date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-12 | 11,405 | Gürcüstandan Krımın işğalına qəribə etiraz | Gürcüstan hökuməti Sergey Bezrukovun teatr truppasının qabaqcadan təyin olunmuş turunu Krımın işğal edilməsinə etiraz olaraq ləğv edib. "Axar.az" xəbər verir ki, bu bəyanatla Gürcüstan Mədəniyyət evi çıxış edib. Gürcüstan Mədəniyyət Evinin prezidenti David Okitaşvili həmçinin Gürcüstanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini bildirib: "Bu hərəkətimizlə biz bir daha Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi ifadə etmək istəyirik. Əksi mümkün deyil. Çünki əks halda bizim Rusiya tərəfdən Abxaziyanın işğalını dəstəklədiyimiz mənasına gələcək". |
2014-03-12 | 11,406 | Türkiyədə vəfat edən rəssamımız kimdir? | ...Etiraf edim ki, onun adını ilk dəfə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə keçən ilin avqust ayında Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin və Kastamonu Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə təşkil edilən "Türk Dünyası Günləri" çərçivəsində tədbirlər zamanı eşitdim. O günə qədər belə bir rəssamın varlığından xəbərsiz idim. Haqlı olmağım üçün də əsas vardı. Çünki onunla bağlı internetdə axtarış apardım. O qədər də dolğun məlumat çıxmadı. Vəfat xəbərindən başqa heç nə yox idi. Onunla mütləq görüşün... Hər zaman böyük sənət insanları reklamdan qaçırlar, özlərini gözə soxmaqdan uzaq olurlar. Bildiyimiz qədər də mərhum reklamsız öz sənətini yaşadıb və Azərbaycan rəssamlıq sənətini tanıdanlardan olub. Kastamonda tədbirlər çərçivəsində Xocalı soyqırımı ilə bağlı sərgisinin açılışında iştirak edirdik və sərgidə Türkiyənin siyasi-ictimai və media mənsubları dəvətli idilər. Sərgidə Xocalı soyqırımı ilə bağlı, Azərbaycan tarixi-mədəniyyəti özündə əks etdirən rəsm əsərləri yayımlanırdı. Sərgidə tarixi fotolarla bağlı geniş məlumatı iştirakçılara Adil Əliyev verirdi. Bu zaman Adil müəllimin köməkçisi Rüstəmdən telefonuma belə mesaj gəldi: "Elnur, maraqlanan Ədalət Bayramov adında Kastamon şəhərində rəssam var, zamanında Adil müəllim ona böyük dəstək verib. Çox böyük rəssamdı. Onunla mütləq görüşün..." Kastamonun fəxri vətəndaşı Sonradan öyrəndim ki, həmin mesajı onun yaxın dostu fotoqraf Mahir Hüseynbəyli yazıb. Sərgi qurtardıqdan sonra Adil müəllimə dedim ki, belə bir rəssam dostunuz Kastamon şəhərində yaşayır. Adil müəllim gəlmişkən onunla görüşməyimizi söylədi. Bu işdə bizə ancaq bələdiyyə kömək ola bilərdi. Təəssüf ki, bizə onunla bağlı verilən xəbər ürək açan olmadı. Kastamon şəhər bələdiyyəsinin bizi müşahidə edən sədr müavini Mehmet Çağılcı Ədalət Bayramoğlunun 5 il bundan əvvəl rəhmətə getdiyini söylədi: "Sərf etmirəmsə, Ədalət Bayramoğlu 2008-ci ildə xərçəng xəstəliyində vəfat etdi. Burada onu hörmət və izzətlə xatırlayırlar. Ədalət Bayramoğlu adı kastamonlular üçün çox əzizdi. Kastamonda onun işləri qalır. Kastamonun fəxri vətəndaşı olub və hazırda adına müzey var. Onun vəfat xəbəri yerli qəzetlərdə geniş işıqlandırıldı. O zamankı Kastamon valisi mərhum Mustafa Kara onun vəfat xəbərini eşidən kimi xəstəxanaya gedərək, mərhumun ailəsinə baş sağlığı vermişdi. Vali sənətkarla bağlı fikrini bölüşərkən yüksək sözlər bildirmişdi", - deyə Çağılcı onun haqqında qürurla danışırdı. Doğrudan da soydaşımız haqqında belə sözlər eşitmək qürurvericidir. Ərdoğan onun əl işlərini qonaqlarına hədiyyə edirmiş... Təbii ki, belə böyük rəssam haqqında nəsə yazmaq və onun tanıtmaq hər bir media işçisinin borcu və vəzifəsi olmalıdır. Ədalət Bayramoğlu zamanın böyük rəssamı olub. Sadəcə, yaşadığımız dünyada hər şeyin arxasında təbliğat dayandığı üçün Ədalət Bayramoğlu ölkəmizdə istənilən səviyyədə tanınmayıb. Bəlkə də rəssam özü bunu istəməyib. Onu da öyrəndik ki, rəssam Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşüb, öz əl işlərini ona təqdim edib. Baş nazir isə onun əl işlərini xaricdən gələn hörmətli qonaqlarına hədiyyə edirmiş... Deməli, rəssamın əl işləri xarici dövlətlərin binalarında saxlanılır. Balaban musiqisi altında gözəl əsərlər Ədalət Bayramoğlunun yaxın sirdaşı və foroqraf Mahir Hüseynbəyli mərhum haqqında danışarkən gözləri dolur: - Ədalət mənimçün çox əziz insandı. Onun çox maraqlı dünyası var idi. Ədalətlə 1992-ci ildə toyların birində tanış olmuşdum. Bir gün onun Əhmədli tərəfdə yerləşən emalatxanasına getdim. Maqnitafona tanınmış balaban ustası Hakim Abdullayevin ifasını qoyub özüm üçün qulaq asırdım. İfa çox möhtəşəm və təsirli idi. Bir də gördüm ki, Ədalətin gözlərindən yaş gəlir. Soruşdum ki, ay Ədalət nə olub, niyə ağlayırsan? Dedi ki, Mahir, bu ifa mənə uşaqlıq xatirələrimdə yaşayan acı günü xatırladır. Sonra danışdı ki, uşaq vaxtı atası ilə bir dəfə harasa gedirmişlər və evə qayıdarkən selə düşüblər, özlərini güc-bala ilə qurtarıblar. Bu ifa isə, ona tamamilə yadından çıxan həmin xatirəni yada salır... Həmin dəqiqə ağlıma bir ideya gəldi ki, Ədalət balaban musiqisi altında gözəl əsərlər yarada bilər. Çünki dünya rəssamlıq tarixində Dolqanov adında rəssam olub ki, kosmik səslərlə möhtəşəm əsərlər yaradıb. Mən Ədalətə balaban ifası ilə rəsm çəkməsini təklif etdim. O mənə ideyanın maraqlı olduğunu və üzərində işləməyə dəydiyini bildirdi. Beləliklə, Ədalət Hakim Abdullayevin ifasında ilk işlərini başladı. Mən yavaş-yavaş Hakimin ifasını toylarda izləməyə başladım. Onun ifasını kasetə köçürəndən sonra Ədalətə təqdim edirdim. Haradasa, 80-90 əsər işlədi. Sizi inandıraram ki, miniatür sənətində yeniliklər yaradırdı. Bununla yanaşı Ədalətə dəstək lazım idi. O zaman 26 yaşı olan yaxın dostum, indiki millət vəkili Adil Əliyevlə görüşdüm və ona Ədalət haqqında məlumat verdim. O isə belə maraqlı insanla görüşmək istədiyini dedi və dəstək olacağına vəd verdi. Ölkənin bütün rəssamları sərgidə iştirak edirdi Müəyyən vaxtdan sonra onların görüşünü təşkil etdim və hər ikisi də görüşdən məmnun qaldı. Adil müəllim ona hər cür dəstək olacağını söylədi. O zaman belə sənətkara dəstək olmaq bilirsiniz nə demək idi?!. Sənətkarı yenidən həyata qaytarmaq və ona yaradıcılıq ruhu vermək idi bu. Çünki Ədalət çox pessimist həval-ruhiyyədə olurdu və onu bu vəziyyətdən çıxartmaq üçün çox çalışırdım. Onu bildirim ki, Ədalətin mədəsində də problemlər var və ağrılardan çox əziyyət çəkir. Adil müəllim onu qısa zaman içində Türkiyənin Antalya şəhərinə iki həftəlik müalicəyə göndərdi. Bu müalicələrin Ədalətə çox böyük təsiri oldu. Ədalət Türkiyədə müalicə olunmaqla yanaşı, həm də orda təsviri və miniatür sənəti ilə maraqlanırdı. Türkiyədə bu sənət çox güclü inkişaf etmişdi. Xüsusilə, Türkiyədə tarixi abidələrin, məscidlərin minarələri görünüşləri onun diqqətini cəlb etmişdi. Sonradan bu onun yaradıcılığında öz əksini tapdı. İki həftədən sonra Ədalət Bakıya qayıtdı. Qısa zaman ərzində sərgi təşkil etmək haqqında danışırdıq və müzakirələr aparırdıq. Bir müddət sonra 1995-ci ildə Adil Əliyevin dəstəyi ilə Ədalətin Rəssamlar İttifaqında sərgisi oldu. Bütün ölkənin rəssamları sərgidə iştirak edirdi. Sərginin bütün xərclərinin hamısını Adil Əliyev öz boynuna götürmüşdü. Adil bəyin özü isə kənardan sərgini izləyirdi. Sərgi istədiyimiz kimi gedirdi. Eyni zamanda həmin gün Ədalətin 4 yaşlı oğlu, mərhum Cavidin sərgisi də oldu. Yadıma gəlir, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qırmızı lentin kəsilmiş hissəsini Cavidin cibinə qoydu. Bunu sərgidən xatirə olaraq saxlamasını tövsiyyə etdi. Bu sərgi Ədalətə çox böyük təsirini göstərdi və ona böyük güc verdi. Bir müddət sonra ona XVI əsrdə yaşayan miniatür sənətinin böyük xadimi "Sultan Məhəmməd" mükafatı verildi. Ədalətin yaradıcılığı Türkiyədə də parladı və onun nüfuzu yuxarılara qədər gedib çıxdı. Ədalət Türkiyənin Kastamon şəhərində yerləşdi və orda da fəaliyyətini davam etdirdi. Bildiyim qədər onun xatirəsi hər zaman əziz tutulur. Ədalət haqqında çox danışmaq olar. İnanıram ki, gələcək nəsillər onun yaradıcılığını öyrənəcəklər. Rəssamın ev uçqununda ölən oğlu Onu xatırdım ki, bu il sənətkarın ailəsində böyük faciə baş verdi. Belə ki, rəssamın yadigarı Cavid öz xalası oğlu Asimanla birlikdə Nərimanov rayonunda ev söküntüsü zamanı tikilinin altında qalaraq, faciəli şəkildə dünyalarını dəyişdilər. Bu acı xəbər bütün ölkəni bürüdü. Atasının yolu ilə gedərək rəssamlıq sənətini davam etdirən Cavid amansız dünyada anasını tək qoyaraq atasının yanına getdi. Gənc olmasına baxmayaraq, sənətdə yeniliklərə imza atmağa çalışırdı. |
2014-03-12 | 11,407 | Ukraynadan sonra hədəfdə Qafqazdır | "Krımdan sonra ikinci Ukrayna Cənubi Qafqazda yaranacaq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Azərbaycanın Krımla bağlı bəyanat yaymaqdan çəkindiyini deyib: "Azərbaycan Krımla bağlı bəyanat yaymaqdan çəkinir. Buna səbəb isə Rusiyadır. Biz ona görə Rusiyanın loyallığına nail ola bilməyəcəyik. Rusiya artıq bizə edəcəyini edib. Azərbaycanın bu cür çəkingənliyi təəssüf hissi doğurur. Rusiya bizə eyni problemə - Qarabağa görə heç bir güzəştə getməyəcək. Yəni bütün separatçı qüvvələrin müstəqilliyini tanıyıb, Azərbaycandan imtina etməyəcək. Hər kəs bilir ki, Rusiyanın üzü çox soyuqdur və siyasəti də qanlıdır. Moskva göz yaşlarına inanmır. Krımdan sonra "İkinci UkraynaⅦ Cənubi Qafqazda yaranacaq. Rusiya Ukraynadan sonra bizə təzyiqini gücləndirəcək. Ukraynada üstünlük əldə edib-etməməsindən asılı olmayaraq, bu təsir mütləq olacaq". Qeyd edək ki, dünən Krım Parlamenti müstəqillik haqqında deklarasiya qəbul edib. Azərbaycan isə hələ də Ukraynadakı hadisələrlə bağlı rəsmi mövqe bildirməyib. |
2014-03-12 | 11,408 | Döyüş təyyarəmizdə qəza: xəsarət var | Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasında hərbi qulluqçunun xəsarət alması ilə nəticələnən qəza baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmirdə qeydə alınıb. Döyüş təyyarəsinə uçuş qabağı texniki xidmət göstərərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində gizir Vasif Qoca oğlu Həsənov xəsarət alıb. Yaralı hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. |
2014-03-12 | 11,409 | Röyanın mahnıları İrəvan küçələrində - Video | İrəvanın müxtəlif yerlərində gitara, klarnet, akkordeon, balaban çalanlara, müxtəlif tərzdə - xalq mahnılarını oxuyanlara, rok ifaçılarına rast gəlmək olar. Qaregin Njdeh meydanı yaxınlığında akkordeon çalıb-oxuyan Lyova köhnə akkordeonu ilə pul qazanır. Ermənistan paytaxtının meydanlarından birində, metronun girəcəyində Lyova Azərbaycan mahnılarını oxuyur ("BBC Azərbaycanca"). |
2014-03-12 | 11,410 | ABŞ yığması Azərbaycana gələ bilər | "Eşitdiyimə görə, "Barselona" futzalda elə də güclü deyil. "Kayrat" və "Dinamo" ispan klubundan güclü olmalıdır. "Araz" çox yaxşı komandadır. İnanıram ki, "Barselona" səddini keçəcək". Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib. Bu gün "Hilton" otelində keçirilən UEFA Futzal Kubokunun "Dördlər finalı"nın püşkatma mərasiminə futbol üzrə 67 yaşlı almaniyalı mütəxəssis də iştirak edib. "Araz"ın rəqibi "Barselona"nın münasib rəqib olduğunu ifadə edən Foqts millimizin mayın 27-də ABŞ yığması ilə keçirəcəyi yoldaşlıq matçından da söz açıb. Əcnəbi çalışdırıcı bildirib ki, bu görüş komandamız üçün faydalı olacaq: "Dostlar arasında belə məsələlər olur. Biz ABŞ tərəfi və AFFA ilə söhbət etdik, onlar da razılıq verdilər. Düşünürəm ki, möhtəşəm bir oyun olacaq. Düzdür, məsafə uzaqdır, 12 saatlıq uçuşdur. Lakin komandamız, gənc futbolçularımız üçün önəmli oyun olacaq. Azərbaycan kuboklunun finalında iştirak edəcək klubların futbolçuları həlledici matçdan sonra yığmaya qoşulacaqlar. Digərləri ABŞ-a bir qədər tez gedəcəklər. İyunun 2-də isə geri qayıdacağıq. Gələcəkdə, növbəti 3-4 ildə ABŞ yığması da yoldaşlıq matçı keçirtmək üçün Azərbaycana gələ bilər. Ancaq iki ölkənin federasiyaları arasında danışıq olub-olmadığını bilmirəm". Qeyd edək ki, ABŞ – Azərbaycan görüşü San-Fransisko şəhərindəki "Kandlstik Park" stadionunda keçiriləcək. ("Apasport.az") |
2014-03-12 | 11,411 | Almaniya ilə əməkdaşlıq sazişi təsdiq edildi: 2 sərəncam | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə və 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Sənəddə deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" 2013-cü il noyabrın 28-də Bakı şəhərində imzalanmış Saziş (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilsin". (AzərTac) |
2014-03-12 | 11,412 | Çoxmərtəbəli binada partlayış: 11 yaralı - Foto/Video | Bu gün ABŞ-ın Nyu York şəhərində çoxmərtəbəli binada partlayış baş verib. "Axar.az" xəbər verir ki, hər biri 5 mərtəbədən ibarət kərpicdən tikilmiş 2 bina dağılıb. Partlayış nəticəsində 11 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Partlayışın səbəbi məlum deyil. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilsə də, şahidlər partlayışdan əvvəl qaz iyini hiss etmədiklərini bildiriblər. |
2014-03-12 | 11,413 | QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi | Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev yerli QHT-lər üçün yeni qrant müsabiqəsi haqqında danışıb. A.Quliyev müsabiqə üçün təklif edilən mövzular haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği, ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi mövzularıdır. Katibliyin icraçı direktoru Fərasət Qurbanov QHT-lər tərəfindən göndəriləcək layihə təkliflərinin yenə elektron şəkildə Şuranın www.e-qht.az saytı vasitəsilə qəbul olunacağını bildirib. F.Qurbanov QHT-lərdən reyestrdən çıxarış sənədinin tələb edilməsinin əvvəlki tək müsabiqə şərtlərindən biri olduğunu qeyd edib. Şura sədri qrant müsabiqəsi üçün təklif edilən mövzuların önəmindən bəhs edərək onların hər üçünün aktuallıq kəsb etdiyini bildirib. A.Quliyev QHT-lərin layihə təkliflərinin innovativliyi ilə fərqlənməsinin vacibliyini də vurğulayıb. O, QHT-lərin 1 aprel 2012-ci ildən etibarən alınmış reyestrdən çıxarışlarının Şura tərəfindən qəbul edilməsinin uyğun olduğunu qeyd edib. Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən görüşdə 13 mart 2014-cü ildə yerli QHT-lər üçün növbəti qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edilib. Şura, eyni zamanda, 17 mart 2014-cü ildə QHT-lər üçün məlumatlandırma sessiyasının keçirilməsini məqsədəuyğun sayıb. |
2014-03-12 | 11,414 | Putin Krım tatarlarının liderini Rusiya tərəfə çəkə bilmədi | Martın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinin Krım tatarlarının lideri Mustafa Cəmilovla yarım saat davam edən söhbəti olub. Bu söhbətdə Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev vasitəçi olub. Mustafa Cəmilovun müsahibəsindən belə bir nəticə çıxarmaq olar ki, Putin Krım tatarları liderinin dəstəyini qazanmaq və onu Krımın Rusiya tərəfindən qəsb edilməsini dəstəkləməyə razı salmaq istəyib. "Əvvəlcə Tatarıstanın keçmiş prezidenti Şaymiyevlə görüşdüm. Krımda və Ukraynada hazırki vəziyyət haqqında fikir mübadiləsi apardıq, tatar əhalinin vəziyyəti haqqında danışdıq", deyə Cəmilov bildirib. "Şaymiyev Rusiya hərbiçilərinin addımları və Krımdan çıxarılması haqqında sualları cavablandıra bilməyib, amma deyib ki, Rusiya prezidenti mənimlə danışmaq istərdi", deyə Cəmilov bildirib. O qeyd edib ki, əvvəlcə Ukrayna rəhbərliyinin bu görüş üçün icazəsini almalıdır və yalnız baş nazir Yatsenyukun razılığını aldıqdan sonra Putinlə söhbət baş tutub. "Yarım saat ərzində Putin mənim baş verənlər haqqında fikrimi dinlədi və öz fikrini ifadə etdi. Krımda baş verənlərlə bağlı qiymətləndirmələrimiz bir-birindən fərqli idi. Lakin qan tökülməməsi fikrində ortaq idik. Putin tatarların münaqişəyə müdaxilə etməməsini və təxribatlara uymamasını xahiş etdi. Mən dedim ki, tatarlar əllərindən gələni edəcəklər, lakin hər şey bizdən asılı deyil və qarşıdurmalar başlayarsa, vəziyyətin qarşısını almaq mümkün olmayacaq və bütün tərəflər münaqişəyə cəlb ediləcək", deyə Cəmilov qeyd edib. O, Rusiya qoşunlarının Krımdan çıxarılması və Ukraynanın ərazi bütövlüyünə riayət edilməsi zərurətini vurğulayıb. "Biz Krımın muxtariyyətinin artırılması ideyasını dəstəkləyirik, amma yarımadanın ayrılmasına və başqa dövlətə verilməsinə qətiyyətlə qarşıyıq. Putin mənimlə razılaşmayıb və referendumun nəticəsini gözləməyi təklif edib. Lakin biz bu referendumu qanunsuz hesab edirik və onun nəticələri əvvəlcədən aydındır. Bu mənada Rusiyanın siyasəti tamamilə aydındır", deyə Mustafa Cəmilov qeyd edib. * Cəmilov Krım tatarlarının hüquqlarını müdafiə etdiyi üçün 15 ilini sovet həbsxanalarında keçirib. O, tatarların Krıma qayıtması hərəkatının təşkilatçılarındandır. 2013-cü ilə qədər Krım-tatar xalqının məclis başqanı olub. Hazırda Cəmilov Ukrayna Ali Radasının üzvü və Krımın tatar əhalisinin və bütün Ukraynanın ən hörmətli və nüfuzlu nümayəndələrindən biridir. (Turan) |
2014-03-12 | 11,416 | Malaziyaya məxsus təyyarənin radardan itmə anı - Şok video | Martın 7-də itən Malaziyaya məxsus təyyarənin qalxma yerindən 320 kilometr uzaqlıqda radara düşməsi ilə bağlı görüntü yayılıb. "Axar.az" xəbər verir ki, Malaziya Hava Qüvvələri Komandiri Rodzali Daud mətbuat konfransında təyyarə ilə əlaqə kəsildikdən 45 dəqiqə sonra hərbi radar tərəfindən təsbit edildiyini bildirib. Ancaq təsbit edilənin təyyarə olub-olmadığı barədə dəqiq məlumat verilməyib. Qeyd edək ki, təxminən 5 gün əvvəl itən təyyarə ilə bağlı hər hansı dəqiq məlumat almaq mümkün olmayıb. |
2014-03-12 | 11,418 | Azərbaycan kuboku: "Neftçi"dən sərfəli nəticə | Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. "Axar.az" xəbər verir ki, ilk görüş Qəbələdə yerli klubla "Qarabağ" arasında baş tutub. Görüş qolsuz yekunlaşıb. Digər qarşılaşma Naxçıvanda "Araz" komandası ilə "Xəzər Lənkəran arasında keçirilib. Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. "Rəvan" isə öz meydanında "Bakı" komandası ilə qarşılaşıb. Bu görüşdə qonaqlar 1-0 hesabı ilə qələbə qazanıb. Günün mərkəzi və son qarşılaşmasında "İnter"lə "Neftçi" komandası üz-üzə gəlib. Qarşılaşmanın 51-ci dəqiqəsində Bahodır Nasimov "Neftçi"ni önə keçirsə də, 84-cü dəqiqədə Vaqif Cavadov hesabı bərabərləşdirib və görüş 1-1 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, cavab qarşılaşmaları martın 19-da keçiriləcək. ) |
2014-03-12 | 11,419 | Sabiq Baş nazir Avropaya qaçdı | Liviya parlamenti tərəfindən vəzifədən kənarlaşdırılan, adı rüşvət işində hallanan sabiq Baş nazir Əli Zidanın Avropaya qaçdığı məlum olub. "Axar.az" xəbər verir ki, Malta Baş naziri Jozef Muskat Zidanı aparan təyyarənin Maltaya eniş etdiyini, daha sonra isə başqa Avropa ölkəsinə getdiyini bildirib. Qeyd edək ki, Liviya Baş prokurorluğu sabiq Baş nazirin ölkə ərazisini tərk etməsini qadağan etmişdi. Xatırladaq ki, Baş nazir Əli Zidanın istefaya göndərilməsi barədə məlumat vermişdik. |
2014-03-12 | 11,420 | Putindən etiraf: "Pyotr ermənilər haqda dedi və etdik" - Video | Rusiya Prezidenti Vladimir Putinin ermənilərin qayğısına qalmağın vacib olduğunu deyib. Bir neçə il bundan öncə sosial şəbəkələrə yerləşdirilmiş bu videoda Putin Rusiya imperatoru I Pyotrun ermənilər haqqında işlətdiyi ifadələri yenidən dilə gətirməklə onlara verdikləri vədləri yerinə yetirdiklərini bildirib. Videonu təqdim edirik. ) |
2014-03-12 | 11,421 | İki ayın dəhşətli statistikası: 147 ölü, 323 yaralı | 2014-cü ilin yanvar-fevral ayları ərzində respublika üzrə 336 yol qəzası baş verib. Nəticədə 147 nəfər ölüb, 323 nəfər yaralanıb. Bunlardan fevral ayı ərzində ölkədə 159 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 59 nəfər ölüb, 150 nəfər yaralanıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, iki ay ərzində baş verən yol qəzalarının 122-si, ölənlərin 38 nəfəri, yaralananların isə 115 nəfəri paytaxt Bakının payına düşür. Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 ay ərzində qəzaların sayı 114 (25,3%), ölənlərin sayı 13 (8,1%), yaralananların sayı isə 162 (33,4%) fakt azalıb. O, qeyd edib ki, yol-nəqliyyat hadisələri zamanı 5 azyaşlı ölüb, 19 uşaq isə yaralanıb. Onlardan ölənlərin 1 nəfəri, yaralananların isə 14 nəfəri piyada qismində olan azyaşlılar, ölənlərin 3-ü, yaralananların 5-i isə sərnişin qismində olan azyaşlılar olub. Bir nəfər 7-16 yaş arası uşaq isə sürücü qismində hadisə törədib və həlak olub. K.Əliyev həmçinin bildirib ki, bu ilin ilk 2 ayı ərzində baş verən hadisələrin 151-i piyadaların vurulması ilə bağlıdır. Nəticədə 60 nəfər ölüb, 107 nəfər yaralanıb. Sürət həddinin aşılması nəticəsində 99 hadisə baş verib, nəticədə 54 nəfər ölüb, 77 nəfər yaralanıb. Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 104 hadisə baş verib, nəticədə 41 nəfər ölüb, 129 nəfər yaralanıb. Yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində 20 hadisə baş verib, nəticədə 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Sərxoş sürücülər tərəfindən 8 hadisə törədilib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Avtobus sürücülərinin iştirakı ilə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 11 nəfər yaralanıb. Yük avtomobillərinin sürücüləri tərəfindən 23 hadisə törədilib, nəticədə 12 nəfər ölüb, 19 nəfər yaralanıb. (Trend) |
2014-03-12 | 11,422 | Minsk qrupunun həmsədrləri razılığa gəldilər | ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi üzrə sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər. Məluamatına görə, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib. Məlumata görə, həmsədrlər Vyanada 2013-cü ilin noyabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün nazirlərlə işlərini davam etdirirlər. Nazirlər yenidən həll olunmamış məsələləri həll etmək və prosesi irəli çəkmək arzusu olduğunu bildiriblər. ATƏT-in MQ həmsədrləri əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar ( Trend ). |
2014-03-12 | 11,423 | Türkiyədə 73 nəfər saxlanıldı | Ankarada Berk Elvanın dünyasını dəyişməsi ilə əlaqədar keçirilən aksiyalarda 73 nəfər saxlanılıb. Məlumata görə, bu barədə Ankara Valiliyi xəbər yayıb. Bildirilir ki, nümayişlər zamanı bir çox aksiya iştirakçısı ətraf mühitə, ictimai iaşə obyeklərinə zərər verdiyi üçün saxlanılıb. "Aksiya başa çatdıqdan sonra bir qrup nümayişçi Qızılay meydanı və bura gələn avtomobil yolunu bağlayaraq nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Polis dərhal həmin qrupa müdaxilə edib və 73 nəfər saxlanılıb", deyə açıqlamada bildirilir. Xatırladaq ki, Berk Elvan Taksimdə "Gəzi parkı" hadisləri zamanı başına qaz balonu dəyməsiylə komaya düşmüşdü. Ötən gün dünyasını dəyişən Berk Elvanın cənazəsi on minlərlə adamın iştirakı ilə bu gün İstanbulda dəfn edilib (ANS). |
2014-03-12 | 11,424 | “Onu məhv edən də məhz qadın lətafətidir” | Henrix İohann İbsen Per Günt – eyni zamanda həm obrazdır, həm simvol. Real insan və yarıməfsanəvi personaj. Daha dəqiqi – yarıməfsanəvi mühitə düşmüş real insan. Trolların (skandinav əsatirində: div, cin, qulyabanı və s. – tərc.) yeraltı səltənəti, Dağ kralı (Dovr Baba), onun Perin birgecəlik arvadı olan və hətta ona bədheybət oğul doğan qızı, kadrarxasındakı Böyük Əyri, şeytanlar və digər əcinnələr – onların hamısı "keçid" epizodlarda iştirak edirlər. Amma elə iştirak edirlər ki, İbsenin məşhur dramı üçün ümumi fon və təkrarolunmaz kolorit yaradırlar. Per Güntün özü də folklordangəlmə personajdır, norveç xalq nağıllarının qəhrəmanıdır. İbsen onu gerçək bir şəxsiyyətə çevirib, Edvard Qriq (Norveç bəstəkarı, pianoçu, drijor – tərc.) isə müsiqidə əbədiləşdirib. Əlbəttə, iki böyük norveçli sayəsində bütün dünyada məşhur olan adi kəndli oğlan – hər şeydən əvvəl ağlasığmaz dərəcədə xəyalpərəst, avara və abırsız olan Per – Vaska Buslayev (Novqorod bılinasının qəhrəmanı – tərc.) və Fanfan-Tülpanın (fransız filminin qəhrəmanı – tərc.) skandinav üsulu ilə yaradılmış xəlitəsidir. Belə hallarda deyildiyi kimi, o bir qadının da yanından laqeyd ötüb keçə bilmir. Həm də nəinki ötüb keçmir, hələ bir ətəyinin altına göz yetirməyə də can atır... Ona inanan neçə məsum qəlbi tovlayıb aldatmışdı? Bunu, yəqin ki, Perin özü də dəqiq bilmir. Hətta bir dəfə gəlini düz bəyin yanından götürüb qaçırtmışdı. Həmin o İnqridi ki, Qriqin musiqisində belə həzin-həzin, qəmgin-qəmgin ağlayır. Ona görə ağlayır ki, Per onu sadəcə nişanlısının burnunun ucundan götürüb qaçıraraq bakirəlikdən məhrum etməmiş, həm də növbəti tovlatmanın qurbanı olan qızı dağlarda tək buraxmışdı. Kənd donjuanı başqaları ilə də eynilə bu cür davranmışdı. Yalnız bir nəfərdən – ölməz Solveyqdən, Əbədi Lətafətin və Əbədi Sədaqətin mücəssəməsindən başqa. Bunu isə bütün kişilər xəyal edirlər. Sənin ilk harayını mənə Helqa çatdırdı; Sonra onu mənə təkrarlamağa başladılar Həm sükunət, həm külək; o mənə səsləndi Ananın nağıllarında və o nağılların Gətirdiyi şirin Arzularda; Həm gündüz, həm gecə o qulaqlarımda səslənirdi Və mən gəlməyə bilmədim, Yaxşı ki, gəldim o gün yanına Yaxşı ki, yaşatdın o anları mənə Sönmüşdü... Bütün həyat orda mənimçün; Mən orda Nə ürəkdən ağlağa bilirdim, nə gülə. Bilmirdim, sənin ağlında nə var, Amma bilirdim ki, mən nə etməliyəm. (sətri tərcümə) Solveyq heç nəyə baxmadan sevməyə və öz sevgilisini gözləməyə razıdır. Belə də olur: Per Günt vicdan əzabı və peşmanlıq yanğısı ilə yalnız arzuların əli çatacağı qızı (elə İbsenin sayəsində o, məhz belə bir arzunun rəmzinə çevrilir) tərk edir. O, qızın yanına təmiz, pak qayıtmaq istəyir. Belə də olur. Amma bir neçə onilliklər sonra. Əldən düşmüş qoca gözləri tutulmuş Solveyqin yanına qayıdır ki, onun dizlərinə qapanıb yuxuya dalsın. Əbədi Məhəbbətin iki əsirinin son görüş səhnəsi dünya dramaturgiyasında təkrarolunmaz, gözəl səhnələrdən biridir: Solveyq: Sən mənim həyatımı möcüzəli nəğməyə çevirdin, İlk görüşü və Ruhlar günündəki Bu təsadüfümüzü uğurlayıram. Per Günt: "..." Bir de görüm! Mən "özüm" kimi harda olmuşam – necə Yaradılmışamsa, o cür – bütövlüyümlə, Alnımda Allahın möhürü ilə? Solveyq: Məmin ümidimdə, inamımda və məhəbbətimdə! Per Günt: Ah, sən nə deyirsən! Sus! Müəmma Cavabın lap özündədir! Yoxsa... sən özün Haqqında danışdığın kəsin anasısan! Solveyq: Mən anasıyam, Bəs atası kimdir? Ananın xahişi ilə bağışlayan Adam deyil ki? Per Günt: Ah, anam mənim! Övrətim mənim! Qadınların ən pakı! Nə olar mənə sığınacaq ver, qoru məni! (Ona möhkəm-möhkəm qısılır və üzünü onun dizlərində gizlədir) Uzun sürən sükut. Günəş doğur. Solveyq müəllifin arzusuna görə, İsanın anası Məryəmlə birləşərək (dahiyanə rəmzi tapıntıdır!) özünün məşhur nəğməsini oxuyur. Elə bu nəğmə ilə də sevgilisi dizlərində uyumuş halda əbədiyyətə qovuşur. Əgər dramda yalnız bircə xətt – Per Günt və Solveyq xətti olsaydı belə o, onsuz da ən böyük aşiq cütlüyünün ilk onluğunda qalacaqdı. Ancaq İbsenin yaradıcılıq məhsulu çoxplanlıdır. O – xalq həyatının əsl orijinal ensiklopediyasıdır. Per Günt obrazının çoxlu interpretasiyası (dramatik rolun artist tərəfindən özü başa düşdüyü kimi yaradıcı surətdə ifa edilməsi – tərc.) mövcuddur. Onların hamısının müəyyən dərəcədə yaşamağa haqqı var. Çünki rəmzi-simvolik əsər həmişə çoxmənalı səciyyə daşıyıb və belə bir haqqı obrazı yaradan hər bir aktyora verir. Təki ən başlıca məqamı – həm dramın özünün, həm də onun mərkəzi ideyasının həddindən artıq nikbin, həyatverici gücünü nəzərdən qaçırmasın: Həqiqət Yalana qalib gəlir. Hər şeyə rəğmən qələbə qazanır. Qadın lətafətinin xilasedici gücü və hədsiz enerjisi sayəsində zəfər çalır. Bu lətafət Peri məhv edir, amma onu xilas edən də məhz qadınlıqdır. Bunu, hətta Per Güntü döğru, təmiz yoldan sarpdırmağa cəhd edən Böyük Əyri də etiraf edir: Yox, onunla bacarmaq olmur! Qadınlar ona istinadgah olub! Per Günt təmizlənmə və daxilən yenidən yaranma yolunu özü seçmişdir. Seçilmiş məqsədə nail olmaq isə asan deyildir. Tale ona hələ nə qədər iztirab dolu sınaqlar göndərəcək. O, ölümün astanasında belə olacaq. Bütün bunların hamısını isə lap əvvəlcədən görürdü, ancaq geri çəkilmirdi: Peşmançılıqmı? Bəlkə də illər lazımdır, Mən onunla irəliyə yol açanadək. Xoş deyil Belə həyat yaşamaq. Qırmaq, dağıtmaq Bu qədər əziz, pak və gözəl olanı. Və yenidən parça və qırıqlardanmı düzəltmək? Per Günt – sözün vulqar, kobud mənasında yalançı deyil. O – xəyalpərəst və həqiqət axtarıcısıdır. Onun zəngin təxəyyülü var, o qədər zəngin ki, olduqça yeknəsək və bəzən dəhşətli dərəcədə cansıxıcı gerçəkliyi bir qayda olaraq, bəzən hətta iki dəfə qabaqlyır. Gənc – kişi – qoca: o, uğursuz həyatının bütün dövrlərində sanki ondan ilhamlanaraq vəcdə gəlirdi. O, əzab çəkir, iztirab çəkir, ancaq ilkin instinktlərinin və özünütəsdiq hərisliyinin əlində aciz qalır. İki qara qartal havada süzür. Qazlar cənuba çəkilirlər, Bəs mən niyə burda oturub qalmışam, Dizə qədər palşığa batmışam? Onlarla uçmaq! Və soyuq Küləyin dalğalarında bütün çirkabımı Yuyub-təmizləmək istədim Tutqun şəffaf kupeldə (xaç suyuna salmaq üçün böyük qab, çən – tərc.). Bütün dəliqanlılardan daha yaraşıqlı olmaq Dağların üstündə uçmaq istəyirəm. Cismimi və ruhumu təmizləmək üçün Dənizin üzərində dövrə vurub uçmaq, İngilis prinslərinin özündən də daha yüksəkdə olmaq!.. Per Günt - daima axtarışdadır! O, özünü axtarır – özündə, qadınlarda, digər insanlarda, dünyada – gerçək və uydurulmuş, real və fantasmaqorik (xəstə adamın gözünə görünən və ya xəyalına gələn qəribə şeylər; qarabasma – tərc.) aləmdə özünü axtarır. Qəribə axtarışları üçün ona bütöv bir ömür açıqcasına bəhs etmir. Ancaq hər-halda o, axtardığını tapır. Doğru olanı! Həqiqəti! Ю.А.Абрамов, М.Н.Демин. 100 Великих книг. Москва, Вече, 1999. стр.340-344 Tərcümə etdi: Təhminə |
2014-03-12 | 11,425 | Vanqanın dediyi müharibə başlayır - Şok öngörü/Video | Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər, xüsusilə Ukrayna ətrafında baş verən hadisələr fonunda yenidən gündəmə gəlib. "Axar.az" olaraq Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları barədə NTV kanalının hazırladığı süjetləri bu gündən başlayaraq, təqdim edirik. Beləliklə, birinci veriliş: Üçüncü Dünya Müharibəsi Şərqdən başlayacaq Bolqar ekstrasens Vanqa illər öncə belə deyib. Vanqaya görə, müharibə məhz Şərqdən başlayacaq. Bəs, bu proqnoz özünü doğruldurmu? Vanqanın verdiyi proqnozun tam mətni aşağıdakı kimidir: "2011-ci il özəl il olacaq. İnsanlar dəyişəcək. Bütün dünya dəyişəcək. Şimalda hər şəyi məhv edən kimyəvi yağış yağacaq. Yazda şərqdə müharibə başlayacaq. O Üçüncü Dünya Müharibəsinə səbəb olacaq. Apokalipsis (qiyamət) gələcək! Kimyəvi silah, boş Avropa". Əgər tarixə nəzər salsaq, kor ektrasensin dediklərinin həyata keçdiyini görmüş olarıq. Yaponiyada zəlzələ, ardınca Fukisima AES-nin dağılması, bundan sonra isə zəhərli yağışların başlanması bu proqnozların həqiqiliyinin sübutudur. Müharibənin Şərqdə başlayacağını deyən görücü bununla da Qiyamətin yaxınlaşdığını vurğulayır. Bəs Şərq deyəndə məhz hara nəzərdə tutulur? Əgər Vanqanın dedikləri 2011-ci ilə aiddirsə və baharı nəzərdə tutursa, o zaman bu suala yalnız bir cavab var: Suriya! 2011-ci ilin martından etibarən Bəşər Əsəd rejiminə qarşı etirazlar başladı. Ölkədə savaşan müxalifətə Qərbdən dəstək gəldi. Xaos Suriyanı qucağına aldı. Yaranmış böhran daha da genişləndi. Suriyada faktiki olaraq 29 ölkədən gəlmiş insanlar savaşır. Bu, dünya müharibəsinin əlamətidir. Vanqa məhz Suriyanın dünyanın başına bəla olacağını bildirir. O, 2016-ci ildə Avropanın bu bəla ilə qarşı-qarşıya qalacağını və tamam çökəcəyini söyləyir... ) |
2014-03-12 | 11,426 | Yanukoviç bahalı əşyaları və antikvarını belə çıxardıb - Video | Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Mejiqoryedəki bağ evini tərk etməsi barədə yeni videosu yayılıb. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, bir neçə təhlükəsizlik kamerası hətta Yanukoviçin özünün qızıl əşyaları və antikvarları necə çıxarmasını yaddaşa yazıb. Bildirilir ki, əşyalar snayperlər işə düşməmişdən öncə - fevralın 19-dan daşınmağa başlanıb. ) ) ) |
2014-03-12 | 11,427 | Azərbaycanlı üçəmlər İranda girov saxlanılır | Azərbaycanlı ailə İran İslam Respublikasının Rəşt şəhərindəki məşhur Beynəlxalq Həzrəti Qaim Xəstəxanasında "girov" saxlanılır. Bu barədə xəbəri ailənin yaxınları verib. Günay Həsənova ailə qurduqdan 17 il sonra ana olub. 17 il ana olmaq arzusuyla Azərbaycanda müxtəlif xəstəxanaların qapısını döysə də, istəyinə nail olmayıb. Həzrəti Qaim Xəstəxanasında müalicə aldıqdan sonra ana olan Günay Həsənovanın xəstəxanaya xeyli borcu qalıb. O, kömək üçün Azərbaycanın İrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, eyni cavabı alıb: "Pulumuz yoxdur, sənə kömək edə bilmərik". Səfirlikdən kömək olmayacağını görən G.Həsənova SəhərTV-yə müraciət edib. Telekanal isə kömək üçün İmam Xumeyni adına İmdad Komitəsinə müraciət edib. Xarici ölkədə xarici təşkilatdan imdad gözləyən Günay Həsənova təkcə maddi imkansızlığın deyil, daşürəkli adamların məsuliyyətsizliyinin də əzabını çəkir. 17 ildən sonra ana olan bu xanım üzləşdiyi çətinliklər ucbatından analıq sevincini də doyunca yaşaya bilmir. Xarici ölkənin səhiyyəsindən yararlanan G.Həsənova dünyaya üç Azərbaycan vətəndaşı gətirib. Ən azından buna görə, bu xanıma yardım etməyə tələsək! ("İnterpress.az") |
2014-03-12 | 11,429 | Səhranın ortasında kinoteatr - Foto | "Dünyanın sonu" adlı kinoteatrın olduğunu bilirdiniz? Bu kinoteatr Sinay səhrasında yerləşir. Məlumata görə, bu kinoteatrın çox maraqlı tarixçəsi var. Belə ki, 13 il əvvəl Misirə səyahət edən bir fransız vətəndaşı dostları ilə filmə baxmaq istəyib. Amma harada? Kinoteatr tikmək qərarına gəlir. Bəs nə ilə tiksin? Neyləsin ki, bu hər kəsin marağına səbəb olsun? Ağlına çox yaxşı ideya gəlib. Səhrada kinoteatr tikmək fikrinə düşür. Sərmayə əldə etmək üçün Parisə qayıdır. Misirdə proyeksiya avadanlığı, elektrik enerjisi əldə etmək üçün generator və kinoteatr üçün lazım olan digər avadanlıqları alır. Amma premyera günündə yerli hakimiyyət orqanları kintoeatrda filmin nümayişinə icazə vermədi və kinoteatr indiyə kimi boş qalır (ANS). |
2014-03-13 | 11,430 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntlı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. |
2014-03-13 | 11,431 | On dörd fərqli janrda oxuyan fenomen qız - Video | İnternet fenomeni olan 19 yaşlı gənc qızın sosial şəbəkələrdə fərqli bacarıqları ortaya çıxıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, internet fenomeni olan gənc və gözəl qız bu dəfə müxtəlif janrlarda mahnı oxuyub. Həmin videonu təqdim edirik. ) |
2014-03-13 | 11,432 | Barak Obama: Rusiya beynəlxalq hüququ pozub | ABŞ prezidenti Ağ evdə Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşdə Rusiya ilə münaqişədə Ukraynaya dəstəyini ifadə deib. Məlumata görə, ABŞ prezidenti bəyan edib ki, Rusiyanın Krıma hərbi müdaxiləsi beynəlxalq hüququn pozulmasıdır. Barak Obama deyib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. O, Vladimir Putini kursu dəyişməyə çağırıb (Musavat.com). |
2014-03-12 | 11,433 | “Düşmən cavab atəşi ilə susduruldu...” - Foto | Yazın ilk gəlişində dəli bir həvəs məni üzü Qarabağa tərəf çəkdi. Bu həvəs qış yuxusundan ayılacaq torpağın nəfəsini hiss etmək idimi, yoxsa qəribçilik ömrü yaşayan əzəli və əbədi torpaqlarımızın ilıq nəfəsini ciyərlərimə çəkmək, - doğrusu, deyə bilmərəm. Amma içimdə bir boşluq vardı. Bu boşluğu doldurmaq üçün cəbhə xəttinə yola düşməyə ehtiyac duydum. Bərdədən və Tərtərdən olan dostlarıma zəng etdim: "Sizin tərəflərə gəlmək istəyirəm, əsgərlərlə görüşəcəyəm..." "Gözləyirik", - dedilər. Dostlarla bir yerdə olmağın həzzi də bir başqadır... İpinin üstünə odun yığa bilmədim də Dostum iş yoldaşı ilə birlikdə məni Bərdənin təzə avtovağzalında gözləyirdi. Onlar məni Tərtərin girəcəyinə, "Proyezd" deyilən yerə qədər ötürdü. Razı olmadım işindən ayrılmağına. Həm də Tərtərli dostum da mənə yol-yoldaşı olacaqdı. Gəlmişkən "N" saylı hərbi hissəyə baş çəkmək istəyirdim... Dostum ayrılarkən, geri dönəndə zəng elə, dedi. Mən isə ona ancaq səfərim başa çatdıqdan sonra Bakıya girəcəkdə zəng vurdum: "Rahatsız olma, mən artıq Bakıdayam", - dedim. Dostum təəssüf etdi və sonda gülərək: - İpinin üstünə odun yığa bilmədim də...- dedi. Bu, səfərin sonu idi... qarşıda isə ön cəbhə - düşmənlə təmas vardı... Bura Qarağaclıdır... Şosedən sağa, Qarağaclı kəndinə tərəf buruluruq. Müharibə bu kənddən uzaqlarda olsa da, hiss olunur ki, nə vaxtsa kənd sakinləri arasında özünün xofunu yaşadıb. İnsanlar əkin sahələrindədir. Elə kəndin dolanbac küçələrində də gözə dəyənlərin az olmasını Tərtərli dostum hər kəsin sahələrdə olmasında görür: - İndi hər kəs işinin-gücünün arxasındadır. Burda elə bir təhlükə yoxdur, - deyir. Bir qədər keçdikdən sonra isə, bələdçim əminliklə "Ümumiyyətlə heç bir təhlükə yoxdur, gedib görəcəksən, əsgərlərimiz "cilov gəmirir", mən onlarla tez-tez görüşürəm", - deyir. Qarağaclıdan sonra Qaradağlı kəndi gəlir. Kəndin içində yol kənarı ilə axan arxların qırağında sıralanmış söyüdlər yaşıl yarpaqlarını geyinib. İşıq gələn pəncərələri... Qaradağlı kəndində artezian quyusunun yanında maşını saxlayıram. Su içirik. Yaxınlıqdakı dükandan əsgərlərimiz üçün bəzi şeylər alıram. Şəhərdən tədarük görmüşəm. Amma bir qədər də siqaret, diş pastası, diş fırçası əlavə etsəm, pis olmaz. Bələdçi dostum da mənimlə eyni fikirdədir: - Mənim böyük bacım bu kənddə olur. Axşamlar sərhəd tərəfə olan pəncərələrə dəmir lövhə qapayırlar. Bir dəfə atəş açmışdılar, ancaq işıq gələn pəncərələri nişan almışdılar. Narahat olma, onlar bizi yaxşı görür Yolumuzun üstündə olan hərbi hissəyə yaxınlaşırıq. Növbətçi əsgərlərimiz çox sayıqdır. Zabitlərimizlə bir-neçə dəqiqə söhbət edəndən sonra daha irəlidə olan əsgərlərimizin görüşünə gedirik. Bura cəbhə xəttindən o qədər də uzaq deyil. Əsgərlərin, eləcə də yerli adamların dili ilə desək "val" boyu irəliləyirik. Bələdçimizə "bəs əsgərlərimizi görmürəm", - deyirəm. O isə gülümsəyir. Narahat olma, onlar bizi yaxşı görür. "N" saylı bölük düşmənlə təmas xəttində yerləşir. Bizim postlarla, müşahidə məntəqələrimizlə düşmənin arasındakı məsafə 200-500 metr olar. Qırmızı kənd Qarşıda xarabalığı xatırladan bir kənd var. Daha doğrusu, nə vaxtsa burda insanlar yaşayıb, qaynar həyat olub. Yol yoldaşım buranın ermənilərin yaşadığı kənd olduğunu deyir. Əlavə edir ki, Tərtərin ətraf 5-6 erməni yaşayan kəndi vardı. Hamısına nəzarət bizimkilərin əlindədir. Sökülmüş, mərmidən çat vermiş daş evlərin arasında irəliləyirik. Gedəcəyimiz hərbi hissədə bizi çox rəsmi, müharibə qayda-qanunlarının tələb etdiyi şəraitdə qəbul edirlər. Hərbi hissənin həyətində əsgərlərimiz idmanla məşğuldur. Əlbəyaxa döyüşün fəndlərini mənimsəyir və təlim keçirlər. Bir qədər aralıda isə itlərə xüsusi təlimlər verilir, icrasını gözləyirlər. Komandir əsgərləri haqda ürək dolusu danışır: - Maşallah, əsgərlərim hamısı əsl döyüşçüdür. Savaş üçün bütün fəndləri, qaydaları mənimsəyiblər. Əvvəllər xidmətin çətinlikləri ilə üzləşən əsgərlər çox qısa müddətə yerli şəraitə, iqlimə uyğunlaşırlar. Bunlarla nəinki Qarabağı azad etmək, lap İrəvana da bayaraqlarımızı sanca bilərik. Hələ ki, torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində danışıqlar gedir. İnşallah hər şey yaxşı olacaq. Ali Baş komandanın əmrini gözləyirik. Əsgər yeməkxanasının səliqə-sahmanı göz oxşayır. Yataq otağının və zabitlərin yerləşdiyi tikilinin dəhliz boyu divarlarında "Əsgər vərəqələri" (Divar qəzeti), əmrlər, xidmətdə fərqlənən əsgərlərə ünvanlanan təbriklər, ad günü olan döyüşçülərin siyahısı və sair diqqətimi çəkir. Gətirdiyim iki qutu kağız dəsti, qələm və başqa ləvazimatları görən komandir: - Bunlara heç ehtiyac yox idi, - deyir... Ətraf minalanıb Bir qədər də önə gedirik. Düşmənlə üz-üzə dayanan əsgərlərin sifətində yüksək-əhval ruhiyyə var. Onlarla söhbətimdən məlum olur ki, əsgərlər daim ön xətdə olmağa can atırlar. Cəlilabaddan həqiqi hərbi xidmətə çağırılmış əsgər Paşayev: - Mənə bura daha rahatdır. Elə bilirəm ki, postdan aşağı düşüb istirahətə gedərkən, birdən komandirlərimiz "hücum" əmri verəcək, dostlarımdan bir qədər gec döyüşə atılacağam. Ona görə də yuxarıda, postda olmaq mənə çox rahatdır və bunu istəyirəm. Müşahidə məntəqəsinin komandiri: "Ətraf minalanıb. Həm o tərəf, həm də bəri tərəf. Uşaqlarımız çox böyük əhval-ruhiyyə içindədir. İnanın, iki saat burda olsanız, erməninin bizdən necə qorxduğunu özünüz hiss edəcəksiz". Düşmən cavab atəşi ilə susduruldu - Arada atəşkəs pozulur, itkilərimiz olur, - deyirəm. Azadov döyüşçü Azadov: - Bu yaxınlarda bizim bir itkimiz oldu. Amma düşmənin itkisi daha çoxdur. Hava ki bir az yağışlı, küləkli oldu, onların kürkünə birə düşür. Hara gəldi atəş açırlar. Bəzən bizim əsgərlərdən çox uzağı nişangaha götürürlər və öz yerlərini bizə bəlli edirlər. Ona görə də "Düşmən cavab atəşi ilə susduruldu" deyimini qəribçiliyə salmayın. Onlar həqiqətən də susdurulur. Əsgərlərimizlə söhbət etməkdən doymuram. Amma görüş üçün verilən vaxt da məhduddur. Bir azdan hava qaralacaq. Mənim isə geri dönüb, hərbi hissədə qoyduğum dostumla geri qayıtmağım da var. "N" saylı bölüyün komandiri ayrılarkən deyir: - Əsgərlərimizin təminatı yüksək səviyyədədir. Texnikamız, döyüş sursatımız, əhval-ruhiyyəmiz imkan verir ki, qısa bir müddətdə düşməni geri oturdaq. Və inanıram ki, belə də olacaq. Əmr verilsə... - Biz də buna inanırıq, komandir, – deyirəm və geriyə, insanlarımızın rahat yaşadığı ərazimizə tərəf dönürəm... |
2014-03-13 | 11,434 | Rusiyada “Lenta.ru”nun redaksiyası istefa verdi | Rusiyanın məşhur "Lenta.ru" portalının baş redaktoru Qalina Timçenkonun işdən azad olunmasına etiraz edərək bütün kollektiv istefa bəyanatı yayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bəyanat saytda yerləşdirilib. Bəyanatda bildirilib ki, bu gün "Afişa-Rambler-SUP" şirkətinin sahibi Aleksandr Mamut portalın baş redaktoru Qalina Timçenkonu Aleksey Qoreslavski ilə əvəz edib. Portalın istefa verən kollektivi bəyanatında bu addımın birbaşa redaksiyaya təzyiq olduğunu qeyd edib. Onlar bildiriblər ki, müstəqil redaktor vəzifəsindən azad olunub, onun yerinə isə Kremlə yaxın şəxs təyin olunub ki, bu da KİV haqqında qanunvericiliyin pozulmasıdır. Bəyantda Rusiyada yaxın aylarda daha bir neçə KİV-in bağlanmasının gözlənildiyi, belə davam edərsə, jurnalistlərin iş yeri tapmaqda çətinlik çəkəcəyi də vurğulanıb. Qeyd edək ki, Qalina Timçenko 1999-cu ildən, "lenta.ru" yaranandan portala rəhbərlik edib. Aleksey Qoreslavski isə 2013-cü ildən "Afişa-Rambler-SUP"da çalışıb. Təyin olunanadək o, şirkət baş direktorunun xarici əlaqələr üzrə müavini vəzifəsində işləyib. Bu vəzifədən öncə Aleksey Qoreslavski "Vzqlyad.ru" internet-qəzetə başçılıq edib. |
2014-03-13 | 11,435 | Edama məhkum edilmiş dahilər - Fotolar | Görünür, tərəqqi elə bu imiş... Nasist Almaniyası Ziqmund Freydin kitablarını inkvizisiya edəndə bəlkə Freyd özünün edamını daha çox istəyirdi. Belə düşünməsəydi, "Orta əsrlər olsa, özümü tonqala atardılar, çox təəssüf ki, indi təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə bu imiş", - kəlamını işlətməzdi. Haqqında danışacağımız şəxslər isə Freyd kimi "şanslı" olmayıb... Onsuz da öləcəyəm, siz sadəcə, bunu tezləşdirirsiz Tarixin xoşbəxt, həyatın bədbəxt insanlarından biri də edam edilmiş yunan filosofu Sokratdır. Sözü açıq və üzə deməyi sayəsində Sokrat özünə çoxlu düşmən qazanmışdı. Xüsusən, varlılar onu sevmirdilər. O, sofistləri heç sevmirdi. Sokrat sofistləri belə təqdim edirdi: "Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər". Bu sözlər onun sonralar elə sofistlərin sayəsində edama məhkum edilməsinə səbəb olub. Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib. Ölümdən öncə keçirilən məhkəmədə belə, o özünü müdafiə etməyə çalışmayıb. Hətta məhkəmədə son söz əvəzi "mən onsuz da bir gün o düyaya gedəcəm, siz sadəcə bunu tezləşdirirsiz. Mən əgər bir də dünyaya gəlsəm, yenə də eynən bu cür davranardım", - deyir. Sokrat o dövr üçün ən məşhur ölüm cəzalarından birinə məhkum edilir. Onun bədəninə iynə ilə zəhər vururlar. Lakin o ölüm qabağı çox deyib-güldüyündən "həkimlər" xüsusilə onun üçün normadan artıq zəhər hazırlamaq məcburiyyətində qalırlar. Sokratın ölüm qabağı son sözü bu olub: "Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın". Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. Zəhəri həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyərdi. Qoy nifrət etsinlər, təki qoxsunlar Digər ölümə məhkum edilən və ya sui-qəst nəticəsində vəhçicəsinə öldürülən şəxsiyyət isə bəlkə də bu cəzaya layiq idi. Heç kəs bilməzdi ki, bir vaxtlar taxta sahib olduğu üçün şərəfinə yüz altmış min qurban kəsmiş xalqın sevimlisi olan bu insan sonradan elə onu seçən xalq tərəfindən məhv ediləcək. Bu Roma tarixində misilsiz qəddarlığı və əxlaqsızlığı ilə ad çıxarmış tarixə Kaliqula adı ilə düşən Qay Yuli Sezar Germanik idi. O, əxlaq cəhətdən çox "unikal" adam olub. Bütün sektorlar üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Var-dövləti, pulu tanrı səviyyəsinə qadırmışdı. Tək özünə yox, ailə üzvlərinə də yaltaqlanmaq lazım idi. Məişət əxlaqı cəhətdən də Romada çox iyrənc bir ənənənin əsasını qoydu. O, gözü tutan qadınların birini də rahat buraxmazdı. Germanik xalqın qəzəbinə tuş gəlməkdən qorxmurdu, əksinə bunun üçün xüsusilə çalışırdı. Onun bir devizi vardı "qoy nifrət etsinlər, təki qoxsunlar". Vaxt ötür, qorxan xalq arasında itaət etməyənlər repressiyaya məruz qalırlar. Ölkəni edam dalğası cənginə alır. O, atasının hakimiyyəti illərində sürgündən sağ qayıtmış birindən soruşur: "Siz orada neyləyirdiniz?" Qoca isə yaltaqcasına cavab verir: "Dua edirdik ki, atanız ölsün və onun yerinə hakimiyyətə siz gələsiniz". Bu Qay Germanikin yadına düşəndə "Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır" düşünür və sürgündən gələnlərin hamısını qətlə yetirir. Bunlar artıq xalqı cana doydurmuşdu. Xüsusilə də zadəganlara, yüksək zümrə adamlarına çox zülmlər verdiyindən hamıda qısas hissi oyanmışdı. Deyilənə görə, o da Yuli Sezar kimi ölümqabağı yuxusunu qarışdırır. Nəhayət, o gün gəlib çatır və 24 yanvar 41-ci ildə hökmdar səhər yeməyinin ardınca teatra "Katullun" pyesinə baxmağa gedir. Yeraltı keçiddə sui-qəsdçilər onu dövrəyə alır. Onlardan biri "hoc age" (qurban verilən zaman deyilən formula) qışqırıb xəncəri boynunun ardına saplayır. Növbəti zərbə sinəsinə vurulur. Bundan sonra ölmüş imperatora otuza qədər zərbə endirilir. Bir qədər sonra evində arvadı Sezoniyanı doğrayırlar. Qızının isə başını divara vurub öldürürlər. Tonqalda yanmağa getdiyim halda qorxmuram O, əsl qəhrəman, elm fədaisi, gözəl mühazirəçi və istedadlı yazıçı idi. Böyük İtalyan mütəfəkkiri Cordano Bruno hardan bilərdi ki, bir gün onu düşüncələrinə görə edam edəcəklər. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxuyur. Və başa düşür ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Bundan sonra onun üçün təhlükəli, lakin parlaq və əsl gəncə layiq qaynar həyat başladı. Artıq sevdiyi İtaliyada yaşaya bilməzdi. Çünki katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada yaşamq məcburiyyətində qalır. Lakin vətəndən çox uzaq qala bilməyib, İtaliyaya qayıdır. Gəlişi ilə xainlər tərəfindən satılmağı eyni vaxta təsadüf edir. Kilsə məhkəməsinin əlinə keçir və səkkiz il dəhşətli işgəncələrlə məruz qalır. Lakin çəkdiyi ağrılar onu fikrindən döndərmir. Onunla bacara bilməyəcəyini görən kilsə məhkəməsi İtaliya və digər Avropa ölkələri üçün məşhur olan inkvizisiya (tonqalda yandırma) cəzasına məhkum edilir. Hətta onu tonqalda yandırmağa apararkən belə cəlladlara "siz hökmü oxuyarkən belə səsiniz əsir, mən isə tonqalda yanmağa getdiyim halda qorxmuram", - deyir. O, 1600-cü ildə xalqın gözü qarşısında qanunsuz kilsə məhkəməsinin qərarı ilə tonqalda yandırılır. Sonralar Cordano Brunonun edam edildiyi yerdə, indiki Romanın Güllər meydanında alimə heykəl qoyulur. Edam edilən cəsəd Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin və müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel də edama məhkum edilənlərdəndir. Lakin bu edam növü bircə ona tətbiq edilib və demək olar ki, ondan başqa heç kəs bu cür edam edilməyib. Muzdlu döyüşçü olan Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq edib. İngiltərə parlamenti ilə I Karl arasında konflikt başlayanda bu Oliver Kromveli də narahat etmişdi. Beləliklə, parlament tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş müharibəsi (İngiltərə burjua inqilabı) başladı. Hakimiyyət uğrunda gedən qanlı döyüşlər zamanı hər iki tərəf tam qələbə qazana bilmir. Lakin 10 iyul döyüşlərində kral I Karl məğlub olub ölkədən qaçır. Çox keçmir ki, Kromvelin əleyhinə olan parlament üzvləri kralla danışığa girirlər. Lakin bu Kromvelin məğlubiyyəti demək deyildi. O, Londona girib kralı həbs edir və məhkəmə qurub kral I Karlı xalqın gözü qarşısında edam edir. İngiltərədə krallıq ləğv edilir və respublika elan olunur (1649). Ancaq bu, daha çox hərbi diktatura idi. Bununla da Şotlandiya və İrlandıyanın işğalına başlanılır. Şotlandiyanı ram etdikdən sonra gözlənilmədən Kromvel ona təklif edilən krallıq taxtından imtina edib, özünü lord-profektor elan edir. Hakimiyyətdə çox qala bilməyən diktator Kromvel beş ildən sonra vəfat edir. Və əsas məsələ də elə bundan sonra başlayır. Vətəndaş müharibəsi zamanı edam edilən kral I Karlın fransaya qaçan oğlu II Karl İngiltərəyə qayıdıb kral seçilir. Atasını edam etdirən və özünün ölkədən didərgin düşməsinə səbəb olan Oliver Kromveldən qisas ala bilmədiyinə görə onun nəşini qəbrindən çıxartdırıb edam etdirir və edam edilmiş cəsədi isə yenidən basdırtdırır. Ölüm ayağında qurtuluş Ölümə getdiyin an hökmün qaldırıldığını eşitmək yenidən doğulmağa bərabər sevincdi. Ölümqabağı həyatı üzünə gülənlərdən biri də dahi rus mütəfəkkiri, rus ədəbiyyatının əfsanəsi dahi yazıçı Fyodor Dostoyevskidir. Bir o qədər də zəngin uşaqlıq yaşamayan yazıçı gənclik illərində yazdığı ilk romanı sayılan "Alçaldılmış və təhqir olunmuşlar"dan sonrakı romanlarında bir o qədər də uğur qazanmadığına görə yazıçılığı bir müddət buraxıb siyasətlə məşğul olur. Onu edama aparan yol da elə buradan başlayır. 1849-cu ildə adı dövlət əleyhinə sui-qəsdə qarışdığı iddiası ilə həbs edilir. Onun çevrilişə cəhd edən bir neçə insanla dostluq etdiyi məlum olur. Dostoyevski və qrupa daxil olan digər 20 nəfər petroşevskiçi həbs edilir və edama məhkum edilir. Dekabr ayının 22-də həmin qrupa daxil olan fəallarla birgə Fyodor da güllələnmək üçün Semyonevski sahəsinə aparılır. Güllənəcəyi zaman ölüm hökmü həbs cəzası ilə əvəzlənir və Dostoyevski ilə bərabər 8 yoldaşı həbs edilib sürgünə göndərilir. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrilir. Cəzasını çəkməsi üçün Sibirdə olan Omsk Həbsxanasına göndərilir. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verilir. Zabitliyə qədər yüksəlir. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski 1859-cu ildə azad edilir və Peterburqda yaşamağa başlayır. Bu da onun siyasətdən birdəfəlik ayrılmasına və ömrünün sonuna qədər yazıçılıqla məşğul olmasına səbəb olur. |
2014-03-13 | 11,436 | ABŞ-dan Rusiyaya açıq təhdid | ABŞ Dövlət katibi Con Kerri Sergey Lavrovla Londonda keçiriləcək görüşdə Rusiyaya seçim imkanları təklif edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Con Kerrinin özü məlumat verib. Kerri prezident Obamanın təlimatı üzərinə Lavrovla görüşəcəyini bildirib. Kerri Rusiyanın Ukrayna, xüsusilə də Krım məsələsində dərin tarixi, mədəni və digər maraqlarının olmasına hörmət etdiklərini, ancaq dünyanın bu an şahid olduğu hərbi müdaxiləni heç bir vəclə haqlı görmədiylərini deyib. Dövlət katibi qeyd etdi ki, Rusiyanın gərginliyin azaldılması və siyasi həll yolunun seçilməsi üçün bir çox səbəbləri var. Krımda keçiriləcək olan referendumu qanunsuz hesab edən Kerri bildirdi ki, "Əgər Rusiya bu məsələdə düzgün addım atmazsa, biz lazım olanı edəcəyik" |
2014-03-13 | 11,437 | Məşhur müğənni nişanlandı | Biznesmen sevgilisinin evlənmə təklifini qəbul edən məşhur müğənni Əbru Polad nişanlanıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Əbru Polad "Həyatımın kişisini tapdım, iyun ayına qədər evlənib uşaq dünyaya gətirmək istəyirəm", - deyib və xoş xəbəri fərdi səhifəsində pərəstişkarları ilə paylaşıb. O, Tvitter səhifəsində barmağındakı üzüklə çəkdirdiyi şəkli paylaşıb və "Həyatımın sonuna qədər üzük barmağımda olacaq. Allah hər kəsə onu sevən, əsla aldatmayan və güvəndiyi bir həyat yoldaşı nəsib etsin..." - şərhini yazıb. |
2014-03-13 | 11,438 | Məşhur tennisçi robota uduzdu – Video | İnsanlar robotlara qarşı... texnologiya çağının ssenarisi həqiqətə çevrilirmi? "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli alman tennis çempionu Timo Boll bir robot firmasının reklamına çəkilib. "KUKA" firmasının istehsal etdiyi stolüstü tennis robotu son zamanların ən böyük çempionu Timo Bolla qarşı amansız bir duelə çıxıb. Həmin dueli təqdim edirik: ) |
2014-03-13 | 11,439 | GUAM Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədi | Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-a üzv dövlətlər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini bildiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə GUAM-ın mətbuat xidmətindən bildirilib. Məlumata görə, GUAM-in martın 11-12-də keçirilən Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) iclasında Azərbaycan XİN nümayəndəsi, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba, Moldovanın xarici işər və Avropaya inteqrasiya üzrə müavini Valeri Kiver (iclasa sədrlik edib), Ukraynanın nümayəndəsi və GUAM-ın Baş Katibi Valeri Çiçelaşvili iştirak edib. MƏŞ-in iclası GUAM-a üzv ölkələrin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini təsdiq edib. MƏŞ təsdiq edib ki, GUAM ərazisindəki bütün münaqişələr 23 may 2006-cı il münaqişələri ilə bağlı Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın dövlət başçılarının birgə bəyannaməsində müəyyən edilmiş prinsipləri əsasında həll edilməlidir. Tədbirdə təsdiq edilib ki, GUAM-a üzv dövlətlər bundan sonra da suverenliyə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyi təkid edəcək və Krım Muxtar Respublikasının statusu haqqında referendum yalnız beynəlxalq sülh və təhlükəsizliyin qorunması prinsiplərinə əsasən Ukrayna Konstitusiyasına uyğun keçirilə bilər.MƏŞ qeyd edib ki, GUAM-a üzv dövlətlər Ukraynadakı vəziyyətə dair və regionda sülh və təhlükəsizlik üçün mümkün nəticələr barədə məsləhətləşmələri davam etdirəcək. İclas iştirakçıları GUAM formatında siyasi əməkdaşlıq və BMT qətnamə layihəsinin davam etdirilməsi, həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələrini, eyni zamanda dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Tədbirdə GUAM PA komitələrinin keçirlməsi imkanlarına baxılıb və tədbirlərin 2 dekabr 2013-cü il GUAM PA komitələrinin birgə iclasında Tiflisdə qəbul olunan qərarlara uyğun keçirilməsi tövsiyə edilib. Xatırladaq ki, GUAM 1997-ci ildə Strasburqda keçirilən Avropa İttifaqının sammitində postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd ildən sonra onu tərk edib. 2006-cı ildə bu format Kiyevdə keçirdiyi ilk sammitdə yeni ad və beynəlxalq təşkilat kimi, GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat elan etmək qərarı qəbul edilib. |
2014-03-13 | 11,440 | Tailandda turist avtobusu fillə toqquşdu: 6 ölü, 4 yaralı | Tailandın Rayonq şəhərində turist avtobusu fillə toqquşub. Qəzada 6 nəfər ölüb, 4 nəfər yaralanıb. "Axar.az" xəbər verir ki, filin meşəlik tərəfdən yola çıxması qəzaya səbəb olub. O, qəfildən yola çıxaraq avtobusla toqquşub. Avtobusun arxasınca gələn yük maşını da qəzaya uğrayıb. Qəzada 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Filin isə yalnız ayağı qırılıb. |
2014-03-13 | 11,441 | Otuz min illik qorxunc virus aktivləşdi | Elm adamları təxminən 30 min ildir buz layının altında olan virusun aktivləşdiyini açıqlayıb. "Axar.az" xəbər verir ki, Sibirdə buz layının altında donmuş virusun aktivləşməsinin yoluxucu olduğu açıqlanıb. Fransadakı Aiks-Marsel Universitetinin Elmi Araşdırma Mərkəzindən Professor Can Mişel Klaver "Bu qədər uzun bir müddətdən sonra ilk dəfədir ki, belə yoluxucu virus görürük", - deyib. Klaver virusun insanlar, ya da heyvanlar üçün hər hansı bir təhlükə törətmədiyini, yalnız təkhüceyrəli orqanizmlərə təsirli olacağını söyləyib. Virusu qısa bir müddətdə kəşf edilən nəhəng viruslar sinfinə aid "Pithovirus sibericum" olduğu təyin olunub. Mikroskopla baxıldıqda digər viruslara nisbətən asan seçilir. "Pithovirus sibericum"un təxminən 1,5 mikrometr və indiyə qədər olan ən böyük virus olduğu qeyd edilib. Araşdırma Milli Elmlər Akademiyasının ("Proceedings of the National Academy of Sciences") jurnalında çap olunub. |
2014-03-13 | 11,442 | Yer yarıldı, içinə girdi – Video | Çində elə bir hadisə baş verib ki, həqiqətən yer yarılıb, adam içinə girib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, əslində məsələ belə olub: təhlükəsizlik köşkündə olan mühafizəçilərdən biri... Daha ətraflı videoda... |
2014-03-13 | 11,443 | Çempionlar Liqası: Daha iki klub növbəti mərhələdə | Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam etdirilib. İkinci oyun günündə iki qarşılaşma baş tutub. "Barselona" "Mançester Siti"ni qəbul edib. Mançesterdə baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan "Barselona" "Nou Kamp"da da rəqibinə şans verməyib - 2:1. Hesabı 67-ci dəqiqədə Lionel Messi açıb. 78-ci dəqiqədə Pablo Zabaleta ikinci sarı vərəqəni alaraq "Mançester Siti"ni azlıqda qoyub. Say azlığına baxmayaraq İngiltərə klubu 89-cu dəqiqədə Vinsent Kompaninin qolu ilə bərabərliyi təmin edib. Lakin Dani Alveş 2 dəqiqə sonra "Barselona"nın qələbə qolunu vurub. Günün digər oyununda isə PSJ "Bayer"i qəbul edib. Leverkuzendə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Paris klubu "Park de Prins" stadionunda da rəqibini sevindirməyib - 2:1. Hesabı 1-cı dəqiqədə qonaqlardan Sidney Sam açıb. Cəmi 7 dəqiqə sonra Markinyos bərabərliyi təmin edib. 63-cü dəqiqədə Lavezzi PSJ-nin qələbə qoluna imza atıb. 68-ci dəqiqədə Emre Can ikinci sarı vərəqəni alaraq "Bayer"i azlıqda qoyub. |
2014-03-13 | 11,444 | Qeybə çəkilən təyyarədən yeni xəbər | Bir neçə gün öncə Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinə gedərkən itən sərnişin təyyarəsinin dağıntıları olduğundan şübhələnilən parçaların Çin peyki tərəfindən çəkilmiş görüntüləri yayımlanıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Çin Dövlət Elm İdarəsinin internet saytında yayımlanan görüntülərin peyk tərəfindən bazar günü çəkildiyi qeyd edilib. Cənub Çin dənizindəki axtarış işlərinə təxminən 92 min kvadrat kilometrlik sahədə 12 ölkədən 42 gəmi, 39 təyyarə cəlb olunub. Qeyd edək ki, Malayziya Hava Yollarına aid Boinq 777 təyyarəsi şənbə günü Kuala-Lumpurdan Pekinə gedərkən 227 sərnişin və təyyarənin 12 ekipaj üzvü ilə radardan itərək qeybə çıxmışdı. |
2014-03-13 | 11,445 | Bakı metrosunda qatar tuneldə qaldı - Həyəcan | Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin qatarlarının hərəkətində yenə problem yaranıb. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, "Dərnəgül" – "Həzi Aslanov" stansiyaları istiqamətində hərəkət edən qatarların hərəkətində ləngimələr baş verib. Səhər saat 09:04 radələrində "İnşaatçılar" metrostansiyasında qatar 6 dəqiqə dayanıb. Daha sonra qatar "Nizami" - "28 May" istiamətində hərəkət edən zaman 3 dəqiqədən çox tuneldə qalıb. Qeyd edək ki, əks istiqamətdə hərəkət edən qatarlarda da bu cür ləngimələr baş verib. Məlumat üçün bildirək ki, gecikmələr nəticəsində "Azadlıq prospekti", "Memar Əcəmi", "20 Yanvar" mertostansiyalarında sərnişin sıxlığı müşahidə edilib. |
2014-03-13 | 11,446 | Məsud Özili təhqir etdilər - Foto | "Bavariya" ilə "Arsenal" arasında keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında alman azarkeşlər təhqiredici pankart açıblar. "Axar.az" İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Gay Gunners" yazılmış pankart hər kəsi şoka salıb. Pankartda "Arsenal"ın simvolu olan döyüş topu ilə yanaşı Məsud Özilin karikaturası da yer alıb. İngilislər bu pankarta görə "Bavariya"nın cəzalanmasını tələb edirlər. |
2014-03-13 | 11,447 | Bakı metrosunda hadisə: 1 nəfər öldü | Metronun "İnşaatçılar" stansiyasında ölüm faktı qeydə qalınıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, saat 9:00 radələrində 65-70 yaşlı şəxsiyyəti hələlik müəyyən olunmayan kişi dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. |
2014-03-13 | 11,448 | Cəbhədə növbəti erməni təxribatı | Ermənilər növbəti dəfə atəşkəsi pozublar. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-13 | 11,449 | Sabiq prezident intihar etdi - Foto | Türkiyənin "Göztepe" klubunun sabiq prezidenti Bülent Özkul intihar edib. "Axar.az" xəbər verir ki, depressiyaya düşən 55 yaşlı keçmiş prezident özünü evinin pəncərəsindən atıb. Ağır yaralanan Özkul həkimlərin bütün səylərinə rəğmən həyatda qala bilməyib. İddialara görə, klub rəhbərinin ailə problemləri var imiş və bir müddətdi psixoloji müalicə alırmış. Qeyd edək ki, atası Zeki Özkulun 1967-ci ildə qurduğu "Özkul Tekstil"i Türkiyənin ən parlaq markalarından birinə çevirilən Bülent Özkul 2001-ci ildə maliyyə böhranından qurtula bilməyib və iflas edib. Bir müddət İstanbulda yaşayan şirkət rəhbəri sonradan İzmirə köçərək sadə həyat yaşamağa başlayıb. O, müsahibələrindən birində bu sözləri demişdi: "Bir vaxtlar lüks avtomobillərim var idi. İndi avtobus kartım var və buna görə çox xoşbəxtəm". 2012-ci ildə "uşaqlıq sevgim" dediyi Seher Özkulla evlənən Bülent Özkulun bir müddət əvvəl yaxın dostlarından birinə "məni həyata bağlayan 2 faizlik bir bağ qalıb" dediyi iddia olunur. Onun həmçinin intihardan əvvəl İstanbulda yaşayan qızına mesaj yazaraq "haqqını halal et" dediyi də bildirilir. |
2014-03-13 | 11,451 | “Kim nə deyir-desin, mən öz inancımı yaşayıram” | Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa son günlərin aktual mövzusu olan nurçuluq, adının bu təriqət üzvləri arasında çəkilməsi ilə bağlı "Axar.az"ın suallarını cavablandırır: - Fazil bəy, ondan başlayaq ki, son iki həftədir nurçu söhbəti ölkə gündəmindən düşmür. Nə baş verir və polemika niyə belə uzanır? - Süni gündəmdir, yazan jurnalistlərin kimliyinə və saytların istiqamətinə diqqət etsəniz, görərsiniz ki, bu, Türkiyədəki siyasi savaşın Azərbaycana məqsədyönlü yayılmasıdır. Ümumiyyətlə, İslam dinində təriqətçilik deyilən bir anlayış yoxdur və hansı adla olursa-olsun, kimsə özünü hansısa təriqətə aid edirsə, onun İslamın mahiyyətini anladığına şübhə ilə yanaşmaq lazımdır. Azərbaycanda üç təhlükə mənbəyi var ki, biri cənubdan, biri şimaldan, biri də birbaşa Ermənistandan gəlir. - Ölkə rəsmiləri də qeyri-ənənəvi təriqətlərin ölkəmizə ayaq açmasını dilə gətirdi və bu, artıq belə təriqətlərin hakimiyyəti də narahat etdiyini düşünməyə əsas verir. - Təriqətin ənənəvisi də, qeyri-ənənəvisi də İslam dini ilə bağlı deyil. Əlbəttə ki, Azərbaycan dövlətçiliyinə qarşı olan nəinki hansısa təriqət, hər hansı partiya, QHT belə olsa, qanunun məsuliyyətindən kənarda qalmamalıdır. Ancaq axmaqlar bu siyahıya inanır - Nurçu mövzusunda ən çox danışan, məqalələr də yazan sizsiz. Bu zərurət nədən yaranıb? Çoxları sizin nurçulara qahmar çıxdığınızı deyir. - Ümumiyyətlə, nurçuluq mövzusunda heç bir məqalə yazmamışam. Nurçuluq deyilən hansısa təlimə də, təriqətə də heç bir aidiyyətim yoxdur. Nursuzluq mövzusunda yazmışam. Təriqətçilik əleyhinə də dissertasiya müdafiə etmişəm. Təbii ki, Azərbaycanda nursuz insanların sayı daha çoxdur və onlar mənim birbaşa söylədiyim fikirlərdən diqqəti yayındırmaq üçün mütləq bu cür şərh verməlidirlər. Mənim qaldırdığım problem birbaşa təhsillə bağlıdır. Bu məktəbləri kimsə bəyənməyə bilər, ancaq mən hesab edirəm ki, indiki təhsilimizin vəziyyətində onların Azərbaycana xeyli faydası dəyib. Yüzlərlə Azərbaycan övladı bu məktəblərdə bilik alıb, yüksək səviyyəli mütəxəssisə çevrilib. Mən kampaniyaçılıq dalğasında bu məktəblərin sıradan çıxarılmasına qarşıyam. Bu məktəblərdə guya dini təbliğatı bəhanə edənlər, indiyədək mərhum Heydər Əliyevin bu məktəblərlə bağlı söylədiyi xoş fikirləri təbliğ edirdilər. Eyni adamlar Turan Yazqanın gözəl təlim-təhsil verən məktəblərinin də genişlənməsinə imkan vermədilər. Missionerlər hər yerdə var, ingilis, rus profilli məktəblərdə də, eyni kampaniya niyə yalnız türklərə qarşı çevrilir, bunu anlamaqda çətinlik çəkirəm. Buyurun, bu məktəblərdən məzun olan yüzlərlə Azərbaycan övladını elliklə pişləyin, sonu nə olacaq? Onsuz da yüzlərlə normal təhsil verməyən alternativlər var, oramı yönləndirəcəksiniz övladlarımızı? - Nurçulara bağlı olan deputat və PA rəsmilərindən ibarət bir siyahı yayıldı. Düzdür, həmin deputatlar və məmurlar bu iddianı təkzib ediblər - eləcə də siz. Bəs, bu siyahı haradan çıxdı və niyə məhz bu adlar orda yer alıb, bir başqaları yox? - Belə bir siyahının hamısı bir otaqda yazılır, indi də birinin adından guya digərinə göndərilən məktublar aşkarlanır. İndiyə qədər başqa adlarla da tanıtmağa çalışırdılar, Azərbaycan cəmiyyətində özünü axmaq yerinə qoymuşlardan başqa kimsə belə siyahıları ciddiyə almır. Mən öz inancını yaşayan insanam, öz müstəqil fikrini söyləməyə, yazmağa çalışan bir siyasətçiyəm və nəhayət, öz dünyagörüşününün cəmiyyətimiz üçün faydalılığına inanan bir araşdırmaçıyam. İndi bu nursuzlar oturub düşünürlər ki, necə ola bilər, bu adam həqiqətən öz düşüncələrində bu qədər müstəqildir? 30 ilin siyasət həyatında hansı ittihamlardan keçmədik ki! Bir İslam mənsubu əgər özünə nurçu deyirsə, eyni zamanda, İslamdan xəbəri olmayan birisi inanclı kiməsə nurçu deyirsə, hər ikisini cahil saysanız, yetər. - Cəmiyyətdə kimlərinsə sizi nurçu kimi assosasiya etməsindən narahat deyilsiz ki? - Allah heç bir bəndəsini nursuz etməsin, kimlərinsə nə adlandırmağı narahat etsəydi, bu qədər qaragüruha qarşı sözümüzü deməzdik. Həm də ona görə rahat, birbaşa fikirlərimi deyirəm ki, bu adların heç biri ilə yaxından-uzaqdan bağlılığım yoxdur. Olsaydı, hər halda ləyaqətim çatardı ki, yenə də açıq deyim və öz mövqeyimi müdafiə edim. Bu gün hər kəs özü öz dünyagörüşünü müdafiə edə bilər, mənim müdafiə etdiyim Azərbaycandakı türk məktəbləridir və sabah onların bağlanmasına, keyfiyyətsiz vəziyyətə salınmasına çağırış edənlərə sözümü demək üçün bu gün haqlı olduğum mövqeni açıqlayıram. Onların şəxsiyyəti yoxdur - Sizi nurçu adlandıranları məhkəməyə vermək fikriniz varmı? - Məhkəməyə vermək üçün qarşı tərəfin şəxsiyyət vəsiqəsi olmalıdır. Ancaq mən baxdığım imzalarda vəsiqə var, şəxsiyyət yoxdur. Ona görə də belə bir fikrim yoxdur. - Hesab edirsinizmi Azərbaycanda nurçu qalmaqalı Ərdoğan-Gülən davasının əlamətləridir? - Ümumiyyətlə, bir tədqiqatçı kimi deyə bilərəm ki, nurçuluq ötən əsrin 70-ci illərindən sonra Türkiyədə bitmiş bir hərəkatdır və çox qollara parçalanıb. Əslində, Ərdoğan və onun komandasının da strukturunu bilənlər onların da camaat sisteminə dayandığını müşahidə edərlər. Bizdə camaatlaşma anlayışı demək olar ki, tarixən yoxdur. Çünki xüsusi dini təlim və məktəblərin olmaması buna zəmin yaratmayıb. Təbii ki, Türkiyədə Ərdoğan-Gülən savaşının Azərbaycanda gözlənilən əks-sədasıdır, fikrimcə, Azərbaycan dövləti bu məsələdə hansısa tərəfin yanında aktiv olaraq yer almamalıdır. Buna çalışanlar var, əlbəttə. Təsəvvür edin ki, Türkiyədə həbs olunan Ergenekonçular bu gün azadlıqdadır. Xatırlayıram, o zaman da Azərbaycanda da ergenekonçu axtarırdılar. - Elçibəyin yaxın çevrəsində olmusunuz. Onun "Xidmət hərəkatı"na simpatiyasının olması iddiaları nə dərəcədə realdır? Çünki Elçibəyin nurçu təsisatların Azərbaycanda yerləşməsində rolu olduğu deyilir... - Elçibəyin Azərbaycan Xalq Cəbhəsindən başqa hansısa hərəkata xüsusi simpatiyası olmayıb. Onun Türkiyəyə xüsusi sevgisi olub və oradan gələn hər insana dost kimi yanaşıb. Təhsillə bağlı bu ölkəyə ilk gələn "Xidmət camaatı" olduğuna görə, ilk imtahanların də təşkilində Elçibəyin rolu olmuşdu. Eyni zamanda, Turan Yazqanın da burada məktəb açmasını Elçibəy istəmişdi. Sübut etməsələr, şərəfsizdirlər - Bu günlərdə "Dialoq Avrasiya" Platformasının siyahısında da tanınan adlar, eləcə də sizin adınız var. Bu informasiya dalğasının səbəbi nədir? - Mən İran səfirinin də, Rusiya səfirinin də, Türkiyə səfirinin də tədbirlərinə dəvət alıram. İndi məni harada görəcəksiniz, oraya qeydiyyatımı aparacaqsınız? "Dialoq Avrasiya"nın Xocalı ilə bağlı tədbirlərində iştirak etmişəm, indi adamlara deyək ki, ayıbdır, bir də belə tədbirlər keçirməyin? Bunu yazanlara vaxt verdim ki, sübut etməsəniz, şərəfsizsiniz, yazdılar ki, biz dəqiqləşdirilməyən məlumata görə yazmışıq. Dedim ki, bundan sonra da bütün axtarışlarınızı aparın, nə zaman tapsanız, xahiş edirəm, çəkinmədən verin. Ancaq bir gerçəyi tapacaqsınız ki, mən yalnız və yalnız "Dialoq Azərbaycan" Platformasının yorulmaz təbliğatçısıyam. |
2014-03-13 | 11,452 | Türkiyədə Gülən məktəbləri rəsmən bağlandı | Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib. Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq. Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib. Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi. Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib ("Trend"). |
2014-03-13 | 11,453 | Bakı metrosunda heç bir ticarət olmayacaq - Rəsmi | "Bakı Metropoliteni" QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməkdir. Lakin son zamanlar "Bakı Metropoliteni" QSC-nin metro stansiyalarında ticarət köşkləri həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranıb". "Axar.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadə deyib. Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC yaranan ilk gündən əsas məqsədlərindən də biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: "Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik". F.Tağızadənin sözlərinə görə, Bakı Metropoliteninin heç bir stansiyasında ticarət olmamalıdır: "Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz". Qurumun baş mühəndisi qeyd edib ki, ticarət köşklərinin bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, əvvəlcə ticarət köşklərinin bağlanması stansiyaların içindəki platformalardan başlayacaq: "Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik". Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib. |
2014-03-13 | 11,454 | Qarabağ erməniləri Krımda aktiv fəaliyyətə başladı | Krımda milliyyətcə ukrayn olan şəxslər yerli hökumət tərəfindən sıxışdırılır. "Axar.az" xəbər verir ki, bu barədə milliyyətcə ukrayn olan krımlılar öz Feysbuk səhifələrində məlumat yerləşdiriblər. Krımlılar Rusiyanın tatarları öz tərəfinə çəkmək istəməsi ilə əlaqədar olaraq hələlik onlara yaxın durulmadığını bildiriblər. Hazırda ukraynalı aktivistlərin daha çox provokasiya çəkilməyə çalışıldığı deyilib. Bununla da Simferopolda siyasi aktivliyi öldürmək planlaşdırılıb. Krımlılar həmçinin Simferopol küçələrində mülki geyimdə olan Rusiyadan gətirilmiş xüsusi adamların aktivləşdiyini də söyləyiblər. Kazaklar, Qarabağ erməniləri həmçinin dağıstanlıların belə, Simferopol küçələrində yerli əhalini provokasiya çəkməyə çalışdığı deyilib. Qeyd edək ki, bir müddət öncə Krım tatarları öz səhifələrində Rusiyanın Qarabağ ermənilərindən ibarət xüsusi dəstəsinin Simferopola gətirildiyi haqqında informasiya ilə çıxış etmişdilər. |
2014-03-13 | 11,455 | Prezident alış-verişə çıxdı - Fotolar | ABŞ prezidenti Barak Obama Nyu Yorkda gəzinti zamanı geyim mağazasına baş çəkib. "Axar.az" xəbər verir ki, mağazaya girən Obama orada qızları Saşa və Malia üçün köynəklər seçib. Köynək seçimi zamanı prezident mağazanın işçiləri ilə də zarafatlaşıb. Obamanın həmin mağazadan alış-veriş etməsi isə təsadüfi olmayıb. Həmin mağaza ötən il işçilərinin bir saatlıq maaşını 9 dollardan 10 dollara qaldırmışdı. Prezident də buraya öz təşəkkürünü bildirmək üçün gəlib. |
2014-03-13 | 11,456 | "Qanun"un Feysbuk səhifəsi ələ keçirilib | "Qanun" nəşrlər evinin Feysbuk səhifəsinin admini Nihal Əhmədovanın e-mail ünvanı və Feysbuk profili ələ keçirilib. Bu barədə nəşriyyatdan yayılan press-relizdə bildirilir. Qeyd olunur ki, bu, "Qanun" ətrafında baş verən hadisələrin bir tərkib hissəsidir. Nəşriyyat bildirir ki, əgər N.Əhmədovanın adından Feysbuk və ya e-mail vasitəsilə hər hansısa bir məlumat paylaşılarsa, bunun məsuliyyəti "Qanun"u 150 min manat cərimələyən vergi orqanlarının üzərindədir. Xatırladaq ki, Vergilər Nazirliyi "Qanun" nəşriyyatını bu cür müəssisələr üçün fantastik sayılacaq məbləğdə - 150 min manat həcmində cərimələyib ("Musavat.com"). |
2014-03-13 | 11,457 | Bakıda Sahib-əz-Zamanın doğum günü qeyd edildi – Şok video | Bakı kəndlərinin birində Sahib-əz-Zaman Mehdinin doğum günündə tort kəsiblər. "Axar.az" xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu video böyük marağa səbəb olub. Videoda İslam tarixinə görə qeybə çəkilən 12-ci imam Sahib-əz-Zamanın doğum günü qeyd edildiyi görüntülər yer alır. Doğum günü şarlarla bəzədilmiş bir mağarda tort kəsilərək alqışlarla, musiqi sədaları altında qeyd edilib. Həmin videonu təqdim edirik: |
2014-03-13 | 11,458 | Ayan gizli saxladığı ərinin kimliyini açıqladı - Foto | Bir müddətdir ki, sosial medianın diqqət mərkəzində olan mövzuya, nəhayət, aydınlıq gəldi. Gənc müğənni Ayan Babakişiyeva hamiləlik vaxtından övladı dünyaya gələnədək körpənin atasının kimliyini gizli saxlamağa çalışırdı (Bakupost.az). Nəhayət, xanım müğənni bunu açıqladı. O, instagram səhifəsində ictimaiyyətin diqqətindən gizli formada ailə həyatı qurduğu və qız övladı dünyaya gətirdiyi insanla fotolarını paylaşıb. Bu şəxs elə hər kəsin şübhələndiyi və dedi-qoduya səbəb olan Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayevdir. A.Babakişiyeva hamilə olduğu zaman və daha əvvəl onunla çəkdirdiyi fotolarını paylaşıb. |
2014-03-13 | 11,459 | “Kommersant” Ukraynadakı fəaliyyətini dayandırır | Rusiyanın "Kommersant" qəzeti Ukraynadakı fəaliyyətini dayandırır. "Axar.az" xəbər verir ki, bu barədə "Kommersant" nəşrlər evinin baş direktoru Pavel Filenkov İTAR TASS agentliyinə açıqlamasında deyib. "Biz Ukraynada vəziyyət sabitləşmədiyi üçün "Kommersant-Ukrayna" qəzetini bağlamağa məcbur olduq. Nəşrin əvvəldən də maliyyə problemləri var idi və qalmaqda davam edir. Bizim əsas reklam verənlərimiz bank və avtomobil sektoru idi. Uklraynada vəziyyət qarışandan sonra qəzet perspektivsiz oldu. "Kommersant-Ukrayna"nın 100-dən çox əməkdaşı var idi. Onların hamısının maaşları ödəniləcək" deyə Filenko bildirib. |
2014-03-13 | 11,460 | Kadırovun döydürdüyü vəhabinin kadrları yayıldı – Video | Kadırov tərəfdarlarının sələfilərə hücum etməsi ilə bağlı növbəti kadrlar yayılıb. "Axar.az" xəbər verir ki, yeni video çeçen mücahidlərinə yaxın saytlarda yerləşdirilib. Videoda Kadırov tərəfdarlarının döyərək ölümcül hala saldığı gənc nümayiş olunur. Videonu təqdim edirik. |
2014-03-13 | 11,461 | “TV-lər müğənnilər üçün elə qiymətlər təyin edib ki…” | Sirr deyil ki, bu gün Azərbaycan tamaşaçısı daha çox Türkiyə telekanallarına baxır. Görünür, yerli kanallar bu gün nə əyləncəli, nə aktual, nə araşdrıma verlişləri, nə də ki, tele-seriallarla insanımızı təmin edə bilir. Amma hər halda, yerli telekanallara da baxan, ya da baxmaq zorunda qalan bir çox insan var. Biz onların bu telekanallarda hansı verilişlərə baxdığı ilə maraqlandıq. Həm də bilmək istədik ki, bu gün telekanallarımızda baxdığımız azsaylı proqramları hansı səbəbdən izləyirlər. Davamlı izlədiyim kanal yoxdur Tanınmış media eksperti Qulu Məhərrəmli yerli kanallara baxa bilmədiyini dedi: "Sözün düzü, davamlı izlədiyim kanal yoxdur. Əsasən, xarici telekanallara baxıram. Səviyyəsizliyinə görə yerli kanallarda bir verilişə əvvəldən axıradək baxmaq olmur. Hərdən ANS, ATV və Xəzər TV-in xəbərlərinə baxıram. Ekranda xəbərlərin mövzuca daralmasına, coğrafiyasının məhdudlaşmasına, xəbər proqramlarımızın bir-birinə oxşamasına, ümumiyyətlə, xəbər bülletenlərinin maraqdan düşməsinə təəssüflənirəm. Bağa gedəndə anten olmadığından gec saatlarda ANS və AzTV-də filmlərə baxıram. Bu iki kanalda dublyaj babatdır". Ancaq internetdə Əməkdar artist Ağalar Bayramov da yerli kanalların verlişlərinə üstünlük vermədiyini, ancaq daha çox ATV-nin "Xəbərlər" proqramını izlədiyini söylədi: "Filmlər, muğam, futbol və öz verilişimdən savayı, hec bir kanalın verilişlərinə mütəmadi baxmıram. Son illər isə ancaq internetdə sevdiyim filmlərə baxmaqla boşluğu doldururam". Heç evdə televizorum da yoxdur Gənc yazıçı Əsəd Qaraqaplan ümumiyyətlə televiziyaya baxmır: "Nəinki yerli, heç xarici kanalları da izləmirəm. TV-lər məni çəkmir. Bu üzdən heç evdə televizorum da yoxdur". Sözlə sazın vəhdəti Şair İbrahim İlyaslı isə sorğumuza cavab olaraq İctimai televiziyanı izlədiyini dedi: "Qorxmaz Tofiqoğlunun apardığı "Ozan" verilişini izləyirəm. Çünki yeganə verilişdi ki, sözlə sazın vəhdətindən söhbət gedir orda". Vizuallıq baxımından ATV Şair Həyat Şəmi də ATV telekanalının daha baxımlı olduğunu qeyd etdi: "Bu kanal son 2-3 ilin ən ugurlu layihələri ilə secilir. İstər format, istər kreativlik, istərsə də vizuallıq baxımından ATV verilişləri digər telekanalların verlişlərindən secilir". Telekanallar bayağıdı Yazıçı Şəhriyar Del Gerani: "Elə cidd-cəhdlə izlədiyim bir proqram yoxdur. Xəbərlərə ANS-də baxıram, filmlərə "Mədəniyyət"də. ANS-in xəbərçiləri yaxşı xəbərçilərdi, "Mədəniyyət"in də yayımladığı filmlər daha çox ağ-qara lentdə olur, ona görə. Qalan telekanallar bayağıdı. O Xəzər TV isə lap şouxanadı..." TV-lərimiz bərbad gündədir Şair Kəmaləddin Qədim isə Azərbaycan telekanallarından heç birini izləmədiyini desə də, ANS-in xəbərlərinə baxır: "O da hərdən, vaxtım olanda... Qalan nə məlumat varsa, internet vasitəsi ilə tanış oluram. TV-lərimiz bərbad gündədir". Nəyə baxaq? Kənan Hacı çalışır ki, TV-lərə baxmasın: "Mən ümumiyyətlə, Azərbaycan teleməkanını ardıcıl izləmirəm. Nəyə baxaq? Ona görə çalışıram baxmayım, əsəblərim korlanmasın". Pulu olmayanı efirdə adam yerinə də qoymurlar Müğənni Aida Nur telekanallarla bağlı ittihamlarını səsləndirdi: "İlk olaraq bütün telekanalların öz yeri və öz verlişləri var. Həm də qiyməti. Müğənni olduğuma görə təbii ki, daha çox əyləncəli, musiqili verilişlərlə maraqlanıram. Efir müğənnilər üçün pulsuz olsaydı, daha yaxşı olardı. TV-lər müğənnilər üçün elə qiymətlər təyin edib ki, eşitsəniz, inanmazsınız. Pulu olmayanı adam yerinə də qoymurlar. Bu kanalların nəyinə baxaq?" Peşəkar dublyaj Tanınmış televiziya jurnalisti Mehriban Ələkbərzadə də mütəmadi hec bir kanala üstünlük vermədiyini dedi: "Amma nisbətin nisbəti ATV, ANS telekanalları diqqətimi çəkir. Xəbərlər formatı və filmlərin nisbətə peşəkar dublyajı səbəbindən bu kanallar digərlərindən fərqlənir". |
2014-03-13 | 11,462 | Ketrin Eşton “erməni soyqırımı” muzeyində | Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton İrandakı erməni monastırına baş çəkib. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, Eşton İranın rəsmi şəxsləri və bu ölkədəki erməni ictimaiyyəti ilə birlikdə İsfahanın Yeni Culfa rayonundakı 350 illik monastırında olub. Erməni Apestol Kilsəninin İsfahan yeparxiyasının nümayəndəsi Babken Çaryan ketrin Eştona Avropa Birliyinin "erməni soyqırımı"nı tanıdığı üçün təşəkkürünü bildirib. Erməni nümayəndə Eştona Azərbaycan şikayət etməyi də yaddan çıxarmayıb. O, bildirib ki, Azərbaycan Culfadakı qədim erməni xristian abidələrini məhv edərək mədəni soyqırım törədib. Bundan başqa avropalı diplomat monastırdakı qondarma erməni soyqırımı muzeyinə də baş çəkərək, oradakı xatirə kitabına ürək sözlərini yazıb. |
2014-03-13 | 11,463 | Dinləmənin qarşısını alan proqram çıxdı | Almaniyadakı şirkət tərəfindən hazırlanan proqram telefonların dinlənilməsini qeyri-mümkün hala gətirib. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, mərkəzi Almaniyada olan bir şirkət tərəfindən hazırlanan və hər 4 saniyədən bir fərqli kodlaşdırma sisteminə keçən proqramın telefonların dinlənilməsini qeyri-mümkün hala gətirdiyi iddia edilir. Sistemin Türkiyə, İran, Gürcüstan, QKTC-i kimi ölkələrdə nümayəndəliyini icra edən mühəndis Yusif Qəhvəçioğlu bu proqramın yüklənildiyi telefonu dinləməyin mümkünsüzlüyünü qətiyyətlə vurğulayıb. 1 milyon avro mükafat Qəhvəçioğlu proqramla əlaqəli bunları da fikirlərinə əlavə edib: "Artıq hər şey gizli qalacaq, kimsə kimsəni dinləyə bilməyəcək. Firmanın proqramı təsdiq etməsinin ardınca sistem işə başlayır. Şəxs danışıq müddətində istədiyi an düyməni basmaqla sistemi işə sala biləcək. Proqram hər 4 saniyədən bir yeni kodlaşdırma rejiminə keçir və bu səbəbdən sistem şifrəsinin "sındırılması" mümkünsüzdür. Şifrələmə sistemini "sındırıb" danışığı dinləyə bilən şəxsə 1 milyon avro mükafat veririk". |
2014-03-13 | 11,464 | Canlı yayımda Bəşər Əsədin üstündə dalaşdılar - Video | İordaniyada "JO Sat" televiziyasının canlı yayımında qonaqlar bir-biri ilə dalaşıblar. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, İordaniyada "JO Sat" televiziyasının canlı yayımında qonaqlar Suriya məsələsini gündəmə gətirib. Tərəflərdən biri Suriyada 3 ildir davam edən hadisələrə görə Bəşər Əsədi "qatil" adlandırıb. Digəri isə Bəşər Əsədə "qatil" deyilməsinə dözə bilməyərək hücuma keçib. Canlı yayımda qonaqların dalaşmasına görə televiziya canlı yayımı dayandırıb. ) |
2014-03-13 | 11,465 | Ərdoğan: “Şiələr nurçuların əlinə su tökə bilməz” – Video | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən qonaq olduğu bir proqramda "Gülən hərəkatı"nı sərt tənqid edib və "bunlar şiələri keçmiş vəziyyətlərdir", - deyib. "Axar.az" xəbər verir ki, 24 TV-nin canlı yayımında son dövrlər "Gülən hərəkatı" ilə hökumət arasında yaşanan gərginlikdən danışarkən, Baş nazir nurçularla şiələrin müqayisəsini aparıb. Təqdim etdiyimiz videonun 4:20-ci saniyəsindən sonra Ərdoğan "Gülən hərəkatı" ilə şiələri müqayisə edir: Bunların üç xasiyyəti var Baş nazir deyib: "Bu hadisələr olduğu zaman biz bir şeyi dəqiqləşdirdik. Mən bunu bilmirdim. Bunların üç vacib xasiyyəti var: Təqiyyə, yalan, iftira. Üçünün də nəticəsində fitnə və fəsad var. Yəni belə çox rahatlıqla təqiyyə edirlər. Bunlar artıq şiəni keçmiş vəziyyətdədirlər. Şiə bunların əlinə su tökə bilməz". Qeyd edək ki, Türkiyə millətçiləri tərəfindən Ərdoğanın nurçuları "fitnə və fəsad baxımından şiələri keçdiyi" və dolayısı ilə şiələri təhqir etdiyi ilə bağlı statuslar paylaşılır. Ancaq videonun dönə-dönə incələnməsindən sonra Ərdoğanın yalnız "təqiyyə" baxımından nurçularla şiələri müqayisə etdiyi aydınlaşır. Təqiyyə - ölüm təhlükəsi qarşısında "Allahın inkar edilməsinə" deyilir. Sünnilər ən sərt cəza və ölüm qarşılığında belə Allahın inkarını qəbul etmirlər, şiələr isə "təqliyyə edib" (Allahdan bağışlanmağı istəyib) yalandan Allahın inkar edilməsini və özünü qorumağı məqbul sayırlar. ) |
2014-03-13 | 11,466 | Sabir Rüstəmxanlı Hacıbala Abutalıbova müraciət etdi | Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə "Axar.az"a Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd Ukraynanın daxili işlərinə qarışan və ərazi bütövlüyünü təhdid edən Rusiyanın hərbi-siyasi müdaxiləsinə etiraz etməkdir: "Piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcəkdir. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdlərini pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək". Samir Əsədli onu da bildirib ki, piketin keçirilməsi üçün BŞİH başçısına müraciət olunub: "Piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib. Müraciətdə piketin 17 mart tarixində, saat 15:00-da keçiriləcəyi ilə bağlı meriya məlumatlandırılır". |
2014-03-13 | 11,467 | 30 ildən sonra xərçəngin çarəsini tapdılar | Leya Ayzenbaxın rəhbərlik etdiyi qrup bu unikal peyvəndin hazırlanması üzərində 30 il işləyiblər. İsrail biokimyaçıları xərçəng xəstəliyinə qarşı vaksin hazırlayıblar. Bütün xərçəng şişlərinə müqavimət göstərən vasitəni tapmağı Rexovotdakı Veytsman institunun alimlər qrupu bacarıb (ANS). Professor Leya Ayzenbaxın rəhbərlik etdiyi qrup bu unikal peyvəndin hazırlanması üzərində 30 il işləyiblər. L.Ayzenbaxın sözlərinə görə, xərçəng xəstəliyinə qarşı yeni effektiv mübarizə metodları xəstəliyin 20-dək növünün müalicəsinə imkan verəcək. Dünyanın ən nüfuzlu tibbi jurnalı olan "Science" alimlərin bu kəşfini kimyaterapiya ilə müqayisə edərək, xərçəngə qarşı mübarizədə inqilab adlandırıb. Jurnalın rəyinə görə, bu inqilab öz arxasınca dünya farmakoloyiya industriyasında qlobal dəyişikliklərə gətirib çıxaracaq. Artıq Avropanın dərman şirkətlərindən biri bu kəşfə 540 milyon dollar yatırmağa hazır olduğunu bildirib. İsrailli alimlərin bu kəşfi həqiqətən də Nobel mükafatına layiq böyük bir açılışdır. Və gec-tez onlar bu mükafatı alacaqlar. |
2014-03-13 | 11,468 | “Son pulları da telekanallara veriləcək” – MTRŞ sədri | Milli Televiziya və Radio Şurası (MTRŞ) teleserialların çəkilişi üçün Azərbaycan telekanallarına növbəti dəfə maliyyə vəsaitinin ayrılması məsələsinə aydınlıq gətirib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında növbəti dəfə maliyyə vəsaitinin ayrılması ilə bağlı konkret qərarın olmadığını bildirib: "Bu barədə mən hər hansı bir şey deyə bilmərəm. Biz əvvəl ayrılan maliyyə vəsaitlərinin son mərhələsindəyik. Artıq onları da telekanallara ayıracağıq və bununla da yekunlaşacaq". Azərbaycanda rəqəmsal yayıma keçid ilə bağlı məsələyə gəlincə isə, N.Məhərrəmli ölkə ərazisinin tam şəkildə rəqəmsal yayımla əhatə olunduğunu bildirib: "Ancaq hələlik analoq yayım da rəqəmsal yayımla paralel davam etdirilir, çünki əhali rəqəmsal yayıma tam hazır deyil". Azərbaycanda teleradio akademiyasının yaradılmasına münasibət bildirən N.Məhərrəmli bu məsələnin hələ gündəmdə olmadığını qeyd edib: "Azərbaycanda təhsil sistemi var və təhsil sisteminə uyğun olaraq ali təhsil müəssisələrində televiziya və radio sahəsində mütəxəssislər hazırlanır. Yəni hələlik bu var və əgər gələcəkdə yeniləri yaranarsa, onların necə olacağı barədə düşünmək lazımdır" ("Trend"). |
2014-03-13 | 11,469 | Dövlət Neft Fondu 30 ton qızıl alıb - Risk | "Ukrayna-Krım məsələsi qızılın qiymətinin artmasına səbəb olacaq". Bu sözləri "Axar.az"ın Dövlət Neft Fondunun aldığı qızılın hansısa risklərə yol açması ehtimalının olub-olmamağı ilə bağlı sualını cavablandıran iqtisadçı Natiq Cəfərli dedi: "Dövlət Neft Fondu qızılı almağa 2012-ci ildə başlamışdı. Həmin vaxt bu qiymətli metalın qiyməti indikindən 250-300 dollar baha idi. İlkin itkilər onsuz da olub. Qurum qızılı almağa başladıqdan sonra bu əlvan metalın qiymətində ucuzlaşma olub. İndi cərəyan edən siyasi proseslər, xüsusən də Ukrayna-Krım məsələsi qızılın qiymətinin artmasına səbəb olacaq. Hesab edirəm ki, hazırda qızılın alınmasının davam etdirilməsi yenə müəyyən risklərə yol aça bilər. Bəli, ARDNF bu riskləri hesablamağı bacarır. Çünki digər dövlət qurumlarına nisbətən Neft Fondu vəsaitlərin idarə edilməsi məsələsində daha effektiv idarəetmə formasıdır. Məhz Neft Fondundan sonra vəsaitlərin idarə edilməsində ciddi problemlər var. Xüsusən də büdcəyə transferlərin edilməsi məsələsində ciddi problemlər yaşanır". Ekspert qızılın bu qalmaqallı dövrdə yatırım gətirəcək vasitə olmadığını hesab edir: "Düşünürəm ki, bu təlatümlü dövrdə qızıl güvən yaradacaq, gəlir gətirəcək yatırım vasitəsi deyil. Çünki hələ bilmək olmur ki, qızılın qiymətindəki proseslər hansı istiqamətdə inkişaf edəcək. Adətən, belə hallarda beynəlxalq investorlar konservativ addımlar atırlar. Məncə, Dövlət Neft Fondu da hər hansı bir addım atmaq istəyərsə, konservativ düşüncəyə üstünlük verməlidir". Alınan qızıllar ölkəyə gətirilir Azərbaycan Respublikası Dövlət Neft Fondunun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva isə hazırda əvvəlki illərdə alınan qızılların ölkəyə gətirilməsi prosesinin getdiyini bildirdi: "Dünən Fondun İcraçı direktoru da açıqlama verdi ki, Fond qızıl alışını alğı-satqı üçün və ya spekulyativ məqsədlər üçün deyil, strateji məqsədlə həyata keçirir. Fond iki ildə 30 ton qızıl alışını həyata keçirib. Hal-hazırda qızıl alışı prosesi yoxdur. Alınan qızılların ölkəyə gətirilməsi prosesi gedir. 20 ton gətirilib, bu ilin sonunadək digər 10 ton qızılın ölkəyə gətirilməsi nəzərdə tutulur". Xatırladaq ki, prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a dəyişikliklər edilib. Bu qaydalara uyğun olaraq qurumun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 2014-cü ilin yanvarın 1-nə olan göstəricilərə əsasən ARDNF 30 175 kq (970 146 troya unsiyası) qızıl alıb və həmin qızılın 20 013,55 kq-ı ölkəyə gətirilib. ARDNF bu ilin sonunadək qalan 10 ton qızılın da ölkəyə gətirilməsini nəzərdə tutur. |
2014-03-13 | 11,470 | Zirehli texnikalarımız döyüşə hazır vəziyyətə gətirildi | Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir: Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir (ANS). |
2014-03-13 | 11,471 | Krımdakı ermənilər Rusiyanı müdafiə etdi | Krım erməniləri diaspor təşkilatının rəhbəri Vaqharşak Melkonyan martın 16-da yarımadada keçiriləcək referenduma münasibərini açıqlayıb. "Axar.az"ın erməni mediasına istinadən məlumatın görə, Melkonyan erməni, rus, tatar və digər xalqların nümayəndələrinin mütləq referenduma gedərək, öz mövqelərini bildirməsini vacib sayıb. Krımda ermənilərə qarşı hər hansı təzyiqin olub-olmaması məqamına aydınlıq gətirən Melkonyan bildirib ki, cəmiyyət üzvlərinə basqılar yoxdur: "Krımda vəziyyət gərgindir, ancaq həyat axarı ilə davam edir". O, həmçinin Krımdakı durumla əlaqədar erməni diaspor təşkilatları üzvlərinin bu müddət ərzində silsilə tədbirlərin keçirilməsini planlaşdırdıqlarını ifadə edib. |
2014-03-13 | 11,472 | Ronaldo insanlıq üçün 60 min avrosundan keçdi | İspaniyanın "Real Madrid" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo beyin displazmasından əziyyət çəkən 10 yaşlı Erik Kristinin əməliyyatını öz üzərinə götürüb. "Axar.az" xəbər verir ki, uşağın təcili əməliyyat olunması lazımdır və Ronaldo bunun üçün lazım olan 60 min avronu ödəməyə hazır olduğunu deyib. Bundan başqa uşağa hərəsi 6 min avro olan bir neçə müalicə prosedurandan keçmək lazımdır ki, bunu da futbolçu öz üzərinə götürüb. Uşağın anası köməyə görə Ronaldoya minnətdarlığını bildirib. Qeyd edək ki, Ronaldo bir müddət əvvəl öz futbolkasını və butsunu auksionda satmaq üçün uşağa vermişdi. |
2014-03-13 | 11,473 | Qafqazın şeyxi tələbələrə yardım etdi | Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı xeyriyyə yardımı həyata keçirib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, QMİ sədri Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün 5 min manat vəsait ödəyib. Qeyd edək ki, bu gün Zaqatalaya gələn A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak edir. A.Paşazadənin ətraf rayonları səfəri də gözlənilir. |
2014-03-13 | 11,474 | Qoca ana nazirliyin qapısında gecələdi | Ayşat Mirzoyeva adlı yaşlı bir xanım iki gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısında qalıb. "Axar.az" xəbər verir ki, bu məlumatı jurnalist Aynur İmranova Feysbuk profilində paylaşıb. Jurnalist yazıb ki, ötən gün axşam saatlarında qadını qəbul otağından çıxarıb küçəyə atıblar: "Eyni hal dünən də davam edib. Qadın neçə gündür ki, soyuqda nazirliyin qapısında dayanır. Yaşamağa evi olmayan yaşlı qadın bir müddətdir ki, sığınacaqda məskunlaşıb". Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin hüquqşünası Nəcibə Rəfizadə məsələ ilə bağlı "Axar.az"a verdiyi açıqlamada bildirdi ki, sözügedən xanıma qocalar evinə yerləşdirilməsi üçün nazirliyə müraciət etməsi məsləhət görülüb: "Qocanı nazirliyə biz özümüz apardıq. Qəbul otağında bir müddət gözlədikdən sonra qadını oradan uzaqlaşdırıblar. Getməyə yeri olmadığı üçün iki gün nazirliyin qapısında qalıb. Biz ora müraciət edib, kömək göstərmələrini xahiş etdik. Ancaq nazirlik buna da əhəmiyyət vermədi". İB-in hüquqşunası dedi ki, nazirliyin qapısında qalan qocanı gecə vaxtı ərazidə dayanan taksi sürücüləri əvvəllər qaldığı sığınacağa pulsuz aparıblar: "Sığınacaqda qalırdı. Ancaq qocalar evinə yerləşmək istəyirdi. Nazirliyə müraciət etməsinin də səbəbi bu idi. Lakin nazirlik qocanı 2 gün qapısında saxladıqdan sonra qocalar evinə apardı. Məsələni mətbuatda qaldıracağımızı deməsəydik, yəqin indi də qapıda qalacaqdı". Bildirək ki, iki gün qapıda saxlanılan ana dünən axşam saat 9-da qocalar evinə yerləşdirilib. |
2014-03-13 | 11,475 | Ardanın nişanlısı iş adamımızın təklifinə “hə” dedi - Foto | Stilist Sinəm Kobal rəfiqəsi Kəmalə İbrahimovanın dəvəti ilə Bakıya gəlib və orada bir azərbaycanlı iş adamının reklam təklifinə "hə" deyib. "Axar.az" xəbər verir ki, məşhur futbolçu Arda Turan Türkiyəyə gəldiyi gün Sinəm Kobal ondan qaçmaq üçün Bakıya uçmuşdu. Stilist təqdimatda azərbaycanlı iş adamının kosmetik firmasının reklamında iştirak etmək üçün aldığı təklifə razılıq verib. Bildirilir ki, Sinəm Kobalın fotoşəkilləri yaxın zamanlarda Bakı küçələrini bəzəyəcək. |
2014-03-13 | 11,476 | Nərmin üçün yığılan pullar hara sərf olunacaq? | Bir neçə gün əvvəl Türkiyənin İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan, xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli vəfat etdi. Müalicəsi üçün xeyriyyə məqsədilə yığılan pullar təəssüf ki, Nərminə kömək edə bilmədi. Hazırda yığılan pulların hara getməsi, nəyə sərf olunması məsələsi ortaya çıxıb. Xeyriyyə məsələlərini təşkil edən təşkilatçı Fuad Hacıyev verdiyi açıqlamasında əvvəlcədən hər şeyi nəzərdə tutduqlarını deyib: "Nərminin ailəsinin başı dəfn mərasiminə qarışıb. Bu barədə onların danışması düzgün çıxmaz. Qaldı ki, maddi vəsait məsələsinə onu deyə bilərəm ki, biz əvvəlcədən də hər bir şeyi nəzərdə tutmuşduq. Əgər Nərmin həyata qayıtmasa, qalan vəsait xəstə bir insanın tam sağalmasına sərf olunacaq. Amma həmin məbləğə sağala biləcək olan xəstə üçün o pullar sərf olunacaq. Məsələn, bir xəstəyə 100 min lazımdır, ancaq bizim əlimizdə 27 min qalıbsa təbii ki, bu mümkün olmayacaq. Biz 27 minə sağalıb, ayağa dura biləcək bir insana yardım edəcəyik. Könüllü müraciət edənlər arasından həmin xəstə seçiləcək. Mətbuat vasitəsilə hər kəsə çeklər, yığılan vəsaitin bir hissəsinin hara xərcləndiyi, dəfn mərasiminə nə qədər xərcləndiyi və s. məsələlər aydınlaşacaq və banklardan hesabat çıxarılacaq. Məsələn, ola bilər iki xəstə insan üçün həmin pulu sərf edək. Əlimizdə tutaq ki, 38 min qalıbsa bir xəstənin müalicəsi 8 min, digərinki 30 min tələb edirsə biz hər ikisinə yardım edəcəyik. Baxmayaraq ki, Nərmin dostumuz idi, amma ki, yenə də heç kəsə ayrı-seçkilik olmayacaq. Çünki məqsəd eynidir - insan həyatını xilas etmək, xəstə insanı həyata yenidən qaytarmaq. "Ümumiyyətlə nə qədər vəsait yığılmışdır" sualına isə təşkilatçı belə cavab verib: "Nəzərə alsaq ki, Nərminin reanimasiyada qaldığı hər gün bizə 5 min dollara başa gəlirdi. Nərmin 6 gün yarım orada qalıb. Türkiyəyə getmə xərcləri də var idi. Təqribən 110 min dollar yığılmışdı. Ancaq hər bir şey dəqiqliklə sabah məlum olacaq. Çünki Mərkəzi Bankdan çıxarış alacağıq. Qəpiyinə kimi orada yazılacaq. Çox şəffaf şəkildə hər şey məlum olacaq, ictimaiyyətə də çatdırılacaq" ("mövqe.az"). |
2014-03-13 | 11,477 | “FİFA prezidenti oğrudur” | Bu ilin yayında Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı qalmaqallar səngimək bilmir. "Axar.az" xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu Romario FİFA-ya prezidenti Zepp Blatter və baş katibi Cerom Valkeyə qarşı sərt ittihamlarla çıxış edib. Dünya Çempionatı ilə bağlı səsləndirilən tənqidlərə əsəbləşən Romario, "Bu şəxs (Valke) Braziliyada keçiriləcək Dünya Çempionatının FİFA tarixində ən pis turnir olacağını söyləyirdi. O, idman dünyasındakı ən saxtakar adamlardan biridir" deyib. Əfsanəvi futbolçu FİFA prezidenti Zepp Blatter haqqında isə olduqca ağır ittihamlar səsləndirib: "Valke qovuldu və sonra FİFA prezidentini şantaj etdi. FİFA prezidenti də oğrudur. Bu iki nəfər Dünya Çempionatından sonra varlanacaq. Bunlarla yanaşı bizim hökumət, prezident və katiblər də varlanacaq". Qeyd edək ki, Romario Dünya Çempionatı ilə bağlı FİFA-da rüşvət qalmaqalları baş verdiyini iddia edir. |
2014-03-13 | 11,478 | Gürcüstanda təyyarəni uşaq bağçası etdilər - Foto | Balaca körpələrin ilk yaşlarından fantaziyalarının reallaşdırılması üçün Gürcüstanın Rustavi şəhərində YAK-40 təyyarəsinin gövdəsində uşaq bağçası açılıb. "Axar.az" məlumat verir ki, bu, son zamanlar qonşu ölkədə aviasiya sahəsinə diqqət artırılmasından irəli gəlir. Sözügedən qeyri-adi uşaq bağçasının sahibi Qari Çapidzenin sözlərinə görə, keçmiş pilot kimi öz peşəsinə sadiq qalmaq naminə "Georgian Airvays" şirkətindən istismar müddəti başa çatmış təyyarə almaq qərarına gəlib. Təmirdən sonra təyyarəni uşaq bağçasına çevirib. Çapidze bildirib ki, hazırda təyyarə 20 nəfər körpənin xidmətindədir, ancaq bu məkana düşmək istəyənlərin sayı həddindən artıqdır. |
2014-03-13 | 11,479 | Fransa mətbuatı: “Lans” Hafiz Məmmədovun mülküdür” | Fransanın "lensoic.com" saytında maraqlı bir məlumat yayılıb. "Axar.az" xəbər verir ki, "Lans" azarkeşləri sevimli komandaları ilə bağlı saytın elektron ünvanına sual ünvanlayıblar. Sualın birində fanatlar "Lans"ın "Atletiko" və "Portu" ilə əməkdaşlıq əlaqələrinin olub-olmadığını, gələcəkdə bu klublarla oyunçu mübadiləsinin mümkünlüyü barədə soruşublar. Suala aydınlıq gətirən sayt əməkdaşlarının cavabı belə olub: "Xeyr. Bu üç klub arasında yeganə ortaq nöqtə Hafiz Məmmədov və "Bakı" ilə əməkdaşlılq etmələridi. "Lans" Hafiz Məmmədovun mülküdü. Digər iki kluba isə sadəcə, vəsait qoyulub". |
2014-03-13 | 11,480 | Cəbhə xəttində insident: Mülki vətəndaşlara atəş açıldı | Ermənilər Ağdamın cəbhə kəndində qəbiristanlığa dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə təmas xəttində yerləşən Mirəşelli kənd sakinləri məlumat veriblər. Mirəşelli kəndinin də daxil olduğu Əhmədağalı Bələdiyyəsinin sədri Habil Abbasov bildirib ki, ötən gün dünyasını dəyişən kənd sakini Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı düşmən hərbçiləri adamlara atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər. Hər il Novruz bayramı ərəfəsində yaxınlarının və doğmalarının məzarının bayramqabağı ziyarətə gedən sakinlər düşmən tərəfindən atəşə tutulur. Onu da əlavə edək ki, rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın əvvəlki illərdə atəşə tutulması nəticəsində ziyarətə və dəfnə gələn dinc sakinlər arasında güllə yarası alan və həyatını itirənlər olub. |
2014-03-13 | 11,481 | Fətullah Gülən Kanadadan siyasi sığınacaq istədi | Hazırda ABŞ-da yaşayan "nurçu" camaatın lideri sayılan Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəyib. F. Gülən bu barədə qərara Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın onun ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd etdikdən sonra gəlib. F.Gülən Yeni Zelandiyadan da siyasi sığınacaq istəyib. Hər iki ölkə siyasi sığınacaq verməkdən imtina edib ( Trend ). |
2014-03-13 | 11,482 | "Bu məsələni muavinimə tapşırmışam" | Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıdan gələn Novruz bayramı ilə əlaqədar paytaxtda görülən hazırlıq işlərinə münasibət bildirib. Bakı meri H.Abutalıbov "Publika.Az"a açıqlamasında deyib ki, Novruz bayramı ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tədbirlər planı hazırlayır. Onun sözlərinə görə, bu istiqamətdə işlərin görülməsi üçün müvafiq tapşırıqlar da verilib: "Bu məsələ ilə əlaqədar müavinim Rasim Quliyevə tapşırıq vermişəm, işlər gedir". |
2014-03-13 | 11,483 | “Rusiya Dünya Çempionatından uzaqlaşdırılsın” | Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyanı kəskin ittiham edən ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat Moskvaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. "Axar.az" xəbər verir ki, Senatda qəbul olunan qanunda FİFA-dan Rusiyanın 2018-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməsi məsələsinə yenidən baxılması tələb olunub. Sözügedən qanun layihəsi 402 səslə qəbul edilib. Amerikalı iki senator isə FİFA prezidenti Zepp Blatterə məktub yazaraq Rusiya milli komandasının Braziliyada keçiriləcək Dünya Çempionatına buraxılmamasını istəyib. Senatorlar buna misal olaraq Yuqoslaviyanın müharibə səbəbindən 1992-ci il Avropa Çempionatından xaric edilməsini göstərib. |
2014-03-13 | 11,484 | “Nurçulardan maliyyələşən deputat varsa, cəzalanmalıdır” | "Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib". Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O, Azərbaycanda nurçulara qarşı fəaliyyətin Ərdoğanın müraciətindən sonra baş verdiyini bildirib: "Əlbəttə, etiraf edək ki, bu bir parametrli tənlik deyil. Ərdoğanın hakimiyyətinin indiki dövründə "xidmətçilər"lə siyasi savaşı yaranmasaydı, əvvəlki əməkdaşlıqları qalsaydı, düşünürəm ki, belə suallar ortaya çıxmayacaqdı. Həmçinin Türkiyə prezidenti onların indiyə qədər fəaliyyət göstərməsində maraqlı olacaqdı. Əksinə, hər kəs fikirləşəcəkdi ki, onların heç bir siyasi iddiaları yoxdur və bunlar dövlətin içinə sızmaq istəmirlər. Amma son situasiyalar vəziyyəti dəyişdi. Onlar nəinki prokurorluq, maliyyə, məhkəmə sistemi, hətta Milli İstihbaratın da içinə sızan çox ciddi şəkildə formalaşmış, mason lojalarını xatırladan sistemə dönüşüblər. Onların yalnız dövlətin içinə sızan və Fətullah Güləndən gələn əmrləri həyata keçirənlər olduğunu söyləmək bizim üçün çətin olar. Bunun kənar ölkələrə də təsiri müşahidə olunmaqdadır. Düşünürəm ki, Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib. Bu mənim subyektiv mülahizəmdir". Məktəblərin bağlanması doğru deyil Millət vəkili Azərbaycanda Fətullah Gülən məktəblərinin birbaşa bağlanmasının doğru olmayacağını dedi: "Bu, bizim özümüzü Türkiyədə əsən küləklərə zorla uyğunlaşdırmaq deyil. Yəqin ki, daşınan məxfi qovluqlu sənədlərdə də Azərbaycan haqqında hər hansı bir tezis olub ki, Türkiyə hökuməti Fətullah Gülən dayaqlarını burada da zəiflətməyə çalışır. Bütün bunlara rəğmən, Azərbaycanda Fətullah Gülən məktəblərini bitirən bütün şəxslərin də üzərinə getmək doğru olmazdı. Onların məktəblərinin təyinatını, Təhsil Nazirliyinin iştirakı ilə həmin yerlərin formasını dəyişmək olar". Nurçuluq Azərbaycana yaxşı dərs oldu Z.Oruc gələcəkdə dini təmayülləri olan məktəblərin Azərbaycana gətirilməsinin doğru olmayacağını da bildirdi: "Baxın, Qafqaz Universiteti və Çağ Öyrətimi bitirənlər müəyyən bir imkana sahib olan insanlardır. İndi də həmin insanları cəmiyyətdən çıxdaş etməyimiz doğru olmayacaq. Əgər bu insanlar bizim içərimizdə konstitusyon quruluşu dəyişmək fikrindədirlərsə, əlbəttə ki, buna qarşı olmaq lazımdır. Bu isə bizim kəşfiyyat strukturlarımızın verdiyi məlumatlar əsasında ola bilər. Bundan kənarda Qafqaz Universiteti ilə Çağ Öyrətimi qapayıb Ərdoğanla Gülənin barışmasını gözləmək çox yalnış siyasət olardı. Lakin düşünürəm ki, gələcəkdə özəl məktəblər Azərbaycana xaricdən gələn qüvvələrlə, qurumlarla bağlı olarsa, bu, birmənalı olaraq dini təmayüllərdən tam kənar olmalıdır. Bu, artıq mütləqdir. Bu hadisə bizə həmin məzhəbin üzərində yaxşı bir dərs verdi". Nurçuluq yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanmadır O, parlamentdə Fətullah Gülənə çalışan insanların olduğu sübut olunarsa, onların fəaliyyətinə hüquqi qiymət veriləcəyini söylədi: "Bu məsələ ilə bağlı geniş fikir söyləməkdən ötrü biz mütləq təhlükəsizlik orqanlarının məlumatlarına sahiblənməliyik. Əgər həmin nurçular yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanma formasıdırlarsa, dövlətin içinə sızmaq və zamanı gələndə əkdikləri toxumun bəhrəsini götürmək istəyəcəklər. Bunları söyləmək çox çətindir. Bir sıra insanlarla ünsiyyətdə olan zaman onlardan Fətullah Gülənin nəyi təlqin etdiyini soruşuram. Məsələn, sələfilərdə bunun parametrləri aydındır. Onların özlərinin atributları, idealları var. Amma nurçularda bunu tam müşahidə etmək mümkün olmur. Parlamentdə adı çəkilən insanları tam olaraq "nurçudur" deyib, damğalamaq düzgün olmazdı. Əgər həqiqətən onların hər biri qara mühasibatlıqdan faydalanıbsa, o zaman onları qanunun ən ağır maddələri ilə cəzalandırmaq lazımdır. Burada ikinci fikir ola bilməz. Onlar dərin dövlət quruluşuna malik olub burada şaxələniblər və ölkənin siyasi rəhbərliyi bir şey etməsə, nurçular hakimiyyəti ələ keçirəcək stixiyası ilə yaşamaq yanlışdır. Konkret olaraq Fətullah Güləndən qaynaqlanan insanlar varsa, birmənalı şəkildə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bundan kənarda elm və təhsil sahəsində çalışanların hər birini nurçu adlandırıb ölkədən qovmaq bizə ziyan vuracaq". Hazırda Azərbaycanda kompromat savaşı gedir Deputat Azərbaycanda nurçularla bağlı informasiyaların mediaya sızdırılmasında əsas məqsədin Türkiyədəki hadisələrin Azərbaycana keçidinin təminindən ibarət olduğunu söylədi: "Mənə elə gəlir ki, hazırkı dövrdə kompromat savaşı gedir və istənilən faktlar süni olaraq qabarıqlaşdılır, bir-birinin mövqeyini zəiflətməkdən ötrü bundan fayda götürülür. Bu bir siyasi taktikadır. Bəlkə də haradasa başa düşüləndir. Ancaq ölkəmizin indiyə qədərki dövründə Prezidentin siyasi iradəsi altında olan hər hansı məmurun öz dövlət başçısının əmrlərinə deyil, Penselvaniyada yaşayan din adamının sözlərinə əməl edərək yaşamasına, ölkədə geniş spektrdə qüvvələri əldə saxlamasına inanmıram. Düşünürəm ki, bu, Türkiyədəki hadisələrin uzantısını Azərbaycana keçirməkdir. Bu, siyasi elitanın içərisində parçalanma yaratmaqdır. Bunu xəfiyyə strukturlarına tapşırmaq lazımdır ki, onların gizli fəaliyyəti, əsas məqsədlərinin nə olması, onların 33-cü dərəcədə duran rəhbərlərinin kim olması ilə bağlı məsələlərə qiymət versinlər. Təhsil müəssisəsi ilə bağlı fəaliyyətlərində də harada kənara çıxıblarsa, orada da fəaliyyətləri kəsilməlidir". |
2014-03-13 | 11,485 | Nazirlik qapısında yatan anayla bağlı açıqlama | "Bir sıra KİV-lərdə yaşlı qadın Mirjoyeva Ayşat İsayevnanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul olunmaq üçün guya iki gün gözləməsi və qəbul olunmaması barədə qeyd olunanlar həqiqətə uyğun deyildir və nazirliyə qarşı böhtan xarakteri daşıyır". Bu sözləri "Axar.az"a ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev Ayşat Mirjoyeva adlı yaşlı qadının iki gün nazirliyin qapısında qalması ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O, əlavə edir ki, sözügedən xanım milliyyətcə osetindir və Bakıda Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayır: ""Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin şifahi məlumatında bildirilir ki, Azərbaycan vətəndaşı olmayan A.İ. Mirjoyeva milliyyətcə osetindir və əvvəllər Şimali Osetiyada yaşayıb, 2002-ci ildə Bakı şəhərinə gəlib. Burada Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayıb. 2013-cü ilin sentyabrında həmin şəxs vəfat etdikdən sonra A.İ.Mirjoyeva yaşayış yeri olmadığından BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə müraciət edib və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sığınacağında məskunlaşıb. 11 mart 2014-cü il tarixdə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən M.A. İsayevna kimi təqdim edilən, lakin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayan qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan hər hansı sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün Nazirliyə gətirilib. Qanunvericiliyə uyğun olaraq həmin qadının şəxsiyyətini təsdiq edən sənədlər istənilib və adıgedən İctimai Birliyin əməkdaşları qadını nazirliyin foyesində tək qoyaraq, həmin sənədləri gətirmək üçün gediblər. Lakin günün sonuna kimi sənədlər təqdim olunmayıb. A.İ.Mirjoyevanın gedəcək yeri olmadığı üçün sənədləri gətirilib təqdim olunana qədər onun nazirliyin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) müvəqqəti olaraq yerləşdirilib. Bu gün artıq martın 13-ü olmasına baxmayaraq, hələ də "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən M.A.İsayevnaya dair sənədlər nazirliyə təqdim olunmayıb. Qeyd olunanlar onu göstərir ki, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi A.İ.Mirjoyevanın ƏƏSMN-nin tabeliyində sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün heç bir rəsmiləşdirmə prosedurları həyata keçirmədən onu faktiki olaraq sığınacaqdan məhrum ediblər". |
2014-03-13 | 11,486 | Ortodoks yəhudilərə də əsgərlik məcburi oldu | İsrail parlamenti İsraildə olan təxminən 300 min ortodoks yəhudini narahat edən bir qərar çıxararaq ortodoks yəhudiləri üçün əsgərliyi məcburi edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail parlamentində 65 lehinə, 1 əleyhinə səslə qəbul edilən qanuna həddindən artıq sağçı olan "Yəhudi Evi" qrupu şiddətlə qarşı çıxırdı. Qrup keçən il də gündəmə gələn ortodoks yəhudilərə əsgərliyin məcburi edilməsi qanununa sərt şəkildə qarşı çıxmış və parlamentə hücum edərək qanunun səsverməyə qoyulmasına icazə verməmişdi. "Yəhudi Evi" qrupu bu il qanunla əlaqədar keçiriləcək səsvermədə iştirak etməyəcəklərini açıqlamışdı. İsrail parlamentində cəmi 120 millət vəkili var. Səsvermədə qanunun əleyhinə verilən səsin sahibinin də "Yəhudi Evi" qrupuna üzv olduğu bildirilib. Yeni qanuna görə İsraildə ortodoks yəhudilərə əsgərlik məcburi olacaq. Əsgərlikdən boyun qaçıranlar isə məcburi ictimai işlərdə işlədiləcəklər. İsraildə kişilər 3 il, qadınlar isə 2 il əsgərlik etmək məcburiyyətindədirlər. Ortodoks yəhudilər isə indiyə qədər bundan azad idilər. Təxminən 300 min ortodoks yəhudi bu qanuna etiraz olaraq aksiya keçirib. |
2014-03-13 | 11,487 | Orxan Pamuk Tiflisə gəlib | Nobel mükafatı laureatı türkiyəli yazar Orxan Pamuk Tiflisə iki günlük səfərə gəlib. "Axar.az" xəbər verir ki, səfər çərçivəsində o, iki görüş keçirəcək. İlk görüş tələbələrlə, digəri isə oxucuları ilə Şota Rustaveli adına teatrda olacaq. Xatırladaq ki, qalmaqallı yazıçı özünün qeyri-adi mövqeyi ilə seçilir. Pamuk ötən əsrin əvvələrində Türkiyədə ermənilərə qarşı qondarma genosid aktı həyata keçirilməsi barədə mübahisəli replikanın müəllifidir. |
2014-03-13 | 11,488 | Davudoğlu Bakıdakı səfirinə Gülənlə bağlı təlimat verdi | Əhməd Davudoğlu səfirlərə Türk dili Olimpiadalarına qatılmamaları ilə bağlı təlimat verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər getdiyi bütün ölkələrdə Gülənin məktəblərini ziyarət edən Xarici İşlər naziri Əhməd Davudoğlu səfirlərə hələ də davam edən 12-ci Türk dili Olimpiadalarının sınaqlarına qatılmamaq göstərişi verib. Bundan əvvəlki sınaqlara qatılan səfirlər "mərkəzdən bizə bu cür mesaj verilib", - deyərək təlimatı təsdiqləyiblər. Xatırladaq ki, hər il Azərbaycandan Türk dili Olimpiadalarına total şəkildə media qurumlarının nümayəndələri dəvət edilir. |
2014-03-13 | 11,489 | Putin rus milyarderləri təcili görüşə çağırdı | Rusiya prezidenti Vladimir Putin ölkənin məşhur oliqarxlarını təcili görüşə çağırıb. "Axar.az" xəbər verir ki, bu barədə "Blumberq" agentliyinin Moskvadakı nümayəndəsi Ceyson Korkoran özünün Tvitter səhifəsində məlumat yayıb. "Bu gün Putin ölkənin yüksək vəzifəli şəxsləri və oliqarxları ilə bağlı qapılar arxasında Rusiyaya qarşı tətbiq oluna biləcək sanksiyalarla bağlı təcili görüş keçirib" deyə Korkoran yazıb. Rusiya prezidentinin rəsmi saytı bununla bağlı hələ ki, heç bir məlumat yaymayıb. Bundan başqa, Baş nazir Dmitri Medvedyevin də analoji görüş keçirəcəyi bildirilir. Medvedyevin mətbuat katibi Natalya Timakova görüşlə bağlı açıqlama verməkdən imtina edib. |
2014-03-13 | 11,490 | Polislə qadın aksiyaçı arasında əlbəyaxa dava – Video | Dünən Bərkin Əlvan üçün keçirilən aksiyadan şok görüntülər çəkilib. "Axar.az" xəbər verir ki, 9 ay komada qaldıqdan sonra srağagün vəfat edən Bərkin Əlvan üçün dünən Türkiyənin dörd bir yanında aksiyalar təşkil olunub. İstanbulun İstiqlal küçəsində təşkil olunan aksiyada isə polislə bir xanım aksiyaçı arasında əlbəyaxa dava yaşanıb. Polisin onu dəyənəklə vurmasına rəğmən, xanım polisin üstünə gedərək ayaq və əl zərbələri endirir. Başqa polislərin araya girməsi nəticəsində dava bitir. ) |
2014-03-13 | 11,491 | Fövqəladə Hallar naziri İrana gedir | Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov martın 14-ü Tehrana iki günlük rəsmi səfər edəcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsindən verilən məlumata görə, Bakıda səfərdə olan İran İslam Respublikası Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur K.Heydərovla görüşdə bu səfərin iki ölkənin qardaş xalqlarının münasibətlərinə müsbət təsir edəcəyini vurğulayıb. İ.Rəhimpur həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının əhəmmiyyətini qeyd edib: "İran və Azərbaycan hərtərəfli münasibətlərin inkişafı üçün bütün potensiallardan və fürsətlərdən faydalanmalıdırlar". K.Heydərov iki ölkə rəsmilərinin qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün ciddi iradələrini xatırladaraq deyib ki, Azərbaycan və İran yeni əməkdaşlıq sahələri yaratmalı və qarşılıqlı olaraq iqtisadi fürsətləri tanımalıdırlar. O, əlavə edib ki, iki ölkə təbii fəlakətlərə nəzarət etmək sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsindən faydalana bilərlər. |
2014-03-13 | 11,492 | Tarkandan ölən gənclərə dəstək - Foto | Türkiyənin dünya şöhrətli müğənisi Tarkan dünən gecə Tvitter ünvanından yalnız Berk Əlvan üçün deyil, Gəzi hadisələrində həyatını itirən gənclər üçün bir qrafik şəkil paylaşıb. "Axar.az"ın məlumatına görə, həyatını itirən Əli İsmayıl Korkmaz, Abdullah Comərd, Məhmət Ayvalıtaş, Əhməd Atakan, Həsən Fərid Gədik, Ailə Yıldırım, Əthəm Sarısulük və Berkan Əlvanın adından sonsuzluq işarəsinin təsvir edildiyi qrafik təsvir qısa müddətdə çoxsaylı izləyicilər tərəfindən bəyənilib. Qeyd edək ki, 15 yaşlı Berkin Əlvan Türkiyədə Gəzi parkında aksiyalar zamanı polis tərəfindən zorakılığa məruz qalıb. 269 gündür komada olan yeniyetmə Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunub. B.Əlvan müalicə müddətində 45 kiloqramdan 16 kiloqrama düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb. |
2014-03-13 | 11,493 | “Qarabağı da Rusiyanın tərkibinə qatmaq lazımdır” | "Ermənistan və Azərbaycan heç vaxt Qarabağ barədə razılığa gələ bilməyəcəklər. Ona görə də Qarabağı da Rusiyanın tərkibinə qatmaq lazımdır. O zaman ermənilər də inciməyəcəklər. Azərbaycanlılar da bununla barışmalı olacaqlar, çünki Qarabağ Ermənistana qalmayacaq, Rusiyanın tərkibinə keçəcək". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xəbər Xidmətinə verdiyi müsahibədə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. V. Jirinovski bildirib ki, Dnestryanı ərazi də daxil olmaqla, keçmiş SSRİ-nin bütün əraziləri arzu etdikləri təqdirdə Rusiyanın tərkibinə keçə bilərlər: "Bütün keçmiş SSRİ ərazisi referendum yolu ilə, könüllü, güc tətbiq etmədən, aldadılmadan Rusiyanın tərkibinə qatıla bilər. Rusiyanın tərkibinə qayıdın, hər kəs üçün yaxşı olacaq. Hər kəsə demokratiya, yaxşı təminat, təhlükəsizlik vəd edirik. İldən-ilə hamımız yaxşı yaşayacağıq. Bu ərazilər keçmiş Rusiya imperiyasının və SSRİ-nin ərazisidir. Biz 300,400, 500 il bir yerdə yaşamışıq". |
2014-03-13 | 11,494 | Mundialın sağ qalmış yeganə iştirakçısı öldü | Fransa millisinin keçmiş qapıçısı Rene Lense 100 yaşında dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, Lense 1934, 1938-ci illərdə keçirilmiş dünya çempionatlarının iştirakçısı olub. O, 2010-cu ilin avqustundan bəri müharibəyə qədər keçirilən dünya çempionatlarında iştirak etmiş futbolçular arasında, sağ qalmış yeganə iştirakçı idi. Rene Lense karyerası ərzində "Sete", "Sent-Eten" və "Tulon" klublarının şərəfini qoruyub, 2 dəfə Fransa kubokunun sahibi olub. |
2014-03-13 | 11,495 | Hərbi çevrilişlər beşiyi - Türkiyə | Türkiyə ilə bağlı hər zaman aktual olan və aktiv müzakirə edilən məsələlərdən biri də hərbi çevrilişlərdir. Bütün siyasi dairələr hərbi çevrilişləri öz maraqlarına uyğun şərh edərək "pis və ya yaxşı" adlandırır. Bu yazıda hərbi çevrilişlərin pis və ya yaxşı olması deyil, tarixinə işıq salmağa çalışacağıq. Türkiyədəki hərbi çevrilişlərin tarixi Cümhuriyyətdən əvvələ aiddir. Sultan Məhmətə qarşı 1446-cı ildə əsgərlərin etirazı ilə Osmanlıda hərbi çevrilişlərin əsası qoyulub. O zaman Sultan Məhmət taxtdan endirilməsə də, osmanlı sultanı əsgərlərin tələbini qəbul etmiş və onlarla hesablaşmışdı. Sultan Məhmətdən sonra demək olar ki, bütün sultanlar əsgər çevrilişləri ilə üzləşib. 12 Osmanlı sultanı hərbi çevriliş nəticəsində taxtdan endirilib. Osmanlı dönəmində 1446-cı ildə Sultan Məhmətə qarşı olan əsgər qiyamı 1913-cü ildə II Əbdülhəmidin sarayını ələ keçirib taxdan endirilməsi ilə başa çatıb. İmperiyanın süqutundan sonra 1923-cü ildə cümhuriyyət də quruldu, ancaq hərbi çevrilişlərə son qoyulmadı. 1961, 1970 və 1980-cı illərdə yenə hərbi çevrilişlər oldu. Bu qədər hərbi çevrilişlərin olması təəccüb doğurur. Bununla bağlı Süleyman Dəmirəlin xarici jurnalistin "nəyə görə sizdə bu qədər hərbi çevrilişlər olur?" sualına verdiyi cavab olduqca maraqlıdır: "Tanrı ingilisi yaratdı, ingilislər dövləti, ingilis dövləti də ordusunu yaratdı. Digər millətlər də həmçinin. Ancaq biz türklərdə bu belə deyil. Tanrı ilk olaraq türkün əsgərini yaradıb, əsgər də millətini yaradıb. Ona görə bizdə hərbi çevrilişlər çox olur". Süleyman Dəmirəlin dediyi söz yarımzarafat olsa da, Türkiyədə bəzi tarixçilər ciddi-cəhdlə iddia edir ki, türk millətinin tarix boyu qurduğu bütün imperiya və dövlətləri Hun imperatoru Metenin zamanından qalan türk hərbi sistemi qurur və idarə edir". Mete xan ilə nə əlaqəsi? Mete xanın hakimiyyətə gəlmək üçün atasını öldürür. Atasının çinli arvadından olan oğlunun hakimiyyətə gəlməsinin qarşısını almaq üçün o, belə bir addım atır. Bir qisim tarixçinin iddiasına görə, Metenin qurduğu dərin dövlət sistemi türk dövlətinin bu cür təhlükəli anlarında idarəçiliyə əl qoyur və hakimiyyətə müdaxilə edir. Nə qədər düzgün olduğunu deyə bilməsəm də, həmin tarixçilər iddia edir ki, Metenin qurduğu dərin dövlət sistemi 2 min ildir mövcuddur və ardıcıl olaraq bütün türk imperiyalarında mövcud olub. Sonuncu türk imperiyası olan Osmanlının varisi Türkiyə Cümhuriyyətində də bu cür sistemin olduğunu iddia edən tarixçilər də az deyil. Var və ya yoxdur - bu barədə şəxsi fikrimi kiməsə diktə etmədən qərar verməyi öz öhdənizə buraxıram. |
2014-03-13 | 11,496 | NATO- da Azərbaycanı kim təmsil edib? | NATO İnformasiya Mərkəzlərinin təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri baxımından Brüsseldə müzakirələr keçirilib. "Axar.az" xəbər verir ki, NATO-nun Baş Qərargahında tərəfdaş ölkələrin NATO informasiya mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib. "Tərəfdaş ölkələrin NATO informasiya mərkəzləri" mövzusunda 2 günlük keçirilən tədbirdə Azərbaycanı Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin üzvü, eyni zamanda "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova təmsil edib. Tədbir NATO-nun İctimai diplomatiya bölməsinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbiri NATO-nun İctimai diplomatiya bölməsinin Qafqaz üzrə regional koordinatoru xanım Despina Afentouli açaraq və NATO-nun hazırki siyasi proqramı haqqında məruzə ilə çıxış edib. Daha sonra NATO-nun səlahiyyətli nümayəndələri J.Skonieszka, M.Rühle, K.Grabar- Kitaroviç, G.Niehus, S.Mehringer, D.Riggio və İ.Fernandez tərəfindən təmsil etdikləri bölmələrin fəaliyyətlərinə dair informativ və analitik baxımdan maraqlı çıxışlar edib, müzakirələr aparıblar. Tədbir çərçivəsində xanım D.Afentouli, P.Lunak və B.Marankovanın iştirakı ilə "İctimai diplomatiya bölməsinin İnformasiya mərkəzləri ilə praktik əməkdaşlığı " mövzusunda dəyirmi masa görüşü keçirilib və maraqlı müzakirələr aparılıb. Tədbirdə həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları J.İbrahimova, G.Məmmədova, R.Həmidov və E.Abdullayev ilə N.Ələsgərovanın görüşü keçirilib və görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi çərçivəsində Gəncə şəhərində keçiriləcək tədbirlər barəsində müzakirələr aparılıb. Həmçinin tədbirdə iştirak edən tərəfdaş ölkələrin İnformasiya mərkəzlərinin nümayəndələri tərəfindən təmsil etdikləri təşkilatların fəaliyyətlərinə dair təqdimat materialları nümayiş etdirilib. |
2014-03-13 | 11,497 | "Bavariya" prezidenti həbs olundu | Münhen məhkəməsi "Bavariya" futbol klubunun prezidenti Uli Henessi vergidən yayınmaqda təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi 5 il 6 ay həbs cəzası tələb etsə də, müdafiə tərəfi şərti müddət verilməsini tələb edirdi. |
2014-03-13 | 11,498 | Ev tikmək üçün rüşvət verməyə ehtiyac yoxdur - Qanun | "Məhz həmin bildiriş vətəndaşı artıq başağrısından xilas edə bilər". Bunu "Axar.az"a vətəndaşların fərdi torpaq sahələrində ev tikməsi ilə bağlı problemlərə aydınlıq gətirən hüquqşünas Samir İsayev dedi. O, hesab edir ki, bütün problemlər vətəndaşların qanunu bilməməsindən qaynaqlanır: "Hüquqlarını bilməmək vətəndaşları çaşdırır. Əgər vətəndaşın sənədləri qaydasındadırsa, o zaman sənədlərini də götürüb getsin icra hakimiyyətinə və başçının adına məktub yazsın. Bu məktubdan sonra vətəndaş 1 ay müddətində gözləməli və bu müddət ərzində ona məktub gəlməlidir. Əgər cavab gəlməzsə, tikintiyə başlamalıdır. Əgər tikinti aparılan zaman icra strukturları mane olmağa çalışsa, sizin əlinizdə məktubu icra hakimiyyətinə təqdim etməklə bağlı sənəd olur. Hansı ki, siz məktubu həmin quruma təqdim edəndə onlar bu ərizəni qəbul etmələri ilə bağlı bildiriş verirlər. Əgər icra hakimiyyəti vətəndaşı məhkəməyə verərsə, məhz həmin bildiriş vətəndaşı artıq başağrısından xilas edə bilər". Xatırladaq ki, son zamanlar vətəndaşların şikayətləndiyi məsələlər sırasında əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı yaşanan problemlər mühüm yer tutur. Belə ki, Dövlət Rüsumu haqqında Qanunda torpaq üzərində tikinti aparılması ilə bağlı heç bir rüsumun göstərilməməsi bəzilərinə çirkli pul qazanmağa yardım edir. Amma tikintiyə icazənin alınması üçün heç bir ödəniş tələb olunmur. "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları"na əsasən, tikintiyə icazə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə icazə verməkdən imtina edir. Ərizəçi burdakı iradları aradan qaldırıb yenidən müraciət edə bilər. İcazə üçün müraciətə baxan idarə müxtəlif məsələləri, o cümlədən həmin ərazinin altından magistral kəmərlərin keçməsini və s. nəzərə alır. Tikinti üçün icazəni alandan sonra maneəsiz şəkildə fərdi yaşayış evinin tikintisinə başlamaq olar. Qeyd edək ki, fərdi yaşayış evinin hündürlüyü 12 metrdən çox olsa, onun tikintisinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. |
2014-03-13 | 11,499 | Ermənistanda etiraz aksiyası: “İrəvanı yandıracağıq” | İrəvanda onlarla vətəndaş Nazirlər Kabineti binası önündə etiraz aksiyası keçirir. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildirirlər. Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar. "Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq", - deyə aksiya iştirakçılarından biri bildirib. Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu vədə əməl olunmayıb. |
2014-03-13 | 11,500 | Ərəblər Gürcüstanda ev tikintisinə girişdi | Yaxın vaxtlarda Tiflis şəhərindəki köhnə "Xusovka"ların söküntüsünə, əvəzində isə müasir binaların tikintisinə start veriləcək. "Axar.az"ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu yöndə Tiflis Şəhər Şurasının rəhbəri İrakli Şixiaşvili ilə Ərəb Əmirliyinin investisiya holdinqinin təsisçisi Umaid Saif arasında müqavilə imzalanıb. Qeyd edək ki, imzalanan sənədin şərtlərinə əsasən, yaxın günlərdə inşaata 600 milyon dollar sərmayə qoyulması planlaşdırılır. İrakli Şixiaşvilinin sözlərinə görə, şəhər şurası layhənin ərsəyə gəlməsi üçün lazımı dəstəyə hazırdı və arzu olunandı ki, işlərə cari ilin yayında start verilisin. Öz növbəsində Saif işlərə yaxın dörd aya başlamağa hazırlaşdıqlarını ifadə edib. Bildirilir ki, Tiflisdə nəzərdə tutulan layihədə evlərin qiyməti hazırda kvadratı 600-800 dollar arasında dəyişir. |
2014-03-13 | 11,501 | "Nurçular Suriya ilə Xocalını eyniləşdirir"- Sabir Rüstəmxanlı | Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı Modern.az-a müsahibə verib. - Türkiyədə məhkəmələrin qərarı ilə "Ergenekon" əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola bilərmi? - Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15 ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar. Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar, demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vururdu. Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil seçkilərə də təsirsiz ötüşməyəcək. -Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək. "Ergenekon"çuların azadlığa çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini söyləmək olar? - Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən daha artıq olacaq. - Ordu generallarının həbsi dini lider Fəthullah Gülən və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin diktəsi idi? - Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına qurban getmişdilər. "Ergenekon" əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi. - Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə bilərsiniz? - Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi. Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki, Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan adamlardır. - Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra onunla əlaqə saxlamısınızmı? - Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən kimi danışacağam. - Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu Ərdoğan hökumətinin "Ergenekon" əməliyyatlarının həyata keçirilməsi zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə etmirmi? - Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi. Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi və generallar həbs olundu. - Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək... - Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq görürük və bundan sonra da elə olacaq. - Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz necədir? - Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda "Çağ Öyrətim" şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm. Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər... - Azərbaycandan kimlər var idi orada? - Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı "Gülən komandası"na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin ölkə üçün xoş olmayan nəticələrini görmüşəm. |
2014-03-13 | 11,502 | Rektor-deputatların yarpaq tökümü: Növbə kimindir? | Millət vəkillərinin həm də rektor kimi ağır və məsuliyyətli vəzifə daşıması və bu iki işi parallel aparmasından dolayı yaranan çətinliklər uzun illərin müzakirə predmetidir. Xüsusilə millət vəkili və Hüquq Komitəsinin sədri Şəmsəddin Hacıyevin İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsindən sonra bu fikir yenidən aktuallaşdı: millət vəkilləri olan rektorlar vəzifədən çıxarılacaq. Millət vəkili olan rektorlar kimlərdir? Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandatlı rektorlar sırasındadır. Son günlər Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşəcəyi haqda yayılan xəbərlər mandatlı rektorlardan digəri - S.Seyidovun da vəzifədən gedəcəyini gündəmə gətirib. Həmçinin Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da parlamentdə çıxış edərək həmkarlarının rektor vəzifəsindən alınmasını labüd hesab etmişdi. İ.İsmayılov bu məsələni Milli Məclisdə qaldıran yeganə millət vəkili olub. O, həmin deputatları bir neçə dəfə rektorluqdan getməyə çağırıb: "Mən bu məsələni qaldırarkən təkcə Şəmsəddin Hacıyevi nəzərdə tutmurdum. Qalanlarının da işdən azad olunmasını istərdim". Digər bir məlumatda isə deyilir ki, mandat sahiblərinin rektorluqdan azad edilməsinin səbəbi onların deputatlıq səlahiyyətlərinin yaxın vaxtlarda artırılacağı ilə əlaqədardır. Universitetlərə yeni ab-hava gəlməlidir Bu mövzuda danışan təhsil eksperti Etibar Əliyev hesab edir ki, mandatı olan bütün rektorlar universitet rəhbəri vəzifəsindən azad edilməlidir. "Axar.az"a danışan ekspertin fikrincə, rektorun əlavə vəzifəsi olmamalıdır: "Ali təhsil mərkəzini idarə etmək elə də asan iş deyil ki, rektor həm də deputat kimi fəaliyyət göstərsin. Universitetin öz daxili və xarici işləri olur. İki vəzifə tutan şəxs hər iki vəzifəsini də yüksək səviyyədə yerinə yetirə bilməz. Deputatlar mütəmadi olaraq seçicilərlə görüş keçirir, səfərlərə çıxır, komitə iclaslarında iştirak edirlər. Bunlar vaxt alan məsələlərdir. Bu işlə məşğul olan biri universitetə vaxt çatdıra bilməz. Bu gün ali təhsil ocaqlarında baş verən neqativliklərin bir səbəbi də rektorların bütün gün ərzində universitetə nəzarət edə bilməmələri, problemlərin həllini vaxtında çardırmamalarından irəli gəlir". Ekspert qeyd edir ki, bu dəyişikliyi zəruri edən səbəblərdən biri də müddətdir: "15 ildir universitetə rəhbərlik edən şəxslər var. Onlar dəyişsə, yeni ab-hava gələr. Yəni bu rektorlar nəyi bacarıblar, universitet üçün ediblər, indi yenilərə imkan tanımaq lazımdır ki, bu da ali təhsil ocaqlarının perspektivi üçün lazımdır". |
2014-03-13 | 11,503 | Nazir Serbiya səfiri ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfirə bu münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Z.Vayoviç ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb və burada onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-03-13 | 11,504 | İranla siyasi məsləhətləşmələr keçirildi | Martın 13-də Bakıda Azərbaycan və İran İslam Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, İran nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhimpur başçılıq ediblər. Görüşdə X.Xələfov Azərbaycanın İranla münasibətlərə önəm verdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, enerji, turizm, humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Həmçinin X.Xələfov Azərbaycan ilə İran arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyinə toxunaraq, mütəmadi olaraq müxtəlif səviyyələrdə dialoqun aparıldığını qeyd edib, iki ölkə arasında münasibətlərin səviyyəsinin regionda sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin faydalı olduğunu bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan azərbaycanlı nazir müavini, ölkəmizin ərazisinin 20%-nin, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 km-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasının, regionda sülh və təhlükəsizliyin təmin edilməsinin, davamlı iqtisadi inkişafın qarşısında əsas maneə olduğunu bildirib. X.Xələfov Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını qeyd edib, eyni zamanda, Azərbaycanın işğal altında olan və nəzarətsiz qalmış ərazilərinin region üçün əsas təhlükə mənbəyi olduğunu vurğulamışdır. O, münaqişənin həll olunması üçün dünya birliyi, xüsusilə də region dövlətləri tərəfindən Ermənistana təsir göstərilməsinin vacibliyini qeyd edib. İran xarici işlər nazirinin müavini İ.Rəhimpur Azərbaycana səfərindən məmnun olduğunu bildirib, ölkəmizin İran üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanla regional və beynəlxalq müstəvidə əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. Azərbaycanın xarici siyasətini dünyada gedən proseslərə uyğun olaraq uğurla aparıldığını bildirən İran rəsmisi son 22 ildə ölkənin olduqca inkişaf etdiyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-03-13 | 11,505 | Gəncə və Tovuzda təbii qaz iki qızın həyatına son qoydu | Gəncədə tələbə qız dəm qazından zəhərlənərək həyatını itirib. Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında olub. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsi, 19 yaşlı Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Aygünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Tovuz rayonunda da ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Yanıxlı Məşədilər kənd sakini 13 yaşlı fiziki qüsurlu Zəminə Mustafayeva evdə qazı yandırmaq istəyərkən alov onun paltarını alışdırıb. Hadisə baş verən zaman zərərçəkmiş evdə tək olub. Köməksiz vəziyyətdə qalan 13 yaşlı qız yanaraq dünyasını dəyişib. Z.Mustafayevanın meyiti Tovuz Rayon Mərkəzi Xəstəxanasının Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin müayinəsi zamanı məlum olub ki, bədənin çox hissəsi yanıb. Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. (Kəpəz TV) |
2014-03-13 | 11,506 | Rusiya hərbi təyyarələrini Belarusa göndərdi | Rusiya Hərbi Hava Qüvvələrinin 6 Su-27 və 3 hərbi nəqliyyat təyyarəsi Belarusa göndərilib. Məlumata görə, Rusiyanın hərbi hava texnikası Belarusun "Bobruysk" aerodromuna yerləşdirilib. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan daha 15 hava texnikasının göndərilməsini xahiş edəcəyini bəyan edib. Belarus Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbi hava texnikasının ölkəyə göndərilməsində məqsəd yanvar ayından ölkədə Silahlı Qüvvələrin döyüş hazırlığının yoxlanılması ilə bağlı təlimlərin keçirilməsidir. Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, təlimlərin ikinci mərhələsində Hava Hücumundan Müdafiə üzrə Vahid regional sistemin icrasına hazırlıq işləri yoxlanılacaq (ANS). |
2014-03-13 | 11,507 | İran xarici işlər nazirinin müavini Qarabağdan danışdı | "Əgər Bakı və Yerevan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçiliyini qəbul edirlərsə, bu onların özü işidir". Bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, təcrübə göstərir ki, əvvəlcə məsələ ikitərəfli formada, sonra isə regional dövlətlərin iştirakı ilə həll olunmalıdır: "Biz digər münaqişələrlə bağlı da bu cür yanaşma ilə çıxış edirik. Məsələn, Suriya və Əfqanıstanla bağlı məsələlərdə də eyni mövqeyə malikik". (Trend) |
2014-03-13 | 11,508 | Zakir Həsənov rusiyalı qubernatorla görüşdü | Martın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş zamanı Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud olan uzunmüddətli dostluq əlaqələri müzakirə edilib, regiondakı hərbi-siyasi vəziyyət və Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.