date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-09
11,099
Rus astroloqu: “Bu il Azərbaycanda müharibə ola bilər”
Rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə bağlı 2014-cü ildə müharibələr olacaq. Bunu rusiyalı astroloq Pavel Qloba deyib. Pavel Qloba müharibə olacaq mümkün olan ölkələrdən Suriyanın, İranın, Azərbaycanın və Türkmənistanın adını çəkib. Əslində isə Pavel Qloba Rusiya ilə Ukrayna arasında gözlənilən müharibədən danışaraq bildirib ki, Lermontovun lənətlənmiş yubileyində Rusiya qəsdən müharibəyə sürüklənir. O, çox böyük ehtimalla müharibənin Rusiyada deyil, Ukraynada olacağı fikrini söyləyib. Pavel Qloba hesab edir ki, Rusiya adları çəkilən ölkələrdəki müharibədən uzaq durmalıdır. Bütün bu deyilənlər 2014-cü ilin yanvarında işıq üzü görən "7 gün" jurnalında yer alıb. Qloba bildirir ki, Rusiyanın məşhur şairinin yubileylərində Rusiyada həmişə ağrılı hadisələr baş verib. Astroloqun fikrincə, 2014-cü il özündə iki simvolik dövrü (Qırmızı Xoruz və Göy At) birləşdirir. Bunların rəngi isə Ukrayna bayrağını yaradır. Pavel Qloba Yer kürəsinin insanlarını iyul ayından noyabr ayınadək ehtiyatlı olmağa səsləyir. Belə ki, həmin dövrdə Lermontov anadan olub və ölüb ("Publika.az").
2014-03-09
11,100
Çin konteynerləri Avropaya Azərbaycandan daşınacaq
Gürcüstanın "Trans Caucasus Terminal"ı Rumıniyada önəmli memoranduma imza atıb. "Axar.az"ın Gürcüstan mediasına istinadən məlumatına görə, terminalın baş direktoru Levan Dzqarkava bildirib ki, Rumıniyanın Qalaçı çay limanı və icraçı operatorlarla imzlanan üçtərəfli sənəd Çinin növbəti konteyner partiyasının Azərbaycan və Gürcüstan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Mallar Rumınıyadan Avropanın müxtəlif ölkəsinə daşınacaq. Xatırladaq ki, hazırda Qalaçı və Poti şəhərləri arasında yüklər dəniz limanları vasitəsi ilə həyata keçirilir. Martın 1-də Astana şəhərində "Trans Caucasus Terminal"la Qazaxıstanın "KTZ Express" dəmir yolları arasında imzlanan müqavilə Çin məhsullarının Cənubi Qafqaz üzərindən daşınmasına səbəb olub.
2014-03-09
11,101
Rusiya çoxsaylı hərbi texnikanı Ukraynaya göndərdi – Video
Rusiya hərbi birləşmələrinin Ukraynanı işğalı geniş miqyas alır. "Axar.az"ın məlumatın görə, yüzlərlə hərbi texnika və sursat Rusiya Federasiyasının bayrağı altında Krasnodar-Novorosiysk yolu ilə Ukraynaya istiqamət alıb. Videonu təqdim edirik.
2014-03-09
11,102
Bakıda avtobus qəzası: Xəsarət alan var
Bakıda sərnişin avtobusu işıq dirəklərinə çırpılıb, xəsarət alan var. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası baş verib və bir nəfər kişinin köməyə ehtiyacı olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "Daewoo" markalı yol kənarındakı işıq dirəklərinə çırpılıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.
2014-03-09
11,103
ARDNŞ Mantenoqradakı tikintiyə milyonlar ayırdı
Adriatik dənizi sahillərində keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurortun tikintisi üzrə Azərbaycan-Monteneqro birgə layihəsinə start verilib. Məlumata əsasən, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 500 milyon avro dəyərindəki layihəni hazırlayan "Azmont Investments" şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etmək niyyətindədirlər. Onun sözlərinə görə, bu layihə sayəsində Azərbaycandakı investorlar indi bilirlər ki, Monteneqro hökuməti ölkədə rahat investisiya mühitini təmin edib: "Deməli, bu layihədən sonra digərləri də olacaq". Monteneqronun Baş naziri Milo Cukanoviç bildirib ki, mövcud layihə və Azərbaycanla ikitərəfli münasibətlər ümumilikdə Monteneqro üçün olduqca önəmlidir: "İnvestorların əksəriyyəti qlobal iqtisadi enişin bitməsi ilə bağlı gözləmə mövqeyi tutduğu zaman ikitərəfli yaxşı əlaqələr meydana çıxmağa başladı". Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq. Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda "Orjenski" kazarma sahəsini 90 il icarəyə götürəcək. İcarədar Monteneqroda şirkət yaratmaq hüququna malikdir. İcarə müqaviləsi üzrə bütün hüquq və öhdəliklər şirkətə təhvil veriləcək. Şirkət bütün öhdəliklər üzrə tam cavabdehlik daşıyacaq. İcarədar icarə müddətinin ilk 4 ili ərzində kurortların inkişafına ən azı 52 milyon avro investisiya yatırmalı və ya ilk 8 ildə ümumilikdə 258 milyon avro investisiya qoymalıdır. Fiksasiya edilmiş icarə haqqı ilk 45 ilə görə əvvəlcə ödəniş formasında təqdim oluncaq. 52 milyon avro həcmində investisiya yatırımının birinci mərhələsi yekunlaşdıqdan sonra icarədar müqavilə üzrə bütün maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olan üçüncü tərəfə kontraktı verə bilər. ARDNŞ eyni şərtlər əsasında icarədarlar qismində yerli şirkətlərin öhdəlikləri üzrə zəmanətlərdən azad oluna bilər ( Trend ).
2014-03-09
11,104
8 Martda 4 qadın dəm qazından zəhərləndi
Bakıda 4 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün gecə saatlarında 4 qadın dəm qazından zəhərlənib. Zəhərlənən qadınlar 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər orta yaşlarında olan xanımların vəziyyətinin normallaşdığını bildirirlər. Stansiyadan bildiriblər ki, zəhərlənmə hadisələri Səbail və Xətayi rayonlarının ərazisində qeydə alınıb. Xatırladaq ki, bir neçə gün öncə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə zamanı 115 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənənlərdən 43 nəfər xəstəxanaya yerləşdirilmişdi (ANS).
2014-03-09
11,105
Hakim ulduz futbolçunu təhqir etdi
Türkiyə çempionatında oynan "Qalatasaray"-"Akhisar Bələdiyəspor" matçında maraqlı hadisə yaşanıb. Məlumata görə, "TT Arena"dakı oyunun 23-cü dəqiqəsində Felipe Meloyla arasında mübahisə yaranan hakim Fırat Aydınus futbolçunun arxasınca söyüş söyüb. Bu isə kameraların diqqətindən yayınmayıb. Bunan sonra isə, "Qalatasaray"-lı azarkeşlər "Fırat istefa" şüarı səsləndirərək hakimə öz etirazlarını bildiriblər ("Teleqraf.com"). Uğur
2014-03-09
11,106
Azərbaycanlılar Ukraynaya dəstək verdilər - Foto
Rusiyanın Krımı işğal etməsinə Kanadanın Toronto şəhərində etiraz bildirilib. Məlumata görə, bu gün səhər saatlarında Toronto bələdiyyəsinin qarşısında toplaşmağa başlayan Ukrayna, Krım və Azərbaycan əsilli Kanada vətəndaşları "Sülh yürüşü" keçiriblər. Aksiya iştirakçıları ABŞ, İngiltərə, Almaniya, sonra isə Rusiya konsulluğunun qarşısından keçiblər. Rusiya konsulluğunun binası qarşısında çıxış edən aksiya iştirakçıları Rusiya prezidenti Vladimir Putini şüquq və azadlıqlara sayğılı olmağa çağırıblar. Aksiya iştirakçılarının əllərində Kanada, Ukrayna, Krım və Azərbaycan bayraqları olub. Yürüşlə əlaqədar Torontonun mərkəzi küçəsində nəqliyyatın hərəkəti çətinləşib ("Musavat.com").
2014-03-09
11,107
Putinə yumşaq dərili oğlan dedilər
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putini sərt, amma yumşaq dərili lider hesab etdiyini açıqlayıb. Məlumata görə, Hillari Klintonun Putin haqqındakı bu fikirləri "Ukraynskaya pravda" qəzetində dərc olunub: "Mən bilirəm ki, bizim qarşımızdakı yumşaq dərili sərt bir oğlandır. Mənim təcrübəmdə belələri çox olub... Onun kimi belə insanlar çoxdur". O, həmçinin qeyd edib ki, bütün tərəflər yalnış olabiləcək addımlar atmaqdan çəkinməlidir. Kilinton bundan bir müddət əvvəl, Rusiya prezidentinin Krımdakı fəaliyyətini Adolf Hiterin hərəkətlərinə bənzətmişdi (ANS).
2014-03-09
11,108
Şimali Koreyada nəticəsi bəlli olan seçkilər keçirilir
Şimali Koreya ölkənin Ali qanunverici orqanı olan parlament seçkilərinə hazırlaşır. "Axar.az" xəbər verir ki, namizədlər siyahısında 687 nəfərin adı var. Onların da hamısıölkə lideri Kim Çen Unun nəzarətində olan iqtidardakı Koreya Əmək Partiyasının üzvləridir. Müşahidəçilər artıq seçkinin nəticələrinin indidən məlum olduğunu və Kim Çen Unun bundan sonra hansı siyasəti yeridəcəyini bildiriblər . Qeyd edək ki, seçkilər Kim Çen Unun korrupsiya, əksinqilabi fəaliyyət və narkotik maddələrin qəbulunda ittiham olunan dayısının edamından 3 ay sonra keçirilir.
2014-03-09
11,109
Təbrizdə güclü zəlzələ oldu
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində güclü zəlzələ baş verib. "Fars" agentliyinin verdiyi məlumata görə, zəlzələ sakinlər arasında təşvişə səbəb olub. İlkin məlumata görə, zəlzələnin gücü 5 bal təşkil edib ( Trend ).
2014-03-09
11,110
20 min qadına təcavüz edilib – Şok açıqlama
Kosovo prezidenti Atifete Yahyaqa Serbiya-Kosovo müharibəsi ilə bağlı şok açıqlamalar verib. "Axar.az" xəbər verir ki, o, müharibə zamanı 20 min kosovolu qadının serb əsgərlərinin təcavüzünə uğradığını bildirib. Yahyaqa bu açıqlamanı 8 Mart Qadınlar Günü münasibəti ilə etdiyi çıxışında deyib. Prezident bildirib ki, o zaman cinsi təcavüzlərin qurbanı olan qadınlar indi də bunun travmasını yaşayırlar. "Azad və bərabər yaşamaq uğrunda çox həyatlar sönüb. Biz güc alaraq və qərarlı olaraq bütün vətəndaşların bərabər yaşayacağı dövlət qurmaq üçün yola çıxdıq. Kosovonu bütün vətəndaşlar üçün imkanlar ölkəsinə çevirəcəyimizə and içdik" deyə prezident bildirib.
2014-03-09
11,111
Ukraynada “terrorçu” prezidentliyə namizəd olacaq
Ukraynada radikal-sağçı qrup "Pravıy Sektor"un lideri Dmitro Yaroş ölkə prezidentliyinə namizədliyini irəli sürüb. Yaroş bildirib ki, xalq arasında çoxlu sayda tərəfdarı olan bir qrupun hökumətdə təmsil olunmaması məntiqə sığmır: "Pravıy Sektor"un Ukrayna siyasətində təmsil olunması üçün çoxlu sayda zənglər qəbul edirdik. Ona görə də siyasi şura belə bir qərar qəbul etdi. Mən prezidentliyə namizədliyimi irəli sürürəm". Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Pravıy Sektoru" Kiyevdə insanları snayperlərlə vurmaqda ittiham edib. Lavrov qeyd edib ki, bu zorakılıq cavabsız qalmayacaq. "Onların üsulları terror və hədə-qorxu üsuludur" - deyə Lavrov qeyd edib (ANS).
2014-03-09
11,113
Əfqanıstanın vitse-prezidenti öldü
Əfqanıstanın vitse-prezidenti Məhəmməd Qası Fahim dünyasını dəyişib. Məlumata görə, "Frans Press" agentnliyi Əfqanıstan prezidentinin nümayəndəsinə istinadən xəbəri yayıb. Vitse-prezidentin öz əcəli ilə dünyasını dəyişdiyi bildirilir. Ölkədə üç günlük matəm olunacaq. Məhəmməd Qasım Fahim 1957-ci ildə anadan olub. O, 2009-cu ildən Əfqanıstanın birinci vitse-prezidenti idi ("Musavat.com").
2014-03-09
11,114
Krım küçələrində kazakların soyğunçuluğu – Video
Rusiyanın Ukraynaya işğalı tək hərbi deyil, həm də məişət zəminində davam edir. "Axar.az"ın məlumatına görə, son bir neçə gündə çağırılmamış qonaqlar müxəlif obyektlərdən qiymətli əşyarlar oğurlayır, dükanları talan edirlər. Növbəti belə hal kazakların Krımdakı gecə klublarından birinə olub. Videodan da göründüyü kimi, günorta saatlarında sərbəst şəkildə oğurluq edilir.
2014-03-09
11,115
Ketrin Eştondan bədbin İran açıqlaması
İranla nüvə proqramı üzrə danışıqların hərtərəfli razılaşmaya gətirib çıxaracağına heç bir zəmanət yoxdur. Məlumata görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşma olduqca vacibdir: "Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur". Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir ( Trend ).
2014-03-09
11,116
Ermənistan Azərbaycan generallarını dinləyir
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin (MN) qərarı ilə cəbhə xəttində zabit və gizirlərin mobil telefondan istifadə etmələrinə qoyulan qadağanın səbəbləri məlum olub. Səbəb Ermənistan kəşfiyyatının Azərbaycan ordu rəhbərliyini mobil telefonlar vasitəsi ilə dinləməsidir. "Axar.az" xəbər verir ki, bu məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində yayıb. Hərbi ekspertin yazdığına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı İrəvanda dinlənilib. Hərbi ekspert qeyd edir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarınından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edrb. O da dərhal özünü "ağıllı və tədbirli" göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Ekspertin fikrinə görə, MN-də mobil telefonlardan istifadə qadağasının qüvvəyə minməsinin səbəbi budur. Qeyd edək ki, mobil telefondan istifadə məhdudiyyəti artıq bir neçə nazirlikdə tətbiq edilir. ABŞ-ın dünya liderlərini dinlədiyi ilə bağlı qalmaqal təsdiqlənəndən sonra artıq bəzi ölkələr ehtiyat tədbirləri görməyə başlayıblar. Bunlardan biri də rəsmi idarələrdə telefonlardan istifadəyə qoyulan məhdudiyyətlərdir.
2014-03-09
11,117
Serb millətçiləri Krım küçələrində növbə çəkir - Video
Krıma serb millətçilərinin gəldiyi barədə mediaya sızan xəbərlər təsdiqlənib. "Axar.az"ın məlumatına görə, onlar bu dəfə açıq şəkildə kazaklar tərəfindən Rusiyanın ərazi bütövlüyünün qorunmasına çağırıldıqlarını kameralar qarşısında söyləyiblər. Serbiya vətəndaşı Malisik Samilyutin bildirib ki, o və qardaşı Krıma Rusiya vətəndaşlarını qorumağa gəliblər və təcrübələrini paylaşmaq istəyirlər. Qeyd edək ki, millətçi uniformada olan serblər kazaklarla Qonçar qəsəbəsinin küçələrində növbətçilik edirlər. Ukraynaya gələn serblərin lideri Milutin Malışıç ölkəsində olduqca tanınan bir şəxsdir. Serbiyada ona qarşı dəfələrlə cinayət işi açılıb.
2014-03-09
11,118
ABŞ rusların işğalını bir həftə öncədən bilirmiş
Amerika Birləşmiş Ştatlarının kəşfiyyat strukturları Rusiyanın Krımın işğal planını bir həftə öncədən bilib. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, Amerika hərbi kəşfiyyatı rusların əsasən Krımdakı önəmli hərbi-dəniz bazaları ətrafında hərəkətlərini yaxından izləyib. Amerika hərbi kəşfiyyatının rəhbəri general-leytenant Maykl Filinin vurğulayıb ki, rusların Krıma hücumu barədə ölkə rəhbərliyinə hələ bir həftə əvvəldən məruzə edilib. Və bir həftə ərzində rus hərbçilərinin yerdəyişməsi barədə geniş hesabat hazırlanıb. Filinin həmçinin əlavə edib ki, müşahidələri hazırda da davam edir: "Deyirlər ki, bu, rusların hərbi təlimləridi. İzləyirik ki, bu təlimlər nə qədər həqiqətə uyğundur".
2014-03-09
11,119
Ana və 5 yaşlı qızına ilanlarla işgəncə verdilər
ABŞ-ın Ohayo ştatında hər kəsi dəhşətə salan hadisə baş verib. "Axar.az" "Milliyət" qəzetinə istinadən xəbər verir ki, ər-arvad 5 yaşında uşağı anası ilə birlikdə qaçırıb. Onlar qadını və balasını ilanlarla qorxudaraq fiziki və mənəvi işgəncə veriblər. Xordi Kallahan və Cesika Hunt cütlük qadın və uşağını uzun müddət zirzəmidə saxlayaraq ilan və "pitbul" cinsli itlərlə işgəncə veriblər. Tualetin belə olmadığı yerdə saxlanılan qadına edilən işgəncələri videolentə də alıblar. Ana və qızı polislər tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilib. Həbs olunan cütlüyün neçə il cəza alacağı isə hələ ki, məlum deyil.
2014-03-09
11,120
Ruslar Ukraynada sərhəd zastavasını ələ keçirdi
Krımdakı Çernomorskoye qəsbəsində rus əsgərləri sərhəd zastavasını ələ keçiriblər. Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Oleq Slobodyan "5-ci kanal"ın efirindən bildirib. Sərhəd zastavasına hücum bu gün səhər saat 06.00 radələrində olub ("Musavat.com").
2014-03-09
11,121
Ukrayna Krımın bank hesablarını dondurdu
Rəsmi Kiyev Kırım Muxtar Respublikasının bütün bank hesablarını dondurmağa qərar verib. "Axar.az" xəbər verir ki, bu barədə Muxtar Respublikanın vitse-prezidenti Rüstəm Temirqaliyev məlumat verib. Kiyev hökuməti Krımın dövlət xəzinəsinin bütün elektron sistemlərini bağlayıb və bank hesablarını dondurub. "Biz indi operativ şəkildə rus banklarında hesablar açırıq. İnsanlar pensiyasız və əmək haqqısız yaşaya bilməzlər. Hər şey nəzarət altındadır" deyə Temirqaliyev bildirib.
2014-03-09
11,122
Bakıda yanacaq borusu partladı - Foto
Bu gün Bakının Xətai rayonu ərazisində dizel yanacaq boru xəttində qəza baş verib. "Axar.az"ın "Milli.az"a istinadən verdiyi xəbərə görə, hadisə Nobel prospekti ərazisində baş verib. Yanacaq borusunun partlaması nəticəsində dizel yanacağı ətrafa dağılıb. Ərazidə kiçik gölməçə yaranıb. Qəza nəticəsində ərazidə sakinlərə təhlükə ola biləcək acınacaqlı vəziyyət yaransa da bu, bəzi yerli sakinlərin işinə yarayıb. Belə ki, bəzi sakinlər bir neçə çən havayı yanacaq doldurmaq imkanı əldə ediblər. Əldə etdiyimiz məlumata görə, qəzanın fəsadları artıq aradan qaldırılıb. Qəzanın görüntülərini təqdim edirik.
2014-03-09
11,123
Krımla Ukrayna arasında rus postları quraşdırılır
Rusiya hərbçiləri Perekop bərzəxində hərbi postlar qurur. Bu barədə Ukraynanın Dövlət sərhəd xidməti Administrasiyasından məlumat veriblər. Məlumatda bildirilib ki, ötən gün Krımın dövlət sərhədlərini və sərhəddə yerləşən rayonları mühafizə edən təyyarə bu ərazilərdə Rusiya hərbi qulluçularının çoxlu sayda hərbi postlarını aşkar edib. Daha sonra həmin hərbi postlardan təyyarəyə atəş açıldığı da bildirilib.(Anspress)
2014-03-09
11,124
Azərbaycanlı alim dəm qazından zəhərləndi
Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, bağ evində yaşayan, 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib. Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir. Qeyd edək ki, Ə. Musayev Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir. Faktla bağlı araşdırmalar aparılır.
2014-03-09
11,125
Fətullah Gülənin həbs olunacağı tarix bəlli oldu - Şok
"Fətullah Gülənə qarşı martın 30-dan əməliyyat keçiriləcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Əminə Kaplan çıxış edib. O artıq baş nazir Ərdoğanın Fətullah Gülənə qarşı əməliyyatın həyata keçirilməsi ilə bağlı əmri imzaladığını iddia edib. "Fətullah Gülən martın 30-dan sonra tutulacak. Əsas iddia isə "vətənə xəyanət və cəsusluq" olacaq. Daha sonra isə ABŞ-ın onu geri qaytarması Türkiyə rəsmi Vaşinqtona "qırmızı bülleten" verəcək. Artıq əmr hazırdır. AKP xalqın arasında öz mövqeyini itirməmək üçün həbsləri seçkidən sonraya saxlayır". Qeyd edək ki, Fətullah Gülən xeyli müddətdir ABŞ-da yaşayır.
2014-03-09
11,126
KQB dəstələri Ukraynaya göndərildi
"Dnesteryanı Ukrayna ilə sərhədə xeyli qoşun yeridib". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Aleksey Martınov deyib. O artıq Ukrayna ilə sərhədə tanınmamış respublikanın xüsusi təyinatlılarının yeridildiyini də bildirib. "Artıq "Dnesteryanı Respublikası"nın sərhəd qoşunları Ukrayna ilə sərhəddədir. Bundan əlavə isə Dövlət Təhlükəsizlik Komistəsinin(KQB - red.) "Dnestr" adlı xüsusi təyinatlı dəstəsi artıq sərhəddə yerləşdirilib" Ukraynanın hərbi eksperti Dmitri Timçuk isə öz Feysbuk səhifəsində Rusiyanın Dnesteryanıya 700 xüsusi təyinatlını göndərdiyini bildirib. Qeyd edək ki, "Dnesteryanı Respublikası" Rusiya tərəfindən Moldova ərazisində yaradılmış seperat rejimdir.
2014-03-09
11,127
Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Elmar Məmmədyarov martın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, bu informasiya ilə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib. O, E. Məmmədyarovun vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişini müzakirə edəcəyini deyib. Qeyd edək ki, həmsədrlər martın 3-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da danışıqlar aparıblar.
2014-03-09
11,128
Rus hərbçilər Ukrayna təyyarəsini atəşə tutdu - Video
Rusiya həbçilərinin Ukrayna sərhədçilərinin təyyarələrinə atəş açması ilə bağlı yeni kadrlar ortaya çıxıb. "Axar.az" xəbər verir ki, bu videonu ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində yerləşdirib. Görüntülərdə Rusiya ilə sərhəddə yoxlama Ukrayna təyyarəsinin rus hərbçilər tərəfindən atəşə tutulması yer alıb. Videonu təqdim edirik.
2014-03-09
11,129
Feysbuk qadınlarda artıq çəki yaradır
Sosial şəbəkələrdən aktiv istifadə aktiv istifadə qida pozğunluğuna səbəb olur. Alimlərin bununla bağlı araşdırmaları "International Journal of Eating Disorders" elmi jurnalında dərc edilib. Alimlər bir neçə həftə ərzində tədqiqata cəlb olunmuş 960 qadını müşahidə edib, araşdırma aparıblar. Müəyyən olunub ki, sosial şəbəkədə ən azı iki saat vaxt keçirən qadınlar tez-tez yeyir və artıq çəkidən əziyyət çəkirlər.(Anspress)
2014-03-09
11,130
İlker Başbuğ Türkiyənin prezidenti olacaq - İddia
İlker Başbuğ Türkiyənin növbəti prezidenti ola bilər. "Axar.az" xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuatın nüfuzlu yazarları məhz onun "dövlət içində dövlət" quranlara qarşı mübarizə apara biləcəyini yazıb. "İlker Başbuğ Fətullah Gülənə xoş münasibət göstərməyən insandır. Bunu hər kəs bilir. Lakin o heç bir zaman bunu biruzə verməyib. Bu seçimlərdə də Türkiyənin növbəti prezidenti olmasına onun şansı daha çoxdur. Əgər MHP və CHP doğru fikirləşib onu namizəd kimi göstərsələr bundan yalnız udmuş olacaqlar". Qeyd edək ki, İlker Başbuğ Türkiyə Silahlı Qüvvələrinin eks-qərargah rəisidir. O, uzun müddət "Ergenekon" davasının iştirakçılarından bir kimi həbsdə saxlanılmışdı.
2014-03-09
11,131
Rusiya Krıma Qarabağ ermənilərindən ibarət dəstə göndərdi
"Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti leyhinə vuruşur". "Axar.az" xəbər verir ki, bu informasiyanı krımlılar öz Feysbuk səhifələrində yazıblar Krımlılar Qarabağ erməniləri ilə yanaşı sibirlilərin, Çeçenistan müharibəsi zamanı döyüşmüş müxtəlif rusların Simferopol küçələrində dolaşdığını yazıblar. "Simferopol küçələrinə diqqətlə baxsan burada hər kəsi görərsən. Qarabağ erməniləri, sibirlilər, kazaklar, çeçen müharibəsinin iştirakçısı olan ruslar. Bunların hər biri Rusiya tərəfindən bura göndərilib. Onların Krımın hazırkı hökumətinin tabeliyində yaradılacaq orduya üzv edilmələri planlaşdırılır". Qeyd edək ki, Krım Ukrayna mərkəzi hakimiyyətinə tabe olmadığını bəyan edib.
2014-03-09
11,132
Azərbaycan Parlamentinin eks-spikeri vəfat etdi
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev vəfat edib. Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunda anadan olub. S.Tatlıyev Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.(Trend)
2014-03-09
11,133
Rusların ən böyük hərbi gəmisi Ukrayna sahillərinə yaxınlaşır
Rusiyanın Krımda ən böyük gəmisi olan "Moskva" raket kreyseri Ukrayna sahillərinə yan alıb. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib. Mətbuat hazırda "Moskva" kreyserinin hansı istiqamətdə dayancağı ilə bağlı informasiyaya sahib olmadığını yazıb. Ukraynalı ekspert Dmitri Timçuk isə sabah Ukraynanın dəniz sərhədləri yaxınlığında ABŞ təyyarəçilərinin təlim keçəcəyini bildirib. "Sabah Ukrayna dəniz sərhədlərinin yaxınlığında ABŞ, Rumuniya və Bolqarıstan təyyarələri hərbi təlim keçəcək. Görünür ruslara göz dağı vermək istəyirlər". Qeyd edək ki, Rusiya hələ də Krıma qanunsuz olaraq öz əsgərlərini göndərir.
2014-03-09
11,134
Nurçuluq Azərbaycan üçün təhlükə deyil - Şərh
"Nurçular Azərbaycanda kiminləsə müharibə aparmaq üçün o qədər də güclü qüvvə deyil". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Türkiyədəki hadisələrin Azərbaycanda təkrarlana bilmə ehtimalının olmadığını bildirib. "Mən hesab etmirəm ki, nurçular adlandırdığımız şəxslər Azərbaycanda o qədər güclüdür ki, onlar kiminləsə açıq-aşkar müharibə aparsınlar. Əgər bu cür muharibənin əlamətlərini biz burada hiss eləsəydik onda bu müharibəni Türkiyədə gedən proseslərlə birbaşa əlaqəsindən danışmaq olardı. Türkiyədə nurçular dövlət daxilində dövlət qurmağı bacara biliblər. Bizdə isə bunlar yalnız müxtəlif sosial təbəqələrdə təmsil olunmuş bir qrup adamdır". Qeyd edək ki, nurçuluq medianın gündəmin əsas məsələlərdən birinə çevrilib. Onlarla bağlı mediaya sızdırılan sənədlərdən sonra bu təriqətlə bağlı insanların şüurunda müxtəlif suallar meydana gəlib.
2014-03-09
11,135
Qənirə Paşayeva bütün sirlərini açdı - Foto
"Gündəlik Teleqraf" qəzeti 8 Mart buraxılışı üçün qadın millət vəkili Qənirə Paşayevadan "Brifinq" layihəsi çərçivəsində müsahibə alıb. "Axar.az" həmin müsahibəni təqdim edir. "Atam qız övladlarına daha çox diqqət yetirərdi" - Nərgiz Ehlamqızı ("Gündəlik Teleqraf"ın müxbiri): Martın 7-si doğum gününüzdür. Ad gününə münasibətiniz necədir, fərqli bir doğum günü modeliniz varmı? - Dünyaya gəldiyim günə adi təqvimlərdən biri kimi baxıram. Təbii ki, ailəm və yaxınlarım üçün bu günün özəlliyi olmamış deyil. Amma mən özüm onu xüsusi şəkildə qeyd etməyi xoşlamıram. Uşaq olanda atam qız övladlarına daha çox diqqət yetirərdi. Lap onda da bu mərasimi ailə daxilində, yaxınlarla qeyd edirdik. İndi də fərqli bir şey yoxdur - ailə üzvlərimiz, dostlarımız evə gəlir, toplanıb söhbətləşirik... Hesab edirəm ki, doğum günlərini toy mərasimi formasına çevirib qonaq dəvət etmək düz deyil. Hərçənd yuvarlaq rəqəmdirsə, insanların yubiley keçirməsini normal qəbul etmək olar. Özüm isə doğum günlərində həmişə işdə oluram. Ad günü mərasiminə 8 Mart axşamı toplaşacağıq. Həm ad günümü, həm də bayramı qeyd edəcəyik. - N.Ehlamqızı: Aktiv millət vəkilisiniz. Sosial şəbəkələrdə Sizin bu fəallığınız, işgüzar səfərləriniz tez-tez diqqətə çıxarılır, hətta müzakirə obyekti də olur. Mətbuat xidmətiniz Bakıdakı tədbirdən məlumat yayır, bir neçə saat sonra məlum olur ki, artıq Türkiyədəsiniz. Bu qədər enerjini hardan alırsınız? - Böyüdüyüm ailədə zamandan istifadə anlayışına erkən dövrdən ciddi yanaşmışıq. Həmin vərdişlə davam edirəm. Axşamdan görəcəyim işləri saatlarla, dəqiqələrlə dəftərə qeyd edirəm. Bir növ plan tuturam. Sonra da işləri gördükcə, bir-bir üstündən xətt çəkirəm. Zamandan yararlı istifadə etməyi uşaqlıqdan bizə öyrədiblər. Hər bir insanın həyat fəlsəfəsi olur. Müəyyən düşüncə və təfəkkür çərçivəsində hərəkət edir. "Bu həyatdan nə istəyirəm? Niyə varam?" Necə gedəcəyəm? Mənim həyat fəlsəfəm bu üç suala cavabdan ibarətdir. Mənimçün insanların ən faydalısı insanlar üçün faydalı olanıdır. "Daha nə edə bilərəm" sualına ciddi önəm verirəm. Həyatımı maraqla yaşamağı sevən insanam, rəngsiz və boş yox... Bir günü əvvəlki gün kimi yaşamaq istəmirəm. Daha fərqli işlərlə məşğul olmağı üstün tuturam, boşluq anlayışı mənlik deyil. Bəzən mənə deyirlər ki, gedək 1 həftə istirahət edək. Soruşuram ki, nə edəcəyik? Deyirlər ki, gəzib dincələcəyik. Mənimçünsə dincəlmək anlayışının ayrıca əhəmiyyəti yoxdur... - Nərmin Muradova ("Gündəlik Teleqraf"ın müxbiri): Bəs yorğunluğunuzu necə çıxarırsız? - İşlərimi dəyişərək dincəlirəm. Hər axşam ən azı 2 saat nəsə oxumasam və yazmasam, yatmıram. Soruşurlar ki, yorulmursan? Deyirəm, bəlkə də, bu dəyişikliklər məni yorulmaqdan xilas edir. Eyni işlə məşğul olsam, ola bilsin, tez yorulardım. Yazmağın da mənə faydası çox dəyir. Nəyisə yazmaqla gərginliyi atıram. Hər bir kəsin fərqli dünyası olur. Macal eləyib həmin dünyaya daxil olursan və bununla dincini çıxarırsan. Mənim də belə bir daxili qrafikim var. Əlbəttə, həftə sonları ailə üzvlərimə ayrıca zaman sərf eləyirəm, görüşüb söhbətləşirik. - N.Muradova: Teatra gedirsiniz? - Gedirəm. "Xarici ölkələrdə opera tamaşalarına gedirəm" - N.Muradova: Öz istəyinizlə, yoxsa dəvət edəndə? - Xarici ölkələrdə opera tamaşalarına gedirəm. Yaxud hansısa rəssamın sərgisinə baş çəkirəm. Məsələn, dahi rəssam Salvador Dali məktəbini çox sevirəm. Hollandiyaya gedirəmsə, sevdiyim rəssamların muzeyini ziyarət edirəm. Nyu-Yorkda xoşladığım müzikallar üçün vaxt tapıram. Oteldə yatıb qalmaqdansa, yaxud şoppinqə vaxt sərf eləməkdənsə, belə sənət və mədəniyyət tədbirlərinə qatılıram. Azərbaycanda maraqlı əsər tamaşaya qoyulanda teatra gedirəm. Kitabları seçərək oxuyuram, çünki hər əsərə vaxt ayırsan, çatdıra bilməzsən. - Qurban Yaquboğlu ("Gündəlik Teleqraf"ın redaktoru): Azərbaycan dilindən başqa hansı dilləri bilirsiniz? - Mən Tibb Universitetini bitirmişəm, bizdə xarici dil olaraq fransız dili tədris olunurdu. Daha sonra bu dili təkmilləşdirmədim. Bir ara müəllim tutdum, amma zaman olmadığı üçün inkişaf etdirmək imkanım olmadı. İngilis dilini sıfırdan başlayıb öyrəndim. Jurnalist fəaliyyətim dövründə xaricə səfərlərə gedəndə bu dilin vacibliyini duydum. Hələ də ingilis dilinin üzərində işləyib təkmilləşdirirəm. Rus dilini sovetlər dövründən müəyyən qədər mənimsəmişəm. Bir ara ərəbcəni öyrənmək istədim. "Misirdə böyük Azərbaycan arxivi ilə rastlaşdım" - Q.Yaquboğlu: Ərəbcəni niyə? - Ərəb dili böyük bir coğrafiyanı əhatə edir. Mən İraqda, Suriyada çalışmışam, Misirdə olmuşam. Bu dilin məkanı çox böyükdür. Məni ərəbcəyə çəkən maraqlı məqamla Misirdə qarşılaşdım. Orada mənə Azərbaycanın çox böyük arxivinin olduğunu dedilər. Məlum olduğu kimi, İslamın gəlişi ilə elm paytaxtları Şərqdə inkişaf elədi, Bağdad, Misir belə mərkəzlərə çevrildi. Bizim alim və mütəfəkkirlər gedib orada çalışmalı oldular. Bu baxımdan Azərbaycan irsini öyrənmək üçün ərəb dilini bilmək pis olmaz. Ancaq ərəb dili çətindir, ona görə imtina etdim. Bu dövr bitsin, bəlkə, həyatımızın növbəti dönəmində təkrar bu dilə qayıdıb davam etdirəsi oldum. İngilis dili çox aktual olduğu üçün bütün gücümü ona sərf etdim. "Jurnalistikadan getmək asan deyildi" - Dilqəm Əhməd ("Gündəlik Teleqraf"ın redaktoru): Şeir yazmaq həvəsi Sizdə nə zaman yarandı? Şeirlərinizə mahnılar da bəstələnib. Bir neçə kitabınız çap olunub... Adətən, şeirdən nəsrə keçid baş verir. Roman yazmağı düşünürsünüzmü? - Bu ənənə mühitdən gəlir. Bizim vaxtımızda orta məktəblərdə yaxşı oxuyanları fərqləndirir, onlara iş tapşırır, birini sinif nümayəndəsi, o birini komsomol katibi təyin edirdilər. Mən heç zaman bu vəzifələri tutmamışam. Amma məktəbin divar qəzetinin baş redaktoru idim. Hətta jurnalist kimi çalışanda da o divar qəzetlərinin bəzilərini məktəbdən sökməmişdilər. Atam filoloq, əmim ədəbiyyatçı idi. Ailədə ədəbiyyat havası vardı. Ailəmiz həm də ədəbi məclislərin keçirildiyi yer idi. Ədəbiyyat və mədəniyyət sahəsinin böyük şəxsiyyətləri bizim evimizə toplaşar, bəzən sübhə qədər söhbət edər, müzakirə qurardılar. Mən belə mühitdə böyümüşəm. Uşaq vaxtı məktəbdə hansı peşənin sahibi olmaq istədiyimizi soruşanda oğlanlar, adətən, hüquqşünas, qızlarsa həkim olmağa üstünlük verərdilər. Mən isə jurnalist olacağımı deyərdim. Amma iş elə gətirdi, jurnalistikaya birbaşa gəlmədim. Nənəm istəyib ki, anam həkim olsun, ancaq o, həkimliyin dalınca getməyib. Buna görə hər ikisi birləşib mənim həkim olmağımı istədilər. Hələ o vaxtlar balaca hekayələr yazırdım. Başqa maraqlarım da vardı. Şahmat yarışlarına gedirdim, zona yarışlarında qalib olduğumu xatırlayıram. Dövlət televiziyasında "Bayatı" verilişinin aparıcısı Aleksandr Qriç bizə qonaq gəlirdi. Rayonda oxuyurdum, Qriç deyirdi ki, bu uşağı Bakıya aparmaq lazımdı, amma valideynlərim, xüsusən anam razı olmurdu ki, burada da yaxşı təhsil verəcəyik... Mən jurnalistikaya gələndə atam siyasi jurnalistikadan çox publisistika ilə məşğul olmağımı istəyirdi. Ancaq dövrün tələbləri vardı. Məni xəbər və siyasi jurnalistika cəlb edirdi. Bununla belə, müəllif yazıları da yazır, onların bəzilərini ssenariyə çevirirdim. ANS televiziyasında xəbərlərdən başqa cümhuriyyət dövrü ilə bağlı arxivlərdə ən çox işləyənlərdən biri mən idim. Hər halda Dövlət Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev belə deyirdi. Cümhuriyyət haqda "Apreldən əvvəl may", İraq hadisələri ilə bağlı "Gözdən iraq" filmlərinin ssenarisini yazmışdım. Qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin bölgələrini gəzdim, ona aid sənədli filmin ssenarisini yazdım. Jurnalistikadan getmək asan deyil. Hər bir yaradıcı insanın içində daim yazmaq aclığı olur. İllərlə davamlı şəkildə, hər gün nəsə yazırsansa, birdən-birə tamamilə ondan kənarda qalmaq mümkün deyil. Kimsə mənə hansısa mövzuda yazmağı məcbur eləmir. Amma yazmaq ehtiyacı duyuramsa, əl saxlamıram. - D.Əhməd: "Brifinq"də qızlarımız da əyləşib, onlara jurnalistikadan millət vəkilinə gedən yolun sirrindən bəhs edərdiniz... - Onun hansısa sirri yoxdur. Jurnalistikada çalışanda siyasətə gəlməyi düşünmürdüm. Həyatda hər zaman bir prinsipim olub: harada olursan ol, peşəkar ol, yaxşı və seçilən ol... Jurnalistikada heç vaxt düşünməmişəm ki, burdan tramplin kimi istifadə edim. Hər hansı sahədə çalışıramsa, demək, bu işin haqqını verməliyəm. Həmişə bunun iddiasında olmuşam. Düşünürəm ki, insanın həyatı mərhələlərdən ibarətdir. Gözləmədiyimiz hansısa məqamda həyatımızın dəyişmə nöqtəsinə gəlirik. Ona görə qızlara bir tövsiyəm var: çalışdıqları yerin ən yaxşılarından olsunlar, addım atmaq istəyəndə qorxmasınlar. Yadımdadır, millət vəkili seçkilərinə qatılanda dörd ay kəndlərimizi ev-ev gəzdim. İndi oralara gedəndə hansı evdə kimin yaşadığını bilirəm. Onda bəziləri yalan və boş sevdanın arxasınca düşdüyümü deyirdi. Onlara belə cavab verirdim: mən nəyi itirirəm ki? İtirəcəyim şey seçilməməyim ola bilər. Prosesin özündən çox şey əldə etdim. Hər zaman hesab edirəm ki, insanın oxuduqları, qazandığı təcrübə ona gələcək həyatında mütləq yardımçı olacaq. Bir misal çəkəcəm. Əvvəllər anama deyirdim ki, gərək Tibb Universitetinə daxil olmayaydım, çünki vaxt itkisi verdim. İllər sonra fikrimi dəyişdim. Anladım ki, o sahədə əldə etdiyim biliklər mənim qazancımdır. Qadınlarımızda çatışmayan cəhət özünəgüvən hissidir. Tərəddüd hər zaman qadınlara mane olur. Ona görə bir məsləhətim var: arzularınızın arxasınca gedin. Seçkilərə, siyasətə gəlmək istəsəniz, qorxmayın. - N.Ehlamqızı: 2015-cı ildə parlament seçkilərində yenidən namizədliyinizi verəcəksiniz? - Namizdəliyimi verib-verməyəcəyimi desəm, yalan danışmış olaram. Deyir, Allahı əyləndirmək, güldürmək istəyirsənsə, ona planlarından danış. Mən uzaq hədəfli planlar cızmıram. Bir istiqamətdə getməyi düşünürəm, amma həyatın nəyi gətirəcəyini bilmirəm. Bu, həyatdır... İki ildən sonra həyatda olub-olamayacağımı indidən deməkdə çətinlik çəkirəm. 2015-ci ildə əgər həyatda qalsam, şanslarımı, potensialımı dəyərləndirib, qərar verəcəm. "Xoşbəxtlik mənim üçün nisbi anlayışdır" - Aynur Camalqızı ("Gündəlik Teleqraf"ın baş redaktoru): Qənirə, xoşbəxtsən? - Doğrusu, xoşbəxtlik mənim üçün nisbi anlayışdır. İnsanın xoşbəxt anları da olur, özünü bədbəxt hiss etdiyi anlar da. Bütövlükdə götürsək, özümü xoşbəxt hesab edə bilərəm. Niyə də yox? Fikrimcə, insanın var olması böyük hadisədir. Görə, eşidə, duya bilirəmsə, insanlar üçün kiçik də olsa, nədəsə faydalı ola bilirəmsə, içimdə sevgi hissim varsa, niyə də xoşbəxt olmayım mən?! Onu da deyim ki, dünyaya fiziki cəhətdən sağlam gəlmiş hər bir insanın özünü xoşbəxt hiss etməli olduğunu düşünürəm. "Yaxşı mənada qibtə hissi bəslədiyim insanlar var" - A.Camalqızı: Sənin üçün ideal qadın varmı? - Mən insanları ideallaşdırmıram. Öyrəndiyim insanlar var: kişi, ya qadın, fərq etməz. İnsanlardan daim öyrənirəm. Axtardığım, aradığım keyfiyyətlər mənim üçün insan keyfiyyətləridir, qadın, kişi keyfiyyətləri deyil. Bu mənada öyrəndiyim insanlar, kitablar həddindən artıq çoxdur. İnsanı ideallaşdırmadan ondan götürdüyüm müsbət keyfiyyətlər çoxdur. Eyni zamanda pis mənada yox, yaxşı mənada qibtə hissi bəslədiyim insanlar da var. - D.Əhməd: Siz bir zamanlar kitabla bağlı fotosessiyalar çəkdirirdiniz. Bu hansı hissdən yaranmışdı? Qadın millət vəkilləri arasında bunu edən ilk Siz oldunuz. Necə qarşılandı? - Bəzən qadınları qəlibə salır, sonra da elə təqdim edirlər ki, sanki həyat yaranandan qadın bu qəlibdə olub. Axı, qadın niyə çərçivədə olmalıdır? Üstəlik, belə qəliblər, çərçivələr, məhdudiyyətlər dünyanın bir çox yerində yoxdur. Mən bunu bir dəfə şairlərə demişdim. Dostlardan biri dedi ki, Azərbaycanda güclü qadın şair olmayıb. Say baxımından mən onunla razılaşdım. Amma bu, həmin qadınların istedad və potensial baxımdan kişidən əskik olması deyil. Bu, zaman-zaman formalaşdırdığımız stereotiplərin nəticəsidir ki, qadınlara güclü şair keyfiyyətlərini üzə çıxarmaq imkan verilməyib. Niyə? Qadınlara öz duyğularını səmimi yazdıqları zaman əxlaqsız adı qoyublar. Amma öz duyğularını gen-bol şeirlərində əks eləyən kişilərə hamı normal yanaşıb. Bu baxımdan hesab edirəm ki, baxışlarımızı dəyişməliyik. Qadınlara köhnə stereotiplər çərçivəsində yanaşmayaq. O üzdən mən hər zaman qəliblərə, stereotiplərə qarşıyam. Jurnalistikada da bunun əleyhinə olmuşam. İctimai həyata qədəm basdığım zaman kimsə qəlib düzəldib məni də onun içərisinə salacaq anlayışını qəbul etmədim. Hesab etdim ki, bu, mənim həyatımdır, özüm kimi yaşamalıyam. Bəlli çərçivələrə qarşı içimdəki etiraz hissi məni inadkar olmağa məcbur edir. Bu mənada fərqli addım atmaqdan çəkinmədim. Fotosessiyaya gəldikdə, o, albom üçün çəkilmiş şəkillərdən ibarət idi. - N.Ehlamqızı: Cəmiyyətin çox sərt qarşılaya biləcəyi hansı addımlar ata bilərsiniz? - Doğru bildiyim hər şeyi bir meyarla qiymətləndirirəm: cəmiyyətə, əxlaq normalarına hayqıran pis bir şey yoxdursa yoluma davam etməliyəm. Belədə addımlarımı rahat ata bilirəm. Və hesab edirəm ki, ildən-ilə cəmiyyətimizdə yalnış streotiplərin dağılması prosesi gedir. Xüsusən də qadınlarla bağlı yanlış yanaşmalar sıradan çıxır. Əgər əvvəllər biznesmen qadına qəribə yanaşırdılarsa, bu gün elə deyil. Eləcə də əvvəllər sənət sahəsinə üz tutan qadınlar bunun bədəlini ödəməli olurdular. Hesab edirəm ki, qadınlar qorxmamalıdır. Əlbəttə, əxlaq normaları çərçivəsində. - Q.Yaquboğlu: Belə anlaşılır ki, düşüncə etibarilə yenilik tərəfdarısınız. Mühafizəkarlığa münasibətiniz necədir? - Mühafizəkar hisslərim də var... Amma çağdaş dünyanı anlamağa, onunla ayaqlaşmağa tərəfdaram. Bəzi gələnəklərdə mühafizəkaram. Bizi özümüz edən fərqli dəyərlərimiz var. Məsələn, ailə ənənələrində mühafizəkaram. Ailə dəyərlərimizin itirilməsini istəmirəm. Mən uşaq olanda atamla hər mövzunu müzakirə edə bilirdik. Amma o, nə vaxt otağa girsə, ayağa qalxardıq. Səmimiyyət, müzakirə, amma böyük-kiçik, hörmət anlayışı, ailə səmiyyəti - bunlar çox mühüm keyfiyyətlərdir. "Yuxudan duranda deyirəm ki, Qənirə, ölümü unutma" - Aynur Camalqızı: Qadınlarda belə xüsusiyyət olur, yaş 30-u keçəndə yaşlanmaq xofu yaşayır. Sən bu dönəmi necə keçirirsən? "Üzüm qırışacaq, saçlarım ağaracaq" narahatlığı varmı? - Belə qorxum yoxdur. Çünki hər yaşın özündə gözəllik daşıdığını düşünürəm. Bəlkə, 20 yaşda fiziki olaraq daha gözəl görünə bilərsən. Amma sonralar batində daha gözəl ola biləcəyin ehtimalı artır. Çünki yaşadığın həyat, öyrəndiklərin, keçdiyin yol buna imkan verir. Həyatın qanunları ilə razılaşan insanam. Dünyaya gəlməyimizi mükafat kimi qəbul edirəm. Rəbbim bizə yaşlanmaq fürsətini verəcəkmi? Yaşlansaq, deməli, çox insanlardan daha şanslıyıq. Ölüm qorxusunu da özümdən tamam uzaqlaşdırmışam. Hər dəqiqə dünyadan gedə bilərik, çünki sufilərin dünən və sabah yox, bu gün anlayışı var. Mən də o anlayışdayam, mənim üçün bu gün var. Faydalı və yararlı işlərlə məşğul olmağı daha üstün tuturam. Öləndə "bu dünyadan bir millət vəkili köçdü, yox, "yaxşı insan getdi" desinlər düşüncəsi ilə həyata davam edirəm. Səhər yuxudan duranda şükür edirəm, deyirəm ki, Qənirə, ölümü unutma. Axşam gözümü yumanda hesabımı verirəm. Günaha girməməyə, pis şeylərlə məşğul olmamağa çalışıram. Mən həyatımda ölümü 3-4 dəfə hiss eləmişəm. Bir an gələ və sən yox ola bilərsən. İnsan o anda nə duyğular keçirə bilərsə, mən onu yaşamışam. Ölümlə üz-üzə dayananda Rəbbimə demişəm ki, sən mənə sadəcə bir az möhlət ver. Bir gün gələr, möhlət ricam qəbul olunmaz. Ona görə də arxada peşman olacağım pis ömür qoymamağa çalışıram. Həyatda zahiri görünüşümlə insanlara cəlbedici görünmək kimi dərdim olmayıb. Manekenlər, balerinaların peşəsi xarici görünüşdən çox asılı olduğuna görə bu proses onlarda ağrılı keçir. Bizim işimiz, həyatımız və həyat tərzimiz o cür deyil, hər şeyi normasında qəbul etmək gözəldir. Təbiətlə savaşmaq olmaz. Onu olduğu kimi qəbul etməyə məhkumuq.
2014-03-09
11,136
Ruslar Ukraynanın daha bir hərbi hissəsinə hücum edirlər
Rusiya qoşunları Ukraynanın Sak rayonunun Novofederovka kəndində yerləşən hərbi bazasına hücum edirlər. "Axar.az" xəbər verir ki, bu barədə informasiya "Euromaydan SOS" Feysbuk səhifəsində yazılıb. Məlumatda hərbi bazaya 4 hərbi yük maşınının gəldiyi bildirilib. Hərbi hissə rəhbərliyindən verilən məlumata görə, hazırda alayın ətrafında iki hərb vertolyot dövrə vurur.
2014-03-09
11,137
Krımda Rusiya tərəfdarları xüsusi qoşun birliyi yaratdılar - Video
Krımda Rusiya tərəfdarları özəl təhlükəsizlik birliyi yaradıb. "Axar.az" xəbər verir ki, Rusiya hərbi geyminə oxşar formada geyinən Rusiya tərəfdarları geyimlərinin üzərinə günəşi əks etdirən emblem taxıb. Rusiya tərəfdarlarının bildirdiyinə görə, özəl birlik yaratmaqda məqsədləri təxribatlara qarşı mübarizə aparmaq və Krımın təhlükəsizliyini təmin etməkdir. Ukrayna Hərbi Dəniz qüvvələrinə bağlı olan paytaxt Simferopolda hərbi hissənin qarşısında keşiş çəkən yeni birliyin adı Krım Xüsusi Qüvvələridir.
2014-03-09
11,138
Rusiya böyük savaşa başlayır - Şok iddia
"Rusiya Ukraynada böyük savaşa hazırlaşır". "Axar.az" xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dimitri Timçuk deyib. Timçuk Rusiyanın Krım yarımadasında kütləvi qırğın silahı "Grad" raket sistemi quraşdırmağa başladığını iddia edib. "Unia" xəbər agentliyinin yaydığı məlumatlara görə isə Rusiya rəhbərliyi Novorosiysk limanında Krıma göndərmək üçün böyük hərbi birlik hazırlayır. Timçuk həmçinin Rusiyanın Krımda varlığını sürdürməkdən əlavə Moldovanın Trans-Dnestr separatçı bölgəsinə də qoşun yeridəcəyini açıqlayıb.
2014-03-09
11,139
10 mart Azərbaycanda Milli Teatr Günüdür
Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Məlumata görə, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb ( Trend ).
2014-03-09
11,140
Pantiç: "Mənə dedilər ki, “Qarabağ” çempiondur"
Topaz Premyer Liqasının 25-ci turuna "Qarabağ"–"Bakı" oyunu ilə yekun vuruldu. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər oyun barədə fikirlərini bildirib: "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç şok açıqlamalarla yadda qalıb: "İndividual səhvlərimiz oldu və bu səhvlər ucbatından da uduzduq. Demək olmaz ki, bizim epizodlarımız olmadı. Bizim də qol epizodlarımız oldu, amma onlardan yararalana bilmədik. İrəlidə cavab görüşü var, çalışacağıq ki, revanş alaq. Avrokubok şanslarımız qalıb. Bu gün döyüşü uduzduq, amma müharibə davam edir. Sona qədər mübarizə aparacağıq.Təlim məşq toplanışına gedəndə mənə dedilər ki, "Qarabağ" çempiondur. Bu gün öz oyunları ilə bunu təsdiq etdilər. "Sizə bunu kim deyib" sualına isə Pantiç "Mətbuat konfransı bitmişdir" deyə cavab verib və konfrans zalını tərk edib. "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Pantiçin fikirlərini təkzib edib: "Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. "Bakı" ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildir ki, "Qarabağ"da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik". (ANS)
2014-03-09
11,141
Bakı və Abşeronda yaşayış evi yandı
Bakı və Abşeronda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 45 kv.m olan 4 otaqlı tikilinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər yanğın hadisəsi Abşeron rayonu, Xırdalan şəhərində olub. Ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin 1 otağında 4 kv.m sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-09
11,142
Ukraynada silahlı atışma: yaralılar var
Bu gün axşam Ukraynanın Xarkov şəhərində naməlum şəxs avtomatdan atəş açıb. Məlumata görə, hadisə nəticəsində yaralananlar var. Hadisə barədə Xarkov milisinin mətbuat xidməti məlumat yayıb. "Bizə atəş açıldığı barədə məlumat daxil olub. İndi bunu aydınlaşdırırıq. Bir azdan əlavə məlumat veriləcək", - mətbuat xidmətindən bildiriblər. Xarkov Prokurorluğundan isə bildiriblər ki, təlafat var: "Hələlik təfərrüatlar barədə məlumatımız yoxdur". Şahidlərin sözlərinə görə, Lenin prospekti ilə Bakulin küçəsinin kəsişməsində, "Norma" kafe-mağazasında naməlum şəxs avtomat silahdan atəş açıb. Avtomat hadisə yerində qalıb ("Teleqraf.com").
2014-03-09
11,143
Devid Kameron Putinlə Ukraynanı müzakirə etdi
İngiltərə Baş naziri Devid Kameronla Rusiya prezidenti Vladimir Putin Ukaynadakı son vəziyyətlə əlaqədar telefonla danışıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Baş nazirliyindən telefon danışığı ilə bağlı edilən açıqlamada İngiltərə Baş naziri Devid Kameronun Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq Ukraynadakı vəziyyəti gərginləşdirməməyə və Rusiya ilə Ukrayna hökumətləri arasında birbaşa görüşləri təmin edəcək bir qrupun yaradılmasına dəstək verməyə çağırdığı qeyd edilib. Açıqlamada eyni zamanda bunlar da qeyd edilib: "Kameron, avropalı və amerikalı ortaqlarla Krım daxil Ukrayna böhranının diplomatik yolla həll edilməsi üçün Rusiya ilə birlikdə səy göstərməyə hazırıq". İngiltərə Baş naziri ayrıca Ukrayna xalqının öz gələcəyini seçmə haqqı olduğunu və may ayının sonunda edilməsi planlaşdırılan seçkilərin bunun üçün ən yaxşı yol olduğunu vurğulayıb. Beynəlxalq cəmiyyət seçkilərin azad, ədalətli olması üçün birlikdə işləməlidir". Ukraynanın qarşı-qarşıya olduğu iqtisadi çətinliklərin də telefon danışığında müzakirə edildiyi və iki liderin beynəlxalq cəmiyyətin gələn aylarda maliyyə dəstəyi etməsi mövzusunda həmfikir olduqları bildirilib.
2014-03-10
11,144
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, temperatur gecə 3-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacaq. Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
2014-03-10
11,145
Ukrayna Baş naziri Rusiyaya qarşı sərt danışdı
Vaşinqton: "Diplomatiya üçün qapılar bağlanacaq" Krım böhranına dair gərginliyin yüksək olduğu Ukraynada həm Moskva tərəfdarlarının, həm də əleyhdarlarının nümayişləri davam etdiyi bir vaxt ölkə liderləri Rusiyaya bir qarış torpaq belə bağışlamayacaqlarına söz veriblər. Müvəqqəti Baş nazir Arseniy Yatsenyuk Ukraynanın məşhur şairi və milliqəhrəmanı Taras Şevçenkonun 200 illiyinə həsr edilmiş mərasimə rəhbərlik edib. O, Kiyevdə keçirilən tədbirdə insanlar qarşısında çıxışı zamanı deyib ki, ata-babalarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. "Biz də bu torpaqların bir qarışını belə heç kəsə vermərik", deyə cənab Yatsenyuk bildirib. Bu gün Arseniy Yatsenyuk habelə bəyan edib ki, o, Krım məsələsi ilə bağlı Rusiyanın mövqeyi barədə yüksək səviyyəli müzakirələr aparmaq üçün bu həftə Birləşmiş Ştatlara səfər edəcək. Ağ Ev danışıqların keçiriləcəyini rəsmən təsdiq etsə də, Vaşinqton rəsmilərindən müzakirələrin mövzusu barədə detallı məlumat daxil olmayıb. Bu arada ABŞ-ın Moskvaya xəbərdarlığına baxmayaraq Rusiya qüvvələri Krımda gərginliyi artırmaqdadır. Birləşmiş Ştatların xəbərdarlığında deyilirdi ki, Moskva regionu ilhaq etsə, diplomatiya üçün qapılar bağlanacaq. ("Musavat.com")
2014-03-10
11,146
Nurçluğun təhlükəli olması ideyalarından görünür
"Nurçuların siyası iddiası var və onların hədəfi hakimiyyəti götürməkdir". Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, nurçuluq bir dini cərəyan kimi Azərbaycanda mövcuddur: "Nurçuluq Azərbaycan üçün böyük təhlükədir. Doğrudur, bizim ölkədə dini azadlıq var. Ancaq nurçular alternative hakimiyyət modeli təklif edən, hakimiyyət strukrutlarına sızmaq və dövlətin idarə olunmasında söz haqqı qazanmaq istəyinə görə digər dini cərəyanlardan qətiyyətlə fərqlənir və dindən istifadə edən bu siyasi cərəyan ona görə təhlükəli sayılmalıdır". BAXCP-nin bununla bağlı qəti və birmənalı mövqeyi olduğunu söyləyən N.Orduxanlının sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən Çağ Öyrətim siyasi elitanı dinə meylləndirmək və ya öz çevrəsinə bağlı dini təfəkkürlüləri siyasi aləmə yerləşdirməklə məşğuldur: "Qüdrət Həsənquliyev hələ bir neçə il bundan qabaq Milli Məclisdə və ölkə mətbuatında bu çərəyan haqqında geniş məlumat vermişdi. Bizim illər əvvəldən dediyimiz narahatlıqlar bu gün haqlı olaraq gündəmdədir. Azərbaycanda hansısa dini cərəyanın təsiri altında fəaliyyət göstərən məktəblər ola bilməz! Nurçular xalqımızın ən savadlı uşaqlarını dini cərəyana cəlb etməklə gələcəyimizi əlimizdən almaq istəyirlər. İmkanlı ailələrin uşaqlarının təhsili üçün ildə 7.000 manat pul da alırlar. Həm pulumuzu alırlar, həm də övladlarımızın beynini korlayırlar. Heç kimin haqqı yoxdur ki, dünyəvi dövlətçiliyi bizim xalqın əlindən alsın. İstər nurçu olsun, istər vəhabi və ya sələfi, bir təriqət ekstremizmlə məşğuldursa, başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət onu birmənalı olaraq qınamalıdır və dərhal qanunun sərtliyi tətbiq olunmalıdır". Nurçuların siyasi iddialarının təbliğatlarında da əks olunduğunu deyən N.Orduxanlı bildirib k, onlar yalnız qəlbində nur (söhbət nurçulardan gedir), beynində zəngin bilik olan insanların siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalmasını bildirirlər: "Bu, birbaşa siyasi hakimiyyətə iddiadır".
2014-03-10
11,147
İtən Malaziya təyyarəsindən xəbər var - Video
Dünən Cənubi Çin dənizi üzərində yoxa çıxan Malaziyaya məxsus təyyarə ilə bağlı məlumat yayılıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, viyetnamlı nümayəndələrin məlumatına görə, təyyarənin qapısı tapılıb. Təyyarənin qapısı Çinin Kilise Çu adasının 90 kilometr cənubunda tapılıb. Viyetnamlılar tapılan qapının sayəsində təyyarəni də tapacaqlarına ümüd edirlər. Pekinə səfər edən "Boinq" 777-200 saylı sərnişin təyyarəsiylə ötən gecə saat 4:40-da əlaqə kəsilib. Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvünün olduğu bildirilir. Axtarış əməliyyatına iki gəmi cəlb edilib.
2014-03-10
11,148
Krımlılar hər kəsi istirahətə çağırdı: Yardım üçün - Video
Krıma rus qoşunlarının gəlişinə etiraz olaraq yeni video hazırlanıb. Yeni video çarxda hər kəs Krımda istirahətə dəvət edilir. Lakin sonradan partlayış və güllə səsləri ilə bu istirahət müşahidə olunur. Rusiya əleyhdarlarının hazırladığı videonu təqdim edirik.
2014-03-10
11,149
Abid Şərifovdan “Sovetski” sakinlərini sevindirəcək xəbər - Video
"Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq" Beləliklə, Sovet İttifaqının dağılma prosesi davam edir. Bu prosesin uzun və ağrılı çəkəcəyi əvvəldən də bəlli idi. Amma yorğun və əzik-pozuq Rusiyanın bir müddət başının özünə qarışması bizdə, yəni keçmiş sovet respublikalarında belə bir təsəvvür yaratmışdı ki, müstəqillik sarsılmazdır, dönməz və əbədidir. Ukrayna olayları kimi hadisələr isə sübut edir ki, nə qədər ki, imperiya qonşuluğu var heç nəyin əbədiyyətinə arxayın olmaq olmaz. Sovetin hər bir atributundan qurtulmaq lazımdır. Ali gecəqondusundan tutmuş, beynimizə yeridilmiş sovetin təhsili və tibbi yaxşı idi insafən tipli əsarət məntiqinə qədər: hər bir qalıqdan. Baş nazirin müavini Abid Şərifovla söhbətdə biz "Sovetski" camaatının taleyin mövzusuna bir daha qayıtdıq. Ümumi sözlər çox oldu, Abid müəllim konkret danışmaq istəməsə də, söhbətin gedişində bir məsələni özüm üçün dəqiqləşdirə bildim. Təxminən 3 aydan, yəni inventarlaşdırma başa çatandan sonra az sahəyə malik sakinlərin problemləri həll olunacaq. Hətta onlar üçün ayrıca mənzil tikintisi də mümkündür. Abid Şərifov: "Sovetski"dən zorla heç kim evindən çıxarılmayacaq. Bu mümkün deyil. Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq. Onlar dövlətin qayğısından kənar qalmayacaq..." (ANS)
2014-03-10
11,150
Timoşenko Gürcüstana sataşdı
"2008-ci ildəki Gürcüstanın durumuna düşməmək üçün Ukrayna xalqı sağlamfikirli davranmalıdır". "Axar.az" xəbər verir ki, bu sözləri azadlığa buraxılan sabiq Baş nazir Yuliya Timoşenko deyib. Timoşenko Ukrayna xalqını səbirli olmağa, sağlam düşüncə ilə hərəkət etməyə çağırıb. Sabiq nazir Rusiyanın öz təcavüzkar mövqeyinə qarşı cavab hücumu gözlədiyini, ukraynalıların bu addımı atması halında isə 2008-ci ildə Gürcüstanda olan hadisələrin Ukraynanı da gözlədiyini vurğulayıb. Demokratik qüvvələrdən Ukrayna ilə Rusiyanı qarşı-qarşıya qoymamalarını istəyən Timoşenko Putinin Ukraynaya edəcəyi hücumun bütün dünyanı maraqlandıracağını qeyd edib.
2014-03-10
11,151
Xoşbəxt olmağın 11 qızıl qaydası
İnsanın həyatda ilk xoşbəxt hadisəsi onun dünyaya gəlişidir. Çünki Tanrı ona yaşamaq haqqı, sevinmək və kədərlənmək, sevmək və sevilmək, görmək, eşitmək, duymaq kimi hisslər verir. Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər. Həmin sirləri diqqətinizə çatdırırıq. 1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşimançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın. 2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınızla sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz. 3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtçilikdir. 4. Xoşbəxt olmağın sirrlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə deməli xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin. 5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız. 6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək. 7. "Hər şey məndə də olmalıdır" şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək. 8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur. 9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir. 10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətdir. 11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməli saleh olan insanları qiymətləndirsəniz bu sizin mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız. Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz əlinizdədir. ("Modern.az")
2014-03-10
11,152
Bakıda bina yandı
Bakı şəhəri, Nizami rayonunda 2 mərtəbəli binanın zirzəmisində 70 kv.m sahədə taxta qırıntıları və yonqar yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bina yanğından mühafizə olunub. Yanğın saat 02:08-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-03-10
11,153
İsrail İrana aid şok görüntülər yaydı - Foto
İsrail hərbi dəniz qüvvələri Qəzza zolağına gedərkən saxlanılan İran gəmisi barədə şok görüntülər yayıb. Məlumata görə, yayılmış yeni görüntülərdə İrana aid olduğu iddia olunan gəmidə sement torbalarının altında gizlədilmiş raket başlıqları var. Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu da bu gün şəxsən gəmidə incələmələr aparacaq. Xatırladaq ki, martın 5-də İrandan Qəzza Zolağına gedən gəmi İsrail hərbi dəniz donanması tərəfindən saxlanılaraq "içində rəket başlıqları var" iddiası ilə Eylat (Eilat) limanına aparılmışdı. Rəsmi Tehran isə bu iddiaları yalanlamışdı(ANS).
2014-03-10
11,154
Yəhudilər İsrailə qarşı etiraz etdi - Foto
Təxminən yüz min yəhudi Amerikanın Nyu-York şəhərində İsrailin Sionist siyasətlərinə qarşı aksiya keçirib. "Sionizm yəhudilik deyil" "Axar.az" ərəb mətbuatına istinadən xəbər verir ki, özlərini "Ənənəvi Yəhudilər" olaraq tanıdan birlik "Sionizm Yəhudilik deyil" şəklində şüarlar atıb. Nyu-Yorkda 10 blok uzunluğunda bir küçəni dolduran Yəhudilər, İsrail və İsrail ordusuna qarşı etiraz edib.
2014-03-10
11,155
İlham Əliyev Yubiley medalı ilə təltif olundu
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib. "Axar.az" AzərTaca istinadən xəbər verir ki, mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunub. Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300 qədər layihənin icra edildiyini söyləyərək quruma uğurlar arzulayıb. Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirilib ki, 20 ölkənin təmsil olunduğu fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elim, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır. Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə təlfif edildiyini bildirib. Mərasim bədii hissə ilə davam etdirilib.
2014-03-10
11,156
Norveçli turist Baş nazir müavinini gördü və... - Foto
Türkiyənin Baş nazir müavini Əli Babacan Antaliyada partiyasının bələdiyyə başqanı namizədlərinin seçki işlərinə dəstək üçün bazarlara gedərək dükan sahibləri ilə görüşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyanın Qalaiçi səmtində gəzən vaxt Babacan və yanındakılar tətil üçün Antaliyaya gələn Norveçli iki turistlə qarşılaşıb. Norveçli turistlərdən biri əlində olan pivə şüşəsini Baş nazir müavini Əli Babacanın görməyəcəyi şəkildə əli ilə arxasında gizlədib. Babacanın iki turistlə təxminən 5 dəqiqə davam edən söhbəti boyunca əlindəki pivə şüşəsini gizlədərək üzə çıxarmayıb.
2014-03-10
11,157
Zabitlərimiz beynəlxalq tədbirdə iştirak edəcək
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Hərbi Təhsil yardımı proqramına əsasən Hürt şəhərində (Almaniya) Alman dili müəllimlərinin təkmilləşdirmə seminarı keçiriləcək. Martın 14-dən martın 28-dək baş tutuacaq tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər
2014-03-10
11,158
Bakıda yol polisi 1 nəfərin ölümünə səbəb oldu - Foto/Video
09:49 Dünən gecə saatlarında "Azadlıq" prospektində (Hökumət evinin arxası) ağır yol qəzası baş verib. Qəza səbəbkarının isə bu dəfə yol patrul xidmətinin əməkdaşı olduğu bildirirlir. "Axar.az"a hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, Dövlət Yol Polisinə məxsus 10 YP 374 nömrə nişanlı maşın VAZ 2107 ilə toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Hadisənin baş verməsinə səbəb olaraq 10 YP 374 dövlət nömrə nişanlı maşının işıqforun qırmızısında keçməsi səbəb göstərilir. Faktla bağlı araşdırma aparılır. 14:08
2014-03-10
11,159
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-10
11,160
Qatil həkim elmi iş müdafiə etmək istəyir
Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə əsas iştirakçı hesab olunan həkim elmi iş müdafiə etmək niyyətindədir. Bu haqda "Axar.az"a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov danışıb. Onun sözlərinə görə, həmin həkim Fərəcullah Sədullah oğlu İdrisov bu günlərdə "Açıq və laparoskopik xolesistektomiya əməliyyatlarının müqayisəli qiymətləndirilməsi" mövzusunda elmi iş hazırlayıb. Cərrah yazdığı işi müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru adı almaq niyyətinə düşüb. S.Vəkilov F.İdrosovun hazırladığı elmi işin müdafiədən keçdiyini və Ali Attestasiya Komissiyasına göndərdiyini deyib. Buna etiraz edən zərərçəkmiş tərəf F.İdrisovun cinayət işinin başa çatmamış elmi iş müdafiə etməsinə sərt reaksiya verib. S.Vəkilov F.İdrisovun tələsik elmi işi müdafiə edərək, elmi dərəcə almaq cəhdini özünümüdafiə və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib: "Fərəculla İdrisov bununla özünün haqlı olduğunu təsdiq etmək və məsuliyyətdən qaçmaq istəyir. Biz bununla bağlı Prezident yanında Ali Attestasiya Komissiyasına müraciət edərək, Fərəculla İdrisovun barəsindəki cinayət işi başa çatanadək elmi işi ilə bağlı hər hansı prosedurun keçirilməsinə imkan verilməməsini xahiş edəcəyik".
2014-03-10
11,161
Ukraynada polkovnik-leytenantı oğurladılar
Dünən günorta saatlarında özlərini "Krım özünümüdafiə dəstələri" adlandıran şəxslər Ukrayna ordusunun polkovnik-leytenantı Vladimir Sadoviki oğurlayıblar. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, zabiti sonuncu dəfə bazar günü "Rus Birliyi" Partiyasının ofisində görüblər. Şahidlərin sözlərinə görə, təxminən saat 17 radələrində rusmeyilli qüvvələr Sadoviki hərbi hissədən qayıdan zaman zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar.
2014-03-10
11,162
Azərbaycanda zəlzələ oldu
Azərbaycanın Qəbələ rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin veriyi məlummata görə, zəlzələ martın 9-da saat 02:41:17-də Qəbələdən 9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrə yaxın ərazilərdə 3 bala yaxın hiss olunub (Trend).
2014-03-10
11,163
Bakıda avtobus qəza törətdi
Bu gün saat 07: 30 radələrində Bakının Qaradağ rayonu ərazisində fəhlələri daşıyan 2 sərnişin avtobusu toqquşub. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, qəza magistral yolda baş verib. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Lakin hələlik yaralıların dəqiq sayı və kimliyi məlum deyil. Hələlik qəzaya uğrayan avtobusun içərisindəki hansı şirkətin fəhlələri olduğu da bilinmir. Faktla bağlı araşdırma aparılır (ANS).
2014-03-10
11,164
Eynşteyn şiə imiş – Şok iddia
İranın tanınmış din alimi bütün dünyanı şoka salan bir iddia ortaya atıb. "Axar.az" xəbər verir ki, bütövlükdə din xadimlərindən ibarət olan və ölkənin dini məsələlərinə baxan Ekspertlər Şurasının sədri Ayətullah Mehdevi Kani nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteynin müsəlman olduğunu, şiəliyi seçdiyini və İmam Cəfər Sadiq yolu ilə getdiyini söyləyib. Kani Eynşteynin "Müəlmanlar işıq sürətini bizdən əvvəl kəşf edib" fikrini də sözlərinə sübut kimi sitat gətirib.
2014-03-10
11,165
Ərdoğana yumurta atdılar
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı yumurta atəşinə tutublar. Məlumata görə, aksiyada iştirak etmək üçün Şanlıurfa vilayətinin Suruç bölgəsinə gedən Ərdoğanın içində olduğu avtobusa yumurta atıblar. Baş nazirə yumurta atanın bir nəfər olduğu bildirilir. Yumurta avtobusun ön şüşələrinə dəyib. Əməli törədən həmin şəxs polislər tərəfindən şübhəli qismində saxlanılıb. Aksiya iştirakçılarının önünə keçən Ərdoğan ona yumurta atandan danışıb: "Onlar baş nazirə yumurta atmaqla əsəblərinin sakitləşəcəyinə inanırlar. Biz bu yola kəfənlə çıxdıq." (ANS)
2014-03-10
11,166
Türkiyədə İran əleyhinə aksiya
İranın İstanbuldakı Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. "Axar.az" APA-ya istinadın xəbər verir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü və təşkilatçılığı ilə martın 9-da yerli vaxtla saat 14:00-da baş tutan piket İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı yeridilən siyasətə etiraz məqsədi daşıyıb. Aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları, müxtəlif plakatlar, hazırda İran həbsxanalarında qeyri-qanuni olaraq saxlanılan milli fəalların şəkillərini tutaraq, "Türk dilində təhsil haqqımızdır haqqımız!", "Ankara, Bakı, Təbriz, birlikdə güclüyük biz!", Urmiya gölü can verir, İran onun qətlinə fərman verir!", "Azərbaycan var olsun, istəməyən qəhr olsun!", "Qəhr olsun İran imperializmi!" və s. şüarlar səsləndiriblər. Piket qətnamənin oxunması ilə insidentsiz başa çatıb.
2014-03-10
11,167
Ərdoğan Merkellə tatarların vəziyyyətindən danışdı
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə ilə telefonla danışıb. Məlumata görə, danışıqlar zamanı Ukraynadakı son hadisələrin müzakirə mövzusuna çevrilib. Tərəflər Ukraynadakı, xüsusi ilə Krımda vəziyyətin gərgin olduğunu vurğulayıblar. Tərəflər bildiriblər ki, Ukraynadakı böhranın aradan qaldırılması üçün mövcud beynəlxalq hüquq və müqavilələrə əməl edilməsi vacib məsələdir. İki lider danşıq zaman qeyd edib ki, BMT Təhlükəsizlik Komitəsinin və Avropa Birliyi Nazirlər Komitəsinin Ukraynanı hazırkı böhran vətiyyətindən çıxarmağın yollarını axtarıb tapmalıdırlar. Ərdoğan telefon danışığı zamanı Krım tatarları ilə olan yaxın münasibətlərindən də söhbət açıb. Onun sözlərinə görə Türkiyə Krım tatarları ilə yaxın münasibətlərinin olduğuna görə problemin aradan qaldırılmasına hər cəhətdən yardım edə bilər (ANS).
2014-03-10
11,168
Bu ölkələrdə qadınlar sıxıntı ilə yaşamaq məcburiyyətindədir
Bəzi ölkələr var ki, burada həqiqətən də qadın olaraq yaşamaq olduqca çətindir. "Axar.az" qadınların yaşamaqda çətinlik çəkdiyi ölkələrin adlarını təqdim edir. Qadınların yaşamaqda çətinlik çəktiyi ölkələrin sırasında Misir liderlik edir. Bu ölkədə hər il qadınların 99.3%-i təcavüzə məruz qalır. Bununla yanaşı, qadınların 91%-i qadın sünnətinə məcbur şəkildə təciz olunur. İkinci yerdə İraq gəlir. Bu ölkənin parlamentində bir nəfər belə qadın millət vəkili yoxdur. Üstəlik, bu ölkədə qadınlar sənədlərini dəyişərkən və yenisini alarkən mütləq həyat yoldaşlarının icazə sənədini əldə etməlidirlər. Üçüncü yerdə Səudiyyə Ərəbistanın qərarlaşıb. Burada qadınların sükan arxasına keçməsi, onların kişilərə xas işlər görməsi qətiyyən qadağandır. Suriyada isə qadınların erkən evliliyə məruz qalması faktı aktualdır. Bu ölkədə xanımların evlilik yaşı 17 olsa da, məcburən 12 yaşında ailə qurduğuna dair faktlar dünyaya yayılmaqdadır. Yəməndə vəziyyət biraz fərqlənir. Burada yaşayan xanımların təhsildən, dünya biliklərindən olduqca kənarda qaldığını desək, yanılmarıq. Çünki Yəmən ərazisində Yaşayan xanımların yalnız 52 %-i təhsil almaq imkanına sahibdirlər. Yəməndə övlad dünyaya gətirən xanımların əksəriyyəti doğum zamanı dünyasını dəyişir. Səbəb isə ölkədəki şəraitsizlikdir. Sudanda da xanımların hüquqları erkən nikahlarla pozulur. Burada 10 yaşında ailə quran qızların böyük əksəriyyəti azyaşlı ikən ana olduqlarına görə dünyadan köçmə riski ilə üz-üzə qalırlar. Adları çəkilən ölkələr sırasına Fələstin, Somali, Livan, Afrika dövlətlərindən olan Cibutu Respublikası, ərəb dövlətlərindən olan Bəhreyn , Birləşmiş Ərəb Əmirliyi, Mərakeş, Qətər, Küveyt də aiddir. Birləşmiş Ərəb Əmirliyində nikahdan kənar övlad dünyaya gətirən qadınlar ağır cəzalara məhkum olurlar. Həm də onların müsəlman olmayan bəylərlə nikaha girməsi rəsmən qadağan olunub. Mərakeşdə də qadınların müəyyən hüquqlarından narazıdırlar. Burada qadınlar həyat yoldaşlarını tərk etmə ixtiyarına sahib deyillər. 15-49 yaş arası xanımların 50%-i oxumağı və yazmağı bacarmırlar. Üstəlik, ay boyu baş verən evliliklərin 10%-dən çoxunda 18 yaşdan aşağı qızlar üstünlük təşkil edir. Qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar günü olsa da, bu ölkələrdə qadın hüquqlarından danışmağa dəyməz.
2014-03-10
11,169
Sərhədi pozan 39 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidməti tərəfindən bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, onların 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb ( Trend ).
2014-03-10
11,170
“Səhranın bəyaz günəşi” “soldu”
Sovet kinosunun məşhur simalarından olan aktyor Anatoli Kuznetsov Moskvada 84 yaşında vəfat edib. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Kinemotoqrafiyaçılar İttifaqından məlumat verilib. Aktyorun dəfn mərasimi martın 11-də keçiriləcək. Qeyd edək ki, Anatoli Kuznetsov "Səhranın bəyaz günəşi" filmində oynadığı "Yoldaş Suxov" rolu ilə yaddaşlarda qalıb.
2014-03-10
11,171
Kral qızları 13 ildir məhbus həyatı yaşayır
Səudiyyə Ərəbistanı kralı Abdullahın dörd qızı 13 ildir sarayda əsir tutulur. "Axar.az" xəbər verir ki, kralın qızları bu səbəblə BMT-dən kömək istəyib. Kral Abdullah Bin Əbdüləziz əl Saudun (89) qızları atalarının Ciddedeki sarayında zorla saxlanılırlar. Şahzadə Sahar (42) və Şahzadə Jaşahir (38) e-poçt vasitəsilə İngiltərənin "Sunday Times" qəzetinə bu haqda məlumat veriblər. Şahzadələrin dediklərinə görə, digər bacıları Maha (41) və Hala (39) da saray ərazisində olan başqa bir villada əsirdir. Şahzadələrin qaldıqları villalarının qapısında 24 saat boyunca təhlükəsizlik işçiləri qarovul çəkir. Çölə çıxmaları qadağan olduğu kimi, kiminləsə görüşmələri də qadağandır. Öz qardaşları olmayan şahzadələr kralın başqa qadından olan üç oğlunun nəzarətindədir. Əsarət altında yaşayan qadınlar bundan öncə kübar həyat yaşayıblar. Ev həbsinə səbəb isə şahzadələrin 1990-cı ildə anaları olmadan İtaliya və Yunanıstana tətilə getmələri olub. Səbəb təkcə bu deyil. Onlar avtomobil istifadə etməkdə də günahlandırılırlar. Bacılardan birinin evdə siyasi çıxışlar etməsi də ailəni narahat edir və bununla da narkotik asılılığı bəhanəsilə qızlar 1998-ci ildə Riyad qadınlar həbsxanasına atlır. Ev məhbuslıuğu isə bundan sonra başlayır.
2014-03-10
11,172
İlham Əliyev “Şeytan çarxı”nın açılışını etdi - Foto
Bu dəqiqələrdə Dənizkənarı Milli Parkda "Şeytan çarxı" adlı karuselin açılış mərasimi keçirilir. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Bir azdan daha ətraflı məlumat veriləcək (Virtualaz.org).
2014-03-10
11,173
Nurçular bu il Azərbaycanda 4 milyon pul paylayıb – Siyahı
"2013-cü ildə nurçulara aid (hizmət hərakatı) müəssələrdən yığılan maliyyənin ümumi miqdarı 53 milyon dollar təşkil edir". Bu barədə informasiya "Axar.az"a etibarlı mənbələrdən daxil olan məktubda yer alıb. Fətullah Gülənə Mustafa T. imzası ilə göndərilən məktubu təqdim edirik: "Möhtərəm Fətullah Gülən Hocaəfəndi! Allahdan sizə sağlıq və şəfa diləyirəm. İnşallah kefiniz yerindədir. Dualarınızda bu hakir qulu unutmamağınızı təmənna edirəm. Mənə çatdırılan tələbinizə uyğun olaraq, Azərbaycanda 2013-cü ilə aid maliyyə mühasibət uçotunu diqqətinizə çatdırmaq istəyirik. Azərbaycanda hizmət hərakatımıza aid qurumlardan 2013-cü ildə daxil olan məbləğ 53 milyon USD təşkil etməkdədir. Bu məbləğdən hizmət hərəkatımıza aid aşağıdakı qurum və quruluşlara ötürülmüş maddi vəsaitlər belədir: Yuxarıda qeyd etdiyim məbləğlər xaricində təsərrüf etdiyimiz önəmli miqdarda olan məbləği önəmli şəxslərə aid qurumlardakı özəl kassalarda saxlayırıq. Söz etdiyimiz məbləğin banklar vasitəsilə Türkiyəyə transferində ciddi problemlər yaşayırıq. Əvvəllər çalışdığımız banklar kifayət qədər çox olan pul transferləri istəklərimizi qəbul etmirlər. Bu vəziyyətin Türkiyədəki son hadisələrlə əlaqədar yarandığını düşünürük. Bu mövzuda yoldaşlarımızla məsləhətləşərək, bununla əlaqədar məlumatları sizə çatdırmaq qənaətinə gəldik. Məsələnin həlli üçün tövsiyyə və əmrlərinizi gözləyirik". Sənədin original variantını təqdim edirik:
2014-03-10
11,174
ABŞ-ın ən böyük hərbi gəmisi Türkiyəyə daxil oldu
ABŞ Hərbi Donanmasına məxsus "USS Corc Buş" təyyarədaşıyan gəmisi Türkiyə sahillərinə yan alıb. "Axar.az" xəbər verir ki, bu gün səhər saatlarında Antalyaya yan alan gəmi 4 gün qaldıqdan sonra yola çıxacaq. Gəminin 2-ci kapitanı Metyu Paradis verdiyi açıqlamasında 50-dən çox hərbi təyyarənin olduğu gəminin həmçinin, humanitar yardım daşıya bildiyini də deyib. Jurnalistin gəminin Krımdakı hadisələrlə bağlı hərəkətə keçdiyi ilə bağlı sualına isə kapitan belə cavab verib: "Biz bura Yunanıstandan gəldik. Bu, əvvəlcədən planlaşdırılmış bir proqramdı, son vaxtlar baş verən gərginliklə əlaqəsi yoxdur". Xatırladaq ki, "USS Corc Buş" gəmisi iki gün əvvəl Yunanıstanın Pirey limanına yan almışdı. 333 metr uzunluğu olan gəminin 5000-ə yaxın şəxsi heyəti var.
2014-03-10
11,175
Ukraynanın Krıma hücum edəcəyi vaxt açıqlandı
Ukrayna ordusu Krıma martın 16-da hücum edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Oleq Çarev öz Feysbuk səhifəsində yazıb. O, hazırkı hakimiyyətin Krıma qarşı aqressiv olduğunu bildirib. "Mənə bu gün Kiyevdən zəng etmişdilər. Hazırkı hakimiyyət dəhlizlərində çox aqressiv mühit var. Saakaşvili indiki hakimiyyəti inandırmağı bacarıb ki, onun Cənubi Osetiyada uduzmasının əsas səbəbi ordusunun az olması idi. Ayın 16-da referendum günü Ukrayna ordusunun Krıma daxil olması nəzərdə tutulur. Bu ssenariyə inanmaq istəməzdim. Amma mən əvvəllər də deyirdim ki, Ukrayna bu ssenariyə doğru gedir. Mən əlimdən gələn hər şeyi etmişəm ki, bu ssenari gerçəkləşməsin". Qeyd edək ki, martın 16-da Krımda referendum keçiriləcək.
2014-03-10
11,176
Krıma getmək istəyən müsavatçılar Rusiyada saxlanıldı - Yenilənib
11:44 Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. "Axar.az" APA-ya istindən xəbər verir ki, bu barədə A.Hacılı özü məlumat verib. O, "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm, ailəmə xəbər verin", - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb. Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A.Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: "Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar". Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər. 13:04 "Yeni Müsavat"ın reportyoru Emil Salamoğlunun verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar. Arif Hacılı APA-nın müxbirinə "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin", - deyib. 14:40 "Axar.az" APA-ya istinadən xəbər verir ki, Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən bildiriblər ki, Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya geri qaytarılıblar. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib. Hələlik A.Hacılı və G.Aslanlının polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.
2014-03-10
11,177
ABŞ-da güclü zəlzələ baş verdi
ABŞ-ın Kaliforniya ştatında 6,9 bal gücündə zəlzələ baş verib. "Axar.az" xarici mətbauta istinadən bildirir ki, zəlzələ Kaliforniya ştatında yerli saatla 22:18-də baş verib. İlkin məlumatlara görə ölənlərin və yaralıların olmadığı deyilir. Alaska Sunami Xəbərdarlıq Mərkəzi zəlzələnin ardınca sunami təhlükəsinin olmadığını qeyd edib.
2014-03-10
11,178
Krımda Ukrayna ordusuna ultimatum verildi
Dünən qeyri-legitim Krım Nazirlər Şurasının sədri Yuri Jerebçov Evpatoriya ərazisində yerləşən hərbi hissəyə ultimatum verib. "Axar.az" xəbər verir ki, bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk özünün "Feysbuk" səhifəsində yazıb. Ultimatumda "A4519" saylı hərbi hissənin komandanlığından 22 saat ərzində şəxsi heyətin tərksilah olunması, silahların anbara təhvil verilməsi və hərbi hissənin Rusiyanın Qara dəniz Hərbi Donanmasının əsgərlərinə verilməsi tələb olunub. Ultimatumda bildirilib ki, bütün bu addımlar martın 16-da keçiriləcək referendum zamanı yarana biləcək münaqişənin qarşısının alınması üçündür.
2014-03-10
11,179
Azərbaycanda terrorla bağlı qanun dəyişir
Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən verilən məlumata görə, "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub. Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək. Qeyd edək ki, bu günlərdə Cinayət Məcəlləsində terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib. "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna edilən əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
2014-03-10
11,180
Putinin bu görüntüsü qalmaqala səbəb oldu - Foto
Rusiya prezidenti Vladimir Putinin qalmaqallı fotosu yayılıb. Türkiyə qəzetləri yaydığı bu məlumatda bildirilib, Almaniya kansleri Angela Merkel Putinlə telefon danışından sonra Obamaya Rusiya prezidentinin "real həyatdan əlini üzdüyünü" və "başqa dünyada yaşadığını" deyib (ANS). Məqaladə qeyd olunub ki, Putin Krımdakı əməlləri Qərb siyasətçilərinin onun barəsində dəli, psixopat kimi düşünmələrinə gətirib çıxarıb: "İndidən Putinə diaqnoz qoymaq istəyən psixoloqlar var. Onun xəstəliyi ya "Hiper-toksik şizofreni, ya da ki, "Sezar kompleksi"dir". Məqalənin sonunda isə Putinin dəli olmadığı qeyd olub: "Putin əsil aktyordur. O, etdiyi heç bir hərəkətdən peşman olmur".
2014-03-10
11,181
Müğənni Ruhi ad gününü həbsxanada keçirdi
"Özünə bax" layihəsinin aparıcısı , müğənni Ruhi Əliyeva öz doğum gününü 4 saylı Cəzaçəkmə Müəssəsində qeyd edib. "Axar.az"a Ədliyyə Nazirliyinin Penetensiar Xidmətidən verilən məlumata görə, martın 8-də həmişə olduğu kimi məhkum xanımlara konsert proqramı təşkil olunub: "Konsertdə iştirak edən Ruhi Əliyevanın doğum günü də məhz o günə təsadüf etdiyi üçün xanım müğənni doğum günü tortunu azadlıqdan məhrum olan xanımlarla kəsdi və hər bir dustaq xanıma qızılgül bağışladı".
2014-03-10
11,182
Biləsuvarda yol terroru: 2 ölü
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, yol-nəqliyyat hadisəsi Biləsuvar rayonunun Mübariz İbrahimov küçəsində qeydə alınıb. Biləsuvar rayon sakini 1990-cı il təvəllüdlü Qubadov Cavid Rəfael oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq səki ilə hərəkət edən piyada, Biləsuvar sakini 1996-cı il təvəllüdlü Hüseynov Anar Ərəstun oğlunu vurub. Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı piyada ilə yanaşı sürücü və avtomobildə olan sərnişin Quliyev Müşfiq Mirzəli oğlu da ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, sürücünün və piyadanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, sərnişin Müşfiq Quliyevin vəziyyəti isə qənaətbəxşdir. İlkin ehtimala görə avtoqəzanın baş verməsinə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır ( Trend ).
2014-03-10
11,183
Ruslar raketlə dolu Ukrayna hərbi hissəsini ələ keçirdilər
Bu gün gecə saatlarında silahlı rus hərbçiləri Krımda Ukrayna ordusuna məxsus xüsusi raket hərbi hissəsinə hücum ediblər. "Axar.az" xəbər verir ki, hərbçilər tamamilə hərbi hissəsi ələ keçirməyə müvəffəq olublar. "Qara dəniz Donanmasındakı mənbələrin sözlərinə görə, 200-ə yaxın rus hərbçisi 14 yük maşını ilə xüsusi raket hərbi hissəsinə daxil olublar. Hücum nəticəsində hərbi hissənin bütün əsgərlərini, həmçinin karaul xidmətini tərksilah ediblər" deyə Ukrayna Müdafiə Nazirliyinin Krım Regional tibb mərkəzinin rəhbəri Vladislav Seleznyov "Feysbuk" səhifəsində yazıb. Onun sözlərinə görə, yaşıl geyimli adamlar hərbi hissənin əsgərlərindən silahlarını təhvil vermələrini və ərazini tərk etmələrini tələb ediblər.
2014-03-10
11,184
Xarkovun mərkəzində atışma: iki ölü - Video
Dünən 18-26 radələrində Xarkovun Lenin prospekti və Bakulin küçələrinin kəsişdiyi "Norma" kafesinə təşrif buyuran iki nəfərə naməlum şəxs tərəfindən Kalaşnikov avtomatından atəş açılıb. "Axar.az"ın məlumatına görə, hüquq mühafizə orqanından bilidirilib ki, atəşma nəticəsində 2 nəfər dünyasını dəyişib. Qeyd edək ki, atışma nəticəsində kafenin afisantı da güllə yarası alıb. Qatıl avtomatı hadisə yerində atıb. İnsindentin motivləri barədə məlumat verilməyib. Hazırda operativ şəkildə istintaq-əməliyyat işləri aparılır.
2014-03-10
11,185
Suriyalı qızlar ərəb şeyxlərinə satılır - İddia
Suriyada artıq 3 ildir davam edən qanlı vətəndaş müharibəsi ölkə əhalisi, xüsusilə də qadınların həyatını faciəyə çevirib. "Axar.az" xəbər verir ki, İngiltərənin "İndependent" qəzeti bu ölkədə davam edən müharibənin gənc qadınları bəzi varlı ərəb kişiləri üçün asan ova çevirdiyini yazıb. Xəbərdə suriyalı ailələrin azyaşlı qızlarını bir neçə min dollar qarşılığında yaşlı varlı ərəb kişilərinə satdıqları bildirilib. Qəzet bildirib ki, bu cür zorla evləndirilmələrə əsas səbəb maddi çətinliklərdir və bu nikahlar da qanunsuz yollarla bağlanır. Evliliklərin çoxu qısamüddətli olur və qızlar bir müddət sonra lazımsız əşya kimi kənara atılır. Qəzet 17 yaşlı Navar və onun 16 yaşlı bacısı Suza özlərindən çox yaşlı səudiyyəli kişilərlə evləndirildikdən 20 gün sonra atıldıqlarını sübut kimi təqdim edib. İordaniyanın paytaxtı Əmmanda fəaliyyət göstərən Beynəlxalq Qaçqın təşkilatında işləyən Amira Məhəmməd, "Vasitəçilərin suriyalı ailəridən qızlarını alıb varlı ərəblərə satmaları haqqında məlumatlar alırıq. Evliliklər də çox qısa, hətta bəzən 24 saat davam edir" deyib.
2014-03-10
11,186
Krım rus puluna keçir
Krımın qondarma hökumətinin başçısı Sergey Aksyonov bəyan edib ki, Muxtar Vilayətin faktiki rəhbərliyi martın 11-də Rusiya rubluna keçidlə bağlı layişəni təqdim edəcək. "Sabah biz rubl zonasına keçidin layihəsini təqdim edəcəyik. Çalışacağıq ki, valyuta dəyişikliyi vətəndaşlar və biznes üçün ağrısız olsun", - Sergey Aksyonov bildirib ("Musavat.com").
2014-03-10
11,187
Havalar yenidən soyuyacaq
Martın 13-dən Azərbaycanda havanın temperaturu yenidən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, martın 13-dən Bakıda və Abşeron yarımadasında havanın temperaturu 5-9 dərəcə enəcək. Martın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq. Martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun enməsi meterohəssas insanlar üçün əlverişsiz olacaq. Marrtın 11-də Azərbaycanın bölgələrində gecə və səhər bəzi ərazilərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır ( Trend ).
2014-03-10
11,188
Bakıda yol terroru: 1ölü, 1yaralı
Bu gecə Səbail rayonu Azadlıq prospekti ev 27-nin qarşısında yol qəzası baş verib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayon sakini Canpolad Otarudun idarə etdiyi "VAZ-2107" markalı və Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. C.Otarudun sərnişini, Bərdə rayon sakini Nəbi Əzizov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
2014-03-10
11,189
Dünyanın ən böyük narkobaronlarından biri öldürüldü - Video
Meksika hökuməti ölkənin ən böyük narkobaronlarından hesab olunan Nazario Morenun öldürüldüyü barədə məlumat yayıb. "Axar.az" xəbər verir ki, polisin məlumatına görə, Moreno martın 9-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə atışma zamanı öldürülüb. Ekspertiza həlak olanın şəxsiyyətinin dəqiqləşdirilməsi üçün araşdırma aparır: "Barmaq izlərindən götürülmüş analiz 100 faiz təsdiq edir ki, həmin şəxs məhz Nazario Morenodur. Biz həmçinin, genetik analizlər də aparırıq" deyə polisdən verilən məlumatda qeyd olunub. Morenonun öldürülməsi ilə bağlı 2010-cu ildə məlumat yayılsa da, cəsədi tapılmamışdı. Qeyd edək ki, "Dəli" ləqəbli Nazario Moreno adı Tamplier Ordeni Cəngavərləri ilə hallanan "La Familia" narkokartelinin banisi sayılırdı.
2014-03-10
11,190
Ukrayna ordusu Krıma irəliləyir - Video
Ukrayna ordusunun ağır hərbi texnikalarının Krıma doğru istiqamət aldığı kameralara düşüb. "Axar.az"ın məlumatına görə, onlarla hərbi maşın Ukrayna bayraqları və yerli əhalinin dəstək sədaları altında Krıma doğru hərəkət edib. Qeyd edək ki, ekspertlər bunu Ukraynanın Rusiayaya qarşı əzələ nümayiş etdirməsi kimi də qiymətləndirirlər.
2014-03-10
11,191
Ukrayna Miq-29 təyyarələri savaşa hazırlaşır - Video
Ukraynanın hərbi qırıcı təyyarələri olan Miq-29-lar veriləcək əmri peşəkarlıqla yerinə yetirmək üçün hazırlıqlara başlayıb. "Axar.az"ın məlumatına görə, bu sözləri İvano-Frankovski bölgəsində mənzillənən 114 saylı hərbi-hava qüvvələri bölməsinin komandiri polkovnik Sergey Qolubtsov bildirib. Onun sözlərinə görə, hərbi arsenallarında olan Miq-29 qırıcı təyyarələri silahlanlanmış vəziyyətdə əmr gözləyirlər. Qolubtsov əlavə edib ki, Krımdakı ukraynalılarla həmrəydirlər və hər an onların köməyinə gəlməyə hazırdırlar.
2014-03-10
11,192
Şeyxdən dünya müsəlmanlarına çağırış
"Bu gün İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərar olması üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bunu QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Abu-Dabi şəhərində keçirilən "İslam cəmiyyətində sülhün təminatı" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı bildirib. A. Paşazadə qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də sülh və İslam həmrəyliyi olduqca vacibdir: "Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir. Bu faciəli hadisələr bizi hədsiz narahat edir. Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni işğalçılarının təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunub və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırım törədilib. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirib və haqq işimizi müdafiə ediblər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir. Dövlət rəhbərlərimiz, İslam alimləri, o cümlədən, konfransda iştirak edən üləmalar müsəlman cəmiyyətlərində sülhün qorunub saxlanması yönündə dəyərli əməl və səy nümayiş etdirirlər".
2014-03-10
11,193
Azərbaycan ordusunun əsgəri özünü yaraladı
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu xəsarət alıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə sağ əlinin üç barmağını itirən əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, E. Hüseynov Ağcabədi rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-03-10
11,194
100% səslə lider seçildi
Şimali Koreya lideri Kim Çen Un seçkilərdə növbəti dəfə yüz faizlik səslə qalib olub. "Axar.az" xəbər verir ki, xalqın hamısının səsini qazanan Kim bundan sonra millət vəkili olaraq da məclisdə iştirak edəcək. KCNA dövlət xəbər agentliyinin verdiyi məlumatda ölkəsini sabit bir şəkildə idarə edən Kimin aldığı səslə xalqın onu nə qədər sevdiyi və ona inandığı bildirilib. Qeyd edək ki, gənc lider Kim Çen Un 2011-ci ildə ölən atası Kim Çen İlin yerinə vəzifəyə gəlmişdi. Şimali Koreyada 5 ildən bir keçirilən seçkilərdə kağız üzərində yalnız təsdiqləyirəm və təsdiqləmirəm variantları var.
2014-03-10
11,195
Gülən: “Alparslan Türkeş məni öldürmək istədi...” - Video
"Jurnalistlər və Yazarlar" Vəqfinin qurucularından olan Lətif Ərdoğan Fətullah Gülənin ona "səni 15 il dinlətdim, haqqını halal et" dediyini bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülənin həyatından bəhs edən "Kiçik Dünyam" adlı kitabın yazarı olan Lətif Ərdoğan "A Xəbər" kanalında bunları deyib: Gülənin hesabat verdiyi şəxs "Xocaəfəndinin ABŞ-da qaldığı müddətcə sağlam qərar verməsi mümkün deyil. ABŞ-da hər ölkə üzrə bir cavabdeh var. 20-25 yaşında bir yəhudi uşaq var ki, o da Türkiyəyə cavabdehdir. ABŞ belədir. Xocaəfəndi ABŞ-da qaldığı gündən indiyə kimi onunla əlaqəlidir. Dəfələrlə gedib orada hesab verdiyini öz dilindən eşitmişəm. ABŞ dövlətini idarə edənlərin çoxu yəhudidir. Xocaəfəndinin anti-israil, anti-yəhudi tərzindən danışmağı ABŞ-da qaldığı müddətcə mümkün deyil". Səni 15 il dinlətdim, halal elə "Xocaəfəndi mənə "15 ildir səni dinlətdirirəm. Haqqını halal et. Camaatın öndə gələn insanısan, sənin sözlərin hamımızın sözüdür" dedi, mən də güldüm və "özümü daha təhlükəsiz hiss edirəm" dedim. Problem eləmədim. Çünki Xocaəfəndinin hamını dinlətməsi hər kəsə məlumdur. İctimaiyyətə açıqlamasında dəfələrlə deyib: "Ali Baş Qərargahdakı görüşlər hələ prezidentin imzası olmadan birinci mənim qarşıma gəlir". Türkeş məni öldürdəcək Gülənin ona "Alparslan Türkeş məni öldürdəcək" dediyini danışan Lətif Ərdoğan baş verənləri bu cür izah edib: "Xocaəfəndi mənə dedi ki, Alparslan Türkeş öldürülməsi üçün əmr verib. Ancaq Gülənin sözlərinə görə, öldürən şəxs Xocaəfəndinin yanına gəlib, "Türkeş mənə bunu dedi, ancaq sizi öldürə bilmərəm" deyib boynunu qucaqlayıb". Allah ilə danışdığını demişdi Ərdoğan Gülənin hər kəsin qarşısında, "Allah mənimlə danışdı. Kainatı Hz.Məhəmməd üçün yaratdım, sənin üçün davam etdirirəm", "mən əsəbləşdiyim zaman bayırda fırtına olar, mən əsəbləşdiyim zaman qasırğa olar" dediyini iddia edib.
2014-03-10
11,196
Nurçulara yardım edənlər terrorçu sayılacaq? - Qanun
"Bu qanunun konkret hər hansı bir dini cərəyana qarşı yönəlmiş olduğunu söyləmək çox çətindir. Lakin etiraf eləmək lazımdır ki, Suriyadakı hadisələr Azərbaycanda qanunvericilik sahəsində tədbirləri intensivləşdirdi". Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc dedi. O bildirdi ki, bu sahədə qanunun qəbul edilməsi istiqamətindəki görülən işlərdə Suriyaya döyüşməyə gedənlərin də böyük payı var: "İlkin olaraq parlamentdə Suriyada döyüşlərdə iştirak edənlərin əməllərinin terror fəaliyyəti kimi qiymətləndirilməsi çağırışı ilə çıxış etdim. Bir çox parlamentarilər də bu fikrə qoşuldular. BMT-nin "xarici hərbi birləşmələr və hərbi dəstələrin içərisində yer almağın muzdluluq hərəkəti kimi qəbul olunması" haqqında 1997-ci il konvensiyasının tələblərindən irəli gəlir. Hüquq sisteminin vəziyyətinə görə hər hansı bir məsələ ilə bağlı qanun qəbul edilməyibsə belə, dövlət beynəlxalq konvensiyaları ratifikasiya edirsə, bu halda həmin hüquq alilik dərəcəsinə malikdir və qanun kimi keçərlidir. Bu hal cinayət qanunvericiliyimizdə tam öz əksini tapmasa da həmin insanlara qarşı cinayət təqibi üçün əsas götürə bilərik. Artıq Milli Məclisin Hüquq siyasəti, Təhlükəsizlik və Müdafiə komitələri tərəfindən mövcud qanunvericiliyə dəyişiklik edilməsi və bir neçə maddə əlavə edilməsi ilə bağlı təklif oldu. Bundan sonra dini cərəyanları maliyələşdirənlər də məsuliyyət dərəcəsinin içərisinə daxil edilir". Millət vəkili qanun layihəsində dini cərəyanları yaymaq istəyənlərin də terrorçuluğa yardım kimi qiymətləndirlməsi və bunun nurçuluqla əlaqələrindən danışdı: "Bu qanun layihəsinin qəbul edilməsinin səbəbi kimi "nurçuları terorçularla əlaqələndirmək" iddiası yanlış olardı. Bir də son olaraq deyim ki, bu qanunun qəbulu ilə məsuliyyətə cəlb ediləcək insanlar məhz terrorçu kimi deyil, terrorçuluq fəaliyyətinə yardım kimi qiymətləndirilməsi qərarlaşdırılır. Anti-terror sahəsində indiyə qədər 15-ə yaxın qanun qəbul edilib və bu qanun da olduqca normaldır".
2014-03-10
11,197
Türkiyə Quru Qoşunları komandanı Azərbaycana gəlib
Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akar Azərbaycana rəsmi səfərə gəlib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir. Səfər martın 12-dək davam edəcək.
2014-03-10
11,198
Anar Niftəliyev: "Ekspertlər qatil həkimlərdən rüşvət alıb"
"Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu, başda birliyin direktor müavini Ziya Məmmədov olmaqla, Elnarə Tofiqqızının qətlində iştirak edən həkimlərdən rüşvət alıb". Bu sözləri APA-ya açıqlamasında ötən ilin sentyabrında cərrahiyə əməliyyatı zamanı vəfat edən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev deyib. A.Niftəliyev bildirib ki, iddiasını sübut etmək üçün kifayət qədər əsası var: "Məndə bu barədə məlumat hələ Nəsimi Rayon Prokurorluğunda cinayət işi açıldıqdan sonra vardı. Bildirilmişdi ki, cinayət işini aparan müstəntiq göz yumur və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu elə bir rəy verir ki, məsuliyyət yalnız anestezioloqun üzərində qalır. Buna görə də mən cənab prezidentə, baş prokurora və səhiyyə nazirinə müraciət etdim. Cinayət işinin istintaqı baş prokurorun nəzarətinə keçdikdən sonra ekspertizaya təkrar suallar göndərildi. Ancaq bu dəfə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu həkimlərin ayrı-ayrılıqda məsuliyyətinin nədə olması ilə bağlı sualı cavablandırmaqdan yayındı. Buna görə də Birliyin rəisi Şakir Musayevlə görüşdüm və bu problemi qaldırdım. Şakir müəllim məni əmin etdi ki, prezidentin nəzarətində olan bir işdən kimsə rüşvət almaz, yalnız prokurorluq sualını aydın qoymadığı üçün cavablar da mücərrəd alınıb. Daha sonra, yanvarın 22-də baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşümdə bu məsələdən narahatlığımı bildirdim. R.Usubov bu cinayət işi ilə bağlı öz yanında müzakirələr aparıldığını və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertlərinin cavablandırması üçün 5-ci dəfə işin onlara göndərildiyini, 12 sualdan ibarət konkret cavab tələb edən sorğu verildiyini nəzərimə çatdırdı. Aradan az qala iki aya yaxın vaxt keçib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin cavabı hazırdır, amma yenə də həkimlərin ayrı-ayrılıqda məsuliyyəti ilə bağlı prokurorluğun ünvanladığı suala konkret cavab verilməyib". A.Niftəliyev deyib ki, onu aldadaraq cərrahiyyə əməliyyatına razı salan və tamah məqsədilə dələduzluq edən həkim Fərəcullah İdrisovla üzləşəndə onun heç bir mənəvi əzab çəkmədiyinin, cinayət təqibinin olmayacağına dair arxayınlığının şahidi olub ki, bu da hazırkı iddiasının sübutlarından biridir: "Həkimlər məsuliyyətə cəlb olunmayacaqlarına çox əmindirlər. O qədər ki, hətta müstəntiqin çağırışına da "elmi işimin müdafiəsidir" deyə gəlmirlər. Çox çirkin bir şəbəkənin şahidi oluram. İlk iş günündəcə cənab prezidentə müraciət edəcəyəm. Onun müdaxiləsi olmasa, bu cinayət işi ört-basdır ediləcək. Bütün proses ona aparır". Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini Ziya Məmmədov APA-ya bildirib ki, bu məsələ ilə bağlı A.Niftəliyevin iddiası ilə tanış olduqdan sonra açıqlama verəcək. Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Bakının Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Ölüm işi ilə bağlı sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
2014-03-10
11,199
Krım əhalisi vətəndaşlığı özü seçəcək – Baş nazir
"Əgər Krım respublikası Rusiya tərkibinə daxil edilərsə, Krım Muxtar Respublikasının sakinləri özləri öz vətəndaşlığını müəyyən edəcəklər. İstəsələr Rusiya, yaxud da Ukrayna vətəndaşlığını saxlaya bilərlər". "Axar.az" xəbər verir ki, bu sözləri Krımın Baş naziri Sergey Aksyonov "Ria Novosti"yə müsahibə verərkən bildirib. Qeyd edək ki, Krım parlamenti Rusiya Federasiyasının tərkibinə daxil olmaqla bağlı martın 16-da referendum keçirmək haqqında qərar qəbul edib. Referendumda ikili vətəndaşlıqla bağlı məsələnin krımlılara təqdim edilməsi nəzərdə tutulub. Referendumda iki sual qoyulacaq : 1. Krımın hüquqları qalmaqla Krımın Rusiyaya birləşdirilməsi 2. Krımın 1992-ci ildəki Konstitusiyası bərpa edilməklə Ukraynanın hissəsi kimi qalması.