date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-27
12,684
Futbol dünyasında yenilik – Millətlər Liqası
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 54 üzvü "2018-2022-ci illər üzrə milli futbol komandaları üzrə qətnamə"yə yekdilliklə səs veriblər. Həmin sənədə görə, 2018-ci ildən Millətlər Liqası turnirinə start veriləcək. Bu barədə "R-Sport" agentliyi təşkilatın rəsmi saytına istinadən xəbər yayıb. Turnirin dəqiq formatı hələlik təsdiqlənməsə də onun iki ildən bir keçiriləcəyi və yığmalar arasında yoldaşlıq oyunlarını əvəz edəcəyi planlaşdırılıb. Komandalar üç və ya dörd diviziona bölünəcəklər. Ali divizionda 16 yığma oynayacaq ki, onlar 4 komanda üzrə 4 qrupa bölünəcəklər və rəqiblərin hər biri evdə və səfərdə oyun keçirəcəklər. Hər bir qrupun qalibi neytral ərazidə keçiriləcək "Dördlər finalı"na düşəcək. Milli yığma komandaların yarışları komitəsinin rəhbəri Volfqanq Nirsbax deyib: "Biz UEFA üzvlərinin yeni turnirin yaradılmasına dair qərarını qəbul edir və ona hörmət edirik. Bu Avropanın milli komandaları üçün böyük addımdır və azarkeşlərin yeni formatı dəstəkləyəcəklərinə ümid edirik" ("Trend.az").
2014-03-27
12,685
Azərbaycan və Ermənistan prezidentləri görüşdü
Ermənistan və Azərbaycan prezidentləri Haaqada görüş keçiriblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Tvitter səhifəsində yazıb. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib. "Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?" - deyə C.Uorlik sual edib. O, qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri Haaqada Nüvə Təhlükəsizliyi Məsələləri üzrə sammit çərçivəsində görüşüblər. Həmsədr Tvitter istifadəçilərinə belə bir sual ünvanlayıb: "Tərəflər əvvəlkitək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapmasına tərəfdardırlarmı?" (ANS).
2014-03-27
12,686
Abdullah Öcalan azadlığa çıxır?
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan gələn il azadlığa çıxa bilər. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə kürd millət vəkili Leyla Zana açıqlamasında deyib. "Abdullah Öcalan gələn Novruzda aramızda olacaq. 30 mart seçkiləri xalqın seçimidir. Bu seçki Öcalanın mövqeyinin gücləndirilməsi üçündür. Siz nə qədər güclü olsanız, o da "Kürdüstan" xalqları üçün gərgin işləyib müzakirə stolundan məmnun qalxar" deyə Zana bildirib.
2014-03-27
12,687
Məscidlərə vəhabi kitabları paylanılır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən çap edilən "Vəhhabi cərəyanı" kitabı ölkədəki məscidlərə paylanır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, QMİ sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı kitab çapdan çıxıb. Kitab Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekpertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap olunmasına icazə verilib. Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib ("Trend").
2014-03-27
12,688
Ermənistanın yeni prezidentinin adı bəlli oldu
"Ermənistanın növbəti prezidenti Seyran Ohanyan olacaq". "Axar.az" xəbər verir ki, bu informasiyanı "Aykakan Jamanax" qəzeti etibarlı mənbələrinə istinadən yayıb. Məlumatda hazırkı Müdafiə nazirinin prezidentlik kürsüsü üçün hazırlandığı bildirilib: "2017-ci il seçkilərindən sonra S.Ohanyan baş nazir elan ediləcək. Bir il sonra isə keçiriləcək prezident seçkilərində o, prezident olacaq. Ardınca isə Serj Sərkisyan Baş nazir təyin olunacaq. Daha sonra yeni prezident Baş nazir səlahiyyətlərini parlament vasitəsilə artıracaq". Qeyd edək ki, Seyran Ohanyan Ermənistanın hazırkı Müdafiə naziridir. O, 366-cı motoatıcı alayın zabiti kimi Xocalı soyqırımının törədilməsində iştirak edib. 1999-2007-ci illər arasında "Dağlıq Qarabağın" Müdafiə naziri olub.
2014-03-27
12,689
Azərbaycanlı jurnalist əməliyyat olundu
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli beyin əməliyyatı keçirib. "Axar.az" "Aktual.az"a istinadən xəbər verir ki, Yadigar Məmmədli əməliyyatın həftənin əvvəlində gerçəkləşdiyini deyib. Y.Məmmədli hazirda özünü yaxşı hiss etdiyini bildirib: "Vəziyyətim normaldır, beynimdə kiçik narahatlığım var idi, həkimlər əməliyyat olunmağımı məsləhət bildi. Hazırda müalicə olunuram".
2014-03-27
12,690
“Rusiyanın Azərbaycanı işğalı ABŞ-a müharibə elan etməkdir”
"Amerika Rusiyanı sülh yolu ilə təcrid edib zəiflətmək istəyir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. ABŞ Rusiyaya qarşı yeni planlar hazırlayır O, Qərbin artıq Rusiyaya qarşı birləşdiyini deyib: "Amerika Rusiyanı təcavüzkar siyasətdən çəkindirmək niyyətindədir. Buna artıq Amerika və Avropa ölkələri də imza atıb. Sözsüz ki, məmurların əleyhinə olan sanksiyalar Putinin iradəsini dəyişə bilməz və buna görə də daha geniş tədbirlər lazımdır. Birinci növbədə Rusiyanın iqtisadiyyatının inkşafına imkan verməmək Qərbin qarşısında duran əsas məqsəddir. Bunu da etmək üçün Rusiyanın neftindən və qazından imtina etmək lazımdır. Bir dəqiqənin içində neft və qazdan imtina etmək ABŞ üçün sərfəli deyil". Rusiya qazından tam imtina ediləcək Politoloq Qərbin heç bir zaman öz ziyanına addım atmayacağını qeyd edib: "Qərb heç bir zaman öz ziyanına addım atmayacaq. "Cənub Axını" layihəsi artıq sıradan çıxıb. Rusiyanın niyyəti bu idi ki, Ukraynanın ərazisindən kənar bir yer vasitəsiylə qaz ötürsün. Bundan başqa isə artıq Ukraynaya Slovakiyanın qaz verməsi məsələsi gündəmə gəlib. Siz təsəvvür edin ki, Rusiya Ukraynanın bütün qaz ötürmək üçün istifadə olunacaq koridorlarından imtina edib. Amerika isə Avropaya qaz verə biləcəyini bildirir. Amerikanın buna imkanı da çatır. Amma bunların hamısı bir günlük məsələ deyil. Bu, bir müddət vaxt tələb edəcək". Rusiyaya qarşı genişmiqyaslı hücum planlaşdırılıb V.Quluzadə Rusiyanı çökdürməkdən ötrü Amerikanın genişmiqyaslı hücum planlaşdırdığını söyləyib. "Krımın işğalı artıq Qərbi oyatdı. ABŞ Rusiyanı regional dövlət kimi görürdü. Amma bu işğal Qərbə sübut etdi ki, Rusiya nə qədər təhlükəlidir. Bu əməliyyatlar davam edəcək. Obama Səudiyyə Ərəbistanına səfəri zamanı onlara neftin qiymətini aşağı salıb, istehsalını artırmağı təklif edəcək. Bir tərəfdən isə İran var. İranın üzərindən embarqolar artıq götürülüb. Nəticədə İran da dünya bazarın neft çıxaracaq. Bu, artıq geniş miqyaslı hücum planıdır. Bu hücum bir dövləti çökdürməyə yönəlib". Azərbaycan hələlik hədəfdə deyil V.Quluzadə Rusiyanın Krım kimi Azərbaycanı da işğal etmək planının hələlik olmadığını bildirib. Politoloq Rusiyanın bu addımı atmaqdan çox qorxduğunu vurğulayıb. "Siz görürsünüz ki, Rusiya necə səriştəli addım atıb Qarabağı işğal edib. Rus strateqləri yaxşı bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda Rusiya onu vurur. Rusiya istəmir sülh olsun. Rusiya indi Amerikanı hədələyir. Çünki Krımı işğal etmək Rusiya üçün daha asandır, nəinki Azərbaycanı. Azərbaycanın işğalı birbaşa Amerikaya müharibə elan etmək deməkdir. Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə Rusiya bunu hələ edə bilmir. Azərbaycan burada heç nə edəsi deyil. Azərbaycan sadəcə bacardığı qədər özünü qorumalıdır".
2014-03-27
12,691
Bakı həbsxanasında məhbus öldü
Bakıda təqsirləndirilən şəxs təcridxanada vəfat edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bakı İstintaq təcridxanasında qeydə alınıb. Vəfat edən 1956-cı il təvəllüdlü Rasim Ağayevin Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi bildirilib. Hazırda R. Ağayevin ölüm səbəbləri araşdırılır.
2014-03-27
12,692
Latviya KQB arxivlərini açır
Latviya Seyminin hüquq komitəsi keşmiş Latviya Sovet Sosialist Respulikasının Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) arxiv sənədlərinin 2017-ci ildə ölkə əhalisinə açıqlanmasına ilkin razılıq verib. "Axar.az"ın Latviya mediasına istinadən məlumatına görə, müvafiq komitə dünən arxiv sənədlərinin elmi analizinin 31 may 2017-ci ilə qədər başa çatdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Xatırladaq ki, qanunun qüvvəyə minməsi üçün sənəd üç oxunuşdan keçməli, sonra isə ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.
2014-03-27
12,693
Terrorçu həkimlə bağlı Mehdiyevə müraciət olundu
Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə əsas iştirakçı hesab olunan həkim Fərəcullah Sədullah oğlu İdrisovun elmi dərəcə almasının təxirə salınması məqsədilə Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyevə müraciət edilib. Bu barədə Axar.az-a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, adı cinayət işində əsas iştirakçı kimi çəkilən şəxsin elmi iş müdafiə edərək cinayət işinin gedişində elmi dərəcə alması istintaqa təzyiq kimi dəyərləndirilə bilər: "Cinayət hadisəsinin əsas iştirakçılarından biri həkim Fərəcullah İdrisov tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün bir qədər əvvəl müdafiə etdiyi "Açıq laporoskapik xolesistektomiya əməliyyatlarının müqayisəli qiymətləndirilməsi" adlı elmi işini Ali Attestasiya Kimissiyasına təqdim edib. Adı cinayət işində əsas iştirakçı kimi çəkilən şəxsin elmi iş müdafiə edərək cinayət işinin gedişində elmi dərəcə almasını istintaqa təzyiq kimi dəyərləndiririk. Eyni zamanda, həmin həkim bu addan müdafiə məqsədilə istifadə edə bilər. Ona görə də biz Komissiyaya müraciət edərək onun bu cəhdlərinin qarşısının alınmasını xahiş etmişik". S.Vəkilovun fikrincə, F.İdrisovun elmi işinin təsdiq edilməsi Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi başa çatanadək dayandırılmalıdır. Bu, AAK-ın müəyyən etdiyi prosedurlara da uyğundur. Xatırladaq ki, F.İdrisov adıçəkilən elmi işini akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müdafiə edib. S.Vəkilov F.İdrisovun tələsik elmi işi müdafiə edərək elmi dərəcə almaq cəhdini özünümüdafiə və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib: "Fərəculla İdrisov bununla özünün haqlı olduğunu təsdiq etmək və məsuliyyətdən yayınmaq istəyir".
2014-03-27
12,694
İcra başçısı uşaq stadionunu dağıtdı – Video
Quzanlıda uşaqlar üçün salınmış futbol meydançası sökülüb. "Axar.az" xəbər verir ki, stadionun Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun göstərişi ilə söküldüyü bildirilir. Stadion cəmisi 3 ay əvvəl istifadəyə verilmişdi və onun tikintisi üçün xeyli vəsit xərclənmişdi. Stadionun yerlə-yeksan edilməsinin görüntülərini təqdim edirik:
2014-03-27
12,695
BVF Ukraynaya 18 milyard dollar ayırır
Beynəlxalq Valyuta Fondu (İMF) iki il ərzində Ukraynaya 14-18 milyard dollar həcmində yardım ayırmağa hazır olduğunu açıqlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İMF-in Ukraynadakı missiyasının rəhbəri Nikolay Georgiyev deyib. O, ilk tranşın apreldə ayrılacağını söyləyib, lakin məbləği açıqlamayıb. Qeyd edək ki, Ukrayna ilə İMF arasında bir müddətdir gedən danışıqlar martın 26-da razılıqla yekunlaşıb.
2014-03-27
12,696
Sabah qar yağacaq
Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 28-də hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı ehtimalı var. Martın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında temperaturun gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir ( Trend )
2014-03-27
12,697
Rusiya Gürcüstanda irimiqyaslı təlimlərə başladı - Video
Bu gün Rusiya hərbçiləri Gürcüstanın ərazisi olan tanınmamış Abxaziya respublikasında genişmiqyaslı hərbi təlimlərə başlayıb. "Axar.az" xəbər verir ki, təlimlərdə yüzlərlə ağır texnika, "Qrad" tipli silahlar və minlərlə rus əsgəri iştirak edir. Təlimlərin məqsədi şəxsi heyətin döyüş qabiliyyətinin öyrənilməsidir. Xatırladaq ki, rus hərbçilərinin Dnestryanı bölgədə təlimləri hələ bir həftə öncədən, Ukraynanın şərq sərhədləri yaxınlığında isə bir neçə gündür davam edir.
2014-03-27
12,698
Nəcməddin Sadıqov və Etibar Pirverdiyev bir yerdə
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıqov və "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Ələtdə tikilən yeni Bakı beynəlxalq dəniz ticarət və hərbi limanına gəliblər. N.Sadıqov və E.Pirverdiyev bu dəqiqələrdə də limanın tikinti işlərinin gedişatı ilə maraqlanırlar. Xatırladaq ki, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi 2010-cu ilin noyabrında baş tutub. Liman kompleksinin layihəsi Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb ("Publika.az").
2014-03-27
12,699
Sumqayıtda dəhşətli qəza -Xəsarət alanlar var
Bu gün Sumqayıt şəhərimdə yerləşən daş bazarının yanında qəza olub. "Axar.az" "aktual.az"a istinadən xəbər verir ki, 7 saylı marşrut avtobusu traktor qoşqusuyla toqquşub. Hadisə nəticəsində VAZ 21015 markalı nəqliyyat vasitəsi də zərər çəkib. Hadisə şahidləri bildirib ki, aralarında uşaq və qadınlar da olmaqla çoxlu ağır yaralananlar var. Hadisə yerinə 4 təcili tibbi yardım maşını gəlib.
2014-03-27
12,700
Ruslar Krım tatarlarını sıxışdırmağa başladı
Artıq Krımda tatarlara qarşı ayrı-seçkilik başlayıb. "Axar.az" xəbər verir ki, bu sözləri əslən Krım tatarları olan şəxslər öz Feysbuk səhifələrində yazmağa başlayıblar. Tatarlar uzun zaman bir yerdə yaşadıqları ruslar tərəfindən sıxışdırıldıqlarını qeyd ediblər: "Artıq müxtəlif atmacalar səslənməyə başlayır. Bilmirik nəyə görə deyirlər? Amma əvvəl heç belə deyildi. Son günlər "sizi deportasiya edəcəklər", "yenidən Maqadan, ya da Özbəkistana gedirsiniz", "Ukrayna millətçilərini müdafiə etdiyinizə görə Putin sizi bağışlamayacaq" sözlərini ən yaxın qonşularımızdan belə eşidirik. Elə bil heç kim bir-birini tanımır".
2014-03-27
12,701
Siyavuş Novruzov Rəqsanənin tatuajından danışdı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müğənni Rəqsanənin mərhum prezident Heydər Əliyevin imzasını qoluna döydürməsi məsələsinə münasibət bildirib. YAP-çı deputat deyib ki, ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları buraxılıb və insanlar da ulu öndərin xatirəsini əbədiləşdirmək üçün həmin nişanları döşlərində gəzdirirlər. Onun sözlərinə görə, bu cür məqsədlər üçün ulu öndərin şəkillərini də müxtəlif formalarda çap ediblər və sairə: "Hətta, mən bir dəfə gördüm ki, avtomobildə ulu öndərin imzasını vurmuşdular. Biz bu məsələ ilə əlaqədar Dövlət Yol Polis İdarəsinə müraciət etdik və onlar da bunun qarşısını aldılar. Hesab edirəm ki, ümummilli liderin adı ilə bağlı olan, onun adını və ya imzasını əks etdirən hər hansı atribut ən şərəfli, ləyaqətli, uca və ali yerlərdə olmalıdır. Mən həmin verilişə baxmamışam, ancaq bu efirdə gedibsə, təbii ki, bundan təəssüflənirəm". Xatırladaq ki, martın 23-də "Space" telekanalının efirində yayımlanan "Sevimli şou" verilişində qonaq olan müğənni Rəqsanənin qoluna döydürdüyü mərhum prezident Heydər Əliyevin im zası efirdən nümayiş olunub ("Publika.az").
2014-03-27
12,702
AST Telmanın villasını sökürlər - Foto
Yeqor Şerbakovun qətlindən sonra bağlanan Pokrov bazarı Moskva vilayətinin Odintsovo rayona köçürülür. "Axar.az" xəbər verir ki, bazar rayonun Skolkovo qəsəbəsi yaxınlığında salınır. Artıq bazarın yerləşəcəyi 340 hektar ərazi də müəyyənləşib. Ərazidə bazarın fəaliyyətinə mane olan bir sıra obyektlər isə söküləcək. Maraqlıdır ki, bu obyektlər arasında azərbaycanlı oliqarx Telman İsmayılovun Moskvadakı çoxsaylı villalarından biri də yerləşir. Fotodan da göründüyü kimi, villa plana düşüb. İsmayılova kompensasiya verilib-verilməyəcyi isə bilinmir. Məlumata görə, adıgedən villada illərdir heç kim yaşamır. Amma dövlət reyestrində onun Telman Mardanoviç İsmayılova aid olduğu qeyd edilib.
2014-03-27
12,703
Bəşər Əsədin qardaşı oğlu öldürüldü
Deyə-əl-Əsədin Lazkiyədə öldürüldüyü məlum olub. "Axar.az" bildirir ki, Bəşər Əsədin Milli Müdafiə Qüvvələri adlı "Şəbbiha" birliklərinin lideri Hilal Əsəddən sonra daha 4 əmisi oğlunun Lazkiyədə müxaliflərin bombardmanı nəticəsində öldüyü təsdiqdənib. Bu xəbərlərin ardınca Bəşər Əsəd dünən daha bir acı yaşayıb. Müxaliflərə ən ağır işgəncələr tətbiq edən Əsədin qardaşı oğlu Deyə-əl-Əsədin də Lazkiyədə öldürüldüyü məlum olub.
2014-03-27
12,704
Nazir: “7 ildə maaşımın bir qəpiyini də götürməmişəm”
Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəsindən istefa verən eks-İqtisadi İnkişaf naziri Zəfər Çağlayan CHP lideri Kamal Kılıçdaroğluyla bağlı çox sərt sözlər işlədib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir sözlərini Türkiyədə Tarsus mahalının Qovaqlı və Çağlayan məhəllələrində təşkil edilən mitinqlərdə deyib. Çağlayan Türkiyədə yüz ildə bir gələ biləcək bir liderin çıxdığını, bunun kimlərisə narahat etdiyini söyləyib: "Elə bir Baş nazirimiz var ki, yeddi dünya birləşsə onu əzməyə imkan vermərik". Çağlayan Kılıçdaroğlunu məhkəməyə verdiyini bildirib və ona meydan oxuyub: "Kılıçdaroğlunu məhkəməyə vermişəm. Məhkəmədə qazandığım pullarla Mersin şəhərində hamıya "tantuni" paylayacam. Çıxıb mənim haqqımda deyir ki, "bu nazir saat alıb". Baxın, mən 7 ildə millət vəkili maaşımın bir qəpiyini də götürməmişəm, hər ay 100 tələbəyə təqaüd vermə şərəfinə nail olmuş bir qardaşınızam. Kamal Kılıçdaroğlu, buradan sənə meydan oxuyuram. Saat hədiyyə alan da, saat hədiyyə verən də, "hədiyyə saat aldı" deyən də alçaqdır, namussuzdur, vicdansızdır. Axşama qədər dedi-qodu, yalan danışmaq, iftira atmaqla məşğulsunuz".
2014-03-27
12,705
Rusiya Qaqauziyadakı referendumu da tanıdı
Rusiya Dövlət Duması Moldovanın Qaqauziya Muxatar Vilayətində fevralın 2-də keçirilmiş referendumun nəticələrini tanıyıb. "Axar.az" xəbər verir ki, bu barədə parlamentin Müstəqil Dövlətlər Birliyi ilə iş üzrə komitəsinin rəhbəri Leonid Sluçkiy Komratdan təşrif buyurmuş nümayəndə heyəti ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, Rusiya referendumun pleblistinə çıxarılmış sualların qoyuluşuna hörmətlə yanaşır və düzgün sayır. Referendumda iştirak edən yerli sakinlərinin sayının çoxluğuna işarə edən Sluçkiy beynılxalq hüquq normaları çərçivəsində Rusiyanın muxtar vilayətə hər cür dəstək göstərməyə hazır olduğunu açıqlayıb. Öz növbəsində Qaqauziya Xalq Parlamentinin sədri Dmitri Konstantinov vurğulayıb ki, Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdırlar və qaqauz dilindən sonra rus dilinə bölgənin ikinci dili kimi hörmətlə yanaşılır.
2014-03-27
12,706
Qulu "Ulduz"a, Elçin "Ədəbiyyat"a gəldi
Azərbaycan Yazıçılar Birliyində "Ədəbiyyat" qəzeti və "Ulduz" jurnalının rəhbərlərinin dəyişdirilməsi ilə bağlı iclas keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iclasda "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı öz ərizəsi ilə baş redaktorluqdan imtina etməsi məsələsinə baxılıb və ərizə qəbul edilib. "Ədəbiyyat" qəzetinin baş redaktoru vəzifəsinə "Ulduz" jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli, "Ulduz" jurnalının baş redaktoru vəzifəsinə isə baş redaktor müavini, şair Qulu Ağsəsin təyin olunub.
2014-03-27
12,707
Gənc Tamaşaçılar Teatrının aktyorları döyüldü
Martın 26-da İrəvan məktəblərindən birinin şagirdləri Gənc Tamaşaçılar Teatrının aktyorlarını döyüblər. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, tamaşa zamanı zalda böyük səs-küy qopub. Tamaşaya gələn şagirdlər müəllimlərinə belə əhəmiyyət verməyərək, laqeydcəsinə söhbət ediblər. "Tamaşadan sonra gənc aktyor Kacayr Akopyan foyeyə gələrək şagirdlərə iradını bildirib. Yeniyətmələr bunu gözləyirmiş kimi onu döyməyə başlayıblar. Hadisəyə müdaxilə etmək istəyən digər aktyorlar da eyni aqibətlə üzləşiblər" hadisə şahidlərdən biri deyib.
2014-03-27
12,708
Azərbaycan BMT-də Ukraynanın mövqeyini dəstəkləyəcək
Martın 27-də BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Ukraynanın suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Azərbaycan rəsmi Kiyevin mövqeyini dəstəkləyəcək. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir. "Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir, beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT üzv dövlətləri arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT-yə üzv-dövlətlər arasında bütün mövcud münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır" - bəyanatında deyilir. Azərbaycan səfirliyi Ukraynanın "İnter" televiziya kanalında 26 mart 2014-cü il tarixində efirə verilmiş xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edir ki, martın 24-25-də Strasburqda keçirilmiş Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru, iclasda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumu tanıdığını və Rusiya Federasiyasının Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır: "Əksinə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov qətiyyətlə Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs verib". Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyini hələ məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb.
2014-03-27
12,709
Ukrayna desantları rusların hərbi hissəsini ələ keçirdi - Video
Ukrayna desantları Xersonda Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus naviqasiya stansiyasını ələ keçiriblər. "Axar.az" xəbər verir ki, Ukrayna hərbçiləri naviqasiya stansiyasının ətrafına bir neçə hərbi maşın və zirehli transportyorlar yerləşdiriblər. Yerli sakinlərin sözlərinə görə, artıq bir neçə aydır ki, rus hərbçiləri həmin ərazini tərk ediblər.
2014-03-27
12,710
Bakı-Simferopol aviareysi ləğv olunub – Rəsmi
Bakı-Simferopol aviareysi dayandırılıb. Bu barədə "Axar.az"a "AZAL" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verdi. O, hələlik bu aviareyslə heç bir uçuşun həyata keçirilmədiyini bildirdi: "Bu aviareys mövsümi uçurdu. Krımdakı hadisələrlə əlaqədar hələlik uçuşlar dayandırılıb". Aviareysin ləğvinə gəlincə isə, mətbuat katibi bununla bağlı heç bir şey deyə bilməyəcəyini söylədi.
2014-03-27
12,711
Yanukoviç Rostova gedir
Rusiya jurnalistləri Viktor Yanukoviçin Rostov şəhərinə yola düşdüyünü xəbəe veriblər. "Axar.az"ın məlumat verir ki, "Vesti"dəki mənbələr Yanukoviçin yaxın vaxtlarda Xarkova gələrək, müharibənin başlanması barədə bəyanat verəcəyini təkzib ediblər. Bundan başqa, Yanukoviçin Moskva yaxınlığındakı bağ evinin yerləşdiyi Şimal Administrasiyasının keşmiş perfekti Oleq Mitovlya Ukraynanın keçmiş prezidentinin qərargahını tərk edərək, Rusiyanın cənubuna doğru yola düşdüyünü dilə gətirib: "Mənim dəqiq məlumatıma görə, Yanukoviç Moskva yaxınlığındakı öz bağ evini tərk dərək, Ukrayna istiqamətində deyil, Rostova yollanıb". Xatırladaq ki, fevralın 25-dən Viktor Yanukoviç beynəlxalq axtaışa verilib.
2014-03-27
12,712
AFFA Ermənistana etiraz etdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə keçirilən məşqçi kursu ilə bağlı qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib. UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nin Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. E.Məmmədov, həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib. Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.
2014-03-27
12,713
Azərbaycan həbsxanasında görünməmiş vəhşilik
"Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan şəkər xəstəsinə dərman verilmir". "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri sədri Elçin Behbudov deyib. O bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında saxlanılan 1966-cı il təvəllüdlü Şahin İsmailov şəkər xəstəliyindən əziyyət çəkir, ona lazımi dərmanlar verilmədiyindən vəziyyəti ağırlaşıb: "Onun yaxınları tərəfindən bizim təşkilata müraciət olunub. Müraciətdə deyilir ki, Şahin İsmailov ağır şəkər xəstəsidir və dəfələrlə müraciət etmələrinə baxmayaraq, ona lazım olan dərman verilmir. Xəstə hamının gözü qarşısında ölümə doğru gedir". E.Behbudov deyib ki, yaxın günlərdə problemin həlli üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcək.
2014-03-27
12,714
Krım rəhbərliyi Ukrayna hökumətini “arzuolunmaz” elan etdi
Krım parlamenti 321 ukraynalını "arzuolunmaz şəxs"lər siyahısına salıb. "Axar.az" xəbər verir ki, bu barədə Krım Respublikasının Dövlət Şurasının mətbuat xidməti məlumat yayıb. "Arzuolunmaz şəxs"lər siyahısında ölkə prezidenti Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyu, baş nazirin müavini Vitali Yarema, milli təhlükəsizlik və müdafiə şurasının sədri Andrey Parubiy, Daxili İşlər naziri Arsen Avakov, "Əmək" Partiyasının lideri Vitali Kliçkonun da adları var.
2014-03-27
12,715
Silahlı Qüvvələrə basqının arxasından Gülən çıxdı
Türkiyə Silahlı Qüvvələrinin bunkerinə girmək üçün Arınca "sui-qəsd təşkil olunacaq" iddiasından istifadə edən gülənçilərin möhtəşəm planı ortaya çıxıb. "Axar.az" xəbər verir ki, 2009-cu il dekabrın 20-də paytaxt Ankaranın Çuxurambar bölgəsində fövqəladə vəziyyət yaranıb. Bölgədə əməliyyat təşkil edən polislərdən bir polkovnik və bir mayor "Baş nazir müavini Bülənt Arınca sui-qəsd hazırlayırlar" iddiası ilə həbs olunub. Həbs olunanların sayı bir gün sonra 8-ə yüksəlib. Ən çox marağa sahib olan hadisə isə Baş Qərargahın nəzdində olan Səfərbərlik İdarəsinin bunkerində axtarış aparılması olub. Çox az TSQ hərbçisinin özəl şifrələrlə girə bildiyi bu bunkerin ən böyük özəlliyi isə milli təhlükəsizliklə əlaqədar çox gizli məlumat və sənədlərin qorunduğu yer olmasıdır. İstintaq işi xüsusi səlahiyyətli prokuror Mustafa Bilginə həvalə edilib. Və bir neçə gündən sonra bunkerdə axtarış bitib. Həbsdə olan hərbçilər isə azad edilib. Pensilvaniya planlaşdırması Beş il əvvəl baş verən bu hadisə ilə əlaqədar indiyə qədər bir açıqlama verilməyib. Etibarlı mənbələr "Arınca sui-qəsd" istintaqının arxasında "Gülən hərəkatı"nın olduğunu iddia edir. Dərin plan Pensilvaniyada cızılıb, Ankarada həyata keçirilib. Planın həyata keçiriləcəyi vaxtı da bilərəkdən "Ərgənəkon" prosesi ilə eyni zamana salıblar. "Gülən hərəkatı"nın məqsədi TSQ-yə sızan kadrların neçəsinin deşifrə olduğunu öyrənmək və milli təhükəsizliklə əlaqədar sirlərə yiyələnmək olub.
2014-03-27
12,716
Obama nüfuzunu itirir - Sorğu
Ağ Evin başçısı Barak Obamanın xarici siyasəti artıq amerikalılar tərəfindən dəstəklənmir. "Axar .az" "RİA Novosti" agentliyinə istinadən bildirir ki, bu, Ukraynada baş verən hadisələrlə birbaşa bağlıdır. Belə ki, amerikalılar Obamaya daha əvvəlki kimi etimad göstərmirlər. Keçirilən sorğunun nəticəsinə görə, əhalinin 59%-i digər ölkələrlə münasibəti üzündən Obamanı qınayır və yürütdüyü siyasəti dəstəkləmir.
2014-03-27
12,717
Timoşenko prezident olmaq istəyir
Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini bildirib. "Axar.az" xəbər verir ki, bu barədə keçmiş baş nazir keçirdiyi mətbuat konfransında deyib. "Bəli, mən seçkidə iştirak etməyi planlaşdırıram" deyə Timoşenko bildirib. O, eyni zamanda bildirib ki, "Batkivşina" Partiyasının iclası zamanı onun namizədliyinin irəli sürülməsini təklif edəcək. Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-dəı keçiriləcək.
2014-03-27
12,718
Əmanətlərin sığorta məbləği 50 min manat ola bilər
"Dövlət vətəndaşı əlavə əziyyətdən xilas edə bilər". Bunu əmanətlərin sığortalanması ilə bağlı "Axar.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi: "Hesab edirəm ki, tezliklə bu problem həll ediləcək. Çünki artıq Mərkəzi Bank və hökumətdə olan bəzi məmurlar bu məsələni dəfələrlə qaldırıb və çıxış yolu axtarırlar. Digər tərəfdən etiraf etmək lazımdır ki, onsuz da əhali çıxış yolunu tapıb. Böyük məbləğli əmanətləri bir neçə yerə bölüb ailə üzvlərinin adına banklarda yerləşdirir və bununla əmanətlərini sığortalamağa şans qazanırlar. Burda yalnız əmanətçilərin sayında yüksəlmə var. Əgər əmanətlərin sığortalanan hissəsi 50 min və daha çox olsa, bu zaman əmanətçilərin sayında azalma olacaq. Əgər gələcəkdə məbləğ artırılarsa, bu heç bir əlavə dəyişikliyə gətirməyəcək. Sığortalanan əmanətlərin məbləğinin artırılması ilə dövlət vətəndaşı əlavə əziyyətdən xilas edə bilər". Sığortalanan əmanətlərin məbləğin artırılmasının büdcəyə hər hansı risklər gətirməyəcəyini deyən ekspert bunun Əmanətlərin Sığortalanması Fondu ilə bağlı məsələ olduğunu qeyd etdi: "Bu prosesdə büdcənin iştirakı çox aşağı səviyyədədir. Əsasən banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödəniş edilir. Yəni ki, hər bir bank əmanətin müəyyən qismini fonda ödəməklə gələcəkdə yarana biləcək problemdən özünü sığortalayır". Xatırladaq ki, yanvarın 1-nə olan statistik məlumatlara görə, Azərbaycan banklarında 6,4 milyard manat əmanət var və bu əmanətin təxminən 4 milyard manatdan artığı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) tərəfindən sığortalanır. Mövcud qaydalara görə, banklara qoyulan pulların AƏSF tərəfindən sığortalanması üçün əmanətin məbləği 30 min manatdan, illik faiz dərəcəsi isə 10%-dən artıq olmamalıdır.
2014-03-27
12,719
Ərdoğanın səsi batdı, üzr istədi - Video
Türkiyədə martın 30-da keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası ilə bağlı Van şəhərində çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan gözlənilməz hadisə ilə üzləşib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, mitin zamanı çıxış edən Ərdoğanın səsi birdən-birə batıb. Üzr istəyərək çıxışına davam edən Ərdoğan, "Səsimə görə sizdən üzr istəyirəm. Amma buna görə, Vanı və Diyarbəkir səfərimi təxirə sala bilməzdim. Belə də olsa gəlmək məcburiyyətindəyəm" deyib.
2014-03-27
12,720
Ailəsi öldürülən Xalq artisti danışdı
"Bu gün gəlinimin üzünü plastik əməliyyat etdilər. Təzəcə əməliyatdan çıxıb, hələ narkozdan ayılmayıb". "Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, bunu avtomobil qəzasına düşmüş xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanada olan gəlinin vəziyyəti ilə bağlı açıqlama verərəkən bildirib: "Üzündə cırılmış çapıq, burnunda sınıq vardı, ona görə əməliyyat olundu. Klinik Tibbi Mərkəzdə olarkən tikmişdilər, amma yaxşı alınmamışdı. Özəl kllinikada yenidən əməliyyat olundu". Öz səhhətinin normal olduğunu deyən tanınmış tarzən heç bir şeyə ehtiyacının olmadığını bildirib. Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sərxoş sürücü, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
2014-03-27
12,721
Qulu Ağsəsin ”Ulduz”la bağlı bir amalı var
"Mən "Ulduz"un baş redaktoru kimi aprelin 5-dən fəaliyyətə başlayacam". Bu sözləri "Axar.az"a açıqlamasında "Ulduz" jurnalının yeni baş redaktoru Qulu Ağsəs deyib. O, Ayaz Vəfalının səhhətilə əlaqədar işdən uzaqlaşdırıldığını söyləyib: "Bu gün Yazıçılar Birliyində iclas keçirildi. İclasda səhhəti ilə bağlı Ayaz Vəfalının "Ədəbiyyat" qəzetindən çıxarıldığı bildirildi. Onun yerinə Elçin Hüseynbəyli, mən də "Ulduz"a təyin olundum. Sabah təqdimat olacaq. Aprelin 5-dən etibarən fəaliyyətə başlayacam". Q.Ağsəs əsas məqsədinin "Ulduz"u gənclərin tribunasına çevirmək olduğunu qeyd edib: "Əvvəla, "Ulduz"un dizaynını dəyişmək istəyirəm. Bircə amalım var, o da yaxşı jurnal çıxartmaqdır. Bu jurnalı gənclərin tribunasına çevirib ləyaqətli bir mətbu orqan kimi çap etdirmək istəyirəm". Qeyd edək ki, Qulu Ağsəs bu vaxta qədər "Ulduz" jurnalında baş redaktorun müavini vəzifəsini icra edib.
2014-03-27
12,722
Ermənistan prezidenti olacaq Azərbaycan vətəndaşı kimdir?
Ermənistan prezidenti olacaq Seyran Ohanyan Azərbaycan vətəndaşıdır. "Axar.az"ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Seyran Ohanyan 1962–ci ildə Şuşa şəhərində anadan olub və o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Seyran Ohanyan hərbi liseyi bitirdikdən sonra Xocalı qətliamını törədən məlum 366-cı motoatıcı alayda 80-ci illərin sonu 90-cı illərin əvvəlinə kimi xidmət edib, burada leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksəlib. 1992-ci ildə fevralın 25-26-da Seyran Ohanyan 366-cı motoatıcı alayın ermənilərdən təşkil olunmuş 2-ci batalyonunun komandiri kimi Xocalı faciəsinin törədilməsində iştirak edib. 1999-2007-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikası"nın müdafiə naziri olub. Xatırladaq ki, "Aykakan Jamanax" qəzetinin yaydığı bir xəbərdə hazırda Ermənistanın Müdafiə naziri olan Seyran Ohanyanın prezidentlik kürsüsü üçün hazırlandığı bildirilib: "2017-ci il seçkilərindən sonra S.Ohanyan baş nazir elan ediləcək. Bir il sonra isə keçiriləcək prezident seçkilərində o, prezident olacaq. Ardınca isə Serj Sərkisyan Baş nazir təyin olunacaq. Daha sonra yeni prezident Baş nazir səlahiyyətlərini parlament vasitəsilə artıracaq".
2014-03-27
12,723
Heç nəyə görə həbs olunanlar: Kürdəxanı - Foto
Bayram günlərində material hazırlamaq istəyəndə ağlıma ilk gələn Kürdəxanadakı istintaq təcridxanasına getmək, dustaq həyatı yaşayan insanların doğmaları ilə görüşüb-söhbət etmək oldu. Və ağlıma gələn istəyin ardınca düşdüm. Təcridxananın qarşısı qələbəlikdir. Əzizləri ilə görüşmək istəyənlərin, boyunlarını büküb içəriyə göndərdikləri sovqatın və oradan gələcək əl boyda kağıza yazılmış sözlərin gətirəcəyi son xəbəri gözləyənlərin simasında illərin üst-üstə yığılmış kədəri qaysaqlanıb. Hər kəs hər şeyin qiymətini əzbər bilir Təcridxananın qarşısında tikilmiş yeni tikilidə həm kafe-çayxana, həm də dustaqlarla görüş və gönəriləcək sovqatın icazə vərəqi yazılan xüsusi otaq var. Burada da növbədir. Mən də növbəmi müəyyənləşdirib gözləyirəm. Qediyyat aparılan otağın qapısı açılanda içəri boylanıram. İki nəfər ədliyyə giziri və bir nəfər mülkü geyimli şəxs ziyarətçiləri qəbul edir, şəxsiyyət vəsiqələrini yoxlayır və icazə-buraxılış vərəqələrini yazırlar. Vərəqələrini alan ziyarətçinin stolun üstünə qoyduğu "şirinliyə" isə heç gözucu da baxmırlar… Burda hər kəs hər şeyin qiymətini əzbər bilir. Bir nəfərin növbəsiz içəri girmək üçün icazə istəməsi diqqətimi çəkir: - Mümkün olsaydı mən keçərdim, tələsirəm... İcazənin verilmədiyini görüb narahat olur. "Hər kəs tələsir burda", – kimsə sıradan səslənir. Mən öz növbəni ona təklif edirəm. Sevinir və anındaca: - Bəs, siz? – deyir. - Mən tələsmirəm, yanına gəldiyim adam hələ çox olacaq burda. Vaxt tapıb görüşərəm. Dərinə də getmək olmur Söhbətimiz alınır. Kənara çəkilib siqaret yandırırıq. Mənim ona verdiyim növbənin çatmasına isə hələ beş adam var. Rahat söhbət etmək olar. - Bu uşağı heç nəyə görə tutdular dənə. Gəldi, düşdü də bura, – dərdini bölüşmək istəyir. - Dərdli-dərdlini yaxşı başa düşər, sən məni başa düşərsən. Bir araşdırma-zad da aparmırlar. Uşaq 8 aydır bu xarabadadır. Adı Rövşən olan həmsöhbətim Neftçaladandır. - Oğlum hərbiçidir. Onun əsgəri özünü öldürüb. Avtomatla yaxından özünə atəş açıb. Oğlum isə 10 günlük məzuniyyətdə olub. - Bəs nədə günahlandırırlar? - Nə bilim, deyirlər ki, gərək əsgərinin təlim-tərbiyəsi ilə ciddi məşğul olaydın. Qardaş, dərinə də getmək olmur… - Dərinə getmək deyəndə nəyi nəzərdə tutursan? - Ehh, çox şeyi. Soruşan yoxdur ki, bu adamı ölüm həddinə kim çatdırıb? Hadisənin necə olması ilə maraqlanıram. - Nə bilim, doğrusunu Allah bilir. Amma bu yazıq rəhmətlik əsgərin nəsə zibili olur. Deyirlər ki, iki min gətir. Valideyininə zəng vurub ki, 2000 manat göndərsin. Valideyin də verməyib o pulu. Yəqin olmayıb da, yoxsa 2000 nədir axı. Yazıq əsgər də çıxışı özünü öldürməkdə görüb. İndi də zibilə biz düşmüşük. Psixiator var, həkim var, öyrənmək gərəkdir ki, bu uşaq niyə belə oldu. Bakıda evimi satmışam - Yoluna qoymaq lazımdır, - canıyananlığım dərdinin çözülməsinə gətirir. - Ay qardaş, Bakıda evimi satmışam. Neçə il əziyyət çəkdi. 8 il oxudu. Kapitan idi. Rövşənin növbəsi çatır, mənə bir daha təşəkkür edir. Sağollaşırıq. Vəkilə deyin, adam kişi olar Buraxılış məntəqəsinə yaxınlaşıram. Adamlar qrup halında durub dərdləşirlər. Nəzarətçi çıxıb, "Sona xala, gəl, "veş"lərini apar, – deyir. Başı çalmalı qadın içəridən gələn əşyaları – boşalmış qabları, çirkli paltarlarla, mələfə ilə tıxaclanmış zənbili və nəzarətçini ona uzatdığı kağız bükülüsünü – məktubu alıb kənara çəklilr. Məktubu açıb baxır, ətrafa boylanır, hiss edirəm ki, oxumağa çətinlik çəkir. Yaxına gəlirəm. - Xala, nə təhərdi uşağın vəziyyəti? - Kürəkənimdi. Nə bilim, ay qardaş, yazıb, "zapiska" göndərib, oxuya bilmirəm təzə hərfləri. - Ver baxım görüm, - ərklə əlimi məktubu tutduğu əlinə tərəf uzadıram. - Başuva dönərəm sənin, gör nə yazır? Məktubu oxuyuram. Yeznə qayınanasına əziyyət çəkməməyi, bir daha gəlməməyi xahiş edir: "Burda yeməyə hər şey verirlər. Uşaqlardan muğayət ol. Üzlərindən öp. Mən yaxşıyam. Vəkilə deyin, adam kişi olar, gəlsin, sözüm var ona". Sonda isə xahişinin əksinə çıxır: "İşdi gəlsəniz, başağrı dərmanı gətirərsiz, bir də iki mayka". - Can ay bala, dədəniz sizi yetim qoydu. Onu doğan arvadın qarnına şiş batsın. Heç maraqlanmırlar da balası, balasının balası nə yeyir, nə içir… Nəyə görə tutulduğunu soruşuram. - Heç nəyə görə. Bir qadın vardı. Faizə pul verirdi. 10.800 də yeznəm götürübmüş. Qaytara bilmədi, o da bunu tutdurdu. - Allah qapısını açsın. Sona xala Şəmkirdən gəlmişdi. Qatarla axşam geri qayıdacaqdı. Fotokameramı çıxarıb bir-iki şəkil çəkmək istəyirəm. Nəzarətçilər mane olur. Kameranı yığışdırıram. İki nəfər qayğılı adam diqqətimi çəkir. Həmsöhbət oluram. Rəisə də "dolajit" eləyəydin ki… - Salyandanıq. "Razvedka"dan, - Ələkbər adlı kişi deyir. Bir az dərdləşirik. Onların kimi olduğunu soruşuram. Ələkbər kişi: - Oğlum burdadır. Təzə gətiriblər. - Nəyə görə tutublar? - Heç nəyə görə. Cibindən bir baş şey tapılıb. Denən ay namərd, tapmısan, yaxşı eləmisən, bə adamluğun hardaydı, ataydın yerə, rəisə də "dolajit" eləyəydin ki, heç nə yoxuydu üstündə. Biz də özümüzə görə adamuq da, xəcalətli qalmazduğ. Ələkbərin yanındakı oğlan söhbətə qoşulur: - And içdi ki, mənlik deyil. "Nakolka"ya gəlmişdilər. Əgər, deyir, cibində olmasaydı, cibinə qoyacaqdıq. Çox çənə döydüm. Onu tutanda yanında idim. Çöldən metallalom yığırdıq. Mənə dedi ki, elə etmə, səni satan kimi, onu da çəkən kimi "oformit" edim. Guya edə bilməzdi? Genə də insaflı idilər… Bir nəfərdən pula alıb Bir qədər kənarda söhbət edənlər isə tələbə yoldaşlarının yanına gəliblər. Bir azdan görüşəcəklər. Söhbət edirəm, dostlarının niyə tutulduğunu soruşuram. - Heç nəyə görə! Adı korrupsiyada hallanır. Elşad Abdullayevlə bir iş görübmüş. Bir nəfərdən pul alıb ötürüb ona ki, oğlunu işə düzəltsinlər. İş də düzəlmədi. Elşad da qaçıb getdi. Bunlar şikayət edib. Yazıq o pulu qəpiyinə qədər qaytarsa da, əl çəkmədilər… Təcridxanadan uzaqlaşıram. Ramiz Rövşənin şeirini ürəyimdə təkrar edirəm: Hamı günahkardı dünyada amma, Dünyada heç kimin günahı yoxdur.
2014-03-27
12,724
Dünyada ilin ən yaxşı güləşçisi - Azərbaycanlı
Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb. Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir ("Trend").
2014-03-27
12,725
Azərbaycanda bəzi avtomobillər qadağan edilə bilər
Azərbaycanda avtomobil mühərrikinin qazları xaric etmə sisteminə tələblərə cavab verməyən dəyişiklik edildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilə bilər. "Axar.az"ın "Trend"ə istinadən verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlanıb. Dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanuna 1 saylı əlavənin - "Nəqliyyat vasitələrini istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı"nın VI bölməsinə 4-cü bənd əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə görə, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilə bilər. Qanun layihəsinin Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına çıxarılması barədə qərar qəbul edilib.
2014-03-27
12,726
Suriyada daha iki azərbaycanlı öldürüldü
Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, ölən döyüşçülər "İraq Şam İslam Dövləti" silahlı qruplaşması tərkibində vuruşan "Səlahəddin" və "Ləzgi Həmzə" ləqəbli Azərbaycan vətəndaşlarıdır. "Səlahəddin" ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir. Mücahidlər hər iki şəxsin fotosunu da sosial şəbəkələrdə paylaşıblar. Onların bir müddət əvvəl öldürüldüyü bildirilir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.
2014-03-27
12,727
Obama Papa ilə Krımı müzakirə etdi
ABŞ Prezidenti Barak Obama Katolik aləminin ruhani lideri Papa Fransiskonu Vatikanda ziyarət edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Obamanın Papa Fransisko ilə görüşündən əvvəl ciddi təhlükəsizlik tədbirləri görülüb. Görüş zamanı Obama Papa Fransiskonun "böyük bir pərəstişkarı" olduğunu deyib. İki liderin gündəmində Krım, Suriya, insan hüquqları problemləri, Yaxın Şərqdəki sülh prosesi və Afrika kimi müxtəlif mövzular müzakirə olunub. ABŞ-dakı Katolik səhiyyə təşkilatlarının fəaliyyəti ilə bağlı Vaşinqtonla Katolik Kilsəsi arasındakı münaqişənin görüş zamanı gündəmə gəlib-gəlməyəcəyi maraqla gözlənilib. Məsələ ondan ibarətdir ki, amerikalı yepiskoplar kilsəyə məxsus xəstəxanalarda aborta etiraz ediblər. Bununla yanaşı Obamanın homoseksualların evlənməsi məsələsindəki mövqeyi də din xadimləri tərəfindən tənqid olunub. Qeyd edək ki, Obamanın İtaliya prezidenti Corcio Napolitano və Baş nazir Matteo Renzi ilə görüşəcəyi gözlənilir.
2014-03-27
12,728
Milyonlarla insan artıq enerji pulu ödəyir
Avropanın enerji satan 6 iri şirkətinin müştərilərini aldatdığı məlum olub. "Axar.az" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Britaniyanın "Ofgem" təşkilatının apardığı tədqiqatlara görə, həmin şirkətlərin müştəriləri istifadə etdikləri mavi yanacağa görə nəzərdə tutulandan artıq məbləğ ödəyirlər. Siyahıya "British Gas", "SSE", "Npower", "EDF", "Scottish Power" və "E.ON" kimi enerji nəhənglərinin adları daxildir. "Ofgem" nümayəndəsi Ed Davey ötən il qazın topdan satış qiymətinin 1,7 faiz qalxmasına baxmayaraq, şirkətlərin satdığı qazı 11 faiz artırdığını deyir. Qurum problemi yoluna qoymaq üçün enerji tədarükçülərinə 20 ay vaxt verib. 2015-ci ilə qədər onlar sistemlərində olan çatışmazlıqları tapıb düzəltməlidilər. Xatırladaq ki, adı qeyd edilən enerji nəhəngləri bazarın 95 faizinə nəzarət edir.
2014-03-27
12,729
Rusiya Krım tatarlarını çətin seçim qarşısında qoydu
Krım tatarlarına rus pasportlarını qəbul etmək tövsiyə olunur. "Axar.az" Krım Tatar Məclisinin rəsmi saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov çıxış edib. O, Krım tatarlarını rus pasportlarını qəbul etməklə bərabər, Ukrayna vətəndaşlığından da imtina etməməyə çağırıb: "Biz insanlara deyirik ki, bu reallıqdır. Biz özümüz bu reallığı seçmirik, onun içində yaşayırıq. Bir müddət sonra Rusiya Federasiyası sizə öz pasportlarını paylayacaq, amma hələ vətəndaşlığından çıxmadığınız Ukrayna sizi hər zaman öz vətəndaşı sayacaq". Qeyd edək ki, tatarlar hələ də Krımın Rusiya tərəfindən işğalını qəbul etmirlər.
2014-03-27
12,730
Avtosalonlar nədən bağlanır? – Axar TV
Bakının ən böyük prospektlərindən biri olan "Babək" prospekti genişləndirilərək əsaslı təmir olunacaq. Bir çox xarici avtomobil markalarının "Babək" prospektində yerləşən rəsmi diler salonları söküləcək və həmin avtosalonlar Badamdardakı maşın bazarına köçürüləcək. Axar TV olaraq məsələni aydınlaşdırmaq üçün avtosalonlara baş çəkdik. Məlum oldu ki, burada məsul olan şəxslərin çoxunun bu məlumatdan xəbərləri belə yoxdur. Daha ətraflı süjetimizdə:
2014-03-27
12,731
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılıb (AzərTAc).
2014-03-27
12,732
Cəbhə xəttində erməni əsgəri məhv edildi
Cəbhə xəttində Ermənistan Ordusunun hərbçisi məhv edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ermənistan mediasına verdiyi məlumata görə, hadisə bu gün saat 13:10 radələrində Qarabağ cəbhəsində baş verib. Cəbhədə baş verən atışmada Ermənistan Ordusunun əsgəri, 1995-ci il təvəllüdlü Araik Babayan Azərbaycan hərbçiləri tərəfindən öldürülüb.
2014-03-27
12,733
Elşad Abdullayevə Moskvada cinayət işi açıldı – Özəl
ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevə qarşı Rusiyada cinayət işi qaldırlıb. Bu barədə "Axar.az"a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, o, fırıldaqçılıqda və vergidən yayınmada ittiham olunur. Mənbənin dediyinə görə, söhbət ABU-nun Moskva filialı ətrafında baş verənlərlə bağlıdır. Abdullayev və bu filialın Malik adlı keçmiş müdiri filiala yüzlərlə tələbə qəbul etdiriblər. Moskva vilayətinin Marfino adlı kiçik kəndində filial yaradan və yüzlərlə tələbəni ora qəbul etdirdikdən sonra Bakıya köçürən Abdullayev ABU bağlanandan sonra təhsili yarımçıq qalmış tələbələri taleyin ümidinə buraxıb. "Bu tələbələrin valideynləri filiala qəbul olunmaları üçün Abdullayevə 3-5 min dollar arası pul da veriblər. Bundan başqa elə tələbə olub ki, illik təhsil haqqını da əvvəlcədən ödəyirmiş. Məhz həmin tələbələrin valideynlərinin şikayəti əsasında Moskva şəhər Prokurorluğunda Abdullayev və Malik adlı filial müdiri barədə cinayət işi qaldırılıb. Onlar Rusiya Federasiyası Cinayət məcəlləsinin 159-cu (dələduzluq) və 198-ci (külli-miqdarda vergidən yayınma) maddələri ilə ittiham olunurlar. Bundan başqa Moskva univeristetlərindən birinin müəllimi, hüquq elmləri namizədi Oqtay adlı birinin də qeyri-qanuni tələbə köçürülməsində iştirakı təsdiqlənib. Hazırda onun barəsində araşdırma gedir". Məlumata görə, Abdullayev və dəstəsi filialın mövcud olduğu illər ərzində bir rubl da olsun vergi ödəməyiblər. Araşdırma davam edir. Abdullayev və dəstəsi barədə ilginc faktları təqdim edəcəyik.
2014-03-27
12,734
Ərdoğanın mitinqində kütləvi dava: ölən var
Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) seçki təbliğat kampaniyası çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın Vanda keçirdiyi mitinqindən sonra kütləvi dava düşüb. Mitinq başa çatandan sonra PKK-nın siyasi qanadı hesab edilən BDP tərəfdarları ilə AKP tərəfdarları arasında dava düşüb. Kütləvi dava nəticəsində 26 yaşlı Kadir İnan adlı bir nəfər naməlum istiqamətdən odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Hadisə yerinə gələn həkimlər yaralını dərhal xəstəxanaya yerləşdiriblər. Polis qüvvələri hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirlərini artırıb və hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bundan başqa kütləvi dava nəticəsində iki nəfər də xəsarət alıb. (ANS)
2014-03-27
12,735
Türkiyədə Yutuba giriş qadağan edildi
Türkiyədə Tvitter sosial şəbəkəsinə qoyulan yasağın ardından bu gün də Yutub video axtarış saytına girişə yasaq qoyulub. Son günlər Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın və dövlət məmurlarınının ard-arda yayımlanan gizli səs və videogörüntülərin ardından girişinə yasaq qoyulan Yutub saytının bağlanması ilə bağlı qərarı Türkiyə Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi verib. ("Musavat.com")
2014-03-27
12,736
Ukrayna Qazaxıstana nota verdi
Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, notada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin martın 25-də Haaqada keçirdiyi brifinqdə Ukrayna ilə bağlı söylədikləri fikirlərlə bağlı narahatlıq ifadə olunub. Qazaxıstanın Ukraynadakı səfirliyin müşaviri Arqin Ospanov Ukrayna XİN-ə çağırılıb. Notanı ona Ukrayna xarici işlər nazirin birinci müavini Natalya Qalibarenko təqdim edib. Notada bildirilir ki, N. Nazarbayevin bəyanatı beynəlxalq hüquq və bir çox dövlətlərin mövqeyi ilə ziddir, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinə zərbə vurur və Ukrayna tərəfindən qəbul edilməzdir. Qeyd edək ki, N. Nazarbayev Haaqada keçirilən brifinqdə bildirib ki, Ukraynanın əsas məqsədi seçkilərin keçirilməsi və vəziyyətin normallaşdırılması, qanuni prezidentin seçilməsi və legitim hökumətim formallaşdırılması olmalıdır. O əlavə edib ki, bunun əsasında da sülh danışıqlarını keçirmək və vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır.
2014-03-27
12,737
Londondan Bakıya baxanda… – I yazı
British Council, Tomsun Fondu və "Paşabank"ın birgə layihəsi olan "Biznes jurnalistikası" layihəsində iştirak etmək üçün Londonda keçirilən təlimlər başa çatıb. Layihəyə seçilənlər sırasında "Axar.az"ın əməkdaşı da olub. Həmkarımız səfər təəssüratlarını oxucularla bölüşüb. Böyük Britaniya və paytaxtı London haqqında ilk təəssüratlarımı orta məktəbdə ingilis dili müəlliməm yaratmışdı. Dili öyrənmək məqsədilə verilən kiçik mətnlərdə Londonun görməli yerləri, maraqlı tarixi hadisələrindən bəhs olunurdu. Müəllimə bu barədə o qədər həvəslə danışırdı ki, hamımız həmin səhnələri canlı görmək arzusu ilə yaşayırdıq. Jurnalistika tarixini öyrənərkən də mənə ən maraqlı olanı ingilis mətbuatı olmuşdu. Ona görə də bir gün həmin yerləri görmək, medianın bu günkü iş rejimini izləmək istəyi məni tərk etmirdi. Təxminən 20 ildən sonra bu arzularım gerçəkləşdi. Uzun və yorucu hava yolu üzü şimala istiqamət aldı. Yol boyu harada qalacağımız, havaya, qidalara necə öyrəşəcəyimiz, kimlərlə və necə görüşəcəyimiz, təlimlərdə daha hansı yenilikləri öyrənəcəyimiz barədə suallar beynimi qarışdırırdı. Nəhayət, Londona Qriniç (Greenwich) kəndinin üzərindən fırlanaraq daxil olan təyyarə yerli vaxtla saat 15:10-da Hitrou (Heathrow) hava limanına endi. Əslində, həmin vaxt Londonda havanın soyuq, yağmurlu olacağını gözləyirdik. Amma Allahdan ilk gün və sonrakı günlər hava sarıdan bəxtimiz gətirdi, günəş öz istisi ilə uzun yolçuluğun yorğunluğunu çıxarmağa imkan verdi. Yad ölkədə doğma insanlar Qərib bir yerdə öz millətinin nümayəndəsi ilə görüşmək isə ayrıca bir sevinc idi. Hava limanında qrupumuzu uzun illər Londonda yaşayan dəyərli ziyalı Məhbubə xanım Seyidova qarşıladı. Nəcibliyi, səmimiliyi, qonaqpərvərliyi ilə seçilən Məhbubə xanım uzaq Londonda belə xalqımızın dəyərlərini qoruyub saxlaya bilib. Çöhrəsindəki nur onu tanıyan və tanımayan hər kəsdə ancaq müsbət hisslər yaradır. Onu da deyim ki, M.Seyidova mərhum professor Yusif Seyidovun qızıdır. Elə Londonda da sevimli peşəsi ilə məşğul olur. Məhbubə xanım İngiltərəyə yeni gələn xarici vətəndaşlara ingilis dilini öyrətmək kimi çətin bir missiyanı üzərinə götürüb. Tıxacsız, təmiz… Hava limanından şəhərə doğru gedərkən yolboyu diqqətimi çəkən məqamlardan biri küçələrin, yolların təmizliyi oldu. İstirahət günü olmasına baxmayaraq yollarda tıxaca rast gəlmədik. Amma şəhərdə böyük qələbəlik var idi. Martın 16-da ingilislər Müqəddəs Patrik gününü qeyd edirdilər. Hər tərəf yaşıl rəngə boyanmışdı. Bu, həmin bayramın rəmzidi. Böyük-kiçik hər kəs küçədə, meydanlarda toplaşaraq bayramı özünəməxsus şəkildə qeyd edirdi. Ümumiyyətlə, İngiltərədə insanlar həftəsonunu ancaq istirahət edirlər. Həmin günlər bütün idarələr, hətta alış-veriş mərkəzləri belə bağlı olur. İnsanlar səyahət edir, parklarda, meydanlarda ailəliklə toplaşaraq əsil həftəsonu həzzini yaşayırlar. Burada yaşayan digər ölkələrin vətəndaşları da artıq bu şəraitə uyğunlaşıb. Jak Şirak gülməli vəziyyətə düşüb London çoxmillətli şəhər olsa da, öz tarixiliyini qoruyub saxlaya bilib. Bayram günü ilk baş çəkdiyimiz məkan da məhz tarixi Trafalqar meydanı oldu. Bura tarixi Trafalqar döyüşünün şərəfinə belə adlandırılır. Yeri gəlmişkən, parlament binasındakı görüş zallarının birində bu döyüşü əks etdirən böyük şəkil çəkilib. Onunla üzbəüz divarda isə Vaterloo döyüşü təsvir edilib. Məlumdur ki, hər iki döyüşdə ingilislər farnsızlara qalib gəlib. Fransanın həmin zalda bir neçə dəfə çıxış edən keçmiş prezidenti Jak Şirak sonradan həmin şəkillərə etirazını bildirərək yığışdırmağı xahiş edib. Temzada axşam gəzintisi Təlimçimiz Den Meyson həm də Londonu tanımaqda bizə əla bələdçilik etdi. Onun tapşırıqlarını yerinə yetirməklə bərabər öz istəklərimizi də gerçəkləşdirməyə fürsət tapdıq. Ən çox görmək istədiyim Temza çayında gəmi gəzintisi idi. Bu təklifimi dəyərləndirən Den həmkarlarımla birgə bizi Temzada gəzintiyə apardı. Yorğun olsaq da, oradakı ürək açan mənzərələr, gecə işıqlarının yaratdığı zövqlü görüntülər istirahət etməyə imkan verdi. Məhşur "London Bric" abidəsini, dünyanın ən körpülərindən sayılan Temza cayı üzərindəki "Breic Tauə" körpüsünü seyr etdik. Ümumiyyətlə, Londonun gecələri çox gözəldi. Həm də küçələrdə maşın az olduğundan insan rahat hərəkət edə və dincələ bilir. Bakıdan fərqli olaraq Londonda avtomobil daha çoxdur. Ancaq mərkəzi küçələrdə gəzərkən siz bunu hiss edə bilməzsiz. Şəhərin dar küçələrində heç vaxt tıxaca rast gəlməzsiz. Siqnal səsindən isə ümumiyyətlə, söhbət gedə bilməz. Buna səbəb artıq çoxdan oturuşmuş şəhər idarəetmə sisteminin qaydalarına hamılıqla riayət edilməsidir. Belə ki, Londonun mərkəzi küçələrində maşınların hərəkəti məhdudlaşdırılıb. Bəzi avtomobillərə və küçələrə isə pullu xidmət tətbiq edilir. Buna görə də şəhərdə tıxaclar çox az hallarda olur. Tərs yollar, sərt qaydalar Britaniyada nəqliyyatın hərəkətində fərqli və mühüm məqamlardan biri avtomobillərin bizim öyrəşdiyimiz istiqamətlərin əksinə hərəkət etməsidir. Belə ki, Londonda maşınların sükanı sağ tərəfdə qoyulub. İngilislər bunu hərəkətin daha təhlükəsiz olması ilə izah edirlər. Və deyəsən istəklərinə də nail olublar. Şəhərə çıxanda ilk aldığımız xəbərdarlıq da məhz nəqliyyatın hərəkət istiqaməti ilə bağlı oldu: "Londonda maşınlar Bakıdakının əksi istiqamətdə hərəkət edir. Ona görə də yollarda diqqətli olun. Yolu keçərkən ilk olaraq sağa baxın". Ümumiyyətlə, Londonda ilk dəfə olan adam yol hərəkəti qaydalarını öyrənməkdə çətinlik çəkə bilməz. Çünki bütün yollarda sürücülər və piyadalar üçün işarələr, keçidlərdə saga və ya sola baxmağın lazım olduğunu göstərən yazılar (look right, look left), avtobuslarda istiqaməti və növbəti dayanacağı elan edən xüsusi səsli monitorlar qoyulub. Nəqliyyatda daha bir maraqlı məqam dayanacaqlarla bağlıdır. Bakıdan 4-5 dəfə böyük olan Londonda avtobus dayanacaqlarına daha tez-tez rast gəlinir. Lakin bu heç də avtobusun hər addımbaşı saxlanılması demək deyil. Hər bir istiqamət üzrə hərəkət edən avtobusun öz dayanacağı var. Həm də onlar dayanacaqdan bir addım belə kənarda saxlamazlar. Dayanacaqlarda qoyulan informasiya monitorları da tam dəqiqliklə çalışır. Hər yerdə eyni kartdan istifadə edirlər Piyadalar da ancaq onlar üçün xüsusi ayrılan yerüstü keçidlərdən istifadə edirlər. Hər şey yerli-yerində olduğundan, insanlar və avtomobillər qaydalara tam əməl etdiyindən çoxmillətli şəhərdə təhlükəsiz hərəkət edə bilirsən. Londonda olduğumuz bir həftə ərzində bir dənə də olsun avtoqəzaya rast gəlmədik. Londonun yeraltı dünyası Londonun nəqliyyat infrastrukturundan danışarkən metrodan bəhs etməmək olmaz. Olduqca uzun və çoxpilləli yeraltı nəqliyyat şəhərin müxtəlif istiqamətlərini bir-biri ilə birləşdirir. Çoxpilləli olduğundan stanssiyaların tavanı xeyli alçaqdır. Lakin vaqonlar çox geniş, təmiz və rahatdır. İstiqamətləri xətlər (line) vasitəsilə müəyyən etmək mümkündür. Hər xəttin də özünəməxsus rəngi var. Metroda ödəniş sistemi də fərqlidir. Qeyd edim ki, Londonda insanların rahatlığını təmin etmək üçün bütün nəqliyyat vasitələrində vahid kartdan (oyster kart) istifadə olunur. Metroda gediş haqqını çıxarkən ödəyirlər. Avtobuslarda isə birinci qapıdan minərək ödəniş edilir, axra qapılardan isə düşürlər. Ancaq gediş haqqı Bakı ilə müqayisədə dəfələrlə bahadır - 1.40 funt sterlinq. Qəzetlər vaqonlarda, avtobuslarda Şəhərin demək olar ki, bütün nəqliyyat vasitələrində qəzetləri görmək olar. Sərnişinlər yolboyu həmin qəzetlərdən özlərinə lazım olan informasiyaları ala bilirlər. (İngiltərənin inkişaf etmiş media qurumlarının təcrübəsi barədə növbəti yazıda ətraflı danışacam.) Məncə, bu ölkənin nəqliyyat sistemindəki müsbət xüsusiyyətləri əxz etməyə dəyər. London küçələrində diqqətçəkən məqamlardan biri tarixi şəxsiyyətlərə və ya hadisələrə həsr olunan abidələrdir. Biz abidələri əsasən, park və xiyabanlarda görməyə öyrəşmişik. İngiltərədə isə öz tarixlərinə fərqli yanaşmanın şahidi oldum. Onlar müharibələrdə həlak olan qəhrəmanlarının heykəllərini nəqliyyatın sıx olduğu küçənin ortasında ayrılmış xüsusi sahədə qoyublar. Bu, hər dəqiqə yoldan keçən insanların həmin şəxsləri və hadisələri yada salması, tanıması məqsədi daşıyır.
2014-03-27
12,738
Yeraltı avtomobil parkı çökdü - Foto
Manisada inşa olunmuş yeraltı avtomobil parkı çöküb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Manisa bələdiyyəsinin təqaüdçülər parkında inşa olunmuş yeraltı avtomobil parkı çöküb. Torpağın altında üç işçinin qaldığı təxmin edilir. Hadisə yerində xilasetmə əməliyyatı aparılır.
2014-03-27
12,739
Ukraynada azərbaycanlılar aksiya keçirdi - Foto
Ukraynada yaşayan azərbaycanlılar BMT-nin bu ölkədəki ofisinin qarşısında aksiya keçirib. Aksiyanın təşkilatçısı Beynəlxalq Azad Azərbaycan Birliyidir. Aksiyanın keçirilməsinə səbəb son günlərdə Rusiyanın Krımda apardığı işğalçılıq siyasətidir. Hazırda Ukraynada mühacirətdə yaşayan Beynəlxalq Azad Azərbaycan Birliyinin sədri Fəhmin Hacıyev həmin aksiya barədə bunları deyib: "Ukraynada və dünyada yaşayan azərbaycanlıların əksəriyyəti kimi, biz də Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Rusiya qoşunlarının Krımı işğal etməsi ilə bağlı artıq bir aksiya keçirmişik. Bu, ikinci aksiyadır. Bizim məqsədimiz Ukrayna xalqını müdafiə etməklə bərabər, Azərbaycanın da Qarabağ problemini hər an gündəmə gətirməkdir. Rusiyanın imperiya qurmaq siyasəti təkcə Krım üçün yox, bütün dünya xalqları üçün təhlükəlidir. Bacardığımız qədər bu işğalçılıq siyasətinə qarşı əlimizdən gələni edəcəyik. Təkcə Krımın deyil, Rusiyanın işğal etmək məqsədi olan bütün xalqların yanındayıq". Qeyd edək ki, aksiyanı keçirən Beynəlxalq Azad Azərbaycan Birliyinin üzvləri Ukraynada yaşayan azərbaycanlılardan ibarətdir. Birlik barədə qurumun sədri Fəhmin Hacıyev musavat.com-a danışıb: "Birliyin məqsədi dünyada yaşayan azərbaycanlılar arasında əlaqələri gücləndirmək, Azərbaycanda demokratik cəmiyyətin qurulmasına kömək etmək və dünyada yaşayan azərbaycanlıların birliyini yaratmaqdır. Bizim təşkilatımız bu istiqamətdə çoxdan fəaliyyət göstərir. Bu gün də rəsmi olaraq, aksiya ilə bağlı dövlət orqanlarına müraciət etmişik". Kiyev Milli Texnologiya Universitetində oxuyan azərbaycanlı tələbə Orxan Eyyubzadə aksiya ilə bağlı musavat.com-a son məlumatları verib: "Aksiyada mənimlə bərabər Ukraynada yaşayan əksər azərbaycanlı tələbələr iştirak edib. Bizim məqsədimiz hər zaman Ukrayna xalqının yanında olduğumuzu nümayiş etdirməkdir". Aldığımız məlumata görə, aksiya iştirakçıları Ukrayna meydanına doğru irəliləyiblər. ("Musavat.com")
2014-03-27
12,740
İsraildən Türkiyəyə böyük jest - Foto
İsrail Qəzzada inşa ediləcək Türkiyə-Fələstin Dostluq Xəstəxanasının tikintisi üçün lazım olan materialların girişinə icazə verib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, İsrail Müdafiə naziri Moşe Yaalon Türkiyənin bu istəyinə müsbət cavab verdiklərini bildirib. Adının açıqlanmasını istəməyən bir səlahiyyətli nümayəndə isə Türkiyənin bu istəyinin müsbət nəticə verməsində İsrail ilə "Mavi Mərmərə" olayı ilə bağlı aparılan danışıqların mühüm rolu olduğunu vurğulayıb. Türkiyənin xəstəxananın inşasına 2011-ci ildə başladığı və bu günə qədər Qəzzaya uzanan tunellər vasitəsi ilə materialların gətirildiyi məlum olub. Qeyd edək ki, İsrail və Misir tərəfindən nəzarət altında olan Qəzzaya inşaat materiallarının girişinə illərdir icazə verilmirdi.
2014-03-27
12,741
BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi
BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır. BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb. (Trend)
2014-03-27
12,742
Kiyevdə iki azərbaycanlı gənc döyüldü
Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı gənc radikal "Pravıy sektor" təşkilatının üzvləri tərəfindən döyülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə hücuma məruz qalanlardan biri - Azərbaycan vətəndaşı Elvin Əliyev məlumat verib. O, Sumqayıt şəhər sakini, Ukraynadakı universitetlərdən birinin yuxarı kurs tələbəsi, 1985-ci il təvəllüdlü Qarayev Şahid Şakir oğlu birlikdə hücuma məruz qaldıqlarını söyləyib. Hadisənin bir həftə əvvəl baş verdiyini deyən E. Əliyev qeyd edib ki, daha çox zərər çəkən Ş. Qarayevin döyüldükdən pasportu və pul kisəsi "Pravıy sektor"un üzvləri tərəfindən alınıb və hələ də bir xəbər yoxdur. O, hadisəni belə nəql edib: "Həmin axşam biz "Bessarabskiy" bazarının yanında bir marketdən çıxırdıq. Qəflətən qolları etiketli, əli dəyənəkli "Pravıy sektor"un adamları ilə rastlaşdıq. Onlar içkili idilər. Bizi görən kimi "kaci, kaci" deyib (onlar digər millətləri belə adlandırırlar) üstümüzə cumdular. Müqavimət göstərən Şahid Qarayevi bərk döydülər və pasportunu aldılar. Biz yerli rayon milisinə müraciət etsək də, bizə bildirdilər ki, onlar "Pravıy sektor"un aktivistləridir və milis onlara müdaxilə edə bilmir. Hətta pasportu da tapıb verə bilmədilər. Şahid Qarayev Azərbaycan səfirliyinin köməkliyi ilə Bakıya qayıdıb və yeni pasport almaq üçün müraciət edib". E. Əliyev Ş. Qarayevin səhhətinin normal olduğunu deyib.
2014-03-27
12,744
Sumqayıtda ədliyyə mayoru qəfildən öldü
Bu gün Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb. Ədliyyə Nazirliyinin mayoru Sofiyev Arif Alı oğlu bu gün axşam saatlarında dünyasını dəyişib. Belə ki, 55 yaşlı A.Sofiyev axşam saat 19:00 radələrində Sumqayıtda yerləşən "Zəngəzur" kafesində yemək yeyərkən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardımın əməkdaşları gəlsə də, A.Sofiyevin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, mərhum Arif Sofiyev infarkt nəticəsində dünyasını dəyişib (ANS).
2014-03-27
12,745
Böyük Hun imperatoru Atillanın qəbri tapıldı - Foto
Aparılan tikinti işləri zamanı böyük Hun imperatoru Atillanın qəbri tapılıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, qəbir Dunay çayının Macarıstanın paytaxtı Budapeşt şəhərindən keçən hissəsində körpü tikintisi zamanı aşkar edilib. Lorand Eötvös Universitetinin professoru, qəbrin tədqiqatı ilə məşğul olan tarixçi alim Albrext Rümşteyn bu tapıntının inanılmaz bir uğur olduğunu qeyd edir. Onun sözlərinə görə, bu vaxta qədər ancaq qədim hunlara aid olan at skeletləri və müxtəlif qablar tapılıb. Amma bu qəbir digərlərindən daha genişdir və qəbirdə qədim hunlarda Mars ilahəsinin Atilla üçün hazırladığı ilə bağlı əfsanələr dolaşan qılınc da tapılıb. "Müqəddəs müharibə qılıncı" adlandırılan bu qılıncın meteordan hazırlandığı iddia edilir. Alimlər hesab edir ki, bu qəbrin tapılması macarların kökü ilə bağlı uzun zamandır davam edən mübahisələrə son qoyacaq. Xatırladaq ki, qədim Roma mənbələrində "Tanrının bəlası" adlandırılan Atilla 434-453-cü illərdə hakimiyyətdə olub.
2014-03-27
12,746
Türkiyə Suriyanı top atəşinə tutdu
Türkiyənin Hatay bölgəsinə Suriyadan top mərmisi atılıb. "Axar.az" xəbər verir ki, yaşayış sahəsindən kənarda yerə düşən top mərmisi elektrik naqillərini qırıb. Hadisə yerinə çox sayda jandarma və polis qüvvələri cəlb edilib. Hatay Valiliyi açıqlamasında Suriyadan atılan top mərmisinə topçu qüvvələrin qarşılıq verdiyni bildirib.
2014-03-27
12,747
Avropa İttifaqından Azərbaycan hesabatı
Sabit resurslar və Azərbaycanın dövlət borcunun aşağı səviyyəsi 2013-cü ildə neftin qiymətlərinin volatilliyi üzrə riskləri əhəmiyyətli dərəcədə yumşaldıb və ölkənin güclü xarici mövqeyini qoruyub. Bu barədə Avropa İttifaqı tərəfindən dərc olunan Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair hesabatda deyilir. Hesabatda qeyd olunur ki, buna baxmayaraq, ölkənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft hesabının kəsiri ÜDM-in 17,4 faizi səviyyəsində qalıb ki, bu da dövlət məqsədilə qeyri-neft məhsullarının idxalı və qaz sektoruna birbaşa xarici investisiyalarla bağlıdır. Sənəddə bildirilir ki, Azərbaycan dövlət xərclərinin böyük hissəsini karbohidrogenlərin satışı hesabına maliyyələşdirməkdə davam edir: "Belə ki, 2013-cü ildə büdcə gəlirlərinin 58,43 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılıb. Bu büdcəni ÜDM-in 0,47 faizi səviyyəsində profisitlə yerinə yetirməyə yardım edib". Hesabatda deyilir ki, ötən ilin dekabr ayında hökumət yanacaq növlərinin prakəndə qiymətlərini 25-33 faiz artırıb: "Eyni zamanda, bir sıra telekommunikasiya xidmətlərinin tarifləri azaldılıb" ("Trend").
2014-03-27
12,748
Pele tarixin ən yaxşı 5 futbolçusunu açıqladı
Braziliyalı əfsanəvi futbolçu Pele futbol tarixinin ən yaxşı 5 futbolçusunun adlarını açıqlayıb. "Axar.az" xəbər verir ki, Pele ona verilən, "Sizcə dünyanın ən yaxşı futbolçusu kimdir?" sualını belə cavablandırıb: "Çox ad çəkə bilərəm. Lakin mənim fikrimcə Yohan Kroyf, Bobbi Mur, Franz Bekkenbauer, Dieqo Maradona və Zinəddin Zidan dünyanın ən yaxşılarıdır". Qeyd edək ki, Pele FİFA futbol komissiyası və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən XX əsrin ən yaxşı futbolçusu elan olunmuşdu.
2014-03-27
12,749
Masallıda zəncirvari qəza: 1 ölü, 3 yaralı
Masallıda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 27-də saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. "VAZ-2107", "VAZ-21011" və "Mitsubishi Pajero" markalı minik avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində "VAZ-21011"-in sürücüsü, Masallının Güllütəpə kənd sakini, 1948-ci il təvəllüdlü İmaməli Feyruz oğlu Qubadov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 1947-ci il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il təvəllüdlü İstəgül Səlimxan qızı Qubadova, həmçinin "VAZ-2107" markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il təvəllüdlü Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda kafi qiymətləndirilir. Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
2014-03-27
12,750
Ukrayna nənələri Rusiyaya müharibə elan etdi - Video
Ukraynada nənələrdən ibarət "Lisapetniy Batalyon" adlı musiqi qrupu xalqı Rusiyaya qarşı müharibəyə səsləyən klip hazırlayıb. "Axar.az" xəbər verir ki, "İrəli qadınlar, irəli" adlı klip Yutub portalında ən çox izlənilən videolar sırasına daxil olub. Klipdə bir nənənin kənddəki qadınları müharibəyə səsləməsindən, işləri kişilərə tapşırıb vətənin müdafiəsinə qalxmasından bəhs olunur.
2014-03-27
12,751
Masonluğun ən böyük nişanəsi – Video
ABŞ dolları İlluminati və masonluqla sıx bağlıdır. "Axar.az"ın təqdim edəcəyi yeni süjetdə dolların bütün sirləri yer alıb. Videoda dollardan öncə İlluminati ilə ABŞ arasında əlaqələr xatırlanır. Dünya hakimiyyətinə can atan təriqət 1776-cı il mayın 1-i fəaliyyətə başladığını elan edir. Maraqlı cəhət orasındadır ki, bu yaradılışdan bir ay sonra ABŞ-ın müstəqilliyi bəyan olunur. Ən qəribə məqam isə İlluminatiyə aid bütün əlamətlərin hər birinin ABŞ-ın yaradılışında özünü biruzə verməsidir. ABŞ-ın 13 koloniyadan ibarət olması, dollar üzərində görünən işarələr bu əlaqələrin nə qədər sıx olduğunu sübut edir. Bir dollar üzərində latın dili ilə yazılmış ifadələrdən biri "yeni dünya düzəni" mənasını ifadə edir. Lakin sirlər təkcə bir dollarla bitmir. 100 dollardan başqa digər pul vahidlərini müxtəlif hissələrə qatlayıb nəzər versək 11 sentyabrda partladılmış Dünya Ticarət Mərkəzi və Pentaqonun binalarını müşahidə etmiş olarıq. Dolların bütün sirlərini faş edən videonu təqdim edirik.
2014-03-27
12,752
Bu da Norveçin Novruzu - Video
Norveçin Alesund qəsəbəsində yazın gəlişi maraqlı şəkildə qeyd olunur. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, norveçlilər üçün yaz mövsümünün ayrı bir əhəmiyyəti var. Norveçin şimalında olan bəzi bölgələrdə yazın gəlişi və günəş özünü göstərmir. Ancaq Alesund qəsəbəsinin sakinləri yazın gəlişini qeyd etmək üçün bir yerə toplaşıb maraqlı bir törən təşkil edirlər. Həmin videonu təqdim edirik.
2014-03-27
12,753
İranın alkoqolizm təhlükəsi
İranda qadağa və cərimələrə baxmayaraq, spirtli içki istehlakı getdikcə artmaqdadır. "Axar.az" xəbər verir ki, ölkədə ictimaiyyətə açıq gecə klubları olmadığı üçün təşkil olunan kef məclislərində ev şəraitində və xaricdən gizli yollarla gətirilən içkilərdən istifadə olunur. Şəhriyar adlı gənc qız içərkən problemlərini unutduqlarını söyləyir: "Yoxsa İranda gənclərə tətbiq olunan qadağalar səbəbindən ağlımızı itirərdik". Ancaq bu kef məclislərində istifadə olunan spirtli içkilərin də mənfi nəticələri ortaya çıxmağa başlayıb. İran mətbuatının yazdığına görə, hazırda ölkədə 200 mindən çox spirtli içki aludəçisi var. Hələ ötən il bu cür insanlar üçün Tehranda müalicə mərkəzi də açılıb.
2014-03-27
12,754
Türkiyədə Feysbuk da qadağan edilir - Son dəqiqə
Türkiyədə Feysbukda qadağan olunur. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat Türkiyə Telekomunikasiya və Rabitə İdarəsinə artıq məsələ ilə bağlı müraciətlər edildiyini bildirib. İdarədə Feysbukla bağlı məsələnin müzakirə olunduğu qeyd edilib. Qeyd edək ki, bu gün Suriya ilə bağlı dövlət sirri hesab olunacaq səs yazısının Yutuba yüklənməsindən sonra sayta ölkə ərazisində qadağa qoyulmuşdu.
2014-03-27
12,755
PKK terrorçuları təslim oldular
Türkiyənin Şırnak bölgəsində 4 PKK üzvü təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. "Axar.az" xəbər verir ki, saxlanılanlardan biri terror təşkilatının aşbazıdır. Şırnakda qaçaqçılarla birlikdə sərhədi keçənlər müqavimət göstərmədən təslim olublar. İşi məhkəməyə göndərilən terrorçulardan biri, aşbaz olan məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
2014-03-28
12,756
"Sağ sektor"la razılaşma əldə olundu - Yeniləndi (4)
27.03.2014 - 23:55 Ukraynada "Sağ sektor" hərəkatının fəalları Ali Radanın binasına hücuma keçib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ali Rada binasının qarşısında 2000-dən çox "Sağ sektor"un təmsilçisi toplaşıb. Məlumata görə, üzü maskalı və dəyənəklərlə silahlanmış insanlar daxili işlər naziri Arsen Avakovun istefasını tələb edir. Onlar həmçinin sabiq müdafiə naziri İqor Tenyuxun hərbi tribunala cəlb olunmasını tələb edirlər. Fəalların artıq parlamentin şüşələrini qırdığı bildirilir. Nəşrin məlumatına görə, etirazçılar yandırmaq üçün özləri ilə avtomobil şinləri gətirib. Deputatlar və parlament aparatının əməkdaşları artıq binanı tərk ediblər. Binada yalnız mühafizəçilərin olduğu bildirilir. Qeyd edək ki, bundan əvvəl Maydanda bir neçə gün əvvəl öldürülən "Sağ sektor"un fəalı Aleksandr Muzıçkonun (Saşko Bilıy) xatirəsinə həsr olunmuş "xalq yığıncağı" keçirilib. 00:19 Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko Ali Radanın binasına hücum edən "Pravıy sektor" təşkilatının üzvləri ilə danışıqlar aparır. O, təşkilat fəallarını binaya hücum etməmək üçün yola gətirməyə çalışır. "Bu Ukraynadakı vəziyyəti qeyri-stabilliyə aparır. Parlamenntin binası boşdur. Deputatlar gediblər", - Kliçko deyib. Qeyd edək ki, "Pravıy sektor"un üzvləri daxili işlər naziri Arsen Avakrvun istefasını tələb edirlər. Onların fikrincə, nazir bu ilin yanvar və fevralında Maydanda insanların ölümünü düzgün araşdırmır. "Pravıy sektor" Arsen Avakovu təşkilatın fəallarından olan Saşa Bilıyın qətlinə sifariş verməkdə də günahlandırır. ("Musavat.com") 00:46 Bu dəqiqələrdə "Sağ sektor"la aparılan danışıqlardan sonra hərəkat üzvləri aksiyanı sabaha qədər təxirə saldıqlarını elan ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Ali Radanın üzvü Oleq Lyaşko məlumat verib. Onun sözlərinə görə, gərgin danışıqlardan sonra Daxili İşlər naziri Arseni Avakovun istefasını Radanın sabahkı iclasının gündəliyinə salınması razılaşdırılıb. Avakovun istefa məsələsinin təşəbbüskarı isə Lyaşkonun özüdür. 01:12 "Sağ sektor"la əldə olunan razılaşma əsasında istefası Ali Radaya çıxarılacaq Daxili İşlər naziri Arseni Avakov açıqlama verib. "Axar.az" xəbər verir ki, "Çenzor.net" agentliyinə açıqlamasında Avakov bildirib ki, Saşko Biliyin ölümü ilə bağlı həm "Sağ sektor"un lideri Dmitri Yaroşun özü, həm də vəkilləri ilə danışıqlar aparmağa və məsələni şəffaf şəkildə həll etməyə hazırdır.
2014-03-28
12,757
Hindistanda Ginnesin kitabına düşən ailə - Foto
Hindistanda yaşayan bu ailə maraqlı xüsusiyyəti ilə hər kəsdən fərqlənir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Hindistanda yaşayan bu ailə yeddi nəfərdən ibarətdir. Onların yeddisi də albinos xəstəsi olmaqla diqqəti cəlb edirlər. Ailə üzvlərinin Ginnesin Rekordlar Kitabına düşməklərinin səbəbi isə bu xəstəliyin on yeddi min nəfərdən birində rast gəlinməsidir. Qeyd edək ki, hamısının albinos xəstəsi olduğu bu xüsusi ailə birotaqlı evdə birlikdə yaşayır.
2014-03-28
12,758
Ukraynanı dəstəkləyən rus rokçu cəzalandırılır
Ardıcıl olaraq Ukraynanı dəstəklədiyinə görə Rusiyanın internet fəalları tanınmış rusiyalı rok musiqiçi Andrey Makareviçin dövlət mükafatlarından, o cümlədən "Vətənə xidmətə görə medal"dan məhrum edilməsi üçün petisiyaya start veriblər. "Axar.az"ın məlumatına görə, petisya "change.org" saytında toplanılır. Sosial şəbəkə istifadəçiləri Makareviçi "faşizmə dəstək verdiyinə" görə qınayırlar və hesab edirlər ki, rok musiqiçi həmin mükafatlara layiq deyil. Xatırladaq ki, onlar həmçinin musiqiçini Moskvanın mərkəzi küçələrinin birində keçirilən aksiya zamanı – "Bender gələcək, qaydalar yaradacaq" şüarı deməsi iddiası ilə tənqid ediblər. Diqqətə çatdıraq ki, petisiyalar Dövlət Dumasına, Prezident Vladimir Putinə, Baş nazir Medvedyevə, Vladimir Jiriovski və digər şəxlərə ünvanlanıb.
2014-03-28
12,759
Ukrayna Rusiya ilə sərhədə əlavə qüvvələr yığır – Video
Ukraynanın sərhəd xidməti Rusiya ilə sərhədə əlavə qüvvələr cəlb ediblər. "Axar.az"ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti rəhbərinin köməkçisi Sergey Astaxov açıqlama verib. Onun sözlərinə görə, hazırda hadisə yerində texnika işləyir, sərhədçilər növbələşərək sərhədləri mümkün təhlükələrdən qoruyurlar. Xatırladaq ki, Krımın anneksiyasından sonra Rusiya dünəndən etidbarən Ukraynaın şərq sərhədləri boyunca ağır texnika və canlı qüvvə cəmləşdirməkdədir.
2014-03-28
12,760
Ermənilər Əlibəylini gülləbaran etdi: yaralı var/Yeniləndi
00:54 Erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır. 09:17 Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb. Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin APA-ya bildirib ki, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o, evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də yaralandığı haqqında xəbər yayılsa da, Müdafiə Nazirliyi xəbəri təkzib edib.
2014-03-28
12,761
Krımda 3 erməni arzuolunmaz şəxs elan edildi
Krım Radasının Dövlət Şurasının saytında yarımadada arzuolunmaz şəxslərin siyahısını dərc edilib. Siyahıda 320 ukraynalı siyasətçinin adı var. Persona non qrata siyahısına yeni parlament koalisiyasının (Batkivşina, UDAR və Azadlıq fraksiyalarının) üzvləri və başqaları daxil edilib. Prezident vəzifəsini icra edən Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk, baş nazirin müavini Vitali Yarema və başqalarının adları da siyahıda yer alıb. Onların sırasında üç nəfər erməninin də adı var. Bunlar daxili işlər naziri Arseni Avakov, deputatlar Vilen Şatvoryan və Nver Mxitaryandır. (ANS)
2014-03-28
12,762
Uşaqlar yerdən çörək qırıntıları yığıb yeyir – Video
Suriyada hökumətin vətəndaşlara zülmü davam etməkdədir. İnsanları aclıqla üz-üzə qoyan rejim heç bir silah istifadə etmədən insanları öldürür. Təkcə Xümsdə aclıq və xəstəlik üzündən 140 adam ölüb, ölənlərin çoxu isə uşaqdır. "Axar.az" məlumat verir ki, sosial şəbəkədə yayımlanan bir video Suriyada aclıq və fəlakətin vəziyyətini bir daha nümayiş etdirir. Suriyanın paytaxtı Şam küçələrində yemək tapa bilmədikləri üçün yerdə olan çörək qırıntıları yığıb yeyən uşaqların halı adamın içini parçalayır. Küçələrdə çətin vəziyyətdə yaşadıqlarını deyən uşaqların 10 yaşı var. Amma işin maraqlı tərəfi küçələrdə yaşamalarına, bir tikə çörəyə möhtac olmalarına baxmayaraq, onlardan çətinlik çəkib-çəkmədiklərini soruşanda Allahın onlarla birlikdə olduğunu və hər vəziyyətdə səbir edəcəklərini, Allahın onları sahibsiz buraxmayacağını deyirlər.
2014-03-28
12,763
Duz insanı qocaldır
Yetkinlik çağında çox duzlu, xüsusilə də tez-bazar yeməklər yaşlanmanı sürətləndirir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Ridkents Universitetində aparılan araşdırmanın nəticəsinə görə duzdan az istifadə etmək yaşlanma müddətini ləngidir. Həddindən artıq duzdan istifadə edənlərdə yalnız yaşlanma deyil, ürək xəstəliyinin və iflic riskinin artırdığı müəyyən olunub. Araşdırmanı aparan qrupun rəhbəri doktor Haidonq Zu "Çox sağlam ancaq həddindən artıq duz istifadə edən gənclərdə yaşlanma hüceyrələrini araşdırdıq. Ayrıca piylənmə bədəndə yüksək infeksiyaya səbəb olur və bu da yaşlanma hüceyrəsinin artmasına səbəb olur", - deyib.
2014-03-28
12,764
Məşhur oliqarx Berezovski intihar edib? – Rəsmi
Ölümündən bir il sonra Böyük Britaniyanın ekspertiza qrupu tanınmış rusiyalı oliqarx Boris Berezovskinin ölümünün rəsmi versiyasını açıqlayıb. "Axar.az" məlumat verir ki, rəsmi versiyada Berezovskinin intihar etdiyi bildirilib. Bu barədə Vindzorun (Britaniya) Koroner məhkəməsində dinləmələr zamanı patoloqanat Saymon Pull açıqlama verib. O, meyitin yarılması nəticəsində gəlinən qənaətə istinad edərək deyib ki, əldə olunan məlumatlar mərhumun özünü öldürməsi versiyasını irəli sürməyə əsas verir. Müstəqil məhkəmə ekspertizası Rober Boun isə bu versiyanı bir qədər də qətiləşdirərək, Berezovskinin evindəki şkafında özünü asdığını açıqlayıb. Xatırladaq ki, Boris Berozovski ötən il martın 23-də 68 yaşında dünyasını dəyişib. Biznesmenin cansız bədənini London yaxınlığındakı Askot qəsəbəsində onun mühafizəçiləri aşkar etmişdı.
2014-03-28
12,765
Madonanın müsəlman oğlanla yeni eşq hekayəsi
Məşhur pop ulduzu Madonna yenə də kamera qarşısına keçəcək. "Axar.az" xəbər verir ki, Madonna indi də amerikalı bir tələbə qızın müsəlman oğlana olan sevgisindən bəhs edən "Ade: Bir eşq hekayəsi" adlı filmin ekranlaşdırılması üçün rejissorluq edəcək. Film amerikalı yazar Rebeka Valkerin romanı əsasında çəkiləcək. Xatırladaq ki, Madonna indiyə qədər iki film çəkib.
2014-03-28
12,766
Füzuli meydanında bayılan gəncin dramı - Reportaj
"Atamgil məni evdə ac qoyub rayona toya getdilər. Yeməyə heç nə yoxdur, onlar da birisi gün gələcək". Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı parkda huşunu itirib yerə yıxılan Rəşad Bəxtiyev ayılanda ilk dediyi sözlər bu oldu. Çiynimə kiminsə toxunduğunu hiss edib geri dönəndə başının ayağımın üstünə düşdüyünü hiss elədim. Birtəhər oturacağa aparıb orda uzatdıq. Özümü itirmədim, ağzını araladım, dilinin qatlanmadığına əmin oldum. Dostum 103-ə - təcili tibbi yardıma zəng etdi. İlk ağlıma gələn onun aclıqdan huşunun itirməsi ehtimalı oldu. Məsləhət verən çox, kömək edən yox Bu an hamam kisəsi satan qadın yaxınlaşdı. Gözlənildiyi kimi sorğu-suala çəkməyə, əmrlər verməyə başladı: ""Skoru"ya zən vurdunuz? Bu başı batmışlar da adam öləndən sonra gəlir. A bala, cavan oğlansan, əlini niyə o günə qoyubsan?" Bu qadın əsəblərimizlə təzəcə oynayırdı ki, polis əməkdaşı yaxınlaşdı. Hiss elədim ki, əraziyə nəzarət edir. Heç təbirini pozmadan, əllərini arxada bir-birinin üstünə qoyub sakit tonda olaya uyğun sualları verməyə başladı. Üzünü qəhrəmanımıza tutub: "Nolub ə, burda? Niyə uzanmısan ora?" – soruşdu. Rəşadın danışmağa heyi olmadığı üçün onun əvəzindən sualları özüm cavablandırdım: "Huşun itirib yıxılmışdı yerə, gətirdik uzatdıq bura". - Kim görüb ilk dəfə? - Biz (yanımdakı 2 yoldaşımı da göstərdim). - Həkim çağırmağa ehtiyac var? - Artıq çağırmışıq. - Kiminsə var? Eviniz hardadi? Polisin bu sualından sonra özünə gələn xəstə səsi əsə-əsə nəsə deməyə çalışdı: "Atamgil rayona toya gedib. Evdə yeməyə heç nəyim yoxdur. Evimiz də Buzovnadadır. Günorta yemişəm. Sabaha yeməyə heç nəyim yoxdur. Pulum da yoxdur. Onlar da birisi gün gələcək". - Yaxşı. Otur burda, indi həkim gələcək. – Polis bunu deyəndən sonra sola dönüb əli belində keçidə düşdü. Al bunu, get bir şey al, ye! Təcili tibbi yardımı gözlədiyimiz vaxt orta yaşlı, ağ saçlı bir kişi yaxınlaşıb Rəşada 1 manat pul verdi. Pulu verən kimi də cəld geri qayıtdı və köşkün arxasında gözdən itdi. Əsəbi şəkildə hərəkətlər edən həmin şəxs elə əsəbi şəkildə də öz fikirlərini ifadə etdi: "Al bunu, get bir şey al, ye! Oturma burda, dur, dur get bir şey ye!" Həmişə narazı həkimlər Satıcı qadın yeri gəldi-gəlmədi müxtəlif mövzularda danışırdı. Heç onu dinləyən də olmurdu. Bu boş-boşuna danışıqlar sona qədər davam etdi. Təcili tibbi yardımın yaxınlaşdığını gördüm və xəstənin yanımızda olduğuna işarə etdim. Maşından 2 həkim düşdü. Onlardan biri 30-40, digəri 50-60 yaşlarında olardı. Görüşdən də hiss olunur ki, yaşlı qadın əsəbidir və bu çağırış heç də ürəyincə deyil. Elə danışıqda da bunu hiss etmək olardı. - A bala, sənə nə olub, haran ağrıyır? - Ürəyimdə sıxıldı. Yıxıldım. - Hmm. Yaxşı, aparın maşına, baxaq. Artıq ilkin diaqnoz da qoyuldu: "Epileptik tutmalar". Maşında qısa müayinədən sonra xəstəyə "valeryan" verildi. Həkim əsəblərində problem olan bu ürək xəstəsinin aclıqdan huşunu itirdiyini dedi. Söz verib, əgər vicdanı varsa... Xəstənin müayinəsi zamanı şəkil çəkmək istəyim həkimi qıcıqlandırdı. Təbii ki, icazə vermədi: "Get həkimləri çək. Rüşvət alanları çək. Bizi yox". TTY-nin həkiminə "niyə təcili tibbi yardım maşını hadisə yerinə gec gəlir?" sualına isə cavab gecikmədi. - Çünki həkim azdı. - Bəs niyə yeni işçilər götürülmür? - Həkimə pul verən var ki, yeniləri də gəlsin? - Söhbətin şirin yerində kisə satan qadın şər atmağa başladı: "Bax a, bu səsini yazır. Allah haqqı telefonu cibində tutub yazır". Satıcının bu sözlərinə inanan həkim daha danışmayacağını bildirdi. Vəziyyətin heç də yaxşı olmadığını anladım və telefonu cibimdən çıxarıb onlara göstərdim. Problem həll edildi. Həkimlərin inamı bərpa olundu. Bu an kisəsatan yenə şər kampaniyasını davam etdirdi və həkimin son sözündən sonra susmağa üstünlük verdi. - O, söz verib səsimizi yazmayacaq, əgər vicdanı varsa bunu etməyəcək. - Bunu son anda adını boynundan asılmış həkim vəsiqəsindən oxumağı bacardığım Elmira xanım dedi. Düzü, vəsiqənin bir hissəsi həkim xələtinin altında gizləndiyi üçün soyadını görə bilmədim. İşini qurtaran həkimlər sürücüyə səsləndi: - Sür qutabxanaya, ordan buna bir şey alaq, yesin. Ac qalıb, belə olub. Elmira həkim maşının qapısını örtəndə sakitcə: "Elmira xanım, çox sağ olun!" - dedim. Bu sözdən sonra həkim sinəsindən asılan vəsiqəyə baxdı, gülə-gülə başını yellədi. 15 manat... sənə 13-ə verərəm Təcili tibbi yardım maşını getdikdən sonra keçidə düşdüm. Bir neçə dəqiqə mağazaları gəzdikdən sonra geri qayıdırdım ki, Rəşad Bəxtiyevlə qarşılaşdıq. 2-3 dəqiqəlik söhbət əsnasında anladım ki, yeməkdən sonra vəziyyəti xeyli yaxşılaşıb. Yerişi və danışığı normallaşmışdı. Sağollaşdıq və keçidlə getməyə başladı. Əslində yolumuz eyni idi. Rəşada yaxınlaşmışdım ki, onun uşaq oyuncaqları satılan dükana girdiyini gördüm. Qapının ağzında durub müşahidə etməyə başladım. Əlini oyuncaq BMV-yə uzadıb, satıcıdan qiymətini soruşdu. - 15 manat... sənə 13-ə verərəm. Cavabdan sonra dərhal geri dönən qəhrəmanımla dükanın qapısı ağzında üz-üzə gəldik. - Almaq istəyirsən? Gəl, mən alım! - Yox, lazım deyil. Eləcə baxırdım! – dedi və getdi. Bir neçə saniyədən sonra sola buruldu və keçiddən çıxdı. Arxasınca getdim. Amma tapa bilmədim. Sanki heç belə bir adam olmayıb.
2014-03-28
12,767
Qadın hara, meyxana hara? - Sorğu
Meyxana həmişə diqqətdə olub. Bədahətən deyilən söz, mətndəki sarkazım, çeviklik dinləyici tərəfindən maraqla qarşılanıb. Vaxtı ilə qadağalarla müşahidə olunan şifahi ağız ədəbiyyatının bu janrına diqqət getdikcə artır. Hətta artıq qadın meyxanaçılar da ekranlarda görünür, kişilərlə çiyin-çiyinə meyxana deyir, deyişirlər. Görəsən qadınların meyxana söyləməsi cəmiyyətdə necə qarşılanır? "Axar.az" olaraq bu mövzuda tanınmışlara müraciət etdik. Qadın hara meyxana hara? Telejurnalist Rəşad Kəsəmənlinin sorğuya cavabı kəskin oldu: "Bir şeyin ki adı meylə başlayır, qadının orda nə işi? Elə bircə qadının çırtma çalıb, meyxana deməyi çatmırdı. Meyxana qadına yaraşmır". Qadın İncəsənətin təmsilçisi ola bilər Müğənni Qismət Məmmədzadə də sorğumuzu cavablandırarkən meyxananı sevmədiyini, bu janrın qadınlara, onların incəliyinə yaraşmadığını qeyd etdi: "Qadınlar zərif sənətin, incə sənətin təmsilçisi ola bilər, daha meyxana demək onlarlıq deyil". Namiqi ilk dəfə AzTV-yə mən çıxartdım Şair Vüqar Əhməd vaxtilə bir sıra meyxanaçılar ilə dost olduğunu, onlara çox köməklik etdiyini dedi: "Rəhmətlik Nizami Rəmzi, Kəbir Azəri ilə dostluq münasibətlərimiz olub. İndiki meyxanaçılardan Namiq Qaraçuxurlunu, Vüqar Əbdülovu, Namiq Mənanı ilk dəfə Az.TV-yə mən çıxartmışam". Qadın zərif məxluqdur... Vüqar Əhməd həmçinin əvvəllər meyxana dinlədiyini, artıq 10 il olar ki, bu janra marağının söndüyünü qeyd etdi. O, qadınların ifasında meyxananı dinləyə bilmədiyini də bildirdi. Şair bunun səbəbini onların zərif məxluq olmaları və qadınların deyişmə zamanı pərt olmalarını görmək istəmədiyi dedi: "Qadın meyxana deyəndə qulaq asa bilmirəm. Qadın zərif məxluqdur, onun ekstaz vəziyyətə düşməyinin şahidi olmaq istəmirəm". Meyxanaçı Mehman Əhmədlinin fikrincə də, meyxana kişi sənətidir. İndi belə dəbdir Müğənni Arzu Rzayev onun fikrinin heç nəyi dəyişmədiyini bildirdi: "Qadınlar hərtərəfli inkişaf edir, açılır və bununla barışmaq lazımdır. Həm də indi belə dəbdir də..."
2014-03-28
12,768
Xərçəng xəstəliyi epidemiya kimi yayılır
Adı hələ Şumer kitabələrində keçən, elmin və səhiyyənin inkişaf etdiyi bir dönəmdə hələ də ölümcül xəstəlik kimi qalan xərçəng az qala epidemiya şəklində yayılır. "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, keçən il 7 milyon insanın ölümünə səbəb olan bu xəstəlik belə sürətlə inkişaf edərsə, hətta ürək xəstəliklərini də ötüb keçəcək. Ekspertlərin fikrinə görə, belə gedərsə, dünyada hər üç qadın və hər iki kişidən biri məhz xərçəng xəstəliyinə yaxalanacaq. Qeyd edək ki, son dövrlər artıq uşaqlar arasında da geniş yayılan xərçəngin müalicəsi ancaq bu xəstəlik tez aşkar olunduqda mümkündür.
2014-03-28
12,769
Xaçmazda kafe yandı
Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli kafenin mətbəxində lambirdən ibarət tavanın 9 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
2014-03-28
12,770
Partiya başqanından şok iddia
Türkiyədə CHP başqanı Kamal Kılıçdaroğlu iştirak etdiyi "Fərqli fikir" televiziya proqramında CHP-nin keçmiş başqanı Dəniz Baykalın video görüntülərinin Baş nazir Rəcəb Tayyib Ərrdoğanın təlimatıyla yayıldığını iddiasına dair səs yazısıyla bağlı şok açıqlamalar verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu Baş nazir Ərdoğanın kasetləri izləyərkən videoya çəkildiyini və o videonu izlədiyini iddia edib. Baş nazir Ərdoğanın videoya çəkildiyindən xəbəri olmadığını irəli sürən Kılıçdaroğlu bunları deyib: "Bir çox böhtanlar atılıb. CHP-ə atılıb. Eynəyi taxıb o kasetləri izlədiyini görmüşəm. Bir deyil çoxlu kaseti izlədiyini görmüş'm. Harada gördüyümü deyə bilmərəm. Videosu var. Dizüstü (notebook) kompüterdən Ərdoğana izlətdirdilər və söhbət etdilər. İzlədənlər eyni zamanda onu da videoya çəkirdilər. Elə həmin kompüterin üstündəki kamerayla Ərdoğanı da çəkirdilər. Ümid edirəm, yaxın vaxtlarda bu görüntülər internetə düşər və Ərdoğanın necə bir adam olduğunu bu millət görər. Mən bu qədər alçaqlıqla yalan danışan adam görməmişəm. Hörmətli Baykal da bu vəziyyəti bilir və buna görə Ərdoğanı məhkəməyə verir".
2014-03-28
12,771
Rusiyanın işğalına MDB-dən kim səs verdi? - Siyahı
BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. 100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb. Qətnamənin əleyhnə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər. Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır. Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb. Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər. Beynəlxalq Valyuta Fondu isə bundan əvvəl Ukraynaya 2 il ərzində 14-18 milyard dollarlıq kredit ayrımaq qərarına gəlib. Ümumilikdə isə beynəlxalq aləm Ukraynaya 27 milyard dollarlıq kredit vəd edir. Beynəlxalq Valyuta Fondunun icra komitəsi bu barədə apreldə yekun qərar verməlidir ("azadliq.org").
2014-03-28
12,772
Norveç "Şahdəniz"dəki payını ARDNŞ-yə satdı
Norveçin "Statoil" şirkətinin "Şahdəniz" layhəsi və Cənubi Qafqaz qaz kəmərində 10 faizlik iştirak payının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın BP şirkəti tərəfindən alınması üzrə sövdələşmə yaxın vaxtlarda başa çatacaq. "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, bu barədə "Nefte Compass" BP-nin "Şahdəniz"in işlənməsi üzrə vitse-prezidenti Al Kuka istinadən xəbər verir. A.Kuk ümid etdiyini bildirib ki, hər iki sövdələşmə yaxın bir neçə həftə ərzində yekunlaşacaq. Bəzi KİV-lərin "Total" şirkətinin (Fransa) "Şahdəniz" layihəsində iştirak payını qismən və ya tam satması və "Botaş" şirkətinin (Türkiyə) bu aktivləri əldə etmək istəyi barədə yaydığı xəbərlərə münasibət bildirən A.Kuk qeyd edib ki, BP "Total"ın layihədə iştirak payı barədə Fransa şirkəti ilə danışıqlar aparmır. Qeyd edək ki, "Statoil"dan daha əvvəl verilən məlumata əsasən, Azərbaycanda şirkətin aktivlərinin alqı-satqısı üzrə sövdələşmə 1,45 milyard dollar təşkil edir. "Statoil"un Azərbaycanda aktivlərinin bir qismini satması nəticəsində ARDNŞ və BP "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz qaz kəmərində müvafiq olaraq 6,7 faiz və 3,3 faiz pay əldə ediblər. Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).
2014-03-28
12,773
Qənirə Paşayeva: “Narahat bir gecə yaşadıq”
"Ermənistan silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyevin evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq". "Axar.az" xəbər verir ki, bu sözləri Tovuz rayonundan millət vəkili Qənirə Paşayeva dünən gecədən cəbhə xəttəində ermənilərin atəşkəsi pozması nəticəsində başlayan atışmaya münasibət bildirərkən "Publika.az"a deyib. Millət vəkilinin sözlərinə görə, ötən gecə demək olar ki, yata bilməyiblər: "Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq, xüsusən axşam saatlarında... Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar Tağıyevin evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək Etibarın ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibarın vəziyyəti çox şükür indi normaldır. Həkimlər tərəfindən bütün yardımlar olunub və onun ayağı itirilmə təhlükəsi riski daşımır. İnşallah bir neçə günə tamam yaxşılaşar. Bir az öncə Etibarın vəziyyəti ilə bağlı təkrar rayon xəstəxanasının baş həkimi Paşa həkimlə danışdım və Paşa həkim Etibarın ayağının yaxın zamanlarda tam sağalacağını dedi". Q.Paşayeva qeyd edib ki, yaralanan şəxsin övladlarının yaşadığı gərginlik onu hər şeydən çox üzür. "Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki, çox ağır hadisədir və çox şükür ki, onlar ciddi bir xəsarətlər almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi. Evləri, sivil insanları, qadınları, uşaqları gülləbaran etmək, hədəfə alaraq qətlə yetirmək arzusu. Bu xəstə təfəkkürdən və ruh halından xilas olmaq istəmədiklərini bir daha göstərdirlər. ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi... Çox təəssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan açıqlamalar gözləyirlər. Onların ədalət və obyektivliklərinə artıq inanmasalar da..."-deyə millət vəkili bildirib. Q.Paşayeva cəbhədəki hərbiçilərimizə də təşəkkür edib: "Tovuzda ön cəbhəni qoruyan hərbiçilərimiz düşmənə layiqli cavabı hər zaman olduğu kimi verib və sivil insanlarımızı, evlərimizi daha geniş hədəfə almalarından qoruyub. Allah hər zaman onları qorusun! Bir az əvvəl hərbi hissənin rəhbəri ilə danışdım. Bütün gecə yatmadan Ermənistan silahlı qüvvələrinin kənd sakinlərinə zərər vura bilməməsi üçün çalışıblar. Allah Tovuz da daxil olmaqla ön cəbhəmizi qoruyan bütün hərbiçi və əsgərlərimizi qorusun! Gücləri daha da çox olsun!".
2014-03-28
12,774
Əsgərimizin yaralanmasına kim səbəb olub? – Təfərrüat
Dünən gecə saatlarında erməni hərbçilərinin Azərbaycan əsgərini yaralamasının səbəbi bəlli olub. Tovuz rayon sakinlərindən birinin "Axar.az"a verdiyi məlumata görə, atəşkəs pozulan vaxt kənd sakinlərindən biri BMV markalı maşını ilə kəndə qayıdırmış və o, atışmaya əhəmiyyət vermədən yoluna davam edib. Bu zaman ermənilər avtomobili güllə atəşinə tutublar, avtomobilin işığında görünən əsgərimizi isə yaralayıblar. Dərhal hadisə yerindən kənd sakini və yaralı əsgər çıxarılıb. Hazırda ayağından yaralanmış əsgər Tovuz Rayon Mərkəzi Xəstəxanasında olduğu da bildirilir. Xatırladaq ki, Müdafiə Nazirliyi mətbuat xidməti əsgərimizin yaralandığı ilə bağlı xəbərləri təsdiqləməyib.
2014-03-28
12,775
Konqresmen Azərbaycan üzrə işçi qrupuna qoşuldu
ABŞ Konqresdəki Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı artıb. Son olaraq adıçəkilən qrupa martın 27-də ABŞ Konqresinin üzvü Cef Miller (Jeff Miller) qoşulub. Bununla Azərbaycan üzrə işçi qrupundakı konqresmenlərin sayı 63-ə çatıb. Respublikaçılar Partiyasından olan Cef Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir. Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Konqresdəki Azərbaycan üzrə işçi qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır (ANS).
2014-03-28
12,776
Bremmer: ABŞ Rusiyanı təcrid etmək iqtidarında deyil
Avrasiya qrupunun (Eurasia Group) prezidenti İyen Bremmer "Nyu York Tayms" qəzetindəki məqaləsində Ukraynada yaranmış böhrana kəskin reaksiya verilməsi çağırışları ilə razı olmadığını, ABŞ və başqa ölkələri Rusiyanın regionda başlıca maraqlarını tanımağa çağırıb. ​ ABŞ-ın Rusiyada fəaliyət göstərən şirkətlərə məsləhət verən qrupun rəhbəri Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ritorikasının təhlükəli bir səviyyəyə çatdığını yazıb. "Ukraynanın Vladimir Putin üçün əhəmiyyəti Amerika üçün olduğundan daha böyükdür. Birləşmiş Ştatlar və Avropa dağıdıcı sanksiyaların tətbiqi ilə bağlı hədələrini gerçəklşdirməsi çətin olacaq və onlar başqa ölkələr tərəfindən neytrallaşdırılacaq", - deyə İyen Bremmer qeyd edib. O yazıb ki, Birləşmiş Ştatlar Ukrayna böhranında Rusiyanın reaksiyasını nəzərə almalıdır və ABŞ-ın, Avropanın hədələri Rusiya prezidentinin qərarlarında heç vaxt həllediri amil olmayacaq. Onun sözlərinə görə, Ukrayna Rusiya üçün ən böyük milli təhlükəsizlik məsələsidir və cənab Putinin siyasəti qısa müddətli iqtisadi maraqlar deyil, milli təhlükəsizlik maraqlarına əsaslanacaq. Avrasiya qrupunun rəhbərinin fikrincə, Amerikanın Rusiyanı İran və Şimali Koreya modeli üzrə təcrid etmək səyləri baş tutmayacaq. "Vladimir Putinin özünü yaramaz ölkənin lideri kimi aparması hələ Rusiyanın belə bir ölkə olduğu demək deyil. Rusiyada iqtisadi cəhətdən səkkizinci böyük ölkədir. Amerika koorporasiyalarının Rusiyada mövcudluğu nəzərə alınsa, cənab Obamanın Rusiyanı yaramaz ölkə statusuna endirmək səyləri özəl sektor tərəfindən güclü müqavimətlə qarşılacaq", - deyə İyen Bremmer qeyd edib. O, prezident Obamanın bu yaxınlardakı çıxışlarının birində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyi ilə bağlı mövqeyini səhv adlandıraraq, Rusiyanın geri çəkilməyəcəyini və bunun gərginliyin artması ilə nəticələcəyini yazıb. İyen Bremmer məqaləni bu sözlərlər bitirib: "Obama administrasiyası Moskvanı cəzalandırmaq deyil, Ukraynaya dəstək məsələsinə daha çox diqqət yetirməlidir. Bu, Avropa ilə birlikdə öz nüfuzundan istifadə edərək, bu dəstəyin daimi xarakter almasına və Ukrayna hökumətinin ekstremal cavaba səbəb ola biləcək addımlar atmamasına nail olmaq deməkdir. Bunun üçün Rusiyanın baçlıca maraqları və Amerikanın imkanlarının məhdudluğunu nəzərə almaq və boş hədələrə son qoymaq lazımdır".
2014-03-28
12,777
Nəsibə Zeynalova özbək klipində - Video
Xalq artisti Nəsibə Zeynalova özbək klipində yer alıb. "Axar.az" xəbər verir ki, Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində kinomuzun ən dəyərli nümunələrindən sayılan "Qaynana" filmindən fraqment yer alıb. Qeyd edək ki, "Qaynona" mahnısının klipi martın 21-də oxuculara təqdim olunub. Mahnının Yutubda 7 gün ərzində baxış sayı isə 12 min 139 nəfərdir.
2014-03-28
12,778
Rusiya BMT-dəki səsverməyə görə Azərbaycanı cəzalandırır
"Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Ermənistan ordusunun Əlibəyli kəndinə hücumunu Azərbaycanın son günlər Rusiyaya qarşı etdiyi çıxışlarla bağlı olduğunu bildirib. "Bunu bir çox tərəfə yozmaq olar. Birincisi, prezidentlərin Haaqa görüşünün nəticəsidir. Bu görüşün nəticələri ilə bağlı heç kim hələ açıqlama verməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə çox pessimist qeydlər edib. Ola bilsin ki, hansısa müstəvidə sərt danışıq olub. Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm. Rusiyanın Azərbaycandan başqa mövqe gözləməsi bir az reallıqdan kənar olardı. Rusiya Azərbaycan, Moldova, Gürcüstan, Ukraynanın ərazilərinə ya birbaşa, ya da ki kimlərinsə əliylə təcavüz edib". Politoloq Rusiyanın bu tip təcavüzlərinə görə cəzalandırılacağını qeyd edib. "Rusiya leyhinə səs verən ölkələrin əksəriyyəti onsuz da ABŞ-ın təcrid siyasəti çərçivəsindədir. Bu ölkələrin əksəriyyətinə qarşı sanksiyalar indi də tədbiq edilir. Amma ortaya bir sual çıxır: bəs, Rusiya onun əleyhinə səs verən 100 ölkəyə qarşı nə edəcək? Rusiya siyasəti artıq çox sürətlə marginallaşır. O artıq siyasətdən kənara çıxıb, quldur kimi davranır. Onun istəklərinə qarşı çıxan ölkələrə açıq və ya qapalı təcavüz edir. Bax, buna görə Rusiyanın cavabı veriləcək". Qeyd edək ki, dünən BMT-də Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar məsələ səsverməyə qoyulub. Azərbaycan da daxil olmaqla, 100 ölkə Rusiyanın işğalçılıq siyasətinə qarşı səs verib. Ermənistan isə digər 1o ölkə ilə birlikdə Krımın işğalında Rusiyanı dəstəkləyib.
2014-03-28
12,779
Arınç: “Onlar bütün danışıqlarımızı deşifrə ediblər”
Baş nazirin müavini Bülənt Arınç Türkiyə Xarici İşlər Nazirliyində keçirilən gizli toplantının deşifrə edilərək internetdə yayımlanan səs yazısı ilə bağlı çox sərt açıqlamalar verib. "Axar.az"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Baş nazirin müavini olduqca aqressiv və emosional danışıb: "Onlardan hər şey gözləyirik. Bu səs yazısını yayanlar əgər bunu dövlətini batırmaq, milli təhlükəsizliyə zərbə endirmək, dövləti bir başqa ölkə ilə müharibəyə salmaq məqsədi ilə ediblərsə, Allah onların bəlasını versin". Baş nazirin müavini Bülənt Arınç təhlükəsizlik toplantısının qanunsuz dinlənilməsinə qarşı qanuni tədbirlərin görüləcəyini bildirib: "Bu gün edilən alçaqlıq dövlətimizlə bağlıdır, Türkiyənin gələcəyi ilə əlaqəlidir. Bu gün Ankaraya getmişdim. Bütün qanuni səlahiyyətlərimizdən istifadə etdik. Təəssüf ki, haradan endirildiyi bilinməyən və təkcə telefon danışıqlarını deyil, məhz müəyyən bir ərazidəki bütün danışıqları dinləmək gücünə malik olan proqramlarla Xarici İşlər Nazirliyindəki olduqca məxfi toplantımız deşifrə edilib. Arınç təhlükəsizlik toplantısının qanunsuz dinlənilməsi ilə bərabər, həm də yayımlanan səs yazısındakı məsələlərə də aydınlıq gətirib: "Səs yazısının bir çox yerlərində montajlar da var. Amma əsasən Suriya-Türkiyə sərhəd ərazilərində aparılacaq əməliyyatlar Türkiyənin qarşılaşdığı təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıdır".
2014-03-28
12,780
Elnarə Tofiqqızının qatilləri bir-birini ifşa etdi
""Medi Sina" klinikasının adını birinci dəfə idi eşidirdim. Mən orda heç vaxt olmamışdım. Heç bir əməliyyatı da orada icra etməmişəm. Elnarə Tofiqqızının yaxın həkimi kimi orada iştirak etmişəm". Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişməsində zərərçəkən tərəfin ittiham etdiyi həkimlərdən biri Fərəcullah İdrisov dedi. Onun sözlərinə görə, o, əməliyyatda iştirak etməyib: "Mən o əməliyyatda iştirak etməmişəm və xanımı oraya yönəltməmişəm. Mən xanımın nə müalicə, nə cərrah, nə də ki, narkoz həkimi olmuşam. Xanım operatorun təkidi ilə orada əməliyyat olundu. Mahir Məmmədov özü deyib ki, mən xanımı "Medi Sina"ya aparıb, orda edəcəm əməliyyatı". "E.Tofiqqızını klinikaya həkimlər gətirib" "Medi Sina" klinikasının Baş həkimi Abbas Bağırov da Elnarə Tofiqqızının "Medi Sina"ya onu əməliyyat edən həkimlər tərəfindən gətirildiyini bildirdi: "Fərəcullah İdrisov Elnarə Tofiqqızının əməliyyat olunması üçün Mahir Məmmədova müraciət edib. M.Məmmədov Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalında onkoloqdur. Əvvəlcə, Hərbi Hospitalda xanımın əməliyyat olunmasını istəyiblər. Amma razılaşmayıblar. Mahir doktor da "Medi Sina"ya gəlib-gedirdi. O məsləhət görüb ki, əməliyyat "Medi Sina"da olsun. Sonda xanımı özəl klinikaya gətirərək əməliyyat etdilər. Xəstə bizə deyil, sözü gedən həkimə, Fərəcullah İdrisova müraciət etmişdi". "Fərəcullah İdrisov Hərbi Hospitalda əməliyyata razı olmadı" Bir müddət öncə bu barədə mediaya danışan Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov isə məsələyə aydınlıq gətirərkən F.İdrisovun Hərbi Hospitalda əməliyyata razılıq vermədiyini bildirmişdi: "Mən Müdafiə Nazirliyinin hospitalında işləyirəm. Xəstənin həkimi Fərəcullah İdrisova onun hospitalda əməliyyat olunmasını təklif etdim, amma həkim razılaşmadı". Anesteziya Mahir Məmmədovun təlimatı ilə keçirilib Elnarə Tofiqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib: "Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır". F.İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun təlimatı ilə keçirdiyini bildirib: "Əməliyyatda iştirak edən cərrah Mahir Məmmədov "Medi Sina"da birinci dəfə əməliyyata girdiyini dedi. Ümumiyyətlə, həmin klinikada cərrahiyə şöbəsi tam standartlara cavab vermirdi". Prokurorluq istintaq hərəkətlərini aparmır A.Niftəliyev AzNews.az-a açıqlamasında həkimlərin bir-birini təkzib etdiyini, yalan danışdığını söylədi: "Bütün məsuliyyətin altına girən də, əməliyyat üçün Mahir Məmmədov və Firuz İbrahimovla danışıb, nəfslərinə görə törədilən bu qətlin təşkilatçısı da Fərəcullah İdrisovdur. O, necə əməliyyata girmədiyini iddia edə bilər ki, qətldən sonra hadisə yerinə gələn Nəsimi rayon prokurorunun köməkçisi və hazırda istintaq qrupunun üzvü olan İsmayıl Rövşənov da onun əməliyyat geyimində olduğunu görüb. Bu insanlar vicdanlarını o qədər itiriblər ki, əzab çəkmək, bir qətlə görə səmimi peşmançılıq keçirmək əvəzinə, heç bir suçlarının olmadığını deyirlər. Belələri tam mənası ilə qatildir və görün, Azərbaycan səhiyyəsində necə qəssablar çalışır". A.Niftəliyev istintaqın gedişindən ciddi narahat olduğunu da bildirdi: "Yanvarın 22-də Baş prokurorun müavini cənab Rüstəm Usubovun məni qəbul etməsindən sonra qaldırdığım vəsatətin təmini istiqamətində addımlar atıldı və şahidlərlə birgə ifadə verdim, üzləşmə də oldu. Amma artıq bir aydan artıqdır ki, zəruri istintaq hərəkətlərindən digəri – həkimlərin üzləşməsi aparılmır. Zərərçəkən kimi hüququmdan istifadə edib vəkilim vasitəsilə dəfələrlə müstəntiqdən bunun səbəbini soruşmuşam. Hər dəfə ekspertizanın son rəyinin gəlmədiyi bildirilir. Ortada bir çete işləyir, sanki: bir tərəfdən 2 aya yaxındır ki, Milli Anatomiya və Ekspertiza Birliyi artıq 4 dəfə verdiyi və tam mənası ilə üzdə olan rəyə aid əlavə sualları cavablandırmağı gecikdirir. Digər tərəfdən isə Nəsimi Rayon Prokurorluğu qaldırdığım vəsatət üzrə istintaq hərəkətlərinin aparılmasını hansısa qaranlıq səbəbdən ertələyir". A.Niftəliyev növbəti dəfə Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət göndərdiyini də bildirdi: "Səhiyyə Nazirliyi dünən, martın 27-də müraciətimə rəsmi cavab göndərib. Orada qeyd olunur ki, mənə göndərilən cavab Baş Prokurorluğa və Nəsimi Rayon Prokurorluğuna, istintaqa da təqdim edilib: "Məktubda isə rəsmi şəkildə qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib. Ekspertizanın 4, Səhiyyə Nazirliyinin isə bu rəsmi mövqeyindən sonra Nəsimi Rayon Prokurorluğunda işin süründürülməsinin səbəbi olduqca qaranlıqdır və görünür, bu işlə artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olmalıdır". Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
2014-03-28
12,781
Masallı sakinindən 250 min manatlıq narkotik götürülüdü
Bakıda polis narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi zərərsizləşdirib. "Axar.az " APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. R.Rüstəmov saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada xüsusi olaraq qablaşdırılmış, ümumi çəkisi 2 kq 505 qr olan heroin aşkarlanaraq götürülüb. Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik maddələrin satışı ilə məşğul olub. Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun Xətai stansiyası yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən, istəyinə nail ola bilməyib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Saxlanılan şəxsin ehtimal olunun digər cinayət əməllərinin olub olmadığı istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, bu əməliyyatla qanunsuz dövriyyədən çıxarılan heroinin qara bazarda qiyməti 250 min manatdan çoxdur.
2014-03-28
12,782
Tovuz Xəstəxanası: "Əsgərimiz çox ağır vəziyyətdə gətirilib"
"Tovuz rayon Mərkəzi Xəstəxanasına 2 nəfər yaralı gətirilib. Onlardan biri xanım, digəri isə hərbçidir". Bu sözləri "Axar.az"a Tovuz Mərkəzi Xəstəxanasının qəbul şöbəsindən bildirdilər. Xəstəxanadan qeyd olundu ki, dünən gecə baş verən atışma nəticəsində yaralananlardan biri xanımdır: "Onun vəziyyəti yaxşı olduğu üçün müayinədən sonra evə buraxılıb. Gecə gətirilən hərbçi isə Tağıyev Elman Qoca oğludur. O, sağ ayağının yuxarı bud nahiyyəsindən yaralanıb. Xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır idi. Hazırda isə nisbətən normallaşıb. Müayinəsi hələ də davam edir". Müdafiə Nazirliyinin Mətbut Xidmətindən isə "Axar.az"a bildirdilər ki, dünən gecə Əlibəyli kəndində baş verən atışma zamanı hərbçilər arasında yaralanan olmayıb. Qeyd edək ki, dünən 22.30 radələrindən başlayaraq, erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutub. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurub. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb.
2014-03-28
12,784
Rəssamlarımızın əsərləri Londonda satışa çıxarılır
Londondakı məşhur "Sotheby’s" hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi açılıb. "Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət" devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunur. Tədbirə "PASHA Bank" sponsorluq edir. Bütün dünyada məşhur olan hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfədir ki, geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş etdirilir. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alıb. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb. Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlər müəllifi olan rəssamlar təmsil olunurlar. Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun sərgidə nümayiş olunan əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə dərəcədə rəngarəng olduğunu və inkişaf etdiyini göstərir. Xatırladaq ki, 2013-cü ilin martında "Sotheby’s" hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı. "Sotheby’s" 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında birləşdirən dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda "Sotheby’s" Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir. Sərgi aprelin 1-dək davam edəcək (AzərTAc).
2014-03-28
12,785
Fətullah Gülənin ən yaxın adamı ölkədən qaçdı
Türkiyədə Fətullah Gülənin ikinci adamı sayılan Mustafa Özcanın ölkədən qaçdığı ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Mustafa Özcan hələ martın 20-də Brüsselə qaçıb. Srağagün onun rəhbərlik etdiyi "Kaynak Holding"ə edilən basqından sonra yoxa çıxan Özcan nurçuların maliyyə işlərini idarə edirdi. Hətta onun Güləndən sonra camaata rəhbərlik edəcəyi də bildirilirdi. Nurçuların həm xəzinədarı, həm də qara qutusu kimi tanınan Özcanın bir daha ölkəyə qayıtmayacağı da qeyd olunub. Amerikalı rəsmilər tərəfindən ölkəyə girişinə qadağa qoyulan Özcan məcbur olaraq Brüsselə qaçıb.