date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-01 | 10,371 | Krımda daha bir aerodrom ruslara təslim edildi – Son dəqiqə | Krımda yerləşən Kirov hərbi aerodromu rusların nəzarətinə keçdi. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Krım Tatar Məclisinin Mətbuat katibi Lilya Müslümova öz Feysbuk səhifəsində çıxış edib. O, aerodtoma səhər saatlarında rus hərbçilərinin daxil olduğunu yazıb: "Kirov Regional Məclisinin rəhbəri Əkrəm Abdulvapov bayaq telefonda mənə bunları dedi: "Kirov hərbi aerodromu rus hərbçiləri tərəfindən ələ keçirildi. 16 ədəd hərbi yük maşını aerodrom ərazisinə daxil oldu. Onları 2-3 hərbi "Hammer" markalı avtomobil müşayiət edirdi"". Qeyd edək ki, Rusiya hərbçiləri artıq Sevastopol aeroportuna nəzarət edirlər. Bundan əlavə dünən gecə saatların Saki əyalətində yerləşən hərbi aerodrom da rusların nəzarətinə keçmişdi. |
2014-03-01 | 10,372 | Ərdoğan ateistləri terrorçu adlandırdı – Video | Baş nazir Ərdoğan ateistləri terrorçu adlandırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan partiyasının təşkil etdiyi mitinqdə danışdığı zaman 2014-cü il 24 fevral tarixində "1071 Malazgirt bulvarı"nın açılışını danışaraq bunları deyib: "Biz bu bulvarın açılışını etdik. Kimlərə rəğmən? O solçulara rəğmən, o ateistlərə rəğmən. Bunlar ateist və terrorçudurlar. Ancaq CHP sədrindən soruşsan "bunlar bizim sevgili gənclərimizdir" deyir. Mən onları sevgili gənclər olaraq görmürəm". |
2014-03-01 | 10,373 | BSU Kamal Abdulla şokunu yaşayır - Açıqlama | Yazıçı, AMEA üzvü Kamal Abdullanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq, Dövlət müşaviri təyin olunması BSU-da narahatlıqla qarşılanıb. "Axar.az"ın BSU-dan aldığı məlumata görə, onlarla istedadlı yazarı, alimi və ziyalını xüsusi himayə ilə universitetdə saxlayan Kamal Abdullanın gözlənilmədən Dövlət müşaviri vəzifəsinə təyinatı və universitetdən ayrılması bir çoxlarında ruh düşkünlüyü yaradıb. Hətta xəbəri alan kimi rektorluğun qarşısında böyük bir izdiham yaşanıb. İzdiham yeni və daha yüksək vəzifə alan Kamal Abdullaya təbrik yox, daha çox, "niyə getdiniz" sualı ətrafında olub. Hamının qüssəli görkəminə isə Kamal Abdulla yalnız bircə kəlmə ilə cavab verib: - Niyə narahatsız axı! Mən sizdən ayrılmıram! Bundan sonra K.Abdulla işinin çox olmasını deyərək, otağına çəkilib. Məlumatı uzun müddətdir Kamal Abdulla ilə iş yollarını birləşdirən Azərbaycanın istedadlı və tanınmış yazarlarından dəqiqləşdirməyə çalışdıq. Bu haqda çox danışmaq istəmirəm "Kamal Abdulla vəzifəsindən və işindən asılı olmayaraq, Azərbaycan üçün faydalı, xeyirli insandı. Söhbət onun cəmiyyətə xeyrindən gedirsə, onun harada işləməyinin heç bir fərqi yoxdu". Bu sözləri "Axar.az"a açıqlamasında şair Salam Sarvan dedi. Ədəbi mövzu olmadığı üçün bu haqda geniş danışmaq istəməyən şair yazıçı dostuna yeni işində uğurlar arzuladı. Sadəcə, təəssüf edirəm Yazıçı-şair Etimad Başkeçid isə Bakı Slavyan Universitetinin belə bir insanı itirdiyinə təəssüfləndiyini etiraf etdi: "Bu gün çox yerdə, hər sahədə Kamal Abdulla kimi bir insana ehtiyac var. O harada işləməsindən asılı olmayaraq, öz işini namusla yerinə yetirən biridir. Getdiyi hər yerdə gənc kadrları öz yanına çəkir. Belə insan necə sevilməyə bilər?! Bu gün Bakı Slavyan Universiteti birincilər sırasında olmasını Kamal Abdullaya borcludur. O bizim başımızın tacıdır. Hamı sevir Kamal müəllimi. Xətrini çox istəyirəm... Getməyinə çox təəssüf edirəm. Amma… Yeni işində bol şans diləyirəm bu böyük insana". O, bizim dostumuzdur Gənc şair Kəramət Böyükçöl: "Kamal müəllim mənim üçün böyük şəxsiyyətdir. Gözəl insan, dəyərli yazıçıdır. Gənc istedadların himayədarı, dostudur. Düzünə qalsa, BSU-dan getməyindən məyus deyiləm, əksinə, Dövlət müşaviri kimi önəmli bir vəzifəyə təyin edilməsinə sevinirəm. Əminəm ki, Kamal müəllim orda da BSU-dakı qədər seviləcək". Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı sərəncama əsasən, Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunub və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin edilib. |
2014-03-01 | 10,374 | "Tütək səsi"nin Nurusu: "Ağlaşma qurmayacam..." | Müsahibimiz "Cin mikrorayonda" filmində yaratdığı Rüstəm obrazıyla yaddaşlarda silinməz iz buraxan Əməkdar artist Ötkəm İsgəndərovdur. Hal-hazırda ADMİU–nun "Teatr və kino aktyoru" fakültəsinin dekanıdır. Rayona pərt qayıtmamaq üçün elektirik qaynaqçısı oldum - Ötkəm bəy, xahiş edirəm özünüz haqda qısaca məlumat verəsiniz. - 1955–ci ildə Nefçalada fəhlə ailəsində dünyaya göz açmışam. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim, İncəsənət inistutunun aktyorluq fakultəsinə sənədlərimi verdim. Birinci ixtisas imtahanından kəsildim. Küçədə bir bildiriş gördüm: Elektrik qaynaqçısı peşə məktəbinə qəbul elan edilirdi. Rayona pərt qayıtmamaq üçün sənədlərimi verdim ora. Orda ayda 75 manat təqaüd verirdilər, evdəkilərə çox əziyyət olmasın deyə, həmin məktəbi seçdim. Eyni zamanda televizorda eşitdim ki, aktyor kursları məktəbi var, rəhmətlik Adil İsgəndərov rəhbərlik edir. Sənədlərimi ora da verdim. Gündüz elektirik qaynaqçılığı təhsili alırdım, axşamlar da aktyorluq kurslarına gedirdim. Bir il sonra yenidən sənədlərimi verdim İncəsənət inistutuna. Məndən qabiliyyət imtahanlarını Adil İsgəndərov götürdü. Və beləliklə, 1973–cü ildə mən ixtisas imtahanından 5 alaraq İncəsənət inistutunun aktyorluq şöbəsinə daxil oldum. İki il orda oxuduqdan sonra 1975–ci ildə, Rəhmətlik Rasim Ocağov məni "Tütək səsi" filminə dəvət elədi. Və mənim çəkildiyim ilk filim oldu "Tütək səsi". O filimdə Nuru obrazını canlandırdım. Bundan sonra "Firəngiz" filminə çəkildim. Moskovanın Kinematoqrafiya institutunun Azərbaycan şöbəsi açılanda Kamil Rüstəmbəyov mənə məsləhət gördü ki, təhsilimi orda davam etdirim və belə də oldu. Həmin kursa Sovet İttifaqının xalq artisti, Yevgeni Matveyev rəhbərlik edirdi. Biz o kursda 15 nəfər idik. Həmidə Ömərova, Fərhad İsrafilov, Ömər Nağıyev, Sona Mikayılova və sairə. Üçüncü kursda oxuyarkən Qorki adına studiyadan "Naqqal" filminə dəvət aldım. O filmlə İttifaqda ilk dəfə azərbaycanlı obrazının azərbaycanlı kimi ifaçısı mən oldum. 1979–cu ildə oranı bitirdikdən sonra Azərbaycana qayıdaraq ardıcıl olaraq filmlərə çəkilməyə başladım. "Məlikməmməd", 1985–ci ildə "Cin mikrorayonda", ümumilikdə 44 filmə çəkilmişəm. Bir müddət sonra 2003–cü ildə Ələkbər Kazımovskinin rejissoru olduğu "Tənha durna" filmində baş rolu ifa etdim. Sonuncu dəfə çəkildiyim film 2007–ci ildə İranda oldu, "İtkin pay". "Tütək səsi"ndəki Nuru - Çəkildiyiniz filmlərdən ən çox hansını sevirsiniz? - Çəkildiyim bütün filmlər doğmadır mənə. Anadan soruşarlar ki, hansı övladını daha çox sevirsən? O da cavab verər ki, bütün övladlarımı çox sevirəm. Bu da belə bir şeydir. Amma təbii ki, "Tütək səsi" filmində canlandırdığım Nuru obrazı mənə xoş bir xatirə kimi əzizdir. O film nümayiş olunandan iki gün sonra avtobusa minəndə yaşlı bir xanım durub öz yerini mənə verib dedi: "Buyurun, əyləşin Nuru müəllim". - Sovet İttifaqı dağıldıqdan sonra, film çəkilişlərində uzunmüddətli durğunluq yarandı. Belə olan halda siz nə etdiniz, nə işlə məşğul oldunuz? - 1991-ci ildən sonra, məni Məlikməmməd filminə çəkən rejissor Tofiq İsmayılov İncəsənət universitetinə gətirdi və mən müəllim işləməyə başladım. Əvvəllər öhdəsindən gələ bilməyəcəyimdən qorxurdum. Müəllimlik çətin peşədir. Həm də filmlərə çəkilmədiyimə görə sıxılırdım. Amma yavaş-yavaş alışdım. Artıq 23 ildir ki, müəllim işləyirəm. Filmdə İsa Hüseynovu canlandırırdım - Nuru obrazını canlandırdığınız "Tütək səsi" filminin rejissoru Rasim Ocaqovla işləmək, sizin üçün çətin olmadı ki? Həm də ilk dəfə filmdə rol alırdınız. - Əlbəttə çətin idi. Rasim Ocaqovla işləmək çox rahat idi. "Tütək səsi" Rasim Ocaqovun sərbəst rejissor kimi ilk işi idi. Mənə nə tələb olunduğunu başa salırdı və mənim də ifam onu qane edirdi. Məsələ burasındadır ki, əgər filmə fikir vermisinizsə, filmin ssenari müəllifi İsa Hüseynovun özünü canlandırırdım. Sınaqlarda İsa Hüseyinovun özü demişdi ki, bu aktyor Nuru obrazı üçün yaxşıdır. Üzü işıqlıdır, nurludur, ağıl yağır üzündən bu aktyorun. (Gülür) - İsa Hüseynov filmin çəkiliş proseslərində iştirak edirdimi? - Bəli, İsa Hüseynov filmin çəkiliş meydançasında olurdu həmişə. Ssenarist-rejissor çəkişməsi - Sizcə, rejissorlara çəkiliş zamanı ssenaristlər müdaxilə etməlidirmi? Bu cür müdaxilə rejissorlara mane olmur ki? - Ssenaristlər müdaxilə etməlidirlər. Bəzən rejissorlar gileylənirlər bu müdaxilələrindən. Rejissorlar ssenaridəki hansısa rüşeyimi tutaraq, onun ardınca getməyə və öz fantaziyalarını ortaya qoymağa çalışırlar. Buna görə narazılıqlar olur. Bu, təbii bir şeydir. Yaradıcılıqda çəkişərək bərkimək yaxşıdır. Yaradıcılıq heç bir çərçivəyə sığmamalıdır. Ancaq ssenari müəllifi ilə qurluşçu rejissor ümumi dil tapanda, bu anlaşmadan daha çox qazanan tərəf film olur. Serial çəkənlərin çoxunun rejissorluğa dəxli yoxdur - Sizi, yeni çəkilən seriallara dəvət edirlərmi? - Əvvəla, dəvət eləsələr də, seçim edərəm. Rejissoru kimdir, mövzu nədir? Bir də ki, mən o yaşda deyiləm axı ikinci dərəcəli obrazlar canlandıram. Demirəm ki, Robert Deniroyam. Çəkilən seriallar isə, məni qane etmir. Nə rejissor işi, nə aktyor işi, nə operator, nə də səsləndirmə. Düzü, dəvət eləmirlər, sanki unudulmuşam. Bildiyimə görə, serial çəkənlərin bir çoxunun rejissorluq sənəti ilə heç bir əlaqəsi yoxdur. Rejissorluq sənətindən anlamayan, "başla", "motor" sözlərindən başqa heç nə bilməyənlərin bir çoxu serial çəkir. Film sənətdir. Heç olmasa ruslara, türklərə baxıb nəsə öyrənsinlər, belə olmaz axı. Bizim seriallarda çoxlu çənə döymə, çoxlu boş-boş danışıq var. Filmdə, çox sözə yer vermək lazım deyil. Oyunlar daha çox baxışlar, hərəkətlər, hissləri canlandırmaq üzərində qurulmalıdır. Belə seriallardansa, gedib roman oxumaq daha yaxşıdır. Bunlar mənim şəxsi fikirlərimdir, kimsə inciməsin. Yeni çəkilən tammetrajlı filmlər içərsində, "Dolu" və "Xoca" filmlərini çox bəyənirəm. "Xoca"da baş rola çəkilən Nigar mənim tələbəm olub, ona görə baxmışam o filmə. Namiq Qaraçuxurlu seriala çəkilir, nə oyun oynayır? - Aktyorluq təhsili olmayan, ancaq aktyor kimi filmlərə çəkilənlərə münasibətiniz necədir? - Aktyorluq sənətindən heç bir məlumatı olmayan Namiq Qaraçuxurlu seriala çəkilir. Namiq nə oyun oynayır ki, orda? Heç nə. Vaxtı ilə ekrana çıxdı, məhşurlaşdı, indi də o məhşurluğu müxtəlif yollarla əlində saxlamaq istəyir. Hər şeyin bir təhəri var. - Bayaq bir sıra çətinliklərlə üzləşdiyinizi söylədiniz. Nə ilə bağlıdır çətinlikləriniz? - Həyat yoldaşım ağır xəstədir (susur). Ayaqları tutulub, yeriyə bilmir. Bakıda 36 həkimə göstərdim onu, hərəsi bir müalicə yazdı, amma sağalmadı. Məcbur oldum Türkiyəyə apardım, orda da əlac edə bilmədilər. Burdakı həkimlər çoxlu səhv müalicələr yazdıqlarına görə, bir çox problemlərlə üzləşdim. Əgər həkim öz işini bilmədən həkimlik edirsə, qazandıqları pullar onlara haram olsun. Bayaq sual verdiniz ki, teatrlara gedirəmmi? Gedə bilmirəm. Azacıq vaxtım olan kimi, evə, həyat yoldaşımın yanına qaçıram. Onun yeməyini verirəm, dərmanlarını vaxtında atmasına diqqət yetirirəm. Mənim 8–ci mikrorayonda birotaqlı evim var... (bir az fikirə gedir) Yox, mən bəzi aktyorlar kimi ağlaşma qurmayacam, ağlamayacam. Ev uzaqda olduğuna görə, həm də 5-ci mərtəbədə yerləşdiyi üçün, burda, universitetin yaxınlığında kirayədə qalıram. Hamı deyir ki, universitetin dekanıdır, Əməkdar artistdir, yaxşı dolanar yəqin. Amma elə deyil. Müəllimliklə dolanmaq, qız övladıma təhsil vermək, xəstəyə baxmaq çox çətindir. Səhər saat 9–dan axşam 7–yə qədər işdə oluram deyə, tez-tez həyat yoldaşıma baş çəkmək üçün universitetin yaxınlığında kirayədə qalmağa məcburam. Həm də öz evim pis gündədir, təmirsizdir. Nəmişlik olan yerdə, xəstə həyat yoldaşımı saxlaya bilmərəm. Bax belə... (dərindən ah çəkir). Bu çətinliklərlə barışmışam. Sadəcə, ümid edirəm ki, hər şey yaxşı olacaq, həyat yoldaşım sağalacaq. Mənim bir tək istəyim budur. Evsiz yaşamaq asandır. Amma həyat yoldaşımın bu vəziyyətdə olması, mənim üçün bir dərddir. - Hansı obrazı canlandırmaq istərdiniz? - Hamleti özüm üçün oynamışam. Və bu obrazı canlandırmaq mənim ən böyük arzumdur. Hamlet obrazı aktyorlar üçün şah obrazdır. Aktyor obrazları düşünə-düşünə yaşamalıdır. Belə olanda, həmin obrazlar adama hopur. Otellonu canlandıran məhşur aktyor Sergey Bandarçuk metroda gedə-gedə canlandıracağı obrazı düşünərək əlinə baxıb deyirmiş: "Mən qarayam, buna görə məni aldadırlar addımbaşı. Hətta məni aldadır həyat yoldaşım Dezdamona da". (Əlinə baxa-baxa həmin səhnəni canlandırır.) Bəli, obrazı yaşamaq lazımdır. - Ötkəm bəy, sizinlə söhbətləşmək ayrı bir zövq oldu. - Çox sağ olun. Mən də "Axar.az"a öz minnətdarlığımı bildirirəm. Hər kəsə, hamıya uzun ömür, can sağlığı rahat həyat arzu edirəm Allahdan. Rahat həyat tərzinin içində həm sağlamlıq, həm də problemlərin olmaması var. Mən istərdim ki, çətinliklərlə yox, gördüyüm işin tərəqqisi ilə məşğul olum. |
2014-03-01 | 10,375 | Krımın müdafiəsinə azərbaycanlı general rəhbərlik edir | Krımda Rusiyaya qarşı özünümüdafiə dəstələrinə azərbaycanlı general başçılıq edir. Krımın yerli əhalisi Rusiyanın yarımadanı ələ keçirməsi cəhdini qəzəblə qarşılayır. Artıq yarımadanın aboragen vətəndaşları, yəni tatarlar rus hərbi birləşmələrinə qarşı özünümüdafiə dəstələri formalaşdırır. Özünümüdafiə dəstələrinə isə milliyətçə azərbaycanlı olan Ukraynanın xüsusi xidmət general-mayoru Kamal Cəlilov rəhbərlik edir. Kamal Cəlilov haqda əldə etdiyimiz məlumatda isə qeyd edilir ki, 1990-cı ilə qədər Bakıda yaşayan və valideynləri ayrıldıqdan sonra milliyətcə tatar olan anası ilə Krıma köçən generalın atası azərbaycanlıdır. Kamal Cəlilovun bacısı Dinara Cəlilova isə Krım Muxtar Respublikasının Ali Radasında təhlükəsizlik məsələləri üzrə rəis müavindir. Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatının qələbəsindən sonra Rusiya bu ölkəyə təzyiqləri artırıb. Əhalisinin çoxunu rusdilli vətəndaşlar təşkil edən Krım Muxtar Respublikasında Ukraynaya etimadsızlıq tələbləri səslənir. Yarımadada əsas obyektlər rus özünümüdafiə dəstələri adı altında Rusiya hərbi birləşmələrinə məxsus silahlılar tərəfindən nəzarətə alınıb. ("AzNews.az") |
2014-03-01 | 10,376 | Azərbaycanlıların ABŞ-da macəraları - Foto | Amerikada yaşayan bəzi azərbaycanlılar bu ölkədə sahib olduqları avtomobillərin üzərində qeyri-adi nömrə nişanları gəzdirirlər. Modern.az saytının məlumatına görə, ABŞ-da hər bir vətəndaş müəyyən məhdudiyyətlərlə istədiyi rəqəm və ya ifadəni öz avtomobilinin nömrə nişanı kimi yazdıra bilər. ABŞ-da hər ştatda qeydiyyat və nömrələrin alınması prosesi müxtəlif olsa da, ümumilikdə bu qaydalar federal qanunlarla tənzimlənir. ABŞ-ın Virciniya ştatındakıavtomobillərin qeydiyyatı prosesini barəıdə xəbər verən radionun məlumatında bildirilir ki, burada avtomobili qeydiyyatdan keçirmək cəmi bir neçə saat vaxt ala bilər. Avtomobillər qeydiyyata DMV kimi tanınan Mühərrikli Maşınlar Departamentində alınır. DMV ofisləri regional olaraq bir neçə yerdə fəaliyyət göstərir. Ancaq avtomobili yeni alanlar üçün qeydiyyat üçün maşının texniki baxışdan və emissiya təhlükəsizliyindən keçməsi şərtdir. Virciniya ştatında demək olar ki, hər bir benzindoldurma məntəqəsində tekniki baxış xidməti təklif olunur. Qiyməti standart 16 dollardır. Avtomobil bir illik texniki baxışdan keçir və məlumatlar mərkəzləşdirilmış sistemə göndərilir. Beləliklə Amerikanın hər bir yerində hər kəs sistemə daxil olaraq avtomobilin texniki baxışdan keçdiyi haqda məlumatı əldə edə bilər. Təxminən yarım saat çəkən prosesdən sonra vətəndaş artıq qeydiyyat üçün yaxınlıqdakı DMV ofisinə gedə bilər. Burada maşın sahibi hamının gözü qarşısında masaya yaxınlaşıb, 4 faizlik alış vergisini və qeydiyyat ödənişini həyata kecirir: 10000 dollarlıq avtomobil üçün təxminən 450 dollar. Nömrə nişanına gəldikdə vətəndaş bunu DMV ofisindən və ya internetdə "www.dmv.state.va.us" veb səhifəsindən daha rahat əldə edə bilər. Avtomobil sahibinə standart və ya xüsusi nömrə seçmək imkanı da verilir. Standart dövlət, xüsusi isə avtomobilin sahibi tərəfindən müəyyən edilir. Xüsusi nömrə maksimum 7 işarə və 1 boşluqdan ibarət ola bilər. Sifariş etməmişdən əvvəl vətəndaşın istədiyi nömrənin istifadədə olub-olmadığını yoxlamaq imkanı var. Nömrələrin qiymətinə gəldikdə, bu da maraqlıdır. Xüsusu nömrələrin qiyməti nömrənin fon görüntüsündən asılı olaraq 10-25 dollar arasında dəyişir. Mürəkkəb quruluşa malik olmayan nömrələrin böyük əksəriyyəni 10 dollaradır. Nömrə təxminən 3 həftə ərzində ev ünvanına göndərilir. Müşahidələr göstərir ki, xüsusilə son illər ABŞ-da azərbaycanlı mühacirlər xüsusi nömrələrdən yaralanaraq üzərinə "Bakı", "Qarabağ", "Yeraz" və bu kimi dogər sözlər yazılmış nömrə nişanlarından istifadə edirlər. ABŞ-da yaşayan azərbaycanlıların avtomobillərinə məxsus bu maraqlı nömrə nişanlarının fotoşəkillərini təqdim edirik.(Modern.az) |
2014-03-01 | 10,377 | Nazpəri Dostəliyevaya bahalı hədiyyə: "Lamborghini” - Foto | Xalq artisti Nazpəri Dostəliyeva yeni fotosunu paylaşıb. Daim bahalı daş-qaşları, avtomobilləri ilə göz önündə olan sənətçiyə dəyərli həddiyə edilib. Pərəstişkarları tərəfindən yez-tez hədiyyə alan sənətçinin bu dəfəki sürprizi "Lamborghini" olub. Bu sizin düşündüyünüz milyon dəyərində olan avtomobil deyil, eyni markadan olan mobil telefondur. Qeyd edək ki, bu telefonun qiyməti isə 5 min manata yaxın dəyərində qiymətləndirilir. Müğənni hədiyyəyə görə çox sevincli olduğunu vurğulayıb. İfaçı bahalı telefonun fotosunu çəkib şəxsi İnstaqram səhifəsində "Təşəkkür edirəm canım" şərhi ilə paylaşıb. (ANS) |
2014-03-01 | 10,378 | İŞİD Hizbullahı bombaladı - Video | Hizbullahın qərargahları bombalanıb. "Axar.az" mücahidlərə yaxın sayta istinadən bildirir ki, İraq Şam İslam Dövləti mücahidləri Hizbullahın Livanın Hermel bölgəsindəki qərargahlarını bombalayıb. Mücahidlər bombalama əməliyyatını həyata keçirərkən həmin kadrları lentə alıblar. Videonu təqdim edirik. |
2014-03-01 | 10,379 | Bakı sakinləri Tağı Əhmədovu belə xatırlayır - Video | Tağı Əhmədov Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin rəisi vəzifəsindən uzaqlaşdırılıb. Tağı Əhmədov özünəməxsus hərəkətləri, frazaları ilə hamının diqqətini özünə cəlb etmiş biri kimi daim mətbuatın gündəmində olub. Bəs şəhərimizin sakinləri keçmiş rəisi necə xatırlayır? "Axar TV"nin hazırladığı video-süjeti təqdim edirik. |
2014-03-01 | 10,380 | Fəzail Ağamalı: "Azərbaycanda nurçular var və təhlükəlidir" | "Milli Məclisdə olan həmkarlarım və məmurlar Azərbaycançılıq ideyasına xidmət etməlidir, hər hansı bir təriqətin ideyasının daşıyıcısı olmalı deyil". Bunu Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı son günlər gündəmə gələn "nurçu" məsələsinə münasibət bildirərkən deyib. Konkret olaraq Azərbaycanda kimlərin nurçu olması haqda fikir söyləməyə çətinlik çəkdiyini vurğulayan F.Ağamalı bildirib: Lakin nurçuların Azərbaycanda olmasını istisna etmirəm. Deyilənə görə, nurçuların təsiri altında olan və onun geniş şəbəkəsi kimi "Çağ Öyretim İşletmeleri" məktəbləri və onun Azərbaycanda mərkəzləri var. İstisna etmirəm ki, Azərbaycanda nurçu təriqəti bu və ya digər şəkildə dayaqlara malikdir. Lakin onların daşıyıcıları haqqında fikir söyləməkdə çətinlik çəkirəm. Mənim diqqətimi ölkə prezidentinin hökumətin son iclası zamanı söylədiyi fikirləri cəlb edir. Çünki həmin iclas zamanı ölkə prezidenti xüsusi olaraq söylədi ki, xarici qüvvələrə xidmət edən insanlar var və onlar nəticə çıxarmalıdır. Bəlkə də ölkə prezidenti buna işarə edirdi, bunu dəqiq deyə bilmərəm. Hər halda nurçuların Azərbaycanda mövcudluğu istisna deyil. Əgər nurçuların şəbəkəsi hakimiyyət orqanlarına və parlamentə qədər genişlənibsə, bu yolverilməzdir. Mən bunu çox təhlükəli hesab edirəm. Nurçular Azərbaycançılığa və Azərbaycan dövlətinin möhkəmlənməsinə və güclənməsinə xidmət edən ideologiya deyil. Bizim ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıqdır. Bundan başqa, hər hansı bir ideologiyanın Azərbaycanda yayılmasına mən pis baxıram".(Publika.az) |
2014-03-01 | 10,381 | Rusiya Soçinin əvəzini Krımdan çıxır – Yaçenyuk | "Rusiya Soçidəki Olimpiadanın keçirilməsinə 48 milyard dollar xərcləyib. İndi isə orda yerləşən mehmanxana və digər infrastrukturlar boş qalıb". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Yaçenyuk hökumətin iclasında söyləyib. O, Krıma müdaxilə etməklə Rusiyanın əsl niyyətini vurğulayıb: "Rusiyanın niyyəti – krımlıları işlərindən, əmək haqlarından, turistlərindən məhrum etməkdir. Həmçinin Krımın nüfuzunu sındırmaq və turist axınını Krıma yönəltməkdir". |
2014-03-01 | 10,382 | Rus politoloq: “Qərb Azərbaycanı Qarabağ müharibəsinə çəkəcək” | Ukraynada özəlliklə də Krımda yaşanan hadisələrin Cənubi Qafqaza keçmək təhlükəsi var. Bununla bağlı isə əsas açıqlamaları rus politoloqları verirlər. Regionumuzun gələcək taleyi ilə bağlı proqnozları öyrənmək üçün "Geopolitika" jurnalının baş redaktoru Leonid Savinə müraciət etdik - Bəzi politoloqlar Ukraynanın beş yerə parçalacağını deyirlər. Bunların əksəriyyətini sizin rus ekspertləri təşkil edir. Bəs siz bu məsələyə necə proqnoz verərdiniz? - Beş hissə, sadəcə, misaldır. Hazırda əsas mübarizə Kiyevin qeyri-legitim hakimiyyətinə tabe olmayan bölgələrlə cənub-şərq regionları arasında gedir. Hətta 1991-ci ildən özlərinə muxtariyyət tələb edən Karpat vilayətində yaşayan rusların özlərini müstəqil elan etmək üçün fiziki imkanları yoxdur. Hər şey ən kiçik təhlükəsizlik problemlərini həll etmək iqtidarına sahib olmayan hökumətdən yox, yerlərdə xalqın özünü dərk etməsindən asılıdır. Rusiya Krıma girəcək - Rusların Krıma daxil olduğu haqqında məlumatlar KİV-də əsas mövzuya çevrilib. Rusiya Krım uğrunda savaşacaqmı? - Krımda Rusiyanın ən böyük hərbi bazalarından biri Qara dəniz hərbi donanması yerləşir. Ona görə də rus döyüşçülərinin orada Ukraynanın əvvəlki hökumətləri ilə əldə etdiyi razılaşma nəticəsində burada yerləşdirildiyini söyləmək doğru olardı. Hazırda Kreml Krımda Rusiya pasportlarının alışını sadələşdirməklə diplomatik addım atmağa çalışır. Amma bu, Rusiya tərəfindən çox gecikmiş addımdır. Əgər ukraynalı millətçilər situasiyanı daha da inkişaf etdirsələr, yəni qızışdırsalar (bu, əvvəlki anlarda belə olmuşdu) qan töküləcək. Onda isə Rusiya Krımda öz vətəndaşlarını qorumaqdan ötrü buraya ordu yeridəcək. Necə ki, bunu 2008-ci ildə Cənubi Osetiyada etmişdi. Dünyadakı ruslar oyanırlar - Amma məncə, Rusiya artıq Ukraynanı, ümumilikdə isə oyunu uduzub. - Necə deyərlər "hələ heç bir şey itirilməyib". Ölkədə yaranacaq qarşıdurmaların yeni mərhələsi başlayır. Aydındır ki, Qərb Rusiyaya müntəzəm olaraq müxtəlif istiqamətlərdə hücum edəcək. Cavablar aktiv hərəkətlərlə müşahidə olunmalıdır, reaktiv və asimmetrik fəaliyyətlərlə yox. Bundan başqa isə Ukrayna uğrunda savaş rus dünyası üçün katalizatora çevrilib və rusların yaşadığı digər yerlərdə geniş mənada oyanmasına səbəb olub. Vəhabiləri Qərb Qafqazda qızışdıracaq - Yəni Ukraynadan sonra Qərblə Rusiya arasında savaş Qafqazda davam edəcək. - Bu mübarizə isə orada gedir və həmişə də olub. Sual sadəcə, metodlardadır. Yəni burada yumşaq silahın gücündən istifadə ediləcək, yoxsa Saakaşvili tipindəki kimi aqressiyadan. Paralel olaraq sələfi terrorçularının aksiyaları da davam edəcək. Nəzərə alsaq ki, Suriyada hazırda Cənubi və Şimali Qafqazdan döyüşçülər vuruşur və onların vətənlərinə dönməsi yalnız onsuz da ağırlaşmış situasiyanın bir az da qızışması ilə nəticələnə bilər. Bundan əlavə isə Qərb Cənubi Qafqaz ölkələrinin daxili işinə insan haqları və azadlıqlarının qorunması adı altında müdaxilə edəcək. Paralel olaraq isə "Açıq cəmiyyət fondu"nun strukturu tipində transmilli kapital fəaliyyətə keçəcək. Ümumilikdə şəbəkə müharibələri nəzəriyyələri fonunda fəaliyyət planı olacaq. Qarabağda savaşı qızışdıracaqlar - O zaman Qafqaz uğrunda savaşda biz hansı ssenariləri müşahidə edə bilərik? Məsələn, Qarabağ konfliktinin qızışdırılması ola bilərmi? - Məncə, Qərb Azərbaycanda vəziyyəti qarışdıracaq ki, Qarabağ konfliktində yaranmış düyünləri aça bilsin. Bu məqamda isə etiraz əhval-ruhiyyəsinin kifayət qədər aydın müşahidə olunduğu Azərbaycan cəmiyyətində vəziyyəti dəyişdirməkdən ötrü Qərb məsləhətçiləri ölkəni idarə edən elitanın itirilmiş əraziləri geri qaytarmaqdan ötrü silahlı konfliktə daha çox diqqət ayırmasına çalışacaq. Bu hiylələr millətçilər epoxası zamanı – 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində işləyirdi. Bəs indi necə? Olduqca mümkün ola bilən bir şeydir. Gürcüstanı xatırlayın. Saakaşvili Cənubi Osetiyaya müharibə elan eləyəndə hamı küçəyə çıxmışdı. - Bəs bu, konfliktin həllinə kömək edəcəkmi? - Mənə elə gəlir ki, konflikt yalnız Azərbaycan və Ermənistan bir milli təşkilatın tərkibində birləşdikləri zaman həll oluna bilər. Məsələn, Avrasiya İttifaqı. |
2014-03-01 | 10,383 | Bakının küçə işıqları qlobal istiləşmə yaradır | Bakının mərkəzi küçələrində işıqlandırılma problemi həll olunsa da, şəhərətrafı qəsəbə yollarının işıqlandırılması problem olaraq qalır. Amma hazırda toxunacağımız məsələ küçələrin az işıqlandırılması problemi deyil, əksinə, daha çox, gündüz vaxtı da "işıqlandırılması"dır. "Axar.az" olaraq məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan "Bakı şəhər küçə işığı" Elektrik Şəbəkə müəssisəsinin direktoru Məhərrəm Babayevlə iki gün ərzində dəfələrlə əlaqə saxlamağa çalışsaq da, onun köməkçisi Mehriban xanım direktorun hər gün saat beşdə işə gəldiyini bildirdi. Həmin saatlarda da cəhd etdik, yenə cəhdimiz boşa çıxdı. Beləliklə, Bakının işıqlandırılmasına cavabdeh olan rəsmi şəxsin iki günlük axtarışdan sonra tapılmaması, əslində bütün suallarımıza cavab verdi. Bu məsələ ilə bağlı iqtisadçı Vüqar Tofiqli ilə də əlaqə saxladıq və bu kimi halların iqtisadi baxımdan nə qədər ziyanlı olduğu haqda onun da rəyini öyrəndik. O, bildirdi ki, bu işə müvafiq strukturlar, yəni Bakı Elektrik Şəbəkənin işçiləri cavabdehdir: "Təbii ki, bu, israfçılıqdır. Hansı ərazidə işıqlar gündüz vaxtı söndürülmürsə, həmin əraziyə baxan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Bir də bu kimi halların qarşısını almaq üçün daimi monitorinqlər aparılmalıdır". Bir dəqiqəylə də qlobal isinmənin qarşısını almaq olar Küçə və parklarda işıqların söndürülməmisi həm də ekoloji cəhətdən təhlükəlidir. Qlobal istiləşmənin yer kürəsinə yarada biləcəyi təhlükənin aktual olduğu bir dönəmdə belə məsuliyyətsizliyin fəsadları haqqında öyrənmək üçün ekoloq Telman Zeynalova müraciət edik. O, bildirdi ki, bu doğrudan da ekoloji cəhətdən çox təhlükəldir: "İşıqlar söndürülməlidir, çünki onlar yüksək istilik verir ki, bu da bütünlükdə ziyandır. Hətta siz bilirsiniz ki, qlobal isinmənin aktuallaşdığı bir vaxtda Avropada bəzən böyük şəhərlərində bir dəqiqəliyə işıqları söndürməklə düşünürlər ki, qlobal isinmənin qarşısını almaq olar. Belə olan halda Bakıda küçə işıqlarının və parklardakı lampaların söndürülməməsi həm iqtisadi, həm də ekoloji cəhətdən təhlükəlidir". |
2014-03-01 | 10,384 | Rus xalqının tək sifarişi – İmperiya | Krım ətrafında yaranmış gərgin vəziyyət davam edir. Artıq Rusiyanın Krıma daxil olduğu, yolların tutulması, hətta Rusiya bayrağının dalğalanması haqqında məlumatlar gəlir. Bu bizə bir müddət öncə Rusiyanın Gürcüstanda etdiklərini xatırladır. Amma yəqin ki, Rusiya bu dəfə etmək istədiyini asanlıqla əldə edə bilməyəcək. Bəzən adama elə gəlir ki, Rusiyanın xüsusən xarici siyasətində ağıl və hesablamalardan çox hikkə əsas rol oynayır. Kobud müdaxilə və bəzən hətta insanı siyasət adına heyrətə gətirəcək dərəcədə heç nəyə məhəl qoymadan hərəkət edən Rusiyanın Krımda da arxayınlıqla hərəkət etməsi indiki halda onu deməyə əsas verir ki, Krım bu ölkənin baş bəlasına çevrilə bilər. Ukraynanın bölünməsi, əslində Rusiyanın bu bölgədə yenidən güc əldə etməsi və bundan sonra da daha geniş ərazidə söz sahibi ola bilməsi üçün böyük imkanlar yaradacaq. Belə olan halda Qərbin bu olanlara seyrçi qalmayacağı bəllidir. Keçən gün ABŞ prezidenti Barak Obama məhz Krımla bağlı açıqlamasında bunu açıq şəkildə vurğuladı. Amma Rusiyanın bütün hallarda hec bir beynəlxalq öhdəliyi nəzərə almayan xarici siyasətə və güc tətbiqinə sahib olduğunu göz önündə tutsaq, vəziyyətin güman edildiyindən daha mürəkkəb olacağını söyləməyə əsas var. Bildiyimiz kimi, Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının prezidenti Krımla bağlı bəyanatla çıxış etdi. O, Krım tatarlarının razılığı olmadan orada hər hansı bir siyasi gedişin düzgün olmadığını bildirdi. Bu bəyanat onu deməyə əsas verir ki, Krımda baş verənlər Rusiyanın daxilində birmənalı qarşılanmayacaq. Bu dəfə Rusiya Federasiyasının daxilində yaşayan qeyri-rusların bu işğala münasibəti fərqli ola bilər ki, bu da ölkənin dağılması ilə nəticələnə bilər. İndiki halda başqa bir dövləti - Türkiyəni də unutmaq olmaz. Amma son dönəm Türkiyədə baş verən hadisələr, hakimiyyət böhranı hadisələrə aktiv müdaxilə imkanını məhdudlaşdırır. Daxildə hakimiyyəti böyük zərbə almış Ərdoğanın indi başı rüşvət qalmaqalına qarışdığından o Krıma müdaxilə edib Rusiya ilə burun-buruna gəlmək kimi bir gücə sahib deyil. Amma Ərdoğan iqtidarının Krımda baş verənlərə seyrçi qalması Türkiyənin son vaxtlar bölgədə əldə etdiyi gücün zəifləməsinə gətirib çıxara bilər. Krım hadisələrində diqqətimi çəkən və açığını deyim ki, məni düşündürən cəhətlərdən birinə toxunmadan yazını bitirmək istəmədim. Ötən gün Rusiya sosial şəbəkələrində 18-45 yaş arasında orduda xidmət keçmiş peşəkar hərbçilərin turist kimi Ukraynaya göndərilməsi ilə bağlı elan verilib. "Vkontakte" sosial şəbəkəsinin çoxsaylı qruplarında bununla bağlı çağırışlar yer alıb. Qruplarda rus kişiləri əsas müqavimət nöqtələri sayılan Krım, Xarkov və Donetskə getməyə çağırılır. "Biz rus turistlər qonşu dövlətin ərazisində nə qədər çox olsaq, bizim dövlət rəhbərliyinin xaricdəki vətəndaşlarımızın hüquqlarını qoruması üçün o qədər rəsmi əsası olacaq. İndi Krımda bütün rus xalqının və bizim Böyük Rusiyamızın taleyi həll olunur", - deyə, təşkilatçılar bildirib. Bu müraciətdə diqqətimi çəkən cəhət o oldu ki, Rus xalqının demokratiya, azad ölkə kimi sosial sifarişi yoxdur. Rusiyanın bölgədə apardığı və inadla vaz keçmək istəmədiyi imperiya maraqlarının hardan qaynaqlandığı, bunun təkcə bir dövlət siyasəti olmadığı bəlli olur. Bir müddət əvvəl Abxaziyanı işğal edən Rusiya bu gün həmin bölgəni təmin etmək, orda qoşun saxlamaq üçün külli miqdarda vəsait xərcləyir. Amma Rusiyanın daxildə bu vəsaitin xərclənməsi və ölkə büdcəsinə yük olduğu ilə bağlı hakimiyyətə yönəlmiş qınaqlar yoxdur. Çünki Rus xalqının tələbi və siyasi şüuru Rusiyanın azad olması deyil, böyük olması ilə bağlıdır. Demək ki, Rus xalqına demokratik ölkə yox, əzici Rusiya lazımdır. |
2014-03-01 | 10,385 | “Lazım gələrsə, Litvaya da bayrağımızı sancarıq” | Rusiyanın qalmaqallı siyasətçisi Dmitri Roqozin növbəti diqqət çəkən açıqlama verib. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, Roqozin Litva Xarici İşlər Nazirliyinin Krımla bağlı etiraz bəyanatına təhdidlərlə cavab verib: "Litva Xarici İşlər Nazirliyi Rusiyadan tələb edir ki, niyə Rusiya bayrağı Krım parlamenti binasında dalğalanır. Cavab verirəm – birincisi, bu, çox gözəldi və təsirlidi. İkincisi, siz litvalılar çox danışsanız, bayrağımızı sizə də sancacağıq. Üçüncüsü, diqqətinizə çatdırım ki, 2014-ci il Ukraynada rus bayrağı ilidi. Vəssalam". |
2014-03-01 | 10,386 | Notariuslar ləğv edilir? – Ekspert rəyi | "Hər sənədə notarial təsdiq tələb olunmamalıdır". Bu sözləri "Axar.az"ın notariat kontorlarının ləğv edilməsi ilə bağlı sualına cavab verən iqtisadçı Azər Qasımlı bildirdi. Onun sözlərinə görə, notarial kontorlar olduğu kimi saxlanılmalıdır, amma bu sahədəki qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır: "Hesab edirəm ki, notariuslar ləğv edilməməlidir, amma hər sənədə notarial təsdiq tələb olunmasına düzgün baxmıram. Digər bir məsələ isə onlayn notarial xidmətlərin olması ilə bağlıdır. Məncə, tezliklə vətəndaşlara onlayn notarial xidmətlər göstərilməlidir. Doğrudur, Xorvatiya və başqa bu kimi dövlətlərdə notariat kontorları ləğv edilib, amma bu bizim ölkəmizdə mümkün deyil". Bu, bələdiyyənin büdcəsinə də təsir edəcək Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev notarial kontorların statuslarının "Asan xidmət"ə verilməsinin də mümkün olduğunu hesab edir: "Məncə, bu funksiyaları bu və ya hansısa başqa formada "Asan xidmət"ə də vermək olar. Hazırda notarial kontorlar köhnə metodlarla işləyir və cəmiyyətdə onların fəaliyyətinə birmənalı münasibət yoxdur. Elektron xidmətlərin olmaması isə insanların ən sadə bir sənədin təsdiq edilməsi üçün saatlarla gözləməsinə səbəb olur. Bu xidmətin bələdiyyələrə verilməsi həmin bələdiyyənin büdcəsinə də təsir edə bilər. Həmçinin vətəndaşa da xeyirli ola bilər. Vətəndaş daha müəyyən xərc, məsafə və vaxt sərf edib rayon mərkəzinə getməyəcək. Çəkəcəyi xərc cibində qalacaq. Digər tərəfdən bunu kifayət qədər notariat kontorlarının olmaması ilə əlaqələndirmək olar. Bu hal xüsusən də regionlarda özünü daha tez büruzə verir. Təəssüf ki, biz bu gün bələdiyyəni "torpaq satan" qurum kimi nəzərdə tuturuq. Yaxşı olardı ki, gələcəkdə nəinki notarial kontorların, hətta icra strukturlarının səlahiyyətləri yerli özünüidarə orqanlarına verilsin". Bələdiyyələr kadr baxımından buna hazır deyil Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli isə bələdiyyələrin bu funksiyanı yerinə yetirmək üçün hələ hazır olmadığını bildirdi: "Yerli icra strukturlarının ixtiyarları var bəzi işləri görməyə. Amma hesab edirəm ki, bələdiyyələrə bu statusun verilməsi hələ tezdir. Azərbaycanda bələdiyyə institutu tam formalaşmayıb və onların həmin əməliyyatları yerinə yetirməsi həm faktiki, həm də kadr baxımından mümkün deyil". Xatırladaq ki, Xorvatiya və başqa bir neçə Avropa ölkələrində notarial təsdiq əməliyyatlarını bələdiyyələr reallaşdırır. Ölkəmizdə olan bir çox QHT-lər isə məhz bu məntiqdən çıxış edərək mətbuatda bir neçə dəfə notariat kontorlarının ləğv edilməsi və onların statuslarının bələdiyyələrə verilməsi təklif edilib. |
2014-03-01 | 10,387 | İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi | Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm". |
2014-03-01 | 10,389 | Putin Ukraynaya qoşun yeritmək üçün icazə istədi | Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət edib. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Ukraynadakı fövqəladə vəziyyət və Rusiya Federasiyasının vətəndaşları - bizim həmvətənlərimizin həyatına təhdidlə əlaqədar olaraq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına beynəlxalq müqaviləyə uyğun olaraq Ukraynada (Krım Muxtar Respublikası) yerləşən RF Silahlı Qüvvələri hərbi kontingentinin şəxsi heyətinin bu ölkənin ərazisində ictimai-siyasi vəziyyət yaxşılaşanadək istifadə edilməsi ilə bağlı müraciət edirəm". (Trend) |
2014-03-01 | 10,390 | Bakıda şalvarsız aksiya baş tutmadı | "Şalvarsız bir gün" aksiyası baş tutmadı; aksiya xəbərindən hiddətlənən milliyyətçi gənclər metrolara axışdılar, polis səfərbər olundu. Martın 1-də metrostansiyalarda "Metroda şalvarsız bir gün" aksiyasının keçirilməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Artıq neçə gün idi ki, sosial şəbəkələrdə bu aksiya ilə bağlı qızğın müzakirələr gedirdi. Daxili İşlər Nazirliyi də mövzu ilə bağlı öz mövqeyini açıqlamışdı. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, qanunsuz keçirilən bu flaşmobun qarşısı alınacaq. Əsasən metronun 3 stansiyasında – " 28 may", "Gənclik" və " Sahil" də bu flaşmobun keçiriləcəyi gözlənilirdi. Aksiya olarsa, qarşısını almaq üçün çoxlu sayda səfərbər olunmuş polislər gözə çarpırdı. Metro qatarlarının gəlişi zamanı sərnişinlərə ciddi fikir verilirdi. Xüsusilə aksiyanın keçiriləcəyi metrostansiyalarında polislərin və mülki geyimlilərin çox olması , bu aksiyaya diqqət ayrılmasının göstəricisi idi. Polislər insanların bir yerə toplaşmasına imkan vermirdilər. Bu aksiya xəbərindən hiddətlənən mühafizəkar gənclər metrolara axışmışdılar. Onlarla söhbətimizdə bildirdilər ki, bu aksiya baş tutarsa, iştirakçıların cavablarını verəcəklər. Bu işdə xüsusilə, Milliyyətçi Gənclər Hərəkatının üzvləri fəal idilər. Milliyyətçi Gənclər Hərəkatının fəal üzvlərindən İsmayıl Camalov bütün günü "28 may" metrosunda olduğunu söylədi: "Səhər tezdən burdayam. Biz millətçilər qərara almışıq ki, xalqımızın əxlaqi-mənəvi dəyərlərinə ləkə salan hər bir hərəkətə qarşı olaq. Bu aksiyada bunlardan biridir. Millətçi gənclər olaraq, bütün metrolarda keşik çəkirik. Bu bizim vətəndaşlıq borcumuzdur ". Günün sonunda artıq aksiyanın keçirilməyəcəyi dəqiqləşdi. İnsanların üzündən sevinc işartıları yağırdı. Bu isə hər kəsdə bu flaşbomun keçiriləcəyindən narahatçılıq olduğunu göstərirdi. ("Musavat.com") |
2014-03-01 | 10,391 | Masallıda yaşayış evində partlayış: ölən var | Masallıda fərdi yaşayış evində partlayış baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu dəfə hadisə rayonun Şərəfə kənd sakini, 76 yaşlı Naib Məhəmməd oğlu Hümbətova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Partlayışdan sonra baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə xəbər verilib, hadisə yerinə dərhal iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 150 kv.m olan 5 otaqlı evin 75 kv.m ərazisi içindəki əşyalarla birgə yanıb. Ev sahibi Naib Hümbətov yanğın zamanı evdə olub. Yaxınlarının sözlərinə görə, N.Hümbətovun gözləri görmədiyindən o, özünü xilas edə bilməyib. Hadisə şahidləri yanğının maye qaz balonunun sızması səbəbindən baş verdiyini ehtimal edirlər. Yanğının dəqiq səbəbləri isə aidiyyatı qurumlar tərəfindən aparılan ekspertizanın rəyindən sonra məlum olacaq. |
2014-03-01 | 10,392 | Donetskə də Rusiya bayrağı sancıldı - Video | Ukraynanın Donetsk şəhərində nümayişçilər vilayət dövlət administrasiyasının binası qarşısında bayraq ağacından Ukrayna bayrağını götürərək yerinə Rusiyanın bayrağını sancıblar. UNİAN xəbər verir ki, mitinq zamanı Lenin meydanında Rusiya tərəfdarlarından ibarət minlərlə şəxs Pavel Qubaryovu "xalq qubernatoru" seçib. (Trend) |
2014-03-01 | 10,393 | Davudoğlu Krım problemindən danışdı | Türkiyə Krımda vəziyyətin sabitləşməsi üçün səy göstərməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kiyevdə Ukrayna XİN rəhbəri səlahiyyətlərini icra edən Andrey Deşitse ilə birgə mətbuat konfransında deyib. Türkiyəli nazir qeyd edib ki, Krım hərbi gərginlik deyil, turizm, çiçəklənmə və əməkdaşlıq mərkəzi olmalıldır: "Türkiyə hazırda Krımdakı problemin ən yaxşı yolla həll edilməsi üçün ondan asılı olan hər şeyi etməyə hazırdır". Ə.Davudoğlu qeyd edib ki, ötən gün bir sıra həmkarları ilə danışıqlar aparıb və bu gün Krımdakı vəziyyət üzrə məsləhətləşmələri davam etdirəcək: "Hesab edirəm ki, vəziyyətin nizamlanması üçün bütün beynəlxalq platformalarda, o cümlədən ATƏT və Avropa Şurası tərəfindən diplomatik səy göstərilməlidir". Türkiyənin XİN rəhbəri Krım sakinlərini muxtar respublikanı sülh və qarşılıqlı əmin-amanlıq mərkəzi etməyə çağırıb. O, qeyd edib ki, Türkiyə üçün Krım tatarlarının yarımadada yaşayan digər etnik qruplarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması vacibdir. Ə.Davudoğlu bildirib ki, Krımla bağlı bütün məsələlər Ukraynanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll olunmalıdır: "Ukraynada sabitlik həm Qara dəniz regionu, həm də bütün Avrasiya üçün vacibdir". Öz növbəsində, A.Deşitse deyib ki, Krımda vəziyyət qeyri-sabitdir və gərginləşməkdə davam edir: "Ukrayna bütün regionda, o cümlədən Krımda vəziyyətin sabitləşməsinə kömək edəcək beynəlxalq səviyyədə istənilən təşəbbüsü alqışlayır". (Trend) |
2014-03-01 | 10,394 | Rusiya parlamenti rəsmən işğala icazə verdi | Rusiya parlamentinin Federasiya Şurası Krım Muxtar Respublikasında ictimai-siyasi vəziyyətin yaxşılaşmasınadək rus ordusunun Ukraynada qalmasına icazə verib. "Axar.az" rus mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin təklifini səsə qoyan Federasiya Şurası bu qərarı qəbul edib. Kremldən bildirir ki, "Rusiya qoşunları bu ölkədə yaşayan rusların təhlükəsizliyinin təmin olması və ictimai-siyasi vəziyyətin stabilləşməsinə qədər rus ordusunun bu ölkədə qalmasına icazə verilir". Putinin bu təklifi Rusiya konstitusiyasının rus əsgərlərinin ölkə xaricində vəzifələndirilməsinə icazə verən 102 maddəsinə uyğun olaraq qəbul edilib. |
2014-03-01 | 10,395 | Balakəndə yol terroru: 3 ölü | Fevralın 28-də Balakən rayonunda baş vermiş iki yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, fevral ayının 28-də rayonun Tülü və Talalar kəndləri ərazisində baş vermiş yol qəzaları nəticəsində 5 nəfər - Balakən rayon Qullar kənd sakini, 1988-ci il təvəllüdlü Qarayev Rəşid Məhəmməd oğlu, Balakən rayonu Hənifə kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilov Ənvər Akif oğlu, Balakən rayonunun Talalar kənd sakini, 1963-cü il təvəllüdlü İmamov Sabruddin Abid oğlu, Balakən rayon sakini, 1936-cı il təvəllüdlü İmamov Bəşir Qurban oğlu və Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Yüzbaşov Tural Cəbrayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Onlardan 18 yaşlı Ənvər Xəlilov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 26 yaşlı Rəşid Qarayevin və 78 yaşlı Bəşir İmamovun da həyatını xilas etmək mümkün olmayıb. Onlar da xəsarətləri ağır olduğundan xəstəxanada ölüblər. Qeyd edək ki, fevralın 28-i Balakən rayonunun Tülü kənd ərazisində Rəşid Qarayev idarə etdiyi etdiyi "VAZ 2106" markalı, 08 BF 772 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maşını yolun kənarında dayanmış, Zərdab rayon sakini Anar Pirməmmədova məxsus "KamAZ" markalı, 04 BH 225 dövlət nömrə nişanlı yük maşınına vurub. Rayonun Talalar kəndi ərazisində isə 78 yaşlı Bəşir İmamovun idarə etdiyi "VAZ-2106" markalı 08 BD 832 dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayon sakini Tural Yüzbaşovun idarə etdiyi "Mercedes" markalı 99 EB 985 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ölən Ənvər Xəlilov hərbi çağırışçı olub. Tural Yüzbaşov isə Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir. |
2014-03-01 | 10,396 | Rusiya ABŞ-dakı səfirini geri çağırır | RF Federasiya Şurasının spikeri Valentina Matviyenko Xarici əlaqələr komitəsinə Prezidentə Rusiyanın ABŞ-dakı səfirinin geri çağırılması barədə müraciət hazırlamağı tapşırıb. V.Matviyenko qeyd edib: "Xarici əlaqələr komitəsinə Prezidentə müraciət hazırlamağı tapşırmaq barədə təklif oldu və təxirə salmadım. Prezident müraciətə baxacaq və qərar qəbul edəcək" (Trend) |
2014-03-01 | 10,397 | Aktau–Bakı-Tiflis–Qars blok-qatarı işləyəcək | "Silk Wind" layihəsi üzrə blok-qatarın Aktau–Bakı-Tiflis–Qars marşrutu üzrə buraxılması təklif olunub. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində "Silk Wind" layihəsi ilə bağlı işçi qrupun ilk iclası keçirilib. İclasda "Silk Wind" layihəsi çərçivəsində görülən işlər və qarşıdakı vəzifələr müzakirə olunub. "Silk Wind" TRASEKA proqramının "Logistik proseslər və dəniz magistralları" layihəsi çərçivəsində, Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən irəli sürülüb. Məqsədi TRASEKA dəhlizinə əlavə yük axınlarının cəlb olunması, iştirakçı ölkələrin gömrük xidmətləri və daşıma prosesinin iştirakçıları arasında ilkin informasiya mübadiləsi sisteminin tətbiqi ilə səmərəli konteyner qatarı marşrutunun yaradılması və kompleks logistik xidmətlərin göstərilməsidir. TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliyinin artırılması üçün 4 ölkənin – Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat potensialının və bu istiqamətdəki səylərinin birləşdirilməsini nəzərdə tutur. Qazaxıstan tərəfindən layihə üzrə blok-qatarın "Dostık/Altınkol–Jezkazqan–Aktau limanı–Bakı limanı–Tiflis–Qars" marşrutu üzrə buraxılması təklif olunub. Xatırladaq ki, 2012-ci ilin noyabrın 28-də İzmir şəhərində "Silk Wind" layihəsinin inkişafı istiqamətində Qazaxıstanın, Azərbaycanın, Gürcüstanın və Türkiyənin nəqliyyat nazirlikləri arasında "Nəqliyyat əlaqələrinin inkişafı və yük daşımalarının təşkili üzrə birgə fəaliyyət prinsipləri haqqında" Anlaşma Memorandumu imzalanıb. (AzərTac) |
2014-03-01 | 10,398 | Kliçko Ukraynanı ümumi səfərbərliyə səslədi | "UDAR"ın lideri Vitali Kliçko Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynada ümumi səfərbərlik elan edilməsinə çağırıb. "UDAR" partiyasının lideri həm də ölkə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib. Həmçinin, Kliçko Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi vacib sayıb. "UDAR"ın lideri əmindir ki, rəsmi Kiyev Budapeşt memorandumunun təmin edilməsi üçün Ukraynanın zamin dövlətlərə müraciət edilməsinin də tərəfdarıdır. Qeyd edək ki, bir az öncə Rusiyanın Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərar çıxarıb. (ANS) |
2014-03-01 | 10,399 | Bakıda yaşayış evi yandı | Bakıda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-01 | 10,400 | Rusiya donanması Türkiyədən keçib - Foto | Rusiya donanmasının 26 fevralda Türkiyə boğazlarından keçərək Krıma gəldiyi iddia olunur. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası informasiya yayıb. Ukrayna Müdafiə naziri İqor Tenyuk 6 min rus əsgərinin Sevastopol bazasına necə gəldiyi barədə suala cavab verərkən bildirib ki, iki rus donanması Türkiyə boğazlarından keçərək Krıma gəlib. |
2014-03-01 | 10,401 | Hadi Rəcəbli çoxuşaqlı ailələrin müavinət problemindən danışdı | Azərbaycan prezidenti İlham Əliyevin beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi barədə imzaladığı fərman 2014-cü il yanvarın 1-dən qüvvədədir. Buna əsasən beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilib. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında bu sahədə atılan addımların davamlı olacağını vurğulayıb: "Azərbaycanda bu gün əhalinin sayı ildə 130 min nəfər artır. Bir çox ölkələrdə əksinə, təbii artımın azalması müşahidə edilir. Rusiya bu yaxınlarda təbii artımı balanslaşdırdı. Postsovet ölkələrinin əksəriyyətində də təbii artım ildən-ilə azalır. Buna baxmayaraq, respublikamızda çoxuşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident davamlı olaraq qərarlar qəbul edir. Bu sahədə ardıcıl iş aparılır. İlk addım atıldı. Uşaqların sayı beşdən çox olan ailələrə müavinət verilməsi üçün sərəncam verildi. Gələcəkdə müavinətlərin verilməsində dəyişikliklər edilməsi üçün hazırlıqlar gedir. Əslində biz o addımları artırmaq istəyirik. Sadəcə, bəzi problemlər ortaya çıxır". Komitə sədrinin sözlərinə görə, sahibkar elə işçini hansısa bəhanə ilə işə götürməməyə çalışacaq: "Çünki həmin işçini işə götürüb məzuniyyətdə olduğu müddətdə ona pul ödəsə, üstəlik onu əvəz edən şəxsə də maaş versə, əlbəttə, sahibkara sərf etməyəcək. Bu məsələlər müzakirə olunur. İstənilən şərtlər daxilində addımların atılacağı gözlənilir. Sadəcə, bir az səbirli olmalıyıq. Bunlar layihə formasında işlənir. Məsləyə düzgün yanaşmaq lazımdır ki, heç bir tərəfdə narazılıq yaranmasın. Ana məzuniyyətdə olduğu müddətdə maaşının 15 faizini alır. Bu, az görünə bilər. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı yeni qanun qəbul olunacaq" ("Modern.az") |
2014-03-01 | 10,402 | FIFA oyun qaydalarında dəyişikliklər etdi | FİFA oyun qaydalarında bir sıra dəyişikliklər edib. Dəyişikliklərə əsasən artıq qadın futbolçular başlarını örtərək oyunlara çıxa biləcəklər. Həmçinin idmançıların formalarının altında şüarlar və ya şəkillər olan köynəklər geyinməsi qadağa olunub. İyunun 1-dən etibarən bu qaydanı pozmağa görə cəza tətbiq olunacaq. Narıncı vərəqə göstərilməsi ilə bağlı təşəbbüs isə qəbul olunmayıb. (Trend) |
2014-03-01 | 10,403 | 100 il əvvəlin öncəgörümü: Çin Avropaya qalib gələcək | Dmitri Merejkovski Gələcəyin qanacaqsızı 1864-cü ildə "Sonlar və başlanğıclar" məqaləsində Gertsen yazırdı: "Meşşanlıq qalib gələcək, qalib gəlməlidir də. Bəli, əziz dost, rahatca, itaətkarcasına dərk etməliyik ki, meşşanlıq — Qərb sivilizasiyasının yekun biçimidir". (Məqalə 1906-cı ildə yazılıb) Gertsenin Avropanı sevməməsinə şübhə etmək çətindir. Axı bu məhz o rus insanlarındandır ki, Dostoyevskinin ifadəsi ilə desək, onların "iki vətəni var: bizim Rusiyamız və Avropa". Rusiyanı, yoxsa Avropanı daha çox sevdiyini bəlkə o özü də bilmirdi. O, dostu Bakunin kimi əmin idi ki, azadlığa çıxmaq hansısa ayrıca bir xalqın işi deyil, bütün xalqların birgə işidir və xalq öz milli fərqliliyindən imtina edib ümumbəşəri həyat dairəsinə girdiyində yalnız tamamən azad olacaq. Qoca Avropanın qaçılmaz ölümünü görürəm Puşkindəki "ümumbəşərilik" estetik seyretmə, rus insanlarının ən birincisi olan Gertsendə həyati fəaliyyətə, şücaətə çevrilir. O, Rusiyaya sevgisini Avropa sevgisinə qurban vermişdi, özü də mücərrəd yox — gerçəkdən. Avropa naminə əbədi sürgün oldu, onun üçün yaşayır, onun naminə ölməyə də hazır idi. Parisdə 1848-ci ildə inqlab zamanı bir fəhlə tərəfindən ona təklif edilən silahı götürmədiyinə və barrikadalarda ölmədiyinə görə Gertsen məyusluq və xəyalqırıqlığı yaşadığı dəqiqələrdə çox heyifsilənərmiş. Belə bir insanın Avropaya şübhəsi ona həddindən artıq çox inanmağından irəli gəlirdi yalnız. Onun "Qoca Avropanın qaçılmaz ölümünü görürəm, olanların heç birinə də yazığım gəlmir", "əski dünyanın qapısında "Katilina (Katilina — qədim Rim imperiyasında tarixi şəxsiyyət, sui-qəsdçi.) yox — ölüm dayanıbdır", alnında da Siseronun "vixerunt" (Vixerunt — latıncada deyimdir: onlar həyatlarını yaşayıb bitirib, artıq həyatda yoxdurlar (qədim Rim imperiyası hakimiyyəti bu söz ilə xalqa dövlət düşmənlərinin edamı xəbərini verirdi.) yazılıb", — ittihamını qəbul etməyə bilərik, — şəxsən mən onu qəbul etmirəm, — lakin Gertsenin ağzından çıxan bu fikirlər qorxuncdur. Gertsen, meşşanlığın Avropada qaçılmaz qələbə çalacağına dair düşüncələrinə təsdiq kimi Ceyms Stüart Miillə istinad edir. Miill Avropa mədəniyyətinin ən alicənab nümayəndələrindən olan, bu mədəniyyətin "comərd, quşqusuz cəngavəridir". Gertsen deyir: "Meşşanlıq — hər şeyə yiyələnmiş, həmrəy olan orta səviyyəli adamların istibdad kütləsidir (conglomerated mediocrity). Bu kütlə savadsız deyil, lakin təhsilsizdir... Mill ətrafında hər şeyin bayağılaşdığını, cılızlaşdığını görür; yapışıq balıq kürüsünə bənzəyən, saysız-hesabsız meşşan cılızlığından ibarət olan böyük kütlələrə ümidsizcə baxır... Beyinlərin, enerjinin büzüşməsi, şəxsiyyət sürtülməsi, həyatın daima cılızlaşması, ümumbəşəri maraqların daima həyatdan kənarlaşdırılması, həyatın bütünlükdə ticarət ofisindən və meşşan rifahından ibarət olmasına yönəlməsi haqda yazanda, o, heç də şişirtmirdi. Mill birbaşa deyir ki, bu yolda İngiltərə Çinə çevriləcəkdir. Biz buna elavə edək: təkcə İngiltərə yox". Xalqları hansı qüvvə qaldıra bilər? "Ola bilsin, hansısa bir böhran Çin mərəzindən xilas edəcək. Lakin o hardan, necə gələcək? Bunu bilmirəm, heç Mill də bilmir". "Bədəni bərkidə bilən, ruhu əsib-coşan amansızlığa gətirib çıxara bilən, ağrını, məhrumiyyətləri hiss etmədən qətiyyətli addımla qətl kötüyünə baş qoya bilən, tonqala girə bilən o ehriraslı inam, o atəşli ümid, o güclü fikir hardadır? Ətrafa boylanın — xalqları hansı qüvvə qaldıra bilər? Xristianlıq cırlaşıb, sakit və çınqıllı reformasiya limanında tərpənməz dayanıb; inqilab da çırlaşıb, liberalizmin sakit və qumlu limanında saya oturub... Belə güzəştə gedən kilsə ilə, belə əhliləşdirilmiş inqilab ilə qərb dünyası çökməyə, tarazlanmağa başlayıb". "İnsan qələbəliyi və pətəklərinin nisbətən məmnunluğa və tarazlığa çatdığı hər yerdə irəliləyiş nailiyyətləri, ətrafa Çinin son sükutu çökənədək get-gedə yavaşıyıb bitir. "Tarixdən təcrid olmuş Asiya xalqlarının" izi ilə bütün Avropa, "sakit, soyuqqanlı addımlarla" firavan qarışqa yuvasının son huzuruna, "meşşan kristallaşmasına" — çinliləşməyə doğru addımlamaqdadır. Gertsen Mill ilə razılaşır: "Avropada insan şəxsiyyətinin yenidən doğulması və meşşanlığa qalib gəlməyə güc verən hansısa gözlənilməz bir çevriliş olmasa, öz alicənab xüsusiyyətlərinə və xristianlığına baxmayaraq, Avropa Çinə çevriləcək". Naməlum bir rusa, sanki bütün rus xalqına yazdığı məktubunu Gertsen bu sözlərlə bitirir: "Düşün, düşün, onda tüklərin biz-biz olacaq". "Biz heç də həkim deyilik! Biz — ağrıyıq" Nə Mill, nə də Gertsen bu mənəvi meşşanlığın son səbəbini görürdü. Gertsen xəbərdarlıq edir: "Biz heç də həkim deyilik! Biz — ağrıyıq". Gerçəkdən də, yalnız Mill üçün deyil, hardasa Gertsen üçün də bütün bu peyğəmbəranə öngörülərdə, başlarına oyun açan bütün bu peyğəmbərliklərdə heç bir nəticə, heç bir bilik yoxdur, sadəcə, naməlum bir ağrı, naməlum bir dəhşətin qışqırtısı var. İnsan öz üzünü görə bilmədiyi kimi, Gertsen və Mill də meşşanlığın səbəblərini görə bilməzdilər. Onların əzab çəkdiyi və başqalarında görüb qorxduqları şey, yalnız başqalarında deyil, onların özlərində də, onların öz dinində, daha doğrusu — antidiini şüurlarının keçilməz və hətta özlərinə görünməz olan öz hüdudlarında da var. Geniş anlamda pozitivizm Bütün çağdaş Avropa mədəniyyətinin son hüdudu — pozitivizm, və ya Gertsenin terminologiyası ilə — "elmi realizm", nəinki elmi, həm də ümumi fəlsəfi, hətta dini düşüncənin metodudur. Elm və fəlsəfədə yaranmış pozitivizm, elmi və fəlsəfi şüurdan çıxıb böyüyüb, qeyri-şüuri dinə çevrilib, öncəki bütün dinləri ləğv edib onları özüylə əvəz etməyə can atır. Geniş anlamda pozitivizm — duyğu təcrübəsinə açıq, yeganə gerçək olan dünyanın təsdiqi və duyğuötəsi aləmin inkarıdır; pozitivizm — dünyanın sonu və başlanğıcının tanrıda olmasının inkarıdır, dünyanın sonsuz və əzəli davamının hadisələrdəki təsdiqidir, insan üçün sonsuz, əzəli, keçilməz hadisələr mühitinin, ortanın, adiliyin təsdiqidir, Çin səddi kimi tamamilə möhkəm "yekdil adiliyin", conqlomerated mediocrity, Mill və Gertsenin özlərinin də haqqında dedikləri, lakin dediklərinin son metafiziki dərinliyini dərk etmədikləri o mütləq meşşanlığın təsdiqidir. Allahsız din Avropada pozitivizm hələ düzəldilir — Çində isə o, artıq dindir. Çinin ruhani təməli, Lao Tzı və Konfutsi təlimi — kamil pozitivizmdir, allahsız dindir, Gertsenin Avropanın elmi realizmi haqda ifadəsi ilə desək, "göysüz yer dinidir". Heç bir sirri olmayan, "başqa dünyalara" heç bir dərinəgetmələrsiz və canatmalarsız. Hər şey sadədir, hər şey yastıdır. Yenilməz sağlam məna, yenilməz müsbətlik. Nə varsa — odur, başqa heç nə də yoxdur, başqa heç nə də gərək deyil. Buradakı dünya — hər şeydir, buradakından savayı başqa dünya yoxdur. Yer — hər şeydir, yerdən başqa da heç nə yoxdur. Səma — nə başlanğıc, nə də sondur, yerin əzəli və sonsuz davamıdır. Xristianlığın dediyi kimi, yer ilə göy bir olmayacaq, onlar elə mahiyyətcə birdirlər. Yerin ən nəhəng imperiyası elə Səma imperiyasıdır, yer göyüdür. Ortalıq səltənəti — əbədi orta, əbədi adilik, mütləq meşşanlıq səltənətidir, Gertsenin pozitivizmin ictimai idealını tərif etdiyi kimi, "tanrı səltənəti yox, insan səltənəti"dir. Çinin əcdadlara, keçmişin qızıl dövrünə sitayiş etməsi, Avropanın gələcəkdə, qızıl dövrdə, yeni nəsillərə sitayişinə bərabərdir. Tərəqqi dini iddia edir ki, biz görməsək də, gələcək nəsillərimiz yer üzündəki cənnəti, yer səmasını görəcəklər. Əcdadlara sitayişdə də, gələcək nəsillərə sitayişdə də yeganə insan sifəti, şəxsiyyət qurban gətirilir — simasızlığa, saysız-hesabsız nəcabətə, xalqa, bəşəriyyətə, "minlərlə meşşan cılızlığından ibarət yapışqan balıq kürüsünə", gələcəyin kainat miqyaslı qarışqa yuvasına. Tanrıdan, mütləq İlahi şəxsiyyətdən imtina etdiyində, insan, qaçılmaz olaraq öz insani şəxsiyyətindən imtina edir. Nisbi toxluğun mərcimək şorbasından ötrü öz ilahi aclığından və ilahi xislətindən imtina edən insan, qaçılmaz olaraq mütləq meşşanlığa yuvarlanır. Çinlilər — kamil sarı üzlü pozitivistlər Çinlilər — kamil sarı üzlü pozitivistlərdir; avropalılar — hələ ki, qeyri-kamil ağ üzlü çinlilərdir. Bu anlamda amerikalılar avropalılardan kamildir. Burda Uzaq Qərb Uzaq Şərq ilə üst-üstə düşür. Başlamaqda olan, lakin çox guman ki, bizim gözlərimiz önündə bitməyəcək Çinin Avropa ilə bu toqquşması, Gertsen və Mill üçün xüsusi, vahiməli məna daşıya bilərdi. Çin pozitiv seyretməni mükəmməl səviyyəyə çatdırıb, lakin pozitiv hərəkət, müsbət biliyin tətbiqi texniki tərəfləri bütünlükdə Çində çatışmırdı. Şərqin hərbi avanqardı olmaqla yanaşı mədəni avanqardı da olan Yaponiya, sivilizasiyanın bu texniki tərəfini avropalılardan alan kimi onlar üçün yenilməz oldu. Avropa, bərbad Çin savaş toplarına qarşı öz yaxşı toplarını çıxaranadək qalib gəlirdi, bu qələbə də mədəniyyətin barbarlıq üzərində qələbəsi kimi görünürdü. Lakin toplar eyniləşdiyində mədəniyyətlər də eyniləşdi. Məlum oldu ki, barbarlar üzərində öz mədəni üstünlüyünü göstərmək üçün toplarından başqa Avropanın heç nəyi yox imiş. Xristianlıq? Lakin "xristianlıq dayazlaşıb"; daxili Avropa siyasətinin istifadəsi üçün xristianlığın hələ ki, kifayət qədər, şübhəli görünən mənası vardır; lakin Avropanın xaricinə köçən müasir xristianlıq, öz kredit biletlərini təmiz qızıla dəyişməli olanda, onların əvəzinə heçkəs heç nə vermir. Avropanın özündə ən utanmaz adamlar da xristianlıq haqda, müharibə kimi ciddi şeylərdən danışmağa utanırlar. Bir zamanlar böyük güc qaynağı olan xristianlıq, indi nəhəng taqətsizliyə, bütün Qərbi Avropa mədəniyyətinin özünə qəsd edən ardıcıllıqsızlıq, təzadlılıq qaynağına çevrilib. Xristianlıq — arian qanındakı bu əski semit mayası məhz Avropanın son "kristallaşmasına", çinliləşməsinə imkan vermir. Deyəsən, ağ irqin pozitivizmi əbədi olaraq "metafiziki və teoloji dövr ilə" "ləkələnib". Ümumilikdə sarı irqin, xüsusilə də yaponiyalıların pozitivizmi — sarı monqol toyuğunun ağ arian xoruzundan mayalanıb indicə yumurtaladığı təzə yumurtadır, heç nə ilə korlanmayıb: ikinci, üçüncü minilliklərdə necə idisə, eləcə də qalıb, həmişəlik də beləcə qalacaq. Avropa pozitivizmi hələ ki, çox əqlidir, yəni səthidir, belə deyək: dəri üstündədir; sarı adamlar — sümüklərinin iliyinə kimi pozitivistdirlər. Əsrlərin mədəni irsi olan Çin metafizikası, teologiyası bu təbii fizioloji bəxşişi zəiflətmir, əksinə, gücləndirir. Çin Avropaya qalib gələcək Kim öz fiziologiyasına sadiqdir — o da ardıcıldır, kim ardıcıldır — o da güclüdür, kim güclüdürsə — o da qalib gəlir. Yaponiya Rusiyaya qalib gəldi. Avropanın özündə böyük ruhani çevriliş baş verməsə, öz mədəniyyətinin son metafiziki təməllərini alt-üst etməsə və pozitiv Şərqin toplarına qarşı yalnız pozitiv Qərbin toplarını deyil, nəsə daha real, daha gerçək olan bir şey qoymasa, Çin Avropaya qalib gələcək. Bax, əsas "sarı təhlükə" çöldə deyil, daxildədir; təhlükə, Çinin Avropaya gəlməsində deyil, Avropanın Çinə gəlməsindədir. Sifətlərimiz hələ ki, ağdır; amma ağ dəri altında əvvəlki qatı, al-qırmızı, arian qanı axmır artıq; çox sulu, qanlı monqol irininə bənzəyən "sarı" qan axır daha; gözlərimizin kəsiyi düzdür, lakin baxışımız çəpləşməyə, daralmağa başlayır. Avropa gününün düz ağ işığı Çinin batan və ya Yaponiyanın doğan günəşinin çəp "sarı" işığına çevrilir. Hal-hazırda yaponiyalılar avropalıların paltar geyindirdikləri meymunları xatırladır; kim bilir, bəlkə vaxt gələcək, avropalılar və hətta amerikalılar yaponiyalıların və çinlilərin paltar geyindirilmiş meymunlarına bənzəyəcəklər – yeni dünyanın sahibləri, pozitivist donuna girmiş əski dünyanın düzəlməyən idealistləri, romantikləri. Sarı irqlə ağ irq arasındakı savaş bəlkə də sadəcə bir anlaşılmazlıqdır: özləri özününküləri tanımayıb. Tanıyanda, savaş barışla bitəcək, bu da artıq "bütün dünyanın barışı", sonuncu sükut və səma rahatlığı olacaq. Səma imperiyası. Bütün dünyada Şərqdən Qərbədək ortabablıq səltənəti, ən sonuncu "kristallaşma", ümumbəşəri arı pətəyi və qarışqa yuvası, büsbütün, yer kürəsini hər yandan bürüyən meşşanlığın "yapışqan balıq kürüsü", hətta meşşanlıq yox, qanacaqsızlıq, çünki öz hüdudlarına çatmış və kürsüsünə əyləşmiş meşşanlıq — qanacaqsızlıqdır, gədalıqdır. Bu fikirləri bir zaman Gertsenin dediyi sözlər ilə bitirə bilərik: "Düşün, düşün, onda tüklərin biz-biz olacaq" Avropanın Çindən xilas olmasına dair iki ümidi var idi. Birincisi, daha zəifi — sosial çevrilişə ümid. Gertsen dilemmanı belə qoyurdu: "Xalq sınarsa — yeni Çin qaçılmazdır. Xalq sındırarsa — sosial çevriliş qaçılmazdır". Sual yaranır: sosial zülmü sındırmış xalq, meşşan kültürünün daxili ruhani başlanğıcını nə ilə və nə naminə sındıracaq? Hansı yeni inamla, hansı əsillik qaynağıyla? Hansı insan şəxsiyyətinin vulkanik partlayışı ilə qarışqa yuvasına qarşı savaşacaq? Tanrı Tanrıya deyil, güc gücə qarşı Gertsen özü təsdiq edir: "Çoxluğun arxasında, indi hakim olan (yəni kapitalist meşşanlığının çoxluğu arxasında) daha çox namizəd çoxluğu durub (yəni proletariat çoxluğu). Onlar üçün meşşanlıq adətləri, anlayışları, həyat tərzi — canatma üçün yeganə məqsəddir; bu məqsədlər on dəyişikliyə yetər. Torpaqsız dünyanın, şəhər proletariatı dünyasının xilas üçün başqa yolu yoxdur, ona görə də bizim gözümüzdə geridəqalmışlıq olan meşşanlıq, tarla əhalisi və proletariat üçün savadlılıq və tərəqqi yoludur, büsbütün də bu yolla gedəcək". Lakin xalq "büsbütün meşşanlıqla gedəcək"sə, onda sual yaranır ki, bu xalq hara gedib çıxacaq? Yoxsa indiki qeyri-kamil meşşanlıqdan kamil gələcəyə: uğursuz kapitalist qarışqa yuvasından — uğurlu sosialist qarışqa yuvasına, Avropanın qara dəmir əsrindən — Çinin "sarı" qızıl əsri və əbədiyyətinə? Ac proletarla tox meşşanın fərqli iqtisadi çıxarları var, lakin metafizikası və dini eynidir — ortabab sağlam məna metafizikası, ortabab meşşan toxluğu dini. Dördüncü təbəqənin üçüncü təbəqə ilə iqtisadi olaraq gerçək savaşı, metafiziki və dini olaraq sarı irqin ağ irqlə savaşı kimi qeyri-realdır; orda da, burda da Tanrı Tanrıya deyil, güc gücə qarşıdır. Hər iki durumda eyni anlaşılmazlıq var: zahiri, müvəqqəti savaş arxasında daxili əbədi barış. Beləliklə, meşşanlığa xalq nə ilə qalib gələcək sualına Gertsenin heç bir cavabı yoxdur. Düzdür, o, cavabı öz anarxist dostu Bakunindən götürə bilər, sosializmdən anarxizmə keçə bilərdi. Sosializmin istəyi — bir ictimai quruluşu başqasıyla, azlığın hakimiyyətini çoxluğun hakimiyyəti ilə əvəzləməkdir; anarxizm hər cür ictimai quruluşu, hər bir zahiri hakimiyyəti bütün başlanğıcların başlanğıcı və bütün sonluqların sonu olan mütləq azadlıq, mütləq şəxsiyyət naminə inkar edir. Sosializm üçün məğlubedilməz olan meşşanlıq, anarxizm üçün qələbə çalmış görünür (düzdür, bir vaxta qədər, nə Gertsenin, nə də Bakuninin gözləmədikləri daha yeni, daha kəskin nəticələrə qədər). Sosializmin bir din kimi gücü və zəifliyi ondadır ki, o, gələcək sosial yaradıcılığı öncədən müəyyən edir, bununla da qeyri-ixtiyari olaraq əbədi ortabablıq ruhunu, meşşanlığı, sosializmin özünün qurduğu, din əvəzi olan pozitivizmin qaçılmaz metafiziki nəticələrini öz içinə alır. Anarxizmin gücü və zəifliyi ondadır ki, o heç bir sosial yaradıcılığı öncədən müəyyən etmir, gələcək naminə keçmişin qarşısında öz əl-ayağını heç bir məhsuliyyətə bağlamır və meşşanlığın tarixi dayazlığından üzüb, kəşf edilməmiş tarixi dərinliklərin açıq dənizinə çıxır... Mənbə: Дмитрий Сергеевич Мережковский, "Грядущий хам" İxtisarla çevirdi: İlahə Ucaruh |
2014-03-01 | 10,404 | Əlavə yük götürən maşınların təkərləri partladılacaq - Video | Yük avtomobillərinin törətdiyi qayda pozuntularına qarşı görülən tədbirlər gücləndirilsə də, hələlik bu cür hallar təəssüf ki, yaşanır. Daşınan yükün normadan artıq olması isə həm sürücünün özünün, həm də digər hərəkətdə olan nəqliyyat vasitələrinin təhlükə altına alınması deməkdir. Bu halların qarşısını almaq üçün polis yeni xüsusi saxlama qurğularından istifadə etməyi planlaşdırır. Əmrə tabe olmayan avtomobillərin təkərləri partladılaraq dayandırılacaq. Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirdi ki, nəinki qəza şəraiti yaradan sürücülər, həm də yüklənməni həyata keçirən hüquqi şəxsləri də 1200 manatdan 1500 manata kimi cərimə gözləyir. Sürücülər cərimədən əlavə onu da düşünməlidirlər ki, bir yük maşını 12 çarx üzərində gedir. Və bu şinlər tikanlar vasitəsilə partladıldıqda dəyən ziyan, ödəniləcək cəriməni ötür. Bu səbəbdən 2 qat xərcə düşməmək üçün yola çıxmazdan qabaq ən az 2 dəfə düşünmək pis olmaz. (ANS) |
2014-03-01 | 10,405 | Ukrayna yenidən qarışdı: Xarkov ayağa qalxdı | Rusiyanın Ukraynadakı yeni rəhbərliyi hərbi müdaxilə ilə devirmək cəhdi bu ölkənin ikinci ən böyük şəhəri Xarkovu da ayağa qaldırıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Yüzlərlə Rusiya tərəfdarı ilə polis arasında yaranmış qarşıdurma zamanı 97 nəfərin yaralandığı bildirilir. Ukraynanın şərqində Xarkov şəhərinin yaxınlığında Mariopol bölgəsində də inqilab əleyhdarları aksiyalar keçirir. Rusiyada gizlənməyə davam edən sabiq prezident Viktor Yanukoviç baş verən son hadisələr haqqında "Rusiyanın Krımla bağlı aldığı qərarı dəstəkləyirəm. Ukrayna xalqı da lazım olanı etməyə başladı", - deyib. |
2014-03-01 | 10,406 | Azərbaycanın BMT-yə üzv olmasından 22 il ötür | Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdir. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. (AzərTac) |
2014-03-01 | 10,407 | Rus politoloq: "Putin öz ölüm hökmünü imzaladı" | Ukrayna ilə müharibənin başlanmasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski hesab edir ki, Vladimir Putin bununla öz ölüm hökmünü imzalayıb. Milli Strategiya İnstitutunun təsisçisi və direktoru, Milli Strategiya Şurasının keçmiş direktoru Stanislav Belkovski bu fikri "Snob" portalında dərc olunmuş köşə yazısında bildirib. "Beləliklə, biz Ukraynaya qoşun yeritmək istəyirik. Rusiyanın Qara dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil, onlar anlayan kimi Putinin sonu çatıb, "qarın ağrısına düşəcəklər". Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur", - deyə Belkovski bildirib. (ANS) |
2014-03-01 | 10,408 | Krım tatarı: “Ruslar bizə yenidən o hadisələri yaşatmaq istəyir” | Xalqımızı yox etməyə çalışırlar "Krım tatarları 1941-1945-ci illər arasında Alman işğalı altında olan Krımdan, II Dünya müharibəsindən sonra isə 1944-cü ildə bu vaxta qədər almanlarla "iş birliyi" içində olduğu əsas gətirilərək Sovet hökuməti tərəfindən Özbəkistan və başqa Sovet ölkələrinə toplu şəkildə sürgün edilib". Bu sözləri "Axar.az"a Səmərqənddə doğulub 2003-ci ildə Krıma dönən və Mühəndislik və Pedaqogika Universitetində Türk dili üzrə təhsil alan Gözəl İsmayılova deyib. Gözəl xanım Krım tatarıdır. "O vaxt, ümumən, 193.865 Krım tatarı sürgün edilib. 1944-cü ilin mayından oktyabrın 10-na qədər Özbəkistana sürgün edilən Krım tatarlarından 10.105 nəfəri aclıqdan ölüb. Bu da rusların işidir. Xalqımızı yox etməyə çalışırlar. Babam gündəliklərindən birində belə yazıb: "Krım kimə qaldı? Haram kafirlərə". Krım tatarları evlərindən çıxarıldıqdan sonra tatarların torpağına, evlərinə Rusiyanın ən şərəfsiz tipləri gətirildi, həbsxanalardan, küçələrdən toplayıb səfilləri Krıma yerləşdirdilər. İndi də o insanların uşaqları, nəvələri Krımın rusların olduğunu deyirlər. Və bizə yenidən 18 may 1944-cü il hadisələrini yaşatmaq istəyirlər". Krımı ələ keçirmək istəyirlər O bildirib ki, hal-hazırda şəxsiyyəti məlum olmayan bayraqlı adamlar Krım parlamentini işğal ediblər: "Ruslar və tatarlar arasında silahlı insident yaşansa, rus ordusu müdaxilə edəcək. Ruslar çalışırlar ki, bu insident yaşansın. Ruslar deyirlər ki, dünən bir neçə Krım tatarının ailəsinə hücum ediblər. Qəsdən eləyirlər ki, tatar xalqı küçələrə çıxsın. Rus əsgərlərinin burda olması qeyri-qanunidir. Lakin silahlı insident olsa, Rusiya Federasiyası əsgərləri qanuni olaraq Krıma girə bilər. Guya rus xalqını müdafiə etmək üçün... Amma hədəfləri bəllidir, zatən. Krımı ələ keçirmək istəyirlər. Tatarların vəziyyəti pisdir. Çünki Kırım hökuməti və Krımın rus kökənli xalqı Rusiyaya daxil olmaq istəyirlər. Ümid edirəm ki, arxamızda bütün Türk Dünyası var Parlamentdə silahlı qrupun işğalı davam edərkən, binanın ətrafında toplanan minə yaxın Rusiya tərəfdarı olan nümayişçi polislərin üzərinə gedərək təhlükəsizlik barrikadasını yardı. Parlament binası qarşısında aksiya keçirən nümayişçilər Rusiya prezidenti Vladimir Putin və Çeçenistan prezidenti Ramzan Kadırovu dəstəkləyən şüarlar səsləndirdi və referendum tələbi irəli sürdü. Gündən-günə vəziyyətin gərginləşdiyi Krım küçələrində təhlükəsizlik son dərəcə zəifdir. Polis, sadəcə, önəmli bölgələrə təhlükəsizlik barrikadaları çəkir. Rusiya uzun müddətdir ki, Krımı ələ keçirmək istəyir, fəqət Krım tatarı olan xalqının sayı çox az olsa da (30%), buna imkan verməyəcəyik. Rusiya gerçəkdən, boşu-boşuna əziyyət çəkir. Ümid edirəm ki, arxamızda Türkiyədə yaşayan 7 milyon Krım tatarı və bütün Türk Dünyası var. Azərbaycan, Özbəkistan, Qazaxıstan və başqa ölkələr". |
2014-03-01 | 10,409 | ”Rus hərbçiləri Krıma həmişəlik gəliblər” - Eksklüziv | Ukraynada və Krımda baş verən hadisələrlə bağlı "Axar.az"ın suallarını Krım Azərbaycanlıları Diaspor Təşkilatının rəhbəri Rəhim Hümbətov cavanlandırır. Strateji obyektlər naməlum hərbçilərin əsarətindədir - Krımda vəziyyət hazırda necədir? - Gərgin olaraq qalmaqdadır. Praktiki olaraq yarımada boyunca hərbi maşınlar, BTR-lər hərəkət edir. Strateji obyektlər hərbi formalı naməlum şəxslər tərəfindən mühasirəyə alınıb. - Bəs Ukrayna güc strukturları hardadır? - Ukrayna parlamentinin üzvü Pyotr Poroşenko dünəndən Krıma gəlib. O, Ukrayna hakimiyyəti tərəfindən danışıqların aparılmasına təhkim edilib. Poroşenko hətta bildirdi ki, danışıqlara mühafizəçisiz gəlib. Xatırladım ki, yarımadada Ukrayna güc strukturu nümayəndələrinə rast gəlmək mümkün deyil. Görünür, mərkəzi hakimiyyət məsələni dinc yolla həll etməyə çalışır. Yəqin məlumatınız var, BMT Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırdı, ABŞ prezident Barak Obama bu anneksiyanı qınayan bəyanatla çıxış etdi. Küçədən güllə səsləri eşidilir - Dünən Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Ukraynaya gəldi. Verilən məlumata görə, o, Krım tatrlarının liderlərindən biri Mustafa Krımoğlu ilə görüş keçirib. Nələr müzakirə olunub? - Davudoğlu hələ Krıma gəlməyib. Hansı nəticələr olacaq, deyə bilmərəm. Bu arada avropalı rəsmilərin Krıma səfərləri gözlənilir. Ancaq onlardan kiminsə gəlməyi barədə hələ məlumat yoxdu. - Küçələrdə güllə səsləri eşidilirmi? Ölənlər, yaralılar barədə səhih məlumata maliksinizmi? - Güllə səsləri hərdən eşidilir, amma ölən yoxdur. Yəhudilərə ölüm! - Krımın rus və tatar əhalisinin qarşılıqlı münasibəti necədir? - Bu yöndə vəziyyət hələ ki, stabildir. Lakin səhər saatlarında Krım Yəhudiləri Assosiasiyasının rəhbəri Anatoli Qendin mənə məlumat verdi ki, sinaqoq qapılarına təhqiredici işarələr çəkiblər. Naməlum şəxslər "yəhudilərə ölüm" şüarları yazıblar. Düşünürəm ki, Krım tatarları düzgün mövqe tutaraq, özlərinin münaqişəyə sürüklənməsinə imkan vermirlər. Onlar iri aksiyalar keçirmilər, sadəcə, kiçik bölmələr məscid və önəmli obyektləri mühafizə edirlər. Hələlik Krım xalqları arasında qarşıdurma yoxdur. Yarımada bütövlükdə rusların əlindədir - Vladimir Jirinovski gəlmişdi və olduqca qalmaqallı açıqlama verdi. Sakinlərin reaksiyasını öyrənmək maraqlı olardı... - İnsanlar Jirinovskini yaxşı tanıyırlar. Heç kim müharibə istəmir. Onun sözlərinə baxan yoxdu. - Amma onu alqışlarla qarşıladılar... - O, Sevastopola gəlmişdi. Bildiyiniz kimi, bu şəhərin əhalisinin əksəriyyəti ruslardır. Orda, demək olar ki, Krım tatarları yoxdu. - Ola bilərmi ki, bu şəhər separatçı rusların hərbi məntəqəsinə çevrilsin? - Buna ehtiyac da yoxdu. Çünki yarımada onsuz da bütövlükdə rusların əlindədi. - Rus hərbi qoşunlarının Krımdan çıxarılmasını proqnozlaşdıra bilərsinizmi? - İnanın, demək çətindi, proqnoz vermək də mümkünsüzdü. Amma bir məqamı aydın görmək olar ki, deyəsən, rus hərbçiləri bura birdəfəlik gəliblər. Ukraynaya məxsus hərbi hissələri ələ keçirirlər. Əlavə qüvvələr gətirilir. Əli silahlılar heç kimlə danışmır - Son günlərin təkrar-təkrar verilən suallarından: küçələrdəki əli silahlı hərbçilər niyə sadə insanlarla danışmırlar? - Ona görə ki, onlara elə tapşırıq verilib. Deyilib ki, yalnız tapşırıqlarını yerinə yetirsinlər. - Onlar yerli ruslarla da danışmırlar? Tatarlar yeni hökuməti legitim saymır - Praktiki olaraq, heç kimlə... - Krımdakı ruslar deyir ki, Kiyevdəki yeni iqtidarı qəbul etmirlər və onların tələblərini yerinə yetirməyəcəklər. Bəs, tatarlar nə deyir bu barədə? - Krım tatarları başdan olduğu kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma əlavə edim ki, Krım Tatarları Məslisi yarımadadakı yeni hökuməti legitim saymırlar. - Ruslar buna görə, tatarları qınayırlarmı? - İnsanlar başa düşür ki, hər bir tərəfin öz mövqeyi var... |
2014-03-01 | 10,410 | Güneyli fəala toy etməyə imkan vermədilər | Güney Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda mübarizə aparan milli fəal Hüseyn Nəsirini toy etməsinə imkan verməyiblər və ona problemlərlə üzləşdiriblər. "Axar.az"ın məlumatına görə, İranın təhlükəsizlik qüvvələri milli fəalın toy keçirmək üçün kirayələdiyi şadlıq sarayının sahibinə təzyiq edərək, sarayı bağlatdırıblar. Nəticədə şadlıq sarayının sahibi mərasimin keçirilməsinə icazə verməyib və H.Nəsiri toya dəvət etdiyi qonaqları məcburən evində qəbul etməli olub. Bu zaman da məmurların təzyiqləri ilə üzləşib. Polis rəisi bir neçə məmurla evə gəlib və bəyan edib ki, onun əlində məhkəmə hökmü var və evə daxil ola bilər. Polis rəisi qonaqlardan evi tərk etməyi tələb edib, əks təqdirdə, hər kəsi həbslə hədələyib. Qeyd edək ki, İran rejiminin milli fəallara qarşı təzyiqi Həsən Ruhaninin hakimiyyət dövründə daha da artıb. |
2014-03-01 | 10,411 | Bakıda polisləri güllələyən şəxsin dükanı yandırıldı | Polisləri güllələyən şəxsin dükanını yandırdılar. Fevralın 23-də ikisi polis olmaqla 4 nəfəri güllələyən Gülağa Lətifovun dükanı yandırılıb. Hadisə bir saat öncə, Gülağanın qonşuları tərəfindən törədib. Əraziyə polislər və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xatırladaq ki, Gülağa Lətifov mübahisə zəminində 4 qonşusunu güllələmişdi. Güllənənlər arasında Sabunçu Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəzərov və onun oğlu Suraxanı polisinin əməkdaşı Asif Nəzərov var idi. Hazırda onlar müalicə olunur. Güllənənlərdən daha ikisi isə rəhmətə gedib. Onu da qeyd edək ki, insidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub. Hadisədə baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər. Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşularına atəş açıb. ("AzNews.az") |
2014-03-01 | 10,412 | Beynəlxalq təşkilatlar təcili olaraq toplanır | Bu gün Rusya parlamentinin rus ordusunun Ukrayna torpaqlarında qalması barədə verdiyi qərar beynəlxalq təşkilatları və qərb dövlətlərini ayağa qaldırıb. "Axar.az" xəbər verir ki, Rusiya parlamentinin verdiyi qərardan dərhal sonra BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirməyi qərara alıb. Toplantı bu saatlarda keçirilir. Qeyd edək ki, BMT dünən keçirdiyi qapalı toplantıda Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində dəstək verməyi qərara almışdı. BM Təhlükəsizlik Şurası dünən keçirilən toplantıda Rusiyadan qoşunlarını Krımdan dərhal çıxarmasını istəmişdi. Ancaq Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin Ukrayna ilə beynəlxalq razılaşmanın olduğunu bildirmişdi. ABŞ prezidenti Barak Obama da dünən Ukraynaya hər hansı bir müdaxilənin olacağı təqdirdə, bunun bədəlinin də ağır olacağını açıqlamışdı. NATO Baş katibi Anders Rasmussen Tvitter hesabında Rusiyanın Ukraynanın suverenliyinə hörmət etməyin gərəkli olduğunu yazaraq, Krımda baş verən şiddətin bir an öncə durdurulmasının vacibliyini vurğulayıb. Avropa Birliyi Xarici işlər nazirləri Ukraynada baş verən olayları müzakirə etmək üçün martın 3-də bir araya gələcək. Həmçinin təhlükəsizlik baxımından Litva və Latviya NATO-nun Şimali Atlantika Şurasının toplantısına çağırılıb. Bu arada İngiltərə də Rusiyanın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, rus ordusunun Ukrayna torpağını mühasirəyə almasına qarşı olduğunu səfirə bildirib. |
2014-03-01 | 10,413 | Kliçko xalqa müraciət etdi – Video | "UDAR" Partiyasının lideri Vitali Kliçko Ukraynada baş verən hadisələrlə əlaqədar ölkə vətəndaşlarına müraciət edib. "Axar.az"ın məlumatına görə, o, ölkə vətəndaşlarını təmkinliyə və qarşıdurmaya getməməyə çağırıb. Kliçko millətindən, inancından asılı olmayaraq, Ukraynanın hamının evi olduğunu bildirib. O, vətəndaşları Ukraynanın ərazi bütövlüyünün qorunmasına töhvə verməyə səsləyib. |
2014-03-02 | 10,414 | Timoşenkodan dünyaya 7 bəndlik səsləniş | Ukraynanın nüfuzlu siyasətçilərindən olan Yulya Timoşenko dünya birliyinə səslənib. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, o, bir neçə bənddən ibarət kömək paketi açıqlayıb. O bildirib ki, Rusiya qorxunc bir akta əl ataraq, Ukraynanın müstəqilliyini məhv etmək istəyir. "Mənim xalqım sülhsevərdi. Əgər Rusiyanın ultimatumunu qəbul etsək, müstəqilliyimizi itirəcəyik. Vətəndaşlarımızı sakitliyə çağırıram. Rusiya Abxaziya və Osetiya ssenarisini təkrarlamaq istəyir", - deyən Timoşenko vəziyyətdən çıxış yolu kimi aşağıdakı planla dünya birliyinə müraciət edib: 1. Ali Radanın təcili iclası çağırılmalıdı; 2. Avropa Birliyindən Krımın Livadiy saraynda qurumun nazirləır şurasının iclasını tələb etmək; 3. İlkin prosedurlar hazır olduğundan Avropa Birliyindən assotiv müqaviləyə təcili imza atmağı istəmək; 4. İmza atmış Qərb ölkələrindən Ukraynanın ərazi bütövlüyünün qarantı olan Budapeşt müqavilsəinin icrasına lazımı reaksiyanın verilməsi; 5. Ukrayna dünya birlyinin toplaşdiğı bir məkana çevrilməlidi 6. Avropa Birlyi onun bayrağı uğrunda ölən ukraynalıların müdafiəsinə qalxmalıdı; 7. Ən çətin durumda bütün ukraynalılardan birləşməyi tələb edirəm… |
2014-03-02 | 10,415 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. |
2014-03-02 | 10,416 | Qənirə Paşayeva: “Ay bədbəxt, cahil xəbislər…” | "Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyrli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan insan var. Bir neçə gündür məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər". "Axar.az" xəbər verir ki, millət vəkili Qənirə Paşayeva "nurçu təriqətinə mənsib olması ilə bağlı son vaxtlar medada yayılan xəbərlərə cavab olaraq sosial şəbəkədə yazdığı statusu bu sözlərlə başlayıb. Daha sonra millət vəkili bildirib: "Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstutsiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətin mənsubu olmaq istəsəm, sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin, o cümlədən nurçuluq təriqətinin üzvü olsam, bunu qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm. Nurçuluq təriqətinin üzvü olsam, bunu açıq şəkildə söyləməkdən çəkinmərəm. Bu gün şok video dediyiniz çıxışı isə mən 1 il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışımdan dolayı ittiham edəcəyinizdən qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq, mən sifarişlərlə işləmirəm. Məni o festivaldakı çıxışımdan dolayı ittiham edən bəxbəxtlər, Seyid Yəhya əş-Şirvani əl-Baküvi həzrətləri ilə bağlı, onun böyük irsi ilə bağlı onlarla tədbirdə, beynəlxalq konfranslarda çıxış etmişəm. Baküvi ən böyük təriqəti - Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz olmayıb, xəbəriniz olsa, məni xəlvətilik təriqətinin üzvü olmaqda da suçlayardnız. Çünki ən çox çıxışlarımı Baküvi ilə bağlı edirəm və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini öyrənməyə çağırmışdım. Son kitablarımda ən çox yazdığım və gənclərə oxumağı tövsiyyə etdiyim, çıxışlarımda tez-tez sitat çəkdiyim Həzrəti Mövlanadan da yəqin xəbəriniz yoxdur. Yoxsa məni mövləvilik təriqətində də ittiham edərdiniz. Bir müddət əvvəl agentliklərdə Hacı Vəli Bektaş və onun irsi ilə bağlı yazım və çıxışlarım da getmişdi. Yəqin xəbəriniz olmayıb. Yoxsa bektaşi təriqətinin üzvü olmaqda da suşlayardınız. Yəqin 3 il əvvəl Mir Həmzə Seyid Nigari ilə bağlı beynəlxalq konfranslardakı çıxışlarım da əlinizə düşməyib yoxsa məni nəqşibəndiyə təriqətində də suçlayardınız. Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışıma gəlincə insanlara çirkab atmaq və hədəf gösrətməklə məşğul olan Aznews.as saytı və onun sahibinə, onlara istinadən bu xəbəri yayanlara demək istəyirəm ki, ey dünyadan xəbərsizlər mən bu çıxışları Bakıda Türk məktəblərinin festivallarında hər zaman etmişəm xəbəri sizə yenimi çatıb. İnternetdə ən çox izlənən və bir il əvvəl canlı yayımda etdiyim çıxışı şok video əldə etmişik kimi yayan bədbəxtlər bir indiyə qədər o videoya nə qədər insanın izlədiyinə və tarixinə baxın. Yazıqlar olsun sizə… Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanimiz, türk milləti üçün zərərli deyil xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil ölkəmizin rəhbərliyi, Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz. Bu kompaniyanın arxasında dayanan adamları isə çox yaxşı tanıyıram. Bu kompaniyanın rəhbərlərindən birinə bu sualı verirəm. Əgər bu məktəblər pis idisə niyə övladınızı orada oxumağa vermişdiniz O zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi, bir qrup gənc insanı çeşitli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər sizin dərdiniz başqadır bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrəıt edir və onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil faktlarla işləyən Millin Təhlükəsizlik Nazirliyi var. Onlar kimin kim olduğunu çox yaxşı bilirlər. Gücünüz sadəcə əliniz çatan mətbuat orqanlarında bizi hədəf almağa çatır amma bu reketçiliklə məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq müstəvisində danişacağıq. Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmuniyyət duyacam. Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…" Xatırladaq ki, bu gün "Gülən camaatı"a bağlı bir tədbirdə 2013-cü ildə etdiyi çıxış mediada Qənirə Paşayevanın "nurçu" olması şübhələri ilə yayılıb. |
2014-03-02 | 10,417 | İki qadın qoca kişini avtobusda döydü – Video | Avstraliyada bir həvəskar operator tərəfindən çəkilən bu video ölkəni çalxalayıb. Queensland əyalətindəki bir avtobusda 77 yaşlı bir qoca kişini döyən iki qadın axtarılır. Qocanı avstraliyalı olduğu üçün döydükləri təxmin edilən iki qadının adı sosial şəbəkələrdə gəzir, ancaq hələ də polis onları tapa bilməyib. |
2014-03-02 | 10,418 | Azərbaycanda jurnalistlər döyüşəcək | Bakıda 1 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aktiv ol!" adlı layihənin açılışı baş tutub. Açılışı baş tutan turnirdə Azərbaycanda fəaliyyət göstərən televiziyalar, internet saytları və qəzetlər iştirak edəcək. Layihənin rəhbəri jurnalist Əfsələddin Ağalarov turnirin xüsusi Paintball zalında keçiriləcəyini və yarışların həmin ərazidə aparılacağını söyləyib: "Turnirdə 8 mətbuat orqanı iştirak edəcək. Bu mətbuat orqanlarında çalışan jurnalistlər öz güclərini nümayiş etdirib turnirin qalibi olmağa çalışacaqlar". Qeyd edək ki, turnir 1 aprel tarixində başa çatacaq. Qalib gələn mətbuat orqanı diplom və mükafatlarla təltif ediləcək. ("Editor.az") |
2014-03-02 | 10,419 | Kadırov Ukrayna liderini ölümlə hədələdi - Şok | Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynanın "Sağ sektor" hərəkatının lideri Dmitri Yaroşun səhra komandiri Doku Umarova kömək müraciətinə od püskürüb. "Axar.az"ın məlumatına görə, xüsusi bəyanatla çıxış edən Kadırov bildirib ki, Ukrayna xalqı hazırda ən çətin günlərini yaşayır, millətçilər qanuni iqtidarı deviriblər. Onun sözlərinə görə, bu işdə ən çox canfəşanlıq edən hərəkat "Sağ sektor" təşkilatıdır. Kadırov hərəkatın rəhbəri Yaroşa belə cavab verib: "Bu yeniyetmələrin kim olduğu "Sağ sektor"un rəhbəri Dmitri Yaroşun lənətlənmiş Doku Umaraova müraciətindən anlaşılır. Yaroş beyəlxalq səviyyəli terroristə müraciət edərək, Rusiya əleyhinə terrora çağırır. Deyir ki, Ukraynanı dəstəkləmək vaxtıdır. Bu gic Yaroşun başı tamam xarab olub! O, elə adama müraciət edir ki, həmin şəxs birdəfəlik gedər-gəlməzdədir. Umarov və onun tərəfdarları məhv edilib. Əgər Yaroş müraciətində deyirsə ki, əlində silah Çeçenistanda savaşıb, eybi yox, onun layiqli cəzalandırılması üçün bütün tədbirləri görərik. Umarov kimi, ona da son məntəqəyə bilet verərik". |
2014-03-02 | 10,420 | Tutuquşu qatili polisə satdı | Hindistanın Aqra şəhərində danışan tutuquşu 45 yaşlı sahibəsi Nilam Şarmanın qətlinin üstünün açılmasında polisə yardımçı olub. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, polis bir həftə ərzində cinayətkarın kimliyini müəyyən etmək istəyib. Herkules adlı tutuquşu onlara yardımçı olub. Qətlə yetirilmiş qadının həyat yoldaşı Vicay Şarma qəzetlərə verdiyi açıqlamasında deyib ki, hər dəfə qardaşı oğlu Aşu onlara gələndə tutuquşunun davranışları dəyişir. Bundan başqa onun adı çəkiləndə quş hər dəfə ora-bura atılır və onu görəndə isə qorxduğu hiss olunur. Aşunun adı çəkiləndə isə tutuquşu hər dəfə həyəcan keçirib. Bir dəfə də tutuquşu qəfildən "Aşu öldürdü!" deyə səs eləyib. Tutuquşunun bu sözündən sonra Vicay polisə yenidən müraciət edib Həmin hadisədən əvvəl də polis Aşunu şübhəlilər siyahısına əlavə etmişdi. Ancaq ailənin kəskin etirazından sonra adı şübhəlilər siyahısından çıxarılmışdı. Aşu yenidən polisə çağırılaraq dindirilib. Onun günahını etiraf etməkdən başqa çarəsi qalmayıb. |
2014-03-02 | 10,421 | Goranboyda yaşayış evi yandı | Goranboyda yaşayış evində yanğın baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Börü kəndində ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının yanar konstruksiyaları 15 kv.m və dam örtuyü 65 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-02 | 10,422 | Ölü kəfəni yırtdı – Möcüzə | ABŞ-da dünyasını dəyişən 78 yaşlı adam kəfənin içindəykən təpik atmağa başlayıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Missisipi əyalətində yaşayan Valter Villiamsın başına gələnlər qorxulu filmlərin ssenarisini xatırladıb. Ədliyyə Tibb qurumunun sözçüsü Dexter Hovard baş verən hadisəni qətiyyətlə möcüzə adlandırıb. Hovard Villiamsın nəbzinin tamamilə dayandığını daha sonra dəfn mərasimi öncəsi meyidlərin göndərildiyi yerə aparıldığını bildirib.Yaşlı adamı basdırmaq üçün hazırlıq gedərkən cəsəd hərəkət etməyə başlayıb. Cəsədin yerləşdiyi qutunun içinə baxdıqda insanlar ölünün möcüzəvi şəkildə dirildiyinin şahidi olub. Məzarlıqdan birbaş xstəxanaya aparılan aparılan 78 yaşlı Villiams çox xoşbəxt olduğunu bildirib. |
2014-03-02 | 10,423 | Ana Panda körpəsini yatızdırmağa çalışır - Video | Bütün anaların etdiyi kimi, ana panda da öz yavrusunu yatızdırmağa çalışır. Körpə pandanın anasına müqavimət göstərməsi də "Yatmaq istəmirəm ana" deməyi xatırladır. Görüntü Tayvanın "Taybeya" zooparkındandır. Videonu oxuculara təqdim edirik. |
2014-03-02 | 10,424 | İlan məşhur manekenin sinəsini dişlədi - Video | İsrailli məşhur maneken Orit Foks ilanla erotik rəqs etdiyi zaman ilan onun sinəsinin ucunu dişləyib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, israilli məşhur maneken Orit Foksun ilanla erotik rəqs etdiyi zaman dəhşətli hadisə baş verib. Bir radio proqramında ilanla erotik rəqs etməyə başlayan Foks əvvəl ilanla öpüşüb, sonra da sinəsinə doğru yaxınlaşdırıb... Amma sakitcə dayanan ilan bir anda qadını sinəsindən dişləyib. Qışqıran maneken sinəsini ilanın dişindən çox çətinliklə qurtarıb. Orit Foks bu hadisədən sonra bir müddət xəstəxanada müalicə edilib. İlan isə hadisə zamanı öldürülüb. "Axar.az" olaraq oxuculara videonu təqdim edirik. |
2014-03-02 | 10,425 | Putinlə Obama Ukraynanı müzakirə etdi – Son dəqiqə | Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Barak Obama Ukraynadakı vəziyyət, ultramillətçilərin hərəkətləri, Kiyevin keçmiş hakimiyyəti ilə bağlı məsələləri müzakirə ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən press-reliz yayılıb. Danışıqlarda Putin bildirib ki, zorakılığın Ukraynanın şərqinə və Krıma doğru yayılacağı təqdirdə Moskva özündə yerli rus xalqının maraqlarının qorunması haqqını saxlayır. "Barak Obamanın rus hərbi qüvvələrinin planları barədə sualına cavabında V.Putin ultramillətçilərin cinayətkar əməllərinə, Kiyevin keçmiş hakimiyyətinə qarşı baş verənlərə diqqəti çəkib", - deyə Kremlin mətbuat xidmətindən bildirilib. Rusiya prezidenti rusların həyatına qarşı real təhdidləri və Ukrayna ərazisindəki çoxsaylı rus millətinin taleyini xüsusi vurğulayıb. |
2014-03-02 | 10,426 | Bu gün Azərbaycanda magistraturaya qəbul imtahanı başlayır | Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir. Komissiyadan "Axar.az"a verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılır. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür. Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunur. Bakıda 19666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək.Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. magistraturaya ixtisaslaşma seçimi isə 29 may-1 iyun tarixlərində olacaq. |
2014-03-02 | 10,427 | "Total" şirkəti "Şahdəniz" layihəsindən çıxa bilər | Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində səhmlərinin bir hissəsini və ya hamısını sata bilər. Hazırda "Total" konsorsiumun tərkibində "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrində 10 faizlik səhmə sahibdir. "Nefte Compass"in yazdığına görə, dünən BP şirkəti nümayəndələrinin Türkiyənin energetika naziri Taner Yıldızla keçirdiyi görüş zamanı "Botaş" dövlət boru şirkətinin (Türkiyə) "Şahdəniz" layihəsinə qoşulması ehtimalına dair razılaşma əldə olunub. Qeyd olunur ki, "Şahdəniz"in işlənməsi layihəsi çərçivəsində tərəfdaşların "Total"ın payını almaq üzrə prioritet hüquqlarından istifadə etməsi çətin görünür. "Total" isə səhmlərini "Botaş"a satmaq niyyətindədir. Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. (Trend) |
2014-03-02 | 10,428 | Bakıda 7 nəfər dəm qazından zəhərləndi: ölən var | Sutka ərzində Bakı şəhərində 7 nəfər dəm qazından zəhərlənib. Bayıl qəsəbəsində yaşayan 35 yaşlı Abışov Elvin, hamamda çimərkən dəm qazından zəhərlənərək həyatını itirib. Digər zəhərlənən şəxslər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Dəm qazından zəhərlənənlərin arasında 16 və 13 yaşlı azyaşlıların da olduğu bildirilir. Stansiyadan bildiriblər ki, zəhərlənlərin əksəriyyətini kişilər təşkil edir. Xatırladaq ki, bir neçə gün öncə Suraxanı rayonu Binə qəsəbə sakini Aytən Mirzəyevənin meyidi yaşadığı evdə tapılıb. Araşdırmalar zamanı qadının dəm qazından zəhərlənərək öldüyü məlum olub. (ANS) |
2014-03-02 | 10,429 | Bakıda kafe yandı | Bakıda kafelərdən birində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 70 kv.m olan kafenin mətbəxində 2 kv.m sahədə karton qutular yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-02 | 10,431 | Türkiyədə “Demokratikləşmə Paketi”i qəbul edildi | Türkiyə Böyük Millət Məclisi (TBMM) "Demokratikləşmə Paketi" adlı qanun layihəsini qəbul edib. Qanunda qeyd olunub ki, ölkədə keçiriləcək bütün seçki prosseslərində təbliğat kompaniyaları türk dili ilə yanaşı fərqli dillərdə də aparıla biləcək. Yeni qəbul edilən Paketdə, türk vətəndaşlarının fərqli dillərdə və ləhcələrdə təhsil almaları üçün məktəblərin açılacağı da qeyd olub. İnsanların təhsil almaq hüqunun məhdudlaşdırmasına, tələbələrin yatataqxanalarda məsunlaşmalarına əngəl törədən şəxsləri 2 ildən 5 ilə qədər həbs cəzasının gözlədiyi də yeni qəbul edilən "Demokratikləşmə Paketi"ndə öz əksini tapıb. Həmçinin qanunda vətəndaşların ibadət hüquqlarının əngəllənməsinin qanundan kənar olduğu vurğulanıb. Hər hansı bir şəxsin dini inancını uğun olaraq ibadət etməsinə maneə olmaq istəyənlər barəsinədə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdən tutulub. Yeni qanunlar pakentində qeyd olunub ki, dil, irq, milliyət, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanç, din və ya məzhəbinə görə fərqlənən insanlara nifrət məqsədi ilə, daşınar və daşınma əmlakın satılması, onlara müxtəlif ictimai xidmətlərin göstərilməsi, həmin şəxslərin işə götürülməsinə maneə olan şəxsləri 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. (ANS) |
2014-03-02 | 10,432 | Ukrayna ABŞ-dan yardım istədi | Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Rusiyanın Ukrayna ilə bağlı mövqeyini ABŞ dövlət katibi Con Kerri ilə bölüşüb. "Axar.az" xəbər verir ki, görüşlə bağlı Ukrayna parlamentinin mətbuat xidməti məlumat yayıb. Turçinov və Con Kerri Krımdakı durumu və Rusiyanın hücum cəhdini müzakirə ediblər. Turçinov Rusiyanın bu addımının Ukraynanın suverenliyinə qarşı təhdid olduğunu deyərək, problemin həllində ABŞ-dan yardım istəyib. Kerri isə Amerikanın hər zaman suveren dövlətlərin maraqlarına xidmət etdiyini, demokratiya və azadlığın qorunması istiqamətində səylərini əsirgəməyəcəklərini bildirib. |
2014-03-02 | 10,433 | Silahlı Qüvvələr üçün 700 min manata yaxın vəsait yığılıb | Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 700 min manata yaxın artıb. Martın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib. Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır. (Trend) |
2014-03-02 | 10,434 | Bakıda müğənni qarət olundu - Foto | Martın ilk günü tanınmış estrada müğənnisi Xatun Əliyevaya məxsus "Hyundai Jeep" markalı avtomobil gecə təxminən 22:25-22:35-də qarət olunub. Bu barədə məlumatı müğənninin meneceri Rauf Şirinoğlu verib: "Hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib. Xatun saat 22 radələrində "Çanaqqala" restoranında təşkil olunan şou-proqramda iştirak etmək üçün dövlət nömrə nişanı 90 ES 616 olan avtomobilindən enib. Mən də onunla birlikdə idim. Maşını sürücümüz Vidadi idarə etdiyi üçün o bizimlə gəlməmişdi. Biz restoranda olduğumuz vaxtda, 10-15 dəqiqə sonra qarət baş verib. Oğrular sürücünün maşını bağlayaraq ayaqyoluna getdiyi 4-5 dəqiqədən məharətlə yararlanıblar. Avtomobilin arxa oturacağının sağ şüşəsi sındırılıb və içindən Xatuna məxsus olan iki əl çantasını götürüb qaçıblar. Novruz bayramı çəkilişləri səbəbindən çalışdığım müğənni çantasında bahalı zinət əşyaları, brend aksesuarlarını çantasında gəzdirirdi. Çantaların birinin içində Xatunun şəxsiyyət vəsiqəsi, 2 min ABŞ dolları, eləcə də bahalı telefonu və bank kartları da var idi. Hadisədən xəbər tutan sürücümüz dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Biz restorandan təxminən 22:50-də çıxdıq. Və çox keçmədi ki, hadisə yerinə Nərimanov rayonunun 18-ci polis bölməsinin əməliyyat qrupu gəldi. Fotolar çəkildi, dəyən maddi ziyanın məbləği hesablandı. Qarət zamanı Xatuna minimum 15 min manat ziyan dəyib. Ümidvarıq ki, polislər oğruların tez bir zamanda tapılmasında bizə kömək edəcəklər". ("Milli.az") |
2014-03-02 | 10,435 | Pivənin pulunu kitaba xərcləmirəm - Sorğu | Aydındır ki, kitab satışı ölkədə problem olaraq qalır. Bunun obyektiv və subyektiv səbəbləri var. Yazarlarımız daima oxucu qıtlığından bəhs ediblər. Maraqlıdır, görəsən tanınmışlarımız özləri büdcələrindən kitaba pul ayırırlarmı? "Axar.az" olaraq keçirdiyimiz sorğunu oxucularımıza təqdim edirik. Dinlə AYB-nin üzvü, şair Maarif Soltan keçirdiyimiz sorğuya "Kitab almağım yadıma gəlmir, bu lap çoxadan olub", - desə də, yazıçı Zəka Vilayətoğlu bu günlərdə aldığı kitabın Vladimir Nabokovun "Lolita"sı olduğunu dedi. Azadlıq Partiyasının sədri Əhməd Oruc həm kitab almağın, həm də oxumağın tərəfdarı olduğunu dedi: "Bir ay bundan qabaq "Əli və Nino", fevralın son günü isə "Məntiq" kitabına almışam. Mən kitaba həmişə pul xərcləmişəm". Şair Həyat Şəmi isə axrıncı aldığı kitabın Selmanur Surqutun "Dinlə" kitabı olduğunu və bu kitaba 10 manat verdiyini bildirdi. "Qarabağ Dekameronu" Tanınmış jurnalist Çingiz Sultansoy da kitaba pul xərcləyənlərdəndir: "Axrıncı aldığım kitab Rasim Qaracanın 11 hekayədən ibarət "Qarabağ Dekameronu" olub. Kitabın birini müəllif özü mənə hədiyyə etmişdi, birini də özüm aldım ki, hədiyyə edim, etdim də. Bu gün ədəbiyyatımızın təbliğinə də vaxt və vəsait ayırmalıyıq". Masonluq - Dünyanı idarə edən qüvvə Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da kitab mağazalarından üz döndərmədiyini dedi: "Azərbaycan Əmək Məcəlləsini və Darya Dontsovanın, Cek Londonun, Varisin və Elxan Elatlının kitablarını alıb. Sultan Məmmədovun "Masonluq - Dünyanı idarə edən qüvvə" kitablarını aldığını dedi. Pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm Tanınmış yazar Şərif Ağayar: "Mən pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm. Pivə baha deyil, sevirəm o içkini. Yabı kimi içirəm pivəni... Quru balıq və NZS elə bil yazdığım romandır. Onun həzzini mənə verir. Amma balıq xəşəm olsun... Sizə də bir dilim uzadaram", - dedi. Jurnalist Nurəddin Heydərov sorğumuza cavab olaraq sonuncu dəfə Verner Mazerin "Adolf Hitler" kitabını aldığını bildirdi. Kağıza allergiyam var Şair Saday Şəkərli sualımızı fərqli şəkildə cavablandırdı: "Kağıza allergiyam var, gözlərimdən su axır, asqırıram, lazım olanları elektron variantda oxuyuram. Digər tərəfdən, tez-tez mənzil dəyişdiyimdən kitabxanam dəfələrlə dağılıb, bir dəfə də dünya klassiklərindən ibarət 200-dən artıq kitabımı oğurlayıblar". Şair sonuncu dəfə bir il qabaq bir gündə doqquz kitab aldığını da qeyd etdi. Kitaba pul xərcləmək çox vacibdir Şair Vüqar Əhməd Seyran Səxavətin "Yəhudi əlifbası", "Bəhanə" romanlarını ,"Yazıçılar Ensiklopediyası - Cənubi Azərbaycan ədəbiyyatı"nın 3 nüsxəsini, övladları üçün testlər və dərs vəsaitlərini pulla aldığını qeyd etdi: "Ümumiyyətlə, isə AMEA-da biz bir-birimizə öz kitablarımızı bağışlamaqla bir növ mübadilə edirik, kitabxanamızı zənginləşdiririk, amma kitaba pul xərcləmək çox vacibdir". "Əsir qadın"ı Təbrizə göndərdim Şair Fərqanə Mehdi də kitab almaqla arasının yaxşı olduğunu dedi: "Bu günlərdə "Zero" kitab evindən Cavid Zeynallinin "Leyla" romanını aldım. Bir də təbrizli dostlar məndən Meyxos Abdullahın "Əsir qadın" kitabını istəmişdilər. Bu günlərdə bir-neçəsini alıb göndərdim". |
2014-03-02 | 10,436 | Əfqanıstanda 8 talibançı öldürüldü | Əfqanıstanın Sar-i Marka və Herat bölgəsində Talibana qarşı həyata keçirilən hücum nəticəsində 8 nəfər ölüb. "Axar.az" xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb. Sar-i Marka təhlükəsizlik orqanının mətbuat rəhbəri Sahidad Haidar açıqlamasında 3 talibançının öldüyünü, 5-inin də yaralandığını bildirib. Ölkənin qərbindəki Herat vilayətinin Oba mahalında da əməliyyat zamanı 5 talibançı öldürülüb. Taliban hər iki hücumla bağlı hər hansı bir məlumat verməyib. |
2014-03-02 | 10,437 | Bu gün əfsanəvi qəhrəmanın doğum günüdür | Bu gün Qarabağ döyüşlərində şəhid olmuş Milli Qəhrəman Məzahir İzzət oğlu Rüstəmovun doğum günüdür. "Axar.az"ın məlumatına görə, Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Məzahir 90-cı illərdə baş vermiş Qarabağ müharibəsinə yollanıb. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilib. Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər. Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu. Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi. Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi. |
2014-03-02 | 10,438 | Holdinq sahibindən etiraf: “Fətullah Gülənlə görüşdüm” | Türkiyənin məşhur "Koç Holdinq" şirkətininin rəhbəri Mustafa Koçun etirafları ölkə gündəmini zəbt edib. Türkiyənin nüfuzlu iş adamı Fətullah Gülənlə görüşdüyünü etiraf edib: "Fətullah Gülənlər görüşüm heç kəsi maraqlandırmasın. Türkiyə iqtisadiyyatının 10 faizini əlində cəmləşdirən bir Holdinqin rəhbəriyəm. Kim olursa olsun, ölkəmizdə mühüm mövqe tutan bütün şəxslərə görüşə bilərəm. Bu heç kəsi maraqlandırmasın. Bu məqsədlə də Fətullah Gülənlə görüşdüm. Son dəfə onunla mart ayında ABŞ-da görüşdüm". Mustafa Koç ona ananas göndərildiyini barəsində də məlumat verib: "Mənə ananas göndərildi, dadı da gözəl idi. Mənə Türkiyənin müxtəlif bölgələrindən, həmin yerlərə məxsus bir çox şeylər göndərilir. İnsanlar qatığından tutmuş, halvasına qədər mənə göndərirlər. Mənə ananas göndərdilər. Dedilər ki, o ananas deyil, şifrədir. Mən də zəng edib ananas göndərənə təşəkkür etdim. Bildiyimiz ananaslardan idi". Daha sonra Mustafa Koç təsbeh kolleksiyası yığdığını etiraf edib: "Mənim yaxınımdakılar təsbeh yığdığımı bilirlər. Hədiyyə məqsədi ilə göndərilən təsbehə başqa bir don geyindirlməsini başa düşə bilmirəm". (ANS) |
2014-03-02 | 10,439 | Krım tatarlarının lideri xalqına səsləndi | "Bu gün Krımda tatarlara qarşı provokasiya ola bilər". "Axar.az" xəbər verir ki, bu sözləri Krım Tatat Məclisinin rəhbəri Refat Çubarov öz Feysbuk səhifəsində yazıb. O, Krım tatarlarından istənilən provakasiyaya qarşı ehtiyatlı olmağa çağırıb. "Diqqət! Bu gün onların vasitəsiylə Krımda tatarlara qarşı provakasiya ola bilər. Diqqətli olun!" Qeyd edək ki, bir az öncə Ukrayna mətbuatı Rusiyadan yerli ruslara yardım etmək üçün kazakların göndərildiyini yazmışdı. |
2014-03-02 | 10,440 | Ukraynanın ən böyük savaş gəmisi ələ keçirildi | Ukrayna Hərbi Donanmasının ən böyük gəmisi rusların əlinə keçdi. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat "Qetman Saqaydaçnıy" adlanan gəmidə artıq rus bayrağının dalğalandığını bildirib. Təlimdən qayıdan gəmi rəhbərliyi Ukraynada Yanukoviçin hakimiyyətdən getməsindən sonra bu addımı atıb. Gəmi rəhbərliyi həmçinin yalnız eks-prezidentin əmrlərini yerinə yetirəcəklərini deyib. Qeyd edək ki, Ukraynanın eks-prezidenti hazırda Rusiyadadır. O keçirdiyi mətbuat konfransında ölkəsi uğrunda mübarizəsini davam etdirəcəyini açıqlamışdı. |
2014-03-02 | 10,441 | Rusiya Krım tatarlarına rüşvət təklif etdi - Şok | "Rusiya Krım tatarlarına Ukraynanın 22 il ərzində verdiyindən daha çox ödəməyə hazırdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım Muxtariyyatının baş nazirinin müavini Rüstəm Temirqalıyev çıxış edib. O, Krım rəhbərliyinin tatarlara ən vacib məmur postların da yer verməyə hazır olduqlarını bildirib. "Biz qərara almışıq ki, Krım tatarlarına baş nazirin müavini, iki nazir və yeddi ən vacib nazirlikdə müavin vəzifələrini verək. Ümidvaram Məclis bunu qəbul edəcək. Ukrayna tatarlara 22 il ərzində 1 milyard qriven ayırıb. Bu çox aşağıdır. Rusiya Krım tatarlarına Ukraynanın 22 il ərzində verdiyindən daha çox ödəməyə hazırdır. Həmçinin biz yaxın zamanlarda baş nazir Aksyonovla Refat Çubarovun görüşünü gözləyirik. Ümid edirəm ki, Refat Çubarov ağıllı hərəkət edəcək". Qeyd edək ki, Krım tatarları hələ də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. |
2014-03-02 | 10,442 | Ukrayna Avropa İttifaqına üz tutdu | Ukrayna Avropa İttifaqına assosiativ üzvlüklə bağlı danışıqlara hazırlığa başlayıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukraynanın İqtisadiyyat naziri Pavel Şeremetova çıxış edib. O, danışıqların bu yaxınlarda başlayacağını bəyan edib. Qeyd edək ki, keçən ilin noyabrında Ukrayna iqtisadiyyatının vəziyyətinin tələblərə cavab verməməsi ucbatından assosiativ sazişi paraflaşdırmaqdan imtina etmişdi. Dekabr ayında isə Putin Yanukoviçin bu addımına görə, Ukraynaya 15 milyard dollar kredit ayırmışdı. |
2014-03-02 | 10,443 | Natiq Əliyev Londona gedir | Azərbaycanın energetika naziri ikinci Xəzər dəhlizi konfransında iştirak edəcək. Bu barədə "Axar.az"a Azərbaycan Respublikasının Energetika Nazirliyindən məlumat veriblər. Konfransın London Fond Birjasının baş ofisində keçirilməsi və Azərbaycanın energetika naziri Natiq Əliyev tədbirdə çıxış etməsi nəzərdə tutulub. Konfransda həmçinin regionun iqtisadi inkişaf perspektivləri müzakirə ediləcək. Konfransda N.Əliyevin, Qazaxıstanın neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın energetika naziri Murat Artykovun, Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması, daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcək. İkinci Xəzər dəhlizi konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Həmçinin, Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihlərinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib. Tədbirin təşkilatçıları London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın "Asia House" təşkilatıdır. Konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes və elmi dairələr, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək. |
2014-03-02 | 10,445 | Sevastopol Krımın tərkibinə xüsusi statusla girəcək - Şok | Sevastopol Krımın tərkibinə xüsusi statusla daxil ola bilər. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım Muxtariyyatının Parlamentinin sədri Vladimir Konstantinov çıxış edib. O, Krıma belə bir təklif gəlsə müsbət cavab veriləcəyini bildirib. "Əgər Sevastopol şəhər rəhbərliyi xüsusi statusla bizə müraciət etsə biz iki əllə bəli cavabını verəcəyik. Onlar bizim dost və qardaşlarımızdır". Qeyd edək ki, bir az əvvəl Sevastopol şəhər rəhbərliyi 30 martda Krımda keçiriləcək referendumda iştirak edəcəyini açıqlamışdı. |
2014-03-02 | 10,446 | ABŞ-dan müharibə bəyanatı: "Rusiyanı ağır aqibət gözləyir" | "Ukrayna ərazisinin işğal olunacağı təqdirdə Rusiyanı ağır nəticələr gözləyir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib. O, ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və ona dəstək verdiyini bildirib. "Bu hərəkətlər Ukrayna və bütün regionda sülh və təhlükəsizlik üçün böyük təhlükədir. Mən dünən Ukrayna Prezidenti cənab Turçinovla danışdım və hər zaman onun yanında olduğumuzu bildirdim. Prezident Obamanın dediyi kimi biz rus qoşunlarının öz bazalarına geri dönməsinə, beynəlxalq vasitəçilərin yardımı ilə məsələnin həll edilməsini istəyirik. Biz ən birinci gündən Rusiyanın yerli rusları qorumaq üçün fəaliyyətinə hörmət edirik, amma bu Ukraynanın ərazi bütövlüyü və birbaşa yeni hakimiyyətin vasitəçiliyi ilə olmalıdır. Əgər onlar gərginliyin azaldılması üçün addımlar atmasa bu, Amerika- Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq statusuna böyük zərbə olacaq". Qeyd edək ki, dünən ABŞ Prezidenti Barak Obama ilə Vladimir Putin arasında danışıqlar olmuşdu. Müzakirələr zamanı zamanı Obama Rusiyanın etnik rusları müdafiə etməyinə hörmətlə yanaşdığını, amma bunun Ukraynanın ərazi bütövlüyünə xələl gətirmədən edilməsini istəmişdi. |
2014-03-02 | 10,447 | Krım hakimiyyəti tatarların ürəyini qazanmağa çalışır | "Biz Krım tatarlarına yeni konstitusiyada indiyə qədər görülməmiş hüquqlar verəcəyik". "Axar.az xəbər verir ki, bu açıqlama ilə Krım Muxtariyyatının Parlamentinin sədri Vladimir Konstantinov çıxış edib. O, Krım tatarları ilə eyni dərdi bölüşdüklərini bildirib. "Biz yeni konstitusiyada Krım tatarlarına indiyə qədər görülməmiş haqları verəcəyik. Biz onları çox yaxşı başa düşürük. Bizdə Ukraynada uzun müddət etnik azlıq kimi tanınmışıq. Biz onların bütün problemlərini həll etməyə çalışacağıq. Türkiyəyə gəlincə isə onlara qarşı münasibətimiz çox yaxşıdır. Əgər birgə əməkdaşlıq haqqında hansısa təklifləri olsa müzakirə etməyə hər zaman hazırıq". Qeyd edək ki, bir az öncə Krım tatarlarına yerli hakimiyyətdə müxtəlif vəzifələr də vəd edilmişdi. |
2014-03-02 | 10,448 | Sarkozi nişanlandı | Məşhur amerikalı aktrisa Mari Keyt Oliver Sarkozi ilə nişanlanıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı ABŞ mətbuatı yayıb. Təxminən ildir bir yerdə olan cütlük hazırda Nyu Yorkdakı 6 milyon dollar dəyərində olan malikanələrində yaşayırlar. Məlumata görə cütlük evləndikdən sonra da həmin malikanədə yaşamağı düşünür. Fransada məşhur banklardan birinin sahibi olan Oliver Sarkozinin hazırda 44, nişanlısının isə 27 yaşı var. O. Sarkozi həm də Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ögey qardaşıdır. Baş tutacaq bu toy bankirin ikinci, aktrisanın isə ilk evliliyi olacaq. Bundan öncə Şarlotta Bernard ilə ailəli olan Sarkozinin bu evlilikdən 10 və 12 yaşlı iki övladı var. |
2014-03-02 | 10,449 | Sabah Bakıda 13 dərəcə isti olacaq | Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcək. Azərbaycanın rayonlarında martın 3-də hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.(Trend) |
2014-03-02 | 10,450 | Hərbi təyyarələrin Ukrayna səmasına girməsi qadağan olundu | Ukrayna səmasını hərbi təyyarələrin üzünə bağladı. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Radasının spikeri Aleksandr Turçinov çıxış edib. O, hazırda Ukrayna hakimiyyətinə bütün vasitələrlə mane olunmağa çalışıldığını deyib. "Opponentlərimiz Ukrayna iqtisadiyyatına zərbə vuraraq ölkədə sosial xaos yaratmağa çalışırlar. Onlar bunun üçün informasiya dalğasından istifadə edirlər. Biz hərbi təyyarələr üçün səmamızı bağlamışıq, amma sərnişin təyyarələri ölkəmizin istənilən aeroportuna rahat eniş edə bilərlər". |
2014-03-02 | 10,451 | Əsgərin snayperlə öldürülmə anı - Video | "Axar.az" Suriya müxaliflərinin saytlarına istinadən xəbər verir ki, Suriyada Əsəd rejiminə qarşı vuruşan müqvimət hərəkatının snayperçiləri hökumət əsgərlərini hədəf almağa davam edir. Suriyada müqavimət qruplarından biri Əsəd rejimi əsgərinin snayperlə vurulma anının video görüntüsünü yayıb. Videoda əsgərin vurulma anı anbaan əks olunub, əsgər güllənin zərbəsiylə yerlə yıxılır və daha sonra sürünərək divarın arxasına keçir. Videonu təqdim edirik: |
2014-03-02 | 10,452 | Beş türk partiyası kürd şəhəri üçün ittifaq yaratdı | Türkiyənin Bitlis bölgəsində 30 martda keçiriləcək yerli seçkilər öncəsi DP, CHP, MHP, BBP və DSP partiyaları birləşmə qərarı alıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayıb. CHP Bitlis Bələdiyyə başqan namizədi Kamal Uçar son dövrlərdə şəhərdəki siyasi partiya nümayəndəriylə bir araya gəldiklərini bildirərək, keçirdikləri görüşlərdən sonra birləşmə qərarıyla seçki günü Bitlisdən gözəl nəticələr alacaqlarını deyib. DP bölgə başqanı Ziya Yoldaş da keçirdikləri görüşlər nəticəsində Bitlisdə 30 mart yerli seçkilər öncəsi birləşmə qərarı aldıqları məsələsinə toxunaraq Bitlis xalqının tələbi ilə bu qərara gəldiklərini dilə gətirib. MHP Bitlis Bələdiyyə başqan namizədi Çingiz Ekin isə bu qərarın Bitlisin gələcəyinə xidmət edəcəyini qeyd edib. BBP bölgə başqanı Zeydin Dayan da Bitlisə sevdalı və xidmət aşiqi olduqlarına toxunaraq ən yaxşı namizədi təyin edib Bitlis üçün canla-başla işləyəcəklərini bildirib. |
2014-03-02 | 10,453 | Ruslar Ukrayna hərbiçilərini tərksilah edə bilmədi - Video | Sevastopoldakı Ukrayna hərbçiləri ruslara silahlarını təhvil verməyiblər. "Axar.az" xəbər verir ki, bununla bağlı video Feysbuk sosial şəbəkəsində yerləşdirilib. Ruslar hərbi hissənin ərazisinə daxil olsalar da buradan silahları apara bilməyiblər. Ruslar hərbi yük maşınına topladıqları silah-sursatı çıxartmaq istəyəndə Ukrayna hərbçiləri BTR-80 zirehli transportyorla onların qarşısını kəsiblər. Daha sonra rus hərbçilərinin havaya iki dəfə atəş açmaqlarına baxmayaraq, silahları hərbi hissədən çıxara bilməyiblər. Videonu təqim edirik: |
2014-03-02 | 10,454 | Ukraynanın iki hərbi hissəsi ruslara təslim oldu - Video | Ukraynanın iki hərbi birləşməsi Rusiya hərbçilərinə təslim olub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatına Sudak şəhərindəki hərbiçilər verib. Təslim olanların zenit raket və radiotexnika hərbi hissələri olduğu bildirilib. Onların bütün silahlarının artıq rus hərbiçilərinin əlində olduğu deyilib. Başqa bir məlumata əsasən isə Feodisiya və Sudakın dəniz piyadaları təslim olmaqdan imtina ediblər. Onlar artıq rus hərbçiləri ilə baş verə biləcək döyüşə hazırlaşdıqlarını vurğulayıblar. Döyüşlərə aktiv şəkildə Krım tatarları və ehtiyatda olan zabitlərin də hazırlaşdığı söylənilib. Qeyd edək ki, Perevalno kəndində yerləşən Ukrayna ordusuna aid 39-cı alaya Rusiya xüsusi təyinatlıları tərəfindən yarım saat sonra (təxminən saat 19:00 - red.) hücum olunması nəzərdə tutulub. Hərbi hissədən verilən məlumata görə, alayın komandiri son ana qədər döyüşmək haqqında əmr verib. |
2014-03-02 | 10,455 | Azərbaycanlının maşınına bomba yerləşdirildi - Foto | Bazar günü Gürcüstanın Marneuli rayonunda bomba həyəcanı yaşanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Marneuli şəhərinin mərkəzi meydanında rayon Ədliyyə Evinin və "SOCAR Gerorgia" şirkətinə məxsus benzindoldurma məntəqəsinin yaxınlığında SSM 112 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobilə bomba yerləşdirilib. Avtomobilin sahibi Hüseyn Hüseynov maşında bomba olduğunu bilən kimi patrul xidməti əməkdaşını məlumatlandırıb. Dərhal hadisə yerinin yaxınlığında olanlar təxliyə edilib, əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib. Rayon mərkəzində yollar bağlanıb. Bir müddət sonra partlayıcı qurğu zərərsizləşdirilib. Avtomobilin sahibi, Marneuli şəhər sakini Hüseyn Hüseynov deyib ki, o, rayonun Rustaveli küçəsində maşınını saxlayaraq, dərman almaq üçün yol kənarındakı aptekə girib. Çıxanda isə tanımadığı şəxslərin maşınının siqnalizasiya yerinə yaxın partlayıcı qurğu yerləşdirdiklərini bilib və polis patrul xidmətinə xəbər verib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. |
2014-03-02 | 10,456 | Baramidze: "Ukrayna üçün gürcü batalyonu təşkil ediləcək" | "Lazım gəlsə, Ukrayna üçün gürcü batalyonu təşkil ediləcək". "Axar.az" xəbər verir ki, bu sözləri Gürcüstanın eks-baş naziri Georgi Baramidze deyib. O, Ukraynanın əlindən azadlığının alınmasına gürcü xalqının imkan verməyəcəyini bildirib. "Gürcü xalqı Ukraynanın əlindən azadlığının alınmasına imkan verməyəcək. Lazım gəlsə, Ukrayna üçün gürcü batalyonu təşkil ediləcək. Qoy bu vəba - Putin rejimi heç bir zaman Rusiya ilə dostluq etməyə çalışan ölkələrin azadlığına təhlükə olmasın. Putin xalqını aldadaraq öz siyasətini onun üzərində qurmağa çalışır". |
2014-03-02 | 10,457 | "Əfqanlar" Ukraynaya dəstək verməyə gəldilər | Krım beynəlmilləçilərinin dəvətiylə Rusiyanın keçmiş əfqan döyüşçüləri Ukraynaya gəliblər. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Məlumata əsasən Krıma gələn "əfqanlar"ın sayının 1500 nəfər olduğu bildirilib. Onların yerli ukraynalı beynəlmilləlçi döyüşçülərə mənəvi dəstək göstərmək niyyətində olduqları qeyd edilib. Onların bölgədə yaranmış vəziyyəti də müzakirə etmək niyyətində olduğu deyilib. |
2014-03-02 | 10,458 | Bir qadın uğur gətirər, uğur isə qadınları - Dahilər | Bütün yaradıcı insanları dahi edən, onlara ilham verən ecazkar və ovsunlayıcı qadınlardır. Onları özlərinə cəlb etmək isə dahilər üçün bir o qədər də çətin olmur. Yazılar, əsərlər, bəstələr kifayətdir. Bu ilham pəriləri onların növbəti əsərlərin qəhrəmanı olsa da, bəzən elə ölümləri də onların əlindən olur. ... arvadınız yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsınız Qadın sarıdan bəxti gətirməyən dahilərdən biri qədim yunan filosofu Sokrat olub. Deyilənə görə, Sokrat ömrünün axırınacan bir qadınla yaşayıb. Rəvayətə görə, bir dəfə yaxın dostu ilə evlərinə gələn Sokrat arvadının həmişəki kimi deyindiyini görüb, sakitcə keçib əyləşir. Həyat yoldaşı isə Sokratın dostuna məhəl vermədən tənbehinə davam edir. Sokratın hələ də susduğunu görən qadın hirsindən əlindəki bardağın suyunu Sokratın başına tökür. Sokratın son dərəcə soyuqqanlığını görən dostu "niyə arvadının cavabını vermədin?" - deyir. Sokrat isə "göy guruldayandan sonra, həmişə yağış yağır", - cavabını verir. Elə bu səsbəbdən də sonradan məşhur olan "Evlənməkdə qorxulu heç nə yoxdur. Sadəcə, əgər arvadınız yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsınız" aforizm yaranıb. Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi Tanınmışlar arasında unudulmaz eşq yaşayan şəxsiyyətlər də olub. Onlardan biri avstriyalı nevroloq Psixoanaliz təliminin banisi Sigizmund Freyddir (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur). Onun ilk sevgisi qonşuluqdakı qıza olur. Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. O, ailə qurmaq üçün lazımi maddi durumu olmadığından istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Freyd Martanı o qədər sevir ki, ona qovuşmaq üçün etməyəcəyi bir şey olmur. Freyd sevdiyi qədər də qısqanc idi. O, Martadan bütün sevgisini tam tələb edirdi. Nişanlısına məktubunda "Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiniz. Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz. Mənim xasiyyətimdə tiranlıq hiss olunur", - yazırdı. Martaya yazdığı məktubların sayı 1500-ü keçmişdi. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Hətta Freyd sevimli Martasına qovuşana qədər bakir olub. O, 30 yaşına kimi gözləyir və zifaf gecəsinə kimi bakir yaşayır. Bəziləri onun cinsi azlıqların nümayəndəsi hesab etsə də, seksual pozuntular üzrə mütəxəssisin "seksual azğınlığından" söhbət belə gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Lakin bu böyük sevgi hekayəsi tezliklə məhv olur. "Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərinin təravətini itirir və paslı qıfıla çevrilirlər", - deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başlayır. Bütün günü işləyən Ziqmund sevimli Martasının balaca bacısı Minna ilə görüşməyə də vaxt tapırdı. "Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq", - deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Baldızını arvadı Marta qədər sevməsə də, günün boş vaxtlarını ona sərf edirdi. Lakin onu daha tez unudur və ondan soyuduğundan qadın Freydi tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir. Hətta Amerikaya məruzə oxumağa getdiyi dövrdə dostlarından birinə amerikan fahişlərindən şikayət edir. Dostu ona bunu təbii yolla həll etməyi məsləhət görəndə "Sən nə danışırsan? Mən axı evliyəm", - cavabını verir. Freydə görə, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Bu səbəbdən də o, intim hisslərdən qaçaraq psixologiya ilə məşğul olur. "Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdir" sözünü isə Freyd məhz ömrünün sonuna qədər özünə aid edir. Bir vaxt sevib hörmət bəslədiyim qadını atsam… Bəzi dahilər isə qadın tərəfdən bəxti gətirib-gətirmədiyini bəlkə heç özü də ömrünün axırına kimi bilməyib. Əgər bir dahinin ən gözəl əsərləri sevdiyi qadinla bərabər olduğu illərə təsadüf edir və elə ölümü də o qadının əlindən olursa, bunu necə izah etmək olar? Cavabı təkcə biz deyil milliyyətcə polyak olan dahi fransiz pianoçu və bəstəkarı Şopen özü də tapa bilmirdi. O, yaradıcılığının ən gözəl əsərlərini Fransa ədəbiyyatının kişi üzlü qadın yazıçısı Jorj Sandla (Avrora Düdevan) münasibətləri dövründə yazıb. Lakin nə bilərdi ki, onu yaradıcılığın pik nöqtəsinə çatdıran və onu bu zirvədən aşağı atan da elə bu qadın olacaq. Əslində, ilk vaxtlar Şopen Jorj Sandı heç də bəyənməmiş və üstəlik valideynlərinə məktubunda "Mən Jorj Sand təxəllüsü ilə yazan məşhur yazıçı qadınla tanış oldum. Onu heç bəyənmədim. Üzündə elə bir ifadə var ki, məni özündən çiyrindirir", - yazmışdı. Lakin bir gün yorğunluqdan həmişəki kimi pianoya sarılıb improvizə edən Şopen başını bənövşə ətrinin qoxusuna qaldırır və onu "özündən çiyrindirən", daxilini görməkçün qara gözlərini bəstəkara zilləyən sadə geyimli Jorj Sandı görür. Elə bu görüş və bu baxışlar Şopenin həyat və yaradıcılığının 10 ilinin ən pik dövrü olur. O ən gözəl, xüsusilə də məhəbbətdən bəhs edən əsərlərini Sandlı illərində bəstələyir ("Təhminə" filmində səslənən prelüdü yada salın). Lakin ömrünün, yaradıcılığının və Şopen üçün ən vacib olan ehtirasının yüksək nöqtəsində bəstəkar vərəmdən yatağa düşür. İndi ona ən laızm olan insan Sand olsa da, artıq o, yox idi. Şopeni elə yatağa düşdüyü gün "zəif və kobud" kimi qiymətləndirib tərk etmişdi. Ürəyinin dərinliyinə kimi inciyən bəstəkar "Mən indi bir vaxt sevib hörmət bəslədiyim qadını atsam, onun romanını tarixə, özünü isə ümumi nifrət üçün səbəbə çevirə bilərəm", - deyə yazırdı. Ayrılıqdan bir il sonra Şopen sağalır və bir gün Jorj Sandla qarşılaşırlar. Sand onun yaxşı olduğunu görüb bəstəkara verdiyi bütün ağrı-acıları yada salaraq münasibətlərin yenidən qurulması üçün birinci əl uzadır. Lakin Şopen geri çəkilir, bir kəlmə də danışmadan oranı tərk edir. Bir neçə ildən sonra Şopen vəfat edir. Köhnə sevgilisi isə onun dəfninə heç bir gül dəstəsi də göndərmir. Və onu bu qədər sevən yazıçı sevgilisindən düz 27 il sonra vəfat edir. Özümü Xoqartların qurbanı kimi hiss edirəm İngilis cəmiyyətinin mətbuata marağını artıran və qəzetlərin tirajlarını yazıları ilə çoxaldan reportyor, əvvəllər qəzetçiliklə, sonradan isə yazıçılıqla məşhurlaşan Çarlz Dikkens isə ömrü boyu arzuladığı qadına sahib ola bilməyib. Onun üçün Merinin yeri həmişə boş qalıb. Ketrin adlı bir qadını sevən Çarlz ondan "hə" cavbını almaq üçün o qədər də əziyyət çəkməyib. Qara saçlı, mavi gözlü Ketrin Xoqart Dikkensin dostunun qızı idi və onun həyat yoldaşı təsəvvürünə tam uyğun gəlirdi. Lakin İngiltərədə normal qəbul edilən, ərə getmiş qadının subay bacısının (Merinin) onların evində yaşadığı vaxta qədər. Çarlz baldızı Meriyə vurulmuşdu. Qadın da ona qarşı laqeyd deyildi. Lakin onlar bunu dostluqdan başqa bir şey adlandırmırdılar. Ketrin evin qayğılarını çəkərkən teatra Meri və Çarlz gedirdi. Bir gün onlar evə qayıdarkən Meri gözlənilmədən yerə yıxılır və Çarlz onu qucağına alaraq möhkəm sıxır, onu son nəfəsinə qədər buraxmır və son sözlərini də elə Çarlza deyir. Dikkens onun ölümündən sonra Merinin üzüyünü çıxarıb çeçələ barmağına taxır və ömrünün sonuna qədər o üzükdən ayrılmır. Çarlz Dikkensin 10 övladının anası Ketrindən və son ehtirası 18 yaşlı Ellenindən sonra başqa məhəbbəti olmur. Hətta digər baldızı Corciana da ona dəli kimi vurulmasına baxmayaraq, Çarlz ona yaxınlıq vermir. Evdəki vəziyyəti son dərəcə kəskinləşən yazıçı arvadının ailəsi Xoqartlar tərəfindən ittiham olunur. Hələ üstəlik onun Corcia ilə də münasibətlərinin olduğunu deyirlər. Çünki Ketrin uşaqlarla birlikdə evi tərk edəndə bacısı Corcia onunla getmək əvəzinə Çarlzla qalır. Vəziyyətin pis olduğunu görən yazıçı təqsirkar olmadığını sübut etmək üçün Corcianı həkimə göstərib onun hələ də bakirə olması haqda arayış alır. Vəziyyət nisbətən düzəldikdən sonra Dikkens özünü Xoqartların qurbanı kimi hiss edir. Ruhi rahatlıq tapmaq üçün o, şəxsi həyatını "Ailə qiraəti" adlı məktub şəklində dərc etdirir. İndi bütün İngiltərə onun evinin içindən xəbər tutmuşdu. O, həyat yoldaşı Ketrini laqeyd ana, yararsız arvad elan edəndən sonra öz hörmətinin və oxucularının böyük bir hissəsini itirir. Elə bu qadınlar – həyat yoldaşı Ketrin və baldızı Corciana ilə olan problemlərin nədəniylə qəzetlər Çarlz Dikkensin əsərlərini çap etməkdən imtina edirlər. Lakin o, qollarında son nəfəsini verən və ömrünün sonuna qədər barmağından üzüyünü çıxarmadığı kiçik baldızı Merini isə unuda bilmir. Dikkens ömrünün sonuna qədər özü də etiraf edir ki, həyatında olan heç kəs Meridən sonra əmələ gələn boşluğu doldura bilməyib. Sən ki, Dostoyevski deyilsən Dahi rus yazıçısı, ədəbiyyata "Master və Marqarita" əsəri ilə damğa vurub geniş oxucu kütləsi qazanan Mixail Bulqakov qadın sarıdan bol olsa da, heç də onların sevgisinə laiq olmayıb. Lyubov Belozorskaya özünü Bulqakovun dul qadını sayıb, baxmayaraq ki, yazıçı bu qadınla qeyri-rəsmi şəkildə yaşayıb. Ən etibarlı və sadiq qadın, birinci həyat yoldaşı Tatyana Lappa isə uzun müddət kölgədə qalıb. Bulqakov sevdiyi ilk və yeganə qadın Tatyana ilə ailə qurur. Tezliklə qadın ondan hamilə qalır. Lakin Bulqakov əvvəllər həkimliklə məşğul olduğundan müalicə etdiyi adamların xəstəliyinə özü də yoluxurdu və möhkəm ağrılar yaşadığından dəfələrlə yüksək dozalı morfi də qəbul etmişdi. Müəyyən müddət onun istifadəçisinə də çevrilmişdi. Yoldaşının hamilə olduğunu bilən Mixail "mən həkiməm, morfinistlərin uşaqlarının necə olduğunu çox yaxşı bilirəm", - deyib, Tatyananı heç həkimə də aparmadan təcrübəsi olmasa belə, əməliyyatı özü edib uşağı saldırır. Bundan sonra həkimliklə vidalaşan Bulqakov yazıçılıq etməyə başlayır. Ona bu yolda da həmişə olduğu kimi qadını Tatyana köməklik edir. Savadsız və ədəbiyyatdan anlayışı olmayan xanım olmasına baxmayaraq, Bulqakovun yüksəlişində heç də az əməyi olmayıb. Bulqakov gecələr "Ağ qvardiya"nı yazarkən Tatyana da yatmayıb, onun yanında oturub vaxtaşırı Bulqakovun donmuş əllərini qızdırmaq üçün isti su isidirdi. Lakin Bulqakov tanındıqdan sonra onu bu zirvəyə qaldıran qadını tanımaz olur. O, məşhurlaşır və artıq Tatyana yazıçı arvadı olmağa yaramırdı. Bulqakov çox keçmir ki, onunla vidalaşıb və ədəbiyyatla maraqlanan Lyubov Belozorskaya ilə münasibət qurur. "Ağ qvardiya" çap olunandan sonra isə Tatyana Bulqakova nifrət edir və ondan birdəfəlik ayrılıb gedir. Çünki əsər Lyubaya ithaf edilmişdi. Halbuki o əsər yazılarkən onun əllərini isti suda qızdıran Tatyana olmuşdu. Tatyananın Bulqakova elə son sözü də bu olur: "Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım". Bu sözlərdən sonra onlar bir daha görüşmürlər. Yazıçı artıq Lyuba ilə münasibət qurmuş və tezliklə Tatyananı unutmuşdu. Lakin Lyuba da onun düşündüyü kimi bir qadın deyildi. O yazı yazarkən ona mane olmamağı hər dəfə Lyubadan xahiş etsə də, "Sən ki, Dostoyevski deyilsən", - cavabını alardı. Bundan sonra yolları ayrılan Bulqakov və Lyubov bir daha görüşmürlər. Lakin yazıçı ömrünün axırına kimi Tatyananı görməyi arzulayır, ağır illəri birgə keçirib onu dahiliyin zirvəsinə qaldırandan sonra tərk etdiyi bu qadından, bəlkə də ömrünün qadınından əfv diləmək istəyirdi. Lakin o Tatyananın ürəyini elə qırmamışdı ki, sonradan da bağışlansın. Vaxt keçir və Bulqakov onu gözləyərək vəfat edir. Lakin qəbrinə gələn qadın da elə qədrini bilməyib tərk etdiyi Tatyana olur. |
2014-03-02 | 10,459 | Masıllıda avtomobil yandı | Masallı rayonu, Musakücə kəndində vətəndaşa məxsus "Mitsubişi" markalı minik avtomobili yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb, yaxınlıqdakı avtomobillər yanğından müfafizə olunub. |
2014-03-02 | 10,460 | Saakaşvili ABŞ-dan birbaş Maydana gəldi və… - Video | Bu gün Amerikadan Kiyevə dönən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydanda çıxış edib. "Axar.az"ın məlumatına görə, o, Rusiya hərbi hissələrinin Krıma girməsini Vladimir Putinin aqoniyası kimi səciyyələndirib. O bildirib ki, Ukrayna artıq birinci müharibədən qalıb çıxıb və Yanukoviç rejimini devrib: "Putin Ukrayna cəmiyyətini parçalamaq üçün əlindən gələn hər bir şeyi etdi, ancaq o, istəyinə nail olmadı. Siz işıqlı xalqsınız. O, sizi özünün imperiyasına təhlükə sayır. Putin sizin evlərə soxuldu, bu, onun aqoniyasıdır. Bu, həm də onun sonuncu şansıdır ki, istəyinə çatsın. Ancaq onun arzuları elə qəhrəman şəhər Kiyevin qapıları önündə puç olacaq. Mən bu dəqiqə hava limanından bura gəlmişəm, bildirim ki, bütün sivil dünya sizi dəstəkləyir. Rica edirəm, istəyinizdən geri çəkilməyin!" |
2014-03-02 | 10,461 | Şəmkirdə köməkçi tikili yandı | Şəmkir rayonunda köməkçi tikilidə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Muxtariyyat kəndində vətəndaşa məxsus istixananın ərazisində yerləşən ümumi sahəsi 25 kv.m olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın saat 19:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-02 | 10,462 | Qənirə Paşayevanın səsi Brüsseldən gəldi | Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyilə "Qafqazda və bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans keçirilib. Konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız - Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresidir. Konfransda çıxış edən səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan–Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib. Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dinləyicilərə geniş məlumatlar verib: "Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olmalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi". Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini pozaraq Azərbaycan torpaqlarını işğal edib. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili, "İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı, 100 mindən çox insan sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət törədib", - deyə qeyd edib. Millət vəkili Qənirə Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq deyib. Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, qatillərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib. O bildirib ki, "22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni "ziyalıları" özləri etiraf edirlər. Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmamalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir". Tədbirdə belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəsis Mixael Lvor, Dr. Vəfa Qurban (Dokuz Eylül Üniversitesi) də geniş çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin işğalçılıq siyasətinin tarixi kökləri və bölgədə yaşatdığı acılar, qondarma erməni soyqırımı iddiaları və ona qarşı mübarizə yolları və s. mövzularda danışmışlar. Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb. ("Publika.az") |
2014-03-02 | 10,463 | Fətullah Gülən məktəblərini Ərdoğana verməyə hazırdır | Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin məktəblərini təslim etməyə hazır olduğunu deyib. "Axar.az" xəbər verir ki, seçim görüşlərindən birində xalqın qarşısına çıxan Ərdoğan Fətullah Gülənə önəmli mesajlar verib. Belə ki, Ərdoğan Fətullah Gülənin ona xəbər göndərdiyini deyərək, "Əgər mən istəsəm Gülən bütün məktəblərini bizə verməyə hazırdır", - deyib Ərdoğan isə Gülənə cavabında bildirib: "Sənin məktəblərin, sənin olsun. Bizə dövlətin məktəbləri kifayətdir". |
2014-03-02 | 10,464 | Bakıda dəhşətli qəza: gənc yolda can verdi | Bir qədər əvvəl Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat qəzası olub. Zabrat yolunda VAZ-2107 markalı avtomobil gənc oğlanı vurub. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin təcili yardım gələndə artıq gec idi: gənc aldığı zərbədən keçinmişdi. Şahidlərin dediklərinə görə, zərbə gənci avtomobildən bir neçə metr kənara atıb. Gənci maşın vurarkən onun mobil telefonuna atası zəng edibmiş. Şahidlər faciə barədə gəncin atasına məlumat vermək istəsələr də, buna nail olmayıblar. VAZ-2107 aldığı zərbədən tanınmaz hala düşüb. Qəzada həlak olmuş gəncin qollarında və ayaqlarında ağır sınıqlar olduğu vurğulanır. ("Milli.az") |
2014-03-02 | 10,465 | ABŞ səfiri Göygöldə açılışda | ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılıb. ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində Göygöl laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləmişdir. DTRA Qax, Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini maliyyələşdirib. Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləmişdir. Bu vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının tikintisi, gəmilərin təmiri, habelə Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilib. Bu fəaliyyətlər ABŞ hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün Azərbaycanlı tərəfdaşlarla birgə işinin bir hissəsidir. "İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və təhlükəsizliyini təmin etmək baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir", deyə səfir Morninqstar bildirib. DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu investisiyanın bir hissəsidir. (Trend) |
2014-03-02 | 10,466 | Türkiyə və Rusiya Ukraynanı müzakirə etdi | Türkiyə və Rusiyanın Xarici işlər nazirinin müşavirləri Ukraynada baş verən hadisələri müzakirə ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Cihan xəbər agentliyi məlumat yayıb. Türkiyə Xarici işlər nazirinin müşaviri Firidun Sinirlioğlu rusiyalı həmkarı Qriqori Karan son günlər Ukraynada ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Sinirlioğlu Xarici işlər naziri Əhməd Davudoğlunun dünən Ukraynaya etdiyi ziyarətlə bağlı Karana məlumat verib. |
2014-03-02 | 10,467 | Sabiq prezidentin oğlu azadlığa buraxıldı | Misirdə hərbi çevriliş nəticəsində devrilən sabiq prezident Məhəmməd Mursinin oğlu Abdullah Mursi azadlığa çıxıb. "Axar.az" xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb. Abdullahın vəkili Məhəmməd Sabir narkotik istifadə etməkdə və saxlamaqda günahlandırılan sabiq prezidentin oğlu Abdullahın şərti azadlığa çıxdığını və yaxın saatlarda qərarın icra ediləcəyini deyib. Mursinin böyük oğlu Üsamə Mursi daha əvvəl açıqlamasında hakimiyyətdə qərarlaşan bəzi vəzifəli şəxslərin ailəsinə qarşı əsassız ittihamlar edə biləcəyi xəbərdarlığını bildirmişdi. |
2014-03-03 | 10,468 | Rusiya Ukraynaya görə “Oskar”ı yayımlamayacaq | Rusiya film sahəsində dünyanın ən nüfuzlu mükafatlandırma mərasimi olan "Oskar"ı yayımlamaqdan imtina edib. Martın 2-dən 3-nə keçən gecə reallaşacaq mərasim ölkənin birinci kanalı tərfində nümayiş etdirilməyəcək. Bu haqda məlumatı ilk olaraq mərasimi şərh edəcəyi söylənilən jurnalist Yuriy Qladilşikov verib. Şərhçinin sözlərinə görə, ona Rusiyanin bu tədbiri translyasiya etməyəcəyi deyilib. Daha sonra birinci kanalın rəsmi səhifəsində məlumat yayılıb. Xəbərdə bildirilir ki, Ukraynada baş verən hadisələrə görə, xəbər buraxılışlarının sayı artırılıb və belə bir vaxtda "Oskar" mükafatlandırma mərasiminin yayımlanması yolverilməzdir. ("Axsam.az") |
2014-03-03 | 10,469 | Türkiyə parlamenti Fətullah Gülənin məktəblərini bağlayır | Türkiyə parlamenti nüfuzlu dini xadim, nurçular hərəkatının lideri Fətullah Gülənin nəzarətində olan təhsil ocaqlarının bağlanması barədə qanun qəbul edib. Söhbət ABŞ-da yaşayan nurçu camaatının lideri Fətullah Gülənin nəzarətində olan Türkiyə universitetlərinə özəl hazırlıq kursları olan dərshanələrin bağlanmasından gedir. Dərsanələrin 2015-ci il sentyabrın 1-dən bağlanacağını nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentində təsdiqdən keçib. Son aylarda Türkiyənin Baş naziri Ərdoğanla Fətullah Gülən arasında nifaq güclənib. Ərdoğan ABŞ-da yaşayan nurçuların liderini Türkiyə höküməti əleyhinə fəaliyyət göstərməkdə ittiham edib. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumət nurçuların hazırlıq kurslarının bağlanmasının səbəbi kimi ümumilikdə təhsil islahatını, orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasını göstərir. (ANS) |
2014-03-03 | 10,470 | Ukraynalı zabit 20 rus əsgərinə qarşı – Video | Ukraynalı silahsız bir zabitin təpədən dırnağa silahlanmış 20-dən artıq rus əsgərinə hərbi ləvazimatlarla dolu zirehli maşını təslim etmədiyi və mübahisəsini əks etdirən görüntülər yayılıb. "Axar.az"ın məlumatına görə, ukraynalı zabit rus əsgərlərinə hərbi maşını heç bir halda verəməyəcəyini və əmri yerinə yetirdiyini bildirir. Qısa mübahisədən sonra rus əsgərlərinə geri çəkilmək üçün tapşırıq gəlir və insident silahsız başa çatır. Videonu təqdim edirik. |
2014-03-03 | 10,471 | Cövhər Dudayevin sensasiyalı proqnozu doğruldu - Video | Çeçenistanın eks-prezidenti Cövhər Dudayevin yeni kadrları üzə çıxıb. "Axar.az" xəbər verir ki, kadrlar çeçen mücahidlərinə aid saytlarda yerləşdirilib. Kadrlarda məşhur liderin Rusiyanın gələcək taleyi haqqında dediyi fikirlər yer alıb. C.Dudayev tezliklə Rusiyanın hegemoniyasının zərərli təsirlərinin bütün Qafqazda və sonralar Krımda hiss olunacağını bildirir. Daha sonra o, Qərb ölkələrini bununla bağlı addımlar atmağa çağırır. Videonu təqdim edirik. |
2014-03-03 | 10,472 | Məmurlarımız nə qədər maaş alır - Video | SSRİ xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə hündür divarların üzərinə getdi və onları öz imkanları hesabına alçaltmağa çalışdı. Başqa sözlə desək, keçilməz barılar arxasında özünü və həyatını sadə camaatdan gizlədən bəzi azərbaycanlıların üstəlik qeyri-qanuni olaraq Xəzəri də özəlləşdirməsi Zeynəb xanımı bərk əsəbiləşdirdi. Mən Zeynəb xanımı yaxşı başa düşürəm. "Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən" deyə sahil boyu ayaqyalın qaçan, "dünyanın xoşbəxti mənəm" deyən bu böyük qadın birdən görür ki, Xəzərin qumlu sahillərini onun əlindən, ayaqlarından alıblar. Təsəvvür edirsiniz... Çıxdım hündür divara... Barılar heç də həmişə belə tez yox olmur. "Əhməd hardadır"dan kadr və kompüter effekti ilə kadr yoxa çıxır… Barılar heç də həmişə belə gülməli olmur. Və dünya artıq dəyişib. İnsanlar daha ayaqaltı olmaq istəmir. SSRİ xalq artisti Zeynəb Xanlarovanın Milli Məclisdə ucaltdığı barının üstündən çox mətləblər gözə dəydi. Doğrudur, sənətkarımızın səsində bir hədə qorxu, təhdid tonu da var idi. Amma görünür, Zeynəb xanımı belə danışmağa vadar edən səbəblər var idi. Mən bu səbəblər sırasında doğrudanmı onun yarım hektar torpaq sahəsi istəyinin olub-olmadığını bilmirəm. Bu fikri buraxaq icra hakimiyyətinin babalına. Amma səbəblər sırasında ciddi nəsə mütləq var. Və mən qəti olaraq bu fikri ilə də razı deyiləm ki, Zeynəb Xanlarova müxalifətə keçib, çünki yaxın keçmişdə o, Əli Kərimliyə də "kişi adam" demişdi. Əsla. Mən özümü məhz bu həqiqətə inandırıram ki, SSRİ xalq artistinə doğrudan da şikayətlənənlər olub və nəticədə parlamentdə bir barı məsələsi baş qaldırıb. Zeynəb Xanlarovanın barıya və ya hündür divara münasibəti ilə biz laaaap çoxdan tanışıq. Amma indi artıq bu "aman" o "aman"dan deyil. Zeynəb Xanlarova hündür divarlarla özünü sadə camaatdan ayıranlara aman deyib dad eləyir. Zeynəb xanımın çıxışından sonra dənizi xatırladıq, onun sahilini hasara alaraq bütün dövləti dəyərlərin üstünə - su başına böyük çıxanları və böyük su başına çıxanları xatırladıq. Düzdür, indi qışdır, amma yay heç kimin monopoliyasında deyil, o gələcək, mütləq və hamı üçün gələcək və Zeynəb Xanlarova da isti yay qabağı bir sərin dəniz suyu xatırlatması verir. Ümumiyyətlə, son zamanlar, xüsusilə prezidentin məşhur "bir nömrəli xidmətçi" mövzusunda söylədiklərindən sonra məmurların özləri və ailələri diqqət mərkəzinə tez-tez daxil olur. Sahibkarlar, iş adamları varlana, hətta təyyarə sahibi də ola bilər. BMT-nin indi çalışdığı binanı bir simvolik dollara Amerika dövlətinə iş adamı Rokfeller satır və dünya onu başa düşür. Bu təbiidir. Amma məvaciblərini hamının bildiyi hökumət üzvlərinin, yüksək çinli dövlət məmurlarının ildırım sürəti ilə varlanmasını camaat başa düşməkdə çətinlik çəkir. Hərdən mənə elə gəlir ki, deyəsən, bəzi nazirlərimiz, millət vəkillərimiz nə qədər maaş aldıqlarını unudublar. Elə ona görə də gəlin yaddaşımızı təzələyək. Yüksək çinli məmurlarımızın maaşları: Baş nazir - 2230 AZN Baş nazirin I müavini - 1960 AZN Baş nazirin müavinləri - 1870 AZN Nazir - 1750 AZN Komitə sədri - 1750 AZN Millət vəkili - 1575 AZN PA-nın rəhbəri - 2200 AZN PA rəhbərinin müavini - 1860 AZN Dövlət müşaviri - 1925 AZN PA şöbə müdiri - 1750 AZN Bakı Şəhər İcra Hakimiyyətinin başçısı - 1750 AZN İcra hakimiyyəti başçıları - 1160-800 AZN. Biz heç kimin pulunu saymırıq. Bu, ədəbsizlikdir. Amma varlandıqca dövlətlənən, özü dövlətləşən insanların uca barıya qalxaraq oradan camaata yuxarıdan aşağı baxması da ədəbdən deyil. Və mən heç o fikirdə də deyiləm ki, dəniz qırağı ilə qaçan bu oğrun alabaşları yalnız nazirlər və deputatlar gətirib azdırıb? Amma birmənalıdır ki, bu barıları tikənlər, özləri ilə xalq arasında bir Çin səddi yaradanlar arasında ya nazirlərin özləri var, ya da onlar kimlərisə burda himayə edir. Bilinir ki, villaları yalnız maaşa tikmək mümkün deyil. Bakının neçə yaşayış məntəqəsi var ki... Adını utanmadan çəkinmədən "Milyonerlər məhləsi", "Milyonerlər küçəsi" qoymuşuq. Həmin ərazidə yaşayanlar isə gözəl bilir ki, bu milyoner kimdir. Hansı nazirdir və ya rektordur?' Necə qazanılıb bu pullar? Şəhərin oğrun yerlərində niyə gizlənir bu binalar? Neçə illərdir parlamentdə ilişib qalan gəlir deklorasiyası niyə millət vəkillərimizin boğazından keçmir? Şəffaf şəkildə hesabat verməyin nəyi pisdir? Gah bu, gah da başqa bir nazirzadənin forslu şəkillərini paylaşması bizə hansı informasiyanı verir və verməlidir?! Dövlət başçısı məmurlar üçün sarı işıq yandırır. ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondundan "İlin adamı" mükafatını qəbul edəndə İlham Əliyev dünyanın ən nüfuzlu brend saatını qəbul etdi. Amma kiçik və bizcə, çox əhəmiyyətli bir qeydlə: Prezident belə deyir. Onun ardınca isə bunları. Məntiqi bağlılıq var? Var. Deməli, dövlət adamına ifrat varlanmaq ayıbdır. Vətəndaşa yaxşı nümunə göstərmək lazımdır. "Camaat nə deyər" fəlsəfəsi işləməlidir. Bəs bu şəkillər nə deyir? Bu şəkil kimi oğlanlar qazandıqları hər qəpik üçün borclu olduqları insanlara - kasıblara niyə yandı-qındı verirlər? Axı onların atalarını vəzifəyə qoyan şəxs bizim dostumuzdur: Bəs burada necə, məntiq görünür? Onlar eşitmirlər ki? Onlar görmürlər ki? Şəffaf olmağın nəyi pisdir? Və nəhayət, dənizin düz qırağında da ev tikərlər? Doğrudur, bu barılar insan üçündür. Bəs birdən dalğalar şahə qalxdı… Divar qurtaranda neyləyəcəyik? Qorxmursunuz? Mən qorxuram... (ANS) |
2014-03-03 | 10,473 | Ukraynalı komandan nədən ruslar tərəfə keçdi? - Video | Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandiri Denis Berezovskinin ruslar tərəfə keçməsi təzyiq altında olub. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, o, ailə üzvlərinə göstərilən təzyiqlərdən sonra qarşı tərəfə keçmək məcburiyyətində qalıb. Bu barədə hərbi ekspert Dmitri Tımçuk məlumat verib: "Rusiyalılar faktiki olaraq onun ailəsini girov saxlamışdı. Qarşı tərəfə keçməklə bağlı andiçmə mərasimi, demək olar ki, avtomat silahlar altında həyata keçirilib. Doğrudur, bu, ona bəraət qazandırmır, amma mərasim hər seydən xəbər verir". Xatırladaq ki, bu gün Rusiya tərəfinə keçdiyinə görə Denis Berezovski Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinov tərəfindən tutduğu vəzifəsindən azad edilib. Onun barəsində "Vətənə xəyanət" maddəsi ilə cinayət işi açılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.