date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-26
12,581
Bakı avtosalonları sökülür - Foto
Bakının ən böyük prospektlərindən biri genişləndirilərək əsaslı təmir olunacaq; prospektdə boyunca yerləşən avtosalonlar isə Badamdartdakı maşın bazarına köçürüləcək. Bakının ən iri prospektləri olan Babək prospekti genişləndiriləcək. Prospektə çıxışı təmin edəcək Xəqani Rüstəmov küçəsində isə artıq yenidənqurma işlərinə start verilib. Küçədə kommunikasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. Yolda neft buruqları olduğundan onlar da ərazidən köçürülür və çəkiləcək yeni yolun keyfiyyətli olması naminə neftlə çirklənmiş torpaq yenisi ilə əvəzlənir (Musavat.com). "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, 6 zolaqdan ibarət olacaq yolun uzunluğu 1,17 km, eni 45 metr olacaq: "Babək prospektini birləşdirəcək evlər söküləcək. Qiymətləndirmə aparılır. Nazirilkdə birgə siyahıya alınıb kompensasiya verilib söküləcək. Qaraçuxur qəsəbəsindən Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək uzanan Babək prospekti tamamilə yenidən qurulacaq. Prospekt ətrafındakı bir sıra obyektlər söküləcək və yol genişləndiriləcək. Plana əsasən, yolun ən azı 10 zolaqlı, hər istiqamətə 5 hərəkət istiqaməti olmaqla yenidən qurulması planlaşdırılır". Avtosalonları qara günlər gözləyir Azərbaycan Mərkəzi Bankının bu ilin fevral ayından tətbiq etdiyi yeni qaydalara görə, yerli bankların avtomobil kreditləri ilə bağlı irəli sürdükləri ağır şərtlərə tab gətirməyən avtosalonları isə qara günlər gözləyir. Bir çox xarici avtomobil markalarının Babək prospektində yerləşən rəsmi diler salonları söküləcək. Qeyd edək ki, rəsmi dilerlərin satış reytinqində Babək prospektində yerləşən avtosalonlar ön sıralarda yer alır. Belə olan halda sözügedən şirkətlərin iflası qaçılmazdır. Məsələ ilə bağlı söküləcək avtosalonlardan bir neçəsində olub, onların bu məsələyə mövqeyini öyrənməyə çalışdıq. "Nurgün motors", "Performance Center", "Hyundai" kimi avtosalonlar bayram tətili ilə bağlı işləmədiyindən digər salonlara üz tutduq. "336 Avto"dan bizə bildirdilər ki, söküntü ilə bağlı qərar çoxdan verilib. Salonun satış meneceri İbrahim Nəbiyevin sözlərinə görə dövlət tərəfindən burdakı obyektlərin dəyərləndirilməsi aparılıb: "Yəqin ki, kvadrat metrə görə, bizə kompensasiya verəcəklər. Biz dəyərləndirmə komissiyasına da dedik ki, hazırda bizə kvadrat metrinə verəcəkləri 1500 manat sərf etmir. Onsuz da maşın bazarını öldürüblər. Əvvəl ayda 5 maşın satırdıqsa, indi 5 aya güclə 1 maşın satırıq. Bütün sahəni monopoliyaya alıblar. 99-cu ilin maşınına 10 manatlıq bir detal belə gətizdirə bilmirik". "Badamdartdakı bazarda yer yoxdur" "Dəniz Avto"dan isə bildiridilər ki, avtosalonların Badamdardakı bazara köçürülməsi planı yersizdir. Şirkətin təmsilçisi Alim İbadova görə, son iki ayda Badamdardakı bazarda bir neçə avtomobil şirkəti rəsmi satış salonlarını bağlayıblar: "Alver yoxdur. Bizi niyə ora göndərirlər ki. Yolun genişləndirilməsi ilə tıxac problemi həll olunmayacaq. Günün pik saatlarında yol polisi əməkdaşları düzgün xidmət aparsa tıxac da olmaz". Şirkət təmsilçisinə görə, bankların yeni kredit qanunu çıxandan satış dayanıb: "İndi lizinqlə işləyirik. Gördük ki, bu da çıxış yolu deyil. Avtomobillər sürətlə bahalaşır. Köhnə maşınlar da qiymətlənib. Bir sözlə, nə elədilərsə Azərbaycanda avtomobil bazarının ölümünə səbəb oldular. Bazar bundan sonra çətin dirçələr". Nəqliyyat Nazirliyindən verilən məlumata görə isə tıxacların tez-tez əmələ gəldiyi Babək prospektində yenidənqurma işlərinin aparılması artıq zərurətə çevrilib və yaxın gələcəkdə Babək prospekti ilə Nobel prospektinin kəsişməsində yeni müasir yolun çəkilişi də planlaşdırılır. Bu yoldan istifadə edən sürücülər də prospektin genişləndirilməsinin tərəfdarıdırlar. Nobel prospektində isə yeni plana görə, əlavə hərəkət zolaqları tikiləcək. Bu zolaqlar avtomobillər üçün deyil, sırf avtobus, metrobuslar və ya tramvay xətti üçün nəzərdə tutulacaq. Ekspertlər hesab edir ki, tramvay və metrobus xətlərinin çəkilişi vətəndaşların ictimai nəqliyyata olan tələbatını daha rahat və təzlükəsiz ödəməklə yanaşı, yollarda yaranan tıxacın da qarşısını alacaq.
2014-03-26
12,582
Müğənnimiz Nəsibə Zeynalovaya klip həsr etdi - Video
Müğənni Natavan Həbibi yeni klipini təqdim edib. O, ekran əsərini xalq artisti Nəsibə Zeynalovanın əziz xatirəsinə həsr edib. Sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə məxsus olan "Məhəbbətin çırağı" adlı soundtrek "Qayınana" serialından götürülüb. Sadə süjet xətti olan klipdə elə həmin filmdən görüntülər yer alıb ("Axsam.az").
2014-03-26
12,583
Putin Yanukoviçə vəzifə verdi
"Yanukoviç bir neçə gündən sonra Ukraynada hərbi əməliyyatların başlandığını elan edəcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə Rusiyanın hakimiyyətə yaxın mətbuat orqanları çıxış ediblər. Mətbuat Putinin Yanukoviçə yeni vəzifə həvalə etdiyini bildirib. "Bir müddət sonra Yanukoviç yeni mətbuat konfransı keçirəcək. Bundan sonra isə Xarkovda peyda olacaq və ölkədə yeni əməliyyatların başlanması haqqında əmr verəcək. Onun rəhbərliyində ən son texnologiyalarla təchiz edilmiş 30 minlik ordunun olması nəzərdə tutulur. Bununla bərabər isə yerli özünü müdafiə qüvvələri də Yanukoviçə kömək edəcək. Bu işdə isə Yanukoviçə ən çox kömək edən şəxs isə keçmiş Müdafiə naziri Pavel Lebedev olacaq. Ona Putindən verilən əmr Dneprə qədər olan ərazilərdə öz hakimiyyətini qurmaqdan ibarət olduğu söylənilib. Bu işdə həmçinin Yanukoviçi ölkənin cənub və şərq vilayətlərinin oliqarxları da dəstəkləyəcək".
2014-03-26
12,584
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocəvənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-26
12,585
İslam Kərimovla Putin toqquşdu
Özbəkistan Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edərək, Moskvanı Kiyevlə ikitərəfli danışıqlar aparmağa çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Nazirliyin bəyanatında deyilir ki, Ukrayna və rus xalqları mənəvi və mədəni dəyərləri, iqtisadi əlaqələri nəzərə alaraq Krımdakı vəziyyətlə bağlı razılığa gəlmək üçün ikitərəfli danışıqlar aparmalıdırlar.
2014-03-26
12,586
Sələmçi qadının qatili bəlli oldu
Lənkəranda qətlə yetirilən sələmçi qadının qatili müəyyən edilib. "Axar.az"a rayondakı mənbədən verilən məlumata görə, Sürəyya Tağıyevanı qonşusu Amil adlı şəxs öldürüb. İddia edilir ki, Amili istintaqa cəlb etmək üçün polis cinayətkarın qardaşı Samidi həbs edib. Məlumata görə, Amil cinayəti törətdikdən sonra Rusiyaya qaçıb. Polis onu axtarır. Hazırda cinayəti törədənlərin yaşadığı məhəllədə polis postu qurulub. Mənbə deyir ki, sələmçi qadını qətlə yetirən cinayətkarın anası da sələmçidir və onun mərhum S.Tağıyeva ilə çox yaxşı əlaqələri olub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Lənkəran Rayon Polis Şöbəsindən "Axar.az"a cinayətlə bağlı hələ ki, heç kəsin həbs edilmədiyini bildirdilər. Xatırladaq ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın olub. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub. Qeyri-rəsmi məlumata görə, qətl təhlükəsizlik kameralarına düşsə də, qatilin isti izlərlə tapılması mümkün olmayıb.
2014-03-26
12,587
Azərbaycan Türkiyədən döyüş helikopterləri alır
Azərbaycan Türkiyədən döyüş helikopterləri alacaq. Bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib. O, qeyd edib ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan döyüş helikopterlərinin Türkmənistan, Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Liviya və Tunisə satılması nəzərdə tutulub. "Adıçəkilən ölkələr də bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirirlər. Türkiyəni nümunə götürən bütün ölkələrə bu helikopterləri ixrac etməyi fikirləşirik. Hazırda Liviya nümayəndələri ilə görüşlər aparırıq. İxrac etdiyimiz bu məhsulları ilk olaraq Liviyaya satacağıq. Növbəti aydan etibarən helikopterlərimiz Silahlı Qüvvələrimizin sərəncamına veriləcək.Görək necə olacaq?", - deyə türk nazir bildirib (ANS).
2014-03-26
12,588
Avropa Birliyindən Rusiyaya növbəti sanksiya xəbərdarlığı
Avropa Birliyi ölkələri ümid etmək istərdi ki, Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə ehtiyac olmayacaq. Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avopanın digər bölgələrində təkrar olunmasını istəməzdik. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu "Bloomberg"ə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib. "Bizim mövqeyimiz aydındır: Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək", - deyə o vurğulayıb. Bununla belə Barrozu Rusiyaya qarşı sanksiyaların üçüncü mərləhəsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi siqnaldır. "Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir", - deyə Barrozu vurğulayıb.
2014-03-26
12,589
Ərdoğan öz “seks kaseti”ndən danışdı – Video
"Bu gün ayın 25-i! Nə oldu, bir şey oldumu? Sabah 26-sıdır və sabah da heç nə olmayacaq". "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan dünən "NTV" kanalında canlı yayımın qonağı olub. Baş nazir Türkiyə mətbuatında 25 martda intim kasetinin yayımlanacağı ilə bağlı gedən xəbərlər barəsində danışıb. Sabah da bir şey olmayacaq "Burada görünən həqiqət budur: bunların hamısı xəyaldır. Bu ölkənin iqtisadiyyatını sarsıtmaq istəyənlər bir yandadır, biz ayrı yanda. Bu qələmlər 12 ildir eyni şeyləri yazırlar. İndi də "25 mart" deyə güvəni sarsıtmağa çalışırlar. Bir köşə yazarı bu həftə xaos həftəsi olacaq deyir. Bu, əxlaqsızlıqdır. Bunlar yatanda xaos deyirlər, duranda xaos deyirlər. Bu gün ayın 25-i. Nə oldu? Bir şey oldumu? Sabah da 26-sıdır və yenə də heç nə olamayacaq".
2014-03-26
12,590
Bakı Metropolitenində təmir işlərinə başlanıldı
Metro keçidlərində ticarət köşklərinin sökülməsindən sonra bəzi stansiyalarda təmir işlərinə başlanılıb. Artıq bir neçə stansiyaların giriş hissəsində təmir briqadaları tərəfindən bərpa işləri həyata keçirilir. "Netçilər" stansiyasının girişində artıq ötən gündən etibarən divarlar ağardılır. "Nərimanov" və digər stansiyalarda isə işıqlandırma sistemləri yenidən qurulur. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva açıqlamasında isə bildirib ki, stansiyalardan hansı bərbad gündədirsə, həmin yerlərdə təmir işləri aparılacaq. O, təmirin nə vaxt sona çatacağından məlumatsız olduğunu qeyd edib. Xatırladaq ki, Bakı Metropoliteninin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb. Ümumilikdə isə Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülüb ("Azvision.az").
2014-03-26
12,591
Rusiyada tatar milyonçuya qarşı hücumlar başladı
Rusiyada yaşayan və əslən Krımdan olan tatar milyonçu Lenur İslamova qarşı təqiblər başlayıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı tatar jurnalist Aydar Mujdabayev öz Feysbuk səhifəsində yazıb. O, Lenur İslamovun məhz Krımda olan televiziyasına görə təqib edildiyini bildirib: "Görünür, Lenur öz xalqına xidmət etdiyi üçün cavab verəcək. Onun Moskvadakı obyektlərində total şəkildə yoxlamalar başlayıb. Sifarişlə yazılmış məqalələrdə ona faktiki olaraq ultimatum göndərirlər ki, sən ya ATR telekanalını maliyyələşdirməkdən əl çəkəcəksən, ya da ki radikal islamçı qruplaşmanın lideri kimi həbsxanaya gedəcəksən". Qeyd edək ki, Lenur İslamovun sahibi olduğu ATR hələlik tək müstəqil fəaliyyət göstərən televiziyadır. Krım rəhbərliyi müxtəlif vasitələrlə bu kanala təzyiqlər edir.
2014-03-26
12,592
“Real”ın futbolçusunun evi partladı - Foto
"Real Madrid" klubunun hücumçusu Xesenin evində partlayış baş verib. "Axar.az" xəbər verir ki, evin aşağı mərtəbəsində yerləşən qarajda baş verən partlayışın səbəbi qaz sızması olub. Hadisə nəticəsində qarajda işləyən 3 fəhlə xəstəxanaya eyerləşdirilib. Onlardan ikisi dəm qazından zəhərlənir, digəri isə yanıq xəsarətləri alıb. Qarajda baş verən partlayış futbolçunun mənzilinə də ziyan vurub. Xese hələlik, "Real"ın müdafəçisi Alvaro Arbeloanın evində qalacaq.
2014-03-26
12,593
İtkin düşən balıqçılar tapıldı
Azərbaycanın Siyəzən rayonunda itkin düşən 5 balıqçının yeri müəyyənləşib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri vasitəsilə onlara yanacaq verilib. Qayığın sahibi Rauf Paşayevin verdiyi məlumata görə, balıqçılarla mütəmadi əlaqə saxlayırlar: "Onlar sağdırlar və sahilə doğru yaxınlaşırlar". Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5 balıqçının itkin düşməsi barədə məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar. Balıqçıların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar. Bununla bağlı FHN-in qaynar xəttinə məlumat verilib. Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
2014-03-26
12,594
“Qurdlar Vadisi”nin aktyoru öldürüldü
Türkiyədə yayımlanan "Qurdlar Vadisi Pusu" serialına çəkilmiş aktyor Nihat Kantemir İstanbulda naməlum şəxs tərəfindən güllələnib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, aktyora 14 dəfə atəş açılıb. N.Kantemir təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis hadisə yerindən 14 giliz tapıb.
2014-03-26
12,595
Bakı sakinlərinə xoş xəbər - Foto
Bakının təmirə bağlanan əsas avtomobil yollarından biri açılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşıb (ANS). Yekunlaşan təmir işlərilə əlaqədar bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Qeyd edək ki, həmin ərazidəki yol ötən həftə təmirə bağlanmışdı.
2014-03-26
12,596
Ərdoğan polisə atəş açan azərbaycanlılardan danışdı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Niğde şəhərində baş verən polislə qarşıdurmada təqsirləndirilərək həbs edilən azərbaycanlılardan danışıb. Türkiyə telekanallarından birində qonaq olan Ərdoğan yoxlanış zamanı iki polis nəfərini və bir yük maşını sürücüsünü silahla qətlə yetirənlər barəsində ölkənin kəşfiyyat orqanlarının və məhkəmə sistemin müvafiq işlər gördüyünü deyib: "İkisi yaralı olan şəxslər həbs edilərək Ankaraya gətiriliblər. Əlaqələri nədir? Onların Suriyada təlim keçdiklərini və silahı yanlarında apardıqlarını iddia etdilər. Amma hazırda bəzi məlumatlar əldə edilib. Həmçinin, kəşfiyyat orqanlarımız lazımi işlər həyata keçirir". Qeyd edək ki, martın 20-də Türkiyənin Niğde şəhərində sənəd yoxlanışı zamanı avtomobildə olan 3 silahlı şəxs təhlükəsizlik qüvvələrinə müqavimət göstərib. Polisə açılan atəş nəticəsində iki polis nəfəri və bir yük maşını sürücüsü dünyasını dəyişib. Baş verən qarşıdurmada təqsirli bilinən iki şəxs yaralı olaraq ələ keçirilmiş, digəri isə ertəsi gün Köşkönü kəndində yaxalanıb. Təqsirli bilinərək həbs olunan 3 nəfərdən ikisinin Azərbaycan əsilli olduğu bildirilir. Saxlanılanlar barəsində həbs qəti-imkan tədbirləri seçilib (ANS).
2014-03-26
12,597
Dnestryanının naziri: “Putin Moldovanı zəbt etsin!”
Qondarma Dnestryanı bölgənin qlamur Xarici İşlər naziri Nina Ştanski Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Ukraynadan sonra Moldovanı zəbt etməsini istəyib. "Axar.az"ın məlumatına görə, bu barədə "Daily Mail" analitiki Uill Stüart xəbər yayıb. Model görkəmli 36 yaşlı "nazir", açıq-saçıq paltalar həvəskarı Ştanski "Daily Mail"ə açıqlamasında Moldovanın cəzalandırılmasını istəyib. Xanım "nazir" Krımda keçirilən referenduma münasibətini bildirərək, prosesin Dnestryanı bölgədə 17 sentyabr 2006-ci ildə keçirilən referenduma olduqca bənzədiyini və xalqların rus dünyasına qovuşmaq sevincinin qarşısının alınmasına gərək olmadığını vurğulayıb: "Biz özümüsü rus dünyasının və sivilizasiyasının bir parçası sayırıq. Belə qənaətə gəməyimizə həm hüquqi, həm də tarixi nüanslar əsas verir". Xatırladaq ki, "Daily Mail" bu cür münasibətlərlə Rusiyanın Moldovaya da hücüm çəkməsinə hazırlıq gördüyünə diqqət çəkib.
2014-03-26
12,598
ABŞ kəşfiyyatından Gülənə MİT xəbərdarlığı – Şok/Audio
Səs yazısında Fətullah Gülənlə xarici kəşfiyyat orqanları arasında əlaqələrin olduğu iddia edilib. "Axar.az" xəbər verir ki, dünən Yutub video paylaşım saytında yayılan bir səs yazısında Fətullah Gülən və hərəkatının idarə heyətinin üzvü Mustafa Özcan arasındakı şifrəli danışıqda ABŞ kəşfiyyatından gələn məlumatlar müzakirə edilir. MKİ Gülənə xəbərdarlıq edir Şifrəli səs yazısında Özcanın Gülənə dediyinə görə, MİT (Türkiyənin Milli Kəşfiyyat İdarəsi) Pensilvaniyada fəaliyyətini gücləndirib və bunun üçün MKİ (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi. – red.) Gülənə ehtiyatlı olmağı tövsiyə edir. Şifrəli danışırlar Səs yazısında istifadə edilən şərti adlar diqqət cəlb edir. MİT "Doktor Sinanın Şirkəti" olaraq adlandırılır (Doktor Sinan isə Gülən hərəkatının MİT koordinatoru Murad Qarabuluddur – red). Gülən hərəkatının üzvü olduğu iddia edilən "Özbək" şərti adlı şəxsin də ABŞ kəşfiyyatı ilə Almaniyada görüşdüyü bildirilir. Daha ətraflı:
2014-03-26
12,599
Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər
1500 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. Hərbçilər və onların ailələri Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar. Bu barədə İTAR-TASS agentliyi xəbər verir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, Sevastopolda Lazarev küçəsi, ev 6 ünvanda ukraynalı hərbçilər üçün müvəqqəti qeydiyyat məntəqəsi açılıb. Habelə onlar üçün martın 26-dan plaskartlı sərnişin vaqonları ehtiyatda saxlanır ki, onlar Ukraynaya gedən sərnişin qatarlarına qoşulacaqlar. Sevastopolda səkkiz, Simferopolda, Yevpatoriyada, Feodosiyada hər birində iki, Kerçdə isə bir vaqon qeydiyyata alınıb. Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar. Qeyd edək ki, martın 26-da Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb. Gerasimov bildirib: "Hərbi hissə və müəssisələrdə hərbi əmlakın inventarizasiyası və şəxsi heyətin təkrar attestasiyası keçiriləcək" ( Trend ).
2014-03-26
12,600
Güllələnən rəis müavini təcili Gülhanəyə aparıldı - Foto
Bakıda bir ay əvvəl qonşusu tərəfindən güllələnən Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun səhhəti pisləşib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, rəis müavinin səhhəti pisləşdiyi üçün o, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib. Güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev orada ölüb. İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb. Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.
2014-03-26
12,601
Azərbaycanda evdən 70 min manat oğurlandı
Azərbaycanda evdən külli miqdarda pul oğurlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Valeh Əsədovun yaşadığı evə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olan naməlum şəxslər mənzildən 70 min manat və 6000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
2014-03-26
12,602
Kənan MM-in Dəryaya qalmaqallı şeiri - Video
Tanınmış rejissor Kənan Mahmudov mərhum reper Hüseyn Dəryanın xatirəsinə şer yazıb. Və bu, sənətçilər arasında qalmaqala səbəb olub. Bu haqda "Axar.az"a Kənan Mahmudov özü xəbər verib. "Mən həqiqəti, gördüyümü yazmışam. Dediklərim hamısı həqiqətdir. Sadəcə, məni yandıran sağlığında ona qarşı olan haqsızlıqlardır. Dərya sözün əsl mənasında insan adam idi. Heç kim həyatda heç nədən sığortalanmayıb. O, belə ölməli deyildi, mən hər kəsdən incidim - istər müğənnilərdən, istər də jurnalistlərdən. İnanın ki, "Adam içində" verlişinin çəklişindən sonra, axşam saat səkkizin yarısından səhər altıya kimi mənə gələn sms-lər saysız-hesabsız idi. Hər kəs mənim fikirlərimi dəstəkləyirdi. Onu da qeyd edə bilərəm ki, mənə naməlum zənglər gəlirdi, təhdid edir, "bu söhbəti bağla" deyirdilər. Lakin mən susmayacam, həqiqətləri yazdım və lazım olsa, bundan sonra da sözümü deyəcəm".
2014-03-26
12,603
Rus politoloq: “Rusiya “Qarabağı” o vaxt tanıyacaq ki...”
"Rusiyanın "Qarabağ"ı müstəqil ölkə kimi tanıması Azərbaycanla münasibətlərindən asılıdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Sergey Markedonov çıxış edib. O, Rusiyanın Krıma daxil olmasından sonra hədəfdə Qafqazı göstərməyin mənasız olduğunu deyib. "Moskva Qara dənizdəki hərbi donanması üçün təhlükə olduğunu hiss edəndə indi bizim şahidi olduğumuz qərarı qəbul etdi. Azərbaycanla münasibətlər pisləşməyənə qədər inanmıram ki, rəsmi Moskva Dağlıq Qarabağın müstəqilliyini tanıya. İstənilən halda Rusiyanın Ermənistanın Qarabağı tanımayacağına qədər bu addımı atmayacağı dəqiqdir. Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə bunu Rusiya etməlidir?" Qeyd edək ki, Rusiyanın Krıma müdaxiləsindən sonra bəzi politoloqlar növbəti hədəfin Qafqaz olması ilə bağlı proqnozlar verirlər.
2014-03-26
12,605
“Vətəninizi sevin – sizin ananızı...”
Rusiyanın Çelyabinsk vilayətinin qubernatoru Boris Dubrovski iclas zamanı qəribə çıxış edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Cənubi Uralın iqtisadi inkişafı ilə bağlı keçirilən iclasda Dubrovski öz çıxışı ilə hər kəsi təəccübləndirib. Çıxışı zamanı qubernator liberalların rusların tənbəl olması ilə bağlı fikirlərini sərt tənqid edib: "Liberallar hesab edir ki, ruslar işləməyi sevmirlər, əksinə məhz ruslar əməyi sevir. Liberallara səslənirəm və ümid edirəm ki, onlar bu zalda yoxdur. Vətəninizi sevin – sizin ananızı..." Qubernatorun bu çıxışı zalda olan hər kəsin gülüşünə səbəb olub.
2014-03-26
12,606
Vaqif Səmədoğlu müalicə üçün İsrailə getdi
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən İsrailə qayıdıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Xalq şairi Fikrət Qocanın verdiyi məlumata görə, V. Səmədoğlu İsrailə martın 24-də yola düşüb. Qeyd edək ki, V. Səmədoğlu xərçəngdən əziyyət çəkir. O, Novruz bayramını qeyd etmək üçün İsraildə aldığı müalicəyə bir neçə günlük fasilə verib Bakıya gəlmişdi. Martın 19-da Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şairə birliyin "Nəsimi" mükafatını təqdim etmişdi.
2014-03-26
12,607
Polis rəisi icra başçısı ilə davasından danışdı – Rəsmi
"Yayılan informasiyalar yalandır, orda dava olmayıb". Bu sözləri "Axar.az"a açıqlamasında Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov deyib. O, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovla aralarında olan dava ilə bağlı yayılan xəbərlərin heç birinin doğru olmadığını bildirib: "Orda toyda iştirak etmişik. Amma heç bir dava-filan olmayıb. Yayılan informasiyaların hamısı yalandır". Qeyd edək ki, martın 23-də Şabran rayon prokuroru Mübariz Bayramovun oğlunun toyunda Məhəmməd Kərimovla Ramiz Cəbrayılovun əlbəyaxa dalaşdıqları haqqında "Avropa.info" məlumat yayıb. Toyda Laçın RPŞ-nin rəisi keçmiş başçının salamını almadığına görə, mübahisə yaşandığı bildirilib. Bu zaman keçmiş icra başçısı ilə Laçının polis rəisi arasında dava düşüb. Bir-birini söyən və vuran R.Cəbrayılovla M.Kərimovu Suraxanı Rayon Polis Şöbəsinin rəisi sakitləşdirməyə çalışıb. Keçmiş icra başçısını Suraxanı polisinin rəisi hadisə yerindən uzaqlaşdırıb. Polis rəisi Məhəmməd Kərimovu isə əslən Kəlbəcərdən olan Siyavuş adlı prokurorluq işçisi sakitləşdirib. Mübahisə zamanı polis rəisi Məhəmməd Kərimov keçmiş icra başçısına 100 tonlarla yanacaq satdığını, yardım pullarını mənimsədiyini, qeyri-əxlaqi hərəkətlər etdiyini xatırladıb. Polis rəisi Laçın camaatının hələ də keçmiş icra başçısından şikayətlər etdiyini deyib. Yazıda həmçinin xatırladılıb ki, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov hazırda Kənd Təsərüffatı Nazirliyində çalışır.
2014-03-26
12,608
Metro ticarətinin ləğvi doğru addımdır - Sorğu
Metropoliten keçidlərindəki ticarət obyektlərinin sökülməsi düzgün addım kimi qiymətləndirilib. "Axar.az" xəbər verir ki, bu nəticə saytımızın keçirdiyi sorğudan sonra bəlli olub. Keçirilən sorğuda 3930 nəfər iştirak edib. Fikrini bildirən şəxslərə "Metropoliten keçidlərindəki ticarət obyektlərinin sökülməsinə münasibətiniz" sualı ilə müraciət edilib. İştirakçıların 67%-i Metropoliten rəhbərliyinin atdığı addımı düzgün qiymətləndirib. 26% respondent isə ümumiyyətlə bunu metroda ticarət obyektləri olan şəxslərə qarşı ədalətsiz addım hesab edib. Digər şəxslər isə suala cavab verməkdə çətinlik çəkiblər. Qeyd edək ki, Zaur Hüseynov Bakı Metropoliteninə yeni rəis təyin ediləndən sonra metrodakı bütün ticarət obyektlərinin sökülməsi ilə bağlı əmr verib. Hazırda demək olar ki, bütün metro stansiyalarının girişlərindəki ticarət obyektlərinin fəaliyyətinə son qoyulub.
2014-03-26
12,609
Türkiyə Hərbi Hava Qüvvələrinə "vur" əmri verildi
Suriyaya məxsus döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra Türkiyə Silahlı Qüvvələrinə yeni əmr verilib. Yeni əmrdə qeyd olub ki, türk hərbiçiləri Türkiyənin hava sərhədinin pozulması zamanı Ankara və hər hansı bir məkəzdən "vur" əmrini almağı gözləməməlidirlər. Türk Hərbi Hava Qüvvələri ölkənin hər hansı bir tərəfdən hava sərhədinin pozulması faktını aşkar etdikdə, dərhal hədəfi vurmalıdır. Verilən məlumata görə, artıq içərisi bombalarla yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələrinə məxus F-16 qırıcı təyyarələri Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah Türbəsini müdafiə etmək üçün havada dövrə vururlar. Qeyd edək ki, Əl-Qaidəyə aid İŞİD silahlıları Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl etməsələr, türbəni dağıdacaqlarını bəyan etmişdilər (ANS).
2014-03-26
12,610
İtaliyada azarkeşlər futbolçuları döydü - Video
Öz çılğın azarkeşləri ilə seçilən İtaliya futbolunda növbəti qalmaqal baş verib. "Axar.az" xəbər verir ki, aşağı liqa komandaları "Guliano" və "Volla" arasında keçirilən qarşılaşmada azarkeşlər futbol meydançasına giriblər və komandalarının məğlubiyyəti ilə barışmayan çılğın fanatlar rəqib klubun futbolçularını döyməyə başıayıblar.
2014-03-26
12,611
Səhiyyə naziri biabır oldu – Video
Türkiyənin Səhiyyə naziri Məhmət Müəzzinoğlu "xəstə ilə görüş" qaynar xəttinə dəfələrlə zəng etsə də, onunla əlaqə saxlaya bilməyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Məhmət Müəzzinoğlu dünən Səhiyyə Nazirliyinin yanında qaynar xəttin mərkəzi ofisinə gedib. İşçilərlə bir az söhbət etdikdən sonra nazir qaynar xəttə zəng edərək görüş təyin etmək istəyib. Müəzzinoğlunun bütün cəhdlərinə baxmayaraq, qaynar xətlə əlaqə saxlaya bilməyib.
2014-03-26
12,612
Barak Obamanın təhlükəsizlik xidmətində biabırçılıq
ABŞ prezidenti Barak Obamanın Nüvə Təhlükəsizliyi Toplantısına qatılmaq üçün Hollandiyaya səfərindən bir gün əvvəl biabırçılıq baş verib. "Axar.az" xəbər verir ki, Obamanı qorumaq üçün bir neçə gün əvvəl bu ölkəyə göndərilən təhlükəsizlik xidmətinin əməkdaşlarından biri qaldığı otelin dəhlizində sərxoş vəziyyətdə yatarkən yaxalanıb. Qalmaqallı hadisədən sonra sərxoş əməkdaş və onun dəhlizdə yatmasına mane olmayan iki nəfər də ABŞ-a geri göndərilib. Gizli Xidmətin sözçüsü Ed Donovan təhlükəsizlik xidməti əməkdaşlarının bu hərəkətlərinin heç bir problem yaratmadığını deyib. Onun sözlərinə görə, hər 3 şəxs Gizli Xidmətin əks-kəşfiyyat bölümünün əməkdaşlarıdır və Obamaya qarşı baş verə biləcək hər hansı sui-qəsdin qarşısını almaq üçün bir neçə gün əvvəl Hollandiyaya göndəriliblər.
2014-03-26
12,613
Qatar eskalatorun üstünə çıxdı – 32 yaralı
Qatar relsdən çıxaraq eskalatorun üstünə çıxıb. ​ "Axar.az" Türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Çikaqodakı "O'Hare" Beynəlxalq Hava limanına istiqamətlənən səkkiz vaqonlu sərnişin qatarı sonuncu dayanacaqda dura bilmədiyinə görə relsdən çıxaraq eskalatorun üzərinə çıxıb. Qatarın həddindən artıq yüksək sürətlə irəliləməsi üzündən baş verdiyi ehtimal edilən qəzada 32 nəfər yaralanıb. Qazadan sonra O'Hare hava limanına şəhərətrafı səfərlər müvəqqəti olaraq dayandırılıb.
2014-03-26
12,614
Terror dövlətinin hərbində son texnologiya - Video
İraq Şam İslam Dövləti kəşfiyyat dronlarından istifadə edir. "Axar.az" mücahidlərə yaxın sayta istinadən xəbər verir ki, İŞİD "Quadcopter" kimi tanınan "Phantom FC40" tipli pilotsuz hava vasitəsindən (dron) istifadə etməyə başlayıb. Kamera sisteminə sahib olan və telefonla idarə oluna bilən "Phantom FC40" tipli vasitələr havada olarkən video və fotoşəkil çəkilişi əməliyyatlarında istifadə edilir.
2014-03-26
12,615
Əfqanıstanda nə qədər hərbçimiz qulluq edir?
Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı hərbi kontingenti hazırda orada xidmətini davam etdirir və şəxsi heyətinin tərkibi 6 aylıq rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onları sayı artıraraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentimizin 2 dəfə artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib. Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir ("Trend").
2014-03-26
12,616
Çində türk piramidaları - Foto
Çinin orta seqmentindəki Şaanşi əyalətinin paytaxtı olan Şian şəhərinin 100 kilometr yaxınlığında yerləşən Çin piramidaları türk tarixində böyük əhəmiyyətə sahibdir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, "Ağ piramidalar" "türk piramidası" deyə xatırlanır. Piramidalarda olan əşyaların türk tarixində böyük əhəmiyyətə sahib olduğu bildirilir. Türkiyənin elm adamları son illərdə Çindəki türk piramidalarını araşdırandan sonra şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıb.
2014-03-26
12,617
Bakıda güzgülü keçid tikildi
Bakının Heydər Əliyev prospektində yeraltı piyada keçidinin inşası başa çatıb. 4 giriş-çıxışı olan keçiddə 5 iri güzgü quraşdırılıb.Üç giriş 6 eskalatorla təchiz olunub. Ancaq eskalatorlar işlək olmadığından piyadalar pilləkənlərlə enib-qalxmalı olurlar. "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin dediyinə görə, obyekt rəsmi olaraq istismara verilmədiyindən eskalatorlar hələlik işləmir. Yeraltı keçidin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü 3 metrdir ("Azvision.az").
2014-03-26
12,618
Putinin biznezmen dostları çökdürülür - Siyahı
Rusiya Krımı işğal etdikdən sonra ABŞ-ın bu ölkədəki bir çox siyasilər və biznesmenlərə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Putinə yaxın olan biznesmenlər daha çox ziyana uğrayıb. "Axar.az" xəbər verir ki, Rusiyada çox böyük şirkətlərin sahibi olan və birbaşa Putinə bağlı 3 biznesmen də bu sanksiyalardan yaxa qurtara bilməyib. Putinin dostları olan bu biznesmenlər Gennadi Timçenko, Yuri Kovalçuk və Rotenberq qardaşlarıdır. Qeyd edək ki, bu adları çəkilən biznesmenlər Rusiyada çox böyük kompaniya və bankların sahibdirlər və onların bu şirkətlərdən olan payı 50 faizdən aşağı deyil. Bu iş adamlarının sahib olduğu şirkətlərin siyahısını təqdim edirik.
2014-03-26
12,619
Məşhur aktyor vəfat etdi
Kino dünyası bir məşhur aktyorunu itirdi. Məlumata görə, amerikalı aktyor Ceyms Rexborn 65 yaşında vəfat edib. Sənətçi Saunt-Orancda yerləşən evində dünyasını dəyişib. Buna səbəb olaraq isə dəri xərçəngi göstərilib. Rexborn ən çox "Çujoy sredi svoix" adlı teleserialından tanınmağa başlayıb. Kinoda aktyor baş rollardan birinin atası obrazını canlandırıb. Bütün həyatı boyunca sənətçi karyerasında yüzdən çox filmdə çəkilib. Onların arasında "Zapax jenşinı", "Moy kuzen Vinni", "Den nezavisimosti", "İqra", Znakomstvo s rofitelyami", eləliklə tanınan "Belıy vorotniçok" və "Zakon və poryadok" teleseriallarında yer alıb (ANS). Qeyd edək ki, Ceyms Rexborn 1948-ci ildə sentyabr ayının 1-i Filadelfiyada anadan olub.1970-ci ildən etibarən bir çox teatrlarda səhnəyə çıxıb.
2014-03-26
12,620
Rusiya Cavaxetiya ermənilərinə pasport paylayır
Tiflisdəki keçmiş Rusiya səfirliyinin binası qarşısında Cavaxetiyadan gəlmiş etnik ermənilər növbə tutur. "Axar.az" xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya məlumat verib. Onun sözlərinə görə, hazırda konsulluq kimi fəaliyyət göstərən binada Cavaxetiyadan olan ermənilərə kütləvi şəkildə rus pasportları paylanılır. "Tiflisdə Rusiyanın Gürcüstandakı keçmiş səfirliyinin binasında Cavaxetiyada yaşayan ermənilər növbəyə düzülüblər. Onlara Rusiya Federasiyasının pasportları verilir", - deyə Qamsaxurdiya bildirib. Qamsaxurdiya onu da qeyd edib ki, Gürcüstanda yaşayan etnik ermənilərin əksəriyyəti rus pasportu əldə edib.
2014-03-26
12,621
Dünyanın ən müasir məscidi Almaniyada - Foto
Dünyaın dizayn və memarlıq baxımından ən müasir məscidi Almaniyanın Köln şəhərindədir. "Axar.az" məlumat verir ki, Türkiyənin böyük şirkətlərindən birinin iştirakı ilə Köln şəhərində Avropanın ən böyük məscidi tikilməkdədir. Nə qədər qəribə səslənsə də, xristian ölkəsində yerləşən bu məscid 34 milyona yaxın avro dəyərində vəsaitlə tikilir və sayca Avropanın mininci məscidi olacaq. Məscid iki min nəfərin bir anda namaz qılması üçün üçün nəzərdə tutulub. Burada Almaniyanın 4 milyonluq müsəlman cəmiyyəti üçün gözəl xidmətlər və dini ayinlərin icrası üçün əlverişli şərait yaradılıb. Köln şəhər meri alman mətbuatına açıqlamasında deyib ki, bu məscidin tikilməsi ilə Köln şəhəri dünyada məşhur olacaq. Məsciddə insanların rahat kitab oxuması üçün kitabxana da fəaliyyət göstərir.
2014-03-26
12,622
Putinin ən böyük silahı
Qərb analitikləri hələ də Rusiyanın, Prezident Vladimir Putinin Ukrayna hadisələrində aşkar qələbəsinin köklərini axtarmağa, Kremlin aqressiv siyasətinin qarşısını almağa çalışırlar. Məlumdur ki, Krımda birtərəfli referendum keçirilməsinə görə Qərb Vladimir Putini ciddi şəkildə tənqid etdi, Rusiyanı isə müxtəlif sanksiyalarla üz-üzə qoydu. Ancaq görünən odur ki, Rusiya prezidenti nə bu ciddi tənqidləri, nə də sanksiyaları saya saymır. Bunun yeganə səbəbi var – o da Putinin rus cəmiyyətindən arxayın olmasıdır. Usta xəfiyyə bu boyda rəngarəng və kriminallarla dolu cəmiyyəti necə ram elədi? Bir-bir detalları ilə... Ötən əsrin sonlarında SSRİ dağıldıqdan sonra Birliyə daxil olan respublikaların hər birində olduğu kimi, Rusiyada da ciddi təlatümlər, qarşıdurmalar və iqtisadi böhran yaşandı. Maraqlıdır ki, bu gərginlik Sovetlərin şinelidən yeni çıxmış ruslar üçün qeyri-adi gələn yeni müstəqil televiziyalar vasitəsi ilə daha da yüksək həddə gətirilir, ölkədəki vəziyyətin çıxılmaz hala gəldiyi hər addımda sərgilənirdi Başı sağlamlığının, ürək xəstəliyinin müalicəsinə qarışan Rusiya Fedeasiyasının ilk prezidenti Boris Yeltsin və onun ailəsi isə əksər hallarda hadisələri, sadəcə, kənardan izləmək məcburiyyətində qalırdı. Yaranan yeni-yeni müstəqil televiziyalar sanki yarışa çıxır, Rusiyanın böhrana sürükləndiyini açıqlayır, vəziyyətin çıxılmaz hala düşməsi barədə palaz-palaz reportajlar hazırlayır və durumun bu cür xarakter almasını nasaz Yeltsinin səriştəsiz prezidentliyi ilə əlaqələndirirdilər. Su kimi aydındır ki, nümayiş olunanların əksəriyyəti əsaslı olsa da, məsələnin başqa tərəfi Boris Yeltsin və onun komandasını gözdən salmaq, xalq itaətsizliyi yaratmaq, ölkənin çıxılmaz duruma düşdüyünü sərgiləmək və nəhayətdə Rusiyanı parçalamaqdan ibarət idi. Kimlər idi həmin media ruporlarının başında duran şəxslər və telekanaların düşünən beyinləri, məşhur analitikləri? Vladimir Qusinski özünün "Media Most" Qrupu ilə, dünyasını dəyişən Boris Berezovski isə sanki bütün sahələr - avtomobil satışından tutmuş telekanal sahibliyinə qədər - ələ keçirmişdilər. Bu həmin yəhudi əsilli şəxslər idi ki, rəhbərliyə gəldiyi ilk gündən Vladimir Putin Çeçenistanda olduğu kimi, onlara qarşı da səlib yürüşünə çıxdı. Mülkiyyətləri, rəhbərlik etdiyi telekanallar əllərindən alındı, tabeçiliyində olan məşhur teleaparıcılar Rusiyanı tərk etdi, nicatlarını, fəaliyyətlərini və istedalarını başqa ölkələrdə sərgiləmək, sınamaq məcburiyyətdində qaldı. Bu sırada məşhur "ntv"çi Yevgeni Kisilyovun adını öndə çəkmək olar. Kisilyov artıq NTV telekanalındakı kimi mərhum Pavel Qraçovun uğursuz "Qroznı əməliyyatı"ndan deyil, Viktor Yanukoviçin ərəb şeyxləri sarayı təsiri bağışlayan iqamətgahından reportajlar hazırlamalı oldu. Yəni o, "sürgün" məkanı kimi Ukraynanı seçdi. Digər tanınmış aparıcı – Savik Şusteri də bu sıraya aid etmək olar. Sonuncu öz nifrətini Ukraynanın "5-ci kanal"ından Rusiyanın dövlət başçısını Üçünçü Reyxin əvəzolunmaz siması Adolf Hitlerə bənzətməklə sərgilədi. Putin ən böyük "nüvə silahını" - telekanalları milliləşdirilmək, tabe etdirmək üçün əməli işlərə keçdi və buna mütləq şəkildə nail oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, qərbmeylli media oliqarxları yavaş-yavaş bu mühitdən kənarlaşdırılmağa başlandı. Putinin Piter komandası media strukturlarına da nüfuz elədi. "Bank Rossiya"nın sahibi, Rusiya prezidentinin hələ şimal şəhərindən yaxşı tanıdığ yaxın dost Yuri Kovalçukun bir neçə telekanal alması bu sahədə Putin ideyalarının reallaşmasını sürətləndirdi. Sonralar dövlətin özü aşkar şəkildə məyyən istiqrazları satın aldı. Bir sözlə, hazırda Putin və ona yaxın şəxslər, qurumlar Rusiyanın televiziya kanalarının 73,8 faizinə nəzarət edir. Təbii ki, bu fantastik rəqəmlə Kreml sahibinin yaxın vaxtlarda daha hansı "ideyalara" düşəcəyini təxmin etmək elə də çətin deyil. Gələk həlledici məqama - Putinin Krım məsələsində aşkar qələbəsinə. Heç kimdə şəkk-şübhə olmamalıdır ki, sələfi imperatriça Yekaterina 18-ci əsrdə yarımadanı üç gün ərzində sərgilədiyi diplomatiya ilə ələ keçirmişdisə, Putin üç həftə ərzində "Qeorgievski" bayrağını Simferopola tabeçiliyində olan telekanallarla sancdı. Rusiya hərbi arsenalı sadəcə "komuflyaj" idi. Ukraynanın hazırkı rəhbərliyinin, həmçinin Qərbin aciz qalmasının kökündə duran başlıca məqamlardan biri də budur. Rusiya mərkəzi kanallarının gün ərzində qonşu ölkənin ünvanına küfr yağdırması, demokratik qüvvələrə millətçi damğası vurması indi adi hala çevrilib. Bu reportajlardan sonra Rusiya cəmiyyəti Putini "fateh", qan qardaşlarını satqın, avropalıları isə qorxaq adlandırırlar. Günlərin birində telekanal vasitəsi ilə Vladimir Putinin Marsa qoşun yeritməyə hazırlaşdığı barədə xəbər elan olunsa, rus tamaşaçıları buna bəraət qazandıracaq, əvəzolunmaz prezidenti dəstəkləyəcək, "marslıları" satqın adlandıracaqlar. Təsəvvür edin, telekanalların idarə olunması auditoriyanı hətta bu qədər zombiləşdirməyə yetir... Putinin nüvədən ağır silahı da budur – telekanallarla zombiləşdirmə!
2014-03-26
12,623
“Megafun” əyləncə mərkəzində yanğın - Foto/Yenilənib
15:40 Bakıda Nobel prospekti 11 ünvanda, Yeni Həyat Yaşayış Kompleksində yerləşən "Megafun" əyləncə mərkəzində yanğın baş verib. "Axar.az" "SalamNews"a istinadla xəbər verir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. 18:06 "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda inzibati binanın ikinci mərtəbəsində yerləşən restoranının manqalüstü ventilyasiya sistemi yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-26
12,624
“Səhhətim yaxşı deyil” - Hacı Nuran
Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı teleaparıcı Hacı Nurandan yeni xəbər var. Uzun müddətdir üzləşdiyi xəstəlik üzündən Almaniyada müalicə olunan aparıcı yerli telekanallardan birində yayımlanan verilişə canlı telefon bağlantısı qurub. Hər kəsin onun sağalıb vətənə dönməyini gözlədiyi bir anda Hacı Nuran səhhətinin hələ də düzəlmədiyini vurğulayıb: "İl yarımdır Almaniyada müalicə alıram. Həkimlər hələ ki, məni Azərbaycana gəlməyə qoymurlar. Səhhətim yaxşı deyil". Bundan əlavə olaraq aparıcı bildirib ki, əgər hər şey qaydasında olsa, sentyabr ayında Bakıya gələ bilər. Eləcə də qeyd edib ki, ötən günlərdə Türkiyəyə yollanan yerli sənətçilər də onunla görüşüblər: "Bir neçə gün öncə Almaniyada Novruz bayramı münasibətilə konsert keçirildi. Orada müğənnilərimizlə görüşdüm. Tolik gözəl görüş təşkil etmişdi" (ANS).
2014-03-26
12,625
Azərbaycan oliqarxının qardaşı klub aldı
"Bakı" klubunu prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov Latviyada futbol klubu alıb. "Axar.az"ın məlumatına görə, bu, bir qədər əvvəl yaradılmış "Lipeya" klubudur. Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alması, biznesini ora köçürməsi barədə xəbərlər dərc olunurdu. Hətta o da yazılırdı ki, "Baglan Holdinq"in prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov biznesini Pribaltika respublikalarından birinə köçürür. Buna səbəb qardaşlar arasında olan narazılıq göstərilirdi. Dünən isə "Bakı" və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başladığı xəbəri yayılıb. Məlumata görə, Məmmədov Marislə çox yaxın dostdur. Klubu almağı da Məmmədova məhz o təklif edib. Alğı-satqıdan sonra 34 yaşında karyerasını elə "Bakı"da bitirmiş Maris Verpakovski vətəni Latviyada yeni yaradılan "Lipeya" klubunun prezidenti seçilib. Artıq ilk turda Verpakovskinin klubu "Metta" ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Məsələnin ən maraqlı tərəfi odur ki, "Lipeya"nın start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbolçunun daxil edilməsidir. Bunlar "Xəzər Lənkəran" və "Rəvan"ın slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, "Qəbələ", "Rəvan" və "Qarabağ"ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə də "Gəncə" və "Simurq"un latviyalı eks-forvardı Kristap Qrebisdir. Qeyd edək ki, Maris Verpakovski "Bakı"da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubuna məhz Zeynal Məmmədovun təkidilə transfer edilib.
2014-03-26
12,626
AKP-nin “milyonluq” mitinqinin sirri – Video
Ərdoğanın mitinqindəki 1.5 milyon kütlənin fotoşopla artırıldığı iddia edilib. "Axar.az" xəbər verir ki, Yutubda paylaşılan bir video Türkiyənin Baş naziri R.T.Ərdoğanın srağagünkü İstanbul mitinqindən çəkilib. Mətbuatda gedən xəbərlərə görə, Ərdoğan həmin mitinqdə 1.5-2 milyon arası AKP-çilərə xitab edib. Ancaq həvəskar bir kamerayla çəkilən bu video isə məlumatı tamamilə təkzib edib.
2014-03-26
12,627
Orduda “uniseks kazarma” – Gözlənilməz nəticə
Norveçdə qadın və kişi əsgərlər eyni kazarmaya yerləşdiriləndən sonra təcavüz faktları azalıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Norveç ordusu üzərində aparılan araşdırmaya görə, qadın və kişi əsgərlərin bir kazarmada (uniseks kazarma – red) qalmağı təcavüz faktını azaldıb. Cinsi Araşdırmaların Məlumat Mərkəzi tərəfindən həyata keçirilən təcrübədə 10 qadın və 10 kişi əsgər bir müddət eyni kazarmaya yerləşdirilib. Əsgərlər eyni rütbəlilər arasından seçilib. Araşdırmaçı Ulla Brit Lilleaas təcübə başa çatandan sonra: "Çox təəccübləndik. Uniseks kazarmaların təcavüz faktlarını azaltmayacağını, əksinə artıracağını düşünürdük", -deyib və uniseks kazarmalarda əsgərlərin bir-birini bacı-qardaş kimi gördüyünü bildirib. Bütün təcrübə müddətində sadəcə, bir təcavüz faktı qeydə alınıb.
2014-03-26
12,628
Baş konsulumuza "Şərəf medalı" verildi - Foto
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi İstanbulda Novruz bayramı münasibətilə toplantı keçirib. Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Vəqfin idarə heyətinin üzvləri, Türkiyənin ictimai-sosial həyatında önəmli rol oynamış şəxslər, ziyalılar, alimlər, İstanbulda akkreditə olunmuş diplomatik missiya rəhbərləri, diplomatlar iştirak ediblər. Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Türkiyə-Azərbaycan arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə göstərdiyi xidmətlərə görə Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun "Şərəf medalı" ilə təltif edilməsinə dair Mərmərə Qrupu Vəqfinin İdarə heyətinin yekdilliklə qərar qəbul etdiyini bildirib. Daha sonra, medal Mərmərə Qrupu Vəqfinin fəxri üzvü, Mərmərə Universitetinin sabiq rektoru prof.dr. Tunç Eren tərəfindən təntənəli surətdə Həsən Zeynalova təqdim edilib. Təltifdən sonra çıxış edən Baş konsul Həsən Zeynalov mükafata və iki dövlət arasında əlaqələrin genişlənməsi istiqamətində göstərdiyi səylərə verdikləri qiymətə görə Mərmərə Qrupu Vəqfinə təşəkkürünü bildirib. H.Zeynalov bu mükafatın onun öz vəzifə borcunu yerinə yetirərkən məsuliyyətini daha da artırdığını, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin kursunu rəhbər tutaraq Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə çalışacağını söyləmişdir. Baş konsul toplantıda iştirak edənləri və bütün Türk xalqını Novruz bayramı münasibətilə təbrik edib və Mərmərə Qrupu Vəqfinə əllə toxunmuş Azərbaycan xalçası hədiyyə edib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Kaspi Təhsil Mərkəzinin müdiri Sona Vəliyeva da iştirak ediblər.
2014-03-26
12,629
Silahlı şəxs Ermənistan parlamentinə hücum etdi
Bu gün günorta saatlarında əli silahlı şəxs İrəvanda parlament binasına hücum çəkib. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs ona yardım etməyəcəkləri təqdirdə özünü öldürəcəyini deyib. Şahidlərin sözlərinə görə, silahlı şəxs köynəyini qaldıraraq qarnına xəsarət yetirə bilib. Sonradan təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirə biliblər. Onun bu addımı atmasına səbəb isə maddi çətinliyi olub. Jurnalistlərə açıqlamasında bildirib ki, saxlaya bilmədiyi üçün 2 övladı internatda qalır.
2014-03-26
12,630
Napoleonun qohumları etiraz etdilər
Fransanın görkəmli imperatorunun əşyaları hərraca çıxarılsa da, son anda satılmayıb. Məşhur Osenat hərracı Fransa imperatoru Napoleon Bonapartın 100 gün hakimiyyətdə olduğu Fontenblodakı əşyaları hərraca çıxarsa da, son anda bu əşyalar satılmayıb. Hərracın başlamasına bir neçə dəqiqə qalmış həmin əşyalar satışdan çıxarılıb. Buna imperatorun qohumlarının etirazı səbəb olub. Satışa imperatorun ölüm günü geyindiyi köynək, ayaqqabısı, şalvarı, o cümlədən əlyazmaları və digər şəxsi əşyaları çıxarılıb. Bundan başqa hərracda 2 dəsmal, gecə gəzintisində istifadə etdiyi əl ağacı, fil sümüyündən hazırlanmış bıçaq nümayiş olunub. Mütəxəssislər sərkərdənin batist köynəyini 30-40 min, əl ağacına 15 min avro, manjetləri isə 8-10 min avro dəyərində qiymətləndirirlər. Geyimləri illər boyu Napoleonun köməkçisi Aşill Arşambo saxlayıb və yuyulmasına imkan verməyib. Arşambonun ölümündən sonra isə imperatorun geyimlərini onun ailəsi qoruyub ("Azvision.az").
2014-03-26
12,631
Fətullah Gülən Ərdoğanla görüşmək istədi - Cavab
Türkiyənin "Axşam" qəzeti Fəthullah Gülənin Baş nazir Rəcəp Tayyib Ərdoğanla təmas yaratmağa çalışdığını iddia edib. "Axar.az"ın məlumatına görə, bu barədə "Axşam" qəzetinin yazarı Məhəmməd Kutlu xəbər verib. O bildirib ki, Gülən camaatı Türkiyədəki üst səviyyəli nümayəndələr vasitəsilə Ərdoğanın yaxın ətrafı ilə əlaqə qurmağa çalışıb. Bu yolla nurçular "Səhv anlaşılmaları düzəltmə fürsəti verin" mesajı göndəriblər. Ərdoğan isə bu cəhdi "ikiüzlülük" olaraq xarakterizə edib və "mənə bir daha belə bir tələb gətirməyin" deyib
2014-03-26
12,632
Azərbaycan qan davasına doğru gedir – SOS
Son aylar qohumlar arasında tükürpədici cinayət hadisələrinin sayı artıb. Elə iki həftə öncə Yasamal rayonunda Tahir Əliyev adlı vətəndaş çoxsaylı bıçaq zərbələri ilə qardaşı oğlu İlhamın həyatına son qoyub. Ötən ay isə 23 yaşlı Əsgəralı Abbasov 3 dayısını yandıraraq öldürüb. Bu qəbildən olan bir çox cinayət faktı sadalamaq olar. Bəs nə baş verir? "Axar.az"ın bu sualını cavablandıran keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, qohumlar arasında artmaqda olan cinayət hadisələri gələcəkdə qan davasına gətirib çıxara bilər. Onun sözlərinə görə, qohumluq münasibətləri gərgin olan cəmiyyətlərdə proses qan davasına doğru gedir. M.Hacıyevin fikrincə, heç bir cəmiyyət qan davasından sığortalanmayıb: "Bu da psixoloji gərginliklə əlaqəlidir. Ailələr arasındakı soyuq münasibətlər cinayətlərin sayını artırır. Belə cinayətlərin başında elə də ciddi səbəblər dayanmır. Əvvəllər qohumlar arasındakı problem ailə böyükləri vasitəsilə həll edilirdi. Ancaq son illər ailə daxilində böyük-kiçik münasibətləri, ictimai qınaq məhv olmuş səviyyədədir. Qohum cinayətlərinin kökündə də dayanan səbəb budur. Ən acınacaqlısı isə qohum cinayətlərinin xüsusi amansızlıqla həyata keçirilməsidir". Ekspertin fikrincə, cəza mexanizmini sərtləşdirmək belə, cinayət hadisələrinin qarşısını ala bilməz: "Uzun müddət öncə Rusiya Dumasına aparıcı hüquq institutlarının 200-dən çox alimi müraciət etmişdi ki, belə cinayət hadisələrinin qarşısının alınması üçün ölüm hökmü qaytarılsın. Ancaq bu, praktik cəhətdən düzgün metod deyil". Psixoloq Dəyanət Rzayev isə deyir ki, ailədaxili cinayət hadisələrinin artması cəzasızlıqla bağlıdır: "Ədalətli məhkəmə olsa, qohumlar yaranmış konflikti özləri həll etməyə can atmaz. Psixoloji olaraq artıq zərərçəkən tərəf bilir ki, yaxınını qətlə yetirmiş qohumu layiqli cəza almayacaq. Belə məqamlarda bəzən ailə böyükləri cəzanı özləri verməyi əmr edir". Psixoloq deyir ki, belə insanlar psixopatik insanlardır: "Bunlar nə özləri yaşaya bilir, nə də ətrafındakılara yaşamağa imkan verir. Bizim cəmiyyət psixoloji olaraq qan davası kimi cinayətlərə meyllidir. Bu meyllilik və cəzasızlıq qan davasına səbəb olur. Hələ uzun müddət belə davam etsə, vəziyyət daha acınacaqlı hal alacaq".
2014-03-26
12,633
Tatarlar Rus-Krım hakimiyyətini tanıdı
"Tatar Məclisi Krım rəhbərliyinə daxil olmağa razılıq verib". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krımın Baş nazir müavini Rüstəm Temirqalıyev çıxış edib. O, Krım Tatar Məclisi ilə danışıqların sona çatdığını bildirib: "Mən Məclislə danışıqları aparanlardan biri olmuşam. Biz artıq razılaşmışıq. Məclis sədrinin müavini Baş nazirin müavini vəzifəsini istəyir. Məşhur deputat Rəmzi İlyasov isə Krım Parlamentinin vitse-spikeri vəzifəsinə iddialıdır. Qısası, Krım tatarları artıq bizimlədir". Krım Tatar Məclisinin Mətbuat katibi Leyla Müslümova isə "Axar.az"a açıqlamasında yayılan informasiyanın heç bir həqiqəti əks etdirmədiyini bildirib. "Krım Tatar Məclisinin rəsmi qərarı hələ çap olunmayıb. Amma yayılan informasiyaların heç biri həqiqəti əks etdirmir. Krım Tatar Məclisi belə qərar qəbul etməyib".
2014-03-26
12,634
Rusiya Türkiyəyə gedən turistlərini Krıma yönəldir
Rusiya Baş nazirinin köməkçisi Dmitri Kozak Krımın turizm mərkəzinə çevrilməsi üçün lazımi işlərin görüləcəyini və aprel 5-ə qədər "yol xəritəsi"nin müəyyənləşdirildiyini deyib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Kozak hazırda Krım Muxtar Respublikası və Sevastopolun sosial-iqtisadi inkişafı üçün çalışdıqlarını söyləyib. "Biz rus turistlərin Türkiyə, ya da Misirin yerinə Krıma üz tutmaları üçün tur paketləri hazırlayırıq" deyə Baş nazirin müavini bildirib. Qeyd edək ki, bu il Krıma üz tutan turistlərin ötən ilə nisbətən çoxluq təşkil edəcəyi gözlənilir. Krımın Turizm naziri Yelena Yurçenko "İnterfaks"a verdiyi açıqlamasında bildirib ki, Krıma gələn xarici turistlərin 60-70 faizini ruslar təşkil edir.
2014-03-26
12,635
Dünya Bankından Rusiya üçün böhran proqnozu
Dünya Bankı Rusiyanın iqtisadi artım tempi ilə bağlı proqnozları ən optimist ssenari üzrə 2,2% -dən 2014-cü il üçün 1,1%-ə salıb. Ukrayna böhranı ilə bağlı pessimist ssenari Rusiya iqtisadiyyatında cari il üçün geriləməni 1,8% həndəvərində qiymətləndirir. Rusiya iqtisadiyyatının artım templəri üzrə proqnoz 2015-ci il üçün 2,7%-dən 1,3-2,1%-ə endirilib. Az öncə - ötən ilin dekabrında Dünya Bankı Rusiyanın iqtisadi artım tempi üzrə proqnozu 2014-cü il üçün 3,1%-dən 2,2%-ə salmışdı. Əksinə, ekspertlərə görə, dünya iqtisadiyyatını yaxın illərdə 3,2-3,4%, Avropa Birliyi iqtisadiyyatını 1,1-1,4%,, inkişaf eləməkdə olan ölkələrin iqtisadiyyatını isə 5,3-5,5% arası artım gözləyir. ("Musavat.com")
2014-03-26
12,636
Azərbaycanlı güləşçinin öldürülməsi ilə bağlı açıqlama
Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur. C.Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C.Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb. Federasiyanın mətbuat xidmətindən C.Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər. Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. Mücahidlər C.Bayramovun fotosunu da yayıblar/
2014-03-26
12,637
İtkin düşən təyyarədən xəbər var: 122 əşya aşkar olunub
Kanadanın baş naziri yoxa çıxmış Malayziya təyyarəsinə məxsus olduğu güman edilən əşyaların axtarışı üzrə əməliyyatın fəallaşdırıldığını deyib. Tony Abbott Hind okeanında hava şəraitinin pisləşməsinə görə təxirə salınmış axtarışlara bütün qüvvələrin sərf edildiyini bildirib. Axtarışların fəallaşması Malayziya təyyarəsinə məxsus ola biləcək 122 əşyanın peykdən aşkar edilməsinə təsadüf edir. Təsvirlər Fransada mənzillənən Airbus Defence and Space şirkəti tərəfindən çəkilib. Martın 23-də çəkilmiş görüntülərdəki əşyalardan biri 23 mert uzunluğundadır, Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseyn deyib. "Bu axtarış əməliyyatlarının yönləndirilməsinə kömək edəcək yeni dəlildir". 4-cü dəfədir ki, peykdən təyyarəyə məxsus olduğu güman edilən qırıntılar müşahidə edilir. İndiyədək Boeing hissələrinin axtarışı üzrə səylər nəticə verməyib. Əşyalar Avstraliyanın qərb sahilindən qərbə doğru 2,557 km aralıda yerləşir. Dənizdə təhlükəsizlik üzrə Avstraliyanın dövlət qurumu axtrışda 12 təyyərinin iştirak etdiyini bildirib. Martın 8-də МН370 reysilə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi göyə qalxdıqdan bir müddət keçmiş yoxa çıxmışdı. Təyyarənin göyərtəsindəki 239 adamdan 153-ü Çin vətəndaşı olub. (BBC)
2014-03-26
12,638
Bakıda 60 yaşlı qadın dəm qazından boğularaq öldü
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Bülbülə qəsəbə sakini, 60 yaşlı Nailə Allahverdiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
2014-03-26
12,640
Dudayev: “Rusiya şər imperiyasıdır” - Video
"Dağlıq Qarabağı ayırdılar və məhv etdilər". "Axar.az" Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin Rusiyanın işğalçı siyasəti haqqında verdiyi müsahibədən ibarət qısa süjeti təqdim edir. Süjetdə Dudayev Rusiyanı şər imperiyası adlandırır. Onun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Şimali Osetiya, İnquşetiya, Çeçenistanda həyata keçirdiyi məhvetmə siyasətindən danışır. Mərhum prezident Rusiyanın yalnız çətin vəziyyətdə müqavilə imzaladığını və ona əməl etmədiyini bildirir. Dudayevin açıqlamasından ibarət olan videonu təqdim edirik.
2014-03-26
12,641
Kılıçdaroğlu Ərdoğana aid edilən səs yazısından danışdı
CHP lideri Kamal Kılıçdaroğlu Dəniz Baykalın vəzifəsini itirməsinə səbəb olan video görüntülərə münasibət bildirib. "Axar.az" xəbər verir ki, Kılıçdaroğlu bu olayın ABŞ-da yaşanan "Watergate" skandalının başqa versiyası olduğunu deyib. Kılıçdaroğlu seçki mitiqindən əvvəl mətbuat üçün açıqlamasında dünyanın heç bir ölkəsində bu dərəcədə əxlaqsızlığa yol verilmədiyini, bu günə qədər bu olayların üstünün açılmamasınında səbəbin Baş nazir Ərdoğan olduğunu bildirib. Qeyd edək ki, dünən gecə saatlarında internetdə yayılan səs yazısında Ərdoğana aid edilən səsin CHP-nin o vaxtkı sədri Dəniz Baykalın vəzifəsini itirməsinə səbəb olan videonun ortaya çıxmasından bir gün əvvəl birinə zəng edərək, təlimatlar verdiyi eşidilir.
2014-03-26
12,642
Obama Rusiyanın qaz bazarını "öldürür"
Avropa İttifaqı ölkələrinin Rusiya yanacağının asılılığından azaldılması üçün ABŞ Avropaya təbii qazın birbaşa nəqlini həyata keçirməyə hazırdır. Bu barədə ABŞ prezidenti Barak Obama ABŞ-Aİ sammitin yekunlarına dair mətbuat konfransında bildirib. "Biz başa düşürük ki, (sanksiyaların gücləndirilməsi) müxtəlif ölkələrdə müxtəlif cür təsir göstərəcək, o cümlədən Aİ daxilində olan ölkələrdə; onların bəziləri rusiya yanacağının olunmasından daha çox asılıdır və biz bunu nəzərə alırıq. Biz (ABŞ), indi artıq Avropa ölkələrindəki tələbatı həcmində təbii qaz ixracı edə bilərik. Amma o açıq bazara gedir və lisenziyası olan özəl şirkətlər vasitəsilə satılır", - Obama bəyan edib. Bundan başqa, o əlavə edib ki, ABŞ Avropa ölkələrinin iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçirməyə davam etdirmək niyyətindədir. "Biz artıq Avropa ilə böyük həcmdə ticarət aparırıq və Avropa iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçiririk. Bu, dəyişməyəcəkdir", - prezident bildirib. (Trend)
2014-03-26
12,643
Əli Mirəliyev: “Mənim itimin də adı Reksdir, Rəqsanə...” - Video
"Rəqsanəyə demək istəyirəm ki, get oxumağı örgən ay bala". Bu sözləri məhkəməyə verilməsi ilə bağlı sualı cavablandırarkən "Axar.az"a Əli Mirəliyev deyib. "Heç bir qalmaqaldan söhbət gedə bilməz, Rəqsanə özü üçün danışır. Qalmaqalı yaradan "SOY" prodakşn olub. Verilişin aparıcısı mənə yaxınlaşıb sual verib ki, Əli müəllim, Rəqsanə xanım Türkiyəyə oxumağa gedir və adını dəyişib Reksi qoyub, buna münasibətiniz? Mənim də cavabım belə olub ki, gül kimi adı var, o nə addır, gedir, getsin Türkiyəyə, amma adını dəyişməsin. Mən Rəqsanəni təhqir etməmişəm, o mənim qızım yaşındadır. Sadəcə demişəm ki, mənim itimin də adı Reksdir, o adı özünə qoymasın. Bu sözlərimi montaj edib, özlərinə necə sərf edirsə, elə efirə veriblər. Rəqsanəyə demək istəyirəm ki, get oxumağı öyrən, ay bala, Türkiyəyə gedirsən get, amma Azərbaycan musiqisi sənlik deyil". Xatırladaq ki, artıq neçə vaxtdır aralarında yaşanan qalmaqaldan sonra Rəqsanə İsmayılova Əli Mirəliyevi məhkəməyə verib. Qalmaqala səbəb olan videonu təqdim edirik:
2014-03-26
12,644
Lukaşenko: "Yanukoviç, get özünü öldür"
Belarus Prezidenti Aleksandr Lukaşenko "Şuster Live" teleproqramı ilə çıxışı zaman Viktor Yanukoviçi sərt tənqid edib və ona lazım gələrsə özünü qurban verməyi məsləhət görüb. Belarus prezidenti deyib: "Mənimçün Yanukoviçin nəyi prezidentdir? Bu da onun sonuncu çıxışı: yoldaşlar, cənablar, mən sağ və salamatam, silahlı qüvvələrin ali baş komandanıyam. Dərhal sual doğur: bəs sənin ordun hardadır?" "Prezident öz xalqının yanında olmalıdır - nə qədər çətin olsa da. Əgər sabah səni güllələsələr, öldürsələr belə - deməli, sənin taleyin budur. Deməli, sən özünü qurban verməlisən. Bəs necə? İqamətgahda oturub, hakimiyyətdən zövq alanda yaxşı idi, çətin olan kimi qaçmalısan? Yox, mən bunu qəbul edə bilmirəm", - deyə Belarus lideri bildirib (ANS)
2014-03-26
12,645
Bərdədə ikiotaqlı ev yandı
Bərdə də yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m birmərtəbəli 2 otaqlı evin qamışdan ibarət tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-26
12,646
Ölkəmizdəki nurçuluqla bağlı ABŞ səfirinin dosyesi - Vikiliks
Müxtəlif ölkələrdə çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan məşhur "Vikiliks" (WikiLeaks) saytında vaxtilə yayımlanmış, amma o zaman fərqinə varılmayan Azərbaycandakı nurçuluqla bağlı sənədlər hazırda diqqət çəkməyə bilməz. "Axar.az" xəbər verir ki, "Vikiliks" ABŞ-ın Azərbaycandakı səfirliyində hazırlandığı bildirilən və birbaşa Azərbaycandakı nurçuluğa həsr olunan 10 xülasədən ibarət sənəd yayıb. Sənədlərdə nurçuluğun tarixindən, Azərbaycanda yaranmasından, təhsil adıyla ölkəmizdə yaradılan mərkəzlərindən bəhs edilir. Sənədlərdə ölkəmizdə kifayət qədər çəkisi olan və nurçulara xidmət edən bir çox ictimai-siyasi şəxslərin adları da çəkilir. Sənəddə önəmli hesab etdiyimiz hissələri təqdim edirik: Fətullah Gülən şəbəkəsi Azərbaycanın İslam səhnəsinin bir komponentidir. 1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən özəl türk şirkəti olan "Çağ öyrətim" (Müasir təhsil) Azərbaycanda bir Universiteti (Xəzər Universiteti) və ən azı on iki orta məktəbi özündə birləşdirir. Gülənçi şəbəkə Azərbaycanda həmçinin bir neçə media və yerli türk biznes şərkətinə də rəhbərlik edir. F.Gülən altmışdan çox kitabın müəllifi olan türk-islam müəllimidir. Gülənin baxışları elmi və islam dinini birləşdirərək müsəlman dünyası çərçivəsində renessansın əhəmiyyətini göstərir. Gülənin fikirləri Afrika, Latın Amerikası, Avropa, Türkiyə və Orta Asiyanın bir çox ölkələrində 500-dən çox məktəbin yaradılmasında istifadə olunub və o cəbhədə birləşənləri "Gülən hərəkatı" adlandırırlar. Türk biznesmenlər arasında əhəmiyyətli dəstəyə malik olan Gülən 1998-ci ildən ABŞ-da yaşayır. Gülən XIX-XX əsrdə yaşamış türk teoloq Səid Nursinin tələbəsi olub. Nursinin ölümündən sonra onun tələbələri arasında bölünmə yaranıb və Fətullah Gülən ən görkəmli şagird kimi meydana çıxıb. Və onun ardıcılları "nurçu" adlandırılmağa başlanıb. Gülənçilər özlərini nurçu hesab etmir, baxmayaraq ki, Gülən və nurçu təlimləri arasına bir neçə incə teoloji fərq var. Azərbaycandan yerli İslam eksperti Nəriman Qasımoğlu bizə dedi ki, Gülənçi təsir monolit və ya tam formalaşdırılmış deyil. Qasımoğluna və başqa məlumatlandırıcı mənbələrə görə, Gülənin təlimləri geniş fəlsəfi orientasiyanı təmsil edir. Yerli ekspertlərin fikrincə, Azərbaycanda Gülənçi təsir hər yerdən çox onun məktəb və kurslarında hiss edilir. Kurslarda texniki elmlərə, daha çox riyaziyyata üstünlük verilir. Tədris planına etika və fəlsəfə kursları daxildir, amma ilahiyyata heç bir yer verilməyib. Pedaqoji təşkilatlarla yanaşı, Azərbaycanda bir neçə media şirkəti də Gülənçi qruplaşmanın əlindədir. "Xəzər" Tele-radiosu, "Zaman" qəzeti, "Bürc FM" radiostansiyasından tutmuş yerli dini ekspert Elşad Miriyə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin işçisi Aqil Hacıyevə qədər, hamısı onlara aiddir. Elşad Mirinin səfirliyə dediyinə görə, Gülənçilər həmçinin Azərbaycanda türk şirkətlərinin sayını artırmaq üçün Azərbaycan Türkiyə Sənaye və İş adamı birliyi (TUSİAB) ilə sıx əməkdaşlıq edirlər. Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlər Ümumiyyətlə, GOAJ Azərbaycanda xarici missionerlərin, xüsusilə Fars körfəzi ölkələrindən sələfi aktivistlərin, Səudiyyə Ərəbistanından vəhabilər və İran şiələri kimi islam missionerlərinin fəaliyyətlərinin qarşısını almağa can atır. Bakı Dövlət Universitetinin professoru və islam üzrə eksperti Altay Göyüşova görə, siyasi baxımdan xaos dövrü olan 1990-cı illərdə türk missionerlərin iştirakı ilə GOAJ-ın Fars körfəzi ölkələri və İrandan gələn xarici missionerlər üzərində az da olsa nəzarəti var idi. Gülənçilər Azərbaycana girən tək türk dini yönümlü qrup deyil, ancaq bu, ən yaxşılardan biridir. Göyüşov və başqa yerli nümayəndələrin dediyinə görə, "Çağ öyrətim" GOAJ-la əlaqələrini yaxşı saxlamaq üçün qeyri-rəsmi "istismar haqqı" ödəməkdə davam edir. Hökumətin xəbərdar etdiyi şəxslərinin uşaqları "Çağ öyrətim" məktəblərinə gedir. Elşad Mirinin sözlərinə görə, onların içində Prezident Administrasiyası təmsilçilərinin uşaqları "Çağ öyrətim" məktəblərinə gedir. Gülənçilər və Azərbaycan hökuməti arasındakı əlaqələrdə adı tez-tez hallanan Prezident Administrasiyasının Siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovdur. Aslanov Aparatda daha gənc üzvdür və özü Mehdiyevə bilavasitə məlumat verir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin işçisi Aqil Hacıyev də bizə dedi ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov "Çağ öyrətim" işçiləri ilə isti əlaqələrə malikdir. Azərbaycan elitaları "Çağ Öyrətim"in dünyəvi təhsil vermələrinə imkan yaradır, məsələn, Azərbaycan hakimiyyət orqanları BDU-da ilahiyyat fakültəsinin fəaliyyətinə imkan versələr də, 2001-2002-ci illərdə Qafqaz Universitetinin ilahiyyat fakültəsini bağladı. Gülənçilər Universitet tələbələri üçün "nur evləri" adlanan ucuz yaşayış evləri təşkil edirlər. Biz Bakıda bu "nur evlərindən" birində qalan azərbaycanlı ilə görüşmüşük, məlum olub ki, onların hətta şəxsi həyatına da nəzarət edilir və onların istədikləri adamla evlənməkləri qadağandır.
2014-03-26
12,647
Şumaxerin həkimi: “Pis xəbərə hazır olun”
"Formula 1" yarışlarının köhnə və təcrübəli həkimi sayılan Gary Hartstein Fransada xizək sürərkən ağır yaralanan və müalicəsi hələ də davam "Formula 1"in əfsanəvi pilotu Mixayıl Şumaxerlə bağlı açıqlama verib. "Axar.az"ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həkim Hartstein olduqca bədbin danışıb: "Şumaxerlə bağlı ən pis ssenariyə hazırlıqlı olmaq lazımdır". Sosial media hesabından Şumaxerin sağlamlıq vəziyyəti ilə bağlı məlumat paylaşan Hartstein əfsanəvi pilotun 8 həftədir süni koma vəziyyətində olmasını və vəziyyətinin kritik olduğunu ifadə edib. "Zaman keçdikcə Şumaxerin vəziyyətində əhəmiyyətli inkişaf ehtimalı daha da azalır. Hər cür ehtimala hazırlıqlı olmaq lazımdır". Kariyeraası ərzində 7 dəfə "Formula 1" çempionluğu qazanan pilotun hər zaman çox sevilən biri olduğunu xatırladan Hartstein, illərcə hər yerin Ferrari bayraqları, şapkaları və köynəkləriylə örtülməsini xatırladaraq, Şumaxerin ötən illər ərzindəki uğurlarını da yada salıb. Həkim həm də pis xəbərə hazır olmağa çağırış edib: "Ailəsinin xüsusi istəyi ilə Şumaxerin vəziyyətindəki dəyişikliklər davamlı olaraq izlənilmədiyindən, pilotun sevənləri ümidlənməyə davam edir. Pis bir xəbər ortaya çıxarsa, pərəstişkarlarının yaşayacağı vəziyyət məni daha çox narahat edəcək". Yanvar ayının sonunda aldığı narkozun azaldılmasına başlanılan məşhur pilot süni komadan oyandırılma müddətinə keçib. Ancaq uzun zamandır ki, müsbətə doğru heç bir dəyişiklik yoxdur.
2014-03-26
12,648
Bəşər Əsəd hakimiyyətdən salındı
Ərəb Liqası Suriyanın müxalifət təmsilçisi olan Suriya Milli Şurasına liqa tərkibində mandat ayırmağa razılıq verib. Küveytin eyni adlı paytaxtında baş tutan 25-ci Ərəb Liqası sammitində Suriyanın gələcəyi gündəmin əsasını təşkil edib. Liqanın baş katibi Nəbil Ələrəbi mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Suriyada sülhün bərqərar olması üçün rəsmi Dəməşq və müxalifət nümayəndələrinə qarşı təzyiqlər davam etdirilir: "Cenevrə danışıqlarının bərpa edilməsi üçün hər iki tərəfə qarşı təzyiqlər göstərilir. Növbəti görüşlərdə, nəhayət ki, müəyyən uğurlar əldə olunmasına çalışacağıq". Suriya Milli Şurasının mətbuat katibi Luey Səfi Ərəb Liqasının dəvəti ilə bağlı münasibət bildirib. Müxalifət təmsilçisi qeyd edib ki, Milli Şura Ərəb Liqasından əsasən müxalifətə və Suriya xalqına dəstək olmasını tələb edəcək: "Biz rejimin bombardmana son qoymasını, qətliamları dayandırmasını və keçid hökumətinin bərqərar olmasını istəyirik. Ərəb Liqası buna nail olmağa çalışmalıdır. Digər bir halda isə, ən azından, nahaq qanın tökülməsinə son vermək lazımdır". (ANS)
2014-03-26
12,649
SOS: Rus ordusu Çerniqovdan Kiyevə girəcək – Video/Foto
Rusiya Ukrayna ilə sərhədə ən müasir tank diviziyasını yığır. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, Rusiya Krım yarımadasından sonra Ukraynanın şərqinə girməyə hazırlaşır. Bunun üçün Ukrayna ilə sərhədə ən ağır və döyüş qabiliyyətli silahlar toplaşmaqdadır. Bildirilir ki, Viktor Yanukoviç bu saatlarda müharibəyə başlanması barədə bəyanat verməlidir. Kursk vilyətinin Amon Xomutovski məntəqəsinə 2 saylı Tamanski motoatıcı diviziyanın əsgərləri, həmçinin çoxsaylı döyüş helikopterləri gətirilib. Ehtimal edilir ki, rus əsgərləri Ukraynaya Çerniqovdan girəcək. Ukrayna prezdidentinin səlahiyyətlərini icra edən Turçinov isə bir qədər öncə sərhəd boyuncu rus əsgərlərinin toplaşdığını etiraf edib və narahatlığını dilə gətirib.
2014-03-26
12,650
Rəcəb Tayyib Ərdoğanın gizli yazısı - Video
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və oğlu Bilal Ərdoğan arasındakı telefon danışığının səs yazısı olduğu iddia edilən yeni kaset yayılıb. "Axar.az" xəbər verir ki, Ərdoğana aid olduğu iddia edilən səs yazısında Baş nazir öz oğlu Bilal Ərdoğana "Axşam" qəzetini ziyarət etdiyi üçün əsəbləşir. "Niyə belə edirsən, oğlum?" deyə əsəbiləşən Ərdoğan bu cür ziyarətin sosial mediada dərhal əks-səda yaratdığını və ortalığı qarışdırdığını bildirir. Bilal Ərdoğan isə atasına verdiyi cavabda ziyarətin səbəbinin "studiyaları gəzmək" olduğunu açıqlayır. Səs yazısına görə, Bilal Ərdoğan yalnız "Axşam" qəzetini deyil, həm də SKY 360 kanalının studiyalarını da təftiş etdiyi bildirir. Oğulunun ondan xəbərsiz "Axşam" qəzetinə getməsinin səhv olduğunu ifadə edən Tayyib Ərdoğan Bilal Ərdoğana nümunə olaraq özünün heç bir zaman "Star" qəzeti və "Kanal 24"ü ziyarət etmədiyini deyir. Baş nazir buralara "həssas yerlər" olduğu üçün getmədiyinin vurğulayır. Bilal Ərdoğan isə onsuz da hara addım atsa, özünə aid olduğu istiqamətdə xəbərlər çıxdığını deyir. Səs yazısındakı "oralar həssas yerlərdir, heç gör mən gedirəm?" sözlərinə görə adı keçən media qurumlarının Ərdoğan ailəsinə aid olduğu iddia edilir.
2014-03-26
12,651
Obamadan Krım etirafı - İlk dəfə
"Rusiyaya qarşı hərbi əməliyyatlar aparmayacağıq. Hələlik Krım Rusiyanın idarəsi altında qalacaq". "Axar.az" xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama deyib. Obama bununla da ilk dəfə olaraq Krımın Rusiya təsiri altında qalmasını qəbul etmiş olub. Barak Obama Krım böhranını müzakirə etmək üçün Brüsselə gedib və dünya müharibəsi zamanı həlak olan amerikalı əsgərlərin məzarlarını ziyarət edib. O,burada "Dünya müharibəsində baş verən faciələr bizlərə hələ də dərs olmadı", - deməklə Rusiyaya işarə edib.
2014-03-26
12,652
Makdonalds restoranlarının altında yatan böyük sirr – Video
Makdonalds restoranlar şəbəkəsinin altında bunkerlər yerləşdirilib. "Axar.az"ın təqdim edəcəyi videoda Makdonalds restoranlar şəbəkəsinin sirlərindən bəhs edilir. Sujetdə ABŞ-ın əhalini atom bombası və digər hücumlardan qorumaqdan ötrü gizli olaraq bu layihəni hazırladığını bildirib. Amerikada yerləşən 15.000 Makdonalds restoranının hər birinin yerini körpəlikdən hamı tanıyır. Yerin altındakı bunkerlərdə eyni anda 100.000 insan yerləşdirilə bilər. Bu tip bunkerlərin ABŞ-dan kənardakı restoranlarda da hazırlandığı qeyd edilib. Rus millətçilərinin hazırladığı videonu təqdim edirik.
2014-03-26
12,653
“Hamı saçını onun kimi kəsdirməlidir” - Qanun
Şimali Koreyada indi bütün kişilər öz saçlarını ölkənin ali lideri Kim Çen Un kimi kəsdirməlidirlər. "Axar.az" xəbər verir ki, bununla bağlı yeni dövlət aktı paytaxt Pxenyanda iki həftə əvvəl qəbul olunub. Akt qəbul olunan gündən bütün ölkə ərazisində qüvvəyə minib, lakin əksəriyyət bu saç stilini qəbul etmək istəmir. "Bizim liderin saç düzümü sözsüz çox gözəldir, ancaq hamıya yaraşmır, çünki hər kəsin fərqli sifəti və baş forması var" adının çəkilməsini istəməyən mənbə Asiya Azadlıq Radiosuna açıqlamasında deyib. Buna görə də, bu saç düzümü ölkədə neqativ əhval-ruhiyyələrin yaranmasına gətirib çıxarıb. Çünki bu saç düzümü koreyalıların yadına Çin oğrularını salır. 2000-ci illərin əvvəllərində bu saç düzümü "Çin oğruları" kimi tanınırdı.
2014-03-26
12,654
Ən yeni “Lamborghini Aventador” - Fotolar
"Qızğın Öküz" adı verilən və 700 at gücünə malik olan bu avtomobilin indiyə qədər istehsal edilən ən həyəcanverici "Lamborghini" olduğu iddia edilir. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, bu ecazkar avtomobilin üst hissəsi bir neçə saniyə ərzində çıxarıla bilir və istifadəsinə ehtiyac olmadıqda ön baqaj bölməsində saxlanılır. Karbon fiber materiallı tavan "Lamborghini"nin öz texnologiyası olaraq istifadə edilir. Bu texnologiya titandan daha möhkəmdir. Yeni "Lamborghini Roadster" tavanı açıqkən 350 km/s sürət toplaya bilir.
2014-03-27
12,655
Abşeronda ikiotaqlı ev yandı
Abşeron rayonunda ikiotaqlı evdə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə və 1 otaqda olan yataq dəsti qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-27
12,656
Məşhur şoumendən Ukrayna və Qərbə məsxərə – Video
Məşhur Amerika şousu bu dəfə Rusiyanın Krımı ələ keçirməsi, ukraynalı hərbçilərin davranışı və Qərbin hadisəyə reksiyasına toxunub. "Axar.az" məlumat verir ki, komedeya janrında ərsəyə gələn verilişin ilk dəqiqələrində Rusiya Prezidenti Vladimir Putinin müharibəyə başlamayacağı barədə bəyanat versə də, vədinin üstündə durmamasına toxunulur. Şouda rus tanklarının işıq sürəti ilə Ukrayna hərbi hissələrinə girməsi əks olunur. Aparıcı həmin anı gülüşlə təqdim edib. Çarxda diqqət çəkən məqamlardan biri də "Böyük Yeddilər"lə bağlıdır. Vurğulanır ki, üzv dövlətlərin hədələrinə baxmayaraq, at belində yarıçılpaq oturan Putin buna heç diqqət vermir.
2014-03-27
12,657
Məhəmməd Mursini devirən general istefa verdi
Misirin Baş qərargah rəhbəri və Müdafiə naziri Əbdulfəttah əl-Sisi prezidentliyə namizəd olmaq üçün vəzifəsindən istefa verib. "Axar.az" xəbər verir ki, Sisi bir neçə gün öncə onun prezident olmasını istəyənlərə arxa çevirirdi və bu gün qərarını dəyişərək prezidentliyə namizəd olmaq üçün ilk addımını atıb. Qeyd edək ki, Əbdulfəttah əl-Sisi 3 iyul 2013-cü il tarixində sabiq prezident Məhəmməd Mursinin devrilməsinin iştirakçılarından biri olub.
2014-03-27
12,658
Barrozu: "Rusiyadan yox, Azərbaycandan alacağıq"
Martın 26-da ABŞ-Aİ zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Joze Manuel Barrozu bildirib: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub Qaz Dəhlizi" vasitəsi ilə biz ilk dəfədir ki Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan da qaz alacağıq ("EUNews.az").
2014-03-27
12,659
Türkiyə erməniləri qorumaq üçün hərəkətə keçdi
Türkiyə Xarici İşlər Nazirliyi Suriyada son günlər yaşanan gərginliyin ardından bölgədəki erməniləri qorumaq üçün hərəkətə keçib. "Axar.az" xəbər verir ki, Türkiyə Suriya rejiminin Lazkiyə şəhərinə bağlı olan Kəsəb qəsəbəsindəki qarşıdurmalarda suriyalı müxaliflərə dəstək verdiyi barədə iddiaları təkzib edib. XİN-in açıqlamasında Suriyada üç ildir davam edən savaşdan ən çox zərər görən ölkənin Türkiyə olduğu, ancaq bütün bunlara baxmayaraq, savaşdan əziyyət çəkən suriyalılara humanitar yardım göstərməyə hazır olduğu bildirilib. Açqılamada Kəsəb bölgəsində yaşayan suriyalı ermənilərin də Türkiyə tərəfindən qəbul ediləcəyi və BMT-nin bəyanatına uyğun olaraq ermənilərlə əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb. Həmçinin qeyd edilib ki, bütün suriyalılar kimi, suriyalı ermənilərin də ehtiyaclarının qarşılanması üçün lazımi addımlar atılacaq.
2014-03-27
12,660
Ukrayna özünümüdafiə dəstələri yaradır
Rus qoşunlarının Ukraynanın şərq vilayətləri üzrə istiqamət alması sərhəd bölgəsində yaşayan əhalini narahat edib. "Axar.az" məlumat verir ki, məsələ ilə əlaqədar Xarkov vilayəti qubernatorunun müavini Vasiliy Xoma xüsusi müraciətlə çıxış etmək məcburiyyətində qalıb. Xoma narahatlığa əsas görmədiyini vurğulayıb: "Rusiya ilə sərhədlərimiz son 23 il ərzində belə mütəşəkkil qorunmamışdı. Xarkov vilayəti sərhədləri üzrə lazımı tədbirlər həyata keçirilib. Hazırda milli ordunun əsgərləri hazırlıq təlimləri keçirlər. Bundan başqa, Rusiya ilə sərhəd kəndlərdə özünümüdafiə dəstələri formalaşmaqdadı. Sərhəd boyunca havadan qarşı tərəfin həmlələri nəzarətdə saxlanılır, təxribatçıların qarşısı alınır. Hətta tülkü belə kip şəkildə qorunan sərhəddimizdən keçə biməz". Quberniya rəsmisi həmçinin əlavə edib ki, Ukrayna prezidentinin xüsusi sərancamı ilə Xarkov vilayəti üzrə 2 minə yaxın şəxs mobilizasiya olunub.
2014-03-27
12,661
Türkiyə tank və helikopterləri Suriyaya girdi - Şok iddia
Türkiyə tank və helikopterləri Suriya sərhədini keçərək, Azad Suriya Ordusuna dəstək verir. "Axar.az" xəbər verir ki, bu iddia ilə yunan mətbuatı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, Türkiyə tankları və helikopterləri sərhədi keçərək Əl-Qaidəyə bağlı olan İraq Şam İslam Dövəti ilə yaşanan qarşıdurmalarda Azad Suriya Ordusuna dəstək verir. Hətta İŞİD-lə türk ordusu arasında qarşıdurmaların da baş verdiyi, İŞİD təşkilatının da ağır itkilərə məruz qaldığı bildirilir. Türkiyə F-16 təyyarələrinin sərhəd boyunca uçuşlarını davam etdirdiyi və Suriya ordusunun Hələb şəhəri yaxınlığındakı Scud-B mərmi sistemlərini nəzarətdə saxladığı deyilir.
2014-03-27
12,662
“Rusiyanın beş ili qaldı” – Rus ekspert
Rusiyanı sosial təlatümlər bürüyəcək, vaxta cəmi beş il qalıb. "Axar.az" xəbər verir ki, rusiyalı ekspert German Sterliqovun ölkəsi haqqında maraqlı etiraflar edib. Sterliqov Rusiyanın bütün çatışmazlıqlarını bir-bir sadalayıb, daha sonra sosial təlatümlərin yaxınlaşdığını bildirib. O, hökumətin dediklərinin əksinə olaraq, Rusiyanın beş il vaxtı qaldığını vurğulayıb. Videonu təqdim edirik.
2014-03-27
12,663
Heyvanların mədəsinə “tunel” açıldı - Foto/Video
Avropada mal-qaranın yemlənməsi üçün yeni üsul tətbiq edilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, tətbiq edilən bu üsul ilə inək, qoyun, keçi kimi bəslənən heyvanların mədəsinə süni bir "tunel" açılır və yem birbaşa heyvanın mədəsinə yerləşdirilir. Məqsəd heyvanın az müddətdə daha məhsuldar olmasıdır. Bu üsulla qidalandırılan heyvanlar sürətlə kökəlir, qısa müddətdə ətlik vəziyyətinə gətirilir. Həmçinin heyvanın verdiyi süd də artır.
2014-03-27
12,664
Onlar plastik əməliyyatdan sonra - Foto
Adətən qadınların daha çox müraciət etdiyi plastik əməliyyatların sonu heç də həmişə ürək açan olmur. Ən peşəkar həkimlər və bahalı klinikalara müraciət etsələr də, nəticələr bəzən çox qorxunc olur. Hətta Hollivudun aktrisaları və məşhur müğənnilərinin də plastik əməliyyatları bəzən uğursuz alına bilər. Məsələn, hamımızın gözəl qadın kimi tanıdığı, dik burnu və incə dodaqları ilə diqqəti cəlb edən Nikol Kidman belə bir uğursuzluğun nəticəsində incə görünüşlü dodaqlarından məhrum olub. "Axar.az" aktrisalar arasında uğursuz əməliyyatlar nəticəsində görünüşü korlanan bəzi məşhur xanımların şəklini təqdim edir.
2014-03-27
12,665
Kiçik Dəhnədə ikimərtəbəli ev yandı
Şəki rayonu, Kiçik Dəhnə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili və qaraj yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-27
12,666
Hökumət qüvvələri yenə qətliam törətdi: 62 ölü - Video
Suriyada məzlum xalqa zülm verib dəhşət yaşatmaqda davam edən hökumət qüvvələri dünən yenə bir qətliam törədib. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, dünən Əsəd əsgərləri havadan və torpaqdan etdiyi hücumlarda içində 13 uşaq, 6 qadın olmaqla 62 nəfər adamı öldürüb. Ölkədə daş üstündə daş qoymamağa çalışan Əsəd rejiminə qarşı dünya ölkələri heç bir sanksiya tətbiq etmir. Suriya İnsan Haqları Komitəsinin 26.03.2014 tarixli hesabatda Əsəd qüvvələrinin etdiyi hücumlarda 62 adamın öldüyü açıqlanıb. Açıqlanan hesabatda Şamda 6, Hələbdə 29, İdlibdə 15, Dərada 9, Xümsdə 2, Deyrizorda 1 adamın öldüyü qeyd edilib.
2014-03-27
12,667
Ən gənc Baş nazir oldu – Foto
Estoniyada yeni hökumət 34 yaşlı Taavi Roivasın rəhbərliyi ilə rəsmi olaraq vəzifəsinə başlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Mərkəz Sağ İslahat Partiyası ilə Mərkəz Sol İctimai Demokrat partiyasının meydana gətirdiyi koalisiya hökumətinin üzvləri parlamentdə təşkil edilən mərasimdə and içib. Vəzifəsini Andrus Ansipdən təhvil alan Taavi Roivas Avropa Birliyinin ən gənc baş naziri olaraq qeydə alınıb. Roivas keşmiş hökumətdə İctimai İşlər naziri idi. Andrus Ansip 9 il Baş nazirlik etdikdən sonra bu ayın əvvəli istefa etmişdi.
2014-03-27
12,668
Mer rüşvət üstündə həbs olundu
ABŞ-ın Şimali Karolina ştatının iri şəhərlərindən olan Şarlott meri həbs edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 47 yaşlı Patrik Kennon xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Şəhər merinin həbsinə səbəb onun rüşvət almasıdır. Kennonu 1 milyon dollar məbləğindən artıq cərimə və 20 ilədək həbs cəzası gözləyə bilər. Patrik Kennon Demokrat partiyasının üzvüdür, mer seçkilərində 2013-cü ilin noyabrında qalib gəlib. Qeyd edək ki, Şarlott şəhəri Nyu-Yorkdan sonra ABŞ-ın ən iri maliyyə mərkəzidir. Burada ölkənin ən iri banklarından biri – Bank of Amerikanın baş ofisi və bir sıra iri korporasiyalar yerləşir.
2014-03-27
12,669
"Hafka"nın komandası: biabırçı məğlubiyyət
Fransa kubokunda 1/4 finalın oyunları davam edir. İkinci oyun günündə daha iki qarşılaşma baş tutub. İlk oyunda "Kann" və "Quingamp" komandaları üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Quingamp" yarımfinala vəsiqə qazanıb. Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu səfərdə "Monako"nun qonağı olub. 1/8 finalda "Lion"u mübarizədən kənarlaşdıran "Land of Fire Azerbaijan" formalı komanda rəqibinə heç bir müqavimət göstərə bilməyib və 0:6 hesabı ilə uduzub. Bununla da "Lans" kubokda mübarizəni dayandırıb. Qeyd edək ki, 1/4 finalın son görüşü bu gün "Renn" və "Lill" komandaları arasında keçiriləcək("qol.az").
2014-03-27
12,670
Rejimə böyük zərbə vuranlar necə təlim alır? - Video
Suriyada son vaxtlarda Əsəd rejim qüvvələrinə qarşı təşkil etdiyi güclü əməliyyatlarla gündəmə gələn İslami Cəbhə və Nüsrət Cəbhəsi sosial şəbəkədə öz təlim düşərgələrinin video-görüntülərini yayımlayıb. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, düşərgədə təlim keçən döyüşçülərin daha sonra Əsəd rejiminə qarşı vuruşmaq üçün qarşıdurma bölgələrinə göndərildiyi bildirilir. İslami Cəbhə Suriyada müxalif qruplar arasında ən böyük silahlı birlik olan və əsgərləri Suriya vətəndaşlarından ibarət ən güclü müxalif qruplaşmadır. Nüsrət Cəbhəsi Suriyada Əl-Qaidəyə aid olan və əsgərləri əsasən mühacirlərdən (xaricilər) ibarət qruplaşmadır. İki qruplaşmanın da ortaq məqsədi 40 ildir atadan oğula keçən Əsəd diktatorluğunu son qoymaqdır.
2014-03-27
12,672
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-27
12,673
Öldürülən səhra komandirinin kəndindən reportaj – Video
Rusiya hüquq mühafizə orqanlarının əməkdaşlarının Dağıstanda apardığı əməliyyat zamanı öldürdükləri 5 nəfərdən biri azərbaycanlı olub. Rusiya tərəfi Tural Atayevin qanunsuz silahlı birləşməyə rəhbərlik etdiyini iddia etsə də onun Balakəndə yaşayan ailəsi bundan xəbərsiz olduğunu iddia edir. Dağıstanda xüsusi əməliyyatda öldürülən Tural Atayevin meyidini almaq üçün yaxınları danışıqlar aparır. Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən Balakən sakini Tural Atayevin valideyinləri və yaxınları onunla bağlı hər hansı məlumatı verməkdən imtina etdilər. Övladlarının silahlılara qoşulması barədə xəbərsiz olduqlarını iddia edən valideynləri Turalın Bakıda təhsil aldığını bir neçə il əvvəl Rusiyaya getdiyini söylədilər. Onu da öyrənə bildik ki, hazırda yaxınları Tural Atayevin meyidinin alınması ilə bağlı danışıqlar aparır. Kənd rəsmilərinə müraciətimiz isə bəzi məqamlara aydınlıq gətirdi. Mahamalar kəndinin icra nümayəndəsi Sabir Əliyevin sözlərinə görə Turalın vəhabi təriqəti və silahlı dəstələrə qoşulması ilə bağlı onlara 4-5 ay əvvəl məlumat daxil olub. Kənd rəsmiləri də həmin ailə ilə görüşərək Turalı bu işdən yayındırmağı yaxınlarından xahiş ediblər. İcra nümayəndəsi Sabir Əliyev: "Ailə sakit ailədir. Bir dəfə məlumat gəlmişdi ki, o uşaq o yola düşüb, biz də getdik evlərinə əmisi ilə görüşdük. Dedi biz bilmirik o uşaq hardadır. Məlumatımız yoxdur, bizə başqa yerdən məlumat gəldi ki, Rusiyadadır, Dağıstandadır. Biz uşaqla çox maraqlanmışıq, çünki onu bizdən soruşmuşdular. Rusiya güc strukturlarının açıqlamasına görə, Tural Atayev digər 4 silahlı ilə birlikdə öldürülüb. O, keçən ilin dekabr ayında Pyatiqorsk şəhərində baş vermiş terrorun əsas təşkilatçılarından hesab edilir. Bu barədə yayılmış məlumatda bildirilir ki, Atayevin dəstəsi çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirib, iş adamlarından reket yolu iri məbləğdə pullar alıb, partlayışlar təşkil edib (ANS).
2014-03-27
12,674
Aeroport yolu bağlanır
Bakıda Aeorport yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilir ki, aeroport şossesində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 18:00-a qədər Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən (2 zolaqda) məhdudlaşdırılacaq.
2014-03-27
12,675
Rusiyanın Ukraynaya yeni hücum planı təsdiqləndi
"Rusiya qoşunları artıq Dnesteryanı və Ukraynanın cənub-şərq hissəsində hücuma keçmək üçün hazır vəziyyətdədir". "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Qərb mətbuatına Mərkəzi Kəşfiyyat İdarəsinin adının çəkilməsi istənməyən yüksək vəzifəli şəxsi ötürüb. O, Rusiya ordusunun Kiyev üçün təhlükəli olması ilə bağlı sənədlərin artıq ABŞ prezidentinin masası üzərində olduğunu bildirib: "Ruslar Dnesteryanı və Ukraynanın cənub-şərqində artıq öz qoşunlarını yerləşdiriblər. Saylarının dəqiq nə qədər olduğu bilinmir. Bilinən təkcə odur ki, Kiyev təhlükədədir. Bu, Çeçenistan və Gürcüstan müharibəsindən öncəki situasiyanı xatırladır. Əgər onlar hərəkətə keçsə, o zaman Ukraynanın bölünəcəyi dəqiq faktdır". Qeyd edək ki, bir müddət öncə Ukrayna mətbuatı ölkənin cənub-şərq sərhədində Rusiyanın 30.000 qoşun topladığı haqqında informasiya yaymışdı.
2014-03-27
12,676
Eldar Mahmudov general-polkovnik oldu - Sərəncam
10:30 Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşına general rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama görə, general-mayor Hilal Mirzəli oğlu Əsədov və general-mayor Əli Sabir oğlu Şəfiyevə general-leytenant, polkovnik Tarverdi Məmməd oğlu Məmmədova isə general-mayor rütbəsi verilib. 10:36 Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik rütbəsi verilib. ** Prezident İlham Əliyevin digər sərəncamına əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları orden və medallarla təltif olunublar. Sərəncama görə, adları çəkilən şəxslər Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə təltif olunublar: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə: Həsənov Elşən Bəşir oğlu - polkovnik Sayılov Şahin Ənvər oğlu - polkovnik "Vətən uğrunda" medalı ilə: Bağırov Fariz Nəriman oğlu - polkovnik Həsənov İlham Məhəbbət oğlu - polkovnik-leytenant Mirzəyev Məzahir Vahid oğlu - polkovnik-leytenant Oruclu Elmidar Lətif oğlu - mayor Rəhimov İmran Məhəmməd oğlu - polkovnik-leytenant Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - general-mayor "İgidliyə görə" medalı ilə: Əliyev Elçin Ərsalan oğlu - general-mayor Əliyev Tərlan Əşrəf oğlu - mayor Mahmudov Suad Fuad oğlu - polkovnik-leytenant "Hərbi xidmətlərə görə" medalı ilə: Abdullayev Rüfət Kazım oğlu - kapitan Ağasiyev Əmiraslan Seyidqulu oğlu - polkovnik Babatov Tehran İbad oğlu - polkovnik Babayev Elşən İsmayıl oğlu - polkovnik-leytenant Əliyev Akif Oktay oğlu - mayor İsgəndərov Araz Ələddin oğlu - polkovnik-leytenant Quliyev Fəxrəddin Azay oğlu - mayor Məmmədov Afin Qalabəyi oğlu - kapitan Rəhimov Farid Talib oğlu - kapitan Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
2014-03-27
12,677
Müdafiə Nazirliyinin zabiti həbs olundu
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) yüksək post tutan rəis və komandirlər arasında daha bir zabit həbs olunub. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, HDQ-in Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov ağır cinayətdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, İ.Əsgərov HDQ-nın Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satıb. O, bu əməli sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyevin vasitəsilə həyata keçirib. Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə və digər cinayətlərdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilən Elxan Hacıyev isə İ. Əsgərova cinayət əməlini həyata keçirməkdə HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışan oğlu Rövzat Hacıyevlə kömək edib. Hazırda R.Hacıyev də işdən çıxarılaraq, istintaqa cəlb edilib. İstintaq İ.Əsgərovun başqa cinayətlər törətməsi istiqamətində də araşdırma aparır. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
2014-03-27
12,678
Brilyantın mahnısını oğurladılar - Video
Ermənilər növbəti dəfə Xalq artisti Brilyant Dadaşovanın repertuarını oğurlayıblar. "Axar.az" "Axşam.az"a istinadən xəbər verir ki, müğənninin 2002-ci ildə ifa etdiyi "Novruz bayramı" mahnısını erməni müğənni Karen Gevorgyan özünküləşdirərək ifa edib. Hazırda İstanbulda olan və yeni albomu üzərində çalışan B.Dadaşova bu hala təəccüblənmədiyini bildirib: "Gözlərin deyirki sevirsən","Vokaliz", "Bayatılar", "Maçmaç -qucquc", "Dərdimdən öləcəksən", "Novruz bayramı" və bu kimi mahnılarımı qoy dünya oxusun. Onlar da nəsə öyrənsinlər, amma bunu danmasınlar".
2014-03-27
12,679
Nurçuların telekanalı bağlandı
Türkiyədə nurçulara məxsus olan "Kanaltürk" telekanalının ölkə miqyaslı yayım lisenziyası Radio Televiziya Üst Kurulu (RTÜK) tərəfindən ləğv edilib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, RTÜK öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən "Kanaltürk" ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. RTÜK-ün Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş üzvləri qərarın əleyhinə səs veriblər. Fətullah Gülən tərəfdarlarına məxsus "Kaynak Holding"in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış başlanıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompüterləri müsadirə edilib. Qeyd edək ki, holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var. Bu şirkətlərdə 7 minə yaxın insan çalışır.
2014-03-27
12,680
Rusiya "Aypəd"lərdən imtina etdi
Rusiya hökuməti "Aypəd" planşetlərdən imtina etməyə qərar verib. "Axar.az" xəbər verir ki, Rusiya Rabitə naziri Nikolay Nikiforov rus rəsmilərinin "Aypəd" planşetlərdən imtina etdiyini, bundan sonra "Samsunq" markasına üstünlük verəcəklərini deyib. Nikifirov bildirib ki, bu, ABŞ-ın "Əpl" şirkətinə qarşı sanksiya deyil.
2014-03-27
12,681
Əli Mirəliyevin qızı Rəqsanədən üzr istədi
Əli Mirəliyevin qızı Rəqsanədən üzr istəyib. Ötən gün ANS telekanalında yayımlanan "Adam içində" verilişində qonaq qismində iştirak edən Rəqsanə maraqlı açıqlama verib. O bildirib ki, məhkəmə məsələsini qaldırdıqdan sonra Əli Mirəliyevin Samirə adlı qızı ona zəng edərək atasının adından üzr istəyib. Rəqsanə isə öz növbəsində bildirib ki, həmkarını onun barəsində dediyi sözləri eşitdikdən sonra birbaşa onun evinə zəng vurub. Qızı, həyat yoldaşı deyib ki, neçə gündür R.İsmaylovaya görə evlərində söz-söhbət gedir. Bundan başqa xanım ifaçı açıqlayıb ki, daha sonra xalq artisti İlhamə Quliyeva da onunla əlaqə saxlayıb: "İlhamə xanım dedi ki, Əli Mirəliyev ona zəng edib bildirib ki, Rəqsanə məni məhkəməyə verib. İlhamə xanım isə əcəb edib deyə cavab verib. Nə istəyirsən ondan? İki qız böyüdür, niyə ona elə sözlər deməlisən?" (ANS).
2014-03-27
12,682
İtən təyyarədə yəhudi barmağı - Şok iddia
İtkin düşmüş təyyarə ilə bağlı inanılmaz iddialar səslənib. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarədə olanların arasında elə 4 nəfər var ki, sərnişinlərin həmin 4 nəfərin ölümünə qurban getməsi ehtimalı böyükdür. Təyyarədə olan Peidong Vang, Cijun Çen, Cihong Çeng və Li Ying adlı sərnişinlər Jakob Rotşildə aid "Freescale Semiconductor" firmasının patent ortaqları olub. Ortaqlıq razılaşmasına görə, beş ortaqdan dördü ölərsə, bütün patentlər Rotşildin firmasına keçir. Mahatir Məhəmməd adına diqqət edin Təyyarədə olanlardan biri də Mahatir Məhəmməddir. O, Malaziyanın keçmiş Baş naziridir. Lakin hələ də iqtidar sahibi sayılan insandır. Onun razılığı olmadan ölkədə ciddi heç bir şey edilə bilməz. Hələ də Malaziyanın ən güclü adamı olan Mahatir Məhəmməd Haaqada olan "Beynəlxalq Hərbi Cinayətləri Məhkəməsi"nin ədaləti təmin edə bilmədiyini iddia edərək, 2007-ci ildə Kuala Lumpur Hərbi Cinayətləri Məhkəməsini qurdurub. Mahatir Məhəmməd İraq Fələstin, Vyetnam və Yaponiya kimi bir çox yerdə müharibə zamanı işlənən cinayətlərin cəzasız qalmasına görə adıçəkilən məhkəməni qurduğunu deyir və bu gördükləri işin tarixə düşəcəyini bildirirdi: "Tarix kitabları müharibə cinayətlərinə layiq olduqları cəzaları verdiyimizi yazmalıdır". Buş, Bler, Donald Ramsfeld mühakimə olunur 2011-ci ildən bu yana davam edən məhkəmə prosesində ata Buş, Toni Bler, Dik Çeyni, Donald Ramsfeld və köhnə Baş prokuror Alberto Qonzales kimi bir çox adam İraq müharibəsində hərbi cinayətlər törətməsi suçuyla qiyabi mühakimə olunur. Fələstin mövzusunda İsrail Mühakimə olunur Bundan başqa, Vyetnam, Fələstin, Ruanda kimi bir çox ölkələrdə gedən müharibələrdə cinayət törətdikləri halda, Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən cəzalandırılmayan və aralarında amerikalı, ingilis, yəhudi və fransızların olduğu bir çox adamları mühakimə etmək istəyir və hətta buna nail ola bilir. Malaziyadakı hərbi məhkəmənin bu cəhdi qarşısında xeyli narahat olan İsrail, ABŞ, İngiltərə və Fransa rəhbərliklərinin 2011-ci ildən bu yana "pusquda olduğu" da iddia edilir. Bu səbəbdən məlum təyyarə qəzasının, planlı şəkildə təşkil edilməsi ehtimalı da gün keçdikcə böyüyür. Ehtimal yalnız bunlarla da bitmir. Radiasiya və "istiqamətləndirilmiş enerji" mütəxəssisi Leuren Moretin "EcologyNews.com" saytına verdiyi müsahibədə 8 mart 2014-cü ildə, Malaziya Hava Yollarına aid MH370 saylı səfər təyyarəsinin ABŞ Dəniz Qüvvələri tərəfindən yenicə tanıdılan Lazer Silah Sistemi (Navy Laser Weapons system - LAWS) tərəfindən vurulduğunu iddia edir. Vyetnam silahlı qüvvələrinin təyyarənin düşdüyü məkana aid ilk təsbit etdiyi yerin doğru olduğunu ifadə edən Leuren Moret Amerikan və bəzi Malaziya mediasının insanları çaşdırmaqla məşğul olduğunu da deyib. O, bildirib ki, ABŞ Dəniz Qüvvələrinin insanları çaşdırmağa yönəlmiş dezinformasiyaları məqsədli və kütləvi şəkildə ABŞ maraqlarına uyğun olaraq tirajlanıb. Moret ABŞ Dəniz Qüvvələrinə qarşı səsləndirdiyi ittihamlarda təyyarənin yoxa çıxmasının ABŞ tərəfindən yenicə yaradılmış Lazer Silah Sisteminin sınağı ilə bağlı olmasını və həmin sistem tərəfindən məhv edilməsini vurğulayır. O, qeyd edir ki, bu həm də Putinin bir müddət əvvəl raket sistemi ilə bağlı dediklərinə qarşı strateji bir cavabdır. Təyyarədə olan sərnişinlərin arasında olan 4 xüsusi insanın olması isə hadisənin daha da dolaşığa düşməsinə səbəb olur. Baronların oyunu ola bilər Hadisənin bir ucu yenə baronlar baronu Rotşildə uzanır. Təyyarədə olan Peidong Vang , Cijun Çen, Cihong Çeng və Li Ying adlı sərnişinlər Jakob Rotşildə aid "Freescale Semiconductor" firmasının patent ortaqları olub. Ortaqlıq razılaşmasına görə, beş ortaqtan dördü ölərsə, bütün patent Rotşildin firmasına keçir. Türkiyədə də fəaliyyət göstərən "Freescale" firması, 4 milyard dollar gəlir və 18 min işçisi olan nəhəng şirkətdir. Bu iddialar öz isbatını taparsa, heç kim təəccüblənməsin. Çünki tarix bu cür qırğın hekayələrilə doludur! Bir daşla 3 quş vuruldu Yox edilən təyyarə sayəsində bir çox güclər öz istəklərinə nail oldular. Təyyarədəkilərdən bir nəfər İsrail, ABŞ, İngiltərə və Fransa kimi ölkələrdən olan insanların törətdiyi hərbi cinayətlərin Malaziyada mühakimə edilməsini təmin edəcək insan idi. O insan yoxdursa, heç bir mühakimədən söz gedə bilməz. Lazer sistemi ilə təyyarənin vurulmasından sonra Putinin raket sistemi haqqında dediklərinə də cavab vermiş oldular. Həm də Rotşildlər ailəsi ilə ortaq olan 4 nəfərin təyyarədə ölməsi ilə milyardlara sahib olan şirkət müqavilədə də göstərildiyi kimi, adı çəkilən yəhudi ailəsinə qalır. Bizə başqa yalanlar söyləyərək təyyarə qəzasının səbəbini tapdıqlarını deyə bilərlər. Ancaq bu, belə deyil. Burda səslənən iddialar, böyük bir oyunla qarşı-qarşıya olduğumuzu göstərir. Heç bir şey mediada əks etdirildiyi kimi deyil. Çünki dünyadakı bütün aparıcı media qurumları satanist baronların idarəsindədir.
2014-03-27
12,683
Azdramanın direktoru aktyorların aksiyasını təsdiqlədi
"Teatrımızda nə narazılıq edən, nə də aksiyaya hazırlaşan var. Bizim aktyorlar aksiyanı səhnədə edir". Bu sözləri "Axar.az"a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dram aktyorlarının etiraz aksiyasına hazırlaşmasına münasibət bildirərkən dedi. Direktor deyir ki, bu, saytların boşluqdan yaydığı şayiədir: "Bu xəbəri baharın gəlişi ilə yenilik olsun deyə yayıblar. Ancaq qətiyyən belə bir hal yoxdur teatrımızda. Narazılıq olsaydı, hiss edərdim. Aktyorlar da bunu şəxsən özümə bildirərdilər". İ.İsrafilov aktyorlarla heç bir probleminin olmadığını da əlavə etdi: "Mən aktyorlarla daimi ünsiyyətdəyəm". Xatırladaq ki, "Aznews.az"a adlarının çəkilməsini istəməyən aktyorlarının verdiyi xəbərə görə, teatrın direktoru İsrafil İsrafilovun idarəçilik sistemi, islahat adı ilə gördüyü işlər kollektivi həvəsdən salıb və hövsələdən çıxarıb. Aktyorlar yaxın günlərdə bir yerə toplanaraq İsrafil İsrafilovun teatrda rəhbər kimi istefasını tələb edəcəklərini bildiriblər.