date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-13 | 11,509 | FHN-in əməkdaşları qəzaya uğradı | Bu gün saat 17 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, hadsə Şəki giriş yolunun 6-cı kilometrliyində, Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Ağammədzadə Rövşən Fuad oğlu idarə etdiyi "55-BO-456" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə şəhərdən çıxış istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı çuxura aşırıb. Nəticədə sürücü və onun sərnişini - Şəki sakini İsmayılov Samir Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir. Qeyd edək ki, hadisə zamanı xəsarət alan şəxslərin hər ikisi Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarıdır. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq (Kanal S). |
2014-03-13 | 11,510 | İlham Əliyev rusiyalı qubernatoru qəbul etdi - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Rusiya Federasiyasının Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev dedi: "Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur". O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırladı. Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Sverdlovsk vilayətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasında yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi. |
2014-03-13 | 11,511 | Bakıda “Professor” ləqəbli kriminal avtoritet həbs edildi | Bakıda "Professor" ləqəbli kriminal avtoritet həbs edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, əvvəllər 6 dəfə məhkum olunmuş, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizami Həsənovdan 570 qram tiryək götürülüb. N. Həsənovun kirayədə yaşadığı Xətai prospektindəki mənzilindən isə daha 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb. Polisdən həmçinin bildirilib ki, N. Həsənov kriminal aləmlə yaxınlığı olan şəxslərdəndir. O, 25 il həbs həyatı yaşayıb və kriminal aləmdə "Professor" ləqəbi ilə tanınır. N. Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
2014-03-13 | 11,512 | NTV müxbirinə canlı yayımda yumruq atıldı - Video | Türkiyənin NTV kanalının müxbirinə canlı yayımda yumruq atılıb. "Axar.az" xəbər verir ki, NTV müxbiri həyatını itirən Burak Can Qaramanoğlunun atasının sözlərini deyərkən üzü görülməyən şəxslər tərəfindən təcavüzə uğrayıb. Gəzi parkı hadisələri zamanı həyatını itirən Burak Can bu gün torpağa tapşırılıb. Burak Canın cənazə mərasimini canlı yayımlayan NTV müxbirinə canlı yayımda yumruq atıldıqdan sonra kanal reklama bağlanıb. |
2014-03-13 | 11,513 | Ərdoğanın montaj olmayan yeni səs yazısı yayıldı - Video | "Ərdoğanın montaj olmadığı sübut olunan yeni səs yazısı yayılıb". Bu sözləri Gülən-Ərdoğan davasında AKP tərəfdarı kimi çıxış edən Türkiyənin "Yeni Akit" qəzeti yazıb. "Axar.az" xəbər verir ki, əslində səs yazısında Ərdoğan Quranın 3-cü - "Ali-İmran" (İmran ailəsi) surəsini səsləndirir. Səs yazısının videosunu təqdim edirik: ) |
2014-03-13 | 11,514 | Mişel Obamanı kukla təəccübləndirdi – Video | Mişel Obaman "Muppets most wanted" filminin təqdimat mərasimində iştirak edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımı Mişel Obamanın iştirakı ilə "Muppets most wanted" (Ən çox axtarılan Muppets) filminin Ağ Evdə təqdimat mərasimi olub. Gecəyə damğa vuran hadisə isə Mişel Obamanın və ABŞ-ın Ali Baş Qərargah rəisi Martin Dempseyin nitq söylədiyi zaman kürsüyə çıxan qurbağa "Kermit" kuklası olub. Daha ətraflı videoda: ) |
2014-03-13 | 11,515 | Krım böhranı Putinin işinə yaradı | Rusiyanın Krıma hərbi ordu yeritməsi Putinin işinə yarayıb. "Axar.az" xəbər verir ki, son hadisələr Rusiyada Putinin nüfuzunun xeyli artmasına səbəb olub. Araşdırmalara görə, bu gün ölkə ərazisində seçkilərin keçiriləcəyi halda Putin səslərin 53%-ni götürəcək. Soçi Qış Olimpiya oyunlarının da uğurla başa çatması Putinin nüfuzuna müsbət mənada təsir edib. Qeyd edək ki, Rusiya milli komandası Soçi Olimpiadalarında 13-ü qızıl olmaqla, cəmi 33 medal ilə birinci olmuşdu. |
2014-03-13 | 11,516 | Bakıda əsir olan ermənilərin ailələri sevindi | Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri bu gün Azərbaycanda əsir olan Ermənistan sakinləri Akop İnciqulyanın və Arsen Xocoyanın qohumlarına onların məktublarını çatdırıblar. Bir neçə gün qabaq Azərbaycan sərhədini keçmiş 23 yaşlı Arsen Xocoyanın anası Svetlana bildirib: "Biz bir az öncə Arsendən məktub aldıq. O yazır ki, bizi sevir və çox darıxıb". Akop İnciqulyanın qardaşı Arutyun İnciqulyan isə qardaşından elə indilərdə məktub aldığını deyir: "O yazıb ki, biz bir qədər dözsək, hər şey yaxşı olacaq". Ermənistan ordusunun əsgəri, 1991-cu ildə doğulmuş Akop İnciqulyan 2013-cü ilin avqust ayında Qarabağ tərəfdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini azaraq keçib və əsir düşüb. Ermənistanın Tavuş vilayətinin (keçmiş Berd rayonunun) Verin Karmiraxbür kəndinin sakini, 23 yaşlı Arsen Xocayan isə Azərbaycan ərazisinə bu ilin mart ayında keçib. (ANS) |
2014-03-13 | 11,517 | Qazi: “Əlimi salıb ürəyini çıxartdım” – 16+ | Onu Əli dayı çağırırlar. Müharibə veteranıdır. Özü də qanlı-qadalı günlər yaşayıb. Müharibənin bütün dəhşətlərini öz gözləri ilə görüb. Qarabağ Həqiqətlərini Dünyaya Tanıtma İctimai Birliyinin sədridir. Əlövsət Qasımov əslən Qərbi Azərbaycandandır. 1988-ci ildən erməni vandalizminin nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüblər. Tərtər rayonunda məskunlaşıblar. Bir müddət Tərtər rayon Mədəniyyət evinin müdiri işləyib... Könüllülərdən ibarət batalyon Söhbətimiz zamanı keçmiş döyüşçü Əli dayı o günləri belə xatırlayır: - Mədəniyyət evinin müdiri işlədiyim bir ildə hər gün güllə-boranın, odun-alovun içində olurduq. Müharibə artıq başlayırdı. Erməni quldurları Qarabağa iddialarını ortaya qoymuşdu. Mən Mədəniyyət evinin direktoru kimi, kresloda oturmağı özümə ar bildim. Artıq döyüşmək, düşmənə özümüzü göstərməyin vaxtı çatmışdı. Bizim Mədəniyyət evində 52 nəfərdən ibarət olan dərzilik kursumuz vardı. Hamı bir nəfər kimi hərbi biletini götürüb komissarlığa getdik. Qeydiyyata düşüb vuruşmaq istəyirdik. Lakin bizi geri qaytardılar. "Burda dövlət var, biz sizi öz başına qeydiyyata sala bilmərik. Nə vaxt ölkə rəhbərliyi səfərbərlik elan edər, onda çağırış göndərərik", - dedilər. Könüllülərdən ibarət batalyona yazıldıq. Vəziyyət çox pis idi, insanlar demək olar ki, odun-alovun içində yaşayırdı. Bir az da başıpozuqluq var idi, hər kəs də ürək edib döyüşə getmirdi. Xoşqədəmin zibilxanalardan tapıb gətirdiyi... Əlbəttə ki, o zamanlar qaçanlar da oldu. İndi Xoşqədəmin Rusiyanın zibilxanalarından tapıb gətirdiyi adamların əksəriyyəti həmən o qaçanlardı... Bizim köməyimizdən imtina edirdilər - Əli dayı, özünümüdafiə batalyonu yarandıqdan sonra bir başa döyüşlərə atıldız? - Hə, könüllülər olaraq başladıq döyüşlərdə iştirak etməyə. Daha çox Ağdam, Goranboy istiqamətində gedən döyüşlərdə olmuşam. Biz təkcə bu bölgələrdə yox, digər ərazilərdə də, döyüşlərdə olurduq. Naxçıvanın Sədərək rayonuna, Laçına kömək üçün getmişik. Amma onlar bizim köməyimizdən imtina edirdilər, "bizim özümüz öz torpağımızı qoruyarıq, sadəcə, bizə silah versinlər", - deyirdilər. O camaatı da qınamırdıq, biz o yerlərə bələd deyildik, nahaq yerə qırılmağımızı istəmirdilər. Hər kəs öz elini, obasını, kəndini qorumaq istəyirdi. Bunun üçün isə kömək, silahla təmin olunmaq olardı ki, bu da olmurdu. İndiki gənclərdə bu vətənpərliyi görmürəm - Əhali düşmənə qarşı necə birləşirdi? - İnsanlarda çox yüksək vətənpərvərlik ruhu var idi. Mən indiki gənclərdə bu vətənpərliyi görmürəm. Bu gün durub desəm ki, gedək müharibəyə, inanmıram o zamankı coşqunu görə biləm. Əslində, biz vətənpərvər xalqıq. Sadəcə, indiki dövrdə bunun maarifləndirilməsi yox dərəcəsindədir. Televizora baxırsan, bu istiqamətdə heç nə yoxdur. Şou proqramlarla demək olar ki, insanlarda vətənpərvərlik ruhunu öldürüblər. Ümumiyyətlə, vətənpərvərlik gendə olur, şüurda formalaşır. Müharibəni kinolarda görən gənclərimiz Qarabağa getdik, vuruşduq, şəhid olduq. Bəzən deyirlər ki, biz torpaqlarımızın 20%-ni itirmişik, amma belə deyil. Biz əslində torpaqlarımızın 80%-ni erməni-rus ordusundan qoruyub saxlamışıq, azad etmişik. Müharibəni kinolarda görən gənclərimizi küçədən tutub müharibəyə göndərirdilər. Heç bir təlim, hazırlıq görmədən odun-alovun içinə atırdılar. Gülə-gülə gedirdilər, anlamırdılar ki, qəfil açılacaq bir güllə ilə bütün sevdiklərindən ayrı düşəcəklər. Etiraf edək ki, küçədən yığılan həmin uşaqlar ermənilərin etdikləri vəhşilikləri gördükdən sonra, çoxları qorxub qaçırdı. Təcrübəsizlikdən, döyüş taktikasını bilmədiklərindən həlak olanların da sayı çox olurdu... Oğlan uşaqların qasığına barıt töküb yandırırdılar - Erməni vəhşiliyinin çox şahidi olmusuz?.. - Mən könüllülərdən ibarət dəstədə vuruşmuşam, bizdə itki az olurdu. Amma o vəhşiliklərin sonucu olan cəsədləri çox görmüşəm. Müharibə artıq mənə qorxulu gəlmirdi, elə bil ki, alışmışdım. Arxa cəbhəyə keçəndə anaların, baciların necə öz yaxınlarını axtardıqlarını görürdüm. Dözmək olmurdu. Ermənilər etdikləri işgəncəli qətllərlə, cəsədlərin başına açdıqları oyunlarla gənc əsgərlərimizi qorxudurdular. Onlar adamı dəhşətə gətirən üsullardan istifadə edirdilər. Oğlan uşaqların qasığına barıt töküb yandırırdılar. Ratsiya ilə bizimkilərə: "Eşidin, sünnəti belə edirlər, siz düz etmirsiz", - deyirdilər. Kaş bizə əvvəldən düşməni tanıdaydılar Dünyada belə vəhşilik heç yerdə görünməyib. Onlar insanların dodaqlarını, cinsiyyət orqanların kəsir, əllərinin içindən taxtaya mismarlayırdıar. Həmişə fikirləşirəm ki, ermənilərə hansı adı yaraşdırmaq, onlara nə ad qoymaq olar? Bir dəfə "vandalizm" dedim, amma yox, vandalizm də onların hərəkətlərinin yanında heç nədir. Erməni əsgərləri türk cəsədlərinin cinsiyyət orqanını kəsib komandirə aparmaqla neçə nəfər azərbaycanlı öldürdüklərini sübut edirdilər. Onlar belə bir əxlaqsızlıqla, şərəfsizliklə məşğul olublar. Kaş bizə əvvəldən, ermənilərin tarixən başımıza bu müsibətləri açdıqlarını deyərdilər. Uşaq vaxtlarımızdan düşmənimizi bizə tanıdaydılar. Bizə ermənilərin namərdliyi haqqında heç kəs heç nə demədi, qardaşlıqdan, kirvəlikdən danışıb beynimizi doldurdular... Ermənilər cəsədlərini aparmırdı - Erməni dilini bilirsiz, bunun sizə döyüşdə köməyi dəyirdimi? -Erməni dilini bilirdim, bunun sayəsində çox işlər gördüm. Məsələn, ermənilər döyüş sahəsində qalan cəsədlərini aparmaq istəmirdilər. Ermənilərdən bu haqda soruşduqda dedilər ki, bunu məqsədli şəkildə edirik. Hər cəsədi aparsaq, bizim dənizdən dənizə böyük Ermənistan yaratmaq istəyimizi gerçəkləşdirmək olmaz, deyirdilər. O zaman arxa cəbhədəkilər qorxar, döyüşə gəlməzlər. Biz tərəfdə olan erməni əsgərlərini basdırıdıq ki, xəstəliklər yaranmasın. Amma onlar bizim cəsədlərin başına yüz oyun açırdılar. Getdim Heydər Əliyevin yanına - Ən yadda qalan döyüş əməliyyatınız hansı olub? - Döyüşdəki günlərimin heç birini unutmamışam. Çox olub əməliyyatlarımız. 1991-ci il mayın 6-da Marquşuvana hücuma keçdik. Ermənilərin 4 km ərazisi olan bağ evləri vardı. Marquşevandakı ermənilərə köməyə gedəndə həmin bağ evi sahibsiz qalmışdı. Onlar bu evdə silah-sursat saxlayırdılar. Mən, Canpolad, Əlövsət adlı daha bir oğlan həmin silah anbarını yandırdıq. Elə həmən il getdim Heydər Əliyevin yanına. Ona bu haqda məlumat verdim. Mənə məsləhət verdi ki, şəhidləri öz yaxınları ilə qovuşdur. Mən ona Tərtərdəki elektromexanika zavodu haqqında danışdım. Bu zavodun ermənilərin əlinə keçməsi Gəncənin, Mingəçevirin də təhlükədə olacağı demək idi. Bu zavodun istehsal istiqamətini dəyişdilər, pulemyotlar buraxmağa başladılar. Bunun sayəsində biz ermənilərə qarşı dayana bildik. Tərtər, Goranboy camaatını yerlərində olması bizə dayaq olurdu. Qaçmaq istəyənlər dönüb arxasında hamilə qadını, azyaşlı uşağı, ahılı, ağbirçəyi görəndə fikrindən daşınırdı. Çox insanlar danışırlar ki, Qarabağda filan işi görmüşəm, filankəsin cəsədini çıxartmışam. Amma bu, həqiqət deyil, təsəvvür edin ki, insan cəsədi necə tək daşıya bilər! İnsan cəsədi ağır olur, zindan kimi, onu heç kim tək daşıya bilməz. Gərək başqasının əməyini heç kəs öz adına çıxmasın... Hamilə qadına işgəncə Bir hadisə heç vaxt yadımdan çıxmır. Əsir düşmüş astaralı əsgərimizi ermənilərdən geri almışdıq. Onu Bakıya gətirirdilər. Fürsətdən istifadə etdim. Soruşdum ki, orada nə qədər əsir var? Dedi ki, kişilər və qadınlar ayrı saxlanılır. Əsirlikdə olan 25 yaşında bir qadın var idi, hamilə idi, dedi mənə. Bu qadın intihar etmək məqsədi ilə damarını kəsir, amma ölmür. Bunu görən bir erməni gəlib bıçağı onun qarnına soxub, bətnində olan körpəni əlləriylə çıxarıb yerə atır. Sonra da deyib ki, sizin kökünüzü belə kəsəcəyik. Həmin qadını və uşağı neytral zonaya atdırıb. Ana yerdə, uşaq da ayağının altında çabalayaraq ölüb. Dostlarımla gedib həmin meyitləri gətirdik. Gördüm ki, bu uşaq qız uşağıdır. Mən körpəni aldım ovcuma ki, onu ayrı basdırım. Uşaq əlimdən sürüşdü, sanki dartılıb ananın qarnına girdi. Bu hal düz 3 dəfə təkrar olundu. Məcbur qalıb o uşağı anasının sinəsinə qoydum, eləcə də, basdırdım. Çoxdan ölmüş ananın gözlərinin həmin anda gördüyüm şəkli yadımdan çıxmır. İnan, mənə elə gəldi ki, körpəsi ilə basdırıldığına görə o dəhşətləri görmüş gözlərin arxasında həm qınaq, həm də təşəkkür vardı... Elə həmin an saqqalım ağardı. Onları elə zorlamışdılar ki... Aradan bir neçə vaxt keçdi. Xocalını işğal etdilər. Balaca qız uşaqlarının cəsədləri gətirilirdi. İlahi, dəhşət idi, bu qızların cəmi 7- 8 yaşı olardı. Onları elə zorlamışdılar ki, görəndə insanı dəhşətə gətirirdi. Bütün daxili orqanları bayırda idi. Elə bu vaxt bizim hissəyə 2 erməni əsiri gətirdilər. Başladım bunun biri ilə erməni dilində danışmağa. Bundan söz almaq üçün şirin dilə tutdum, sənə kömək edəcəm-filan. O da mənimlə səmimi danışmağa başladı. Ona dedim ki, o biri erməni deyir ki, sən neçə dənə uşağı zorlamısan. Söz almaq istədiyim erməni dəli oldu. "O, yalan deyir, məndə elə ürək yoxdur, o özü mənim gözümün qabağında neçə azərbaycanlı uşağı zorlayıb", - dedi. Bunu eşidəndə dəli oldum, beynim dumanlandı, başımdan "onu necə cəzalandırım" deyə, min fikir keçdi. Əlimi saldım onun ürəyin çıxartdım Onu bir güllə ilə öldürmək yox, ürəyini yandırmaq istədim. Onun da mənim kimi yanmağını, ağrı çəkməyini istədim. Düşündüm ki, mən ancaq onun ürəyin çıxartsam, dincələ bilərəm. Karate ilə məşğul olan uşaqlarımız var idi, onlardan soruşdum, necə əl ilə ürəyi çıxarırlar. Dedilər, gərək dəri deşilə, insan dərisi qalın olur. Getdim ülgüc tapdım, bağladım barmağımın ucuna. Azyaşlı qızları zorlayan erməninin qabırğasının altından sol tərəfdən kəsdim. Qan fışqırdı, onun bütün daxili orqanları görsəndi. Əlimi salıb ürəyini çıxartdım. Gözləri fırlanmağa başladı. İkiqat olub yerə sərildi, bir neçə saniyə yerdə çabaladı. Amma ona fikir vermirdim. Vəhşiləşmişdim elə bil, o əclafın ürəyini ağzıma atıb dişimlə çeynəməyə başladım. Bu anlar dəhşət idi, hələ də o anı xatırlayanda tüklərim ürpəşir. Amma sizə deyim ki, o körpə qızları da həmin vəziyyətdə görəndə bu vəziyyətə düşmüşdüm. Bizim xalq çox humanist xalqdır. Mənim bu hərəkətimi görəndə hamı dəhşətə gəldi. Bəzən müharibə qanunlarını mən də pozurdum - Ürəyiniz soyudu? - Həmin an deməzdim ürəyimin yanğısı tamamilə söndü. Amma qismən də olsa bir sakitlik, rahatlıq tapdım. Marquşevanı mühasirəyə aldıq, hücuma keçdik. Rasim Musayev, Ələsgər Əliyev və başqaları vardı. Biz ermənilərin evlərində başlarının üstünü aldıq. Əsirlər götürüldü, qisaslar alındı. Bilirəm, bəzən müharibə qanunlarını mən də pozurdum. Amma bu onların etdiklərinə qarşılıq olurdu. Bir dəfə erməni meyitləri ilə öz şəhidlərimizin meyitlərini dəyişməyə getdik. Erməni meyitlərini yığdığımız qoşquya mina bağladım. Erməni əsgərləri meyitləri olan qoşquya mindilər. Bizdən 30-40 metr aralandıqdan sonra mina partladı, ermənilər göyə sovruldu. Şəhidləri ailələrinə qovuşdurdum Çox şəhidləri ailəsinə qovuşdurdum. Mənə bunun üçün var-dövlətini də təklif edən olub. Çox böyük çətinliklərlə o şəhidləri ailələrinə çatdırmışam, amma bunun müqabilində həmin ailələrdən indi diqqətsizlik görürəm. Mən ki bunları onlara təmənnasız etdim. Meyitlərini tanıyıb sahiblərinə qaytarmaq çox çətin idi. Ermənilər bu cəsədləri elə günə salırdılar ki, tanımaq olmurdu. Valideyinlərindən övladlarının hansı isə nişanını öyrənirdim. Bu nişanla da ailələrinə təhvil verirdim. Bütün cəsədlərin bir-bir nişanlarına baxırdım, bir cəsəddən çoxlu sayda nişanə tapmaq olurdu. Bir oğlan var idi, ermənilər təmiz yandırmışdılar, mən montirovka ilə onun ağzın açdım, gördüm ki, ağzında 2 metal dişi var. Bu yolla da ailəsinə verdim. Hardasa 25-26 yaşı olana bir döyüşçümüzü də işgəncə verərək tanınmaz hala salmışdılar. Onu heç nədən ayırd etmək, nişanə tapmaq olmurdu. Baş barmağında cuna gördüm, cunanı qaldırdıqda altındakı döyməni oxudum. "Ç+T" yazılmışdı. Bu şəhidi də dəfn etdik, ancaq onun ailəsini tapa bilmədim. O 12 meyit yuxuma girir... Əli dayı o günləri həyancansız xatırlaya bilmir. Gözlərində düşmənə qarşı yuva salan nifrəti hələ də oyaqdır: "917 şəhidi ailəsinə verdim. 12 nəfər qaldı, sahibini tapa bilmədim. Meyitlərin, əsirlərin ardıyca gedəndə elə bil kürəyimə ələmlə vurulurdu, get, sağ qayıdacaqsan, - deyirdi qəribanə bir səs mənə..." Xudafizləşəndə isə dedi ki, o sahibini tapmadığım 12 meyit arada yuxuma girir... |
2014-03-13 | 11,518 | Malaziyaya aid təyyarə qəzası öncədən görülüb - Video | Malaziyaya məxsus "Boinq 777" tipli təyyarənin radardan itmə anından sonra daha 4 saat uçması barədə xəbərlər yayılıb. "Axar.az" xəbər verir ki, Malaziya Nəqliyyat naziri Hişamuddin Hüseyn bu xəbərin yalan olduğunu açıqlayıb. Təyyarənin yoxa çıxdıqdan sonra dörd saat uçduğu xəbərləri amerikalı səlahiyyətlilərin terror olması barədə şübhələrini artırmışdı. Digər tərəfdən, altı gündür itkin düşən təyyarənin yerini təsbit etmək üçün Çin peyk görüntülərini yaymışdı. Belə ki, peyk görüntülərində 250 kilometr uzaqlıqda bir obyekt müşahidə edilmişdi. Bu gün İngiltərə mətbuatında Amerika Federal Mülki Aviasiya Təşkilatının altı ay əvvəl hava yolu şirkətlərinə "Boeing 777" tipli təyyarələrin peyk antenlərinin gövdəsində paslanma və çat olduğu barədə xəbərdarlıq etməsi dərc edilib. Xəbərdə həmçinin təyyarələrdən birinin gövdəsində 16 yerdən çat olduğu bildirilir və təyyarənin yoxa çıxmasına səbəb olduğu qeyd edilir. Daha bir maraqlı iddia isə özünü "Xristian peyğəmbəri" adlandıran nigeriyalı Josuanın 28 iyul 2013-cü ildə çıxışı zamanı 6 gün əvvəl itən təyyarə qəzasını öncədən görməsidir. Həmin görüntünü təqdim edirik: |
2014-03-13 | 11,519 | Polşa iki rus xəfiyyəsini ifşa etdi | Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiyaya işləyən iki belaruslu agenti saxlayıb. "Axar.az"ın Polşanın "Gazeta Wyborcza" qəzetinə istinadən məlumatına görə, agentlik məsələ ilə əlaqədar açıqlama verməyib. Ancaq məlum olub ki, həmin şəxslər bir həftə bundan öncə saxlanılıblar. Qeyd olunur ki, son bir neçə ildə Polşa əks-kəşfiyyat orqanları onlarla rus və belarus agentlərini saxlayıb. Belə ki, 2010-ci ildə "QRU" (Rusiyanın hərbi əks-kəşfiyyatı) əməkdaşları və 2011-ci ildə 2 KQB agenti həbs olunub. Xatırladaq ki, Polşada NATO-nun genişmiqyaslı hərbi təlimləri keçirildi və Rusiyanın bu təlim zamanı xəfiyyə sistemini aktivləşdirəcəyi gözlənilən idi. |
2014-03-13 | 11,520 | Vanqa: Obama ABŞ-ın son prezidenti olacaq – Şok öngörü/Video | Dünyaca məşhur görücü Vanqanın verdiyi digər məşhur bir proqnoz ABŞ-ın məhv olması ilə bağlıdır. Süjet rus millətçiləri tərəfindən hazırlanıb. Süjetin ABŞ əleyhinə təbliğat vasitəsi kimi hazırlanmasına baxmayaraq, videoda təqdim edilən faktların hər birinin reallığı əks etdirməsi kifayət qədər maraq doğurur. Məşhur kor ekstrasens Vanqa Amerikanın çökməsi ilə bağlı 1979-cu ildə verdiyi proqnozda ölkənin iqtisadi böhranlar içərisində qıvrılacağı bildirilir. O, hazırda hakimiyyətdə olan Barak Obamanın ABŞ-ın son güclü lideri olacağını söyləyir. "Ağ evə "qara adam" gələcək. Bu ölkə üçün son prezident olacaq. Çünki Amerika donacaq və ağır iqtisadi böhranın qucağına düşəcək. Hətta cənub və şimal ştatlarına da bölünə bilər". Video müəllifləri daha sonra mediadan müxtəlif faktlar gətirməklə özlərinin fikirlərinin doğru olduğunu göstərməyə çalışırlar. "Axar.az" Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları ilə bağlı ikinci süjeti təqdim edir. ) |
2014-03-13 | 11,521 | Fətullah Gülən şiələrə dinsiz dedi - Video | Srağagün Türkiyədə Gəzi hadisələri zamanı xəsarət alan şiə gənc Berkin Əlvanın ölümü ilə əlaqədar yayımlanan başsağlığında "şiə qardaşlarım" deyən Gülənin 1992-ci ildə verdiyi reportajda şiələr haqqında tamam başqa fikirdə olduğu üzə çıxıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülən verdiyi müsahibədə açıq-aşkar yer adları çəkərək şiələrin dinsiz olduğunu bildirib. Gülənin dünən və bu gün söylədikləri arasında olan ziddiyyəti bütün çılpaqlığı ilə ortaya qoyan danışıqlarını daha da maraqlı edən cəhət isə onun vəkillərinin bu nitqə montaj deyərək etiraz etməsi olub. Videonu təqdim edirik: ) |
2014-03-13 | 11,522 | Ukraynanın neft yataqları ələ keçirildi | Krım hakimiyyəti Ukraynanın Qara və Azov dənizlərindəki neft və qaz yataqlarını nəzarətinə alıb. Ukraynanın dövlət şirkəti "Qaradənizneftqaz" şirkətinin Odessadakı yataqlarını nəzarətə götürüb. Bunu jurnalistlərə açıqlamasında Krım Muxtar Respublikası Ali Şurasının spikeri Vladimir Konstantinov bildirib: "Bu yataqlar Krım Respublikasının mülkiyyətidir. Biz onları qoruduq. Bu, bizim sahədir və onlar üçün mübarizə aparacağıq". (ANS) |
2014-03-13 | 11,523 | "Gecə canavarlarının" Moskva qərargahı yanır | Moskvanın şimal-qərbində "Gecə canavarları" bayker klubunun qərargahı yanır. "Axar.az"ın Rusiya Föqəladə Hallar Nazirliyinin məbuat xidmətə əsasən bildirir ki, Nijni Mnevniki küçəsi -10 ünvanında yanğın olması barədə məlumat alıblar. Ünvan üzrə hadisə yerinə yollanan yanğınsöndürənlər burada "Gecə canavarları" adlı bayker klubu qərargahının yerləşdiyini müəyyənləşdiriblər. Xatırladaq ki, Ukrayna hadisələrinin ilk günlərindən klub üzvləri Krımda və digər ərazilərdə təxribatlarla məşğul olub. Onların rus hərbçilərinə dəstəyi hələ də davam edir. Klub lideri "Xirurq" (Cərrah) ləqəbli Aleksandr Zaldosatnovun Rusiya Prezidenti Vladimir Putinin dost münasibətləri olduğu deyilir. |
2014-03-13 | 11,524 | Hz.Mehdinin ad günü tortunu kəsən dindar danışdı | "Mən hesab edirəm ki, bu cür mərasimlərin bu şəkildə qeyd edilməsi düz deyil". Bu sözləri "Axar.az"a Hz. Sahib-əz-Zamanın ad günü mərasimində tort kəsilməsi prosesinə münasibət bildirərkən Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. "Böyük şəxsiyyətlərin mövlud gününün qeyd edilməsi onların həyatının örnək kimi öyrənilməsinə də xidmət edir. Amma mövludun şəninə uyğun olmayan addımların atılması hesab edirəm ki, düzgün deyil. Əslində adətən belə məclisləri məddahlar təşkil etmir və mən bilmirəm o məclisin təşkilatçıları kimdir. Ola bilsin ki, o mərasimdə tort kəsilməsini də təşkilatçılar qərara alıblar. Mən hesab edirəm ki, bu cür mərasimlərin bu şəkildə qeyd edilməsi yanlışdır. Xalqlar arasında mədəniyyət mübadilələri ola bilər, ancaq dini mərasimlərdə bu tip şeylərin tətbiq edilməsi insanlarda müəyyən qədər irad yaradır. Mən deyə bilmərəm ki, bu, haramdır və yaxud günahdır. Lakin daha yaxşı olar ki, bu mərasimlər adət-ənənələrimizə uyğun şəkildə qeyd olunsun". İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bu tip tədbirlərdə insanlara əxlaqi mesajların verilməsini əsas sayır: "Bu kimi mərasimlərdə əsas odur ki, insanlara əxlaqi mesajlar verilsin. Mövludu olan müqəddəsin həyatındakı nümunəvi işlər insanlara çatdırılmalıdır. İkinci tərəfinə baxdıqda isə bu mərasimlərdə ziyafət də verilə bilər, ancaq çalışmaq lazımdır ki, israf həddə çatmasın. Bir sözlə, işin mənəvi tərəfini unutdurub, mərasimi əyləncəyə çevirmək olmaz. Konkret olaraq tortun gətirilməsində heç bir problem yoxdur. Ancaq tortun fişənglərlə bəzədilməsi və təntənəli şəkildə gətirilməsi doğru deyil". Sözügedən video görüntüdə məddahlıq edən Seyid Taleh Boradigahi özü məsələyə bu cür yanaşdığını bildirdi: "Səhv etmirəmsə, bu mərasim keçən il, yaxud ondan öncəki il Mərdəkan qəsəbəsində keçirilib və bu məclisi mən təşkil etməmişəm. Bu tort qeyri-adi tortdur, yoxsa tort yemək, tort kəsmək haramdır? Yenə deyirəm, bu, adicə bir tortdur. Bu şampan kimi partladılan bir şey deyil ki, bunu müzakirə edək. Bu işdə heç bir problem yoxdur". Qeyd edək ki, Yutub şəbəkəsində yayımlanan videoda şiə məzhəbində 12-ci imam kimi qəbul edilən Hz.Sahib-əz-Zamanın mövlud (ad günü) mərasiminin azərbaycanlı məddah tərəfindən təntənəli şəkildə qeyd edildiyi görüntülənib. Kadrlarda ən diqqət çəkən tərəf isə islami bir yük daşıyan ad günü mərasiminə xristian mədəniyyətinə xas olan şəkildə tort gətirilməsi idi. |
2014-03-13 | 11,525 | BMT-də Krım müzakirələri gedir | Ukrayna Baş naziri Arseni Yaçenyuk bu dəqiqələrdə BMT-nin mənzil qərargahında son durumla bağlı çıxış edir. "Axar.az"ın "Euronews" kanalına istinadən məlumatına görə, o, Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Çurkinə müraciət edərək, işğala son qoyulmasını və Rusiyanın 1994-cü ildə imzalanmış Budapeşt müqaviləsinə hörmətlə yanaşmağı tələb edib. Xatırladaq ki, Yatsenyuk iki dildə - ingilis və rus dillərində fikirini ifadə edib. Müzakirələr hələ də davam edir. |
2014-03-13 | 11,526 | Ukraynanın yeni işğal xəritəsi hazırlandı - Video | Rusiyanın Krımda işğal etdiyi yerlərin yeni xəritəsi hazırlanıb. İnkermanda rus əsgərləri silah bazasının bütün girişlərini bağlayıblar. Yollar bağlı olduğundan, əsgərlərə ərzaq da çatdırmaq mümkün olmur. Baxçasarayda avtomobil batğalyonunun ərazisinə 20 rusiyalı hərbçi soxulub. Onlar ukraynalı əsgərlərdən Rusiyanın tərəfinə keçməyi və ya zərbi hissədən çıxmağı tələb edirlər. Canköy aerodromu hələ də rusların nəzarətindədir. Donuzlav buxtasının girişində ruslar daha bir gəmini batırıblar. Beləliklə, batırılan gəmilərin sayı dördə çatıb. ("Musavat.com") |
2014-03-14 | 11,527 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin günün birinci yarısında yağıntılı olacağı, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-03-14 | 11,528 | Putinin sanksiya ilə üzləşəcək yaxınlarının siyahısı açıqlandı | Krımda aqressiv siyasəti dəstəklədiyi üçün Vladimir Putinin aşağıdakı yaxınları Avropa Birliyinin sanksiyaları ilə üzləşəcək. Həmin şəxslər əsasən Rusiyanın hərbi, siyasi və biznes sahələrinin təmsilçiləridir. "Axar.az" məlumat verir ki, bu barədə hərbi ekspert Dmitri Timçuk Brüseldəki mənbələrinə əsasən siyahını açıqlayıb. Siyahını təqdim edirik: 1. Aleksandr Bortnikov - Rusiya Federal Təhlükəsilik Xidmətinin rəhbəri; 2. Sergey Qlazyev – Rusiya prezidentinin məsləhətçisi; 3. Nikolaya Patruşev – Təhlükəsilik Şurasının katibi; 4. Sergey Şoyqu – Müdafiə naziri; 5. Vladislav Surkov – Rusiya prezidentinin köməkçisi; 6. Aleksandr Vitko – Qara Dəniz donanmasının komandanı; 7. Valentina Matviyenko - Federal Şuranın sədri; 8. Aleksey Puşkov – Dövlət Dumasının komitə sədri; 9. Dmitri Roqozin – Baş nazirin müavini; 10. Ramzan Kadırov- Çeçenistan rəhbəri; 11. Aleksandr Zaldostanov - "Gecə canavarları" baykerlərinin lideri; 12. Dmitri Kisilyov - "Rusiya bu gün" informasiya agentliyinin rəhbəri; 13. Aleksey Miller - "Qazprom"un sədri; 14. İqor Seçin – "Rosneft"in prezidenti. Maraqlıdır ki, ilkin siyahıda Rusiya Baş naziri Dmitri Medvedyevin adı yoxdur. Qeyd edək ki, Avropa Birliyinə üzv ölkələrin rəhbərləri bilidirib ki, martın 20-ə qədər Krım ətrafında hadisələr yoluna qoyulmasa, sanksiyalara start veriləcək. |
2014-03-14 | 11,529 | Küçə qadınlarının saçyoldusu – Şou-biznes | Sou-biznes aləmi ilə bağlı mediada hər zaman qalmaqalların şahidi oluruq. Maraqlıdır, bu şou-biznesin pozulmaz qanunudur, yoxsa bunsuz da keçinmək olar? Özünə yer tutmaq üçün qalmaqala ehtiyac varmı? "Axar.az" bu mövzuda tanınmışlar arasında sorğu keçirdi. Müğənnilərin qalmaqalı küçə qadınlarının saçyoldusu kimidir Şair Maarif Soltan bildirdi ki, şou adamlarının qalmaqalları küçə qadınlarının saçyoldu davaları səviyyəsindədir: "Bu da onlara yalnız öz səviyyələrində populyarlıq qazandıra bilər, əslində isə, normal adamların yanında özlərini daha da rüsvay edirlər. Sənəti, istedadı olan heç bir sənət adamı qalmaqalla gündəmə gəlmək istəməz. Fərqlənmək, seçilmək istəyi, görünür hər bir adamın təbiətində var, ancaq məsələn, mədəni bir adam gündəmə gəlmək üçün durub dombalaq aşarmı? Təbii ki, yox. O elə öz mədəniyyəti ilə seçiləcək. Ola bilsin, çox məşhur olmasın, ancaq onu tanıyanlar da azsaylı seçilmiş adamlar olacaq. Məni ümumiyyətlə, həmin o şou-biznes qətiyyən, nə özü, nə də qalmaqalları maraqlandırır və təbii ki, onları izləmirəm də. Təəssüflənirəm ki, Flora xanım kimi bir sənətkarın da ətrafında belə bir qalmaqal yaratdılar, ancaq deyəsən, salamat çıxa bildi". Yazıçı arada bir şuluqluq salmalıdı ... Sevinc El-sevərə görə bəzən qalmaqala ehtiyac var: "Vaqif Səmədoğlunun bir sözü qalıb yadımda, deyir: "Yazıçı aradabir şuluqluq salmalıdı". Qalmaqal da lazımdı, kimsəsiz adaya düşən adam dünyaya necə mesaj ötürürsə ki, burdayam, məni xilas eləyin, yaradıcı adam da sənətə gələndə qalmaqalla məşhur olmaq istəyir. Məncə bu, normaldır. Amma bizim şou-biznesdə elə müğənnilər var ki, onların yaradıcılığı ancaq qalmaqal fikirləşib tapmaqdan ibarətdir. Bu, artıq normal deyil. Sənət öz yerində, şou, qalmaqal öz yerində olmalıdır. Müğənnilər, siyasətçilər, televiziya aparıcıları, hətta yazı adamları qalmaqaldan istifadə edir. Yadımda qalan qalmaqallar qarışıqdı. Vallah, səhv eləyə bilərəm. Flora xanımın Röya ilə qalmaqalı vardı. Yaxşı yadımdadır, mən də bunun haqqında yazı yazmışdım, Röyanın tərəfini də tutmuşdum. Gənc nəsli sıxışdırmayın, deyə! Onların hamısı qalmaqallar eləyir hər gün, bir deyil, beş deyil. Ədəbiyyatda yadımda qalan ən güclü qalmaqal Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında gedən qalmaqal idi". Hafiz Hacıyevin qalmaqalları da yaddan asanlıqla çıxmır Şair Qulu Ağsəs ümumiyyətlə, bu insanları bir sənətçi kimi qəbul etmədiyini dedi: "Baxmıram onlara. Mənim dostlarım əsl sənətçilərdi. Onlar da qalmaqal eləmirlər. Onlar mənim üçün yoxdurlar. Olmayıblar da". Qalmaqallı müğənniləri saymaqla bitməz Şair Ehtiram İlham istedadı olmayan bu insanların qalmaqalla, dava-dalaşla gündəmdə qalmağı seçdiklərini bildirdi: "Əslində, onların başqa yolları da yoxdur. Özlərini sənətdə təsdiq etməyi bacarmayan qabiliyyətsizlər həmişə özlərini reklam etdirib gündəmdə qalmağa cəhd edir, heyif ki, istəklərinə çatmağı bacarırlar da. Bütün bunların isə əsl sənətə heç bir aidiyyatı yoxdur. Qalmaqallı müğənnilər saymaqla bitməz. Onların ürək bulandıran qalmaqalları, cığallıqları isə az qala hər gün davam edir. Bu mənasız hadisələri isə yadda saxlamağa yəqin ki, ehtiyac da yoxdur". Şair həmçinin qalmaqallardan uzaq olmağa çalışan və buna nail olan istedadlı sənətçılərin də olduğunu dedi: "Onların sayı az olsa da, mədəniyyətimizə verdikləri töhvələr göz önündədir. Belə sənətçılərdən Zülfiyyə Xanbabayevanın, Tünzalə Ağayevanın adlarını çəkmək olar". Bəzi tanınmışlar isə suallarımıza cavab verməkdən yayındılar. Bunu onunla izah etdilər ki, şou-biznes və qalmaqallar onlara maraqlı deyil. |
2014-03-14 | 11,530 | Rus desantları Dnestryanı bölgəyə yerləşdirilir | Rusiya öz hərbiçilərinin sayını indi də separatçı Dnestryanı bölgədə genişləndirməkdədir. "Axar.az"ın məlumatına görə, bu günlərdə söügedən bölgəyə 700-ə yaxın rusiyalı xüsusi təyinatlı dislokasiya edilib. Xatırladaq ki, bununla bağlı Ukrayna Baş nazirinin birinci müavini Vitali Yarema öz narahatlığını ifadə edib. Moldovanın tərkib hissəsi olan Dnestryanı bölgə illərdir separatçı siyasəti ilə mərkəzi hakimiyyətin siyasətinə itaətsizlik edir. |
2014-03-14 | 11,531 | Camaatın “abla”larından şok etiraflar – Video | Qara piarla məşğul olmaq istəməyən qız tələbələr fətullahçılardan ayrılıb dövlətin yataqxanalarına sığınır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, fətullahçıların AKP-yə qarşı qara piar apardığı iddiası get-gedə böyüyür. Belə ki, camaatın "abla"larından biri bu barədə açıqlamalar verib: "Zaman" qəzeti almaq məcburidir. "Sızıntı" jurnalına abunə olmaq məcburidir. Almamaq kimi bir şansınız yoxdur. Camaat dini camaat olmaqdan çıxıb. Dini təhsil adına insanları bir yerə yığılar. Ancaq AKP-yə qarşı qara piar aparırlar. Bunun üçün qap-qapı gəzirlər. Siyasətdən danışmaq qadağan idi. Ancaq son hadisələrdən sonra MHP-yə səs vermək barəsində təzyiqlər oldu. Dini toplantı adı altında siyasətdən danışırlar. Zorla Gülənin kitabları oxudulur. Gülənin kitabları risalələrdən (Səid Nursinin "Risaley-i Nur" kitabı – red.) daha vacibdir. Bəd-üz-zamanın tələbələriyik, deyirlər. Ancaq risalə mövzusunda o qədər də məlumatları yoxdur. Daha ətraflı videoda: ) |
2014-03-14 | 11,532 | Taksim meydanında polis uşağın əlinə silah verdi - Video | Etiraz aksiyasının ən şiddətli yaşandığı Taksim meydanında polis yanındakı uşağın əlinə silah verməklə diqqət çəkib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Bərkin Əlvanın dəfnindən sonra dünən axşam Taksim meydanında yenə qarışıqlıq yaşanıb. Ara küçələrdən birində kafenin təhlükəsizlik kameralarına düşən video görənləri heyrətləndirib. Həmin video çəkilişdə polis bir uşağın əlinə silah verib. Daha sonra uşağın əlində silahı görən vətəndaşlar heyrətlənib. Bunu görən polis uşağın əlindən silahı alaraq sakitcə çıxıb gedib. Dəfn mərasimində Okmeydanı səmtində isə saat 22:00-da silahlı basqın olunub. Hadisədə üç nəfər yaralanıb, yaralanan 3 nəfərdən biri ölüb. ) |
2014-03-14 | 11,533 | Krımda keşişlər də oğurlandı | Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxlığının rəhbəri Filaret son günlər Krımda keşişlərin oğurlanmasından narahatlığını bəyan edib. "Axar.az"ın məlumatına görə, Filaret Krımda 30-a yaxın keşişin müqqədəs ayinləri icra etdiyini vurğulayıb. Filaret oğurlanma hallarına səbəb kimi keşişlərin Krımın Ukraynanın ayrılmaz bir hissəsi olaraq səsləndirdiyi fikirləri göstərib. O, referendumdan sonra Kiyev Patriarxlığının yarımadada fəaliyyətinin qarşısının alınmasından da narahat olduğunu söyləyib. |
2014-03-14 | 11,534 | “Allahım, onun təyyarələrini qəzaya uğrat” – Video | Suriyada davam edən vətəndaş müharibəsindən ən çox uşaqlar əziyyət çəkir. "Axar.az"ın Suriyanın müxalif mətbuatına istinadən təqdim etdiyi video Suriyanın Babil şəhərində bir evdə çəkilib. Video çəkilən vaxt Əsəd təyyarələri havadan yenə bombalar yağdırmaqdadır... Balaca qızcığaz ağlayaraq dua edir və təyyarələrin qəzaya uğramağını istəyir. Dayanmadan etdiyi dua isə belədir: "Allahım, təyyarələri qəzaya uğrat". ) |
2014-03-14 | 11,535 | “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” – Sənədli film | Bu gün saat 19:00-da Nizami Kino Mərkəzində tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçiriləcək. "Axar.az" xəbər verir ki, görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmiş sənədli filmdə onun zəngin yaradıcılığı və zəngin ömür yolundan bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır. Həmin gün Nizami Kino Mərkəzinin foyesində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Həyat Abdullayevanın işlərindən ibarət sərgi təşkil olunacaq. |
2014-03-14 | 11,536 | Qaradağda avtobusla "Prado" toqquşdu: 1 ölü - Foto | Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb. Avtovağzaldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "90 HR 352" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil magistral yolda qoşa xəttin tələbinə məhəl qoymayaraq dönmək istəyərkən qarşı tərəfdən gələn "10 TE 932" nömrəli "Daewoo" markalı marşrut avtobusu ilə toqquşub. Zərbə güclü olduğundan hər iki avtomobil yolun kənarında olan su kanalına düşüb. "Toyota Prado"nun sürücüsü avtomobilin ön şüşəsindən çıxaraq kanala düşüb. Onun cəsədi ətrafdakı insanlar tərəfindən çıxarılıb. Avtobusun sürücüsü və bir neçə sərnişin ağır bədən xəsarətləri ilə 1 saylı şəhər kilinik xəstəxanasına çatdırılıblar. Hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəlib. Hər iki avtomobil su kanalından çıxarılaraq evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. |
2014-03-14 | 11,537 | Generallar getdi, Ordu döyüşə hazırlanır - Video | Başda Səfər Əbiyev olmaqla, 8 generalın Silahlı Qüvvələrdən ehtiyata buraxılması orduda çox ciddi və əsaslı dəyişiklikləri göstərməklə yanaşı, həm də bu suala aktuallıq qazandırır. Bu dəyişikliklər nəyə xidmət edir? Bəlkə müharibəyə hazırlaşırıq? Axı bu ilin mayında atəşkəs haqqında razılaşmanın müddəti bitir. Deməli, ya yeni razılaşma əldə olunmalı, ya da məsələ hərbi yolla həllini tapmalıdır. Sabiq müdafiə naziri Dadaş Rzayevin fikrincə, bu məsələdə sensasiya axtarmağa dəyməz. Müsahibim deyir ki, generallar yaşa görə təxris olunublar. Yaxşı bəs onda bu 20 ildə niyə bir general da qəfildən və yaxud aparılan yoxlamalar nəticəsində ehtiyata göndərilmirdi? Sualın cavabından asılı olmayaraq nəticə budur ki, baş qərərgahda yüksək hərbi vəzifələr tutan generalların ehtiyata buraxılması həmin postları daha ciddi adamlarla möhkəmləndirmək mahiyyəti daşıyır. Bəs yaxşı ehtiyata göndərilən bu generallar ordunun inkişaf tarixində nə ilə yadda qaldılar? Məsələn, Səfər Əbiyev düz 20 il müdafiə naziri kürsüsündə əyləşib. Onu hətta parlament tribunasından belə kabinet naziri kimi xarakterizə ediblər. Yəni, Səfər Əbiyev ciddi bir islahatı və yaxud Qarabağ münaqişəsində əhəmiyyətli taktiki gedişi ilə fərqlənməyib. Əksinə orduda idarəçilik böhranı, korrupsiya, intriqalar, əsgər ölümləri və s. Səfər Əbiyevi vaxtaşırı tənqid hədəfi kimi gündəmə gətirib. Amma ordunun maddi-texniki təchizatında, silahlanmasında konstruktiv dəyişikliklər də olub ki, bunu da danmaq olmaz. Yəni bu gün Azərbaycan ordusu zənnimcə torpaqlarımızı azad etmək gücündə və qabiliyyətindədir. Və yaxud Məmməd Beydulalyev uzun müddət nazir müavini olub, ordunun kadr siyasətini yönəldib. Hərbi məktəblər onun zamanında yeni statusda, Türkiyə silahlı quvəvləri ilə əməkdaşlıq çərçivəsində formalaşdırılsa da, sonradan bu təhsil sistemi dağılıb və köhnə sistemə uyğunlaşdırılıb. Bunun nəticəsidir ki, bu gün ali məktəblər sırasında ali hərbi məktəblər ən aşığı nüfuza malikdir və bu məktəblərə də elə ən aşığı balla daxil olanlar var. Hər halda, müəyyən tərədüddlü məqamlar olsa da, atəşkəsin vaxtının bitdiyi bir məqamda orduda bu dəyişikliklər bizi Qarabağ münaqişəsinin həllindəki dəyişikliklərə ruhlandırır. Təki, bu, şəhidlərimizin ruhunun sevinməsi ilə nəticələnəydi.. (ANS) ) |
2014-03-14 | 11,538 | 2 yaşlı uşağın akrobatik hərəkətləri – Şok/Video | Çində küçənin ortasında oğluna akrobatik hərəkətlər etdirən ata hər kəsi heyrətləndirib. "Axar.az" həmin videonu təqdim edir. ) |
2014-03-14 | 11,539 | İlham Rəhimovun evində gizlənən prezident - Foto | Ukraynanın devrilmiş prezidenti Moskvanın milyarderlər məhəlləsində 56 milyon dollara ev alıb. Ukraynanın devrilmiş prezidenti, özünü hələ də qanuni dövlət başçısı adlandıran Viktor Yanukoviçin Rusiyaya qaçması və sığınacaq alması ilə bağlı yeni sensasion faktlar məlum olub. Bu gün "Sobesednik" qəzeti Yanukoviçin Rusiyaya nə vaxt keçdiyini və harada qaldığını yazıb. Qəzetin əldə etdiyi informasiyalara görə, Yanukoviç Moskvaya fevralın 25-nə keçən gecə təyyarə ilə gəlib. Təyyarənin Ukrayna, yoxsa Rusiya ərazisindən havaya qalxdığı məlum deyil. Əvvəlcə qalmağa yeri olmayan Yanukoviç prezident Vladimir Putinin tələbəlik dostu olmuş azərbaycanlı milyarder İlham Rəhimova və onun yəhudi ortaqları Zarah İliyevlə Qod Nisanova məxsus "Ukrayna" otelində ("Radisson Royal") qalıb. Fevralın 25-nə keçən gecəni oteldə qalan Yanukoviç daha sonra Rusiya prezidentinin İşlər İdarəsinin balansında olan "Barvixa" sanatoriyasına yola düşüb. Orada bir sutkadan artıq qalmayıb və həmin müddətdə Moskva ətrafında özünə yeni iqamətgah seçməklə məşğul olub. Qəzet yazır ki, Yanukoviçə uzağa getmək lazım gəlməyib. O, "Mayndroff qəsri" kimi də tanınan, prezident Putinin xarici qonaqları qəbul etdiyi "Barvixa" iqamətgahından cəmi bir kilometr məsafədə özünə yeni iqamətgah tapıb. Viktor Yanukoviç iqamətgahın alınmasını sürətlə rəsmiləşdirib və artıq fevralın 26-da o, rəsmi olaraq Moskva ətrasında yeni mülkün sahibi olub. Bu informasiyanı ilk dəfə fevralın 27-də "Yaşıllar alyansı-Xalq partiyası"nın mərkəzi Şurasının sədri Oleq Mitvol Twitter bloqunda yazıb. "Yanukoviç indi Moskvaətrafı sakinidir... Və hava da Kiyev havasıdır. Ukraynalı qaçqın qardaşlarımızı dünən Barvixa qəsəbəsində 52 milyon dollara ev almaları münasibətilə təbrik edə bilərik. Rublyovkaya eşq olsun!" - deyə O.Mitvol yazıb. O.Mitvol yazıb ki, Barvixa qəsəbəsi əvvəlcə eyniadlı sanatoriyanın ərazisinə daxil olub, hazırda isə xüsusi mülkiyyətdə olan ərazidir. Ərazi vaxtilə qanunsuz şəkildə özəlləşdirilib və oliqarxlar orada mülklər tikdirib. "Sobesednik"ə məlumat verən mənbə deyib ki, Yanukoviç Rostovda birinci mətbuat konfransı keçirəndən iki gün əvvəl Moskva ətrafında mülk sahibi olmuşdu. "O, axşamlar yeni evinin ərazisində cığırlarla gəzir və özünü evdəki kimi hiss edir. Onun rəfiqəsini isə Rublyovsk-Uspensk şossesində yerləşən "Dream House" ticarət mərkəzində görmək olar. O, hər gün ora ərzaq dalınca gedir" - deyə mənbə bildirib. Məlumatlara görə, Yanukoviçin məşuqəsinin adı Lyubov Polejaydır. O, Yanukoviçin şəxsi aşpazı Nadejda Marintsevanın bacısıdır. Əvvəlcə Lyubov Yanukoviçin yanında sadə ofisiant işləyib, lakin son bir neçə ildə onunla birlikdə Kiyev ətrafındakı "Mejiqorye" iqamətgahında yaşayıb. Oleq Mitvol deyir ki, "Mejiqorye" iqamətgahı Yanukoviçin, daha doğrusu, onun adından çıxış edən Ukrayna vətəndaşlarının Moskva ətrafında aldığı yeni evlə müqayisədə zövqsüzlük nümunəsidir. "İndi onun doğrudan da yaxşı evi var, ingilis üslubunda tikilmiş üçmərtəbəli evdir. Əvvəlki sahibi il yarım idi ki, onu sata bilmirdi, hətta 35 milyona verməyə hazır idi. Lakin gözlənilmədən istədiyi qiyməti - 52 milyon dolları verməyə hazır olan müştəri tapıldı" - deyə Mitvol bildirib. O, evin əvvəlki sahibinin adını açıqlamayıb, lakin məlum olub ki, söhbət erməni əsilli rusiyalı biznesmendən gedir. Yanukoviçin evinin yerləşdiyi "Mayndroff bağları" adlanan kottec qəsəbəsinin sakinləri leqal, yaxud qeyri-leqal milyarderlərdir. Orada evlərin qiyməti 100 milyon dollara qədər qalxır. Milyarder Roman Abramoviçin qayınatası Aleksandr Jukov, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan, "Rosneft"in keçmiş prezidenti Sergey Boqdançikov da bu qəsəbədə yaşayır. Elit yaşayış kompleksinin ərazisində cəmi 50-yə yaxın mülk var. Ərazi güclü mühafizə altındadır. Qəzet yazır ki, Rusiyadakı nüfuzlu azərbaycanlıların da biri həmin qəsəbədə mülk sahibidir və həmin mülk Yanukoviçin yeni evi ilə qonşudur. ("virtualaz.org") |
2014-03-14 | 11,540 | Yeni “Kia Sportage” tanıdıldı - Foto | "Kia"nın yenilənən "Sportage" modeli Cenevrə avtomobil sərgisində təqdim edilib. Markanın çox satılan yığcam SUV modeli olan "Sportage" müasir xarici görünüşü və yenilənən daxili dizaynı ilə əhəmiyyətli dəyişikliklər keçirib. "Sportage" eyni zamanda bütün avropadakı istehlakçıların rəğbətini qazanmaq üçün yeni səs sistemi, LED arxa faralar, koreyalı markanın "FlexSteer" sükan sistemi və yeni 4.2 düymlük TFT LCD idarə göstəricisi kimi yeniliklərlə təchiz edilib. Bundan əlavə səs keçirməyən ön şüşə küləkdən qaynaqlanan səsin azaldılmasını təmin edir. Slovakiyada yerləşən "Kia"nın Zilina fabrikində istehsal edilən yeni təkmilləşdirilmiş "Sportage", 2014-cü il ərzində bütün Avropada satışa çıxarılacaq. |
2014-03-14 | 11,541 | Heç vaxt şou-biznesdən olanlarla ailə qurmaram… | Gizli deyil ki, şou aləminin müğənniləri, aktyorları və tanınmış simaları ilə ailə qurmaq istəyənlər çox azdır. Bunun bir çox səbəbləri ola bilər. Kimi qısqanclıq ucbatından, kimi isə tanınmışların yetərincə ailəsinə vaxt ayıra bilməyəcindən gileylənir. "Axar.az" olaraq bu mövzuda sıravi vətəndaşlar arasında sorğu keçirdik: "Şou-biznes nümayəndəsi ilə ailə qurardınızmı?" Onların qız fanatları çox olur Jurnalist Ceyran Əsgərova fikrini bu cür bildirdi: "Şou-biznesdə olan heç bir bəylə ailə həyatı qurmaq fikrim yoxdur. Çünki onların qız fanatları çox olur. Mənim də qısqanc xasiyyətim olduğu üçün tanınmış sima ilə ailə həyatı qurmağım qeyri-mümkündür". Həmin xanımın kaprizləri Təşkilatçı Samir Xəttab da "xeyr" deyərək fikrini belə əsaslandırdı: "Əsla şou aləmində olan xanımla ailə həyata qurmaram. Mənim başqa bir dünyam var, başqa ideyanın sahibiyəm. Həmin xanımın kaprizləri, müğənnilik həyatı və ümumiyyətlə bu cür şeyləri qəbul edə bilmərəm". Düşünmədən… Jurnalist Rəqsanə Yusifzadə qısqanc olduğunu dedi: "Nəzərə alsam ki, çox qısqancam, istəmərəm şou-biznesdən kiminləsə ailə qurum. Lakin bir nüans var ki, sevərəmsə, mənə dəyər verməyi bacararsa, təbii ki, düşünmədən ailə quraram". Mən məni sevəninəm Zamiq Yunisov "Niyə də yox, önəmli olan insanlığı olsun, ən əsası qarşılıqlı sevgi və hörmət olsun", - deyərək qısa cavab verdi. Fuad Mədətov cavabı deyəsən daha maraqlı oldu: "Hər bir insan ixtisasından və çalışdığı sahədən asılı olmayaraq ailə müqqədsəliyini dərk etməlidir. Ailə ixtisas, peşə, vəzifə və rütbə tanımır. Ailədə yalnız qarşılıqlı sevgi və sevgi naminə də qarşılıqlı anlayış olmalıdır. Bu nöqteyi-nəzərdən şou-biznes nümayəndələri ilə ailə qurmaq olar. Amma ailəyə sadiq olacaqlarmı? Mənim nəinki şou-biznes nümayəndələri ilə, ailə qurmağım ümumiyyətlə qarşı tərəfin mənə olan sevgi və anlayışından asılıdır. Mən məni sevəninəm!" Tanınmış tele-aparıcı Tural Ozanın cavabı səmimiyyəti ilə seçildi: "İncəsənət adamı ilə ailə həyatı qurmaq olar. Amma sırf şou-biznes adamı ilə… bu, sual altında olan bir şeydir. Təsəvvür edirsiniz? 24 saat canlı efir, şou, qalmaqal, bunlar hamısı sənin evində olacaq. Bu, dözülməz haldır. Lakin həyatdır, hər şey ola bilər. Heç vaxt, "heç vaxt" demə". |
2014-03-14 | 11,542 | Yanukoviçin şəhəri ayağa qalxdı: 2 ölü, 50 yaralı - Video | Ukraynanın Donetsk şəhərindəki Lenin meydanındakı toqquşmalarda 2 nəfər ölüb. "Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, daha bir nəfərin ölüb-ölmədiyi dəqiqləşdirilir, 3 nəfərin vəziyyəti isə ağırdır. Ümumilikdə, yaralananların sayının 50 nəfər olduğu bildirilir. Xatırladaq ki, Donetskdə Ukraynanın ərazi bütövlüyünə dəstək mitinqi keçirilib. Lakin separatçılar təxribata əl atıblar və dava düşüb. Rusiya tərəfdarlarının əllərində taxtalar olub. Milis toqquşmanın qarşısını çətinliklə alıb və Rusiya əleyhdarlarını meydandan mühafizə altında çıxarıb. |
2014-03-14 | 11,543 | Putin Azərbaycanı da Rusiya torpağı adlandırıb - Video | "Sovet İttifaqının süqutundan sonra Rusiya özünün onlarla ata-baba torpağını itirib". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin 2005-ci ilin 10 mayında Avropa İttifaqı ilə müzakirələr zamanı jurnalistlər qarşısında işlədib. Putin nəzəri olaraq keçmiş SSRİ torpaqlarını Rusiyanın bir parçası adlandırmaqdan çəkinməyib. "Axar.az" Putinin etdiyi çıxışın görüntülərini təqdim edir. |
2014-03-14 | 11,544 | İlə 50 min qazanıb, aya 1 milyon xərcləyir | Son dövrdə musiqi dünyasının 19 yaşlı məşhur müğənnisi Biber bir ay ərzində təxminən 1 milyon dollar xərcləyir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı gənc müğənni keçən il 50 milyon dollar pul qazanıb. Qazandığı pulları ağlasığmaz şəkildə lüks avtomobillərə və paltarlara xərcləyən Biber keçən ay gündəlik kirayəsi min yeddi yüz dollar olan Lamborgini maşınını kirayələyərək şəkillər çəkdirib. Onun bu qədər pul xərcləməsi medianın diqqətini çəkib. Biber narkotik və spirtli içkilərə meylli olan sevgilisi Selena Qomezdən ayrıldıqdan sonra parti və qadınlara daha çox pul xərcləyib. Onun ağlasığmaz pul xərcləməyi "In Touch" jurnalında maraqlı mövzuya çevrilib. Biberin yaxın adamı jurnala açıqlama verərək "Biber heç kimdən pul götürmür. Anası onun qazandığı pulların yarısını xərcləməyə icazə verir. O da pulunu heç qızırqalanmadan xərcləyir. Hətta bircə aya 1 milyon dollara yaxın pul xərcləyir", - deyib. |
2014-03-14 | 11,545 | “iPhone 6”nın özəl görüntüləri yayıldı - Foto | Sam Bekket adlı dizaynerin hazırladığı konsept görüntüdə yeni "iPhone 6" haqqındakı təsəvvür ən ideal şəkildə vizual görüntülərlə əvəz edilib. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, yeni modeli "iPhone Air" olaraq adlandıran Bekket bu modeli əvvəlki modeldən yüzdə səkkiz dəfə böyük ölçüdə hazırlayıb. 4.7 düyümlük ekranla təchiz olunan modelin qalınlığı da öncəki model olan "5S"-dən 0.6 mm daha kiçik ölçüyə malikdir. Yeni "iPhone"nun payızda bazara çıxarılacağı gözlənilir. |
2014-03-14 | 11,546 | Yaz aylarında dəriyə necə qulluq etməliyik? | Mövsüm dəyişərkən dəriyə qulluq qaydasını da fəslə görə dəyişdirmək lazımdır. İqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir. Yaz aylarında dərimizin daha həssas və allergik olduğunu nəzərə alsaq, daha fədakar bir dəri baxımına ehtiyac olduğunu anlayarıq. Soyuq qış aylarında dərini qorumaq üçün istifadə etdiyimiz zəngin tərkibli kremləri daha yüngülləri ilə dəyişdirməyin vaxtı gəldi. Buna görə də yaz gəlmədən solğun dəridən xilas olmaq üçün yaz aylarında pilinqdən istifadə etmək vacibdir. Ev şəraitində öz pilinqinizi özünüz hazırlaya bilərsiniz Pambığın üzərinə hopana qədər limon sıxın və şəkər tozu səpin. Sonra həmin pambıqla üzünüzü silib ovxalayın. Üzünüzü ilıq suyla durulayın və yumşaq bir dəsmalla qurulayın. Ardından nəmləndirici krem tətbiq edin. Dəri təmizliyi bahar aylarında çox əhəmiyyətlidir və dərinizi təmizləmək üçün təbiətdən faydalana bilərsiniz. |
2014-03-14 | 11,547 | Moskva Univermağında yanğın - Yeniləndi/Foto | 08:38 Bakıda ən böyük ticarət mərkəzlərindən biri olan Moskva Univermağında yanğın baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın birinci mərtəbədə yerləşən gəlinlik paltarları olan dükandan başlayıb. Tez alışan materiallar olduğundan, yanğın qısa müddətdə yayılıb. Yanğın hazırda davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 09:08 Yanğın 2-ci və 3-cü mərtəbədə başlayıb. Əsas ziyan 2-ci mərtəbəyə dəyib. Gəlin paltarları və qızıl bölmələrinin 70-dən çoxu yanıb. FHN-nin hadisə yerində olan yüksək rütbəli əməkdaşının bildirdiyinə görə, yanğın 07:55-də univermağın 2-ci və 3-cü mərtəbələri arasındakı eskalatorda başlayıb. Hal-hazırda yanğın lokallaşdırılıb. Yanğına ilkin səbəb kimi qısaqapanma göstərilib. Yanğın səhər tezdən baş verdiyi üçün satıcılar hələ fəaliyyətə başlamadığından heç kəs xəsarət almayıb. Bu anlar yanğın ocaqlarının söndürülməsi işləri aparılır. 10:10 Fövqəladə Hallar Nazirliyi Moskva Univermağında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" Ticarət Mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bir nəfərin ürəyi sıxılıb və təcili tibbi yardım işçiləri ilk tibbi yardım göstərib. |
2014-03-14 | 11,548 | Bakıda birmərtəbəli bina yandı | Bu gecə Bakı şəhərində birmərtəbəli binada yanğın olub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bu gecə Gədəbəy rayonunda isə avtomobil yanıb. Rayonun Novosaratovka kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb. |
2014-03-14 | 11,549 | ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı | ABŞ-ın Filadelfiya şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. "Axar.az" xəbər verir ki, "US Airways" şirkətinə məxsus "Airbus 320" təyyarəsində eniş zamanı nasazlıq baş verib. Zərblə yerə çırpılan təyyarənin təkərləri sıradan çıxıb. Təyyarədə 150 nəfər sərnişinin olduğu bildirilib. Ölən və yaralananlar barədə heç bir məlumat verilməyib. |
2014-03-14 | 11,550 | Hacı İbrahim Ziya Məmmədovdan kömək istədi | Nəqliyyat Nazirliyi "Khazar Island"a torpaq daşınmasına qadağa qoyub. "İnanıram ki, Ziya Məmmədov bu kiçik problemin aradan qaldırılmasına öz köməkliyini göstərəcək" "Avesta" konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin "Khazar Island" ("Xəzər adaları") layihəsində problemlər yaranıb. İki həftəyə yaxındır ki, dənizi qurutmaq üçün kənardan torpaq daşınmasına süni maneələr yaradılıb. Bu barədə "Yeni Müsavat"a danışan Hacı İbrahim qeyd etdi ki, bu günə kimi dənizdə süni ada yaradılması üçün kənardan daş-torpaq daşınıb: "İndiyə qədər Bakıdan kənardan və bir də dənizə yaxın böyük təpəlikdən daşıyırdıq. İki həftədir süni maneələr yaradılır. Guya qum, torpaq daşıyan maşınlarımız yolları dağıdır. Bizim maşınlar heç bir magistral yola çıxmır. Ara yollardan keçib torpağı daşıyır. Əgər maşınlarımız yolu dağıdırsa, mən həmin yolu təmir etməyə hazıram. Guya yolları ağır tonnajlı maşınlar dağıdır. Ona görə bu dəqiqə maşınlara 5 kubdan artıq torpaq daşımağa icazə vermirlər. Bu da bizim işimizə mane olur." Hacı İbrahimin sözlərinə görə, yaranmış vəziyyətə görə Qubada iki qum-çınqıl karxanasını bağlamaq məcburiyyətində qalıb: "Quba, Xaçmazdan qrabel, qum gətirə bilmirik. Deyirlər ki, qanunda yolların sağlam saxlanması, qorunması haqqında müddəa var. Guya bizim maşınlar da həmin yolları dağıdır. Ancaq bu, təkcə mənimlə bağlı deyil. Ümumiyyətlə, 5 kubdan çox yük daşımağa qoymurlar. Yüklərin əsasən dəmir yolu ilə daşınmasına icazə verilir. Onlar da fürsətdən istifadə edib, tarifləri 35 faiz artırıblar. Üstəlik yükləri daşımaq üçün yük vaqonları çatışmır. Yük vaqonu çatışmır deyə qum daşımağın qiyməti 35 faiz artıb. Belə getsə, yaxın vaxtlarda tikinti sektorunda böhran yaranacaq. Yük maşınlarına qadağa qoyulub, dəmiryolu ilə də çatdırmaq olmur". İş adamı problemlə bağlı nəqliyyat naziri Ziya Məmmədova müraciət etdiyini bildirdi: "İnanıram ki, məsələ müsbət həllini tapacaq. Cənab nazirə məktub göndərmişəm. Ziya müəllim mənim çoxdankı dostumdur, o da bu ölkədə qurub-yaradan məmurlardandır. Ümidvaram ki, o, mənim bu xırda problemimin həllinə köməklik göstərəcək, 300 metrlik magistral yolun təmirini mənə həvalə edəcək və bununla da hər şey öz həllini tapacaq". Hacı İbrahim yaranmış problemin layihənin inşasına mane olmadığını və martın 20-dən sonra adadakı mənzillərin satışına başlanacağını söylədi: "Evlərin satışına martın 20-dən sonra başlanacaq. Şərtlər də açıqlanacaq. Məncə, böyük ajiotaj olacaq, müştəri növbəsi yaranacaq. Mənzillər 10-15 illik ipoteka ilə də veriləcək. İpoteka şərtlərində 4-10 faiz arası kredit nəzərdə tutulub. Bütün banklarla işləyəcəyik". |
2014-03-14 | 11,551 | Cəbhədə növbəti təxribat | Ermənilər növbəti dəfə atəşkəsi pozublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-14 | 11,552 | Zaur Baxşəliyevin qalmaqallı verilişi bağlandı | "Azad Azərbaycan" MTRK-nın Bədii Şurasının qərarı ilə ATV telekanalının "Ümid var" verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə telekanlın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib. Məlumatda o da bildirilir ki, 17 sentyabr 2012-ci il tarixdən ATV telekanalının efirində fəaliyyət göstərən "Ümid var" verilişi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanıb, müasir televiziya tariximizdə yadda qalan uğurlara imza atıb. "Bu müddət ərzində layihənin reytinq göstəriciləri hər zaman ön sırada olub. Layihənin yaradıcı heyətinə ölkədə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə qanunvericilik fəaliyyətində əldə edilən nailiyyətlərin təbliğ edilməsi, sürətlə dəyişən dünyanın tərkib hissəsi olan cəməyyətimizdə baş verən gerçəklərin müzakirə olunaraq özünütənqid prinsipləri əsasında maarifləndirilməsi tapşırılıb. Yaradıcı heyət bu işin öhdəsindən bacarıqla gəlib, daxil olan müvafiq sənəd və məktublara istinadən fəaliyyət istiqamətlərini qurub və iki saatlıq canlı efir müddətində bu məsələlərin ixtisaslaşmış ekspertlər, ziyalılar, nüfuzlu ictimaiyyət nümayəndələri ilə müzakirələrini təşkil edərək müraciət edən şəxslərin problemlərinin hüquq müstəvisində həllinə dövlət və hökumət strukturları ilə birgə fəaliyyət göstərərək dəstək verib. Lakin bu da bir həqiqətdir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran "reytinq rəqabəti" tendensiyası "Ümid var"da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub. Bunları nəzərə alaraq "Azad Azərbaycan" MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən "Ümid var" layihəsinin dayandırılması barədə qərar çıxarıb", - deyə məlumatda bildirilir. |
2014-03-14 | 11,553 | Sumqayıt Dövlət Universitetinin prorektoru vəfat etdi | "Xalq qəzeti"nin baş redaktorunun sabiq müavini, Sumqayıt Dövlət Universitetinin prorektoru İbrahim Nizami oğlu Ömərov vəfat edib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, uzun illər "Xalq qəzeti"ndə çalışmış İbrahim Ömərov bir ay əvvəl Sumqayıt Dövlət Universitetinə prorektor təyin olunub. Onun infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilir. Mərhum bu gün torpağa tapşırılacaq. |
2014-03-14 | 11,554 | Əsgərimiz hərbçi yoldaşını güllələdi | Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. |
2014-03-14 | 11,555 | Ukrayna Azərbaycanın taleyini yaşayacaq – Şərh | "Rusiya Krımdan yaxın bir neçə il ərzində getməyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blyuminov deyib. O, Krımda yeni Dnesteryanının yaranacağını bildirib: "Rusiya Krımdan yaxın bir neçə il ərzində getməyəcək. Qısası, Ukraynanın cənubunda yeni Dnestryanının yaranması istər-istəməz siğortalanıb. Ukraynaya qarşı daimi informasiya müharibəsi, provokasiyalar davam edəcək. Revanşizm hissi növbəti illərdə keçiriləcək seçkilərdə elektoratın səslərini qazanmaq mühüm rol oynayacaq. Gürcüstan, Azərbaycan, Moldovanın taleyi Ukraynada da təkrarlanacaq". Qeyd edək ki, artıq Krım Parlamenti özünün müstəqillik haqqında deklorasiyasını qəbul edib. |
2014-03-14 | 11,556 | Azərbaycanlı akademik vəfat etdi | Akademik Asəf Nadirov vəfat edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində dünyasını dəyişib. Qeyd edək ki, Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-1964), elmi işlər üzrə direktor müavini (1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi (1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür. Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib. Mərhum akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni ilə təltif olunub. |
2014-03-14 | 11,557 | Kamal Abdulla necə rektor idi? – Axar TV | Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla vəzifəsindən azad edilib. Nəticədə, Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. Maraqlıdır, görəsən, 14 il rəhbərlik etdiyi universitetdə BSU tələbələri Kamal Abdullanı necə xatırlayır? "Axar TV" olaraq bununla bağlı süjeti təqdim edirik: |
2014-03-14 | 11,558 | Səlim Müslümov yeni rəis təyin etdi | Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin verdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətin yeni rəisi vəzifəsinə Fuad Rəhim oğlu Əlizadə təyin olunub. F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var. |
2014-03-14 | 11,559 | Son 5 ayda yanan ticarət mərkəzləri - Siyahı | Son 5 ay ərzində yanan ticarət mərkəzlərinə bu gün Moskva Univermağının timsalında biri də əlavə olundu. Yanğınla bərabər partlayışları da qeyd etsək, siyahı xeyli böyüyəcək. Baş verən olaylarla bağlı "Axar.az" hadisələrin başvermə xronologiyasını təqdim edir: 1. 19 oktyabr. Sumqayıtın iri ticarət mərkəzi olan "Karvan" yanaraq kül oldu. 2. 24 dekabr. "Binə" Ticarət Mərkəzi yandı. Xatırladaq ki, "Binə"də bir neçə lokal yanğın olub. 3. 2 fevral. Şəkidə böyük bazar yandı. 4. 13 fevral. 4 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən 4 partlayış baş verdi. Bunların arasında Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında baş verən partlayış da var. 5. 17 fevral. Astarada böyük bazar yandı. Həmin gün Beyləqanda zavod partladı, 5 nəfər xəsarət aldı. 6. 12 mart. "Sahil" Ticarət Mərkəzi yandı. 7. 14 mart. "Moskva" Ticarət Mərkəzi yandı. |
2014-03-14 | 11,560 | Müxalifət liderinin bloquna qadağa qoyuldu | Rusiya Federal İnformasiya və Kommmunikasiya Xidməti (Rosnadzor) Baş Prokurorluğun tələbi əsasında məşhur bloqçu, müxalifət lideri Aleksey Navalnının "Layv Jurnal" dakı ((Live Journal)) bloquna girişi qadağan edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Navalnının bloqunun bağlanmağına səbəb onun kütləvi etiraz aksiyalarına çağırış etməsi olub. Bir müddət əvvəl də müxalif liderin "Exo Moskva" saytındakı bloqu da bağlanmışdı. |
2014-03-14 | 11,561 | Tovuzda qız anasının gözü qarşısında yandı | Tovuzda yeniyetmənin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə Məşədilər kəndində baş verib. Belə ki, adıçəkilən kənddə yaşayan 13 yaşlı rayon sakini Zəminə Mustafayeva ehtiyatsızlıqdan evdə yanaraq dünyasını dəyişib. Mərhumun xalasının verdiyi məlumata görə, Zəminənin anası evə girən zaman övladının alov içində yandığını görüb. Dərhal onu söndürməyə çalışıblar. Ağır yanıq xəsarətləri alan Zəminə Mustafayeva Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümükün olmayıb (ANS). Yaxınlarının dediyinə görə, 13 yaşlı Zəminə fiziki qüsurlu olub. Faktla bağlı araşdırma aparılır. |
2014-03-14 | 11,562 | Arda Turan “Qalatasaray”a qaytarılır... | "Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin "Atletiko Madrid" klubunun futbolçusu Arda Turanı komandasında görmək istəyir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis türk yarımmüdafiəçinin yerinin "Qalatasaray" olduğunu deyib. "Ardanın "Qalatasaray"a dönməsini çox istəyirəm. Çünki onun yeri buradır. Ancaq bu transferin reallaşması üçün yüksək məbləğdə pul lazımdır. Klub prezidenti Ünal Aysal da Ardanı komandada görmək istədiyimi bilir". |
2014-03-14 | 11,563 | Dağıstanda da vəhabilərə qarşı reydlər başlandı | Dağıstanın Şamilqala (Maxaçqala yaxınlığı) qəsəbəsində vəhabilərə qarşı reydlər həyata keçirilib. "Axar.az" xəbər verir ki, bu informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yayıb. Məlumata əsasən, Şamilqalada yerləşən məscidlərə gələn Daxili İşlər Nazirliyinin əli silahlı əməkdaşları onlarla insanı həbs edərək rayon idarəsinə aparıblar. Həbs edilən şəxslərin bir hissəsinin barmaq izləri götürüldükdən sonra sərbəst buraxılıb. Lakin Daxili İşlər Nazirliyinin idarəsində həbs edilənlərin hələ də saxlanıldığı deyilib. Qeyd edək ki, bir müddət öncə Çeçenistanda Kadırov tərəfdarları vəhabilərə qarşı müxtəlif hücumlar həyata keçirirdilər. |
2014-03-14 | 11,564 | Mark Zükerberq Obama ilə danışdı | Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zükerberq ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. "Axar.az" xəbər verir ki, Zükerberq bu barədə özünün Feysbuk profilində yazıb. Zükerberq söhbət zamanı Obamaya ABŞ hökumətinin izləmə proqramları ilə bağlı narahatlığını çatdırıb. "Mən ABŞ hökumətinin çoxsaylı addımlarından narahatam. Bizim mühəndislər təhlükəsizliyin yaxşılaşdırılması ilə bağlı işləyəndə elə bilirik ki, biz cinayətkarlardan qorunuruq, bizim hökumətdən yox" deyə Zükerberq yazıb. Ağ Evdən də Obamanın Zükerberqlə danışdığını təsdiqləyiblər. |
2014-03-14 | 11,565 | Prezidentin qızları ərəb şahzadəsi ilə bir arada - Foto/Video | Ərəb şahzadəsi gecə ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb. Dünən Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində baş tutan təqdimat mərasiminə dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslər dəvət alıb. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, dəvətlilər arasında rusiyalı teleaparıcı Kseniya Sobçak, italiyalı model Bianka Balti, Səudiyyə Ərəbistan şahzadəsi Ameerah Al-Taweel, dəb məsləhətçisi Miroslava Duma və başqaları olub. Ülviyyə Mahmudovanın yeni istifadəyə verilən "buro247.az" saytının təqdimat gecəsinə prezident İlham Əliyevin qızları Leyla və Arzu da qatılıb. Ərəb şahzadəsi Azərbaycanla bağlı təssüratlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb: "Bakı, Azərbaycan...odlar yurdu! Möhtəşəm işıqlar və inkişaf edən iqtisadiyyat. Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi. Buro247.az təbrik edirəm və hər şeyin ən yaxşısını arzulayıram". |
2014-03-14 | 11,566 | ABŞ Ukraynanı Rusiya qarşısında tək qoydu | ABŞ Ukraynaya hərbi yardım etməkdən imtina edib. "Axar.az" xəbər verir ki, bu informasiyanı "The Wall Street" qəzeti ABŞ hakimiyyətindəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə ABŞ-ın Ukraynaya onların istədikləri kimi kömək etməyəcəyini bildirib: "Ukrayna bizdən müxtəlif silahlar, aviasiya yanacağı və gecə görmə cihazı istəmişdi. Kəşfiyyat məlumatlarını da onlarla bölüşmək rica edilmişdi. Amma ABŞ rəhbərliyi bundan imtina etdi. Bu o demək deyil ki, biz heç vaxt Ukraynaya yardım etməyəcəyik. Sadəcə, indiki zamanda Ukraynaya yardım edilməyəcək". |
2014-03-14 | 11,567 | Moskva Univermağındakı yanğından - Fotoreportaj | Bu gün "Moskva" Ticarət Mərkəzində yanğın baş verib. Rəsmi məlumata görə, mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. "Axar.az" əməkdaşının hadisə yerindən hazırladığı fotosesiyanı təqdim edirik: |
2014-03-14 | 11,568 | Abutalıbov danışıqları yarımçıq tərk etdi | 12:23 Ticarət obyektlərinin sökülməsindən narazı olan metro ticarətçiləri Bakı Şəhər İcra Hakimiyyətində görüş keçirirlər. "Axar.az" xəbər verir ki, hazırda etirazçıların bina daxilinə buraxıldığı bildirilib. Etirazçılardan fərqli olaraq, Bakı Şəhər İcra Hakimiyyətindəki görüşə jurnalistlərin iştirakına imkan verilmir (Musavat.com). Qeyd edək ki, bir az öncə "Elmlər Akademiyası" metro stansiyası qarşısında metro ticarətçilərinin aksiya keçirəcəyi gözlənilirdi. Lakin tacirlər aksiyada imtina edib, görüş keçirməyə üstünlük vermişlər. Onu da xatırladaq ki, ticarətçiləri Bakı Metropoliteninin qərarı ilə bağlanacaq obyektləri narahat edir. Hətta bağlanma təhlükəsi ilə əlaqədar tacirlər metro obyektlərindəki qiymətləri iki qat aşağı endiriblər. 13:54 Narazı metro ticarətçiləri ilə BŞİH rəhbərliyi arasınd keçirilən görüş nəticəsiz və uğursuz qalıb. Bu barədə şikayətçilərin nümayəndələri danışıblar. Onların dediyinə görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib. Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər ("Musavat.com") |
2014-03-14 | 11,570 | Ronaldo və Messidən dünyaya çağırış | Dünyanın iki ən məşhur futbolşusu Kristiano Ronaldo və Lionel Messi sosial şəbəkələr vasitəsilə başlatdıqları kampaniyalarla Suriyada müharibədən əziyyət çəkən uşaqlara yardım ediblər. "Axar.az" xəbər verir ki, "Real Madrid" klubunun ulduzu Kristiano Ronaldo Tvitter səhifəsində onun formasının geyinmiş suriyalı Əhməd adlı uşağın fotosunu paylaşıb. Ronaldo fotonun altına yazdığı şərhdə, "Əhmədin 16 yaşı var. Suriyalı qaçqındır. Futbolçu olmaq istəyir. Mən də "Uşaqları qoruyun" təşkilatı ilə birlikdə suriyalı uşaqların yanındayam" bildirib. Ronaldodan sonra "Barselona"nın ulduzu Lionel Messi də Feysbuk səhifəsində yazıdğı mesajda təqibçilərindən suriyalı uşaqlar üçün dəstək istəyib. "Suriyalı uşaqların əzab çəkməsinə icazə verməyin" yazan Messi şərhinin altından dünyanın ən böyük imzatoplama kampaniyası olan "Change.org" saytında açılan və dünya liderlərini suriyalı uşaqlara yardım etməyə çağıran kampaniyanın linkini paylaşıb. Messi və Ronaldonun bu mesajları bir neçə saat ərzində milyonlarla insan tərəfindən paylaşılıb. |
2014-03-14 | 11,571 | Siyavuş Novruzovdan icra başçılarına xəbərdarlıq | Parlamentdə hökumətin hesabatı ətrafında müzakirələr davam edir. Deputat Mübariz Qurbanlı isə iqtisadi inkişafdan bəhs etdi və deputatı olduğu Şəmkirdəki inkişafı da buna misal çəkdi. Hadı Rəcəbli Azərbaycanın "intibah dövrünü yaşadığını" bildirdi. Deputat qaçqın və kğçkünlərə ayrılan vəsaitin 637 milyon manata çatdırıldığını, 2013-cü ildə büdcədən sosial məsələlərə 36,6 faiz vəsait ayrıldığını xatırlatdı. H.Rəcəbli tibbi sığorta ilə bağlı qanunun icra olunmamasından danışdı: "1999-cu ildə tibbi sığorta ilə bağlı qanun qəbul olunub. Amma bu başıbəlalı qanun bu günə qədər işləmir. Bu qanunu biz qəbul etmişiksə və cənab prezidentin tapşıırğı varsa, niyə o, icraya ynəldilmir? Kimə deyirsənsə, deyir çox ağır məsələdir. Hansı məsələ ağır deyildi? Məgər yol çəkmək, körpü çəkmək ağır deyildi?" Siyavuş Novruzov dedi ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, soruşur ki, sən mənzilini sığortalamısan, ya yox: ""Sahil" metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsa, belə problem yaranmazdı". "Bu gün Azərbyacan hətta corab, maykanı da ya İran, ya da Çindən alır. Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin"-deyə, deputat bildirdi. S.Novruzov "havada qalan" – sənədsiz evlərdən də danışdı. Dedi ki, artıq bu məsələyə ciddi nəzaerət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltmətyə çağırdı: "Elə insan var 5-6 ildir ömn cəbhədə xidmət göstərir, onun digərindən fərqi olmalıdır". S.Novruzov icra başçılarına da xəbərdarlıq etdi. Dedi ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyacv toxdjur: "Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Dövlətikn vəsaitini havaya sovurmasınlar". Deputat Maliyyə Nazirlyini bu kimi faktları nəzarət altına almağa çağırdı. |
2014-03-14 | 11,572 | Nazir keçmiş Prezidenti təhqir etdi – Video | "Əhməd Necdət Sezər kimi bir saxsını qarşınıza qoyarıq, siz də seçərsiniz". "Axar.az" xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Məhmət Müəzzinoğlu prezident seçkilərindən danışdığı zaman mübahisəyə səbəb olacaq ifadələr işlədib. Belə ki, nazir Müəzzinoğlu keçmiş prezident Əhməd Necdət Sezəri saxsıya oxşadıb: "Prezidenti siz seçə bilməzsiniz, deyirlər. Niyə? Çünki bu günə qədər qərarı həmişə biz vermişik. Siyasi partiya liderlərini təsbeh kimi düzdük masaya. Beş siyasi partiya liderinə dedik ki, siz tanımasanız da olar. Millətin tanıması onsuz da vacib deyil. Əhməd Necdət Sezər kimi bir saxsını sizin qarşınıza qoyarıq, siz də seçərsiniz. Çünki "biz əmr edirik" dedilər, əmr etdilər və seçdirtdilər". Daha ətraflı videoda: |
2014-03-14 | 11,573 | "Mən çox eqoist və şöhrətpərəst adamam" | "Düzdür, elə yazılar var, mən onları yazmaq istəməzdim. Ancaq bu mövzularda yazan yoxdur deyə, məcbur oluram, təkrar yazıram. Əslində, mən başqa yazıları yazmalıyam. Bu vaxta qədər yazdıqlarım hamısı məşq idi. İndi-indi yazmağa başlayıram. Sevinirəm ki, yaxşı gənclər çıxır ortaya. Artıq məsələ ciddiləşir. Bundan sonra qara-qışqırıqla, tamadaçılıqla gündəmi zəbt etmək olmayacaq. İnsanlar səviyyəli yazılar tələb edəcəklər. Erkin Qədirli məsələsi də göstərdi ki, artıq cəmiyyətdə hər bir insan dediyi sözün məsuliyyətini hiss etməlidir. O, kütləyə xoş gələn söz desə də, beş-altı gənc çıxdı və ona etiraz etdi. Hansı ki, həmin gənclərin yetişməsində Erkinin rolu böyük olmuşdu. Buna baxmayaraq, onu bağışlamadılar. Başa saldılar ki, insan sözünün məsuliyyətini dərk etməlidir, ağzına gələni deməməlidir". - Seymur bəy, tez-tez kitabınız çap olunur. Bir çoxları bunu pul qazanmaq üçün etdiyinizi deyir... - Mən axırıncı dəfə "Quqark" romanımdan pul götürmüşəm. O zaman təxminən yeddi min manat gəlir əldə etmişdim. Ancaq bundan sonra heç bir kitabımdan bir qəpik də qazanmamışam. Çünki bacardığım qədər ucuz satdım ki, hər kəs alıb-oxuya bilsin. Həm də biz "Alatoran" yayınlarından olan kitabların çoxunu rayonlara göndəririk. Yəni son dörd kitabımdan heç bir gəlir götürməmişəm. Kitablara görə dostlarım kömək ediblər. Hazırda dörd min beş yüzə yaxın borcum var. Həyatımın heç bir dönəmində indiki qədər pula ehtiyac duymamışam. Beynimdə süjetlər qaynayır, çoxlu süjetlər var. Bunları yazmaq üçün rayona getmək, yaxşı qidalanmaq lazımdır. Gördüyünüz kimi, bu kitabları pul xatirinə buraxmıram. Sadəcə, hekayə janrına keçmişəm və məhsuldarlığım artıb. Çünki oxuduqlarım, həyatda qazandıqlarım, təcrübə, müşahidələrim qıcqırmış vəziyyətdədir. Bu qıcqırma da mənə hədsiz dərəcədə enerji verir. İstəyirəm ki, oturam ancaq və ancaq yazam. Beynimdə olan bütün bədii informasiyaların hamısını kağıza köçürmək istəyirəm. İstəmirəm ki, bir dənəsi də qalsın. Romandan hekayəyə keçməyimin də səbəbi budur. Çünki hekayədə özümü daha rahat hiss edirəm. Deməyə sözüm çoxdur. - Publisistik yazılarınızda təkrara çox yer verirsiniz. - Artıq on ildir ki, bu iradı mənə tuturlar. Alman əsilli amerika yazıçısı Kurt Vonnehuta deyiblər, sizin romanlarınız bir-birinə oxşayır. O da cavabında deyib ki, mən o qədər də avara adam deyiləm ki, hər dəfə təzə roman yazım. Bilirsiniz, mən eyni mövzunu bir il ərzində on dəfə yaza bilərəm. Hər dəfəsində də insanlar oxuyacaqlar. Baxır hansı anda, hansı hadisədən sonra həmin yazını yazırsan. Bizim bir çox problemlərimizin kökündə savadsızlıq durur. Ona görə də mən daim bunu vurğulayıram. İnsanları başa salmağa çalışıram. Təkrarçılıqdan şikayət edirlər, ancaq yenə də oxuyurlar. Bəlkə də, bunları əsəbiləşdirən də məhz budur. Görürlər ki, mən təkrarçılıq edirəm, ancaq yenə də oxuyurlar. Əgər bir insana əsəbiləşirlərsə deməli, onu oxuyurlar. Düşmənçiliyin əsas səbəbi də məhz budur. Mənə nifrət edən adamlar, yazılarımı it kimi oxuyurlar. Yazımda hərf səhvi tapmaq üçün lupa ilə oxuyurlar. İkincisi mən sadə, banal görsənməkdən qorxmuram. Bu da özünü dahi göstərməyə çalışan adamlarda qıcıq doğurur. Deyirlər ki, mən burda Kafkadan yazıram, Seymur isə şabalıd almaqdan yazır, daha çox oxunur. Əslində, mən hər cür tənqidə açığam. Dostlarımla bir yerdə oturanda biz bir-birimizə qarşı çox amansız oluruq. Heç kimin üzünə demədiyi sözləri bir-birimizə deyirik. O mərhələdən keçən adam üçün başqalarının tənqidi çox zəif görünür. Odur ki, istəyərəm tənqid olunum. Ancaq görəndə ki, kimsə paxıllıq edir, qərəzlidir, onlardan uzaq gəzməyə çalışıram. Ölkədə üç dənə publisist varsa, onlardan biri Seymur Baycandır. Yəni bu faktdır. Mən niyə bunu deməyə utanmalıyam. Özünə arxayın olan adam heç vaxt paxıllıq etməz. Fikirləşirəm ki, nə qədər rəqabət olsa, daha yaxşıdır. Çünki güclülər arasında güclü olmaq insanı formada saxlayır. Təbii ki, özün haqqında bu cür danışmaq doğru deyil. Ancaq haqqın olan şeyləri sənə başqaları demirsə və əksinə, sənə müxtəlif böhtanlar atırsa, məcbur qalırsan özün öz haqqında bunları deyəsən. Mən çox eqoist və şöhrətpərəst adamam. Mübarizə aparmaqdan, dava etməkdən ləzzət alan adamam. "Xeyir və şər" yazısını yazmışam. Azərbaycanda o yazını yaza biləcək iki-üç adam var. Çıxsın da ortaya onu yazacaq adamlar. Niyə çıxa bilmirlər? Mən yaxşı yazıram, mən ədəbiyyatda anektodlarla qalmaq istəmirəm. Bunun üçün də öz üzərimdə işləyirəm. Yaxşı yazdığımı qəbul etmək istəməyənlər min cür fikirlər səsləndirirlər. Deyirlər, Seymur Baycan provokatordur, o, gündəmdə qalmaq üçün bu cür yazır. Ancaq məsələ ondadır ki, bu cür yazıb, gündəmdə qalmaq istəyən minlərlə insan var. Heç birində də alınmır. Gedin saytlara baxın görün, nələr yazırlar. Dayım qızı ilə yatdım, anama baxdım, atama baxdım yazanlar yüzlərlədir. Ancaq savadları olmadığı, öz üzərlərində çalışmadıqları üçün oxunmurlar. Mən günə bir kitab oxuyuram. Mənim bir dostum var idi, o həmişə deyirdi ki, Azərbaycan xalqını təzədən birinci sinifə göndərmək lazımdır. İndi görürəm ki, düz deyir. Çünki mən ən adi şeyləri yazıram. Deyirəm ki, teatra gedin, kitab oxuyun, maşınınıza eşşək siqnalı qoymayın, övladınızla şahmat oynayın. Bunları ən adi şüurlu məxluq bilməlidir. Ancaq görünür ki, gərək bunları kimsə desin. - Nazlı Pəncəliyevanın yazdığı "Azərbaycan erkəyi" yazısına münasibətiniz necədir? - Çox yaxşı yazıdır. Nəhayət, qadınlardan kimsə çıxıb yazdı. Düzdür, yazıda bir az emosionallıq var idi, ancaq bu lazımlı yazı idi. Mən "Tükəzbanlar" yazısını yazanda gözləyirdim kimsə çıxıb deyəcək ki, bizi siz belə elədiniz. Ancaq əvəzində dedilər ki, Seymurun anası ermənidir, bacısı filandır. Sonradan mən öz məqsədimə nail oldum. Həmin yazılar neçə qıza təsir etdi. Onlar geyimlərini, düşüncə tərzini dəyişdilər. - Həyatımın ən xoşbəxt günü" kitabı nədən bəhs edir? - Kitabda müxtəlif mövzularda yazılan hekayələr yer alıb. Yarısını rayonda, yarısını da Tiflisdə yazmışam. Əvvəllər kitab buraxanda iki-üç ay özümə dinclik verirdim. Ancaq indi kitab çıxıb heç reklamı ilə də məşğul deyiləm. Çünki özümdən arxayınam. Mənim əsas oxucularım banklarda, özəl sektorda çalışan adamlardır. Məni bəlkə də, ən az oxuyanlar elə ictimai sektorda olanlardır. İndi uşaqlar üçün xatirələrimi yazıram. Fikirləşirəm ki, müasir tariximiz uşaqlar üçün də yazılmalıdır. Buna görə də ölkədə baş verənləri uşaqların dilində yazacağam. Uzun müddət uşaq kitabları oxudum. Hazırda bir neçə hekayəm qalıb. Bundan sonra böyüklər üçün yazmayacağam. Hər şey mənim üçün adiləşib. Çox az adamla oturub dururam. Ədəbiyyat adamları ilə heç görüşmürəm. Ancaq və ancaq yazmaq istəyirəm. Həyatımda heç bir vaxt bu qədər xoşbəxt olmamışam. İçkini də atmışam. Nadir hallarda, maraqlı insanlarla içirəm. Bilirsən, ümumiyyətlə, mən həyatda yaşadığım qədər yaşamışam. -Yazmaq üçün adətən, rayona gedirsiniz. Ola bilərmi ki, bir müddət sonra tamamilə bura köçəsiniz? -Mən həmişə rayondan zövq almışam. Orada qiymətlər münasibdi, hava təmizdi. Əvvəllər rayona gedəndə, 15-20 gün sonra qayıtmaq istəyirdim. Şəhvət mənə güc gəlirdi. Ancaq indi elə deyil, bu məsələni özümdə həll etmişəm. Məni rayon dəhşətli dərəcədə çox çəkir. Təbiəti indi-indi başa düşürəm. Ancaq mən Əkrəm Əylisli kimi etmək istəmirəm. Bir deputat mandatına görə qayıtdı gəldi. Bəlli oldu ki, tənhalıq-filan boş şeymiş. - Bir zamanlar müxalifətin yanında idiniz. İndi isə onları tənqid edirsiniz... - Mənim mətbuata gəlişim müxalifətdən olub. Müsavat Partiyasının üzvü olmuşam. O zamanlar hiss edirdim ki, məndə nəsə qeyri-adilik var. Ancaq özümü heç bir şəkildə ifadə edə bilmirdim. 25 yaşıma kimi əziyyət çəkmişəm. Tale elə gətirdi ki, jurnalistikaya gəldim. İndi əgər o adamların fəaliyyəti və səviyyəsi, eləcə də, dünyagörüşü məni qane etmirsə, mən niyə ömrümün sonuna kimi onlarla oturub-durmalıyam. Bir halda ki, artıq üç ildir anamı, dörd ildir bacımı görmürəm. Keçən dəfə anam zəng etmişdi ki, niyə gəlmirsən? Dedim ki, işlərim var, məni narahat etmə. Çünki onlar çoxdur, mən isə təkəm. Onlar onsuz da yaşayacaqlar. Bəs mənə kim yiyə duracaq? Mənə bioloji ana lazım deyil. Mənə o ana lazımdır ki, oxuduqlarımı bilsin, yazdıqlarımı oxusun. - Niyə evlənmirsiniz? - Azərbaycanda mənə layiq qadın yoxdur. Xaricdə də var ancaq mən ora getmək istəmirəm. Onların da bura gəlməyi mümkün deyil. Balaca, darıxdırıcı ölkədir. Mənə yaşamaq üçün qadın lazım deyil, mənə ölmək üçün qadın lazımdır. İstəmirəm ki, əzab-əziyyətlə qazandığıma kimsə gəlib şərik dursun. Onlar buna layiq deyillər. - Bəs övladınızın olmasını necə, istəmirsiniz? - Bilirsən, mən valideynlik məsuliyyətini bilirəm. Azərbaycanlıların böyütdüyü uşaqlardan yüzünü böyüdərəm. Çünki bizdə valideyn məsuliyyətini dərk etmirlər. Bunun nəticəsində də savadsız, kobud insanlar böyüyür. Bir müddət öncə oturub bir xeyli fikirləşdim və qərara gəldim ki, şəxsi həyatım alınmadı, heç olmasa, yazı məsələsində özümü realizə edim. Buna görə də çox rahatam. - Sizi yazılarınızın mövzusuna görə çox tənqid edirlər... - Düzdür, elə yazılar var, mən onları yazmaq istəməzdim. Ancaq bu mövzularda yazan yoxdur deyə, məcbur oluram, təkrar yazıram. Əslində, mən başqa yazıları yazmalıyam. Bu vaxta qədər yazdıqlarımın hamısı məşq idi. İndi-indi yazmağa başlayıram. Sevinirəm ki, yaxşı gənclər çıxır ortaya. Artıq məsələ ciddiləşir. Bundan sonra qara-qışqırıqla, tamadaçılıqla gündəmi zəbt etmək olmayacaq. İnsanlar səviyyəli yazılar tələb edəcəklər. Erkin Qədirli məsələsi də göstərdi ki, artıq cəmiyyətdə hər bir insan dediyi sözün məsuliyyətini hiss etməlidir. O, kütləyə xoş gələn söz desə də, beş-altı gənc çıxdı və ona etiraz etdi. Hansı ki, həmin gənclərin yetişməsində Erkinin rolu böyük olmuşdu. Buna baxmayaraq, onu bağışlamadılar. Başa saldılar ki, insan sözünün məsuliyyətini dərk etməlidir, ağzına gələni deməməlidir. - Yusif Vəzirin "Studentlər" romanı ilə bağlı keçirdiyiniz müsabiqənin gedişindən razısınızmı? - Müsabiqəni baş tutmuş hesab etmək olar. Sevindirici hal odur ki, daha çox qızlar iştirak etdi. Biz hər iki aydan bir bu cür musabiqələr keçirəcəyik. Amma ümumilikdə narazıyam. Çünki uşaqlar tənbəllik edirlər. Qalın bir romanı oxuyub, ondan yazı yazmaq əziyyət tələb edir. Bizimkilər zəhmət çəkmək istəmir. Bu ümumilikdə şərq xalqlarının problemidir. |
2014-03-14 | 11,574 | 3 barmaq işarəsi aranı qarışdırdı - Foto | Londonda keçirilən Avropa Liqasının 1/8 finalının ilk görüşündə "Benfika" "Tottenhem"ə 3:1 hesabı ilə qalib gəldi. Matçın sonunda "Benfika"nın baş məşqçisi Jorje Jezuş Tim Şervurdun əlini sıxmaq əvəzinə, "Tottenhem"in ehtiyat oyunçular skamyasına tərəf 3 barmaq işarəsi göstərib. "Axar.az" xəbər verir ki, matçdan sonra Şervurd bu məsələyə münasibət bildirib: "Onun əl sıxmaması xoşagəlməz haldır. Matçın ilk dəqiqələrindən başlayaraq o, texniki əraziyə daxil olduğum üçün ehtiyat hakimə şikayət edirdi. Nə üçün gedərkən əl yellədi? Çünki, peşəkarlığı çatışmır. Bunu nə üçün etməliydi ki?". Məsələ ilə bağlı danışan Jezuş Şervurd da vəziyyətin əsassız yerə gərginləşdirildiyini düşünür: "Bu jest 3 nömrəni ifadə edirdi. Luizao - 3 nömrə. Portuqaliya ilə müqayisədə İngiltərədə skamyalar bir-birinə yaxın yerləşir. Portuqaliyada yerlər genişdir və biz hisslərimizi özünəməxsus şəkildə ifadə edə bilirik. Əgər Şervurd bunu hörmətsizlik kimi qəbul edirsə, bu, onun öz işidir". Qeyd edək ki, komandalar arasındakı cavab matçı 20 martda Lissabonda keçiriləcək. |
2014-03-14 | 11,575 | “Biz türkük, qadını evə həbs edə bilmərik” - Video | Qazaxıstan prezidenti İslam, qadın və libas haqqında örnək olacaq çıxış edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti İslamı rəsmi din olaraq qəbul etdiklərini və bununla qürur duyduqlarını bildirib: "Ancaq müsəlmanlığımızı öndə tutaraq heç bir hədəfə çata bilmərik. Digər müsəlman dövlətlərə və İslamın qayda-qanunları ilə yaşayan insanlara sonsuz hörmətimiz var. Ancaq biz ərəb deyilik. Biz köçəri və türk xalqıyıq. Ərəblər kimi qızlarımızı dini və mədəni və ya ictimai təzyiqlərə görə bağlayıb, bundan müsəlman dövlət imici olaraq istifadə edə bilmərik. Onları çadralara bürüyərək evə həbs etmək bizim yolumuz deyil. Təkrar edirəm! Hər kəsə sayğımız sonsuzdur. Ancaq geyim-keçim insanların öz səlahiyyətlərindədir. Biz qazaxıq, xalqımız köçəri həyatı boyunca bu günə qədər qadın, kişi fərqi qoymadan bu günlərə gəlib çıxıb. Qadınlarımız kişilərinin yanında getdi - arxasında deyil, əksinə önündə getdi. İslamdan əvvəlki tarixdə qadınlarımız necə istəyirdilərsə, o cür də geyinərdilər. Və ictimaiyyəti narahat etmək kimi bir niyyətləri də heç vaxtı olmayıb. Ona görə bu mövzuda heç vaxtı problem yaşamadıq. Bu gün isə bu cür problemin olması mümkün deyil. Müsəlman və sünni bir xalq olmağımız insanların həyatlarına qarışmağımız üçün bir səbəb deyil" |
2014-03-14 | 11,576 | “Ermənistanla atəşkəsi Rusiyadan gizli razılaşdırdıq” | "Atəşkəs müqaviləsinin axırı gəlmir və sonu da yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, atəşkəs müqaviləsinin sonunun bitməsini mümkünsüz bir şey adlandırıb: "Atəşkəs imzalananda onun siyasi tərəfi ilə mən şəxsən özüm məşğul olmuşam. Atəşkəsin formulası belədir. Atəşkəs sülh əldə olunana qədər davam edəcəkdir. Ona görə də atəşkəsin vaxtının bitməsi tamamilə mümkün olmayan bir şeydir. Bu o deməkdir ki, yüz il də olsa, atəşkəs davam edəcək. Ona görə də atəşkəs müqaviləsinin axırı gəlmir və sonu da yoxdur". Politoloq bu müqavilənin Moskvanın iştirakı olmadan gizli şəkildə hazırlandığını qeyd edib: "Atəşkəs imzalanmağa hazır olanda Moskvanın təklifi belə idi: üç aylıq atəşkəs olsun və hər üç aydan bir tərəflər Moskvaya atəşkəsin uzadılması barədə müraciət etsinlər. Lakin bu, hər iki ölkəni hər üç aydan müharibə təhlükəsi altında qoymaq və Rusiyanın ayağının altına tamamilə yıxmaq demək idi. Ona görə də atəşkəs haqqında müqaviləni mən və Jirar Liparityan Moskvanın iştirakı olmadan Paris vasitəsilə telefonla razılaşdırdıq. Mən bu müqaviləni razılaşdıranda prezidentin otağında otururdum. Heydər Əliyev də bunun tərəfdarı idi. Ona görə də biz Moskvanın iştirakı olmadan belə bir razılaşma əldə etdik ki, atəşkəs sülh əldə olunana qədər davam etsin. Bu, sonradan Moskvanın narazılığına səbəb oldu, amma onlar daha atəşkəsi pozmadılar". Qeyd edək ki, bəzi yerli mətbuat orqanların bu il atəşkəs müqaviləsinin bitəcəyini və buna görə də orduların döyüş vəziyyətinə gətirildiyini yazıb. Xatırladaq ki, Vəfa Quluzadə uzun müddət Azərbaycan Respublikasının Xarici Məsələlər üzrə Dövlət müşaviri və Təhlükəsizlik Şurasının üzvü vəzifələrində çalışıb. |
2014-03-14 | 11,577 | Ərdoğanın səs yazısı ilə bağlı yeni iddia | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər vəzifəli şəxslərin yayılan səs yazıları ilə bağlı yeni iddia ortaya çıxıb. "Axar.az" xəbər verir ki Türkiyənin "Star" qəzeti 17 dekabrda keçirilən "rüşvət əməliyyatı"ndan sonra gündəmə gələn səs yazıları ilə bağlı yeni məlumat yayıb. Qəzet orijinal olub-olmadığı bilinməyən həmin səs yazılarının Əmniyyət Kəşfiyyatında qurulduğunu, səs yazılarını yazan və onları yayan 44 polis haqqında cinayət işinin açıldığını yazıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan istintaqda Əmniyyət Kəşfiyyatında qanunsuz dinlənilmə aparıldığı, yüksək səviyyəli dövlət rəsmilərinin şəxsi məlumatlarının araşdırıldığı, məxfi məlumatların mətbuata sızdırıldığı bildirilib. İstintaqın ilk mərhələsində 27 polis işdən uzaqlaşdırılıb. Bundan başqa Baş nazir Ərdoğan və yaxınlarının şəxsi həyatı ilə bağlı məlumatlar 19 polis tərəfindən araşdırıldığı və surətinin çıxarıldığı da məlum olub. |
2014-03-14 | 11,578 | Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri görüşdü | Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ölkələr arasında mövcud olan sərhədlər dost və qardaşlıq sərhədləri olmalıdır: "Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq". Sonra nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş artıq başa çatıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilir. Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib. |
2014-03-14 | 11,579 | Şirkətlər gözəllik yarışması üçün birləşdi | "High Life Fashion & Model Academy" şirkəti ilə "Merac Production" arasında "Miss Avroviziya" gözəllik yarışması üçün rəsmi olaraq partnyorluq müqaviləsi imzalanıb. "Merac Production"ın direktoru Samir Xəttabın "Axar.az"a verdiyi məlumata görə, 15 mart saat 14:00-da "The Public" klubda keçiriləcək kastinqə Avropanın tanınmış müğənnisi və bəstəkarı Toni Rey də təşrif buyuracaq. Həmin gün axşam saatlarında eyni məkanda "FLY Production"ın təşkilatçılığı ilə Toni Rey solo konsertlə çıxış edəcək. Qeyd edək ki, kastinqdə iştirak etmək istəyən xanımlar martın 15-i saat 14:00-da tədbirin keçiriləcəyi məkana gəlib özlərini sınaya bilərlər. |
2014-03-14 | 11,580 | “Ermənistanla əməkdaşlığa hazırıq” – Elmar Məmmədyarov | "Bu həftə ATƏT-in Minsk Qrupun həmsədrləri ilə ayrı-ayrılıqda görüşmüşük. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Van şəhərində Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, region üçün də təhlükədir: "Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz çalışırıq ki danışıqları yerindən tərpədək. Biz Ermənistanla sülh naminə əməkdaşlıq etməyə hazırıq, amma bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir". |
2014-03-14 | 11,581 | Hizbullah komandiri öldürüldü – Video/18+ | Suriyada Hizbullah terror təşkilatının komandirlərindən biri Həsən Mənsurun müxaliflərin hücumu nəticəsində öldüyü açıqlanıb. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, Suriya ordusuna dəstək üçün Kalamuna əsgər yığan Hizbullah və iraqlı Fələq Əl-Bədir briqadası xadimlərinin dəstələri Dəməşq çölündə olan Kalamun və Yabrud bölgəsində çox ciddi itkilər verib. Həsən Mənsur haqqında mediada çıxan xəbərlərdə Livan-Suriya sərhədində İsrail bombardmanında öldürüldüyü deyilsə də, ölümü haqqında çox ziddiyyətli xəbərlər yayılmış və onun hansı şəkildə öldüyü açıqlanmamışdı. Kalamun Koordinasiya Komitəsi tərəfindən edilən açıqlamada Kalamun bölgəsində Hizbullah komandirinin 2 həftə əvvəl öldürüldüyü və Hizbullah qaynaqlarının bu məlumatı gizlətdiyi bildirilir. Öldürülən Hizbullah komandiri Həsən Mənsurun videosu: |
2014-03-14 | 11,582 | ”Maydan banditləri önündə oxumaq istəmirəm” | SSRİ və Rusiyanın Xalq artisti 76 yaşlı İosif Kobzon xəstəxanaya yerləşdirilib. "Axar.az"ın məlumatına görə, o, "Komsomolskaya pravada" qəzətinə verdiyi müsahibəsini şərh edib. Kobzon bu dəfə də Ukraynanın hazırkı iqtidarının ünvanına sərt sözlər işlədib, aksiya iştirakçılarını bandit adlandırıb. Xatırladaq ki, hazırda Rusiyanın ziyalı təbəqəsi iki cinaha bölünüb – Putinin Ukrayna siyasətinə haqq qazandıranlar və bu aqressiyanı pisləyənlər. Kobzon birincilərin yanında yer alıb və narazılar cinahına məsləhət verib: "Ayıq olmalıyıq! Uşaqlar, bu, zarafat deyil! Uşaqlar, nədən Maydanda çıxış edirsiniz? Kişi kimi niyə demədiniz ki, bandit aksiyalarında iştirak edə bilməzsiniz? Böyük Vətən Müharibəsi illərində Donbassda gənc qvardiyçılarımızın şücaətini nə tez unutdunuz? Və bundan sonra Rusiyaya gəlmək istəyirsiniz? Yemək üçünmü? Özünüzdə yemək yeyin də... Yeri gəlmişkən, məni də Maydana çıxış etməyə çağırmışdılar. Ancaq dedim ki, mənim banditlər önündə çıxış etmək fikrim yoxdu. Krıma, Sevastopola çağırsalar, məmnuniyyətlə uçaram". |
2014-03-14 | 11,583 | Əsəd ordusunun üç illik itkisi – Statistika | Suriyada davam edən vətəndaş müharibəsi dördüncü ilinə girməsinə baxmayaraq, Əsəd rejimi ilə müxaliflər arasında toqquşma səngimək bilmir. "Axar.az" xəbər verir ki, ölkə daxilində baş verən xaos, gün keçdikcə daha da təhlükəli olmağa başlayır. "GBS Nyus" Əsəd rejiminin müharibə zamanı itkilərini açıqlamasına baxmayaraq, xaricdən olan dəstəkçiləri - Livan Şiə Hizbullah terror təşkilatı, İran İnqilab Keşikçiləri, İraq Şiə əsgərləri və bir çox xarici Əsəd tərəfdarı ölən əsgərləri statistikaya daxil etməyib. Həmin statistikanı təqdim edirik: Xüsusi Dövlət Mühafizə Xidməti və Xüsusi Təyinatlılar: 40 min Öldürülən və ya yaralanan zabitlər: 60 min Əsgərlər və Milli Müdafiə Qüvvələri: 100 min Şikəst qalan: 125 min – 135 min Fərari əsgərlər: 189 min Rejim həbsxanalarında məhbus olan: 3050 zabit Xüsusi xidmət orqanlarında həbsdə olan yüksək rütbəli zabitlər: 4500 Mövqeyini dəyişdirməyən zabitlər: 24 min Mövqe dəyişən, ancaq toqquşmalara girməyən əsgərlər: 38 min |
2014-03-14 | 11,584 | Polkovnik nurçuların ordu içində yayılmasından danışdı - Şok | "Nurçular Türkiyə Silahlı Qüvvələrinin daxilində çox gizli təşkilatlanmaya sahibdirlər". "Axar.az" xəbər verir ki, bu sözlərlə hazırda həbsdə olan Türkiyə ordusunun keçmiş polkovniki Əhməd Zəki Üçok çıxış edib. O, Türkiyə ordusunda nurçularla bağla araşdırma aparan tək adam olduğuna görə həbsdə saxlanıldığını deyib: "Türkiyə Silahlı Qüvvələrində dövlət içində dövlətlə bağlı araşdırma aparan tək adamam. Ona görə də indi həbsdəyəm. Onlar artıq illərdir odunun içərisindədirlər. Üstəlik, hər biri müxtəlif vəzifələrdə artıq özlərinə yer ediblər. Silahlı Qüvvələr daxilində üçlü qruplar formasında tam gizli hərəkət edirlər. Ona görə onları tapmaq və yox etmək çox çətindir. Bir-birini tanımadıqlarına görə, ələ keçən adamın digərini ələ vermək şansı yaranmır. Onlar terror təşkilatları kimi kod adlarından istifadə edirlər. Bir dəfə onlardan birini yaxalayanda mənə dedi ki, böyüyümüzün kod adı Yusifdir. Amma onu tanımırıq və üzünü görməmişik". Polkovnik Fətullah Gülən camaatına daxil olan müxtəlif biznesmenlərin bu araşdırmalara mane olmağa çalışdığını qeyd edib: "Apardığım araşdırmalardan sonra ilk dəfə onları Kayseridə üzə çıxartdıq və yasaqlaya bildik. Sonradan Hərbi Hava Qüvvələrində "İşıq evləri" təhqiqatı zamanı bir neçə dəfə müxtəlif iş adamları vasitəsiylə mənə təhdid dolu mesajlar göndərdilər. Bir dəfə iş adamlarında biri özü mənə dedi ki, sən Fətullah Gülənə çatmaq istəyirsən? Buna gücün çatmaz. Başqa biri vasitəsiylə isə, "Türkiyə Silahlı Qüvvələri içərisində yenidən təşkilatlanma olacaq. Ona görə də tərəfini doğru müəyyənləşdir" - mesajını göndərdilər. Məhkəməm olanda hakim əvvəl mənə bəraət vermişdi. Sonradan onu qadınlarla lüt şəkillərini yayımlayacaqları ilə təhdid etdilər və o da məni həbsə göndərdi". Qeyd edək ki, Əhməd Zəki Üçok "Balyoz davası" zamanı tutulub. Ona qarşı aparılan 10 məhkəmə prosesində fətullahçılar tərəfindən cəmi 724 il həbs istənilib. Hazırda Sincan həbsxanasındadır. |
2014-03-14 | 11,585 | Rusiya Krıma ölüm raketləri göndərir | Rusiya ordusu Krımın şimalına "Uraqan" yaylım atəş sistemləri və iri çaplı raketlər yerləşdirir. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk özünün Feysbuk səhifəsində yazıb. "Eşelonda 12 raketuçuran qurğu və 10 ağır qurğudaşıyan maşın var. "Uraqan 9K57" reaktiv yaylım atəş sistemi çox ciddidir. Onun bir ədədi Simferopol kimi şəhərin yarısını yer üzündən silməyə bəs edər" deyə Timçuk bildirib. Ukrayna Müdafiə Nazirliyinin Krımdakı mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov da özünün Feysbuk səhifəsində Rusiya ordusuna aid hərbi texnika karvanının Kerç boğazından keçdiyini yazıb. |
2014-03-14 | 11,586 | Rus mediası Obama-Yaçenyuk görüşünə buraxılmadı | Rusiya Xarici İşlər Nazirliyi rus kütləvi informasiya vasitələri nümayəndələrinin Amerika Prezidenti Barak Obama ilə Ukrayana Baş naziri Arseni Yaçenyukun birgə mətbuat konfransına buraxılmamasına etiraz edib. "Axar.az" məlumat verir ki, rus tərəfi bunu özlərinə qarşı diskriminasiya adlandırıb. Rusiyanın müvafiq nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviçin səsləndirdiyi etiraz bəyanatını diqqətə çatdırırıq: "Rusiyalı jurnalistlərin mətbuat konfransına buraxılmamasını diskriminasiya sayırıq. Söz azadlığı və demokratiyadan bəhs edən amerikalılara, görünür, "öz" media mənsubları lazımdır, yəni millətçi, Yaçenyuk hakimiyyətini himayə edən "Sağ sektor"... Ağ Ev əks sualları bilərəkdən eşitmək istəməyib". |
2014-03-14 | 11,587 | Ceyhun Osmanlı Londonda "Qafqaz"ı göstərdi - Foto | Londondakı Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycanın "Osmanlı Film" və Türkiyə film şirkəti olan "GülerYüz Film"lə birgə "Qafqaz" bədii filminin premyerası olub. "Qafqaz" bədii filmi Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Gecədə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş ekran əsərinin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib. Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlər Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarının qardaş ölkələrimiz arasında, həmçinin filmin çəkilişində də hər zaman əsas prinsip olduğu qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. Ceyhun Osmanlı qeyd edib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır. Filmin rejissoru və baş rolun ifaçısı Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə ediblər. Çıxışlarından sonra Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən filmin baş rol ifaçılarına Qarabağ xalçaları hədiyyə edilib və bildirilib ki, "Qafqaz" filmi mart-aprel aylarında Avropanın digər nüfuzlu şəhərlərində də nümayiş olunacaq. Bildirək ki, gerçək hekayəyə əsaslanan film 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr 1-ci Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin "Xəzər" adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Filmdə müharibə bütün amansızlığı ilə əks olunmaqla onun törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır. Qeyd edək ki, film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. |
2014-03-14 | 11,588 | Bakıda uşaqlar üçün kitab bayramı | Sabah - martın 15-də "Zero" kitab evində Uşaq Kitabı Günü keçiriləcək. "Axar.az"ın məlumatına görə, oxuculara 300-dən çox adda uşaq ədəbiyyatı nümunəsi təqdim olunacaq. Buraya nağıllar, illüstrasiyalı vəsaitlər, uşaq hekayələri, uşaq ensiklopediyaları və müxtəlif mövzularda kitablar daxildir. İstər məktəbəqədər, istərsə də məktəbli uşaqlar üçün çoxsaylı seçim imkanı olacaq. Novruz bayramı ərəfəsində uşaqlar üçün bayram kampaniyası kimi nəzərdə tutulan Uşaq Kitabı Gününə bütün valideynlər və balaca oxucular dəvətlidir. Tədbir saat 10:00-da başlayacaq və gün boyu davam edəcək. Qeyd edək ki, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz) ünvanında yerləşən Zero Kitab Evi ayda bir dəfə Uşaq Kitabı günü təşkil edir. |
2014-03-14 | 11,589 | Azərbaycanlı alim Nobel medalı aldı | Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün beynəlxalq elmi-praktik konfrans keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, "Publishing House" Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub. Konfransda AMEA Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb. RTEA-nın Beynəlxalq "Fundamental və tətbiqi tədqiqatlar", eləcə də "Elm və təhsilin müasir problemləri" jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb. "Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarə etmə sistemləri" və "Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları" sərlövhəli məqalələr sertifikatla təltif olunub və "Rusiyanın milli elminin qızıl fondu"na daxil edilib. Eyni zamanda RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı "Rusiyanın tanınmış alimləri" elektron ensiklopediyasına daxil edilib. |
2014-03-14 | 11,590 | Elgizin verilişinin bağlanmasına açıqlama gəldi - Yeniləndi | 15:55 ANS telekanalında yayımlanan "Adam içində" verilişinin də bağlanıldığı söylənilir. Məlumata görə, bu qərar MTRK-nın Bədii Şurasının göstərişi ilə qəbul edilib. Telekanal bu haqda məlumat verməkdən hələ ki, boyun qaçırır. Daha dəqiq informasiyanın sabah veriləcəyi gözlənilir ("Gecce.az"). 16:30 ANS telekanalında yayımlanan "Adam içində" verilişinin yaradıcı heyətində çalışan şəxslərdən biri adının çəkilməməsi şərti ilə "Axar.az"a bildirib ki, verilişin bağlanması haqqında yayılan xəbərlər yanlışdır. Bu axşam efirdəyik və bu mövzu ətrafında proqramda diskussiyalar aparılacaq. |
2014-03-14 | 11,591 | MTN 24 kiloqram narkotik tutdu - Əməliyyat | Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb. Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəli oğlu, Haqverdiyev Vasif Abbas oğlu, Dadaşov İlqar Xanhüseyn oğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. |
2014-03-14 | 11,592 | “Əli bəy Hüseynzadə” – Azər Turanın kitabı | Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli Bəy Hüseynzadənin 150 illik yubileyi və araşdırmaçı-türkoloq Azər Turanın yenicə çapdan çıxmış "Əli bəy Hüseynzadə" adlı kitabının təqdimatı keçirilib. "Axar.az" xəbər verir ki, dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli bəy Hüseynzadənin 150 illik yubileyi və araşdırmaçı-türkoloq Azər Turanın yenicə çapdan çıxmış "Əli bəy Hüseynzadə" adlı kitabının təqdimatı keçirilib. Görkəmli elm və sənət adamlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə Əli bəy Hüseynzadənin böyük elmi-ədəbi irsindən, milli mücadilə yolunda əvəzsiz xidmətlərindən danışıb. Azər Turanın Əli bəy irsinin araşdırılmasında əvəzsiz xidmətlərini yüksək dəyərləndirib. Tədbirdə AYB sədri, Xalq yazıçısı Anar, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov, AYB-nin katibi Arif Əmrahoğlu, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəridə Məmmədova, fəlsəfə elmləri doktoru Rahid Ulusel, şair Oktay Rza, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Adil Cəmil və digər natiqlər Əli bəy Hüseynzadənin türk dünyası tarixindəki önəmli rolundan danışıblar. Sonda söz "Əli bəy Hüseynzadə" kitabının müəllifi Azər Turana verilib. A. Turan isə ideoloq, həkim, tibb professoru, ədib, tərcüməçi, rəssam, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" triadasının müəllifi, türkçülüyün qurucusu Əli bəy Hüseynzadə barədə tarixi qaynaqların daha dərindən araşdırılmasının zəruriliyindən danışıb. Öz çıxışını Abdulla Cövdətin 1908-ci ildə Əli bəy Hüseynzadə barədə yazdığı "Ehyayi-la yəmut. Həkim, ədib Əli bəy Hüseynzadə" məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırmaqla yekunlaşdırıb. |
2014-03-14 | 11,593 | Novruzda havalar necə olacaq? | Novruz bayramı günlərində Azərbaycan ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, bayram günlərində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Bu günlərində bir qədər küləkli hava şəraiti müşahidə olunacaq. U.Tağıyevanın sözlərinə görə, yaxın 3-4 gün ərzində Bakıda və Abşeron yarımadasında daha çox küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Martın 16-da və 17-də arabir güclənən cənub küləyi müşahidə olunacaq. Buna baxmayaraq martın 18-dək havanın temperaturu günü-gündən artacaq. Martın 17-dən 18-nə keçən gecə şimal küləyinin qısa müddətə güclənməsi gözlənilir və nəticədə martın 18-də havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Paytaxda havanın temperaturu 10-12 dərəcədən yuxarı olmayacaq. Martın 19-da, 20-də və 21-də isə tez-tez bir-birini əvəz edən şimal və cənub küləkləri əsəcək, arabir güclənəcək. Martın 19-dan 22-dək havanın temperaturu günü-gündən mülayimləşəcək və bir qədər yüksələcək. U.Tağıyeva qeyd edib ki, bayrama kimi hava proqnozu barədə proqnozlar yenilənəcək və dəqiqləşmələr ictimaiyyətə yenidən təqdim olunacaq: "Hansısa dəyişiklik olsa bu barədə növbəti proqnozlarda əks olunacaq". |
2014-03-14 | 11,594 | ATV 4 aparıcısını işdən uzaqlaşdırdı | "Azad Azərbaycan" müstəqil teleradio şirkətinin (ATV) daha 4 nəfər əməkdaşı efirdən kənarlaşdırılıb. Bu barədə ATV-dəki mənbədən məlumat verilib. Məlumata görə, "ATV Xəbər"in aparıcıları Ceyhun Əli, Gülnar Muxtarqızı, Alidə Mustafayeva və Nuranə Əliyeva efirdən kənarlaşdırılıb. Sözügedən aparıcılara hələlik bir neçə həftə işə gəlməmələri, yalnız Alidə Mustafayeva və Ceyhun Əliyə yaxın vaxtlarda yeni verilişdə aparıcı kimi efirə çıxacaqları deyilib. Xatırladaq ki, bu yaxınlarda ATV-nin efirində yayımlanan bir neçə veriliş də bağlanıb ("Publika.az"). |
2014-03-14 | 11,595 | Nigar Köçərli də istintaqa çağırıldı | "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu barədə Nigar Köçərlinin özü məlumat verib. N.Köçərli deyib: "Bu gün (martın 14-də-red.) səhər zəng vurublar və işimizi araşdıracaqlarını, tezliklə məni istintaq idarəsində görmək istədiklərini deyiblər. Belə başa düşürəm ki, "Qanun"dan sonra növbə "Ali və Nino"nundur". Nigar Köçərli bunu öz vətəndaş mövqeyi ilə əlaqələndirib: "Mən bunu öz Feysbuk hesabımda yaydım. Müxtəlif fikirlər səsləndi. Kimisi bildirdi ki, hansısa oliqarxın nəşriyyat açmaq planı var, kimisi dedi ki, bu, siyasi sifarişdir. Bunlar mənə təbii ki, xoş deyil. 2003-cü ildən bəri fəaliyyətdəyik. İnsanları kitaba cəlb edirik, vergilərimizi hər zaman vaxtında və düzgün ödəmişik. Bu ola bilər mənim vətəndaş mövqeyimlə əlaqədardır. Bu günə qədər heç kimə rüşvət verməmişəm. Görünür, "Ali və Nino" kiməsə maneə olur". Ötən ilin sonlarından "Qanun" nəşriyyatında da Vergilər Nazirliyi yoxlamalar aparıb. Bu ilin fevralında nəşriyyat 150 min manat cərimə olunub ("Azadlıq Radiosu"). |
2014-03-14 | 11,596 | MTRŞ-da məxfi toplantı keçirilir – Özəl | "Milli Televiziya və Radio Şurasında qapalı toplantı keçirilir". MTRŞ-da adının açıqlanmasını istəməyən mənbənin "Axar.az"a verdiyi məlumata görə, ATV-də yayımlanan "Ümid var" verilişinin bağlanmasından sonra digər telekanallardakı bu qəbildən olan proqramların da işinə xitam verilməsi gözlənilir. Mənbənin sözlərinə görə, hazırda MTRŞ-da bununla bağlı müzakirələr gedir: "Şuranın ixtiyarı yoxdur ki, kanalların daxili işinə qarışıb hansısa proqramın yayımına qadağa qoysun. Ancaq bir çox verilişlərin formatında dəyişiklik edilməsi gözləniləndir. Hazırda Şurada gedən müzakirə də bununla bağlıdır". MTRŞ-da ən çox müzakirə edilən veriliş isə ANS kanalında yayımlanan "Adam içində" proqramıdır: "Proqramın fəaliyyətinə son qoyulması da müzakirə edilir. Yaxın vaxtlarda hansı verilişin fəaliyyətinə son qoyulacağı haqda məlumat veriləcək". Mənbə həmçinin qeyd edir ki, şurada iclas səhər saatlarından başlayıb və indiyə qədər davam edir. Qeyd edək ki, bir neçə gün əvvəl ATV kanalında Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var" verilişində qalmaqal yaranmışdı. Veriliş zamanı Ağcabədidə yaşayan şəxsin həyat yoldaşının intim videolarını təqdim etməsi böyük narazılığa səbəb olmuşdu. Bu gün isə ATV kanalının rəhbərliyi verilişin bağlanmasına qərar verib. |
2014-03-14 | 11,597 | “Ali Baş Komandan bizim üzərimizə vəzifə qoyub" | "Bu gün bizim yalnız bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir". Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib. Nazir qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşımıza işğal olunmuş ərazilərin azad olunması kimi məsuliyyətli bir vəzifə qoyub: "Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Ölkə rəhbərinin böyük iftixarla qeyd etdiyi kimi, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda qaldırılacaq". O, Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsinin 10-cu ildönümü münasibətilə tədbirdə iştirak edən generalları, zabitləri, gizirləri və kursantları təbrik edib. Z.Həsənovun sözlərinə görə, müasir mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndər hələ ötən əsrin 70-ci illərdə Azərbaycanın öz müstəqilliyini öncədən görərək Cəmşid Naxçıvanskı adına hərbi məktəbi yaradıb. Həmin kadrlar müxtəlif hərbi ixtisaslara yiyələniblər. Respublikanın ərazi bütövlüyünün qorunmasında, Ermənistanın təcavüzünün qarşısının alınmasında Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunlarının əvəzsiz rolu və xidmətləri olub". Nazir qeyd edib ki, Heydər Əliyevin adını daşığıdı məktəbdə təhsil almaq həm şərəfli, həm də məsuliyyətlidir. Z.Həsənov bildirib ki, Ordumuzun daha güclü olması üçün ən müasir texnika və silahları ixtira etməyi bacaran, xüsusilə də milli-mənəvi dəyərlərə əsaslanan milli kadrlara bu gün ehtiyacımız var. Bu məktəbdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən də təhsil alan xarici ölkə vətəndaşları var. Ölkə rəhbərliyi sayəsində yüksək ixtisaslı zabitlərin hazırlanması üçün hər cür şərait var və bu diqqət daha da artırılacaq: "Əminəm ki, Heydər Əliyev adına Ali Hərbi Məktəb Ali Baş Komandanın hər bir əmrini hər an yerinə yetirməyə hazır olacaq". |
2014-03-14 | 11,598 | Türkiyə torpağı işğal edildi | Əhməd Davudoğlu hər cür hücumlara cavab vermək iqtidarında olduqlarını bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xaricdəki yeganə torpağı olan və Suriya sərhədinə girən Süleyman Şah Türbəsinin olduğu bölgə İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən işğal edilib. Türkiyə sərhədindən 35 km aralıda yerləşən Qaraqozaq kəndi yaxınlığında baş verən bu hadisədən sonra Suriya sərhədində gücləndirilən Türkiyənin quru və hava qoşunları, döyüşə hazır vəziyyətə gətirilib. Türbədə xidmət göstərən təxminən 25 əsgərə türbəyə hər hansı hücum olduğu vəziyyətdə "vur" əmri verilib. Hər hansı hücum olarsa adekvat cavab veriləcək Məsələ ilə əlaqədar açıqlama verən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib: "Beynəlxalq qanunlara əsasən ora Türkiyə torpağıdır. Hər cür tədbir görmək haqqımız var". Davudoğlu həmçinin bunları bildirib: "Ora hücum edəcək istənilən qüvvəyə eyni hücumla cavab veriləcək. Bu, istəyir rejim tərəfindən olsun, istəyir radikal qruplar tərəfindən, fərqi yoxdur. O vətən torpağının qorunması üçün Türkiyə heç tərəddüd etmədən hər cür tədbir görəcək". 1921-ci ildən indiyə kimi Xatırladaq ki, Süleyman Şah Türbəsi olan bölgə Osmanlı İmperiyasının süqutundan sonra Fransanın müstəmləkəsinə keçməsinə rəğmən, 1921-ci ildə Fransa ilə imzalanan "Ankara" müqaviləsinə görə, Türkiyə Respublikasının torpağı olaraq qəbul edilib və Türkiyə ordusu tərəfindən mühafizə edilir. |
2014-03-14 | 11,599 | Moskva Univermağının sahibi kimdir? - Video | Moskva Univermağının yanması bu ticarət mərkəzinin kimə məxsus olduğunu gündəmə gətirib. İctimai müzakirəyə çevrilən bu suallara cavab tapmaq üçün "Axar.az"ın olaraq ticarət mərkəzindəki obyekt sahibləri və digər məlumatlı şəxslərlə söhbətləşdik. Giriş qadağandır Saat 11:50. Çevik Polis Alayının əməkdaşları univermağın girişini nəzarət altında saxlayır və içəri heç kəsi buraxmır. Səbəb kimi dəyən ziyanın hesablanması və araşdırma işlərinin aparılmasını göstərirlər. Moskva Univermağı kimindir? Univermaqda ticarətlə məşğul olan obyekt sahibləri "Moskva" Ticarət Mərkəzinin sahibi kimi yalnız bir adamın adını çəkdilər: Elmira Mədətova. Elmira Mədətova kimdir? Öyrəndik ki, təxminən 70 yaşlarında olan Elmira xanımın Bakıda bir neçə iri ticarət obyekti var. Bu obyektlərin arasında "Nəsimi bazarı"nın da adı çəkilir. Satıcılardan biri deyir ki, Elmira Mədətovanın əsli Bakının Maştağa kəndindədir. Həyat yoldaşı da zəngin biznesmenlərdəndir. "Görürsən, nə əclaf adamdılar?" Yanan obyekt sahiblərinin həyəcanı açıq-aydın hiss olunur. Həyəcanlarını dilə gətirməkdən özlərini saxlaya bilmirlər: "İçəri keçib yanan mallarımı görməliyəm. Sənin nə vecinə, orda yanan mallar sənin deyil ki! 10 mindən çox malım yanıb. Nə sığorta var, nə də bir şey. Obyekt yiyəsinin nə vecinədi e? Milyonları var. Olan kasıb-kusuba olur". Öz arasında danışan iki satıcı qadının dialoqu onlardan birinin təlaşını tam çılpaqlığı ilə ortaya qoyur. Onları içəri buraxmadığına görə polisin üzünə qarşı təhqir etməkdən belə çəkinmir: "Görürsən necə adamdılar? Mallarımız içəridə yanır, amma gedib görməyimizə icazə vermirlər. Mən öz gözümlə mallarımı görməliyəm, ya yox?" Orta yaşlı oğlan satıcı da danışmağa başlayır: "Hamının malı yanıb. Az olsun və ya çox, fərq etmir. Dərd orasındadır ki, "uçot-hesab" və borc dəftərini mağazada qoymuşam. Yansa, heç nə. Elə bil ki, mağazada olan-olmayan hər şeyim yanıb". Başlarına gələn olayın təsirindən huşunu itirərək özündən gedənlər də olub. Bu barədə satıcılar məlumat verir. Dediklərinə görə, özündən gedən həmin obyekt sahibi bankdan 30 min manat pul götürüb və hamısına mal alıb. İndi isə mallarından xəbəri belə yoxdur. Polislər qərarlıdır Saat 12:30. Satıcıların bu qədər israrlarına rəğmən, ÇPA əməkdaşları onları içəri buraxmamaqda qərarlıdır. Ara-sıra mülki geyimli şəxslər gəlir və polislər qapını ehtiramla açaraq onları içəri ötürürlər. Polisin ehtiramı ilə içəri keçən şəxslər satıcıları daha da qəzəbləndirir: "Bax, o kimdir ki, buraxırsan içəri? Onun bura aidiyyəti yoxdur. Bəlkə də hansısa mağazanın sahibidir, amma biz tanımırıq. Amma bizim də içəridə mağazalarımız var axı. Milyon qazanmırıq ki! Bir qarın çörək pulu üçün işləyirik. İndi nə edəcəyik? Banklardan pul götürüb mal alırıq. Allah bilir kim yandırıb öz məqsədi üçün..." Polis bu yerdə onun sözünü kəsir: "A kişi, içəri buraxdığımız adam polisdir, obyekt sahibi deyil. İcazə verilən kimi hamınızı birdən buraxacağıq". O qadına dəfələrlə yazılı xəbərdarlıq etmişdik Satıcıların giley-güzarını, çığır-bağırını yarıda qoyub Fövqəladə Hallar Nazirliyinin baş leytenantına yaxınlaşırıq. Adını deməkdən imtina edir, amma olduqca maraqlı bir faktın üstünü açır. Demə, FHN-nin müvafiq idarəsi tərəfindən Moskva Univermağının rəhbərinə yazılı şəkildə bildirilib ki, yanğın-təhlükəsizlik qaydalarına əməl olunsun və qanunvericiliyə uyğun olaraq yanğından mühafizə üçün gərəkli avadanlıqlar alınıb quraşdırılsın: "Həmin yazışmalarda özüm də iştirak etmişəm və dəfələrlə Elmira xanıma qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə etmişik. Əməl etmədi, yanğın xəbərdarlıq sistemini quraşdırmadı. Ancaq bir şeyi yaxşı edib ki, yanğını söndürmək üçün olan əl balonlarını vaxtında alıb. Çünki yanğınsöndürənlər gələnə qədər satıcılar özləri həmin balonlarla yanğının yayılmasının qarşısını nisbətən ala bilmişdilər". İçəridən çıxan var Saat 13:00. Yanğın baş verən univermaqdan FHN-in əməkdaşları maddi sübutlarla bir yerdə çıxırlar. Univermağın içərisindəki eskalatorun yanaraq kül olmuş bir hissəsi əşyayi-dəlil kimi araşdırmağa aparılır. Nazirliyin eksperti deyir ki, maddi sübutlara baxış keçiriləndən və ümumi araşdırma başa çatandan sonra hadisənin baş vermə səbəbləri aydınlaşacaq. İlkin versiya kimi eskalatorda baş verən qısaqapanma göstərilir. Biz hadisə yerindən uzaqlaşanda satıcıların "qoy içəri keçək" nidaları hələ də səslənməkdə idi. Polislər isə heç bir satıcını yanan obyektlərinə buraxmırdı... |
2014-03-14 | 11,601 | Stomatoloji mərkəzlər Hepatit C virusu yayır - SOS | "Araşdırma göstərir ki, son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var". Bu sözləri "Axar.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova son zamanlar Hepatit C virusunun artması və əhalinin 12 faizinin bu virusa yoluxması ilə bağlı problemə aydınlıq gətirərkən dedi. Nazirlik vətəndaşları diqqətli olmağa çağırır Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, nazirlik bu istiqamətdə tez-tez yoxlamalar aparır: "Araşdırma göstərir ki, son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var. Ancaq bu, həddən artıq deyil. Bunu qorxulu həddə çatması kimi qiymətləndirmək düzgün olmazdı. Ancaq nazirlik mütəmadi olaraq yoxlamalar keçirir. Gigiyenik qaydalara riayət etməyən bütün tibb müəssisələrində araşdırma aparılır. Bu virusun daha çox yayılma və yoluxma ehtimalı olan stomatoloji mərkəzlərin iş şəraiti daha çox yoxlanılır". S.Əhmədovanın sözlərinə görə, gigiyenik qaydalara əməl edilməyən belə mərkəzlər müəyyən edildikdə onların fəaliyyətinə xitam verilir: "Cərimə tətbiq edilən yerlər də olur. Əgər fakt varsa ki, həmin mərkəzdə müayinə zamanı kimsə virusa yoluxub, sahibkara cinayət işi də açıla bilər". Nazirlik sözçüsü qeyd etdi ki, gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsi ilə birbaşa nazirlik özü məşğul olur: "Bunun üçün polis orqanları ilə heç bir əməkdaşlıq edilmir və bu, nəzərdə tutulmayıb. Natəmiz şəraitdə işləyən stomatoloji mərkəzlərin fəaliyyəti qadağan edildikcə, ev şəraitində bu işlə məşğul olanların sayı artır. Bu həm də vergidən yayınma deməkdir". Nazirlik sözçüsü belə yerlərin aşkar edilməsində vətəndaşları diqqətli olmağa və nazirliyə yardım etməyə çağırdı. Təkcə stomatoloji mərkəzlər deyil… Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə isə ölkədə Hepatit C virusunu yayan müəssisələr həddən artıq çoxdur: "Daha çox qanla yoluxan bu virusu təkcə stomatoloji mərkəzlər yaymır. Bakıda yüzlərlə kosmetoloji, manikür-pedikür mərkəzləri var. Heç bir gigiyenik qaydalara riayət etmədən fəaliyyət göstərən bu mərkəzlərdə də yoxlamalar aparılmalıdır. Stomatoloji mərkəzlərdə virusa yoluxma faktları olması da danılmazdır". A.Qeybulla çıxış yolu kimi stomatoloji mərkəzlərdə istifadə edilən alətlərin birdəfəlik istifadəsini məsləhət görür: "Virusu yoluxdurma ehtimalı olan müalicə alətləridir ki, onlardan da hər gələn pasientin müayinəsində istifadə edilir. Nə qədər sterlizə edilsə də, virus ölmür. Bu alətlərin birdəfəlik başlıqları var. O qədər də baha deyil, ondan istifadə etmək vacibdir". Xatırladaq ki, Azərbaycanda Hepatit C virusuna yoluxanlar günbəgün artır. Buna səbəb kimi stomatoloji mərkəzlər göstərilir. İddia olunur ki, bu cür mərkəzlər ölkədə yayılan təhlükəli virusların, o cümlədən, Hepatit C virusunun yayılma mənbəyidir. Çünki gigiyenik qaydalara riayət edilmir. Səhiyyə Nazirliyi onların fəaliyyətinə xitam versə də, gizli şəkildə işləyən tibb məntəqələri hələ də qalır. Onlar vergidən yayınmaqla yanaşı, lisenziyasız fəaliyyət göstərir, o cümlədən Hepatit C virusunun yayıcısı rolunu oynayırlar. İran klinikalarında bu virusdan müalicə olunan azərbaycanlıların sayının çox olması da durumun acınacaqlı olduğuna nümunədir. Hətta millət vəkili Qənirə Paşayeva parlamentin iclasında deyib ki, Hepatit C xəstəliyinin qarşısının alınması üçün dövlət proqramına ehtiyac var. |
2014-03-14 | 11,602 | Ermənistanın naziri Azərbaycanda vəzifəyə gətirildi | Ermənistanın keçmiş səhiyyə naziri Arutyun Kuşkyan "Dağlıq Qarabağ"da vəzifəyə gətirilib. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat "Qarabağ"ın hazırkı "prezidenti" Bako Saakyanın əmri ilə onun bu vəzifəyə gətirildiyini bildirib. 2007-2012-ci illərdə Ermənistanda Səhiyyə naziri olan Arutyun Kuşkyan hazırda "Çiçəklənən Ermənistan" partiyasının üzvüdür. |
2014-03-14 | 11,603 | Kredit istəyənlərə namaz qılmaq şərti - Açıqlama | "Bizim bankda kredit verilmir". Bunu "Axar.az"ın islam bankçılığı ilə bağlı suallarını cavablandıran "Nikoyl Bank"ın müştəri xidmətləri departamentinin əməkdaşı Günay Abbasova bildirdi: "Bakımızda "Halal banking" şöbəsi fəaliyyət göstərir və faizin haram olduğunu düşünən inanclı insanlar "Nikoyl Bank"a pul yatırırlar. Amma başqa əmanətçilərdən fərqli olaraq onların verdikləri pul heç bir faiz əməliyyatlarında iştirak etmir. Yalnız hesabda qalır. Bankımızda hesab açan inanclı şəxslər üçün məbləğdən asılı olaraq "Halal kart" veririk. Hesaba qoyulan minimum məbləğ 100 manat olmalıdır. Onlardan komissiya xərci də digərlərinə nisbətən az tutulur. Belə ki, bizim mömin müştərilərimizdən hər 200 manata görə 1 manat pul alırıq. Amma digər müştərilərdən isə bu müvafiq olaraq 1-3 faiz arasında dəyişir. Lakin Bizim bankda kredit verilmir". Xatırladaq ki, bir neçə gün öncə "Axar.az"a aztəminatlı vətəndaşlardan biri banklardan, xüsusən də "Nikoyl Bank"dan kredit almaq üçün tələb olunan şərtlər sırasında namaz qılmaqla bağlı tələbin olması ilə bağlı məlumat vermişdilər. Onların sözlərinə görə, bankdan faizsiz kredit götürmək istəyənlər mütləq namaz qılmalıdır. |
2014-03-14 | 11,604 | Mehdinin şamlarını söndürənlər | Keçən gün "Axar.az"da Sahib-əz-Zamanın doğum gününün qeyd olunmasına həsr olunmuş tədbirin video görüntüləri yayıldı. Ancaq kişilərin iştirak etdiyi, bir çoxlarının əlindəki telefonlarla videoya çəkdiyi, yuxarı kürsüdə oturanın mədhiyyə deyib oxuduğunu əks etdirən görüntüləri sakitliklə, heç nə olmamış kimi izləmək mümkün deyildi. Hətta üzərinə şam taxılan tortun kəsilməsi səhnələrini izləyən normal insan başına döyüb ağlaya da bilərdi. Nə baş verir, cənablar! Geri, XIX əsrə, "Molla Nəsrəddin" jurnalının səhifələrinə dönməyə niyə belə həvəslisiniz? XXI əsrdə dini inancınızı belə XIX əsrin mənzərələrini özündə əks etdirən şəkildə yaşamaqla düşünürsünüz ki, Mehdi daha tezmi zühur edəcək? Əslində, bu görüntülərdən sonra bir çoxları tortun kəsilməsinə daha çox diqqət çəkdi. Ən çox da tortun xristian adətlərinə uyğun olduğunu, onun üstünə taxılmış şamların İslamla əlaqəsi olmadığını deyənlər buna irad bildirdilər. Əcaba, ancaq bumu? Təki İslama aid səviyyəli bir ayin, tədbir keçirilsin, səviyyəli, inkişafa doğru imza atan bir məclis olsun və orda xristan dininə aid hər hansı bir atributdan istifadə olunsun. Nə qəbahət var, ikisi də Allahın dini deyilmi? Olsun, iki dinin barışması və bir arada yaşaması adına atılan hər addımda olmaq nə gözəl... Amma adı çəkilən tədbirdə hər şey yaxşı, bircə tort kəsmək qəbahət idi? Yox, tədbirin özü başdan-başa qəbahət idi. Niyə? Birincisi, İslamda ümumiyyətlə, israfçılıq ən pis keyfiyyətlərdən sayılır. Dörd bir yanı yoxsullarla, kasıb insanlarla dolu olan bir məmləkətdə belə bir məclisə xərclənən pulu, məsələn, Novruz bayramı ərəfəsində hansısa yoxsul bir ailəyə vermək dini inanclarımıza daha uyğun olmazdımı? Bəlkə xeyiri bu məmləkətdən uzaq salmaq istəyənlər bununla Mehdinin zühurunu sürətləndirmək istəyir?! Dünyanın hər yerində dini inancı güclü olan insanlar peyğəmbərlərin mövludunu qeyd edir. Ancaq hər şeyi səviyyəli və dinə, doğum günü qeyd olunan adama yaraşan şəkildə edirlər. Maraqlıdır, təriflərin yerə-göyə sığmadığı bir məclisin keçirildiyi vaxt görəsən Mehdi bir anlığa zühur etsəydi, necə olardı, özü haqqında bu qədər məddahlıq edən insanların dediklərinə qulaq asar, yoxsa onlara etiraz edərdi?! Əgər Mehdi deyildiyi qədər varsa, ki, İslamın bütün böyük insanlarının məddahlığa qarşı olduğunu bilirik, onda o da etiraz edərdi. Hətta o süfrədə olan nemətlərin də bir an öncə kasıblara paylanmasını dilərdi. Açığını deyim ki, videonu izləyərkən başqa bir cəhət də diqqətimi çəkdi. Orda olan insanların üzündəki ifadə… Əslində, bitkin, bir az səliqəsiz görünüşlü, hətta əl çalanda da üzündəki ifadə dəyişməyən bu insanların həmin anda görəsən doğurdanmı bütün düşüncələri Mehdiyə tuşlanmışdı, yoxsa ordan qalxandan sonra görəcəkləri işlər, danışacaqları sözlər, edəcəkləri əməl haqqında düşünürdülər? Deyə bilmərəm, tək bildiyim o ki, bu ölkədə haqdan danışanın haqsızlığını, sufilikdən danışanın daha çox dünyəviliyini, söz verənin sözü qətl etdiyini, ləyaqətdən bəhs edənin ən aşağı əməllər sahibi olduğunu dəfələrlə gördük. Mən demirəm ki, ora toplaşan insanlar da belələrindəndir, haşa, belə fikirdən uzağam. Sadəcə, sonda Azərbaycan adlı bir məmləkətdə insanının əhvalını qısa olaraq yazdım, bu qədər! Yeri gəlmişkən, tədbirdə oxuyan kəsin səsi çox gözəl idi, avazı yaxşı gəlirdi, amma təəssüf ki, oxuduğu Quran deyildi… |
2014-03-14 | 11,605 | Məmməd İlqar: “Tezliklə Akif Səmədlə görüşəcəyəm…” | Şair Məmməd İlqarın "Xatirə dəftəri"ni vərəqləmək istədik. Əfsuslar olsun ki, bu istədiyimiz vaxta təsadüf etmədi. Şairin səhhətindəki problemlər bu xatirələrin vərəqlənməsini bir qədər ləngitdi… Bər başdan deyim ki, indi xatirələri ilə baş-başa qalacağınız Məmməd İlqar mənim ən çox sevdiyim şairlərdəndir. Şair söhbətimizdə bizə heç nə danışmadı Axar.az"ın "Xatirə dəfətəri"ndə dəyərli oxucularımızı şairimizin xatirələrinə nə dərəcədə "qonaq" edə biləcəyik, özləri deyər. Amma mən o xatirələrin, o hisslərin hələ də "girovundayam". Əslində şair söhbətimizdə bizə heç nə danışmadı. Əhval-ruhiyyəsi yüksək idi, zarafat edirdi, bizimlə - başına toplaşan qələm dostları ilə maraqlanırdı… Gülümsəyirdi. Gözünü qıyıb "uzaqlara baxırdı". Evinin divarlarından o tayda nələri görürdüsə, dilinə gətirirdi… "Dəftər"in bəzi vərəqləri isə oxunmaz dərəcədə pozulub Şairin səhhətinindəki problemlər onun yaddaşının alt qatında olan xatirələrin silinməsinə səbəb olub. Söhbət edib yaddaşını – xatirə dəftərini vərəqlədikcə mənə elə gəldi ki, şairin xatirə dəftərinin bir çox vərəqləri illərin üstümüzdən əsən yellərinə dözməyib. Sanki əsrlər yaşayıbmış kimi bu xatirələr arxiv matrealları kimi saralıb. "Dəftər"in bəzi vərəqləri isə oxunmaz dərəcədə pozulub. Nə yaxşı ki, Məmməd İlqarın "Xatirə dəftəri"nin vərəqlərini bizə "oxuyan" doğması, "arxiv işçisi" oğlu Babək varmış. O, şairi dünəni unutmağa qoymur. Sanki silinmiş yaddaşını bərpa etməklə məşğuldur… Məmməd İlqar az yazıb. Amma yazdıqları çox-çox kitab bağlayan şairlərin şeirlərindən daha çox oxunan, yaddaqalandır. Onun şeirlərinin əksəriyyəti elə xatirə dəftəridir ki, var. Kimlər yoxdur o şeirlərdə? Kimlərlə olan münasibətlər, səmimi rəftar, dostluq və sairələr o şeirlərin misralarından üzü bəri boylanmır? Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Məmməd Dəmiçioğlu, Ağamaalı Sadiq Əfəndi, Akif Səməd. Aşıq Avdı, Aşıq Nazim, Aşıq Ədalət… daha kimlər, kimlər… Adları çəkilən tanınmışlara ünvanlanan şeirlərdə xatirələr vərəqlənib, yaddaşlar təzələnib… Dəmirçioğlu ilğımdı, Dumandı, döşə getsin. Zornan-zülümnən gələn Olurmu xoşla getsin?.. Açılmayan "xatirə dəftəri" Beləliklə, Şair Məmməd İlqarın "Xatirə dəftəri"ni vərəqləmək zamanı çatdı... Sumqayıtda yaşayan Ehtiram İlhama zəng vurdum. Məmməd İlqarla görüşmək istədiyimi dedim, onun telefonunu istədim. "Şair indi telefona cavab verə bilmir", - dedi. Sonra da əlavə etdi ki, "İrandan təzə gəlib, yaddaşı tamam silinmişdi. İndi bərpa olunur". Dostum dedi ki, şairin oğlu ilə danışaram və nə vaxt özünü yaxşı hiss etsə görüşərsiz. Razılaşdıq və gözlədim... Məmmədin çox sevdiyim misralarını pıçıldadım: Köhnə dostdur! – təzə kədər Ömür nədir? – Qəza–qədər. Bir də gələn yaza qədər Dağlar, Məmməd amanatı… Onunla görüşənə, xatirə dəftərini vərəqləyənə qədər bu və başqa bildiyim şeirlərinin misraları dodaqlarımın bələdçiliyi ilə ürəymdən süzülüb axdı və nədənsə qorxdum… Öz misralarıdır: Buluda qoşulub gedər, Dağlar, Məmməd amanat!.. Ehtiramın, oğlu Babəkin zəngini gözləyə-gözləyə "Dağlar, sizə qurban olum, dağlar Məmməd amanatl", - dedim. Şairin öz misralarıyla özünü ismarladım, özünü özünə, qoynunda doğulduğu İncə dərəsini ovcunun içində gizlədən dağlara tapşırdım… Zəng… Nəhayət Ehtiramdan gözlədiyim zəng gəldi: - Məmmədlə görüşüb, yazı hazırlamaq istəyirdin, fikrindən dönməmisən? Vaxtı-vədəni razılaşdıq. Sumqayıta gedəsi oldum. Oğlu Babək bizi evlərinin doqqazında qarşıladı. Həyətə, ordan da evə keçdik. Şairin otağından saz havası səslənirdi. Səliqəli otaqda həmişəki Məmmd müəllim idi, oturmuşdu. Bir qədər rəngi ağarmışdı sanki… Görünür, həyət-bacaya az çıxır, düşündüm. Növbə ilə bizi bağrına basdı: - Necəsiz?- hal əhval tutdu. - Xoş gəlmisiz, - dedi. Nəvəsi, balaca İlqar da yanında idi. Babək: - Bütün günü işi–gücü İlqarladı, onunla nəfəs alır. Elə bil tay-tuşdular. "Deyin görüm, necəsiz, nağayrırsız?" Bu sözləri Məmməd İlqar "xoş-beşdən", salam–kəlamdan sonra əlini oturduğu stola çırparaq dedi. Özü də bunu söhbətimizin sonuna qədər bir neçə dəfə təkrar etdi… - Siz necəsiz, Məmməd müəllim? - Yaxşılıqdır. Qoymurlar ki, istədiyimi edəm… - Nə istəyirsiz ki? Əlini qəribə şəkildə oynadır. Bir doğmalıq var hərəkətlərində. Gözlərində tər-təmiz bir işartı, insanlara, ətrafa olan sevgi var… Çay süfrəsinin arxasındayıq. Babəkə tərəf dönür: - Ayə, bəs araq-zad almamısan? Babək dinmir. Söhbəti fırlayıb yaradıcılığının üstünə gətirirəm: - Məmməd müəllim, ən çox sevdiyin şeiriniz hansıdır? - Mən şeirmi yazmışam? Cəmi 7-8 şeirim ola-olmaya… Bir az bundan qabaq Akifi gördüm - Dostlardan kimi xatırlayırsız? Daha çox kimi görürsüz yuxuda? - Kimi? Heç kimi, hamısı burdadır da, elə bir az bundan qabaq Akifi (rəhmətlik Akif Səməd. – red.) gördüm. Aya, o bura gəlmişdi, ya televizorda çıxış edirdi? - oğlundan soruşur. - Akif ölüb e, ay ata… – Babək deyir. - Ha vaxt? Bəs mənə niyə deməmisiz?.. Akif? Yox əşşi, gedəcəm onun yanına, bu nə zarafatdır?.. - On ildir ölüb Akif Səməd, yeddisini sən apardın ki… Dünən sizin dostunuz Sabir Sarvanın 58 illiyi olub. Görüşmüsən onunla? - Yox... - Şəhərin tünlüyündən sakit guşəyə - dəniz qırağına çəkilmisiniz, nə məsələdir? - Burdan da gedəcəyəm... - Hara, kəndə? - Yox, özün bilirsən hara. Sevdiyim şeri demək çətindir - Niyyətiniz hara, Allah mənzilinizi ora qismət etsin... Olub ki, elə arzularınız ürəyinizdən keçib demisiniz ki, mən eləməmişəm, oğlum Babək bu yaşında edib? - O qədər şey var ki... Etdiklərindən xoşum gələni də var, etmədikləri də var. - Ən çox sevdiyiniz hansı şerdir? - Ən çox sevdiyim şeri demək çətindir, heç düzgün də deyil. - Bəs ən çox sizin şerlərinizi əzbərdən bilən dostlarınız kimdir? - Mənim ən çox yeddi, səkkiz şerim var, elə çox da şerim yoxdu. O vaxt nə çap olunmuşdu, elə onlardı. Gücüm çatsa yazardım - Mən sizin şeirləri kitabınızı oxumamışdan eşidib əzbərləmişdim. Bunu dostların ağzından eşitmişdim. Sizdə şair xoşbəxtliyi var ki, kitabsız şerləriniz yayılıb. - Hər şey çapa getməz ki. Birdən elə yerdə elə misra gedir ki, sənin bütün şerini heç nə eləyir. Amma gücüm çatsa yazardım, yəqin ki, çatmayıb buna. - Axrıncı dəfə kənddə, İncə dərəsində nə vaxt olmusunuz? - Yayda getmişdim - avqustda, sentyabrda qayıtdım. Qayıdandan sonra da xəstələndim. Özünüzdən danışın, necəsiniz, nağayrırsız?.. - əlini yavaşca stola çırpır. - Qonaq gəlmişik sizə. Bizə tez-tez təkrar etdiyiniz şerinizi deyin. - Ömürdü-amanatdı, Qarsanmadı, afatdı… Demirəm zarafatdı, Demirəm, boşla getsin, – bunu Dəmirçioğluna yazmışam. Nəvələrimin babasıdır - Deyəsən dostlarınızdan Məmməd Dəmirçioğluna daha çox şer yazmışınız? - Sənətkardır da... Mənim üçün o, sənətkardır. Həm yaxşı rəssamdır, həm də yaxşı şairdir. Həm də ki, nəvələrimin babasıdır,- gülür. - Özü də yaxşı oğlandır. - Birdən əliniz çatmadı Məmməd Dəmirçioğluna, hansı dostu çağırardınız yeyib-içmək məclisinə? - Əlbəttə Məmməd Dəmirçioğlunu çağırardım məndən çox xərci o qoyur... -gülür. O, həqiqətən bir əfəndi idi… - Dəmirçioğlu ilə sizi sənət, şer, rəssamlıq daha çox mehriban etdi, yoxsa qohumluq telləri? - Yox, dost idik. Bizi onunla kim tanış etmişdi? Yadımda deyil. Amma deyəsən rəhmətlik Ağamalı tanış etmişdi. Ağamalı bir başa bizi tanış eləməmişdi, onun yanında bizə gəlmişdi… nəsə yadıma gəlmir… Ağamalı Sadiq Əfəndi… o, həqiqətən bir əfəndi idi… - kövrəlir. - Yuxunuza ən çox nə gəlir? Məsələn İncə dərəsi... - Ən çox heç kim gəlmir yuxuma... Yuxum gəlmir ki, yuxu da gətirsin, mən yatmıram ki… - Bir dəfə bir qımqıma dediniz. Bir məclis idi, söz düşdü dediniz "göy" sözü cinas olaraq işlənirdi həmin qımqımada… - Bizdə kürəkənə "göy" deyirlər. (Xeyli fikrə gedir). Deyə bilmirəm, yadıma düşmür. Neyniyirsən ee köhnələri. Təzə də yoxdur. Lap axrıncı şeirimi yazmamışam ki… - Lap axrıncı şeriniz hansıdır? - Lap axrıncı şeirimi yazmamışam ki…Yadımda qalmayıb. – Yenə də fikrə gedir, yaddaşsızlığından əziyyət çəkir… - Dostlarınıza bir neçə şeir yazmısınız... - Akifi internetdə gördüm bayaq. Elə orda görəndə fikirləşdim ki, bir vaxt tapıb onu görüm. Amma bilmirəm onu harada görüm, harada tapım. Özü də gəlmir… - Məmməd Dəmirçioğlu dostdur, qohumdur - özü gəlib görəcək sizi. Bəlkə elə yuxularınıza tez-tez gələn Akif Səməddir? - Heç kim yuxuma gəlmir, əşşi. Nə belə gəlirlər, nə də elə. Mənim iyirmi beş, otuz beş yaşım yoxdur ki, altmış dörd yaşım var e… - Maşallah çox yaxşı qalmısınız... Gözlərimin içinə baxır, sonra fotoqraf Şakiri süzür. Oğlu Babəkə tərəf dönür, əlini sol tərəfində oturan Ehtiramın əlinin üstünə qoyur, Dəmirçioğluna yazdığı şeirin eyni bəndini yenə təkrar edir: - Ömürdür amanatdır, Qarsanmadır, afatdır. Demirəm zarafatdır, Demirəm boşla getsin… - Aşıqlar niyə sizi çox istəyir, sizin şerlərinizdən oxuyur? - Toyxanada da oxusunlar da, mən də eşidim bir dəfə. Harda oxuyurlar e… Məni qarışdırırlar - O gün Şərif Ağayar mənə link atdı. İran aşıqları səndən oxuyurdu. Rusiyada yaşayan azərbaycanlılar da sizin sözlərinizdən oxuyurlar. - Bəlkə məni qarışdırırlar başqa Məmməd İlqarla? (gülür) - İlqar Məmməd var, amma ikinci Məmməd İlqar yoxdur. Bəs nəvən İlqarla aranız necədir? - Ehtiram soruşur. - Hə, İlqara qurban olaram. İlqar varsa, məndə varam. - Yola gedirsən onunla? Heç nağıl danışırsan İlqara? - Hə yola gedirik, – qırıq-qırıq gülür, ardınca: - O, nağıla qulaq asandı? - deyir. Nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun - Şerə marağı necədir? - Qoymayacağam onu boş-boş şeylərlə məşğul olmağa. Səməd Vurğunu Allah rəhmət eləsin, qoymadı adam ömrü yaşaya. Deyən lazım idi ki, get işinlə məşğul ol da, ağsaqqal kişisən, nə var axı, şeir yazırsan? Baxdıq ona, biz də heyf olduq, yazıq olduq. - Səməd Vurğun böyük bir nəsli yazıq elədi. Hamı Səməd Vurğun olmaq istədi, – Ehtiram yenə də söhbətə qatılır. - Nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun, – Məmməd İlqar deyir. Mən xəsis adamam - Qazaxlı dostlarım çoxdur. İndiyə kimi heç bir qazaxlının evində qonaq olmamışam. Birinci sizsiniz ki, qonağınızam... Oğlu Babək: - Elə birinci müsahibəsini də sizə verir, hələ indiyə kimi heç kəsə müsahibə verməyib. Məmməd İlqar: - Mən xəsis adamam, qonaqpərvər deyiləm, - gülə-gülə deyir... - Məmməd müəllim, nə də yadınızda qalmasa, yoldaşınız Fatimə xanıma yazdığınız şer yadınızdan çıxmaz? Bığaltı qımışır, amma dinmir, boylanıb mətbəx tərəfə baxır, xanımı ordadır, yenə də gülümsəyir. Babək atasının köməyinə çatır: Göyçək günlər gözləməkdən üzüldük, Gələcəkmi göyçək günlər, ay göyçək. Cənnətliklər çəkəmmədi cəfanı Caladılar sən çəkəsən, a göy, çək... "Göy" kürəkən gedir də orda, onu qayınanasının adından yazıb... İkinci bəndini özün denən. Şair aramla şerin tapşırmasını deyir: Məmməd İlqar çoxda bağrın yaradır, Ad çəkməsəm, bu söz nəyə yaradı. Beşcə göyçək hərf olubdu yar adı, Dörd göyçəyin axırında "a" göyçək. Şeiri deyir və əlini yavaşca stola çıpır: - Deyin görüm siz necəsiz, neynirsiniz? Sabir Sarvandan söz düşür. Məmməd müəllim dostunun adını eşitcək sevincək olur. - Sabir necədir, o kimə sədrlik edir? Oğlu dillənir: - Dünən ad günü idi. Biz təbrik elədik. - Elə şey ola bilməz. Mən niyə getməmişdim? Sabirin ad günü olduğunu heç bilməmişəm. - Ata sən də getmişdin, təbrik də etdin… - Məmməd müəllim, nə qədər mələkləriniz olub? Ünvanlı şeirləriniz çoxdur. - Kiri-kiri, mənim bir dənə mələyim olub həyatda. Şeilərimin hamısı ona ünvanlanıb. - Heç darıxırsınızmı? - Hə, bəs nə... - Nədən ötrü, kimdən ötrü darıxırsınız? - Cürbəcür darıxmağım olur. Darıxanda özüm-özümlə oynayıram. İlqar da yanımda durmur. Hamı üçün qocalmışam. Özümü görə bilmirəm, özüm üçün də qocalmışam. Zarafat deyil, 64 yaşım var. - Nə olub, nə yaşdır ki, o... - Camaat bu yaşda ölür, ay Allah kömək olmuş. Olmayan dostlar - Darıxdığın dostlarından danışmadın axı… - Nə bilim, indi olmayan dostlarımdan ötrü darıxıram... - Kimdir indi olmayan dostlar? - Çoxdur... Çoxları yoxdur, çoxları da var, yox kimidir. - Olmayanlar kimdir, bir-ikisini deyin də... - Ağamalı Sadiq Əfəndi yoxdu rəhmətə gedib, - əlini saçlarına çəkir, gətirib ürəyinin üstünə qoyur, - Akif Səməddən ötrü darıxıram, gəlmir, onu görəcəyəm. - Necə dost idi Akif Səməd? - Dostluğunu demirəm, özünü çox istəyirik. Nəyə görəsə bilmirəm. - Hansı xüsusiyyətləri var idi ki, istəməli. Məsələn, davada əli yox idi, ağsaqqallıq da eləmirdi. Hara gedirdi, yeyib-içirdi… - Akif yaxşı dostdur, gərək onun çəminə düşəsən. - Akifin çəmi nə idi, hansı çəminə düşmək lazım idi ki, onun yaxşı tərəfini görək? - Akif elə vuran-tutan olmayıb, arağı da hamımız kimi içirdi. Bizdə olmayan müəyyən keyfiyyətlər onda var idi. Akif demişkən, çoxdandır Akifi görmürəm. Üç-dörd il olar görmürəm onu. Akifin yeddisi idi? Babək: - Akif əmi torpağın altındadır, görə bilməzsən onu. - Nə danışır o? - təəcüblə hamımızı süzür, Babəkdən incik görünür. Babək: - Vallah, ölüb, heykəlini də qoyublar, bayaq baxmadın internetdə? 2004-cü ildə rəhmətə gedib. Üçüncü dəfə infarkt keçirtdi AYB-nin qabağında, yadından çıxıb? - Yeddisi məclisini də keçirtdik, sən hələ şeir də dedin. - Akifin yeddisi idi? Babək: - On il qabağı deyirik də, sənin yaddaşın pozuldu, xəstələndin. Söhbətin axarını dəyişmək istəyirəm: - Birinci şeiriniz yadınızdadı, nə vaxt yazmısınız? - Yox yadımda qalmayıb... şeiri havaxt yazdım? Kənddən yazırdım hələ… Məmməd İsmayılın dərnəyinə gedirdim. Orda şeir yazırdım. Ehtiram: - Amma İncə dərəsindən şer yazmağa başladınız, Sumqayıta, Bakıya gəlməmişdən öncə. Məmməd İsmayıla da şeir yazmışınız. Yayda burda idi, gəlmişdi Məmməd İsmayıl, yadınızdadır? - Yadımdan çıxıb, nə bilim. Nə vaxtdır görmürəm Məmməd İsmayılı. Babək: - Türkiyədədir. Məmməd əmi orda yaşayır... - Elə şey olmaz... Sevdiyim şairdir, eləmi? – sual dolu baxışlarla hər kəsi süzür. Cavanlar neynəyir? İbrahim İlyası bilirəm necə yazır. Uşaqların kitabı yoxdur ki, oxuyum bilim. Tutaq ki, bir kitabı çıxır, bir dəfə baxırsan, bir neçə il gedir. Belə bilmək olmur. Gərək davamlı oxuyam… - Ən çox sevdiyiniz şair kim idi? - Ağamalı Sadiq Əfəndi. - Aşıqlardan kimi çox istəyirsiniz? - Yenə Ağamalı... - Bəs Nazim Əsədoğlu necə oğlu idi? - Hamısı yaxşıdırlar, sağ olsunlar. Bir söz demirəm, intəhası Ağamalı olan yerdə... Nazim kimdir, hansıdır o? - Babəkə tərəf dönür. - Əsədoğlu. O da rəhmətə gedib də bir il bundan əvvəl. - Sən Allah, düz deyirsən? Heç xəbərim olmayıb. - Getmişdik yasa. Kitabda yazın çıxdı Nazim Əsədoğlu haqda. Kitabın məsləhətçisi siz idiniz, on dəfə yığışdıq, məsləhətləşdik, – Ehtiram deyir. - Nazim Əsədoğlu da öldü… – dərindən ah çəkir. - Məmməd müəllim, özünüzü on il bundan qabaq rahat hiss edirdiniz, yoxsa indi? - Nə rahat hiss edirəm?.. Siqaret çəkmək istəyirəm, tapa bilmirəm. - Siqareti həkim qoymur çəkməyə, yoxsa uşaqlar? - Nə həkim, həkim qələt eləyir. Tapa bilmirəm. - Gülür. - Yadınızda hansı şeriniz qalıb, birini deyin də heç olmasa? - Səməd əmi bir bəri dur, sən Allah, Sənə ərzim var Akifin əlindən. Görürsənmi tanımadın, Məmmədəm, Nə gündəyəm gör Akifin əlindən. - Kepkası əyri kişiləri kimə yazmışınız? - Mehdi Şıxlınskinin əmisi Voyna əmiyə. Müharibədə doğulmuşdu Voyna əmi. - O, şerdən yadda qalan misraları var? - (Kəndçi kişilərə şəhər sovqatı) Sovqatımı qəbul eləyin, sovqatlı-paylı kişilər… Aran, yaylaq ola əkində də, biçində də, Dərdin, qəmin içində də haylı-haraylı kişilər. Hər nisgili bölərsiniz, hər müşkülü bilərsiniz. Siz ayrı kişilərsiniz, var olun ayrı kişilər. Bar, bərəkət aylarında, ip atdırmaz evlərində. Oğul, uşaq toylarında kepkası əyri kişilər. Qocaldıbsan arvadı - İndi o, dostların ta gəlmir. Gecə saat 2-3 də səhərə kimi dan açırdınız. Fatimə xanım xəngəl bişirirdi sizə? - Babək zarafat edir. - Niyə gəlsinlər, döyülməyə gəlsinlər?.. (gülür) - Kim döysün? - Fatma xanım... - Fatma xanımın o çağları qalmayıb. Qocaldıbsan arvadı. - Kim kimi qocaldıb, hələ bilmir... - Deyirlər yaman zülmkar adam olubsunuz. Düz deyirlər görəsən? Deyirlər, Fatiməyə yaman zülm eləmisiniz? - Zülmkar olsaydım, indi Fatimənin qəbrinin üstünə gedirdim, – gülür, - deməli, yaşayır. - Məmməd müəllim, ölən şairlərdən kimlər yadına gəlir? - İndi yadıma düşdü rəhmətlik Hüseyn qağa. Dostluq eləməmişəm, yoldaşlıq eləməmişəm, məndən neçə yaş böyükdür. - Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl... belə şeiriniz var. - Hə, məndə var idi elə şer... Şərt deyin - şərtimiz şərt olsun, neynək. Lap belə bir az da sərt olsun, neynək. Üç Məmməd olmasin, dörd olsun, neynək. Ürəyi ovcunda yaşayanların, Dünyanı çiynində daşıyanların Nolar ki, Nolar ki, çox olsa sayı - Mənə cərgənizdə bir yer ayırın, Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayil! - Yadımdan çıxıb e… - Sevdiyiniz şairlər olub onların üçü də? - Ürəyim istəyir görüm onları. Elə şey olmaz, yadından çıxmazdı. Onda məni görməyiblər. Babək: - Görüblər... - Vaxtıyla aşıqlara iradın olardı, deyərdin, sözlərimi oxuyursansa, insafın olsun, düz oxu, indi də deyərsən? - Minnətim olsun. Söz qanmayan aşıqlar idi onlar, söz qanan aşıqlara demək olmaz bunu. |
2014-03-14 | 11,607 | AMEA-nın 70 illik yubileyi keçiriləcək: 2 sərəncam | Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılsın". Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Digər sərəncamda isə qeyd olunur ki, "Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətləri nəzərə alınaraq, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin. 2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir". |
2014-03-14 | 11,608 | Türkiyə ilə sərhəddə yeni buraxılış məntəqəsi tikilir | Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni "Dilucu" nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub. Bu barədə Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı öz Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin tikintisi bu ilin sonuna başa çatmalıdır. H.Yazıcının fikrincə, yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təkcə iki ölkənin deyil, həmçinin bütün regionun iqtisadiyyatına öz töhfəsini verəcək. (Trend) |
2014-03-14 | 11,609 | Şahin Mustafayev prezidentlə görüşdü | İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, martın 14-də İtaliya nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. İtaliyalı qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev D.Serrakiani ilə görüşüb. Görüşdə nazir Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan və İtaliya arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq və s. kimi 20-yə yaxın sənəd imzalanıb. Azərbaycanda ticarət, sənaye, rabitə, nəqliyyat, tikinti, xidmət, bank və sığorta sahəsində 50-dən çox İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də iştirak edirlər. İtaliya Azərbaycan əsas ticarət tərəfdaşlarındandır. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 7%-dən çox artıb. Mütəmadi olaraq iki ölkə arasında qarşılıqlı biznes forumlar, işgüzar görüşlər keçirilir ki, bu da ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətlidir". Ş.Mustafayev İtaliya regionları ilə iqtisadi əlaqələrin genişləndirilməsinin, Azərbaycanda yaradılan sənaye parklarında İtaliya şirkətlərinin iştirakının, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, həmçinin şərab və bitki yağları istehsalı sahəsində əməkdaşlığın, hər iki ölkənin investisiya imkanlarının araşdırılması və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi məqsədilə məlumat mübadiləsinin təşkilinin, İtaliyada həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakının dəstəklənməsinin, iş adamlarının iştirakı ilə biznes forumların, sərgi və yarmarkaların təşkilinin əməkdaşlığın daha da inkişafı baxımdan əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu diqqətə çatdırıb. İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti D.Serrakiani Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edərək, təmsil etdiyi region ilə Azərbaycan arasında əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. |
2014-03-14 | 11,610 | Metroda söküləcək obyektlərin sayı açıqlandı | Bakı Metropoliteninin stansiya və keçidlərində sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sayı məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, metronun "Nəriman Nərimanov" stansiyasında 185, "Neftçilər" stansiyasında 186, "Koroğlu" stansiyasında 109, "Qara Qarayev" stansiyasında 94, "Əhmədli" stansiyasında 93, "Xalqlar Dostluğu" stansiyasında 96, "İnşaatçılar" stansiyasında isə 88 ticarət obyekti söküləcək. Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür. Ticarətçilərə alternativ olaraq "Yaşıl", "Şərq", və Keşlə bazarlarında, "Günəş" və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub. APA-nın əldə etdiyi siyahıda metronun "28 May" stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib. R. Hacıyev onu da bildirib ki, hazırda metronun "28 May" stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: "Əvvəllər "28 May" stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur". R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: "Çünki onların metro ilə əlaqəsi yoxdur. Bizə verilən tapşırıq Metropolitenin ərazisində, keçidlərdə, metronun giriş və çıxışlarında olan ticarət obyektlərinin sökülməsi ilə bağlıdır". Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qərarını dəyişməyib. |
2014-03-14 | 11,611 | Suriyaya gedənlərə 12 il həbs veriləcək | Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ölkədə muzdlular yığma, onlara təlim keçmə, həmçinin onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzaların, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiq olunması müzakirə edilib. Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni 283-1 maddəsi təklif olunur. 114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq (hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq (hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (hazırda 3 ildən 8 ilə qədərdir). Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə bildirilir: "Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir". Layihə səsə qoyularaq qəbul olunub. ("Azvision.az") |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.