date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-25
9,953
Martınov: “Ukraynadan sonra hədəf Ermənistandır”
Ermənistan Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınmasına başlamalıdır. "Axar.az" xəbər verir ki, bu sözləri rus politoloq Aleksey Martınov öz Feysbuk səhifəsində yazıb. O, Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistanın dayandığını deyib: "Dnesteryanının müstəqilliyinin Rusiya tərəfindən tanınması prosedurunun başlanması üçün təşəbbüs göstərmək lazımdır. Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistandır. Mən İrəvana məsləhət görərdim ki, Qarabağın tanınması üçün o da eyni prosedura başlasın". Qeyd edək ki, bir müddət öncə saytımıza müsahibəsində rus politoloq Qarabağın "müstəqilliyi"nin Ermənistan, Azərbaycan, Rusiya, daha sonra isə bütün BMT ölkələri tərəfindən tanınacağını demişdi.
2014-02-25
9,954
Parlamentdə Xocalı müzakirələri başlayıb
Milli Məclisin parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasının 22-ci ildönümü qeyd edilib. "Axar.az" xəbər verir ki, parlamentin plenar iclası Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki,1992-ci ilin fevralın 26-da Xocalı şəhərində baş verənlər təkcə azərbaycanlərlara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir: "Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırımının günahkarları isə layiqli cəzalarını alacaqlar". Spiker bildirib ki, Milli Məclisin qərarına əsasən 26 fevral "Xocalı soyqırımı günü" kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra isə bu soyqrımın dünyada tanıdılması sahəsində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bir neçə beynəlxalq təşkilat və dövlət tərəfindən Xocalı soyqırımı ilə bağlı mühüm sənədlər qəbul edilib. Qeyd edək ki, plenar iclasda Azərbaycanda səfərdə olan Latviya parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri də iştirak edir. İclas davam edir.
2014-02-25
9,955
Türk idmançı yarışda infarktdan öldü - Video
Bir neçə gün öncə Misirin Luksor şəhərində təşkil edilən Beynəlxalq Taekvando çempionatında dünyasını dəyişən taekvandoçunun döyüş videosu yayılıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, idmançı Seyidxan Akbalı Misirin Luksor şəhərində keçirilən döyüşdə infarkt keçirərək dünyasını dəyişib. Taekvandoçunun ölüm anının videosunu təqdim edirik.
2014-02-25
9,957
Sabunçudakı atışmada yaralanan şəxs öldü
Bakıda baş verən atışmada xəsarət alanlarından daha biri dünyasını dəyişib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev bu gün səhər aldığı xəsarətdən ölüb. Xəstəxanadan həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar - Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Mərkəzi Klinikaya oğlu Asif Nəzərov isə Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb. Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb. Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.
2014-02-25
9,958
Prezident Sumqayıtda açılış etdi
Azərbaycan prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərində səfərdə olub. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb. Sonra prezident mis emalı zavodunun açılışında iştirak edib, habelə Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.
2014-02-25
9,959
Maydanda ölən 4 nəfərin kimliyi naməlum qalır
Kiyevdə toqquşmalar zamanı həlak olan 4 nəfərin şəxsiyyəti hələ də müəyyən edilə bilməyib. "Axar.az" xəbər verir ki, fevralın 18-20-də Kiyevin mərkəzində baş verən toqquşmalar nəticəsində ölən 4 nəfərin cəsədi naməlum qalır. Bu barədə Ukrayna mediası məlumat yayıb. Xatırladaq ki, Kiyevdə toqquşmalar nəticəsində 82 nəfər həyatını itirib.
2014-02-25
9,960
Tofiq Abdin dəfn olundu - Yeniləndi
12:44 Bu gün tanınmış tərcüməçi-jurnalist Tofiq Abdin infarktdan dünyasını dəyişib. "Axar.az" xəbər verir ki, bu barədə tərcüməçi-jurnalist Akif Qəhrəmanlı məlumat verib. Qeyd edək ki, Tofiq Abdin (Məhərrəmoğlu)– 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olmuşdu. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmiş, həmin ildən Anarın baş redaktoru olduğu "Qobustan" toplusunda şöbə müdiri işləmişdi. 1993-2001-ci illərdə Türkiyədə yaşamış, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq etmişdi (Yeri gəlmişkən, Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib. Filmin ssenari müəllifi Raşid Dəmirtaş, operatoru Veysəl Baban, montajçı Ələddin Çətinqoldur). 12 publisistik və şeir kitablarının müəllifidir. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Tofiq Abdin uzun müddət idi ki, "Ədalət" qəzetində türk ədəbiyyatının təbliği ilə məşğul idi. "525-ci qəzet"də isə xüsusi səhifələri vardı. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatı almışdı. 2010-cu ildə "Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. Sonda onu da qeyd edək ki, mərhumun yas məclisi Bakının "8-ci km" qəsəbəsindəki mənzilinin yerləşdiyi ərazidə ("Praqa" restoranını arxasındakı binanın həyəti) təşkil olunub. Tofiq Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılacaq. 15:07 Dünən axşam saatlarında ürək tutmasından vəfat etmiş şair-publisist Tofiq Abdinlə vida mərasimi keçirilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər. Vida mərasimindən sonra T. Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.
2014-02-25
9,961
İcra başçısının obyektini kim partladıb?
Fevralın 13-də "Azadlıq prospekti" stansiyası yaxınlığında yerləşən yarımçıq tikili qəsdən partladılıbmış. "Axar.az"ın məlumatına görə, Alı Qocayevin Binəqədi rayon icra başçısı olarkən tikməyə başladığı və sonradan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikintisi yarımçıq saxlanılan bina artıq başqa şəxsə satılırmış. "Alğı-satqı prosesi üçün beh də ödənilibmiş. Ancaq beh ödənilən günün səhərisi bina partladılıb", - mənbə qeyd edir. Qaz sızması istisna olunur Yarımçıq tikilinin qaz sızmasından partlamasını istisna edən səbəblərdən biri kimi 4 mərtəbəli binanın yerlə-bir olması, tamam dağılması göstərilir. Digər səbəb kimi isə əvvəlcədən ehtimal olunan qaz sızması versiyasının özünü doğrultmamasıdır. "Tikilidə baş verən partlayışa qaz sızmasının səbəb olması mümkün deyil". "Axar.az"a açıqlamasında "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev qeyd etdi ki, tikilinin altından keçən qaz xətti istismardan çoxdan çıxarılıb: "İstismardan çıxarılmış qaz xəttində necə partlayış ola bilər ki? İlkin ehtimal qaz sızması olsa da, araşdırma göstərdi ki, səbəb bu deyil. Mütəxəssislər işləyir orda. Yəqin ki, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi partlayışın əsl səbəbi barədə mətbuata açıqlama verəcək". Binanı kim partladıb və nə üçün? Bu sual hazırda hamını düşündürür. Çünki Alı Qocayevə məxsus binanın satılma ərəfəsində hansı səbəbdən partladılması, o cümlədən Azərbaycan kimi kriminal baxımdan sabit ölkədə bunun necə gerçəkləşməsi maraqlıdır. Hazırda Samux rayonunun icra başçısı olan Alı Qocayev növbəti dəfə bu barədə hər hansı açıqlama verməkdən imtina etdi. Bakı Şəhər İcra Hakimiyyəti də tikilinin yarımçıq saxlanması səbəbinə aydınlıq gətirməyib. Xatırladaq ki, hadisə nəticəsində 4-ü qadın və 1-i kişi olmaqla, ümumilikdə 5 nəfər yaralanıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
2014-02-25
9,962
Prezident ASAN Xidmətə yeni müavin təyin etdi
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə yeni təyinat olub. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, prezidentin 13 fevral tarixli sərəncamı ilə Ülvi Mehdiyev Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. İnam Kərimovun müavini olan Ülvi Mehdiyev artıq dövlət agentliyində fəaliyyətə başlayıb və işinin icrasındadır. 29 yaşlı Ülvi Mehdiyev 2012-ci ildən bu vaxta kimi Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində fəaliyyət göstərib.
2014-02-25
9,963
Xədicə İsmayılın səs yazısı parlamentdə müzakirə olundu
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında jurnalist Xədicə İsmayıl barəsində deputat Ceyhun Osmanlının Baş Prokurorluğa təqdim etdiyi səs yazısı məsələsi qaldırılıb. "Axar.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, çıxış edən deputat İqbal Ağazadə deputatın kiminsə səsini gizli yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması olduğunu bildirib və bunu deputata yaraşmayan hərəkət adlandırıb. İ. Ağazadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında şəxsin gizli audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur: "Xüsusilə də deputatın bu işlə məşğul olması qəbuledilməzdir. Həmkarım Osmanlı bu barədə bizə açıqlama verməlidir". Spiker Oqtay Əsədovun İ. Ağazadəyə cavabı sərt olub: "İqbal Ağazadə, Sizin sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib? Yoxdursa, o zaman belə əsassız danışmayın".
2014-02-25
9,964
Türkiyə Afrikaya ordu göndərir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Pan Ki-Munla telefon danışığı olub. "Axar.az" xəbər verir ki, Türkiyə Baş nazirinə yaxın qaynaqlardan əldə edilən məlumata görə, BMT-nin Baş katibi Pan Ki Mun Türkiyənin Baş naziri R.T.Ərdoğana zəng edib. Danışıq zamanı Mərkəzi Afrika Respublikasında (MAR) baş verənlər müzakirə edilib. Baş katib MAR-da təhlükəsizliyin təmin edilməsi üçün yaradılan beynəlxalq barış gücünə Türkiyənin də Avropa Hərbi Missiyası çərçivəsində dəstək verməsini arzuladığını bildirib. Ərdoğan isə öz növbəsində MAR-da təhlükəsizliyin ciddi şəkildə pozulması və humanitar böhranın dərinləşməsinin ölkədə yaşayan müsəlmanlara da mənfi təsir etdiyinə diqqət cəlb edib.
2014-02-25
9,965
Gün ərzində 74 cinayət faktı qeydə alındı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb ki, onların da 51-i "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.
2014-02-25
9,967
Spikerdən Fərəc Quliyevə sərt cavab
Bu gün keçirilən Milli Məclisin plenar iclasında Ukraynada son zamanlar baş verən hadisələrə münasibət bildirilib. "Axar.az" xəbər verir ki, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Milli Məclisdə Ukraynada baş verən proseslərdən danışıb və deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir. Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: "Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir". Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis adından Ukrayna dövlətinin müstəqilliyinin bir daha tanınması və oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda mövqe ifadə etsin. Spiker Oqtay Əsədov isə bu fikirlərə etiraz olaraq deyib ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb: "İndi orda yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq".
2014-02-25
9,968
İqbal Ağazadə həmkarının addımını eybəcərlik adlandırdı
Millət vəkili Ceyhun Osmanlının jurnalist Xədicə İsmayıl barəsində Baş Prokurorluğa təqdim etdiyi səs yazısı məsələsinə İqbal Ağazadə də münasibət bildirib. "Axar.az" xəbər verir ki, millət vəkili İqbal Ağazadə deputatın kiminsə gizlicə səsini yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması kimi qələmə verib və bunu deputata yaraşmayan eybəcərlik adlandırıb. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında şəxsin gizlicə audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur və buna görə deputata cinayət işi açılmalıdır: "Xüsusilə də deputatın bu işlə məşğul olması ayrıca çirkinlikdir. Hesab edirəm ki, həmkarım Ceyhun Osmanlı burada bir açıqlama verməlidir. Ya da təkzib etsin bu rüsvayçılığı! Əgər o bunu edibsə, bu fakt Konstitusiyanın kobud şəkildə pozulmasına əsasən cinayət məsuliyyəti yaradır və deputat məsuliyyətə cəlb olunmalıdır". Millət vəkilinin bu fikirlərinə cavab olaraq spiker Oqtay Əsədov bildirib: "İqbal Ağazadə, siz sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib? Yoxdursa, o zaman belə əsassız danışmayın". Millət vəkili Fəzail Ağamalı isə əksinə, Ceyhun Osmalının düzgün hərəkət etdiyini bildirib: "Ceyhun Osmanlı jurnalistin şəxsi həyatına müdaxilə etməyib, onun evində video çəkməyib, sevgi məcaralarının audiosunu aparmayıb. Azərbaycan dövləti üçün əhəmiyyətli olan danışığın şahidi olub. Səs yazısını yazıb, düz edib. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməlidir". Oqtay Əsədov isə millə vəkillərinə bir daha iradını bildirib: "Siz qəzetlərdə debat aparmısınız. Bunu Xocalı soyqırımı günündə parlamentə gətirməyin".
2014-02-25
9,969
Naxçıvan şəhərinə yeni rəis təyin olundu
Naxçıvan MR-in Daxili İşlər Nazirliyində mühüm kadr dəyişikliyi baş verib. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, Naxçıvan Şəhəri Polis İdarəsinə yeni rəis təyinatı aparılıb. Bu vəzifəyə Babək rayon Polis idarəsinin keçmiş rəisi polis polkovniki Cavid Qasımov gətirilib. Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun MR-in Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra onun yeri boş qalmışdı. Yeni təyin olunan Cavid Qasımov Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı hesab olunur. Məlumata görə, Cavid Qasımov vəzifəyə təyin edildikdən sonra İdarədə ciddi kadr dəyişikliyi aparıb.
2014-02-25
9,970
Suriyalı uşaqlardan dünyaya insanlıq dərsi – Video
Suriyada uzun müddətdir davam edən müharibə üzündən yerli əhali aclıq çəkir. "Axar.az" Azad Suriya Ordusunun saytına istinadən xəbər verir ki, Yərmuq, Şərqi Quta, Xüms, Müdamiyyə və Türkmənlərin yaşadığı bölgələrə hər hansı humanitar yardımın girməsinə icazə verilməməklə bərabər, eyni zamanda o ərazilər dayanmadan bomba atəşinə də tutulur. Şamın Şərqi Quta əyalətində çəkilən bir video müharibənin içindəki uşaqların paylaşma və mərhəmətini göstərir. Əlində qalan son tikəsini də ətrafındakı uşaqlarla bölən qız uşağının görüntüləri adamın içini parçalayır. Videonu təqdim edirik:
2014-02-25
9,971
Ermənilərin növbəti təxribatı baş tutmadı
24 fevral tarixində Azərbaycanın Argentinadakı Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soqyırımının 22-ci ildönümü münasibətilə "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda seminar keçirilib. Tədbirdə Argentina rəsmi qurumlarının, diplomatik korpusun, akademik çevrələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri Səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışıblar. Tədbir iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirərək, habelə Səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstəriblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınıb. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan Səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək oradan uzaqlaşıblar.
2014-02-25
9,972
Tanınmış Hollivud aktyoru öldü
Tanınmış Hollivud aktyoru və rejissor Harold Ramis 70 yaşında vəfat edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, aktyorun ölümünə səbəb iltihab xəstəliyinin ağırlaşması olub. Ramis Çikaqodakı evində, ailəsinin yanında keçinib. Harold Ramis aktyorluq fəaliyyətinə 60-cı illərin sonlarında Çikaqo teatrlarının birində başlamışdı.
2014-02-25
9,974
Jirinovskidən Ruslanaya qadağa – Rusiyaya gəlmə!
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski anti-rus mövqe tutan ukraynalı artistlərin Rusiyaya qastrol səfərlərinə qadağa qoyulmasını təklif verib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Jirinovski bu fikirləri jurnalistlərə açıqlaması zamanı səsləndirib. "Mən düşünürəm ki, anti-rus mövqe tutan ukraynalı müğənnilər, teatr xadimlərinin Rusiyaya gəlməsinə qadağa qoymaq lazımdır",- deyə Jirinovski açıqlamasında bildirib. Partiya sədri müğənni Ruslana və "Okean Elza" qrupunu xüsusi vurğulayıb: "Bu, yolverilməzdir. Maydanda qışqırırlar ki, biz pisik, amma gəlib burada bizdən pul qazanırlar. Bu, sadəcə olaraq ədəbsizlikdir".
2014-02-25
9,975
Növbəti “əməliyyata” dözəcək səbrimiz yoxdur
"Fənərbaxça" futbol klubu Elazığsporla heç-heçə (1-1) bitən matçdan sonra klubun saytında rəsmi açıqlama yayımlayıb. "Axar.az" "Fənərbaxça" klubunun sayta yerləşdirilən açıqlamasını təqdim edir: "Əvvəlcə bildirmək istəyirik ki, son həftələrdə müxtəlif səbəblərə görə "Fənərbaxça" tərəfdarlarını və futbol ictimaiyyətini təmin edəcək səviyyədə oyun sərgiləyə bilmədiyimiz fikirlərinə qatılmaqla bərabər, Fənərbaxça klubu olaraq həftələrdir futbolçularımızın əməklərinə və daha da önəmlisi ədalətli mübarizə və ədalətli yarışma haqqımıza dair verilən strateji qərarların da fərqindəyik. Türkiyə Futbol Federasiyası (TFF) İdarə Heyəti başda olmaqla, əlaqədar bütün idarə edici təşkilat və şəxslərdən heç bir tələbimiz olmamaqla yanaşı artıq "təsadüf" və "formasızlıq" ilə açıqlana bilməyəcək bu qərarları alan səlahiyyətli şəxslərin dərhal lazımı tədbir görməsini, əks təqdirdə "Fənərbaxça" camiasının növbəti "əməliyyata" dözəcək səbrə və susuqunluğa sahib olmadığını bütün ictimaiyyətlə paylaşacağıq".
2014-02-25
9,976
Sabir Rüstəmxanlı: “Hər imkanlı adama bir dağ bağışlayaq”
Parlamentin 25 fevral iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. Müzakirələrdə danışan deputat Sabir Rüstəmxanlı deyib: "Xəzər sahillərinin bir sıra adamlar tərəfindən işğalına şərait yaratmışıq. Nabrandan Astara sahillərinə qədər sahil işğal olunub. Kimlərin işğal etdiyi bilinmir. Bir də görürsən 200-300 metr uzunluğunda hasar çəkilib. Burdan çıxırsan, Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı vəzifəsi yüksək olar, bu o demək deyil ki, bu imkandan istifadə edib millətin dənizini zəbt etməlidir. Hasar da çəkir ki, orda nə iş aparıldığı görünməsin. İştahaları bu qədər güclüdürsə, Qobustan qayalıqları boşdur, hər imkanlı adama bir dağ bağışlayaq, gedib orda nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər, dəniz millətin olmalıdır".
2014-02-25
9,977
Ərdoğan: “Xocalıda həlak olanlar bizim də övladlarımızdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının bu gün keçirilən toplantısında Xocalı faciəsinin ildönümünə toxunub. "Axar.az"APA-ya istinadən xəbər verir ki, R.T.Ərdoğan hadisə zamanı ölən, yaralanan və itkin düşənlərlə bağlı rəsmi rəqəmləri millət vəkillərinin diqqətinə çatdırıb: "Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır. Azərbaycanlı qardaşlarımızın bu acısını bölüşür və ölənləri bir daha rəhmətlə anırıq". Baş nazir Xocalı faciəsinin ildönümü ilə bağlı İstanbulda keçirilən yürüş zamanı bəzi irqçi şüarların səsləndiyini də söyləyərək buna ehtiyac olmadığını vurğulayıb: "İrqçiliyə qarşı irqçiliklə mübarizə aparmaq olmaz. Belə şeylər Qarabağ uğrunda haqlı mübarizəyə zərər verir. Hər kəs bundan çəkinməlidir".
2014-02-25
9,978
“Siz bu millətin Baş nazirini asdınız” – Canlı Yayım
Türkiyənin Baş naziri R.T.Ərdoğan partiyasının qrup toplantısında çıxış edir. "Axar.az" Baş nazirin toplantısının canlı yayımını və Ərdoğanın nitqindən başlıqları təqdim edir. *** 17 dekabr (Rüşvət əməliyyatları.- red.) şantajı bir mənalı olaraq millətin iradəsini oğurlamaq şantajı idi. *** Siz bu millətin seçilmiş Baş nazirini asdınız. (Adnan Məndərəs.- red.) *** Mən deyirəm ki, əlinizdə, ətəyinizdə nə varsa, tökün, ancaq bunlar alçaqca, həyasızca montaj səs yazılarıyla bizi vurmağa çalışırlar. *** Bu bir istiqlal mübarizəsidir. Canımızı ortaya qoymaqda tərəddüt etməyəcəyik ***
2014-02-25
9,979
Dünyanın ən böyük məscidində “Qarabağ azanı”
Sabah İndoneziyanın 130 min məscidində "Qazi Qarabağ azanı" səsləndiriləcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən verilən məlumata görə, bunu səfir Tamerlan Qarayevlə birgə keçirdiyi Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar mətbuat konfransında 80 milyon üzvü olan, dünyanın ən böyük qeyri-hökumət təşkilatı "Nahdlatul Ulama" müsəlman dini qurumunun sədri professor Aqil Sirac bəyan edib. Onun sözlərinə görə, Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək.
2014-02-25
9,980
SSRİ-nin sonuncu ulduzu Radadan belə endirildi - Video
Keçmiş Sovetlər Birliyinin simvollarından biri olan ulduz Ukrayna Ali Radasının üzərindən endirilib. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, şəhər sakinləri totalitar rejimin simvolunun ali qanunverici orqandan sökülməsini məmnuniyyətlə qarşılayıblar. Bundan başqa, onlar Ukraynanın 20 ildən bəri müstəqilliyini elan etsə də, simvolun hələ də orda qalmasına təəccüblərini gizlətməyiblər. Rusiya ulduzun Radadan endirilməsinə dərhal reaksiya verib və bunu pisləyib.
2014-02-25
9,981
Milli Məclis pasportlar haqqında Qanunu dəyişdirdi
Milli Məclis ""Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanunu ilkin oxunuşda qəbul edib. "Axar.az" xəbər verir ki, bu gün keçirilən Milli Məclisin plenar iclasında ""Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi müzakirə edilib. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, mövcud "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanununun 6-cı maddəsinin birinci hissəsinə 5-ci bənd əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.
2014-02-25
9,982
Məhəmməd peyğəmbər yenə də təhqir edildi - Foto
Sosial mediada altında ərəbcə "Məhəmməd" yazısı işlənmiş başmaq fotoşəkli yayılıb. "Axar.az" bildirir ki, kim tərəfindən və harada çəkildiyi haqqında məlumat verilməsə də, foto həssas müsəlmanlar tərəfindən kəskin reaksiyaya səbəb olub və sosial mediada sürətlə paylaşılmağa başlayıb. Məqsədli şəkildə istehsal olunan bu məhsulların ilk baxışdan aydın olmayan, araşdırıldıqda isə müəyyən pis niyyətli şəxslər tərəfindən İslami dəyərləri təhqir edən işarələr ilə təchiz edildiyi aydın olur. Bu taktikaya "Subliminal Mesaj" deyilir. "Subliminal Mesaj" müasir dövrümüzdə reklamlarda, xüsusilə kliplərdə və filmlərdə tez-tez istifadə edilən bir texnikadır.
2014-02-25
9,983
Xocalı soyqırımı sabah TRT Avazda - Video
Hər il olduğu kimi, bu il də Türkiyədə Xocalı qurbanlarının anım tədbirləri geniş şəkildə qeyd ediləcək. "Axar.az"ın TRT-yə istinadən verdiyi məlumata görə, 26 fevral, Türkiyə vaxtı ilə səhər saat 10-da TRT Avazın hazırladığı xüsusi sənədli film efirdə olacaq. Verilişdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları, Xocalıda həyata keçirdikləri vandalizm hərəkətləri diqqətə çatdırılacaq. http://www.trt.net.tr/trtavaz/yenitanitim.aspx
2014-02-25
9,984
Erməni veteranlar ayağa qalxdılar – Etiraz
3000-ə yaxın erməni veteran Erməni Milli Konqresinin martın 1-nə İrəvanda keçirilməsi planlaşdırılan mitinqə qatılmağa qərar verib. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Səhra Komandirləri Şurasının üzvləri məlumat verib. Onlar digər vətəndaşları da mitinqə qatılmağa və öz hüquqlarını qorumağa çağırıblar. "Mitinqdə öz qəlbini çirkin hakimiyyətə satmayan hər kəs olacaq",- deyə Şuranın üzvü Suren Sarkisyan bildirib. Şura üzvləri hesab edirlər ki, mitinq vasitəsilə hakimiyyəti dəyişmək mümkün olacaq, ancaq heç bir zorakılığa əl atılmayacaq.
2014-02-25
9,985
Ceyhun Osmanlıdan İqbal Ağazadəyə cavab
"Mən təəssüf edirəm ki, dünya azərbaycanlıların Xocalıda soyqırımını müzakirə etdiyi bir vaxtda İqbal Ağazadə erməni mətbuatının qəhrəmanlarından olan Xədicə İsmayılı müdafiə edir". "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu açıqlamasında millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib. O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: "Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisdəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"
2014-02-25
9,986
Xədicə İsmayıl FB hesabını Prokurorluq üçün açdı
Jurnalist Xədicə İsmayıl fevralın 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beşinci dəfə şahid ifadəsi verib. Onu vəkil Elton Quliyev müşayiət edib. Fevralın 25-də dindirildikdən sonra "Media forum" saytına danışan Xədicə İsmayıl elektron poçtuna və sosial şəbəkələrdəki hesablarına baxış keçirildiyini bildirib. "Bu gün kompüterimi də özümlə aparmışdım. Elektron poçt ünvanıma, Feysbuk və Skayp səhifəmə baxış keçirildi. Onlar üçün maraqlı olan hər şeyi açıq şəkildə göstərdim. Hətta məlumatı mənə ötürən Ramın Nağıyevlə yazışmalarımı belə qorxmadan göstərdim".
2014-02-25
9,987
Təranə Qumral Əlibəylini məhkəməyə verir - Video
"Space" telekanalında dava salan müğənni Təranə Qumral hadisə barədə geniş məlumat verib. O, "Aznews.az"a açıqlamasında bildirib ki, verilişə dəvət olunanda mövzudan xəbərsiz olub: "Verilişdə gözləmədiyimiz halda yenə ötən il bizim ailədə baş verən hadisələrdən danışıldı. Musa müəllim dedi ki, bizdən danışmayın, gedin atasız, nikahsız uşaq dünyaya gətirənlərdən danışın. Hər şey də bundan başladı. Mən bilmirdim ki, belə söhbətlər olacaq. Çünki bizim söhbətlər ötən il oldu, getdi. Mən də bununla bağlı qadağa qoydum. Dedim ki, kim təkrarən bu mövzunu gündəmə gətirsə, həmin şəxsi məhkəməyə verəcəyəm. Yenidən bu söhbətə qayıtmağın adı yoxdur. Ona görə də verilişi tərk elədik. Mən həmin adamları məhkəməyə verəcəm. Əvvəla bununla bağlı məhkəmə qərarı var. İkinci də bizi verilişə çağıranda tamam başqa bir mövzunun müzakirə ediləcəyi deyildi. Orda isə bizə sürpriz etdilər. Buna görə də həmin verilişi hazırlayanları məhkəməyə verəcəyəm. Qoy, veriliş yayımlansın, vəkilimlə danışacam". Qeyd edək ki, "Space" telekanalında yayımlanan "Günaydın" verilişi "SOY" prodakşının layihəsidir. Layihənin icraçısı isə tanınmış teleaparıcı Elçin Əlibəylidir. Xatırladaq ki, Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova "Space" telekanalında "Günaydın" verilişinin qonağı olublar. Əxlaq mövzusunda müzakirə zamanı cütlüklə prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib.
2014-02-25
9,988
“Əli bəy Hüseynzadə” kitabı nəşr olunub
Azər Turanın böyük ideoloq, ədib, şair, rəssam, naşir, riyaziyyatçı, professor Əli bəy Hüseynzadənin həyat və yaradıcılıq yoluna həsr olunmuş "Əli bəy Hüseynzadə" adlı fundamental monoqrafiyası nəşr olunub. Monoqrafiya indiyə qədər elmi ictimaiyyətə məlum olmayan yeni faktlarla zəngindir. Kitabda "türkləşmək, islamlaşmaq, müasirləşmək" triadasının müəllifi, türkçülüyün qurucusu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının, Azərbaycan rəssamlığında dəzgah boyakarlığının banisi, "Həyat"qəzetinin, "Füyuzat" məcmuəsinin baş redaktoru, Türkiyədə "İttihad və Tərəqqi" Partiyasının, "Türk ocaqları", "Türk Yurdu", dərnəklərinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadənin bənzərsiz şəxsiyyəti və elmi-ədəbi irsi tədqiqata cəlb olunur, dahi mütəfəkkirin həyat, yaradıcılıq və mübarizə yoluna nəzər salınır. "Əli bəy Hüseynzadə" kitabında 1905-ci ildə Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim olunmuş tələbnamənin – petisiyanın tam mətni verilib, 1915-ci ildə yaradılmış "Turan Heyəti"nin tarixi fəaliyyəti geniş tədqiq olunub. 600 səhifəlik kiitabda Əli bəy Hüseynzadənin milli məfkurə uğrunda mübarizə dolu ömür yolu arxiv materiallarına istinadən araşdırılıb, indiyə qədər Hüseynzadə ilə bağlı yazılmış bütün qaynaqlar gözdən keçirilib. Eyni zamanda, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla ətraflı söhbət, Əli bəyin nəsil şəcərəsi barədə materiallar, Hüseynzadənin babaları – Qafqaz şeyxülislamları Axund Məhəmmədəli Hüseynzadə, Axund Əhməd Hüseynzadə, eləcə də yaxın qohumu və ilk müəllimi şeyxülislam Əbdüssalam Axundzadə barədə geniş materiallar və türk rəssamlığında abstraksionizmin banilərindən olan oğlu Səlim Turan haqqında yazı verilib. Oxucular bu kitabda Əli bəy Hüseynzadənin heç yerdə çap olunmamış çoxsaylı fotoları, bütün rəsm əsərləriylə də tanış olmaq imkanı əldə edəcəklər. Böyük mütəfəkkirin 150 illiyinə həsr olunmuş kitabının məsləhətçisi Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar, elmi redaktoru Ege Universitetinin professoru Yavuz Akpınardır.
2014-02-25
9,989
Yanukoviçin işi məhkəməyə göndərildi
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin məsuliyyətə cəlb olunması və axtarışı barədə iş Kiyevin Peçora məhkəməsinə göndərilib və bu gün qərar verilməlidir. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın vitse-spikeri Ruslan Koşulinski deyib. "İndi Ukraynanın Baş prokuroru zəng edib dedi ki, hal-hazırda keçmiş prezidentin məsuliyyətə cəlb olunması və axtarışı ilə bağlı iş Peçora məhkəməsinə göndərilib və məhkəmənin qərarını gözləyirik".
2014-02-25
9,990
Piyada keçidlərində əlillər nədən nəzərə alınmayıb?
"Monitorinqlərdən sonra gördük ki, təkliflərimiz nəzərə alınmayıb". Bu sözləri "Axar.az"a paytaxtdakı yeraltı və yerüstü keçidlərdəki durumla bağlı məlumat verən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov bildirdi. Onun sözlərinə görə, həmin problemlərin həlli ilə bağlı hökumətə dəfələrlə təkliflər verdiklərini, amma monitorinqlər zamanı həmin təkliflərin nəzərə alınmadığını bildirdi: "Biz hələ keçidlərin tikintisindən öncə təkliflər vermişdik. Amma monitorinqlərdən sonra gördük ki, təkliflərimiz nəzərə alınmayıb. Bu gün demək olar ki, heç bir keçiddə əlillərin istifadəsi üçün şərait yoxdur. Yalnız simvolik nələrsə ediblər, onlar da standartlara uyğun deyil". Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarına əsasən əlilliyi olan şəxslərin fərdi hərəkət imkanlarını nəzərə alaraq, onların hərəkətlərini yüngülləşdirmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində 75 ədəd piyada keçidlərinin inşa olunması nəzərdə tutulub və hazırda onlardan 54-ünün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Kifayət qədər estetik görünüşə malik olan bu tikililərdən heç də hamı istifadə edə bilmir, əlilliyi olan şəxslərin istifadə etməsi isə qeyri-mümkündür.
2014-02-25
9,991
İran tarixində ilk dəfə İraqa silah satdı
İran tarixində ilk dəfədir ki, İraqla silah satışı müqaviləsinə imza atıb. "Axar.az"ın "Röyter"agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran müttəfiqi Maliki hökumətinə 160 miyon dollarlıq silah satacaq. İrak ordusunun İrandan əsasən tank və hava top mərmiləri alacağı bildirilir. Xatırladaq ki, silah bazarlığı üçün ABŞ–a üz tutan Maliki əliboş qayıdıb və nəticədə İrana müraciət etmək məcburiyyətində qalıb. "Röyter"in məlumatına görə, İraq Baş nazirinin sözçüsü Əli Musəvi imzalanan müqaviləni nə təkzib, nə təsdiq etsə də, ölkəsinin hazırkı vəziyyətində bu istiqamətdə atılan addımları normal sayıb. Musəvi bildirib ki, terrorla mübarizə aparırlar və mübarizədən qalib ayrılmaq istəyirlər. Odur ki, heç kim Maliki hökumətini qınaya bilməz. Xatırladaq ki, İran–İraq arasında 1980-1988-ci cillərdə irimiqyaslı müharibə baş vermişdi. Sözügedən anlaşmanı köhnə düşmənlər üçün sensasiya sayırlar. Bu arada İran yetkililəri yayılan xəbərləri təkzib ediblər. Qeyd edək ki, "Röyter" xəbəri Amerikadakı mənbəsinə istinadən yayıb.
2014-02-25
9,992
Ərdoğana aid hələ 1185 ədəd səs yazısı var
Baş nazir və ətrafına aid 1185 ədəd səs yazısının olduğu iddia edilib. "Axar.az" CNN Türk-ə istinadən xəbər verir ki, bu iddianın sahibi "Hürriyyət" qəzetinin Ankara bürosunun keçmiş müdiri Metexan Dəmirdir. Dəmir Türkiyənin Baş naziri R.T.Ərdoğanın bir yaxınına aid 1185 ədəd səs yazısı olduğunun iddia edib: "Baş nazirə çox yaxın olan birinin 1185 ədəd səs yazısının olduğu iddia edilir. Bu qədər insanı bu cür və başqa cür dinlənildiyi zamanda dövlət İzmirdə tvit atanı əli ilə qoymuş kimi tapır. Üç ildir ki, jurnalistindən bürokratına kimi hamı dinləndiyi zamanda bu ölkənin polisi harada idi, media harada idi?"
2014-02-25
9,993
Xocalıya ədalət – Video/Rep
"Xocalıya ədalət" kampaniyası çərçivəsində Toni Blakman və "Dəyirman" qrupunun təqdimatında hazırlanmış repi bir daha oxucularımızın diqqətinə çatdırırıq. Xatırladaq ki, video 2010-cu ildə hazırlanıb.
2014-02-25
9,995
Ərdoğanla Obama arasında Gülən deyişməsi
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan millət vəkilləri ilə görüşü zamanı ABŞ prezidenti Barak Obama ilə telefon danışığının detallarını açıqlayıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ABŞ dövlət başçısı ilə son zamanlar Türkiyə siyasətində qalmaqal yaradan dinləmələri müzakirə etdiklərini deyib. Baş nazir Obamanın ona ABŞ-da yaşayan Fətullah Gülənin telefon danışıqlarının yayılması ilə bağlı "Daxili işlərimizə qarışırsız" dediyini bildirib. Ərdoğan da ona, "Siz də bizim daxili işlərimizə qarışan şəxsi qonaq saxlayırsız" cavabını verdiyini deyib.
2014-02-25
9,996
Vitali Kliçko: “Prezident olmaq istəyirəm”
Ukraynanın "Zərbə" Partiyasının lideri Vitali Kliçko prezident olmaq istəməsi ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Kliçko bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. "Bəli, mən Ukrayna prezidenti olmağa iddialıyam. Tam əminəm ki, Ukraynada oyun qaydalarını bütünlüklə dəyişmək lazımdır. Ədalət lazımdır. Əminəm ki, bunu etmək olar",- Kliçko bildirib. Jurnalistin "Özünüzü yeni kabinetdə görürsünüzmü?" sualına isə onun cavabı belə olub: "Mən özümü görmürəm".
2014-02-25
9,997
Tələbələrin toplaya biləcəyi maksimum bal həddi açıqlandı
Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan tələbənin toplaya biləcəyi balların maksimum həddini açıqlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin "Facebook" səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, yekun dövlət attestasiyasına görə, tələbənin toplaya biləcəyi balların maksimum həddi 100-ə bərabərdir. Bu balların hesablanması meyarları ali təhsil müəssisəsinin elmi şurası tərəfindən təsdiq edilir. Dövlət imtahanının qiymətləndirmə meyarları tamamilə fərqlidir. 17 bal qiymətləndirilməsi isə yalnız semestr imtahanlarının qiymətləndirilməsinə şamil edilir. Qeyd olunub ki, təhsil aldığı dörd il ərzində bir tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilib. Əgər akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan prerekvizit fənlərin kreditlərinin ümumi sayı 30-dan çox deyilsə, tələbə bu halda akademik borcun ləğvinə görə əlavə təhsil haqqı ödəmir. Tələbə yalnız bu kreditlərin ümumi sayı bir semestrdə 30-dan çox olarsa, əlavə təhsil haqqı ödəyir (bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 olan tələbələr istisna olmaqla). Bütün hallarda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqqını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
2014-02-25
9,998
Ukrayna əhalisi ona səs verəcək... - Politoloq
"İnanmıram ki, Timoşenko namizədliyini irəli sürsün. Onun səhhəti yerində deyil və Almaniyada müalicə alır". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynada baş verən hadisələrdən sonra liderin kim olacağı barədə məsələyə münasibət bildirərkən söyləyib. O, lider kimi Kliçkonun şansını daha çox dəyərləndirir: "Namizədlər çoxdur. Yəqin ki, hansısa namizəd daha inamlı proqramla çıxış edəcək və bu proqram əsasında Ukrayna əhalisi ona səs verəcək. Yəqin ki, real mübarizə iki müxalifət lideri arasında gedəcək. İnanmıram ki, hakimiyyətdən hansısa namizəd olsun. Hakimiyyət deyəndə mən dünənki hökuməti nəzərdə tuturam. Artıq onlar da müxalifətə keçiblər. Bu baxımdan böyük ehtimalla Kliçkonun şansı daha çoxdur. Həmçinin, Yaçenyuk da ola bilər. O da müxalifət liderlərindən biridir. Amma indiki konstitusiyaya görə prezidentin gələcəkdə elə bir funksiyası yoxdur". O, həmçinin, Yanukoviçin bir siyasi lider kimi fəaliyyətinin bitdiyini bildirdi: "Yanukoviçin siyasi karyerasının üzərindən xətt çəkmək olar. Artıq tərəfdarları da ondan imtina etdi. Ona dəstək verən əhali onu satqın adlandırıb. Rusiya da belə zəif siyasətçiyə dəstək verməyəcək. Doğrudur, Rusiya gələcəkdə hansısa siyasətçiyə dəstək verəcək. Amma bu, Yanukoviç olmayacaq". Elxan Şahinoğlu fikirlərinə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin axırının yaxşı olmayacağını da əlavə etdi: "Onun axırı yaxşı olmayacaq. Onun boynunda insan qanı var. Elə ona görə də gizlənib. Əgər o üzərində məsuliyyət hiss eləməsəydi, gizlənməzdi . O, tökdüyü qana görə məhkəmə qarşısında cavab verməlidir".
2014-02-25
9,999
Ərdoğanın səs yazısı ilə bağlı mütəxəssis açıqlaması – Fotolar
"Montaj edilmiş danışıq səsi çox asanlıqla seçilir". "Axar.az" xəbər verir ki, musiqiçi və səs mühəndisi Atilla Özdəmiroğlu Türkiyənin Baş naziri R.T.Ərdoğan və Bilal Ərdoğanın danışığı kimi təqdim edilən səs yazısını analiz edib və səs yazısına hər hansı bir əlavələrin edilmədiyini bildirib. Atilla Özdəmiroğlu bununla bağlı tvitterdə açıqlama verib: "Danışıq səsinin eynisini dicital vasitə ilə yenidən istehsal edə biləcək texnologiyadan hələ ki, çox uzaqdayıq. Ancaq saxtasını qulağımızla belə anlayırıq". "60 ilim səs fizikası ilə sadəcə nəzəriyyədə deyil, praktikada işləyərək keçib". "Səs yazısını təkrar olaraq analiz etdim. Zənglər arasındakı montajın xaricində heç bir əlavə yoxdur. Arxa fon səslərindən də başa düşə bilərsiniz".
2014-02-25
10,000
“Fənərbaxça” Xocalı faciəsini yad edəcək
"Azəryol"un bu gün CEV kubokunun 1/2 final mərhələsində "Fənərbaxça" ilə ilk oyununda Xocalı faciəsi yad ediləcək. Bakı təmsilçisi İstanbulda baş tutacaq matça qara sarğı ilə çıxacaq. Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olacaq. Burhan Fələk Voleybol Salonuna gələcək azarkeşlər isə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə "Xocalıya Ədalət" yazılmış köynəklər geyinəcəklər. Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq (APAsport.az).
2014-02-25
10,001
“Putin Krım uğrunda hərbi savaşa başlayacaq” - Video
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti sensasiyon açıqlama verib. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu dəfə o, Rusiya Prezidenti Vladimir Putinin Krım planlarından danışıb. Saakaşvili bildirib ki, Ukraynada hakimiyyətə gələn yeni qüvvələr tezliklə hökuməti formalaşdırmalıdır. Əks halda müəyyən problemlər yaşana bilər. Əsas problemlərdən biri də Krım və ölkənin rusdilli şərq vilayətləri ilə bağlıdır. Saakaşvilinin qənaətinə görə, Ukraynada məğlub olan Putin mütləq Krım uğrunda ciddi, hərbi savaşa başlayacaq. Məqsədi Cənubi Osetiyadan başlayaraq, Abxasiya, Krım, sonra isə Odessa və Nikolayevdən keçməklə Dnestryanı əraziyə qədər şərti siyasi xətti çəkməkdir. Onun fikrincə, bu istəyin qarşısı tezliklə alınmalıdır. Saakaşvili onu da bildirib ki, Rusiya təbliğat maşınının yanlış informasiyasına baxmayaraq, şərq vilayətində yaşayan vətəndaşlar Ukraynanın tərkibində qalmağın tərəfdarlarıdır.
2014-02-25
10,002
Azərbaycanlı yazıçı həbs edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilərək ağır cəza almış tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə tutulub. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr (Xiyov) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı fevralın 23-də öz mənzilində həbs ediblər. İ. Müəzzinzadənin məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkməsi üçün həbs edildiyi ehtimal olunur. Lakin azərbaycanlı fəalın harada saxlanıldığı və həbsinin konkret səbəbi məlum deyil. Qeyd edək ki, İ. Müəzzinzadə ötən il mayın 8-də Xiyov şəhərində həbs edilib. ETTELAAT əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E. Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E. Müəzzinzadə azadlığa buraxılıb. İ. Müəzzinzadə 47 gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb. Azərbaycanlı fəal ümumilikdə 84 günlük həbs həyatından sonra 150 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində mühakimə olunan İ. Müəzzinzadə və bu iş üzrə tutulmuş digər azərbaycanlı fəallara 2013-cü il iyulun 15-də hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib. Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və ETTELAAT-ın təqdimatına görə bu şəkildə cəzalandırıb. Xatırladaq ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan və Fərhadi soyadlı şəxs ötən il aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı fəalın ata evində M. Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə naməlum istiqamətə aparıblar. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ. Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir. Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər. M. Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən girov qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Azərbaycanlı fəal ETTELAAT-ın Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü.
2014-02-25
10,003
Kılıçdaroğlundan Ərdoğana sərt mesaj - Video
CHP sədri Kamal Kılıçdaroğlu partiyanın qrup toplantısında kəskin çıxışlar edib. "Axar.az" Türk mətbuatına istinadən xəbər verir ki, bu gün CHP sədri Kılıçdaroğlu qrup toplantısı keçirib. Müəyyən məsələlərə toxunduqdan sonra CHP sədri Baş nazir Ərdoğana bu cür səslənib: "Ya helikopterinə min, qaç get xaricə, ya da Baş nazir postundan istefa ver. Dövləti soyan şəxs Baş nazir kürsüsündə otura bilməz". Kılıçdaroğlu: Ya kaç ya da Başbakanlık'tan... by cumhuriyet
2014-02-25
10,004
Yanukoviçin qatı tərəfdarı indi onu ifşa edir - Video
Regionlar Partiyasının lideri Aleksandr Yefremov xalqa müraciət edib. "Axar.az"ın məlumatına görə, o, hazırda Ukraynanın ən çətin vəziyyətə düşdüyünü bildirib. Ölkəsinin aldadıldığını və talan edildiyini bildirən Yefremov əlavə edib ki, bunun ən ağrılısı onlarla ukraynalı ailəsinin üzləşdiyi faciədir: "Ukraynanı aldatdılar, Ukraynanı fəlakətə itələdilər, bunların hamsının məsuliyyəti Yanukoviçin üzərindədəir. Radada təmsil olunan Regionçular fraksiyasının üzvləri olaraq, insan ölümünə səbəb olmuş göstərişi şiddətlə qınayırıq. Prezidenti yolundan daşındırmaq üçün istədiyimiz cəhdlər onun tərəfindən eşidilmədi. Bir milyon üzvü olan Regionlar Partiyası faktiki olaraq korrupsiyalaşmiş bir ailənin əlində qaldı. Biz 10 milyon seçicinin maraqlarını təmsil edirdik. Partiya bəyan edir ki, məqsədimiz vahid Ukraynanın çiçəklənməsidir. Biz Yanukoviçin cılız şəkildə qaçmasını şiddətlə qınayırıq. Partiyamız 100 nəfər deputatla xalqın xidmətində olacaq". Xatırladaq ki, hadisələrdən öncə Yefremov Yanukoviçi müdafiə edən şəxlərin önündə yer almışdı.
2014-02-25
10,005
Hər iki videonun Bakıda çəkilməsinə irad tutdular... - Foto/Video
"Axar.az" ölkənin ictimai-siyasi fikir məkanında tanınan gənclərdən biri Bəxtiyar Hacıyevin son zamanlar gənclər arasında məşhurlaşan "Birlik üçün oxu" layihəsi ilə bağlı fikirlərini oxucularına təqdim edir. - "Birlik üçün oxu" layihəsinin ideyası necə yarandı və ideyanın gerçəkləşdirilməsində məqsəd nə idi? - Bu layihənin reallaşdırılması 2013-cü ilin əvvəlində bir tədbirdə indiki koordinatorumuz olan Aygül Salehova ilə söhbət zamanı yarandı. Biz düşündük ki, istedadlı gəncləri bir yerə toplaya və bu layihəni Azərbaycanda reallaşdıra bilərik. Daha sonra sosial şəbəkələrdə elan verdik, ilk videonu 2013-cü ilin mart ayında hazırladıq. Layihəni reallaşdırmaqda məqsədlər cəmiyyətə birlik mesajı vermək, istedadlı gənclərimizi tapmaq, üzə çıxarmaq, ortaya maraqlı bir layihə qoymaq və ən əsası, bu prosesdən zövq almaq idi. Layihə çərçivəsində bir çox istedadlı gənc bir-biri ilə tanış olublar və sonradan başqa layihələrdə əməkdaşlıq edirlər. - İfa edilən musiqilərin seçimi zamanı hansı meyarlar nəzərə alınıb? - İfa edilən mahnıların xalq mahnıları, yaxud gənc nəslin unutmaqda olduğu mahnılar olmasına üstünlük veririk. Bizi narahat edən məsələlərdən biri də o idi ki, kifayət qədər gözəl xalq mahnılarımız, bəstəkar mahnılarımız olsa da, korifeylərimizin çox gözəl ifaları olsa da, son zamanlar televiziyaların və şou-biznes təbliğatının nəticəsində bəzən bayağı ifaçılar, bayağı ifalar daha çox tanınırdı, nəinki hansısa xalq mahnımız. Ona görə də çalışırıq ki, seçdiyimiz ifalar gənc nəslin yaddaşına dəyərli mahnılarımızı da yeni aranjimanda həkk etsin. - "Birlik üçün oxu"yanların bir yerə yığılması və seçim prosesi nə qədər zaman aldı? - İlk layihə üçün biz sosial şəbəkələrdə elan vermişdik və bir neçə ay həmin gənclərlə danışdıq, bir neçə dəfə Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisində məşqlər oldu. Yeni aranjimanın hazırlanması, gənclərin məşqləri, səsyazma və çəkiliş bir neçə ay çəkdi. Çox vaxt biz istirahət məqsədi ilə bu məşqləri, çəkilişləri həftə sonlarına salırdıq. İlk layihənin uğurlu olacağına şübhə ilə yanaşanlar var idi, çünki ortada istinad etmək üçün heç nə yox idi. Amma yekun video hazır olanda xüsusi ilə sosial şəbəkələrdə minlərlə insanın çox müsbət rəylərlə videonu paylaşması, duyğularını ifadə etməkləri göstərdi ki, bu layihə kifayət qədər uğurlu alınıb. Sonra bir müddət fasilə verdik, amma sosial şəbəkələrdə insanlar yenə ilk videonu paylaşır və ikinci videonun hazırlanmasını tələb edirdilər. Biz də qərara gəldik ki, yenidən elan verək, daha çox iştirakçı cəlb edək və ikinci videonu hazırlayaq. İkinci videoda həm alət sayına, həm iştirakçı sayına görə, həm də ilk vaxtlarda insanların reaksiyası baxımından daha da uğurlu oldu. - Bu layihənin ABŞ-da reallaşdırılan "Playing for Change" və Türkiyədəki "Doğa için çal" layihələrindən götürülməsi iddiası var və bunu necə dəyərləndirirsiniz? - Biz bunu videonun sonunda da qeyd etmişik. Bu, qlobal bir hərəkatdır, dünyanın bir çox ölkəsində reallaşdırılır və biz ABŞ-da reallaşdırılan "Playing for Change" layihəsindən ilhamlanmışıq. Bu yaxınlarda həm "Playing for Change" ofisindən, həm də Türkiyədəki "Doğa için çal" rəhbərliyindən bizim layihə ilə bağlı təbrik mesajları almışıq. Bundan başqa Azərbaycanın və Türkiyənin bir çox dəyərli, nüfuzlu, tanınmış sənət adamları layihəmiz haqqında öz xoş hisslərini bizə çatdırıblar. - Layihənin büdcəsini bilmək maraqlı olardı. Lazım olan vəsaiti necə əldə etdiniz? - Hər iki video üçün xərclədiyimiz vəsait 1000 AZN-dən az olub. Hər iki videoda biz minimum icarə xərclərini (studiya, avadanlıq icarəsi) ödəməklə, yerdə qalan bütün işləri könüllü olaraq həyata keçirmişik. Birinci videonun hazırlanması üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 1500 AZN Müsbət Dəyişiklik Gənclər Hərəkatına dəstək olub. İkinci layihədə həm öz imkanlarımızla, həm də o vəsaitdən qalan hissə ilə minimum icarə xərclərini ödəmişik. Üçüncü layihə üçün isə sponsor tapmağı, çəkilişlərin bir hissəsini Azərbaycanın müxtəlif rayonlarında etməyi düşünürük. - Necə düşünürsünüz, reallaşdırdığınız bu layihə ilə bütün sosial təbəqədən olan insanların maraqlarını qarşılaya bildinizmi? - Layihənin adından da göründüyü kimi, biz musiqidə fərqli notların bir-biri ilə ahəng yaratdığı kimi, fərqli düşüncələrin də cəmiyyətdə bir ahəng yaradacağına inanırıq. "Birlik üçün oxu" adı qoyduğumuz bu layihə cəmiyyətdə fərqli siyasi, dini, ideoloji baxışları olan bir çox qrup tərəfindən çox müsbət qarşılandı. Minlərlə xoş reaksiya arasında cəmi bir neçə mənfi rəy eşitdik, o da bəzi texniki məsələlərlə bağlı idi. Məsələn, bizə hər iki videonun məhz Bakıda çəkilməsi irad kimi bildirilmişdi. Bunun isə səbəbi o idi ki, bizim kifayət qədər vəsaitimiz yox idi. Azərbaycanın müxtəlif regionlarında çəkiliş edək. - "Birlik üçün oxu" layihəsinin növbəti çəkilişlərində hansı yeniliklər etməyi düşünürsünüz? - Etmək istədiyimiz yeniliklərdən biri dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan gənclərimizi də bu layihəyə cəlb etməkdir. Biz sınaq olaraq ikinci videoda Ankara və İstanbuldan iştirakçılar cəlb etdik. Gördük ki, texniki baxımdan bunu etmək mümkündür. Bundan başqa layihə üçün sponsorluq etmək istəyən fərd və ya şirkətlər olsa, Azərbaycanın müxtəlif bölgələrində yaşayan istedadlı gəncləri də cəlb etmək, oralarda da çəkilişlər etmək mümkündür. Təbii ki, layihəni reallaşdıran, koordinasiya edən, iştirak edən hər bir şəxsin gündəlik olaraq başqa işləri olduğunu, bu layihə ilə sırf başqa işlərdən vaxt qaldıqda məşğul olduqlarını nəzərə alsaq, üçüncü videoya qədər bir müddət fasilə olacağını təxmin edirəm.
2014-02-25
10,006
Anar Məmmədov Nyu Yorkda tədbir keçirir
"Aksiyanın məqsədi dünya tarixinin dəhşətli səhifələrindən olan Xocalı soyqırımını bütün dünyaya tanıtmaqdır. Bunun üçün Nyu York küçələrinə reklam lövhələri asılıb. Ən müasir texnologiyalardan istifadə edərək faciənin dəhşətini onlara da çatdırmağa çalışırıq". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun vəkili Ruslan Məmmədov bildirdi. Tanıtım məqsədilə Nyu Yorkun Tayms Meydanında quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntülər nümayiş olunur. Bir neçə gündür başlayan tanıtım aksiyası sabah daha möhtəşəm şəkildə keçiriləcək: "Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında iki böyük monitor hər iki dəqiqədən bir 30 saniyə davam edən görüntüləri sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanların 22 il öncə Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir. Sabah isə Nyu York metro stansiyalarında yeni posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə aksiya davam edəcək".
2014-02-25
10,008
Naxçıvan polisindəki kadr dəyişikliyinin əsl səbəbi - ÖZƏL
"Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə gətirilən Cavid Qasımov təyinatdan dərhal sonra ciddi kadr islahatına başlayıb. Artıq Cinayət Axtarış İdarəsinin rəisi, müavinləri və 20-yə yaxın əməkdaşı tutduğu vəzifəsindən azad edilib". Bu barədə Naxçıvan Şəhər Polis İdarəsindəki dəyişikliklə bağlı "Axar.az"a daxil olan özəl məlumatda bildirilir. Məlumatda göstərilir ki, şəhər polis idarəsindəki vəzifə dəyişikliyinin əsas səbəbi bir ay bundan əvvəl baş vermiş cinayətin hələ də açılmamasıdır. Mənbə bildirir ki, bir ay öncə Zoya adlı qadının öz evində öldürülməsindən sonra cinayətin üstünün açılmaması Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovu narahat edib. Belə ki, qətl hadisəsindən sonra öldürülən Zoya adlı qadının oğlu Elmar şübhəli şəxs qismində saxlanılsa da, həmin şəxsin cinayətdə iştirakını təsdiqləyəcək və ya onun həbs müddətini uzadacaq heç bir fakt olmadığından, o, azadlığa buraxılıb. Bundan sonra onun pul verərək cinayəti ört-basdır etməsi ilə bağlı müxtəlif söz-söhbətlər gəzməyə başlayıb. Söz-söhbətlərə son qoymaq üçün nazir Əhməd Əhmədov qətlin üstünün qısa müddətdə açılmasına göstəriş verib. Amma verilən vaxt tamam olsa da, qatil tapılmayıb və buna görə də nazir dəyişikliklə bağlı qərar qəbul edib. Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun Naxçıvan MR Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra şəhər polisinin rəisi vəzifəsi boş idi. Babək Rayon Polis İdarəsinin keçmiş rəisini Naxçıvan şəhərinə rəis təyin edən nazir isə ona qurumda ciddi islahatlar aparmağı və işini yarıtmayan işçiləri peşəkar kadrlarla əvəzləməyi də tapşırıb.
2014-02-25
10,009
“RİA Novosti Azərbaycan”da ixtisarlar olacaq?
RİA Novostinin ştatda olmayan jurnalistləri işdən qovulacaq. "Axar.az" xəbər verir ki, bu informasiyanı rus mətbuatı agentlikdəki etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat martın 3-dən etibarən yeni qərarın qüvvəyə minəcəyini bildirib. Tam ştatda çalışan işçilərin də yavaş-yavaş "RİA Novosti"dən qovulacağı qeyd edilib. İşdən çıxarılan jurnalistlərin hər birinə isə kompensasiya veriləcək. Agentliyin RİA Novosti – "Moskva", "Podmosvkoviya", "Nedvijimosti" layihələrinin də bağlanacağı nəzərdə tutulub. "RİA Novosti Azərbaycan"da çalışan, adının çəkilməsini istəməyən həmkarımız isə həqiqətən belə bir fikrin olduğunu, lakin bunun xarici ofislərə təsir etməyəcəyini bildirib: "Doğrudur, RİA Novostidə ixtisarlar olacaq, amma bunun Azərbaycan ofisinə təsiri müşahidə olunmayacaq. Bu bir neçə ay öncə bəlli idi. Bu məqamda xarici ofislərə daha çox qüvvənin verilməsi nəzərdə tutulub". Qeyd edək ki, bir müddət öncə RİA Novostinin əsasında yaradılmış "Rosiya Seqodnya" agentliyinin direktoru Dmitri Kiselev ştatın qorunub saxlanacağı ilə bağlı çıxış etmişdi.
2014-02-25
10,010
ABŞ-dan açıqlama: “Ərdoğanın səs yazıları montajdır”
AKP dünən gecə Türkiyə Baş naziri R.T.Ərdoğanla oğlu Bilal Ərdoğana aid olduğu iddia edilərək internetdə yayımlanan səs yazısını ABŞ-dakı bir səs studiyasında analiz etdirib və mövzu haqda hesabat alıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, studiyada aparılan işlər nəticəsində verilən hesabatda "səs yazısının montaj olduğu, səs yazısındakı səslərin kəsilib yapışdırılmış və kompüterdə əlavələr edilmiş olduğu" bildirilib. Hesabatda "səs yazısındakı qırılmaların tək-tək təhlil edildiyi, səs yazısında bəzi yerlərdə iki sözün tək söz halına gətirildiyi" də qeyd edilib. Studiyanın AKP-yə çatdırdığı hesabatda "əksik sözlərin kompüter səsləndirməsi ilə tamamlandığı" faktı da ortaya çıxıb. Səs yazıları haqqında detallı qeydlər aparılaraq yaradılan hesabatın qısa müddətdə Baş nazir Ərdoğana təqdim ediləcəyi bildirilir.
2014-02-25
10,011
Akif Əlizadə ordenlə təltif edildi: 3 sərəncam, 5 fərman
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənub Qaz Dəhlizinin yaradılması və AMEA prezidenti Akif Əlizadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulub. Prezidentin imzaladığı digər sərəncamda qeyd olunur ki, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etsin". Dövlət Komissiyasına bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında dəyişikliklər edilməsi, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi və Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.
2014-02-25
10,012
Xocalı faciəsinin ildönümündə “İtən vaxt”
Sabah saat 19:00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Oda Teatrında Samir Sədaqətoğlunun "İtən vaxt" adlı pyesi əsasında hazırlanmış eyniadlı mono tamaşa yenidən nümayiş olunacaq. Tamaşanın qruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdidir. Mono tamaşanı əməkdar artist İlqar Cahangir ifa edəcək.
2014-02-25
10,013
Nazirlikdə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib
Bu gün Nizami Kino Mərkəzində Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri açaraq, mərasimin Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə ədliyyə orqanlarında Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb, tarix boyu Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçilərinin öz məkrli niyyətlərinə nail olmaq üçün insanlığa sığmayan cinayətlər törətdiklərini xatırladıb. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Nazir müavini qeyd edib ki, 1992-ci ilin fevral ayında erməni faşistləri növbəti cinayətlərini Azərbaycanın ən qədim tarixə malik olan Xocalı şəhərində həyata keçiriblər. Dinc mülki əhalinin - qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və meyidlərin təhqir olunması ermənilərin əsl quldur simasını büruzə verib. Yalnız 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra erməni işğalının qarşısı alınıb və beynəlxalq vasitəçilərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə başlanılıb. Bildirilib ki, bu gün Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım kimi dünya birliyində tanıdılması istiqamətində böyük işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüquqdan istifadə edəcək. Buna hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi imkan verir. Tədbirdə "Xocalı soyqırımı"na həsr olumuş "Xoca" bədii filmi nümayiş etdirilib. Anım mərasiminə dəvət edilmiş ANS Şirkətlər Qrupunun vitse-prezidenti, filmin baş prodüsseri Mirşahin Ağayev "Xoca" filmi barədə tədbir iştirakçılarına maraqlı məlumatlar verib, filmin kino tariximizdəki rolundan bəhs edib.
2014-02-25
10,014
Prezident administrasiyasının sabiq rəhbəri güllələndi
Ukraynada prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev ayağından güllə yarası alıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hazırda A.Klyuyevin həyatına təhlükə yoxdur. Onun indi harada olduğu da məlum deyil. Qeyd edək ki, bu gün A.Klyuyev vəzifəsindən istefa verdiyini bəyan edib.
2014-02-25
10,015
Bakıda 18 yaşlı oğlan marşrutda bıçaqlandı
Bakıda 18 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə münaqişə zəminində baş verib. Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramov Rahim Tofiq oğlu ilə 18 yaşlı Əmrah İlham oğlu Qaracazadə arasında münaqişə yaranıb. Nəticədə R.Bayramov həmyerlisi Ə.Qaracazadəyə bıçaq xəsarəti yetirib. Zərərçəkən ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən R. Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (ANS)
2014-02-25
10,016
Eks-məmurların evlərinə basqın edildi - Video
Ukrayna büdcəsinin ən ağır vaxtlarından birini yaşadığı bir vaxtda, ardı-ardına ölkənin artıq keçmiş rəsmi şəxslərinin evlərinə fəalların hücumları olub. Ukraynada sağçı qruplaşmaya daxil olan fəallar ölkənin keçmiş baş prokuroru Viktor Pşonkanın villasını nəzarət altına alıb. "Euronews" telekanalının məlumatına görə, keçmiş prokurorun evi dəbdəbəli olması ilə diqqət çəkir. Burada bahalı rəsm əsərləri, qızıl heykəlciklər və digər əşyalar yer alıb. Villanın ilk şəkilləri mətbuatda yer alandan sonra bura Ukraynanın digər şəhərlərindən də insanlar gəlməyə başlayıb. Hazırda keçmiş baş prokurorun harada olması məlum deyil. Bir neçə gün əvvəl etirazçılar Ukraynanın hazırda yoxa çıxmış keçmiş prezidenti Viktor Yanukoviçin də iqamətgahlarından birinə girərək, oranın şəkillərini çəkib hər kəsə nümayiş etdirmişdilər. Bir vaxtlar öz evini hər kəsə bəh-bəhnən nümayiş etdirən Yanukoviçin evində ən çox diqqət çəkən qızıldan hazırlanmaş əşyalar və nə qədər də qeyri adi də olsa çörək idi. Ukrayna parlamentinin binası üzərində olan keçmiş Sovet İttifaqının ulduzu etirazçılar tərəfindən çıxarılıb. Ulduzun çıxarılması barədə qərar Ali Radanın dünənki iclasında verilmişdi. Müxalifət, Sovet İttifaqının ulduzunun Ukrayna parlamentinin binası üzərindən çıxarılmasını Avropa Birliyi ilə Rusiya arasında soyuq müharibəyə çevrilmiş etirazların rəmzi hesab edir. (ANS)
2014-02-25
10,017
Ralli yarışında maşından 1.4 ton kokain tapıldı
Dünyanın ən məşhur yarışlarından olan Dakar Rallisinə qatılan komandalardan birinə aid yük maşınında 1.4 ton kokain tapılıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Fransa, İspaniya və Bolqarıstan polisinin birlikdə həyata keçirdikləri əməliyyat nəticəsində narkotikin Çilidən İspaniyaya göndərildiyi məlum olub. İspaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada fevralın 19-da keçirilən əməliyyat nəticəsində 5 nəfərin həbs olunduğu bildirilib. Narkotik qaçaqmalçılığına Bolqarıstandakı cinayətkar qruplaşmanın rəhbərlik etdiyi məlum olub.
2014-02-25
10,018
Sarkisyana 100 il həbs tələb edildi
"Baş nazir Tiqran Sarkisyana və energetika naziri Armen Movsisyana qarşı cinayət işi qaldırıb hər birinə 100 il həbs cəzası kəsmək lazımdır". Bu barədə bu gün Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqresinin fraksiya rəhbəri Aram Manukyan bildirib. Ermənistanın iri kimya zavodu "Nairit"in Rusiyanın "Qazprom" şirkətinə verilməsi barədə danışan deputat deyib: "Məgər "Nairit"in 40 milyon dollar borcunu heç cürə ödəmək mümkün deyil? Buna görə müəssisəni satmaq lazımdır? Onun iri ərazisində pomidor-xiyar əkməklə borcları vermək olar. Bəlkə istehsalı bərpa edək? Kim sizə icazə verib ki, ölkə üçün vacib olan müəssəni satasınız? "ArmRosqazprom"un səhmlərinin 20 faizini, hidroenergetika aktivlərini kim satdı?", - deyə Manukyan vurğulayıb. Bu gün erməni parlamentində gedən müzakirələr zamanı energetika naziri Armen Movsisyan "Qazprom"un zavoda 500 milyon dollar sərmayə qoymaq barədə planlarından danışıb. (ANS)
2014-02-25
10,019
Ukraynada polislər diz çökərək xalqdan üzr istədi - Video
Ukraynanın Lvov şəhərində etirazçılara heç bir güc tətbiq etmədiklərini deyən polislər xalqdan üzr istəyib. "Axar.az" xəbər verir ki, polislər Lvov sakinləri qarşısında diz çökərək üzr istəyib. Yanukoviçin mövqeyinin güclü olduğu Lvov sakinləri Kiyevə gedərək aksiyalara qoşulmuşdu. Eyni zamanda Lvov polisləri də Kiyevə gedərək aksiyaçılarla həmrəy olduqlarını bildirmişdilər.
2014-02-25
10,020
Yanukoviç bu qızla qaçıb - Foto
Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç haqqında yeni iddia yayılıb. Belə ki, Yanukoviçin Mejiqorye sarayından həyat yoldaşı Lyudmila ilə deyil, 39 yşlı sevgilisi Lyubov Polejay ilə qaçdığı iddia edilir. Sensasiyalı iddiaları ukraynalı jurnalist Sergey Leşçenko ortaya atıb. Yanukoviçin cümə günü helikopterlə qaçdığı kadrlarda meydançada pudil cinsi it olduğu diqqəti cəlb edir. Ertəsi gün onun evinə daxil olan jurnalistlər bir foto tapıblar. Fotoda eyni it L.Polejayın qucağındadır. Məhz bundan sonra Ukrayna prezidentinin sevgilisi ilə qaçması barədə iddialar ortaya çıxıb. Qeyd edək ki, V.Yanukoviçin 3 ildir ki, Lyubov Polejay ilə əlaqəsi olduğu barədə şayiələr dolaşır. Onun adıçəkilən qadınla tanış olmasına aşbazı Nadejda Marintseva səbəb olub. Polejay aşbaz qadının bacısıdır. Qadın əvəllər tez-tez Mejiqorye iqamətgahına gəlib gedib. Son 3 ildə isə bu evdə xanımlıq edib. Ölkənin birinci xanımı vəziyyətdən xəbərdar olub, lakin səssizliyini qoruyaraq Donetsk şəhərində tək yaşayıb. Yanukoviçin evində hətta Polejayın məktəbli qızı üçün xüsusi otaq da hazırlanıb. ("Aznews.az")
2014-02-25
10,022
Gənclər Xocalı ilə bağlı sosial çarx hazırladı - Video
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) Gənc Filmçilər Mərkəzi Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı sosial çarx hazırlayıb. Videoda gənclər Azərbaycan, ingilis, rus, alman, fransız, erməni dillərində dünyaya müraciət edərək Xocalı faciəsini çatdırmağa çalışıb. Gənc Filmçilər Mərkəzinin rəhbəri Cavanşir Zeynalov bildirib ki, sosial çarxı gənclər öz təşəbbüsləri ilə hazırlayıblar: "Xocalı ilə bağlı belə bir video hazırlamağı çoxdan fikirləşirdik. Məqsədimiz Xocalı faciəsini bilməyənlərə, elə ermənilərin özünə çatdırmaqdır. Videonun hazırlanmasında heç yerdən yardım almamışıq. Öz vəsaitimiz hesabına gənc dostların köməyilə belə bir iş ortaya çıxdı. Videonun ideya və rejissorluğu mənə və Aqil Sadiqoğluna aiddir". Gənclər videonu beynəlxalq təşkilatlara göndərməyi planlayırlar. Videoda iştirak edən gənclər: Cavanşir Zeynalov, Turanə Hüseynli, Taleh Yüzbəyov, Şəhriyar Əbilov, Aysel Quluzadə, Tural Əhməd, Nigar Bahadırqızı, Rüfət Nəzər, İlqar Musayev, Samima Salimova ("Hafta.az").
2014-02-25
10,023
Bu işdə İsrailin barmağı var - Foto
İsraildə Netanyahu ilə görüşən Almaniya Baş naziri Angela Merkelin çəkilən bir fotoşəkili dünya mediasının gündəmini zəbt edib. "Axar.az" xəbər verir ki, Netanyahunun çıxışı zamanı barmağının kölgəsi Angela Merkelin dodağının üstünə düşüb. Bu zaman maraqlı görüntü ortaya çıxıb. Belə ki, "bığ"ı xatırladan bir görüntü yaranıb. Fotoşəkilə jurnalistlər "İlin kadrı", "Heyranedici", "Çox talesiz bir durum" kimi maraqlı başlıqlar veriblər. Görüntü ilə bağlı açıqlama verməyən Merkel İsrail dövlətini qorumaq üçün 50 il bu ölkə ilə çiyin-çiyinə çalışdıqlarını deyib.
2014-02-25
10,024
Baş nazir istefaya gedir
2005-ci ildən bəri Estoniya baş naziri səlahiyyətlərini icra edən Andrus Ansip istefa verəcəyini açıqlayıb. Məlumata görə, Ansip martın 4-də istefa ərizəsini prezidentə təqdim edəcəyini bildirib. Ölkənin müstəqillik günü ilə bağlı Tartu şəhərindəki təntənəli mərasimdə çıxış edən Ansip daha baş nazir postuna namizəd olmayacağını bildirib. Bu açıqlamadan bir gün öncə, Estoniya İslahatlar partiyası Avropa Komissiyasının vitse-prezidenti, Nəqliyyat məsələləri üzrə komissar Siym Kallasın yeni hökumət formalaşdırması barədə qərar verib. Politoloqların fikrincə, siyasi razılaşmanın nəticəsi olaraq baş nazir olmuş Kallasın yerinə Ansip Avropa komissarı olacaq ("Teleqraf.com").
2014-02-25
10,025
Ermənilər Tale Heydərovun tədbirini poza bilmədi - Foto
Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı nümayəndəliyi Parisdə XVIII əsrə aid tarixi abidə sayılan "Église Saint-Roch" kilsəsində Xocalı anım konserti təşkil edib. Konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il, fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub. Konsertdən əvvəl AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir: "Biz həlak olmuş insanların xatirəsini heç zaman unuda bilmərik". Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və "Solstiş Strinq" kvartetinin müşayiəti ilə "Xocalı 613" adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunub. Qeyd edək ki, AAC-nin sifarişi ilə fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi əsərin premyerası ötən il olmuş və müvafiq olaraq "Victoires de la Musique Classique"nüfuzlu mükafatına layiq görülüb. Konsert zamanı çıxış edən fransız bəstəkar Pyer Tilloy deyib: "Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün "Xocalı 613" adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu əsərlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç zaman unutmamalıyıq". Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və onun qadınlardan ibarət "FeMusa" ansamblının çıxışı ilə davam edib. Proqramda müasir azərbaycanlı bəstəkar Aqşin Əlizadənin "Muğam" adlı 4-cü simfoniyasından götürülmüş 3-cü hissənin Fransa premyerası səsləndirilib. 30 il bundan əvvəl bəstələnmiş bu əsərdə muğam ifaçılarının səsini, o cümlədən insan səsinə sözsüz keçid elementlərinin müasir kompozisiyası əks olunur. Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal üzvlərinin təhdidi altında işləməli olub ki, bu fakt da tədbirin daha da təmtəraqlı olmasından xəbər verir. Paris kilsəsində fransız jandarmasının mühafizəsi altında Pier Tilloyun "Xocalı 613" əsəri ifa olunarkən xüsusilə kəskin idi. AAC-nin direktoru Lionel Zetter öz çıxışında bildirdi: "Biz bu əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökumətinə və yerli polisə çox minnətdarıq. Onlar planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qaldılar. Növbəti ilin fevralında Xocalı anım mərasimini yenidən Parisdə keçirəcəyik". Qeyd edək ki, AAC-nin yaradıcısı və rəhbəri Tale Heydərovdur.
2014-02-25
10,026
Xocalı şahidinin ürəkpərçalayan xatirələri... – Foto/16+
Onu 22 ildir ki, ürəkparçalayan şəkillərindən tanıyırıq. Düz 26 günlük erməni əsirliyində qalmış Hüseynağa Quliyev bu gün də o hadisələri ağrı-acı ilə xatırlayır. H.Quliyev 1992-ci il, fevralın 26-da anası və əkiz uşaqları ilə birlikdə əsir düşüb. Xocalı soyqırımının şahidi və qurbanı olan H.Quliyev yaşadıqlarını "Axar.az"la bölüşdü. Özümü dərəyə atdım O, 1992-ci ildə Xocalının müdafiəsində iştirak edən və Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət 18-ci batalyonda döyüşüb. Evin tək oğlu olub. Həmin dövrdə evin bir oğlu cəbhəyə aparılmırdı. Amma ürəyi dözməyib, təhsilini yarımçıq qoyub, könüllü batalyona yazılıb. Yaxşı döyüşdüyü üçün onu post komandiri təyin edirlər. "Tərslikdən həmin gecə qar da yağmışdı. Mən döyüş üçün dağa qalxmışdım. Yaşlıları və uşaqları şəhərdən çıxarmaq istəyirdik. Amma mümkün olmadı. Düşmən ətraf kəndləri də nəzarətə götürmüşdü. Biz Naxçıvanik kəndinə çatanda ermənilər dinc əhalini mühasirəyə almışdı. Dedilər, silahı yerə qoyun. Mənsə silahı yerə qoymayıb, geriyə baxanda gördüm arxada dərə var. Qar yağmışdı deyə, heç nə görmədiyimdən özümü dərəyə atdım. Elə bilirdim ki, o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın çoxluğu hesabına sağ qaldım. Sən demə, özümü üstündən atdığım qayanın 200 metr hündürlüyü varmış",- deyə H.Quliyev danışır. Armaturu ağzından salıb... Müsahibimiz necə əsir düşməsini danışır: "Yanımda Məhəmməd kişi var idi. Ona dedim çıxma, amma çıxan kim onu güllələdilər. Cəsədini götürməyə gedəndə ermənilər BMP-dən atəş açıb məni yaraladılar. Huşum getmişdi, ayılanda Naxçıvanikin yaxınlığındakı donuz fermasında özümü gördüm. Donuz fermasına gətirən kimi məni vəhşicəsinə döydülər. O qədər döyülürdük ki, huşumuz gedirdi. Saatlarla özümə gələ bilmirdim ağrılardan. Məni yanan ocağa da atırdılar. Ağrıdan qışqıranda onlar gülürdü. Paltarlarım, əlim, ayaqlarım yanmışdı. Əllərinə daş götürüb sifətimə çırpırdılar. Döyürdülər, buzun üstə qoyurdular, ayılanda bir də döyürdülər. İnsanın diri-diri sinəsini yarmaq, armaturu ağzından salıb boynundan çıxarmaq ermənilərdən ötrü adi işgəncə üsulu idi". Çingizin kadrlarındakı ağsaqqal kişi babamdır H.Quliyev deyir ki, gözlərinin qabağında diri-diri insanların başını kəsirdilər: "Məni döyə-döyə çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Sadəcə, hərbçi olduğum üçün bunlara dözürdüm. Gözümüzün qabağında kiminsə başını kəsəndə huşumuzu itirirdik. Qayınatamın başına zərbə vurmuşdular. Cavan adlı 16 yaşlı qaynım necə oldu, onun taleyi hələ də məlum deyil. Sonra babamı da öldürdülər. Çingiz Mustafayevin çəkdiyi kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal, nurani kişi mənim babamdır. 26 gün əsirlikdə qalan H. Quliyevi Ağdam döyüşlərində Azərbaycan tərəfə əsir düşmüş Suriyadan olan erməni ilə dəyişiblər: "Əsirlər dəyişdiriləndə 20 metr gedib yıxılmışdım. Məni götürüb Ağdamda meyitxanaya qoydular. Öldüyümü zənn etmişdilər. Dayım gəlib üzümə verilmiş mələfəni qaldıranda görüb ki, ölməmişəm. Düz 22 il keçir o dəhşətli günlərdən. Hələ də müalicə olunuram". Müsahibimizin bu gün üçün ən böyük arzusu nə ola bilər? - Xocalıya qayıtmaq, qələbə üçün...
2014-02-25
10,028
Ruslana vəzifədən imtina etdi
Tanınmış ukraynalı müğənni və fəal ictimai xadim Ruslana (Lıgıçko) Nazirlər Kabinetinin yeni tərkibində təmsil olunmaqdan imtina edib. "Axar.az"ın məlumatına görə, o, bu barədə özünün Feysbuk səhifəsində yazıb. Ölkə vətəndaşlarına müraciət edən Ruslana bildirib ki, hələ bir gün əvvəl yeni hökumətdə təmsil olunmayacağını açqlayıb. Onun sözlərinə görə, hökumətdə təmsil olunacaq şəxslər mütləq Maydanın Xalq Etibarı adlı qurumunun kriteriyalarına uyğun gəlməlidi. O isə özünün bu kriteriyalara uyğun gəlmədiyini açıqlayıb. Özünün də bu kriteriyalardan ibarət sənədə imza atdığını xatırladan professional müğənni dəfələrlə siyasətə gəlmək istəmədiyini, Maydan könüllüsü olaraq qalacağını və yeni hökumətin fəaliyyətinə xalq arasından nəzarət edəcəyini açıqlayıb.
2014-02-25
10,029
“Elmlər Akademiyası”nı su basdı - Fotolar
Bu gün saat 17 radələrində Elmlər Akademiyası metro-stansiyasının çıxışında, Zahid Xəlilov küçəsindən keçən su borusu partlayıb. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, borunun partlaması nəticəsində bütün küçəni su basıb. Yolun ortasında açılmış çuxur avtomobillərin hərəkətinə mane olduğu üçün yol bağlanıb. Hadisə yerinə gələn "Azərsu" işçilərindən birinin əməkdaşımıza verdiyi məlumata görə, yaranmış problem gecəyə qədər tamamilə aradan qaldırılacaq.
2014-02-25
10,030
Ərdoğana daha bir zərbə Yunanıstandan
Dünən axşam Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid olduğu iddia edilən səs yazısının internetdə yayılması dünya mediasının gündəmini zəbt edib. "Axar.az" xəbər verir ki, bir çox dünyaca tanınmış media qurumları ilə yanaşı, Türkiyə ilə heç də yaxşı münasibətdə olmayan Yunanıstanda da Ərdoğan və oğluna aid səs yazısı dövlət televiziyasında yayımlanıb. Yunan kanalı yunanca alt yazı ilə səs yazısını efirə verib. Yunanıstan mediası "Türkiyədə siyasi zəlzələ", "Ərdoğanın sonu" "Baş naziri yandıran video" kimi başlıqlarla xəbəri yayımlayıb.
2014-02-25
10,031
Basdırılan körpə torpaqdan sağ çıxdı - Video
Sosial mediada paylaşılan bir çarx hamını heyrətləndirib. "Axar.az"ın məlumatına görə, meşəlikdə torpağa basdırılan körpə hüquq mühafizə orqanları və tibb işçilər tərəfindən sağ tapılıb. Dərhal xəstəxanaya çatdırılan körpənin nə vaxt və kimlər tərəfindən basdırıldığı bilinmir.
2018-02-26
10,032
Çingizin Xocalı hönkürtüsü... - Video
Kult.az Milli Qəhrəman Çingiz Mustafayevin Xocalı soyqırımından sonra - 28 fevral 1992-ci ildə çəkdiyi, faciənin miqyasını təsəvvür etməyə imkan verən məşhur kadrları təqdim edir:
2014-02-26
10,033
Putinin Yanukoviçə sonuncu hədiyyəsi - Foto
Ukrayna media nümayəndələri maraqlı şəkil paylaşıblar. "Axar.az"ın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin Viktor Yanukoviçə sonunucu hədiyyəsi paylaşılıb. Hədiyyə Soçi Qış Olimpiadası zamanı təqdim olunub. Xüsusi qabda verilən olimpiya medalının önünə "Zati-ailələri Viktor Yanukoviçə" ifadəsi əks olunub.
2014-02-26
10,034
Hindistanda bəbir şəhərə girdi - Video
Hindistanın şimalındakı Meerut şəhərinə gələn bəbir əvvəl bir xəstəxanaya, sonra da bir binaya və mənzilə girərək qorxulu anlar yaşadıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, səlahiyyətlilər bəbiri mühasirəyə almaq üçün şəhərdəki məktəbləri bağlayıb. Bəbir ilk olaraq bazar günü bölgədəki hərbi xəstəxananın boş bir hissəsində görünüb, sonra isə səlahiyyətlilərə xəbər verilib. Xəstəxanaya gələn səlahiyyətlilər bəbirə yuxugətirən iynələr vurmağa çalışıb. Ancaq buna baxmayaraq, heyvan dəmir barmaqlıqları qıraraq qaçmağı bacarıb. Qaçan bəbir əvvəl bir binaya, sonra isə bir mənzilə girərək izini itirib. 3.5 milyon əhalisi olan şəhərə xəbərdarlıq edilib. Bəbir tapılana qədər marketlərin və mağazaların bağlanmasını tapşırılıb.
2014-02-26
10,035
Rafiq Əliyevin vəhhabilərlə gizli işbirliyi haqda məlumat yayıldı
Sabiq komitə sədri barədə şok kompromatlar yayıldı: "Sənin dediklərini Şeyxə mən çatdırdım, o zaman şiə idim..." Xəbər verdiyimiz kimi, fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev "virtualaz.org" saytına müsahibə verib. Keçmiş komitə sədri ölkədəki dini vəziyyəti təhlil edib, eyni zamanda radikal dini qrupların fəallaşması və bundan yarana biləcək təhlükələrdən danışıb. Keçmiş komitə sədrinin mediada müsahibəsi yayıldıqdan sonra yerli KİV-lərə onun barəsində kompromat xarakterli məlumatlar ötürülüb. Qeyd edək ki, son bir ayda Azərbaycanda din xadimlərinə, dini qurumlara qarşı ittihamlarla dolu informasiyalar yayılır. Maraqlıdır ki, bu dəfə R.Əliyevin müsahibəsindən dərhal sonra onun barəsində də məlumat yayılıb. Redaksiyamıza göndərilən məlumatda keçmiş komitə sədrinin ərəb iş adamları ilə əlaqələrindən bəhs edir. Məktubda Rafiq Əliyevin Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşən "İslam Liqası" təşkilatının sədri Abdullah əl-Türkini yaxşı tanıdığı qeyd olunur. Bu şəxsin Azərbaycana gəldiyi və R.Əliyevə məxsus olan "İrşad" hoteldə qaldığı, telekanalda çıxış etdiyi bildirilir. Məktubda R. Əliyevə xitabən yazılır: "Abdullah əl-Türkinin gözünə girmək üçün ANS telekanalı ilə danışdın və Abdullah Türki ANS-də bir saat çıxış etdi və bir saat vəhhabi təliminin əsası olan tövhid elmindən danışdı. Azərbaycanda şiələr və sünnilər şok olmuşdurlar ki, bu nədir? Abdullah əl-Türkinin sadəcə "İslam Liqası"-nın sədri olduğuna görə yox, onun kimin qohumu olduğuna görə çox yaxın əlaqə qurmağa can atırdın. Abdullah əl-Türkinin qızının əri hal - hazırda Səudiyyə şahzadəsi Vəli Əhdi Salman ibn Abdul Əzizdir". Məktubda qeyd olunur ki, R.Əliyevin ərəb iş adamına etdiyi təklif sonradan ona problem yaradıb: "Unutma ki, sən həmin təklifi edəndə mən də səninlə bir yerdə otaqda idim və ərəb dilini bildiyim üçün danışıqları başa düşürdüm. Sənə bunu ilk dəfə deyim ki, sənin Abdullah əl-Türkiyə etdiyin təklifi Allah Şükür Paşazadəyə mən xəbər vermişdim. O zaman mən şiə idim amma indi sələfiyəm və sənin sirlərini açıram və açmaqda davam edəcəm. Abdullah əl-Türkiyə təklif etdin ki, Həcci QMİ-dən alıb sənə versinlər və hər bir zəvvara görə ona 1000 dollar verəcəksən. Çünki biz əsas dövlət idarəsiyik və hətta deyirdin ki, QMİ heç nədir və DQİDK komitəsindən QHT kimi qeydiyyatdan keçir. Abdullah əl-Türki isə ərəb sayağı gülə-gülə cavab verdi ki, "mən Həclə məşğul olmuram və Həcdən pul qazanmaq mənim üçün olmaz. Biz əksinə, Həccə gələnlər üçün pul xərcləyirik". Sənin bu sözünü Paşazadəyə mən çatdırdım və ondan sonra sənin başına şeyx açmadığı oyun qalmadı". Məktubda daha sonra Abdullah əl-Türki dini qurumların başqa sahədə layihələrinə maliyyə ayırdığı, DQİDK-nin həbsxanalarda maarifləndirmə işləri aparması ilə bağlı layihəyə "İslam Liqası" DQİDK-ə 60 min dollar vəsait verib. Məktub müəllifi ayrılan 60 min dolların mənimsənildiyini və yalnız 10 min dollarının layihəyə sərf olunduğunu qeyd edir. Qeyd edək ki, R.Əliyev barəsində, onun ərəblərlə əməkdaşlığı ilə bağlı daha əvvəl də mətbuatda məlumatlar dərc olunub. Sonuncu məktubun keçmiş komitə sədrinə qarşı kompromat hücumu olması ehtimalı olsa da, layihə və eləcə də göstərilən bir sıra faktların doğru olduğunu əsas götürərək məlumatı ixtisarla dərc etməyə qərar verdik. Keçmiş komitə sədrinin təkzibini və ya açıqlamasını dərc etməyə hazırıq ("Musavat.com").
2014-02-26
10,036
Rus ordusu Yaltaya girdi – Şok/Video
Bir neçə saat bundan öncə "Ural" maşınlarından ibarət rus hərbi konvoyu Krımın cənubundakı Yalta məntəqəsinə daxil olub. "Axar.az"ın məlumatına görə, əhali bunu təşvişlə qarşılayıb. Hətta bəzi vətəndaşlar Ukrayna Müdafiə nazirini rus hərbçilərin sərbəst hərəkətinə göz yummaqda qınayıblar və dərhal ölçü götürülməsi tələb olunub. Təqdim etdiyimiz video çarxın 1:11 və 1:45 arsı xronometrajında rus hərbçilərinin Yalta istirahət mərkəzinə daxil olduğu aydın görünür. Bu arada Krımda yaşayan soydaşlarımız maraqlı status paylaşıb. Rus hərbçilərinin daxil olduğu həmin istirahət zonasına zəng edən həmyerlilərimizə cavab verilib ki, mərkəz müvəqqəti bağlıdır və turistləri qəbul etmir.
2014-02-26
10,037
Yanukoviç nömrə xəstəsiymiş – Foto
Ukraynanın artıq eks-prezidenti sayılan Yanukoviçin Mejiqorsk iqamətgahındakı avtomobil parkından onlarla avtomobil dövlət nömrə nişanları tapılıb. "Axar.az"ın məlumatına görə, şəkil həmin zaman bağa təşrif buyuran vətəndaşlar tərəfindən həvaskar fotokameralarla çəkilib.
2014-02-26
10,038
Canlı yayımda hökumətə qəribə etiraz - Video
Yunanıstanda "Avropa 1" kanalında idman proqramının aparıcısı canlı yayımda bir banka balı başından aşağı töküb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Yunanıstanda "Avropa 1" idman proqramının aparıcısı Kostas Raptopulos siyasətçiləri və futbol klublarını tənqid etdikdən sonra bir banka balı başından aşağı töküb. Pulları yeyirsiniz, barı, bu barmaqla yeyin Raptopulos barmağıyla balı yeyə-yeyə, "Pullar bal kimi idi, anladıq. Heç olmasa, barmağınızla yeyərdiniz. Hətta bu barmaqla. Yəni azacıq yeyərdiniz də dövlətin pullarını. Amma siz barmaqla yemədiniz, belə etdiniz", - deyib. Bundan sonra Raptopulos əsəbindən bir banka balı başından aşağı töküb. Hadisədən sonra Raptopulosun yanındakılar gülüb, digər qonağı isə onun başındakı balı yalayıb. Bu görüntülər böyük marağa səbəb olub. Aparıcı isə proqramı başından bal axa-axa davam etdirib.
2014-02-26
10,039
“Krımda rusları qızışdırırlar, qarşıdurma gözlənilir” – Eksklüziv
Krım Muxtar Vilayətində vəziyyət həddindən artıq gərginləşib. Bunu "Axar.az"a Krımda yaşayan və məhz vəziyyətin ciddi şəkildə nəzarətə alınmasından narahat olduğu üçün adının açıqlanmasını istəməyən soydaşımız bildirib. Onun sözlərinə görə, rus hərbi qoşunlarının sayı artırlmaqdadır: "Sabah Krımda iki qarşı-qarşıya duran tərəfin aksiyası keçiriləcək. Hansı nəticələr olacaq, bunu Allah bilir. Dünəndən etibarən rusiyalı deputatlar Krıma gəlməkdədir. Ukrayana mərkəzi hakimiyyəti isə burada demək olar ki, yox səviyyəsindədir. Krım tatarları silahsızdırlar və olduqca narahatdırlar. Ancaq axıra qədər mubarizə aparacaqlar. Deyəsən, yaralı Ukraynanın hazırkı vəziyyətindən istifadə edən ruslar hücum çəkmək istəyirlər". O, bu gün Radanın üstünə Rusiya Federasiyası bayrağının qaldırılması ilə keçirilən aksiyaya da münasibət bildirib: "Krım Ali Radasının sədri Konstantinov ruspərəstdir və Rusiya ilə danışıqlardadır. Bu azsaylı piket də onun istəyinə uyğundur. Ancaq Krımda heç də böyük əksəriyyət Konstantinovun mövqeyini bölüşmür. Vəziyyət kənardan göründüyündən daha mürəkkəb və daha çətindir. Yerli rusları qızışdırırlar, xüsusi provokatorlar işləyir. Kimlərə, haralara silahların paylandığı bilinmir, müxtəlif şayiələr gəzir. Sabah aksiyada hər şey ola bilər. Hazırda burda hamı həyacan içindədir…"
2014-02-26
10,040
Siqareti atmağın yeni üsulu – Video
Elm adamları siqareti atmaq istəyənlər üçün Tetris oyununun təsirli ola biləcəyini söyləyib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, siqareti atmaq üçün Plimut Universitetinin elm adamları tərəfindən yeni bir üsul kəşf edilib. Üç dəqiqə ərzində Tetris oyunu oynayanlar siqaret, spirtli içki, ya da yemək istəyindən uzaqlaşır. Bu oyun bir müddətə qədər diqqətinizi başqa yerə çəkən yeni bir üsuldur. Tetris oyunu 1984-cü ildə Moskvada kompüter mütəxəssisi Aleksey Pajintnov tərəfindən hazırlanıb. Oyunun məqsədi ekranda yuxarıdan aşağı düşən rəngli blokları nizamla düzməkdir.
2014-02-26
10,041
Ədəbiyyata əlvida deyən böyük yazıçılar…
Herman Melvil Bartlebi adını daşıyan sindrom hər hansı bir səbəblə yazmağı buraxan, ya da susmağı seçən yazarları qruplaşdırmaq üçün istifadə olunan termindir. Ədəbiyyat tarixində bir çox yazar yazmağı buraxıb, ya da sismağı seçib. 45 il və həmişəlik "Axar.az" bildirir ki, bu yazarların başında Selincer gəlir. 4 əsərin müəllifi olan yazar birdən-birə səssizliyə çəkildi və düz 45 il kimsəylə görünmədi. Onu görmək üçün hətta ABŞ-a gedən oxucuları yazarı görmədikdə məyus olurdular. Amma hamı ümid edirdi ki, yazar hamıdan uzaqlaşsa da, hardasa yenə də yazır. Otuz yaşında yazmağa buraxdı Artur Rembo "Sərxoş gəmi" şeirini on altı yaşındaykən yazdı. On doqquz yaşına çatanda onu artıq şöhrət maraqlandırmırdı. İyirmi doqquz yaşındaykən çıxan ikinci kitabından sonra ölənə qədər yazmağı buraxdı. Özünü macəralar və səyahətlərə sərf etdi. Əmim öldü, yazmıram… Xuan Rulfo Güney Amerika ədəbiyyatının ən gözəl əsərlərindən olan "Pedro Paramo" romanını yazdıqdan sonra otuz il heç nə yazmadı. O illər sonra yazmağı buraxdığının səbəbini belə izah etdi. "Yazmıram, çünki mənə hekayələr danışan əmim Kelerino öldü". Quşçuluqla məşğul olmağı seçdi Ferer Levin Barselonada keçən gəncliyində yazdığı üsyankar şeirlərlə diqqət çəkir. Amma o şöhrətinin zirvəsində hər şeyi buraxıb kəndə yerləşdi. O yaşadığı kənddə quşçuluqla məşğul olmağa başladı və bundan sonra bir şeir belə yazmadı. Ölümsüz olduğunu zənn etdi… Gi de Mopassanın yazar olmasını istəyən anası onu Floberə əmanət etdi. Amma Gi 30 yaşına qədər heç nə yazmadı. Yalnız bu yaşdan sonra yazdığı hekayələrlə böyük yazar olacağını sübut etdi. O, böyük bir yazar olaraq ölümsüz olduğundan əmin olmaq istəyirdi. Hətta bunu sınamaq üçün o iki dəfə özünü güllələməyə cəhd edib. Amma hər dəfə də güllələr ondan yan keçdi. Amma yazar xəncərlə də ölümsüz olduğunu sübut etmək istəyəndə bacara bilmdi. Xəncərlə yaralanıb qanlar içində qaldıqdan sonra yazmağı buraxdı. Xanımı öldükdən sonra yazmağa son verdi Xuan Ramon Ximenes 1956-cı ildə Nobel mükafatına layiq görülmüşdü. Amma mükafatı aldığı günlərdə Ximenes xanımı, sevgilisi, katibəsi, qısaca hər şeyi olan Zenobianın xərcəng olduğunu öyrəndi. Onun xidmətçisinin anlatdığına görə, o xanımının ölümündən sonra Nobel mükafatını yerə ataraq hiddətlə tapdalayıb. O gündən sonra Ximenes bir cümlə belə yazmadı. Arxasınca Bartlebi aforizmi sayıla biləcək bu cümləni qoyub getdi. "Mənim ən böyük etdiyim etdiklərimdən peşmançılıq duymaqdır". Gec qalmış Bartlebi Tolstoy geç qalmış Bartlebi idi. Həyatının son günlərində yaşadığı Yasnaya Polyananı tərk edib bir daha oraya dönməmək və yazmamaq üzərə oranı tərk etdi. Əslində o, qatar stansiyasına yol alarkən Bartlebi camaatına qoşuldu. Bəs görəsən Azərbaycanda necə, yazmağı buraxan, ya da nə zamansa yazmayacağını düşünən yazarlar varmı? Bu sualla bir necə yazara müraciət etdik və bəlli oldu ki… Əlvida ədəbiyyat Şair Salam Sarvana görə yazmağı buraxmaq barədə ancaq hissiyyata qapılmaq olar: "Amma ədəbiyyata mənsubluğu öz üzərimdən atmaq üçün çox cəhdlər eləmişəm". Məni iyrəndirmişdi Kənan Hacı bildirdi ki, bu haqda hər zaman düşünüb: "Hətta 7-8 il bundan öncə ədəbi mühitdəki arzuolunmaz vəziyyət məni iyrəndirmişdi. O zaman "Əlvida ədəbiyyat" adlı bir yazı da yazmışdım. Bəzən də hədsiz yoruluram, axtardığımı ədəbiyyatda tapa bilməyəndə yazmaqdan uzaqlaşmaq istəyirəm. Lap bu yaxınlarda düşündüm ki, yazmağa birdəfəlik son vermək lazımdır, amma bacarmadım. Deyim ki, indi yazmaq böyük fədakarlıq tələb edir". Məcbur olub bir neçə il ara vermişəm Elnaz Eyvazlı da ədəbiyyatdan bir necə il uzaq qalmaq məcburiyyətində qaldığını bildirdi: "Könüllü şəkildə yox, istəməmişəm. Məcbur olub bir neçə il ara vermişəm. Şəxsi məsələlərlə bağlı məcburən bir müddət istəmədən yazmağı dayandırmışam. Sonra yazmağa şərait yaranıb davam etmişəm". Üç il yazmamaq böyük bir faciədir Seyran Səxavətsə heç vaxt yazmaqdan vaz keçməyi düşünməyib: "Yox mən heç vaxt yazmaqdan vaz keçməmişəm, uşaq yaşlarımdan da yaradıcılıqla məşğulam. Amma 1972-75-ci illər arası, düz üç il mən heç nə yazmadım və susdum. Üç il yazmamaq böyük bir faciədir. Sonra mənə sual verdilər ki, niyə yazmırsan? Mən də dərinə getmədim, deyə bilmədim ki, yaza bilmirəm, istədiyim kimi alınmır və ürəyimcə olmur. Qısası, belə cavab verdim ki, həmişə yazmağımla ədəbiyyata xidmət edirdimsə, indi susmağımla xidmət edirəm. 1976-cı ildən başladım yazmağa və ömrümün axırına kimi də yazacağam".
2014-02-26
10,042
Moris Meterlinkin əfsanəsi
"Mavi quş" (Tərcümə) (Əsərin qəhrəmanları bütün dünyanı gəzərək xoşbəxtlik axtarırlar, ancaq onu öz evlərində tapırlar – tərcüməçidən.) "Mavi quş" – özündə xəyallar fəlsəfəsini təcəssüm etdirən əfsanə-nağıldır. Hətta, demək olar ki, bu ibrətamiz dramatik hekayə - eyni zamanda, həm utopiya, həm də peyğəmbərlik - Dantenin "İlahi komediya"sının rəmzi modeli və əks-sədasıdır. Çünki böyük florensiyalı kimi Meterlink də öz qəhrəmanlarını həm Ölülər Səltənətindən, həm Səadət Ölkəsindən (Cənnətin korrelyatı), Keçmişdən, Bu gündən və Gələcəkdən keçirir. Bununla yanaşı, canlandırlımış insanabənzər ünsürlərdə - Odda, Suda, İşıqda, Gecədə (Qaranlıqda), Zamanda bütpərəstlik allahlarının arxaik cizgiləri, heyvanlarda, bitkilərdə və əşyalarda isə Qədim totemlərin xüsusiyyətləri əks olunur. Fantaziya ilə birləşərək dərinləşmiş fəlsəfi düşüncə qeyri-adi ifadə tərzi və gözəllik effektinə bürünüb. Meterlinkin əsəri adamı başgicəlləndirincəyədək məftun edir. Xüsusilə də tamaşa variantında. Doğrudur, keyfiyyətli ekranlaşdırma nə kino, nə də animasiya formasında baş tutub. Yalnız MABT-ın K.S.Stanislavskinin quruluşundakı məşhur tamaşası mükəmməl bir səhnə variantı kimi yaddaşlarda qalıb. Əfsanənin başlanğıcı milad nağıllarının ənənəvi qaydalarına əsasən inkişaf edir: ac uşaqlar – oduncaq Tiltil və Mitil öz komalarının pənəcərəsindən dövlətli və xoşbəxt həmyaşıdlarının necə şənləndiklərini müşahidə edirlər. Möcüzə Pəri Berilyunanın (qonşu Barlenqo da o özüdür) gəlişi ilə başlayır. O, xəstə nəvəsi üçün Mavi Xoşbəxtlik quşunu rica edir. Bu quş nə olan şeydir və harada yaşayır – uşaqların, təbii ki, heç təsəvvürləri də yoxdur. Onda uşaqları hamını və hər bir şeyi bütün məkan və zamanlara aparmağa qadir sehrli almazla axtarışa yollayırlar. Başqa aləmə etdikləri qeyri-adi səyahətdə onları canlandırılmış əşyalar, heyvanlar və ünsürlər müşayiət edəcəklər: Tiltil almazı çevirən kimi bütün əşyalar qəfil və ecazkar dəyişikliyə məruz qalır. Qoca cadugər birdən-birə gözəl əfsanəvi şahzadəyə çevrilir. Komanın divarlarındakı daşlar sapfir kimi göy işıq saçır, xəyali olur və əsl Qiymətli daşlar kimi parıldayır, gözqamaşdırıcı şüalar saçaraq işıldayırdı. Daxmanın kasıb müxəlləfatı canlanır və simasını dəyişir: sadə taxta stol özünü elə vüqarla, elə ləyaqətlə aparır ki, sanki mərmərdəndir. Divar saatlarının sferblatı (rəqəmli lövhəcikləri) gözlərini qıyır və mehribanlıqla gülümsəyir; arxasında kəfkirlərin sola-sağa hərəkət etdiyi qapıcıqlar açılır və oradan Saatların Ruhları sıçrayıb çıxır, onlar füsunkar musiqinin sədaları altında rəqs etməyə başlayırlar. Aydındır ki, Tiltil təəccüb içərisindədir, o, qeyri-iradi səslər çıxarır. "..." Əfsanə bununla bitmir. Bu vaxta qədər şkafın yanında yumaq kimi qıvrılıb yatan it və pişik qəfildən oyanır: itin vəhşi ulartısı, pişiyin miyoltusu eşidilir, sonra onlar çuxura düşürlər, onların yerinə isə iki məxluq peyda olur - biri buldoq maskası, digəri isə pişik maskası taxıb. Elə həmin an buldoq maskası geymiş adam – bundan sonra onu Köpək adlandıracağıq – Tiltilin üzərinə atılır, onu bağrına basır, coşqun və hay-küylü nəvazişlərə qərq edir. Pişik maskası taxmış balaca qadın isə - biz onu sadəcə Pişik adlandıracağıq – Mitilə yaxınlaşmazdan əvvəl əl-üzünü yuyur və bığlarını sığallayır. Köpək mırıldayır, hoppanır, tullanır, özünü çox pis aparırdı. "..." Əfsanə isə öz qaydasında davam edir: mil bir küncdə inanılmaz sürətlə fırlanır və işığın heyrətamiz şüalarından ip əyirir. O biri küncdə krandan axan su incə səslə nəğmə oxumağa başlayır və gözqamaşdıran fəvvarəyə çevrilərək su çanağını zümrüd və mirvari seli ilə doldurur. Bu axınlardan saçları açılmış, sanki dalğavari zolaqlı paltar geymiş ağlağan qız simasında Suyun Ruhu çıxır və dərhal Odla döyüşə girir. "..." Südlə dolu bardaq stolun üstündən döşəməyə düşüb sınır. Yerə dağılmış süddən ürkək və utancaq hündür ağ bir fiqur yüksəlir. "..." Şkafın yanındakı kəllə qənd böyüyür, genişlənir və bürüncəyini partladır. Bürüncəkdən şirintəhər, süni, ağlı-göylü kətan parçadan paltar geymiş məxluq çıxır. "..." Çıraq stoldan düşür, bir anın içındəcə alovlanır və ətrafa nur saçan heyrətamiz gözəlliyə malik bir qıza çevrilir. Qızın üzərində uzun, şəffaf, gözqamaşdırıcı parlaqlığa malik örtük var. O, sanki huşunu itirmiş kimi hərəkətsiz dayanır. O – bundan belə, nağılın lap sonunadək Mavi Quşun axtarışında əsas bələdçi və məsləhətçi olan İşığın Ruhudur. Canlandırılmış hər bir məxluqun, əşya və ünsürün özünəməxsus təkrarolunmaz xarakteri var: Süd daima turşumaqdan, Od - üstünə Su töküləcəyindən qorxur, Çörək iddia ilə təkəbbürlənir, Şəkər, əksinə, həmişə hamını qırılmış barmaqlarına – nabata qonaq edir. Köpək və Pişik – sonsuz sədaqət və xəyanətin daşıyıcıları xüsusi təsir bağışlayırlar. Sədaqətli Köpək və xəyanətkar Pişik arasındakı köhnə fitri ədavət sayəsində güclənən ziddiyyət bütün nağıl boyu əhvalatları daha da həyəcanlandırır. Mavi quşa doğru aparan yol yaxın deyil, asan və yüngül də deyil. Macəraçılara sanki onu görmək və hətta tutmaq da nəsib olur, ancaq hər dəfəsində də quşun yalançı olduğu aşkarlanır. Buna görə də pyesin qəhrəmanları özlərinin çətin axtarışlarında bir-birinin ardınca bir neçə "səltənəti" – Xatirələr Ölkəsini, Gecə Sarayını, Tilsimlənmiş Meşəni, Ölülər Ölkəsini, Səadət Bağçasını, Gələcək Səltənətini rəf etməli olurlar. Uşaqlar və onların yol yoldaşları ilk saxta göy quşlara – xoşbəxtlik bədəllərinə - onların axtarışlarına məqsədli şəkildə mane olan Gecənin malikanələrində rast gəlirlər. Və artıq burada Meterlinkin qəhrəmalarına ilk, lakin sonuncu olmayan məyusluq üz verir. Çünki əsl Mavi Quş – təkcə Xöşbəxtlik daşıyıcısı deyil. O, həm də Varlığın ən böyük Sirridir. Onu dərk etmək isə insanlar üçün təhlükəlidir. Hər halda onlara qarşı duran dünya buna yol verməmək üçün əlindən gələni edir. Buna görə də nağıl-pyesdə Mavi Qus heç bir vəcdlə kimsənin əlinə keçmir və daima üfüq xətti kimi nəzərlərdən itir. Uşaqlar bu əlçatmaz və ümumiyyətlə, xəyali varlığı izləyərək öz dostlarının əhatəsində getdikcə daha da uzaqlara gedirlər. Qəbiristanlıqda qəbirlərdən qorxulu meyitlərlə birlikdə çiçəklərin peyda olmasını təsvir edən səhnə sanki əfsunlayıcı təsir bağışlayır. Və burada aralanmış qəbirlərin hamısından yavaş-yavaş gül topaları qalxır; əvvəlcə, tutqun, lap tüstü burumları kimi əllə tutula bilməyəcək bu çiçəklər tədricən məsum bəyazlıqla dolğunlaşır, böyüyür, öz gözəlliyi, gurluğu və əsrarəngizliyi ilə nəzərləri cəlb edir və nəhayətdə, bütün qəbiristanlığı bürüyərək onu hansısa bir sehrli, gəlinlik paltarı kimi təmiz bir bağçaya çevirir, bu zaman isə bağın üzərində şəfəq yüksəlir. Şeh işıldayır, çiçəklər açılır, budaqlarda külək xışıldayır, arılar vızıldayır, quşlar yuxudan oyanır, hər yanı Günəşin və Həyatın ilk coşqun himni başına götürür. Sarsılmış və heyrətlənmiş Tiltil və Mitil əl-ələ tutaraq çiçəklər arasında gəzişir və qəbirlərin izlərini tapa bilmirlər. Müəllifin uşaqların dili ilə dediyi sözlər də peyğəmbərcəsinə səslənir: "Bəs ölülər haradadır?" – "Ölülər yoxdur" Meterlink öz qəhrəmanlarını Sevinc və Səadət Ölkəsinə gətirəndə onun yaradıcı təxəyyülü ağlagəlməz yüksəkliyə ucalır. Orada kimə rast gəlməzsən ki! Mənasız boş toxluğu həyatla canlandıran böyük, ağır Qüvvətli Həzlər. Onların adları da özlərinə tam uyğundur: Həzlər – Sahibkar Olmaq; Söndürülmüş Şöhrətpərəstlik; Artıq Susuzluq Hiss Etmədiyin An İçmək; Artıq Aclıq Hiss Etmədiyin An Yemək; Heç Nə Bilməmək; Heç Nə Anlamamaq; Heç Nə Etməmək; Lazım Olduğundan Çox Yatmaq; İçdən Gülmək və s. Bunlara qarşı əsl, həqiqi Səadət dayanır – Sağlam Olmaq; Nəfəs almaq; Valideynlərini, Mavi Səmanı, Müqəddəs Meşəni, Günəşli Günləri, Batan Günəşi, Alovlanmış Ulduzları, Qışdakı Ocağı, Məsum Düşüncələri Sevmək; Otların Üstü İlə Ayaqyalın Qaçmaq. Və nəhayət – Düşünmək; Anlamaq; Sevmək; Ədalətli Olmaq; Xeyirxah Olmaq; Tamamlanmış İş; Gözəlliyi Seyr Etmək Sevinci. Paltarı - hər biri günəş və ay şüaları ilə iplərə hopmuş baxış və sığallardan, öpüşlərdən toxunmuş Ana Məhəbbətinin Böyük Sevinci uşaqlara himayədarlıq edir, ancaq o, Mavi Quşu axtarmağa kömək etmək iqtidarında deyil. Tiltil və Mitil Qoca Zamanın vaxtaşırı qızılı yelkənləri olan sehrli gəmilərlə intizarda olan valideynlərə göndərdiyi hələ doğulmamış Lacivərd Uşaqların yaşadığı Gələcək Səltənətinin yanından ötərək evlərinə qayıdırlar, həm də Mavi Quşu tapmadan qayıdırlar. Evə girməzdən əvvəl onlar yeni dostları ilə həmişəlik vidalaşırlar. Mavi Quşun gerçək obrazı nağıl-pyesin son səhnəsində bir daha zahir olur. Oduncaq uşaqlar oyanırlar və adama elə gəlir ki, sanki onlar bu ecazkar səyahəti yuxuda görüblər. Ancaq uşaqlar özlərinin diri qumru quşunu iflic olmuş qonşu qızına bağışlayırlar və uşaq gözlənilmədən sağalır. Onun xoşbəxtliyi o qədər böyükdür ki! Deməli, Mavi Quş hər-halda mövcuddur. Onu axtarmaq lazımdır! Və tapmaq da olar! Çünki xoşbəxtlik arzusunun həddi-hüdudu yoxdur! Məhz buna görə də Meterlinkin əfsanəsinin son sözləri birbaşa tamaşaçıya və oxucuya ünvanlanmışdır: "Biz sizdən çox xahiş edirik: əgər sizlərdən kimsə onu (Mavi Quşu) tapsa, qoy bizə gətirsin – o, bizə gələcəkdə xoşbəxt olmaq üçün lazımdır..." Bütün dünyada necədir, demək çətindir. Ancaq Rusiya xalqları üçün Mavi Quş artıq çoxdan doğmadan da doğma olmuşdur. Moskvanın üzərində Vorobyevıy (Sərçə) dağlarında (adı da elə quş adındandır) metaldan hazırlanmış Quş Uşaq Musiqili Teatrın üstündə lacivərd qanadlarını və liranı yüksəklərə qaldırmışdır. Əllə hazırlanmış şəklində də o, əvvəlki kimi xoşbəxtlik axtaranların hamısını səsləyir. Onlar isə həmişə və hər yerdə vardırlar... Nə qədər ki, köksümüzdə insan ürəyi döyünür..! Абрамов. Демин. 100 великих книг. Москва, Вече, 1999. Стр. 345-349
2014-02-26
10,043
Məşhur aktyor vergi rekordçusu oldu
Türkiyənin Muğla şəhərində mərasim təşkil edilərək 2012-ci ildə ən çox vergi verən təşkilatlar və gəlir vergisi rekorçularına mükafat verilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Nejat İşler 330 min 577 türk lirəsi vergi verməklə gəlir vergisi üzrə mükafatlandırmada rekordçu olub. Üçüncü sırada gələn və İstanbulda müalicə alan aktyor Nejat İşler mərasimdə iştirak edə bilməyib. Gəlir vergisi üzrə ilk üçlükdə Bodrumlu mükəlləflər yer alıb. 1 milyon 279 min 589 türk lirəsi vergi verməklə birinci yerdə gələn Güngör Nebil Özgən də tədbirdə iştirak edə bilməyib. 380 min 873 lirə vergi verərək ikinci yerə sahib olan Ayxan Kılıçötənin mükafatını isə Zəfər Evci verib.
2014-02-26
10,044
Nəsiminin məzarı dağıdılan şəhər boşalır
BMT Suriyadakı qarşıdurmalar üzündən təkcə bu ay Hələbin şərq və çöllük bölgələrindən 500 min adamın evini tərk edərək qaçdığını bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Suriyaya humanitar yardım göndərilməsinə icazə verən qərarı qəbul etdikdən sonra 193 üzvü olan BMT Suriyadakı son vəziyyəti müzakirə etmək üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının tələbi ilə qeyri-rəsmi iclas təşkil edib. BMT Təcili Vəziyyətlər koordinatoru Valeri Amosun köməkçisi Kyunq-Va Kanq iclasda Amos adından iştirak etdiyini açıqlayaraq Suriyadakı üç illik müharibə zamanı yüz mindən çox adamın öldüyünü, 680 min adamın yaralandığını bildirib. Kanq 6.5 milyon adamın evlərini tərk etmək məcburiyyətində qaldığına işarə edərək, "Təkcə bu ay Hələbin şərqi və çöllük bölgələrindən qarşıdurmalardan xilas olmaq üçün 500 min adamın evlərini tərk etdiyini", deyib.
2014-02-26
10,045
Aşağı Ayıblıda yol terroru: 2 hərbçimiz öldü - Yenilənib
07:29 Tovuz rayonu, Aşağı Ayıblı kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin dəhlizində və 5 kv.m sahədə lambirdən ibarət tavanı yanıb. Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 11:04 Tovuz rayonunda baş verən ağır yol qəzasında yanaraq ölən hərbçilərin adı açıqlanıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşması nəticəsində "Mercedes"in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq dünyalarını dəyişiblər. "Ford"un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
2014-02-26
10,046
Xocalı soyqırımından 22 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 22 ili tamam olur. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. 2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
2014-02-26
10,047
Atəşkəs rejimi pozulmaqda davam edir
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-26
10,048
Türkiyə müxalifətindən parlamentdə Xocalı tələbi
Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi ölkənin Böyük Millət Məclisindən (TBMM) Xocalı faciəsinin soyqırım kimi qəbul olunmasını tələb edib. Bu barədə Türkiyənin "Bu gün" qəzeti xəbər verib. M.Dəstəçi bildirib: "Türkiyə Böyük Millət Məclisi 2014-cü ildə Xocalı faciəsini soyqırım kimi qəbul etməlidir". O qeyd edib ki, Azərbaycan türklərinə qarşı edilən bu vəhşilik yaddaşlardan silinməyəcək("Trend").
2014-02-26
10,049
Erməni saytları dağıdıldı - Foto/Video
Ermənistanın məşhur xəbər saytı olan "Aysor.am" dağıdılıb. "Axar.az" xəbər verir ki, sayt "Anti armenian team" haker qrupu tərəfindən məhv edilib. Dağıdılan saytda hakerlər Xocalının iqtisadi-coğrafi vəziyyəti və Xocalı soyqırımı haqqında məlumat yerləşdiriblər. Saytda həmçinin Toni Blakman və "Dəyirman" qrupunun "Xocalıya ədalət" ("Juctice for Khojaly") repi də yerləşdirilib. Hələlik haker qrupunun tam olaraq nə qədər erməni saytı dağıtdığı bəlli deyil.
2014-02-26
10,050
Türk müxalifətindən Xocalı soyqırımı tələbi
Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi ölkənin Böyük Millət Məclisindən (TBMM) Xocalı faciəsinin soyqırım kimi qəbul olunmasını tələb edib. Bu barədə Türkiyənin "Bu gün" qəzeti xəbər verib (Trend). M.Dəstəçi bildirib: "Türkiyə Böyük Millət Məclisi 2014-cü ildə Xocalı faciəsini soyqırım kimi qəbul etməlidir". O qeyd edib ki, Azərbaycan türklərinə qarşı edilən bu vəhşilik yaddaşlardan silinməyəcək. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
2014-02-26
10,051
“Berkut” ləğv edildi
Ukraynanın Daxili İşlər naziri vəzifəsini icra edən Arsen Avakov xüsusi təyinatlı milis dəstələri olan "Berkut"un ləğv olunduğunu bildirib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Avakov özünün Feysbuk səhifəsində yazıb. "2014-cü il fevralın 25-də "Berkut" xüsusi təyinatlı milis dəstəsinin ləğv edilməsilə bağlı 114 saylı qərarı imzaladım" deyə Avakov bildirib. Avakov təfərrüatları mətbuat üçün keçirəcəyi xüsusi brifinqdə açıqlayacağını deyib.
2014-02-26
10,052
Gürcü telekanalları Azərbaycan peykində
"Azərkosmos" ASC açıq formatda yayımlanan Gürcüstanın televiziya kanallarının Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peyki vasitəsi ilə sınaq yayımına başlayıb. Hazırda Azərbaycan peyki vasitəsilə Gürcüstanın "Obieqtivi TV", "2 TV", "Comedy Arkhi", "Vip TV", "Trialeti", "TV 3", "GDS TV" və "Quality Channel" telekanallarının sınaq yayımı aparılır. Qeyd edək ki, "Azerspace/Africasat-1a" peykinin köməyi ilə 80-dən çox televiziya və radiokanal yayımlanır("Trend").
2014-02-26
10,053
Röya Ayxan xərçəng xəstəsinə yardımdan imtina etdi
"Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm". "Axar.az" xəbər verir ki, bu sözləri tanınmış müğənni Röya Ayxan həkimlərin səhvi ucbatından xərçəng xəstəliyinin 4-cü mərhələsi ilə mübarizə aparan Nərmin Hüseynlini xilas etmək üçün xeyriyyə kampaniyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab verərkən bildirib. "Park Bulvar" Ticarət Mərkəzində keçirilən aksiyanın aparıcıları müğənni Röya Ayxana yardım etməsi üçün müraciət edib. Müğənninin cavabı qısa olub: "Mən sağalmayacaq xəstəyə sərmayə qoya bilmərəm". Xatırladaq ki, Nərmin Hüseynli keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq "zob" adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problem olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür. Əməliyyatı üçün 150 min manat pul lazımdır.
2014-02-26
10,054
İlham Əliyev Xocalı Abidəsini ziyarət etdi
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı Abidəsini ziyarət edib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı abidənin qarşısına əklil qoyub, soyqırımı qurbanlarına ehtiramını bildirib. Mərasimdə Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.
2014-02-26
10,055
ABŞ səfirindən Xocalı bəyanatı
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalının anım günü ilə bağlı bəyanat yayıb. "Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir" deyə bəyanatda bildirilib. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib("Anspress").
2014-02-26
10,056
Heydər Əliyev sinəmdəki xaçı gördü və... – Video/16+
Həmsöhbəti olduğum bu insanın başına gələnlər haqda nəinki yazmaq, hətta onu dinləmək belə olduqca çətindir. Ucar rayon sakini, 1971-ci il martın 10-da dünyaya gəlmiş Mail Məmmədov nə az, nə çox – düz 247 gün düşmən əsirliyində əzab çəkib, dözülməz işgəncələr görüb. Onunla söhbətimizi təqdim edirik. Mütəllibov üstümüzə qoşun göndərmişdi - Mail neçənci ildə Qarabağda gedən döyüşlərə qatıldın? - 1990-cı ildə Almaniyanın Stendel şəhərində hərbi xidmətdə idim, orada televizordan Qarabağın dağlıq bölgəsində vəziyyətin müharibə həddinə çatdığını eşitdim. Elə həmin ili Sovet qoşunları Almaniyanı tərk etməyə başladı, mən də çıxıb vətənə yollandım. Bizi keçmiş 26-lar bağında Xalq Cəbhəsinin üzvləri və Fəhmin Hacıyev qarşıladı. Bakının Kirov qəsəbəsində, əsgərlikdən yarımçıq gələn əsgərləri yığıb ora apardılar. Kirovda bir bina vardı, deyəsən indi Milli İstiqlal Partiyasının binasıdır. O vaxt Etibar Məmmədov, Araz Əlizadə, Tahir Quliyev, Rəhim Qaziyev orda otururdular. Bizi oradan da göndərdilər Nasosnuya. Birinci əməlliyyatımız da orda oldu. Fəhmin Hacıyev, mən və məndən başqa iki əsgər. 4 nəfər idik, getdik Nasosnudakı hərbi hissəyə. Eşitmişdik ki, ruslar ordan hərbi təyyarə ilə, külli miqdarda silah-sursatı aparacaqlar Rusiyaya. Getdik gördük ki, hərbi təyyarə hazır vəziyyətdə durub, silahları gözləyir. Gördük bir hərbi avtobus gəlir. Sürücüsü qırğız idi. Avtobusun qabağını kəsdik, içində rus zabiti vardı. Girdik avtobusun içinə, içəridə böyük bir sandıq gördüm. Mən sandığı açanda rus zabiti müqavimət göstərmək istədi, Fəhmin Hacıyev onu vurdu. Baxdım ki, sandığın içində çoxlu tapança və güllələr var. Silahları və rus zabitini də götürüb getdik qəsəbədəki binaya. Həmin binanın altında anbar vardı, silahları ora yığırdıq. Sonra Pereküşküldəki hərbi hissəyə yollandıq. Orda atışma oldu, ruslar iki əsgərimizi öldürdülər. Çıxıb yenə öz qərargahımıza yollandıq. Gecə qərargahımıza hücum olundu, Ayaz Mütəllibov üstümüzə əməlli-başlı qoşun göndərmişdi - zirehli maşınlar, hətta tank da yeritmişdi üstümüzə. Özü də rus əsgərlərini göndərmişdi. Binada saxladığımız silahlarla hücumun qarşısını almağa başladıq. Bizə bata bilmədilər. Ayaz Mütəllibov bizim dəstənin adını "adam yeyənlər" qoymuşdu. Bakıda yerləşən hərbi hissələrdən silah toplayıb Qarabağa göndərirdik. - Sizə Bakının hərbi hissələrindən silahları toplayaraq Qarabağa göndərmək əmrini kim vermişdi? - Etibar Məmmədov, Tahir Quliyev, Araz Əlizadə, Rəhim Qaziyev. Biz bu insanlara tabe idik. Əmri də onlardan alırdıq. Əsas da Rəhim Qaziyevə tabe idik. - Həmin hücumdan sonra nə oldu? Qərargahınızı təhvil verdinizmi? - Yox. Bir neçə gün sonra o binanın qapısının ağzında postda dayanmışdım, gördüm dörd hərbi maşın bizim binanın yoluna döndü. Tez binadakılara xəbər verdim, maşınları mühasirəyə aldıq. Soruşduq ki, bu yük maşınlarının içində nə aparırsınız? Dedilər, qum. Hərbi yük maşınlarında qum daşımaq əlbəttə inandırıcı deyildi. Bir sözlə, yük avtomobillərindəki qumun altında çoxlu silah-sursat aşkarladıq. Həmin silahları bir neçə gün sonra göndərdik Laçına. Sonra bir neçə hərbi hissədən də rusları tərkisilah edərək, əldə etdiyimiz silahları Qarabağa göndərməyə başladıq. Xocalıdan bir neçə könüllü gəlmişdi binamıza, silah istəyirdilər, özlərini müdafiə etmək üçün. Onlara silah verdik. Qarabağda yaşayanlar kortəbii şəkildə də olsa, özlərini müdafiə edirdilər. Bakıdan topladığımız silah, maşın, patron - bunların hamısını göndərirdik Qarabağa. Özüm bir dənə Qaz-24 qaçırtmışdım. Gördüm ki, bir rus zabiti düşdü avtomobildən, sürücü əsgər isə düşüb qara rəngli 24–ün təkərini təpikləyib boş olub-olmadığını yoxlayırdı. Yanımda Tovuzdan Zöhrab adlı bir oğlan vardı, dedim, gəl, bu maşını qaçırdaq. Rus əsgərini tərkisilah eləyib maşını qaçırtdıq. Rəhim Qaziyev buna görə bizə çoxlu təriflər yağdırdı. Sabahsı gün avtomobili göndərdilər Qarabağa. Bir UAZ avtomobili də qaçırtımışdıq, onu da göndərdilər. Sonradan Rövşən Cavadov bizə komandir təyin olundu, gəlib olduğumuz binaya yerləşdi. Rəhim Qaziyev onu da özümüzlə götürməmizi istədi Bu hadisələrdən bir müddət sonra, gəlib dedilər ki, kim Qarabağda könüllü döyüşmək istəyir? Ərizə yazaraq, könüllü döyüşmək istəyimi bildirdim. 13-14 müxtəlif markalı avtomobillərlə yollandıq Laçın dəhlizinə. Bu hadisələr baş verən vaxtlarda Qarabağın bir rayonu belə işğal olunmamışdı. Yalnız Laçının Malıbəyli kəndini almışdı ermənilər. Amma ermənilərin azərbaycanlılara qarşı zorakılıqları və təcavüzləri içi mən qarışıq hamını hiddətləndirirdi. Qarabağda özbaşınalıq və xaos hökm sürürdü. Laçın dəhlizinə gedəndə mən Zil-131 avtomobilini idarə edirdim. İdarə etdiyim avtomobildə ancaq çörək və yeyinti məhsulları vardı. Rəhim Qaziyev də bizim üstümüzdə Laçın dəhlizinə yollandı. Sırayla kalon şəklində gedirdik, o da tez-tez öz avtomobili ilə yanımızdan gəlib keçirdi, bizə nəzarət edirdi. Yolda silahlı bir əsgərə rast gəldik. Rəhim Qaziyev bizi saxladıb, onu da özümüzlə götürməmizi istədi. Onu da götürdük özümüzlə. Laçına az qalmış, bir kənddə kluba yerləşdik. Mən postda dayandım. Birdən, klubdan dəhşətli atışma səsi eşitdim. Yoldan götürdüyümüz həmin adam, içəridə kim var idisə, hamıya güllə yağdırırdı. 3-4 nəfər döyüş yoldaşlarımız öldü həmin hadisədə, bir neçə nəfər isə yaralandı. Rəhim Qaziyev də ayağından güllə yarası almışdı. Həmin əclafı, Nail adlı bir mayor vardı, atışma zamanı öldürdü. Məncə, bütün bunlar qurama idi. Çıldır kəndində 127 nəfər gənc, təcrübəsiz əsgəri boş yerə qırğına vermişdilər. Bizi apardılar həmin kəndə meyitləri götürməyə. Sonralar həmin kəndi ermənilərdən aldıq. Mən böyük itkilərimizə səbəb olan Daşaltı əməliyyatında da iştirak etmişəm. Həmin əməliyyatda, bələdçilərin satqınlığı üzündən böyük itgilər verdik. Döyüşlər bu axarla davam etsəydi... - Mail, əsir düşməyin necə oldu? - Şuşanın, Laçının işğalından sonra, Ağdam bölgəsinə gəldim. Həmin gün bizi bir başa Sərsəng su anbarındakı turist bazasına apardılar. Sonra Kaçaqod kəndinin müdafiəsinə atıldıq. Kaçaqod, Çıldıran, Sırxavənd, Dovşanlı və başqa kəndləri erməni qəsbkarlarından azad etdik. Sırxavənd kəndində, meşənin qalınlığında ermənilərin donuz ferması var idi. Ordan baxanda Xankəndi, Əsgəran əl içi kimi görünürdü. Əgər döyüşlər bu axarla davam etsəydi, tez vaxtda həmin doğma yerləri də ermənilərdən azad edəcəkdik. Yoldaşlarımdan birinin başı bədənindən ayrıldı 1992-ci il oktyabrın 1-də həmin donuz fermasının yaxınlığında əlimdən, ayağımdan və başımdan yaralandım. Çətinliklə də olsa, yaralarımı sarıdıqdan sonra geri çəkildim. Ertəsi gün saat 14:00-da 3 nəfər kəşfiyyatçı ilə əməliyyatdan geri qayıdanda gördük ki, erməni döyüşçüləri səngərlərimizə soxularaq əsgərlərimizin bir neçəsini öldürüblər. Bu qanlı döyüşdən yalnız 16 nəfər sağ çıxa bilmişdi. Biz də meşənin qalınlığı ilə geri çəkilirdik ki, döyüşçülərimizin yanına çataq. Gözləmədiyimiz anda meşənin sıx yerində düşmən pusqusuna düşdük. Atılan mərmilərdən biri lap yaxınlığımıza düşdü. Əsgər yoldaşlarımdan birinin başını bədənindən ayırdı, o birisininsə kürəyini deşik-deşik etdi. Xoşbəxtlikdən qəlpələr məni ötəri tutdu, ayağımdan yaralandım. Sıx meşəlik olduğundan irəliləmək çox çətin idi, amma buna baxmayaraq 700-800 metr sürünərək irəliləyə bildim. Bir ağac gövdəsinin arxasına keçərək dincəlmək istədim. Elə bu vaxt boynumun ardından güclü bir zərbə dəydi. Məni arxası üstə çevirərək ağız-burnumu təpiklədilər. Sonra məni ermənilər yaşayan bir kəndə gətirdilər. Qadınları zəncirlə divara bağlamışdılar Kəndin kişiləri ilə birgə qadınları da məni daş-kəsəklə vururdular. Bir qoca qadın keçdi önümə. Dedi ki, niyə vuruşursan? Dedim, torpaqlarımız üçün. Yerdən bir ovuc torpaq götürüb ağzıma tıxadı. Daş dəyməyən, zədə almayan yerim qalmamışdı. Sonra məni bir rus zabiti sorğuya çəkdi. Özünün dediyinə görə, Bakıda baş verən 20 yanvar qırğınında onun da "böyük zəhməti" olubmuş. O bunu fərəhlə deyirdi. Məni bir çuvala salıb ağacla möhkəmcə döydü. Daha sonra məni Xankəndinə apardılar. Yol boyu siqaretlərini çəkib qurtardıqdan sonra bədənimdə söndürürdülər. Türməyə çatmağımıza az qalmış, məni yük maşınından düşürüb sürüyə-sürüyə apardılar. Yeriyə bilmirdim. Yolda orta yaşlı bir erməni ilə rastlaşdıq, məni aparanlardan soruşdu ki, bu türkdür? Ona "hə" cavabı verdilər. Bunu eşidən kimi həmin erməni əlindəki armaturla məni döyməyə başladı. Sağ qolumun sümüyü dirsəkdən qırıldı, qabırğalarım möhkəm əzildi. Sonra məni sürüyüb türmənin kameralarından birinə atdılar. İçəridə 20-yə yaxın azərbaycanlı qız-gəlin var idi. Ermənilər onları zəncirlə divara bağlamışdı. Sonra yekə, enli bir dəmir gətirib qolumu onun üstünə qoyaraq çəkiclə vurmağa başladılar. Beləcə, qol-qıçımı çəkiclə vurub sındırdılar. Onlar məndən neçə erməni öldürdüyümü soruşurdular, mənsə həmişə "bilmirəm" deyirdim. Onsuz da hər gün ölürəm... - Mail, səninçün necə ağrılı olduğunu bilirəm, ancaq yenə də gördüyün işgəncələri danışmağını istəyirəm. - Nəyi danışım? Xankəndində qız-qadınlarımızın başına gətirilən müsibətlərimi? Mən onsuz da yaşadıqlarımın üstündən neçə il keçməsinə baxmayaraq, hər gün ölürəm... Bir qız satmışdı məni... (Nəfəsini içinə çəkərək dodaqlarını gəmirə-gəmirə susur.) ...Xankəndində türmənin həyətinə çıxarıb bizləri hərdənbir gəzdirirdilər. Qadınların saxlanıldığı kameralardan birinin pəncərəsi həmin həyətə baxırdı. O kameraya 8 azərbaycanlı qızı yenicə gətirmişdilər. Bir də gördüm ki, qızlardan biri ordan yavşca boylanaraq mənə işarə edir. Onun yaxınlığından keçəndə mənə dedi ki, bizə bir şüşə qırığı tap ver. Yerdə para bir lezva sataşdı gözümə. Bizə nəzarət edən erməni əsgərinin gözünü oğurlayıb, lezvanı birtəhər yerdən götürüb, atdım həmin pəncərədən içəri. Sabahı gün dəhşətli bir hay-həşir düşdü həbsxanaya. Gəlib məni apardılar həmin qadınların saxlanıldığı kameraya. Yer büs-bütün qan içində idi. Qızlardan 4-ü damarlarını kəsərək düşmən əlinə keçmədən özlərini öldürmüşdü. Sağ qalanların içərisində bir qız satmışdı məni... (susur) Körpə uşaqları əhəng quyularına atıb yandırıblar Sonra Spitakda dəhşətli bir hadisə ilə rastlaşdım. Bizi əhəng zavoduna işləməyə aparmışdılar. 20 nəfər idik. Kimlər ki, aclıqdan taqətsiz olurdu, işləyə bilmirdi və ya öz yaxınları tərəfindən axtarılmırdı, hamısını bir–bir əhəng quyularına atıb karbitlə yandırırdılar. Özləri də qıraqdan baxıb gülürdülər. Gözümün qarşısında həmin əhəng quyularına körpə uşaqları atıb yandırıblar. İnan mənə, o an heç nə hiss edə bilmirdim. Qadının qarnının içinə pişik balası qoydular İrəvanda da əsir olmuşam. Orda, saxlanıldığım kamerada bir azərbaycanlı hamilə qadın da vardı. Həmin qadının 3 uşağı da yanında idi. Uşaqlarının gözü önündə o qadının qarnını yararaq bətnindəki körpəni çıxardılar. Bunu gördüm. (Mail bu sözləri dedikcə elə nəfəs alır ki, səhhətinin ağırlaşacağından qorxuram.) Sonra həmin qadının qarnının içinə gözü baxa-baxa, elə uşaqlarının gözü önündə pişik balası qoydular. Qadınsa oynayırdı, elə bil məni eşitmirdi... Hadrutda da olmuşam bir müddət. Orda məni bir erməni zabitinin yanına apardılar. Otağa girəndə gördüm ki, cavan bir gəlin oturub sobanın yanında. Zabit stulu göstərib, oturmağımı istədi, oturdum. Qarşısında bir qom nəşə vardı, hallı idi. Birdən mənə gülə-gülə baxıb, çəpik çaldı, sobanın yanında oturan həmin o gəlin də başladı durub oynamağa. Özü də azərbaycanca mahnı oxuya-oxuya. Başa düşdüm ki, gəlin azərbaycanlıdır. Qışqırıb dedim ki, oynama. Qadınsa oynayırdı, heç elə bil məni eşitmirdi. Sən demə, gəlin dəli olubmuş... onu qınamıram... Elə qışqırdığıma görə, sobanın üstündən qəhvədanı götürüb qaynar suyu başıma tökdülər. Kəlləmin ortasından kürəyimin ortasına kimi saçım, dərim soyuldu. Gözümün önündə bir uşağın qolunu dirsəkdən kəsib apardılar. Həmin işgəncəni edən ermənilərin danışığından başa düşdüm ki, Amerikada bir erməni uşağının sümük çatışmazlığı var, ona görə belə edirlər. Gördüm bir erməni əsgəri əlində aftafa gedir... Xankəndində qaldığım vaxtlar idi, yanıma bir əsgərimizi gətirib atdılar. Qarnı cırılmışdı, bağırsaqları görünürdü. Adı Vaqif idi. Gədəbəyli Vaqif. Qollarını arxadan məftillə bağladıqlarına görə, məftil sümüklərinə işləmişdi. Məndən su istədi. Pəncərədən boylandım, gördüm bir erməni əsgəri əlində aftafa gedir. Çağırıb ondan su istədim, o da mənə iki stəkan su verdi. İkisini də Vaqifə içirtdim. Sonra Vaqifin qollarını açdım, amma bərk-bərk tapşırdım ki, səs-küy eşitsən, qollarını arxaya tut. Əyilib bağırsaqlarını yerdən qarnına yığırdı Mən də yuxuya getmişəm, o da. Gəlib görüblər ki, Vaqif əllərini başının altına qoyub yatıb. Ona görə məni odun parçası ilə döydülər. Vaqifin isə, qarnına təpiyi necə vurdularsa, bağırsaqları töküldü yerə. Yazıq əyilib bağırsaqlarını yerdən qarnına yığırdı. Bu, dəhşət idi. Sonra Vaqifi sürüyə-sürüyə kameradan çıxaranda bağırsağı ilişdi qapıya, heç fikir vermədilər. Yazıq elə qışqırırdı ki!!! Qapının deşiyindən baxırdım. Dəhlizin ortasında Vaqifin başını kəsdilər. Sonra başı gətirib atdılar mənim yanıma. Cəsədini isə kalodisdə yandırdılar. Sonra mən Vaqifin başı ilə saxlanıldığım yerin həyətində erməni uşaqlarının futbol oynadığını gördüm. Dedilər, bir azdan rus jurnalistləri çəkilişə gələcəklər Bilirsən, Allah məni çox sevir... Neçə dəfə qollarımı, ayaqlarımı qırıblar, yenə öz-özümə sağalmışam... Əsirliyimin ilk günləri idi, bizi meydana yığıb dedilər ki, bir azdan rus jurnalistləri çəkiliş aparmağa, sizdən müsahibə almağa gələcəklər. Deyərsiniz ki, Qarabağ ermənilərindir, adı da Artsaxdır. Çoxu onların istədiyini dedi, mən demədim. Məni həmin meydanın ortasında yerə yıxıb, böyük dəmir bir xaçı köz kimi qızardıb sinəmə basdılar. Sinəm odlandı. Amma dediyimdən dönmədim. O vəziyyətdə Qarabağ Qarabağdır, bizimdir, deyərək qışqırırdım. Yaram qaysaqlayan kimi hər gün gəlib qaysağı soyurdular. Bir gecə səhərə qədər ayaqlarımdan asıblar, gözümdən qan gələnə kimi... Geniş miqyaslı hücumun olacağını söylədim... Hə, bir də ki, sənə verdiyim o video çəkilişdən qabaq mənə tapşırdılar ki, əsir düşən qadınlar və uşaqlar haqda heç nə deməyim. Mən də demədim. O kadrlardan özün də gördün ki, nəyi deyib-deməyəcəyimi soruşurdum. Mən öz tərəfimizə keçən kimi, yüksək rütbəli zabitlərə ermənilər tərəfindən geniş miqyaslı hücumun olacağını söylədim. Onlarsa nəsə bunu ciddi qəbul etmədilər. Elə də oldu. Dediyim kimi, ilk hücum Qubadlıya oldu və ermənilər Qubadlını işğal etdilər. Deyirdilər, Əlibayramlıya qədər Azərbaycanı almışıq - Mail, bəs əsir düşərgəsindən qaçmaq üçün heç fürsət yox idi? - Bizi həmişə nəzarət altında saxlayırdılar, əl-ayağımız daim zəncirdə olurdu. Hər gün döyürdülər. Günlərlə ac qalırdıq. Bir dəfə 6 gün ac qaldım. Bir də, bizim yerimizi dəyişəndə hər dəfə avtobusların üstündə bir rayonumuzun adını oxuyurdum. Şamaxı, Şəki, Göyçay, Cəlilabad. Bizə deyirdilər ki, Əlibayramlıya qədər Azərbaycanı almışıq. Fikirləşirdim, mən Xankəndindən nə qədər yol getməliyəm ki, indiki Şirvan şəhərinə gedib çatam. Əsirlikdə öldüm, yolda öldüm, nə fərqi? Əlim hər şeydən soyumuşdu. İrəvana aparırlar, başımı kəsməyə... - Əsirlikdən qurtulmağın necə oldu? - Valideyinlərim Azərbaycan tərəfinə əsir düşən Haruş adlı bir ermənini satın almışdılar türmədən, onu evdə saxlayırdılar. Məni də həmin erməninin qızı, o vaxtkı pulla 15 min manata satın aldı. Gözümü bağlayıb harasa aparırdılar. Maşın yerindən tərpənib bir neçə yüz metr getdikdən sonra, sağa döndüyünü hiss etdim. Öz-özlüyümdə düşündüm ki, İrəvana aparırlar, başımı kəsməyə. Birdən bir neçə metr sonra maşın sola dönəndə anladım ki, yox, Xankəndinin mərkəzinə aparırlar. Yerimdən azacıq dikələrək dərindən nəfəs aldım. Qollarım arxadan bağlı idi. Sağımda-solumda erməni əsgərləri oturmuşdu. Sürücüdən əlavə, qarşı tərəfdə də bir erməni zabitinin oturduğunu hiss edirdim. Erməni zabit: "Koroğlu nəslindəndir, açın gözlərini..." - Gözlərin bağlı olduğu halda necə bildin ki, qarşı tərəfdə oturan erməni zabitidir? - Səsində hökm vardı. Bir də ki, axı mən kəşfiyyatçı idim. Həmin zabit maşını saxladıb mənə Azərbaycan dilində dedi ki, Mail, sənə bir sual verəcəm, amma kişi kimi cavab ver. Əgər düzgün cavab versən, gözlərini və əllərini açdıracam. Dedim, ver. Dedi, niyə dikəlib dərindən nəfəs alaraq rahatlandın? Dedim ki, İrəvana ölməyə gedirlər, Xankəndinə bəlkə də yaşamağa. Maşın sağa hərəkət edəndə İrəvana gedəcəyimizi düşündüm. Sola dönərək düz yolla irəlilədikdən sonra, başa düşdüm ki, Xankəndinə gedirik. Həmin zabit yanımdakılara əmr edərək dedi: "Bunlar Koroğlu nəslindəndir, açın onun gözlərini". Sonra yolda saxlayıb, bir əsgəri də oturtdular maşına. Həmin əsgər maşına oturandan sonra soruşdu ki, bu, türkdür? Dedilər, hə. Əlini atıb qulağımı dartdı, qulağımın arxasını bir neçə dəfə kəsdiklərinə görə, yenicə qaysaqlanan kəsik yerindən qan fışqırdı tavana. Zabit maşını dayandıraraq əsgəri yerə düşürtdü, üstəlik əsgərin ayağını da güllələdi. Sonra yenə düzəldik yola. Gətirib Xankəndinin mərkəzində poçt binasına saldılar məni. Bir neçə gün orda qaldım. Daha sonra isə məni Haruşla dəyişdirdilər. Amma dəyişilməmişdən qabaq, boynumun ardından mənə bir neçə dəfə iynə vurdular. Bir dəfə erməni həkimin gözündən yayınaraq şprisi qoxuladım, gördüm ki, salyarka iyi gəlir. Heydər Əliyev sinəmdəki xaçı görüb tapşırdı ki... Azad olunandan sonra, bir neçə il psixoloji müalicə adlım. Maştağada yerləşən ruhi xəstəxanada müalicə olundum. Papanin Hospitalında da müalicə olunmuşam. Həmin vaxt rəhmətlik Heydər Əliyev xəstəxanada Qarabağ qazilərini ziyarətə gəldi. Sinəmdəki xaçı görüb həkimlərə tapşırdı ki, nə edirsinizsə edin, bu xaç bu oğlanın sinəsində qalmasın. Elə mənim də bir arzum var, sinəmdə erməni xaçı ölmək istəmirəm. Ceyhun Mirzəyev mənimlə bir neçə dəfə görüşdü - Mail, sənin danışdıqlarının bəziləri "Fəryad" filminin epizodlarına bənzəyir. - Düz bilmisən. Rəhmətlik Ceyhun Mirzəyev həmin filmi çəkməmişdən əvvəl mənimlə bir neçə dəfə görüşdü. Rəhmətlik daha çox, əsirlərə verilən işgəncələrlə maraqlanırdı. Mən də gördüyüm, yaşadığım hər şeyi ona danışdım. İnanmayacaqsan, "Fəryad" filmində qəhrəmanın pərdəni alışdırıb erməni sığınacağını yandırmaq istəməsi mənim başıma gələn hadisədir. Uşağı gördüm, yandırmadım. Həmin vaxtlar dəyişilməyimə az qalmışdı, bu hadisə Xankəndində olub. Məni Haruşun qızının evində saxlayırdılar. O qız mənə çox yaxşı baxırdı. Yəni məni orda incitmədilər. - Sənə işgəncə verənlər qarşına çıxsa nə edərsən? - Humanist olmaram, hamısının damarlarını dişimlə çəkib çıxardaram. 20 ildən çoxdur ki, normal yatmıram. Gördüyüm yuxularda həmişə kimlərdənsə, nədənsə qaçıram. Özü də tövşüyə-tövşüyə. Yuxudan qəfildən dəli kimi oyanıb, qışqırdığım vaxtlar da olub. İki oğlum var. Ailə üzvlərimin necə zülmlər çəkdiyini təsəvvürünə belə gətirə bilməzsən. Hər il müalicə olunmalıyam. 2 ildir ki, müalicə olunmuram. Düzdür, dövlət prezidentimiz İlham Əliyevin sayəsində mənə qayğı göstərir. Amma bəzi hallarda unuduluruq. Birinci qrup Qarabağ əliliyəm, müalicəm xaricdə, Türkiyədədir. Günü sabah yenidən döyüşməyə hazıram - Mail, söhbətimizi yekunlaşdırmaq istəyirəm. Sonda deyəcəyin nəsə var? - Var. İkinci Qarabağ müharibəsi mütləq olmalıdır. İndi o dövr deyil ki, az qala tankla gedirdilər evə. Özbaşınalıq idi, orduda intizamsızlıq hökm sürürdü. Şükr Allaha ki, yaxşı ordumuz var. Ali Baş komandan bir dənə əmr eləsin, günü sabah yenidən döyüşməyə hazıram. Mən erməni dilini də bilirəm, erməninin dilindən də bilirəm... əsirlikdə öyrəndim. Həm elə, həm belə. İnşallah, müharibə olsa, onlarla öz dillərində danışacağam.
2014-02-26
10,057
Ukraynadan Saakaşviliyə yüksək vəzifə təklifi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada yüksək vəzifə tutan müxalifət liderlərindən təkliflər aldığını bildirib. "Axar.az" xəbər verir ki, bunu Saakaşvili "Rustavi-2" televiziyasına müsahibəsində söyləyib. "Mənə Ukraynadan yüksək vəzifələrdə çalışmaq təklifləri olunub. Həm açıq söhbətlərdə, həm də özəl danışıqlarda. Lakin təbii ki, mən bu təklifləri qəbul etmədim, çünki belə bir şey mənim planımda yoxdur".
2014-02-26
10,058
Qatilindən qisas ala bilməyən xalq
Dünən Milli Məclisdə 1918-ci ilin may ayı Azərbaycanı xilas etməyə gələrkən Nuru Paşanın Gəncədə qonaq qaldığı evlə bağlı məsələni gündəmə gətirdik. Əli Hüseynoğlunun evində bu böyük qəhrəman bir neçə gün qonaq qalmış, sonradan bu köhnə ev uçurulub yerində yenisi tikilən zaman oğlu Fizuli bəy daşların arasında gizlədilmiş Osmanlı bayrağının bir parçasını tapmışdı. Xatırlayırsınızsa, bu parçanın şəkli FB-də paylaşılmışdı. Al örtük üzərində bir ay və bir ulduz tarixin o anlarını bir daha yaşadır insana. Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlunun ötən həftə Gəncəyə səfərində bu evi ziyarət etməyi, açığı, məni xeyli duyğulandırmışdı. Təklif etdim ki, bu evin qarşısında diqqət çəkən böyüklükdə və formada bir xatirə lövhəsi vurulsun və insanlar buradan keçərkən bu böyük qəhrəmanı bir daha xatırlayıb ruhuna Fatihə oxusunlar. Xocalı ilə bağlı gündə nədən bunu yazıram? Diqqət etdim ki, sosial şəbəkələrdə Zori Balayanın Xocalıda törədilən və özünün törətdiyi vəhşilik barədə kitabından epizodlar paylaşılır. Xatırladım ki, çeçenlər bir çeçen qızına təcavüz etmiş və məhkəməyə çıxarılmış cinayətkar rus zabitini hamının gözü önündə necə tapıb güllələdilər. Xatırladım ki, yəhudilər İkinci Dünya Müharibəsində onlara faciələr yaşatmış şəxsləri 30 il sonra da dünyanın fərqli yerlərində tapıb qisaslarını aldılar. Yaxşı, Köçəryana, Sarkisyana əlimiz çatmadı, sıradan bir Zori Balayandan da bir kimsəmiz çıxıb dərisini soyduğu azərbaycanlı uşağın qisasını ala bilmədi?! Bizdə ən çox satılan kitablar kriminal avtoritetlərin həyatı ilə bağlı olur. Çoxları xəyalən Sanka Zver, Polad Ələmdar olaraq maraqlı yuxular görürlər. Onlar da çox vaxt Rusiyanın hansısa köşəsində tapdıqları biznesdə parlayan azərbaycanlıları öldürməklə nüfuz sahibinə çevrilirlər. Siz eşitdinizmi heç olmazsa kriminal aləmdən hansısa biri bu milli qisası yerinə yetirmək düşüncəsini daşısın, orda-burda "cihad" adı ilə ölümə gedən birisi azərbaycanlı uşağın qatilini öldürmək barədə düşünsün? Nədənsə belə bir ifadə gəldi beynimə: QATİLİNDƏN QİSAS ALA BİLMƏYƏN XALQ QƏHRƏMANINA DA DƏYƏR VERƏ BİLMƏZ!
2014-02-26
10,059
Türkiyədə yaşayan azərbaycanlının əməlləri - Şok
Haqqında danışacağımız və başına anlaşılmaz işlər gələn şəxsin 28 yaşı var. Texnikum bitirib. Kinq-boksinq, taekvando ilə məşğul olur. Bir neçə dərəcəsi var, hətta kinq-boksinq üzrə respublikada yer də tutub. Haqqında niyə yazacağımızın səbəbini sizə açıqlamazdan əvvəl deyim ki, illərdir işsizlikdən əziyyət çəkir. Bacarıqları, riyazi bilikləri qaydasındadır, üstəlik kompüter mühəndisliyi üzrə təhsil alıb. Elə CV-yə də bütün bu göstəriciləri yazıb, vakansiya üzrə Azərbaycanda çox yaxşı tanınan "boss.az" saytına yerləşdirib. "Axar.az"a başına gələnlər haqda danışan gənc CV-dən sonra ona gələn telefon zənglərinə cavab verib, ona uyğun işləri dəyərləndirməyə çalışıb. Çox keçmədən onu mühafizə işinə qəbul etmək istəyən cəlbedici bir nəfər tapılıb. Dediyinə görə, "zibilə" də elə bundan sonra düşüb: Skayp ünvanına verdi ki... "Telefonuma zəng gəldi, işə dəvət edirdilər məni. Zəng Türkiyədən idi. Xeyli danışdıq. "Gəl, bizimlə işlə, mənim mühafizəçim ol", - bir kişiydi. Əvvəlcə heç bir qeyri-adilik görmədim, uzun-uzadı danışdıq. Sonra hər gün mənə zəng gəlməyə başladı. Skayp ünvanını verdi ki, onunla əlaqə saxlayım. Məni yeməyə dəvət etdi 60 yaşlı, keçəl, saqqalı bir kişidir. Dindar adamdı özü də. Telefonuma müxtəlif mövzularda davamlı "sms"lər yazırdı. Onunla xaricə getməyimi istədi. İmtina etdim. Axı bələd olmadığım bir işə necə gedim?.. Pul da göndərdi. İşlərinin nə olduğunu mənə açmasa da, iş adamı olduğunu deyirdi. Daha sonra nə isə düz adama oxşamadığını anladım. Məni yeməyə dəvət etdi. Bakıda görüşdük. Restoranda yemək yeyə-yeyə iş barəsində danışdıq. Ofisiantlara 50-60 manat çay pulu verirdi İşimin nə olacağını dəfələrlə soruşdum, ancaq sualımı cavablandırmadı. "Gedək bizə, səni işinlə tanış edim. İnanıram ki, işini çox sevəcəksən. Mənim 7-8 qulluqçum var, şəhərin kənarında isə villam. Sənin də evin orda olacaq", - ancaq bunları deyirdi. Başa düşürəm ki, bu yolla məni qarmağa keçirtmək istəyirdi. Çünki əgər mənə dediyi işlə tanış olsaydım, heç vaxt məni sərbəst buraxmazdı. Yemək yediyimiz yerdə on zəng gəldi, eynilə mənimlə danışdığı kimi, o adamlara da "ona deyin, məni skaypa əlavə etsin, danışarıq", - deyirdi. Anladım ki, özünə iş adamı deyən bu adam mənim kimi internetdə CV qoyan başqa cavan oğlanları da şirnikləndirib, onlardan yəqin ki, hansısa məqsədlər üçün istifadə edir. Çünki çox şübhəli bir adama oxşayırdı. Tez-tez soruşurdu ki, onunla görüşə kiminlə gəlmişəm, yanına gəlməyimi özümdən başqa kim bilir? Sonra cibindəki pulları elə çıxardır, sanki mənim bu pulları görməyimi istəyirdi ki, şirniklənim. Yüzlükləri sağa-sola atır, ofisiantlara çay pulu kimi 50-60 manat verirdi. Bir-neçə dəfə təkid etdi ki, dərhal onunla gedim. Təhlükəsizlik orqanlarında arxası var Müsahibim bu sözləri danışa-danışa söz arası mənə: "Yazında adımı çəkmə, qorxuram ki, mənə bir şey edər", - deyir. Dediyinə görə, onu işə dəvət edən adamın həm pulu çoxdur, həm də guya Azərbaycan təhlükəsizlik orqanlarında arxası var. Bunu özü deyib. Sahibkar, biznesmen olduğu bilinməyən bu adam tərəfindən ona dəfələrlə təhdid edilib: Çılpaq şəkllərimi istədi "Ondan o zaman şübhələndim ki, məndən çılpaq şəkillərimi istədi, mənsə etiraz etdim. Bundan sonra "sms"lər yazıb, çılpaq şəkillərimi ona göndərməmi bir-neçə dəfə xahiş etdi. Əsəbiləşib "sms"lərinə cavab vermədim. İndi də durmadan mənə "sms"lər yazır. Ondan necə canımı qurtaracağımı bilmirəm, düzü, mənə bəlkə də heç nə edə bilməz, amma ehtiyatı əldən vermək istəmirəm. Hər cür şərait yaradacağını deyib, ancaq bunları nəyin müqabilində edəcəyini bildirmir. Bircə bunu dedi ki, qaçıb canını qurtarmağa çalışsan, səni bir saatın içində taparıq. Dediyinə görə, CV-mi arxivləşdirib, özündə saxlayır. Yazdığı "sms"lərini isə silməmi istəyir. Mən də saxlamışam ki, birdən nə isə baş versə, sübut olsun. Qəribə suallar verirdi mənə..." İş axtarmaq üçün CV yerləşdirib, ancaq iş tapmayıb, sadəcə ağılalmaz işə keçib. Deyir, həmin adamın internetdə CV yerləşdirən gəncləri ovlayıb, sonra başlarına nə oyunlar açdığını belə nə bilmək istəyir, nə də xəbərdar olmaq. Tək istədiyi şey canını bu müəmmadan qurtarmaqdır.