date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-19
12,042
Tağı Əhmədov ölkəni tərk etdi
Martın 19-da Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov səhər saat 10:05 reysi ilə Dubaya gedib. Bu barədə Heydər Əliyev adına hava limanındakı mənbələr məlumat verib. Məlumata görə Tağı Əhmədov hava limanında tək deyilmiş. Onunla birlikdə ailəsi və hətta nəvələri də Dubaya uçublar ("Meydan TV").
2014-03-19
12,043
İsrail Suriyanı vurdu
İsrail ordusunun qırıcıları Suriya ordusuna aid hədəfə havadan dörd hücum təşkil edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun verdiyi yazılı açıqlamaya görə, İsrail hava qüvvələri səhərə yaxın Suriya ordusuna aid hədəflərə dörd hava hücumu təşkil edib. İsrail bazasına qarşı hücumlar üçün şərait yaradan Suriya ordusu hədəfə alınaraq vurulub. Xatırladaq ki, dünən günorta vaxtı İsrail-Suriya sərhədində partlayış meydana baş verib. İsrail mətbuatının verdiyi xəbərə görə, üç İsrail əsgəri yaralanıb.
2014-03-19
12,044
Aydın Bəşirov qudurğan işçisindən danışdı
Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun oğlunun törətdiyi ağır yol qəzasına və buna görə atasının vəzifəsindən azad edilməsinə münasibət bildirib. A.Bəşirov açıqlamasında Mübariz Mədətovu vaxtilə işə götürdüyünü söyləyib: "Vaxtilə Mübarizi işə mən götürmüşdüm. Ancaq insan gərək qudurmasın, yolunu azmasın, ayaq altını qazmasın. Başqasına "yama" qazmaq olmaz. Allah hər şeyi görür. Maşınla gedib gözəl, qabiliyyətli bir sənətkarı vurub. Qəza zamanı 2 nəfər adam ölüb, təbii ki, bu cəzasız qalmamalı idi. Başqasının ölümünə bais olmağı Allah da bağışlamaz. Bahalı maşın almısan, o zaman sağlıqla işlət, qayda-qanunla idarə et. Yoxsa belə şey olar, get camaatı maşınla vur öldür? Bunu Allah da bağışlamaz. Digər tərəfdən isə cənab prezident harınlamış insanları heç zaman cəzasız qoymur. Cənab prezident xalqın prezidentidir, o hər zaman haqqın, ədalətin tərəfində olub. Cənab prezident nə etdiyini hamımızdan yaxşı bilir. Yadınıza gəlirsə, bir dəfə də cənab prezident avtomobillərdə vurulan "plyonka" məsələsini gündəmə gətirən zaman dedi ki, əgər hansı məmurun övladı harınlayarsa, o zaman onun atasını da işdən çıxaracam. Sağ olsun cənab prezident ki, hər zaman xalqın yanındadır. ". A.Bəşirov mətbuatda onun guya Mübariz Mədətovla qohum olması və biznes ortağı olması məsələsinə də münasibət bildirib: "Vallah, mənim oğlum heç onun övladlarını tanımır. Mənim oğlum uzun illərdir xaricdə yaşayır, özü də hüquqşünas adamdır. Hətta, oğlum belə yazıları görəndə təəccüblənir və deyir ki, bunlar nə tip adamlardır" ("Publika.Az").
2014-03-19
12,045
Elnur Aslanovun səlahiyyətləri Əli Həsənova verildi
Elnur Aslanovun Prezident Administrasiyasında rəhbərlik etdiyi Siyasi təhlil və informasiya təminatı şöbəsi ləğv edilib. "Axar.az" "Qaynar.info"ya istinadən xəbər verir ki, məlumata görə, martın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Elnur Aslanovun keçmiş rəhbəri olduğu şöbə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib. Qeyd edək ki, İctimai-siyasi məsələlər şöbəsinə Əli Həsənov rəhbərlik edir. Əldə olunan digər məlumata görə isə Elnur Aslanovun kurasiyasında olan internet resursları da artıq yeni şöbədən təlimatlandırılacaq.
2014-03-19
12,046
Azərbaycanlı istedad amerikalıları qabaqladı
Hazırda Praqa Beynəlxalq Məktəbinin 12-ci sinfində oxuyan həmyerlimiz 17 yaşlı Emil Əliyev SAT testindən 2080 bal toplayıb. "Axar.az" "Teleqraf.com"a istinadən verdiyi xəbərə görə, Amerika məktəblilərinin cəmi 2-3 faizi orta məktəblərin buraxılış imtahanlarında bu cür göstəriciyə nail ola bilir. Birləşmiş Ştatların kollec və universitetləri üçün standartlaşdırlmış SAT sistemi bizdəki qəbul qaydalarından bir az fərqli mexanizmdir. Həmin testlərin nəticələri universitetlərə gedir və universitetlər özləri abituriyentə dəvət göndərir. Qəbul başqa faktorlardan asılı olsa da, 1900-2000-dən yuxarı bal Birləşmiş Ştatların ən prestijli universitetlərinə qəbul üçün bəs edir. Aldığımız məlumata görə, Emil Əliyev kompüter bilimçiliyi ixtisasına üstünlük verir.
2014-03-19
12,047
Azərbaycanda oğul atasının qətlini sifariş verib
Azərbaycanda sifarişli qətl və quldurluq cinayətləri törədən 11 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Polis əməkdaşları ilk öncə Şəki şəhərində anadan olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıb. Araşdırmalarla müəyyən edilib ki, Oruc Şirəliyevin qətlini onun həyat yoldaşı, 43 yaşlı Sevinc Şirəliyeva, 21 yaşlı oğlu Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev sifariş verib. Vüsal Mustafayev istintaqa ifadəsində bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun müddət aralarında ədavət olub. O, həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var-dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. Vüsal Mustafayev bu məqsədlə Orucun həyat yoldaşı Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana əsasən, Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Vüsal Mustafayev Şəki şəhər sakini, 37 yaşlı İqbal Cumayevə qətli törətmək üçün killer tapmağı tapşırıb. İqbal Cumayev isə həmyerlisi, 35 yaşlı Elçin Məmmədovu taparaq Vüsalla tanış edib. Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə biləcəyindən qorxaraq qətli Azərbaycanda yox, Rusiya Federasiyasında törədəcəyini bildirib. Plana əsasən, Oruc Şirəliyevin oğlu Bürhan Şirəliyev qabaqcadan Nijnıy Novqorod şəhərinə gedərək Elçin Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib. Beləliklə, Oruc Şirəliyevi izləyən Elçin 2013-cü il aprelin 13-də onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsilə satılaraq pulları bölüşdürülüb. Vüsal Mustafayevlə Bürhan Şirəliyev isə əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən pulun yarısını, yəni 10 min manatını ala bilib. Araşdırmalarla daha sonra müəyyən edilib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər. Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və külli miqdarda qızıl var. Vüsal Mustafayev tanışı, 31 yaşlı Kamran Qafarovu da ətrafına cəlb edərək, gecə saatlarında Xanlar Hüseynovun evinə gəliblər. Onlar başlarına maska keçirib evə girmək istədikdə həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor tətbiq ediblər. Onun əl qolunu yapışqan lentlə bağlayan quldurlar evi axtararaq 1400 dollar və 3600 manat pul tapıb aradan çıxıblar. İstintaq daha sonra saxlanılan şəxslərin müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib. Vüsal Mustafayevlə Kamran Qafarov tanışları, Şəki şəhər sakinləri - 34 yaşlı Mikayıl Mustafayev və 38 yaşlı Rüfət Hüseynəliyevi də bu işə cəlb ediblər. Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları və digər ləvazimatlar alaraq, bir neçə dəfə bankomatları yarmaq istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng, gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, dəstə üzvləri saxlanılarkən hər birinin üstündən narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki, Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri də ələ keçirib. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə məhkum olunan 44 yaşlı İlqar Teymurov və əlbir olduğu 44 yaşlı Loğman Abdullayev narkotik maddə satarkən cinayət başındaca tutulublar. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər cinayətlər də törətdiyi ehtimal olunduğundan, bu istiqamətdə araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.
2014-03-19
12,049
Feysbukda il boyu ən çox danışılan mövzular
Həyatımızın ayrılmaz hissəsinə çevrilən Feysbuk sosial şəbəkəsində gün ərzində dünya ictimaiyyətinin diqqətində olan müxtəlif mövzular müzakirə olunur. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Feysbuk il boyunca şəbəkədə ən çox danışılan mövzu başlıqlarını açıqlayıb. Həmin mövzuların ilk onluğunu təqdim edirik. 10 - Nelson Mandela 9 - Tur da Frans yarışları 8 - Boston marafonu (Terror hadisəsi) 7 - Mayli Sayrus (Məşhur müğənni) 6 - ABŞ-ın Kolorado əyalətində yaşanan fəlakət (Sel) 5 - Harlem Seyk (yutubda 70 milyondan artıq izlənilən video) 4 - Filippində baş verən tornado (Fəlakət) 3 - Krallıq körpəsi 2 - ABŞ-da prezident seçkisi 1 - Papa Fransis
2014-03-19
12,052
Sumqayıtın icra başçısı Azərbaycan bayrağını təhqir etdi
Sumqayıt mərkəzi yollarında asfalta Azərbaycan bayrağı təsvir edilib; icra başçısının bu qərarı sumqayıtlıların narazılığına səbəb olub Sumqayıtın icra başçısının daha bir göstərişi sumqayıtlılar tərəfindən etirazla qarşılanıb. Məlumata görə, icra başçısının qərarı ilə şəhərin mərkəzi yollarında asfaltın üzərində Azərbaycan bayrağı həkk olunub. Şəhər sakinlərinin hiddətinə səbəb olan bu olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edən sakinlərə isə bildirilib ki, asfalta bayrağı təsvir olunması o demək deyil ki, dövlət atributumuz təhqir olunur. Sakinlərə bildirilib ki, məsələyə gözəl vizual görüntü prizmasından yanaşınlar. Facebook sosial şəbəkəsində yaradılan çağırışda isə bayrağımızın təhqir olunması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısında aksiya təşkil olunub. Martın 22-inə təyin olunan aksiya ilə bağlı bildirilib ki, icra başçısının bu əməlinə etiraz əlaməti olaraq hər kəs əlində bir Azərbaycan bayrağı ilə səhər saat 11-də icra hakimiyyətinin qarşısında olsun. "Eldar Əzizova istefa" adı ilə yaradılan çağırış isə sonradan silinib. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı. Qeyd edək ki, ötən gün icra başçısı Eldar Əzizovun göstərişi ilə Sumqayıt şəhərində keçirilən Novruz bayramı festivalında qeyri-adiliyi ilə seçilib. Belə ki, E.Əzizovun göstərişi ilə Sumayıtda nəhəng Novruz gəmisi düzəltdirilib. Gəmi Sumqayıtın baş meydanına daxil olub. Daha sonra gəmidəki toplardan yaylım atəşi açılıb ("Musavat.com").
2014-03-19
12,053
Ukrayna müdafiə naziri təcili Krıma göndərildi
Ukraynanın baş naziri Arseniy Yatsenyuk baş nazirin müavini Vitali Yarema və müdafiə naziri İqor Tenyux Krıma göndərib. "Axar.az" xəbər verir ki, heyət Krımda baş verənləri araşdırmaq və vəziyyətin hərbi münaqişəyə çevrilməməsi üçün danışıqlar aparacaq. "Yarema və Tenyux bir az əvvəl iclası tərk edərək Krıma uçmaq üçün aeroporta getdilər" deyə baş nazir Yatsenyuk açıqlamasında bildirib. Bu arada Krım rəhbərliyi ukraynalı nazirlətin Krıma daxil olmasına icazə verməyəcəklərini bildirib.
2014-03-19
12,054
“Sərəncamın dərcinə AzərTAc cavabdehdir” – Xalq qəzeti
"Prezidentin Elnur Aslanovun işdən azad olunması ilə bağlı sərəncamının "Xalq qəzeti"ndə çap olunmamasına səbəbkarı AzərTAc-dır". Bu barədə "Axar.az"a "Xalq qəzeti"nin məsul katibi İlqar Rüstəmov bildirdi. O, dövlət agentliyindən Elnur Aslanovun vəzifədən azad olunması ilə bağlı heç bir məlumatın göndərilmədiyini dedi: "AzərTAc-dan nə gəlirsə, biz onu çap edirik. Nəyin dərc olunub, nəyin olunmamasını biz həll eləmirik". AzərTAc rəsmi isformasiya agentliyində Prezident sərəncamının dərc olunduğunu xatırlatdıqda isə İ.Rüstəmov bildirdi ki, biz materialları saytdan yox, proqramla alırıq: "Bizə rəsmən nə göndərirlər, onu da çap edirik. Bizə rəsmi məlumatlar AzərTAc-dan proqram şəklində gəlir. Nə göndərirlər onu çap edirik". Qeyd edək ki, "Xalq qəzeti" birbaşa Prezident Administrasiyasına və şəxsən Prezidentə tabedir. Bu gün media martın 17-də verilən sərəncamın "Xalq qəzeti"ndə çap olunmadığı haqqında məlumat yaymışdı.
2014-03-19
12,055
AzTV Prezident sərəncamını niyə efirə vermədi - Açıqlama
Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncam bəzi mətbu orqanlar, o cümlədən, dövlət kanalı olan AzTV tərəfindən ictimaiyyətə təqdim olunmayıb. Qeyd olunur ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Buna görə də sərəncam efirdə səsləndirilməyib. AzTV mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova "Teleqraf.com"a açıqlamasında E.Aslanovla bağlı sərəncamın işıqlandırılmamasına bir cümlə ilə cavab verid: "Artıq bir neçə ildiri ki, kadr dəyişikliyilə bağlı sərəncamlar barədə efirdə məlumatlar verilmir".
2014-03-19
12,056
Baş Polis İdarəsinin rəis müavini işdən çıxarıldı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təqaüdə göndərilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, ötən ilin may ayından Gəncə Şəhər Baş Polis İdarəsində rəis müavini işləyən, polis polkovnik-leytenantı Kamandar Həsənov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb. K.Həsənov açıqlamasında faktı təsdiqləyib: "Mən uzun illər daxili işlər orqanlarında çalışmışam və polis adının şərəfini hər zaman ucaltmağa çalışmışam. Yaş həddi ilə əlaqədar daxili işlər naziri cənab Ramil Usubova raport yazaraq təqaüdə çıxmışam". Qeyd edək ki, K. Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinatdan əvvəl Neftçala Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
2014-03-19
12,057
Krımın müstəqilliyini tanıyan ilk ölkə
Krımın referendum nəticəsində müstəqilliyini elan etməsi dünya birliyinin kəskin etirazına səbəb olsa da, Qazaxıstan hamıdan fərqlənib. "Axar.az" xəbər verir ki, artıq ilk ölkə kimi Krımın müstəqilliyini tanıyan ölkə Qazaxıstan olub. Qazaxıstan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, xalqların iradəsinə hörmət edir və Krımın müstəqilliyini tanıyır. Qeyd edək ki, Avropa Birliyi ölkələri və ABŞ Krımın müstəqilliyini tanımayaraq Ukraynanı dəstəklədiyini elan edib.
2014-03-19
12,058
“20 Yanvar”dakı köşklər niyə sökülmür? – Açıqlama
Bakı Şəhər İcra Hakimiyyəti metronun "20 Yanvar" stansiyasındakı bəzi ticarət obyektlərinin sökülməməsinə aydınlıq gətirib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev deyib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib: "Metropolitenin bizə verdiyi siyahıda metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Lakin metronun "20 Yanvar" stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bizim departament yalnız söküntüyə nəzarət edir. Həmin stansiyada digər obyektlərin yığışdırılmamasının səbəbini soruşduq, metropolitendən dedilər ki, bu obyektlər metropolitenin balansına deyil".
2014-03-19
12,059
Xankəndində Rusiyaya birləşmək mitinqi - Şok
"Azadlıq" radiosunun erməni xidməti dünən axşam sensasion məlumat yayıb. Məlumatda deyilir ki, martın 18-də axşam Dağlıq Qarabağın "paytaxtı"ında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı bayram mərasimi təşkil olunub. Bu mərasimdə bəzi öyrədilmiş adamların Dağlıq Qarabağın da Rusiyaya birləşdirilməsinə dair çağırışlarla çıxış etməsi gözlənilirdi. Lakin lragir.am saytı xəbər verir ki, mitinq və bayram konserti faktiki olaraq iflas olub. Bildirilir ki, martın 18-də səhər tezdən başlayaraq Xankəndindəki məktəblərdə və "dövlət təşkilatlarında" axşam şəhərin baş meydanında bayram konsertinin və mitinqin olacağı haqda elanlar yayılıb. İnsanları sadəcə olaraq meydana çıxmağa məcbur ediblər, çoxları heç nə üçün getdiyini də bilməyib. Buna baxmayaraq mitinq faktiki olaraq baş tutmayıb və meydana toplaşan bir qrup adamın qarşısında Dağlıq Qarabağın qondarma "xarici işlər nazirliyinin" və "parlamentinin" Krımla bağlı bəyanatı oxunub. Həmin bəyanatda Krım xalqının Rusiyaya birləşmək qərarı alqışlanır. Bunun ardınca meydanda konsert başlayıb. Sayt qeyd edir ki, mitinqin izdihamlı alınacağı halda öyrədilmiş qrupların və şəxslərin Dağlıq Qarabağın da Rusiyaya birləşməsinə dair çağırışlarla çıxış etməsi nəzərdə tutulmuşdu.Maraqlıdır ki, həmin mitinqin və konsertin kim tərəfindən təşkil edildiyi açıqlanmayıb. Lakin erməni KİV-ləri təlimatın Ermənistan rəhbərliyi tərəfindən verildiyini təxmin edir. Bildirilir ki, həmin tədbiri təşkil edənlərin məqsədi Krımın Rusiyaya birləşmək presedenti olduğunu Dağlıq Qarabağ ermənilərinə göstərmək idi. "Aydındır ki, mitinqin təşkilatçılarının planı Qarabağın da Rusiyaya birləşməyə hazır olduğunu Putinə göstərmək idi. Lakin bu plan reallıqdan uzaq olduğu göründü. Çünki qarabağlılarda kollektiv düşüncə tərzi var. Və mitinqdə heç kimin Rusiyaya birləşmək çağırışı ilə çıxış etməyə risk etməməsi Rusiya üçün Qarabağda baryerin Krımla müqayisədə xeyli yüksək olduğunu göstərdi" - deyə lragir.am saytı yazır. 1in.am saytı isə Xankəndində təşkil edilən mitinq və konsertlə bağlı bədnam erməni yazıçısı Zori Balayanın ötən ilin payızında Putinə yazdığı açıq məktubu yada salır. Həmin məktubda Balayan Putini Gülüstan sülh müqaviləsinə istinad edərək Dağlıq Qarabağı Rusiyaya birləşdirməyə çağırırdı. Ermənistan rəhbərliyi bu məktuba heç cür reaksiya vermədi. Qeyd edək ki, Krımın Rusiya tərəfindən ələ keçirilməsindən sonra Dağlıq Qarabağın da Rusiyaya birləşdiriləcəyini növbəti dəfə Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski dilə gətirmişdi. Jirinovski Rusiya radiosuna müsahibəsində demişdi ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında Dağlıq Qarabağa dair razılıq əldə edə bilməyəcəklər. Ona görə də ən yaxşısı bu ərazini Rusiyaya birləşdirməkdir ("Musavat").
2014-03-19
12,060
Ruslar Ukrayna ordusunu tərksilah etməyə başladı
Krımda Ukrayna Ordusuna məxsus hərbi hissənin tərkisilah edilməsi prosesinə başlanılıb. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, artıq yarımadanın Perevalnı rayonunda yerləşən 36 saylı briqadanın hərbçiləri müqavimət göstərəmədən öz silahlarını "özünümüdafiə" dəstələrinin üzvlərinə təhvil verirlər. Hərbçilərin bir qismi isə Müdafiə Nazirliyinin qərarı olmadan təslim olmaqdan imtina ediblər. Onlar bildiriblər ki, Ukrayna hərbi-siyasi dairələri baş verənlərlə bağlı qərarını açıq şəkildə bəyan etməlidir. Ukrayna mediasının verdiyi məlumatda isə bildirilib ki, adıçəkilən briqadanın hərbçilərinin tərksilah olması ilə bağlı əmr birləşmənin komandiri tərəfindən verilib.
2014-03-19
12,061
İtən təyyarənin tapılması ilə bağlı şok iddia - Video
Malaziyaya məxsus itən təyyarənin bu on gündə harada ola biləcəyi ilə bağlı Tailand ordusu radarlara düşən təyyarə təsbit edib. "Axar.az" xəbər verir ki, Tailand ordusu hərəkətdə olan bir təyyarədən siqnal aldığını elan edib. Tailand səlahiyyətlərinin daha əvvəl bu məlumatı dəqiqləşdirməmələrinin səbəbi barədə informasiya verilmir. Hərəkətdə olan təyyarənin Maldiv adaları üzərində görüldüyü iddia edilir. Mütəxəssislər bildirir ki, təyyarə alçaqdan uçur və buna səbəb təyyarənin yanacağının az olmasıdır. Qeyd edək ki, Malaziyaya məxsus itən təyyarənin harada ola biləcəyi barədə hələ də dəqiq məlumat əldə etmək mümkün olmayıb.
2014-03-19
12,062
Krım referendumunda "karusel" əməliyyatı - Video
Sosial şəbəkələrdə Krımda bazar günü keçirlən referendumla bağlı rezonans yaradacaq video görünütü paylaşılıb. "Axar.az" məlumat verir ki, videoda rus əsəgərlərinin xarici kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı güc tətbiq etdiyi aşkar görünür. Qeyd edək ki, Krım rəsmləri əvvəlcədən prosesi izləmək üçün müşahidəçilər dəvət olunduğunu və şəffaflığın təminatında heç bir problemin olmadığını açıqlamışdılar. Lakin çarxdan da görünüdüyü kimi, hərbçilər, keçmiş "berkut"çular karusel üsulu ilə səs verməyə imkan yaradıblar. Xatırladaq ki, sözügedən video görüntünün operatoru Beata Bubeneçdir. Videonu təqdim edirik:
2014-03-19
12,063
Siqareti kimlər bahalaşdırır? - Ekspert rəyi
"Tütün məhsullarındakı qiymət artımının konkret iqtisadi səbəbi yoxdur". Bu sözləri "Axar.az"a iqtisadçı ekspert Qadir İbrahimli tütün məhsullarının bahalaşma səbəbinə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, aidiyyəti qurumlar bununla bağlı rəsmi izahat irəli sürməyiblər: "Hesab edirəm ki, rəsmi izahat yoxdursa və tütün məhsulları bazarında bahalaşma ilə bağlı iqtisadi hadisə baş verməyibsə, qiymət artımı süni şəkildə həyata keçirilir. Bu siqaret istehsalçılarının, siqaret ticarətçilərinin subyektiv qərarı əsasında olan artımdır. Konkret desək, monopolistlərin diktəsi ilə atılmış bir addımdır. Əgər eyni növdə olan siqaret eyni vaxtda bahalaşırsa, deməli, bunun arxasında hansısa iqtisadi yox, subyektiv amillər dayanır". İqtisadçı ekspert hesab edir ki, bu amil bazara mənfi təsir edəcək: "Qiymət artımı bazara təsirsiz ötüşmür. Bu, gözləniləndir. Müəyyən siqaret növləri ola bilər ki, ona təsir etməsin. Ümumilikdə isə siqaret növlərinin qiymətinin qalxması mənfi mənada bazara təsir edəcək". Q. İbrahimli siqaretin bahalaşmasının alıcılıq qabiliyyətinə təsir etməyəcəyini bildirdi: "Praktika göstərir ki, siqaretin qiymətinin artması siqaret çəkənlərin sayını azaltmayacaq. Bu, insanın tələbatıdır. Əgər tələbat varsa, onun qiyməti o qədər də önəmli deyil".
2014-03-19
12,064
ABŞ Krımı Rusiyanın ərazisi kimi göstərəcək
Amerikanın "National Geographic Society" Milli Coğrafiya Birliyinin mütəxəssisləri öz xəritələrində Krımı Rusiyanın ərazisi kimi göstərməyə hazırlaşırlar. "Axar.az"ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumatına görə, təşkilatın mütəxəssisləri bildirib ki, hadisələrdən asılı olmayaraq, reallığa istinad olunmalıdır. Yəni faktiki olaraq bu gün Krım Rusiyanın tərkibinə daxil olan ərazi vahididir. Qeyd edək ki, Milli Coğrafiya Birliyinin baş işçisi Xuan Valdes belə qərar vermələrini Krımda keçirilən referendumun nəticələrinə istinad kimi əsaslandırıb: "Biz dünyada baş verən hadiələri yaxından izləyirik, siyasi proseslərdən asılı olmayaraq, reallığı əsas götürməyə borcluyuq".
2014-03-19
12,065
Kolumbiya prezidenti çıxışı zamanı şalvarını batırdı - Video
Kolumbiya prezidenti Xuan Manuel Santos təkrar prezident seçilmək üçün Barranqulia şəhərində seçiciləri önündə çıxış edərkən tribunda özünü batırıb. "Axar.az"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hərarətli çıxış edən Santos özünü tənzimləyə bilməyib. Maraqlıdır ki, onun tribunadakı yaxınları "hadisəyə" reaksiya verməyiblər. Bütün bu xoşagəlməz olaya baxmayaraq, Santos çıxışını axıra qədər davam etdirib. Videonu təqdim edirik:
2014-03-19
12,067
Nurçular Nəqliyyat Nazirliyinə də sızıb – Özəl
Nəqliyyat naziri Ziya Məmmədovun köməkçisi olduğu bildirilən Ziya Əliyev "İrəli"nin təsisçilərindən biridir. Bu barədə "Axar.az"ı bilgiləndirən mənbənin sözlərinə görə, həm də ASAİF-in məclis üzvləri sırasında yer alan və nurçuların bütün şəbəkəsində etibarlı şəxs kimi təmsil olunan Ziya Əliyev Ziya Məmmədovun yanına yerləşdirilən görünən simadır. Digər görünməyən simalar içərisində isə nurçu olmasa da, son vaxtlar nurçuların aktiv təbliğatını aparan şəxslərdən biri kimi tanınmış jurnalist Elnur Baimovun adı çəkilir. Çoxlarının "Day.az" saytından tanıdığı Elnur Baimovu nurçularla nə birləşdirir? Anar Məmmədxanovun "Day.az" layihəsi ilə məşhurlaşan, nurçu olduğu iddia edilməyən Baimovun media sahəsindəki bacarıqlarından Elnur Aslanov yaratdığı sayt və internet televiziyasında istifadə edib. 2013-cü ilə qədər Elnur Aslanova məxsus media qurumlarına nəzarət edən Baimov daha sonra Nəqliyyat Nazirliyinə keçib. Baimov Ziya Məmmədovun diaspor işi və Azərbaycanın xaricdə təbliği ilə məşğul olan oğlu Anar Məmmədovun bu yöndəki fəaliyyətinin gücləndirilməsinə dəstək verib və bunun üçün Feysbukda tirajlı səhifələr alınıb. Maraqlısı isə odur ki, Anar Məmmədovun dəstəyi ilə alınan və diaspor fəaliyyətinin təbliği üçün nəzərdə tutulan Feysbuk səhifələri Elnur Aslanovun kurasiyasında olan media qurumlarının təbliğinə xidmət edir. Başqa bir maraqlı fakt isə Elnur Aslanova məxsus olan və Məmmədovların dəstəyi ilə alınan Feysbuk səhifələrində reklam edilən saytlarda Ziya Məmmədovla qohumluq əlaqələri olan bir neçə ziyalının əleyhinə kəskin yazıların yayımlanmasıdır.
2014-03-19
12,068
Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir. III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir. Azərbaycan prezidenti də sammitə dəvət edilib (ANS).
2014-03-19
12,069
Prezident sərəncamını “Azərbaycan” niyə dərc etməyib? – Səbəb
"Azərbaycan" qəzeti də Prezidentin Elnur Aslanovla bağlı verdiyi sərəncamı dərc etməyib. "Axar.az" xəbər verir ki, bu artıq sərəncamın çap olunmadığı ikinci dövlət qəzetidir. "Azərbaycan" qəzetinin baş redaktorunun müavini Amil Novruzov sərəncamların dərc olunmamasında əsas təqsirkarın AzərTAc olduğunu deyib: "Bizə ümumiyyətlə belə xəbərlər AzərTAc-dan göndərilir. AzərTAc göndərməyibsə, biz necə çap edə bilərik?!" Maraqlı məqam yayılan məlumatlarda Prezidentin yalnız iki sərəncamının yerləşdirilməməsi ilə əlaqədardır. Yerləşdirilməyən sərəncamlar isə Prezidentin Elnur Aslanov və Xəzər Dəniz Gəmiçiliyinin rəis müavini Mübariz Mədətovun işdən çıxarılmağı ilə bağlı olanlardır. Xatırladaq ki, "Xalq qəzeti"nin məsul katibi İlqar Rüstəmov da açıqlamasında sərəncamın dərc olunmamasına görə AzərTAc-ın məsuliyyət daşıdığını bildirib. Amma maraqlıdır ki, martın 17-də AzərTAc öz rəsmi səhifəsində digər sərəncamlarla yanaşı, Elnur Aslanovun vəzifədən azad olunması haqqında məlumatı da (saat 15:58-də) çap edib. Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Prezident Administrasiyasının İşlər İdarəsidir, "Azərbaycan" qəzeti isə rəsmi dövlət qəzetidir.
2014-03-19
12,070
SOCAR-ın 5,5 milyardlıq layihəsi batır?
ARDNŞ-ın törəmə şirkəti olan SOCAR-Türkiyə şirkətinin İzmirin Aliağa bölgəsində tikmək istədiyi "Star" neftayırma zavodu üçün 500 milyon dollar kredit ayırmağa söz verən 2 beynəlxalq təşkilat geri çəkilib. Türkiyənin "Vətən" qəzetinin yazdığına görə, Azərbaycanın SOCAR şirkəti nəhəng layihəyə xərclənəcək vəsaitin 65 faizini Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankının özəl sektoru kreditlə təmin edən bölməsi Beynəlxalq Maliyyə Fondunun (Export Credit Agencies) hesabına təmin etməyi planlaşdırırdı. Ancaq bu bankların layihədən geri çəkilməsi SOCAR-da təəccüblə qarşılanıb (Xəzərİnfo.Az). Şirkətin rəhbərliyi 500 milyon dollarlıq itkini kompensasiya etmək üçün Rusiyanın "Sber" bankı vasitəsi ilə Türkiyənin "Deniz" bankı ilə uzunmüddətli razılaşma əldə edib. "Denizbank"a yaxın olan mənbələrdən verilən məlumatda, layihə ilə əlaqədar 500 milyon dollarlıq kreditin hissə-hissə ödənəcəyi bildirilir. 5,5 milyard dollara başa gələcək bu layihənin 2 milyard dolları şəxsi qaynaqlar, yerdə qalan 3.5 milyard dollarlıq məbləğ isə eximbanklar, beynəlxalq və yerli banklardan əldə olunacaq kreditlərlə təmin olunacaq. SOCAR Türkiyə şirkətinin rəhbəri Kenan Yavuz "Reuters" açıqlamasında bildirib ki, "Star" neftayırma zavodunun maliyyə xərcləri ilə bağlı "Export Credit Agencies" ilə razılaşma əldə olunmadığı üçün layihədən çıxarılıb. Bunun əvəzində isə eyni şərtlərlə yeni kredit mənbəyi ilə təmin olunublar. K.Yavuz bildirib ki, AYİB və IFC-nin kredit paketində təxminən 500 milyon dollarlıq fəaliyyət növü göstərilirdi: "3.5 milyard dollarlıq müraciətimizə bu banklardan 5.5 milyard dollarlıq təklif gəlmişdi. Bunun əvəzində isə ticarət banklarının birindən eyni şərtlər daxilində yeni müqavilə bağladıq. Çalışırıq ki, martın 31-nə qədər müqaviləni tamamlayaq, amma bu məsələ aprelin ortalarına qədər uzana bilər. Zavodların tikinti müddəti ilə bağlı heç bir çətinlik olmayacaq. Onsuz da layihənin əsas hissəsini öz vəsaitlərimiz hesabına görürük". Xatırladaq ki, 2017-ci ilin ortalarında açılışı nəzərdə tutulan və ildə 10 milyon ton xam neft emal gücünə malik olacaq "Star" zavodları Türkiyə iqtisadiyyatı baxımından böyük əhəmiyyət daşıyır. Bu zavodlar tamamlandıqdan sonra Türkiyənin cari borcarının illik 2.5 milyard dollara qədər azalması gözlənilir. Hətta rəsmi Ankara da bu zavodların Türkiyə üçün son dərəcə strateji bir layihə olduğunu və bu layihənin hər hansı bir səbəbdən gecikməyəcəyini bəyan edir. Qeyd olunur ki, enerji strategiyası və sərmayələri baxımından Türkiyənin bu zavodlara ehtiyacı var.
2014-03-19
12,072
AKP-nin möhtəşəm reklam çarxı oğurluq çıxdı - Video
AKP-nin "Millət əyilməz, Türkiyə yenilməz" şüarıyla yayımlanan reklam çarxının "PlayStation 2"-dən götürüldüyü üzə çıxıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, partiyanın 30 mart seçkisi üçün hazırladığı reklam çarxı ictimai mediada böyük maraq doğurub. Baş nazir Ərdoğanın İstiqlal Marşından bir hissə oxuduğu reklam çarxını bəyənənlər qədər tənqid edənlər də olub. Reklamda Türk bayrağını endirmək istəyən naməlum şəxsə qarşı bütün xalqın mübarizəsi əks olunub. Həmin videonu təqdim edirik.
2014-03-19
12,073
PKK bayram keçirir, nurçu dövlətə sızır…
Mart ayının 16-da Bakıda "Miraj" adlı restoranda PKK-çılar Novruz bayramı şənliyi keçirib. Mətbuatda gedən fotolardan da bəlli olur ki, salonun ön səhnəsində Azərbaycan bayrağı ilə qondarma Kürdistanın bayrağı asılıb. Gəlin bir anlığa xəyali olaraq Türkiyəyə, orda olan salonlardan birinə gedək və təsəvvür edək ki, həmin salonda ermənlər bayram edib. Türkiyənin bayrağı ilə yanaşı, qondarma "Qarabağ respublikası"nın bayrağını asıb. Belə bir foto və məlumat burda yayınlanarsa, dərhal "vətən, millət, sakarya" deyənlər bunu az qala Türkiyənin Ermənistan siyasətinin tərkib hissəsi kimi qələmə verib nə gəldi yazacaqlar. Əgər xatırlayırsınızsa, illər öncə Türkiyə-Ermənistan futbol komandalarının qarşılaşdığı oyunda Türkiyə prezidenti Abdulla Güllə yarışı seyr edən Serj Sərkisyanın oturduğu hündür kürsü belə Azərbaycanda söz-söhbətə səbəb olmuşdu. Düşmənimizi belə gözəl qarşıladıqlarına görə Türkiyə siyasiləri tənqidə məruz qalmışdı. Bu, bizim Türkiyədən gözləntilərimiz, ümidlərimizin qarşılığında göstərdiyimiz təpki idi. Ən xırda detalı belə güzəştə getmək istəmirik. Yaxşı bəs, Bakının mərkəzində yerləşən və orda olan insanların, salonun sahibindən tutmuş qulluq edənlərə qədər hamının nə baş verdiyini anladığı bir məclisdə baş verənlərə, orda Kürdistanın bayrağının asılmasına niyə ən azından salonun sahibindən etiraz gəlmədi? Orda baş verənləri mətbuata məhz orda işləyənlərdən biri ötürüb. Demək, bu olanların məlumat yükü olduğunu anlayıb. Amma hamı da susub, PKK-çıya xidmət edib, onun qarşısına qab aparıb, qab gətirib. O kəsə ki, Türkiyədə sabah Azərbaycanın başına bir bəla gələrsə, döyüşəcək, bizi qoruya biləcək məhmətçiyə güllə atıb onu şəhid edir. Bu, necə olur, bəlkə bir gün başqa bir sarayın, ya da elə adı çəkilən "Miraj"ın rəhbərliyi də Qarabağı müstəqil respublika kimi təmsil edənlərin bayram etməsinə izn verəcək ki, mən siyasətə qarışmıram?! Biz artıq buna da hazır olaq bəlkə?! Məgər belə bir həssas mövzunu anlamaq üçün siyasətə qarışmaq lazımdır ki? Yox, sadəcə, vətəndaş olmaq lazımdır! Son dövrlər Azərbaycanda nurçuların az qala dövlətin içinə sızmasından bəhs edən yüzlərlə məlumat oxuduq. Nurçulara bağlı olan insanların Azərbaycanda yüksək post tutması, Milli Məclisdə onlarla deputatın onlardan maaş alması ilə bağlı məlumatların ortalarda dolaşması onu deməyə əsas verir ki, Azərbaycanda nələrsə yolunda getmir. Dövlətin içinə sızmış, Bakıdan Fətullah Gülənə gedən məktublarda "öz adamları" kimi təqdim etdikləri insanların yüksək dövlət postlarında işləmələri, yüzlərlə tələbəni xaricdə dövlət hesabına oxutdurmaları bizi düşünməyə niyə vadar etmir? Ya da bəlkə nurçuların bu qədər geniş miqyasda dövlət içinə sızmasını izlədikdən sonra Bakıda bir sarayda da PPK-çının hərbi paltarda heç nədən və kimsədən çəkinmədən şəkil çəkdirməsinə də o qədər təəccüblənməməliyik?!
2014-03-19
12,074
İmran Cəfərzadənin ailəsindən prezidentə məktub
İmranın valideynləri Cəfərov İbrahim və Cəfərova Nuridə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar. Məktubda qeyd olunur: "Möhtərəm cənab Prezident! Bu məktubu Sizə balaca İmranın dili ilə yazan Sizin göstərdiyiniz misilsiz mərhəmət və qayğı sayəsində ona yenidən qovuşmuş Cəfərovlar ailəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə otağına daxil olanda gözlərimizə inanmadıq, balaca İmranın Bakıya dönmə xəbərini eşidib onu qarşılamağa o qədər insan gəlmişdi ki, elə bil hamı bu möcüzənin - onun bağışlanmaz bir məsuliyyətsizlik nəticəsində itirdiyi ayaqları ilə yenidən sərbəst gəzməsinin şahidi olmaq istəyirdi. Sizin sayənizdə bu günü görmək bizə nəsib oldu. O dəhşətli anlarda Sizin köməyiniz olmasaydı, bir valideyn kimi bu çətinliyi necə dəf edəcəyimizi, necə adlayacağımızı təsəvvür edə bilmirik. Möhtərəm cənab Prezident! Siz balaca İmranın xilaskarı, onun ikinci dəfə anadan olmasının, həyata, bizlərə dönməsinin səbəbkarısınız. Sizə İmranın bütün ailə üzvləri və onun taleyi ilə bu müddət ərzində maraqlanan mərhəmətli Azərbaycan xalqı adından öz sonsuz minnətdarlığımızı bildiririk! Təki İmran boya-başa çatıb Sizə və ölkəmizə layiqli bir vətəndaş olsun. Bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Ulu Tanrıdan arzu edirik ki, Siz hər zaman xalqımızla olasınız! Bu bayram ərəfəsində Sizə və ailənizə uzun ömür, cansağlığı, xoş bayram ovqatı arzu edirik! Allah Sizə balalarınızın xoşbəxt günlərini nəsib etsin!" (Azər TAc).
2014-03-19
12,075
VİP sözçüsü Cavid Alişanov haqda nekroloq
Dostlar, mən dəfələrlə SÖZ adlı İlahi anlama münasibət bildirmişəm. Aşağıdakı fikirimi də dönə-dönə təkrar etmişən: Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsi olduğu üçün müqəddəsdir. SÖZ isə bu iki hikmətin - NƏFƏS və SƏSin - birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Bizlər bunu dərindən düşünüb-anlasaq, heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik, bununla da bir çox əzab-əziyyət və günahlardan xilas olarıq!.. İndi keçirəm mətləbə. Elə qələm sahibləri var ki, onlar üçün SÖZ anlayışı çırtma səsi tək, boş bir şeydir. Belələri, fikirimcə, təhlükəli insanlardır. Göstərişlə, fərmayiş, sifariş və muzdla bədxah yazılar yazanlar, şübhəsiz ki, həm də günah işlətmiş olurlar. Təsəvvür edin ki, belə bir üzdəniraq qələm əhli pul, qazanc müqabilində, tanımadığı, ya lap tanıdığı bir adam haqqında böhtan, təhqir və şər-şəbədəylə dolu məqalə yazıb onu aşağılayır və... elədiyindən zərrə qədər də olsun vicdan əzabı çəkmir!.. Daha düşünmür ki, bu insanın ailəsi var, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemi, ünsiyyət dairəsi, dünya duyumu var. Məncə, bu sayaq cızma-qaraçıya çəkinmədən, "şərəf və ləyaqətini itirmiş məxluq" demək olar. Başqa bir misal: hər-hansı bir jurnalist kimdənsə küllü miqdarda maliyyə alaraq növbəti riyakar sifariş yerinə yetirir. Ancaq bu dəfə haqqında yazacağı adamı yaxşı tanıyır və həmin o adam, həmin o jurnalistə bircə çimdik belə olsun pislik etməyib, əksinə, dəfələrlə təmannasız yaxşılıqlar edib! Bütün bunlara baxmayaraq, killer-jurnalist öz qələmini itiləyib pul, mənfəət, yaxud da sahibinin tumarlı bir "malades"i xatirinə həmin o günahsız insanı irinli-kinli sözlər, təhqir və söyüş atəşinə tutur. Bax, məhz bu məqamda Söz ölür. Söz sahibi ölür! Çünki belə "yazar", əməlinin nəticəsi olaraq, nəinki şərəf və ləyaqətini, eyni zamanda, öz namusunu da bilmərrə itirir! Şəxsiyyətini, ləyaqətini, nəhayət namusunu öz xoşuyla itirmiş adam isə artıq adam deyil! Körpə təbəssümü tək təmiz, ana südü kimi pak olan müqəddəs SÖZə - Allahın əmanətinə yalan, kin-küdurət və nifrət qatıb xəyanət edən "adam" - mənən ölüdür və ona heç rəhmət də düşmür!
2014-03-19
12,077
Qobustandakı dəhşətli yol qəzası ilə bağlı açıqlama - Yeniləndi
19:04 Bu gün Qobustan rayonu ərazisində, Acıdərə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, 2 "Mercedes" və "Daewoo-Nexia" markalı avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərin dəmir hissələrini xüsusi alətlərlə kəsərək cəsədləri çıxarıb. Ölən və yaralananların şəxsiyyəti barədə məlumat verəcəyik. 20:14 "Axar.az"a hadisə nəticəsində həlak olan ailənin yaxınlarından verilən məlumata görə, həyatını itirən 3 nəfər bir ailənin üzvü olub. Belə ki, Orucəliyev Cümşüd Rəcəb oğlu, Orucəliyev Rafiq Cümşüd oğlu və Orucəliyev Rasim Cümşüd oğlu qəzada həlak olub. Yaralılar isə Şamaxı rayon xəstəxanasına yerləşdirilib. 23:48 Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrində iki "Mercedes" və bir "Daewoo" avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiya uğramış "Mercedes" markalı avtomobildə sürücü 1984-cü il təvəllüdlü Orucəliyev Asif Cümşüd oğlu sıxışmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan 5 nəfər sərnişindən ikisi - 1981-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu və 1952-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə olan 2 sərnişin və digər "Mercedes" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən köməklik göstərilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil veriliblər.
2014-03-19
12,078
İlham Əliyev Tunis Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Məhəmməd Monsef Mərzukiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram". (Trend)
2014-03-19
12,079
“Biz 22 il əvvəl Azərbaycanın durumunu anlamırdıq"
Azərbaycanla iqtisadi əməkdaşlığın davamı Ukraynanın möhkəmlənməsi işinə Azərbaycanın töhfəsi olacaq "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Krımdakı "referendum"a həsr olunmuş dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. Əməkdaşlığın davamının Ukrayna üçün yardım olacağını deyən səfir ölkəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar apardığını bildirib. "Ukraynadakı münaqişə ilə bağlı rəsmi Bakının ərazi bütövlüyü prinsipi haqda bəyanatı çox vacibdir. Biz dəstəyə görə Azərbaycana minnətdarıq. Oxşar duruma düşdük",- deyə o vurğulayıb. Krımdakı duruma gəldikdə isə diplomat qeyd edib ki, Ukrayna Rusiya ilə dialoqu davam etdirəcək: "Biz məsələni BMT Baş Assambleyasında qaldırmağı düşünürük. Əgər baş verənləri norma kimi qəbul etsək, onda nə baş verəcək? Kimsə xəritəyə baxıb Kalininqrad, Kuril adalarını yada salacaq. Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi isə oxşar vəziyyətə düşdük. Belə çıxır ki, dövlətlər insanlar kimi öz səhvlərindən nəticə çıxarır". A.Mişşenko Rusiya mətbuatının yalan məlumatlar yaymasından da danışıb. Ukraynada milli zəmində problemlərin yaşandığı haqda iddiaların əsassız olduğunu deyən səfir ölkəsində azərbaycanlılara qarşı iradların olmadığını vurğulayıb. "Bütün bunlar Rusiya kütləvi informasiya vasitələrinin məqsədyönlü təbliğatının tərkib hissəsidir", - deyə o qeyd edib. Səfir həmçinin bildirib ki, hazırda Ukrayna yüksək döyüş hazırlığı vəziyyətindədir: "Əgər insanların həyatına təhlükə olsa, hərbi cavab veriləcək".
2014-03-19
12,080
Prezidentin qızları sayt təqdimatında - Foto
Heydər Əliyev Mərkəzində keçirilən "Buro247.az" informasiya portalının təqdimat mərasimindən maraqlı fotolar yayılıb. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, o cümlədən bir çox xarici ölkələrin səfirləri, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. ("Buro247.az")
2014-03-19
12,081
Zakir Həsənov Əfqanıstanın Xarici işlər naziri ilə görüşdü
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri cənab Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri Azərbaycan ilə Əfqanıstan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, tərəfdaşlıq əlaqələrinin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Qonaq Azərbaycanla Əfqanıstan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib və NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna 1 milyon avro ayrılmasını da ölkəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə verilən töhfə kimi qiymətləndirib. Sonra ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Miraslam Vazeri də iştirak edib.
2014-03-19
12,082
Ukrayna “Sağ sektoru”ndan inqilab xəbərdarlığı
Ukraynanın "Sağ sektoru" blokunun rəhbəri (Şərq) Andrey Beleçkiy Ukraynaya ikinci inqilabın vacib olduğunu deyib. "Axar.az" xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib. "Mən şəxsən ikinci inqilabın olmasına inanıram, çünki işlərin 30 faizi yerinə yetirilməyib. Xarkovda hər şeyi "Regionallar" həll edir. Onların hakimiyyət strukturu hələ dağılmayıb. Buna görə də əminəm ki, ikinci inqilab olmalıdı. O nə vaxt və necə olacaq, bunu demək çətindi. Amma mütləq olacaq" deyə Beleçkiy bildirib. O, bildirib ki, Maydanda dayanan insanlar indiki hakimiyyətə milli maraqların qorunması üçün kredit veriblər: "İndi bu inam krediti bitir, çünki Krım döyüşsüz təhvil verildi. Bu hakimiyyət seçkilərə qədər az limitə malikdir. Onların çox az vaxtı qalıb".
2014-03-19
12,083
Ukrayna MDB-də sədrlikdən imtina etdi
Ukrayna 2014-cü ildə MDB-də sədrlikdən imtina edir. Rəsmi Kiyev 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırmağı qərara alıb. Bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verilir. Bu gün Kiyevdə keçirilmiş brifinqdə Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis deyib: "Ukrayna tərəfi 2014-cü ildə MDB-də sədrliyini davam etdirməməyi qərara alıb". 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil (ANS).
2014-03-19
12,084
Ali məktəblərə sənəd qəbulunun vaxtı elan olundu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən (həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün) internet vasitəsi ilə ərizələrinin qəbulu aprel ayının 1-dən 30-dək aparılacaq. TQDK-dan verilən məlumata görə, ərizə qəbulu haqqında elanın tam mətni "Abituriyent" jurnalının 2-ci sayında dərc olunaraq, mart ayının sonlarında ictimaiyyətə təqdim olunacaq. Jurnalda həmçinin aşağıdakı materiallar öz əksini tapacaq: - Elektron ərizə verən abituriyent üçün təlimat, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi; - Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə); - 2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları; - Bəzi test tapşırıqlarının izahı və tövsiyələr; - Abituriyentlər üçün elmi-metodiki məqalələr ("Modern.az").
2014-03-19
12,085
Putin və Sarkisyan Dağlıq Qarabağdan danışdı
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Prezidentlər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və bu istiqamətdə atılan addımları müzakirə ediblər. ATƏT-in Minsk qrupunda həmsədr qismində Rusiyanın fəaliyyətini yüksək qiymətləndirən S.Sarkisyan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş birgə səylərinin vacibliyini vurğulayıb. O, Ermənistanın münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupu ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiq edib. Tərəflər, həmçinin Krımdakı vəziyyəti və Ermənistanın Gömrük İttifaqına qoşulması məsələlərini müzakirə ediblər. Telefon danışığı S.Sarkisyanın təşəbbüsü ilə baş tutub. (Trend)
2014-03-19
12,087
Nazirlikdən “Qanun”la bağlı açıqlama - Rəsmi
Vergilər Nazirliyi "Qanun" jurnalı redaksiyası və "Qanun" nəşriyyatı ilə bağlı açıqlama verib. Nazirliyin bildirdiyinə görə, "Vergilər Nazirliyi Rüstəmov Şahbaz Xudu oğlunun təsisçisi və direktoru olduğu "Qanun" jurnalı redaksiyası və "Qanun" nəşriyyatında vergi qanunvericiliyinin pozulması ilə bağlı bildirir ki, 2013-cü ilin noyabr ayında vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti "Qanun" nəşriyyatı və "Qanun" jurnalı redaksiyasında 01.08.2011-ci ildən 01.08.2013-cü ilədək olan dövr üzrə səyyar vergi yoxlaması aparıb. Yoxlama zamanı "Qanun" nəşriyyatında vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə küllü miqdar təşkil edən 74204,27 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındığı, "Qanun" jurnalı redaksiyasında isə vergi orqanına təqdim edilmiş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməsi, dövlət büdcəsinə ödənilməli olan xeyli miqdar təşkil edən 31238,02 manat məbləğində vergilərin ödəməkdən yayındığı müəyyən edilib. Toplanmış materiallarda Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin olması nəzərə alınaraq hər iki fakt üzrə 20 fevral 2014-cü ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində cinayət işləri başlanıb və istintaq işi hazırda davam edir. Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinin nəzərinə çatdırır ki, dövlət büdcəsinə vergilərin vaxtında və tam həcmdə ödənilməsi onların qanunla müəyyən edilmiş vəzifəsidir və bu vəzifənin düzgün icrasını təmin etmək əvəzinə ictimaiyyətin fikrini başqa istiqamətlərə yönəltmək, məsələyə hansısa rəng vermək cəhdləri əbəsdir". ("Modern.az")
2014-03-19
12,088
Avropanın 6 ölkəsi ukraynalılara qarşı sanksiyalar tətbiq edir
Avropa Birliyinin tərəfdaş ölkələri Viktor Yanukoviç və daha 17-i Ukrayna məmuruna qarşı tətbiq edilən sanksiyalara qoşulublar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu haqda Avropa diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılan rəsmi məlumatda bildirilir. "Avropa Birliyinə namizəd ölkələr Monteneqro və İslandiya, potensial namizəd Albaniya, Avropa azad ticarət assosiasiyasının üzvləri Lixtenşteyn və Norveç, habelə Moldova qərara qoşulurlar", - sənəddə qeyd olunur. Xatırladaq ki, martın 6-da Avropa Birliyi dövlət vəsaitlərinin mənimsənilməsində şübhəli bilinən Ukrayna məmurlarının adlarını açıqlayıb.
2014-03-19
12,089
Baloğlan Əşrəfov 80 minlik maşın aldı - Foto
Əməkdar artist Baloğlan Əşrəfov özünə yeni avtomobil alıb. Tədbirlərin birinə gedərkən kameramıza tuş gələn xalq artisti avtomobilini yeni aldığını söyləyib. Qeyd edək ki, Toyota "Land Cruiser" markalı avtomobilin 80 min manata yaxın qiyməti var ("Show.az").
2014-03-19
12,091
Dənizkənarı Milli Parkda Novruz atəşfəşanlığı - Foto
Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq keçirilib. Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdikləri konsert proqramı ilə davam edib (ANS). Səyyar səhnənin qarşısında toplaşan şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizi, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.
2014-03-19
12,092
Kubokda sensasiya: "Rəvan" yarımfinalda
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın cavab qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, "Bakı" "Rəvan"ı, "Neftçi" "İnter"i və "Qarabağ" öz meydanında "Qəbələni qəbul edib. Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları "Xəzər Lənkəran" 1-0 "Araz Naxçıvan" (İlk oyun 1-1) "Bakı" – "Rəvan" (İlk oyun - 1:0) 0:1 (penaltilər seriası 8:9) "Qarabağ" – "Qəbələ" (İlk oyun - 0:0) 1:2 "Neftçi" – "İnter" (İlk oyun - 1:1) - 0:0 Bu görüşlərdən sonra "Xəzər Lənkəran", "Rəvan", "Qəbələ" və "Neftçi yarımfinala yüksəlib.
2014-03-19
12,093
Bu məhləyə yad oğlanla gələndə qan düşərdi
Tələbəlik illərim "Sovetski" adlanan yerdə keçib. Ev sahibinin darvazasına bitişik, toyuq hini boyda yerdə qalırdım. Məhəllədə qorxa-qorxa, çəkinə-çəkinə yaşayır, dərsə də belə qorxa-qorxa gedib gəlirdim. Qonşuların namus-qeyrət, ana-bacı, torpaq üstündə dalaşmaqlarını görürdüm hər gün. Bir dəfə kirayə qaldığım otağın yiyəsi ilə qonşusu az qalmışdı bir-birilərini baltalasınlar. Zarafat eləmirəm, sözün həqiqi mənasında bir-birlərinin başlarını yarmışdılar. Bakıda bir müddət yaşayan hər kəs "Sovetiski" adı gələndə söhbətin nədən getdiyini bilir. Məhləyə yad oğlan nədi, yad it-pişik belə buraxmayan, gecə-gündüz məhlə keşiyində dayanan qaqaşların oylağı... "Sovetski"də kirayə yaşadığım vaxtlarda, məhəllədə gəzəndə yubkamı tez-tez aşağı çəkirdim ki, kiminsə qəzəbinə gəlməyim. Nə edim? Hünərin var, küçədə, bayırda, bəzən elə az qala uşaqlarının yanında "mal" bişirib, "iynə" vuran bu qaqaşların məhləsinə yad oğlanla gəl, qısa yubka, şortiklə gir! Günlərin bir günü eyni həyətdə qaldığım tələbə qızın sevgilisini bıçaqladılar. Qız özünü itirmişdi. Qaqaşlar həyətin qapısına dirənib, qızla söhbət etmək istəyirdilər. "Yaxçı qız özünə söz dedizdirməz, sabah açılan kimi veşlərüvü də yığ, bu evdən çıx!" deyirdilər. Yazıq qız həmin günü səhərə kimi qorxusundan yatmadı. Həmin hadisədən sonra məhlədə "postlar" daha da möhkəmləndirildi. Qardaş, qohum oğlanların sənədlərinə qədər baxırdılar ki, görəsən, bu qızın qohumudur, yoxsa sevgilisidir. Bəli, məşhur "Sovetski" yadımda belə qalıb. Basılmaz, əli bıçaqlı qaqaşların məhləsi. Sən demə, bir gün "Sovetski"nin də sonu gələcəkmiş. Bu sonu isə özü ilə gətirən tank yox, pulemyot yox, bir neçə buldozer olacaqmış. Əvəzi isə pulla ödənəcəkmiş - kvadratmetri 1500 manata. Bilirsiz niyə bunu xatırladım? Həmişə düşünmüşəm ki, məhləyə yad pişik belə buraxmayan, Bakının simvolu sayılan bu klassik məkan əxlaqdan, ənənədən yoğrulub, buranın daşı da, divarı da o qədim ruhu yaşadır. Ora sökülə bilməz, dağılmaz... Sökülərsə, dağılarsa, bəs Bakının qədim məhəlləsinin sakinləri olduğu üz-gözlərindən oxunan bu insanlar necə yaşaya bilər? Sovet küçəsi olmadan Bakı qədeşləri hansı əxlaqı yaşada bilərlər? Həmişə düşünmüşəm ki, "məhəllə qanunları"nın qorunması heç də ayrı-ayrı adamların şəxsi təşəbbüsünün nəticəsi deyil, o məkanın özünün aurasındandır. Bu insanlar həmin məkandan kənara çıxanda o ənənə də yoxa çıxacaq. Buna görə tarixi ruhun onları bu məhəllədə sıxıb saxlayacağına və Bakı olduqca, "Sovetski"ni də qoruyub saxlayacaqlarına inanırdım. Amma inamımda yanılmışam. Səhv etmişəm və doğrusu, heç cür anlaya bilmirəm ki, o əxlaq normaları ilə yaşayan insanların etirazları necə ola bilər ki, yalnız pul üstündə olsun? "Sovetski"lilər – məhəllə uşaqları nə arxitekturaya, nə yeni məhəllənin yeni dizaynına, nə orda tikiləcək binalara, nə də doğma məkana iddia etdilər... "Sovetski"lilər yalnız daha çox pul almağa iddialıdırlar. Görünür, kapitalist-fərdi maraqlar "Sovetski"nin mühafizəkar divarlarını çoxdan dağıdıbmış – indiki ekskovatorlar sadəcə ruhsuzlaşmış əyrü-üyrü və Bakının müasir simasını pozan daş-kəsək yığınını dağıtmağa gəlir...
2014-03-19
12,094
Ukrayna prezidenti Rusiyaya 3 saat vaxt verdi
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov özünü Krımda özünü hakimiyyət elan edənlərə üç saat möhlət verib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, Turçinov bildirib ki, bu tələb yerinə yetirilməyəcəyi halda adekvat tədbirlər görüləcək. "Əgər Ukrayna hərbçilərinə qarşı təxribatlara son qoyulmasa, admiral Qayduk və digər hərbi və mülki girovlar azad edilməyəcəyi halda adekvat tədbirlər, o cümlədən "texniki və texonoloji xarakterli tədbirlər" görüləcək. Qeyd edək ki, bu gün Ukraynanın Hərbi-Dəniz qüvvələrinin komandanı Sergey Qaydukun girov götürülməsi haqqında məlumat yayılıb.
2014-03-19
12,095
Üç fərqli Gülən müəmması – Fotolar
"Zaman" qəzetinin neçə gündür reklam edib, sonra yayımladığı Fətullah Gülənlə bağlı müsahibənin ziddiyyətli tərəfləri ortaya çıxmağa başlayıb. "Axar.az" xəbər verir ki, dünən "Zaman" qəzetində yayımlanan son müsahibədə Fətullah Gülənin qaldığı otağın fotoları çap edilib. Daha əvvəl "Herkul.org" saytında yayımlanan fotolarla dünənki fotolar bir-birindən tam fərqli olub. Bu vaxta qədər yayımlanan fotolarda Gülənin otaqlarının müxtəlif olması ortalığa belə bir sual çıxarır: "Gülənin neçə otağı var və o hansında qalır?" AKP-yə yaxınlığı ilə tanınan KİV-lər yazır ki, camaata məxsus media Gülənin imicini fotolarla xilas etməyə çalışsa da, yenə ziddiyyətli məlumatlarla ortalığı qarışdırıb. "Zaman"ın dünənki müsahibəsində Gülənin qaldığı evin kirayəsini özünün ödədiyi bildirilib. Halbuki 2013-cü ildəki bir xəbərdə Gülənin otaq xərclərinin əvəzində ianə verdiyi yazılmışdı.
2014-03-19
12,096
Almaniya Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı
ABŞ hökuməti Rheinmetall AG silah konserninin Rusiya ilə əməkdaşlığına son qoyur. RİA "Novosti"nin verdiyi xəbərə, məlumatı n24 telekanalı Almaniyanın İqtisadiyyat Nazirliyinə istinadən yayıb. Rheinmetall Rusiyanın Müdafiə Nazirliyi ilə müqavilə əsasında quru qoşunları üçün Nijni Novqorod yaxınlığında döyüş hazırlığı mərkəzi inşa edir. Tikinti bu il başa çatmalıydı. Mərkəzdə hər il 30 min əsgər təlim keçməlidir. Müqavilənin dəyəri 100 milyon avrodur. Almaniyanın baş kansleri Angela Merkel hazırkı şəraitdə bu əməkdaşlığı qəbuledilməz sayıb ("Musavat.com").
2014-03-20
12,097
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, güclü cənub-qərb küləyi axşam mülayimləşəcək, gecəyə doğru isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
2014-03-19
12,098
Ana dilinə görə 30 milyon cərimə verdilər
Ana dili təbliğatı apardığına görə həbs olunan Güney azərbaycanlı milli fəallar böyük miqdarda əmlak qarşılığında sərbəst buraxılıblar. "Axar.az" xəbər verir ki, Səid Hüseyni və Nasir Əbdülhüseynzadə martın 19-da 30 milyon tümənlik mülk girovu qarşılığında Ərdəbil zindanından azad olunublar. Qərarı Parsabad şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi verib. Xatırladaq ki, fəallar 21 fevral - Dünya Ana Dili Günü ərəfəsində ana dili ilə bağlı bildiriş yaydıqlarına görə Parsabadda həbs ediliblər.
2014-03-20
12,099
Azərbaycanda Novruz bayramı qeyd olunur
Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib. İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar. Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib. Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir. Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar. Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır. Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı". Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir. Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir. Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir. Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə qeyri-iş günüdür.
2014-03-20
12,100
Jvaniya və Yusubovun öldürüldüyü təsdiqlənir - Video
Gürcüstanın tanınmış siyasətçisi Zurab Jvaniya və prezidentin Kvemo Kartli bölgəsinin xüsusi nümayəndəsinin azərbaycanlı müavini Raul Yusubovun, rəsmi versiyalarda göstərildiyi kimi, dəm qazından deyil, kənar müdaxilələrlə öldürüldüyünə dair yeni video paylaşılıb. "Axar.az" məlumat verir ki, sözügedən çarxda hər iki şəxsin üzərində xüsusi kiçik deşiklər müşahidə edilib. Bu da əvvəlcədən elan edilmiş rəsmi versiyanı alt-üst edib. Qeyd edək ki, Mixail Saakaşvili prezidentlik müddəti başa çatdıqdan sonra "Jvaniya işi"nə görə ona qarşı cinayət işinin açılacağı deyilirdi. 2005-ci ilin fevral ayının 3-də Zurab Jvaniya və Raul Yusubov Tiflisin Saburtalo küçəsindəki evlərdən birində ölü tapılmışdılar. Hadisə yerinə gələn hüquq mühafizə orqanı nümayəndələri ölüm hadisəsinin evdəki qaz sızmasından baş verdiyini açıqlamışdılar. Hətta hadisə yerinə gələn keçmiş Daxili İşlər naziri Vano Merabişili də bu versiyanı təsdiqləmişdi. Lakin bu günə qədər də hadisə ilə bağlı ortada müəyyən müəmanın olduğu söylənilir. Raulun atası Yaşar Yusubov faciənin dəqiq araşdırılması üçün əlindən gələni edəcəyini açıqlayıb.
2014-03-20
12,101
Anar Məmmədov həyat yoldaşıyla ilk dəfə - Foto
Bu gün Heydər Əliyev Mərkəzində Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanovanın baş redaktoru olduğu "buro247.az" saytının təqdimat mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, tədbirdə tanınmış şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar arasında diqqətlər Anar Məmmədov və onun həyat yoldaşı, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı çəkib. Qeyd edək ki, iş adamı Anar Məmmədov həyat yoldaşı ilə ilk dəfədir media qarşısına çıxıb. Fotolar "Buro247.az" saytına məxsusdur.
2014-03-20
12,102
17 yaşlı azərbaycanlı qız özünü güllələdi
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə barədə Kaxeti Mətbuat Mərkəzinin rəhbəri Maya Mamulaşvili məlumat verib. Onun sözlərinə görə, Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyarova silahdan atəş açaraq özünü güllələyib. Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin məlumatına görə, hadisə nəticəsində S. Bəxtiyarova boğazından və sinə nahiyəsindən yaralanıb və hadisə yerində həlak olub. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hadisənin baş vermə səbəbi araşdırılır. Qeyri rəsmi məlumata görə, ölümə səbəb valideynlərin 17 yaşlı gənc azərbaycanlı qızı sevmədiyi şəxslə ailə qurmağa məcbur etmək olub.
2014-03-20
12,103
Çeçen komandir Ukraynada vuruşacaq İsa Sadıqovdan danışdı – Özəl
Bu günlərdə Krımın Ukraynadan ayrılıb Rusiyaya birləşdirilməsinə qarşı mübarizədə Ukrayna xalqına yardım etmək məqsədilə "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı Cövhər Dudayev adına batalyonun yaradılması barədə qərar qəbul edib. Məsələnin maraqlı tərəfi batalyona üzv yazılanlar arasında azərbaycanlıların olması və müdafiə nazirinin keçmiş müavini, Norveçdə mühacir həyatı yaşayan İsa Sadıqovun batalyonun ştab komandiri təyin edilməsi oldu. İsa Sadıqov yayılmış informasiya ilə bağlı susmağa üstünlük verdiyi bir zamanda batalyonun komandiri İsa Munayev müsahibə verməyə razılaşdı. Jurnalist Elnarə Əlosmanqızının C.Dudayev adına batalyonun komandiri İsa Munayevdən xüsusi olaraq "Axar.az" üçün aldığı müsahibəni təqdim edirik. - Cənab Munayev, hazırda dünyanın müxtəlif ölkələrinə səpələnən çox sayda çeçen var. Çeçenistandan uzaqda onların həyat tərzi, yaşayışı, fəaliyyəti, azad Çeçenistan üçün mübarizənin hansı səviyyədə olduğunu bilmək istərdik. - 1999-cu ilin sentyabrında Rusiyanın başlatdiği yeni hərbi təcavüz rus ordusunun qəddarlığı baxımından 1994-95-ci illərdəki rus-çeçen müharibəsindən də bir az irəli getdi. Bunun nəticəsində yüz minlərlə çeçen Azərbaycana, Gürcüstana, Avropa ölkələrinə, Kanadaya getmək məcburiyyətində qaldı. Azərbaycan və Gürcüstan özlərinin qaçqın problemi üzündən çeçenlərə hərtərəfli yardım göstərilə bilmədi. Ancaq Qərb ölkələri, ABŞ və Kanada onlar üçün gərəkli olan hər şeyi etdi. Yaşamaq hüququnun verilməsi, pulsuz təhsil, sosial şərait və digər bu qəbildən olan məsələlər çeçen gənclərinə Avropa ölkələrinin nüfuzlu universittlərində təhsil almaq şəraiti yaratdı. Rusiyanın marionetkası olan Kadırov tərəfindən onların qohumlarına olan qəddar münasibətə baxmayaraq, dünyanın müxtəlif ölkələrində olan çeçen qrupları ölkəmizin müstəqilliyi ideyasını dəstəkləyir. Hər il konfranslar təşkil olunur, mitinqlər, nümayişlər keçirilərək Rusiyanın Qafqazda və Çeçenistandakı koloniya siyasəti pislənilir. Çeçenlərin öz azadlığı və müstəilliyi uğrunda mübarizəsinin avanqardı olan "Azad Qafqaz" İctimai-Siyasi Hərəkat 2009-cu ildə Danimarkada yaradılıb. Burda Azərbaycan, gürcü, çeçen, Şimali Qafqaz diasporası birləşir. - Bu günlərdə "Azad Qafqaz" Hərəkatının qərarı ilə Ukrayna xalqına yardım etmək məqsədilə Cövhər Dudayev adına batalyonun yaradılması barədə qərar qəbul edilidi. Bu, hansı zərurətdən yarandı? Çeçenistan uğrunda mübarizənin bitmədiyi bir zamanda Ukrayna üçün vuruşmaq bir az qəribə deyilmi? - Ukrayna xalqının Rusiya imperiyasına qarşı mübarizəsinin bizim ümumi mübarizəmizin tərkib hissəsi olmasını nəzərə alaraq, biz öz dəstəyimizi göstərmək qərarına gəldik. Ukrayna xalqına öz dövlətlərini qorumaqda yardım etmək məqsədilə Qafqz qəhrəmanı Cövhər Dudayev adına "Beynəlxalq Sülhməramlı Könüllülər Batalyonu" yaratdıq. Biz əminik ki, Qafqazın azadlığı keçmiş SSRİ ölkələrinin azadlığından asılıdır. Onların azadlığı bizim azadlığımızdır. Məhz buna görə belə bir batalyonun yaranması qərara alındı. - Batalyona üzv olmaq üçün Azərbaycandan da könüllülərin müraciət etdiyi bildirilir. Bu günlərdə Azərbaycanda qəbul edilən qanuna əsasən xarici ölkələrdəki hərbi münaqişlərdə iştirak edən azərbaycanlıları üzün müddətli həbs cəzası gözləyir. Sizcə, bu batalyona Azərbaycandan olan müraciətlərin sayını azaldacaqmı? - Azərbaycanlıların bizim batalyonda iştirakı ukraynalılar, çeçenlər, gürcü və pribaltlara nisbətən azaddır. Ola bilsin ki, bu, Azərbaycanda qəbul edilən sərt qanunlarla bağlıdır. Ancaq bizim batalyonun dini prinsiplərlə yaradılmadığı, ekstremist və ya terrorçu formalardan istifadə etmək niyyətində olmadığı faktı da nəzərə alınmalıdır. Mən belə düşünürəm ki, Azərbaycanın indiki hakimiyyəti üçün bizi dəstəkləmək, azərbaycanlı könüllüləri təqib etməmək daha xeyirli olardı. Çünki onlar Rusiyanın gələcək qurbanının Azərbaycan ola biləcəyini nəzər alaraq ancaq və ancaq öz qardaşları olan Krım tatarlarına və ukraynalılara kömək etmək istəyirlər. - Başqa bir məlumata əsasən azərbaycanlı hərbçi, Norvecdə mühacir həyatı yaşayan İsa Sadqov batalyonun ştab komandiri təyin olunub. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur? - Doğrudan da "Azad Qafqaz" Hərəkatının prezidiumunun qərarı ilə Azərbaycanın nüfuzlu hərbçisi İsa Sadıqov batalyonun ştab komandiri təyin edilib. Bizim qənaətimizə görə, İsa Sadıqov öz xalqının həqiqi övladıdır. Belə hesab edirik ki, bizim təşkilatda İsa Sadıqov kimi nüfuzlu və savadlı insanın təmsil olunması bizim böyük uğurumuzdur. - Sizin İsa Sadiqovla bu məsələ ilə bağlı birbaşa təmasınız olubmu? - Mən özüm şəxsən onunla görüşmüşəm, söhbət etmişik. Bu söhbətdən mənə aydın oldu ki, İsa Sadıqov Azərbaycanın və Qafqazın həqiqi patriotudur. O, hətta Qafqaz xalqlarının azadlığı üçün özünü qurban verməyə də hazırdır. - İsa Sadıqov bu təklifi necə qarşıladı? - Bizim onu "Azad Qafqaz" Hərəkatı sədrinın birinci müavini və Ştab komandiri təyin etməyimizlə bağlı təklifimizi İsa Sadıqov anlayışla qarşıladı və ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi. - Belə bir batalyonun yaranması ora könüllü üzv olan döyüşçülərin, o cümlədən sizin və İsa Sadıqovun yaşadığı ölkədə sizinlə bağlı hansısa problem yaratmayacaq ki? - Bizim hazırda yaşadığımız ölkələrdə insan hüquq və azadlıqlarına hörmət edilir. Bizim hər birimiz öz fikrimizi ifadə etmək, ictimai-siyasi təşkilat və ya partiya yaratmaq haqqımız var. Burda həm də azad və demokratik dövlət yaratmaq istəyən xalqlara kömək etmək istəyinə də hörmət olunur. Biz yaşadığımız ölkələrin qanunlarına hörmət edir və onlara riayət edirik. Bizim hərəkətlərimiz sülhməramlı xarakter daşıyır. Beynəlxalq sülhməramlı batalyon yaradılıb və komplektləşdirilib. Biz Rusiyanın hərbi təcavüzündən əziyyət çəkən Ukrayna tərəfinin istənilən tapşırığını yerinə yetirməyə hazırıq. - Krımda referendum keçirildi və əsas mübarizə yəqin ki, bundan sonra başlayacaq. Bu yaxın günlərdə "Azad Qafqaz" təşkilatı və C.Dudayev adına batalyonun hansı addımlar atacağı gözlənilir? Sizin könüllülər Ukraynaya gedəcəkmi? - "Azad Qafqaz" Hərəkatı bundan sonra da Rusiyann dünyada ekspansiv məqsədləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün siyasi, ideoloji və informasiya mübarizəsini davam etdirəcək. Bizim batalyon isə Ukrayna tərəfindən gələn ilk müraciətdən sonra dünyada azadlıq və demokratiyanın qorunması yolunda öz borcunu yerinə yetirmək üçün ora getməyə hazırdır. Elnarə Əlosmanqızı Xüsusi olaraq "Axar.az" üçün
2014-03-20
12,104
NATO-nun baş katibi Qarabağa görə Rusiyanı ittiham etdi
Vaşinqtonda səfərdə olan NATO-nun baq katibi Anders Foq Rasmussen Rusiyaya qarşı sərt ifadələr işlədib. O, Rusiyanı bölgədə sabitliyi pozmaqda ittiham edib: "Regiona nəzər salsanız, Dnestryanıda, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda dondurulmuş münaqişələr görərsiniz". "Mən hadisələrin inkişafına baxanda bu sualı verməyə məcbur oluram: Rusiya bizim müttəfiqimizdir, ya rəqibimiz?", - Anders Foq Rasmussen əlavə edib. NATO-nun baş katibi bəyan edib ki, alyans Rusiya ilə praktiki əməkdaşlığı dayandırsa da, əlaqə kanallarını açıq saxlayıb: "Böhran zamanı dialoq vacibdir". ("Musavat.com")
2014-03-20
12,105
Yaçenyuk qalmaqallı saziş üçün Brüsselə uçdu
Avropa Birliyi ilə assosiyasiya sazişinin imzalanması üçün Ukraynanın Baş naziri Arzeni Yaçenyuk bu saatlarda Brüsselə uçub. "Axar.az" məlumat verir ki, hökumət başçısı həmçnin Ukraynada cinayət törətmiş şəxslərin Haaqa Məhkəməsində mühakimə olunmasına əsas verən "Roma statuyası"nı da qəbul edəcək. Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov xüsusi fərmanla Yaçenyuku bu məsələlərə məsul edib. Qurumla Ukrayna arasında assosiyasiya sazişi martın 21-də imzalanacaq. Sazişi Avropa Birliyindən prezident Herman Van Rompey və Joze Monuel Barozzu imzalayacaq. Beləliklə, Avropa tərəfindən sənəddə 30 imza olacaq. Xatırladaq ki, Ukraynada proseslər keçmiş prezident Viktor Yanukoviçin AB ilə assosiasiya sazışını imzalamaqdan imtina etməsi ilə başlamışdı.
2014-03-20
12,106
Xaçmazda 52 yaşlı kişi bıçaqlandı
Martın 19-u axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb. Xaçmaz rayonu, Yataqoba kənd sakini 1962-ci il təvəllüdlü Əli Piriyev müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz rayon Xəstəxanasına yerləşdirilib. Ona qarın ön divarının göbəkdən aşağı sağ tərəfinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.
2014-03-20
12,107
"Mançester Yunayted"dən inanılmaz dönüş
Bu gün Çempionlar Liqasında 1/4 finalın son iki iştirakçısı da müəyyənləşib. "Axar.az" xəbər verir ki, səfərdə 2-0 hesablı məğlubiyyət alan "Mançester Yunayted" öz meydanında "Olimpiakos"u üç cavabsız qolla məğlub edərək 1/4 finala yüksəlib. Digər qarşılaşma Almaniya təmsilçisi "Dortmund"la Rusiyanın avro kuboklarda yeganə təmsilçisi "Zenit" arasında keçirilib. İlk görüşdə rəqibinə 4-2 hesabı ilə məğlub olan ruslar ikinci qarşılaşmada rəqibini 2-1 məğlub etsə də, bu növbəti tur üçün kifayət etməyib. Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında püşk atma mərasimi sabah keçiriləcək.
2014-03-20
12,108
Aktyorlar küçədə bilet satacaq
Oda Teatrının aktyorları küçədə bilet satacaq. Bu barədə "Axar.az"a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər: "Bizim bu aksiyada iki məqsədimiz var. Həm bilet satışını təşkil etməklə ölkənin müstəqil teatrı olan Odanı yaşatmaq, həm də teatrdan xəbərsiz insanların da diqqətini mədəniyyətə yönəltməkdir. Çünki son günlər Oda Teatrının bilet satışı müəyyən qədər zəifləyib. Biz də çıxış yolu kimi bu üsulu seçirik. Hər kəsi də müstəqil teatra dəstək verməyə çağırırıq. Ümid edirik ki, incəsənət nümayəndələri, aktyorlar, rejissorlar da bu aksiyada bizə dəstək olacaq". Elmin Bədəlovun dediyinə görə, onlar 22 və 23 mart saat 19:00-da nümayiş etdirəcəkləri "Səncə, döyəcəklər?" tamaşası üçün bilet satacaqlar. Onlar qrimlənmiş formada, "Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq!" sözləri yazılmış kağızlarla paytaxt küçələrində satış təşkil edəcəklər. Aktyorlar həm də bununla ölkə teatrlarında bilet satışının zəif olduğunu göstərmək və insanlara "teatrlara gedin" mesajını vermək istəyirlər. Qeyd edək ki, Oda Teatrı hazırda ölkənin yeganə müstəqil teatrıdır, qısa zamanda yaranmasına baxmayaraq, insanların diqqətini cəlb edib. Teatrın nümayiş etdirəcəyi "Səncə, döyəcəklər?" tamaşası rumın dramaturqu Matey Vişnekin əsəridir. Tamaşadakı rolları İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Qurban Məmmədli və Anar Əliyev ifa edəcək. Teatrın ünvanı: Topçubaşov 38. Əlaqə: 050 394 48 64
2014-03-20
12,109
Ruslar Almaniya bayrağını yandırdılar - Foto
Bu gün Çempionlar Liqası oyunları çərçivəsində Almaniyada "Dortmund"la Rusiya təmsilçisi "Zenit" qarşılaşıb. "Axar.az" xəbər verir ki, oyun boyu şüarlar səsləndirən ruslar Almaniya bayrağını tribunada yandırıblar. Qeyd edək ki, məlum hadisələr sonrası Rusiya qərbin təzyiqinə məruz qalmışdı.
2014-03-20
12,110
ABŞ Ukrayna böhranına hərbi müdaxilə etməkdən çəkindi
ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ Ukraynadakı böhrana hərbi müdaxilə etmək niyyətində deyil. "Biz Ukraynadakı vəziyyətə hərbi müdaxilə etməyə hazırlaşmırıq", - Barak Obama deyib. "Başqa yol var. Məncə, şətta, ukraynalılar da etiraf edirlər ki, bizim Rusiya ilə hərbi qarşıdurmamız yerinə düşməz və Ukraynanın özünə də fayda verməz", - ABŞ prezidenti əlavə edib. ("Musavat.com")
2014-03-20
12,112
Hələbdə qarşıdurmalar son həddə çatıb – Video
Suriyada müxalif cəbhədə döyüşən əsgərlərlə rejim qüvvələri arasında ən şiddətli qarşıdurmaların yaşandığı Hələb şəhərində Nüsrət cəbhəsi tərəfindən rejimə qarşı bombalı hücum təşkil edilib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, müxaliflər Hələb şəhərində Ədliyyə binasını tunel yolu ilə bombalı hücum təşkil edib, daha sonra isə hökumət qüvvələri ilə aralarında yaşanan şiddətli qarşıdurmalarla Ədliyyə sarayını tamamilə ələ keçirib. Nüsrət cəbhəsindən edilən açıqlamada 9 aylıq bir mühasirədən sonra bölgədə qazılan tuneldə təşkil edilən bombalı hücumda ümumilikdə 60 Əsəd əsgərinin öldürüldüyü bildirilib. Əməliyyat zamanı 4 zirehli texnika və 1 ədəd tank ələ keçirilib. Digər tərəfdən açıqlamada Nüsrət cəbhəsinin Həma bölgəsində Tarık Acib bölgəsinin idarəsini də ələ keçirdiyi qeyd edilib.
2014-03-20
12,113
Krımda Rusiya tərəfində vuruşan serblər ölkələrinə qayıdır
Serbiyalı döyüşçülər Sevastopolu tərk edirlər. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə döyüşçülərin rəhbəri Brotislav Jitkoviç çıxış edib. O, krımlıları keçirilən referenduma görə təbrik edib. "Hələ iş sona çatdırılmayıb, amma siz onu etməlisiniz. Mən ümid edirəm ki, bizim qarşımıza qoyulan bütün tapşırıqların öhdəsindən biz gələ bildik". Qeyd edək ki, serb döyüşçülər iki həftədən çox müddət ərzində Sevastopolun müdafiəsi ilə məşğul olublar.
2014-03-20
12,114
Yasamalda dönərxana yandı
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan dönərxananın yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-20
12,115
Krımdan sonra növbə Qarabağdadır - Şok iddia
Rusiya Krımdan sonra çox torpaqları özünə birləşdirəcək. "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib. Mətbuat Putinin artıq MDB məkanına qarşı çox qəzəbli olduğunu bildirib. "Hər şey Krımla bitmir. Elə bil Rusiya torpaqları özünə birləşdirmək üçün parad təşkil edib. Krımdan sonra Dnesteryanı, ardınca Qarabağ, sonra isə digərləri Rusiyanın tərkibinə daxil olacaqlar".
2014-03-20
12,116
Bin Ladenin gənclik fotosu yayıldı
"Əl Qaidə" terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin 43 il əvvəl çəkilmiş foto şəkli yayılıb. ANS PRESS-in xəbərinə görə, sosial şəbəkələrdə yayılmış foto şəkil İsveçdə çəkilib. Bildirilib ki, şəkildə gənc Üsamə ilə yanaşı Laden ailəsinin 22 nəfərlik nümayəndəsi də nümayiş olunub. Məlumata görə, ailə bu şəkli İsveçdə tətildə olarkən çəkdirib. Qeyd edək ki, terrorçu lider Üsamə bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla Pakistanda yaşadığı igamətgahda öldürülmüşdü.
2014-03-20
12,118
Ermənistan Krımı Rusiya ərazisi kimi tanıdı
Ermənistan Krımda keçirilən referedumu dəstəkləyir. "Axar.az" xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyan Vladimir Putinlə telefon danışığı zamanı deyib. O, Krımda keçirilən referendumun növbəti dəfə xalqların öz taleyi həll etmə baxımından vacib rol oynadığını bildirib. Sərkisyanla Putin telefon danışığı zamanı Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı məsələni də müzakir ediblər. Qeyd edək ki, bir müddət öncə Vladimir Putin Ukraynanın ərazisi olan Krım və Sevastopolun Rusiyanın tərkibinə qatılması haqqında razılıq vermişdi.
2014-03-20
12,119
Milyarder oğlu Gürcüstan prezidentini təhqir etdi
Vera İvanişvili Gürcüstan prezidentini təhqir edib. "Axar.az" gürcü mətbuatına istinadən xəbər verir ki, keçmiş Baş nazir Bidzina İvanişvilinin oğlu yeni rep yazıb. Yazdığı musiqi parçasında bir çox mətləblərə toxunan Vera açıq şəkildə Prezident Giorgi Marqvelaşvilini təhqir edib. Bəstələdiyi musiqi parçasında tez-tez "təcavüzkar" ifadələrini işlədən repçi Marqvelaşvilini qanunları və milli dəyərləri öz şəxsi maraqları naminə tapdadığını deyir. Gürcü mediasında müzakirə obyektinə çevrilən adıçəkilən parçanın parlamentdə əyləşən "Gürcü Arzusu" fraksiyasından olan deputatların sifarişi ilə yazıldığı iddia olunur. Xatırladaq ki, Bidzina İvanişvili gürcü milyarderdi və iki övladı var. Seçki yolu ilə Saakaşvili hakimiyyətini devirən "Gürcü Arzusu" siyasi blokunun liderlik edən İvanişvilinin hazırda heç bir siyasi fəaliyyətlə məşğul olmadığı bildirilir. Siyasi şərhçilər İvanişvilinin dəfələrlə prezident Georgi Marqvelaşvilini tənqid etdiyini bildirirlər.
2014-03-20
12,120
Fətullah Gülən kürdlərə dəstək verdi
"Türkiyə bir an öncə kürdcə təhsil verəcək müəllimlər yetişdirməlidir". "Axar.az" xəbər verir ki, bu sözləri Fətullah Gülən bugünkü müsahibəsində deyib. O, Türkiyənin bütün bölgələrdə yaşayan kürdlərə əl uzatmasının vacib olduğunu söyləyib. "Heç bir addım atmadılar. Hələ də fikirləşirlər. Türkiyə bir an öncə kürdcə təhsil verəcək müəllimlər yetişdirməlidir. Bu xalqın istəməsiylə olan bir şey. Dövlət addım atmalıdır. Türkiyə kürdlərə lazım olan bütün haqq və hürriyətləri verməklə bərabər digər bölgələrdə yaşayan kürdlərə də əlini uzatmalıdır". Qeyd edək ki, Fətullah Gülən Türkiyədə dövlət içində dövlət yaratmaqda günahlandırılır.
2014-03-20
12,121
İlham Əliyev: "Bu tədbirlərin nəticəsi olmadı"
"Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artıb. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev Bakıda, Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyindəki nitqində deyib. Dövlət başçısı qeyd edib ki, iqtisadi potensialın artırılması üçün daha da gözəl imkanlar var: "Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artıb. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcək. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcək. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir". "Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür", - deyə İ.Əliyev vurğulayıb. Azərbaycanın dünyada çox önəmli enerji təchizatçısı olduğunu xatırladan İ.Əliyev keçən ilin sonunda Avropanın ən böyük infrastruktur layihəsinə Bakıda start verildiyini bildirib: "Uzun illərdir ki, "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində ondan çox beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi olmamışdı. Bəyanatdan başqa heç bir praktiki addımlar atılmamışdı. Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün məsuliyyəti, siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu layihəyə də start verdi. Bu layihə bizim uğurlu gələcəyimizi təmin edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcək. Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi təqdim edəcək və bizim uzunmüddətli, dayanıqlı inkişafımızı şərtləndirəcəkdir". "Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılıb. Keçən ay regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır. Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir", - deyə İ.Əliyev bəyan edib.
2014-03-20
12,122
Fətullah Gülən dünyadakı məktəblərindən danışdı
"Mən bir nəfər görmədim ki, "bu məktəblər zərərlidir" deyib, onu bağlatdırsın". "Axar.az" xəbər verir ki, bu sözlər Fətullah Gülənin bugünkü müsahibəsində yer alıb. O, heç kimin "camaat" məktəbləri haqqında bir pis söz belə demədiyini bildirib. "Sağçı, solçu, dindar, ateist... AKP-lisi, CHP-lisi, MHP-lisi, BBP-lisi, BDP-lisi... Bu cəmiyyəti formalaşdıran hər kəs. Mən bir nəfər görmədim ki, bu məktəblər zərərlidir deyib onu bağlatdırsın.Heç bir siyasi kriteriya və arqumentlə bu məktəblərə qarşı olmaq mümkün deyil". Qeyd edək ki, son günlər Ərdoğan Fətullah Gülən məktəblərinin bağlatdırılması işlərinə start verib. O hətta bununla bağlı Türkiyənin bütün ölkələrdəki səfirlərinə də məlumat göndərib.
2014-03-20
12,123
SOCAR Türkiyəni xilas etdi
"Azəri qardaşlarımızla təkcə qardaşlıq münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var. TANAP-ı bura daxil etsək, 20 milyard dollarlıq yatırımdan söhbət gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı". Bu sözləri Türkiyənin Energetika və Təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb. Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".(Anspress)
2014-03-20
12,124
Cəbhədə atışma: itki yoxdur
Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin mövqelərini bu gecə də atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-20
12,126
“First lady” Çinə getməkdən qorxur
ABŞ-ın birinci xanımı Mişel Obama Çinə səfər etməkdən qorxur. "Axar.az" xəbər verir ki, bu barədə Assoşeyted Press agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, birinci xanımın ilk səfəridir ki, həmin ölkədə siyasi məsələlərdən danışmayacaq. Belə ki, M. Obamanın səfər cədvəlinə əsasən o, Pekin Universitetində təhsil alan çinli və amerikalı tələbələrlə görüşəcək. Daha sonra Xi və Çenqdu şəhərlərinə səfər edəcək. Məlumata əsasən birinci xanımın səfər cədvəlinə dəyişiklik edilib və insan hüquqları, ticarət və kibertəhlükəsizlik məsələləri ilə əlaqədar görüşlər cədvəldən çıxarılıb. Bu, onun Çinə ilk səfəri zamanı siyasi məsələləri müzakirə etmək istəməməsi ilə əlaqələndirilir. Xatırladaq ki, Mişel Obama gələn həftənin çərşənbə axşamı iki qızı ilə birlikdə Pekinə 1 həftəlik səfər edəcək. Onun cümə günü Çin prezidenti Xi Jinpinqin həyat yoldaşı Penq Liyuanla görüşməsi gözlənilir.
2014-03-20
12,127
Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə şəxsi heyətə təbrik ünvanlayıb. "Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir: "Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olmuşdur. İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız. Sizə mökhəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram.
2014-03-20
12,128
Rus ordusu "Krım" dəstəsini mühasirəyə aldı
Sevastopoldakı Ukrayna gəmilərində Rusiya bayrağı qaldırılıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Sevastopol sakinləri öz Feysbuk səhifələrində bölüşüblər. Rusiya ordusunun "Krım" xüsusi təyinatlı dəstəsinin yerləşdiyi binanı mühasirəyə aldığı bəlli olub. Hazırda dəstə rəhbərliyi ilə danışıqların aparıldığı bildirilib. Ruslar təslim olmayacaqları halda bütün dəstənin məhv ediləcəyini qeyd ediblər.
2014-03-20
12,129
Ermənistanda seksual azlıqlar üçün kilsə tikiləcək
Ermənistanda seksual azlıqlar üçün kilsə tikiləcək. "Axar.az" xəbər verir ki, bu informasiyanı "Qraparak" qəzeti yayıb. Qəzet hazırda Ermənistandakı seksual azlıqlara heç bir yerdə ibadət etməyə icazə verilmədiyini yazıb. Məqalə müəllifi tezliklə seksual azlıqların özlərinin maliyyəsi hesabına seksual azlıqlar üçün kilsə tikiləcəyini qeyd edib.
2014-03-20
12,130
Krım parlamentinin adı dəyişdirildi
Krım Rusiya Federasiyasının tərkibinə daxil edildikdən sonra Krım Muxtar Respublikası Parlamentinin adı "Krım Respublikası Dövlət Şurası" olaraq dəyişdirilib. Martın 16-da keçirilən referendumdan sonra parlamentin adının dəyişdirilməsinə qərar verilmişdi, parlamentin adının lövhəsi isə referendumdan bir gün əvvəl sökülmüşdü. Bu gün isə Krım parlamentinin binasına kiril əlifbası ilə yazılmış "Krım Respublikası Dövlət Şurası" lövhəsi asılıb. Parlament binasının yeni adının rus dili ilə yanaşı, yaxın vaxtlada ukrayna və krım tatar dilində variantlarının əks olunduğu lövhələrlə də bildiriləcəyi açıqlanıb (ANS).
2014-03-20
12,131
Bakıda ana və qızını vuran şəxs polisi aldatmaq istədi
Ötən gün Bakıda qəza törədən şəxs izi itirmək üçün polisi aldatmaq istəyib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Allahyar Qurbanov Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə ərizə ilə mürciət edərək həmin gün Moskva prospektindən "VAZ-2107" markalı avtomobilinin qaçırılmasını bildirib. Avtomobil həmin gün polis əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 12-ci km-də tapılıb. Araşdırmalar zamanı martın 19-da Bakı-Şamaxı yolunun 10-cu km-də, Allahyar Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər sakinləri Təzəgül Vəliyevanı və onun qızı Ayşəni vuraraq hadisə yerindən qaçması məlum olub. Avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2014-03-20
12,132
Eldar Əzizovun bayraq təhqirinə açıqlama - Rəsmi
Sumqayıtda asfalt üzərinə çəkilmiş Azərbaycan bayrağı sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən açıqlama verilib. Açıqlamada deyilir: "Ötən gün bəzi internet saytlarında Sumqayıtın İcra başçısının tapşırığına uyğun olaraq şəhərin prospektlərində asfaltın Azərbaycan bayrağı rəngində rənglənməsi və bu məsələnin sakinlərdə hiddət doğurması ilə bağlı məlumatlar yayılıb. Azərbaycan bayrağı hər birimiz üçün müqəddəsdir, əzizdir və yayılan məlumatlar əsassız, provokasiya xarakterlidir. Sumqayıtın küçələrinin birində məktəblilərin asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Şagirdlərin rəsmlərini tədbirə toplaşan minlərlə şəhər sakini alqışlarla qarşılayıblar. Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər prioritet istiqamət daşıyır və bu mövzuda ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Bu faktdır. Kimlərinsə müqəddəs hislərimizlə oynayaraq bu tədbiri öz çirkin məqsədlərinə çatmaq və provakasiya yaratmaq üçün istifadə etmək cəhdləri bizdə təəssüf və hiddət doğurur".("Xəbərlə.com")
2014-03-20
12,133
Erməni əsgər öldü, zabit isə yaralandı
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb. Ermənistan mətbuatının verdiyi məlumata görə, 20 yaşlı əsgər Armen Qukasyan bu gün öldüyü deyilir. Məlumatda onun tapşırığı yerinə yetirərkən öldüyü bildirilir. İnsident Ağdərə rayonunda qeydə alınıb. İnsident zamanı erməni zabit Varazdat Zakaryanın yaralandığı bildirilir. Rütbəsi açıqlanmayan 26 yaşlı zabit Xankəndidə yerləşən tibb mərkəzinə yerləşdirilib (ANS).
2014-03-20
12,134
Avtovağzalda süni qiymət artımı yaranıb - Foto
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı müşahidə olunur. Bayramı rayonda qeyd etmək üçün buraya üz tutan sərnişinlər süni qiymət artımından şikayətlənirlər. "Axar.az"ın Bakı Beynəlxalq Avtovağzalında apardığı araşdırmalar nəticəsində məlum olub ki, adi günlərdən fərqli olaraq, bayram günlərində Bakıdan rayonlara (və əks istiqamətdə) sərnişin daşıyan avtobusların qiymətində 1-2 manat artım müşahidə edilir. Adi günlərdə 6-7 manat arasında dəyişən qiymətlər bayram günlərində 8-10 manat olub. Ən əsası isə avtovağzalda uzun növbələr, basabas hökm sürür. Bölgələrə üz tutanların sayı artsa da, sərnişinlər xətlərə əlavə avtobusların salınmadığını iddia edirlər: "Xəttə əlavə avtobuslar salmayıblar. Bundan istifadə edən sürücülər də qiymətləri qaldırıblar. Etiraz da edəndə deyirlər ki, biz belə aparırıq. Xoşunuz gəlmir getməyin". Məsələ ilə bağlı sürücülərin mövqelərini öyrənmək istəsək də, onlar danışmaqdan imtina etdilər. Sadəcə, "Bayram günündə hamı kimi biz də çörəyə çıxmışıq", - deməklə kifayətləndilər. Bu bayram günündə ailəsi ilə rayona getmək istəyən Bərdə rayon sakini Abbasov Fərid bizimlə söhbətində saatlardır avtovağzalda gözlədiyini bildirdi: "Bayramı yaxınlarımla birgə öz rayonumda keçirmək istəyirəm. Ancaq iki saatdan artıqdır qalmışıq burda. Rayona gedənlərin sayı çox olduğu üçün avtobus qıtlığı yaranıb. Kassaya yaxınlaşırıq, bilet tapa bilmirik". Kassada bilet tapa bilməyən sərnişinlər kiçik "Ford" avtobuslarının dayandığı istiqamətə üz tuturlar. Ancaq bayramla əlaqədar eyni mənzərəni burada da müşahidə etmək mümkündür. Avtobus gəlib saxlayan kimi sərnişinlər bir-birini itələyərək avtobusa minməyə çalışırlar. Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalından rayonlara işləyən taksi sürücülərinin də gediş haqqını qaldırdığının şahidi olduq. Adi günlərdə Bakıdan şimal, qərb və cənub bölgəsinə sərnişin daşıya taksilərdə qiymətlər 10-15 manat civarında dəyişirdisə, indi 20 manatdan aşağı deyil. Qeyd edək ki, hər il olduğu kimi bu il də Novruz bayramı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xəttə əlavə avtobuslar buraxıldığını bıldiriblər. Fotolar müəllifindir
2014-03-20
12,135
Prezidentin ukraynalı kirvəsinin yanmış bağ evi - Foto
Rusiya prezidenti Vladimir Putinin ukraynalı xaç kirvəsinin yanmış bağ evinin fotoları yayılıb. "Axar.az" Vladimir Putinin ukraynalı xaç kirvəsi, "Ukrayna seçimi" hərəkatının lideri Viktor Medvedçuk və telejurnalist Oksana Marçenkonun Kiyev vilayətinin Obuxov rayonundakı bağ evlərinin yanması barədə xəbər vermişdi. Bu gün Ukrayna mediası yanan bağ evlərinin foto şəkillərini paylaşıb. Mühafizəçilər evin 40 dəqiqə ərzində fotodakı hala düşdüyünü bildiriblər. Qeyd edək ki, sözügedən yanğın hadisəsi ilə bağlı xəbər fevralın 21-də yayılmışdı. Maraqlıdır ki, Medvedçuk hələ də məsələyə münasibət bildirməyib.
2014-03-20
12,136
Ali Rada Ukraynanın azadlığı uğrunda Bəyannamə qəbul etdi
Ali Rada martın 20-də Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bəyannamədə dünya parlamentlərinin və hökumətlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Ukrayna xalqı ölkənin ayrılmaz hissəsi olan, Rusiyanın beynəlxalq hüququn fundamental normalarını və ölkələrin mövcudluğuna dair qəbul olunmuş beynəlxalq prinsipləri kobudcasına pozaraq, Krım Muxtar Respublikasını ilhaq etməsi ilə heç vaxt razılaşmayacaq. Ali Rada beynəlxalq birliyin bütün üzvlərinə müraciət edərək, "Krım Respublikası"nı tanımaqdan, Krımın və Sevastopolun yeni federasiya subyekti kimi Rusiyanın tərkibinə qatılmasını qəbul etməkdən çəkinməyi xahiş edib. Ali Rada xalqın adından bəyan edib ki, Krım hər zaman Ukraynanın tərkibində olub və olacaq. Ukrayna xalqı heç vaxt və heç bir şərt qarşılığında Krımın işğalçılardan azad olunması uğrunda mübarizədən geri çəkilməyəcək. Bəyannamədə qeyd olunur ki, Rusiya təkcə Ukraynanın suverenliyi haqqında qanunu deyil, beynəlxalq hüququn fundamental normalarını, BMT, Avropa Şurası, ATƏT, MDB sənədlərini, Ukraynanın təhlükəsizliyinin təminatına dair 1994-cü ildə bağlanmış müqaviləni, eləcə də Moskva və Ukrayna arasında imzalanmış, əməkdaşlıq və tərəfdaşlıq haqqında 1997-ci il sazişini pozub.
2014-03-20
12,137
Fələstin də Rusiyaya birləşmək istədi - Şok
Qəzza Sektorunun rus icması Rusiyaya birləşməklə bağlı Haniyə hökumətinə müraciət etməyə hazırlaşır. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, icma üzvləri qüvvədə olan konstitusiyaya istinad edərək, referendumun keçirilməsinin onların hüququ olduğunu açıqlayıblar. Hazırda Qəzza bölgəsində 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. İcmadan verilən məlumatda deyilir: "Moskva ölkə sərhədlərindən kənarda yaşayan vətəndaşlarının, soydaşlarının hüquqlarının qorunması üçün lazımı tədbiləri görəcəyini bəyan edib. Bildirmək istərdik ki, illərdir İsrailin hədə-qorxusu altında yaşayırıq. Davamlı müharibələr zamanı yüzlərlə Rusiya vətəndaşı qətlə yetirilib. İsrailin mühasirəsi bizi cana gətirib". İcma aktivistləri həmçinin bilidriblər ki, Rusiyanın tərkibinə keçməklə bağlı ideya günün tələbidir: "Əgər Qəzza Rusiyanın tərkibinə keçərsə, mükəmməl sərhədlərimiz qurular. Bu zaman sionist İsrail bizmlə hörmətlə danışar". Məkan etibarı ilə Rusiya ilə Qəzzanı uzun məsafənin ayırması məsələsinə gəlincə isə, icma üzvləri bunu problem saymayıblar: "Məgər Qibraltar və Folklen adaları Britaniyaya yaxın ərazilərdə yerləşir? Məsəfə məsləsi problem deyil".
2014-03-20
12,138
“Biz Ukraynada vuruşmayacağıq” - Obama
ABŞ prezidenti Barak Obama Amerika əsgərlərinin Krımda döyüşməyəcəklərini açıqlayıb. "Axar.az" xəbər verir ki, Obama bunu NBC kanalına verdiyi müsahibəsində bildirib. Müsahibəsi zamanı Krımdakı hadisələrə toxunan Obama, "Biz Ukraynada vuruşmayacağıq. Ukraynalıların da Rusiya ilə döyüşməsi lazımsız bir addım olar. Bu müharibənin Ukraynanın xeyrinə olmayacağını düşünürəm" deyib. ABŞ-ın Rusiyaya açıq bir mesaj verməsinin vacib olduğunu deyən prezident beynəlxalq əməkdaşlığın əldə edilməsi üçün bütün diplomatik güclərindən istifadə edəcəklərini bildirib.
2014-03-20
12,139
Vatçapdan daha bir yenilik
Feysbuk tərəfindən alınan sosial mesajlaşma proqramı Vatçapın yeni xüsusiyyətləri müəyyən olub. Ağıllı cihaz istifadəçiləri tərəfindən sevilərək istifadə edilən sosial mesajlaşma və multimedia paylaşım proqramı Vatçap bir müddət əvvəl sosial şəbəkə nəhəngi Feysbuk tərəfindən 19 milyard dollara satın alınmışdı. Satış əməliyyatının rəsmiləşməsindən dərhal sonra gələn 2 yenilik və səsli axtarış xüsusiyyətiylə internet gündəmində yer alan Vatçapa bir xüsusiyyət daha qazandırılıb. Microsoftun məşhur mobil əməliyyat sistemi Vindovs Fon 8-ə gətirilən yenilik söhbət interfeysini arxa plana ata biləcək. Eyni zamanda xəbərdarlıq səsləri dəyişdiriləcək və təhlükəsizlik səviyyəsi artırılacaq. Xüsusi bildirişlər üçün xəbərdarlıq siqnalı qurula biləcək və "son görülmə zamanı" adlı xüsusiyyət ilə yalnız istənilən adamın mesajları açılacaq. Sistemin ayarlarındakı "Hər kəs", "Dostlarım", "Heç kim" menyusuna uyğun olaraq görülmə zamanından istifadə oluna biləcək (ANS).
2014-03-20
12,140
Sərxoş rusların təyyarələrdə vəhşi davranışları - Video
Son zamanlar sərxoş rusların təyyarələdə dava və söyüşləri adi hal alıb. "Axar.az" məlumat verir ki, bura siyasətçilərdən tutmuş idmançılar və sadə sərnişinlər də daxildir. Məsələnin aktuallığını nəzərə alıb, şərh vermədən xüsusi videonu təqdim edirik:
2014-03-20
12,141
Rəşad Sadiqov əvəzedici heyətə göndərildi
R.Sadiqovun əvəzedici heyətə göndərilməsinə futbolçunun son vaxtlar zəif çıxışı səbəb olub. Məlumata görə, son vaxtlar R.Sadiqovun sərgilədiyi oyun klub rəhbərliyini və məşqçi heyətini qane etmir. Futbolçu son turlarda "Neftçi"nin əsas heyətində yer almayıb. "İnter"lə dünənki kubok qarşılaşmasında isə onun adı ümumiyyətlə matçın iştirakçıları sırasına salınmayıb ("Musavat.com")
2014-03-20
12,142
Feysbukdan pornoqrafiya qadağası
Səudiyyə Ərəbistanı hökuməti sosial şəbəkələrdə pornoqrafiya ilə mübarizəyə başlayıb. Araşdırmalar zamanı məlum olub ki, "Facebook"un yerli istifadəçiləri sosial şəbəkədən pornoqrafik videoların yerləşdirilməsi, göndərilməsi kimi çirkin əməllərə görə istifadə edirlər. Qeyd edək ki, krallıqda pornoqrafik materialların satılması və yayılması qadağandır. Səudiyyə Ərəbistanında bununla mübarizə aparıldığı üçün, orada bəzi sosial şəbəkələrdən istifadə qadağandır. "Biz xüsusi araşdırma qrupu ayırmışıq. Araşdırmalar zamanı məlum oldu ki, "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin çoxu seksual xarakterli materiallar paylaşır. Bundan başqa, "Facebook" vasitəsilə qadınlar fahişəliyə cəlb edilir. Bu səbəbdən biz ölkə ərazisində "Facebook" sosial şəbəkəsinin istifadəsini qadağan edirik", - deyə ölkənin təhlükəsilik idarəsinin rəhbəri Abdullətif Ali-Şeyx bildirib (ANS).
2014-03-20
12,144
Bahar soyuqla gəlir
Sabah Azərbaycanda havanın temperaturu 5 dərəcəyədək enəcək, respublikanın bəzi ərazilərində qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var. Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Günün ikinci yarısından başlayaraq, bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclü qərb küləyi əsəcək. Aran rayonlarında temperaturun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
2014-03-20
12,145
Türk polisi Günay Musayevanı qovdu - Foto
"Survivor" yarışmasında iştirak etmək üçün Dominikanda olan Tolqa Karelin arvadı, azərbaycanlı model Günay Musayeva polisləri əməlli-başlı işə salıb. Günay Musayeva Nişandaşında yerləşən "Ses" Barında gecə keçirib. Bara iki kişi dostu ilə gələn Günay Musayeva mühafizəçilərinə "Burda jurnalistlər var?", - deyə soruşub. Yaxınlıqda jurnalist olmadığını öyrənən Günay Musayeva dostları ilə birlikdə bara girib. Barda səhərə qədər dostları ilə əylənən Günay Musayeva sonradan ordan çıxıb. Bardan çıxarkən tanınmış modelin yanında iki qadın rəfiqəsi də olub. Onlar avtomobilə minərək ərazidən uzaqlaşıblar. Barda əylənən Günay Musayeva və rəfiqələrinin kefinə isə polis maşını yoxlama aparan zaman "soğan doğranıb". Polisin "saxla" əmrinə tabe olmayan Günay Musayeva və rəfiqələri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maşınla qovulmağa başlanıb. İki polis maşınları tərəfindən sıxışdırılan Günay Musayevanın olduğu maşın saxlanılıb. Polis məmurlarına jurnalistlərdən şikayət edən qadınlardan biri, avtomobildə Tolqa Karelin arvadının olduğunu bildirib. "Jurnalistlər bizi çəkməsin deyə maşını saxlamadıq" deyən xanımların sonradan möhkəm sərxoş olduqları məlum olub. Vəziyyəti səssizliklə izləyən Günay Musayeva isə sualları cavabsız qoyaraq, əllərilə üzünü tutub. Polis avtomobili sərxoş qadınlardan alıb. Qadınlar və Günay Musayeva polis əməkdaşları tərəfindən evə ötürülüb. Tolqa Karellə aralarında dava-dalaş səngiməyən Günay Musayeva bu dəfə də həyat yoldaşını saymayıb. Çünki bir müddət əvvəl Tolqa Karel arvadına gecə gəzintilərinə son qoymağı tapşırmışdı. Qeyd edək ki, podiuma çıxmazdan bir gün əvvəl Günayın qapısına məhkəmə icraçıları gəliblər. Əmlakın müsadirəsi üzrə məhkəmə məmurları hal-hazırda "Survivor" yarışmasında iştirak edən Tolqa Karelin Bəylərbəyindəki evinə gəliblər. Kareldən boşanacağı iddia edilən Musayeva sərt reaksiya verib. "Bu borcdan xəbərim yoxdur. Tolqa burada deyil. O, "Survivor" üçün Dominikandadır. Nə üçün 10 illik borc üçün indi gəlirsiniz?" (ANS).
2014-03-20
12,146
Anar Vaqif Səmədoğluna mükafat verdi
Azərbaycan Yazıçılar Birliyində (AYB) "Nəsimi" mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar mükafatın tarixindən danışıb: "Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də "Nəsimi" mükafatıdır. "Nəsimi" mükafatı iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova təqdim edildi. Bu il isə görkəmli xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir". Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə minnətdarlığını bildirib: "Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacım var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə hamınıza dərin minnətdarlığımı bildirirəm". Tədbirdə xalq şairi Aşıqlar Biliyinin sədri Zəlimxan Yaqub da iştirak edib. AYB sədri Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib. (ANS).
2014-03-20
12,147
Aydan və Tahir Salahovlar Putinə dəstək vermədilər
Aydan Salahovanın Feysbuk səhifəsinə yerləşdirilmiş məlumatda onun Putinə Krım məsələsində dəstək vermədiyi bildirilir. Azərbaycanlı rəssamlar Aydan və Tahir Salahovların və arxitektor Yuriy Qnedovskinin adı Prezident Vladimir Putini dəstəkləyən mədəniyyət xadimləri siyahısından çıxarılıb. Aydan Salahovanın Feysbuk səhifəsində Vasiliy Şumov tərəfindən yazılmış məlumatda deyilir ki, Salahova Putinin Ukrayna və Krımla bağlı mövqeyini dəstəkləyən məktuba imza atmayıb. Lenta.ru xəbər verir ki, Rusiya Mədəniyyət Nazirliyinin saytında dərc olunmuş müraciətdə hazırda 511 imza var. Daha əvvəl isə Putinə müraciətin altında 514 imza var idi. Bundan başqa, Rusiya mediasının yazdığına görə, 2005-ci ildə vəfat etmiş rəssam Viktor Tsiqalın da adı Putinə dəstək müraciətini imzalayanların siyahısında olsa da, sonradan çıxarılıb. Rusiya Mədəniyyət Nazirliyinin saytında mədəniyyət xadimləri tərəfindən imzalandığı bildirilən müraciətdə, "Krım və həmvətənlərimizin taleyinin həll olunduğu bir vaxtda mədəniyyət xadimləri soyuq qəlbliklə biganə müşahidəçilər olaraq qala bilməz" deyilir və Rusiya prezidentinin Ukrayna və Krımla bağlı mövqeyinə "güclü dəstək" ifadə olunur (BBC Azərbaycan).
2014-03-20
12,148
Gürcüstan prezidenti azərbaycanlıları təbrik etdi
Gürcüstan prezidenti Georgi Marqvelaşvili martın 20-də azərbaycanlıların kompakt yaşadığı Qardabaniyə səfər edib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Qardabani Mədəniyyət Evində Novruz bayramına həsr olunan tədbirdə prezident G.Marqvelaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili çıxış edərək Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik ediblər. Prezident G. Marqvelaşvili çıxışında Gürcüstanda yaşayan azərbaycanlılara səadət, xoşbəxtlik arzulayıb: "Gürcüstanda yaşayan bütün həmvətənlərimi, bütün azərbaycanlıları, bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm, bu gözəl bayramın sevincinə qoşulur, ürəkdən sevinirəm. Mənim Bakıya səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə söhbət zamanı biz azərbaycanlıların Gürcüstanda, gürcülərin isə Azərbaycanda öz adət-ənənələrini qoruyub saxlamağına şad olduğumuzu bildirdik. Mən Bakıda prezident İlham Əliyevə dedim ki, Novruz bayramında mütləq azərbaycanlıların kompakt yaşadığı bölgələrə gedəcək, onlarla birgə Novruz şənliklərində iştirak edəcəyəm. Bakıya səfərim bir çox cəhətdən əhəmiyyətli olub. Mənim Azərbaycanda indi çoxlu dostlarım var. Mən Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm". Tədbirdə prezident G. Marqvelaşviliyə saz bağışlanıb. Sonra Bahar qızı prezidentə Novruz sovqatı olan şirniyyatla dolu bayram boğçası hədiyyə edib. Sonra tədbirdə gənc azərbaycanlı və qızların üzv olduğu "Ceyran" folklor ansamblı Azərbaycan və gürcü rəqsləri nümayiş etdirib.
2014-03-20
12,149
Türkiyədə əməliyyat: 2 əsgər şəhid oldu
Türkiyənin Niyde vilayətinin Ulukışla rayonunda əməliyyat keçirən təhlükəsizlik xidmətlərinə silahlı dəstə tərəfindən atəş açılıb. Nəticədə 2 əsgər və bir polis həlak olub. Ərazidə axtarış keçirən jandarm və polis qüvvələri şübhəli bilinən avtobusu saxlayan zaman atəşə tutulublar. Atəş nəticəsində iki əsgər və bir polis şəhid olub. Eminlik kəndinə qaçan silahlı şəxslər kəndin xəstəxanasına girərək içəridə olan insanları girov götürüb. Bir saata yaxın davam edən əməliyyat sonrası üç nəfər silahlıdan ikisi sağ olaraq ələ keçirilib, biri isə qaçmağa müvəffəq olub. Qaçan silahlının zərərsizləşdirilməsi yönündə əməliyya-axtarış tədbirləri davam etdirilir ("Musavat.com").
2014-03-20
12,151
Duma Krım və Sevastopolun birləşmə qərarını rəsmiləşdirdi
Dövlət Duması Krım yarımadası və Sevostopol şəhərinin Rusiyaya birləşmək müraciətini ratifikasiya edib. "Axar.az"ın rus mediasına istinadən xəbərinə görə, qanunun lehinə 443, əleyhinə 1 deputat səs verib. Xatırladaq ki, Putin Krımın Rusiyanın tərkibinə daxil olması barədə müqaviləni ratifikasiya etməsi üçün Dumaya göndərmişdi. Xatırladaq ki, 16 mart 2014-cü ildə Krım Muxtar Vilayətində və Sevastopol şəhərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendum keçirilib. Referendumun nəticələrinə görə, seçicilərin 97 faizi Rusiyanın tərkibinə qatılmağa səs verib. Avropa Birliyi və Qərb Ukraynanın ərazi bütövlüyünü təhdid edən bu referendumu saxta adlandırıb və nəticələrini tanımayıb. Qeyri-qanuni hesab edilən Krımın yeni hökuməti isə 18 mart tarixində Rusiyaya birləşməklə bağlı müraciət edib. Müqavilə şərtlərinə görə, 1 yanvar 2015-ci ilə qədər RF tərkibinə daxil olmaqla bağlı "keçid dövrü" tamamlanmalıdır. Müqavilənin Dumada ratifikasiya olunan andan qüvvəyə mindiyi də nəzərdə tutulur. Buna əsasən demək olar ki, Krım artıq Rusiyanın subyektidir.
2014-03-20
12,152
Adamyeyənlərin yediyi Rokfellerin acı hekayəsi
Amerikalı siyasətçi və bankir Nelson Rokfellerin oğlu, Rokfellerlər imperiyasının vəliəhdi Maykl Rokfellerin yoxa çıxması ilə bağlı məlumatlar üzə çıxıb. "Axar.az"ın məlumatına görə, "Deyli Meyl" qəzeti 53 il əvvəl baş vermiş hadisə ilə bağlı maraqlı faktlar əldə edib. Qəzetin məlumatına görə, Maykl Rokfeller 1961-ci ildə etnoqraf Rene Vassinqlə Papua- Yeni Qvineyaya yola düşüblər. Noyabrın 17-də Rokfeller kustar üsulla düzəldilmiş qayıqla asmatların yaşadığı uzaq adaya üzüb. Lakin yolda qayığın motoru xarab olub və çevrilib. Rokfeller Vassinqə üzərək sahilə çıxacağını deyib. Etnoqraf bir müddət sonra holland təyyarəçiləri tərəfindən xilas edilsə də, Maykl bir daha geri qayıtmayıb. Onun xilası üçün böyük həcmdə qüvvə cəlb olunsa da, axtarışlar heç bir nəticə verməyib. Uzun illər araşdırmaçılar milyarder oğlunun aborigenlər tərəfindən öldürülməsi versiyası üzərində dayanıblar. Şahidlərin sözlərinə görə, papuasların əynində Rokfellerin geyimi olub, hətta vəhşilər onlara cavan insanın sümüklərini də göstəriblər. Jurnalist Karl Hoffman yazdığı kitabında daha maraqlı məqamlara toxunub. Onun yazdığına görə, Rokfeller sahilə sağ-salamat çıxa bilib. Burada isə onu yerli aborigenlər qarşılayıb. Yerlilər hadisədən 5 gün əvvəl hollandlar tərəfindən öldürülən həmyerlilərin qisasını almaq istəyiblər. Hoffman yazır ki, onlar bununla dünyada ədalətin bərpa olunacağına inanıblar. Vəhşilər əvvəlcə onu möhkəm döyüblər. Daha sonra onu yaşadıqları kəndə gətirərək orada onun başını parça-parça ediblər. Sonra ritullarına uyğun olaraq mahnı oxuya-oxuya oğlanın cəsədini bir neçə yerə parçalayıb, beynini çıxarıb yeyiblər. Rokfellerin yoxa çıxmasının sirrini açmaq üçün Hoffman holland arxivlərini, missionerlərin və Katolik kilsəsinin qeydlərini araşdırmalı olub. Jurnalistin sözlərinə görə, yerli əhali və Hollandiya hökuməti Rokfellerin taleyindən xəbərdar olub, ancaq uzun müddət susublar.
2014-03-20
12,153
Ucarda 3 nəfər kafedə zəhərləndi
Ucar sakinləri kafedə zəhərlənib. "Axar.az" APA-ya istinadən xəbər verir ki,, hadisə bu gün axşam saatlarında baş verib. Ucar rayonunun Gəraybəyli kənd sakini 37 yaşlı Pirqafari Azər Ələsgər oğlu, şəhərin Sadıq Qarayev küçəsi, ev 57 ünvanında yaşayan 37 yaşlı Məmmədov Cavid Sadiq oğlu və şəhərin Ş. Qurbanov küçəsində yaşayan 32 yaşlı Cəbrayılov Abbas Malik oğlu kafedə yeyib-içdikdən sonra vəziyyətləri kəskin pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, A. Cəbrayılovun vəziyyəti nisbətən yüngül olsa da, A. Pirqafari və C. Məmmədovun durumu ağırdır. Xəstəxanadan o da bildirilib ki, hər 3 zərərçəkənə zəhərlənmə diaqnozu qoyulub.
2014-03-20
12,154
Azərbaycanda güclü partlayış baş verib
Bu gün gündüz saatlarında Xaçmazın Xudat şəhərində güclü partlayış olub. Hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib. Küçədəki köhnə su arxının altından keçən köhnə qaz xətti yolun digər tərəfindəki 3 obyekti mavi yanacaqla təmin edirmiş. Xaçmaz Qaz İstismar İdarəsinin rəis müavini Mənsum Novruzovun verdiyi məlumata görə, partlayış qaz sızmasından baş verib. Onun sözlərinə görə qaz sızmasına səbəb həmin xəttin korroziyaya uğramasıdır. Belə ki, obyektlərdən birində işçilər manqalda kabab bişirərkən köz qaz sızması olan yerə düşüb. Nəticədə yerin altında illərlə yığılıb qalmış qaz partlayışa səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə dərhal İcra başçısının müavinləri, Xudat qaz istismar idarəsinin rəsmiləri gəlib. Hazırda partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində iş gedir. Faktla bağlı araşdırma aparılır. (ANS)