date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-22
12,258
NASA: "Sivilizasiya yox olacaq"
NASA-nın araşdırmalarına görə, 50 il ərzində dünya sivilizasiyası yoxa çıxacaq. Bunun səbəblərini açıqlayan NASA rəsmiləri ilk səbəb kimi dünyada gəlir paylaşımındakı ədalətsizliyi göstərib. Təbii sərvətlərin sürətlə yoxa çıxığını deyən NASA rəsmiləri bunların yenləri ilə əvəzlənmədiyini bildirib. "Əhalinin sürətlə çoxalması enerji və su mənbələrinin daha çox istehlakına səbəb olur. İqlim dəyişikliyi torpağın məhsuldarlığını azaldır, təbii fəlakətlərin çoxalmasına səbəb olur. Texnikanın inkişafı isə problemin həllindən çox uzaqdır. Təbii sərvətlərin daha çox istehlakına təkan verən texnika bu prosesi sürətləndirir. Bundan başqa mənbələrin əksəriyyəti az sayda olan elitlərin əlindədir. Nəticə olaraq elitlər varlandıqca kasıblar daha da kasıblaşır". Buna nümunə kimi yox olmuş Roma, Hun və Mezopotamiya mədəniyyətlərini göstərən mütəxəssisilər tarixin axışında hər 500 ildən bir baş verən sosial iqtisadi böhranın ən inkişaf etmiş mədəniyyətləri də yox etdiyini bildirib. Bundan başqa keçmişdən ibrət almayan insanların tarixi səhvləri təkrarladığı vurğulanıb. "Sivilizasiya yaratdığı sistemin əbədi olduğunu düşünür və inamlı addımlarla çöküşə doğru irəliləyir". Nasa rəsmiləri hesab edir ki, cəmiyyətlər təcili olaraq köklü islahatlar həyata keçirməlidir. "Əgər həyati əhəmiyyəti olan bu problemlər həll olunmasa köhnə mədəniyyətlər kimi müasir sivilizasiya da ağır və qəfil yoxoluşa məruz qalacaq". Xatırladaq ki, bir neçə gün əvvəl ingilis fizik Stiv Hokinq də oxşar açıqlamalarla çıxış etmişdi.(Anspress)
2014-03-22
12,259
Cəbhədə atışma: itki yoxdur
Cəbhə xəttində atəşkəs bayram günlərində də pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
2014-03-22
12,260
Rusiya partizan müharibəsi ilə üz-üzədir
"Moskva yüzillik partizan müharibəsi təhlükəsi ilə üz-üzə qalıb". "Axar.az" xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində çıxış edib. O, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasında Rusiyanın rəhbərlərinin böyük günahı olduğunu söyləyib. "Moskva Kiyevin Avropa İttifaqı ilə assosiativ saziş bağlamasının qarşısını ala bilmədi. Əvəzində yüzillik partizan müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Bu olmaya da bilərdi. Əgər vəzifəli şəxslərin 1%-də olsun ağlı və siyasi qabiliyyətləri olsaydı bunların heç bir baş verməzdi".
2014-03-22
12,261
Tağı Əhmədov Dubayda dincəlir
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda Dubayda, "Atlantis" otelində ailəsi ilə birgə dincəlir. "Axar.az" "Virtualaz.org"a istinadən xəbər verir ki, Metropolitenin keçmiş rəisi T.Əhmədovun istirahətdən martın 26-da qayıdacağı gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl T.Əhmədovun ailəsi ilə birgə Dubaya getməsi məlumatı yayılsa da, onun harada dincəldiyi və nə vaxt geri qayıdacağı barədə bilgi yox idi.
2014-03-22
12,262
Nazirliyin qarşısında damarlarını doğradı - Yeniləndi
Bakı şəhərində keçmiş hərbçi damarlarını kəsib. Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib. Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb. A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul etmədiyinə görə özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. 19:30 Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləməyiblər.
2014-03-22
12,263
Lənkəranda sələmçi qadın güllələndi
Martın 21-də, gecə 23 radələrində Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yaşayan Sürəyya Tağı qızı Tağıyeva baldırından güllələnib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S.Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Məlumata görə, qadın həmin ünvanda nəvəsi ilə birgə yaşayırmış. Qətlin qəbəbi bilinməsə də, ilkin ehtimala görə, cinayət hadisəsinin səbəbi tamahdır. Belə ki, Sürəyya Tağıyevanın sələmçi olduğu söylənilir. Xatırladaq ki, Lənkəranda anoloji hadisə bir həftə öncə də baş verib. Maskalı şəxslər bir qadının evinə basqın edərək, onun əl qolunu bağlayıb və qızıllarını aparıblar. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
2014-03-22
12,264
Con Kerri Rusiyanı ağır sanksiyalarla hədələdi
ABŞ 2015-ci ilin sonlarından başlayaraq Avropaya təbii qaz ixracına başlaya bilər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, hal-hazırda təbii qaz ixrac etmək üçün zəruri obyektlərə malik olmadıqlarını, bu səbəblə 2015-ci ilin sonlarından tez Avropaya qaz göndərə bilməyəcəklərini söyləyib: "Lakin bizim üçün Avropadakı tərəfdaşlarımıza və Ukraynaya dəstək olmaq önəmlidir". Xatırladaq ki, hazırda Avropa Birliyi ölkələri təbii qaza olan ehtiyaclarının təxminən üçdə birini Rusiyadan alınan qaz hesabına təmin edirlər. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Rusiya məmurları, iş adamları və "Rossiya" Bankına qarşı tətbiq etdikləri sanksiyalarla kifayətlənməyəcəklərini bəyan edib. O, "Amerikanın səsi"nə açıqlamasında bildirib ki, Vladimir Putinin Krımdakı addımları beynəlxalq təhlükəsizliyi və İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdır. C. Kerri qeyd edib ki, növbəti sanksiyalar Rusiya prezidentinin fəaliyyətindən asılıdır: "Onlar qanunsuz və təxribatçı fəaliyyəti davam etdirsələr, biz Rusiya iqtisadiyyatının bütöv sahələrinə qarşı çox-çox şiddətli və güclü sanksiyalarla cavab verəcəyik".
2014-03-22
12,265
Türkiyə Rusiya əleyhinə müharibədə yer alacaq
"Ukraynadan sonra hədəfdə Gürcüstan və Moldovadır". "Axar.az" xəbər verir ki, bu iddia ilə türkiyəli köşə yazarı Atilla Coşqun çıxış edib. O, buna əsas səbəbin Avropa Birliyinin Gürcüstan və Moldova ilə assosiativ üzvlük haqqında müqaviləni bağlamaqdan ötrü tələsməsinin olduğunu bildirib. "Avropa Birliyi çox tələsir. Gürcüstan və Moldovanı ABŞ NATO-ya üzv etmək istəyir. Amma hələlik bunun qarşısını yalnız Almaniya alır. Son hadisələr isə almanların fikrini dəyişəcəyini göstərir. Əgər hadisələr soyuq savaşdan isti savaşa keçsə o zaman Türkiyənin burada Rusiya əleyhinə yer alacağını unutmayın. Çünki bölgədə Türkiyənin maraqları da tapdalanıb".
2014-03-22
12,266
Pakistanda yol qəzası - 35 nəfər öldü
Pakistanın Bəlucistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Verilən məlumata görə, yol qəzası nəticəsində 35 nəfər ölüb. İnsident benzindaşıyan maşınının sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. O, yüksək sürətdə yolun qarşı hissəsinə çıxaraq sərnişin avtobusu ilə toqquşub. Şahidlərin sözlərinə görə, toqquşmadan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində 30-a yaxın insanın xəsarət aldığı da bildirilir ( Trend ).
2014-03-22
12,268
Putindən azərbaycanlı milyarderə böyük jest - Foto
Futbol üzrə 2018-ci ilin Dünya çempionatı üçün Rusiyanın Rostov şəhərində stadion tikmək hüququ azərbaycanlı milyarder Araz Ağalarova məxsus "Crocus Group" şirkətinə verilib. Verilən məlumata görə, infrastruktur layihələrini həyata keçirəcək şirkətlər müsabiqə yolu ilə seçilmir, icra hakimiyyəti orqanları onları özləri təyin edirlər. Bu barədə göstərişi Rusiya prezidenti Vladimir Putin verib ("Musavat.com").
2014-03-22
12,269
Azərbaycan zabiti siçan dərmanından zəhərləndi
Ötən gün zəhərlənmə diaqnozu ilə Zaqataladan Bakıya gətirilən zabitin vəziyyəti normaldır. Bu barədə məlumat Bakı şəhər Toksikologiya Mərkəzindən verilib. Araşdırma zamanı 1992-ci il təvəllüdlü Rəhimov Əlisahib Əlibakkov oğlunun siçan dərmanından zəhərləndiyi bəlli olub. Xatırladaq ki, hadisə martın 21-də Zaqatalada yerləşən sərhəd qoşunları N saylı hərbi hissəsində baş verib. Əvvəl 22 yaşlı Rəhimov Əlisahib Əlibakkov oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan onu Bakı şəhər toksikologiya mərkəzinə göndərmişdilər.(Anspress)
2014-03-22
12,270
Baloğlan Əşrəfovla AzTV arasında qalmaqal
Əməkdar artist Baloğlan Əşrəfovu məyus edən hadisə baş verib. Müğənninin AzTV-nin "Qızıl fond"una təqdim etdiyi 10 səs yazısı itib. Bu barədə AzNews.az-a danışan B.Əşrəfov deyib ki, arxiv üçün yazdırdığı 10 mahnın yoxa çıxmasını yaxın vaxtlarda bilib: "AzTV-nin bədi rəhbəri Etibar Babayevin dəvəti ilə arxiv üçün 10 mahnı lentə aldırdım. Amma bu gün həmin mahnıların nə "ölü"sü var, nə də "diri"si. On mahnı it-bata düşdü". Müğənni bu məsələdə E. Babayevi günahlandırıb:"Mahnılarının it-bat olduğuna inanmıram. Bu barədə soruşduğumda Etibar Babayev dedi ki, itirib. Yəni mahnılar bir-birinə qarışıb. Mən isə buna inanmıram, inanmaq da istəmirəm. Təəssüf ki, Etibar Babayevin sayğısızlığı ucbatından mahnılarım belə aqibətlə qarşılaşdı". Müğənni problemi AzTV-nin rəhbəri Arif Alışanova deyəcəyini də açıqlayıb: "Təəssüf ki, AzTV-də belə nadürüst insanlar var. Əgər doğrudan da o, mənim səs yazımı itiribsə, niyə ikinci dəfə yazmaq üçün dəvət etmir? Marağı nədir?"
2014-03-22
12,271
Fətullah Gülənin şifrəli üç nəfəri kimdir?
"Camaat"ın bütün kassetlərinin açarı Fətullah Gülənin kassasındadır. "Axar.az" xəbər verir ki, bu iddia ilə professor Əhməd Kələş çıxış edib. O, Türkiyədə yayımlanan bütün kassetlərinin heç birinin F.Güləndən icazəsiz mediaya buraxılmadığını bildirib. "Kassanın açarı Fətullah Güləndədir. Amma kassanın şifrəsi də kriptoludur. Bu kriptonu isə tam olaraq xoca əfəndidən başqa heç kim bilmir. Əgər Fətullah Gülənə bir şey olsa, o zaman bu kassanı sirri bilən üç nəfər aça biləcək. Amma həmin üç nəfər də bir-birini tanımır və hər birində şifrənin yalnız bir hissəsi var. Baxın, mükəmməl sistem buna deyirlər".
2014-03-22
12,272
Bakıda avtobus sürücüləri tətil elan etdi
Paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən 18 nömrəli sərnişin avtobusunun sürücüləri tətil elan edib. Buna səbəb isə, sürücülərin gündəlik planı ödəyə bilməməsi olub. Tətil hələ də davam edir. Sürücülər gün ərzində işləməyəcəklərini bildiriblər. Nəqliyyat nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.(Aktual.az)
2014-03-22
12,273
Züqanov Obamanı məsxərəyə qoydu - Video
Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Dövlət Dumasının plenar iclasında Amerika Prezidenti Barak Obamanı məsxərəyə qoyub. "Axar.az"ın verdiyi məlumata görə, Qərbin Rusiyaya qarşı sanksiyaları kommunist liderinin ürəyincə olmayıb və o, Obamaya lətifəylə müraciət etməyi vacib bilib. Züqanovun lətifəsində belə sözlər yer alıb: "Obama hər səhər duranda arvadına deyir ki, bu Putin və o biriləri Krım hadisələri ilə bağlı məni cana gətiriblər. Məmnuniyyətlə onların ayaqlarını sındırardım. Arvadı isə deyir ki, dayan, sən bir parolimpiadaya bax, onlar hələ ayaqsız bütün qızıl medalı apardılar. Odur ki, hər hansı sanksiya bizi qorxuda bilməz".
2014-03-22
12,274
Xaçmaz dəmir yolunda faciə
Xaçmaz rayonunda 22 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Axar.az" APA-ya istindən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Çarxı kəndində dəmiryolu stansiyasında qeydə alınıb. Stansiyada elektrik işləyən 1992-ci il təvəllüdlü Şəhriyar Məhəmməd oğlu Mahmudov yüksək gərginlik elektrik naqilində yaranan alov nəticəsində yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
2014-03-22
12,275
Avtobusda atışma - ölən var
Amerikanın Nyu York şəhərində 14 yaşlı yeniyetmə avtobusda atəş açıb. "Axar.az" xəbər verir ki, hadisə nəticəsində 39 yaşlı kişi başından aldığı güllədən həyatını itirib. Hüquq mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, yeniyetmə avtobusda başqa bir insanı öldürmək istəyib və təsadüf nəticəsində 39 yaşlı kişi qurban gedib. Cani gördüyü işdən sonra qaçmağa çalışsa da, polis tərəfindən həbs olunub.
2014-03-22
12,276
Bakıda yol qəzalarının statistikası açıqlandı
Bakıda bayram günlərində yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, martın 19-u 20-si və 21-də Bakıda 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə bir nəfər ölüb, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən yol qəzası martın 21-də Xəzər rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib. V. Əsədov təəssüflə bildirib ki, piyadalara qarşı tədbirlərin gücləndirilməsinə baxmayaraq, yenə də piyadaların yol-hərəkəti qaydalarını pozması halları mövcuddur. Onun sözlərinə görə, bayram günlərində bədən xəsarəti ilə nəticələnən yol qəzalarının 7-si piyadavurmadır. (Trend)
2014-03-22
12,277
İsmayıllıda avtomobil dərəyə aşdı: Bir ölü
İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə İsmayıllı-Mollaisaqlı yolunda baş verib. Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Soltanov Azər Xəlil oğlunun idarə etdiyi 99 CP 498 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını yolun döngəli hissəsində idarəetmədən çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü Azər Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1974-cü il təvəllüdlü Rəhman Nəriman oğlu Qəribov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
2014-03-22
12,278
Saakaşvilinin həbsinə hazırlıq başladı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dindirilmək üçün Gürcüstanın Baş Prokurorluğuna çağırılıb. Sabiq prezident bir sıra cinayət işləri ilə bağlı şahid qismində ifadə verməlidir. Prokurorluqdan verilən açıqlamada belə işlərin sayının 10 olduğu bildirilir. Onların arasında 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişmiş baş nazir Zurab Jvaniyanın ölüm işi də var. Yeni prezidentin seçilməsindən dərhal sonra ölkəni tərk eləmiş Saakaşvili martın 27-də saat 13:00-da istintaq orqanına gəlməlidir. Onun özü isə məsələyə hələ ki, münasibət bildirməyib. ("Musavat.com")
2014-03-22
12,279
Putin Krıma xüsusi nümayəndə təyin etdi
Rusiya prezidenti Vladimir Putin Kremlin Krım federal dairəsi üzrə xüsusi nümayəndəsinin adını açıqlayıb. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, həmin şəxs Oleq Belavençev olacaq. Xatırladaq ki, Sevastopol ali hərbi dəniz məktəbinin məzunu olan Belavençev bir neçə məsul vəzifədə işləyib. O, Moskva vilayəti qubernatorunun və hökumətinin İşlər üzrə şöbəsinin rəhəbəri olub. Son zamanlar "Slavyanka" şirkətinin baş direktoru vəzifəsində çalışıb.
2014-03-22
12,280
Türkiyədə Yutub da qadağan edilir
Türkiyədə Tvitterə giriş qadağan edildikdən sonra Yutub da bağlana bilər. "Milliyyət" qəzetinin məlumatına görə, Türkiyə Prokurorluğu Quql şirkətindən ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın saxta telefon danışıqlarının yayıldığı materialların silinməsini və IP-lərin dəqiqləşdirilməsini tələb edib. Qeyd olunur ki, həmin saxta telefon danışıqları Hindistan və Fransada yüklənilib ( Trend ).
2014-03-22
12,281
Ukrayna hərbi təyyarəsi qəzaya uğradı
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, təyyarə gecə saatlarında Ukraynanın qərbindəki Starokonstantinov şəhərinin Xmelinski rayonu ərazisində qəzaya uğrayıb. Müdafiə Nazirliyi Su-24M təyyarəsinin eniş zamanı yaranan nasazlıq nəticəsində qəzaya uğradığını təsdiq edib. Məlumatda ekipajın qəzadan sağ xilas olduğu deyilir. Təyyarənin havaya qalxdığı "Bulat" aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinin 7-ci briqadasına məxsus Su-24 bombardmançı təyyarəsi və Çexoslovakiya istehsalı olan L-39 təlim təyyarəsi saxlanılır. Qəzanın səbəblərini üzə çıxarmaq üçün araşdırmalar aparıldığı deyilir.
2014-03-22
12,282
Keçmiş deputat: “Prezident hər an öldürüləcəyindən qorxurdu...”
Bu sözləri Radanın keçmiş deputatı Taras Çornovil deyib. "Axar.az" xəbər verir ki, Taras Çornovil iddia edir ki, ona qarşı sui-qəsdlər hazırlanması fikri Yanukoviçə rahatlıq vermirdi: "2006-2007-ci illərdə seçkiqabağı səfərlərdə mən onunla işləyirdim. Yanukoviçlə işlədiyim vaxt ərzində daim eyni avtomobildə gedirdik, birlikdə şam edirdik. Daha sonra birlikdə oturub söhbətləşirdik. Məhz bu zaman ona edilən müntəzəm sui-qəsd cəhdləri barədə ehtimallarını mənimlə bölüşürdü. Bu sui-qəsdlərin 90%-i bu yaxınlarda nəsə baş verəcəyi barədə bir mesaj olurdu. Ona görə də onu öldürəcəklər deyə, bir fobiyası vardı".
2014-03-22
12,283
Krım tatarlarından Rusiyanı şoka salacaq qərar
Krım tatar xalqının Qurultayı yaxın vaxtlarda toplanaraq Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsinə baxacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Krım Tatar Məclisinin sədri Rufat Çubarov deyib. (Qeyd edək ki, Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb). R. Çubarov heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etmədiklərini söyləyib: "Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər". Məclis sədri bildirib ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumu boykot edib. Xatırladaq ki, Rusiya öz addımlarını Krım əhalisinin BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi ilə əsaslandırır.
2014-03-22
12,284
Məşhur müğənni 3-cü dəfə ərə gedir
Məşhur müğənni Anna Sedokova ailə qurmağa hazırlaşır. "Axar.az" xəbər verir ki, müğənni İnstaqram sosial şəbəkəsində paylaşdığı şəkillə fanatlarını təəccübləndirib. Gəlinlik paltarında şəkil çəkdirən Anna həyatında köklü dəyişikliklərin baş verdiyini vurğulayıb və bildirib ki, həmin o əvəzolunmaz şəxsi tapıb. Qeyd edək ki, bir vaxtlar məşhur Via Qra qrupunun solisti olan Anna artıq 2 dəfə evli olub.
2014-03-22
12,285
İtmiş təyyarə tapıldı? - Foto
Çinə məxsus peyk radarları itmiş təyyarə ilə bağlı yeni şəkillər yayıb. "Axar.az" CNN-ə istinadən xəbər verir ki, bu barədə Malayziyanın nəqliyyat naziri bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir Hişamuddin Huseyinin dediyinə görə Çinə məxsus peyklərdən yeni şəkillərin çəkildiyini və cənub hissədə naməlum obyekt aşkarlandığını bildirib. Fotoşəkillərdə göstərilən obyektin uzunluğunun 22, genişliyinin isə 30 metr olduğu ehtimal edilir. Xatırladaq ki, martın 8-də Malayziyaya məxsus MH370 sərnişin təyyarəsi göyərtəsində 239 sərnişinlə Çinə uçub. Havaya qalxandan 2 saat sonra təyyarə radarlardan yoxa çıxıb.
2014-03-22
12,286
Krımda qaçırılan operatorlar azad olundu
"Vavilon 13" Kinematoqrafçılar dərnəyinin operatorları Yaroslav Pilunski və Yuri Qruzinov əsirlikdən azad olunublar. İndi isə Krımdan kənardadırlar. "Axar.az" xəbər verir ki, bu barədə Azadlıq radiosu (Радио Свобода) xəbər yayıb. Pilunskiyin agentliyə verdiyi xəbərə görə, indi onlara özünə gəlmələri üçün zaman lazımdır və ən əsası tibbi yardım: "Artıq azadlıqda olduğumuz üçün özümüzü çox yaxşı hiss edirik. Lakin əhatəli olaraq bir şey deyə bilmərəm, çünki hələ tam olaraq özümüzə gələ bilməmişik. İndi əsas olan tibbi müayinədən keçməyimizdir". Xatırladaq ki, operator Yaroslav Pilunski və rejissor Yuri Qruzinov martın 16-sı Simferopolda müəmmalı şəraitdə itmişdilər.
2014-03-22
12,287
İtaliya parçalanır - Referendum
İtaliyanın Venesiya əyalətinin tərkibində qismən muxtar vilayət olan Venetoda İtaliyadan ayrılmaq üçün internet vasitəsilə qeyri-rəsmi referendum keçirilib. "Axar.az" xəbər verir ki, əhalinin 89 faizi Venetonun müstəqil olmasına səs verib. "Plebiscito.eu" saytında keçirilən referendumda təxminən 2 milyon 360 min nəfər iştirak edib. Nəticələr Trevizio şəhərində keçirilən mərasim zamanı açıqlanıb. "Müstəqil Veneto" kampaniyasının rəhbəri Covanni Della Valle ərazinin İtaliya dövlətinə vergi ödəməkdən və italyan bürokratiyasından xilas olmaq istədiyini bildirib. Della Valle İtaliyanın digər əyalətlərinə bu addımı atmağı tövsiyyə edib. Veneto Regional İdarəçiliyinin rəhbəri Luka Zaya da onlayn referendumun Veneto xalqının müasir baxışını ifadə etdiyini və nəticələrin rəsmi referendum üçün bir addım olduğunu deyib.
2014-03-22
12,288
İlham Əliyev Pakistan Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik". İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıb.
2014-03-22
12,290
Arda Turan dünya şöhrətli Beyonsla birlikdə
"Atletiko Madrid" klubunun türkiyəli ulduzu Arda Turan indi də reklam filmləri ilə hər kəsin diqqətini cəlb etməyə başlayıb. "Axar.az" xəbər verir ki, türkiyəli futbolçu məşhur müğənni Beyonsla eyni reklam filmində oynayacaq. Ardanın əvvəllər də reklamına çəkildiyi "Simit Sarayı" firması Nyu Yorkda öz filialını açır. Firma reklam filmi üçün məşhur agentliklərdən biri ilə müqavilə imzalayıb. Agentliyin yeni çəkəcəyi reklam filmində Arda ilə yanaşı Beyons da yer alacaq. Qeyd edək ki, Arda Turan bir müddət əvvəl Paris Hiltonla eyni reklam filmində oynamışdı.
2014-03-22
12,291
Krımın işğalı Ukraynaya milyardlarla ziyan vurub
"Rusiya Federasiyası silahdan istifadə etməklə Ukraynada soyğun həyata keçirdib". "Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseni Yaçenyuk söyləyib: "Biz hal-hazırda Krımda baş verən hadisələrə görə Rusiya tərəfdən nə qədər ziyan dəydiyi barədə ciddi müzakirələr aparırıq. Rusiya Federasiyası silahdan istifadə etməklə Ukraynada soyğun həyata keçirdib. Eyni zamanda dövlət mülkiyyətində olan onlarla obyekti milliləşdirib".
2014-03-22
12,292
Baş nazirin mitinqində şok yaşandı - Video/Foto
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün mitinqdəki çıxışı mənfi qarşılanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 mart seçkiləri ilə əlaqədar olaraq Türkiyəni bölgə- bölgə dolaşıb təbliğat mitinqləri keçirən Baş nazirin bu dəfəki çıxışı gözlənilən kimi qarşılanmayıb. Öz məmləkəti Rizədən sonra Baş nazirin Fətullah Gülənin məmləkəti olan Ərzurumda mitinq zamanı Gülən haqqında pis ifadələr işlətməsi yerli əhalinin xoşuna gəlməyib. Ərzurumlular Ərdoğan çıxış edərkən toplu halda mitinqi tərk etməyə başlayıblar. Bu vaxt etirazçıları lentə alan media mənsubları bəzi partiya üzvləri tərəfindən təhqir olunaraq ərazidən uzaqlaşdırılmağa çalışılıb. Ərzurumlular belə deyiblər: "Hoca əfəndinin məmləkətində Hoca əfəndimizə söz dedizdirmərik"!.
2014-03-22
12,293
Tvitterdən Türkiyə açıqlaması
Bir neçə gün əvvəl Türkiyə hökumətinin qərarı ilə bu ölkədə istifadəçilərin girişinə qadağa qoyulan dünyaca məşhur Tvitter sosial şəbəkəsinin rəhbərliyi bu qadağa ilə əlaqədar ilk dəfə açıqlama yayıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, "Tvitter idarəçilərinin yayımladığı açıqlamada, "Türkiyədə Tvitterin önəmli bir mövqeyə malik olduğunu düşünən hər kəslə eyni mövqeyi paylaşırıq. Hökumətin yaxın zamanlarda bu sosial şəbəkəyə tətbiq etdiyi qadağanı aradan qaldıracağına ümid edirik" - deyə, bildirilib.
2014-03-22
12,294
Obama və Kamerondan Novruz təbriki
ABŞ prezidenti İran xalqını Novruz Bayramı münasibətilə təbrik edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Barak Obamanın mesajında bildirilir: "Sizlər və ailələriniz Novruz bayramını qeyd edərkən ən yaxşı arzularımı iranlılara diləyirəm. Novruz nemətlərə şükür etmək və növbəti ildəki ümidlərimiz haqqında düşünmək üçün yaxşı bir fürsətdir. İran nüvə proqramının şəffaflaşdırılmasında ciddi addımlar atacağı təqdirdə, dinc məqsədli nüvə enerjisindən yararlanacaq və ABŞ da öz müttəfiqləri ilə birlikdə İrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün problemləri yoluna qoyacaq". Bu arada Böyük Britaniyanın Baş naziri İran xalqını Novruz bayramı münasibətilə təbrik edib. Devid Kameron öz təbrik mesajında qeyd edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: "Lakin bunun üçün daha çox addımlar atılması lazımdır. Hazırda iki ölkənin rəsmiləri bu mövzuda işlərini davam etdirir". Böyük Britaniyanın Xarici İşlər naziri Uilyam Heyq isə bildirib ki, Novruz yenidən doğuşdur: "Bu psixologiya ilə İran xalqına demək istəyirəm ki, Böyük Britaniya yeni ildə İranla əlaqələri gücləndirmək niyyətindədir". Eyni zamanda Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Novruz bayramı münasibətilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə təbrik məktubu ünvanlayıb: "İkitərəfli əlaqələrin daha çox inkişaf etdirilməsinə ehtiyac var".
2014-03-22
12,295
Türkiyəni təhdid etdilər: “Bayrağınızı endirin”
Suriyada Bəşər Əsədə qarşı vuruşan İraq Şam İslam Dövləti təşkilatı (İŞİD) Türkiyəyə xəbərdarlıq edib. "Axar.az" xəbər verir ki, təşkilatın dünən gecə yaydığı bildirişdə Süleyman Şah Türbəsinin 3 gün ərzində boşaldılıb, türk bayrağının endirilməyəcəyi təqdirdə türbənin yerlə-yeksan ediləcəyi bildirilib. Təşkilat rəhbəri verdiyi açıqlamada, "Süleyman Şah Türbəsindəki türk əsgərlərinə oranı boşaltmaq üçün 3 gün vaxt veririk. Əks təqdirdə oranı yerlə-yeksan edəcəyik" deyib.
2014-03-22
12,296
Azərbaycan güləşçilərindən 5 medal
Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edir. Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub. Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib. Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub. Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Kənan Əliyev (74 kq) və Çermen Baqayev (96 kq) isə beşinci olub ( Trend ).
2014-03-22
12,297
FİFA gəlirlərini açıqladı
FİFA 2013-cü ilin nəticələri üzrə maliyyə hesabatının bəzi təfərrüatlarını açıqlayıb. Beynəlxalq federasiya ötən ili 72 milyon dollar həcmində mənfəətlə başa vurub. FİFA-nın gəlirləri isə 1,386 milyard dollar təşkil edib. Qeyd edək ki, hazırda FİFA-nın hesablarında 1,432 milyard dollar saxlanılır ("Trend").
2014-03-22
12,298
Rüşvət üstündə həbs edilən məmur öldü
Azərbaycanda məhbus xəstəlikdən ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müalicə Müəssisəsində müalicə alan 1971-ci il təvəllüdlü Yusif Dadaş oğlu Dadaşov xəstəlikdən vəfat edib. Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin baş məsləhətçisi Yusif Dadaşov ötən ilin fevralında şöbənin inzibati binasında, xidməti otağında rüşvət alarkən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
2014-03-22
12,299
Tanınmış teleaparıcı beyin qanaması keçirdi
Türkiyəli teleaparıcı Kənan İşık beyin qanaması keçirib. 4 saat əməliyyatda qalan aparıcının necə olacağı ilə bağlı həkimlər 48 saatdan sonra diaqnoz qoya biləcəklərini deyiblər. Həkimlər "Kim milyonçu olmaq istəyir?" verilişi ilə tanınan K.İşıkın həyatının təhlükədə olduğunu bildiriblər. İdman etdikdən sonra saunaya girən və çıxarkən halı pisləşib yıxılan Kənanın başının divara dəydiyi iddia olunub. Yaxınları və sənət dostları Kənan İşıkı xəstəxanada ziyarət edib. Onlar arasında yer alan müğənni Zerrin Özər jurnalistlərə açıqlamasında bunları deyib: "Hər kəsin həyatda sevdiyi və dəyər verdiyi çox az insan var. Mənim üçün onlardan biri də Kənandır. Onun üçün dua edəcəm. 48 saat çox təhlükəli dedilər. Bütün istəyimiz Allahın onu bizə bağışlamasıdır" ("axsam.az").
2014-03-22
12,300
Rusiya ordusu Ukraynada daha bir hərbi hissəni tutdu - Video
Rusiya qoşunları Ukraynanın Novofyodorovsk şəhərində hərbi hissəni hücumla ələ keçirib. A1100 saylı hərbi hissənin şəxsi heyəti Ukraynanın dövlət himnini səsləndirib və hərbi hissəni tərk edib. Artıq hərbi hissə Rusiyanın Qara dəniz donunmasının aviasiya bazasına çevrilib. Qeyd edək ki, bu gün səhər hərbi hissənin komandanlığına ultimatum verilmişdi. ("Musavat.com") Video streaming by Ustream
2014-03-22
12,301
"Onu deyən qələt edir, başını daşa döyür!"
"Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, qələt edir, başını da daşa döyür". "Axar.az" xəbər verir ki, bu sözləri Tağı Əhmədov "Xeberdar.az"ın müxbirinə özü ilə bağlı xəbərləri dəqiqləşdirərkən deyib. Keçmiş metro rəsinin həqiqətən ölkəni tərk etməsi və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün eks-rəislə əlaqə saxlanılıb. Tağı Əhmədov açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib: "Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdur, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm". Xatırladaq ki, bu gün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV-də məlumat yayılmışdı. Hətta onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi.
2014-03-22
12,302
Talıbov sökdürdüyü bazarın yerində tikintiyə başladı - Foto/Özəl
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvan şəhərində sökülmüş iki bazardan birinin yerində yaşayış massivinin tikintisinə başlanılıb. Bu haqda məlumat "Axar.az"a Naxçıvandakı mənbələrdən daxil olub. Mənbə bildirir ki, bir neçə ay əvvəl Muxtar Respublikada Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə sökülən iki bazardan birinin - "57 bazarı"nın yerində artıq tikinti işlərinə başlanılıb. Bazarın yerində yaşayış binaları tikməyi planlaşdırıblar. Xatırladaq ki, ötən ilin noyabrında sökülən bazarın Elşad Abdullayev olayı ilə tanınan, hazırda həbsdə olan iş adamı Arzu Kazımova və ölkənin güc strukturlarından birinin yüksək çinli məmuruna məxsus olduğu haqda xəbər vermişdik. Tikiləcək yaşayış massivinin nəzəri proyektinin görüntüsünü təqdim edirik.
2014-03-22
12,303
Ukrayna G8-ə daxil olur – Rusiyanın yerinə
Ukrayna "Böyük Səkkizlik"də Rusiyanın yerini tutmağa hazırdır. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Arseni Yaçenyuk kanadalı həmkarı Stiven Harperlə keçirdiyi brifinqdə deyib. "Əgər G8-də boş yer varsa Ukrayna onu tutmağa hazırdır. Mənim "Yeddilər"ə mesajım odur ki, artıq qlobal təhlükəsizlikdə yeni sistem yaratmağın və bu təhlükəsizliyə zərbə vuranlara qarşı ciddi tədbir görülməsinin vaxtıdır" deyə Yaçenyuk bildirib.
2014-03-22
12,305
"Çelsi" topçuları top atəşinə tutdu - Video
Bu gün İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində Londonda "Çelsi" - "Arsenal" oyunu keçirilib. Artıq 5-ci dəqiqədə Samuel Eto "Çelsi"ni önə keçirib. 2 dəqiqə sonra Andre Şurle hesabı artırıb. 15-ci dəqiqədə Kieran Gibbs qırmızı vərəqə alaraq "Arsenal"ı azlıqda qoyub. 17-ci dəqiqədə Edin Hazard penalti zərbəsini dəqiq yerinə yetirib - 4:0. İkinci hissəyə də "Çelsi" futbolçuları fəal başlayıblar. 66-cı dəqiqədə Oskar, 71-ci dəqiqədə isə Mohamed Salah "topçular"ı məyus edib - 6:0. Beləliklə, "Çelsi" 31 oyundan 69 xalla turnir cədvəlində birinci sıradadır. (Trend)
2014-03-22
12,306
Ukraynalı sabiq nazirin evindən 42 kq qızıl aşkarlandı
Ukrayna Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı keçirdiyi əməliyat nəticəsində sabiq energetika naziri Eduard Staviçkonun evindən 42 kiloqram qızıl və təxminən 5 milyon dollar aşkar edilib. Bunu Ukrayna daxili işlər naziri Arsen Avakov deyib. Nazirin sözlərinə görə, Eduard Staviçkonun mənzilindən 4,8 mln. dollar pul, 42 kiloqram qızıl, dünyanın məşhur və bahalı brendlərindən olan qol saatları, qiymətli metallardan hazırlanmış məmulatlar, bir neçə mülkə aid sənəd, torpaq sahələri və müəyyən şirkətlərin borclarına dair sənədlər, bank kartları, bir sıra banklarla apardığı sənədləşmələrin nüsxəsi aşkarlanıb. Arsen Avakov həmçinin qeyd edib ki, Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb. Ukrayna mətbuatı yazır ki, hazırda DİN əməkdaşları sabiq baş nazirin 3 evində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. (ANS)
2014-03-22
12,307
Bağdadda "Azadlıq" radiosunun büro rəhbəri güllələndi
Azadlıq radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaivi Ovaid öldürülüb. Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib. Jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir. Araşdırmalara başlanılıb. Efirdə Həsən Rəşid kimi tanınan Ovaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub ("Musavat.com").
2014-03-22
12,308
Həyat yoldaşı Hüseyn Dəryanın şok videosundan danışdı
Martın 15-də avtomobil qəzası keçirərək dünyasını dəyişən reper Hüseyn Dəryanın ötən gün yeni videosu yayılıb. "Xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadənin "Mən Hüseyn Dəryanın son səsini eşitdim, o, ölməmişdi" iddiası hər kəsin diqqətini çəkib. Videoda hətta reperin keçmiş həyat yoldaşı Sona da Hüseynin cəsədini avtomobilə qoyanda onun xırıltılı səsini eşitdiyini bildirib. Məsələ ilə bağlı Sona İbadova fikrini belə ifadə edib: "Videoda hər şey aydın görünür. Orada səs eşitdim, qışqırdım ki, Hüseyndir, onun səsi gəlir. Heç kim mənə fikir vermədi, dedilər, sən şokdasan. Hətta məni dəli olmaqla ittiham etdilər. Dünən bu videonu görəndən özümə gələ bilmirəm. Niyə həmin vaxt o səsi eşidənlər danışmadı? Niyə mənə dəli dedilər? Bu məsələni ailəsi araşdırsın. Mən iddia qaldıra bilmirəm, çünki arxamda dayanacaq adamım yoxdur". S.İbadova Hüseyni tez-tez yuxuda gördüyünü bildirib: "Axırıncı dəfə bu gecə yuxuma girmişdi. Nə dediyi tam yadımda qalmayıb, hər yer dumanlı idi. Hüseynin vəfatından sonra psixologiyam pozulub. Orada cəsədi açıb baxdım, qorxdum. İndi evdə tək otura bilmirəm. Anam işə getmir, yanımda qalır, bir otaqdan o birisinə də onunla keçirəm. Anam mağazaya düşəndə xalam uşaqları gəlir yanımda oturur. Oğlum Cahangir dünən evə gətirilib. Hüseyn vəfatından iki gün əvvəl bizdə idi, burada qalmışdı, oğlunun otağında yatmışdı. İndi Cahangir o otağa girmir, bütün günü atasından danışır. Deyir, ana, məni qucaqladı, mənimlə oynadı. Yadına nə düşürsə, danışır. Baş verənləri hələ tam dərk etmir". "Dünən qəbrini ziyarətə getmişdim. İki saat orada qaldım, söhbət etdim, dərdləşdim. Tez-tez qəbrinin üstünə gedirəm, təsəlli tapıram. İki saat ərzində o qədər insan, sevənləri gəldi ki. Heç tanımadığımız insanlar gəlirdi, gül qoyurdu. İçlərində gənclər də, yaşlılar da var idi" deyən Sona İbadova mətbuatda onun adından yazılan söz-söhbətlərə də son qoyub: "Yalandan yazıblar ki, guya mən demişəm, Hüseyn qəsdən özünü "Kamaz"ın altına atıb. Hüseyn heç vaxt intihar etməz. Mən heç kimə bu haqda müsahibə verməmişəm. Mənim dilimdən yalan yazmasınlar. Kimin sualı varsa, zəng etsin, bu günə kimi həmişə jurnalistlərlə mehriban olmuşam. Nə soruşublar, cavablandırmışam". ("Axşam.az") Hüseyn Dəryanın sağ olduğu iddia edilən videoya bu linkdən baxa bilərsiniz.
2014-03-22
12,309
Ədəbiyyat nəhəngini kim İnternetin düşməni etdi?
Umberto Eko: "İnternetin inkişafinın qarşısını almaq mümkün deyil" Qədimdə hətta yazmağı bacaranlar da insanlarda qorxu yaradırdı. İndi isə İnternet ətrafında müzakirələr səngimək bilmir. Düzgün istifadə edilsə, onun gəncliyə böyük faydası dəyər, əlbəttə, ondan asılı vəziyyətə düşmək də qaçılmazdır. Bu yaxınlarda "Espresso" dərgisində mənim xəyali nəvəmə yazdığım məktubum yayınlandı. O məktubda mən nəvəmi həmişə İnternetin verdiyi informasiyaya arxalanmaq yerinə öz yaddaşını məşq etdirməyə çağırırdım. Bunun ardınca bloqların birində məni İnternetin düşməni elan etdilər. Bu, magistral yolda sərxoş halda, yaxud saatda 180 km sürətlə maşın sürməyə qarşı çıxan birisini tənqid atəşinə tutmağa bənzəyir. Axı ortaya belə mövqe qoymaq heç də avtomobildən imtina etməyə çağırmaq anlamına gəlmir. Bir müddət əvvəl isə elə həmin "Espresso"nun səhifələrində Eujenio Skalfari (Eugenio Scalfari – italyan jurnalisti, "Espresso" jurnalının redaktoru) məni informasiya mənbəyi kimi İnternetə həddən artıq arxalanmaqda günahlandırmışdı. Bu mənim son məqalələrimdən birində İtaliyada yayınlanan "İrs" adlı populyar bir verilişdə baş alıb gedən cahilliyi qabartmağımdan sonra baş vermişdi. Həmin verilişə görə, guya Hitler və Mussolini altmışıncı, yetmişinci və hətta səksəninci illərdə də yaşayıblar. Skalfarinin fikrincə, yaddaşında məlumat saxlaya bilməyən insan nəslini doğuran məhz süni yaddaş rolunu oynayan "on-line"dır. O hesab edir ki, şəbəkənin mövcudluğu insanda dünyanın istənilən nöqtəsində, istənilən şəxslə əlaqə qura bilmək illuziyası yaradır ki, gerçək həyatda bu onu ancaq tənhalığa gətirib çıxarır. Yaddaşsızlıq və tənhalığın əsrimizin xəstəlikləri olması ilə tam razıyam. Bu haqda çox yazmışam. Amma görünür Skalfarinin Platonun "Fedr" əsərindəki yaddaşla bağlı hissədən xəbəri yoxdur. Orda Firon tanrı Totu yazını ixtira etdiyi üçün məzəmmət edir, guya yazının ucbatından insanlar yaddaşlarını istifadə etmək vərdişini itirəcəklər. Sonra isə yazının insanları oxunanları yadda saxlamağa vadar etdiyi məlum olur. Məhz yazının sayəsində, Prustun yaddaşın imkanlarını tərənnüm edən "İtmiş zamanın axtarışında" əsəri meydana çıxıb. Bir sözlə, internetdən istifadə edə-edə yaddaşı inkişaf etdirmək, ordan götürülmüş məlumatları yadda saxlamaq mümkündür. İnterneti qəbul edib-etməmək heç bir şəkildə mübahisə mövzusu ola bilməz. Bu cür mübahisələr televiziyanın sürətli inkişafı zamanı artıq aparılıb. İnternet varlığını qoruyur və hər hansı mübahisə onun axırına çıxa bilməz. İndi bizim qarşımızda duran əsas məsələ İnternetin ortaya çıxması ilə yaranmış riskləri (göz önündəki) qəbul etmək, bununla belə gənclərə ondan düzgün istifadə etməyi öyrətməkdir. Gəlin, şagirdlərinə müəyyən bir mövzuda araşdırma aparmaq tapşırığı verən yaxşı müəllimi təsəvvürümüzə gətirək. O, şagirdlərinin tapşırığın həllini heç bir çətinlik çəkmədən İnternetdən axtarıb tapacaqlarını bilir. Belə olan halda müəllim tələbəyə tapşırıqla bağlı ən azı on saytdan məlumat tapmağı, onların fərqli tərəflərini ortaya çıxarmağı, hansı saytın daha etibarlı mənbə olduğunu müəyyənləşdirməyi, nəticələri yazılı mənbələrlə, yaxud heç olmasa ensiklopediyalarla tutuşdurmağı tapşırmalıdır. Onda uşaqlar axmaqcasına qadağadan yaxa qurtarıb, internetdən məlumat əldə edəcəklər, həm də tapşırıq üzərində baş sındıraraq nələrisə yadda saxlayacaqlar. Bundan əlavə məktəblilər əldə olunan nəticələri müqayisə edər, öz aralarında tutuşdurar və tənhalıqdan qurtularlar. Onlar bir-biri ilə disputun dadına vararlar. Əlbəttə, kompyuter ekranı ilə baş-başa qalmaqdan xilas ola bilməyən, İnternet asılılığına qapılanlar olub və həmişə olacaq. Əgər məktəb və müəllimlər uşaqları bu məşğuliyyətdən qoruya bilməsələr, cəmiyyət onlarla da narkomanlar, onanistlər, rasistlər, öncəgörən mistiklər, falçılar və s. bu qəbildən olan degenerativ tiplər kimi qarşıdurmaya getməlidir. Özü də bu qarşıdurmanın sonu görünməyəcək. Bu gün belə "xəstələr"in həddən artıq çox olmasının səbəbi, əlli il ərzində planet əhalisinin iki milyarddan yeddi milyarda qədər artmasıdır. Bunun günahı isə heç də İnternetin gətirdiyi tənhalıq deyil, insanlararası əlaqələrin həddən artıq çoxalmasıdır. ("Espresso" dərgisi, İtaliya) Çevirdi: Namiq Hüseynli
2014-03-22
12,310
Ukrayna hər an müharibəyə başlaya bilər
"Ukrayna ərazisinə müdaxilə olacaqsa, bizim döyüşü qəbul etməkdən başqa yolumuz qalmayacaq". "Axar.az" APA-ya istinadən xəbər verir ki, prezidenti səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündə bildirib. Onun sözlərinə görə, iqtisadi və siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Ukrayna öz ərazi bütövlüyünü müdafiə edəcək: "Ölkəmizin ərazisinə müdaxilə olacaqsa, bizim döyüşü qəbul etməkdən başqa alternativ yolumuz qalmayacaq. Ümid edirik ki, Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın ərazi bütövlüyünün təminatçıları öz öhdəliklərini yerinə yetirəcəklər. İnanıram ki, biz bu vəziyyətdən qalib çıxacağıq və bu sınaqlar dövlətimizi, xalqımızı daha da möhkəmləndirəcək". Öz növbəsində Frank-Valter Ştaynmayer Rusiyanın Krımdakı hərəkətlərinin açıq-aşkar təcavüz və beynəlxalq hüququn pozulması olduğunu bildirib.
2014-03-22
12,311
Müdafiə naziri beyin qanamasından öldü
Cənubi Kipr Respublikasının Müdafiə naziri Tasos Mitsopulos dünən keçirdiyi beyin qanaması nəticəsində həyatını itirib. "Axar.az" xəbər verir ki, 49 yaşında olan nazir Yunanıstanın Cənubi Kipr səfiri Vasilios Papayoannu ilə görüşdükdən sonra huşsuz vəziyyətdə aşkarlanıb. Nazir dərhal xəstəxanaya qaldırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Reanimasiyaya götürülən Mitsopulos üçün İsraildən iki beyin cərrahı gətirilmişdi. Həkimlər ard-arda beyin əməliyyatı həyata keçirsələr də bütün səylər nəticəsiz qalıb.
2014-03-22
12,312
İran ABŞ-ın iri hərbi gəmisinin oxşarını tikir
İran gizlicə Amerika hərbi aviadaşıyıcısının geniş həcmli təkrarını hazırlayır. Bu barədə məlumatı SNN kanalı yayıb. Amerika kəşfiyyatı gəminin tikintisinin sputnikdən alınan görüntülərini əldə edib. Xəbərdə deyilir ki, bu sinifdən olan gəmini İranın tikə bilməsinə və gəminin eynən oxşar funksiyalara malik olmasına rəsmi Vaşinqton inanmır. Fotoçəkilişlərin öyrənilməsindən alınan nəticələrə görə, İran "Nimiç" sinfindən olan CVN 68 aviadaşıyıcısının təkrarını hazırlamaq niyyətindədir. "Nimiç" sinifindən olan aviadaşıyıcı ABŞ-ın nüvə hərbi dəniz qüvələrinin tərkibinə daxil olan və hələ ki, dünyada ən böyük təyyarə daşıyan gəmidir. ABŞ-dan başqa çox az dövlət nüvə başlıqlı qurğulara malik aviadaşıyıcılara sahibdir. Amerikalı hərbçilər belə düşünürlər ki, İranın hazırladığı gəmi tezliklə Hollivud filmləri üçün dekorasiya olacaq ("Aznews.az").
2014-03-22
12,314
Krım tatarlarının lideri Krıma buraxılmır
Ali Radanın deputatı, Krım-Tatar Məclisinin keçmiş rəhbəri Mustafa Cəmilov Krıma buraxılmır. Bu barədə o, özü martın 22-də Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib. Mustafa Cəmilov Rusiya hərbçilərinin onu vətəninə, Krıma buraxmadıqlarını bildirib. Krım-Tatar Məclisinin indiki rəhbəri Refat Çubarov da maraqlı açıqlamaları ilə yadda qalıb. O, Krıma Çeçen dəstələrinin gətirilməsi barədə məlumatları təsdiqləyib. Çubarov müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Çeçenistan prezidenti Ramzan Kadırovu Krıma məxfi kurator qoymasını də istisna etməyib. Çubarov deyib ki, Rusiya Krım tatarlarının etirazlarının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edir. (ANS)
2014-03-22
12,315
Ağdam və Hacıqabulda yanğın: Xəsarət alan var
Ağdamda yardımçı tikilidə yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bundan başqa, Hacıqabul rayonu, Muğan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Yasamal rayonunda isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin pəncərə çərçivəsi 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-22
12,316
İrina Şeyk ən böyük arzusunu dilə gətirdi
"Kriştiano Ronaldo mənim üçün ideal kişidir. Ən böyük arzum ondan gözəl uşaqlar dünyaya gətirməkdir". "Axar.az" xəbər verir ki, bu sözləri məşhur 27 yaşlı rus modeli İrina Şeyk alman jurnalistlərinin suallarını cavablandırarkən söyləyib. İrina Şeyk Ronaldonun xarici görünüşünə çox vaxt ayırmasına da normal baxır : "Mən onun xarici görkəminə daha çox zaman ayırmasına normal baxıram. O mükəmməl bədən quruluşuna malikdir. Kriştiano mənə lazım olan yeganə kişidir. Sevgilimlə birlikdə geniş ailəyə sahib olmaq və dəniz kənarında yaşamaq da arzularıma daxildir".
2014-03-22
12,317
SOCAR Gürcüstanda da məntəqə açdı
Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılıb. "Axar.az" AcərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi bu ölkədə 108-ci yanacaqdoldurma stansiyasını istifadəyə verib. Müasir tələblərə tam cavab verən obyekt Tbilisi şəhərində açılıb. İstehlakçılar burada avtomobilləri üçün benzinlə yanaşı, qaz da ala biləcəklər. Yanacaqdoldurma stansiyasının açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Stansiyada 25 nəfər işlə təmin olunub. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan-Gürcüstan əməkdaşlığının getdikcə möhkəmləndiyini, Gürcüstanın yanacaq bazarında şirkətin mövqeyinin gücləndiyini vurğulayıb, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.
2014-03-22
12,318
Alimlər bitkilərin dilini tapdı - Video
"SparkFun" tərəfndən istehsal edilən "Botanicalls Kit" cihazı evdəki bitkiləri Tvitterə bağlayır, beləcə, çiçəklər su istədikləri an twit ata və ya telefonunuza zəng edə bilir. ​"Axar.az" bu kəşf haqda türk mediasına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, artıq evinizdəki bitkilərdən şikayət dolu twitlər və ya telefon zəngləri almağa hazır olun. Cihazın içində bir mikro nizamlayıcı, ethernet modulu və rütubətin miqdarını ölçmək üçün toprağa sancılan iki "çubuğ"un sayəsində bitkilər su istədiyi zaman sizə məlumat verə bilirlər. Bir sıra texnika bloqunun diqqətini çəkən layihə Rob Faludi, Keyt Hartman və Kati London tərəfindən gerçəkləşdirilib. Bu botanika dəstini şirkət təbiətsevərlərə 100 dolara təklif edir.
2014-03-22
12,319
Rusiya "Belbek" hərbi hissəsinə hücum etdi - Son dəqiqə
"Belbek" aviabazası ruslar tərəfindən ələ keçirildi. "Axar.az" xəbər verir ki, bu informasiyanı Vladimir Sleznev öz Feysbuk səhifəsində yazıb. O, artıq Belbekdəki aviabazaya hücumun başa çatdığını bildirib. "Belbekə hücum 17:00-da oldu. Hərbi hissənin qapıları qırılıb. Bazaya 6 BTR-80 daxil oldu. Atışma səsləri eşidildi. Hələlik ölən və qalanlar yoxlanılır". Qeyd edək ki, bir müddət öncə "Belbek" aviabazasına Rusiya ordusundan təslim olmaq haqqında xəbərdarlıq göndərilmişdi.
2014-03-22
12,320
Ərdoğan gələn həftə hakimiyyətdən gedəcək - CHP
"Ərdoğan 30 mart seçkilərini görmədən hakimiyyətdən gedəcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə CHP sədrinin müavini Ümid Oral çıxış edib. O, Ərdoğanın hakimiyyətdən daha tez gedəcəyini vurğulayıb: "Ərdoğan martın 30-da o kresloda oturmayacaq. Onun diktatorluğu məhv olacaq. Bu həftə yeni hadisələr baş verəcək. Ərdoğanın qorxduğu başına gələcək. Bəlkə də 30 martı görmədən siyasətdən çəkilə bilər. Ərdoğan Tvitteri bağlamaqla özünün diktator olduğunu bir daha sübut etdi. İnkşaf etmiş dünyada belə addım atmaq olarmı?" Qeyd edək ki, bir müddət öncə bəzi media orqanları martın 25-də Ərdoğana son zərbənin vurulacağını bildirmişdilər. Zərbənin isə Ərdoğanın seks kaseti ilə olacağı deyilmişdi.
2014-03-22
12,322
Rusiya 8 hissəyə parçalanacaq - Video
"Rusiya 8 hissəyə parçalanacaq". Artıq bir neçə ildir ki, bu iddia ilə qərb ekspertləri çıxış edirlər. Onlar parçalanacaq ərazidə 8 dövlətin yaradılmasının nəzərdə tutulduğunu bildirirlər. Daha sonra isə parçalanan ərazilərin ABŞ, Çin və Avropa İttifaqının daxilinə veriləcəyi qeyd edilir. "Axar.az" Rusiyanın gələcək taleyi ilə bağlı olan videonu təqdim edir.
2014-03-22
12,323
Azərbaycanlı həbsdə aclıq aksiyasına başladı
Güney azərbaycanlı fəal Şahrux Zəmani Kərəcin Qızılhisar zindanında aclıq aksiyasına başlayıb. "Axar.az" xəbər verir ki, Ş.Zəmani martın 11-də həbs edilərək Kərəcin Qızılhisar zindanına sürgün edilib. Fəal rejimin bu qanunsuz əməlinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Martın 18-də onun sağlamlıq vəziyyəti olduqca pisləşdiyi üçün zindanın klinikasına köçürülüb. O, həmçinin, həmin gün nəhayət ailəsi ilə qısa telefon əlaqəsi saxlaya bilib. Fəal Qızılhisar zindanına qanunsuz sürgün edilərkən müqavimət göstərib və məmurlar tərəfindən döyülüb.
2014-03-22
12,324
Kliçko Olimpiadada çıxış edə bilməyəcək
Vladimir Kliçko 2016-cı ildə Braziliyada keçirilən Olimpiadada çıxış edə bilməyəcək. "Axar.az" xəbər verir ki, Ukrayna Boks Federasiyası bir neçə ay əvvəl Kliçkonun Olimpiadada iştirakı nominasiyasından imtina edib. Bunun əvəzində o, Almaniya milli komandasının tərkibində çıxış etmək şansı əldə edib. Almaniyanın Boks Federasiyasının direktoru Mixael Müller deyib ki, Kliçkonun 2013-cü ilin noyabr ayına kimi Almaniya vətəndaşılığını əldə etmək imkanı var idi. Lakin o, bu şansdan imtina edib.
2014-03-22
12,325
Rusiyadan Qərbə qəribə “sanksiya”
Rusiya Mədəniyyət naziri Vladimir Medinski ölkə ərazisi üzrə kinoteatr və televiziyalarda Qərb filmləri nümayişinin qarşısının alınmasının vacibliyini bildirib. "Axar.az" məlumatına görə, Medisnki hesab edir ki, bu, həm Rusiyaya qarşı sanksiya tətbiq edən Qərbin "cibinə" mənfi təsir göstərər, həm də rusiyalı gənclərin milli pravoslav ruhunda böyüməsində önəmli rol oynayar. Medinski həmçinin keçmiş SSRİ dönəmində Qərb filmlərinin nümayişi qaydalarından danışıb: "Sovetlər Birliyi dönəmində Amerika və Avropa filmlərinin nümayişi ilə bağlı müəyyən qaydalar, bəlli kvotalar mövcud idi. Hər il yalnız 6 filmə icazə verilirdi. Əgər biz köhnə qaydaları tətbiq edəriksə, bu zaman Rusiyada film istehsalı sahəsində ciddi irəliləyişə nail olarıq".
2014-03-22
12,326
Ukraynanın yeganə sualtı gəmisi rusların əlinə keçdi – Video
Ukraynaya məxsus "Zaporojye" sualtı gəmisi rusların nəzarətinə keçdi. "Axar.az" xəbər verir ki, bu sözləri Vladimir Sleznev öz Feysbuk səhifəsində yazıb. Vladimir Sleznev sualtı gəminin komandirinin Andreyev bayrağını qaldırmaqdan imtina etdiyini bildirib. O hazırda gəminin naməlum istiqamətdə aparıldığını qeyd edib. Qeyd edək ki, "Zaporojye" Ukraynanın yeganə sualtı gəmisidir.
2014-03-23
12,327
Politoloq nurçulardan 70 min alıb? – Video
Fərhad Mehdiyev "Veteninfo.az" saytına qarşı 10 min manatlıq dava açacaq. "Axar.az" xəbər verir ki, bu barədə məşhur politoloq öz Feysbuk statusunda yazıb. O, bu addımı atmasına səbəb kimi nurçulardan bank hesabına 70 min manat köçürülməsi barədə saytın iddialarını göstərib: "Təxribatçı "Veteninfo" saytı naməlum mənbədən bir yalan məktub alıb və onun həqiqiliyini araşdırmadan yayımlayıb. Hər halda, "Yapı Kredi" bankında mənim adıma 70 min köçürülüb-köçürülmədiyi bəllidir. Bu iftira məlumatı indi gördüm, məhkəməyə iddia ərizəsini hazırlayıram və Novruz bayramı bitər-bitməz, ilk işim Yasamal Rayon Məhkəməsində onlara qarşı xüsusi ittiham qaydasında böhtan və təhqirlə bağlı cinayət işi qaldırıb, nə az nə çox, 10 min manat dəymiş mənəvi zərəri istəmək olacaq. Onlar daha əvvəl Elnur Aslanov və nazirə belə iftira atmış. Amma Fərhad Mehdiyev onların və səviyyəsiz sifarişçilərin bildiyi kimi bir insan deyildir". Qeyd edək ki, mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "emniyyet imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Sayt həmçinin Fərhad Məmmədovun bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətirib. F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırıb.
2014-03-23
12,328
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, martın 23-də Naxçıvan Muxtar Respublikasında Əsasən yağmursuz olacaq, arabir Şərq küləyi əsəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir.
2014-03-23
12,329
Saakaşvili Gürcüstana getməyəcəyini açıqladı
Gürcüstanın eks prezidenti Mixail Saakaşvili dünən ölkə Baş prokurorluğunun onu dindirmək üçün göndərdiyi çağırış vərəqəsinə öz münasibətini bildirib və deyib ki, onun heç bir günahı yoxdur və bu baxımdan da dindirilmək üçün Tiflisə, Baş prokurorluğa getməyəcək. "Mən dostlarımla Ukraynaya dəstək kampaniyasına qoşuldum. Azad insan kimi istənilən regionun azadlığı uğrunda mübarizəsinə qoşula bilərəm və heç kəs mənim harasa getməyimə maneçilik törədə bilməz", - deyə Saakaşvili Niderlandda jurnalistlərlə görüşü zamanı deyib. Mixail Saakaşvili onun dindirilməsini Moskvanın sifarişi olduğu deyərək əlavə edib ki, o, Gürcüstana Moskvanın "icraçı sifarişlərini" təmizləmək üçün gələcək. "Bu,iş adamı, Gürcüstanın eks baş naziri Bidzina İvanişvilinin dediyi vaxtdan tez olacaq. Bidzina Moskvadan aldığı sifarişi həyata keçirmək üçün Kremldən 2 milyard dollar almışdı. Hamı bilirdi ki, Gürcüstanda son sözu İvanişvili demir. Mən yorulanadək öz mübarizəmi davam etdirəcəyəm", - deyə Saakaşvili bildirib. Xatırladaq ki, Saakaşvilinin çağırış vərəqəsi dünən onun anası Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun əməkdaşı Koka Kaçitadze bu gün keçirdiyi brifinqdə deyib ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. "Ancaq inanırıq ki, o, öz hərəkətini ölçüb biçəcək və Baş prokurorluğa gələcək", - deyə prokuror deyib. (ANS)
2014-03-23
12,330
Misir Türkiyəyə veto qoydu
Misirdə Məhəmməd Mursinin devrilməsindən sonra bu ölkə ilə Türkiyə arasında gərginlik hələ də səngimir. "Axar.az" xəbər verir ki, Türkiyədəki səfirini geri çağıraraq, Misirdəki Türkiyə səfirindən ölkəni tərk etməsini istəyən hazırki hökumət, indi də Qahirədə keçiriləcək konfransda Türkiyənin iştirakına veto qoyub. Konfransa Türkiyədən əlavə Qatar da dəvət edilməyib. İslam dini ilə bağlı keçiriləcək konfransda 34 ölkədən alim iştirak edəcək.
2014-03-23
12,331
Guya həmişə qadınlar yazıq, saf və təmizdir...
Söhbətimiz bu dəfə şair Elnaz Eyvazlı ilə davam edir. İncə ruhlu şerləri və səmimi etirafları ilə diqqəti cəlb edən bu xanımın söhbəti maraqlı olar deyə düşündük. Təmiz pəncərəmdən baxıb çirkli dünya görürəm - Elnaz xanım, dünya sizdən ötrü haradır, cənnət, yoxsa cəhənnəm? - Nə bilim... Bilmirəm cənnət, cəhənnəm var, ya yox. Hər kəs dünyaya öz pəncərəsindən baxır. Kimin dünyaya açılan pəncərəsi təmizdirsə, dünyanı da təmiz və gözəl görür. Kimin pəncərəsi çirklidirsə, o da dünyanı çirkli görür. Mənim pəncərəm təmizdir. Amma təmiz pəncərəmdən baxıb çirkli dünya görürəm. Dünya hər kəsin görmək istədiyi yer deyil, bir məqamda cənnətdir, digər məqamdasa cəhənnəm... - Məsələn, gördüyünüz çirkinliklər nələrdir? - Baxıram ki, getdikcə insanlar bir-birinə qarşı qeyri-səmimi olurlar. Dəyər hesab etdiyimiz nələr varsa, onlar itir. İnsanlara etibar etmək olmur. Gördüyüm çirkinliklərdən biri də budur. Soyuqqanlı, biganə olsaydım... - Özünüzə qarşı insanlardan tez-tezmi etibarsızlıq görürsünüz? - O qədər olub ki.... - Əgər şer yaza, yaşadıqlarınızı ifadə edə bilməsəydiniz, sizə daha çətin olardı? - Təbii ki... Bu xarakterlə, bu iç dünyası ilə çətin olardı. Başqa xarakterdə, soyuqqanlı, biganə olsaydım, yazıb-yazmamağın mənə fərqi olmazdı. Elə qadınlar var ki, onlarla kişini bədbəxt edir - Şeirlərinizdən belə hiss olunur ki, xanım kimi çox problemlər yaşamısınız. Özünüzü bədbəxt qadın hesab edirsiniz, yoxsa düşünürsünüz ki, bunları çoxları yaşaya bilər? - Mən bədbəxt qadın deyiləm, əksinə, çox xoşbəxtəm! İstər qadın olsun, istər kişi, mənim üçün insan anlayışı var. İnsanları cinslərə ayırıb ucuzlaşdırmaq, xırdalamaq həmişə mənə yad olub. Taleyi gətirməyən həm kişilər, həm də qadınlar var. Bir kişi bir qadını bədbəxt edirsə, bir qadın da bir kişini bədbəxt edir. Guya həmişə qadınlar yazıq, saf, duru və təmizdir? Xeyr, belə deyil. Elə qadın var ki, onlarla kişini bədbəxt edir, evini yıxır. - Taleyinizdən, yaşadıqlarınızdan narazısınız? - Yox qətiyyən... Nə yaxşı ki, hər şey belə oldu. Bir qadına xoşbəxt olmaqdan ötrü mütləq ər lazım deyil. Bir qadını xoşbəxt etməkdən ötrü mütləq onun yanında kişi olmalı deyil. Bu olmalı olan şərtlərdəndir, vacib olanlardan biridir, hamısı yox. Bizim cəmiyyətdə kişi olmaq da əzabdır - Necə bilirsiniz, qadın olmaq hər yerdə və həmişə çətindir? - Başqa ölkələrdə, başqa cəmiyyətdə bilmirəm necədir. Amma bizdə çətindir. Bizim cəmiyyətdə kişi olmaq əzabdır, o ki qala qadın ola... Mən istədiyimi Allahdan istəyirəm - Bir qadın olaraq istəyiniz nədir? - Heç nə istəmirəm. Ümumiyyətlə, heç bir bəndədən istəyim yoxdur. Mən istədiyimi Allahdan istəyirəm. - Yaxşı, bir gün Allahla üz-üzə qalsaydınız, ona verəcəyiniz sual və istəyiniz nə olardı? - Yəqin ki, nə istəmişəmsə, nə veribsə, ora qədərdir. Amma əgər Allah məni o məqama çatdırarsa, daha mənə nə gərəkdir ki?! Yazanda rahatlayıram - Şairə olmağınız sizi daha da duyğulu edir, yoxsa şeri yazıb bitirdikdən sonra normal həyata qayıdıb hamı kimi davam edə bilirsiniz? - Mənim şairə olmağım məni duyğulu etmir. Mən duyğulu olduğuma görə yazıram, yaza bilirəm. O qədər duyğulu adamlar var, təbiətcə şairdirlər. Amma yazmırlar, ya da yaza bilmirlər. Nə yaxşı ki, bu təbiətlə yaza bilirəm. Allah məni belə yaradıb. Yazıram, yazandan sonra rahatlayıram. - Deyirsiniz ki, duyğulu olduğuma görə yazıram. Nə vaxtsa bu duyğular bitsə, tükənsə, yaza bilməyəcəksiniz? - Yox, o bitəsi bir şey deyil ki... Bu mənim xarakterimdir. Bu vərdiş deyil ki, bitsin. Duyğulu olmaq insanın xarakteridir, inanmıram duyğusuz yaşayam. Əgər o duyğular nə vaxtsa bitəcəksə, deməli, mən o gün yoxam. Ancaq mən həyatda olmayanda mənimlə doğulan xüsusiyyətlər ölə bilər. "Məndən ötdü qardaşıma dəydi" - Niyə AYB üzvlüyündən çıxdınız? - Orda mənə təzyiq, kobudluq olmadı. Başqalarına qarşı münasibətləri, təpkiləri görürdüm. Mən ora tədbirdən tədbirə gedirdim, heç çoxu bilmirdi oranın üzvüyəm. Heç bir məqamda "məndən ötdü qardaşıma dəydi" prinsipinə uya bilmirəm. Sevməsəm, vecimə də olmaz - İnsanlarla ünsiyyətdə olmaq çətindir, yoxsa onlarla paylaşmağı, birlikdə vaxt keçirməyi sevirsiniz? - Mən əhval-ruhiyə adamı deyiləm. İnsanlar arasında olmağı xoşlayıram. Ümumiyyətlə, insanpərvərəm, qəlbim sevgiylə doludur. Etdiyim gileylər də, incidiyim məqamlar da, hamısı insanı sevdiyimdən irəli gəlir. Sevməsəm, vecimə də olmaz. Paylaşmaq isə hər adamla olmur. Həyatımda hər şeyi paylaşdığım yeganə adam var ki, onun yanında olanda, onunla paylaşanda rahat oluram. - Kimdir, bilmək olar? - Rəfiqəmdir Leyla... Hətta rəfiqədən də artıqdır, biz onunla iyirmi ildir dostuq. Ona olan hisslərimi heç kəslə müqayisə edə bilmirəm. Tam fərqli biridir Leyla mənim üçün... Mənə yazdığın mətn maraqlıdır, şəxsi həyatın yox... - Bəs Azərbaycan ədəbiyyatında baş verənlərə, qalmaqallara necə baxırsınız? - Hər halda, kənardan baxanda yaxşı görünmür. Məsələn, bu günlərdə mənimlə söhbət edənlərdən biri dedi ki, sizin ədəbiyyatdan iyrənirəm. Soruşdum ki, nə olub? Demə, hansısa saytda bir yazarın yataq həyatı ilə bağlı material qoyulub, sonra da siliblər. Sözün düzü, mən görməmişdim. Oxucu kimi yanaşanda, mənə sənin yazdığın mətn maraqlıdır, şəxsi həyatın yox... Mən ümumiyyətlə, elə başlıqda olan yazıları açmıram. Çünki saytlarda elə başlıqları rəqabət xətrinə qoyurlar. Heç söz adamı kimi danışmıram, adi bir oxucu kimi mənə sənət, mətn maraqlıdır, kimin kimlə harada yatdığı yox... - Sizcə, daha çox yazmaq lazımdır, yoxsa daha çox yasaq mövzularla gündəmdə olmaq... Hansı daha yaxşıdır? - Ümumiyyətlə, həm xarakterimdə gözə girmək yoxdur, həm də qalmaqalla gündəmdə olmağı sevmirəm. Sənətdə şou ilə gündəmdə olmaq düzgün deyil. Götürək Yaşar Nurini, Səyavuş Aslanı, Markesi və yaxud da Nizami Gəncəvini - bunları biz yaradıcılıqları ilə tanımışıq. "Ədəbiyyat adamı" ifadəsi çox ağır ifadədir. Hər mənada bunu daşımağı bacarasan gərək. Elə beş şeir, üç hekayə yazdımsa, məni on adam oxudusa, deməli, mən oldum "ədəbiyyat adamı"? Xeyr, bunu zaman ələyəcək. - Dünyadan, hətta övladınızdan, yaxınlarınızdan bezdiyiniz, tam olaraq uzaq bir yerə gedib təkliyə çəkilmək istədiyiniz vaxtlar olub? - Bezmək yox, amma bəzən yorulur adam... Təbii ki, yorulduğum, baş götürüb getmək istədiyim vaxtlar olur. Leylamın yanında olmaq istəyirəm. O da İstanbulda yaşayır. O, haradadırsa, orada olmaq istəyərəm - hər şeydən, hamıdan yorulanda... Allah insanı cəzalandıranda, onu müəllim edər... - Maraqlıdır, müəllim peşəsini sevirsiniz, yoxsa məcburən müəlliməlik edirsiniz? - Müəllimlik sənətini sevib gəlməmişəm, mənim arzum başqa sənətə olub. Amma müəllimlik gözəl sənətdir. Hətta haqqında kifayət qədər şişirdilmiş təriflər var. Amma bu gün bizim Azərbaycanda müəllim olmaq, doğurdan da əziyyətdir. Yunan atalar sözü var, deyir ki, Allah insanı cəzalandıranda, onu müəllim edər. Düşünürəm ki, onu demiş dahi insanlar məhz bizim üçün deyib. Müəllim sənəti həkim sənətindən də məsuliyyətlidir. Çünki müəllim mənəviyyatsız, vicdansız, iç dünyası kasıb olsa, hər sinifdə ən azından iyirmi vicdansız, mənəviyyatsız vətəndaş yetişdirəcək. Hamımız günahkarıq - Deməli, cəmiyyətdə mənəviyyatsız vətəndaşın formalaşmasında müəllimin böyük rolu var. Heç müəllimə olaraq özünüzü günahkar sayırsınız? - Hamımız günahkarıq! Mən də, sən də, o da... Televiziya da, məktəb də, ədəbiyyat da günahkardır. Bugünkü gün bütün televiziya kanallarında seriallar çəkilir. Müasirləşirik, avropalaşırıq, milyonlarla pul ayrılır seriallara... Nəyi aşılayır insanlara o seriallar? Azərbaycan dilinin evini yıxıblar. Mən baxmıram, baxanda da görürəm ki, mənim dilimi nə günə qoyublar. Gücüm çatmır, nə edə bilərəm, necə ala bilərəm qarşısını? Dili bu qədər də məhv etmək olmaz. Mənim borcum ləyaqətli vətəndaş yetişdirməkdir, mütləq alim yetişdirmək deyil. Hər şagird gələcəyin atası, anasıdır. Hərəsi iki uşaq tərbiyə eləsə, budur mənim qazancım, becərdiklərim. Əgər millətin belini qırmaq istəmirlərsə... - Müəllimə kimi Təhsil Nazirindən istəyiniz nədir? - Deməyəcəm ki, müəllimlərin maaşını artırmağını istəyirəm. Onsuz da mənim deməyimlə deyil, özləri nə bilirlərsə, elə də edirlər. Təhsil üçün xeyirli nədirsə, onu eləsinlər. Azərbaycan naminə, onun gələcəyi naminə etsinlər etdiklərini... Belə bir söz var, "bir millətin belini qırmaq istəyirsənsə, onun müəllimini səfil vəziyyətə salıb, təhsilini də iflic etmək lazımdır". Əgər millətin belini qırmaq istəmirlərsə, onun müəllimini səfil etməsinlər, təhsilini iflic olmağa qoymasınlar. Vəssalam... - Bəs nə vaxtsa dünya şöhrətli şair olacağınızı düşünürsünüz? - Qarşıma konkret məqsəd qoymamışam ki, mütləq dünya şöhrətli şair olmalıyam, məni dünya tanımalıdır. Şöhrət elə bir şeydir ki, sonradan adamın qanadlarını qırıb göylərdən yerə salır. O qədər şöhrəti göz deşən adamları sonradan, əslində, sənətsiz biri kimi "mükafatlandırıblar ki... Təkcə ədəbiyyatda deyil. Tutaq ki, biri dəbdə olur, bir yazıçını hamıya oxutdururlar, həzm etdirirlər, sonra da qusdururlar. Baxırsan, sadəcə şöhrətlənib, populyar olub... Onun yazısı nədir ki? Ondan da yaxşı yazanlar var. Məsələn, rəssam əlinə fırça alıb rəsm çəkəndə fikirləşsə ki, mənim əsərimi hamı tanıyacaq, hamı bəyənəcək, buna kimlər baxacaq, bunu alacaqlar, o əsər alınmayacaq... Əsəri işləyəndə ki, hər şey yaddan çıxırsa, hətta şöhrət, qazanc, o zaman o əsər tanınacaq, şöhrət qazanacaq. Kim belə sevirsə, sevsin... - Səmimisiniz, yoxsa cəmiyyətdə, insanlar arasında bir maska daşımaq zorundasınız. Məsələn, ağlamaq istəyəndə gülürsünüz, əsəbi olanda sakit görünmək zorundasınız... Belə hallar olur? - Nəyəmsə, buyam... Kim belə sevirsə, sevsin, sevməyən də sağ olsun, sevən də... Ağlamaq istəyəndə ağlayıram, gülmək istəyəndə gülürəm. Heç kəsin xətrinə rola girmək kimi borcum yoxdur. Mənim maskam yoxdur, bacarırlarsa, özümü sevsinlər.
2014-03-23
12,332
Ərdoğana görə ərindən boşanmağa hazırdır – Foto
Türkiyəli Tvitter isifadəçisi olan bir xanımın yazdıqları bütün ölkəyə səs salıb. "Axar.az" xəbər verir ki, həmin qadın Ərdoğan haqqında inanılmaz və ağlasığmaz sözlər işlədib. Son bir neçə gün ərzində kim olduğu bilinməyən və qısa zaman ərzində 327 min izləyici ilə Türkiyənin gündəminə düşən Fuad Avni adlı Tvitter istifadəçisi bu gün "Melih Gökçək də daxil olmaqla, heç bir AKP-li uşaqlarını, nəvələrini məktəblərdən almır" şəklində paylaşdığı mesajına Tvitterdə bir istifadəçidən maraqlı cavab gəlib. Kübra Ərsoylar adlı istifadəçi Fuad Avniyə bu sözləri yazıb: "Bizi Baş nazirimizdən soyuda bilməzsiniz. Baş nazirimiz istəsin, ərimdən də boşanaram. Biz bu işə könüldən bağlıyıq, siz bunu anlaya bilməzsiniz".
2014-03-23
12,333
Nəhəng Valuyev balaca arvadı ilə - Foto
Peşəkar boks üzrə keçmiş dünya çempionu, hazırda isə Rusiya Dövlət Dumasının hakim "Yedinaya Rossiya" (Vahid Rusiya) partiyasından olan üzvü Nikolay Valuyev diqqət çəkən şəkillər paylaşıb. "Axar.az" məlumat verir ki, o, həyat yoldaşı Qalina ilə olan, həmçinin özünün müxtəlif yaşlardakı şəkillərini azarkeşlərinin ixtiyarına buraxıb. 213 sm-lik boyu olan nəhəng Valuyevin balacaboy xanımı ilə şəkilləri növbəti dəfə diqqət çəkib. Xatırladaq ki, tatar əsilli Valuyev Krım hadisələri zamanı Kreml texnoloqları tərəfindən yarımadaya göndərilən ilk "elçilər"dən idi. Peşəkar boks karyerası zamanı dəfələrlə onun UDAR Partiyasının lideri Vitali Kliçko ilə söz atışması olub.
2014-03-23
12,335
İtmiş təyyarə ilə bağlı Antarktidaya gəmi göndərilir
Malaziyaya məxsus itən təyyarə ilə bağlı Hind okeanında Avstraliyanın rəhbərliyi altında aparılan axtarış işlərində hər hansı təyyarə qalığına rast gəlinmədiyi üçün axtarışın əhatə dairəsi genişləndirilib. "Axar.az" xəbər verir ki, peyklər tərəfindən təyin edilən və itən Malaziya təyyarəsinə məxsus sayılan dəmir parçalarını tapmaq hələ də mümkün olmayıb. Bölgədə olan 6 gəmi də Malaziya təyyarəsinin axtarış işlərinə başlayıb. İtən təyyarədə 153 sərnişini olan Çin axtarış işlərinə ən azı 7 gəmi ilə qatılacağını bildirib. Avstraliya Federal Hökumətinin Baş nazir müavini Varren Truss peykdən təsbit edilən dəmir parçalardan birinin itən təyyarəyə aid olduğunu qeyd edib. Çin həmçinin bildirib ki, buzqıran gəmi ilə Antarktidada axtarış aparacaqlar. İtən təyyarədə olan sərnişinlərin yaxınları isə hava gəmisinin okeana düşmədiyini və sərnişinlərin sağ olduqlarını israr edirlər.
2014-03-23
12,336
Qaxda ikiotaqlı ev yandı
Ötən gün axşam saatlarında Qaxda yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qax rayonu, Ləkit kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə yanğın olub. Nəticədə, evin 1 otağının tavanı 4 kv.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-23
12,337
Sarayda avtomobil yandı
Abşeron rayonunda minik avtomobili yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, rayonun Saray qəsəbəsində şirkətə məxsus "NİSSAN" markalı minik avtomobili yanıb. FHN yanğından mühafizə briqadaları yanğının ətrafa yayılmasının qarşısını alıb. Yanğın 23.05-də söndürülüb
2014-03-23
12,338
Silahlı hücum: Biri polis olmaqla üç ölü - Foto
ABŞ-ın Florida ştatına daxil olan Orlando yaxınlarında baş verən silahlı hücumda bir polis məmuru və iki şübhəli öldürülüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Orlandonun Cənub qərbində səhər saat 04:00 radələrində Robert German adlı bir polis yolda iki şübhəli şəxsi saxlayaraq hadisə yerinə kömək üçün polis çağırıb. Polislər hadisə yerinə gələndə 31 yaşlı Germanın ağır yaralı və polisə atəş açan iki şübhəli şəxsin ölü olduğu bildirilib. Daha sonra yaralı polis də ölüb. Hadisəylə əlaqədar mətbuat konfransı keçirən polis Şerifi şübhəli şəxslərin 20 yaşlarında bir qadın və bir kişi olduğunu bildirib. Intihar etdikləri güman edilən şübhəlilərin kimliyi məlum olsa da istintaq getdiyindən adları açıqlanmayıb.
2014-03-23
12,339
16 Universitet tələbəsinə şok
Misirin Ezhər Universitetində 16 aktivist tələbəyə 3 il həbs cəzası verilib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədəki Polis Akademiyasında baş tutan iclasda məhkəmə Ezhər Universitetinin 16 tələbəsinə "aksiyada iştirak etmək, təhlükəsizlik işçilərinə hücum etmək, icazəsiz mitinq keçirmək, terror təşkilatlarına qoşulmaq, molotov kokteyl istifadə etmək" cinayətlərindən hərəsinə 3 il həbs cəzası vermək qərarına gəlib. Xatırladaq ki, Misirdə iyulun 3-də hakimiyyət dəyişəndən sonra ölkənin bütün bölgələrində mitinqlər olmuşdu. Dekabr ayında Ezhər Universitetində təşkil olunan mitinqdə 16 tələbə təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülmüşdü.
2014-03-23
12,340
Bakıda kafe yandı
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan kafenin içərisinə yığılmış əşyalar 20 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-23
12,341
Krım tatarlarının lideri Nobel mükafatına namizəd olacaq
Mustafa Cəmilovu Nobel mükafatı üçün namizəd göstərmək lazımdır. "Axar.az" xəbər verir ki, bu təkliflə Ukraynanın keçmiş baş naziri Yevqeni Marçuk çıxış edib. O, Mustafa Cəmilovu bu mükafata namizəd kimi təqdim etməklə ukraynalılarla tatarlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirə biləcəklərini bildirib. "Bu, Krım tatarları və Ukrayna üçün çox güclü siqnal olacaq. Dünən mən bu təkliflə çıxış etdim və fikirləşirəm ki, bu, ən ədalətli addım olar". Qeyd edək ki, Yevqeni Marçukun iştirak etdiyi tədbirə eks-baş nazir Yuliya Timoşenko da qatılıb.
2014-03-23
12,342
Terror təşkilatının üzvləri könüllü təslim oldular
Türkiyənin Hakkari vilayətinin Çuxurca rayonunda terrorçular silahları ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olub. Adı açıqlanmayan terror təşkilatının 2 üzvü Çuxurca rayonunun Üzümlü kəndindəki Bayraktepe hərbi hissəsinə gələrək təslim olmaq istədiklərini bildiriblər. Onlar təslim olmağa gələrkən silahlarını da yanlarında götürüblər və silahla birlikdə Türkiyə hökumətinə təslim olublar. Jandarmadakı işləmlər başa çatdıqdan sonra terrorçuların işi məhkəməyə göndəriləcək (ANS).
2014-03-23
12,343
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda daha bir zəlzələ qeydə alınınb. Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ ölkənin cənub bölgəsində baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 06:20:52-də Lənkərandan 25 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub (ANS).
2014-03-23
12,345
Rusların Belbek aviabazasını işğal etmə anları yayıldı - Video
Rusların "Belbek" aviabazasına hücumunun yeni kadrları yayılıb. "Axar.az" xəbər verir ki, görüntülər Yutubda yerləşdirilib. Kadrlarda rus BTR-nin aviabazanın ərazisinə daxil olma anları yer alıb. Qeyd edək ki, Belbek aviabazası dünən ruslar tərəfindən ələ keçirilmişdi.
2014-03-23
12,346
Təcili tibbi yardım maşını ağır qəzaya düşdü
Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. "Toyota Rav 4" markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının "Mercedes" markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var. Faktla bağlı araşdırmalar aparılır ("Lent.az").
2014-03-23
12,347
Könüllü sığorta bazarı 15 faiz artıb
2014-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 22,18 faizi və ya təqribən 21,24 milyon manatı əmlakın könüllü sığortası növləri üzrə yığılıb. Bu növlər üzrə ödənişlər 5,18 milyon manat olub ki, bu da bütün kompensasiyaların təqribən 27,23 faizini təşkil edir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatında deyilir. Əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 21,41 milyon manat həcmində mükafat (4,58 milyon manat dəyərində ödəniş olmaqla), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə ödəniş olmamaqla 5,51 milyon manat mükafat, habelə yanğın və digər risklərdən əmlakın sığortalanması üzrə 3,19 milyon manat mükafat (1,11 milyon manat həcmində ödənişlər), yüklərin sığortalanması üzrə 6,65 milyon manat mükafat (0,3 milyon manat ödəniş), yüklərin sığortalanması üzrə 2,06 milyon manata mükafat (50,47 min manat ödəniş) və s. təşkil edib. 2014-ci ilin yanvar-fevral aylarında mülki məsuliyyətin sığortalanmasının payına 4,33 milyon manat (0,18 milyon manat həcmində ödənişlər) düşüb. Fərdi sığortalanma üzrə mükafatlar 6,73 milyon manat həcmində ödənişlər olmaqla 33,13 milyon manat təşkil edib. Bununla yanaşı, bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 1,77 milyon manat (219,67 min manat həcmində ödəniş), könüllü tibbi sığorta üzrə yığımlar 31,37 milyon manat (6,51 milyon manat məbləğində ödəniş), xaricə gedən vətəndaşların sığortalanması üzrə yığımlar 0,22 milyon manat (36,99 min manat həcmində ödəniş) təşkil edib. Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə yığımların ümumi həcmi 11,9 milyon manat məbləğində ödənişlər olmaqla (62,88 faiz) 54,36 milyon manat (mükafatların ümumi həcminin 59,33 faizi) təşkil edib. Ümumilikdə könüllü sığortanın bütün növləri üzrə mükafatların xüsusi çəkisi 2014-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta yığımlarının 78,29 faizini, kompensasiyaların payı isə sığortaçıların bütün ödənişlərinin 67,88 faizini təşkil edir. İl ərzində könüllü sığorta bazarı 14,99 faiz, ödənişlər isə 19,76 faiz artıb. Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 2014-ci ilin ilk 2 ayı ərzində 91,62 milyon manat (il ərzində 16,32 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 19,02 milyon manat (17,33 faiz artım) olub. Hesabatda yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti göstərilməyib. (Trend)
2014-03-23
12,348
Krımoğlu: “Rus vətəndaşlığına keçməyin” deyə bilmərik
Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu Ukrayna Parlamentinin Krım tatarlarını yerli xalq olaraq nəzərdə tutan qanun layihəsinin qəbulunu gecikmiş addım sayıb. "Axar.az" məlumat verir ki, "Əl Cəzirə" kanalının suallarını cavablandıran Krımoğlu digər məqamlara da aydınlıq gətirib: "Biz rus pasportu alacaq Krım tatarlarından Ukrayna pasportunu saxlamağı da tövsiyyə edəcəyik. Krım tatarlarına "rus vətəndaşlığına əsla keçməyin" deyə bilmərik. Ukraynaya nisbətən, Rusiyada əmək haqları iki dəfə artıqdır. Odur ki, bu istiqamətdə zorluq çəkən şəxslər arasından Rusiya vətəndaşlığını seçənlər ola bilər. Fəqət bu şəxslərin Ukrayna vətəndaşlığını qoruması gərəkdir". Türkiyənin Krım tatarlarına verə biləcəyi mümkün dəstəyə gəlincə, Krımoğlu bildirib ki, qardaş ölkə elə ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım tatarlarının hüquqlarının qorunmasına səy göstərib. O, əlavə edib ki, Türkiyənin bu məsələdə daha aydın mövqeyi yaxın günlərdə bəlli olacaq. Krımoğlu həmçinin Türkiyənin hərbi sahədə ata biləcəyi addımlara da toxunub. Onun sözlərinə görə, NATO-ya üzv olduğundan, qurumun məsələyə yaşıl işıq yandırması gərəkdir. Digər tərəfdən isə Türkiyə ilə Rusiya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bütün bu şərtlər Türkiyənin yaxın vaxtlarda atacağı addımlara təsir edən amillər olacaq.
2014-03-23
12,349
Prezidentin mühafizəçiləri jurnalisti öldürdü
İraqın paytaxtı Bağdadda prezident Cəlal Təlabaninin mühafizəçiləri tərəfindən öldürüldüyü iddia edilən Azad İraq Radiosunun Bağdad nümayəndəsi Məhəmməd Bədəvi hadisəsi ilə bağlı bu ölkədə gərginlik səngimək bilmir. "Axar.az" xəbər verir ki, Bədəvinin ölümü ilə bağlı prezidentin ofisindən açıqlama verilib. Bildirilir ki, Bədəvinin nəzarət məntəqəsindən keçərkən dayanması üçün əmr verilsə də, o buna məhəl qoymayıb, nəticədə də açılan atəş nəticəsində öldürülüb. İraq Baş naziri Nuru Əl Malikinin mətbuat xidmətindən verilən açıqlamada isə mühafizəçilərin həbsi üçün əmr çıxarıldığı qeyd olunub.
2014-03-23
12,350
Ermənistan Azərbaycan ərazisi kimi göstərildi - Video
Türkiyənin "Samanyolu" telekanalında yayımlanan "Şefkat Tepe" serialında maraqlı məqam diqqət çəkib. Məlumata görə, serialıın 143-cü bölümündə fonda görsənən xəritədə tarixi torpaqlarımız - Dərbənd, Borçalı, Zəngəzur, Göyçə mahalı Azərbaycanın ərazisi kimi göstərilib. Bununla yanaşı xəritədə Ermənistan bütövlükdə Azərbaycanın ərazisi kimi görünən ərazi ilə eyni rəngdə bir dövlətin ərazisi kimi təqdim edilib. Vətənpərvərlik ruhunda çəkilən, Türkiyənin daxili problemlərinə həsr olunmuş bu serialda fonda da olsa, həmin xəritənin təkrar-təkrar göstərilməsi çox güman ki, təsadüfi deyil. Serialın həmin bölümünü təqdim edirik. Xəritə 1:38 dəqiqədə görsənir (AzNews.az ).
2014-03-23
12,351
Xəstə əsgərlərə hospitalın həyəti süpürtdürülür – Foto
Naxçıvan Hərbi Hospitalının həyətini burda xəstə yatan əsgərlərin özlərinə təmizlədirlər. Bu barədə "Axar.az"a həmin hərbi hospitalda vaxtilə müalicə aldığını bildirən əsgərlərdən biri məlumat və şəkillər göndərib. Onun sözlərinə görə, bu fotolar 21 mart 2014-cü ildə çəkilib: "Bu hospitala adətən ağır xəstələr gətirirlər. Əsgərlərin əlindəki süpürgələrdən də aydın görünür ki, bayram günü həyəti xəstə əsgərlərin özünə təmizlədiblər. Bu, ilk növbədə əsgərə hörmətsizlikdir, xəstəyə isə zülm etməkdir", - deyə keçmiş əsgər bildirib. Mənbə həmçinin Naxçıvan Hərbi Hospitalının Naxçıvan Dövlət Universiteti şəhərciyi ilə iç-içə olduğunu da qeyd edir və bu kimi halların tələbələrə mənfi təsir etməsindən narahatlığını dilə gətirir. Qeyri-iş günləri olduğundan, Naxçıvan Hərbi Hospitalından münasibət öyrənə bilmədik. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
2014-03-23
12,352
ARDNŞ-nin iri enerji layihəsi başa çatır
2014-cü ildə ARDNŞ tərəfindən avroistiqrazların növbəti yerləşdirilməsi məsələsi aktual deyil. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. O, qeyd edib ki, şirkət daha uzun, yəni 30 illik ödəniş müddətinə malik istiqrazlar buraxmağı nəzərdə tutur: "Bundan başqa, bu yaxınlarda Azərbaycanın suveren avrobondlarının debüt yerləşdirilməsi aparılıb, ona görə də biz hazırda diqqəti bazarın öyrənilməsinə cəlb etmişik". Vitse-prezidentin sözlərinə görə, hazırlıq prosesi uzun müddət tələb edir və buna görə də növbəti yerləşdirmənin müddəti və həcmi haqqında danışma hələ tezdir: "Bu parametrlər bazarın monitorinqinin nəticələrindən və şirkətin maliyyə resurslarına tələbatından asılı olacaq". ARDNŞ artıq iki buraxılış həyata keçirib. İlk buraxılış 2012-ci ildə 5,45 faiz gəlirliliklə və ödəniş müddəti 2017-ci ilin fevralında olmaqla 500 milyon dollar həcmində olub. İkinci yerləşdirmə isə 2013-cü ilin martında Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Afrika bazarlarında artıq bir milyard dollar həcmində 4,75 faiz gəlirliliklə 10 illik müddətə yerləşdirilib. Bu dəfə onlara tələbat emissiyaların həcmini üç dəfə üstələyib. (Trend)
2014-03-23
12,353
Tatarlar refrenduma gedir
Ukraynaya bağlı olan Krımın keçən həftə referendum nəticəsində Rusiyaya birləşdirilməsindən sonra, yarımadada yaşayan tatarlar da gələcəklərini müəyyən etmək üçün referenduma getməyə razı olduqlarını bəyan ediblər. "Axar.az" xəbər verir ki, Krım Tatar Məclisinin sədri Refat Çubarov tatarların referendum qərara almaq istəyini bildirib. Çubarov qeyd edib ki, "Referendumda alınacaq qərara görə müstəqil şəkildə addım atacağıq. Yeni Krım rəhbərliyinin təzyiqlərinə məruz qalmadan sülh şəraitində məsələni həll edəcəyimizə inanırıq". Qeyd edək ki, Krımda 300 minə yaxın tatar yaşayır.
2014-03-23
12,354
Türkiyədə Quqla giriş qadağan edildi
Tvitterə girişin qadağan edilməsindən sonra Türkiyə hökuməti indi də dünyaca məşhur Quql ümumdünya axtarış sisteminin DNS ünvanlarını bağlayıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Baş nazirin Bursa mitinqindəki "Tvitterin kökünü kəsəcəyik" deməsindən sonra Türkiyədəki internet istifadəçiləri indi də Quql axtarış sisteminin imkanlarından istifadə edə bilmir. Bu addım qarşısında hətta Türkiyə Prezidenti Abdulla Gül də çətin vəziyyətdə qalıb. Belə ki, bir çox dünyaca məşhur xəbər saytlarının DNS ünvanları Quqla bağlı olduğundan, bu portala girişin qadağan edilməsi həmin saytlara daxil olmağı da əngəlləyir. Hələlik Türkiyə hökuməti məsələyə aydınlıq gətirməyib.
2014-03-23
12,355
Suriyada daha 15 azərbaycanlı öldürüldü
Son 3 gün ərzində Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşən daha 15 azərbaycanlı öldürülüb. "Axar.az"ın məlumatına görə, bu barədə Suriyada yaşayan həmyerlilərimizdən biri "Jam.az"a xəbər verib. Məlumatda deyilir ki, onlar ard-arda keçirilən əməliyyatlarda, Derra və Hələb istiqamətində gedən döyüşlərdə həlak olublar. Suriyadakı azərbaycanlıların elə döyüşdükləri ərazilərdə dəfn olunduğu bildirilr. Azərbaycanlılardan ibarət dəstənin digər üzvləri onların məzarı üzərində intiqam və qisas andı içiblər. Xatırladaq ki, Suriyada döyüşən azərbaycanlıların sayı rəsmi olaraq məlum deyil. Məlumatlara görə, onların ümumi sayı 150 nəfərə yaxındır. Amma bu rəqəm çox da ola bilər. Həmin həmyerlilərimizin əksəriyyəti vəhabi dini cərəyanının üzvləridir və onların Suriyaya göndərilməsi də vəhabi şeyxlərinin apardığı ideoloji təbliğatın nəticələridir.
2014-03-23
12,356
Bakıda dəhşətli qəza: 1 uşaq öldü, 4 yaralı
Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində "Subaru Forester" və "Kia" markalı iki avtomobil toqquşub. Nəticədə "Subaru"da olan sürücünün 1 yaşlı övladı Rzayev Sadiq Əkbər oğlu hadisə yerindəcə keçinib. Daha 4 nəfər isə ağır yaralanıb. Bildirilir ki, "Subaru" markalı avtomobil yola arxa-arxaya çıxarkən yüksək sürətli "Kia"nın zərbəsinə tuş gəlib. Qəzada yaralananlar arasında həlak olmuş azyaşlının atası və digər ailə üzvləri də var. ("Lent.az")
2014-03-23
12,357
Müxalifətdən Fətullah Gülənə böyük dəstək
"Türk Dili Olimpiyadasının keçirilməsinə qoyulan qadağanı qəbul etmirəm". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə CHP lideri Kamal Kılıçdaroğlu çıxış edib. O, Ərdoğanın Türk Dili Olimpiyadalarına qoyduğu qadağanı məntiqsiz adlandırıb. "Bir diktatordan başqa şey gözləmək olmaz. O ancaq qadağa qoyar. Həqiqətən niyə yasaq qoyulduğunu hələ də anlaya bilmirəm. Bu qadağanın doğru olduğuna inanmıram". Qeyd edək ki, bir müddət öncə Ərdoğan Türk Dili Olimpiyadaları ilə bağlı xarici ölkələrdəki səfirlərinə qadağa qoymuşdu.
2014-03-23
12,358
Tatarlara qarşı təzyiqlər başladı
Krım tatarlarına qarşı təzyiq edilməyə başlanılıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat Krım Rusiyanın təsirinə keçdikdən bu təzyiqlərin güclənməyə başladığını yazıb. "Artıq dükan, avtobus və digərlərdə tatarlara təzyiqlər artır. Bəlkə də bu bölgədə partlayışa səbəb olacaq. Əsas məsələ tatarları yenə də provakasiya çəkməklə bağlıdır. Hələ sonun necə olacağını heç kim bilmir". Qeyd edək ki, Krımda referendum keçirilməzdən əvvəl Rusiya tatarlara yarımadanın idarəetməsində əsas vəzifələrin 20%-ni verəcəyini bildirmişdi. Bununla bərabər isə tatar dilinin qanunvericiliklə status qazanacağı deyilmişdi.
2014-03-23
12,359
Türk həkimlər azərbaycanlı jurnalistin diaqnozundan şoka düşdülər
Tanınmış jurnalist, "Xalq qəzeti"nin sabiq Baş redaktoru Mahal İsmayıloğlu səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyədə müayinədən keçib. Bu barədə məlumat verən jurnalist Memarial Xəstəxanasının Qazientepdəki bölümündə müayinə olunduğunu bildirib. M.İsmayıloğlunun sözlərinə görə, Türkiyədəki həkimlər ona Bakıda qoyulan diaqnoza baxıb heyrətləniblər: "Mənə Bakıda xərçəng diaqnozu qoyulmuşdu. Bu səbəbdən də neçə müddət idi böyrəkdəki "şişin" qarşısını almaq üçün xərçəng əleyhinə ağır dərmanlar qəbul edirdim. Bunun nəticəsində damarlarda şişkinlik yaranmışdı, az qalırdı partlasın. Qazientepdəki həkimlər isə bunu görüb şoka düşdülər. Təsəvvür edin ki, ankoloji xəstə olmayan adama ankoloji xəstələr üçün iynə-dərman vurulur. Orda həkim dedi ki, Bakıdakı həkiminin telefonunu ver, danışım, sənin başına bu nə oyundur açıb. Burda həkim mənə demişdi su içmə. Orda həkim deyir sənin böyrəyinin təmizlənməsi üçün əksinə, çoxlu su içməlisən. Yaxud burda demişdilər ancaq "kaşa" ye. Orda isə "ən yaxşı yeməkləri ye ki, orqanizmin güclü olsun" dedilər". M.İsmayıloğlu bildirdi ki, onun sağ böyrəyində çatışmazlıq aşkar edilib. Bunun üçün də aprelin 2-nə əməliyyat yazılıb: "Mən ayın 1-də Türkiyəyə qayıtmalıyam ki, bir gün sonra əməliyyat olunub. Sağ böyrəyim artıq fəaliyyətini tamam itirib. Sol böyrək olsaydı, bir o qədər problem olmazdı. Ancaq sağ böyrəyin əməliyyatı ürəyə də təsir edir deyə, riskli sayılır". Jurnalistin sözlərinə görə, əməliyyat üçün tələb olunan 12 min dollar vəsaitə ehtiyacı var. Odur ki, imkanlı və xeyirxah adamların yardımına ümid edir. M.İsmayıloğlu onu da bildirdi ki, yanlış müalicə nəticəsində onun səhhətinə ağır zərbə vurulmaqla yanaşı, maddi tərəfdən də xeyli ziyana düşüb: "3-4 min manat pul xərcləmişəm. Bu bəladan qurtarım qayıdım, bu məsələ ilə də məşğul olacağam" (Musavat.com).
2014-03-23
12,360
Abdullah Gül dinlənilməsindən danışdı
Türkiyənin Prezidenti Abdullah Gül Hollandiya səfərindən qabaq Tvitterin bağlanması və danışıqlarının dinlənilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Gül internetdə hər hansı bir ünvanlara girməyin əngəllənməsinin qanuni olaraq mümkün olmadığını və istəklərinin tamamilə başqa olduğunu deyib: "İnternetin hər hansı bir şəkildə tamamilə bağlanılması qanunla mümkün deyil. Ancaq oralardakı bəzi səhifələrlə və profillərlə bağlı cinayət işi açılıb və söhbət yalnız cinayət işi açılan internet ünvanlarından gedir. Mən inanıram ki, bu addımlar Tvitter rəhbərliyi tərəfindən anlayışla qarşılanacaq və bunların hamısıyla əlaqədar lazım olan tədbirlər görüləcək. Bu tip qadağalar məsələ öz həllini tapandan sonra aradan qalxacaq". Abdullah Gül də dinlələnibmi? Bir müddət öncə Baş nazir Ərdoğan Prezident Gülün də dinlənildiyini demişdi: "Hörmətli Abdullah Gülü də dinləyirlər. İndiki zamanda bunu ona görə açıqlamırlar ki, hazırda mənimlə "məşğul olurlar", vaxtı gələndə onun dinlənilmələrini də açıqlayacaqlar". Ərdoğanın açıqlaması ilə bağlı sualları cavablandıran Abdullah Gül özünün də dinlənildiyini istisna etmədiyini bildirib: "Yaranmış vəziyyət onu göstərir ki, bəzi vəzifəli şəxslər dövlətin onlara verdiyi səlahiyyəti aşaraq, qanunların ziddinə olaraq, kimlərinsə danışıqlarını dinləyiblər. Bunların hamısı cinayət fəaliyyətidir. Bunlar hüquq çərçivəsində sübut edilməli və onlar qanunlar çərçivəsində cəzalandırılmalıdır. Özümün dinlənilməyimə gəlincə isə onu deyə bilərəm ki, baş vermə ehtimalını istisna etmirəm. Çünki texnologiyanın inkişaf edərək gəlib çatdığı indiki nöqtədə bunları etmək mümkündür". Dinlənilməsindən danışan Abdullah Gül səs yazısının çıxmasından narahat olmadığını da bildirib: "Amma bunu demək istəyirəm ki, bu mövzularla əlaqədar hər hansı bir narahatlıq və qorxu keçirməyimdən söz gedə bilməz". Jurnalistlərin suallarını cavablandıran prezident Suriyadakı Süleyman Şah Türbəsi və onun yaxınlığında ucalan türk bayrağına qarşı Əsəd rejimi tərəfindən edilən təhdidlərə də cavab verib: "Ora Ana Vətən xaricindəki tək torpağımızdır, Türkiyə torpağıdır. Ana Vətən necə qorunursa, ora da o cür qorunacaq".
2014-03-23
12,361
Krımda döyüşən ermənilər Qarabağa qayıdır - Şok
Qarabağ erməniləri Krımdan geri göndərilirlər. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat serblərdən sonra ermənilərin də geriyə qaytarıldığını bildirib. "Ermənilərin bir hissəsi artıq geriyə göndərilib. Onlara artıq Krımda gərək olmadığı bildirilib. Səbəb kimi isə Rusiya ordusunun yarımadada yerləşdirilməsi göstərilib. Bir qrup erməni isə hələ də Krımda qalacaq. Onların hansı məqsədlə istifadə olunacağı bilinmir".
2014-03-23
12,362
Ronaldo “Mançester Yunayted”ə qayıda bilər
"Real Madrid" klubunun lideri Kriştianu Ronaldo "Mançester Yunayted"ə geri dönə bilər". "Axar.az" xəbər verir ki, bu sözləri "Real" klubunun keçmiş prezidenti Ramon Kalderon söyləyib: "Heç nədə 100%-lik əmin olmaq olmaz. Mən bilirəm ki, "Real"a keçməzdən əvvəl o bildirmişdir ki, "Mançester Yunayted" onun ikinci evidir, Aleks Ferqyuson isə atasıdır. Lakin nəticədə, o, Madridə yerləşdi. Ola bilər ki, karyerasının növbəti mərhələsində yenidən "Mançester Yunayted"ə qayıtsın. Keçmiş prezident Kriştianunun uğurunun sirrini də açıqlayıb: "Kriştianunun uğurunun sirri ondadır ki, o, hər səhər duranda qabağına dünənkindən daha yaxşı olmaq məqsədi qoyur. Bu da onu məğlubedilməz edir. Mən həyatımda heç vaxt onun kimi bir oyunçuya rast gəlməmişəm".
2014-03-23
12,363
Zəncirvari qəza törədib qaçdı - Şamaxı yolunda
Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində zəncirvarı qəza baş verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, yarım saat bundan əvvəl 90 CG 244 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində maşınını 90 RG 879 dövlət nömrə nişanlı "Kia Sorento"ya çırpıb, o da öz növbəsində öndə gedən 99 FF 919 nömrəli "Passat Volsfagen"ə, "Volsfagen" isə 90 MF 095 nömrə nişanlı "Lənd Kruzer"ə dəyib. Qəzanı törədən 90 CG 244 dövlət nömrə nişanlı "Mersedes" dərhal qəza yerindən uzaqlaşıb. Hadisə yerində olan Dövlət Yol Polisinin əməkdaşı baş leytenant Elçin Həsənov müxbirimizə bildirib ki, qəzanı törədən avtomobil axtarışa verilib. Qəza yerinə evakuatorlar cəlb edilib. Ölən və yaralanan yoxdur.
2014-03-23
12,364
Ukraynanın Krımı unutmaq vaxtı çatıb
"Hakimiyyət başına keçənlər Yanukoviçdən heç də geri qalmırlar". "Axar.az" xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Taras Çornovil söyləyib. Çornovilin sözlərinə görə, artıq Krım barədə düşünməyi yaddan çıxartmaq vaxtı çatıb: "İndi Krım barədə düşünmək lazım deyil. Beynəlxalq təşkilatlar vasitəsilə Krımda yaşayan və Ukraynaya sadiq olan insanların hüquqlarını qorumaq və təmin etmək lazımdır. Onlar ilk növbədə Krım tatarlarıdır. Çünki onlar Rusiyaya birləşmək anneksiyasını dəstəkləməyiblər. Digər əsas məsələ isə Ukraynanın digər sərhədlərini qorumaqdır. Rusları Çonqordan bir neçə kilometr uzaqlaşdırmaq lazımdır".