səhər saatlarından isə yağış tədricən sulu qar və qara çevrilib. Yağan qarın qalınlığı 2-3 sm-dir, dağlıq ərazilərdə isə 6-7 sm-ə çatıb. Bölgədə havanın hərarəti 11 dərəcə aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Şəki filialından verilən məlumata əsasən, havanın temperaturu Şəkidə hazırda mənfi 2 dərəcə təşkil edir. Havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq şəhərdə və bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, aparılan təmir işlərindən sonra bəzi ərazilərə elektrik enerjisinin verilişi bərpa olunub, digər ərazilərə isə enerjinin verilməsi üçün işlər davam etdirilir. Qax rayonunda da qeyri sabit, qarlı hava müşahidə olunur. Şəhər ərazisində qarın qalınlığı 2-3 sm, ucqar yaşayış məntəqələrindən olan İlisu, Qaşqaçay və Sarıbaş kəndlərində 7-8 sm-ə çatıb. Səhər saatlarından başlayaraq Zaqatala və Balakəndə də küləklə müşayiət olunan qar yağır. Zaqatala ərazisində qarın qalınlığı 5-6 sm, ucqar kəndlərdə isə 7-8 sm-ə çatıb. Qax və Zaqatalada da havanın kəskin dəyişməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranıb, hazırda adıçəkilən şəhərlərin müəyyən hissələrində və bəzi kəndlərdə elektrik enerjisi yoxdur. (Kanal S) |
2014-03-30 | 12,976 | İlham Əliyev İrana gedir | Prezident İlham Əliyev aprel ayında İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib. O, İran mətbuatına açıqlamasında bildirib ki, İlham Əliyev İran prezidenti Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər edəcək. Möhsün Pakayin sözlərinə görə, görüşdən bir ay sonra iki ölkənin iqtisadi komissiyalarının iştirakı ilə birgə iclas keçiriləcək. Həmçinin səfir vurğulayıb ki, sərhəddə yerləşən şəhərlər arasında olan əlaqələrin gücləndirilməsi İranın Azərbaycandakı səfirliyinin qarşısında duran əsas vəzifədir. (ANS) |
2014-03-30 | 12,977 | Fətullah Güləndən müsahibə götürdü, xanımı işdən çıxarıldı | İtaliyanın "La Republicca" qəzetində dünən çıxan Fətullah Gülən reportajından sonra "Sabah" qəzetinin Roma nümayəndəsi Yasəmən Taşkın səbəb göstərilmədən işdən çıxarılıb. "Axar.az" xəbər verir ki, bu barədə "Sabah"ın oxucularından biri məlumat yayıb. İtalyan qəzetində dünən dərc olunan "Baş nazirin gücünü sarsıdan nüfuzlu varlıq" başlığı altında müsahibə Yasəmən Taşkının əri Marko Ansaldonun imzasıyla yayımlanıb. Müsahibənin türk mətbuatında yayımlanmasıdan sonra "Sabah" qəzeti rəhbərliyi Taşkına işdən çıxarıldığı barədə məlumat verib və heç bir səbəb göstərilməyib. |
2014-03-30 | 12,978 | NATO-nun yeni Baş katibi barədə şok faktlar | NATO-nun yeni Baş katibi Yens Stoltenberq gəncliyində NATO əleyhdarı olub. "Axar.az" xəbər verir ki, sabiq Norveç Baş naziri ölkəsinin təşkilatdan ayrılmasını müdafiə edirdi. Bir zamanların ABŞ əleyhdarı, solçu gənclərdən biri olan Norveçin sabiq Baş naziri Yens Stoltenberq Şimali Atlantika Razılaşması Təşkilatının (NATO) yeni Baş katibi seçilib. Gəncliyində ölkəsinin ittifaqdan ayrılmasını müdafiə edib, ancaq daha sonra NATO-nun hərbi əməliyyatlarına dəstək verən Stoltenbeq ittifaqın Baş Katibliyi üçün 28 ölkənin təsdiqini alıb. 2000-2001 və 2005-2013-cü illər arasında nazir olan Stoltenberq NATO-nun hazırki Baş katibi Anders Rasmussendən 1 oktyabr 2014-cü ildə sükanı təhvil alacaq. 2013-ci ildə parlament seçkiləri ərəfəsində paytaxt Osloda taksi sürücülüyü edərək vətəndaşlara xalqdan biri olduğu mesajını verməyə çalışan Stoltenberq cəmiyyətin istədiyi səviyyədə olmadığın bəyan etmişdi. Taksidə müştərilərlə gizli dialoqunun yayımlanmasından sonra təqaüdə çıxmışdı. Stoltenberqin NATO-nun Baş katibi təyin edilməsinin səbəbi kimi onun keçmişdə Rusiya ilə olan əlaqələri göstərilir. Eyni zamanda iqtisadçı olan təcrübəli siyasətçiyə sələfi Rasmussen də Tvitter üzərindən dəstək verib. Əldə edilən məlumatlara görə isə NATO-nun yeni Baş katibinin seçkilərdən öncə təyin olunması ABŞ-ın seçimi olaraq xarakterizə edilib. Qaynaqlar ABŞ-ın bu mövqeyə təcrübəli və güclü bir lideri seçmək istədiyi üçün qərar verdiyini bildirir. Ənənəvi olaraq, NATO-nun Baş katibi avropalı, hərbi sahə üzrə rəhbəri isə amerikalı təyin edilir. |
2014-03-30 | 12,979 | Ərdoğanın məsləhətçisi polis idarəsinə aparıldı | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varank polis idarəsinə aparılıb. Xəbər verildiyi kimi, hadisə Ərdoğanın Sarıyerdə keçirdiyi mitinq zamanı baş verib. "Zaman" qəzetinin Dərviş Gənç adlı müxbiri mitinq zamanı telefonla danışan Mustafa Varankın gizli yolla şəkilini çəkməyə çalışıb. Bunu görən Varank jurnalistə əsəbləşib və tərəflər arasında Ərdoğanın digər köməkçilərinin də iştirakı ilə mübahisə yaranıb. Mustafa Varank müxbirdən polisə şikayət edib. Polis isə hər iki tərəfi şöbəyə aparıb. Tərəflər polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar (ANS). |
2014-03-30 | 12,980 | ““Mavi Mərmərə”nin qisasını hələ almamışıq” - Video | "Türkiyənin içinə sızdırdığımız adamlar bu seçkidə onları məğlub edəcək". "Axar.az" xəbər verir ki, bu barədə Yutub portalında yayılan videoda mübahisə edən şəxslərdən biri deyir. Mübahisə edən tərəflərdən biri kişi, digəri isə qadındır. Birinci tərəf Türkiyəni parçalamaq, çökdürmək, ikinci tərəf isə qarşısındakının ədalətli olmasını istəyir. Türkiyənin əleyhinə çıxış edən şəxs bu seçkilərdə planlarının tam həyata keçəcəyini və "Mavi Mərmərə" olaylarında, həmçinin Davos sammitində ayaqlar altına atılan qürurlarının qisasını alacaqlarını bildirir. Mübahisənin sonunda isə Türkiyəyə qarşı səsləndirilən ittihamlara dözə bilməyən qadın qarşısındakı suyu rəqibinin üzərinə tökərək, "bu evin açarları onlarındısa, bir gün onlar bunu da əldə edəcəklər!" deyib iclas zalını tərk edir. Məlumatlara görə, mübahisə edən hər iki şəxs İsrail parlamentinin üzvləridir. Yutub video portalında yayılan həmin videonu təqdim edirik. |
2014-03-30 | 12,982 | Əl-Qaidə jurnalistləri azad etdi | Əl-Qaidə tərəfindən Suriyada 6 ay əsir saxlanılan 2 ispaniyalı jurnalist azad edilib. "Axar.az" Amerikanın "Foksnyus" ("Foxnews") kanalına istinadən xəbər verir ki, jurnalistlər bu gecə azad edilib. İspaniyanın "El Mundo" qəzetinin əməkdaşı olan jurnalist Xaviyer Espinoza (Javier Espinosa ) və fotoqraf Rikardo Qarsiya Vilanova (Ricardo Garcia Vilanova) səhərə yaxın Türkiyəyə gəliblər. Onların qardaş ölkədə harada yerləşdirildikləri məlum deyil. İspaniyalı jurnalistlər sentyabrda Əl-Qaidə yaraqlıları tərəfindən ələ keçirilmişdi. Beynəlxalq təşkilatların verdiyi təxmini statistikaya görə, Espinoza və Vilanova ilə yanaşı 9 xarici, 10 suriyalı jurnalist hələ də Suriyada itkin hesab edilir. |
2014-03-30 | 12,983 | Fətullah Gülənə aid pasportun sənədləri yayıldı - Foto | Türkiyə hökuməti tərəfindən siyasi səbəblər göstərilərək ləğv edilən Fəthullah Gülənin yaşıl pasortu ilə bağlı rəsmi sənədlər ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Gülənin vəkili Nurullah Albayrak pasportun qanuni yollarla alındığı barədə sənədləri "Samanyolu" televiziyasında yayımlayıb. Albayrak "24 il əvvəl qanuni prosedura nəyi tələb edirdisə, indi də eynisidir", - deməklə Daxili işlər naziri Efkan Alanın təlimatıyla pasportun ləğv edilməsinə diqqət çəkib. Qeyd edək ki, sənəddə Dəyanət Personal Dairəsi rəhbəri Qədr Bozlunun imzası göstərilir. Ərzurum Valiliyinin bildirdiyinə görə, Fəthullah Gülənin 1981-ci ildə vəzifədən ayrıldığı zaman IV dərəcədən dövlət məmuru olub, buna görə xüsusi pasport almağa haqqının olmadığı iddia edilmişdi. Bu sənəddə isə tam əksi göstərilir. 1988-ci ildə qüvvəyə minən Pasport Qanununun IV maddəsinə görə, Gülənin pasport alma haqqı olub. |
2014-03-30 | 12,984 | Ekvador Ukrayna hakimiyyətini tanımadığını bəyan etdi | "Ekvador Ukraynanın yeni hakimiyyətini tanımır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ekvador Prezidenti Raffael Korrea çıxış edib. O, Ukraynanın yeni hakimiyyətini tanımadıqlarına görə, Krım məsələsi ilə bağlı da heç bir şey deyə bilməyəcəklərini bildirib. "Biz Ukraynanın yeni hakimiyyətini tanımırıq. Bu yalnız Ukrayna xalqının keçirəcəyi seçkilərdən sonra bəlli olacaq. Biz BMT-də Krımın işğalı ilə bağlı məsələdə bitərəf qalmağımızın səbəbi məhz bu hakimiyyəti tanımamaqla bağlı idi". |
2014-03-30 | 12,985 | Təhsilini atıb Qarabağ savaşına yollanan Dərya - Foto | Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümündən sonra onunla bağlı xəbərlər səngimək bilmir. "Axar.az" xəbər verir ki, ölümü birmənalı qarşılanmayan repçinin şəxsi həyatı və sənəti ilə bağlı son günlər məlumatlar internet səhifələrində ardıcıl olaraq yayımlanır. Dünən Feysbuk sosial şəbəkəsində də "Azərbaycan" adlı profil səhifəsi Hüseyn Dəryanın əsgərlikdə çəkdirdiyi fotoşəkili paylaşıb. Qeyd edilir ki, Hüseyn Dərya təhsilini yarıda qoyaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Həmin fotonu təqdim edirik: |
2014-03-30 | 12,986 | Rusiya daxilində gizli müharibə hazırlanır - Şok iddia | "ABŞ NATO-nun növbədən kənar sesiyasını çağırmağa hazırlaşır". "Axar.az" xəbər verir ki, bu informasiyanı qərb mətbuatı etibarlı mənbələrinə istinadən yayıb. Sesiyada ABŞ-ın NATO ilə Rusiyaya qarşı hərbi mücadiləni müzakirə edəcəyi gözlənildiyi bildirilib. "Obama bəzi Avropa İttifaqı ölkələri arasında qorxunu yox etməyə çalışır. Hələ indiyə qədər bəzi Avropa ölkələri arasında nifaq var. Obama burada Rusiya ilə hərbi yolla mübarizəni müzakirə etməklə bərabər tamam başqa istiqamətdə çalışacaqları da bəlli olub. Hələlik planların dəqiq nə olacağı bəlli deyil. Ehtimallara görə, Rusiyanın sosial böhran yaradılması üçün hazırlanmış gizli planların işə salınması müzakirə olunacaq". |
2014-03-30 | 12,987 | Seçkidən Ərdoğan qalib çıxacaq - Sorğu | Azərbaycanlıların əksəriyyəti Türkiyədə keçiriləcək seçkilərdə qalib kimi Ərdoğanın partiyasını görürlər. Bu, "Axar.az" saytının keçirdiyi sorğudan sonra bəlli olub. Sorğuda 1200 nəfər insan iştirak edib. Səsverənlərin 63%-i AKP-nin Türkiyədəki seçkilərdə yenidən qalib olacağına inandıqlarını bildiriblər. Ərdoğanın partiyasını 23% səslə CHP izləyib. Dövlət Baxçalının rəhbərlik etdiyi MHP isə 12% səslə üçüncü yerdə qərarlaşıb. Azərbaycanlıların 3%-i isə Türkiyə siyasi həyatında sürpriz partiyanın yaranıb ölkəni ələ alacağına inandıqlarını ifadə ediblər. Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkisinə start verilib. |
2014-03-30 | 12,988 | "Google" Türkiyədəki seçkilərə dəstək verdi | Quql şirkəti "www.google.com.tr" axtarış portalında Türkiyədəki seçkilərlə əlaqədar olaraq xüsusi loqo yerləşdirib. "Axar.az" xəbər verir ki, Türkiyə üçün hazırlanmış loqoda Türkiyə bayrağı ilə bəzədilmiş seçki qutusu göstərilib. Xatırladaq ki, "doodle" adlanan bu loqolar dünya ölkələrində önəmli günlərdə yerləşdirilir. |
2014-03-30 | 12,989 | Lavrov: "Qərb Rusiyadan bərk inciyib" | "Qərb uzun illər Ukraynanı Rusiyanın əlindən almaq üçün müxtəlif şərtlər hazırlayıb". "Axar.az" xəbər verir ki, bu iddia ilə Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov çıxış edib. O, Qərbin hazırda Rusiyadan bərk incidiyini bildirib. "Qərb uzun illər Ukraynanı Rusiyanın əlindən almaq üçün müxtəlif şərtlər hazırlayıb. Onlar Sovet İttifaqı dağıldıqdan sonra əldə edilmiş razılaşmalara əsasən səhv etdiklərini anlayanda bunu etiraf etməyə çətinlik çəkdilər. Hazırda tədbiq edilən sanksiyalar bu incikliyin maksimal formada ifadəsidir". |
2014-03-30 | 12,991 | Qərb Ukraynanın gələcəyi ilə bağlı seçimini etdi | "Almaniya Kliçkonun üzərindən dəstəyini götürdü". "Axar.az" xəbər verir ki, bu iddia ilə alman mətbuatı çıxış edib. Mətbuat Kliçkonun prezident seçkilərinə namizədlikdən əl çəkməsini bunun ən yaxşı nümunəsi adlandırıb. "Kliçko Qərbə, xüsusilə, Almaniyaya yalnız bir mərhələyə qədər gərək idi. Merkel artıq siyasətə daha ciddi fiqurları soxmaq niyyətindədir. Ona Rusiyanın qarşısında dayana biləcək təcrübəli adam lazım idi. Qərbdə çoxları onu müdafiə edir. Poroşenkonun bu sahədə təcrübəsi çoxdur. Qərb seçimini artıq etdi". |
2014-03-30 | 12,992 | Abutalıbovun müavini torpaq davasından danışdı | Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun haqqında səsləndirilən ittihamlara cavab verilib. Onun etibarnamə əsasında təyin edilən nümayəndəsi Sani Nəsibov "Axar.az"a açıqlamasında Rüstəm Əli oğlu Əliyevin R.Pənahovun barəsində söylədiyi torpaq iddiasının əsassız olduğunu deyib: "Həmin yazıda göstərilir ki, guya icra başçısının müavini Rauf Pənahov I qrup əlil Rüstəm Əliyevin atasına məxsus bağ sahəsini özəlləşdirib. Nəzərinizə çatdırım ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 09.10.1990-cı il tarixli 6/ 317 saylı qərarı ilə R.Pənahova Mərdəkan qəsəbəsində 0,12 hektar bağ sahəsi ayrılıb. Həmin sahəyə dair onunla Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 29887 saylı müqavilə bağlanıb". S.Nəsibovun sözlərinə görə, həmin bağ sahəsi hasara alınıb, R.Pənahov tərəfindən orada abadlıq işləri aparılıb, ağaclar əkilib. Sonradan isə bağ evi tikilib və başçının müavini ailəsi ilə birlikdə indiyədək həmin bağ evindən istifadə edir. Müqavilə niyə bağlanmayıb? "I qrup əlil Rüstəm Əliyevin atası Əli İbrahim oğlu Əliyevə isə Bakı Şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 27.03 1991-ci il tarixli 3/318 saylı qərarı ilə Mərdəkan qəsəbəsində 0, 12 hektar bağ sahəsi ayrılıb. Lakin ona bağ sahəsinin ayrılmasına dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə müqavilə bağlanmayıb. Göründüyü kimi, R.Pənahova 1990-cı ildə bağ sahəsi ayrıldığı halda şikayətçi Rüstəm Əliyevin atasına 1991-ci ildə ayrılıb". S.Nəsibov 2008-ci ilə qədər həmin torpağa dair heç bir iddianın qaldırılmadığını vurğulayıb. "Yalnız 2008-ci ildə R.Pənahova ayrılan bağ sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılmasına dair Nərimanov Rayon Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesrt Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia irəli sürülüb. Lakin məhkəmənin 05.09.2008-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilib. Onu da deyim ki, qeyd olunan qətnamədən R.Əliyev tərəfindən apellyasiya şikayəti belə verilməyib". Sonradan R.Əliyevin başqa bağ sahəsi verilməsi üçün ərizə təqdim etdiyini deyən S.Nəsibov bildirib ki, ona əsasən məhkəmə qərarı ilə şikayətçiyə başqa torpaq sahəsi verilib. Esmira Abdullayeva saxta sənədlə torpağa sahiblənib "Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 20.10.2005-ci il tarixli aktı və 09.02.2007-ci il tarixli dərkənarı ilə R.Əliyevə digər bir bağ sahəsi ayrılıb. Həmin sənədləri əsas götürən Nərimanov Rayon Məhkəməsinin 16.12.2008-ci il tarixli qətnaməsi ilə uzun müddət istifadə olunmayan Mərdəkan qəsəbəsindəki 2549 saylı bağ sahəsinə onun istifadə hüququ tanınıb. R.Əliyevlə həmin bağ sahəsinə icarə müqaviləsi bağlanmış hesab edilib". Sonradan 2549 saylı bağ sahəsinə dair məhkəmədə R.Əliyev və Esmira Abdullayeva arasında mübahisə başlandığını xatırladan S.Nəsibov bunun R.Pənahova heç bir aidiyyətinin olmadığını vurğulayıb. Yeni sənədlər üzə çıxdı Xatırladaq ki, Qarabağ müharibəsi veteranı Müşviq Əhmədli və I qrup əlil Rüstəm Əliyev redaksiyaya müraciət edərək onlara məxsus torpaq sahəsinin R.Pənahov tərəfindən mənimsənildiyini bildiriblər. Onun nümayəndəsinin açıqlamasına münasibət bildirən R.Əliyev həmin fikirlərin sənədlərlə ziddiyyət təşkil etdiyini deyib. Yaxın günlərdə əlindəki yeni sənədləri mediaya təqdim edəcəyini söyləyib. |
2014-03-30 | 12,993 | Bakıda qar yağır - Foto/Video | Ölkənin bütün bölgələri kimi bu anlarda Bakı və Abşeron yarımadasına da qar yağır. Artıq yollar qar qatı ilə örtülüb, nəqliyyatın hərəkəti çətinləşib. "Axar.az"ın əməkdaşının çəkdiyi fotoları və videonu təqdim edirik. 16:29 Hazırda Sumqayıta qar yağır. "Axar.az" xəbər verir ki, yağan qar şiddətli küləklə müşahidə olunur. |
2014-03-30 | 12,994 | Femençilər Ərdoğanın məntəqəsində soyundu - Foto | Bütün dünyada məşhur olan Ukrayna Femen Hərəkatından olan qızlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən illərdə olan seçkilərdə səs verdiyi məntəqələrdən birində soyunub. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Baş nazirin əvvəlki illərdə səs verdiyi məntəqə olan "Burhaniyyə ibtidai tədris məktəbi" Femençi qızların çılpaq etirazına şahid olub. Bədənlərinə "BAN ƏRDOĞAN" yazan femençi qızlar aksiyaya başlayan kimi məntəqə yaxınlığındakı polislər tərəfindən həbs edilib. Qadınları koridora çıxardan polislər onları sürükləyərək başqa bir salona aparıblar. Elə bu vaxt səs vermək üçün məntəqəyə gələnlər gözlərinə inanmayıblar. Təxminən 1 dəqiqə çəkən etiraz zamanı məntəqədə olan vətəndaşlar foto çəkən jurnalist və fotoqraflara da etiraz ediblər. Çölə çıxarılan qadınlara bir qrup insan hücum etmək istəsə də, polislər bunun qarşısını alıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.