date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-06 | 10,893 | Qazinin xəstəxanadakı satılan yeri özünə qaytarıldı - Foto | I qrup Qarabağ əlilinə 5 saylı xəstəxanada yer verilmir. Ona görə də qazi Dadaş Quliyev xəstəxana qarşısında aksiya keçirməyə qərar verib. "Axar.az" bu məlumatı aldıqdan sonra əməkdaşımız 5 saylı xəstəxananın qarşısına yollandı. Müalicə almaq üçün intihar? Bizi görən kimi qazinin dərdi açıldı. Bildirdi ki, bir müddət öncə 5 nömrəli xəstəxanaya müraciət edib: "Kardioloji İnstitutda müalicə alırdım. Sinir ağrılarım artdığı üçün 5 saylı xəstəxananın Nevrologiya şöbəsində müalicə almağım məsləhət görüldü. Bazar günü 5 nömrəli xəstəxanaya müraciət etdim, amma mənə dedilər ki, 4-cü gün yaxınlaşarsan. Əsas səbəb kimi isə yerlərin dolu olmasını göstərdilər. Mən də razılaşdım. Mənim hətta oradakı palatada yerləşməyim haqqında kağız da vermişdilər". Bu gün yaxınlaşanda isə qaziyə yerin olmadığını bildiriblər: "Yer var, sadəcə, o yeri satıblar. Bunlar üçün həkim ləyaqəti yoxdur, pul və qazanc var". Qazi Dadaş Quliyev haqsızlığa etiraz olaraq xəstəxananın qarşısında aclıq aksiyasına başlayacağını, hətta intihar edəcəyini bildirdi. Şöbə müdiri yoxa çıxdı Nevrologiya şöbəsinin müdiri Rəna Hümbətova ilə görüş istəyimiz baş tutmadı. Mediadan olduğumuzu bilən şöbə müdiri bir anın içində yoxa çıxdı. Baş həkim isə qazi ilə bərabər, bizi də qəbul etdi. Qazinin haqqı bərpa olundu Baş həkim Ziya Əsədov hadisədən məlumatsız olduğunu və məsələni dərhal araşdıracağını bildirdi. Qısa araşdırmadam sonra isə 4 saylı xəstəxananın təmirə bağlanması səbəbindən yer sıxlığının yarandığını və qazinin yerinin iddia etdiyi kimi satılmadığını söyləməklə bərabər, Qarabağ əlilinin yerləşdirilməsinə də göstəriş verdi. Bir saatdan sonra qazi xəstəxana palatasına yerləşdirildi və baş həkimin tapşırığı ilə dərhal müayinə və müalicəsinə başlanıldı. Ziya Əsədov qazini incidənlərin və ona əsəb gərginliyi yaşadanların cəzalandırılacağını da bildirdi. Xatırladaq ki, baş həkim Ziya Əsədov xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir. |
2014-03-06 | 10,894 | Xüsusi Səlahiyyətli Məhkəmələr ləğv edildi | Türkiyə Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsi ilə bağlı qərarı qəbul edilib. "Axar.az" xəbər verir ki, bununla bağlı qərar prezident Abdullah Gül tərəfindən verilib. Türkiyə Prezident Sarayından veilən açıqlamada 6526 saylı "Terrorla Mübarizə Qanunu və Cəza Mühakiməsi Qanunu ilə bəzi qanunların dəyişdirilməsinə dair Qanunun" prezident Abdullah Gül tərəfindən Konstitusiyanın 89-cu maddəsinin 1-ci maddəsinə uyğun olaraq Baş Nazirliyə göndərildiyi bildirilib. |
2014-03-06 | 10,895 | Krım tatarları İlham Əliyevdən kömək istədilər | Krım tatarları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan imkanlarından və Rusiya prezidenti Vladimir Putinlə əlaqələrindən istifadə edərək onlara kömək etməsini xahiş ediblər. Bunu Krım tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukraynanın xalq deputatı Mustafa Cemilov deyib: "Bizim xalq bir dəfə öz doğma torpaqlarından sürgün olunub və biz həmin fəlakətin təkrarlanmasını istəmirik. Ona görə də kömək üçün İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik: Öz krımlı qardaş və bacılarınızı bu çətin vaxtda tək qoymayın. Biz bütün dünyadan kömək tələb edirik. ("virtualaz.org") |
2014-03-06 | 10,896 | Qusarda ağır yol qəzası: 1 ölü, 1 yaralı | Qusarda dəhşəyli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xuray kəndi ərazisində baş verib. Qusar - Şahdağ yolunda baş vermiş qəzada yaralananlardan biri dünyasını dəyişib. "Mersedes" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Abşeron rayon sakini Cəlal Əliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında keçinib. "Mersedes"də olan sərnişin, 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvan Ağa oğlu Sadaylı isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. (ANS) |
2014-03-06 | 10,897 | Baş leytenant “Toyota”sını aşırdı - Foto | Baki-Sumqayıt yolunda ağır yol qəzası baş verib. "Mersedes" markalı 10 SB 391 dövlət nömrə nişanlı avtomobil Bakıdan Sumqayıta hərəkət edən Milli ordunun baş leytenantının idarə etdiyi "Toyota" markalı 99 DO 809 nömrəli avtomobilin yoluna çıxıb. Nəticədə "Toyota" markalı avtomobil aşıb. Hadisə nəticəsində ölən olmasa da, sürücülərin hər ikisi ağır bədən xəsarətləri alıb. Hadisə yerinə çağrılan təcili tibbi yardımın həkimləri yaralılara ilkin tibbi yardım göstərdikdən sonra sürücülər xəstəxanaya aparılıb. Hal-hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir. ("Xeberdar.az") |
2014-03-06 | 10,898 | Femençilər Krım parlamentinə etiraz etdi | Ukraynalı feminist fəallar Krım parlamenti qarşısında etiraz aksiyası keçirib. "Axar.az" xəbər verir ki, parlamentin Krım Muxtar Respublikasının Rusiyaya birləşməklə bağlı qərarından dərhal sonra Femen fəalları qanunverici orqanın qarşısına toplanıb. Sinələrinə "Putin, müharibəni dayandır" şüarları yazan qrup fəallarının qarşısını Krım Daxili İşlər Nazirliyinə tabe olan daxili qoşunların əsgərləri almağa çalışıb. Aksiya zamanı qarşıdurma olduğu bildirilir. |
2014-03-06 | 10,899 | Nazir ATƏT sədri ilə görüşdü - Foto | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingeri qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin hazırkı səviyyəsi və regionda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov A.Qnadingerə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib. |
2014-03-06 | 10,900 | Deputat oğlunun atışması ilə bağlı açıqlama - Rəsmi | Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, məsələnin mahiyyəti həddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb. Onun sözlərinə görə, həqiqətən hadisədə adıçəkilən "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: "Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı". DİN rəsmisi qeyd edib ki, iddiaçı xanım tərəfindən məsələnin mahiyyəti qəsdən şişirdilir və ətrafda süni ajiotaj yaramaq istəyir: "Polis tərəfindən tam qanuni tədbirlər görülüb. Ona görə də onun iddiaları əsasızdır. Araşdırma nəticəsində ekspert rəyi və şahid ifadələri ilə onların dedikləri təsdiqini tapmayıb. Ona görə də araşdırmanın nəticələrinə əsasən məsələ cinayət tərkibli olmadığı üçün onun araşdırılmasına xitam verilib. Cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılıb". Qeyd edək ki, "Nissan Juke" markalı avtomobildə olan Aynurə Cəfərova bu gün "Yeni Müsavat" qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib. |
2014-03-06 | 10,901 | Bəşər Əsəd Ukrayna ilə bağlı Putinə məktub göndərdi | Suriyada yaşanan gərginliklə bağlı Rusiyanın dəstəyini alan bu ölkə lideri Bəşər Əsəd Ukrayna məsələsində də Putinə dəstək olub. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Suriya prezidenti Bəşər Əsəd Putinə məktub göndərib. Məktubda Ukraynada təhlükəsizliyin təmin edilməsində, gərginliyin aradan qaldırılmasında Rusiyanın göstərdiyi səyləri Əsəd dəstəklədiyini və Putinin siyasi iradəsinin xalqlar arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacağı bildirilir. Bəşər Əsəd Rusiya kimi Suriyada da terrora qarşı mübarizə və sabitliyi dəstəkləyən sistem qurulması yolunda addımlar atdığını vurğulayıb. |
2014-03-06 | 10,902 | Xəzərdə zəlzələ oldu | Xəzərdə zəlzələ baş verib. "Axar.az" ANSpress-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 19:05-də Xəzər dənizində 7 km dərinlikdə zəlzələ qeydə alınıb. 3 maqnitudalı zəlzələ hiss olunmayıb. |
2014-03-06 | 10,903 | ABŞ Putini sanksiya siyahısına daxil etmədi | Rusiya prezidenti Vaşinqtonun qəbul etdiyi sanksiya siyahısına daxil edilməyib. |
2014-03-06 | 10,904 | İnternet istifadəçiləri haker hücumuna məruz qaldılar | "Aztelekom" dövlət internet provayderinin istifadəçiləri hakerlərin hucumu nəticəsində internetə çıxışda problemlərlə üzləşiblər. İB-dən deyiblər ki, problemə səbəb TP-LINK istifadəçi modemləri olub: "Bu modemlərin qorunma gücü zəif olduğuna görə hakerlər qanunsuz olaraq istifadəçilərin qurğularına çıxış əldə edə və internet şəbəkəsinə daxil olmağı məhdudlaşdıra bilərlər". "AztelekomNet" problemi aradan qaldırmaq üçün səhifəsində ADSL-modemlərin tənzimlənməsi ilə bağlı videoməlumat yerləşdirib. (Trend) |
2014-03-06 | 10,905 | Abbas Abbasov Putinin müdafiəsində | "Rusiya prezidenti Putin Federasiya Şurasına ictimai-siyasi durum normallaşana qədər Ukrayna ərazisinə Rusiya qoşunlarının yeridilməsi üçün müraciət etməklə ən doğru qərarı verib. Bununla da o, bütün dünyaya bəyan etdi ki, Ukraynadakı qeyri-müəyyən durum Rusiya Federasiyasının milli maraqlarına, rusların, həmvətənlərin həyatına təhlükə törətdiyi üçün bu addımı atmağa borcludur". Bu sözləri "Azərros"un Ağsaqqallar Şurasının sədri, Azərbaycan Baş nazirinin keçmiş birinci müavin Abbas Abbasov deyib. "Azərros"un saytında yerləşdirilən açıqlamada daha sonra deyilir: "Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını müdafiə edəcəyini gözləmirdilər. Rusiya Prezidenti Vladimir Putinin mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından müdafiə edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz. BMT Təhlükəsizlik Şurasının toplantısında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Ukrayna Pprezidenti Viktor Yanukoviçin Rusiya dövlət başçısına silahlı qüvvə ilə yardım üçün müraciətini səsləndirdi. Bundan başqa, Krımın yeni Baş naziri Sergey Aksyonov Ukraynada millətçiliyin cövlan etməsindən narahatlığını ifadə edərək Rusiya prezidentinə Muxtar Respublika ərazisində sabitliyi təmin etməsi xahişi ilə müraciət edib. Hadisələr o qədər sürətlə inkişaf edir ki, artıq martın 16-da Krım Muxtar Respublikası öz müqəddəratı ilə bağlı referendum keçirməyi qərara alıb. Bununla belə, Rusiya prezidenti Ukraynanın ərazi bütövlüyünün qorunmasının, ölkənin şərq və qərb regionlarına parçalanmamasının tərəfdarı olduğunu bildirib. Suveren dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini üstün tutduğum üçün Vladimir Putinin bu mövqeyini dəstəkləyirəm. Dünya ölkələrinin ən populyar və nüfuzlu başçılarından biri olan Rusiya dövlətinin başçısı bu cəsur və prinsipial addımı ilə siyasətçi müdrikliyi nümayiş etdirdi, vətəninin və xalqının maraqlarına nə qədər sadiq olduğunu nümayiş etdirdi. Ukraynanın "yeni hökuməti" ölkəni növbəti dəfə siyasi və iqtisadi böhrana sürükləyir. Ölkə Maydanın təşkilatçılarının günahı üzündən uçurumun kənarına gəlib. Əgər konstitusion sabitlik yaradılmasa, vətəndaşların təhlükəsizliklərinə təminat verilməsə, nə ABŞ, nə də Avropa Birliyinin göstərəcəyi yardım Ukraynada vəziyyəti yaxşılığa doğru dəyişəcək. Mən bir çox kütləvi informasiya vasitələrində Ukrayna hadisələrinin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda təkrarlanacağı haqda yazılanları da hiddətlə qarşılayıram. Bu proqnozların heç bir əsası yoxdur. Mən əminəm ki, Azərbaycanda Ukrayna senarisi bir neçə səbəbdən baş verə bilməz. Azərbaycan son illər təkcə beynəlxalq məkanda deyil, ölkə içərisində də bütün sahələr üzrə mövqelərini möhkəmləndirir. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycanla Rusiya arasında çox korrekt və qarşılıqlı hörmətə dayanan münasibətlər qurulub. Rusiya ilə Azərbaycan arasında rasional uzaqgörən siyasət regionda sabitliyin təminatıdır" (Musavat.com). |
2014-03-06 | 10,906 | Nurçular Azərbaycanda gizli kasetlər yayacaq - Özəl | "Son zamanlar mediada nurçular barədə xəbərlərin yayılması onları aktiv şəkildə özünümüdafiəyə sövq edir". Bu sözləri "Axar.az"a adının açıqlanmasını istəməyən türkiyəli hökumət yönümlü köşə yazarlarından biri deyib. Mənbə nurçularla bağlı Azərbaycanda hələ indiyə qədər belə aktivliyin müşahidə olunmadığını bildirib. O, bu addımın Türkiyədə baş verən hadisələrdən sonra önləmə tədbiri kimi görülməsinin vacib olduğunu deyib: "Azərbaycan kiçik bir ölkədir. Dil və din baxımından yaxınlıq bu ölkədə Gülənçilərin daha aktiv şəkildə özlərinə yer etməsinə səbəb olub. Azərbaycanın iqtisadi cəhətdən inkişafda olması onların burada uğur qazanmasına səbəb olub. Sizə sual verirəm: deyin görüm, onların təklif etdiyi təhsil və yaxud başqa şeylər niyə sizdə ölkədə uğur qazanır?" Yazar həmçinin son günlər Azərbaycanda qanunverici və ali icra orqanlarında təmsil olunan bəzi şəxslərin adlarının onlarla yanaşı hallanmasının heç də təəccüblü olmadığını qeyd edib. O, təriqətin məhz onlar vasitəsilə hücuma keçəcəyini bildirib: "Təsəvvür edin ki, getdikləri hər bölgədə, hər ölkədə nurçuların adamları var. Azərbaycanda da belə adamların xüsusilə dövlət idarələrində olması təəccüblü deyil. Sizdə adları hələ də ictimaiyyətə bəlli olmayan kifayət qədər adam var ki, Fətullah Gülənin maliyyəsi ilə fəaliyyət göstərir. Onlar bu dayaqlarını möhkəmlətməklə lazım olduqları zaman öz arzularını çox asan şəkildə həyata keçirəcəklərinə ümid edirlər". Yazarın sözlərinə görə, nurçuların Azərbaycanda da Türkiyədəki kimi hücuma keçmə ehtimalı böyükdür: "Bir şeyi unutmayın. Hətta ən yaxın adamlarının belə şantaj ediləcək zəif yerləri var. Bu, Türkiyədəki kimi, kassetlər də ola bilər. Bu kassetlər yəqin ki, var, amma onlar hələ zamanını gözləyir. Bəzilərinin isə aldıqları pulun qəbzləri arxivdə saxlanılır. Azərbaycan Türkiyədən bir az fərqlidir. Yəni sizdə hələ də Şərq təfəkkürü daha dominant bir mövqeyə sahibdir. "Mən kişiyəm, mənə hər şey olar" düşüncəsi ilə kassetlərin yayılmasına Azərbaycanda əhəmiyyət verməyə bilərlər. Buna görə düşünürəm ki, intim kassetlər o qədər də uğur gətirməyəcək. Ən çox sənədlərlə, qəbzlərlə lazım olan şəxslər vurulacaq". Bu kassetlərin harada saxlanılması məsələsinə gəlincə isə jurnalist bunun üçün bir neçə variantın olduğunu bildirib: "Türkiyədə bununla bağlı bir neçə variant var idi. Ən birincisi Pensilvaniya idi. Bu, daha real görünür. İkinci variant isə "Zaman" qəzetidir. Bütün tədqiqatçıların hər biri bu qəzetin arxivində milyonlarla sənəd və görüntülərin olduğunu vurğulayırdılar. Yaxşı, əgər belə deyilsə, o zaman AKP-yə qarşı şok yaradacaq sənədlər haradan çıxırdı?" Qeyd edək ki, bir az öncə saytımıza açıqlamasında politoloq Ərəstun Oruclu nurçuların Azərbaycanda oturuşmalarına inanmadığını demişdi. |
2014-03-06 | 10,907 | Ərdoğan Başbuğun azadlığına münasibət bildirdi | Türkiyə Baş naziri Ərdoğan bu ölkənin Baş Qərargah rəisi olmuş ordu generalı İlkər Başbuğun azadlığa buraxılması ilə bağlı açıqlama verib. "Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb. Ərdoğan prosesi izlədiyini bildirib və məhkəmənin verdiyi qərarla bağlı "xeyirli olsun" deyib. Baş nazir Ərdoğan həmçinin prezident tərəfindən Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsinin gələcəkdə hansı effekt verəcəyini insanların görəcəklərini deyib. |
2014-03-06 | 10,908 | Fələstinlilər azad edildi | İraq Şam İslam Dövləti fələstinlilərin yerləşdiyi Yarmuk qaçqın düşərgəsini Hizbullah və Əsəd rejiminin üç illik blokadasından rəsmən azad edib. "Axar.az" bu haqda mücahidlərə yaxın sayta istinadən xəbər verir. Bəzi mənbələrdə döyüşlərin bu saatlarda da davam etdiyi bildirilir. |
2014-03-06 | 10,909 | Avropa Birliyi Rusiya ilə viza danışıqlarını dayandırdı | Avropa Birliyi Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında danışıqları dayandırmağa qərar verib. "Axar.az" xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Herman van Rompey bildirib. Rompey bildirib ki, Rusiyanın aktivləri dondurula, tərəflər arasında viza sanksiyası tətbiq edilə və Rusiya ilə Avropa Birliyi arasında Ukraynada baş verən hadisələrlə bağlı keçirilməsi nəzərdə tutulan sammit ləğv oluna bilər. Onun sözlərinə görə, sammitdə Avropa Birliyi ölkələri Rusiya ilə viza və yeni razılaşmalarla bağlı ikitərəfli danışıqları dayandırmağı tələb edəcəklər. Qeyd edək ki, Birlik ölkələri Rusiyanı Ukrayna hökuməti ilə birbaşa danışıqlara başlamağa çağırıblar. |
2014-03-06 | 10,910 | Obamadan Ukrayna ilə bağlı son açıqlama | ABŞ Prezidenti Barak Obama Krımın statusunun müəyyən edilməsi ilə bağlı referendum qərarının Ukrayna konstitusiyasına zidd olduğunu deyib. "Axar.az" xəbər verir ki, BMT-nin müşahidəçilərinin Krıma daxil olmasına icazə verilməsini istəyən Obama Rusiyaya tətbiq olunan sanksiyaların səbəbi kimi Rusiyanın beynəlxalq hüquqa zidd adımlar atmasını göstərib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi Krımda referendum qərarının böhranın həllinə müsbət təsir etməyəcəyini bildirib. Qeyd edək ki, Krım parlamenti Muxtar Respublikanın statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilməsi qərarını verib. |
2014-03-06 | 10,911 | Kauçuk zavodunda dəhşətli partlayış - Video | Bu gün səhər Rusiyanın Omsk şəhərindəki kauçuk zavodunun ərazisində güclü partlayış baş verib. "Axar.az" xəbər verir ki, partlayış neft məhsullarını emal edən kolonda baş verib. Hadisə yerinə 80 nəfərlik heyətlə 32 yanğınsöndürən briqadası və polis qüvvələri göndərilib. |
2014-03-06 | 10,912 | 72 yaşlı tarzəni bacısının yasına buraxmadılar | İranda həbs edilmiş azərbaycanlı musiqi ustadı Həsən Dəmirçini dünyasını dəyişən bacısının yasına buraxmayıblar. "Axar.az"ın məlumatına görə, Qaradağın zəlzələ bölgəsinə yardım göndərmək kimi xeyir əməlinə görə həbs edilən 72 yaşlı tanınmış aydın və musiqiçi 4 aydan artıqdır həbsdədir və ona həbsdə olmazın işgəncələr verilir. Təbrizin mərkəzi zindanında saxlanılan ustad Həsən Dəmirçinin ailə üzvləri ilə görüşünə də imkan verilmir. Ağır şəraitdə saxlanılan, yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən ustadın müxtəlif ruhi təzyiq və təhqirlərə məruz qaldığı bildirilir. |
2014-03-06 | 10,913 | Qafqaz şeyxi ziyafət verdi | Bütün Qafqazin şeyxi Hacı Allahşükür Paşazadə İslam Konfransi Təşkilatının baş katibi İyyad Mədənini iqamətgahında qəbul edib. İslam Əməkdaşliq Təşkilati ilə fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayan Bütün Qafqazin şeyxi son illər münasibətlərin daha da sıx olmasından məmnunluq duyduğunu bildirib. Görüş qonağın şərəfinə təşkil olunmuş ziyafətlə davam edib ("Publika.az"). |
2014-03-06 | 10,914 | Timoşenko Putinə gözdağı verdi | Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Krımdakı böhranla əlaqədar dünyaya səslənib. "Axar.az" xəbər verir ki, sabiq nazir diplomatik yolların artıq işə yaramadığını və fərqli müzakirə yollarından istifadə edilməsinin vacibliyini qeyd edib. Timoşenko Putinin Krımda savaşa başlayarsa ukraynalıların sonuna kimi vuruşacağını, dünyanın səssiz qalacağı təqdirdə isə bunun günahkarının dünya ölkələrinin olacağını deyib. Putinin bölgədə liderliyi ilə bağlı danışan Timoşenko, "Gerçək bir lider bölgəyə sülhü təlqin etməli, xalqlar arasında dostluğu yaratmalıdır. Putin isə liderliyini itirir", - deyib. |
2014-03-06 | 10,915 | Ədalətsiz qərar verən hakim yoxa çıxdı | Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonu mühakimə etmiş hakim Rodion Kiriyev yoxa çıxıb. "Axar.az"ın məlumatına görə, Timoşenko azadlığa çıxandan sonra Kiriyev məhkəmə proseslərinə gəlmir. Bildirilir ki, onun fevralın 25-də 10 yaxın məhkəmə işi olsa da, qalmaqallı hakimi məhkəmə zalında və kabinetində görən olmayıb. Onun köməkçisi jurnalistlərə, "Kiriyev yoxdur, məzuniyyətdədir" - deyə açıqlama verməklə kifayətlənib. Bu arada Timoşenkonun vəkilləri hakimin ədalətsiz mövqeyinə görə ona qarşı iddia müraciətinə hazırlaşırlar. Xatırladaq ki, Rodion Kiriyev 2011-ci ildə Yulya Timoşenkoya qarşı 7 il həbs cəzası kəsmişdi. |
2014-03-06 | 10,916 | Leyla Əliyeva Moskva Elmi Təcrübə Mərkəzində - Foto | Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub. "Axar.az" AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılayıb. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi vardır. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər. Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanılıb. Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunub. Onlar qeyd etmişlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil alıblar. Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, bizim mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən "Diabet xəstəsi olan uşaqlara daha çox qayğı" proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub. Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət texnikası bağışlayır. |
2014-03-07 | 10,917 | ABŞ Polşada hərbi təlimlərə başlayır - Video | ABŞ Polşada hərbi təlimlər keçirəcək. "Axar.az" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Polşanın coğrafi cəhətdən Rusiyaya yaxın ərazidə yerləşməsi iki ölkə arasında gərginliyi daha da artıracağı gözlənilir. ABŞ-ın F-16 hərbi təyyarələri və 300 amerikalı əsgər təlimdə iştirak edəcək. Hərbi ekspertlər ABŞ-ın Polşada hərbi təlimlərə başlamasını iki nəhəng ölkə arasında müharibənin başlaya biləcəyi ehtimalını irəli sürürlər. |
2014-03-06 | 10,918 | Meteoritin düşmə anı görüntüləndi – Video | Bu gün səhər saatlarında Rusiyanın Yakutiya ərazisinin Vilyusk ərazisinə göy cismi düşüb. "Axar.az"ın məlumatına görə, naməlum obyekt təhlükəzislik kameralarında qeydə alınıb və hazırda məsələ mütəxəssisslər tərəfindən incələnməkdədir. Yerli sakinlər isə təşviş içindədir və onlar Rusiya Prezidenti Vladimir Putinə müraciət etməyə hazırlaşırlar. Xatırladaq ki, ötən il analoji hal Rusiyanın başqa federal mərkəzində - Çelyabinsk şəhərində də baş vermişdi. İri asteroid şəhər yaxınlığındakı gölə düşmüşdü. |
2014-03-07 | 10,919 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Havanın temperaturunun gecə 5-8, günün birinci yarısında 10-14, axşama doğru 5 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 7-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə və gündüz 3-6 dərəcə isti olacaq, axşam 0 dərəcəyə enəcək. Tibbi-meteoroloji proqnoz martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq. |
2014-03-07 | 10,920 | Baş nazirin tviti lağ obyektinə çevrildi - Foto | İngiltərə Baş naziri David Kameronun sosial şəbəkədə paylaşdığı fotosu polemikaya səbəb olub. "Axar.az" ingilis mətbuatına istinadən xəbər verir ki, David Kameron ABŞ Prezidenti Barak Obama ilə telefon danışığı zamanı çəkilən fotosunu paylaşıb və altında "Barak Obama ilə Ukraynadakı vəziyyəti müzakirə etdik. Rusiyanın səhv addım atması ilə bağlı eyni qərara gəldik!" şərhini yazıb. Bu paylaşımdan sonra Baş nazirə onun yazdıqlarını məsxərəyə qoyacaq bir neçə tvit atılıb. Tvit atanların arasında məşhurlara da rast gəlmək olar. "Star Trek" (Kosmos Yolu) serialında rolu ilə məşhurlaşan aktyor Patrik Stüart bir qutu yaş dəsmalı qulağına tutaraq çəkdirdiyi fotoşəkili paylaşıb və "Mən də indi aranıza qatıldım. Gecikdiyim üçün üzr istəyərəm" şərhini yazıb. Tanınmış komediya aktyoru Rob Delaney isə "Salam millət, mən də indi xəttəyəm. Məni də mövzudan xəbərdar edin" - deyərək diş məcunuyla çəkdirdiyi şəkli paylaşıb. |
2014-03-07 | 10,921 | Sevastopol Rusiyanın tərkibinə qatıldı | Sevastopol Şəhər Şurası bu gün növbədənkənar iclasını çağırıb. "Axar.az" xəbər verir ki, iclas zamanı Sevastopolun Rusiya Federasiyasının tərkibinə qatılması ilə bağlı qərar qəbul edilib. Şuranın qəbul etdiyi 7151 nömrəli qərar Sevastopolun rəsmi saytında yerləşdirilib: "Birinci. Sevastopol Rusiyanın tərkibinə keçir. İkinci. Krım Muxtar Respublikasının qəbul etdiyi referendum qərarını qəbul etmək və martın 16-da keçiriləcək referendumda iştirak etmək". |
2014-03-07 | 10,922 | Goranboyda gips sexi yanır | Bu gün axşam saat 22:00 radələrində Goranboy rayonunun Goran qəsəbəsində gips sexində yanğın başlayıb. "Axar.az" Kəpəz TV-yə istinadən məlumat verir ki, alovu söndürmək üçün Goranboyla yanaşı Yevlax və Bərdə rayonlarından, eləcə də Gəncə şəhərindən yanğınsöndürənlər cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlərə baxmayaraq, hələlik alovu söndürmək mümkün olmayib. Hazırda bu istiqamətdə iş aparılır. Gips sexinin "Gilan Holdinq" şirkətlər qrupuna məxsus olduğu bildirilir. |
2014-03-07 | 10,923 | Çeçenlərin məşhur “Vostok” batalyonu Krımda - Foto | Çeçenlərdən ibarət "Vostok" batalyonu Krım ərazısınə gətirilib. "Axar.az" xəbər verir ki, Ukrayna hərbi qüvvələrinin Baş Qərargahı çeçen batalyonunun Djankoe məntəqəsinə yerləşdirildiyi barədə açıqlama verib. Məsələ ilə əlaqədar Ukraynanın müvafiq qurumu Rusiya tərəfinə etiraz bəyanatı göndərərək, bunu razılaşdırılan müqavilələrə zidd addım sayıb. Qeyd edilib ki, sözügedən batalyon Rusiyanın Qara Dənizdəki donanmasının tərkibinə daxil deyil. Bu üzdən onların Krım ərazisinə dislokasiyası beynəlxalq normalara ziddir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirlyinin tabeliyində olan və əksəriyyəti çeçenlərdən ibarət "Vostok" batalyonuna 2008-ci ilə qədər Rusiya Qəhrəmanı Sulim Yamadayev rəhbərlik edib. Batalyon Çeçenistanın cənubunda mücahidlərə qarşı ölüm-dirim savaşı aparıb. Qeyd edək ki, sözügedən bölmə həm də Rusiya kəşfiyyatının ən öndə gedən batalyonlarından biridir. Bu üzdən oradakı rus hərbçilərin əksəriyyəti "QRU"nun (Hərbi əks-kəşfiyyat) üzvləridir. |
2014-03-07 | 10,924 | Krımın birləşmə qərarı Rusiya birjalarını çökdürdü | Ukraynadakı hadisələr Rusiyanın təkcə beynəlxalq imicinə yox, həm də birbaşa maliyyə bazarına zərbə vurdu. Təkcə martın 3-də Rusiya ilə Ukrayna arasındakı münasibətin hərbi rejimə keçməsi hər iki ölkənin maliyyə bazarını iflic etdi. Rusiyanın ən önəmli biznesmenləri hər gün birjalarda itkilərlə üzləşirlər. "Blumberq" şirkəti rus qoşunlarının Krıma daxil olduğu gün rus və ukraynalı milyarderlərin 13 milyard dollar itirdiklərini bildirib. Onların arasında "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov da var. Onun bir gecədə itkisi təxminən 1 milyard dollar olub. "Fitç" beynəlxalq maliyyə agentliyi Ukraynadakı böhranın Rusiya iqtisadiyyatı üçün ciddi risqlər yaratdığını bildirib. Artıq bu böhran rublun öz qüvvəsini itirməsinə və risqin artan xətlə davam etməsinə gətirib çıxarır. Agentlik böhranın ciddi şəkildə davam etməsinə baxmayaraq, Rusiyanın hələ ki, kredit profilini güclü şəkildə qoruduğunu da qeyd edib. Amma agentlik bunun uzun müddət davam etməyəcəyini bildirib. Rusiyanın bu vəziyyəti beynəlxalq şirkətlərə də təsirsiz ötüşməyib. BP neft şirkəti təkcə bir gündə 1 milyard dollar itirib. Rus maliyyə bazarı üçün ən faciəli gün isə martın 6-sı olub. Krım parlamentinin Rusiyaya birləşdirilməsi qərarını verməsindən sonra rus birjalarında qiymətlər 3 faiz azalıb. Bu rəqəm Rusiya maliyyə bazarı üçün əsl faciə deməkdir. Digər tərəfdən isə ABŞ və Avropa Birliyi Kremli Ukraynadan çəkilməyəcəyi təqdirdə iqtisadi sanksiyalar tətbiq etməklə hədələyirlər. Artıq sanksiyaların bəzilərinin tətbiqinə start verilib. Bunun Rusiya üçün heç də yaxşı nəticələr verməyəcəyi şübhə doğurmur. Dünən isə Rusiya rəhbərliyi qoşunlarının Krımda yaya qədər qalacaqlarını bəyan edib. |
2014-03-07 | 10,925 | “Qurdlar Vadisi” tanınmış aktyoru heyətinə qatdı | Türkiyədə və xarici ölkələrdə ən çox izlənilən seriallardan olan "Qurdlar Vadisi Pusu" daha bir tanınmış aktyoru heyətinə qatır. "Axar.az" xəbər verir ki, ifa etdiyi rollarla kifayət qədər uğur qazanan Şəmsi İnkaya serialın bu axşam yayımlanacaq bölümündə yer alıb. Serialın bu gün yayımlanacaq 217-ci seriyasında Şəmsi İnkaya "Vahab Quzuzadə" rolu ilə tamaşaçıların görüşünə gəlib. |
2014-03-07 | 10,926 | Kobranı şilləylə vuran qorxmaz adam - Video | Onlarla ilanın arasına girən adam ona baxan kobranı şillə ilə tərbiyə edir. Türkiyə mətbuatında yer alan video böyük marağa səbəb olub. Videoda Uzaq Şərq ölkəsində gürzəni şillə ilə vuran adamın ilanlarla rəftarı əks olunub. Gürzəni əlinin tərsiylə şillələyən adamın hərəkətləri olduqca tükürpədicidir. "Axar.az" videonu təqdim edir. |
2014-03-07 | 10,927 | Abbas Bağırovdan yeni klip – “Gəl” | Əməkdar artist Abbas Bağırov dinləyicilərinə yeni mahnı təqdim edib. "Axar.az"a bu haqda müğənni özü danışıb. O, bildirib ki, mahnının klipi də yaxın vaxtlarda hazır olacaq. ""Gəl" adlı yeni mahnımın sözləri Rəşad Dağlıya, musiqisi isə Nazim Məmmədova məxsusdur. İnşallah, yaxın gələcəkdə bu mahnıya klip çəkdirmək fikrim var. Üzümüzə gələn aylarda isə yeni mahnı ilə dinləyicilərimi sevindirəcəm". Qeyd edək ki, müğənninin yeni təqdim etdiyi "Gəl" adlı mahnını Canər Təpəcik aranjiman edib. Mahnı Abbas Bağırovun yeni albomunda yer alacaq. |
2014-03-07 | 10,928 | ABŞ qırıcı təyyarələrini Litvaya göndərdi - Video | Rusiyanın Krıma hücumundan sonra NATO Baltikyanı ərazilərdə hava hərbi qüvvələrinin missiyasını genişləndirir. "Axar.az"ın Belarus mediasına istinadən məlumatına görə, bu gün Litvanın Zoknyay məntəqəsinə daha 6 ədəd F-15 qırıcı təyyarələri yerləşdirib. Xatırladaq ki, Estoniya, Litva və Latviya NATO-ya daxil olsalar da, bu tip döyüş təyyarələrinə malik deyillər. Beynəlxalq razılaşma əsasında bu ölkələrin hava məkanları Alyans tərəfindən mühafizə olunur. Üzv ölkələr bunu növbəliklə edirlər. Cari ilin yanvarından may ayına qədər müddətə bu funksiya ABŞ pilotlarına həvalə olunub. |
2014-03-07 | 10,929 | BMT TŞ da Krımdakı referendumu qanunsuz adlandırdı | BMT Təhlükəsizlik Şurasında Krımın statusu ilə bağlı referendum qeyri-legitim adlandırılıb. "Ukraynada situasiya pisləşməkdədir, çünki təyin edilən referendum qanunsuzdur. Yalnız bütün Ukrayna ərazisi üzrə referendum legitim hesab ediləcək", - deyə BMT nümayəndəsi bildirib. Xatırladaq ki, az öncə ABŞ, Kanada və Avropa Birliyi də analoji mövqe sərgiləmişdi. Krımın Ukraynadan qopardılmasına hesablanan referendum martın 16-a təyin edilib ("Musavat.com"). |
2014-03-07 | 10,930 | 4 yaşlı dirijor qız hər kəsi heyrətə saldı – Video | 4 yaşlı qızcığaz dirijorluq edir. "Axar.az" xəbər verir ki, feysbuk sosial şəbəkəsində paylaşılan bir videoda xanımlar xorla oxuduğu zaman bir balaca qız dirijorlara xas əl hərəkətləri ilə musiqinin ritminə uymağa çalışıb. Həvəskar kamera tərəfindən çəkilən videonu təqdim edirik: |
2014-03-07 | 10,931 | Avropa qadınının zor altında keçən həyatı – Araşdırma | Yaşından, kültür və təhsil səviyyəsindən, həyat tərzinin etnik və ya dini mənşəyindən, iqtisadi və sosial durumundan asılı olmayaraq hər bir qadın zor obyekti ola bilər. Zorun "tipik" qurbanı yoxdur. Qadının zor qurbanı olma təhlükəsi ən çox ər-arvad münasibətləri sahəsində baş verir. Qadınlar çox vaxt naməlum kişi tərəfindən zor törətmə hərəkətlərindən qorxsalar da, araşdırmalar göstərir ki, qadın döyülməsi, zorlanması və ya başqa güc tətbiqi əslində əksər hallarda qadının öz evində baş verir. Zor işlətmə nəticəsində qadınlar ən çox ziyanı məhz yaxın münasibətdə olduğu şəxs tərəfindən görür. Yaxın münasibətlər zəminində baş verən zor qadın və onun uşaqlarının sağlamlığına və həyat keyfiyyətinə pis təsir göstərən ciddi ictimai problemdir. Finlandiyada aparılan "İnam, ümid, aldanma" başlıqlı araşdırma əsasında məlüm olub ki, ər-arvad və digər yaxın münasibətlər sahəsində qadına qarşı zor çox geniş yayılmış bir haldır. Zor hərəkətlərin əksəriyyəti — tərəf müqabilinə, qadına əl qaldırma, onu döymədir. Araşdırmalar göstərir ki, zor problemi qadının şəxsi keyfiyyətləri ilə yox, erkəyin qadın üzərində hakimiyət və kontrol etmə istəkləri ilə bağlıdır. Ər-arvad münasibətində nəzarət növləri İqtisadi zor Qadının işə və ya kursa getməsinə əngəl törətmə. Təsərrüfat ehtiyacları üçün qadının ərindən pul istəməsi. Maddi asılılıq yaratma. Psixi zor Qadının vicdan əzabı çəkməsinə nail olma. Təhqir və aşağılamalar. Qadına onun psixikasının qeyri-sabitliyini təlqin etmə. Erkək tərəfindən psixoloji oyun oynanılaraq isti münasibətləri vaxtaşırı zora dəyişmə. Zorun törədilmə səbəblərini qadın üstünə atma halları. Qorxutma Qadını daima qorxu içində saxlamaq üçün jest, mimika, qışqırıq, eləcə də şəxsi əşyaların məhv edilməsi vasitəsi ilə narazılıq bildirmə. Azadlığın məhdudlaşdırılması Qadının həyatına nəzarət etmə: kim ilə görüşür, söhbət edir, hara və nə vaxt gedir. Hakimiyət münasibətlərinin istifadəsi Qadınla qulluqçu kimi davranma. Bütün "önəmli" məsələlərin həllini öz üzərinə götürmə. Evdə özünü ağa kimi aparma. Seksual zor Qadın iradəsi, istəyi nəzərə alınmadan seksual hərəkətlərə məcbur edilmə. Qadın bədəninin intim hissələrinin fiziki zora məruz qalması. Kişinin qadına seksual obyekt kimi yanaşması. Hədə-qorxular Qadını psixi travma ilə hədələmə. Uşaqlarından ayırmaqla hədələmə. Qadının əri ilə münasibətlərini kəsmək cəhdlərinə qarşı kişinin intihar edəcəyi ilə hədələməsi. Qadının pis ana olması haqda rəsmi idarələrə xəbər verəcəyi ilə hədələmə. Uşaqları zor aləti qismində istifadə etmə Qadında günahkar olma hisslərini oyatmaq üçün uşaqları istifadə etmə. Uşaqları vasitəçi kimi istifadə etmə. Uşaqlarla görüş hüququnu zor hədələri üçün istifadə etmə. Statistik məlumat: 15 yaşına çatmış fin qadınlarının 40%-i kişi tərəfindən fiziki, seksual zor və ya zor işlətmə hədəsinin qurbanı olur. 15 yaşından sonra 52% qadın zorla seksual ilişki obyektinə çevrilir. 15 yaşa qədər 28% qadın seksual xarakterli zor, hədə və məcbur edilmə hallarıyla rastlaşır. 50% qadın keçmiş sevgilisi və ya əri tərəfindən zor və ya zor hədəsindən əziyyət çəkir. Müştərək yaşayış zamanı zor işlədən kişilərdən 36% boşanmadan sonra da zor tətbiqinə davam edir. Fiziki və seksual zor obyekti olan Finlandiya qadınlarının 22% rəsmən nikahda olan qadınların payına düşür. İl ərzində 112 000 fin qadını əri tərəfindən müxtəlif zora məruz qalır. Onlardan 90 000 döyülür. Finlandiyada orta hesabla 18 yaşdan 74 yaşadək 306 qadın hər gün öz ailəsində fiziki və seksual zorun və ya zor hədəsinin qurbanı olur. Onlardan 246 nəfər gündəlik döyülmələrdən əziyyət çəkir. Finlandiyada hər 6 dəqiqədə bir qadın əri və ya birgə yaşadığı kişi tərəfindən döyülür. Finlandiyada həftəaşırı 1 qadın yaxın münasibətdə olduğu adam tərəfindən zor işlətmə nəticəsində ölür. Avropada qadın haqları |
2014-03-07 | 10,932 | 800 funta bir kökə | Britaniyanın Mançester şəhərindən olan aşbaz Metyu Dauns dünyanın ən bahalı kökəsini bişirib. Bu kökənin dəyəri 800 funt-sterlinqdir. Kökənin tərkibi un, yumurta, süd və duzdan ibarətdir. Daha sonra kökəyə trüfel, beluqa kürüsü, omar, lanqustin və midiyalar əlavə edilib. Bu kökəni yemək istəyənlər onunla birlikdə 3 müxtəlif sous da almalıdırlar. M. Dauns bildirib ki, kökəni onun işlədiyi restoranda sifariş vermək olar. |
2014-03-07 | 10,933 | Azərbaycan reperləri bir araya gəlir | Martın 22-si "The Public" klubunda "RAPublic" adli rep-parti təşkil olunacaq. Bu haqda "Axar.az"a reper Ramil Nabran danışıb. Ramil Nabran bildirib ki, partinin açılışını artıq bu sahədə öz sözünü demiş "Crazy eyes crew" qrupu edəcək: "Mən də bu gecədə iştirak edəcəm və inanıram ki, repsevərlər bu gecə bizlərlə olacaq". Bundan əlavə partidə X-pert, Paster aka Nifrət, Dado, Qəza Boss, Mak, Richi Dauf, HvS və Fərhad Xələf kimi reperlər iştirak edəcək. |
2014-03-07 | 10,934 | Gənc qız metroda soyundu - Video | Çində gənc bir qız metro qatarında soyunaraq əynini dəyişib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, çinli qızın metroda soyunmasını sosioloqlar belə izah edib: "Qadınlar kişilərdən daha praktikdir. Xüsusilə uzaq şərqli qadınlar çevik və elastikliyi ilə seçilirlər. Bunun dəlili isə Çində bir metro qatarında reallaşan olaydır". Videonu təqdim edirik. |
2014-03-07 | 10,935 | Uzun yaşamağın sirrini açdı | Dünyanın ən yaşlı qadını Misao Okava uzun ömrünü yemək yeməyə və çox yatmağa borclu olduğunu söylədi. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, dünyanın ən yaşlı qadını Misao Okava 116 yaşını qeyd edib. İngiltərədə bir qəzetə müsahibə verən Okava, "Yeyin, yatın və çox yaşayın" deyib. Okavanın 18 yaşlı nəticəsi Tomohito Okada nənəsinin ayda ən azı 1 dəfə suşi yediyini söyləyib. 1898-ci ildə doğulan Okavadan həyatda ən xoşbəxt və ən kədərli anları soruşulub. 1919-cu ildə ailə quran və üç uşağının olması onun ən xoşbəxt anı olub. 1931-ci ildə həyat yoldaşını itirməsini isə ən kədərli an sayıb. |
2014-03-07 | 10,936 | Lift nəzarətçisi otağı yandı | Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan lift nəzarətçisi otağının giriş qapısı və içərisində 1 ədəd divan yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. |
2014-03-07 | 10,937 | Suriyada son vəziyyət – Video | Suriyanın Kalamun bölgəsində müxaliflərin 23 gündür rejim qüvvələri və şiə döyüşçülərinə qarşı ağır silahlarla təşkil etdiyi hücumlarda çoxlu rejim və şiə döyüşçülərinin öldürüldüyü açıqlanıb. "Axar.az" Suriya xəbər saytlarına istinadən xəbər verir ki, Kalamun Koordinasiya Komitəsi tərəfindən verilən açıqlamada müxaliflərin Yabrudun şərqindəki Rima bölgəsində rejim qüvvələri və şiə döyüşçülərə qarşı təşkil etdikləri hücumlarda rejimin bir çox ağır silahlarını korladığı bildirilib. Müxaliflər hökumət və Şiə İraq – Hizbullah döyüşçülərinin sıx olduğu bölgələrdə təşkil etdikləri hücumlarda bir neçə əsgərin öldürüldüyünü də açıqlayıb. |
2014-03-07 | 10,938 | Obama Ərdoğana: Mesaj alındı | Baş nazir R.T.Ərdoğan Türkiyə televiziyalarından birinin gündəmlə bağlı suallarını cavablandırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlama verərkən Obama ilə danışıqlarından da bəhs edib. Ərdoğan Obama ilə telefon danışıqlarından bəhs edərək Fətullah Gülən haqqında ondan istədiklərini deyib: "Mən hörmətli ABŞ prezidenti Obama ilə bu mövzunu müzakirə elədim, ona görə də ümidliyəm. Ölkəmdəki narahatlığın qaynağı oradadır və sizdən lazım olanı gözləyirəm, dedim. Amerikanın daxili təhlükəsizliyini təhdid edənləri məndən necə istəyirsinizsə mən də sizdən bu mövzuda kömək istəyirəm, dedim və o da bunu müsbət qarşıladı. Mesaj alındı, dedi". |
2014-03-07 | 10,939 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə iştirak edir | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-03-07 | 10,940 | Cənubi Afrika TV-ləri "Azerspace"lə sınaq yayımına başladı | Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peyki vasitəsilə Cənubi Afrika telekanallarınının sınaq yayımına başlanılıb. Bunu telekommunikasiya bazarındakı mənbə deyib. Hazırda Azərbaycan peyki vasitəsilə Cənubi Afrikanın "Fox Entertainment" və "FX Africa" telekanallarının sınaq yayımına start verilib. "Azerspace/Africasat-1a" peykinin köməyi ilə təqribən 80 televiziya və radiokanal yayımlanır ( Trend ). |
2014-03-07 | 10,941 | Beş rayonumuz atəşə tutulub | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-07 | 10,942 | Bakı-Şamaxı yolu bağlandı – Fotolar | Bu gün səhər Bakı-Şamaxı yolu bağlanıb. "Axar.az" xəbər verir ki, Bakı-Şamaxı yolunun Yuxarı Sulutəpə adlanan ərazidən keçən hissəsində yol bağlandığı üçün dəhşətli tıxac yaranıb. Qəza olduğu deyilsə də qəzanın harada və necə baş verməsi haqqında rəsmi saytlarda heç bir məlumat yoxdur. Sumqayıt-Bakı istiqamətində çoxlu polislər dayanıb. Mövzunu gündəmdə saxlayacağıq. |
2014-03-07 | 10,943 | Sabunçuda naməlum kişi meyiti tapılıdı | Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində kişi meyiti tapılıb. Sabunçu rayon Polis İdarəsi 15-ci polis öblməsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, 1 may küçəsində baş verib. Tapılan meyit təxmini 30-35 yaşlarında kişidir. Meyitin üzərində zorakılıq əlamətləi müşahid olunmur. Hazırda meyidin kimliyi araşdırılır. Faktla bağlı araşdırma qrupu yaradılıb (ANS). |
2014-03-07 | 10,944 | Deputat oğlunun cinayəti ört-basdır edildi, yoxsa... | Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deputat Ayaz Orucovun oğlunun 4 ay öncə bir maşına atəş açması ilə bağlı iddianın təkzib olunması və bunun adi "gənc oğlanların şıltaqlığı" kimi qeydə alındığını bildirməsi qarşı tərəfi növbəti dəfə dinləmək zərurəti yaratdı. Əslində, iddia edilən cinayət faktı ilə əlaqədar suallar çoxdur. Əvvəla, niyə iddiaçı tərəf hadisənin üstündən 4 ay ötəndən sonra məsələni ictimailəşdirməyə qərar verir? İkincisi, maşınına güllə atıldığı deyilən Ramilə Süleymanovanın iddiaçılar sırasında olmaması, "pulunu alıb, iddiasından geri çəkilməsi" barədə fikirlər niyə araşdırılmır? Üçüncüsü, niyə bu məsələ ictimailəşəndə "102" qaynar xəttinə edilən müraciət əsasında hadisə yerinə gəldiyi bildirilən Binəqədi RPİ-nin 7-ci və Nəsimi RPİ-nin 19-cu polis bölmələri ümumiyyətlə hadisədən xəbərsiz olduqlarını bildirdilər? Və nəhayət, niyə DİN mətbuat xidməti bu barədə açıqlama vermədən, Baş Prokurorluqla əlaqə saxlamağı məsləhət görsə də, sonradan açıqlama yaydı? Deputat oğluna qarşı iddia və hadisə Zərərçəkən olduğunu bildirən Aynurə Cəfərova iddia edir ki, deputat Ayaz Orucovun oğlu "Mersedes Qalenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı şəxsi maşınından Ramilə Süleymanovanın idarə etdiyi "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu və Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşları gəlib, araşdırma başlanılıb. Amma istintaq cinayət işinin açılmasından imtina edib. Polis bölmələri niyə faktı gizlətdi? Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən sahə rəisi Əzənqulu Ağayev "Axar.az"a açıqlamasında bu haqda məlumatının olmadığını söyləmişdi. Polis bölməsinin növbətçi hissəsindən isə ümumiyyətlə bu barədə polis bölməsinə heç bir şikayət ərizəsi daxil olmadığını bildirmişdilər. Zərərçəkən tərəfin adını hallandırdığı digər - Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən də bu haqda məlumatsız olduqlarını demişdilər. DİN Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə də məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etməyimizi məsləhət bildirmişdi. O. Mansurzadə şikayət barədə nazirliyə konkret olaraq məlumat daxil olub-olmaması haqda açıqlama verməmişdi: "Gün ərzində DİN-ə yüzlərlə məlumat daxil olur. Şikayət edən və qarşı tərəf də bu barədə açıqlama verib. Əgər zərərçəkən Baş Prokurorluğa müraciət edibsə, onların özü ilə əlaqə saxlayın". Amma bu açıqlamadan sonra DİN məlumat yaydı və faktın araşdırıldığı, lakin atışma ilə bağlı iddiaların isə təsdiqlənməməsi səbəbindən cinayət işinin açılmadığını bildirdi. DİN açıqlamasındakı məqam DİN mətbuat xidmətinin APA-ya verdiyi açıqlamada qeyd olunur ki, həqiqətən hadisədə adıçəkilən "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: "Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə "Mersedes Qalenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı". Bu faktı Binəqədi polisi mediaya ilk gündəcə açıqlaya bilməzdimi? DİN mətbuat xidməti 10 günə yaxındır mediada hallandırılan bu məsələ barədə niyə məlumatsız olduğu açıqlamasını vermişdi? "Tanış olmaq" maddəsi Deputat oğlunun "tanış olmaq istəyi" qarşı tərəfin polisə müraciəti səviyyəsinə qədər böyüyürsə, onda polis gecə yarı onlarla tanış olmaq istəməyən və hətta polisi yardıma çağıran gənclərlə bağlı hansı inzibati tədbirlər görüb? Yoxsa Azərbaycanda "tanış olmaq" maddəsi də var və bu maddənin tətbiqi ilə gənc oğlanların gənc xanımlara qarşı psixoloji təzyiqi onu bütün məsuliyyətdən azad edir? İddiaçı tərəf öz iddiasında qalır Aynurə Cəfərovanın atası Novruz Cəfərov "Axar.az"a açıqlamasında "Musavat.com"a dediklərini növbəti dəfə təsdiqlədi. Şikayətçinin sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəlib sorğu-sual ediblər. Amma cinayət işi açılmayıb: "Əgər bu qudurğanlığı kimin etdiyi məlum olmasaydı, fikirləşərdim ki, araşdırma aparılır. Ancaq hər şey məlumdur. Qızımın olduğu maşını idarə edən xanıma pul təklif ediblər, o da pulu alıb susub. Ancaq mən nə vaxta qədər susmalıyam? Mən susduqca, hadisəni belə ört-basdır edəcəklər". N.Cəfərov dedi ki, hadisə ört-basdır edilir: "Polis özü belə bir hadisəni araşdırmaqda maraqlı olmalıdır. Mən qapı-qapı düşüb yalvarmalıyam ki, cinayət işi açılsın? Niyə ört-basdır edirlər ki? Bakının mərkəzində kimsə qudurğanlığından birinə atəş açacaq, polis də bunun üstündən keçəcək?" A.Cəfərovanın atası deputatın bu işə laqeyd qalmasından da şikayətləndi: "Mən onlara yox, onlar mənə müraciət etməlidir. Bu qudurğanlığı mənim övladım etməyib, Ayaz Orucovun oğlu edib. Mən onun qapısına düşməli deyiləm ki, onlar mənim qapıma düşməli, üzr istəməlidirlər. Mən namuslu, qeyrətli insanam. Ailəmdə də belə qudurğanlıq edən insan ola bilməz. Bu qudurğanlığın nəticəsində mənim qızım ölə bilərdi. Qızımın yerinə başqa bir xanım da ola bilərdi. Onda nə olacaqdı? Onda da belə həll edəcəkdilər məsələni? Kimin əlində pul varsa, etdiyi hər çirkinliyi ört-basdır etməlidilər?" Deputatın açıqlaması və... Hələ bir neçə gün öncə mediaya açıqlamasında deputat A.Orucov bildirmişdi ki, oğlunun Bakıda maşın güllələməsi haqda yayılan xəbərlər tamamilə əsassızdır: "Mənim oğlumda tapança hardandı? O, hansı maşındı güllələnib? Nömrəsi hanı? Maşını güllələnən kimdi? Heç biri yoxdu. Mənim oğlumda 30 min hardandı konpensasiya verə, söhbəti bağlaya? Mənim oğlumun belə işlərlə işi yoxdu. Biz dövlətimizə, dövlətçiliyə xidmət edən insanlarıq. Belə məlumatlar mənim və oğlum haqda yazılan uydurma xəbərlərdi". Ancaq iddiaçı, maşın markası ortaya çıxandan, hadisə təfərrüatı ilə açıqlanandan və DİN rəsmi məlumat verəndən sonra millət vəkili A.Orucov nədənsə inadlı müraciətlərə heç bir cavab vermədən susur. Təsadüfi deyil ki, bütün bu susqunluqlar və bir-birini təkzibləmələr səbəbindən iddiaçı tərəfin kompensasiya ala bilmədiyi üçün indi səsini qaldırdığı, polisin isə hansısa səbəbdən bu işi artıq bağladığı barədə şübhələr mediada dolaşmaqdadır. |
2014-03-07 | 10,945 | Türkiyəyə məxsus təyyarə alışdı | Türkiyənin "Onur Air" aviaşirkətinə məxsus, İstanbul-Trabzon reysi ilə hərəkət edən təyyarə yerə enərkən mühərriki alışıb. Məlumata görə, buna baxmayaraq, təyyarə fəsadsız yerə enə bilib. Alışmanın səbəbləri araşdırılır. ( Trend ). |
2014-03-07 | 10,946 | Azərbaycanlı polkovnik çeçenlərin qərargah rəisi təyin olundu | İsa Sadıqov "Cövhər Dudayev" batalyonunun qərargah rəisi təyin olunub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı çeçen mücahidlərinə yaxın olan saytlar yayıb. İsa Sadıqovu bu vəzifəyə "Cövhər Dudayev" sülhməramlı dəstəsinin rəhbəri olan briqada generalı İsa Munayev təyin edib. Çeçen mücahidləri artıq ruslara qarşı Ukraynada mübarizə aparmaq üçün batalyonun fəal şəkildə əməliyyatlara hazırlaşdıqlarını söyləyiblər. Qeyd edək ki, "Cövhər Dudayev" sülhməramlı dəstəsi çeçen briqada generalı İsa Munayevin rəhbərliyi ilə yaradılıb. Artıq dəstənin tərkibinə 10-dan çox ölkədən müraciətlər daxil olub. |
2014-03-07 | 10,947 | Yanukoviçin infarkt keçirdiyi təsdiqləndi - Video | Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç infarkt keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. "Moskovskiy komsolets" qəzetinin yazdığına görə, hazırda Yanukoviç Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir. Lakin rəsmi məlumat hələlik verilmir. Xatırladaq ki, Yanukoviçin infarkt keçirdiyi, hətta öldüyü barədə ilk xəbər martın 3-də yayılıb. Həmin gün mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin isə xəbəri təkzib etmiş, Yanukoviçi sağ-salamat gördüyünü, onun Rostovda olduğunu demişdi. Ancaq sonradan Yanukoviçin insanların qarşısında ürəyini tutub yerə yıxıldığını əks etdirən videokadrlar yayıldı. Ukraynanın eks-prezidenti Yanukoviçin 64 yaşı var və o, fevralın 21-də vəzifəsindən qovulub. |
2014-03-07 | 10,948 | Yevlaxda ağır yol qəzası baş verib - Foto | Yevlaxda baş verən yol qəzasında bir nəfər ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 1983-cü il təvəllüdlü Xəqani Məmməd oğlu Abdullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə 1986-cı il təvəllüdlü Ceyhun Zöhrab oğlu Kərimovun idarə etdiyi "VAZ 21-06" markalı avtomobil toqquşub. Qəza nəticəsində C. Kərimov hadisə yerində ölüb. |
2014-03-07 | 10,949 | Türkmənistandan nümunə götürməliyik - Rəy | "Hesab edirəm ki, Azərbaycan Türkmənistandan nümunə götürməlidir". Bunu "Axar.az"ın Türkmənistanın Avro-5 standartı ilə bağlı sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi: "Bilirsiniz, biz əsasən nefti xammal kimi ixrac edirik. Məncə, Türkmənistanın qəbul etdiyi bu qərar çox düzgündür. Çünki nefti son məhsul halına salıb satmaq daha sərfəlidir. Bu üsul daha çox gəlir gətirir. Digər məsələ isə neftimizin hasilatının azalması ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycan Türkmənistandan nümunə götürməlidir və nefti xammal kimi deyil, son məhsula keçirməklə satmağı düşünməlidir. Bu həm də daxili bazar üçün çox əhəmiyyətlidir". Azərbaycan cəmi 286 ton benzin ixrac edib İqtisadçı İlham Şaban isə hesab edir ki, Azərbaycanla Türkmənistan arasında fərqlər çoxdur: "Türkmənistanın Türkmənbaşı neft emalı kompleksi müasir bir kompleksdir və hazırda 3-cü modernləşmə mərhələsini keçir. Çox güman ki, bu ilin sonu, 2015-ci ilin əvvəllərində həmin mərhələ yekunlaşacaq. İşlər Cənubi Koreya və Malayziya şirkətləri tərəfindən həyata keçirilir. Proses bitdikdən sonra isə Avro-5 standartlarına uyğun yanacaq istehsal ediləcək. Amma bu Azərbaycanın neftinin dünya bazarına çıxarılmasına təsir göstərə bilməz. Birincisi ona görə ki, biz xam neft ixrac edirik, onların istehsal edəcəyi isə son məhsul olan dizeldir. Digər məsələ isə ölkələrimiz arasında fərqlə bağılıdır. Türkmənistanda avtomobil bizdəki qədər çox deyil. Azərbaycanda işlər daha çox daxili bazarın tələbatımı ödəmək üçün görülür. Amma Türkmənistanda istehsal edilən yanacağın bir qismi daxili bazara, digər hissəsi isə xarici bazara yönəldilir". Ekspert ARDNŞ-nin çox kiçik miqdarda dizel yanacağı ixrac etdiyini də qeyd etdi: "Hazırda Azərbaycan çox kiçik miqdarda dizel yanacağı ixrac edir. Bu, çox cüzi rəqəmdir. Dövlət Neft Şirkətinin fevral ayı üçün verdiyi rəqəmlərə görə, bu il cəmi 286 ton benzin ixrac edilib. Bu, təxminən 60 tonluq 6 sistern benzin deməkdir. Məncə, biz bir qonşu dövlət olaraq Türkmənistanın bu addımından bəhrələnə bilərik. Gələcəkdə 95 standartlı benzin idxal etmək imkanlarımız da böyükdür". Qeyd edək ki, Türkmənistan gələn ildən Türkmənbaşı neft emalı kompleksi vasitəsi ilə Avro-5 standartına uyğun dizel istehsal etməyi planlaşdırır. İstehsal ediləcək dizel yanacağının həcmi ildə 2,5 milyon ton olacaq. Bundan əlavə burda ildə 1,7 milyon ton benzin istehsalı ehtimalı da var. |
2014-03-07 | 10,950 | Azərbaycandan Gülən hərəkatına verilən xərac açıqlandı | 156 ölkədə məktəblərə "himmət" (yardım – red.) adı altında xərac toplayan fətullahçılar həmin ölkədə biznes quran türkiyəli iş adamlarından zorla pul toplayırlar. Yardımdan imtina edən biznesmenləri isə şantaj edərək, işlərinə ciddi zərər vururlar. Bu yolla hərəkat üç ildə 750 milyon dollar xərac yığıb. Fətullah Gülənin özünün ABŞ-dakı illik xərci isə 3 milyon dollardır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gülənçilər biznes təşkilatları və şəhər axundları vasitəsi ilə xaricdə biznes qurmaq üçün onlara müraciət edən biznesmenlərdən ömürlük xərac alırlar. Vasitəçilik rüsumu Fətullahçılar olduqları ölkələrdə sadəcə təhsil xidməti ilə kifayətlənmir, inşaat, enerji, PR, istehsal, vasitəçilik, turizm və media işləri ilə fə məşğul olurlar. Hərəkat xaricdə kapital qoymaq istəyən biznesmenlərin Afrika, Orta Asiya, Yaxın Şərq və Cənubi Amerikaya getməsinə yardım edir. Ancaq bunu ödənişsiz etmir. Yardım adı altında rüsum alan gülənçilər biznesmenlərdən 2011-ci ildə 223 milyon, 2012-ci ildə 247 milyon, 2013-cü ildə isə 281 milyon dollar pul yığıblar. Gülənçilərin Azərbaycandakı biznesmenlərdən 19 milyon 121 min dollar aldığı da bildirilib. |
2014-03-07 | 10,951 | Ərdoğan Gülənin Azərbaycandakı məktəblərini də bağlatdırır | Baş nazir: "Bu barədə mənə söhbətləşmələrdən sonra məlumat verdilər" Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülənin Azərbaycandakı məktəbləri ilə bağlı açıqlama verib. Jurnalistlərin sualını cavablandıran R T Ərdoğan bu barədə ona məlumat verildiyini söyləyib. Baş nazirin sözlərinə görə, bu barədə ona söhbətləşmələrdən sonra məlumat veriblər: "Bu gün mən danışıqlarda iştirak edirdim. Tədbirlər bitəndən sonra Gülənin Azəbaycandakı məktəblərinin əlindən alınması barədə mənə məlumat verdilər. Mən heç nə başa düşə bilmədim. Çünki tələsirdim" (ANS). Daha sonra Ərdoğan Fətullah Gülənin Pakistandakı məktəblərinin də əlindən çıxması xəbərlərinə münasibət bildirib: "Eyni zamanda Pakistanda da belə hadisələr ola bilər. Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşəcəm. Görüşdə bu mövzulardan söhbət açacağıq". |
2014-03-07 | 10,952 | “Biz missionerlərin qarşısını alacağıq” - Yenilənir | 11:19 Bu gün saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası "Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media" mövzusunda konfrans keçirəcək. Bu barədə Mətbuat Şurasından "Axar.az" a məlumat verilib. Məlumatda bildirilir ki, tədbirə bütün KİV dəvətlidir. Qeyd edək ki, son günlər Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı mediada və parlamentdə ciddi müzakirələr gedir. 12:24 Mətbuat Şurasının "Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media" mövzusunda BMM-də təşkil etdiyi konfrans artıq öz işinə başlayıb. Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib və tədbirin zəruriliyindən danışıb. Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbacan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və başqa rəsmi şəxslər iştirak edirlər. 12:42 "İstər QHT olsun, istər media qurumu. Biz çalışmalıyıq ki, dövlətin təhlükəsizliyinə heç bir təhlükə gəlməsin; biz çalışmalıyıq ki, dövlət maraqlarını hər zaman gözləyək". "Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda çıxış edən Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Çıxışına 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə xanımları təbriklə başlayan Ə.Həsənov dini icmaların missionerlik fəaliyyəti ilə bağlı məsələlərin dövlətin nəzarətində olduğunu bildirib: "İnsanların etiqad, din və s. azadlığı Konstitusiyanın müddəaları ilə tənzimlənir. İnsanlar etiqad edə də bilər, etməyə də bilər. Dini etiqad ətrafında kimlərsə birləşə də bilər, birləşməyə də bilər. Missionerlik fəaliyyətindən bu gün mediamızda çox bəhs edilir. Dövlət olaraq biz belə cərəyanları qanuna dəvət etməliyik. Onların fəaliyyəti dövlətin nəzarətindədir". Missionerlik fəaliyyətindən danışan şöbə müdiri bu kimi halların dövlət üçün təhlükəsini qeyd edib: "Azərbaycan dövləti tolerant dövlətdir. Bütün icmalara vəsait ayrılır. Senaqoq, məscid, kilsələrin arasında fərq qoymadan hər birinə yardım edilir. Bəs, missionerlik fəaliyyəti ilə məşğul olanlar kimlərdir? Missionerlik fəaliyyətinin dövlətin içərisinə girdiyi ölkələrə fikir verin. Onlar dövləti öz maraqlarına və istəklərinə uyğunlaşdırmaq istəyirlər. Missionerlik fəaliyyətindən söz gedirsə, həmin adamların fəaliyyəti digər vətəndaşların və icmaların hüquqlarını pozursa, biz bunun qarşısını qanunla alacağıq". |
2014-03-07 | 10,953 | AYB-nin qurultayı yenə təxirə düşdü | Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı yenə dəyişdirilib. Məlumata görə, qurultayın keçirilməsi aprel ayına planlaşdırılıb. Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca açıqlamasında bildirib ki, vaxtın dəyişdirilməsi Novruz bayramı ilə bağlı olub: "Qurultay aprel ayında keçiriləcək. Mart ayı bayramlarla zəngindir. Bayramlarda da hər kəs istirahətdə olur, yəni şəhərdən uzaqlaşırlar. Ona görə belə qərara aldıq ki, qurultayı aprelin ortalarında keçirək". Xatırladaq ki, Yazıçılar Birliyi növbəti qurultayının mart ayının ortalarında keçirəcəyini açıqlamışdı ("AzNews"). |
2014-03-07 | 10,954 | Bakıda kütləvi dava: yaralılar var | Martın 7-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonunda kütləvi dava olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, Əhmədbəyov küçəsi 16 ünvanının qarşısından Xəzər rayon sakinləri Nəhmətov Anar Etibar oğlu və Məmmədov Xəyal Məhəmməd oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. İlkin araşdırmalar nəticəsində hər iki şəxsin gecə vaxtı bir qrup şəxslə etdiyi dava-dalaş zamanı bıçaqlanması aydın olub. Faktla bağlı araşdırmalar davam etdirilir ("Lent.az"). |
2014-03-07 | 10,955 | Rusiya Krıma daha 30 hərbi texnika yeritdi | Ukraynanın Simferopol, Kerç, Feodosiya, Pereval, Sevastopol, Evpatoriya və digər şəhərlərdəki hərbi hissələri rus silahlıları tərəfindən hələ də mühasirədədir. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krımdakı Tibbi Mərkəzinin rəhbəri Vladislav Seleznyov özünü "Feysbuk" səhifəsində yazıb. "Bu gecə 30 hərbi texnika Kerç boğazından keçərək Krıma daxil olub. Hərbi maşın karvanında çoxlu texnika var" deyə Seleznyov yazıb. Onun sözlərinə görə, Novoozernoda ukraynalı dənizçilər atəş nöqtələrini aradan qaldırmağa müvəffəq olublar. |
2014-03-07 | 10,956 | “Qanun” nəşriyyatı yazarları bir yerə toplayır | "Vergilər Nazirliyinin 20 nəfərdən ibarət bir dəstə əməkdaşı "Qanun" nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb aparıblar". Bu sözlər "Qanun" nəşriyyatından "Axar.az"ın poçtuna daxil olan press-relizdə yer alır. Mətbuat açıqlamasında daha sonra deyilir: "Zorla götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarıb. "Qanun" nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb". Press-relizin sonunda bildirilir ki, bu məsələni müzakirə edib müvafiq müraciətlər qəbul etmək üçün bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində toplantı olacaq. 150 min cəriməyə etiraz edən hər kəs - yazıçı, tərcüməçi, redaktor, korrektor, o cümlədən oxucular toplantıda iştirak edəcək. |
2014-03-07 | 10,957 | Rus əsgərləri Kanadadan qovuldu | Kanada hökuməti təlimlərə qatılan rus hərbçilərinə 24 saat ərzində ölkəni tərk etmək göstərişi verib. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, 9 rus hərbçisinə yaxın saatlarda Kanada ərazisini tərk etmək əmr edilib. Kanada rəsmi orqanlarından verilən məlumatda bildirilib ki, həmin şəxslərə bir gün öncədən xəbərdarlıq edilib. Qeyd edək ki, Rusiya ordusunun 6 hərbçisi Sen–Janda (Kvebek) ingilis və fransız dillərini öryənirdilər. Digər iki nəfər isə CFB Gagetovn bazasında hərbi təlimlərdə iştirak ediblər. Başqa bir nəfər isə kanadalı hərbçilərə rus dili dərsləri keçib. Kanadanın belə bir addım atmasına səbəb kimi Rusiyanın Krıma hücum etməsi göstərilir. |
2014-03-07 | 10,958 | Millət vəkili AŞPA-da komitə sədri seçildi | Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova adıçəkilən qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdə olub. Məlumata görə, toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsələlər haqqında müzakirələr aparılıb. İclasda çıxış edən S.Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri barədə ətraflı məlumat verib. Millət vəkili bildirib ki, Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir. S.Qafarovanın sözlərinə görə, ölkəmizdə dinindən, irqindən, milliyyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın bütün hüquqlarını yüksək səviyyədə təmin edir. İclasda, həmçinin S.Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib ( Trend ). |
2014-03-07 | 10,959 | Hərbi maşınımız minaya düşdü | Azərbaycanda hərbi maşın minaya düşüb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus "Ural" markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalov müxtəlif xəsarətlər alıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib. |
2014-03-07 | 10,960 | Ukraynada hərbi anbarda güclü partlayış: ölən var | Ukraynanın Nikolayev şəhərində 26 artilleriya mərmisinin yerləşdiyi anbarda güclü partlayış baş verib. "Axar.az" xəbər verir ki, müharibə dövründən qalmış mərmmilərlə ehtiyatsız davranma nəticəsində partlayış baş verib və bir nəfər həlak olub. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib. Hadisə yerinə mütəxəssislər cəlb olunub. |
2014-03-07 | 10,961 | Bakı metrosundakı gəncin intihar anı yayıldı - Video 18+ | Martın 5-də özünü metro qatarının altına atan Bakı Dövlət Universitetinin tələbəsi 1996-cı il təvəllüdlü Dövran Həsənovun intihar videosu yayılıb. "Axar.az" həmin videonu təqdim edir: |
2014-03-07 | 10,962 | Çeçen döyüşçülərə daha bir Azərbaycan zabit qoşuldu | "Cövhər Dudayev" sülhməramlı dəstəsinə daxil olan daha bir azərbaycanlının adı bəlli olub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yazıb. Məlumatda Ukraynada Rusiya qoşunlarına qarşı vuruşmaqdan ötrü yaradılan "Cövhər Dudayev" dəstəsinə Azərbaycan ordusunun keçmiş zabiti, "Bozqurd" dəstəsinin rəhbəri Nürəddin İsmayılovun da qatıldığı bildirilir. Nürəddin İsmayılovla yanaşı Ukraynada yaşayan çeçenlərin də dəstəyə qoşulmaq istədikləri deyilib. Dəstənin komandiri briqada generalı İsa Munayev artıq elektron poçtlarına 346 müraciətin qəbul olunduğunu bəyan edib. Qeyd edək ki, Nurəddin İsmayılov Millətçi Demokrat Partiyasının üzvüdür və "Nurəddin Xoca" imzası ilə mediada da çıxış edir. |
2014-03-07 | 10,963 | İnanılmaz olay – məscid satışa çıxarıldı | Türkiyənin Sakarya şəhərinin Serdivan məntəqəsində inşa edilən Serdivan Buxara Camiyyəsi maliyyə problemləri üzündən satışa çıxarlıb. "Axar.az"ın Türkiyə mediasına istinadən məlumatına görə, qərar Buxara Elm Dərnəyi tərəfindən verilib. Xatırladaq ki, inşasına hələ 3 il bundan öncə başlanan 900 nəfərlik Buxara Camiyyəsi vətəndaşlardan lazımı yardım göstərilmədiyindən tikintisi dayandırılıb. Dərnək adından açqlama verən Ruhi Cinak bildirib ki, belə qərar verməkdə çətilik çəkiblər və məcburiyyət qarşısında qalıb inşaat işlərini dayandırmalı olublar. İnşaat ustası Əli İnən isə tamam başqa bir fakir açıqlayıb: "Xeyr, bu ədalətli açıqlama deyil. Onsuz da yardımlar hər cami üçün edilir - istər pəncərələr, istərsə də digər ləvazimatlarla. Onlar camiyyəyə ayrılıqda sahib çıxmaq istəyirlər". |
2014-03-07 | 10,964 | Serb muzdlu qatilləri Krıma göndərildi - Foto | Serbiyanın muzdlu döyüşçüləri Krıma göndərilib. "Axar.az" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzetinin xüsusi müxbiri Müəmmar Elveren məlumat yayıb. Elveren həmin əsgərlərə Krım ərazisində rast gəldiyini deyib: "Yalta şəhərinə gedərkən şəhər mərkəzindən 15 kilometr aralıda qurulan rus bayraqları asılmış postda gördüklərimə inana bilmədim. Bosniya müharibəsindən "Hürriyət" üçün reportaj yazdığım vaxt serblərin soyqırım törətdiyi günlərdə gördüyüm skelet şəkli vurulmuş bayraq postdakı bir qrup əsgərin arxasında dalğalanırdı. Avtomobildən düşüb əlimdəki fotoaparatı göstərərək, "Çəkə bilərəm" soruşdum. Aralarındakı bir nəfər başı ilə "Bəli" işarəsi verdi". Bir neçə dəfə foto çəkdikdən sonra mənə onlarla birlikdə şəkil çəkdirməyi təklif etdilər". M.Elveren onların serb dilində danışdıqlarını bildirib: "Fransız dilində onlardan haradan gəldiklərini soruşanda, saqqallı bir nəfər "Yuqoslaviya... Yuqoslaviya.. Serbiya... Serbiya" cavabını verdi. Axşam Simferopolda qaldığım otelə qayıdanda Krım televiziyasında rus əsgərlərinə Serbiyadan yardım üçün Serb muzdlularının Krıma gəldiyi xəbərini eşidəndə mənimlə şəkil çəkdirən əsgərlərin bura niyə gəldiklərini başa düşdüm". |
2014-03-07 | 10,965 | Erməni əsgər özünü güllələdi | Armavir vilayətində yerləşən hərbi hissələrində qulluq edən erməni əsgər özünü yaralayıb. Məlumata görə, erməni əsgər silahını təmizləyərkən özünü vurub. Bunu Ermənistan Müdafiə Nazirlyinin böyük zabiti Meri Sarkisyan deyib. Əsgər ayağından güllə yarası alaraq hospitala yerləşdirilib. Faktla bağlı cinayət işi açılması üçün materiallar toplanır (ANS). |
2014-03-07 | 10,966 | "Komitə sədrinin Gülənlə şəkli məndədir" | "Biz jurnalistlərik, siyasətçilər deyilik. Ona görə hesab edirəm ki, söhbətimiz səmimi olmalıdır. Cənab Əli Həsənovun çıxışında doğru olaraq qeyd etdi ki, məlum dini cərəyan bir ölkədə dövlətə, hökumətə nə qədər problemlər yaradır. Mən Türkiyədə olan zaman Baş nazirinin köməkçiləri ilə görüşdə də dedim ki, Türkiyəni böyük fəlakət gözləyir". "Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda "Haqqın.az" saytının Baş redaktoru Eynulla Fətullayev deyib. O bildirib ki, bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu veriblər: "2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi. O zaman real təhlükə olmadığı üçün onu yayımlamadım. Ancaq indi potensial təhlükə var. Vəhabilik qədər nurçuluq da bizə yaddır. Elə Türkiyənin özünə də yaddır. Mətbuatda gedən bu yazıları təqdir edirəm. Demokratik çərçivədə mübarizə getməlidir. Ancaq dövlətin əsaslarını sarsıdacaq heç bir şeyə icazə vermək olmaz. Dövlətin rəhbərliyi tərəfindən təhlil olunmalı və müvafiq qərarlar verilməlidir". Nurçuluqdan danışan redaktor SAM-ın işçisinin dövlət əleyhinə olan fəaliyyətindən və jurnalistləri təhqir etməsindən danışdı: "Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin bir işçisi var. Adı Heydər Mirzədir. Nurçuluqla bağlı yazılanlara görə dünən Feysbukda jurnalistlərin ünvanına belə bir ifadə işlətdi: "Cındır jurnalistlər". Nə deməkdir bu? Dövlətin strateji maraqlarını qorumalı olan bir insanın yazdıqlarına fikir verirsinizmi?" |
2014-03-07 | 10,967 | Məktəbli qız Şahbaz Xuduoğludan yazdı | Gənc yazar Sevinc el Sevərin qızları "Qanun" nəşriyyatının üzləşdiyi durum ilə bağlı vergi məmurlarına açıq məktub yazıb. "Axar.az"a göndrilən həmin məktubda deyilir: "Salam, əziz vergiyığan əmilər! Mən anamdan eşitdim ki, oxuduğum kitabları çıxaran "Qanun" nəşriyyatını bağlamaq istəyirsiniz. Qanun nəşriyyatı maraqlı kitablar çıxarırdı, anamız alırdı, oxuyurduq. Bizim ölkədə başqa nəşriyyatlar da var, uşaqlara kitab çıxarırlar. Amma bu nəşriyyatlar azdı, qoyun onlar çoxalsın, azalmasın. Mən bir neçə dəfə anamla Qanuna getmişəm. Orda Şahbaz əmini görmüşəm. O bizi həmişə gülərüzlə qarşılayıb. Üzümüzdən öpüb. Kitabları bizə öz əlləriylə verib. Anam qorxurdu ki, biz oraları dağıdarıq. Şahbaz əmi deyirdi, dəymə, qoy dağıtsınlar. Uşaqlar təki kitablara oyuncaqlara cumduqları kimi cumsunlar. Anam da dəcəllik elədiyimizə görə bir söz demirdi. Mən orda özümə ağıllı oğlanların və qızların ensiklopediyalarını, Hans Xristian Andersonun nağıllarını, Antuan de sent Ekzüperinin "Balaca şahzadə" kitabını, "Dəniz səyyahı Sindibad"ın nağılını seçdim. Bacıma və qardaşıma rəngləmə albomları, Azərbaycan nağılları aldıq. Biz çox sevindik. Pulu ödəyəndə anamın pulu çatmırdı. Şahbaz bəy bütün kitabları bizə ucuz qiymətə verdi. Yoxsa, anam kitablardan bəzilərini alıb yerinə qaytarmaq istəyirdi. Biz isə bunu heç istəmirdik. Biz çoxlu kitab mağazalarına getmişik. Amma heç yerdə Şahbaz əmi kimi bizi əzizləməyiblər. Heç yerdə kitabları bizə ucuz satmayıblar. Bu qədər çoxlu kitab ala bilməmişik. Mən böyüyəndə alim olmaq istəyirəm. Ona görə də ağıllı oğlanların və qızların ensiklopediyaları hamısından maraqlı gəlir mənə. Anamdan hər gün istəyirəm ki, başqalarını da alsın. Məndə heyvanlar, həşəratlar, maşınlar haqqında olan kitablar var. Mən çiçəklər, otlar, ağaclar, günəş və ay haqqında kitablar da istəyirəm. Anam elə deyir ki, gözlə çıxaraqcaqlar. Amma siz "Qanun"u bağlasanız, mən o kitabları oxuya bilməyəcəyəm. Mən kitab oxuyanda sanki özümü kitabın içində hiss edirəm. Oxuduğum kitabları sinif yoldaşlarıma aparıram oxusunlar. Elə uşaqlar var valideynləri onlara kitab almır. Əlimdə olan bütün kitabları demək olar, oxuyub qurtarmışam. Bacıma da oxumuşam, o, hələ oxumağı bilmir. Mən yeni-yeni kitablar istəyirəm. Mən hər dəfə məktəbə təzə kitab aparanda hamı başıma yığılır və kitabla maraqlanır. Mən Mauqli, Sindibadın macəraları, Karlson və damdabacadan bəhs edən cizgi filmlərinə baxanda onları oxuduğum kitablarla müqayisə edirəm. Mən cizgi qəhrəmanlarını əvvəlcə kitablardan tanımaq istəyirəm. Çünki kitablar daha gözəl başa salır. Kitablar daha geniş başa salır. Müəlliməmiz deyir ki, ulu öndərimiz Heydər Əliyev belə demişdir: "Təhsil millətin gələcəyidir"... Qanun Nəşriyyatı uşaqlar üçün buraxdığı bu kitablarla həm də uşaqların yaxşı təhsil almağına kömək eləyir. Sinifdənxaric oxu dərslərində bu kitablar bizim çox gərəyimiz olur. Vergi yığan əmilər, inanıram məktubu oxuyub mənə hirslənməyəcəksiniz, inanıram ki, siz çox xeyirxah əmilərsiniz. İmza: Balaca Nilufər, Nərmin... Bacım da qoşulur mənə, ona görə onun da adını qoyuram məktubumun axırında. |
2014-03-07 | 10,968 | 4 nəfər dərmandan zəhərləndi | Ötən gün Azərbaycanda 4 nəfər dərmandan zəhərlənib . Daxili Işlər Nazirliyindən verilən məlumata görə, həmin şəxslərin 3-ü qadın, biri kişidir. Dərmandan zəhərlənmiş Xəzər rayonu Binə qəsəbə sakini Şəfəq Qəmbərova, Abşeron rayonu Masazır qəsəbə sakini Fidan Quluzadə, Ağcabədi rayon sakini Sevda Qurbanova, Abşeron rayonu Novxanı kənd sakini Qurban Mehdiyev xəstəxanalara yerləşdiriliblər ( Trend ). |
2014-03-07 | 10,969 | Azərbaycan valisi: "Erməni kilsəsi bizim mədəniyyətdir” | "Surp Tadevos və Qarakilsə erməni kilsələri İranın mədəni irsinin bir parçasıdır". "Axar.az"ın İranın "İRNA" informasiya agentliyinə istinadən məlumatına görə, bu sözləri İranın Qərbi Azərbaycan ostandarının valisi Qurbanəli Sadət Erməni Apostol Kilsəsinin Atrapatakan dyakosluğunun ruhanisi Qriqor Çiftçyanla görüşündə səsləndirib. Öz növbəsində Çiftçyan bildirib ki, İranda müxtəlif dinlərin nümayəndələri hüzur içində yaşayır. O, əlavə edib ki, Qərbi Azərbaycan valisi ilə dini azlılıqlar arasında əlaqələr bütün dünya üçün örnəkdir, nümunədir. Müxtəlif dinlərin nümayəndələrinin azad şəkildə ibadət etməsinə, təhsil almasına hər hansı maneə yoxdur. Qeyd edək ki, İranda Erməni Apostol Kilsələrində ibadət edən ermənilərin sayının 100 min nəfərdən çox olduğu bildirilir. |
2014-03-07 | 10,970 | Azərbaycandakı nurçuların gizli səs yazısı yayıldı - Şok video | SOCAR-ın yardımından istifadə edən nurçuların öz aralarında söhbətini əks etdirən kadrlar ortaya çıxıb. "Axar.az"a etibarlı mənbələrdən göndərilən videolardan birində Qafqaz Universitetinin dosenti İsa Qasımovun SOCAR haqqında dedikləri yerləşdirilib. Videoda SOCAR rəhbərliyindən nurçuların necə istifadə etdiyi haqqında etiraflar səsləndirilib. Qafqaz Universitetinin dosenti SOCAR rəhbərliyi və Milli Məclisdəki dostları olan millət vəkilləri vasitəsiylə miqrasiya işlərində olunan yardımlardan danışır. İsa Qasımov: "Xatırlamıram, amma ola bilər" Səs yazısı ilə bağlı "Axar.az"a danışan İsa Qasımov SOCAR-la Çağ Öyrətimin əlaqələrindən danışdı: Çağ Öyrətimin SOCAR-ın yaratdığı Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tərkibinə birləşdirildiyini hamı bilir. Olan bir şeyi kiminləsə danışa bilərəm, amma bu mənim gündəmimdə olan bir şey deyil. Doğrusu, kiminləsə danışdığımı xatırlamıram, amma ola bilər. Mən o qədər də önəmli biri deyiləm ki, səsimi kimsə yaza, mətbuata çıxara. Bir az qəribə gəldi". İsa bəy nurçuluqla heç bir əlaqəsi olmadığını bildirdi: "Dediyiniz mövzuyla kəsinliklə heç bir əlaqəm yoxdur. Bu haqda çox məlumatım da yoxdur. Amma bildiyiniz kimi, Qafqaz Universitetində işləyirəm. Və Qafqaz Universiteti Çağ Öyrətim Şirkətinin bir müəssisəsi olaraq SOCAR-la ortaq bir layihəni həyata keçirir - Azərbaycanda faydalı kadr hazırlığını təmin etmək üçün. Bunu siz də bilirsiz, mən də bilirəm, bütün dünya da bilir. Amma dediyiniz mövzular konkret deyil mənim üçün, o yazı da nə yazıdır, xəbərim yoxdur, qəbul də eləmirəm". İsa bəyə nurçu olub-olmadığı haqqında verdiyimiz suala belə cavab verdi: "Mən nurçu filan nədir bilmirəm. Mənim sahəm ideologiya deyil, mən iqtisadiyyatla məşğulam. Nurçuluq bir ideologiyadı həyatda - sizin dediyinizə görə, - mən ideoloq olmadığım üçün o sahəni araşdırmamışam. Siz mənə kömək eləyib bu haqda məlumat versəz, mən də sizin dedikləriniz əsasında nurçu olub-olmadığımı deyərəm". |
2014-03-07 | 10,971 | Krım Ukraynanın ayrılmaz hissəsidir – Türkiyə | Türkiyə Xarici İşlər nazirinin müavini Əli Kamal Aydın Krımın Ukrayna dövlətinin ayrılmaz hissəsi olduğunu deyib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Departamentindən bildirilib ki, Kamal Aydın ukraynalı həmkarı ilə Krımdakı vəziyyətlə bağlı müzakirə aparıblar. Aydın bildirib ki, Türkiyə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. |
2014-03-07 | 10,972 | Rus hərbçiləri bolqar jurnalisti döydü - Video | Simferopolda peşə fəaliyyəti göstərən bolqar jurnalist rus hərbçilərinin ciddi təzyiqi ilə üzləşib. "Axar.az" Ukrayna mediasına istinadən məlumt verir ki, uniformada olan şəxslərdən başqa prosesdə mülki formada olan adamlar da işirak ediblər. Xatırladaq ki, bu, rus hərbçilərinin jurnalistlərə qarşı ilk belə addımı deyil. Bu günlərdə ukraynalı jurnalistlər də onların kobudluğu ilə üzləşmişdilər. |
2014-03-07 | 10,973 | Ukraynalılar Putini ələ saldı – Video | Ukraynalılar Putinin ölkələrindən çıxmasını istəyir. Ukraynanın Odessa şəhərinin sakinləri maraqlı video hazırlayıblar. "Axar.az" xəbər verir ki, bu videoda aktyor, musiqiçi, heykəltəraş, həkim və digər sənət sahəsinin insanları rol alıb. Həmin videonu təqdim edirik |
2014-03-07 | 10,974 | Cinayətlərin 20%-i qadınlara qarşı yönəlib | 2013-cü ildə Azərbaycanda törədilən bütün cinayətlərin beşdə birində zərərçəkən tərəf qadınlar olub. Bu məlumat Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf" mövzusunda təşkil etdiyi 3-cü respublika konfransında səsləndirilib. Daxili İşlər Nazirliyinin nümayəndəsi Yusif Adıgözəlovun sözlərinə görə, ötən il qeydə alınan 71 intihar hadisəsində 2 azyaşlı qız da olub. Maraqlıdır ki, ümumi intihar hallarının 28-i barədə Cinayət Məcəlləsinin 125-ci maddəsi, ölüm həddinə çatdırma maddəsi, ilə iş açılıb ki, bunların da 26-sı qadınlara aid edilib. Bu rəqəmlər qadınların təkcə fiziki yox, həm də psixoloji təzyiq altında yaşadığına dəlalət edir. DİN zabitinin sözləriə görə, mövcud qanunvericilik polisin məişət zorakılığı faktları ilə birbaşa işləməsinə imkan verməsə də, adətən yerli polis qurumları problemli ailələri nəzarətə götürür. Azərbaycanda gender sahəsində bərabərliyin təmin edilməsi, cinslər arası dialoq və harmoniyanın bərpası, fəlsəfəsinin işlənilməsi məsələlərini müzakirə edən konfransda genderşünas alim və tədqiqatçılar, tələbələr iştirak edirdi. İnsan Hüquqları üzrə Müvəkkilin gender bərabərliyi və qadın hüququları üzrə müşaviri Səbinə Qəhrəmanovanın sözlərinə görə, Azərbaycan BMT-nin "Qadınlara qarşı bütün növ ayr-seçkiliyin qarşısının alınması üzrə Konvensiyasına (CEDAW) qoşulsa da, ölkə qanunvericiliyi onun şərtlərinə tam uyğunlaşdırılmayıb. Müşavir dedi ki, Azərbaycan Konstitusiyasının 25 və 70-ci maddələrində kişi və qadın bərabərliyindən söz açılır. Amma Konvensiyanın bir sıra tələbləri Konstitusiyada öz əksini tapmayıb. Bunların arasında qadınların vərəsəlik hüququ, qadının ailədə ayrı-seçkiliyə məruz qalması və s kimi məsələlər, AİDS, əlilliyi olanların statutusu barədə CEDAW-nın tövsiyyələri də milli qanunvericilikdə nəzərə alınmayıb. Bundan başqa, məlumdur ki, Azərbaycanda gender bərabərliyinin təmini sahəsində tətbiq edilən kvotalar mövcud deyil. Onun sözlərinə görə, qadınlar boşanma zamanı heç bir üstünlüklərdən istifadə edə bilmirlər, bir çox hallarda qadını uşaqla birgə evdən çıxarır, onun mülkiyyət hüquqlarını tanımırlar. "2001-2009-cu illərdə boşanmalar zamanı məhkəmələr qadınlara müəyyən maddi təzminat verilməsi praktikasını tətbiq etdi, amma bu praktika sonradan aradan qaldırıldı. İndi qadının boşanmadan sonra müəyyən imtiyazlara malik olması üçün ona nikah müqaviləsi imzalamaq tövsiyyə olunur. Faktiki olaraq, bu tövsiyyələr nəzərə alınmır və boşanmış qadın ağır şərtlərlə üz-üzə qalmış olur. "Heç də bütün cütlüklər nikah müqaviləsini imzalamırlar. Bu baxımdan VVAQ şöbələrində nikah müqavilələri barədə məlumat verən, onu təbliğ edən xüsusi xidmətin mövcudluğuna ehtiyac var." Genderşünas alim Rəna İbrahimbəyova Azərbaycanda gender bərəbərliyinə istiqamətlənmiş xüsusi fəaliyyətin 1998-ci ildən bəri həyata keçirildiyini bildirdi. Rəna İbrahimbəyova qadınlara qarşı zorakılıq hallarından bəhs edərək "Kişiləri də qadın-ana, bağça və məktəbdə qadın müəllimələr tərbiyə edir, nə üçün son məqamda qadınların böyüyüb başa çatdırdığı hər hansı kişi digər qadına zorakılıq edir?" – sualını ünvanladı. Məruzəçi Azər Cəfərov isə İslam Şərqində çadranı ilk atan qadın – şairə Tahirə Zərrintac barədə danışdı. Tahirə Zərrintac çadranı "Qadınların səyyar həbsxanası" adlandırırdı. Babilər hərakatının nümayəndəsi olan Tahirə Zərrintacın İranın Qəzvin regionundan olduğu və etnik azərbaycanlı olduğu danılmazdı. O, "Həzrət" Babın 18 şagirdi arasında yeganə qadın olub. Avropada hələ qadın hüquqları barədə yeni-yeni danışmağa başlananda Tahirə Zərrintac İslam Şərqində qadınların hüquqlarının qorunması, onlara kişilərlə bərabər ictimai, siyasi, iqtisadi haqların verilməsi məsələsini qaldırmış ilk şəxsdir. "Tahirə Zərrintac Qurani-Kərimin təfsir və şərhinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixi ərzində onun ilk və sonuncu qadın təfsirçisi olmuşdur. Tahirə Zərrintac XIX əsrin 40-cı illərində Azərbaycanın və İranın ən görkəmli şairəsi olmuşdur. Lakin xüsusi fitva ilə lənətləndiyinə və öldürüldüyünə görə şeirlərinin böyük hissəsi toplanmış və məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış şeirləri özünün dərin məzmunu və azadlıq ruhu ilə seçilir." Azər Cəfərov qeyd etdi ki, ABŞ və Avropa ölkələrində Tahirə Zərintacın adını daşıyan onlarla təşkilat olduğu halda (bunlardan ikisi "Tahirih Justice Centre(Tahirə Ədalət Mərkəzi, ABŞ) və "Tahirih Association (Tahirə Assosiasiyası, ABŞ) daha məşhurdu), Azərbaycanda onun irsi layiqincə öyrənilməyib və tanıdılmayıb. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Gender Tədqiqatları Mərkəzinin rəhbəri Zeynəddin Şabanov hər hansı bir ölkədə gender bərabərliyinin təmini üçün ailə və cəmiyyətin bu ideyaları qəbul etməyə hazırlığı fikrini dəstəklədiyini dedi. Zeynəddin Şabanov kişilərin ailəyə qazanc gətirdiklərini nəzərə alaraq onların produktiv və ictimai funksiyalar daşıdıqlarını bildirdi. "Müasir dövrdə qadınlar produktiv və ictimai funksiyalarla yanaşı, həm də reproduktiv funksiya həyata keçirirlər, bu baxımdan onların cəmiyyətdə daşıdığı yük daha ağırdı". Qadının həm işlədiyi, həm də ailə qayğıları və uşaqların böyüdülməsi, təlim-tərbiyəsi ilə məşğul olduğunu xatırladan Z.Şabanov yeni bir təkliflə çıxış etdi. O, Əmək Məcəlləsinə dəyişiklik edilməsi və qadınların maaşlarının saxlanılması şərtilə iş saatlarının 2 saat azaldılması təklifini irəli sürdü. Amma konfransda iştirak edən bəzi tədqiqatçılar belə bir dəyişikliyin gender ayrı-seçkiliyi yarada biləcəyini qeyd etdilər. Konfrasnda Akademiyanın hazırladığı "Tanınmış Azərbaycan qadınları"filmi nümayiş etdirildi. Filmin nümayişində mərhum prezident Heydər Əliyevin Qadınların 50-ci qurultayında səsləndirdiyi fikir simvolik səslənirdi və hələ də müasir cəmiyyəti dəqiq xarakterizə edir. "Cəmiyyətdə qadınların rolu böyükdür, ola bilər ki, qadınlarımız hakimiyyətdə fəal rol oynamırlar. Amma cəmiyyətdə qadınların kişilərə təsiri böyük olaraq qalır" ("Publika.az"). |
2014-03-07 | 10,975 | QHT sədrini İcra Hakimiyyətindən niyə qovublar? | "Bizə dedi ki, gedin oturun evinizdə, burda nə işiniz var? O insana başa sala bilmədim ki, mən şəhid ailələri üçün burdayam". Bu sözlər Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyindən "Axar.az"ın elektron poçtuna daxil olan şikayət məktubunda yer alıb. İctimai Birliyin sədri Almaz Zeynalova Füzuli rayon rəhbərliyinin şəhid ailələri ilə pis rəftar etdiyini bildirib. Məni içəri buraxmadılar Almaz Zeynalova bildirdi ki, özü də şəhid ailəsinin üzvüdür. 27 yanvar 2014-cü il tarixdə Füzuli rayonunda səfərdə olub. Səfərin məqsədi rayon rəhbərliyi ilə görüşüb sədri olduğu təşkilatın rayon şöbəsinin yaradılması və Füzuli rayonu ərazisində yaşayan şəhid ailələrinin məşğulluğunu təmin etmək olub. Amma burda gözlənilməz halla qarşılaşıb. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Vidadi Tağıyev İctimai Birliyin nümayəndələrini qapıdan içəri buraxmayıb. Şikayətçinin sözlərinə görə, adıçəkilən şəxs onları təhqir edib: "Bizə dedi ki, gedin oturun evinizdə, burda nə işiniz var? O insana başa sala bilmədim ki, mən şəhid ailələri üçün burdayam". Təşkilat rəhbərinin sözlərinə görə, xeyli səy göstərdikdən sonra RİH başçısının qəbuluna düşə biliblər. Lakin ümid etdiyinin əksinə olaraq, Alı Alıyev öz "şilləvuranının" (ifadə şikayətçiyə məxsusdur- red) dürüst hərəkət etdiyini bildirib və bunu Füzuli rayonunun məhz cəbhə bölgəsi olması ilə izah edib. Şikayətçi gördüyü münasibətdən sonra müəyyən araşdırmalar aparıb. Aydın olub ki, adıçəkilən ərazidə vətəndaşlara qarşı böyük haqsızlıqlar hökm sürür. Üstəlik, şəhid ailələri üçün nəzərdə tutulan sosial yardımlara da rayon rəhbərliyi tərəfindən müdaxilə olunur. Qeyd edək ki, İctimai Birliyin sədri özünə kobud münasibətin də elə bundan qaynaqlandığını deyir. Bütün hay-küyü Almaz Zeynalova özü yaratdı Füzuli Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı "Axar.az"a danışan mətbuat xidmətinin rəhbəri Bayram Niftəliyev bildirdi ki, baş verənlərdə günahkar Almaz Zeynalovadır: "Almaz Zeynalova bizim idarəyə gələndə onu normal qarşılayaraq dediklərini dinlədik. Deyilənlər tamamilə yanlışdır. Çünki bütün səs-küyü Almaz xanım özü yaratdı. Hətta İcra Hakimiyyətinin işçilərinə etikadan kənar, şərəf və ləyaqəti alçaldan sözlər də dedi. Füzuli Rayon İcra Hakimiyyətinin Prezidentin sərəncamı ilə gördüyü işlər göz önündədir. Bu barədə deyilən sözlər sadəcə təxəyyülün nəticəsidir. Almaz xanımın bu iddiaları qətiyyən reallığa uyğun deyil. Baş verən bütün narahatlığı şikayətçi özü yaradıb". |
2014-03-07 | 10,976 | "Qanun" nəşriyyatı Prezidentə müraciət etdi - Fotolar | Bu gün "Qanun" nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər. Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasında, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar. |
2014-03-07 | 10,977 | Şəmsəddin Hacıyev tələbələrin yaddaşında – Axar TV | Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub. Maraqlıdır, görəsən, 10 il müddətində rektorluq etdiyi ali məktəbin tələbələri Şəmsəddin Hacıyevi necə xatırlayır? O, hansı müsbət və ya mənfi xüsusiyyətləri ilə tələbələrin yaddaşında qalıb? Axar TV olaraq bununla bağlı hazırladığımız süjeti təqdim edirik: |
2014-03-07 | 10,978 | Azərbaycan futbolunda mühüm dəyişiklik | Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Premyer Liqadakı legioner limiti məsələsi də müzakirə olunub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Xəzər Lənkəran"ın baş məşqisi Mustafa Dənizli də tədbirdə iştirak edib və öz təkliflərini irəli sürüblər. Müzakirələrdən sonra legioner limitinin dəyişdirilməsi qərara alınıb. Növbəti - 2014/15 mövsümdən etibarən komandalar 6+5 (6 legioner, 4 yerli və yaşı 21-i keçməmiş 1 yerli futbolçu) sistemi ilə meydana çıxacaqlar. Xatırladaq ki, hazırda klublar qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemindən narazı idi və bu məsələyə yenidən baxılmasını istəyirdi. AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 2014/15 mövsümü üçün Premyer Liqada komandaların say tərkibinin dəyişdirilməsi ilə bağlı qərar verilib. Növbəti mövsümdən çempionatda 12 komandanın (hazırda 10 komanda) iştirakı qərara alınıb. Bununla da növbəti mövsümdən birinci divizionda ən yaxşı nəticə göstərən iki komanda yüksək liqaya vəsiqə qazanacaq, Premyer Liqanlı tərk edən isə olmayacaq ("Trend"). |
2014-03-07 | 10,979 | Tanınmış bakılı Rusiya əleyhinə çağırış etdi | Şahmat üzrə keçmiş dünya çempionu Harri Qasparov Qərbi Rusiya biznesmenlərinə qarşı sanksiya tətbiq etməyə çağırıb. "Axar.az" xəbər verir ki, Qasparov bu addımın prezident Vladimir Putinin idarəçilik sisteminin çökməsinə gətirib çıxaracaq. "Əgər Qərb sanksiyaları birbaşa Rusiyaya tətbiq etsə bu, Putinin hakimiyyəti altında yaşayan 140 milyon rusa qarşı sərt addım olacaq. Bu isə ümumiyyətlə lazım deyil" deyə Qasparov "Uol Strit Jurnal" qəzetinə açıqlamasında bildirib. Qasparov hesab edir ki, sanksiyalar əsasən rus oliqarxlarına qarşı yönəldilməlidir: "Bundansa 140 oliqarxa sanksiya tətbiq edin. Çünki Putin onların xaricdəki aktivlərini qoruya bilməyəcək. Sizin hədəfləriniz onların vizası, malikanələri, yaxtaları və İsveçrə banklarındakı hesabları olmalıdır. Tanklardan deyil, banklardan istifadə edin". |
2014-03-07 | 10,980 | ABŞ səfirindən şok Qarabağ açıqlaması | "Mən yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olacağını gözləmirəm". Bu sözləri mətbuata açıqlamasında Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. "Amma şadam ki, Ceyms Uorlik kimi əla diplomat hazırda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrdir. O, Minsk Qrupuna enerji, optimizm və kreativlik gətirəcək" deyə Brayza əlavə edib. Onun sözlərinə görə, hazırda İlham Əliyev və Serj Sərkisyan çətin qərarları qəbul etmək üçün bir- birinə etimada malik deyillər: "İrəliləyişə nail olmaq üçün, düşünürəm ki, ABŞ dövlət katibi və prezidenti Rusiyadan olan həmkarlarla görüşəndə Dağlıq Qarabağ məsələsini öz gündəliklərinə daxil etməlidirlər" (yaxa.org). |
2014-03-07 | 10,981 | Özünü qatar altına atan gəncin intihar səbəbləri - Video | "Metroda özünü qatarın altına atan gəncin psixoloji problemləri olub". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə onun tələbə yoldaşları çıxış edib. Onlar Dövran Həsənovun 2013-2014-cü tədris ilinin 1-ci semestrində bütün dərslərdə iştirak etsə də, 2-ci semestrdə (fevralın 17-dən) dərslərə gəlmədiyini deyiblər. Tələbə yoldaşlarının sözlərinə görə, Dövran Həsənovun ailəvi problemləri olub. Onlar zərərçəkmiş gəncin atası ilə anasının bir müddət öncə ayrıldığını, sonradan isə atasının itkin düşdüyünü bildiriblər. Artıq Bakı Dövlət Universitetinin Mətbuat Xidməti də Dövran Həsənovun Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya ixtisasının 1-ci kurs tələbəsi olduğunu açıqlayıb. Mətbuat Xidməti Dövran Həsənovu tələbə yoldaşlarının və universitet rəhbərliyinin ziyarət etdiyini bildirib. |
2014-03-07 | 10,982 | Rusiya Ukrayna ilə əlaqələri kəsdi – Rəsmi açıqlama | Rusiya Ukrayna ilə siyasi əlaqələri kəsir. "Axar.az" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib. "Moskva indiki Ukrayna hökumətinin legitimliyini tanımır və Kiyevlə siyasi əlaqələri kəsir" deyə Çurkin bildirib. |
2014-03-07 | 10,983 | Abutalıbovun müavininin əlillərlə münaqişəsi böyüyür | "Mən Qarabağda can qoymuşam. Halal zəhmətimlə qızıma torpaq almışam, "kupça" çıxartmışam. Ona görə də heç kim o torpağa girə bilməz. Ora girən adamı güllələyəcəm, özümü də yandıracam". Bunu ötən gün Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun əlillərə qarşı çıxardığı qərardan sonra Qarabağ veteranı Müşviq Əhmədli bəyan edib. "Axar.az"a açıqlamasında isə veteran özünün xəbəri olmadan barəsində çıxarılan məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna şikayət edəcəyini deyib. Rauf Pənahov əlili aldadıb Qeyd edək ki, söhbət Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun birinci qrup əlil Rüstəm Əliyevi aldadaraq şəxsi mülkiyyətində olan torpağı özəlləşdirməsi və yaranan hüquq pozuntularının məhkəmədə araşdırılmasından gedir. Hər iki ayağini itirən birinci qrup əlil R.Əliyev Mərdəkan bağlar sahəsində ona məxsus 886 b saylı torpağın Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun özəlləşdirdiyini deyib. Onun sözlərinə görə, sonradan Hacıbala Abutalıbovun işə qarışması nəticəsində həmin torpaq sahəsinin əvəzində ona Mərdəkanda sahibsiz qalan 2549 saylı ərazi verilib və çıxarış alaraq sənədləşdirib. Lakin 2013-cü ilin sonunda həmin torpağın əvvəlki sahibi üzə çıxıb və mülkünü geri almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və məhkəmələrə müraciət edib. Saxta sənədlər üzə çıxdı R.Əliyev isə sənədləşdirdikdən sonra həmin torpağın bir hissəsini Qarabaq müharibəsi veteranı Müşfiq Əhmədliyə satıb. O, 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsini 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış ("kupça") əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb: "Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət Reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun bacısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər". Hakim etibarsız sənədlərə əsaslandı Bakı Apelyasiya Məhkəməsinin son qərarından narazı qalan R.Əliyev "Axar.az"a açıqlamasında hakimin Vidadi Məmmədovun vaxtilə məhkəmə qərarı ilə etibarsız sayılan sənədlər əsasında yanlış nəticə çıxardığını bildirib: "Dünən Apelyasiya Məhkəməsi bizim zərərimizə qərar çıxarıb, mənim sənədlə əldə etdiyim torpağı başqasına verməyimi tələb edir. Ancaq hakim bir necə il əvvəl məhkəmə qərarı ilə ləğv edilərək etibarsız sayılan sənədləri əsas tutaraq qərar verib. Bunu iclasda da dedim. Lakin əhəmiyyət verən olmadı". Qeyd edək ki, son məhkəmə iclasında M.Əhmədli də hakimin qərarını ədalətsiz hesab edərək iclas iştirakçılarına kəskin etirazını bildirib. R.Əliyev mübahisəli torpaq sahəsinin hələ 1991-ci ildə onun atasına verildiyini bildirib: "1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim". Əmlak Komitəsi eyni yerə bir neçə çıxarış verib Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci il fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib. Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb. Hakimlər cəzalandırılsın! Məhkəmə qərarlarına etiraz edən əlillər həmin hakimlərin cəzalandırılmasını tələb edirlər: "Biz məhkəmə qərarlarının çıxarılmasında subyektiv maraqlardan çıxış edən hakimlərin barəsində Məhkəmə Hüquq Şurasına şikayət edəcəyik. Qoy onları Şura özü çəzalandırsın". |
2014-03-07 | 10,984 | Acından ölən suriyalı uşağın dəhşətli görüntüsü - Video 18+ | 3 ildir Suriyada davam edən və ardı-arası kəsilməyən müharibənin qurbanları yenə də məsum körpələr, aciz uşaqlardır. "Axar.az" mücahidlərə yaxın sayta istinadən bildirir ki, müxalif qüvvələr dəfələrlə Əsəd rejiminin mühasirəsində olan bölgələrə yardım dəhlizi açmağı təklif etsə də, İran və Rusiyanın dəstək verdiyi Əsəd rejimi buna imkan verməyib. Nəticədə baş verənlərin şahidi olmaq isə ürək ağrıdıcıdır. Aclıqdan əziyyətən çəkərək ölümlə üzə-üzə qalan azyaşlı uşağın video görünüsünü təqdim edirik. |
2014-03-07 | 10,985 | Reklamlar vətəndaşları necə aldadır - Ekspert | "Tezliklə bu aldadıcı reklamların qarşısı alınmalıdır". Bu sözləri "Axar.az"ın aldadıcı reklamlarla bağlı sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi: "Qanunvericiliyə görə, tütün məhsullarının reklamı qadağan edilsə də, buna əməl edilmədiyinin şahidi olmuşuq. Belə ki, Heydər Əliyev adına hava limanında "Slims" siqaretləri reklamı yerləşdirilən lövhə asılıb. Digər bir problem spirtli içki reklamı ilə bağlıdır. 2010-cu ildə Müqəddəs Ramazan ayında Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Rusiya araqlarının reklamına rast gəlmişdik və onların yığışdırılmasına nail olduq". Ekspert hazırda aldadıcı reklamların insanları daha çox narahat etdiyini və bununla mübarizənin daha da gücləndirilməsinin vacib olduğu açıqladı: "Mən dünən Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinə və həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məktub yazmışam. Araşdırmamıza görə, paytaxtın 6 müxtəlif yerində "İvanovka" mal nişanı ilə məhsul istehsal edirlər və satışını həyata keçirirlər. Əslində isə onların bu marka ilə heç bir əlaqəsi yoxdur. Tezliklə bu aldadıcı reklamların qarşısı alınmalıdır". E. Hüseynov hesab edir ki, istehsal olunan məhsulların üzərində tarixlərin göstərilməsi ilə bağlı da problemlər var: "Qarşımda "Fermerskaya smetana" məhsullarından nümunələr var. Qablaşdırmanın üzərində yalnız istifadə üçün son tarix yazılıb. İstehsal tarixi isə göstərilməyib. Bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir". QHT rəhbəri istehlakçıların hər gün endirim kompaniyaları ilə bağlı reklamlara rast gəldiyini, amma əksər hallarda real qiymətlərin göstərilənlərdən qat-qat baha olduğunu deyir: "Hazırda bankların aşağı faizli kredit vermələri və geyim mağazalarında isə endirim kompaniyaları ilə bağlı reklamlar gedir. Amma əksər hallarda bu müəssisələrə müraciət edən müştərilər məyus olurlar". Xatırladaq ki, "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun tələbinə əsasən orta məktəblər, universitetlər, uşaq bağçaları və başqa bu tipli müəssisələrin 100 metr yaxınlığına qədər heç bir reklam yerləşdirilə bilməz. Həmin qanunun tələb ilə isə siqaret və digər tütün məhsullarının reklam edilməsi qəti qadağandır. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi müxtəlif təminatlar nəzərdə tutur. Belə ki, bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2 min manatadək, hüquqi şəxslərə isə 4 min manatdan 5 min manatadək inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə nəinki malın xidməti ölçüsü, çəkisi hesabına istehlak xüsusiyyətləri, hətta keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir. Həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3 min manat miqdarında cərimə sanksiyası tətbiq edilir. Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən istehlakçını xeyli miqdarda - 40 manatdan 500 manatadək - aldatma 3 mindən 5 min manatadək cərimə, yaxud 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır. Təkrar törədilərsə, yaxud 500 manatdan yuxarı ziyan vurmaqla törədilərsə, 5 mindən 7 min manatadək cərimə, yaxud 2 ilədək müddətə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır. |
2014-03-07 | 10,986 | Rüşvət əməliyyatını hazırlayanlardan biri Hakan Şükür imiş | Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Ali Gültekin Kılınç Hakan Şükür və qardaşı Gökhan Şükürün 17 dekabr rüşvət əməliyyatını hazırlayanlar arasında olduqlarını iddia edib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Kılınç verdiyi açıqlamasında şok iddialar səsləndirib. "Dekabrın 16-da şam namazından sonra bütün banklar bağlı olsa da Hakan şükürün qardaşı 4.5 milyon dollarla "Halk Bankı" rəhbərinin evinə gəlib. Hakan Şükür də bunda vasitəçilik edib. Pul Serbiyada bir universitetin tikintisi üçün xeyriyyəçilər tərəfindən toplanıb. Dekabrın 17-sə isə bank müdirinin evinə basqın edilir və çuvallarla dolu pullar müsadirə olunur. Məhz bundan sonra Türkiyənin inkişafı üçün önəmli layihələrin sahibləri, memarları bir-bir həbs etməyə başladılar. Məqsəd Türkiyənin böyüməsinin qarşısını almaq idi". |
2014-03-07 | 10,987 | Abdullah Güldən Yutub və Feysbuk cavabı | Prezident Baş nazirin "lazım gəlsə, Yutub və Feysbuku bağlayarıq" sözlərinə cavab verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Prezidenti Abdullah Gül Baş nazir R.T.Ərdoğanın dünən canlı yayımda sosial şəbəkələrlə bağlı fikirlərinə münasibət bildirib: Bağlana bilməz "Əvvəla bildirmək istəyirəm ki, Türkiyə demokratik hüquq dövlətidir. Biz azadlıqların güclənməsini arzu edirik. Onsuz da heç kim də geriyə getmək istəməz. Türkiyədəki internet qanununu bilirdiniz. Problemli vəziyyətlər var idi. Nöqsanlarını düzəltdilər. Feysbuk və yutubun bağlanması ola bilməz. Biz həmişə azadlıqların genişlənməsi ilə qürur duyuruq". |
2014-03-07 | 10,988 | ABŞ Putinin 10 böyük yalanını açdı | ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hadisələrlə bağlı həqiqətəuyğun olmayan 10 faktının siyahısını hazırlayıb. Həmin siyahı Dövlət Departamentinin saytına da yerləşdirilib. Ukrayna haqda 10 yalan fakt... 1. Putin deyir: Rusiya hərbçiləri Krımda yalnız Rusiya hərbi aktivlərini qorumaq üçün yerləşib. Bu "özünümüdafiə qruplarıdır", Rusiya hərbçiləri yox, onlar Krımdakı infrastruktur və hərbi obyektləri nəzarətə götürüblər. Faktlar: Ciddi sübut var ki, Rusiya xüsusi xidmətinin nümayəndələri Krımda Ukrayna gücləri əleyhinə çox yaşı təşkil olunmuş başlıca gücdür. Onlar xüsusi fərqlənmə nişanı olmayan forma geyinsələr də, Rusiya nömrəli hərbi avtomobillərdə hərəkət edirlər, əcnəbi jurnalistlər və ukraynalı hərbçilərlə söhbətdə sərbəst şəkildə özlərini rus hərbçiləri adlandırırlar. Bundan əlavə, bu adamlarda silah var, halbuki adi vətəndaşlar qaydalara görə silah gəzdirməməlidir. 2. Putin deyir: Rusiyanın hərəkəti Rusiya ilə Ukrayna arasında 1997-ci ildə imzalanan dostluq haqqında müqavilənin pozulması deyil. Faktlar: 1997-ci ildə imzalanan müqavilə Rusiyadan Ukraynanın ərazi bütövlüyünü tanımağı tələb edir. Rusiyanın hərbi fəaliyyəti nəticəsində Krım üzərində operativ nəzarəti əldə etməsi açıq şəkildə ərazi bütövlüyünün və suverenliyin pozulması deməkdir. 3. Putin deyir: Müxalifət eks-prezident Viktor Yanukoviçlə fevralın 21-də imzalanan müqaviləyə əməl etməyib. Faktlar: Fevralın 21-də imzalanan razılaşmada Ali Radanın 2004-cü ildə qüvvədə olan Konstitusiyaya qayıdışı haqda qərar qəbul etməklə bağlı idi. Həmin müqaviləyə əsasən Yanukoviç sənədi 24 saat müddətində imzalamalı idi ki, münaqişənin sülh yolu ilə nizamlanmasına imkan yaransın. Bunun əvəzində Yanukoviç əşyalarını toplayıb genişmiqyaslı korrupsiya sübutlarını saxlayaraq qaçıb. 4. Putin deyir: Ukrayna hökuməti legitim deyil. Yanukoviç Ukraynanın legitim lideri kimi qalır. Faktlar: Prezident Putin martın 4-də özü etiraf etdi ki, Yanukoviçin siyasi gələcəyi yoxdur. Bundan əlavə, Yanukoviç Ukraynanı tərk edəndən sonra özünün Regionlar Partiyası onun əleyhinə çıxıb, hətta onun vəzifədən uzaqlaşdırılması və yeni hökumətin dəstəklənməsinə səs verib. 5. Putin humanitar böhrandan danışır və Ukraynadan qaçan yüz minlərlə insanın Rusiyada sığınacaq axtardığını iddia edir. Fakt: Bu gün humanitar böhranla və Ukraynadan kütləvi şəkildə insanların qaçmaları ilə bağlı heç bir fakt yoxdur. Ukrayna sərhədçiləri ilə fəal ünsiyyətdə olan beynəlxalq təşkilatların da araşdırması nəticəsində bu bəyanatın həqiqət olmadığı üzə çıxıb. Sərhəddəki situasiyanı izləyən müstəqil jurnalistlər də qaçqınların axını barədə heç bir məlumat vermirlər. 6. Putin etnik rusların təhlükə altında olduğundan danışır. Faktlar: Rusiya dövlət kütləvi informasiyalarından başqa heç bir mediada bu haqda xəbər yoxdur. Ukraynanın yeni hökuməti situasiyanın dinc yolla nizamlanması ilə bağlı prioritet vəzifələri müəyyənləşdirib və əvvəldən də bu mövqedə olub. Bundan başqa, yeni hökumət yaranandan Kiyevdə də sakitlik hökm sürür. Siyasi opponentlərə qarşı zorakılığın, qarətlərin artması baş verməyib. 7. Putin Rusiya bazalarının təhlükə altında olduğunu deyir. Faktlar: Rusiya hərbi obyektlərinə qarşı həmişə olduğu kim təhlükə yoxdur və yeni hökuməti beynəlxalq təşkilatlar da bu mövqeni saxlamağa çağırıblar. Amma Ukraynanın Krımdakı hərbi obyektləri Rusiya ordusunun fəaliyyətin nəticəsində təhlükə ilə üzləşib. 8. Putin deyir: Ukraynanın şərqində və cənubunda kilsələrə, sinaqoqlara kütləvi hücumlarla bağlı faktlar var. Faktlar: Ukraynanın dini liderləri və beynəlxalq dini icmaların liderləri bəyan edirlər ki, bu ölkədə kilsəyə hücumla bağlı bir hadisə belə baş verməyib. Ukraynadakı bütün konfessiyaların liderləri, o cümlədən Ukrayna pravoslav kilsəsi siyasi liderləri dəstəklədiklərin bəyan ediblər və milli həmrəyliyə, barışığa çağırıblar. Ukraynanın cənubundakı və şərqindəki yəhudi icmaları xəbər verir ki, onlar da antisemit insidentlərin artığını qeydə almayıblar. 9. Putin deyir: Kiyev Krımdakı situasiyanı gərginləşdirməyə cəhd göstərir. Faktlar: Ukraynanın keçid hökuməti təmkinli davranın və dialoq yollarını axtarıb. Rusiya ordusu, öz növbəsində siyasi məqsədə çatmaq və Krımın infrastrukturuna nəzarəti ələ keçirmək üçün öz dislokasiya yerindən kənara çıxıb. Kiyev hökuməti yubanmadan keçmiş müdafiə nazirini situasiyanı sakitləşdirməyə yollayıb. Hakimiyyətin dialoq üçün Krıma yolladığı sonuncu şəxs Pyotr Poroşenko muxtar respublikanın parlamentinə buraxılmayıb. 10. Putin deyir: Ali Rada ekstremistlərin və terrorçuların təsiri altındadır. Faktlar: Ali Rada Ukraynada hakimiyyətin daha çox təmsilçilik orqanıdır. Sonuncu qanun böyük əksəriyyətin səsverməsi ilə qəbul olunub. Kiyevdəki etirazlar zamanı hüquq-mühafizə orqanları ilə toqquşmalarda iştirak edən ultrasağçı qruplar parlamentdə təmsil olunmurlar. Ukrayna hökumətinin ayrı-seçkilik siyasəti yürüdəcəyi ilə bağlı heç bir məlumat yoxdur, əksinə açıq şəkildə bəyan edilib ki, hüquq bərabərliyi prinsipinə uyğun siyasət aparılacaq ("modern.az"). |
2014-03-07 | 10,989 | Əli Həsənov: "Mediamız onlara qarşı barışmaz olmalıdır" | Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə din amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri geniş müzakirə mövzusuna çevrilib. Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərinin bir daha fəal şəkildə nəzərdən keçirilməsini zəruri edir. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Ə.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ölkəmizdə din dövlətdən ayrıdır, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycan dövlətinin din siyasəti demokratik cəmiyyət quruculuğu kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır: "Fəxrlə qeyd etmək olar ki, mütərəqqi dəyərlərdən biri olan dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Azərbaycanda tarixən heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Azərbaycanda mövcud qanunlar çərçivəsində dini fəaliyyətə zəruri şərait təmin edilir, dövlət vəsaiti hesabına məscidlər bərpa olunur və ya yenidən qurularaq dindarların istifadəsinə verilir". Ə.Həsənovun sözlərinə görə, təsadüfi deyil ki, son illər Bakı şəhəri həm də dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur: "Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dini dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda idarə olunan müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycanda öz məqsədlərinə uyğun ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlət idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər". PA rəsmisi qeyd edib ki, vətəndaşların müxtəlif şirnikləndirici vasitələrlə ələ alınması, radikal dini ideyaların aşılanması yolu ilə onların təfəkkürünün, dünyagörüşünün dəyişdirilməsi, ayrı-ayrı qeyri-qanuni icmalar yaratmaqla və bu qurumların fəaliyyətini istiqamətləndirməklə cəmiyyət həyatının ahəngdar ritmini, mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdləri güclənmişdir: "Həmçinin, yeniyetmələrin, gənclərin təsir dairəsinə salınması, yetişdirilməsi və dövlət orqanlarında yerləşdirilməsi, sonrakı mərhələdə isə onların idarə olunması vasitəsilə dövlətin daxili və xarici siyasətinə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır. İstər Yaxin Şərq, istərsə də bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət analoji proseslərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalından narahatdır". Ə.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasında dövlət-din münasibətləri Konstitusiyaya, qanunlar və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə tənzimlənir: "Öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Mövcud qanunlara və ictimai normalara riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti göstərən təşkilatlara qarşı isə aidiyyəti orqanlar tərəfindən vaxtında və hüquqi normalar çərçivəsində lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə, dövlət içində dövlət yaratmaq cəhdlərinə qarşı qəti barışmaz mövqedədir və belə niyyətlər heç vaxt nəticə verə bilməz". Onun sözlərinə görə, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları öz yollarından çıxararaq dövlətlə üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə dövlət orqanlarında yerləşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq istəyən daxili qruplara və xarici dairələrə qarşı barışmaz olmalıdır". |
2014-03-07 | 10,990 | Prezident yeni nazir təyin etdi | Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın. Dövlət başçısının digər sərəncamı ilə Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. |
2014-03-07 | 10,991 | Timoşenko əlil arabasında - Fotolar | Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko xaricdə müalicəsini bitirdikdən sonra Dublində Avropa Xalq Partiyasının konqresində çıxış edib. "Axar.az"xəbər verir ki, bu vaxta qədər Timoşenko həbsdən çıxandan və Maydan çıxış etdikdən sonra ictimaiyyətə görünməmişdi. "Batkivşina" Partiyasının fəxri liderinin toplantıya əlil arabasında gəlməsi hər kəsin təəccübünə səbəb olub. Qeyd edək ki, həmin toplantıda "ZƏRBƏ" Partiyasının lideri Vitali Kliçko da iştirak edib. |
2014-03-07 | 10,992 | Tovuzda tutulan erməninin kimliyi məlum oldu - Yenilənib | 17:14 Bu gün günorta saatlarında Tovuz rayonunda Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında bir erməni gənci saxlanılıb. Onu ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Tovuz rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər. Faktı Tovuz rayon MTN rəisi Azad Qurbanov da TTV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni olan bu gənc nə azərbaycan, nə də rus dillərini bilir. Hazırda həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə aparılır ("Turkeltv.az"). 17:37 "Axar.az" APA-ya istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun verdiyi məlumata görə, Ermənistan vətəndaşı olan 20 -22 yaşlı şəxs saxlanılıb. Onun kimliyi hələlik bilinmir. 19:19 Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşı saxlanılıb. Tovuzda saxlanılan erməni gəncin adı bəlli olub. Bu şəxs 1991-cı il təvəllüdlü Xocayan Arsendir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir. (Turkel TV) |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.