date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-14 | 11,612 | VHP Gənclər Təşkilatının sədri istefa verdi | Pünhan İmamlının səlahiyyətləri Vüsal Namiqoğluna həvalə olundu. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Toplantıda təşkilati məsələlər və konfransa hazırlıq məsələləri müzakirə edilib. Müzakirələrdə çıxış edən VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı bildirib ki, artıq ötən konfransdan iki il ötür, Gənclər Təşkilatının Əsasnaməsinə görə təşkilatın seçkili orqanları buraxmalı, təşkilat komitəsi yaradılmalı və konfransa hazırlıq işlərinə başlanmalıdır. Pünhan İmamlı Gənclər Təşkilatının Əsasnaməsinə uyğun olaraq səlahiyyət müddəti bitdiyi üçün istefa verib. Məclis P.İmamlının istefasını qəbul edib və sədrin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vüsal Namiqoğluna həvalə edilib. Gənclər Təşkilatının Məclisi də özünü buraxıb, 5 nəfərdən ibarət konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Nicat Kamal təşkilat komitəsinin sədri, Röyalə Məmmədova isə katibi seçilib. Gələn həftədən etibarən konfrans nümayəndələrinin seçiminə başlanılacaq, gənclər təşkilatının sədrliyinə namizədlər irəli sürüləcək və təbliğat-təşviqat kampaniyasına start veriləcək. |
2014-03-14 | 11,613 | “İctimai TV artıq AzTV-yə çevrilib” | Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutulub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai TV-dən narazılığını bildirib. O qeyd edib ki, son vaxtlar İctimai TV AzTv-yə çevrilib: "Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. Buna nə ehtiyac var? Onsuz da AzTV kimi dövlət kanalımız var, daha İctimai TV-yə nə ehtiyac? Bu TV-nin işi ictimai maarifləndirmə işi aparmaq idi". Deputat çıxışında səhiyyə sahəsinə də toxunub: "İnsanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəmizə qayıdır. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu, çox böyük rəqəmdir". O qeyd edib ki, ölkədə bu qədər dövlət səhiyyə obyektlərinin qalmasına ehtiyac yoxdur: "Dövlət o müəssisələrdə həkimlərə yüksək səviyyədə maaş verə bilmir, ona görə də neqativ hallara yol verilir". Q. Həsənquliev təhsil ocaqlarının özəlləşdirilməsinin vacibliyini də vurğulayıb: "Bəzi akademiyalardan başqa, dövlət universitetlərin hamısı özəlləşdirilməlidir. O universitetlərin verdiyi vergi hesabına müəllimlərin maaşını qaldırmaq olar. Deyirik ki, orta təhsil pulsuzdur. Amma gəlin, sorğu keçirək, kim repetitor yanına getmədən universitetə qəbul ola bilir? Valideynlərdən kim övladını oxutmaq istəyirsə, repetitora pul vermək məcburiyyətindədir. Nəhayət, bu məsələ ilə bağlı qərar qəbul etmək vaxtı çatıb, hökumət təhsil kreditlərinin verilməsinə başlamalıdır". |
2014-03-14 | 11,614 | Rusiya qoşunlarını geri çəkməsi üçün 3 şərt qoydu | Rusiya Ukraynaya hərbi müdaxilədən imtina etmək üçün güzəştə getməyə hazırdır. Lakin rəsmi Moskva Ukraynada prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edə bilər. Bu barədə Ukrayna mətbuatı iddia edib. İddiaya görə, martın 5 də Parisdə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Lavrov 3 tələblə çıxış edib. 1.Ukraynada prezident seçkilərinin vaxtı dəyişdirilsin. 2.Ukrayna NATO-ya daxil olmaq fikrindən daşınsın. 3.Rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya haqda sazişin imzalanmasından imtina etsin. "Rusiya Krımda "kobud rəftar" etməklə Ukraynada mayda keçiriləcək prezident seçkilərini ləğv etmək istəyir. Putin çox yaxşı başa düşür ki, prezident seçkiləri keçirilsə, ya Kliçko, ya da Poroşenko qalib gələcək. Bu siyasilər isə Kremlin nəzarəti altında deyil. İkisindən biri hakimiyyətə gəlsə, Ukrayna mütləq Avropa Birliyi ilə Assosiasiya haqda sazişi imzalayacaq, NATO-ya üzv olacaq. Putin isə bunu istəmir", deyə mətbuat iddia edib. (ANS) |
2014-03-14 | 11,615 | Rza Zərrab uşaqlara pul payladı - Video | Türkiyədə rüşvət əməliyyatı nəticəsində həbs edilən, sonradan üzərində nəzarət olmaqla azadlğa buraxılan iş adamı Rza Zərrab müəyyən sənədləri imzalamaq üçün İstanbulda polis bölməsinə çağırılıb. Rza Zərrab cangüdənləri ilə birlikdə bölməyə şəxsi avtomobilində gəlib. İş adamı təxminən 20 dəqiqə bölmədə saxlanılıb. Rza Zərrab müvafiq sənədləri imzalayandan sonra ərazini tərk edərkən onun maşınının qarşısını uşaqlar kəsib. İş adamı isə hər bir uşağa azadlığa çıxması münasibətilə 200 lirə pul verib. (ANS) |
2014-03-14 | 11,616 | İtən təyyarə ilə bağlı şok iddia - Foto | Bir həftədir yoxa çıxan Malaziyaya məxsus sərnişin təyyarəsinin fərqli istiqamətdə getdiyi barədə iddialar irəli sürülüb. "Axar.az" xəbər verir ki, Malaziyanın paytaxtı Kuala-Lumpdurdan Pekinə yola düşən təyyarənin Andaman adalarına doğru istiqamətləndirildiyi barədə xəbərlər yayılıb. Hadisə ilə əlaqədar aparılan araşdırmaya görə, "Boinq 777" tipli təyyarənin ən son Malay yarımadasından Andaman adalarına doğru yol alması təsbit edilib. Mütəxəssislər çox cüzi də olsa, təyyarənin radardan kənarlaşdırıldığını və hər hansı adaya endirilə biləcəyi ehtimalının olduğunu deyirlər. |
2014-03-14 | 11,617 | Cavid Zeynallı: “Röya ilə eşq macəramız olmayıb” | "Mən sadəcə, AYB-nin üzvüyəm. Bu gün həmin birliyin 1500-dən artıq üzvü var və Anar müəllimin özü də dəfələrlə etiraf edib ki, həmin insanların böyük əksəriyyəti heç nə yaza bilmirlər. Təsəvvür edin, adamlar var, qoyun verib Yazıçılar Birliyinə üzv olub". Bu fikirlər gənc yazar, bu yaxınlarda dərc olunan "Leyla" romanının müəllifi Cavid Zeynallı ilə müsahibəmizdə səsləndi. Sözü Allah yüksəkliyinə qaldırmaq - Müsahibələrinizin birində demisiniz ki, yazar ciddi olmaya da bilər və söz sizin üçün müqəddəs deyil. Necə düşünürsünüz, sözə ciddi yanaşmadan ciddi yazıçı olmaq mümkündürmü? - Bu fikir əslində, bizim cəmiyyətdə sözə olan qəribə münasibətdən doğur. Reallıqsa budur ki, sözü müqəddəs bilən, onu ilahiləşdirən, sözdən ürkən, qorxan adamlar faktiki olaraq ciddi heç nə yaza bilməyiblər. Məni bu fikri deməyə məcbur edən səbəb budur. Ona görə hesab edirəm, canında istedad olan adam sözü mağazaya kontur dalınca da göndərə bilər, hələ üstəlik, çayxanadan çay da aldırar. Bu mənada sözü ilahiləşdirməyə lüzum yoxdur. Bir növ adam sözdən qorxanda, mətndən çəkinəndə, sözə toxunulmazlıq hüququ verəndə ədəbiyyat yazıçını məğmun, iradəsiz kişi bilib gözəl və ram olunmağı sevən qadın kimi ondan gen gəzməyə başlayır. Demək istəyirəm, yazıçı bir az rahat olub, sözlə öz dostu sayaq rəftar etməyi bacarmalıdır. Sözü Allah mərtəbəsinə qaldırıb, ondan qorxmaq bekara işdir! - Məgər Allahın yüksəkdə olması adamı ürküdür ki, söz də o səviyyədə olanda qorxutsun? - Bunu məcazi mənada fikrimi ifadə etmək üçün bir vasitə hesab edə bilərsiniz. İslamın əsaslarında Allahdan qorxmaq vacib olduğu kimi, obrazlı desək, bəli, Allahın dərgahını göylərdə axtardığımız kimi, sözün də məbədinin mücərrəd, əlçatmaz-ünyetməz məkanlarda axtarmaq lazım deyil. AYB-də o qədər adam var ki... - Məsələn, hansı yazarlardır ki, sizin təbirinizcə desək, sözü ilahiləşdirdiklərindən yaza bilmirlər? - Bunlar daha çox yaşlı nəslin nümayəndələridir. Ədəbi mətbuatı oxuyanda həmin adamların imzalarına rast gəlmək mümkündür. Məsələn, bu gün "Kaspi" qəzetini alıb vərəqləyəndə, həmin adamların yazılarından ibarət çələng qarşıma çıxdı. Onların yazdıqlarını oxuyanda adama elə gəlir, 2014-cü il yox, keçən əsrin 50-60-cı illərində yaşayırsan. Bir az uzağa getsək, lap Belinski ilə qapıqonşu yaşayırsan. Mətnin cansızlığından, quruluğundan adamın ödü ağzına gəlir. Təəssüf ki, Azərbaycan ədəbiyyatında belə yazıçılar, publisistlər, alimlər həddindən artıq çoxdur. Adam var, on səkkiz kitab yazıb, bir səhifəsi yaralı barmağa dərman deyil. Məsələn, elə götürək bizim AYB-ni... Bu gözəlim qurumda ortalığa çıxarmaq üçün abırlı cümlə yaza bilməyən o qədər adam var ki... Elə adam var, qoyun verib AYB-yə üzv olub - Bəs yaxşı, sizin haqqında danışdığınız bu yazarlar AYB-yə necə üzv olublar? - Bu sualı yaxşı olar ki, mənə yox, həmin yazıçıları o birliyə qəbul edən adamlara verəsiniz. O işləri mən görmürəm. Mən sadəcə, AYB-nin üzvüyəm. Bu gün həmin birliyin 1500-dən artıq üzvü var və Anar müəllimin özü də dəfələrlə etiraf edib ki, həmin insanların böyük əksəriyyəti heç nə yaza bilmirlər. Amma vəsiqələrə qol çəkməkdə də davam edir. Təsəvvür edin, adamlar var, qoyun verib Yazıçılar Birliyinə üzv olub. Anar köhnəliyi ilə gözəldir - Niyə gənc yazarların böyük əksəriyyəti Anarı bəyənmir? - Yox, məsələ Anarı bəyənməməkdə deyil. Mən Anarı istedadlı və oxumağa ehtiyac bildiyim yazıçı hesab edirəm. Anarın mətnləri var, yekəxanalıq çıxmasın, mən sevərək onların altına öz imzamı atardım. Di gəl, son vaxtlar mətbuatda Anarın elə yazılarına rast gəlirəm, onların adı, təyinatı nədir, bilmirəm. Və son hekayələri göstərdi ki, Anar artıq ədəbiyyatda tükənib, bitib. Yəni deməyə yeni sözü, yeni fikri yoxdur. Son yazıları ilə o, yazıçı obrazına ciddi zərbə vurdu. Anar köhnəliyi ilə gözəldir. Məsələn, "Dantenin yubileyi" ilə... Nə yazıq ki, Anar bu cür sanballı əsərdən sonra inşa səviyyəli mətnlər yazdı. Əslində, bunları tək Anara şamil etmək düzgün deyil. Bu gün Azərbaycan ədəbiyyatının ağsaqqal adamlarının primitiv, dərnək səviyyəli əsərlər boğaza qədərdir. Sadəcə, siz Anarın adını çəkdiyiniz üçün söhbət konkret onun üstünə gəldi. Sözün manısları AYB ocağını murdarlayır - Söhbəti AYB-nin üzərinə gətirməyiniz həm də Anarın adının çəkilməsi deməkdir... - Əlbəttə, AYB-nin bu vəziyyətə düşməsi və birliyin əvvəlki qüdrətinin itirməsinin məsuliyyəti Anar müəllimin üzərinə düşür. Çünki istedadsızları birliyə gətirən, daha doğrusu, onların vəsiqələrinə imza atan odur. Bəstəkarlar İttifaqının 200 üzvü var. Firəngiz Əlizadə istəsəydi, bu neçə ildə manısları üzv edə bilməzdi? Söhbət ciddi sənətdən gedirsə, bəli, sözün manısları AYB-nin ocağını murdarlayır. Bilirsiniz, adam yandığından və istədiyindən tənqid edəndə, "nankor" damğası vururlar. Biz bu birliyin adını utanc yox, qürur hissi ilə çəkmək istərdik. - Van Qoqun belə bir sözü var: "Mənə azadlıq versələr, hər şey edərəm". Necə düşünürsüz, yazıçının, yaradıcı insanın hər hansısa birlikdə, qurumda olması onun azadlığını əlindən almır ki? - Bu, subyektiv məsələdir. Hamı birlik üzvü olmaq zorunda deyil. AYB heç kimin əlindən tutub yazı yazdırmır və ya heç kimin yaradıcılığı qarşısına sipər çəkmir. Yazıçılar Birliyi şəxsən mənə, mənim yaradıcılığıma maneə törətmir. Bu mənada mən hesab edirəm ki, insanın deməyə sözü, istedadı varsa, o, istənilən şəraitdə, istənilən mühitdə yaza bilər. Əgər kimsə nəyisə deməkdən və yazmaqdan çəkinirsə, bu, artıq onun öz problemidir. Yaş roman yazmağa mane olmur - Artıq ikinci romanınızı yazmısınız. Tələsmirsiniz ki? - Yox, hesab edirəm, tez deyil. Əgər bir adamın istedadı varsa, onun üçün hansı yaşda roman yazmağın fərqi yoxdur. Yəni istedadı olan adam gənc yaşında da roman yaza bilər. Sadəcə, istedadı olan adam cəsarətli olub əlinə qələm alıb yazmalıdır. Hər halda, buna özümü hazır bilmişəm ki, yazmışam. Özümü buna hazır bilməsəydim, təbii ki, yazmazdım. Mənim yazdığım romanlar oxunursa, deməli, zamanında yazmışam. Röya ilə eşq macərası yaşayaraq yazmamışam - Belə bir deyim var: yazıçı, şair yazdıqlarını az da olsa yaşamalıdır. Məsələn "Aclıq" əsərini yazan Knut Hamsun onu yaşamışdı. Siz necə, yaşadıqlarınız yazırsınız? - Mənim birinci romanım tələbəlik həyatımdan bəhs edir, hadisələr kirayə qaldığım Alatavada cərəyan edir. Həmin illərdə pulsuzluq, ac qalmaq, sevgisizlik, sevgidə xəyanət də olub. Birincidə bunları yazmışam. İkinci romanımda isə təkcə yaşananlar yox, həm də uydurmalardır. Yəni "Leyla"nı, məsələn, Röya ilə eşq macərası yaşayaraq yazmamışam. - Deyəsən, məlum söz-söhbət səngidi... - Hə, əlbəttə. Röya bu əsərdə özünü görürsə, bu mənim problemim deyil. Görüşəndə kitabı özünə verdim. Hərçənd inanmıram ki, oxusun. Heç vaxt onlara bənzəmək istəməmişəm - Özünüzü böyük yazarlardan hansı ilə eyni sırada görmək, onlardan hansına bənzəmək istərdiniz? - Heç vaxt bu haqda düşünəcək qədər sadəlövh olmamışam. Məsələn, təsəvvür edin ədəbiyyatın peyğəmbəri Tolstoy və Cavid Zeynallı. Əstəğfürullah!!! Məhəbbəti yaşamaq gözəldir... -Yazıçıdan müsahibə götürüb ona sevgi haqda sual verməmək günah olardı. Balzak deyirdi ki, bir anlıq məhəbbət bütöv bir ömrə bərabərdir. Cavid Zeynallı necə düşünür? - Yaxşı sözdür. İntəhası, məsələ ondadır ki, məhəbbətin tərifin verməyə çalışmaq bekara işdir. Məhəbbət haqda danışmaq yox, onu yaşamaq və varlığını hiss etmək daha gözəl duyğudur... |
2014-03-14 | 11,618 | Həbs edilən azərbaycanlı fəal yoxa çıxıb | Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Əkbər Azadın taleyi naməlum olaraq qalır. Azərbaycanlı fəal tutulandan az sonra ailəsinə zəng vurub Tehranın Evin zindanında saxlandığını bildirib, amma həbsxana rəsmiləri bunu inkar edir. Görüş üçün dəfələrlə zindana getmiş ailə üzvlərinə Əkbər Azadın orada saxlanmadığını bildirirlər. Belində və dizindəki ağrılardan əziyyət çəkən azərbaycanlı fəalın taleyinin naməlum olması ailə üzvlərinin ciddi narahatlığına səbəb olub. ETTELAAT əməkdaşları və polis qüvvələri fevralın 21-də Tehran yaxınlığındakı Nəsimşəhr şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən dinc toplantıya hücum çəkib. Onlarla şəxs tutularaq bilinməz istiqamətə aparılıb. Tutulanlardan biri də Əkbər Azaddır. ("Mediaforum.az") |
2014-03-14 | 11,619 | General Vaqif Axundov bu gün oğluna toy edir - Foto/ Özəl | Bu gün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov yeganə oğlu Murad Axundova toy edir. "Axar.az"ın məlumatına görə, toy mərasimi "Buta Palace" şadlıq sarayında keçirilir. Vaqif Axundov Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimovla quda olur. Toy mərasiminə Azərbaycanın yüksək çinli dövlət məmurları və generaliteti qatılıb. Gənc ailəyə xoşbəxtlik və qoşa qarımalarını arzulayırıq! |
2014-03-14 | 11,620 | Vanqa: “Rusiya dünyanın sahibi olacaq!” – Şok öngörü/Video | Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər Ukrayna ətrafında baş verən hadisələrdən sonra yenidən gündəmə gəlib. "Axar.az" olaraq Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları ilə bağlı növbəti süjet Rusiyaya həsr olunub. Məşhur görücü öz proqnozlarında Üçüncü Dünya Müharibəsindən xəbər verməklə bərabər, Vladimir Putinin də adını xatırladır. O, Rusiyanın gələcəkdə dünyanın lideri olacağını söyləyir: "Hər şey buz kimi əriyir. Toxunulmaz qalan yalnız bir şey olacaq. Yaşasın Vladimir! Yaşasın Rusiya! Həddən artıq çox şey qurban verilib. Heç kim Rusiyanın qarşısını ala bilməyəcək. O, hər şeyi yolundan silib atmaqla nəinki özlüyünü qoruyub saxlayacaq, hətta dünyanın da sahibi olacaq". Süjeti hazırlayanlar bütün bunlarla bərabər, Vanqanın həyata keçən proqnozlarından sitatlar gətirirlər. Lakin hər kəsə hələ də maraqlı qalan Vanqanın son proqnozudur. Vanqanın Üçüncü Dünya Müharibəsi haqqında dediyi sözlər xüsus önəm daşıyır: "2011-ci ildə Ərəb dünyasında savaş başlayacaq. Hər kəs buna etinasız yanaşacaq". Vanqanın proqnozları ilə bağlı 3-cü verilişi təqdim edirik. |
2014-03-14 | 11,621 | ABŞ Krımla bağlı mövqeyini açıqladı | ABŞ Dövlət katibi Con Kerri Krımda keçiriləcək referendumu tanımayacaqlarını açıqlayıb. "Axar.az" xəbər verir ki, Con Kerri Ukrayna məsələsində vasitəçi qrupun yaradılmasını təklif edib. Lavrov isə Krımda konstitusiyon islahatların aparılmasının vacibliyini qeyd edib. Rusiya hökumətinin Ukraynanın şərqinə hərbi müdaxilə planının olmadığını deyən Lavrova, Kerri Rusiyaya qarşı sanksiyaların təhdid yox, xəbərdarlıq xarakteri daşıdığını bildirib. |
2014-03-14 | 11,622 | "Yenə Sibirə sürgünə getmək istəmirəm" - Video | Sevastopolda bir tatarın rus əsgərlə mübahisənin video-görüntüləri yayılıb. Krım tatarı rus əsgərdən yarımadanın aqibətinin necə olacağını soruşur. Əvəzində əsgər Krımda yaşayanların 80 faizinin Rusiyada yaşamaq istədiyinə əmin olduğunu bildirir. Tatar isə yenidən rusların onları Sibirə, Urala sürgünə göndərilib-göndərilməyəcəyini sual edir: "Krım mənim torpağımdır. Buradan daha heç yana getmək istəmirəm". Əsgər isə tatara Rusiyanın qazı və işığı ilə yaşadıqlarını xatırladıb. (ANS) |
2014-03-14 | 11,623 | Füzulidə köməkçi tikili yandı | Füzuli rayonunda köməkçi tikilidə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 2 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan köməkçi tikilinin tavan hissəsi 24 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-14 | 11,624 | Putin: “Biz qadın və uşaqların arxasında gizlənəcəyik” - Video | Putinin Ukrayna ilə bağlı işlətdiyi ifadələrdən ibarət video hazırlanıb. "Axar.az" xəbər verir ki, video çeçen mücahidlərinə yaxın saytlarda yerləşdirilib. Videoda Putinin işlətdiyi ifadələrə uyğun olaraq, Çeçenistanda olduğu kimi, Ukraynada da qadın və uşaqların arxasında gizlənərək onlardan canlı sipər kimi istifadə edəcəyi göstərilib. Videonu təqdim edirik. |
2014-03-14 | 11,625 | Meyxana, yoxsa rep? - Sorğu | Son zamanlar "meyxana, yoxsa rep" sualı ətrafında mübahisələr gedir. Bəzi insanlar replə meyxananın oxşar olduğunu, hətta repin meyxanadan yarandığını belə deyirlər. Bəs görəsən müasir gənclərimizin bu fikirə münasibəti necədir? Onlar hansına daha üstünlük verirlər? "Axar.az" sorğusunda gənclərdir. Muğamlarımızı meyxana və repdən üstün tuturam Rusiyada təhsil alan Rəmzi Soltanov bu janrları sevmədiyini bildirdi: "Meyxana və repi dinləyərkən zövq almıram, daha çox xalq mahnılarını və muğamlarımıza qulaq asıram. Muğamı da daha çox Alim Qasımov və Elnarə Abdullayevanın ifasında sevirəm". Gənc şair Fərid Huseyn bu mövzuda danışmağa çətinlik çəkdiyini, amma ara-sıra rep dinlədiyini dedi. Rep Qərbdə azadlıqsevərlərin musiqisidir Elmar Hüseynov meyxana və repin bir-birinə aidiyyatı olmadığını bildirdi: "Meyxana Şərq, rep Qərb musiqisidir. Rep Qərbdə azadlıqsevərlərin musiqisidir, bizdəsə cox dinlənilmir. Bu qədim musiqi ənənəsinə malik olmayan xalqların sonradan ortaya çıxardığı bir janrdır. Bizdə isə qədim xalq musiqiləri çox yüksək səviyyədə olduğundan inanmıram ki, rep insanların yaddaşında xüsusi yer tutsun. Ancaq arada fərqli musiqilərə də qulaq asmaq lazımdır ki, öz musiqilərimizin dəyərini bilək. Bunu da deyim ki, rep və meyxana mənimçün maraqsızdır". Meyxana bazar, toyxana səviyyəsinə enib Digər gəncimiz Həbib Heydər Elmar Huseynovdan fərqli olaraq həm meyxana, həm də rep dinlədiyini dedi: "Mən hər ikisinə qulaq asıram, amma daha çox repə üstünlük verirəm. Çünki indi meyxana əvvəlki kəsərini itirib. Bir qədər əvvəl meyxanalar məna kəsb edirdi, indisə toyxana, mağar səviyyəsinə enib. Meyxana hər şeydən əvvəl şeiriyyətdir və bədahətən deyilən sözdür. O çətin qafiyələnmələri aparmaq hər adamın işi deyil. Rep isə daha modern söz sənəti kimi yayğınlaşıb və gənclər tərəfindən sevilir". Bu gün Azərbaycan repi meyxanadan üsyankardır Həbib Heydər hazırda repin meyxanadan daha üsyankar, daha aktiv olduğunu söyləyərək fikrini belə əsaslandırdı ki, meyxananın əsl işi şifahi söz sənəti kimi cəmiyyətin problemlərini, ictimai zərərli adamları gülüş hədəfinə çevirməkdir, ancaq: "Bu gün meyxana aşağı səviyyəyə düşüb. Repsə yeni baxış açısı, yeni bənzətmələr, yanaşmalarla zəngindir. Repi sinədən deyən adam azdır və buna ehtiyac da yoxdur. Bu ümumiyyətlə, repin təbiətinə bir qədər ziddir, çünki onun konkret vəzni yoxdur". Heç birini dinləmirəm desəm… Atif Sarıxanlı bu sahənin mütəxəssisi olmadığından əsaslandırılmış fikir söyləməyə çətinlik çəkdiyini dedi: "Replə meyxana arasında oxşarlıq görmür və ya hiss etmirəm. Bunlar tamam fərqli janrlardır. Ola bilər ki, hər ikisinin hardasa sintezi yaradılsın, amma oxşarlığın olmadığı qənaətindəyəm. O ki qaldı dinləyici kimi fikirlərimə, heç birinin vurğunu və ya pərəstişkarı deyiləm. Desəm ki, heç birini dinləməmişəm, yalan olardı. Mən əsasən, xalq mahnıları, muğamlar və bəzi estrada janrında olan musiqiləri dinləməyə üstünlük verirəm". Meyxana həvəskarıyam... Rövşən Əhlimanoğlu meyxana ilə repin bir-birinə bənzədiyinə baxmayaraq, fərqli cəhətlərinin də olduğunu qeyd etdi: "Meyxana sözündə "mey" olduğu üçün çoxları bu janrı müsbət qarşılamır. Lakin həmin "mey" insanları məst etmək anlamı vermir. Mən özüm də meyxana həvəskarıyam və bacardığım qədər qulaq asmağa çalışıram. Meyxana bədahətən deyilən söz sənətidir və zərb alətləri ilə müşahidə olunur. Bu janr 2 və daha çox şəxsin deyişməsindən yaranıb. Rep isə hip-hop mədəniyyətinin bir qoludur. Ən əsas fərq isə meyxananın Azərbaycanda, repin isə Amerikda yaranmasıdır. Məncə, öz mədəniyyətimizi, musiqimizi əcnəbiləşdirməməliyik". |
2014-03-14 | 11,626 | Rusiyanın 90 ziyalısı Putinə qarşı çıxdı | Rusiyanın doxsan hüquq müdafiəçisi, mədəniyyət xadimi və jurnalisti Krımda baş verənləri müzakirə etmək üçün "ziyalılar konqresi" keçirmək təklifini dəstəkləyiblər. Bu barədə təşəbbüs qrupunun cümə axşamı "Novaya qazeta"nın saytında dərc olunmuş müraciətində deyilir. "Yaranmış vəziyyətdə hakimiyyətin yeritdiyi siyasətlə razı olmayan ziyalıların rəyi daha aydın və ucadan izhar olunmalıdır", - müraciətdə deyilir. Keçiriləcəyi yeri və vaxtı hələ məlum olmayan tədbirə Ukrayna ziyalılarının dəvət olunacağı nəzərdə tutulur. "Biz onu indi Rusiyada baş verən proseslərə mümkün qədər çox təsir etmək üçün, əgər alınsa, gələn həftə keçirmək istəyirik", - BBC Rus Xidmətinə təşəbbüsün müəlliflərindən biri, hüquq müdafiəçi Lev Ponomaryov deyib. Bir neçə saat əvvəl "Novaya qazeta"nın saytında Rusiya ziyalılarının daha bir müharibə əleyhinə bəyanatı çıxıb; sənədi 156 nəfər, o cümlədən, konqresin keçirilməsini dəstəkləyən 10 nəfər imzalayıb. Eyni zamanda, Ukrayna və Krım məsələsində prezident Vladimir Putinin mövqeyini dəstəkləyən mədəniyyət xadimlərinin açıq məktubunu artıq 390 nəfər imzalayıb. Konqres təşəbbüsçülərinin yazdığına görə, məqsəd – Putinlə razı olmayan ziyalı nümayəndələrinin mövqeyini israr etmək deyil, həm də, onların fikrincə, Rusiyanı "müşahidə olunan gələcəkdə az-çox ləyaqətli həyatdan" məhrum edəcək vəziyyətdən çıxış yolu tapmaq cəhdidir. Müraciəti imzalamış 90 nəfər arasında hüquq müdafiəçi Lyudmila Alekseyeva, animasiya rejissoru Qarri Bardin, yazıçılar Andrey Bitov və Lyudmila Uritskaya, aktyorlar Mixail Yefremov və Aleksandr Filippenko, aktrisa Liya Axedjakova, musiqiçi Andrey Makareviç, habelə rejissor Eldar Ryazanov da vardır. "Rusiya sürətlə, ağır nəticələrinin qabaqcadan təsəvvür edilməsi mümkün olmayan, Qərblə yeni soyuq müharibəyə doğru yuvarlanır. Rusiyanın bütün dövlət KİV-lərindən durmadan yalan və dezinformasiya seli axır", - müraciətdə deyilir. Krımın ilhaq edilməsi ilə razılaşmamaq və "təbliğat isteriyasına" son qoymaq tələbi konqresin yekunlarından biri olmalıdır, onun təşəbbüsçüləri hesab edir. "Bütün razı olmayanlar fərqinə varmadan rüsvay edilir, "beşinci kolonna" və "faşist" adlandırılır. Razı olmayan isə az deyil. Politoloqların, iqtisadçıların, siyasətlə peşəkarcasına məşğul olan insanların, eləcə də az-çox ictimai sayıqlıq hissi olan adamların Rusiyanı əsl iqtisadi, siyasi, humanitar faciənin gözləməsi haqda xəbərdar etdiklərini görmək üçün senzura altında olmayan KİV-ləri və sosial şəbəkələrdə çoxsaylı mülahizələri oxumaq kifayətdir", - müraciətin müəllifləri qeyd edir. Lev Ponomaryovun sözlərinə görə, müraciət müəllifləri Rusiya hakimiyyəti, qismən tanınmış Krım hakimiyyəti və Ukraynanın Kiyevdə yeni hakimiyyəti ilə dialoqda iştirak etməyə hazırdırlar. Ukrayna ziyalılarından kimin müharibə əleyhinə konqresdə iştirak etmək üçün Rusiyaya gələcəyi hələ məlum deyil. Ponomaryovun sözlərinə görə, tədbir yenicə düşünülüb və onun detalları hələ götür-qoy edilməyib. Konqres keçirilən vaxtadək Krımda Rusiyaya birləşmək haqqında referendum artıq başa çatmış olsa da, bu hal tədbirin aktuallığını azaltmır, o hesab edir. "Biz artıq demişik ki, avtomat lülələri altında referendum mümkün deyil. Lakin həyatda belə də olur: Çeçenistanda avtomat lülələri altında belə referendum 2003-cü ildə olub . Biz artıq hətta nəticələri bilirik, lakin bu, o demək deyil ki, Rusiya Krımı öz tərkibinə daxil etməlidir", - Ponomaryov qeyd edib. (ANS) |
2014-03-14 | 11,627 | NATO da Ukraynanı Rusiya ilə tək buraxdı | Şimali Atlantika Alyansının qoşunları Krımda olmayacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın NATO-dakı missiyasının nümayəndəsi İqor Dolqov Brüsseldə, Şimali Atlantika Şurasının iclasından sonra bəyan edib. Tədbirdə Rusiya istisna olmaqla, Şimali Atlantika Şurasına daxil olan ölkələr yekdilliklə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və martın 16-da Krımda keçiriləcək referendumu qanuna zidd olduğunu bildiriblər. "Ukrayna NATO-nun üzvü deyil. Ona görə də Krımdakı böhranın nizamlanmasında NATO qüvvələri iştirak edə bilməzlər. Bunun üçün hüquqi əsaslar mövcud deyil", - deyə Dolqov bildirib. Onun sözlərinə görə, Ukraynanın təşəbbüsü ilə Şimali Atlantika Şurasının növbədənkənar iclasının çağırılması təşkilatın iyirmi illik tarixində ilk dəfədir ki baş tutur. |
2014-03-15 | 11,628 | Hüseyn Dərya qəzaya düşdü: vəziyyəti ağırdır - Foto/Yenilənib | 23:47 Tanınmış azərbaycanlı reper Hüseyn Dərya yol qəzasına düşüb. Onun olduğu "99 EK 575" nömrə nişanlı Opel Astra markalı minik avtomobili Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. H.Dərya ağır vəziyyətdə xəstəxanaya aparılıb. ("Milli.az") 00:48 "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı təcili yardıma saat 23.10-da cağırış olub. H.Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, qəza nəticəsində H.Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb. |
2014-03-14 | 11,629 | Zəfər Çağlayan: "Rüşvət alan da, verən də şərəfsizdir" | Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan 19 dekabr rüşvət əməliyyatlarından danışıb. Mersində seçicilərlə görüşən sabiq nazir Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun onun haqqında hədiyyə saat aldığı barədə iddialarına cavab verib: "Ey Kılıçdaroğlu, hədiyyə saat alan da, verən də, "aldı" deyən də namərddir, alçaqdır, ədəbsizdir". "Çıxıb utanmadan Türkiyənin baş nazirinə deyir ki, "Bir milyard dolları var", "Zəfər Çağlayana rüşvət verilib". Ey Kılıçdaroğlu, burada sənə təkrar söyləyirəm. Bir qəpik rüşvət alan, bir qəpik rüşvət verən, "rüşvət aldı" deyən namərddir, alçaqdır, vicdansızdır", - Zəfər Çağlayan bildirib. ("Musavat.com") |
2014-03-15 | 11,630 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir. |
2014-03-15 | 11,631 | Taksidə ilan zarafatı - Foto | Amerikalı komediya ustası Cimmi Failla insanların qarşılarında nəhəng bir ilan gördükləri zaman nə hala düşdüklərini görmək üçün maraqlı bir zarafat edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində taksi şoferi kimi sükan arxasına keçən komediyaçı Cimmi Faillanın təxminən 4.5 metrlik Piton ilanı ilə müştərilərə hazırladığı zarafatı maraqlı səhnəyə çevrilib. Failla şəhərin küçələrində gəzməyə başlayıb. Yolda əl qaldıran müştəriləri maşına götürmək üçün dayanıb. Taksiyə minən müştərilər sonra qarşılarında nəhəng bir pitonu görüncə ağlasığmaz şok keçiriblər. Sürücüyə söyərək taksini dayandırmasını istəyən müştərilər, şok vəziyyətdə taksidən enərək hadisə yerindən uzaqlaşıblar. |
2014-03-15 | 11,632 | Yeni prezident Saakaşvilinin sarayına köçür - Foto | Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu ölkənin qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşündə yeni prezident sarayının aqibəti ilə bağlı diqqət çəkən açıqlama verib. "Axar.az" məlumat verir ki, Marqvelaşvili açıqlamasında Tiflisin Avlabar səmtindəki prezident iqamətgahının yenə əvvəlki funksiyasını yerinə yetirəcəyini, ölkənin birinci şəxsinin sarayına çevriləcəyini bildirib. Maraqlıdır ki, Mixail Saakaşvilinin prezidentliyi dönəmdə onun mətbuta katibi işləmiş Manana Mandjqaladze prezidentin sözügedən bəyanatını təqdir edib. Xatırladaq ki, son prezident seçkilərindən sonra dövlət başçısı seçilən Marqvelaşvilinin ilk bəyanatlarından biri ölkənin birinci şəxsin Avlabardakı sarayının gələcək aqibəti ilə bağlıydi. Məlumdur ki, həmin saray Saakaşilinin göstərişi ilə tikilmişdi. Lakin həddindən çox xərc tələb etdiyini əsas gətirən Marqvelaşvili həmin saraya getməyəcəyini açıqlamışdı. Onun əvvəlki bəyanatına əks fikir bildirməsi marağa səbəb olub. |
2014-03-15 | 11,633 | Gülənçi müəllimin siyasi təbliğat apardığı yayıldı - Video | Fətullah Gülənə aid olan universitetlərdən birində hazırlıq kurslarına gedən tələbələr üçün təbliğat otağı hazırlanıb. "Axar.az" xəbər verir ki, Məhmət Özçəlik adlı şəxsin Yutub hesabında yaydığı videoda şagirdlərə siyasi məsələlər barədə təbliğat aparan müəllim görüntülənib. Təbliğat aparan müəllimin danışıqlarını şagirdlərdən biri telefonunun kamerasına yazıb. Universitet müəllimi Ərdoğana qarşı ağır sözlər səsləndirərək, Möhsin Yazıçıoğlu və ilahiyyatçı Xeyrəddin Qaramanın ölümündə Baş naziri günahkar bilir. Bundan əlavə, İran barədə düşməncə fikirlər səsləndirir. |
2014-03-15 | 11,634 | Riqa və Donbassda eyni təxribatçı – Foto | Ukraynanın social media fəalları 2009-cu ildə Riqada və dünən Donbass olaylarında təxribat törətmiş Oveçkin soyadlı şəxsin şəklini paylaşıblar. "Axar.az" məlumat verir ki, Krım hadisələrindən sonra Ukraynanın şərqində kənardan gəlmiş təxribatçıların sayı çoxalıb. Hətta Oveçkin soyadlı şəxsin beş il belə keçməsinə baxmayaraq, ön dişlərini sahmana salmaması onlarda gülüşə səbəb olub. Xatırladaq ki, 2009-cu ildə ruslara təzyiqin olması əsas gətirilərək, bəzi şəxslər Riqa küçələrinə axın etmişdi və təxribatlar törənmişdi. |
2014-03-15 | 11,635 | Tanınmışların övladları hansı dildə təhsil alır - Sorğu | Azərbaycanın təhsilində, ictimai-siyasi həyatında uzun illər rus dili dominantlıq edib. Müstəqillikdən sonra bu dominantlıq zəiflədi və rus dilini başda ingilis dili olmaqla fransız, alman və ərəb dilləri əvəzləməyə başladı. Lakin əvvəllər olduğu kimi indi də əksər məktəblərimizdə iki bölmə mövcuddur: Azərbaycan və Rus bölmələri. Lakin son dövrlərdə ibtidai siniflərdə rus dilinin fənn kimi keçirilməsinin ləğv edilməsi Rus bölmələrinin sayını azaldıb. "Axar.az" bununla bağlı sorğu keçirərək məşhurlarımızın övladlarının hansı bölmədə təhsil aldıqlarını üzə çıxardı. Maraqlı nəticələri olan sorğu ilə tanış ola bilərsiniz: Rus dilini məndən yaxşı bilir Müğənni Röya: "Düzdür, oğlum balacadır, məktəbə getmir. Lakin indidən rus dilini məndən yaxşı bilir. Çox güman ki, məktəb vaxtı çatanda, rus dili bölməsinə qoyacağıq". Bunun mətləbə dəxli yoxdur Bəstəkar Elçin İmanov sualımızdan yayınaraq cavab verdi: "Qızım Tibb Universitetinin 2-ci kurs tələbəsidir, oğlum isə Azərbaycan Diplomatik Akademiyasında təhsil alır". Sualımızı təkrarlamağımız bəstəkarı özündən çıxardı: "Bunun mətləbə dəxli yoxdur!". Ana dilim, ana dilim, mənim həzim layla dilim Şairə Nazilə Səfərlinin cavabı çox poetik oldu: "Ana dilim, ana dilim, mənim həzin layla dilim". Təkcə Azərbaycan dilini bilmək yaxşı deyil Tanınmış rəssam Nəvai Mətin fikrini bu cür bildirdi: "Mənim övladlarım Azərbaycan dili bölməsində təhsil alıblar. Millətçilik çox pis xüsusiyyət olsa da, fikirləşirəm ki, öz dilində təhsili alıb dünya dilləri ilə maraqlanmaq çox yaxşıdır. Bu gün gənclərin təkcə öz dilini bilməsi yetərli deyil. Bu, əslində dünyadan xəbərsiz olmaq deməkdir. Yenə qayıdıram Sovet dönəminə, o dönəmdə 70% əhali rus dilində bilirdi və demək olar ki, dünyada olan hadisələri o dildən alırdı. Təəssüf ki, bu gün ondan da məhrumuq. Bir rəssam kimi deyə bilərəm ki, rəssamlığa aid bütün tədris vəsaitləri rus dilində idi". Ali məktəbi ingilis dilində oxuyublar Müğənni Elit Star Cəmilə: "Mən və həyat yoldaşım rus dilli olduğumuz üçün uşaqları da rus dili bölməsində oxutduq. Ali məktəbdə isə oğlanlarım ingilis dilində təhsil alıblar". Hər ikisi rus dili bölməsində… Müğənni Nüşabə Ələsgərli: "İki övladım var – bir qız, bir oğlan. Hər ikisi 11-ci sinifdə oxuyur. Məktəbə qədəm qoyduqları ilk gündən rus dili bölməsində təhsil alıblar". Oğlumun 15 yaşı var Prodüsser Sayqa Cahid də övladını Azərbaycan dili bölməsində oxudanlardan imiş: "Oğlum Cahidin 15 yaşı var. Xətai rayonu 138 saylı orta məktəbin 9-cu sinif Azərbaycan dili bölməsində təhsil alır". |
2014-03-15 | 11,636 | Bu gecə dünyada bir ilk yaşanacaq | Bu gecə dünyada bir ilk yaşanacaq. "Axar.az" xəbər verir ki, bu gün saat 4-də "National Geoprapghic" kanalı Beynəlxalq Kosmos Stansiyası vasitəsi ilə orbitdən 90 dəqiqəlik canlı yayımla proqram efirə verəcək. Astronavtlar Rik Mastrakkio və Koiçi Vakata Beynəlxalq Kosmos Stansiyasında yaşayış həyatları barədə danışacaqlar. |
2014-03-15 | 11,637 | Aparıcı canlı yayımda soyundu – Gecə videosu | Braziliyanın televiziya kanalında aparıcı canlı yayımda xəbərləri maraqlı üsulla təqdim edir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Braziliyanın televiziya kanalında "Çılpaq idman" ("Naked Sports") xəbər proqramının qadın aparıcısı Uitni Sankt Con idman xəbərlərini təqdim edərkən paltarlarını soyunub. |
2014-03-15 | 11,638 | Bakıda yol terroru: 1 ölü - Foto | Bu gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Mercedes Gelandewagen" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. "VAZ-2106"nın sürücüsü və atası xəsarət alıb, anası isə dünyasını dəyişib. Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil. |
2014-03-15 | 11,639 | Ruslar Ukraynaya məxsus daha bir gəmini partlatdı - Video | Krım ərazisində gərginlik davam etməkdədir. "Axar.az" məlumat verir ki, rus əsgərləri Ukraynaya məxsus daha bir gəmini partladıblar. Xatırladaq ki, sayca 5-ci gəmi Donuzlava keçidi çıxışında partladılıb. Ruslar gəmiləri partlatmaqla Krıma sudan giriş və çıxışın qarşısını almağa çalışırlar. |
2014-03-15 | 11,640 | Feyza aktyor yoldaşının ailəsini dağıdır | "Huzur sokağı" serialında Bilal rolunu ifa edən Kutsinin həyat yoldaşı Sinəm Bayraktutara xəyanət etdiyi iddia olunur. "Axar.az" Türkiyə mətbuatına istinadən bildirir ki, iddialara görə, o, həyat yoldaşını onunla eyni filmdə rol alan Feyza Çipa ilə aldadır. Kutsinin həyat yoldaşı isə söylənənlərin doğru olduğunu təsdiqləyib. O, eyni zamanda 4 aydır Kutsi ilə birlikdə yaşamadıqlarını, boşanmaq istədiyini qeyd edib. Xanım həmçinin Kutsinin onunla əlaqə saxlamadığını da bildirib. |
2014-03-15 | 11,641 | Seçki günü içki satılmayacaq – Rəsmi | Türkiyədə keçiriləcək seçkilər günü heç yerdə içki satılmayacaq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Seçki Təşkilatı (YSK) 30 mart səhər saat 08:00-dən gecə 02:00-yə qədər hər nə olursa olsun spirtli içki satılmasının, içki verilən yerlərdə və ictimai yerlərdə hər növ spirtli içki verilməsinin, içilməsinin qadağan olunduğuna qərar verib. Səsvermə günü səsvermə müddətində bütün əyləncə yerlərinin bağlı qalacağına, yemək verən restoranlarda təkcə yemək verilə biləcəyinə də qərara verilib. 30 mart, bazar günü səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər təhlükəsizlik işçilərindən başqa hamının kənd, qəsəbə və şəhərlərdə silah daşımağı qadağan olunub. |
2014-03-15 | 11,643 | Masallıda partlayış - 4 nəfər xəsarət aldı | Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-15 | 11,644 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-15 | 11,645 | Baş nazir Nyu Yorkda axtarılır - Foto | Amerikanın ən böyük meqapolislərindən biri olan Nyu York şəhərində Türkiyə Baş naziri R.T.Ərdoğanın maraqlı afişası asılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Gəzi parkı hadisələri zamanı başına dəyən qaz fişəngi üzündən aylardır komada qalaraq bir neçə gün bundan əvvəl ölən Berkin Elvanın "günahsız olmadığı" sözlərini işlətmişdi. Nyu-Yorkun ən qələbəlik qatar stansiyalarından biri olan Taymz Meydanı Stansiyasına Baş nazir Ərdoğanın şəklinin də yer aldığı afişanın üzərində altı müxtəlif dildə "İstanbulda 14 yaşlı Berkin Elvan adlı uşağı qətlə yetirdiyinə görə axtarılır" yazılıb. |
2014-03-15 | 11,646 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Nürnberq şəhərində (Almaniya) Azərbaycan-ABŞ işçi qrupunun görüşü, martın 17-dən martın 21-dək Paris şəhərində (Fransa) Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-03-15 | 11,647 | Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı təcili görüş | Martın 15-də BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən hazırlanan qətnamə layihəsini səsə qoyacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilən təcili görüş Nyu York vaxtı ilə saat 11:00-də başlayacaq. Qətnamədə Krımda keçiriləcək referendumun qeyri-qanuni olduğu və Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir. Diplomatik mənbələr Rusiyanın qətnaməyə veto qoyacağını güman edirlər. Adətən Rusiyanı dəstəkləyən Çinin mövqeyi maraq doğurur. Rəsmi Pekin daim ərazi bütövlüyü prinsipini müdafiə edib. "Əgər Çin səsvermədə bitərəf qalsa, o zaman qətnamənin yeganə məqsədi, Rusiyanın gələcək izolyasiyasına nail olunacaq", - adının çəkilməsini istəməyən diplomatik mənbə bildirib. |
2014-03-15 | 11,648 | Azərbaycanda ardıcıl iki zəlzələ oldu | Bu gecə Azərbaycanda ardıcıl 2 zəlzələ baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. İkinci zəlzələ isə yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub. |
2014-03-15 | 11,649 | Dəhşətli qəza: Məşhur futbolçu öldü - Foto | Makedoniyada faciə ilə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" xəbər verir ki, Makedoniya Futbol Federasiyasının prezidenti İlço Qorqieskinin idarə etdiyi avtomobil qarşıdan gələn avtobusla toqquşub. Hadisə nəticəsində federasiya prezidenti yaralansa da, 1998-2005-ci illər ərzində Türkiyənin "Trabzonspor", "Malatyaspor" və "Akçabat Sebatspor" komandalarının qapısını qoruyan Petar Miloşeski həlak olub. Miloşeski futbolçu karyerasını bitirdikdən sonra bir müddət Makedoniya milli komandasının baş məşqçisi kimi də çalışmışdı. |
2014-03-15 | 11,651 | Xalq artisti ağır qəzaya düşdü: xanımı və nəvəsi öldü - Foto | Bu gecə Bakının Suraxanı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Zığ yolu şosesində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Galendewagen" maraklı minik maşını idarəetmədən çıxaraq "VAZ 2106" maraklı minik maşınına çırpılıb. Zərbə o qədər güclü olub ki, "Jiquli" deforasiyaya uğrayaraq tanınmaz hala düşüb (ANS). "Jiquli" ilə toqquşmadan sonra "Mercedes" 300 metr məsafə qət edib və dəmir arakəsmələrə çırpıldıqdan sonra əlavə 200 metr məsafə gedib və yolun ortasına aşıb. Nəticədə "VAZ 2106"-da olan orta yaşlı xanım hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar maşında olan sərnişinlər 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayevadır. Qeyd edək ki, bu, Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevdir. Avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub. Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən "Mersedes"in sürücüsü həddən artıq sərxoş olub. Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq "Mersedes"in sürət həddini aşması göstərilir. |
2014-03-15 | 11,652 | Ukraynada rus kəşfiyyatçısı saxlandı - Foto | Ukrayna Təhlükəsizlik Xidməti (SBU) martın 14-də "Çonqar" keçid məntəqəsində Krıma istiqamət alan silahlı Rusiya vətəndaşını saxlayıb. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, yoxlama zamanı həmin şəxsin üzərindən AKS-74 tipli avtomat götürülüb. Xüsusi təyinatlı forması geyinən həmin şəxsin üzərindən həmçinin bir neçə sənəd tapılıb. Xatırladaq ki, sənədlərdən biri onun Rusiyanın əks-hərbi kəşfiyyat orqanının (QRU) əməkdaşı olduğunu təsdiqləyib. |
2014-03-15 | 11,653 | Novruz yarmarkalarının çadırları Almaniyadan gəlib | Bu gündən etibarən mart ayının 20-nə kimi Bakının Binəqədi, Xətai, Yasamal və Nərimanov rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin işçisi, yarmarkanın qrup rəhbəri Savalan Seyfəddinov "Axar.az"a yarmarkalarda kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçiriləcəyini bildirib. Yerli icra orqanları və Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka digər nazirliklərin də dəstəyi ilə həyata keçirilir. Yarmarkada kənd təsərrüfatı mallarından başqa çay, şirniyyat kimi məhsullar istehsal edən şirkətlərin məhsulları da satışa çıxarılıb. Qeyd edək ki, bu il Bakının 7 ərazisində açılması nəzərdə tutulan yarmarkalardan artıq 5-i fəaliyyətə başlayıb. Hər bir şəraiti olan yarmarka çadırları Almaniyadan gətirilib. |
2014-03-15 | 11,654 | Rusiya ABŞ təyyarəsini ələ keçirdi | Rusiya Krım səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz hərbi təyyarəni ələ keçirib. "Axar.az" xəbər verir ki, Rusiyanın "Rostex" korporasiyası tərəfindən verilən açıqlamada Amerikanın MQ-5B pilotsuz kəşfiyyat təyyarəsi 4 min metr yüksəklikdə Krım səmasında müşahidə edilib. Ruslar "Avtobaza" kompleksi tətbiq edərək təyyarəni zərərsizləşdirə biliblər. Hazırda təyyarə Krımdakı rus hərbçilərinin əlindədir. Açıqlamada həmçinin bildirilib ki, bu artıq Krım səmasında müşahidə olunan ikinci ABŞ pilotsuz təyyarəsidir. |
2014-03-15 | 11,655 | Nəqliyyat Nazirliyindən etiraf: “Çatdıra bilmirik” | Axşam saatlarında metro stansiyalarının çıxışlarında sözün əsl mənasında izdiham yaşanır. Xüsusilə "Xalqlar dostluğu" və "Nefçilər" metro stansiyalarının çıxışında insanlar avtobusa minib evinə getmək üçün bir-biriylə yarışmaq, çox halda isə kobudluq etmək məcburiyyətində qalır. Əks halda mənzil başına çatmaq müşkülə çevrilir. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bunu sərnişinlərin çox olması ilə izah edir: "İnsanlar həddindən artıq çoxdur. Onları daşıyıb qurtarmaq olmur. Sürücülərə qapılar açıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə icazə verilmir. Çox təəssüf ki, bəzən sərnişinlərr sürücünü buna vadar edirlər. Biz xəttə nə qədər çox avtobus çıxartsaq da, xeyri olmayacaq. Buna görə də alternativ nəqlliyyat vasitələrindən istifadə edilməlidir. Əgər həmin istiqamətdə paralel nəqliyyat vasitəsi yoxdursa, biz o məsələni aydınlaşdırarıq. Az öncə keçirilən iclasda marşrutların optimallaşdırılması ilə bağlı göstəriş veirlib. Hər halda, deyilənlər nəzərə alınacaq. Müzakirələr əsasən Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq prosesi ilə bağlı idi. Marşurut məsələsi də əsas mövzu kimi müzakirə olundu. Həm avtobusların yenilənmməsi, həm də hərəkət sxemlərinə xüsusi nəzarət olunması qərara alınıb. Olimpiya oyunları "Koroğlu" stansiyasına yaxın ərazidə keçiriləcəyindən, düşünürəm ki, siz deyən əraziyə yaxın olduğundan orada insanların rahatlığı üçün xüsusi tədbirlər görüləcək"("modern.az"). |
2014-03-15 | 11,656 | “Ümid var”ın bağlanması ilə bağlı rəsmi açıqlama | Ötən gün yayımı dayandırılan "Ümid var" verilişinin layihə rəhbəri Nəmənd Rüstəmov verilişin bağlanmağına münasibət bildirib. O, bu barədə Feysbuk statusunda yazaraq verilişin bağlanmağını telekanal üçün ağır itki kimi qiymətləndirib: "Dünən ATV-rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanının gündəlik yayımlanan verilişlər arasında şəriksiz lideri "Ümid var" layihəsi tamaşaçılarla sağollaşdı. Bu şirkət rəhbərinin reytinq uğrunda savaşda qızğın beyinlə verilən qərarlar nəticəsində milli kimliyimizə xələl verə biləcək addımların qarşısını əngəlləmk üçün idi. Şirkət üçün ciddi itki oldu. Ən böyük izləyici kütləsi olan layihənin reytinqi və o reytinqin gətirdiyi qazanca "yox" deməsi idi bu addım....TV-də çalışmaq komanda ruhuna tabe olmaq deməkdir. Komandanın başçısı "bəsdir" dedi, biz də sadiq əsgərlər kimi dayandıq. Amma maraqlı cəhət nə idi...Dünən rus şovinisti Vladimir Jirinovski "Qarabağ Rusiyaya birləşsin! " dedi...Əslində elə-də qeyri-ciddi məsələ deyildi. Amma qəribədir ki, bu sosial şəbəkələrdə, saytlarda əsas xəbər ola bilmədi. ..Hökumət parlamentdə hesabat verirdi...Nədənsə bu da baş xəbər kimi manşetlərdə çox qala bilmədi. Dünənin hadisəsi nədənsə "Ümid var" verilişinin bağlanması idi...Bilmirəm buna sevinim, ya kədərlənim...Və demək istəyirik: dostlar heç kədərlənməsin. Bizi özünə düşmən sayanlar da əbəs yerə sevinməsin. Biz tezliklə qayıdacağıq. Öz yerimizə. Reytinq sıralamasındakı lider mövqeyimizə. Daha faydalı olmaq, insanlarımızın yanında olmaq üçün... Görüşəcəyik" ("Azvision.az"). |
2014-03-15 | 11,658 | Türkiyə ərazisində atışma, 35 əsgər öldü | Əl-Qaidə əlaqəli İraq Şam İslam Dövlətinin (İŞİD) nəzarətində olan bölgə ərazisindən Türkiyə sərhədinə 35 km. məsafədəki Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar yaşandığı bildirilir. Kürd qrupları "Əl Ekrad" və "YPG"dən dəstək alan Azad Suriya Ordusunun əks hücum başlatdığı qarşıdurmalarda 35 İŞİD döyüşçüsünün öldürüldüyü açıqlanıb. Suriya sərhədləri içərisində olan və 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyənin torpağı kimi qəbul edilən Süleyman Şah Türbəsinin olduğu bölgəyə Azad Suriya Ordusu edirdi. Türbənin ətrafındakı strateji ərazi və körpü qarşıdurmalardan sonra İŞİD-nin nəzarətinə keçib. İraq Şam İslam Dövlətinin bölgədə yoxlama təmin etməsi türbədə və sərhəd xəttində Türk Silahlı Qüvvələrini hərəkətə keçirib. Əsgərə " Türbəyə yaxınlaşana vur" əmri verilərkən, türbəyə yaxın ərazilərdə şiddətli qarşıdurmaların yaşandığı qeyd edilib. Suriyanın "Anhə" agentliyi kürd şəhəri Kobanenin cənubundakı Şirin qəsəbəsində İŞİD-ə qarşı Kürd ordusu YPG, "Əl Ekrad" və Azad Suriya Ordusunun ortaq əməliyyatlar həyata keçirdiyini bildirib. Məlumatlara görə qarşıdurmalar geniş bir ərazidə baş verib. Atışmalarla bağlı "YPG" silahlı qruplaşması tərəfindən şərh verilib: "Əl Qaidəyə bağlı İraq Dəməşq İslam Dövləti silahlı qrupları Şirin qəsəbəsində olan buğda ambarlarına istiqamətli hücum təşkil edib. Ancaq "Əl Ekrat" cəbhəsi Suriya müxalifətinə bağlı "Liva Ehrar" və "YPG" birlikləri ərazini müdafiə edərək hücumlara cavab verib. Bu bölgədə sıx qarşıdurmalar yaşanıb. Yaşanan qarşıdurmalarda İŞİD silahlı qruplarından 35 adam öldürülüb. "Əl Ekrat" cəbhəsi, "YPG" və "Liva Ehrar" birlikləri Kobanenin qapısı sayılan Şirin qəsəbəsini silahlı qruplara qarşı müvəffəqiyyətli bir şəkildə müdafiə edib" (ANS). |
2014-03-15 | 11,659 | Putin: “ABŞ dünyanın bir nömrəli terrorçusudur” | "ABŞ dünyanın bir nömrəli terrorçusuna çevrilib". "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. O, başqa ölkələrin daxili məsələlərinə qarışmağın ABŞ üçün adi hal olduğunu bildirib: "ABŞ şirkətlərinin maraqlarını güdmək, konqres və senat üzvləri tərəfindən dəstəklənən böyük hərbi sənaye mərkəzlərini qorumaq, geopolitik və ideoloji səltənət sahibi olmaq və ABŞ xaricindəki demokratiya modellərini Liviya nümunəsində olduğu kimi yox saymaq və dolların dünya pul vahidi səltənətinin davam etməsini təmin etməkdir". |
2014-03-15 | 11,660 | İbrahimoviç aşpazı qovdurdu - Qalmaqal | PSJ rəhbərliyi ulduz futbolçusu Zlatan İbrahimoviçin tələbi ilə klubun 2 aşbazını işdən qovub. "Axar.az" xəbər verir ki, İbrahimoviç mütəmadi olaraq yeməklərin keyfiyyətindən narazılıq edirmiş. Bunu nəzərə alan klub rəhbərliyi baş aşbazın 2 köməkçisini işdən çıxardıb. Bundan əlavə, futbolçular üçün bir günlük qida rasionuna görə ayrılan məbləğ də artırılıb. Əvvələr bu rəqəm 15 avro təşkil edirdi. |
2014-03-15 | 11,661 | Kosmosla canlı yayın qurulacaq | Bu gecə saatlarınızı 04:00-a qurmağı unutmayın. Dünyanın ən məhşur kanallarından biri olan National Geoprapghic kanalında bir ilk yaşanacaq. Beynəlxalq Kosmos Stansiyasının kosmonavtlarıyla dünyanın orbitində 90 dəqiqəlik canlı yayın həyata keçiriləcək (İnterAz). Kosmonavt Rick Mastracchio və Koichi Wakata Beynəlxalq Kosmos Stansiyasında yaşanan gündəlik həyatın kamera arxasını göstərəcəklər. Yerin cazibə qüvvəsində aylarla necə yaşadıqlarını, baş aşağı necə yatdıqlarını, necə sabit qaldıqlarını, gigyenaya necə əməl etdiklərini və hər kəsin ən çox maraqlandığı mövzulardan biri olan ayaqyolu ehtiyaclarını necə qarşıladıqlarını görəcəksiniz. |
2014-03-15 | 11,662 | Rus politoloq: “Qarabağı almaq Rusiyanın intiharı olardı” | "Rusiyaya hazırda Qarabağ konfliktinin ətrafında olan dondurulmuş vəziyyət daha sərfəlidir". Bu sözləri "Axar.az"a açıqlamasında rus politoloqu Qriqori Trofimçuk deyib. O, Rusiyanın Qarabağı özünə birləşdirmək niyyəti olmadığını bildirib. "Rusiyanın manipulyasiya etmək fikiri yoxdur. O, Qarabağı özünə birləşdirməklə özünə intihar etmək niyyətində deyil. Qarabağı Rusiyaya birləşdirmək istəyini yalnız 90-cı illərdən Rusiya hakimiyyətinin içində özlərinə yer edən Yeltsin tərəfdarları ifadə edirlər. Bu an isə belə bir addım atarsa, Rusiya Federasiyası avtomatik olaraq dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanla Türkiyənin düşməninə çevriləcək". Rusiyaya sərfəli olan variant Politoloq Rusiyaya hazırda Qarabağ konfliktinin dondurulmuş vəziyyətinin sərf etdiyini deyib: "Rusiyaya hazırda Qarabağ konfliktinin ətrafında olan dondurulmuş vəziyyət daha sərfəlidir. Prinsipcə indi daha uzağa gedib Moskva-Bakı-İrəvan üçlüyü arasında daha konkret danışıqlar aparmaq lazımdır. Öz regionunuzu özünüz sığortalamalısınız. Əgər konflikt tərəflərinin özləri aktivləşib fəaliyyət planını lazım olan istiqamətə yönəltməsələr, hər ikisi bir yerdə bundan əziyyət çəkəcəklər. Yaddan çıxarmaq lazım deyil ki, bir azdan Qafqazda NATO-nun yeni üzvü olacaq Gürcüstan ortaya çıxacaq". Q.Trofimçuk Qafqazda yeni Ukraynanın yaranmaması üçün yeganə çıxış yolunun Rusiyayla ittifaq yaratmağın olduğunu deyib: "Hazırda heç kim zəmanət verə bilməz ki, Ermənistana Ukrayna kimi sonuncu dəfə şiddətli olaraq Avrointeqrasiya variantı təklif edilməyəcək. Regionu qarışdırıb xaos yaratmağın digər yolları da var. Ona görə də bu üç paytaxtın hər biri bütün ağrı və küskünlüklərinə baxmayaraq, təhlükəyə qarşı birlikdə müdafiə yaratmalıdırlar". |
2014-03-15 | 11,663 | Aydın Bəşirovun qudası adam öldürdü | Martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda Xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu avtomobilin sahibi müəyyənləşib. "Lent.az"ın məlumatına görə, A.Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi "VAZ 2106"-nı, 90 FE 007 nömrə nişanlı, "Mercedes Galenvagen G55 AMG" markalı lüks avtomobil vurub. Həmin avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbail rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub. Qeyd edək ki, qəzadan sonra X.Mədətovun idarə etdiyi avtomobilin nömrələri götürülüb. "Mercedes Galenvagen G55 AMG"-nin tüninq edilmiş modellərinin qiyməti 200-250min dollar arasıdır. "Musavat.com"un araşdırmasına görə, sürücünün atası Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan "Naftalan" tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur. Mübariz Mədətov İlqar Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də Aydın Bəşirovun qudasıdır. Xatırladaq ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106"-ya çırpılan "Mercedes" aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb. Qəza nəticəsində xalq artisti, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən "Mercedes Galenvagen G55 AMG" markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır. Qəzaya "Mercedes Galenvagen G55 AMG"-nin sərxoş sürücüsünün avtomobili yeksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir. |
2014-03-15 | 11,664 | Zaurun verilişinin əvəzinə yeni layihə gəlir - Açıqlama | "Novruz bayramından sonra yeni və daha maraqlı layihə ilə efirdə olacağıq". Bu sözləri "Axar.az"a ötən gün yayımı dayandırılan "Ümid var" verilişinin layihə rəhbəri Nəmənd Rüstəmov bildirdi. Onun sözlərinə görə, çoxsaylı tamaşaçıların müraciətini nəzərə alıb "Ümid var"dan sonra efirdə yaranan boşluğu dolduracaqlar: "Yeni veriliş hazırlanır. Tezliklə anonslarını da görəcəksiniz. Ancaq verilişin hansı formatda olacağı hələlik sirr qalsın. Bilirəm ki, gözləyənlər çoxdur. Narahat olmasın heç kəs. Novruzdan sonra daha maraqlı proqramla sizlərlə olmaq üçün gələcəyik". |
2014-03-15 | 11,665 | Ədəbiyyatın patriarxı 76-cı baharında - Video | ANS-in dostuna ömrünün 76-cı baharında təbrik üçün ilk bahar güllərini də elə biz gətirmişdik. İlk təbriki və hədiyyələri isə xanımından və övladlarından almışdı. Yazıçının ad gününü iş başında təbrik etdikdə, tez-bazar otağına göz gəzdirdim. ANS-in dostuna ömrünün 76-cı baharında təbrik üçün ilk bahar güllərini də elə biz gətirmişdik. İlk təbriki və hədiyyələri xanımından və övladlarından aldığını deyən Anarla söhbətimizi isə tez-tez yarımçıq kəsməli olduq. Təbrikləri müasir formada mobil zənglərə, mesajlara cavab verərək qəbul edən yazıçı elə indi də "özünü yaşından iki qat cavan hiss etdiyini" deməklə sözün bütün mənalarında sağlam rəqabətə hazır olduğunu və gənclərdən də geri qalmaq fikrində olmadığını nümayiş etdirirdi. Xalq yazıçısı Anar deyir ki, 30 yaşındayam. "Əsas odur ki, siz gənclər məni necə görürsüz, əgər siz məni gənc görürsüzsə, elə mən də o yaşdyam". Azərbaycan ədəbiyyatının iki böyük şəxsiyyətinin yadigarı və nəsrimizə "5 mərtəbəli evin 6-cı mərtəbəsi" , "Macal", "Əlaqə" kimi maraqlı nümunələr bəxş edən Anar bizim üçün yazıçı dramaturtq, publicist, ssenarist və ictimai siyasi xadimidir. Bəs Anar özü üçün kimdir? "Adi insanam. Mənim böyük iddialarım heç vaxt olmayıb". Yox, Anar müəllim, bu qədər də təvəzökar olmayın. Çünki hər vəchlə müdafiə etdiyiniz bu gəncliyin təəssüflər olsun ki, çox az hissəsi bilir ki, siz tək bizə məxsus deyilsiz. Biz sizi türkdilli yazıçıların başında da, qırğızların Dədə Qorqudu qiyafəsində də qanımızın və ruhumuzun ağsaqqalı kimi qəbul edirik (ANS). |
2014-03-15 | 11,666 | Xalq artistinin düşdüyü qəza ilə bağlı rəsmi açıqlama | Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəza ilə bağlı məlumat yayıb. Axar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı və Xalid Mədətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölmüş, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər. Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. |
2014-03-15 | 11,667 | Rusiyaya qarşı tarixin ən böyük əməliyyatı hazırlanır | Avropa İttifaqı və ABŞ Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarına qarşı tarixin ən geniş miqyaslı əməliyyatını həyata keçirəcək. "Axar.az" xəbər verir ki, bu iddia ilə ABŞ mətbuatı çıxış edib. Mətbuat ən son anda ətrafında olan oliqarxların Putini satacağını yazıb: "ABŞ Rusiyanın ətrafında olan 180 adama qarşı artıq sanksiya tətbiq edib. Bunların sırasında ən məşhur oliqarxlar da yer alır. Əməliyyatın ilk addımı Dmitri Firtaşın həbsi ilə başladı. O, 125 milyon dollar verməklə azadlığa buraxıldı, amma D.Firtaşı 15 il həbs gözləyir. O biri oliqarxlara qarşı əməliyyat da tezliklə həyata keçiriləcək". Qeyd edək ki, artıq ABŞ Putinin ətrafında olan bəzi adamlara qarşı sanksiyalar tətbiq etməyə başlayıb. |
2014-03-15 | 11,668 | Azərbaycanda fəhlənin başına yük düşdü | "Qarasu Oil" əməliyyat şirkətinin neft quyusunda bədbəxt hadisə baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 10.30 radələrində qeydə alınıb. Şirkətin elektrik çilingəri vəzifəsində işləyən Şirvan şəhəri sakini, 1975-ci il təvəllüdlü Ağayev Oleq Siyasətoviçin başına yük qaldıran kranının qarmağında olan yük düşüb. Nəticədə Oleq Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İş yoldaşlarının verdiyi məlumata görə, fəhlə şirkətin 513 saylı quyusunda adi elektrik işlərini yerinə yetirirmiş. Hadisə bu zaman baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Şirkət rəhbərliyindən baş verən hadisəyə münasibət bildirmək mümkün olmayıb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırmaya başlanılıb. |
2014-03-15 | 11,670 | Məşhur reper Hüseyn Dərya vəfat etdi - Foto/Video - Yenilənib | 12:57 Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib. Bu barədə faktı "Axar.az"a 3 saylı şəhər Klinik Xəstəxanasının məlumat mərkəzindən təsdiqləyiblər. Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib. Qeyd edək ki, ötən gecə tanınmış reper Xəzər rayonu ərazisində avtomobil qəzasına düşüb. Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Ağır xəsarət alan və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Hüseyn Dəryanın vəziyyətinin ağır olduğu barədə xəbər vermişdik. Allah rəhmət Eləsin! 13:40 Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Hüseyn Dərya bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub. "Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı", - deyə Namiq Dəmirçiyev bildirib. Namiq Dəmirçiyev onu da əlavə edib ki, bunadək 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər. "Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi", - deyə həkim bildirib. Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirib. 14:34 Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək. Dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir (ANS). Məşhur reperin sevilən replərindən birini təqdim edirik: |
2014-03-15 | 11,671 | APA-nın xəbəri istintaqa göndərildi | "Cinayət Prosessual qanunvericiliyin tələbinə əsasən, açıqlamalar KİV tərəfindən rəsmi şəkildə istintaqa təqdim edilməlidir. Bu gün yazılı müraciətimizə əsasən həkimlərin APA İnformasiya Agentliyinə verdiyi açıqlama əsasında hazırlanan və istintaq işinə yardım edəcək "Nazirlik: Elnarə Tofiqqızının ölümü ilə bağlı Səhiyyə nazirinə edilən müraciət araşdırılır" yazısı rəsmi qaydada Nəsimi Rayon Prokurorluğuna təqdim edildi". Bu sözləri tənqidçi Elnarə Tofiqqızının ölüm işi üzrə Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işində zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirib. S.Vəkilov deyib ki, istintaqın uzanması ölüm hadisəsinin iştirakçısı olmuş həkimlərin isterikaya qapılmasına və bu təsir altında da reallıqları etiraf etmələrinə səbəb olur: "APA İnformasiya Agentliyində "Nazirlik: Elnarə Tofiqqızının ölümü ilə bağlı Səhiyyə nazirinə edilən müraciət araşdırılır" başlıqlı yazıda cərrahi əməliyyatda iştirak etmiş onkoloq Mahir Məmmədov mərhum Elnarə Tofiqqızının "Medi Sina" Klinikasında əməliyyat etmək istəmədiyini, assisent Fərəcullah İdrisovun həmin klinikanı təkidlə seçdiyini bildirir. Anestezioloq F.İbrahimov da onkoloqu günahlandırır. Bilirsiniz ki, müvəkkili olduğum Anar Niftəliyev məhz F.İdrisovun tamah məqsədi ilə mərhum E.Tofiqqızının "Medi Sina" klinikasinda əməliyyat olunmasında maraqlı olduğu qənaətindədir. İstintaqın obyektiv nəticəyə gəlməsi üçün bu cür açıqlamalar ciddi şəkildə araşdırılmalıdır və buna görə də müraciətimiz əsasında APA bu məlumatları rəsmi qaydada istintaqa təqdim etdi". Hüquqşünasın fikrincə, sözügedən açıqlamanın istintaq tərəfindən ciddi şəkildə araşdırılması təqsirləndirilən şəxslərin dairəsini müəyyən etməkdə həlledici rol oynayacaq. Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Bakının Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalında papillomadan əməliyyat zamanı vəfat edib. Ölüm işi ilə bağlı sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. |
2014-03-15 | 11,672 | Sabah Bakıda yay havası olacaq | Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir. |
2014-03-15 | 11,673 | “Bakı Taksi”dən bəd xəbər: Müqavilələr dayandırılacaq | "Bakı Taksi" MMC-də "London taksi" şirkəti ilə tərəfdaşlıq çərçivəsində müasir tədris proqramı üzrə treninq mərkəzi fəaliyyətə başlayıb. Bunu AzNews.az-a açıqlamasında "Baku Taxi Company"ni şirkətinin icraçı direktoru Vüqar İbrahimov bildirib. Onun sözlərinə görə, kurslara MMC-nin rəhbər şəxsləri, bələdçilər, avto dəstə rəisləri cəlb edilib. V. İbrahimov deyib ki, bundan sonrakı mərhələdə taksi sürücüləri bu treninqlərə cəlb olunacaq: "Kursların müddəti 6 aydır. Hər bir sürücü iki günlük proqram əsasında treninqə cəlb olunacaq. Sonda isə imtahan keçiriləcək və tələblərə cavab verməyən sürücülərlə əməkdaşlıq dayandırılacaq". O əlavə edib ki, treninqlərdə sürücülük qabiliyyəti, xidmət mədəniyyəti, sərnişinlə davranış, sürücülərin ünsiyyət vasitəsi olan dil əngəlini aşmaları üçün təlimlər keçiriləcək. İcraçı direktor təmsil etdiyi şirkətdə sürücü kimi çalışmaq istəyən şəxslərə də müraciət edib: "Kurslarda istənilən şəxsin ödəniş etmədən iştirak etmək şansı da var. İmtahandan keçə bilən sürücülərlə əməkdaşlıq müqaviləsi bağlanacaq". V. İbrahimov onu da əlavə edib ki, taksilərdə bütün sürücülər xüsusi geyimlə təmin olunacaq. |
2014-03-15 | 11,674 | Elşad Xose Hüseyn Dərya haqda danışdı | Tanınmış repçi Elşad Xose bu gün vəfat edən həmkarı Hüseyn Dərya haqqında fikirlərini açıqlayıb. "Allah rəhmət eləsin. İnsanıq. Hər birimizin başına gələ bilər belə hadisə", - Elşad deyib. O, son vaxtlar Hüseynlə onun arasında rəqabət olmadığını bildirib. "10 il əvvəl rəqib idik, ancaq son vaxtlar o, yaradıcılıqla məşğul deyildi. Ona görə rəqabət də yox idi", - əlavə edib. Xose onu da deyib ki, Hüseynin dəfn mərasimində iştirak edəcək: "Dəfn mərasimi harada olsa, gedib iştirak edəcəm". |
2014-03-15 | 11,675 | "Allah jurnalistlərin cəzasını versin" | Məşhur reper Anar Nağılbaz vəfat edən Hüseyn Dərya barədə öz fikirlərini Feysbuk səhifəsində paylaşıb. O, Dəryanın ölümünə çox üzüldüyünü qeyd edərək, onun rep aləminə yeni tərz, üslub gətirməsini vurğulayıb. "Axar.az" həmin yazını oxuculara təqdim edir: "Qardaşlarım, bacılarım! Bu dəqiqə bir xəbər eşitdim, inanmaq istəmirəm. Vallah, biz heç zaman heç kimə pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin! Allah qıcıqlandırıb düzgün olmayan fikirləri formalaşdıran, araqarışdıran jurnalistlərin də cəzasını versin, inşaallah! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm, çalışmışam bacardığım qədər kömək, dəstək olum, qalmaqalları öz adıma yazıb, onu bu yola qızışdıranlardan uzaq edim. Vallah, çox pis oldum! Allah mərdüməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin, Hüseyn! Sən AzRepə öz töhfələrini verdin!" |
2014-03-15 | 11,676 | Azərbaycan Xəzərdə Rusiya gəmisini saxladı | Xəzər dənizinin Azərbaycana aid hissəsində Rusiya bayrağı altında üzən "Vətən-1" gəmisi qəzaya uğrayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1972-ci ildə istehsal olunan, "VTS-TRans" şirkətinə məxsus olan gəminin göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var. Məlumata əsasən, Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və gəmi Bakı sahili yaxınlığında dayanmağa məcbur olub. Gəmi heyəti bildirib ki, onların mühərriki təmir etmək üçün ehtiyat hissələri yoxdur, qida məhsulları və yanacaq da tükənib. Gəmi sahibinin isə limana külli miqdarda borcu var. Heyət üzvləri deyiblər ki, üç gündür limana daxil ola bilmirlər, müraciətlərinə heç kim baxmır, məvacibləri isə 3 aydan çoxdur, ödənilmir. Məlumatda həmçinin qeyd olunur ki, gəminin köməyinə Azərbaycan Dövlət Dəniz Administrasiyasının qəza-xilasetmə gəmisi göndərilib. Gəminin Bakı dəniz limanına göndərilməsi gözlənilir. Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin isə bildirib ki, gəminin sahibi ilə danışıqlar aparılır: "Biz gəminin sahibi ilə təmirlə bağlı danışıqlar aparırıq. Azərbaycan da lazımi yardımlar edir". Gəmin kapitanı Rusiya vətəndaşı Timur Kamalovdur. Gəminin göyərtəsində olan Aleksey, Bakulin, Yelena Kosıreva, Əsədulla Əsədullayev Rusiya, Maksim Ponomarçuk, Pavel Savçenko, Dmitri Buş, Aleksey Vekov, Dmitri Knyazev və Oleq Komisarçuk isə Ukrayna vətəndaşıdır. Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov isə açıqlamasında Rusiyaya məxsus yük gəmisinin Xəzərin Azərbaycan sektorunda gəmidə yaranmış texniki nasazlıq və borc məsələləri ilə bağlı saxlanıldığını deyib: "Gəminin saxlanılmasının səbəbi borc və gəmidə yaranmış texniki nasazlıqdır. Həmin gəmi Rusiyanın özəl şirkətinə məxsusdur və gəminin Azərbaycan limanına borcu var. Həmin şirkətin onlarla birgə çalışan Ukrayna vətəndaşlarına da borcu var. Neçə aydır, həmin şəxslərin pulları ödənilmir. Bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən də bizə müraciət ediblər. Bütün bunlarla yanaşı, gəmidə texniki nasazlıq olub və buna görə də saxlanılıb. Hazırda tərəfimizdən onlara texniki yardım da göstərilir. Məsələlər həllini tapandan sonra gəmi və heyəti sərbəst buraxılacaq". |
2014-03-15 | 11,677 | Futbol dünyası şokda - Messi “PSJ”yə keçir | "Barselona"nın argentinalı ulduzu Lionel Messi mövsümün başa çatmasından sonra "PSJ"yə keçəcək. "Axar.az" xəbər verir ki, bu barədə FİFA rəsmisi Fransua Qallardo məlumat bildirib. Onun sözlərinə görə, Messi illik 30 milyon dollar maaşa bu transferə razılaşıb. Məlumatda həmçinin, Messinin "PSJ"nin rəhbəri Şeyx Əl-Xələfinin ən yaxın adamı ilə də görüşdüyü bildirilir. |
2014-03-15 | 11,678 | Gedin, namaz qılın, əclaflar | Hüseyn Dəryanın ölümündən sonra məşhurlar onun ölümünə münasibət bildiriblər. Bu məşhurlar arasında qınaq və ittiham dolu fikirlər bildirən məşhurlardan biri aparıcı İradə İsaq olub. İradə xanım öz Feysbuk səhifəsində belə yazıb: "İçkili idi dedilər, narkoman dedilər verilişdən sonra... Asan deyil, asan deyil insan haqda şər danışmaq. Depressiyaya saldız Hüseyni, zəng vurdu mənə ki, insanlar niyə belə şər-böhtan danışır. İnsanların içində yaşaya bilmirəm. Onun depressiyaya düşdüyünü gördüm və mən də çoxları ilə Hüseynə görə düşmən oldum. Haqsız danışdıqlarına görə. Hüseynə Allah son dəfə macal verdi ki, bütün günahlarını, səhvlərini etiraf etsin. Özü də verilişdə bunu dedi. Bu Allah tərəfindən kodlaşıb ki, mən gəlib sizin verilişdə çıxıb, hər şeyi etiraf edim. Ey sərsəm jurnalist və digərləri, arsız deyildi o. Siz öldürdünüz onu. Ruhdan saldınız. O, düzəlmək istəyirdi. Verilişdən sonra danışdıq ki, ailəsi ilə barışdırım onu. Oğlu ilə görüşə getmişdi. Sona xanım mənə zəng vurmuşdu. Amma ruhdan saldız, "insanlar mənə inanmır, - dedi, - İradə xanım. Kömək edin". Siz nə etdiz?! Öz qarnınızın qurdu, şər-böhtan sözlərinizlə onu öldürdünüz. İmkan vermədiz onu qaytaraq. Gedin, namaz qılın, əclaflar. O şər-böhtanı divara demirdiz, insana deyirdiz. İntihar etdi Hüseyn. "Kamaz" şoferinə də "məni xilas etməyin, ölmək istəyirəm" dedi. Bu verilişə biz jurnalistlərə inandığı üçün çıxmışdı. Çox ümidi vardı. Mahnılar yazdırmışdı yeni. Verilişdə də dedi. Ayıb olsun ona şər atan jurnalistlərə, reperə... Gedin, bu günahla yaşayın. Hüseynə Allah öz səhvlərini etiraf etmək imkanı verdi, o kəffarəsini ödədi. Sizin isə hətta öz səhvlərinizi etiraf etmək üçün şansınız yoxdur. Namaz qılın, oturun-durun yalandan. Siz bir insanı öldürdüz, atdığınız şər böhtan bir ümidi, bir ümid də bir insanı öldürdü"... Qeyd edək ki, bir neçə gün bundan öncə İradə İsaqın ATV kanalında yayımlanan "Düz Üzünə" verilişinin qonağı Hüseyn Dərya olmuşdu. |
2014-03-15 | 11,679 | Amerikanın 66-cı hərbi bölməsi Ukraynaya gətirildi | Amerika Birləşmiş Ştatlarının 66-cı hərbi bölməsi Ukraynaya gətirilərək, Kirovoqrada yerləşdirilib. "Axar.az"ın məlumatına görə, bu barədə rus kəşfiyyatı dəqiq məlumat əldə edib. Bilidirilib ki, sözügedən bölmə Almaniyadan bura dislokasiya olunub. Verilən məlumat görə, onlar məhz bu məkandan Ukrayna və Krımda baş verən hadisələri havadan nəzarət və müşahidə edirlər. Briqada MQ -58B tipli 18 pilotsuz təyyarəyə malikdir ki, onlardan 2-nin rusların əlinə keçdiyi deyilir. Qeyd edək ki, ekpertlər pilotsuz təyyarələrin rus hərbçilərinin əlinə keçməsini Krım uğrunda Amerika və Rusiyanın ilk qarşdurması adlandırırlar. |
2014-03-15 | 11,680 | Nərmin Hüseynliyə yığılan pul başqa xəstəyə verildi – Özəl | "Nərmin Hüseynlinin əməliyyatı üçün toplanan vəsait qaraciyər xəstəsi olan bir xanımın müalicəsinə sərf ediləcək". Bu məlumatı " Axar.az"a mərhum Nərmin Hüseynlinin əməliyyatı üçün yardım kampaniyası təşkil edən gənclərdən olan Hikmət Qasımzadə dedi. Onun sözlərinə görə, həkim səhlənkarlığına görə xərçəng xəstəliyinin qurbanı olmuş N.Hüseynlinin hesabı artıq ləğv edilib: "Qaraciyər xəstəliyindən əziyyət çəkən Yusifova Kəbirə Vasif qızı adlı xanımın hesabına 52 min 608 manat köçürülüb". N.Hüseynliyə ötən ilin aprelində boğazının şişməsi səbəbi ilə zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N.Hüseynlinin vəziyyəti ağırlaşıb. Təbrizə yollanan N.Hüseynliyə diaqnozun səhv qoyulduğu və onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, N.Hüseynlinin xilası üçün gənclər xeyriyyə kampaniyasında tələb olunan 150 min manatın böyük hissəsini toplamışdı. Ancaq onun həyatını xilas etmək mümkün olmadı, martın 10-da İstanbul Memorial Klinikasında 17 yaşlı Nərmin vəfat etdi. |
2014-03-15 | 11,682 | Sanksiya Rusiya ilə yanaşı G8-ə də zərbə vuracaq | Son bir ayda dünya mediasının əsas xəbər və araşdırma mövzusunun Ukrayna və Krımda baş verən olaylar olduğunu danmaq olmaz. Heç də gizli deyil ki, bütün bu olayların arxasında Rusiya, daha dəqiq desək, RF-in prezidenti Vladimir Putin dayanır. Proseslərin başlanğıcında hadisələrə soyuqqanlı yanaşan, yalnız tövsiyə xarakterli bəyanatlar verməklə işini bitmiş hesab edən ABŞ və Avropa Birliyi nəhayət ki, Krım hadisələrində yaranan problemin ciddiliyini anladı. Ötən həftə sanksiya tətbiq etməklə bağlı bəyanat verən Konqres bu həftə rəsmən həmin sanksıyanı təsdiq etdi. Beynəlxalq ekspertlər isə hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiya həm də bu ölkələrin özləri üçün müəyyən problemlər yaradacaq. Taxıl ehtiyacı artıb Amerika Birləş Ştatlarının taxıl ehtiyacının təxminən 10 faizə qədərini Rusiyadan idxalların hesabına həyata keçirir. Sahibkarlar sanksiyadan sonra ölkənin 4,6 % buğdaya ehtiyacının artdığını açıqlayıb. Hadisələr bu gedişlə davam edərsə, göstərilən faiz dərəcəsinin yüksələcəyi ehtimal olunur. 1,5 milyard avroluq müqavilə ləğv edildi Fransanın məşhur gəmi istehsal edən şirkətlərindən biri olan DCNS LTD-nin yaydığı rəsmi məlumata görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən 1,5 milyard avro (təxminən 1,7 milyard manat) dəyərində olan 2 Mistral daşıyıcısının bu ilin sonuna qədər Moskvaya çatdırılması gözlənilirdi. Amma məlum sanksiyalara görə həmin müqavilə dondurulub. Rusiya "Böyük 8"-liyin (G8) istəyinə uyğun hərəkət etməzsə, həmin müqavilənin tamamilə ləğv edilməsi ehtimalı da var. Birjalarda hər gün azalma müşahidə olunur "The Wall Street"yazır ki, Putinin Krımın içərilərinə irəliləməsi fond-birjalarındakı qiymətlərə də təsir edir. Xüsusən də son sanksiya qərarının təsdiqi prosesləri daha da sürətləndirdi. Belə ki, müxtəlif fondlarda Rusiyanın ixrac və idxalında geriləmələrin olması ilə bağlı xəbərlər gəlməkdədir. "Micex" fondundan gələn xəbərlərə görə, son bir neçə ildə Rusiyanın Avropaya ixracatında 11% geriləmə olub. Qazprom isə bu rəqəmin 14% olduğunu etiraf edib. Rusiyaya məxsus "Sberbak" fondu isə son 5 gündə geriləmənin 15% həcmində olduğu açıqlayıb. Bu zaman kəsiyində Rus rublu dollara nisbətən 1,3% ucuzlaşıb. İxracatla yanaşı idxalatda da faiz azalmaları müşahidə olunur. Almaniyanın DAX dondu bu rəqəmin 3,4% olduğunu deyir. Fransanın "Renault" kompaniyası isə son 5 gündə Rusiyaya yatırılan investisiyanın və satışın həcmində 5,4% azaldığı qənaətindədir. Xatırladaq ki, martın əvvəllərində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya qoşunlarının Ukraynanın suverenliyini pozmasını pisləyən qətnamə qəbul edib, Ağ Evi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə, dünya liderlərini isə ölkəni G8-dən çıxarmağa çağırıb. Palatanın 402 üzvü dəstəklədiyi qətnamə Rusiyanın yüksək vəzifəli şəxslərinə, dövlət banklarına və digər dövlət orqanlarına qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Sözügedən sənədi bundan öncəki həftə ABŞ-ın Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsi də qəbul etmişdi. Lakin komitənin dəstəklədiyi Qətnamə tövsiyə xarakteri daşıyırdı. Rusiyalı milyarderlər 18,3 milyard itirdi "Forbes" jurnalının yaydığı məlumata görə, dünyanın 300 milyarderi sırasında 18 nəfər rusiyalı varlı da var. Aralarında həmvətənimiz Vahid Ələkbərovun da olduğu siyahıya 17.3 milyard dollarla Alişer Usmanov başçılıq edir. "Financial post" isə yazır ki, Ukrayna-Krım hadisələri dünya milyarderlərinə ümumilikdə 44,4 milyard dollar zıyan vurub. Bu rəqəmin 18,3 milyardı Rusiyalı varlılara aiddir. Rusiya mətbuatı isə son bir neçə gündə milyarder Alişer Usmanovun 500 milyon dollardan çox, ukraynalı milyarder Rinat Axmetovun isə fevralın 28-dən bu tərəfə 550 milyon itirdiyini yayıb. Gennadi Timçenko və Leonid Mixelson da var-dövlətinin bir hissəsini itirənlər sırasındadır. Hər iki milyarder birlikdə 3,2 milyard dollar civarında hesab edilir. Məlumatda sanksiyanın daha çox enerji və hərrac bazarında öz təsirini göstərib. Məşhur Britaniyalı milyarder Natiye Kirş "The street wall"a verdiyi açıqlamada sanksiyanın təsirindən qurtulmaq, böhrandan çıxmaq üçün 5,9 milyard dollar lazım olduğunu qeyd edib. |
2014-03-15 | 11,683 | Metro ticarət obyektləri sökülsün, ya sökülməsin? – Axar TV | Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov metro keçidlərindəki ticarət obyektlərinin sökülməsi ilə bağlı tapşırıq verib. Lakin onun bu tapşırığı obyekt sahiblərinin etirazına sahib olub. Bəs adi metro istifadəçiləri yeni rəisin bu qərarına necə yanaşır? Onlar keçidlərdə yaradılmış ticarət obyektlərinin yığışdırılmasını məqbul hesab edirmi. Axar TV olaraq hazırladığımız süjeti təqdim edirik: |
2014-03-15 | 11,684 | “Bir obyekt üçün Tağı Əhmədov 10 min pul alıb” - Video | "Bakı Metropolitenində olan bütün ticarət mərkəzlərinin köçürülməsi ilə bağlı məsələyə qərar verilib. Dörd gün sonra Bütün obyektlər söküləcək və ticarətçilər müxtəlif ticarət mərkəzlərinə köçürüləcək". Bu barədə "Axar.az"a Metro ticarəti ilə məşğul olan şəxslər məlumat verdi. Məsələni tam öyrənmək üçün "Azadlıq" metro-stansiyasıyasında ticarətlə məşğul olanlarla görüşdük. Mətbuatdan olduğumuzu bilən kimi hamısı qısa zamanda toplaşdı və dərdlərini danışmağa başladı: Aya 2000-dən çox "Bu köşkün tikilməsi üçün aylıq puldan əlavə birbaşa 10 min ABŞ dolları pul vermişəm. 10 min dollardan əlavə hər ay 1750 manat yer pulu, 280 manat vergi, 100 manat da əlavə verirəm. Ay ərzində 2 min manatdan çox pul edir. Bu qədər xərc çəkəndən sonra gəlib bizi çıxardırlar". Deyirlər AMAY-a gedin Dediklərinə görə, Metro idarəsindən onlara deyilib ki, 4 gün ərzində burdan çıxacaqsınız və yaxşı olar ki, sizə təklif edilən ticarət mərkəzlərindən birinə köçəsiniz. Hara köçmək məsələsinə isə satıcılar belə cavab verdi: "Bizə deyirlər ki, ya Keşlə bazarına, ya da A.M.A.Y ticarət mərkəzinə gedin. A.M.A.Y-da yer pulu burda verdiyimiz yer haqqından 300 manat çoxdur. Həm də oranın müştərisi demək olar ki, yoxdur. A.M.A.Y-da işləyənlər hamısı varlı insanlarla işləyir və hərəsinin öz müştərisi var. Biz gedib orda nə işləyəcəyik? Keşlə bazarından isə danışmağa dəyməz. Gedib kartof-soğan satanların yanında paltar sataq?" Bankların pulunu necə qaytaracam? Satıcılardan biri dedi ki, gedəcəkləri ticarət mərkəzlərində 3 ay yer pulu alınmayacaq: "Düzdür, haranı seçib getsək, 3 ay yer pulu alınmayacaq. Ancaq burdan çıxıb getmək bizə heç sərf etmir. Dörd bankdan kredit götürüb mal almışam. İndi hara getsəm, o malları sata bilməyəcəyəm. Hərənin öz müştəri çevrəsi var. Bizim yerimiz də bura idi. Qıraq yerdə sata bilməyəcəyik. Özüm kirayə qalıram. İndi həmin bankların pulunu necə qaytaracağam?" |
2014-03-15 | 11,685 | Qulu Məhərrəmli: “Heç bilmirəm hansını deyim...” | Yağmurun qonaqları rubrikasının budəfəki qonağı BDU-nun "Televiziya və radio jurnalistikası" kafedrasının professoru və Xəzər TV-nin məsləhətçisi Qulu Məhərrəmlidir. Yəqin gözləyirsiniz ki, Qulu Məhərrəmli mütləq Azərbaycan telekanallarının problemlərindən danışacaq. Amma biz bu dəfə söhbəti bir az fərqli istiqamətdə apardıq. Xəyallarımdakı adam olmasam da... - Qulu müəllim, adətən insanlar haqqında danışanda onları bir neçə cümləyə sığışdırmağa çalışırıq. Özümüz haqqında danışanda da böyük və mənalı cümlələr qurmağa çəkinirik, çünki ayıb olduğunu düşünürük. İndi gəlin, bu kompleksi bir kənara qoyaq... Özünüzdən başlayaq. İstədiyiniz insan kimi formalaşa bildinizmi? Bu gün bir zamanlar xəyalını qurduğunuz insansınızmı? - İnsanın xəyalında arzuladığı kimi olması çətin məsələdir, çünki xəyal həmişə düzxətlidir, romantikası çoxdur, gerçəkləri, xüsusən maneələri nəzərə almır. Həyatın isə öz sərt qaydaları, xeyli keçilməz dönüşləri var. Həmin dönüşlərdə insanın məzmunu, xarakteri və əxlaqı formalaşır. Bu baxımdan mən yüz faiz xəyallarımdakı adam olmasam da, mahiyyətcə ona çox yaxınam. - Dünya, həyat sizi çoxmu dəyişdi, yoxsa siz heç dəyişmədiniz, insanların dəyişmək kimi dəyərləndirdikləri, əslində, sizin özünüzə dönməniz olub? - Dəyişmək deyəndə kimin nəyi nəzərdə tutması önəmlidir. Sən cəmiyyətdə yaşayırsansa, görüb-duyub qavrayırsansa, deməli, daim dəyişmə halındasan. Bu hal daimi hərəkəti, yeniliyi duymağı, ətrafındakı dəyişmələrə reaksiya verməyi tələb edir. Dəmir işlədilməyəndə paslandığı, su durğun qalanda xarab olduğu kimi, cəmiyyət və insan da sükunətdə qalanda çürüyür. Bu, dəyişmənin zahiri tərəflərinə subyektiv baxışdır. Bir də var mahiyyətlə bağlı dəyişiklik ki, o baxımdan mənim həyat prinsiplərim dəyişməyib. Harada çalışmağımdan asılı olmayaraq, mən həmişə daxili azadlığımla peşə borcum arasındakı harmoniyanı qoruyub saxlamağa çalışmışam. Düzdür, bəzən kiçik güzəştlərə də getmişəm ki, insanın mahiyyətini dəyişən böyük güzəştlərə getməyim. Yəni həmişə öz prinsiplərimə sadiq qalmağa çalışmışam. Uzun illər işlədiyim AzTV-də də, bir vaxtlar üzv olduğum Mətbuat Şurasında da, Xəzər TV-də də, indi dərs dediyim BDU-da da belə olub. İnsana ictimai mahiyyət verən onun ləyaqəti, ədalət duyğusu, azadlıq və həqiqət hissidir. Məncə, bunları itirəndə insanın məzmunu da itmiş və ya dəyişmiş olur. Vicdanlı adamlar azalıb - Bu gün ölkədə hamı nədənsə narazıdır, sizcə, bu insan xarakterindən irəli gəlir, yoxsa narazı olmaq üçün əsaslar var? - Burada hər iki məqam var. Narazılıq daha çox ondan irəli gəlir ki, insan təbiəti etibarilə konkret nə istədiyini bilmir, amma həmişə mövcud vəziyyətin dəyişməsini arzulayır. Psixoloji olaraq, ona elə gəlir ki, bu dəyişmə qayğılarını azaldacaq, həyatını yüngülləşdirəcək. Konkret bizim ölkəyə gəldikdə, hesab edirəm ki, adamların narazılığı üçün ciddi əsaslar var: ədaətsizliyin miqyası böyüyüb, yerində olmayan məmurların sayı artıb, onların nəfsi itiləşib, təbii ki, rüşvət və korrupsiya da genişlənib. Digər tərəfdən vicdanlı adamlar azalıb, bəlkə bütün bunlara görədir ki, cəmiyyətdə ümidsizlik artıb. İndi sanki vəhşi instinktlər işə düşüb - Baş verənlər zəmanədəndir, yoxsa elə dünya, həyat belə olmalıdır? Ya bəlkə bizim başqa təcrübəmiz yoxdur, ona görə düşünürük ki, dünya elə belə olmalıdır, ədalətsiz, haqsız... - Təbii ki, zəmanə də, dəyərlərin dayanıqlı olmaması da, susqunluğa meyillilik və mentalitet də bu məsələdə müəyyən rol oynayır. Amma məncə, burada çox şey insan xisləti ilə bağlıdır. İndi sanki vəhşi instinktlər işə düşüb, tamah artıb, adamların bir-birinə sevgisi azalıb, şəfqət hissi itib. Halbuki Allah insanları bir-birinə kömək üçün yaradıb, bir anlığa insanın quruluşuna baxın, təbiətən hər şey harmoniyadadır: iki əl bir-birinə kömək üçündür, ayaqlar da bir-birinə dayaq verir, alt çənə üst çənə ilə birlikdədir. Amma cəmiyyətdə, insan münasibətlərində, ictimai ünsiyyətdə bunlar pozulub. Bizi fəlakətə aparan bir səbəb də budur. ...Don Kixotu yada salırıq - Ədalətsizliyə qarşı dayanmaq indi sizə Don Kixotluq kimi görünmür ki? - Baxır bu dayanışı kim necə qiymətləndirir. Əslində, bütün dünya tarixi ədalətsizliyə, ictimai haqsızlığa qarşı mübarizə tarixidir. Hələ uşaqlıqdan insanın içində ədalətsizliyə qarşı bir od olur. Mütilik üstün gəlməsə, bu odu qoruyub saxlayanlar yaxşı vətəndaşa çevrilə bilir. Ölkə konstitusiyası ədalətsizliyə qarşı durmaq üçün böyük hüquqlar verir, Quran da haqsızlıq və ədalətsizlik önündə susmamağı tövsiyyə edir. Bəs onda biz niyə belə ümidsiz danışırıq? Burda bir psixoloji məqam da ondan ibarətdir ki, hamı ədalətsizliyə qarşı dayanmağı özünün yox, başqalarının borcu hesab edir. Ona görə də kimlərinsə ədalət hayqırtıları ətrafda əks-səda verməyəndə biz Don Kixotu yada salırıq. Sizə deyim ki, bu davranışın bir səbəbi də səssizliyə əbədi bəraət qazandıran bir sevimli milli cümləmizdə gizlənib... "Əşi, bunlar mənə qalmayıb ki..." Xalqı şərəfləndirməyin canlı nümunəsi - Özünüz necə, xalq üçün savaşıb ölmək istəyərdiniz, yoxsa Əkrəm Əylisli demişkən, heç qəhrəman olmaq fikrində olmamısınız? - Qəhrəmanlıq haqqında düşünən və guya özünü bunun üçün hazırlayan adam heç vaxt qəhrəman olmur. Xalq, vətən və qəhrəmanlıq haqqında pafosla danışanların səmimiyyətinə mən heç vaxt inanmamışam. Uzaq tarixdəki hadisələri bir yana qoyuram, son illərdə istənilən azərbaycanlı üçün vətəni sevməyin, onun heysiyyətini qorumağın, xalqı şərəfləndirməyin canlı nümunəsi Mübariz İbrahimovdur. Vətənpərvərlik də, millət və xalq sevgisi də söz deyil, əməldir. Mənim üçün qəhrəmanlıq insanın öz nəfsinə qalib gəlməsindən, bir də öz ləyaqətini qoruya bilməsindən başlanır. İstəklər, iztirablar doğurduğu kimi, bu iki amilin olmaması da insana mənəvi faciələr gətirir, onu hara desən sürükləyə bilir. - Deyəsən, sizdə də bir az axına qarşı üzmək meyli var... - Yox, tam elə deyil... Bilmirəm, kənardan necə görünür, amma mən özümü dərk edəndən axına qarşı getməkdən çox kütləyə qoşulmaqdan ehtiyatlanmışam. Mənim üçün həyat çoxluğun tərəfində olmaq deyil, öz içimdə yaratdığım qaydalarla yaşamaqdır. O yerdə ki, kimə və nəyə qarşısa, "ura" ilə hücum var, orada çox vaxt Şərin izləri olur. Kütlə hər şeyi ağ və ya qara, müsbət, yaxud mənfi görür. Bu, reallığın təhrif olunması, düşüncənin zədələnməsidir, həm də plüralizmin, özgəfikirliliyin, dözümlüyün istisna olunması deməkdir. Halbuki, kamilliyə iddia edən insan bunlarsız ötüşə bilməz. Bilik həlledici deyil - Maraqlıdır, siz kamil insanı necə təsəvvür edirsiniz? - Məncə, kamillik nə təkcə biliklə, Allaha ibadət etməklə, elm və təhsillə, nə də ayrıca əxlaqla ölçülür. Kamil insan bütün bunları özündə birləşdirə biləndir. Qədim filosoflar da, orta əsr maarifçiləri də hesab edirdilər ki, oxuyub savadlanmaqla insanları cahillikdən, nadanlıqdan qurtarmaq olar. Bəli, bilik insanları kamilliyə aparan çox vacib amildir, amma həlledici deyil. Biliyə qalsa, görün göz qabağında nə qədər savadlı, hətta alim diplomlu, yaxşı yazı və natiqlik qabiliyyəti olan yaramaz var. Deməli, kamillik üçün bilik, savad kifayət deyil, bu məsələdə mütləq və mütləq əxlaq faktoru iştirak etməlidir. - İnsanlar başqa planetlərə köçə bilsəydilər, siz də yeri tərk edənlər sırasında olardınız, yoxsa buranı düzəltmək üçün mübarizə aparardınız? - Təbii ki, başqa planet insanın arzuladığı möcüzədir. Əli hər şeydən üzüləndə insan möcüzəyə inanmağa başlayır. İşdir, belə bir möcüzə baş versə, maraq üçün başqa planetlərə də baş çəkmək olardı, amma Allah insan üçün bu Yeri yaradıb. Ona görə də burada yaşamaq və ən azı kölə olmamaq üçün qımıldanmaq zorundayıq. Qarğalar ötməyə başladıqda bülbüllər susar - Deyəsən arada Sizə də hücum çəkənlər olur, diqqət yetirirəm ki, siz bu hücumlara cavab vermirsiniz. - Olur, bəzən ağıllı iradlar, tənqidlər olur, belə yanaşmalar adamda güclü polemika duyğusu yaradır. Prinsipial, ictimai əhəmiyyəti olan məsələlərə bəzən reaksiya verirəm. Çox dayaz, sifarişli, mənasız cırmaqlamalara rast gələndə isə Mövlanənin sərrast dediyi "qarğalar ötməyə başladıqda bülbüllər susar" hikmətini yadıma salıram. İndi əclafların əsas silahına çevrilmiş böhtanlara, yalanlara isə gülməkdən başqa çarə qalmır. Əxlaqımız həmin güzgüdə əks olunur - İndi yenə qayıdaq Yer kürəsinə... Lap dəqiq desək, TV-lərə... Televiziyaların nə halda olmasından danışmayaq, nə baş verdiyi bəlli... Tutaq ki, bu şəkildə davam edəcək, nə olacaq bunun sonu? - Elə bilirsiniz sonu deyil? Bu qədər telekanal var, dövlət öz büdcəsindən milyonlarla pul xərcləyir, hanı səmərə? Televiziya bir güzgüdür, bizim ağlımız, düşüncəmiz, səviyyəmiz və əxlaqımız da həmin güzgüdə necə varsa əks olunur. Mən TV və onun problemləri haqqında ən çox danışanlardan biriyəm. Biz bəlkə bu gün TV-lərin insanların düşüncə, davranış və əxlaqına vurduğu ziyanı tam hiss etmirik, amma əmin olun ki, bir azdan üzləşəcəyimiz çox ciddi mənəvi təhlükələrdə onun hansı zərəri vurduğunu anlayacağıq. Hələ də iki azərbaycanlı bir-biri ilə rus dilində danışır - TV-lər sözün həqiqi mənasında dilimizi qətl edir, bu dilin heç olmasa tabutunu qaldırmaq üçün kimsə qolunu çırmayacaq, yoxsa eləcə ortada qalacaq? - Biz dil və ona qayğı haqqında çox danışırıq. Həqiqətən də Azərbaycan dilinin işlənməsi ilə bağlı ortada ciddi sənədlər var. Təəssüf ki, kağızlar və qərarlar dilə sevginin ifadəsi deyil. 20 ildən çoxdur ki, müstəqilik, amma baxın, hələ də iki azərbaycanlı bir-biri ilə rus dilində danışır. Başqalarının simasızlıq kimi yanaşdığı bu halı bizlər mədəniyyət göstəricisi kimi qəbul edirik. Televiziya və radiolarda vəziyyət xeyli dramatikdir. Dil savadsız aparıcı və reportyorların timsalında öz təravətini, obrazlılığını və ifadə gücünü itirməkdədir. Ortada tamaşaçının beynini yağır edən quru və sxematik bir dil qalıb. MTRŞ bu vəziyyəti düzəltmək üçün səmimi səylər göstərir, Dilçilik institutu ilə birgə monitorinqlər aparır. Fəqət bu, problemdən çıxış yolu deyil. TV-lərin bir çoxu düşüncə etibarı ilə bu xalqdan, bu millətdən uzaq olan adamların əlindədir. Onlar üçün gündəlikdə dil problemi deyilən bir şey yoxdur. Yaramazlıqların içində yox, ona qarşı olmalıyıq - Bilirəm ki, baş verənlərin mahiyyətini, hər şeyi anlayırsınız. Bir gün, bir səhər qalxıb üsyan etmək, içindəki etirazı üzə vurmaq istəyirsiniz, yoxsa içinizdə üsyan bitib? - Söhbət üsyandan getmir, bir vətəndaş olaraq bu xalqın və dövlətin gələcəyini yaxşı görmək istəyiriksə, yaramazlıqların içində yox, ona qarşı olmalıyıq. Qarşı olmaq üsyan deyil. Bu gün "dövlət" və "dövlətçilik" adı ilə alver edənlərin maskası arxasında nələrin gizləndiyini görmək dəhşətdir. Yaradıcılıq və mənəviyyat sahəsinin adamı kimi bunları müşahidə etmək mənim üçün də ağırdır. Amma bütün hallarda mən üsyanlara, kütləvi dağıdıcılığa və bunların törətdiyi fəlakətə qarşıyam. - Son olaraq, Qulu müəllim, gəlin nə yer kürəsini tərk edin, nə də qəhrəman olun. Sadəcə, vətəndaş kimi deyin. Nəyi dəyişmək istərdiniz? - Heç bilmirəm hansını deyim?! Adi məişət davranışından tutmuş düşüncə tərzi və milli problemlərədək nə qədər dəyişdirilməli şeylər var... |
2014-03-15 | 11,686 | Bayram kasıbın harasına yaraşır? – Reportaj | Bu sözləri "Axar.az"ın əməkdaşına bayramqabağı reportaj hazırladığımız bazarda sadə vətəndaşlardan biri dedi… Bəli, artıq baharın gəlişini qarşılamağa, "Novruz bayramı"nı ənənəvi milli bayram kimi qeyd etməyə az saylı günlər qalıb. Bunun üçün də hər evdə bayram ab-havası hiss olunmalıdır. Bayram simvolu olaraq süfrələrdə xonçanı bəzəmək üçün səməni, şəkərbura, paxlava, şorqoğalı və şamın olması vacib sayılır. Ən əsası da bunları hazırlamağa və bayramı keçirtməyə imkanın olması çox vacibdir. Və belə bir məqamda həmişə olduğu kimi bazarlarda bayram qabağı süni qiymət artımı başlayıb. Ucuz bazarda yanğın Hazırda bayram qabağı bazarlardakı qiymətləri öyrənmək üçün bu dəfə də yolumuzu hamının ucuz və sərfəli bazar kimi tanıdığı və oradan bazarlıq etdiyi "Səkkizinci kilometr" bazarından saldıq. Bazara girər-girməz gözümüz qiymətlərə sataşdı. Qiymətlər əvvəlki vaxta nisbətən od tutub yanırdı. Səbəbini öyrənmək üçün satıcılara yaxınlaşaraq söhbətə başladıq. Satıcılar qiymətlərin heç də baha olmadığını bildirdilər. Amma onlardan fərqli olaraq alıcılar çox narazılıq etdilər. Şikayətləndilər ki, bu bahalıqda aldıqları maaş, pensiya ilə necə bazarlıq edəcəklərini bilmirlər. Qoz, fındıq, şabalıd… Əvvəlcə qoz, fındıq, şabalıd və s. qiymətlərlə maraqlandıq. Satıcının deməsinə görə, qiymətlərdə elə də çox artım yoxdur: - Əsas qoz və şabalıd bahadır. Qoz bir manat artıb. Yerli çərəzlərin xarici çərəzlərə nisbətən qiymət fərqi çoxdur. Qoz: 7-11 manat Fındıq: 6-8 manat Şabalıd: 12 manat Sarı kişmiş: 5-8 manat Qara kişmiş: 6-10 manat Quru meyvələr: müxtəlif. Meyvələrin qiyməti ilə maraqlandıq. Burada da qiymətlərdə xeyli dəyişiklik var idi. Hətta satıcının sözlərinə görə, əksər meyvələr xarici olsa da, yerli meyvə adı ilə satılır. Malı satılsın deyə, məcburdur ki, alıcını aldatsın. Amma qiymətlərin baha olmasını boynuna almasa da, baha aldıqlarından danışdı. - Qiyməti heç kəs qaldırmır. Biz baha aldığımıza görə baha da satırıq. Əksər meyvələr də xaricidir, yerli çox azdır. Alıcıların çoxu yerli meyvə istəyir. Biz də məcburuq ki, xaricdən gələnləri alıcılara yerli meyvə adı ilə sataq. Alma: 1-3 manat Apelsin: 2-4 manat Mandarin: 2-3 manat Ananas: 4-7 manat (1 ədəd) Kivi: 3 manat Süfrələrin yaraşığı səməni və xonçaların qiyməti də müxtəlifdir: - Şamların qiyməti bir manatdan üç manata qədərdir. Üç manatlıq şam isə ətirli şamdır. Səmənin də qiyməti müxtəlifdir, lap on iki manatlıq səməni də var. Səməni: 2-12 manat Şam: 1-3 Ürəyimiz istəyəni ala bilmirik Qiymətləri öyrəndikdən sonra bazardan çıxanda alıcıların fikrilə maraqlandıq. Yalnız müəllimə olduğunu deməklə kifayətlənən xanım qiymətlərdən çox şikayətləndi: - Qiymətlərdən razı deyilik, hər şey bahadır. Aldığımız maaş bayram keçirtmək üçün bizi qane etmir, ürəyimiz istəyəni ala bilmirik. Kimin pulu varsa, bayramı yaxşı keçirdəcək. Allah verən hər şeydən bir az aldım ki, süfrəmiz boş qalmasın, evimdən, ocağımdan bayram tüstüsü çıxsın". Kasıblara bayram keçirtmək yaraşmır Fikrini soruşduğumuz yaşlı bir nənə isə bazardan çıxaraq öz-özünə deyinirdi. Yaxınlaşıb niyə gileyləndiyini soruşduq. Deyəsən nənə bayaqdan narazı qaldığını bildirmək üçün bizi izləyirmiş. O da hamı kimi qiymətlərdən şikayətləndi, hətta bazarlıq etməyə pulunun çatmadığını dedi: - Əlli manat pensiya alıram, ailədə on bir baş adamıq. Bazarlıq etməyə pulum çatmadı. Hər şey bahalaşıb. Evdə siyahı tutub gəlmişdik, çox şey ala bilmədik. Kasıblara bayram keçirtmək yaraşmır. Apardığımız kiçik hesablamadan məlum oldu ki, bayram bazarlığı üçün ən azı 150-250 manat arası xərcləməlisən. Bu da çoxlarının bir aylıq maaşı deməkdir. Bir aylıq maaşını da bayram bazarlığına sərf edən imkansız nə etsin ki, bir ay ac qalmasın? Nə isə, bayramınız mübarək... |
2014-03-15 | 11,687 | Cinsiyyətləri ilə öndə olmağa çalışanlar | Keçən gün Qazaxıstanın prezidenti Nursultan Nazarbayev İslam dini və türklərin qadına münasibəti ilə bağlı fikirlər söylədi. Ərəblərə hörmətimiz var, amma bizim qadınımız hər zaman sərbəst oldu, istədiyi kimi geyindi, cəmiyyətdə problem yaratmadı deyib, türk qadının həyat tərzini müdafiə etdi. Mən də açığını deyim ki, qısa video çəkilişi izləyib ürəyimdə bu adama "əhsən" dedim. Bir prezidentin öz dəyər və ənənələrinə, mütərəqqiliyə verdiyi qiymətə əhsən deməmək mümkün deyildi zatən. Amma mən tarix, ərəblər və türklərin qadınlara münasibətindən, onların həyat tərzinin fərqindən, ya da bu iki xalqın kişilərinin qadına münasibətindəki ayrıntılardan yazmaq istəmirəm. Tarixi tarixliyində və tarixçilərə buraxsaq, məncə, daha yaxşı olar. İndiyə gələk… XXI əsrin Azərbaycan qadınına… Bu gün Azərbaycan qadınından danışanda onun hüquq və azadlıqlarına ilk baxışdan heç bir əngəlin olmadığını söyləmək olar. Onların işləməsi, karyera qurması, təhsil almasına kimsə mane olmur kimi görünür. Amma bu, zahirən belədir. Mahiyyətdəsə elə ən böyük əngəl qadınlarımızın zehniyyətidir. Qadının özünün özünə tanıdığı haqq və hüquqlardır. Azərbaycanda qadınlardan danışanda daha birmənalı olaraq fikir söyləmək də mümkün deyil. Nə yazıq ki, bu cins öz daxilində parcalanıb, sanki həmrəyliyini itirib. Qadınlar haqqında fikir söyləyəndə onları hətta kateqoriyalara da ayırmaq mümkündür. Birinci tiplər azadlığını düşüncədə əldə edib sərbəst şəkildə özünü ifadə etməyə çalışır. Bu tip qadınlar cinsiləri ilə deyil, şəxsiyyətləri ilə öndə olmağa çalışır və buna nail olmaq üçün çalışırlar. İkinci kəsim cinsiyyəti ilə öndə olmağa çalışır və daha çox ovçu qadınlar rolunda olmağa üstünlük verirlər. Onların əsas həyat idealı yaxşı yaşamaq və gözəl geyinməkdir. Təlabatları elə də böyük deyil. Üçüncü kəsimsə, hələ də keçən əsrin düşüncə tərzini yaşadır, "mən qadınam yerimi bilməliyəm…" Azərbaycanda birinci tip qadın olmaq çox çətindir, çünki cəmiyyət, kişilər, adətlər, hətta qadınların özləri belə bu tip qadınaları sevmirlər. Çünki bu tip qadınlar adətən əsrlərdir formalaşan stereotipləri dağıda bilər və mühafizəkar toplum və kəsim buna razı deyil. İkinci tiplər üçün həyatı yaşamaq adətən o qədər də çətin deyil. Çünki onlar adətləri də, kişiləri də idarə etməkdə o qədər çətinlik çəkmirlər. O ki, qaldı axırıncı kəsim, onların gündəlik təlabat ödənirsə, necə deyərlər uşaqları və özü ac qalmırsa, demək ki, problem yoxdur. Bu iki son kəsim üçün kişi daha bank hesabıdır… Biz adətən cəmiyyəti, kişiləri günahlandırıb olduğumuz durumdan onları şikayətçi tutub bununla da məsuliyyəti boynumuzdan atmağa çalışırıq. Amma əsas məsuliyyət elə bizim öz üzərimizə düşür. Açğını deyim ki, Azərbaycan qadınına uzun müddətdir ki, sırınmağa çalışılan əxlaq azadlığının nəticələrini izlədikcə mən daha çox məsuliyyətin birinci kəsimin üzərinə düşdüyünü düşünürəm. Bu kəsim məncə özünü cəmiyyətdə möhkələndirə və sübut edirsə, necə deyərlər ayağını yerə bərk basarsa, qadınlarımız daha layiqli şəkildə təmsil olunmaq şansını qazana bilər. Əgər biz inkişaf edən dünyanın bir parçası olmaq istəyiriksə, qadınların istismar obyekti, kişilərin bank hesabına çevrilməsini istəmiriksə, bir-birimizə münasibətimizi dəyişməliyik. Əks halda, hər iki çinsin nümayəndələri bir-birinə sayğısını və güvənini itirmiş vəziyyətdə yola davam etməli olacaq ki, artıq bunun simptomları görünməkdədir. |
2014-03-15 | 11,688 | Filarmoniyanın binası uçdu: xəsarət alan var - Foto/Yenilənib | 18:42 Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub. Hadisə şahidlərinin verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub (Trend). Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığını araşdırır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları gəliblər. Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib. 21:30 Gəncədə yeni tikilən filarmoniya binasının üst mərtəbəsinin çökməsi nəticəsində bir nəfər xəsarət alıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, tibb ocağında daxil olan xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır. |
2014-03-15 | 11,689 | İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi | Prezident İlham Əliyev İrlandiya Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". |
2014-03-15 | 11,690 | Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açıldı | Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Bu barədə Xəzər rayon prokurorluğundan məlumat verilib. Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KaMAZ" markalı maşına çırpılıb. (Trend) |
2014-03-15 | 11,692 | Putinin villa, təyyarə və helikopterləri açıqlandı – Siyahı | Rusiya müxalifətinin öndə gedən simaları – Boris Nemtsov və Leonid Martınyuk Vldimir Putinə həsr olunmuş "Kölənin qaler (saray, yaxta, avtomobil, təyyarə və digər aksessuarlar nəzərdə tutulur) daxilində həyat tərzi" adlı hesabatı nümayış etdiriblər. "Axar.az" xəbər verir ki, hesabatda Rusiya prezidentinin 20 malikənəsinin hər birindən bəhs edilir. Müəyyən müqayisələr aparan müxalifət təmsilçiləri nümunə gətiriblər ki, Amerika, həmçinin Almaniya və İtaliya prezidentlərinin iki malikənəsi var. Vurğulanır ki, prezidentliyi dövründə Putinin saraylarının sayı iki dəfə artaraq, doqquza çatıb. Nemtsov deyib ki, hətta Yanukoviç belə Putinlə müqayisədə nəzərə çarpan deyil. Hesabatda həmçinin deyilir ki, Rusiya prezidentinin xidmətində duran "Rusiya" hava parkında 43 təyyarə və 15 helikopter qeydə alınıb. Təkcə "1 nömrəli Bort"la prezidentin səfərlərini həytat keçirən İl-96 -300 təyyarəsinin unitazının qiyməti 75 min dollardır. Putin həmçinin 100 miyon dollarlıq mini donanmaya malikdir. Prezident Administrasiyasının nəzdindəki avtomobillərin sayı isə 700-ə çatır. Sənəddə deyilir ki, Putinin saat kolleksiyasının ümumi dəyəri 22 milyon dollardır. Bu sırada "A.Lange & Sohne Tourbograph" saatlarını misal gətirmək olar. Nemtsov bilidirib ki, hesabat Putinin təbliğatı ilə "zəhərlənən" 50-ə yaxın Rusiya şəhərində nümayiş olunacaq. Bundan başqa, hesabatın 5 min nüxsəsi internet üzərindən həyata keçiriləcək. |
2014-03-15 | 11,693 | Prezidentin qızları Heydər Əliyev Mərkəzində - Foto | Martın 15-də Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, ölkənin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov əminliklə bildirib ki, bu gün təşkil edilən sərgi hər bir iştirakçının ürəyincə olacaq: "Bu gün hamımız birlikdə növbəti gözəl layihənin təqdimatında iştirak edirik. Mən əminəm ki, bu gün təşkil edilən sərgi hər birimizin ürəyincə olacaq. Biz çox sevinirik ki, Heydər Əliyev Mərkəzi artıq Azərbaycanda mədəni tədbirlərin keçirilməsində mərkəzi məkana çevrilib. Birmənalı olaraq söyləmək istəyirəm ki, həm şəhərimizin sakinləri, həm Bakıya gələn qonaqlarımız binanın unikal arxitekturasına heyran olurlar, eyni zamanda burada təşkil edilən tədbirlərdən çox yüksək zövq alırlar". A.Ələkbərovun sözlərinə görə, Heydər Əliyev Mərkəzində keçirilmiş sonuncu "Kosmosa səyahət" sərgisi çoxsaylı ziyarətçilərin gəlməsinə səbəb olmuşdu. Qısa müddətdə 50 minə yaxın insan həmin sərgini ziyarət etmişdi: "Silahların əfsanəsi" sərgisinin hazırlanmasında əməyi olan bütün insanlara, xüsusi olaraq Avstriyanın muzey rəhbərlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Heyər Əliyev Mərkəzinin növbəti layihəsini - "Silahların əfsanəsi" sərgisini çox bəyənəcəksiniz". Sonra çıxış Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç qeyd edib ki, bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib: "Mən çox sevinirəm ki, "Silahların əfsanəsi" sərgisində bizim kolleksiyamızın kiçik bir hissəsini görmək imkanı əldə edəcəksiniz. Bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib. Bayaq qeyd etdiyim kimi, biz bu kolleksiyanın kiçik bir hissəsini görəcəyik, bu sərgidə yüz eksponat təqdim edilir. Əslində muzeydə 42 min eksponat saxlanılır". Onun sözlərinə görə, sərgidə nümayiş olunan eksponatlar Avropanın XVI-XVIII əsrlərinə aid tarixi silah və zirehli geyimləridir ki, bunlardan qitənin şərq və qərb hissələrinin müdafiəsi üçün istifadə olunub: "Bu eksponatlardan Alp dağı arasında olan bir ərazini əhatə edən o zamankı Avstriyanın paytaxtının müdafiəsi məqsədilə istifadə edilib. Bütün bu imperiyada baş verən bir sıra milli hərəkatlarda bu silah və zirehli geyimlərdən çox fəal şəkildə istifadə olunub". V.Muxitçin bildirdiyinə görə, bu, regionda 12 muzeydən biridir ki, məhz bu eksponatların kolleksiyası saxlanılır: "Muzey 1857-ci ildə yaradılıb, ən tarixi, qədim və Mərkəzi Avropada 4,5 milyon eksponatdan ibarət ən böyük muzeylərdən biridir". Muzeyin direktoru çıxışının sonunda sərginin və kolleksiyanın nümayişində onlara dəstək olan Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və işçilərinə, eyni zamanda buna imkan yaradan bütün insanlara öz minnətdarlığını bildirib: "Ümid edirəm ki, bu eksponatlar sizə böyük həzz verəcək". Daha sonra çıxış edən "Silahların əfsanəsi" sərgisinin kuratoru Johannes Ramharler bildirib ki, hazırda elə insanlar var ki, indiyədək keçmişin gözəl günləri ilə yaşayırlar. Bir qrup insanlar da var ki, o möcüzələri, tarixi hadisələri canlandıran proseslərin iştirakçısı olmaq istəyirlər: "Və mən düşünürəm ki, bu gün kolleksiyanı təqdim edəcəyimiz bu sərgidə həmin o möcüzənin kiçik bir hissəsini görmüş ola biləcəksiniz". J.Ramharler qeyd edib ki, müharibədə qalib gəlmək üçün silahlardan başqa, zirehli geyimləri kəşf edən şəxslər də var ki, onlar həmin ölkənin tarixində çox böyük rol oynamışlar: "Burada görəcəyiniz eksponatlar muzeydə hazırlanmış subyektlər deyillər, bunlar real, döyüş zamanı istifadə olunan silahlardır. Və onların vacibliyini bir daha anlamaq lazımdır, çünki məhz onların vasitəsilə ölüm-qalım məsələsi həll olunub. Sərgi kolleksiyasında gördüyünüz eksponatların ikisindən başqa, hər biri orijinal, real silahlardır və düşünürəm ki, siz bu silahlarla tanış olduğunuzda həmin tarixi yaşamaq imkanı əldə edəcəksiniz". Qeyd edək ki, iyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır. Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. "Silahların əfsanəsi"nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər. Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib. (Trend) |
2014-03-15 | 11,694 | Güney Azərbaycanın parlamenti yaradıldı | 15 martda Kopenhagendə son dərəcə diqqətəlayiq bir hadisə baş verib. Bir qrup Güney Azərbaycan aydını bir araya gələrək, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını bəyan ediblər. Kopenhagendən göndərilən məlumatda deyilir: Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin Yaradılması Haqqında Məlumat Bu gün, 15 Mart, 2014-cü ildə Danimarkanın Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycandan olan siyasi mühacir tarixi zərurətdən irəli gələn Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması barədə qərar qəbul edib. Müvəqqəti Mühacir Parlamenti bəyanat və müraciət qəbul edib, o cümlədən Müvəqqəti Mühacir Parlamentinin məsul heyətini seçib. Aşağıdakı şəxslər Məsul Heyətinin üzvləri seçiliblər: Firidun Pərvizniya Mahmudəli Çöhrəqanlı Nurəddin Qərəvi Əhməd Obalı Eldaq Qaradağlı Abdullah Əmirhaşimi Mehmet Müştaq Səməd Fərtaş Səttar Sevgin ("Musavat.com") |
2014-03-15 | 11,696 | Metroda ticarət obyektləri iki həftəyə tam söküləcək | "Bakı Bu Şəhər İcra Hakimiyyətinin bütün strukturları metro keçidlərində ticarət obyektlərinin söküntüsü işinə cəlb olunub". "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib: "Həmin obyektlərin sökülməsi ilə bağlı Bakı şəhəri icra başçısı Hacıbala Abutalıbovun sərəncamı var. Bu işə Bakı şəhəri İcra Hakimiyyətinin bütün icra strukturları cəlb olunub". Onun sözlərinə görə, həmin sərəncama əsasən, martın 28-nə kimi Metropoliten stansiyalarının girişi və çıxışlarında olan bütün obyektlər söküləcək: "Hacıbala Abutalıbovun Bakı Metropolitenində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə görüşündə əldə olunan razılıq ondan ibarətdir ki, həmin sahibkarların işlə təmin olunması və digər ticarət obyektlərinə köçürülməsi dövlət səviyyəsində həll olunacaq. Həmin ticarət mərkəzlərinə "Amay", "Yeni Günəşli"də ticarət mərkəzlərində, "Keçlə bazarı", "Yaşıl bazar", "Şərq bazarı"nda yer ayrılıb. Oraya köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən ödənəcək". Qeyd edək ki, metronun "Nəriman Nərimanov" stansiyasında 185, "Neftçilər" stansiyasında 186, "Koroğlu" stansiyasında 109, "Qara Qarayev" stansiyasında 94, "Əhmədli" stansiyasında 93, "Xalqlar Dostluğu" stansiyasında 96, "İnşaatçılar" stansiyasında isə 88 ticarət obyekti söküləcək. Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib. R. Hacıyev onu da bildirib ki, hazırda metronun "28 May" stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: "Əvvəllər "28 May" stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur". R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: "Çünki onların metro ilə əlaqəsi yoxdur". |
2014-03-15 | 11,697 | Rusiya BMT qətnaməsinə veto qoydu | Rusiya BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən sessiyasında Ukrayna ilə bağlı qətnaməyə veto qoyub. Qurumun 13 üzvü sənədin lehinə səs verib, Çin bitərəf qalıb. Beləliklə, Moskva öz veto hüququndan istifadə edərək qətnamənin təsdiqlənməsini əngəlləyib. Sənəddə bütün tərəflər təcili şəkildə mübahisəli məsələni birbaşa siyasi dialoq əsasında həll yolu axtarışına çağırılır. Qətnamədə həmçinin, "Ukraynanın bazar günü referendumuna icazə vermədiyi, bu referendumun Krımın statusunu dəyişməsi baxımından hansısa əsas yaradacaq gücə malik olmadığı" qeyd edilir. ("Musavat.com") |
2014-03-15 | 11,698 | Hüseyn Dəryanın son şəkilləri - Foto | Bu gün xəstəxanada dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın yeni görüntüləri yayılıb. Ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Hüseyn Dəryanın xəstəxanada çəkilən son fotolarını sizə təqdim edirik. (ANS) |
2014-03-15 | 11,699 | “Rabitə” voleybolçuları ruslara uduzdu | Bu gün "Baku Crystal Hall"da "Rabitə" və "Dinamo" voleybol komandaları qarşılaşıb. "Axar.az" xəbər verir ki, Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nın ikinci oyunu başlayıb. "Rabitə" voleybolçuları "Dinamo"ya uduzub. Beləliklə, "Dördlər finalı"nın ikinci oyununda Bakının "Rabitə" klubu məyus olub. 0-3. Xatırladaq ki, "Dördlər finalı"nın 1-ci oyununda Türkiyənin iki klubu qarşılaşıb. "Vakıfbank" "Eczaçıbaşı" voleybolçularını 3:1 hesabı ilə məğlub edərək "Dördlər finalı"nın həlledici mərhələsinə yüksəlib. |
2014-03-15 | 11,700 | Misirdə bir neçə əsgər namaz qılarkən öldürüldü | Misirin paytaxtı Qahirə yaxınlığında təhlükəsizlik orqanlarından birinə silahlı hücum olub. "Axar.az" xəbər verir ki, hücum zamanı namaz üstündə olan bir neçə əsgər öldürülüb. Ordu polkovniki Əhməd Məhəmməd Əli açıqlamasında, əsgərlərin namaz qıldıqları üçün özlərini müdafiə etməyə fürsət tapmadıqlarını bildirib. Silahlı hücumun təşkilində "Müsəlman Qardaşları" təşkilatı günahlandırılır. Belə ki, sabiq prezident Məhəmməd Mursi həbs ediləndən qeyd etdiyimiz təşkilat təhlükəsizlik orqanlarına mütəmadi olaraq silahlı hücumlar təşkil edir. |
2014-03-15 | 11,701 | Məşhur milyarder öldü – Sui-qəsd | Tanınmış milyarder dünən gecə helikopter qəzası nəticəsində həyatını itirib. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, doktor Edvard Hauqey olaraq tanınan Şimali İrlandiyanın ən zəngin iş adamı Lord Balyedmond dünən gecə helikopter qəzası nəticəsində həyatını itirib. Nortfolk yaxınlığında baş verən qəzanın yaranan qatı duman üzündən baş verdiyi ehtimal edilir. Hadisədən dərhal sonra bölgəyə çox sayda təcili tibbi yardım heyəti göndərilib. Nortfolk polisi qəza nəticəsində dörd nəfərin öldüyünü bildirib. İngiltərə ərazisində baş verən qəzaya səbəb kimi müxtəlif versiyalar göstərilsə də, ictimaiyyət tərəfindən məşhur irlandiyalı işadamının öldürüldüyü iddia edilib. |
2014-03-15 | 11,702 | İtən təyyarə Pakistana qaçırılıb - İddia/Foto | İtən Malaziya təyyarəsinin harada ola biləcəyi ilə bağlı daha bir şok iddia irəli sürülüb. "Axar.az" xəbər verir ki, avstraliyalı media imperatoru hesab edilən Rupert Murdok Tvitter hesabında mediada mübahisə yaradacaq iddia ortaya atıb. Murdok 8 martda Kuala-Lumpurdan Pekinə yola düşən "Boinq 777" tipli sərnişin təyyarəsinin dənizə düşmədiyini və qaçırıldığını bildirib. O Tvitter hesabında təyyarənin Bin Laden kimi Pakistanın şimalında gizlədildiyini yazıb. Murdokun bu tviti pakistanlı Tvitter istifadəçilərinin narazılığına səbəb olub. Qeyd edək ki, avstraliyalı Murdokun sahib olduğu Amerika televiziyası "Fox News"da xəbərlər proqramında təyyarənin Pakistanda olub-olmadığını sorğulamışdı və bu məsələ media orqanlarında mübahisə yaratmışdı. |
2014-03-15 | 11,703 | Nurçuların masonlar bənzərində təşkilatlanması – Video | Nurçular müxtəlif təbəqələrə bölünərək təşkilatlanırlar. Onlar rəhbərdən ən son üzvə qədər bir-birindən xəbərsiz şəkildə sıralanırlar. Alınan bütün məlumatlar tam sirli şəkildə ən yuxarıya qədər çatdırılır. Yəni içəri sızan hər hansı şəxs bir qatı tutduqda digər qatdakı liderlərdən xəbərsiz olacaq. "Axar.az" Fətullah Gülən "camaatı"nın təşkilatlanması və liderlərinin əsas idarələri ələ keçirməklə bağlı etdiyi çıxışların videosunu təqdim edir. |
2014-03-15 | 11,704 | Rusiya desantı Krımda qazpaylayıcı stansiyanı ələ keçirdi | Krımın Qeniçeski rayonunun Strelkovoye kəndi yaxınlığında "Arabatski strelka" adlanan əraziyə helikopterlərdən enən və üzərində fərqləndirici nişanları olmayan 50-dək silahlı desant yerli qazpaylayıcı stansiyanın ərazisində mövqe qurub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hərbçilər silah-sursat və digər döyüş ləvazimatları ilə tam təchiz olunub. Onların Rusiya hərbçiləri olduğu ehtimal olunur, belə ki, silahlı qrup üzərində Rusiyaya məxsus fərqləndirici nişanları olan helikopterlərdən əraziyə enib. Məlumata görə, qazpaylayıcı stansiyanı ələ keçirməzdən əvvəl Rusiya hərbçiləri Strelkovoye kəndi yaxınlığındakı magistral yolda avtomobilləri saxlayaraq baxış keçiriblər. Hüquq-mühafizə orqanlarından qazpaylayıcı stansiyanın silahlı qrup tərəfindən zəbt olunduğunu təsdiqləyiblər. Desant endiyi ərazinin üzərində helikopterlər uçmaqda davam edir. Helikopterlərin üzərində böyük qırmızı ulduz nişanlarının olduğu bildirilir. Bundan başqa, Sçastlivsevo yaşayış məntəqəsinin yaxınlığında dənizdə yerləşən "Çernomornefteqaz"a məxsus qaz buruğunun da Rusiya hərbçiləri tərəfindən nəzarətə götürüldüyü bildirilir. |
2014-03-15 | 11,705 | Kəmaləddin Heydərov Həsən Ruhani ilə görüşdü - Foto | İran öz qonşu ölkələri, xüsusən də Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran və Azərbaycan iki dost, qardaş və qonşu ölkədir, biz hər iki ölkənin xalqı və dövlətinə layiq əlaqələrin qurulmasını istəyirik. Bunu İran Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşündə deyib. H.Ruhani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin səviyyəsi qənaətbəxşdir, lakin əlaqələrin daha da inkişafı üçün böyük potensial mövcuddur. Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi mesajını İran Prezidentinə təqdim edib: "Sizin və Azərbaycanın möhtərəm Prezidentinin ölkələrimiz arasında əlaqələrin inkişafına olan diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq". K.Heydərov deyib ki, İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə etməyə qərarlıdır. Qeyd edək ki, İranın İRNA agentliyinin məlumatına görə, Kəmaləddin Heydərov bu gün həmçinin İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub. İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi qanunların hər iki ölkədə uyğunlaşması məqsədi ilə yenidən baxılmasını təklif edib. M.Kərbasiyan həmçinin İran vətəndaşlarına vizaların alınmasında yaranan problemləri əlaqələrin inkişafına mane olan səbəblərdən biri olduğunu deyib. Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan məhsulların İrana ixracatında gömrük rüsumlarının azaldılmasını istədiyini dilə gətirib (Trend). |
2014-03-15 | 11,706 | Sevastopolda deputat qaçırıldı | Sevastopolda naməlum şəxslər tərəfindən "Ruskiy blok" partiyasının lideri, deputat Qennadi Basov qaçırılıb. Məlumata görə, deputat bu gün səhər saatlarında qaçırılıb. Şəhər polis idarəsində Qennadi Basovun qaçırılması ilə bağlı cinayət işi açılıb və deputatın tapılması üzrə axtarış tədbirlərinə başlanılıb. Qeyd edək ki, "Ruskiy blok" partiyasının əsası 2002-ci ildə qoyulub. Sözügedən partiya Krım Muxtar Respublikasında rusdilli əhalinin hüquqlarını qorumaq məqsədilə yaradılıb. "Ruskiy blok" 2012-ci ildə partiya kimi Ukrayna Ali Radasından keçə bilməsə də, Qennadi Basov Sevastopol şəhər şurasının deputatı seçilmişdi (ANS). |
2014-03-15 | 11,707 | Vanqa: “Azərbaycan 30 ildən sonra qələbə qazanacaq” – Şok öngörü/Video | Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər Ukrayna ətrafında baş verən hadisələrdən sonra yenidən gündəmə gəlib. "Axar.az" olaraq Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları sırasında Azərbaycanla bağlı olan əlbəttə ki, diqqətimizi çəkməyə bilməz. Məşhur öncəgörən Azərbaycan haqqında proqnozunu 30 may 1993-cü ildə verib. Videoda Azərbaycan jurnalistlərinə deyilən sözlərin sonradan unudulduğu qeyd edilib: "Siz elə bir ölkədən gəlmisiniz ki, orada çoxlu qan var. Çoxlu ağlayan uşaqları görürəm. Geri çəkilin. Siz tale tərəfindən özünüzə aid olmayan şeylə vuruşursunuz. Siz uduzacaqsınız. Lakin bu hələ başlanğıcdır. Qızıl görürəm, hansı ki, sizin üçün xoşbəxtlik gətirmir. Əli qandalda olan yüzlərlə insan. Onlar daha 30 il dözəcəklər, amma təslim olmayacaqlar. Onların sonralar öz torpaqlarının sahibi olmağını görürəm. Onları zəncirlərə bağlayan şey əsrlərlə itəcək. Xeyir qələbə qazanacaq və insanlar xoşbəxt yaşayacaqlar". Beləliklə, Vanqanın proqnozları ilə bağlı 4-cü verilişi təqdim edirik. |
2014-03-15 | 11,708 | Qazaxda “qan yağıb“ - Video | Qazax rayonunun Qarapapaq kəndində 66 nömrəli evin həyətinə səhər saatlarında "qan yağıb". Kənd sakini Cəmilə Namazova bildirib ki, səhər saat 11 radələrində qəfil yağan qan onların narahatçılığına səbəb olub. Qonşularla söhbət zamanı məlum olub ki, "qan yağışı" yalnız onların həyətinə düşüb. Ev sahibinin bildirdiyinə görə, hadisə baş verməzdən 10 dəqiqə əvvəl yaxın qohumları olan seyid övladı onlara gəlib və bu zaman "qan yağıb". Sakinlərin fikrincə, bu hadisəyə səbəb həmin ailədə baş verən söz söhbətlər və ailə münaqişəsi olub. Belə ki, həmin şəxsin seyid olan atası bir həftə əvvəl dünyasını dəyişib. Qanın yağması onun ruhunun narahat olması ilə əlaqələndirilir. Kənd sakinlari bu hadisəni Allahin möcüzəsi adlandırıblar. (ANS) |
2014-03-15 | 11,709 | Qaxda yol terroru: piyada öldü | Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Tasmalı kəndi yaxınlığında baş verib. Məlumata görə, 10 ZR 558 dövlət nömrə nişanlı Tayota Prado markalı maşın Qaxdan Zaqatala rayonu istiqamətinə hərəkətdə olarkən şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşında qadını vurub. "Prado"nun sürücüsü xəsarət alan qadını Zaqatala rayon mərkəzi xəstəxanasına apararkən qadın yolda keçinib. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. |
2014-03-15 | 11,710 | Gənclərin əyləncəsi faciəyə çevrildi - Foto | Avtomobildə oturub mahnı oxuyan gənclər diqqətsizlikdən avtomobili yandırdı. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, gənclər arxa kresloda oturan dostlarının qurbanı olub. Əlindəki kağızı yandırıb avtomobilin tavanına tutan gənc salonu bir göz qırpımında yandırıb. Ön kresloda oturan iki gəncsə yanğından güclü xəsarət alıblar. Ancaq ölümdən xilas olublar. |
2014-03-16 | 11,711 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, Havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında Martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir. |
2014-03-16 | 11,712 | Görün, yəhudi nə edərkən tutuldu... – Video | Fələstində, Qərbi Şəriyədəki işğal altında olan Əl-Xəlil şəhərində bir yəhudi vətəndaşı fələstinli Şadi Sidrin evinə nərdivan söykəyərək dama çıxmağa çalışıb. Məqsədi yuxarı çıxıb, evin damından asılan Fələstin bayrağını endirmək olub. "Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, yəhudi tikanlı məftillə əhatə edilən dama dırmaşandan sonra fələstinli ev sahibi ilə qarşılaşıb. Fələstinli Sidr cinayət başında tutduğu yəhudini kameraya çəkib. Özünü heç nə olmamış kimi aparan yəhudi belə deyib: "Bura bizim torpağımızdır, bu ev, bu ölkəyə aid hər şey mənimdir". Daha sonra əraziyə çağırılan İsrail əsgərləri adamı evin damından endiriblər. Fələstinli Sidr çəkdiyi videonu insan haqları təşkilatı "B`t`Sələm"ə göndərib. Təşkilat yayımladığı hesabatda İsrail əsgərlərini bir evə girməyə çalışarkən tutduğu halda yəhudini sərbəst buraxmaqda günahlandırıb. |
2014-03-16 | 11,713 | Putinin yalanının üstü açıldı - Video | Ukrayna vətəndaşı Andrey Senko Rusiyanın dövlət başçısı Vladimir Putinin 2004-cü ildə ona bağışladığı prezident saatını indi geri qaytarır. Məlumata görə, 2004-cü ildə Vladimir Putin Ukraynanın faşist Almaniyasından azad edilməsinin 66-cı ildönümü mərasimində iştirak etmək üçün Kiyevə gəlir. Mətbuat konfransı keçirir, Ukrayna vətəndaşlarının suallarını cavablandırır. Andrey Senkonun insanların arzusu ilə bağlı verdiyi sual Putinin xoşuna gəlir və ona prezident saatını bağışlayır. Putin 7 yaşlı uşağın sualına belə cavab vermişdi: "Bir arzum var, hər kəs sülh içində yaşasın". Bu gün Andrey Senko Putini yalançı adlandırır. O, deyir ki, Putin o vaxt "hər kəs sülh içində yaşasın" deməklə yalan danışıb. "Bu gün Putin Ukraynanı müharibə ilə hədələyir. O, bizim sülh içində yaşamağımızı istəmir. Putin yalançıdır. Ona görə də onun mənə hədiyyə etdiyi prezident saatını geri qaytarıram", deyə Andrey Senko bildirib (ANS). |
2014-03-16 | 11,714 | Müridi: “Nurçular Güləni Həzrəti İsa sayır” – Video | Fətullah Gülənin haqqında ağız dolu danışdığı, 20 il əvvəl tələbəsi olmuş Münip Ərdəm adlı imam ustadı barədə əks bir fikirlə gündəmə gəlib. "Axar.az" xəbər verir ki, Gülən-Ərdoğan davasında səflərini müəyyənləşdirən və təbliğat mexanizminə qoşulanlardan biri olaraq Münip Ərdəm deyib: "Fətullah Gülən barədə 20 il bir sirri saxladım, fitnəyə səbəb olmamaq üçün heç kimə demədim. Fətullah Gülən barədə müsbət fikirdə olmuşam, amma indi tam əks düşüncədəyəm. Xoca əfəndini tələbələri İsa peyğəmbər kimi bilir və bunu uzun müddət öz aralarında sirr olaraq saxlayırdılar. Bir dəfə Fətullah Güləndən soruşdum ki, siz İsa peyğəmbərsiniz? Xocanın üzü qıpqırmızı oldu. Heç bir əsası olmayan fikirlər səsləndirdi, amma "İsa deyiləm" demədi". |
2014-03-16 | 11,715 | Yadplanetlilər haqqında 5 təsbit - Foto | Başqa planetlərdən Yer kürəsini ziyarət edən yadplanetlilər haqqında artıq qəti fikrə gəlməyin bəlkə də vaxtı çatıb. Bəzən yadplanetlilər haqqında danışanda, ya da onların araşdırılmasının vacibliyini vurğulayanda düşünürsən ki, məgər Yer kürəsinin problemləri bitdi ki, indi də UFO-larla maraqlanaq?! Amma fakt odur ki, biz nə qədər onları uzaq tutmağa çalışsaq da, yadplanetlilər bizim həyatımızda vardırlar və bunu sübut edən faktları aydınlaşdırmaq hamı üçün də maraqlıdır. UFO-lar haqqında müxtəlif filmlər çəkilsə də, sənədli araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası haqqında dəqiq fikir deyən yoxdur. Qısası, UFO-ların arxasında gizlənən sirlərə çatmaq, baş verənlərə aydınlıq gətirmək üçün əlimizdə kifayət qədər bilgilər varmı? Gümüşü boşqablar, gecə qaranlığında işıq saçan kürələri görmək belə onlar haqqında qəti fikir söyləməyimizə hələ də əsas vermir. Bəlkə də dövlət sirri kimi saxlanılan bəzi məlumatlar var? Məsələn, 1980-ci ildə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrə gümüşü boşqabların izləməsi və onları vurub yerə endirilməsi haqqında əmr verildiyi haqqında söz-söhbət gəzdi, amma bunun sonu haqqında heç bir məlumat yoxdur. Hər şeyə rəğmən maraq doğuran UFO-lar haqqında bir çox fərziyyə və fikirlər var ki, konkret olaraq təqdim edirik. 1. Yadplanetlilər adlandırdığımız başqa cür canlılar bəlkə də elə bizimlə eyni planeti paylaşır, ancaq onlar paralel dünyadan gəlir və orda zaman fərqlidr. Özlərini gizlətmələrinin səbəbi də bizim paralel dünyalararası keçiş texnikasını öyrənməməzi istəməmələridir. Onların Yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın taleyindən narahat olması ilə bağlı ola bilər. Bu fikir İsaaq Asimovun "Tanrılar - altın kitablar" əsərində əsas xətt kimi götürülür. 2. İkinci bir versiya… UFO-ların və içindəki varlıqların gələcəkdəki bizlər olduğumuzdur. Yəni onlar gələcəyin zaman yolçuluğunu çözümləyən gələcəyin insanlarıdır. Eynən bizim heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da bizlərdən bəzilərini aparıb üzərində təcrübə aparır, sonra onları işarətləyərək nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının səbəbi də tarixi dəyişib ona təsir göstərmək istəməmələridir. Çünki biz onların keçmişiyik. 3. Dünya xaricindən, başqa bir ulduz sistemindən gələnlər ola bilər. Fəqət o zaman da inanılmaz bir sualla üzbəüz qalırıq. Bu da kainatda yolçuluq edə bilmənin imkansızlığıdır. Biz elə bir sınırsız kainatdayıq ki, nəzəri və praktik olaraq ən sürətli texniki vasitələrlə bir yerdən başqa bir yerə getmək mümkün deyil. Ən yaxın Veqa ulduzuna getmək bizim səkkiz ilimizi ala bilər. Ümid ancaq xəyal gücünə qalır, bu da onların işıq sürətinə malik olan texnikaya sahib olmasıdır. Bu haqda ufoloqlar daha çəsarətlidir və "niyə də olmasın?" deyə bunun mümkünlüyü üzərində dayanırlar. 4. Psixologiyanın təməl adlarından olan Yunqun düşüncəsinə görə, UFO-lar bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim təhtəlşüurumuzun məhsuludur, yaşananlar da insanların yaratdığı düşüncə formalarıdır. Məsələn, David Aleksandr adlı franzıq səyyah 14 illik Tibet xatirələrində düşüncənin gücü ilə dönüşən rahiblərdən uzun-uzadı danışıb. Bir başqa fikirə görəsə UFO-lar insanların sosial baxışlarının və sürəkli pisə gedən dünyada sanki qurtarıcı varlıqlar kimi yaradılan düşünənin məhsullarıdır. Bura insanların qorxu və ümidləri də daxildir. Amma müəyyən vaxtlarda radarlarda görüntülənən UFO-lar bu düşüncəni o qədər də inadırıcı etmir. 5. Və nəhayət son ehtimal… Təbiət bizimlə oyun oynayır. Yəni UFO-lar atmosferin hələ öyrənə bilmədiyimiz özəlliklədir. Məsələn, zəlzələ bölgələrində işıq plazmalarının yarandığı bilinir və onlar doğurdan da müəyyən şeyləri əks etdirir. |
2014-03-16 | 11,716 | Samanyolu televiziyasına qadağa qoyuldu | Türkiyə Radio və Televiziya ali qurumu Samanyolu kanalında yayımlanan 7 proqramın 20 buraxılış dayandırılmasına qərar verib. "Axar.az" xəbər verir ki, Samanyolu televiziyası bununla tarixinin ən ağır cəzasını alıb. Qeyd edək ki, bundan əvvəl ən ağır cəza Cem televiziyasına verilmişdi. Belə ki, kanalın 9 proqramının yayımı dayandırılmışdı. |
2014-03-16 | 11,717 | Qadın vəkilin geyimi qalmaqal yaratdı - Foto | Rumıniyada millət vəkili Katalina Stefaneskunun parlamentə geyindiyi paltarlar ölkədə mübahisə mövzusuna çevrilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Rumıniyada koalisiya ortağı İctimai Demokrat Partiyasının üzvü (PSD) vəkil Katalina Stefanesku geyim tərzi ilə mətbuatda ciddi dartışmalara səbəb olub. 26 yaşlı Stefaneskunun əvvəllər tünd rəngli paltarlar geydiyi, ancaq son vaxtlarda "daha açıq" geyinməyə başladığı söylənib. PSD Baş katibi Liviu Draqneanın katibəsi kimi tanınan Stefaneskunun bir müddət əvvəl geydiyi mini ətək vəkillər arasında da müzakirəyə səbəb olub. |
2014-03-16 | 11,718 | Yetmiş milyon illik dinozavr tapıldı - Foto | Kanadanın şimal bölgəsi Yukon ilə Alyaska sərhədində aparılan elmi araşdırmada yeni bir dinozavr növünün qalığı tapılıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, dinozavrın "Nanuqsaurus Hoqlund" növündə olduğu açıqlanıb. Texasdakı Perot Təbiəti və Elm Muzeyi mütəxəssisi Toni Fiorillo qalığın kəllə və çənə parçalarından ibarət olduğunu bildirib. Fiorillo qalığın Mezozoy dövrünün sonlarında yaşadığını, bu dövrün də Şimal Qütbünün digər bölgələrə nisbətən daha isti və otlaq olduğunu xatırladıb. Qrupun araşdırması "Plos bir" adlı elm jurnalında çap olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.