date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-11
11,303
45-ci ilini "Birinci və sonuncular"la qeyd edir
Hər il martın 14-də Sumqayıt Musiqili Dram Teatrı ildönümünü qeyd edir. "Axar.az" xəbər verir ki, bu il martın 14-də teatrın 45 yaşı tamam olur. Xatırladaq ki, 1968-ci ilin sentyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət nazirinin sərəncamı ilə Sumqayıt şəhərində ilk professional kollektiv - Sumqayıt Dövlət Gənclər Teatrı yaradıldı. Teatr öz pərdəsini 1969-cu ilin martın 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası ilə tamaşaçıların üzünə açdı. Bu ilin martın 14-də teatrın kollektivi öz bayramını Qərb yazarı, Nobel mükafatı laureatı Con Qolsuorsinin "Birincilər və sonuncular" tamaşası ilə qeyd edəcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Firidun Məhərrəmovdur. Tamaşa saat martın 14-də saat 18:00-da başlayacaq. Arzu edənlər dəvətlidir.
2014-03-11
11,304
Rza Zərrabın şəriki İranda həbs olundu
İranlı milyarder Babək Zəncani neft ixracında korrupsiyaya yol verdiyi üçün həbs olunub. "Axar.az" xəbər verir ki, bu barədə İranın Press TV kanalı hakim Amin-Hüseyn Rahimə istinadən məlumat yayıb. "İran Milli Neft Şirkətinə qarşı sanksiya tətbiq edildikdən sonra İrana neft ixracını davam etrmək lazım idi və neftin satılması Zəncaniyə məxsus şirkətə həvalə olunur. Problem ondadır ki, şirkət Zəncanidən bunun qanun pozuntusu olduğu haqda heç bir zəmanət almayıb" deyə Rahimi bildirib. Qeyd edək ki, iranlı tanınmış biznesmen Babək Zəncani Türkiyədə 17 dekabr "rüşvət əməliyyatı" zamanı həbs olunmuş Rza Zərrabın şərki hesab olunurdu.
2014-03-11
11,305
“Tağı Əhmədovla heç bir qohumluq əlaqəmiz yoxdur” - Video
"Tağı Əhmədovla yaxından-uzaqdan heç bir əlaqəmiz yoxdur". Bu sözləri "Axar.az"a bu gün Bakı Metropoliteninin qarşısında etiraz aksiyası keçirən və adının çəkilməsini istəməyən ticarətçilərdən biri söyləyib: "Mən özüm qaçqın adamam. Hər ay banka kredit ödəyirəm. Çörək pulum burdan çıxır. Bizim Tağı Əhmədovla heç bir əlaqəmiz yoxdur. Tağı Əhmədov çox yaxşı adam idi. Onun vaxtında bizi indiki kimi incitməmişdilər". Xatırladaq ki, bu gün yayılan məlumatlarda etriaz edənlərin Tağı Əhmədova yaxın və ya qohum olduğu bildirilmişdi.
2014-03-11
11,306
Azərbaycanlı Ergenekonçu həbsdə qaldı
Ergenekon məhkəməsində MTQ-nin keçmiş Baş katibi Tuncəl Qılınc və təqaüddə olan general-leytenant Məhmət Əröz təxliyə edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsi və həbs müddətinin 10 ildən 5 ilə qədər endirilməsi tələblərini dəyərləndirən Ağır Cinayətlərə dair Məhkəmələrdə təxliyə qərarları çıxmağa davam edir. İstanbul 7-ci Ağır Cinayətlərə dair Məhkəməsi Ergenekon prosesində həbs edilən təqaüdçü podpolkovnik Mustafa Dönməz və keçmiş "Aydınlıq" jurnalının baş redaktoru Dəniz İldırım haqqında təxliyə qərarı verib. Ergenekon prosesində ömürlük həbs cəzası verilən general-leytenant Məhmət Əröz ilə 13 il həbs cəzası verilən Milli Təhlükəsizlik Qurumunun (MTQ) keçmiş Baş katibi general Tuncər Qılınc da bu gün təxliyə edilib. Vəli Kiçikdən etiraz Milliyətcə azərbaycanlı olan təqaüdçü Vəli Kiçik vəkili vasitəsi ilə məhkəmənin təxliyə tələbinə etiraz edib. Kiçiyin vəkili Zeynəb Kiçik məhkəməyə verdiyi şikayət ərizəsində verilən təxliyə qərarlarında bir çox şübhəlinin 5 illik həbs müddətinin başa çatmadığını bildirərək Konstitusiya Məhkəməsinin qərarına əsasən şübhəlilərin təxliyə edildiyini bildirib. Vəkil həmçinin müvəkkilinin də təxliyə olunmasını istəyib.
2014-03-11
11,307
İsrail Qəzzanı havadan bombaladı
İsrail Hava Qüvvələrinin Qəzzanı vurduğu bildirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən belə yazılı açıqlama verilib: "Qısa müddət əvvəl İslami Cihadla əlaqəli terrorçular tərəfindən Qəzzanın cənubuna ard-arda hücum edilib. İsrail Hava Qüvvələri edilən hücuma, daha sonra israilli vətəndaşları hədəf ala biləcək növbəti hücumların qarşısını almaq məqsədilə anında cavab verib. Hədəf birbaşa vurulub. Eyni açıqlamada İsrail ordu sözçüsü podpolkovnik Peter Lerner mövzuyla əlaqədar belə fikir bildirib: "Terrorçular hücum etdikləri zaman bunun bir əvəzi olacağını bilməlidirlər".
2014-03-11
11,308
Avtobus dayanacaqlarını kimlər zəbt edib? - Reportaj
Şəhərdə taksilərin sayı artdıqca onların yaratdığı problemlər də artır. Son zamanlar paytaxtda müşahidə edilən taksi sıxlığı insanlar üçün problemə çevrilib. Yaşayış binalarının həyəti, səkilər, ticarət mərkəzlərinin və mağazaların qarşısı, avtobus dayanacaqlarını sözün həqiqi mənasında zəbt edən taksilər həm insanlar üçün, həm də avtobus sürücüləri üçün əməlli-başlı başağrısı yaradır. İnsanlar tez-tez avtobusların dayanacaqlarda deyil, birbaşa yolun ortasında, harda gəldi dayanmasından gileylənir. Bu isə real təhlükə və qəza hallarının artmasına gətirib çıxarır. Bundan əlavə yolun ortasında dayanan avtobuslar yollarda tıxacların yaranmasına səbəb olur. Ancaq problemin kökünə vardıqda görürük ki, burada avtobus sürücülərinin elə də böyük günahı yoxdur. Çünki onları buna vadar edən dayanacaqları zəbt etmiş taksilər və şəxsi avtomobillərdir. Elə avtobus sürücüləri də bu problemdən ciddi əziyyət çəkdiklərini deyirlər. "Axar.az"a danışan sürücülərin sözlərinə görə, dayanacaqlar zəbt olunduğu üçün böyük avtobusları dayanacaqlara salıb sərnişinləri düşürmək mümkün deyil: "Sərnişinlərin bizi ittiham etməsi hardasa haqlıdır. Ancaq bütün dayanacaqlar başdan-başa taksilər tərəfindən "zəbt" olunub. Biz də dayanacaqlara girə bilmədiyimiz üçün məcbur olub avtobusu yolun ortasında saxlayırıq. Buna görə də çox zaman insanlar bizi ittiham edirlər". Elə paytaxtda apardığımız araşdırmalar da avtobus sürücülərinin haqlı olduğunu bir daha təsdiq etdi. Marşrut avtobusların metronun "Koroğlu", "Neftçilər" və digər stansiyalarının ətrafındakı dayanacaqlarda dayanması çox çətin məsələyə çevrilib. Onlar dayanacaqlarda dayanıb avtobus gözləyən sərnişinlər üçün əməlli-başlı əsəb, gərginlik və narahatlıq yaradırlar. Problemin hansı həddə çatması rəsmi qurumlara da bəllidir. Ancaq hələ ki, onların səsi çıxmır. Taksi sürücüləri isə bizimlə söhbətlərində dayanacaqlarda havayı dayanmadıqlarını, bunun üçün haqq ödədiklərini dedilər. Amma kimlərə? Bu suala isə heç bir taksi sürücüsü cavab vermək istəmir. Sadəcə, "guya xəbəriniz yoxdur ki?" deməklə kifayətlənirlər. 56 yaşım var, elə bilirsiniz mənə xoşdur Elbrus Babayev adlı taksi sürücüsü vətəndaşların onları ittiham etməsi ilə razılaşmır: "Hər kəs bizi ittiham edir. İttiham etməyə nə var ki, bu çox asan bir məsələdir. Amma heç kim maraqlanmır ki, biz niyə yay-qış, isti-soyuq demədən buranı kəsdiririk! 56 yaşım var, elə bilirsiniz mənə xoşdur gəlib burda dayanmaq? Özüm də xəstə adamam, əzab çəkirəm, narahat oluram bu yaşda gəlib burda duranda. Amma nə edim, yaşaya bilmirik, vəziyyətimiz ağırdır. Heç yerdə işləmirəm, dövlət məni işlə təmin etsə, nə işim var burada səhərdən axşama kimi dayanım taksiçilik edim? Normal iş versələr, gedib işləyib ailəmi saxlayaram da... Heç kim kefindən gəlib küçələrdə 5 manat üçün onun-bunun qabağına qaçmaz". Digər tərəfdən, taksi sürücüləri onlar üçün xüsusi dayanacaqların olmamasından şikayətləndilər. Taksi sürücüləri deyirlər ki, problemin həlli ərazidə onlar üçün xüsusi dayanacaqların təşkil olunmamasındadır: "Belə olan halda biz avtobus dayanacaqlarını "zəbt" etmərik. Gedib bizim üçün ayrılan yerdə dayanıb, sərnişin gözləyərik". Qeyd edək ki, bütün dünya ölkələrində ictimai nəqliyyatla yanaşı taksi xidmətləri də fəaliyyət göstərir. Ancaq Azərbaycandan fərqli olaraq, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də böyük şəhərlərdə taksilər onlar üçün ayrılan dayanacaqlarda, parklarda dayanır və kimə lazımdırsa, taksini həmin dayanacaqlardan çağırır. Ekspertlər də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və adı çəkilən metodu ölkəmizə gətirməklə mövcud problemin aradan qalxacağını düşünürlər. Əks halda, hələ uzun illər bu problem aradan qalxmayacaq. Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, bu cəhdimiz baş tutmadı.
2014-03-11
11,309
Əli kəsilən şəxsin cinayət anı – Şok/Video
İraq Şam İslam Dövləti (İŞİD) şəriət məhkəməsinin verdiyi fitvaya əsasən əlini kəsdiyi şəxsin cinayət törətdiyi anın videosunu yayımlamaqla özünün şəriət qanunundan kənar bir iş görmədiyini bildirib. "Axar.az" mücahidlərə yaxın sayta istinadən bildirir ki, bir necə gün öncə sosial şəbəkələrdə yayımlanan və böyük səs-küyə səbəb olan görüntülərdə İraq Şam İslam Dövləti şəriət məhkəməsinin verdiyi fitvaya əsasən bir nəfərin əlinin kəsildiyi əks olunub. Əli kəsilən şəxsə görə, qəddarlıqda ittiham olunan İŞİD buna cavab olaraq həmin şəxsin törətdiyi cinayətin video kadrlarını yayımlayıb. Bununla da İŞİD şəri qanunlardan kənar bir iş görmədiyini sübuta yetirib. Adı məlum olmayan şəxsin anbaan lentə alınan cinayətinin videosunu təqdim edirik.
2014-03-11
11,310
Zakir Həsənovdan yeni təyinat
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 mart 2014-cü il tarixli əmri ilə polkovnik-leytenant İsa İsmayılov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Bu barədə Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə həmçinin bildirib ki, polkovnik-leytenant İ.İsmayılovun xidmətdən kənarlaşdırılması haqqında məlumatlar əsassızdır. Qeyd edək ki, İ.İsmayılov bundan əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş zabiti, daha öncə isə "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olub. Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəis müavini mayor Teymur Abdullayev öz ərizəsi ilə istefaya göndəriləndən sonra bu vəzifə vakant qalmışdı ( Trend ).
2014-03-11
11,311
Vitse-admiral vəzifəsindən çıxarıldı - Sərəncam
Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, Vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. "Axar.az"ın "Aznews.az"a istinadən məlumatına görə, Şahin Sultanovun vəzifəsinin icrası onun müavini Yunus Məmmədova tapşırılıb. Qeyd edək ki, vitse-admiralın yaxın adamlarının işdən azad edilməsi, bir neçəsinin isə həbs olunması ilə bağlı məlumatlar vermişdik. Ş.Sultanov vəzifədən Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə azad olunub.
2014-03-11
11,312
Ukrayna Baş naziri bilet pulunu cibindən ödədi
Ukrayna Baş naziri Arseni Yatsenukun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a adi sərnişin xətti ilə yola düşüb və hökumət başçısı bütün xərcləri öz cibindən ödəyib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetindən məlumat verilib. "Nümayəndə heyəti Vaşinqtona adi reys təyyarəsi ilə yola düşüb. Biletlərin ümumi qiyməti 149 min qriven təşkil edib. Vaşinqtona qədər bilet pulunu Yatsenuk öz hesabına ödəyib" deyə məlumatda bildirilib. Qeyd edək ki, Ukrayna Baş naziri Arseni Yatsenuk martın 12 və 13-də Vaşinqtonda rəsmi səfərdə olacaq. Səfər zamanı baş nazir sabah ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
2014-03-11
11,313
Nazir Londona gedir
Martın 13-də London şəhərində "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən "Axar.az"a verilən məlumata görə, tədbirdə Azərbaycan haqqında film nümayiş etdiriləcək və Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti - III Dünya Forumunun prioritetləri təqdim ediləcək. Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniyanın parlament üzvləri nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak edəcəklər. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə keçiriləcək. Nazir tədbirdə Azərbaycan dövləti adından çıxış edəcək. Tədbirin təşkilati məsələlərinin həll edilməsi məqsədilə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə və Turizm şöbəsinin əməkdaşı Günel Aslanova Londona ezam olunublar. Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdi. Konfransda Azərbaycan Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsası qoyulmuş və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilmişdi. "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilmişdi. İclasda "Bakı prosesi - Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilmişdi. Bu proses çərçivəsində 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla forum hər iki ildə bir dəfə Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
2014-03-11
11,314
Salyanda qətl hadisəsinin təfərrüatları barədə rəsmi məlumat
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Salyanda qətl hadisəsinin təfərrüatları barədə məlumat yayıblar. 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub. İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi A.Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib. Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə Ş.Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alaraq bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər. İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb. Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib. Məlum olmuşdur ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan R.Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, T.Seyidov, T.Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı avtomobillə Ç.Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirmişlər. Hazırda hər iki cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Təqdim edilən fotolardakı şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur. Anonimlik təmin ediləcək. (Trend)
2014-03-11
11,315
Metropolitendən dükanların ləğvi ilə bağlı açıqlama - Rəsmi
Bakı Metropoliteni metro stansiyalarının keçidlərindəki mağazaların ləğv olunmasına etiraz olaraq bu gün bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. "Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, Metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib", - deyə məlumatda bildirilib.
2014-03-11
11,316
Qaradağda kütləvi insident: polis yolu bağladı – həbs var
Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında, yük avtomobillərinin çəkisini yoxlamaq üçün quraşdırılan tərəzinin yanından başlayan növbə bir neçə kilometrə qədər uzanır. Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, ağır tonnajlı maşınlarının normadan artıq yüklənməsi səbəbindən yeni çəkilən yolların dağıldığını əsas gətirən yol polisi nəzarəti maksimum səviyyədə gücləndirib. Bu səbəbdən normada yük apardığı halda qazancın olmayacağı, mişar daşının qiymətinin qalxacağını bildirən sürücülərlə polis arasında ciddi münaqişə yaranıb. Bir neçə sürücü digər maşınları əzərək özünə yol açmaq və polis səddini qırıb getmək istəyib. Ancaq polisin əhatəsindən çıxa bilməyiblər: polislər sözügedən "KamAz" yük maşınlarının şinlərini deşib, sürücüləri isə dərhal polis maşınında hadisə yerindən uzaqlaşdırıblar. Şahidlərin bildirdiyinə görə, ağır tonnajlı yük maşınlarının normadan artıq yüklənməsinə qarşı artıq bir neçə gündür ki, nəzarət gücləndirilib. Buna baxmayaraq, sürücülər bu qərara tabe olmaq istəmirlər. Onların bildirdiyinə görə, hətta yükgötürmə qabiliyyəti 30 ton olan "Şadman" markalı yük maşınlarına da 15 tonluq məhdudiyyət tətbiq edilib ki, bunu da ədalətsiz qərar sayırlar. Xatırladaq ki, Bakıdan-Astara və Bakı-Kürdəmir istiqamətində magistral yollarda "KamAz" markalı yük avtomobilləri əsasən Qaradağ daş karxanasından mişar daşları və qum daşıyırlar. "KamAz"ın yükgötürmə qabiliyyəti 10 ton olsa da, sürücülər adətən 25-30 ton yük vururlar və bu da yeni çəkilən yolların dağılmasına səbəb olur. Şahidlər hazırda da sürücülərlə polislər arasında mübahisənin və böyük tıxacın davam etdiyini bildirdilər. Günün sonu olduğundan, Nəqliyyat Nazirliyi və DİN-in münasibətini öyrənmək mümkün olmadı.
2014-03-11
11,317
İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev martın 11-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirdi. Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan Prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını dedi. Dövlətimizin başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd etdi. Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi. Görüşdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
2014-03-11
11,318
Ziya Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
Nəqliyyat naziri Ziya Məmmədov martın 17-də İsmayıllı şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə həyata keçirilir. Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı martın 14-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: İsmayıllı "10 saylı Yol İstismarı İdarəsi" (İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi, 2); Qobustan "8 saylı Yol İstismarı İdarəsi" (Qobustan rayonu, Xirmilli yolu); Şamaxı "9 saylı Yol İstismarı İdarəsi" (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km); Ağsu "12 saylı Yol İstismarı İdarəsi" (Ağsu rayonu, Meliorasiya qəs., Mehdi Hüseynzadə küçəsi, 4).
2014-03-11
11,319
Mətbuat Şurası 2 qəzeti "qara siyahı"ya saldı
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri şikayətlər üzrə komissiyanın təqdimatına əsaslanıb. Müzakirələrdən sonra "Kölgəli iqtisadiyyat və korrupsiya", "İqtisadiyyat və kölgə" qəzetlərinin MŞ-nin "qara siyahı"sına salınmasına dair rəy çıxarılıb. Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub. Eyni zamanda, MŞ-nin Şikayətlər üzrə komissiyasının sonuncu iclasında "İqtisadiyyat və kölgə" qəzetindən şikayətlərin nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb. İclasda, həmçinin MŞ-nin "qara siyahı"sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib. (ANS)
2014-03-11
11,320
Ermənistan müstəqilliyini itirə bilər
"Dünyada mürəkkəb geosiyasi proseslər gedir. Dünyanın xəritəsi yenidən çəkilə bilər. Bu geosiyasi proseslər Ermənistana da təsir edəcək". Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Aleksandr Arzumanyan deyib. O bildirib ki, Ermənistan regionda Rusiya hərbi bazalarının yerləşdiyi yeganə ölkədir və yalnız Ermənistan Kollektiv Təhküləsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onun sözlərinə görə, qeyd edilən iki faktor Ermənistanın suverenliyini, müstəqilliyini təhlükə altına atır. "Ona görə də Ermənistan KTMT-yə üzv olması ilə bağlı şərtlərə yenidən baxmalıdır. Bundan başqa Rusiya hərbi bazalarının ölkədə yerləşdirilməsi məsələsi yenidən gündəmə gətirilməlidir. Əks halda Ermənistan müstəqilliyini tamamilə itirə bilər", deyə Aleksandr Arzumanyan bildirib. Deputatın fikrincə, rəsmi İrəvan Ermənistan – NATO münasibətlərini dərinləşdirməlidir: "Yalnız bundan sonra Ermənistan regionda və beynəlxalq arenada tam müstəqil dövlət kimi tanına bilər". (ANS)
2014-03-11
11,321
Zaqatalada polis əməkdaşı bıçaqlandı
Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb. Hadisənin dəqiq hansı səbəblərdən baş veridiyi bəlli deyil. İlkin məlumatlara görə, hadisə zamanı iki şəxs mübahisə edib. Bu zaman xəsarət alan polis nəfəri mübahisə edən şəxsləri ayırmaq istəyib. Mübahisə zamanı dalaşan şəxslərdən biri bıçaq çıxarıb və polis əməkdaşına çoxsaylı bıçaq zərbələri endirib. Hadisənin dəqiq olaraq hansı səbəblərdən baş verdiyi araşdırılır. Hadisəni törədən şəxsin axtarışları isə davam etdirilir. (Kanal S)
2014-03-11
11,322
“Domsoveti” bir bombayla partlatmaq olarmı?
Uşaqlarımız hansı kitabları oxumalıdır? Ümumiyyətlə, Azərbaycanda uşaq ədəbiyyatının durumu necədir? Uşaqlar üçün yeni əsərlər yazılırmı? Bu mövzu ilə bağlı "Axar.az" olaraq bir çox tanınmışımıza müraciət etdik: "Son vaxtlar uşaqlarınıza hansı kitabları almısınız, uşaqlar nəyi oxumalıdır?" Hökmən və hökmən xalq nağılları Şair Əhməd Qəşəmoğlunun fikrincə, uşaqlara sterss, bədbinlik yarada bilən əsərlərin oxunmasına izn verilməməlidir. "İnancima görə, uşaqlarımız uşaq vaxtı hökmən və hökmən xalq nağıllarını, folkloru daha çox oxumalıdır. Amma bununla yanaşı Qərbin də işıqlı, harmoniyaya, ahəngə xidmət edən, intellektin inkisaf etdirən, qəhrəmanlıq aşılayan məşhur əsərlərini də oxumalıdırlar. Məsələn, Ekzüperinin "Kiçik şahzadə", Kiplinqin "Mauqli", Luis Kerolun "Alisa möcüzələr ölkəsində", "Robin Qud" kimi əsərləri oxumaq uşaqların dünyagörüşünə yaxşı təsir edər". Uşaq kitabları ilə maraqlanmıram Şair Əli Şirin Şükürlüsə uşaq kitabları ilə çox maraqlanmadığını etiraf etdi. "Doğrusu, son vaxtlar uşaq kitabları ilə çox maraqlanmıram. Amma bir neçə il əvvəl iki kitab tərcümə etmişəm. Qarin Mixaylovskinin və Çukovskinin əsərlərini... Maraqlı əsərlərdi məncə, oxumağa dəyər. Bir də Herbert Uelsin elmi-fantastik əsərləri maraqlıdı. Onun da əsərlərini tərcümə etmişəm. Amma hələ nəşr olunmayıb". "Domsoveti" bir bombayla partlatmaq olarmı? Rəssam Nəvai Mətinsə məsələyə elə rəssam kimi yanaşdı: "Hər zamanın bir gözəlliyi olduğu kimi, kitabları da müxtəlifdi. Bizim uşaqlıq və gənclik dönəmimizdə həm tələbat, həm zaman başqa olduğundan bəlkə də bizim oxuduqlarımız bu gün aktual görünməsin. O baxımdan uşaqlar üçün bizim dediyimiz, məsləhət gördüyümüz kitablar maraqsız ola bilər. Məsələn, bizim gənclik vaxtımız etiraf edək ki, hind filmlərinin təsiri altında keçib. Yəni biz kinodan çıxanda fikirləşirdik ki, kimə yardım edək. Amma bu gün döyüş filmini seyr edən bir gənc fikirləşir ki, məsələn, "Domsoveti" bir bombalya partlatmaq olarmı? Çox təəssüflər olsun ki, bu da kapitalizmin gətirdiyi pisliklərdən biridi. Bu gün oxunan kitablar ancaq kriminal aləmi vəsf eləyən kitablardı". Şəkilləri çox olan kitablar Jurnalist Nurəddin Heydərov uşaqların şəkilli kitablar sevdiyinə inanır. "Dunya xaqlarının nagıllarını oxumaqla başlamaq daha yaxşıdır. Mən belə başladım. Uşaq hələ oxumaq yaşına çatmayıb, ona görə ancaq şəkilləri çox olan kitablar alıram". Yazıçı Zəka Vilayətoğlu sorğumuza cavab olaraq bildirdi ki, şifahi xalq ədəbiyyatı seriyasından olan kitabları alıb. Şair Məlahət Yusifqızı isə övladına son olaraq "Teymurləngin vəsiyyətnamələri"ni aldığını söylədi.
2014-03-11
11,323
Nərmin üçün yığılan pullar hara xərclənəcək?
"Nərmin üçün yığılan vəsaitin hələ ki, hara xərclənəcəyi haqda dəqiq qərar verilməyib. Ona görə bu barədə hələlik dəqiq bir söz deyə bilmərəm". Bu sözləri "Axar.az"a Nərmin Hüseynlinin əməliyyatı üçün yardım kampaniyası təşkil edən gənclərdən olan Hikmət Qasımzadə deyib. Nərminin bacısı Mehin Hüseynli də şəxsi Feysbuk səhifəsində bu haqda qısa məlumat verib: "Nərmin üçün yığılan pul barədə narahat olmayın. Cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəyəm". Başqa bir mənbədən verilən məlumata görə isə, N. Hüseynlinin əməliyyatı üçün yığılan vəsait bir başqa xəstənin müalicəsinə sərf ediləcək. Qeyd edək ki, N.Hüseynliyə ötən ilin aprelində boğazının şişməsi üzündən zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N. Hüseynlinin vəziyyəti ağırlaşıb. Təbrizə yollanan N. Hüseynliyə diaqnozun əvvəlcədən səhv qoyulduğu və onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. N.Hüseynlinin həyatını xilas etmək üçün gənclər Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirib. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanılıb. Nərmin dünən müalicə olunduğu İstanbul Memorial Klinikasında vəfat edib.
2014-03-11
11,324
Azərbaycanlı general azadlığa buraxıldı
Dünən məhkəməyə etirazı rədd edilən milliyyətcə azərbaycanlı olan Vəli Kiçik azadlığa buraxılıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Ergenekon işi ilə bağlı həbs edilən azərbaycanlı general Vəli Kiçiklə bərabər, məhkəmənin qərarı ilə Fuat Səlvi, Sərdar Öztürk, Ləvənt Ərsöz də azadlığa buraxılıb.
2014-03-11
11,325
Türkiyə yenidən ayağa qalxdı - Foto/Video
Türkiyənin paytaxtı Ankarada Berk Əlvanın müalicə gördüyü xəstəxanada həyatını itirməsi bu ölkəni ayağa qaldırıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Ankara Universitetində bir araya gələn bir qrup tələbənin Qızılay meydanına icazəsiz getmək istəməsi polislə qarşıdurmaya səbəb olub. Xəbərdarlığa məhəl qoymayan tələbələrə polis bibər qazı ilə müdaxilə edib. Qarşıdurma davam edir. Qeyd edək ki, Berk Əlvan Türkiyədə Gəzi parkı olayları zamanı yaralandıqdan sonra 269 gün komada qalmışdı.
2014-03-11
11,326
Tatar Məclisi parlamentin qərarına qarşı - Video
Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov Krım Parlamentinin müstəqillik barədə qərarına etiraz olaraq brifinq keçirib. "Axar.az"ın verdiyi məlumata görə, Çubarov bildirib ki, onlar qarşı tərəfə Krımın inkişafı ilə bağlı başqa bir planın üzərində işlənməsini təklif ediblər. Məqsəd yarımadada gərgin anlardan yan keçmək və təhlükələrdən sovuşmaq olub: "Biz qarşı tərəfə daha əlverişli paket təklif etdik. Düşündük ki, bununla qarşılıqlı anlaşmanın təməlini qoyacağıq. Bilirsiniz ki, bu günə qədər Krım tatarlarının hüquqları tapdalanır. Bu yöndə istənilən cəhdlərimiz qarşı tərəfdən eşidilməyib. Bu, bütün tərəflərə böyük siqnaldı – Rusiya, Qərb, Kiyev və s. Hesab edir ki, yerli əhali hərbi qoşunların burada mövcudluğundan əndişələnir və tezliklə onların daimi yerlərinə çəkilməsini istəyir. Məlumdur ki, Krım tatarları referendumun əleyhinədir. Gərginlik danışıqlar masası arxasında həll olunmalıdı. Bu gün parlamentdə qəbul olunan sənədə gəlincə, hesab edirəm ki, bu, məsələni daha da gərginləşdirəcək". Qeyd edək ki, qısa çıxışından sonra Çubarov yerli və xarici jurnalistlərin suallarına cavab verib. )
2014-03-11
11,327
Zakir Həsənov Səfər Əbiyevi və 6 generalı ehtiyata göndərdi
Azərbaycan Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov bu barədə əmr imzalayıb. Nazirin əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi). Qeyd edək ki, adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub.
2014-03-11
11,328
BP-nin rəhbəri: ”Putin Bakı-Ceyhana mane olurdu”
İngiltərənin BP neft şirkətinin keçmiş icraçı direktoru Con Braun "BP, Putin və neftin gücü" adlı kitab yazıb. "Axar.az"ın "The Daily Best"ə istinadən məlumatına görə, Braunun memuarı onun şirkətdəki 12 illik fəaliyyətini əhatə edib. Qeyd edək ki, Braun kitabında neft və qazın dünyada əsl silaha çevrilməsindən, Rusiya Prezidenti Vladimir Putinin bu məqamdan maksimum yararlanmasından bəhs edib. Onun sözlərinə görə, Putin möhtəşəm taktikdir: "Putin rəhimli adam deyil, praktiki olaraq, onun hansı addımlar atacağını müəyyənləşdirmək mümkün deyil. Bunu onun emosiyalarından da sezmək olmur". Xatırladaq ki, Con Braun 1995-2007-ci illərdə Rusiyada işləyib və şəxsən Putini yaxından tanıyıb: "Xatırlayıram, Putin başda olmaqla ruslar Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallşmasına qarşı olmazın hərəkətlər edirdilər. Onlar ümumiyyətlə Azərbaycan neftinin Türkiyə üzərindən nəqlinin əleyhinə idilər. Rusiyalı dostlarımız bunun üçün hər bir fantastik addımlara əl atırdılar, alçaqlığa meyl edirdilər". Braun kitabda Azərbaycanın o vaxtkı rəhbərinin maneələrə baxmayaraq, layihəni reallaşdırma iradəsini də vurğulayır.
2014-03-11
11,329
Əylislini Nobelə təqdim edən professor danışdı – Eksklüziv
"Bəlkə də haqsızam, amma mən situasiyanı belə görürəm". Bu sözləri "Axar.az"a açıqlamasında Sankt-Peterburq Avropa Universitetinin antropologiya və sosial tədqiqatlar üzrə professoru Sergey Abaşin deyib. O, Əkrəm Əylislinin əsərlərində dünyanın haqlı və haqsız deyə iki yerə bölünmədiyini bildirib: "Məncə, qarşıdurma əvəzinə ən çətin hallarda dialoq yaratmaq üçün irəli sürülən bütün təşəbbüsləri dəstəkləmək lazımdır. Bu, dünyanı ağ-qara yox, bütün rənglərin ahəngində görməyə kömək edir. Bu dünyanı haqlılar və haqsızlar deyə iki yerə bölmür. Bu bizi hər birimizin səhv hərəkət edə biləcəyimizi və bunu dəyişdirib yenidən öz səhvlərimizi düzəltmək haqqında fikirləşməyə məcbur edir. Mən məhz Əkrəm Əylislinin əsərlərində bu pafosu görürəm. Doğrudur, bu çoxları tərəfindən başa düşülməyəcək və doğru qarşılanmayacaq. Amma məncə, ömür boyu heç nə etməyib konfliktdə yaşamaqdansa nə isə edib yaşamaq daha yaxşıdır. Bəlkə də mən haqsızam, amma mən situasiyanı belə görürəm". Qeyd edək ki, Serqey Abaşin Əkrəm Əylislini Nobel Mükafatına təqdim edən bir qrup ictimai xadim sırasındadır.
2014-03-11
11,330
Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul edəcək
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev martın 17-də saat 13:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, nazir Lənkəran vətəndaşları ilə yanaşı, Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda, habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.
2014-03-11
11,332
Çeçen batalyonu Ukraynada avia-baza ələ keçirdi
Məhşur "Vostok" alayının Cankoyada olduğu tam dəqiqləşib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində yazıb. O, Cankoya şəhərində Ukraynaya məxsus avia-bazaların birinin ələ keçirildiyini bildirib. Hərbi ekspert həmçinin ələ keçirilmiş avia-bazada rusların səyyar hospitalı qurduğunu deyib. Cankoyaya 4 ədəd Mİ-24 vertolyotunun gətirildiyi qeyd edilib. Qeyd edək ki, "Vostok" alayı tərkibi milliyətcə çeçenlərdən ibarətdir.
2014-03-11
11,333
"Türk Hava Yolları" Krıma bütün aviareysləri ləğv etdi
"Türk Hava Yolları" (THY) martın 11-dən 16-dək Krımın Simferopol şəhərinə bütün aviareysləri qarşılıqlı olaraq ləğv edib. THY-dən verilən açıqlamaya görə, Simferopol hava limanındakı mövcud gərgin vəziyyət səbəbindən 11-16 mart tarixlərində həyata keçirilməsi planlaşdırılan avireyslər ləğv edilib. Ukraynanın digər şəhərlərinə reyslərin icrasında isə heç bir problem yoxdur. Qeyd edək ki, Simferopol aeroportuna nəzarətin yenidən Rusiya tərəfdarı olan bir qrupun əlinə keçdiyi bildirilir. (Trend)
2014-03-12
11,334
Kənd təsərrüfatı məhsulları bahalaşdı - Rəsmi
Azərbaycanda fevral ayında satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3 faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1 faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4 faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşıb, heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin (diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3 bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal ətinin (diri çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb. Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma müşahidə olunub.
2014-03-12
11,335
NATO Rusiyanın gözü önündə təlimlərə başladı - Video
Xəbər verildiyi kimi, NATO təlimləri çərçivəsində Amerika və Polşa hərbi hava qüvvələri geniş manevrlərə start veriblər. "Axar.az" məlumat verir ki, alyansın Polşanın Laskdakı bazasında yüksək rütbəli zabitlərlə bərabər, Polşa Prezidenti Bronislav Komarovski də təlimləri yaxından izləyib. Xatırladaq ki, Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar NATO-ya daxil olan Amerika, Polşa və Rumıniya hərbi qoşunlarının martın 11-də geniş miqyaslı təlimlərə başlayacağı barədə məlumat verilimişdi. )
2014-03-12
11,336
Mədinə ona alınan hədiyyədən şoka düşüb
Mədinə Məlikovaya bahalı hədiyyə verilib. Bu sözləri "Axar.az"a açıqlamasında "Kristal" qrupu rəhbərinin özü deyib. O, bahalı hədiyyə haqda bunları bildirib: "Mənə yeni mənzil hədiyyə edildi. Hədiyyəni bağışlayan isə həyat yoldaşımdır". Qeyd edək ki, yoldaşı bu hədiyyəni ona 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə bağışlayıb.
2014-03-12
11,337
Dünyanın bir nömrəli ordusu - Video
Dünyanın şəxsi heyət baxımından bir nömrəli ordusu sayılan Çin ordusunun yeni görüntüləri yayılıb. "Axar.az" Çin ordusunun göstəricilərini təqdim edir: Hərbi büdcəsi: 120-190 milyard dollar arası; Sualtı atom qayığı: 5 ədəd; Qırıçı təyyarə: 1,570 ədəd; Nəqliyyat təyyarəsi: 300 ədəd; Kəşfiyyat təyyarəsi - 100 ədəddən artıq; Bombardımançı və hücum təyyarələri: 550 ədəd; Hərbçilərin sayı: 1 milyon 250 min nəfər. )
2014-03-12
11,338
Yeni “Nissan Juke” gəlir – Fotolar
Fərqli dizaynda hazırlanan təkər diskləri, yeni rənglər və daha əhatəli fərdləşdirmə proqramı "Juke"un yenilikləri arasındadır. Cenevrə avtomobil sərgisində ilk dəfə təqdim edilən "Nissan Juke" yenilənmədən sonra markanın digər modellərində də qarşımıza çıxan yeni ön qəfəs və daha yaxşı işıqlandırma təmin etmək üçün ksenon faralarla təchiz edilib. "Nissan"ın avtomobildə əsas olaraq təqdim etdiyi 117 a.g-lü 1.6 litr həcmli benzinlə çalışan mühərriki ikinci nəsil "Qashqai"da da qarşımıza çıxan 1.2 litr həcmli "DIG-T" turbo benzinli mühərrik ilə dəyişdirilib. Yeni "Nissan Juke"un yay aylarında satışa çıxarılacağı gözlənilir.
2014-03-12
11,339
Modellə şahzadə öpüşdü, ölkə qarışdı - Video
54 yaşlı York Şahzadəsi Endryu özündən 20 yaş kiçik model sevgilisi Monika Cakisikə romantik bir şam yeməyi üçün görüş təyin edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, son bir neçə həftə ərzində üçüncü dəfə görüşən cütlük İngilis mətbuatı tərəfindən izlənilib. Restorandan Şahzadə ilə çıxan model Monika Cakisik ayrılanda öpüşərkən jurnalistlərin kameralarına tuş gəlib. Görüşdən sonra Şahzadə Monika Cakisikə brilyant üzük hədiyyə edib. Sevgilisinin isə Tvitter hesabından brilyant üzüyün şəklini paylaşması ortalığı qarışdırıb. Endryunun modelə evlənmə təklif etdiyi də iddia olunur. 54 yaşlı Şahzadənin gənc model arasındakı yaş fərqinin çox olması və görüşdən sonra Monikanın üzük şəklini paylaşması ölkədə qalmaqal yaradıb. Qeyd edək ki, 34 yaşlı model Monika Cakisik məşhur aktyor Corc Klununin keçmiş qız dostudur. Videonu təqdim edirik. )
2014-03-12
11,340
"Bavariya və "Atletiko" növbəti mərhələdə - Video
Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, cavab qarşılaşmalarının ilk günündə iki oyun baş tutub. Almaniyada "Bavariya" ilk görüşdə 2-0 qələbə qazandığı "Arsenal"ı qəbul edib. Qarşılaşma 1-1 hesab ilə yekunlaşıb. Digər qarşılaşma İspaniyada "Ateltiko Madrid" " ilk görüşdə 1-0 qələbə qazandığı "Milan"ı qəbul edib. Görüş ispanların 4-1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşlərdən sonra növbəti mərhələyə Almaniyanın "Bavariya", İspaniyanın "Atletiko Madrid" komandaları yüksəlib. )
2014-03-12
11,341
Ayfon istifadəçilərinə şad xəbər – “İOS 7.1”
"Aple" şirkəti martın 10-da bazasında "iPhone" smartfonlarının, "iPad" planşet kompüterlərinin və "iPod touch" pleyerlərinin işlədiyi "iOS 7" əməliyyat sistemi üçün "iOS 7.1" yenilənməsini istifadəyə verib. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron səhifəsinə istinadən bildirir ki, əməliyyat sisteminə şirkətin bir həftə əvvəl təqdim etdiyi "CarPlay" avtomobil interfeysinin dəstəklənməsi əlavə olunub. İstifadəçinin "Təqvim"ə daxil etdiyi hadisələr indi "Ay" ekranında əks etdirilir. "Siri" (səsli funksiya) əlavəsində "Push-to-talk" funksiyası yer alıb. Bu funksiya işə salındıqda "Siri" "Əsas ekrana qayıt" düyməsi basılı olan halda istifadəçiyə reaksiya verir. "iOS 7.1"-dəki bir sıra yeniliklər "iPhone 5s" smartfonuna aiddir. Belə ki, "Kamera" proqramı fotonu genişləndirilmiş dinamik diapazonla (HDR) çəkmək funksiyasını avtomatik işə salır, barmaq izlərinin tanınması isə daha dəqiqliklə yerinə yetirilir. Bundan başqa, "Apple" qurğu ekranlarının işində ara-sıra fasilələr yaradan çatışmazlığı aradan qaldırıb. Şirkət həmçinin bəyan edib ki, "iOS 7.1" quraşdırıldıqdan sonra "iPhone 4" smartfonları daha sürətli işləyəcək. Qeyd edək ki, yenilənmə pulsuzdur.
2014-03-12
11,342
Azərbaycan xanımları gözəl deyil - Sorğu
Sosial şəbəkələrdə aparılan araşdırma ilə dünyanın ən cazibədar qadınlarının hansı ölkədə yaşadığı müəyyən olunub. "Axar.az" xəbər verir ki, həmin ölkələrin siyahısına Türkiyə, Peru, Yaponiya, Çin, İngiltərə, Avstraliya, Meksika, Hindistan, Almaniya, Fransa, İspaniya, İndoneziya, İran, Livan, Bosniya, Misir, Macarıstan, Finlandiya, Rusiya, Ukrayna, Vyetnam, Braziliya, Anqola, Argentina, Çexiya, Efiopiya, İsveç, Kosta-Rika, Venesuela, Kolumbiya, Latviya daxil ola bilib. Qeyd edək ki, hər zaman "dünyanın ən gözəl qadınları Azərbaycandadır" deyib qürrələndiyimiz halda bu siyahıda yer almamışıq.
2014-03-12
11,343
Şamaxıda yol terroru: ölən və yaralananlar var
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 11-də, gecə saat 23:00 radələrində magistral yolun 127-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. İsmayıllı sakini 1968-ci il təvəllüdlü Qasımov Yavər Sərdar oğlunun idarə etdiyi 90-DR-480 dövlət nömrə nişanlı "Opel Vectra" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Yavər Qasımov, eləcə də sərnişinlər, İsmayıllı rayon sakinləri-1956-cı il təvəllüdlü Rəsulova Nazilə Məcid qızı və 1983-cü il təvəllüdlü Rəsulov Qədir Nürəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İsmayıllı sakini olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ömərli Səbahəddin Şakir oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
2014-03-12
11,344
Gənc yarışmaçının səhnədə sinəsi açıldı - Video
Çində təşkil edilən mahnı yarışmasında gənc qızın paltarının kəməri qopub və sinəsi açılıb. O, tamaşaçıların və münsiflər heyətinin təəccüblü baxışlarına soyuqqanlı yanaşaraq mahnısını oxumağa davam edib. Həmin videonu təqdim edirik
2014-03-12
11,345
Sənətçilərimiz hansı filmlərə baxır?
Ömürlərinin müəyyən hissəsini sənətə həsr edənlər görəsən özləri hansı ekran əsərini bəyənir? Azərbaycan filimlərindən hansını təkrar-təkrar izləyirlər? Xalq artisti Mənsum İbrahimov bildirdi ki, demək olar bütün filmlərimizi izləyib. "Amma ən çox sevdiklərim "7 oğul istərəm", "Ögey Ana", "Arxadan vurulan zərbə" filmləridir". Xalq artisti Rafael Dadaşova görə, Azərbaycan filmlərinin hamısı gözəldir. Amma xalq artisti ən çox "Uzaq sahillərdə" filminə baxmağı sevir. Bəhram Bağırzadə sorumuza qısa cavab verdi. "1971-ci ildə çəkilən Arif Babayevin "Gün keçdi" filmini sevirəm". "Sharm" qrupunun üzvləri bir ağızdan "Qayınana" filmini sevdiklərini bildirdilər. Müğənni Ramal Əsədzadə isə "Yol əhvalatı" filmini seyr etməkdən doymur. Abbas Bağırovunsa ən çox sevdiyim filmlər "Qayınana"və "Bəxt üzüyü"dür.
2014-03-12
11,346
Mersedes qəza törətdi: bir ölü
Bakı şəhəri, Səbail rayonunda Mersedes markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:18-də başa çatıb.
2014-03-12
11,347
Xarici İşlər naziri Pan Ki Munla görüşüb
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda BMT-nin Baş katibi Pan Ki Munla görüşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyünə namizədliyi mövzusunda danışıqlar aparmaq üçün dünən Nyu-Yorka gedən Xarici İşlər naziri Davudoğlu BMT Baş katibi Pan Ki Munla görüşüb. Pan Ki Mun Davudoğlunu BMT-dəki ofisində qəbul edib. Görüşün əvvəlində qısa bir müddət mətbuata açıq olsa da görüşün gerisi mətbuata bağlı keçirilib. Ə.Davudoğlu Nyu-Yorkdakı görüşləri əsnasında ayrıca Kipr, Suriya və Ukraynadakı son hadisələrlə əlaqədar BMT nümayəndələri ilə müzakirələr də aparacaq.
2014-03-12
11,348
Baş nazir istefa verdi
Liviyada yaranmış siyasi çəkişmələr fonunda parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir Əli Zidan məğlub ayrılıb. 123 deputat onun hakimiyyətdə qalmasının əleyhinə səs verərək, Zidanı faktiki olaraq tutduğu vəzifədən uzaqlaşdırıb. Baş nazirin işinin etimadsızlıq səsverməsinə qədər gəlib çıxmasına bu həftə yaşanan gərginlik təsir göstərib. Belə ki, şərq əyalətindəki limanı öz nəzarətlərində saxlayan döyüşçü qrup, mərkəzi hökümətə tabe olmayaraq, müstəqil şəkildə neft satacaqlarını bəyan edib. Ölkənin əsas portlarından olan Əl Sidr limanını ələ keçirmiş döyüşçülər hökümətin icazəsi olmadan Liviya limanına daxil olmuş Şimali Koreya bayraqlı tankerə neft doldurmağa cəhd etməklə tərəflər arasında 3 günlük gərginliyin yaşanmasına yol açıb. Liviya konqresinin sözçüsü Ömər Həmdan, Əli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunduğu və deputatların yeni baş naziri seçəcəyi vaxta qədər onun Livan hökümətin başçılıq edəcəyini açıqlayıb. Bazar ertəsi rəsmi Tripoli qoşunların həmin tankeri nəzarətə götürdüyünü açıqlasa da, döyüşçülər bu məlumatı təkzib edib. Etimadsızlıq səsverməsinə gəlincə, hakimiyyətdən getməsi ilə bağlı baş nazir Əli Zidandan hər hansı şərh gəlməyib bu isə yeni silahlı münaqişə potensialını artırır. Çünki Liviyada siyasətçilərin çoxu regional və ideoloji baxımdan bir araya gələn döyüşçülər tərəfindən dəstəklənir. Çoxlarının konqresin çıxardığı qərara qarşı çıxacağı aydın məsələdir (ANS).
2014-03-12
11,349
ABŞ-dan Şərq dövlətinə dəstək
ABŞ Xarici İşlər nazirliyi sözçüsü Jen Psaki Liviyaya dəstək olduqlarını bildirib: "Demokratik olaraq seçilmiş Liviya hökumətini və xalqını dəstəkləməyə davam edəcəyik". Psaki mətbuat brifiqində Liviya hökumətin devrilməsiylə əlaqədar sualları da cavablandırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviyadakı inqilabı və sonra davam edən demokratik keçidlə əlaqədar yenilikləri yaxından izlədiklərini qeyd edən Psaki siyasi dəyişikliklərin vaxt aldığına diqqət çəkib. Psaki sözlərinə bunları da əlavə edib: "Liviya hökumətinin və xalqının demokratik dəyişiklərdə çox böyük çətinliklərlə qarşı-qarşıya qaldıqlarının fərqindəyik. Bu sürpriz deyil. Bu səbəbdən demokratik olaraq seçilən Liviya hökumətini və xalqını dəstəkləməyi davam etdirəcəyik. Liviyadakı dəyişiklikdə həssas bir dövrdə ölkəni idarə edən Baş nazirin liderliyini təqdir edirik". Psaki Liviyadakı dəyişiklikləri izləməyə davam etdirəcəklərini vurğulayıb.
2014-03-12
11,350
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir k, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-12
11,351
Obamanın evi kirayə veriləcək
ABŞ prezidenti Barak Obamanın Kolumbiya Universitetində təhsil aldığı vaxt qaldığı mənzil də daxil olmaqla bir çox məşhurun qaldığı ev kirayəyə çıxarılıb. "Axar.az" xəbər verir ki, Obamanın Nyu Yorkda qaldığı mənzilin bir gecəsi müştərilərə 135 dollara təklif olunur. Bundan başqa Ava Qardner, Çarli Çaplin və Cimi Hendriks kimi məşhurların da bir zamanlar qaldıqları mənzillər gecəsi 85 dollardan təklif olunub.
2014-03-12
11,352
"Şöhrət" ordenli akademik vəfat etdi
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi, Prezident Təqaüdçüsü, Şöhrət ordenli akademik Bəhram Mehrəli oğlu Əsgərov 81 yaşında vəfat edib. Bu barədə "Axar.az"a BDU-nun mətbuat xidmətinin katibi Pərvanə İbrahimova məlumat verib. 2013-cü ilin dekabrında universitetdə Bəhram müəllimin 80, elmi, pedaqoji və ictimai fəaliyyətinin isə 55 illiyi münasibətilə tədbir keçirilmişdi. Allah rəhmət eləsin!
2014-03-12
11,353
Səfirlər və Tağı Əhmədov yanan binada: "Sahil" yanır - Video
10.01 "Sahil" metrosunun üstündə yerləşən məşhur "Sahil" Ticarət Mərkəzi yanır. "Axar.az"ın hadisə yerində olam əməkdaşının sözlərinə görə, hazırda ticarət mərkəzinin işçiləri təxliyə edilir. FHN-in Yanğından Mühafizə Xidməti artıq hadisə yerindədir. Yanğının artıq "Sahil" Ticarət Mərkəzinin üst qatında yerləşən yaşayış mənzillərinə keçdiyi barədə də məlumat var. 10:18 Əməkdaşımızın məlumatına görə, "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Bildirilir ki, yanğın girişi bağladığından, uşağın xilas edilməsinə FHN texnikası cəlb edilib. Sakinlərin verdiyi məlumata görə, həmin azyaşlı uşaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir. 10:27 Hadisə yerində olan müxbirimizin verdiyi məlkumata görə, yanğın ərazisindəki qatı tüstüdən hələlik yalnız bir nəfərin zəhərləndiyi bildirirlir. Zəhərlənən sakin ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya qaldırılıb. 10:30 Bakı Metropoliteni "Sahil" stansiyasının giriş-çıxışını bağlayıb. Sərnişinlərin təhlükəsizliyi üçün metro qatarları artıq "Sahil" stansiyasında dayanmır. 10:42 Yanğın nəticəsində binanın 7-ci mərtəbəsində təhlükə altında qalan və Tağı Əhmədovun nəvəsi olduğu bildirilən azyaşlı FHN-nin əməkdaşları tərəfindən xilas edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə FHN-nin daha bir neçə briqadası cəlb edilib. 10:59 Müxbirimiz xəbər verir ki, Bakı Metropliteninin keçmiş rəisi Tağı Əhmədov da hadisə yerindədir. Daha doğrusu, o, Ticarət Mərkəzinin üstündə yerləşən yaşayış binasının beşinci mərtəbəsindədir. Ara-bir mənzilin (sakinlərin dediyinə görə, bu mənzildə onun ofisi və ya evi yerləşir) balkonuna çıxıb prosesləri izləyir. 11:09 Verilən son xəbərdə bildirilir ki, yanğını izləyən izdihamın içində olan 50 yaşlarında bir qadının basırıqda halı pisləşib və huşunu itirib. Təcili yardım işçiləri həmin qadına ilkin tibbi yardım göstərir. 11:26 FHN hadisə yerində qərargah yaradıb. Yanğınsöndürən maşınlar Sahil parkındakı hovuzdan çənlərini su ilə doldurub, yanğın ocaqlarının aradan qaldırılması üçün istifadə edirlər (Foto 7,8). 11:29 Sahil Ticarət Mərkəzində baş vermiş yanğın zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti yüngül olsa da, bir nəfərin xəsarəti nisbətən ciddi olub. Bu barədə "Axar.az"ın hadisə yerində olan muxbirinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın rəisi Mürsəl Həmidov məlumat verib. Tibbi Yardım Stansiyasının rəisi bildirib ki, xəsarət alan hər 3 nəfər ilkin yardımdan sonra buraxılıb (Foto 9). 11:33 Verilən məlumatda bildirilir ki. Argentina və Braziliya Səfirlikləri həmin binada yerləşir. Səfirlər binadan təxliyyə olunur (Foto 10). 11:53 Hazırda Çevik Polis Alayı təhlükəsizliyi təmin etmək üçün yanğın ərazisindədir. Hadisə yerində olan müxbirimizin sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Səhlab Bağırov da yanğın başlayan andan etibarən hadisə yerindədir (Foto 11). 12:15 ​ )
2014-03-12
11,354
Fətullahçılardan İsa Qəmbərə gizli siyasi dəstək - Foto
Bizimyol.info Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bağlı maraqlı xəbər yayıb. Saytın yaydığı xəbərdə bildirilir ki, redaksiyanın elektron poçtuna məktub göndərilib. Məktubu Ahmet Saniç adlı bir şəxs 2011-ci il aprelin 5-də saat 03.45-də [email protected] elektron ünvanından [email protected] ünvanına göndərib. Fətullah Gülənə ünvanlandığı bildirilən məktubda Azərbaycanda mümkün hakimiyyət dəyişikliyi barədə söhbətin aparıldığı iddia olunur. Məktubda deyilir: "Azərbaycandakı müxalifət partiyalarında olan dostlarımızın verdiyi məlumatlardan belə bir qənaət hasil olur ki, Azərbaycanda iqtidarın dəyişməsi qaçılmazdır. Xüsusilə "ərəb baharı" adlanan proses Azərbaycanın daxili siyasi durumunu ciddi şəkildə etkiləyib. Bunu sosial paylaşma şəbəkələrindəki hərəkətliliyin birdən-birə yüksəlməsindən də görmək olur. Özəllikə Feysbukdakı hərəkətlilik diqqəti cəlb edir. Feysbuk üzərindən təşkilatlanan müxaifət partiyalarının gənclik qolları davamlı olaraq çevriliş çağırışları edirlər. Daha öncə Sizdən gəlmiş direktivlərə uyğun olaraq Bakıdakı məsul arkadaşlarımıza Hizmət hərəkatına mənsub gənclərin saxta profillərlə sosial şəbəkələrdəki fəaliyyət qoşulmalarını təmin etmək barədə təlimat vermişik. Azərbaycandakı indiki iqtidar getdiyində Müsavat Partiyasını başqanı İsa Qəmbərin prezident olması ehtimalı xeyli yüksəkdir. Məzhəb fərqinə baxmayaraq İsa Qəmbər mötədil və Türkiyəyə yaxın bir şəxs kimi tanınır. Onun prezident olasının Hizmet Hərkatımızın inkişafına yeni bir təkan verəcyini düşünürəm. Hazırda bizim Azərbaycan müxalifətinə açıq dəstək verməmiz mümkün deyil. Bu üzdən müxalifətin Facebook üzərindən təşkilatlanan gənclik qollarına gizli dəstək veririk. Ancaq məsələ ciddiləşərsə və müxalifətin küçə hərəkatı genişlənərsə, xüsusilə ABŞ və digər Qərb ölkələrinin Azərbaycandakı iqtidar dəyişikliyini dəstəkləmək qərarı verdiklərindən əmin olandan sonra gənclərimizin müxalifət sıralarında açıq yer almasının daha münasib olacağını düşünürəm. Bu məsələ ilə bağlı tövsiyə və əmrlərinizi gözləyrk. Sayğılarımla, Ahmet Saniç". Müsavat başqanının müavini Gülağa Aslanlı "Bizim Yol"a açıqlamasında yayılmış məktubdan xəbərdar olduğunu bildirsə də, qeyd olunanları şərh etmək istəmədi. "Biz həqiqətən belə ad-soyadda bir adamın olub olmadığını araşdırmalıyıq. Bunu bilmədiyim üçün məktub və orada qeyd olunan fikirləri şərh etməkdən uzağam". G.Aslanlı yayılmış məktubun hakimiyyətin Müsavat Partiyasına qarşı qara PR məqsədilə bilərəkdən yaymasını da istisna etmədi. "Azərbaycanda hər şey baş verə bilər və mən heç bir şeyə təccüblənə bilmərəm", - deyə Müsavat başqanının müavini vurğuladı.
2014-03-12
11,355
Ukrayna Krımla bağlı son qərarını verdi
Ukrayna şərq sərhədlərini zərbə altında qoymamaq üçün Krımı işğal edən rus qoşunlarına güc tətbiq etməyəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov "Frans-Press" agentliyinə müsahibəsində deyib. "Biz Krımda hərbi əməliyyatlara başlaya bilmərik, çünki biz şərq sərhədlərimizi zərbə altında qoyarıq və Ukrayna müdafiəsiz qalar" deyə prezident bildirib.
2014-03-12
11,356
12 illik təhsilə keçilməyəcək - Nazir
Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov açıqlamasında bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək. Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: "12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq. Bu kimi çatışmazlıqları etməmək üçün hazır olan kimi 12 illik təhsilə keçəcəyik. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir".
2014-03-12
11,357
Qafqaz Universitetindən nurçu rektor iddiasına cavab – Rəsmi
Əhməd Sanıçla bağlı yayılan fotoların hər biri Türkiyədən Azərbaycan mediasına göndərilir. Bu sözləri "Axar.az"a açıqlamasında Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Natiq Paşa deyib. O, Azərbaycan mediasından Qafqaz Universitetinin rektoru ilə bağlı xəbərlərin yayımında diqqətli olmalarını rica edib. "Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç adına açılmış saxta e-mail adresindən Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu, belə məlumatların insanları çaşdırmaq məqsədilə şər və böhtan olduğunu mətbuata bildirmişdik. İctimaiyyətə bildiririk ki, aidiyəti qurumlara bu adresin haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün etdiyimiz müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərildiyi ortaya cıxmışdır. Doğmalarından ayrilaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi modern Azərbaycan təhsil siyasətinin uğurla həyata keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq əvəzinə onları düşündürən suallarla bizə müraciət etmələrini təmənna edirik". Qeyd edək ki, az öncə Azərbaycan mediasında Qafqaz Universitetinin rektoru Əhməd Sanıçın Fətullah Gülənə göndərdiyi məktub yayımlanıb. Məktubda Azərbaycanda nurçuların müxalifətə, o cümlədən İsa Qəmbərə və Azərbaycanda inqilabın olmasına dəstək verdiyi bildirilir.
2014-03-12
11,358
Hindistanda polisə hücum olundu: 20 nəfər öldü
Hindistanda baş verən terror hadisəsində 20 nəfər polis öldürülüb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Maoçu üsyançıları ölkənin şərqindəki meşəliyin Tonqpal bölgəsinə hücum edərkən bir qrup patrul vəzifəsində çalışan polisdən 20 nəfərini öldürüb. Yaralı polislər vertolyotlarla evakuasiya edilərkən, ölülərin sayının artacağı deyilib. Maoçu təşkilatının Naksal üzvləri keçən il fevral ayında iqtidar partiyası konvoyuna təşkil etdiyi hücumda 27 nəfəri öldürüb.
2014-03-12
11,359
Azərbaycan Krıma müdaxilənin tərəfdarıdır – Sorğu
Azərbaycanlılar Türkiyənin Krıma müdaxilə etməsinin tərəfdarıdır. "Axar.az"da keçirilən sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir. Sorğuda 2933 nəfər iştirak edib. Oxucularımızın 53%-i Türkiyənin 1774-cü ildə imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə uyğun olaraq Krıma müdaxiləsinin vacib olduğunu bildirib. 42% respontent isə dünyanın heç bir ölkəsinin Ukraynaya müdaxilə etmək səlahiyyətinin olmadığını deyib. Onlar Krımı Ukraynanın daxili məsələsi hesab etdiklərini qeyd ediblər. Yerdə qalan şəxslər isə ümumiyyətlə Krım məsələsi ilə bağlı münasibət bildirmək də çətinlik çəkdiklərini bildiriblər. Qeyd edək ki, Ukrayna Krım üzərində artıq nəzarətini itirib. Yarımada artıq müstəqillik haqqında deklarasiya qəbul edib. Rusiya isə Krıma hələ də qoşun yeritməkdə davam edir.
2014-03-12
11,360
İşdən çıxarılan vitse-admiral danışdı
"Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında dünən tutduğu vəzifədən azad edilən Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov deyib. O, ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini qeyd edib. Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.
2014-03-12
11,361
“Həkimlərin cəzalanmasını tələb edəcəyəm”
"Baş prokurorluğa ünvanladığım müraciətə artıq cavab gəlib". Bu sözləri "Axar.az"a tənqidçi Elnarə Tofiqqızının ölümü ilə əlaqədar Milli Məclisə daxil olmuş ərizəni baxılması üçün Baş Prokurorluğa ünvanlayan deputat Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, cavabda hadisə ilə bağlı araşdırma aparıldığı deyilir: "Baş prokurorluqdan ölüm işinin obyektiv araşdırılması və hüquqi qiymət verilməsini xahiş etmişəm. Fakt araşdırılır. Bu cinayət hadisəsinin tezliklə araşdırılıb başa çatması və zərərçəkənin hüquqlarının təmin olunmasını mən də istəyirəm. Prosesləri izləyirəm və ən son məlumatlarla da tanışam. Sadəcə, istintaqın nəticəsini gözləmək lazımdır". Hadisəni araşdıran ekspertlərin həkimlərdən rüşvət alması faktları barədə zərərçəkənin səsləndirdiyi ittihamlara münasibət bildirən millət vəkili qeyd edir ki, bu haqda konkret fikir demək tezdir: "Ortada konkret olan bir fakt var, o da tənqidçi, ASU-nun dekanı Elnarə xanım Tofiqqızının həkim səhlənkarlığı nəticəsində vəfat etməsidir. Mən bu ölüm hadisəsinin araşdırılmasını Baş Prokurorluqdan istəmişəm və diqqətdən də qaçırmıram. Ancaq ekspertlərin həkimlərdən rüşvət alması haqqında bir söz deyə bilmərəm. Çünki ekspertlərin rəyi rəsmən açıqlanmayıb və rəsmən açıqlanmayan, hələ nə yazıldığı bilinməyən rəy haqqında danışmaq tezdir. Nəticə aydınlaşandan sonra mən də xanım tənqidçinin ölümündə əli olan həkimlərin lazimi şəkildə cəzalandırılmasını tələb edəcəyəm".
2014-03-12
11,362
“1500 kv metr ərazi tam yanıb, xəsarətlər var" - FHN/Foto
"Sahil" Ticarət Mərkəzindəki yanğın artıq söndürülüb. Mənzil və 2 iaşə obyekti tamamilə yanıb". Bu sözləri "Axar.az"ın muxbirinə açıqlamasında Fövqəladə Hallar Nazirinin müavini general-leytnant Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının baş vermə səbəbi olaraq ilkin variant kimi qısaqapanma ehtimal edilir: "1500 kv metr ərazi tamamilə yanıb, 3 nəfər xəsarət alıb. Xəsarət alanların hər üçünün vəziyyəti yaxşıdır və həkim müayinəsindən sonra evə buraxılıb".
2014-03-12
11,363
Azərbaycanda güclü külək xəbərdarlığı
Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək. Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq. Aran rayonlarında martın 13-də havanın temperaturunun gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimalı var. Gözlənilən hava şəraiti mart ayı üçün normal sayılır. Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək ( Trend ).
2014-03-12
11,364
Braziliya səfirliyindən yanğınla bağlı açıqlama
Braziliya Azərbaycandakı Səfirliyinin ərazisi yanğından zərər görməyib. Bu informasiyanı "Axar.az"a səfirliyin Təhlükəsizlik İdarəsinin əməkdaşı məlumat verib. O hələlik səfirlik işçilərinin təhlükəsizlik məqsədiylə binaya geri qayıtmadığını deyib. "Hələlik səfirlik binasına diplomatlarımız qayıtmayıb. Təbii ki bu da təhlükəsizlik məqsədiylə edilir. Ümumiyyət Braziliya səfirliyinin ərazisi yanğın zamanı heç bir zərər görməyib". Qeyd edək ki, bu gün Sahil Ticarət Mərkəzininin yerləşdiyi binada baş verən yanğın nəticəsində Braziliya Səfirliyinin əməkdaşları hadisə yerindən təxliyyə edilmişdilər.
2014-03-12
11,365
Rusiyada miqrantlara qarşı kütləvi reydlərə başlanıldı
Moskva ərazisində yerləşən hərbi şəhərciklər, hərbi hissələr və yataqxanalarda qanunsuz yaşayan miqrantlar yoxlanılacaq. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şöbəsinin rəis müavini Nikolay Azarov məlumat verib. Kütləvi yoxlamalar bu il başlayacaq və Moskva Hərbi Prokurorluğu ilə birlikdə aparılacaq. Yoxlamaların əsas məqsədi qanunsuz bizneslə məşğul olan, gecəqondularda yaşayan miqrantların ortaya çıxarılmasıdır. "Bu cür yoxlamalar olduqca vacibdir. Artıq hərbi hisəsi və digər yerlərin icarəyə verildiyi ilə bağlı məlumatlarımız var. Əgər həmin ərazilər ciddi rejimli obyektirsə, hərbi hissənin ərazisidirsə təkcə Federal Miqrasiya Xidməti yox, Hərbi prokurorluq da hərəkətə keçməlidir" deyə Azarov bildirib.
2014-03-12
11,366
Yanğından sonra metro və ticarət mərkəzinə giriş bərpa olundu
Sahil Ticarət Mərkəzinin yaxınlığında yerləşən bütün ərazilərdə hərəkət bərpa olunub. Bu barədə "Axar.az"ın hadisə yerində olan müxbiri məlumat verib. Artıq metroya da giriş-çıxışların bərpa olunduğu bildirilib. Dükan sahiblərinin isə Sahil Ticarət Mərkəzinə daxil olmasına icazə verildiyi qeyd edilib.
2014-03-12
11,367
İstanbulda etiraz aksiyaları davam edir – Foto/Eksklüziv
8 ay öncə Gəzi olaylarında polisin atdığı bibər qaz bombası ilə başından yaralanan və 269 gün koma vəziyyətində qalan Berk Əlvanın ölümü Türkiyənin bir sıra şəhər və bölgələrində etiraz aksiyasının alovlanmasına səbəb olub. "Axar.az" İstanbuldakı azərbaycanlı tələbələrə istinadən xəbər verir ki, aksiyalar gecə saatlarına qədər davam edib. Bütün Türkiyədə keçirilən aksiyaların İstanbuldakı mərkəzi Kadıköy və Taksim Meydanları olub. Etirazçılar bir neçə avtobusu ələ keçirərək özlərinə barrikadalar qurub. Xatırladaq ki, Gəzi Parkı etirazlarında başından yaralanan 14 yaşlı gənc evlərinə çörək almaq üçün evdən çıxmışdı. Gecə saatlarına qədər davam edən aksiyadan "Axar.az" a göndərilən fotoları təqdim edirik.
2014-03-12
11,368
Zakir Həsənov daha bir generalı ordudan göndərdi
Azərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. "Axar.az" APA-ya istinadən məlumat verir ki, Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-03-12
11,369
Polis “Elmlər Akademiyası” metrosunu əhatəyə aldı - Foto
Metroda dükanları söküləcək şəxslər Elmlər Akademiyası Stansiyasında növbəti aksiya keçirməyə başlayıblar. Bu barədə "Axar.az"a aksiya iştirakçıları məlumat verib. Aksiyaya Bakının bütün metro stansiyalarında dükanları olan şəxslərin toplaşdığı deyilir. Hazırda Elmlər Akademiyası metro stansiyası daxilində və xaricində polislərin toplaşdığı bildirilir. Onların hətta metro vaqonlarında da göründüyü qeyd edilir. Polislərin Elmlər Akademiyası metro stansiyası yaxınlığında toplaşan şəxsləri aksiya təhlükəsi ilə əlaqədar dağıtmağa çalışdığı da söylənilir. 13:30 "Bakı Metropoliteni" QSC-nin yeni rəhbəriliyinin nümayəndəsi etiraz edən sahibkarla görüş keçirib. Görüşdə sahibkarlara 15 gün vaxt verilib. Sahibkarlara martın 27-dək stansiyalardakı ticarət köşklərinin yığşdırılmaları üçün vaxt verilməsinə etiraz olaraq 3 nəfər sahibkar görüşü yarımçıq tərk edib və bildiriblər ki, sonadək öz tələblərini irəli sürəcəklər. Bu dəqiqələrdə qurumun yerləşdiyi "Elmlər Akedemiyası" stansiyasının qarşısında sahibkarlar öz etiraz aksiyalarını davam etdirirlər.
2014-03-12
11,370
Rus dilini bilənlərə pasport müjdəsi
Rusiya Dövlət Dumasına xarici ölkələrin rusdilli vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi daxil olub. "Axar.az"APA-ya istinadən xəbər verir ki, müvaq qanun layihəsi Rusiya Federal Miqrasiya Xidməti tərəfindən hazırlanıb. Qanun layihəsində "Rusiya Federasiyası vətəndaşlığı haqqında" qanuna dəyişikliklər yer alıb. Həmin dəyişikliklər rus dili daşıyıcıları kimi qəbul edilən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının verilməsi qaydalarının sadələşdirilməsini nəzərdə tutur. Konkret olaraq rus dilində danışanlar, ailə-məişət, ictimai, mədəni və digər sahələrdə ünsiyyət üçün rus dilindən istifadə edən şəxslər bu yeniliklərdən yararlana biləcəklər. Həmin şəxslərin yaxud qohumlarının vaxtilə Rusiya imperiyası və SSRİ-yə aid ərazilərdə yaşaması, habelə hazırda vətəndaşı olduqları ölkələrin vətəndaşlığından imtina etməsi şərtdir.
2014-03-12
11,371
Krıma təyyarələrin girişi qadağan olunacaq
Krım səması martın 16-da referendum günü təyyarələrin üzünə bağlanacaq. Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib. O, belə göstərişin Rusiya rəhbərliyindən gəldiyini bildirib: "Paraqvayda keçirilən seçkilər zamanı bir dəfə belə hal təkrarlanıb. Bununla bağlı Rusiyadan əmr verilib. Rusiya Krımı informasiya blokadasına salmaqla buradan heç bir məlumatın uçmamasına çalışır. Seçkilər zamanı da bunu edəcək ki, rahat referendum keçirə bilsin". Qeyd edək ki, Krım Muxtar Respublikası dünən özünün müstəqillik haqqında deklarasiyasını qəbul etmişdi. Bundan öncə isə martın 16-da Krım Parlamenti Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi qərarına gəlmişdi.
2014-03-12
11,372
“Samsunq”un fabriki yandı
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Samsunq" şirkətinin Cənubi Koreyadakı fabriklərinin birində güclü yanğın baş verib. "Axar.az" xəbər verir ki, fabrikdə baş verən yanğın zamanı şöbələrdən biri tamamilə sıradan çıxıb. Yanğını söndürmək üçün 81 yanğınsöndürən maşın cəlb olunub. Yalnız 6 saatdan sonra yanğını söndürmək mümkün olub. Hesablamalara görə, yanğın nəticəsində şirkətə 1 milyard dollar ziyan dəyib.
2014-03-12
11,373
Yol polisi sürücüləri məsuliyyətə cəlb edəcək - Xəbərdarlıq
"Heç bir münaqişə və kütləvi insident baş verməyib. Sadəcə, həmişəki nəzarət bir qədər gücləndirildiyindən sıxlıq və bu səbəbdən də narazılıq yaranıb". Bu sözləri Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında baş vermiş münaqişə ilə bağlı "Axar.az"a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirdi. K.Əliyev əlavə etdi ki, yükdaşıma ilə bağlı normativlərə sürücülər riayət edənə qədər belə yoxlanışlar təşkil ediləcək: "Həddindən artıq yüklənən yük maşınları yeni döşənmiş asfalt örtüyünün tezliklə sıradan çıxmasına səbəb olur. Yük maşınlarına normadan artıq yük daşımasına icazə verilməyəcək. Yükdaşıma ilə bağlı qərar var. Sürücülər buna riayət etsə, yoxlama və nəzarətə də ehtiyac qalmaz. Hər bir yük maşını tutumuna uyğun yüklənməlidir. Normativlər var. Özümüzdən qaydalar tətbiq etmirik ki?" K.Əliyev bildirdi ki, yükdaşıma qabiliyyəti yüksək olan maşınlara da yük məhdudiyyəti qoyulacaq: "30 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlarda bu norma 23 tona endiriləcək. Yəni yükdaşıma məhdudiyyətləri kəskinləşdiriləcək". K.Əliyev baş verən münaqişə ilə bağlı tutulanların olması ilə bağlı xəbərə də aydınlıq gətirdi: "Yük məhdudiyyətinə etiraz edən bəzi sürücülər öz narazılıqlarını maşınını sürüb getməklə göstərməyə çalışırdı. Problem yaradan sürücülər yaxınlıqdakı polis məntəqəsinə aparıldı. Heç kim həbs olunmayıb. Lakin bundan sonra tətbiq edilən qadağalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcək". Qeyd edək ki, dünən Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında yük avtomobillərinin çəkisinin yoxlanması zamanı münaqişə baş verdiyi və qadağalara tabe olmayan sürücülərin saxlanıldığı barədə məlumat vermişik.
2014-03-12
11,374
XİN-dən azərbaycanlılara Krım xəbərdarlığı
Azərbaycanın Ukraynadakı səfirliyi Krıma səfər etmək istəyən azərbaycanlılara xəbərdarlıq edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, bu bölgəyə səfər edən azərbaycanlılara, xüsusən Azərbaycandan getmək istəyənlərə səfərlərini təxirə salmaq tövsiyə olunur. O bunu Krımdakı son gərginlik, gözlənilən iğtişaş və hər hansı silahlı qarşıdurma ilə əlaqələndirib: "Azərbaycandan bu bölgəyə səfər edənləri təhlükəsizlik baxımından səfərlərini təxirə salmağa, zəruri hallarda olmadıqda səfər etməməyə çağırırıq". A. Osmanov onu da bildirib ki, Krımdan fərqli olaraq, Ukraynanın Rusiya ilə sərhəd olan digər şəhərlərdə hələ ki, belə bir təhlükə yoxdur.
2014-03-12
11,375
Baş onkoloq həkim terrorundan danışdı
Ölkənin baş onkoloqu Azad Kərimli ötən gün dünyasını dəyişən Nərmin Hüseynlinin ölümü ilə bağlı son günlər geniş müzakirəyə səbəb olan məsələyə aydınlıq gətirib. A. Kərmli açıqlamasında N.Hüseynlinin ölümünə görə, bütövlükdə Azərbaycan səhiyyəsinin günahkar hesab edilməsinin doğru olmadığını söyləyib: "Nərmin Hüseynli ilə bağlı xəbərləri mən də mətbuat vasitəsilə eşitmişəm. Mən onun xəstəlik tarixçəsi ilə tanış deyiləm. Amma eşitdiyimə görə, Nərmin Hüseynliyə ilkin diaqnoz səhv qoyulub (Movqe.az). Əslində o, xərçəngdən əziyyət çəkirmiş. Əlbəttə gənc bir qızın vaxtsız ölümü təəssüf doğurucu haldır. Onda xəstəlik çox aqressiv formada gedib. Amma bu o demək deyil ki, xərçəng xəstəliyinin Azərbaycanda müalicəsi mümkün deyil. Bizdə müalicə olunan xəstələr var ki, 25-30 il yaşayırlar. Onlar əməliyyatdan sonra mütəmadi həkim nəzarəti altında olurlar. Azərbaycanda bu xəstəliyin radioloji terapiyası mümkündür. Yəni xərçəng xəstəliyinin xəstə vaxtında müraciət edərsə müalicəsi Azərbaycanda mümkündür. Gənc qızın ölümünə görə Azərbaycan səhiyyəsini suçlayanlara demək istəyirəm ki, bizim səhiyyəmiz təkçə bir xəstəxanadan ibarət deyil. Azərbaycanda tibb sahəsində yüksək peşəkarlıq səviyyəsi olan həkim kontingenti var".
2014-03-12
11,376
Fətullah Gülən Quranı kürsüdən atdı
Fətullah Gülən gənclik dövründə moizə oxuduğu zaman millətin Quranın qədrini bilmədiyini göstərmək üçün müqəddəs kitabı kürsüdən atıbmı? "Axar.az" xəbər verir ki, "Star" qəzetinin yazarı Əlif Çakır tarixçi-yazar Qədir Misiroğlunun kitabındakı Fətullah Gülənə aid olduğu iddia edilən və onu çox əsəbiləşdirəcək bir bölümü köşəsində yazıb. Milləti zorla sakitləşdirdim Köşə yazarı məqaləsində yazır: "Misiroğlu kitabında 1969-73-cü illə arasında Ədalət Partiyası və Demokratiya Partiyası tərəfindən Mərsin və Samsun şəhərlərindən millət vəkili olmuş, indilər təqaüddə olan axund Hilmi Türkməndən bir xatirəni yazıb: "İsgəndərunda əsgərlikdə olduğum zaman mən də orada axund idim. Bir gün mənim də olduğum məsciddə moizə oxumaq üçün kürsüyə çıxdı. Quranın qiymətini bilmədikləri üçün şikayətləndi və o müqəddəs kitabı "siz belə elədiniz!" deyərək kürsüdən atdı (bu hadisə daha sonra Salihidə də baş vermişdi) və bu da camaat arasında böyük gərginliyə səbəb oldu.Milləti güc-bəla ilə sakitləşdirdim. Fətullahı oradan çıxarıb, evimə apardım. Gənc və təcrübəsiz olduğunu düşündüyüm üçün nəsihətlər verdim. Onu ruhi xəstələr evinə apardılar Aradan illər keçdi. 1965, ya da 1966-ci il idi. Çox pərişan bir vəziyyətdə mənim yanıma gəldi. İstanbuldakı dostlarının onu bir qəpiyi olmaya-olmaya bayıra atdıqlarını dedi və məndən iş istədi. İsgəndərundakı hadisəyə görə ehtiyatlı davrandım və müftiliyə müraciət etdim ki, həmin vaxt icazəli olan bir axundun yerinə hələlik bu moizə oxusun. Bir gün moizə oxuduğu zaman kürsüdən yıxılaraq, bayıldı. Xəstəxanaya apardıq. Həkimlər depressiyaya düşdüyünü dedi və onu Manisa ruhi xəstələr evinə göndərdilər. Bir-iki ay orada yatıb çıxandan sonra yenə kömək istədi. İzmirdəki Kəstanə Bazarındakı Quran kursunun idarəçilərini tanıyırdım. Manisada adı "dəli xoca" çıxar deyə, dostlarla məsləhətləşib ora göndərdim. 5-10 gün sonra halını xəbər almaq üçün yanına getdim. Kiminləsə pıçhapıç danışdığını gördüm. Danışdığı adam məni gördüyü zaman yaydan çıxmış ox kimi qaçdı. Fətullahdan soruşdum ki, bu kimdir? Dedi "bir tələbənin valideynidir".
2014-03-12
11,377
Prezidentlər çıxış etməyəcək: Fitə basılmamaq üçün
FİFA prezidenti Zepp Blatterlə Braziliya prezidenti Dilma Rousseff dünya çempionatının açılış mərasimində çıxış etməyəcəklər. "Axar.az" xəbər verir ki, prezidentləri bu addımı atmağa vadar edən amil Konfederasiyalar Kubokunun açılış mərasimində yaşananlar olub. Xatırladaq ki, Braziliyada keçirilən Konfederasiyalar Kubokunun açılış mərasimində çıxış edən Blatter və Rousseffi stadionda fitə basmışdılar. Eyni halın təkrarlanmaması üçün prezidentlərin açılış mərasimində çıxış etməsi məqsədəuyğun sayılmayıb.
2014-03-12
11,378
Ukrayna ordusu rus kəşfiyyat qrupunu ələ keçirdi
Bu gün gecə saatlarında Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Xersonda Rusiya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunu saxlayıblar. "Axar.az" xəbər verir ki, kəşfiyyat qrupunun məqsədi yerli şəraiti öyrənmək, Ukrayna Silahlı Qüvvələrinin Xersondakı fəaliyyətini və hazırlığı haqqında məlumat toplamaq olub. Qrup 3-cü zenit-raket divizionunun 208-ci zenit-raket briqadası yaxınlığında kəşfiyyat aparırmış. Qrupa rəhbərlik edənlərdən biri Ukrayna vətəndaşının pasportundan istifadə edib. Dindirilmə zamanı o, kəşfiyyat məlumatları topladıqlarını boynuna alıb.
2014-03-12
11,379
Sürücülər PA-nın qarşısına toplaşdı - Foto
Ağır tonnajlı yük maşınlarının sürücüləri bu gün Prezident Administrasiyasının önündə aksiya keçiriblər. "Axar.az" "Azadlıq.org"a istinadən xəbər verir ki, aksiyaya səbəb yol polisi və Nəqliyyat Nazirliyi əməkdaşlarının onlara qarşı keçirdiyi reydlərlə bağlıdır. Sürücülər yükdaşıma ilə bağlı məhdudiyyətlərə etiraz edirlər: "Dövlətin verdiyi texniki pasportlarda 35-55 ton yükdaşınmaya icazə verildiyi halda bizim yük avtomobillərimizdə 32 tondan artıq yük olduqda 600-1400 manat cərimə yazılır. Yük maşınlarını kredit və lizinq yolu ilə aldığımızdan, işimizi 32 ton yükdaşıma ilə davam etdirəcəyimiz halda kredit faizlərini verə bilməyəcəyik. Bu da bizim girov qoyulan ev və digər əmlakımızın müsadirə olunması ilə nəticələnəcək. Bu da minlərlə ailənin evsiz-eşiksiz, ac-yalavac qalmasına səbəb olacaq". Bu səbəbdən də sürücülər bu qaydalara aidiyyəti qurumların diqqət yetirməsini, onlara normal iş şəraiti yaradılması və maaşlarının vaxtında verilməsini tələb ediblər. Sürücülərin şikayətini Prezident Administrasiyasında dinləyiblər və onlara Nəqliyyat Nazirliyinə getməyi məsləhət görüblər.
2014-03-12
11,380
Moldova Rumıniya ilə birləşir: Bəs Qaqauz eli? - Eksklüziv
Fevralın 2-də Moldovanın cənubunda yerləşən Qaqauz Muxtar Vilayətində referendum keçirildi. Səsvermədə yerli sakinlər ölkənin həyata keçirdiyi xarici siyasət kursuna münasibətini ifadə etdi. Qoyulan məsələlər həm mərkəzi hakimiyyət, həm də Moldova sərhədləri kənarında birmənalı qarşılanmadı. Əksər siyasi ekspertlər prosesin üçüncü qüvvələr tərəfindən tənzimləndiyinə işarə etdilər. Məsələnin mürəkkəbliyi və aktuallığını nəzərə alaraq, müsahib qismində siyasilərə deyil, ictimai xadimə müraciət etmək qərarına gəldik. Bu prosesin görünən və görünməyən tərəflərini tanınmış qaqauz yazıçısı, "Ana sözü" qəzetinin redaktoru Todur Zanetlə incələyib, müzakirə edirik. Onunla söhbətimizə muxtar vilayəti sözügedən prosesə sövq edən ideya və təşəbbüsə aydınlıq gətiməsi ilə başlayırıq... - Xatırladım ki, referendumun keçirilməsi barədə addıma Avropa Birliyinin Moldova qarşısında üzvlük, əməkdaşlıqla bağlı qoyduğu məsələndən sonra başlanıldı. Maraqlıdır, Moldova bu kursu seçəndən sonra ölkə daxilində referendum, yaxud sorğu keçirilmədir ki, vətəndaşlar bunu istəyir, ya yox. Aydındır ki, hər bir ölkə xarici siyasət kursuna müstəqil qərar verir. Moldova da o cümlədən. Ancaq müəyyən şərtlər var ki, ona əməl olunmalıdır. Qaqauziyanı referenduma getməyə vadar edən səbəb Moldovanın Vilnüsdə Avropa Birliyi ilə assosiativ müqaviləyə imza atması və Rumıniya prezidenti Baseskunun verdiyi açıqlama oldu. Cənab Basesku bildirdi ki, növbəti addım Moldovanın Rumıniya ilə birləşməsi məsələsi olacaq. Bax, bu, tüfəngin çaxmağı rolunu oynadı. Qonşu ölkədən bu tipli bəyantlar sonra da səslənməyə başladı. Hətta bəyanatların tonu o qədər sərbəst xarakter aldı ki, "Rumıniya Moldovanın daxili işlərinə qarşa bilər" kimi ifadələr media səhifələrini bəzədi. Halqavari etiraz reaksiyaları da buradan başladı və referendum keçirildi. Nəticədə sakinlərin rəyi öryənildi. - Qaqauzlar nədən ehtiyat edir? - Xatırladım ki, ötən əsirdə Qaqauziya 22 il Rumıniyanın tərkibində olub. O günlərin xatirələri hələ də yaddaşlardadı. Hərdən öz qaqauzlarımdan soruşuram və onlarla birlikdə tarixə varırıq ki, ruslar yox, Sovetlər Birliyi bizə qarşı daha amansız olub, nəinki Rumıniya. Rumıniyadan kobud davranışlar görsək də, ötən əsrdə Sovetlər Birliyi tərəfindən biz qaqauzlar 4 dəfə genosidə məruz qalmışıq. Süni yaradılmış aclıq illəri, güllələnmə, Sibirə deportasiya və bunların nəticəsində Qaqauziya əhalisinin 40 faizi məhv edildi, didərgin salındı. Odur ki, həm həmin qorxular, həm də Rumıniyanın tərkibinə keçmək qorxusu müəyyən rol oynadı. İkincisi, əgər biz bu gün Rumıniyada yaşayan qaqauzlara baxsaq, görərik ki, onlar ikinci dərəcəli millətlərdəndi. Bəli, bu gün bəzi siyasiləri görürəm ki, Kişinyovda öz kabinetlərində oturub hadisələrə tam başqa rəng qatırlar. Nənələrin, yaşlı və gənc nəsillərin nümayəndələrinin referenduma necə həvəslə gəldiklərini öz gözümlə görürdüm. Prosesdən öncə, demək olar ki, nazirlərin əksər müavinləri muxtar vilayətə gəldilər. Sonra Baş nazir, daha sonra isə parlamentarilər və media nümayəndələri gəldi. Ancaq heç kim bu prosesi dayandıra bilmədi. Fikrimcə, yığılan sualları referenduma saxlamaq yox, öncədən də həll etmək olardı. Xatırladım ki, qonşu regionlar da bu təşəbbüsü dəstəklədilər. Onlar da bütün Moldova üzrə referendumun keçirilməsini istəyirdilər. Bir sözlə, qaydalar belədi ki, ölkə hər hansı bir beynəlxalq sənədə imza atırsa, mütləq vətəndaşlarının da rəyini öryənməli, onlarla hesablaşmalıdı. Bu, həm də demokratiyanın göstəricisidir. Təəssüf ki, Moldova bunu ümumxalq müzakirəsinə çıxartmadı. Referendumun keçirilməsi səbəbələri bunlardı. - Deyirsiniz ki, rəsmi Kişinyov sənədi ictimai müzakirəyə çıxartmadı. Necə düşünürsünüz, onlar muxtar vilyət tərəfindən reaksiyanın olacağını gözləyirdilərmi? - Fikrimcə, bilirdilər. İş burasındadır ki, Moldova həmişə Avropadan investisiya alıb və almaqda davam edir. Bu vəsait elə-belə verilmir. Deyirlər ki, qanunlarınızı dəyişin. Təsəvvür edin, biz provaslav inanclıyıq, Allaha sitayiş edirik. Bizə isə deyirlər ki, yox, bircinslilik, geylik təbliğ olunsun. Bəs, mənəvi hisslər harada qaldı? İş o yerə çatdı ki, kilsə xadimləri bəzi siyasiləri ciddi tənqid eləməyə başladı. -Deməli, deyirsiniz ki, məsələ geniş müzakirəyə çıxarılmadı. Düz başa düşdüm? - Tamamilə düz başa düşmüsünüz. Vilnüs sammiti ərəfəsi tələsik şəkildə bəzi rəylər öryənildi. Bütövlükdə, geniş şəkildə məsləhət almadılar. - Hazırda müxtar vilayətin sosial durumunu necə qiymətləndirərdiniz? İş yerləri, kadr məsələsi və s... - Bu sual tək Qaqauziya deyil, bütün Moldovaya şamil etmək istərdim. Ölkə sosial problemlər içərisindədir. Bilirsiniz ki, Rusiya Federasiyası miqrasiya qanunlarını sərtləşdirdi. Bunun nəticəsində 250 min nəfər Moldova vətəndaşı deportasiya olunacaq. Bunlar həm qaqauzlar, həm də digər xalqların nümayəndələridi. Demək olar ki, əmək qabiliyyətli vətəndaşlarımız xaricdədi. Kişilərimiz Rusiyada, qadınlar isə İtaliya, Türkiyə və Avropanın digər ölkələrində fəaliyyət göstərir. - Moldovada keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə tanınıb. İçki növləri də bu qəbildəndi. Hazırda Rusiya və digər xarici ölkələr məhsullar ixrac edirsinizmi? - Çaxır və digər spirtli içkilər çoxdandır özəl şəxslərin, şirkətlərin əlindədi. Şəxsən mən görməmişəm ki, bu sahə üzrə məşğul olan hansısa sahibkar bir məktəb, xəstəxana tikdirsin. Əksinə, məsələn, Qaqauziyada məktəbləri bağlayırlar ki, əmək haqqı ödəməyə vəsait yoxdu. - Deyirsiniz ki, Avropadan investisiya qoyulur. Bunun nəyi pisdir, problemi nədə görürsünüz? - Əlbəttə, burada problemli bir şey görmürəm. Söhbət ondan gedir ki, bu pullar hara gedir, nəyə sərmayə qoyulur. Məsələni belə qoyardım – verilən pullar demək olar ki, Qaqauziyaya gəlib çıxmır. Əslində isə hamı bundan yararlanmalıdı. - Deyirsiniz ciddi sosial problemlər var. Bunlara görə radikal mahiyyət daşıyan məsələlərin referenduma qoyulması nə qədər düzgündür? Sizə elə gəlmirmi ki, bu, böyük bir siyası çağırışdır? - Sizinlə razı deyiləm. Referendum barədə müzakirələr hələ 2002–ci ildən aparılırdı. Diqqətinizə çatdımaq istəyirəm ki, namizədlər qaqauzların səsindən yalnız parlamentə düşmək üçün isifadə edirdilər. Hazırda Moldaovada 2014-cü ildə keçiriləcək prlament seçkisi kampaniyasına start verilib. Qeyd edim ki, mediada yazırlar ki, seçkilər 2015-ci ilin fevral ayına təxirə salına bilər. Bəli, referendum ətrafında bəzi şəxslər öz mənafeləri üçün istifadə etməyə, seçki divedenti toplamağa başlayıblar. Telekanallarda, qəzetlərdə çıxışlar - hamısı seçkilərə hesablanıb. Ancaq referenduma qoyulan məsələlərin vaxtı çoxdan çatmışdı. Gec, ya tez bu məsələlər muxtar vilayətin müzakirəsinə çıxarılacaqdı. Hətta Almaniyanın Moldovadakı səfiri Komrat da tələbələr qarşısında çıxışında referenduma münasibətini açıqladı və bildirdi ki, burada pis nəsə görmür. - Ancaq razılaşın ki, referendumun keçirilməsində bir qədər radikallıq görünür. Hesab etmirsinizmi ki, dərhal iki diqqət çəkən məqamın qoyulması – həm mərkəzi hökumtətin sosial siyasətinə etiraz, həm də Gömrük İttifaqına mövqeyin bildirilməsi muxtar vilayət rəhbərliyinin başqa maraqlarından xəbər verir? - Problem burasındadır ki, Avropa Moldovanın assosativ üzv kimi qəbul olunması 2016-17-ci illərə təsadüf edəcək. Hazırdasa cari ilin sonuna qədər –avqust ayında məsələni birdəfəlik həll ediləcəyini deyirlər. Deməli, Avropanın bu mövqeyi də referendumun keçirilməsində rol oynadı, təkan verdi. Xalq öz sözünü dedi və burada hər hansı problem görmürəm. Heç kim bizə qulaq asmaq, dinləmək istəmirdi. İnandırım ki, əgər bütün Moldova üzrə referendum keçirilsəydi, oxşar nəticə olacaqdı. - Buradan iki sual doğur – bilirsiniz ki, Gömrük İttifaqının formalaşması prosesi gedir və onun hansı şəkildə fəaliyyət göstərəcəyi hələ sual altındadı. Digər tərəfdən isə artıq fəaliyyətdə olan Avropa İttifaqı var. Nədən qaqauzlar Avropa İttifaqına deyil, hələ formalaşmayan, fəalyyət göstərməyən quruma meyl edir? - Bir məqamı birdəfəlik başa düşün - anlamaq lazımdır ki, Avropa üzvlük məsələsi qapılarını çoxdan bağlayıb. Səhv etmirəmsə, hətta qurumun xüsusi bir qanunu var ki, təşkilat genişlənməyəcək. Başa düşürsünüzmü? Moldovanın Avropa İttifaqına üzvlüyü yalnız Rumıniyaya birləşməklə mümkündür. Məsələ də burasındadır ki, bizimkilər bunu istəmir, yəni Rumıniya ilə birləşməyi istəmirlər. Mən indi baş verənlərdə pis bir şey görmürəm. Ola bilər hasısa siyasi fiqur öz marağı üçün referendumdan yararlanır, ancaq unutmaq olmaz ki, xalq öz mövqeyini ortaya qoydu, səs verdi. Yadımdan çıxatmamış deyim, Moldovanın şimal vilayətləri təmsilçiləri də açıqlama veriblər ki, rəsmi Kişinyov hansısa sənədə, müqaviləyə imza atmamışdan öncə mütləq xalqın rəyini öryənməlidi. - Necə düşünürsünüz, Moldovanın Baş naziri Yuri Lyanke 22 yanvarda Komrat şəhərində olanda bildirmişdi ki, referenduma gedən sakinlərin çıxarılan məsələlərin mahiyyəti barədə ətraflı məlumatları yoxdur. Bir sözlə, nəyi səs verdiklərini dərk etmirlər... - Gərək baş nazirin köməkçisi ona çatdırardı ki, xalq hara getdiyini, nəyə səs verdiyini dəqiqliyi ilə bilirdi. Mən sizə hətta artığını da demək istərdim: bəli, bizim muxtar vilayətin başqanı bunu öz xidmətləri kimi təqdim etmək istəyir. Ancaq əminliklə deyə bilərəm ki, nə başqan, nə də digər şəxslər prosesə təsir etməmişdilər, xalq nə istədiyini gözəl bilirdi. Düşünürəm ki, burada cənab Lyanke səhvə yol verib. Fikrimcə, çevrəsi onu ətraflı məlumatlandırmayıblar. - Deyirsiniz ki, Moldaovanın Avropa Birliyinə üzvlüyü yalnız Rumıniyaya birləşməklə mümkündür. Məsələn, şərti götürək – Qaqauziya Muxtar Vilayəti üçün nə fərqi var Moldovanın tərkibində olmaq, yaxud Rumıniya ilə birləşmiş Moldovanın tərkibində olmaq? - Önəmli məqama toxunduğunuza görə, təşəkkür edirəm. Yeri gəlmişkən, bu sual tez-tez verilir və mənim həmin suala cavabım birmənalı olur. Qonşuluğumda yüksək ranqlı siyasətçi yaşayır və biz onunla tez–tez bu məqamı müzakirə edirik. Deyirəm ki, qulaq as, bax odur, vur, sındır qonşunun divarını və elə birlikdə bir ailə kimi yaşayın. Dərhal emosional cavab verir ki, bəyəm belə şey olar? - Məsələni bir az da konkretləşdirək, mediada, siyasi dairələrdə tez-tez ifadə olunur ki, Moldova daxilində baş verənlər, konkret olaraq Qaqauziyadakı proseslər üçünçü tərəfin əli ilə idarə olunur, təsir edilir. Hətta konkret üvan da göstərirlər. Məsələn, Roqozin və Jirinovski kimi rusiyalı siyasətçilər məsələ ilə əlaqədar olduqca qalmaqallı açıqlamalar verdilər. Roqozin bir qədər də irəli gedərək, xatırlatma etdi ki, Avropaya üz tutan "Moldova" adlı qatar iki vaqonunu itirə bilər. Bu, aşkar müdaxilə deyilmi? - Bilirsiniz, məşhur deyim var – od olmayan yerdən tüstü çıxmaz. Mənim əlimdə tutarlı faklar yoxdur ki, deyəm bəli, kənar qüvvələrin müdaxiləsi var. Amma bilirəm ki, bu hadisələrdən öncə muxtar vilyətin rəhbərliyi Moskvaya səfər etdilər. Ola bilər ki, hansısa təlimat alıblar. Lakin xatırladım ki, referendum özəl qaqauziyalı sahibkarın vəsaiti hesabına keçirildi. Ona görə ki, mərkəzdən muxtar vilayətin büdcəsinə referendumun keçirilməsinə vəsaitin ayrılmasına qadağa qoyulmuşdu. Odur ki, həm dediyim sahibkar, həm də xalq fərdi təşəbbüsləri ilə bunu həyata keçirdilər. - İctimai xadimsiniz. Marqlıdır, görəsən hörmətli yazıçı Todur Zanet şəxsən üçüncü ölkələrin müdaxiləsinə necə baxır? - Bir daha demək istəyirəm – mən xalqımlayam və xalq öz istəyini, məramını ifadə etdi. Burada kənar qüvvələrin təsiri nə qədər oldu – hesab edirəm ki, bu, əhəmiyyətli deyil artıq. Xalq gəldi və öz sözünü dedi. Bir məqamı diqqətinizə çatdırmaq istərdim: nədənsə mərkəzi media mənsubları təkcə qaqauzların adını çəkir. Axı, muxtar vilyətdə digər xalqların nümayəndələri də yaşayır - bolqarlar, macarlar, ukraynlılar və s. Onlar da öz mövqelərini bildirdilər. Bu, tək qaquzların deyil, həm də onların münasibəti idi. Başa düşürsünüzmü? Amma nədənsə tək qaqauzların adını hallandırırlar... - Görünür, ətraflı məlumatın olmaması belə fikirlərə yol açır. Keçək başqa suala – siz, şəxsən yaranmış vəziyyəti krızis həddindəmi qiymətləndirirsinz, belədirsə, bundan çıxış yollarını nədə görürsünüz? - Deməli, hesab edirəm ki, vəziyyət çıxılmaz həddə deyil. Qənaətim belədir ki, Moldova rəhbərliyi qaqauzların da səsini eşitsin. Ölkə konstitusiyasında göstərildiyi kimi, onların da haqları tanınsın. Xalqdan düşmən obrazı yaratmağa ehtiyac yoxdur. Ailədə olduğu kimi, sakit tərzdə və masa arxasında problemlər həll olunmalıdır. İnan ki, heç kim Moldovadan ayrılmağı düşünmür. - Onda belə sual verim, deyək ki, yaxın vaxtlarda, hərçənd bu inandırıcı görünmür, Avropa İttifaqı Moldovanı ayrılıqda üzvlüyə qəbul etməyə hazır olduğunu bəyan etdi. Muxtar vilayət yenəmi öz mövqeyində qalacaq? Bu zaman Avropa ilə əməkdaşlığı dəstəkləyəcəksinizmi? - Buna belə cavab verərdim – yaxın gəlcəyə proqnoz verməkdə çətinlik çəkirəm. Ola bilər, ola bilər ki, xalq sonra yaxşı həyat şəraitinə, mükəmməl iqtisadiyyata "hə" desin. Təəssüf ki, bunu hələ görmürük. Hətta qəribə bir vəziyyət yaranıb indi, əgər əvvəl insanlar ailəsinə pul göndərirdisə, hazırda ailələrini də aparırlar. On il sonra nə olacaq? Deyə bilmərəm. Qənaətimcə, hər bir oyunda ədalətlilik, düzgünlük olmalıdı. Baxın, sual olunur, ölkə bir neçə səhifəlik müqaviləyə imza atır, olmazdımı ki, buna qədər sənədləri vətəndaşların müzakirəsinə buraxasan... Necə ki, bunu Gürcüstan edir. - Referendumun keçirilməsinin səbəblərini dediniz. Bu prosesdən sonra mərkəzi hakimiyyətin davranışında fərq gördünüzmü? Deyirsiniz ki, onlar vətəndaşlara izah etməlidir. Bu təmaslara start verilibmi? - Fikrimcə, onlar başa düşdülər ki, qarşıdan gələn parlament seçkiləri təxirə salına bilər. Referendum göstərdi ki, hazırkı iqtidara inam elə də böyük deyil. Hesab edirəm ki, nəticə çıxaracaqlar. - Bütün bunlar muxtar vilayətin müstəqilliyinin elan olunmasına gətirib çıxara bilərmi? - Ölkə qanunverciliyi və vilayət qanunlarına əsasən Qaqauziya öz müstəqilliyini elan edə bilməz. Bunun üçün gərək Moldova da öz müstəqilliyini itirmiş olsun. - Mürəkkəb vəziyyət yaranıb. Deyirsiniz ki, vilayət müstəqilliyini elan edə bilməz, region belə sərbəstliyə malik deyil. Belə olan təqdirdə, Qaqauziyanın ayrılıqda referenduma gedərək, olduqca böyük bir məqama – Gömrük İttifaqına meyllə bağlı məsələyə sərbəst şəkildə müsbət fikir bildirməsi nə qədər qanuni və hüquqidir? - Diqqətinizə çatdırım ki, ölkə Konstitusiyasında istənilən aul, kənd konsultativ referendum keçirə bilər. Muxtar vilayətin keçirdiyi referendum da bu qəbildəndir. Hesab edin ki, bu, sorğudur. Mərkəzi hakimiyyətin reallaşdırdiği siyasətə münasibətdir. Qanun pozulmayıb. Obrazlı desək, bu deməkdir ki, hörmətli kapitan, gəminin istiqamətini dəyişəndə sərnişinlərlə də məsləhətləş.
2014-03-12
11,381
Rus əsgərləri Krımda 20 qız zorlayıb - Foto
Rus hərbçiləri bu günə qədər 20 krımlı qızın namusuna toxunararaq, zorlayıblar. "Axar.az" Ukrayna mediasına istinadən məlumat verir ki, ilk qurbanlar 15-16 yaş arası 2 simferopollu qız olub. Zorlanma martın 7-də Pnevmatiki rayonunda baş verib. Yerli sakinlərin verdiyi məlumata görə, hər hansı cəzanı görməyən rus əsgərlərı aldıqları həzzdən sərxoş vəziyyətində gəzirlər. Valideynlər isə harasa şikayət etməkdən ehtiyat edirlər. Verilən digər məlumata görə, hərbçilər həddlərini aşaraq, olduqca qəddar üsullara əl atırlar. Elə dünən - üç uşaq anası və milliyyətçə rus olan bir xanım Sevastopolun "Omeqa" istirahət mərkəzi yaxınlığında rus hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
2014-03-12
11,382
Şumaxerdən xəbər: O, insan səsinə reaksiya verir
Fransanın Meribel əyalətində dağda xizək sürərkən başından ciddi zədə alan və hazırda komada olan "F1"-in çempionu Mixael Şumaxerin vəziyyəti haqqında şad xəbər var. "Axar.az" xəbər verir ki, çempionun səhhətində irəliləyiş olduğu bildirilir. Bu barədə Şumaxerin meneceri Sabine Kehm deyib. O bildirib ki, bəzən Şumaxer insan səsinə reaksiyalar verir: "İnanırıq ki, Şumaxer komadan oyanacaq. Bəzən çox kiçik də olsa, o, insan səsinə reaksiya verir. Amma qarşıda uzun müddət var, səbirli olmalıyıq".
2014-03-12
11,383
İran Xarici İşlər nazirinin müavini Azərbaycandadır
İranın Xarici İşlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun Bakıya səfəri başlayıb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata əsasən, səfər zamanı İ.Rəhimpur azərbaycanlı həmkarı və digər rəsmilərlə görüşəcək, iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcək. İ.Rəhimpur Bakıdan sonra martın 15-16-da Naxçıvana səfər edəcək. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmilərlə görüşlərin keçirilməsi nəzərdə tutulub ("Trend").
2014-03-12
11,384
Bakıda evlər sürətlə bahalaşır – Səbəb
"Əvvəllər evin kvadrat metrini 600-700 manata alırdıq, indi 1200-ə qalxıb". Bunu "Axar.az"a "Sovetski" ərazisində ev alğı-satqısı ilə məşğul olan Muxtar Bağırov deyib. Onun sözlərinə görə, bu ərazidə evlərin söküləcəyi ilə bağlı qərarın çıxması maklerlərin bazarını öldürüb: "Sonucu dəfə 5 ay bundan qabaq ev satmışam. "Sovetski"də evlərin söküləcəyi elanının verilməsi hamını çaşdırdı. Əvvəllər evin kvadrat metrini 600-700 manata alırdıq, indi 1200-ə qalxıb. Məmurlar qiymətləri maklerlərin qaldırdığını deyir. Amma onlar anlamır ki, biz burda vasitəçiyik. Qiyməti tikinti şirkətləri qaldırır". Muxtar Bağırov deyir ki, satış qiymətlərindən fərqli olaraq, kirayə qiymətlərində ucuzlaşmalar var: "3 ay bundan qabaq evin kvadratını 1200 dollara yalvaran adam indi 1500 manata belə satmır. Amma kirayə qiymətləri ucuzlaşıb. Nə olsun ki? Burda kirayə qalmaq istəyən yoxdur". Nəsimi rayonu ərazisində ev alğı-satqısı ilə məşğul olan Rəna Kərimova qiymət artımının onların çalışdığı ərazidə də hiss edildiyini deyir: "Sonuncu dəfə 3 gün əvvəl ev satmışam. Əlimyandıda idim, 50 kvadrat metrlik evi 50 min manata satdım. Əslində isə yeni qiymətlərlə 65 min manata satılmalı idi. Qiymətlərdə artım müşahidə edilir. Məsələn, 30 min manatlıq ev 34 minə, 40 minlik isə 45 minə qalxıb". Bahalaşma 10 faizi keçməyəcək Qiymət artımı ilə bağlı deyilənləri təsdiq edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, bu artımlar 2014-cü ildə də davam edəcək: "Ötən il qiymət artımı təxminən 12 faiz olub, bu il də həmin artım davam edəcək. Səbəblərdən biri tələbatın çoxluğu ilə bağlıdır. Digər səbəb isə "Sovetski"də evlərin sökülməsi və 10 mindən çox alıcının bazara daxil olmasıdır. Hazırda yeni tikililərin az aparılması və tələbatın çoxluğu qiymətlərin yüksəlməsinə təsir edir". İqtisadçı alim hesab edir ki, bəzi proqnozlarda deyildiyi kimi, qiymətlər kəskin artmayacaq: "Nəzərə almaq lazımdır ki, paytaxtın birinci və ikinci zonasında tələbat də artmayıb. Yalnız 3-cü və 4-cü zonada olan mənzillərdə qiymət artımı müşahidə ediləcək. Bu isə mənzillərin ümumi dəyərinə təsir etməyəcək. Yeni tikililərdə mənzil alanların və ipoteka kreditlərindən istifadə edənlərin sayının artması da qiymətlərə təsir edəcək. Təxminən hər il 25 milyon manata qədər ipoteka krediti verilir. Amma ümumi artım 10 faizi keçməyəcək. Hətta biz düşünürük ki, bu artım birrəqəmli olsun". Ötən ay mənzillər 4,2 faiz bahalaşıb Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Rövşən Talıblı mənzillərin satış faizlərinin ötən aya nisbətən xeyli bahalaşdığını bildirdi: "Mənzillərin təkrar və ilkin mənzil bazarında satışı ilə bağlı qiymətlərdə bahalaşma müşahidə olunur. Belə ki, apardığımız müşahidələr nəticəsində fevral ayında yanvara nisbətən 4,2 faiz artım olduğunu görmüşük. Səbəblər isə çoxdur. Onlar sırasında məlum "Sovetski" ilə bağlı məlumatları, ipoteka bazarının işləməsini, tələbin təklifə nisbətən artmasını göstərmək olar". Ekspert əmlak bazarında təklifin azalma səbəblərini izah edir. Onun fikrincə, təklifin azalması ipoteka kreditinin şərtləri ilə də sıx bağlıdır: "İpoteka predmeti olan evlərin 25 il müddətinə alğı-satqı predmeti olmamağı satışa çıxan mənzillərin sayını azaldır". Xatırladaq ki, fevral ayına olan orta statistik qiymətlərə əsasən mənzilin 1 kvadrat metrinin orta qiyməti 1 469 manatadır. Amma evlərin qiymətləri müxtəlif zonalar üzrə dəyişib. Məsələn, Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər 5,56 faiz artaraq hər kvadrat metr ucun 2070 manat olub. 2-ci zonada 3,1% bahalaşma ilə 1617 manat, 3-cü zona da 1,59% çoxalma ilə 1200 manatdır. Ən sürətli bahalaşma 4-cü zonada müşahidə olunur: 12,5% bahalaşma ilə hər kvadrat metrə görə 815 manat. Ən çox qiymət artımı olan ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını aid etmək olar. Mütəxəssislər il ərzində daşınmaz əmlak bazarında qiymətlərin yüksələcəyini proqnozlaşdırır. Çünki sökülən evlərə görə təxminən 10 min ailəyə kompensasiya verilməlidir. Bununla da yeni evlərə olan tələbat ən azı bu qədər artacaq. Belə bir vəziyyətdə evlərin bahalaşması qaçılmazdır.
2014-03-12
11,385
Fətullah Gülənin Ağ Ev sərgüzəştləri
"Bir təbəssümünə bütün var-dövlətimi verərəm". Bu sözlər Türkiyənin böyük iş adamı Akın İpəyə məxsusdur. O İpəyə ki, indi onun torpaq sahəsində Gülənə məxsus malikanənin tikildiyi bəlli olub. ABŞ-da Ağ Ev və onun həyətindəki hovuzun eyni olan malikanənin əzəmətini görəndə ilk anda adamın ağlına bu sual gəlir: din, Allah adına danışan, hər zaman ideallar və bu dünyanın keçərli olduğundan geniş bəhs edən bir adamın dünyəvilik əleyhinə danışdıqlarını dinlədikdən sonra belə bir dünyəvi malikanənin ortaya çıxmasına necə yanaşasan?! Sadəcə, insanın yalanı kimi? Yoxsa insan xarakterində sağalmaz xəstəlik olaraq yuva salmış ikiüzlülük kimi? Hər halda, Fətullah Gülənin dünyəvi vətəndaşlıq iddiaları, hamıya eyni gözlə baxmaq kimi təşəbbüsləri, dünyəviliyə q arşı moizələri ilə bu malikanə tərsdir. Lakin insanın bəlkə də elə bu olduğunu göz önündə tutub onu deyə bilərəm ki, burda təəccüblü heç nə yoxdur. Əksinə, insan olmaq məhz elə budur! Açığını deyim ki, hələ tələbəlik illərində, özünü axtarış dönəmində Bakının hər binası, təşkilatında təşkil olunan tədbirlərə qatılıb danışanların nə dediyini anlamağa çalışan biri kimi heç vaxt kimsənin təsirinə məruz qalmamışam. Hətta o illər Asif Atanın düşüncələrinin ən yayğın vaxtı idi və bütün rəfiqələrim onun ocağına qatılsa da, bir mən eləcə tək dayanıb durdum. Fətullah Gülənin də moizələrinə çox qulaq asmışam, hətta Samanyolu TV-nin hər gün bol-bol yayınladığı və ədalətin hər zaman qalib olacağı düşüncəsini aşılamağa çalışdığı seriallarından bəzilərinə də baxmışam, bu adamların amacı, istəkləri nədir deyə… Sonra elə gətirib ki, qohumlarımdan Çağ Öyrətim liseyində oxuyanlar və oranı valideyinlərinin təkidinə baxmayaraq, tərk edən uşaqlarla da qarşılaşdım. Uşağın əsas narazılığı da o idi ki, liseydə hamını köləyə çevirib öz istədikləri kimi formalaşdırmaq istəyirlər. Beləcə, mən anladım ki, məsələ ədalət, insanlıq, din, hətta Allah belə deyil. Hər şey, ən ali olanlar belə kimlərinsə ambisiyalarının qurbanlığı ola bilər. Necə ki, son günlər Gülənin bütün bunları öz istəklərinə qurban verdiyini gördük. Məsələ Ərdoğanın siyası kursu və ya etdikləri deyil. Məsələ ondadır ki, din, Allah adına əməl sahibləri olduğunu iddia edənlərin dinləmə aparatları, siyasi gedişləri, bir dövləti içindən çökdürmək, onun gerçək vətənsevərlərini həbsxanalara atdırmaq, daha nələr, nələr kimi planları varmış. Necə olur ki, PPK ilə döyüşən insanlar, ölkənin gələcəyini düşünən kəslər az qala sorğu-sualsız həbslərə atılırdı?! "Ergenokon" davası açıb, Ərdoğan hakimiyyəti ilə işbirliyinə girib əvvəl vətənsevərləri təmizləmək əməliyyatı keçirən, sonra da birdən xarici qüvvələrlə əlbir olub öz daxili müttəfiqini çökdürmək planlarını işə salan insanlar bütün bunları edir və dindar olur... Bəlkə İslam dinini bunlar başqa cür anlayıb? Ya Allahla münasibətlərini başqa qurub, bizim anlaya bilmədiyim şəkildə?! Və bütün bunlarda da insan, ədalət və haqq anlayışı yoxdur... Amma bir şey var... Samanyolu TV-də yayımlanan ədalətin qalib olduğunu aşılayan filmlər yayımlanır ha, bax onlardakı ideya deyəsən həyatda da əksini tapır. Gülənin Ərdoğanla birləşib haqsız yerə həbs etdirdiyi insanlar azadlığına qovuşur. İndi Ərdoğan onları, necə deyərlər, Gülənin acığına sərbəst buraxır...
2014-03-12
11,386
Talibanla birbaşa müzakirələr dövrü başlayır
Pakistan hökuməti və Taliban barış müzakirələrini vasitəçi olmadan birbaşa olaraq icra etməyə qərar verərək, müzakirə üçün heyətlərini bəlli ediblər. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Ədalət Hərəkatı, hökumət və Taliban arasında baş verən barış müzakirələri üçün təyin ediləcək yeni heyətdə Pakistan ordusundan təmsilçi olmayacaq. Talibanla birbaşa görüşləri icra edəcək yeni heyətin 3-4 məmurdan ibarət olacağı qeyd edilib. Xatırladaq ki, Taliban daha öncə verdiyi açıqlamada şəriətin qəbul ediləcəyi və Amerika əsgərlərinin Əfqanıstandan çıxacağı təqdirdə müzakirə şərtlərinin qəbul edəcəyini bildirmişdi.
2014-03-12
11,387
Oqtay Şirəliyev Lənkərana gedir
Səhiyyə naziri Oqtay Şirəliyev martın 17-də saat 13:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, nazir Lənkəran vətəndaşları ilə yanaşı Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
2014-03-12
11,388
Arda Turan meydançada səcdə etdi - Video
İspaniyanın "Atletiko Madrid" komandasının türkiyəli oyunçusu Arda Turan İtaliyanın "Milan" klubuna vurduğu qolun sevincini maraqlı şəkildə qeyd edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Turan qolu səcdə edərək qeyd edib. Ardanın bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. )
2014-03-12
11,389
VHP Krımla bağlı bəyanat verdi
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ukraynada, xüsusilə də Krımda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bəyanatda Ukraynada baş verən proseslər narazılıqla qeyd olunub. Bəyanatda deyilir: Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bütün dünyada ciddi narazılıqlara səbəb olmuşdur. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təzyiqlər Avropaya inteqrasiya yolunu seçmiş digər postsovet ölkələri üçün də təhlükə yaradır. Rusiya silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı daha sərt şəkildə müqavimət göstərilməlidir. Çünki bu proses postsovet məkanında yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatizmin davamına bənzəyir. Biz Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik. Ukrayna ətrafında baş verən hadisələrə, xüsusilə Krımın taleyinə Azərbaycan xalqı səssiz qala bilməz. Ukrayna dövlətinin tərkib hissəsi olan bu muxtar vilayətdə yaşayan Krım tatarları adlandırılan türklər soy kök etibarı ilə Azərbaycanla bağlıdır. Zaman-zaman rus imperalizminin repressiya, deportasiya zülmün yaşayan Krım türklərinin yenidən eyni tale ilə üzləşməsi yolverilməzdir. VHP Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək, azadlıq və demokratiya uğrunda haqlı mübarizədə Krım türklərinin və bütövlükdə Ukrayna xalqının qələbəsinə inanır. Ukrayna böhranı bu ölkənin Konstitusiyasına və beynəlxalq normalara uyğun şəkildə dinc yolla həll edilməlidir.
2014-03-12
11,390
Müsəlmanlar İslam bankçılığına etibar etmir
"Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək istəyir, ona görə də hansısa bir şöbə açırlar". Bunu "Axar.az"ın İslam bankçılığı ilə bağlı sualını cavablandıran ilahiyyatçı Elşad Miri bildirdi: "Birinci növbədə Mərkəzi Bank və Milli Məclis tərəfindən müvafiq qanunvericilik hazırlanmalıdır və inanclı insanlar üçün şərait yaradılmalıdır. Çox təəssüf ki, bu gün bu məsələ ilə bağlı problemlər var. Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək istəyir, ona görə də hansısa bir şöbə açırlar və adını "İslam bankçılığı" qoyur, bununla da işlərin bitdiyini düşünürlər. Amma dərk etmirlər ki, yığılan pullar bir bazaya yüklənir. Ona görə də müsəlmanlar bu cür bank sistemlərinə etibar etmirlər. Məhz bu səbəbdən də İslam bankçılığı ilə bağlı işlər hər hansı bir bankın şöbəsində aparılmamalıdır, bu sahə ilə məşğul olan xüsusi banklar yaradılmalıdır və İslam bankçılığında tələb olunan 3 sistem olan "Mudarrada", "Mühərraka", "Müşərrəda"nı özündə əks etdirməlidir. Hazırda bəzi bankların həyata keçirdiyi yalnız cari hesablardır. Çünki onlar İslam bankçılığına uyğun olaraq nə kredit verə bilirlər, nə də digər lazımi əməliyyatlar yerinə yetirə bilirlər". İslam Bankçılığının inkişafında siyasi problemlər İslam bankçılığı üzrə ekspert Ədalət Cəbiyev hesab edir ki, İslam bankçılığı daha çox iqtisadiyyatın inkişafına xidmət edir. Amma digər növ bankçılıq isə fərdi biznesin inkişafına əsaslanır: "İslam bankçılığı ilə bağlı proseslərin ləng getməsi ilk növbədə qanunvericilikdəki dəyişikliklərin sürətli aparılmaması ilə bağlıdır. Çünki bütün özəl banklar Mərkəzi Banka hesabat verir və buna görə də İslam bankçılığı ilə bağlı kiçik əməliyyatları, islami müqavilələri və s. çıxmaq şərti ilə digər işləri ölkənin baş bankının razılığı olmadan apara bilməzlər. Banklar təkcə Mərkəzi Bankdan deyil, həmçinin Maliyyə və Vergilər nazirliklərindən asılı vəziyyətdədir. Bu qurumlar müxtəlif kodekslərə müəyyən dəyişiklik etməlidirlər. Ölkəmizdə qanunvericiliyə dəyişiklik edilməsi prosesi də çox çətindir. Çünki bizim çox konservativ qanunvericiliyimiz var və bu dəyişikliyin edilməsi üçün bir neçə mərhələdən ibarət vaxt lazımdır". Ekspert hesab edir ki, Avropa ölkələrindən fərqli olaraq, müsəlmanlar yaşayan dövlətlərdə bu İslam bankçılığının reallaşdırılmasında hər zaman problemlər olub: "Azərbaycan tipli ölkələrdə İslam bankçılığı ilə bağlı hər zaman problem yaranıb. Bu iqtisadi, sosial və hətta siyasi səbəblərlə əlaqədardır. Amma hesab edirəm ki, problemlərin həlli üçün müəyyən perspektivləri var. Hətta bu yaxınlarda İslam İnkişaf Bankından həmin məsələləri yoluna qoymaqla bağlı təklif gələndə bəzi məmurlar buna artıq İslam bankçılığına müsbət baxdıqlarını bildirmişdilər". Ə. Cəbiyevin fikrincə, İslam bankçılığı insanların bank sektoruna inamını da artıracaq: "Hazırda banklarda kredit faizləri yüksəkdir və bu həm insanlar həm də ölkə üçün təhlükəlidir. Hesab edirəm ki, İslam bankçılığının inkişafı insanların ticarət fəaliyyətinin inkişafa etdirilməsinə müsbət təsir edəcək". Xatırladaq ki, İslam bankçılığı sistemi ilk dəfə 1963-1966-cı illərdə misirli iqtisadçı alimlərin hazırladığı bank modeli əsasında elə həmin ölkədə tətbiq edilib. 2011-ci ilin statistikasına görə, bankçılığın bu tipinə görə aktivlərin ümumi həcmi 2011-ci il üzrə 1 trilyon ABŞ dolları məbləğində olub. Amma "halal" qida dövriyyəsinin 3 trilyon dolları keçdiyi deyilir. Azərbaycanda islam bankçılığı barədə yeni qanun layihəsi 2014-cü ilin sonu-2015-ci ilin birinci yarısında parlamentin müzakirəsinə çıxarıla bilər.
2014-03-12
11,391
Avropa viza rejimini sadələşdirməyə razılıq verdi
Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair keçən ilin noyabrında Vilnüsdə imzalanan razılaşmanı təsdiq edib. Qərar martın 12-də keçirilən səsvermədə qəbul edilib. Amma hələ sənədin qüvvəyə minməsi prosesi tam yekunlaşmayıb. Bundan sonra Avropa Birliyinə daxil olan 28 ölkənin hər birində də həmin razılaşma təsdiq edilməli, ondan sonra sənəd qüvvəyə minməlidir. Bu proses də bir neçə həftə davam edə bilər. Bundan başqa, yaxınlarda Azərbaycanla həm də readmissiya haqqında razılaşma imzalanacaq. Readmissiya bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsi deməkdir. Viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması bir-biri ilə bağlı olan iki sənəddir. Onların hər ikisinin tam imzalanıb təsdiq etməsi hələ bir müddət vaxt ala bilər.
2014-03-12
11,392
Ukrayna rus kanallarının yayımını dayandırdı
Krımda Ukrayna telekanallarının yayımı qadağan edilməsindən sonra ölkənin digər regionları bu addmı Rusiya kanallarına qarşı atıblar. "Axar.az" xəbər verir ki, Ukrayna Teleradio Yayımı Şurasının ölkədə fəaliyyət göstərən provayderlərdən rus kanallarının yayımını dayandırmağı tələb edib. Qadağa Rusiyanın "Vesti", "Rusiya24", ORT, "RTR Planet", "NTV-Mir" kanallarını əhatə edib. Artıq provayderlərin 50 faizi Şuranın tələbini yerinə yetirib.
2014-03-12
11,393
ABŞ Rusiyanı dollarsız qoyacaq
Ağ Evdə ABŞ prezidenti Barak Obamayla Ukrayna Baş naziri Arseni Yaçenyukun görüşündən əvvəl Rusiyaya qarşı mümkün iqtisadi sanksiyalar paketi məsələsi müzakirə edilir. "Axar.az" xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb. Mənbələrin sözlərinə görə, Obama administrasiyası sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyi qərarına gəlib. Ayrı-ayrı fiziki şəxslərin hesablarını dondurmaqla bərabər, administrasiya Rusiya banklarına qarşı sanksiyalar tətbiq edərək, ölkəni dollar sistemindən təcrid eləyə bilər.
2014-03-12
11,394
Ergenekonda yeni təxliyə dalğası
Ergenekon məhkəməsində Sevgi Ərənol və Fikri Qaradağın təxliyəsinə qərar verilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ergenekon məhkəmə prosesində 6 il 2 aydır həbsdə olan Türk-Ortodoks patriarxiatnın keçmiş mətbuat katibi Sevgi Ərənol və təqaüddə olan polkovnik Fikri Qaradağ təxliyə olunub.
2014-03-12
11,395
BSU və Dillər Universiteti birləşir
Son günlər sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin (BSU) ləğv edilərək Dövlət Dillər Universitetinə (DDU) birləşdirilməsi barədə məlumatlar yayılır. Bu informasiya ali təhsil müəssilərinin kollektivlərində də geniş əks-səda doğurub. Yayılan xəbərlərdə Dillər Universitetinin rektoru Səməd Seyidovun da vəzifəsindən azad olunacağı və iki universiteti birləşdirərək yeni rektor təyin ediləcəyi deyilir. Kamal Abdullanın yerinə BSU-ya rektor təyin edilməməsinin səbəbi kimi də bu struktur islahatına hazırlıq göstərilir. Rəsmi olaraq heç bir məlumat yoxdur Yayılan informasiyalara aydınlıq gətirmək üçün Təhsil Nazirliyi və adıçəkilən ali məktəblərin rəsmiləri ilə əlaqə saxladıq. Nazirliyin KİV-lə iş sektorunun rəhbəri Cəsarət Valehov səfərdə olduğu üçün sualımıza cavab verə bilməyəcəyini dedi. BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev "Axar.az"a açıqlamasında Universitetin ləğv olunması barədə yayılan məlumatların şaiyə olduğunu bildirdi: "Sosial şəbəkələrdə gedən bu cür məlumatlardan xəbərimiz var. Ancaq bunlar hamısı şaiyədir. Universitetin ləğv olunması və digər bir müəssisəyə birləşdirilməsi barədə məndə rəsmi məlumat yoxdur. Bu, ölkə rəhbərliyinin səlahiyyətində olan məsələdir. Onlar nə qərar versələr, elə də olacaq". BSU-nun ölkənin təhsil sistemində kifayət qədər çəkisi olduğunu vurğulayan A.Əliyev hazırda dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu dedi. Onun fikrincə, belə bir ali məktəbin bağlanması arzuolunan hal deyil. DDU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova da təhsil müəssisələrinin birləşməsi barədə məlumatsız olduğunu dedi: "Bu barədə məndə hər hansı rəsmi məlumat yoxdur və heç bir söz deyə bilmərəm". Bu birləşmə nə verə bilər? Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıxlı bizimlə söhbətində bildirdi ki, adıçəkilən iki təhsil müəssisəsinin birgə fəaliyyət göstərməsi təcrübəsi olub. Onun fikrincə, yenidən həmin təcrübənin müasir standartlar çərçivəsində tətbiqi mənfi fəsadlara yol açmayacaq: "Əvvəllər də bu iki universitet bir yerdə fəaliyyət göstərirdi və bunun mənfi fəsadları müşahidə edilməmişdi. Bilirsiz ki, təhsil müəssisələrinin birləşdirilməsi məsələsini təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında istisna etməyib. Düşünürəm ki, imkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli olacaq". Xatırladaq ki, yanvar ayında ölkə başçısının sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası ilə İnformasiya Texnologoyaları İnstitutu birləşdirilib. Bu günlərdə isə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında ali məktəblərin birləşməsi məsələsinə toxunaraq, yeni təhsil strategiyasının tələblərinə uyğun olaraq, bu istiqamətdə dəyişiklik ediləcəyini istisna etməyib.
2014-03-12
11,396
Kamal Abdulla daha bir vəzifəsindən azad edildi
AMEA-nın müxbir üzvü Kamal Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən azad edilib. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında RH-nin qərarı ilə K.Abdullanı Akademiyanın müxbir üzü Teymur Kərimlinin əvəz edəcəyi açıqlanıb. Ölkə prezidenti tərəfindən Kamal Abdullanın Dövlət Müşaviri vəzifəsinə təyin edilməsindən sonra Rəyasət Heyəti belə bir qərar qəbul etdiyi açıqlanıb. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Mehdi oğlu Abdullayev vəzifədən azad olunub (ANS).
2014-03-12
11,397
Gəzi parkı polislər tərəfindən bağlandı - Video
Taksim meydanının Gəzi parkında vətəndaşların saat 12:00-da keçirəcəyi aksiya polislər tərəfindən ləğv edilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Taksim meydanına avtobuslarla çoxlu sayda polislər gətirilib. Polislərin meydandakı geniş təhlükəsizlik tədbirləri davam edir.
2014-03-12
11,398
Salyanlı avtoriteti öldürən qatillər tapıldı
Baş prokurorluq Aydın Xəlilovun qatillərinin tapılması ilə bağlı xəbər yayıb. "Axar.az" xəbər verir ki, KXCP-nin Salyan rayon təşkilatının üzvü Aydın Xəlilovu qətlə yetirənlər məlum olub. Məlumata görə, istintaq adı çəkilən şəxsin Salyan rayon sakini Şahin Niftiyev tərəfindən öldürüldüyünü müəyyən edib: "İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiyanın Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Şahin Niftiyev bu ilin fevralında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5 min 100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oqtay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib. Təqribən 600-700 metr aralandıqdan sonra bıçaqla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər". Baş Prokurorluğun məlumatında deyilir ki, dəstənin üzvləri təqsirləndirilən şəxs qismində həbs olunublar. Adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətdiyi də bildirilir. Həmin şəxslər Bakının Ramana qəsəbəsinin sakini Çingiz Məmmədova, həyat yoldaşı və qızına zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirdikləri bildirilir. Qeyd edək ki, Salyan rayonunun Qaraçala kənd sakini, KXCP-nin üzvü Aydın Xəlilov martın 4-də qətlə yetirilib. Onun meyiti Qaraçala kəndindən keçən avtomobilin yolunun kənarından tapılmışdı.
2014-03-12
11,399
“Lenta.ru” da Rusiyada qadağan edilir
Rusiyanın məşhur "Lenta.ru" saytının bağlanma ehtimalı yaranıb. "Axar.az" xəbər verir ki, sayt bu barədə artıq onlara xəbərdarlığın gəldiyini deyib. Bağlanmaya Ukraynada millətçi təşkilat kimi tanınan "Sağ sektor"un liderlərindən birindən alınan müsahibənin səbəb olduğu bildirilib. Müsahibənin 10 mart tarixində Andrey Tarasenkodan alındığı və "Biz silahlı qüvvələr deyilik" başlığı ilə yayımlandığı qeyd edilib. Qeyd edək ki, "Lenta.ru" saytının bağlanmasına göstərilən səbəblər "Axar.az"ın Rusiyada yasaqlanması üçün təqdim edilənlərlə eynidir. Rusiya hakimiyyəti əsas səbəb kimi yenə də ekstremizm təbliğatını göstərir.
2014-03-12
11,400
Ruslar Kiyevi üç saata ələ keçirə bilər – Acı etiraf
Rusiya Kiyevi üç saat içində ələ keçirə bilər. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Andrey Parubiy çıxış edib. O, Ukrayna qoşunlarının istənilən istiqamətdən hücumların qarşısını almaqdan ötrü müxtəlif zonalarda yerləşdirildiyini bildirib: "Rus qoşunları Kiyevdən iki-üç saatlıq məsafədə yerləşdirilib. Əgər onlar istəsələr, üç saat ərzində Kiyevə çata bilərlər. Ona görə də Ukrayna qoşunları müxtəlif yerlərdə hücumların qarşısını almaqdan ötrü yerləşdirilib. Biz hazırda ölkə ərazisinə müxtəlif istiqamətlərdə olan genişmiqyaslı hücum təhlükəsi ilə qarşı-qarşıyayıq". Qeyd edək ki, bir müddət öncə Ukrayna Müdafiə Nazirliyi ölkənin şərq sərhədi boyunca Rusiyanın 220 minlik ordu, 1800 tank, 400 vertolyotunun cəmləşdiyi haqqında informasiya yaymışdı.
2014-03-12
11,402
Vergilər Nazirliyi işçilərinin maaşını açıqladı - Siyahı
Vergilər Nazirliyi işçilərinin aylıq vəzifə maaşlarını açıqlayıb. "Axar.az" xəbər verir ki, 2014-cü il yanvarın 1-dən etibarən tətbiq edilən artım qaydalarına vergi işçilərinin əmək haqları uyğunlaşdırılb. Xatırladaq ki, Nazirlər Kabineti fevralın 4-də Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarının dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə uyğunlaşdırılması barədə qərar verib. Yeniliklər Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinə də şamil edilib. NK-nın qərarına əlavələrdə nəzərdə tutlmayan vəzifələr üzrə maaşlar isə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır. Bu siyahıya nazir və nazir müavinləri də daxildir.
2014-03-12
11,403
Hadı Rəcəbli xəstəxananın yerində hotel tikdirir - Özəl
Lənkəran uşaq xəstəxanasının köhnə binası satılıb. Etibarlı mənbənin "Axar.az"a verdiyi məlumata görə, bina deputat Hadı Rəcəbli tərəfindən alınıb: "Hazırda köhnə binanın yerində hotel-restoran inşa olunmağa başlanıb". Mənbə xəbər verir ki, "Zamin bank"ın yerli filialı da sözügedən binaya köçürüləcək. Millət vəkili Hadı Həcəbli hazırda xaricdə olduğundan, onun münasibətini öyrənə bilmədik.
2014-03-12
11,404
Rusiya Ukrayna ilə sərhədə tank yığır - Video/Foto
İnternetdə Rusiyanın Ukrayna ilə sərhədə zirehli texnika göndərdiyi ilə bağlı video yerləşdirilib. "Axar.az" xəbər verir ki, həvəskarlar tərəfindən çəkilən görüntülərdə Belqorod vilayətinin "Vesyoloya Lopan" kəndi yaxınlığındakı dəmir yolu xəttində vaqonlara yüklənmiş xeyli sayda zirehli texnikanın Ukrayna sərhədinə tərəf yola düşdüyü yer alıb. Çəkilən görüntülər "Vkontakte" sosial şəbəkəsində yerləşdirilib.