date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-10 | 11,200 | Krıma gedən müsavatçıların saxlanılmasının təfərrüatları | Krıma getmək istəyən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlının Rusiya Federasiyası ərazisində saxlanılmasının təfərrüatları bəlli olub. Onlarla birgə Krıma gedən "Yeni Müsavat" əməkdaşı Emil Salamoğlu deyib ki, hazırda Moskva-Bakı qatarı ilə geri qayıdırlar: "Bizi polis nəzarəti altında qatara mindirdilər. Hazırda da polislərin nəzarəti altında qatarda yola çıxmışıq". E.Salamoğlu dedi ki, ilkin "sürpriz"lə Azərbaycan ərazisindən Rusiya ərazisinə daxil olarkən sərhəddə qarşılaşıblar: "Səhərə yaxın Rusiya sərhədində bizi yoxladılar. Yoxlama xüsusi idi, it də gətirmişdilər. Çantalarımızı alt-üst etdilər, hətta Gülağa Aslanlının noutbukunu açıb orada olan məlumatlara da baxdılar. Amma bizi sərhəddən buraxdılar. Səhər saat 11-də Mahaçqala vağzalında olduğumuz kupeyə 10-a yaxın mülki geyimli və polis işçiləri gəldi. Çox sərt və kobud şəkildə hədələməklə bizi kupedən çıxarıb heç bir səbəb göstərmədən polis idarəsinə apardılar. Orada da dedilər ki, güya qonşu kupedə kimisə narahat etmişik. Özümüzə də dedilər ki, çantalarınızdan nə istəsək çıxararıq, hal şahidləri dəvət edəcəyik. Hiss olunurdu ki, bizi qorxutmaq istəyirlər". Əməkdaşımız polisdə səfərlə bağlı sorğu-suala məruz qaldıqlarını dedi: "Bizdən səfərimizin məqsədi haqda soruşurdular. Ukraynaya Krıma getmək üçün gedirsinizmi? Bilmirsinizmi orada vəziyyət mürəkkəbdir? Nəyə görə ora gedirsiz kimi suallar verirdilər. Polisdə bizə 10-15 adam belə sistemli şəkildə çarpaz sualar verirdi. Orada Dərbənddən olan azərbaycanlı polis işçiləri də vardı. Onlar bizə dedilər ki, geri qayıtmaq haqda qərar verəriksə, bizə protokol tərtib etmədən geri qayıtmağımıza şərait yaradacaqlar". E.Salamoğlu dedi ki, bu axşam 22 radələrində Azərbaycan ərazisinə daxil olacaqlar. A.Hacılı və G.Aslanlı baş verənlərlə bağlı martın 11-də mətbuat konfransı da keçirəcəklər ("Musavat.com"). |
2014-03-10 | 11,201 | Simferopolda hərbi hospital ələ keçirildi | Simferopolda yeni yaradılmış "özünümüdafiə" qüvvələri hərbi hospitalı ələ keçiriblər. "Axar.az" xəbər verir ki, bu gün özlərini "Krımın xalq özünümüdafiə dəstəsi" adlandıran qrup Simferopoldakı hərbi hospitala daxil olaraq oradakı həkim və şəxsi heyəti çıxarıblar. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hospitalın həkimləri oradan qovulduğundan xəstələrə lazımi qulluq eləmək mümkün deyil. Rəhbərlik və bütün tibbi heyət klubun zirzəmisinə doldurulub. Hazırda hospitalda 20-yə yaxın reanimasiyada olan ağır xəstə var. |
2014-03-10 | 11,202 | Nəsibə Zeynalovanın vəfatından 10 il ötür | Azərbaycan sənətsevərləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 10 il keçir. Məlumatına görə, aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan tamaşaçısı onun ifasında ən adi kolxozçu obrazına da dəfələrlə baxmaqdan yorulmaz. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. "Hicran"da Qızbacı, "Ulduz"da Zuleyxa "Qaynana"da Cənnət obrazları ilə xalqın ürəyində əbədi yer tutan, Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. "Bizim Cəviş muəllim" də daxil olmaqla "Ögey ana", "Böyük dayaq", "Qanun naminə", "Bəyin oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o hələ sağlığında ikən öz əbədiliyini qazanmışdı. Xatırladaq ki, Xalq artisti Nəsibə xanım Zeynalova martın 10-u, teatr günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı (ANS). |
2014-03-10 | 11,203 | Qadın boksçularımızdan mükəmməl nəticə | Almaniyanın Hamburq şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan milli komandası yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. Yana Alekseyeva və Anna Əlimərdanova bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Həsənova, Alina Hacıyeva, Aynur Rzayeva və Anaxanım Ağayeva gümüş medalla kifayətlənmişlər. Məryəm Cəbrayılova və Aliyə Vəlizadə isə bürünc medala sahib olublar. Bu yarış aprel ayında gənclər və böyüklər arasında Bolqarıstanda keçiriləcək dünya çempionatlarına hazırlıq xarakteri daşıyır (AzərTAc). |
2014-03-10 | 11,204 | Nərmin Hüseynlini itirdik - Həkim terroru | Uzun zamandır müalicəsi üçün xeyriyyə kampaniyaları keçirilən Nərmin Hüseynli bu gün dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, bu barədə onun bacısı Mehin Hüseynli özünün Feysbuk səhifəsində yazıb. Xatırladaq ki, Nərmin Hüseynli Topçubaşov adına Elmi-Kliniki Cərrahiyyə İnstitutunda həkim məsuliyyətsizliyi nəticəsində yanlış diaqnozla əməliyyata qaldırılması və bunu nəticəsində gizli xərçəngin yayılması bildirilirdi. Onun müalicəsi üçün müxtəlif xeyriyyə kampaniyaları keçirilərək ianə toplanırdı. N.Hüseynli müalicə üçün bir neçə gün öncə Türkiyəyə aparılmışdı. |
2014-03-10 | 11,205 | Kliçkonu yumurta atəşinə tutdular | Xarkovda Rusiya meyilli fəallar Vitali Kliçkonu yumurtalarla atəşə tutublar. Məlumata görə, UDAR partiyasının lideri Kliçko çıxış edən zaman "Rusiya" və "Faşizm keçməyəcək" ifadələrini işlədib. Bu zaman ətrafda olan Rusiya meyilli fəallar siyasətçiyə yumurta atmağa başlayıblar. Kiliçkonun cangüdənləri dərhal onu çətirlərlə mühafizəyə alıblar. Daha sonra siyasətçi səhnədən düşüb və atmobilinə minərək ərazini tərk edib. Kliçkonun getməsinə baxmayaraq aksiya isə davam edib (ANS). |
2014-03-10 | 11,206 | Bəşər Əsəd yenidən zəhərli qazdan istifadə etdi - Video | Suriya prezidenti Bəşər Əsədə aid hərbi qüvvələrin müxaliflərə qarşı təşkil etdiyi əməliyyatlarda dördü uşaq olmaqla 50 nəfər öldürülüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Açıqlamada Dəməşqdə 14, Hələbdə 14, Həmada 8, Xümsda 7, Dəra və İdlibdə 3, Deyruz Zorda 1 nəfər olmaqla 50 nəfərin vəfat etdiyi qeyd edilib. Suriya Yerli Koordinasiya Komitəsindən (LCC) verilən açıqlamada isə rejim qüvvələrinin Dəməşqdə müxaliflərin nəzarətində olan Cobar bölgəsinə zəhərli qazla hücum təşkil etdiyi irəli sürülüb. Qazdan zəhərlənən adamlarda görmə pozğunluğu, qusma və nəfəs alma çətinliyi yarandığı bildirilən açıqlamada çoxlu adamın xəstəxanalarda müalicəyə yatırıldığı bildirilib. |
2014-03-10 | 11,207 | Teatr günündə teatrsevərlərə sürpriz | Bu gün Azərbaycanda "TeatrPlyus" (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib. "Axar.az" xəbər verir ki, layihənin fəaliyyətində başlıca məqsəd teatr sənətinin təbliği, bu sahədə ölkədə və dünyada baş verən proseslərin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdir. Bu barədə saytın yaradıcısı və baş redaktoru teatrşünas Sevdacan Babayeva məlumat verib. Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Sevdacan xanımın sözlərinə görə, bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş "TeatrPlyus.az" portalı eyni zamanda ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan qaldırılmasına da yardım edəcək. Sevdacan xanım gələcəkdə "TeatrPlyus" internet televiziyasının yaradılmasının da nəzərdə tutulduğunu qeyd etdi. |
2014-03-10 | 11,208 | ABŞ və Böyük Britaniya Ukraynaya xəyanət etdi | "ABS və Böyük Britaniya Ukraynaya xəyanət etdi. Ölkələrinin ləyaqətini alçaltmış hər iki ölkənin dövlət adamı adına utanc olan başqanları Putinin qarşısında nə edəcəyini bilməyən çarəsiz uşaqlara bənzəyirlər. Anoloji vəziyyətdə Ukraynanın yeni oyuncaq rəhbərləri də görsənir. Onlar Obama və Kamerundan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər, o ki qalsın, xalqı müdafiə üçün səfərbər etmək". Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, inqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib: "Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və Avropa Birliyindən tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər". Q.Həsənquliyevin sözlərinə görə, Kırımın işğalı dünyada təhlükəsizliyə mənfi təsir edəcək, nüvə silahlarının yayılmasını sürətləndirəcək: "Bu hadisə beynəlxalq öhdəliklərin və hüququn boş şey oldugu bir daha təsdiqini tapdı. Bundan sonra İrandan heç kim tələb edə bilməz ki, nüvə silahı yaratma. Belə tələbdə bulunmaq üçün isə son dərəcə utanmaz olmaq lazımdır. Qardaş Türkiyə də bu barədə təcili qərarlar qəbul etməlidir". |
2014-03-10 | 11,209 | Elektron siqaretlər təhlükəlidir – Ekspert | "Siqaret çəkən adamın iradəsi zəifdirsə, bütün tədbirlər effektsizdir". Bu sözləri elektron siqaretlərin insan orqanizminə təsiri ilə bağlı sualları cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla dedi. "Bir şeyi nəzərə almaq lazımdır ki, elektron siqaretlərdə istifadə edilən boyalar kimyəvidir və onların ziyanı haqqında artıq bəzi məlumatlar var. Ona görə də elektron siqaretlərin insan orqanizminə xeyirli olması ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur". Ekspert hesab edir ki, tütündən yaxa qurtarmaq üçün əsas şərt iradəli olmaqdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, elektron siqaretlər satış bazarına düzgün formada çıxarılmır. Onun fikrincə, elektron siqaretlərlə bağlı hər yerdə rast gəldiyimiz reklamlar belə düz tərtib olunmayıb: "Hazırda demək olar ki, bütün köşklərdə elanlar yayılıb ki, guya elektron siqaretlər normal siqareti tərgitməyə 100 faiz yardım edir. Bu kökündən yanlış fikirdir. Digər problem həmin siqaretlərin bazara hansı adla girməsi ilə bağlıdır. Həmin siqaretlər elektron mal kimi bazara girir və satışı təşkil edilir. Əslində isə tütün məhsulu kimi lisenziya almalıdır. Satıçılar qanundakı müəyyən boşluqlardan istifadə edirlər. Qanunvericilikdə tütün məhsullarının reklamı qadağan edildiyi üçün, onlar bu üsula əl atırlar. Təbii ki, həmin reklamlar istehlakçıların aldadılmasına yönəlib". Xatırladaq ki, bu yaxınlarda "Action on Smoking and Health" adlanan Britaniya xeyriyyə təşkilatı araşdırma aparıb. Tədqiqatların nəticəsinə görə, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə elektron siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb - 9 faizdən 22 faizə qədər. Respondentlərin 40 faizi hesab edir ki, elektron siqaretə keçməklə tütünün sağlamlığa vurduğu ziyandan canlarını qurtarıblar. Qurum insanları elektron siqaretlərin tam təhlükəsiz olması ilə bağlı deyilənlərə inanmamağa çağırıb. Çünki adi siqaretlərdə olduğu kimi, elektron siqaretlədə də nikotin var. Sadəcə fərq tütün tüstüsünün olmamağı ilə bağlıdır. Son olaraq bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan siqaret çəkir və hər il 4.5 milyon insan siqaretin törətdiyi xəstəliklər üzündən vəfat edir. |
2014-03-10 | 11,210 | Krımlılar geri qayıdır | Kiyevdə yaşayan krımlılar kütləvi sürətdə Krıma qayıdırlar. "Axar.az" xəbər verir ki, bu informasiyanı əslən tatar olan jurnalist Osman Paşayev öz Feysbuk səhifəsində yazıb. O artıq krımlıların vətənlərinə qayıtdığını bildirib. "Nəhayət çoxlarına çatdı ki, heç nə olmayıb görünüşü yaratmaq vaxtı deyil. Mənim Kiyevdən olan krımlılarım artıq öz vətənlərinə geri dönürlər ki, referendumda iştirak edib Aksyonova öz cavablarını versinlər. Bunlar yalnız tatarlar deyil". Qeyd edək ki, bir müddət öncə Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov hər kəsi referendumu boykot etməyə çağırmışdı. |
2014-03-10 | 11,211 | Yol polisi qəzaya səbəb oldu - Foto | Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol polisi qəzaya səbəb oldu. "Axar.az" xəbər verir ki, Badamdar qəsəbəsi istiqamətindən Yol Patrul Xidmətinə məxsus "BMW" markalı "10 YP 397" nömrəli avtomobil "Mercedes" markalı "90 LS 576" nömrəli avtomobili qovub. Nəticədə "Mercedes"in sürücüsü idarəetməni itirib və "Peugeot" markalı "50 CB 322" nömrəli avtomobili arxadan vuraraq qəza törədib. Qəza nəticəsində xəsarət alan olmasa da, "Mercedes"in sürücüsünün vəziyyəti anidən pisləşib və "90 JD 692" nömrəli təcili yardım maşını ilə xəstəxanaya aparılıb. |
2014-03-10 | 11,212 | Zakir Həsənov Türkiyə ordu generalını qəbul edib - Foto | Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarı qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar. Sonra ordu generalı Hulusi Akarın Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb. Ordu generalı Hulusi Akar da öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib. |
2014-03-10 | 11,213 | Türkiyənin əfsanəvi Ergenekonçuları azadlıqda - Video | Polkovnik Levent Göktaş , Tücay Özkan və Sedat Peker məhkəmə hökmü ilə sərbəst buraxılıb. Martın 10-da Ergenekon istintaqı üzrə həbs edilən daha 3 məhbus – qəzetçi Tuncay Özkan, ehtiyatda olan polkovnik Levent Göktaş və Sedat Peker həbsdən azad edilib. Qeyd edək ki, Tuncay Özkan 5, Sedat Peker 10, Levent Göktaş 23 il 7 ay azadlıqdan məhrumetmə cəzası almışdı. Məhkəmə Özkan və Göktaş haqqında həbs-qətimkan tədbirini dəyişdirilsə də, onların ölkədən çıxmasına yasaq qoyub. Bu qərar Pekərə şamil edilməyib. Xəbəri ilk olaraq Tuncay Özkanın qızı Nazlıcan Öz Tvitter hesabından paylaşıb: "Qovuşuruq... 1994 gündən sonra...". Onu da vurğulayaq ki, azadlığa qovuşan qəzetçi Tuncay Özkan "Yeni Müsavat" qəzetinin dostlarındandır. Onun sahibi olduğu "Kanal Türk" televiziyası Azərbaycana, "Yeni Müsavat"ın problemlərinə hər zaman yer ayırardı. Polkovnik Levent Göktaş isə bir neçə il Türkiyə Silahlı qüvvələrinin Azərbaycan ordusunda təmsilçisi olub. Vətənə xidmətlərinə görə Türkiyənin 3 qızıl ulduz alan yeganə hərbçisidir. PKK-ya qarşı savaşda xüsusi ilə fərqlənib. Bu hörgütün lideri A. Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirən qrupa rəhbərlik etməsi barədə iddialar var. Azərbaycanda olarkən "Yeni Müsavat" qəzetinin baş redaktoru ilə bir neçə dəfə görüşüb. Sonradan Rauf Arifoğlu bu görüşlər barədə silsilə yazılar yazaraq, yayınlayıb. Həmin yazılarla bu link vasitəsi ilə tanış ola bilərsiniz. Sedat Peker barədə isə Türkiyə mediası ünlü mafiya babası kimi bəhs edir. ("Musavat.com") |
2014-03-10 | 11,214 | Yol polisinin törətdiyi qəza ilə bağlı rəsmi açıqlama | Martın 9-u axşam saatlarında Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Səbayel rayonu ərazisində, Azadlıq prospektinin Xəqani küçəsi ilə kəsişməsində yol - patrul xidməti avtomobili və " VAZ 2107" markalı maşın toqquşub. Hadisə nəticəsində "VAZ 2107 " - nin sürücüsü, 25 yaşlı Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin Nəbi Şakir oğlu Əzizov isə hadisə yerində ölüb. Qəzaya səbəb kimi, DYP avtomobilinin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi göstərilir. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin serjantı, 1987-ci il təvəllüdlü Elnur Dilqəm oğlu Məmmədovun idarə etdiyi 10-YP-374 dövlət nömrə nişanlı "BMW" markalı xidməti avtomobil Xaqani küçəsində başqa bir maşını təqib edirmiş. DYP avtomobili işıqfora çatanda qadağanedici işıq yanmağa başlayıb. Lakin yol polisi əməkdaşı təqib etdiyi maşını gözdən qaçırmamaq üçün işıqforun qırmızı işığında dayanmayıb. Azadlıq prospekti ilə hərəkət edən VAZ-2107-nin sürücüsü isə yaşıl işıqda keçib və yol ayrıcında toqquşma baş verib. Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 1989-cu il təvəllüdlü Canpolad Fəxrəddin oğlu Otorod ağır xəsarət alıb, həmin avtomobilin sərnişini Nəbi Şakir oğlu Əzizov isə hadisə yerində ölüb. Baş verən bu hadisə ilə bağlı, aidiyyatı qurumun münasibətini öyrəndik. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baş verən hadisənin ciddi araşdırıldığını bildirdi: "Sözsüz ki, bu hadisə iki sürücüdən birinin təqsiri ucbatından baş verib. Hər kəsi əmin edirəm ki, araşdırma obyektiv aparılacaq. Yol-patrulun əməkdaşı günahkardırsa, ilk növbədə, vəzifəsindən azad olunacaq. Sonra isə haqqında qanun çərçivəsində qərar veriləcək. Bununla bağlı, artıq araşdırma başlanılıb. Hansı tərəfdə günah olduğunu indidən söyləmək tezdir. Bunun üçün hadisə baş verən ərazinin işıq sistemi, yol hərəkəti dərindən araşdırılmalıdır. Araşdırma bitəndən sonra, müvafiq qərar veriləcək. Cəzalanmalı olan şəxs cəzalandırılacaq. İndiyə qədər sərnişin ölən maşının sürücüsünün sərxoş olması barədə xəbərlər yayılıb. Biz bunun doğru olmasını deyə bilmərik. Çünki ekspertizanın rəyi yoxdur.İndi onun qan analizləri alınıb. Ekspertin rəyindən sonra, sürücünün sərxoş vəziyyətdə olub-olmaması dəqiqləşəcək ". Kamran Əliyev hadisə baş verən ərazinin yol-patrul xidməti əməkdaşının nəzarət etdiyi ərazi olub-olmaması ilə bağlı da, fikirlərini dedi: " Təbii ki, hadisə baş verən əraziyə həmin əməkdaşımız nəzarət edirmiş. Bunun haqqında bəzi şübhələr yaranıb. Biz bu araşdırmanı da aparırıq. Yaxın zamanlarda hər kəs bu hadisənin başvermə səbəbi və apardığımız araşdırmanın nəticələrindən xəbər tutacaq". ("Musavat.com") |
2014-03-10 | 11,215 | “İstəmirəm ki, Azərbaycan oğlumu düşmən görsün” | "İstəmirəm ki, mənim oğlumu Azərbaycan düşmən kimi görsün. Mən yorulmuşam, müharibə istəmirəm". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Marneulinin Təkəli kəndində Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşü zamanı erməni dramaturqu Samvel Beqlaryan deyib. Onun fikrincə, Qarabağ məsələsini Rusiya həll etməlidir: "Əgər Azərbaycan bizə Qarabağda yaşamaq icazəsi veribsə, biz buna razıyıq və razılığımızı bildiririk". S.Beqlaryan açıqlamasında Qarabağ münaqişəsində və Ermənistanın inkişafında Rusiyanın rolu barədə fikirlərini bildirib: "Zər Rusiyanın əlindədir. Bizim kimi kiçik xalqları Rusiya "udur". İndi Azərbaycana, Türkiyəyə yolumuz açıq deyil. Buna görə də biz yaşamaq və dövlətimizi yaşatmaq üçün hərdən aşağılayıcı təklifləri qəbul edirik". |
2014-03-10 | 11,216 | “Mersedes” körpünün üstündən aşdı | Bu gün saat 17:30 radələrində Yevlax şəhəri Nizami prospektində, Kür çayının üzərində salınan körpünün üstündə yol nəqliyyat hadisəsi baş verib. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Mersedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və onu aşırıb. Bu zaman arxadan gələn VAZ 21011 markalı minik avtomobili "Mersedes"ə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (EL TV) |
2014-03-10 | 11,217 | Müxalifət lideri: "İtaliya bölünməlidir" | "Roma artıq İtaliyanı idarə edə bilməyəcək və ölkənin bölünməsi lazımdır" "Axar.az" xəbər verir ki, bu sözləri Beş Ulduz hərəkatının lideri Beppe Qrillo deyib. Siyasətçilərin baş bəlası hesab edilən komediya ustası Qrillo parlamentə keçirilən seçkilərdə 25% səs toplamaqla, ölkənin 3-cü ən böyük partiyası adına sahib olub. 66 yaşındakı satira ustası Qrillo son günlər etdiyi çıxışla ölkə gündəmini zəbt edib. Qrillo bildirib ki, ölkə siyasətçilərinin şəxsi mənfəətlərini xalqın mənfəətlərindən üstün tutması, ölkə büdcəsindən şəxsi işləri üçün istifadə etməsi İtaliyanın süqutuna gətirib çıxarıb. İtaliyanın artıq Romadan idarə edilməsinin mümkünsüz olduğunu deyən Qrillo artıq birlikdə olmalarının heç bir faydasının olmadığını bildirib. |
2014-03-10 | 11,218 | Con Kerri Rusiyaya səfərdən imtina etdi | ABŞ Dövlət katibi Con Kerri Rusiyaya bazar ertəsinə planlaşdırdığı səfərini təxirə salıb. Bu barədə XİN rəhbəri Sergey Lavrov RF prezidenti Vladimir Putinə işçi görüşü zamanı məlumat verib. Lavrov qeyd edib ki, ABŞ Dövlət katibi Con Kerriyə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya gəlmək təklif olunub. Lavrov prezidentə məlumat verib ki, onun tapşırığına əsasən, Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, xarici tərəfdaşlarla ötən həftə boyu davam edən məsləhətləşmələr aparıb. Lavrovun sözlərinə görə, bu məsləhətləşmələr zamanı onların iştirakçıları "Ukraynada vəziyyətin nizamlanmasına imkan verən birgə kömək yollarını" axtarıblar. "İkitərəfli əlaqələrin növbəti raundunda tərəfdaşlar bildiriblər ki, biz amerikalılarla birgə hansısa əlavə yolların axtarılmasına çalışaq", - Lavrov əlavə edib. (Trend) |
2014-03-10 | 11,219 | BMT Ukrayna üçün toplanır | BMT Təhlükəsizlik Şurası çərşənbə axşamına keçən gecə Ukrayna üzrə növbəti qapalı iclasını keçirəcək. Ukraynadakı hadisələrlə bağlı iclas və məsləhətləşmələr fevralın 28-dən BMT Təhlükəsizlik Şurasında Ukrayna nümayəndəliyinin müraciəti ilə əlaqədar keçirilir. Hələlik aydın deyil, bu dəfə məhz nə müzakirə olunacaq. Sonuncu dəfə Təhlükəsizlik Şurası Ukrayna üzrə ötən həftənin cümə axşamı günü yığışıb. |
2014-03-10 | 11,220 | Daha bir türk general azadlıqda | Türkiyədə "Ergenekon" iddiası ilə tutulmuş general Şener Eruyqur bu gün azad edilib. Sözügedən məhkəmə iddiası üzrə bu gün buraxılanların sayı 13 nəfərə çatıb. Onların sırasında jurnalist Tuncay Özkan, Sedat Peker, İbrahim Şahin və yazıçı Yalçın Küçük, polkovnik Levent Göktaş da olub. 2007-ci ildə "Nokta" dərgisində dərc olunan bir məqalədə hərbçilərin dövlət çevirilişi etmək üçün "Ergenokon" təşkilatı yaratdığı iddia edildi. Bu çərçivədə ilk həbslər 2008-ci ildən başlandı, onlarla yüksək çinli hərbçi və jurnalistlər həbs edildi. (ANS) |
2014-03-10 | 11,221 | Əfqanıstanda terror aktı: dörd nəfər ölüb | Əfqanıstanın qərbində Herat əyalətində prezidentliyə namizədlərdən birinin seçki qərargahı yanında bazar ertəsi partlayış baş verib. Nəticədə dörd nəfər həlak olub, azı beş nəfər yaralanıb. Bu barədə İTAR-TASS agentliyi məlumat verir. Agentliyin məlumatına görə, hücuma ölkənin sabiq XİN rəhbəri Abdulla Abdullanın təmsilçiləri məruz qalıblar. Partlayıcı qurğu ölümə məhkum olan terrorçu tərəfindən işə salınıb. Həlak olanlar arasında iki polis və iki mülki qulluqçu olub, bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər ( Trend ). |
2014-03-10 | 11,222 | Azərbaycan hakimiyyəti nurçulara qarşı fəaliyyətə başlayıb | "Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alınması haqqında düşünür". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, artıq hakimiyyətin Fətullah Gülən hərəkatı ilə mübarizəyə başladığını söyləyib. "Bu hərəkatın illeqal fəaliyyəti Türkiyə dövləti üçün bir təhlükə yaradıb. Bu şəbəkənin ən böyük qolu Azərbaycandadır. Ərdoğanın özü də bu məsələləri ara sıra qabardır ki, Azərbaycanda da onların gizli planları var. Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alması haqqında düşünürlər. Hətta bu cür sənədlərin mediaya da ötürülməsinə təəccüb etmirəm". Politoloq Azərbaycanda Gülən hərəkatına qarşı fəaliyyətin martın 30-da Türkiyədə keçiriləcək seçkilərdən sonra bəlli olacağını deyib. "Azərbaycan hakimiyyətinin son addımları ondan xəbər verir ki, bu hərəkatın fəaliyyətinə nəzarət etmək üçün onlar işlər aparırlar. Dövlət Neft Şirkətinin tərkibində birlik yaradılıb. Bütün məktəblər, kurslar, Qafqaz Universiteti həmin birliyin tərkibinə daxil oldu. Görünür Azərbaycan hakimiyyəti Türkiyədə baş verən hadisələrə seyrçi qala bilmir və Gülən hərəkatının fəaliyyətini nəzarətə götürmək istəyir. Bütün bunların nəticəsi 30 martda bəlli olacaq. Martın 30-u Türkiyədə bələdiyyə seçkiləridir. Əgər seçkidə qələbə qazanarsa bu o deməkdir ki, Ərdoğan Gülən hərəkatına qarşı fəal mübarizəyə başlayacaq. Bu da Azərbaycan hakimiyyəti üçün bir işarə olacaq ki, nəticədə də onların buradakı qoluna qarşı fəal mübarizə başlanacaq. Əgər Ərdoğan məğlub olsa o zaman Azərbaycanda da Gülən tərəfdarlarının üzərinə çox düşməyəcəklər. Əgər bu gün Mətbuat Şurası ona dəxli olmayan bir mövzuda tədbir keçirirsə və burada nurçularla bağlı tənqidi fikir səslənirsə demək Azərbaycan hakimiyyətində Fətullah Gülən hərəkatının fəaliyyətindən narazı olan bir qrup var". Qeyd edək ki, bu gün Mətbuat Şurasında "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfran keçirilib. Konfransda Əli Həsənov başda olmaqla Azərbaycan hakimiyyətinin bir sıra mühüm şəxsləri iştirak edib. |
2014-03-10 | 11,223 | Ruslar üçün Krımda ən təhlükəli qüvvə tatarlardır - Video | Ruslar Krımda ən böyük zərbəni tatarlardan alacaqlar. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentinin Krım üzrə xüsusi nümayəndəsi Serqey Kuniçin çıxış edib. O, Krımda tatarların yaşadığı bütün yaşayış nöqtələrində artıq özünü müdafiə dəstələrinin yaradıldığını deyib. "Krım tatarları təxminən 300 qəsəbədə yaşayırlar. Demək olar ki, bütün qəsəbələrdə özünümüdafiə dəstələri yaradılıb. Əgər bu "yaşıl adamlar" harasa soxulmağa cəhd etsələr? o zaman dərhal öz cavablarını alacaqlar". |
2014-03-10 | 11,224 | Bizimkilər Stanislavskidən hələ də əl çəkmirlər: Teatr - 141 | Bu gün Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulması ilə Azərbaycanda teatrın əsası qoyulub. Artıq Azərbaycanda teatrın yaranmasından 141 il keçir. 141 illik yol qət edərək bu günə gəlib çıxan teatrımızın indiki vəziyyəti nə yerdədir? Teatrımızın bu günkü vəziyyəti incəsənət adamlarını, aktyorları qane edirmi? Bu suallarla incəsənət adamlarına müraciət etdik. "YOX" Hal-hazırda heç bir teatrda fəaliyyət göstərməyən əməkdar artist İlqar Cahangir birmənalı olaraq "YOX" dedi: "Yox, məni qane etmir. Azad və sərbəst yaradıcılıq yoxdur". Özәl sektora diqqәt ayırmaq lazımdı Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan bildirdi ki, onun fikrincə dövlәt teatrlarının işlәmәsi üçün özәl sektora diqqәt ayırmaq lazımdır: "Teatrın binalarına qarşı dövlәt qayğısı teatrlarımızın potensial güclәrinin zәifliyini ortaya qoydu. Bәlkә dә sabah mәnim dә tәmtәraqlı binamın mövcudluğu mәni bu vәziyyәtdә qoya bilәr. Mәncә, dövlәt teatrlarının işlәmәsi üçün özәl sektora (bu sahәdә) diqqәt ayırmaq lazımdı ki, sağlam rәqabәt olsun. Özәl sektora diqqәtin ayrılması isә birinci növbәdә bu teatrlara qismәn dә olsa maliyyә yardımı etmәkdәn vә bu cür teatrları vergilәrdәn azad etmәkdәn (tәbii ki, müәyyәn şәrtlәr çәrçivәsindә) ibarәt olmalıdır". Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov teatrımızın bu günkü vəziyyətinin onu əlli əlliyə qane etdiyini dedi: "Repertuarda zəif tamaşalar var. Arada məcbur qalıb bəyənmədiyimiz rolu da oynayırıq. Tamaşaçılar da bəzən teatra lazımı diqqəti göstərmir". Bizimkilər hələ də Stanislavskidən əl çəkmirlər Əvvəllər "YUĞ" teatrında çalışıb hal-hazrda heç bir teatrda fəaliyyət göstərməyən aktyor Kamran M. Yunis bildirdi ki, baxır hansı prizmadan baxırsan: "Baxır hansı prizmadan baxırsan. Həm hə, həm yox. Dünyanın yeni düşüncəyə hakim olduğu məqamda bizim teatrlar hələ də çox geridədirlər. Dünya teatr və kinosu Mixail Çevovun sisteminə əsaslandığı məqamda bizimkilər hələ də Stanislavskidən əl çəkmirlər. İkincisi də, teatrlarda maaşların qəpik-quruş olduğuna baxmayaraq, sənətçilərimiz hələ də fədakarcasına çalışırlar. Bu da təqdirəlayiqdir. Amma bu hakimiyyətə teatr, sənət lazım deyil ki, bu da gözlə görülür". Yaradıcı adamın əmək haqqı o qədər az olmamalıdır "Pantomim" teatrının direktoru Elman Rəfiyev bildirdi ki, teatrımızın bu günkü vəziyyəti onu qane edir: "Bu gün məni qane edir. Son vaxtlar teatrlarda canlanma var. Xaricdən rejissorlar dəvət olunur, yeni tamaşalar hazırlanır. Teatrlarda gənc rejissorlara da yüksək şərait yaradılır". GTT-nın gözəl aktrisası Şəbnəm Hüseynova bildirdi ki, tamamilə qane etmir deyə bilmərəm: "Vəziyyət qənaətbəxş olmasa da müsbət hadisələr var. Tamamilə qane etmir, deyə bilmərəm. Məsələn, maaş məsələsi qane etmir. Yaradıcı adamın əmək haqqı o qədər az olmamalıdır". |
2014-03-10 | 11,225 | Krıma təyyarələrin girişi qadağan olundu - Son dəqiqə | Krım səması sərnişin təyyarələrinin üzünə qapadılıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı tatar əsilli jurnalist Ayder Mujdəbəyov öz Feysbuk səhifəsində paylaşıb. O, Krımın Aviasiya Hərəkəti Xidmətinin naməlum şəxslər tərəfindən tutulduğunu deyib. Jurnalist hazırda Simferopol aeroportunun vəziyyətinin iflic olduğunu qeyd edib. |
2014-03-10 | 11,226 | Ukraynanın dörd vilayəti işğal ediləcək -Şok | Krımdan sonra Ukraynanın dörd vilayəti işğal ediləcək. "Axar.az" xəbər verir ki, bu informasiya ilə əslən tatar olan jurnalist Ayder Muzdabayev öz Feysbuk səhifəsində çıxış edib. O, Krımın Ukraynasız mövcud ola bilməyəcəyini deyib. "Kırım Ukraynasız mövcud ola bilməz. Bu komunikasiya strukturudur. Krımın Rusiyanın tərkibinə girməsi üçün daha dörd vilayət işğal edilməlidir. Bunlar Donets, Zaporojsk, Luqansk, Xerson əyalətləridir. Qeyd edək ki, artıq Rusiya qoşunları Krımla yanaşı Ukraynanın cənub əyalətlərinə də yeridilməyə çalışılır. |
2014-03-10 | 11,227 | Rus-Tatar dövləti yaradıla bilər - Şok təklif | Rusiyanın nəzarəti altına keçən Krımda rusiya tərəfdarı Sergey Aksinov Rus-Tatar dövləti yaradılması ideyasını təklif edib. "Axar.az" xəbər verir ki, Baş nazir Sergey Aksinov bu təklifinə özü münasibət bildirib. Aksinov keçiriləcək referendumdan sonra Krımda tatarcanı rus dilindən sonra ikinci dil etməyə və tatarlara Baş nazir müavini və iki nazirliyi verməyə hazır olduqlarını deyib. Qeyd edək ki, 30 martda keçiriləcək olan refrendumun 16 mart tarixinə salınmasından sonra Krım Tatar Məclisi referenumu boykot etmək barədə qərar aldığını açıqlamışdı. |
2014-03-10 | 11,228 | “Fənərbaxça” rəhbərliyinə hücum oldu - Foto/Video | Bu gün Türkiyənin Trabzon şəhərində "Fənərbaxça" və "Trabzonspor" komandaları arasındakı qarşılaşma öncəsi böyük gərginlik yaşanıb. Fənərbaxça rəhbərliyini daşıyan avtobus azarkeşlər tərəfindən daş-qalaq edilib. Belə ki, yüksək güvənlik önləmləri alınmasına baxmayaraq, azarkeşlər Avni Aker stadionuna daxil olan və içində "Fənərbaçxa" komandasının rəhbərliyinin də olduğu avtobus daş, yumurta, molotov atəşinə tutulub. Edilən açıqlamalarda bildirilir ki, hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb. Bundan əlavə güvənlik tədbirlərinin bu dəqiqələrdə ən üst səviyyədə olduğu, stadion ətrafındakı binaların damına snayperlərin yerləşdirildiyi də bildirilir (Müsavat.com). |
2014-03-10 | 11,229 | Zakir Həsənovdan gözlənilməz vəzifə dəyişikliyi | Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. Zakir Həsənovun əmri ilə nazirliyin Mətbuat Xidmətinin baş zabiti, polkovnik-leytenant İsa İsmayılovu vəzifəsindən azad edilib. Məlumata görə, onun vəzifədən kənarlaşdırılması gözlənilməz olub. Qeyd edək ki, İsa İsmayılov "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olub. Sabiq nazir Səfər Əbiyev onu bu vəzifədən azad edərək, kiçik vəzifəyə təyin etmişdi. Zakir Həsənov isə vəzifəsinin icrasına başlayan kimi onu mətbuat xidmətində vəzifə ilə mükafatlandırmışdı. ("AzNews.az") |
2014-03-10 | 11,230 | Türkiyədə azərbaycanlı general həbsdən buraxılmadı | Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı ilə "Ergenekon" iddiası ilə həbs edilmiş siyasətçi, İşçi Partiyasının lideri Doğu Perincek azad edilib. Bununla yanaşı, məhkəmə təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçiyin həbsdən azad edilməsi tələbini rədd edib. Əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonda prokurorluq general-mayor Vəli Kiçiki "Ergenekon" iddiası ilə həbs etdi. Qeyd edək ki, məhkəmə bu gün general-mayor Vəli Kçiklə yanaşı pensiyada olan general-mayor Levent Ersözün də buraxılması barədə tələbi rədd edib. (ANS) |
2014-03-10 | 11,231 | ABŞ iki saata rus donanmasını tullantıya çevirə bilər | Amerika Birləşmiş Ştatları iki saata Rusiyanın Qara Dənizdəki hərbi donamasını tullantı poliqonuna çevirə bilər. "Axar.az"ın məlumatına görə, bu açıqlamanı Hərbi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Timçuk məlumat verib. Qeyd edək ki, sabahdan ABŞ, Rumıniya və Bolqarıstanın hərbi donanmaları Qara Dənizdə Ukrayna ərazisinə yaxın yerdə manevrlərə başlayacaqlar. Timçuk bildirib ki, sözügedən hərbi manevrələrin mahiyyətini izah etməyə ehtiyac yoxdur. Bu arada Rusiya hərbi təlimlərin keçiriləcəyi yerə "Moskva" kreyserini yollayıb. Timçik bildirib ki, "Corc Buş" avia-kreyseri rusların Qara Dənizdəki hərbi donanmasını tullantı poliqonuna çevirməyə qadirdir: "Odur ki, "Moskva" gəmisi sadəcə görüntüdür". |
2014-03-10 | 11,232 | SMS-lər insanın əsəbini pozur - Psixoloq | "Mən adam tanıyıram ki, onlar bu SMS-lərdən sonra əsəbdən telefonu çırpıb sındırıblar". Bunu "Axar.az"a aldadıcı SMS-lərlə bağlı danışan psixoloq Dəyanət Rzayev deyib: "Bu mesajları müxtəlif formada qarşılayan insanlar var. Adam var ki, həmin SMS-ləri əyləncəli hesab edir və bu onun üçün problem yaratmır. Amma əksəriyyət insanlar bu SMS-lərdən əsəb keçirir. Hər gün 5-10 manat çörək pulu dalınca qaçan insanlar var ki, onların, necə deyərlər, başını qaşımağa vaxtı yoxdur. Həmin insanlar vacib SMS-lər gözlədikləri halda bu tipli mesajlarla qarşılaşırlar və istər-istəməz bu hal onlarda əsəb yaradır. Mən adam tanıyıram ki, onlar bu SMS-lərdən sonra əsəbdən telefonu çırpıb sındırıblar. O üzdən mən hesab edirəm ki, bu hər hansı bir formada tənzimlənməlidir". Mesajlar mənasız və bezdiricidir Bir neçə gün əvvəl parlamentin iclaslarından birində mobil operatorların hər gün istifadəçilərin mobil telefonlarına müxtəlif xarakterli reklam SMS-lərini göndərməsi və istehlakçıların hüquqlarının kobud şəkildə pozması ilə bağlı müzakirə keçirilib. Millət vəkili Elmira Axundova həmin mesajların onu da bezdirdiyini vurğulayıb: "Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa, belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara, yarışlara cəlb etmək halları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş-altı mobil telefon var, onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Bu hal daha çox "Bakcell" Mobil operatorunda müşahidə olunur. Mən müraciət edirəm ki, mobil operator müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün tədbirlər görsün". Xatırladaq ki, şikayətlər təkcə bir mobil operatora deyil, bütün mobil operatorlara qarşı yönəlib. Mobil operatorlar isə həmin xidmətlərin ayrı-ayrı firmaların həyata keçirdiyini, mesajların göndərilməsinə və həmin SMS-lərin məzmununa görə onların məsuliyyət daşımadığını qeyd edirlər. |
2014-03-11 | 11,233 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Tibbi-meteoroloji proqnoz martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman iolacaqdır. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır. |
2014-03-11 | 11,234 | Rusiya dağıstanlı desantları Krıma gətirdi | Bir müddət öncə rus hərbçiləri tərəfindən işğal olunan Qara Dəniz sərhəd bölməsinə qafqazlı desantlar gətirilib. "Axar.az"ın məlumatına görə, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən açıqlama verilib. Xidmətdən vurğulanıb ki, 12 saat bundan öncə ruslar sərhəd zastavasındakı heyəti qafqazlı silahlı desantlarla əvəzləyiblər. İlkin məlumata görə, onlar dağıstanlı xüsusi təyinatlılardı. |
2014-03-11 | 11,235 | Yadplanetlilərin qaçırdığı ilk adam – Şok/Fotolar | Polşalı professor Corc Adamski insana bənzəyən yadplanetli varlıqlarla təmasa keçdiyini söyləyən ilk adamdır. "Axar.az" türk mətbuatına istinadən bildirir ki, Adamskinin yadplanetlilərlə qarşılaşması və təması Frank Skuly tərəfindən yazılan "Uçan dairələr endi" adlı kitabda əks olunub. Adamskinin naməlum varlıqlarla təması 1952- ci ilin sonunda başlayıb. 20 noyabr 1952-ci ildə gəzinti məqsədilə Kaliforniyadakı Mohave çölünə gedən Adamski və yoldaşları hərbi reaktivlər tərəfindən izlənilən dairəvi şəkildə bir cism görüb. Disk formalı obyektin endiyini görən Adamski və yanındakılar yerə eniş edən vasitənin yanına getməyə qərar veriblər. Adamski burada əynində parçadan paltar olan bir "adam"ın ona yaxınlaşdığını görüb. Adamski özüylə telepatik olaraq ünsiyyət quran bu varlığın yer üzünə Veneradan gəldiyini öyrənə bilib. Atom bombalarından yayılan radiasiyanın təsirinin kosmosa qədər çatmasından narahatlıq duyduğunu bildirən yadplanetli varlıq bunun həm sivilizasiyaya, həm də digər aləmlərə mənfi təsir etdiyini deyib. Yadplanetli bundan əlavə Günəş sistemindəki və digər planetlərdən gələn bir çox varlıqlar tərəfindən ziyarət edildiyini bildirib. Bu qarşılaşmanı durbinlə müşahidə edən şəxslər hadisənin gerçək olduğuna dair yazılı ifadələr verib. Məlumatda o da bildirilir ki, Adamskinin yadplanetli ilə olan təması bu hadisədən sonra da davam edib və bu insana bənzər varlıqlar Adamskini uçan gəmiləri ilə kosmosa və ayın qaranlıq üzünə aparıb. Polşalı professor kosmosa etdiyi ilk səfərindəki müşahidəsini belə izah edir: "Sanki hər yanda milyardlarla may böcəyi eyni anda yanıb-sönürdü". Bu cür bir şərh təxəyyülün məhsulu ola bilməz. Astronavt Con Qlen də 20 fevral 1962-ci ildə dünya orbitindəykən durumu belə şərh etmişdi: "Ulduz olduğunu düşündüyüm bu kiçik şeylər əslində parlaq və yaşıl işıqlar idi. Bu görüntü may böcəklərinin gecə qaranlığında yaratdığı mənzərəni xatırladırdı. Burada onlardan minlərlə var". |
2014-03-11 | 11,236 | Dünya şokda: itən təyyarədən hələ də xəbər yoxdur | Malaziya sərnişin təyyarəsinin 7 mart tarixində itkin düşməsi dünya tarixinin ən böyük sirlərindən biri kimi göstərilməyə başlanıb. "Axar.az" xəbər verir ki, Malaziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə səfər edən "Boinq" tipli təyyarə qalxma saatından 2 saat sonra Viyetnam hava səmasında radarla əlaqəsi kəsilib və yoxa çıxıb. 230-dən çox sərnişini daşıyan təyyarənin yoxa çıxmasından 60 saatdan da çox vaxt keçməsinə baxmayaraq hər hansı məlumat əldə etmək mümkün olmayıb. Cənubi Çin dənizində aşkar olunan yağ təbəqələrinin də təyyarəyə məxsus olmadığı məlum olub. |
2014-03-11 | 11,237 | Elmar Məmmədyarov Minsk qrpunun həmsədrləri ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə bazar ertəsi görüş keçirib. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub. Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib. Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək bildirib ki, erməni tərəfinin konstruktiv yanaşmaması münaqişənin həllinə, bölgədə sülh və sabitliyin bərpasına və sülh prosesinin irəliləməsinə əngəl törədir. Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. |
2014-03-11 | 11,238 | Gəncə-Şəmkir yolunda yol terroru: ölən var - Foto | Gəncə-Şəmkir yolunda avtomobil piyadanın həyatına son qoyub. Bu gün axşam saat 22:45 radələrində Gəncə-Şəmkir avtomobil yolunun 6-cı kilometrində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncədən Şəmkir istiqamətində hərəkətdə olan "VAZ 2109" markalı avtomobil yolu keçmək istəyən naməlum piyadanı vurub. 40-45 yaşlarında olduğu ehtimal edilən qadın almış xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hazırda fakt üzrə araşdırma aparılır. (Kəpəz TV) |
2014-03-11 | 11,239 | Litva prezidenti: ”Rusiya çoxdan simasını itirib” | Krım ətrafında hadisələri müharibə həddinə gətirən Rusiya öz dəyərini və simasını itirdi. "Axar.az"ın məlumatına görə, bu bu sözləri Litva prezidenti Dalya Qribauskayte deyib. Litvanın LRT telekanalına müsahibə verən Qribauskayte vurğulayib ki, avropalı həmkarlarından biri simasının qorunması üçün Rusiyaya sonuncu şansın verilməsinin vacibliyini təklif edib: "Həmkarlarımdan biri dedi ki, Rusiyaya şans verməliyik, mən isə dedim – xeyr, Avropa öz simasının saxlanılmasının qeydinə qalmalıydı. Onsuz da Rusiyanın siması qalmayıb, yalnız Putinin sifətini görmək mümkündür. Avropa hələ də nələrin baş verdiyini dərk etmir". |
2014-03-11 | 11,240 | “Bücürük” iflas etdi | Türkiyənin ən məşhur uşaq geyim markalarından olan "Bücürük" iflas edib. "Axar.az" xəbər verir ki, məhkəmədən müddət istəyən geyim markasının tələbi nəzərə alınmayıb. Beliklə, "Bücürük" İrlandiyalı iş adamı tərəfindən alınıb. Dünyanın bir çox ölkəsində 150-dən çox mağazada məhsulları satılan "Bücürük" ötən il iyul ayında məhkəmədən möhlət istəmişdi. Məhkəməyə təqdim edilən ərizədə şirkətin 24 milyon lirə borcu olduğu qeydə alınıb. 8 ay davam edən məhkəmədən sonra "Bücürük"ün bağlanmasına qərar verilib. İldə 3 milyondan çox məhsul istehsal edən şirkətdə 270-dən çox adam çalışırdı. |
2014-03-11 | 11,241 | Şəmkirdə avtomobil ağaca çırpılaraq yandı | Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində yük avtomobilinin mühərriki, salonu və şam ağacı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-11 | 11,242 | Qara sarımsağın faydaları | Qara sarımsaq Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrinin mətbəxində çox istifadə edilir. Onun bu qədər istifadə edilməsi isə dadının şirin, qoxusuz və 10 qat daha təsirli olmasıdır. Bizim tanıdığımız adi sarımsağın yüksək istilik və çox nəmişlik olması şəraitində fermentləşdirilərək əldə edilən bu məhsulun bir çox faydaları var. Qara sarımsağın faydaları: Orqanizmin immun sistemini stimullaşdırır. Soyuqdəymədə xeyirlidir, qan təzyiqini sabitləşdirməyə çox faydalıdır. Tərkibi adi sarımsaqdan iki dəfə artıq antioksidlə zəngindir. Antioksid isə orqanizmi xəstəliklərdən müdafiə edir və qocalmanı ləngidir. Bundan başqa arteriyaların kirəclənməsini yavaşladır və yaraların sağalmasını sürətləndirir. Xərçəng xəstəliyinin yaranmasının qarşısını alır. Tez həzm olunur, ürəyi qoruyur. Qeyd: Hər gün yemək zamanı 1-2 diş sarımsaq yemək vacibdir. |
2014-03-11 | 11,243 | Biləsuvarda mağaza yandı | Biləsuvar rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik olan mağazanın (ümumi 144 kv.m) lambirdən ibarət tavanı 9 kv.m sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-11 | 11,244 | İngiltərə Rusiyaya sanksiya tətbiq edəcək | İngiltərə Baş naziri Devid Kameron Rusiyaya xəbərdarlıq edərək bildirib ki, Rusiya Krımı işğalına qarşı narahatlıqlara hər hansı cavab verməsə bir neçə gün ərzində sanksiyalarla üzləşə bilər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə Baş naziri Kameron Moskvaya Ukraynanı "əzib keçə bilməyəcəyinin" göstərilməsi lazım olduğunu ifadə edərək belə deyib: "Avropada son 70 ildir sülhü qorumağa çalışmışıq. Tarixdən də bilirik ki, xalqların əzilib keçilməsinə göz yummaq daha uzun müddətli problemlərin yaranmasına səbəb olur". Ölkələrin beynəlxalq qaydaları pozmasına göz yumulsa Böyük Britaniyanın da təhlükəsizliyinin risk altında qalacağını bildirən Kamerun belə vurğulayıb: "İngiltərə Krımı görməməzlikdən gəlməyəcək". Ukrayna Rusiya və Avropa arasında körpü rolunu yerinə yetirməlidir, deyən Kamerun qeyd edib ki, "Ukrayna öz gələcəyinə özü qərar verməlidir". |
2014-03-11 | 11,245 | Müxaliflər iki şəhəri ələ keçirdi - Video | Suriyanın Dəra və İdlib şəhərində hökumət qüvvələrinin nəzarətində olan bölgələrə müxaliflər tərəfindən təşkil edilən hücumlarda çoxlu rejim əsgərinin öldürüldüyü açıqlanıb. "Axar.az" Ərəb mətbuatına istinadən xəbər verir ki, Suriyada Əsəd ordusuna qarşı döyüşən müxalif qruplardan Nüsrət Cəbhəsi açıqlama verib. Açıqlamada deyilir: "Rejim nəzarətində olan Dəra və İdlib şəhərlərində rejim qüvvələrinə qarşı təşkil edilən əməliyyatlarda çoxlu rejim əsgəri öldürülüb. Nəzarətə götürülən ərazilərdə Suriya ordusuna aid yüngül və ağır silahlar ələ keçirilib. Dəra və İdlibdə keçirilən əməliyyatlar anbaan lentə alınıb. Həmin videonu təqdim edirik: |
2014-03-11 | 11,246 | Təhlədə ev yandı | Bərdə rayonu, Təhlə kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı evin 1 otağının, mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-11 | 11,247 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir k, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-11 | 11,248 | Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirildi | Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında cənazəni qarşılamağa gələnlər arasında Nərminin ailə üzvləri, dostları və onun yardım kampaniyasında yaxından iştirak edən şəxslər var idi. Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları gözyaşı içində qarşılayıblar. H.Əliyev adına Hava Limanında təxminən yarım saat çəkən sənədləşmədən sonra Nərminin cənazəsi ailə üzvlərinə təhvil verildi. Qeyd edək ki, yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Nərminin xaricdə müalicəsi üçün 150 min avro lazım idi. Qısa zamanda Nərmin üçün yardım kampaniyası başlanıldı. Kampaniyaya xeyli insan və təşkilat qoşuldu. Hətta məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəltdi. Hər kəsdə fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınan Nərminin sağlığa qovuşaraq vətənə qayıdacağı ümidi var idi. Amma olmadı... Martın 10-da Nərminin ölüm xəbəri gəldi. |
2014-03-11 | 11,250 | Bu gün Yel çərşənbəsidir | Bu gün Azərbaycanda Yel çərşənbəsidir. "Axar.az"ın məlumatına görə, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. |
2014-03-11 | 11,251 | İsrail çempionatında vəhşilik - Video | İsraildə çempionatının "Makkabi" (Hayfa) - "Bney Yehuda" matçında meydan sahiblərinin üzvü Ruben Rayos rəqib Rafi Dahanın ayağını sındırıb. "Axar.az" görüntünü təqdim edir: |
2014-03-11 | 11,252 | Tale bu dəfə Rza Zərrabın üzünə güldü | "17 dekabr rüşvət" əməliyyatı zamanı həbs olunan, 28 fevralda isə həbsxanadan sərbəst buraxılan azərbaycanlı iş adamı Rza Zərrabın bəxti at yarışlarında üzünə gülüb. "Axar.az" xəbər verir ki, R.Zərrab at yarışlarında uğur qazanıb. İş adamının sahib olduğu "El Ganador" adlı ingilis atı hipodromda həyata keçirilən 6-cı yarışda birinci olub. 1500 metr məsafədə qaçan "El Ganador" 6 rəqibini geridə buraxaraq sahibi R. Zərraba 28 min 500 lirə pul qazandırıb. Bununla da Zərrabın atının cəmi qazancı 209 min 750 lirəyə çatıb. |
2014-03-11 | 11,253 | Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb | Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 3 günlük istirahətdən sonra yeni iş gününün başlanması ilə əlaqədar Bakı-Sumqayıt yolunun hər iki istiqamətində tıxac müşahidə olunur. Hazırda yol polisi tıxacı aradan qaldırılması üçün müvafiq tədbirlər görür. |
2014-03-11 | 11,254 | Baş nazir Feysbukda saxta izləyici toplayırmış | İngiltərə Baş naziri Devid Kameronun Feysbukda izləyici sayını artırmaq üçün pullu reklam satın aldığı məlum olub. Bu da Baş nazirin ingilislər tərəfindən eqoist elan edilməsinə səbəb olub. "Axar.az" xəbər verir ki, ingilis mətbuatı Feysbukda yayımlanan reklamların 7 min 500 sterlinq dəyərində olduğunu təxmin edir. Bu səbəbdən də Baş nazirin izləyicilərinin sayının 1 ay ərzində 60 mindən 127 minə yüksəldiyi məlum olub. Qeyd edək ki, keçən həftə ABŞ prezidenti Obama ilə Ukrayna böhranı haqda telefonda danışarkən çəkdirdiyi bir şəkli Tvitterdə paylaşan Kameron uzun müddət sosial şəbəkələrdə lağa qoyularaq bir çox sənətçi və siyasətçi tərəfindən "maraq dəlisi" olmaqda günahlandırılmışdı. |
2014-03-11 | 11,255 | Bakıda qətl törədildi | Bakıda mübahisə qətllə nəticələnib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 10-u saat 22 radələrində, Binəqədi qəsəbəsi II Mədəndə yaşayanlar - Əliağa Quliyev mübahisə zəminində Xəqani Həsənova bıçaq xəsarəti yetirib. X.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Əliağa Quliyev tutulub. Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir ( Trend ). |
2014-03-11 | 11,256 | Emin Zükerberqin bacısı ilə - Foto | Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar, müğənni və iş adamı Emin Ağalarov dəyərli insanlarla görüşünə davam edir. Məlumata görə, Nyu-Yorkda səfərdə olan ifaçı bir neçə məşhurla görüş keçirib. Onlardan biri də Feysbuk sosial şəbəkəsinin yaradıcısı olan Mark Zükerberqin bacısı Randi Zükerberqdir. Müğənniliklə yanaşı bəstəkar və iş adamı kimi fəaliyyət göstərən sənətçi Randi ilə kamera önünə keçib. Daha sonra isə fotonu sosial şəbəkədə "Feysbukun dahi yaradıcısı Mark Zükerberqin bacısı Randi Zükerberqlə görüş" şərhi ilə paylaşıb. Bundan əlavə olaraq Emin Ağalarov Zükerberqlə görüşdüyü üçün şad olduğunu bildirib. Feysbuk və İnstaqramda yerləşdirilən foto izləyicilər tərəfindən maraqla qarşılanıb (ANS). |
2014-03-11 | 11,257 | Obamadan Nazarbayevə Ukrayna çağırışı | ABŞ prezidenti Barak Obama ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, B.Obama N.Nazarbayevi Ukraynada yaranmış problemin həllində fəal rol oynamağa çağırıb. "Liderlər Rusiya ilə Ukrayna arasındakı mübahisənin sülh yolu ilə həllinin tapılmasında ümumi maraq ifadə ediblər. Onlar razılaşıblar ki, suverenlik və ərazi bütövlüyü prinsipini dəstəkləmək vacibdir", - deyə Ağ Evin açıqlamasında bildirilir. B.Obama Ukrayna hadisələrini İspaniyanın baş naziri Mariano Rahoy ilə də müzakirə edib. |
2014-03-11 | 11,258 | Bakıda sex yandı | Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 25 kv.m olan təmir sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, təmir sexinə bitişik ümumi sahəsi 15 kv.m olan dərzi sexi yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-11 | 11,259 | Müsavat başqanının müavinləri Bakıya qayıtdılar | Martın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlı Bakıya qayıdıblar. "Axar.az" APA-ya istinadən məlumat verir ki, G. Aslanlı onların gecə saat 03:00 radələrində vətənə döndüklərini deyib. G. Aslanlı heç bir əsas gətirilmədən Rusiya hüquq-mühafizə orqanları tərəfindən Mahaçqalada saxlanıldıqlarını və geri göndərildiklərini bildirib. O, hadisə ilə əlaqədar bu gün partiyanın qərargahında mətbuat konfransı keçirəcəklərini söyləyib. |
2014-03-11 | 11,260 | Ramil Usubovdan məmur övladları ilə bağlı məxfi tapşırıq | Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin idarə rəisləri ilə məxfi görüş keçirib. "Axar.az"ın "Aznews.az"a istinadən məlumatına görə, o, vəzifəli şəxslərə övladlarına ciddi nəzarət etmək, ən əsası isə bahalı avtomobillərdən istifadə etməməyə dair ciddi tapşırıq verib. Ramil Usubov bildirib ki, son vaxtlar bəzi yüksək vəzifəli şəxslərin övladlarının sərvətləri, qiymətli əşyaları, avtomobilləri ilə bağlı bir-birinin ardınca yayılan məlumatlar ciddi müzakirələrə səbəb olur. Nazir bütün bunlardan nəticə çıxararaq, maksimum ehtiyatlı olmalarını, müzakirə mənbəyinə çevrilməmələrini tövsiyə edib. Nazir həmçinin, nazirlik əməkdaşlarına da bahalı avtomobillərdən istifadə etməməyi tapşırıb. Nazir deyib ki, maksimum "Toyota-Prado" avtomobilindən istifadə olunsun. |
2014-03-11 | 11,261 | “Ukrayna NATO-ya qoşulmalıdır” - Saakaşvili | Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan, Moldova və Ukraynanı NATO-ya qoşulmağa çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə keçmiş prezident Ukraynada baş verənlərə münasibət bildirərkən deyib. "Ukrayna, Gürcüstan və Moldova tez bir zamanda Avropa Birliyinə daxil olmalı və NATO-ya qoşulmaqla bağlı hərəkət planını imzalamalıdır" deyə Saakaşvili bildirib. Onun sözlərinə görə, belə olan halda Putinin rəqibləri potensial və fərqli faydalar görəcək. Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Ali Radasının bir neçə deputatı ölkənin NATO-ya inteqrasiyası ilə bağlı qanun layihəsini qeydiyyatdan keçirmişdilər. |
2014-03-11 | 11,262 | Axır ki, “Azərsu”nun donu açıldı – Ölən vəsaitlər | "Artıq yeni sayğacların quraşdırılmasına başlanılıb. Bu məqsədlə 6 yeni aparat da alınıb. Artıq bir çox sayğaca "itən" balans yerinə köçürülüb". Bu sözləri "Axar.az"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi. Xidmət rəhbəri qeyd etdi ki, abonentlərin narahatçılığına heç bir səbəb yoxdur: "İş başlayıb. Birinci mərhələdə bağ evlərində və binalarda olan sıradan çıxmış su sayğacları dəyişdirilir. Daha sonra şəhər evlərindəki sayğac problemi həll olunacaq. Proses bir qədər qəliz olduğundan həlli bir qədər uzanır. Hər bir abonentin balansında olan 1 kub suyu belə qaytarılacaq. Rəhbərlik bununla bağlı göstəriş verib. Çalışırıq ki, tez bir zamanda problemi həll edək". Qeyd edək ki, qarlı-şaxtalı günlərdə vətəndaşların smart-kart tipli su sayğacları sıradan çıxmışdı. "Azərsu" ASC sıradan çıxmış sayğacları öz hesabına yeniləri ilə əvəz etsə də, köhnə sayğacın balansındakı məbləğ yeni sayğaclara yüklənməmişdi və bu problem hələ də həllini tapmayıb. |
2014-03-11 | 11,263 | Tanınmış müğənni də həkim terroruna qarşı çıxdı | Tanınmış estrada ifaçısı Elmira Ələkbərzadə bəzi tibb işçilərini naşılıqda ittiham edib. Məlumata görə, o bu fikirlərini özünün Feysbuk səhifəsində yazıb. E. Ələkbərzadə bildirib ki, dövlət tibb işçiləri üçün lazımı şərait yaratsa da, onlar hələ də insanları şikəst və bədbəxt etməkdən çəkinmir: "Şəhərdə 20 faiz savadlı həkim qalıb. Onlardan da elə yapışmışıq ki, vətənimizdən çıxıb getməsinlər. Dövlətimiz tibb sahəsində çox gözəl işlər görüb və həkimlərimiz üçün şərait yaradıb. Savadınızı artırın, oxuyun ki, insanları bədbəxt etməyəsiniz. Dövlət başçımız bizim üçün hər şey edir, amma heç birimiz baş işlətmək, kitab oxumaq, savadımızı artırmaq istəmirik. Elə istəməyə-istəməyə yazıq insanları şikəst bədbəxt edirik. Həkimin ağılı, savadı olmalıdır, nəinki xalatda 4 dənə cibi..." ("AzNews.az"). |
2014-03-11 | 11,264 | Fətullah Gülən “Faynənşl Tayms”a köşə yazdı - Mesajlar | Fəthullah Gülən Londonda yerləşən və maliyyə dünyasının ruporu olan "Faynənşl Tayms"a Türkiyədə baş verən hadisələrə bağlı köşə yazısı yazıb. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Fətullah Gülən köşə yazısında Türkiyə hökumətini sərt tənqid edib. "Türkiyənin demokratiyanı qorumaq üçün yeni bir konstitusiyaya ehtiyacı var" başlıqlı yazıda AKP hökumətinə ağır tənqidlər yönəlib. Gülən yazır ki, hökumətin rəhbər kadrları arasında kiçik bir qrup ölkənin irəliləməsinin qarşısını məqsədli şəkildə kəsir. Türkiyədə hökumətə güvənən insanların etimadlarının və verdikləri dəstəklərin boşa çıxdığını yazan Gülən həm də Avropa Birliyi məsələsində Türkiyənin öz şansını itirdiyini qeyd edib. Siyasətə ordu müdaxiləsinin zəifləməsini və dominantlığın ordudan alınaraq vətəndaş cəmiyyəti idarəçilərinə verilməsi fikrini müdafiə edən Fətullah Gülən yazısında məhkəmə orqanlarına və internetə yönəlik yeni qadağa və qaydaları da sərt tənqid edib. Gülən bildirib ki, türk hökumətinin ölkə içində və xaricində öz etibarını yenidən qazanması beynəlxalq insan hüquqlarına, qanunun aliliyinə və hökumət prinsiplərinə bağlı qalması ilə mümkündür. Təriqət rəhbəri yazıb ki, bu öhdəliklərin içərisində vətəndaşların ərsəyə gətirəcəyi yeni demokratik konstitusiya da iştirak etməlidir: "Demokratiya İslam prinsipləri ilə ziddiyyət təşkil etmir. İslamın "həyat və din azadlığının qorunması" kimi əxlaqi hədəfləri demokratiya vasitəsilə, xalqa xidmət ilə eynilik təşkil edir". Düşüncə və ifadə azadlığının demokratiyanın əsas şərtlərindən biri olduğunu yazan Fətullah Gülən, Türkiyədə şəffaflıq və media azadlığının aşağı olmasının xəyal qırıqlığı yaratdığını vurğulayıb. Gülən yazısında bu fikirlərə geniş yer verib: "Yetkin insanlar tənqidə açıq olmalıdır. Əgər tənqid yerindədirsə, bu onların inkişafında faydalı olacaq. Ancaq gərəksiz yerə vəziyyəti gərginləşdirməmək üçün fərdlərin əvəzinə gərəksiz ideyaları tənqid etmək lazımdır". ABŞ-dan qayıtmayacağam Xidmət hərəkatının hər kəsə bərabər fürsət yaratmaq üçün 1970-ci illərdən bu yana çalışdığını qeyd edən Gülən öz tərəfdarlarının ölkənin rəhbərliyində imtiyazlı bir güc əldə etmək məqsədi olmadığını da xüsusi vurğulayıb. Yazısında Ərdoğanın "ölkəyə qayıt" çağırışına da cavab verən Gülən ABŞ-da ruhani inzivasını davam etdirəcəyini, hər hansı bir siyasi partiyanı dəstəkləməkdən də uzaq olacağını bildirib. Türkiyədə demokratiyanın oturuşması və indilər girdabına düşdüyü mənfi vəziyyətdən xilas olması üçün dua etdiyini dilə gətirən Gülən təməl demokratik prinsiplərin qəbul edilməsilə Türkiyənin bölgə və dünya üçün nümunə olacağını ifadə edib. |
2014-03-11 | 11,265 | Zakir Həsənov MN-ə yeni qayda gətirir - Daxili Qoşunlardan | Azərbaycan Müdafiə Nazirliyində yüksək rütbəli qonaqların qarşılanması qaydasına dəyişiklik edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yeni qaydaya əsasən, Azərbaycan Müdafiə Nazirliyinə gələn xarici ölkələrin müdafiə nazirləri, Baş Qərargah rəisləri və yüksək vəzifəli ordu rəsmiləri qarşılanma mərasimindən sonra nazirliyin foyesində "Şərəf Kitabı"nı imzalayacaq. Ötən gün Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri zamanı bu prosedurdan istifadə olunub. Türkiyə Silahlı Qüvvələrində yer alan bu qayda indiyədək Azərbaycanda yalnız DİN Daxili Qoşunlarında tətbiq edilib. |
2014-03-11 | 11,267 | Ziya Məmmədovdan marşurut sahiblərinə sərt xəbərdarlıq | Bakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus sahə olduğunu deyən nəqliyyat naziri bildirib ki, avtobus sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edib, müvafiq tövsiyələr verib. Nazir qeyd edib ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün deyil: "Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda tətbiq olunacaq" (AzərTAc). |
2014-03-11 | 11,268 | Qanunları kim pozur? | Martın 7-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olundu. əmişə olduğu kimi, bu dəfə də qəbul olunan qərarlar futbol ictimaiyyəti arasında birmənalı qarşılanmadı. İK bundan əvvəl qəbul etdiyi qərarları qüvvəyə minməmiş ləğv etməklə, Azərbaycan futbolunun xaosla idarə olunduğunu ortaya qoydu. Qəbul olunmuş qərarlardan aydın görünür ki, AFFA üçün qanun, əsasnamə anlayışı yoxdu. Qrum rəhbərliyi qərar qəbul edərkən kimlərinsə şəxsi maraqlarından çıxış edir, qanunların kağız üzərində yazılması üçün qəbul edildiyi görüntüsü yaradır. Növbəti dəfə Premyer-Liqadan hansısa klubun düşməyəcəyini elan etmək qanunlara hörmətsizliyin bariz göstəricisidi. AFFA prtezidenti protokol qaydalarını belə nəzərə almadan "mən "Sumqayıt"ın Premyer-Liqadan düşməsinə imkan verməyəcəm" deməklə, elə qanunların özü tərəfindən pozulduğunu göstərdi. Təbii ki, belə qeyri-sabit və qeyri-peşəkar idaretmə sistemində futbolun inkişafından danışmaq yersizdi. Futbolun inkişafını təmin etmək üçün ilk növbədə nizam-intizam və hamı üçün keçərli olan qanunlar lazımdı. Təəssüf ki, biz bunu AFFA-nın timsalında görmürük. AFFA prezidenti özü də etiraf etdi ki, futbola xərclənən vəsaitin nəticəsi yoxdu. Təbii ki, belə idarəetmə ilə nəticə olmamalıdı. Klubların mənafeyi tapdalanır Gəlin, AFFA İcraiyyə Komitəsinin çıxardığı və ləğv etdiyi qərarlara bir daha nəzər salaq. Ötən ilin mart ayında İK qərar qəbul etdi ki, 1-ci divizion klublarının heyətində 21 yaşa qədər 8 futbolçu çıxış etməlidi. Düşünülməmiş, Azərbaycan futbolunun reallıqları nəzərə alınmadan qəbul edilmiş qərar idi. Qərar qüvvəyə minməmiş avqustda keçirilən iclasda ləğv olundu. İK qərarı qəbul edəndən sonra öyrənə bilib ki, Azərbaycanda 21 yaşa qədər futbolçuların qıtlığı yaşanır. Qərar ləğv olundu, amma əvəzində daha bir absurd qərar qəbul olundu. Birinci dəstədə oynayacaq səviyyədə 21 yaşa qədər futbolçularını qıtlığı məlum ola-ola, İK qərar qəbul etdi ki, Premyer-Liqa klubları start heyətinə 21 yaşa qədər 2 futbolçu daxil etməlidirlər. Heç cür anlamaq olmurdu ki, İK bu qərarı hansı məntiqlə qəbul edib. Növbəti dəfə narazılıqlar baş qaldırdı. Növbəti dəfə İcraiyyə Komitəsi qərarı qüvvəyə minməmiş dəyişdirdi. Özü də klubların mənafeyinə zərbə vurmaqla. Fikir verin, avqustda qəbul edilmiş qərara əsasən klublar qış transfer pəncərəsi zamanı heyətə 21 yaşa qədər futbolçular cəlb etdilər. Müqavilə bağlandı, onlara müəyyən vəsait də ödənildi. Amma martın 7-də İK avqustda qəbul etdiyi qərarı ləğv etməklə klubların qışda etdiyi transferləri heçə endirdi. İndi həmin klublar neynəməlidi? Onların transfer etdiyi futbolçular artıq bu klublara lazım deyil. Üstəlik klublar bu futbolçulara ödədikləri vəsaiti də havaya sovurmuş oldular. AFFA-nın belə qeyri-peşəkar idarəçiliyi istər-istəməz futbol təsərrüfatında xaos formalaşdırır. Messi yox, Banişevski nümunəsi Ötən il çempionatın 10 komandalı sistemlə keçirilməsinə qərar verilib. Bu mövsüm "Sumqayıt"ı elitada saxlamaq üçün Premyer-Liqada klubların sayı yenidən artırılır. Nəyin xətrinə? AFFA rəsmiləri deyirlər ki, "Sumqayıt"da gənc futbolçular çıxış edirlər. Absurddu. "Sumqayıt"ın "İnter"lə oyunda meydana çıxan futbolçularının orta yaş həddi 24-dü. 24 yaş futbolda heç vaxt gənclik dövrü hesab edilmir. Avropda gənc futbolçu meyarı 17-18 yaş arasında qəbul edilir. İndini demirik ha, elə əvvəllər də belə olub. Messi 23 yaşında artıq 3 "Qızıl Top" almışdı. Runi 17 yaşında "Mançester Yunayted"ə transfer olunmuşdu. Azərbaycan futbol məktəbinin yetirməsi Anatoli Banişevski 1966-cı ildə İngiltərə kraliçasından "Bakı nefti sovetlər üçün nə qədər əhəmiyyətlidirsə, sizin də oyununuz SSRİ yığması üçün o qədər önəmlidi" kəlmələrini eşidərkən cəmi-cümlətanı 19 yaşda idi. Banişevski SSRİ boyda nəhəng dövlətin formasını geyinərkən isə 18 yaşındaydı. Necədi? İndi AFFA "Sumqayıt"ın heyətində oynayan 24-25 yaşlı "gənclərə" görə Azərbaycanın futbol təsərrüfatının altını üstünə çevirir. Qurban Qurbanovun verdiyi dərs İK-in qəbul etdiyi daha bir qərara görə növbəti mövsümdən komandaların heyətində yerli futbolçuların sayı artırılacaq. Limit 6+5 olacaq. Bu addım klub futbolunun inkişafına arxadan vurulan zərbədi. Bu qərardan sonra yerli futbolçuların yüksək olan qiyməti istər-istəməz qalxacaq. Yerli futbolçuların illik məvacibi onların dəyərini onsuz da qat-qat üstələyirdi. Bu qərardan sonra Mahir Şükürov hər hansı bir klubun illik 500 min manatlıq təklifinə heç gözünün ucu ilə də baxmayacaq. O, artıq 700-800 min manat tələb edəcək. Etiraf etmək lazımdı ki, Azərbyacanda futbolçu potensialı yoxdu. Klub komandaları səviyyəsində qazanılan nisbi uğurlar da əcnəbilərin hesabına baş verib. "Neftçi" Avroliqanın qrup mərhələsinə əcnəbi futbolçuların ustalığı sayəsində düşə bildi. Elə "Qarabağ"ın da Avroliqadakı uğuru birbaşa legionerlərlə bağlıdı. Hazırda çempionatın lideri olan "Qarabağ" parlaq oyun göstərir. Kimin hesabına? Təbii ki, legionerlərin. Azərbaycan çempionatının sonuncu turunda "Bakı" ilə qarşılaşmada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adi bir əvəzetmə ilə AFFA rəsmilərinin qəbul etdiyi qərarların absurdluğunu çılpaqlığı ilə göstərdi. Qurban Qurbanov oyunun 78-ci dəqiqəsində Leroy Corcu Vüqar Nadirovla əvəzlədi. Bu dəyişikliyə qədər meydanda legionerlərin sayı yerlilərin sayından çox idi. "Qarabağ" da parlaq, baxımlı oyun göstərirdi. Vüqar Nadirovun meydana daxil olması ilə balans dəyişdi. Yerlilərin sayı legionerlərdən çox oldu meydanda. Bununla da "Qarabağ"ın oyun keyfiyyəti də xeyli aşağı düşdü. Qurban Qurbanov adi bir əvəzetmə ilə hər kəsə hər şeyi çılpaqlığı ilə anlatdı. Anlatdı ki, növbət mövsüm 80-ci dəqiqəyə qədər olan yox, ondan sonra meydanda olan "Qarabağ"ı görəcəksiz. Amma nə yazıq ki, İK üzvlərinin futbola baxışı belə işarələri anlamaq üçün yetərli deyil. Yetərli olsaydı, onlar Azərbaycan futbolunun kürəyinə arxadan zərbə vurmazdılar ki... |
2014-03-11 | 11,269 | "Burnuvuz girməyən yerə..." - TV-də inanılmaz hava proqnozu | "Burnuvuz girməyən yerə başuvuzu soxmayın". "Axar.az" "Hamam-Tayms"a istinadən xəbər verir ki, bu məzəli sözləri Şəkidə yayımlanan "Kanal S" televiziyasının hava proqnozunu təqdim edən aparıcı çıxışının sonunda deyib. Aparıcının 8 mart günü öz şirin Şəki ləhcəsi ilə təqdim etdiyi "proqnoz" əvvəldən axıra kimi bu tip məzəli sözlərlə dolu olub. Şəki lətifələrini xatırladan həmin məzəli "hava proqnozu"nu təqdim edirik. |
2014-03-11 | 11,270 | Bakıda sərxoş məktəbli adam bıçaqladı | Bakıda orta məktəb şagirdi 24 yaşlı şəxsi bıçaqlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Aşıq Qurban küçəsi, 25 ünvanında yerləşən 165 saylı orta məktəbin həyətində qeydə alınıb. Bakı şəhər sakini 10-cu sinif şagirdi Ramiz İlham oğlu Babayev aralarında yaranan münaqişə zəminində 1991-ci il təvəllüdlü Emin Zahid oğlu Qasımovu bıçaqlayıb. Hadisəni törədən R.Babayev tutulub. Polisdən bildirilib ki, R. Babayev hadisəni törədən vaxt sərxoş vəziyyətdə olub. |
2014-03-11 | 11,271 | Rusiya Krımın birləşdirilməsinə martın 21-də baxacaq | Rusiya Dövlət Duması Krımın bu ölkəyə birləşdirilməsi məsələsinə martın 21-də baxacaq. "Axar.az" xəbər verir ki, bu barədə "Vahid Rusiya" Partiyasının deputatı Vyaçeslav Nikonov bildirib. Onun sözlərinə görə, martın 17-nə kimi layihənin qeydiyyat prosesi başa çatdırılacaq, 21-də isə müzakirəyə çıxarılacaq. |
2014-03-11 | 11,272 | 9 ay komada qalan yeniyetmə öldü | "Gəzi Parkı" hadisələri zaman çörək almağa gedərkən başından bibər qazı ilə vurulan və 269 gün komada qalan Bərkin adlı yeniyetmə bu gün vəfat edib. "Axar.az" xəbər verir ki, keçən ilin may-iyun aylarına təsadüf edən "Gəzi" hadisələri zaman evdən çıxaraq dükana çörək almağa gedən 14 yaşlı Bərkin başından bibər qazı fişəngi ilə vurulduğu üçün ağır yaralanmışdı. 269 gün komada qalan və 45 kiloqramdan 16 kiloqrama qədər arıqlayan Bərkin Əlvan bu gün vəfat edib. Acı xəbəri ailəsi Tvitterdə "Xalqımıza: Saat 07:00-da Bərkin övladımızı itirdik. Başımız sağ olsun", - deyə tvit ataraq diqqətə çatdırıb. |
2014-03-11 | 11,273 | Azərbaycanda ilk milli mobil oyun hazırlandı | Azərbaycan proqramçıları ilk milli oyun olan "Qobustan"ı istifadəyə verib. "Axar.az" xəbər verir ki, "Prosper Cartoon Studio" tərəfindən hazırlanan oyunu İOS və Android platformasında çalışan telefonlara, planşetlərə yükləmək olar. Martın 10-da istifadəyə verilən "Qobustan"ı həmçinin feysbuk istifadəçiləri də onlayn rejimdə oynamaq imkanına malikdir. |
2014-03-11 | 11,274 | Metrodakı aksiyanın təfərrüatı məlum oldu – Şok | Ticarətçilərin Bakı Metroliteninə hücumunun təfərrüatı məlum olub. Söküləcək obyektlərin əksəriyyəti keçmiş rəis Tağı Əhmədovun qohumlarına məxsusdur. Bununla bağlı "Axar.az"a Metropolitendə işləyən mənbə məlumat verib. Onun sözlərinə görə, metro keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər. Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib. Mənbə eyni zamanda qeyd edib ki, rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra Metropolitendə ticarət bərpa olunacaq. Bundan başqa, yeni rəhbərliyin Metropoliten idarəsində Tağı Əhmədovun kadrlarını vurduğu da bildirilib. Hələ T.Əhmədov vəzifəsindən uzaqlaşdırılandan 1 gün əvvəl onun yaxın adamı hesab olunan baş mühəndis Fuad Tağızadə işdən çıxarılıb. Amma Əhmədovun qaynı, 1-ci müavin Arif Rəsulov "yaxşı kadr olduğu üçün" hələ öz vəzifəsində saxlanılıb. Xatırladaq ki, hazırda Bakı Metropolitenin qarşısında obyektləri sökülən narazı ticarətçilərin aksiyası keçirilir. |
2014-03-11 | 11,275 | Zakir Qaralovdan prokurorlara gözlənilməz qadağa | Azərbaycanda prokurorluq işçilərinə iş yerlərində smartfon tipli mobil telefonlardan istifadə qadağan edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, prokurorluq işçilərinin və vətəndaşların smartfon tipli cihazlarla prokurorluğun inzibati binalarına girişi qadağan edilib. |
2014-03-11 | 11,276 | Metropoliten rəisi fövqəladə toplantı keçirir- Video/Yeniləndi | *** 12:42 Bakı Metropolitenin qarşısında keçirilən aksiya zamanı 3 nəfər saxlanılıb. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saxlanılanlardan birinin adı məlum olub. Bəxtiyar adlı şəxs Yasamal Rayon Polis İdarəsinə aparılıb. Məlumata görə, Bakı Metropoliteninin yeni rəisi Zaur Həsənovun köməkçisi etirazçılarla görüşərək, onlara mallarını satmaq üçün 1 həftə vaxt verildiyini deyib. O, bildirib ki, yalnız 1 həftədən sonra ticarət obyektlərinin sökülüb-sökülməməsinə qərar veriləcək. Xatırladaq ki, bu gün metro keçidlərindəki ticarət obyektlərinin sahibləri "Elmlər Akademiyası" stansiyasına hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər. Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Hadisə ilə bağlı yeni məlumatları təqdim edəcəyik. *** 13:30 Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov toplantı keçirir. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, bu barədə məlumatı Metropolitendən bildirilib. Vurğulanıb ki, hazırda Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslər toplantıda iştirak edir. İclasın təfərrüatları haqda məlumat verilməsə də ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu deyilir. |
2014-03-11 | 11,277 | Qar yağacaq - Xəbərdarlıq | Temperatur 5-7 dərəcə düşəcək, güclü şimal-qərb küləyi əsəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq martın 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Martın 12-dən 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək. |
2014-03-11 | 11,278 | Yanukoviç canlı yayımda bəyanat verir - Video | Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiyanın Rostov şəhərində növbəti mətbuat konfransını keçirir. "Axar.az" xəbər verir ki, saat 13:00-da başlayan konfrans canlı yayımlanır. Yanukoviç açıqlamasında baş verənlərin günahkarının yeni hökumət olduğunu deyib. Onun sözlərinə görə, yeni hökumət ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsini onun və Rusiyanın üzərinə atmaq istəyir: "Mən bununla heç vaxt razılaşmayacam. Mən burada günahkar deyiləm". |
2014-03-11 | 11,279 | Bəşir Səfəroğlu 90 yaşına girdi - Video | Bu gün görkəmli aktyor Bəşir Səfəroğlunun doğum günüdür. "Axar.az" xəbər verir ki, bu gün Azərbaycanın görkəmli aktyorun doğum günüdür. Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb. On dörd yaşından şoferlər klubunun dram dərnəyinə gedib. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə cəbhədən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşını sürücüsü işləyib. Bir müddət sonra onu aktyor truppasına qəbul ediblər. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb. Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Səlyanski və Qəhrəman ("Gözün aydın") və onlarla başqa obrazdır. Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.Sənət uğurlarına görə B. Səfəroğluna Əməkdar artist və 1968-ci ildə Xalq artisti fəxri adları verilib. İstedadlı sənətkar 1969-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır. |
2014-03-11 | 11,281 | Prezident Türkiyənin Quru Qoşunları komandanını qəbul etdi | Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, görüş zamanı dövlət başçısı bildirib ki, Türkiyə Quru Qoşunları komandanı H.Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib. H.Akar isə ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayıb. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan H.Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını deyib. |
2014-03-11 | 11,282 | Bakılı iş adamından Arda Turanın nişanlısına təklif | Türkiyəli aktrisa, futbolçu Arda Turanın keçmiş nişanlısı Sinəm Kobal bir müddət əvvəl Bakıya gəlib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Azərbaycana yaxın rəfiqəsi, stilist Kəmalə İbrahimovanı ziyarət etməyə gələn Sinəm Kobala Bakıda iş təklif olunub. Kəmalə İbrahimovanın "De Camie" adlı markasının təqdimatı üçün təşkil edilən nümayişdə Sinəm Kobal da iştirak edib. Təqdimatda aktrisaya Azərbaycanın adı çəkilməyən biznesmenindən iş təklifi edilib. Xatırladaq ki, Kəmalə İbrahimova Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızıdır. |
2014-03-11 | 11,283 | Yol terroru: ölən və yaralanan var | Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dünən gecə Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. M.Hüseynov hadisə yerində ölüb. Onun sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. |
2014-03-11 | 11,284 | Krım parlamenti müstəqillik aktını qəbul etdi | Krım Radası müstəqilliklə bağlı deklorasiya qəbul edib. "Axar.az"ın Krım parlamentinin saytına istinadən verdiyi məlumata görə, keçirilən səsvermə zamanı 78 deputat qanunun lehinə səs verib. Müstəqillik aktına əsasən Krım müstəqil suveren dövlət kimi referendumdan sonra subyekt kimi Rusiyanın tərkibinə daxil olmaqla bağlı Rusiya Federasiya Şurasına müraciət edəcək. |
2014-03-11 | 11,285 | Azərbaycan plastik manata keçir – Ekspert rəyi | "Plastik pullardan o ölkələrdə istifadə edilir ki, həmin ölkələrdə valyuta tam şəkildə oturuşub". Bunu "Axar.az"ın Azərbaycanda plastik pulların istifadəsinin mümkünlüyü ilə bağlı suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirdi: "Hazırda plastik pullardan bir çox ölkələrdə istifadə edilir. Son bir neçə ildə bir çox dövlətlərdə bu məsələ aktuallaşmaqdadır. Azərbaycanda həmin pulların istifadə edilməsi üçün onun kağız pullardan fərqini bilmək lazımdır. Əvvəla, onu deyim ki, plastik pullar baha başa gəlsə də, onun yenilənməsinə, yeni pul çapına ehtiyac olmur. Digər məsələ isə odur ki, hazırki texnologiya ilə hazırlanan plastik pulları saxtalaşdırmaq mümkün deyil". Ekspertin fikrincə, qarşıdakı 10-15 ildə Azərbaycanda plastik pulların kağız pullarla əvəzlənməsi mümkün deyil: "Bu pullardan o ölkələrdə istifadə edilir ki, həmin ölkələrdə valyuta tam şəkildə oturuşub və valyutanın yaxın 20-30 ildə dəyərdən düşməsi, denominasiya olması gözlənilmir. Amma Azərbaycanda bazar iqtisadiyyatına keçid baş versə də, hələ lazımı səviyyədə oturuşmayıb. Yəni rəqabət mühiti zəifdir, monopoliya bütün proseslərə müdaxilə edir. Azərbaycan manatı hələ özünü tam sərbəst saxlamaq iqtidarında deyil, yəni tam konvertləşmək imkanına malik deyil. Azərbaycan manatı Mərkəzi Bank tərəfindən xərclənən vəsaitlər hesabına öz kursunu saxlaya bilir. Gələcək 10-15 il üçün milli valyutanın sabit olacağını demək olmaz. Əgər bu gün manat sərbəst buraxılsa, onun dəyəri indikindən 50 faiz aşağı olacaq. Məhz buna görə hesab edirəm ki, Azərbaycanda plastik pullara keçid hələ münasib deyil". Xatırladaq ki, dünyada kağız əsginasların plastik (polimer) pullarla əvəzlənməsi ilə bağlı müəyyən praktika mövcuddur. Avstraliya ilk ölkədir ki, polimer əsginasları dövrəyə buraxıb. 1988-ci ildə inqilabi dəyişikliyə imza atan Avstraliya Mərkəzi Bankı ilk olaraq 10 dolların plastik versiyasını hazırlayıb. Kanada isə 2013-cü ildə ilk polimer pulları istifadəyə buraxıb. Ötən ilin dekabrında isə İngiltərənin Mərkəzi Bankı kağız pulların plastik əsginaslarla əvəzlənəcəyi ilə bağlı bəyanat vermişdi. "Bank of England"in məlumatına görə, plastik əsginaslara keçidlə bağlı işlər 2016-cı ildə tamamilə yekunlaşacaq. İlkin olaraq 5 sterlinqlik əsginasın hazırlanması gözlənilir. İlkin dəyərləndirməyə görə onlar kağız əsginaslardan 6 dəfə çoxömürlü olacaq. Bundan başqa, təmizlik baxımından daha ideal, daha etibarlıdır. Hətta 120 dərəcə istilikdə yuyulmağa məruz qoyulsa belə, xarab olmur. |
2014-03-11 | 11,286 | “Barselona” məşqçisini qovur | İspaniyanın "Barselona" klubunun baş məqşçisi Xerardo Martino mövsümün sonunda komandanı tərk edəcək. Qeyd olunur ki, klub rəhbərliyi argentinalı mütəxəssisə inamını itirib, o özü də komandada qalmaq istəyini bildirməyib. Beləliklə, yaxın vaxtlarda tərəflər müddəti 2015-ci ilin yayında başa çatan müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə danışıqları başa çatdıracaqlar. Hazırda "Barselona" 63 xalla turnir cədvəlinin 3-cü pilləsindədir ("Trend"). |
2014-03-11 | 11,287 | Çeçen mücahidləri bir ayda keçirdiyi əməliyyatları açıqladı | Qafqaz Əmirliyi Əmirlik torpağında 2 fevral-2 mart tarixləri arasında həyata keçirilən hərbi fəaliyyətlərin hesabatını yayımlayıb. "Axar.az" Əmirliyin rəsmi informasiya agentliyinə istinadən həmin hesabatı təqdim edir: Çeçenistan Mücahidlər tərəfindən təşkil olunan bütün əməliyyatlar: 3 Vacib əməliyyatlar: 2 1) Rus işğalçılarının və Kadırovun əsgərlərinin Sunjenski qəsəbəsinin Bamut kəndi yaxınlığında tələyə salınıb. 2) Açhoy-Martanın Yandi kəndi yaxınlığında Kadırovun əsgərləri tələyə salınıb və əməliyyat zaman bir hərbi helikopter vurulub. Öldürülən əsgər: 13 Yaralanan əsgər:15 Məhv və ya zərər verilən vasitə: 1 helikopter Rus işğalçıları və tərəfdarları tərəfindən həyata keçirilən cinayətlər: 295 nəfər qaçırılıb. İnquşetiya Mücahidlər tərəfindən həyata keçirilən bütün əməliyyatlar: 2 Vacib əməliyyatlar: 1 Dağıstan Mücahidlər tərəfindən həyata keçirilən bütün əməliyyatlar: 4 Vacib əməliyyatlar: 2 Qunib qəsəbəsinin Soqrat kəndində rus hərbi vasitələrinə qurulan tələ Öldürülən əsgər: 3 Yaralanan əsgər: 1 Məhv edilən və yaxud zərər verilən vasitə: 2 hərbi "Kamaz" Uçurdulan və ya zərər verilən bina: 1 Rus işğalçıları və tərəfdarları tərəfindən işlənən cinayətlər: Müsəlmanlara aid 6 ev uçurdulub 20 kişi, 7 qadın qaçırılıb Kabardi-Balkar və Qaraçay Birləşmiş vilayəti: Mücahidlər tərəfindən həyata keçirilən bütün əməliyyatlar: 2 Vacib əməliyyatlar: 1 1) Şimal-şərq bölgəsində rus işğalçılarına casusluq edən, bir çox məsum müsəlman və mücahidin qətl edilməsində və həbs edilməsindən məsuliyyət daşıyan Aslan Nırovun öldürülməsi. Öldürülən əsgər: 2 Məhv edilən və ya zərər verilən düşmən binası: 1 Rus işğalçılarının və tərəfdarları tərəfindən həyata keçirilən cinayətlər: Öldürülən: 1 nəfər Qaçırılan: 39 nəfər Noqay Stepləri vilayəti Rus işğalçıları və tərəfdarlı tərəfindən həyata keçirilən cinayətlər: Mirniy kəndinin axundu Şamil Xubiyevin qaçırılması. Qafaz Əmirliyinin statistikasının cəmi Mücahidlər tərəfindən həyata keçirilən bütün əməliyyatlar: 10 Öldürülən düşmən: 19 Yaralanan düşən: 10 Şəhidlər: 17 Məhv edilən və ya zərər verilən düşmənə aid vasitələr: 3 (helikopter daxil olmaqla) Uçurulan və ya zərər verilən düşmən binası: 2 Rus işğalçıları və tərəfdarları tərəfindən həyata keçirilən cinayətlər: Müsəlmanlara aid 6 ev uçurulub, 1 avtomobilə zərər verilib Öldürülən: 1 nəfər Qaçırılar: 354 kişi, 7 qadın |
2014-03-11 | 11,288 | XİN: “Əlhəmdülillah, hələ ki, hərbi gərginlik olmayıb” | Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Krımdakı gərginliyin azalması üçün bütün diplomatik imkanlardan istifadə etdiklərini söyləyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu Karib Birliyi (CARİCOM) Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısından sonra Krımdakı durumla bağlı Türk mətbuat nümayəndələrinə açıqlama verib. Davudoğlu Krım və Ukraynadakı vəziyyətlə bağlı verilən suala cavab olaraq minlərlə kilometr uzaqda olmalarına baxmayaraq, Krımda baş verənləri yaxından izləməyə davam etdiklərini deyib. Mövzuyla əlaqədar olaraq Krım Tatar Milli Məclis spikeri və millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və digər səlahiyyətli nümayəndələrlə telefonla danışaraq fikir mübadiləsi apardığını dilə gətirən Davudoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (AGİT) problemə cəlb etməyə çalışdıqlarını qeyd edib. Ölkədəki gərginliyin azaldılması və Krımdakı referendumun təxirə salınmasının əhəmiyyətli olduğunu vurğulayan Davudoğlu belə davam edib: "İndiyə qədər heç bir nəticə olmadı, ancaq əlimizdən gələn bütün diplomatik imkanları istifadə edərək bu gərginliyin azaldılması və Krım probleminin beynəlxalq hüquqa uyğun şəkildə, ölkələrin torpaq bütünlüyü qanunu çərçivəsində həll olunması üçün səy göstərməkdəyik. Xüsusilə Krımda Tatar qardaşlarımızın, soydaşlarımızın zərər görməməsi üçün əlimizdəki bütün imkanlardan istifadə edirik. Əlhəmdülillah, bu vaxta qədər də bütün gərginliyə baxmayaraq, hələ ki, hər hansı hərbi gərginlik olmayıb". |
2014-03-11 | 11,289 | Türkiyə özünün ultramüasir raketini sınaqdan keçirdi - Video | Türkiyə Silahlı Qüvvələri yeni tank əleyhinə idarəolunan MIZRAK-U raketini sınaqdan keçirib. "Axar.az" xəbər verir ki, raket "Cobra AH-1S" helikopterindən buraxılıb və 3.5 kilometr məsafədə yerləşdirilmiş hədəfi dəqiqliklə vurub. "Roketsan" şirkətindən verilən məlumatda bildirilib ki, MIZRAK-U T-129 hücum helikopterlərində istifadə olunacaq. 2015-ci ildən kütləvi istehsalına başlanılacaq raketin hədəfi vurma uzaqlığı 8 kilometr təşkil edir. |
2014-03-11 | 11,290 | “Axar.az” saytı Rusiyada qadağan olundu - Fotofakt | "Axar.az" saytı Rusiyada qadağan edildi. Bu barədə saytımıza məlumat rusiyalı oxucularımızdan verilib. Saytımızın qadağan olunmasına əsas səbəb kimi guya onun Rusiya Federasiyasının internet haqqında tətbiq etdiyi yeni qaydalara cavab verməməsi, konkret olaraq ekstremizmi və millətçiliyi təbliğ etməsi göstərilib. Qeyd edək ki, Rusiyada yeni qəbul olunmuş qaydaya əsasən insanlar üçün təhlükəli material yayımlayan saytlara giriş qadağan edilib. Qaydalara əsasən yayımlanan saytlarda uşaq pornoqrafiyası, narkotik və psixotrop maddələrin hazırlanmasına yardım edən, eləcə də intihara çağırış dolu ifadələr yer alırsa, bunlar avtomatik olaraq ölkə ərazisində qadağan olunur. Bu siyahıya həmçinin ekstremizmi təbliğ edən saytların da adı daxil edilir. |
2014-03-11 | 11,291 | Krım hakimiyyətinin 20 faizi tatarlara verildi – Son dəqiqə | Krım Parlamenti hökumətdəki yerlərin 20%-ni tatarlara verəcəyini vəd edib. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib. Parlamentdə tatar dilinin rus və ukrayn dilindən sonra Krımda öz statusunun olacağı ilə bağlı qərar qəbul edilib. Qərara əsasən Krım Tatar Məclisi də parlament tərəfindən leqallaşdırılıb. Qərarın lehinə 81 deputat səs verib. Səsvermə zamanı Tatarıstan Prezidenti Rustəm Minnaxanov da iştirak edib. Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov isə parlamentə gəlməkdən birmənalı olaraq imtina edib. Qeyd edək ki, bir müddət öncə Refat Çubarov tatarları Krımda keçiriləcək referendumu boykot etməyə çağırmışdı. |
2014-03-11 | 11,292 | Gülən üçün tikilən “Ağ ev”in görüntüləri yayıldı - Fotolar | Türkiyədə Fətullah Gülənə aid olduğu iddia edilən möhtəşəm bir malikanənin fotoları yayılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akın İpəyin Fətullah Gülən üçün tikdirdiyi iddia edilən malikanə möhtəşəmliyi ilə ABŞ-ın Prezident iqamətgahından geri qalmır. Ağ Evin qarşısındakı dörd sütun, üçbucaq damlı giriş elementləri olduğu kimi Ankarada tikilən malikanədə də istifadə edilib. Ağ Evin qarşısında olan su hovuzu belə Ankaradakı malikanədə yaddan çıxmayıb. Türkiyənin paytaxtı Ankarada 14 min kvadrat metrlik sahədə ucalan malikanə Akın İpəyin şirkətinə aid torpaq sahəsinində inşa edilib. Bu malikanənin məhz İpəyin torpaq sahəsində yerləşməsi, onun bir vaxtlar Gülən üçün dediyi "Bir təbəssümünə bütün var-dövlətimi verərəm" sözlərini gündəmə gətirib. Malikanə Çanqayadakı Prezident İqamətgahından daha yuxarıda, Orta Doğu Texniki Universiteti (ODTU) meşəliyinə yaxın bölgədə yerləşir. Malikanədə son vaxtlar qızğın iş getməsi və 2013-cü il oktyabrın 1-i tikintinin əvvəlki inşaat şirkətindən alınıb səfirlik və icra nümayəndələrinə mənsub evlərin tikintisi ilə məşğul olan V sinfi A qrupu inşaat şirkətinə verilməsi də buranın adi bağ evi deyil, diplomatik mərkəz, ya da saray ola biləcəyi ehtimalını gücləndirir. Türkiyədə bu sarayın Fətullah Gülənin ölkəyə qayıdış günü üçün tikildiyi söz-söhbətləri gəzir. Ərazinin demək olar ki, yarısı qədər olan 7 min 179 kvadrat metr bağlı sahəsi olan möhtəşəm kompleksin içində əsas binanın xaricində qonaq evi, qonaq salonu, soba və hovuz üçün də ayrı binalar tikilib. Əsas bina 3 mərtəbədən ibarətdir və 5 min 653 kvadrat metrlik sahədə yerləşir. Əsas binanın xaricində 5 ayrı binanın tikintisi də davam edir. Qonaq evinin qarşısındakı hovuzun genişliyi 141 kvadrat metrdir. |
2014-03-11 | 11,293 | Ukrayna Qərbə müraciət etdi – “Bizi qoruyun!” | Ukrayna Ali Radası "Ali Radanın Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrə müraciəti" haqqında Qanunu qəbul edib. "Axar.az" xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 263 deputat qanunun lehinə səs verib. Müraciətdə bildirilib ki, Budapeşt memorandumuna əsasən Ukraynanın təhlükəsizliyinin qarantı olan Böyük Britaniya və ABŞ öz öhdəliklərini yerinə yetirməlidirlər. Bundan başqa deputatlar Rusiyadan öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və dövlətin ərazi bütövlüyünə qarşı təcavüzdən əl çəkməyi tələb ediblər. Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ilin dekabrın 5-də Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya tərəfindən Ukraynanın nüvəsiz statusu ilə bağlı imzalanıb. Razılaşmada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü təminat verən maddələr də yer alıb. |
2014-03-11 | 11,294 | Nərmin Hüseynlini öldürən həkimləri nə gözləyir? | "Həkim səhlənkarlığının qurbanlarına qanun nə mənəvi, nə maddi təzminat nəzərdə tutur". Müalicəsi üçün gənclərin vəsait toplayıb Türkiyəyə göndərdiyi 17 yaşlı Nərmin Hüseynlinin ölüm xəbəri Azərbaycan səhiyyəsinin bərbad vəziyyətini sübut etməyə kifayət etdi. Səhv diaqnoz nəticəsində qalxanvari vəzidən əməliyyat olunan Nərminin xərçəng xəstəliyinə tutulmasını ancaq İran həkimləri müəyyən edə bildi. Həkim səhlənkarlığının nə ilk, nə də sonuncu qurbanı olan N. Hüseynli bu gün dəfn edilsə də, onun ölümündə əli olanlardan kiminsə məsuliyyətə cəlb ediləcəyi inandırıcı görünmür. Həkim səhlənkarlığının qurbanı olan 17 yaşlı gənc qıza və ailəsinə qanun heç bir maddi, mənəvi təzminat nəzərdə tutmur. "Axar.az"a danışan hüquqşünas Müzəffər Baxışov Azərbaycanda ümumiyyətlə belə bir təcrübənin olmadığını deyir: "Konstitusiyada da həkim səhlənkarlığının qurbanı olan insanlara hansısa təzminat, mənəvi və ya maddi yardım nəzərdə tutacaq maddə yoxdur. Belə hallarda dövlət ancaq ölən şəxsin dəfn xərclərini qarşılayır. Ancaq bu da bəzi hallarda mümkündür. Əgər ailə sübut etsə ki, həqiqətən də ölən və ya şikəst qalan şəxs həkim səhlənkarlığının qurbanıdır, bu halda həkimi məhkəməyə verə, təzminat tələb edə bilər. Ancaq digər hallarda qanunla zərərçəkən ailəyə heç bir maddi və ya mənəvi təzminat nəzərdə tutulmur. Yalnız konstitusiyanın 142-ci maddəsinə görə, həkim xəstəyə yardım etməkdən imtina etdiyi təqdirdə cəzalandırıla bilər". Beynəlxalq təcrübədən danışan hüquqşünas deyir ki, Avropada dövlət zərərçəkən ailənin istənilən halda bütün hüquqlarını qorumağı öhdəsinə götürür: "Pasiyent həkimin müalicə, müayinəsindən narazı olduğu halda belə, onu məhkəməyə verə bilər. Hətta beynəlxalq təcrübəyə görə, həkim cinayət məsuliyyətinə də cəlb edilə bilər. Bizdə hələ ki, belə bir praktika yoxdur. Vətəndaş həkim məsuliyyətsizliyinin qurbanı olduğunu sübut edə bilmir. Subut etsə belə, çox az həkim cəzalandırılır. Halbuki bu tip faktlar çoxdur". Cərimə artırmaq yox, peşə fəaliyyətinə son qoyulmalıdır Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, bu tip ölüm hallarında tibbi-ekspertiza ən doğru yoldur. O, hesab edir ki, təqsirləndirilən həkimin peşə fəaliyyətinə son qoyulmalıdır: "Nərminin acı taleyi ilə mən də bir həkim kimi maraqlandım. Xanımın vəziyyətinin pis olduğu ortada idi. Belə hallarda xəstənin yaşama şansı çox azdır. Əlbəttə, əgər Nərminin bu vəziyyətə düşməsində həkim səhlənkarlığı sübut edilərsə, mən də həkimlərin cəzalandırılmasının tərəfdarıyam. Belə hallarda tibbi-ekspertiza təmin edilməlidir. Araşadırma aparılmalıdır. Peşəkar ekspertlər bu işlə məşğul olmalıdır. Ancaq bizdə tibbi-ekspertizadan öncə hüquq mühafizə orqanlarına müraciət edirlər. Ekspertiza o qənaətə gəlsə ki, şəxs həqiqətən də həkim səhlənkarlığının qurbanı olub, bu halda həmin həkim cəzalanmalıdır. Belə həkimlərə cinayət işi açmaqla məsələ həll olunmur. Ümumiyyətlə, həkimin peşə fəaliyytinə son qoyulmalıdır. Həkim kimi fəaliyyəti qadağan edilməlidir". A.Qeybulla deyir ki, Avropa ölkələrində dövlət savadına, qabiliyyətinə etibar etdiyi həkimlərə tibb diplomu verir: "Almaniyada tibb təhsili olan birinə diplom verilirsə, həmin həkim 10-15 il müddətində dövlət tərəfindən ona verilən diplom sayəsində fəaliyyət göstərə bilər. Bu diplom dövlətin həkimə verdiyi etibarnamədir. Almaniyada istənilən xəstənin müalicəsi kliniki protokollarla həyata keçirilir. Əgər müayinə zamanı əlavə xəstəlik, narahatçılıq ortaya çıxırsa həkim xəstəni lazımi yerə yönləndirir. Səhv diaqnoz qoyan həkim buna məhkəmə qarşısında cavab verməli olur. Azərbaycanda baş verən bu tip problemlərin qarşısını həkimlərə sərt cəzalar verməklə həll etməyə çalışırlar. Milli Məclis hər dəfə cəzaları sərtləşdirir, cərimə artırır. Bu, həll yolu deyil. Tibbi təhsili çox aşağı olan, bəzən hətta bu haqda anlayışı olmayan insanlara tibb işçisi işləməyə imkan vermək olmaz. Buna nəzarət etmək lazımdır". Mənə Bakıda diaqnoz qoya bilmədilər Bir neçə il öncə xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Kübra Əliyeva onun taleyini yaşayan Nərminin ölümündə həkimləri günahlandıra bilmədiyini deyir: "Mən indi həkimlərin sayəsində ayaq üstəyəm. Heç vaxt ağlıma gəlməzdi ki, Onkoloji mərkəzə müayinəyə gedim. Mənim də xəstəliyimi 2 ildən sonra müəyyən etdilər. Həkimə uzun müddətli boğaz ağrısı, öskürək şikayətilə getmişdim. Bakıda diaqnoz qoya bilmədilər mənə, problemimin nədən ibarət olduğunu tapa bilmədilər. Türkiyəyə getdim. Orada öyrəndim ki, sol süd vəzimdə xərçəng var. Ancaq müalicəmi, əməliyyatımı öz ölkəmizdə keçirdim. Türkiyədə olduqca güclü və peşəkar həkimlər var, ancaq bizdəki kimi müasir tələblərə uyğun aparatları yoxdur. Mən demirəm bizim həkimlərdə günah yoxdur. O qədər bisavad həkimlər var ki. Ancaq Nərminin ailəsinə demək istəyirəm ki, bu taleh alın yazısıdır. Bunu silmək mümkün deyil. Onlar da ilk dəfədən düzgün həkimin yanına getməyiblər. Ona görə düzgün diaqnoz qoyulmayıb, əməliyyatlar da nəticə verməyib. Qeyd edək ki, N. Hüseynli ötən ilin aprelində boğazının şişməsi səbəbilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müraciət edib. Müayinə zamanı ona zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N. Hüseynlinin vəziyyəti ağırlaşıb. Növbəti müalicə üçün Təbrizə yollanan Nərminə diaqnozun əvvəlcədən səhv qoyulduğu və onun xəçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. N.Hüseynlinin həyatını xilas etmək üçün gənclər Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı. Əldə edilən məbləığlə Türkiyəyə yola salınan 17 yaşlı gəncin ölümündən iki gün əvvəl beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Bütün cəhdlərə baxmayaraq, dünən İstanbul Memorial Klinikasından N. Hüseynlinin ölüm xəbəri gəldi. Allah rəhmət eləsin! |
2014-03-11 | 11,295 | Rusiya Krımda böyük müharibə hazırlığına başladı | Rusiyadan Krım ərazisinə Mİ-8 və Mi-24 vertolyotları gəlməkdə davam edir. "Axar.az" xəbər verir ki, bu informasiya ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib. O, Krıma gələn vertolyotların idarəçiliyindən Sevastopolda yerləşən rus hərbçilərinin uzaqlaşdırıldığını deyib: "Hazırda bu vertolyotlara yalnız Rusiyadan gələn hərbçilər buraxılır. Bundan əlavə isə ruslar Cankoyaya 60-dan artıq hərbi texnika, o cümlədən "QRAD" da gətiriblər. Perekopa kəndinə isə 22 artilleriya qurğusu yerləşdirilib". |
2014-03-11 | 11,296 | Ərdoğanın sonu yaxınlaşır – Şərh | "Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, İlkər Başbuğ vasitəsilə Ərdoğanın itirdiyi nüfuzunu geriyə qaytarmağa çalışdığını bildirib: "Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar. İlkər Başbuğ Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən çıxdı. Daha sonra mini mitinqdə iştirak elədi. Burada o çıxış edərək mitinqi keçirməkdə əsas məqsədinin həbsdə qalan zabit yoldaşlarının azadlığa çıxarılması olduğunu deyib. Mənim zənnimcə, Ərdoğan eks-baş qərargah rəisini həbsdən azad etməklə özünü cəmiyyətin gözündə geriyə çəkdi. Əgər mühakimə edilən şəxs bir gündə azad edilirsə, deməli, burada məhkəmə müstəqil deyil. Məhkəmə dövlətdə əsas söz sahib olan siyasi iradədən asılıdır. Ərdoğan generalları həbsdən azad etməklə siyasi manevr etməyə, bununla da cəmiyyətdə özünün itirdiyi reytinqini geriyə qaytarmağa çalışır. Əslində bunların heç bir baş verməyəcək. O, atdığı addımla özünün yaratdığı hakimiyyətdə hər şeyin bir nəfərin iki dodağının arasından çıxan sözdən asılı olduğunu göstərdi". Politoloq növbəti seçkilərdə Ərdoğanın məğlub olacağını da bildirdi: "Mən hesab edirəm ki, martın 30-da Ərdoğan seçkilərdə uğur qazanmayacaq. Onlar iddia edirlər ki, 50 faizdən çox səs toplayacaqlar. Amma onların bu günkü səs faizləri 30-35 faiz arasındadır. Yəni ki, yerli seçkiləri uduzacaqlar. Yerli seçkiləri uduzan adamın digərlərində uğur qazanması isə mümkün deyil. Ərdoğanın sonu yaxınlaşmaqdadır". Qeyd edək ki, bir müddət öncə türkiyəli yazarlar həbsdən çıxan generallarla Ərdoğanın Fətullah Gülənə qarşı ittifaq yaradacağını bildirmişdilər. |
2014-03-11 | 11,297 | Kənan Hacının uduzmaq istədiyi qadın kimdir? | Bu həftə "Güzgüdəkilər" layihəsinin qonağı yazar Kənan Hacıdır. Görək bu yazarımız güzgüyə hayandan baxıb? Güzgüdəki onu necə görüb, o, güzgüdəkini necə? Qeyd edək ki, Kənan Hacı özü ilə doğum günü ərəfəsində danışıb və bir çox şeyləri ilk dəfə səmimi etiraf edib. Ölməmək üçün "tolküçka"da araba sürən yazar İndi hərə taleyin əlindən bir ümid çəkib qoparır - Bu yaşında özünü necə hiss edirsən? - Yatsam yuxuma da girməzdi ki, bu qədər uzun ömür yaşayaram. Mən heç vaxt qocalığımı təsəvvür edə bilməmişəm, elə indi də... Gənclərlə ünsiyyət zamanı onların münasibəti mənə bir qədər qəribə gəlir. Müəyyən distansiya saxlayırlar, bu da hər dəfə mənə yaşımı xatırladır. Amma inan ki, içimdəki uşaq səmimiyyəti indi də qalır. İçimdəki sevgi bir az da artıb. Həmişə insanları sevmişəm və bu sevgi məni həmişə xoşbəxt edib. Evsiz-eşiksiz, ac-susuz, küçədə gecələdiyim vaxtlarda da mən içimdəki sevgiyə sığınmışam və o sevgini qorumuşam. Əks halda indi biz belə oturub söhbət edə bilməzdik. Bu mənada özümü yaxşı hiss edirəm. - Həyatından razısan? - Həyatla amansız döyüşdən sağ çıxdım. Həyatım taleyin qəsdindən yarımcan çıxdı, şeirlərimdəki üsyan da taleyin mənə qarşı amansızlığından doğur. Fatalist deyiləm, amma tale deyilən bir şeyə həmişə inanmışam və müəyyən mənada taleyimi redaktə edə bilmişəm. İndi hərə taleyin əlindən bir ümid çəkib qoparır. Mən də taleyimlə çox savaşmışam. İnadımla onun yönünü dəyişmişəm, tale məni çox pis yerlərə aparıb çıxara bilərdi. Kimsəsiz, arxasız, pulsuz-parasız bir oğlan idim. Sığınmağa bir komam belə yox idi. Acından ölməmək üçün "tolküçka"da araba sürmüşəm, günlərlə vağzalda gecələmişəm, ilk dəfədir ki, bunu etiraf edirəm. Heç utanmıram da... Amma inanırdım ki, nə vaxtsa mütləq özümü təsdiq edəcəm. Həyat qəsdimə durmuşdu, mən məğlub olmadım. Kəndir tapırdım, başım əlimə keçmirdi - Yenə nədənsə narazısan? - Həyatla qovğam bitməyib axı. Yəqin elə ölənəcən də belə olacaq. - Bəs indi nə istəyirsən həyatdan? - Həyat axıb gedir, özü ilə nələrisə aparır, nələrisə gətirir. Hisslər, duyğular təzələnir. İstəklər də bir-birini əvəz edir. Elə vaxt olur ki, duyğular adamın əl-ayağına dolaşır. Ürəyimdə ölən arzular da az olmayıb. Bu ölən arzuların acığını özümdən çıxmışam, özümə divan tutmuşam, bəzən doğmalarıma qarşı həddən artıq amansız olmağım da bundan irəli gəlir. İyirmi yaşımda istəyirdim ki, evim, pulum, maşınım olsun, otuz yaşıma çatanda evimi də, maşınımı da satdım, artıq əlimdə heç nə qalmadı, bircə qələmim vardı, o da çörək ağacı idi. Həyata yenidən başlamaq lazım gəlirdi. Özümdə güc tapa bilmirdim, dəniz kənarında bir uçuq daxmada qalırdım, hər gün gecədən xeyli keçmiş o uçuq daxmaya sərxoş vəziyyətdə gəlirdim. Özümü asmaq istəyirdim, kəndir tapırdım, başım əlimə keçmirdi. Amma içimdə o dediyim mübarizə gedirdi. O vaxtlar həyatdan vur-tut bir qadın istəyirdim ki, bütün ağrılarıma məlhəm olsun. Çox qadınlar oldu, o ağrının yerini tapa bilmədilər. Görünür, o ağrının yerini həyatda yalnız bir qadın tapa bilir. İndi mən o qadına ancaq şeirlər yazıram, ancaq onu xoşbəxt edə bilmirəm. Sevgi hissdən əmələ keçə bilməyəndə faciə başlanır. ...əvvəl sevgi doğulur, sonra uşaq, bəlkə o uşağı sən doğacaqsan, zaman bətnində yubanır bəlkə?!.. Həyatdan son istəyim budur. Bu istəyimə də yetsəm, bütün yazdıqlarımın üstündən xətt çəkərəm. İnan mənə... Söz ömrümü un kimi ələdi - Axı yazdıqların da sənin balalarındı, onlardan necə imtina etmək olar? - Yazdığın ən yaxşı şeir belə canından qopan bir körpənin qığıltısına dəyməz! - Ədəbiyyat səni niyə bezdirir? - Çünki ədəbiyyat xilas etmir. Ədəbiyyat sadəcə, həyat adlı labirintdən baş çıxarmağa bir az kömək edir. Bir vaxt düşünürdüm ki, ədəbiyyat mənim xilasımdı, amma zaman keçdi, gördüm ki, söz ömrümü un kimi ələdi. O vaxtdan sözdən qaçıram, amma yenə gəlib durduğum yerə çıxıram. Ömür bu dairənin içində keçir. Ədəbiyyat həyatdakı uğursuzluqlarımızın müəyyən mənada əvəzini ödəyir. Buna görə biz yazanda xoşbəxt oluruq. Yazı bitəndən sonra qatı bir kədər yenə boğazımıza çökür. Baxmayaraq ki, yazmaq yaşamaqdan çox asandı, amma yenə yaşamaq istəyirsən. Mən yavaş-yavaş bununla barışıram. Ola bilsin ki, nə vaxtsa yazmağa bir dəfəlik son qoydum. Bu, hər vaxt ola bilər. Saatımı tənhalığa qururam - Sən həmişə qeyri-sabit həyat tərzi keçirmisən. Niyə axı?... - Sabitlik xarakterimə yaddır. Mənim həyatım rejimsizliyin ən bariz nümunəsidir. Son vaxtlar bir az ağıllanmağa cəhd edirəm, amma alınmır. Mən istədiyim vaxt istənilən addımı ata bilərəm. Elə vaxt olub ki, iş vaxtı qəfildən çıxıb getmişəm, heç kəslə sağollaşmadan. Görmüşəm ki, boğuluram, havam çatmır, getmək lazımdır. Ən doğma adamımdan da qəfil üz döndərə bilərəm, heç bir səbəb olmadan. Çox tez yorulan adamam, eyni mühitdə çox qala bilmirəm, adamlar mənə darıxdırıcı gəlir. Tez öz tənhalığıma qaçıram, saatımı tənhalığa qururam. Bir də ki, ömür azaldıqca tənhalıq qatılaşır. Tənhalıq bəzən adamı fiziki ağrı kimi incidir. Görünür, bu mənim xarakterimdə nöqsanlı cəhətdi, bunu mən heç cür izah edə bilmirəm. Bəzən adamlar inciyir, küsür. Amma mən o adamlara vəziyyəti izah edə bilmirəm. Daxilimdəkiləri anlada bilmirəm. Bilirsən, insan öz bədbəxtliyi ilə məzələnəndə ona dəli kimi baxırlar. - Deyirlər ədəbiyyatda iddiasız adamsan. Axı yazıçı həm də iddialı olmalıdır. - Mən heç vaxt yazdıqlarıma görə kimdənsə nəsə ummamışam. Sakitcə oturub yazılarımı yazmışam. Kimin buna necə qiymət verəcəyi, qəbul edib-etməyəcəyi məni zərrə qədər maraqlandırmır. Daxilimdən nə gəlibsə, onu yazmışam, nəyi bacarmışamsa, onu yazmışam. Qalanı mənlik deyil. Şairə yön verən onun daxili stixiyasıdır. Heç bir tənqidçi şairi tərbiyələndirə bilməz. - Yazmaq istədiklərini yaza bilmisən? - Yox. Bu, bəzən mənə dəhşətli dərəcədə əzab verir. Amma düşünürəm ki, nə vaxtsa bütün qayğılardan azad olub bir kənara çəkiləcəm və indi üzərində işlədiyim romanı yazıb bitirəcəm. Ondan sonra yazmasam da olar. Vaxta da soyuq çöküb, o da adamı üşüdür - İndiyə qədər yazdıqların içərisində ürəyincə olan əsərlər varmı? - Bəzi şeirlərimi və 5-6 hekayəmi çox bəyənirəm. Məncə, "Yağ kimi" də pis alınmayıb. O əsər 10-15 il bundan əvvəlki yiyəsiz ədəbi mühiti tam mənada əks etdirir. Məzəli üslubda yazılsa da, əslində o əsərdə bir insanın faciəsi var. O əsərdən çox arxayınam. "Rəqqasə" povestim də pis alınmayıb. Onu da bu yaxınlarda çap etdirəcəyəm. "Yaddaş kartı" xatirələrdən ibarət bir kitabdır, tam mənada məni razı salmadı, çünki o əsərə lazımi diqqəti ayıra bilmədim. Güzəran, qayğılar imkan vermədi. Dolanışıq üçün məcburən yazdığım cari yazılar vaxtımı və enerjimi aldı. Tərcümə və redaktə işləri də mənim bu əsəri ürəyim istədiyi kimi yazmağıma mane oldu. Düşünəndə ki, ədəbiyyat heç bir qazanc gətirmir, əlim iş-gücdən soyuyur. - Vaxt səni sıxır deyəsən. - Elə bil vaxta da soyuq çöküb, o da adamı üşüdür. Bir qadının ümidini öldürməkdən qorxuram - Məğlubiyyətdən qorxursan? - Dünyada taleyə, arzulara, ümidə, bir də bir gözəl qadına uduzmaq daha gözəldi. - Ölümdən qorxursan? - Ölüm həyatı ağırlaşdırmır, yüngülləşdirir. Bu halda niyə qorxmalıyam ki? Hər gün ölüb-dirilirəm, ölüm də belə zarafatı xoşlamır. Görək axırı nə olur... - Bəs nədən qorxursan? - Bir qadının ümidini öldürməkdən... - Bundan sonra özünə nə arzulayırsan? - Çox yorulmuşam, dincəlmək istəyirəm. Qəribədir, hə? Bu yaşda yorulmaq... Bayaqdan o mənfur həyatdan danışırıq, məni həyat yordu. "Hər şey yaxşıdır" deyənlərə çox inanma, bu sözün arxasında mütləq bir ağrı var. - Yəqin ki, bu, bizim son söhbətimiz olmayacaq. - Təki sən deyən olsun... Fürsət olsa, yenə görüşərik. |
2014-03-11 | 11,298 | İran İsraili yalançılıqda ittiham etdi | İran Silahlı Qüvvələrinin Baş Qərragah rəisi, briqada generalı Məsud Cəzairi Qəzza sektorundakı HƏMAS qüvvələrinə İranın silah ötürməsilə bağlı İsrailin yaydığı məlumatları yalan adlandırıb. "Axar.az" xəbər verir ki, Cəzairi bunu İsrailin İrana qarşı psixoloji əməliyyatı kimi dəyərləndirib. Cəzairi bildirib ki, onsuz da dünya ictimaiyyəti İsrailin yalan ittihamlarını başa düşür. Qeyd edək ki, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu İrana aid ələ keçirilən yük gəmisində aşkar olunan silahların Qəzza zolağına göndərildiyini bildirmişdi. |
2014-03-11 | 11,299 | Əkrəm Əylisli Nobel mükafatına namizəd göstərildi | Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə.Əylislinin "Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi" vurğulanır: "Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var". Müraciət aşağıdakı şəxslər imzalayıb: Sergey Abaşin (Sergey Abashin) – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti; Andrey Bitov (Andrei Bitov) – Rusiya PEN-klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru; Kreyq Kalhun (Craig Calhoun) – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru; Georgi Derluqyan (Georgi Derluguian) – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu Dabi Nyu-York Universiteti; Aleksandr Dobroxotov (Alexander Dobrokhotov) – fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi; Həsən Hüseynov (Gasan Guseinov) – klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi, Bazel (İsveçrə) Universiteti; Kevan Harris (Kevan Harris) – ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı; Ruslan Xestanov (Rouslan Khestanov) – fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi; Mixail Mayatski (Michail Maiatsky) – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti; Vladimir Malaxov (Vladimir Malakhov) – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti; Nikolay Plotnikov (Nikolaj Plotnikov) – fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti; Teodor Şanin (Teodor Shanin) – Mançester Universitetinin sosiologiya professoru; İmmanuel Vallerstayn (Immanuel Wallerstein) – Yelk Universitetinin sosiologiya professoru; Qeyd edək ki, müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur. Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli "Daş yuxular" romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli "Azərbaycanın xalq yazıçısı" adından və fəxri təqaüddən məhrum edilib. |
2014-03-11 | 11,300 | İsrail Azərbaycana viza verilməsini dayandırdı | İsrailin xaricdə fəaliyyət göstərən diplomatları və diplomatik nümayəndəlikləri tətil edirlər. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər ki, ölkəmizdəki diplomatik missiya da tətildə iştirak edir. Aksiyaya səbəb İsrail Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi arasında həll olunmamış maliyyə məsələləridir. Səfirlikdən verilən məlumata görə, İsrailin Azərbaycandakı səfirliyi adi rejimdə fəaliyyət göstərir, lakin konsulluq şöbəsi martın 4-dən etibarən bağlıdır və viza vermir. Tətil müddətsizdir. |
2014-03-11 | 11,301 | Türkiyə təriqətləri – onlar kimə səs verəcəklər? – Fotolar | 30 mart seçkilərində hansı təriqət hansı partiyaya səs verəcək? "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədə təriqətlərin həm siyasi, həm də ictimai həyatında ciddi rolu var. Məsələ ondadır ki, camaatlar (təriqətlər) siyasətdə həmişə öz sözləri ilə ciddi mövqeyə sahib olublar. Hər halda bu sualın cavabını təriqətlərin zaman-zaman siyasətdə hansı mövqe ortaya qoyduqlarını, tarixən və indi hansı partiya ilə yaxın olduqlarını araşdıraraq tapmaq olar. Çərşənbə camaatı Fateh Çərşənbə adlı şəxsin ətrafında birləşən və sarıq, cübbə kimi libasları ilə diqqət cəlb edən bir qrupdur. Şeyx vəzifəsində Mahmud Ustaosmanoğlu oturur. AKP ilə yaxın olduqları ilə tanınırlar. Keçmişdə isə daha çox Nəcməddin Ərbakana (Səadət Partiyası) səs veriblər. Yeni nəslin məşhur siması Cübbəli Əhməd Xocanın da üzv olduğu İsmayılağa qrupu (İsmayılağa camaatının mərkəzi olan İsmayılağa məscidi Çərşənbə məhəlləsində yerləşir- red.) AKP və Səadət Partiyası (SP) tərəfindədirlər. Nurçular İlham qaynağı olaraq Səid Nursini "ustad" olaraq qəbul edirlər. Əsəri "Risaley-i Nur" kitabını oxuyurlar. "Yeni Asiya", "Yeni Nəsil", "Oxucular", "Yazıçılar", "Qırxıncı Xoca" kimi qruplarla xatırlanırlar. Səid Nursinin yaşayan tələbələri Məhmət Qırxıncı, Məhmət Fırıncı, Səid Özdəmir "abi" olaraq tanınırlar. Ərbakanla deyil, Məndərəslə başlayan "Demokrat" ənənəsinə sadiq qalırlar. Çoxları 28 fevral çevrilişinə qədər Süleyman Dəmirəli dəstəkləyib. Nurçu qruplardan olanlar 2002-ci ildən sonra Demokrat partiyası ilə əlaqələrini saxlasalar da, axırı vaxtlar çoxlarının səsi AKP-yə gedir. Qarşıdakı seçkilərdə də bu cür olacağı gözlənilir. Mənzil camaatı Adı Adıyaman şəhərinin Mənzil kəndindən götürülüb. Türkiyənin ən yayğın qruplarındandır. "Səmərqənd və Bilvanis" qrupları olaraq da tanınırlar. TÜMSİAD (Sənayeçilər və biznesmenlər dərnəyi) adlı axırı vaxtlar güclənən biznesmenlər dərnəyi var. AKP içində çox güclü təmsil olunurlar. "Mənzilçilər" içərisində BBP və MHP-yə yaxın olanlar olsa da, kütləvi olaraq AKP-yə dəstək verirlər. Süleymançılar Tələbə yataqxanaları, Quran kursları vasitələri ilə Türkiyənin və dünyanın müxtəlif yerlərində yerləşiblər. Qurucusu Süleyman Hilmi Tunaxanın adına görə "süleymançılar" olaraq adlandırırlar. Tunaxanın kürəkəni Kamal Qacarın ölümündən sonra nəvəsi Əhməd və Məhmət Dənizolqun arasında problem yaranıb. Lider olaraq görülən Arif Əhməd Dənizolqun, Məsud Yılmazın hakimiyyəti dövründən qısa müddətlik Nəqliyyat naziri olub. AKP ilə yola getmədilər. ANAP və MHP-yə dəstək verdi. O biri qardaş Məhmət Dənizolqun isə iki dəfə AKP-dən millət vəkili olub. Kütləvi olaraq səsləri MHP və AKP-nindir. Ərənkənd Camaatı Ərbilli Məhmət Əsəd Əfəndinin Ərənkənddə aldığı malikanə ilə təməlləri atılıb. Nəqşibəndi ənənələrini yaşadırlar. Əsədin xəlifəsi Mahmud Sami Ramazanoğlu tərəfindən camaat formasına salındığı deyilə bilər. Ərənkənd qrupunun hazırki lideri Osman Nuri Topbaş Xocadır. Ankarada Muradiyə Vəqfi olaraq tanınır. AKP ilə "sıfır problem" əlaqəsini saxlayan qruplar içərisində Ərənkənd camaatı birincidir. İskəndərpaşa camaatı Mərhum Ərbakan və Özalın da simpatiya bəslədiyi bir camaatdır. AKP-nin qabaqcıl funksonerləri bu camaatdan gəlib. 28 fevral çevrilişindən sonra Avstraliyaya gedən liderləri professor, doktor Əsəd Coşan 2001-ci ilə avtomobil qəzasında vəfat edib. Yerinə oğlu Nurəddin Coşan gəldi. Son seçkilərdə MHP-yə səs verin çağırışı etsə də, kütlənin böyük hissəsinin AKP-yə səs verdiyi deyilir. Sonradan İskəndərpaşa qrupu AKP-yə daha da yaxınlaşıb. Fətullah Gülənçilər Nurçuluq məktəbindən gəlsələr də, daha sonra Fətullah Gülən bir növ müstəqil hərəkat yaradaraq Nur məktəbindən ayrılıblar. Siyasi şəraitə son dərəcə diqqətlə yanaşan bu qrup hər dövr fərqli bir partiyanı dəstəkləyib. Son vaxtlar AKP-ni dəstəkləyən gülənçilər 17 dekabrdan sonra yollarını ayırıblar. "Təki AKP olmasın, kim olur-olsun" fikrindədirlər. Xəlvətiyyə Şabaniyyə Xəlvəti təriqəti içərisində ən aktiv qruplardandırlar. Şeyxləri Məhmət Dumludur. AKP ilə yaxındırlar. Qalibilər Qədiri-Rufai təriqət ənənələrinə bağlı olanlardır. Bir vaxtlar "şiş çəkmə" ritualları ilə məşhurlaşıblar. Şeyxləri Hacı Qalib Həsən Quşçuoğluna görə "Qalibilər" olaraq adlandırırlar. Ankarada satıcılar arasında təşkilatlanırlar. AKP ilə yaxındırlar. İşıqçılar Bu hərəkat adlarını Hüseyn Hilmi işıqdan götürüblər. "Türkiyə" qəzeti və "İxlas" Holdinqin sahibi Ənvər Örən qrupun lideri idi. Turqut Özaldan sonra AKP və Baş nazir Ərdoğana tam dəstək verdilər. Bu dəstək qarşıdakı seçkilərdə də davam edəcək. Qədiri Məhəmmədiyə Qədiri təriqəti fərqli qollara ayrılmış vəziyyətdədir. İstanbul və Ankarada kütləvi şəkildə yaşayan "Məhəmmədiyə" qrupunun lideri seyid Məhəmməd Ustaoğludur. AKP-yə səs verirlər. Tillo və Norşin Şeyxləri Mədrəsə ənənənəsinin iki güclü qolu olaraq tanınırlar. Tillo şeyxlərinin seçimi Ərdoğan və AKP-dən yanadır. Norşin qrupu isə bir vaxtlar Numan Qurtulmuşun Xas partiyasının tərəfdarı idilər. Qarşıdakı seçkilərdə AKP-yə səs verəcəklər. Nəqşibəndi Yəhyalı camaatı Mərkəzləri Kayserinin Yəhyalı vilayətinin yerləşir. Adlarını Yəhyalı Hacı Həsən Əfəndidən alıblar. Kayserinin xaricində də təşkilatlanan qrup AKP-yə səs verir. Adnan Xoca qrupu Özünə məxsus bir hərəkatdır. Bir vaxtlar Ərbakanla yaxın münasibəti olan Adnan Xoca son vaxtlar "Tayyib Xocam" dediyi Baş nazir Ərdoğan və AKP-ni bəyəndiyini bildirir. |
2014-03-11 | 11,302 | Vaqif Axundov oğlu haqqında yazılanlara cavab verdi | Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov "virtualaz.org" saytında "Vaqif Axundovun oğlu - "əyləncələr kralı"" adlı fotomaterialın dərc olunmasına qısa münasibət bildirib. General-polkovnik V.Axundov "Publika.Az"a eksklüziv açıqlamasında deyib: "Mənim və oğlum haqqında nə yazırlar yazsınlar. Mən heç vaxt bundan incimərəm. Bu cür yazılardan narahat deyiləm". Xatırladaq ki, sözügedən yazıda Vaqif Axundovun oğlu Murad Axundovun dəbdəbəli həyat tərzindən və bahalı ziyafətlərindən bəhs olunur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.