date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-20
12,155
Qobustan qoruğunda uçqun – Foto
Qobustan Dövlət Tarix və Bədii Qoruğunda iri və dərin çatlarla müşahidə olunan uçqunlar baş verib. "Axar.az"ın məlumatına görə, uçqunlar əsasən Kiçikdaş ərazisini əhatə edir. Açılan dərin yarğanlar qoruq ərazisində tarixi abidələri təhlükə altında qoyub. Yerli sakinlərin bildirdiyinə görə, bu ilin qış aylarından başlayan uçqunlar yazın gəlişi ilə daha da genişlənib. Hələlik əraziyə mütəxəsislərin baxış keçirmədiyi və hər hansı tədbir almadığı söylənilir. Qeyd edək ki, Qaradağ rayonu ərazisində, Qobustan qəsəbəsi yaxınlığında yerləşən Qobustan Dövlət Tarix və Bədii Qoruğu dünyanın ən qədim yaşayış məskənlərindən hesab olunur. Ayrıca muzeyin də fəaliyyət göstərdiyi qoruqda əsasən mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s. var. Qoruq ərazisində tarixi abidələrin böyük hissəsi Böyükdaş və Qavaldaş qayasındadır. Sakinlər Kişikdaşdan başlayan sürüşmənin Böyükdaşı da əhatə etməsini istisna etmirlər. Çünki uçqun getdikcə genişlənir.
2014-03-20
12,156
Bu şəhərdə havanın da, suyun da... - Fotoreportaj
"Gəncənin özünəməxsus memarlıq ənənələrinin qorunub saxlanılması üçün şəhərin tarixini tədqiq edən alimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır". Bu barədə "Axar.az"ın müxbirini məlumatlandıran Gəncə Elm mərkəzinin elmi işçisi Elnur Həsənov deyib: "Bu şəhərin hər daşı canlıdır, burada havanın da, suyun da, ağacların da Gəncə dili var. Şəhərdəki təmir bərpa işləri xüsusi qaydada aparılır". Gəncə şəhərindən olan fotoreportajı təqdim edirik.
2014-03-20
12,157
ABŞ Rusiya bankının hesablarını dondurdu
Krım böhranı ilə əlaqədar olaraq ABŞ prezidenti Barak Obama sanksiya tətbiq ediləcək rusiyalı milyarderlərin siyahısının artırılması barədə qərar aldıqlarını açıqlayıb. "Axar.az" xəbər verir ki, Obama Rusiyaya xəbərdarlıq edərək daha sərt sanksiyaların hazırlandığını bildirib. Obama tətbiq ediləcək rusiyalı səlahiyyətlilərə qarşı sanksiyaların siyahısına 20 nəfəri yenidən əlavə edib. ABŞ lideri daha sonra vurğulayıb ki, "Ukrayna böhranı daha da təhlükəli duruma gəlib. Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyik. Bundan əlavə Rusiyaya məxsus "Bank Rossiya"nın hesabları dondurulub".
2014-03-20
12,158
Timoşenko Ukraynanın gələcəyi ilə bağlı qərar verdi
Bu gün Ukraynanın sabiq baş naziri və keçmiş dustaq Yuliya Timoşenko "Batkkivişina" partiyasının parlamentdəki fraksiyasının iclasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmək fikrindədir. Bu barədə fraksiya üzvləri xəbər sızıdırblar. Timoşenkonun niyyəti barədə mediaya danışan deputat deyib ki, Timoşenko seçkiqabağı kampaniyaya özünün rəhbərlik edəcəyini deyib, çünki onun ən yaxın adamı Aleksandr Turçinov Ali Rada sədrinin və prezidentin səlahiyyətlərini icra edir. Sabiq baş nazirin bu fikrinə parlamentdə təmsil olunan digər deputatların isti baxmadığı bildirilir. Ona görə də o, seçkilərə yalnız "Batkvişina"nın namizəd kimi qatıla biləcək. ("Musavat.com")
2014-03-20
12,159
Azərbaycan imperiyaya çevriləcək – Şok video
Azərbaycan Osmanlı imperiyasının yerini tutacaq. "Axar.az" xəbər verir ki, bu "Youtube" sosial şəbəkəsində yerləşdirilən videoda özünü əks etdirib. Həvəskarlar tərəfindən hazırlanan videoda Azərbaycanın öncə Böyük Turan İmperiyasının tərkibinə daxil olacağı əks etdirilib. Turan imperiyası ləğv olunduğu zaman ölkəmiz Rusiya daha sonra isə Ərəb xəlifəliyinin daxilində özünə yer edir. Sonda isə Azərbaycan özü inkşaf edərək ərazilərini 100 dəfədən artıq genişləndirir. Yaxın Şərq və Şimali Afrikanı öz tərkibinə salır. Müəlliflər bayrağımızda əks olunan aypara və gerbin imperiyanın sonuna yaxın yəhudi simvolu əvəz olunduğunu göstərir. Qeyd edək ki, hazırlanan video təxəyyül əsasında formalaşıb.
2014-03-20
12,160
Azərbaycanlı müğənni xalasıgildən oğurluq etdi
Xəzər polisi rayon ərazisində törədilən oğurluq faktının üstünü açıb. Mərdəkan sakini Mavi Tapdıqova evinə naməlum şəxslərin soxulması haqda polisə şikayət verib. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, xanımin evinə bacısı oğlu, 20 yaşlı Elnur İsgəndərov soxulub. Şübhəli şəxs qismində saxlanılan Elnur İsgəndərov törətdiyi əməlini etiraf edib. Günorta vaxtı xalası Mavi Tapdıqovanın evdə olmamasını bilərək pəncərədən evə daxil olub. Mənzili ələk-vələk edən Elnur oradan bir ədəd noutbuk tapıb. Elnur İsgəndərov oğurluq yolu ilə əldə etdiyi pula dostlarına qonaqlıq verib. Spirtli içkinin təsirindən ayılmamış isə o, polis tərəfindən saxlanılıb. Müğənniliklə məşğul olan Elnur İsgəndərov oğurluğu xalasının evindən etməsini belə izah edib. "Dedim ki, xalamın evidir. Ona görə məndən şikayət etməz. Ona görə də getdim girdim evə". Xalasının şikayəti əsasında saxlanılan Elnur İsgəndərovun barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. (ANS)
2014-03-20
12,162
Azərbaycanda cəza çəkən 11 İran vətəndaşı geri qaytarılır
Bu yaxınlarda Azərbaycanda həbsdə olan bir neçə İran vətəndaşları öz ölkəsinə qaytarılacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, diplomatik missiyanın konsulu Möhsün Molayi dünən 11 nömrəli həbsxanaya ziyarət edərək, orada saxlanılan İran vətəndaşları ilə görüşüb. M.Molayi bildirib ki, saxlanılan şəxslərlə əsas narahat edən məqamı ondan ibarətdir ki, saxlanılanların qohumlara Azərbaycana gəlməsi və onlarla görüşməsi maddi cəhətdən çətindir. Konsul həmçinin əlavə edib ki, həbsdə saxlanılan şəxslər özləri bildiriblər ki, cəzasının qalan hissəsini İranda çəkmək istəyirlər. Konsulun sözlərinə görə, Novruz bayramı günləri ərzində bir neçə həbsdə olan Iran vətəndaşı ölkəsinə qaytarılacaq. M.Molayi həbsdə olan digər iranlıların da öz ölkəsinə qaytarılacağına ümidvar olduğunu bildirib. Konsul bildirib ki, hazırda Azərbaycan həbsxanalarında təqribən 210 İran vətəndaşı saxlanılır. Onların çoxu narkotiklərin satışı və daşımasına görə həbs olunub.
2014-03-20
12,163
Rusiyadan ABŞ-a hədə dolu mesaj
Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlamışdı. Bundan dərhal sonra Rusiyada ABŞ-a qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. "Axar.az" xəbər verir ki, Rusiya da amerikalı səlahiyyətli nümayəndələrə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib və onların bank hesabları dondurulub. ABŞ-ın Rusiyaya qarşı sanksiyaların tətbiqinə start verilməsindən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, "Kimlərinsə şübhəsi olmasın, Rusiyaya qarşı düşməncə atılacaq hər bir addımın cavabı veriləcək". Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın köməkçiləri Daniel Pfayffer, Benjamin Rods, Nümayəndələr Palatasının spikeri Con Beyner, senator Con Makkeyn, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Kerolayn Atkinson, Senatda Çoxluqlar fraksiyasının lideri Qarri Rid, Senatın xarici işlər üzrə Komitəsinin sədri Robert Menendes, senator Meri Lendryu və senator Daniel Koysun Rusiya ərazisinə girişi qadağan edilib.
2014-03-20
12,164
Goranboyda ağır yol qəzası: ölənlər var
Goranboyda yol qəzası baş verib, ölənlər var Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 11 km aralı) "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü hadisə yerində vəfat edib. Deformasiyaya uğramış "Kia" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1973-cü il təv. Əhmədov Hikmət Komisar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, digər sürücü 1988-ci il təv. Məmmədov Nicat Mürşüd oğlunun meyiti vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2014-03-20
12,165
Bizim kəndimizə Novruz belə gələrdi...
20-ci əsrin 80-ci illərində kəndimizdə - Muğan torpağında, Salyanın Varlı kəndində Novruz necə qarşılanırdı və necə keçirilirdi? Bunları yazmaqda fayda görürəm. Nədəni bu ki, artıq bu adətlərin bəziləri unudulub və unudulmaqda davam edir və əminəm bunları yazmasam, kimsə yazmayacaq. Həm də uşaqlıq illərim ötən əsrin 80-ci illərinə düşüb deyə, bu dövrdə Novruzun qarşılanma sürəcinin davamlı olaraq "fəal iştirakçısı" olmuşam. Novruz kəndimizə martın 21-də yox, bundan bir ay əvvəl gələrdi; lakin insanların çöhrəsinə, davranışına, duyğularına gələrdi. Özəliklə bu bayramın gəlişi bir ay öncədən çocuqların həyatında daha çox duyulurdu. Beləliklə; Yumurtadığırlatdı – bir ay öncədən yumurtadığırlatdı yarışı başlardı. Uşaqların ən sevimli oyunu idi. Kəndin bəlli yerlərində yumurtanın rahatlıqla 2-3 metr məsafədə dığırlana biləcəyi yerlər seçilirdi. Növbə ilə 2-2 olmaqla yumurta dığırlatmağa başlardıq. Seçim uşaqların özlərinə buraxılardı. Növbə ilə əvvəl uşağın biri yumurtanı dığırladır, digəri isə onun yumurtasını hədəf seçərək dığırladardı. İstəkdən aslı olaraq bu 3-5 dəfə təkrar olunardı. Yəni rəqibin dığırlatdığı yumurtanı nişan alaraq dığırlatmalı və dığırlatdığın yumurta onun yumurtasına toxunmalı idi. Kim rəqibinin yumurtasını daha dəqiq nişan almış olsaydı o, qazanmış sayılardı. Uşaqlardan kimisi bu oyundan əliboş, kimisi də bir neçə yumurta "qazanaraq" sevinclə geri- evlərinə dönərdi. Yumurtadöyüşdü – həm dığırlatmaq, həm də döyüşmək üçün yumurtalar xüsusi olaraq seçilirdi. Dığırlatmaq üçün seçilən yumurtaların daha çox dairəvi olmasına, daha çox dığırlana biləcəyinə, "yoldan çıxmayacağına" üstünlük verilirdisə, döyüşmək üçün möhkəm, daha gec sına biləcək yumurtalar seçilirdi. Bunun üçün əvvəlcə evdə olan bütün yumurtaları döyüşdürər və ən sona bərk yumurtaları seçərdik. Bu üzdən həmin dönəmdə soyuducularda sınmamış yumurta tapmaq müşkül məsələ idi. Bu oyun üçün 1-2 ay öncədən yumurta seçib saxlayanlar da olurdu. Belə ki, yumurtadöyüşdü oyunu üçün seçilən yumurtalar nə qədər köhnə olardısa, "döyüş qabiliyyəti" bir o qədər yüksək olardı. Bəzən öncədən uduzub-uduzmayacağımızı bəlli etmək üçün rəqibin yumurtasını dişimizə vurar, özəlliklə qaynanmış olub-olmadığını yoxlayar və bundan sonra yumurtalarımızı döyüşdürüb-döyüşdürməyəcəyimizə qərar verərdik. Yumurtanın qaynanmış olmadığına əmin olmaq üçün onu hamar yerin üstündə fırladardıq. Bu zaman yumurtanın qaynanmış olub-olmadığını asanlıqla bəlli edərdik. Çiy yumurta 1-2 dəfədən artıq fırlanmaz. Əyər yumurta 3-4 dəfə və bundan daha artıq fırlanardısa, qaynanmış olduğuna qərar verərdik. Maşalatdı - ən sevimli adətlərimizdən idi. Köhnə parçaları bir yerə toplayıb məftillə möhkəm-möhkəm sıxardıq. Sonra onu neft dolu qablara qoyardıq. Burada bir neçə gün qalan maşal (bəziləri ona lopa da deyirdi) nefti canına çəkərdi və bu da həmin maşalın xeyli müddətə yanmasını təmin edərdi. Bayram günü maşallarımızı (məşəl) götürüb dəstə-dəstə kəndin çöllərinə dağılışardıq. Maşalı bir neçə dəfə fırladar və mümkün qədər daha yuxarı tullamağa çalışardıq. Hər məhlənin uşaqları maşal atmaq üçün ayrı-ayrı yerlər seçərdi. Hərəmizin 1-2 ehtiyat maşalımız da olardı. Bizdən xeyli uzaqda bir neçə yerdə uşaqların bizim kimi səs-küylə maşal atmasını da seyr edərdik. Gecə yarısına qədər maşalatdı oynardıq. Qurşaqatdı - bu sevimli adəti də icra edərkən dəstələr şəklində olardıq. Kənd yerində geniş həyət-baca var deyə, özümüzü ələ verməmək üçün gətirdiyimiz torbaları qapının ağzına qoyar və bir az aralıdan qapını balaca daşla vurardıq. Bu gecə qurşaq atılacağına hazır olan ev adamları dərhal səsi duyar və qapıya çıxardı. Torbaya Novruz bişmələri, qoz-fındıq, meyvə qoyduqdan sonra yenidən qapının ağzına qoyar və evə - gizlinə çəkilərdi. Uzaqdan bütün bunları gizlicə seyr edərdik. Ev əhli içəriyə çəkilən kimi torbanı götürüb digər evlərə "hücum çəkərdik". Tonqalqaladı - Çərşənbələrdə həyata keçirilən adət idi. Tonqal qalamaq və üstündən tullanmaq işində kimsə geri qlmazdı. Evdə lap bələkdə körpə varsa belə, o da həyətə gətirilər, "balamın ağırlığı-uğurluğu odda qalsın" - deyə üç dəfə tonqalın üstündən keçirilərdi. Əyər evdə həyətə düşə bilməyən xəstə varsa, onun əvəzindən tonqalın üstündən üç dəfə tullanmaq digərləri üçün vacib əməl idi. Bu işdə əsgərlikdə və səfərdə olanlar da unudulmazdı. Mütləq onların da əvəzinə tonqalın üstündən tullanar və "filankəsin ağırlığı-uğurluğu odda qalsın" – deyilərdi. Çərşənbə ocağının külü müqəddəs sayılardı. Səhər yuxudan duran kimi axşam qalanan tonqalın külünü bir qaba yığar və bağlara səpərdilər ki, bağ ruzili, bərəkətli olsun. Qapıpusdu - bu adət uşaqların o qədər də marağında deyildi. Qapı pusmağa əsasən ağlıkəsən adamlar və nisbətən böyük uşaqlar gedərdi. İnanırdılar ki, qapını pusarkən evdən xoş söhbət eşitsələr, növbəti il onlar üçün çox yaxşı keçəcək. Ev adamları bu adətə də hazır olarlardı. Evdə uşaqlar ərköyünlük edəndə, bir-birinə qışqıranda evin böyüklərindən kimsə: "A bala, bir-birinizlə xoş danışın, xoş söz deyin, birdən qapı pusan olar", – deyərdi. Bu sözü evdə danışılanların açığa çıxmasından qorxduğu üçün deyil, qapıpusanın kefsiz halda geri qayıtmaması üçün deyərlərdi. Bayramlaşma - bu Novruz bayramı günü həyata keçirilərdi. İnsanlar dəstə-dəstə bütün evlərə gedər və hər kəsə xoş arzularını bildirərdilər. Hətta il uzunu bir-birinin evinə getməyən, yolda rastlaşanda dilucu salamlaşan adamlar həmin gün bir-birini əziz adamları kimi dindirərdi. Bu prosesdə ilk olaraq kənddə olan xəstələr və keçən Novruzdan sonra evində dünyasını dəyişmiş kimsəsi olanlar ziyarət olunardı. Bu zaman insanlar evlərdə çox oturmaz, uzaqbaşı bir-iki qoz-fındıq yeməklə kifayətlənərdi. Çünki bu gün hər kəs ən azı 25-30 evdə olmalı, bayramlaşmalıdır. Hər kəs gələnləri xoş üzlə qarşılar, gələn də xoş üzlə evə daxil olardı. Nişanlı qızlara oğlan evindən bayramlıq - yaşlılar buna "bayramcalıq" da deyərdi - gələrdi. Bayramcalıq axır çərşənbədə, yaxud Novruzdan bir gün əvvəl və ya bir gün sonra da ola bilirdi. Şərçıxarma - bu, Novruzun bizim üçün ən sirli və maraqlı adəti idi. Evlərdə maşal düzəldilər və həmin maşal bir-bir bütün otaqlarda gəzdirilərdi. Bu ayini əsasən analar gerçəkləşdirərdi. Od vasitəsilə evlərdən şər ruhları qovardılar. Kürsülü evlərdə od evin altında da gəzdirilərdi. Bu zaman mal-qaranın yatıb-durduğu yerlər və hətta toyuq hinləri də unudulmazdı. Mal-qaranın və toyuq-cücənin çıxdığı qapının hər iki tərəfində ocaq qalanar və bütün heyvanlar iki odun arasından keçirilərdi. Bununla heyvanları şər ruhlardan qoruyardılar. Evtökmə - bayram öncəsi xalça-palazı, yorğan-döşəyi təmizləmək üçün evdən həyətə çıxaradılar. Buna el arasında "evtökmə" deyilirdi. Bu günlərdə "əlimdə işim çoxdu, evləri tökmüşəm", yaxud böyüklərin "ay bala, işinizi qurtarın, evləri tökün, qabaqdan əziz gün gəlir", – kimi ifadələr eşitmək olardı. Yaşlılar bu təmizliyi ilahi borc kimi həyata keçirərdilər. Bəzən də Novruzun dini bayram olduğuna inandıqları üçün "Əlinin qırmızı bayramı gəlir, ev-eşiyi təmiz saxlayın" – kimi sözləri ağbirçəklərin dilindən eşidərdik. Əlbəttə, o zaman bu bayramın milli, yoxsa dini bayram olması biz uşaqlar üçün önəmli deyildi. Önəmli olan bu bayramın varlığı və bizim yerə-göyə sığmayan sevincimiz idi. Evləri tökərkən qapı-pəncərənin boyanması, divarların ağardılması, evlərin silinib-süpürülməsi, həyət-bacanın səliqəyə salınması yaddan çıxarılmazdı. Səmənigöyərtmə - bu işdə əsasən evin qızları fəal olardılar. O zamanlar kəndimizdə çox adamın evində ayrı-ayrı buğda və arpa anbarı olardı. Səməni göyərtmək üçün ötən il zəmilərdən yığılmış buğda arıtlanar və əkmək üçün isladılardı. Bəzən səməni göyərtmək üçün arpa və ya qarğıdalı da seçilərdi. Ağsaqqallar və ağbirçəklər arasında qarğıdalıya peyğəmbər buğdası deyənlər də vardı. Bayram günü belinə qırmızı kəmər bağlanmış səməni xonçaya və süfrəyə xüsusi gözəllik verərdi. Bayramdan bir neçə gün sonra səməniləri axar suya – Kür çayının kəndimizdən keçən qollarından birinə atardılar. Erkənqalxma - Novruz bayramı günü kəndin ən tənbəl adamı belə səhər yerindən erkən qalxar, bu gün yuxudan gec duranın il uzunu yatağan olacağına inanılardı. Kimsə erkən oyanmazdısa mütləq evdən başqa biri onu oyadar, əsla günçıxana qalmasına izn verilməzdi. Hər kəs hava tam işıqlaşmamış yerindən qalxar, öncə əl-üzünü yuyar və bütün ailə evə toplanardı. Bundan sonra evdə olan hər kəs bir-birinin bayramını təbrik edər, çoxdandı bir-birlərini görmürmüş kimi mehribancasına görüşüb öpüşərdilər. Hər kəs bir-birinə xoş arzularını və niyyətlərini bildirərdi. Qəbirüstü - elin hamılıqla icra etdiyi adətlərdən biridi. Adətən Novruza yaxın şənbə və ya bazar günü icra olunur. El arasında buna qəbirüstü günü də deyilir. Həmin gün el bir araya gəlir. Hamılıqla qəbiristanlığa gedilir. Bizim kənddə Qəbirüstü günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, kəndimizin böyük hissəsi 55-60 il öncə Şamaxının Dağ Kolanı kəndindən gəldiyi üçün hələ də dünyasını dəyişənləri Dağ Kolanının Girdə və Qışlaq qəbiristanlığında dəfn edirlər. Kənddən Qışlaq qəbiristanlığına qədər 70 km. məsafə var. Öncədən bir-birilə yola düşəcəyi vaxtı dəqiqləşdirən kənd adamları səhər tezdən eyni vaxtda qəbiristanlığa üz tutardılar. Maşın karvanında ən azı 10-12, bəzən 15-20 maşın ard-arda düzülərdi. Yolun uzaq olduğunu bilən hər kəs evdən hazırlıqlı çıxardı. Özləri ilə su, çay, yağ, kartof-soğan, ət və sair götürərdilər. Qabaqcadan hazırlanmış bişmiş yemək götürənlər də olurdu. O gün bəlkə də elin ən çox birləşdiyi, bir arada olduğu gün olardı. Qəbiristanlıqda öncə hər kəs öz dünyasını dəyişənlərinin məzarını və bundan sonra digər qəbirləri ziyarət edir. Qəbir daşlarının üstünə bayram bişmələri qoyulur, qəbirlərə su səpilir. Qurandan surələr oxunur, sonra isə uzaq yoldan gələn bu adamlar süfrə açır. Dünyasını dəyişənləri söhbətlərində yad edə-edə samovar çayı içir, gətirdiyi və burada bişirdiyi yeməkləri yeyirlər. Səhər hava işıqlananda kənddən çıxan adamlar bir də axşam geri qayıdardı. Ayrılanda ölümdən sonra həyatın varlığına inanan Kolanı elatının bəzi ağbirçəkləri qəbiristanlığa üz tutaraq "Biz getdik, siz də salamat qalın" – deməyi də unutmur. Kənddə ayrılanda isə hər kəs bir-birinə "Allah ziyarətini qəbul eləsin", – deyərdi. İnsanlar dünyasını dəyişənlərin qəbirlərinin ziyarət olunmasının Tanrı qatında savab olduğuna şübhə etməzdilər. Qeyri-rəsmi bayram Novruz günü kəndimizdə qeyri-rəsmi iş günü olmazdı. Hər kəs işini bayrama qədər yekunlaşdırmağa çalışardı. Həyətində inək, dana, qoyun-quzu saxlayan adamlar belə bu günə qədər bütün ehtiyatlarını görərdilər. Çünki bilirdilər, bayram günü uşaqlara iş buyurmaq olmaz. Növbə ilə dövlət işində işləyən adamlardan başqa kimsəni bayram günü işləyən görməzdin. Bu gün işləmək hətta günah sayılardı. Kiminsə övladını bağda-bağçada işləyən görsəydilər, onun valideyni ciddi qınaq obyekti olardı. Bu da əsasən cavanların işinə yarayardı. Həmin gün evdə olan heyvan-qaraya ikiqat ot atılar, toyuq-cücəyə verilən arpa-buğdaya isə hədd qoyulmazdı. Bundan əlavə mütləq toyuq-cücəyə bayram aşından verilərdi. Hətta həyətdə saxlanan it-pişik belə, bu bayramın gəlişini hiss etməli idi. O gün onlara da bol-bol ət və digər yeyəcək verilərdi. Savabı daha çox olsun deyə, itə və pişiyə verilən ətin üzərinə duz səpməyi də unutmazdılar. Bayram günü inəklər sağılmaz və bütün günü balası ilə bir yerdə olardı. Həmin günü buzovlar anasından bol-bol süd əmərdi. Bu gün inəkləri sağmaq günah iş tutmağa bərabər sayılardı. Namiq Hacıheydərli (Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri) 10 mart 2014-cü il
2014-03-20
12,166
Azərbaycanlı fəhlələr aksiya keçirdi
Güney Azərbaycanın Qürvə şəhərinin Zaqros Pulad zavodunun fəhlələri İranın İş Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. "Axar.az" xəbər verir ki, etiraz aksiyasında tələb fəhlələrin aylardır verilməyən əməkhaqları olub. İşçilərin etirazı qismən təmin edilib və aksiyasından sonra 224 işçinin 8 ay verilməmiş əməkhaqqılarının 4 ayı verilib. İşçilərin biri mətbuata bildirib ki, fəhlələr Qürvədən Tehrana gedib İş Nazirliyinin qarşısında etiraz aksiyası keçirəndən sonra fabrikin sahibkarları, rəhbərlik və işçilər arasında sözləşmə imzalanıb və maaşlarının yarısını alıblar. Bildirilir ki, fabrikdə çalışan 50 nəfər işsiz kimi qeydiyyatdadır və əməkhaqqı məsələsinə etiraz etmədikləri üçün onlara maaş verilməyib.
2014-03-20
12,167
Ərdoğanla Tatlısəsin döymə müzakirəsi – Foto
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs dünən gecə seçkiqabağı təbliğatına davam edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla qarşılaşıb. "Axar.az" xəbər verir ki, bir müddət Ərdoğanla söhbət edən İdonun qolundakı döymələr Baş nazirin diqqətini çəkib. İdo döymələrin mənasını izah edən zaman onların birgə şəkli çəkilib. İ.Tatlısəsin oğlu da həmin şəkli sosial mediada oxucuların müzakirəsinə təqdim edib.
2014-03-20
12,168
AB rus məmurların pulunu Ukraynaya verdi
Avropa Birliyi (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyə və Serbiya kimi namizəd ölkələrin də qoşulmasını tələb edib. AB rusiyalı 21 dövlət rəsmisinin bank hesablarını dondurmaqla yanaşı, bu şəxslərin birliyə üzv ölkələrə səyahət etməsinə də sanksiya tətbiq edib. Avropa Birliyi 21 dövlət rəsmisinin adının qeyd olunduğu sənədi birliyə üzv və namizəd olan ölkələrə göndərib. Sənəddə bildirilir ki, adıçəkilən 21 şəxsin bank hesabları dondurulsun, onların ölkəyə girişi qadağan olunsun, dondurulan bank hesabları Ukraynanın dövlət büdcəsinə köçürülsün. (ANS)
2014-03-20
12,169
Siyəzəndə məktəb yandı
Siyəzən rayonunda məktəb ərazisində yanğın olub. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 200 kv.m olan köməkçi tikilinin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-20
12,170
Hüseyn Dəryanın toy görüntüləri yayıldı - Video
Mərhum repçi Hüseyn Dəryanın toyunun görüntüləri yayılıb. Reper iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi Sevda adlı xanımla olub. Hüseynin toyundan görüntüləri sizə təqdim edirik. Qeyd edək ki, mərhum repçinin ilk evliliyindən Ayşən adlı qızı var. (ANS)
2014-03-20
12,171
Türkiyə DİN teraktla bağlı açıqlama yaydı
Türkiyənin Niyde vilayətinin Ulukışla rayonunda əməliyyat keçirən təhlükəsizlik xidmətlərinə silahlı hücumla bağlı bu ölkənin Daxili İşlər naziri açıqlama yayıb. "Axar.az" xəbər verir ki, Niydə vilayətində 1 polis məmuru və 1 əsgərin şəhid olması ilə nəticələnən silahlı hücumu Daxili İşlər naziri Efkan Ala ölkədə xaos yaratmağa cəhd kim dəyərləndirib. Nazir terrorçulara məxsus əl bombalarının ələ keçirildiyini və seçkiyə günlər qalarkən belə bir olayın törədilməsinin bir məqsədə xidmət etdiyini bildirib. Xatırladaq ki, bu gün Türkiyənin Niyde vilayətinin Ulukışla rayonunda əməliyyat keçirən təhlükəsizlik xidmətlərinə silahlı dəstə hücum edib və nəticədə 2 nəfər həlak olub.
2014-03-20
12,172
2050-ci ildə bu ərzaqlar yox olacaq
İqlimin dəyişilməsi ilə əlaqədar olaraq 2050-ci ildə bir çox ərzaqlar yox olacaq. "Axar.az" xəbər verir ki, amerikalı alimlər 2050-ci ildə yox olacaq ərzaqlar barədə məlumat veriblər. Bu ərzaqlar arasında ərəb qəhvəsi yer alıb. Belə ki, qəhvə ağacları bakteriyalara qarşı çox həssas olduğundan, bu ərzağın məhdudlaşmasına, hətta yox olmasına gətirib çıxara bilər. Alimlərin fikrincə, iqlimin dəyişilməsi yer fındığına, balıqlara, bir sıra meyvələrə, fransız şərabı Bordoya da təsirsiz ötüşməyəcək.
2014-03-21
12,173
Abdullah Öcalanın azadlığa çıxacağı tarix açıqlandı
Türkiyənin Sülh və Demokratiya Partiyası (BDP) lideri Pərvin Buldan Abdullah Öcalanın 2015-ci ildə azadlığa çıxacağını bildirib. "Axar.az" xəbər verir ki, Pərvin Buldan həmçinin 2015-ci ilin kürdlərin ili olacağını vurğulayıb. Buldan Avropa İnsan Hüquqları Məhkəməsinin Abdullah Öcalanın haqqında verdiyi qərara münasibət bildirərək 2015-ci ildə bütün siyasi məhbusların azadlığa çıxacağını deyib. Hakimiyyətlə danışıqlar aparmalarının bir nəticə vermədiyini bildirən Buldan artıq sülhə ehtiyaclarının olduğunu qeyd edib.
2014-03-21
12,174
"Qalatasaray" dünya ulduzunu transfer edir
Türkiyənin "Qalatasaray" futbol klubu ispaniyalı tanınmış oyunçu "Atletiko Madrid"in şərəfini qoruyan David Vilyanın transferi ilə bağlı razılığa gəlib. "Axar.az" xəbər verir ki, "Atletiko"nun hücumçusu David Vilya yeni mövsümdən İstanbul komandasında oynaya bilər. Madrid klubunda matçlarda çox şans verilməyən təcrübəli futbolçunun illik gəlirini rəhbərlik azaltmaq istəyir. Ancaq buna razı olmayan Vilyanın "Qalatasaray"a transferi real görünür. İspaniya mətbuatı yazır ki, "Qalatasaray" klubu Vilya ilə razılığa gəlib.
2014-03-21
12,175
Futbol matçında 5 futbolçu öldürüldü
Hondurasda naməlum şəxslər futbol meydançasında 5 futbolçunu öldürüblər. "Axar.az" xəbər verir ki, hadisə paytaxt Tequsiqalpenin yaxınlığında yerləşən Santa Rosa kəndinin stadionunda yerli komandaların futbol matçı zamanı baş verib. Oyun zamanı stadiona naməlum şəxslər avtomobillə yaxınlaşaraq, futbolçulara atəş açmağa başlayıblar. Futbolçulardan üçü elə futbol meydançasında ölüb. İki futbolçu qaçmaq istəsə də meydançadan kənarda gülləyə tuş gələrək həyatlarını itiriblər. Daha üç nəfər isə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. Məlumat üçün bildirək ki, Hondurasda cinayətkarlığın ən yüksək həddidir. Cinayətlərin əsas hissəsi narkotik maddələrlə bağlıdır.
2014-03-21
12,176
Ukrayna hərbçilərinin bir hissəsi Rusiyaya tərəf keçdi
Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinin 72 hərbi bölməsi və müəssisələrində Rusiya bayrağı qaldırılıb. Bu barədə Krım rəhbərliyi xəbər yayıb. "Ukrayna Silahlı Qüvvələrinin 72 hərbi bölməsinə və müəssisəsinə 6 hərbi gəmi, Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid 25 gəmi daxildir. Bu hərbi hissələrin komandirləri könüllü olaraq Rusiya Silahlı Qüvvələrində hərbi xidmətlərini davam etdirməyə qərar veriblər. Hazırda sözügedən qarnizonlarda və gəmilərdə Rusiya Federasiyasının bayrağı dalğalanır", - deyə Krım rəhbərliyinin verdiyi açıqlamada bildirilir. (ANS)
2014-03-21
12,177
Əsil təhsil belə olar - Video
Vyetnamda çəkilən bu görüntü izləyənləri heyrətləndirib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, çay sularının çoxaldığına görə məktəb yolunu keçə bilməyən şagirdlərin dərsdən aralı düşməməsi üçün müəllimlər maraqlı üsul tapıb. Onlar şagirdləri plastik torbalara salaraq, suyun üzündə qarşı tərəfə keçirib. Bu şəkildə təhsillərinə davam edən şagirdlər dərsdən qayıdan zamanda eyni çətinlikləri yaşayır. Həmin videonu təqdim edirik.
2014-03-21
12,178
İrandan Ərdoğanın şiələr barədə sözlərinə sərt reaksiya
İranın yüksək səviyyəli din alimi Türkiyənin Baş naziri Ərdoğanın televiziya proqramlarından birində şiələrlə bağlı səsləndirdiyi fikirlərin utancverici hal olduğunu elan edib. "Axar.az" xəbər verir ki, Ərdoğanın Fətullah Gülənlə bağlı çıxışı zamanı nurçuları şiələrin keçmişdəki durumuna bənzədərək "Şiələr bunların əlinə su tökə bilməz" deməsi din alimi Ayətullah Nasirin kəskin narazılığına səbəb olub. İranlı dini lider açıqlamasında "Türkiyə baş naziri, şiələri yalan söyləmək, böhtan atmaqda günahlandırıb. Özündən soruşuram. Şiələr kimə yalan deyib? Kimə böhtan atıb".
2014-03-21
12,179
Onun üçün Azərbaycan yox, Caz vardı…
Bakı musiqisinin xəmiri cazla yoğrulub. İlin hər fəslində Bakı havasından bir caz ətri gəlir. Caz əsl bakılının musiqisidir. Caz not deyil, bir başa improvizədir. Yaranma tarixi ötən əsrə təsadüf edən cazın Azərbaycanda azad ifası cəmi bir il davam edir. 40-cı illərdə Stalin caza "kapitalist musiqisi" damğası vurur. "Kapitalist musiqisi" qadağan edildikcə daha da sevilirdi. Bakı restoranlarından eşidilməsə də, tək-tük evlərdən bu musiqinin sədaları gəlirdi. 50-ci illərdə yoxa çıxmış caz gənc bir bakılı oğlanın timsalında yaddaşlara qayıdır. Həm də yeni üslubda. Əvvəllər onun ifalarını heç kəs duymurdu. İndi o, dünya caz musiqisinin salnaməsinə əbədi həkk olunub - Vaqif Mustafazadə... Sizin kimi blüz çala bilməyi çox istərdim Onun geyimi, saç düzümü, hərəkətləri də həmyaşıdlarından fərqlənirdi. Öz vətənində sevilməyən Vaqif əcnəbi ölkələrdə mükafatlara layiq görülürdü. Bir gün Mustafazadə Monokoda keçirilən caz festivalına dəvət edilir. Festivalın fərqi onda idi ki, burada ifaçının adı, bəstənin müəllifi və təmsil etdiyi ölkənin adı anonim saxlanırdı. Yalnız qalibin adı sonda açıqlanacaqdı. Müsabiqənin sonunda yüzlərlə yad adlar içində bizə doğma "Azərbaycan. Vaqif Mustafazadə" səslənir. O, festivalın ən yüksək mükafatına layiq görülür. Vaqif Azərbaycanda və dünyada ilk "caz-muğam" janrının əsasını qoyur. "Bibop" və "modern-caz"ın əsasını qoymuş trubaçalan Dizzi Gillespi V.Mustafazadəni dinlədikdən sonra deyir: "Onun musiqisi, sanki, başqa planetdəndir. Bu, gələcəyin musiqisidir". Bu, hələ uğurun başlanğıcı idi. Az sonra dünya rok musiqisinin banisi Bi Bi Kinq də Vaqifin ifasına heyran qalır. Günlərin birində təsadüfən rastlaşan musiqiçilər çox səmimi görüşür və Kinq Vaqifə "Cənab Mustafazadə, məni "blüzün kralı" adlandırırlar. Ancaq sizin kimi blüz çala bilməyi çox istərdim", - deyir. Dünya mətbuatında onun haqqında çox eşitmək olardı. ABŞ-da "Caz-Taym" radio proqramının müəllifi Uillis Konnover: "Vaqif qeyri-adi pianoçudur. Onun tayı-bərabəri yoxdur", - bildirmişdi. Bakılıların sevmədiyi bakılı cazmen Mustafazadənin uğurları Tallində davam edir. Konsert rəhbərliyi ondan burada qalmağı xahiş edir. Amma Vaqif festivaldan sonra Bakıya dönür. Bakıda isə yenə onu laqeydlik, biganəlik, soyuqluq gözləyirdi. Cazmen bunlara məhəl qoymadan, 1969-cu ildə Bakıdakı caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyən həmvətənləri isə canfəşanlıqla onun əleyhinə təbliğat aparatını işə salırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirirlər. Onun televiziyada solo konsert vermək cəhdləri də boşa çıxır. Hətta ona qarşı sui-qəsd təşkil olunur. Xoşbəxtlikdən sağ qalır. Nəhayət, cazmen Daşkənddə konsert vermək qərarına gəlir. Son ifa, son konsert Konsertə yüksək səviyyədə hazırlaşan Vaqif səhnəyə son dərəcə əsəbi, incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış halda çıxır. Çünki Daşkənddə konsertin təşkilatçıları onu aldatmışdılar. Bakıda hazırlanan afişalar "Daşkəndin küçə və meydanlarında asılıb" vəd etsələr də, şəhərdə konsertlə bağlı bir elana da rast gəlinmir. Hətta musiqi sevənlər də Vaqifin konsertindən bixəbər idi. Zalda gözə tək-tük adam dəyir və onlar da konsertdən təsadüfən xəbər tutmuşdular. Buna baxmayaraq, Vaqif piano arxasına keçir və ifa etməyə başlayır. Konsert zamanı bərk stress keçirən cazmen konsertdən bir neçə saat sonra güclü ürək ağrıları keçirib və ürəyi dayanıb. Atasının ölümü barədə qızı Əzizə Mustafazadə öz qeydlərində yazır: "Həyatımdakı bəzi hadisələr çox qəribədir. Atam mənim 10-cu ad günüm ərəfəsində vəfat etdi. 1979-cu il idi. Bizim ailəmizə məxsus tarixi günlər bir-birinə çox bağlıdır. Anam 17 dekabrda doğulub. Mənsə 19 dekabrda doğulmuşam. Atam 16 dekabrda vəfat edib, 18-i isə torpağa tapşırmışıq. Bu tarixlər - 16, 17, 18, 19 - ailəmizin bütün kədər və şən günlərini birləşdirir. Ümumiyyətlə, mən ölümə inanmıram. Bu, sadəcə bioloji bir şeydir. Mənim üçün atam, sadəcə, Yer üzünü tərk edib. Mən hələ də onun enerjisini hiss edirəm ətrafımda. Bəzən mənə elə gəlir ki, o, mənim ətrafımda uçur. Elə konsertlər olub ki, onun varlığını çox güclü hiss etmişəm, hətta deyərdim ki, görmüşəm. Elə bil, ona toxunacaq kimi hiss etmişəm. İnsanlar atamın ölümü ilə çox maraqlanırlar. Mənimsə yadıma bunlar gəlir. Atam Daşkəndə konsert üçün gedəndə (evi tərk edən vaxt) hamamımızda divardan asılmış güzgü düşüb sındı. Bəzi insanlar gülə bilərlər, amma bu, həqiqətdir. Mən ağlamağa və ona yalvarmağa başladım: "Getmə bu səfərə". Əlbəttə, mən başa düşmürdüm nələr baş verəcəyini. Amma yalvarırdım getməməsi üçün. Axrıncı dəfə onunla telefonla danışanda dekabrın 15-i idi. "Nə vaxt gələcəksən? Səni sabah görmək istəyirəm", - dedim. O isə: "Yox, bu, mümkün deyil, çünki mənim konsertim var. Amma əzizim, narahat olma. Qayıdacam və ananın ad günündə birlikdə olacağıq. Ancaq gələ bilmədi". "Əzizə mənim üçün Cazizədir" Cazmenin qızı atası ilə bağlı xatirələrində Azərbaycanda ona olan münasibətin səbəblərindən də yazır: "Onun üçün Azərbaycan yox "Cazərbaycan", Əzizə yox "Cazizə" vardı. O, hər şeyi cazla birləşdirirdi. Onun sonuncu konserti ərəfəsində həkimlər ona səhnəyə çıxmamağı tövsiyə ediblər. Lakin o, israrla səhnəyə çıxmaq istədiyini deyib. Zal, demək olar ki, boş olub. Həmin gün Aşura günü qeyd olunurmuş Daşkənddə. İnsanlar küçələrdə özlərini döyüb İmam Hüseynin ölümünü yad edən vaxt atam səhnədə çıxış edirdi. Konsertdən sonra güclü ürək ağrıları keçirib və vəfat edib. Maraqlıdır, nəyə görə konsert bu günə planlaşdırılmışdı? Bu təbii ki, bilərəkdən hazırlanmış bir şey idi. Cazı sevməyən sovet sistemi Vaqifin konsertini Aşura gününə təyin etməklə ona olan nifrəti daha da artırırdı. Atam güclü stressdən vəfat edib. Onlar o qədər ağır konsert cədvəli hazırlayırdılar ki ona! Xüsusən də, elə günlər seçirdilər ki, adam az gəlsin konsertə. Onu pərt etmək üçün əllərindən gələni edirdilər. Ənənəyə görə, o gün (Aşura günü) konsert vermək olmazdı. Atam xaricdən, xüsusilə Amerika, Avropanın müxtəlif ölkələrində keçirilən festivallara xüsusi dəvət alırdı. Bir dəfə o, Finlandiyaya caz festivalına dəvət alır. Təyyarə qalxmağa az qalmış, ona yaxınlaşıb "Cənab Mustafazadə, qayıdın. Sizi kimsə gözləyir". Vaqifə oyun oynamışdılar. O, gəlib heç kimi tapmamışdı və beləliklə, həm təyyarəni, həm də festivala qatılmaq şansını itirmişdi. Bu cür hadisələr çox olub. Onun gedişini həmişə əngəlləməyə çalışırdılar". "Dünyada ən çox anamı, boya-başa çatdığım İçəri şəhəri, bir də dənizi sevirəm", - deyən Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına qalib gəlir. Sağlığında qədrini bilmədiyi Azərbaycan isə Vaqifin ölümündən sonra onun adı ilə şöhrət qazanmağa çalışır.
2014-03-21
12,180
Şəmkirdə yaşayış evi yandı
Şəmkir rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub və yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-21
12,181
Türkiyədə Tvitter qadağan edildi
Türkiyədə Tvitter-ə qadağa qoyuldu. Bu barədə qardaş ölkənin bütün media quruluşları xəbər yayıblar. Xəbərlərdən görünür ki, bu yasaq rəsmidir. Türkiyənin Nazirlər Kabinetinin mətbuat müşavirliyindən yayılan açıqlamada bildirilir ki, vətəndaşların zərər görməsini təmin etmək üçün Tvitteri əngəlləməkdən ayrı çarə qalmayıb. Buna səbəb bu gün baş nazir Tayyib Ərdoğanın Bursa mitinqində verdiyi açıqlamadır. T. Ərdoğan seçki mitinqində etdiyi çıxışda "Tvitter mivittterin kökünü qazıyacağıq", bəyanatı vermişdi. Tvitterin bu cür kobud şəkildə yasaqlanması gec saatlarda olmasına baxmayaraq, Türkiyə cəmiyyətində şok yaradıb. Türkiyə xəbər qaynaqları bildirir ki, həyata keçirilən yasaqlama tədbiri İstanbul Anadolu 14-cü Asliye Cəza Məhkəməsi, İstanbul Anadolu 5-ci Sülh Cəza Məhkəməsi, Samsun 2ci Sülh Cəza Məhkəməsi və İstanbul Cümhuriyyət Baş prokurorluğu tərəfindən rəsmiləşdirilib. **** Mərkəzi ABŞ-da olan Twitter sosial şəbəkəsi Türkiyədəki giriş yasağına reaksiya verib. Tvitter'dən yapılan açıqlamada, Türkiyədəki istifadəçilərə çib telefonlarının qısa mesaj servisi ilə tveet atmaları tövsiyə edilib. Reuters xəbər agentliyi də "Baş nazir Recep Tayyip Erdoğan'ın dünən Tvitter'i qapatmaqla təhdid etməsindən saatlar sonra Türkiyə çapında giriş əngəllənməyə başlandı" bilgisini abonəçilərinə bildirib. (CHA) Bu məhdudlaşdırmanı ABŞ xarici işlər nazirliyinin sözçüsü və Avropa Komissiyasının digital stratejilərdən sorumlu üzvü Neelie Kroes pisləyib (Musavat).
2014-03-21
12,182
ABŞ Tvitterin bağlanmasına münasibət bildirdi
"Demokratiya ictimaiyyətdən yüksələn fərqli səslərlə güc qazanır" ABŞ Dövlət epartamenti Türkiyədə Tivitterin bağlanmasına münasibəıt bildirdi. Adının gizli qalmasını istəyən departament sözçüsü sosial şəbəkələrin bağlanmasının təşviş yaratdığını deyib. "Demokratiya ictimaiyyətdən yüksələn fərqli səslərlə güc qazanır. Müstəqil və məhdudiyyətlərdən uzaq mətbuat demokratik, açıq cəmiyyətlərin təməl ünsürüdür və eyni zamanda rəsmi səviyyədə şəffaflığı və nəzarətə açıq olmağı təminat altına alır". Bundan əvvəl isə Dövlət Departamentinin məruzəçisi Cen Psaki Ərdoğanın mart ayının əvvəlində telekanallardan birində "Yutub və Feysbuku bağlaya bilərik" sözləri qarşısında açıqlama verərək buna görə qayğılı olduqlarını demişdi.(Anspress)
2014-03-21
12,183
Tatarların Türkiyədən rica etdiyi gizli istək bəlli oldu
"Mən Türkiyədən Rusiya üçün boğazların bağlanmasını istəmişdim". "Axar.az" xəbər verir ki, bu sözləri Krım tatarlarının məşhur lideri Mustafa Cəmilov deyib. O bir müddət öncə Türkiyə hakimiyyətiylə apardığı danışıqların mövzusunu açıqlayıb. "Mən Türkiyədən Rusiya üçün boğazların bağlanmasını istəmişdim. Çünki Krım həqiqətən təhlükə altında idi. Onlar isə mənə dedilər ki, onu dediyi addımı yalnız NATO ilə ata bilərlər. Təkcə isə bu mümkün deyil. Türklər əsas səbəb kimi həm də Rusiyadan aldıqları qazı göstərirdilər".
2014-03-21
12,184
ABŞ: "Sərkisyan gərək Rusiyanı seçməyəydi"
"Biz Ermənistanın Krıma qarşı bu cür addım atmasına heyfislənirik". "Axar.az" xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern deyib. O, Ermənistandan belə addım gözləmədiklərini bildirib. "Biz Ermənistanın Krıma qarşı bu cür addım atmasına heyfislənirik. Amma Ermənistan öz seçimini edib". Qeyd edək ki, dünən Ermənistan Prezidenti Serj Sərkisyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Krımın rus ərazisi olduğu bəyan etmişdi.
2014-03-21
12,185
22 yaşlı Hillari: onu heç belə görməmişdiniz - Foto
ABŞ-ın sabiq birinci xanımı və Dövlət Departamentinin keçmiş katibi Hillari Kilntonun gənclik şəkli yayılıb. Sosial şəbəkələrdə yayılmış bu şəkildə xanım Klintonun 22 yaşında olduğu bildirilir. Xanım Klinton 1947-ci il oktyabrın 26-da Çikaqo şəhərində dünyaya gəlib. Kiçik yaşlarından etibarən kilsədə və məktəbdə bir çox sosial fəaliyyətlərdə yaxından iştirak edib. 1964-cü ilin prezident seçkisində 17 yaşında olan Hillari respublikaçı namizəd Barri Qolduoter üçün könüllü olaraq iş aparıb. 1965-ci ildə "Wellesley" kollecində təhsil almaq hüququ əldə edib və burda "Gənc respublikaçılar" təşkilatının sədri olub. 1971-ci ildə "Yel" universiteti Hüquq fakultəsində təhsil alanda Bill Klintonla tanış olur və cütlük 1975-ci ildə ailə qurur. 1992-ci ildə ABŞ-ın birinci xanımı, 2000-ci ildə ABŞ senatının Nyu Yorkdan senatoru, 2008-ci ildə prezidentliyə namizəd, 2009-cu ildə isə Dövlət Departamentinin katibi olub.(Anspress)
2014-03-21
12,186
Xaçmazda ev sahibi ilə birgə yandı
Bakının bu gecəsi yanğınlarla yadda qalıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan köşkdə yanğın baş verib. Nəticədə köşkün üzlüyü və içərisində olan əşyalar yanıb. Xaçmaz rayonu, Çarxı kəndində də yanğın hadisəsi baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Aqil Habil oğluna məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı evdən yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Daha bir yanğın hadisəsi isə paytaxtın Nərimanov rayonunda baş verib. Sahibi məlum olmayan ümumi sahəsi 30 kv.m olan taxta sexinin dam örtüyü yanıb. Masallı rayonu, Şatıroba kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
2014-03-21
12,187
Avropa Birliyindən Rusiyaya daha bir zərbə
Avropa Birliyi iyun ayının 3-də Rusiya ilə keçirilməli olan sammiti ləğv edib. AB-nin nümayəndəsi Herman van Pompey birliyə üzv ölkələrin Rusiya ilə ikitərəfli sammitdən imtina etdiklərini bildirib. Sammit Soçidə keçirilməli idi. AB ölkələri Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı mümkün sanksiyaların 3 mərhələsinin olduğunu bildiriblər. Birincisi - Rusiya- AB baza razılaşması və viza rejiminin liberallaşdırılması haqqında danışıqların dayandırılması, ikinci - fərdi viza sanksiyaları və bir sıra rəsmilərin səhmlərinin dondurulması, Rusiya-AB samitinin ləğvi, üçüncü- iqtisadi sanksiyalar. Rusiya prezidenti Vladimir Putin isə daha öncəki açıqlamalarında müasir dünyada hər şeyinq arşılıqlı olduğunu, bunun üçün də sanksiyalardan inkinin qarşılıqlı olacağını demişdi. Rusiya XİN rəsmi nümayəndəsi də Moskvanın mümkün sanksiyalara cavab verməli olacağını qeyd etmişdi (ANS).
2014-03-21
12,188
Politoloq: "Krım Azərbaycana dərs olmalıdır"
"Krım Azərbaycana dərs olmalıdır" "Axar.az" xəbər verir ki. bu sözlər politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində yazıb. O, Krım hadisələrinin Azərbaycanın da başına gələ biləcəyini deyib. "Ukrayna Krım uğrunda savaşmaq istəmir, Qərb isə xırda-para sanksiyalar xaricində Rusiyaya qarşı hələ ki, hansısa ciddi plan ortaya qoya bilmir. Bu arada BMT baş katibi Pan Qi Mun Moskvaya səfər edərək, az qala Putinə yalvarır ki, "yaxşı Krımı işğal etdin, ancaq heç olmazsa qan tökmə". Krım nümunəsi bizə də yaxşı dərs olmalıdır. Heç kimə, o cümlədən beynəlxalq sazişlərə və hüquqa etibar etmək olmaz". Qeyd edək ki, artıq Krım Rusiyanın tərkibinə daxil olub.
2014-03-21
12,189
Azərbaycanda avtomobil istehsalı artıb
2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 147 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 4,6 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Məlumata görə, hesabat dövründə respublikada 91 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur. Yanvar-fevral aylarında ölkədə 217 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 72,3 dəfə çoxdur. 2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur( Trend ).
2014-03-21
12,190
Yanukoviçin oğlu zorakılıq aktlarının təşkilində suçlanır
Kiyevdə Müstəqillik Meydanının (Maydan) dağıdılmasında, eləcə də yanvarın 26-da Zaporojyedə nümayişçilərə zor tətbiq edilməsində Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandrın əli olduğu bildirilir. Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zaporojyenin prokuroru Aleksandr Şatski mətbuat konfransında bəyan edib. Prokuror deyib ki, hüquq-mühafizə orqanlarının əlində bu barədə materiallar var: "Bu əməliiyyatları Yanukoviçin böyük oğlu Aleksandr işləyib hazırlayıb". Prokuror onu da deyib ki, vilayət hakimiyyətinin nümayəndələri "tituşki" adlanan bandit qruplaşmalarının təşkilatçılığına da qarışıblar. Qeyd edək ki, "tituşki"lər zaporojyelilərin və jurnlistləri kütləvi şəkildə əzişdirmiş, 30-dan artıq adama bədən xəsarəti yetirmişdilər. Hazırda onların barəsində cinayət işi açılıb ("Musavat.com").
2014-03-21
12,191
Nurçuların Azərbaycandakı məktəblərində Gülən testləri - Şok
"Fətullah Gülənin bütün məktəblərində onun həyatıyla bağlı tələbələr arasında sınaq keçirilib". "Axar.az" "Takvim" qəzetinə istinadən xəbər verir ki, testlər üçün hazırlanmış sualların hər biri Fətullah Gülənin "Qürbətdəki müəllim" adlı kitabından götürülüb. Mətbuat hazırlanan sualların hər birinin ölkə daxili, ölkə xaricindəki bütün məktəblərdə şagirdlərə paylanıldığını bildirib. Hazırlanan suallar içərisində Fətullah Gülənin valideynləri və babası haqqında sualların da yer aldığı qeyd edilib. Qəzet hazırlanan sualların adətən 8-ci sinif şagirdləri və ondan böyük insanlar üçün nəzərdə tutulduğunu yazıb. Qeyd edək ki, Fətullah Gülənin dünyanın 160 ölkəsində məktəbi olduğu bildirilir.
2014-03-21
12,192
Ukrayna bu gün AB-yə assosiativ üzv olacaq
Bu gün Ukrayna Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında müqavilə imzalayacaq. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat Ukrayna tərəfindən müqaviləni baş nazir Arseni Yaçenyukun imzalayacağını bildirib. Qeyd edək ki, Ukrayna 29 noyabr 2013-cü ildə Avropa İttifaqı assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etmişdi. O zaman Ukraynanın baş naziri Nikolay Azarov ölkəsinin hələ bu müqaviləyə hazır olmadığını söyləmişdi.
2014-03-21
12,193
Azərbaycanda qar yağacaq
Bu gün qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında mart ayının 21-də günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır. Naxçıvan Muxtar Respublikasında - bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - Səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırlır.
2014-03-21
12,194
Ziyad Səmədzadə bankları ittiham etdi
"Banklar faizləri qaldırmaq üçün xərclərini şişirdirlər". Bu barədə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki yüksək faizlər məqbul deyil: "Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada istifadə edə bilərlər". İqtisadi Siyasət Komitəsinin sədri həmçinin bildirib ki, banklar elə kredit faizləri müəyyən etməlidirlər ki, bu sahibkarlara qazanc əldə etməyə imkan versin: "Bizim sahibkarlarımız daha çox real sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik. Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir. Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir. Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam, ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görədə optimallıq olmalıdır. Bu günki yüksək faizlər məqbul deyil. Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır" (ANS).
2014-03-21
12,195
Ermənistan: "Bu dəfə Azərbaycan günahkar deyil"
Martın 19-da həlak olmuş erməni əsgəri Azərbaycan ordusunun açdığı atəş nəticəsində həlak olmayıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı erməni mətbuatı yayıb. Mətbuat Qarabağda həlak olmuş əsgərin Azərbaycan tərəfindən öldürülmədiyini qəti şəkildə bildirib. Erməni əsgərinin Azərbaycan ordusunun hərbçisi ilə səhv salındığı və atəş açıldığı qeyd edilib. Qeyd edək ki, Ermənistan tərəfi həlak olmuş əsgərlə bağlı Azərbaycan ordusunu günahlandırırdı.
2014-03-21
12,196
Dumada işğala qarşı səs verən yeganə deputat kimdir?
Rusiya Dövlət Dumasının "Spravedlivaya Rossiya" (Ədalətli Rusiya) Partiyasından olan üzvü İlya Ponamaryov Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə bu məsələyə qarşı çıxan yeganə deputat olub. "Axar.az" məlumat verir ki, Panamaryov Krımın ölkəsinə birləşdirilməsini böyük siyasi xəta adlandırıb. Xatırladaq ki, yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı Dövlət Dumasında çıxarılan qanun layihəsinə 445 deputat "hə" deyib, 1 nəfər – İlya Ponamaryov əleyhinə səs verib. Verilən son məlumatlarda artıq Ponamaryova qarşı təzyiqlərə start verildiyi bildirilir.
2014-03-21
12,197
Rusiya ABŞ-dan qisas almağa hazırlaşır
"Diplomatik və siyasi təcrübədə "əks qarşılıq" deyə anlayış mövcuddur. Rusiya Qərbin sanksiyasına cavab hazırlayır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin çıxış edib. O, ABŞ və Avropa İttifaqına qarşı adekvat cavab hazırladıqlarını bildirib. "Rusiya indi Qərbə adekvat cavabın üzərində düşünür. Diplomatik və siyasi təcrübədə "əks qarşılıq" deyə anlayış mövcuddur. Bizim cavabımız adekvat olmalıdır. Mən gizlətməyəcəyəm. Biz indi bunun üzərində düşünürük". Qeyd edək ki, bir müddət öncə ABŞ yüksək vəzifəli Rusiya siyasətçiləri barəsində sanksiyalar tətbiq etmək barədə qərar verib. Amerika siyahısına 20 Rusiya məmuru, biznesmen və parlament üzvləri daxil edilib. Bundan başqa, "Rusiya" bankı da sanksiyalardan yayınmayıb.
2014-03-21
12,198
Kliçkoya ayaqqabı atıldı – Video
Ukaraynanın UDAR Partiyasının lideri Vitali Kliçkonun qardaşı, peşəkar boks üzrə titullu idmançı Vladimir Kliçkoya idman ayaqqabısı atılıb. "Axar.az"ın rus mediasına istinadən məlumatına görə, insident kiçik Kliçko idman zalında məşq edərkən baş verib. Zala daxil olan boks üzrə keçmiş çempion Şennon Briqqs əvvəlcə özünü sakit tərzdə aparsa da, sonra əynindəki köynəyini çıxararaq, Kliçkonu davaya çağırıb. Kliçko isə həmkarının aqressiv hərəkətlərinə arqumentli ifadələrə cavab verib. Bunu görən Briqqs ayaqqabısını Vladimirə doğru atıb. Məsələnin ciddiliyini görən mühafizəçilər Briqqsi bayıra çıxarmaq məcburiyyətində qalıblar. Xatırladaq ki, hələ 2010-cu ildə Briqqs Vladimirin böyük qardaşı, Maydan hadisələrinin öndə gedən siması Vitali Kliçko ilə boks meydanında görüşmüş və ona məğlub olmuşdu.
2014-03-21
12,199
Fətullah Gülən: "Ərdoğan xaindir" - Video
Fətullah Gülənin Ərdoğan haqqında dediyi sözlər növbəti dəfə internetə sızdırılıb. "Axar.az" xəbər verir ki, yeni telefon danışığı "Youtube"da yerləşdirilib. Samanyolu Şirkətlər Qrupunun rəhbəri Hidayət Qaraca ilə danışan Fətullah Gülən Ərdoğanı "uzun" adlandırır. Videonu təqim edirik.
2014-03-21
12,200
Abbas Abbasov Jirinovskini məhkəməyə verəcək
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos"un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Jirnovskiyə cavab verib. Məlumata görə, Ağsaqqallar Şurasının sədri bildirib ki, "AzərRos öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq. O, qeyd edib ki, Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovskinin çıxışında cinayət elementləri var. "AzərRos Ağsaqqallar Şurasının sədri olaraq, Rusiyadakı azərbaycanlılarının və öz adımdan Vladimir Jirinovskinin ekstremal çıxışı ilə bağlı kəskin təəsüfümü bildirirəm. "AzərRos" belə hərəkətlərin yolverilməzliyini qeyd edir və öz həmyerlilərinin hüquqlarının müdafiəsi üçün mübarizə aparacaq. A.Abbasov qeyd edib ki, Rusiya ərazisində 600 min Rusiya vətəndaşı olan etnik azərbaycanlı, eləcə də təxminən yarım milyon Azərbaycan vətəndaşı yaşayır. Açıqlamaları ilə Jirinovski nəinki bütövlükdə Azərbaycan xalqının, həm də onun seçiciləri və Rusiya vətəndaşı olan öz vətəndaşlarının hüquqlarını pozub. "Bunun üçün də biz Jirinovskinin çıxışı ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyik və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq onun təqibinin təşkil edəcəyik. Jirinovskinin etdiyi və dediyi hər şey düzgün deyil və hər şeydən öncə Rusiya və orada məskunlaşan xalqalara qarşıdır. Bu əsas məqsədi çoxmillətli Rusiyada xaos və ixtişaş yaratmaq olan ən kəskin təxribatçıdır. Müxtəlif xalqaların milli dəyərlərini təhqir etməklə Jirinovski xalqlararası ədavəti kəskinləşdirir". "AzərRos" Vladimir Jirinovskinin son kütləvi çıxışları ilə bağlı məhkəmə iddiası ilə RF Baş prokurorluğuna müraciət etmək niyyətindədir. A.Abbasov qeyd edib ki, o, Rusiyanın Azərbaycan icmasının rəhbəri kimi Jirinovskinin ksenefobiya və insana qarşı nifrətlə bağlı çıxışları ilə bağlı qanunvericilik qarşısında məsələ qaldırmaq istəyirəm (ANS). "Azərbaycanlılar qədim mədəniyyətə malik, sülhsevər və tolerant, onu əhatə edən cəmiyyətin qanunlarına riayət etməyə çalışan xalqdır. Konfutsi haqlı idi: "Ağıllı adamlar illər keçdikcə ağıllanırlar, axmaqlar isə daha da təkmilləşirlər".
2014-03-21
12,201
Çempionlar Liqasında fırıldaqçılıq iddiası - Şok foto
Bu gün Çempionlar Liqasında 1/4 finalın püşkü atılacaq. "Axar.az" xəbər verir ki, Çempionlar Liqasında 1/4 final qarşılaşmalarının öncədən təyin edildiyi ilə bağlı iddialar ortaya atılmışdı. Belə ki, hansı komandaların bir-biriylə qarşılaşacağı ilə əlaqədar öncədən məlumat yayılırdı və püşk atmadan sonra bu xəbər təsdiqini tapırdı. Ötən il olduğu kimi bu ildə "Bavariya" "Barselona" bir-birinə rəqib olub. İddia edilən 1/4 finalın qarşılaşmaları aşağıdakı kimidir: "Bavariya" - "Barselona" "PSJ" - Atletiko Madrid" "Real Madrid" - "Mançester Yunayted" "Çelsi" - "B.Dortmund"
2014-03-21
12,202
Ukrayna AB-yə assosiativ üzv oldu
Ukrayna və Avropa Birliyi (AB) arasında assosiasiya haqqında siyasi blok sazişi imzalanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, sənədə AB-nin Brüsseldə keçirilən iki günlük sammiti çərçivəsində imza atılıb. Sazişi Avropa Birliyi Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, Ukraynanın baş naziri Arseniy Yatsenyuk və AB-yə üzv olan 28 ölkənin rəhbəri imzalayıb.
2014-03-21
12,203
Tvitter qadağası ilə bağlı Abdullah Güldən açıqlama gəldi
Dünəndən Türkiyədə Tvitter sosial şəbəkəsinə giriş qadağan edilib. "Axar.az" xəbər verir ki, bununla bağlı olaraq Türkiyə prezidenti Abdullah Gül açıqlama verib. Abdullah Gül bildirib ki, "Sosial şəbəkələrin Türkiyədə tamamilə aradan qaldırılmasından söhbət belə gedə bilməz. Hələ Tvitter kimi nəhəng sosial şəbəkənin. Ancaq şəxsi həyata müdaxilə halları varsa, bunu məhkəmə araşdırır". Qeyd edək ki, Türkiyə Baş naziri Ərdoğan seçki kampaniyası çərçivəsində "Tvitterin kökünü qazıyacağıq" deməsindən sonra Tvitterə giriş əngəllənmişdi.
2014-03-21
12,204
Bakıda yaşayış binasının uçma təhlükəsi yaranıb
Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının damının xarici konstruksiyasının bir hissəsinin uçma təhlükəsi yaranıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2-ci və 3-cü mərtəbələri arasında uzunluğu 3 metr olan dəmir-beton plitə binadan qismən aralanaraq asılı vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir-beton plitənin armaturlarını kəsərək yerə endirmiş və yaranan təhlükəni aradan qaldırıblar. Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.
2014-03-21
12,205
10 yaşlı xanəndə çoban hamını təəccübləndirdi - Video
Feysbuk sosial şəbəkəsində maraqlı videogörüntü paylaşılıb. "Axar.az" xəbər verir ki, mobil telefonun yaddaşına həvəskar şəkildə köçürülən video-kadrlarda təxminən 9-10 yaşlarında olan bir oğlan uşağının muğam oxuduğu təsvir olunub. Yaşının az olmasına baxmayaraq, muğamı az qala peşəkar xanəndələr səviyyəsində ifa edən azyaşlının bu qeyri-adi istedadı həmin görüntüləri izləyənlərin təəccübünə səbəb olub. Sözü gedən videonu təqdim edirik:
2014-03-21
12,206
Sergey Lavrov: "İşğal iddiası Krım xalqına təhqirdir"
Rusiya Xarici işlər naziri Sergey Lavrov Krımın Rusiya tərəfindən işğal edildiyi barədə iddiaların Krım xalqına təhqir olduğunu bildirib. "Axar.az" xəbər verir ki, Sergey Lavrov Federasiya Şurasında çıxışı zamanı qərb həmkarlarının işğal sözünü istifadə etməsini Krım xalqına təhqir kimi qiymətləndirib və xalqın öz gələcək müqəddəratını təyinetmə haqqına sahib olduğunu qeyd edib. Nazir bildirib ki, Krım xalqı rus pasportlarını almağa həvəs göstərir və bu onların Rusiyaya birləşmək istəyinin bariz nümunəsidir. Xatırladaq ki, Rusiya Federasiyası Duması Krımın Rusiyaya birləşdirilməsi qərarını təsdiqləyib.
2014-03-21
12,207
Çempionlar Liqasında yarımfinalın püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələlərinin püşkü atılıb. "Axar.az" xəbər verir ki, Çempionlar Liqası yarımfinal mərhələsinə 8 komanda iddialıdır. Püşkatmanın nəticələrini təqdim edirik: "Real" (İspaniya) - "Borussiya" (Dortmund) "PSJ" (Fransa) - "Çelsi" (İngiltərə) "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)
2014-03-21
12,208
Heydər Əliyev Afat Qurbanovla imtahanımıza girdi... - Fotolar
"Axar.az"ın "Gerçəkləməyən arzular" layihəsində tanınmış rəssam Nəvai Mətinlə görüşmək, rəssamın gerçəkləşən və gerçəkləşməyən arzularına işıq tutmaq, yaşadığı günlərin, ürəyindən keçirdiyi arzuların sorağına düşmək istədik. Vədələşdik və görüşdük. Dünyada yalnız rəssamların günü yoxdur... Emalatxanası çox səliqəlidir. Bura həm də rəssamın reklam şirkətinin ofisidir. Az vaxt olardı ki, Ankaradan səfərdən qayıtmışdı. Elə sualım da bu haqda oldu: - Ankarada Uluslararası Rəsm günündə olmusan... - Bu, "Beynəlxalq Rəssamlar Günü" deyilən bir günün təsdiq olunması üçün növbəti tədbir – toplantı idi. İstəyirik ki, Beynəlxalq Rəssamlar Günü qeyd olunsun... - Yəni istəyirsiz ki, rəssamların peşə bayramı günü olsun? - Əlbəttə. Dünyada bütün peşə adamlarının, hər bir sənətin günü var. Amma Rəssamlar günü deyilən bir gün yoxdur. Bu "Gün" məsələsi Ankaradan tanınmış rəssam Süleyman Şahin,- "Çoban rəssam" adı ilə tanınır, - onun ideyasıdır. 2006-cı ildə Fransada Van Qoqun məzarının ziyarətində olub, orada əminliklə and içib ki, Rəssamlar gününün təsdiq olunmasına nail olacaq. - Və sən də də bu istəyə qatıldın? - Süleyman Şahinlə tanışlığımdan sonra artıq iki ildir ki, bu hərəkata qoşulmuşam. - Necə oldu bu tanışlıq? - Ankarada fərdi sərgim olmuşdu. Süleymanla tanışlığımız da oradan yarandı. Onun yaratdığı təşkilatın Azərbaycan təmsilçisi oldum. Təsəvvür edin, rəssamın şəklinin milyonlarla qiyməti var, amma rəssam özü acından ölür. Yəni rəssam yaşadığı zaman çəkdiyi sənətin elə də dəyəri olmur. Amma öləndən sonra əsərlərinə milyonlarla qiymət qoyulur. Muzeylər acından ölən rəssamın əsəri ilə zənginləşir. Bizim də bu gün istədiyimiz odur ki, rəssamın normal həyat tərzi olsun. - Bütün dünya rəssamlarına, onları birləşdirən təşkilatlara, ittifaqlara Beynəlxalq Rəssamlar gününün yaradılması ilə bağlı müraciət olunubmu? - UNESCO-ya müraciət olunub. Cavab gəldi ki, bayram məsələlərinə iki ildən bir baxılır. O da 2015-ci ilə düşür. Bu məsələ o vaxt təsdiqini tapa bilər. Amma artıq Süleyman Şahin doqquz ildir keçirir bunu, biz də iki ildir qatılmışıq. - Bu doqquz ildə dünyanın hansı yerlərindən rəssamlar dəvət olunub bayram tədbirinə? - Gürcüstandan, Ukraynadan, Rusiyadan, Kosovadan, Bolqarısatandan... Avropanın digər ölkələrindən... - Belə düşünmək olarmı ki, dünya rəssamları öz peşə bayramını keçirəndə nə vaxtsa Süleyman Şahinə və sənə minnətdar olacaqlar?.. - Hər halda bir çaba göstəririk. İnşallah, görək nail ola biləcəyik? Məmməd Əminin nəvəsidir... - Nəvai, siz deyin, baxıram burda müxtəlif janrlarda rəsm əsərləri olsa da, deyəsən daha çox portret çəkmisiniz. Bunlar dostluq xatirinə çəkilən portletlərdi, yoxsa içindən gəlib, çəkmisən? - Səməndər Rzayev rəhmətlik "Bəyin oğurlanması" filmində deyir: "Bu kino ki, var a, çox qəliz məsələdir". Portret də, rəssamlıq da eləcə. Ümumiyyətlə, bütün işlərdə sevgi, istək olmalıdır. Yəni istəmədiyin adamın portretini çəkmək bir az çətin məsələdir. Məsələn, mən Yaşar Nurinin portretini sevə-sevə çəkmişəm, bizim korifey idi. İlham Namiq Kamalın, Arif Quliyevin portretlərini də eləcə istəklə çəkmişəm. Zəka Vilayətoğlunun, Rais müəllimin portretini görürsünüz burda - Məmməd Əminin nəvəsidir. O da Çığatel xanımın portretidir. Gərək istəyin olsun portretini çəkdiyin insana. Adını çəkmək istəmirəm, siz də tanıyırsınız, biri var, içimdən keçdi ki, onun portretini çəkəm, amma onun elə hərəkətini gördüm ki, fikrimdən daşındım. İnanın, tüklərim biz-biz oldu - Məsələn, şairlərdə ilham pərisi deyilən bir şey var. Rəssamlarda necə? - Əslində şəkil çəkmək şeir yazmaqdır və yaxud şeir yazmaq şəkil çəkməkdir. Sadəcə olaraq rəsm şeirdən daha üstündür. Çünki rəsmi istənilən fransız, yunan, amerikan, hər kəs duya biləcək, oxuyacaq. Ruslar şəkil çəkmək demirlər, şəkil yazmaq, oxumaq deyirlər. Mənim bir rəsmim Türkiyədəki sərgidə nümayiş olunurdu. Bir nəfər çox baxdı rəsmə, sonra mənə yaxınlaşdı ki, hocam, adı nə bu rəsmin? "Siz nə fikirləşirsiniz, bunun adı nə ola bilər?" - deyə, mən də ondan soruşdum. Xeyli baxdıqdan sonra dedi: "Mən bu rəsmə baxıb dünyanın fani, yalan olduğunu düşündüm", - dedi. İnanın, tüklərim biz-biz oldu, şəkli çevirdim, arxasında yazmışdım: "Yalan dünya". Rəsmin üstünlüyü ondadır ki, heç bir tərcümə olmadan yazılır. İlham deyilən şey də var, amma istəkdən sonra gəlir. - Nəvai, mən elə başa düşürəm ki, sən uşaq vaxtı rəssam yox, şair olmaq istəmisən? - O mühitdə böyümüşəm... - Sənin doğulduğun məkan, yer ancaq sözlə oynayan bir mühit olub. Necə oldu rəssamlığı önə çəkdin? - Məni uşaq vaxtı nənəm saxlayıb, nənə himayəsində böyüdüyüm üçün bir az ərköyün, bir az həssas olmuşam. Uşaq vaxtı da istədiyim kimi hərəkət eləmişəm, tam sərbəst şəkil çəkmişəm. - İstedadını göstərmək üçün münbüt şəraitə düşmüsən... - Nənə də çəkdiyim şəkilləri o vaxtdan qoruyurdu. Mən şəkil çəkəndə heç kəs mənə mane olmayıb. Rəhmətlik atamdan başqa. Atam ziyalı, istedadlı adam idi, şeir yazırdı, elə mənim adımı da şairliyindən irəli gələrək qoymuşdu. - Görünür, şəkil çəkməyin dərslərinə mane olub... - Həm oxumuşam, həm də şəkil çəkmişəm, əlaçı olmuşam. Mən səkkizinci sinifdən Əzimzadə adına rəssamlıq məktəbinə gəlmək istəyirdim. Atam narazılıq elədi. Sənədlərimi qəsddən yubatdılar. Mən də səkkizdən sonra and içdim ki, dərs oxumayacağam. Onuncu sinif bitirdim, evdən qaçıb gəldim bura, heç bilmədilər ki, haradayam. Bakıda bir rəssamla əlaqəm vardı, nənə uşağı olduğum üçün hər il Bakıya gəlirdim axı, tanış olmuşdum. Bakıya gəlişlərimdən birində, ikinci, ya da üçüncü sinifdə oxuyardım, trolleybusda Səttar Bəhlulzadə ilə də görüşmüşdüm. Əliyev imtahanımıza girdi - Və rəssamlığa qəbul oldunuz? - Həmin tanış rəssamın təklifi ilə sənədlərimi Pedoqoji institutun "Bədii qrafika" fakültəsinə verdim. Demişdi, kəsilsən, Razində rəssamlıq məktəbi var, ora verərik sənədləri... Mən pedoqojiyə qəbul olundum. Kənddə ancaq dördüncü imtahanı verəndə xəbər tutdular. Maraqlı bir şey də deyim. Heydər Əliyev Afat Qurbanovla bir yerdə bizim ədəbiyyat imtahanına girdi. Soruşdu bunlar kimdir? Afat müəllim dedi ki, rəssamlardı. Qayıdıb dedi ki, çox dərindən imtahan götürməyin, bunlar elə bilir ki, şəkil çəkirlər hər şeyi bacarırlar, gərək onda hamısını kəsəsiniz. Sonra müəllim getdi arxaya, hamı çıxartdı, köçürhaköçür başladı, hamıya üç yazmışdılar, hamı da qəbul olundu... - Demək Əliyevin sənin taleyində müəyyən qolu olub... - Hə, inkar etmək olmaz... - Rəhmətlik atan sonralar səni rəssamlıqdan yayındırdığı üçün peşman görünmürdü ki? - Etiraf etməyi hər adam bacarmır, amma o, etiraf etdi. Dedi ki, mən o vaxt sənə mane olmaq isrədim. Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına xeyli zərbə vurdu - Sözsüz, kişi fikirləşib ki, rəssam olacaq, itib–batacaqsan... Özün dedin ki, rəssamların əsərləri milyonlara satılıb, ancaq özləri aclarından ölüb... - Bu bir az mübahisə doğuracaq məsələdir, çox qabartmaq istəmirəm. Səttar Bəhlulzadə Azərbaycan rəssamlığında çox əvəzolunmaz bir rəssamdır. Heç kəs ona xələl gətirə bilməz. Amma Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına xeyli zərbə vurdu. Özünün həyat tərziylə, imiciylə. Atam elə belə də dedi: "Sən də Səttar kimi boyanı boğazından asıb, gedəcəksən onun-bunun şəklini çəkib dilənməyə?". Amma Tahir Salahovu, Toğrul Nərimanbəyovu, Mikayıl Abdullayevi misal çəkmirdilər, onların gözünə Səttar görünürdü. Çoxu ona baxıb uşağını rəssamlıqdan çəkindirdi. O haqqını ala bilməyən və özünəməxsus imici ilə gözə görünürdü. Səttar ağsaqqaldır, mən onun haqqında söz demək iqtidarında deyiləm. Söhbət imicdən gedir, o da onun yaşayış tərzi idi. Səttara milyon da versəydin, yenə onun xarakteri, yaşayışı o idi. Adam özünü çox yüksəkdə görür - Nəvai, kifayət qədər tanınan rəssamsan. Bu sənətə gələndə güman ki, kumirin də olub. Kimə bənzəmək istəyirdin? - Biz hamımız Sovetin şinelində böyüyən adamlarıq. Dünyaya çıxışımız çox qapalı idi, bu günün imkanları yox idi. Deyək ki, bu gün Avropadan min rəssam tanıyıramsa, o vaxt üçünü, beşini tanıyırdım. Rafael Sante, Mikael Ancella bunların adlarını eşitmişdik, rəsmlərini də görmüşdük. - Özünü harada görürdün, görmək istədiyin yerdə varsan bu gün? - Yox, o yerdə olsa, adam bir az çaşar bəlkə də. Çünki adam özünü çox yüksəkdə görür. - Bu sənin gəldiyin qənaətdir? Müşahidələrinin nəticəsidir? - Təcrübə, həm də müşahidə... Şairlərdə də belədir, ən yaxşı şeiri yazacağam deyir, sonra görür ki, adi, sıradan bir şeir oldu, düşündüyü olmadı. Məsələn, kətanı qoyursan molbertə, deyirsən şedevr bir şey yaradım, bitirəndə görürsən ki, bu da əvvəlkinin bir tayı oldu. - Nə əcəb saqqal saxlamırsan? - Saqqal bir az imici pis yaradır (gülür), uzaqdan buxan mollaya oxşadacaq. Sovet vaxtında çox maraqlıdır ki, saqqal saxlayanlar ya rejissor olardı, ya rəssam, yada güclü alim. Akif Səməd məni elə bir mühitə saldı ki... - Bilirsən, mən səni rəssam kimi yox, şair kimi tanımışdım. Nəvaini şair dostların arasında görürdüm. Sonra mənə dedilər ki, o, rəssamdır... - Akif Səmədlə bağlıdır. Onunla 85-ci ildən bir yerdə olmuşam, Allah rəhmət eləsin. Dəfələrlə demişəm, kimsə mənə zəif şeir sırıya bilməz, mən özüm şeiri bilirəm, yazmasam da. Akifin şeirə verdiyi qiyməti, meyarı, nə bilim nələri, hamısını görmüşəm və bilirəm. Ən yaxşı şeiri bəyənə bilərəm, təəccüblənmək vaxtım keçib. Çünki mən gördüyümü görmüşəm. Akifin ümumiyyətlə, mənim həyatımda çox böyük təsiri var. Dostunu göstər, deyim kimsən, deyiblər. Akif Səməd məni elə bir mühitə saldı ki, orada ancaq şairlər, söz adamları idilər. O mühitdə böyüyən adam da qumar oynamaz ki, ancaq yeyib-içər. Akifin 86-87-ci ildə məni mətbuatda təqdim eləməyi, "Azərbaycan gənclər qəzeti"ində haqqımda yazmağı özünü dərk edən adam kimi məsuliyyətimi artırdı. Akif Səməd adına mükafat təsis eləmişəm. Xəsisliklə olsa da, rəsm, şeir, fərqi yoxdur, bəyənilən sənət əsərinə verirəm. 2006-cı ildən yaratmışam. İndiyə qədər on dörd adam alıb mükafat, Türkiyəyə də vermişəm mükafatdan. - İncə dərəsində hansı kənddənsən? - Astanbəylidən. Köküm-atam oradandır, amma mən Ağstafada , professorumuz Nizami Cəfərovla bir kənddə böyümüşəm. Bir söz gətirmişəm dilimizə... - Sərgilərin haralarda olub? - Bakıda, Ankarada, İzmirdə, Muğlada, Elazığda... - Ən baha satılan rəsmin hansı olub, neçəyə? - İki min beş yüz manata Azərbaycanda satılıb. Türkiyədə də yaxşı qiymətə satılan əsərlərim olub. - Necə fikirləşirsən - yüz, yüz əlli ildən sonra Nəvainin iki min beş yüz manata satılan rəsmi iki milyon yarıma satıla bilər? - Onu gələcək göstərəcək. Bilirsiniz, əsərin mükafatı təkcə pulnan ölçülmür. Türkiyədə canlı rəsm çəkdiyim yerdə bir adam yaxınlaşıb əlimdən öpüb. Bundan böyük mükafat olarmı? - Elə rəsmin olubmu özün qəbul etməyibsən, amma başqaları yüksək dəyərləndirib? - Ankarada sərgim olanda bir şəklim vardı - "Ağac", açığı, ondan xoşum gəlmirdi, aparmaq istəmirdim. Əsərlər xaricə aparılanda qeydiyyatdan keçir axı. Həmin şəkli də aparmaq fikrim yox idi deyə, qeydə aldırmamışdım, amma gedəndə oğlum təkid etdi ki, onu da götür. Götürdüm. Orada alınan ilk işim o rəsm oldu. - Toğrul Nərmanbəyovun məşhur "Nar" rəsmi var, səndə də bir neçəsi var. Ancaq narların üstündə tikanlı məftil, qan, parçalanmış bir ürək, nədir bu? - Nar, ümumiyyətlə, məndən ötrü ayrılıq rəmzidir. Nar nə qədər ki, bütövdür, nə qədər ki, yaralanmayıb - birlikdir. Çox qəribə birlikdir, içəridə pərdə var, deyək ki, bir nəsildir, ailələrdir və hər ailənin öz məkanı var. Yəni sirri başqasına çıxmır. Amma elə ki o nar zədələndi, parçalandı, artıq o pərdələr aradan götürülür və aləm qarışır bir-birinə. - Elə olub ki, bu illər ərzində sevdiyiniz qadının şəklini çəkmisiniz? - Qəribə bir sual oldu... - fikirləşir, divar boyu şəkillərə baxır, qımışır. - Olub təbii ki, sevmək cürbəcürdür. Mən sevmədiyim adamın portretini çəkə bilmərəm axı. - Ana şəkli var burda, kimdir o ana? - O, nənəmdir, məni böyüdən nənəm. Mənim qibləgahım, səcdəgahımdır. Bir yerə çıxanda ondan xeyr-dua almamış getmirdim. Çünki o qədər sevgi aşılamışdı, bütün ömrünü mənə vermişdi. Rəhmətə gedib artıq. Nənəmin bir başqa da portreti var, onu Türkiyəyə sərgiyə aparmışdım. Biri yaxınlaşıb deyir ki, hocam, sən mənim anamı görmüsən? Deyirəm: - Yox. "Bu mənim anamdır, sən onun şəklini çəkmisən", - deyir... - Rəsmlərindən pasaj rəsm bazarına göndərdiyin olubmu? - Olub, amma çox yox. Mən işlə məşğul olmuşam deyə, elə də ehtiyacım olmayıb, onu ehtiyacı olan, iş bacarmayan rəssamlar edirdi. Əbülfəz bəy məni qəbul etdi - İş adamısınız deyəsən, həm də. Reklam işi ilə məşğulsunuz? - İndi deməzdim, vaxtında olmuşam. Hətta bir az sənətdən uzaq düşmüşdüm, on il demək olar ki, əlimə fırça almadım, tamamilə uzaq düşdüm. 88-ci ildə Şəhriyarın şəklini çəkmişdim, qəzetlərdə, televiziyada getdi. Eks-prezident Əbülfəz Elçibəyin əlinə keçir bu şəkil, baxır, maraqlanır ki, bu rəssam kimdir. Mən də sənətdən uzaqlaşmışam, guya iş adamı olmuşam, heç kim tanımır. Onda da Rəssamlar İttifaqının üzvü deyildim. Professor Mürsəl Həkimov vardı, Elçibəyin yanına gedəndə ondan da soruşar. Belə bir rəssam var, tapa bilmirəm. Bir az qohumluğumuz da var Mürsəl müəllimlə. Deyib tanıyıram. Nə isə, Əbülfəz bəy məni qəbul etdi, təşəkkürünü bildirdi. Soruşdu ki, yeni işlərindən var, dedim: "Mən rəsm çəkmirəm artıq". Tövsiyyə etdi ki, çəkim... Amma onu da deyim ki, işlə bağlı hansı şəhərə getsəm, oradan bir fırça, boya, kətan alırdım. Məsələn, indi işlətdiyim kətanlar o vaxt aldıqlarımıdır. Alırdım, amma şəkil çəkmirdim. - Çəkdiyiniz şəkillər nə qədər vaxt aparır, neçə ay, neçə gün məsələn? - Şəkil var ki, bir saata, şəkil də var, bir aya işləyə bilərəm. - Adama elə gəlir ki, sənin arzuladığın nə varsa gerçəkləşib, bəs gerçək olmayan hansısa arzun var? - Gerçəkləşməyən arzular daha şoxdur, söhbətmiz boyu onlara toxunmuşam. "Nar" əsərlərim isə bütünlüklə gerçəkləşməyən arzulardan bəhs edir. Bütövlük, torpaqların işğaldan azad olması, bu arzuların gerçəkləşən zaman bu rəsmlərin fonundakı tikanlı məftil, qan parçaları olmayacaq...
2014-03-21
12,209
Bzejinski Putinin məqsədlərini açıqladı
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bzejinski Vladimir Putinin SSRİ-nin bərpası barədə planlarından danışıb. Bzejinski bu yolda Rusiya prezidentinin ilk şikarının məhz Ukrayna olduğunu açıqlayıb. MSNBC telekanalında çıxışı zamanı o, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyaları olduqca yumşaq təsirli tədbirlər adlandırıb: "Məqsədinə çatmaq üçün Putin mümkün təzyiqlərdən istifadə edir. Onun məqsədi keçmiş Sovet İttifaqını başqa adla bərpa etməkdir. Fikirləşirdi ki, Yanukoviç kimi qulunun timsalında arzuladığına çatacaq. Lakin hadisələr əks istiqamətdə cərəyan etdi. Ukrayna xalqı öz sözünü dedi və Yanukoviç taxtından devrildi. Doğrudur, hazırkı hökumət hələ qeyri-sabit fəaliyyət göstərir. Təbii ki, burada Putinin də rolu var. Ancaq o, ukraynalıların iradəsini sındıra bilmədi. Bunu görən Putin Krımı işğal etməyə qərar verdi". Bzejinski əlavə edib ki, Putin Ukraynanı hissə-hissə özünə birləşdirmək istəyir: "Krımda olduğu kimi, böyük ehtimalla o, maskalı banditləri diğər vilayətlərə də göndərməyə cəhd edəcək. Ona görə də, Qərb sanksiyaları sərtləşdirməli, lazım gələrsə, Ukraynanı silahla təmin etməlidir". Bzejinski sonda bildirib ki, Estoniya, Gürcüstan, Moldova və Latviya kimi ölkələr də risk zonasındadır. Xatırladaq ki, Krımda keçirilən referendumdan sonra Rusiyanın yarımadaya yönəlik mövqeyini Ermənistan, Qazaxıstan, Çin, Venesuela və Suriya dəstəkləyib. ("Aktual.az")
2014-03-21
12,210
Hərbi tibb üzrə rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi bu ilin iyul ayında keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Axar.az"a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Digər ixtisaslar üzrə rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da, ikinci mərhələsi isə iyulun 27-də keçiriləcək. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul tarixlərində keçiriləcək. 2014-2015-ci tədris ili üzrə rezidenturaya qəbul olmaq üçün 1412 nəfər sənəd verib.
2014-03-21
12,211
Şəki stendində bayram süfrəsinə hücum - Video
Novruz bayramı münasibətilə martın 19-da Milli Parkda keçirilən bayram şənliyində arzulanmayan anlar yaşanıb. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, Milli Parkdakı Şəki stendinin qarşısında açılmış bayram süfrəsi ətrafında qələbəlik və basabas yaşanıb. İnsanların təamlardan dadmaq istəməsi əməlli-başlı tıxaca, onların bir-biri ilə mübahisəsinə səbəb olub. Baş verənləri çəkən şəxsə isə kənardan etiraz edənlər olub: "Bunu çəkib heç yerə verməyin, ayıbdır". Sözügedən videonu təqdim edirik:
2014-03-21
12,212
Rusiya Ukraynadan 11 milyard dollar istədi
Rusiya Baş naziri Dmitri Medvedyev diqqət çəkən bəyanatla çıxış edib. Məlumata görə, Federal Şura üzvləri önündə çıxış edən hökumət başçısı Ukraynanın ölkəsinə 11 milyard dollar borcunun olduğunu vurğulayıb. Qeyd edək ki, Medvedyev bunu Krımın Rusiyanın tərkibinə qatılması ilə izah edib: "Bilirsiniz ki, Krım artıq Rusiyanın bir ərazi vahididir. Odur ki, hərbi dəniz donanmamızın Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutan müqaviləni denonsasiya (ləğv olunmaq) edəcəyik. Nəticədə də rəsmi Kiyevdən icarə üçün verdiyimiz 11 miyard dolların qaytarımasını gündəmə gətirəcəyik". Xatırladaq ki, bəhs olunan 11 milyard dollar Qara dənizdə, Sevastopolda rus hərbi dəniz donanmasının mənzillənməsi üçün Rusiyanın Ukraynaya verdiyi icarə puludur ("Aktual.az").
2014-03-21
12,214
Peterburq Avropaya birləşməlidir - Cavab
Rusiyada fəaliyyət göstərən "Vesnı" təşkilatı fəalları Lixtenşteyn Knyazlığı kommunası əsasında Sankt-Peterburq şəhərinin Avropa birləşdirilməsi ilə bağlı referundum keçirilməsini tələb etməyə hazırlaşırlar. "Axar.az" "Azadlıq" radiosunun Rusiya bölməsinə istinadən məlumat verir ki, qurum fəalları referenduma 2 sualın daxil edilməsini planlaşdırıblar. Təşkilat lidelərindən Tatyana Voltskaya "Azadlıq" radiosuna musahibəsində həmin sualların mahiyyətinə aydınlıq gətirib: "Biz şəhər sakinlərinin 2 sualla münasibət bildirməsini istəyirik; 1) Siz Lixtenşteyn Knyazlığı kommunası əsasında Peterbuqun Avropaya birləşdirilməsini istəyisinizmi? 2) Siz 1992-ci il qanunlarına əsasən, Sankt Peterburqu Rusiyanın tərkibimi sayırsınız?" Təşkilat fəalları ideyalarının hazırkı Rusiyada reallaşdırılmasının çətnliyini başa düşsələr də, məsələnin sonuna qədər səy göstərməkdə davam edəcəklərini vurğulayıblar. Məsələn, Nikolay Artyomenko adlı digər aktivist bu və ya digər məsələlərə əlaqədar 7 dəfə şəhər seçki komissiyasına müraciət etsə də, hələ də cavab almayıb. Onun sözlərinə görə, mövcud qanunlar əsasında 40 min imzanın toplanması nəticəsində istənilən məsələnin, o cümlədən də Peterburqun taleyinin sakinlərin ixtiyarına verilməsi mümkündür. Qalır seçki strukturu məsullarının məsələyə reaksiyası. Xatırladaq ki, aktivistlər bununla Krımın Rusiyaya birləşdirilməsinin absurd addım olduğunu göstərmək niyyətindədirlər.
2014-03-21
12,215
Ukrayna nüvə silahı proqramını bərpa edir
Ali Radanın üzvü Sergey Kaplin bu gün Ukraynanın nüvə ölkəsi statusunun bərpasını nəzərdə tutan qanun layihəsini qeydiyyatdan keçirib. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, qanun layihəsi "1 iyul 1968-ci il tarixli nüvə silahlının yayılmaması razılaşmasının denonsasiyası (pozulması, qüvvədən düşməsi)" adlanır. Xatırladaq ki, Krım hadisələrindən sonra öz təhlükəsizliyinin qorunması səbəbindən Ukrayna nüvə silahlarının bərpası istiamətində ciddi addımlar atmağa başıayıb. Digər səbəb isə Rusiyanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı 5 dekabr 1994-ci il sazişinə əməl etməməsidir. Məlumdur ki, nüvə silahından imtinası müqabilində ABŞ, Rusiya və Böyük Britaniya Ukraynanın ərazi və torpaq bütünlüyünə qarant durmuşdular.
2014-03-21
12,216
Prokurorluq Tvitter qadağasını qanunsuz elan etdi
İstanbul prokurorluğu: Türkiyədə Tvitter-in bağlanması üçün məhkəmə qərarı yoxdur. Türkiyədə Tvitter-in bağlanması üçün heç bir məhkəmə qərarı yoxdur. Məlumata görə bu barədə İstanbul prokurorluğundan bildiriblər. Qurumdan deyiblər ki, Tvitter-in guya məhkəmə qərarı ilə bağlanması həqiqətə uyğun deyil. Bir sıra Türkiyə KİV-in məlumatına görə, Tvitter şəbəkəsinə giriş İstanbul məhkəməsinin qərarı ilə bağlanıb ("AzVision.az").
2014-03-21
12,217
Zaqatalada əsgər intihar etdi
Bu gün Zaqatala rayonunda iki intihar hadisə baş verib. Zaqatala rayonunda hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Salyan rayon sakini Kərimov Əlisahib Əlibakat oğlu özünə qəsd edib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından mərhumun siçovul zəhəri içərək canına qıydığı bildirilir. İkinci intihar hadisəsi isə Zaqatala rayonunun Car kəndində baş verib. 62 yaşlı kişi özünü öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır. (Kanal S)
2014-03-21
12,218
Tvitter açıldı - Yeniləndi
Dünən gecə Türkiyə saatı ilə təxminən 23:30-da bağlanan Tvitter sosial şəbəkəsi bu gün günorta saatlarında açılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tvitter bu gün yerli saatla təxminən 16:30-da qismən açılıb. Sosial şəbəkə abunəçilərinin bir qismi öz hesablarına girə bilib. Yeniliklər barədə məlumat verəcəyik. 17:04 Tvitterin necə açıldığı məlum olmasa da Türkiyənin bəzi bölgələrində sosial şəbəkəyə giriş hal-hazırda da mümkündür. Istanbulun Kadıköy, Merter, Avcılar kimi bəzi səmtlərində istifadəçilərin bir qismi Tvitterə girə bilir. Bəziləri girə bilməsə də onlara gələn bildirişləri (məs, ritivitləri, özəl mesajları) görə bilir. 17:47
2014-03-21
12,219
"Atletiko Madrid" Azərbaycan xalqını belə təbrik etdi - Video
Bu günlərdə ölkəmizdə Novruz bayramı qeyd edilir. "Axar.az" xəbər verir ki, Azərbaycanın xaricdə apardığı diaspora fəaliyyətinə futbol sahəsində dəstək verən "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədovun səhmlərinə ortaq olduğu İspaniyanın "Atletiko Madrid" futbol klubunun oyunçuları Azərbaycan xalqını təbrik edib. Belə ki, bir neçə oyunçu "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) yazılan "Atletiko"nun formasını əllərində tutaraq təbriklərini çatdırıblar. Xatırladaq ki, Fransanın "Lans" klubu da Azərbaycan xalqını Novruz bayramı münasibətiylə təbrik etmişdi. Bakı futbol klubunun saytına yerləşdirilən videonu təqdim edirik:
2014-03-21
12,220
Ukrayna Ermənistanı hədələdi
Ermənistan Krımı müstəqil respublika kimi tanısa, bu, Ukrayna-Ermənistan münasibətlərində son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq. Bu barədə brifinqdə Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski deyib. O, qeyd edib: "Biz artıq Ermənistana Krımla bağlı rəsmi mövqeyinə aydınlıq gətirməsi xahişi ilə rəsmi nota ünvanlamışıq. Biz erməni tərəfinin Krımın müstəqilliyini tanımaq barədə bəyanatlarından narahatlığımızı bildirmişik. Biz Ermənistana yaxın günlərdə Krımın zorla başqa ölkəyə birləşdirilməsini tanımadığı barədə bəyanat verməsi üçün rəsmi müraciət edirik. Biz belə cavab gözləyirik. Əgər buna əməl olunmasa, bu, Ukrayna-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək". Jurnalistlərin "Ermənistan Krımın müstəqilliyini tanıyarsa, Ukrayna bu ölkə ilə diplomatik münasibətləri dayandırmağı planlaşdırırmı" sualına isə nazir müavini belə cavab verib: "Biz geniş tədbirlər kompleksi qəbul edəcəyik. Bunun necə olacağı isə erməni tərəfinin izahatından asılı olacaq". (Trend)
2014-03-21
12,221
Şamaxıya gedən sürücülərə xəbərdarlıq
Baş verən qəzaların çoxu Bakı-Şamaxı yolunun payına düşür. Məhz buna görə də bayram gündərində əhalinin intensivliyi nəzərə alınaraq bu yoldan istifadə edən sürücülərə xəbərdarlıq olunub. Bayram günlərində rayonlara üz tütanların sayının artması ilə əlaqədar respublika əhəmiyyətli yollarda baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması üçün Baş Dövlət Yol Polisi idarəsi sürücülərə xəbərdarlıq edib. Baş verən qəzaların çoxunun Bakı-Şamaxı yolunda olması nəzərə alınaraq sürücülərə daha da diqqətli olmaq tapşırılıb. Buna misal olaraq bayram günündə Bakı-Şamaxı yolunun 45-ci kilometrliyində ötmə əməliyyatının düzgün aparılmaması səbəbindən iki maşın toqquşub. Nəticədə sürücülərdən biri dünyasını dəyişib. Məhz bu cür xoşagəlməz halların baş verməməsi üçün sürücülərə qaydalara düzgün əməl etmələri tövsiyyə olunub. YPX-nin inspektoru Rüfət Quliyev: "Gedənlərin sayı çoxdur. Tez-tez qəzalar baş verir. İnsanlar qaydalara əməl etmirlər. Ötmə əməliyyatını düzgün etmirlər" (ANS). Elə çəkiliş zamanı Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı yolundan istifadə edən sürücüləri saxlayıb sənədlərinə baxış keçirdikdən sonra onları yollarda daha diqqətli olmağa və qaydalara daha düzgün əməl etməyə səsləyib.
2014-03-21
12,222
Hüseyn Dərya morqdan çıxarılanda sağ olub - Şok iddia/Video
"Mən Hüseyn Dəryanın son səsini eşitdim. O, ölməmişdi". "Axar.az" xəbər verir ki, bu iddia ilə "Xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadə çıxış edib. O, Hüseynin ölmədiyini, morqdan çıxarılarkən səsini eşitdiyini iddia edir: "Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da "bu, Hüseynin səsidir" dedi". Həmin görüntünün 27-ci saniyəsində "əəə" deyə səs gəlir və 32-ci saniyədə Sona xanım da bunu təsdiq edir. Xatırladaq ki, Anar Nağılbazla birgə ifa etdikləri "DOST" adlı repdə 8:38-ci saniyədə Hüseyn Dəryanın oxuduğu zaman həmin səs burada eynilə təkrar olunur. Aşağıdakı videoları diqqətlə dinləsəniz, özünüz əmin olacaqsız.
2014-03-21
12,223
Qəzzadan İsrailə qədər uzanan tunel aşkarlanıb - Foto
İsrail ordusu Qəzzadan İsrailə gedən yeni bir tunel ortaya çıxarıb. "Axar.az" xəbər verir ki, İsrail əsgərləri gecə saatlarında bir çuxurdan tunelə gedən yol aşkarlayıblar. Əsgərlər tunelin Qəzzadan İsrailə yol aldığını müəyyənləşdirib. Xatırladaq ki, ötən ilin noyabr ayında da Qəzzadan İsrailə açılan 1700 metrlik tunel aşkar olunmuşdu.
2014-03-21
12,225
Ukrayna gəmiləri mühasirəni yarmaq üçün hərəkətə keçdi
Donuzlav gölündə mühasirəyə alınmış ukraynalı dənizçilər açıq dənizə çıxmağa çalışırlar. Bu barədə Ukraynanın "Kiroviqrad" desant gəmisinin motoristi İvan Şepel xəbər verib. O deyib ki, dəniz mina axtaranları, o cümlədən "Çerkassı" gəmisi batırılmış gəmilərin yerləşdiyi hövzə qapılarına doğru irəliləyib. Əməliyyatın nəticəsi barədə hələlik xəbər verilmir. Dənizçi Şepel hakimiyyət orqanları tərəfindən verilən hər hansı bir əmrin olmamasından şikayətlənib: "Biz anlamağa çalışırıq ki, hökumətimiz bizə nə deyəcək, heç olmasa nəsə bir şey". Qeyd edək ki, rusiyalı hərbçilər buxtadan çıxışı mühasirəyə almaq üçün artıq özlərinin 4 gəmisini batırıblar. Dünən Ukrayna HDQ-nin buxtada olan üç gəmisi Rusiyaya məxsus Andreyev barağı qaldırıblar. Ukraynanın nəzarətində "Olşanski" adlı kiçik desant gəmisi qalıb. ("Musavat.com")
2014-03-21
12,226
ABŞ kürdlərə dəstək verdi
Ərbil rəhbərliyi ilə Bağdad Hökuməti arasında neft satışında əldə edilməyən razılaşmaya ABŞ mövqeyini bildirib. "Axar.az" xəbər verir ki, ABŞ Regional Kürd Rəhbərliyinin Baş naziri Nəcirvan Bərzaninin son təklifini dəstəkləyib. Belə ki, Bərzani Türkiyəyə gündə 100 barel neft göndərməyə razı olduqlarını bildirmişdi. ABŞ-ın Bağdad səfirliyi açıqlamasında Bərzaninin təklif etdiyi variantın müsbət nəticə verəcəyini və aparılan müzakirələri yaxından izlədiklərini qeyd edib.
2014-03-21
12,227
SOCAR Rumıniyada məntəqə açdı
Martın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Kluj şəhərində "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) açılıb. Açılış mərasimində Rumıniyanın sabiq Baş naziri, hazırda Kluj şəhərinin meri Emil Bok, şəhər icra hakimiyyətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan Azərbaycanlılar, "SOCAR- Petroleum" şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri iştirak ediblər. Açılış mərasimində "SOCAR-Petroleum" şirkətinin rəhbəri Həmzə Kərimov çıxış edib. Bildirib ki, Kluj şəhərində yeni yanacaqdoldurma məntəqəsinin açılması ilə "Socar Petroleum" şirkətinin Rumıniyanın Transilvaniya bölgəsində genişlənməsi davam edir. Hazırda bu bölgədə şirkətin daha bir neçə YDM-lərinin tikintisi davam edir ki, onlar da bu il ərzində istifadəyə veriləcəkdir. 2014-cü ildə şirkət 8 yeni YDM istifadəyə vermiş və bu genişlənmə dinamik tempdə davam edəcəkdir. Bununlada işçilərimizin sayı 400 nəfəri keçib. Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada, həmçinin market, "NAR" kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 27-yə çatıb. Xatırladaq ki, Avropa Gənclər Paytaxtı adını qazanmaq uğrunda keçirilən müsabiqədə səsvermə zamanı məhz Kluj şəhərinin Azərbaycanı dəstəkləməsi və həlledici səsi Gəncənin 2016-cı ilin Avropa paytaxtı seçilməsinə səbəb olub. (Trend)
2014-03-21
12,228
“Rusiya istənilən an hücuma başlaya bilər”
Ukraynanın Müdafiə Nazirliyini bəyan edib ki, Rusiya təcavüzü ölkənin materik hissəsinə qədər genişlənə bilər. Məlumata görə, bunu müdafiə nazirinin müavini Leonid Polyakov deyib. O, billdirib ki, Rusiyanın təcavüzü Ukraynanın materik hissəsinə qədər genişləndirmək cəhdləri dayanmadan davam edir. "Ölkəmizin sərhədlərinə toplanmış hərbi potensialdan istənilən bizə qarşı istifadə oluna bilər", - Leonid Polyakov qeyd edib ("Musavat.com").
2014-03-21
12,229
Çingiz Abdullayev oxucularla görüşdü - Foto
Detektiv janrda yazan və dünyada ən tirajlı müəlliflərdən olan yazıçı Çingiz Abdullayevin bu gün oxucularla görüşü keçirilib. "Axar.az"ın verdiyi məlumata görə, görüş "Qanun" Nəşrlər Evinin təşkilatçılığı ilə "Park Bulvar" AVM-dəki "Ali & Nino" kitab evində baş tutub. Bir saat davam edən görüş zamanı oxucular müəllifin imzası ilə kitab almaq və xatirə şəkli çəkdirmək imkanı əldə etdilər. Sonda hər kəsi Novruz bayramı münasibətilə təbrik edən Çingiz Abdullayev bu cür görüşlərin davamlı olacağını da vurğulayıb.
2014-03-21
12,230
Türkiyədə Tvitter qadağasının ilginc səbəbi
Türkiyədə Tvitterə qadağa qoyulmasının mümkün səbəblərindən biri də məlum olub. "Axar.az" "Musavat.com"a istinadən bildirir ki, söhbət bir qadının intim fotolarının Tvitterdə onun adından yerləşdirilməsindən gedir. Qadın məhkəməyə müraciət edib. Məlum olub ki, fotoları mikrobloqa onunla düşmən münasibətlərində olan bir nəfər yerləşdirib. Samsun şəhərində qadının hüquqlarını müdafiə edən vəkil Adnan Aydın bildirib ki, iddiaçı məhkəmədən həmin mikrobloqun bağlanmasını tələb edib. Məhkəmə iddia ilə bağlı müsbət qərar çıxarsa da, Tvitter administrasiyası məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Türkiyə tərəfi bu addımı insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib və Tvitter administrasiyasının qərarını qanunsuz hesab edib.
2014-03-21
12,231
Külək kartof sahələrini məhv etdi - Foto
Bir neçə gündür davam edən güclü külək Cəlilabadda kartofçuluğa ciddi ziyan vurub. "Axar.az" xəbər verir ki, Maşlıq, Söyüdlü və s. kəndlərdə hektarlarla kartof sahəsinin üstünü qorumaq üçün bağlanan qoruyucu klyonkalar dağıdıb və açıq qalan sahələrdə kartofları məhv edib. Sahibkarların dediyinə görə, bu fəsadlar yay aylarında, əsasən may-iyunda bazarlarda öz təsirini göstərəcək: "May-iyun aylarında biz bazarlara məhsul çıxarırıq. On tonlarla kartofumuz məhv oldu. Bu, həm bizə ziyandır, həm də həmin vaxt bazarda qiymətlərə təsir edəcək. Ona görə ümid edirik ki, dövlət bizə yardım edəcək. Yoxsa onlarla ailə çörəksiz qalacaq, alıcılar da bahalıqdan əziyyət çəkəcək".
2014-03-21
12,232
Kanadadan Rusiyaya qeyri-adi etiraz
Kanadanın Saskaçevan əyalətinin orqanları dövlət mağazalarında rus arağının satışına qadağa qoymaq istəyir. "Axar.az" xəbər verir ki, bu barədə Kanadanın CBC Nyus kanalı məlumat verib. Bununla da onlar Krımın Rusiyaya birləşməsinə etirazını bildirmiş olacaqlar. Saskaçevan əyalətinin Baş naziri Bred Uol onların bu etirazı Rusiya Federasiyası orqanlarının Krıma olan hərəkətlərinə qarşı bir siqnal olacağını vurğulayıb. Qeyd edək ki, Saskaçevan Kanadanın mərkəzinin cənub hissəsində yerləşir və əhalisinin təxminən 14%-ni ukraynalılar təşkil edir.
2014-03-21
12,233
Dəm qazı 4 azərbaycanlını öldürdü
Tiflis şəhərinin Krtsanisi rayonunda 4 azərbaycanlı dəm qazından boğulub. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Tiflisdə yaşayan, əslən Bolnisi rayonunun Darvaz kəndindən olan Şahmurad Bayramovun evində baş verib. Darvaz kənd orta məktəbinin müəllimi Süleyman Orucov bildirib ki, Ş. Bayramovun 4 yaşlı nəvəsinin ad günü münasibətilə mərasim keçirilib. Ş.Bayramovun 25 yaşlı oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb. Nəticədə Z.Bayramov, onun 58 yaşlı anası Nanə Bayramova və ad günündə iştirak etmək üçün Rustavidən gəlmiş 17-18 yaşlarında iki qohumu, adları hələlik məlum olmayan gənclər dəm qazından zəhərlənərək ölüblər. Z.Bayramovun içkili olduğu, hamamdan yuyunduqdan sonra qızdırıcını da məhz sərxoş vəziyyətdə olduğu üçün söndürməyi unutduğu bildirilir. Dünyasını dəyişən şəxslər sabah torpağa tapşırılacaqlar.
2014-03-21
12,234
Ukrayna Ermənistandakı səfirini geri çağırdı
Ukrayna Ermənistandakı səfiri İvan Kuxtunu məsləhətləşmələr üçün geri çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib. "Ukraynanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb", - deyə Nazirlikdən jurnalistlərə verilən açıqlamada qeyd olunur. Nazirlikdən həmçinin bildirilib ki, Ukrayna hökuməti Krımın Rusiyanın tərkibinə daxil olması məsələsinə Ermənistanın rəsmi mövqeyini gözləyir.
2014-03-21
12,235
Ruslar ölkəni tərk edir
Rusiya Əfqanıstanı qabaqlayaraq qaçqınların sayına görə, dünyada ikinci yeri tutub. "Axar.az" xəbər verir ki, bu barədə BMT-nin Ali Komissarlığının Qaçqınlar üzrə hesabatında deyilir. Birinci yerdə isə Suriya dayanır. Bildirilir ki, insanlar Rusiyanı əsasən Şimali Qafqazda sürən gərgin vəziyyətə görə tərk edir. Qeyd edək ki, ötən il ruslar sığınacaq üçün təxminən 40 min müraciət ediblər. Bu 2012-ci illə nisbətdə 76% çoxdur.
2014-03-21
12,236
Ermənistan Krım separatçılarına dəstək verdi
Ermənistan Krım sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir. Verilən məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bəyan edib. "Ermənistanın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsipial mövqeyi dəyişməzdir və uzun illər ərzində dəfələrlə ifadə edilib", - Şavarş Köçəryan Urkaynanın İrəvandakı səfiri İvan Kuxta ilə görüşdə bildirib ("Musavat.com").
2014-03-21
12,237
Abramoviçin bank hesabları dondurula bilər
"Londonun "Çelsi" futbol klubunun sahibi, iş adamı Roman Abramoviçin bank hesabları dondurula bilər". Bunu Böyük Britaniyanın Baş naziri David Kameron bildirib. Onun sözlərinə görə, kimin birbaşa Ukraynadakı vəziyyətlə bağlılığı varsa, hamını belə tale gözləyir. İngiltərənin "Teleqraf" qəzetinin məlumatına görə, David Kameron bu sözləri deməklə iddia edir ki, Roman Abramoviç Krımın Rusiyaya birləşməsi üçün hansısa yolla Rusiyanı dəstəkləyib. Hələlik isə Roman Abramoviç Baş nazirin bu ittihamına cavab verməyib. Ola bilsin ki, Abramoviç "Çelsi" klubunun Çempionlar Liqasında növbəti tura adlamasını bayram edir və aprelin 2-də Parisdə Fransanın "PSJ" klubu ilə baş tutacaq oyunda yaxşı nəticə göstərməyin yollarını arayır (ANS).
2014-03-21
12,238
Hüquqşünas hakimi milçəköldürənlə döydü
Qazaxıstanın Karaqanda şəhərində hüquqşünas Yevqeniy Tankov 3 sutkalıq həbs olunub. "Axar.az" xəbər verir ki, hüquqşünasın həbs olunmasının əsas səbəbi məhkəmə iclasında hakimi milçəköldürənlə döyməsi olub. Hüquqşünas bu hərəkəti ilə hakim tərəfindən verilən bəzi qərarlara öz iradını bildirmək istəyib. Onun konkret olaraq hakimin hansı qərarı ilə razılaşmadığı isə hələlik məlum deyil.
2014-03-21
12,239
Yəhudi nazir: “Ərdoğan etdiklərinə görə cavab verəcək” – Video
"Ərdoğan bütün etdiklərinə görə cavab verəcək". "Axar.az" xəbər verir ki, bu sözləri İsrailin keçmiş Xarici İşlər naziri Tsipi Livni deyib. Xanım nazirin yeni görüntüləri sosial şəbəkələrdə böyük maraq dairəsinə səbəb olub. O, İsrailin ətrafının radikallarla dolu olduğunu bildirib. Daha sonra isə Türkiyənin artıq İsrailin əlindən çıxdığını və ona maneə yaratdığını söyləyib. O, bütün baş verənlərə görə Ərdoğanın cavab verəcəyini bildirib. Qeyd edək ki, 20 mart tarixində Yutuba yüklənən və sürətlə yayılan video artıq silinməyə başlanılıb. Keçmiş nazirin kadrları İsrail hakimiyyətində narazılıq yaradıb.
2014-03-21
12,240
ABŞ parçalanır?
Ağ Evin rəsmi saytında ABŞ-ın ştatlarda yaşayan sakinlərin xahişi ilə yeni petisiya yerləşdirilib. Sakinlər yaşadığı ştatın Vaşinqtona bağlı olmağını istəmir. Hazırda petisiyaya səs verən ABŞ vətəndaşlarının sayı 300 mini ötüb. ABŞ-dan ayrılmaq istəyən ştat sakinlərinin sözlərinə görə, onlar Müstəqillik bəyannaməsinin şərtlərinə uyğun hərəkət edirlər. Belə ki, bəyannamədə bildirilir: "Ölkədə elə vəziyyət yarana bilər ki, xalqlardan birinin təhlükəsizlik və xoşbəxtliyi naminə digər xalqla siyasi zəncirləri qırmasına icazə verilir". Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayıb. Ştatın 70 min vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs verib. Növbəti sıralarda Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Jersi, Kentukki ştatları gəlir. Petisiyaya ümumilikdə 29 ştat qoşulub. Ştat rəhbərləri məsələ ilə bağlı prezident Barak Obamaya müraciət edib. "Xahiş olunur ki, ştatlara ABŞ tərkibindən çıxmaq hüququ, ya da referendumun keçirilməsinə icazə verilsin". Müraciətdə həmçinin qeyd olunur ki, 29 ştat ölkədə insanların şəxsi həyatına hakimiyyətin qeyri-adekvat addım atmasına, iqtisadi islahatların keçirilmədiyinə və ABŞ vətəndaşının hüquqlarının pozulduğuna görə ABŞ-dan ayrılmaq istəyir (ANS).
2014-03-21
12,241
ABŞ Rusiyanı belə məhv edəcək – Şok video
ABŞ ordusu Rusiyaya nüvə silahları ilə hücum edəcək. "Axar.az" xəbər verir ki, bu informasiya rus ekspertlərinin açıqlamalarında yer alır. Serqey Kurqinyanın proqnozuna əsasən, ABŞ öncə Rusiyaya hərbi gəmilərlə hücuma keçəcək. Daha sonra hərbi təyyarələr Rusiyanın ən önəmli obyektlərini məhv edəcək. Bir qədər sonra isə sualtı gəmilərdən atılan nüvə raketləri ilə Rusiyanın şəhərləri hədəfə alınacaq. Ekspert hücumdan sonra əsas itkinin 8-12 milyon olacağını bildirib. Serqey Kurqinyanın proqnozunu təqdim edirik:
2014-03-21
12,242
“Barselona”dan Şakiraya dəstək
Dünya şöhrətli ifaçı Şakira yeni albomunun təqdimatına sevgilisi Pike ilə gəlib. "Axar.az" xəbər verir ki, kolumbiyalı ifaçı Şakira öz adının verdiyi albomunun Barselonada təqdimat mərasimini keçirib. İfaçının təqdimat mərasimində məşhur futbolçu və sevgilisi Jerard Pike ilə iştirak edib. Qeyd edək ki, təqdimata Karles Puyol və digər barselonalı futbolçular da öz həyat yoldaşları ilə qatılıblar.
2014-03-21
12,243
“Qəbələ”dən duyğusal addım - Foto
Martın 19-da "Qəbələ" klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"la üz-üzə gəlib. "Axar.az" xəbər verir ki, oyundan əvvəl "Qəbələ" futbolçuları meydanın mərkəzində sıraya düzülərək "Qarabağsız son Novruzumuz olsun!" yazılmış plakat açıb. Futbolçuların bu hərəkəti stadiondakı hər kəsə duyğulu anlar yaşadıb.
2014-03-21
12,244
Zürafə baxıcısını belə yola saldı – Foto
Zürafə ölüm ayağında olan baxıcısını öpərək onunla vidalaşıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Niderlandın Rotterdam şəhərinin "Diergaarde Blijdorp" heyvanxanasında maraqlı hadisə yaşanıb. Uzun zaman zooparkda baxıcı kimi çalışmış 54 yaşlı Mario sağalmaz xərçəng xəstəsidir. Xəstənin vəziyyəti ağır olduğuna görə, onu xəstəxanaya aparmaq üçün təcili tibbi yardım maşını heyvanxanaya gəlir. Həkimlərin başının qarışıq olduğu vaxt, zürafə xəstəyə yaxınlaşır. Baxıcısını öpərək onunla vidalaşan heyvanlar ətrafdakıları heyran qoyub. Hadisə şahidi olan şəxslər oxşar olayla heç bir zaman qarşılaşmadıqlarını deyiblər.
2014-03-22
12,245
Baş nazir tovuzquşuna görə 3 polisi qovdu
Pakistan Baş naziri Nəvaz Şərifin iqamətgahını qoruyan 3 polis işdən qovulub. "Axar.az" xəbər verir ki, buna səbəb polislərin həyətdəki pişiyin tovuzquşunu yeməsinin qarşısını ala bilməmələri olub. Quşun qalıqları bağa nəzarət edən bağban tərəfindən tapılıb. Hadisə ilə bağlı dərhal yerli polis məntəqəsinə şikayət olunub və həmin polislər dərhal işdən azad ediliblər. Həmin gün iqamətgahı 21 polis qoruyurmuş. Polislər yazdıqları raportda bildiriblər ki, onlar pişiyin tovuzquşunu yeməyini görüblər, lakin öz postlarını tərk etmək istəməyib həmin hadisəyə tamaşa ediblər.
2014-03-22
12,246
“Krım Putin üçün sonun başlanğıcıdır” - Timoşenko
"Avropa Ukraynası Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçün qəbuledilməzdir. "Axar.az" xəbər verir ki, bu sözləri "Batkvişina" Partiyasının sədri Yuliya Timoşenko Şuster Layf tok-şousunda söyləyib. O bildirib ki, Ukrayna ilə Avropa İttifaqının yaxınlaşmasının qarşısını almaq üçün Putin Ukraynaya qarşı aqressiv hərəkət etməyə başlayıb. Ukrayna Gömrük İttifaqı ilə onların artıq hər hansı öhdəlikləri, hər hansı bir planları olmadığını deyəndə Rusiya Ukraynaya qarşı sərt addım atdı: "Biz assosasiya barədə saziş imzalamalıydıq. Bu Vladimir Putinin mövqeyində qəbuledilməzdir. Məhz Putin o vaxt Ukraynanın Avropa ölkəsi olmasına maneçilik törədən planlar həyata keçirməyə başladı. "Putinin planı təkcə Krımla bağlı deyildi, həm də Ukraynanı müqavimətsiz almaq idi. Əfqanıstandakı kimi qanuni lideri devirmək və tanklarla Prezident Administrasiyasını işğal etmək. Biz bu planın qarşısını ala bildik. Krım Putin üçün sonun başlanğıcıdır" deyə Timoşenko bildirib.
2014-03-22
12,247
Lənkəran qaranlığa qərq oldu
Cənub rayonlarında yenidən güclü külək əsməyə başlayıb. Məlumata görə, gecə saat 23:00 radələrində başlayan külək sonradan qasırğaya çevirilib. Nəticədə bir sıra evlərin dam örtükləri dağılıb, elektrik təsərüfatına ciddi ziyan dəyib. Elektrik dirəkləri aşdığından rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayanıb. Həmçinin rabitə kəsilib. Əhali təşviş içindədir ("AzNews.az").
2014-03-22
12,248
ABŞ və Rusiyanın hərbi gücü – Müqayisə/Video
Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi potensiları barədə dünya mediasında zaman-zaman müqayisəılər aparılır. Baş vermə ehtimalı az olsa da, teoretik olaraq iki supergüc arasında müharibə olacağı təqdirdə hansı tərəfin üstünlük qazanacağı hamıda maraq doğurur. Fərqli geostrateji maraqlara və prinsiplərə malik Amerika və Rusiyanın Suriya böhranına, yaxud Ukraynadakı siyasi böhrana yanaşma fərqləri bu müqayisənin aparılmasını bir daha labüd edir. "Axar.az" açıq mənbələrədəki informasiyalara istinadən edərək, iki ölkənin hərbi gücünü təqdim edir. İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir. Bundan başqa, ayrı-ayrı qoşun növləri arasındakı əlaqə, sıravi əsgərin peşəkarlığı baxımından "Sem dayı"nın ordusu çox üstündür. Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8 milyard dollardır. Halbuki şimal qonşumuzun hərbiyə ayırdığı ümumi vəsait 71,2 milyard dollardır. SSRİ-nin çöküşü və Soyuq müharibənin başa çatması ilə dərin siyasi-iqtisadi böhrana daxil olan Rusiya son 20 ildə Amerikadan hərbi sahədə xeyli geri qalıb. Qabaqcıl texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara salmağa məcbur olub. Buna baxmayaraq, "Şimal ayı"sına hərbi supergüc kimi baxmağı vadar edən bir amil var. Bu da ölkənin nüvə cəbbəxanasıdır. "Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının monitorinqi" (Bureau of Arms Control, Verification and Compliance) təşkilatının 2013-cü ilin yekun məlumatına görə, ABŞ orsunun arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə raketi var. Bu ümumi mənzərədən aydın olur ki, Rusiya əsas aspektlərdə Amerikaya məğlub olur. Daha detallı şəkildə müqayisə aparsaq, buna tam əmin olmaq olar: Şəxsi heyət Rusiya ordusunun şəxsi heyətinin sayı 1 milyon nəfərdən ibarətdir. Onlardan 300 mini səfərbərlik əsasında çağırılan müddətli hərbi quluqçular, 70 mini qərargah işçisi və nazirlik aparatının əməkdaşlarıdır. Amerika ordusunun isə 1,4 milyonluq şəxsi heyəti bütövlükdə peşəkar hərbiçilərdən ibarətdir. Rusiya Federasiyasının səfərbər edilə biləcək ehtiyatı 31 milyon nəfər (17-49 yaşlı kişilər) qiymətləndirilir. ABŞ isə ağır günlərində 56 milyonluq ehtiyat gücə sahibdir. Zirehli texnika Amerika ordusunda 1.963 "Abrams" markalı tank mövcuddur. Bundan başqa, 2.400 M1A1 və 2.385 M1 tankı da istənilən an ordunun köməyinə gələ bilər. Rusiya ordusunda isə ən müasir T-90 tankının 500 nümunəsi var. Əlavə olaraq, 4.500 T-80 və 12.500 T-72 tankı da döyüşə yararlı vəziyyətdədir. Müqayisədən görünür ki, Rusiya tank sayında ABŞ-ı bir neçə dəfə üstələyir. Amma nəzərə almaq lazımdır ki, texniki göstəricilərinə görə, "Abrams" tankları T-90-ları qat-qat üstələyir. Amerika ordusunda 6.500 "Bredli" markalı Piyadaların Zirehli Döyüş Maşını (PDM) istifadə olunur. Rusiyanın müxtəlif modifikasiyalı 13.200 belə hərbi maşını mövcuddur. Artilleriya və aviasiya ABŞ 2.000 reaktiv artileriya qurğusuna malikdir. Rusiya üçün bu rəqəm 6.800 təşkil edir. Dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var. Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə - FF-22 Raptor ("Bumeranq" adıyla məşhur olan - B-2 Stealth Bomber Red Flag 09-2) sahibdir. Rusiya Müdafiə Nazirliyi ölkənin aviasiya potensialı barədə infirmasiyaların bir hissəsini məxfiləşdirdiyinə görə bu sahədə tam dəqiq məlumat yoxdur. Əldə olan məlumatlar: rusların 80 strateji bombardmançısı (16 ədəd Tu-160, 64 ədəd Tu- 95MS), 150 uzaq bombardmançı və 953 qırıcı təyyarəsi mövcuddur. Hava Hücumundan Müdafiə Sistemlərinin müqayisəsi zamanı tərəflərin təxminən bərabər gücə malik olduqları aydın our. Belə ki, Rusiya hərbi sənayesi Hava Hücumundan Müdafiə Sistemlərinin təkminləşdirilməsində böyük uğurlar qazanıb. S-400 Hava Hücumundan Müdafiə Sistemi bütün döyüş xarakteristikalarına görə dünyada analoqu olmayan sistem sayılır. Hətta ABŞ sənayesinin fəxri olan "Patriot" sistemləri də S-400 qarşısında acizdir. Məhz buna görə hərbi ekspertlərin fikrincə, mümkün Amerika-Rusiya müharibəsi zamanı Rusiya səmasında Amerika döyüş təyyarələrinin uğur qazana bilmə ehtimalı sıfra bərabərdir. Amma eynisi Rusiya aviasiyasının Amerika səmasındakı "fəaliyyətinə" də şamil edilə bilər. Dəniz donanması ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya 2008-ci ildə Fransadan 2 "Mistral" tipli aviadaşıyıcı almaq barədə razılaşma imzalayıb. Halbuki ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin məlumatlarına görə, öz sıralarında "Nimits" tipli 10 aviadaşıyıcı birləşdirir. Hələ 2014-cü ildə yeni nəsil CVN-78 tipli aviadaşıyıcının ilk nümunəsinin istifadəyə verilməsi də nəzərəd tutulur. Yeni aviadaşıyıcı göyərtəsində pilotsuz uçuş aparatları da daxil olmaqla, eyni vaxtda 100-ə qədər təyyarə yerləşdirə bilər. Ümumilikdə, Rusiya Hərbi Dəniz Qüvvələri 142 minlik şəxsi heyətə malikdir. Müqayisə üçün ABŞ-ın yalnız dünya sularında olan Hərbi Dəniz Qüvvələri 300 mindən artıqdır. Dünyanın ən böyük aviadaşıyıcı gəmisi – Corc Buş – ABŞ-a məxsusdur. 246 hərbi gəmisi olan Rusiya ABŞ-ın 255 gəmidən ibarət hərbi donanması ilə üzləşməli olacaq. Ballistik raketlə təchiz olunmuş 16 rus atom sualtı qayığına qarşı ABŞ yalnız 14 belə sualtı qayıqla cavab verə bilər. Bundan əlavə, 21 uzaqmənzili qanadlı raketlə təchiz olunmuş rus sualtı gəmilərinə qarşı ABŞ-ın arsenalında yalnız 9 analoq var. Amma, ümumilikdə, atom sualtı qayıqlarının sayına görə, ABŞ üstündür. Rusiyada 12 atom sualtı qayığı olmasına qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir. Digər tərəfdən, ABŞ-da qitələrarası ballistik raketləri üç hədəfə parçalanmaq gücündədir. Bu hesabla ABŞ-ın nüvə potensialını mövcud göstəricilərdən 3 dəfə artıq götürmək lazım gəlir.
2014-03-22
12,249
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yağıntılı olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 4-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° , gündüz 7-9° isti olacaqdır. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, martın 22- də Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, günün ikinci yarısından tədricən kəsiləcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.
2014-03-22
12,250
Röyanın mahnısı ilin ən yaxşısı seçilə bilər
Müğənni Röya Ayxan Türkiyənin "Kral" telekanalının təşkil etdiyi "Türkiyə Musiqi Ödülləri"nin nominantları sırasına daxil olub. Məlumata görə, sənətçi müsabiqədə "Gəmiçilər" mahnısı ilə "Ən yaxşı mahnı" və "Ən yaxşı sinql" nominasiyalarında yarışır. Röyaya aşağıdakı link vasitəsilə qeydiyyatdan keçib səs vermək mümkündür: http://turkiyemuzikodulleri.com/vote_entry.asp Qeyd edək ki, müğənni ötən il sözügedən müsabiqədə iştirak etsə də, sonda heç bir mükafata sahib ola bilməmiş və mərasimin qala gecəsinə qatılmaqdan imtina etmişdi. Bu il 20 yaşını qeyd edən "Türkiyə Musiqi Ödülləri"nin nəticəsi isə apreldə bəlli olacaq ("Axşam.az").
2014-03-22
12,251
“Qalatasaray” Tvitter qadağasına etiraz etdi
Türkiyənin "Qalatasaray" klubu Türkiyədə tətbiq olunan Tvitter qadağasına etiraz edib. Bəyanat klubun rəsmi internet saytında yerləşdirilib. Bəyanatda deyilir ki, Tvitter-də 4 milyondan yuxarı izləyicisi olan klub baş verənləri üzüntü ilə izləyir: "Tvitter klubumuzla tərəfdarlarımız və ictimaiyyət arasında əlaqə vasitəsi olmaqla yanaşı yerli və xarici idmançılarımızın da gündəlik yaşamlarında çox sıx istfadə etdiyi bir sosial media platformasıdır". "Qalatasaray" klubu ümid edir ki, Türkiyədə və dünyada tənqidlərə səbəb olan qadağa tez bir zamanda aradan qaldırılacaq ("Musavat.com")
2014-03-22
12,252
Kəpəzdə dörd otaqlı ev yandı
Bərdə rayonu, Lənbəran kəndində vətəndaşa məxsus bağ sahəsində 6 ha sahədə kol-kos və 900 p.m çəkərkən ibarət hasar yanıb. Bağ sahəsinin qalan hissəsi və qonşu bağlar yanğından mühafizə olunub. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 65 kv.m və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
2014-03-22
12,253
Türkiyə üçün soyundular - Foto
Dünyada qadağalara soyunaraq etiraz etməsi ilə məşhur olan FEMEN qrupu bu dəfə Türkiyə üçün soyunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspan FEMEN Türkiyədəki Tvitter qadağasına reaksiya göstərib. FEMEN üzvləri bədənlərinə DNS rəqəmlərini və dirən Türkiyə mesajı yazaraq qadağaya etiraz ediblər. FEMEN üzvləri qadağalar artsa aksiya keçirəcəklərini deyiblər.
2014-03-22
12,254
İki üçotaqlı ev yandı
Şəki rayonu, Qarabağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-22
12,255
"Rusiyaya qarşı sanksiyalar üç aya ləğv ediləcək"
Avropa İttifaqı Rusiyaya qarşı tədbiq etdiyi sanksiyaları üç aydan sonra ləğv edəcək. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Komunist Partiyasının sədri Qennadi Züqanov çıxış edib. O, Rusiyanı Krımı anneksiya etməsini faşizm üzərində qələbə ilə eyniləşdirib. "Krım qələbəsini mən may-9-u, Qaqarinin kosmosa uçması ilə eyniləşdirərdim. Rusiya doğru bildiyini etdi. Avropa İttifaqında onsuzda heç kim bizimlə düşmən olmaq istəmir. Üç aydan sonra bu sanksiyalar ləğv ediləcək. Bu həmişə belə olub. Əgər fakt istəyirsinizsə Gürcüstana baxın".
2014-03-22
12,256
Namazdan qayıdanlara hücum - 11 ölü
Dünən Suriyada hökumət qüvvələri cümə namazından çıxan yerli vətəndaşlara təyyarələrlə hücum edib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, hücum Suriyanın paytaxtı Şamda baş verib. Havadan edilən hücum sadə vətəndaşlar cümə namazından çıxarkən həyata keçirilib. Hücum nəticəsində 11 adam ölüb, 30-dan çox adam isə yaralanıb. Digər tərəfdən Suriyada snayperçilərin də hücumu davam etməkdədir. Xalq aclıq və xəstəliklərdən əziyyət çəkir. Nikbinlik
2014-03-22
12,257
Ərdoğan Türkiyənin prezidenti olacaq - İddia
"Ərdoğan yaxın gələcəkdə Gülün kreslosunu ələ keçirməyi planlaşdırır". "Axar.az" xəbər verir ki, bu iddia ilə azərbaycanlı politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində yazıb. O, Ərdoğanın yaxın gələcəkdə ölkənin prezidenti olmağı planlaşdırdığını bildirib. "Ərdoğanın "Twitter" qapatmaqda gizli məqsədi də ola bilər. O əvvəlcədən bilirdi ki, Cumhurbaşqanı Abdullah Gül bu qərarın əleyhinə olacaq. Ona görə də elə indidən cəmiyyətə mesaj verir ki, Abdullah Güllə tədricən yolları ayrılır. Çünki, Ərdoğan yaxın gələcəkdə Gülün kreslosunu ələ keçirməyi planlaşdırır".