date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-04 | 10,680 | Ağdamda yaşayış evi yandı | Ağdam rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonu, Şükürağalı kəndində ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 24 kv.m sahədə və dam örtüyü 64 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-05 | 10,681 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 5-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. |
2014-03-05 | 10,682 | "Qalatasaray"ın canlı əfsanəsi həbs edildi | "Qalatasaray" və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb. Buna Pupeskunun transferlərdə qanunsuzluq etməyi və vergidən yayınmağı səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə fırıldağına yol verməkdə günahkar bilinib. Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların uğurları üçün tər töküb. O, İstanbul təmsilçisinin 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb. George Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudu. Rumıniya kubokunu (1988), İspaniya kubokunu (1997), Hollandiya superkubokunu (1997) qazanıb. ("DailySport") |
2014-03-05 | 10,683 | Müsəlmanlara qarşı görünməmiş amansızlıq - Video/23+ | Dünya mediası İslam coğrafiyasında yaşayan qətliamlara səssiz qalmaqdadır. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Buddist şəbəkələrin Cənub-Şərqi Asiya ölkəsi olan Myanmanın Arakan (Rohingya) bölgəsində müsəlmanlara qarşı törətdiyi qırğınlar bütün vəhşiliyi ilə davam etməkdədir. Uzun illərdir ki, zülm altında yaşayan bir çox arakanlılar Buddist şəbəkələrin hücumlarıyla öz torpaqlarından başqa ölkələrə sürgün edilsə də, bir çox arakanlı mühacir düşərgələrində çətin şəraitdə yaşamağa məcburdur. Arakanda Buddist şəbəkələrin müsəlmanlara kəsici, deşici, dəlici alətlərlə hücum etdiyi və qaldıqları sığınacaqları vəhşicəsinə yandırdığı görüntülər ortaya çıxıb. |
2014-03-05 | 10,684 | İlan alverçilərinin görüntüləri yayıldı - Foto | İndoneziyanın Sirebon kəndində, yığdıqları ilanların dərisini soyaraq Qərb ölkələrinə satan kəndlilərin şəkilləri yayımlanıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, İndoneziyanın Sirebon kəndində ilanları yığıb, dərilərini soyaraq Qərb ölkələrinə satırlar. Toplandıqdan sonra dəriləri soyulan ilanların biri təxminən iyirmi yeddi manata (60 lirə) satılır. Yığılan dərilərdən isə Qərbdə çanta, pulqabı, pencək və ayaqqabı istehsalında istifadə edərək satılır, dəyəri isə üç min beş yüz manatdır (10 min lirə). Kəndlilər hər həftə təbiətdə tapdıqları minlərlə ilanı öldürüb dərisini soyur, beləcə dolanışıqlarını təmin edirlər. |
2014-03-05 | 10,685 | “Forbes” dünyanın ən zənginlərinin adını açıqladı | "Forbes" jurnalı, 2014 dünyanın ən zəngin şəxslərinin siyahısını açıqlayıb. "Forbes" qrupunun qlobal ölçüdə müəyyən etdiyi 1645 milyoner ötən il 5.4 trilyon dollar olan sərvətini 2014-cü ildə 6.4 trilyona qədər artıra bilib. Bu il 42-si qadın olmaqla 268 yeni zəngin şəxs siyahıya daxil olub. İlk onluqda olan zənginlərin adlarını "Axar.az" oxucularına təqdim edirik: 10. Amerikalı biznesmen Jim Valton – büdcə 34.7 milyard dollar 9. Amerikalı iş adamı Kristi Valton və ailəsi – büdcə 36.7 milyard dollar 8. Amerikalı Şeldon Adelson – büdcə 38 milyard dollar 7. Amerikalı iş adamı David Koç - büdcə 40 milyard dollar 6. Amerikalı Karles Koç – büdcə 40 milyard dollar 5. Amerikalı biznesmen Larry Ellison – büdcə 48 milyard dollar 4. Amerikalı Varren Buffet – büdcə 58.2 milyard dollar 3. İspan Amancio Orteqa – büdcə 64 milyard dollar 2. Meksikalı biznesmen Karlos Slim Helu – büdcə 72 milyard dollar 1. Amerikalı Bill Qeyts – büdcə 76 milyard dollar |
2014-03-05 | 10,686 | Rusiya ballistik raket sınaqdan keçirdi | Rusiyanın Həştərxan əyalətində "Kapustin yar" poliqonunda qitələrarası ballistik mərmi sınağı keçirdiyi barədə məlumat yayılıb. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Eqorov Qazaxıstanın "Sarı-Şağan" poliqonundakı hədəfi dəqiq vurduqlarını deyib. Mərmi sınağının həyata keçirilməsində 150 min əsgər iştirak edib. Daha əvvəl də Rus ordusunun qərbi və mərkəzi hərbi bölgələrdə prezident Vladimir Putinin əmri ilə manevr təşkil edilmişdi. Təlimdə 90 döyüş təyyarəsi, 120-dən çox vertolyot, 880 tank və 1200 hərbi maşın qatılmışdı. |
2014-03-05 | 10,687 | Şəhid Fərid Əhmədovun döyüş öncəsi son sözü – Video | Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Krasnodarda son döyüşünün görüntüsünün yayılması xəbərinin ardınca sosial şəbəkədə şəhid zabitimiz Fərid Əhmədovun döyüşə girərkən dediyi son sözlərini əks etdirən video-çarx paylaşılmağa başlayıb. "Axar.az"ın məlumatına görə, döyüş öncəsi son sözündə şəhid olduqdan sonra "yaxşı oğlan" kimi xatırlanacağına əminliyini bildirən Fərid Əhmədovun ruh yüksəkliyi görünür. Xatırladaq ki, Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb. 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Fərid Əhmədovun öz əsgəri, Milli Qəhrəman Mübariz İbrahimovun nəşini gətirmək üçün düşmən cinahına təkbaşına keçdiyi barədə də fikirlər səslənməkdədir… |
2014-03-05 | 10,688 | 2015-ci ilin sport Kraysleri - Foto | "Chrysler 200" 2015 modelinin xüsusiyyətləri və bir neçə şəkli internetdə yayılıb. Avtomobil tezliklə Detroytda işə başlayacaq Şimali Amerika beynəlxalq avtosalonunda təqdim ediləcək. "Axar.az" "4charx.com"a istinadən xəbər verir ki, həmin fotolarda "Chrysler 200" modelinin və "sport S" variantı təsvir edilib. Model standart 9-pilləli avtomat ötürücü qutu və tam ötürmə innovasiya sistemiylə təklif ediləcək. Amerika sport sedanının 184 a.g. və 234 Nm hasil edən 2.4-litrlik Tigerşark baza mühərriki, həmçinin 295 a.g. və 354 Nm hasil edən əlavə 3.6-litrlik Pentastar V6 olacaq. Chrysler 200, sırasının ən qənaətcil variantı trasda hər 100 kilometrdə 6.7 litr yanacaq sərf edəcək. ABŞ-da modelin start qiyməti 21.700 ABŞ dollarında təşkil edəcək. |
2014-03-05 | 10,689 | Krımda referendum və yeni baş nazir qanunsuz elan edildi | Kiyev Dairə İnzibati Məhkəməsi Krım Ali Radasının Sergey Aksyonovun Nazirlər Şurasının sədri təyin edilməsi və Krım muxtariyyətinin səlahiyyətlərinin genişləndirilməsi barədə referendum qərarını qanunsuz elan edib. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti açıqlama yayıb. Beləliklə, məhkəmə bütün bu qərarların təsirini dayandırmış olub. Bundan sonra Aksyonovun Krım adından bütün hərəkətləri və qərarları qanunsuz və hüquqi əsası olmayan addımlar hesab ediləcək. ("Musavat.com") |
2014-03-05 | 10,690 | Ehtiyat hissələrindən avtomobil düzəltdi | Rusiyalı gənc hər kəsi heyran edəcək avtomobil düzəldib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Rusiyalı gənc 3D modelləşdirmə proqramından istifadə edərək Nissan Maksimanın xarici dizaynını və xarakterik xüsusiyyətlərini özü quraşdırıb. |
2014-03-05 | 10,691 | Qismət “Cızma-qara” roman yazır - Video | Şair Qismətlə görüşümüz istirahət gününə təsadüf etdi. Ayağındakı gips hələ açılmasa da bizimlə söhbətləşən şairə verdiyimiz sualları həvəslə cavablandırdı. "1984" romanının qəhrəmanları kimi - Qismət bəy, tanınırsınız. Özünüzü Corc Oruelin qəhrəmanları kimi hiss etmirsiniz? "İzlənirəm" deyə belə bir hiss yoxdur sizdə? - Baxır "izlənmək" deyəndə nəyi nəzərdə tuturuq, paranoya kimi, yoxsa oxucular tərəfindən yaradıcılığın izlənməsi. Bu, müxtəlif səviyyələrdə olur. Biri belədir ki, bilirsən ətrafda səni tanıyırlar, diqqətdəsən. O biri isə belədir ki, paranoik olursan. Mən paranoik olmadığım üçün yəqin ki, o biri kateqoriyaya aidəm. Burda yadıma Mişel Fuko düşür, o deyirdi ki, həbsxanalar, məktəblər, xəstəxanalar və s. bu tipli qurumlar hamısı cəmiyyəti nizam-intizamda saxlamaq üçün yaradılıb, yəni bütün bu qurumlar əslində hamısı ideoloji xarakterlidir. Amma onu da deyirdi ki, dünya get-gedə nizam-intizam cəmiyyətindən nəzarət cəmiyyətinə keçəcək, yəni artıq insanları idarə etmək üçün harasa qapatmağa ehtiyac olmayacaq. Yol hərəkətinə nəzarət edən kameralarla, sosial şəbəkələrlə biz Fukonun dediyi eraya qədəm qoyduq. İndi bütün dünya nəzarət altındakı "azad" insanlarla doludur. - Qorxudan yazmısınız... Özünüz necə, qorxursunuzmu? - İndividual qorxular ayrı-ayrı yaş dövrlərində olub. Adətən insan bilmədiyi, informasiyası az olan şeydən daha çox qorxur. Bilmədiyim şeylər həmişə məni distansiya saxlamağa, çəkinməyə, ondan uzaq gəzməyə vadar edib. İstər informasiya müstəvisində, istərsə də adi həyatda. Amma insan içində həmişə gizlindən gizlinə, nə vaxtsa baş verəcəyini bilsən də, bir qorxu dominant olur – doğmaları itirmək qorxusu. - Həyatınızda elə bir insan olubmu ki, ondan çəkinib və ya qorxmuşunuz? Yəni ona yaxın olsam, təhlükə yaranar deyə, bir əndişə... - Yox, qorxduğum olmayıb, amma çəkindiyim adamlar olub. Yaşına, dəymədüşərliyinə və sairə görə insanın qarşısındakı adamdan çəkindiyi anlar yəqin hamıda olur. Amma onu da deyim ki, hədsiz fərqli mühitlərdə olmuşam və bəzilərindən sakitcə uzaqlaşmışam. Çünki insanların düşkün, əxlaqsız sonu olmayan bir yola getdiyini görmüşəm, astaca aradan çıxmışam. Çünki özümü orda görmək istəməmişəm. Ərkim çatan qədər dosta-tanışa da zaman-zaman nəticəsi fiasko ola biləcək şeylər barəsində xırda-para müşahidələrimi demişəm. Onu daima izləyirlər... - Yazılarınızdan birində dostunuzun qorxusundan yazmışınız. Özünüz necə, olub ki, eynən dostunuz kimi, kölgənizin başqasınınkı olduğunu zənn etmisiniz? - Siz paranoya haqqında yazdığım essedən çıxış edirsiniz. Bu, dostumun yox, "Xəzər Universiteti"ndəki tələbələrdən birinin mənimlə bölüşdüyü əhvalat idi. Ona elə gəlirdi ki, daima izlənir və sonsuz qorxu içində idi. Psixologiyası çərçivəsindən çıxmışdı, xalis paranoik vəziyyət idi. Mən əvvəlcə elə bildim ki, onun bu halı imtahanlarla, kəsirlərlə və ya alınmamış sevgi ilə bağlıdır. Mümkün qədər zarafat edib situasiyanı yumşaltmağa, vəziyyəti izah etməyə cəhd etdim ki, bu sənin tək qalmağınla bağlıdır. Deyəsən ən azı həmin an üçün azca onu özünə gətirə bildim, sonra necə oldu, düzü bilmədim. Bütün yaradıcı insanlar təkliyi sevirlər, ən azı yazı və oxu prosesinə təklikdə baş verdiyi bu normaldı. Bu mənada mən də təkliyi sevirəm, amma həyat təkcə yazıdan, kitablardan ibarət deyil. Mütləq zarafat etdiyin, dərdləşdiyin, fikir bölüşdüyün adamlar olmalıdır. Yaradıcı adamın həyatı bir tərəfdən təkliyə can atıb, o biri tərəfdən darıxmağı ilə, yəni ziddiyyətlərlə bir yerdə maraqlıdır. Yusif Səmədoğlunun yaşadığı əsrdə doğulmaq istərdim - Haçansa bu zamanda doğulduğunuza görə peşmançılıq hissi olub? Əgər olubsa, nə zaman və hansı əsrdə doğulmaq istərdiniz? - Olub... Mən hesab edirəm ki, bütün adamlarda, yaradıcı olsun-olmasın, fərq etməz, ötəri də olsa belə, bir duyğu olub. Bu bir az da fantaziyanın oyunlarıdır. Fikirləşirsən ki, filan yazıçı filan əsrdə yaşayıb və ya hansısa dönəmdə maraqlı tarixi hadisə baş verib. O dönəmdə doğulmaq istəyirsən. Məsələn, mən 1950-60-cı illərin İstanbulunda da yaşamaq istəmişəm, Con Fauzun yaşadığı İngiltərədə də, Nabokovla eyni dövrdə Amerikada da. Azərbaycanda isə Yusif Səmədoğlunu görmək, dostu olmaq istəyərdim. - Birdən elə bir zaman gəldi ki, yaza bilmədiniz. Onda hansı işlə məşğul olardınız? - Tərcümə ilə məşğul olardım. Sevdiyim bədii əsərlərin, hansıların ki, Azərbaycan dilində tərcüməsi yoxdur, onları tərcümə edərdim. Rus və türk dilindən tərcümə edirəm, ingilis dilini öyrənməyə çalışıram. Məsələn, Con Fauzun romanları, Ekonun əsərləri, Milan Kunderanın mühazirələri və sevdiyim şairlərinin şeir kitablarını çevirərdim. Tutalım, essenin atası Mişel Montenin esseləri dörd cilddir, dünyanın bütün mədəni ölkələrində tərcümə olunub. Bizim dildə yoxdur, amma olmasını istəyərdim. Vladimir Nabokovun məşhur Rus və Qərb ədəbiyyatı haqqında mühazirələri var. İndi əlimdədir, yavaş-yavaş, ləzzətlə tərcümə edirəm. Yaxınlarda isə sifarişlə Enrike Vila Matasın "Bartlbi və çevrəsi" əsərinin tərcüməsini təhvil vermişəm. Borxesin Osvaldo Ferrasi ilə söhbətlərinin tərcüməsini demək olar ki, bitirmək üzrəyəm. Bilirsiz, əslində yaradıcılıq işi yalnız oturub ilham pərisini gözləmək, nə bilim, konkret ovqata düşmək qədər məhdud məsələ deyil. Ən azı mənə görə belə deyil. Şeir asanlıqla yazılmır, esse yazmaq olar, esse üçün intellektual və emosional atmosfer həmişə olmur, tərcümə etmək olar və s. Yaradıcılıq mənim üçün bizdə əksəriyyətin düşündüyü kimi qətiyyən yalnız öz mətnlərini yazmaq deyil, həm də başqa mətnlərlə ünsiyyətə girmək, onları təqdim etməkdir. Yaradıcılığa geniş, harmonik proses kimi baxmaq lazımdı. İynə ilə quyu qaza-qaza özümü yazıçı eləmişəm - Düzdür, bəlkə də sizə bu sualı vermək hələ tezdir. Amma heç olub ki, tənhalığa çəkilməyi düşünmüşünüz? - Bu barədə bir az danışdıq, bir az da genişləndirək. Təkliyə qarşı aşırı simpatiya patologiyadır. Mütaliədən sərf elədiyim vaxtları, tamamilə sakitliyə çəkilib mühazirələrimi hazırlamağı, bir yazının üstündə saatlarla baş sındırmağı sevirəm. - Ümumən təkliklə aranız necədir? - Ümumiyyətlə, darıxan adamam. İnsanın daxilində darıxmaq duyğusunun faizi başqa duyğulardan daha çoxdur. Amma bayaq da dediyim kimi dozadan artıq olanda şizofreniya başlayır. Dostlarla ünsiyyət, təqdimatlar, maraqlı-maraqsız məclislər, marşrut, metro, kafe, universitet, yas, toy və sairə - həyat bütün bu rənglərlə, səslərlə, hüznlərlə-sevinclərlə birgə ləzzətlidir, maraqlıdır. Şansım olsaydı, ədəbiyyatla bağlı çox şeyi dəyişərdim - Nəyisə dəyişmək şansınız olsaydı nəyi dəyişərdiniz? - Azərbaycan adət-ənənələrində, mentallığında və insan münasibətlərində dəyişməsini, ümumiyyətlə, yerli-dibli olmamasını istədiyim şeylər çoxdur. Məsələn, yalançı ağsaqqallıq kultu. Oturuşmuş bir qənəat var ki, söz sahibi olmaq, təkcə qocalmaqla bağlıdır. Halbuki bütün qocalanlar aqil olmur, zəngin həyat təcrübəsini müdrikliyə, nə bilim, özündən sonra gələnə ötürülə biləcək informasiyaya çevirmir axı. Deyəsən Enşteynin sözüdür, deyir ki, atomları parçalamaq, insanların önhökmlərini parçalamaqdan asandır. Qəliz məsələdir. Şansım olsaydı, yəqin ki, ən çox ədəbiyyatla bağlı bəzi məsələlərin başqa cür olmasını istəyərdim. - Məsələn, nələri dəyişərdiniz? - Bizim ədəbiyyatda, mənə görə düzələsi çox şey var. Onlardan bəlkə də ən zərərlisi ədəbiyyatı bədii - estetik keyfiyyətlərdən ayırıb, ona hədsiz və əlahiddə ictimai-sosial missiya yükləməkdir. Belə bir tendensiya var ki, ədəbiyyat sanki hansısa ictimai qurumun həll etməli olduğu məsələlərə çözüm tapmaq yoludur. Bu geniş bir araşdırmanın mövzusudur. Sonra tutalım, bizim ədəbiyyatda həmkarına qarşı ədəbsizlik etməklə tənqidi düşüncəni, ironiya ilə lağlağını qarışdırırlar. Bütləşdirilmiş XIX əsrin rus ədəbiyyatı və ya Markes yaradıcılığı var. Biz çox vaxt oxucu yoxluğundan şikayətlənirik, əslinə qalsa bir az yaxından və diqqətlə baxanda məlum olur ki, ədəbiyyata iddiasının ölçüsündən asılı olmayaraq, o qədər yazar var ki, öz sahəsində vacib kitabları oxumayıblar və deyəsən heç oxumaq da istəmirlər. - Bəlkə ədəbiyyatı yox, yazarlar özlərini və yanaşmalarını dəyişməlidirlər? - İndiki ədəbiyyat gənclərin çiyinlərindədir. Uğurlu olsun, uğursuz olsun, fərq etməz, cavanların yazdıqları bu gün daha maraqlıdı. Amma məsələ budur ki, biz hamılıqla, qocalı-cavanlı bədii mətnə də, kitaba da, kitab satışının təşkilini də, naşirliyə də münasibətimizi redaktə etməliyik. Mən hökm vermək istəmirəm, bunun zamanla tənzimlənəcəyini ümid edirəm. Ov ovlayıb, quş quşlamasaq da... - Bir də deyirsiniz ki, ədəbiyyata ictimai-sosial, inqilabi missiyaya yükləyənlər var. Amma inqilablar da cəmiyyətin bir parçasıdır və dünya ədəbiyyatında kifayət qədər əsərlər var ki, onlar məhz dediyiniz kimi inqilabi missiya ilə yükləniblər. Ancaq dəyərli əsərlərdir. Bəlkə inqilabi əsər yazmaq, cəmiyyətdə baş verənlərə müxalif olmaq özü də cəsarət tələb edir, siz bu cəsarəti özünüzdə hiss etmədiyinizdən belə deyirsiniz? - Düşünmürəm ki, ictimai-sosial, yaxud nə bilim inqilabi nəsə yazmaq cəsarət məsələsidir. Yaradıcılığın xarakterində müxaliflik var, bunu deməklə Amerika kəşf etmiş olmuram. Ədəbiyyatı da sizin cəmiyyətin parçası dediyiniz ictimai-sosial narazılıqlardan ayırmıram, demək istədiyim odur ki, nə yazılır-yazılsın, nədən yazılır-yazılsın ilk növbədə bədii ədəbiyyat olmalıdır. Yəni mənə görə qiymətləndirmə əvvəlcə ədəbiyyatın prinsipləri ilə olmalıdır, bizdə isə tərsinədir, içində sosial ədalətsizliyə etiraz varsa, müxalif damar güclüdürsə, ədəbiyyat olub-olmaması bir yana atılır, ucdantutma difirabmlar başlayır. Ədəbiyyat birinci növbədə sənətkarlıq məsələsi, üslub hadisəsidir. Onun mövzusu inqilab da ola bilər, pedofillik də, sado-mazoxist münasibətlər də, platonik sevgi də. Amma bədii mətnin qiymətləndirilməsi qətiyyən qəhrəmanlıq, müxaliflik yox, ədəbiyyat prinsipləri olmalıdır. İndiki dünyada ədəbiyyat oxucu mərkəzlidir, istənilən çoxqatlı əsərin birdən çox yozumu mümkündür – psixoloji yozum, psixoanalitik yozum, sosioloji yozum, marksist yozum, strukturalist yozum, feminist yozum və s. Bu mənada bədii mətnə münasibətdə köhnəlmiş metodologiyalar artıq işləkliyini itirib. Qaldı mənim cəsarətim məsələsinə, ov ovlayıb, quş quşlamasaq da, hər halda çiçək də toplamırıq. - Ədəbiyyatdan yenə sizə qayıdaq... Özünüzü yaşlanmış təsəvvür edə bilirsiniz? - Qocalığımı heç gözümün qabağına gətirməmişəm. Yadıma böyük ingilis şairi Filip Larkinin bir şeiri düşür, onu tərcümə etmişdim. Təxminən beləydi: "Ömür - saç, maraq və təşəbbüs itkisi". Düşünürəm ki, inşallah, yaxşı kitablar yazacağam. Qocalığı düşünməyə dəyməz, onsuz da o ilbəil sənə yaxınlaşır. Mən daha çox işləməyə köklənmişəm. İlk romanımı yazıram, yaxın zaman üçün olmasa da, gələn ilin ortalarına bitirəcəm yəqin. Romanın adını şərti olaraq "Cızma-qara" qoymuşam. Esselər kitabım hazırdı, yaxın iki-üç ay ərzində çıxacaq. Hamının içində yaxşı və mənalı ömür yaşayıb, sonda da bir kənara çəkilib memuar yazmaq, nəvələrini dövrəsinə almaq arzusu var. Əlbəttə ki, bunlar mənim də arzumdur. - Əgər Azərbaycandan kənarda tanınmış biri olsaydınız, sizdən müsahibə götürmək istəyən jurnalistlərə tez razılıq verərdiniz, yoxsa tərslik edərdiniz? - Mən adətən müsahibə götürmək istəyənlərin könlünü qırmıram, çox rahatlıqla qəbul edirəm. Amma müəllif kimi bir şeyi nəzərə almaq lazımdır, həddindən artıq müsahibə də vermək lazım deyil. O mənada bəzilərindən imtina etmək lazımdır. Bu ayın içərisində ikinci müsahibədir verirəm. Fikirləşirəm ki, bu çoxdur. Bundan sonra yəqin ki, müsahibə təklifi gəlsə, bir müddətlik imtina edəcəyəm. |
2014-03-05 | 10,692 | İsti çay ömrü uzadır | Yeməklərdən sonra isti çay, ya da su içmək insanı ürək və beyin-damar xəstəliklərindən qoruyur. Həm də bir çox ölkələrdə də yeməklərdən sonra çay içmək bir adətdir. Çinlilər və yaponlar yeməkdən sonra soyuq su deyil, isti çay içirlər. Belə ki, yeməklərdən sonra su, qazlı sular, ayran və buna bənzər soyuq içkiləri içmək orqanizmdə damar xəstəliklərinin (infarkt, beyin-damar xəstəlikləri kimi) yaranmasına səbəb olur. Damarlar nə qədər təmiz olarsa, toxumaların qidalanması da o qədər mükəmməl olur. Toxumalar nə qədər yaxşı qidalansa, orqanizm də o qədər sağlam olar və ömür uzanar. Bu səbəbdən də yeməkdən sonra isti çay içmək mədə və bağırsaqda yağların tam əriməsinə və damar divarlarına yapışmadan enerji molekulları halında toxumalara daşınmasına səbəb olur. İçilən çay isə açıq, ya da ən çox normal rəngdə olmalıdır, çox tünd çay içmək zərərlidir. Demək ki, yeməkdən sonra açıq ya da azacıq isti çay içmək ömrü uzadır, yaşlanmanı və artıq irəliləyən yaşlarda müşahidə edilən yüksək təzyiq, ürək, damar və yaddaş pozğunluğu kimi xəstəlikləri də olduqca azaldır. Qeyd: Gecə yatmazdan öncə çay içmək tövsiyə olunmur. Çünki tərkibindəki kofein sayəsində yuxu pozğunluğu yaranır. Buna görə də yatmazdan öncə mütəxəssislər isti çay yerinə yağsız, isti süd içməyi məsləhət görür. |
2014-03-05 | 10,693 | Mirzə Xəzər: “Ər arvadına xəyanət edirsə…” | Xəyanət faktı hər zaman ailələrin dağılmasında əsas amillərdən biri olub. Son vaxtlar geniş yayılmış xəyanət halları Azərbaycanda da ailələrin dağılmasına yol açır. "Axar.az" bu mövzuda keçirdiyi sorğunu təqdim edir. Xəyanətin xüsusi tərifi yoxdur Yazıçı Cəlil Cavanşirin sorğuya münasibəti belə oldu: "Məncə, xəyanətin xüsusi tərifi yoxdur. Nə qədər insan varsa, xəyanət haqqında da bir o qədər fərqli fikirlər var. Mənə görə, ən dəhşətli xəyanət düşüncədə olan xəyanətdir. Əgər bir qadın düşüncəsində, xəyallarında sənin deyilsə, hər şey bitib deməkdir... Sevgisizlik və mənasız axtarışlar xəyanətin əsas səbəbidir". Ailə də var, məşuqə də - klassik variant Gənc yazar Fərhad Yalquzağın fikrincə, azərbaycanlı ailəsində xəyanət elə o ailənin özülü qoyulanda başlayır: "Bu ölkədə mentalitet, ağsaqqal-ağbirçək institutu, ibtidai icma quruluşundan qalma adət-ənənələr elə bir situasiya yaradıb ki, gənclər bir-birini yetərincə tanımadan ailə qurmağa məcbur olurlar. Bir-biri ilə ilk intim münasibətə ilk dəfə elə toy gecəsində girirlər. Sonra da məlum olur ki, bu xanım bu bəyin seksual tələbatını ödəmir - yaxud da əksinə. Ata-ana, qohum-əqrəba basqısı, onların nəvə gözləntisi bu yeni qurulmuş ailənin tez bir zamanda dağılmasına yol vermir - gənclər "palaza bürün, el ilə sürün" müdrik atalar sözünü əllərində bayraq tutaraq özlərini və gələcək uşaqlarını bədbəxt etmək yolunu tuturlar. Və xəyanət başlayır. Qadının bizim cəmiyyətdə xəyanət etmək imkanları azdır, bu səbəbdən o daha çox stress keçirdir - seksual tələbatın ödənməməsi insanda psixoloji gərginliyin yaranmasına, hətta psixikanın pozulmasına da gətirib çıxara bilər. Kişilər üçün xəyanət etməkdə problem azdır - onlar şəhərin hər tərəfinə səpələnmiş, restoran, bar yarlığı altında gizlədilmiş fahişəxanalara baş çəkərək öz seksual tələbatlarını ödəyə bilirlər. Bir az çox pul qazana bilənləri isə ev tutub özləri üçün məşuqə saxlayır - ailə də var, məşuqə də - klassik variant". Xəyanət hər zaman olub Kultroloq Aydın Xan Əbilovun qənaətinə görə, son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanmalar və nişanqaytarmaların sayı həddindən artıq çoxalıb: "90 minə yaxın rəsmi nikahın 20 minə yaxın boşanma ilə nəticələnməsi, əslində cəmiyyətimiz və dövlət üçün böyük problemlər yaradır. Qeyri-rəsmi doğuluşların sayı durmadan artır. Xəyanət, xüsusən də məişət səviyyəsində onun formaları hər zaman olub, fəqət indi onların sayı durmadan kritik səviyyəyə qədər yüksəlib. İnsanlar TV, seriallar, sosial şəbəkələr, eləcə də internetdən gələn Qərb həyat tərzi, düşüncə texnologiyalarının təzyiqi altında yüngül həyat tərzinə, meşşanlığa yuvarlanırlar. Ən yaxşı tərəflərini deyil, mənfi təzahürlərin təsirinə düşən kişilərimiz həyatın şirinliyini içməkdə, narkotikdə, hətta mavilik və kişi fahişəliyində görür, qadınar isə manısçılığa meyllənir, ərə gedib bir uşaq dünyaya gətirəndən sonra boşanır, mənzili satdırıb yarı puluna bilet alıb Dubaya, Türkiyəyə asan pul qazanmaq dalınca yollanır. Hər iki tərəfin də əsas bəhanəsi ailədəki problemlər, xəyanət və cinsi zəiflik kimi insanın ən zəif tərəfləri göstərilir. Əslində isə xəyanət hər zaman olub, hətta İslamda onun qarşısını almaq üçün dördarvadlılıq və siğə kimi təsisatlar da düşünülüb tapılıb, Qərbdə isə daha sivil göstərdikləri vətəndaş nikahi kimi formalardan, ya da azad sevgi, İsveç ailəsi kimi formatlardan yararlanıblar". Vicdan, qürur, mənlik olmayan yerə xəyanət kök atar Xanım İsmayılqızı xəyanəti arxadan zərbə, üzün itməsi, suyun bulanması kimi xarakterizə etdi: "Xəyanət insanlıq bağlarının qırılması, özülün laxlaması və nəhayət birliyin parçalanmasıdır. İstər ailədə, istər dostluqda xəyanət, daxili natəmizlikdən yaranır. Vicdan, qürur, mənlik olmayan yerə xəyanət kök atar". İnsanlar ailədə darıxanda xəyanət başlanır Şair Qulu Ağsəs sorğumuzu özünəməxsus şəkildə cavablandırdı: "Xəyanətin kökü insan təbiətindədi. Təbiət rəngarəng olanda sevinirik. Xəyanətə sevinməsək də, onunla hesablaşmalıyıq. Sunami ilə nə etmək olar? Heç nə. Xəyanət də elə bir şeydir. İnsanlar ailədə darıxanda xəyanət başlanır. Gərək bir-birini darıxdırmayalar. Bu zaman sunami başlayır. İnsan təbiətində baş verən dəyişikliyin bir adı da xəyanətdir. Maraqlıdır ki, belə sunamilər sunaminin vətəni Yaponiyadan uzaqlarda daha çox baş verir, lap xırda gilavarla xəzrinin dolaşdığı bizim ellərdə…" Əməkdar artist Şövqi Huseynov sorğumuza cavab olaraq "ailə" və "xəyanət" anlamlarının bir-birinin yanında işlənməsinə münasibətinin çox pis olduğunu vurğuladı. Mənim dünyamda xəyanət arxadan vurulmaq deməkdir Mirzə Xəzər: "Mənim dünyamda xəyanət arxadan vurulmaq deməkdir. Ər arvadına xəyanət edirsə, ona arxadan zərbə vurur. Arvad ərinə xəyanət edirsə, ərinə arxadan zərbə vurur. Lakin ailədə xəyanət məfhumunun tərkibində əxlaq anlayışı da rol oynayır. Maraqlı olan odur ki, bizim mədəniyyətdə ər arvadı aldadanda (ona xəyanət edəndə) kişiyə əxlaqsız deyilmir. Amma qadın ərini aldadanda, ona xəyanət edəndə - qadına əxlaqsız deyilir. Ailədə xəyanətlə dostluqda xəyanət arasında oxşarlıq da var, fərq də. Oxşarlıq ondan ibarətdir ki, ərlə arvad da dostdurlar və biri-birini aldadırlarsa, bir-birinə xayənət etmiş olurlar. Çünki biri-birinə arxadan, gizlində, gözlənmədən zərbə vururlar. Dostun dosta arxadan xəncər saplaması vətəndaşın öz dövlətinə xəyanətindən fərqlənmir. Dost da, dövlət də xəyanət nəticəsində ziyan görür. Hər iki halda etibara, etimada xəyanət edilir. Xainlik şəxsiyyətin eroziyasından, xudbinlikdən, zəiflikdən, paxıllıqdan, məkrdən, qürurdan, mənfəətpərəstlikdən, nankorluqdan, acgözlükdən, nəfsə hakim olmamaqdan doğur. Xainlik və xəyanət insanın ən çirkin duyğu və hisslərinin təcəssümüdür. Bu səbəbdən cəmiyyətdə mənəviyyatsızlıq artdıqca, xainlik və xəyanət də artır. |
2014-03-05 | 10,694 | Kürdəmirdə çörək sexi yandı | Kürdəmir rayonu, Şıxımlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus çörək sexinin ərazisində quraşdırılmış generator otağında ətrafa dağılmış dizel qalıqları 3 kv.m sahədə və generator qismən yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, generator yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Ağdaş şəhərində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 52 kv.m olan taxta konsrtuksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 28 kv.m sahədə yanıb. Köməkçi otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. |
2014-03-05 | 10,695 | Məşhur rejissorun 18+ filminə qadağa - Video | Türkiyədə dünya şöhrətli rejissor Lars fon Trierin "Nymphomaniac" (Seks düşkünü) filminin nümayişinə qadağa qoyulub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu filmin nümayişə girməsinin qadağan olunma səbəbi kimi "əxlaqa zidd" və "pornoqrafik görüntü və dialoqların olması" göstərilib. Ekrana çıxacaq filmlərin reytinqini aparan qurum səs çoxluğuyla 14 martda birinci hissəsinin yayımlanması planlaşdırılan Lars fon Trierin "Nymphomaniac" filminin ekrana çıxmağına icazə verməyib. Qurum dünən filmi izləyərək səs çoxluğu ilə ekrana çıxamamasına qərar verib. Hər kəs filmin "18+" başlığı altında ekrana çıxacağını gözləyirdi, ancaq "Nymphomaniac" bu şəkildə belə ekranlara çıxa bilməyəcək. Qeyd edək ki, bu filmdə 50 yaşlı qadının uşaqlığından etibarən kişilərlə olan əlaqələrindən bəhs edilir. Filmdə Şarlotte Qeynsburq, Stellan Skarsqard, Steysi Martin, Cemi Bel, Uma Turman, Uilyam Defo kimi məşhur aktyorlar rol alıb. "Nymphomaniac" filmi keçən ay Berlin Film Festiavlında göstərilmiş və tənqidçilər tərəfindən yaxşı qarşılanmışdı. |
2014-03-05 | 10,696 | “Hyundai” çaya aşdı – Sürücü öldü | Xaçmaz rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən çaya aşıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğrayaraq avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 04:50-də başa çatıb. |
2014-03-05 | 10,697 | Keçmiş Daxili İşlər naziri: “Mən hesabımı verdim” | Türkiyənin keçmiş Daxili İşlər naziri və AKP millət vəkili Müəmmar Gülər Mardinin Qızıltəpə mahalında seçki öncəsi çıxış edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 30 martın sadəcə yerli seçkilərdən ibarət olmayacağını deyib: "Mən hesabımı ödədim, amma sıra başqa hesab verəcəklərə gələndə onlar da hesabını verəcək. Kim nə edibsə, onun da hesabını verəcək, amma siz əsl hesabı seçki qutusunda görəcəksiz". Gəzi Parkı hadisələri və sonrasında yaşananların əsas məqsədini kənd əhalisinin də, şəhər əhalisinin də yaxşı anladığını qeyd edərək belə deyib: "Hamı dörd gözlə filmə baxır, amma filmin içindəki film daha çox görünür. Bu işin altından çıxacaq tək adam güclü bir hökumət və güclü bir Baş nazirdir. İradəmizi başqasına təslim edə bilmiriksə, bu hökumətin gücünə dəstək olmağa məcburuq. Mənimlə bağlı heç şübhəniz olmasın. Mən hesabımı verdim, amma hər kəs hesabını verəcək. Siz əsl hesabı seçki qutusunda görəcəksiniz. Kasetlər, montajlar, dublyajlar, başlıqlar... Ən son başlıq 30 mart günüdür. Seçki qutularındakı başlıq ən əhəmiyyətli başlıqdır". |
2014-03-05 | 10,698 | Daha bir ölkə Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı | Kanadanın Baş naziri Stiven Xarper Rusiya ilə hərbi sahədə əməkdaşlığın dayandırılmasına dair göstəriş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "CNN" telekanalı xəbər yayıb. "Bu gün səhər mən Kanada və Rusiya Silahlı Qüvvələri arasında planlaşdırılmış ikitərəfli təmasların dərhal dayandırılmasına dair göstəriş vermişəm", deyə Xarper bildirib. "Söhbət "Sayıq qartal" kimi hərbi təlimlərdən və planlaşdırılmış görüşlərdən gedir", deyə baş nazir vurğulayıb. Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiya ilə hərbi-texniki əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul edib. |
2014-03-05 | 10,699 | BMT Xocalı ilə bağlı rəsmi sənəd yaydı | Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev baş katib Pan Gi Muna Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktub göndərib. Məktub martın 4-də BMT-nin rəsmi sənədi kimi yayılıb. Sənəddə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında davamlı silahlı münaqişə 1987-ci ilin axırlarında Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialardan başlanıb: "Bu iddialar azərbaycanlılara hücumların başlanmasına və onların həm muxtar vilayətdən, həm də Ermənistanın özündən qovulmasına səbəb olub. 200 mindən çox azərbaycanlının Ermənistandakı evlərindən məcburi deportasiyası qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunub (AzərTAc). 1991-ci ilin axırı, 1992-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı geniş müharibəyə başladı. Nəticədə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu və ətraf 7 rayon işğal olundu. Həmin dövr Dağlıq Qarabağ regionunda və onun hüdudlarından kənarda dinc azərbaycanlılara hücumların miqyasının, intensivliyinin və tezliyinin artması ilə xarakterizə olunur. Bu müharibə zamanı minlərlə insan qətlə yetirilib və yaralanıb, yüz minlərlə insan qaçqına və məcburi köçkünə çevrilib". Məktubda iyirmi iki il əvvəl Azərbaycanın Xocalı şəhəri sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutulduğu, şəhərin yer üzündən silindiyi bildirilir: "Ermənistan Respublikası hökumətini və ona tabe olan, beynəlxalq hüquqa görə onun cavabdeh olduğu qüvvələrin münaqişə zamanı, o cümlədən Xocalıda baş verənlərə, beynəlxalq humanitar hüquq normalarının və insan hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıması barədə nəticə çıxarmaq üçün yetərincə əsas var. Müharibə aparılması qaydalarının Ermənistan tərəfindən pozulması dinc vətəndaşların qətlə yetirilməsini, girov götürülməsini və saxlanılmasını, habelə hərbi əsirlər və girovlarla amansız rəftar olunmasını və onların kütləvi qətllərini ehtiva edir. Ermənistanın həm indiki, həm də keçmiş prezidentləri – Serj Sərkisyan və Robert Köçəryan, bu dövlətin bir çox digər yüksək vəzifəli siyasətçiləri və hərbçiləri Azərbaycanın işğal olunmuş ərazisində Ermənistanın qurduğu separatçı rejimin liderləri ilə birlikdə Azərbaycan torpaqlarının ələ keçirilməsində, Azərbaycanın mülki şəxslərinə və hərbi əsirlərinə divan tutulmasında şəxsən iştirak ediblər. Tamamilə aydındır ki, onların törətdikləri cinayətlərin miqyasını və ağırlığını nəzərə alaraq rəsmi və ya siyasi statusundan asılı olmayaraq məsuliyyət daşıyan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Münaqişə zamanı törədilmiş cinayətlərdə təqsirləndirilənlərin Ermənistanda indiyədək cəzasız qalması, o cümlədən hərbi cinayətkarların mədh edilməsi, onlara milli qəhrəman statusunun verilməsi münaqişənin nizama salınmasında irəliləyiş əldə edilməsinə mane olur. Buna görə də cəzasızlığa qarşı mübarizə təkcə cinayətlərə görə məsuliyyət daşıyanları məhkəmə məsuliyyətinə cəlb etmək və onları ədalət mühakiməsinə vermək üçün deyil, həm də davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün vacibdir. Ermənistan Respublikası cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün zəruri addımlar atmaq istəmirsə, beynəlxalq birlik münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymaq üçün daha fəal rol oynamalıdır. Əminik ki, milli və beynəlxalq səviyyələrdə görülən ardıcıl tədbirlər, habelə mövcud beynəlxalq-hüquqi baza günahkarların məhkəməyə verilməsinə imkan yaradacaq". |
2014-03-05 | 10,700 | Sabiq nazirlərin toxunulmazlığı ləğv olunur | İstanbul prokurorluğu rüşvət qalmaqalında adları hallanan sabiq nazirlərin - daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib. Məlumatda qeyd olunur ki, İstanbul prokurorluğu müraciəti fevral ayının 28-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib. Keçən il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanırdı. Bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib. Daha sonra fevralın 28-də Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb("Trend"). |
2014-03-05 | 10,701 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Tərtər rayonunun Göyarx, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-05 | 10,702 | Luçeskudan Ukraynaya dəstək | Ukraynadakı vəziyyət futbola da təsirsiz ötüşməyib. "Axar.az" xəbər verir ki, ölkədəki xaos səbəbindən çempionat oyunlarının müddətsiz təxirə salınması "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunun istefa verəcəyi ilə bağlı xəbərlərin yayılması ilə nəticələnib.Lakin rumın mütəxəssis xəbəri təkzib edib: "Bunlar heç bir əsası olmayan xəbərlər və dedi-qodulardı. Heç yerə getmirəm. Əksinə, burda qalıb, bütün dünyaya Ukraynanın hər şeyə rəğmən yaşadığını göstərmək istəyirəm". |
2014-03-05 | 10,703 | Stadion su altında qaldı - Foto | İspaniyanın "Sportinq" klubunun ev oyunlarını keçirdiyi stadion su altında qalıb. "Axar.az" xəbər verir ki, buna səbəb leysan yağışlar nəticəsində Piles çayının daşması olub. Xixon klubunun ev oyunlarını keçirdiyi "El Molinon" stadionu tamamilə suya təslim olub. Arenaya dəyimiş ziyanın məbləği hələ məlum deyil. |
2014-03-05 | 10,704 | Neft Fondu Prezident sərəncamına zidd çalışır | Neft gəlirlərinin idarəolunması strategiyasına əməl olunmur. "Axar.az"ın məlumatına görə, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin 11 milyard 627 milyon manat, xərclərinin isə 11 milyard 350 milyon manat təşkil etməsi nəzərdə tutulur: "Bu isə o deməkdir ki, əldə edilən gəlirlərin 97,6 faizi xərclənəcək. Əldə edilən gəlirlərin 2012-ci ildə 77,3 faizi, 2013-cü ildə 90,4 faizi xərclənib. Göründüyü kimi, 2012-ci ildə yığıma gedən hissə 22,7 faiz, 2013-cü idlə 9,4 faiz olub, 2014-cü ildə isə 2,4 faiz olacağı gözlənilir. Bu isə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunması üzrə uzunmüddətli strategiya"sının prinsiplərinə ziddir". İqtisadçı qeyd edir ki, həmin prinsiplərdə neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda, onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir. |
2014-03-05 | 10,705 | Krımda tatar gənclərini oğurlayırlar | Krımda hərbi xidmət üçün müraciət edənlər yoxa çıxır. "Axar.az"ın məlumatına görə, bu barədə Krım sakinləri sosial şəbəkədə şərhlər yazırlar. Onları bildirir ki, artıq hərbi xidmət üçün Ukrayna ordusuna müraciət edənlərin həyatının təhlükə altındadır. Onlara müxtəlif vasitələrlə təzyiq edilir, hətta bəzi vətəndaşlar oğurlanaraq yoxa çıxarılır. Krım parlamentinin tatar deputatları isə belə addımın atılmasında əsas məqsədin xalq arasında qorxunu yaymaqdan ibarət olduğunu bildiriblər. Sakinlər göstərişin birbaşa Krım hakimiyyətindən gəldiyindən narahatdırlar. Tatarlar sosial şəbəkədə provokasiyaya uymamaqla bağlı çağırışlar paylaşırlar: "Son günlər ukraynalılar xüsusilə tatarları provokasiyaya çəkmək istəyirlər. Refat aqanın (Refat Çubarov – red.) çıxışından sonra heç bir tatar provokasiyaya cəlb olunmamağa çalışır. Başqa bir variant qalmadıqda isə rəhbərlik muxtariyyətin əleyhinə çıxanlar üçün yeni layihə hazırladı. Layihə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyənləri orduya yazılmasının qarşısını almaq və müxtəlif insanlara xəsarət verməklə, onları qəzəbləndirib provokasiyaya cəlb etməkdir. Hər şey çox sadədir. Biz qəzəblənək, hakimiyyətin üstünə qalxaq, Putin də rusları qorumaq adıyla ordunu qanuni şəkildə bura yeritsin. Aksyonov çox hiyləgərdir. Əmri yerinə yetirmək üçün rus kəşfiyyatının nümayəndələrindən belə istifadə edir. Əgər səbirli olsaq, onlarda heç bir şey alınmayacaq". Qeyd edək ki, Krım rəhbərliyi artıq Ukrayna hakimiyyətinin əmrlərini yerinə yetirmir. Ukrayna hakimiyyəti isə Krımın yeni Baş naziri Serqey Aksyonovun bütün qərarlarının qanunsuz hesab edildiyini bəyan edib. |
2014-03-05 | 10,706 | Mərkəzi Bank 3 bankı bağladı | Rusiya Mərkəzi Bankı bu gündən etibarən ölkədə fəaliyyət göstərən 3 bankın – "Monolit", "Biznesin İnkişafı Bankı" və "Dağıstan"ın lisenziyasını ləğv edib. "Axar.az" xəbər verir ki, hər 3 bank qanunvericiliyə riayət etməməkdə, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunurlar. Hələ fevralın əvvəllərindən etibarən "Monolit" bankı hesablarından pul çıxarılmasını məhdudlaşdırmışdı. Ayın sonunda isə bank Mərkəzi Bankın qərarına qədər bu əməliyyatları dayandırmışdı. Bank əmanətçiləri qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməmişdi. "Biznesin İnkişafı Bankı" da şübhəli əməliyyatlarda təqsirləndirildiyi üçün lisenziyası əlindən alınıb. Bankın 4.8 milyard rubl dəyərində şübhəli əməliyyat apardığı bildirilir. Qeyd edək ki, hələ ötən ilin ortalarında prezident Vladimir Putinin Mərkəzi Banka yeni rəhbər təyin etməsindən sonra ölkədəki banklarda "təmizləmə" işləri aparılmışdı. 2013-cü ilin ikinci yarısından etibarən ölkədə 14 bankın lisenziyası alınmışdı. |
2014-03-05 | 10,707 | Londonda şəriət dövlətini dəstəkləyən aksiya - Video | Dünən Londonda toplaşan müsəlmanlar İraq Şam İslam Dövlətini (İŞİD) dəstəklədiklərini bəyan ediblər. "Axar.az" İngiltərə mətbuatına istinadən xəbər verir ki, Londonda toplaşan müsəlmanlar İŞİD terror təşkilatını dəstəklədiklərini bəyan edərək aksiya keçiriblər. Müsəlmanlar həmçinin Xilafətin devrilməsinin 90-cı ildönümünü də qeyd ediblər. Aksiyada nitq söyləyən Şeyx Ancəm Çudari bunları deyib: "Rəsmi olaraq Xilafətin devrilməsinin 90-cı ildönümünüdür. Xliafət dövləti peyğəmbərimiz Hz. Məhəmmədin vaxtında quruldu, ancaq 1300 il sonra Mustafa Kamal Atatürk tərəfindən ingilislərin və fransızların köməkliyi ilə 3 mart 1924-cü ildə rəsmi olaraq devrildi. Bu gün müsəlmanların təxminən 55 fərqli ölkəyə bölündüyünü görürük. Bu ölkələrin heç biri şəriət qayda-qanunları ilə idarə olunmur. Bu gün dövlətlərin başında müsəlmanları alçaldan, alimləri həbs edən, mücahidləri yaxalayıb kafirləri azad edən zalım diktatorlar var". |
2014-03-05 | 10,708 | Dünynanın ən nüfuzlu yarışı Bakıda keçiriləcək | "Formula-1" yarışının mərhələlərindən biri Bakıda keçiriləcək. Bunu nəzərdə tutan müqaviləni "Formula-1" dünya çempionatının rəhbəri Berni Ekklstoun imzalayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya mətbuatı yazır. Ekklstounun sözlərinə görə, Azərbaycandakı "Qran-Pri" 2015 ya da 2016-cı ildə keçiriləcək. "Biz Azərbaycana gedəcəyik. Orada yarışların 2015-ci ildə keçiriləcəyindən danışırlar. Ola bilsin ki, bu, tezdir. Lakin belə bir ehtimal var. Güman ki, Bakıda yarış 2016-cı ildə keçiriləcək". Bu il "Formula-1" yarışlarının mərhələsi oktyabrda, ilk dəfə Rusiyada – Soçidə keçiriləcək. Çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onların sayının 22-yə çatdırılacağı gözlənilir. Təqvimə Azərbaycanla yanaşı Tayland, CAR, Yunanıstan, Argentina və Meksika daxil edilə bilər. |
2014-03-05 | 10,709 | "Öldürün" əmrini Putin verib – Şok sənəd | Ukraynalı jurnalist və aktivistlər Viktor Yanukoviçin Mejiqoryedəki bağ evində tapılan sənədləri incələyərək, ortaya gündəmi dəyişəcək materiallar çıxarıblar. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumtına görə, adlarının açıqlanmasını istəməyən aktivistələr kağız parçalarında əks olunan yazılardan belə qənaətə gəliblər ki, Maydanda dinc aksiyaçılara qarşı silah tətbiqinə Rusiya prezidenti Vladimir Putin göstəriş verib. Həmin sənədlər ölkənin müvafiq qurumlarına təqdim olunub. Onların fikirlərini diqqətinizə çatdırırıq: "Tapdığımız kağız parçaları bəzi faktlar üzərində mübahisə aparmağımıza rəvac verib. Doğrudur, Yanukoviç başdan xarabdır, amma düşündüyünüz qədər də yox. Biz elə bir dəlillər tapmışıq: sənəddə göstərilib ki, İnstituski küçəsində 35 yaxın rusiyalı snayperlər aksiyaçılara güllə hədəfinə alıb. Qruşevskidə isə onlar 7 nəfər olublar. Tapilan kağızlarda əks olunub ki, lap əvvəldən Maydana yaxın yerlərdəki "Ukrayna" və "Kazaçki" mehmanxanalarında rusiyalı snayperlər növbətçilik ediblər, hadisələri nəzarətə saxlayıblar. Yanukoviç aksiyaçılarla danışıqlara getməkdən dəhşət qoruxurdu. Çunki bilirdi ki, ərazidəki rusiyalı peşəkar hərbçilər ona qulaq asmırlar. Putin danışıqların qəti əleyhinə olub, bunu tapdığımız kağızdakı yazılı faktlardan görmək mümkündür. Putin Yanukoviçin qarşı tərəfə danışıqlara gedəcəyindən panik şəkildə narahat idi. Qənaətimizə görə, Putinlə Yanukoviçin ortaq biznesi olub. Putin Krım üzərindən Yanukoviçin vasitəsi ilə Çinə neft nəql etdirib. Kağızlarda deyilir ki, Rusiya bütün hallarda Yanukoviçi müdafiə edəcək, yetər ki, o, razılaşmaya getməsin. Biz həmçinin onun partiya üzvlərinin də fikirlərini əks etdirən vərəqlər tapmışıq. Orada Yanukoviçin nəyisə mütləq etiraf etməlidir kimi fikirlər əks olunub. Bu və digər faktlar bizə deməyə əsas verir ki, "öldürün" əmrini verən şəxslərdən biri də məhz Putindir. Həmin sənədləri artıq hüquq mühafizə orqanlarına vermişik. Əmiliklə deyə bilərik ki, Yanukoviç bir neçə dəfə razılığa getmək istəyib, lakin snayperlər öz işlərini görüblər. Nəticədə Yanukoviç Rusiyaya qaçdı. Nəzarətdə saxlanılır ki, nələrisə etiraf edər". |
2014-03-05 | 10,710 | Ərdoğanla Putin Krımı müzakirə etdilər | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Krım məsələsi ilə bağlı müzakirə aparıblar. "Axar.az" xəbər verir ki, Kreml mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğanla Putin arasında baş tutan telefon danışığında Krımda etnik və dinlərarası sülhün əldə olunması ilə bağlı müzakirə aparılıb. Mətbuata verilən açıqlamada "Radikal qüvvələrin aqressiv fəaliyyələrinə baxmayaraq, Krımda etnik və dinlərarası sabitlik qorunacaq" deyilib. 25 dəqiqəlik danışıq zamanı Ərdoğan problemin həllində ən böyük məsuliyyətin ukraynalıların üzərinə düşdüyünü deyib. Ərdoğan bildirib ki, Ukraynada sabitliyin pozulması bütün regiona təsir edəcək. |
2014-03-05 | 10,711 | Azərbaycanda ermənilərə işləyənlər ifşa olundu - Rəsmi | "2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub". Bu məlumat Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub (Modern.az). Biildirilib ki, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinim əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb. Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub. Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Keçirilən digər əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partkayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terro-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin isıntaqı aparılır. |
2014-03-05 | 10,712 | Məhəmməd Əli sosial şəbəkədə gündəmi zəbt etdi | Əfsanəvi boksçu Məhəmməd Əli "twitter"də qeydiyyatdan keçib. "Axar.az" xəbər verir ki, məşhur boksçu "twitter" sosial şəbəkəsinin istifadəçiləri üçün dünya çempionu adı uğrunda Sonni Listonla görüşünün 50 illik yubileyi ilə bağlı yazı paylaşıb: "Mən Sonni Listona qarşı döyüşdə dünyanı valeh etməyi bacardım. Budur, həmin vaxtdan 50 il keçir və mən xatirələrimi sizinlə paylaşıram". Xatırladaq ki, Məhəmməd Əli karyerası ərzində 61 döyüşdən 56-da qalib gəlib, 5-ni isə uduzub. Boksçu 1984-cü ildən parkinson xəstələyindən əziyyət çəkir. Onu da qeyd edək ki, canlı əfsnənin "facebook"da da aktiv səhifəsi var. |
2014-03-05 | 10,713 | İsveçin Azərbaycandakı səfirliyi rəsmən fəaliyyətə başladı | İsveç Krallığının Azərbaycandakı səfirliyi martın əvvəlindən rəsmən fəaliyyətə başlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, İsveçin Azərbaycandakı səfiri Mikael Erikson bildirib ki, səfirlik Bakının mərkəzində, "İSR Plaza"da Norveçin Azərbaycandakı səfirliyinin ofisində yerləşəcək. Səfirliyin strukturu barədə danışan səfir deyib ki, diplomatik nümayəndəlikdə bir diplomat və bir yerli işçi çalışacaq: "Mən isə hələlik Stokholmda olacam". M.Erikson əlavə edib ki, səfirliyin rəsmi açılışı yazın sonunda - yayın əvvəlində keçiriləcək: "İsveçə səyahət etmək istəyən vətəndaşlar vizanı əvvəlki qaydada, Norveçin Azərbaycandakı konsulluq şöbəsindən əldə edə bilərlər". Qeyd edək ki, İsveç Ermənistanda da öz diplomatik missiyasını açıb. Səfirliklərin açılması barədə qərarı İsveç hökuməti 2013-cü ilin iyununda qəbul edib. |
2014-03-05 | 10,714 | Ukrayna Krıma hərbi gəmi göndərdi | Bu gün Ukrayna hərbi gəmisi Odessa limanına yan alıb. "Axar.az" xəbər verir ki, Müdafiə Nazirliyi "Getman Saqaydaçnıy" gəmisinin Ukrayna bayrağı altında Odessa limanına daxil olduğunu bildirib. "Bu gün gəmi Odessa limanına lövbər saldı. Gəmi limana böyük Ukrayna bayrağı ilə daxil olub və heyət Ukrayna xalqına sadiq qalacaq" deyə Nazirliyin açıqlamasında bildirilib. Qeyd edək ki, Ədən körfəzində anti-pirat əməliyyatları aparan gəmi Krımdakı hadisələr başlayandan sonra dərhal geri çağırılıb. |
2014-03-05 | 10,715 | Jurnalistika ixtisası üzrə qəbul qaydaları dəyişdirilir | Azərbaycanda jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr aparılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirə keçirilib. Müzakirələrin nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar. Nəzərdə tutulan digər yeniliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər( Trend ). |
2014-03-05 | 10,716 | Salyanda qətlə yetirilən şəxs kriminal avtoritet imiş – Şok | KXCP üzvü Aydın Xəlilovun ölümü ilə bağlı yeni məqamlar üzə çıxıb. Bu barədə "Axar.az"ın hadisə yerində olan əməkdaşına mərhumun böyük qardaşı Nazim Xəlilov məlumat verib. O, mərhuma 34 bıçaq zərbəsi vurulduğunu deyib: "Tibbi ekspertizanın rəyinə görə, ona 34 bıçaq vurulub. Cinayətdə ümumiyyətlə 2 bıçaqdan istifadə edilib. Bunlardan birinin eni 7 santimetr, o birinin isə 3 santimetr olub". Qatil kimdir? N.Xəlilov qardaşının evdən naməlum şəxslər vasitəsiylə aparıldığını deyib. "Qara "Pajero" ilə evə naməlum 3 nəfər gəlib. Qardaşımı qarşı oturacaqda oturdublar və evdən aralanandan sonra qətlə yetiriblər. Hələ bundan bir gün öncə həmin maşını gecə saat 11-də kəndə girəndə görüblər. Həqiqətən maşının nömrəsi palçıqlı olduğu üçün heç kim onun nömrəni görə bilməyib". Nə güllələnib, nə də üstündən maşın keçib Aydın Xəlilovun qatillərindən birinin fotorobotunun hazırlandığını, amma həmin adamın ölkə sərhədlərini çoxdan keçdiyini də deyib. Qohumlar həmçinin Azərbaycan KİV-də yazılanların doğru olmamasından şikayətləniblər. "Onu güllələməyiblər. Ancaq bıçaqla vurublar. Üzərindən isə maşın-filan keçməyib". Mərhumun Klassik Xalq Cəbhəsi Partiyası ilə əlaqəsinə gəlincə isə qohumları bu əlaqələrin ümumiyyətlə olmadığını söyləyib. "Təxminən son beş ildə o, heç bir siyasi ilə görüşməyib. Elə bu müddət ərzində də KXCP ilə də əlaqəsi olmayıb". Ölən kriminal avtoritetdir? Yas mağarında danışılanlardan isə daha maraqlı məqam ortaya çıxıb. Bildirilir ki, A.Xəlilov uzun müddət Rusiyada yaşayıb və burada kriminal aləmdə sayılıb-seçilən, kifayət qədər məşhur sima olub. Nazim Xəlilov deyib ki, qardaşı Rusiyadan təxminən yeddi il bundan öncə dönüb. Qeyd edək ki, fevralın 4-də Aydın Xəlilovun Salyan-Şirvan yolu istiqamətində, Qaraçala kəndindəki evindən təxminən 500 metr aralıda bıçaq xəsarətləri ilə qətlə yetirilib. Əməkdaşımızın ətraflı reportajı təqdim ediləcək… Bakı-Salyan-Qaraçala |
2014-03-05 | 10,717 | Bu il müdafiə sektoruna nə qədər xərcləmişik? | Ötən il Azərbaycanda ölkənin müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 3 milyard manata yaxın vəsait sərf edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib. Ötən il Silahlı Qüvvələr və qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən silah, sursat, ərzaq, geyim və digər maddi-texniki vasitələrlə təchizatı, döyüş hazırlığının yüksəldilməsi, sərhədlərin mühafizəsinin gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi və tikinti-quruculuq sahəsində tədbirlər davam etdirilib. 2013-cü ildə hərbi hissə və şəhərciklərdə 116,97 milyon manat məbləğində tikinti quruculuq işləri, o cümlədən 24 hərbi şəhərcikdə tikinti, 26 hərbi şəhərcikdə əsaslı təmir, 19 hərbi şəhərcikdə isə cari təmir işləri həyata keçirilib. |
2014-03-05 | 10,718 | ABŞ Azərbaycana maliyyə yardımını azaldır | ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitin əks olunduğu büdcə layihəsini təqdim edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycana yardım yenidən azaldılacaq. Belə ki, 2013-cü ildə ABŞ-ın Azərbaycana yardımı 16 milyon dollardan çox olsa da, 2014-cü ildə bu miqdar 15,5 milyona enib, 2015-ci ildə isə 12,7 milyon dollar təşkil edəcək. Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkoticarətlə mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə kimi ayrılacaq. Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək. |
2014-03-05 | 10,719 | Rusiya əleyhinə çıxış edən aparıcı işdən qovuldu - Video | Rusiyanın beynəlxalq "Russian Today" telekanalının baş redaktoru Marqarita Simonyan işdən qovulan "Breaking the Set" proqramının aparıcısı Ebbi Martindən danışıb. "Axar.az"ın məlumatına görə, erməni redaktor öz əməkdaşının telekanaldan uzaqlaşdırılmasını onun Amerika təbliğatının qurbanı olması ilə izah edib: "Biz jurnalistlərimizə qurşaqdan aşağı zərbə vurmuruq. Ebbi düşündüyü kimi hadisələrə şərh verib. Düşünürəm ki, Ebbi Ukrayna və Krımda baş verən hadisələrlə bağlı Amerikanın yanlış təbliğatının qurbanı olub". Qeyd edək ki, Ebbi Martin aparıcılıq etdiyi "Breaking the Set" proqramında Ukraynadakı hadisələrə görə Rusiya rəhbərliyini ciddi tənqid edərək, bunu əsl təcavüz adlandırıb. O deyib ki, Rusiya telekanalında işləməsinə baxmayaraq, ürəyi hər zaman ukraynalılarla bir yerdədir: "Mən Ukrayna xalqını tanımıram və onlar haqqında geniş bilgim yoxdur. Lakin mən istənilən silahlı müdaxiləyə qarşıyam. Mən burada oturub heç kimdən üzr istəyib yaxud hərbi aqressiyanı müdafiə etməyəcəm". Məhz bu çıxışına görə də xanım jurnalist işdən qovulub. Dövlət büdcəsindən maliyyələşən "Russian Today" telekanalı 2005-ci ildən fəaliyyətə başlayıb, xarici ölkələrdə Rusiyanın maraq və mövqelərini müdafiə edir. Bir neçə dildə yayımlanan bu kanalı Rusiyanın "Əl–Cəzirəsı" sayırlar. Aparıcı Ebbi Martinin belə möhtərəm bir strateji telekanaldan Rusiyanı qınaması Kreml məmurlarını özündən çıxarıb. |
2014-03-05 | 10,721 | Bakı təmsilçisinin Gülənə məxfi məktubu Türkiyə mətbuatında - Foto | "Kəşfiyyat akademiyasına yerləşdirdiyimiz dostumuz deşifrə edilərək qovulub". "Axar.az" xəbər verir ki, bu sözlər Türkiyənin "Axşam" qəzetinin "Bakıda "dövlət içində dövlət" həyəcanı" başlığıyla dərc etdiyi manşet məqaləsində yer alıb. Məqalədə deyilir: "Azərbaycan mətbuatı tərkibində bir universitet, 11 məktəb və 13 hazırlıq kursu olan Çağ Öyrətim İşlətmələtinin rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən bir məktubla bağlı yazı dərc edib. Yazıda Türkiyədəki dövlət içində dövlət qurmaq istəyənlərin Azərbaycan dövlət orqanlarına sızdığı və ölkədə bəzi dövlət adamları ilə millət vəkillərinin bu quruluşla əlaqəli olduğuna dair xəbərlər dərc edilir. Verilən xəbərlərdə bəzi yüksək çinli məmurların və bəzi millət vəkillərinin "dövlət içində dövlət qurmaq istəyənlər"lə əlaqələri olduqları iddia edilir. Xatırladaq ki, sözügedən məktub "Nurçuların Azərbaycandakı adamının məktubu" başlığıyla özəl olaraq "Axar.az" saytında yayımlanıb. |
2014-03-05 | 10,722 | Ermənistan Ukrayna əleyhinə savaşa qoşuldu - Şok | Ermənistan Rusiyayla birgə Ukrayna əleyhinə savaşmağa hazırdır. "Axar.az" xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Təhlükəsizlik Şurasına göndərdiyi sorğudan sonra bu qərara gəlib. Şuradan mətbuata Putinin keçirdiyi konfransda bütün sözləri dediyini və bununla kifayətlənməli olmaları barədə açıqlama verib. Mətbuat isə öz növbəsində bu cümlələri analiz edərək Ermənistanın Rusiya tərəfində vuruşacağını iddia edib. "Təhlükəsizlik Şurasının verdiyi cavab hər şeyi özündə əks etdirir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Əgər Rusiya-Ukrayna savaşı başlasa, o zaman Ermənistan müharibəyə qatılacaq və Rusiyayla birgə vuruşacaq. Ən azından, Təhlükəsizlik Şurasının verdiyi açıqlama təəssüf ki, bizim sözlərimizi inkar etməyə kifayət etmir". Qeyd edək ki, Rusiyanın Krıma öz qoşunlarını göndərməsindən sonra heç bir rəsmisi vasitəsiylə Ukrayna hadisələrinə münasibət bildirməyən ölkələr sırasında Ermənistan da yer almışdı. Hazırda bu ölkənin əsas hərbi vasitələri Rusiyanın nəzarətindədir. Ölkənin qərb və cənub sərhədləri rus sərhədçiləri tərəfindən qorunur. |
2014-03-05 | 10,723 | Ən böyük kitab dükanı açılır – Sürprizlər var | Martın 16-da saat 15:00-da "Kitabevim.az" Mağazalar Şəbəkəsinin yeni kitab marketinin açılışı olacaq. Açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq. Minlərlə kitabın satışından əlavə "Kitabevim.az" kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan "Qoy-götür" guşəsi də təşkil olunacaq. Layihənin məqsədi kitab satışından çox, mütaliənin təbliğatını həyata keçirməkdir. Yeni kitab marketində "Günün, həftənin, ayın kitabı" adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapmaq olar. Eyni zamanda, imza günləri keçirilməsi üçün geniş bir guşə də nəzərdə tutulub. Bu guşədə həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazarların oxucularla görüşləri təşkil olunacaq. "Kitabkafe" guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılıb. Bununla yanaşı, kitab marketinin "elektron kitab" bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılıb. Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanacaqlar. "Oxucu klubu" guşəsində isə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkündür. Qeyd edək ki, yeni "Kitabevim.az" Kitab Marketi "28 May" stansiyası yaxınlığında, Puşkin 26A ünvanında, "AK Center"in 2-ci mərtəbəsində yerləşir. |
2014-03-05 | 10,724 | Krımda hökumət binası talan edildi | Simferopolda Krım Nazirlər Şurasının binası soyğuna məruz qalıb. "Axar.az" xəbər verir ki, ötən həftə Krım parlamenti və Nazirlər Şurasının binasını tutan silahlı şəxslər binanı qarət ediblər. Kabinetlərdən bahalı əşyalar, texnikalar oğurlanıb. Hətta girişdəki bankomat da yararsız hala salınıb. "Stollar çevrilib, texniki avadanlıqlar ya yoxdur, ya da işləmir. Demək olar ki, bütün qapılar sındırılıb" deyə Krımın Səhiyyə Nazirliyinin baş mütəxəssisi Olqa Borodina Feysbuk səhifəsində yazıb. |
2014-03-05 | 10,725 | Anar Nağılbaz: ”Şeyx Əbdül sözünü danır” | "Mən verilişə baxdım. Şeyx Əbdül bildirdi ki, o sözü yazan adama ar olsun, yəni ki, mən yazmamışam. Belə çıxır ki, ö öz sözünü danır, yaxud da ki, doğrudan da özü yazmayıb". Bu sözləri "Axar.az"a Anar Nağılbaz Şeyx Əbdülün onun ünvanına dediyi "o narkomandır" məsələsinə münasibət bildirərkən söylədi. Anar Nağılbaz həmçinin öz Feysbuk səhifəsindəki statusu yazarkən heç bir təsir altında olmadığını da vurğuladı: "O ki qaldı mənim yazıma, yazdıqlarım tam anlaşıqlıdır, heç bir təsir altında olmamışam. Əksinə, mən əsəbi ifadəmi bildirmişəm və tamamilə düzgün bildirmişəm. Çünki bu, təkcə mənim təmsil etdiyim bir incəsənət sahəsi deyil, həm də Azərbaycanda minlərlə bu cür gənc, yeniyetmə var ki, bu sənətlə məşğul olur. Mənim yerimə hər kim olsa, belə edərdi. Çünki pis-yaxşı, bu, indiki dövrün aktuallığını cəmiyyətə, ictimaiyyətə işıqlandıran yeganə musiqi növüdür. Ona görə də Anar Nağılbaz tək deyil, Anar Nağılbaz kimi minlərlə gənc və yeniyetmələr var". |
2014-03-05 | 10,726 | Ramil Usubov 84 əməkdaşını işdən çıxartdı | 2013-cü ildə Daxili İşlər Nazirliyi sistemində korrupsiya hüquqpozmaları ilə əlaqədar 60 fakt aşkarlanıb. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub. Məlumata görə, hesabat dövründə korrupsiya hüquqpozmaları ilə əlaqədar Daxili İşlər Nazirliyinin 106 əməkdaşi barəsində qanuni ölçülər götürülüb, onlardan 84-ü xidmətdən xaric edilib, 20-si tutduğu vəzifədən azad olunub, 2 əməkdaş barəsində digər intizam tənbehi tədbirləri görülüb. Hesabatda həmçinin qeyd olunub ki, hadisə yerlərindən götürülmüş 3726 əl-barmaq izi, 2958 şübhəli şəxsin daktiloskopik xəritəsi əl-barmaq izlərinin eyniləşdirilməsinin avtomatlaşdırılmış AFİS sisteminin bazasında olan izlərlə yoxlanılıb, 102 cinayətin açılması təmin edilib. Məlumata görə, "102" xidmətinə 215502, o cümlədən 13651 cinayət xarakterli məlumat daxil olub, onlardan 20,3 faizi üzrə cinayət işi başlanıb, 246 cinayət, o cümlədən 27 qəsdən adam öldürmə, hərəsi 5 fakt olmaqla qəsdən adam öldürməyə cəhd və quldurluq, 6 sağlamlığa ağır zərər vurma, 8 soyğunçuluq, 15 nəqliyyat vasitəsinin qaçırılması, 97 oğurluq, 46 oğurluğa cəhd və s. "isti izlərlə" açılıb. Hesabatda həmçinin qeyd olunub ki, iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan mübarizə tədbirləri ilə qanunsuz dövriyyədən ümumi məbləği 98 min manat təşkil edən 2267 ədəd saxta əsginas, həmçinin saxlama müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb. Aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlərlə müvafiq icazəsi, qeydiyyatı və yaşama hüququ verən sənədləri olmayan 637 əcnəbi müəyyən edilərək ölkə hüdudlarından kənara çıxarılıb. Qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb, habelə istehsalına və idxalına müvafiq icra orqanlarının razılığı alınmamış 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd disk aşkarlanaraq götürülüb. |
2014-03-05 | 10,727 | Mübariz Mənsimovun sərvətini açıqlandı | Mənsimovun 1,3 milyard dollar sərvəti var. Dünya milyarderlərinin varidatını açıqlamaqla məşhur olan "Forbes" jurnalı ən varlı 1645 adamının siyahısını açıqlayıb. Azərbaycanlı iş adamı Mübariz Mənsimovun siyahıdakı yeri də məlum olub. Belə ki, iş adamı siyahıda 1284-cü yerdə qərarlaşıb (Ailem.az). Onun sərvətinin həcmi 1,3 milyard dollardır. |
2014-03-05 | 10,728 | Baş konsulumuza “İlin diplomatı” mükafatı verildi - Foto | Ötən gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının, İstanbulda yaşayan türk və azərbaycanlı ziyalıların, elm və incəsənət adamlarının iştirakı ilə toplantı keçirilib. Konsulluqdan "Publika.Az"a verilən xəbərə görə, toplantı zamanı dərnəklərin, diaspor təşkilatlarının və Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə çalışan bütün soydaşların fəaliyyətinin Baş Konsulluqla əlaqələndirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruri olduğu vurğulanıb. Toplantıda çıxış edən baş konsul Həsən Zeynalov son illərdə Baş Konsulluq tərəfindən görülmüş işlər, ümumi hədəflər istiqamətində qət edilmiş yol və əldə edilmiş uğurlar barədə qısa məlumat verib. Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Vəqfinin (ATKEV) sədri Erol Göllü çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə yayılmasında, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində dolğun məlumatların geniş kütlələrə çatdırılmasında, Xocalı soyqırımının tanıdılması işində, xüsusən bu ilin fevralında Türkiyənin Uşak şəhərində "Xocalı soyqırımı" abidəsinin açılmasında, bununla yanaşı Türkiyədəki soydaşlar arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsində baş konsul Həsən Zeynalovun xidmətlər onun rəhbərlik etdiyi Vəqf tərəfindən diqqətlə izlənir və yüksək qiymətləndirilir. E.Göllü bu fəaliyyəti nəzərə alaraq ATKEV İdarə heyətinin baş konsulu "İlin diplomatı" adına layiq gördüyünü bildirib. Sözünə davam edən Vəqf sədri ATKEV İdarə heyəti adından baş konsula "İlin diplomatı" mükafatını təqdim edib. Daha sonra tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, "İpəkyolu" Media Qrupunun sədri Seyfulla Türksoy, İstiqlal müharibəsinin qəhrəman generalı Kazım Karabekirin qızı Timsal Karabekir, şair Abbas Gökçe, ATKEV İdarə heyətinin üzvü Neşe Doster, professor Adil Allahverdiyev və digər şəxslər çıxış edərək soydaşların, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə çalışan bütün vətənpərvərlərin birləşdirilməsi naminə, habelə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin Türkiyədə işıqlandırılması istiqamətində Baş Konsulluq və bilavasitə baş konsul tərəfindən göstərilən səyləri yüksək qiymətləndiriblər. Mükafatı qəbul edən H.Zeynalov soydaşlarımız tərəfindən ona və rəhbərlik etdiyi kollektivə göstərilən etimada və fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. Toplantı iştirakçılarına xitabən, Baş Konsulluqla əməkdaşlıq edən dərnəklərimiz və soydaşlarımız olmadan heç bir nəticə əldə etməyin mümkün olmayacağını vurğulayan H.Zeynalov bu mükafatın şəxsən onun üzərinə əlavə məsuliyyət qoyduğunu və vəzifə borcunu yerinə yetirərkən səylərini daha da artırmağa və fəaliyyətini genişləndirməyə stimul verdiyini söyləyib. |
2014-03-05 | 10,729 | Almaniya Ərdoğanın daha bir səs yazısını yaydı - Video | Almaniyanın "Der Spigel" jurnalı Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni səs yazılarını yayımlayıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Yutub portalına yerləşdirilən səs yazısında Ərdoğanın keçmiş Ədliyyə naziri Sadullah Erginlə danışığı qeydə alınıb. Danışıq zamanı Ərdoğan iqtidarı tənqid edən türkiyəli media rəhbəri haqqında ağır qərar verilməsini istəyir. Həmin media rəhbərinin "Doğan" Şirkətlər Qrupunun rəhbəri Aydın Doğan olduğu bildirilir. |
2014-03-05 | 10,730 | Radikal dini qrupların aktiv olduğu şəhərlərimiz - Siyahı | Azərbaycanda son illər şəhər ətrafı qəsəbələrdə yerləşən və əhali tərəfindən az istifadə olunan, eləcə də rəsmi din xadimi təyin edilməmiş məscidlərdə xeyli radikal dini qruplar nüfuz edib. "Axar.az"APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, bu radikal dini qruplar həmin ibadət evlərini öz nəzarətləri altına salmaq, mütəmadi olaraq həftənin müəyyən günlərində bu məscidlərdə dini söhbətlər yolu təbliğatlarını qurmaq istiqamətində iş aparır. Belə radikal dini qrupların üzvləri Bakı, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt və Zaqatalada bir sıra məscidə nüfuz etməyə cəhd göstəriblər. Həmin məscidlərdə yaranmış vəziyyəti, radikal qruplara qarşı həyata keçirilən tədbirlərin dövlətin dindarlarla münaqişəsi kimi qələmə verilməməsi üçün ehtiyatlı, lakin qəti addımların atılmasının zəruriliyi nəzərə alınaraq aidiyyəti qurumlarla birgə lazımı tədbirlər həyata keçirilir. |
2014-03-05 | 10,731 | Prezidentin FB statusu: “Biz yaralı yerlərimizi bilirik” | "Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır". "Axar.az" xəbər verir ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında (9 yanvar 2014-cü il) Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər prezidentin rəsmi Feysbuk səhifəsində bu gün təkrarən yayımlanıb. Statusda daha sonra bildirilir: "Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır." |
2014-03-05 | 10,732 | Millimiz dünyanın ən zəif komandası ilə üz-üzə | Bu gün futbol üzrə Azərbaycan milli yığması 2014-cu ildə ilk qarşılaşmasını keçirəcək. "Axar.az" xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirəcəyimiz rəqib Asiya təmsilçisi Filippin millisidir. Avropalılarla ilk dəfə qarşılaşacaq rəqibimiz Asiya çağırış kubokuna hazırlaşır. Yığmamız bu gün 204-cü görüşünə çıxacaq. Bu ilin ilk görüşündə millimiz qələbə qazanmağa çalışacaq. Martın 1-də Filippin yığması Malaziya millisi ilə qarşılaşıb və görüş qolsuz yekunlaşıb. Qeyd edək ki, Filippin yığması ilə görüş saat 19:00-da başlayacaq. |
2014-03-05 | 10,733 | Tatarıstan prezidenti Krıma getdi | Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov 10 nəfərdən ibarət nümayəndə heyəti ilə Krıma səfər edib. "Axar.az" xəbər verir ki, səfər zamanı Minnixanovun muxtar vilayətin rəhbərliyi ilə görüşü nəzərdə tutulur. Bundan başqa o, Krım-tatar xalqının Məclisinin sədri Refat Çubarovla da görüşəcək. |
2014-03-05 | 10,734 | Əks hücum: Rusiya ABŞ-a sanksiyalar tədbiq edəcək | Rusiya ABŞ-ın tədbiq etdiyi sanksiyalara cavab olaraq yeni layihə hazırlayır. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rusiyalı deputat Andrey Klişas çıxış edib. O, Rusiyanın öz suverenliyini qorumaqdan ötrü bu addımı atdığını bildirib. "Hazırda biz qanun layihəsi üzərində çalışırıq. Sanksiyaların tədbiqi zamanı ABŞ və Avropa İttifaqının sərmayələrinə qarşı hansı addımların atılcağı ilə plan hazırlayırıq". Rus politoloqları isə Putinin bunu hələ də bir dünya gücü olduğunu göstərmək niyyətiylə etdiyini deyib. Onların sözlərinə görə, hazırda Rusiya Qərbə qarşı adekvat addım ata bilmək iqtidarında deyil. Hələ bundan öncə Rusiya Duması ölkədəki xarici sərmayələri araşdırmaq niyyətindədir. "Bu sanksiyalara qarşı əks tədbirlərin görülməsi ümumiyyətlə qeyri-realdır. Ümumiyyətlə Rusiyanın artıq o taqəti və imkanı yoxdur". Politoloq Qriqori Trofimçuk isə saytımıza açıqlamasında yalnız bir söz deməklə kifayətlənib: "21 fevral 2014-cü il SSRİ-nin ikinci çöküşünün başlanğıcıdır". Qeyd edək ki, ABŞ Rusiyayla birgə olan hərbi və ticarət müqavilələrinin hər birini dondurub. ABŞ və Qərbin sanksiyasının ilk günündəcə Rusiya 70 milyard dollardan artıq vəsait itirdi və rublun məzənnəsi kəskin şəkildə düşməyə başladı. |
2014-03-05 | 10,735 | Tanınmış jurnalist ölüm ayağındadır – SOS | Anasını bu günlərdə itirən tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komadadır! Əgər dövlət tərəfindən yardım olmasa, biz onu həmişəlik itirə bilərik... Tanınmış mərhum satirik şair Rüfət Əhmədzadənin istedadlı jurnalist oğlu Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir. Zülfüqar Rüfətoğlu həm də "Publika.az" saytında müəllif yazıları ilə çıxış edirdi. |
2014-03-05 | 10,736 | Dumanın yeni himni Üçüncü Reyxin plagiatıdır - Video | Rusiya Dövlət Dumasının yeni himni təqdim olunub. "Axar.az"ın məlumatına görə, parlamentin sədri Sergey Narışkin himnin müəllifini - Rusiya və SSRİ-nin Xalq artisti İosif Kobzonu deputatlara təqdim edərək, ona təşəkkürünü bildirib. Narışkin əlavə edib ki, bu, Kobzonun yaradıcılıq fəaliyyətinin təntənəsidi. Xatırladaq ki, təqdimatdan sonra bəzi mütəxəssislər himnin alman faşistlərinin - Üçüncü Reyxin himninin təkrarı olduğu barədə mülahizələr və sübutlar ortaya qoyublar. Təqdim etdiyimiz çarxda sözügedən himnlərin müqayisəli görüntüləri yerləşdiriblər. |
2014-03-05 | 10,737 | Krımı işğal edən rus hərbçilərindən etiraf – Video | Krımı işğal edən hərbçilər Rusiyadan göndərildiklərini etiraf ediblər. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kerçdə yerləşdirilən hərbçilərin komandiri jurnalistlərə açıqlamasında deyib. Yayılan videoda Krım ərazisində yerləşdirilən silahlı rus ordusuna aid olduğunu etiraf edib. Zabit açıqlamasında bura terrorçularla vuruşmaq üçün göndərildiklərini bildirib. |
2014-03-05 | 10,738 | Artur Rasizadə Milli Məclisdə hesabat verəcək | Azərbaycan Milli Məclisinin növbəti plenar iclası martın 14-də keçiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, iclasda Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatı dinləniləcək. Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək. Hesabat ətrafında müzakirələrin 2 gün davam edəcəyi gözlənilir. |
2014-03-05 | 10,739 | SOS: Krım tatarlarının evləri işarələnir | Krımda tatarlarının evləri naməlum şəxslər tərəfindən işarələnməyə başlayıb. "Axar.az" xəbər verir ki, bu sözləri Krım Parlamentinin tatar əsilli deputatı Safura Kadjametova öz Feysbuk səhifəsində yazıb. O bununla 25 ildən sonra yenidən Fərqanə hadisələrinin təkrarlanmağa yaxın olduğunu deyib. "Dünən naməlum şəxslər Krım tatarlarının yaşadığı evlər işarələnib. Artıq bizim evdə işarələnənlər sırasındadır. Bununla da 25 ildən sonra Fərqanəni təkrarlamaq istəyirlər. Həyəcanlanmayın! Biz axı nələrdən keçib bu günlərə gəlmişik. Biz 1944-cü ildə buranı tərk etməmişik. Sadəcə qovublar. Ona görə geri dönməmişik ki, yenidən vətənimizi tərk edib qaçaq. Yəqin ki beləcə bizi qorxutmaq istəyirlər. Qorxmayın! Bizim qaçmağa heç bir vətənimiz, torpağımız yoxdur. Bizdən geridə isə yalnız Qara dənizdir. Öz uşaqlarınızı və ailələrinizi qoruyun!" Qeyd edək ki, bu gün səhər Ukrayna ordusuna yazılmaq istəyən tatar gənclərinin oğurlanması haqqında əmrin verilməsi ilə bağlı məlumat yaymışdıq. |
2014-03-05 | 10,740 | “Siyasətdən getməyə hazıram” - Ərdoğan | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib. Bu barədə "Anadolu" agentliyi xəbər verib. Ərdoğan bildirib: "Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram". Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək ("Trend"). |
2014-03-05 | 10,741 | İlhamə ad gününü vaxtından əvvəl qeyd etdi | Müğənni İlhamə Quliyevanın doğum günü qeyd olunub. "Axar.az"ın xəbər verir ki, tədbirdə bir sıra sənət adamları, şou-biznes nümayəndələri iştirak ediblər. Ad günü "Space" telekanalı tərəfindən təşkil olunub. Xatırladaq ki, müğənninin doğum günü əslində avqustun 17-dədir. Amma hansısa səbəbdən bu doğum günü irəli çəkilib. Məlumatda bildirilir ki, doğum günündən lentə alınmış kadrlar martın 8-də eyni adlı kanalda efirə veriləcək. |
2014-03-05 | 10,742 | Neft Fondu ittihamlara cavab verdi – Rəsmi | "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunması üzrə uzunmüddətli strategiya"ya əsasən, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Dövlət Neft Fondununun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva bildirdi. İqtisadçı ekspert Qubad İbadoğlunun neft gəlirlərinin idarəolunması strategiyasına əməl olunmaması ilə bağlı fikirlərinə münasibət bildirən fond rəsmisi qeyd etdi ki, neft və qaz gəlirlərindən daxilolmaların pik dövrü hələ başlamayıb. Qeyd edək ki, Q.İbadoğlu bugünkü açıqlamasında neft gəlirlərinin idarəolunması strategiyasına əməl olunmadığını, Prezidentin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunmasi üzrə uzunmüddətli strategiya"sının prinsiplərinin pozulduğunu, yığıma 25 faiz əvəzinə 9,4 faiz yönəldildiyini bildirmiş və Neft Fonduna irad tutmuşdu. |
2014-03-05 | 10,743 | Vəhabi məscidi dövlət qeydiyyatına alındı | Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yeni yaradılmış dini icmanı dövlət qeydiyyata alıb və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni rəsmi imam təyin edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, vaxtilə xarici humanitar təşkilat kimi fəaliyyət göstərən qurumun maliyyə dəstəyi ilə inşa edilmiş məscidin 1998-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış köhnə dini icması bu yaxınlarda özünü buraxıb və Dövlət Komitəsi tərəfindən dövlət reyestrindən çıxarılıb. Bundan sonra məsciddə yeni dini icmanın formalaşdırılması məqsədilə qəsəbənin dindar sakinlərindən ibarət təşəbbüs qrupu yaradılıb, icmanın təsis yığıncağı keçirilib və dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər Dövlət Komitəsinə təqdim olunub. Dini icmanın rəsmi müraciətini və QMİ-nin təqdimatını nəzərə alaraq, icma DQİDK-da qeydiyyatına alınıb. Eyni zamanda, QMİ yeni dini icmanın formalaşdırılmasını və icmanın müraciətini nəzərə alaraq, "Dini etiqad azadlığı haqqında" qanuna uyğun məscidə rəsmi imam təyin edib. Yeni icmanın martın 1-də keçirilmiş ümumi yığıncağında dini icmanın sədri İrşad Süleymanov və təyin edilmiş rəsmi imam Şaiq Əliyev məscid dindarlarına təqdim olunub. Yığıncaqda qeyd edilib ki, bundan sonra məscidin fəaliyyəti dini icmanın dövlət qeydiyyatına alınmış Nizamnaməsinə uyğun tənzimlənəcək. Belə ki, Nizamnaməyə əsasən məzhəbindən asılı olmayaraq, bütün dindarların məsciddə ibadət etməsinə şərait yaradılacaq, camaat namazları və cümə xütbələri isə yalnız rəsmi təyin olunmuş imamın rəhbərliyi ilə həyata keçiriləcək. Komitədən o da bildirilib ki, vəhhabi cərəyanının nümayəndələri köhnə icmanın fəaliyyətsizliyindən istifadə edərək, Müşfiqabad məscidini uzun müddət idi ki, qeyri-qanuni şəkildə faktiki olaraq öz nəzarətləri altına almışdırlar. Qeyd edək ki, məsciddə fəaliyyət göstərmiş köhnə icma və keçmiş imam Mübariz Qaçayev azərbaycanlıların Suriyaya döyüşlərə göndərilməsinin təşkilində də ittiham olunur. |
2014-03-05 | 10,744 | Metropoliteninin yeni sədrindən informasiya qadağası | Metropoliteninin səlahiyyətli şəxslərinin mətbuata informasiya verməsi qadağan olunub. "Axar.az" "SalamNews"a istinadən xəbər verir ki, metropolitenə müsahibə üçün gedən jurnalistə qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib ki, hazırda mətbuata heç bir informasiya vermək səlahiyyətinə malik deyillər. Çünki hazırda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin formalaşması istiqamətində iş gedir. Eyni zamanda metropolitenin mətbuat xidmətinin yenidən formalaşması gözlənilir. |
2014-03-05 | 10,745 | Dəstək, yoxsa anti-kampaniya? - Sorğu | "Neftçi"- "Qarabağ" oyununda qeydə alınan hakim səhvləri hələ də müzakirə olunur. AFFA İntizam Komitəsi oyunun video yazısına baxdıqdan sonra "Neftçi"nin futbolçusu Araz Abdullayevə göstərilən qırmız vərəqəni ləğv etdi. Gözləmək olardı ki, İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Almeydanın hakimin diqqətindən yayınan kobudluğu ilə də bağlı ölçü götürəcək və futbolçunu cəzalandıracaq. Ancaq bu baş vermədi. İntizam Komitəsinin bunca ikili standartlardan çıxış etməsi əlavə söz-söhbətlərə rəvac verdi. Bir qisim iddia edir ki, əvvəllər "Neftçi"nin çempion olmasına çalışan AFFA, indi də "Qarabağ"ı "dartır". Digərləri isə iddia edir ki, "Qarabağ"a belə "dəstək" lazım deyil, Ağdam klubu onsuz da güclüdü. Ancaq onlara qarşı belə lazımsız "dəstək" verməklə kimlərsə komandanın uğuruna kölgə salmağa cəhd edir. "Axar.az" məsələ ilə bağlı futbol ictimaiyyətinin fikirlərini öyrəndi. "Qarabağ"a hakim köməyi lazım olsaydı..." "Futbolinfo.az" saytının baş redaktoru Vüsal Mahmudov "Qarabağ"a qarşı hansısa kampaniyanın aparıldığına inanmır: "Hansısa kampaniya aparıldığına inanmıram. Bizdə çempion olan komandalar həmişə hakimlərlə işbirliyində ittiham olunur. Düzdü, bir çox hallarda şayiələri təsdiqləyən faktlarla üzləşirik. Amma yenə də mən hansısa kampaniyaya inanmaq istəmirəm. Almeydaya gəlincə, o, cəzalanmalıydı. Gəl ki, "Neftçi"nin oyunlarına təyinat alan hakimlər o qədər təzyiq altında olur ki, özlərini itirirlər. Çox təcrübəli olmasına baxmayaraq, Vüsal Əliyev də bunun qurbanı oldu. O, mərkəzi oyunda qüvvələr nisbətini pozmamaq üçün dəfələrlə qırmızı vərəqəlik epizodlara göz yumdu və elə bununla da səhv etdi. "Qarabağ"a hakim köməyi lazım olsaydı, onlar yəqin ki, bunu mərkəzi oyunda yox, autsayderlərə dəfələrlə xal bağışladıqları oyunlarda edərdilər və indi izləyicilərindən 20 xal öndə olardılar". "AFFA-nın niyyətinin nə olduğunu dəqiq deyə bilmərəm" Müstəqil jurnalist Emin Abbasov deyir ki, "Qarabağ" sərgilədiyi baxımlı oyunla səviyyəsini bütün ölkəyə göstərir: "Arxada qalan 24 turda hakimlər "Qarabağ"ın lehinə uzaqbaşı 3-4 epizodda səhv qərar veriblər. Bu da hər bir komandanın xeyirinə olur mövsümboyu. Heç kim deyə bilməz ki, hakimlər "Qarabağ"ı çiyninə qaldırıb irəli sürüyür. Arxada qalan illərdə ən çox hakim haqsızlığına məruz qalan klublardan biri də məhz "Qarabağ" olub. "Neftçi" ilə matçda da Rəşad Sadıqov hakimə yaxınlaşaraq Araz Abdullayevə qırmızı vərəqə göstərməməsini istəyib. AFFA-nın niyyətinin nə olduğunu dəqiq deyə bilmərəm, ancaq "Qarabağ"ın köməyə ehtiyac yoxdur". ""Qarabağ"a dəstəyin PFL prezidentindən gəldiyi məlumdu" "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün çempionatda pərdəarxası "oyun" oynanıldığı qənaətindədir: "Azərbaycan çempionatında hər mövsüm olduğu kimi bu il də böyük "oyunlar" oynanılır. Amma bu dəfə "oyun"un qalibi "Neftçi" yox, "Qarabağ" olmaq üzrədi. "Qarabağ"a birbaşa dəstəyin PFL prezidentindən gəldiyi də məlumdu. Ağdam klubu növbəti turda "Bakı" ilə oynayır. "Neftçi"nin sıradan çıxmasından sonra ağdamlılar üçün ən ciddi təhlükə məhz Hafiz Məmmədovun komandasıdı. Belədə Almeydanın cəzalandırılmamasını anlamaq olar. Musayev dostlarının komandasının çempion olacağına əmindi, amma Almeydaya cəza verilməməklə yenə də işini ehtiyatlı tutur ki, komanda "Bakı" qarşısında problem yaşamasın. Xaqani Məmmədova gəlincə, o, Musayevin kölgəsidi. Çıxıb istədiyini deyə bilər. Amma onun dedikləri çoxdan AFFA-da ciddiyə alınmır". "Heç bir kampaniya bu göstəriciyə kölgə sala bilməz" "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə deyir komandanın hər hansı bir kənar köməyə ehtiyacı yoxdur: "Almeydanın cəzalandırılmaması məsələsinə mən də əks arqument kimi bunu göstərirəm ki, Ramos niyə cəzalandırılmadı? 44-cü dəqiqədə Ramosun Çumbiniyonun qarnına endirdiyi boksvari zərbəni ən peşəkar boksçu belə vurmaqda acizdir. Əgər Ramos cəzalanmayıbsa, Almeydanın cəzalanmaması tam normaldır. Xəqani Məmmədov ola bilsin ki, Ramosun epizodunu nəzərdən qaçırdıb. Yenə deyirəm, stadionda olan hər kəs Ramosun Çumbiniyoya necə peşəkar bir boksçu kimi zərbə endirdiyinin şahidi oldu. Son 3 mövsümdə müəyyən bəlli vaxtlar ərzində "Qarabağ"a hakimlərin və ya PFL-in kömək etdiyi, komandanın çempion olacağı ilə bağlı söhbətlər olub. Ancaq bu söz-söhbət əsasını tapmadı. Çünki "Qarabağ" son 3 mövsümdə çempionluq əldə etməyib. Eyni tipli söhbətlər bu il də yayılıb. Ümumiyyətlə, "Qarabağ" son illərdə bütün iddialı komandalarla oyunda yaxşı nəticə göstərir. Demək olar ki, hamısına böyük hesabla qalib gəlib. Bu mövsüm də istisna deyil. "Qarabağ" hamıdan çox qələbə qazanıb, daha çox qol vurub, hamıdan az məğlub olub, az qol da buraxıb. Bu da komandanın gücünün göstəricisidir. Heç bir kampaniya bu göstəriciyə kölgə sala bilməz". |
2014-03-05 | 10,746 | Ərdoğan “Camaat”a qarşı əməliyyatın tarixini açıqladı | Baş nazir 30 mart bələdiyyə seçkilərindən dərhal sonra Gülən tərəfdarlarına qarşı əməliyyat başlayacağını bildirib. Türkiyə baş naziri yeni həbslərin anonsunu verdi. "Radikal" qəzetinin yazdığına görə, Osmaniyədən, seçki mitinqindən geri dönərkən jurnalistlərə brifinq verən baş nazir Rəcəb Tayyib Ərdoğan "Camaat"la bağlı fikirlərini bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl "Yeni Müsavat" qəzetində Türkiyə hökumətinin kəşfiyyat və məhkəmə sistemi ilə bağlı qanunları yenilədiyini, 30 martda keçirilən bələdiyyə seçkilərindən sonra "camaat"a qarşı əməliyyata başlayacağı ilə bağlı yazı dərc olunub. İndi isə Türkiyədə baş nazir səviyyəsində artıq Fətullah Gülən camaatına qarşı xüsusi əməliyyat hazırlandığını rəsmən elan edib. Jurnalistlərlə söhbətində Ərdoğan bildirib ki, "Camaat"la AKP hökuməti arasında ilk qırılma 2010-cu ildə keçirilən referendumda baş verib. "İndi bilindi ki, polis və kəşfiyyatdan sonra məhkəmə sistemini də beləcə ələ keçirdilər", – deyə Ərdoğan qeyd edib. Baş nazir bildirib ki, martın 30-da keçirilən bələdiyyə seçkilərindən sonra "Camaat"a qarşı "lazımı addımlar" atılacaq. Ərdoğan həmçinin qeyd edib ki, bir sıra açıqlamaları səbəbilə hazırda ABŞ-da yaşayan Fətullah Gülənə olan etibarı, inamı sarsılıb. Baş nazir "Camaat"ın xərac topladığını iddia edib: "Bu sistemin xərac topladığı üzə çıxdı. Bir daha aydın oldu ki, bütün dinləmələrdən iş adamlarını şantaj məqsədi ilə istifadə etdilər. Ölkə həqiqətən paralel bir sistemin əli ilə hazırlanan çevrilişlə qarşı-qarşıyadır. Bu indi ortaya çıxdı. Bundan sonra seçkilər, ondan sonra isə buraların dizayn edilərək təmizlənməsi olacaq". |
2014-03-05 | 10,747 | VHP-də Əli bəy Hüseynzadəyə həsr olunmuş tədbir keçirilir | Vətəndaş Həmrəyliyi Partiyasında görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim Əli bəy Hüseynzadəyə həsr olunmuş "Əli bəy Hüseynzadə və türkçülük" mövzusunda tədbir keçirilir. VHP-in mərkəzi qərargahının akt zalında baş tutan tədbirdə Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd olunur, çıxış edənlər onun ömür yolu və yaradıcılığından danışırlar. Tədbirdə bir çox siyasi liderlər, ziyalılar və elm adamları iştirak edir. |
2014-03-05 | 10,748 | Putin Nobel mükafatına namizəd oldu | Rusiya prezidenti Vladimir Putinin 2014- cü il Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. "Axar.az" xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutunun direktoru Xeyra Lundestad məlumat verib. Lundestadın sözlərinə görə, builki Sülh Mükafatına rekord sayda - 278 namizəd irəli sürülüb. Onların arasında pakistanlı fəal Malala Yusufzay, Roma Papası Fransisk, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden, eləcə də 47 təşkilat var. |
2014-03-05 | 10,750 | Abel Məhərrəmov tələbələrin aksiyasından danışdı | Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov tələbələrin aksiyasından sonra bu təhsil müəssisəsindəki son duruma aydınlıq gətirib. A.Məhərrəmov jurnalistlərə bildirib ki, artıq universitetdə bu işlər tənzimlənib, imtanların keçirilməsi normal qaydada davam edir: "Universitetimizdə təhsil prosesi davam edir. Yəni, tələbələr və müəllimlər öz işləri ilə məşğuldurlar. BDU-da bu hadisələrin baş verməsində də müəyyən dairələr maraqlı idi. Hadisələrin analizi göstərir ki, universitetin cəmi yeddi tələbəsi baş verən hadisələrdə iştirak edib. Digərləri isə 20-30 nəfərlik bir dalğa idi. Orada olanlar isə ya tələbə deyildi, ya da universitetlə heç bir bağlılığı yox idi. Bu işi törədənlərin 95 faizi universitetlə heç bir əlaqəsi olmayan azsaylı qrup idi" (Trend). A.Məhərrəmov deyib ki, müəyyən qruplar sosial şəbəkədə bir-biriləri ilə əlaqə saxlayaraq belə hadisəni törədiblər. Onlar bunu sonradan siyasi müstəviyə keçirməyə çalışıblar: "BDU hər zaman ideoloji mərkəz olub, siyasi fənlər üzrə tədris aparılır. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, universitetin tələbələrini ələ alsınlar". Qeyd edək ki, Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən bir qrup tələbə ötən ay BDU-nun həyətində aksiya keçirmişdi. |
2014-03-05 | 10,751 | Salyan qətlinin arxasında siyasi motiv? - Açıqlama | "Qətlin siyasi xarakterli olması istisnadır". Bu sözləri "Axar.az"a açıqlamasında KXCP-nın Salyan rayon təşkilatının rəhbəri Ədalət Yusifov deyib. O, ölümdə siyasi motiv axtarmağın doğru olmadığını deyib. "Qətlin siyasi xarakterli olması istisnadır. Aydın Xəlilov partiyanın fəal üzvlərindən olmayıb. O, yalnız bizim mədəni, ictimai tədbirlərimizdə iştirak edib. Onun ümumiyyətlə heç kimlə konflikti olmayıb. Son illərdə ancaq öz kiçik təsərüffatı ilə məşğul idi". Qeyd edək ki, Aydın Xəlilov dünən Salyan rayonunda amasızcasına qətlə yetirilib. Onun bədənində 34 bıçaq izi aşkar olunub. Mərhumun qardaşı Nazim Xəlilov isə saytımıza açıqlamasında qardaşını öldürən şəxslərin sayının üç nəfər olduğunu söyləyib. |
2014-03-05 | 10,753 | Səhiyyə nazirinin əmrindən kimin xəbəri var? – Axar TV | Səhiyyə naziri Oqtay Şirəliyev 2008-ci ildə dövlət xəstəxanalarında pulsuz tibbi müayinə və müalicə haqqında əmr verib. Onun bu əmri 2008-ci ilin fevralın 1-dən qüvvəyə minib. Bəs, görəsən, şəhər sakinlərinin bu əmrdən xəbərləri varmı? Onlar bu müddət ərzində bircə dəfə də olsun pulsuz müalicə alıblarmı? "Axar.az" saytı olaraq bu məsələni araşdırmaq üçün əhali arasında sorğu keçirtdik... |
2014-03-05 | 10,754 | Rus xüsusi təyinatlıları hücuma hazırlaşır - İddia | Rus xüsusi təyinatlıları Ukraynaya məxsus "Ternopol" hərbi gəmisini ələ keçirməyə hazırlaşır. "Axar.az" xəbər verir ki, bu barədə "Azadlıq" Partiyasının lideri Oleq Tyaqnibok məlumat yayıb. "Məlumat yayılıb ki, yaxın günlərdə "Ternopol" gəmisinə hücum olacaq. Hücumda Krımın müdafiəçiləri adı altında maskalanmış rus xüsusi təyinatlıları və muzdlular iştirak edəcək. Rusiyadan bu cür addımları dayandırmağı və ordusunu Krımdan çəkməyi tələb edirik" deyə Tyaqnibok bildirib. Onun sözlərinə görə, rus xüsusi təyinatlıları gəmiyə su və ərzaq çatdırıldığı yolu bağlayıb. |
2014-03-05 | 10,755 | Mərkəzi Bankdan "Bank of Baku" açıqlaması | Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir. Mərkəzi Bankdan verilən açıqlamada bildirilib ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur. Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətəuyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil ( Trend ). |
2014-03-05 | 10,756 | Salyan cinayətində istifadə olunan avtomobil tapıldı | Aydın Xəlilovun öldürülməsi zamanı istifadə olunan avtomobil tapılıb. Bu barədə "Axar.az"ın Salyanda hadisə yerində olan müxbiri xəbər verib. Əməkdaşımız bildirib ki, artıq hadisə şahidləri Salyan Rayon Prokurorluğuna çağrılıb. Cinayətdə istifadə olunan avtomobilin yolun kənarında tərk edilmiş vəziyyətdə tapıldığı haqda məlumat da yayılıb. Kənd camaatını dindirən müstəntiq bununla bağlı hər hansı açıqlama verməkdən imtina edib. O sadəcə "istintaq sirridir" deməklə kifayətlənib. Qeyd edək ki, dünən gecə amansızlıqla qətlə yetirilmiş Aydın Xəlilovun qara rəngli "Pajero" ilə kənddən aparıldığı bildirilmişdi. Maşının nömrəsinin palçıqlı olması ucbatından heç kim onu görə bilməmişdi. |
2014-03-05 | 10,757 | Rusiya Krımı işğal edərsə... | Krım ərtafında yaranmış münaqişəli vəziyyət böyüyür. Rusiyanın ardından ABŞ gəmiləri də Krıma doğru yol alıb. Demək olar ki, hər dəqiqə yeni və bir-birini təkzib edən xəbərlər gəlir. Bu günsə bəlli oldu ki, Ermənistan əgər iki ölkə arasında savaş başlarsa, Rusiya tərəfindən müharibədə iştirak edib Ukraynaya qarşı vuruşacaq. Əslində, Ermənistanın bu bəyanatı təəccüblü deyil, hətta gözləniləndir. Unutmaq olmaz ki, Qafqazda ilk münaqişə ocağını Rusiya məhz Ermənistanın əli ilə yaradıb, eyni zamanda, bu ölkənin hərbi hissələri və ümumən xarici siyasəti tamamən Rusiyanın təsirı altındadır. Azərbaycansa hələ Ukrayna hadisələri ilə bağlı heç bir açıqlama verməyib. Bütün hallarda, Azərbaycan üçün bu hadisələr nə ilə nətiçələnə bilər? Bölgədə yerləşən ölkələrin heç birində demokratik və güclü dövlət istəməyən Rusiyanın Ukraynada istədiyini həyata keçirə bilməsi əslində çox təhlükəlidir. Azərbaycanda Qarabağ, Gürcüstanda Osetiya və Abxaziya, Moldovada Dnepropetrovsk, Ukraynada Krım... Əlindən çıxdığı ölkələrin hər birində ocaq qalayıb, bununla da bölgədən əlini çəkmək istəməyən Rusiyanın Krımda möhkəmlənməsi əslində təkcə Krımla məhdudlaşmayacaq. Rusiya imperiya maraqlarını təmin etmək, hər zaman iştah dişini iti saxlamaq üçün təbii olaraq bir vaxtlar əsarətdə saxladığı ölkələrdə təsirini itirmək istəmir. Bu üzdən Azərbaycanda hər hansı bir vəziyyət yaranarsa, Rusiya bura hərbi müdaxilə etməkdən qətiyyən çəkinməyəcək. Rusiya xarici siyasətini "suyu bulandırmaq" bəhanəsi üzərində qurmayıb. Məsələn, Qərb dövlətləri hər hansı bir bölgədə əməliyyat aparmaq üçün mütləq bəhanələr uydurur, amma Rusiya birbaşa və kobud müdaxilə edən bir ölkə kimi yəqin Azərbaycana da müdaxilə etmək istərsə, bunu əsaslandırmağa belə çalışmayacaq. Əslində, Krım ətrafında yaranmış münaqişə həm də Rusiyanın zəiflədilməsi baxımından dünya üçün bir şansdır. Bu fikir bəlkə də amansız görünə bilər, amma Rusiyanın bölgədə bütünlükdə və birdəfəlik zəifləməsi üçün Krımda, necə deyərlər, burnunun ovulması tam yerində olardı. Əks halda, Krımda da Gürcüstanda olduğu kimi, heç bir maneə ilə üz-üzə qalmadan və asan şəkildə işğal siyasətini həyata keçirərsə, bundan sonra Rusiyanın daha da möhkəmlənəcəyi və bunun da hansı fəsadlar verəcəyini anlamaq üçün elə də böyük araşdırmalara ehtiyac yoxdur. Ukrayna bütünlükdə Rusiyanın imperiya maraqlarına soyuq su səpilməsi üçün açar rolunu oynayan ölkədir. Əgər Ukraynanı parçalamağa və istədiyinə nail olarsa, bu, eyni zamanda Qarabağ düyününün daha da möhkəmlənməsinə gətirib çıxaracaq. |
2014-03-05 | 10,758 | Avropa Birliyi Ukraynaya 11 milyard avro ayırır | Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Brüsselin Ukraynaya 11 milyard dollarlıq maliyyə yardımı göstərəcəyini deyib. "Axar.az" xəbər verir ki, Barrozu bu pulun Avropa Birliyinin büdcəsindən, eləcə də Avropa maliyyə İnstituları tərəfindən ayrılacağını deyib. Qeyd edək ki, dünən də ABŞ dövlət katibi Con Kerri Ukraynaya 1 milyard dollarlıq yardım ediləcəyini bildirmişdi. |
2014-03-05 | 10,759 | Metropolitendə struktur dəyişikliyi olacaq | "Bu, sadəcə olaraq jurnalistlərin öz təxəyyüllərinin məhsuludur". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Metropolitenində jurnalistlərə tədbiq olunan qadağayla əlaqədar yayılmış informasiyaya cavab olaraq qurumun Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, metroda jurnalistlər üçün heç bir qadağanın olmayacağını bildirib: "Bu informasiya heç bir həqiqəti əks etdirmir. O jurnalistlər başqa mövzuyla əlaqədar gəlmişdilər. Mənimlə isə heç görüşməmişdilər. Yazdıqlarının hər biri isə təxəyyül məhsuludur. Başqa heç bir şey. Axı necə ola bilər ki, yeni təyinatdan sonra belə qadağa tədbiq olunsun! Bu, sadəcə gülüncdür. Bizim mətbuatla əlaqələrimiz daha da genişlənəcək". Mətbuat katibi həmçinin Metropolitendə struktur və kadr dəyişikliyinin olacağını da qeyd edib: "Metropolitenin strukturunda dəyişikliklər gözlənilir, əlbəttə ki, kadr dəyişikliyi də. Kimin gedib, kimin qalacağı ilə bağlı isə indidən bir söz deyə bilmərəm". Qeyd edək ki, bu gün mediada Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynovun jurnalistlərə informasiyanın verilməsi ilə bağlı qadağalar tədbiq etməsi ilə bağlı xəbər yayılıb. |
2014-03-05 | 10,760 | Şəmsəddin Hacıyev işdən çıxarıldı | Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub. "Axar.az" Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq. Sərəmcamda qeyd olunur ki, Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib. Qeyd edək ki, Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. |
2014-03-05 | 10,761 | Gülən rəsmi pasportu necə ala bilib? - Foto | 1999-cu ilin 21 martında ABŞ-a "yaşıl pasport"la getdiyini araşdırıb üzə çıxaran Türkiyənin "Sabah" qəzeti Gülənin moizəçilikdən istefa ərizəsini də əldə edib. "Axar.az" xəbər verir ki, Türkiyə mətbuatı 1999-cu ildə haqqında açılan istintaqdan dərhal sonra müalicə almaq səbəbiylə ABŞ-a gedən Gülənin ölkədən "yaşıl pasport"la çıxdığı haqqında xəbərlər yaymışdı. 1981-ci ildə səhhəti üzündən istefa verən orta məktəb məzunu, kiçik vəzifəli məmur olan Gülənin "yaşıl pasport"a necə sahib olduğu hamıya maraqlıdır. Vəkili cavabsız qoyub Gülənin vəkili Nurullah Albayraq açıqlama verərək "yaşıl pasport"un Pasport Qanununa əsasən alındığını deyib. Albayraq istefa verən bir məmurun necə "yaşıl pasport" ala bildiyi barədə isə açıqlama verməyib. 1981-ci il martın 24-də Gülən ürək narahatlığı səbəbi ilə Çanaqqala Müftiliyinə istefa ərizəsi verib. Gülənin 1981-ci ilin 16 aprelində ikinci dəfə istefa barədə yazdığı ərizə də üzə çıxıb. İstefa verən bir məmurun illər sonra necə "yaşıl pasport" aldığı isə qaranlıq qalıb. |
2014-03-05 | 10,762 | Niyaməddin Orduxanlı işsizlik vəziyyətini öyrənir | Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata geçirilən "Gəncə, Mingəçevir, Şəki, Qəbələ və Lənkəran şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi" layihəsinə start verilib. Bununla bağlı "Axar.az"a açıqlama verən Bələdiyyələrin İnkişafına Yardım İctimai birliyinin sədri Niyaməddin Orduxanlı deyib ki, bu səfər Azərbaycanın bir neçə bölkəsində monitorunqə başlayacağıq: "Güman edirəm ki, biz bu dəfə də layihəni uğrula başa vuracağıq və işsizlik vəziyyətinin öyrənilməsi və gələcəkdə müvafiq addımların atılmasında informasiya dəstəyimizi göstərəcəyik". |
2014-03-05 | 10,763 | İqtisad Universitetinə yeni rektor təyin edildi | Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İqtisad Universitetinə yeni rektor təyin edilib. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sərəncama görə Ədalət Muradov yeni rektor təyin edilib. Ə.Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat elmlər doktoru olan Ə.Muradov Kiyev Dövlət Universitetinin məzunudur. |
2014-03-05 | 10,764 | Kürəkəni Şəmsəddin Hacıyevin işdən çıxarılmağından danışdı | "Bu məsələ cənab Prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Məndən heç nə soruşmayın, heç bir şərh vermək istəmirəm". "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyevin vəzifəsindən azad edilməsi barədə məlumatlara münasibət bildirərkən deyib. Qeyd edək ki, S.Orucov millət vəkili Ş.Hacıyevin kürəkənidir. |
2014-03-05 | 10,766 | 22 min manatlıq həyat - Həkim terroru | 4 ildir qaraciyər serrozundan əziyyət çəkən Ülviyyə Sadıqova əməliyyat üçün maddi dəstək axtarır. Bu barədə Ülviyyənin qardaşı Telman Sadıqov "Axar.az"ın redaksiyasına gələrək məlumat verib. O bildirib ki, bacısına özü donorluq edəcək, amma əməliyyat üçün külli miqdarda pul lazımdır. "Bacıma donorluğu mən edəcəyəm, ancaq əməliyyat üçün 45 min manat pul lazımdır. Ombudsman Elmira Süleymanova Mərkəzi Neftçilər Xəstəxanasından xahiş edəndən sonra xərclər 10 faiz azaldılıb, indi 40.500 manat pul tələb olunur. Adının açıqlanmasını istəməyən bir iş adamı da xərclərin yarısını öz üzərinə götürüb. İndi 22 min manat pul lazımdır" T.Sadıqov bildirdi ki, bacısı həkim məsuliyyətsizliyinin qurbanı olub: "2 il Yevlax Mərkəzi Xəstəxanasında mədə-bağırsaq adı ilə çoxlu dərmanlar yazılıb və vurulub. Bakıda həkimlər dedilər ki, bu dərmanlar əks-reaksiya verib və xəstəliyin bu səviyyəyə gəlib çatmasının səbəbi də odur". T.Sadıqov dedi ki, hətta evlərini satışa da çıxarıblar, amma evin xəstə üçün satıldığını eşidən alıcılar onu almaqdan imtina edir. Evlərini sata bilmədikdə mənzili banklardan birində girov qoyub kredit almaq istəyən ailənin bu arzusu da baş tutmayıb. T.Sadıqov media vasitəsilə həkim qurbanına çevrilən gənc bacısının həyatını xilas etmək üçün hamıdan yardım istəyir. Ü.Sadıqovaya dəstək olmaq istəyənlər üçün bank hesablarını xatırladırıq: Bank: Azərbaycan Beynəlxalq Bankı, Nəqliyyat filalı KOD: 805711 M/H: AZ03NABZ01350100000000002944 SWIFT: IBAZAZ2X VÖEN: 990001881 Ünvan: S.Rəhimov k.-138 Hesab nömrəsi: AZ85IBAZ 33801019449118899205 (AZN) (+99412) 596 22 35 (+99412) 448 19 55 (+99412) 596 71 18 Qeyd edək ki, Mərkəzi Neftçilər xəstəxanasının bank-rekvizitləri göstərilən hesaba pul yatırarkən xəstəlikdən əziyyət çəkən Ülviyyə Sadıqovanın adını qeyd etməyi də unutmayın. |
2014-03-05 | 10,767 | Ukrayna ruslara qarşı hərbi əməliyyatlara başladı | Ukrayna Daxili Qoşunları və Milli Təhlükəsizlik Xidməti rus hərbçilərinə qarşı genişmiqyaslı "Sərhəd" adı altında hərbi əməliyyatlarına başlayıblar. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Ukrayna-Rusiya sərhədində əlavə postlar qoyulur və xüsusi texnikalar yerləşdirilir. Sərhədçilər Rusiyanın Qara dəniz Donanmasının hərbçiləri, xüsusi təyinatlıları və Krımdakı obyektləri mühasirəyə alan hərbi birləşmələrin hücumunu dəf edirlər. |
2014-03-05 | 10,768 | Krımdakı rus əsgərlərinin sənədləri əllərindən alınıb | Rusiya əsgərləri Krıma göndərilməzdən öncə mobil telefonları və sənədləri alınıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Hərbi Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib. O, hazırda Krımdakı rus əsgərlərinin təcrübəsiz olduqlarını yazıb. "Buraya göndərilən əsgərlərin sənədləri əllərindən alınıb. Yəni onların yaxınları övladlarının harada olduğunu bilmirlər. Həm də onlar təcrübəsiz, altı ayın əsgərləridir. Əsgərlər Krıma gətirilməzdən əvvəl düşmənə əsir düşməmələri tapşırılıb. Əsir düşməyin isə istənilən halda satqınlıq hesab olunacağı deyilib". Qeyd edək ki, rus qoşunları artıq bir həftədən çoxdur ki, Krım yarımadasına yeridilib. |
2014-03-05 | 10,769 | Sumqayıtda aşıq festivalı keçiriləcək | Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə Sumqayıt şəhərində "Gənclər arasında aşıq festivalı" adlı layihə həyata keçiriləcək. "Axar.az" xəbər verir ki, təqdimat mərasimində çıxış edən layihə rəhbəri Lətafət Mürsəlova bildirib ki, festivalın məqsədi istedadlı gənc saz ifaçılarını üzə çıxartmaqdır: "Festivalı həyata keçirməkdə məqsədimiz gənc saz ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin aşıq sənətinə olan marağını daha da artırmaqdır. Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması, aşıq mədəniyyətinin tanınması və aşıq sənətinə marağın artırılması da məqsədlərimiz sırasındadır". Qeyd edək ki, festival martın 16-sı Nəriman Nərimanov adına Mədəniyyət Evində baş tutacaq. |
2014-03-05 | 10,770 | Özünü relsin üstünə atan gənc qolunu itirdi - Yeniləndi | 17:26 Bakı Metropolitenin qatarlarının fəaliyyətində nasazlıq müşahidə olunub. Bu barədə "Axar.az"a oxucularımızdan bir məlumat verib. Məlumata əsasən "Həzi Aslanov" istiqamətindən "Dərnəgül" stansiyasına hərəkət edən qatarlar tuneldə dayanıb. Saat 17:10-da yaranmış nasazlıq təxminən 15 dəqiqə müddətində davam edib. Nəticə metroda sərnişinlər arasında sıxlıq yaranıb. Məlumata görə, "Ulduz" stansiyasında relslərin üstünə sərnişin düşdüyü üçün qatarların hərəkət qrafiki pozulub. Məlumatı dəqiqləşdirməyə çalışırıq... 18:01 Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, "Ulduz" metrostansiyasında özünü relslərin üstünə atan və sərnişinlərin yardımı ilə çıxarılıb, həkim briqadasına təhvil verilən 25 yaşlı gəncin sağ qolu amputasiya olunub. |
2014-03-05 | 10,771 | İcbari sığorta qanunu ləğv olunur | Azərbaycanda dövlət qulluqçuları ilə bağlı qanunlardan biri ləğv edilir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu qərar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qəbul olunub. Komitədə "Dövlət qulluqçularının icbari sığortası haqqında" qanunun ləğv edilməsi barədə sənəd müzakirə edilib və qərara alınıb ki, Konstitusiyanın müvafiq hissəsi rəhbər tutularaq, "İstehsalatda bədbəxt hadisələr və peşə nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun nəzərə alınır və bununla əlaqədar "Dövlət qulluqçularının icbarı sığortası haqqında" qanun ləğv edilir. Qəbul olunan qərar haqqında sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
2014-03-05 | 10,773 | “Dəli Kür”ün Cahandar ağasıyla türmə xatirələrim | Onu ilk dəfə "voronok"da (voronok - dustaqları aparan maşın) gördüm. Ağır Cinayətlər Üzrə Məhkəmədən "gəlirdilər". Yolüstü Səbayel məhkəməsindən məni də "götürdülər". Hündürboy, qalın qaşları, sərt baxışları vardı. Maşına minən kimi diqqətimi çəkmişdi. Qurşaqdan yuxarı çılpaq idi. Cavan bir oğlan dəsmalla onun tüklü sinəsinin, çiyinlərinin, kürəyinin tərini silirdi. Yaşlı, zabitəli adamdı. İsti iyun günəşi maşının dəmir tavanını qızdırmışdı. Nəfəs almaq mümkün deyildi. İri gövdəli, qarayanız, əzələli başqa bir cavan oğlan isə plastik qabdakı suyu hazır vəziyyətdə tutmuşdu. Mənə də yer elədilər, daha doğrusu, yaşlı kişi əli dəsmallı gəncə olduqca mehriban səslə: - Amil, qıraq ol, bacoğlu otura bilsin, - dedi. Əlüstü "mehribanlaşan" dustaqların arasında oturdum və əlimdəki selafon paketdən su götürdüm, təşnə kimi başıma çəkdim. Yaşlı kişi baxışlarını kənara sürüyüb, bədənini silən gəncə tərəf döndü: - Yaman dedin, a... Gülüşdülər. Söhbətin nədən getdiyi mənə qaranlıqdı. Həm də buradakıların heç birini tanımırdım. "Voronok" tən ortadan dəmir lövhələrlə ikiyə bölünmüşdü. Mənim də yerləşdirildiyim tərəfdə 8 dustaq vardı və bu 8 dustaq 9-cu dustaq olan məni "qəbul" etməkdə heç də qızırğananlara oxşamırdılar. 8 nəfərdən isə ən azı beş nəfərinin bir-birinə daha yaxın olduqları hiss olunurdu. Səhv edirsən, bacoğlu Ağsaqqal kişini sanki haradasa görmüşdüm, yaman tanış gəlirdi. Dustaq maşını Bayıl təcridxanasına yaxınlaşanda ağsaqqal bir də mənə sarı baxdı, baxışlarının ardıyca sözləri gəldi: - Bacoğlu, səni niyə qıfıllayıblar, səndəmi düşmənə güllə atmısan? - Yox, dayı, düşmənə güllə atanı tutmazlar, mənim işim başqadır. - Səhv edirsən, bacoğlu, elə düşmənə güllə atanı tuturlar, – "ü" hərfini "u" kimi tələffüz edirdi. Yadıma düşdü… bu adamı "Dəli Kür" filmindəki Cahandar ağaya bənzətmişdim. Baxışı, oturuşu, səsinin tonu, zəhmi... Elə həmin gün öyrəndim ki, bu, məşhur Güləbirdli komandir Vaqif Cabbarovdur. Həmin gənclər isə - tərini silən oğlan nəvəsi Amil, əlində su tutansa oğlu Cəlal idi. O biri "podelnikləri" - yeznəsi, Amilin atası, o biriləri də hərbçi Mikayıl (onu oxucularımız bu layihəmizdən tanıyırlar) və başqa qohumları imiş. Başqa "burjuy"lar kimi Vaqif kişi ilə 10 saylı CÇM-də daha yaxından tanış olduq. Oğlu Cəlal ora göndərilmişdi. Vaqif kişi isə məhkəmə zalından azadlığa buraxılsa da, Baş prokuror tərəfindən hakimin qərarına protest verilmiş və 80-ə yaxın yaşı olan kişini yenidən həbsə atmışdılar. Və oğlu cəza çəkdiyi müəssisəyə göndərilmişdi. Ata-bala 10 saylıda olsalar da, o biri qohumları başqa CÇM-də idi. O da başqa "burjuy"lar kimi Cəza Müəsisəsinin tibb məntəqəsində məskunlaşmışdı. Oğlu ilə bir palatada qalırdı... Vaqif Cabbarov çox maraqlı, dünyagörüşlü, həm də zəngin bir adamdı. Atəşkəs dövründə böyük bir fermer təsərrüfatı yaratmışdı. Nəslini, qohum əqrəbasını başına toplamışdı. Onun haqqında əfsanələr danışılırdı. Onunla ilk şəxsi tanışlığım "içəridə" olsa da, haqqında "çöl"dən eşitmişdim. Müharibədə göstərdiyi şücaət barədə çox yazılmışdı. Onun yaratdığı və komandiri olduğu özünümüdafiə batalyonu ərazi bütövlüyümüz uğrunda qanlı döyüşlərdə iştirak etmişdi. Hacı Məmmədovun bacısı yoldaşı Vaqif dayı ilə tez dostlaşdım. "Bacoğlu Faiq" deyərdi mənə. Əliaçıq adamdı. Və bir çox "bedalaqaya" əl tutması ilə də çoxlarının rəğbətini qazanmışdı. Adam oğurluğunda və qətldə günahkar bilinərək ömürlük həbs cəzası alan Hacı Məmmədovun bacısı yoldaşı Xosrov dayı ilə söhbəti isə bir ayrı alınırdı. Hər ikisi yaşlı adamdı. Zahiri görünüşülərində də oxşarlıq vardı. Xosrov dayı gününü pişiklərlə keçirər, pişik balalarına süd verər, onları əzizlərdi. Belə məqamlarda Vaqif dayı "heyifdi, bu da Allahın heyvanıdı", - deyər və özünün cins itlərindən, atlarından bəhs edərdi... Vaqif dayının hekayətləri bitmək bilməyən hekayətlərdi. Və çalışacam ki, o hekayətlərin bəzilərini yaddaşımın alt qatından üzə çıxarım. Mənim əməliyyatlarımın çoxu erməni ərazisində olurdu "Ermənini mənim kimi tanıyan az olar. Ta gənclik illərimizdən gediş-gəlişli olmuşuq. Həmişə də həyətimizin, qapı-bacamızın fəhləsi olublar. Onlarla yoldaşlıq edəndə gərək ehtiyatlı olasan. Nə isə, əvvəllər ara qarışmağa başlayanda oğul-uşağı, qohum-əqrabanı yığdım başıma. Əvvəlcə ov tüfəngləri ilə silahlanıb mal-qaranın, kəndin müdafisəinə qalxdıq. Müharibə başlayanda isə bizim xırda dəstəmizə könüllülər gəldi. Böyüdük. Bilirsən, bacoğlu, onların dizlərini qatlamışdıq. Allah haqqı, harda ki, "Vaqifin batalyonu gəlir" sözünü eşidirdilər, canlarına bit-birə düşürdü. Qafana qədər gedib girirdim. Mənim əməliyyatlarımın çoxu ermənilərin ərazisində olurdu. Döyüşçülərimin, eləcə də yaxınlıqda yerləşən hərbi birləşmələrin əsgərlərinin ərzaq təminatına qədər kömək edirdim. Ermənilərin bizm tərəflərdən apardıqları mal-qaranı, qoyun-quzunu basıb əllərindən alırdım, sahiblərinə də qaytarırdım. Amma müharibə qızışandan sonra əsl döyüş meydanında olmuşuq". Heydər Əliyevin saatı Vaqif kişinin oğlu İlyas müharibədə xüsusi qəhrəmanlıq göstərmişdi. Heydər Əliyevin fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Nəvəsi 13 yaşından döyüşlərə qatılmış Amilə isə Heydər Əliyev qol saatı bağışlamışdı. Casus - Bəs sizi niyə tutdular? Doğrudanmı təhlükəsizlik xidmtinin əməkdaşı kimsəsiz, yetim adam kimi sizə sığınıb, gəlib sizin çobanınız kimi işə düzəlib? Siz doğrudanmı onu döyüb incidirmişsiz? Bu suallarımın hamısına təmkinlə cavab verirdi. Və nədənsə bu adamın həqiqəti danışmasına çox inanırdım və bu gün də o inam məndən uzaq deyil. Vaqif Cabbarov sözün həqiqi mənasında bütöv adam idi. Xəstəliyi bəzən halının hədsiz pisləşməsinə qədər gətirib çıxarırdı onu. Belə anlarda həkimlərdən çox Xosrov dayı qayğısına qalırdı. Bir dəfə CÇM-də Vaqif Cabbarov üçün növbəti məhkəmə quruldu. Onun cəza növünün dəyişdirilməsi üçün qurulan məhkəmədən sonra çox əsəbi idi. Niyəsi məlum olsa da, imkan tapıb niyə qanıqara olduğunu soruşdum. - Bacoğlu, daha tükənmişəm, - dedi. - Sonra danışaram… (Ardı olacaq) |
2014-03-05 | 10,774 | “Gülər Əhmədova axsayır” – Vəkil | Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ə.Talıbov G. Əhmədovanın səhhətində hər hansı dəyişikliyin olmadığını deyib: "Ağrıları var, axsayır. Təcridxanada həkimlər tərəfindən müayinə olunub. Lakin müayinələrin cavabı hələlik məlum deyil". Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. |
2014-03-05 | 10,775 | Heydər Əliyevin gənc dostuna vəzifə verildi - Video | "Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə rəhbər təyin edilib". Bu sözləri "Axar.az"a Naxçıvan M.R-nın Bakıdakı daimi nümayəndəliyindən deyiblər. Nümayəndəlik mətbuatda bununla bağlı yayılan informasiyanı təsdiqləyib. Onlar keçmiş nümayəndənin yaşı ilə əlaqədar təqaüdə göndərildiyini bildiriblər. Qeyd edək ki, Bəxtiyar Əsgərov Heydər Əliyevin ən gənc dostu kimi tanınıb. |
2014-03-05 | 10,776 | İsrail İran gəmisini ələ keçirdi | İsrail gəmini "İranın Qəzzaya fələstinli yaraqlılara silah yardımı apardığı" iddiası ilə ələ keçirib. "Axar.az" İsrail mətbuatına istinadən xəbər verir ki, xüsusi donanma qüvvələri (Şayetet 13) Panama bayraqlı "Klos-C" adlı gəmini Qırmızı dənizdə saxlanıldığını bildirib. İsrail ordusu gəmidə onlarla raket tapdıqlarını elan edib. Gəminin dünən gecə ələ keçirildiyi və "Eilat" limanına aparıldığı açıqlanıb. |
2014-03-05 | 10,777 | İnternet klubda azyaşlıların macəraları – Mini reportaj | "Əmi, əmi, bir buna bax gör indi onun qanını necə tökəcəm?! O, hələ mənim kim olduğumu bilmir. Mən bunun peşəkarıyam e!" – bu sözləri internetklubda təsadüfən söhbət etdiyimiz 10 yaşlı Vüqar deyirdi mənə. Cəhənnəm ol başımdan Özünün dediyinə görə, hər gün valideynlərindən aldığı 1 manatı burda xərcləyir. Orta məktəbin 4-cü sinfində oxuyur. Məktəbi heç sevmədiyini, dərslərdə tez-tez yuxuladığını da deyir: - Ata deyir ki, kompüter sənə ziyandı. Ona görə də atamdan gizlin gəlirəm. Amma hər dəfə mamadan pul istəyəndə birinci vermək istəmir. Sonra deyir ki, götür get, cəhənnəm ol başımdan, səsin gəlməsin! (Vüqar ləzzətlə gülür) "14-ə "naçala" yaz" Bu an qapı açılır və içəri boyca Vüqardan bir qədər uca və kök uşaq daxil olur. İçəri keçən kimi nəzarətçi oğlana "14-ə "naçala" yaz", - deyir. Yeni gələin adı isə Ülvidir. 16 yaşı var. Vüqarın dediyinə görə, eyni məktəbdə oxuyurlar. Amma fərqli sinifdə. Savaş ortasında qəmiş... Söhbətin şirin yerində yanımdakı masada əyləşən uşağın səsi gəlir: "Vüqar, gəlirsən? Mən kompüteri "perezaqruzka" elədim". Bu uşaqdan da adını soruşuram. Acıqla: "Tural!" – deyir. Yaşını soruşmağım isə onu lap hövsələdən çıxarır: "Eh, nə bilim, e. Onunla bir oxuyuram..." (Gözünü monitordan ayırmadan barmağı ilə Vüqarı göstərir və mən qızğın döyüşün ortasında adamdan tərcümeyi-halını soruşmağın necə absurd olmasını başa düşüb, onun hövsələdən çıxmasını anlayışla qarşılayıram). "Ayə, cın... olmayın. Gözdüyün, mən də qoşulum", – bunu bayaq içəri girən 16 yaşlı kök uşaq deyir. Təbii ki, bu dəvətdən sonra balaca Vüqarın mənimlə söhbət eləməyə marağı olmayacaqdı: "Sən bax, gör mən onu necə öldürəcəm..." Kim söyüş söysə... Öz işimi yarımçıq qoyub oyunu izləyirəm. Kontr strayk (counter strike - əks zərbə) oynayırlar. Uşaqlar hansısa kodu yığır və oyunçunu müxtəlif vəziyyətlərdən çıxarır, ya da onu silah-sursatla təmin edirdilər. Oyun əsl müharibəni xatırladırdı. Uşaqlar isə arada bir-birinin monitoruna baxır və qışqırırdılar. Bu dəfə nəzarətçinin bezgin və zəhmli səsi gəldi: "Kim söyüş söysə, qışqırsa, vaxtını dayandıracam. Çıxacaq bayıra..." Kəşfiyyatçı Vüqardan niyə Turalın monitoruna baxdığını və bu oyunu haçandan bəri oynadığını soruşuram. Deyir ki, monitora baxanda onun harda gizləndiyini öyrənə bilir: "Əvvəl bura gələndə videolara baxırdım. Sonra uşaqların oynadığını gördüm. Mən də oynadım. Ata evdə kompüterə oyun yazmağa icazə vermir, ona görə bura gəlirəm". Xəstəlik... Uşaqlar deyir ki, oyunu yarımçıq dayandırmağı sevmirlər: "Bunu yarımçıq saxlayanda axşam da oyun haqqında fikirləşirəm. Strategiyaları necə keçəcəyimi... Yuxumda da səhərəcən oyun görürəm". Savaşın qaranlıq sonu Söhbətin bu yerində uşaqların monitorları qaralır. Bu isə vaxtın bitdiyini göstərir. Əsl həngamə də bundan sonra başlayır. İstifadə olunan vaxtın haqqı ödənməlidir. Acaq anlaşılan o ki, uşaqlarda bu ödəmə üçün gərəkən qədər pul qalmayıb. Bir-birinə "ala, sən ver, sən öl, qaytaracam..." - deyə-deyə nəzarətçini qışqırtmağa nail olurlar. Yaxınlaşıb cibimdə olan sonuncu manatı da kassaya ödəyirəm... |
2014-03-05 | 10,778 | Hollivud ulduzu Cem Yılmazın şəklini yaydı – Foto | Dünya şöhrətli aktyor Rassel Krounun Türkiyədə çəkdiyi "The Water Diviner" ("Su pərisi") filmi ilə bağlı verdiyi məxfilik qərarına əməl edə bilməyib. Yılmaz Ərdoğandan sonra məşhur komediya aktyoru Cem Yılmazın da film çəkilişləri zamanı çəkilən fotosu sosial şəbəkələrdə yayılıb. Dünən "The Water Diviner" filminin Topqapı sarayında çəkilişləri olub. Cem Yılmaz və Yılmaz Ərdoğanın da iştirak etdiyi çəkilişlər zamanı çəkilən bir foto "İnstaqram" sosial şəbəkəsinə yüklənib. Beləcə, Ərdoğandan sonra filmdə bir türk zabitini canlandıran Yılmazın görünüşü üzə çıxıb. |
2014-03-05 | 10,780 | Ermənistanda Putinə qarşı aksiya keçirildi | Bu gün Rusiyanın Ermənistandakı səfirliyi qarşısında da aksiya keçirilib. İrəvanda bir qrup ictimai-siyasi fəal əllərində müxtəlif plakatlar tutaraq Rusiyanın Krımdakı işğalçılıq hərəkətlərinə etiraz bildiriblər. Bu zaman polislə qarşıdurma yaranıb və nümayişçilərdən bir neçəsi saxlanılıb. Yerdə qalan aksiyaçılar şəhərin mərkəzinə doğru irəliləyiblər (musavat.com) |
2014-03-05 | 10,781 | Sürüşdürülən bina qəzalı vəziyyətdədir – Video | Bakının ilk sürüşdürülən binasında - Füzuli küçəsi 39 saylı tarixi binada təmir-bərpa işləri yarımçıq qalıb. Fizuli küçəsi 39 ünvanında yerləşən və xüsusi əməliyyat nəticəsində 10 metrəyədək sürüşdürülən bina ilk görünüşdən təmir olunmuş təəssüratı yaratsa da Binadakı müxtəlif həcmdə çatlar açıq aydın görunur. Binanın daxilindəki vəziyyəti də ürəkaçan deyil. Bu binada 32 ailə yaşayır. Sakinlər ərazidə təmir dayansa da evlərində yaşamağa məcburdular. Qeyd edək ki, bir neçə ay əvvəl sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilmişdi. Saatda 8 sm sürüşdürülən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Fizuli küçəsinin genişləndirilməsi idi. 18 min tonluq binanın yerinin dəyişdirilməsi fenomen hadisə kimi Ginnesin rekordlar kitabına düşə bilərdi. Amma bu gedişlə çətin. Maralıdır, bəs bu binaya ayrılan vəsaitlərin əvəzində nəticənin belə mənfi olmasına görə məsuliyyəti kim daşıyır? Burada yaşayan əhalinin təhlükəsizliyinə təminat verən varmı? Ətək-ətək pul töküb, Hollandiyadan mütəxəssislər dəvət edənlər indi niyə və hansı səbəbdən yoxa çıxıb? Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin rəsmilərinin də fikirlərin öyrənmək istədik. Lakin bu suallarımıza cavab tapmaq cəhdimiz nəticəsiz qaldı ("Anspress"). |
2014-03-05 | 10,782 | Göyçayda dəhşətli cinayətin üstü açıldı | Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhərində törədilmiş ağır cinayətin üstü açılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən "Axar.az"a verilən məlumata görə, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilib. "İsti iz"lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. |
2014-03-05 | 10,783 | Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib - Foto | Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, E.Məmmədyarov V.Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib. Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. V.Pivonka etimadnaməsinin surətini nazirə təqdim edib. |
2014-03-05 | 10,784 | Mustafa Krımoğlu: “Türkiyə bizə söz verib...” | "Krım tatarlarına təhlükə yaransa, Türkiyə köməyimizə birinci gələcək". Bu sözləri Krım Tatar Məclisinin keçmiş sədri, Ali Radanın deputatı Mustafa Krımoğlu deyib. Bu gün keçirdiyi brifinqdə o, deyib: "Bir neçə gün öncə mənimlə görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi: "Qəti şübhə eləməyin, Krım tatarlarına təhlükə olarsa, Türkiyə sizin köməyinizə birinci gələcək". Dünən Ankarada Krım-tatar diasporunun mitinqləri keçirilib, bu gün isə İstanbulda və başqa şəhərlərdə mitinqlər olacaq. Onlar tələb edirlər ki, Türkiyə Krım tatarlarına kömək üçün əlindən gələni eləsin". (UNİAN) |
2014-03-05 | 10,785 | Siyasi İslama qarşı ən ciddi ittiham - Nurçuluq | İslam - təriqətlər və siyasət Təriqətlərin nəliyindən bir-iki söz İslamda təriqətlərin olmasından demək olar ki, hamı narazıdır. Narazılıq kölgəsi Nurçuların və onların bir qolu olan Gülənçilərin hizmət (xidmət) hərəkatının da üstündə gəzir. Hərçənd mən Gülən hərəkatını (və elə bütün Nurçuluğu) təriqət adlandırmazdım. Təriqət ərəbcə yol deməkdir. İslamda təriqət ayrıca bir yoldursa, o başqa yollardan ehkam, təməl prinsipləri ilə (daha doğrusu, onların yozumu) ayrılmalıdır. Məsələn, Sələfilik başqalarından belə ayrılır. Allahın birliyini (tovhidi) onlar sünni və şiələrdən tamam başqa cür anlayırlar: Allah birdirsə, başqa heç nəyi ilahiləşdirmək, qutsallaşdırmaq olmaz. Ona görə də müqəddəslərin qəbrini ziyarət etmək Allaha şərik qoşmaqdır. Nurçuluqda və Gülənçilikdə gəlnəksəl İslamdan fərqlənən elə bir ciddi nəsnə görmək olmaz. Onların Quran yozumu (təfsiri) yeni İslam qavrayışına gətirmir. Bu mənim təriqətlərlə ilgili bir haşiyəmdir. Təriqətlərin qaçılmazlığı Ancaq dedim ki, İslamda təriqət adlandırılan budaqları, qolları heç kim sevmir. Hər yerdə biz İslamın budaqlanmasını, təriqətləşməsini görürük. Di gəl hər yerdə də hər qol, hər təriqət özünü düz, o birilərini yanlış sayır. Əş-Şəhristaninin "Dinlər və təriqətlər haqqında kitab"ı sektaları qaçılmaz bəla kimi göstərirdi: maqların 70, yəhudilərin 71 (bu, düz deyil), xristianların 72, müsəlmanların 73 təriqəti var. Daha sonra bildirirdi ki, müsəlman təriqətlərindən yalnız biri doğru olacaq. Çünki olanmaz ki, mübahisə edənlərin hamısı düz olsun. Əş-Şəhristani bir önəmli məsələni də söyləmişdi: təriqətləşmənin başında şübhə durur. Birinci şübhə İblisdə olub, Allah ona lənət eləsin! Dekart xeyli sonralar şübhəni, quşqunu biliyin əsası sayırdı. Şəhristani isə gördük ki, şübhəni təriqətləşmə bəlasının nədəni hesab edir. Azərbaycanda "yumruq kimi bir olmaq" sevgisi var, əsas bəlamızı birliyimizin olmamasında görürlər. Beləcə, çağdaş azəri bilinci çoxculluqdan, plyuralizmdən qorxur. Bu qorxu ilkində Platonda olub. O sayırdı ki, varlıq Bir olandan yumaq kimi açıla-açıla törəyib. Ona görə də maddi dünyada açılmış yumağın ip dolaşığı, çoxluğu var. Çoxluq olan yerdə dildişgənlik, toqquşmalar olur. Ona görə də maddi dünya pisdir. Təxminən eyni məntiqlə dinlərdə təriqətləri pisləyənlər düşünürlər. Təriqətlər çoxluq və deməli, İslama didişmələr gətirir. Ancaq bu suçlamada problem ondadır ki, hər təriqət İslama təriqətsizlik arzulayanda özünü İslam kimi görür. Şiəlik də elədir, Sünnilik də. Halbuki tarix göstərir ki, onların heç biri bütün müsəlmanların əqidəsinə çevrilə bilmirlər. Çıxış yolu Bax, bundan düşüncə çıxarmaq olar. Bəlkə İslamı təriqətsiz etməmək olmursa, onların çoxluğunu qəbul etmək, onları pisləməmək düz olar?!. Belənçidə bəlkə təriqətləri pisləmək yox, təriqətlərin bir-birinə yanlış münasibətlərini pisləmək lazımdır?! Bunun üçün hər İslam təriqəti bilməlidir ki, dində gerçəyin, həqiqətin inhisarı yoxdur. Sənət növlərinin necə birini düz, o birilərin əyri saymaq olar?! Kino, teatr, musiqi hərəsi mənəviyyat məsələlərini düşünmək üçün öz dilini, öz modelini, öz kurallarını verir. Kinematoqraf üzdə bütün başqa sənət növlərindən üstün görünür. Ancaq bir də görürsən ki, böyük kinorejissor filmini musiqi biçimində qurub, deməli, kinonun dilini musiqidən aşağı sayıb. Bax, bütün bu kimi səbəblərə görə hesab etmək olar ki, İslamda bir-birinin başını kəsən, məscidini partladan təriqət biabırçılığından qurtulmaq üçün bütün təriqətləri dinimizin zənginliyi saymaq gərəkir. Bunu pastulatlaşdırandan sonra isə hər təriqəti hansı dildə, hansı modellərdə mənəviyyatı açmasına görə öyrənmək lazımdır. Mən bir dəfə irəli sürmüşdüm ki, Şiəlik faciəvilik estetikasında ibadəti mənimsəməkdir. Bektaşilik isə gülüş dilində. Xristianlıq İsusla bağlı faciəvilik üstündə qurulub, ancaq göz yaşları bu konfessiyada Şiəlik dərəcəsində deyil. Fətulla Gülənin moizələrində göz yaşları yüksək etki gücünə malik olsa da hər halda Sünnilikdə Şiə faciəviliyi yoxdur. Mən bu sözləri təriqətlərin və konfessiyaların ayrı-ayrı dünya modelləri kimi araşdırılmasının dəyərini göstərmək üçün söylədim. Siyasi İslam aldanışları necə dağılır İndi isə bəzi təriqətlərin yol verdiyi əyriliyə baxaq Sadəlövh imanı dağıdan olaylar İslamın paradoksu odur ki, bir çox düşmənləri, bir çox gec partlayan bombalar başqa yerə yox, məhz onun içinə qoyulub. Əslində, bu sözlər bütün dinlərə aiddir və görünür, bu, Tanrının hikmətidir. Ancaq biz bütün dinlərdən yox, öz dinimizdən danışaq. Allah-təalanın hətta möminlərə verdiyi psixolojinin, bilincin içində belə, çoxlu gizli tətələr var. Dərin möminlik özünün imanlı olmasından özünə heyran qalıb təkəbbürlü, narsist olmaq deyil. Dərin möminlik həzrət Əli kimi din və dünya işlərində birdən yanlışa yol vermək quşqusu, şübhəsi ilə yaşamaqdır. Din məsələsində necə deyərlər "çayı üfürə-üfürə" içməkdir. Mən bu girişi onun üçün verirəm ki, siyasi İslamın mənəvi İslama vurduğu zərərlərdən danışım. Allah-təala insan psixolojisini elə "yapıb" ki, imanın ümmanına dözəmmir və görürsən ki, ən mömin adam belə, bir də ayılır ki, Allahdan azıb gedib. Azanların bir kəsimi Allahı tapmaq üçün aza-aza gedib çıxır taquta və onu allah sayır. Başqa kəsim isə azmışlıqdan O-na qayıdır. Əski türklərin sitayiş, ibadət anlamında işlətdiyi "tapınmaq" sözü mənə bu durumu açır. İbadət Allah üçün tapılmaqdır. İBADƏT ÖZ ITMIŞLIYINI, AZMIŞLIĞINI GÖRÜB, BILIB QAYITMAQ ÜÇÜN CƏHDLƏR (CIHAD) ETMƏKDIR. İman cibə qoyulmuş vəsiqə deyil Beləliklə, refleksiya edən, yəni özünü saf-çürük edən bilinc, şüur daşıyıcısı olan mömin adam bilir ki, necə onun Allaha sevgisinin, özünü yetkin iman adamı saymasının içində təhlükələr, mifoloji dildə desək, İblis əməlləri gizlənib. Biz unutmamalıyıq ki, Allah insanla ilişgilərini ÇAŞDIRICI SONSUZLUQ üstündə qurub. Sən Onu bilməyin, Onu sevməyin, Onun buyurduqlarını etməyin bir növünü tutub gedirsən, bundan mənəvi həzz, mutluluq alırsan. Ancaq ala-ala belənçi gedəndə və bunu Allaha doğru bircə, tam düzgün yol sayanda, ona görə də başqa yollara xor baxanda həməncə Allahdan azırsan. Hətta küfrə düşürsən. Tanrını bilməyin, sevməyin, Tanrıya bağılılğın növləri sonsuzdur, bu sonsuzluq həm çaşdırır ona görə ki, sən Ona sufii, Şiə, Sünni, Xristian yolların olduğunu biləndə bu türlülükdən çaş qalırsan. Qarşısındakı hədəflərin çoxluğundan hansına tullanmağı biməyən pələng kimi donuxub durursan. Bu sonsuzluq həm də çaşdırır ona görə ki, bir ibadət yolunda çox qalanda başqa yollar gizlindən sənin rahatlığını dağıdır, çünki sən bir yolda qalmaqdan bezirsən. Namazı vəzifə kimi qılıb bundan öncələr olduğu qədər duyğulanmayan o qədər adam var ki. O QƏDƏR HACI VAR KI, ÇOX ZIYARƏTDƏN SONRA DAHA KƏBƏNI YOX, QARA KUBU GÖRÜR. Siyasi İslama qarşı ən ciddi ittiham Bu ittihamı 90-cı illərdə mən qəzetlərin birində yazmışdım: siyasət yanlış addımlar, amansız davranışlar, korrupsiya, korlanma qorxuları ilə doludur. Siyasət heç də mənfur deyil. Ancaq siyasət cərrahiyyə kimidir, o qədər qana, çirkə batır ki. Toplumun problemlərini nə ədəbiyyatla, nə fəlsəfə ilə, nə əxlaqla çözmək olar. Toplumu dərdlərdən yalnız siyasətlə sağaltmaq olar və effektli siyasət bu zaman dini mənəviyyatdan, ədəbiyyatdan, yararlana bilər. Ancaq hətta yaxşı işləri görən siyasət belə, o qədər intriqalarla, yalanlarla, bleflə doludur ki. Ona görə də deməliyik: əgər hansısa siyasi güc, hərəkat İslamı bayraq tutaraq hakimiyyətə gəlirsə, sonradan camaatın gözündə onun qaçılmaz ləkələri, suçları İSLAMIN LƏKƏSİ, İSLAMIN SUÇU OLUR (daha düzü, İslamın ləkəsi, suçu kimi görünür). Sanki siyasilər siyasəti ona görə İslamlaşdırmaq istəyirlər ki, düzlük, birlik, mənəviyyat olsun. Sanki BİR OLAN ALLAHA bütün siyasilərin bağlanması onların bir-birinə bağlanmasının qarantı olur. Ancaq Türkiyədə AK parti ilə Fətullah Gülənçilər arasında olan dəhşətli ədavət siyasəti gözəllik naminə İslama bağlamağın bütün puçluğunu açdı. Demə, gündə namaz qılıb, vaxtında oruc tutub, savab işlərlə məşğul olmaq Ərdaoğançılarla Gülənçilərin ölkə və xalq uğrunda birliyinə dayaq, əsas ola bilmir. Ancaq əvəzində bu ədavət, - hətta Ərdoğan və Fətulla Gülən bir-birinin adlarını çəkməkdən çəkinsələr belə - onların ikisinin də sevdiyi İslamın önünü ləkəli pərdə ilə örtür. Ona görə İSLAMI SİYASİ RİNQDƏN ÜRƏKLƏRƏ ÇƏKİB AYIBLAR, QOVĞALAR MEYDANINDAN ÇIXARMAQ düz olmazmı?! İslamda fərdiləşmə dönəmi gəlməlidir Cümə namazı ideyası möminlərin birgəliyi üçündür. Ancaq bundan yanlış sonuclar çıxarılıb: İslam bayraq ətrafında birləşmiş ordu kimi olmalıdır. Sufilər isə yığnaqdan qırağa çəkilib üzlətdə (küncdə) ibadət edirdilər. İndi İslamın və İslam təriqətlərinin yığnaq sevgisi ilə sağollaşmaq vaxtıdır. Orduda əsgər vint, makinanın detalı kimidir. Möminlər yığnaq gücündən yox, fərdiləşməkdən enerji almalıdırlar. İslam siyasi azmanlığın yox, mənim, sənin fərdiliyimizin, ekzistensiyamızın dini olmalıdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.