date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-26
10,060
İşğal olunmuş ad günüm...
Heç vaxt qeyd edə bilmədiyim ad günümü təbrik edən dostlarım, müəllimlərim, jurnalist həmkarlarım, zabit yoldaşlarım, əsgərlərim, SƏNGƏR QARDAŞLARIM, sizlərə təşəkkürümü bildirib, Xocalıya SÖZLƏ bahəm SİLAHLA gedəcəyimiz günü arzulayıram. Torpaqlarımız, rayonlarımız, kəndlərimiz yerlə yeksan olunub, təqvimlərimiz və ad günlərimiz işğal olunub... Düşmənin bizə vurduğu ziyanın miqyası həddən çox! Bunların xatirinə... Şəhidlər... Onlar da "Qələbə" şüarının səslənməsini istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ olsun! Şəhidlərimizin incik ruhlarının xatirinə!.. Əlillər... Ayağını, qolunu itirmiş və xəyalında ayağni, qolunu itirdiyi yeri özünün qəbir yeri deyə sandığı, xəyallar aləmində ayağının və bir qolunun "qəbri"ni hər gün ziyarət edən Qarabağ əlilinin duyğularının xatirinə... Qazilərin... Bəzən sağ qalmalarına sevinməyən, qolları arasında şəhid olmuş döyüş yoldaşlarının intiqamını almaq istəyində olan Qarabag qazilərinin xatirinə... Hər kəsin-balacadan böyüyə, bütün və bütöv Azərbaycanın naminə!!! Bizim tamarzı olduğumuz bir gün var - QƏLƏBƏ GÜNÜ! O günü yaxın etmək üçün... unutmaq olmaz: qələbə o halda olacaq ki, bütün Azərbaycan səngər olsun! QƏLƏBƏ GÜNÜ nidası bizim - qisas borcu boynunda qalan, qələbə haqqına yiyə duracaq insanların o möhtəşəm günədək hər an yaşam Himni olmaıdır! QƏLƏBƏ GÜNÜ o zaman olacaq ki, bütün və bütov Azərbaycan bu sözləri ürəkdən deyəcək: "Şanlı yurdum! Qisasını almaq üçün burdayam mən! Sənə gələn hər zərbəyə sinəsilə sipər çəkən bir əsgərəm". Azərbaycanlıları üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm güclü Azərbaycan arzusuyla Aqil Alişov... Ad günü işğal olunmuş azərbaycanlı... Hamınıza bir daha təşəkkürlər!!!
2014-02-26
10,061
Fətullah Gülən Zakir Qaralova şikayət edəcək - Özəl
"Fətullah Gülən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcək". Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, şikayətin əsas səbəbi Fətullah Gülənin adından yazıldığı iddia edilən saxta məktubdur. Qeyd edək ki, məktubda Çağ Öyrətim Azərbaycan şirkətinin rəhbəri Ənvər Özərənin millət vəkili Ceyhun Osmanlıya parlament seçkiləri ərəfəsində birdəfəlik 100 min manat və aylıq 5 min manat verməsi iddia edilir. Mənbə deyir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan "xidmət hərəkatı" liderinin yaxın günlərdə Respublika Baş Prokuroru Zakir Qaralova müraciət edərək onun adından saxta sənəd düzəldənlərin cəzalanmasını istəyəcək.
2014-02-26
10,062
Türkiyəni etiraz aksiyaları bürüdü
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasındakı telefon danışığının yayılmasından sonra ölkədə etiraz aksiyaları keçirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyaları İstanbul, Ankara və İzmir başda olmaqla ölkənin bir neçə iri şəhərində baş tutub. İstanbulun Kadıköy hissəsində 500 nəfərlik qrup Ərdoğana və AKP-yə qarşı müxtəlif şüarlar səsləndiriblər. "Hər yer rüşvət, hər yer korrupsiya" şüarı səsləndirən aksiya iştirakçılarına polis müdaxilə edib. Bundan başqa paytaxt Ankaranın bir neçə hissəsində də hökumətə qarşı etiraz aksiyaları təşkil olunub.
2014-02-26
10,063
Moldova MDB-dən çıxır
Moldova Müstəqil Dövlətlər Birliyindən çıxmağı planlaşdırır. "Axar.az"ın məlumatına görə, bu barədə yerli Publika TV-də sözügedən ölkənin prezidenti Nikolae Timofti açıqlama verib. Onun sözlərinə görə, Avropa Birliyi ilə müqayisədə Müstəqil Dövlət Birliyində həyat tərzi həddindən artıq aşağı səviyyədədir: "Bəli, biz MDB-nin bir hissəsiyik, amma burada həyat tərzi o qədər aşağı səviyyədədir ki, bizi Avropada ən kasıb ölkə sayırlar. Baxın, Baltikyanı ölkələrin həyat səviyyəsi çox yüksək səviyyədədir - əmək haqları, pensiyalar yüksəkdir. Niyə? Ona görə ki, onlar MDB deyil, Avropa Birliyindədirlər. İnsanın özünü tapması üçün burada mükəmməl qaydalar və qanunlar mövcüddur. Odur ki, Moldovanın da analoji addım atacağına inanıram".
2014-02-26
10,064
Ukraynadan sonra hədəfdə Türkiyədir – Şok iddia
"Türkiyə yaxşı başa düşür ki, o, ABŞ-ın hədəfində olan növbəti ölkədir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Leonid Savin çıxış edib. O, Türkiyənin Avropa İttifaqı və ABŞ-ın siyasətindən canını qurtarmağa çalışdığını deyib: "Türkiyə yaxşı başa düşür ki, o, ABŞ-ın hədəfində olan növbəti ölkədir. O da Ukrayna kimi qeyri-stabilliyə meyllənəcək. Ərdoğanın Suriya döyüşçülərinə dəstək verməsi, həmçinin kürd məsələsi onun başının üstündə "Domokl qılıncı" kimi dayanıb. Fətullah Gülənin Ərdoğan və partiyasına qarşı danışması isə məsələləri tamamilə qarışdırıb. Bununla bərabər isə Türkiyənin Rusiyadan asılılığı çoxdur və Avropa İttifaqı ilə münasibətləri yaxşı deyil. Əgər Türkiyə siyasətçilərinin Şərqə doğru irəliləməklə bağlı çıxışlarına fikir versək görərik ki, onlar da Avropa İttifaqının ekspansiyasına nifrət edirlər. Bu nifrəti xüsusilə Avropa İttifaqının Vaşinqtonla birgə həyata keçirdikləri Ukrayna siyasətində müşahidə edə bilərik". Qeyd edək ki, bir müddət öncə Qərb mətbuatı da Türkiyənin Ukraynadan sonra hədəfdə olan əsas ölkə olduğu haqqında informasiya yaymışdı.
2014-02-26
10,065
Universitetə hücum edildi, 30 tələbə öldürüldü
Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı Damatru şəhərindəki universitetə hücum edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 30-a yaxın tələbə öldürülüb. Şahidlərin sözlərinə görə, gecə saatlarında hücuma keçən terrorçular əvvəlcə universitet və rektorluq binalarını gülləboran ediblər. Daha sonra tələbə yataqxanalarını mühasirəyə alan terrorçular oranı yandırıblar. Yanğından xilas olmaq üçün özlərini binadan aşağı atan tələbələrin başları terrorçular tərəfindən kəsilib. Boko Haram terror qruplaşmasının Qərb təhsili verdiyi üçün məktəb və universitetlərə hücumlar etdikləri adi hal alıb.
2014-02-26
10,066
Həsən Ruhani İlham Əliyevi İrana dəvət etdi
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin dünən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, səfir İlham Əliyevin İrana səfər etməsi barədə prezident Həsən Ruhaninin dəvətini çatdırıb. Öz növbəsində, İ.Əliyev H.Ruhaninin dəvətini müsbət qarşılayaraq, əlavə edib ki, İsveçrənin Davos şəhərində prezident H.Ruhani ilə görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni dövr açılıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün sahələrdə İranla əməkdaşlığa hazırdır. Görüşdə tərəflər iki ölkəni maraqlandıran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
2014-02-26
10,067
Nazir Azərbaycan şəhərinə görə meri vurdu
Rusiya prezidenti Vladimir Putinin Dərbəndin 2000 illiyinin qeyd olunması barədə fərmanı, deyəsən, Dağıstanda birmənalı qarşılanmayıb. Dərbəndəki mənbənin "Axar.az"a dediyinə görə, dərbəndlilər şəhərin 5000 yaşının qeyd olunmasına hazırlaşdıqları bir vaxt bu fərman təəssüf doğurub. Ən pisi odur ki, Dərbəndin ləzgi millətindən olan meri İmam Yarəliyev də bu qədim türk şəhərinin hətta 2000 illiyini belə keçirmək üçün heç bir iş görmür: "Şəhər bərbad gündədir. Azərbaycanlılar yaşayan məhəllələr isə ötən il baş vermiş seldən sonra ümumiyyətlə xaraba qalıb. Demək olar ki, heç bir iş görülməyib". Xəbərdə deyilir ki, Putin 2000 illiyi qeyd etmək üçün şəxsən özü Dərbəndə gələcək. Çünki Rusiya ərazisində Dərbənddən qədim yaşayış məskəni yoxdur. Putin bununla dünyaya rus torpaqlarında hələ 20-25 əsr bundan əvvəl də sivilizasiyanın olduğunu nümayiş etdirmək istəyir. Elə ona görə də bir qədər əvvəl Putin Regionların İnkişafı üzrə nazir İqor Slyunyayevi Dərbəndə ezam edib. Məlum olub ki, Dərbənddə yubiley tədbirlərini keçirmək mümkün olmayacaq. "Amma Slyunayev çox qəzəblənib. Hətta meri elə iclas zalındaca vurub. Slyunayevə məruzə ediblər ki, Dərbəndin torpaq sahələri üzrə kadastr sənədi də hazır deyil. Bu proses ancaq 2017-ci ildə başa çatacaq. Bu barədə nazirə məruzə edəndən sonra o, Yarəliyevi söyüb. Yarəliyev ona cavab qaytarıb. Bu dəfə nazir onu vurub. İclasda olanların məlumatına görə, nazir elə iclas zalındanca Kremllə, Putinin hansısa köməkçisi ilə danışıb. O, xəbərdarlıq edib ki, mart ayının sonunda yenidən Dərbəndə qayıdacaq. Bu dəfə daha böyük heyətlə. Bu müddətəcən Yarəliyev yubileylə bağlı fəaliyyət proqramını hazırlamalıdır. Əks halda, o, təkcə işdən çıxarılmayacaq. Yubileyi keçirmək üçün ilkin olaraq şəhər büdcəsinə köçürülən 1 milyard rublun (təxminən 30 milyon dollar) da hesabını verəcək".
2014-02-26
10,068
Marqvelaşvili “erməni soyqırımı” abidəsini ziyarət edəcək
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Ermənistan prezidenti Serj Sərkisyanın dəvətilə fevralın 27-də bu ölkəyə iki günlük səfər edəcək. "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, gürcü prezidentinin Ermənistan hakimiyyət nümayəndələri, eləcə də katolikos II Qareginlə görüşü nəzərdə tutulur. Marqvelaşvili eyni zamanda İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinə də baş çəkəcək.
2014-02-26
10,069
Sabah qar yağacaq
Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır. Azərbaycanın rayonlarında da fevralın 27-də hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Qeyd edək ki, ölkə ərazisində yağıntılı hava şəraitinin fevralın sonuna kimi davam edəcəyi bildirilib.( Trend )
2014-02-26
10,070
“Mesaj" Gəncə və Mingəçevirdə - Foto
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Mesaj" layihəsinin Gəncə və Mingəçevir şəhərlərində təqdimatı keçirilib. Bu barədə "Axar.az"a layihənin rəhbəri Rövşən Nəcəfov məlumat verdi. O, bildirdi ki, təqdimat zamanı gənclərə "Mesaj" adlı video-çarx nümayiş etdirilib və eyni adlı kitab gənclərə paylanılıb. Daha sonra QHT nümayəndlərinin, xüsusən gənclərin iştirak ilə ictimai müzakirələr təşkil olunub. "Mesaj" layihəsi "Mənim təhsilim, mənim gələcəyim" kampaniyası çərçivəsində icra edilir. Layihə bundan sonra Quba və Xaçmaz regionlarına səfər edəcək. Yekun tədbir Bakı şəhərində baş tutacaq.
2014-02-26
10,071
Almaniyada keçirilən Xocalı yürüşündə təxribat - Video
Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə keçirilən Xocalı Soyqırımı yürüş-mitinqində gərginlik yaşanıb. "Axar.az" "Baymedia"ya istinadən bildirir ki, naməlum şəxslər səsgücləndirici ilə mitinqin gedişinə mane olmağa çalışıb. Bu isə mitinqçilər tərəfindən sərt etirazla qarşılanıb və qarşıdurma yaranıb. Təşkilatçılar polisə öz etirazını bildiriblər və asayişin bərpa olunmasını onlardan tələb ediblər. Polisin məsələyə müdaxiləsindən sonra təxribatçılar ərazidən uzaqlaşdırılıblar. Daha sonra isə mitinq davam etdirilib.
2014-02-26
10,072
Bakıda sex yandı - Yenilənib
12:53 Bakıda sexdə yanğın baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə meydana gəlib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 13:32 Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisindəki sexdə baş verən yanğın söndürülüb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın Heydər Hüseynov küçəsi 30/95 ünvanında yerləşən taxta sexində başlayıb. Dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
2014-02-26
10,073
Tyaqnibok tatarları ruslara inanmamağa çağırdı
Ukraynanın "Azadlıq" hərəkatının lideri Oleq Tyaqnibok krımlılara müracət edərək, ölkə daxilində vətəndaşlar arasında nifaq salan təbliğatlara inanmamağa çağırıb. "Axar.az"ın məlumatına görə, onun bu açıqlaması region televiziyasında efirə gedib. O, qeyd edib ki, hazırda onlara qarşı informasiya müharibəsi gedir: "Kiyevdə baş verən hadisələr barədə kifayət qədər yanlış məlumatlar verilir. Banderaların gəlib guya Krımı dağıdacaqları barədə xəbərlərə inanmayın. Bu, başdan-ayağa yanlış məlumatlardı. Öz doğma dilinizdə danışmanıza qadağanın qoyulacağı barədə xəbərlərə də inanmayın. Ukraynada heç kim kimisə milli mənsubiyyətinə görə təqib etməyəcək".
2014-02-26
10,074
Azərbaycanda benzinin idxal rüsumu ləğv edildi
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, dəyişiklik avtomobil benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır. Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir. Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarını isə ləğv edib. Həmin qərara əsasən, bütün benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu bu il iyunun 1-dək ləğv edilmişdi.
2014-02-26
10,075
Məhəmməd Əlinin qələbəsi saxta olub - FTB
İngiltərənin "Tayms" qəzeti ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yeni açıqlanan sənədlərinə istinad edərək əfsanəvi boksçu Məhəmməd Əlinin 50 il əvvəl qazandığı çempionluğun saxta olduğunu və həmin döyüşün satıldığını iddia edib. "Axar.az"ın xəbərinə görə, qəzet eyni zamanda Məhəmməd Əlinin bu saxtakarlıqlardan xəbərsiz olduğunu da xüsusi vurğulayıb: "O zaman onsuz da olimpiya çempionu olan Məhəmməd Əlinin saxtakarlığın içində olduğuna dair sənəd yoxdur, ancaq həmin döyüşdə rəqibi Listonun performansı dərhal şübhə oyandırdı. Beşinci raundda çətinlik çəkən Əli sonradan özünə gəlidi, lakin Liston çiynindəki zədə səbəbindən döyüşü davam etdirə bilmədi". Qəzet daha sonra qeyd edib ki, döyüşdən tam 50 il sonra ortaya çıxan və o zamanın FTB rəhbəri olan Edqar Huverə göndərilən bir yazıda Las Veqasdan olan mafiya başçısı Eş Resnikin adı hallanır. Hyustonlu başqa bir qumarbaz isə Resnik və Məhəmməd Əlinin rəqibi Listonun döyüşdən sonra hərəyə 1 milyon dollar qazandıqlarını bildirib: "Döyüşdən bir həftə sonra "Sport İllustrated" jurnalı döyüşün favoriti Listonu dəstəklədiyi üçün Resnikin çoxlu miqdarda pul uduzduğunu yazmışdı. Ancaq jurnalın bu xəbəri döyüşün satılmasını ört-basdır etmək üçün verdiyi ortaya çıxıb".
2014-02-26
10,076
Xocalı - ağlayaq, ya düşünək?!
Xocalı soyqırımının 22-ci ildönümüdür. Bu faciə bir əsrdir ki, xalqımızın başına gətirilən faciələrin nə ən böyüyüdür, nə də birincisi... Bu faciəyə təkcə düşmənin bizim başımıza gətirdiyi fəlakət kimi baxmaq doğru olmazdı. İlk baxışda vətənpərvərlik ritorikasına uyğun gəlməyən fikir kimi görünə bilər. Ancaq düşmənin düşmənçiliyi bilinən bir gerçəklikdir, həmişə fürsət düşdükcə o öz azğınlığını, qəddarlığını göstərəcək, zərbə vurmağa çalışacaq. Necə ki, son yüz illik tariximiz erməni düşmənçiliyinin yaratdığı faciələrlə zəngindir. Bu barədə çox danışılıb, çox yazılıb. Ancaq bu faciəyə münasibət heç də erməni düşmənçiliyi haqqında təkrarlanan müzakirələrdən ibarət olmamalıdır. Biz nəhayət ki, bu ritorikadan kənarlaşıb niyə məhz bu faciələrin bizim başımıza gətirildiyini götür-qoy etməliyik. Yüz ildən artıqdır ki, eyni düşmən qarşısında həmişə qırılıb əzilən durumdayıqsa, bunun səbəbi təkcə düşmənin düşmənçiliyində yox, həm də bizim özümüzdə axtarılmalıdır. Bu, həm də ona görə vacibdir ki, millət olaraq bizi gözləyən gələcək təhlükələrdən özümüzü necə qoruyacağımızı da müəyyənləşdirə bilək. Ermənilərin bizə düşmənçiliyini, başımıza faciələr gətirməsini bir qayda olaraq Rusiyanın onlara verdiyi dəstəklə izah edirik. Bəs o zaman bu gün Amerikada, Avropada ermənilərin siyasi, ideoloji təşkilatlanma və fəaliyyətlərinin bizi qat-qat üstələməsini nə ilə izah edək? Hətta erməni lobbisinin təbliğat gücü bu gün bizimlə bərabər Türkiyənin də qarşısında çox ciddi problem olaraq qalır. Bu da Rusiyanın dəstəyi ilə olmur ki... Demək, məsələ milli xarakterlə, millətləşmə ilə bağlı olan problemlərdən qaynaqlanır. Say etibarı ilə bu gün dünyada ermənilərdən daha üstünük, amma nə qədər həmvətənimiz üçün Azərbaycan məsələsi birləşdirici motivə, milli hədəfə çevrilə bilib? Əgər çevrilsəydi, o zaman diasporumuz erməni lobbisindən də qat-qat güclü olmalı idi. Deməli, bizi düşmən qarşısında məğlub edən, həmişə zəif duruma düşürən millətləşmə prosesindəki geriliyimizdir. Milli varlığımızı təmin edən dəyərlərin bizdən ötrü əsas məsələ sayılmaması, heç bir xüsusi önəm kəsb etməməsidir. Bu isə harada yaşamağımızdan asılı olmayaraq, milli hədəflər əsasında təşkilatlanmağımıza, özünümüdafiə mexanizmlərimizi yaratmağa imkan vermir. Vətənə sadəcə coğrafi ərazi kimi yanaşanda onu qorumaq, onun işğalından narahat olmaq və onu ideyaya çevirib fəaliyyət göstərmək də mümkün olmur. Vətən əxlaqı və şüurunun inkişafı, insanlar üçün bir dəyər daşımağı millətləşmənin təməl şərtlərindəndir. Öz milli kimliyimizə verdiyimiz önəm, dilimizə, milli mədəniyyətimizə, tariximizə göstərdiyimiz münasibət son nəticədə bizim millət kimi varlığımızın əsaslarını formalaşdırır. Bu məsələlərdən danışarkən görürük ki, əslində, biz təkcə hərb meydanında deyil, milli kimliyimizə münasibətdə də düşmənlərimizə uduzuruqsa, o zaman tarix boyu başımıza gətirilən faciələrin də kökünü burda axtarmalıyıq. Çünki məhz bu səbəblərdən təhlükəyə qarşı millət kimi səfərbər oluna, özümüzü müdafiə mexanizmləri yarada bilmirik. Əgər milli varlığımıza aid dəyərləri ideyaya çevirə bilmiriksə, onlar bizdən ötrü müqəddəs sayılmırsa, o zaman indiki şərtlər daxilində iqtisadi imkanları da, geopolitik üstünlüklərimizi də düşmən qarşısına güc kimi çıxara bilməyəcəyik. Ona görə də bu gün Xocalı faciəsinə təkcə ağlamaq lazım deyil. Həm də yeni xocalılar olmaması üçün öz zəiflərimiz barədə düşünməliyik.
2014-02-26
10,077
CHP-dən Məclis TV-yə basqın
Kılıçdaroğlun Ərdoğanın səs yazısını dinlətdiyi qrup toplantısını yayımlayan Məclis TV verilişin bir bölümünü kəsdiyi üçün CHP basqınına məruz qalıb. "Axar.az" xəbər verir ki, Televiziya idarəçiləri həmin hissəni Məclis sədrinin kəsdirdiyini deyib. CHP-çilər Böyük Millət Məclisinin spikeri Cəmil Çiçəyin yanına gediblər. Gərgin keçən görüşdə Çiçək RTÜK (Televiziya və Radio Yayım Şurası) qanununun 8-ci maddəsində "özəl həyatın gizliliyi" bəndini xatırladaraq, yayımı kəsdiklərini bildirib.
2014-02-26
10,078
Boks üzrə dünya çempionu öldürüldü
Venesuelada keçmiş dünya çempionu öldürülüb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Venesuelada boks üzrə keçmiş dünya çempionu Antonio Cermenonun qaçırılaraq öldürülüb. Polis rəisi Eliseo Quzman 45 yaşındakı Cermenonun cəsədinin Miranda əyalətindəki bir şosedə tapıldığını deyib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Cermeno 1990-ildə boks üzrə dünya çempionu tituluna layiq görülüb. BMT-nin hesabatlarında Venesuela dünyada cinayət nisbətlərinin ən yüksək olduğu beşinci ölkə olaraq daim diqqət çəkir.
2014-02-26
10,079
“Krıma ordu göndərməmişik” - Eksklüziv
"Rusiya Krıma heç bir əlavə silahlı qüvvə göndərməyib". Bu sözü "Axar.az"a açıqlamasında Rusiya Dumasının deputatı Roman Hudyakov deyib. O, Ukraynada heç bir hərbi əməliyyatın planlaşdırılmadığını bildirib: "Rusiya Ukraynada heç bir hərbi əməliyyat planlaşdırmır. Biz Krıma heç bir əlavə silahlı qüvvə göndərməmişik. Rusiya rus dilində danışan və bizdən kömək istəyən bütün bölgələrə köməklik etməlidir. Əgər onlar referendum keçirib Rusiyanı seçsələr, biz mütləq onları bu məsələdə dəstəkləməliyik. LDPR-ə, yəni partiyamıza gəlincə isə biz Krım müstəqil olmaq istədiyi an onu dəstəkləyəcəyik. Referendum - əsl demokratiyadır". Qeyd edək ki, Roman Hudyakov Jirinovskinin rəhbərlik etdiyi partiyanın üzvüdür. Onu da xatırladaq ki, dünən "Ural" maşınlarından ibarət rus hərbi konvoyu Krımın cənubundakı Yalta məntəqəsinə daxil olub.
2014-02-26
10,080
İngilislərin Qafqazda maraqları zəifləyəcək – Şərh
"Belə siyasətin davam etməsi Britaniyanın bölgədəki maraqlarını xeyli zəiflədəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Britaniya parlamentarilərinin bu hərəkətlərinin ölkənin xarici siyasətinə uyğun gəlmədiyini deyib: "Mən bu səfərlərə heç də Böyük Britaniyanın bölgədəki rolunun artması əlaməti kimi baxmazdım. Bu Londonun əsrlər boyu həyata keçirilmiş tarazlaşdırımış siyasətinə ziddir və görünür ki, heç bu ölkənin ümumi xarici siyasət kursu ilə də əlaqələndirilməmiş addımlardır. Hər halda, bu siyasətin heç bir perspektivi yoxdur, cünki burada Bakının rolu nəzərə alınmır. Nə qədər ki, belə gedişatlar Britaniya üçün pis fəsadlar törətməyib, ölkə rəsmləri qeyd olunmuş məsələyə qarışıb münasibət bildirməlidirlər. Əks halda belə siyasətin davam etməsi Britaniyanın bölgədəki maraqlarını xeyli zəiflədəcək". Qeyd edək ki, bir müddət öncə Britaniya Nümayəndələr Palatasının üzvləri Ermənistana səfər etmişdilər. Onlar "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı daimi nümayəndəliyində separat rejimin liderləri ilə görüşmüşdülər. "Dağlıq Qarabağ Respublikası" parlamentinin spikeri Aşot Qulyan isə görüşdən sonra növbəti tədbirlərin Xankəndi və Londonda baş tutacağını demişdi. Təəssüf ki, Azərbaycan tərəfi hələ də hadisəyə heç bir rəsmi münasibət bildirməyib.
2014-02-26
10,081
Krım tatarları Ukraynanın bütövlüyü uğrunda ayağa qalxdı
Simferopolda Krım Ali Şurasının qarşısında 5 minə yaxın Krım tatarı toplaşaraq aksiya keçirib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Krım tatarları yerli hakimiyyətdən ölkənin ərazi bütövlüyünün saxlanılmasını tələb ediblər. Aksiya iştirakçıları Ukrayna və Avropa Birliyinin bayraqlarını qaldıraraq, "Şanlı Ukrayna" şüarlarını səsləndiriblər.
2014-02-26
10,082
Texniki baxışdan keçmədə - Yenilik
Texniki baxışdan keçmə vaxtında dəyişilik var. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə, iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə, ildə bir dəfə texniki baxışa cəlb olunurlar (Oxu.Az). Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə, ildə bir dəfə texniki baxış keçirilir. Mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci, 2007-ci, 2009-cu illər olan minik avtomobillərini, istehsal müddəti 2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının 31-dək, "VAZ", "Qaz", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün 01 yanvardan 01 maya qədər, xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri 01 maydan 01 avqusta qədər, yük avtomobilləri və avtobuslar üçün 01 sentyabrdan 31 oktyabra qədər dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər. Avtomotonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri fasiləsiz olaraq keçirilir.
2014-02-26
10,083
Hava limanında barrikadalar quruldu
Kiyevin Borispol Hava limanında Maydan aktivistləri barrikadalar qurublar. "Axar.az" xəbər verir ki, bu barədə "Vesti" internet jurnalı yazıb. Onların əsas məqsədi keçmiş hökumət nümayəndələrinin paytaxtdan uzaqlaşmasına imkan verməməkdir. Aktivistlərin sözlərinə görə, artıq 5-ci gündür ki, onlar gün ərzində 12 saat növbə çəkirlər, ölkəni tərk etmək istəyən hər kəsin avtomobillərini və yükünü yoxlayırlar. Onlara bu işdə hava limanının əməkdaşları da yaxından kömək edir.
2014-02-26
10,084
İnternet provayderlər müştəriləri necə aldadır? - Ekspert
"Yalnız "Delta Telecom" bilir ki, provayderlər müştəriləri "çəkidə" necə aldadır". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi. Onun sözlərinə görə, İnternetin sürətinin zəif olmasında bir deyil, bir neçə amil rol oynayır: "Azərbaycandan 20 provayderin müştəriləri arasında İnternetin sürəti ilə bağlı çoxsaylı testlər keçirilib. Testlərin nəticəsi olaraq ölkə üzrə orta sürət göstəricisi çıxarılıb və Azərbaycan üzrə İnternetin orta sürəti 4.25 Mbit/san olub". Ekspert hesab edir ki, İnternetin sürəti ilə qiyməti arasında uyğunsuzluq var: "Aşağı sürətlər üçün qonşu ölkələrlə müqayisədə qiymətlər bir neçə dəfə, böyük sürətlər üçün isə xeyli dərəcədə bahadır. Məsələn 4 Mbit/san İnternetin qiyməti Azərbaycanda 30-40, Rusiyada 9, Ukraynada isə cəmi 6 ABŞ dollarıdır". Qiymətlərin aşağı salınması məsələsinə gəlincə, O. Gündüz hesab edir ki, RİTN bu məsələ ilə bağlı provayderlərə təsir göstərə bilmir: "RİTN-də bir neçə dəfə provayderlərin toplantısı keçirilib və RİTN qiymətlərin endirilməsini təklif etsə də, provayderlər razılaşmayıb. Onlar bunu xərclərinin çox olması ilə izah ediblər. Amma real vəziyyət tam əksini göstərir. Provayderlər, sadəcə, RİTN-ə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Və ya RİTN-də bu vəziyyətlə barışmaq istəyənlər var. Yalnız "Delta Telecom" bilir ki, provayderlər müştəriləri "çəkidə" necə aldadır. Bilir ki, provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır və həmin provayderin müştərilərinin tələbatına cavab vermir". Xatırladaq ki, son zamanlar internet istifadəçiləri İnternetin sürətinin zəiflədiyini deyirlər. Onların sözlərinə görə, provayderlər istifadəçiləri şərtlərdə göstərilən sürətli İnternetlə təmin edə bilmir və tez-tez qırılmalar baş verir.
2014-02-26
10,085
Ərdoğan ilk dəfə seriala gətirildi - Video
Tanınmış rejissor Osman Sınavın çəkdiyi "Qızıl alma" serialının bu gün yayımlanacaq bölümündə diqqət çəkən dialoq yer alıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, serialın bu gün yayımlanacaq bölümündə Milli İstihbarat Təşkilatının rəsmiləri söhbət zamanı Türkiyəyə sızan paralel təşkilatdan bəhs edir və hədəflərinin Baş nazir olduğunu söyləyirlər. Türkiyə serialları tarixində ilk dəfə Baş nazirin adı çəkilir və "Hədəf Rəcəb Tayyib Ərdoğan!" deyilir. Bu dialoqdan dərhal sonra AKP-nin 30 mart seçkiləri üçün seçdiyi "Dombra" musiqisi səsləndirilir.
2014-02-26
10,086
NATO Ukrayna ilə bağlı bəyanat qəbul edəcək
Bu gün Brüsseldə keçiriləcək iki günlük görüşdə NATO-nun müdafiə nazirləri Ukraynanın suverenliyi və ərazi bütövlüyü haqqında bəyanat qəbul etmək niyyətindədirlər. "Axar.az" xəbər verir ki, Alyansdakı mənbələrin sözlərinə görə, bəyanat bu gün günortadan sonra qəbul edilə bilər. Mənbə xüsusilə vurğulayır ki, "Bu, Rusiya ünvanına mesaj olmayacaq".
2014-02-26
10,087
326 erməni saytı dağıdıldı - FOTO
Bu gün səhər saatlarında "Anti armenian Team"ın hakerləri 326 erməni saytını dağıdıb. Dağıdılan saytlarda ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumatlar yerləşdirilib. Bu barədə adı çəkilən haker qrupu məlumat yayıb. Qeyd edək ki, "Anti armenian Team" xaker qrupu Azərbaycan tarixinin faciəvi günlərində erməni saytlarına hücum edərək həmin faciə haqda məlumat yerləşdirir. Bu demək olar ki, ənənə halını alıb. Bu gün də ənənə davam etdirilib və ilk olaraq "Aysor.am" saytının dağıdıldığını xəbər vermişdik. hazırda isə dağıdılan saytların sayı 326-dır. Dağıdılan saytların siyahısı: acmilan.am inecobank.am banks.am aysor.am adver.am advice.am activus.am afrikyan.am agrointex.am agroindex.am tsarukyangagik.am 7d.am 5d.am absoluteservice.am abovyanmedicalcenter.am 2night.am ai.am 9d.am 100c.am abs.am afp.am ananun.am agroservice.am alacarte.am amiryan27.am ajo.am amfconsulting.am amaret.am aiaci.am armenmotor.am astoria.am ash.am ar-ar.am aryaplast.am artgift.am armlaw.am armenia24.am aquarium.am arcolad.am armenia24.am armlaw.am aryaplast.am artgift.am ar-ar.am astoria.am ash.am armenmotor.am aiaci.am amaret.am amfconsulting.am amiryan27.am ajo.am ags.am alacarte.am byureghavantownpoliclinic.am cityfm.am clt.am charm.am chameleon.am booboo.am bls.am bike.am bnn.am bravo.am bsmart.am borsaa.am bestsoft.am bioinformatics.am beijing.am azatutyuntv.am avto.am battery.am aybuben.am barevrevolution.am aznauryan.am barevolution.am base.am avenueconsulting.am edmc.am ecofarm.am e-cadastre.am dialog.am dimitrillc.am dickson.am djs.am dorians.am drugstore.am dem.am druzja.am dimitri.am decorafurniture.am cptvrc.am countrynet.am crawfish.am dctelecom.am credit24.am crayfish.am dcarmenia.am bvs.am cafa.am cmetal.am cleanline.am codex.am gntuniq.am h1.am geovision.am gisher.am glendalehills.am ggroup.am ghukasavan.am geologic.am globalgis.am garminarmenia.am fixmystreet.am fm106.am fortunecup.am franchising.am freestyle.am gadgetshop.am gaggenau.am garmin-armenia.am garmin.am elitcomp.am endorphin.am environment.am elbat.am elika.am enurez.am israelyan.am iweb.am julianna.am inecotrade.am info-control.am infocontrol.am infoweb.am instyle.am ilm.am imusic.am ifix.am hybridsolution.am i-tv.am hrashqcupon.am hrashkcoupon.am hrashkcupon.am hrashq.am hrashqcoupon.am hfyouth.am hayservice.am hfy.am hayfm.am hjni.am hmconsult.am globus4u.am news24.am munich.am merm.am mesi.am metra.am mmarket.am milan.am mhpcons.am mika.am mega-pay.am marker.am mediamax.am mediaplanet.am mediasystems.am mediabrand.am loewe.am ligne-roset.am ligneroset.am likes.am lotos.am lapsha.am kik.am koxm.am itel.am israeliconsulate.am showcar.am semi.am secdr.am rimadesio.am ros-plast.am rpa.am richcomputers.am s0.am photoplanet.am podiatricclinic.am podiatric.am precedent.am rec-caucasus.am pasta.am pepsimusic.am pcs.am pc.am pcstore.am odzunhamaynq.am opensocietyfoundations.am panarmenianexpo.am nurus.am natoinfo.am networkbuilders.am newsmaker.am fastclick.am fibernet.am etsse.am z1news.am wwn.am wi-fi.am xadoarmenia.am unonaservice.am ucora.am vipnet.am uaz.am translider.am tommy.am timeout.am tonight.am tatevropeway.am taron.am taronmargaryan.am tarot.am subway.am sport24.am sportnews.am spitak.am siematic.am serjo.am juliannafurniture.am kerama-marazzi.am impress.am gshotel.am implantation.am ifootball.am jermukarmenia.am ipa.am gpsarmenia.am itmanager.am gsoft.am europeltd.am gts.am grapes.am modena.am mobile-id.am mmcenter.am mobileid.am koghm.am gtrade.am grammy.am fidme.am fatalerror.am fcmika.am oniraclub.am pashtpan.am pharm-adama.am nane.am nuard.am navitel.am osi.am mekfurniture.am megapay.am multigrandhotel.am lia-food.am mdp.am marazzi.am mdd-alliance.am megasoft.am mtcg.am modern-delights.am kargibereq.am maxfurniture.am kargiberek.am layana.am ligo.am itpen.am kargintv.am kta-group.am shahverdyantravel.am sphera.am sushi-wasabi.am proit.am talgrig.am socialobjects.am t-kian.am samuraisushi.am smilesystems.am shinanyut.am sossystems.am sctc.am salzgrotte.am sage.am roche.am showtune.am pharaon.am rgam.am radiohay.am partnership.am pab.am norhorizon.am myparty.am pharmadama.am qarihac.am zenteq.am zevs.am yanex.am yournet.am yeghvard.am yta.am xenon.am wasabi.am virtualoffice.am wasabi-sushi.am virtual-office.am utc.am wishlist.am wds.am vastyle.am toon-armeni.am timetoprint.am technoserv.am toonarmeni.am sportblog.am toshibatec.am virtual-solution.am totalfootball.am task.am
2014-02-26
10,088
Ermənidən Xocalıyla bağlı həyasız açıqlama
"Azərbaycan Xocalı haqqında bəyanatlar yaymaqla ikiqat cinayət törədir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə "Şuşi" fondunun rəhbəri Bakur Karapetyan çıxış edib. O, Azərbaycan tərəfini erməni soyqırımının 100 illiyi zamanında təbliğatla məşğul olduğunu deyib: "Onlar bu hadisəni dünyaya soyqırım kimi tanıtmaq üçün diplomatik metodlardan istifadə edirlər. Bununla da Bakı, Sumqayıt və Gəncədə ermənilərə qarşı törədilmiş hadisələri dünyanın gözündən yayındırmağa çalışırlar. Bizim diplomatik korpus bu sahədə çox qeyri-peşəkar fəaliyyət göstərir. Azərbaycan Xocalı haqqında bəyanatlar yaymaqla ikiqat cinayət törədir və bu günahları Ermənistanın üzərinə atır". Xatırladaq ki, ermənilərin Xocalıda törətdiyi dəhşətli vəhşiliklərlə bağlı Zori balayan və Serj Sarkisyan da daxil olmaqla, bir neçə erməni lideri etiraflar ediblər.
2014-02-26
10,089
Avtomobildə yanan zabitimizin - Fotoları
Tovuzda baş verən qəza nəticəsində Nəzərov Elçin və Zeynalov Seymur yanaraq, həlak olublar Bu səhər Tovuz rayonunda baş verən avtomobil qəzasında yanaraq həlak olan hərbçilərimizdən birinin fotoları yayılıb. ANS PRESS qəza qazmanı həlak olan "N" saylı hərbi hissənin baş leytenantı 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlunun "Facebook" səhifəsində olan fotoları əldə edib. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəza zamanı "N" saylı hərbi hissənin baş leytenantı Nəzərov Elçin Tağı oğlu və əsgər Zeynalov Seymur Zakir oğlu yanaraq həlak olublar. Qəzaya səbəb baş leytenant Nəzərov Elçinin idarə etdiyi "Mercedes" markalı avtomobillə "Ford"la toqquşması olub.
2014-02-26
10,090
ABŞ başqa ölkələrin peyklərini izləyəcək - Sensasiya
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, "Defens Nyus" nəşrinin informasiyasına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton məlumat verib. Orbitə peyklərin çıxarılması "GSAP" (Geosynchronous Space Situational Awareness Program) proqramı çərçivəsində həyata keçiriləcək. Proqram çərçivəsində buraxılan peyklər elektron-optik sensorlarla təchiz edilməklə geosinxron orbitdə yerləşəcək. Sistemin üstünlüyü əlverişsiz meteoroloji şəraitdə Yer kürəsi səthindən müşahidəni qeyri-mümkün edən digər kosmik aparatları izləməkdən ibarətdir. Peyklərdən alınan məlumatlar ABŞ kosmik aparatları üçün digər ölkələrə məxsus peyklərin və kosmik "zibil"lərin törədə biləcəyi təhlükənin müəyyənləşdirilməsində istifadə ediləcək. "Orbital Sciences" şirkəti tərəfindən hazırlanan "GSAP" peyklərini "Delta IV" raketdaşıyıcısı ilə Kanaveral kosmik stansiyasından buraxılması nəzərdə tutulur. Kosmik aparatların orbitə nə vaxt çıxarılacağı barədə məlumat verilmir.
2014-02-26
10,091
Nazirlik Başbuğun təxliyəsinə qarşı çıxdı
Ədliyyə Nazirliyi Başbuğla əlaqədar fikrini bildirdi: "Qərar Konstitusiya Məhkəməsinindir. Ancaq təxliyə rədd edilməlidir". "Axar.az" xəbər verir ki, Türkiyədə dörd internet saytı ilə dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinən keçmiş Ali Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ təxliyəsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə fərdi olaraq müraciət edib. Ədliyyə Nazirliyi isə son qərarın Konstitusiya Məhkəməsinin olduğunu əsas gətirərək, müraciətin ləğv edilməsinin vacibliyini bildirib. Xatırladaq ki, Mətbuat Şurasının 65 yaşdan yuxarı şübhəlilərin azad edilərək mühakimə edilməsi təklifinə Başbuğ, "50 yaşında zabitlər var. Mən o 300 zabitin üzünə baxa bilmərəm", - deyə cavab vermişdi.
2014-02-26
10,092
“Traktor-Sazi” Xocalı şüarı qaldırdı - Foto
Tehranın İstilazın klubu ilə keçirilən oyun zamanı Təbrizin "Traktor-Sazi" klubunun azarkeşləri Xocalı soyqırımı ilə bağlı plakat açıb. Bu barədə məlumatı "Axar.az" klubun azarkeşlərinin Tvitter statuslarından götürüb. Məlumatda deyilir ki, klubun azarkeşləri plakat açmaqla bərabər Xocalı üçün şüarlar da səsləndiriblər. Qeyd edək ki, plakatın qaldırıldığı oyun fars və ermənilərin əksəriyyət təşkil etdiyi Tehran şəhərində keçirilib.
2014-02-26
10,093
Haaqa Məhkəməsi Yanukoviçi ittiham etmədi
Haaqa məhkəməsi Yanukoviçi ittiham etməkdən imtina edib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, tribunal konkret şəxslərin hərəkətləri ilə deyil, konkret situasiyaların nəzərdən keçirilməsi ilə məşğul olur. Xatırladaq ki, fevralın 25-də Ukraynadan yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Haaqadakı beynəlxalq məhkəməyə müraciət olunub. Onlar arasında Viktor Yanukoviç, Daxili İşlər Nazirliyinin keçmiş başçısı Vitali Zaxarçenko və keçmiş Baş prokuror Viktor Pşonka var idi. Onlar insanların dinc etirazına zorakı cinayət törətməkdə ittiham olunurlar.
2014-02-26
10,094
Yanukoviç Rusiyadadır
Yanukoviç iki oğluyla bərabər Rusiyadadır. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yanukoviç iki oğluyla bərabər Rusiyada yerləşir. O, kiçik oğlu ilə birlikdə dəniz vasitəsilə Rusiyaya gəlib. Böyük oğlu isə sərhədi maşınla keçib. Xatırladaq ki, Ukraynanın eks-prezidenti ölkəsində axtarışa verilib.
2014-02-26
10,095
Türkiyədə telefonları dinlənən azərbaycanlılar - Siyahı
Dövlət içərisində dövlət qurmaq istəyən qüvvələrin telefonlarını dinlədikləri jurnalistlərin adları açıqlanıb. "Axar.az"ın məlumatına görə, dövlətlə paralel olaraq fəaliyyət göstərən təşkilat aralarında jurnalistlərin, QHT üzvlərinin, siyasətçilərin, alimlərin və bürokratların da olduğu 7 min adamı dinləyib. Həmin şəxslərin arasında Azərbaycandan da 2 şəxsin adı yer alıb. Bunların biri tanınmış jurnalist Sevil Nuriyevadır. Qəzet yazır ki, jurnalistin xanımın 00905416142 nömrəli telefonu həmin qüvvələr tərəfindən dinlənilib. Azərbaycandan dinlənilən ikinci şəxs isə hazırda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırovdur. Qeyd edək ki, Sevil Nuriyevaya aid olduğu bildirilən və yazıda göstərilən nömrə hazırda işləmir.
2014-02-26
10,096
Maradona: “Venesuelanın əsgəri olmağa hazıram”
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Venesuela prezidenti Nikolas Maduronu müdafiə edən bəyanatla çıxış edib. "Axar.az" xəbər verir ki, Maradona Venesuelanın əsgəri olmağa hazır olduğunu bildirib: "İmperialist qüvvələr Venesuela ətrafında vəziyyəti gərginləşdirirlər. Mən Venesuelaya inanıram. Yaşasın Çaves, Yaşasın Maduro! Çavesin ruhu göydən bizi himayə edir. Bolivar torpağını müdafiə etdikcə özümü şərəfli insan sayıram. Vaxtı ilə komandan Çaves də belə olmasını istəyirdi". Qeyd edək ki, Venesuelada prezident Maduronun siyasətinə etiraz edən insanlar küçələrə çıxaraq aksiyalar keçirirlər. Etirazçılar şəhər küçələrində barrikadalar qurur, yolları kəsirlər.
2014-02-26
10,097
Rus jurnalistin Xocalıda yaşadıqları – Dəhşət
Xocalı hadisələrinin şahidi olmuş rus jurnalist Viktoriya İvleva əsirlikdə tanış olduğu və 19 il sonra xilas etməyə çalışdığı Xocalı əsiri ilə görüşü haqda yazıb. Jurnalistin 2011-ci ildə yayımlanan məqaləsini "Axar.az" təqdim edir. "19 il sonra Qarabağdan qaçqın düşən qadın və qızı ilə görüşdüm. Mən onunla düz 19 il qabaq, 26 fevral 1992-ci ildə görüşmüşdüm. O, əsir idi, dörd uşağı da əsir düşmüşdü. Mən isə müharibəyə onları əsir alan insanlarla gedən bir jurnalist idim. Əvvəlcə onu deyil, bizə tərəf gələn qəribə qar buludunu gördüm. Sonra nalələr, qışqırıqlar və uşaq ağlaması eşitdim. Sonra bulud parçalandı və mən yarıçılpaq insanlar, əsasən də qadın və uşaqları gördüm. O izdihamın içində sonuncu idi - yalın ayaqlarına geydiyi qaloşla addımlayırdı, tez-tez dayanırdı ki, görsün uşaqları geri qalmayıb ki. Onun dörd uşağı vardı. İkisi arxasınca gedirdi, ikisini isə - ayağından və başından yaralanmış oğlu və yeni doğulmuş qızını qucağında aparırdı. Qızı yarımgünlük idi. Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə qaldı Mən əsir düşmə anını görməmişdim. Həkimlərlə birlikdə, ikinci eşelonda idim. Biz yanaşı gedirdik. Getmək çətin idi. Hər yer qar idi. Sonra mən ondan körpəni alıb, gödəkçəmin altına sıxdım. Mənim tünd qırmızı gödəkçəm vardı və elə bilirdim ki, məni müharibədən qoruyur. Amma əslində əlbəttə ki, ölüm və yaralanmaq üçün əsl hədəf idim. Bütün hücumçuların qolunda ağ sarğılar vardı. Məndə də vardı amma haradasa düşmüşdü. Arxadan atın üstündə yaxınlaşan əsgər bir neçə dəfə kürəyimdən itələyib, qulağımı deşən dildə nəsə qışqırdı. Kürəyimdən aldığım zərbə ömür boyu mənimlə qaldı. O zərbə mənə hər bir əsirin yer üzündə yaşadığı şeyləri hiss etdirdi: tam ədalətsizlik. Mən heç nəyə dönmüşdüm, əsgər ayaqqabısında toz kimi bir şey idim, sivilizasiya itmişdi, zaman dayanmışdı, dünya sıxılmışdı, bircə mən və kürəyimdən vuran o əsgər qalmışdı. Bir də qorumalı olduğum südəmər körpə. Bütün bunlar, sadəcə, bir an davam etdi. Sonra məni tanıyan bir nəfər yaxınlaşdı və o dəqiqə məlum oldu ki, mən əsir deyiləm, üzr istədilər. Nə fərqi var... Axı yaddaşımda heç nə olmağım ki, qalmışdı... Oğlu ayaqyalın idi, qızı isə bircə corabda Onların hamısını bir neçə gün əsir saxladılar. Mən onu ziyarət edirdim, düzdür, xoş qarşılanmırdım. Sonra onları cəbhə xəttinə apardılar və dəyişdilər. Dəyişmə şərtləri yaddaşımdan silinib, deyəsən, onları eləcə azad etmişdilər. Onların heç bir qiyməti yox idi, hər tərəfdə dəyişdirilmək üçün bərabər qiyməti olan əsgərlər var idi. Mən onlarla dəyişmə xəttinə qədər yeridim. Böyük oğlu ayaqyalın, qızı isə bircə corabda idi. Yaralı uşağı və yeni doğulmuş qızı örtüyə bürümüşdülər. Onları silahlı kişilər daşıyırdılar. Mən ona bir az pul vermişdim. Amma uzun müddət düşünmüşdük ki, pulu harada gizlədək ki, axtarsalar tapmasınlar. Sonra pulu paltarının qolunda gizlətmişdi. Onları köhnə, sarı avtobusa otuzdurdular və o həmişəlik həyatımdan itdi. Deyəsən, onun adı Mövluda idi. O, məhsəti türklərindən idi. Açıq rəngli saçları və böyük mavi gözləri vardı. Həmin vaxt onun hadisəsini ölkənin ən yaxşı qəzeti olan "Moskva xəbərləri" çap etmişdi. Jurnalın üzündə ayaqyalın gedən insanların fotoları vardı. İçində isə Mövludanın fotosu. Jurnal ağ-qara idi deyə, mavi gözlərini ayırd etmək olmurdu. Qocalmışdı, amma mavi gözləri qalırdı Yuxarıdakı hadisələrin baş verdiyi ərazi Xocalı idi. Mövluda ilə Xocalıda görüşərkən artıq yüzlərlə yerli əhali öldürülmüşdü. Onlardan əksəriyyəti qadın və uşaqlar idi. Xocalıda atışmalar və küçə döyüşləri gedirdi. Mövluda və digərləri isə evlərindən qaçırdılar. Amma düz hücumçuların üstünə. Xoşbəxtlikdən onlar ilk əsir düşənlərdən oldular ona görə də sağ qaldılar. Bir neçə ay qabaq azərbaycanlı jurnalist Şahin Hacıyev məni jurnalistlərin münaqişə ocaqlarında davranışları barədə seminara dəvət etdi. Ona Mövluda barədə danışdım və biz onu tapmağa qərar verdik və tapdıq da. Biz Azərbaycanda qaçqın kəndi - Ağcakəndin küçələri ilə gedirdik. Həyətə girdik. Görüşümüzə həqiqətən o çıxdı. Qocalmışdı, amma mavi gözləri qalırdı. Biz qucaqlaşdıq və uzun müddət həyətdə ağladıq. Saçlarını və üzünü sığalladım, yanaqlarında barmaqlarımı gəzdirdim. Qadınsayağı şeylər düşünürdüm, məsələn dərisinin uşaq dərisi kimi yumşaq olması barədə fikirləşirdim. Ona deyin ki, mən iki gün onu əllərimdə gəzdirmişəm - Rusca danışırsan? – soruşdum. – Axı onda danışırdın? - Yox,- cavab verdi. (Şahin tərcümə edirdi), – daha danışmıram. - Hamısı çıxıb başımdan. - Evə girmək olar? Həm daşıdığım qızı da görmək istəyirəm. Mehriban (Mövludə) razılaşdı. Biz balaca qaçqın evinin pillələrini qalxırıq. Qızın adı Günaydır. Qız kresloda oturub, ayaqlarını yığıb. Hamar saçlarını arxaya toplayıb və hind döyüşçüsü kimi heç nə ifadə etməyən üzü var. - Salam, Günay! - deyirəm. O, susur və imkan vermir ki, onu qucaqlayım. - Xəstədir, - Mehriban deyir. – Əvvəllər az-maz danışırdı, amma artıq beş ildir heç danışmır. Bilmirik ki, nəyi başa düşür, nəyi yox. Çaşqın halda qızın sakit üzünə baxıram. Sonra isə burnumda sakitcə deyirəm: - Vacib deyil ki, başa düşür, ya yox. Bəlkə indi başa düşmür, amma nə vaxtsa başa düşəcək. Siz ona deyin ki, nə vaxtsa mən iki gün onu əllərimdə gəzdirmişəm. Şahin tərcümə edir. Günay isə yenə də sakitcə məndən kənara, boşluğa baxır. Üzü yenə də heç nə ifadə etmir. Zirzəmidən əsirliyə… Mehriban danışır: - Mən onu zirzəmidə dünyaya gətirdim. Biz bir neçə qonşu ilə orada gizlənmişdik, çünki çox güclü atışma gedirdi. Elə hamının qabağında doğdum. 23 fevralda. Sonra biz iki gün də orada qaldıq. Atışma davam edirdi. Bizimlə olan iki kişi dedi: "Gəlin, burdan çıxaq, ağ bayraq qaldıraq". Onlar öz tapdıqları cındırla çölə çıxan kimi güllələndilər. Bizi isə əsir götürdülər. Həyat yoldaşım elə həmin gün öldürülmüşdü, amma mən bilmirdim. O, traktorçu idi. Çox güclü, idmançı adam idi. Onu polisə aparmışdılar ki, aeroportu qorusun, elə orada da ölmüşdü. Sonra onun cəsədini dəyişdirdilər, dəfn edə bildim. Bizi qovanda birdən sanki şüurumu itirdim. Sonra gördüm ki, qızım yoxdu. Əlimdən düşmüşdü. Geri qayıtdım, onu qarın üstündə tapdım. Yaşadı, amma görürsən də necə. Hamımızı qarın üstündə otuzdurdular. İcazə verdilər ki, ocaq qalayaq. Uşaqlar yemək istədilər, onlara dedilər ki, qartopu düzəldib yeyin. Beləcə oturduq, sonra bəzilərimizi seçib maşına mindirdilər və əsirliyə apardılar. Orada mənə kolbasa-çörəklə çay verdilər. Çünki südəmər körpəm vardı... Vicdan ilahəsi Mən əslində bu hadisədə istənilən sonluğa hazır idim, məsələn, qızın xəstə olmasına, ölməsinə və ya ərə getməsinə. Amma Günayın hissiyyatsız üzünü görmək məni didərgin etdi. Bütün həyat, sevinc, qələbə lazımsız bir şeyə çevrilmişdi. Günayın başına gələnlər hər şeyi heç nə etmişdi. Dəhşət, gücsüzlük və əzab çəkirdim. Axı Günay sizə, əclaflara, güllələri sevənlərə nə etmişdi?! Nə etmişdi axı nə?! Bütün axşamı ayaqlarını altına yığıb qarşısına baxdı. Günay onun həyatını məhv edən iyrənc həyatdan uzaqlaşmışdı, heç onun varlığını hiss etmirdi. O İttiham ilahəsi, Vicdan ilahəsi idi. Mənim vecimə də deyil hansısa dində belə ilahələr var, ya yox. Bircə onu bilirəm ki, indi var - Azərbaycanın dağlıq kəndi olan Ağcakənddə. Bu kənd anasının onu doğduğu yerdən cəmi 60 kilometr uzaqlıqda yerləşir. P.S. "Yadındadır, - birdən Mehriban nəyisə yadına salaraq deyir, - sən mənə ünvanın və telefon olan kağız verdin ki, məni döysələr və ya nəsə pis olsa, sənə zəng edim. Mən o kağızı Ağdamda itirdim, heç sənə zəng eləmədim..." P.P.S. Mehriban ilin dörd ayını çörək sexində çörək bişirir, qalan vaxtlarda çörək bişirmək sərf eləmir. Günə altı manat qazanır. Böyük oğlu Bakıda yaşayır, iki uşağı var. Ortancıl, o vaxt yaralı olanı təmirxanada çalışır, nifrətlə doludur, döyüşüb intiqam almaq istəyir. Böyük qızı beş sinif bitirib, ev işlərində kömək edir. Tez-tez epileptik tutmaları olan Günay heç bir təqaüd və ya dərman almır. Həkimlər deyirlər ki, onun müalicəsi Azərbaycanda mümkün deyil, hesab edirlər ki, Mehriban qızını müalicə üçün xaricə aparmalıdır. Məsələn, İsveçrəyə... Təəssüf ki, material yayımlanandan az sonra Günay rəhmətə gedir.
2014-02-26
10,098
Bakıda Tibb Mərkəzindən pul oğurlandı
Bakıda tibb mərkəzindən xeyli miqdarda pul və tibbi ləvazimat oğurlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, oğurluq hadisəsi rayonun Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə 53 saylı ünvanda yerləşən "Dialab" Tibb Mərkəzində qeydə alınıb. Tibb Mərkəzinin xəzinədarının şkafından 4194 manat pul və 1500 manat dəyərində tibbi ləvazimat naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.
2014-02-26
10,101
Əsgərimiz şəhid olub
Fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
2014-02-26
10,102
İran namaz qılan robot düzəltdi – Fotolar
Bir orta məktəb müəllimi namaz qılan robot düzəldib. "Axar.az" İran mətbuatına istinadən xəbər verir ki, paytaxt Tehrandan 35 km cənub-şərqindəki Varamin şəhərində yerləşən "Elbruz" orta məktəbində müəllim işləyən Əkbər Rəzai uşaqlara namaz qılmağı və ibadət etməyi öyrədən bir robot düzəldib. Mövzu ilə əlaqədar xüsusi kurslara qatıldığını, insan kimi davranan robotların necə düzəldiyini öyrənməsini izah edən 27 yaşındakı Əkbər müəllim evində olan məişət əşyaları ilə düzəltdiyi robota "Vildan" adını verib.
2014-02-26
10,103
Krım parlamenti tarixi qərarını verdi
Krım Ali Şurasının sədri Vladimir Konstantinov bildirib ki, parlament muxtar vilayətin Ukraynanın tərkibindən çıxmaq məsələsini müzakirə etməyəcək. "Axar.az" xəbər verir ki, bu barədə Krım Muxtar Vilayətinin Ali Şurasının mətbuat xidməti məlumat yayıb. Konstantinov Krımın Ukraynanın tərkibindən çıxması məsələsinin parlamentdə müzakirəyə qoyulacağı ilə bağlı mətbuatda yayılan məlumatları da yalan adlandırıb. "Krım parlamentində Ukraynanın tərkibindən çıxmaq məsələsi müzakirə olunmayacaq. Bu, Ali Şuranın legitimliyinə qarşı bir təxribatdır. Təxribatlara uymayın! Belə çətin vəziyyətdə sakitliyinizi qoruyun!" deyə Konstantinov bildirib.
2014-02-26
10,104
Putin döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin çərşənbə günü Müdafiə Nazirliyinə Qərbi və Mərkəzi Hərbi dairələrin qoşun və qüvvələrinin, eləcə də bəzi qoşun növlərinin döyüş hazırlığının qəfil kompleks yoxlanışını aparmağı tapşırıb. Bu barədə RF müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib (Trend). S.Şoyqu Müdafiə Nazirliyinin iclasında deyib: "Rusiya Federasiyası Prezidentinin sərəncamına uyğun olaraq, bu gün saat 14:00-da Qərbi Hərbi Dairənin qoşunları, eləcə də onun tərkibindəki birləşmə və hərbi hissələr, Mərkəzi Hərbi Dairənin ikinci ordusu, Hava-Kosmik Müdafiə komandanlığı, Hava-desant qoşunları, Uzaq və Hərbi-nəqliyyat aviasiyası həyəcan siqnalı ilə ayağa qaldırılıb". Onun sözlərinə görə, V.Putin ölkənin hərbi təhlükəsizliyi üçün təhdid yaradan, eləcə də antiterror, sanitar-epidemioloji və texnogen xarakterli vəziyyətlərin həlli zamanı qoşunların döyüş qabiliyyətinin yoxlanılmasını tapşırıb. Yoxlama fevralın 26-dan martın 3-dək iki mərhələdə həyata keçiriləcək.
2014-02-26
10,105
Lənkərana yeni qadın müavin təyin olundu – Özəl
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsinə Rasilə Əliyeva Arif qızı təyin edilib. Bu haqda "Axar.az"a xanım müavinin özü məlumat verib. 1978-ci il təvəllüdlü Rasilə Əliyeva bundan əvvəl Lənkəran şəhər Humanitar Kollecində 15 il müəllim kimi fəaliyyət göstərib. Lənkərən Dövlət Universitetinin məzunudur. Qeyd edək ki, xanımların bu vəzifəyə gətirilməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişinə əsasən həyata keçirilir.
2014-02-26
10,106
Yeltsin qoşunları Xankəndindən çıxartmaq əmri vermişdi – Özəl
Xocalı soyqırımı ilə bağlı hələ də açılmamış bir neçə əsas məsələ qalır. Ən qaranlıq məqamlardan biri isə Xocalı soyqırımının törədilməsində fəal iştirak edən 366-cı Motoatıcı alayın hələ də müstəqil Azərbaycanın ərazisində qalması idi. Müsahibimiz politoloq Zərdüşt Əlizadə 1992-ci fevralın 25-də bu qoşunların Xankəndindən çıxarılması ilə bağlı Yeltsinin əmr verdiyini bildirib. Politoloqla müsahibəni təqdim edirik. - Zərdüşt müəllim, Xocalı soyqırımı ərəfəsində 366-cı Motoatıcı alay hələ də Xankəndində qalmışdı. Bundan Ayaz Mütəllibovun xəbəri var idimi? - Var idi və bu alayı çıxarmaq tələbi ilə deputat Araz Əlizadəni səlahiyyətli nümayəndə kimi Yeltsinin yanına göndərmişdi. - Bəs Yeltsinlə görüşdə nə qərar qəbul edilmişdi? Deyə bilərsinizmi? - Rusiya Federasiyası Prezidenti Arazı qəbul etmişdi. Əvvəl o, rus əsgərlərinin Azərbaycan kəndlərinin yandırmasını inkar etmişdi. Arazın təkidi ilə Rusiya Federasiyası Dövlət Təhlükəsizlik Komitəsinin (KQB.- red.) sədri Barannikova zəng vurmuşdu. Barannikov Arazın dediyini təsdiq edəndən sonra Boris Yeltsin Araza demişdi: "Get Şapoşnikovun yanına, mən alayın çıxma əmrini verəcəyəm". Araz Müdafiə naziri Şapoşnikovun qəbuluna getmişdi. Rusiyanın Müdafiə naziri demişdi ki, qoy Ayaz Niyazoviç mənə zəng vursun. Araz Mütəllibova zəng vurub demişdi ki, Yevgeni İvanoviçə zəng etsin. Mütəllibov marşal Şapoşnikova zəng etmişdi. Rus nazir Mütəllibova sual vermişdi: "MDB ölkələrinin vahid komandanlıq ideyasını qəbul edirsənmi?" Mütəllibov demişdi: "Yox". Nazir də "Oldu" demişdi. Və elə o gecə Xocalı məhv edilmişdi. - Rusiyanın Azərbaycandan əsas istəyi nə idi? - MDB ölkələrinin yeni yaranan qoşunlarını Rusiya öz vahid komandanlığı altında saxlamaq istəyirdi. Mütəllibov buna razı olmadı və devrildi. - Ayaz Mütəllibovun hakimiyyətdən getməsinə səbəb Xocalı soyqırımına aid kadrlar oldu? - Mütəllibovu devirən bəhanə Xocalı oldu. Lakin səbəb qaragüruhçu qüvvələrin fəallığı ilə Bakı neftinə can atan mafiyanın dağıdıcı fəaliyyəti və Mütəllibovun şəxsi qətiyyətsizliyi oldu. - Bəs Ayaz Mütəllibovu Xalq Cəbhəsindən üstün edən nə idi? - Mütəllibov qaniçən və qəddar deyildi. Müxalifətə barış və koalisiya hökuməti təklif edirdi. Ölkənin inkişafını təkamül və islahatlarda görürdü. - Bəs Zərdüşt bəy, Xocalının mühasirəsini yarmağa kifayət edən silahlı qüvvə var idimi? - Xocalıdan cəmi 12 km aralı Ağdamda bir neçə min silahlı Azərbaycan qoşunu dayanmışdı. Müdafiə naziri olmuş peşəkarları (general-leytenant Valeh Bərşadlı və general-mayor Tacəddin Mehdiyev) AXC qaragüruhu devirib qovmuş, yerinə hərbi işdən başı çıxmayan cahillər gəlmişdi.
2014-02-26
10,107
Krımda ilk qan töküldü
Krımda toqquşma nəticəsində 1 nəfər xəsarət alıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, insanlar parlament binasına yaxınlaşır. Mitinqdə təxminən 10 min Krım tatarı iştirak edir. Bundan əlavə avtobusda deputat Olqa Kovitid başda olmaqla onlarla insan Rusiya bayraqları ilə mitinqə toplaşıblar. Təxminən yarım saat bundan əvvəl mitinq iştirakçıları polis halqasını qırıblar. Hələ ki, ciddi toqquşmalardan qaçmaq mümkün olub.
2014-02-26
10,108
Millət vəkilindən ABŞ səfirinə sərt reaksiya
"Biz başa düşmürük, daha dəqiqi, başa düşmək istəmirik ki, nədən Minsk qrupuna həmsədrlik edən bir ölkənin rəsmləri belə bir məsələyə yanaşmada bu cür ikili standarta yol verirlər". "Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla bağlı açıqlamasına cavab olaraq deyib. Deputat hesab edir ki, səfir təcrübəli deputat olaraq belə bir səhvə yol verməməlidir: "Uydurma erməni soyqırımını təkcə onların deyil, həm də özlərinin böyük fəlakəti kimi qiymətləndirənlər Xocalıda yaşananları ancaq "azərbaycanlılar üçün ağır dərd" adlandırırlar. Axı o, təcrübəli diplomatdır və xəbərsiz deyil ki, beynəlxalq sənədlərdə soyqırım harada baş veririsə-versin, bütün bəşəriyyətə qarşı yönəldilmiş addım kimi qiymətləndirilir. Deməli, Xocalı soyqırımı təkcə azərbaycanlılar deyil, içi Morninqstar qarışıq bütün amerikalılar üçün də ağır dərd sayılmalıdır". Sahib Alıyev ABŞ səfirini ədalətli olmağa, işğalçı Ermənistanın torpaqlarımızı azad etmək üçün ona təsir göstərməyə çağırıb: "Təəssüf ki, Amerika təmsilçiləri içərisində, yumşaq desək, belə anlaşılmaz mövqeni təkcə Morninqstar sərgiləmir. Bu ölkənin Minsk Qrupundakı təmsilçisi Ceyms Uorlik bu yaxınlarda tvitterdə Qarabağda öldürülən və Ermənistan vətəndaşı olan bir əsgər üçün göz yaşı tökərək başsağlığı verirdi. Əslində isə onun birbaşa vəzifə borcu idi ki, Ermənistan rəhbərliyindən hesab sorsun. Onlardan soruşsun ki, sizin əsgərinizin Azərbaycan torpağında nə işi var? Neçə ki, amerikalılar bizim üçün ən ağrılı bir məsələdə bu cür mövqe ortaya qoyacaqlar, inciməsinər, bu ölkədə onların ədalətli və həqiqətən də sülh tərəfdarı olduqlarına kimsə inanmayacaq. Eyni zamanda irəli sürdükləri bir çox ideyalara da şübhə ilə yanaşacaqlar. Necə ki, yanaşırlar". Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla bağlı yaydığı açıqlamada deyilir: "Biz başa düşürük ki, Xocalı faciəsi bütün azərbaycanlılar üçün ağır dərddir".
2014-02-26
10,109
ABŞ jurnalisti: “AXC Mütəllibova Qorbaçovdan çox pul ayırdı”
Xocalı soyqırımı Azərbaycanda həm də hakimiyyətin dəyişilməsinə səbəb oldu. Məhz bundan sonra məclisdə baş verən hadisələr, Ayaz Mütəllibovun qorxuya düşməsini amerikalı jurnalist Tomas Qolç "Azərbaycan gündəliyi" kitabında geniş təsvir edir. Jurnalistin yazdığı qeydləri təqdim edirik: "Hazırkı vəziyyətdə parlamentin sədri Elmira Qafarova idi. Sessiya başlayan kimi o, səhhəti ilə bağlı olaraq istefa vermək istədi. Lakin Elmira heç də xəstə görünmürdü. Vəzifəsini itirməsi də ona heç təsir etməmişdi. Sessiya fasiləsində o həmkarları ilə deyib-gülürdü. Sanki heç nə olmamışdı. Bununla belə, əsaslı səbəblərə görə bir nəticə çıxartmaq olar ki, bu, oyunun tərkib hissəsi idi. Bu gün istefa, sabah qayıdış. Yeni və müvəqqəti sədr vəzifəsini BDU-nun Tibb Fakültəsinin rektoru "dollar" Yaqub Məmmədov icra etməyə başladı. Mütəllibovun dostu olan Yaqub universitetdə rüşvət götürdüyünə görə "dollar" ləqəbini qazanmışdı. Etiraf etmək lazımdır ki, böhran bitənə qədər o hər şeydən kənarda qalmışdı. Xocalı isə, deyəsən, unudulmuşdu. Parlamentin ən maraqlı qonağı isə Xocalının icra başçısı Elman Məmmədov idi. Mən onunla sentyabrdan əvvəl görüşmüşdüm. O, enerji dolu insan kimi yadımda qalmışdı. Lakin indi Elman şok vəziyyətində idi. O, qohumlarından 30 nəfəri itirmişdi. Özü isə təsadüf nəticəsində sağ qalmışdı. Elman, parlamentə müraciət üçün çağırılmışdı, lakin istədiyi başqa bir şey də vardı. - Kino, – o dedi. - Onlar kinonu göstərmək istəmirlər. - Hansı kino? - mən soruşdum, lakin dərhal anladım. Məşhur reportyor Çingiz Mustafayev məcbur eləmişdi ki, onu da cinayətin törədildiyi məkana uçan hərbi vertolyotun bortuna götürsünlər. O, atılmış meyitləri çəkmişdi. Məhz bu filmi Məmmədov deputatlara göstərmək istəyirdi. Lakin bu, proses qaydalarına zidd olduğu üçün kadrları nümayiş etdirmirdilər. Birdən "Kinonu göstərin", "kinonu göstərin", - deyə, qışqırıq səsləri parlamentin binasını bürüdü. Fasilədən sonra qayıdan deputatlar yenidən kinonun nümayiş etdirilməsini tələb etdilər. Nəhayət, parlamentin sədri Dollar Yaqub Məmmədov razılaşdı. İşıqlar söndürüldü, monitorda film göstərildi. İlk kadrlar göstərildikdən 10 dəqiqə sonra ölkənin bütün həyatı dəyişdi. Çingiz Mustafayev öz kamerası ilə əvvəlcə vertolyotdan aşağıdakı obyektləri görüntüləmişdi. Ardınca vertolyot enəndən sonra qapılar açılır və Çingiz Mustafayevin qorxulu səsi aləmi bürüyürdü. - Ay Allah! Ay Allah! Ay Allah! - o dedi.... Ölmüş bütün cəsədləri Qarabağa qaytardılar. Oradakı cəsədlər dəhşətli idi: bəzilərinin bıçaqla barmaqlarını kəsmişdilər, gözlərini oymuşdular. Bəzilərinin bədənini yarmışdılar. O özündə güc taparaq vertolyota daşınan cəsədləri də bir neçə geniş planda çəkə bildi. Daha sonra kino qurtardı və kadrlara deputatların reaksiyası başladı. Zaldan pıçıltı səsləri eşidilirdi. Onlar dəhşətə gəlmişdilər və bu hər kəsin simasına yansımışdı. Nə isə böyük bir şey sınmışdı və geriyə dönmək artıq qeyri-mümkün idi. Fasilədən sonra Ayaz Mütəllibov söz istədi. O, çox pis görünürdü, gözləri şişmişdi. Mütəllibov tribunada özünü prezident kimi aparmırdı. Onun uzun monoloqundan yalnız bir neçə məsələ aydın oldu. Rusiya artıq dəyişmiş mərkəz olmuşdu. Bu o Rusiya idi ki, Azərbaycan MDB ilə siyasi, iqtisadi danışıqları ratifikasiya etmədiyinə görə, erməni yönümlü siyasət aparırdı. Əgər Azərbaycan MDB ilə silahlı qüvvələrin rəhbərliyinin unifikasiyası haqqında danışıqları təsdiqləməsəydi, Qarabağı itirməliydi. Bir müddət sonra isə Ayaz Mütəllibov Xocalıdakı qırğınlarda əsas günahkarların Xalq Cəbhəsinə bağlı qüvvələrin olduğunu söylədi. Təəccüblü deyil ki, bu sözlər qısa zamanda erməni mətbuatında da öz əksini tapdı". Müəllif daha sonra Rəhim Qazıyev, İsgəndər Həmidov və Tofiq Qasımovun danışdığını bildirir. Bunun aradınca isə o, parlamentdəki fasilədən Ayaz Mütəllibovun taleyinin necə müzakirə olunmasını qeydə alır: "Fasilədən dərhal sonra müxalifət yenidən prezidentin istefaya göndərilməsi ilə bağlı tələblə çıxış etdi. Axşam düşəndə isə prezident yenidən göründü və istefaya göndərilməsi haqqında olan bütün tələblərə aydınlıq gətirilməsini istədi. Onun bu dəfəki çıxışı isə göstərdi ki, prezident özünü itirib və situasiyanı dəyərləndirmək qabiliyyətinə malik deyil. Etdiyi səhvlərinə görə üzr istəyən Ayaz Mütəllibov, Nazirlər Kabinetini yenidən formalaşdıracağını və hətta əsas nazir vəzifələrinə müxalifətdən nümayəndələr təyin edəcəyini bildirdi. Bu məqamda isə Araz Əlizadə prezidenti ölkədə fövqəladə vəziyyət elan etməyə, siyasi partiyaların fəaliyyətinin 6 ay müddətinə qadağan edilməsinə çağırdı. Bütün bunların hamısı öncədən sövdələşmə idi. Rus qoşunları parlamentdəki mövqelərini tutaraq, binanın qarşısında toplaşan vətəndaşlara hücum etmək haqqında əmr gözləməyə başladılar. Bu isə parlamentdəki deputatların kəskin narazılığına səbəb oldu. Parlamentdəki mübahisə sessiyanın 2 saat dayandırılması ilə nəticələndi. Əksər deputatlar öz kreslolarında yuxulayırdılar. Səbəb çox sadə idi. Mart ayı olmasına baxmayaraq, insanlar şaxtada toplaşaraq binanı mühasirəyə almışdılar. Rus əsgərləri bir müddət sonra yox oldu və Dollar Məmmədov növbəti iclası cümə günü səhər tezdənə təyin etdi. Tezliklə Mütəllibova növbəti ultimatum verildi. Prezidentin yenə istefaya getməsi istənilirdi. Mütəllibov situasiyanı dəyərləndirməyə vaxt istədi. Ultimatuma cavab vermək üçün 14 saat təyin edildi. Təyin edilmiş vaxt keçdi, amma müxalifətə heç bir açıqlama verilmədi. Buna görə də ikinci ultimatum göndərildi. İşin ciddiyyətinin başa düşülməsi üçün dünən qırılmış şüşə yenidən sındırıldı. Saat 6-da qapı açıldı və Həsən Həsənov başda olmaqla hökumət adamları zəncirvari şəkildə içəri daxil oldular. Ayaz Mütəllibov ortada gəlirdi. O, mikrofonun qarşısına keçdi. Səssizlik istəyərək danışmağa başladı: - Səhvlər baş verib. Məhz buna görə də xalq mənim getməyimi istəyir. Belə olan halda mən Ali Məclisdən mənim istefamı qəbul etməyini istəyirəm. Ayaz Niyaz oğlu Mütəllibov postsovet məkanında ilk şəxs kimi öz postunu tərk edən lider oldu. Xalqa xidmətinə görə, ona ayda on min rublluq təqaüd ayrıldı. Həmin vədə həmin pul təxminən 100 dollar, bir ildən sonra 20 dollar, ondan sonra isə 5 dollar təşkil edirdi. Bu, SSRİ prezidenti Mixail Qorbaçov istefa verəndə ona ayrılmış təqaüddən iki dəfə artıq idi. Bundan əlavə isə Mütəllibov şəhər kənarında iqamətgah, 10 nəfərlik mühafizə xidməti və avtomobil aldı. Ən vacibi isə onun gedişindən həzz alan bəzi insanların sonra onu izləməsi və məhkəmə proseslərinə cəlb edilməsinə qadağa qoyulan qanunun qəbulu idi".
2014-02-26
10,110
Yanukoviç niyə həbs olunmadı? - Açıqlama
Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov Yanukoviçin həbs olunmamasının səbəblərini açıqlayıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Avakov bu addımı Krımda münaqişənin baş verməməsi üçün atdıqlarını deyib. "Sizə açıq deyəcəm, niyə görə Krımda olarkən biz Yanukoviçə qarşı sərt tədbirlər görmədik. Biz başa düşürdük ki, bu addım şəhərdə təxribatların törədilməsinə gətirib çıxara bilərdi. Biz qərar verdik, çünki Krımın və sabitliyin taleyi, Yanukoviçdən daha vacib idi" deyə Avakov açıqlamasında bildirib.
2014-02-26
10,111
Teatrımız Beynəlxalq festivalda
Fevral ayının 28-dən mart ayının 4-dək Hindistanın paytaxtı Dehli şəhərində "İshara Beynalxalq Kukla Teatrlari Festivalı" keçiriləcək. Böyük Britaniya, Hindistan, Bolqarıstan, İrlandiya, İspaniya, İtaliya və İsrail kimi dövlətlərin iştirak edəcəyi beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrı da çıxış edəcək. Kukla Teatrının baş rejissoru Qurban Məsimovun "Axar.az"a verdiyi məlumata görə, teatr festivalda "Chanta trio &..." adlı tamaşa ilə iştirak edəcək: "Tamaşanın müəllifi Qurban Məsimov, Elnur Abbasquliyev və Elnur Əliyevdir".
2014-02-26
10,112
Xəstə qızı aparmaq üçün 780 manat istədilər - Foto
Mərkəzi Klinik Xəstəxana bu gün xərçəng xəstəsi Nərmin Hüseynlini hava limanına aparmaq üçün onun ailəsindən 780 manat pul alıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində yayılıb. Daşınmaya görə verilmiş Mərkəzi Klinik Xəstəxanaya aid ödəniş qəbzinin şəkilinin sosial şəbəkədə yerləşdiriləndən sonra istifadəçilərin qəzəbinə səbəb olub. Həmin fotonu təqdim edirik.
2014-02-26
10,113
Eyvaz Əlləzoğlunun ölümündən 3 il ötdü
1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olan Eyzaz Əlləzoğlu 2011-ci il fevralın 26-sı 55 yaşında Bakıda vəfat edib. "Axar.az" Eyvaz Əlləzoğlunun bir hekayəsini təqdim edir: Siçanin ölümü Onu bura yəqin sürüyüb gətirən ac mədəsiydi. Pəsinib eləmədən, bizim ev sahibi olmağımızı vecinə almadan dolabın üstü ilə aşağı gəldi. Bulanlıq gözləri nəyisə arayırdı. Sonra göz-gözə qaldıq. O irəli yeridi. Bayaq onu görərkən əyilib yerdən götürdüyüm ayaqqabının bir tayı ilə siçanı vurdum. O yastılanıb arxası üstə düşdü, qıçları son kərə çırpındı, quyruğu lüzumsuz məftil kimi düşüb böyründə qaldı. Özünü bilə-bilə ölümə atandan sonra masamın üstündə qayğısız uzanıb qalmışdı. Qəfil tutduğum işdən peşman oldum. Bildim ki, daha o hər gecə yuvasından çıxıb masamın üstündəki qəzetləri xışıldada-xışıldada bir daha özüylə yemək aparmayacaq, onun səsinə oğlum yuxudan oyanmayacaq. Həm də düşünürdüm: axı siçan niyə belə etdi? Özünü niyə bilə-bilə ölümə atdı? Bəlkə o belə yaşamaqdan bezmişdi? İçimdə siçana ağı deyirdim. Kürəyimin arxasında durub siçan ölüsünə baxan arvadım məsləhət gördü ki, onu bayırdakı zibill yeşiyinə atım. Elə də etdim. İlk qar dənələri onun hələ də isti olan bədəninə qondu (Azadliq.org).
2014-02-26
10,114
“Qalatasaray” Xocalını anmayacağını açıqladı
İstanbulun "Qalatasaray" klubu Çempionlar Liqasının 1/8 finalında bu axşam keçiriləcək Londonun "Çelsi" komandası ilə oyun öncəsi Xocalı soyqırımının məsələsinə dair açıqlama verib. "Qalatasaray" klubunun rəsmi saytında qeyd edilib ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qalatasaray" – Çelsi" matçı əvvəli əhəmiyyətli bir istəkdə bulunub: "Quliyev Madridin "Atletiko" klubunun İspaniya liqasında oynayacağı "Osasuna" və "Real" qarşılaşmalarında Xocalı qırğını qurbanlarının xatirəsinə sahəyə qara bantla çıxacağını xatırladaraq, bənzər bir tətbiqin "Qalatasaray" - "Çelsi" matçından əvvəl də 1 dəqiqəlik sükutla yad etmək duruşu təklifini verib". "Qalatasaray"ın məlumatında qeyd edilir ki, bu tələbi media vasitəçiliyi ilə çatdıran Azay Quliyevin təklifinin qəbul edilməsi mümkün görünmür: "Çünki bu cür müraciətlərin ən az 24 saat əvvəldən rəsmi qaydada UEFA-ya edilməsi lazımdır. Bu ana qədər "Qalatasaray" klubuna çatan rəsmi bir tələb yoxdur". "Qalatasay"ın saytında Xocalı soyqırımı haqda da məlumat yerləşdirilib. "Erməni gücləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki yeganə aerodroma sahib və hərbi baxımdan strateji əhəmiyyət daşıyan Xocalını ələ keçirmək üçün 25 fevral 1992-ci ildən etibarən hücuma başlayıb. Ermənilər bölgədə olan sovet ordusuna bağlı 366-cı zirehli alayının bütün vasitələrindən istifadə edərək, şəhəri iki saat boyunca top və tank atəşinə tutub. Hücumdan bir gün sonra isə yaddaşlardan illərcə silinməyəcək olan Xocalı qırğını ortaya çıxıb. Rəsmi məlumatlara görə, Xocalı qırğınında köməksiz vəziyyətdəki 106-sı qadın, 83-ü uşaq olmaq üzrə cəmi 613 Azərbaycan vətəndaşı həyatını itirib. Qırğından 487 adam ağır yaralı olaraq xilas olarkən, erməni gücləri min 275 adamı girov götürüb. Bunlardan 150-dən xəbər alına bilməyib"-deyə "Qalatasaray" bəyan edib ("modern.az").
2014-02-26
10,115
Xocalı soyqırımı Avropa Parlamentinin qarşısında anıldı - Foto
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib. Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər. Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və Xocalıya ədalət tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar. Mitinqdən sonra Brüsseldəki mərkəzi hotellərdən birinin kino zalında Vahid Mustafayevin "Xoca" adlı filmi nümayiş olunub.
2014-02-26
10,116
“Yarımçıq əlyazma”nın ikinci nəşri - Türkiyədə
Azərbaycan, Rusiya, Fransadan sonra Kamal Abdullanın "Yarımçıq əlyazma"əsərinin ikinci nəşri Türkiyədə, "Ötüken" nəşriyyatında işıq üzü görüb. "Axar.az"xəbər verir ki, kitaba ön sözü əsəri türk dilinə tərcümə edən professor-doktor Ali Duymaz yazıb. Ön sözdə əsərin Azərbaycanda ilk postmodern roman olduğu vurğulanıb. Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı həm Azərbaycanda, həm də ölkəmizdən kənarda müxtəlif ədəbi çevrələrdə geniş müzakirələrə səbəb olub. Əsərdə mətn içərisində mətn estetikası özünü göstərir: gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun "Kitabi Dədə Qorqud" eposunun yazılmadan öncəki qeydlər olduğunun fərqinə varır. Romanda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Xatırladaq ki, əsər dünyanın on bir dilinə tərcümə edilərək, Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ və s. ölkələrdə nəşr olunub. Bir çox ölkələrdə "Yarımçıq əlyazma"nın təqdimatı olub və müxtəlif universitet çevrələrində əsərin müzakirələri keçirilib. Türkiyədə "Eksik el yazması" adlı kitabın birinci nəşri 2006-cı ilə təsadüf edir.
2014-02-26
10,117
Sürücünün vurub, qaçdığı qadın mətbuata müraciət etdi - Foto
Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 170, ev 17 ünvanında yaşayan Novruzova Lətafət Mirqəzəb qızı Kütləvi İnformasiya Vasitələrinə müraciət ünvanlayıb. Həmin müraciəti diqqətinizə çatdırırıq: "11.01.2014-cü il tarixdə saat 23:30 radələrində həyat yoldaşım Novruzov Elbrus Novruzəli oğlu ilə Binəqədi rayonu, S.S.Axundov ilə Azadlıq prospektinin kəsişməsində yerləşən piyada zolağının üstü ilə avtobus dayanacağına tərəf keçmək istəyərkən, gümüşü rəngdə "Mersedes" markalı minik maşını hər ikimizi vuraraq, hadisə yerindən qaçıb. Həyat yoldaşım ciddi xəsarət almasa da, mən ağır xəsarətlər alaraq, əməliyyat olunmuş və uzunmüddətli yataq rejimində qalmağa məcbur olmuşam. Cinayət hadisəsinin baş verməsindən təxminən 45 gün keçməsinə baxmayaraq, bu günə qədər də təqsirkar cinayət məsuliyyətinə cəlb edilməyib. Şəhərin hər 100-200 metrdən bir videomüşahidə qurğularının yerləşdirilməsinə baxmayaraq, hadisəni törətmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının və sürücünün şəxsiyyətinin müstəntiq tərəfindən müəyyən edilməməsi ölkəmizin bütün hüquq-mühafizə orqanlarına utancverici bir nəticədir. Bizim əslimiz Saatlı rayonundandır, bura işləyib, ailəmizi dolandırmağa gəlmişik. Lakin hər addımda qanunlara riayət etməyə çalışmışıq. Hətta avtomobil yolunu keçəndə belə piyadalar üçün müəyyən olunmuş yerdən keçmişik. Məhz həmin piyada zolağının üstündə gəlib bizi vurub, az qala üstümüzdən keçən və heç nə olmamış kimi, hadisə yerindən qaçan cinayətkar hələ də azadlıqdadır. İş icraatında olan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Nuru Həsənov bu günə qədər dəqiqləşdirdiyi məsələ - maşının gümüşü rəngdə "Mersedes S Class" markalı olmasıdır. Biz araşdırmanın gedişindən və araşdırmaya prosessual rəhbərlik edən Binəqədi Rayon Prokurorluğundan narazıyıq. Bu narazılığımızı 23.01.2014-cü il tarixli əsaslandırılmış ərizələr şəkildə Bakı şəhər prokuroru Əziz Seyidova, Binəqədi prokuroru Nazim İmanova, Daxili işlər naziri Ramil Usubova bildirsək də, bu günə qədər hər hansı tədbir görülməyib. Piyada zolağının üstündə piyadaların vurulması hadisələrinə ciddi diqqət yetirilməlidir, çünki bu hal birbaşa piyadaların və sürücülərin yol hərəkəti qaydalarına diqqətinin və inamının artmasına gətirib, çıxaracaqdır. Müstəntiqin "maşının nömrəsi kameraya düşməyib" ifadəsi məlumdur nəyə hesablanıb! Axırda bizə deyiləcək ki, guya cinayətkar tapılmadı və iş dayandırıldı. Halbuki, Daxili İşlər Nazirliyinin və ümumiyyətlə hüquq-mühafizə sisteminin ən son modelli texniki avadanlıqları imkan verir ki, gecə vaxtı avtomaşınların dövlət qeydiyyat nömrələrini asanlıqla müəyyən edə bilsin, onlar bilir hansı mütəxəssis işindən mən danışıram. Bizdə olan məlumatlara görə, həmin cinayətkarın kimliyi bəllidir, sadəcə bu cinayətkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işi "ört-basdır" etməyə qadirdir. Qeyd etdiyim şikayətlərdən bir aydan çox vaxt keçməsi və hələ də cinayət işi üzrə ciddi tədbirlərin görülməməsi səbəbindən Sizlərdən – kütləvi informasiya vasitələrindən yardım istəməyə qərar verdim. Xahiş edirəm bu məsələni ictimaiyyətin diqqətinə çatdırın, bəlkə Prezident Administrasiyasının Şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və ya hüquq-mühafizə orqanlarından olan digər bir rəhbər şəxs bu yazını oxuyandan, mənim ağır vəziyyətimi görəndən sonra həmin cinayətkarın ifşa edilməsində və istintaqın düzgün aparılmasında yardımçı olsun". ("Musavat.com")
2014-02-26
10,118
Xocalı faciəsi hərbi hissələrdə anıldı
Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bu gün Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib. Hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və C.Naxçıvanski adına Hərbi Liseydə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən "Soyqırımı tarixin dastanı" adlı mənzum-tamaşası təqdim edilib.
2014-02-26
10,119
Masallıda partlayış: Ana və iki azyaşlı övladı yaralandı
Masallının Türkoba kəndində yaşayış evində partlayış olub. Hadisə 17.45 radələrində, kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb. Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə partlayış baş verib. Nəticədə ev sahibinin həyat yoldaşı 1968-ci il təvəllüdlü Faiqə Nəsirova və onun 2 azyaşlı uşağı müxtəlif bədən xəsarətləri alıb. Onlar Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Yardım Tibbi Stansiyasına çatdırılıblar. Qadının vəziyyəti ağır olduğu üçün Bakıya yola salınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb. Evin bir otağı yararsız hala düşüb. (ANS)
2014-02-26
10,120
Türkcə Makedoniyada rəsmi dil oldu
Makedoniyanın paytaxtı Skopyenin mərkəzi olan Çayırda türkcənin bələdiyyə səviyyəsində rəsmi dil olmasına qərar verilib. "Axar.az" türk mətbuatına istinadən bildirir ki, Çayır bələdiyyəsi, yekdilliklə qəbul olunan qərar ilə türkcəni rəsmi dil elan edib. Çayır bələdiyyə məclisinə Türk Demokrat Partiyasından (TDP) seçilən iki məclis üzvünün türkcənin rəsmi dil olması təklifi oktyabr ayındakı toplantıda təqdim edilib. Bələdiyyə sədri İzzət Məcidinin də böyük dəstək verdiyi təklif 24 məclis üzvünün dəstəyiylə gerçəkləşib.
2014-02-26
10,121
Nazir oğlundan müsadirə edilən pullar qaytarılacaq
Türkiyədə 17 dekabr istintaqı çərçivəsində nəzarətə götürüləndən sonra məhkəmə tərəfindən azadlığa buraxılan keçmiş Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdarın müsadirə edilmiş 7 min 600 dolları geri qaytarılması haqda qərar çıxarılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədliyyəyə göndərilən Bayraqdar prokurorluq tərəfindən sorğu-sual edildikdən sonra göndərildiyi məhkəmə tərəfindən 21 dekabrda sərbəst buraxılmışdı. Abdullah Oğuz Bayraqdarın vəkilləri dünən məhkəməyə müraciət edərək ofisdən götürülən 7 min 600 dolların qaytarılmasını tələb edib. Tələbi müzakirə edən məhkəmə pulun nazir oğluna qaytarmasına qərar verib. Xatırladaq ki, Oğuz Bayraqdarın ofisində axtarış aparan polis 7 min 600 dollar tapmış və bu pul müsadirə edilərək prokurorluğun əmriylə ədliyyədə əmanət kimi saxlanılmışdı.
2014-02-26
10,122
Təbriz “Traktor”u Çempionlar Liqasına qələbə ilə başladı
İran Kubokunu qazanmaqla Asiya Çempionlar Liqası oyunlarına vəsiqəni təmin edən Təbrizin "Traktor" futbol komandası artıq ilk oyununu keçirib. Bu gün təbrizlilər Səudiyyə Ərəbistanının "Əlittihad" komandasını qəbul edib. Təbrizin Səhənd stadionunda keçirilən oyun az öncə sona çatıb. Oyunun birinci hissəsində "Traktor" oyunçuları aktiv görünsələr də, heç bir komanda qol vura bilməyib. İkinci hissədə isə "Traktor" tərəfindən 1 qol vurulub və stadiondakı 50 mindən çox azarkeşə coşqu yaşadıb. Oyunda qeydə alınan tək qol "Traktor"un oyunçusu Kərim Ənsarifərd tərəfindən vurulub. Bununla da "Traktor-Əlittihad" oyunu 1 - 0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb. Oyunun 59-cu dəqiqəsində Azərbaycanın quzeyində də yaxşı tanınan, İran millisinin oyunçusu Əli Kərimi ikinci sarı kart alıb və oyunu tərk edib. "Traktor" 10 nəfər oyunçu ilə yarışı davam etsə də, rəqibini məğlubiyyətə uğradıb. ("GünAz Tv")
2014-02-26
10,123
Krımda Rusiya bayrağı yandırıldı
Ukraynanın Krım vilayət parlamentinin divarları önündə Krım tatarlarının bir qrupu Rusiya bayrağını yandırıb və "Krım Rusiya deyil" şüarını səsləndiriblər. 20 nəfərdən çox tatar əllərinə taxta dəyənəklər alaraq Krım parlamentinin yan qapılarından parlamentin binasına soxulublar. Onlar eks prezident Viktor Yanukoviçin Regionlar Partiyasından olan spiker Vladimir Konstantinovu görmək istədiklərini deyiblər, amma Krım tatarlarının lideri Rüfət Çubarov onları dəhlizdə qarşılayıb və sakitləşdirə bilib. Mitinqdə iştirak edən Krım tatarlarının və rusiyapərəst qüvvələrin liderləri tərəfdarlarını meydandan dağılmağa çağırıblar. Aksiya iştirakçılarının yarıya qədəri meydandan çəkilib. R.Çubarov Krımın bütün millətlərinə müraciət edərək onları təxribatların qarşısını almağa, məscidləri, sinaqoqları, digər mühüm obyektləri birgə qorumağa çağırıb. (ANS)
2014-02-26
10,124
"Da Vinçi" adlı inanılmaz dinləmə proqramı - Şok
Eyni vaxtda yüz minlərlə şəxsi dinləyə bilən "Da Vinçi" adlı proqramın Türkiyə hüquq-mühafizə orqanlarına satıldığı ortaya çıxıb. 7 min səs yazısının bu casus proqramla həyata keçirildiyi bildirilib. "Axar.az" xəbər verir ki, "Vaşinqton Post"da yayımlanan xəbərə görə, xarici dövlətlər ABŞ-dakı jurnalistlərə qarşı casus proqramlardan istifadə edir. Xəbərdə ABŞ-da Gülən hərəkatına qarşı müxalif işləri ilə tanınan bir xanım akademikə göndərilən e-məktubun beynəlxalq kiber-casusluq şəbəkəsini ortaya çıxardığı bildirilib. Təhlükəsizlik səbəbindən adı yazılmayan xanım akademiklə əlaqədar xəbərdə ABŞ-ın virtual müşavirlik şirkəti "Arsenal Consulting"ə istinad edilir. Bir e-poçt skandal yaratdı Xəbərdə xanım akademikin casusluq şəbəkəsinin ortaya çıxarması bu cür izah edilir: "Xanım akademik keçən il Gülən hərəkatı ilə əlaqədar birlikdə araşdırma apardığı Harvard universitetində işləyən həmkarlarının birindən bir e-məktub alıb. Məktubda "Salam, Gülən hərəkatı haqqında yeni bir sayt var: hizmetesorulanlar.org. Həmçinin göndərdiyim məqaləni də oxumalısınız. (şifrə:12345)",- yazılmışdı. Ancaq xanım məktubun sonunda "Harvard.edu" olması lazım olan ünvanın "Harward.edu" olduğunun fərqinə varıb. Həmçinin "hizmetesorulanlar.org" olaraq görünən linkin əslində "www.mypagex.com/fileshare/questions/main.html" linki ilə başqa bir sayta yönləndirilmişdi". Türkiyədən göndərilib Bundan sonra Harvardlı xanım akademik məsələni "Arsenal Consulting" şirkətinə bildirib. Araşdırmadan sonra hadisənin beynəlxalq səviyyədə olduğu aydın oldu və şirkət virtual dünyanın ən prestijli saytı "Wired"ə bilgi verib. "Wired"in məlumatına görə, "Arsenal Consulting" mütəxəssisləri, mərkəzi Türkiyədə yerləşən "mypagex.com" adlı saytın bir virus yükləmək funksiyasını kəşf edib. Xanıma görə e-məktub Türkiyədəki bir mərkəzdən yüklənən professional bir "pis proqram" idi. Virusun adı isə "Remote Control System" (Uzaqdan kontrol etmək sistemi) idi. Digər adıyla "Da Vinçi" də demək olar. "Da Vinçi" İtaliyada "Hacking Team" adlı proqram şirkətində yaradılıb. Şirkət bu proqramı aralarında Türkiyənin də olduğu 30 ölkəyə satdıqlarını bildirib: "Terrorla mübarizədə təsirli üsul" adı ilə satılan proqram ölkələrin polis, məhkəmə və kəşfiyyat idarələri tərəfindən istifadə edilib. "Vaşinqton Post"dakı xəbərdə qanuni olmayan dinləmələri apara bildiklərinə dair Efiopiyadan Azərbaycana, Tailanddan Myanmara qədər bir çox ölkənin adı verilib. Dövlət içində dövlət qurmaq istəyənlərmi ələ keçirib? Qəzet Gülən hərəkatının bu proqramla xanım akademiki hədəfə götürmüş ola biləcəyini bildirib. Bu fakt isə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən alınan bu proqramı təhlükəsizlik orqanlarında çalışan Gülən tərəfdarlarının ələ keçirdiyi ehtimalını gücləndirir.
2014-02-26
10,125
Gəncədə boğazından bıçaqlanan gənc ölüb
Gəncədə çay evində baş verən mübahisə ölümlə nəticələnib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə iki gün öncə şəhərin "Dəmir yolu" adlanan ərazisində yerləşən çay evlərinin birində ofisiant işləyən 1992-ci il təvəllüdlü Tural Rzayev, obyektdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Vaqif İsgəndərovla mübahisə edib. Mübahisə sonda davaya çevrilib. Nəticədə V. İsgəndərov Rzayevi bıçaqlayıb. Boğaz nahiyəsindən xəsarət alan yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsədə ötən gün o dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
2014-02-26
10,126
Türk millət vəkilinə silah çəkdi - Foto
Bolqarıstanda üzvlərinin əksəriyyətini türklər təşkil edən Haqq və Azadlıqlar Hərəkatının fəxri prezidenti Əhməd Doğana silahlı hücum edən Oqtay Eniməhmədova cəza verilib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Sofiya məhkəməsində Eniməhmədova 17-20 il müddətinə həbs cəzası istənilsə də, ona 3 il 5 ay müddətinə həbs cəzası verilib. Məhkəmə Enimeəhmədovun həbs cəzasını yüngülləşdirməklə bərabər, ona 4 min avro məbləğində pul cəzası verib. Əhməd Doğan bu hadisədən sonra aktiv siyasəti buraxmış və olayla bağlı heç bir açıqlama verməmişdi.
2014-02-26
10,127
Gömrük işçiləri Xocalı faciəsini andı - Foto
Bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan bir sıra qurumlarda anım mərasimləri keçirilib. Bakı şəhər Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və "Azərterminalkompleks" Birliyində keçirilən mərasimlərin iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Həmin tədbirlərdə Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və "Azərterminalkompleks" Birliyinin direktoru Qambay Əliyev giriş sözü ilə çıxış ediblər. Bildirilib ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq. Mərasimlərdə vurğulanıb ki, dövlətimiz Xocalı faciəsi haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığı qeyd edilib, məhz ulu öndərin təşəbbüsü ilə həmin bəşəri cinayətə siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının isə "Xocalı soyqırımı günü" elan edildiyi bildirilib. Öz növbəsində, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir. Bakı şəhər Baş Gömrük İdarəsində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edən Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Xocalı soyqırımının dəhşətli nəticələri haqqında məlumat verib. İdarə rəisi bildirib ki, bu mənfur cinayətin iştirakçıları öz cəzalarına çatmayana qədər şəhidlərimizin ruhu rahatlıq tapmayacaq. Onun sözlərinə görə, xocalılar fevralın 25-dən 26-na keçən gecəni və ondan sonrakı günlərdə erməni qəddarlığına, azğınlığına qarşı həyatları bahasına ölüm-qalım mücadiləsini böyük ürək ağrısı ilə, faktlarla xatırlayır. V.Novruzov deyib: "Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Ermənistan Silahlı Qüvvələri 22 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək bu faciəni törödiblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Xocalı soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib". İdarə rəisi qeyd edib ki, indi dünyanın böyük və nüfuzlu dövlətlərinin parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə və qərarlar qəbul olunub, bu faciəni törədənlər pislənilib: "Bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur. Bütün bunlar bizdə belə bir əminlik yaradır ki, Allahın köməyi ilə tezliklə işğal olunmuş torpaqlarımız azad olunacaq. Çünki gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi də məhz budur". Mərasimdə belə bir inam ifadə olunub ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar evlərinə qayıdacaqlar.Xocalı soyqırımı ilə əlaqədar geniş məruzə ilə isə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə çıxış edib. Professor bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılıb. Ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürüdüblər. 22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalıb, həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirilib, şikəst edilib, işgəncələrə məruz qalıb. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri çəkilməyib, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar olub. ("Publika.az")
2014-02-26
10,128
Sabirabadın 1 saylı məktəbində direktor davası – Şikayət
"Rüşvətxorluqda ad çıxaran, elə buna görə də Sabirabad rayon Təhsil Şöbəsindən uzaqlaşdırılan bir insanın məktəbimizə direktor təyin edilməsinin əleyhinəyik. Məleykə Həsənova rüşvətxorluğuna görə, Təhsil Nazirliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. İndi belə bir insanı M.Ə.Sabir adına 1 saylı məktəbə direktor təyin etmək istəyirlər. Məktəb müəllimləri buna qarşıdır". Bu sözlər "Axar.az"a adının açıqlanmasını istəməyən Sabirabad rayon 1 saylı orta məktəbin müəlliminin elektron poçtumuza ünvanladığı məktubda yer alıb. Məktubda sözügedən məktəbin müəllim heyəti adından danışan şikayətçi bu təyinatdan müəllimlərin də narazı olduğunu bildirib: "Məleykə Həsənova məktəbimizə direktor təyin ediləcəyi təqdirdə məktəbdə işləməkdən imtina edəcəyik". Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a hazırda təhsil müəssisəsində direktorluq vəzifəsini Yeganə adlı müəllimənin həyata keçirdiyi söylənilib. Məktəb nümayəndəsinin sözlərinə görə, hələlik direktor müəyyən edilməyib: "Direktor vəzifəsini Yeganə müəllimə yerinə yetirir. Yeni təyinatla bağlı isə heç bir məlumatımız yoxdur. Yeni təyinatın olub-olmaması haqqında da bir söz deyə bilmərəm". Sabirabad rayon Təhsil Şöbəsindən isə belə bir təyinatın olmayacağı bildirilib: "Əvvəllər Məleykə Həsənova Təhsil Şöbəsinin müdiri idi. Sonra Təhsil Nazirliyinin qərarı ilə işdən uzaqlaşdırıldı. Hazırda Məleykə xanım Qaratəpə kənd əsas məktəbinin direktorudur. Hələlik 1 saylı məktəbə direktor təyin edilməsi barədə heç bir məlumat yoxdur".
2014-02-26
10,129
Xocalı soyqırımı ilə bağlı video-çarx
Azərbaycanlı sənətçilər Xocalı soyqırımını yad etdilər. Sənət aləminin bir çox məşhur simaları, Xocalı ilə əlaqəli olan video-çarxa çəkiliblər. Onlar adıçəkilən videoda soyqırımda dünyasını dəyişmiş şəhidlərin dilindən olaraq "Bizi unutma" şüarı səsləndiriblər. Bir neçə tanınmış simaların qatıldığı çarxda gənc müğənni Çingiz Mustafayev, Avroviziya 2011 mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, rəqqasə Oksana Rəsulova, radio aparıcısı Zaur Darabzadə, Elvin Babaşov, Şəhriyar Əbilov, "Ok" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli, Afa Məryəm və digərləri iştirak ediblər. Qeyd edək ki, məşhur sənətçilər ötən gündən etibarən "Ana fəryadı" adlı abidəni ziyarət ediblər. (ANS)
2014-02-26
10,130
Samuxda yol terroru: ölən və yaralananlar var
Bu gün saat 20:30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. "VAZ 2106" markalı avtomobilin yolun yaxınlığında quraşdırılan yas mağarına girməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan bəziləri ilkin tibbi yardım üçün Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini - 33 yaşlı Cuma Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır. Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub. Hazırda polis sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Faktla bağlı araşdırma aparılır. (Trend)
2014-02-26
10,131
Ən unudulmaz anı çəkdilər – Video
Foto çəkdirmək üçün poz verdilər, artırma çöküb. Amerikanın İndiana ştatında yaşayan Liza Valt ailəsi 2013-cü ilin 22 dekabrında yerli klubların birində "Yeni İl" şənliyi təşkil edib. Şənliyin sonunda 24 nəfərdən ibarət ailə klubun ikinci mərtəbəsində foto çəkdirmək istədiyi zaman artırma çöküb. Hadisə nəticəsində 7 nəfər yaralanıb. "Axar.az" həmin görüntüləri təqdim edir.
2014-02-26
10,132
Avropa İttifaqı Ukraynaya şərt qoydu
"... Əks halda Ukraynaya maddi yardım edilməyəcək" Ukraynada Viktor Yanukoviçin devrilməsindən sonra Avropa İttifaqı Ukraynaya 20 milyard avro yardım ediləcəyini bildirmişdi. Bu məlumat yardımın hansı şərtlərlə verilməsi sual yaratmışdı. İttifaq rəsmiləri artıq bu şərtləri açıqlamağa başlayıblar. Fevralın 27-də Avropa Parlamentində Ukrayna ilə bağlı qətnamə qəbul ediləcək. Sənədə Ukraynaya ediləcək maddi yardım məsələsinə aid tövsiyələr də daxil ola bilər. Avropa İttifaqı ilə Rusiya parlament əməkdaşlıq komissiyasının başçısı almaniyalı deputatı Knut Flekenştayn jurnalistlərlə söhbətində bu qərarı çətinləşdirən səbəblərdən danışıb. "Vacibdir ki, keçid hökuməti "Maydan"ın əsas tələblərini tez zamanda yerinə yetirsin. Biz gözləyirik ki, ən qısa zamanda demokratik seçkilər keçiriləcək və yeni konstitusiya qəbul olunacaq. Ukraynanın bütün siyasi güclərin nümayəndələrinin daxil olduğu qanuni hökumətə və parlamentə ehtiyac var". Kiyevə Avropa tərəfindən maddi kömək almaq məsələsində, deputat deyib ki, Ukraynanın ciddi iqtisadi islahatlara ehtiyacı var. "Təkcə büdcənin birləşdirilməsi ilə kifayətlənmək olmur, iqtisadiyyatın uzun modernizasiya prosesi tələb olunur. Bundan başqa təzə iş yerlərinin açılması və innovasiyalara yol açmaq lazımdır. Biz Ukraynanın qarşısına Avropa İttifaqının bütün üzvlərindən etdiyimiz tələbləri qoymuşuq" deyə komissiya sədri bildirib. Radikalların Ukraynanın ictimai və siyasi həyatında iştirakından danışarkən, Flekenştayn deyib ki, Avropa ittifaqı "Sağçılar sektoru" tipli güclərin tərəfdarı deyil: "Mən xüsusi olaraq, məsuliyyət hiss edirəm. Bunun üçün sağ ekstremist partiyaların hökumətə gəlməsinə mane olmalıyıq. Radikal güclər hökumət ittifaqına daxil olarsa, Avroittifaqdan tələb olunan maddi köməyi almaq və beynəlxalq tərəfdaşların etibarını qazanmaq çətin olacaq. Bu zaman Ukraynanın təkcə Rusiya ilə deyil, həmçinin Avropa İttifaqı ilə də mübahisələri olacaq". ("Vaxt.az")
2014-02-26
10,133
Millət vəkili ögey oğlunu işlətdiyi üçün həbs edildi
Almaniyanın İctimai Demokrat Partiyasının millət vəkili Harald Qüllerə ögey oğluna parlamentdə iş verdiyi üçün iki ay həbs cəzası verilib. "Axar.az" xəbər verir ki, məhkəmə cəzanı ağırlaşdıraraq, 27 min avro məbləğində pul cəzası kəsib. Harald Qüllerin ögey oğlu parlamentdə onun gündəlik əlaqələrini qururmuş və qarşılığında 6100 avro məbləğində maaş alırmış. Qeyd edək ki, parlamentdə millət vəkillərinin birinci dərəcəli qohumlarını yanlarında çalışdırması qadağan edilib. Qüller məsələ ilə bağlı açıqlamasında ögey uşaqların birinci dərəcəli qohum hesab edilməsindən xəbərdar olmadığını bildirib.
2014-02-26
10,134
Abort oğlanların sayının çoxalmasına səbəb olur
"Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb". Bu sözləri "Axar.az"a son illərin statistikasına əsasən yeni doğulanların içərisində oğlan uşaqlarının çoxluq təşkil etməsi ilə bağlı sualımızı cavablandırarkən psixoloq Dəyanət Rzayev bildirdi. Selektiv abort oğlanların sayının çoxalmasına səbəb olur Psixoloqun fikrincə, USM müayinəsi vasitəsi ilə dölün cinsiyyəti yoxlanılır və nəticəyə uyğun da qərar verilir: "Bu hala şərq xalqlarının bir çoxunda rast gəlirik. Çünki Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb və bu hal indi də davam etməkdədir. Bunun aradan qaldırılması üçün düşünürəm ki, təbliğat aparılmalıdır. Bu təbliğat da təhsil ocaqlarında təşkil olunsa, daha yaxşı olar". Abortu sevməsəm də, xəstənin fikrinə hörmətlə yanaşıram 9 saylı qadın məsləhətxanasından həkim-ginekoloq Tacə Səmədovasa bildirdi ki, uşağın cinsiyyətini öyrəndikdən sonra qadınlar çox zaman aborta müraciət edir: "Ana bətnində dölün cinsiyyəti əsasən "genetik laboratoriya" əsasında həyata keçirilir. Lakin son zamanlar cinsə görə abort halları artdığından bu laboratoriyaların sayı azalıb. Bir ginekoloq kimi mənə də abort üçün çox müraciət olunur. Abortu sevməsəm də, bir həkim kimi xəstəmin fikrinə hörmətlə yanaşıram". Kişilərin istəyi qadınları boşanmağa sövq edir Vəkil Anar Qasımlı isə belə hallarda boşanmanın kişilərdən qaynaqlandığını dedi: "Bəzən kişilərdə oğlan istəyi o qədər güclü olur ki, onlar hətta yeni doğulan körpəyə də acımırlar. Çox hallarda kişilər bu yolla qadınları boşanmaya sövq edirlər". Xatırladaq ki, son iki ilin statistikasına görə, 186161 oğlan, 160979 qız uşağı dünyaya gəlib və bu statistika fərq üzrə artan xətlə davam edir. Bu haqda məlumatı saytımıza Statistika Komitəsinin Mətbuatla əlaqələr şöbəsinin əməkdaşı Sevda Süleymanova verib.
2014-02-26
10,135
“Ukraynadakı biznesimizi kimsəyə vermərik” - Video
Çeçenistan rəhəri Ramzan Kadırov hər yolla Ukraynadakı çeçen diasporunun maraqlarını qoruyacağını açıqlayıb. "Axar.az"ın məlumatına görə, bunun üçün lazım gələrsə əsgər, yaxud sülhməramlılar göndərməyə hazıram: "Daim Ukraynadakı diasporumuzla təmasda oluram. Məlumat alıram ki,onların biznesinə və mülkiyyətinə real təhlükə var. Dərhal demək istəyirəm ki, biz buna yol verməyəcəyik. Biz başqasının malına şərik çıxmamışıq, amma özümüzünkünü də kiməsə vermərik. Bu gün Ukraynanı xaos bürüyüb. Əgər incidilənlərə görə Ukrayna üzr istəməsə, məcburuq ki, cavabını verək. İnsan ölümü ilə hakimiyyətə gəlinməz". Kadırov Krım tatrlarına da səslənib: "Satlinin vaxtında bir çox xalqlar sürgün olunub, Krım tatarları da haqlarını qanun çərçivəsində istəməlidi. Ukraynada baş verənlər dövlət çevirilişidi. Təəssüf edirəm ki, Qərb Ukraynada hakimiyyətə gələn banditləri dəstəkləyirlər".
2014-02-26
10,136
Arda Turan Xocalı soyqırımı barədə danışdı - Video
Bu gün Xocalıda törədilmiş qətliamdan 22 il keçir. Azərbaycanın müxtəlif ölkələrdəki səfirlik və diasporları bu işdə təbliğatını əsirgəmir. "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədovun sponsorluq etdiyi İspaniyanın Madrid "Atletiko"sunun aparıcı oyunçusu Arda Turanın simasında faciə qurbanları yad edilib. "Axar.az" təqdim edir.
2014-02-26
10,137
Tatarların əfsanəvi oğlu Krıma səsləndi
Krım tatarlarının azadlıq mücadiləsinin əfsanəvi lideri Mustafa Krımoğlu (Cəmilev) maraqlı şəkilini paylaşıb. "Axar.az"ın Krımoğlunun rəsmi Feysbuk ünvanına istinadən məlumatına görə, o, paylaşdığı şəkildə öz mövqeyini ortaya qoyub. O, səsləndirdiyi şüarlarda bildirib ki, başqa yerlərdə olduğu kimi, Ukraynada da xalqının qanını tökən diktator cəzasız qalmaqacaq: "Hörmətli həmyerlilərim, sizinlə qürur duyuram! Fəxr edirəm ki, ukraynalıyam". Xatırladaq ki, Krımoğlu Krım tatarlarının haqlarının qorunmasında öndə gedən şəxslərdəndi. Valideynləri ilə birlikdə 1944-cü ildə Özbəkistana sürgün olunub. 1969-cu ildə "SSRİ-də insan hüquqlarının bərpası" adlı hərəkət yaradan Krımoğluna dissident və millətçi ittihamı ilə həbs olunub. Toplam 15 il məhbəs həyatı yaşayan mücahid həbsxana həyatının sonuncu illərində aclıq elan edib. Ona məcburi şəkil zond vasitəsi ilə qida verilib. İki dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb. Türk Dünyasında və Ukraynada nüfuz sahibi olan Krımoğlu bir müddət əvvəl ictimai fəaliyətdən yaşına görə geri çəkilib.
2014-02-27
10,138
Soçi Qış Olimpiadasının ən yaxşıları bəlli oldu
Soçi Qış Olimpiadasının ən yaxşı idmançıları müəyyən edilib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, bu, Beynəlxalq İdman Jurnalistləri Təşkilatının (AİPS) keçirdiyi səsvermədən sonra bəlli olub. Kişilər arasında norveçli biatlonçu Ule Aynar Byorndalen 28 faiz səslə birinci olub. Onu 27 faiz səslə Soçi Olimpiadasının üçqat qalibi Viktor An təqib edib. Olimpiadada 2 qızıl və 1 gümüş medal qazanan fransız biatlonçusu Marten Furkad 3-cü olub. Qadınlar arasında isə üçqat Soçi Olimpiadası çempionu rusiyalı idmançı Darya Domarçeva birinci yerə layiq görülüb. Sloveniyalı dağ xizəkçisi Tina Maze ikinci, Norveç xizəkçisi Marit Byurqen üçüncü pillədə yer alıb.
2014-02-27
10,139
Dünyanın ən uzun körpəsi dünyaya gəldi - Foto
Türkiyənin Samsun şəhərində dünyaya gələn uşaq həkimlərin təəccübünə səbəb olub. "Axar.az" "Milliyyet.com"a istinadən xəbər verir ki, 4 kilo 420 qram ağırlığında dünyaya gələn körpənin boyu 58 santimetrdir. Normal yolla reallaşdırılan doğumda ana ilə körpənin son dərəcə sağlam olduğunu deyən Liman Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi həkim Alaattin Balcı peşə həyatında gördüyü ən uzun boylu körpə olduğunu deyib.
2014-02-27
10,140
Bir yumruğa adam öldürdü - Video
40 yaşındakı Andrev Yunq adlı şəxs səki üzərində velosiped sürən gəncə "insanlara xəsarət yetirə bilərsən", - deyə xəbərdarlıq etdikdən bir neçə saniyə sonra öldürülüb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, səkidə gedərkən üstünə gələn bir velosipedçini təhlükə ilə bağlı xəbərdar etməsinin ardınca ona sarı gələn Levis Gill adındakı başqa bir adam Andrevə qüvvətli yumruq zərbəsi endirib. Zərbənin təsirindən səkidən yerə yıxılan adam həyatını itirib. Törətdiyi cinayəti etiraf edən qatil 6 il həbsə məhkum olunub. Cinayət anının videosunu təqdim edirik:
2014-02-27
10,141
Xızıda inzibati bina və ev yandı
Xızı şəhərində inzibati binada və yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Xızı şəhərində inzibati binada ümumi sahəsi 140 kv.m olan nasosxananın içərisində yerləşən 2 otaq və dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Nasosxananın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-27
10,142
Türkiyədə erməni dili rəsmiləşir - Foto
Diyarbəkirin Sur şəhərinin bələdiyyə sədri Abdulla Dəmirbaşın təşəbbüsü ilə bələdiyyənin adı erməni dilində də göstərilib. "Axar.az"ın erməni mediasına istinadən məlumatına görə, Dəmirbaş hələ bir müddət öncə Ermənistandan Diyarbəkirə təşrif buyuran erməni jurnalistlərinin arzularını yerinə yetirdiyini bildirib. Xatırladaq ki, erməni media nümayəndələri digər dillərdə olduğu kimi, yerli özünüidarətmə orqanında ermənicə tablonun asımasını istəyiblər. Qeyd edək ki, bələdiyyə sədri hələ bir müddət öncə Ovanes Tumanyanın və digər yazıçıların əsərlərini turist broşurlarının siyahısna salıb. Siyahı həm də ermənicə tərtib olunub. Demirbaş 2013-cü ildə Diyarbəkirdə erməni, türk və kürd dostluğunu əks etirən abidə də qoydurub.
2014-02-27
10,143
Dəfn mərasimində elə bir şey oldu ki... – Video
Tabutu qəbiristanlığa aparan insanlar asma körpüdən keçdiyi zaman körpü çöküb və onlarla şəxs uçuruma yuvarlanıb. "Axar.az" "VnExpress"ə istinadən xəbər verir ki, Viyetnamın Tam Duong şəhərində tabutu qəbirstanlığa aparan kütlə asma körpüdən keçdiyi zaman kəndirlərdən biri qopub. Nəticədə körpü çöküb və onlarla şəxs apardıqları tabutla bərabər 25 metrlik uçuruma yuvarlanıb. 9 nəfər ölüb, 40 nəfər də ağır xəsarət alıb.
2014-02-27
10,144
"Nokia”dan ilk “Android”
Finlandiyanın "Nokia" şirkəti fevralın 24-də keçirilən mətbuat konfransında "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk "Nokia X", "Nokia X+" və "Nokia XL" smartfon modellərini təqdim edib. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin electron mətbuat xidmətinə istinadən bildirir ki, smartfonlarda "Android" üçün yazılan proqramları quraşdırmaq mümkündür. Qurğuların "Android"in "Google Play" internet mağazasına çıxış imkanına malik olmadığına görə proqramları kənar mağazalardan, eləcə də "Nokia Store" mağazasından yükləmək olar. Smartfonların işlədiyi əməliyyat sistemi "Android Open Source Project" (AOSP) əsasında yaradılıb. Aparatlarda "Android" yox, "Windows Phone" istifadəçi interfeysi quraşdırılıb. 4 düymlü ekranla təchiz edilən "Nokia X" və "Nokia X+" demək olar, oxşar modellərdir. Modellər arasında fərq yalnız "Nokia X+"-un yaddaş tutumunun çox olmasındadır. Hər iki qurğuda ikinüvəli prosessordan və 3 meqapikselli kameradan istifadə olunub. "Nokia XL" 5 düymlü ekran və 5 meqapikselli kamera ilə təchiz edilib. Fevralın 24-dən etibarən satışa çıxarılacaq "Nokia X" smartfonunun qiyməti 89 avroya bərabər olacaq. Qiymətləri müvafiq olaraq 99 və 109 avro təşkil edəcək "Nokia X" və "Nokia XL" apreldə satışa çıxarılacaq.
2014-02-27
10,145
Havada təyyarənin ön şüşəsi qırıldı – Şok/Video
Saatda 250 km sürətlə hərəkət edən təyyarənin havada olarkən ön şüşəsi qırılıb. "Axar.az" türk mediasına istinadən bildirir ki, hadisə ABŞ-ın Florida ştatındakı hava limanından qalxan təyyarə havada olarkən baş verib. Təkmotorlu təyyarə 300 metr hündürlükdə saatda 250 kilometr sürətlə gedərkən anidən bir quş təyyarənin ön şüşəsinə dəyərək şüşəni sındırıb. Şüşənin qırılması nəticəsində sürətlə içəri girən quş pilotun alnını yaralayıb.
2014-02-27
10,146
"Qalatasaray" "Çelsi" ilə sülhə razılaşdı - Video
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vuruldu. "Axar.az" xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib. Maraq doğuran qarşılaşmalardan biri Almaniyada İspaniya nəhəngi "Real Madrid" "Şalke" ilə qarşılaşıb. Oyun 6-1 hesabı ilə ispanların xeyrinə yekunlaşıb. Digər qarşılaşma Türkiyə çempionu "Qalatasaray"la İngiltərə təmsilçisi "Çelsi" arasında keçirildi. Bu görüş 1-1 hesabı ilə yekunlaşdı. Qeyd edək ki, cavab qarşılaşmaları iki həftə sonra keçiriləcək. ​
2014-02-27
10,147
Dünyanın ən sürətli avtomobili – Video/Ekstrim
Bu gördüyünüz avtomobil "Bugatti Veyron"un rekordunu üstələyən yeganə avtomobildir. Sürət canavarı olaraq tanınan və sürət rekordunu illərdir əlində saxlayan "Bugatti Veyron" yerini "Hennessey Venom GT" alıb. "Hennessey Venom GT"yə dünyanın ən sürətli avtomobili ünvanını qazandıran sürət 435 kilometrdir.
2014-02-27
10,149
Bakıda ağır yol qəzası: 1 ölü, 3 yaralı - Foto
Bakının mərkəzində ağır yol qəzası baş verib. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib. Qəzada "Mercedes" markalı avtomobil ilə "VAZ 21011" toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzaya səbəb "VAZ 21011" markalı maşının işıqforun qırmızı işığında keçməsi olub. Hadisə yerinə ekspertiza qrupu və Dövlət Yol Polisi cəlb olunub.
2014-02-27
10,150
Suriyalı balaca qızın dramı - Video
Suriyada yaşanan vətəndaş müharibəsi illərdir ki, davam edir. Hər gün yaşanan insanlıq dramına bir yenisi daha əlavə olunur. Hələb şəhərində bombarman altında qalıb yaralanan Suriyalı balaca qızın həkimlə olan dialoqu ürək parçalayır. "Pijamamı kəsmə, əmi, hələ təzədir" Balaca qız bundan əvvəl bir əməliyyat keçirdiyini, yavaş-yavaş yeriməyə başladığını, anasının buna görə özünü çox xoşbəxt hiss elədiyini, yeriməyə başladığı ilk günlərdə yenidən bir hücum nəticəsində bu hala gəldiyini həkimə izah edir. Ürək parçalayan dialoq belə davam edir: Müxbir: Şirinim, harada idi? Məktəbdə idin? Qız: Bəli, məktəbdəydim. Evə qayıdıb yemək istədiyim vaxtda bomba düşdü. Qız üzünü həkimə tutaraq davam edir: Pijamamı kəsmə, əmi, hələ təzədir. Həkim: Narahat olma, mən tikərəm. Qız: Anam pijamam təzə olduğu üçün çox xoşbəxt idi, amma mənə belə oldu. Halbuki, mən çox xoşbəxt idim... "Axar.az" videonu təqdim edir:
2014-02-27
10,151
"Opel" markalı minik avtomobili yandı
Qusar rayonu, Atlıxan kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisəsi zamanı xəsarət alan olmayıb.
2014-02-27
10,152
Ölkəmizdə Elm TV açılacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "ElmTV" elmi internet telekanalını açmağa hazırlaşır. Bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan deyiblər. İnstitutdan bildiriblər ki, hazırda internet telekanalının yayımı sınaq rejimində aparılır və AMEA-nın struktur bölmələrinin kanala lokal çıxışı var. Layihə Science.az portalına əsaslanır. Portalda Akademiyanın təşkil etdiyi seminar və konfranslarla tanış olmaq mümkündür. AMEA artıq zəruri studiya avadanlığı da alıb. Layihənin əsas məqsədi ölkədə həyata keçirilən elmi proqram, layihələr və hazırda elm sahəsində baş verən hadisələr barədə xəbərlər və videomateriallar şəklində məlumatlandırmaqdır. Hazırda Science.az portalının yeni versiyasının yaradılması üzərində iş aparılır. İşin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır. Qeyd edək ki, Azərbaycanda 9 ümumrespublika televiziya kanalı və 5 internet telekanalı yayımlanır (Trend).
2014-02-27
10,153
Qorxulu xəstəlik genefondumuzu məhv edir
"Təkcə fevralın 22-də mənimlə bərabər sərhəddən İrana 200-dən çox Hepatit C virusuna yoluxmuş xəstə keçib getdi. Biləsuvardakı sərhəd keçid məntəqəsində növbə gözləyərkən hamı bir-biri ilə ancaq Hepatit haqda danışırdı. Orada maraq üçün sorğu apardım, məlum oldu ki, İrana keçmək üçün gözləmə zalında gözləyən 300-dən çox adamın 200-dən çoxu bu virusa yoluxmuş azərbaycanlılardır". Bu sözləri Hepatit C virusundan əziyyət çəkən biri deyib. Həmin şəxs bu virus və onun törətdiyi ağır xəstəliyin bahalı müalicəsi ilə bağlı öz başına gələnlərin timsalında maraqlı və şok effektli faktlar açıqlayıb: "Mən İranda "Şəms" klinikasında müalicə alıram. Burada məni müalicə edən həkim bildirdi ki, hazırda təkcə bu klinikada Hepatit C virusuna yoluxmuş 500-dən çox Azərbaycan vətəndaşı müalicə alır. Onun dediyinə görə, üst-üstə İranda 10 minlərlə Azərbaycan vətəndaşı Hepatit C virusundan müalicə olunur. Həkimim Azərbaycandan sözügedən virusla bağlı müraciət edənlərin sayının ifrat həddə çatdığını bildirdi. Həmin həkim qeyd etdi ki, bu, təkcə diş klinikalarında, bərbərxanalarda yoluxma məsələsi deyil. Onun ifadə etdiyi səbəb təxminən bu cürdür: "Bu virusu sizin ölkədə deyəsən qəsdən yayırlar, bəlkə də bu, sizin düşmənlərinizin işidir, bakterioloji silah effekti ilə yayılıb Hepatit C Azərbaycanda. Sizin ölkənizin rəhbərliyi bu məsələni ciddi nəzarətə götürməlidir, yoxsa Azərbaycan xalqının genefondu məhv ola bilər. Hepatit qana yoluxan virusdur, buna yoluxmuş xəstəni sağaltmaq, yəni virusu bloklamaq mümkün olsa da, onun daşıyıcılıq halında gələcək nəsillərə genetik olaraq ötürülməsi də tibbi nöqteyi-nəzərdən təkzib olunmur. Bunu hökumətiniz nəzərə almalı və kompleks tədbirlərə başlamalıdır". İranlı mütəxəssisin dediyinə görə, Hepatit C xəstələri ilə bağlı dəhşətli statistika bölgədəki digər dövlətlərdə - Ermənistanda, Gürcüstanda, Türkiyədə, İranın özündə yoxdur. O bildirdi ki, İrana hətta Ermənistandan gələn Hepatit virusuna yoluxanların sayı Azərbaycanla müqayisədə 20 dəfə azdır: "Məsələn, mənim müalicə aldığım klinikaya təxminən 15-20 erməninin Hepatit C ilə bağlı müraciət etdiyi bildirildi". Həmsöhbətimiz qeyd etdi ki, daha dəhşətli vəziyyət virusa qarşı müalicədə istifadə edilən dərmanların Azərbaycanda fantastik həddə baha olması ilə bağlıdır: "Hazırda virusu bloklamaq üçün ən çox istifadə olunan preparat - antibiotik "Regintron"dur. Azərbaycanda işbazlar onu fantastik həddə baha satırlar: bir ampula "Regintron" Bakıda 190-220 manat civarında satılır. Bu da yalnız bir həftəlik dozadır. Həmin dərmandan xəstəyə 48 həftə vurulmalıdır. Yəni xəstə Azərbaycanda müalicə olunarsa, təxminən 10 min manat təkcə "Regintron"a verməlidir. "Regintron" Amerika istehsalıdır. İranda isə həmin dərman hazırda bizim pula çevirəndə 75-80 manata satılır, yəni Azərbaycandan üç dəfə ucuz. Bundan başqa, hepatitli xəstələrin müalicəsi zamanı digər köməkçi dərmanlar da var ki, onlar da ümumən 3-4 min manat pul tutur. İranda isə həmin məbləğ 2 dəfə ucuzdur. Həmçinin Hepatit C-yə yoluxmuş şəxslər müalicə dövründə hər 3 aydan bir dərmanların təsirinin öyrənilməsi üçün analizlər verməlidir. Bu analizlər virusun genotipinin müəyyənləşdirilməsi mərhələsinə qədər olmalıdır. Bakıda cəmi iki-üç klinikada bu analizləri normal edə bilirlər, qiymət də çox bahadır. Məsələn, genotipin müəyyən edilməsi 350 manatdır. Bu virusa yoluxmuş şəxsin ortalama 10-12 min manat pulu yoxdursa, qısa müddətdə ciyəri serroz olub öləcək. Hökumət isə bu xəstələrə heç bir büdcə və ya dərman ayırmayıb. İranda isə öz vətəndaşları üçün Hepatit C virusunun müalicəsi məhz dövlət hesabınadır, yəni bu müalicə də vətəndaşın tibbi sığortasına daxildir". Mövzu ilə bağlı danışdığımız həkim-ekspert Azərbaycanda Hepatit C virusunun gerçəkdən tüğyan etdiyini dedi: "Hər hansı cərrahi əməliyyata girən zaman qan analizləri aldığımız 10 vətəndaşdan birində Hepatit virusu aşkarlanır. Virusun bu qədər çox insanı tutması şübhəlidir və bunun üzərinə ciddi gedilməlidir. Bu, qəsdən həyata keçirilən işə oxşayır. Yoxsa bu qədər insanın cəmi bir neçə ilin içərisində bu virusa yoluxması mümkünsüz görünür. Sanki bu, bir epidemiya halında çoxalır. Virusun ən geniş yayılan forması isə Hepatit C-dir. Orta hesabla vətəndaşların 10 faizi Hepatitə yoluxub. Çoxlarının isə bundan xəbəri yoxdur. Virus o zaman aşkara çıxır ki, artıq insanın ciyəri serroz olub, bu da gec olur". Səhiyyə Nazirliyini mövzuya dair araşdırma aparmağa və açıqlama verməyə dəvət edirik (Musavat.com).
2014-02-27
10,154
ABŞ konqresmenlərindən Xocalı bəyanatı
Fevralın 25-də ABŞ Konqresinin üzvləri Stiv Kohen və Virciniya Foks Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədrlərindən olan S.Kohen öz bəyanatında Azərbaycanın Dağlıq Qarabaş bölgəsinin Xocalı şəhərində baş vermiş faciə barədə məlumat verib və Dağlıq Qarabağın hazırda işğal altında olduğunu bəyan edib. Konqresmen Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi kimi xarakterizə edib və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb. Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərindən olan V.Foks isə öz bəyanatında Xocalı faciəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı günü olduğunu və Amerika xalqının bu hadisəni yad etməsinin önəmini qeyd edib. ABŞ Konqresinin üzvləri Cin Qrin və Tim Rayn da Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanatlarla çıxış ediblər. Konqresmen C.Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu qeyd edib və Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan edib. Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan konqresmen, eyni zamanda, dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb. Öz növbəsində, konqresmen T.Rayn da Xocalı faciəsinin qurbanlarını yad edib. O, öz bəyanatında Ermənistan və Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olmasının baxımından həlledici olduğunu vurğulayıb("Trend").
2014-02-27
10,155
İdmançılarımız İrandan 3 medalla qayıdır
Kişilərdən ibarət Azərbaycan yığması fevralın 24-26-da İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Fəcr Açıq Çempionatında ("Fajr International Open") uğurlu nəticə əldə edib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, baş məşqçi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz aktivinə 3 medal əlavə edib. Belə ki, Olimpiya çəki dərəcələrində mübarizə aparan komandamızın heyətində Radik İsayev (80+ kq) qızıl, Fariz Əliyev (-68 kq) gümüş, Elvin Məmmədov (-68 kq) isə bürünc medal qazanıb. Taekvondoçularımız vətənə bu gün dönəcəklər ( Trend ).
2014-02-27
10,157
Üzeyir Cəfərova ağır itki üz verdi
Azərbaycanın tanınmış hərbi eksperti Üzeyir Cəfərova ağır itki üz verib. Üzeyir Cəfərovun atası Eldar Cəfərov vəfat edib. Bu barədə ekspert sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Cəfərov bu günkü tarixin taleyinə qara hərflərlə yazıldığını ifadə edib. "Fevralın 27-si mənim taleyimə qara hərflərlə yazıldı, əziz dostlarım. Mənimlə əzab-əziyyət çəkən, mənə həyat bəxş edən sevimli atamı, Eldar kişini bir neçə dəqiqə əvvəl itirdim. Yola çıxıram. Allah səbr versin!!!"("Publika.az").
2014-02-27
10,158
Baş nazir Ərdoğan reanimasiyadadır - ŞOK
"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan reanimasiyaya aparılıb. Onun vəziyyəti ağırdır". "Axar.az" xəbər verir ki, bu barədə Türkiyənin Odatv.com saytı keçmiş AKP-li millət vəkilinin Tvitter hesabında yazdıqlarına istinadən məlumat yayıb. Baş nazir Ərdoğanın reanimasiyada olduğu iddiası sosial medianı bir anda qarışdırıb. Son dövrlər Türkiyə hökumətinin müxalif fikirləriylə gündəmə gələn köhnə AKP Elazığ millət vəkili Feyzi İşbaşaran, Tvitter hesabından Baş nazir Ərdoğanın reanimasiyada olduğunu yazdıqdan sonra sosial mediada bu xəbər müzakirə edilməyə başlanıb. Millət vəkili tvitter hesabından yazıb: "Baş nazir reanimasiyada .Səhv məlumat olsun istəyirəm... Yaşadıqları çox ağır... Allah insana bir ömür verir... Bir də ağıl... Taleh tam ikisinin ortasında.. Allah Tayyib bəyin günahlarını əfv etsin. Dünən 17:00-dan bəri xəbərim var idi. Allah kimsəyə belə tale göstərməsin! Bir oğru olaraq getdi... Əsla üzülməm... Ölüm üzərinə heç hesab etməm... Hələ siyasətdə əsla... Mən bunları yazarkən bəlkə mən ölmüş ola bilərəm. Amma Baş nazir dopinqli bu qədər! Baş nazirin siyasətə və təbliğata sağlamlığı uyğun olmaya bilər. AK Partiya 12 illik bir Partiya. Yoluna davam etməli. Mən Türkiyə üçün ciddi bir şey yazdım. İnsan ömrü ilə dövlət ömrü çox fərqli . Ölkəsini sevən hər kəs bunu düşünməlidir".
2014-02-27
10,159
“Qalatasaray” UEFA-ya şikayət edəcək
Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal Çempionlar Liqasında "Çelsi" ilə oyundan sonra maraqlı açıqlama verib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Con Terrinin meydana atdığı ikinci top səbəbindən "Qalatasaray"ın qolunun sayılmaması narazılıqlara səbəb olub. Ünal Aysal da oyundan sonra verdiyi açıqlamada buna xüsusi toxunub: "Biz UEFA-ya lazımi müraciətlər edəcəyik. Ya qolun sayılmasını, ya da oyunun yenidən keçirilməsini istəyirik". Qeyd edək ki, UEFA Çempionlar Liqasının növbəti turu çərçivəsində keçirilən "Qalatasaray" – "Çelsi" oyunu 1-1 hesabı ilə başa çatıb.
2014-02-27
10,160
Cəbhədə gərginlik davam edir
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-27
10,161
Rus silahlıları Krım parlamentini ələ keçirdi - Video/Yeniləndi
10:04 Krım Ali Radası və Nazirlər Şurası silahlı şəxslər tərəfindən ələ keçirilib. "Axar.az" xəbər verir ki, bu barədə Krım Tatar Məclisinin lideri Refat Çubarov özünün Feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, fevralın 27-də gecə saatlarında Krım Ali Radası və Nazirlər Şurası naməlum silahlı şəxslər tərəfindən basqına məruz qalıb. "20 dəqiqə əvvəl zəng elədilər. Bildirdilər ki, Krım Ali Radası və Nazirlər Şurasının binası üzərində heç bir nişanı olmayan formalar geyinmiş naməlum silahlı şəxslər tərəfindən tutulub. Onlar hələ ki, heç bir tələb irəli sürməyiblər" deyə Çubarov yazıb. 10:22 Məlumata görə, naməlum şəxslər parlament binasında Rusiya bayrağı qaldırıblar. Binadakı bütün işçilər, milislər oradan uzaqlaşdırılıb, girişdə barrikadalar qurulub. Artıq bina hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Şəhərdəki bütün məktəblər bağlanıb, rəhbərlik dinc sakinlərə çölə çıxmamalarını tövsiyə edib. 11:09 Təxminən 30-a yaxın silahlı şəxs avtomat və digər atıcı silahlarla silahlanaraq parlamentin çöl şüşələrinə atəş açıblar. Hüquq-mühafizə orqanlarından heç kim xəsarət almayıb. Hadisə yerində olan şəhər sakinlərindən biri onlardan kim olduqlarını soruşub. Silahlılar da rus olduqlarını deyiblər. Şahid mətbuata açıqlamasında bildirib ki, həmin şəxslər dəniz desantları kimi silahlanıblar. 11:29 Krım Ali Radası və Nazirlər Şurası binasının tutulması səbəbindən Simferopolda Daxili Qoşunlar və bütün milis heyəti ayağa qaldırılıb. Bu barədə Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov özünün Feysbuk səhifəsində yazıb. "Mülki vətəndaşlar arasında qan tökülməsinin qarşısının alınması üçün parlamentin yerləşdiyi ərazi mühasirəyə alınıb. Ekstremist addımların qarşısının alınması üçün bütün tədbirlər görülüb. Hadisənin şəhərin mərkəzində silahlı qarşıdurmaya çevrilməsinə icazə verilməyəcək. Soyuq başların, sağlam qüvvələrin gücləndirilməsi və dəqiq addımlar vaxtıdır" deyə Avakov yazıb. 11:43 "Parlamentin tutulması əvvəlcədən hazırlanmış plan olub. Əvvəlcə 30- a yaxın şəxs binaya daxil olaraq, oradan milis qüvvələrini çıxardılar. Sonra avtobusla "Kalaşnikov", SVD snayper tüfəngi və RPQ qumbaraatanları ilə silahlanmış daha 30 nəfər gətirildi". Bu barədə hadisə şahidlərindən biri məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərin özləri ilə gətirdikləri silahlar vasitəsilə 200 nəfəri silahlandırmaq olar: "Binanı tutan şəxslər heç kimlə danışmırlar, sanki kimisə gözləyirlər". ​
2014-02-27
10,162
Tarkan Xocalıya görə konsertdən imtina etdi
Türkiyəli müğənnilər Xocalı soyqırımının 22-ci ildönümünə biganə qalmayıblar. Alişan, Özcan Deniz istifadəçisi olduqları sosial şəbəkələrdə faciəni əks etdirən fotolar paylaşıblar (Gün.Az). Faciə ilə bağlı fikirlərini bildirib, Azərbaycan xalqına başsağlığı veriblər. Növbəti jest isə meqa star Tarkan Tevetoğlundan gəlib. Türkiyə mətbuatının yazdığına görə, sənətçi Azərbaycanda fevralın 22-24-də keçirilməsi planlaşdırılan konsertlərindən imtina edib. Konsertin təxirə salınmasının səbəbini isə təşkilatçı Nahid Emiloğlu faciə ilə əlqələndirib. Deyib ki, konsert başqa bir tarixə qədər ertələnib. "Meqa starla aramızda hər hansı bir anlaşılmazlıq yoxdur. Tarkan Xocalı faciəsinin ildönümü ilə əlaqədar konsertini başqa tarixə ertələyib. Konsertin dəqiq tarixi hələ ki, bəlli deyil. Onu deyə bilərəm ki, Tarkanın azərbaycanlı pərəstişkarlarına sürprizi olacaq. O, "Səndən nigaranam" adlı mahnını ifa edəcək"- deyə, təşkiatçı bildirib.
2014-02-27
10,163
Ulduz idmançı oğlunu öldürüb, özünü körpüdən atdı - Foto
İdman gimnastikası üzrə 9 qat Almaniya çempionu Yurgen Bryummerin cəsədi Ştutqart yaxınlığındakı körpünün altından tapılıb. "Axar.az" xəbər verir ki, Almaniya yığmasının keçmiş üzvü, Seul Olimpiadasının iştirakçısı Yurqen 15 yaşlı əlil oğlunu öldürdükdən sonra özünü körpüdən atıb. Körpünün hündürlüyü 55 metr olub. Keçmiş idmançı maşınını da körpünün yaxınlığında saxlayıb. Hadisə yerini araşdıran polis əməkdaşları Yurqenin evinə baxış keçirərkən onun oğlunun da meyitini aşkarlayıblar. Polis evdən Bryummerin məktubunu da tapıb. Ancaq məktubda nə yazıldığı barədə məlumat verilmir. Qeyd edək ki, Yurqen Bryummer 80-ci illərdə Almaniyanın ən yaxşı idmançılarından hesab olunub. O, 1997-ci ildə idman klinikası da açmışdı.