date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-28
10,267
Azərbaycandakı nurçular təlimat gözləyir - Şok
"Azərbaycandakı nurçular Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib. O, Gülən camaatının Azərbaycandakı başbilənlərinin Türkiyədəki hadisələrdən sonra özlərini itirdiklərini qeyd edib. "Gülən camaatının Azərbaycandakı başbilənləri bir az özlərini itiriblər. Onlar Ərdoğan-Gülən savaşının Azərbaycana inikas olunmasından narahatdırlar. Azərbaycanda yerləşən nurçular Türkiyədəki nurçular kimi birbaşa Ərdoğanı tənqid edə bilmirlər. Çünki əgər Azərbaycandakı nurçular da mediaları vasitəsilə Ərdoğanı hədəf seçsələr, bununla Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaradacaqlar. Bu isə Azərbaycan hakimiyyətinin xoşuna gəlməyəcək. Ona görə də Azərbaycandakı nurçular bir qədər gözləmə mövqeyindədirlər və ya Pensilvaniyadakı xocalarından təlimat gözləyirlər". Qeyd edək ki, Türkiyədə 17 dekabrda keçirilən rüşvət əməliyyatından sonra ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Fəttullah Gülən arasında münasibətlər şiddətlənib.
2014-02-28
10,268
Mir Şahin qalmaqallı “nurçu” sujetindən danışdı - Video
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev nurçuluqda adlarlı çəkilən millət vəkili Qənirə Paşayevanın və digər şəxslərin ANS-dən şikayətçi olmasına münasibət bildirib. Vitse-prezident M.Ağayev "Publika.az"a açıqlamasında deyib: "Mənim bildiyimə görə, Qənirə Paşayeva ANS-i məhkəməyə verəcəyi barədə hər hansı bəyanat verməyib. O deyib ki, onun haqqında yalnış məlumat verən ilkin qaynaqları hüquq mühafizə orqanlarının köməyilə axtarmaq istəyir. Hesab edirəm ki, bu da onun haqqıdır". M.Ağayev həmçinin qeyd edib ki, efirdə adları çəkilən şəxslərin hər birinə mövqe bildirmək üçün müraciət olunub: "Efirə gedən həmin materialla mən tanışam. Orada adları çəkilən və təsvirləri göstərilən şəxslərin hər birinə müraciət olub. Bu adamlar bu və ya digər səbəblərdən ya danışıblar, ya da danışmaq istəməyiblər. Müxbir də bu məlumatın efirə onların bildirdiyi və bildirmədiyi mövqelərlə getməsini təmin edib. Buna görə də kimlərinsə ANS-də hər hansı qərəz axtarmaq və guya məqsədli şəkildə bunu işıqlandırmasını düşünməyə heç bir əsas görmürəm. Jurnalist öz fəaliyyətini yerinə yetirib. O ki qaldı cəmiyyətdə mövcud olan bu və ya digər məsələnin aydınlaşmasına, adları çəkilən şəxslərin özləri maraqlı olmalıdır ki, onların barələrində yayılmış informasiyalara aydınlıq gətirilsin. Əgər onlar bu məlumatların aydınlaşdırılmasında maraqlı olmadıqlarını bu və ya digər şəkildə göstərirlərsə, buna görə mətbuatı günahlandırmaq doğru deyil". Xatirladaq ki, millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına sərt reaksiya vermişdi.
2014-02-28
10,269
Vitse-prezident sərxoş halda aeroportda dava saldı
Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç fevralın 26-da axşam saatlarında Almaniyanın Frankfurt şəhərində sərxoş vəziyyətdə saxlanılıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, alman polisi saxlanılan zaman siyasətçinin həddən artıq sərxoş olduğunu, ayaq üstə güclə dayandığını bildirib. Hətta Protaseviç aeroportun əməkdaşlarını, gömrük işçilərini və polisləri təhqir edərək, "Hayl Hitler" işarəsi ilə onları nasist adlandırıb. Bundan başqa o, qışqıraraq aeroport əməkdaşlarının hamısının "Osvensim" həbs düşərgəsində işləməli olduqlarını da deyib. Siyasətçi özü isə ayıldıqdan sonra almanların onun haqqında şişirtmə məlumatlar yaydığını, əksinə onların özlərini pis apardıqlarını və ona qarşı kobud davrandıqlarını deyib. Vitse-prezident həmçinin, diplomatik toxunulmazlığının olmasına baxmayaraq yüklərinin yoxlanılmasından da şikayətlənib. Protaseviç insidentlə bağlı Avropa Parlamentinin spikeri Martin Şultsa da şikayət etdiyini deyib. Buna baxmayaraq, Protaseviç aeroportun təhlükəsizlik kameralarının lentə aldığı görüntülərin yayımlanmasının əleyhinə olmadığını açıqlayıb. Siyasətçi özünü həddən artıq emosional apardığını da inkar etməyib.
2014-02-28
10,270
İlham Əliyev Olimpiya Stadionuna getdi
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı stadionun layihəsi ilə tanış olaraq, idman qurğusunun maketinə və gələcək görüntülərini əks etdirən stendlərə baxıb. Sonra Azərbaycan Prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb. Prezident İlham Əliyev Heydər Əliyev-Ziya Bünyadov-Olimpiya Stadionu avtomobil yolunun tikintisində işlərin gedişi ilə də tanış olub.
2014-02-28
10,271
Arvadını öldürdü, 384 912 il həbs aldı
Dünyada ən uzun müddətə həbs olunan şəxslər 1972-ci ildə Palma-de-Mayorkadan olan 20 yaşlı poçtalyon məktubu ünvanına çatdırmadığı üçün 384 912 il müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırmalara əsasən, o 4 mindən artıq məktubu ünvanına çatdırmayıb. Bu nəinki İspaniya məhkəmə sistemi tarixində, hətta bütün dünyada verilən ən uzunmüddətli həbs cəzasıdır. 10000 il və əlavə olaraq 2 ömürlük həbs cəzası 1981-ci ildə həyat yoldaşını amansızlıqla qətlə yetirdiyi üçün Dadli Veyn Kizer 10 000 il müddətinə azadlıqdan məhrum edilib. Bu indiki dövrə qədər ABŞ-da verilən ən uzunmüddətli həbs cəzasıdır. Dadli həmçinin qaynanası və kollec tələbəsini qətlə yetirdiyi üçün 10 000-ə əlavə olaraq hər iki qətl üçün ömürlük həbs cəzasına layiq görülüb. 28 qat ömürlük həbs cəzası Florida da Bobbi Co Lonq silsilə qətllər törədən və təcavüzkar bir şəxs idi. O 28 ömürlük həbs cəzasına layiq görülüb. Səbəb isə onun 50-dən çox qadına təcavüz etməsi və təxmini bu qadınların yarısını qətlə yetirməsidir. Bobbi Co X-xromosomunun artıqlığı ilə doğulmuşdu və buna görə də yetkinlik yaşına çatdıqda onun sinəsi böyüməyə başladı. Bu onda cinsi narahatlıqlara və ailəsində tez-tez baş verən mübahisələrə səbəb olub. Beləliklə bütün bunlar onun bir cinayətkar olmasına səbəb oldu. 25 qat ömürlük həbs cəzası Kaliforniya ştatında Xuan Korona öz əkin sahəsində işlətdiyi 25 fəhləni qətlə yetirib. Qısa zaman ərzində, daha dəqiq 1 il ərzində Xuan onun üçün işləyən 25 fəhləni qətlə yetirmiş və onların qalıqlarını öz fermasında basdırıb. Bu cinayətinə görə o 25 qat ömürlük həbs cəzasına layiq görülüb. 7109 il 1969-cu ildə iki iranlı şəxs hər biri ayrı-ayrılıqda olmaqla 7109 il azadlıqdan məhrum ediliblər. Onlar şərq qayda-qanunlarına əsasən mühakimə olunublar və onların törətdikləri cinayət gizli saxlanılıb. Əsr olaraq hesablasaq onların hər biri 71 əsrlik həbs cəzasına layiq görülüb. 2 minillik həbs cəzası Oklahoma ştatında təcavüzdən tutmuş oğurluqla da məşğul olan Darron Bennalford Anderson 2 minillik müddətinə azadlıqdan məhrum edilib. Daha sonralar törətdiyi digər cinayətlərə görə də məsuliyyətə cəlb olunaraq, daha bir neçə minillik həbs qazanmış və 20 minillik müddətinə azadlıqdan məhrum edilib. 1997-ci ildə o şikayət ərizəsi ilə məhkəməyə müraciət etdi və ona güzəşt edildi. Bunun nəticəsi olaraq o, 12 844 il sonra azadlığa çıxa biləcəkdi. 845 il 2000-ci ildə Şalom Vays 2000 il müddətinə azadlıqdan məhrum edildi. Şalom adi katib idi və təqaüd bazasına daxil olmağın yollarını bilirdi. O bir çox amerikalı təqaüdçünü qarət edərək gizlənib. Sonunda federal axtarışa verilərək həbs olundu. Bir müddətdən sonra o qərara etiraz etdi və 2000 illik həbs cəzası 845 ilə endirildi. 330 il Q. Şmidt investorlara böyük mənfəət vəd edərək onların hesabına özü milyonlarla dollarlar qazanıb. İnvestorların pulu ilə o öz şəxsi borclarını ödəmiş və əxlaq normalarından kənar həyat tərzi keçirib. Törətdiyi qanunsuzluq səbəbindən o ABŞ həbsxanasında 330 il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda o şərti olaraq, vaxtından əvvəl azad olunmağa ümid edir. 265 il 1996-cı ildə Rayn Brandt və Ceffri Kolli hər birinə ayrılıqda olmaqla 530 il həbs cəzası alıblar. Onlar qətl, təcavüz, talan və soyğunluqla məşğul olurdular və onlara hökm oxunduqda çox təəccübləniblər. Belə ki, onlar təxmini hər qardaşa 40 il cəza düşünürdülər. 160 il 2001-ci ildə Pittsburqda Kit O’Vud 5 qadına təcavüz etdiyi üçün 160 illik həbsxana həyatına məhkum olunmuşdur. Kit tənha qadınların evinə girərək öldürməklə hədələyərək onlara təcavüz edirdi. Həmin insanın Kit olduğunu DNT analizi nəticəsində müəyyən ediblər. O hər şeyi inkar etsə də, DNT analizi təcavüzkarın məhz o olduğunu 100 faiz təsdiq edib (banker.az).
2014-02-28
10,272
Azərbaycanlı müəllim helikopter ixtira etdi - Foto
Azərbaycanlı müəllim, həvəskar ixtiraçı helikopter hazırlayır. Bakı sakini Adil Salehov bunun üçün hətta paytaxtın mərkəzindəki mənzilini sataraq Keşlə qəsəbəsində həyət evi alıb. İxtisasca riyaziyyat müəllimi olan Adil Salehovun dediyinə görə, helikopter hazırlamağa uşaqlıqdan marağı olsa da, vaxt məhdudiyyəti arzularını gerçəkləşdirməyə imkan vermirdi. Ancaq sonda ilk addımlarını atmaq qərarına gəlib. Onun sözlərinə görə, hazırladığı helikopter bir nəfərlikdir. Çəkisi 160 kq olan uçan aparatın mühərrikini də özü yığıb. Müxtəlif ölkələrdən detallar sifariş edərək əməyinin məhsulunu havaya qaldıracaq mühərrik hazırlayıb: "Bu yaxınlarda test edəcəyik. Helikopteri havaya qaldırmaq üçün yəqin ki, professional pilota müraciət edəcəyik. Ümid edirəm ki, əməyim boşa getməz" ("Milli.az").
2014-02-28
10,273
Fətullah Güləndən kəndlilərinə MHP təlimatı
Gülənin doğulduğu kənd MHP-nin partiya bayraqları ilə bəzədilib. Kəndin bəzi sakinləri "böyüklərimiz MHP-yə səs verməyimizi istədi" deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullah Gülənin doğulduğu Ərzurumun Qorucuq kəndi maraqlı dəyişikliyə məruz qalıb. İndiyə qədər demək olar ki, səslərin hamısını AKP-yə verən Qorucuq kəndi bu dəfə MHP bayraqları ilə bəzədilib. Maraqlıdır ki, Gülənin 243 seçicisi olan kəndi 2011-ci il 12 iyun tarixində keçirilən parlament seçkilərdə MHP-yə heç səs verməmişdi. AKP isə 237 səsin 222-ni alaraq qalib olmuşdu.
2014-02-28
10,274
Xırdalanda yaşayış binası yanır
Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
2014-02-28
10,275
Əsəd düşmənləri 100 nəfərə yaxın PKK-çını əsir aldı
100 nəfərə yaxın PKK üzvü Suriyada rejim əleyhinə döyüşən mücahidlər tərəfindən əsir götürülüb. "Axar.az" mücahidlərə yaxın saytdan əldə etdiyi məlumata istinadən bildirir ki, İraq Şam İslam Dövləti ordusu yüzə yaxın PKK üzvünü əsir götürüb. Onların arasında partiyanın yüksək vəzifələrində çalışan başçıların da olduğu bildirilir. Saytda bundan artıq məlumat verilmir.
2014-02-28
10,276
Masaj salonunda əxlaqsızlıq yuvası - Bakı
Bakı şəhər sakini Cəlal Məmmədovun masaj salonunda əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəlal Məmmədovun Əhmədli qəsəbəsinin ərazisində icarə işlətdiyi masaj salonunda əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
2014-02-28
10,277
Türkiyə bunu Azərbaycana necə qıydı? - Video
25 fevral gecəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində Türkiyənin NTV kanalında Azərbaycan vətəndaşı olan bir nəfərin İstanbul Atatürk hava limanında ağız-burnu qan içərisində gömrük işçiləri və polislər tərəfindən saxlanılmasını əks etdirən kadrları izlədim. Azərbaycan vətəndaşı olan həmin şəxsin döyüldüyü açıq-aydın görünürdü. Çünki ağız-burun, köynək... – hamısı qan içərisində idi. Ətrafda tənzif və pambıqlar görünürdü – onlar da qana bələnmişdi. Hiss olunurdu ki, bu adamın tökülən qanını çəkilişdən əvvəl uzun müddət kəsmək istəyiblər... Sərxoş "azəri" Xocalı faciəsi günü bu görüntüləri izləmək heç də xoş deyildi. Adi günlərdə də Azərbaycanla bağlı bu cür görüntüləri izləmək insana çox pis təsir edir. Üstəlik, NTV kanalında həmin videonun kadrarxası mətnini oxuyan xanım jurnalistin hər cümləsində sərxoş vəziyyətdə saxlanılan şəxsin "azəri" olmasını dönə-dönə vurğulamasını anlamaq olmurdu. Bu NTV nəyi isbatlamaq istəyir? Bizlərin içki düşkünü və barbar olmağımızımı? Qısa haşiyə Türkiyəli "abi"lərin bizə "azəri" deməkləri özü də ayrı bir dərddir və başqa bir yazının mövzusudur. "Azəri" deyə xitab etməklərinin nə qədər yalnış olduğunu bilsələr də, səhvlərini bilə-bilə davam etdirirlər. Nəsə, qayıdaq mövzuya.... Hər gün yüzminlərlə insanın istifadə etdiyi, ən azı yüzlərlə insidentin və hüquq pozuntusunun yaşandığı Atatürk Hava Limanında yaşanan xırda bir hadisəni NTV kanalının bu qədər böyütməsi nəyə xidmət edirdi? Əlbəttə, mən hansısa sərnişinin hava limanı ərazisində sərxoş vəziyyətdə olmasına haqq qazandırmıram. Amma tez-tez təyyarə ilə səfər edən hər kəs bilir ki, bir qisim insan ayıq vəziyyətdə hava nəqliyyatına minə bilmirlər və stress keçirdirlər. Hətta təyyarələrdə bunu da nəzərə alırlar və sərnişinlərə spirtli içki də təklif olunur. Bəlkə, bu insan da o kateqoriyadandır? Yəni təyyarədən enən sərnişinin sərxoş vəziyyətdə olması heç də dəhşətli mənzərə deyil; amma həmin içkili şəxsi ağız-burnu qan içərisində yerə uzatmaq, onunla terrorçu kimi rəftar etmək və bunu çəkib milyonlarla insana göstərmək, üstündə də vətəndaşlığını hallandırmaq dəhşətli mənzərədir. "Hayl Hitler" Bircə məsələni deyim. Bu dəqiqələrdə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviçin də fevralın 26-da axşam saatlarında Almaniyanın Frankfurt şəhərindəki hava limanında sərxoş vəziyyətdə olması ilə bağlı xəbər yayıldı. Hətta Protaseviç aeroportun əməkdaşlarını, gömrük işçilərini və polisləri təhqir edərək, "Hayl Hitler" işarəsi ilə onlarla nasist kimi davranıb. Hələ bu harasıdır? Vitse-prezident qışqıraraq aeroport əməkdaşlarının hamısının "Osvensim" həbs düşərgəsində işləməli olduqlarını da deyib. Avropa Parlamentinin vitse-prezidenti kimi yüksək statuslu bir şəxs də eyni vəziyyətə düşə bilirsə, deməli, burda faciə yoxdur. Efirdə yayımlamağa gəlincə isə, ikinci nümunədə olan hadisəni xəbər kimi vermək olar, çünki şəxs ictimai fiqurdur və onun "şəxsi həyat" anlayışı daha dar çərçivə ilə məhdudlaşır. Bəs, Atatürk hava limanındakı adi azərbaycanlı nədən xəbərə çevrildi? Niyə xəbər onun "sərxoş vəhşi" imici üstündə qurulmuş? Öz aramızda qalsın İndi öz aramızdı, Türkiyəli gömrük işçiləri və polisləri sərxoş azərbaycanlının başına gətirdiklərini istənilən avropalıya edə bilərdilərmi? Türkiyə telekanalları xarici ölkə vətəndaşı olan sərnişinin ağız-burnunun qan içərisində olmasını televiziyada yayımlayaraq hər cümlənin başında onun hansı ölkədən olduğunu deyə bilərdimi? Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, Bakıdakı türkiyəlilərdən də artıq-əskik hərəkət edənlər, içib sərxoş olduqdan sonra davranışlarına nəzarət edə bilməyənlər çox olub. Ancaq onların ağız-burunlarının, əynindəki köynəyinin qan içərisində olduğunu, döyüldüyünü nə görmüşəm, nə də eşitmişəm. Qaldı ki həmin hadisəni lentə alıb Azərbaycan televiziyalarından birində yayımlanmasına, Osmanlı türkləri bu qədər tərbiyəsiz və əxlaqsız hərəkəti bizdən heç vaxt görə bilməzlər. İndi də bunu aydınlaşdıraq: Həmin şəxsi döyənlər kimlərdir? Onun burnu qırılıbsa və qan gölündədirsə, dalaşan digər şəxs niyə saxlanmır? Bəlkə onu elə polis özü döyüb və polisin qanunu pozsa belə, bir insanı – həm də xarici vətəndaşı – qan içində boğmağa nə haqqı var? Görüntünü lentə alan İxlas Xəbər Agentliyinə və kadrları yayımlayan NTV kanalının e-mail ünvanına məktub ünvanladım, xəbər sordum... Hər 2 məktub cavabsız qaldı. Telefon zənglərimizə isə NTV-dən cavab verən şəxs bu məsələ ilə bağlı şirkətin yayım idarəsinə müraciət etməyimizi tövsiyə etsə də, həmin şöbə ilə əlaqə saxlamaq heç cür mümkün olmadı. P.S. Bu yazını Xocalı soyqırımının 22-ci anım günü olan 26 fevral tarixində yazırdım, amma saxladım. Düşündüm ki, hər yerdə Xocalı faciəsindən bəhs edilən bir zamanda Türkiyədən Azərbaycana olan sayğısızlıqdan yazmaq düzgün olmaz. "Xocalıya ədalət" kampaniyasına qoşulan türkiyəliləri xəyal qırıqlığına salmamaq üçün reallıqları bu gün tamamladım. Amma bu reallıqları daha gizlətmək niyyətində deyiləm. Serialından tutmuş fərdi münasibətinə, BAYRAĞIMIZI zibil qutusuna atmağa, tariximizi təhrif etməyə qədər gəlinirsə, yetər artıq! Mənim boynuma "sən sevməsən də" sevgisi yüklənib-eləməyib...
2014-02-28
10,278
Qızılın bahalaşması davam edəcək – Ekspert rəyi
"Son bir ayda 7 faiz, son iki ayda isə 11 faiz artım müşahidə edilib". Bu sözləri "Axar.az"a son zamanlar qızılın qiymətinin artması ilə bağlı danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçi Vüqar Bayramov bildirdi. Onun sözlərinə görə, qiymət artımı gözlənilən idi: "Hazırda qızılın qiymətində artımlar müşahidə olunur. Son bir ildə qiymətlərdə azalmalar qeydə alınsa da, altı aylıq və bir illik yekunlar azalma göstərir. Belə ki, bu qiymətli metalın qiymətində son 6 ayda 6 faiz, son 1 ildə isə 17 faiz azalma müşahidə edilib. Əgər nəzərə alsaq ki, ötən il qiymətlərdə azalma olub, deməli, bu il mövqelər möhkəmlənməli idi". Ekspertin fikrincə, qızılın bazarda dəyərə minməsinin səbəbləri çoxdur və bu ayrı-ayrı ölkələr üçün də dəyişir: "Qızılın qiymətinin artmasının bir neçə səbəbi var. Onlardan biri, qızıla olan tələbatın artmasıdır. 2013-cü ildə qızılın qiymətində olan ucuzlaşma həmin ilin sonunda ona tələbatın artmasına gətirib çıxardı. Bu qiymətli metala tələbat investorlara da cəlbedici gəldi və onlar hazırda həmin imkandan yararlanmağa çalışırlar. Digər səbəb isə valyuta bazarında qeyri-sabitlik, xüsusən də dolların avroya nisbətən dəyərinin azalması ilə bağlıdır. Bilirsiniz ki, qızıl strateji məhsul kimi dollarla satılırdı. Amma dollar ucuzlaşdı, hətta ABŞ Federal Ehtiyat Bankının uçot statusunun dəyişdirilməsi ilə bağlı qərar belə, praktik olaraq ucuzlaşmaya təsir edə bilmədi və sonda qızılın qiymətinin artmasına şərait yarandı. Daxili bazarda apardığımız araşdırmalar göstərir ki, qızılın qiymətinin artması xarici bazara nisbətən daha sürətlə yüksəlib. Azərbaycanla yanaşı Hindistan, Pakistan kimi Asiya ölkələrində də qızıla tələbat müşahidə edilir. Belə ki, əgər son ayda xarici bazarda həmin qiymətli metal 4 dollar bahalaşıbsa, daxili bazarda bu rəqəm 5 manata bərabərdir. Bunun səbəbi isə Azərbaycanın qızılı daha çox BƏƏ və Türkiyədən idxal etməsi və bu ölkələrdə sürətli bahalaşma ilə əlaqədardır. 2014-cü ilin əvvəllərindən toy mövsümünün başlaması isə daxili tələbatın artmasını göstərən səbəblərdən hesab edilməlidir və bu da sonda qiymət yüksəlməsinə gətirib çıxarıb. Hesab edirəm ki, qiymət artımı davam edəcək və 1 qram qızıl 45 dollara qədər yüksələcək". Xatırladaq ki, son 2 ayda qızılın qiymətində 11% artım müşahidə edilib. Hazırda qızılın bir unsiyası 1332 dollardır. Avropanın bir çox reytinq agentlikləri və bankları isə bu rəqəmin 25%-ə qədər artacağını bildirirlər. Bu isə təxminən 1 qram qızılın 50 dollara təklif edilməsi deməkdir. Ötən həftə İsveçin USB bankının verdiyi hesabatda bir unsiya qızılın qiymətinin tezliklə 1400 dollara qalxacağı deyilir.
2014-02-28
10,279
Ukrayna Rusiya ilə savaş üçün Qərbə müraciət etdi
Ukrayna Qərb dövlətlərinə Rusiyaya qarşı mübarizə aparmaq üçün müraciət edib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Müraciət Ukraynanın ərazi bütövlüyünə nüvə statusundan imtina etdikdən sonra qarant olan Qərb ölkələri, eləcə də Rusiyaya edilib: "Rada son günlər Krım Muxtariyyətinin ərazisində baş verənlərdən və ölkəyə olunacaq hərbi müdaxilədən narahatdır. Silahlı terrorçu qruplaşmalar Nazirlər Kabinetini və Krım Parlamentini tutublar. Biz Rusiya Federasiyasından ölkənin ərazi bütövlüyü üçün xələl gətirən amilləri özündə daşıyan hərəkətlərini dərhal kəsməsini tələb edirik. Ölkədə situasiyanın daha yaxşı anlaşılması üçün ölkəyə ATƏT və BMT nümayəndələrini dəvət edirik". Qeyd edək ki, son günlər Krımla əlaqədar Ukraynada vəziyyət gərginləşib. Rus qoşunlarının Sevastopoldakı aeroportu nəzarətə götürməsi bölgədəki vəziyyəti xeyli çətinləşdirib.
2014-02-28
10,280
Krımlılar Krımı tərk edir
Krım əhalisi uşaqları ilə brlikdə kütləvi şəkildə yarımadanı tərk edir. "Axar.az" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Osman Paşayev özünü Feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, əhali kütləvi şəkildə muxtar vilayətin aeroportlarında Kiyev və Moskvaya yola düşür. "Ukrayna beynəlxalq hava xətlərində ulduz saatıdır. Saat 5-də Simferopoldan Kiyev və Moskvaya sərnişin dolu təyyarələr uçur" deyə jurnalist yazıb.
2014-02-28
10,281
Məşhur milyarder Moskvada həbs olundu
Rusiyalı milyarder Qleb Fetisov Moskvada həbs olunub. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sədri Vladimir Markin jurnalistlərə açıqlamasında deyib: "Fetisov saxlanılıb, yaxın vaxtlarda haqqında həbs qərarı çıxarılcacaq". Milyarderin hansı səbəbdən saxlanıldığı, istintaqla bağlı heç bir məlumat verilmir. Rusiya Dövlət Dumasının deputatı öz bloqunda yazıb ki, Fetisov aeroportda saxlanılıb.
2014-02-28
10,282
Krımın Ukrayna ilə əlaqəsi kəsildi - Foto
Krımın giriş və çıxışları nəzarət altına alındı. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Giriş və çıxışlarda yerləşdirilmiş şəxslər müxtəlif silahlarla təchiz olunublar. Onların aralarında "Berkut" və milis nümayəndələrinin də olduğu bildirilib. Krım yollarında quraşdırılan blok postlarda və yollarda Rusiya Federasiyasının bayraqları yerləşdirilib. Əsasən Armyansk-Cankoya və Armyansk-Skadovsk ərazilərinin nəzarətə alındığı, Xersonsk vilayəti ilə Krımın əlaqəsinin kəsildiyi deyilib. Qeyd edək ki, dünən Feysbuk sosial şəbəkəsində tatar əsilli krımlılar yarımadanın quru ilə təmin edən yeganə yola rusların nəzarət etdiyi haqqında informasiyalar paylaşmışdılar.
2014-02-28
10,283
Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”
Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti Habil Əliyevlə indi oxuyacağınız müsahibənin sonunda ustad sənətkar gəldiyi bir qərarı bizə açdı: "Artıq bundan sonra media ilə bütün bağlarımı kəsirəm. Bu, verdiyim sonuncu müsahibədir. Daha müsahibə vermək barədə düşünmürəm..." Ölənlərin siyahısında... - Habil müəllim, özünüzü necə hiss edirsiniz? - Hələ ki, Allaha şükürlər olsun, özümü ölənlərin siyahısında görmürəm. Əgər qəfil surprizlər olmasa, özümdə yaşamaq üçün xeyli enerjinin olduğunu görürəm. Şükürlər olsun, gümraham. Gör o mənimçün nələr edib - Gümrahlığınızı kamançaya borcluyuq, yoxsa gözəl həyat yoldaşınıza? - Eh (gülür)... Kamançaya borcluyam. Kamança üçün heç nə etməmişəm, amma gör o mənimçün nələr edib. Kamança məni demək olar ki, bütün dünyada tanıdıb. O mənə ailə qurub, övladlarımı ailə sahibi edib. Bunları mən etməmişəm, kamança edib. Ona görə də mən kamançaya həmişə borcluyam. O məni ac qalmağa qoymayıb. Xəcalət çəkirəm - Bildiyim qədərilə bir zamanlar musiqiçi olduğunuz üçün peşmançılıq çəkmisiniz. Buna səbəb nə olub? - Hərdən oturub özüm-özümə sual verirəm: "Ay Habil, gəldin bu dünyaya, yaşadın, bəs dünyada nə elədin?" Sonra fikirləşirəm ki, kamança çaldım. Elə bu an yenidən özümə sual verirəm: "Habil, elə kamança çalıb bu dünyadan köçəcəksən, bəs bu boyda dünyaya kamança çalmağa gəlmişdin?" Bax bunları düşünəndə xəcalət çəkirəm. Amma onu da deyim ki, mən təkcə kamança çalmamışam, bu alətlə bir əhvalat danışmışam. Əyləncə musiqisi boş musiqidir. Əsl musiqi gərək dinlənilən olsun. Əgər insanlar musiqinin nə demək istədiyini dərindən anlayırsa, o zaman musiqiçi də özünü xoşbəxt hiss edəcək. Bu həm də musiqiçidə məsuliyyət yaradır. Mən dinləyicilərimdən çox razıyam. Yerlə işim qurtarıb Hər insanın özünün duyğusu, özünəməxsus dünyagörüşü var. Bəzən sənətdə elə şeylər görürəm ki, onu başqa musiqiçilər görmür. Mən hər şeyin əslini görə bilirəm. Həyatın, dünyanın, yerdə baş verən hər şeyin. Hərdən mənə elə gəlir ki, artıq yerlə işim qurtarıb. İndi göydən öyrənmək istəyirəm. Yüksəklərə qalxmaq, orda baş verənləri görmək, öyrənmək istəyirəm. Yeni şeylər görmək istəyirəm. Sözlərim sanki bitib, tükənib - Yeni şeylər gördükdə sizi ancaq onlar düşündürəcək, yoxsa ara-sıra keçmişə də nəzər salacaqsınız? - Keçmişimlə bağlı elə də çox düşünmürəm, amma hərdən danışıqlarıma görə peşiman oluram. İndi hiss edirəm ki, mən keçmişdə çox şeyi olduğu kimi ya hiss etməmişəm, ya da hər şey mənim bildiyim kimi olmayıb. İndi ağlımda elə bir məqam yoxdur ki, konkret olaraq onu misal çəkim, amma keçmişdə verdiyim müsahibələrə indi qulaq asanda görürəm ki, çox zəifdir, həyatım, təcrübəm, fəlsəfi düşüncələrimlə uyğun gəlmir. İstəyirəm elə bir söz deyəm ki, yeni olsun. Amma sözlərim sanki bitib, tükənib. Hər şeyim var, amma nəsə çatışmır - Nə qədər çox şeyə sahib olsaq da, hər kəsin həyatında müəyyən şeylər var ki, daim əskik olur. Sizdə əskik olan nədir? - Rəhmətlik Bəxtiyar Vahabzadə həmişə deyirdi ki, hər şeyim var, amma nəsə çatmır. Mən bu cümləni çox gözəl anlayıram. Çünki insan dediyin daim yeni nəsə əldə etmək istəyir. Mənim də hər şeyim var, amma nəsə çatışmır. Lakin bu o demək deyil ki, dünya mən istəyən kimi olmalıdır. Həyatda yaşayan bütün canlıların xeyrinə olmalıdır. Həyat saat kimi işləyir. Hər biri də ömürdən gedir. İlahi, sənin mənə verdiyin ömür bu idi? Mən Allahın verdiyi ömrü xərcləyirəm, görək sonda ona nə ala biləcəyəm? Çox insan var ki, ömrünü dəyərləndirə bilmir. Gərək ömrə elə şeylər alaq ki, onu qoyub gedəndən sonra da bizdən sonrakılara gərəkli olsun. Daha kamança çalmağa utanıram - Bildiyim qədəri ilə artıq 10 ildən çoxdur ki, kamandan uzaqlaşmısınız. Hələ tez deyilmi? - Bu qədər tez uzaqlaşmağımın səbəblərindən biri adətlərimizlə bağlıdır. Mən milli dəyərlərə qiymət verən adamam. İstəmirəm ki, nəticələrim gözlərini açıb, məni kamança çalan görsünlər. Onlar utanar ki, bu boyda kişi oturub kamança çalır. Daha kamança çalmağa utanıram. Gərək mən əzəldən musiqiçi olmayaydım. Çünki sənətlə yaşayıb, sonda sənətdən gedən vaxtda peşiman olmağın nə mənası var... Sənəti başa düşəndən sonra bu mənə çox kiçik gəldi. Bu sənət məni çox yaxşı yaşadıb. Hökümətimiz də məni yaxşı yaşadıb. Heç nədən korluq çəkməmişəm. Ancaq yenə deyirəm, dərk edəndən sonra bu sənət mənə çox kiçik gəldi, halbuki mən çox böyük bir işin ucundan tutub, onu inkişaf etdirə bilərdim. Bu yolu seçməyimin səbəbi bəlkə də tənbəlliyim olub. O mənim sirrimi aləmə yayır - Kamanla Habil Əliyev arasında heç kəsin görə bilmədiyi gizli bağ nədir? - Bəli, bizim aramızda gizli, qırılmaz bağ var ki, hələ onu heç kim görməyib. Biz onunla bir-birimizi başa düşür, qəbul edirik. Onun nə dərdi oldu mənə danışır, mənim də nə dərdim oldu ona deyirəm. Nə sözüm oldu, birinci kamanıma deyirəm, o da mənim sirrimi aləmə yayır (gülür). Musiqi o dünyadan gəlmə sənətdir - Sizcə, gənclərimizdən bu sənəti davam etdirəcək namizədlər varmı? - Gənclərə, orta yaş qruplarına qulaq asanda görürəm ki, nəsə əskikdir. Bilirsiniz, musiqini bu dünyada öyrənmirlər. Gərək onu o dünyadan gələrkən, özünlə gətirəsən. Musiqi o dünyadan gəlmə sənətdir. Bu istedad körpəlikdən verilən xəzinədir. İnsan böyüdükcə, o da onunla birlikdə inkişaf edir. Əsl musiqi budur. Bəzi çalğıçılar var ki, onlara özlərindən başqa heç kəs qulaq asmır. Elə bilərlər bu ailənin yiyəsi olmayıb - Habil bəy, çox vaxt görürsən, valideynin peşəsi nədirsə, övlad da o peşənin ardınca gedir. Bəs sizin ailədən musiqiçi çıxmamağına səbəb nə oldu? - Bir ailədə bir musiqiçi bəs eləyər. İkincisi barədə düşünmək lazım deyil. Sonra elə bilərlər bu ailənin yiyəsi olmayıb (gülür). Hər əlində kaman tutan musiqiçi ola bilməz axı. Əgər bu sahədə varsansa, gərək əlindəki aləti başa düşəsən. Gərək onu xəcalətli buraxmayasan. İtalyanın kamança görməyi - Müəllim, səfərlərinizdən yadda qalan maraqlı bir şey... - İtaliyada konsertdə idik, xeyli musiqiçilər var idi. Hiss etdim ki, onlar kamança ilə çox maraqlanır, ona diqqətlə baxırlar. Konsert zamanı bunu xeyli hiss etmişdim. Sonda konsert qurtardı və onlar səhnəyə yaxınlaşaraq tərcüməçini çağırdılar. Tərcüməçi məndən soruşdu ki, "bu aləti özün düzəltmisən?" (Gülür). Mən isə onlara kamançanı izah etdim. O qədər təəccüblənmişdilər ki, maraqlarını gizlədə bilmirdilər. Bir vaxtlar bazarda badımcan satıb, özünü dolandırıb - Habil müəllim, Nazim Ağayevlə aranızda baş verənlər medianın gündəmindən düşmək bilmirdi. Deyirlər, indi olduqca mehribansınız... - Tamamilə yalan xəbərdir. Bilirsiniz, o hara, mən hara... O bizlərin tay-tuşu deyil axı. O nə işlə məşğuldur, hansı peşənin sahibidir, heç bilmirəm. Bir vaxtlar badımcan, xiyar gətirib bazarda satıb, özünü dolandırıb. Nazim müğənni kimi mənim siyahımda olmayıb, heç ola da bilməz. O nə vaxt oxuyub ki, hələ bir mənim siyahıma da düşə?! Mənim siyahımda Azərbaycanın ən tanınmış muğam ustadları dayanır. O onların siyahısına nə ilə düşə bilər? Badımcanla, xiyarla?! Onun heç mədəniyyəti də yoxdur. Nə sənəti var, nə də sənətkar kimi titulu. O, həmişə uşaqların siqaret almağa göndərdiyi birisi olub. Mənim onunla heç vaxt münasibətim olmayıb və heç vaxt ola da bilməz. Bu cür insanlar sənəti murdarlayırlar. Gör kimlər gəlib soxulub da sənətə - Söhbət qalmaqallardan düşmüşkən saytlardan birində Əlibaba Məmmədov sizin haqqınızda deyib ki, "kasıb uşaqlar idik, onu toylara aparırdım, məndən çox ona yaxşılıq edən olmayıb". Bu fikirlə razısınız? - O deyib? (gülür.) Mən ömrümdə bir dəfə də olsun, onunla bir toyda işkirak etməmişəm. O hara, toy hara, mən hara?.. Gör kimlər gəlib soxulub da sənətə. Mən heç özümlə onu toya aparmazdım axı... Beləcə, illərim ötdü... - Bu sənət sizdən nələri alıb-qopartdı? - Hər şeyimi - gəncliyimi, cavanlığımı oğurladı bu sənət. Mən ən gözəl illərimi sənətimə həsr etdim. Ermənilərin Azərbaycan musiqisini oğurlamaq cəhdləri məni bir az da sənətimə bağladı. Çox möhkəm dayandım. Və beləcə illərim ötdü, qocaldım. 60 ilin yoldaşı... Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti ilə görüşmüşkən onun həyat yoldaşı ilə də söhbətləşdik. Şərqiyyə xanım ömür-gün yoldaşını, həm də öz Xalq artistini olduqca gözəl və dəqiq anlatdı. Şərqiyyə xanıma ilk sualım belə oldu: - Xalq artisti ilə eyni evdə yaşamaq, üstəlik onun həyat yoldaşı olmaq necə bir şeydir? - O mənim həm həyat yoldaşım, həm də Xalq artistimdir. Mən onun vurğunuyam. Buna səbəb isə sadəcə, onun həyat yoldaşı olmağım deyil. Adicə efirdə ona aid veriliş gedəndə qeyri-ixtiyari televizorun səsini açıb, ekranın başına keçirəm. Mənim üçün o əvəzolunmaz sənətkardır. Habil sənətdə çox tez tanınıb-sevildi. Bu evi bizə Prezident verdirdi. Ailə quranda heç nəyimiz olmayıb, hər şeyi zamanla əldə etmişik. Habillə ailə qurduğuma görə özümü xoşbəxt hiss edirəm. Hər ailə kimi bizim də çətinliklərimiz olub. Amma bunlar xoşbəxt çətinliklər idi. Biz bir-birimizə həmişə dəstək olmuşuq. Həmişə ona inanmışam Ona o qədər çox inanmışam ki, heç vaxt qısqanmamışam. Hərdən universitetdə qızlar mənə deyirdi ki, Habil heç sənə diqqət ayırmır. Burdan gedir, ordan gəlir. Amma mən həmişə ona inanmışam. Həmişə özümə qarşı istilik hiss edirdim Gözəl qız deyildim ki, özümə əmin olum. Amma onda həmişə özümə qarşı istilik hiss edirdim. Övladlarımızdan Rəvan demək olar ki, eynən Habilə bənzəyib. Hər həssas mövzuya kövrəlir. Habilin kövrəlməyi isə hələ gənclik illərindən var idi. O çox kövrək, rəhimli insandı. Nə yaxşı ki, onun həyat yoldaşıyam. Onunla qürur duyuram!
2014-02-28
10,284
Ukrayna prezidenti Baş Qərargah rəisini qovdu
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən və Ali Radanın sədri Aleksandr Turçinov Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri İlini istefaya göndərib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Ukraynanın hərbi telemərkəzinin keçmiş rəisi Miroslav Mamçak Feysbuk səhifəsində İlinin ürək tutmasında xəstəxanaya aparıldığını deyib. Qeyd edək ki, Yuri İlin bu vəzifəyə fevralın 19-da keçmiş prezident Viktor Yanukoviç tərəfindən təyin olunuşdu.
2014-02-28
10,285
Əl-Nüsra İŞİD-ə 5 gün vaxt verdi – “Yer üzündən siləcəyik”
Suriyada Əsəd rejiminə qarşı döyüşən əl-Nüsra cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani öz tvitter hesabında səs yazısı paylaşıb. "Axar.az" türk mətbuatına istinadən bildirir ki, Culani səs yazısı ilə İraq Şam İslam Dövlətinə (İŞİD) təslim olması üçün beş gün vaxt verdiyini bildirib: "Bismillahir-Rəhmanir-Rəhim Allaha həmd və salam olsun. Şam torpaqları daha bir övladını itirdi. O şəxs bir ata olaraq çox səbrli bir komandir olaraq hikmət və ədalət dolu insan idi. Bu insan Şeyx Əbu Xalid əl-Suru idi..." Əl-Culani "ey Əbu Xalid, kaş ki, mən sənin bu dünyada ölümünü görməyəydim, kaş ki, mən səndən əvvəl öləydim, kaş ki, mən göz yaşlarımı sənin üzərinə tökməyəydim" tipli çıxışının ardınca İraq Şam İslam Dövlətinə rəsmi şəkildə xəbərdarlıq edib: "Bu bəyanatla sizə təslim olmağınız üçün 5 gün vaxt veririk. Bu müddət tamam olduğunda nə edəcəyimizi özünüz görəcəksiz. Biz bir ildir ki, sizin törətdiyiniz əməllərə səbr edirik. Siz yaxşı bilirsiz ki, bizim İraqda qardaşlarımız çoxdur və sizləri oradan başlayaraq yer üzündən silmə gücünə sahibik. Allaha and içirik ki, bu saatdan sonra cahil fikirlərinizdən imtina etmədən döyüşə davam etsəniz, sizi yer üzündən siləcəyik". Son olaraq Əbu Məhəmməd əl-Culani İŞİD camaatına səslənib: "Alimlərinizin sözünü dinləyin, istiğfar edib Allaha dönün. Ümmətə açdığınız döyüşə görə tövbə edib sizi birliyə və qardaşlığa dəvət edirəm".
2014-02-28
10,286
Daha bir ölkə Yanukoviç tərəfdarlarının hesablarını dondurdu
Avstriya hökuməti korrupsiyada və insan haqlarını pozmaqda ittiham olunan 18 Ukrayna vətəndaşının bank hesablarını dondurub. "Axar.az"ın məlumatına görə, bu barədə Fransanın "Fiqaro" qəzeti xəbər yayıb. Avstriya Xarici İşlər Nazirliyindən bildiriblər ki, onlar rəsmi Kiyevin xahişi əsasında bu addımı atıblar. Lakin Nazirlik hesabları dondurulan şəxslərin adlarını açıqlamaqdan imtina edib.
2014-02-28
10,287
İTV-nin 5 aparıcısı işdən çıxarıldı
İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub: 1. Tamella Şirinova – aparıcı 2. Səlminə Ələkbərli – aparıcı 3. Şakir Qurbanov – radio aparıcı Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: "İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq". Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: "Artıq bu gündən İTV-yə işə çıxmıram". İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva xəbəri nə təsdiq, nə də təkzib edib: "Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar". "Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar" sualına isə belə cavab verib: "Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır". Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.
2014-02-28
10,288
Rusiya keçmiş hərbçilərini Ukraynaya göndərir - Foto
Rusiya sosial şəbəkələrində 18-45 yaş arasında orduda xidmət keçmiş peşəkar hərbçilərin turist kimi Ukraynaya göndərilməsi ilə bağlı elan verilib. "Axar.az" xəbər verir ki, "Vkontakte" sosial şəbəkəsinin çoxsaylı qruplarında bununla bağlı çağırışlar yer alıb. Qruplarda rus kişiləri əsas müqavimət nöqtələri sayılan Krım, Xarkov və Donetskə getməyə çağırılır. "Biz rus turistlər qonşu dövlətin ərazisində nə qədər çox olsaq, bizim dövlət rəhbərliyinin xaricdəki vətəndaşlarımızın hüquqlarını qoruması üçün o qədər rəsmi əsası olacaq. İndi Krımda bütün rus xalqının və bizim Böyük Rusiyamızın taleyi həll olunur", - deyə, təşkilatçılar bildirib.
2014-02-28
10,289
Xəstə gizir kredit götürüb sığınacaq almağa getdi...
Salyan rayon sakini Əliqulu Quliyev Almaniyada dünyasını dəyişən oğlunun başına gətirilənlərdən "Axar.az"a danışır. Əliqulu kişinin 64 yaşı var. Qul bazarında işləyib oğlunun borclarını ödəyir. 64 yaşlı atanın dediklərindən aydın olur ki, oğlunun həyatına qarşılaşdığı haqsızlıqlar son qoyub. Oğlum erməniləri əsir götürdüyünə görə həbs edildi Oğlu Natiq Quliyev hərbi xidmətə könüllü yollanıb. Xidməti başa vurduqdan sonra 6 ay gizirlik məktəbində oxuyub. Daha sonra yenidən hərbi xidmətə qayıdıb. 2000-2004-cü illərdə Tərtər rayonunda N saylı hərbi hissədə gizir vəzifəsini yerinə yetirib. Bu müddət ərzində Natiq Quliyev Heydər Əliyevin fərmanına əsasən medalla təltif olunub. Atasının dediyinə görə, Natiq çox cəsur, işində məsuliyyətli biri olub. Bir dəfə avtomatın süngüsünü itirən əsgərə onu tapıb yerinə qaytarmağı tapşırıb və ona bir şillə vurub. Bunu fürsət bilən komandiri vurulan əsgərin ailəsinə məktub yazıb, gizir Natiqdən şikayət edilməsini istəyib. Komandirin bu hərəkətinə səbəb isə atasının dediyinə görə, Natiqin iki gün əvvəl 2 ermənini tutub hərbi hissəyə gətirməsi olub və komandirlə onun arasında münaqişə də məhz bundan sonra yaranıb. Bundan sonra valideynin şikayəti əsasında tez-tez müstəntiq tərəfindən dindirilməyə çağırılan Natiq Quliyev istintaqa ifadə verməyə gedərkən işini yoldaşlarından birinə tapşırıb, hərbi hissəni tərk edib. Komandir Natiqdən Hərbi Tribunala şikayət verib, onun hərbi hissəni xəbərsiz tərk etdiyini, fərari olduğunu bildirib. Oğlum məhkəməyə 1000 manat verdi ki, icbari iş alsın Məhkəmə Natiq Quliyevə 2 il icbari iş versə də, prokurorluq qərara etiraz edib. Nəticədə Cinayət Məcəlləsinin ən ağır bəndi şamil olunaraq Quliyev Natiq 2004-cü ildə 4 illik həbsə məhkum olunub. Natiqin atası deyir ki, oğlu günahsız tutulub. Sadəcə, komandir onun oğluna ona görə qəzəblənib ki, Natiq komandirlə yaxın münasibətdə olan erməniləri tutub Azərbaycan tərəfə təhvil verib. 3 min pul verib, oğlumu öz əlimlə şikəst etdirdim 4 illik həbs həyatı ağır keçib. Natiqin bel nahiyəsinin aşağı hissəsində vəz əmələ gəlib. Azadlığa çıxan kimi ona əziyyət verən vəzin müalicə olunması üçün Bakıda klinikalara baş vurub. Amma vəzi müalicə edə biləcək həkim tapılmayıb. Televiziyalarda reklamı gedən "Meqaplaza" xəstəxanasına gəlib. Natiq həkimə dərdini danışar-danışmaz, Şəkərov adlı cərrah heç bir analiz götürmədən onu cərrah masasına uzadıb. Üstəlik, əməliyyatı yanlış apararaq, xəstənin onurğa sistemini zədələyib. Bundan sonra Natiq Quliyev bir daha yeriməyib. "Meqaplaza"nın türk müdiri dedi ki... 2009-cu ildə həkimin səhv əməliyyatı nəticəsində şikəst olan Natiqin atası "Meqaplaza" xəstəxanasına gəlib həkimdən əməliyyat pulunu geri qaytarmasını istəsə də, həkim pul aldığını danıb. Bunun əvəzində isə klinikanın böyüyü Türkiyə vətəndaşı "bura özəl klinikadır, bizə heç kim heç nə edə bilməz, get, kimə istəyirsən şikayət ver", - deyib. Həkim terroru O gündən Natiq bir daha yeriyə bilməsə də, bütün ümidlərini xarici ölkələrə, xarici həkimlərə bağlayıb. Tehrana yollanıb. Orda Natiqin yeriməməsinə səbəb kimi həkimin səhlənkarlığı, yanlış əməliyyat aparması göstərilib. Təbrizdə isə Natiqin yenidən əməliyyat edilməsi üçün 4000 min pul istənilib. Xilas yolu Atasının dediyinə görə, kasıb ailə olduqları üçün buna imkanları çatmayıb. Belə olandan sonra hər şeydən ümidi kəsilən Natiq 2013-cü ildə bankdan 1200 manat kredit götürüb və Almaniyadan siyasi sığınacaq almaq üçün yola düşüb. Orda həkimlərin səyi nəticəsində Natiqin ayaqlarında irəliləyiş yaranıb. Atası deyir ki, Natiqlə hər gün internetdə danışırdım, ayın 8-də isə ona zəng çatmadı... Oğlumun ölüm xəbərini ANS-telekanalından eşitdim Qonşular mənə dedi ki, Natiqi ANS-də göstərəcəklər. Evdə oturub "Adam içində" verilişində oğlumun ölüm xəbərini eşitdim. Elgizlə əlaqə saxlamağa çalışdım, cavab vermədilər. Mənim oğlum ölüb, bunlar ondan reklam düzəldirlər. Oğlunun meyitini Almaniyadan vətənə orda yaşayan azərbaycanlılar yola salıb. Ata oğlunu hava limanından gətirmək üçün Salyan Rayon İcra Hakimiyyətinə müraciət etsə də, İcra Hakimiyyətinin müavini Etibar adlı şəxs "bizim belə bir fondumuz yoxdur", - deyə yardımdan imtina edib. Dərdli ata Natiqin borclarını ödəmək üçün onun 1-ci qrup əllilik pensiyasının 3 aylıq haqqını, bir də oğlunun ölüm pulunu almaq istəyir və bunun üçün Salyan Rayon VVAQ-dan ölüm şəhadətnaməsini almalıdır. Ancaq ona bu idarədə belə cavab verilib ki, xarici ölkədə ölən insanlara ölü pulu verilmir. İndi çarəsiz qalan ata "Axar.az" vasitəsilə aidiyyəti qurumlardan onun işinə düzgün baxılmasını xahiş edir. Başqa heç nə...
2014-02-28
10,290
Fövqəladə Hallar naziri Qubada vətəndaşları qəbul edib - Foto
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Quba şəhərində vətəndaşları qəbul edib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
2014-02-28
10,291
Davudoğlu Krıma gedəcək
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Ukraynaya səfər edəcək. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Departamentindən məlumat verilib. Məlumatda qeyd olunub ki, bu gün Ukrayna Xarici İşlər naziri Andrey Deşitsa türkiyəli həmkarı ilə telefon danışığı aparıb. Tərəflər Ukraynadakı xarici siyasəti və Krımın hazırki vəziyyəti ilə bağlı müzakirə aparıblar. Deşitsa Davudoğlunu Ukraynaya səfərə dəvət edib. Davudoğlu bununla bağlı martın 1-də qərar verəcəyini deyib. Onun Ukraynaya səfəri zamanı Krıma gedəcəyi istisna olunmur.
2014-02-28
10,292
Binəqədi İH-nin “Süleyman Sani” cəhənnəmi - Axar TV
Bakının Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsindəki yollar yağış sularından sonra daha da acınacaqlı vəziyyətə düşüb. "Axar.az" sakinlərin sözlərinə istinadən bildirir ki, artıq illərdir bu yollar bərbad vəziyyətdədir. Sürücülər isə bildirirlər ki, yolların belə olması onların hərəkətinə olmazın çətinlik yaradır, avtobusların vaxtından əvvəl dağılmasına, sıradan çıxmasına səbəb olur. Güman ki, bu illərdə Binəqədi İcra Hakimiyyəti yetkililərindən kimsənin yolu buralara düşməyib və buradakı dəhşətli vəziyyətdən xəbərləri yoxdur. Hazırladığımız süjet də elə bircə məqsəd daşıyır – onları öz yollarıyla tanış etmək. Daha ətraflı aşağıdakı süjetdə:
2014-02-28
10,293
Sevastopoldan Ukrayna bayraqları yığışdırıldı
Ukrayna bayraqları Sevastopolda hökumət binalarının üzərindən yığışdırılıb. "Axar.az" xəbər verir ki, bu barədə Sevastopol sakinləri Feysbuk səhifələrində qeyd ediblər. Sakinlər dövlət binaları üzərindən bayraqların rus meyilli aktivistlər tərəfindən yığışdırıldığını yazıblar. Hazırda şəhərdə yalnız Sevastopolun öz bayraqları dalğalanır. Qeyd edək ki, bu gün Sevastopol aeroportu rus qoşunları tərəfindən nəzarətə alınıb. Bu şəhərdə həmçinin Rusiyanın Qara dənizdə olan ən böyük hərbi donanması yerləşdirilib.
2014-02-28
10,294
ANS-in efirində lətifə rəzaləti – Video/18+
İlqar Mikayıloğlunun aparıcılığı ilə yayımlanan "Günəbaxan" verlişində canlı yayım zamanı ədəbsiz sözlər işlədilib. "Axar.az" xəbər verir ki, həmin anları əks etdirən video-çarx oxucularımız tərəfindən redaksiyamıza göndərilib. Videoda tamaşaçının verilişə zəng etməsi və burada ədəbsiz lətifə danışması qeydə alınıb. Bütün texniki imkanlarına baxmayaraq, canlı yayımda tamaşaçının işlətdiyi qeyri-etik sözlərin qarşısı televiziya tərəfindən alınmayıb. Video-çarxı saytımıza göndərən oxucu buna mütəxəsis və ictimai münasibəti bilmək istəyir. Qeyd edək ki, verilişin efirdə yayılmasının tarixi göstərilməyib. Bu, texniki komandanın məsuliyyətidir Media eksperti Zeynal Məmmədli verlişdə yaranmış bu tip hallara görə telekanalın və proqramı hazırlayan komandanın məsuliyyət daşıdığını dedi: "İndiki texnika imkan verir ki, bəlli bir şeyi qabaqcadan görəsən. Müasir texnikada efirə verilmə ilə səslənmə arasında 20 saniyə fərq yaranır. Bu da sənə şərait yaradır ki, o sözü kəsə və ya efirə qoşulan tamaşaçıya xəbərdarlıq edəsən. Təbii ki, bunu siyasi senzura məqsədi ilə etmirsən. Bu qarşıdurma yaradan, söyüş olan səslərin efirdə yayılmasının qarşısını almaqdan ötrü edilir. Xarici televiziyalar hər zaman bundan faydalanırlar. Bu, həm də telekanalın öz məsuliyyətidir. Nəinki telekanal, burada həm də verilişi hazırlayan komandanın özü son dərəcə diqqətli olmalıdır. Belə anlarda səsin azaldılması və yaxud başqa vasitələrlə bunun canlı yayıma getməsinin qarşısını almaq mümkün olardı. Üstəlik də canlı yayımdan qabaq hazırlıq dövrü var. Sən müsahibin və ya verilişə qoşulan tamaşaçının nələr deyəcəyini də təxminən bəlli etməlisən. İndi həmin insanın belə söz deməsi nə dərəcədə gözlənilməzdir? Verlişin xarakteri necədir? Burada hansı sözlər işlədilir? Bunların hamısını nəzərə almaq lazımdır". Yayımlanan videonu ANS televiziyasının adından üzr istəyərək təqdim edir və ictimai reaksiyanı oxucuların ixtiyarına buraxırıq.
2014-02-28
10,295
Röyanın Kreml konsertində fantastik qiymətlər – Özəl
Röya Ayxanın bu il aprelin 18-də Moskvada Kreml Sarayında keçirilməsi nəzərdə tutulan konsertinə bilet fantastik qiymətədir. "Axar.az"a Moskvadakı soydaşlarımızın verdiyi məlumata görə, yerindən asılı olaraq konsertə biletlərin qiyməti 220 dollardan 270 dollara qədər dəyişir. Konsertə ən ucuz bilet isə sarayın balkonundakı yerlərdir. Burda biletin qiyməti 70 dollardır. Konsertə maraq o qədər böyükdür ki, hazırda sözün həqiqi mənasında bilet ajiotajı yaşanır. Soydaşımızın dediyinə görə, Kreml Sarayında sonuncu dəfə hansı azərbaycanlının solo konsert verdiyini heç saray rəhbərləri belə xatırlamır. Düzdür, "bizimkilər tez-tez Kreml Sarayında konsert verəcəm", - deyə anons edirlər. Amma bu həmin saray deyil. Onların konsert verdiyi saray yox, Kreml adlı mədəniyyət evidir. Sadəcə eyni adlı olduğundan, çox adam bunu qarışdırır. Qeyd edək ki, Kreml Sarayının 6 min tamaşaçı tutduğu bildirilir və buranın bir günlük icarəsi 100 min dollara yaxındır.
2014-02-28
10,296
DSMF-də “Açıq qapı” günü
Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan Respublikası "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq "Açıq qapı" günü-vətəndaş forumu keçirilib. Fondun ictimaiyytələ əlaqələr sektorundan "Axar.az"a verilən məlumata görə, tədbirdə dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları kimi mövzular müzakirə edilib. Forumda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları, Dövlət Sosial Müdafiə Fondunun gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştrak edib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Fondda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2007-2013-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və uyğun namizədlər müvafiq vəzifələrə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib. Komissiya sədri bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri barədə məlumat verib.
2014-02-28
10,297
Tatar icması Rusiya tərəfə keçdi
"Rusiyameylli qüvəllər tatar icmasını dəstəkləyir". "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında Ukrayna prezidenti yanında Krım tatarları icması şurasının sədr müavini Vasvi Əbdürəhimov belə deyib. Onun sözlərinə görə, hazırda benderlər və maydançıları Krım tatarları icması daxilində təkcə vəhabi təmayüllü kiçik kəsim dəstəkləyir: "Krım bender murdarlığı ilə mübarizə aparır. Söz Rusiyanındır. Əgər Rusiya bir dəfəlik Ukraynanı itirmək və burnunun ucunda - Smolensk yaxınlığında NATO qoşunlarını görmək istəyirsə, onda otursun baxsın. Bu benderlər Amerkadakı havadarları tərəfindən maliyyələşir. Bizim isə vəsaitimiz yoxdur".
2014-02-28
10,298
Dünya şöhrətli aktyorun ailə fotoları yayıldı
Dünya şöhrətli aktyor və prodüser Maykl Duqlas Feysbuk sosial şəbəkəsində öz fotolarını yayıb. "Axar.az" xəbər verir ki, aktyorun paylaşdığı fotolar arasında atası, məşhur aktyor Kerk Duqlasla olan fotosu böyük marağa səbəb olub. Qeyd edək ki, məşhur aktyor 14 ilə yaxındır ki, cazibədar aktrisa Ketrin Zeta-Consla ailəlidir. 70 yaşlı aktyorun doğulduğu ABŞ-ın Nyu-Cersi ştatında çəkdirib öz rəsmi səhifəsində paylaşdığı fotoları təqdim edirik.
2014-02-28
10,299
Rusiya öz oturduğu budağı kəsmək istəməz - Ekspert
Ötən həftə bəzi avropalı iqtisadçılar Avropanın təbii qazla bağlı Rusiyadan asılılığının artacağı ilə əlaqədar açıqlama verib. Reytinq agentliklərində yer alan xəbərə görə, hazırda Avropa ölkələrində istifadə edilən təbii qazın yarısına qədəri (təqribən 43%) Rusiyadan idxal edilir və bu qazın böyük bir qismi Ukrayna üzərindən daşınır. Bəzi iqtisadçılar isə qitənin Moskvadan təbii qaz asılılığının getdikcə artaraq 80 faizə çatacağını bildirirlər. Sıxılmış qaz məsələsi aktuallaşa bilər "Axar.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, deyilən məlumatlar doğru deyil və bu Rusiyanın, xüsusən də "Qazprom"un lobbiçilik fəaliyyətinin nəticəsidir: "Mən şəxsən bu xəbərə inanmıram. Əksinə, yaxın gələcəkdə Avropanın Rusiyadan asılılığının azalması prosesi baş verəcək. Asılılıqla bağlı yayılan xəbərlər "Qazprom"un lobbiçiliyi ilə həyata keçirilir. Onlar dünyada müəyyən bir fikir, ajiotaj yaratmaq istəyirlər. Amma hazırda əks işlər gedir. Məsələn, tezliklə İranla problemlər həll edilən kimi Türkiyə üzərindən təxminən 20-25 milyard kub metr qaz Avropa bazarına çıxarılacaq. Həmçinin sıxılmış qaz bazarının daha da genişlənməsi, hətta ABŞ, Avstraliya və Səudiyyə Ərəbistanında təbii qazın sıxılmış şəkildə Avropaya gətirilməsi gündəmə gələ bilər. Düşünürəm ki, tezliklə Avropanın Rusiyadan təbii qaz asılılığı 28-29 faizə düşəcək". Natiq Cəfərli mətbuatda yazılanların əksinə olaraq Ukrayna və Krımda baş verən hadisələrin Rusiya və Ukrayna arasında təbii qazla bağlı münasibətlərinə elə də təsir etməyəcəyini qeyd etdi: "Əvvəlcə onu qeyd etmək istəyirəm ki, burda Rusiyanın da öz maraqları var. Əgər rəsmi Moskva qazın Avropa bazarına çıxarılmasına problem yaratsa, bu onun büdcəsinə öz mənfi təsirini göstərəcək. Təkcə bir faktı deyək ki, qonşu dövlətin yalnız büdcəsinin 30 faizi qaz gəlirləri təşkil edir. Ola bilər qısa müddətli müəyyən lokal problemlər yaşansın, amma uzunmüddətli və xüsusən də konkret məsələlərdə hansısa problemlərin yaşanacağını düşünmürəm. Ölkələr arasındakı asılılıq qarşılıqlıdır. Obrazlı desək, Rusiya öz oturduğu budağı kəsmək istəməz".
2014-02-28
10,300
“Barselona”da xorvat izi- Video
"Barselona" Zaqreb "Dinamo"su ilə 17 yaşlı Alen Xaliloviçin transferini razılaşdırıb. Yarımmüdafiəçi ilə "Arsenal" , "Mançester Siti" və "Tottenhem" də maraqlanırdı. İddialara görə transferin dəyəri 10 milyon avrodur. Xaliloviç "Barsa"nın 1-ci komandasında oynamağa başlayanda zaqreblilər daha 5 milyon avro alacaqlar. Hələlik futbolçu "Barselona"nın gənclər komandasında oynayacaq.
2014-02-28
10,301
Tağı Əhmədov: "15 il işləmişəm, bəs deyil?"- Video
Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhrərliyinin bu gün təqdimetmə mərasimi olub. Maraqlıdır ki, yeni rəhbərliyin kollektivə təqdim olunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis danışıb. O, dəyişikliyin normal olduğunu bildirib. "Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəlincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?", - deyə Tağı Əhmədov bildirib. Tağı Əhmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.("Anspress")
2014-02-28
10,302
Azərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralı - Yenilənib
Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb. "QAZ 24" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. 20:00 Bu gün Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olanların şəxsiyyəti məlum olub. Hadisə nəticəsində "QAZ-24"-ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, "VAZ 21011" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə keçiniblər. "QAZ 24"-ün sürücüsü, Elçin Xəlilov və "VAZ 21011"-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 20:02 "Axar.az" xəbər verir ki, bu gün Bakı-Qazax yolunun 375-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "QAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar Fövqəlada Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində xəsarət almış bir sərnişin və iki meyit vətəndaşlar tərəfindən, deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmiş sərnişin və bir meyit yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.
2014-02-28
10,303
Rza Zərrab və nazir oğulları həbsdən azad olundu - Şok
Türkiyədə ötən ilin dekabrında keçirilən "rüşvət əməliyyatı"nda həbs olunan Rza Zərrab və iki nazir oğlu başda olmaqla 5 nəfər həbsdən buraxılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 dekabr əməliyyatları zamanı həbs olunan nazir övladları və Rza Zarrab təxliyə edilib. Və 5 şübhəli haqqında xaricə çıxmaq qadağası tətbiq edilib. Bununla bərabər hər gün polis idarəsinə gedib imza atmalarına qərar verilib.
2014-02-28
10,304
Ukraynadan Rusiyaya müharibə xəbərdarlığı
Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu şuranın iclasından sonra keçirdiyi brifinqdə qurumun katibi, son hadisələr zamanı Maydanın özünümüdafiə qüvvələrinin komandiri olmuş Andrey Parubiy deyib. "Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq", - deyə o, söyləyib. A. Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. A. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya "spesnaz"ıdir: "Rusiya Federasiyası və onun ordusu tərəfindən aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri tərəfindən ən adekvat addımlar atılacaq". Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Krımda fövqəladə vəziyyət elan olunması variantının da nəzərdən keçirildiyini, lakin bunun yerinə daha effektiv vasitələrə üstünlük verdiklərini açıqlayıb. A. Parubiy Krımdakı ssenarinin hüquq-mühafizə orqanları tərəfindən lokallaşdırıldığını nəzərə çatdırıb: "Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb". A.Parubiy 2010-cu ildə Ukrayna ilə Rusiya arasında (Viktor Yanukoviç və Dmitri Medvedev tərəfindən) imzalanmış və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşməsi və statusunu müəyyən edən Xarkov razılaşmasına yenidən baxılması məsələsini də müzakirə etdiklərini diqqətə çatdırıb. O, konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətin bu haqda məlumatlandırılacağını söyləyib. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən Rusiya donanmasının Ukrayna ərazisində qalma müddəti 25 il uzadılıb.
2014-02-28
10,305
Bakıda qatar tuneldə qaldı
Bakıda metroda problem yaranıb. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Nərimanov metro-stansiyasında az öncə qatarların hərəkətində problem yaranıb. Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən iki qatar ardıcıl olaraq Nərimanov metro-stansiyasından Bakmil stansiyasına hərəkət edib. Ardınca gələn qatar isə 6 dəqiqə qapıları açıq vəziyyətdə stansiyada qalıb. 2 dəqiqəlik fasilədən sonra Nərimanov stansiyasına yaxınlaşmaqda olan növbəti qatar platformada dayanan qatarın hərəkət etməməyi üzündən təxminən 4 dəqiqə tuneldə qalmalı olub. Metropolitenin stansiyadakı bələdçilərinin bildirdiyinə görə, buna səbəb texniki nasazlıqdır.
2014-02-28
10,306
"Şalvarsız aksiya"ya kim qoşulacaq? - Sorğu
Bakıda bir qrup gənc metronun "28 May" stansiyasının girişinin əsaslı təmirdən sonra açılış günü "Metroda şalvarsız bir gün" aksiyası keçirəcək. Martın 1-nə planlaşdırılan flaşmob "28 May", "Gənclik" və "Sahil" stansiyalarında keçiriləcək. Birmənalı qarşılanmayan aksiya təşəbbüsünə Gənclər Təşkilatlarının fərqli yanaşması var. "Nida" vətəndaş hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər "Axar.az"a bildirdi ki, aksiyadan məlumatsızdır: "Məlumatım olmadığı üçün bir söz deyə bilmərəm. Hansı məqsədlə keçirilməsindən də xəbərim yoxdur. Məlumatım olmayan xəbər barədə bir söz deməyim düzgün olmaz. Təşkilatımız adından kimlərinsə orada iştirak edib-etməyəcəyi haqda bir söz deyə bilmərəm". "Azərbaycan Avropa Hərəkatı"nın prezidenti Ramin Hacılı isə özü aksiyada iştirak etmək fikrində olmasa da, gənclərə dəstək verir: "Mən özüm bu aksiyada iştirak etmərəm. Ancaq bu o demək deyil ki, belə aksiyalara qarşıyam. Təşkilatımızdan kim istəyirsə iştirak etməkdə sərbəstdir. Ümumiyyətlə, gənclərə belə məsələlərdə qadağa qoymaq düzgün deyil. Şalvar, şort, mini ətək problemi çoxdan aradan qalxmalı idi. Ancaq bizdə hələ də belə şeylər müzakirə olunur. Gənclik çılğın olur və sərbəstliyi sevir. Bunun qarşını almaq lazım deyil. Təbiətcə çılğın olmayan gənclik, zənnimcə, heç bir işə yaramayan gənclikdir. Belə təşəbbüslə çıxış edən gənclərə qarşı anlayışlı olmaq lazımdır. Gənclik sərhədləri sevmir. Xaricdə tez-tez təkrarlanan belə aksiyalar heç müzakirə edilmir də. Çünki onlar artıq o problemi aşıblar. Bizim gənclik də aşmalı və məişət problemlərində ilişib qalmamalıdır, dünyaya çıxmalıdır". "Dalğa" Gənclər Hərəkatının media koordinatoru Nurlan Osmanlı gənclərin flaşmobuna qarşı çıxmasa da, bunun normal qarşılanmayacağını bilir: "İstənilən halda Azərbaycanda bu aksiyaya qarşı çıxacaqlar. Bu aksiyanı kimlərin təşkil etməsindən məlumatsızam. Ancaq təşkilatımız adından kimlərsə iştirak etmək istəsə, buna qarşı çıxmayacağıq. Özüm də qoşula bilərəm aksiyaya. Ancaq bu, həm də aksiyanın nə məqsədlə təşkil edilməsindən asılıdır". VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı isə aksiyanın məqsədini bilmədiyini dedi: "Hansı təşkilatın təşkil etdiyindən də məlumatım yoxdur. Aksiyanın təşkilatçısı, məqsədi barədə məlumatımız olmadığından, iştirakımızı da məqbul saymırıq". Qeyd edək ki, "Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. "Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir. İndiyə kimi dünyanın 60-dan çox şəhərində "Metroya şalvarsız girənlər" aksiyası keçirilib. Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.
2014-02-28
10,307
Yanukoviç Ukrayna xalqından üzr istədi
"Mənim müxalifət liderləri və 3 ölkə XİN rəhbəri ilə imzaladığım saziş yerinə yetirilmədi. Bunun nəticəsi olaraq Kiyev silahlı insanlarla dolduruldu. Bundan sonra baş verənləri terror və xaos adlandırmaq olar". "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rostovda mətbuat konfransı keçirən Viktor Yanukoviç deyib. V. Yanukoviç bildirib ki, hazırda parlament Maydanın təsiri ilə səs verir: "Onlar qurulan hökuməti qələbə hökuməti adlandırır. Kimin üzərində qələbə? Ukrayna xalqı üzərində? Milli birlik hökuməti yaradılmalıdır. Mən hesab edirəm ki, Ali Rada legitim deyil. Mən Ukraynada sabitliyi qoruya bilmədiyim üçün Ukrayna xalqından, veteranlardan üzr istəyirəm".
2014-02-28
10,308
Kamal Abdulla Dövlət müşaviri təyin edildi - Sərəncam
Azərbaycan prezidenti İlham Əliyev Kamal Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə K.Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
2014-02-28
10,309
Şahbaz Xuduoğlu 150 min manat cərimələndi
"Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu 150 min manat cərimələnib. Bu barədə "Axar.az"a naşir özü məlumat verib. Naşir bu vəziyyətə etiraz da edib: "Bilirsiniz ki, Vergilər Nazirliyi bir müddət əvvəl yoxlamalara başlamışdı. Nəşriyyatın sənədlərini də qanunsuz olaraq müsadirə etmişdi. Bu müsadirəyə etiraz olaraq məhkəməyə müraciət etdik və nəhayət, 7 iclasdan sonra məhkəmə bizim işimizə baxmaqdan imtina etdi. Nəşriyyata qayıtdıqda isə Vergilər Departamentinin İstintaq İdarəsindən bizə 150 min manatlıq cərimə ilə bağlı bildiriş gəldiyini gördük. Qeyd edilən cərimə qanunsuz müsadirə edilən sənədlərin yoxlanılmasından sonra yazılıb. Heç bir halda belə qərar olmamalıydı. Kitabı dirildən yeganə nəşriyyatıq. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?"
2014-02-28
10,310
Yanukoviç prezidentlikdən imtina etdi
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç prezident seçkilərində iştirak etməyəcək. "Axar.az"ın məlumatına görə, bu barədə o, Rostovda keçirdiyi mətbuat konfransında deyib. "25 mayda keçiriləcək prezident seçkilərinə gəlincə, hesab edirəm ki, bu seçki qeyri-legitim deyil və mən orada iştirak etməyəcəm. Bu seçkilər Ukrayna Konstitusiyası və qanunlar çərçivəsində keçirilməlidir" deyə Yanukoviç bildirib.
2014-02-28
10,311
“Univermaq Zaman”ın oğlunun səhhəti pisləşdi
"CTF" şirkətinin təsisçisi, "Sumqayıt" Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhəti pisləşib. Bu barədə N.İsgəndərovun yaxını məlumat verib. Məlumata görə, hazırda N.İsgəndərov Azərbaycandadır: "Son günlər Nizaminin bel nahiyəsində kəskin ağrılar yaranıb və buna görə də müalicə olunur. Belində yaranan ağırılarla əlaqədar Nizami İsgəndərov işə də çıxmır". Nizami İsgəndərov keçmiş deputat, "Univermaq Zaman" adı ilə məşhur olan Zaman İsgəndərovun oğludur. Qeyd edək ki, 2013-cü il iyulun 21-də Nizami İsgəndərova məxsus olan "Nabran Holiday Village" istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşmüşdü. Nəticədə azyaşlının bir ayağı kəsilmiş, digəri isə ağır zədələnmişdi ("Publika.az").
2014-02-28
10,312
Ruslar Krımda daha bir aerodromu ələ keçirir – Son dəqiqə
Ruslar Sak rayonunda yerləşən Novofederovka Hərbi Aeroduromunu ələ keçirməyə çalışırlar. "Axar.az" xəbər verir ki, bu sözləri Krım Tatar Məclisinin Mətbuat katibi Lilya Muslimova öz Feysbuk səhifəsində yazıb. O bu barədə beş dəqiqə bundan öncə informasiyaya sahib olduğunu deyib. "Beş dəqiqə bundan öncə Sak Regional Məclisinin sədri Esgender Bilyalov rus hərbiçilərinin Sak rayonunda yerləşən Novfederovka Hərbi Aeroduromunu ələ keçirməyə çalışdığını dedi". Qeyd edək ki, bu gün səhər rus hərbçiləri Sevastopol aeroportunu nəzarətə almışdılar.
2014-02-28
10,313
Kılıçdaroğlunun proqnozu doğru çıxdı
CHP sədri Rza Zərrabın azad olunacağını 22 gün əvvəl demişdi. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyədə ötən ilin dekabrında keçirilən rüşvət əməliyyatında həbs olunan Rza Zərrab və iki nazir oğlu başda olmaqla 5 nəfər həbsdən buraxılıb. Maraqlısı budur ki, Rza Zərrabın azad olunacağını CHP sədri 22 gün əvvəl demişdi: "Rza Zərrab həbsdədir. Ona deyəcəklər ki, danışmasan, səni çıxaracağıq. Çünki Zərrab "susmayacağam" deyə, xəbər göndərmişdi".
2014-02-28
10,314
Rusiya Sevastopola nəzarət edəcək – Şərh
"Rusiyanın Krıma yeritdiyi qoşun ancaq Sevastopol şəhərini əhatə edə bilər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Rusiyanın Krıma qoşun yeritmək ixtiyarının olmadığını bildirib: "Rusiyanın Krıma yeretdiyi qoşun ancaq Sevastopol şəhərini əhatə edə bilər. Bu addımı Rusiya orada yaşayan rus vətəndaşlarını və Sevastopolda yerləşən bazasını qorumaq üçün atdığını deyərək əsaslandıracaq. Krım yarımadasının Rus qoşunları tərəfindən zəbt olunması haqqında isə heç söhbət də gedə bilməz. Moskva çox gözəl anlayır ki, belə addım onun xeyrinə olmayacaq. O ki qaldı Rusiyanın bazasının Sevastopoldan çıxarılma ehtimalına… Mən inanmıram ki, yaxın vaxtlarda Ukrayna höküməti bu addımı ata bilsin. Bu, Kiyev üçün heç bir fayda verməyəcək və heç indiki zamanda da mümkün deyil". Qeyd edək ki, rus qoşunları artıq Sevastopol aeroportunu nəzarətdə saxlayırlar. Həmçinin şəhərdə artıq Ukrayna bayraqları da yığışdırılıb.
2014-02-28
10,315
İranda edam zamanı tükürpədici olay
İranda edam zamanı tükürpədici səhnə yaşanıb. "Axar.az"ın məlumatına görə, İranın Kərəc şəhərində qəsdən adam öldürməkdə ittiham olunaraq ölüm hökmünə məhkum olunmuş bir məhbus əhalinin gözü qarşısında dara çəkilməsi üçün meydana gətirilib. Əlləri arxadan bağlı olan məhbus edam kürsüsünə çıxarıldığı zaman dara çəkilməməsi üçün imdad diləməyə başlayıb. Bu zaman məhbusla icraçılar arasında mübahisə baş verib. Nəticədə məhbusu zorla edam kürsüsünə çıxarmağa cəhd göstərsələr də, məhbus stulu təpiklə vuraraq yerə salıb. Hətta icraçılar kürsünü yerinə qoysalar da, məhbus ikinci dəfə bədəni ilə onu səhnədən kənara tullayıb və bir müddət sonra ona tərəf gələn təpik vurub. Daha sonra məhbus çırpınaraq icraçıların əlindən qurtulmağa çalışıb, öz əllərini açmağa nail olub, onları yumruqla vurmağa başlayıb, birini səhnədən yerə də atıb. Sonda polislər hadisəyə müdaxilə edib onu döyüblər və əllərini, ayaqlarını qandallayaraq edam kürsüsünə qaldırmaqla ipi boynuna keçiriblər. Bununla da məhbusu dar ağacından asmağa nail olublar.
2014-02-28
10,316
Prezident 4 sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Rəhim Seyfullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi və Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə Rəhim Məmi oğlu Seyfullayev "Şöhrət" ordeni ilə təltif edilsin. Digər sərəncamda isə qeyd olunur" Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılsın". Digər sərəncamlarda isə Kamal Mehdi oğlu Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında sərəncam imzalanıb.
2014-02-28
10,317
Nazir Serbiyaya səfərə gedir
Martın 4-də Serbiyada Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, iclasda Komissiyanın 2-ci iclasından ötən dövrdə görülmüş işlər, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Serbiya Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər də keçiriləcək.
2014-02-28
10,318
Azərbaycan Polşadan konteyner alır - Foto
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Polşanın "Jakusz" şirkətinin istehsalı olan partlayıcı sursatları daşımaq üçün konteyner alır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Jakusz" şirkətindən məlumat verilib. Bu günlərdə FHN-in əməkdaşları Polşaya səfər edərək adıçəkilən şirkətdə görüş keçirib. Səfər zamanı Azərbaycan heyətinə konteynerin göstəriciləri və istifadəsi ilə bağlı təlimatlar verilib. Qeyd edək ki, "Jakusz" şirkəti indiyədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Utilizasiya Mərkəzinin qurulması layihəsində iştirak edib. Şirkət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) əlaqələrə malikdir.
2014-02-28
10,319
Goranboyda tikili yandı
Goranboy rayonunda köməkçi tikilidə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Veyisli kəndində ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-28
10,320
Yanukoviç xaricdəki mülkiyyətindən danışdı
"Hazırda Ukraynada cərəyan edən hadisələrin ssenarisini ölkə hüdudlarından kənarda yazıblar". Bunu Rostov-Donda mətbuat konfransı keçirən Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç deyib. O bildirib ki, vaxt gələcək və haqq-ədalət öz yerini tapacaq. Təəssüf ki, hazırda silahlıların və bu qanlı ssenarinin müəlliflərinin iştirakı ilə qorxulu teatrlaşdırılmış tamaşa göstərilir". V.Yanukoviç aksiya iştirakçılarına silah tətbiq edilməsinə dair milis işçilərinə əmr vermədiyini bildirib: "Bildiyiniz kimi, milis işçiləri son anadək silahsız olublar. Lakin milislərin həyatı üçün təhlükə yarandığına görə onlar silahlanmağa başladılar". O, Ukraynadakı böhran vəziyyətin nizamlanması haqqında sazişin qarantı qismində çıxış edən Qərb nümayəndələri ilə əlaqə saxlamadığını deyib: "Bununla belə, məsələ hələ də gündəmdədir. Görüşüb bu məsələni müzakirə etmək lazımdır". V.Yanukoviç qeyd edib ki, xaricdə heç vaxt mülkiyyəti olmayıb: "Xaricdə heç vaxt mülkiyyətim və hesabım olmayıb. Bunlar cəfəngiyatdır". (Trend)
2014-02-28
10,321
Röya Kreml konsertindən nə qədər alacaq?
"Röya Ayxanın Kreml Sarayındakı konsertinin təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzidir. Biz bilet satışına və təşkilatçılığa qarışmırıq". Bu sözləri "Axar.az"a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirdi. Onun sözlərinə görə, bilet ajiotajı və tapılmaması ilə bağlı məlumata malik deyillər: "Sizin bu xəbərinizdən biz ancaq sevinə bilərik. Röya xanımın konsertinə bu qədər diqqətin olacağını hesabladıqları üçün təşkilatçılar Kremlin böyük zalını kirayələyiblər". K.Bayramov bilet satışına qarışmasalar da, qiymətlər haqda məlumatlı olduqlarını dedi: "Bildiyim qədərincə, biletlər 8-12 min rubl (təxminən 170-255 manat) civarındadır". O ki qaldı Röyanın konsertdən alacağı qonorara, mətbuat katibi bunun kommersiya sirri olduğunu söylədi: "Bu barədə biz heç vaxt açıqlama vermirik. Bu bizim sirrimizdir". Xatırladaq ki, Röya Ayxan aprelin 18-də Kreml Sarayında konsert verəcək. Moskvada yaşayan soydaşlarımızın məlumatına görə, qiymətlərin kifayət qədər baha olmasına rəğmən, artıq konsertə bilet tapmaq müşkülə çevrilib.
2014-02-28
10,322
Ərdoğan Rza Zərrabın azadlığa çıxması barədə danışdı
Türkiyə Baş naziri Ərdoğan nazir övladları və iş adamı Rza Zərrabın bu gün azadlığa çıxmasına münasibət bildirib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Ərdoğan məhkəmənin haqsız olaraq həbs qərarı verdiyini ancaq sonda haqqın yerini tapdığını bildirərək, bir çox zərər görmüş insanların da həbsdən azad olacaqlarına inandığını deyib. Qeyd edək ki, iş adamı Rza Zərrab, nazir övladları Barış Gülər, Kaan Çağlayan və digər 5 nəfər 17 dekabr rüşvət əməliyyatı zamanı həbs edilmişdilər.
2014-02-28
10,324
Krım hökumətinin yeni tərkibi müəyyən edildi
Krımın Ali Şurası Muxtar Respublikanın Nazirlər Şurasının yeni tərkibini formalaşdırıb. Bunu jurnalistlərə parlamentin spikeri Vladimir Konstantinov deyib. Onun sözlərinə görə, bu hökumətdə hər bir nazir yalnız əməkhaqqına görə çalışacaq: "Bunu etməyənlərlə yollarımızı ayıracağıq". Bununla belə, V.Konstantinov hökumətin yeni üzvlərinin adlarını çəkməkdən imtina edib. (Trend)
2014-02-28
10,325
İsraildən şok iddia: "Ərdoğan Netanyahudan şikayət edib"
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı ona İsrail Baş naziri Benyamin Netanyahudan şikayət edib. "Axar.az" xəbər verir ki, Barak Obama Ərdoğana İsrail ilə razılaşmanın sonlandırılmasının vacibliyini vurğulayıb. Baş nazir Ərdoğan isə İsrail ilə Mavi Mərmərə məsələsində razılaşmanın əldə olunmamasında Netanyahunu günahkar bilərək, İsrail nazirinin razılaşmanı imzalamağı uzatdığını və indi topun Netanyahuda olduğunu deyib. Obama isə Ərdoğana gələn həftə Netanyahunun Ağ Evə gələcəyini və müqaviləni imzalamağı istəyəcəyini bildirib.
2014-02-28
10,326
Barak Obama Ağ Evin ətrafında qaçdı - Video
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama və vitse-prezident Co Bayden Ağ Evin ətrafında qaçaraq dövrə vurublar. Dövlət rəsmilərinin bu hərəkəti ölkənin birinci xanımı Mişel Obamanın başlatdığı "Lets Muv", yəni "gəlin hərəkət edək" adlı sağlamlıq aksiyası çərçivəsində baş tutub. Rəsmilər evin ətrafında dövrə vurduqdan sonra kampaniyanın 4-cü ildönümünü qeyd ediblər. Mişel Obamanın ümummilli kampaniyası ölkədə gənc təbəqə arasında erkən yaşlarından piylənmə hallarının qarşısını almaq məqsədilə həyata keçirilir. (ANS)
2014-02-28
10,328
Rusiya "Berkut"çulara vətəndaşlıq verir
Simferopoldakı Rusiya baş konsulluğuna "Berkut" əməkdaşlarına Rusiya pasportlarının verilməsinin başlanması üçün tədbirlər görmək tapşırılıb. Bu barədə Rusiya XİN-i məlumat verir. ""Berkut" dəstəsinin döyüşçülərinə Rusiya pasportlarının verilməsinə başlamaq üçün Simferopolda baş konsulluğuna Rusiya Federasiyasının bütün lazımi tədbirləri görməyə təcili olaraq tapşırılıb", - RF XİN-in Facebook səhifəsində dərc olunmuş məlumatda deyilir. (Trend)
2017-05-04
10,329
Bədənimə 30 minə yaxın iynə vurulub - Zöhrab Əmirxanlı
Bu gün Zöhrab Əmirxanlının ölümündən 3 gün keçir. Tanınmış jurnalistin 3 il öncə Axar.az-ın "Xatirə dəftəri" layihəsinə verdiyi müsahibəni təqdim etməklə oxucularımızın onu yad etməsini istədik: *** Bu dəfə tanınmış jurnalist Zöhrab Əmirxanlının "Xatirə dəftəri"ni vərəqlədik. Əslində dostlarının onunla bağlı o qədər xatirələri var ki... Amma biz o xatirələri tanınmış jurnalistin öz dilindən eşitmək istədik. Şəhərin mərkəzindəki "Dalğa" restoranında xudmani bir otaqda gerçəkləşən bu görüşün özü bir xatirə səhifəsi oldu. İnşallah, nə vaxtsa xatirə dəftərini vərəqləyən Zöhrab bəy bu səhifəyə də gəlib çatacaq. Hələliksə Zöhrab bəyin bura qədərki xatirələri ilə baş-başayıq. - Zöhrab bəy, səninlə görüşmək çox xoş oldu. Çoxdandır görüşmürük. Bu dəfə sənin "xatirə dəftərini" oxucularımız üçün vərəqləyəcəyik. - Mənə də xoş oldu. Qabaqcadan deyim ki, saytınız qısa müddətdə çox uzağa gedib - maraqlı və oxunaqlıdır. O ki qaldı mənim xatirə dəftərimin vərəqlənməsinə, güman etmirəm ki, hər kəs özünün könül dəftərinin bütün səhifələrini oxuda bilə... - Hər halda biz səninlə bu masada təkcə çay içməyəcəyik... - Hiss edirəm... Gözün bir qıza sataşır və gözlər öpüşür... - Tanınmış jurnalistsən, bir çox yerlərdə işləyibsən, həmişə də haqqında xoş sözlər eşitmişik. Bu, jurnalistikanın sənə doğma baxışıdır... Bəs sən bu gün jurnalistikaya necə baxırsan? - Mənim jurnalistikaya baxışım, bağlanmağım bilirsən necədir? Bax, elə bil ki, sütül yeniyetməsən və kənd toyuna getmisən, amma səni mağarın içərisinə buraxmırlar. Durub çadırdan toya baxanda təsadüfən gözün bir qıza sataşır və gözlər öpüşür. Sevmək istəyirsən, düşünürsən, içindəki o boşluğu sevgi dolduracaq. Mənim üçün də jurnalistlika elə bir ilahi sevgi idi. - Və sən mağara girmək hüququn olmayan vaxtdan, yeniyetməliyindən jurnalistikaya maraq göstərdin... - Jurnalistlikdən öncə üç il müəllim işləmişəm. Pedaqoji texnikumu bitirmişdim. İbtidai sinif müəllimi ixtisası üzrə. 18 yaşında Şamaxı malakanlarının yaşadığı Hilmilli kəndində Azərbaycan sinfi açmışdılar. Məni ora dərs deməyə göndərdilər. Amma jurnalistikaya maraq çox güclü idi. Bir neçə dəfə sənədlərimi vermişdim. Hər dəfə də balım çatmamışdı... Üç il ard-arda kəsildim, dördüncü ili qəbul oldum. - Və gəlib jurnalistikanın kandarında dayandın... - Jurnalistlikada o vaxt Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Seyfulla Əliyev, Nurəddin Babayev kimi ilahi insanlardan dərs aldım. Hər şeyi öyrəndik - qəzetçiliyi, mətbuatı... Amma sonradan cəmiyyətin qabalığı, vəhşiliyi ilə üz-üzə gələndə çoxumuz çaşıb qaldıq. Çünki aldığımız o ifrat tərbiyə, əxlaqla yaşadığımız mühiti uzlaşdırmaq çətin oldu... - Böyük arzu ilə jurnalistikaya qəbul olundun. Tanınmış jurnalistə çevrildin. Yazıların maraqla qarşılandı, sevildin. Və qəfildən də qeybə çəkildin. Bəs niyə? Bəlkə səhhətin... - Düzdü, mənim şəkərim var, amma bunun taleyimlə heç bir bağlılığı yoxdur. Əksinə, mən şəkərlə futbol oynayıram. Qırx bir ildir. Qırx bir ildə, hesablamışam, bədənimə təxminən otuz minə yaxın iynə girib. Bacarmır da, neynəyim... - Sən universiteti bitirməmiş jurnalistikanın içinə düşdün... - Qarşıma işıqlı adamlar çox çıxıb. Sonuncu kursda oxuyanda artıq respublika qəzetlərinin əksəriyyətində dərc olunurdum. "Bakı-Baku" qəzetlərinin redaktoru Nəsir İmanquliyev bizə dərs deyirdi. Bir gün mühazirədən sonra tapşırdı ki, gələrsən redaksiyaya, səninlə söhbətim var. Getdim və qısa danışıqdan sonra əmrimi verib məni işə qəbul elədi. O qəzetdə üç il Sənaye- tikinti-nəqliyyat şöbəsində işlədim. Açığı, o şöbə mənlik deyildi - ruhuma, təbiətimə yad bir sahə idi. Amma yeni ailə qurmuşdum, ilk övladım dünyaya gəlmişdi, çörək qazanmaq lazım idi. Mən işləyirdim, yazırdım... Nəsir müəllim redaktorluqdan gedəndən sonra onu Şamil Şahməmmədov əvəz elədi. Redaksiyada Şamil adlı biri də vardı - mənim şöbə müdirim. Yazılarımı verəndə özünə zülm eləyə-eləyə on beş min işarəlik materialı kəsib üç minə salırdı. Məni Nəsir müəllimin adamı bilirdilər. Həmişə də yazımı redaktora təqdim edəndə deyirmiş ki, bacarmır da, neynim... Yazılarını kimə yazdırırsan? - Elə beləcə sənin haqqında mənfi rəy formalaşdırırdı... - Hə. Bir gün o, Moskvaya kursa getdi. Bir həftə redaktora yazıları özüm verəsi oldum. Toxunmadan dərc edirdi. Bir dəfə də yazını verəndə qayıtdı ki, düzünü de, yazılarını kimə yazdırırsan? Bu söz mənə şapalaq kimi dəydi. Dedim, mən jurnalistika fakültəsini bitirmişəm, yazılarımı da özüm yazıram. Soruşdu ki, bəs Şamil burda olanda niyə belə yazmırsan? Dedim ki, bu, mənim yazı üslubumdur və həmişə də belə işləyirəm, amma o yazıların sizə necə gəlməsi bir ayrı söhbətdir. Şamil Moskvadan qayıdandan sonra redaktor onu danladı ki, o yazıları niyə mənə olduğu kimi vermirsən, bu cür bacarıqlı jurnalisti daim pis vəziyyətdə qoyursan... Dərsimə girmə... Bu Şamil var ha, onun əsl adı Şəmək olub. Tələbəlik illərində Araz Əlizadənin anası Ziynət xanım bunu qaldırır ayağa ki, adını de. Bu da adını deyir. Ziynət xanım deyir, çıx, adını lövhəyə yaz. Bu da yazır. Sonra Ziynət xanım ona qayıdır ki, adının qabağına bir "İ" hərfi də artır, gör nə oxunur. Və tələb edir ki, adını tezliklə dəyişdirməsən, dərsimə girmə... Həsən Həsənovun "Respublika" qəzeti - Demək qarşına heç də həmişə yaxşı adamlar çıxmayıb... - Azərtac-ın indiki baş redaktorunun Dağbəyi adlı müavini var. Çox yaxşı və ləyaqətli kişidir, amma qorxaq və əfəldir. Ş.Şahməmmədov növbəti məzuniyyətə çıxanda gəlib ona dedim ki, Dağbəyi müəllim, mən daha belə mühitdə işləyə bilmirəm, gedirəm. Əhməd İsayev "Respublika" qəzetini açırdı. Həsən Həsənovun "Respublika" qəzetini deyirəm. İşçi axtarırdılar. Surxay Hüseynli ilə getdik və qısa müddətdə Nazirlər Sovetinin qəzetini yarımmüxalif qəzetə çevirdik. Bir ildən sonra bu qəzet də bağlandı. "Sovet kəndi" qəzeti vardı ha, sonradan "Həyat" oldu. Surxayla məni ora dəvət etdilər, ancaq getmədik. - Niyə? - Çünki o qəzet bizim təbiətimizə uyğun deyildi. İstədiyimi yaza bilmədiyim yerdə mən yoxam. Məzahir Süleymanzadənin "Səhər" qəzeti çıxırdı, Surxayla getdik, dörd ay da orda işlədik və məlum oldu ki, yenə səhv gəlmişik, bura da bizim yerimiz deyil. Mən çox yerlər dəyişdim. 92-ci ildə Sərdar Cəlaloğlugil Naxçıvandan köçüb gəldilər Bakıya. ADP-nin fəaliyyətini burda davam etdirdilər. Baş redaktor axtarırdılar, məni dəvət etdilər, getdim "Hürriyyət" qəzetinin baş redaktoru oldum. O mənə "C" hərfini sevdirdi... - Sən özünün qəribə xüsusiyyətlərinlə də fərqlənirsən; şux görünürsən, yumor hissin güclüdür... Amma məndə belə bir təəssürat var ki, sənin içində qarşıdurmalar var. Statuslarda da, təklikdə də bir duyğusallıq, kövrəklik var. Bəlkə də bu, həyat yoldaşını vaxtsız itirmənlə bağlıdır. Mən istəyirəm Mehriban xanım Əbülfətqızıdan danışasan. Necə tanış olmusunuz? - Qəbul sənədlərinin siyahısında mən üçüncü, o dördüncü adam idi. Üçüncü imtahanı vermişdik. İndiki kimi jurnalistikaya qəbul asan deyildi. Səhv eləmirəmsə, 64 nəfər idik, kəsilib 18 nəfər qalmışdıq. Süleyman Rəhimovun gəlini vardı, Sima xanım, imtahandan sonra nəticələri ondan soruşurduq. Mənə demişdi ki, Zöhrab, get papağını əyri qoy gəz, bu il qəbul olunubsan. Kəsilən çox olub deyə, axırıncı imtahandan "üç" alanlar da keçəcək, amma heç kəsə demə. Gördüm Mehriban gəlir, soruşdum nə məsələdir, imtahanın nəticəsini öyrənmək istəyirsənsə, narahat olma, ikimiz də qəbul olunmuşuq. Bircə kəlmə "Sən papa canı?" soruşdu. Özü də "c" hərfini o qədər cingiltili dedi, o səs indi də qulağımdadır. Bu hərfi o mənə sevdirib, çalışıram bu hərflə kobud söz işlətməyim. Arxamca bircə söz dedi: "Tərbiyəsiz" Sima xanımın yanına getməyə qoymadım, dedim, məndən xahiş edib ki, heç kəs bilməsin. Çıxıb gəldik dayanacağa. O, 5 nömrəli avtobusla Bayıla, mənsə 106-cı marşrutla qohum evinə getməli idik. Dəlisovluq, çılğınlıq və emosionallıq daim mənim qanımdadır. Dedim ki, biz qəbul olduq, bir yerdə, bir partada oturacağıq, mən səni sevəcəm və sonda qovuşacağıq. Bu sözləri dedim və götürüldüm. Arxamca bircə söz dedi: "Tərbiyəsiz". Əsməri bir Yevlax qızı idi. Birinci dərs günü idi, mən bir az gecikmişdim. Qrupda da 23 nəfər idik. Sonradan Mirşahinlə Afaq Vasifqızını da filologiyadan bizə keçirmişdilər ki, qrupda tələbələrin sayı 25 olsun. Nə isə, girdim sinfə, gördüm Mirşahinlə birinci partada oturublar. Mən bunlardan 3-4 yaş böyük idim, özümü yaşlı adamlar kimi aparırdım. İkinci partada oturdum, arada Mirşahinin qulağına pıçıldadım ki, Şahin, ikinci dərsdən özünə yer tap. Dedi ki, baş üstə. Ehsan Zahidovla Mirşahin mənə "dayı" deyirdilər. İkinci dərsdə Mehribanla bir partada oturdum. Ayağa durdu ki, mən səninlə oturmaram. Dedim, hara getsən, gəlib orda oturacağam, özün bil. Bir-iki yer dəyişdi, getdim oturdum yanında, görəndə ki, it əl çəkir, motal əl çəkmir - taleyi ilə barışdı... Bu, qəribə yetimlikdir Sonra gəldik öz yerimizə, beş il birinci partada oturduq. İkinci kursda oxuyanda - qış semestrindən sonra bizimkilər Ağsu dolaylarını qar-boran bürüyəndə durub Yevlaxa elçiliyə getdilər, beşinci kursda da Şamaxıya qar tökəndə toyumuzu elədik. Adam atadan, anadan yetim qalır ee, amma bu, qəribə yetimlikdir. Bilirsən, heç kəs mənim qabağıma şərt qoymur... Amma uşaqlarım analarını çox istəyirlər. Mən onların üstünə ikinci qadın gətirə bilmərəm. Mehribanı itirəndən sonra mənə bütün çılpaqlığı ilə çatdı ki, övladın əziyyətinin yetmiş faizi qadının çiyninə düşürmüş. Yekə rüşvət söhbəti olub - Oxuduğun, işlədiyin adamların adını çəkdin. Onlar hamısı jurnalistikada sözünü deyən, imzalarını təsdiq edən adamlardır. Amma indi universitetlərimiz bir ucdan jurnalist istehsal etsə də, uğurlu kadrlar barmaq sayı qədər azdır... - Otuz il jurnalistikada olmaq bir igidin ömrüdür. Adam bir az kənar düşə bilər, amma mən özümü həmişə bu sahənin içində görmüşəm. "Bakı-Baku" qəzetində işləyəndə ən müxtəlif yerlərdə və məqamlarda o qədər yekə rüşvət söhbətləri olub ki... Bunun qabağında dayanmaq lazım idi... Rəhmətlik Əbülfəz bəy demişdi də, tankın-topun qabağında dayanan kişilər pulun qabağında dayana bilmədilər. Mən pulun qabağında dayana bildim, verilən, təklif olunan rüşvətləri rədd eləməyə gücüm çatdı. - Tez-tezmi olurdu belə hallar?.. - "Hürriyyət" qəzetində işləyirdim. Kirayə qalan vaxtlarım idi, Şəbnəmlə Mehinin dünyaya gəlişindən sonra ailədə artıq 4 nəfər olmuşduq. O vaxt redaksiyada kabinetimə əli çamadanlı bir adam girdi. Çamadanı elə tıxlı-təpili doldurmuşdu ki, qapağını qaldıran kimi pul göyə püskürdü. Dedim, ağsaqqal, dur pulları yığışdır, çamadanı bağla və bas bayıra. O kişi o vaxt sərhəd rayonlarımızdan birinə rəhbərlik eləyirdi və 200 hektar meşəni erməniyə satmışdı. Gəlişinin məqsədi bununla bağlı qəzetdə gedəcək yazının qabağını almaq idi. Amma mən yazını verdim və onun da dalından təpiyi vurub atdılar çölə. Halbuki əclaf olsaydım, o pulu götürər, ev, maşın alar, özümə gün ağlayardım. Eləmədim, heç vaxt rüşvətə əyilmədim. Ləyaqət deyilən bir nəsnə var. Onu itirmək, hamının ayağı altına sərmək mümkün deyil. Azərbaycan jurnalistikasında keçmişdən ta indiyə qədər rüşvət olub, var və olacaq da. Bünövrəsi doxsanlarda qoyulan o rüşvət məktəbi bu gün də yaşayır. Bilirsən, o məktəbin nə qədər yetişdirməsi var indi?! - Jurnalistikaya verdiyin qiymət budur? - Yox, niyə ki? Allah Nəcəf Nəcəfovun ruhunu şad eləsin, bugünkü mətbuat azadlığını o qurdu-qoşdu və dünyasını dəyişdi. Sonra həm o azadlıq, həm də o biri "Azadlıq" əldən-ələ keçdi. Heyf ki, bu, Nəcəf Nəcəfovun qurduğu "Azadlıq" deyil. Sabir Rüstəmxanlının yaratdığı "Azərbaycan" qəzeti var idi, ilahi bir qəzet. Götür qəzeti oxu və ürəyini qoy səhifələrin içinə. Bu qəzetlər, bu insanlar jurnalistikamızı kimlərin ümidinə buraxdılar... - Bu yaxınlarda o qəzetin - "Azərbaycan"ın 25 illiyi olacaq... - Qabaqcadan təbrik eləyirəm. Sonra Sabir bəyin qardaşı Şahbazın "Millətin səsi" qəzeti, ilahi, necə gözəl və yapışıqlı idi. Fəxri Uğurlunun, Hikmət Sabiroğlunun "Avropa" qəzeti bir ayrı işıq mənbəyi idi. - Sənin bir "Azadlıq" dövrün də oldu... - Hə, maraqlı və macəraqarışıq 4 illik bir dövr yaşadım o qəzetdə. Bugünkü Azərbaycan jurnalistikasının filləri - Zamin Hacı, Azər Qaraçənli, Pərviz Cəbrayıl, Afaq Vasifqızı, Lalə Cəfərova, Şahnaz Bəylərqızı və Mahir Mehdi ilə Humanitar şöbəni qurduq və uğurlu layihələri reallaşdırdıq. Senzuranın asa-as, kəsə-kəs dövründə isə iki ilə yaxın qəzetin bütün ağırlığını bu şöbə ilə çəkdik. Mən o uşaqların hər birini bu gün də çox istəyirəm. Şöbənin rəhbəri kimi heç vaxt bir sözümü iki eləmədilər... Nataşaları görüb ağlı başdan çıxandan sonra... - Bəs bugünkü jurnalistlərimiz necə, səviyyə baxımından səni qane edirmi? - Allaha qurban olum, Azərbaycan jurnalistikasına təpiyi o qədər bərk vurdu ki... Qələmindən bal süzülən Adil Qaçayoğlunu, Hüseyn Əfəndini, Məmməd Nazimoğlunu dalbadal alıb apardı. İndi elə bil ki, o nəsillə bugünkü jurnalistika arasındakı körpü dağılıb. Bu sahədə dəhşətli bir boşluq yaranıb. Sanki millət də, onunla birgə intellekt də tükənib. Yazısı ürəyindən tikan çıxaran jurnalist çox azdır. 2002-ci ildə Aydın Canıyevlə Moskvada "Üçüncü Azərbaycan" adlı qəzet buraxırdıq, qardaşlarım maliyyələşdirirdi. Allah o günləri ömrümə yazmasın, o qədər əbləh işlərlə məşğul olmuşam ki... Adamlar qəzet oxumur da, qardaş, pulunu xərcləyir axmaq-axmaq işlərə, amma bazarda satılan bircə stəkan yaxantı çayın pulunu - 10 rublu qəzetə qıymır. Çünki eldən çıxandan, əlinə bir az pul gələndən, nataşaları görüb ağlı başından çıxandan sonra ona maraqlı deyil Azərbaycanda nə baş verir... O söhbətə bir də qayıdıram. Azərbaycanda ləyaqətli jurnalistlər var. Məsələn, Hikmət Sabiroğlu Azərbaycan jurnalistikasının meyarıdır, memarıdır, ölçü vahididir. Fəxri Uğurlu, Qulu Ağsəs, Famil Cəfərli, sizin Pərviz... bəzən bunlar yerində olmayanda adama çox pis təsir edir. Elələri də var ki, jurnalistlikdən heç anlayışı da yoxdur, amma bir-iki yazısı çıxandan sonra özlərini xırdaca dağların yaradıcısı kimi aparırlar. Bu ölkədə Anarın, Pərvizin, Fəxrinin, Qulunun, Familin, Hikmətin... yeri yoxdur, varsa da çox narahat və darısqaldır. Bax, faciə burasındadır... Zöhrab bəylə söhbətimiz uzun çəkdi. Guya "Xatirə dəftəri"ni vərəqləyəcəkdik. Xatirələri ilə yanaşı jurnalistikamızın problemlərini də çözəsi olduq. Bu da bir xatirə olsun, haçansa vərəqləyən tapılar... 2014.02.28.
2014-02-28
10,330
Jurnalistlər üçün yeni müsabiqə elan olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Məlumata görə, müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təmini sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəliliyinin artırılmasına şərait yaradılmasıdır. Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilər. Təqdim olunan yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında verilməlidir. Ümumiyyətlə, yazılar son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr olunan, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir. Yazılar fevralın 28-dən mayın 30-dək qəbul olunacaq. Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək (ANS). Birinci yer - 1000 manat İkinci yer - 700 manat Üçüncü yer - 500 manat həvəsləndirici mükafat - 200 manat Qaliblər, həmçinin ƏƏSMN və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaq.
2014-02-28
10,331
Özünü Rembo sanan İraq əsgərinin sonu – Video
İraqda Maliki hökumətinə qarşı vuruşan müqavimət qrupları və sünni tayfaların hücumları illərdir davam etsə də, bir çox bölgələrdə şiddətli qarşıdurmaların yerinə atəşkəs qərarı alınıb. "Axar.az" ərəb mətbuatına istinadən bildirir ki, keçən həftə Müdafiə Nazirliyi bölgədə davam edən silahlı qarşıdurmanı sonlandırmaq üçün tək tərəfli olaraq 72 saat ərzində atəşkəs qərarı alındığını və bu müddətin uzadılacağını bildirmişdi. İraqda davam edən qarşıdurmaları ört-basdır etmək istəyən Maliki hökumətinin bölgəni vətəndaşların olub-olmasına baxmayaraq, bombardman etməsi nəticəsində çoxlu adam ölüb. İraqın paytaxtı Bağdad və ətrafında bomba partlaması nəticəsində 40 adam həyatını itirib. İraq bölgəsində qarşı tərəfdə olan silahlı müqavimətçilərə müdafiəsiz şəkildə hara atdığına baxmadan atəş edən İraq ordusuna aid bir əsgərin müqavimətçilər tərəfindən vurulduğu an videoya çəkilib. Videonu təqdim edirik:
2014-02-28
10,332
Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edir
Viktor Yanukoviçin Rusiya ərazisində olduğu rəsmən təsdiqləndiyinə görə, Ukrayna Baş Prokurorluğu Moskvadan sabiq prezidentin ekstradisiyasını tələb edir. "Axar.az" APA-ya istindən xəbər verir ki, məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. "Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rostov şəhərində mətbuat konfransı keçirməsi onun Rusiya Federasiyasında olduğunu təsdiqləyir", - Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd edilir. Sənəddə Rusiya Baş Prokurorluğundan müsbət cavabın gözləndiyi bildirilir. Xatırladaq ki, bu gün Viktor Yanukoviç hələ də Ukraynanın legitim prezidenti olduğunu və yeni hökuməti tanımadığını bəyan edib.
2014-02-28
10,333
Güneyli fəal azadlığa buraxıldı - müvəqqəti
"Traxtur" futbol komandasının fan klub üzvü Mehdi Sadiqi azadlığa buraxılıb. "Axar.az"ın məlumatına görə, M.Sadiqi azadlığa buraxılsa da, onun mobil telefonu və şəxsiyyət vəsiqəsi polisdə saxlanılıb. Onun yenidən polisə çağırılacağı gözlənilir. Qeyd edək ki, M.Sadiqi "Traxtur" futbol komandasının azarkeşi olan Miyana sakinidir. O, iki gün, öncə 26 fevralda "Traxtur"la Səudiyyə Ərəbistanının "Əl-İttihad" futbol klubunun oyunu zamanı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılmışdı.
2014-02-28
10,334
“Nə vaxta qədər varlılar Avropaya, kasıblar İrana axışacaq?”
"Nərmin Hüseynliyə yardım kampaniyasını davam etdirməklə yanaşı, yeni bir kampaniyaya da başlamaq lazımdır". Bu sözləri "Axar.az"a açıqlamasında ictimai fəal Bəxtiyar Hacıyev bildirdi. Onun sözlərinə görə, bu kampaniyada iki tələb irəli sürmək lazımdır: "Birinci, icbari tibbi sığortanın tətbiqinə başlanmalıdır. Çünki 3-5 nəfər üçün ianə kampaniyaları təşkil edilə bilər, amma hamı üçün bu edilə bilməz, yüzlərlə, minlərlə insanın təcili müalicəyə ehtiyacı var. Heç kim də sabah hər hansı bir xəstəliklə üzləşəcəyindən, ailəsinin müalicə üçün imkanlarının olacağından əmin ola bilməz. Ona görə də dövlət bütün vətəndaşların sığortalanması, müalicəyə ehtiyacı olduqda isə xərclərinin ödənməsi məsələsini ən qısa zamanda həll etməlidir. İkinci, səhiyyə sistemində ən qısa zamanda yüksək islahatlar həyata keçirilməlidir". B.Hacıyev bildirir ki, səhiyyə sistemindəki çatışmazlıq ölkədən həm də pul axınına səbəb olur – varlılar Avropa, orta təbəqə Türkiyə, kasıblar isə İran xəstəxanalarına pul tökür: "Niyə 23 il müstəqil olan, milyardlarla dollar neft gəlirlərinə sahib ölkənin varlı vətəndaşları Avropa xəstəxanalarına, kasıb vətəndaşları isə dost, qohum, qonşunun köməyi ilə İran, Türkiyə xəstəxanalarına üz tutmalı, onlara xeyir verməlidirlər? Niyə gəlir səviyyəmizdən asılı olmayaraq, hər bir vətəndaşımızın sabah ağır xəstəliklə üzləşəcəyi vaxt "dövlətimə, xəstəxanalarıma, həkimlərimizə güvənirəm" deyəcəyi bir səhiyyə sistemimiz olmamalıdır?" Bəxtiyar Hacıyev ölkə rəhbərliyinə, Milli Məclisə müracətin hazırlanması və minlərlə vətəndaş tərəfindən imzatoplama kampaniyasına başlanmasını təklif edir.
2014-02-28
10,335
Cənubi Kipr hökuməti istefaya getdi
Cənubi Kipr Respublikasında hökumət böhranı yaşanır. "Axar.az" xəbər verir ki, Cənubi Kiprdə Nazirlər Kabineti istefa verib. Hökumətin istefasının Kipr probleminə mənfi təsir edəcəyi gözlənilir. Belə ki, Enerji naziri Yorqos Lakkotripis, Müdafiə naziri Fotis Fotiu, Təhsil və Mədəniyyət naziri Kiriakos Kenevezos və Səhiyyə naziri Petros Petridisin istefa verməsindən dərhal sonra bütün nazirlər istefa verib. Stilyanidis yeni hökumətin formalaşdırılacağına qədər nazirlərdən vəzifələrində qalmalarını xahiş edib.
2014-02-28
10,337
“Ukrtelekom” şirkətinin binası silahlılar tərəfindən ələ keçirildi
Sevastopolda naməlum sılahlılar "Ukrtelekom" şirkətinin binasını ələ keçiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nəticədə şəhər əhalisinin 80%-ı stasionar telefon rabitəsi və internetsiz qalıb. Binanın qarşısında xalq özünümüdafiə dəstələri keşik çəkir, içəriyə heç kim buraxılmır. "Ukrtelekom" şirkəti fiber-optik kabellərin sıradan çıxarılması nəticəsində Krım yarımadası və Ukraynanın digər əraziləri arasında rabitəni təmin etmək üçün texniki imkanlardan məhrum olduğunu bəyan edib.
2014-03-01
10,338
“Krımı Yekaterina alıb, onun Ukraynaya dəxli yoxdu” - Video
Krıma yola düşən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirovski bura çatar-çatmaz növbəti qalmaqallı açıqlama verib. "Axar.az"ın məlumatına görə, alovlu çıxış edən Jirinovski bildirib ki, Krımın Ukraynaya heç bir aidiyyəti yoxdu, onu imperator İkinci Yekaterina alıb. Qeyd edək ki, Jirinovski Sevastopolda böyük coşqu ilə qarşılanıb. O bildirib ki, Rusiya həmişə onların yanında olacaq. Ukraynanın yeni hakimiyyətini məsxərəyə qoyan Jirinovski bildirib ki, onların Maydanı, Rusiyanın Maqadanı var. Dolayısı ilə o, işarə edib ki, maydançılar ağıllarını başlarına yığsın, əks halda, Maqdana katorqaya göndərəcəklər.
2014-03-01
10,339
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
2014-03-01
10,340
Məşhurlar haqqında çox maraqlı “gərəksiz bilgilər”
Hər kəsin həyatında əhəmiyyət verməyib üstündən keçdiyi hadisələr olur. Belə hadisələr bizim kimi adi insanların həyatında bir işə yaramasa da, məşhurları çətindən çıxarmağa yarayır. Məşhurların həyatından maraqlı "gərəksiz bilgilər"i "Axar.az" oxucularıyla paylaşır. Qeyri-adi virtuozluq Bir dəfə Nikkola Paqanininin düşmənləri konsert ərəfəsində onun skripkasının simlərini zədələyir. Nəticədə çıxış zamanı alətin 3 simi qırılır. Buna baxmayaraq, Paqanini salamat qalmış bircə simlə konsert proqramını qüsursuz ifa edir. Hətta dinləyicilər musiqinin bircə simlə ifasının belə fərqinə varmırlar. Peşəkarlığın əlaməti Məşhur dirijor Hans fon Bülovdan soruşurlar: "Yaxşı dirijorla pis dirijorun fərqi nədir?" Cavab verir: "Yaxşı dirijor əsərin partiturasını başında, pis dirijor isə əksinə, başını partiturada saxlayır". Ən etibarlı sənət Bir gün dahi Karuzo şəxsi hesabından böyük məbləğdə pul çıxarmaq üçün banka gəlir. Lakin özü ilə şəxsiyyətini təsdiqləyən sənəd götürməyi unudur. Kassir də haqlı olaraq ona pul ödəməkədən imtina edir. Onda Karuzu bir an fikrə gedib vəziyyətdən maraqlı çıxış yolu tapır. O, "Toska" operasından məşhur bir ariya oxuyur. Kassir də ödəməni dərhal təşkil edir. "Mən heç vaxt belə ilhamla oxumamışdım", - deyə Karuzo zarafatından da qalmır. Yuxusuzluğun əlacı Rusiyanın Almaniyadakı səfiri qraf Kazerlinq daimi yuxusuzluqdan əziyyət çəkir və gecə saray müsiqiçisi Teofil Holdberqdən klavesində mülayim, "yuxu gətirən" musiqi əsəri çalmasını xahiş edir. Holdberqin repertuarı tədricən tükəndiyindən qraf Kazerlinq Sebastyan Baxa yeni əsər sifariş edir. Bax da ariya və 30 variasiyadan ibarət bir silsilə bəstələyir və həmin əsərə onu ifa edəcək Holdberqin adını verir. Beləliklə, qraf Kazerlinqin yuxusuzluğu dünya musiqisinin gözəl incilərindən biri olan "Holdberq-variasiyaları" əsərinin yaranmasına səbə olur. Litavranın zərbəsi ilə oyanış Londonda işlədiyi zaman Yozef Haydn fikir verir ki, sakit, mülayim xarakterli, ağır templi əsərlərin ifası zamanı bəzi dinləyicilərin diqqəti musiqidən yayınır, hətta onlar yatırlar. Belə saxta musiqisevərlərin dərsini vermək məqsədilə bəstəkar növbəti simfoniyasında bir məzəli ideya tətbiq edir. Simfoniyanın ikinci, ağır hissəsində musiqi get-gedə sakitləşdiyi halda litavra alətinin birdən səslənən gur akkordu zalda bütün yatanları oyadır. O vaxtdan Haydn 94-cü simfoniyası "Litavranın zərbəsi ilə oyanış" adı ilə tanınır. Vatikan qanunlarının pozulması 14 yaşlı Motsart Romada olarkən atası ilə birlikdə Sikst kopellasına gedir və orada Alleqrinin "Misserere" dini xor əsərini dinləyir. Sahibi Vatikan kilsəsi sayılan həmin əsərin nota köçürülməsi və yayılması qəti qadağan idi. Əsərə bircə dəfə qulaq asdıqdan sonra balaca Motsart onu bir gecədə bütövlükdə nota köçürür və bir neçə gündən sonra verdiyi kosertdə bu əsəri ifa edir. Əslində, bu, kilsə qanunlarını kobud pozmaq demək idi. Lakin konsertdə olan və uşağın möcüzəli eşitmə qabiliyyətinə və yaddaşına heyran qalan Roma Papası balaca Motsartı nəinki cəzalandırır, onu hətta "Qızıl Şpor Ordeni"nin kaveleri fəxri adına layiq görür. Məhkəmənin qərarı ilə toy şənliyi Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirən Şuman məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apellyasiya Məhkəməsi bu məsələni artıq həddi-büluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənci evləndirir. Bu nikahın ləğvi deyil, bağlanması haqda tarixdə verilmiş yeganə məhkəmə qərarıdır. Dinləyicilərə xoş gəlmək üçün... 1855-ci ildə Londonda Betxovenin 2 simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını soyuq qarşılayırdılar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqış qazanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki Rossininin "Seviliya bərbəri" operasının partiturası imiş. Özü də baş-ayaq şəkildə. Ailə və opera əleyhinə Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid edər və bunun səbəbini soruşarmışlar. Brams isə cavabında "mənim opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri mənlik deyil". Gecikmiş məhəbbət 1832-ci ildə Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir və "ondan heç vaxt bəstəkar olmaz" deyir. Bir neçə on illikdən sonra Milan Konservatoriyası vaxtilə bəyənməyib rədd etdiyi gənc musiqiçinin adını daşımaq üçün müraciət edib səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir. Müəmmalı hadisə İstedadlı Amerika musiqiçisi, trombonçalan Qlen Miller dünyanın ən populyar caz orkestrlərindən birinin rəhbəri olub. 1944-cü ildə onun idarə etdiyi təyyarə Amerikadan Avropaya uçan zaman müəmmalı şəkildə yoxa çıxıb.
2014-03-01
10,341
Simferopol hava limanı bağlandı
Simforopol hava məkanı sərnişin təyyarələri üçün bağlanıb. "Axar.az"ın məlumatına görə, hələlik qərar martın 1-i, saat 18:30-a qədər qüvvədədir. Ancaq qadağanın müddətinin uzadılacağı istisna edilmir. Bu qadağanın səbəbləri izah edilməyib. Hazırda Kiyevə 2, İstanbula 1 reysin təxirə salındığı bildirilir. Məlumata görə, sərnişinlər arasında nümayəndə heyətilə bu gün Krıma yola düşən Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovski də var. Onun Moskvaya qayıda bilmədiyi söylənilir.
2014-03-01
10,342
Krım Teleradio Mərkəzi də tutuldu
Krımın Mərkəzi Radio və Televiziya Təşkilatı silahlı şəxslər tərəfindən işğal edilib. "Axar.az" xəbər verir ki, Krımın Parlament binası, Baş nazirlik və Simferepol Aerodromundan sonra bu dəfə Krım Mərkəzi Radio və Televiziya Təşkilatı (KMRTK) silahlı və hərbi kamuflyajlı şəxslər tərəfindən işğal edilib. Açıqlama verən KMRTK müdir müavini İrina Sergeyevna silahlı şəxslərin binanın idarəsini ələ keçirdiyini, ancaq onlara zərər vermədiyini bildirib.
2014-03-01
10,343
Türkiyə hərəkətə keçdi: Davudoğlu təcili reyslə Kiyevə getdi
Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Simferopol Hava Limanının ruslar tərəfindən ələ keçirilməsindən sonra dərhal Bolqarıstandan Ukraynaya gedib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Xarici işlər naziri Əhməd Davudoğlu və nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə gedib. Davudoğlu Türkiyənin Kiyevdəki səfirliyində qısa bir müddət istirahət etdikdən sonra Krımın Tatar Milli Məclisinin sabiq rəhbəri və Ukrayna parlamentinin üzvü Mustafa Abdülcəmil Kırımoğlunu qəbul edəcək. Davudoğlu Ukraynada yeni rəhbərliyin nümayəndələri ilə sabah bir araya gələcək. Davudoğlu sürpriz səfəri çərçivəsində Ukrayna prezidenti və parlament sədri Oleksandr Turçinov ilə Baş nazir Arseniy Yatsenyukla da görüşəcək.
2014-03-01
10,345
Alim Qasımovun qızından möhtəşəm konsert - Video
Bu gün Heydər Əliyev Sarayında Əməkdar artist Fərqanə Qasımovanın "Oxu, qızım" adlı ilk solo konserti keçirilib. "Axar.az" xəbər verir ki, konsertdə xalq artistləri, sənət xadimləri və bir çox ziyalılar iştirak ediblər. Böyük sənətkar Alim Qasımovun dəstəyi ilə keçirilən bu möhtəşəm konsertdə milli dekorasiya ilə bəzənmiş səhnə konsertə xüsusi yaraşıq verib.
2014-03-01
10,346
Masallıda ev yandı: ölən var
Masallı rayonunda yaşayış evində ölümlə nəticələnən yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Şərəfə kəndində 1938-ci il təvəllüdlü Hümbətov Naib Məhəmməd oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 75 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yataq xəstəsi olan N.Hümbətovun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-01
10,347
Fizika qanunlarını alt-üst etdilər – Video
Gənclər fizika qanunlarına zidd olan hərkətləriylə hər kəsin diqqətini çəkir. "Axar.az" xəbər verir ki, Yutub şəbəkəsində yayımlanan videoda bir neçə gəncin qeyri-adi hərəkətləri insanların diqqətini çəkib. Gənclər ağlasığmaz şouları ilə demək olar ki, fizika qanunlarının əksinə hərəkətlər edib. Videonu "Axar.az" oxucularına təqdim edirik.
2014-03-01
10,348
Yeni “BMW Active Tourer” gəlir
Almaniya avtomobil istehsalçısının ön çəkimli ilk avtomobili olan 2015 "BMW" 2 Seriyası Active "Tourer" haqda rəsmi olaraq məlumat verilib. 2015 "BMW" 2 Series Active Tourer-in dünya təqdimatı Cenevrə Avtomobil Sərgisində olacaq. Uzun zamandır gözlənilən 2 Series Active Tourer hələlik 5 oturacaqlı olaraq satışa çıxarılacaq olsa da, irəliləyən dövrlərdə 7 oturacaqlı versiyası da şourumlardaki yerini alacaq. Bütün modellərlə ailə dostu kimi hazırlanan avtomobil geniş ox məsafəsi və iç həcmi ilə olduqca rahat modeldir. 468 litrlik baqaj həcmi ilə rəqiblərindən geridə qalmayan yeni 2 ardıcıllığı AT-nin arxa oturacaqları yatırıldığında bu rəqəm 1510 litrə qədər çıxa bilir ki, bu rəqəm də bir ailə avtomobili üçün çox vacibdir.
2014-03-01
10,349
76 klubun başı bəlada - UEFA
Beynəlxalq futbol qrumu UEFA feyr-pley qaydalarına riayət etmədiyi üçün 76 klub barəsində istintaq işi aparır. "Axar.az" xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb. UEFA istintaqın sonunda əgər klublar qərara alınacaq şərtləri yerinə gətirməzlərsə, pul cəzasına ya da UEFA-nın təşkil etdiyi yarışlardan xaric ediləcəklər. Beynəlxalq futbol qrumu iqtisadi meyarlara riayət etməyən klubların adlarını aprel ayının sonundan açıqlayacaq. UEFA-nın maliyyəyə nəzarət orqanı klubların dosyalarını yoxladıqdan sonra tətbiq edəcəyi sanksiyaları da iyun ayının ortalarında açıqlayacağını bəyan edib.
2014-03-01
10,350
Qoz qabığından inanılmaz möcüzə
Saç tökülməsinin qarşısını almaq üçün saçlarınızı qoz qabığı suyu ilə yuyun. İndiki vaxtda qadınlar kişilərə nisbətən daha çox saç tökülmə problemi yaşayır. Dərmanlardan fayda görməyənlərsə bitki mənşəli düsturlara yönəlir. Bu düsturlardan isə nizamlı şəkildə istifadə edilməsi vacibdir. Adətən ən çox bunun qarşısını almaq üçün sarımsaqdan istifadə olunsa da, çox da təsirli deyil. Professor Əhməd Marankinin məsləhətinə görə, qoz qabığı sarımsaqdan daha təsirlidir. Qoz qabığının istifadə qaydası: 20 ədəd qozun qabığını (xarici qismindəki sərt olan qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən qoz qabığının suyu ilə hər gün səhər-axşam iki dəfə saçlarınızı yuyun. Daimi tətbiqdən sonra qısa müddətdə saç tökülməsinin qarşısı alınır. Müalicəni ən az üç həftə davam etməniz vacibdir.
2014-03-01
10,351
“Nurçular Prezident Aparatındadır”
Milli Məclis üzvlərindən 24 nəfərin "Gülən camaatı"na bağlı olması hələ də müzakirə predmetidir. Adları "nurçu" olaraq hallanan (əslində, "nurçular" və "gülənçilər" fərqli anlayışlardır, ancaq Azərbaycanda bəzən bu sözlər sinonim kimi işlənməkdədir) deputatlardan biri – BAXCP sədri Qüdrət Həsənquliyev "Virtualaz"a verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxunub. Siyasətçilər dini təriqətə qoşula bilər Nurçuluğun Azərbaycan dövlətinə təhlükə olub-olmaması sualını cavablandıran millət vəkili bildirib ki, bizdə dini etiqad azadlığı var: "İnsanlar istənilən təriqətin üzvü ola bilər. Hətta ateist də ola bilərlər. İnsanların ekstremizm və zorakılıq təbliğ etməyən təriqətlərə qoşulmasında problem görmürəm. Bizim siyasətçilərimiz də hansısa təriqətə mənsub olmaqda azaddır və burada da heç bir təhlükə görmürəm. Mənim üçün qəbuledilməz olan dinin siyasətə bulaşması, siyasətçilərin öz məqsədləri üçün dindən istifadə etməyə çalışmasıdır. Biz qonşu ölkə olan Türkiyədə, İranda bunun şahidi olduq. Kimlərsə insanların dini inancından istifadə edərək hakimiyyətə gəldi. Siyasətdə səhvlər, yanlış qərarlar olur. Bu zaman dinin siyasətlə uyğunlaşdırılması dini dəyərlərin aşınmasına gətirib çıxarır. Buna yol vermək olmaz. Konstitusiyamıza görə də din dövlətdən aralıdır". Təriqət təsirli məktəblər olmamalıdır Ayrı-ayrı dini təriqətlərin təsiri altında olan məktəblərə qarşı çıxdığını bildirən Qüdrət Həsənquliyev "Çağ öyrətim" təhsil sistemindəki dini bağlılığa etiraz etdiyini də diqqətə çatdırıb: "Məndə olan məlumata görə, onların mülkiyyət hüququ Dövlət Neft Şirkətinə keçib. Neft Şirkəti Qafqaz Universitetinin və nurçulara məxsus olan məktəblərin mülkiyyət hüququnu alıb. Amma tədrisi həmin insanlar aparır. Onların tələbələri Prezident Administrasiyasında təmsil olunurlar. Bu məktəblər imtahanla ən savadlı uşaqları seçib götürürlər. Sonra da təbliğat aparırlar ki, baxın, bizim uşaqlar ən yüksək balları toplayır. Ancaq həmin uşaqlar digər məktəblərdə də oxusaydılar, onlar başqa məktəblərdə də eyni nəticəni göstərəcəkdilər. Onların məktəblərinin illik ödənişi 7 min manata gəlib çatır. Bu məktəblərdə isə ölkənin yalnız siyasi elitasına yaxın olan imkanlı ailələrin uşaqları oxuya bilər. Və bu uşaqların vasitəsilə də həmin şəxslərə təsir edirlər. Həmin məktəbləri bitirənlərə sonradan bir-birləri dəstəkləməsi kimi tapşırıqlar da verilir". Məktəblərin birbaşa dövlət nəzarətində olmasının vacibliyini önə çəkən millət vəkili belə tədbirlər görülməsə, Azərbaycanın dünyəvi dövlətçiliyini təhlükə altına düşə biləcəyini xatırladıb. Onlar yüksək vəzifə tuturlar Q.Həsənquliyev "Çağ öyrətim"ə bağlı olan məktəbləri bitirənlərin hamısının nurçu olduğunu iddia etmədiyini də dilə gətirib: "Amma xeyli sayda insanı öz ideologiyaları altında səfərbər edə biliblər. Mənim əlimdə əsasım yoxdur ki, bu adamların birbaşa bu cərəyanla bağlı olduqlarını deyəm. Nurçulara bağlı universitetləri bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyə orqanlarında da təmsil olunurlar".
2014-03-01
10,352
Səhiyyə Nazirliyi: 94 nəfər həlak olub
Ukrayna ərazisində 2013-ci ilin noyabrın 30-dan cəmi 94 nəfər həlak olub. RİA Novosti agentliyi bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verir. Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə fevralın ortalarından toqquşmaların kəskinləşməsi vaxtından tibb müəssisələrinə 900 zərərçəkən müraciət edib, onlardan 606 nəfər xəstəxanaya yerləşdirilib. Bu zaman müalicədə indiyə qədər 242 nəfər saxlanılır. Ukraynada siyasi böhran nazirlər kabineti ölkənin Avropaya inteqrasiyası dayandırıldığını elan edəndən sonra 2013-cü ilin noyabrın sonlarında yaranıb. Kütləvi aksiyalar bütün Ukrayna üzrə keçirilib və yanvar ayında radikalların milislə toqquşması ilə nəticələnib. Kiyevdə miqyaslı küçə iğtişaşları fevralın 18-də bərpa edilib (Trend).
2014-03-01
10,353
Krım ruslar tərəfindən işğal edildi – İddia
Kiyev rəhbərliyi bu gecə Rusiyanın Krımı "silahlı işğala" başladığını iddia edib. "Axar.az" xəbər verir ki, Kiyevin Krım üzrə xüsusi nümayəndəsi Sergey Kunistin açıqlama verərək, hər biri 150 əsgər daşıyan 13 rus təyyarəsinin Simferopol yaxınlığındakı Qvardeyskoe Aerodromuna endiyini iddia edib. Digər tərəfdən, Rusiyanın döyüş gəmiləri və hərbi helikopterlərinin Ukraynanı mühasirəyə aldığı dabildirilib. Ukrayna sərhəd təhlükəsizliyi təşkilatı tərəfindən edilən açıqlamada Rusiyaya aid 10 hərbi helikopterin Krım üzərindəki Ukrayna hava sərhədinə girdiyi və 30 rus döyüş gəmisinin Sevastopolda hücuma hazır vəziyyətə gətirildiyi qeyd olunub. BBC də rus ordusuna məxsus ən azı 8 zirehli avtomobilin Simferopola tərəf irəlilədiyi haqqında məlumat yayıb.
2014-03-01
10,354
Türkiyə Mərkəzi Afrikaya yardım edəcək
Türkiyə Mərkəzi Afrika Respublikasına (MAR) humanitar yardım göndərəcək. Türkiyənin "Hurriyet" qəzeti xəbər verir ki, bu barədə ölkə XİN-in cümə günü yaydığı bəyanatında bildirilir. Məlumata görə, Türkiyənin humanitar təşkilatları MAR-da məcburi köçkünlərə yardım göstərəcək. Bəyanatda həmçinin deyilir ki, Türkiyə Mərkəzi Afrika Respublikasındakı münaqişənin sülh yolu ilə həllində və ölkədə sabitliyin, həmçinin təhlükəsizliyin təmin edilməsində səylərini davam etdirəcək. Bundan öncə BMT Türkiyə hökumətini Mərkəzi Afrika Respublikasına sülhməramlı qoşunların göndərilməsinə çağırıb (Trend).
2014-03-01
10,355
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-01
10,356
Ukraynanın bakılı naziri haqda ilginc faktlar
"Fokus"un yazdığına görə, Arsen Avakov 385 milyon dollarlıq sərvətə malikdir. Ukraynanın yeni müvəqqəti Daxili İşlər naziri Arsen Borisoviç Avakovun Bakı ermənisi olması çoxları üçün maraqlı fakt oldu. Bu baxımdan, onun kimliyi ilə çoxları maraqlanır. Beləliklə, Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır. O, 1988-ci ildə Xarkov Politexnik İnstitutunu bitirib. Xarkovda bacarıqlı iş adamı kimi tanınıb. Ticarət, inşaat, ərzaq məhsulları istehlakçısı kimi məşhurdur. 1992-ci ildə onun rəhbərliyi ilə "Bazis" bankı yaradılıb. 2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə Viktor Yuşşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının rəhbərinin müavini olub. A.Avakov 2004-cü il seçkilərində V.Yuşşenkonun qızğın tərəfdarı olub. 2010-cu il prezident seçkilərinin ikinci turunda Yuliya Timoşenkonu müdafiə edib. 2008-ci ildə "Fokus" jurnalının sorğusunda 130 ən varlı ukraynalı siyahısında 67-ci yeri tutub. "Fokus"un yazdığına görə, A.Avakov 385 milyon dollarlıq sərvətə malikdir. Bakı ermənisi sabiq prezident Viktor Yuşşenkonun kadrı hesab olunur və onun yaxın qohumları ilə biznes əlaqələrinə malikdir. Buna baxmayaraq, A.Avakov sabiq baş nazir Yuliya Timoşenkoya rəğbətini daha çox dilə gətirir. 2005-2010-cu illərdə isə Xarkov əyalətinin rəhbəri olan A.Avakovun müavini V.Yuşşenkonun yaxın qohumu Yaroslav Yuşşenko olub. O, 2010-cu ildə işdən çıxarılıb, 2012-ci ildə haqqında cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib. Xaricə qaçan Bakı ermənisi 2014-cü ilə qədər İtaliyada yaşayıb. Arsen Avakovun adı daima qalmaqallarda keçib. Sosial şəbəkələrdə onun homoseksual olması barədə geniş müzakirələr aparılıb. Bakı ermənisinin tanınmış siyasətçi Aleksandr Kirşla homoseksual əlaqələri olması barədə fikirlər dolaşır. Hətta homoseksual tanışlıq saytları vasitəsilə onunla tanış olanların mövcudluğu barədə çoxsaylı mülahizələr mövcuddur. Digər tərəfdən, Ukrayna mətbuatında A.Avakovun biseksual olması barədə mülahizələr də dolaşmaqdadır (Musavat.com). Arsen Avakov özü isə deyilənləri siyasi düşmənlərinin "qara piarı" adlandırır. Lakin sosial şəbəkələrdə A.Avakovun homoseksual olduğunu sübuta yetirən pornogörüntülərin mövcudluğu barədə də diskussiyalar gedir. Rəqibləri Bakı ermənisini hədələməkdə davam edirlər. Bu baxımdan, onun homoseksual videolarının yayılması barədə deyilənlər yaxınlarda öz təsdiqini tapa bilər...
2014-03-01
10,357
Obama Rusiyanı hədələdi
Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı qərb ölkələri arasında və ABŞ-da narahatlığa səbəb olub. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama rəsmi Moskva belə bir hərəkətə yol verəcəyi təqdirdə bunun Rusiyaya baha başa gələcəyini qeyd edib. "Rusiyanın Ukraynanın tərkibində hərbi fəaliyyətini gücləndirməsi ilə bağlı məruzələr bizi narahat edir. Ukraynanın bu ölkə ilə tarixi mədəni-iqtisadi əlaqələri var. Həmçinin, Krımda Rusiyaya məxsus hərbi bazalar mövcuddur. Lakin Ukraynanın suverenliyinə hərbi müdaxilə ölkədə tamamilə dağıdıcı effekt verə bilər, ki bu da nə Ukraynanın, nə Rusiyanın nə də Avropanın marağında deyil. Rusiya belə bir addım atarasa, bu, ona baha başa gələ bilər. Rəsmi Moksva, həmçinin, belə bir addımlar bütün dünyanın qınaq hədəfinə çevriləcək. Amerika hökuməti də onu qınayanlar arasında olacaq" (Musavat.com).
2014-03-01
10,358
Azərbaycanda şəhər bələdiyyəsi niyə yoxdur? - Ekspert
"Bakı Şəhər Bələdiyyəsinin yaradılması siyasi qərardan asılıdır". Bu sözləri "Axar.az"ın Bakı Şəhər Bələdiyyəsinin yaradılmasıyla bağlı suallarını cavablandırarkən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov dedi. MDB məkanında şəhər bələdiyyəsi olmayan yeganə ölkə olduğumuzu bildirən ekspert hesab edir ki, Bakı Şəhər Bələdiyyəsi yaradılarsa, bu seçkili orqan olacaq və orda çalışan insanlar daha məsuliyyətli olacaqlar: "Bakı Şəhər Bələdiyyəsi seçkili qurum olacağı üçün onun hesabatlılığı da olacaq və məsuliyyət artacaq. Hesabatlılıq isə mövcud mexanizmlərin necə istifadə edilməsindən asılı olacaq". Bakı Bələdiyyəsinə hələ hazır deyilik Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli hesab edir ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması üçün hələ müəyyən problemləri həll etmək lazımdır: "Parlamentdə Bakı Şəhər Bələdiyyəsi ilə bağlı müzakirələrin aparılması və onun gündəmə gətirilməsi mütərəqqi haldır. İlk olaraq nəzərə almaq lazımdır ki, bu bizim öhdəmizə götürdüyümüz məsələlərdən biridir. Digər bir məsələ isə onun verəcəyi üstünlüklərlə əlaqədardır. İlk olaraq onu qeyd edim ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması bələdiyyə institutunun formalaşmasına gətirib çıxaracaq. Əgər bu gün vətəndaş hansısa məsələyə gözucu baxırsa, gələcəkdə o, bələdiyyə seçicisi olaraq, bu kimi problemlərin həllində maraqlı olacaq. Bir növ vətəndaşın öz çiyninə də yük düşəcək". Ekspert eyni zamanda Bakı Şəhər Bələdiyyəsinin yaradılmasının real görünmədiyini də vurğuladı: "Hazırda Bakı Şəhər Bələdiyyəsinin yaradılması real görünmür. Çünki bunun üçün bizim nə hüquqi, nə də maddi-texniki bazamız var. Bakı bələdiyyəsinin büdcə gəliri hardasa 10 milyon manat ətrafındadır. Bu məbləğlə 4 milyon sakini olan bir şəhərdə heç bir iş görmək olmaz. Birinci növbədə hüquqi baza yaradılmalıdır. Daha sonra kadr potensialı müəyyən edilməlidir. Kimin hansı işi görəcəyini bilmək üçün vəzifə bölgüsü aparılmalıdır".
2014-03-01
10,359
Tibb Universitetinin yataqxanasında yanğın – Foto/Video
10:27 Azərbaycan Tibb Universitetinin 5 nömrəli yataqxanasında yanğın baş verib. "Axar.az" xəbər verir ki, yanğın nəticəsində üç nəfər zəhərlənib. Yanğının yataqxananın dördüncü mərtəbəsində müşahidə olunduğu bildirilib. Yanğından baş verən yataqxanada Tibb Universitetində təhsil alan xarici vətəndaşlar yaşadığından xəsarət alanlar da xarici vətəndaşlardır. Onlardan birinin Türkiyə, digərinin isə İspaniya vətəndaşı olduğu təxmin edilir. Üçüncü şəxsin kimliyi isə hələ də bəlli deyil. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb. Yanğının söndürülməsindən yarım saat sonra tibb işçiləri hadisə yerinə çatıblar. Hazırda zəhərlənən vətəndaşların 1 nömrəli şəhər xəstəxanasına yerləşdirildiyi bildirilir. 11:14 11:20 Tibb Universitetinin yataqxanasında baş verən yanğın ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. "Axar.az" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-01
10,360
Bakıda yanğın: iki nəfər həlak oldu
Xəzər rayonunda 50 kv.metrlik evdə baş vermiş yanğın zamanı iki nəfər həlak olub. Bu barədə "Axar.az"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər. Hadisə nəticəsində 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanaraq külə dönüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub.
2014-03-01
10,361
Rusiya: “Ukraynada yalnız Krım hökuməti legitimdir”
"Rusiya Ukraynada yalnız Krım hökumətini legitim hesab edir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının vitse-spikeri Sergey Jeleznyak çıxış edib. O, Ukrayna hakimiyyəti ilə heç bir rəsmi danışıqların olmayacağını bildirib: "Krım hakimiyyəti legitimdir və bütün fraksiyalarını da özündə cəmləyir. Ukrayna ilə bizim heç bir rəsmi danışığımız olmayacaq. Ukraynanın bir azdan bütün maliyyə sistemi iflic olacaq. Hazırda bizim qarşımızda duran əsas məsələ Ukraynada kütləvi aclıq və iğtişaşların olmaması üçün çıxış yolu axtarmaqdır". Qeyd edək ki, Rusiya hələ də ölkənin eks-prezidenti Viktor Yanukoviçi Ukraynanın rəsmi prezidenti kimi tanıyır.
2014-03-01
10,362
Azadlığa çıxan nazir övladının atası ilə gizli – Səs yazısı
Müəmmər Gülər və oğlu Barış Gülərın dialoqunun səs yazısı internetə sızdırılıb. "Axar.az" Tvitterə istinadən xəbər verir ki, 17 dekabr əməliyyatları zamanı həbs edilən və dünən azad olunan Türkiyənin keçmiş Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin hələ həbs olunmamışdan əvvəl atası ilə dialoqunun səs yazısı yayımlanıb. Səs yazısında Müəmmər Gülər oğlunun nə qədər pulunun olmasını soruşur və oğluna ifadə verdiyi zaman Rza Zərrabın qeyri-rəsmi müşaviri olduğunu deməsini bildirir. Daha ətraflı videoda:
2014-03-01
10,363
Yanukoviç canlı efirdə hirsindən qələmi qırdı – Video
Ukraynanın keçmiş prezidenti Viktor yanukoviç dünən Rastov-Donda keçirdiyi mətbuat konfransında ölkəsindəki hadisələr barədə açıqlama verərkən əsəbiləşib və əlindəki qələbi hirslə qırıb. "Axar.az"ın xəbərinə görə, Rusiya kanallarının montaj etdiyi və efirə vermədiyi bu kadrları Ukrayna mediası yayıb. Xatırladaq ki, Yanukoviç bu mətbuat konfransında Ukrayna prezidentliyindən imtina etməsi və hərbi dəstək üçün Rusiyaya müraciət etməyəcəyi ilə bağlı açıqlamaları ilə yadda qaldı.
2014-03-01
10,364
Roman Polanski ilin ən yaxşı rejissoru oldu
Məşhur rejissor Roman Polanski "İlin ən yaxşı rejissoru" nominasiyasının qalibi olub. "Axar.az" xəbər verir ki, 80 yaşlı rejissor "Xəzli Venera" filminə görə Fransanın əsas kino mükafatı olan "Sezar" ödülünə layiq görülüb. Hər il ənənəvi keçirilən mərasim Parisin "Şatl" teatrında baş tutub.
2014-03-01
10,365
Bu dəfə fətullahçıların videosu yayıldı – Video
İçki içildikdən sonra Quran oxunub. "Axar.az" xəbər verir ki, Türkiyə hökuməti ilə Gülən hərəkatı arasında mübarizə get-gedə qızışır. Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə oğlu Bilal Ərdoğan arasında baş verdiyi iddia edilən səs yazısından sonra indi də fətullahçıların videosu yayılıb. Rusiyada təşkil edilən "Dinlərarası tolerantlıq" proqramda yayımlanan görüntülərdə Quran oxunduğu zaman spirtli içki ikram edilir. Hüseyn Gülərcədən açıqlama "Zaman" qəzetinin köşə yazarı və ən əsası da Fətullah Gülənin sağ əli olaraq tanınan Hüseyn Gülərcə məsələ ilə əlaqədar açıqlama verib. Gülərcə açıqlamasında tədbirin görüntüləndiyi videoda şübhəli məqamların olduğunu bildirib.
2014-03-01
10,366
Deputatın yeznəsi – “Səfillər”də
Çoxdandır onunla görüşüb yazı hazırlamaq istəyirdim. Ortaq tanışlarımızdan durumunun pis olmasını, səfil həyat keçirirmiş kimi dolanmasını eşitmişdim. Lakin onu tapmaq o qədər də asan olmadı. Baxmayaraq ki, evinin ünvanını, başını girələdiyi iş yerini yaxş tanıyırdım. Elə özünü də. Dənizçi həmrəyliyi Uzun müddət dənizdə işləmişdi. Bosman idi. Dənizlə vidalşdığı zamanlarda isə mənim vaxtıyla kapitanı olduğum "Aktau" gəmisində növbətçi matros işləyirdi. İndi o gəmi də istismar müddətini başa vurub, "haqqın dərgahına qovuşub" – doğranıb metal qırıntısı kimi "Poladəritməyə" göndərilib. Yaşının çox, səhhətinin isə ürəkaçan olmadığına görə ona lazım olan şəraiti yaratmışdım. Günlərlə gəmiyə gəlmədiyi vaxtlar olurdu. Onun növbədə olacağı vaxtı o biri matroslar arasında "bölürdüm". Ona çatacaq ərzaq payını isə evinə göndərərdik. Təki dolana bilsin, bir tikə çörəyə görə kimlərəsə möhtac olmasın. Bu, ağır dəniz şəraitində günləri birgə yaşamış dənizçi həmrəyliyi idi. Nəhəng Onun sərt, kobud görnüşündə də, mis rəngi almış sifətinə bir az da bədheybətlik, zəhm verən qalın və uzun bğlarında da, əynindən heç vaxt çıxarmadığı dənizçi uniformasında da qəribə bir doğmalıq vardı. Mənə məndən yaşda böyük olmasına baxmayaraq, həmişə "dədəm" deyərdi. Bu onun ən çox işlətdiyi kəlmə idi… Sonra da yarı Azərbaycan, yarı rus dilində üyüdüb tökərdi… Hə, onunla yaxından tanış olmağın vaxtı çatdı. Nəsirov Rafiq Rufulla oğlu, keçmiş dənizçi, işsiz və s. 1946-cı ildə anadan olub. "Dostluq" kinoteatrının yanında, Bakıxanov küçəsində yaşayır. Bütün gününü bu evin həyətindəki ocaqxanada keçirir. Səliqə-sahmanına baxır. Bir növ dalandarlıq edir. Qonşuların su nasosunun təmiri və işlək hala salınması, qorunması da ona baxır. Niyə görünmürdün - Məni qonşular çox istəyir, elə mən də onları çox istəyirəm. Hamı məni adımla tanıyır, mən isə onların çoxunu sifətindən. Mənə hörmət edirlər, salamımı alırlar. Çox vaxt da birinci salamı onlar mənə verir, - 12 illik ayrılığımızın ilk görüşündə dedi. Bu sözləri deyənə qədər isə məni yuxarıda ünvanını göstərdiyim binanın həyətində görəndə gözlərinə saf bir sevinc parıltısı çökmüşdü: - "Yolki-palki", komandir, sən harda idin? Niyə görünmürdün? – İri əllərini çiyinlərimə qoydu… Bir-neçə dəfə burdan keçərkən həyətə fikir verdiyimi, hətta həyətə daxil olub onu soruşduğumu da dedim. İnandı. İnanmaya bilməzdi. Onunla mənim aramda heç vaxt şübhə doğuracaq məqam olmayıb. Arada mən onunla zarafat etsəm də, heç vaxt inciməmişdi... Məni bağrına basdı. Tütün qoxusu bığlarının arasından xalça-kilimi çırparkən qalxan toz kimi havaya püskürdü, ürəyim sıxıldı… Məni dəniz böyütdü... - Necəsən, ay Rafiq, necə yaşayırsan? – qüvvətli qollarının arasından tıncıxmış halda çıxa bildim. - Səfil günüdə. Nə olsun ki, evim var? Yaşayışım ki, adam yaşayışı deyil… - Nə olub e sənə, maşallah, hələ də nəhəngsən. Bığları da heç qısaltmamısan... Gülümsəyir, əllərini bığına çəkir, sonra məni yenə də sinəsinə sıxır: - Rafiqin ölmüşünə, yadıma düşürdün. Çox adamlar yadıma düşür... Darıxıram... - Ən çox kimdən ötəri? - Dənizdən sarı darıxıram. Axı məni dəniz böyütdü... Bilirsən də, mən yetimxanada böyümüşdüm. - Axı sənin ata-anan vardı. Onlar haqda danışmaqdan yorulmazdın… - Vardı. Atam "voenni" olub da. Kabardin-Balkariyada olanda evlənmişdi. Mən doğulmuşdum. - Kiminlə evlənmişdi - Kabardin qızı ilə? - Yox azərbaycanlı ilə. Anamın adı Uruxsara idi... atam onu atandan sonra o da məni Bakıya gətirib yetim evinə qoymuşdu. 14 yaşımdan "morşkola"da oxudum. Sonra əsgərliyə, sonra da işləməyə getdim. Bosmana qədər qalxdım. Qaysın Quliyevin bacısı qızı - Sənin arvadın deyəsən kiminsə qohumu idi axı? – yaddaşını yoxlamaq istəyirəm. - Qaysın Quliyevin bacısı qızı idi. O böyük adam idi, şeir yazırdı, deputat idi… Anam bəyənmişdi o qızı, mənə xəbər elədi, getdim Beslana. Toyumu elədi. Oxumuş qız idi. Bir oğlum oldu. - Bakıda yaşadız? - Harda yaşamalı idim ki?.. Yoldaşım Yelena Borisovana idi. Onun işə düzəlməyinə Mirzə İbrahimov kömək elədi. Dayısı ilə yaxın dost idi… Əvvəlcə "jenski kalon"un "otryadniki" oldu. Sonralar "Qaqarin mostu"nun yanında "detski dom" vardı ha, bax, oranın "zamnaçalnik"i işlədi. Yaxş qadın idi. Dözmədi getdi… - Hara getdi? - Vətəninə. Oğlumu da apardı. Rəhmətə gedəndən sonra oğlum da anamın yanında qaldı. Mən dənizdə olurdum. Məni dəniz böyüdüb axı. Ata-ana istəyi görməmişəm. Atam anamdan ayrılıb getmişdi. Ev anama qalmışdı. Mən it günündəyəm, sən də arvaddan danışırsan - Görüşürsən? - Kiminlə?.. Həəə… yox, hardan, mən hara minə bilirəm ki? Evin qapısını dağıdıb genişləndirmişəm ki, içəri sərbəst keçə bilim. Qatarla getmək olar. Amma stansiyadan maşına da minməliyəm axı... - Rafiq, arvadlar sənə ona görə dözmür də, bu boyda bədəni yaxalamaq, çimizdirib, yuyub təmizə çıxarmaq, bığlarına sığal vermək lazımdır axı... – zarafat etmək istəyirəm. - Sən düzəlmədin də, Faiq... Həmişə beləsən. Mən it günündəyəm, sən də arvaddan danışırsan, sənin xəbərin yoxdu, təzə arvad da doğdu... - Necə yəni doğdu? Arvadın peşəsi doğmaqdır da... (dənizçi şuxluğum qayıdıb). Gülümsəyir, əllərini bığına çəkir: - Sən bosmanı nə bilmişdin… Üzü Qara dənizdən bəri - Rafiq, gəl bu uşaq məsələsində ortaya bir şübhə qoyaq. - Nə şübhə? Qalx yuxarı, Valentina Aleksandrovna evdədir, ondan soruş, həm də səni görsün, bir dəfə necə oldusa səndən söz düşdü, qaranca deyindi. - Əşşi, mən sənin arvadından nə soruşum, deyim, Rafiq deyir uşağı DNT testi etdirəcəm? Ləzətlə gülür: - Sən bilirsən ki, üzü Qara dənizdən bəri, mən mindiyim atlar büdrəməyib... - Rafiq, atlar büdrəməz, aydındır, axı süvari də hər zaman olduğu kimi mindiyi atı mahmızlaya bilmir... Rafiq məni həyətədəki balaca hücrəsinə dəvət edir: - Burda oluram çox vaxt. 190 manat mən, 140 manat arvad pensiya alır, oğlumun da 8 yaşı var. Utanıram, məktəbinə getsəm, uşaqlar lağ edər ona. Oğlum da ki "bıkdı, bık" (öküz). Söhbətimiz gəlib, Rafiqin durumunun niyə pis olmasına çatır. - Bilirsən də, Hacıbala məni səfil gününə qoydu, evimizi sökdürü, satdı "Amerkanski posolstva"ya, bizi də atdı küçəyə, pulumuzu vermədi. - Axı bu Rəfael Allahverdyevin vaxtında olmuşdu bu. - Rəhmətlik, "mujik" idi, Hacıbala onun tayı ola bilməz. Gəldi, bizi pis günə qoydu. "Verxovnı sud"a (Ali Məhkəmə.- F.B.) qədər qalxdıq. "Sud" dedi, qərar çıxartdı ki, pulları qaytarın! Bu bizə iki otaqlı ev Verdi, qalan pulumuzu yedi. Bizimlə "posolstva" müqavilə bağlamışdışdı. Mənim evimə 150.000 verəcəkdilər. Hacıbala amerkanlara dedi ki, pulu sakinlərə verməyin, filan hesaba köçürün, biz verərik. Hərəmizə ucuz qiymətə ev aldılar, "i vsyo". Mənim 128.000 dollarımı yedirər. Bu evi 22.000 dollara almışdılar. 9.000 dollar da əlavə pulumuzdan sildilər ki, guya "oformleniya"ya çıxıb. Kimin adamı vardı, pulunu geri ala bildi. Hacbaladan pul almaq olar? - Qonşular yığışıb şikayət etmədi bəs? - Etdik, amma xeyri nədir. Söhbətimiz uzun çəkdi. Dərdlərini, yaşantılarını, başına gələnləri danışdı. Hiss etdim ki, özünü gümrah göstərmək istəsə də, əslində elə deyil. Dostluq etdiyi, bir yerdə işlədiyi adamların adını çəkdi: - Pullar xərcləmişdim e onlara, amma hamısı da olmasa, çoxu zay çıxdı. O gün bulvara getdim, oturdum sahildə, dənizə baxdım. Xoşum gəlmədi. Dəniz, sahildən vannaya tökülmüş su kimi göründü mənə. Mən öləcəm e, komandir, öləcəm, amma mənim heç kimim yoxdur qəbrimin üstündə yasin oxutsun. Mən də atamın qəbrinin yerini bilmirəm, heç bilmirəm, ölüb, yoxsa qalıb… Anam isə, qoca arvaddı. Atam onu da bədbəxt etdi. Azərbaycanlı qızını Beslanda tək qoyub getdi o vaxt… Mən kökü kəsilmiş adamam...
2014-03-01
10,367
Krım ordunu Kiyevə tabe olmamağa çağırdı
Krım yarımadasında yerləşən bütün qüvvələrin yalnız yerli hökumətə tabe olması tələb edildi. "Axar.az" xəbər verir ki, bu tələblə Krım Muxtariyyətinin yeni Baş naziri Sergey Aksyonov çıxış edib. O, bütün qüvvələri müvəqqəti olaraq yalnız onun əmrlərini yerinə yetirməyə çağırıb: "Mən Milli Təhlükəsizlik Xidmətindən, polis, Ordu, Hərbi donanmadan yalnız mənim əmrlərimə qulaq asmağı tələb edirəm. Əgər kimsə bunu istəmirsə, çıxıb gedə bilər". Bu arada Krım Muxtariyyəti Rusiya Prezidenti Vladimir Putinə yarımadada sülh yaratmaq üçün müraciət edib. Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Radasında Krımdakı qüvvələrin yalnız mərkəzi hakimiyyətə tabe olması haqqında fikirlər səslənmişdi.
2014-03-01
10,368
Azərbaycan müxalifəti iqtidara işləyir - Sorğu
Azərbaycanda müxalifətlə iqtidar gizli işbirliyi içərisindədir. Bu nəticə "Axar.az" saytında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşib. Sayta yerləşdirilən sorğuda 1113 nəfər iştirak edib. Oxuculara təqdim edilən "Müxalifətlə iqtidarın gizli işbirliyinə inanırsınızmı?" sualına oxucuların 63%-i "inanıram" cavab verib. Auditoriyamızın 19%-i isə müxalifətin ümumiyyətlə iqtidarla bir araya gəlməsini cəfəngiyyat hesab edib. Yerdə qalan insanlar isə müxalifətin saflığına inandıqlarını hökumətlə əks düşərgənin bir araya gəlmədiklərini qeyd ediblər. Qeyd edək ki, bir müddət öncə Eynulla Fətullayev Xədicə İsmayılın Azərbaycanda iqtidarla işbirliyi halında olan müxalifət nümayəndələri haqqında məlumatı ABŞ kəşfiyyatına ötürdüyü haqqında yazı dərc etmişdi. Müəllifin araşdırmasında ölkənin demək olar ki, bütün müxalif nümayəndələrinin adları çəkilirdi.
2014-03-01
10,369
“Əri dedi ki, gözəl olmasan, evə gəlmə” - Brifinq/Foto
Günümüzün qadınlarını kosmetik vasitələr qane etmir. Onlar gözəlləşmək üçün qurban verməyə belə razı olurlar. Bu gün təkcə dünya ulduzları deyil, sadə qadınlar da botoks, silikon protez üçün estetik cərrahlara müraciət edir. "Brifinq"in budəfəki qonağı Türkiyənin məşhur plastik, rekonstruktiv, estetik və əl cərrahı, kök hüceyrələr vasitəsi ilə xəstəliklərin müalicəsini aparan Əli Rza Erçöçendir. "Kiçik metodlarla maksimum gözəlliyə nail olmaq mümkündür" Faina Hənifəyeva: Əli Rza bəy, son illər, qadınlar qocalmaq istəmir və bu tendensiya getdikcə daha çox yayılır. Vaxt gələcək, nənə ilə nəvəni bir-birindən ayıra bilməyəcəyik. Həkimlər bu möcüzəni yarada bilirlər. Siz həkim kimi yox, sadə insan kimi qadınları 25 ildən sonra necə təsəvvür edirsiniz? - Əvvəllər orta yaş həddi 50-ni keçmirdi. Amma indi orta statistik yaş həddi 70-ə qədər hesab olunur. İnkişaf edən bütün ölkələrdə orta yaş həddi yüksəlir. Plastik cərrahiyyənin əsas vəzifəsi yaşa dolanda yaranan problemləri aradan qaldırmaqdan ibarətdir. Bununla bağlı keçmişdə ənənəvi tibbi üsullar tətbiq olunurdu. Əsas məqsəd qadınların təbii və daha gözəl yaşlanmasını təmin etməkdir. Hamımızın "anti-aging" (yaşlama əleyhinə) haqqında az da olsa, məlumatı var. Əslində, "anti-aging" deyilən şey yoxdur. Yəni yaşlılığı dayandırmaq mümkün deyil. Sadəcə, təzyiq qalxanda onu hər hansı dərmanla aşağı sala bilərsiniz. Buna anti-hipertansiv deyilir. "Anti-aging" dedikdə yaşlılığı donduran üsullar nəzərdə tutulur. Yaşlılığı donduran bir şey mövcud olmadığı üçün dolayısı ilə onu ancaq gözəlləşdirib sağlam formaya sala bilərsiniz. Estetik cərrahiyyənin əsas məqsədi təbii və gözəl qocalmanı təmin etməkdir. Estetik cərrahiyyədə artıq xəstəxanada uzun müddət yataq vəziyyətində olmağa ehtiyac yoxdur. Kiçik metodlarla maksimum gözəlliyə nail olmaq mümkündür. Aytən Əliməmmədova: 50 yaşında bir qadının 10-20 yaş cavanlaşmaq arzusunu reallaşdırmaq mümkündürmü və bu nə dərəcədə sağlam üsuldur? - Mümkündür, toxumanı gəncləşdirmirik, sadəcə, gənc görünməsini təmin edirik. Alın, saç, qaşlar, göz qapaqları, göz ətrafı qırışları, burun skeletləri və qığırdaqlara qədər hər birinin üzərində mərhələli şəkildə işlənilir. Təkcə göz qapaqlarını, ya da qaşları qaldıranda üzdə azca dəyişiklik olur, amma gənc qadın görüntüsü yarada bilməzsiniz. Yanaqlarda, boyunda yaşlılıq əlamətləri qaldığı zaman həmin insan yenə yaşlı görünəcək. Üz ifadələrinin, dodaqların və gözlərin əvvəlki, formasını qoruyub saxlamaqla 20 il əvvələ qaytarmaq mümkündür. A. Əliməmmədova: Bir insanı neçə dəfə estetik əməliyyat etmək olar? - Kiçik izlərlə çox yerə müdaxilə edərək bir neçə dəfə əməliyyat etmək olar. Göz qapaqlarını, yanaqları əvvəlki vəziyyətinə qaytarmaqla bir insanı ömür boyu xoşbəxt etmək mümkündür. A. Əliməmmədova: Yəni məhdudiyyət yoxdur? - Bu cür əməliyyatlarda yoxdur. Amma köhnə, klassik metodlarda toxumalar aşırı dərəcədə zədələndiyi üçün düzü, həmin hissəni yenidən açmaq mümkün deyil. A. Əliməmmədova: Artıq neçə müddətdir ki, Azərbaycanda da fəaliyyət göstərirsiniz. Müraciət edənlərin sayı çoxalırmı və ən çox nə ilə bağlı müraciət edirlər? - Əməliyyatdan sonra xəstələrin vəziyyətinə nəzarət etdiyimiz üçün hər ay Azərbaycana gəlirəm və tələbin getdikcə artdığını müşahidə edirəm. Məsələn, burada varikoz xəstəlikləri çox artıb. Niyə? Çünki insanlar çox işləyir və ayaq üstə çox dayanırlar. Tələb olunan əməliyyatlar içərisində burun əməliyyatı üstünlük təşkil edir. Biz burnu kiçiltməklə insanları sosial mühitə qaytarırıq. Bizim irqdə göz qapaqları çox pərdəli olduğu üçün buna aid tələblər də artır. Çoxuşaqlılıq ənənəsi bizdə hələ də davam edir, doğuşdan sonra sinələrdə sallanma və çatlar əmələ gəlir, ya da əksinə, həcmini itirir. A. Əliməmmədova: Viktoriya Bekhem sinəsini bir neçə dəfə böyüdüb və kiçildib. Sinənin dəfələrlə böyüdülüb-kiçildilməsi təhlükəli ola bilərmi? - Şou-biznes aləminə daxil olan sənətçilər arasında iri sinə dəbdədir. Dolayısı ilə iri protezlərdən istifadə edirlər. Böyük protezlərdən istifadə edildiyi zaman sinənin dərisi öz keyfiyyətini itirir. Bu zaman yenidən forma verilir və kiçildilir. Amerikada Kanadada, Danimarkada araşdırma qrupu 10 min nəfər üzərində təcrübə aparıb. Araşdırmanın nəticəsində işçi qrupuna istehsal olunan silikon protezlərin xərçənglə heç bir əlaqəsinin olmadığına dair təhlükəsizlik sertifikatı verilib. Ümumilikdə hər 10 qadından birində xərçəng riski var. Mütəmadi olaraq mamoqrafiya və ultrasondan keçmək lazımdır. Silikon protez taxanlara 2 ildən bir maqnit rezonans tomoqrafiyası çəkdirmək tövsiyə edilir. Xərçənglə əlaqəsi olsaydı, ümumiyyətlə, istifadə edilməzdi, belə bir şey mümkün deyil. Nərgiz Ehlamqızı: Sizə dini inancı olan insanlar müraciət edir? - Həm Azərbaycanda, həm də Türkiyədə kifayət qədər dini inancı olan xəstələrimiz var. N.Ehlamqızı: Amma Allahın yaratdığı canlını dəyişdirirsiniz. Bu, günah sayılır... - Belə bir hökm, qadağa yoxdur. Spirtli içki və digər vasitələr kimi əməliyyatı da pis məqsədlə istifadə etmək qadağan olunub. Məsələn, ehtiyacı olmadığı halda dəb xətrinə əməliyyat etdirmək istəyənlər olur. Bunlar insanın psixoloji durumundan qaynaqlanır. Dodağının qalınlığı normal olan insan böyük ölçüdə dodaq istəyirsə, əlbəttə, din bunu yasaqlayır. İfrata varmaq olmaz. Məsələn, qəzadan sonra burun əyriliyi insan psixologiyasına təsir edə və onu depressiyaya sala bilər. Mən 2 il Yaponiyada işləmişəm. Orada qadınlar bədənində dəyişiklik üçün nadir hallarda müraciət edirlər. Buddizmin Yaponiya qolunda insanın öldükdən sonra ruhun başqa canlıya köçdüyünə inanırlar. Başqa bir canlı donunda - quş, ağac kimi doğulacaqlarını düşünürlər. Bizdəki cənnət, cəhənnəm inancı onlarda yoxdur. Yapon qadınları hesab edirlər ki, bugünkü vücud keçicidir. N.Ehlamqızı: Bəs dəb üçün müraciət edənləri əməliyyat edirsiniz? - Şəxsən mən dəb üçün müraciətləri qəbul etmirəm. Sadəcə, xəstə deyil, həkim də əməliyyatın yaxşı olmasını istəyir. Nəticə ürəyimcə olmazsa, özümü günahkar hiss edərəm. Xəstələr adətən, fotoşəkillə gəlirlər ki, Ancelina Colinin dodaqlarını istəyirəm. Türkiyədə manekenlərin burunları kimi burun istəyənlər çoxdur. Belə istək doğru deyil. Barmaq izi kimi insan üzü də fərqlidir. Dolayısı ilə kiminsə burun, dodaq forması başqasına yaraşmaya bilər. Burun əməliyyat nəticəsində özlüyündə gözəl görünə bilər, amma üzə yaraşmaz. Elə xəstələr də var ki, bədənini bəyənmir. Van Qoq kimi qulağını kəsən adamlar olub. Bu kimi psixiatrik xəstəliklər var. Bunu müəyyənləşdirə bilməriksə, onsuz da ən böyük xəta etmiş olarıq. Qaşları yuxarı olan qadın gəlib yenə yüksəyə qaldırmaq, balaca burnunu kəsdirmək istəyirsə, deməli, bu insan özünü bəyənmir. Biz onu əməliyyat etsək, yenə üzündəki hansısa orqanı ilə razılaşmayacaq, sabah başqa bir şey üçün müraciət edəcək. Elə insanlar var ki, 30-40 dəfə əməliyyat olunub, öz təbii cizgilərini itirib. Mövlud Mövlud: Yəni o xəstəni estetik cərrahın deyil, psixiatrın yanına göndərmək lazımdır? - Bəli, eynilə o cür etmək lazımdır. O cür xəstələri dərhal psixiatr yanına yollayırıq. F.Hənifəyeva: Redaksiyada gözəl qızlardan biri Aytən Əliməmmədovadır. O, əməliyyat üçün müraciət etsə, qəbul edərsiniz? - Aytənin üzündə hansı dəyişikliyi etsək, gözə daha xoş gələr? Məsələn, gəlin bir sorğu keçirək. F.Hənifəyeva: Mən çənəsində bir az qüsur görürəm... A.Əliməmmədova: Gözümün altı çox qaradır... - Bunun səbəbi göz qapağının dərisinin çox incə olmasıdır. Təbii ki, genetik təsirlər də var. F.Hənifəyeva: Müraciət edənlər sırasında hansı xahiş sizi şoka salıb? A.Əliməmmədova: Məni başdan yarat deyən olubmu? - Olub. Absurd tələb və xahişlər sırasında kiçik döş qəfəsi olan insanın daha böyük ölçüdə sinə istəməsidir. Dünyagörüşü olan insan belə bir xahişlə həkim yanına gəlməz. N.Ehlamqızı: Bir çox ölkədə çalışdığınızı dediniz. Hansı ölkənin qadınları daha kaprizlidir? - Türkiyə, Azərbaycanda yaşayan qadınlar əməliyyatdan öncə heç bir sual vermir. Amma əməliyyat başa çatdıqdan sonra çoxlu suallar yaranır. Məsələn, burun əməliyyatına girməzdən əvvəl burun dərisinin qalın olduğunu başa salırsan, amma dinləmirlər. Əməliyyatdan sonra gəlirlər ki, burnum niyə qalındır, şiş var? Başa salırsan ki, 3 ay sonra düzələcək, amma yenə başa düşmürlər. Davamlı olaraq izahatlar olur. Mən xəstələrlə çox danışıram. Adətən, həkimlər çox danışmır. Müəllimlərimdən öyrəndiyim ilk şey xəstəni dinləməkdir. Xəstə dinlədikcə, daha çox başa salıram. Türk qadınlarının ortaq özəlliyi odur ki, bir ayaqqabı alanda 40 dükan gəzib sonra alırlar. Amma burun əməliyyatına gəlincə, həyati bir məsələyə etinasız yanaşırlar. Avropada isə qadınlar fərqlidir, öncədən hazırladıqları suallarla həkimin yanına gəlirlər. İnternetdə əməliyyat barədə məlumatlar toplayıb dəftərçədə suallarını qeyd edirlər. A.Əliməmmədova: Avropada da əməliyyat etdirmək istəyən qadınlar çoxdur? - Uzaq Şərqdə dinlə əlaqədar müraciətlər azdır, sadəcə, şou aləmindəki insanlar əməliyyat etdirirlər. Qərbdə müraciətlər həddən artıq çoxdur. Botoks Amerikada ən çox istifadə olunan üsuldur. Bu, ucuzdur, tez-tez istifadə oluna bilər, əks-təsiri yoxdur və s. Botoksun yerinə bir müddət sonra yeni üsul ortaya çıxa bilər. N.Ehlamqızı: Rəsmilərdən kimsə əməliyyat üçün sizə müraciət edib? - Keçmiş nazirlərdən olub. Rifah Yolu hökuməti dövründəki nazirlər müraciət edib. "Bayandır" Xəstəxanasında ən çox xəstələr Türkiyə Böyük Millət Məclisindəndir. Nazirlərdən məmuradək bizim xəstəxanada əməliyyat olunanlar var. Məclislə xəstəxananın sığorta ilə bağlı anlaşması var deyə, orada çalışanlar birbaşa bizim xəstəxanaya müraciət edirlər. F.Hənifəyeva: Azərbaycanda hansı məşhuru əməliyyat etmisiniz? - Onu deyə bilmərəm. Biz xəstələrin adlarını özləri deməyənə qədər açıqlamırıq. Bu, həkim-xəstə əlaqəsidir. Xəstənin izni olmadan fotosunu da yayımlamaq yasaqdır. A.Əliməmmədova: Öz qohumlarınızdan kimisə əməliyyat etmisiniz? - Həyat yoldaşımı, qaynanamı, qardaşımı əməliyyat etmişəm. Həyat yoldaşımı övladımızı dünyaya gətirəndən sonra yağlanma ilə bağlı əməliyyat etdim, ehtiyac olduqca botoks da edirik. Leyla Əliyeva: İnsanların yanlış bilgilərlə əlaqədar estetik əməliyyata qarşı fobiyası var. Məsələn, burun əməliyyatında sümük qırırsınız? - Sümük qırmırıq. Burun əməliyyatında ilkin uğursuz əməliyyatdan sonra ikinci əməliyyata girməyə çox qorxurlar. Çünki ikinci prosedurun daha pis olacağını düşünürlər. Əldəki imkanlarla düzəlməyən heç nə yoxdur. Biz 7-8 dəfə əməliyyat olunmuş insanların problemlərini düzəldə bilirik. Azərbaycanda plansız girən həkimlər var. Təkcə bu hal Azərbaycanda deyil, Türkiyə, başqa ölkələrdən də gəlib insanları əməliyyat edirlər, amma xəstələri sonradan nəzarətdə saxlamırlar. Həkimlər arasında pul üçün əməliyyata girənlər var. Təcrübə ilə təcrübə qazanılmaz. Hippokratın cərrahlar üçün təməl sözü odur ki, əvvəlcə zərər vermə. Zərər verməməyi öyrənəndə düzəltməyi də öyrənirsən. "Burun əməliyyatında bir maestro olur" F.Hənifəyeva: Cərrah burun əməliyyatına "lor"la birgə girməlidir? - Xeyr, burun əməliyyatını mən özüm edirəm. Bəzən məcburən yardım da alıram. Bir orkestrin iki şefi olmaz. Burun əməliyyatında bir maestro olur. Əməliyyatda bıçaqla qoyduğunuz iz çox önəmlidir. Ortaq əməliyyatlarımız çoxdur. Bu yaxınlarda döş xərçəngiylə əlaqədar ortaq əməliyyat həyata keçirdik. F.Hənifəyeva: Burun əməliyyatlarında minimum və maksimum qiymətlər neçədir? - Anastezisiya ilə birlikdə minimum qiymət 1500 manat, maksimum isə qiymət 3 min manatdır. İkinci dəfə əməliyyat üçün xəstələr gəlir, ilkin əməliyyatında 10-20 min manat pul xərcləyib. Türkiyə, Avstraliya və digər ölkələrə gedib, biz son əməliyyatını həyata keçirdik. Həyat yoldaşı son əməliyyatına girəndə dedi ki, gözəl olmasan, evə gəlmə. O, həyat yoldaşından bezməyib, sadəcə, o qədər əməliyyat üçün bu ölkədən, o ölkəyə gedib ki, psixoloji olaraq bezib. Üstəlik, nə qədər də pulu gedib. O xanımı əməliyyat etdik, indi işində-gücündədir, özü də həmin xanım iş adamı idi. M.Mövlud: Cinsiyyət dəyişdirilməsi ilə bağlı şəxsi düşüncələriniz necədir? Bu, günah sayılır... - Bunun dinlə bağlı tərəfi də var. Lakin günah deyil. Çünki bəzi anormallıqlar, anatomik və psixoloji problemlər var. Biz belə adamlara normal cinsi əlaqəsi olsun deyə vagina qoyuruq. Belə əməliyyatı 1994-cü ildə Ankarada etmişik. Kişilərdə də hermofrodit insanlar var. Əməliyyatdan əvvəl hormonal və psixoloji testlər aparırıq. F.Hənifəyeva: Öz arzusuna da önəm verilir? - Əlbəttə, əslində, bu tip insanlar çox gec, yetkinlik vaxtında gəlirlər. Mənim bir xəstəm vardı, hermofrodit idi. Ailə onu 18 yaşına qədər qız kimi böyütmüşdü. Biz psixoloji test də etdik, cinsiyyət xromosomu təyinatında kişi cinsinə mənsub idi. Onunla söhbət apardıq, dedi ki, kişi cinsindənəmsə, əməliyyat edin. Yumurtalıqlarının işlək olmadığını, saxlanarsa, xərçəngə çevriləcəyini, bunun üçün yumurtalıqlarını çıxaracağımızı söylədik. Amma xarici cinsiyyət orqanlarını bərpa edəcəyimizi dedik. Əməliyyatdan sonra ailəsi onu rədd etdi. Çünki 18 ildir həmin şəxsi qız kimi böyütmüşdülər. Bu məsələdə psixoloji məsələ yalnız xəstə ilə əlaqədar olmur, ətrafdakı insanların da psixoloji təpkisi önəmlidir. Biz pasportunu düzəltdik. Həmkarımın yaxınlarının dönər kafesi vardı, orda dönərçi ustası kimi çalışmağa başladı. İş tapdı, evləndi də. Xəstəxanaya gəlib gedəndə bir qızla tanış olmuşdu, onunla da ailə həyatı qurdu. M.Mövlud: Yəqin onun həyat yoldaşına övladının ola bilməyəcəyi deyildi... - Əlbəttə, xanıma hər şey dedik. Neçə il boyunca təkrar müayinəyə gələndə o cütlüyü görürdüm. Erkən yaşda yumurtalıqlar qarın içində endirilsəydi süni mayalanma ilə mümkün ola bilərdi. Amma yaş keçdikcə xərçəng riski olur deyə təmizləyirik. Transseksualizm qrupu da var ki, o uşaqlar özlərini ya qız, ya oğlan kimi qəbul edirlər. Adətən, kişidən qadına keçid tez-tez baş verir. Bunun genetik və psixoloji səbəbi ilə yanaşı bir səbəbi də fahişəlik sektorudur. Taylandda bu, çox yayılıb. Həmin ölkədə iqtisadi və sosial böhranın da səbəbi budur. Tibbdə də qeyri-qanuni cərrahiyyə, əməliyyatla kişinin qadına çevrilməsi və bu sektora cəlb edilməsi prosesi gedir. Biz bunun tərəfdarı deyilik. Bunun da qanuni proseduru var. Psixoloji hesabatı götürüb məhkəməyə baş vururuq. Digər uroloji və endokrinoloji hormon müalicəsi üçün fikir mübadiləsi aparırıq, qadının kişiyə, kişinin qadına çevrilməsi proseslərini həyata keçiririk. Ya xəstənin öz toxumasından istifadə edirik və ya başqa yerdən toxuma köçürərək cinsi dəyişilmə həyata keçirilir. Sadəcə, cinsi orqan deyil, almacıq sümüyündən tutmuş döş qəfəsinə qədər qadın fiquru ilə kişi fiquru arasındakı fərqləri aradan qaldıraraq əməliyyat keçiririk. Sadəcə, cinsəl orqanın dəyişimi ilə bu iş bitmir. "1300 Qəddafi qurbanını əməliyyat etmişəm" N.Ehlamqızı: Misirdə, Liviyada, hazırda Suriyada müharibələr gedir. Müəmmar Qəddafi və ya Bəşər Əsəd qurbanları Sizə müraciət edib? - Yaralı liviyalıları ilk dəfə biz əməliyyat etmişik. "Bayandır" xəstəxanasının Xarici İşlər Nazirliyi və Liviya səfirliyi ilə səhiyyə sahəsində anlaşması var. Almaniya, Hollandiya və bir neçə ölkə ilə bu saziş imzalanıb. Yəni həmin ölkələrin vətəndaşlarının başına bir hadisə gələndə xərclər səfirlik vasitəsilə ödənilir. Liviyada ilk yaralanan 300 xəstə təyyarələrlə Ankara və İstanbula gəldi. İzmirə, dövlət xəstəxanalarına da gəlirdi. Amma özəl xəstəxanalar içərisində yaralılar "Bayandır" xəstəxanasına daşındı. 2011-ci ildə oktyabr ayından etibarən 1300 liviyalını əməliyyat etmişəm. Barmaq əməliyyatından tutmuş, çənə əməliyyatına qədər hamısını həyata keçirdik. 6-ya yaxın insanın alt çənəsi tamamilə dağılmışdı. Raket və silahlardan açılan atəşlərdən zədələnmişdilər. N.Ehlamqızı: Daha çox Liviyadan xəstə gəldi? - İraqdan da gələnlər var. İraq Səhiyyə Nazirliyi ilə də keçən il saziş imzalamışıq. İraqdan bir polkovnik gətirilmişdi, iflic olmuşdu. N.Ehlamqızı: Bəs Suriyadan? - Suriyadan özəl xəstəxanalara gələnlər yoxdur. Amma sərhədə yaxın ərazilər Səhiyyə Nazirliyinin nəzarətindədir. Onlar pasportla gəlmirlər. Pasportları olmadığı üçün belə xəstələri Səhiyyə Nazirliyi öz üzərinə götürür. Adana və Mersin xəstəxanalarında xəstə gətiriləndə Səhiyyə Nazirliyi bu xəstələrin xərclərini özü qarşılayır. Sevinc Fədai: Orqanizmdə olan hansı problem və ya xəstəlik estetik əməliyyata mane olur? - Bizim üçün risk faktoru olan xəstəliklər var. Yaranın sağalması üçün şəkərli diabed, ürək-damar xəstəliyi, siqaretdən damar tıxanıqlığı olanlar, böyrək çatışmazlığı olan xəstələrdə bu, problem yaradır. A.Əliməmmədova: Bəs xərçəng? - Biz artıq xərçəng xəstəliyini də əməliyyat edirik. Xərçəngin bütün vücuda yayılma təsiri yoxdursa, problem yoxdur. İki həftə öncə dəri xərçəngini əməliyyat etdik. Siqaret yaranın sağalmasına imkan verməyən ən önəmli faktordur. Əməliyyatdan iki həftə əvvəl və iki həftə sonra siqaretdən istifadəyə icazə vermirik. F.Hənifəyeva: Kök hüceyrə üzrə araşdırmalarınız var. Kök hüceyrə botoksu nə zaman əvəz edə bilər? - Kök hüceyrənin varlığı çox adama məlum olmayan bir şeydir. İlk araşdırmalar 1950-ci illərdə başlayıb. 1980-ci illərdən yapon həkimlərinin işləri var. Nobel üzrə keçən il tibb mükafatını kök hüceyrə çalışmaları aldı. Kök hüceyrənin toxumalara, yağlara, protezə alternativ olması mümkündür. Döş protezinə alternativ tətbiqetmə də budur. Hər kişi və qadının artıq yağı olur. Vücuddan 2 litrə yaxın yağ alırıq, 600 qr yağın quru kütləsini hər döş üçün 300 qram olmaqla əməliyyat üçün saxlayırıq. Yerdə qalan qatı 1400 qr yağ xüsusi aparatlar vasitəsi ilə alınır. Bu yağlar enzimatik sistemlərlə (fermantativ) alınır. Enzimatik sistemdən sonra əldə edilən emal bəlli bir temperaturda və heç əl dəyməyən xüsusi qabların içinə yerləşdirilir. Qarından alınan yağ konister sistemi ilə içinə enzimi verilir və həmin anda qabın içinə çökür. Çalxalayıcı və isidici sistemdə hüceyrələr bir-birindən ayrılır. Ondan sonra yuma emalı, ardından isə çox yüksək dövrlü santrifüj sistemindən keçirilir. 10 dəqiqədə 15-20 min dövr edir. Bu zaman kök hüceyrələri dibdə yığılır. Bunun üzərindəki bütün artıq toxumalar isə atılır. 1400 ml-dən təxminən 20 qram kök hüceyrə əldə edilir. Hər bir döş üçün ayrılmış 300 qram yağ 10 qram kök hüceyrə ilə zənginləşdirilir və vurulur. Bu metodun 11 illik qalıcılıq nəticələri əldə edilib. Döşdəki həcm 11 il ərzində 80 faiz öz qalıcılığını qoruyub saxlayıb. Nəticə etibarı ilə döşləri böyütmək və dikləşdirmək üçün protezə ehtiyacı qalmır (Teleqraf.com).
2014-03-01
10,370
YAP-çı deputatdan korrupsiya və məmur özbaşınalığı etirafı...
"Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var. Hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər. Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub. Əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar. 22 ildir müstəqil dövlətik. Bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil". Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik insititutların formalaşmasında müəyyən problemlər ola bilər: "Bu, bütün ölkələrdə olur. Özlərini "demokratiyanın beşiyi" adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. "Təcavüzkar", "işğalçı" adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar. Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik insititutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək".