date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-17
11,824
Neft daşlarında faciə: 1 nəfər öldü
Neft daşlarında bədbəxt hadisə baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, martın 15-də saat 15 radələrində "Neft Daşlarında" yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb. Onların Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev olduğu açıqlanıb. M.Hacıyev boğulub, digərləri xilas ediliblər.
2014-03-17
11,825
Krımda döyüşmək üçün çeçen muzdluları yığılır
Çeçenistanda Krımda Rusiya ilə döyüşmək üçün muzdlulardan ibarət dəstələr yaradılır. "Axar.az" xəbər verir ki, bu informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yayıblar. Məlumatda artıq bununla əlaqədar xüsusi "firmalar"ın yaradıldığı bildirilib. Krıma gedəcək dəstələrə qoşulan şəxslərin hər birinə gündəlik 6 min rubl pul veriləcəyi qeyd edilib. Muzdluların Krımda dövlət əhəmiyyətli obyektləri qoruyacağı deyilir. Mücahidlər həmin firmaların artıq Qroznıda fəaliyyətə başladıqlarını söyləyiblər. Qeyd edək ki, hazırda Krımda tərkibi çeçenlərdən ibarət olan "Vostok" hərbi dəstəsi yerləşir.
2014-03-17
11,826
Sezən Aksu əməliyyat olunacaq
Kolit müalicəsi alan məşhur sənətçi gələn həftə yoğun bağırsağının bir hissəsini kəsdirəcək. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Sezən Aksu gələn həftə Amerikan Xəstəxanasında əməliyyat olunacaq. Aksu xəstəliyin diaqnozunu və əməliyyat təklifini edən həkimə, "Onsuz da balaca bir qadınam, bu qədər uzun bağırsağın məndə nə işi var", - deyə zarafat edib. Xatırladaq ki, məşhur sənətçi 4 il bundan əvvəl mədəaltı vəzisində olan kistadan əməliyyat olunmuşdu.
2014-03-17
11,827
Tatar milyarderin ofisində axtarış aparıldı
Məşhur biznesmen Rinat Axmedovun ofisində axtarış aparılıb. "Axar.az" xəbər verir ki, ukraynalı biznesmen Rinat Axmetova məxsus DTEK-in İsveçrə ofisində İsveçrə orqanları tərəfindən axtarış həyata keçirilib. Bildirilir ki, axtarışın əsas məqsədi şirkətin Ukrayna rəsmiləri ilə birgə biznesinin olub-olmadığını müəyyənləşdirmək imiş. Qeyd edək ki, axtarış fevralın 27-də baş tutsa da, bu barədə məlumat ancaq "SonntagsZeitung" jurnalının 16 mart nömrəsində yer alıb.
2014-03-17
11,828
Partiya lideri öldürüldü
Əbdürrəhman əl-Kadi öldürülüb. "Axar.az"ın "Əl-Cəzirə" kanalına istinadən məlumatına görə, Nüsrət cəbhəsinin (Livan) Nabi Otman şəhərində keçirdiyi əməliyyat nəticəsində Hizbullah liderlərindən biri olan Əbdürrəhman əl-Kadi öldürülüb.
2014-03-17
11,829
Lənkaranda avtomobil ailənin yeganə övladını öldürdü
Lənkəranda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində, bu gün saat 12.30 radələrində qeydə alınıb. Rayonun Vilvan kənd sakini 1989-cu il təvəllüdlü Ramin Xaqani oğlu Mirzəyev idarə etdiyi "VAZ 21015" markalı, 42-BP-978 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada - Lənkəran şəhər sakini - 2004-cü il təvəllüdlü Mirtahir Fazil oğlu Hüseynzadəni vurub. Vurulandan sonra sürücü uşağı xəstəxanaya çatdırmaq istəsə də, o, yolda dünyasını dəyişib. Sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Məlumata görə, Mirtahir Hüseynzadə ailənin yeganə övladı olub.
2014-03-17
11,830
İlham Əliyev və xanımı Şirvanşahlar Sarayında - Foto/Video
Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edilib. Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaqdır. İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub. Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir. Məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlanıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə yaxından tanış oldular. Bildirildi ki, Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunmuş və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın "Arteks" şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcəklər. "İpad Mini" bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaq. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaq. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur. Dövlətimizin başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini gəzdilər, burada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilmiş, ərazidə abadlıq işləri aparılıb.
2014-03-17
11,831
Kənd Təsərrüfatı Nazirliyi Gəncəyə köçürülür
"Dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi, yaxud Kənd Təsərrüfatı Departamenti ölkənin paytaxtında yerləşmir". Bunu "Axar.az"ın Kənd Təsərrüfatı Nazirliyinin regiona köçürülməsinə ehtiyacın olub-olmaması ilə bağlı suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirdi: "Nazirliyin regionlara köçürülməsi məsələsini biz qaldırmışdıq. Praktik olaraq dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) yaxud Kənd Təsərrüfatı Departamenti ölkəni paytaxtında yerləşmir. Əgər ölkənin paytaxtı kənd təsərrüfatı sahəsində ixtisaslaşmayıbsa, o zaman nə üçün KTN paytaxtda olmalıdır?! Təbii ki, Azərbaycanda bu faktın mövcudluğu həm maraq, həm də təəssüf doğurur. Bu baxımdan nazirliyin rayonlardan birinə, yaxud kənd təsərrüfatı ilə məşğul olan rayonlara yaxın şəhərə köçürülməsi çox yaxşı olardı. Bu dövlət strukturlarının paytaxtdan regionlara köçürülməsinə şərait yaradacaq. Həmçinin təhsil müəssisələrinin də paytaxtdan çıxarılmasına imkanlar açacaq. KTN-in regiona köçürülməsinin bir neçə üstünlüyü ola bilər. Birincisi, şəhərdəki sıxlıq və tıxaclarla bağlı problemlərin həllinə şərait yaranacaq, digər tərəfdən isə regionların inkişafına da təsir edəcək". İqtisadçı alim hesab edir ki, nazirliyin köçürülməsi üçün ən optimal variant Gəncə şəhəridir: "Nəzərə alsaq ki, Gəncə ölkənin ikinci ən böyük şəhəridir və kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlara yaxın məsafədə yerləşir, o zaman bu şəhərin daha uğurlu seçim ola biləcəyinə inanıram. Eyni zamanda, Gəncənin İstanbul vasitəsi ilə beynəlxalq əlaqələrinin daha da genişləndiyini qeyd etmək lazımdır. Bu da nazirliyin xarici əlaqələrinin genişlənməsinə təsir edə bilər". Xatırladaq ki, dünyanın bir çox dövlətlərində Kənd Təsərrüfatı Nazirliyi və başqa bu tipli qurumlar ölkənin uyğun regionlarında yerləşir. Azərbaycanda da İqtisadi və Sosial İnkişaf Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Torpaq və Xəritəçəkmə Komitəsinin paytaxtdan kənara çıxarılması ilə bağlı təklif verib. Həmin məsələ ilə bağlı millət vəkili Zahid Oruc da parlamentdə çıxışı zamanı müvafiq köçürülmə təklifini vermişdi.
2014-03-17
11,832
Azərbaycanın ən böyük Kitab evi açıldı - Foto
Martın 16-da "kitabevim.az" mağazalar şəbəkəsinin açılışı oldu. Metronun "28 may" stansiyasının yaxınlığında yerləşən "AK Center"də baş tutan tədbirdə millət vəkilləri Nizami Cəfərov və Aqil Abbas, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Təhsil Nazrliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, həmçinin yazarlar, ədəbi tənqidçilər və digərləri iştirak edirdi. Tədbirdə çıxış edən "kitabevim.az" layihəsinin rəhbəri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bildirdi ki, bu kitab evi genişliyinə və zənginliyinə görə Azərbaycanda ilk hesab oluna bilər. "Günün, həftənin, ayın kitabı" adlı guşədə kitabların maya dəyərinə satıldığını deyən layihə rəhbərinin sözlərinə görə, kitab marketinin "elektron kitab" bazası da olacaq. Oxucular həmçinin, müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan "Qoy-götür" guşəsinə kitab hədiyyə edə, əvəzində isə burada olan başqa kitablardan yararlana bilərlər. Tədbirin sonunda xeyriyyə məqsədilə kitab auksionu keçirildi ("Publika.az").
2014-03-17
11,833
ABŞ Rusiya ilə Qarabağ əməkdaşlığını davam etdirəcək
"Dağlıq Qarabağ konfliktinin həllində ABŞ-la Rusiya bundan sonra da əməkdaşlıq edəcək". "Axar.az" xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. O, Ukraynadakı hadisələri Qarabağdan uzaq tutmağın vacib olduğunu yazıb. "ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini qəbul etməsə də, bəzi bölgələrdə sülhün əldə olunması üçün birgə əməkdaşlığını davam etdirə bilər".
2014-03-17
11,834
Ara qarışdı: Dopinq hamını gizlənməyə vadar edib
Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik. Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb. Məsələyə Azərbaycan Ağır Atletika Federasiyasının münasibətini öyrənmək istədik. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərova zəng etsək də, zəngimizə cavab verən şəxs özünü Famil kimi təqdim edərək, İsgəndər müəllimin telefonu maşında unutduğunu bildirdi. İcraçı direktoru hansı səbəbdən aradığımızı öyrənincə isə "İsgəndər müəllim bu haqda danışmaq istəmir" cavabını verdi. "Axar.az"ın federasiyadakı özəl mənbədən əldə etdiyi məlumata görə, qurumda ara qarışıb. Demək olar ki, bütün rəsmilər mətbuatdan gizlənir, baş vermiş olayda adının hallanmamasına çalışır. Hər kəs Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun təlimatını gözləyir. Əldə etdiyimiz məlumata görə, qurum rəsmiləri hələ ki, Beynəlxalq Ağır Atletika Federasiyası ilə əlaqə saxlamayıb. Rəsmilərə təsəlli verən tək amil, beynəlxalq federasiyanın rəsmi saytında idmançılarımızın adlarının dopinq qəbul edənlərin siyahısında olmamasıdır. Qurumun saytında azərbaycanlı idmançıların yalnız medallardan məhrum olunduğu göstərilib. Ola bilsin ki, yaxın müddətdə idmançılarımızın adları həmin siyahıya əlavə olunacaq. Çünki təcrübə göstərir ki, idmançıların medallardan məhrum olunması dopinqdən istifadə təsdiqləndikdən sonra reallaşır.
2014-03-17
11,835
General Vəli Kiçik: “Türkiyənin yox olması lazımdır”
Türkiyədə 2007-ci ildən bəri həbsdə saxlanıldığı Silivri həbsxanasından buraxılan jandarma generalı Vəli Kiçik anadan olduğu Bilecik bölgəsinin Gölpazarı qəsəbəsinə gedib. Onu minlərlə adam qarşılayıb. Qəsəbədə təşkil edilən "Türkmən şənliyi" mərasimində çıxış edən Vəli Kiçik deyib ki, Türkiyə hər kəsin gözünün qaldığı ölkədir. "ABŞ prezidenti Corc Buş demişdi ki, hər dəfə barmağımı xəritədə Türkiyənin üzərinə qoyanda içim titrəyir. Elə duruma gəldik ki, dünyanın mərkəzi Orta Şərq oldu. Dünyanın mərkəzində də Türkiyə var. Mən sizə qısa əhvalat danışacağam. 2000-ci ildə mən Bilecikdə briqada komandiri idim. Çox yaxın dostum mən həbsdə olarkən rəhmətə getdi, cənazəsinə gedə bilmədim. Azərbaycan cümhurbaşqanı mənə dedi ki: "Paşa, yox olacaqsan, yox olacaqsan". Mən onun nə dediyini anlamadım. Sonra dedi ki: "Qərar alındı, coğrafiya dəyişəcək, Orta Şərq yox olacaq. Orta Şərq yox olduğu üçün bütün dövlətlərin sərhədləri dəyişəcək. Bu sərhədlərin dəyişə bilməsi üçün əvvəlcə Türkiyənin yox olması lazımdır". Vəli Kiçik daha sonra deyib ki, Türkiyəni yox etmək elə də asan deyildi, bunun üçün əvvəlcə türk ordusunun yox olması lazım idi: "Türk ordusunun yox edilə bilməsi üçün bəlkə də tale məni vurdu. Tutdular, 1980-ci ildən bu yana baş vermiş hər hadisəyə Vəli Kiçiyi soxdular. Hesablamışdılar ki, əgər Vəli Kiçik tutulsa, heç kim səsini çıxarmaz. Bu səbəblə ilk dəfə mən tutuldum. Ancaq bu da bir gerçək idi ki, məni tutmağı yox, öldürməyi planlaşdırmışdılar. Bütün gizli təşkilatlar arxamda idi. Həyat yoldaşım dedi ki, bəlkə də Allah səni həbsxanaya salaraq qoruma altına aldı". Qeyd edək ki, general Vəli Kiçik Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəylə yaxın idi və onunla tez-tez təmasda olurdu. 2000-ci ildə isə Azərbaycanın prezidenti Heydər Əliyev idi. Bu baxımdan "paşa, yox olacaqsan" xəbərdarlığını Vəli Kiçiyə kimin etdiyi qaranlıq qalır. Çünki Türkiyədə eks-prezidenlərə də "cümhurbaşqanı" kimi müraciət etmək qəbul olunub ("virtualaz.org").
2014-03-17
11,836
Tağı Əhmədovun kadrları işdən çıxarılır
Yaxın günlərdə "Bakı Metropoliteni" Qapalı Səmhdar Cəmiyyətində ciddi kadr dəyişiklikləri həyata keçiriləcək. Məlumata görə, yeni Metropoliten rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru tutduğu vəzifədən azad edəcəyi gözlənilir. İşdən çıxarılacaq şəxslərin adları hələlik açıqlanmasa da onların kifayət qədər yüksək vəzifə tutduğu qeyd edilir. Z.Hüseynovun bu addımı atmasının həmin şəxslərin fəaliyyətləri dövründə yol verdikləri ciddi nöqsanlarla bağlı olduğu bildirilir. Mənbənin bildirdiyinə görə, yeni təyinatlar nisbətən gənc kadrlar olacaq. QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın dəyişdiriləcəyi də yer alan xəbərlər arasındadır. Qeyd edək ki, vəzifəyə gəlişi ilə metro keçidlərinə ticarət obyeklərinin fəaliyyətini qadağan edən Z.Hüseynov mətbuata ilk açıqlamasında da struktur dəyişikliyinin olacağını gizlətməyib. O fəaliyyəti dövründə yaxşıya doğru dəyişikliklərin olacağını bildirib ("Azvision.az")
2014-03-17
11,837
Sumqayıtda “Gənc aşıq” festivalı keçirildi – Foto
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda "Gənc Aşıq" Musiqi Festivalı keçirilib. "Axar.az" xəbər verir ki, Festival Nəriman Nərimanov adına mədəniyyət evində olub. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Lətafət Mürsəlova Gənclər Fonduna, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm İdarəsinə, Təhsil şöbəsinə layihənin reallaşmasında yardımçı olduqlarına görə minnətdarlığını bildirib. Lətafət Mürsəlova layihənin məqsədi barədə mətbuata açıqlamasında deyib ki, "festivalın məqsədi istedadlı gənc aşıqların həm üzə çıxarılması, həm də onlara dəstək olmaqdır. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi". Festivalda gənc aşıq ifaçılarından Şəhriyar Kərimov, Elşən Qaraxanov Səbuhi Məmmədov Ceyhun Hüseynov, eləcə də rəhbəri aşıq Sahib İsmiyev olan "Misri" və "Buta" qrupları və rəhbəri aşıq Elməddin Məmmədli olan "Pöhrə" aşıq ansamblı çıxış edib.
2014-03-17
11,838
Ordumuzun əsgəri şəhid oldu - Yeniləndi
15:35 Azərbaycan Ordusu şəhid verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər şəhid olub. 15:45 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edib . Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
2014-03-17
11,839
Bakı Metropoliteni qarşısında aksiya - Axar TV
15:39 Metro stansiyalarının keçidlərindəki ticarət köşklərinin sökülməsi ilə bağlı ticarətçilərin təşkil etdikləri aksiya davam edir. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarətçilər onlara martın 27-dək vaxt verilməsinə baxmayaraq, köşklərinin dünəndən bəri sökülməsinə etiraz edirlər. Bununla yanaşı etirazçılar köşklərin təmiri üçün Metropoliten rəhbərliyinə verdikləri 1100 manat pulun geri qaytarılmasını tələb edirlər. Etirazçılardan iki nəfər danışıq aparmaq üçün rəhbərliyin yanına aparılıb. *** 17:05
2014-03-17
11,840
Rusiyadan Ukraynaya qarşı 6 şərt
Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır. Rusiyanın təklifləri aşağıdakılardır: - ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması; - Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi; - Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması; - Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması; - Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi; - Rus dilinə ikinci dövlət dili statusunun verilməsi. Rusiya XİN bu təkliflərin bir həftə əvvəl ABŞ, Avropa ölkələri və digər tərəfdaşlara təqdim edildiyini açıqlayıb.
2014-03-17
11,841
Metroda gedişhaqqı aprelin birindən bahalaşır – Özəl
"Bakı Metropalitenində qiymətlər 150 faiz artaraq 50 qəpik olacaq". Bu barədə "Axar.az"a Bakı Metropaliteninin işçiləri məlumat verib. Məlumatda deyilir ki, metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra Metropalitenin gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün bu addım atılıb. Qərarın yaxın günlədə cəmiyyətə açıqlanacağı bildirilir. Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxlamağa çalışdıq. Telefonumuza cavab şəxs ilk əvvəl Tarif Şurası olduğunu bildirsə də, daha sonradan səhv düşdüyümüzü dedi. Bütün cəhdlərimizə baxmayaq, qurumla əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı Metropalitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva da "Axar.az"a açıqlama verdi. O bildirdi ki, bu barədə nəsə deyə bilməyəcək: "Qiymət artımı ilə bağlı heç bir məlumat yoxdur, mənə heç kim məlumat verməyib".
2014-03-17
11,842
Elnur Aslanov işdən çıxarıldı - Sərəncam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, verilən sərəncama əsasən Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.
2014-03-17
11,844
Oğlu adam öldürən məmur vəzifəsindən azad edildi
Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edilib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb. Mənbə bildirib ki, Azərbaycan prezidenti M. Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib. Qeyd edək ki, Mübariz Mədətov Xəzər Dəniz Neft Donanmasının rəisi olub, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılmasından sonra QSC-nin sədr müavini təyin edilib. Xatırladaq ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Yol nəqliyyat hadisəsinin "Mercedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
2014-03-17
11,846
“Ruslar bizi öldürməyə gəlir” - Çağırış
"Rus əsgərləri Ukraynaya oyun oynamağa yox, bizi öldürməyə gəlir". "Axar.az" xəbər verir ki, bunu Ukraynanın Rusiyadakı keçmiş səfiri Vladimir Krıjanivskiy keçirdiyi mətbuat konfransı zamanı deyib. "Onlar bizi öldürmək istəyirlər. Onlar bizim torpağımıza oyun oynamağa deyil, bizi öz torpağımızda öldürməyə gəliblər. Bu alçaqlar Luqanskda bizim hərbi texnikamızın qarşısını kəsiblər" deyə keçmiş səfir bildirib.
2014-03-17
11,847
Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasından danışdı
Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova oğlu Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi barədə məlumatı xarici səfəri zamanı alıb. Deputat "Media forum" saytına deyib ki, xaricdə səfərdədir: "Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də bu barədə nəsə deyə bilməyəcəyəm". Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən martın 17-də prezident İlham Əliyev sərəncamı ilə azad edilib.
2014-03-17
11,849
Səlim Müslümov işçisini vəzifəsindən azad etdi
Beyləqan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) direktoru vəzifəsindən azad edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorları, digər məsul şəxslərinin iştirakı ilə keçirilən respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-in direktoru vəzifəsindən azad edilib, iki rayonun ƏSMM-lərinin direktorlarına töhmət verilib. Həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib ( Trend ).
2014-03-17
11,850
Güləndən Ərdoğana məktub: “Ya ol, ya öl!”
Fətullah Gülənin 2006-ci ildə Baş nazir Ərdoğana bir məktub yazdığı və ona xəbərdarlıq etdiyi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, Fətullah Gülənin Türkiyənin Baş naziri R.T.Ərdoğana yazdığı 2006-cı il 2 may tarixli məktub ortaya çıxıb. Bu məktub məsələsini Ərdoğan 2014-cü ilin 4 yanvar tarixində jurnalistlərə açıqlamasında bildirmişdi. Onun sözlərinə görə, Fətullah Gülən xoca əfəndidən ona "sülh məktubu" gəlib. Ancaq bu məktub əslində prezidentə xitabən yazılıb, Ərdoğana isə sadəcə bir nüsxəsi göndərilib. Lakin Fətullah Gülənin söhbətlərinin yayımlandığı "herkul.org" saytının redaktoru Osman Şimşək 2006-cı ilin 2 may tarixində Fətullah Gülənin Ərdoğana indiyənə qədər ictimaiyyətə açıqlanmayan məktub göndərdiyini açıqlayıb. "Bugün" qəzetinin baş redaktoru Ərxan Başyurd isə bu günkü köşəsində həmin məktubun mətni haqqında yazıb. Məktubda Ərdoğana demokratikləşmə xəttindən yayındığına görə xəbərdarlıq olunur: Ya ol, ya öl. Ancaq mütləq etibarlı qal "Ya ol, ya da öl. Ancaq mütləq etibarlı qal! Sizi bu cür istiqamətdən yayındıran prezident, hətta dünya dövlətlərinə başçılıq edən belə olsa, özünüz olaraq qalmağınızın həm zati-ailəniz, həm də millətimiz üçün həyat qədər vacib olduğunu demək istəyirəm".
2014-03-17
11,851
YAP-dan Elnur Aslanovun işdən çıxarılmasına - Münasibət
"Elnur Aslanovun işdən azad olunması cənab Prezidentin səlahiyətinə daxil olan məsələdir. Buna hansısa partiya, təşkilat, ictimai birliyin münasibət bildirlməsi yersizdir". Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Publika.Az"a açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən azad olunmasına münasibət bildirərkən deyib. Elnur Aslanovun adının nurçuluqda hallanmasına gəldikdə S. Novruzov bu barədə heç nə deyə bilməyəcəyini bildirib. "Cənab Prezident hər kəsi işə götürəndə də, işdən azad edəndə də sərəncamı özü verir və bu iş birbaşa onun səlahiyyətindədir"-deyə YAP rəsmisi qeyd edib. E. Aslanovun YAP-dan çıxarılıb-çıxarılmayacağına gəlincə, S. Novruzov bunun gündəmdə olmadığını qeyd edib. Qeyd edək ki, E. Aslanovun adı son günlər nurçuluqda hallanırdı.
2014-03-17
11,852
Novruzda bu yollar bağlı olacaq - Siyahı
Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq, sabahdan etibarən Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə paytaxt Bakıda möhtəşəm mərasimlərin keçirilməsi nəzərdə tutulur. Bu mərasimlərin, eləcə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb. Şöbə rəisi qeyd edib ki, tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək müxtəlif tədbirlər həyata keçiriləcək: "Belə ki, martın 18-i səhər saatlarından etibarən İçərişəhər-Qoşa Qala Qapısı meydanında keçiriləcək tədbirlə əlaqədar "Azneft" dairəsindən, Niyazi və İstiqlaliyyət küçələrindən Azərbaycan prospekti istiqamətində hərəkət tənzimlənəcək. İstiqlaliyyət küçəsi-Azərbaycan prospekti kəsişməsindən Qoşa Qala Qapısı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Tədbir bitənədək Qoşa Qala Qapısından Əziz Əliyev küçəsinə keçməklə Neftçilər prospekti istiqamətində hərəkətə tam məhdudiyyət qoyulacaq". Bundan əlavə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
2014-03-17
11,853
Hülya Avşar: “Onların mitinqləri komediyaya bənzəyir”
Kiprdəki "Nuhun gəmisi" hotelində konsert verən Hülya Avşar konsertdən sonra Star TV-də yayımlanan "Nədir nə deyil" şou proqramına maraqlı açıqlama verib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, mitinqlərin komediyaya bənzədiyini söyləyən Avşar gələcəkdə adının siyasi arenada çəkiləcəyinə söz verib. Məşhur sənətçi "Daşlar yerinə otursun, ondan sonra siyasətdə mən də varam. Bu aralar siyasət məni çox güldürür. Əvvəllər liderləri ciddi izləyərdim. İndi liderlərin etdiyi mitinqlər komediyaya bənzəyir. Bu da mənə gülünc gəlir", - dedi. Əvvəl axır siyasətə qoşulacağını söyləyən Avşar "Ən geci 56 yaşında aktiv siyasətdə olacağam", - deyib.
2014-03-17
11,854
FTB: “Gülənin Azərbaycan məktəblərində MKİ agentləri işləyir”
Gülən hərəkatı üzrə mütəxəssis və FTB-nin müşaviri Gülən hərəkatı haqqında maraqlı müsahibə verib. "Axar.az" xəbər verir ki, bir vaxtlar FTB-nin (Federal Təhqiqat Bürosu) müşaviri olan və ABŞ-ın radikal islam və terror üzrə mütəxəssisi Pol L. Vilyams 1999-cu ildən indiyə kimi ABŞ-da yaşan Fətullah Gülənin MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) xidmət etdiyini və hərəkatının 50 milyard dollar sərvəti olduğunu, həmçinin Gülənin fermasında atıcılıq təlimləri keçirildiyini bildirib. İllərdir Fətullah Gülən və hərəkatını araşdıran Vilyam Gülənin Pensilvaniyadakı malikanəsinə girən barmaqla sayılan şəxslərdən biridir. Gülən haqqında yeni kitab yazan Vilyamın müsahibəsini təqdim edirik: Ərdoğanla düşmən olması təəccüblü deyil "Baş nazir R.T.Ərdoğanın "Mavi Mərmərə" hadisəsindən sonra nümayiş etdirdiyi aqressiya və Suriya mövzusundakı mövqeyinə görə Güləni özünə düşmən etməsi təəccüblü deyil. 34 il əvvəl Ali Baş Qərargah rəisi Kənan Evrən və həmin dövrdə Amerikanın Milli Təhlükəsizlik İdarəsinin Baş katibi Zbiqniev Bzejinskinin Yaxın Şərqdəki türk dövlətləri üçün yeni bir nizam gətirilməsinin vacib olduğu fikrinə əməl etdi. Ancaq bu fikrə əsl əməl edən Gülən oldu və bölgədəki təbii qaz və neft yataqlarının nəzarətini ABŞ-a vermək üçün məktəbləri ilə bölgəyə sızmağa başladı. Yaşıl Kart üçün zəmanət məktubunu necə aldı? Məhz buna görədir ki, keçmiş MKİ idarəçiləri Gülənin yaşıl kart (green card) müraciətinə zəmanət məktubu verib. Gülən söhbətlərində Osmanlının bərpa edilməsindən, ya da yeni İslami dünya nizamından bəhs edir. Və çox qəribdir ki, MKİ-nin də belə bir fikri var. Əks təqdirdə nəyə görə Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəblərində MKİ kadrları olsun? Buna görə Rusiya və Ukrayna Gülən məktəblərini bağlatdırdı. Gülən Çinin Uyğur bölgəsinə də təsir edə bilir. Və MKİ tərəfindən müstəqil elan edilən Türkistanın da Çindən asılılığının itirilməsi üçün çalışılır. Uyğur türklərinin lideri də Çikaqoda yaşayır". Malikanəsini 100 mühafizəçi qoruyur Məşhur akademik 2013-cü ilin iyul ayında yazdığı bir məqalədə bu iddialara yer verib: "Gülənin malikanəsində tələbə yataqxanaları, istirahət otaqları, xaricilər üçün mehmanxanalar, helikopter üçün eniş zolağı və atıcılıq təlimi üçün sahələr var. Ətrafını 100 türkün qoruduğu bu qaladan gələn silah səsindən tez-tez qonşuların narahat olduqları bildirilir". Evlənəcəkləri şəxsləri belə seçir Gülənin məktəblərində 130 MKİ agenti işləyir. Məktəblər narkotik və silah qaçaqmalçılığı ilə maliyyələşdirilir. O, Türkiyədə banklara və biznes dünyasına hökm edir. Fətullah Gülən izn vermədiyi müddətcə qadınlar 50 yaşına qədər evlənmir. Evlənəcəkləri kişiləri isə "xoca" özü seçir".
2014-03-17
11,855
Əli Həsənov: “Onlar dövlətinə, millətinə qarşı olublar...”
"Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə bağlı jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib. Ə. Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib". PA rəsmisi bu gün Azərbaycanda jurnalistlərə hər cür şərait yaradıldığını vurğulayıb: "Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir".
2014-03-17
11,856
Bakıda intiharın qarşısı alındı - Foto/Yeniləndi
17.57 Bakıda kimliyi məlum olmayan qadın intihara cəhd edir. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, bir şəxs paytaxtın mərkəzində - "28 May" metrostansiyasının qarşısında yerləşən çoxmərtəbəli binanın sonuncu mərtəbəsindən atmaq istəyir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda polis şəxsin intihar etmək cəhdinin qarşısını almaq istəyir. *** 18.07 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb olunub. İntihara cəhd edən qadını niyyətindən çəkindirmək mümkün olub. *** 18:32 İntihar fikrindən yayındırılan qız yenidən dama çıxıb. Polislər və xilasedicilər ətrafdakı sakinlərdən kömək istəyib. 19:16 İntihar cəhdinin qarşısı alınıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının damında bir nəfər qadın intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. İntihara cəhdin qarşısı xilasedicilər tərəfindən alınıb.
2014-03-17
11,857
Bakı Slavyan Universitetinə yeni rektor təyin edildi
Bakı Slavyan Universitetinə yeni rektor təyin olunub. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Asif Abbas oğlu Hacıyev təyin edilib.
2014-03-17
11,858
Obama Rusiyanın bəzi məmurlarına sanksiya tətbiq etdi
ABŞ Prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın bəzi yüksəkvəzifəli məmurlarına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb. Məlumata görə, sanksiyaya məruz qalanlar arasında Federasiya Şurasının spikeri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinin də adı var. Sanksiyalar Moskvanın Ukraynadakı böhran zamanı atdığı addımlara cavab olaraq tətbiq olunur. Həmin şəxslərin ABŞ-a girişi qadağan edilir, aktivləri və mülkiyyəti isə bloka alınır. Sanksiya siyahısında Leonid Slutski, Sergey Qlazyevin də adı var.
2014-03-17
11,859
Miqrasiya Xidmətinin əməkdaşları təltif edildi: 6 sərəncam, 5 fərman
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. "Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, sərəncama əsasən Zeyqəm Hüseyn oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib. 18:28 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Bundan başqa İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 19:03 Azərbaycan Respublikası Prezidenti əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb. 19:21 "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib. "Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, dəyişikliyə əsasən müharibə əlillərinə verilən aylıq təqaüdün məbləği artırılıb. I qrup müharibə əlillərinə - 150 manat II qrup müharibə əlillərinə - 130 manat III qrup müharibə əlillərinə - 100 manat. 20:26 "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman və sərəncam imzalanıb. 20:45 Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər: Abbasova Xəyalə Həsən qızı Alıyev Siyasət İdris oğlu Əliyev Elman Məmməd oğlu Əzimov Rəşad Rizvan oğlu Hacıyeva Esmira İsmayıl qızı Hacıyev Kəyan Cabbar oğlu Quliyev Nizami Mahir oğlu Mansurov Vaqif Rahib oğlu Məmmədov İntiqam Behbud oğlu Nəbiyev Şahin Hidayət oğlu Seyidov Yusif İbrahim oğlu Səfərov Rövşən Elxan oğlu Vəliyev Elxan Eldar oğlu
2014-03-17
11,860
BSU-nun yeni rektoru kimdir? - Tərcümeyi-hal
Prezident İlham Əliyev Asif Abbas oğlu Hacıyevin Slavyan Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. "Axar.az" yeni rektorun avto-bioqrafiyasını təqdim edir Asif Əliyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 2000-ci ilin may ayından Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışır.
2014-03-17
11,861
Elnur Aslanovun sağ əli danışmaq istəmədi
Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən çıxarılmasına münasibət bildirib. F.Məmmədov "Publika.az"a açıqlamasında deyib ki, bu barədə danışmaq istəmir: "Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm". Qeyd edək ki, Fətullah Gülənə bağlı olan Azərbaycan məmurları arasında F.Məmmədovun adı ilk sıralardadır. Elnur Aslanovdan sonra onun da vəzifəsindən uzaqlaşdırılacağı ehtimal olunur.
2014-03-17
11,862
Metrodakı kadr islahatları ilə bağlı açıqlama – Rəsmi
"Bu haqda məlumatım yoxdur. İşdən çıxarılmağımla bağlı heç kəs bir söz deməyib mənə". Bu sözləri "Axar.az"a Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva kadr islahatları ilə bağlı xəbərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, hələlik kimlərin işdən çıxarılması dəqiq bəlli deyil: "Hələ ki, işdəyəm. Bilmirəm məni də çıxaracaqlar, ya yox. Yaşayarıq, görərik". Qeyd edək ki, Metropolitenin yeni rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru tutduğu vəzifədən azad edəcəyi gözlənilir. Onu da xatırladaq ki, bir müddət öncə N. Tarıverdiyeva saytımıza açıqlamasında metropolitenin strukturunda dəyişikliyin olacağı ilə bağlı məlumat vermişdi.
2014-03-17
11,865
Sabirabadda maşın avtodayanacağa çırpıldı: 2 ölü
Hacıqabul-Bəhrəmtəpə yolunun 42-ci kilometrliyində ölümlə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün saat 18.00 radələrində Sabirabad rayonunun Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi "VAZ-21015" markalı, 20 DB 275 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü həmkəndlisi Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüb. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
2014-03-17
11,866
Ermənistan İnsan Hüquqları Məhkəməsinə müraciət edir
Ermənistan Politoloqlar İttifaqı siyasi repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Məlumatda deyilir: "Artıq iki ildən çoxdur ki, cinayət axtarışı görüntüsü altında həyata keçirilən və 2012-ci il parlament seçkilərində İttifaqın sədrinin iştirakından "Çiçəklənən Ermənistan" partiyasının siyahıları üzrə başlayan siyasi təqiblər Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Hovannisyanın deputat mandatından imtinasına səbəb oldu, təşkilatın mərkəzi ofisinin girişinin dağıdılması ilə yadda qaldı". İttifaqdan bildirirlər ki, bu hadisə "növbəti dəfə hakimiyyətin Ermənistanda ictimai-siyasi fəaliyyətə nəyin bahasına olursa-olsun nəzarət etmək cəhdini aşkara çıxarır". ("AzNews.az")
2014-03-17
11,867
Qarabağ erməniləri Krım separatçılarına dəstək verdi
Qondarma "DQR"in "xarici işlər nazirliyi" Krımdakı 16 marta referendumu ilə bağlı bəyanat yayıb. Bəyanatda dünyanın qeyri-legitim kimi tanıdığı Krım referendumu "xalqların öz müqəddəratını təyin etməyin növbəti təzahürü" kimi qiymətləndirilir. Separatçı rejim ümid edir ki, referendumda sonra Krım muxtariyyəti ətrafında yaranan situasiya hüquqi müstəvidə və dinc yolla yoluna qoyulacaq. ("Musavat.com")
2014-03-17
11,868
Ukrayna Rusiyaya qarşı qərar qəbul etdi
Ukrayna Rusiyadakı səfiri Vladimir Yelçenkonu geri çağırmaq haqda qərar qəbul edib. XİN-in saytında yerləşdirilən qərarda bu addımın "Krım Muxtar Respublikası ətrafında yaranmış situasiyanın bəzi beynəlxalq aspektlərini müzakirə eləmək üçün" atıldığı bildirilir. Qeyd edək ki, Ukrayna Ali Radasında bu gün Rusiya ilə diplomatik münasibətlərin qırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb. ("Musavat.com")
2014-03-17
11,869
Zakir Həsənov əmr imzaladı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmr Novruz bayramı ilə bağlı imzalanıb. Əmrə və təsdiq edilmiş plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə bayram tədbirlərinin keçirilməsi planlaşdırılır. Məlumatda o da bildirilib ki, hər il olduğu kimi bu il də ziyalılar, ictimaiyyət nümayəndələri, icra hakimiyyətləri, ayrı-ayrı kollektivlər, o cümlədən ölkədə fəaliyyət göstərən televiziya kanallarının çəkiliş qrupları müxtəlif hərbi hissələrdə şəxsi heyətlə bir yerdə Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müracətlər ediblər: "Onların hamısına müsbət cavab verilib. Hətta bəzi yerli strukturlar və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri bir sıra görüşlər keçiriblər və yaxın günlərdə də bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır". ("AzNews.az")
2014-03-17
11,870
Şamaxıda torpaq uçqunu: 2 ölü
Şamaxıda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalaraq dünyasını dəyişib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb. Şamaxı-Pirqulu yolunun kənarında salınan yeni yaşayış massivinə su-kanalizasiya xəttinin çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin iki işçisi bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə boru xəttinin çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan xəndəyin divaları qəflətən uçub və orada qaynaq işləri görən Şamaxı şəhər sakini 1970-ci il təvəllüdlü Şirəliyev Aydın Vaqif oğlu və rayonun Carhan kənd sakini 1971-ci il təvəllüdlü Söhbətov Müslüm Alı oğlu torpağın altında qalıb. Dərhal əraziyə FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Bir saat ərazində torpağın altında qalan hər iki şəxs dünyasını dəyişib. Onların cəsədləri çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
2014-03-17
11,871
Krım tatarlarını sürgün gözləyir
"Krım Rusiyanın tərkibinə qatılacağı halda sürgün təhlükəsi ilə üzləşəcək". "Axar.az" xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov deyib. Krımda keçirilən referendumun qeyri-qanuni olduğunu bildirən Çubarov keçirilən seçkinin də əsgərlərin nəzarəti altında baş tutduğunu qeyd edib. Referendumun elan edilməsindən sonra səs vermədə iştirak etməyəcəyini açıqlayan Krım tatarları böhranın həlli üçün dünya birliyinə çağırış etmişdi. Xatırladaq ki, Krım tatarları Sovet İttifaqı zamanı İosif Stalin tərəfindən faşistlərə dəstək vermək bəhanəsi ilə 1944-ci ildə Orta Asiyaya sürgün edilmiş və tatarların bir qismi sürgündə ölmüşdü. Ölkələrinə 1989-cu ildən sonra geri qayıdan tatarlar bölgə əhalisinin 13 fayizini təşkil edir.
2014-03-17
11,872
Ziya Məmmədov İsmayıllıda vətəndaşları qəbul etdi - Foto
Nəqliyyat naziri Ziya Məmmədov martın 17-də İsmayıllı rayonunda bölgə vətəndaşlarını qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nazir Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilib. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
2014-03-17
11,873
Komediya bitdi, dram davam edir
Krımda keçirilən referendumun nəticələri bəlli oldu. Əhalinin 97 faizi Rusiyanı seçdi. Təbii ki, əhalinin təqribən 60 faizi ruslardan ibarət olan Krımdan belə bir nəticənin ortaya çıxacağı gözlənilən idi. Çünki rusların Rusiya ilə birgə yaşamaq istəməsindən təbii heç nə ola bilməz. Amma oradakı tatarların da Ukraynanın tərkibində yaşamağı arzu etməsi bir o qədər təbiidir və harada rus əhalisi varsa, oradakıların "hüquqlarını qoruyuram" deyib referendum keçirən, hərbi müdaxilə edən Rusiyanın özündə azlıqda olan xalqları görəsən kim müdafiə edəcək? Referendumdan sonra ABŞ prezidenti Barak Obama da bunun Rusiyaya baha başa gələcəyini deyərək sözün həqiqi mənasından Putini hədələyib. Bu hədənin hansı şəkildə və nə formada üz çıxacağını gözləmək lazım gələcək. Çünki Rusiyanın referendum komediyasının ardından Ukraynada yaratdığı dramın davam etməsi onu deməyə əsas verir ki, hələ uzun müddət bu teatr səhnəsinin pərdələri salınmayacaq. Qərb baş verənlərə qarşılıq olaraq hələ hədə dolu sözlərdən real hərəkətə keçmədiyindən Rusiya daha da möhkəmlənmiş görünür. Hətta "Rusiya1" telekanalının aparıcısı, öz siyasi görüşləri ilə Kremlə yaxın olan Dmitri Kisilyovun ABŞ-ı nüvə silahı ilə hədələməsinə qədər gedib çıxan polemikaların bundan sonra hansı məcrada davam edəcəyini təxmin etmək o qədər də çətin deyil. Əslində, indiyə qədər baş verənlərin fonunda Qərb sözdə Ukraynanın yanında olduğunu deməklə, Rusiya isə işğal edib Krimı Ukraynadan qoparmaqla məşğul olub. Bəs bundan sonra hadisələrin gedişində nələr dəyişə bilər? Bundan sonra təbii ki, sual ondan ibarət olmamalıdır ki, Rusiya Krımı işğal edəcək, ya yox?! Rusiya qabalıqla istənilən yerdə istədiyini edə bilər. Məsələ ondadır ki, Krımın işğalının nəticələrini Rusiya qarşılaya biləcək, ya yox?! Krım ətrafında baş verənlər artıq özünün ən kritik mərhələsinə girib. İndiyə qədər dayanmaq bilməyən Rusiya bundan sonra, türklər demiş, baş verənlərin bədəlini necə ödəyəcək? Qərb təbii ki, dediyi sözlərin boş yerdə qalması qarşılığında Rusiyanın həmişəki kimi jandarm rolunu daha da qüvvətləndirəcəyini bildiyindən bu ölkəyə qarşı birləşəcək. Əks halda, Qərb bu bölgədə söz sahibliyini itirib bütün ipləri Rusiyanın əlinə vermiş olardı. Rusiyanı nə gözləyir? Ölkəyə gələn maliyyə axını dayanacaq, xarici ölkələrlə ticarət əlaqələri səngiyəcək. Bu isə Rusiyanın iqtisadi çöküşünə səbəb olacaq ki, yaxın tarixdə biz bu təcrid olunma nəticəsində İranın necə geri çəkildiyinin şahidi olduqsa, Rusiyanın da geri çəkiləcəyinin şahidi olacağıq. Yuxarıda adını çəkdiyimiz aparıcı "kimsə Rusiyanı Böyük Səkkizlikdən çıxarmağa cəsarət edə bilməz" deməsinə rəğmən, bu qurumun Rusiyada keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb və bundan sonra ekrandan səsləndirilən hikkə dolu hədəyə rəğmən, Rusiyanın Böyük Səkkizlikdən kənarlaşdırılması da real görünür. Bu baxımdan qəti demək olar ki, Jirinovski 16 martı bayram elan etməkdə tələsib.
2014-03-17
11,874
Murat Bozun Bakıda konserti başladı - Foto
Bu gün Murat Boz konsert proqramı ilə çıxış edir. "Axar.az" xəbər verir ki, konsert Heydər Əliyev Sarayında keçirilir və 17-18 mart tarixlərinə nəzərdə tutulub. Konsert zamanı müğənninin xanım pərəstişkarları Murat Boza hücum etdilər, amma mühafizəçilər tərəfindən yerlərinə yerləşdirildilər. Türkiyəli müğənni pərəstişkarları üçün ən hit mahnılarını ifa edir.
2014-03-17
11,875
Ərdoğandan Atatürkə ağır sözlər - Video
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının təşkil etdiyi 30 mart seçkisi ilə bağlı kampaniya çərçivəsində Aydın şəhərində Atatürklə bağlı ağır sözlər söyləyib. "Axar.az"ın türk mediasına istinadən xəbərinə görə, Baş nazir Ərdoğan bildirib ki, "Bura gələrkən biri mənə Atatürkün portretlərini yelləyirdi. Mənim üçün niyə Atatürkün portretini yelləyirsən? - Bu böyük ehtimalla CHP-lidir. Bunların ancaq danışmaqları var, əməl ortaya qoyun". Daha sonra Ərdoğan qeyd edib ki, "Biz ya Adnan Menderesin verdiyi demokratiya mübarizəsinə sahib çıxacağıq ya da, onu şəhid edənlərin yanında yer alacağıq".
2014-03-17
11,876
Putin Krımın müstəqilliyini tanıdı – Sərəncam
Rusiya prezidenti Vladimir Putin Krımın müstəqil və suveren respublika kimi tanınması ilə bağlı sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Sərəncamda qeyd olunur ki, Rusiya martın 16-da keçirilmiş referenduma əsasən Krımın müstəqilliyini tanıyır. Bundan başqa Rusiya Sevastopolun Krım respublikasının tərkibində xüsusi statusunu tanıyır. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2014-03-17
11,877
Merkel Ukraynaya görə Bundestaqda pərt oldu - Video
Almaniya kansleri Angela Merkel Ukrayna ətrafında cərəyan edən hadisələrə dair Bundestaqda keçirilən dinləmələr zamanı pərt vəziyyətə düşüb. "Axar.az" məlumat verir ki, sollar fraksiyasının lideri Qreqor Qizi sualları ilə Merkeli çıxılmaz vəziyyətə salıb. O, kansleri Ukrayna konstitusiyasına hörmətlə yanaşmağa və mövqeyini müəyyənləşdirməyə çağırıb. Qızı bir qədər də irəli gedərək, Ukraynanın hazırkı nazirlərinin əksəriyyətinin faşist olduğunu, "Azadlıq" Partiyasının ideoloji xəttinin isə millətçilik üzərində qurulduğunu dilə gətirib. Fraksiya rəhbəri bu vaxta qədər Almaniyanın öz tarixindən nümunə götürməklə Ukarynada faşistlərin təşəbbüsünün qarşısının alınmasına səy göstərməsini vacib sayıb. Xatırladaq ki, Merkel bu fikirləri sadəcə, sakit şəkildə dinləmək məcburiyyətində qalıb.
2014-03-17
11,878
Metronun bütün stansiyaları boşaldıldı - Foto/Video
Metronun bütün stansiyaları boşalıb. "Axar.az" xəbər verir ki, Bakı Metropoliteninin bütün stansiyalarında ticarət obyektləri sökülüb. Bütün əşyalarını satışdan götürən satıcılardan bəziləri elanlarını saxlayıb. Belə ki, köhnə müştərilərini itirməmək üçün onlar telefon nömrələrini elanlarda yerləşdiriblər. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, satıcılara Yaşıl Bazar, Şərq Bazarı və başqa bu kimi bazarlarda yer verilib. Əldə edilən razılaşmaya görə ticarətçilər 3 ay ərzində yer haqqı ödəməkdən azad ediliblər. Əməkdaşımızın "Memar Əcəmi" stansiyasında çəkdiyi kadrları sizə təqdim edirik.
2014-03-17
11,879
MDB ölkələrindən bəziləri məhv olacaq - Şok
"MDB məkanında yerləşən dövlətlərdən bəziləri yer üzündən silinəcək". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Ukraynanın ikinci Əfqanıstana çevriləcəyini bildirib: "Ukrayna konflikti deyilən bir şey yoxdur. Sadəcə, Rusiyaya ekspansiya etməklə total xaos yaradıb, Ukraynanı ikinci Əfqanıstana çevirmək istəyirlər. Bütün bunların hamısı Rusiya Federasiyasının çökməsinə yönəldilib. Zamanla Ukrayna müxtəlif siyasi və hərbi qrupların nəzarəti altında olan ölkəyə çevriləcək. Bu, yüz il bundan öncə vətəndaş müharibəsində də belə olub, indi belə olacaq. Təhlükə eyni vaxtda Belarusiya hətta Rusiyanın Kalininqrad əyalətinə doğru irəliləyəcək". Politoloq Ukraynanı Avropa İttifaqının öz öhdəliyinə götürüb inkişaf etdirəcəyinə inanmadığını deyib: "Problem ondadır ki, 50 milyonluq Ukraynanı heç kim yedizdirməyəcək. O, Polşadan böyük olduğu üçün fiziki olaraq bu, qeyri-mümkündür. Özünün isə inkişaf etməyə siyasi və iqtisadi resursları yoxdur". Q.Trofimçuk Vilnüs sammitindən sonra MDB məkanında güclü dəyişikliklərin başladığını qeyd edib. "21 fevral 2014-cü il Yanukoviçin hakimiyyətdən getməsilə demək olar ki, ikinci SSRİ-nin süqutuna başlanıldı. Bunun nəticəsində isə sovet respublikaları arasında nəzərdə tutulan sərhədlər dəyişəcək və hətta ölkələrdən bəziləri yer üzündən tamamilə silinə bilər. Noyabrda keçirilən Vilnüs sammitindən sonra nəinki Ukrayna, bütün MDB məkanında dəyişikliklər başladı. O, artıq postsovet deyil. Belə adlandırmanı dayandırmaq lazımdır. O, yeni, təhlükəli epoxaya daxil olur və bu epoxada artıq yeni tərif fikirləşmək gərəkdir".
2014-03-17
11,880
Davudoğlu: "Türkiyə daim Krım tatarlarının yanındadır" - Video
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu bu ölkədə səfərdə olan krım tatarlarının lideri Mustafa Krımoğlu ilə birgə mətbuat konfransı keçirib. "Axar.az" məlumat verir ki, əsas müzakirə mövzusu Krımda keçirilən referendum və Krım tatrlarının gələcək taleyi olub. Hörmətli qonağı Türkiyədə görməkdən məmnun olduğunu bəyan edən Davudoğlu fədakarlığı və xalqı üçün həyatını belə təhlükəyə atan Krımoğlunun milli mücadiləsini yüksək qiymətləndirib. Türkiyə dövlətinin daim krımlı qardaşlarının yanında olduğunu vurğulayan Davudoğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə bu məsələ ətrafında müzakirələr apardığını dilə gətirib. Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. Videonu təqdim edirik:
2014-03-17
11,882
Böyük partlayış - 26 ölü
Dünən İraqda böyük partlayışlar baş verib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, baş verən partlayışlar zamanı 26 adam ölüb, 44 nəfər yaralanıb. Bağdad Təhlükəsizlik İdarəsindən alınan məlumata görə, paytaxtın müxtəlif səmtlərində 5 bombalı avtomobilin partladılması nəticəsində aralarında uşaqların da olduğu 22 adam ölüb, 7-si ağır olmaqla 44 adam yaralanıb. Diyala şəhərinin Əbu-Seyda məhəlləsində şəxsiyyəti məlum olmayan adamlar tərəfindən bir evə təşkil edilən basqında isə evdə olan qadınla 8 yaşında oğlu öldürülüb. Əbu-Kərmə kəndində də 85 yaşlı Fatma Əl-Abidi və 50 yaşlı oğlu Yasin Əd-Dəleymi silahlı hücum nəticəsində öldürülüb.
2014-03-17
11,883
Bakıda dəhşətli külək: Buzovna və Maştağa qaranlığa qərq oldu
Azərbaycanda anomal hava şəraiti davam edir. Bu gün axşam saatlarından başlayaraq paytaxtda güclü külək əsməyə başlayıb. Küləyin törətdiyi dağıntılar barədə hələlik heç bir rəsmi məlumat yoxdur. Paytaxt sakinlərinin dediklərinə əsasən, Buzovna və Maştağa kəndində işıqlar sönüb. Xatırladaq ki, ötən gündən başlayaraq Azərbaycanın cənub bölgəsində güclü külək əsir. Bu da bölgələrdə müəyyən dağıntılara səbəb olub. ("AzNews.az")
2014-03-18
11,884
Nurçuların məxfi şəbəkələşməsi - Foto
Fətullah Gülən "camaat"ı 7 qatdan təşkil olunur. "Axar.az" xəbər verir ki, bu iddia ilə professor Əhməd Kələş çıxış edib. Fətullah Gülən "camaatı"nın daxilində 25 il qalan professorun onun yeddi əsas qatdan təşkil olunduğunu bildirib. Professor yeddinci qatda kimlərin olmasını Fətullah Gülən və Allahdan başqa heç kimin bilmədiyini deyib. O hazırda ölkədə baş verənlərin beşinci təbəqə ilə əlaqədar olduğunu qeyd edib. Dördüncü təbəqə isə yuxarı ilə aşağı arasında vasitəçi rolunu oynayır. Digərləri isə aşağını əhatə edir. Professorun təqdim etdiyi bölgünü təqdim edirik
2014-03-18
11,885
Xırdalanda yaşayış binası uçdu: xəsarət alan var
Bu gün axşam saatlarından başlayan güclü külək Abşeron rayonu, Xırdalan şəhərinə də ciddi ziyan vurmaqdadır. Bir neçə dəqiqə əvvəl, şəhərin 26-cı məhəlləsindəki beşmərtəbəli binalardan birinin tavanı tamamilə uçub. Uçan tavanın qırıntıları yaxınlıqdakı həyət evlərin, eləcə də avtomobillərin üzərinə tökülüb, onlara ciddi ziyan vurub. Binanın yaxınlığında yaşayan bir nəfərin də zərər çəkdiyi söylənilir. Məlumata görə, Seyfəddin Mirzəyev adlı şəxs 99 DV 970 nömrə nişanlı "Mercüdess" markalı avtomobili park edərkən, külək binanın tavanını atıb. Tavanın bir hissəsi onun avtomobilinin üzərinə düşüb. Xoşbəxtlikdən, S.Mirzəyev ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Sakinlərin bildirdiyinə görə, elektrik xətləri və qaz boruları qırıldığından vəziyyət daha təhlükəlidir və onlar belə bir vəziyyətdə köməksiz halda qalıblar. Belə ki, aidiyyəti idarələrdən heç biri telefonlara cavab vermir. Sakinlər təşviş içindədirlər.(Aznews)
2014-03-18
11,886
Krımın Rusiya tərəfindən işğalı bu gün təsdiqlənəcək
Bu gün Rusiya prezidenti Vladimir Putin və Krımın Dövlət Şurasının sədri Vladimir Konstantinov Ukraynanın Krım Muxtar Respublikasının "Rusiyanın tərkibinə daxil olması" ilə bağlı sənədi imzalayacaqlar. Sənəd Sevastopolun qondarma "xalq meri" Aleysandr Çalıy tərəfindən də təsdiqlənəcək. Rusiya Dövlət Duması və Federasiya Şurasının bu barədə sənədləri həftənin sonunadək təsdiqləyəcəyi gözlənilir ("Musavat.com").
2014-03-18
11,888
Rusiya: "Ukrayna hərbçilərinin bir saat vaxtı qalıb" - Son dəqiqə
Ukrayna Hərbi Donanmasına aid olan 191 nömrəli hərbi hissə Rusiya tərəfindən mühasirəyə alınıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya "Krım SOS" Feysbuk səhifəsində yayılıb. Sevastopol şəhərində yerləşən hərbi hissənin nəzarət buraxılış məntəqələri ələ keçirilib. Ukraynalılara silahlarını təhvil vermək üçün bir saat vaxt verilib.
2014-03-18
11,889
Ağac maşının üstünə aşdı
Bu gün axşam saatlarından başlayan güclü küləkdən sonra ağac maşının üstünə aşıb. Bu barədə "Axar.az" hadisə yerində olan feysbuk istifadəçilərinə istinadən məlumat verir. Hadisə İçəri Şəhər metrosu yaxınlığında baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, ağac maşın hərəkətdə olan zaman aşıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. Xəsarət alan olmasa da, maşına maddi ziyan dəyib.
2014-03-18
11,890
Külək Zaqatalanı qaranlığa bürüdü
Zaqatalada əsən güclü külək bir sıra fəsadlar törədib. "Axar.az" APA-ya istinadla xəbər verir ki, martın 17-i saat 11:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək əsib, fasilələrlə qısamüddətli yağış yağıb. Martın 17-i axşam saatlarında külək yenidən güclənib. Nəticəsdə rayon ərazisində müxtəlif yerlərdə 15-ə qədər iri gövdəli ağac yıxılıb, bəzi yerlərdə evlərin dam örtükləri uçub və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonda elektrik naqillərinin zərər görməsi nəticəsində rayonun bütün ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. İri gövdəli ağacların yıxılması nəticəsində rayon mərkəzində bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb. Rayon rəhbərliyi fövqalədə hal ilə yerindəcə tanış olub və sakinlərlə görüşüb, aidiyyəti orqanlara öz tapşırıqlarını verib. Fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub. Güclü külək Zaqatala rayon 5 saylı ümumorta məktəbin, məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binanın dam örtüyünü tamamilə uçurub. O cümlədən, rayonun Ümid Sadıqov, 28 may küçəsində və digər küçələrdə iri gövdəli ağaclar evlərin üstünə yıxılıb və nəticədə evlərə ciddi ziyan dəyib. Rayon ərazisində bir neçə yerdə ağaclar yol kənarında dayanmış maşınların üstünə yıxılıb. Nəticədə maşınlara ciddi ziyan dəyib. Gecə saatlarında rayonun bəzi yerlərində elektrik enerjisinin verilməsi qismən bərpa edilib. Yollar ağaclardan təmizlənib və maşınların hərəkəti təmin olunub.
2014-03-18
11,891
Salyanda qəzada polis zabiti dünyasını dəyişib
null
2014-03-18
11,892
FİFA və UEFA-dan Rusiyaya sanksiya
Krımdakı hadisələr səbəbindən Avropa və dünya futbolu qurumlarının rəhbərləri Rusiyanın "Qazprom" şirkətinə qarşı sanksiyaları nəzərdən keçirir. "Axar.az" məlumat verir ki, bu idman növünün məmurları iki sanksiyanı məqsədə müvafiq sayırlar. Birinci sanksiya futbol üzrə 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan dünya çempionatının başqa ölkəyə verilməsi, ikinci qadağa isə "Qazprom"un Avropa futboluna təsirini azaltmaqdır. Qeyd edək ki, rus şirkəti Piterin "Zenit", Almaniyanın "Şalke" və Serbiyanın "Çervena zvezda" klublarının baş sponsorudur. Bundan başqa, "Qazprom" London "Çelsi"sinin tərəfdaşıdır. Hazırda futbol üzrə çempionlar liqası da şirkətin sponsorluğu ilə keçirilir. Xatırladaq ki, Rusiya tərəfi 2018-ci ilin dünya çempionatının ərsəyə gəlməsi üçün 20 miyard dollar xərcləməyə hazır olduğunu açıqlayıb.
2014-03-18
11,893
Xırdalanda ev yandı
Abşeron rayonunda yanğın hadisəsi baş verib. Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə zamanı ev sahibinin övladı yanğınsöndürən tərəfindən xilas edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 06:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-18
11,894
Qeyb olan təyyarə haqqında son xəbərlər
Malayziya təyyarəsinin itməsinin üstündən 10 gün keçir. O gündən bu günə kimi təyyarənin qeyb olmasının səbəbləri haqqında hər gün bir fərziyyə irəli sürülür. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin nüvə sınaqlarını müşahidə edən təşkilatı Nüvə Sınaqlarının Qadağan edilməsi Andlaşması Təşkilatı (CTBTO) sistemlərinin Malayziya təyyarəsinin itdiyi gündən bu yana torpaqda və ya havada hər hansı bir qəza ya da partlayış təsbit etmədiyini bildirib. Mərkəzi Viyanada olan CTBTO-dan verilən məlumatları BMT-nin katib sözçüsü Stefan Dujarik jurnalistlərə çatdırıb. CTBTO-nun istifadə etdiyi texnologiyaların nüvə sınaqlarının ətrafında böyük təyyarələrin torpaqda ya da dənizdə qəzaya uğraması ya da partlamasını təsbit etmə imkanına sahib olduğunu bildirən Stefan Dujarik təyyarənin itdiyi gündən bu yana təşkilatın hər hansı qəza təsbit etmədiyini vurğulayıb. Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus Boinq 777 8 mart Kuala-Lumpurdan Pekinə gedərkən 227 sərnişi və 12 şəxsi heyəti ilə radardan qeyb olmuşdu.
2014-03-18
11,895
Elnur Aslanovun gedişi prosesin başlanğıcıdır – Özəl
Azərbaycanda dövlət idarəçiliyində təmsil olunan Gülən hərəkatına bağlı şəxslərin hamısı tutduğu vəzifələrdən çıxarılacaq. Bu barədə "Axar.az"a olduqca mötəbər mənbədən məlumat verilib. Məlumatda deyilir ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsi sadəcə başlanğıcdır. Növbədə isə dövlət idarəçiliyində olan digər kadrlar var: "Vəzifələrini itirəcək olanların arasında ayrı-ayrı rayonların icra hakimiyyəti başçılarının müavinləri, müxtəlif komitələrin şöbə rəhbərləri var. Siyahı bununla da bitmir. Milli Məclisdə təmsil olunan və Gülən hərəkatına bağlı millət vəkillərinin də növbəti - 2015 seçkilərində iqtidar komandasından birdəfəlik uzaqlaşdırılacağı gözlənilir. Ancaq "xidmət hərəkatı"na açıq-aşkar bağlı olanlar var ki, onların dövlətdən maliyələşən bütün layihələri dondurulacaq, həmçinin indiyə qədər həyata keçirdikləri layihələrin hesabatı sorulacaq. Elnur Aslanovun işdən çıxarılmasından sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan və "xidmət hərəkatı" üzvlərinin işini himayə edən şəxsləri də eyni aqibət gözləyir".
2014-03-18
11,896
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
2014-03-18
11,897
Eks-prezidentin tələbi qəbul edilmədi
Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkə başçısı Mursi və 14 şübhəlinin "Prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə" günahlandırılaraq mühakimə olunduğu iddiada "rəddi-i hakim" tələbi qəbul edilməyib. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, tələbin məhkəmənin 8-ci iclasında dilə gətirildiyini qeyd edən məhkəmə heyəti "daha əvvəlki iclaslarda belə istəyin olmaması"nı səbəb gətirərək tələbi rədd edib. Məhkəmə ayrıca bu tələbdən ötrü 10 min 300 cüneyh (təxminən, 440 manat) pul cəzası kəsib. Xatırladaq ki, Mursi və 14 şübhəli 2012-ci ildə "İttihadiyyə hadisələri" olaraq bilinən "Prezident iqamətgahı qarşısında etirazçıların ölümüylə nəticələnən şiddət hadisələrini törətmək"də günahlandırılaraq açılan iddia daxilində noyabrın 4-də ilk dəfə hakim qarşısına çıxmışdı.
2014-03-18
11,898
Cəbhədə atışma: düşmən susdurulub
Ermənilər növbəti dəfə atəşkəsi pozublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-18
11,899
Bu gün ilaxır çərşənbə qeyd olunur
Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar. Bu gündə qorxanların başından su töküb qorxunu alarlar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar. İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan; demək, o yaşda da gəlin gedəcəksən. Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
2014-03-18
11,900
“Çanaqqala zəfəri”nin 99-cu ildönümüdür
Martın 18-i Çanaqqala şəhidlərini anma günüdür. Martın 18-də "Çanaqqala zəfəri"nin 99-cu ildönümü qeyd edilir. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya Türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirmişdir. Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də "Çanaqqala zəfəri" kimi qeyd edilir. Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.
2014-03-18
11,901
Bakıda xadimə evdən qızıl-zinət oğurladı
Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki. hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb. Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib. Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
2014-03-18
11,902
Avtobus minik avtomobili ilə toqquşdu
Bakıda avtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
2014-03-18
11,903
Azərbaycandan Ərdoğana Elnur Aslanov yatırımı
"Nurçuların ən güclü şəbəkələri Azərbaycandadır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, bu addımın Azərbaycanda nurçuların illeqal fəaliyyətinə vurulan ən böyük zərbə olduğunu deyib: "Türkiyədə Gülən hərəkatı hökumətin içində özünə böyük yer edib. Ərdoğan bunu görürdü. Azərbaycanı da bununla bağlı tez-tez xəbərdar edirdi. İstəyi də bu idi ki, Azərbaycanda bu illeqal fəaliyyətin qarşısı alınsın. Həqiqətən də onların ən güclü şəbəkələri Azərbaycandadır. Leqal fəaliyyətləri olduğu kimi, illeqal fəaliyyətləri də var. Məhz Elnur Aslanovun adı da illeqal lider kimi çəkilirdi. Açığı, mən gözləyirdim ki, bu illeqal hərəkata qarşı fəaliyyət 30 mart bələdiyyə seçkisindən sonra başlayacaq. Çünki Türkiyədə Ərdoğanın mövqeyi möhkəmləndikdən sonra Azərbaycan hakimiyyəti də bunlara qarışı müəyyən addımlar atmağa başlayacaqdı. Amma daha tez başladı". Politoloq Azərbaycan hakimiyyətinin artıq Ərdoğana yatırım etdiyini bildirib: "Görünür, Azərbaycan hakimiyyəti artıq Ərdoğanın Türkiyədə mövqeyinin gücləndiyini müşahidə edib. Yəni onun qələbə qazanacağına əmindirlər. Doğru qərardır, bu insan şəbəkənin fəal üzvlərindən sayılırdı. Digər tərəfdən, ona qarşı müəyyən sənədlər yayılırdı. Bütün bunlar da göstərir ki, deməli, bu sənədlərin hər birində həqiqət var idi. Məncə, bu şəbəkəyə bağlı digər qruplara qarşı da müəyyən ölçü götürülməlidir. Bu şəbəkə müəyyən dövlət strukturlarına da adamlar yerləşdirmişdi. Baxın, Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi var. Bunların işi yalnız konfranslar keçirməkdən ibarətdir. Düşünürəm ki, bu addımın davamı da olacaq. Dövlət aparatında olan digər şəxslərlə bağlı da işlər olacaq". Qeyd edək ki, az öncə adı nurçularla birgə hallanan Elnur Aslanov vəzifəsindən azad edilib.
2014-03-18
11,904
Aeroport yolunun bir hissəsi bağlanacaq
Yollarda aparılan işlərlə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından "Buta Palace"a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə tam məhdudlaşdırılacaqdır ( Trend ).
2014-03-18
11,905
Əvvəldə oxumaq davası qorxaqlıqdır - Video
Çiçəklər doğulur bu yaz gecəsi, Bu yaz gecəsində ölməyə nə var?!.. Havadan yaz qoxusu gəlir. Ramiz Rövşənin misralarını zümzümə edə-edə müsahib axtarışına çıxırıq. Seçimimiz Xalq artisti Nazpəri Dostəliyevadan yana olur. Əcəba, səsi, sənəti kimi özü də füsunkar olan Nazpəri xanım Novruza necə tədarük görür, şəkərbura-paxlava bişirib səməni göyərdirmi? Xəbərsiz-ətərsiz gəldiyimizə baxmayaraq, Nazpəri xanım bizi gülərüzlə qarşıladı. - Bizi qarşılayanda çox içdən söylədiniz ki, havadan baharın nəfəsi duyulur. Deyəsən, baharı çox sevirsiz... - Çox. Baxmayaraq ki, dekabrda dünyaya gəlmişəm, yazın gəlişini həmişəsəbirsizliklə gözləyirəm. Ağacların yarpaqlaması, çiçəklərin doğulması, quşların səsi, günəşin hərarəti-bütün bunlar məndə gözəl əhval-ruhiyyə yaradır. İnsan baharı, istiliyi sevdikcə öz içində də hər kəsə qarşı bir istilik, sevgi, doğmalıq hissi olur. - Bahar fəsli həm də ölkəmizə Novruz bayramı ilə qədəm basır. Novruz bayramı keçmişdən indiyə Nazpəri xanımın xatirində necə qalıb?.. - Bizimçün bir müqəddəs Ramazan bayramı var, bir də milli oyanış bayramımız olan Novruz. Hər iki bayramın təmtəraqla qeyd olunması ailəmizdə bir ənənədir. Lap uşaqlıqdan göz açıb bu iki bayramın xüsusi qeyd olunduğunu görmüşəm. Bir-iki ay əvvəldən tədarük başlanardı. Rəhmətlik anam həmişə səməni göyərdərdi, şəkərbura, paxlava bişirərdi. Mütləq bir ay qabaqdan evlər təmizlənərdi. Həmin adətlər bugün mənim ailəmdə eyni qaydada davam edir. Mən bu qaydaları gəlinlərimə də öyrətmişəm. Çünki Azərbaycanın milli dəyərləri mənimçün hər zaman əziz tutulub, bu adət-ənənələrlə yaşamışam. Bir azərbaycanlı qızı olaraq, bu adət-ənənələrimizə daha doğmalıqla yanaşmışam. Artıq gəlinlərimlə bərabər Novruz hazırlığına başlamışıq. Evlər təmizlənib, bu gün şəkərbura-paxlava bişirəcəyik. - Bişirdiyiniz şəkərbura-paxlavadan özünüz dəyeyirsiz, yoxsa kökəlməkdən qorxursuz? - Şirniyyat yeməkdən bir az qaçıram. Ümümiyyətlə, az yeməyi xoşlayıram. Düzdür, bəzi insanlar deyirlər ki, bayramda çox şirniyyat yeyib kökəlirik. Amma mənim belə bir problemim yoxdur. Çünki çox yemək yemirəm. - Qayınana olaraq, gəlinlərinizin hansını daha çox istəyirsiz? - İkisini də. İnan ki, nəinki bayramlarda, adi günlərdə də hər ikisinə eyni hədiyyələri alıram. Gəlinlərim də özümə oxşayıb, bu evin adət-ənənəsini gələn gündən götürüblər. Çox tərbiyəli, həssas, anlayışlıdırlar. Hətta böyük gəlinim vaxt olub ki, ayaqqabımı ayağıma geyindirib. Özümü nasaz hiss edirdim, heç gözləmədiyim halda, əyilib ayaqqabımı geyindirdi. Kiçik gəlin buna təəccüblənəndə isə cavabı belə olub: "O, bizim anamızdır, evimizin böyüyüdür, lazım gəlsə, ayaqqabısını da ayağına geyindirməliyik". - Arada qısqanclıq olmamış olmaz... - Çox qısqanırlar. Böyük gəlin Nərmin xüsusilə qısqanır. Amma mən çalışıram onları bir-birindən ayırmayım. - Hansı oğlunuz sizinlə qalır? - Hər ikisinin ayrıca evi var, amma nəvələrimdən ötrü çox darıxdığıma görə çox vaxt yanımda olurlar. - Nazpəri xanım, bilirsiz ki, Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli bayramımızdır. Novruzun paytaxtımızda böyük təmtəraqla qeyd olunması artıq ənənə halını alıb. Ölkə Prezidenti hər il öz ailə üzvləri ilə bayramın gəlişini paytaxt sakinlərilə birlikdə qarşılayır. Necə qiymətləndirirsiz bu tədbirləri? - Mən çox sevinirəm, bir vətəndaş olaraq, qürur hissi keçirirəm ki, Ali Baş Komandanımız, dövlətimizin başçısı, cənab İlham Əliyevin və onun gözəl xanımı Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan öz inkişafının pik nöqtəsindədir. Mehriban xanım Əliyeva nəinki Azərbaycan xanımları, bütün dünya xanımları üçün gözəllik, zəriflik nümunəsidir. Biz Mehriban xanımın Azərbaycanda körpələrə, qadınlara, qocalara qayğısı, eləcə dəmədəniyyətimizə, musiqimizə verdiyi dəyər qürurvericidir. Bütün bunlar məni həm də bir cənət adamı kimi sevindirir. Dünyanın heç bir ölkəsində dövlət başçısı və ya onun xanımı mədəniyyətə, musiqiyə, sənətə, sənətkara bu qədər qayğı və diqqət göstərmir. Baxın, bugün bütün sahələrdə, iqtisadiyyatımızdan tutmuş mədəniyyətimizə qədər sürətli inkişafın şahidiyik. Azərbaycan bütün dünyada tanınır, qəbul olunur. Bütün bu nailiyyətlərə əlbəttə ki, dövlət başçımızın uğurlu, müdrik siyasəti nəticəsində nail olmuşuq. - Təsəvvür edin, bir zamanlar az qala çayxana səviyyəsində tanınan aşıq musiqimiz YUNESKO səviyyəsində tanındı, eləcə də getdikcə tənəzzülə uğrayan muğamımız… - Tamamilə doğrudur, yalnız Şirvanda deyil, bütün Azərbaycanda məşhur olan atam aşıq Əhmədalı Dostəliyevin ən böyük arzusu idi ki, kaş, bizim aşıq sənətimiz, muğamımız dünya səviyyəsində tanına biləydi. Klassik musiqilərimiz yalnız toylarda, el şənliklərində deyil, dünya səviyyəsində təqdim olunaydı. Yadımdadır, əvvəllər toylarda üç gün, üç gecə dastanlar deyilərdi, deyişmələr olardı. Bir toy mərasimində 1000 nəfər yığışardı və o dastanları dinləyərdilər. Gözəl bir şənlik ab-havası yaşanardı toylarda. Sanki bir konsert salonuna yığışırdı insanlar. Mehriban xanım muğama və aşıq sənətinə verdiyi ləyaqətli qiymətlə milli musiqimizə yenidən həyat verdi. Muğamın və aşıq sənətinin nüfuzunu özünə qaytardı. İndi məhz onun sayəsində dünyanın möhtəşəm salonlarında Azərbaycan muğamı səsləndirilir! Muğamımızın, aşıq sənətinin, xalçalarımızın, İçərişəhərin, Qobustan abidələrinin YUNESKO səviyyəsində tanınması bir azərbaycanlı olaraq köksümü qabardır. Milli adət-ənənəmiz olan Novruz bayramının da YUNESKO səviyyəsində qəbul olunması bizlər üçün fəxarətdir. Həmişə atamın dilindən eşidərdim ki, sovet vaxtı bu bayramın keçirilməsinə icazə verilmirdi. Milli bayramımızı gizlincə, ailə çərçivəsində qeyd edərdik. Novruz ənənələri, Novruz bayramının qorunub saxlanılması və yaddaşlarda həkk olunması xalqımızın kimlik kartıdır, pasportudur sanki, mənəviyyatımız bu adət-ənənələr üzərində oturuşub. Çox şükür ki, artıq müstəqil dövlətimiz var, dərin kökləri olan mədəniyyətimizə sahib çıxmış bir hakimiyyətimiz var. Fikir verin, Azərbaycanda hər il muğam festivalları keçirilir, nə qədər gənc istedadlar üzə çıxarılır. İnanın, Heydər Əliyev Fondunun və birbaşa Mehriban xanımın dəstəyi sayəsində muğam, aşıq sənəti ölümdən qurtuldu. Məni sevindirən budur ki, artıqozanlarımızın səsi dünya ölkələrinin məşhur səhnələrindən gəlir. - Yeri gəlmişkən, sizin də vaxtilə dünyaşöhrətli Norveç xoru ilə bir layihəniz olmuşdu və orda siz aşıq musiqisi ifa etmişdiniz. Xaricdə necə qarşılanmışdı bu musiqi?.. - Yaxşı xatırladınız. Heç vaxt unutmaram, 2003- 2004-cü il illərdə Norveç xoru ilə reallaşdırdığımız o möhtəşəm layihə zamanı sözləri Mikayıl Azaflıya məxsus bir "Naxçıvani" havası ifa etmişdim. O musiqi Norveçdə elə bir səs salmışdı ki, hətta xorun rəhbəri özünün əcdadının azərbaycanlı olduğunu dedi. Mən bilmirdim ki, aşıq musiqimizi əcnəbilər belə dərk edə biləcəklər. Düşündüyümdən də artıq oldu. O qədər duyğulandılarki, öz soy-köklərinin Azərbaycana gedib çıxdığını vurğuladılar. - Nazpəri xanım, sintez musiqilərdən söz düşmüşkən, əcnəbi musiqiçilər bu sahədə çox qabağa getdikləri üçün hər sintezi də onlara bəyəndirmək mümkün deyil. Sizcə, uğurlu sintez üçün hansı şərtlər vacibdir? - Ürəyimdən xəbər verdiniz. Bizim cənubi amerikalılarla bir layihəmizi xatırlamaq istərdim. O qədər uğur qazanmışdı ki, o da böyük rezonans doğurmuşdu. Mən bugünkügənclərimizə məhz musiqimizdə belə uğurlu sintezlər etməyi arzulayardım. Sintez peşəkar səviyyədə təqdim olunmalıdır. - Bu balansı necə saxlamaq lazımdır ki? - İlk öncə sintez savadlı və musiqi duyumu yüksək olan sənətkarlar tərəfindən olunmalıdır. Peşəkar bir komanda həmin layihə üzərində işləməlidir. Özünə güvənə bilməyən bir şəxs bunu edə bilməz. Bu, mütləqdir. - Yəqin ki, bu fikri oranjemançılarımıza da şamil edərdiniz. Ümumiyyətlə, retro mahnıların oranjemanolunmasına necə baxırsınız? - Mən oranjemanların əleyhinə deyiləm, amma bu iş, yenə də deyirəm, peşəkarlara həvalə olunmalıdır. Bu gün çox istedadlı oranjemançılarımız, bəstəkarlarımızvar. Mən onların gələcəyini də görürəm. Amma söhbət istedadlılardan getmir, onların da işini kölgədə qoyan qeyri-peşəkarlar var. Oranjemançı musiqinin rəssamı deməkdir. Oranjemançı o musiqini rəssam kimi elə çəkib təqdim edə bilər ki, bütün dünyada ən möhtəşəm əsər kimi sevilsin. Qeyri-peşəkar isə musiqini də məhv edə bilər, müğənnini də. Bu gün hətta toyxana səviyyəsində təqdim olunan oranjemanlar var. Ruhdan, qəlbdən gələn, məhəbbətlə, ustalıqla yaranan istənilən sənət nümunəsi xalq tərəfindən qəbul olunur və zaman-zaman yaşayır. - Bir çox xarici ölkələrdə olmusunuz. Xaricdəki diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiz? - Mən bu suala faktlarla cavab verəcəyəm. Moskvadakı diaspor təşkilatlarımız çox gözəl və dəyərli işlərə imza atıblar. Təbii ki, başda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla. Onun rəhbərlik etdiyi "AMOR"un gördüyü işlər haqqında saatlarla danışmaq olar. Mən Leyla xanımın fəaliyyətinin uşaq yaşlarından izləyirəm. Heç yadımdan çıxmaz: möhtəşəm bir tədbir keçirilirdi. Mən dəo mərasimin qonağı idim. Orada Leyla Əliyevanın gözəl bir şeirini dinlədim. O vaxt onun 13-14 yaşı var idi. Onun babasına, torpağına, millətinə həsr etdiyi şeirlərinidinlədim. Bu gün Leyla xanım o şeirlərdəki arzularını həyata keçirir. Onun rəhbərliyi ilə bütün dünyada keçirilən "Xocalıya ədalət" kampaniyası, Rusiyadakı aktiv fəaliyyəti, oradakı soydaşlarımıza diqqət və qayğısı göz önündədir. Moskvada fəaliyyət göstərən bütündiaspor təşkilatlarımız mədəniyyətimizin, milli dəyərlərimizin təbliği istiqamətində böyük işlər görür. Onların Azərbaycan dövlətçiliyi, milli-mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərin özüm də şahidi olmuşam. Milli bayramlarla bağlı həmin diaspora tərəfindən gözəl konsertlər təşkil edilir, Azərbaycan bayrağı dalğalandırılır. Eləcə də digər ölkələrdə fəaliyyət göstərən diasporlarımızın fəaliyyəti hər zaman qürurverici olub. Demək olar ki, konsertlərinin hamısında iştirak etmişəm. Elə martın 20-də də Moskvada gözəl bir Qala konsert təşkil olunacaq, mən də o konsertdə çıxış edəcəyəm. - Konsertdə yəqin ki, fərqli bir repertuarla çıxış edəcəksiniz. Çünki bildiyimiz qədər, hər konsertdə mütləq yeni mahnılar ifa edirsiniz... - Mütləq. Bugün də yeni mahnılar üzərində çalışıram. Çiçək Həyatın bəstələdiyi gözəl bir mahnını ifa edəcəyəm. Çoxdan oxuduğum mahnılarım da repertuarda yer alacaq. Çünki mən dünyanın hansı ölkəsində konsertlər verirəmsə, həmin mahnıları təkrar-təkrar məndən istəyirlər. - Daha çox hansı mahnıları sifariş edirlər? - "Nə olar Allahım, ayırma bizi", "Dağlardan gəlmişəm", "Unut kədərini, qəmini unut", "Mənim göz yaşımı görməyəcəksən", "Bu sevginin ömrü bu qədərmiş". Demək olar ki, 15 ölkədə solo konsert vermişəm, həmin səhnələrdə bir Azərbaycan musiqiləri oxumuşam, bir də olduğum ölkənin musiqilərindən. Böyük proqramla çıxış etmişəm. Sevərək dinləyiblər, konsertin tamamlanmağına beş dəqiqə qalmış belə, səhnəyə çıxıb qulağıma pıcıldayıblar ki, filan mahnını oxu. Bilmirəm mənim dilimdən söylənən bu fikirlərə necə reaksiya verəcəklər, amma bu faktdır ki, oxuduğum bu mahnılar xalq mahnısı kimi qəbul olunur. - Nazpəri xanım, bəs əcnəbi tamaşaçılarla bizim tamaşaçılar arasındakı fərq nədədir? - Əgər xarici görünüş, səhnə mədəniyyəti, davranış qane edib, səs qane etmirsə, sadaladığım keyfiyyətlərin hamısı onların gözündə heç olur. Amma səs gözəl, qəlbə yatımlıdırsa, xarici görünüşdə qüsur varsa da, onu görməməyə çalışırlar. Mən İsveçrə tamaşaçısında bunun şahidi oldum. Konsert bitəndən sonra bizimçün "parti" təşkil etdilər. Yemək süfrəsinin arxasında bir professor sevdiyi müğənnilərin adlarını çəkdi. Bu sırada Madonna, Uitni Hyuston və başqaları var idi. Sonra o, məni göstərərək belə bir ifadə işlətdi. Dedi ki, mən bu xanımda Madonnanın restavrasiya olunmuş görünüşünü gördüm. Yəni bizdə Madonna açıq-saçıq gözəldi, bu xanım isə qapalı gözəlliyini nümayiş etdirdi. Biz konsertdən nəinki zövq aldıq, onu hələ də yaşayırıq. İnandırım sizi, hər ifadan sonra tamaşaçılar arasında 30-40 saniyə sükut olurdu. Mən əvvəl bu sakitlikdən qorxurdum. Amma sən demə, onlar musiqinin təsirini yaşayırlarmış... - Bəs bizim tamaşaçını xarakterizə etsək... - Bizim tamaşaçı sevmədiyini heç vaxt alqışlamır. Sakitcə oturub tamaşa edir. Bu tamaşaçının hüququdur, fikridir. Və hər bir müğənni bunu sevə-sevə qəbul etməlidir. Bəzən müğənnilərimiz alqışlanmadığı üçün tamaşaçıdan şikayət edirlər. Alqışlanmadığın təqdirdə əgər sən "əl çalın", "əlləri görmürəm" deyirsənsə, deməli, bu alqışı özün qazanmamısan. "Əlləri görmürəm" deməklə bir daha özünü çox aşağı səviyyəyə endirirsən. Və o an sənətdən, səhnədən uzaqlaşmış sayılırsan. O sevgini görmürsənsə, hiss etmirsənsə, deməli, onu qazanmamısan. Bu nöqteyi-nəzərdən mən bütün müğənnilərimizə bunu tövsiyə edirəm: xalqın alqışını əgər eşidirsə, onu özü qazanıb, əgər eşitmirsə, yenə də özü qazanıb. Ona görə heç kim xalqdan giley-güzar etməsin. "Mən konsertin əvvəlində oxuyacağam, yaxud sonda oxuyub konserti bağlayacağam" davası etmək də qorxaqlıq əlamətidir. Ona görə əvvəl oxuyurlar ki, kiminsə sayəsində onu alqışlasınlar, sonda oxuyurlar ki, hamı desin, bu, böyük sənətkardır və pafoslu çıxışlarının hesabına alqış alsın. Çox qəribə məntiqdir. Bütün bunları düşünmək, dərk etmək lazımdır. İnanın, sənətçilər bəzən cılızlığından bunu dərk edə bilməsələr də, xalq hər şeyi görür. - Bunların hamısı sənətçinin tamaşaçısını tanımamağından irəli gəlir. - Sən tamaşaçını tanımırsan, amma tamaşaçı səni, onu, məni gözəl tanıyır. Və tamaşaçı səni alqışlayıb, məni alqışlamırsa, yaxud da əksinəolursa, deməli, bunların hamısı bizim öz qazancımızdır. Mənfini, müsbəti, yaxşını, yamanı özümüz qazanırıq. İfamız, davranışımız, danışığımız, xarakterimiz, aldığımız tərbiyə ilə. - Bəzi müğənnilər efirə çıxıb "xalq məni sevir" deyir. Xalqın adından bu cür bəyanat vermək olarmı? - Belə hərəkətlər müğənninin özünün cılızlığı, qorxaqlığı, peşəkar olmamasını sübuta yetirir. O, yalnız "xalq məni sevir" sözlərini deyə bilir. Sənətinə, dövlətinə, torpağına, xalqına məhəbbəti, doğmalığı olan sənətkar heç vaxt bu sözü dilinə gətirməz. Ən azından bu, qorxaqlıq, cılızlıqdır. Bəzən jurnalistlər də xalqın sevmədiyi müğənnini tərifləyib xalqa sırıyırlar. Bu, çox pis xüsusiyyətdir və təəssüf ki, artıq adət halını alıb. - Müxtəlif ölkələrdə, şəhərlərdə olan bir xanım kimi fikriniz maraqlıdır: hansı şəhərdə, ölkədə özünüzü rahat hiss edirsiniz? - Hansı ölkədə məhəbbətlə qarşılanırsansa, o ölkə hər zaman sənə çox doğma gəlir. Amma mənimçün günü-gündən gözəlləşən, hər gün öz gözəlliyini bir az da artıran, hətta əcnəbi turistləri də heyrətə salan doğma Bakımdan gözəl şəhər ola bilməz. - Bakıdan söz düşmüşkən, artıq yeni ifadələr yaranıb: "köhnə Bakı", "yeni Bakı"... - Bakı son illərdə təravətli bir çiçəyə çevrilib. Və bu gözəlliyin, bu təravətin, bu inkişafın bir müəllifi var: Azərbaycanın Prezidenti! İnsanın mənəviyyatı gözəldirsə, onun gördüyü işlər də gözəl olur. O, Azərbaycanı gözəl və firavan görmək istəyirsə, hətta əyalətlərimizi belə füsunkar bir məkana çevirirsə, bu, Cənab İlham Əliyevin ölkəsinə və xalqına verdiyi böyük dəyərin,tükənməz sevginin təcəssümüdür. Bilirsiz, hər şey soydan-kökdən gəlir. Dahi Heydər Əliyevin övladı öz adını müasir Azərbaycanın tarixinə məhz belə yazmalıydı. Ata Əliyev müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin memarıdırsa, oğul Əliyev rifahın, tərəqqinin, hərtərəfli inkişafın memarıdır. Mərhum Heydər Əliyevin unudulmaz bir fikri var: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". İndi bu fikri mən də əminliklə təkrar edirəm. Allah ona qəni-qəni rəhmət eləsin! Vaxt vardı, xaricdə Azərbaycan adını eşidəndə onun yerini bizdən soruşurdular. Amma indi insanların gəzib-görmək istədiyi ölkələr siyahısında Azərbaycan da var. Əlbəttə ki, bütün bunlara görə ilk növbədə Prezidentimizə minnətdarıq. Bu söhbətimizdəonun xidmətlərini, ölkəmiz üçün gördüyü işləri elə-belə xatırlamırıq. Bu xalq yaxşılıq itirən deyil, bizim sevgimiz bu xüsusiyyətdən qaynaqlanır. Görürük ki, O, Azərbaycanı Qafqaz regionunda söz sahibinə çevirir, artıq bizimlə hesablaşırlar. Biz də bu fəaliyyətə yüksək dəyər veririk! - Nazpəri xanım, hər zaman gözəl, baxımlısınız. Özünüzü necə formada saxlayırsınız? - Allahıma minnətdaram! Birincisi, mənə verdiyi ürəyə görə. Bəzən o ürək mənə problemlər yaşadır, amma olsun. Xəbislik, özgəsinin uğuruna paxıllıq etmək kimi xoşagəlməyənxüsusiyyətlətləri Allah mənə verməyib. Buna görə çox xoşbəxtəm. İkincisi, Allah məni necə yaradıbsa, eləyəm, başqa cür ola bilmərəm. Üçüncüsü, əgər mən bu sənətdəyəmsə, xalq məni istər sənətimlə, istər davranışımla sevibsə, demək, mənimdə onlara olan məhəbbətimi görüb, o məhəbbətin süni olmadığını hiss edib. Mən bunları qazanmışamsa, deməli,millətimin qarşısında kiçicik addımımı belə məsuliyyətsiz atmağa ixtiyarım yoxdur. Çünki bilirəm ki, kiçicik bir səhvim neçə ildə qazandığım o məhəbbəti, istəyi itirə bilər. - Nazpəri xanım, Azərbaycanda, xarici ölkələrdə neçə-neçə konsertlərinizolub. Amma düşünürük ki, siz ən möhtəşəm konsertinizi hələ verməmisiniz. Yəqin ki, bu konsert Qarabağda baş tutacaq... - Tamamilə haqlısız. Mən çox ölkələrdə konsert vermişəm. Amma bunlar məni qane etmir. Çünki bir azərbaycanlı olaraq ən böyük arzum Qarabağda konsert verməkdir. Norveçdə ilk konsertimdən sonra Azərbaycanın harada yerləşdiyini göstərmək üçün xəritəyə yaxınlaşdıq, əlimi Qarabağın üstünə qoyubonlara dedim ki, mən burda konsert verəcəyəm və sizləri də orda dəvət edəcəyəm. Mən siyasətlə maraqlanmıram. Amma bilirəm ki, Prezidentimiz Qarabağın işğaldan azad olunması, Qarabağla bağlı arzularımızınhəyata keçməsi üçün böyük işlər görür. O, bunu hər zaman çıxışlarında, eləcə də sənət adamları ilə görüşündə dilə gətirmişdi. Onun bəyanatları məni daha da ümidləndirir. İnanıram ki, Ali Baş Komandanımız Qarabağı alacaq və o konsert Qarabağda baş tutacaq. O nə vaxt nə vəd edibsə, həyata keçirib!
2014-03-18
11,906
Azərbaycanda yeni xəbər portal yarandı: Aktual.az
Artıq bu gündən Azərbaycan mətbuatında daha bir sayt - Aktual.az fəaliyyətə başlayıb. Bu barədə tanınmış teleaparıcı Telman Məmmədov məlumat verib. O bildirib ki, yeni yaradılmış portalda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin gənclərə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalın məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq. Həmkarlarımıza uğurlar arzulayırıq!
2014-03-18
11,907
Nazir şöbə müdirlərini işdən çıxartdı
Kənd Təsərrüfatı Nazirliyinin iki şöbəsinin müdiri vəzifəsindən azad edilib. "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
2014-03-18
11,908
Polad Ələmdarın bacısı özünü körpüdən atdı
"Qurdlar Vadisi Pusu" serialında Safiyə kimi tanıdığımız Qaye Gürsəl rejissor Biray Dalkıranın yeni filmi "Mələklərin möcüzəsi"ndə baş rolda çəkilir. Gürsəl filmdəki intihar səhnəsi üçün ötən gün Qalata körpüsündən özünü atıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, dublyordan istifadə etməyən aktrisa körpüyə çıxıb, özünü 15 metr yüksəklikdən suya atıb. Gürsəl çəkilişdən sonra deyib: "O qədər yüksəklikdən özümü necə atdığıma təəccübləndim. Tək xatırladığım şey suyun çox soyuq olmasıdır". Gənc oyunçunun Hakan Türkşənlə baş rolu paylaşdığı "Mələklərin möcüzəsi" filmi aprelin 4-ündən televiziyada yayımlanacaq.
2014-03-18
11,910
Sözünü ayağı ilə deyən qız - Axar TV
Ailənin ilk övladı Samirə Salmanova dünyaya göz açandan həkim məsuliyyətsizliyi üzündən fiziki qüsurla böyüməli olub. Yeriməyə, danışmağa, əliylə nəsə tutmağa, fikirlərini ifadə etməyə çətinlik çəkir. O, yalnız yeriməyi bacarır, ancaq bunu da başqalarının köməyi olmadan edə bilmir. Samirənin özüylə söhbət edə bilməsək də, bizi anlayır və fikirlərini anasının vasitəsilə çatdırmağa çalışırdı. Anası Faiqə xanımla söhbətimiz zamanı məlum oldu ki, Samirənin rəsmə olan həvəsi qardaşının dəftər-qələmlə işləməsindən sonra yaranmağa başlayıb... Onun bu bacarığı 8 yaşından üzə çıxıb. Beləliklə, indi o öz üzərində işləyərək dili ilə söyləyə bilmədiklərini boyaların və fırçanın köməyi ilə çatdırmağa çalışır. Başqa sözlə desək, Samirənin xəyalında canlandırdığı həyat çəkdiyi rəsmlərdə üzə çıxır. Elə olur ki, gətirib ona pul verirlər Samirəni ən çox incidən insanların ona olan münasibətidir. Faiqə xanim deyir ki, hərdən parkda gəzməyə gedəndə insanların ona acıdığını görür. Hətta elə də olur ki, gətirib ona pul verirlər, bu da Samirənin özünə qapanmasına, gileylənməsinə səbəb olur. İstəyirəm arabam olsun Samirə həmişə valideynlərinə deyir ki, mənim kimi xəstə olanlara xüsusi arabalar verirlər. O da istəyir ki, anasından kömək istəmədən, heç kimə əziyyət vermədən özü sərbəst hərəkət edə bilsin. Samirənin üzv olduğu Əlil Qadınlar Cəmiyyəti isə bu vaxta qədər onunla bir dəfə də olsun maraqlanmayıb. Ona qarşı cəmiyyətin bu cür biganəliyi qızcığazı həyatdan küsdürür. İstəyirəm öz otağım olsun Samirədən ən böyük arzusunu soruşduq... Həyatdan heç nə istəmir, tək arzusu rahat yaşaya biləcəyi bir evinin, özünə məxsus otağının olmasıdır. Faiqə xanım deyir ki, Samirənin cavabı həmişə belə olur: "İstəyirəm öz otağım olsun, şəkillərimi rahat çəkim, hec kimə mane olmayım... İstədiyim vaxt televizora baxım... Kompüterdə dostlarımla yazışım..." Elə də əlçatmaz deyil Samirənin arzuları, amma hər şey maddiyyata bağlıdır... Maddi vəziyyəti imkan versə, arzuları çin olacaq və kim bilir, bəlkə də gələcəkdə tanınmış bir rəssam kimi yetişəcək. Onu da qeyd edək ki, Samirə boş vaxtlarını sosial şəbəkələrdə dostları ilə ünsüyyətdə keçirir. O... ayaqlarının vasitəsi ilə yazır. Həkimlər Samirənin müalicəsinin yalnız Almaniyada mümkün olduğunu deyir. Ailənin isə buna maddi imkanı təəssüf ki, çatmır... Tək istəkləri isə Samirənin arzuladığı evlə təmin olunmasıdır.
2014-03-18
11,911
Vitse-prezident 2 milyon dollar rüşvət aldı
Qətər Futbol Federasiyası FİFA-nın vitse-prezidentinə 2 milyon dollar rüşvət verib. "Axar.az" xəbər verir ki, qətərlilər FİFA-nın keçmiş vitse-prezidenti Djek Uornerə və onun ailəsinə 2 milyon dolları dünya çempionatının keçirilməsi üçün hüquqa yiyələndikdən sonra veriblər. Vəsaitin 1,2 milyon dolları şəxsən 71 yaşlı Uornerin özünə, qalan 800 min dollar isə oğluna verilib. Məlumatda bildirilir ki, artıq trinidadalı məmurun məsələsi ilə bağlı araşdırmalara başlanılıb. Uornerin Mayamidə yaşayan oğlu da məsələ ilə bağlı dindirilir.
2014-03-18
11,912
Bakıya yeni avtobuslar gətirildi
Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan daha 20 ədəd yeni avtobus Azərbaycana gətirilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, "Daewoo" markalı olan bu avtobuslar iki qapılıdır və 24 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar istilik sistemi ilə təchiz olunub. Qeyd edək ki, yeni avtobuslar üç marşrut xəttinə buraxılıb. Həmin marşrutların nömrələri 65, 79 və 85-dir. Yeni avtobuslar fərdi sahibkara məxsusdur. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.
2014-03-18
11,913
Azərbaycanlı məşqçilər özlərini biabır etdilər – Sorğu
Bu həftə Azərbaycanda daha bir məşqçi istefası gerçəkləşdi. 2 ilə yaxın idi AZAL-ın baş məşqçi postunda olan Vaqif Sadıqov komandadan getdi. Məlumata görə, "Neftçi" ilə oyuna "təyyarəçilər"i köməkçi məşqçi Şakir Qəribov çıxardıb. Oyundan sonra Qəribov AZAL rəhbərliyini "yıxıb-sürüməklə" yanaşı, azərbaycanlı məşqçilərin klublara gedərkən peşəkar müqavilə imzalamamsını da iddia edib. Bu, əslində çox aktual məsələdi. Mətbuat yerli mütəxəssislərlə əcnəbiləri müqayisə edərkən bu məsələni tez-tez qabardır, azərbaycanlı məşqçilərdən peşəkar olmağı tələb edir. Amma onlar hələ də bu yöndə üzləşdikləri problemlərdən dərs çıxarmır, peşəkar amilləri qəbul etmək, mənimsəmək istəmirlər, baş məşqçi postuna gedərkən müqavilə imzalamırlar. Bunun nəticəsində də istefa verərkən təzminat ala bilmirlər. "Kişi sözü" ilə addım atan mütəxəssislər sonda bu qeyri-peşəkarlığın qurbanı olurlar. Futbolinfo.az saytı məsələ ilə bağlı yerli mütəxəssislərdən münasibət öyrənib və onlar qeyri-perşəkar olduqlarını etiraf ediblər. Yunis Hüseynov: "O düzdü ki, biz klublara baş məşqçi gedərkən peşəkar müqavilə imzalamırıq. Bizdə inam deyilən şey var. Azərbaycanlı məşqçilər klub rəhbərlərini tanıyır, münasibətimiz olur deyə, müqavilə imzalamırıq. Amma düzgün etmirik. Deyirik ki, inam var, danışdıq bəsdi. Mənə elə gəlir ki, bundan sonra elə etmək lazım deyil. Əgər mən bir də hansısa kluba getsəm, peşəkar müqavilə imzalayacağam. "Xəzər Lənkəran"da işləyərkən peşəkar müqavilə imzalamışdım. Onlar bütün məşqçilərlə UEFA səviyyəsində olan müqavilə imzalayırlar. Ona görə də orada bağlamışdım. Amma müqavilənin dərinliklərinə getməmişdim, onu xırdalamamışdım. Qol çəkdim, razılaşdıq, bitdi. Detalları xırdalamadım. Çünki arada hörmət var idi". Ağasəlim Mircavadov: "Bu barədə çox danışmışıq. Azərbaycan futbolunda nə uğurlar olubsa, hamısını yerli məşqçilər qazanıb. Amma onlarla peşəkar müqavilə imzalanmır. Səbəbini isə klub prezdentlərindən soruşmaq lazımdı. Xarici məşqçilərlə necə müqavilə imzalanırsa, yerlilərlə də elə olmalıdı". Elxan Abdullayev: "Bizim klublarda peşəkar müqavilə imzalanmır. Yəni Avropa səviyyəsində müqaviləyə qol çəkmirik. Bunu klub rəhbərlərini, orada işləyənləri tanıyırıq deyə, tələb etmirik. Bu, bizim mentalitetdən irəli gəlir. Bu da elə nəticələnir ki, klubdan ayrılanda bir qəpik də ala bilmirlər".
2014-03-18
11,916
İcra başçısı əhaliyə kabab qonaqlığı verir
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucov bayram münasibətilə Xırdalan sakinlərinə kabab qonaqlığı verir. "Axar.az" xəbər verir ki, bu qeyri-adi bayram qonaqlığının fotoları Feysbuk sosial şəbəkəsində yayılıb. Fotolarda İcra nümayəndəliyinin çadır qurub kabab çəkdiyi və əhaliyə payladığı görülür. Fotoları təqdim edirik.
2014-03-18
11,917
Şahin Mustafayevə yeni müavinlər təyin edildi
İqtisadiyyat və Sənaye Nazirliyinə yeni nazir müavinləri təyin edilib. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənova Sevinc Telman qızı, Səfərov Niyazi Abdulla oğlu, Babayev Sahil Rafiq oğlu, Məmmədov Sahib Əli oğlu İqtisadiyyat və Sənaye nazirinin müavinləri təyin ediliblər. Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Ailəlidir, 2 övladı var. Niyazi Səfərov 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda başlayıb. 1990-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləyib. 1992-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini, 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var. Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Ailəlidir. Sahib Məmmədov 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetində "Beynəlxalq hüquq" fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallıgında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb. 2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib ( Trend ). Ailəlidir, 2 övladı var.
2014-03-18
11,918
Bayram günləri əhaliyə fasiləsiz xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. "Axar.az" RYTN-in mətbuat xidmətinə istinadən bildirir ki, Novruz bayramı ərəfəsində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.
2014-03-18
11,919
Ərdoğan İlham Əliyevlə görüşəcək
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Krım Tatar Məclisinin sabiq rəhbəri və Ukrayna millət vəkili Mustafa Krımoğlu ilə görüşü zamanı açıqlama verib. Davudoğlu qeyd edib ki, Türkiyə Krım məsələsinə görə, istər türk dünyası ilə istərsə də İslam dünyasının liderləri ilə görüşməyə hazırdır: "Baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək. Türkiyə, Qara dəniz bölgəsində, Balkanlarda, Qafqazda, bütövlükdə Avrasiyada sülhün qorunması üçün bütün tərəfləri düzgün qərar qəbul etməyə çağırır" (Musavat).
2014-03-18
11,920
Yol terroru: bir ölü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Axra.az" APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 18-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Firuz Mustafayev idarə etdiyi "Niva" markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüsal Şıxaliyevi vurub. V. Şıxaliyev aldığı xəsarətdən hadisə yerində ölüb.
2014-03-18
11,921
Hərbi xidmətə çağırış SMS ilə olacaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaxın vaxtlarda hərbi xidmətə çağırış sistemində daha bir yenilik tətbiq etməyə hazırlaşır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, SHXÇDX hərbi xidmətə çağırışla bağlı SMS məlumatlandırma xidməti tətbiq edəcək. Yeni xidmət tətbiq olunduqdan sonra vətəndaşlar təyin olunmuş nömrəyə SMS sorğusu göndərməklə hansı hərbi hissədə xidmət edəcəklərini öyrənə biləcəklər. Qeyd edək ki, hazırda çağırışçılar SHXÇDX-nin rəsmi İnternet saytı üzərindən özləri haqda məlumatı daxil etməklə xidmət edəcəkləri hərbi hissə barədə məlumat əldə edə bilirlər. Ümumilikdə SHXÇDX tərəfindən vətəndaşlara 5 elektron xidmət göstərilir.
2014-03-18
11,923
Şeyx Azərbaycan xalqını təbrik etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam Allahşükür paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam Allahşükür paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi qarşıdan gələn xalqımızın qədim və gözəl bayramı - Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, bol-bol bayram sevinci diləyirəm. Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır". Şeyxin sözlərinə görə, Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir: "Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir ( Trend ). Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun qədəmləri mübarək olsun!"
2014-03-18
11,924
Elnur Aslanov maliyyə hesabatlarını sildirir - Şok
Prezident sərəncamı ilə vəzifəsindən azad edilən və barəsində Baş Prokurorluqda araşdırma aparıldığı söylənilən Elnur Aslanovun kurasiyasındakı ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) əsas maliyyə qaynağı kimi Prezident yanında Gənclər Fondu göstərilir. Bu səbəbdən də ASAİF-in keçirdiyi tədbirlərə ayrılan vəsaitləri GF-nin rəsmi saytından götürmək istədik. Lakin araşdırmamız zamanı məlum oldu ki, Gənclər Fondunun rəsmi saytında hesabatlar bölümü açılmır. Saytın "keçirilən tədbirlər" bölməsində hesabatlar bölümü olsa da, orada keçirilən tədbirlərə ayrılan vəsaitlər haqqında heç bir məlumat yoxdur. Xatırladaq ki, Prezidentin yanında formalaşan digər qurumlar - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi saytlarında hesabatlarla bağlı bütün bilgiləri asanlıqla əldə etmək mümkündür. Texniki problemdir? Problemin səbəbini öyrənmək üçün Gənclər Fondu ilə əlaqə saxladıq. Fondun mətbuat xidmətinin rəhbəri Aynurə Həsənzadə "Axar.az"a bildirdi ki, Gənclər Fondunun rəsmi internet saytının (http://youthfoundation.az) hesabatlar bölümündə yaranmış problemi əvvəlcə yeniliklərlə əlaqələndirdi: "Hesabatlar bölümündə yeniliklər edildiyi üçün problem yaranıb. Texniki problemdir, tezliklə aradan qaldırmağa çalışacağıq". Saytdakı problemdən xəbərsiz olduğunu söyləyən Fond rəsmisinin sözlərinə görə, saytın hesabatlar bölümündə problem təzəlikcə yaranıb: "Saytda və bölmələrdə heç bir problem yoxdur. Problem bu günlərdə yaranıb. Tezliklə həll ediləcək". Amma maraqlıdır ki, qısa müddətdən sonra problemin həll edilib-edilmədiyini aydınlaşdırmaq üçün yenidən sayta daxil olduqda və hesabatları götürmək istədikdə bəlli oldu ki, Gənclər Fondunun "hesabatlar" bölümü ümumiyyətlə silinib. İndiki məqamda GF-in saytının heç bir bölümündə deyil, məhz hesabat bölümündə "texniki problemin" yaranması və hesabatların silinməsi təbii ki, diqqət çəkməyə bilməz. Araşdırmaları davam etdirməyə çalışırıq.
2014-03-18
11,925
Dilqəm Əhmədin yeni kitabı çıxdı
"Hədəf" Nəşrlər Evində gənc yazar Dilqəm Əhmədin "Muza" adlı şeirlər kitabı çap olunub. Cib kitabı formatında olan topluda müəllifin son iki ildə yayımlanan şeirləri toplanıb. Bu ay ərzində kitabın təqdimatı nəzərdə tutulub. Kitabın redaktoru Aysel Əlizadə, üz qabığındakı rəsmin müəllifi isə Rauf Canıbəyovdur.
2014-03-18
11,926
Elmar Məmmədyarov erməni həmkarı ilə görüşür
Azərbaycan və Ermənistan xarfici siyasət idarələrinin rəhbərləri Haaqada görüşəcəklər. Məlumata görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib. Görüş martın 24-25-də Haaqada (Niderland) nüvə təhlükəsiliyi sammitinin keçirilməsi çərçivəsində baş tutacaq ( Trend ).
2014-03-18
11,927
Doğuş zamanı iki ölüm, ana ağır durumda - Həkim terroru
Cəlilabad rayonunda hamilə qadının qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi əkiz körpələr ölüb. Bu haqda "Axar.az"a məlumat verən ana - Gülnarə Şəmiyevanın qohumları deyir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünən gecə dünyaya gələn körpələrin vəziyyəti əvvəlcə yaxşı olub. Onların sözlərinə görə, qeysəriyyə əməliyyatını həyata keçirən İlham adlı cərrah körpələrin səhhətində heç bir problem olmadığını deyib: "Doğumdan sonra uşaqların normal olduğunu bildirdilər. Lakin səhər saatlarında əkizlər vəfat edib. Körpələrin hansı səbəbdən öldüyünü bilmirik. Bu haqda məlumat da vermirlər. Normal olan uşaqlar heç bir səbəb olmadan niyə ölə bilər ki?" Hazırda vəfat edən körpələrin anası Gülnarə Şəmiyevanın vəziyyətinin də ağır olduğu bildirilir. Xəstənin qohumları bildirir ki, əməliyyatdan sonra durumu ağırlaşan ana üçün rayon xəstəxanasına Bakıdan həkim çağırılıb: "Lakin hələ də Bakıdan heç kəs gəlməyib. Biz ananı Bakıya aparmaq istəsək də, həkimlər buna imkan vermir. Problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə də məlumat vermişik". Faktla bağlı araşdırma aparılır.
2014-03-18
11,928
Məmur oğlu eksklüziv “Galendewagen” gətizdirdi
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən "Hennesey Performance" tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən "Mercedes-Bens G63 AMG Galendewagen" avtomobilinin sahibinin adı məlum olub. Məlumata görə, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb. Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib. Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var. 1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan "Karvan" ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir ("Virtualaz.org").
2014-03-18
11,929
Külək ölkəni əsdirir – Foto
Dünən gecə saatlarında Xaçmazda güclü külək ağacları kökündən qoparıb və bəzi iaşə obyektlərinə zərər dəyib. "Axar.az" Feysbuk sosial şəbəkəsinə istinadən xəbər verir ki, dünən gecə saatlarında Xaçmaz şəhərində güclü külək əsib. Nəticədə qırılan ağaclar avtomobil yolunu kəsiblər. Bəzi iaşə obyektlərinə də cüzi zərər dəyib. Xatırladaq ki, son iki gündə Azərbaycanın bir sıra rayonlarında, eləcə də Bakı və Abşeron yarımadasında güclü külək müşahidə edilib və bəzi fəsadlara səbəb olub.
2014-03-18
11,930
Jirinovski: “Stalin doğru qərar vermişdi”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinvski növbəti qalmaqallı açıqlama verib. "Axar.az" məlumat verir ki, Dövlət Dumasının növbəti plenar iclasında çıxış edən Jirinovski Polşa, Rumıniya və Macarıstana müraciət edərək, tarixi ədalətin bərpası kimi Ukraynanın qərb hissəsini özlərinə götürməyi, şərq vilayətlərinin isə Rusiyaya birləşdirilməsini təklif edib: "Hesab edirəm ki, tarixi rus torpaqlarının rus bayrağı altına keçməsinin vaxtı çatıb. Amma bununla belə, etiraf etməliyik ki, Ukraynanın qərbi digər ölkələrə verilməlidir. Bilirsiniz ki, alman faşistlərinin hücumunun qarşısının alınması üçün, çox ədalətli olaraq, Stalin həmin əraziləri Sovetlər Birliyinə birləşdirmişdi". Jirinovski bildirib ki, rus torpaqları olmasaydı, Ukrayna ərazilərindən söhbət gedə bilməzdi: "Məsələn, Luçk, Lvov, Ternopol, İvano-Frankovski və Rovno - bu ərazilər doğurdan da Polşanın torpaqlarıdı. Mən oralarda dəfələrlə olmuşam, hamı macar və polyak dilində danışır. Rusdillilərə tək-tək rast gəlmək mümkündü. Stalin buraların alınmasını heç Hitlerlə də razılaşdırmamışdı". Qalmaqallı çıxışları ilə seçilən partiya sədri bir qədər də irəli gedərək, Ukraynada dövlətçilyin olmamasından istifadə etməklə, yuxarıda adları çəkilə ölkələrin gənclərini Ukraynanın qərbinin özlərinə birləşdirilməsi uğrunda tezliklə mübarizəyə başlamağa çağrıb. Paytaxt Kiyevə gəlincə, o bildirib ki, sözügedən tarixi şəhərin taleyini sonra da həll etmək mümkündür.
2014-03-18
11,931
Tələbələrin təhsil haqları ilə bağlı - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Sərəncam imzalayıb. Məlumata görə, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin (AZərTac). Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
2014-03-18
11,932
PKK üzvlərinə evlənmək izni verildi
İllərdir şiddətlə evliliyə qarşı çıxan PKK dağdakı üzvlərinə axır ki, xeyir iş üçün icazə verib. "Axar.az" xəbər verir ki, Avropadan yayımlanan kürd xəbər saytı "avustakurd.net"in xəbərinə görə, Kandil dağında baş tutan son KCK idarə heyətinin toplantısından sonra İraq kürd bölgəsi rəhbərliyi PKK terror təşkilatının üzvlərinə evlilik üçün icazə verib.
2014-03-18
11,933
Fələstinli uşaqlar üçün vahiməli İsrail həbsxanası
İsrail əsgərləri gecə təşkil etdiyi basqınlarla fələstinli uşaqları qanunsuz şəkildə həbs edir. "Axar.az" bu barədə türk mətbuatına istinadən xəbər verir. İsrail həbsxanalarında təkkameralı hücrələrə atılan uşaqlar psixoloji zərbə alırlar. Avropa-Aralıq dənizi İnsan Haqları Komissiyasının İsrail ordusunun fələstinli uşaqları həbs etməsi ilə bağlı hazırladığı hesabatda son iki ildə həbslərin 80% artdığı bildirilib. İnsan Haqları Komissiyasının tərtib etdiyi hesabatda keçən iki ay ərzində İsrail əsgərlərinin 740 fələstinli uşağı həbs etdiyi yazılıb. Həbs olunan uşaqların yarısı ən azı 1 həftə İsrail həbsxanalarında saxlanılır. Uşaqların həbs olunmasının səbəbi kimi İsrail əleyhinə olan aksiya və mitinqlərə qatılmalarını göstərən İsrail uşaqların gözünü qorxudaraq onları əzməyi planlaşdırır. Aksiya və mitinqlərə qatılmaq nə beynəlxalq, nə də milli konstitusiya görə cinayət sayılmır. Gecə yarısı həbs olunurlar Uşaqlarda qalıcı psixoloji travmaların yaradılması və ailələrinin narahat olması üçün həbslərin hamısı gecə saatlarında həyata keçirilir. Uşaqlar İsrail həbsxanalarına aparılar-aparılmaz təkkameralı otaqlara salınırlar. Bu da onların psixologiyasına ağır zərbə vurur. İsrail əsgərləri tərəfindən həbs olunan bəzi uşaqlar istintaq əsnasında ciddi təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Uşaqları tualetə getməkdən, yemək yeməkdən məhrum edən İsrail əsgərləri uşaqları təhqir etməkdən, vurmaqdan da çəkinmir.
2014-03-18
11,934
Gün ərzində 86 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınıb ki, onların da 30-u "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.