date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-27
10,164
İranda polis rəisi qətlə yetirildi
İranın Sistan və Bəlucistan vilayətində polis rəisi qətlə yetirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 26-da səhər saatlarında İran nizam-intizam qüvvələri (polislər) ilə narkotik maddələrin qaçaqmalçıları arasında silahlı toqquşma zamanı baş verib. Xəbərdə qarşıdurmanın bir neçə saat davam etdiyi və nəticədə İranşəhr şəhərinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi Nurbəxş Dehqanın həlak olduğu, iki quldurun da qətlə yetirildiyi bildirilir. Hətta ölənlərin arasında bir qadının olduğu qeyd edilir. Bundan əlavə, İranın Fars vilayətinin Xəramə rayonunda da polislərlə quldurlar arasında silahlı toqquşma baş verib. Nəticədə ikisi polis olmaqla 5 nəfər həlak olub.
2014-02-27
10,165
Azərbaycanda zəlzələ oldu
Azərbaycanın Lerik rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, saat 10:30:25-də Lerikdə zəlzələ qeydə alınıb (Trend). Yeraltı təkanlar hiss olunub. Zəlzələnin dərinliyi 22 km, manitudası 3,4 olub.
2014-02-27
10,166
Azərbaycanda yol qəzası: iki ölü, bir yaralı
Azərbaycanda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı - Şamaxı-Yevlax avtomobil yolunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb. Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Tural Mübariz oğlu Mustafayev idarə etdiyi 90 GC 751 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobili aşırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü Anar Mircəlal oğlu Abdullayev dünyasını dəyişib, 1983-cü il təvəllüdlü Aqil Əlövsət oğlu Qasımov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
2014-02-27
10,167
“Biz haylarla mübarizə aparırıq, ermənilərlə yox...”
Dəyərli araşdırmaçı alimimiz Qafar Çaxmaqlı ilə ilk tanışlığım təxminən on il əvvələ təsadüf edir. Elə müsahibə almaq üçün iş otağında görüşmüşdük onunla. Maraqlı həmsöhbət olduğunu qeyd etməyə ehtiyac duymuram. Söhbətimizin məntiqi nəticəsi olaraq Qafar müəllimin rəhbərliyi ilə ölkəmizdə bir ermənişünaslıq mərkəzinin yaradılmasına ehtiyac olduğu qənaətinə gəldik. Qafar müəllim bu ideyanın bir hissəsini Bakı Dövlət Universitetində həyata keçirməyə nail oldu. İlkin olaraq laboratoriya formasında elmi araşdırmalara, erməni dilinin öyrənilməsinə start verildi. Lakin sonradan onun bu işləri yarımçıq qoyaraq öz ideyalarını, araşdırmalarını qonşu Türkiyədə davam etdirməyə getdiyi xəbəri yayıldı. Bu günlərdə Bakıya gəlməsi xəbərini aldıqda onunla görüş fürsətini əldən vermədən müsahibəyə razılıq aldım. Söhbətə də elə köhnə yeni ideyanın reallaşması üçün gördüyü işlərlə başladıq: - Mən peşəkar jurnalistəm. Bir gün də olsun jurnalistikadan ayrılmamışam. Yəni jurnalistika fakültəsini bitirəndən indiyə qədər hər gün jurnalistika ilə məşğul olmuşam, məqalələr, kitablar yazmışam. Bir neçə qəzetin rəhbəri olmuşam. Sonra Bakı Dövlət Universitetin mətbuat xidmətinin rəhbəri olmuşam. Məzunu olduğum jurnalistika fakültəsində dərs demişəm. Amma elmi araşdırmalar sahəsində müəyyən işləri görməyi bunların hamısından daha faydalı hesab etmişəm. Vətənimə az da olsa faydam dəyə bilər deyə, bu sahəyə meylim daha çox olub. Ona görə də erməni məsələsinə həsr olunan disertasiya müdafiə etmişəm, fəlsəfə doktoruyam. Erməni dilini bildiyimə görə, Ermənistanı yaxşı tanıdığıma görə. Çünki mən orada doğulub böyümüşəm, yaşamışam, o insanları tanımışam, onların milli-psixoloji durumlarını bilmişəm. Onların düşüncə sistemləri, ideolojiləri və insana münasibətlərini görmüşəm. Ona görə hiss etmişəm ki, bu sahədə mən bizim xalqı bir az maarifləndirə, bilgi verə bilərəm. Ermənilərin ideolojilərini, təlimlərini, nəzəriyyələrini ifşa etməklə bu dövlətə, millətə, ümumiyyətlə türk millətinə faydam toxuna bilən. Ona görə bu işin dalınca getmişəm. Yarımçıq qalan ideyalar - Bəs niyə bu işləri Azərbaycanda yox, Türkiyədə həyata keçirməyə üstünlük verdiniz? - Türkiyədə tez-tez konfranslarda, simpoziumlarda, panellərdə iştirak etmişəm. Görmüşəm ki, Türkiyədə də erməninin nə olduğunu bilmirlər. Erməni məsələsində onlar da siyasətlərini erməni ideolojisinə uygun qura bilməyiblər. Və buna yardımım toxunsun deyə, orada da fəaliyyətimi genişləndirmişəm. Mənim Türkiyədəki fəaliyyətim təqdir olunub və işləməyə dəvət etdilər. Birinci dəfə 1999-cu ildə Türkiyəyə dəvət olundum. Və Baş bakanlıqda Ermənistan məsələləri üzrə müşavir kimi fəaliyyət göstərdim. Sonra Qarsda bir müddət qaldım. Həmin dövrdə yenə də Türkiyədə araşdırma yazılarım çap olundu. "Qars adlı Vətən" adlı kitabımı da oralara həsr etmişəm. Kökən olaraq mən özüm Qarslıyam. Yəni mənim babamlarım orada olub. Babamın qəbri də Qarsın Kırac kəndindədir. Gedib onu da ziyarət etmişəm. Sonra müəyyən zaman kəsiyində Azərbaycana dəvət olundum. Gəlib burada müəyyən faydalı işlər görə bilərəm deyə. Amma burada o ilgini, yanaşmanı görməmişəm. Sizin yadınızdadırsa, o zaman "Ermənişünaslıq mərkəzi yaradılmalıdır" təşəbbüsünü irəli sürmüşdük. Əsas məqsəd o idi ki, Azərbaycanda bu məsələyə önəm verilsin. O vaxtdan indiyə qədər mən həmişə hesab eləmişəm ki, biz ermənilərin bizə qarşı apardığı ideoloji müharibədə uduzuruq. Mən bu fikirdəyəm. Çünki onlar bu sahədə institutlaşma işini görüb başa çatdırıblar. Və 20-dən artıq araşdırma mərkəzi var ki, həm Azərbaycanı, həm Türkiyəni öyrənir. Stratejilərini müəyyən edirlər. Amma Azərbaycanda belə mərkəzlər yoxdur. Mən həmin illərdə Universitetdə bir mərkəz yaradılmasına təşəbbüs göstərdim. Ondan da bir şey çıxmadı. Hazırda orada belə bir laboratoriya var, lakin mən istədiyim səviyyədə olmadı. Tarix fakültəsinin regionşünaslıq bölməsində erməni dili tədris olunur. Amma Türkiyədə açılan ermənişünaslıq kafedrası tamamilə bundan fərqlidir. Orada sırf Ermənistan və erməni dili üzrə mütəxəssislər hazırlanır. Burada isə sadəcə dil öyrədilir, dərs keçilir. Mən hesab etmirəm ki, həmin məzunlar erməni dilini mükəmməl bilirlər. Amma Türkiyədə Kayseri Ərciyəz Universitetində təməlli olaraq bir kafedra yaradılıb. İxtisaslı araşdırmaçılara ehtiyac var - Bəs orada yaradılan Strateji Araşdırmalar Mərkəzi nə işlər görür? - Burada təhsil alan tələbələr erməni dilini, onların tarixini, erməni məsələsini, ermənilərin iddialarını öyrənməklə məşgul olurlar. Hər kursda 15-20 nəfər tələbə təhsil alır. Bu Türkiyədə də bir ilkdir. Bununla yanaşı Ərçiyəz Universitetində bir strateji araşdırma mərkəzi də quruldu. Mərkəzin əsas məqsədlərindən biri ondan ibarətdir ki, təkcə erməni məsələsi deyil, Qafqaz, Yaxın Şərq üzrə mütəxəssislər hazırlamaqdır. Şübhəsiz ki, dili bilmək vacibdir. Orada təhsil alanların əksəriyyəti 30 yaşadək olan gənclərdir. Onlardan ingilis dili ilə yanaşı, erməni, gürcü, rus, ibrani və ya başqa dilləri bilmələri tələb olunur. Bu onların həmin sahələri yaxşı araşdıra bilməsini təmin edir. Sadəcə olaraq kimsə, iş yeri əldə edim deyə oraya gəlsə, onu götürməzlər. Türkiyədə həmin Strateji Araşdırma Mərkəzinə müsabiqə yoluyla ən layiqli adamlar seçilib götürülür. Gələcəkdə onun da bəhrəsini görəcəyik. Ərciyəz Universitetindəki araşdırma mərkəzi araşdırmaçıları işə götürür. Həm də onlar burada karyeralarını qurmaq üçün doktorluq işlərini yazırlar. Eyni zamanda hərə öz sahəsində araşdırmasını aparır. Biz eyni vaxtda hər şeydən başlamağa öyrəşmişik. Amma kapitalist olkələrində bir sahənin kamil mütəxəssisi olmaq tələb olunur. O biri məsələlərə də qarışmır. Əgər bir nəfər Yaxın Şərq, Suriya üzrə araşdırmaçıdırsa, daha Misir məsələsinə qarışmır. Eləcə də erməni məsələsi ilə məşğul olan şəxs Rusiya məsələlərinə qarışmır. Ümumi anlayışı ola bilər, ancaq onun öz araşdırma sahəsi olduğundan başqa sahələrdə iş görmür. Biz Azərbaycanda da belə bir mərkəz yaratmaq istəyirik. Türkiyədə bu sahədə olan qurumlarla Azərbaycanda olan qurumların əlaqələrini qurmağa çalışıram. Bu sahənin uzmanlarını bir araya gətirmək üçün təbdirlərin keçirilməsinə çalışırıq. Çalışırıq ki, ömrümüzün bizə verilən dövründə millətimiz üçün faydalı olaq. Erməni ideoloqlarına zərbə - Araşdırmalarınız əsasən, hansı istiqamətdədir? - İndiyədək Türkiyədə erməni məsələsinə o qədər də diqqət yetirilməyib. Türkiyə erməni məsələsinə əlinin ardı ilə vuraraq, ermənilərin türklərə zərər yetirə biləcəklərini düşünməyib. Sonra gördülər ki, 1965-ci ildə Uruqvayda bir erməni milyarderi erməni soyqırımını qəbul elətdirdi. Onun ardınca erməni soyqırımını tanıyan düşmən ölkələrin sayı artıq 20-ə çatıb. Bizim böyük liderlərdən biri həmişə ən zəif rəqiblə bütün gücü ilə mübarizə aparmağı tövsiyə edirdi. Çünki düşməni zəif hesab etmək lazım deyil. Zəif düşmən sənə elə bir yerdən zərbə vura bilər ki, yerindən qalxa bilməzsən. Ermənilər də məhz belə etdilər. Onlar kiçik bir millətdir, amma dünyanın hər yerinə səpələnib, lobbiləşib, təşkilatlanıblar və ideoloji silahları var. Yeri gəlmişkən, deyim ki, Türkiyədə mənim 2013-cü ilin noyabrında "Armenizmdən terrorizmə: erməni düşüncə sistemləri və ideolojiləri" adlı bir kitabım nəşr olundu. Hazırda isə "Erməni terrorizmi və düşüncə sistemləri" kitabı üzərində işləyirəm. Bundan başqa, Ərciyəz Universitetində "Ermənicə dərslər" adlı kitabım dərslik kimi istifadə olunur. - Apardığınız araşdırmalarla, keçirilən görüşlərlə nəyə nail ola bilmisiz? - Nəticə barədə danışmaq bir az tezdir. Onu deyə bilərəm ki, artıq ermənilərin ideologiyalarının qarşısına çıxa bilirik. Ermənilərin həm Türkiyəyə, həm də Azərbaycana qarşı yalan, əsassız iddiaları var. Bunu sübut etmək üçün onlara qarşı çıxa bilirik. İndi Türkiyədə də bu sahədə çox gözəl mütəxəssislər var. Əvvəllər ermənilərin qarşısına tək-tək çıxırdıq, indi qrup halında çıxırıq. İşlərimizi həmin mütəxəssislərlə əlaqələndiririk. Məsələn, erməni ideoloqu, milli qəhrəman hesab elədikləri Qaregin Nijde Türkiyədə tanınmır. Onun irqçi bir düşüncə sistemi var. Həmin düşüncə sisteminin Türkiyədə bilinməsi üçün çalışırıq. Müəyyən yazılar yazıram. Azərbaycan, türk, rus və ingiliscə məqalələrim çap olunur. Türkiyədə Andranikin hansı qətllər, soyqırımlar törətdiyi çox bilinmir. Bu yaxınlarda orada bununla bağlı müzakirələrimiz oldu. Bu haqda kitab yazmağı qərara aldıq. İndi Ermənistanda ən sevilməyən insanlardan biri mənəm. Çünki onlar bilirlər ki, zərbə haradan dəyəcək. Onlar bilirlər ki, millətin dilini, mədəniyyətini yaxşı bilirsənsə, onda onlara cavab vermək asan olur. Gələcəkdə bu işlərin nəticəsini, bəhrəsini görəcəyik. "Erməni soyqırımı"na qarşı Xocalı soyqırımı - Türkiyənin bu məsələyə münasibəti necədir? - Bu ölkədə fərqli yanaşma var. Bir dövlətin öz siyasəti var, bir də akademik çevrənin yazdıqları. Dövlət qonşularla sorun yaşamaq istəmir, Ermənistanla qonşuluq əlaqələrini qurmaq istəyir. Bu da təbii prosesdir. Bütün dünya dövlətləri qonşularla sıfır sorun siyasətini yürüdür, əlaqələri normallaşdırırlar. Dövlət görür ki, haqlıdır, ona görə bəyan edir ki, arxivləri açmağa hazırdır. "Erməni soyqırımını" təsdiq edən heç bir fakt yoxdur. Ermənilər də xarici ölkələrin parlamentlərinə bədii ədəbiyyatlarda yazılanlarla çıxırlar. Türkiyə dövlətinin siyasəti budur ki, tarixdə nə olubsa, tarixdə qalıb, bunu araşdırmaq tarixçilərin işidir. Amma ermənilər artıq bunu bir ideolojiyə çeviriblər. Çünki erməni soyqırımı olmasa, erməni xalqı yoxdur. Hər bir xalq özünü tanıtmaq üçün bir məhsul buraxır, məsələn Koreya bazara maşın çıxarıb. Ermənilər nə çıxaracaq? Ona görə də bu soyqırımla özünü tanıtmaq istəyirlər. Məsələni alver vasitəsinə çeviriblər artıq. Akademik çevrədə isə bu məsələ çox ciddi araşdırılır. Çox böyük alimlər bu işi sürdürürlər. Biz də belə mütəxəssislər yetişdirməklə məşğuluq. Eyni zamanda "erməni soyqırımının" qarşısına Xocalı soyqırımını qoymalıyıq. Dağlıq Qarabağda antiterror əməliyyatları - Bu siyasətin formalaşmasına yardım etmək məqsədilə nə iş görməyi planlaşdırırsınız? - Ermənilər Dağlıq Qarabağın, həm də işğal etdikləri diğər rayonların ərazisində planlı şəkildə əhali yerləşdirmə siyasəti yürüdürlər. "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" fərman verib ki, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda hər il müəyyən sayda adam köçürülüb yerləşdirilməlidir. Buna diaspordan və başqa qaynaqlardan pullar ayırırlar, evlər tikirlər, təmir edirlər. Çünki ermənilər planlaşdırırlar ki, gələcəkdə hansısa beynəlxalq güclərin hesabına bəlkə digər rayonları qaytardılar. Amma Kəlbəcərlə Laçını qəti geri vermək niyyətləri yoxdur. Ona görə də məskunlaşmanı, əsasən, o ərazilərdə aparırlar. Suruyadan gələnləri orda yerləşdirirlər. Saytlarda belə videolar yayılır. Biz də bunu beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Və bunun qarşısını almaq üçün nə etmək olar deyə düşünməliyik. Bu məqsədlə hazırda bir layihə hazırlayıram. Düşünürəm ki, bunun qarşısını almaq üçün ciddi araşdırmalar aparmaq və beynəlxalq aləmə çatdırmaq lazımdır. Mən bu layihəni Azərbaycanda həyata keçirmək istəyirəm. İnşallah maliyyə qaynaqları tapılan kimi işlər başlanılacaq. - Layihədə nələr nəzərdə tutulur? - Araşdırma aparılacaq. Dağlıq Qarabağ və ətrafındakı ərazilər BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilərdə əhali yerləşdirilməsi, verilən qərarlar qanunsuzdur. Ona görə də bu informasiyalar BMT-yə, digər orqanlara çatdırılmalıdır. Mən hesab edirəm ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatları həyata keçirməyə haqqı var. Biz bunları deməsək, heç bir nəticə əldə etmək olmaz. Deyə bilərlər ki, bu işə Rusiya qarışa bilər. Amma əslində, bizim Rusiyada, Ermənistanda nə işimiz var ki. Biz öz ərazimizdə, öz qanuni, suveren hüquqlarımızı bərpa etmək yolu tutmalıyıq. Amma demək ki, İrəvanı alacam və s. Onda Azərbaycanı işğalçı kimi, təhdid dili ilə danışan dövlət kimi təqdim edəcəklər. Ancaq biz bütün qüvvələrimizi Dağlıq Qarabağdakı suveren hüquqlarımızın bərpasına yönəltməliyik. Bu sülh yolu və ya antiterror yolu ilə ola bilər. Olmasa da, gələcəkdə biz bu istiqamətdə tədbirlərimizi görməliyik. Mən başqa siyasət tanımıram. Erməni ilə hay eyni millət deyil... - Yəqin ki, erməni ideoloqları ilə beynəlxalq tədbirlərdə rastlaşırsız. Onların ideyalarına qarşı tutarlı cavab verə bilirikmi? - Ermənilər haqsız olduğuna görə özlərini günahkar sayırlar və məsələni başqa yerlərə yönəldərək cığallıq edirlər. Bir alim olaraq mən həmişə demişəm ki, biz yalan deməməliyik, yazmamalıyıq. Misal üçün elə şeylər var ki, erməniləri qəddar kimi təqdim edirlər. Amma deyəndə o kitabı çıxar, biz çıxara bilmirik. Ona görə yalanın tərəfdarı deyiləm. Ermənilər tarix boyunca türklərin sadiq təbəəsi olublar. Sonra da Qərb ölkələrinin və Rusiyanın təsiri ilə özlərinə müstəqil dövlət qurmaq istəyiblər. Bunun üçün terrora başlayıblar. Bu terror da qarşıdurmalarla nəticələnib. Azərbaycan ərazilərində dövlət qurmaları artıq danılmaz faktdır. Artıq bunu xatırlatmağa ehtiyac yoxdur. Ermənilər Qafqaza gəlmə millətdir. Qarabağ Azərbaycan əraziləridir. Onlar tarixlərini axtarsalar, yenə uduzarlar. Çünki biz hazırladığımız o mütəxəssislər artıq deyəcəklər ki, o erməni bu erməni deyil. Yəni tarixi Armeniyada yaşayan erməni indi özlərini "hay" adlandıran erməninin eynisi deyil. Bunları ayırmaq lazımdı. Mən Türkiyədə həm qravar, - həm də asqaravardan dərs deyirəm. Qravar qədim erməni dilidir. Bu dildən 8-ci əsrə qədər istifadə edilib. Və indi həmin əsərlər müasir erməni dilinə tərcümə edilir. Müasir dilləri- asqaravardır. Biz 10-11-ci əsrlərdə yazılan əsərləri asanlıqla oxuya bilirik, çünki dilimiz eynidir. Amma ermənilər 10 əsr qabaq yazdıqlarının anlaya bilmirlər. Yəni, o xalq bu xalq deyil, biz bunu ifşa etməliyik. Erməni ilə hay eyni millət deyil. Bizim alimlərin bu istiqamətdə yaxşı tədqiqatları var. Qravar əski türk tayfalarından biridir. Haylar isə ermənilərdir. Biz haylarla mübarizə aparırıq, ermənilərlə yox. Biz bəzən bu şeylərin fərqinə varmırıq. Amma bunu etmək lazımdır.
2014-02-27
10,168
Krımın Rusiyaya satılacağı qiymət bəlli oldu
Rusiya Krıma investisiya qoyacaq rus biznesmenlərinin siyahısını tərtib edib. "Axar.az" xəbər verir ki, bu informasiyanı "Komersant" qəzeti öz etibarlı mənbələrinə istinadən yayıb. Qəzet rəsmi Kremlin bu planı hələ Yanukoviç devrilməzdən əvvəl hazırladığını yazıb. Rusiyanın bununla öz sərmayələri hesabına Krım muxtariyyatını tam nəzarətə almaq niyyətində olduğunu bəyan etdiyi bildirilib. Hazırlanmış xüsusi siyahıya əsasən, Krıma yatırılması nəzərdə tutulan sərmayənin 5 milyard dollar olduğu qeyd edilib. Qəzet hökumətin məcbur etdiyi bu biznesmenlərin arasında bəzilərinin Putinin fikri ilə razılaşmadıqlarını və ona etiraz etmək niyyətində olduğunu yazıb.
2014-02-27
10,169
Britaniya deputatları ilə bağlı XİN-dən sərt açıqlama
"Bu, həmin parlamentarilərin erməni lobbisinin təsiri altında olduğunu nümayiş etdirir". Bu sözləri "Axar.az"a Britaniya parlamentarilərinin Azərbaycana qarşı etdikləri açıqlamalarına cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Elman Abdullayev deyib. O, britaniyalı deputatların öz səlahiyyətlərindən sui-istifadə etdiklərini bildirib: "Bəzi siyasətçilər öz mövcud vəzifələrindən mənafeləri üçün istifadə edirlər. Azərbaycan torpaqlarının işğal olunduğu, təcavüzə məruz qaldığı və 1 milyona yaxın qaçqın, məcburi köçkünü olduğu halda çox qərəzli və tamamilə beynəlxalq hüququn normalarına uyğun olmayan hərəkətlər edirlər. Bu bir mənalı şəkildə onların erməni lobbisinin təsir altında olduğunu nümayiş etdirir". Qeyd edək ki, bir müddət öncə Britaniya Parlamentinin Nümayəndələr Palatasının üzvləri Dağlıq Qarabağın Ermənistandakı daimi nümayəndəliyində separat rejimin liderləri ilə görüşmüşdülər. Daha sonra isə növbəti görüşləri Xankəndi və Londonda olacağı bildirilmişdi.
2014-02-27
10,170
Krım parlamentini tutanlar jurnalistlərə qumbara atdı - Foto
Krım parlamentini tutan silahlılar tərəfindən jurnalistlərə qumbara atılıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bir qrup jurnalist parlamentə daxil olmağa cəhd edib. Onlar hətta binanın giriş qapısına kimi girə biliblər. Bu zaman içəridəki silahlılar onlara tərəf əl qumbarası atıblar. Xəsarət alan yoxdur.
2014-02-27
10,171
Kiyev yol polisi Saakaşvilidən rüşvət istəyib
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili diqqət çəkən növbəti açıqlama verib. "Axar.az"ın məlumatına görə, Saakaşvili bildirib ki, fevralın 24-də Kiyevdə dövlət yol inspektoru onu saxlayaraq, rüşvət istəyib. Bu barədə o, Kiyev-Moqilyansk tələbələri ilə keçirdiyi mətbuat konfransında bildirib: "İki gün öncə, inqilabın ertəsi günü yol inspektoru bizi saxladı və sürücümüzdən rüşvət istədi. Dəhşətə gəlirəm, iki gün keçməyib, artıq yenə rüşvətə keçiblər. Hansı üzlə belə dövlət aparatını saxlamaq olar? Odur ki, təcili islahatlara başlamaq lazımdı".
2014-02-27
10,172
Xüsusi təyinatlılar ruslara qarşı əməliyyata başladı – Foto
12:10 Krım Parlamentini ələ keçirən terrorçularla danışıqlar nəticəsiz bitib. "Axar.az" xəbər verir ki, bu barədə Krım Nazirlər Kabinetinin sədri Anatoli Moqilevin mətbuat xidməti məlumat yayıb. Məlumatda terrorçuların danışıqlara getmədiyi bildirilib. "Biz onların nümayəndəsi ilə görüşdük. Onlar tələbləri yerinə yetirmək və danışıqlar aparmaq səlahiyyətində olmadıqlarını deyiblər. Anatoli Moqilev onlara əlaqə saxlamaqdan ötrü özünün kontaktlarını verdi". Mətbuat katibliyi həmçinin Krımda Uyutno kəndi yaxınlığında rus zirehli texnikalarının göründüyünü bildirib. "Onlar haqqında bizə məlumat daxil olub. Onlar Rusiyanın Qara dənizdə hərbi donanmasına aiddir. 7 BTR-in irəllədiyi müşahidə olunub. Hələlik bu texnikaların hansı məqsədlə Krımda göründükləri bəlli deyil". 12:22 Ukrayna xüsusi təyinatlıları Simferopol yaxınlığında yerləşdirilən rus texnikalarını zərərsizləşdirmək üçün həmin əraziyə göndərilib. "Bizm əməkdaşlarımız ictimai sabitliyin qorunması istiqamətində hərəkətə keçiblər. " Bu sözləri Ukrayna xüsusi təyinatlılarının səlalhiyyətli nümayəndəsi jurmalistlərə açıqlamasında deyib. Ukrayna mətbuatının yaydığı məlumata görə, bu gün Sevastopolun Uyutno kəndi yaxınlığında 7 ədəd zirehli transpartyor (BTR) yerıəşdirilib.
2014-02-27
10,173
"Usubovla görüşümdən sonra..."
Jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Niftəliyevanın (Tofiqqızı) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirməsi ilə bağlı məsələyə hələ də nöqtə qoyulmayıb. Modern.az-a açıqlamasında A. Niftəliyev istintaqın davam etdiyini və ekspertizanın 5-ci rəyini gözlədiyini dilə gətirib. "Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşümdən sonra nəticəni gözləyirəm. Vəsatətimdə həkimlərin məni aldadaraq dələduzluq etdiklərini və tamah məqsədi ilə əməliyyat apardıqlarını, həmçinin əməliyyatın ağırlığını göstərmək üçün narkozdan istifadə etdiklərini bildirmişəm. Səhiyyə Nazirliyinin ekspertləri də anesteziya üsulunun seçilməsinin yanlış qərar olduğu barədə ötən il dekabrın 26-da rəsmi açıqlama veriblər. Hazırda məndən klinikaya 10 dəfə artıq pul alınması ilə bağlı ifadəm alınıb, şahidlər də danışıb, qarşı tərəf də ifadə verib və üzləşmə olmalıdır, onu gözləyirəm. Digər tərəfdən isə ekspertizaya göndərilən əlavə 12 sualın cavablanması və bundan sonra istintaqın istiqamətinin müəyyənləşməsi var ki, bu da 10 gün müddətində yekunlaşmalıdır. Çünki ekspertizaya göndərilən sorğunun tarixindən artıq ay yarıma yaxın vaxt keçib. Təəssüf ki, ekspertiza həmişə olduğu kimi cavabları gecikdirir". Qeyd edək ki, mərhum tənqidçi Elnarə Tofiqqızı 2013-cü ilin 20 sentyabrında "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib.
2014-02-27
10,174
Ukraynada hansı azərbaycanlıların pulu batır? - Siyahı
Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra bu ölkədə iri biznesi olan Rusiya vətəndaşları əndişəyə düşüblər. "Axar.az"ın məlumatına görə, bu sırada azərbaycanlı iş adamları da var. "Lukoyl"un prezidenti Vahid Ələkbərovun təkcə "Karpatneftexim" şirkətindəki aktivlərinin həcmi 497 milyon dollardır. Plastmass, izolə edilmiş boru istehsalıyla məşğul olan bu iri kombinat hazırda fəaliyyətini dayandırıb. Ehtimal edilir ki, bu kombinat ümumiyyətlə milliləşdiriləcək və dövlət əmlakına çevriləcək. Əslən Göyçaydan olan Fərhad Əhmədova məxsus "Nortqaz"ın Xarkovdakı qaz emalı müəssisələrinə yatırdığı 100 milyondan çox vəsaitin da taleyi sual altına düşüb. Sıradakı növbəti azərbaycanlı milyarder Telman İsmayılova məxsus Odessadakı "7-ci kilometr" adlanan və regionun ən böyük tiarət mərkəzinin də ondan alınacağına dair rəylər səsləndirilir. Çünki esk-prezident Yanukoviçin yaxın qohumu İqor Dobrınskinin də payı olan bu ticarət mərkəzinin adı çoxdandır ki, rüşvət və vergidən gizlənməylə bağlı mətbuatda tez-tez hallandırılır. Hələ keçən il Maydan hadisələri başlayandan İsmayılov bu ticarət mərkəzindəki payını satmaq istəyirdi. Ukryanada hakimiyyətə gələn və korrupsiyaya qarşı amansız olacağını bəyan edən yeni iqtidarın isə İsmayılovla bazarlığa getməyəcəyi açıq-aydın deyilməkdədir.
2014-02-27
10,175
Edam kötüyündə imdad diləmədi - Dəniz Gəzmiş
1972-ci ildə edam olunan Dəniz Gəzmiş bir solçu olsa da, sonradan milliyyətçi kəsim də mübarizliyinə görə ona rəğbətlə yanaşdı. Dəniz Gəzmiş 27 fevral 1947-ci ildə Ankarada doğulub. Türkiyə sol hərəkatının mübarizə rəmzinə çevrilən Gəzmiş, özü və 2 yoldaşının edamından sonra məşhurluğu Türkiyə sərhədlərini aşaraq qonşu ölkələrə yayıldı. Türk solunun qəhrəmanlıq tarixinə çevrilən bu şəxs haqqında "Axar.az"ın internetdən toplayıb tərcümə etdiyi məlumatları sizə təqdim edirik: Edam kötüyünə çıxarılan bir gənc imdad diləmədi. Yalnız bu sözləri söyləyə bildi: "Yaşasın müstəqil Türkiyə! Yaşasın marksizm - leninizm! Yaşasın fəhlə və kəndli sinfi! Rədd olsun imperializm!" Dəniz Gəzmişdən miras qalan şey onun edamdan bir neçə saat əvvəl atasına yazdığı məktubdur: "Ata, məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam. Mən nə qədər üzülməyin, desəm də, yenə də üzüləcəyinizi bilirəm. Fəqət bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm. İnsanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən, mən erkən getməyi normal qarşılayıram. O ki qaldı məndən əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən olmasın. Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O bu yola bilərək girib və sonunun belə olacağını bilirdi. Səninlə düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm… Təkcə sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da anlayacağına inanıram. Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım Taylan Özgürün yanında basdırılmağımı istəyirəm. Onun üçün, cənazəmi İstanbula aparma. Anama təsəlli vermək də sənin boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünü də xüsusilə tənbeh elə. Onun elmlə məşğul olmasını istəyirəm. Elmlə məşğul olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün xidmətdir. Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kiçik qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram. Oğlun. Mərkəz Cəza Evi – Ankara 5 May 1972". Bu məktubu Dəniz Gəzmiş yazandan bir neçə saat sonra – mayın 6-sı, gecə saat 3 radələrində edam ediləcəkdi... Həmin vaxt Dənizin 25 yaşı vardı. Bu gün isə ölümündən düz 42 il keçir. Düz 42 ildir ki, hər il onun doğum və edam gününü qeyd etmək üçün yüzlərlə sol fikirli insan Taksimə axışır və qəhrəmanlarını yad edirlər. Ölümündən sonra haqqında onlarla mahnı yazılıb, əsərlər və kitablar çap edilib, filmlər çəkilib. Haqqında yazılan kitablar: "Dar ağacında üç fidan", "Dostum Dəniz Gəzmiş", "Edam gecəsi xatirələri", "Dəniz Gəzmiş dastanı", "Gülünün solduğu axşam", "Dəftərimə quş musiqi", "Bir dava, iki inqilabçı - unutmaq xəyanətdir", "Dənizlər edama gedərkən Oral Çalışlar", "Bizim Dəniz", "Dəniz fırtınalı illər", "Ağlasın səma", "Üç asılmışın hekayəsi" və s. Bəstələnən mahnılar: Dəniz Gəzmiş üçün ən çox mahnı bəstələyib oxuyan sənətçi Əhməd Qayadır. Məşhur sənətçinin Dəniz Gəzmişə həsr etdiyi 10-a yaxın mahnı var: "Mahur", "Neyləyim", "Məni tarixlə mühakimə et", "Bizə qalan", "Yaza bilmədim", "Tutuşur misralarım", "Ölürəm, qardaş", "Dosta-düşmənə qarşı" və s. kimi mahnılar Əhməd Qayanın Gəzmişə həsr etdiyi mahnılardandır. Qaya ilə yanaşı Edip Akbayramın "Eşq olsun sənə uşaq", Azadlıq qrupunun "Dəniz", "Fevzi Qurtuluşun "Dənizə Şikayət", " Bizim Dəniz", Hüseyn Qaraquşun "Adı Dəniz olmalı", Can Yücəlin "Bizim Dəniz", Yol qrupunun "Dənizlərin türküsü", Kamal Qəhramanın "Dəniz qoydum adını", Zülfü Livanelinin "Əlvida, qardaşım Dəniz", "Şarkışla", "Çiləkeşin", "Hər Dəniz", Selda Baycanın "Dənizlərin dalğasıyam", Duman qrupunun "Mənası yoxdur" mahnıları və adlarını yazmadığımız başqa onlarla mahnılar Dəniz Gəzmişə həsr edilib. Haqqında çəkilən filmlər və seriallar "Əlvida sabah" filmində Dəniz Gəzmiş rolunu Berhan Şimşek oynayır. "Eşq olsun sənə uşaq" filmində isə Dəniz rolunu Barış Koçak oynayır. "Xatırla sevgili" serialında da Dəniz Gəzmiş rolunu Barış Koçak oynayır.
2014-02-27
10,176
Ərdoğanın reanimasiya xəbərinə səfirlikdən – Cavab
"Əsassız xəbərdir. Həqiqətə uyğun deyil. Türkiyənin məşhur xəbər saytlarının heç biri bu xəbəri işıqlandırmayıb. Dəqiq məlumat olsaydı, bu haqda Türkiyənin hökumət qəzetləri də məlumat verərdi". Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi Baş nazir R.T.Ərdoğanın reanimasiyada olması ilə bağlı "Axar.az"ın sorğusuna cavab olaraq bildirib. Səfirlik Baş nazirlə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını qeyd edir: "Bu sözləri Türkiyənin millət vəkillərindən biri şəxsi Tvitter səhifəsində yazıb. O xəbər haqqında dəqiq məlumatı olmadığını da qeyd edib. Dəqiqləşdirmədən yazıb. Ancaq əsassız xəbərdir. Baş nazir reanimasiyada deyil". Qeyd edək ki, sabiq AKP-li millət vəkili Feyzi İşbaşar Tvitter hesabında Baş nazir Ərdoğanın reanimasiyada olduğunu qeyd edib.
2014-02-27
10,177
Ukrayna prezidenti: “Bu, müharibədir”
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən və Ali Radanın sədri Aleksandr Turçinov Rusiyanın Qara dəniz Donanmasının addımlarını müharibə aqressiyası kimi qiymətləndirib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Turçinov rus ordu rəhbərliyinə səslənib. "Mən Rusiyanın Qara dəniz Donanmasının hərbi rəhbərlərinə səslənirəm – bütün hərbçilər razılaşmaya əsasən əvvəldən müəyyən olunmuş ərazilərdə yerləşdirilməlidir. Bütün hərbi addımlar müharibəyə gətirib çıxaracaq" deyə Turçinov bildirib.
2014-02-27
10,178
Rus tankları Krımın quru yolunu nəzarətə aldı - Şok
Rus tankları Krımın Ukrayna ilə əlaqə yaratmasına yardım edən Krasnoperekopsk bərzəxindən keçən bütün yolları bağlayıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində tatarəsilli krımlılar tərəfindən yayılıb. İnformasiyada rus tanklarının Armyanskadan Cankoyaya qədər olan bütün yollara nəzarət edildiyi bildirilib. Qeyd edək ki, bir az əvvəl Krım Tatar Məclisinin rəhbəri Refat Cubarov parlamentin ələ keçirildiyi haqqında informasiya yaymışdı. Krım Nazirlər Kabinetinin rəhbəri Anatoli Moqilevin Mətbuat Xidməti isə terrorçularla danışıqların nəticəsiz qaldığını və Krımda Rusiyaya məxsus BTR-lərin hərəkətinin müşahidə edildiyi haqqında informasiyaya sahib olduqlarını bildirmişdilər .
2014-02-27
10,179
NATO Rusiyaya xəbərdarlıq etdi
NATO Ukrayna ilə bağlı olaraq Rusiyaya xəbərdarlıq edib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Krım yarımadasındakı gərginlik Vladimir Putinin Rusiya ordusunun hazırlıq vəziyyətini yoxlamaq üçün təlimatını verəndən sonra baş qaldırıb. Buna cavab olaraq NATO-nun səlahiyyətliləri Ukrayna sərhədlərinin toxunulmazlığını dəstəkləyəcəkləri ilə bağlı xəbərdarlıq ediblər. Qeyd edək ki, bir sıra qəzetlər Rusiya ilə Qərb arasındakı gərginliyi 2008-ci ildə Rusiyanın Cənubi Osetiyaya müdaxiləsinə bənzədirlər.
2014-02-27
10,180
“Moskva tatarlarla da mübarizə aparmalı olacaq” – Şərh
"Ukraynada hadisələrin episentri Kiyevdən Krıma - Simferopola keçib. Moskva Kiyevdə məğlubiyyətinə cavab olaraq Krımda rus separatizmini alovlandırarkən, unutduğu ciddi amili var. Bu, Krım tatarlarıdır". Bu sözləri "Axar.az"a açıqlamasında Atlas araşdırmalar mərkəzinin rəhbəri və siyasi təhlilçi Elxan Şahinoğlu dedi. O bildirdi ki, Rusiyanın Krıma girməklə işi əslində daha da çətinləşdi: "Krım tatarların tarixi torpağıdır və digər yerlərdən fərqli olaraq gəlmə rusların tarixi yaşadığı yer deyil. Odur ki, Krımdakı rus separatçıları və onların arxasında dayanan Moskva bundan sonra tək ukraynalılarla deyil, həm də tatarlarla mübarizə aparmalı olacaq". Siyasi təhlilçi Rusiyanın öz daxilində də milyonlarla tatarın yaşadığını xatırladaraq bunun bumeranq effekti verəcəyini dedi: "Bir də ki, bu mübarizə Rusiyanın özündə yaşayan milyonlarla tatarın xoşuna gəlməyəcək. Separatçılığa dəstəyin bumeranq effekti də var".
2014-02-27
10,181
Terrorçuların tələbi açıqlandı: “Krımın statusunu səsə qoyun” - Canlı yayım
13:09 Terrorçular tərəfindən tutulan Krım parlamentinə deputatlar buraxılmaqdadır. "Axar.az"ın Krım parlamentindəki mənbəyə istinadən məlumatına görə, terrorçular sessiyanın təcili çağırılması və Krımın statusu məsələsinin gündəliyə salınmasını tələb ediblər. Güman olunur ki, rusmeyilli deputatlardan Krımın Ukraynadan ayrılması məsələsi "tələb olunacaq". Daha doğrusu, ehtimal edilir ki, bu, hazırkı qəsbin tərkib hissəsi kimi əvvəlcədən razılaşdırılmış plandır. Xatırladaq ki, indiyə qədər Parament sədri Konstantinov mövqeyini açıqlamayıb. Onun bu dəqiqələrdə Parlament binasına daxil olduğu məlumatı yayıldı. *** 13:15 Bu dəqiqələrdə Ukrayna Parlamenti təcili müzakirələrə başlayıb. Canlı yayımı təqdim edirik.
2014-02-27
10,182
O, rektora fürsət verirdi ki, rüşvət alsın - Ekspert
"Hesab edirəm ki, tələbələr ən azı 70 faiz dərslərdə iştirak etməlidir. Çünki bu onların imtahan nəticələrinə də təsir edir". Bu sözləri "Axar.az"ın suallarını cavablandıran "21-ci Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi. Onun sözlərinə görə, tələbələrin dərslərdə iştirak etməsi ilə bağlı çərçivənin müəyyən edilməsi üçün universitet rəhbərliyi ilə tələbələr qarşılıqlı razılığa gəlməlidir: "Boloniya sistemində nəzərdə tutulub ki, dərs saatı 45 saatı ötməməlidir. Yəni 15 saat auditoriya daxili, 30 saat isə auditoriya xarici dərs saatları ola bilər. Tələbə öz müəllimini seçir, öz dərs qrafikini müəyyən edir. Əgər tələbə öz müəllimini seçirsə, o dərslərdə necə iştirak edə bilməz axı?! Bu prosesdə ali məktəb rəhbərlikləri sadəcə, dərsə gəlib-gəlməməklə bağlı limiti müəyyən edirlər". O, rektora fürsət verirdi ki, rüşvət alsın Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, yeni təhsil naziri vəzifəyə gələndə qayıbların yığışdırılmasını əmr edib: "Siz bilirsiniz ki, Boloniya sistemi intellektə əsaslanan təhsil sistemidir. Əgər qayıbla tələbənin biliyi yoxlanılsa, bu o deməkdir ki, bizdə distant təhsil ümumiyyətlə olmamalıdır. Bu sistem Azərbaycanda tətbiq edilirdi. Sovet dövründən qalma bir qayda idi. O, rektorun əlinə fürsət verirdi ki, dərslərdə iştirak etməməklə bağlı müəyyən limiti keçən tələbədən rüşvət alsın. Bu sistemin olması korrupsiyaya çox ciddi zəmin yaradırdı və nazir əmir verdi ki, qayıb sistemi ləğv edilsin. Məncə, bu çox böyük addımdır. Hazırda Azərbaycandakı universitetlərdə tələbələrə qayıb yazılmır". Universitetdən xaricetmə ləğv edilib BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə qayıbların yazılması ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi: "Qayıblarla bağlı dəqiq məlumatım yoxdur. Siz ondan ötrü əsasnaməyə baxın. Səhv etmirəmsə, təhsil nazirinin qərarına əsasən qayıblara görə universitetdən xaric etmə ləğv edilib, amma 25 faiz limiti var". Xatırladaq ki, bir neçə gün öncə Bakı Dövlət Universitetinin (BDU) tələbələri kəsrlərin düzəldilməsi üçün pul ödənişinə etiraz olaraq aksiya keçirdilər. Ölkənin təhsil ictimaiyyəti arasında xeyli rezonansa səbəb olan aksiya ilə bağlı bir çox şəxslər fikirlərini bölüşmüşdü.
2014-02-27
10,183
Krımın Baş naziri terrorçularla danışıqlarını açıqladı
Krımın Baş naziri Anatoli Moqilyov jurnalistlərə açıqlama verib. O, bildirib ki, Parlament sədarətinin iclasını keçilir, amma bu, hələ sessiya deyil: "Hansı məsələləri müzakirə edəcəyimizi deyə bilmərəm". O, Krım Parlamentinin spikerinin binaya daxil olduğunu təsdiqləyib. Həmçinin terrorçuların biri ilə təmasa girdiyini də dilə gətirib. Lakin xüsusi maskalı şəxs müzakirələr aparmaq üçün səlahiyyətli olmadığını açıqlayıb. Maqilyov Simferopola yaxınlaşan rus BTR-ləri xəbərini də təsdiqləyib: "Amma onların sayı və hansı donanmaya məxsusluğu barədə xəbərsizik".
2014-02-27
10,184
Azərbaycanda əmək kitabçaları ləğv olunur
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq. "Axar.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək. Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək. S.Müslümov qeyd edib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq: "Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq".
2014-02-27
10,185
Səlim Müslümov attestat verdi - Foto
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunan qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatları təqdim olunub. Bu barədə "Axar.az"a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların, məişət zorakılığından zərər çəkən şəxslərin sosial xidmətlərlə əhatə olunmasının dövlətimizin sosial siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, son illərdə qəbul olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" və "Sosial xidmət haqqında" qanunlar məişət zorakılığından zərər çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini bir vəzifə kimi qarşıya qoyur: "Əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına yönəlib". Qeyd edək ki, Akkreditasiya Komissiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları daxil edilib. İndiyədək komissiyanın 3 iclası keçirilib və akkreditasiya üçün müraciət etmiş 8 qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılaraq qiymətləndirilib. Yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin - "Təmas" Regional İnkişaf İctimai Birliyinin, "XXI Əsrin Qadınları" İctimai Birliyinin, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin, və "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin akkreditasiya olunması qərara alınıb.
2014-02-27
10,186
"Mən istefa verməmişəm" - Yenilənib
13:50 Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova vəzifəsindən istefa verib. Bu barədə "Qafqazinfo"ya T. Məmmədova özü məlumat verib. O, bildirib ki, Daxili Qoşunlarda xidmət etməyinin 21 ili tamam olub: "Kədər qarışıq qürur və fəxarət hissi ilə Qoşunların sıralarından ayrılıram. Həyatımın ən məhsuldar dövrünü Daxili Qoşunlara həsr etdim. İnsanın ömrü boyu gərəyi olan məsuliyyət, cavabdehlik, düzgün əqidə, vətənsevərlik və s. kimi dəyərli xüsusiyyətləri məhz burada özümdə əxz etdim. Öz peşəmi sevdim və bütün qüvvəmi Daxili Qoşunların inkişafına, cəmiyyət tərəfindən sevilməsinə, seçilməsinə yönəltdim. Daxili Qoşunların tarixinə aid 4 kitabın tərtibçisi və müəllifi oldum. 1992-ci ildə nəşrə başlayan "Əsgər" hərbi vətənpərvərlik qəzetini yaratdım və kiçik, vətənpərvər bir kollektivlə onu 20-ci əsrdən 21-ci əsrə - bu günə gətirib çıxardıq. 21 il ərzində Daxili Qoşunlarda xidmət etdiyim zaman tanıdığım, ünsiyyətdə olduğum, ağır, çətin müharibə və mübarizə illərini birgə keçdiyim bütün insanlara, eləcə də kütləvi informasiya vasitələrində çalışan çox hörmət etdiyim, sevdiyim həmkarlarıma "çox sağ olun" deyirəm. Bundan sonra əmək fəaliyyətimi harada davam etdirməyimdən asılı olmayaraq həyatımın ən şərəfli səhifəsi Daxili Qoşunlar olacaq. Hər bir kəsə harda çalışdığından asılı olmayaraq xidmətini ləyaqətlə başa vurmağı arzulayıram". 16:58 "Mən istefa verməmişəm, sadəcə tərxis olunmuşam. Amma götürüb yazıblar ki, istefa verdi". Bu barədə Daxili Qoşunların mətbuat xidməti vəzifəsindən gedən Təranə Məmmədova açıqlamasında bildirib. T. Məmmədova deyib ki, 21 il Daxili Qoşunlarda xidmət edib: "Daha bəsdir deyə düşünürəm. İndi daha rahat işdə çalışmaq istəyirəm". T. Məmmədova qeyd edib ki, işdən getməsini özü istəyib. "Öz istəyimlə ərizəmi yazmışam və tərxis olunmuşam. Tərxis olunmağımla bağlı əmr verilib. Guya mənim nəyəsə görə getdiyim haqqında gəzən söhbətlər boş şeylərdir. Mən kiməsə görə işdən getməmişəm, sadəcə vaxt tamam olub, tərxis olunmuşam. Daxili Qoşunların yeni komandanı ilə 21 il bir yerdə işləmişəm. Orda çox gözəl kollektiv var. Məni də böyük hörmətlə yola saldılar"- deyə, o, bildirib. T.Məmmədova qeyd edib ki, bir aylıq məzuniyyətə çıxıbmış və bir neçə gündür, məzuniyyəti başa çatıb: "Yeni işim də olacaq. Amma tam tərxis olunmadan açıqlamaq istəmirəm. Yaxın günlərdə yeni işim məlum olacaq, o zaman açıqlayacam"("Publika.Az").
2014-02-27
10,187
Ukrayna Rusiyaya nota verdi
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyaya nota verib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya bu ölkədəki səfirinin səlahiyyətlərini icra edən Andrey Vorobyov Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim olunub. Notada bildirilir ki, Ukrayna Rusiyadan onun ərazisində yerləşən hərbi hissələrin hərəkətinə nəzarət etməyi tövsiyyə edir. Ukrayna tərəfi xatırladıb ki, Rusiya 1994-cü ilin dekabrın 5-də Budapeşt Memorandumuna əsasən Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyini öz üzərinə götürüb.
2014-02-27
10,188
Tatarların liderinə sui-qəsd olundu
Krım Tatar Məclisinin rəhbəri Refat Çubarova sui-qəsdin qarşısı alınıb. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Radasının deputatı Serqey Kunıçin çıxış edib. O, Krım tatarlarının liderinə sui-qəsdin yerli parlamentin qarşısında baş tutan aksiyalar zamanı həyata keçirilmək niyyətinin olduğunu bildirib. Deputat sui-qəsdin qarşısının Krıma yeni göndərilən Daxili İşlər Nazirliyi əməkdaşları və Milli Təhlükəsizlik Xidməti rəhbərləri tərəfindən alındığını deyib.
2014-02-27
10,189
Yanukoviçin sorağı indi də Dubaydan gəldi
Yanukoviçin təyyarəsi dünən Dubaya enib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat Yanukoviçin uçduğu sərnişin təyyarəsinin Dubay hava limanının yük təyyarələri olan bölümünə endiyini bildirib. Qeyd edək ki, bu vaxta qədər Yanukoviçin Krımda Rusiya hərbi donanmasına yaxın ərazidə məskunlaşdığını, daha sonra isə buradan dəniz vasitəsilə Moskvaya yola düşdüyü bildirilmişdi. Bu arada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bəyanatla çıxış edərək hələ də özünü ölkə başçısı hesab etdiyini deyib. Keçmiş prezident Rusiyadan onu hakimiyyəti zəbt etmiş ekstremistlərdən qorumağı xahiş edib. Onun sözlərinə görə, Ali Radanın qəbul etdiyi qərarlar legitim deyil. Yanukoviç bildirib ki, onu və yaxınlarını ölümlə təhdid edirlər. O, Rusiyanı hüquq çərçivəsində Ukraynada vəziyyəti bərpa etməyə çağırıb. Ukrayna mətbuatı isə Viktor Yanukoviçin kreyserlə Rusiyaya qaçdığı haqda məlumat yayıb. Bu barədə Rusiyanın Sevastopolda yerləşən Hərbi Dəniz Donanmasındakı mənbə məlumat verib. Onun sözlərinə görə, dünən günorta saatlarında Soçi Olimpiadasının təhlükəsizliyini təmin etmək üçün göndərilmiş "Moskva" kreyseri geri qayıdıb: "Həmin gəmi Suriyaya təlimlər üçün getməli idi. Ancaq axşam saatlarında tam yanacaq ehtiyatı götürərək naməlum istiqamətə üzüb". Ukrayna mətbuatı həmin kreyserin məhz Yanukoviçi Rusiyaya apardığını iddia edir.
2014-02-27
10,190
Tağı Əhmədov getdi, yeni rəis Zaur Hüseynovdur
Azərbaycan Respublikası Prezidenti Zaur Hüseynovun "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin. Qeyd edək ki, Bakı Metropoliteni və Azərtunelmetrotikinti Səhmdar Cəmiyyəti Prezident sərəncamı ilə birləşdirilərək "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni quruma isə Zaur Hüseynov rəis təyin edilib.
2014-02-27
10,191
Krım rusları ayağa qalxdı
Krımın rus mənşəli əhalisi əllərində Rusiya, Krım və Sevastopolun bayraqları ilə Krım Parlamentinə tərəf irəliləyir. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat rus aktivistlərinin milis dəstələrinin mühasirəsini yardıqlarını bildirib. Əllərində Rusiya bayraqları olan etirazçıların "Rusiya" şüarları qışqıraraq irəllədikləri qeyd edilib. Qeyd edək ki, bu gün Krım Parlamenti naməlum şəxslər tərəfindən tutulub. Onların Rusiya hərbi qüvvələrinə aid şəxslər olduğu deyilib.
2014-02-27
10,192
ABŞ-dan Gülənin təhvil verilməsi tələb ediləcək – Gizli plan
AKP Fətullah Gülən haqqında qırmızı bülleten hazırlığında olduğu iddia edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan ilə oğlu Bilal Ərdoğan arasında keçdiyi iddia edilən telefon danışığının səs yazısı AKP-nin seçki strategiyasını da dəyişdirib. AKP-çilər və Ərdoğanın müşavirləri bələdiyyə seçkilərində əvvəl ortaya çıxan kaset skandalının izlərini silmək üçün bir növ strategiya qurub. AKP hesabat açıqlayacaq Strategiyalardan birində səs yazılarının montaj olduğunu sübut etmək üçün müstəqil qurumlardan hesabat alınması planlanır. Bu səpkidə beynəlxalq qurumlar araşdırılır. Bu qurumlardan səs yazılarının montaj olduğuna dair hesabat alınaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bütün bunlarla bərabər AKP "dövlət içində dövlət qurmaq istəyənlər" kimi adlandırdığı Gülən hərəkatına qarşı əməliyyat hazırladığı da bildirilib. Həmçinin ABŞ-da yaşayan Fətullah Gülən haqqında açılacaq istintaq işi çərçivəsində Gülən üçün "qırmızı bülleten" çıxarılması nəzərdə tutulur. Və Gülənin ABŞ-dan təhvil verilməsinin istənilməsi də planlaşdırılır. Ancaq bu yöndə atılacaq addımın seçkilər zamanı əks-effekt yaratması narahatçılıq yaradır. Bunun üçün əməliyyatın seçkidən əvvəlmi, sonramı həyata keçirilməsinin düzgün olacağı müzakirə edilir.
2014-02-27
10,193
Baxçalı jurnalistləri danladı – Video
Yozqata səfəri zamanı onu çəkən kameraların işığından narahat olan MHP lideri jurnalistlərə sərt reaksiya göstərib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bələdiyyə seçkiləri təbliğatı çərçivəsində Yozqat şəhərini ziyarət edib. Baxçalı getdiyi hər yerdə partiyadaşları tərəfindən qarşılanıb, vətəndaşlara xitab edib. Söndürün bu işıqları Yozqatda xalqa xitab etdiyi zaman onu çəkən bəzi jurnalistlərin kameralarının işığından narahat olan Baxçalı "Söndürün bu işıqları. Onsuz da yayımlamırsınız, bir də nümayiş etdirirsiniz", - deyib. Baxçalının sərt reaksiyasından sonra operatorlar çəkilişə işıqsız davam etmək məcburiyyətində qalıb.
2014-02-27
10,194
Ərdoğanın yeni səs yazısı: Pulu necə əridək?
Dünən video paylaşım saytı Yutubda Türkiyə Baş naziri R.T.Ərdoğanın yaxın adamlarına aid olduğu iddia edilən yeni telefon danışığı yayılıb. Videoya səslərlə birlikdə yazılı açıqlamalar da əlavə olunub. "Axar.az" həmin açıqlamanı təqdim edir: "17 dekabr günü Baş nazirin Qısıqlıdakı malikanəsindən avtomobillərlə daşınan pulların bir qismini Baş nazirin kürəkəni Berat Albayrağın sağ qolu Mədət Nəbi Yanıq daşıyır. Mədət Nəbi Yanığın adı daha əvvəl Turkuvaz Medianın Baş nazirin əmriylə satın alınması işlərində pulların transferində də hallanmışdı. Mədət Yanıq, Berat Albayrağın əmriylə 17 dekabr əməliyyatıyla eyni gün, Qısıqlıda saxlanılan pulları daşıyır. 17 dekabr günü "Sabah" və "ATV"nin təzə sahibi Ömər Faruk Kalyonçuya küllü miqdarda pul daşıyan Mədət Nəbi Yanıq səhəri gün də Çalıq Holdinqə pul daşıyır". Səs yazısına görə 1-ci telefon zəngində Mədət Nəbi Yanığın Baş nazirin Qısıqlıdakı evindən yüklədiyi pulları Faruk Kalyonçuya təhvil vermək üçün Hakan Arslana vermək üzrə olduğu aydın eşidilir. Bu telefon danışığının səs yazısı, montaj olduğu Baş nazirlik tərəfindən açıqlanan, Bilal Ərdoğanın Baş nazir Ərdoğana "Ata, hal-hazırda Beratın ağlına bir fikir də gəldi. Deyir, bir hissəsini digər işlə əlaqədar dərhal Faruk Kalyonşuya verək. Özün onsuz da danışmısan əvvəlcədən. Çox hissəsini belə əridə bilərik", - dediyi səs yazısını təsdiqləyir. 18 dekabr günü Baş nazirin evində "sıfırlanmayan" pullardan 25 milyon dolların Çalık Holdinqə təhvil verildiyi iddia edilir. Mədət Yanıq və Rza Ağın arasındakı telefon danışığından bir gün əvvəl də Çalık Holdinqə pul daşıdığı, ancaq məbləğ çox olduğuna görə prosesin sabahkı günə saxlanıldığı aydın olur. Yenə montaj olduğu iddia edilən Ərdoğanla oğlunun telefon danışığında "Hələ sıfırlamamışıq, ata. Belə ki, 30 milyon avro miqdarında balaca məbləğ qalıb. Əridə bilməmişk hələ. Yenə Beratın bir fikri var. Əhməd Çalıkdan alacağı əlavə 25 milyon dollar qalıb, deyir. Qalanıyla da Şəhrizardan bir villa ala bilərik", - sözləriylə paralel olan daşıma əməliyyatında diqqət çəkən bir nöqtə isə heç kimin məbləği bilməməsidir. Rza Ağın Mədət Yanığa "məbləğ barəsində məlumatın var" sualına Yanıq: "Məlumatım yoxdur, dəqiq öyrənəndə sənə xəbər verəcəyəm", - deyə cavab verir. Növbəti danışıqda Ağın pulun avro, yoxsa dollarla olması sualına Yanıq bilmədiyini deyir. Daha ətraflı:
2014-02-27
10,195
"Parlamentin buraxılmasını təklif etdim" - Səbəb
"ABŞ-dan olan o jurnalisti ümumiyyətlə tanımıram və həmin hadisələr baş verən zaman onun orda olmasına şübhə edirəm". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dedi. Partiya sədri redaksiya ilə əlaqə saxlayaraq bir gün öncə saytda yayımlanan və özünün adı keçən yazı ilə bağlı fikirlərini bildirdi: "Yazıda belə bir abzas var: "Parlamentdə fasilədən dərhal sonra müxalifət yenidən prezidentin istefaya göndərilməsi ilə bağlı tələblə çıxış etdi. Axşam düşəndə isə prezident yenidən göründü və istefaya göndərilməsi haqqında olan bütün tələblərə aydınlıq gətirilməsini istədi. Onun bu dəfəki çıxışı isə göstərdi ki, prezident özünü itirib və situasiyanı dəyərləndirmək qabiliyyətinə malik deyil. Etdiyi səhvlərinə görə üzr istəyən Ayaz Mütəllibov, Nazirlər Kabinetini yenidən formalaşdıracağını və hətta əsas nazir vəzifələrinə müxalifətdən nümayəndələr təyin edəcəyini bildirdi. Bu məqamda isə Araz Əlizadə prezidenti ölkədə fövqəladə vəziyyət elan etməyə, siyasi partiyaların fəaliyyətinin 6 ay müddətinə qadağan edilməsinə çağırdı". İlk əvvəl onu deyim ki, mənim fikrimi təhrif ediblər, həmçinin zaman və məna kontekstindən çıxarıblar. Mən o sözləri tamam ayrı zamanda və ayrı situasiyada demişəm. 1991-ci ilin noyabr ayında məlum helikopter qəzasından sonra mən müharibə şəraitini nəzərə alaraq təklif etmişəm ki, iqtidar-müxalifət anlayışı olmasın. Əgər ölkədə müharibə gedirsə, hər şey onun qanunlarına uyğunlaşdırılmalı və bütün partiyalar dövlət və müharibə maraqlarından çıxış etməlidir. Mən bu təklifi vətən müharibəsi modelinə uyğun olaraq vermişəm. Etdiyim təklif bundan ibarətdir. Ancaq həmin jurnalist olmayan şeyləri iddia edir. Bu məsələ ilə bağlı həmin ilin 5-6 mart tarixlərində mənim çıxışım olmayıb. Çıxış etmişəm, ancaq başqa şeylərdən danışmışam. Ayaz Mütəllibovun məcburi istefaya göndərilməsini demokratiyanın təntənəsi kimi təqdim edən insanların yanlış düşündüyünü bildirmişəm. Demişəm ki, əzizlərim, nə özümüzü, nə də xalqı aldadaq. Bunun faktiki olaraq dövlət çevrilişi olduğunu demişəm. Ancaq siyasi partiyaların və parlamentin buraxılması ilə bağlı dediklərim isə sırf müharibə şəraiti ilə bağlıdır və vətən müharibəsi zamanı idarəçilik modelini misal olaraq göstərərkən demişəm".
2014-02-27
10,196
Şahin Mustafayev prezident seçildi
Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında Yelkən İdmanı və Stolüstü tennis idman növləri üzrə federasiya rəhbərliyinə seçki keçirilib. "Axar.az" xəbər verir ki, iclasda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov və İqtisadi İnkişaf naziri Şahin Mustafayev iştirak ediblər. İcraiyyə Komitəsinin səsverməsinə əsasən Yelkən İdmanı Federasiyasına yeni prezident Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov seçilib. Stolüstü Tennis İdman Federasiyasına yeni prezident İqtisadi İnkişaf naziri Şahin Mustafayev təyin edilib.
2014-02-27
10,197
Rus ordusu Krımdan geri çəkildi
Bu gün səhər saatlarında Simferopolun içərilərinə irəliyən rus hərbi texnikası geri çəkilib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Simferopol istiqamətində irəliləyən zirehli transportyorlar artıq əks istiqamətə hərəkət ediblər. Məlumata görə, hərbi texnikanın geri çəkilməsinə səbəb, onların qarşısının təhlükəsizlik qüvvələri tərəfindən kəsilməsidir. Aparılan qısa danışıqlardan sonra hərbi texnika geri çəkilməyə başlayıb. Qeyd edək ki, Rusiyanın Qara dəniz Donanmasının rəhbərliyi 7 zirehli transportyorun Sevastopola tərəf irəliləməsinə hələ də heç bir münasibət bildirməyib.
2014-02-27
10,198
AKP mitinqləri ləğv edildi
Baş nazir Ərdoğan fövqəladə vəziyyət elan edib, partiyasının bələdiyyə seçkilərinin mitinqləri ləğv olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçki təbliğatı çərçivəsində 51 şəhərə getməyi planlaşdıran Türkiyənin Baş naziri R.T.Ərdoğanın Əskişəhr mitinqi ertələnmişdi. Son dəyişiklik ilə Mersin mitinqi də ləğv edilib. Ərdoğanın Əskişəhr mitinqi başqa bir tarixə ertələnərək yerinə Qırqlarəli mitinqinin salındığı və Mersin mitinqinin də ləğv edildiyi bildirilib. Mersin mitinqinin ləğv edilməsi ilə əlaqədar heç bir açıqlama verilməyib.
2014-02-27
10,200
Almaniyada ölən əsgərin ölüm kağızı qəbul edilmir
"Almaniyadan oğlumun meyitini gətiriblər, amma hələ də "Zaqs"dan lazım olan sənədi ala bilmirəm". Bu sözləri "Axar.az"a redaksiyamıza şikayətə gələn Salyan rayon sakini Əli Quliyev deyib. Onun sözlərinə görə, oğlu bir aydan artıq müddətdir ölsə də, dövlət qurumları onu get-gələ salıb və sonuncu dedikləri söz isə oğlunun ölümünə görə Ə. Quliyevə çatacaq pulun ona verilməyəcəyi ilə bağlı fikir olub: "Mənə dedilər ki, oğlun xarici ölkədə öldüyü üçün sizə heç bir pul düşmür". Qanunda ölüm yeri ilə bağlı heç nə yoxdur Hüquqşünas Müzəffər Baxış isə bu məsələ ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin nəzərdə tutulmadığını bildirdi: "Bu və bu kimi məsələlər "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə tənzimlənir. Bu qərarda ölüm məkanının fərqli olması ilə bağlı heç nə yazılmayıb. Əgər şəxs Azərbaycan Respublikasının vətəndaşıdırsa, o zaman onun ailəsinə lazımi sənəd verilməlidir". Təqdim edilən sənədlər doğru deyil Salyan rayon VVAQ idarəsinin rəhbəri Naibə Xəlilbəyli isə "Axar.az"a açıqlamasında ona yönələn ittihamların əsassız olduğunu bildirdi: "Bizə təqdim edilən sənədlərdə ölüm səbəbi və ödəniləcək məbləğlə bağlı heç bir şey yazılmayıb. Əgər ölüm səbəbi göstərilən sənəd təqdim edərsə, o zaman biz də onlara hüquqi çərçivədə yardım edə bilərik". Xatırladaq ki, şikayətçi Əli Quliyevin oğlu Natiq Quliyev bir neçə həftə öncə müalicəyə getdiyi Almaniya xəstəxanaların birində keçinib. Atası onun hərbi xidmət zamanı yaralandığını və Bakıda yerləşən "Meqaplaza" klinikasında Şəkərov familiyalı həkimin oğlunu əməliyyat edərək daha da pis günə qoyduğunu bildirir.
2014-02-27
10,201
Metropolitenin yeni rəisi kimdir – Tərcümeyi-hal
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış "Bakı Metropoliteni" ASC-nin sədri vəzifəsinə gətirilən Zaur Mirtofiq oğlu Hüseynovun kimliyi diqqət mərkəzindədir. "Axar.az" xəbər verir ki, Z.Hüseynov 1964-cü ildə Bakıda anadan olub. Ali təhsilli mühəndis və peşəkar menecer sayılır. Bir müddət "Qaradağ Sement" ASC-də mühəndis işləyib. 2006-cı ildən bu günə qədər "Bakıeletrikşəbəkə" ASC-nin sədr müavini vəzifəsini tutub. Z.Hüseynov bir neçə xarici dili mükəmməl şəkildə bilir. Ailəlidir, 2 övladı var.
2014-02-27
10,202
Rusiya – “böyük və çürük”, Fransa - “irqçi və mavi”...
Quqlun axtarış sistemində maraqlı detallar ortaya çıxıb. İstifadəçilərin hansısa ölkəni axtararkən axtarış panelində istifadə etdikləri iki kəlmədən ibarət ifadələr müəyyənləşib. "Axar.az" xarici mediaya istinadən bildirir ki, Quqlda axtarış edənlər Rusiya üçün "böyük və çürük" ifadəsini, amerikalılar isə "niyə bu qədər şişman" sözlər ilə axtarış verirlər. Digər ölkələr barədə axtarışda işlənən ifadələri təqdim edirik. Rusiya – Böyük və çürük Finlandiya - Ağıllı və zəngin İsveç - Bacarıqlı və bahalı Norveç – Xokkeydə pis, ancaq zəngin İngiltərə - Güclü və zəngin İrlandiya - Kasıb və yaşıl Fransa - İrqçi və mavi İspaniya - Kasıb və çürük Portuqaliya - Kasıb və kiçik Türkiyə - Ucuz və quraqlıq Almaniya - Zəngin və güclü Polşa - Zəif və kasıb Ukrayna - Kasıb və Rusiya üçün əhəmiyyətli Qazaxıstan - Kasıb və böyük Çin - Çirkli və zəngin Yaponiya - Qəribə və zəngin Cənub Koreya - Kasıb və zəngin (hər iki ehtimal var) Şimali Koreya - Pis və kasıb
2014-02-27
10,203
Rüşvətdə ittiham olunan dekan müavini danışdı – Özəl
"İşdən çıxarılmamışam". Bunu "Axar.az"a açıqlamasında tələbədən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı iddia edilən dekan müavini Asif Bayramov deyib. Dekan müavini haqqında gedən məlumatın yalan olduğunu deyib: "Boş-boş söhbətlərdir. İşdən çıxarılmamışam. Hamısı yalan məlumatlardır". Qeyd edək ki, mətbuatda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəliminin ondan rüşvət tələb etdiyini iddia edən 4-cü kurs tələbəsinin qalmaqallı çıxışından sonra rektor Abel Məhərrəmovun əmri ilə həmin fakültənin dekan müavini Asif Bayramovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat dərc olunmuşdu.
2014-02-27
10,204
Türkiyədən Krım olaylarına reaksiya
"Krım Ukraynanın torpaq bütövlüyünün bir parçasıdır. Ukraynanın torpaq bütünlüyü içərisindəki bu problemlərin həll olunacağına inanırıq". "Axar.az" xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib. Nazir Ukraynda baş verənləri əvvəlindən izlədiyini bildirib: "Ukraynanın bütünlüyünün Krım da daxil olmaqla əminamanlığa qovuşması ən böyük istəklərimizdən biridir". Xatırladaq ki, bu gün Krım parlamenti rus hərbçiləri tərəfindən tutulub, Sevastopola doğru rus hərbi texnikası yeridilib.
2014-02-27
10,205
Krım - Rusiyanı gözləyən fəlakət
Ukraynada hakimiyyət dəyişikliyinə Rusiyanın gözlənilən reaksiyası özünü çox gözlətmədi. Ruslar ənənələrinə sadiq qalaraq Ukraynaya qarşı etnik separatizm kartını işə saldılar. Krımda etnik rusların mərkəzdən qaçmaya təşviq edilməsi onu göstərir ki, Rusiya Ukraynanı ərazi ilə təhdid edir. Bununla bağlı Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin fikirləri maraqlı görünür. Sabiq prezident bildirib ki, Rusiyanın məqsədi cənubi Osetiyadan başlayaraq Abxaziya, Krım, Odessa və Dnestryanı ərazilərə qədər öz nəzarətinə almaqdır. O, hesab edir ki, Kreml məhz zorakı hərbi müdaxilə yolu ilə öz məqsədini gerçəkləşdirməyə çalışacaq. Bu gün alınan xəbərlər Saakaşvilinin fikirlərinin heçə dəyanmadığını göstərir. Artıq Krım Parlamenti və Nazirlər Soveti Rusiyaya aid 120 nəfərlik hərbi qruplaşma tərəfindən ələ keçirilib. Onlar binadan Rusiya bayrağını da asıblar. Hətta Krımın statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilməsini də tələb etdikləri barədə xəbərlər yayılıb. Bu hadisələrin fonundasa dünəndən başlayaraq artıq yerli tatarlarla ruslar arasında qarşıdurmalar baş verir. Bu qarşıdurmalar zamanı 30-a yaxın insanın yaralanması onu göstərir ki, Moskva Krımda münaqişəli vəziyyət yaradıb hərbi müdaxilə üçün zəmin yaratmağa çalışır. Krımda yaşayan rusların təhlükəsizliyini təmin etmək bəhanəsi ilə müdaxilə planının olması şübhə doğurmur. Artıq Rusiya zirehli texnikasının bu ərazilərdə görünməsi ilə bağlı məlumlar var. Demək, Rusiya vaxtı ilə Gürcüstanda etdiyi kimi, bu ölkənin də ərazilərini işğal etməklə cəzalandırmağa çalışır. Ancaq bu baş verərsə, Rusiya bu dəfə çox ciddi problemlərlə üzləşə bilər. Gürcüstandan fərqli olaraq Ukraynanın hərbi potensialı Rus müdaxiləsinə qarşı daha effektiv müqavimət göstərmək imkanındadır. Digər tərəfdənsə Ukrayna Rusiyanın qarşısında tək deyil, Avropa və Amerika birmənalı olaraq bu ölkəni dəstəkləyir. Artıq ABŞ dövlət katibi Con Kerri Rusiyaya Krımla bağlı xəbərdarlıq ünvanlayıb. Bu isə o deməkdir ki, Ukraynaya göstəriləcək dəstək heç də iqtisadi və hərbi yardımla məhdudlaşmayacaq. Qərb Rusiyaya qarşı çox ciddi təzyiq və siyasi təcrid planlarını işə sala bilər. İlk növbədə Rusiya qazının Avropa Birliyi tərəfindən alınmasından imtina edilərsə, Rusiya iqtisadiyyatı ciddi böhrana məruz qala bilər. Bir çox vacib sahələrdə Rusiya ilə ticarətə embarqonun qoyulması məsələsi də gündəmə gələ bilr. Eyni zamanda Rusiyanın böyük səkkizlər qrupundan çıxarılması və siyasi təcrid vəziyyətinə salınması Qərbin əlində çox təsirli təzyiq mexanizmi sayılır. Bundan əlavə Xarkov anlaşması əsasında Rusiyanın Qara dəniz donanmasına tanınmış hüquqlarının qüvvədən düşməsi beynəlxalq sulara çıxma imkanını məhdudlaşdıracaq. Unutmaq olmaz ki, Rusiyanın özü də çox millətli br dövlətdir və paralel olaraq Rusiyanın daxilində də etnik zəmində mərkəzdənqaçma meyillərinin dəstəklənməsi məsələsi gündəmə gələ bilər. Bütün bunları nəzərə alaraq Rusiyanın Krıma hərbi müdaxiləsinin Napaleonun Moskvaya müdaxiləsi ilə eyni sonluğu doğuracağını, böhrana yol açacağını demək olar.
2014-02-27
10,206
“Baku Creative Center”də “Art cinema club” layihəsi
"Baku Creative Center" növbəti layihəsini həyata keçirir. "Baku Creative Center"dən "Axar.az" saytına bildiriblər ki, "Art cinema club" adlanan layihə çərçivəsində hər həftənin şənbə günləri rəssamlar, yaradıcı şəxsiyyətlər və incəsənət haqqında filmlər nümayiş etdiriləcək. Əvvəlcədən keçiriləcək səsvermə nəticəsində təqdim edilmiş 5 film arasından seçilmiş bir ekran əsəri göstəriləcək. İlk nümayiş üçün "Frida", "Mirvarili qız", "Qoyyanın ruhları", "Ən yaxşı təklif" və "Pollok" filmləri səsvermə üçün təqdim olunur. Nümayiş martın 1-də "Baku Creative Center"də keçiriləcək. Nümayiş olunan filmlər rus dilində təqdim ediləcək.
2014-02-27
10,207
BBC-nin müxbiri canlı yayımda qeyb oldu - Video
BBC-nin müxbiri canlı yayımda yoxa çıxıb. "Axar.az" xarici mediaya istinadən bildirir ki, İngiltərənin şimalında yayımlanan BBC şimal kanalının müxbiri studiyada baş verən texniki nasazlıq üzündən canlı verilişdə xəbəri təqdim edərkən bir anda ekrandan yoxa çıxıb. Qeyri-adi görüntü insanların diqqətini çəkib. Videonu təqdim edirik.
2014-02-27
10,208
Yanukoviçin offşor zonalarda 70 milyardı üzə çıxdı
Yanukoviç-Azarov hakimiyyətinin offşor zonalarda 70 milyard dollar pulu aşkarlanıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın yeni Baş naziri seçilən Arseni Yaçenyuk Ali Radada çıxışı zamanı bildirib. Yaçenyuk bildirib ki, hazırda dövlət xəzinəsi dağıdılıb və boşdur, buna görə də hər şeyin yaxşı olacağına nə indi, nə də sabah təminat verə bilər. Onun sözlərinə görə, dövlətin borcu 75 milyard dollar təşkil edir: "Qızıl fondundan 20 milyard dollardan çox pul talan edilib, kredit götürülmüş 37 milyard dolların aqibəti bəlli deyil. Keçmiş hakimiyyət offşor zonalarındakı bank hesablarına 70 milyard dollardan çox pul ötürülüb". Qeyd edək ki, bu gün Ukrayna Ali Radasında keçirilən səsvermədən sonra ölkənin yeni baş naziri seçilib. Onun lehinə 371 deputat səs verib.
2014-02-27
10,209
Bakıda 49 mərtəbəli Ticarət Mərkəzi tikilir - Foto
Bakının Heydər Əliyev prospektində müasir ticarət mərkəzi tikilir. 49 mərtəbədən ibarət olacaq tikilinin hündürlüyü təxminən 252 metr olacaq. Bu barədə ekspert İlham Şaban facebook səhifəsində yazıb. Onun sözlərinə görə, layihə 2009-cu ildən hazırlanıb. Layihənin sifarişçisi və podratçısı "AZVİL TİKİNTİ" şirkətidir. Artıq Ticarət Mərkəzinin tikintisinə başlanılıb. Ticarət Mərkəzinin fotolarını təqdim edirik:
2014-02-27
10,210
Baş nazirə hökm oxundu
Bu gün Gürcüstanın keçmiş Baş naziri Vano Merabişvilinin məhkəməsi keçirilib. Tiflis şəhər məhkəməsinin bir neçə saat davam edən iclasından sonra keçmiş hökumət rəhbərinə 4 il 6 ay iş kəsilib. "Axar.az" Gürcüstandaki mənbələrə istinadən xəbər verir ki, məhkəmə qarşısında aksiya keçirən 4 nəfər həbs edilib. Tiflis polisindən verilən məlumata görə, onlar V. Merabişvili tərəfdarı olan "Azad zona" təşkilatının üzvləridir. Xatırladaq ki, sabiq Baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir. Bundan öncə keçirilən ilkin instansiya məhkəməsi keçmiş Baş nazirə 5 il iş kəsmişdi.
2014-02-27
10,211
BDU təsdiqlədi, dekan müavini inkar etdi - Təzad
"BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın özünün də etiraf etdiyi kimi, dekan müavini Asif Bayramovun işdən çıxarılması onun şikayəti ilə əlaqəli deyil". Bu sözləri "Axar.az"a açıqlamasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dedi. O bildirdi ki, dekan müavini səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün özü müraciət edib: "Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunması ilə bağlı əmr yoxdur. Tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək". Xatırladaq ki, Asif Bayramov saytımıza açıqlamasında işdən çıxarılması xəbərini təkzib etmişdi.
2014-02-27
10,212
YAP-a böhtan atılıb - Reaksiya
Cəlilabad rayonunda əhalinin aksiya keçirəcəyi və hakim partiyaya qarşı şüarlar səsləndiriləcəyi ilə bağlı yayılan məlumatlara Yeni Azərbaycan Partiyasının rayon təşkilatından açıqlama verilib. Təşkilatın sədri Mirsüleyman Mirxaslının adından "Axar.az"a daxil olan açıqlamada bildirilib ki, Cəlilabadda ictimai-siyasi vəziyyət stabildir və heç bir mitinq gözlənilmir: "YAP Cəlilabad rayon təşkilatı rayonun bütün partiya üzvlərinin iradəsini ifadə edərək bildirir ki, həmin yazıların heç bir əsası yoxdur. Belə məlumatlar cəfəngiyatdan başqa bir şey deyil. Partiya üzvləri rayonun bütün ictimai-siyasi proseslərinin önündə gedir, ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə və partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyev ideyalarına sədaqətləri ilə nümunə təşkil edirlər. Buna görə də qətiyyətlə bildiririk ki, həmin yazılar əsassızdır, bütövlükdə YAP rayon təşkilatına və üzvlərinə atılmış böhtandır".
2014-02-27
10,213
Ukraynada yeni hökumət formalaşdırıldı - Siyahı
Ukraynada yeni hökumət formalaşdırılıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ali Radada ölkənin yeni hökumətinin formalaşdırılması ilə bağlı səsvermə keçirilib. Yeni Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsi üçün 331 deputat səs verib. Ukraynanın Nazirlər Kabinetinin yeni tərkibini təqdim edirik: Baş nazirin müavini – Vitali Yarema; Baş nazirin ikinci müavini – Aleksandr Sıç Baş nazirin Avrointeqrasiya məsələləri üzrə müavini – Boris Tarasyuk; Baş nazirin regional siyasət üzrə müavini – Vladimir Qroysman; Ədliyyə naziri – Pavel Petrenko; Maliyyə naziri – Aleksandr Şlapak; İqtisadiyyat naziri – Pavel Şeremeta; Təhsil naziri – Sergey Kvit; Sosial siyasət naziri – Lyudmila Denisova; Ekologiya naziri – Andrey Moxnik; Mədəniyyət naziri – Yevgeni Nişuk; Səhiyyə naziri –Oleq Musiy; Yanacaq və Energetika naziri – Yuri Prodan; Gənclər və İdman naziri – Dmitri Bulatov; Daxili İşlər naziri – Arsen Avakov; İnfrastruktur naziri – Maksim Burbak; Aqrar siyasət naziri – İqor Şvayka; Müdafiə naziri – İqor Tenyux; Xarici İşlər naziri – Andrey Deşitsa
2014-02-27
10,214
Günün Fb qəhrəmanı Tağı Əhmədov oldu - Statuslar
Tağı Əhmədovun Metropolitenin rəisi vəzifəsindən azad edilməsi xəbərini özündən əvvəl ictimaiyyət xəbər tutdu. Saytlarda ildırım sürətilə yayılan xəbərə sosial şəbəkələrdə jurnalistlərin həsr etdiyi statuslar da özünü çox gözlətmədi. Xəbərə yanaşmalar fərqli və maraqlı oldu. Belə ki... Natiq Azəri "Mətbuatın dostu Tağı müəllim postdan getdi. Media nümayəndələrinin depressiyalı günlər yaşayacağına əminəm". Tural Qurbanlı "Tağı Əhmədov – sonuncu mogikan". Zamin Hacı "Son məlumata görə, basabas üzündən Tağını metrodan işdən çıxartmaq hələ ki, mümkün olmayıbdır". İlkin Həsənov "Tağı Əhmədovun vəzifədən getməsi ilə Krım Muxtariyyətinin ruslar tərəfindən tutulması eyni vaxta düşdü. Çox qəribə təsadüfdür. Elə deyilmi?" İlhamiyyə Rza "Hmm... İndi aydın oldu niyə metroda tez-tez elektrik kəsilirmiş". Fazil Talıblı "İndi isə jurnalistlər (ə) bir- bir kimisə cızılladır" Naibə Qurbanova "Maraqsız olacaq. Hacıbalayla Bayram Səfərovu Allah jurnalistlərə çox görməsin". Emil Salamoğlu "Qapılar bağlanır, Tağı Əhmədov üçün növbəti stansiya..." Natiq Cavadlı "Burcutmayın". Fuad Cəfərov "Tağı Əhmədov müsahibələrində deyirdi ki, məndən olsa, metronu 1 manata edərəm. Tağı müəllim, sənlik olmadı bu işlər". Aygün Muradxanlı "Tağı Əhmədov yerin üstünə çıxdı. Bəlkə də indi göynən əlləşir". Vüqar Baba "Heyif. Jurnalistlərimizə layiq olduqları formada davranan vəzifə sahiblərindən idi Tağı Əhmədov". Röya Rəfiyeva "Bakı Metropoliteninin rəisi dəyişdi, yenisi bəyan etdi ki, "Yaxşılığa doğru hər şey olacaq". Yüz faiz metroda gedişhaqqları qalxacaq". "Facebook"un məşhur səhifələrindən biri "Ditdili" Tağı Əhmədovla dialoq - Tağı müəllim işdən çıxarıldınız. - Mənim yerimə kimi qoydular??? - Zaur Mir Tofiq oğlu Hüsey... - ƏƏƏ, bir-bir!!!
2014-02-27
10,215
Şimali Koreya yenə raket sınaqdan keçirdi
Şimali Koreya ölkənin şimalında qısa məsafəli dörd raket sınaqdan keçirib. "Axar.az" xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi "düşmən qardaş" olaraq adlandırdığı Şimali Koreyanın bu gün ölkənin şimalında qısa məsafəli raket sınaqdan keçirdiyini bildirib. Raket sınağının yerli vaxtla 17:42-də həyata keçirildiyi qeyd edilib. Xatırladaq ki, Şimali Koreyanın lideri Kim Yonq İl keçmişdə qısa məsafəli raket sınağını hərbi tətbiqat çərçivəsində həyata keçirirdi.
2014-02-27
10,216
Təhsil nazirinə şikayət edən qız “Axar.az”a danışdı - Video
Bir müddət öncə mətbuat vasitəsi ilə qatıldığı müsabiqədən kənarlaşdırlmasını qanunsuz hesab edərək Təhsil nazirinə müraciət edən Əminə Əmirxanlı ilə oxucularımızı daha yaxından tanış etmək üçün onunla söhbətləşdik, suallarımıza cavab aldıq. - Əminə, etdiyin müraciətdən bəlli oldu ki, məktəbli olsan da, artıq müəyyən nailiyyətlərin var, bir az bunlardan danışaq... - 2012-ci ildə, IX sinifdə oxuyarkən "Sabahın alimləri" müsabiqəsinə qoşuldum və o vaxt 2 elmi institutla, AMEA-nın Radiasiya Problemləri və Zoologiya İnstitutu ilə işlədim. Həmin il hazırladıgımız layihə müsabiqədə qızil medala və I yerə layiq görüldü. Daha sonra ABŞ səfirliyinin elan etdiyi "YLP" (Youth Leadership Program) müsabiqəsinə də qatıldım. İştirakçılar bir neçə mərhələli seçim turundan ibarət imtahandan keçir. Cavablar hər turdan sonra ABŞ-a göndərilir və orada sonuclanır. Bəxtim gətirdi və mən də finala çıxdım. Arizona Universitetində liderlik dərsləri aldım. Eyni zamanda həmin il ingilis fənn olimpiadasında da I yerə layiq görüldüm. 2013-cü ildə təkrar ingilis dili fənn olimpiadasında I yeri tutdum. - Oxuduğun məktəbi dəyişmisən, bu zərurət nədən yaranıb? - Artıq X sinif idim. Fərdi hazırlıqlarım və dərs yükü xeyli zamanımı alırdı. Elmi layihələrə demək olar ki, vaxt ayıra bilmirdim. "Gənc İstedadlar" liseyində dərslər 8.30-da başlayırdı. Təhsil aldıgım lisey evimizdən uzaq idi və yollarda xeyli vaxt itirirdim. "Sabahın alimləri" II Respublika Müsabiqəsinə qatılmağa qərar verəndə məktəbimi evimizə daha yaxın məktəbə dəyişdik ki, vaxtım daha çox qalsın. Keçən il mən AMEA-nın Fizika İnstitutu ilə əməkdaşlıq etdim və layihəmiz çox uğurlu alındı. Mənə bu işdə təmənnasız və könüllü yardım etdiyinə görə həm Fizika İnstitutunun rəhbərliyinə, həm də elmi rəhbərim Fizika İnstitutunun elmi işçisi Hüseyn Hüseynova dərin təşəkkürümü bildirirəm. Layihəni düzgün tərtib və təqdim etmək üçün 2 dəfə Şimali Kipr Türk Cümhuriyyətində Dogu Akdəniz Universitetində təlimlərdə olduq. Layihəmiz müsabiqədə yenə də qızıl medala və I yerə layiq görüldü. Keçən il həm də İstanbulda keçirilən 22-ci Beynəlxalq MEF yarışmasına qatıldım. Həmin olimpiadada elmi layihəsi keçən yeganə azərbaycanlı ıdim. Həmin olimpiada bitdikdən sonra Azərbaycana döndüm və ölkəmizdə keçirilən "Gələçəyə Baxış" ABŞ-Azərbaycan Forumuna qatıldım. Nümayəndə heyətinə Barak Obamanın müşaviri, ABŞ-ın hava hücumundan müdafiə və güc nazirləri, hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər toplanmışdı. Forumda əsas məsələlərdən biri də ABŞ-Azərbaycan strateji tərəfdaşlığı idi. Forumun gedişində mənə Filippin Universitetinin rektoru tərəfindən onların universitetində oxumaq təklifi gəldi. Doğrudur, bütün təklifləri dəyərləndirsəm də, mənim hədəfim başqadır. - 2013-14-cü dərs ilində məşguliyyətin necə olub? - Bu il "FLEX" proqramı ilı 3 mərhələli imtahan verdim və imtahanın 2 turunun cavabları məlum olsa da, 3-cü turun cavabları hələ acıqlanmayıb. Çünki hər mərhələdən sonra cavablar Amerikaya göndərilir və orada yoxlandıqdan sonra açıqlanır. Finalçıların adı aprel ayında məlum olacaq. Əgər qalib olsam, gələn il Amerika dövlətinin hesabına ABŞ məktəblərindən birində təhsilimi davam etmək imkanım olacaq. - Bütün bunlara hazırlıqlarda sənə kimsə yardım edir, yoxsa özün sərbəst hazırlaşırsan? - Keçən ilki TOEFL nəticələrimi ABŞ-in Kilqor kollecinə göndərdim və müsbət cavab aldım. Sentyabrdan bu günədək heç bir müəllimlə fərdi hazirlıq keçmirəm. İmtahanlara özüm sərbəst hazırlaşıram. TOEFL, SAT English, SAT Math və SAT Pysics imtahanları verəcəm. Hansılar ki, ABŞ–da top universitetlərə qəbul olmaq istəyən abituriyentlərin verdikləri imtahanlardır. Bu il "Sabahın alimləri" III Respublika Müsabiqəsinə qoşuldum. Müsabiqə ABŞ-da yuxarı sinif şagirdləri arasında keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində İntel korporasiyasının dəstəyi ilə 2014-cü il 13-15 fevral tarixlərində "Kempinski Hotel Badamdar"da təşkil olunmuşdu. Elmi rəhbərim Lissabon Texniki Universitetində çalışan və kimya elmləri doktoru alimlik dərəcəsi olan Kamran Mahmudovdur. Kamran müəllimi mən quqldan araşdırdım və ona elmi rəhbərim olmasını təklif etdim, o da qəbul etdi. Bir neçə ay mənə skaypdan dərslər və tapşırıqlar verdi. Sintez işlərini BDU-nun "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasında etdim. Biz müsabiqəyə olduqca ciddi hazırlaşdıq. Müsabiqədə ən uğurlu işlər ingiliscə də dinlənilir. Ümumiyyətlə, proyektin Amerikanın İntel İSEF yarışmasına vəsiqə qazana bilməsi üçün biz əsas işi ingilis variantı üzərində qurmuşduq. Layihənın ingilis variantı səhvsiz idi və müsabiqənin qaydalarina tam cavab verirdi. Amma mənim Azərbaycan dilindəki qeydiyyat sənədləşməsində yol verdiyim texniki xəta müsabiqədə nəticə qazanmağıma mane oldu. Düşünmürəm ki, müsabiqədə heç bir nəticə qazanmadım. Qazandıgım ən boyuk nəticə müsabiqədə baş verən hadisələrin şahidi olan Tatyana Nanayevadan aldığım üzrxahlıq məktubu idi. O, üzr istəyərək yazmışdı ki, mənim müsabiqədən uzaqlaşdırıldığıma görə heyfsilənir. Ruhdan duşmurəm və qarşıdakı beynəlxalq yarışmalara qatılıram. İnanıram ki, elmi rəhbərimin və mənim əziyyətim itməyib öz bəhrəsini növbəti müsabiqələrdə verəcək. Üç ay əvvəl ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) və "Transparency Azərbaijan" təşkilatı "Video Blogging" layihəsi elan etmişdi. Mən də həmin layihəyə qoşuldum və hazırladığım video bloqu müsabiqəyə göndərdim. Video bloqum (http://www.youtube.com/watch?v=G5-MeyEJwOo) I yeri tutdu və mükfatlandırıldım.
2014-02-27
10,217
İlham Əliyev Dominikan Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm". (AzərTac)
2014-02-27
10,218
Dələduz "universitet müəllimi" iş başında tutuldu
Dələduzluqla məşğul olan şəxs cinayət başında yaxalanıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8.0 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda Ş.Hüseynova tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
2014-02-27
10,219
Şəhid əsgər torpağa tapşırıldı - Foto
Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olan kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu fevralın 27-də doğulduğu yurdda, Xaçmaz rayonunun Sayad kəndində torpağa verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, dəfn mərasiminə nazirliyin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xaçmaz Rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri qatılıblar. Müdafiə Nazirliyinin nümayəndəsi nazir Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını onun ailəsinə təqdim edib.
2014-02-27
10,220
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı fərman imzalandı
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. "Axar.az" xəbər verir ki, Prezidentin rəsmi saytı bu barədə məlumat yayıb. Fərmanda qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilsin. Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək; İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək; İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparmaq; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
2014-02-27
10,221
Rusiya Bakıda gəmilərin tikintisinə nəzarət edəcək
Rusiya Dəniz Gəmiçilik Reyestri (RG) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bakı Gəmiqayırma zavodu" MMC "38M сrew boat" (layihələndirən SNIPTECH, Sinqapur) layihəli yüksəksürətli gəmilərin layihələndirilməsinin texniki müşahidəsi haqqında müqavilə imzalayıblar. Yeni gəmilər dəniz neft-qaz qurğularına xidmət göstərən ixtisaslı heyətin daşınması üçün nəzərdə tutulub və bu yaxınlarda Bakıda tikilmiş tərsanəyə təqdim edilən ilk sifarişlərdən biri olacaq. Məlumatda qeyd edilir ki, layihələndirmənin texniki müşahidəsi haqqında müqavilənin şərtlərinə əsasən, Reyestrin mütəxəssisləri tikinti zamanı beş gəminin layihələndirmə sənədinə baxacaqlar. Onlar sənədin RG-nin yeni tələblərinə və digər tətbiq edilən normativ sənədlərə, həmçinin RG-nin səlahiyyətinə aid beynəlxalq konvensiya və sazişlərin tələblərinə uyğun gəlib-gəlmədiyini yoxlayacaqlar. Yeni gəmilər Azərbaycan donanmasının yenilənməsi üzrə dövlət proqramı çərçivəsində tikiləcək. Gəmilərin tikintisi 2014-cü ilin aprel-may aylarında gözlənilir. Sifarişçi qismində ARDNŞ çıxış edir. Bu növdən 10 gəminin tikilməsi planlaşdırılır. Gəmiqayırma zavodunun tikintisi üçün ARDNŞ 65%, Azərbaycan İnvestisiya Şirkəti 25% və Sinqapurun "Keppel" şirkəti isə 10% paya malik olmaq şərtilə "Bakı Gəmiqayırma Zavodu" MMC müştərək müəssisəsi yaradılıb. (Trend)
2014-02-27
10,222
Ərdoğan Fətullah Gülənə müraciət etdi
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Uşak vilayətində etdiyi çıxışda Amerikada yaşayan dini icma lideri Fətullah Gülənə tənə dolu müraciət edib. Ərdoğan deyib: "Ey xoca, ey xoca, əgər sənin bir səhvin yoxdursa, Pensilvaniyada durma. Sənin vətənin Türkiyədirsə, vətəninə gəl. Siyasətlə məşğul olmaq istəyirsənsə, çıx meydanlara siyasətlə məşğul ol. Amma ölkəni qarışdırma, bu ölkənin rifahını pozma. Bir çox təxribat hadisələrinin içərisində yer alma". Daha sonra Fətullah Gülənin Türkiyəni xaosa sürüklədiyini deyən Ərdoğan vaxtı ilə onu təriflədiyini də etiraf edib: ""Sən türkcə olimpiadalarda xocamızı öyürdün" deyirlər. Bəli, öyürdüm, bu doğrudur. Biz səmimi davrandıq, belə şeylər görmədik. Əgər ölkənin birliyinə hücum varsa, eyni səmimiyyəti necə göstərə bilərik?". (ANS)
2014-02-27
10,223
Yanukoviç mətbuat konfransı keçirəcək
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç sabah Rusiyada mətbuat konfransı keçirəcək. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Yanukoviç sabah saat 17:00-da Rusiyanın Rostov-Don şəhərində mətbuat konfransı keçirəcək.
2014-02-27
10,224
Zakir Həsənov NATO-nun iclasında - Foto
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən iclasında iştirak edib. İclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək) və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycanın müdafiə naziri ölkəmizin Əfqanıstana cari dəstəyini qeyd edib və NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib. Brüsselə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, Latviyanın müdafiə naziri Raymonds Vejonis və NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. (Trend)
2014-02-27
10,225
Şəmkirdə istixana yandı
Şəmkir rayonunda istixanada yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Sabirkənd kəndində ümumi sahəsi 1 ha olan istixananın ərazisində çəkisi 2 ton mazutla dolu çənin içərisində qismən mazut və 50 kv.m sahədə polietilen örtük yanıb. Mazutun və istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-27
10,226
Qənirə Paşayeva ANS-i qeyri-peşəkarlıqda suçladı - Video
"ANS televiziyasının yoxlanılmadan, dəqiq mənbəyi olmadan bu məsələ ilə bağlı süjetdə mənim adımı hallandırmasına çox təəssüf edirəm. Bu cür absurd fikirləri cəmiyyətə təqdim edilməsinə həm də üzülürəm". Bu sözləri millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, heç bir təriqətin üzvü deyil və bu barədə də söhbət gedə bilməz: "Məni tanıyanlar çox yaxşı bilir ki, belə iftiralar mənə yapışmaz. Bakıya qayıtdıqdan sonra bu məlumatın ilkin mənbəyi və bizim rəyimiz alınmadan məlumatın yayılması ilə bağlı məsələni ciddi araşdırıb, xəbəri yayanlarla bağlı hüquq çərçivəsində tədbirlər görəcəm. Çünki hər hansı bir saytın və ya mənbənin doğru olmayan xəbərləri üzərindən belə bir reportajda adım hallandırılıb. Doğrudur, mənim bu xəbərləri təkzib etməyimlə bağlı mövqeyimi versələr də, bu cür fakta əsaslanmayan süjet məni ciddi şəkildə üzdü". Keçmiş ANS-çi söhbət zamanı telekanalı qeyri-peşəkarlıqda, mətbuat prinsiplərinə riayət etməməkdə də suçlayıb: "Onu da qeyd edim ki, jurnalistika prinsipləri baxımından da bu, düzgün deyil. Mətbuat fakta əsaslanmayan, yoxlanılmamış məsələni yaya bilməz". ("AzNews.az")
2014-02-27
10,227
Krım parlamenti hökuməti istefaya göndərdi
Krımın Ali Şurası Muxtar Respublikanın hökumətini istefaya göndərib. Bu qərarı Şuranın iclasında iştirak etmiş 64 deputatdan 55-i dəstəkləyib. Ali Şuranın cəmi 100 deputatı var. Krımın Nazirlər Şurası 2011-ci ilin payızından Anatoli Mogilyovun rəhbərliyi altında fəaliyyət göstərib. (Trend)
2014-02-27
10,228
Yanukoviç Moskvada 52 milyona villa aldı - Foto
Ukraynanın keçmiş prezidenti Moskva ətrafındakı Barvikedə ev alıb. Bu haqda özünün Twitter səhifəsində "Yaşıllar və sosial-demokratlar" Alyansının mərkəzi şurasının sədri Oleq Mitvol yazıb: "Yanukoviç artıq Moskva ətrafının sakinidir. Amma Kiyev havası ilə yaşayır". Onun verdiyi məlumata görə, kottec eks-prezidentə 52 milyon dollara başa gəlib. Onu hətta həmin ərazidə gəzərkən görənlər də olub. Mitvol qeyd edib ki, Yanukoviçin qonşuları "LUKOYL" şirkətinin rəhbəri Vahid Ələkbərov və oliqarx Roman Abromoviçin qayınatası Aleksandr Jukovdur.("Modern.az")
2014-02-27
10,229
Məhəbbət Kazımovun mahnısına klip - Video
Tanınmış klarnet ifaçısı Zahid Qubadlı yeni klip çəkdirib. Verilən məlumata görə, bu barədə musiqiçinin özü deyib. Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun bəstəsi olan "İlk məhəbbətim" mahnısına çəkilən klipin rejissoru Nəriman Süleymanovdur. Zahid Qubadlı bu klipin mərhum sənətkarın xatirəsinə həsr olunduğunu deyib: "Məhəbbət Kazımov nəinki Qarabağımızın, Azərbaycanımızın böyük xanəndəsi idi. Mən də bir el oğlu kimi özümə borc bildim ki, bu klipi onun xatirəsinə ithaf edim. Allah ona qəni-qəni rəhmət eləsin" (ANS).
2014-02-27
10,230
Krım Ali Şurası Sergey Aksyonovu baş nazir seçdi
Krım Muxtar Respublikası Ali Şurasının deputatları Sergey Aksyonovu Nazirlər Şurasının sədri seçib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sergey Aksyonov Krım Muxtar Respublikası parlamentinin deputatı və Krım parlamentində "Rus Birliyi" fraksiyasının sədridir. Qeyd edək ki, Krım Ali Şurası bundan əvvəl hökuməti istefaya göndərib. Anatoli Moqilyovun rəhbəri olduğu Nazirlər Şurası 2011-ci ilin payızından fəaliyyət göstərirdi.
2014-02-27
10,231
Bakılı nazir Krım Radasının tutulmasından danışdı - Foto
Ukraynanın yeni təyin edilmiş Daxili İşlər naziri, Bakıda doğulmuş Arsen Avakov öz Feysbuk səhifəsində Krım Ali Radasının tutulmasına münasibət bildirib. Arsen Avakov yazıb: "Səhər tezdən avtomat və pulemyotla silahlanmış naməlum adamlardan ibarət dəstə Simferopolda Krım Ali Radasının binasını tutub. Daxili qoşunlar və bütün milis heyəti döyüş hazırlığına gətirilib. Mülki əhali arasında qan tökülməsinə yol verməmək üçün Ali Radanın yerləşdiyi məhəllə mühasirəyə alınıb. Ekstremist əməllərin inkişafının qarşısının alınması, şəhərin mərkəzində hərbi toqquşmaya yol verilməməsi üçün bir sıra tədbirlər görülüb. Təxribatçılar fəaliyyətə başlayıb. Soyuq başla düşünmək, sağlam qüvvələri bir araya gətirmək və dəqiq addımlar vaxtıdır". (ANS)
2014-02-27
10,232
Heydər Əliyev Fondu Rumıniyada konfrans keçirdi
Fevralın 27-də Buxarestdəki nüfuzlu "Hyperion" Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi" adlı konfrans keçirilib. Tədbirdə "Hyperion" Universitetinin rəhbərliyi və müəllim heyəti, tələbələri, Buxarest Yazıçılar İttifaqının nümayəndələri, Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin tədqiqatçıları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar toplumunun nümayəndələri iştirak ediblər. Tədbiri "Hyperion" Universitetinin hüquq, jurnalistika və psixologiya fakültəsinin dekanı İon Marin açıb. O, belə tədbirlərin dünyada baş verən münaqişələrə düzgün qiymətin verilməsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin və onların havadarlarının məkrli siyasətindən danışıb. İ.Hacıyev ötən əsrin qəddarcasına törədilmiş faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı söhbət açıb, Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin əhalisinin azərbaycanlılardan ibarət olduğuna görə bir gecədə yer üzündən silindiyini, erməni vandallarının yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdiklərini, qocalara, qadınlara, uşaqlara amansız işgəncə verdiklərini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulanıb. İ.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs etmiş və bu kampaniyanın Dağlıq Qarabağ problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində uğurlu və uzaqgörən strategiya olduğunu vurğulanıb. O, tədbir iştirakçılarını, tələbələri bu kampaniyaya qoşulmağa çağırıb. Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürov Ermənistanın Azərbaycana qarşı təcavüzünü faktlarla iştirakçıların diqqətinə çatdırıb və hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulanıb. T.Şükürov bildirib ki, hazırda İnterpolun xətti ilə barəsində beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr olunmuş "Ruhumuzun canlanması" adlı əsərində onun Xocalı soyqırımına haqq qazandırdığını və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini fəxrlə etiraf etdiyini söylənıb. Rumıniya Prezidentinin strateji, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Yulian Kifunun rəhbəri olduğu Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin baş tədqiqatçısı xanım Lavinia Kristiana Lupu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, onun ağır nəticələri və problemin həlli prosesi barədə iştirakçılara məlumat verib. O, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin kütləvi qırğınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd edib. Xanım Lupu Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıdakı qətliamda birbaşa iştirak etdiyini vurğulanıb. Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea "Dağlıq Qarabağ münaqişəsi və Xocalı" adlı interaktiv təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən danışib. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs edib. H.Qırbea bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ölkənin torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Sədr XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulanıb. Tədbirin sonunda Xocalı soyqırımı barədə qısametrajlı film göstərilib. Faciə ilə bağlı broşürlər və kitablar tədbir iştirakçılarına paylanıb. (AzərTac)
2014-02-27
10,233
Bakı metrosunda şalvarsız - Aksiya
Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan "28 May" stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır. Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır. Həmin gün Bakıda gənclər "Metroda şalvarsız bir gün" aksiyasını keçirəcək (Bakupost.az). Onlar əsasən 3 metro stansiyası – "28 May", "Gənclik" və "Sahil"də bu flaşmobu keçirmək niyyətindədir. Belə düşünülüb ki, gənclər bu metro stansiyasına gediş-gəlişin nisbətən gur vaxtında enib işarə gözləyəcəklər. Və konkret bir saatda hər kəs şalvarını çıxarıb vaqona minəcək. Həmin gün şənbə olduğundan, flaşmobçuların çox basırığa düşəcəyi gözlənilmir. "Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. "Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir. Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara "Bu gün şalvarımı evdə unutmuşam", "geyinməyə vaxt çatdırmadım", "şalvarımın üstünə kofe dağılıb" və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin "top atəşinə" tutulacağını gözləmək də olar. Bir də ki, Bakı metropoliteninin rəhbərliyinin dəyişməsi gənclərin planlarına korrektələr gətirə bilər. Son məlumatlara görə, flaşmob hələ ki, qüvvədədir. İndiyə kimi dünyanın 60-dan çox şəhərində 13-cü "Metroya şalvarsız girənlər" aksiyası keçirilib. Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.
2014-02-27
10,234
Bakıda minik avtomobili yandı
Bakıda minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-27
10,235
Yeni Baş nazir Yanukoviçin əmrini icra edəcək - Şok
"Biz Viktor Fyodoroviç Yanukoviçi Ukraynanın legitim prezidenti hesab edirik və bundan sonra da ancaq onun əmrlərini yerinə yetirəcəyik". "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Krımın yeni seçilmiş Baş naziri Sergey Aksyonov deyib. Xatırladaq ki, Ukraynanın Baş prokurorluğu Yanukoviçlə bağlı beynəlxalq axtarış elan edib. O və keçmiş Daxili İşlər naziri Zaxarçenko Kiyevdə etiraz mitinqi keçirən vətəndaşların qətlə yetirilməsinə bilərəkdən əmr verməkdə şübhəli bilinirlər. Eks-prezidentin harada yerləşməsi haqda hələ də dəqiq məlumat yoxdur.
2014-02-27
10,236
İsveçrə hökuməti Yanukoviçin hesablarını bağlayır
İsveçrə hökuməti bəyan edib ki, İsveçrə banklarında Ukraynanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti Viktor Yanuokviçlə bağlılığı olan hesabların dondurulması ilə bağlı göstəriş verəcək. Məlumata görə, Reuters hökumət sözçüsü Andre Simonassiyə istinadən yayıb. Bu arada isə məlum olub ki, Ukraynanın 2013-cü ilin sona olan xarici borcu 140 milyard dollara və ya ümumdaxili məhsulun 80 faizinə çatıb. Bu borcun 65 faizi qısamüddətlidir ("Musavat.com").
2014-02-27
10,237
ABŞ: "Türkiyədə siyasi böhran yaşanır"
ABŞ rəhbərliyi insan hüquqları ilə bağlı illik hesabatını açıqlayıb. "Axar.az" xəbər verir ki, ABŞ 17 dekabr və ondan sonra Türkiyədə aparılan əməliyyatı siyasi böhran olaraq dəyərləndirib. Vaşinqton rəhbərliyi hesabatda Türkiyədə hüquq-mühafizə işçilərinin yerlərinin dəyişdirilməsi və minlərlə polisin işdən azad olunmasını hökumətin fiaskosu kimi xarakterizə edib.
2014-02-27
10,238
ABŞ-dan Rusiyaya xəbərdarlıq: "Yanlış addım atma" - Video
Dünən Putinin orduya savaşa hazır olun əmrini verməsi ABŞ-ın sərt reaksiyasına səbəb olub. "Axar.az" xəbər verir ki, ABŞ Müdafiə naziri Çak Haqel Rusiyanın Ukraynaya ordu yeritməsinə münasibət bildirib. Haqel Ukrayna məsələsində Rusiyaya yanlış addım atmamaq barədə xəbərdarlıq edib. Daha sonra Haqel Rusiyanı Ukraynanın suverenliyinə hörmət etməyə və provakasiyalardan çəkinməyə çağırıb.
2014-02-28
10,239
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Axar.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 01-02-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
2014-02-28
10,240
Xocalının son görüntüləri yayıldı - Video
Dağlıq Qarabağ şəhəri Xocalıda azərbaycanlıların kütləvi şəkildə öldürülməsindən 22 il sonra bu yaşayış məskənində kimlər yaşayır və nə ilə məşğul olur? Dağlıq Qarabağa ezam edilən BBC-nin müxbiri Xocalıya baş çəkib və əhali ilə söhbət edib. Yolun təsvirindən başlayan reportajda deyilir ki, İvanyan adlanan yol nişanələrinə rəğmən yeni ada öyrəşməyən yerli əhali söhbət zamanı buranı əvvəlki kimi Xocalı adlandırır. (ANS)
2014-02-28
10,241
Məşhur müğənni xəstəlikdən tanınmaz hala düşdü - Foto
Bir zamanlar gözəlliyi ilə canlar alan Jannanı indi tanımaq mümkün deyil. Tanınmış rusiyalı müğənni Janna Friske ABŞ-da beyin xərçəngi xəstəliyindən müalicə olunur. Müğənni Nyu-Yorkdakı klinikalardan birində müalicə alır. Paparassilər müğənninin gəzintiyə çıxarılarkən fotolarını çəkə biliblər. Aydın görünür ki, xəstəlik müğənninin gözəlliyini əlindən alıb. Bir zamanlar gözəlliyi ilə canlar alan Jannanı indi tanımaq mümkün deyil. O kökəlib və əlil arabasında hərəkət edir. ("Yoz.az")
2014-02-28
10,243
Kliçko Putinə xəbərdarlıq etdi
Vitali Kliçko Almniyanın "Bild"qəzetinə müsahibəsində Rusiya Prezidentinə səslənib. "Axar.az"ın məlumatına görə, Kliçko bidirib ki, Vladimir Putin əli qana batmış diktatora sığnacaq verməməlidir. Kliçko bunu Yanukoviçin məhkəmə qarşısında cavab verməli olması ilə izah edib. UDAR Partiyasının lideri əmin olduğunu bildirib ki, Yanukoviç hazırda Krımdadır və Rusiya hərbi hissələrindən birində gizlənib. Kliçko həmçinin Rusiya hərbi hissələrinin Ukrayna sərhədləri yaxınlığında manevr etməsindən narahat olduğunu da dilə gətirib. Onun sözlərinə görə, Ukrayna kimi, yəqin ki, Rusiya da onsuz da gərgin vəziyyətin mürəkkəbləşməsini istəməz. Kliçko sonda Rusiya mediasını tənqid edib və əlavə edib ki, onlar hadisələri olduğu kimi işıqlandırmırlar.
2014-02-28
10,245
Krım “Berkut”u alqışlarla qarşıladı - Video
"Berkut" xüsusi təyinatlıları Krımda yerli ruslar tərəfindən izdihamla və gül-çiçəklə qarşılanıb. "Axar.az" məlumatına görə, onlar Simferopoldan Sevastopola qayıdarkən belə qarşılanıblar. Əhali "Müqəddəs torpaqlarımızı qoruduğunuza görə halal olsun!" və s. bu tip şüarlar səsləndiriblər. Qeyd edək ki, rus mediası Berkut xüsusi təyinatlılarının hərəsində 30 nəfər olmaqla, 5 avtobusla Krıma gəldiyini yazıb. Bildirilir ki, onlar Krımı Ukrayna silahlı qüvvələrindən qoruyacaq.
2014-02-28
10,246
Timoşenkonun qızı anasından danışdı - BBC
Ukraynanın sabiq Baş naziri, müxalifət lideri Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko BBC-yə müsahibə verib. Yevgeniya Timoşenko ölkədə prezident seçkilərinin keçiriləcəyi və anasının da namizəd olacağı təqdirdə xalqın anasına dəstək olacağını deyib. "Axar.az" Yevgeniya Timoşenkonun BBC-yə verdiyi müsahibəni təqdim edir: BBC: Polşa Xarici İşlər naziri Radoslav Sikorski ötən gün Maydanı dolduran aksiyaçıların rəhbərliyə yeni simaların, təmiz insanların gətirilməsini istədiyini və bu hərəkatda iştirak edənlərin bir qisminin isə siyasi pozuntulara qarşı çıxdığını deyib. Bu fikirlərlə razısınızmı? Yevgeniya Timoşenko: Əlbəttə. Bu səbəblərdən dolayı yüz minlərlə insan anamı qarşılamaq üçün Maydana gəldi. Daha əvvəldə yüz minlər anamın azadlığa çıxmasını istəyirdi və mən nə zaman podiuma çıxsam, onlar "Yuliyaya azadlıq" deyə qışqırırdılar. BBC: Maydanda ananız çıxış etdiyi zaman siz də orda, onunla birlikdəydiniz və orada ananızın çıxışı zamanı bütün siyasətçilər adından xalqdan üzr istədiyini və onların xalqın dəstəyinə layiq olmadıqlarını dediyi zaman Maydanda bir qrup insan "Sənə inanmırıq" deyə qışqırıb. Bu barədə nə deyə bilərsiniz? Yevgeniya Timoşenko: Mən belə olduğunu düşünmürəm. Çünki biz insanların fikirlərini açıq şəkildə deyə biləcəkləri Avropaya pəncərə açırıq. Bildiyimiz kimi, Avropada heç bir siyasətçi xalqın 60%-nin belə dəstəyinə sahib deyil. Anam Yuliya Leonid Kuçma tərəfindən həbs edildi. Daha sonra sərbəst buraxıldı və Baş nazir oldu. Kuçma ona qarşı heç bir ittihamın irəli sürülmədiyini dedi və anam ondan intiqam almağa səy göstərmədi. Məncə, demokratik seçkilərin keçiriləcəyi təqdirdə Ukrayna xalqı onu dəstəkləyəcək. Anam həbsdən çıxdığında ona qarşı bir sıra təxribatlar edildi. Bəzi insanlar onun sadəcə siyasi fiqur olduğunu və bəzi müxalifət liderlərinə rəqib olacağını düşündükləri üçün ona etibar etməməyə başladı. Yuliya isə onların hamısı ilə danışıqlar apardı və xalqa da səslənərək, onların dəstəyinə layiq olub-olmadığını soruşacağını bildirdi.
2014-02-28
10,247
Yanukoviç qırıcıların müşayiəti ilə Rostova gəldi
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin təyyarəsi Rusiyanın Rostov şəhərinə enib. Saat 22 radələrində Rostov hərbi aerodromuna enən təyyarəni qırıcılar müşayiət edib. Viktor Yanukoviç özəl yerlərdən birində gecələyəcək. O, yüksək vəzifəli qonaqlar üçün nəzərdə tutulan hökumət iqamətgahına getməyib. Qeyd edək ki, Yanukoviçin bu gün Rostovda mətbuat konfransı keçirəcəyi gözlənilir. ("Musavat.com")
2014-02-28
10,248
"Trabzonspor" "Yuventus"la bacarmadı
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. "Axar.az" xəbər verir ki, 1/8 finala vəsiqələrin sahibləri müəyyənləşib. Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu doğma azarkeşləri qarşısında meydana çıxıb. Kazanlılar səfərdə bərabərə qaldığı İspaniya liqasının autsayderi "Real Betis"ə məğlub olaraq mübarizəni dayandırıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Türkiydə keçirilib. "Trabzonspor" evdə İtaliya lideri "Yuventus"la üz-üzə gəlib. İlk oyunda Turin klubuna 2 cavabsız qolla məğlub olan Qara dəniz təmsilçisi doğma meydanda da eyni hesabla məğlub olub. 1/8 finala vəsiqə qazanan komandalar bunlardır: "Betis" (İspaniya), "Sevilya" (İspaniya), "Napoli" (İtaliya), "Ludoqorets" (Bolqarıstan), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Bazel" (İsveçrə), "Porto" (Portuqaliya), "Yuventus" (İtaliya), "Totenxem" (İngiltərə), "Lion" (Fransa), "Anji" (Rusiya), "Valensiya" (İspaniya), "Alkmar" (Hollandiya), "Fiorentina" (İtaliya)
2014-02-28
10,249
İtaliya paytaxtı müflisləşir
İtaliyanın paytaxtı Roma müflisləşmək üzrədir. Bu barədə Roma meri İnyaçiyo Marino bəyan edib. Onun sözlərinə görə, əgər hökumət şəhərin büdcəsinin maliyyə məsələləri ilə bağlı müvafiq tədbirlər görməsə, bu gün səhər saatlarından Romada kommunal xidmətlər, nəqliyyat vasitələri dayandırılacaq, xəstəxanalar və uşaq bağçaları bağlanacaq. İ.Marino hökumət "Romanın xilası" adlı tədbirlar planını gecikdirdiyinə görə şəhər büdcəsinin sıfıra bərabər olduğunu deyib. Parlamentdə çoxsaylı siyasətçilərin etirazı tədbirlər planının gecikməsinə səbəb olub. "Hazırda şəhərin büdcəsi sıfıra bərabərdir. Büdcədə olan son vəsaitlər bir müddət əvvəl şəhərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına sərf olunub. Yeni baş nazir Matteo Rençi deyib ki, şəhərin xilası üçün yeni tədbirlər planı üzərində iş gedir", - deyə Romanın meri bildirib. (ANS)
2014-02-28
10,250
Türkiyə parlamenti dava: 1 deputat xəstəxanalıq oldu
Türkiyə Böyük Millət Məclisində dərsxanalarla bağlı qanun layihəsinin müzakirəsi dava ilə nəticələnib. Hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla Cümhuriyət Xalq Partiyasından olan millət vəkilləri arasında mübahisə düşüb. AKP-çi deputat Sadi Bilgiç CHP-çi həmkarı Ali Rıza Öztürkə hücum çəkib. Bu vaxt daha bir AKP-çi deputat - Fatih Şahin Öztürkü bayıra çağırıb. Bundan sonra deputatlar arasında toqquşma başlayıb və millət vəkilləri bir-birlərinə yumruq atıblar. Nəticədə AKP-çi deputat Metin Külünkün burnu qanayıb. O, xəstəxanaya aparılıb. Dava üzündən parlamentin iclası yarımçıq qalıb. ("Musavat.com")
2014-02-28
10,251
Cəmcəmilli kəndində ərzaq mağazası yandı
Qobustan rayonu, Cəmcəmilli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mağazaya bitişik kitabxana və mədəniyyət evi yanğından mühafizə olunub. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-02-28
10,252
ABŞ şirkəti Ərdoğanın montaj fikrini yalanladı – Fotofakt
Ərdoğan və oğluna aid olduğu iddia edilən səs yazısının bir Amerika şirkətinin hesabatıyla əsaslandırılaraq montaj olduğuna dair verilən xəbərlərə şirkətdən cavab gəlib. "Axar.az" xəbər verir ki, mətbuatda yayımlanan xəbərlərdən sonra Feysbuk hesabından açıqlama verən Con Marşall Media (JMM) şirkətinin qurucusu və prezidenti Con Marşall Çeri "bu səs yazısı JMM tərəfindən analiz edilməyib və JMM şirkəti səs mütəxəssisi deyil", - deyə bildirib və əlavə edib ki, bu gün kimi aydın olan saxtakarlığı yayımlayanlar özü utansın. Çeri həmçinin bu şəxslər haqqında hüquqi müstəvidə ölçü götürəcəyini də bildirib.
2014-02-28
10,253
ABŞ onu prezident kimi tanımır – Rəsmi açıqlama
Ağ evdən edilən açıqlamada Viktor Yanukoviçin artıq Ukrayna prezidenti olaraq görülmədiyi bildirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cey Karni mətbuat konfransında Ukraynayla bağlı açıqlamalar verib. Yanukoviçin "məsuliyyətdən qaçdığını" bildirən Karni, Ağ Evin artıq onu Ukrayna lideri olaraq tanımadığını deyib. Karni Ukrayna parlamentinin yeni hökuməti təsdiqləməsini isə məmnuniyyətlə qarşıladığını qeyd edib. Cey Karni ayrıca Vaşinqton rəhbərliyinin Rusiyanın hərbi manevrlarını yaxından izlədiyini deyərək, Moskvaya, Ukraynaya qarşı provokativ hərəkətlərdən çəkinməyi məsləhət görüb.
2014-02-28
10,254
Nərimanovda “Mercedes” yandı
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-28
10,255
Şərqdə yeni dövlət qurulmasına Obamadan dəstək
ABŞ prezidenti Barak Obama gələn ay Vaşinqtonda Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cey Karni açıqlama verərək Obamanın martın 17-də Mahmud Abbasla Ağ Evdə görüşəcəyini bildirib. Karni, Obamanın Abbas ilə Fələstin-İsrail müzakirələrində gəlinən mərhələ ilə yanaşı Fələstin dövlətinin qurulması üçün təşkilatların gücləndirilməsində əməkdaşlıq etmək üçün müzakirə aparmaq istədiyini açıqlayıb. Qeyd edək ki, Obama martın 3-də Ağ Evdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşəcək.
2014-02-28
10,256
Mövqelərimiz atəşə tutuldu: 23 dəfə
Erməni silahlı bölmələri dünən və bu gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozublar. Bu barədə informasiya "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib. Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-28
10,257
Eldar Mansurov 63-də - Video
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun 62 yaşı tamam olur. Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçilər ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində,1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, "Simfonik rəqslər", bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin katibidir. Ailəlidir, 2 oğlu var.
2014-02-28
10,258
Heydər Əliyevə haqqımda yalan məlumatlar verilmişdi - Foto
Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda dünyaya göz açıb. Cəbrayılın müdafiəsində rəşadətlə döyüşən Vaqif bəy ermənilərə əsir düşən bir çox soydaşlarımızın geri qaytarılmasında əlindən gələni əsirgəməyib. APU–nun filologiya fakültəsini bitirən Vaqif Əlisoy, bir müddət Kəlibəcər rayonunda müəllim işlədikdən sonra, rayonun təhsil şöbəsində metodist işləyib. AXC–nin Cəbrayıl rayon şöbəsinin sədri olub. Rayon özünümüdafiə dəstələrinin formalaşmasında böyük rol oynayıb. İndi Hövsan qəsəbəsinin 281 saylı orta məktəbində dil-ədəbiyyat müəllimidir. Bayrağımızı ağ kağıza çəkib tələbələrə yayırdıq - Vaqif bəy, döyüşmək, savaşmaq, mübarizə aparmaq hər bir insanın insanlıq borcudur, bunu bir az əvvəl özünüz dediniz. Siz nə zaman bu insanlıq borcunuzu yerinə yetirməyə başlamısınız? - 1973 cü ildən Milli Azadlıq hərəkatının fəallarından olmuşam. Universitetlərdə gizli şəkildə Xəlil Rza Ulutürkün, eləcə də Cümhuriyyət dönəminə aid azadlıq, hürriyyət şeirlərini, şərqiləri təbliğ etməklə məşğul idik. Azərbaycan bayrağını ağ kağızlar üzərində çizərək tələbələr arasında yayırdıq. Rəhmətlik Əbülfəz Elçibəy həbs olunduqdan sonra hərəkatda bir az durğunluq yarandı. Bizə tapşırdılar ki, müəyyən dövrə qədər faliyyətimiz dayandırılsın. 1988 ci ildə, Qarabağda baş verən gərginlikdən sonra, Cəbrayılda özünü müdafiə dəstələri yaratmağa başladıq. Cəbrayıl Hadrut rayonu ilə sərhəd idi. Say baxımından polislərin az olması, Cəbrayılı böyük təhlükə qarşısında qoyurdu. Bilirdik ki, ermənilər saatbasaat, günbəgün silahlanırlar. Buna görə də özünümüdafiə dəstələri yaratmağa məcbur olduq. Cəbrayılın Məzrə, Şıxlar, Dağtumas və təxminən 14 kəndi Hadrutun kəndləri ilə qonşu idi və həmin kəndlərə ermənilər tərəfindən bir neçə dəfə basqınlar olmuşdu. Və bütün bunlar heç də 1988-ci ildən vüsət almağa başlayan hadisələr deyildi, ermənilər çox-çox əvvəllərdən hazır idilər Qarbağı işğal etməyə. Ermənilər "Kurunq"a hər ay 25 manat bağışlayırdılar Mənim atamın yanında Yelena adlı erməni mühasib işləyirdi, Xankəndində ermənilərin yaratdığı "Kurunq" təşkilatına aldığı maaşdan hər ay 25 manat bağışlayırdı. Qarabağda yaşayan bütün ermənilər belə edirdilər. Cəbrayıl camaatı ilə ermənilər arasında ilk toqquşma, ermənilərin Şıxlar kəndinə hücum edərək mal-qaranı aparması ilə başladı. Sonra biz bir neçə ermənini əsir götürdük, mal-qaramız qarşılığında dəyişdik. Və beləcə biz silaha sarılmağa başladıq, özümüzü müdafiə etmək üçün. - Silahları necə əldə etdiniz? - 1988 ci ildə qeyd etdiyim hadisələr başlayanda Azərbaycanın birinci katibi Kamran Bağırov sovxozlardan, idarə və müəssisələrdən gözətçilərə verilmiş silahları da yığdırmağa başladı. Hətta evlərdəki ov tüfəngləri də müsadirə edilirdi. Adicə məktəblərdən hərbi dərslər üçün nəzərdə tutulan təlim silahları da yığışdırıldı. Silahları keçmiş Sovet İttifaqının sərhədçilərinə yüksək məbləğlər ödəyərək əldə edirdik və aldığımız silahlarla özümüzü müdafiə etməyə başladıq. 1988-ci ildə Qarabağda Əli və Bəxtiyar şəhid olanda Cəbrayıldan bir çox insan Ağdama, Xankəndinə yürüş eləmək üçün getdi və onların hamısını həbs etdilər. Sonradan biz onları azad etdik. Həmin dövrdə "Kurunq" təşkilatının rəhbərlərindən olan Paqosyan Dağlıq Qarabağ Komitəsinin sədri idi. Hadrutun 14 kəndindən erməniləri çıxardıq - O dönəmki Azərbaycan vəzifəliləri, ermənilərin hərəkətlərinə hər hansısa bir şəkildə reaksiya verirdi? - Əksinə. Reaksiya verəndə bizi incidirdilər. Və Kamran Bağırov öz vəzifəsini qorumaq üçün belə edirdi. Cəbrayıl rayon Polis şöbəsinin rəisi Rəşid Məmmədov çox qeyrətli kişi idi, Allah ona rəhmət eləsin. Onun və Cəbrayıl camaatının sayəsində Hadrutun 14 kəndindən erməniləri çıxardaraq, Ermənistanın bəzi bölgələrindən zorla çıxarılmış azərbaycanlıları yerləşdirdik. - İranla həmsərhəd olan Cəbrayılda baş verən hadisələr İranı narahat edirdimi? - 1988 ci ildə Xüdafərində kütləvi mitinqlər başladı. Əlbəttə, İran rəsmiləri bundan narahat idi. Biz o vaxt dərdlərimizi İran tərəfinə çatdırmaq üçün ruporlarla Arazın o biri tayına müraciətlər edirdik. Artıq ermənilər silahlanıblar, kəndlərimizə hücum edir, Moskova isə burda baş verən hadisələrə etinasız yanaşır. Biz bu müraciətlərin sayəsində baş verən hadisələri beynəlxalq aləmə çıxarmaq istəyirdik. O dövrdə Xüdafərin hərəkatında Azərbaycanın çox görkəmli ziyalıları da iştirak edirdi. Fərman Kərimzadə, Rüstəm Behrudi, Xəlil Rıza Ulutürk və digərləri. Onların sayəsində azadlığıma qovuşdum - Qarabağda baş verən qarışıqlıqdan istifadə edən bir çox döyüşçülərin əmrə tabe olmadıqları, eləcə də zorakılıq etdikləri barədə çox şey danışılır. Bu, həqiqətən də belə idimi? - Mən könüllü döyüşçülərin belə şeylər etdiyinə inanmıram. Biz o zaman, ermənilərlə mübarizəyə hətda mal-qara oğrularını da cəlb etmişdik. Çünki onlar erməni kəndlərinə giriş-çıxışı, gizli yolları yaxşı bilirdilər. 1990-cı il 20 yanvar hadisələrindən sonra Bakı işğal olunduğu kimi, ruslar Cəbrayılı da işğal etdilər və mən həbs olundum. Məni Rusiyanın Novaçerkasskinin, Krasnodarın müxtəlif həbsxanalarında dustaq etdilər. Həmin həbsxanalarda dəhşətli işgəncələr verdilər. Bir gündə 18 dişimi söküb çıxartdılar damağımdan. Ruslar barmaqlarımı və burnumu qırdılar. Bəstəkar Arif Məlikovun və Tofiq İsmayılovun sayəsində azadlığıma qovuşdum. Hətta məni itgin kimi qələmə vermişdilər. Doğrudan da elə idi. Saxlanıldığım həbsxanalarda qeydiyyata alınmırdım. İran Azərbaycan sərhədinin sökülməsində günahlandırılanlar arasında mən də vardım və bizə qarşı 3 ittiham irəli sürürdülər - sərhədçilərin hərbi hissələrinə basqın və zor tətbiq etmə. Erməni kəndlərinə hücum. 20 yanvar hadisələrindən sonra Cəbrayıl əhalisindən partiya biletlərinin zorla yığılaraq yandırılması. Döyüşçülər deyir torpaqlar satılıb, televiziyalar deyir satılıb Mənə ən çox təsir edən odur ki, Qarabağla bağlı televiziyalarda hazırlanan verlişlərdə hamı bir ağızdan durub deyir ki, "torpaqlar satılırdı". Bunlar belə deyən yerdə, hansı işğaldan söhbət gedə bilər? Biz ermənilərlə yox, ruslarla, böyük bir imperiya ilə döyüşmüşük. Hadrutda rusların bir hərbi hissəsi var idi, xüsusi təyinatlı sərhəd qoşunlarına tabe olan hərbi hissə. Panteleyev, Dialovski bu rus zabitləri 1993-cü il avqustun 23 də Cəbrayıla hücum olunanda orda idilər. Mən döyüş yoldaşlarıma da dedim ki, baxın, üstümüzə gələn ermənilər yox, ruslardır. Elbrus Orucovun əmri ilə Şuşanı tərk etmişdilər Şuşadan çıxan döyüşçülərin qabağını mən kəsmişəm. Ordan çıxanlar Elbrus Orucovun əmri ilə Şuşanı tərk etmişdilər. Elbrus Orucov Şuşanın komendantı idi. Biz ordan çıxan qüvvələri Cəbrayılda qarşılamışıq. Laçının özünümüdafiə batalyonu Laçında qalıb döyüşürdü, amma orda olan digər qüvvələr Elbrus Orucovun əmri ilə Laçını da tərk etdilər. Əsirlikdəki qızlar deyirdi ki, kişiliyiniz çatırsa, bizi öldürün Mən əsirlərin azad olunması üçün əlimdən gələni əsirgəməmişəm. Sizin saytda əsir Mail Məmmədovla bağlı yazınız da getmişdi. Mən o oğlandan ötrü cibimə qumbara qoyub 40 dənə erməninin içinə girmişəm. Mailin atası gəlib mənə dedi ki, Fizulidə "fantomas" ləqəbli bir Azərbaycan zabiti var, Maili əsirlikdən qurtarmaq üçün bizi "fırladır". Ermənilərlə əlaqə yaratdım. Erməni döyüşçülər arasında bir uşaqlıq dostum vardı, Edik. Azərbaycanlı əsirlərin geri qaytarılmasında mənə çox kömək edirdi. Ermənilər mənə dedi ki, sizinkilər Ağdamda bir erməni qızını əsir saxlayırlar, onu gətirməsəniz Mailin başını kəsəcəyik. Ratsiya vasitəsi ilə erməni əsirliyində olan bir çox azərbaycanlı qızlarla da əlaqə saxlamışam. Onlar deyirdilər ki, bizi azad eləməyin, kişiliyiniz çatırsa, bizi öldürün. Hamısı azad olmaqdan çox ölmək istəyirdilər. Hərdən ermənilər o qızları çıxardıb bizə göstərirdilər... (Susur.) Elə göstərirdilər ki... (Qızararaq tələbələrinə baxır.) Mən bunu deyə bilmirəm... Ancaq bircə bunu deyə bilərəm ki... Xocalının qisasını aldıq onlardan. Ayaz Mütəllibov nə haqla şəhidlər xiyabanına gedir?.. Ermənilər Xocalıda silahlanırdı, o dönəmki hakimiyyətimiz isə, orda ev tikdirib, yol çəkdirirdi. Ayaz Mütəllibov nə haqla Xocalının anım günündə Şəhidlər Xiyabanına gedir? Orda pak insanlar yatır axı? Heç mən özüm də ora getmirəm. Necə gedim? Gedim deyim ki, rahat yatın, burda toy-bayramdı? Çox təəssüf ki, Azərbaycan bu 20 ildə sadəcə, Mübariz İbrahimovu, Ramil Səfərovu, Fərid Əhmədovu yetişdirə bildi. Çıxın şəhərdə camaatdan soruşun, görün heç 5 dənə Milli Qəhrəman adı deyə bilən olacaqmı? Amma Röyanı, Aygünü, Nadiri, Rəqsanəni yaxşı tanıyırlar. Bu millətin Qubayla Qubadlını səhf salan insanları var. Bu millətin Kəlbəcərin işğal olunmasından xəbəri olmayan sənətçiləri var. Bu ölkəni qarış-qarış gəzsək, müharibəni xatırladan şuara və ya hər hansısa reklam şitinə rast gəlmərik. Eləcə də ordunu təbliğ edən heç bir təbliğat işləri aparılmır. Şəhərin görkəmli yerlərinə lütlərin şəklini vurunca, ordunu təbliğ edən bir reklam şiti niyə nümayiş olunmur? Axı biz müharibə şəraitində yaşayırıq. Azərbaycanlı qadın erməni qızına öz qızı kimi baxırdı - Neçənci ilə qədər döyüşlərdə iştirak etmisiniz? - 1993 cü ilə qədər, ermənilər Cəbrayılı alana kimi döyüşdüm. Sədərəkdən tutmuş Laçın dəhlizinə qədər döyüşlərdə iştirak etdim. - Vaqif bəy, əsirlərin azad olunmasında böyük əməyiniz olub və bu mənə təqdim etdiyiniz fotolardan da məlumdur. Bu haqda nə deyə bilərsiniz? - Gördüyünüz fotoların bir çoxunu, itgin düşənlərin valideyinləri göndərirdi mənə. Mən də bacardığım qədər onları tapmağa çalışırdım. Təxminən yüzə yaxın əsirin azad olunmasına nail oldum. Ermənilər məndən Azərbaycanda əsir saxlanılan azyaşlı qız uşağını istədilər. Həmin qızı Ağcəbədidə, bir azərbaycanlı qadın saxlayırdı, öz qızı kimi baxırdı o qıza. O qadının oğlunu ermənilər əsir almışdılar, oğlu ilə dəyişdirmək istəyirdi. O qızı gətirtdim. 13 yaşı var idi. Elə oldu ki, biz bu qızı həlak olmuş iki döyüşçümüzün cəsədi ilə dəyişəndə,- bir erməni var idi Harutunyan,- mənə lağ eləyib dedi: "Siz döyüşə dəliləri göndərirsiz". Soydaşımızı nə günə qoymuşdularsa, adam dəhşətə gəlirdi. Həmin o həlak olmuş 2 nəfər - Faiq və Mirələm 30-a yaxın ermənini öldürmüşdü. Cəsədləri tanınmaz haldaydı. Mənə dedilər ki, cəsədlərə baxmayım. Baxdım... (gözləri dolur) Həmin cəsədlərlə birgə, şuşalı bir əsirimizi də bizə verdilər - Teymur İbrahimov. Yazıq bir dəri, bir sümük idi, günlərlə ac saxlamışdılar. Həmin erməni qızı, Moskovada yaşyan görkəmli astranomiya elmləri üzrə akademik Ambartsumyanın nəvəsi idi. Erməni qızıyla Teymur İbrahimovu dəyişəndə, qız qəfil onu gördü və çox qorxdu. Həmin qızın valideyinləri ordaydı, onlar bu mənzərəni görüb çox utandılar, hələ bizdən üzr də istədilər. Heydər Əliyevə haqqımda yalan məlumatlar verilmişdi Bundan sonra dəhşətli hadisələrlə, böhtanlarla qarşılaşdım. Mərhum prezidentimiz H. Əliyevə mənim haqqımda yalan böhtan xarakterli məlumatlar vermişdilər. Güya ki, mənim döyüşdüyüm batalyon Cəbrayılı ermənilərə təslim etmək istəyir. Mən adi bir əsgər idim, ancaq yalandan demişdilər ki, batalyon komandiriyəm. O da inanmışdı. Bu yalan məlumatı mərhum prezidentimizə MTN–nin keçmiş rəisi Şirinov vermişdi. Ancaq mən Cəbrayılın boşaldılaraq ermənilərə verilməsi təxribatı haqda bir məktub yazaraq Elçibəyə və Ali Sovetin sədri olan Heydər Əliyevə bildirmişdim. Həmin məktubu sizə göstərdim. - İzninizlə mən söhbətimizi yekunlaşdırmaq istərdim. Deyəcəyiniz başqa nəsə var? - Bizim dədə-baba torpaqlarımızda təkcə insanlarımız şəhid olmayıb, oranın ağacları da, suyu da, havası da, dağılmış evləri də şəhiddir. Ermənilər arxayin olmasınlar ki, bu, belə qalacaq. Biz o torpaqları geri alacağıq. Mən də bir əsgər kimi, hər zaman əmrə müntəzirəm.
2014-02-28
10,259
Bakıda kafe yandı
Bakı şəhərində kafe yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan obyektdə meydana gəlib. Taxta konstruksiyalardan ibarət kafe tamamilə yanıb. Yaxınlıqdakı "Hyundai" markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.
2014-02-28
10,260
“Çoxarvadlılığa normal baxıram…” - Sorğu
Bəzən çoxarvadlılıq mövzu olaraq gündəmə gətirilir. Bu mövzu bu gün nə qədər aktualdır? Qanunlarla şəriət arasındakı fərqli reallıq nə qədər keçərlidir? Ümumiyyətlə, çoxarvadlılığa münasibət necədir? Tanınmışlar bu mövzu ilə bağlı fikirlərini "Axar.az"a danışırlar. Biz azad bir cəmiyyətdə yaşayırıq Yazıçı Kənan Hacı çağdaş şəraitdə çoxarvadlılığa normal baxır: "İndi qurulan ailələr təəssüf ki, tez dağılır. Azad cəmiyyətdə yaşayırıq, imkanı olan kişilərin əksəriyyəti vətəndaş nikahı əsasında münasibət qururlar. Onsuz da kişilər nikahdankənar hansısa qadınla münasibətdə olurlar. Bu baxımdan çoxarvadlılığa heç də pis baxmıram". Azərbaycan qanunları belə bir hüququ tanımır Millət vəkili Zahid Oruc: "Azərbaycan qanunları belə bir hüququ tanımır, üstəlik, qadınlarımızın min ildən bəri kişilərlə eyni hüququ paylaşması haqqı da imkan vermir ki, rəsmi olaraq belə addım atılsın. Baxmayaraq ki, islam hüququnda məsələyə bəlli tarixi baxış ətrafında hələ də dartışma gedir, bununla belə, azərbaycanlı ailələrin modeli belə gerçəkliyə qətiyyən hazır deyil". Millət vəkilinin fikrincə, gizli izdivaclar, kənar həyatdan doğulan körpələr bir sərt reallıq kimi qarşımızda durur: "Bununla bərabər, qanunla bunu təsbit etmək və poliqamiyanı qanuniləşdirmək əsil ictimai sülhü və birgəyaşayışı zərbə altında qoyar. Daha əxlaqlı yaşamanın və kişi xəyanətlərinin aradan qalxması bu yolla mümkün ola bilər, lakin əks arqumentlər də sübut edər ki, ikiarvadlılıq təmiz ömür sürməyin optimal modeli deyil". Formal ailə bütün cəmiyyətlərin düşmənidir Gənc yazar Aysel Əlizadə: "Çox üzülürəm ki, bu qədər inkişaf edən bir dünyada çoxarvadlılıq hələ də mövzu olaraq qalır. Çox insanlar dürüst ailə modelinin qorunması uğrunda çalışırlar. Yalançı ailə heç kimi xoşbəxt etmir, edə bilməz. Bizim cəmiyyət ailəni qanun kimi qəbul edir. Əslində, söhbət ayrı yaşaya bilməyən iki insandan, sevgidən gedir. Formal ailə bütün cəmiyyətlərin düşmənidir". Çoxarvadlılığın yeganə səbəbi Aysel Əlizadə kişiləri çoxarvadlılığa sürükləyən səbəblərdən birini də sevgisiz ailə qurmaqda görür: "Bir tək sənəddə evlilik haqda möhür var deyə, yad adamla bir yatağı paylaşmaq fikrini anlamıram. Bunun yaratdığı psixoloji travmalar ümumilikdə cəmiyyəti xəstələrin, əsəbi adamların, nevrozların məkanına çevirir. O ailədən doğulan uşaqlar da cəmiyyətə fayda verə bilməz, necə ki, vermir. Ondan sonra da kişinin nə vaxtsa rastına ürəyinə yatan bir qadın çıxır, onunla yaşamağa başlayır. Evdəki bədbəxt də həm qadın, həm də insan kimi puç olub gedir. Çoxarvadlılığın yeganə səbəbi dürüst olmayan ailə münasibətləri, sevgisizlik, uyumsuzluqdur". Arvad - əri ovudan deməkdir Tanınmış şair Akif Əhmədgil də ikiarvadlılığa pis baxmadığını dedi: "Quranda 4 arvad almağa icazə verilir. Əgər kişi həqiqətən də arvadlarını həm maddi-mənəvi, həm də fizioloji baxımdan təmin edə bilərsə, onlara ev-eşik ala bilərsə, niyə də bir neçə arvadı olmasın? Kişinin xarakterindən aslıdır hər şey - övladların tərbiyəsi də, qadınlarının bir-biri ilə yola getməsi də. Elə adam da var ki, heç bir arvad da alıb saxlaya bilmir. Sevimli müəlimimiz Şirməmməd Hüseynov bizə deyirdi ki, biz "evlənmək" sözündəki bir şeyə diqqət verməliyik. Əvvəlcə "ev", sonra "lənmək", sonra da ailə qurmaq, arvad almaq lazımdır". "Arvad" sözü - "əri ovutmaq" deməkdir. Bir qadın əgər bacarıb ərini ovuda bilmirsə, ikincini də almaq olar, amma yenə də deyirəm, gərək təminatı ola və arvadlar bir əri paylaşmağa razı olalar". Tanınmış müğənni Arzu Rzayev: "Sevgi varsa, çox normal baxıram, hər kəs öz tərbiyəsi çərçivəsində bunu dəyərləndirə bilər".
2014-02-28
10,261
Amerikalı həmsədr Sumqayıt hadisələrindən danışdı - Foto
"Biz Sumqayıt hadisələrini də xatırlayırıq". "Axar.az" xəbər verir ki, bu sözləri Amerikalı həmsədr Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. O, Azərbaycanla Ermənistanın öz aralarında isti münasibətləri saxlamağın vacibliyindən danışıb: "Biz Sumqayıt hadisələrini də xatırlayırıq. Ermənistan kimi Azərbaycan da insanlar arasında səbir və inam atmosferinin inkişafını dəstəkləməlidir". Qeyd edək ki, 1988-ci il fevralın 28-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin vasitəsilə Sumqayıtda erməni ailələrinə hücum olmuşdu. Hadisələr zamanı 28 nəfər həbs olunmuşdu. Sonradan aparılan əməliyyatlar zamanı hadisələrin əsas təşkilatçısı olan Edik adlı erməni əsilli Sumqayıt sakini həbs edilmişdi.
2014-02-28
10,262
22 yaşlı gənc yardım istəyir - Foto
Elxan Bədəlzadənin cəmi 22 yaşı var. 2013-cü ildən sağ kürək nahiyəsində xərçəng xəstəliyindən əziyyət çəkir. Türkiyənin İstanbul şəhərində Hisar Beynəlxalq xəstəxanasında və Acıbadem xəstəxanasında müayinə olunub. İki aydır ki, kimyaterapiya olunur. Martın 20-də kimyaterapiya bitir və Acıbadem xəstəxanasında əməliyyata getməlidir. Əməliyyatın məbləği 30.000 manatdır. Bu məbləğin bir hissəsi artıq yığılıb. Lakin hər birinizin köməyinə ehtiyac var. Qeyd etmək lazımdır ki, Elxanın bacısı Elnarə 2013-cü ildə, 20 yaşında ikən qarın boşluğunda yaranmış xəstəlikdən dünyasını dəyişib. Elxanı da itirmələri onun valideynləri üçün əsl bir faciə ola bilər. Onlara kömək etmək üçün hesabları nəzərinizə çatdırırıq: Bank hesabı – 380100000071334 ("Bank of Baku", "Mərkəz" filialı) Hesabın sahibi – Əliyeva Sevinc Qəhrəman q. VÖEN – 1700038881 KOD – 507592 Müxbir hesabı – 01370:0007944 Əlaqə nömrələri – (055) 599-19-83 – Sevinc x. Elxana başqa cür də kömək edə bilərsiniz. Məsələn, müxtəlif tədbirlərə ("Sevincli ümüdlər" Uşaq və gənclərə dəstək İctimai Biliyinin təşkil etdiyi konsert, yığıncaq və s.) bilet almaqla. Bundan başqa, Elxanı yaşadığı Qəbələ rayonunda da ziyarət edə bilərsiniz. Bunu üçün də "Sevincli ümüdlər" Uşaq və gənclərə dəstək İctimai Biliyi ilə əlaqə saxlamaq olar.
2014-02-28
10,263
Bakıda sərnişini qatar vurdu
"28 May" metrostansiyasında həyəcanlı anlar yaşanıb. "Axar.az" "Milli.Az"a istinadən xəbər verir ki, platformanın qırağında, xətdən kənarda durmayan sərnişini qatar vurub. Metro köməkçilərinin "Xətdən kənara durun!" əmrinə tabe olmayan oğlan qatar gedərkən onun yan güzgüsünə dəyib. Oğlan çiynindən zədə alıb, qatarın güzgüsü sınaraq yerə tökülüb.
2014-02-28
10,264
Böyükağa Hacıyev “hazır maşın”ı işə sala biləcək?
"Neftçi"-davam, yoxsa tamam? Bu gün Azərbyacan Premyer-Liqasında 24-cü turun oyunları keçiriləcək.Publika.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Bu qarşılaşmanı "ağ-qaralar" üçün "davam-tamam" qarşılaşması kimi də xarakterizə etmək olar. Qarşısına çempionluq məqsədi qoyan "Neftçi" hazırda turnir cədvəlinin vahid lideri "Qarabağ"dan 7 xal geri qalır. "Neftçi"yə qayıdarkən iddialı açıqlamalr verən Böyükağa Hacıyevin yetirmələri bu qarşılaşmada məğlub olsalar, çempionluq uğurunda mübarizədən demək olar ki, qopacaqlar. Hazırda çətin dönəmini yaşayan "Neftçi"nin düşərgəsində əhval-ruhiyyə yerində deyil. "Köhlən atlar" "ağ-qaralar"ın bu durumundan mütləq yararlanmalıdırlar. Böyükağa Hacıyev "Simurq"la oyundan sonra "Neftçi" hazır maşındı, "xodda", sür" demişdi. Ancaq elə həmin qarşılaşmadan sonra "Neftçi"nin "matoru" işə düşmür ki, düşmür. Görək, "Qarabağ"la oyunda Böyükağa Hacıyev "hazır maşın"ı "xoda" sala biləcək? Qeyd edək ki, tərəflər 55-ci dəfə qarşılaşcaqlar. "Neftçi" şəxsi görüşlərdə cüzü üstünlüyə malikdi. Belə ki, "ağ-qaralar" 17, "Qarabağ" 16 qələbə qazanıb, 21 oyun sülhlə başa çatıb. "Neftçi"nin 52 qoluna ağdamlılar 47 dəfə cavab verə bilib. Ancaq "Neftçi" son 6 qarşılaşmada cəmi 1 dəfə qalib gəlib. "Xəzər Lənkəran" bəraət almağa borcludu Günün daha bir prinsipial qarşılaşması Lənkəranda baş tutacaq. Düzdü, "Xəzər Lənkəran" çempionatda iddiasını demək olar ki, itirib. Əvəzində "İnter" qış fasiləsindən sonra topladığı xallarla bu mübarizəyə qoşulub. Ancaq "ağ-yaşıllar"ın bu oyuna məsuliyyətsiz yanaşacağını iddia etmək olmaz. Mustafa Dənizlinin komandası "Fırtınalar meydanı"nda "Bakı"ya məğlubiyyətin əvəzini çıxıb, azarkeşləri qarşısında bəraət almağa borcludu. Bu, tərəflər arasında çempionatda 27-ci oyun olacaq. İndiyədək baş tutan oyunlarda "İnter"in üstünlüyü var. Belə ki, "bankirlər" 8, lənkəranlılar 4 qələbə qazanıb. Bu komandaların qarşılaşmalarında çox vaxt "sülh" bağlanır - 14 oyun. "İnter"in 26 qoluna "Xəzər Lənkəran" 23 dəfə cavab verib. "Bankirlər" son 5 qarşılaşmada uduzmayıb. "Xəzər Lənkəran" son 4 ev matçından 3-də məğlub olub. "Qəbələ"-yoxdu yol geriyə Lider "Qarabağ"ın ən yaxın izləyicisi "Qəbələ" "Simurq"un qonağı olacaq. Yuri Syominin yetirmələri qış fasiləsindən sonra bəs deyincə xal itiriblər. "Simurq"la qarşılaşmanın asan olmayacağı şəksizdi. Atletik futbola üstünlük verən zaqatalalılar ötən tur səfərdə "Qarabağ"dan xal almağı bacarıblar. Ancaq "Qəbələ" üçün geriyə yol yoxdu. Əks təqdirdə, lider "Qarabağ" uzaqlaşa, yaxın izləyicilər yaxınlaşa bilər. Bu gün tərəflər 21-ci dəfə qarşılaşacaqlar. Premyer Liqaya eyni vaxtda yüksələn komandalar eyni sayda da qələbəyə malikdi - 7. Daha 6 qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər qələbə sayında bərabər olsa da, "Qəbələ" top fərqində öndədi. Belə ki, Qəbələ təmsilçisinin 20 qoluna zaqatalalılar 18 dəfə cavab verib. "Simurq"un meydanındakı son iki görüşdə qonaqlar qol vura bilməyib. "Bakı"-unutma "Neftçi"nin aqibətini… Qış fasiləsindən sonra ən uğurlu komanda çıxışı "Bakı" göstərir. "zolaqlılar" ard-arda qazandıqları qələbələr sayəsində turnir çempionluq yarışınıa qoşuldular. Pantiçin yetirmələrinin qələbə seriyası ötən tur "İnter"lə oyunda qırıldı. Prinsipial rəqiblər hərəyə bir xalla kifayətlənməli oldular. "Bakı" ötən tur itirdiyi xalları kompensasiya etmək üçün yaxşı fürsət qazanıb. "zolaqlılar"ın rəqibi autsayder "Sumqayıt"dı. Autsayder olmağına baxmayın, "Sumqayıt" ötən tur "Neftçi"yə qalib gəlməklə sürprizi gerçəkləşdirdi. Pantiçin yetirmələri bu qarşılaşmaya barmaqarası yanaşsalar, onları da "Neftçi"nin aqibəti gözləyə bilər. Bu, tərəflər arasında çempionatda 7-ci oyun olacaq. "Bakı" bundan əvvəlki 4 matçda qalib gəlib. "Sumqayıt" bir dəfə 3 xala sevinibsə, digər bir matçda qalib müəyyənləşməyib. Bakılıların 6 qoluna sumqayıtlılar 3 dəfə cavab verə bilib. Paytaxt təmsilçisi son 2 görüşdə də qalib gəlib. Kurtar "Rəvan"ı son pillədən qurtaracaq? Turun daha bir qarşılaşmasında isə "Rəvan" AZAL-ı qəbul edəcək. "Təyyarəçilər"in çempionatda heç bir iddiası yoxdu. AZAL-ın nə medal qazanmaq şansı var, nə də elitanı tərk etmək qorxusu. Ancaq "Rəvan" turnir cədvəlinin sonuncu pilləsində qararlaşıb. Kurtarın yetirmələri qeyri-sabit oyun sərgiləyən "təyyarəçilər"i cəzalandırmaqla son pillədən qurtulmağı hədəfləməlidirlər. Vaqif Sadıqovun yetirmələri iddialı klublarla qarşılaşmalarda bütün qüvvələrindən yararlansalar da, autsayderlərlə oyunlarda motivasiya çatışmazlığı yaşayırlar. Bu da "Rəvan"ın işinə yaraya bilər. Tərəflər 11-ci dəfə üz-üzə gələcəklər. Paytaxt derbisinin iştirakçıları öz aralarındakı tarazlığı pozmağa çalışacaqlar. Belə ki, əvvəlki 10 matçda eyni sayda qələbəsi (4 qələbə, 2 heç-heçə) olan rəqiblər, top fərqində də bərabərliyə malikdi. Lakin son 4 görüşdə "Rəvan" qələbə qazana bilməyib. "Bakı" – "Sumqayıt" Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov AFFA nümayəndəsi: Rauf Hüseynli Hakim-inspektor: Füzuli Nəcəfov "Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 14:00 "Rəvan" – AZAL Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Fazil Mürşüdov "Bayıl Arena" stadionu, 19:00 "Xəzər Lənkəran" – "İnter" Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Əhmədağa Cabbarov "Xəzər Lənkəran" mərkəzi stadionu, 16:00 "Neftçi" – "Qarabağ" Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Məlik Həsənov "Bakcell Arena" stadionu, 17:00 "Simurq" – "Qəbələ" Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov AFFA nümayəndəsi: Telman Əzizov Hakim-inspektor: Şahin Cəfərov Zaqatala şəhər stadionu, 15:00
2014-02-28
10,265
Ukrayna DİN: "Rusiyanın Krıma müdaxiləsi işğaldır"
Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krıma silahlı müdaxilə etdiyini açıqlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, nazir Arsen Avakov özünün "Facebook" səhifəsində Sevastopol şəhərindəki "Belbek" beynəlxalq hava limanının Rusiyanın Qara dəniz donanmasının hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirib: "İçəridə Ukrayna hərbçiləri və sərhədçiləri var. Bayırda isə üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş, lakin öz mənsubiyyətlərini gizlətməyən silahlı şəxslər dayanıb. Baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bu, bütün beynəlxalq müqavilələrin, normaların pozulmasıdır və suveren dövlətin ərazisində qan tökülməsi məqsədilə törədilən təxribatdır". Nazir hələlik silahlı toqquşmanın olmadığını, hava limanının fəaliyyət göstərmədiyini söyləyib. A. Avakov baş verənlərin artıq DİN-in səlahiyyət çərçivəsini aşdığını və məsələ ilə bağlı Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının qərar verməli olduğunu bəyan edib.
2014-02-28
10,266
150 minlik rus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
Rusiyanın Qərb və Mərkəzi hərbi dairələrində bütün günü hərbi təyyarələr reyd keçirir. 150 min hərbçi, 80 gəmi, 90 təyyarə, 120 helikopter və 1000-dən çox tank döyüş hazırlığı vəziyyətinə gətirilib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasında yeni ərazilərin birləşdirilməsi prosesini sadələşdirmək üzərində iş gedir. "Həyəcan siqnalından sonra ordu "məlum nöqtələrə" doğru irəliləyir, burada növbəti əmri gözləyir. Belə nöqtələr hər yerdə ola bilər, mərkəzdən gələn əmrləri isə komandirlər yalnız gizli zərfi açdıqdan sonra bilirlər", - deyə rus ordusundakı mənbələr məlumat verib. Rus ordusundan təsdiq ediblər ki, Rusiyanın təhlükəsizliyini təhdid edən gərgin vəziyyətin həll edilməsi üçün döyüş hazırlığını yoxlayırlar.