date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-03
10,474
Sumqayıtda minik avtomobili yandı
Sumqayıtda minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində "SUBARU" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-03
10,475
Putinin Ukraynaya müdaxiləsinə xalq dəstək verdi - Foto
Rusiya prezidenti Vladimir Putinin parlamentdən Ukraynaya əsgər göndərmə səlahiyyətini əldə etməsinə vətəndaşlar da dəstək verib. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası informasiya yayıb. Ölkənin bir çox şəhərlərində Ukraynada yaşayan ruslara dəstək nümayişləri keçirilib. Paytaxt Moskvada Rusiya Xalq Cəbhəsi partiyasının təşkilatçılığı ilə 30 min nümayişçi Ukraynada yaşayan rusların həyatlarını qorumağa hazır olduqlarını bildirərək, "Putin və biz sizinləyik", "Krım, Rusiya sizinlə" kimi şüarlar səsləndiriblər. Rusiyanın St. Peterburq, Krasnodar və digər şəhərlərində izdihamlı mitinqlər keçirilib. Digər tərəfdən Ukraynaya hərbi müdaxiləyə qarşı çıxan təxminən 50 nəfər Müdafiə Nazirliyi binası qarşısında aksiya keçirməyə cəh edib, lakin bir qrup polis aksiyaya müdaxilə edib.
2014-03-03
10,476
Almaniya və Rusiya Krımı razılaşdılar – Son dəqiqə
Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti arasında telefon danışığı olub. "Axar.az"ın məlumatına görə, telefon danışığında Krım ətrafında yaranan gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib. Tərəflər problemdən çıxış yolu kimi ATƏT bayrağı altında xüsusi komissiyanın yaradılmasını razılaşıblar. Komissiyanın üzvləri və fəaliyyət vaxtı barədə mətbuata məlumat verilməyib. Bundan basqa, Merkel beynəlxalq normaları pozduğuna görə Putinə iradını bildirib və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
2014-03-03
10,477
Ağdam məscidində inək saxlayırlar - Foto
Bu gün Feysbuk sosial şəbəkəsində işğal altında olan Ağdam şəhərində yerləşən məscidlərdən birində inək saxlanılmasını əks etdirən fotogörüntülər sürətlə paylaşılmağa başlayıb. "Axar.az"ın məlumatına görə, sosial şəbəkələrdə erməni işğalındakı Ağdam məscidinə qarşı işqağlçıların bu cinayətini bütün dünyaya göstərmək üçün çağırışlar edilir. Həmin fotogörüntünü təqdim edirik.
2014-03-03
10,478
Bakıda yol terroru: 2 ölü, 2 yaralı
Bakı şəhəri, Xəzər rayonunda "Opel", "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub və nəticədə, nəqliyyat vasitələri ağır deformasiyaya uğrayıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 azyaşlı xəsarət alıb, şəxsiyyətləri məlum olmayan 2 nəfər isə aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan zərərçəkmişləri və cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:44-də başa çatıb.
2014-03-03
10,479
Milli Məclis binasına hücum: Üç millət vəkili yaralandı
Liviyanın paytaxtı Tripolidə müvəqqəti Milli Məclis Ümumi Konqres binasına təşkil edilən hücumda 3 millət vəkilinin yaralandığı bildirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Məclis sözçüsü Əmr Humeydan açıqlama verərək belə deyib: "Əllərində odlu silahlar və kəsici alətlər olan bir qrup Konqres binasına zorla girərək binanın bəzi hissələrini atəşə tutub". Humeydan Məclisin Komissiya üzvü Əbdürrəhman əs-Suveyhlinin açılan atəş nəticəsində, Məhəmməd əl-İmari və Əhməd əl-Buninin döyülərək yaralandığını bildirib. Şahidlər də Milli Konqresin 2014-cü ilin fevral ayında keçirilməli olan seçkilərin tarixinin 1 il təxirə salaraq vəzifə müddətini uzatma qərarı almasına etiraz edərək nümayişçilərin məclis binasının şüşələrini qırdığını və zor gücü ilə içəri daxil olaraq bəzi əşyalara atəş açdıqlarını bildiriblər. Qeyd edək ki, Liviyada Milli Konqres demokratik təşkilatların işini tamamlamamasını əsas gətirərək əvvəlcədən müəyyənləşdirilmiş 2014-cü ilin fevralında keçirilməli olan seçkinin tarixini bir il uzatma qərarı almışdı.
2014-03-03
10,480
Bərbərxanada partlayış baş verdi
Bu gecə ölkə daxilində 3 yanğın hadisəsi baş verib. Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan taxta konstruksiyadan ibarət olan gözətçi otağı yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb və arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Qəbələ rayonu, Çuxur Qəbələ kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-03
10,481
Bələdiyyə başçısının evinə molotov kokteylli hücum
Türkiyənin Şırnak şəhərində icazəsiz mitinq təşkil edən bir qrup nümayişçi AKP Şırnak Bələdiyyə başçısı namizədi Əhməd Həmdi Yıldırımın evinə molotov kokteyllə hücum edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə edilən məlumata görə gecə saatlarında Ömər Kabak Meydanında icazəsiz nümayiş təşkil edərək yolu bağlayan bir qrup nümayişçi daha sonra meydana yaxın ünvanda olan Yıldırımın evinə 2 molotov kokteyli atıb. Divara dəyən molotov kokteylləri azca maddi ziyana səbəb olub, polisin hadisə yerinə gəlməsi nəticəsində nümayişçilər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hadisə ilə əlaqədar istintaq davam edir.
2014-03-03
10,482
AXCP-nin qərargahında güclü partlayış - Fotolar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizində partlayış baş verib. Bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Feysbuk səhifəsində bildirib. O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35-də baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb. "Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib. Xatırladaq ki, partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
2014-03-03
10,483
G8 ölkələri Soçidəki sammitdən imtina etdilər
Böyük səkkizlərin 7 ölkəsi Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə iştirak etməkdən imtina ediblər. "Axar.az" xəbər verir ki, həmin ölkələr Rusiyanın Ukraynaya son münasibətini əsas gətirərək birgə bəyanat qəbul ediblər. "Biz hesab edirik ki, Rusiyanın Ukraynaya qarşı addımı G8-in prinsiplərinə ziddir. Bununla əlaqədar olaraq biz iyulda Soçidə keçiriləcək G8 sammitinin hazırlıq mərhələsinə qatılmaqdan imtina edirik". Bəyanata Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, eləcə də Avropa Şurası və Avropa Komissiyası imza atıb. G8 ölkələri həmçinin Moskvanı onu narahat edən təhlükəsizlik və insan haqları ilə bağlı məsələləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həll etməyə çağırıblar. Bəyanat müəllifləri bu məsələdə Rusiyaya kömək etməyə hazır olduqlarını bildiriblər.
2014-03-03
10,484
ABŞ-dan Rusiyaya son müharibə xəbərdarlığı
Rusiya yaxın saatlarda Ukrayna ərazilərini tərk etməsə, ciddi itkilərlə qarşı-qarşıya qalacaq. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron çıxış ediblər. Onlar Rusiya ilə Ukraynanın tezliklə danışıqlara başlamasının vacibliyini bildiriblər: "Krım ərazisində Rusiyanın fəaliyyəti qəbuledilməzdir. Əgər Rusiya yaxın saatlarda Ukrayna ərazilərini tərk etməsə, ciddi itkilərlə qarşı-qarşıya qalacaq. Ukrayna və Rusiya tezliklə danışıqlara başlamalıdır". Qeyd edək ki, dünən ABŞ Dövlət katibi Con Kerri də Rusiyanı hədələyən bəyanatla çıxış etmişdi.
2014-03-03
10,485
Dmitri Medvedyev: “Ukraynada yenə qan töküləcək” - Foto
Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukraynadakı olaylarla bağlı öz fikrini bildirib. "Axar.az" xəbər verir ki, bu barədə öz Feysbuk hesabında şərh yerləşdirən Baş nazir indiki hakimiyyətin qeyri-legitim olduğunu açıqlayıb. O, həmçinin devrilmiş prezident Viktor Yanukoviçin Ukraynanın qanuni prezidenti olduğunu deyib: "Əgər Yanukoviç təqsirkardırsa, onu məhkəmədə mühakimə edin. Amma hakimiyyətin bu yolla ələ keçirilməsi düzgün deyil və bu qeyri-qanunidir. Ukraynada yenə qan töküləcək". Medvedyev öz statusunda Ukraynanın devrilmiş prezidentini açıq müdafiə etməklə yanaşı, yeni hakimiyyətlə heç bir mədəni-iqtisadi əlaqələrin qurulmayacağını da açıqlayıb.
2014-03-03
10,486
Mövqelərimiz atəşə tutuldu: 23 dəfə
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Ayqepar Berkaber və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Şuraabad, Kəngərli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-03
10,487
Mərkəzi Bankın səlahiyyəti azaldıldı
Azərbaycan Nazirlər Kabineti "Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları"na dəyişikliklər edib. "Axar.az"ın APA-ya isinadən verdiyi xəbərə görə, indiyə qədər Agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilib. Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilib və qeyd edilib ki, həmin Komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib. Dəyişikliyə əsasən, Mərkəzi Bankın bu sahədə səlahiyyətləri ləğv olunub, bu səlahiyyətlər Azərbaycan Sahibkarlar Konfederasiyası və Maliyyə Nazirliyi arasında bölüşdürülüb. Bundan sonra Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil ediləcək və həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli QHT-nin 2 nəfər nümayəndəsi də daxil edilə biləcək. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq ediləcək.
2014-03-03
10,488
Hərbiçilərimiz beynəlxalq tədbirə hazırlaşır
Hərbiçilərimiz beynəlxalq tədbirə hazırlaşır. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,martın 4-dən martın 7-dək Bakı şəhərində (Azərbaycan) Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan – ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
2014-03-03
10,489
“Mançester Yunayted” baş məşqçini dəyişir
"Mançester Yunayted"də baş məşçi dəyişikliyi gözlənilir. "Axar.az" xəbər verir ki, "qırmızı şeytanlar" 27 illik Aleks Ferqyuson "hökmranlığ"ından sonra komandanın başına keçən David Moyesdən narazıdı."Sunday People"nin xəbərinə görə, uğursuz mövsüm keçirən komandanın baş məşqçisi yayda yola salınacaq. Artın onun yerini kimin tutacağı da bəllidi. Hazırda Hollandiya millisinə başçılıq edən Lui van Qaalın "Mançester Yunayted"in baş məşqçi postuna gətiriləcəyi iddia olunur. O, DÇ-2014 başa çatandan sonra yığmanı tərk edərək Premyer Liqaya üz tutacaq.
2014-03-03
10,490
Nurçuların Azərbaycandakı adamının məktubu – Şok sənəd
"Prezident Administrasiyasındakı adamımız sayəsində Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə genişlənib". Bu sözlər ölkəmizdə fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi məktubda yer alıb. Məktub "Axar.az"a etibarlı mənbələrdən daxil olub. Məktubda Fətullah Gülənə müraciət edən Ənvər Özərən Prezident Administrasiyasındakı adamlarından kifayət qədər razı olduqlarını bildirib. O, məhz həmin şəxsin sayəsində ölkənin əsas dayaq məntəqələrinə kadrlarını yerləşdirməyi bacardıqlarını deyib. Ənvər Özərən həmçinin Azərbaycan Gənclər Təşkilatına (Məktubda belə bildirilir – red.) özlərinin xüsusi adamlarını yerləşdirdiklərini və bunların gələcəkdə ölkədəki rəhbər vəzifələrə gətiriləcəyini yazıb. Daha sonra isə türkiyəli iş adamı Azərbaycan kəşfiyyatının təriqətin ətrafında öz agentlərini yerləşdirdiklərini və daima müşayiət altında olduqlarını qeyd edib. Təhlükənin ən mühüm amili kimi isə o, son zamanlar təriqətə məxsus iş adamlarının izlənməsini, həmçinin parlamentdəki nümayəndələrinin ciddi vəziyyətlə qarşı-qarşıya qalmasını göstərib. Həmin adamın kim olmasına gəlincə isə məktub müəllifi bunu qeyd etməkdən imtina edib. Müəllif həmçinin hazırda təriqətin Azərbaycandakı nümayəndələrinə şəxsən xəbərdarlıq etdiyini vurğulayıb. Ən maraqlı məqam isə Ənvər Özərənin ölkə kəşfiyyatı içərisinə öz adamlarını sızdırmaq istəmələri haqqında olan etirafı olub: "Bir müddət öncə Azərbaycan milli kəşfiyyatının akademiyasına qəbul olmuş tələbəmiz müəyyən edilərək buradan qovulmuşdu". Məktubda Ənvər Özərən Fətullah Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçməyi xahiş edib: "Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik". Ənvər Özərən sonda Fətullah Gülənin Prezident Administrasiyasındakı adını çəkmədiyi şəxslə bağlı xüsusilə ehtiyatlı olmaq haqqında tövsiyyələrinin ona yetirildiyini bildirib. Qeyd edək ki, son günlər ölkədə nurçuların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb. Bəzi yüksək vəzifəli məmurlarla yanaşı, 24 millət vəkilinin də nurçulara xidmət etdiyi haqqında məlumatlar genişlənməkdədir. Sənədin orginalını təqdim edirik.
2014-03-03
10,491
ABŞ Rusiyaya iqtisadi sanksiya tətbiq edir
ABŞ və Avropa Birliyi Krımdan rus qoşunlarının çıxarılmayacağı təqdirdə Vladimir Putin və Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə bəyanat yayıblar. "Axar.az"ın məlumatına görə, yüksək çinli amerikalı məmurlar bildiriblər ki, ABŞ administrasiyası Rusiya rəhbərliyi və şirkətlərinə qarşı iqtisadi və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün Konqreslə danışıqlar aparır. Biz Rusiya ilə ticarət və iqtisadi münasibətlərimizin azaldılması məsələsinə baxırıq. Bu addımlar Rusiya iqtisadiyyatı üçün böyük itkilərə səbəb olacaq", - deyə amerikalı məmurlardan biri "Uol Strit Jurnal" (The Wall Street Journal) qəzetinə açıqlamasında bildirib.
2014-03-03
10,492
Ulduz futbolçunun barmağı belə çıxdı - Foto
İngiltərə klubu "Vest Hem"də forma geyən Endi Karrolun zədə alıb. "Axar.az" xəbər verir ki, "Everton"la oyunun 29-cu dəqiqəsində barmağı çıxan hücumçu bir anda yaşadığı ağrı üzündən yerə yıxılıb. Meydana daxil olan həkim qısa zaman ərzində Karrolun çıxan barmağını yerinə salıb və futbolçu oyuna davam edib. "Vest Hem"in məşqçisi Sem Allardis Karrolun aldığı zədəsi ilə bağlı bunları deyib: "Endinin barmağını həkim yerinə salarkən o, acı çəkmədi. Amma mən izləyərkən diksindim. Endiyə isə heç bir şey olmadı".
2014-03-03
10,493
“Sovetski” sakinlərinə veriləcək məbləğ açıqlandı
Maliyyə Nazirliyi Bakıda "Sovetski" adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir: "Məlum olduğu kimi, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır: "Sovetski" adlandırdığınız əraziyə gəlincə bildiririk ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun 21 fevral 2014-cü il tarixində mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycan Respublikasında qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunmuşdur. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınmışdır. Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünki şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır. Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar. Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd -1500 manat təklif olunur. Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb" (Trend).
2014-03-03
10,494
BSU-ya millət vəkili rektor gətirilir
"Kamal Abdullanın yerinə təyin ediləcək rektor universitetin prorektorlarından biri olacaq". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Slavyan Universitetinin adının açıqlanmasını istəməyən müəllimlərindən biri bildirdi. Onun sözlərinə görə, hazırda 3 prorektor arasında seçim edilir: "Rektor vəzifəsinə gətirilməsi gözlənilənlərdən biri Elmi işlər üzrə prorektor Seyfəl Həsənov, digər namizəd isə Tədris işləri üzrə prorektor Asif Hacıyevdir. Ancaq daha çox rektor təyin edilməsi gözlənilən namizəd Sahibə Qafarovadır. Beynəlxalq əlaqələr üzrə prorektor olan Sahibə xanım millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olduğu üçün onun rektor təyin edilməsi daha real görünür". Müəllimlər Kamal Abdullanın yerinə kənar şəxsin təyin edilmə ehtimalı olduğunu da deyir. Narahatlığa səbəb olan məsələlərdən biri də məhz budur. İllərdir Kamal müəllimlə işləyən insanlarla yanaşı, onun sayəsində universitetdə çalışan gənc kadrlar da narahatlıq keçirir: "Hələ ki, bu 3 namizəd barədə danışılır. Müəllimlər də narazılıq etmir. Hamı xüsusilə Sahibə Qafarovanın rektor təyin edilməsini istəyir. Ancaq deyirlər ki, kənardan kimsə universitetə rəhbər gətirilə bilər. Bizi ən çox narahat edən də kənardan rektor gətiriləcəyi ilə bağlı xəbərlərdir. İllərdir işlədiyimiz sistemin dağılmasından necə narahat olmayaq?".
2014-03-03
10,495
Krımda Müdafiə Nazirliyi yaradılır
Krım Muxtariyyətinin Müdafiə Nazirliyi yaradılacaq. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə muxatariyyətin yeni Baş naziri Sergey Aksyonov çıxış edib. O, Krımın özünü müdafiə etməyə hazır olduğunu bildirib: "Yaxın günlərdə Krım Nazirlər Kabinetinin tərkibində yeni nazirlik yaradılacaq. Bu, Müdafiə Nazirliyi olacaq. Krımlılar sübut etdilər ki, onlar özlərini müdafiə edə bilirlər". Qeyd edək ki, Krım rəhbərliyi artıq Ukrayna hakimiyyətinin əmrlərini yerinə yetirməməyə başlayıb. Artıq muxtariyyətin müxtəlif şəhərlərinə rus qoşunları nəzarət edir.
2014-03-03
10,497
İqbal Ağazadənin müavini ReAL-a keçdi
Ümüd Partiyasının sədri İqbal Ağazadənin keçmiş müavini, araşdırmaçı jurnalist Aynur İmranova ReAL Hərəkatına üzv olub. "Axar.az" açıqlamasında A.İmranova bildirib ki, ReAL-ın siyasi quruma çevrilməsi prosesinə qatılmağa və partiya quruculuğunda iştirak etməyə razılıq verib: "Uzun illər ərzində topladığım partiya təcrübəm bu məsələdə mənə yardımçı olacaq" ReAL Hərəkatının İcra katibi Natiq Cəfərli bildirib ki, Aynur İmranova ilə dostluğumuzdan istifadə edib, partiya quruculuğunda iştirakını xahiş etdik. Doğrusu, onun partiya təcrübəsi bizə çox lazımdır. Sağ olsun ki, təklifimizi dəyərləndirdi. N.Cəfərli A.İmranovanın hansı vəzifəni tutacağı ilə bağlı qərar verilmədiyini bildirdi: "Aynur xanım ReAL-ın partiya kimi qurucularından olacaq". Xatırladaq ki, Aynur İmranova uzun illər İqbal Ağazadənin müavini olub. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra partiya sıralarından istefa verib.
2014-03-03
10,498
Rusiya Krıma yeni hərbi texnika yığır
Ukrayna sərhəd xidmətçiləri Rusiyanın Kerç boğazı vasitəsilə Krıma yeni hərbi zirehi texnikalar daşıdığını bildiriblər. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin Qara Dəniz akvatoriyasındakı hərəkəti və yerdəyişmələri artıb, Sevastopol limanına girən və çıxan rus kreyserlərinin sayı çoxalıb. Ukrayna Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Rusiyanın Baltik, Qara və Şimal dəniz donanmaları öz manevrləri ilə Krımdakı hərbi baza haqqında Kiyev-Moskva arasındakı ikitərəfli müqavilənin müddəalarını kobudcasına pozurlar. Bundan başqa rus hərbçiləri Ukrayna sərhədçilərinə qarşı mənəvi və fiziki təsir göstərirlər. Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, artıq rus hərbçiləri Balaklavadakı Sevastopol dəniz mühafizə bölüyünü ələ keçiriblər.
2014-03-03
10,499
“Oskar”da yıxılma fotosu: dəqiqəyə 1 milyon ritvit - Video
Kino dünyasının ən prestejli mükafatı olan "Oskar" ABŞ-ın Los Anceles şəhərində təşkil edilən görkəmli mərasimlə sahiblərinə təqdim edilib. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, mərasimə 10 nominasiya üzrə namizəd göstərilməsinə baxmayaraq, əliboş qayıdan "American hustle" (Amerikansayağı fırıldaq) filmi damğa vurub. Cenifer Lorens yenə yıxıldı Məşhur aktrisa Cenifer Lorensin yerə yıxılması fotosu Tvitter sosial şəbəkəsində dəqiqədə 1 milyon dəfə ritvit olunub. Yıxılma anının videosu: Bu kateqoriya üzrə mükafat İtaliyaya 11-ci dəfə getdi "Ən yaxşı xarici film" nominasiyası üzrə mükafatı Paulo Sorrentinonun rejissorluğu ilə çəkilən İtalyan istehsalı olan "The Great Beauty" (Möhtəşəm gözəllik) filmi qazanıb. Bu mükafat İtaliyaya eyni kateqoriyada verilən 11-ci mükafat olub. Leonardo Di Kaprio yenə əliboş qaldı "Ən yaxşı kişi aktyor" kateqoriyasında dördüncü dəfə namizəd göstərilən Leonardo Di Kaprio mərasimdən yenə də əliboş qayıdıb. Mükafatı məşhur aktyorun baş rolunu oynadığı "Pul ovçusu" filmindəki rol yoldaşı Metyu Makkonehi alıb. "Oğurluq" iddiasına rəğmən, mükafat aldı Ssenarisinin oğurluq olduğu iddialarıyla gündəmə gələn "Her" (Onun) filmi "Ən yaxşı xüsusi ssenari" üzrə mükafatı qazanıb. On kateqoriyadan sıfır aldı... 10 kateqoriya üzrə mükafata namizəd göstərilən "American Hustle" (Amerikansayağı fırıldaq) və "Gravity" (Cazibə) filmləri siyahıda ən real namizədlər idilər. Ancaq "Gravity" "Ən yaxşı rejissor" kateqoriyası da daxil olmaqla 7 nominasiya üzrə mükafat alsa da, "American Hustle" filmi heç bir mükafat almadı. Mükafata layiq görülən kateqoriyaları təqdim edirik: Ən yaxşı film: 12 illik əsarət (12 Years a Slave) Ən yaxşı rejissor: Alfonsi Kuaron (Gravity – Cazibə) Ən yaxşı aktrisa: Keyt Blançet (Blue Jasmine – Mavi Jasmin) Ən yaxşı aktyor: Metyu Makkonehi (Dallas Buyers Club – Sərhədsizlər klubu) Ən yaxşı ikinci dərəcəli aktyor: Cerid Leto (Dallas Buyers Club) Ən yaxşı ikinci dərəcəli aktrisa: Lupita Nyonqo (12 Years a Slave) Ən yaxşı operator: Emmanuel Lubezki (Gravity) Ən yaxşı film rəssamı: Ketrin Martin (The Great Gatsby – Möhtəşəm Getsbi) Ən yaxşı qrim və saç düzümü: Odrisa Li, Robin Metyu (Dallas Buyers Club) Ən yaxşı qısa animasiya: Mr.Hablot (Lorent Vitz və Aleksandr Espiqares) Ən yaxşı animasiya: Frozen (Dondurulmuş) Ən yaxşı vizual effekt: Tim Veber və Brayn Koks (Gravity –Cazibə) Ən yaxşı qısa film: Helium (Anders Volter və Kim Maqnusson) Ən yaxşı qısa sənədli film: The Lady in Number 6 (6 nömrəli qadın) (Malkolm Klark və Nikolas Rid) Ən yaxşı sənədli film: The Great Beauty (Möhtəşəm gözəllik) (Paulo Sorrentino – İtaliya) Ən yaxşı səs miksajı: Gravity – Cazibə (Skip Levsi) Ən yaxşı səs qurğusu: Gravity – Cazibə Ən yaxşı qurğusu: Gravity – Cazibə (Alfonso Kuaron və Mark Senqer) Ən yaxşı istehsal dizaynı: Ketrin Martin və Beverli Din (Möhtəşəm Qetsbi) Ən yaxşı orijinal musiqi: Stiven Prays (Cazibə) Ən yaxşı mahnı: Let it go (Kristen Anderson Lopez – Dondurulmuş animasiya filmiylə) Ən yaxşı uyğunlaşdırma ssenarisi: Con Ridli (12 illik əsarət) Ən yaxşı xüsusi ssenari: Spayk Cons (Onu)
2014-03-03
10,500
"ASAN Xidmət”in qiymət cədvəli - Siyahı
"ASAN Xidmət" göstərdiyi xidmətlərin siyahısını və xidmətlərin rüsumlarını açıqlayıb. "Axar.az"xidmətlərin və bu xidmətlərə görə rüsumların siyahısını təqdim edir.
2014-03-03
10,501
Şeyxin “nümunəvi qəbiristanlığına” merdən cavab
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda "nümunəvi qəbiristanlıq" yaratmaq barədə qərar qəbul edib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət də ünvanlanıb və İdarə üçün torpaq sahəsinin ayrılması rica edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, o, hələ ki, QMİ-dən heç bir müraciət almayıb. "Məndə bu barədə məlumat yoxdur. Heç nə deyə bilmərəm. Yalnız müraciətlə şəxsən tanış olduqdan sonra nəsə deyə bilərəm".
2014-03-03
10,502
NATO hərbi texnikası Ukraynaya yeridilir - Videolar
Rusiya ordusunun Ukraynaya girməsindən sonra Polşa hərbi hissələri aktiv şəkildə şərqə istiqamət alıb. ​ "Axar.az"ın məlumatına görə, zirehli maşınlar Polşa Silahlı Qüvvələrinin Rosomak bölməsinin arsenalıdı. Xatırladaq ki, Polşa rəhbərliyi hərbi texnikanın şərqə doğru yeridilməsi səbəblərinə aydınlıq gətirməyib. Ukrayna isə martın 1-də rəsmən NATO-ya yardım üçün müraciət edib. ​
2014-03-03
10,503
Nazirlə rektor arasında mübahisə düşdü
Martın 1-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Müdafiə Naziri Zakir Həsənovun Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi kursantları və zabit heyəti ilə görüşü keçirilib. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, görüşdə Müdafiə naziri ilə yanaşı, ATU-nun rektoru Əhliman Əmiraslanov və Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev də iştirak edib. Zakir Həsənov çıxışında bir sıra nöqsanlara toxunub və bəzi şəxsləri tənqid edib. Bildirib ki, nazirliyin nəznindəki hospitallarda və hərbi hissələrin tibb məntəqələrində texniki təchizat istənilən səviyyədə deyil. O, çatışmazlığın tezliklə aradan qaldırılacağını qeyd edib. Nazir həmçinin hərbi həkim kursantlarını təhsillərinə daha məsuliyyətli yanaşmağa çağırıb. Bundan sonra ATU-nun rektoru Əhliman Əmiraslanovla Zakir Həsənovla arasında maraqlı polemika baş verib. Ə.Əmiraslanov çıxışında universitetin Hərbi tibb fakültəsinin kursantlarının intizamsız olduğunu qeyd edib. Zakir Həsənov isə bu fikrə etirazını bildirib. Nazir söyləyib ki, statistika rektorun dediklərinin əksini göstərir: "İl ərzində qeyri-ixtisaslı hərbi həkimlərin fəaliyyətində daha çox nöqsanlar baş verib". Z.Həsənov ixtisaslı hərbi həkimlərin isə daha intizamlı olduğunu diqqətə çatdırıb.
2014-03-03
10,504
BP Nərmin Hüseynli üçün 16 min pul köçürdü
"Gənclər deyirlər ki, BP şirkəti hazırda İstanbulda müalicə alan Nərmin Hüseynlinin ianə kampaniyasına 16 000 $ pul köçürüb". "Axar.az" xəbər verir ki, bu məlumatı ictimai fəal Bəxtiyar hacıyev öz Feysbuk səhifəsindən paylaşıb. B.Hacıyev daha sonra bu təşəbbüsə münasibətini də bildirib: "Nə yalan deyim, BP-nin bu addımı məni duyğulandırdı. Bəlkə digər şirkətlər də gəlirlərinin bir hissəsini xeyriyyə işlərinə sərf edirlər, bəlkə onlar da başqa adamlara yardım edirlər... Amma fədakar gənclərin gecə-gündüz bir yoldaşlarının həyatını xilas etmək üçün apardıqları kampaniyaya töhfə verməkləri, Azərbaycanda müsbət nümunə olmaqları çox xoş oldu. İndi növbə başqa şirkətlər, holdinqlər, iş adamları, varlı rəsmilərindir".
2014-03-03
10,505
Azərbaycanda yenidən qar gözlənilir
Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq, bəzi ərazilərdə isə sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecəyə doğru isə yağış yağma ehtimalı var. Cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır. Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Azərbaycanın rayonlarında da martın 4-də gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır ("Trend").
2014-03-03
10,506
Rus nümayəndələri ABŞ-a buraxılmadı – İlk sanksiya
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələri ABŞ-a buraxılmayıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Moskvadakı səfirliyindən Nazirliyə edilən zəngdə bildirilib ki, rus nümayəndə heyətinin səfəri Vaşinqton üçün qəbulolunmazdır. Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatında iştirakının razılaşdırılması ilə bağlı danışıqlar aparacaqdılar. Lakin rəsmi Vaşinqton Rusiyanın Ukrayna ilə bağlı mövqeyindən dolayı rusların bu səfərinə qadağa qoyub.
2014-03-03
10,507
Azərbaycanda güclü zəlzələ xəbərdarlığına rəsmi açıqlama
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində güclü zəlzələnin baş verəcəyi ilə bağlı əhali arasında son iki gün ərzində yayılan söz-söhbətlərin əsaslı olub-olmadığına aydınlıq gətirib. Qeyd edək ki, yayılan məlumatlara görə, ölkədə, xüsusilə də Mingəçevir su anbarında, o cümlədən Xəzər dənizində seysmolji durum guya, təhlükəli vəziyyətdədir, seysmoloji aktivlik həddindən artıq yüksəldiyindən güclü zəlzələnin baş vermə ehtimalı çoxalıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər yalandır. Onun sözlərinə görə, Xəzər dənizinin şimal hissəsində aktiv dərinlik qırılma zonası var. Ona görə də həmin zona həmişə seysmoloji baxımdan aktivdir: "Xəzərin şimal hissəsində - Abşerondan götürdükdə, düz yuxarı istiqamətə tərəf, Mahaçqala-Kransnoyarskdan dərinlik qırılması keçir. Bura həmişə aktiv olub. Orada aktivlik var". Mərkəz direktoru qeyd edib ki, bu ilin əvvəlindən indiyə kimi həmin ərazidə maqnitudası 5-ə qədər, hətta 5,1 bal olan təkanlar olub: "Biz həmişə demişik ki, ilk növbədə Mingəcevir su anbarı, digər su hövzələri, tikiləcək və tikilməkdə olan su elektrik stansiyalarının seysmikliyi monitorinqdən keçirilməlidir. Bu, başqa məsələdir. Ancaq bu, o demək deyil ki, dünya dağılır, Azərbaycan da su altında qalacaq. Bunlar hamısı yalan söhbətlərdir". Xəzərdə olan hazırkı seysmoloji aktivliyin güclü zəlzələlər yarada bilib-bilməyəcəyinə gəldikdə, mərkəz direktoru deyib ki, quru ərazilərə nisbətən Xəzərdə olan zəlzələlərin dərinliyi daha çoxdur. Buna görə də dənizdə baş verən zəlzələlər təhlükəli olmur: "Zəlzələnin dərinliyindən də çox şey asılıdır. Hacıqabulda fevralın 10-da baş verən zəlzələnin dərinliyi 55 km olduğundan o, heç bir fəsad törətmədi - nə dağıntılar, nə uçqun, nə də insan tələfatı oldu. Əslində, həmin zəlzələnin gücü 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələnin gücü ilə eyni idi. Ancaq həmin zəlzələ 55 km dərinlikdə olduğundan Xəzəryanı yaşayış məntəqələrində 3 bala kimi hiss edilib". Q.Yetirmişli bildirib ki, hazırda Mingəcevir su anbarının ətrafında zəlzələ ocaqları olsa da, həmin ərazilərdə də güclü seysmoloji aktivlik yoxdur. Onun sözlərinə görə, bütün ölkələrdə su hövzələrinin, hündürmərtəbəli binaların seysmoloji vəziyyətini yoxlamaq üçün monitorinq sistemi qurulur: "Mən özüm də dəfələrlə məsələ qaldırmışam ki, Mingəcevir su anbarı, digər anbarlar, hündürmərtəbəli binaların monitorinq sistemi qurulmalıdır. Söhbət yalnız güclü zəlzələlərin qeydə alınmasından getmir. Ən zəif təkanların, müəyyən küləklərin, qrunt sularının səviyyəsinin yüksəlməsinin törtədiyi fəsadları vaxtında aşkarlamaq üçün monitorinq sistemi olmalıdır. Bunun da nəticəsində zərər çəkən yerlərdə vaxtında müvafiq tədbirlər görülə bilər". Ölkənin hazırkı seysmoloji durumunu da qiymətləndirən Mərkəz rəhbəri deyib ki, son günlər ərzində Lerik, Lənkəran, Şəmkir, Şəki, Xəzər dənizində xırda təkanlar baş verir. Ancaq həmin təkanlar hiss edilmir, onların gücü də 1,2 baladək olub: "Həmin təkanları yalnız cihazlar qeydə alır. Əvvəlllər biz 0,2 - 1 bal gücündə olan belə zəlzələri qeydə ala bilmirdik. Çünki bizim şəbəkəmiz seyrək olduğundan şəbəkələrarası baş verən zəlzələləri qeydə almaq mümkün deyildi. Əvvəlllər çox zaman Xəzərdə maqnitudası 3 olan zəlzələləri də qeydə ala bilmirdik. İndi isə müasir avadanlıqla təchiz edilmiş 35 stansiyamız var. Onun hesabına ən zəif təkanları da izləmək mümkündür". Q.Yetirmişli deyib ki, indi ölkədə baş verən bütün zəlzələlər barədə ictimaiyyət məlumatlandırılır. Çünki beynəlxalq sazişlərə də əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir("Trend").
2014-03-03
10,508
Millət vəkilindən nurçu iddialarına cavab - Açıqlama
"Nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da təhlükəliliyi barədə heç bir informasiyam və təsəvvürüm yoxdur". "Axar.az" xəbər verir ki, bu barədə açıqlamanı millət vəkili Ceyhun Osmanlı öz rəsmi internet səhifəsində yerləşdirib. Gündəmi dəyərləndirən millət vəkili həm də nurçu olması ilə bağlı yayılan informasiyalara da münasibət bildirib: "Nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da, təhlükəli olub-olmaması barədə heç bir informasiyam və təsəvvürüm yoxdur. Azərbaycan Sovet Ensklopediyasını və yenicə çapdan çıxmış Milli Ensklopediyanı nə qədər vərəqləsəm də, orada da bu barədə heç bir məlumata rast gəlmədim. Əgər həqiqətən də belə bir təhlükəli təriqət mövcuddursa, onların hansı planetdən gəlmələri, rəngləri, müxtəlif məziyyətləri, nə yeyib-içdikləri, Allaha, yoxsa bütlərə inanmaları barədə qoy ruhanilər cəmiyyəti məlumatlandırsınlar, yol göstərsinlər və biz də mübarizə aparaq. Öyrənmək heç vaxt gec deyil!" Hazırkı məsələni ABŞ-ın İraqda kimyəvi silahı axtarmasına bənzədən Ceyhun Osmanlı bununla ictimaiyyəti məsələnin əsas məğzindən uzaqlaşdırıldığını qeyd edib. "Bu söhbətlər gündəmə gələndə sonuncu ABŞ–İraq müharibəsi yadıma düşdü. ABŞ İraqa "nüvə silahi var" deyə müdaxilə etdi, bir milyondan çox müsəlman qətlə yetirildi, dövlət yerlə yeksan oldu, lakin nəticədə İraqdan nüvə silahı tapılmadı... Hesab edirəm ki, indi də Azərbaycanda "Nurçu bombası" axtarırlar, qorxuram axırda ancaq qarpız taparlar. Amma zarafat bir yana, düşünürəm ki, "nurçuluq axtarışı" radikal müxalifət mətbuatı və onların müxtəlif mənsəbli yarı aşkar-yarı gizli havadarları tərəfindən heç də təsadüfən gündəmə gətirilməyib. Çünki insanlar belə təriqətdən xəbərsizdir və ona görə də hədəf seçilən istənilən adamla bağlı öz mətbuatlarında nurçuluq bombası partladılır və geniş ictimaiyyət də məsələnin əsl məğzindən xəbərsiz olur". Qeyd edək ki, bir müddət öncə mətbuatda Ceyhun Osmanlıya Fətullah Gülən camaatının kömək etməsi ilə bağlı sənəd yayılmışdı.
2014-03-03
10,509
Rus qoşunları Krımda daha bir strateji obyekti ələ keçirdi
Rus hərbçiləri Kerç bərə keçidini ələ keçiriblər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Verilən məlumatda bildirilir ki, Rusiya Qara dəniz regionuna daha çox qoşun yerləşdirmək üçün Krımın şərqindəki bərə keçid terminalını ələ keçirib. Bu səhər saatlarından etibarən terminalda rus əsgərləri görünməyə başlayıb. Onlar özlərini təqdim etməsələr də rus dilində danışıblar.
2014-03-03
10,510
Qənirə Paşayeva çıxışındakı qalmaqaldan yazdı
"Mənim əlehimə açıqlamalarla məşğul olan bəzi mənbələr belə bir məlumat yayıblar ki, guya Qazi Universitetində Xocalı çıxışım zamanı çıxışımın uzunluğuna etiraz edən tələbələr zalı tərk ediblər. Yüzlərlə insanın gözü önündə baş vermiş hadisə ilə bağlı bu qədər böyük yalan və cəfəngiyat insanı dərindən üzür". "Axar.az" xəbər verir ki, bu açıqlamanı millət vəkili Qənirə Paşayeva öz Feysbuk səhifəsində iddialara cavab olaraq paylaşıb. Qənirə Paşayeva həmin insanlara səslənib və bildirib ki, həmin videonu yayan Ankara Ülkü Ocaqlarının video ilə bağlı açıqlamasına da baxmaq və yazmaq lazım idi: "Əgər məqsədiniz gerçəkdən də məlumat yaymaq olsaydı, məhz belə edərdiniz. O açıqlamada deyilirdi ki, Ülkü Ocaqları Qazi Universiteti rəhbərliyinin bəzi addımlarına etiraz olaraq tədbirin əvvəlində etiraz şüarları səsləndirərək zalı tərk ediblər. Mən isə əslində o tədbirin pozulmaması üçün çıxış etməkdən çəkinməyərək ilk olaraq çıxışa başlamışam və gəncləri sakit olmağa çaşırmışam, Xocalı soyqırımı anım günündə bu kimi addımlara ehtiyac olmadığını bildirmişəm. Bundan sonra sakitlik yaranmağa başlayıb və mən, məndən sonra digər iştirakçılar çıxışlara davam edib. Yəni mənim çıxışımın uzunluğuna etiraz deyə bir hadisə olmayıb. Çünki həmin hadisələr mənim çıxışıma qədər olub. Dərindən bilmək istəyənlər Ankara Ülkü Ocaqlarının bununla bağlı açıqlamalarını oxuya bilərlər. Həmin tədbirdə Azərbaycanın Türkiyədəki səfiri, millət vəkilləri və bütün media mənsubları olub. Hər kəsin gözü önündə baş vermiş bir hadisəni Qənirə Paşayevaya qarşı yönəltmək bir mədəniyyətsizlik və qeyri-peşəkar jurnalistikadır. Ucuz sensasiya dalınca gedənlərə isə sadəcə təəssüf edirəm. Peşəkar jurnalistika ilə məşğul olan dostlara isə ümumiyyətlə ucuz sensasiyalar dalınca getmədikləri və jurnalistikanı qorudukları üçün təşəkkürlər". Xatırladaq ki, Qənirə Paşayevanın Qazi Universitetindəki çıxışına etiraz edənlərin qalmaqalı yaratdığı barədə bu gün mediada video yayımlanıb.
2014-03-03
10,511
“Papanin” də sökülür
"Yeni metro stansiyasının tikintisi ilə əlaqədar "Papanin" adlanan ərazidə də müəyyən tikililər sökülüb. Amma məhəllənin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur. Düşünürəm ki, proses nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilməyəcəyəm". Bunu açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyətinin Sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyev deyib. Onun verdiyi arayışa əsasən, ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. ""Papanin" məhəlləsində isə belə tikililər lap çoxdur", - deyə Nazim Quliyev bildirib. Qeyd edək ki, "Papanin" adlanan ərazidə, Hərbi Hospitalın yaxınlığında şərti adı hələlik B3 olan metro stansiyası tikilir. Bu tikinti ilə əlaqədar ərazidə xeyli ev sökülüb, söküntü işləri davam etdiriləcək ("Modern.az").
2014-03-03
10,512
İcra başçısı: "O hansı şərəfsizdir?"
Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunur. "Axar.az" xəbər verir ki, bu barədə "Publika.az"a eksklüziv açıqlamasında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirib. İcra başçısı deyib: "Bu günlərdə Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və özbaşına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Nazirlər Kabinetinin sərəncamını icra etməməliyəm?" Özü və oğlu haqqında yazılan məlumatları da şərh edən T.Kərimov onları məhkəməyə verəcəyini söyləyib: "Mənim haqqımda yalan yazanları məhkəməyə verəcəm. Bu barədə rəhbərlikdən icazə də almışam və konkret tapşırıq vermişəm. Mənimlə bağlı son yazıları yazanları da məhkəməyə verəcəm ki, özləri aydınlaşdırsın. O zaman bəlli olacaq ki, kim pul alır, kim pul almır. Artıq "reketçilik" etməyə başlayıblar. Axı dövlətimizin siyasətinə qarşı bu cür addımlar atmaq olmaz. Yazıblar ki, guya sahibkarlardan pul istənilir. O hansı şərəfsizdir ki, pul istənilməsi barədə adını yazsın. Yazırlar ki, Salyan rayonun başçısı Tahir Kərimov Almaniyanın filan deputatı ilə işbirliyi, Rumıniya prezidenti ilə ticarət əlaqəsi qurub və sairə. Məndən gic-gic yazırlar. Oğlumdan da yazırlar. Ancaq mənim oğlum xaricdə dövlətin siyasətini yürüdür, dövlətin işini görür. Nə yazırlarsa, qoyun yazsınlar, məhkəmə qarşısında cavab verərlər". Xatırladaq ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdan şikayətçi olan yerli sahibkar mediaya açıqlamasında iddia edib ki, Tahir Kərimov Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edir. Şikayətçi deyir ki, 2011-ci ildən Salyana başçılıq edən Tahir Kərimov qısa zaman kəsiyində rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxıb. Sahibkar iddia edib ki, təkcə balıqçılıq təsərrüfatlarından yığılan pul külli miqdardadır və bunun çox kiçik hissəsi təyinatı üzrə yönləndirilir.
2014-03-03
10,513
Gülən Xomeyni inqilabına hazırlaşır?
"Fətullah Gülən nə düşünür? Tərəfdarlarına görə allahın rızasını almaq, tərəfdarlarının xaricindəkilərə görə isə dövləti ələ keçirmək, hətta yeni Xomeyni olmağımı düşünür?" "Axar.az" xəbər verir ki, bu sözlər "Vətən" qəzetinin Gülən tərəfdarlarının get-gedə çoxalması ilə bərabər iqtidara namizəd olacağını, həmçinin Ərdoğandan sonra Gülənin sonrakı hərəkətlərini analiz edən yazısında yer alıb. Yazıda deyilir ki, Gülən hərəkatı üçün ən çox soruşulan suallardan ən çətini yəqin ki, budur: "Gülən və tərəfdarları nəticə etibarı ilə nə istəyir?". Bu suala Gülən "İman və Qurana xidmət edənlərin hədəfi sadəcə və sadəcə "i’la-yı Kəlimətullah" olmalı (Allah sözünü deyən adam. – red.) və "rıza-yı İlahi"dən başqa bir qayə (savabın qarşılığını allahdan gözləməlidir. – red.) gözləməməlidir" kimi cavablandırır. Gülən Xomeyni olacaqmı? Həmin sualı tərəfdarı olmayan şəxslərə verdiyiniz zaman bu cür cavablar ala bilərsiniz: "Xomeyni kimi qayıdıb ölkənin başına keçmək istəyir!" "Xəlifəliyini elan etmək istəyir!" "Sünni İslam dünyasının Vatikanını qurub bir növ Papa olmaq istəyir!" "Bir Türk-İslam imperiyası qurmaq istəyir". Bütün bunlarla bərabər Gülənin qlobal ssenarinin sadəcə bir fiquru olduğuna, dolayısı ilə onun nə istədiyinin heç bir önəmi olmadığına inanlar da az deyil. Gülən hərəkatı Ərdoğandan qurtulmaq istəyir Bu, hələ də dəqiq olaraq cavablanmasa da, dəqiq bildiyimiz bir şey var: Ərdoğan getsə, yerinə kim gələcək? Gülənin planı nədir? Gülənin şəriət dövləti kimi bir xəyalı olduğu güman edilmir. Özünün və ya tərəfdarlarından birinin prezident, Baş nazir və b. olmasını arzuladığı da güman edilmir. Deyəsən o, ölkəni kim idarə edirsə etsin, özünün "mənəvi" və "simvolik" də olsa bir avtoritet kimi təqdim edilməsini, tərəfdarlarının dövlət dairələrində hökumətə təsir edə biləcək vəzifələrdə olmasını istəyir. Gülən və Ərdoğanın İslam analizi fərqlidir Güman edilmir ki, Gülən və Ərdoğan arasındakı toqquşmanın səbəbi Gülənin inkişaf etdirdiyi "loyal islam" var. Fərq burasındadır ki, Gülən heç vaxtı İslam dünyasının yaşadığı problemlərə görə Qərbi günahkar bilmir. Həmişə onlarla, loru dildə desək, yola gedir. Günahkarları daha çox İslam dünyasının içində axtarır. Buna qarşılıq olaraq klassik islamçılar kimi Ərdoğan da İslam dünyasının başına gələn hər bədbəxtliklərdən birinci olaraq Qərbi günahkar görür və özünün lazımi qədər güclü gördüyü zaman Qərbə meydan oxumağa başlayır.
2014-03-03
10,514
Ukrayna ordusuna Krımdan çıxmaq üçün vaxt verildi
14:45 Qərbi Ukraynadan olan əsgərlərə Krımı tərk etmək əmri verildi. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım Muxtariyyətinin Baş nazirinin müavini Rüstəm Temirqalıyev çıxış edib. O, əsgərlərə Krımı rahat tərk etmək üçün şərati yaradılacağını bildirib: "Kiyevdən olan KİV-in yaydığı xəbərlərlə bölgədə vəziyyəti ağırlaşdırırlar. Hələ də Krımda heç bir toqquşma baş verməyib. Biz Krım hakimiyyətinə tabe olmaqdan imtina edən əsgərlərə yarımadanı rahat tərk etməyə şərait yaradacağıq". Qeyd edək ki, artıq Krımda nəzarət Ukrayna dövlətinin əlindən çıxıb. *** 15:22 Ukrayna hərbi donanmasının Sevastopoldan çıxmasına üç gün vaxt verilib. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna ordusuna xidmətdən imtina edərək Rusiya tərəfə keçən Denis Berezovski çıxış edib. O, Sevastopoldan Ukrayna donanmasının çıxmayacağı halda buna məcbur ediləcəyini bildirib. Hazırda Sevastopoldakı donanmaya rəhbərlik edən Sergey Qayduk isə heç bir yerə getməyəcəklərini bəyan edib. Qeyd edək ki, hazırda Ukrayna donanmasının qarşısında milliyətcə rus olan vətəndaşlar etiraz edirlər. Onlardan bir az kənarda isə Rusiya ordusunun əsgərləri mövqe tutublar.
2014-03-03
10,515
Evlərin sənədləşməsi niyə yubanır? – Ekspert rəyi
"Hesab edirəm ki, bu problemin həlli mümkündür" "Axar.az"a sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fikirlərini bildirən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramil Osmanov hesab edir ki, bu problemi indiyə qədər həll etmək olardı: "Hesab edirəm ki, bu problemin həlli mümkündür və indiyə qədər bunu həll etmək olardı. Bu tamamilə hökumətin ixtiyarında olan məsələdir. Bu məsələdə bir problem də var ki, təyinatı ilə uyğun olmayan torpaq sahələrində kifayət qədər evlər tikilib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda və s. Onların sənədləşdirilməsi üçün isə mütləq şəkildə Nazirlər Kabinetinin sərəncamı lazımdır. Əks təqdirdə sənədləşmə mümkün deyil. Çünki fərdi yaşayış evinin sənədləşdirilməsinin ilkin mərhələsi torpağın sənədləşdirilməsidir. Əgər torpağın sənədləri qaydasında deyilsə, digər proseslər də qanunsuz olacaq". Ekspert problemin həlli üçün aparılacaq işlərə dövlət nəzarətinin lazım olduğunu qeyd edir: "Problemin həlli üçü ilk növbədə dövlət nəzarəti lazımdır və Nazirlər Kabineti mütləq şəkildə həmin torpaqların təyinatının dəyişdirilməsi üçün sərəncam imzalamalıdır. Eyni zamanda dövlət başçısı tərəfindən aidiyyəti qurumlara sənədləşmə işlərinin başa çatdırılması və lazımi işlərin görülməsi ilə bağlı konkret göstəriş verməlidir". Görülən işlər mətbuata çıxarılmır MBA Qiymətləndirmə və konsalitinq şirkətinin sədri Nüsrət İbrahimov isə hesab edir ki, müvafiq qurumlarda bununla bağlı aparılan işlər mediaya çıxarılmır: "Aidiyyəti qurumlara tapşırılmışdı ki, onlar həmin evlərin qiymətləndirilməsini aparsın. Həmçinin hansı sənədlərin çatışıb-çatışmadığı ilə bağlı hesabat hazırlasınlar. Ola bilər ki, hansısa işlər görürlər, amma bu barədə mətbuata məlumat vermirlər. Düşünürəm ki, prosesin uzanması işlərin miqyasının həddindən artıq böyük olması ilə əlaqədardır". Xatırladaq ki, ölkə əhalisinin əsas diqqətini çəkən məsələlərdən biri də qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı problemlərdır. Belə ki, Paytaxt Bakı ətrafında 500 minə qədər belə ev var. Hələ 2011-ci ilin mart ayında ölkə prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda sənədsiz evlərin qeydə alınması ilə bağlı xüsusi tapşırıq vermişdi və 2012-ci ilin 27 iyun tarixdə isə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 3 ay müddətində aidiyyəti qurumlar problemin həlli üçün təkliflərini ölkə başçısına təqdim etməli idilər. Tapşırığın və sərəncamın üzərindən uzun müddət keçməsinə baxmayaraq, problem hələ də həll edilməmiş qalır.
2014-03-03
10,516
Putin – yeni Hitler, Soçi – Berlin olimpiadasıdır – Video
Ukraynanın məşhur siyasi tok-şou aparıcısi Savik Şuster Rusiya Prezidenti Vladimir Putini yeni yüzilliyin Adolf Hitleri adalandırıb və fikrini əsaslandırıb. "Axar.az"ın məlumatına görə, o, bunu Putinin son zamanlar həyata keçirdiyi yanlış siyasəti ilə izah edib. Keçmiş Ukrayna prezidenti Leonid Kravçukun da qatıldığı proqramda Şuster bildirib ki, həkimlər Hippokrata and içirlər və o, həmin fikirləri öznəməxsus şəkildə dəyişərək, jurnalistlərə də şamil edib. Özünün də müqəddəs jurnalistikə peşəsinə dürüst şəkildə əməl edəcəyinə and içən Şuster əlavə edib ki, rusiyalı həmkarları da sadaladığı bəndlərə hörmətlə yanaşmalıdı. Şusterin növbəti hədəfi Putin olub: "Deyirlər ki, biz müharibə ərəfəsindəyik. Xeyr, biz artıq müharibə içərisindəyik. Rusiyalı həmkarlarımdan tələb edir və and içmələrini istəyirəm ki, bu hoqqabazlıqlarına son qoysunlar. Hörmətli həmkarlarım, müharibəyə yol vermək olmaz. 1936-cı ilin Berlin Olimpiadası Adolf Hitlerin təntənəsi idi. Qorxmadan bu adı çəkmək istəyirəm – bəli, bu gün Vladimir Putin Avropanın Adolf Hitleridir. Bilirsiniz, Hitlerin köməkçiləri faşist ordularının Avstriyanı zəbt, Polşaya isə hücum çəkmək qərarında tələsməməyə çağırsalar da, Hitler bildirmişdi ki, yox, tələsmək lazımdı! Baxın, bu gün bunları Putin təkrarlayır. Mən sizə sual verirəm: Putin, Kiyevi almaq istəyirsiniz? Siz Ukraynanı zəbt etmək istəyirsiniz? Sonra nə? Hitler milyarder deyildi, amma sən miyardersən. Sən indi öz milyardların üçün bizimlə mübaribə aparmaq istəyirsən? Deyirlər ki, Putin dönəmində yəhudilər Rusiyada yaxşı yaşayırlar... Nə danışırsınız? Axı bu, dəhşətdi! Putin özünü o həddə gətirib ki, bu planetdə heç kim tərəfindən qəbul olunmur. O, başlayıb gərgin hadisələrə, vəziyyətdən çıxış yollarını da Putin tapmalıdı. Necə? Deyə bilmərəm..." Xatırladaq ki, Savik Şuster uzun illər Rusiya telekanallarında verilişlər aparıb.
2014-03-03
10,517
Əhməd Əl-Əsirə edam cəzası – Video
Livan hökuməti Şeyx Əhməd Əl-Əsir və tələbələri üçün edam qərarı verib. "Axar.az" xəbər verir ki, keçən il Əsəd və Hizbullaha qarşı döyüşmək üçün 5 min tələbəsi ilə birlikdə Qusayradakı müharibəyə qatılan Əhməd Əl-Əsir başda Hizbullah yaraqlıları olmaqla Əsəd tərəfdarlarına qarşı savaşan ən önəmli kadr olmuşdu. Əhməd Əl-Əsirlə birlikdə livanlı keçmiş müğənni Fadil Şakir də edam cəzası alanlardandır. "Əl-Ərəbiyə"nin xəbərinə görə, Riyad Əbu Qida adlı hakim Livanın şimalında yerləşən Sidoun şəhərində baş verən hücumlara görə Əhməd Əl-Əsir və tələbələrini günahlandırıb.
2014-03-03
10,518
Vəhabilər kütləvi şəkildə işdən çıxarılır – Özəl
Vəhabi təriqətinə qulluq edən insanların kütləvi şəkildə iş yerlərindən azad olunmasına başlanılıb. Bu barədə "Axar.az"a neft şirkətlərinin birində çalışan özəl mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, proses ilk olaraq xarici neft şirkətlərindən başlayıb. Belə ki, özəl və dövlət neft şirkətində mühafizə xidməti göstərən "Titan Securety Servis" şirkəti vəhabi təriqətinə mənsub olan mühafizəçilərini işdən azad edib: "Vəhabilərə bir zərbə də bizim şirkətdən gəldi. "Ya işdən çıxın, ya təriqətdən", - dedilər. Onlar da "təriqətdən çıxmağımız çətin və təhlükəlidir", - dedilər və şirkət rəhbərliyi də hamısını işdən çıxartdı". Xəbərdə qeyd olunur ki, artıq 15 nəfər işdən çıxarılıb. Məlumata görə, hakimiyyətə alternativ model təklif edən bu təriqət daşıyıcılarının normal yerdə çalışması maliyələşmələrinə yaranan imkan kimi dəyərləndirildiyindən, bu addımın atılması vacib sayılıb.
2014-03-03
10,519
Putin Ukraynanı işğal etməyə hazırlaşır - Bzejinski
Amerikalı tanınmış siyasətçi Zbiqnev Bzejinski Putinin Ukrayna planı ilə bağlı sensasiyalı açıqlama verib. "Axar.az"ın məlumatına görə, Bzejinski CNN telekanalına verdiyi açıqlamada bildirib ki, Putin Ukraynanın şərq hissəsini işğal etməyə hazırlaşır. "Krım ssenarisi Putinin planının başlanğıcıdır. Ukraynanın əsasən rusdilli ukraynalıların yaşadığı şərq regionlarında ruslara müsbət münasibəti olan əhali yaşayır və onlar rus ordusu həmin ərazilərə daxil olanda kütləvi iğtişaş törətməyə hazırdılar" deyə Bzejinski bildirib. Bzejinski Qərb dünyasını Rusiyaya bu cür addımlarına görə, xəbərdarlıq etməyə çağırıb və indiki hadisələri 1938-ci ildə Çexoslovakiyanın Almaniyaya birləşdirilməsilə eyniləşdirib: "Bu addımlar çox ciddi olmalıdır, çünki bir neçə ildən sonra təəssüflənəcəyik ki, lazımi addımlar atmamışıq. Necə ki bunu 1938-ci ildə Münhen konfransından sonra etməmişdik".
2014-03-03
10,520
Ukrayna himni Nyu York metrosunda səsləndi - Video
Ukraynanın Milli himni Nyu York metrosunda ifa edilib. "Axar.az" xəbər verir ki, bir qrup ukraynalı ölkəsinə dəstək üçün Nyu York metrosunda Milli himni ifa ediblər. Onların bu ifası həvəskar kamera ilə lentə alınaraq Yutub portalında yerləşdirilib. "Axar.az" həmin videonu təqdim edir
2014-03-03
10,521
Kamal Abdulladan sonra Salam Sarvan BSU-dan getdi
Kamal Abdulladan sonra Bakı Slavyan Universitetinin itirdiyi növbəti ad Salam Sarvan oldu. "Axar.az"ın verdiyi məlumata görə, şair Salam Sarvan bu gündən etibarən "1937.az" saytında redaktor kimi işə başlayıb. Bundan sonra sözügedən saytda çalışacaq şairin BSU-dan işdən çıxması haqqında ərizə yazdığı deyilir. Xatırladaq ki, tanınmış şair Salam Sarvan BSU-nun nəşriyyatına rəhbərlik edirdi, Kamal Abdulla ilə dostluq münasibətləri var. Kamal Abdulla bir neçə gün öncə Prezident sərəncamı ilə BSU rektoru vəzifəsindən azad olunaraq, Dövlət müşaviri təyin edilib.
2014-03-03
10,522
Tanınmış məşqçi “Mançester Yunayted”də
Hollandiya millisinin baş məşqçisi Lui van Qal bu il baş tutacaq dünya çempionatından sonra böyük ehtimalla İngiltərədə çalışacaq. Təcrübəli mütəxəssis turnir başa çatan kimi "Mançester Yunayted"də baş məşqçilik edəcək. Tərəflər arasında bu barədə artıq razılıq əldə olunub. Qeyd edək ki, Lui van Qalın "DÇ-2014"dən sonra Hollandiya yığmasından ayrılacağı artıq dəqiqləşib. Təcrübəli çalışdırıcı Premyer Liqada işləmək istədiyini bildirib("qol.az").
2014-03-03
10,523
Yazarlarımızın ingiliscə kitabı hazırlanır – JEM
Jurnalist Ekspert Mərkəzi (JEM) yeni layihəyə başlayır. Layihə "Azərbaycanın istedadlı yazarlarının tanıdılması üçün bədii əsər müsabiqələrinin təşkili" istiqamətində həyata keçiriləcək. "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" adlı 4 aylıq layihənin maliyyə yardımçısı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. JEM-in mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, layihə çərçivəsində 10 yazarın hekayəsi ingilis dilinə tərcümə ediləcək və tərcümələr kitab şəklində nəşr olunaraq ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar. Məlumatda deyilir ki, yazarlar JEM-in üzvü olan tanınmış jurnalistlər tərəfindən seçiləcək: "Əsas meyar kimi istedad, peşəkarlıq və yazarın oxucu dairəsinin geniş olması faktı götürüləcək. Kifayət qədər zövqlü oxucusu olan istedadlı yazarlarımız çoxdur. Onların hekayə janrında yazdığı əsərlərə ədəbi mühitdə maraq var. Sosial şəbəkələrin geniş yayılması nəticəsində kimin hansı istedada sahib olduğu aydın görünür. Belə müəlliflərdən ən çox oxunanlarını sadə sorğu ilə də müəyyənləşdirmək mümkündür. Seçilən yazarlara hekayə təqdim etmələri üçün müraciət olunacaq. Hər yazar hansı hekayəsini daha uğurlu hesab edir, onu JEM-in e-mail ünvanlarına – ([email protected]), ([email protected]) göndərəcək". JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdır. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.
2014-03-03
10,524
Bülbülə sakinini öldürən şəxs həbs edilib
Prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilib. Bu barədə "Axar.az" Respublika Baş prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir. Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunub, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2014-03-03
10,525
Timoşenkodan ukraynlara çağırış: Rusiya uduzacaq
Yuliya Timoşenko ukraynalılara çağırış edib. "Axar.az" xəbər verir ki, Ukraynanın Keçmiş Baş nazir Yuliya Timoşenko ukraynalıları sakit olmağa çağırır və əmin edir ki, Rusiya ilə qarşıdurmada biz tək deyilik: "Rusiya ilə qarşıdurmada biz tək deyilik. 1994-cü ildə Ukrayna ABŞ, İngiltərə və Rusiya ilə nüvə silahından imtina etməklə tam təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında Budapeşt Memorandumu imzalayıb. Lakin Rusiya bu gün öz öhdəliklərini kobud şəkildə pozub və bizim ərazimizə daxil olub. Lakin mən əminəm ki, ABŞ və Böyük Britaniya heç vaxt memorandumu pozmayacaq və bütün mümkün qüvvələrlə Ukraynada sülhü qoruyacaq". Yuliya Timoşenko Rusiyanın qarşıdurmada uduzacağını da vurğulayıb: "Vladimir Putin çox yaxşı başa düşür ki, o bizə müharibə elan etməklə, ABŞ-a və Böyük Britaniyaya müharibə elan edir. Mən sizə əminliklə deyirəm ki, Rusiya bunu etməyəcək, əgər o qoyulan xətti keçsə, mütləq uduzacaq. Məhz bu, sakit olmağımızın əsasını təşkil etməlidir".
2014-03-03
10,526
Əsəd qadınların bazarını bombaladı – Video/18+
Suriyanın İdlib şəhərində olan bazar Bəşər Əsədin hava qüvvələri tərəfindən bombalanıb. "Axar.az"ın Azad Suriya Ordusunun xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İdlibin Sincar Maart bölgəsində qadınlar üçün olan parça bazarı Əsədin tabeçiliyində olan hava qüvvələri tərəfindən bombalanıb. Hadisə nəticəsində çox sayda qadın vəfat edib. Yaralananlar isə ətrafda olan xəstəxanalara aparılıb.
2014-03-03
10,527
Yol terroru daha bir can aldı
Sabunçu qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində Röyal Ələkbərov ölüb. "Axar.az" DİN-in mətbuat xidmətinə isinadən bildirir ki, martın 3-də saat 01 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Röyal Ələkbərov vurulub. Piyada hadisə yerində ölüb. "Mercedes" markalı avtomobil saat 03 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində tapılıb.
2014-03-03
10,528
Ukraynada hərbçilər arasında atışma: yaralanan var
Sevastopolda Rusiya və Ukrayna hərbçiləri arasında atışma baş verib. "Axar.az" xəbər verir ki, rus hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda yerləşən taktiki aviasiya briqadasının silah anbarını ələ keçirməyə çalışıblar. Bu zaman bazada növbə çəkən zabitlər ruslara bir neçə dəfə xəbərdarlıq etdikdən sonra havaya atəş açıblar. Lakin ruslar xəbərdarlığa məhəl qoymayaraq Ukrayna hərbçilərinə tərəf iki ədəd səs və işıq qumbaraları atıblar. Nəticədə briqadanın qərargah rəisinin müavini yaralanaraq, huşunu itirib. Zabit dərhal xəstəxanaya çatdırılıb.
2014-03-03
10,529
Gün ərzində 72 cinayət faktı qeydə alındı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb ki, onların da 24-ü "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.
2014-03-03
10,531
Prezident Yəhudi Komitəsi ilə görüşdü
Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, icraçı direktor Devid Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb. Söhbət zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi, bu görüşlərin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
2014-03-03
10,532
Səs istəməyə getdilər, seçicini döydülər – Fotolar
Nazirin yanına getmək istəyən kəndlilərlə cangüdənlər arasında dava düşüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçki kampaniyası çərçivəsində Şanlıurfanın Xəmirkəsən kəndinə gedən Əmək və Sosial Müdafiə naziri Faruk Çəlikə yaxınlaşmaq istəyən kəndililərlə cangüdənlər arasında dava düşüb. Cangüdənlərlə bəzi kəndlilər bir-birilərinə yumruq atıb. Dava hərbi-polislərin müdaxiləsi nəticəsində bitib.
2014-03-03
10,533
Donetsk Rusiya üçün ayağa qalxdı - Foto/Video
Ukraynanın Donetsk şəhərində Rusiya tərəfdarı olan minlərlə insan aksiya keçirir. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya tərəfdarları vilayət administrasiyasına hücuma keçiblər. Administrasiyada 20-yə yaxın jurnalist və orada iclas keçirən deputatlar mühasirəyə alınmış vəziyyətdə qalıblar. 100-ə yaxın insan binaya girməyə çalışır. Yüzlərlə mitinq iştirakçısı isə binanı mühasirəyə alıblar. Milis içəridə qalan jurnalistləri təxliyə etməyə çalışır. Milis binaya girmək istəyən mitinq iştirakçıları üçün dəhliz açır. Artıq binanın işıqları söndürülüb, lift işləmir.
2014-03-03
10,535
"Sovetski"də aksiya başladı: Həbs edilənlər var
Hazırda 173 saylı məktəbin qarşısına çoxlu sayda "Sovetski" sakini toplaşıb. "Axar.az" "Musavat.com"a istinadən məlumat verir ki, həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanıb. Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirilir. Verilən son məlumata görə, aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanılıb.
2014-03-03
10,536
Ramal erməni toyunda oxumasından danışdı
"Axı necə olur ki, mənim kimi bir vətənpərvərə bunu yaraşdırırlar?" Bu sözləri müğənni Ramal Əsədzadə 26 fevral Xocalı soyqırımı günü erməni toyunda oxuması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən "Axar.az"a deyib: "Xəbəri eşidəndə təbii ki, çox üzüldüm. Axı necə olur ki, mənim kimi bir vətənpərvərə bunu yaraşdırırlar? Bir jurnalist dostumuz var, zəng edib mənə dedi ki, internetdə belə bir video var, guya ki, sən Xocalı faciəsi günü bir erməninin toyunda oxumusan. Birinci elə bildim, zarafat edir. Amma sonra videonu izlədim, şok oldum. İlin əvvəllərində toy mərasimləri üçün "Boylana-boylana" adlı mahnı yazdırdım. O mahnı internetdə çox yüklənildi. Mahnıda klarnet alətindən də istifadə etmişdik. Bəlkə də ermənilərin məhz bu xoşuna gəlib". Müğənni bildirdi ki, bu xəbərin yayılmasının ikinci bir səbəbi də ola bilər: "İkinci ehtimal odur ki, şayiə uydurub fitnə-fəsad törətmək istəyirlər. Məni də hədəf seçmələrini anlayıram. Çünki qısa bir zamanda müəyyən bir kütlənin sevgisini qazanmış müğənniyəm. İnanmıram ki, bu videonu internetə hər hansı bir azərbaycanlı yerləşdirsin. Çünki bizim xalq şərəfli xalqdır. Ancaq təəssüflər olsun ki, bu uydurmaya inananlar da oldu. Lakin bir neçə sənət yoldaşım var ki, sosial şəbəkələrdə məni müdafiə etdilər. İnsanlara aşılamağa çalışdılar ki, erməni öz toyunda Ramal Əsədzadənin Azərbaycan dilində olan mahnısını kompüterdə qoşub oynayırsa, burda Ramal Əsədzadənin nə günahı var? Tərəfimi tutan sənətçi dostlarımdan Röyanın, Günel Ələkbərlinin, Sevdanın və Nurlan Əzizbəylinin adını çəkə bilərəm. Həmişə demişəm, bir daha deyirəm, mən əsla vətənimi, millətimi pula satmaram. Çünki nə vaxtsa dünyadan köçəndə vətənimin torpağına sarılacam, mənfur ermənilərin puluna deyil. Ümümmilli liderimiz Heydər Əliyevin dediyi kimi. Mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam".
2014-03-03
10,537
Prezident: “Bir dəfə 50 milyona satmışıq”
"Liverpul"un sahibi Con Henri Luis Suaresi heç yerə buraxmayacaqlarını bildirib. "Axar.az" xəbər verir ki, o, İngiltərə Premyer Liqasını dünyanın ən yaxşı liqası adlandırıb: "Suares Premyer Liqanın ən yaxşı bombardiridir. İngiltərə Premyer Liqası isə bəlkə də dünyanın ən yaxşı liqasıdır. Suaresin müqaviləsində satış məbləği 40 milyon funt-sterlinqə bərabərdir. Bizim rəqibimiz olan "Arsenal" 40 milyon 1 funt təklif etmişdi. Belə olan halda onlar Suaresi transfer edə bilərdilər. Lakin biz buna imkan vermədik. Artıq bir dəfə Torresi 50 milyona satmışıq. 2-ci dəfə belə halın təkrarlanmasını istəmədik".
2014-03-03
10,538
Putinin planı iflasa uğradı
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı planlarının iflasa uğradığını deyib. "Axar.az" xəbər verir ki, Parubiy Rusiya prezidentinin beynəlxalq ictimaiyyətlə üz-üzə qaldığını bildirib. "Mən əminəm ki, Rusiyanın hazırladığı plan iflasa uğradı, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini saxlayacağımıza da tam əminəm. Bütün dünya Ukraynanın tərəfindədir. Putin Ukrayna üzərində tam qələbə çalacağı ilə bağlı möhtəşəm plan hazırlamışdı, amma özü beynəlxalq təcridlə üz-üzə qaldı", - deyə Parubiy bildirib.
2014-03-03
10,540
Kadırov Ukrayna xalqına müraciət etdi - Video
"Axar.az" xəbər verir ki, Kadırov Ukrayna xalqını Kiyevdə hakimiyyəti ələ keçirən quldurlardan xilas olmağa çağırıb. Onun fikrincə Kiyevdəki yeni hökumət xalqın maraqlarını ifadə etmir. Bundan başqa çeçen lider Ukraynanı Rusiya ilə dostluq və sülh şəraitində yaşamağa dəvət edib: "Mən Ukrayna xalqını banderovçulardan xilas olmağa və Rusiya ilə dost şəraitində yaşamağa dəvət edirəm. Biz Ukrayna xalqını sevirik, onlar da çeçenlər kimi temperamentlidir".
2014-03-03
10,541
Vətəndaşların pensiyası niyə batır? – Ekspert
"Pensiya yaşına çatmadan ölən vətəndaşlarımızın sosial müavinət üçün yığılan pulları bizdə adətən batıb gedir". "Axar.az"ın pensiyalarla bağlı sualına cavab verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı Radil Fətullayevin sözlərinə görə, bir çox ölkələrdə bu məsələ ilə bağlı fərqli təcrübə var: "Avropa ölkələrində insanların əməkhaqqı fondunun 20-25 faizi sosial fonda köçürülür. Bu dəqiqə həmin ölkələrdə elə insanlar var ki, onların hesabında 450-500 min avro pul var. Onlar istəsələr həmin pulu bir dəfəyə, yaxud hissə-hissə çıxara bilərlər. Elə insan olur ki, o insan həmin vəsaiti tam götürüb özü üçün müəyyən işlər görür. Təbii ki, bu, həmin insanın təbii haqqıdır. Bizdə isə vəziyyət fərqlidir. Xarici ölkələrdə insan pensiya yaşına çatmadan ölərsə, ona çatmalı olan vəsait övladına, yaxud da hansısa varisinə verilir. Bizdə isə bu cür halların 90%-də həmin pullar batır. Əgər həmin vətəndaş əlildirsə, yaxud xüsusi hansısa statusu varsa, o zaman həmin pullar onun övladına verilə bilər. Digər problem isə pensiya yaşına çatmış şəxsin ölümündən sonra başlanır. Misal üçün, əgər hansısa adam 63 yaşında çatır və 1 il pensiya alır. 64 yaşında isə vəfat edir və bu o deməkdir ki, pensiya artıq batır. Mən hesab edirəm ki, həmin pensiyanın onun ailəsinə çatması daha düzgün olardı". Ekspertin fikrincə, Azərbaycandan fərqli olaraq bir çox xarici ölkələrdə özəl sosial fondların olması da bu prosesə müsbət təsir göstərir: "Xaricdə özəl sosial sığorta fondları var və şəxs istəyir ki, dövlət yox, özəl fondda vəsaitini sığortalatsın. Bu onun üçün problem olmur. Çünki bütün şərtlər özəl fondla razılaşmada da həyata keçir və təbii ki, həmin fondların öz şərtlər olur. Həmçinin özəl sosial sığorta fondları köçürülən vəsaitdən öz maraqlarına uyğun istifadə edirlər". Bu, Azərbaycanda səhiyyənin durumu ilə bağlıdır "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Azərbaycan iqtisadiyyatının özəl sosial müdafiə fondlarının yaradılmasına hazır olmadığını bildirdi: "Öncə onu deyim ki, xaricdə dövlət sosial fondunun özəlləşdirilməsi ilə bağlı praktika yoxdur. Yalnız paralel özəl fondlar var. Yəni onlar dövlət fondu ilə paralel olaraq fəaliyyət göstərir. Amma bu praktikanın Azərbaycanda tətbiq edilməsi hələ tezdir. Çünki Azərbaycan iqtisadiyyatı hələ buna hazır deyil". Q. İbrahimli ölkədə orta ömrün az olması ilə bağlı fikirlərlə razılaşdığını və bunun tibbin durumu ilə bağlı olduğunu qeyd etdi: "Sovet dövrünə nisbətən indi orta ömür həddi çox azdır. Orta ömür sənədlərdə göstərildiyi kimi 72 deyil, daha azdır. Təxminən 65-66 yaş. Bu isə Azərbaycanda səhiyyənin durumu ilə əlaqədardır". Xatırladaq ki, hazırda ölkədə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 59 yaş yarım (59,5) hesab olunur. Açıqlamalara görə, pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülüb. Onlardan yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır. Ümumi göstərici cari ilin göstəricisindən 1100 nəfər azdır.
2014-03-03
10,542
Fətullah Gülənin Azərbaycandakı adamı danışdı – Eksklüziv
"Bu, tamamilə yalan xəbərdir və uydurmadan başqa bir şey deyil. Bununla bağlı sizə vəkilim vasitəsilə yazılı açıqlama yollayacağam". Bu sözləri "Axar.az"a açıqlamasında Çağ Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərən dedi və bildirdi ki, onun yazdığı iddia edilən məktubla bağlı prokurorluğa müraciət edəcək: "Haqqımda saxta sənəd düzəldildiyinə görə prokurorluğa müraciət edəcəyəm. Bu sənədi sizə kim yollayıbsa, onları müəyyən etmək artıq prokurorluğun işidir". Çağ Öyrətim İşlətmələrinin rəhbəri bildirdi ki, Azərbaycanı Türkiyədə gedən proseslərə qatmaq istəyənlər var və Azərbaycan diqqətli olmalıdır: "Fətullah Gülən xoca əfəndinin təhsilə qiymət verən, dünyanın 160 ölkəsindən çoxunda təhsil müəssisələri olan bir insan olmasını hər kəs bilir. 160 ölkədə fəaliyyət göstərən bu təhsil müəssisələrinin bütün fəaliyyəti həmin dövlətlərin məlumatları əsasında gerçəkləşir. Hər kəs tərəfindən tanınan şəxsiyyətdir. Fətullah Gülən xoca əfəndinin adını qaralamağa çalışanlar var. Bunlar Türkiyədə gedən proseslərdə də özünü göstərir. Azərbaycan və Türkiyə arasındakı qardaşlığı pozmaq, Azərbaycanı Türkiyədə gedən olayların içərisinə çəkmək istəyirlər. Bu baxımdan Azərbaycan diqqətli olmalıdır. Türkiyə öz daxilində bu məsələni hüquqi müstəvidə həll edəcək". "Axar.az"a danışan Ənvər Özərən Fətullah Gülənlə əlaqələrinin hansı formada olmasından da bəhs etdi: "Fətullah Gülən xoca əfəndi ilə o cür telefon danışıqları və yazışmalar heç bir zaman olmayıb. Bizim o cür danışıqlarımızın və məktublaşmalarımızın olmasını iddia edənlər şər atırlar. Fətullah Gülən xoca Azərbaycanla bağlı hər zaman müsbət şeylər düşünən, onun dərdinə yanan insandır. 20 Yanvar hadisələri zamanı bunu dünyaya eşitdirən insan da Fətullah Gülən olub. İddia edilənlərin hamısı yalandan ibarətdir". Xatırladaq ki, bu gün "Axar.az" olaraq Çağ Öyrətim İşlətmələrinin rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən və ciddi rezonans doğuran məktubunu yayımlamışıq.
2014-03-03
10,543
Onlar dünyanın ən varlı adamlarıdır - Siyahı
ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb. "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır. Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı. Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir. Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar (Trend).
2014-03-03
10,544
Kasparov Xorvatiya vətəndaşlığını qəbul etdi
Xorvatiya hökuməti tanınmış şahmatçı Harri Kasparova vətəndaşlıq verib. "Axar.az" xəbər verir ki, bu barədə qərar ötən həftə qəbul edilsə də, rəsmi məlumat bu gün açıqlanıb. Kasparov özü bu haqda facebook səhifəsində hələ fevralın 28-də məlumat yaymışdı. Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə tanınan şahmatçı Xorvatiyanın kurort şəhəri Opatiyada şahmat akademiyası açmağı planlaşdırır. Kasparov məsələyə belə münasibət bildirib: "Mənə göstərdikləri qiymətsiz köməyə görə xorvatiya hakimiyyətinə təşəkkür edirəm. FİDE-nin prezidenti postuna keçiriləcək seçkilər ərəfəsində bu addım mənim üçün böyük dəstək oldu". Xorvatiya rəsmiləri bildiriblər ki, Kasparovun ölkənin müstəqillik əldə etdiyi vaxt göstərdiyi dəstəyi yüksək dəyərləndirirlər. Hazırda xaricdə yaşayan Kasparov bildirib ki, o, Putin hakimiyyətinin siyasi repressiyasının qurbanı olmaq istəmir. Şahmatçı bəyan edib ki, Putinin devrilməsi üçün daim mübarizə aparacaq.
2014-03-03
10,545
Bin Ladenin kürəkəni mühakimə edilir
Usamə Bin Ladenin kürəkəni Süleyman Əbu Qeys martın 10-da Nyu-Yorkda məhkəməyə çıxarılacaq. "Axar.az" xəbər verir ki, 11 sentyabr hücumunda iştirak etdiyi, hücum vaxtı Bin Ladenin yanında olduğu və Amerikaya qarşı müharibədə təsirli fiqur olduğu suçlamaları ilə mühakimə edilir. Bəraət tələbi rədd edilən Əbu Qeysə ömürlük həbs cəzası istənilir. Əbu Qeys Əfqanıstan müharibəsində həbs olunan bir çoxlarının əksinə hərbi məhkəmədə deyil, Federal Məhkəmədə mühakimə edilir. Xatırladaq ki, Süleyman Əbu Qeys "Əl-Qaidə"nin sözçüsü idi. 2013-cü ilin 7 mart tarixində İordaniyanın paytaxtı Əmmanda yaxalanalaraq, Amerikaya təhvil verilib.
2014-03-03
10,546
Burda evlərin kvadratı 5000 manatdır – “Sovetski”/Foto
"Bizdən bir az yuxarıda, Olimp mağazasının yaxınlığında yeni tikililərdə evlərin 1 kvadratı 3000–5000 manatdır. Bəs bizə nə üçün 1500 manat verirlər?" Bu sözləri "Axar.az"a adının yazıda çəkilməməsini xahiş edən bir "Sovetski" sakini deyib. O bildirib ki, "Sovetski" sakinləri onlara ayrılan məbləğdən narazıdırlar: "Bizim əla təmirli evlərimiz var. Bura həm də şəhərin mərkəzidir. Burdan köçəsi olsaq, bir çox problemlərlə qarşılaşmalı olacağıq. Birincisi, gərək şəhərdən kənar torpaq alaq, o zaman şəhərə gedib-gəlişimiz çətinləşəcək. İkincisi isə, bizdən bir az yuxarıda, Olimp mağazasının yaxınlığında yeni tikililərdə evlərin 1 kvadratı 3000–5000 manatdır. Bəs bizə nə üçün 1500 manat verirlər? Bir də ki, hamıya eyni məbləğ ödəmək düz deyil axı. Evi başına uçana da 1500 manat verirlər hər kvadratına görə, əla təmirli evi olanlara da. Belə şey olar? Biz bu məbləğlə razı deyilik". Bizə verdikləri pul, işimizə yaramayacaq Başqa bir "Sovetski" sakini öz narazılığını belə bildirdi: "Mənim 70 yaşım var. Dişimlə, dırnağımla ev tikmişəm, gəlib deyirlər ki, çıx. İndi mənim ev tikən vaxtımdır? Elə bil ki, bizə yol pulu verirlər. Bir bu qədər sakinin köçürülməsi, evlərin bahalaşmasına da səbəb olacaq. Bizə verdiklər pul işimizə yaramayacaq. Bir tin yuxarıda, evlərin kvadratı 5000 manatdır, bizə niyə 1500 manat verirlər?" Karandaşdan istifadə edirlər "Sovetski" sakinləri evlərin ölçülməsində də qanunsuzluqlara yol verildiyini bildirdilər: "Evlərimizi gəlib ölçənlərdən, neçə kvadrat olduğunu soruşuruq, deyirlər: - Onu sizə sonra deyəcəyik. Sənədləşdirmədə karandaşdan istifadə edirlər. Biz nə bilək, sonra o sənəddə yazdıqlarını pozanla silib yenidən öz istədiklərini yazmıyacaqlar?" Qeyd edək ki, Maliyyə Nazirliyi "Sovetski" ərazisində daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verərək onlara hər kvadrat metrə görə 1500 manat pul veriləcəyini deyib.
2014-03-03
10,547
Rusiya Krımın birləşdirilməsilə bağlı layihə hazırladı
Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, sənəd xarici ölkə ərazisində keçirilən referendumun nəticələrinə əsasən ərazi subyektinin Rusiyaya birləşməsini nəzərdə tutur. Burada şərt kimi həmin subyektin hakimiyyət strukturlarının Rusiyaya müraciəti və bu müraciətə müsbət cavab verilməsi göstərilir. Müvafiq qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun adı var.
2014-03-03
10,548
Rusiya bu gecə öz əsgərlərini öldürəcək – Nazirdən iddia
Krım ərazisində martın 4-də gecə 3-4 rus əsgərinin öldürülməsi planlaşdırılır. "Axar.az" xəbər verir ki, belə bir iddia ilə Ukrayna Xarici İşlər nazirinin müavini Nikolay Veliçkoviç çıxış edib. Onun sözlərinə görə, Rusiya bu təxribatı Ukraynaya hərbi müdaxiləni qanuniləşdirmək üçün edir. "Biz istəyirik ki, bu insanlar özlərinə gəlsinlər. Çünki siz Krımda olmayan qırğın salmaq istəyirsiz. Siz bilməlisiz ki, insanların həyatı bizim üçün çox qiymətlidir" deyə Veliçkoviç bildirib.
2014-03-03
10,549
İlham Əliyev Çin liderinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Başsağlığında deyilir: "Kunmin şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu qanlı hadisədən olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir və terrorizmə qarşı hamılıqla mübarizəni dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
2014-03-03
10,550
Nazir Monteneqroya gedir
4-6 mart tarixlərində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Monteneqroda səfərdə olacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası və Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək. Monteneqroya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, müəssisələrin fəaliyyəti ilə tanış olacaq.
2014-03-03
10,551
İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Fərmanda qeyd olunur ki, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
2014-03-03
10,552
Azay Quliyev İnsan Haqları Təşkilatının direktoru ilə görüşdü
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru Villi Fetr ilə görüşüb. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə insan hüquqları sahəsində böyük təcrübəyə malik olan BSİHT-nin direktoru Şuranın maliyyə dəstəyi ilə həyata keçirdikləri "Azərbaycanda birgə yaşayış: etnik fərqliliyin idarə edilməsi və tolerantlıq mədəniyyəti" layihəsinin icra vəziyyəti haqqında məlumat verib. V.Fetr martın 6-dək Azərbaycanın rus, polyak, avar, tatar, ləzgi, talış, erməni, ukraynalı, bolqar, kürd, yunan, kazak və ahıska türkləri icmalarının nümayəndələri ilə görüş keçirəcəklərini bildirib. Qonaq səfərin nəticəsi olaraq hazırlayacaqları hesabatın sentyabrda Avropa Parlamentinin yeni seçilmiş üzvlərinə, oktyabrda isə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təqdim olunacağını qeyd edib. Azərbaycanın etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatı məsələsini daim diqqətdə saxladığını bildirən Şura sədri ölkəmizdə yüzillərdən bəri mövcud olan multikulturalizm mühiti haqqında danışıb və demokratikləşmə istiqamətində həyata keçirilən işlərlə bağlı qonaqlara məlumat verib. A.Quliyev saylarından asılı olmayaraq əksər etnik qrupların Azərbaycan parlamentində təmsil edildiyini və onların vətəndaş hüquqlarından tam şəkildə istifadə etdiklərini vurğulayıb.
2014-03-03
10,553
Bakıdakı 4 saylı Şəhər Klinik Xəstəxanası bağlandı
Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır. Onun sözlərinə görə, xəstəxananın işçi heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: "Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək"
2014-03-03
10,554
“Nurçularla bağlı xəbərləri bizim əməkdaşlar yaymır”
Aydın Quliyev bəyanat yayıb. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin bəyanatında bildirilir: "Daxili araşdırmalarımız nəticəsində tam aydınlaşdırmışıq ki, sosial şəbəkələrdə ölkədə nur-çuların gizli fəaliyyətilə bağlı məlumatlar paylaşılan səhifənin əməkdaşımız Samirə xanıma və ya hər hansı digər işçimizə heç bir aidiyyəti yoxdur. Bu kimlərinsə hadisələr ətrafında şou düzəltmək cəhdindən başqa bir şey deyil. Yaxın saatlarda bununla bağlı geniş müsahibəm yayılacaq". Qeyd edək ki, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev Feysbuk profilində ordakı "Inci Azeri" qrupu ilə bağlı araşdırma apardığını və həmin səhifənin admininin "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini Samirə Səfərova olduğu qənaətinə gəldiyini bildirib. "Inci Azeri" profili Feysbukda Azərbaycanda nurçuların kim olduğuna dair məlumatlar paylaşır… ("Modern.az")
2014-03-03
10,555
Xarkovda azərbaycanlı tələbə intihar etdi
Ukraynanın Xarkov şəhərində azərbaycanlı tələbə yaşadığı yataqxananın 15-ci mərtəbəsindən özünü atıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, özünü 15-ci mərtəbədən atan şəxs Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan, Xarkovdakı Ukrayna Milli Mülki Müdafiə Universitetinin II kurs tələbəsi Eldarlı Arif Elşən oğludur. Hadisənin fevralın 28-də axşam saatlarında baş verdiyini deyən A. Osmanov bildirib ki, hələlik hadisənin intihar, yaxud digər motivli hadisə olduğu araşdırılır: "Deyilənə görə, həmin vaxt o müxtəlif millətlərdən olan tələbə yoldaşları ilə bir yerdə olub. Biz müvafiq yerli orqanlara sorğu göndərmişik, araşdırma aparılır. Hadisənin səbəbi tezliklə aydınlaşdırılıb bizə bildiriləcək". Diplomat onu da əlavə edib ki, tələbənin nəşi bu gün Bakıya çatdırılaraq ailəsinə verilib.
2014-03-03
10,556
Rusiyadan dünyanı rahatladacaq açıqlama - Yenilənib
19:50 Kreml rəsmi Kiyevə ultimatum verdi; Ukrayna martın 4-ü səhər saat 05.00-dək bütün qoşun növlərini Krım yarımadasından çıxarmalıdır. Rusiya Silahlı Qüvvələri Ukraynaya ultimatum verərək martın 4-ü səhər saat 05.00-dək bütün qoşun növlərini Krım yarımadasından çıxarmasını tələb edib. Ultimatumda bildirilir ki, əks halda Krımın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlanacaq. Krımdakı qaynaqlardan alınan xəbərlərə görə, əhali təşviş içərisindədir. Bir çox ailələr yarımadanı tərk edir. ("Musavat.com") 21:51 Rusiyanın Ukraynadan bütün hərbi qoşun növlərini Krım yarımadasından çıxarması barədə verdiyi ultimatum Rusiya tərəfindən təkzib olunub. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Həmçinin rusların öz əsgərlərini öldürməklə təxribat törədəcəkləri barədə yayılan xəbərlərdə Rusiyanın Qara dəniz filosunun komandiri Aleksandr Vitko tərəfindən təkzib olunub.
2014-03-03
10,557
Gəncədə yol terroru: sürücü öldü
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verən qəza nəticəsində sürücü həyatını itirib. Gəncə şəhər Baş Polis İdarəsinin məlumatına görə, şəhər sakini 58 yaşlı Sabir Məmmədov "VAZ 2107" markalı avtomobilində hərəkətdə olarkən, idarəetməni itirib və avtomobili yolun kənarındakı səkiyə çırpıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Ehtimal olunur ki, sürücü avtomobildə infarkt keçirib. Faktla bağlı araşdırma aparılır. (ANS)
2014-03-03
10,558
ABŞ hərbi gəmiləri Qara dənizə doğru hərəkətə keçdi
ABŞ hərbi donanması Qara dəniz istiqamətində boğazlara doğru irəliləməyə başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. ABŞ-ın 6-cı filosuna bağlı içində 300 əsgərin olduğu savaş gəmisi Qara dənizə doğru yola çıxıb. ABŞ savaş gəmilərinin sabah Çanakqala boğazından keçəcəyi gözlənilir. Qeyd edək ki, bu gün saat 18:00-da Rusiyanın Suriyada vəzifələndirdiyi 150 nömrəli "Saratov" və "Yamal" savaş gəmisi də Çanakqala boğazından keçərək, Krıma doğru yol alıb.
2014-03-03
10,559
Pakistanla hərbi-siyasi vəziyyət müzakirə edildi
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının baş direktoru Zubair İqbal Maliki qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, nazir Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib. Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib. Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Görüşdə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser də iştirak edib.
2014-03-03
10,560
Ketrin Eşton Ukraynaya gəlir
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton sabah Ukraynaya səfər edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirliyi məlumat yayıb.
2014-03-03
10,561
İranda Feysbuka qoyulan qadağa götürülür
İranda Feysbuk sosial şəbəkəsindən istifadəyə qoyulan qadağanın aradan qaldırılması planlaşdırılır. "Axar.az" xəbər verir ki, bu barədə İranın Mədəniyyət və Texnologiya naziri Əli Cənnəti açıqlama verib. Nazir sosial şəbəkələrə qoyulan qadağaların islami dəyərləri qorumaq bəhanəsilə edildiyini, bunun isə cəmiyyətə mənfi təsir göstərdiyini və insanlara qadağa qoymaqla onların etibarını itirə bilmərik deyib. Cənnəti bəzi videolara, faks aparatlarına qoyulan qadağaları xatırladaraq, bir çox qərarlarının gülməli olduğunu bildirib. Nazirin bildirdiyinə görə, qoyulan qadağalara baxmayaraq ölkə ərazisində 4 milyon Feysbuk istifadəçisi var.
2014-03-03
10,562
Rusiya çeçenləri Krıma yerləşdirir
"Rusiya Krımda çeçen faktorundan da istifadə edir. Simferopolun Şkolnaya kəndinə bu səhər içərisində 50-yə yaxın çeçen olan 2 avtobus gətirilib. Baxçasaray rayonuna isə çeçenləri martın 1-dən yerləşdirməyə başlayıblar". Bu sözləri Krım tatarlarının Avromaydan təmsilçisi Aydar Muctaba deyib. Onun sözlərinə görə, Baxçasarayda rusiyapərəstlərin keçirdiyi mitinqdə çeçen qız çıxış edib: "Rusiya öz ərazisində yaşayan müsəlman xalqlardan Krımın işğalı zamanı ona görə istifadə etməyə çalışır ki, onların vasitəsilə çoxmillətli Rusiyada xalqların necə azad, firavan yaşaması təəssüratları ilə tatarları öz mövqelərindən sapdırsın". Aydar Muctaba deyir ki, Rusiyanın bu tip təxribatlarla vahid mövqedən çıxış edən tatarlar arasında fikir ayrılığı yaratmaq mümkün olmayacaq. ("Musavat.com")
2014-03-03
10,563
Bakıda zəncirvari qəza: səbəbkar qaçdı - Foto
Bu gün Sulutəpədə zəncirvari qəza baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, əks-istiqamətdə hərəkət edən 90 NX 475 nömrəli VAZ 21015 markalı maşın 50 AA 824 nömrəli "Hunday Sonata" markalı maşınla toqquşub. Zərbənin nəticəsindən "Hunday" markalı maşın idarəetməni itirərək 90 EO 301 nömrəli "Nissan X-Trail"a dəyib. Nəticədə zəncirvari qəza meydana gəlib. Qəzaya ilkin səbəb kimi VAZ 21015 markalı maşının sürücüsü göstərilir. Hadisə səbəbkarı sayılan sürücü qəza yerindən qaçıb. Qəza nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri ambulator müalicədən sonra evə buraxılıb.
2014-03-03
10,565
Xəzəryanı dövlətlər Xəzəri müzakirə etdilər
Bu gün Aşqabadda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın müvəkkil nümayəndələri səviyyəsində Xəzər mövzusu üzrə müzakirələr aparılıb. Görüşdə Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə sazişin layihəsi müzakirə olunub. Saziş layihəsi Türkmənistan tərəfindən hazırlanıb. Bundan başqa, Türkmənistan Xəzəryanı dövlətlərin ətraf mühitin mühafizəsi sahəsində səylərinin birləşdirilməsi məqsədilə BMT-nin himayəsi altında yeni əməkdaşlıq mexanizmi - Xəzər dənizi üzrə beynəlxalq ekoloji dialoqun yaradılmasını məqsədəuyğun sayır. (Trend)
2014-03-03
10,566
Rusiya BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırır
Bu gecə martın 4-də BMT Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Ukrayna ilə bağlı təcili toplanacaq. "Axar.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrdən verdiyi məlumata görə, toplantı açıq keçiriləcək və Rusiya vaxtı ilə gecə saat 1:00-da başlayacaq. Qeyd edək ki, Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iki dəfə - martın 1-i və 2-si toplanmışdı. Hər iki toplantı nəticəsiz başa çatmışdı.
2014-03-03
10,567
Krımın işğal xəritəsi hazırlandı - Foto
Ukraynanın TSN telekanalının jurnalistləri Rusiya hərbçiləri tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual xəritəsini hazırlayıblar. Hazırda Krımın Fiolent burnunda silahlı insanlar Ukrayna hərbi-dəniz qüvvələrinin kəşfiyyat mərkəzini mühasirəyə alıblar. Sak rayonunun Novofedorovka qəsəbəsində dəniz aviasiyası hərbi hissəsi mühasirədədir. Hərbi hissənin ətrafında Rusiya hərbçiləri perimetr üzrə düzülüb. Kerçdə dəniz mühafizəsi dəstəsinin girişinə avtomatla silahlanmış naməlum adamlar gəliblər. 4 avtobusdan birinin nömrəsi Rusiyaya məxsusdur. Sevastopolda Ukrayna hərbçiləri havadan müdafiə sursatlarını sinələri ilə qoruyurlar. Ərazi Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb, giriş yük maşınları ilə bağlanıb. Ukrayna hərbi-dəniz qüvvələrinin qərargahı mühasirəyə alınıb, elektrik cərəyanı kəsilib və s. (ANS)
2014-03-03
10,568
Rus savaş gəmiləri Ukrayna gəmilərini mühasirəyə aldı - Video
Ukrayna prezidenti Turçinov Rus donanmasının Ukrayna gəmilərini mühasirəyə aldığını açıqlayıb. Videogörüntülərdən də göründüyü kimi, hərəkət etmək istəyən Ukrayna gəmiləri rus hərbi gəmiləri tərəfindən qarşısı alınır. "Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb. ABŞ Dövlət Katibliyindən verilən son məlumatlara görə, Rusiyaya qarşı sanksiyalara da başlanıb. Qeyd edək ki, Avropa Birliyi 6 martda Ukrayna üçün bir araya gələcək.
2014-03-03
10,569
Dünya bu görüntülərdən danışır - Fotolar
Avstraliyanın 14 min əhalisi olan Morvell qəsəbəsi sanki cəhənnəmdə yaşayır. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Melburnun qərbindəki Latrob Vadisində yerləşən kömür mədəni 3 həftədir ki, dayanmadan yanır. Xilasetmə dəstələri yanğını söndürə bilmək üçün tonlarla su sərf edir, ancaq həddindən artıq su istifadəsi də torpaq sürüşməsi riskini artırır. Ərazidə get-gedə artmaqda olan karbonmonoksid 14 min əhalisi olan qəsəbə sakinlərinin həyatını cəhənnəmə çevirib. Yanğınsöndürənlər 20-50 metr yüksəkliyində qalxan alovun qarşısını almaqda çətinlik çəkir. Səlahiyyətli şəxslər yaşlı və hamilə insanların karbonmonoksidin səviyyəsinin çoxalması üzündən şəhəri tərk etməsini tələb edib. Qeyd edək ki, yanğın 9 fevral tarixində Viktoriya əyalətində bir dələduzun yanğın törətməsi və bunun da kömür mədəninə sıçraması nəticəsində baş verib.
2014-03-03
10,570
Xristianlığa aid ən qədim izlər üzə çıxdı - Foto
Qüds şəhərində arxeoloji-qazma işləri aparan alimlər 1-ci əsrdə inşa edilmiş bir sərdabədə xristianlığa aid fiqurlardan olan rəsm və yazılar aşkarlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, sərdabədəki "sümük qutuları" adlı daş sarkofaqlardakı təsvirlərin Qüdsdə xristianlığa aid ən qədim izlər olduğunu aşkarlayıb. Arxeoloqlar məzarlığı uzaqdan idarə olunan robot kamera ilə araşdırıblar. Əhəng daşından hazırlanmış sarkofaqlardan birinin üzərində yunanca "Müqəddəs Tanrım, qaldır, qaldır" yazısı, digər qutuda isə ağzında Yunis peyğəmbəri tutmuş bir balıq rəsmi varmış. Bu rəsmlərin Qüdsdə ilk xristianlar tərəfindən çəkildiyi söylənib.
2014-03-03
10,571
Türkiyə hərbi donanmasını Krıma göndərir?
Türkiyə Hərbi Dəniz Donanmasının admiralı Veysel Kösele jurnalistlərin Krımdakı hadisələrlə bağlı açıqlama verib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistin, "Türk hərbi gəmilərinin Ukraynada gərginlik olduğu bir zamanda Krıma donanma göndərilə bilərmi?" sualına admiral belə cavab verib: "Ola bilər. Biz verilən əmrləri yerinə yetiririk. Bizə veriləcək hər cür əmri yerinə yetirməyə hazırıq".
2014-03-03
10,572
Obama: "Rusiya cəzasız qalmayacaq" - Video
"Rusiyanın Ukraynaya ordu yeritməsi heç vaxt cəzasız qala bilməz və qalmayacaq". "Axar.az" xəbər verir ki, bu sözləri Barak Obama Ağ Evdə mətbuat konfransı zamanı deyib. Obama Rusiyanın bu addımının tarixi səhv olduğunu deyib.
2014-03-04
10,573
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
2014-03-04
10,574
Avropa Birliyi Rusiyaya ultimatum verdi
Avropa Birliyi Xarici İşlər Nazirlyi rəhbərləri Krıma hücumla bağlı ultimatum verdi. "Axar.az"ın məlumatına görə, avropalı diplomatlar bildirib ki, Rusiya hərbi hissələrini martın 6-a qədər Krımdan çıxarılması və gərginliyin aradan qaldırılmasına səy göstərməsə, sanksiyalara başlanacaq. Qərar Ukraynaya dair təcili toplantıda qəbul olunub. İlk sahksiya kimi viza rejiminin tətbiqi məsələsinə təkrar baxılması və Rusiya ilə əməkdaşlıq sənədinin dayandırılması nəzərdən keçirilir. Xatırladaq ki, qurum həmçinin Ukraynanın Avropa Birliyinə üzvlüyünü nəzərdə tutan qətnamə layihəsini də təsdiqləyib.
2014-03-04
10,575
Hərbi fakültə qrad raketlərlə vurulur
Üsyançı briqadaların Homsda Vaar qəsəbəsindəki hərbi fakültəni qrad raketlərlə vurduğu və Morek qəsəbəsini toplarla bombalaması nəticəsində yaralıların olduğu bildirilir. "Axar.az" mücahidlərə yaxın sayta istinadən xəbər verir ki, Dəməşqin kırsalı Qalamun bölgəsində Səhl və Fəlita qəsəbəsi helikopterlərdən misket bombası ilə bombalanır. Qərbi Tel Ahmar ətrafında da şiddətli döyüşlər gedir. Üsyançı briqadaların Homsda Vaar qəsəbəsindəki hərbi fakültəni qrad raketlərlə vurduğu və Morek qəsəbəsini toplarla bombalaması nəticəsində yaralıların olduğu bildirilir. Verilən məlumata görə, hazırkı saatlarda Ziffə körpüsü kontrol nöqtəsinin ətrafında da şiddətli döyüşlər gedir. Həlləb Şeyx Nəccar Sənaye bölgəsində mücahidlərlə rejim gücləri arasında şiddətli döyüşlər baş verdiyi deyilir.
2014-03-04
10,576
Azərbaycan tarixində ilk - Qotik fotosessiya
Azərbaycan tarixində ilk dəfə Qotik fotosessiya keçirilib. "Axar.az" xəbər verir ki, bu fotosessiyada iki azərbaycanlı "klassik hoz" modelləri olan Simon və Ruhanə çəkilib. Ruhanə artıq dörd ildir ki, bu geyim tərzindən istifadə edir. İsveç və Rumıniyanın məşhur foto saytlarında Ruhanənin fotoları yerləşdirilib. Simon isə artıq altı ildir ki, sırf bu işlə məşğuldur. O, fəaliyyətinə rok qruplarının tanıtım reklamlarında iştirak etməklə başlayıb.
2014-03-04
10,577
2014-ə möhürünü vuracaq avtomobillər - Fotolar
Önümüzdəki həftə İsveçrənin Cenevrə şəhərində başlayacaq Avtomobil Sərgisində "Ferrari", "Lamborhgini", "Mclaren" kimi bir çox məşhur marka yeni modelləri ilə görüntülənəcək . "Axar.az" sərgilənəcək 10 avtomobil haqda məlumatı təqdim edir: "McLaren's 650S Coupe" Avtomobilin 100 km sürətlənməsi 3 saniyə, 200 kilometrə sürətlənməsi 8.4 saniyə ərzində baş verir. Bu göstərici ən sürətli idman avtomobili olan "Mclaren F1"in göstəricisindən daha yüksəkdir. "Ferrari Kaliforniya T" Son illərdə tam məhsuldar və performansı yüksək sayılan İtalyanın avtomobil nəhəngi 80-ci ildən bəri ilk dəfə turboşarjlı mühərriklə təchiz edilən modelinin təqdimatını planlaşdırır. Yeni "Californiya T" 100-də 15 daha az yanacaq sərfiyyatı ilə digər modellərdən fərqlənir. "Citroen C1 Swiss & Me" Üzərində İsveçrə bayrağının naxışları olan Fransa avtomobil nəhənginin xüsusi istehsalı "Citroen C1 Swiss & Me" şəhər gəzintisini daha əyləncəli hala gətirmək üçün istehsal edilib. "Bentley GT Speed Convertible" Məşhur avtomobil markası "Bentley" də Cenevre sərgisində iştirak edəcək. 6 litrlik W12 mühərrikli "Bentley GT Speed Convertible" 326 kilometrə qədər sürətlənə bilir. "Koenigsegg Ona: 1" Dünyanın ən sürətli avtomobili "Koenigsegg Ona: 1" saatda 440 km sürətə yüksəlmə gücünə sahibdir. 1340 at gücünə malik olan avtomobilin ağırlığı 1,3490 kq-dır. "Yaquar XFR-S" "Yaquar"ın öncəki sedan modelinə görə daha çox performans sərgiləyən "station vagon" versiyası geniş baqaj ölçüsü ilə digərindən fərqlənir. "Vauxhall Astra VXR EXTREME" "Astra VXR EXTREME" modeli sərgidə ən yeni markanın ən yeni məhsulu olaraq təqdim ediləcək. Məşhur alman avtomobili "Opel" İngiltərədə "Vauxhall" adıyla istehsal edilir. "Volkswagen GOLF GTE" Volkswagenin keçdiyimiz ilə damğasını vuran modeli yeni Golf Cenevre Sərgisində yeni hibrit motorlu GOLF GTE ilə qarşımıza çıxacaq. "Aston Martın V8 Vantage N430" İngilislərin məşhur idman avtomobili "Aston Martın" yeni modelini Cenevredə təqdim edəcək. "V8 Vantage N430" 100 kilometr sürətə 4.6 saniyədə yüksələ bilir. "Aston Martın DB9" "Aston Martın"in Cenevredə təqdim edəcəyi başqa bir modeli isə "DB9"-dur. Avtomobilin qara-karbon rənglə böyük diqqət çəkəcəyi gözlənilir.
2014-03-04
10,578
Avropa Şurasından Kiyevə gözlənilməz qınaq – Şok
Avropa Şurası rəsmi Kiyevi milli azlıqların hüquqlarını qorumağa çağırdı. "Axar.az"ın "Deutshe Well"ə istinadən məlumatına görə, belə bəyanatla bu gün Strasburqda qurumun baş katibi Türbyörn Yaqland çıxış edib. Onun sözlərinə görə, milli azlıqlar və dil məsələsi Ukrayna ətrafında yaranan gərginlyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Avropa Şurası bu sırada Krım tatarlarını və rusları nəzərdə tutduğunu ifadə edib. Yaqland Kiyevin gərgin debatlardan sonra 2012-ci ildə dillə bağlı qəbul olunan sənədin ləğvinə təəssüf edib. Bununla belə, qurum Rusiya hərbi hissələrinin Krıma soxulmasını qeyri-qanuni sayıb. Rusiyalı nümayəndə isə buna etirazını bildirib.