date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-23
12,365
Ukraynanın bütün gəmiləri Rusiyaya tabe oldu
Sevastopolda Ukraynaya aid bütün hərbi gəmilər Rusiyanın tərkibinə keçib. "Axar.az" xəbər verir ki, bu barədə Sevastopol özünümüdafiə dəstələri məlumat yayıblar. Məlumatda bütün hərbi gəmilərin artıq Rusiyaya məxsus olduğu bildirilib. Gəmilərdə Rusiya və Andreyevsk bayrağının ucaldıldığı deyilib. Hücum zamanı heç bir əsgərin öldürülmədiyi söylənilib.
2014-03-23
12,366
Belarus Krımı Rusiyanın ərazisi kimi tanıdı - Video
"Krım Rusiyanın tərkib hissəsidir. Belarus həmişə Rusiya Federasiyasının yanında olacaq". "Axar.az" xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən söyləyib: "De-fakto Krım Rusiyanın hissəsi oldu. Biz də bu qərarla Rusiyanı dəstəkləyirik. Krım müstəqil dövlət deyil. O, Rusiya Federasiyasının ərazisidir. Bunu qəbul etmək də olar, qəbul etməmək də".
2014-03-23
12,367
Feysbukda ən məşhur ifaçının adı məlum oldu
İfaçı, rəqqasə və model olan Şakira öz həmkarları arasında fərqlənərək Feysbuk sosial şəbəkəsinin ən məşhur ifaçısı adına layiq görülüb. "Axar.az" xəbər verir ki, bu barədə Şakira özünün Feysbuk səhifəsində qeyd edib: "Mənə indi bildirdilər ki, Feysbuk sosial şəbəkəsində ən çox mənim dostlarım var. Hələ də inana bilmirəm. Buna görə bütün məni sevənlərə təşəkkürümü bildirirəm. Məni çox sevindirdiniz". Xatırladaq ki, bu yaxınlarda məşhur ifaçının albomu işıq üzü görəcək. Həmin alboma 15 mahnı daxildir. Həmin mahnılar arasında sevgilisi Jerar Pikeyə və oğlu Milana həsr olunmuş mahnılar da yer alacaq.
2014-03-23
12,368
Putin Yanukoviçi yenidən hakimiyyətə qaytarır - Şok
"Putin Yanukoviçi yenidən hakimiyyətə hazırlayır". "Axar.az" xəbər verir ki, bu iddia ilə ukraynalı ekspert Qriqori Perepeliça çıxış edib. O, Yanukoviçin hakimiyyətə gətirilməsi ilə bağlı artıq Kremldə planın hazır olduğunu bildirib: "Yanukoviçin son mətbuat konfransı artıq bu planın hazır olduğunu göstərdi. Putin tezliklə Prezident Administrasiyasını ələ keçirməyə hazırlaşır. Buranı tutduqdan sonra isə Yanukoviç hakimiyyətə "Kiçik Rusiya"nın qubernatoru kimi gətiriləcək".
2014-03-23
12,370
Ərdoğan Suriya təyyarəsini vuran pilotlarını təbrik etdi
"Axar.az" Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Hatayın Samandağ mahalı yaxınlarında bir döyüş təyyarəsi qəzaya uğrayıb. Təyyarənin Suriya ilə Samandağ arasındakı yüksəkliyə düşdüyü bildirilir. Təyyarənin Suriya Hava Qüvvələrinə aid olduğu qeyd edilir. Xatırladaq ki, Hatayın Yayladağı vilayətindəki gömrük məntəqəsinin qarşısında olan və daxili qarşıdurmaların başlamasından bu yana Əsədə bağlı güclərin idarəsindəki Kəsəb sərhəd qapısı Azad Suriya Ordusunun (OSO) idarəsinə keçib. 17:50 Türkiyə-Suriya sərhədində düşən təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F16-ları tərəfindən vurulub. Bu barədə "Röyters" agentliyi Suriya İnsan Haqqları Təşkilatına istinadən məlumat yayıb. Agentlik onu da yazır ki, Livandakı "Əl Manar" televiziyası Türkiyə tərəfinin 2 raket atdığını iddia edib. Məsələ ilə bağlı Baş nazir Ərdoğan da açıqlama verərək təyyarənin vurulmasına haqq qazandırıb: "Əgər sən mənim hava sərhədimi pozursansa, bundan sonra bizim vuracağımız sillə ağır olacaq. Ona görə, Baş Qərargah rəisi və prezidentimiz də daxil olmaqla, Silahlı Qüvvələrimizi və həmin şərəfli pilotlarımızı təbrik edirəm". 18:21 Suriya ilə sərhəddə Türk Hava Qüvvələrinin vurduğu hərbi təyyarə ilə bağlı Suriya tərəfi ilk açıqlamasını verib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi məlum hadisə ilə bağlı "Türk hökuməti təcavüzkarlığa son verməlidir" bəyanatını yayılıb. Məlumat üçün qeyd edək ki, Suriya rəsmi agentliyi vurulan təyyarədən bir pilotun paraşütlə tullanaraq xilas olduğunu bildirib.
2014-03-23
12,371
Çin hərbçilərindən gürcü “Suliko”su - Video
Keçmiş Sovetlər Birliyində populyar olan gürcü mahnısı "Suliko" Çin hərbi orkestrinin ifası ilə diqqət çəkib. "Axar.az" məlumat verir ki, sözləri Akaki Seretelenin, bəstəsi isə Varinko Seretelinin olan bu lirik mahnı tərcümdə can, ruh anlamı verir. Qeyd edək ki, mahnı bir neçə dilə - ukrayn, polyak, ingilis, alman və çin - tərcümə edilib. "Suliko" şeirinin özü məşhur gürcü şairi Akaki Sereteli tərəfindən 1895-ci ildə yazılıb. SSRİ-də mahnının populyarlığı isə 1937-ci ildə Moskvada keçirlən gürcü mədəniyyət günlərindən sonra başlayıb. Xatırladaq ki, sözügedən mahnı ətrafında maraqlı hallar da mövcüddur. Belə ki, mahnı "xalqlar atası" Stalinin ən çox sevdiyi bəstələrdən olub. Hətta o dövrdə "Suliko"nu diktatorun adına bağlayanlar da tapılırdı.
2014-03-23
12,372
İçərişəhərdə Beynəlxalq Novruz festivalı
Novruz bayramı münasibəti ilə İçərişəhərdə təşkil edilən Beynəlxalq Novruz Festivalı davam edir. "Axar.az"ın fotoreprtyoru xəbər verir ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, Türkiyə, Rusiya və s. ölkələrdən nümayəndələrin qatıldığı festivalda türk xalqlarının milli atributları nümayiş olunur, oyunlar, rəqslər, müxtəlif əyləncələr keçirilir. Oyunlara tamaşaçıların da qatılma mümkünlüyü böyük coşğu ilə qarşılanır. Ən yaxşı rəqs edənlər, ifaçılar, müxtəlif qabiliyyət sahibləri fərqləndirilir və festival təşkilatçılarının xüsusi mükafatlarını qazanırlar. Festivalda türk milli geyimlərini, suvenirlərini əldə etmək də mümkündür. Fotoları təqdim edirik:
2014-03-23
12,373
Fazil Mustafa Mehdiyevi müdafiə etdi
"Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz". "Axar.az" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində millət vəkili Fazil Mustafa yazıb. O, Fərhad Mehdiyevlə bağlı yayılan bütün sənədlərin hamısını yalan adlandırıb. "Bu millətin savadlı, ortaya çıxarılacaq insanlarının sayı nə qədərdir? Hər halda on minlərlə deyil. Sanki kimsə oturub kompüterin arxasında Azərbaycanın işıqlı insanları, xüsusilə də müstəqil düşüncə sahibi olan intellektual insanlarını sıradan çıxarma kampaniyası aparır. Fərhad Mehdiyevə qarşı sənədin də, bir neçə gündür ayrı-ayrı istedadlı gənc vətəndaşlarımız barədə yayılan məktublar kimi saxta olduğunu bütün saytlar çox gözəl bilirlər. Hamısı yalanı xüsusi sensasiya kimi dərhal yerləşdirirlər". Millət vəkili daha sonra Fərhad Mehdiyevlə bağlı sənəd yayanların hər birini saxtakar adlandırıb. "Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz. Sadəcə bir faktı xatırladım ki, 2011-ci ildə ABŞ-da Kanzas-Siti ştatındakı Universitetdə olarkən oranın amerikalı alimləri Fərhad Mehdiyevdən o qədər ağızdolusu danışdılar ki, orada olan bütün azərbaycanlılar qürur duydu. Buyurun, yox etmək üçün əlinizdən gələni edin, yalançı vətənpərvərlər, saxtakar dövlətçilər!" Qeyd edək ki, dünən mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "emniyyet imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Məlumatı yayanlar həmçinin Fərhad Mehdiyevin bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətiriblər. F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırıb. Politoloq Novruz bayramından sonra məlumatı yayanları məhkəməyə verib onlardan 10 min manat təzminat istəyəcəyini bildirib.
2014-03-23
12,374
Masallıda güclü partlayış, məktəbli öldü - Yeniləndi
Masallı rayonunda güclü partlayış baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb. Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb. Güclü partlayış nəticəsində qaynaqçı ölüb. Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir. 18:33 Masallıda baş verən partlayışda ağır xəsarətlər alan məktəblilərdən biri dünyasını dəyişib. XI sinif şagirdlərindən biri, daha doğrusu Famil Habil oğlu Sadıqov Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan zaman keçinib. Xəstəxanadan bildirilib ki, İman Vüqar oğlu Əliyevin də vəziyəti ağırdır. Onun yaşamaq imkanları aşağı qiymətləndirilir (ANS).
2014-03-23
12,376
Azərbaycanlı oliqarx Putinə müraciət etdi
Rusiyada yaşayan azərbaycanlı oliqarx, "Milyarderlər İttifaqı"nın üzvü, prezidentin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Azərbaycan xalqını təhqir etmiş Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə bağlı ölkə başçısı Vladimir Putinə müraciət edib. Məlumata görə, martın 19-da Kremldə qəbul edilən məktubunda S.Sadıqov Jirinovskinin Azərbaycan xalqının qədim tarixini bilmədiyini vurğulayaraq, onu hətta Rusiya tarixini bilməmək və öyrənmək istəməməkdə ittiham edib: "Hörmətli Vladimir Putin, Jirinovskinin Dövlət Dumasının divarları arasında dediyi sözlərlə bağlı ölkənin prezidenti və Konstitusiyanın qarantı kimi Sizə müraciət edirəm. Siyasi xadim, seçicilərin müəyyən hissəsini təmsil edən Vladimir Jirinovski başqa millətlərin ünvanına təhqirlər səsləndirməyi özünə rəva bilir. Mən belə hesab edirəm ki, RLDP-nin lideri bu və ya digər xalqın ünvanına təhqiramiz ifadələr işlədərkən nəticələr barədə düşünməyərək millətlərarası nifaq yaradır. Bununla yanaşı, niyə indiyə qədər Jirinovskinin həmkarları olan deputatlardan heç bir reaksiya yoxdur? Prokurorluq orqanları, DİN millətlərarası nifaq yaratmağa yönələn bu çıxışları sanki görmür. Rusiyaya daxildə millətlərarası nifaq lazım deyil, bizə xaricdə müttəfiqlər lazımdir. İmkan verə bilmərik ki, 55 milyon azərbaycanlı Jirnovskinin korrektə edilməmiş belə fikirlərinə görə Rusiyaya düşmənçilik hiss etsin. Mən sizin sələhiyyətli nümayəndəniz, Milli Münasibətlər Şurasının üzvü kimi Prokurorluğa, İstintaq Komissiyasına, DİN-ə Vladimir Jirinovskinin fikirləri ilə bağlı araşdırma aparmaq barədə tapşırıq vermənizi xahiş edirəm" ("Modern.az").
2014-03-23
12,378
Putinin atası faşistlərə işləyib – Fotofakt
Ukrayna mətbuatında Rusiya Prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin 1941-ci ildə almanlarla əməkdaşlıq etməsi ilə bağlı yeni məlumatlar yayılıb. "Axar.az" xəbər verir ki, Ukraynanın TSN kanalının verdiyi məlumata görə, Putinin atası 1941-ci ilə kimi NKVD zabiti olub. Qeyd edək ki, bir müddət əvvəl də mətbuatda Putinin NKVD zabiti olması ilə bağlı məlumatlar yayılmışdı. Müharibənin əvvəlində Vitebskdə almanlara təslim olan Putin sonradan general Vlasovun yaratdığı Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub. Bu barədə ilk məlumat Polşanın "Anqora" jurnalının 2013-cü ilin avqust sayında Jozef Zanyavskinin "Rusiya prezidentinin atası Varşava üsyanının yatırılmasında iştirak edib" adlı məqaləsində üzə çıxıb. Yazı müəllifi SSRİ Baş Kəşfiyyat İdarəsinin İsveçrədəki keçmiş əməkdaşı Viktor Suvorova (əsl adı Boqda Rezun) istinad edir. Suvorov 1978-ci ilə Britaniya kəşfiyyatına keçir və əlindəki ən vacib foto və sənədləri onlara təhvil verir. Fotoların birində 6 zabitin şəkli əks olunub. Onlardan 3-ü kazak, 2-si alman, biri isə RAO formasındadır. Suvorov bildirir ki, kazak formasında olanlar Vlasovun ordusunda xidmət edən ruslardır. Soldan birinci isə Vladimir Putindir. Suvorov bildirib ki, 1945-ci ildə indiki prezidentin atası digər vlasovçular kimi ingilislər tərəfindən Sovet İttifaqına təhvil verilib.
2014-03-23
12,379
Bu gün “El Klassiko” var
Bu gün İspaniya La Liqasının 29-cu turu çərçivəsində "El Klassiko" – "Real"la "Barselona" arasında derbi oyunu keçiriləcək. Klublar arasında dünyanın bir nömrəli oyunu hesab edilən bu görüş Bakı vaxtı ilə 00.00-da (İspaniya vaxtı ilə 20.00) başlanacaq. Lider "Real" öz meydanındakı bu görüşdə qalib gəlsə, "Barselona" ilə arasındakı xal fərqini yeddiyə yüksəldəcək ki, bu da çempionluq yolunda önəmli bir addımdır. Hazırda əzəli rəqibi "Real"dan dörd xal geri qalan "Barselona" isə "Real"a çatmaq üçün rəqibini məğlub etməlidir. Çempionluq uğrunda yarışan daha bir komanda - "Land of fire Azerbaijan" formalı "Atletiko" bu turda səfərdə autsayder "Betis"in qonağı olacaq ("qol.az").
2014-03-23
12,380
İtmiş Malayziya təyyarəsini ərəb şahzadəsi qaçırıb
İtkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin 12 günlük axtarışdan sonra nəhayət ki, tapılıb. Verilən məlumata görə, həmin Boinq 777-i markalı təyyarə Səudiyyə Ərəbistanında polis tərəfindən tapılıb. İtkin düşmüş təyyarə Ciddə şahzadəsi Sahram Əl Sandshoonun nəhəng ərazisi olan bağında aşkar edilib. O, yerli hüquq-mühafizə orqanlarının agentlikləri tərəfindən həbs edilib. Maraqlıdır ki, şahzadə Əl Sandshoo itmiş Boinq 777-nin qara qutusunun satılması üçün elektron elanını yayarkən şübhələrin hədəfinə çevrilib. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları polisə onun 43 il ərzində şahzadəsi olduğu Ciddə şəhərinin ətrafındakı böyük torpaq mülkiyyətinə axtarış məqsədilə daxil olmaq üçün order verib. Və həmin axtarışların nəticəsi olaraq da şahzadənin mülkündən itkin düşmüş təyyarə aşkarlanıb. Bu hadisə ilə bağlı mətbuat konfransı keçirən Malayziya Baş naziri Perdana Menteri bildirib ki, "Biz itkin düşmüş təyyarəni Səudiyyə Ərəbistanında nəhayət ki, tapa bilmişik. Təyyarənin sərnişinləri sağ-salamat və yaxşı əhval-ruhiyyədədirlər. Açıq-aydın görünür ki, şahzadə onlara qoyun əti və şərabın bol olduğu banket verməklə sərnişinləri yaxşı yedirdib. Biz təəssüf edirik ki, bu xoşagəlməz insindent baş verib. Ancaq yəqin ki, siz də başa düşürsünüz ki, biz oğrular üçün məsuliyyət daşıya bilmərik". Malayziya Hava yollarının baş icraçı direktoru Əhməd Jauhari Yəhya isə deyib ki, hələlik baş verənləri hüquqi cəhətdən izah etmək imkanında deyillər: "Ancaq hələlik yalnız ehtimal kimi demək olar ki, təyyarə yəqin ki, havada uçuş halında olarkən qaçırılıb. Təyyarənin aeroportda endirilməsi də inandırıcı deyil. Biz eşitmişik ki, Əl Sandshoo nəsə soruşmaq bəhanəsiylə pilotların kabinəsinə daxil ola bilib. Buna qədərsə, stüardessaları da qorxudaraq onların əllərini bağlaya bilib. Biz bütün bunları qətiyyətlə pisləyirik və təyyarəni geri istəməklə yanaşı, üzləşdiyimiz zərərin də ödənməsini tələb edirik. Sərnişinlərdən biri olan xanım Josie Kevin Teylor isə saytın əməkdaşına bildirib ki, baş verənlərdən bərk qorxub və bundan sonra Malayziya Hava Yollarının xidmətindən heç vaxt istifadə etməyəcək. Sərnişin təyyarəsini qaçıran şahzadə Əl Sandshoo ilə bağlı hələ elə bir ciddi məlumat yoxdur, Çünki polis onu mediadan uzaq tutmağa çalışır. Bəzi gümanlara görə, avia aparatlarının xəstə həvəskarı olan şahzadə Boinq 777-ni qaçıraraq, öz digər təyyarələrinin arasına qatmaq istəyib ("Musavat.com").
2014-03-23
12,381
Yaxın günlərdə bəzi hərbi hissələr Krımdan çıxarılacaq
Çox yaxın zamanda Krımdan bəzi hərbi hissələrin evakuasiya edilməsi barədə qərar qəbul ediləcək. Verilən məlumata görə, bu barədə Ukrayna Ali Radasının müdafiə naziri təyin etdiyi İqor Tenyux məlumat verib. Tenyuxun sözlərinə görə Ukrayna tərəfi hərbi hissələrin yerləşdirilməsinə hazırdır. Əvvəlcə xəbər verildiyinə görə, Krımda xidmət keçən Ukrayna hərbiçilərinə səlahiyyət verilib ki, istəklərindən asılı olaraq RF hərbi hissələrində qulluqlarını davam etdirsinlər və xidmətlərini bitirəndən sonra Krımda qalaraq yaşasınlar. Krımdakı Ukrayna hərbi hissələrində qulluq edənlər isə xidmətdən sonra mütləq Ukraynaya qayıtmalıdırlar. 22 martda RF Müdafiə Nazirliyi məlumat yayıb ki, Krımdan Ukraynaya 18 min hərbi qulluqçudan yalnız 2 mini qayıtmaq fikrində olduğunu bildirib. 22 mart tarixinə qədər Krımda yerləşdirilən 189 Ukrayna hərbi hissələrində RF - nın bayrağı qaldırılıb ("Aznew.az").
2014-03-23
12,382
“Rus olmağımla fəxr edirəm” - Depardye
İsveçrənin "Cvstos" saat firması Rusiya vətəndaşlığını qəbul etmiş məşhur fransız aktyoru Jerar Depardyenin sifarişi ilə yeni saatlar istehsal edib. "Axar.az" xəbər verir ki, saatlar eksklüzivdir və "Rus olmağımla fəxr edirəm" (Gerard Depardieu Edition Proud to be Russian) adlanır. 65 yaşlı aktyor firmanın yeni üzü olub. Şirkət Depardyenin saatla birlikdə fotosunu da yayıb. Saatın üzərindəki ikibaşlı qartal təmiz qızıldan düzəldilib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 2003-cü il 3 yanvar qərarı ilə Jerar Depardyeyə rus vətəndaşlığı verilib.
2014-03-23
12,383
Ana intihar edən oğlunu xilas etdi
Ağcabədi rayonunda 15 yaşlı oğlan özünü asaraq intihara cəhd edib. Hadisə Pərioğullar kəndində baş verib. Kənd sakini 15 yaşlı R.M yaşadığı evdə özünü asıb. Bir neçə dəqiqə sonra xırıltı səsi eşidən məktəblinin anası otağa daxil olub və özünü asan oğlunu görüb. Qadın dərhal bıçaqla kəndiri kəsib və oğluna yardım göstərib. Həyətdən R.M-in qardaşı və qonşular da haraya gəlib. Yeniyetmə avtomobil ilə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gətirilib. Özünü asan oğlanın anası kəndiri kəsən kimi övladına süni nəfəs verib. Qadın yolda olarkən maşında da oğluna süni nəfəs verərək onun həyatda qalmasına kömək edib. Həkimlər bildiriblər ki, əgər R.M xstəxanaya bir neçə dəqiqə gec çatdırılsaydı və anası ona süni nəfəs verməsəydi yeniyetməni xilas etmək mümkün olmazdı. Hazırda xəstəxanada olan 10-cu sinif şagirdinin vəziyyəti orta-ağırdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır ("lent.az").
2014-03-23
12,384
Azər Sarıyev yeni vəzifəsindən imtina etdi
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib. "Axar.az"ın "Qaynar.info"ya istinadən məlumatına görə, Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb. Məsələ ilə bağlı Azər Sarıyev açıqlama vermək istəməyib. AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi". Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə "Avrasiya" qəzetində başlayıb. 1998-1999-cu illərdə "Ekspress" qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra "Palitra" qəzetinin baş redaktor olub (1999-2003). "Millət", Hürriyyət", "Kaspi" qəzetləri, "Azadinform" İnformasiya Agentliyi ilə əməkdaşlıq edib. 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.
2014-03-23
12,385
ARDNŞ Gürcüstanda ticarət mərkəzi açdı
ARDNŞ prezidenti Rövnəq Abdullayev martın 23-də Tiflis-Rustavi magistral yolunun kənarında "Qudvil" ticarət mərkəzi və yeni yanacaqdoldurma stansiyasının açılışını edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 600 kvm sahəni əhatə edən ticarət mərkəzində 45, yanacaqdoldurma məntəqəsində isə 17 nəfər işlə təmin olunub. Yeni ticarət mərkəzinin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak edib.
2014-03-23
12,386
Qarabağdan 4 dəqiqəyə 3 qol - Video
Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Məlumta görə, "Xəzər Lənkəran" öz meydanında "Simurq"u qəbul edib və rəqibinə 1:3 hesabı ilə məğlub olub. Digər qarşılaşmada "Bakı" AZAL-ın qonağı olub. Görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Turnir cədvəlinin lideri "Qarabağ" autsayder "Sumqayıt"ı qəbul edib. Qonaqlar 70-ci dəqiqəyə qədər müqavimət göstərsələr də, Ağdam təmsilçisi dörd dəqiqə ərzində - Reynaldonun 70 və 72-ci, Almeydanın isə 74-cü dəqiqədə vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb. Liderlər sırasında yer alan daha bir komanda - "Neftçi" isə "Rəvan"ın qonağı olub və minimal hesabla qalib gəlib (ANS).
2014-03-23
12,387
Qazi Tutu xanım Türkiyədə əməliyyat olundu - Foto
Qarabağ Qazisi, çoxunun Tutu xanım adı ilə tanıdığı Rüxsarə Cumayeva Türkiyənin İstanbul şəhərinin Maltəpə Xəstəxanasında ayağından əməlliyyat olunub. Bu haqda "Axar.az"a qazinin özü məlumat verib. Artıq yeriməyə başladığını deyən qazi hazırda Türkiyədə müalicəsini davam etririr. Xatırladaq ki, bir müddət əvvəl Rüxsarə Cumayevanın səhhətində problem olduğunu və maddi dəstəyə ehtiyac duyduğunu yazmışdıq. Qazi qardaşının maddi yardımı ilə əməliyyat olunduğunu və müalicəsini davam etdirdiyini söyləyib.
2014-03-23
12,388
İspaniyanın ilk demokratik lideri öldü
İspaniyada diktator Franko rejimindən sonra Baş nazir olan və ölkənin demokratiyaya keçidində böyük rol oynayan Adolfo Suarez vəfat edib. "Axar.az" xəbər verir ki, Madriddəki xəstəxanaların birində həkim nəzarəti altında olan Suarez bu gün həyatını itirib. Keçmiş Baş nazirin oğlu Adolfo Suarez İllanda bir neçə gün əvvəl verdiyi açıqlamasında atasının 48 saat ömrünün qaldığını söyləmişdi. Qeyd edək ki, Adolfo Suarez 1976-81-ci illərdə ölkənin Baş naziri olub.
2014-03-23
12,389
Cəlilabad hasara alınır - Fotolar
Cəlilabad rayon icra başçısı Əziz Əzizov yol üstündə yerləşən bütün evlərin önünü hasarlamaq barədə tapşırıq verib. Bu da yerli camaatın narazılığına səbəb olub. "Axar.az" xəbər verir ki, icra başçısının göstərişi əsasında yol kənarında olan mağazaların və evlərin qabağına hasarla sədd çəkilir. Nə mağazalar görünür, nə də evlərə gediş-gəliş mümkündür. Qeyri-iş günləri olduğu üçün rayon icra hakimiyyətindən əhalinin narazı olduğu məsələyə münasibət öyrənə bilmədik.
2014-03-23
12,390
Alyaska da Rusiyaya birləşdirilir? - Petisiya
Ağ Evin saytında Alyaskanın Rusiyaya birləşdirilməsilə bağlı petisiya yaradılıb. "Axar.az" xəbər verir ki, Alyaskanın Rusiyaya birləşdirilməsi üçün yaradılan petisiyaya iki gün ərzində 8 min nəfər səs verib. Amerika hökumətinin petisiyaya rəsmi cavab verməsi üçün aprelin 20-nə kimi hələ 92 min 500 səs toplanmalıdır. Martın 21-də yerləşdirilmiş petisiyada yazılıb: "Alyaskanın ABŞ-dan ayrılması və Rusiyaya birləşməsi üçün səs verin!".
2014-03-23
12,391
Dağ - xizək kurortunda faciə baş verdi
Soçinin "Roza Xutor" kurortunda xizəkçi həlak olub. Rus mətbuatının xəbər verir ki, "Roza Xutor"da sezon başlayan kimi faciə baş verib. Verilən məlumata görə, 23 martda 6 xizəkçi zirvələrdən birinə yola düşüb. Onlar "Labirint"yolu ilə hərəkət ediblər. Birdən dağdan qar uçqunu olub. Şahidlərin ifadəsinə görə 4 idmançı özləri qarın altından xilas ola biliblər. Beşinci nəfəri xilasedicilər tapıb. 6 - cı xizəkçi isə hələ də qar altındadır. Onu tapmaq mümkün olmayıb. Bütün səylərin nəticə vermədiyini görən xilasedicilər axtarış işlərini dayandırıblar ("AzNews.az").
2014-03-23
12,392
Ərdoğan: "Türkiyənin bütün internet resursları bağlanacaq"
Türkiyənin milli maraqlarına ziyan vuran bütün internet resurslar bağlanacaq. Bu barədə ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar günü deyib. Onun sözlərinə görə, milli maraqlar ölkə üçün prioritetdir və Türkiyə onların qorunması üçün lazımi tədbirləri görəcək. Xatırladaq ki, Türkiyə hakimiyyəti cümə gününə keçən gecə Tvitter mikrobloqlar şəbəkəsinə girişi bağlayıb. Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir imkanın olması barədə bəyanatla çıxış etdikdən bir neçə saatdan sonra şəbəkəyə giriş bağlanılıb. Ərdoğanın sözlərinə görə, ölkə vətəndaşlarını yad təsirlərdən qorumaq üçün lazım gələrsə, Yutub və Feysbukdan istifadəyə qadağa qoyulması məsələsi gündəmə gətirilə bilər. Lakin Türkiyə Prezidenti Abdullah Gül ölkədə Yutubun və Feysbuk sosial şəbəkəsinin bağlanmasının qeyri-mümkün olduğunu bildirib (Trend).
2014-03-23
12,393
Krım tatarları milli-azadlıq hərəkatına başlayır
Krım tatar fəalları milli-azadlıq hərəkatını bərpa eləmək əzmində olduqlarını bəyan ediblər. Bu barədə Krım tatarlarının matəm mitinqlərinin qətnaməsi üzrə işçi qrupunun rəhbəri Nedim Xəlilov bəyan edib. Onun sözlərinə görə, hərəkatın əsas məqsədi Krım tatar xalqının 1783-cü ildə qırılmış milli dövlətçiliyinin bərpası olacaq. Xəlilov onu da bildirib ki, Krım tatar dövlətçiliyinin bərpasınadək yarımadada Rusiya qanunları deyil, Ukrayna qanunvericiliyi və beynəlxalq hüquq qüvvədə olmalıdır. Ukrayna ərazisində Krım tatarlarının matəm mitinqləri Stalin deportasiyası qurbanlarının xatirəsi ilə bağlı 1991-ci ildən keçirilir. ("Musavat.com")
2014-03-23
12,394
Krımda vuruşmaq üçün azərbaycanlılar müraciət edib
Beş min əcnəbi könüllü Krımın müdafiəsi üçün Ukraynaya kömək təklif edib. Türkiyədən, Almaniyadan, Azərbaycandan və Gürcüstandan olan könüllülər arasında keçmiş peşəkar hərbçilər də, adi vətəndaşlar da var. Bu barədə Ukraynadakı Türk-qarapapaqlar Şurasının sədri bildirib. Könüllülər öz dövlətlərinin rəsmi göstərişlərindən asılı olmayaraq hərəkət edəcəklər. Onlar həmçinin, Rusiyaya qarşı informasiya savaşı aparmağa hazırdırlar. Bu yolla onlar Krımın etnik əhalisi olan tatarları və digər türkləri qorumaq əzmindədirlər. "Çünki Rusiyanın aqressiv hərəkətləri digər ölkələrə, o cümlədən Qazaxıstana, Azərbaycana və ya Qırğızıstana da zərər vura dəyə bilər". Hazırda könüllülər qanun çərçivəsində hərəkət eləmək üçün rəsmi Kiyevin çağırışını gözləyirlər. Xatırladaq ki, Kreşatikdə ukraynalılar kütləvi şəkildə Milli Qvardiyanın sıralarına yazılırlar. Çağırış 20 min nəfərlik qvardiya üçün nəzərdə tutulub. ("Musavat.com")
2014-03-23
12,395
İbrahim Tatlısəs Ərdoğana Tvitterdən dəstək verdi
Türk musiqisinin kralı İbrahim Tatlısəs Tvitterdəki "imparotoribo" hesabından sosial şəbəkənin istifadəsinə qoyulan qadağaya tvit paylaşmaqla dəstək olub. Tatlısəs Tvitterdə bəzi insanların saxta hesablarla təhqiramiz ifadələrdən istifadə etməsini kəskin şəkildə tənqid edərək hökumətin qərarına dəstək nümayiş etdirib. Sənətçi Tvitter hesabında bildirib ki, "Tvitter-ə girişin qadağan edilməsi məni əsla kədərləndirmədi. Həm böhtan at, sonra da bu hesab mənim deyil de! Yox! Azad şəkildə beldən aşağı danış, sonar palçıq içərisində gizlən. Necə də əla...! İfadə azadlığını başa düşdük. Məni ən pis yerdən vuracaq və mən heç bir şey etməyəcəm. Bu necə bir azadlıqdır? Məhkəməyə şikayət edirsən, "Mən yazmamışam!" – deyir. Cəsarətli adam yazdım, inkar etmirəm deyər. Deməsinə deyər, amma necə? Tvitter yaranandan virtual aləm qoçaqları da artdı. Yaşasın virtual aləm.!!!"
2014-03-23
12,396
Köçəryandan Ukrayna səfirinə ermənisayaq cavab
Ermənistan Xarici İşlər nazirinin köməkçisi Şavarş Köçəryan Ukraynanın İrəvandakı səfirinin xahişi ilə onu qəbul edib. "Axar.az"ın erməni mediasına istinadən məlumatına görə, ukraynalı səfir Krım məsələsində Ermənistanın mövqeyinin yanlış olduğunu qarşı tərəfə anlatmağa çalışsa da, Köçəryan öz fikrində qalıb. O bildirib ki, rəsmi İrəvanın Krımda keçirilən referendumun nəticələrini tanımasında qeyri-adi heç nə yoxdur: "Bizim referendumun nəticələrini tanımağımızda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanın illərdir xalqların öz müqəddaratını müəyyən etməsi məsələsində mövqeyi dəyişməz olaraq qalır. Biz hesab edirik ki, əgər krımlılar özlərini Ukraynanın deyil, Rusiyanın tərkibində görürlərsə, bu seçimə sadəcə hörmətlə yanaşmaq lazımdır". Xatırladaq ki, bir neçə gün öncə rəsmi Kiyev Krımda keçirilən referendumun nəticələrini tanıdığına görə Ermənistana nota vermişdi.
2014-03-23
12,397
Daha bir dövlət Rusiyanın tərkibinə daxil olur - Şok
Monqolustan da Rusiyanın tərkibinə daxil olacaq. "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı çıxış edib. Mətbuat artıq bununla bağlı bütün danışıqların başa çatmaq üzrə olduğunu yazıb: "Monqolustanla demək olar ki, razılıq əldə olunub. Bu ölkə Rusiyanın tərkibinə daxil olduqdan sonra sadəcə muxtar vilayət olaraq öz fəaliyyətini davam etdirəcək. Monqolustanda artıq bununla bağlı işlər başa çatmaq üzrədir. Bu ilin yay aylarının başlanğıcında bu birləşmənin başa çatması nəzərdə tutulub". Qeyd edək ki, Rusiya bir neçə gün öncə Krımı rəsmən öz tərkibinə birləşdirib.
2014-03-23
12,398
Ərdoğana qarşı cinayət işi qaldırıldı
Rəcəb Tayyib Ərdoğana qarşı Avropa İnsan Haqları Məhkəməsində cinayət işi qaldırılıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Suriya mətbuatı yayıb. Məlumatda Ərdoğana qarşı cinayət işinin bu gün rəsmən qəbul edildiyi bildirilib: "Ərdoğan insanlığa qarşı cinayət törətməkdə günahlandırılır. Suriyadakı hadisələrdə əsas günahkarlardan hesab edilir". Qeyd edək ki, Ərdoğan Suriyadakı hadisələr başlayandan Bəşər Əsədə qarşı sərt mövqe tutan əsas dünya liderləri sırasındadır.
2014-03-23
12,399
Gülənin ABŞ iqamətgahı haqqında şok faktlar - Video
Fətullah Gülənin Pensilvaniyadakı iqamətgahı bir zamanlar Yezuit təriqətinə (Xristian katolik məzhəbi) məxsus olub. "Axar.az" xəbər verir ki, bu iddia ilə məşhur iqtisadçı ekspert Ömər Özbay çıxış edib. Ekspert bu villanın bir zamanlar Yezuit təriqətinə aid olduğunu bildirib. Onun sözlərinə görə, sonradan bu villa məhz "Gülən camaatı"na aid olan qruplar tərəfindən alınıb: "Bu villa ilə bağlı bir çox qeyri-məlum məsələ var. Əvvəl bu iqamətgah Yezuit təriqətinə məxsus olub. Lakin sonradan bu villa 1993-cü ildə Hüseyn Çopur adlı şəxs tərəfindən alınıb. Bir müddət sonra isə "White Rose" vəqfinə satılıb. "Gülən camaatı"na aid olan bu vəqf sonradan eyni təriqətin digər bir idarəsinə - "Golden Generation"a təhvil verilib. "Golden Generation" ilə "White Rose" bir müddət sonra birləşib". İqtisadçı ekspert bu məzhəbin xristianlıqda dörd önəmli təriqətdən biri olduğunu bildirir. 1534-cü ildə qurulan bu təriqət sonradan Avropa və ABŞ-da mühüm nöqtələri ələ keçirməyi bacarıb. Təriqətin "Gülən camaatı" ilə oxşar cəhəti təhsil sektorunda xüsusiylə fərqlənməsidir. Avropa və ABŞ-da fərqlənən təriqət buradakı məktəbləri vasitəsilə müxtəlif idarələrə öz tələbələrini yerləşdirməyi bacarıb. Burada yerləşən tələbələr isə təriqətdən gələn əmrlər əsasında hərəkət edirlər.
2014-03-23
12,400
Rusiyadan 360 milyard çıxarılıb – Şok video
"Rusiya öz məhvinin astanasındadır". "Axar.az" xəbər verir ki, bu sözlər Rusiyanın çöküşü ilə bağlı təqdim edəcəyimiz növbəti videoda yer alıb. Aparıcı tam real faktlarla Rusiyanın artıq öz məhvi ərəfəsində olduğunu bildirir. O, Rusiya iqtisadiyyatının artıq öz yerində saydığını deyir. Aparıcı son bir neçə ildə ölkədən təkcə oliqarxların qeyri-qanuni çıxartdığı pulların hesabının 360 milyard dollar olduğunu deyir. O, həmçinin, Rusiyanın inkşaf tempinə nəzər yetirməyə də çağırır. Rusiyanın Ruanda və Flippin kimi ölkələrdən geri qalmasını vurğulayır. Aparıcı daha sonra Rusiyanın qaz imperiyasının sona yetdiyini bildirir. O, artıq Qərbin Rusiya qazından asılılığını azaltdığı ilə bağlı faktlar irəli sürür. Sonda aparıcı Soçi Olimpiadasının Rusiya üçün son ən mühüm hadisə olduğunu bildirir. Rusiyanın çöküşünü faktlarla özündə əks etdirən videonu təqdim edirik.
2014-03-23
12,401
Spilberqdən ermənilərə film jesti
Bir neçə dünya miqyaslı bloqbasterin müəllifi, tanınmış Hollivud rejissoru Stiven Spilberq Holokost, Kamboca və Ruanda soyqırımları ilə birgə qondaqrma "ermən soyqırımı" haqqında da bilgi toplamağa başlayıb. "Axar.az" məlumat verir ki, tanınmış rejissor bu vaxta qədər Holokost soyqırımını əks etdirən "Şildern siyahısı" adlı filmi ərsəyə gətirib. Bu yöndə ona məxsus fondda 20 il ərzində araşdırmalar aparıb. Sözügedən fond fəaliyyət miqyasını genişləndirərək, filmlərin çəkilməsi üçün Kamboca, Ruanda və qondarma "erməni soyqırımı" haqqında ətraflı məlumat toplamağa başlayıb. Xatırladaq ki, İkinci Dünya Müharibəsi illərində yəhudillərə qarşı törədilən soyqırım aktını özündə əks etirən "Şilderin siyahısı" adlı film 1993-cü ildə Sbilberqin rejissorluğu ilə ərsəyə gəlmişdi. Filmdə alman iş adamı Oskar Şilderin minlərcə yəhudini qətliamdan qurtarmasından bəhs edilir.
2014-03-23
12,402
“Alov qüllələri” Fransa televiziyasında
"France 5" kanalı 1 saat "Azərbaycanın nəhəng tikililəri"ndən danışıb. Fransada geniş yayılmış və tamaşaçılar tərəfindən daim izlənilən "France 5" televiziya kanalında martın 23-də "Azərbaycanın nəhəng tikililəri" adlı 50 dəqiqəlik veriliş yayımlanıb. Aparıcı Denny Forster verlişin əvvəlində yeraltı və yerüstü sərvətlərlə zənginolan Azərbaycanda XX əsrin başlanğıcından etibarən neft çıxarıldığı, keçmişsovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən ölkəmiziniqtisadiyyatının sürətli inkişafı sayəsində Bakının simasının ildən-ilədəyişdiyi, son illər paytaxtımızda dünyanın ən mürəkkəb və maraqlı memarlıqlayihələri əsasında analoqu olmayan abidələrin inşa olunduğu barədə fransıztamaşaçılarına ətraflı məlumat çatdırılıb. Verilişdə əsasən Heydər Əliyev Mərkəzindən və "Alov qüllələri"ndən bəhs olunub.Hər iki memarlıq abidəsində müasir texnologiya sayəsində mürəkkəb quraşdırmaişlərinin aparıldığı diqqətə çatdırılmış, dünyanın tanınmış memarı Zaha Hadidinlayihəsi əsasında tikilən mərkəzin interyeri, müxtəlif tədbirlər üçün nəzərdətutulan zalları öz geniş əksini tapmışdır. Eyni zamanda "Alov qüllələri"nintikintisinin çox mürəkkəb şəraitdə həyata keçirildiyi və üç hündür binanınaxşamlar şəhərə xüsusi yaraşıq verdiyi vurğulanıbdır. Həmçinin verilişdə paytaxtımızın müasir abidələri arasında Bayraq meydanınınxüsusi maraq doğurduğundan, şəhərimizin qonaqlarında böyük təəssüratyaratdığından da söhbət açılıb. Bakının Dağüstü parkında yerləşən Şəhidlər xiyabanından danışan müəllif 24 iləvvəl öz müstəqilliyini bərpa etmək arzusu ilə dinc nümayişlər keçirənxalqımıza Sovet rejimi liderlərinin əmri ilə amansızlıqla divan tutulması,yüzlərlə silahsız insanın vəhşiliklə qətlə yetirilməsi, onların ŞəhidlərXiyabanındakı qardaşlıq qəbiristanlığında dəfn olunması haqqında məlumatverilib. Azərbaycanda müxtəlif milli azlıqların və etnik qrupların yerli xalqla əsrlərboyu dostcasına və mehriban şəraitdə yaşadıqları, Azərbaycan tolerantlığınındigər ölkələrə nümunə olduğu verilişdə xüsusi qeyd olunub. "France 5" televiziya kanalının bu verilişi erməni lobbisinin güclü olduğu Fransakimi ölkədə Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri yaymaq baxımındandiqqətə layiqdir.
2014-03-24
12,403
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə,martın 24-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir. havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
2014-03-24
12,404
“Rusiyanın çökməsi bizim üçün fəlakətdir” – Video
"Bizim üçün Rusiyanın çökməsi ən dəhşətli variantdır". "Axar.az" xəbər verir ki, bu sözlər Belarusiya Prezidenti Aleksandr Lukaşenkoya aiddir. 2013-cü ildə etdiyi çıxış zamanı Lukaşenko Rusiyanı özlərinin müdafiəçisi adlandırıb. O, Rusiyasız mövcud ola bilməyəcəklərini vurğulayıb. Qeyd edək ki, dünyanın ən qəddar diktatorlarından sayılan Lukaşenko Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyıb.
2014-03-24
12,405
“Cənub Axını” Krımdan nəqli oluna bilər - Foto
Prezident Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan sənədi imzalamasından dərhal sonra yarımadanın iqtisadi perspektivi gündəmə gəlib. "Axar.az" məlumat verir ki, belə məqamlardan biri də "Cənub Axını"nın Krım üzərindən mümkün nəqlidir. Ukraynanın Qlobalistika Mərkəzinin ekspertləri hesab edib ki, əgər Krım variantına önəm verilərsə, "Cənub Axını"nın ərsəyə gəlməsində 2 miyard dollara qənaət olunar. Analitiklər atıq bu yöndə xüsusi xəritə də hazırlayıblar. Xatırladaq ki, 16 miyard dollar dəyərində olan "Cənub Axını"nın çəkilişinin 10 miyard dollarlıq xərci dəniz sahəsinin, 6 miyard dolları isə quru ərazilərin payına düşür.
2014-03-24
12,406
Gecə işi beyin hüceyrələrini məhv edir
Gecə növbəsində işləyən insanlar adətən əmindirlər ki, qeyri-iş günlərindəki istirahət onların xilas yoludur. Ancaq bu, belə deyil. ABŞ-ın Pensilvaniya Universitetinin alimləri müəyyən edib ki, bir həftə ərzindəki yuxu çatışmazlığı beş beyin hüceyrələrinin ölümünə səbəb olur (evroSMİ). Təhqiqatlar göstərib ki, yuxu pozuntusu intellektə və sayıqlığı saxlamağa cavabdeh olan neyronların zədələnməsinə və məhvinə səbəb olur. Əgər əvvəllər belə rəy vardısa ki, yuxusuz gecədən sonra bərpa olunmaq problem deyil, indi aydın olur ki, diqqət və başqa parametrlər bərpa üçün üç gün tələb edir. Alimlər bunun ardınca gecə növbəsində işin Alsheymer və Parkinson xəstəliyi ilə əlaqəsinin olub-olmamasını araşdıracaqlar ("Musavat.com").
2014-03-24
12,407
Krımdakı referendumun real nəticəsi açıqlandı - Video
"Krımın Rusiyaya birləşməsinə cəmi 34% səs verilib". "Axar.az" xəbər verir ki, bu barədə Ukraynanın keçmiş Baş naziri Yuliya Timaşenko bildirib. Onun sözlərinə görə, cümə günü Krım tatarlarının görüşü zamanı ona bu xəbəri veriblər: "Krım tatarlarının bildirdiyinə görə, Krımın Rusiya Federasiyasına birləşdirilməsinə seçicilərin cəmi 34%-i səs verib. Mən də bu açıqlamaya tam inanıram". Məlumat üçün bildirək ki, martın 16-da keçirilən referendumda Krımın Rusiyaya birləşdirilməsinə seçicilərin 97%-nin səs verdiyi rəsmiləşdirilib.
2014-03-24
12,408
Rusiya Qırğızıstanda da pasport paylayacaq
Rusiya sadələşdirilmış sxem üzrə və qısa müddət ərzində Qırğızıstanda yaşayan ruslara vətəndaşlıq verməyə hazırdır. "Axar.az" məlumat verir ki, bu barədə Rusiyanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Kurtko Bişkekdə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Qırğızıstanda rus dilinə böyük hörmət var və bu ölkənin vətəndaşları cəmi 3-5 ay ərzində Rusiya vətəndaşlığını ala bilərlər. Xatırladaq ki, artıq bəzi qırğız analitikləri bu "xoş addımı" Ukraynadan sonra postsovet ölkələrinə Rusiyanın növbəti həmləsi kimi dəyərləndiriblər.
2014-03-24
12,409
NATO: "Rus işğalı Krımla bitməyəcək" - SOS
"Rusiya Krımla kifayətlənməyəcək, Moldovanın separatçı Dnestryanı ərazilərini də işğal edəcək". "Axar.az" xəbər verir ki, bu barədə NATO komandiri general Filip Bridlav xəbərdarlıq edib. Bridlav Rusiyanın ortaq ittifaq yaratmağa çalışdığını, amma bu addımların hegemonluğunu göstərməkdən başqa bir şey olmadığını qeyd edib. General həmçinin qeyd edib ki, Dnestryanı ərazinin əhalisinin əksəriyyəti Rusiyaya birləşmək istəyindədir.
2014-03-24
12,410
İlham Əliyev Niderlanda getdi - Foto
Martın 23-də İlham Əliyev Niderland Krallığına səfər edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, İlham Əliyev Haaqa şəhərində Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
2014-03-24
12,411
Bəşər Əsədin əmisi oğlu öldürüldü
Suriyada hakimiyyət qüvvələri ilə üsyançılar arasında Kəsəb şəhərinə nəzarət üstündə gedən şiddətli döyüşlərdə ölən komandir Prezidenti Bəşər Əsədin əmisi oğlu Hilal Əsəddir. "Əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, Hilal əl-Əssəd dünən Türkiyə ilə sərhəddə baş verən toqquşmalarda həlak olub. Hilal Əsəd Latakiya əyalətində hərbi bölməyə rəhbərlik edirdi. Hadisədə 130-dan çox insanın öldüyü də bildirilir. Bu rayonda döyüşlər cümə günü radikal islamçı qruplaşmanın Latakiyaya gəlməsini elan etdikdən sonra başlayıb (ANS).
2014-03-24
12,412
Sumqayıtda bina yandı
Ucar rayonu, Qaraçallı kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Sumqayıt şəhərində 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan 2 otaqlı mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40_da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-24
12,413
Çeçen lider İsraildə məscid açdı - Foto
Çeçenistan lideri Ramzan Kadırov İsraildə Qafqaz kökənli xalqların yaşadığı Qüdsün əbu-Quş səmtində tikintisinə 6 milyon dollar kömək etdiyi məscidin açılışında iştirak edib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, çeçen lider Osmanlı dövründə Qafqazdan gətirilib Qüdsə yaxın ərazidə yerləşdirilən çərkəzləri ziyarət edib. Çeçen lider ziyarət zamanı tikintisinə kömək etdiyi məscidin açılışını da edib. Açılış üçün məscidin qarşısına çeçen və rus bayraqları asılıb. Məscidin açılışında çıxış edən Kadırov belə deyib: "Bu məscid Qafqazda, Çeçenistanda olan qardaşlarınızın sizlə olan mənəvi bağlılığının bir simvoludur". Məsciddən çıxıb avtomobilinə minərkən çeçen liderin əlində olan balaca rus bayrağı diqqət çəkib. Qeyd edək ki, iç dekorasiyası Türkiyədən gətirilən, xalça və mərmərlərlə bəzədilən məscidin tikintisi 10 milyon dollara başa gəlib. Dörd minarəli böyük məscid türk memarlığının özəlliklərini daşıyır.
2014-03-24
12,414
Vurulan təyyarənin pilotu danışdı - Foto
Suriya hərbi təyyarəsinin paraşütlə atlanaraq xilas olan pilotunun xəstəxanada olan fotosu yayılıb. "Axar.az" SANA-ya istinadən xəbər verir ki, Türk hava sərhədini pozduğuna görə Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulan Suriya hərbi təyyarəsinin paraşütlə atlanaraq xilas olan pilotu vəziyyətinin yaxşı olduğunu deyib və vurulduğu vaxt Türkiyə sərhədindən 7 km içəridə olduğunu iddia edib. Pilot Türkiyə təyyarələrinin ona raket atdığı vaxt özünün terrorist düşərgələrini müəyyənləşdirdiyi bildirib. Fotosu yayıldığı halda adı sirr saxlanılan pilot vurulduğu vaxt geri dönmək üçün manevr etdiyini qeyd edib.
2014-03-24
12,416
Sürücülərə müraciət: alternativ yollardan istifadə edin
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq saat 08:00-dan etibarən Heydər Əliyev prospektində ("Koroğlu" metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağını bildirib. Quraşdırılma işlərinin təxminən saat 15:00-da yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.
2014-03-24
12,417
Rusiya Ukraynanı bölmək üçün Polşaya rəsmi müraciət etdi
Rusiya Duması Ukraynanın bölünməsi üçün Polşa Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Polşa mətbuatı yayıb. Dumanın sədr müavini Vladimir Jrinovski tərəfindən göndərilən məktubda Ukraynanın qərbində yerləşən beş bölgənin Polşaya verilməsinin təklif edildiyi bildirilib. Polşa mətbuatının yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyi məktubu qiymətləndirib və tezliklə ona cavab verəcəyini açıqlayıb. V.Jrinovski Polşa ilə yanaşı, Macarıstanla Rumıniyaya da eyniməzmunlu məktub yollayıb. Bu ölkələrə Ukraynanın mərkəzi vilayətləri təklif edilib.
2014-03-24
12,419
Cəbhədə atışma: itki yoxdur
Cəbhə xəttində atəşkəs bayram günlərində də pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-24
12,420
Bakıda tələbə 16 mərtəbəli binadan özünü atdı
Bakıda tələbə intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, K.Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi imiş. K.Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
2014-03-24
12,421
Daha bir ölkə nurçu məktəblərə qadağa qoyur
Fətullah Gülənin Şimali İraqdakı məktəbləri fəaliyyətini dayandırır. "Axar.az" xəbər verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat son günlər bu məktəblərlə bağlı valideynlərdən gələn şikayət əsasında hökumətin fəaliyyətə başlradığı bildirilib. İraqın şimalındakı kürd bölgəsinin rəhbəri Məsud Bərzaninin bu addımı qəsdən atdığı deyilib. Bununla kürd liderin öz hakimiyyətini siğortalamağa çalışdığı vurğulanıb. Qeyd edək ki, Fətullah Gülənin İraqın şimalında 32 məktəbi fəaliyyət göstərir.
2014-03-24
12,422
Rusiya Ukrayna dəniz piyadaları taborunu ələ keçirdi
Rusiya hərbçiləri Feodosiyada dəniz piyadalarının taboruna hücum ediblər. Məlumata görə, səhər saat 04:30-da taborun yerləşdiyi rayondan atəş səsləri eşidilib, hərbi hissənin üzərində isə helikopterlər uçub. Saat 05:00-da isə hucum başlayıb. Ukrayna Müdafiə Nazirliyinin Krım media mərkəzinin rəhbəri Vladislav Seleznyov bu barədə Feysbuk səhifəsində yazıb: "Mənbələr Mi-24 və Mİ-8 helikopterləri və BTR-lərin hücuma keçdiyini təsdiqləyiblər". O, hərbi hissənin mühasirəyə alındığını, oraya gedən yolun isə BTR və əsgərər tərəfindən nəzarətə götürüldüyünü qeyd edib. Bundan əlavə, kazarma binasında güclü tüstü müşahidə olunur. "Hərbi hissənin ərazisindən 3 "Ural" çıxıb. Onlarda ukraynalı dənizçilər olub. Onların əlləri bağlı idi" (ANS).
2014-03-24
12,423
Rusiya Qərbə müraciət etdi: "Ukrayna federasiya olmalıdır"
Rusiya Qərbin sanksiyalarından qorxmur. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Avropa İttifaqındakı rəsmi təmsilçisi Vladimir Çijov çıxış edib. O, Rusiyaya ediləcək təsirdən Qərbin də əziyyət çəkəcəyini bildirib: "Biz Qərbin sanksiyalarından qorxmuruq. Nəzərə almaq lazımdır ki, artıq 21-ci əsrdir. Bizə qarşı olan hər bir təsirdən bütün dünya əziyyət çəkəcək. Biz Ukraynadakı böhranın bitməsinin tərəfdarıyıq, hətta ölkənin federallaşması olsa belə".
2014-03-24
12,424
İsrailin dünyadakı bütün səfirlikləri bağlandı - Şok
Diplomatların tətil eləməsi ucbatından İsrailin dünya ölkələrindəki bütün səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər. Məlumata görə, israilli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər. Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini sual altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır. Ekspertlərin sözlərinə görə, bu, 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib, dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub. "Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib. İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb. "Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib. Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir. İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar ("Milli.Az").
2014-03-24
12,425
Ordumuzun əsgəri özünü güllələdi
Azərbaycan ordusu daha bir əsgərini itirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan ordusunun əsgəri 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, H.Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2014-03-24
12,426
Bakıda atışma: 1 ölü, 1 yaralı - Foto/Yeniləndi
12:03 Bakıda silahlı insident olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bir nəfər naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, güllələnən şəxslərdən biri hadisə yerində keçinib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılır. Hazırda onların adı dəqiqləşdirilir. 12:49 Bakıda baş verən atışmada ölən və yaralanan şəxslərin adı açıqlanıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib. Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Hadisə şahidləri isə bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y.Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb. Xatırladaq ki, R.Musayevin iki il əvvəl qətl törətməsi barədə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 2012-ci il yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R.Musayev bıçaqla hər iki şəxsi bıçaqlayıb. R.Fərəcov ölüb, K.Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanıb.
2014-03-24
12,428
"Suriya təyyarəsini Ərdoğan qəsdən vurdurub" - İddia
"Suriya təyyarəsinin vurulmasına əsas səbəb seçkilərdən əvvəl mediaya sızdırılacaq səs yazısının qarşısını almaqdır". "Axar.az" xəbər verir ki, bu iddia ilə "Today`s Zaman" qəzeti çıxış edib. Qəzet Suriya təyyarəsinin vurulmasının qabaqcadan planlaşdırıldığını və Ərdoğanın bunu öz məqsədləri üçün istifadə etdiyini açıqlayıb. Qeyd edək ki, bundan öncə verilmiş açıqlamada Suriya təyyarəsinə dörd dəfə xəbərdarlıq edildiyi və sonradan atəş açıldığı bildirilmişdi. Onu da xatırladaq ki, "Today`s Zaman" qəzetı "Gülən camaat"ına bağlıdır.
2014-03-24
12,429
Polşadan Rusiyaya cavab: “Yalnız başdanxarab…”
Rəsmi Varşava Ukraynanın Polşa, Macarıstan, Rumıniya və Rusiya arasında bölüşdürülməsi ilə bağlı Dumanın vitse-spikeri Vladimir Jirinovskinin təklifini təəcüblə qarşılayıb. "Axar.az" məlumatına görə, Polşa prezidentinin köməkçisi Tomaş Nalenç bilidirib ki, yalnız başdan xəstə insan belə təkliflə çıxış edə bilər. Polşanın TVP1 kanalına müsahibə verən Nalenç vurğulayıb ki, xəstə insanların təkliflərini Polşa ciddiyə almır və onlar dost ölkənin torpaq bütövlüyünə hörmətlə, sayğıyla yanaşır. Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi də məsələyə dərhal reaksiya verib və Jirinovskinin məktubunu təəcüb və təəssüflə qarşılayıb. Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının sədri və Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovski martın 23-də Ukrayna ərazisinin bölüşdürülməsi ilə əlaqədar həm də polşalı həmkarlarına müraciət ünvanlamışdı.
2014-03-24
12,431
Kriminal avtoritet Paşa həbs olundu
Moskva polisinin əməkdaşları "Paşa Çvetamuzıka" ləqəbli kriminal avtoritet Vilor Struqanovu saxlayıb. "Axar.az" Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, həmin şəxs bir neçə qətldə şübhəli bilinir. Nazirlikdən bildiriblər ki, saxlanılan şəxs Krasnoyarsk vilayəti ərazisində ən azı 5 qətl hadisəsinin iştirakçısı olub. Verilən digər məluamata görə, 52 yaşlı kriminal avtoritetin rəhbərlik etdiyi dəstə əsasən sifarişli qətllərdən gəlir əldə edirmiş. Struqanov hazırda Krasnoyarskiyə gətirilib. Xatırladaq ki, Vilor Struqanov terror hadisələrinin təşkili və sifarişli qətllərə görə 2014-ci ildə 9 illiyə azadlıqdan məhrum olsa da, sonradan bəraət alıb.
2014-03-24
12,432
Tağıyev və Çarın xanımı Sofiya arasında eşq
Milyonçuların həyatı illər boyu maraq doğurub. İstər pullarının miqdarı, istərsə də qadınlarının çoxluğu əksəriyyəti qıcıqlandırıb. Onlara paxıllıq edib yerlərində olmaq istəyənlərin sayı da az olmayıb. Hacı Zeynalabdin Tağıyevin bilinməyən tərəfləri haqqında qeydlərə ingilis yazıçısı O`Nilin əsərlərinin birində rast gəlinir. H.Z.Tağıyev təbiətən az danışan adam olub. Özü haqqında danışmağı isə ümumiyyətlə, xoşlamayıb. Bu xüsusiyyət onun təbiətindən və bir o qədər də təvazökarlığından irəli gəlirdi. Dahi şəxsiyyətin özünəməxsus xüsusiyyətlərinə əcnəbi, əsasən də ingilis jurnalist və yazıçıların bələd olmasının səbəbi isə o vaxtlar Bakıya tez-tez qonaq gələn jurnalistləri Tağıyevin şəxsən özünün qonaq etməsi idi. Onun bu səmimiyyətindən istifadə edən jurnalistlər isə müxtəlif mövzulardan söz açar və beləliklə də oxucu üçün nisbətən az tanış olan məqamlardan özləri üçün qeydlər aparardılar. Sərvətimə görə burjua, qəlbimə görə fəhləyəm Özü haqqında danışmağı sevməyən milyonçu peşəkar əcnəbi jurnalistlərin sözgəlişi atmacalarına cavab verməklə bəzi sirlərini etiraf etmək məcburiyyətində qalıb. İngilis jurnalistin suallarından yaxa qurtarmaq üçün "Mən şöhrətdən, puldan və gözəl qadınlardan heç vaxt korluq çəkməmişəm" deyən Hacı bir cümlə ilə özünü ifadə edib. "Onlardan hansı sizi birinci tapıb?" – sualına, "qadınlar", - deyə cavab verib. "Bəs həyatda bu 3 nemətdən hansına daha çox üstünlük verirsiniz?" - sualının cavabında isə yenə də "gözəl qadınlara", - deyib. "Mən sərvətimin miqdarına görə burjua nümayəndəsi, qəlbimə görə isə fəhləyəm. Fəhlə vicdanı isə məni həmişə sadə xalqa tərəf çəkir". Bu fikirlərin də müəllifi Zeynalabdin bəy olub. Varlı və əcnəbi qadınlar onunla "eşq macərası" yaşamağa can atsalar da, dahi şəxsiyyət kasıb, ehtiyac içində yaşayan qadınlara daha çox üstünlük verib. Mən sizi Herakl kimi nəhəng təsəvvür edirdim O vaxtlar Qafqaz canişini Vorontsovun arvadı Liza Qriqoryevna Tiflis şəhərindəki rəfiqələri ilə tez-tez görüşürmüş. Görüşlərin birində Tağıyevə yaxşı bələd olan gürcü xanımları Lizaya Hacının "kişilik" keyfiyyətlərindən o qədər danışırlar ki, xanımda ona qarşı istək yaranır. Rəfiqələrindən Tağıyevlə görüş yaratmaq imkanı xahiş edir. Hətta bu görüşün mütləq alınması üçün rəfiqələrinə yaxşıca pul da verir. Rəfiqələri Tağıyevlə Lizanı park gəzintisində görüşdürürlər. Görüş Liza xanımın təsəvvür etdiyindən də gözəl alınır. O, elə ilk söhbətdən Tağıyevə vurulur. Beləliklə, Tağıyev və Liza arasında qısa eşq macərası yaşanır... III Aleksandrın xanımı Sofiya Bu qısamüddətli eşq çar sarayına, III Aleksandrın xanımı Sofiya Avqustanın qulağına da çatır. Xatırladaq ki, Sofiya Avqusta Danimarka kralının qızı idi. O, əri III Aleksandrı Bakıya səfərə çıxmağa razı salır ki, gəlib Tağıyevi görsün. Sofiya xanımın ərinə bəhanəsi isə Bakıda tikilməsini istədiyi kilsə olur. 1888-ci ilin oktyabr ayında III Aleksandr Sofiya xanımla birlikdə Bakıya gəlib, sözügedən kilsə isə həqiqətən tikilib. Bundan sonra Tağıyevlə III Aleksandr və xanımı Sofiya arasında görüş də olub. Görüşdən sonra Sofiya ilə Hacı təkbətək söhbət edir. Sözə ilk başlayan Sofiya xanım "Mən sizi Herakl kimi nəhəng təsəvvür edirdim, lakın siz kubar xanımların mübaliğəli təriflərinin müqabilində olduqca adi adama oxşayırsınız", - deyir. Tağıyev isə "Bəli xanım, Allah hər kəsə bir cür qabiliyyət verir, kimisinin boyu ucadır, kimisinin də səsi" deməklə danimarkalıların ucaboylu olmasına, III Aleksandrın isə gur səsinə işarə edir. Beləliklə, həmin söhbətdən sonra A.Sofiya xanımla Tağıyev arasında III Aleksandrdan gizli "eşq" macərası yaşanır. H.Z.Tağıyev özünün nadir enerjisi və lütfkarlığı ilə yaşının bütün dövrlərində qadınların sevimlisi olub. Onu qadınlara sevdirən əsas xüsusiyyəti digər milyonçu kişilər kimi simic olmaması, əksinə, son dərəcə diqqətciliyi və əliaçıqlığı idi. Ona üz tutan qadınların heç birini heç vaxt (tanıdı-tanımadı) naümid qoymayıb. Onların istər maddi, istərsə də mənəvi tələbatlarını əsl kişi səxavəti ilə ödəyib. Bakıda milyonçuların çox olduğu bir vaxtda əksər milyonçular xaçpərəst xanımlarla, xüsusilə rus, erməni, gürcü, polyak, alman xanımları ilə vaxt keçirib, onları zinət içərisində saxlamağı özlərinə fəxr bilirdilər. Əcnəbi qadınları məst etməkdə bir-biriləri ilə yarışanlar da var idi. Lakin Tağıyev belələrindən deyildi. "Eleqan De Parti" ətri Tağıyevin təkcə Bakıda deyil, Moskvada, Peterburqda, Berlində və Parisdə çoxlu qadın pərəstişkarları olub. Paris xanımları Tağıyevin Parisə gəlişini xüsusi qeyd edirdilər. Hacı da öz növbəsində elə sözügedən qadınlara qarşı münasibətdə laqeyd olmayıb. O, qadınların elədikləri hərəkətləri səmimi qəbul edərək onları yüksək dəyərləndirib. "Könülləri xoş olsun" deyə o vaxt Parisdə ən bahalı, ən gözəl fransız ətri olan "Eleqan De Parti"ni hədiyyə edərdi. O vaxtlar bir çox qadınlar mağazanı bəzəyən bu ətirə həsrətlə baxardılar. Tağıyev özü də o ətrin qoxusunu çox bəyənirdi. Hətta öz faytonçusuna belə bir tapşırıq da verir ki, səhər saat 9-da onun ardınca gələndə atların boyunlarına və quyruqlarına da sözügedən ətirdən vursun. Faytonçu da öz növbəsində verilən tapşırığa canla-başla əməl edirdi. Elə bu səbəbdən də Tağıyev keçən küçələrdən bir müddət məstedici "Eleqan De Parti" ətrinin xoş qoxusu gələrdi. Bu səbəbdən də hər bir adam Tağıyevin bu gün hansı küçələrdən keçib, hara gedib-gəldiyini bilirdi. Onu da xatırladaq ki, Tağıyev çox dəqiq adam olduğundan camaat saatını onun faytonunun gəlmə vaxtı ilə düzəldərmiş. 101 yaşlı 8 övlad sahibi Mal-mülkünə və əsl kişiliyinə görə Tağıyev gözəl qadınlardan heç vaxt korluq çəkməyib. Amma milyonçunun başı qadınlara və puluna qarışdığından evlənmək yadına bir qədər gec düşür və 42 yaşında evlənmək qərarına gəlir. Tağıyevin ilk həyat yoldaşı öz doğma əmisi qızı Zeynəb olub. Bu izdivacdan İsmayıl, Sadıq və Xanım dünyaya gəlir. İkinci dəfə isə nə az, nə çox - düz 73 yaşında evlənib. İkinci həyat yoldaşı General Ərəblinskinin 21 yaşlı qızı Sona xanım olub. Belə nəql edilir ki, 73 yaşlı Tağıyevin Ərəblinskinin gənc qızına gözü düşür. Qızı ilə evlənmək istədiyini generala bildirəndə Ərəblinski imtina etmir. Lakin bildirir ki, qızının razılığı olmadan "hə" deyə bilməz. Tağıyev generalın qızı Sona xanımla təklikdə söhbət edib ona evlənmə təklif edir. Ərəblinski düşünürdü ki, 21 yaşlı qız 73 yaşlı kişi ilə heç vaxt ailə qurmaq istəməz. Lakin Hacı ilə söhbətdən sonra Sona tezliklə evlənmək istədiyini ailəsinə bildirir. Xanımların könlünü almaqda peşəkar olan milyonçu Sona xanıma nə demişdisə, xanım onunla evlənməyə qərar vermişdi. Bu evlilikdən Leyla, Sara, Sürəyya, Məhəmməd, İlyas adlı uşaqlar dünyaya gəlib. Hacı Sona xanımla 101 yaşına kimi yaşayıb. Onun ayağı bildiyini mənim başım bilmir Bir gün Axund Hacı Turab Tağıyev üçün üçün Quranın Yasin surəsini, oxuyub tərcümə edir. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" çatanda, Hacı soruşur ki, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund cavab verir ki, bəli!" Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər. Bu barədə başqa bir rəvayətdə isə belə deyilir: Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: "Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir". Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir ki, məni onun ayağı altında basdırın – "Onun ayağı bildiyini mənim başım bilmir". Dəfn mərasimində 44 dildə ağı Tağıyev 1924-cü ildə 101 yaşında vəfat edib. Onu Mərdəkanda dəfn ediblər. Zeynalabdini son mənzilə yola salan izdihamın içərisində qadınlar kişilərdən iki dəfə çox olub. Hərçənd ki, müsəlman adətinə görə cənazəni qadınların müşayiət etməsinə icazə yoxdur. Lakin mollaların müqavimətinə baxmayaraq, qadınların çoxluğu şəriətin qanunlarına belə üstün gəlib. Deyilənlərə görə, Hacı dəfn olunarkən Pir Həsən Məqbərəsində ona 44 dildə ağı deyilib. Bakı çoxmillətli şəhər olduğundan, burada hər cür millətə rast gəlmək olardı və üstəlik, Tağıyevin dəfninə əcnəbi qadınlar da gəlib. Hacı o vaxtın ən ideal kişisi idi və bunu qadınlar 101 yaşlı qocanın dəfn mərasimində bir daha öz göz yaşları ilə sübut etdilər.
2014-03-24
12,433
Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər. "Axar.az" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. O, görüş haqqında təəsüratlarını bölüşüb. "Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür". Erməni mətbuatı isə Ceyms Uorlikin Tvitterdəki başqa cümləsinə diqqət ayırıb. Onlar Qarabağ konfliktində artıq ABŞ-ın öz mövqeyini tam ortaya qoyduğunu yazıblar. Ceyms Uorlikin "konflikt "Dağlıq Qarabağ"la Azərbaycanın arasındadır" deməsi ölkə mətbuatının gündəmində əsas hadisəyə çevrilib. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.
2014-03-24
12,434
Suriyada döyüşən vəhabi Sumqayıtda ələ keçdi
Sumqayıt polisi Suriyaya vuruşmağa gedib, sonradan geri dönən şəxsi saxlayıb. Məlumat görə, saxlanılan 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat, əl qumbarası və ekstremist xarakterli dini ədəbiyyat aşkarlanıb. Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycanda əldə etdiyini bildirib. O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlağını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib. O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvarici təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir. Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır. Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir ("Vesti.az").
2014-03-24
12,435
Moldovadan Putinin köməkçilərinə sanksiya
Rusiya Prezidenti Vladimir Putinin iki köməkçisinin, xüsusi nümayəndəsinin və parlamentin hər iki palatasının rəhbərlərinin Moldova ərazisinə girişi yasaqlanacaq. "Axar.az" Moldova mediasına istinadən xəbər verir ki, bu adlar Krım hadisələrində tutduqları mövqelərinə görə Avropa Birliyinin sanksiyası ilə üzləşən Vladislav Surkov və Sergey Qlazyev, Dövlət Dumasının sədri Sergey Narışkin və Federal Şuranın sədri Valentina Matviyenkodur. Bundan başqa, siyahıya rus hərbçiləri, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin yaxın ətrafı və Krımın hazırkı rəhbərliyi daxildir. Xatırladaq ki, rəsmi Kişinyov yalnız Ukrayna hadisələri ilə əlaqəli sanksiyalara qoşulub. Ayrılıqda Rusiyaya yönəlik qadağalara qatılmayıb.
2014-03-24
12,436
Jirinovskinin partiyası Ukraynanın parçalanmasından danışdı
LDPR Vladimir Jirinovskinin Polşa Xarici İşlər Nazirliyinə məktub göndərdiyini təsdiqləyib. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. LDPR məktubda yazılanların Polşa mətbuatının yazdıqları ilə üst-üstə düşmədiyini söyləyib. "Biz Polşaya tamam başqa məzmunda məktub göndərmişik. Burada Ukraynanın parçalanmasını təklif etməmişik. Təklifimiz sadəcə Ukraynanın qərb vilayətlərində də Polşaya aid olan tarixi torpaqların olduğunu və burada referendum keçirmək şanslarının olduğunu bildirmişik". Qeyd edək ki, bu gün səhər Jrinovski Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın parçalanması haqqında məktub göndərmişdi. Polşa rəhbərliyi isə Jrinovskinin addımını xəstəlik adlandırmışdı.
2014-03-24
12,437
Messi: "Bizim səhv etmək haqqımız yoxdur"
"Bizim səhv etmək haqqımız yoxdur". "Axar.az" xəbər verir ki, bu sözləri Barselona futbol klubunun ulduz futbolçusu Lionel Messi söyləyib: Onun sözlərinə görə,kataloniyalılar liderlikdən geri qalmaq niyyətində deyillər: "Bu qələbə bizim üçün çox vacib idi. Biz nəinki müsbət nəticə əldə etdik, həm də əsil baxımlı futbol nümayiş etdirdik. Bununla belə Real üzərində qələbənin sevincinə çox vaxt ayırmamalıyıq. Barsa çempionluq yarışına geri döndü və geri çəkilmək niyyətimiz yoxdur". Xatırladaq ki, İspaniya çempionatının 29-cu turunda Barselona Real üzərində 4-3 hesabla qələbə qazanıb.
2014-03-24
12,438
Bakı metropolitenində daha bir dəyişiklik
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov metroda növbəti dəyişiklik barədə göstəriş verib. "Bakı Metropoliteni" QSC-dən daxil olan məlumata görə, Zaur Hüseynov tabeliyindəki işçilərə metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Göstərişə əsasən vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün şitlər qısa müddətdə ləğv olunacaq. Bir sözlə, tezliklə vaqonlarda heç bir reklama rast gəlinməməlidir. Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib. Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırlıb ("modern.az").
2014-03-24
12,441
Ukrayna qoşunları Krımdan çıxır
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Müdafiə Nazirliyinə Krımdakı hərbi hissələrin çıxarılması barədə göstəriş verib. Bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bildirib. O, deyib ki, Nazirlər Kabinetinə Krımdakı hərbçilərin təxliyə edilməsi tapşırılıb ("Musavat.com").
2014-03-24
12,442
Ukraynada dörd azərbaycanlı saxlanıldı
Ukraynada sərhədçilər dörd Azərbaycan vətəndaşını saxlayıblar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Moskvadan Dnepropetrvosk və Xarkov şəhərlərinə gedən Azərbaycan vətəndaşlarının sənədlərinə vurulan möhürün saxta olduğu aşkarlanıb. Həmin hal "Xutor Mixaylovskiy" sərhəd-keçid məntəqəsində, Ukrayna vasitəsi ilə Moldovaya üz tutan digər Azərbaycan vətəndaşının pasportunda da müşahidə olunub. Eyni hadisə Kiyevin "Borispol" beynəlxalq hava limanında da baş verib. Burada isə Tiflisdən gələn iki Azərbaycan vətəndaşının pasportuna vurulan möhürün saxta olduğu qeydə alınıb.
2014-03-24
12,443
“Təmiz Dünya” xanımlara təlim keçdi - Foto
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi "Mən cox dəyərliyəm!" adlı təlim həyata keçirib. Təşkilatın rəhbəri Mehriban Zeynalova "Axar.az"a təlim haqqında məlumat verərək bildirbi ki, bu təlimlərin keçirilməsində məqsəd qadınların özgüvənini artırmaqdır: "Bu gün qadınlar arasında özünü qiymətləndirmə hissi çox aşağıdır. Uzunmüddətli müşahidələrimiz belə qənaətə gəlməyə əsas verdi. Qadınlar ətrafdakı insanlarla ünsiyyətdə komplekslər yaşayır, kişiləri özünlərindən üstün tutmağa cəhd edir, ailə münasibətlərində haqlarının tapdanmasına göz yumurlar. Bu da qadınların özlərini doğru qiymətləndirməsinə mane olur. Elə bu səbəbdən də sosioloqların, psixoloqların, gender problemi ilə çalışanların rəyini nəzərə alaraq gözəl bir təlim hazırladıq. Xanımların bu təlimə laqeyd qalmamaları göstərdi ki, onlar özləri də bu tip problemlərin yaşanmamasında maraqlıdır ". Təşkilat rəhbəri qeyd edib ki, belə təlimlər növbəti dəfə bölgələrdə də təşkil ediləcək: "Bölgələrdə yaşayan xanımlarımızın belə təlimlərə daha çox ehtiyacı var. Bundan sonra bu təlimin bölgələrdə də keçirilməsinə çalışacağıq".
2014-03-24
12,444
50 il sonra insanlar Ayda yaşayacaq
İngilis fiziki, astronom, nəzəriyyəçi, yazar Stefen Haukinqə görə, dünya əhalisinin sürətlə artması 50 il sonra insanları Aya köç etməyə məcbur edəcək. "Axar.az" bildirir ki, S.Hauking "Liv From Speys" kanalından yayımlanan açıqlamasında bildirib ki, 50 il içində insanlar Ayda koloniyalar şəklində yaşamağa başlayacaq və yavaş-yavaş Marsa üz tutacaq. Alim eyni zamanda gələcəyimizdən qoxduğunu da dilə gətirib. İnsanların sürətlə çoxalıb təbii qaynaqları tükətməsi ilə bağlı müəyyən tədbirlər görülməsinin vacibliyi haqqında danışan Haukinq belə gedərsə, insanın aclıq və fəlakətlərlə üzbəüz qalacağının qaçılmaz olacağını söyləyib.
2014-03-24
12,445
Azərbaycan Dərbənddə olimpiya kompleksi tikəcək
Azərbaycan hökuməti prezident İlham Əliyevin göstərişi ilə Dağıstanın Dərbənd şəhərində müasir olimpiya kompleksinin tikintisini həyata keçirəcək. Dağıstan hökumətinin rəhbəri Abdusamid Həmidov tikinti işlərinə hazırlıqla tanış olmaq üçün Dərbəndə gedib. Onu Dağıstan hökumətinin rəsmiləri müşayiət ediblər. Xəbərdə bildirilir ki, İlham Əliyevin göstərişi ilə tikiləcək olimpiya kompleksi ilə bağlı hazırlıq işləri başlayıb və ərazi ayrılıb. Abdusamid Həmidov kompleksin tikiləcəyi ərazi ilə tanış olub. Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov məlumat verib ki, kompleks dostluq parkından, mehmanxanadan, attraksiondan, 7 minlik futbol stadionundan, qapalı üzgüçülük kompleksindən, idman oyunları zalından, tennis kortundan, ticarət mərkəzi və məktəbdən ibarət olacaq. Həmçinin Azərbaycan nümayəndələri Dağıstan ərazisində konserv zavodu, loqistika mərkəzi, keramik plitə zavodu, sement zavodu və s. tikməyi planlaşdırır. Sonuncu layhələri özəl şirkətlər həyata keçirəcək, olimpiya kompleksini isə Azərbaycan hökumətinin maliyyələşdirəcəyi gözlənilir ("virtualaz.org").
2014-03-24
12,446
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərdi
Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Karolos Papulyası bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib. Təbrik məktubunda dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Yunanıstan arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı yolunda atılan addımların bundan sonra da xalqların mənafelərinə xidmət edəcəyinə inandığını vurğulayıb.
2014-03-24
12,447
“Kiçik Nobel Mükafatı” bu il Azərbaycana gələ bilər
İyirmi nağıl – və əsrlər boyu ölməzlik Azərbaycan 2013-cü ildə ilk dəfə Beynəlxalq Uşaq Kitabları Şurasının üzvü olub. Şuranın respublikamızdakı milli bölməsinin təmsilçisi Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Kitabxana üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üçün Hans Kristian Andersen mükafatına respublikamızdan ilk dəfə uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini irəli sürüb. Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Ölkəmizin nominantına bu müsabiqədə uğurlar diləyirik. Hans Kristian Andersen mükafatı 1956-cı ildə UNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurası (International Board on Books for Young People — IBBY) tərəfindən təsis edilib. Mükafat iki ildən bir, aprelin 2-də - Hans Kristian Andersenin anadan olduğu gün təqdim edilir. 1967-ci ildə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə H.K.Andersenə böyük hörmət və sevginin əlaməti olaraq 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Hər il IBBY-nin milli bölmələrindən biri bu bayramın təşkilatçısı olur. "Uşaq" müəllifləri üçün bu mükafat – çox nüfuzlu beynəlxalq ödüldür. Onu çox vaxt "Kiçik Nobel Mükafatı" da adlandırırlar. Mükafat yalnız həyatda olan, yaşayıb-yaradan yazıçı və rəssamlara verilir. Uşaqlara kitab verin... Mükafatı təsis etmək ideyası dünya uşaq ədəbiyyatı sahəsində xidmətləri olan mədəniyyət xadimi Elle Lepmana (1891-1970) məxsusdur. E.Lepmanın bu sözləri çox məşhurdur: "Bizim uşaqlara kitab verin və siz bununla onlara qanad vermiş olacaqsınız". 1956-cı ildən mükafat ən yaxşı uşaq kitabının müəllifinə verilir. 1966-cı ildən onu həmçinin ən yaxşı rəssam-illüstratora da verməyə başladılar. Mükafata iddialı olanların namizədliyi IBBY-nin Beynəlxalq Uşaq Kitabları Şurasının milli bölmələri tərəfindən irəli sürülür. Laureatlar – yazıçı və rəssam – IBBY-nin konqresində üzərində Hans Kristian Andersenin profildən surəti əks olunmuş qızıl medalla təltif olunurlar. Bundan başqa, IBBY Beynəlxalq Şuranın üzvü olan ölkələrdə yaxın zamanlarda nəşr olunan ən yaxşı uşaq və gənclər üçün kitaba Fəxri diplom da təqdim edir. Nağıllar və hekayələr Böyük Daniya nağılçısı kifayət qədər uzun ömrü boyu çoxlu kitablar yazıb. İndi o kitabları mütəxəssislərdən başqa heç kim oxumur və bilmir: pyeslər, şeirlər, yol qeydləri, romanlar, "Həyatımın nağılı" kimi nostalji adı olan müfəssəl tərcümeyi-hal. Andersen, elə doğrudan da, nağılın əsl mücəssəməsinə çevrildi. Hər bir insanın mənəvi aləmi onun bütün həyatı ərzində formalaşır. Şəxsi dünyagörüşünün karkasında (əsasında – tərc.) həmişə bəzi nağıl (hətta daha geniş – folklor) mənşəli özüllər olur. Uşaqlıqda nə vaxtsa bir dəfə qəlbinə düşən zamanla müəyyən mənada dəyisşə də, ömürllük ürəyində qalır. Və qəlbimizin bu ilk təməlində Andersenin nağılları mütləq şəkildə gümrah canlı həyatla yaşayır. Bir anlıq həyatınızı "Düyməcik"siz, "Qar kraliça"sız, "Çaxmaq daşı", "Su pərisi", "Yenilməz qalay əsgərcik", "Çirkin ördək balası", "Vəhşi qu quşları", "Noxud üstündə yatan şahzadə qız", "Kralın yeni paltarı" olmadan təsəvvür edin – mümkün deyil! Ömrü boyu dilicanda "Uşaqlara söylənilən nağıllar" – yuxarıda adı çəkilən şedevrlərin demək olar ki, əksəriyyətinin ilk dəfə işıq üzü gördüyü toplu belə adlanırdı. Kitab iki cilddə birləşdirilmiş ayrı-ayrı hissələr (hər cilddə üç hissə) şəklində yeddi il (1835-1842) çıxıb. Əsərlərinin bəzilərini Andersen elə yoldaca yazmışdı. O, səyahət etməyə çox həvəsli idi və bütün ömrü boyu dilicandan (keçmişdə dördtəkərli minik arabası – tərc.) düşməmişdi. Yeni süjet axtarışı onu daima harasa çəkib aparırdı. Onun arasıkəsilməz səyahətlərinə dəniz də əngəl ola bilmirdi. Andersen, Dikkenslə məxsusi tanış olmaq üçün İngiltərəyə getmişdi. İki böyük insan bir-birinin gözlərinin içinə baxmış və hislər axını sel kimi aşıb-daşdığından uşaq kimi ağlamışdılar. Yazıçı özünün nağılçılıq istedadı haqqında belə yazırdı: Tanınmaq - Simurq quşudur "Uşaqlıqda nağıl və hekayələri dinləmyi xoşlayırdım; onların çoxu yaddaşımda canlı şəkildə qorunub qalır; zənnimcə, bəziləri mənşəyinə görə Daniya nağıllarıdır, bütünlüklə xalqımız arasında baş vermiş əhvalatlardır. Başqa heç bir yerdə buna bənzər əhvalatlara rast gəlməzsən. Solğunlaşmış çalarları fantaziyamın köməyi ilə canlandırmaq üçün mən onları öz tərzimə uyğun söylədim, onda lazım bildiyim hər cür dəyşiklik etdim. Dörd nağıl – "Caxmaq daşı", "Kiçik Klaus və Böyük Klaus", "Noxud üstündə yatan şahzadə qız" və "Yol yoldaşı" beləcə meydana gəldi. "Pis oğlan" nağılının fabulası (ədəbi əsərin və onda təsvir edilən hadisələrin məzmunu – tərc.), məlum olduğu kimi, Anakreontun şeirindən əxs edilib. Üç nağıl - "Balaca İdanın çiçəkləri", "Düyməcik", "Su pərisi" bütünlüklə yalnız mənim öz təxəyyülümün məhsulu olan əsərlərdir. "…" Kiçik ölkələrdə şair həmişə yoxsul olaraq qalır, buna görə də tanınmaq – şairin xüsusi olaraq ovuna çıxması lazım gələn əfsanəvi Simurq quşudur. Baxaq görək, söylədiyim nağıllar onu tutmağıma kömək edəcəkmi?" İyirmi nağıl – və əsrlər boyu ölməzlik Əlbəttə, yazılmış əsərlər xeyli çox idi, ancaq dünya ədəbiyyatının qızıl fonduna heç də hamısı daxil olmamışdı. Onların dili səhər mehi tək şəffaf və canlıdır. Bəzi fikirlər həddindən artıq sadə səslənir. Bir dəfə eşidirsən: "Çində bütün insanlar çinlidir, imperatorun özü də çinlidir" – və o dəqiqə ömürlük yaddaşına həkk olunur. Andersenin nağıllarını dönə-dönə öz sözlərinlə söyləmək mənasız bir şeydir: füsunkarlığını, cazibəsini itirməmək üçün onların hər birini sözbəsöz əvvəldən axıradək səsləndirmək lazımdır. İstənilən mətni sonsuzadək qiymətli şərab kimi, az-az, tələsmədən, kiçik qurtumlarla dadmaq və zövq almaq olar. Di açın, heç olmazsa, ölməz "Su pərisi"ni oxuyun, onun sadədil təhkiyəsinin zərif məzmunu haqqında dərindən düşünməyi sınayın. Və o dəqiqə nağılçının bizi necə qeyri-adi əsrarəngiz bir aləmə səslədiyi aydın olur: "Açıq dənizdə su sevimli peyğəmbər çiçəyi kimi göy rəngdə və şüşə kimi şəffafdır – lakin ora həm də dərindir! Heç bir lövbər onun dibinə çata bilməz; sudan başlarını çıxara bilmələri üçün dənizin dibinə bir-birinin üstünə çoxlu-çoxlu zəng qüllələri qoymaq lazım gələrdi. Lap dərin yerdə su pəriləri yaşayır. Elə fikirləşməyin ki, orda, lap dibdə təkçə çılpaq ağ qum var; yox, orada son dərəcə əsrarəngiz ağaclar və elə elastik gövdəcikləri, yarpaqları olan çiçəklər bitir ki, suyun azacıq hərəkəti ilə sanki canlıymış kimi hərəkətə gəlirlər. Böyük və kiçik balıqlar budaqçıqların arası ilə ora-bura üzürlər – eynilə burada, bizim dünyamızdakı quşlar kimi. Ən dərin yerdə dəniz hökmdarının saf kəhrəbadan şişuclu pəncərələri və qabarma-çəkilmələrdən asılı olaraq gah açılıb, gah da bağlanan balıqqulaqlarından damı olan mərcani sarayı ucalır. Bu, çox gözəldir, çünki hər bir balıqqulağında elə ecazkar inci yatır ki, istənilən kraliçanın tacını bəzəməyə onların bircəciyi də bəs edərdi". Daha sonra nə baş verir – hamıya məlumdur. Ancaq məgər məsələ təkcə süjetdədir? Qəhrəmanın Böyük Məhəbbət naminə özünü qurban verməsi – axı bu həm də əxlaqi prinsipdir. Onun heç olmazsa kiçik bir hissəsi hər bir oxucunun qəlbində labüd zəruriliklə toplanaraq bizə də çatır. Və bu, nağılların hər birinə aiddir. Bax buna görə də Andersen – heç də belletristika (nəsrlə yazılan bədii ədəbiyyat: romanlar, hekayələr – tərc.) yaratmayıb. Bu, bütöv bir fəlsəfədir: sadə, təmiz və yüksək əxlaqlı fəlsəfə. Elə bir fəlsəfə ki, bir dəfə qəlbimizə düşürsə, ömürlük oradaca qalır.
2014-03-24
12,448
Ukrayna Amerikadan nüvə yanacağı alır
Ukrayna Amerika kampaniyasından nüvə yanacağı alacaq. "Axar.az" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Sənayesi naziri Yuriy Prodan açıqlama verib. Onun sözlərinə görə, son iki ildir ki, Amerika kampaniyası olan "Vestinqhauz"la bu proses dayandırılıb: "Biz indi amerikalılarla danışıqlarımızı bərpa etmişik. Son iki ildə bizim əlaqələrimiz donmuş vəziyyətdə idi. Artıq danışıqlar bərpa edilib və biz onlardan nüvə yanacağı alacağıq".
2014-03-24
12,449
Türkiyənin Baş Qərargah rəisi Bakıya gəlir
Aprelin 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Məlumata görə, bir neçə gün davam edəcək səfər zamanı Türkiyə nümayəndə heyəti prezident İlham Əliyevin qəbulunda olacaq. Bundan əlavə, türkiyəli qonaqların Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov və digər dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır. Səfər zamanı hərbi əməkdaşlıqla bağlı müvafiq sənədlərin imzalanması da gözlənilir ("Publika.az").
2014-03-24
12,450
Bugünkü dəhşətli qətlin təfərrüatı - qanlı qisas
Zabrat qəsəbəsində baş verən qətlin təfərrüatları üzə çıxıb. "Axar.az"ın araşdırmaları zamanı məlum olub ki, iki il öncə Zabratdakı mağazaların birində iki qardaşın bıçaqlanması bu günkü qətlin törədilməsinə zəmin yaradıb. Ona görə də qisas hissi növbəti cinayətə yol açıb. Hələ 2012-ci il, yanvarın 6-sı Zabratda mağaza sahibi olan Rabil Musayev adlı şəxslə tanışları Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə. Hadisə nəticəsində R.Musayev əlində olan bıçaqla qardaşları bıçaqlayıb. Bu gün isə iki il öncəki qətli törədən R.Musayevin oğlu və yaxın qohumu 2012-ci ildə baş vermiş hadisənin qurbanı olub. Belə ki, saat 11:30-da Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında R.Musayevin oğlu, 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnənlərdən 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində yaralanan Mehdiyev Mehdi 1991-ci il təvəllüdlüdür. Onun Sabunçudakı 3 saylı klinik xəstəxanaya aparıldığı deyilir. Hadisə nəticəsində ölən və yaralanan hər iki gənc Türkiyədə ali təhsil alırmışlar. Qətli törədən şəxs Kamil Fərəcovdur. Onun 45-50 yaşlarında olduğu deyilir. "Axar.az"a verilən məlumata görə, qətli törədən K.Fərəcov R.Musayevin 2 il əvvəl bıçaqladığı qardaşlardan biridir. İddia olunur ki, o, R.Musayevdən öldürülən qardaşının qisasını alıb. Qeyd edək ki, 2012-ci ildə qardaşlardan biri - R.Fərəcov boğaz nahiyəsindən zərbə alaraq hadisə yerində dünyasını dəyişib, o biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxt hadisəni törədən R.Musayev istintaqa ilkin ifadəsində törətdiyi əməli etiraf edib, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini söyləyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ona cinayət işi açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə pul üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli miqdarda borcu olub. Hadisə baş verən günü Rabil Fərəcov qardaşlarından mağazaya olan borcu qaytarmağı tələb edib. Buna görə də tərəflər arasında mübahisə yaranıb və bu qanlı cinayət hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Rabil Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, peşman olduğunu deyib. Hazırda onun həbsdə olduğu bildirilir.
2014-03-24
12,451
Azərbaycandan amerikalı həmsədrə xəbərdarlıq
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrini açıqlama verərkən ehtiyatlı olmağa çağırıb. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev şəxsi "Facebook" səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib. E.Abdullayev deyib ki, Rusiya, Fransa ilə yanaşı, ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişəsin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir: "Bu gün rəsmi Bakı ilə rəsmi İrəvan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır. Ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur olunmasıdır. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir". Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz "Twitter" səhifəsində münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu yazıb.
2014-03-24
12,452
Nokia Lumia Ərdoğanın yasağını heçə endirdi
Dünyanın ən tanınmış sosial şəbəkələrindən biri olan Tvitterə Türkiyədən yasaq gəlməsi insanlar arasında böyük etirazla qarşılanıb. Lakin türklər Tvitterə girmənin yenə də bir yolunu tapıblar. "Axar.az" xəbər verir ki, telefonun DNS parametrlərini qurdalamaqla sosial şəbəkədən rahatca istifadə oluna bilir. Ancaq Nokia Lumia istifadəçiləri üçün heç buna da ehtiyac yoxdur. Liv AY Dİ (Live ID) ilə Tvitter hesabını birləşdirməklə istifadəçilər asanlıqla öz hesabına daxil ola bilir.
2014-03-24
12,453
İlham Əliyev həmsədrlərlə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev bu gün Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb (AzərTAc).
2014-03-24
12,454
Keti Perinin klipi masonları ayağa qaldırdı – Foto/Video
Amerikanın məhşur müğənnisi Keti Perinin "Qara at" adlı klipində maraqlı məqamlar var. Çox sayda mason rəmzlərinin nəzərə çarpdığı klipdə hətta müğənninin başındakı parikin üzərində belə, bu kimi rəmzlərə rast gəlmək mümkündür. "Axar.az" türk mediasına istinadən bildirir ki, masonların tək göz simvolları ilə bəzədilmiş sarayda Keti imperatriçədir və ona müxtəlif hədiyyələr gətirilir. İlk hədiyyə almazdır və almazı gətirən şəxsin üzərində "Allah" yazılı boyunbağı görünür. Keti onun hədiyyəsini qəbul etdikdən sonra həmin şəxsi boyunbağısı ilə birlikdə külə çevirir. Bu o deməkdir ki, Ketiyə dini inancları yox etməsi əmri verilib və o da əmri qəbul edib. Beləliklə, bir çox hədiyyə gəlir və Keti onları bəyənmir. Ən axırda isə ona piramida hədiyyə gətirilir və bu hədiyyəni gətirən şəxs özündən çox əmin görünür. Keti ayağa qalxır və məmnun halda ona tərəf gəlir. Piramidanın başında onun üçün ayrılmış bir boşluq var, oraya çıxır və qanadlanır. Bu o anlama gəlir ki, müğənni onların dediklərini etdi, bununla da gücləndi, məşhurlaşdı... Amma bundan sonra ona bu gücü verən şəxsləri, yəni illuminatorları saymır. Çünki piramidanın üzərinə çıxıb qızıl qanadlarla uçub güclü olduğunu isbat etdikdən sonra müğənni bu hədiyyəni ona verən adamı itə çevirib qarşısında aşağılayır.
2014-03-24
12,455
Obama Avropadan Rusiyanı hədələdi
III beynəlxalq nüvə təhlükəsizliyi sammitinə qatılmaq üçün bu gün Haaqaya gələn ABŞ prezidenti Barak Obama Ukrayna məsələsində Amerika və Avropanın yekdil olduğunu bəyan edib. Verilən məlumata görə, jurnalistlər qarşısında çıxış edən Ağ Ev başçısı deyib: "Avropa və ABŞ Ukrayna hökuməti və xalqına dəstək məsələsində eyni mövqedədir. Biz etdiyi hərəkətlərə görə, Rusiyanın haqq-hesab verməli olduğu istəyində də eyni mövqedəyik" ("Musavat.com").
2014-03-24
12,456
Krımda rus rublu dövriyyəyə buraxıldı
Krımda rus rublu rəsmi olaraq dövriyyəyə buraxıldı. "Axar.az" xəbər verir ki, rus rublunun dövriyyəsi rəsmi olaraq martın 24-dən başlayıb. Simferepolda yerləşən idarələr artıq rus rublunun qəbul edilməsinə başlayıblar. Bununla da Krım yarımadasının ərazisində pul vahidi rus rublu oldu.
2014-03-24
12,457
Laləyə kömək lazımdır - SOS
Xastu Lalə Abdulla qızı leykoz xəstəliyindən əziyyət çəkir. O, hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Onun müalicəsi üçün vəsait lazımdır ("Müsavat.com"). Yardım etmək istəyən şəxslər aşağıdakı bank hesabına vəsait köçürə bilərlər:
2014-03-24
12,458
Nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
Bakının əsas prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Heydər Əliyev prospektində bütün istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub. Qeyd edək ki, informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar paytaxtın Heydər Əliyev prospektində avtomobillərin hərəkətinə hissə-hissə məhdudiyyət qoyulmuşdu. (Trend)
2014-03-24
12,459
Yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinin yeni müəssisəyə çevrilməsi, müəssisənin fəaliyyəti ilə bağlı dəyişikliklər, yetkinlik yaşına çatmayan məhkumların törətdikləri cinayətlərdən asılı olaraq islah olunması üçün fərqli rejimlərin tətbiq olunması gözlənilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Yuvenal ədliyyə haqqında" qanuna xüsusi maddə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna, Cinayət Məcəlləsinə, o cümlədən bir sıra müvafiq sənədlərə bir qrup deputat tərəfindən eyni məzmunlu dəyişikliklər təklif olunur. Dəyişikliklərə əsasən, 14 yaşdan yuxarı, xüsusilə ağır cinayət törətmiş məhkumlar üçün ayrıca yeni rejimin tətbiq olunması təklif olunur. Burada onlar üçün yeni psixoloji mərkəzin yaradılması, onlarla bağlı hüquqi sahədə fəaliyyət göstərən QHT-lərin iştirakı ilə yeni islahedici layihələrin maliyyələşdirilməsi və bir sıra yeni rejim qaydaları əksini tapıb. Layihədə eyni zamanda yüngül cinayət törətmiş yeniyetmələrin tamamilə ayrı müəssisədə islah olunması, bunun üçün paytaxtdan kənar yeni tərbiyə müəssisənin yaradılması da təklif olunur. Layihəyə əsasən, yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi mahiyyətini daşıyacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər. Sözügedən təkliflər barədə təfərrüatlar "Yuvenal ədliyyə haqqında" layihənin müzakirəsi zamanı açıqlanacaq. Təkliflərin ilin sonuna kimi parlamentdə müzakirələrə təqdim olunması nəzərdə tutulur.
2014-03-24
12,460
Ruslar Krımda daha bir gəmi batırdılar
Ukrayna gəmilərinin Donuzlav gölündən çıxmasının qarşısını almaq üçün Rusiya hərbçiləri bu gecə daha bir gəmi batırıblar. Bu barədə Ukraynanın "Çerkassı" gəmisinin matrosu Aleksandr Qutnik bildirib. "Gecə rusiyalılar dənizə keçidin tam bağlanması üçün əməliyyat keçiriblər. Dünən bizi keçmək istədiyimiz yerdə kiçik ölçülü gəmi batırıblar", - deyə o vurğulayıb. Onun sözlərinə görə, keçiddə batırılmış iki kater çıxarılmazsa, Qara dənizə çıxış mümkün olmayacaq və hələ ki, Ukrayna gəmilərinin buna imkanı yoxdur. Qeyd edək ki, Krımın ən iri gölü olan Donuzlavla Qara dənizi kiçik bir keçid birləşdirir və həmin keçid 1961-cı ildə yaradılıb (ANS) .
2014-03-24
12,461
"Sərhəddimiz bir kilometr məsafədə pozulub"
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Türkiyənin sərhəddində vurulan Suriya təyyarəsi ilə bağlı maraqlı açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Davudoğlu Türkiyə sərhəddinin 1 kilometr məsafədə pozulduğunu, bununla bağlı əllərində faktların olduğunu və Baş Qərargahın sərhəd pozuntusunu təsdiq etdiyini bildirib. Davudoğlu Türkiyənin gücünün sülhə təminat verməsində olduğunu qeyd edərək, təyyarənin vurulmasını ölkədə keçiriləcək olan seçkiylə əlaqələndirlməsinə qarşı çıxıb. Davudoğlu həmçinin bildirib ki, "Türkiyədən kənarda yerləşən Süleyman Şah Türbəsi ilə bağlı xüsusi komissiya yaratmışıq. Hər hansı torpağımıza hücum olacaqsa, bunun cavabı veriləcək"
2014-03-24
12,462
Ukrayna Belarusa nota verdi və səfirini geri çağırdı
Ukrayna XİN-i bu ölkənin Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Ukrayna mətbuatının verdiyi məlumata görə, buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun Krımın işğalı məsələsində Rusiyanı müdafiə eləməsidir. XİN rəsmisi Perebiynis Lukaşenkonun 23 mart bəyanatını hamı tərəfindən tanınan beynəlxalq hüquq normaları ilə, Rusiyanın ilhaq siyasətini pisləyən əksər ölkələrin mövqeyi ilə ziddiyyət təşkil elədiyini bildirib. Ukrayna Belarus tərəfə etiraz notası da təqdim edib ("Musavat.com").
2014-03-24
12,463
İlham Əliyev və Serj Sarkisyan yenidən görüşür
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün keçirilməsi barədə şifahi razılıq əldə olunub. Bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərində Dağlıq Qarabağ məsələsi üzrə görüşün keçirilməsinə dair razılıq əldə olunub. Hazırda mümkün görüşün vaxtı müəyyənləşdirilir (Trend).
2014-03-24
12,464
Donetskdə Kabzonun abidəsini al boyadılar - Foto
Donetskdə məşhur ifaçı İosif Kabzonun abidəsinin üzərinə qırmızı boya töküblər. "Axar.az" xəbər verir ki, abidəni ya gecə saatlarında, ya da sübh tezdən qırmızı boya ilə boyayıblar. Abidənin yanından keçənlər bu barədə lazımı yerlərə məlumat veriblər və hal-hazırda abidəni boyadan təmizləməyə çalışırlar. Məlumat üçün qeyd edək ki, İosif Kabzonun abidəsi 2003-cü ilin avqustun 30-da qoyulub.
2014-03-24
12,465
İtmiş təyyarə ilə bağlı axtarışlar dayandırılır
Malaziya baş naziri itən sərnişin təyyarəsinin Hind okeanına düşdüyünü açıqlayıb. "Axar.az" xəbər verir ki, nazir qəza nəticəsində heç kimin xilas ola bilmədiyi qənaitində olduqlarını deyib. Malaziya Hava Yolları 239 nəfər sərnişinin ailəsinə mesaj göndərib: "MH 370 saylı təyyarənin itdiyini, sərnişinlərdən heç birinin xilas ola bilmədiyini və Hind okeanına düşdüyünü göstərən faktları qəbul etmək məcburiyyətindəyik". Qeyd edək ki, Kuala-Lumpurdan Pekinə səfər edən 239 nəfərlik sərnişin təyyarəsindən 8 martdan bu yana xəbər almaq qeyri-mümkün idi.
2014-03-24
12,466
Merkuri planeti kiçilir
NASA 2011-ci ildən bu yana Merkurinin ətrafında dönən süni peyk Messencer vasitəsi ilə müşahidələr apardığı planetin kiçildiyini bildirib. Bu haqda "Axar.az" xarici mətbuata istinadən xəbər verir. Messencerin çəkdiyi şəkillərdən açıq görünür ki, Merkurinin səthində olan yeganə qayalıq hissə "büzüşərək" kiçilib. Dünya Planet Elmləri Universitetinin professoru Vilyam Mak Kinon Merkurinin təbii görüntüsünün tam anlamıyla "büzüşdüyünü" açıqlayıb. Qeyd edək ki, Merkuriyə Messencerdən öncə ən çox yaxınlaşa bilən süni peyk Marina olub.
2014-03-24
12,467
İsrail: "Müsəlman demokratiyası məhv oldu"
"Türkiyənin müsəlman demokratiyası modeli darmadağın oldu". "Axar.az" xəbər verir ki, bu iddia ilə İsrail mətbuatı məqalə çıxış edib. Yerusəlim mediası Türkiyədə Tvitterə qoyulan qadağanın iqtidarın mövqeyinə mənfir təsir edəcəyini və seçkilərdə müxalifətin şansının xeyli artdığını yazır. Məqalədə daha sonra ABŞ-ın Türkiyə siyasətində mövqeyini kəskin dəyişdiyi və bu ölkənin artıq dostdan düşmənə çevrildiyi tezisi qeyd edilir.
2014-03-24
12,468
Cəbhədə erməni əsgəri öldürüldü
Azərbaycan Ordusu ilə erməni işğalçı qüvvələrinin təmas xəttində erməni əsgəri öldürülüb. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1992-ci il təvəllüdlü erməni hərbi qulluqçusu Qarnik Torosyan aldığı güllə yarasından dünyasını dəyişib. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. ("Musavat.com")
2014-03-24
12,469
Dünyanın ən böyük ağacı - Video
Yer üzündə ən böyük təbiət varlığı olan Sequoia Milli Parkında (Kaliforniya) tapılan 85 metr yüksəkliyindəki kaliforniya sekvoyasıdır. "Axar.az"ın məlumatına görə, General Şerman adı verilən bu ağacın gövdəsinin diametri 24.32 metrdir. 1968-ci ildə verilən rəsmi açıqlamada bu ağacın ağırlığı 2030 ton olaraq qeyd edilib. Təxminən 2000 yaşında olan General Şerman dünyanın ən böyük ağacı olaraq qəbul edilib. "Axar.az" həmin ağacın videosunu təqdim edir:
2014-03-24
12,470
İlham Əliyev nüvə sammitində iştirak edir - Foto
Martın 24-da Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur. Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur. Martın 24-də III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başladı. Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi ilə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın Baş naziri Mark Rütte Sammit iştirakçılarını salamladı. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirdi. Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğuladı. BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirdi. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğuladı. Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu çərçivədə "Siyasətin ssenari əsasında müzakirəsi" mövzusunda iclas keçirildi. (AzərTac)
2014-03-24
12,471
Tarixdən qalan Gəncə - Fotoreportaj
Gəncə tarix və diyarşünaslıq muzeyində qorunan eksponatlar şəhərin nə qədər qədim tarixə malik olmasına əyani sübutdur. Burdakı tapıntılar daş dövründən başlayaraq bu günümüzə qədəri əhatə edir. Qədim bütlər, xalçalar, bəzək əşyaları, şəhər ətrafından tapılan fil sümükləri, küp qəbirlər, on minilliklərlə yaşı olan qədim insan qalıqları... "Axar.az" Gəncənin zəngin və qədim tarixini fotolarla təqdim edir.
2014-03-24
12,473
İranın ABŞ hərbi gəmisinin oxşarını tikməsinin sirri - Rəsmi
İranın gizlicə Amerika hərbi aviadaşıyıcısının geniş həcmli təkrarını hazırladığı barədə yayılan xəbərlərə bu ölkənin ərəb televiziyası münasibət bildirib. "Axar.az" xəbər verir ki, məlumatda hazırlanan gəminin film çəkilişi üçün inşa edildiyi bildirilir. İranın ərəb dövlət televiziyası "Əl-Aləm" 1988-ci ildə ABŞ donanması tərəfindən Basra körfəzində vurulan, 290 nəfərin ölümünə səbəb olan İran təyyarəsi ilə bağlı film layihəsinin hazırlandığını açıqlayıb. Qeyd edək ki, Qərb mətbuatı İranın gizlicə Amerika hərbi aviadaşıyıcısının eynisini hazırladığı barədə məlumatlar yaymışdı.
2014-03-24
12,474
Millətçilərdən Suqovuşanda “Ergenekon törəni” - Foto
Martın 21-də Sabirabad rayonu ərazisində Türkiyədən və Güney Azərbaycandan nümayəndələrin də olduğu millətçi gənclər və ziyalılar Ulus bayramını qeyd ediblər. "Axar.az" xəbər verir ki, törəndə tanınmış tarixçi alim Kərəm Məmmədov məşhur Muğan qurultayı, Nadir şahın özünü şah elan etdiyi Suqovuşan ərazisi (Cavad kəndi ərazisi) haqqında məlumat verib. Həmçinin Sultan Alparslanın Malazgirt döyüşünə çıxmadan öncə burada qoşunlarını toplamasın qeyd edərək, bu mərasimlərin Suqovuşanda keçirilməsinin səbəbi kimi bu ərazinin müqəddəs sayıldığını göstərib. Törən 3 tonqalın qurulması ilə başlayıb. İştirakçılar arasında Millətçi Hərəkat Partiyasının aktivlərindən olan Dursun Elmas, tanınmış jurnalist Razi Abasbəyli və başqaları iştirak ediblər. "Ergenekon törəni" adı verdikləri mərasimdə qurbanlar kəsilib, dualar edilib.