date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-22
9,747
“Razin tolkuçka”sı sökülməyə başladı: sakinlər etiraza qalxdı - Foto
Bu gün Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. "Axar.az"ın verdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində sökülməsi planlaşdırılan "Razin talkuçka"sının sökülməsinə başlanılması bazar sakinlərinin narazılığına səbəb olub. Onları bazar söküldükdən sonra necə dolanacaqları narahat edir. Bəzi bazar sakinləri mağazalarının söküləcəyi halda özlərini yandıracaqlarını deyirlər. Bazar sakinləri məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətinə üz tutublar. İcra Hakimiyyətindən verilən məlumata görə, yaranmış problemin həlli müzakirə ediləcək.
2014-02-22
9,748
Ukraynada prezident seçkilərinin vaxtı bəlli oldu
Ukrayna parlamenti vaxtından əvvəl prezident seçkilərini mayın 25-nə təyin edib. Ukrayna Ali Radası "Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında" qərar qəbul edib. (Trend)
2014-02-22
9,749
Fransada Xocalı anım konserti təşkil ediləcək
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) fevralın 24-də Avropanın bir sıra şəhərlərində olduğu kimi, Parisdə 18-ci əsrə aid Eglise Saint-Roch kilsəsində Xocalı anım konserti təşkil edəcək. Bu müqəddəs məbəddə baş tutacaq anım konserti ilə 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qətliamın 613 qurbanının əziz xatirəsi yad olunacaq. Tədbirdə tanınmış skripkaçı Sabina Rakçayeva, klarnet ifaçısı Kinan Azmeh ilə birlikdə, simli kvartet, o cümlədən skripkaçı Nəzrin Rəşidova rəhbərlik etdiyi DeMusa ansamblı ilə çıxış edəcəklər. Konsertdə fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunacaq. Tədbirə Parisdə yaşayan azərbaycanlılar, Fransa ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar və diplomatik korpusun nümayəndələri dəvət edilib. Bu anım mərasimi ərəfəsində Fransadakı erməni diasporunun radikal hissəsi tərəfindən əks təbliğat və təhdidlər başlayıb. Fransadakı əsas erməni internet saytında bu tədbirin pozulması üçün hansı üsullardan və necə istifadə edilməsinə dair qızışdırıcı debatlar təşkil edilib. Bu debatlar zamanı tədbirin təşkilatçılarının ünvanına təhqiramiz və böhtan dolu ifadələr işlədilib. Bununla eyni zamanda, TEAS əməkdaşları və tədbirlə bağlı olan insanların ünvanına hədə-qorxular edilməkdədir. TEAS yaranmış vəziyyətdən ciddi narahatçılığını bildirir. Özlərini bu kimi təhrikedici şəkildə ifadə edən insanlardan əməllərinə görə məsuliyyət daşımalarını gözləyir və Xocalı qətliamı qurbanlarının mədəni anım tədbiri vasitəsi ilə yad edilməsi mərasiminin təşkilinə hörmətlə yanaşmağa çağırır. TEAS-ın direktoru Lionel Zetter bu barədə deyib: "Fransa konfliktin həll edilməsinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu çox liberal demokratik ölkədir və özünün "azadlığın, bərabərliyin, qardaşlığın" beşiyi olması ilə fəxr edir. Biz əminik ki, Fransa hakimiyyəti bu dəyərli anım tədbirinin heç bir maneəsiz və müdaxiləsiz baş tutmasına nail olacaq. Fransada yaşayan ermənilərin böyük əksəriyyəti konfliktin sülh yolu ilə həll edilməsini istəyir. Çox təəsüfedici haldır ki, bəzi davakar düşüncəli radikallar məsələnin sülh yolu ilə həllində maraqlı deyil. TEAS-ın əməkdaşları və bu tədbirlə bağlı olan digər insanların narahat edilməsi və hədə-qorxuya məruz qalması tamamilə qəbul edilməzdir." (AzərTac)
2014-02-22
9,750
Yuliya Timoşenko xəstəxananı tərk edib
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Xarkovun "Ukrzalnitsi" xəstəxanasını avtomobillə tərk edib. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, Timoşenko xəstəxana ərazisindən 17:40 radələrində aparılıb. Onu müdafiəçiləri Andrey Kojemyakin və Sergey Vlasenko müşayiət edib. Sabiq baş naziri 200-dək tərəfdarı qarşılayıb. Timoşenko avtomobilin pəncərəsindən onları salamlayıb. Bununla belə mətbuat üçün bəyanat və yaxud açıqlama verilməyib.
2014-02-22
9,751
64 yaşlı qadın özünü pirdə yandırdı
Şamaxıda dəhşətli intihar baş verib. Rayon polisi şöbəsindən verilən məlumata görə, Muğanlı kənd sakini, 1950-ci il təvəllüdlü Süsən Həsən qızı Hacıyeva özünü yandırıb. Hadisə kəndin yaxınlığında yerləşən Sitəm piri adlanan ziyarətgahda baş verib. 64 yaşlı qadın bu gün səhər saatlarında ziyarətgaha gəlib və üstünə benzin tökərək özünü yandırıb. Hadisə vaxtı yaxınlıqda olanlar onu xilas edə bilməyiblər. ("Lent.az")
2014-02-22
9,752
Türkiyə yenidən ayağa qalxır - Etiraz/Video
Türkiyə prezidenti Abdullah Gülün internet qadağası ilə bağlı qanunu təsdiq etməsindən sonra Gəzi parkında aksiyalara çağırış edilib. "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, etirazçıların yenidən nümayişə başlayacağı xəbərləri yayıldıqdan dərhal sonra Gəzi parkı bağlanıb. Gəzi parkı ilə yanaşı, Taksim meydanı da polis tərəfindən bağlanıb və təhlükəsizlik tədbirləri görülməyə başlanıb. Əldə edilən məlumata görə, əraziyə su maşınları da cəlb edilib.
2014-02-22
9,753
Bakıda mebel evi yandı
Bakıda mebel evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binasının 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-22
9,754
Yanukoviç erası tam başa çatdı - İmpiçment
Yanukoviçin bunklerdən gələn hədələrinə Ali Radanı bütünlüklə nəzarətinə alan müxalifətin tədbiri çox yubanmadı. Müraciətdən cəmi 15 dəqiqə sonra Ukrayna parlamenti prezidentin impiçmenti məsələsini müzakirəyə çıxararaq 296 lehinə, 4 səs əlehinə olmaqla qəbul etdi. Bununla da Ukraynada Yanukoviç erası başa çatdı. ("Musavat.com")
2014-02-22
9,755
CAR-la enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov CAR-ın enerji naziri Dikobe Ben Martins ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə CAR arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin ayırdığı qrantlar vasitəsilə CAR-ın üç enerji mütəxəssisin Azərbaycanda müxtəlif ixtisasartırma kurslarında iştirak etdiyini və gələcəkdə bu cür əməkdaşlığın genişləndirilə biləcəyini qeyd edib. Dikobe Ben Martins CAR-ın Enerji Nazirliyinin nümayəndələrinin 2012-2013-cü illərdə Azərbaycanda olduqlarını və bir sıra məhsuldar görüşlər keçirdiklərini bildirərək, ölkələrimiz arasında enerji sahəsində əməkdalığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.
2014-02-22
9,756
Yanukoviçin iqamətgahı tutuldu - Video
Yanukoviçin 2012-ci ildən etibarən iqamətgahı hesab edilən "Mejiqore" artıq müxalifətçilərin əlindədir. Prezidentin Xarkovdan istefa xəbəri gəlməmişdən əvvəl jurnalistlər də iqamətgahda olublar. Media nümayəndələrini mühafizəçilər yaxşı qarşılayıblar. Onlar jurnalistləri "Mejiqore"nin daxili və ərazisi ilə ətraflı tanış ediblər. Müxaliflər iqamətgahı ələ keçirsələr də, ona heç bir zərər vurmayıblar. Ümumiyyətlə isə "Mejiqore"nin gələcəkdə uşaq evi kimi fəaliyyətə verilməsi planlaşdırılır. Qeyd edək ki, Viktor Yanukoviç bu gün günorta saatlarında istefaya getdiyini açıqlayıb. Onun bu barədə Xarkovda qərar verdiyi bildirilir. ("Qafqazinfo")
2014-02-22
9,757
Yuliya Timoşenko prezident seçkilərində iştirak edəcək
Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko şənbə günü prezidentinin postuna öz namizədliyini irəli sürəcəyini bildirib. Xatırladaq ki, Ukrayna parlamenti vaxtından əvvəl prezident seçkilərini mayın 25-nə təyin edib.
2014-02-22
9,758
Yeni doğulan uşağını zibil qutusuna atdı - Foto
Türkiyənin Mersin şəhərində dəhşətli hadisə baş verib.​ Məlumata görə, nikahdan kənar hamilə qalan A.K. müayinə olunmaq üçün anası tərəfindən xəstəxanaya gətirilib. 19 yaşında olan A.K həkimlərin ona hamilə olub-olmadığı barədə təkrar-təkrar verdiyi suala "xeyir" cavabını verib. Daha sonra qadın bəzi analizləri həkimlərə vermək üçün ayaqyoluna gedib. A.K-nın ayaqyolundan çıxması xeyli vaxt çəkib. Bu isə mühafizə xidmətinin işçilərini şübhələndirib. Mühafizəçilər qapını sındırıb içəri daxil olarkən zibil qutusunda yeni doğulmuş qız uşağını və A.K-nı görüblər. Hər ikisi xəstəxanaya yerləşdirilib. Polis qızın anası və dayısını saxlayıb (ANS).
2014-02-22
9,759
Rza Zərrab MİT-in üzvüdür? - Şok
Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın bu ölkənin Milli İstihbarat Təşkilatının üzvü olduğu barədə fikirlər irəli sürülüb. "Axar.az"ın məlumatına görə, Daxili İşlər Komissiyasında MİT qanununa təkliflərlə bağlı müzakirələr aparılarkən CHP-çi Aytun Çıraq Rza Zərrabın MİT-in üzvü olub-olmadığı ilə bağlı fikir bildirməsi AKP-çiləri özündən çıxarıb və CHP-çilərlə söz dialoqu yaranıb. Çırağ komissiyada qanunlara edilən təkliflərlə bağlı münasibət bildirərək, bütün bu yaşanan hadisələrin Türkiyədə təkpartiyalılıq sisteminin yaradılması və idarəetməni tək bir nəfərin əlinə keçirmək planlarına xidmət etdiyini deyib. Daha sonra Çıraq ötən gün Ərdoğanın başörtülü qadına təcavüz edilməsi ilə bağlı çıxışında dediyi sözləri ölkənin vətəndaş müharibəsinə təhrik edilməsi kimi qiymətləndirib.
2014-02-22
9,760
”Timoşenkonun siyasətə qayıtmağının mənası yoxdur”
"Keçmiş Baş nazir Yulya Timoşenkonun böyük siyasətə qayıtmağının mənasi yoxdur". "Axar.az" məlumat verir ki, bu sözləri Ukrayna mediasına açıqlamasında Ali Radanın üzvü David Javaniya bildirib. Onun sözlərinə görə, Timoşenko həbsdən çıxmalıdı və özü ilə məşğul olmalıdı: "Mən Timoşenkonun azadlığa çıxmasını istədim. Bu dedi-qodulara son qoyulmalıdı. Ölkə onun həbsi məsələsindən yorulub. Timoşenko həbsxanadan bunu dedi, Timoşenkonun səhhəti pisləşib, Timoşenkodan xəbər var... Daha nələr... İnsanlar bu anonslardan bezib artıq. Timoşenko azadlığa çıxdı və özü ilə məşğul olmalıdı". Deputatın qənaətinə görə, Timoşenko Viktor Yanukoviç və Viktor Yuşşenko ilə siyasi savaşlardan yorulub və o, yerini gənc siyasətçiyə buraxmalıdı. Xatırladaq ki, David Jvaniya Ali Radanın Dövlət quruculuğu və bələdiyyələrlə iş üzrə Komitəsinin rəhbəridi. Zviad Qamsaxurdiyanın prezidentliyi dönəmdə Gürcüstandan qaçan Jvaniyanın dünyasın dəyişmiş sahibkarlar Badri Patarkaçaşvili və Boris Berezovski ilə dostluq münasibətləri olub. Bir müddət Ukraynanın fövqəladə hallar naziri işləyən Jvaniya Viktor Yuşşenkonun zəhərlənməsinin təşkilində təqsirli bilinib. 28 may 2008-ci ilin araşdırmaları zamanı Viktor Yuşşenko şübhələrini onun üzərində konkretləşdirmişdi.
2014-02-22
9,762
Kamal Abdulla: "Kölgə"
(Qədim Şra Sinda rəvayəti) Qədim zamanların birində Cadugərlər ölkəsində bir sənətkar yaşayırdı. Günlərin bir günü günorta vaxtı evinə gedən yerdə sonuncu tin ayrıcına çatıb sağa dönərkən hiss elədi ki, kölgəsi bədənindən ayrıldı və sola döndü. Sənətkar kölgəsinin arxasınca təəccüblə baxıb yoluna davam etdi. Yaşadığı evin qapısına qədər kölgəsiz gəldi. Bu çox qəribə hiss idi və indiyənə qədər o heç zaman belə vəziyyətə düşməmişdi. Quş kimi yüngül olmuşdu, elə bil, çəkisi yox idi. Evə çatan kimi bu məsələnin mahiyyətini, ona nə zərər verə biləcəyini öyrənmək istədi. Məhlədə bir neçə cadugər vardı. Ən yaxında olanı iki küçə o yanda yaşayırdı. Onun dalınca adam göndərdi. Cadugər gəldiyində Sənətkar günorta vaxtı baş verən hadisəni olduğu kimi ona danışıb hadisəyə aydınlıq gətirməyini xahiş elədi. Kölgəsiz necə olacaqdı? Kölgəsiz yaşamaq bir adama indiyə qədər müyəssər olmuşdumu? Bu, qorxulu deyilmiydi? Cadugər ona diqqətlə qulaq asdı və gözlərini yumub bir dəqiqəyə yaxın sükut içində qaldı. Sonra özünə gəldi və belə dedi: - Sən bu gün həmən tin ayrıcında cadugərə çevrilmisən. Bunu mələklər də edə bilər, şeytanlar da. Onlar zaman-zaman bunu edirlər. Mən də anamın qarnında cadugər olmamışam. Belə bir axşamların birində çox-çox illər bundan əvvəl mənim də kölgəm bədənimdən ayrılmışdı. Mən də o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim. Sənətkar bunu eşidib sevindi. Cadugərə qiymətli hədiyyələr verdi. Cadugər gedərkən ondan xahiş elədi: - Səndən ricam budur ki, bunu heç kimə deməyəsən. Mən cadugərliyimdən ancaq öz həyatım üçün istifadə etmək istəyirəm. Cadugər cavab verdi: - Əsas məsələ budur ki, sən cadugərliyini gizlədib insanlara xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan. Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cisimə birləşməz. Bu sözlərdən sonra Sənətkar xeyli düşündü. Kölgəsindən qaçıb gizlənməyi necə həyata keçirəcəkdi, bunun planını qurdu. Bütün gecəni ağır düşüncələr içində keçirdi. Nəhayət, kölgəsindən gizlənməyin yolunu tapdı. Sənətkara bir cadugər həyatı lazım deyildi. O öz sənətkar həyatını davam eləməyi, özü üçün yaşamağı qərara aldı. Ona qibtə edənlərə belə deyirdi: "Siz yerdə sürünənlər mənə göylərdə pərvaz etdiyim üçün həsəd aparırsınız. Mən isə sizə deyirəm ki, bilin və agah olun. Göylərdə sizin üçün maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur". Sənətkar kölgəsini bir daha görməmək üçün, daha doğrusu, kölgəsinin onu bir daha tapmaması üçün ilk öncə adını azdırmaq istədi. Adını yanına çağırdı. O artıq bunu edə bilirdi. Və o təəccüb eləmədi ki, adı bir anın içində onun çağırışı ilə qarşısında zühur elədi. - Mən istəyirəm ki, sən dönüb başqa bir sözün libasına bürünəsən və görünüşünü dəyişəsən. Biz kölgəmizdən gizlənməliyik. O bizi yenidən tapmamalıdır. Adı onun qarşısında müticəsinə baş əyib dedi: - Necə arzu edirsiniz, elə də olsun. Adını dəyişəndən sonra qurduğu plana uyğun olaraq Sənətkar istədi ki, öz görünüşündə də müəyyən dəyişiklik eləsin. Bunu da eləmək çətin olmadı. Bir anın içində Sənətkar ağbəniz birindən qarabəniz və daha cavan bir adama çevrildi. Köhnə görüntüsü mütəəssir bir halda ondan uzaqlaşıb havadaca əridi. Daha sonra evi dəyişmək, iş yerini dəyişmək, qohum-əqrabasından üz döndərib onlar üçün yox olmaq lazım idi. O elə etdi ki, qohumları artıq onu görə bilmirdi, o isə istədiyi zaman qohumlarını görüb baqqa qiyafətdə, başqa ad altında onlarla söhbət edə bilirdi. Sənətkar bununla da kifayətlənmədi. Ən çətin məqam yaxınlaşırdı. Sevgilisini dəyişmək lazım idi. Bu elə də asan olmayacaqdı. Kölgə onun sevgilisini elə onun özü qədər tanıyırdı. Bu vəfalı qız ona elə isinişmişdi ki, nə zamansa ayrı ola biləcəklərini ağlına da gətirmirdi. Amma Sənətkar bu çətin işin də öhdəsindən gələ bildi. İndi o əvvəllər, yəni, kölgəli zamanlar tanımadığı gözəl bir qızla sevişirdi. Hər gün ya Sənətkarın evində, ya da qızın bağçasında görüşürdülər. Qızın bağçası köhnə sevgilisinin qonşuluğunda idi. Bu saf məhəbbət hətta Sənətkarın artıq onu tanımayan və həsrətindən ağlayıb-ağlayıb az qala gözlərinin nurunu itirmiş köhnə sevgilisini də riqqətə gətirirdi. Yeni sevgilisi gilas ağaclarının altında oturub onun başını nəvazişlə dizləri üstünə alır, incə barmaqları ilə yorğun gicgahlarını yumşaq-yumşaq ovuşdurur, zərif səsilə Sənətkarın bəstələdiyi mahnıları onun özü üçün oxuyurdu. O, bu məftunedici səsi dinlədikcə ruhu dincəlir, köhnə sevgilisini gördüyü zaman ona əzab verən düşüncələrindən bir müddət xilas olurdu. Bir dəfə gecənin bir yarısı evində yatdığı zaman Sənətkara elə gəldi ki, həyətdən onu kimsə çağırır. Ayağa durub həyətə çıxmaq istədi, amma qapını açan zaman fikrini dəyişdi. Həyətdən gələn səs kölgəsinin səsinə oxşayırdı. Cadugər olduğu üçün o bunu son dəqiqədə hiss edə bilmişdi. Səs elə yazıq-yazıq, elə yanıqlı-yanıqlı onu çağırırdı ki, Sənətkarın ürəyi sıxıldı, amma o yenə də özünü ələ alıb həyət qapısını bərk-bərk bağladı və qulaqlarını pambıqla tıxadı. Sabahı gün Sənətkar bu əhvəlatı sevgilisinə danışdı. Beləliklə, sevgilisi onun sirrini bilən yeganə canlı, cadugər olmayan insan oldu. Qız həmişəki nəvazişlə onun başını dizləri üstə alıb sığalladı və bu dəfə ona tanış olmayan qəmli bir mahnını zümzümə eləməyə başladı. Mahnını tanımaması Sənətkara qəribə gəldi. Cadugər bu mahnını tanımalıydı. - Bu mahnını sən başqa adın və başqa vücudun içində yaşayanda bəstələmisən. Sən onu unutmusan? – Sevgilisi öz zərif səsilə soruşdu. - Unutmuşam… - O, tutqun və fikirli bir halda cavab verdi. Onun qorxduğu başa gəlmişdi. Kölgəsi onu tapmışdı. Sona qədər kölgədən gizlənmək mümkün olmamışdı. O gecədən sonra onun cadugərliyinin gücü əriməyə, azalmağa başladı. Bir gün sənətkar sevgilisinin yanına gələndə onu evdə görmədi. Sevgilisi görüş yerini səhv salmışdı. Qonşuluqda yaşayan köhnə sevgilisi həmən gilas ağacının altında oturmuşdu, dedi ki, sevgiliniz sizinlə sizin evdə görüşəcəyini güman edirdi. O indi şəhərin dar küçələri ilə sizin evə tərəf gedir, bir az tələssəniz, onun arxasınca gedib ona çata bilərsiniz. Gedə-gedə o mahnı oxuyur. Siz onun səsindən yapışa bilsəniz, özünü də tapacaqsınız. Sənətkar nə qədər gücünü bir yerə yığsa da sevgilisinin hansı küçə ilə getdiyini özü üçün aydınlaşdıra bilmədi. Cadugər kimi gücü xeyli zəifləmişdi. Son gücünü toplayıb qızın zərif səsini qulaqlarında canlandıra bildi. Sənətkar bu səsdən yapışıb əyri küçələrdən keçə-keçə sevgilisinin iziylə getdi. Səs get-gedə daha zəif eşidilirdi. Amma Sənətkar yaxşı bilirdi ki, bu səs onun çox-çox əvvəllər yazdığı qəmli mahnını oxuyur. Səs onu tanış yolla köhnə evinə sarı apardı. Həmən tanış tinə çatanda sevgilisinin səsi qırıldı və elə bu an Sənətkarın bədəninə ağır bir yük daxil oldu. Kölgəsi ondan ayrılan yerdə yenidən onun bədəninə girdi. Sevgilisi Sənətkarın evinə çatıb qapını döyəndə içəridən səs gəlmədi. Kimsə qapını açmadı. Yol ilə gedən bir cadugər qıza kömək elədi. Qapını açdı, "bizim işimiz cadugər olmayanlıara xidmət eləməkdi" deyib qızın təəccübünə fikir vermədən onunla bir yerdə içəri daxil oldu. Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağbəniz adamı az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı. Bədəni hələ isti idi. O, bir az əvvəl keçinmişdi. SON
2014-02-22
9,763
”Yanukoviçi qubernator təyin edəcəyik” - Video
"Lazım gələrsə, Viktor Yanukoviç Belqorod vilayətinin qubernatoru təyin oluna bilər". "Axar.az"ın məlumatına görə, bu sözləri Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Yanukoviçin gələcək taleyi ilə bağlı sualları cavablandıran Jirinovski bildirb ki, Rusiyanın onun yeri barədə öz mülahizələri var: "Rada artıq onunku deyil, o, çıxılmaz vəziyyətdədir. Təkcə Lukaşenko var, vaxtı ilə Bakiyevə siyasi sığnacaq verdi, niyə də Yanukoviçə verməsin? Ola bilər ki, biz də onu qəbul edək və Belqorod vilayətinin qubernatoru təyin edək. Qoy, oradan Ukraynaya hücum etsin".
2014-02-22
9,764
Yanukoviçin arvadı konserv alarkən görüntüləndi - Foto
Ukraynada hadisələrin sürətlə dəyişdiyi, Vikor Yanukoviçin isə Kiyevi ailəsi tərk etdiyi bir zamanda onun həyat yoldaşı Lyudmila Aleksandrovna Yanukoviç bu gün Makeyevkanın Aşan məntəqəsində konserv alarkən kameralara yaxalanıb. "Axar.az" xəbər verir ki, ukraynalılar Yanukoviçin prezident seçilməsindən sonra xanımına qarşı etinasız yanaşdığını düşünürlər. Foto həm də Yanukoviçin ailəsi ilə bərabər qaçdığı haqqında xəbərlərin təsdiqləndiyi bir məqamda diqqəti çəkib.
2014-02-22
9,765
Derbidə sevinən tərəf "Qalatasaray" oldu
Bu gün Türkiyə Super Liqasında XXII turun qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, turun mərkəzi görüşü İstanbulda "Türk Telekom Arena"da "Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçirilib. Gərgin keçən qarşılaşmada "Qalatasaray" oyunun 39-cu dəqiqəsində Səlcuq İnanın vurduğu qolla 1-0 qalib gəlib. Bu nəticələrdən sonra "Qalatasaray" keçən tur itidiyi mövqeyinə, 2-ci sıraya yüksəlib. Qeyd edək ki, ilk sırada "Fənərbaxça" komandası 47 xalla qərarlaşıb. 2-ci sırada "Qalatasaray" 43 xalla, sonrakı pillədə isə "Beşiktaş" komandası yer alır.
2014-02-23
9,766
Hava proqnozu: yağış davam edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. "Axar.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
2014-02-23
9,767
Yuliya Timoşenko Maydanda çıxış etdi - Video
Ukraynada azadlığa çıxan sabiq Baş nazir Yuliya Timoşenko Maydana gələrək, aksiyaçılar qarşısında çıxış edib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Timoşenko çıxışında bəzilərinin ölkəni parçalamaq istədiyini, ancaq onun buna qarşı çıxdığını və Ukraynadakı aksiyaların keçmiş Sovet respublikalarını da əhatə edəcəyini bildirib. Timoşenkonun çıxışı zamanı aksiyaçılar arasında gərgin anlar yaşanıb. Daha sonra Timoşenkonun çıxışı əsnasında Maydanda olmasının təhlükəli olduğu barədə xəbərdarlıq edilib. Bundan sonra sabiq Baş nazir buradan ayrılıb.
2014-02-23
9,768
“Ukrayna xalqı Rusiyaya qalib gəldi”
Ukraynada baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə bəzi müzakirələrə BAXCP reaksiya verib. "Axar.az"a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, Ukraynada baş verən hadisələrə sevinmək üçün heç bir əsas yoxdur: "Azərbaycanın radıkal müxalifəti təmsil edənlər sosial şəbəkədə yazırlar ki, Ukraynada baş verən hadisələr Azərbaycanda ola bilərmi? Ukrayna bir neçə gün müddətində vətəndaş müharibəsi yaşadı: 82 ölüm və 603 yaralı. Kiyevin mərkəzi müharibə meydanını xatırladır, Ukrayna tam bir siyasi və iqtisadi böhrana girdi. Belə vəziyyətdən ölkənin necə çıxacağı sual altındadır. Buna hansı əlamətinə görə sevinmək olar". BAXCP sədrinin müavini daha sonra hakimiyyətin yanlıç siyasətinə də diqqət çəkib: "Ukraynada Qərb və Rusiya toqquşdu, belə vəziyyətdə Ukrayna hakimiyyətinin tutduğu yanlış siyasət xarici güclərin istəyinə rəvac Verdi. Bizim radikallar başa düşmür ki, Ukrayna müxalifətinə rəhbərlik edən şəxslər Ukraynanın milli maraqlarını qorumaq üçün bu addımı atdılar, Rusiyanın maraqlarına xidmət edən və etmək istəyən Yanikoviç hakmiyyəti ilə mübarizə aparırdılar. Bu həm də o demək idi ki, birbaşa Rusiya ilə savaşırıdılar. Bu gün Ukrayna xalqı həm də Rusiyaya qalıb gəldi. Ancaq Azərbaycanın radikal müxalifətini təmsil edən şəxslər 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"da təmsil olunaraq Azərbaycanın milli maraqlarna zərbə vurdular. İndi siz kimi təbrik edirsiniz?! Ukraynada Rusiya məğlub olub! Rusiyanın layihəsinə dəstək verənlər məncə buna sevinməməlidir, axı!
2014-02-23
9,769
Adil Əliyev Ziya Məmmədovun qardaşı oğluna qarşı
"Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur". Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz şəxsi "Facebook" səhifəsində yazıb. Həmin statusu təqdim edirik: "Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm: "K-1" döyüş növü üzrə dünya "Qran-pri" yarışları guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar? İndi də kimlərsə şayiə yayır ki, guya Kikboksinq Federasiyası 23 fevralda adı çəkilən turniri pozmağa çalışacaq. Bu, böhtan, təxribat xarakterli iddiadır, Kikboksinq Federasiyasına qarşı qarayaxmadır. Bir daha xatırladıram ki, bəzilərindən fərqli olaraq Kikboksinq Federasiyası Azərbaycan qanunlarına tabedir, o cümlədən beynəlxalq idman qaydalarına riayət edir. Biz Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstəririk, başqalarını da qanunlarımıza riayət etməyə çağırırıq. İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi bizə həvalə edib. Federasiyamızın nəzdində 100-ə yaxın klub var və biz bu klubların fəaliyyətinə nəzarət edir, onlara hər cür dəstək veririk. Bu klublar Federasiyanın bayrağı altında turnirlər təşkil edirlər. Buna görə də həmin klublar Federasiyanın qaydalarına tabedirlər. Başqa idman federasiyaları və onların çoxsaylı klubları da məhz bu şəkildə fəaliyyət göstərir, nizam-intizama tabe olurlar. Bu, bir turnirlik iş deyil, sistemli fəaliyyətdir. Məqsədimiz Azərbaycanda kikboksinq idman növünü populyarlaşdırmaq, gəncləri sağlam həyata sövq etmək, o cümlədən rəsmi statusu olan ciddi beynəlxalq turnirlərdə mükafatlar qazanaraq Azərbaycanın bayrağını ucaltmaqdır. Federasiyanın uğurları göz qabağındadır. Onu da xatırlatmağı lazım bilirəm ki, 1992-1993-cü illərdən fəaliyyət göstərən Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin "k-1" versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər. Turnirin 23 fevralda keçirilməsi daha bir ciddi sual yaradır: Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam ("Qafqazinfo"). Nə isə Allah xeyir versin..."
2014-02-23
9,770
”Yanukoviç təlaşla gah Putin, gah Merkellə danışırdı”
Polşa xarici işlər naziri Radoslav Sikorski Viktor Yanukoviçlə müxalifət arasında danışıqların gedişinindən danışıb. "Axar.az"ın məlumatına görə, Sikorski bildirib ki, görüşün əvvəlində Yanukoviç mütləq Rusiyadan siyası sığnacaq istəyəcəyini açıqlayıb. O, həmçinin elə ilk andan Yanukoviçin könüllü istefa verəcəyinin sıfra bərəbər olduğuna əminlik ifadə edib: "Buna heç bir şans yoxuydu. Mən bunu hələ 48 saat bundan əvvəl bilirdim. Yanukoviç danışıq masası arxasında sözümüzü dəfələrlə yarımçıq qoyaraq, təlaşla gah Putin, gah Merkel, gah da Baydenlə telefonla danışırdı. Təsəvvür edə bilməzsiniz hansı çətinliklə biz onu prezidentlik səlahiyyətinin vaxtının qısaldımasına və erkən seçkilərə getməyin vaxtının çatdığına inandıra bildik. O, eyni zamanda bizə bildirirdi ki, növbəti seçkilərə qatılmayacaq və Rusiyadan siyasi sığnacaq istəyəcək. Hətta bir anlığa onun üz rəngi ağardı da".
2014-02-23
9,771
"Apple"dan daha bir yenilik
Apple şirkəti iOS 7 mobil proqramını yeniləməyə davam edir. "Axar.az" xəbər verir ki, bir neçə ay əvvəl istifadəçilərin ixtiyarına verdiyi iOS 7.0.5 yenilənməsindən sonra oradakı bəzi kiçik səhvlərin aradan qaldırıldığı iOS 7.0.6 yenilənməsini tətbiq edib. Qeyd edək ki, iOS 7.0.6 yenilənməsində kiçik texniki səhvlərlə yanaşı ciddi təhlükəsizlik problemləri də var idi. Artıq şirkət bu yenilənmə ilə bu problemləri aradan qaldırıb.
2014-02-23
9,772
İranda daha 8 nəfər edam edildi
İranda 8 nəfər edam edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, məhbuslar qətl və silahlı soyğunçuluqda günahlandırılaraq dara çəkiliblər. Belə ki, İranın Əlborz vilayətində 6 nəfər edam edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları da açıqlanıb. Bunlar Əli Tahirnejad, Möhsün Rəhməti, Şəhriyar Müzəffəri, Meysəm Çənbəri, Məhəmməd Moqəddadi və Məhəmməd Babaəlidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib. Bundan əlavə, İranın Fars vilayətində bir nəfər edam edilib. Məhbus qətldə və silahlı soyğunda iştirak etməkdə günahlandırılaraq əhalinin gözü qarşısında dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Şiraz şəhərinin Kuzehgari meydanında icra edilib. Fevralın 18-də də həmin şəhərdə iki nəfər əhalinin gözü qarşısında dara çəkilib. Eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində bir nəfər edam edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Xoy şəhərində icra edilib.
2014-02-23
9,773
Donetsk Yanukoviçin təyyarəsini qalxmağa qoymadı
Ukraynanın Dövlət sərhəd xidməti Viktor Yanukoviçin çarter reysi ilə Donetsk şəhərini tərk etməsinə imkan verməyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, müvafiq sənədlərə malik olmayan təyyarə Donetsk hava limanından uçmağa cəhd edib. Dövlət sərhəd xidməti sədrinin köməkçisi Sergey Astaxov təyyarənin göyərtəsində Viktor Yanukoviçin olduğunu bildirib.
2014-02-23
9,774
"Vatsapp" yeni keyfiyyətləri ilə gəlir
Feysbuk sosial şəbəkəsinin sahibi Mark Zukerberqin 19 milyard dollara aldığı "Vatsapp" çöküb və bir neçə saatdır işləmir. "Axar.az"ın əldə etdiyi məlumata görə, "Vatsapp" serverlərində aparılan bəzi xüsiyyətlərlə bağlı bütün dünyada bu şəbəkəyə giriş bağlanıb. Problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı hər hansı bir məlumat verilməyib. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, yeni və hərəkətli smayllar, dürtmə xüsusiyyəti əlavə ediləcək, göndərilən fayllar 1 ay müddətinə yaddaşda saxlanılmaqla bərabər, 1 GB həcmində hər hansı bir göndəriş mümkün olacaq, həmçinin danışıqlar "FaceCrypt" ilə şifrələnəcək. Sadaladığımız xüsusiyyətlər "WhatsApp"a yerləşdirildikdən sonra aktiv hala gətiriləcək.
2014-02-23
9,775
“Android” telefonlarını dinləmək asandır
"Android" platformalı mobil telefonları dinləməyin digər telefonlara nisbətən daha asan olduğu məlum olub. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, mobil telefonlara yüklənən casus proqramlarının köməyiylə fərdlərin ünsiyyət haqlarına müdaxilə etmək mümkündür. Xüsusilə "android"lər bu tip təhlükələrə daha yaxındır. Bu cür proqramlar sahibinin icazəsi olmadan da mobil telefona yüklənə bilər. Zərərli proqramlardan qorunmaq üçün bunları mütləq bilməlisiniz: -Telefonunuza yüklədiyiniz proqramı kimin bazaya yüklədiyinə diqqət yetirin. Ödənişsizdir deyə hər proqramı endirməyin. Xüsusilə "Android" istifadəçilərinin buna diqqət yetirməsi önəmlidir. -Telefonunuza gələn SMS, MMS və ya e-poçtlardakı linkləri göndərən şəxsi tanımırsınızsa mesajları açmayın. -Telefonunuzun ekran kilidini bağlı saxlayın. -Telefonunuzun SIM kartına PIN nömrəsi təyin edin. -Hədiyyə olunan telefonlara diqqət yetirin.
2014-02-23
9,776
Nəhəng Valuyev yenə Kliçkoya “ilişdi”
Peşekar boks meydanlarında dəfələrlə qarşılıqlı söz duelinə çıxan keçmiş peşəkar boksçular rusiyalı Nikolay Valuyevlə Ukrayna müxalifətinin lideri Vitali Kliçkonun ittihamları idman deyil, bu dəfə siyasi hadisələrlə bağlı olub. "Axar.az"ın məlumatına görə, hazırda Rusiya Dövlət Dumasının üzvü olan Nikolay Valuyev ukraynalı həmkarının Maydandakı hərəkətlərini qiymətləndirib. Onun sözlərinə görə, bütün məsuliyyət həm də Kliçkonun üzərindədi: "Bu birmənalıdır. Xatırlayırsınızsa, hələ narıncı inqilab hadisələri zamanıVitali və onun kiçik qardaşı əyinlərindəki şortda inqilabın rəmzi ilə rinqə çıxardılar. Nəticədə böyük qardaşın uduşu onun Zərbə Partiyasının yaranması oldu. Ambisiyalar böyüdü və onların ölkədəki siyasi situasiyaya təsir imkanları da genişləndi. Baxaq görək nə olur, indiki Maydan hadisələri gələcək prezidentin seçilməsinin mügdəçisidir. Ancaq bu dəfə hadisələr nəzarətdən çıxıb. Kliçko unutmasın ki, məsuliyyət həm də onun üzərindədi".
2014-02-23
9,777
Yanukoviçin maşınları, saunası, donuzları... - Foto
Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevi tərk etdikdən sonra onun paytaxt yaxınlığındakı iqamətgahı müxalifətçilərin əlinə keçib. Ötən gün günorta saatlarından iqamətgaha xeyli adam toplaşıb. Maydanın özünümüdafiə dəstəsi talançılığın qarşısını almaq üçün adamları iqamətgaha buraxmayıb. Amma tezliklə iqamətgah ətrafında adamların sayı artıb. İqamətgahdan çəkilmiş fotoları təqdim edirik. ("Musavat.com")
2014-02-23
9,778
Bakıda evlərin qiyməti qalxdı
Yanvar ayında Bakıda təkrar mənzil bazarında qiymətlər 3,71 faiz artaraq 1807-dən 1874 dollara qalxıb. Bu barədə şənbə günü "MBA LTD" konsaltinq şirkətindən bildirilib. Şirkətdən deyilib: "Qiymət artımına səbəb mənzil satışına real təklifin az sayda olması və əhalinin bu il ölkədə qiymətlərin artacağı ehtimalı ilə bağlıdır. Belə gözləntiləri doğuran səbəblərdən biri ötən ilin sonunda yanacağın qiymətlərinin artmasıdır. Mənzillərin bahalaşmasına mövsüm amili də təsir edir". Ay ərzində portfelin böyük hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturu və ya tələbin xarakterindən irəli gəlir. Yanvarda bahalı evlərin payı 45,42 faizdən 44,17 faizədək azalıb, ucuz evlərin payı isə müvafiq olaraq 54,58 faizdən 55,83 faizədək artıb. Bahalı evlərin orta qiyməti 4,75 faiz, ucuz evlərin orta qiyməti isə 2,4 faiz artıb. Portfeldə dəyəri 85-95 min dollar olan mənzillərin payı çoxluq (35,9 faiz) təşkil edib. Yanvarda satılan otaqların orta sayı 2,57, mənzillərin satıldığı orta qiymət 65 983 dollar, mənzillərin orta qiyməti 166 937 dollar təşkil edir. (Trend)
2014-02-23
9,779
Qusarda ikimərtəbəli ev yandı
Qusarda ikimərtəbəli evdə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qusar şəhəri, Hil kəndində ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-23
9,780
Almaniyada Xocalı soyqırımı ilə bağlı yürüş-mitinqi keçirildi - Foto
Azərbaycanın diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbir iki saat davam edib. Azərbaycan diasporunun fəal üzvlərindən olan Yeganə Məmmədzadə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı haqqında alman dilində məlumat verib. Sonra Azərbaycan və türk icmalarının nümayəndələri çıxış edərək Avropanı XX əsrin ən dəhşətli qətliamlarından birinə – Xocalı soyqırımına, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıblar. Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsinin əks etdirən foto və məlumatlar olan broşürlər paylanmış, onlara soyqırımı haqqında məlumatlar verilib. Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək "Xocalıya ədalət!", "Qarabağa azadlıq!" "Avropa, Qarabağın işğalına susma!" kimi şüarlar səsləndiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Odlar Yurdu" Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı ilə keçirilən aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək veriblər. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri və s. olublar. (AzərTac)
2014-02-23
9,781
Con Kerri və Sergey Lavrov Ukraynanı müzakirə etdilər
ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, telefon zəngi vasitəsi ilə Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər. Tərəflərin müzakirəsinin əsas hədəfi Ukraynada insanlara qarşı tətbiq edilən zorakılığın dayandırılması olub. Tərəflər Ukraynadakı son hadisələrin qiymətləndirilməsi zamanı yeni təyin edilən spiker Aleksandr Turçinovun ölkədə sabitliyin bərqarar olunmasına müsbət təsir edəcəyini vurğulayıblar. Kerri və Lavrov Ukraynada tezliklə konstitutsiya islahatlarının, koalisiya hökümətinin və vaxtındap əvvəl prezident seçkilərinin keçirilməli olduğu barəsində razılığa gəliblər. Lavrov danışıqlar zamanı qeyd edib ki, müxalifət liderlərinin səhlənkarlığı nəticəsində Ukraynada ekstremist qüvvələrin qanunsuz silahlanması halları artıb. Onun fikrincə Ali Rada tezliklə iclas keçirib ölkədəki qanunsuz halların qarşısını almalıdır. (ANS)
2014-02-23
9,782
Bakıda bir gecədə 6 zəhərlənmə hadisəsi
Bakıda 6 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 3-ü qadın, 3-ü kişi olmaqla 6 nəfər ötən gün gecə saatlarında dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərdən 4-nün vəziyyəti ağır olduğu üçün 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Digər zəhərlənən şəxslərə isə yerindəcə tibbi yardım göstərilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirirlər. Stansiyadan bildiriblər ki, ən çox dəm qazından zəhərlənmə halları Suraxanı, Qaradağ və Binəqədi rayonlarının ərazisində qeydə alınıb. Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənmə nəticəsində Gəncə şəhər sakini Gülgəz Hüseynova dünyasını dəyişib. Bundan başqa, Sumqayıt şəhəri Köhnə Corat qəsəbə sakini Könül Ağayeva, Samux rayon sakini Saləddin Tağıyev dəm qazından zəhərləniblər. ANS)
2014-02-23
9,783
Gəncədə yol terroru: ölən var
Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusu toqquşub. Nəticədə, minik avtomobili ağır deformasiyaya uğrayıb, sürücüsü isə 1986-cı il təvəllüdlü Məmmədov Elşad Elnar oğlu hadisə yerində həlak olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
2014-02-23
9,784
ABŞ-ın 8 prezidenti nədən qurban gedib? – Tarixi mistika
Tekumsenin ölüm qarğışı 1813-cü ildə Şauni tayfasının rəhbəri Tekumse sonu sıfırla bitən illərdə Amerika prezidenti seçiləcək bütün prezidentləri ölümlə qarğıyır. Hindu rəvayətində deyilir ki, Amerika prezidenti Vilyam Henri Harisson (1841) hinduların Şauni qəbiləsinin Tekumse adlı başçısını öldürərkən qəbilə başçısı məhz "sıfırıncı" illərdə seçiləcək bütün Amerika prezidentlərini ölümlə lənətləyib. Şimali Amerika hindularının Tayfalararası Şurasının fikrincə, Vilyam Henri Tekumseni öldürməklə doğma torpaqları işğal edənlərə qarşı yönəlmiş hinduların axırıncı müqavimətinə son qoyub. "Tekumsenin ölümündən sonra, 1936-cı ildə onun "peyğəmbər" adlandırılan qardaşı Tenskvatava öz qardaşının lənəti ilə Amerikanın sıfırıncı illərdə seçiləcək prezidentlərinin seçildikləri müddət ərzində öləcəklərini təsdiq edib", - deyə Ferfild Universitetinin politoloqu professor Con Orman bildirir. Öz qardaşının "peyğəmbər"liyinə Tenskvatava kiçik bir əlavə də edib: "Lənət hər 20 ildən bir həyata keçəcək". 8 prezidentin hər biri məhz bu ardıcıllıqla seçilib. Qətlə yetirilən 8 prezidentin 5-i respublikaçı (Linkoln, Qarfild, Mak-Kinli, Qardinq və Reyqan), 2-si demokrat (Ruzvelt və Kennedi) idi. Yalnız biri – Vilyam Henri Harrison liberal olub. Beləliklə... General Harrison 1840-cı ildə ABŞ prezidenti seçilir. Öz vəzifəsinə keçən gün soyuq havada iki saat yarım çıxış edir və ciyərlərinə soyuq dəyərək möhkəm xəstələnir. Nəticədə bir ay sonra vəfat edərək öz prezidentliyi dövründə ölən ilk Amerika prezidenti olur və bununla da Takumsenin "ölüm qarğışı" maşını işə düşür. Harissondan sonra "sıfır faktoru" nun növbəti qurbanı 1860-cı ildə prezident seçilən Avraam Linkoln olur. Aprelin 14-ü 1865-ci ildə Vaşinqtonun "Ford" teatrında "Bizim Amerikalı bacıoğlu" tamaşasına baxarkən Con Uilks Buts tərəfindən qətlə yetirilir. Aktyor Amerika prezidentinin başına 44 kalibrli tapançadan atəş açıb. Növbəti gün prezident ölür. Bununla o öz hakimiyyəti dövründə vəfat edən ikinci prezident olur. Linkolndan 20 il sonra – 1880-cı ildə Ceyms Qarfild Amerika prezidenti seçilir. Çarlz Gito adlı bir vəkil Qarfildə Vaşinqton Dəmiryol vağzallarının birində 44 kolibrli revolverdən atəş açır. Nəticədə prezident aldığı yaradan 1881-ci il sentyabrın 17-də dünyasını dəyişir. Mak-Kinli 1900-cu ildə prezident seçilmişdi. Ağ Evin arxivində saxlanılan sənədlərə əsasən, Mak-Kinli də Linkoln və Qarfild kimi qətlə yetirilib. Sentyabrın 6-sı 1901-ci ildə Mak-Kinli Buffalodakı Panamerikan sərgisində çıxış edir. Nitqindən sonra prezident sərgiyə gələnləri salamlayarkən keçmiş fəhlə Leon Çalqoş ona 32 kolibrli tapançadan 2 dəfə atəş açır. Güllələr qarın boşluğundan tutur. Prezident aldığı yaradan səkkiz gün sonra – 14 sentyabrda vəfat edir. 1920-ci ildə Uorren Qardinq ABŞ-ın 29-cu prezidenti olur. 1923-cü ildə Alyaskaya səyahəti zamanı prezidenti zəhərləyirlər və elə həmin il avqustun 2-də həyatdan köçür. Rəsmi məlumatlarda elan edilir ki, prezident "ürəktutması"ndan vəfat edib. Çünki onun həyat yoldaşı autopsiyaya (meyidin yarılmasına) icazə verməyib. Qardinqin qadını tərəfindən xəyanətlə üzləşdiyi və arvadının onu zəhərlədiyi də ehtimal edilir. 1940-cı ildə demokrat Franklin Ruzvelt, respublikaçı prezident Teodor Ruzveltin bacısı oğlu üçüncü müddətə prezident seçilir. 1945-ci il martın 12- də portret sessiyası zamanı Ruzveltdə beyinə qansızması baş verir və özünün IV prezidentliyi müddətinin başlamasından 8 gün sonra vəfat edir. 1960-cı ildə Birləşmiş Ştatların prezidenti Con Kennedi olur. 1963-cü il 22 noyabrdaTexas ştatının Dallas şəhərində qətlə yetirilir. Şəhərdə açıq avtomobildə gəzinti zamanı prezident bir neçə güllə yarası alır, onlardan biri onun başına dəyir. Bir neçə saat sonra Con Kennedinin öldüyü elan edilir. Beləliklə, o, hakimiyyəti dövründə həlak olan 7-ci və hələlik sonuncu Amerika prezidentidir. Prezidentin ölümündə isə keçmiş dessantçı Li Xarvi Osvaldı ittiham edirlər. Kennedidən 20 il sonra 1980-cı ildə Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti olaraq yanvarın 20-si 1981-ci ildə hakimiyyətə keçir. Həmin il martın 30-da Reyqan ALF-CİO sindikatı nümayəndələri ilə "Hilton" otelindən çıxarkən psixi cəhətdən xəstə Con Xinkli prezidentə 22 kolibrli revolverdən 6 güllə boşaldır. Reyqan sağ qalır. Həkimlər onun ürəyinin bir düyümlüyündən güllə çıxarırlar. Reyqan çox tezliklə sağalır və bu onu daha da populyarlaşdırır. Reyqan 1980-cı ilin prezident seçkilərində qələbə çalır və ölümdən qurtulmuş olur. Bununla Tekumsenin lənəti hələlik başa çatır. Reyqandan düz 20 il sonra prezident seçilən Corc Buşa da bu lənət təsir etmir. Axı o da, 2000-ci ildə, yəni sıfıncı illərdə prezident seçilmişdi. Lakin bu heç də hindu lənətinin bitdiyi demək deyil. Tarixçilərin fikrincə, bu lənətin nə vaxtadək davam edəcəyi məlum deyil. Şauni hindu nəsilləri hazırda Birləşmiş Ştatların cənubunda yerləşən Oklaxoma ştatındakı rezervasiyada yaşayırlar.
2014-02-23
9,785
Baş nazir Ərdoğana aid yeni səs yazısı yayıldı - Stenoqram
İnternetdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən səs yazısı yayımlanıb. "Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı informasiya yayıb. Səs yazısında Baş nazir Ərdoğan "Cinər Yayım Holdinq"inin rəhbəri Fatih Saracdan Saba Tümerin Yaşar Nuri Öztürk ilə apardığı proqramın dayandırılmasını istəyir. İddiaya görə Baş nazir Yaşar Nuri Öztürkün hökumətə aid ifadələr işlətməsindən narahat olur və telefon ilə Fatih Saracla əlaqə saxlayaraq proqramın dərhal dayandırılmasını istəyir. Fatih Sarac Baş nazirə müsbət cavab verir. Baş nazir Ərdoğanla Fatih Sarac arasında keçən səs yazısını təqdim edirik. Baş nazir Ərdoğan: Vaxtın varmı? Fatih: Buyrun, əfəndim Baş nazir Ərdoğan: Yanında kimsə varmı? Fatih: Qapıları bağlayıram, indi yoxdu, əfəndim. Baş nazir Ərdoğan: Bu "Show" TV-də Yaşar Nuriyi dinləyirsinizmi? Fatih: O qurtardı əfəndim. Bu gün Nihat Hatipoğluyla bu barədə danışacam. Baş nazir Ərdoğan: Hə, get. Bir az əvvəl onu dinlədim... Fatih: Xeyr, elə deyil. Baş nazir Ərdoğan: Bizə qarşı nə təhqirlər edirlər. Fatih: Hörmətli Baş nazirim qəti belə bir şey yoxdur, hətta bunu dedim, bitirin proqramı... Baş nazir Ərdoğan: Guya xalqa biz seçkidən əvvəl kömür, düyü paylayırıq və biz belə... Fatih: Yaxşı. Baş nazir Ərdoğan: Bilmirəm nə edirik, xalqa qışqırırıq və s. Fatih: Hal-hazırda qurtardı əfəndim. Hər şey aydın oldu. Çox təəssüf edirəm, əfəndim. Baş nazir Ərdoğan: İşdən kənarlaşdırdığınız qadın orda proqram aparır. Fatih: Çox üzr istəyirəm, əfəndim. Sizi üzdüyüm üçün bağışlayın.
2014-02-23
9,786
Bir kitabın sirri - ikinci məktub
Almaniyadan bir məktub aldım. Hans adında biri yazmışdı ki, "Əli və Nino" kitabının kolleksioneridir və bizdə çıxan kitabları almaq istəyir. Həm bizim nəşr etdiyimiz, həm də digər nəşrləri toplayıb, ona göndərdim. Ödəniş məsələsi gələndə isə dedim ki, Frankfurtda kitab yarmarkasında görüşsək, bir kofe alarsan. Bu dəfə Frakfurtun mərkəzi küçəsində Hauptewache kafesinin arşısında görüşdük. Evinə dəvət etdi. Bəxtim gətirib, mərkəzdə yaşayıram,- dedi. Üçüncü mərtəbədə yaşayır. Qapını açan kimi uzun tüklü kök bir pişik qarşımıza çıxdı. Qucağına alıb "Koşka"dır, İstanbulludur, dedi. Mənzilin üç otağından biri həm də ofisdir. Xırda bir nəşriyyatı var.Cəmi 50-60 kitab nəşr edib. İş otağının bütün divarları kitabdı. "Sevirəm taxtadan düzələn kitab rəflərini".Birinin qarşısında dayanır, bu dolab "Əli və Nino"dur, deyir. Gerçəkdən, beş rəfli bir dolab "Əli və Nino" idi. İlk nüsxədən tutmuş bütün dillərdəki nəşrləri. Kitab 67 ölkədə 33 dildə nəşr olunubş İlk dəfə almanca çıxan 1937-ci nəşrini götürüb bu araşdırmanın səbəbini izah edir. Bu nüsxəni tapmağa 3 il vaxt sərf edib. "Kitabxanaya getmişdim. Məhəmməd Əsəd bəyin kitabını gördüm. Ad məni cəlb etdi. Kitabda müəllif haqqında olan hissədə bir cümlə oxudum. Yazılmışdı ki, İtaliyada ölüb, amma hələ də bilinmir ki, o, Qurban Səiddir, ya yox. Bu cümlə məndə maraq yaratdı, özümə dedim ki, mən müəyyən edəcəyəm. Və o vaxtdan axtarışlara başladım. Məni dəli hesab edənlər də var. Kimə lazımdır bu, bilmirəm. Amma mənə çox lazımdır". On ildir məlumat yığır. İlk olaraq "Azadlıq" radiosunda 1972-ci ildə səslənən verilişin stenaqromını, 1990-cı ildə "Azərbaycan" jurnalının skan olunmuş variantını, Məhəmməd Əsəd bəyin şəkillərini, kitabxanalarda rastlaşdığı məlumatların surətini, kitablarını nəşr edən naşirlər barədə məlumatları, o vaxtkı qəzet materiallarını göstərir. Bəlli olur ki, ən xırda nüsxəyə belə pul ödəyib. Məhəmməd Əsəd bəyin dostlarından birinin oğlunu tapıb, hazırda onunla məktublaşır. O, atasının gündəliklərini göndərib, orada Məhəmməd Əsəd bəydən də söhbət gedir. Həmin hissəni həvəslə oxuyur. O vaxtdan qalan qədim bir fotoda Məhəmməd Əsəd bəyi və dostunu göstərir. Divarda Məhəmməd Əsəd bəyin şacərəsini asıb. Amma onlardan heç biriylə əlaqə yoxdur. O, dövrdən kimsə həyatda qalmayıb. Arabir fasilə verib nə yaxşı gəldin və bunları sənə danışıram deyir. "Axı burada bu mövzu heç kəsə maraqlı deyil. Kimə danışım". Məhəmməd Əsəd bəyin Bakıya, müsəlman mühitinə olan sevgisindən danışır. "Kiyevdə doğulub, amma Bakıda böyüyüb. Beş yaşı olanda anası intihar edib. Səbəb stalin olub. Anası barmağında almaz üzüyünü Stalinə göndərib. Fəhlə hərəkatına yardım məqsədiylə. Bundan xəbər tutublar. Güman ki, elə ona görə də intihar edib". O, Hitlerin Məhəmməd Əsəd bəyə münasibətindən, Almaniyanı tərk edib İsveçrəyə getməsindən, bir müddət üzləşdiyi aclıqdan, imzasının Qurban Səid olma səbəblərindən danışdı. "Əli və Nino"nun tərcümələri arasındakı fərqlərdən də danışdıq. Söhbətə fasilə vermədən bir kofe dəmlədi. Amma, iki saatdan çox vaxt ötmüşdü. Aeroporta getmək lazım idi. "Əli və Nino"nun ilk nüsxəsinin fotosunu çəkirəm. Bir də kitab dolabı önündə Hansı. Yalnız özün üçün deyir. Mənə elə gəlir ki, sənin kitabın hazırdı artıq, deyirəm. Gülür. Demək olar ki, deyir. Görüşdüyümüz meydana qayıdırıq. İllərin dostları kimi ayrılırıq. Son sözü " bu qədər məni heç kəs, heç vaxt dinləməyib", oldu. Bakıya enəndə məktub aldım. "Məni maraqla dinlədiyinə görə təşəkkür edirəm. Hiss etdim ki, üzdüyüm gəmidə tənha deyiləm. Mənim 52 yaşım var. Sağlam olsan da, vəsiyyətimi yazmışam. Qurban Səidlə bağlı bütün arxivimi Alman Milli Kitabxanasına vəsiyyət etmişəm. Bildiklərinin yalnız iyirmi faizindən də azını danışa bildim. Qalanı qaldı. Başqa vaxta, Hans". Hələ də ağlımda Hansdı. Necə ola bilər ki, heç zaman Azərbaycanda olmadan, həyatının on ilini, vəsaitini, düşüncələrini bir kitaba, tarixdə qalan bir düyünü açmağa həsr edəsən. Məgər bu, böyük insan ruhunun və kitaba olan sevginin qüdrəti deyilmi. İndi isə növbəti kitabları tövsiyyə edirəm: 1.Ziqfrid Lentsin "Məhəbbət yuvası" hekayələr kitabını gözdən qaçırmayın. Hekayələr ustasını tanıyın. 2.Knut Hamsunun hər üç kitabı, "Aclıq", "Torpağın bərəkəti", "Misteriyalar" romanlarını tövsiyə edirəm. "Misteriyalar"ı ən sonda oxuyun. 3.Xuan Rulfonun "Pedro Paramo", Markes, Borxesi oxuyanlar gərək ki, bu imzaya biganə qalmasınlar. Sonda isə öz ünvanımı qoyuram, yeni tərcümələrlə bağlı təkliflər, iradlarınızı yazın. Sizdən gələn hər məktubu incələyirəm, təkliflərinizi ayrıca qeyd edirəm. İradlarınızı isə məsul olan şəxsə göndərirəm. Hörmətlə, Şahbaz Xuduoğlu. Bakı fevral 2014. Məktubu bu ünvana yazın: [email protected] Bakı Az 1102, Tbilisi pros, 76.
2014-02-23
9,787
Alim Qasımov ən qorxulu tamaşaçıdır
"Axar.az" muğam ifaçısı Fərqanə Qasımova ilə müsahibəni təqdim edir. Çox çətin sınaq idi... - Səhnəyə ilk dəfə nə zaman çıxdığınızı xatırlayırsızmı? - Mən bu sənətin içində böyümüşəm, xəmirim muğamla yoğrulub, ancaq böyük səhnəyə atam məni ilk dəfə 1996-cı ildə Almaniyada olarkən çıxardı. Onu da qeyd edim ki, doqquz yaşım olanda, atamın filarmoniyada konserti oldu, üçlüklərdən ibarət qızların tərkibində "Araz-barı" oxudum. Çox çətin bir sınaq idi, amma Allaha şükür olsun ki, yaşım az olsa da, öhdəsindən gəlməyə müvəffəq oldum. Mən indi də o videolentə baxanda kövrəlirəm. İş çətinləşdirən ata - Siz də muğam ifa edərkən Alim müəllim kimi bir ayrı aləmdə olursuz, bu necə bir aləmdir, bizə də deyə bilərsiz? - Çox sehrli bir aləmdir, məni də o aləmlə atam tanış edib. Heç bir sözlə ifadə edə bilmirəm o hisləri, bəlkə atamın ifasını dinləyənlər qismən də olsa, o aləmə daxil ola bilərlər. Mən hər zaman atama deyirəm ki, ata, sən mənim işlərimi çox çətinləşdirmisən, məni elə bir aləmə salmısan ki, ordan baş çıxarmaq çox çətindir. Bir var, adi muğam ifa edirəm, bir də var, mən o sehrə düşürəm, bu bir qadınçun çox çətindir. Atama minnətdaram ki, məni həmişə öz sənətinə, öz şöhrətinə şərik qoşub, özüylə bütün çətin yollardan keçirib. Səhnəmizin tək Fərqanəsi mənəm - Fərqanə Qasımova - bu ad sizinçün nə deməkdir? - Fərqanə adı bizim nəinki ailəmizdə, heç nəslimizdə olmayıb, nənəmin istəyi ilə qoyulub. Nənəm Özbəkistandan gələndən sonra mən dünyaya gəldim və o çox istədi ki, adımı Fərqanə qoysunlar. Mənimçün adımın önəmi odur ki, insanlara tanıdır, təkcə məşhurluq baxımdan yox, elə hər mənada. Ailədə Fərqanə deyəndə, bilirəm ki, məni çağırırlar, hətta səhnəmizin də Fərqanəsi hələ ki, təkcə mənəm. Səhnənin xofuna qapıldım - Alim Qasımovun sənət möhürlərindən olan "Bayatı-Kürd"ü insanlara sevdirən onu sizə hirsləndiyinə görə ifa etməsi olub, deyirlər... - Hirs də ola bilər... Mən Fransa səfərimizdə səhnənin xofuna qapıldım və atam mənə nə qədər dedisə ki, oxu, oxumadım, atam da sonda əsəbiləşib uca səslə "Bayatı-Kürd"ü oxudu və necə oxudusa, tamaşaçılar heyranlıqlarını gizlədə bilmədilər. Bu baxımdan mənə elə gəlir ki: "Mən onsuz da hər şeyin öhdəsindən gələrəm, mənim əlimdə bu heç nədir, mən yaradacam",- deyə bir hislə ifa etməsi olub. - Sənətə olan bu boyda sevginizə rəğmən, heç yorulub istirahətə ehtiyac duyduğunuz zamanlar olub? - Qətiyyən... Mənim onsuz da çox illərim boşa gedib, sənətimə çox az zaman sərf etmişəm, başım övladlarıma qarışıb, öz şəxsi həyatıma çox vaxt ayırmışam, ona görə sənətimə doyunca vaxt ayıra bilməmişəm. Ağlaşma mərasimi... - Ömrünüzün hansı anlarını yaddaşınızdan silinməz hesab edirsiz? - Mən gəlin köçəndə evimizdə həngaməli ağlaşma mərasimi oldu (gülür). Atam bir yandan, anam bir yandan, qohumlar da o biri yandan, elə ağlayırdılar ki, sanki mən ərə yox, gora gedirəm. Mənimçün ailəmdən ayrılmaq çətin olmuşdu. Bir də nənəm rəhmətə gedəndə mən çox ağır hislər yaşadım, özümü aylarla toparlaya bilmədim, çünki nənəmi çox istəyirdim, elə o rəhmətlik də məni çox istəyirdi, adımı da o qoymuşdu. Amma zamanla bütün acılar gedir, yavaş-yavaş unudulur, yalnız xatirələri qalır. Atam bizi çox sərbəst böyüdüb - Sevib ailə qurmuşduz, yoxsa ailə məsələsində də atanızın məsləhətini dinləmişdiz? - Xeyr. Atam bizi çox sərbəst böyüdüb, azad fikirli olmağımızı istəyib. Hər bir məsələdə öz qərarımız olduğu kimi, kimlə ailə qurmaq barədə də özümüz qərar vermişik. Ailə elə bir məsələdir ki, gərək könlümə yatan biriylə ailə qurum, çünki bir ömür bərabər olacağıq. - Bir zaman Alim Qasımov və sizin haqqınızda şayiələr bitib-tükənmirdi, bu söz-söhbətlərə necə güc gəldiz? - Susmaqla, həmin insanlara cavab verməməklə... Alim müəllim öz böyüklüyünü göstərdi, mənə də dəstək oldu. Allahın bizə və bizim Allaha olan sevgimiz, inamımız bütün söz-söhbətlərə sinə gərməyə kömək etdi. Bilmirəm bu kimin şəxsi-qərəzliyi idi - Muğam musiqi yarışmasında Xalq artisti Arif Babayev və milli konservatoriyanın rektoru Səyavuş Kərimi tərəfindən müsabiqənin seçim turundan kəsildiz, səbəb nə idi? - Bilmirəm bu kimin şəxsi-qərəzliyi üzündən olmuşdu, amma gərək Arif müəllimlə Səyavuş müəllim bunun qarşısını alaydılar. Ancaq mən Alim Qasımovun qızıyam, onun çörəyini yemişəm, atam heç vaxt heç kəslə ədavət aparıb məsələni uzatmayıb. Mən də onun iziylə getdiyimçün hər kəsə hörmət etməyə borcluyam, bu üzdən həmin insanları öz konsertimə dəvət edəcəyəm. - Alim Qasımov sənətə çox böyük kasıblıq və çətinlik içində gəldiyini deyir, bəs sizin çətinliyiniz olubmu və nədə olub? - Doğrudur, atamgil çox böyük kasıblıq içində böyüyüblər, bir günün çörəyini zorla tapıb yeyiblər və növbəti günün fikrini çəkiblər, amma mən dünyaya gələndə artıq belə bir çətinlik yox idi, atamın işi vardı, kasıb deyildik, ruzimiz bol idi. Tanrı atamın insanlara köməyini, dəstəyini və verdiyi çörəyi qiymətləndirdi. Mənim isə sənətdə çətinliyim olmayıb, çox böyük sevgiylə bu işə yanaşmışam, tək çətinliyim Alim Qasımovun qızı adının məsuliyyətidir. - İndi konsertə hazırlaşdığınızdan qaynar iş rejimindəsiz, bəs adi gündə nə ilə məşğul olursuz? - Adi günlərdə səsyazma studiyasına gedirəm, pianino arxasında hansısa mahnının üzərində işləyirəm, Asəf Zeynallı adına musiqi məktəbində işləyirəm, tələbələrimə vaxt ayırıram, amma çalışıram vaxtımı ən çox övladlarıma sərf edim. Onların geyimlərinə, dərslərinə, yeməklərinə və dərsə gedib-gəlməklərinə nəzarət edirəm. Övladlarımın parlaq gələcəyi mənimçün hər şeydən önəmlidir. - Geyimlərinizdə ifa etdiyiniz muğamı tamamlayan özünəməxsusluq müşahidə edirik. Geyiminizlə özünüz məşğul olursuz, yoxsa stilist köməyindən istifadə edirsiz? - Geyimimlə hər zaman özüm məşğul oluram, bəzən Fəxriyyə Xələfovanın zövqündən istifadə edirəm, inşallah konsertimdə də Fəxriyyə xanımdan geyim alacam, "Könül-Bakı moda evi"nin də geyimlərindən istifadə edəcəm. Anamın da zövqünə çox arxalanıram, konsertlərimiz olanda anam geyimlər seçib alıb gətirir, mən onları geyinəndə hər kəs yaxşı mənada heyrət edir. Yəni heç kəs mənə demir ki, bunu geyinməlisən, sonucda qərarı özüm verirəm ki, bu paltarı geyinim, ya yox?! Hər zaman ehtiyac... - Konsertə qonaqlar dəvət edəcəksiz, yoxsa buna o qədər də önəm vermirsiz? - Əlbəttə, önəm verirəm, çünki bizim çox gözəl müəllimlərimiz var, onların dəyərli fikirlərinə hər zaman ehtiyac duyuram və konsertimə də dəvət edəcəyəm inşallah. Güman edirəm ki, məni qırmayıb dəvətimi qəbul edəcəklər. - Bəs həm atanız, həm müəlliminiz olan Alim Qasımovu öz tamaşaçılarınızın içində görmək necə hisdir? - Mənimçün tamaşaçıların ən qorxulusu, ən həssası və ən böyüyü elə Alim Qasımovdur. - Sonda nə demək istərdiniz?.. - Sonda "Axar.az" saytına, onun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm, oxuculara isə öz dəyərli vaxtlarını ayırıb bizi oxuduqları üçün minnətdaram. İnşallah, hər kəsi 28 fevral saat 19:00-da Heydər Əliyev adına sarayda baş tutacaq konsertimə dəvət edirəm, çünki məni yaşadan tamaşaçıların böyük muğam sevgisidir. Bilet alıb gələnlərə və gəlmək istəyənlərə təşəkkür edirəm. Gəlmək istəməyənlərə isə inşallah böyük muğam sevgisi arzu edirəm.
2014-02-23
9,788
“Razin talkuçka”sı ilə bağlı icra başçısı açıqlama verdi
Dünən "Razin talkuçka"sının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib. İcra başçısı "Qafqazinfo" açıqlamasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırb. Adil Vəliyev bildirbi ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib. Dünən İcra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qrumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: "Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasın həyata keçirtmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa tərəfində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcəklər. Məsələni bazar əməktaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq işlərinə dəstək olduqlarını qeyd etdilər".
2014-02-23
9,789
100 min avro dəyərində uçan avtomobil - Video
Fransanın Strazburq şəhərində bir şirkət hazırladığı uçan avtomobili 2015-ci ildə bazara çıxarmağı planlaşdırır. "Axar.az" xəbər verir ki, "Vaylon" adlı bu şirkət tərəfindən hazırlanan "Pegasus" adlı uçan avtomobil 100 min avro qiymətində satışa çıxarılacaq. Yerdə 100 kilometr sürət yığır, havada 60-80 kilometr arası sürətlə üç saata qədər uçma gücünə malikdir. Ən əhəmiyyətli hissəsi pər və paraşütdür. 3000 metr yüksəkliyə qədər qalxa bilir. "Vaylon"un sahibi və avtomobili ixtira edən Jerom Dauffinin bildirdiyinə görə, avtomobilə maraq göstərən qurumlar arasında Fransa ordusu da var. Bu avtomobillə dağlıq ərazini asanlıqla dəf etmək mümkündür.
2014-02-23
9,790
Türkiyə-Suriya sərhədində partlayış: ölən və yaralananlar var
Türkiyə ilə Suriya sərhədi yaxınlığında yerləşən İdlip şəhərində partlayış baş verib. "Axar.az" Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə bomba yüklü bir avtomobilin partladılması nəticəsində baş verib. Suriya Ümumi İnqilab Şurasından verilən açıqlamada da partlayışda ölən və yaralananların olduğu bildirilir, həmçinin yaxınlıqda yerləşən xəstəxana da partlayışın gücündən zərər görüb.
2014-02-23
9,791
Bu gün Ukrayna Avropa Birliyinə "hə" deyəcək
Ali Radanın deputatları bu gün Ukrayna və Avropa Birliyi arasında sazişin imzalanması ilə bağlı qərar qəbul edə bilər. Bunu jurnalistlərə "Batkivşina" fraksiyasının deputatı Nikolay Tomenko deyib. Deputatın sözlərinə görə, məsələ parlamentin bu günkü iclasının gündəliyinə salınıb. ("Musavat.com")
2014-02-23
9,792
Maydandan yeni ölüm kadrları - Video
Maydanda snayperlərin etirazçıları öldürmə anları ilə bağlı yeni video üzə çıxıb. "Axar.az" xəbər verir ki, video sosial şəbəkələrdə yerləşdirilib. Görüntülərdə atəş nəticəsində yaralanmış insanların Kiyevin mərkəzi küçələrində yavaş-yavaş həyatlarını itirmə anları yer alıb. Videonu təqdim edirik.
2014-02-23
9,793
Nyu Yorkda da dəm qazından zəhərləndilər
Nyu-Yorkda 9 nəfər dəm qazından zəhərlənib, 1 nəfər ölüb. Hadisə şəhərin Hantinqton bölgəsində yerləşən ticarət mərkəzlərindən birində baş verib. Bir neçə polis daxil olmaqla, ən azı 9 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirlir(Apa).
2014-02-23
9,795
Yanukoviçin sorağı Ermənistandan gəldi - Yeniləndi
14:07 Ukrayna prezidenti Viktor Yanukoviçin təyyarəsinin Ermənistanda olduğu güman olunur. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan çıxış edib. O, Yanukoviçin təyyarəsinin onlayn izləməsindən sonra bu qənaətə gəlindiyini bildirib. Ekspert həmçinin, təyyarənin buradan uçuşa da davam etdiyini deyib. Lakin erməni rəsmiləri xəbəri tədiqləməyiblər. Qeyd edək ki, bəzi mətbuat orqanları Yanukoviçin Birləşmiş Ərəb Əmirliklərinə yollandığını yazmışdılar. Onun Tehrana yola düşdüyü, amma təyyarəsinə eniş etməyə icazə verilmədiyi də deyilmişdi. 15:18 Dünən gecə saatlarında prezident Viktor Yanukoviç yenidən ölkəni tərk etmək istəyib. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov məlumat verib. Lakin Ukrayna Sərhəd Xidməti Donetskdə Prezidentin təyyarəsinin qalxmasına icazə verməyib. "Yanukoviçin təyyarəsinin qalxmasına icazə verilməyəndən dərhal sonra o, avtomobilə oturaraq naməlum istiqamətə yollanıb. Bundan başqa keçmiş Baş prokuror Viktor Pşonka və Gəlirlər və Xərclər naziri Aleksandr Klimenko da Donetsk aeroportundan qalxa bilməyiblər. Aeroportda atışma baş verib və Pşonka və Klimenko aeroportu tərk etmək məcburiyyətində qalıblar",- deyə Avakov bildirib.
2014-02-23
9,796
Səudiyyədən İslam Peyğəmbərinə hörmətsizlik
Səudiyyə Ərəbistanında yeni iqamətgahın tikintisi üçün Həzrəti Məhəmməd (s.ə.s) Peyğəmbərin dünyaya göz açdığı yerdə tikilən Məscid-i Haramın bəzi yerlərinin söküləcəyi bildirilib. "Axar.az" xəbər verir ki, iqamətgah və Kral sarayının tikintisi üçün nəzərdə tutulan layihə Səudiyyə Bin Laden şirkəti tərəfindən həyata keçiriləcək. Hazırda Peyğəmbərin doğulduğu binanın yerində kitabxana yerləşir. Ancaq yeni tikintilər səbəbindən buranın bir hissəsinin söküləcəyi məlum olub. Səudiyyə ailəsinin müqəddəs yerdə dəyişikliklər etmək istəməsi dünya müsəlmanlarının narazılığına səbəb olub.
2014-02-23
9,797
Yasamalda gənclərin aksiyasının qarşı alındı - Foto
Fevralın 23-də Bakının Yasamal rayonundakı 173 nömrəli orta məktəbin qarşısında "Sovetski"nin sökülməsi ilə bağlı keçirilməsi planlaşdırılan aksiya təxirə salındı. Qeyd edək ki, aksiyanı "Sovetski"də yaşayan gənclərin keçirəcəyi planlaşdırılmışdı. Saat 12-ə təyin olunan aksiya ilə bağlı ərazidə mülkü geyimli polislər gözə çarpırdı. Aksiya iştirakçıları isə ara məhəllələrdə gözləyirdilər. Təxminən yarım saat sonra aksiya təşkilatçılarından xəbər gəldi ki, "Sovetski" ağsaqqalları gənclərin aksiya keçirməyini istəməyiblər. Onlar hökumətə martın 3-nə kimi vaxt verildiyini və indiki vəziyyətdə aksiya keçirməyin yersiz olduğunu bildiriblər. Qeyd edək ki, "Sovetski"də sakinlərə kompensasiyanın verilməsi dayandırılıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, martın 3-də sakinlərlə yenidən görüş olacaq, bütün təkliflərə, vətəndaşların qaldırdıqları məsələlərə ətraflı izah və cavab veriləcək. İcra başçısı bildirib ki, kimsə kompensasiyanın məbləğindən narazıdırsa, evində yaşamağa davam edə bilər ("Musavat.com").
2014-02-23
9,798
Ukraynanın yeni prezidenti məlum oldu
Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov yeni seçkilərə qədər ölkənin prezidenti seçilib. "Axar.az" xəbər verir ki, Ali Radanın 4204 saylı qətnaməsinin icra olunması üçün 285 deputat səs verib. Təklif müzakirə olunmayıb və birbaşa səsverməyə qoyulub. Beləliklə, Aleksandr Turçinov bu ilin mayında keçiriləcək seçkilərə qədər ölkə prezidenti olacaq.
2014-02-23
9,799
400 ildir dayanmadan yağış yağan səhra - Maraqlı
Bəzən bir çox insanların "olması mümkün deyil" dedikləri hadisələrin gerçəkləşdiyini görürük. Bununla belə, ağlımızın qəbul etmək istəmədiyi nüanslara şübhə ilə yanaşmağa davam edirik. Lakin həqiqət həqiqətdir! Qəribəliklərlə dolu dünyanın gözlərdən gizlətməyə çalışdığı bir neçə təəccüb doğuracaq informasiyanı "Axar.az" oxucularına təqdim edirik. Prezident Con F.Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi. Dünyanın ən gənc universitet tələbəsi Qaneş Sittampalamdır. Sittampalam universitetə 11 yaşında daxil olub. Atakama səhrasında 400 ildir ki, yağış yağmaqda davam edir. Yağan yağış isə havada buxarlandığından yerə düşmür. Süleymaniyyə məscidinin 4 minarəli olmasının səbəbi Sultan Qanuninin İstanbulun fəthindən sonrakı dördüncü padşah olmasıdır. Dörd minarədəki on simvolik göstərici isə Qanuninin Osmanlının onuncu padşahı olmasına işarədir. Delfinlər bir gözü açıq yatırlar. Bir ağcaqanadın sürəti saatda 8 km-dir. Zürafənin dili 35 sm-ə qədərdir. Bir insanın su və yemək olmadan yaşayacağı ən uzun müddət 18 gündür. Xərçənglərin qanı mavi rəngdədir. Kəpənəklər dadı ayaqlarıyla hiss edirlər. Dəvələrin 3 qaşı var. Fil tullana bilməyən yeganə məməlidir. Bəzi iribuynuzluların 4 mədəsi var. Pişiklər şəkər dadını hiss edə bilmir. Atlar 1 aya qədər ayaq üstə qala bilir. Siçan dəvədən daha uzun müddət susuz qalma gücünə sahibdir. Zürafələrin səs telləri olmur. Bayquş mavi rəngi görə bilən yeganə quşdur. Dünyada 2600-ə qədər qurbağa cinsi var. Böyük ayı at qədər sürətli qaça bilir. Heyvanların ən böyüyü mavi balinadır (Uzunluğu 33 m, ağırlığı 190 ton).
2014-02-23
9,800
Ukraynada rus dilinə ağır zərbə
Ukrayna Ali Radası 2012-ci ildə parlamentə təqdim olunmuş Dövlət Dili ilə bağlı layihəni qəbul etməyib. "Axar.az" xəbər verir ki, sözügedən qanun layihəsilə bağlı keçirilən səsvermədə 232 deputat iştirak edib. Qeyd edək ki, həmin qanun layihəsi əsasən milli azlıqların yaşadığı regionlarda iki rəsmi dilin istifadəsini nəzərdə tuturdu. Bu da rus dilinin ölkənin rəsmi dövlət dilinə çevrilməsi təhlükəsi yaratdığı üçün ölkənin əksər əhalisi və müxalifət bu qanuna qarşı çıxırdılar.
2014-02-23
9,801
Azərbaycan çətin rəqiblərlə üz-üzə
Bu gün 2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Fransanın Nitsa şəhərində baş tutan püşkatmada Azərbaycan yığması V səbətdə yer alıb. "H" qrupunda mübarizə aparacaq yığma komandamızın rəqibləri məlum olub. Azərbaycan komandası İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiya ilə bir qrupda yer alıb.
2014-02-23
9,802
Çöhrəqanlı Azərbaycana gəlir - Video
Güney Azərbaycan Milli Oyanış Hərkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı mart ayında, Novruz bayramı ərəfəsinbdə Azərbaycana səfər edəcək. Çöhrəqanlı bildirib ki, bu dəfə ona viza veriləcəyinə inanır: "Müsbət xəbərlər var. Həm burda səfirlikdə, həm də Bakıda bəzi müsabət dəyişikliklər görürük. Gələn ay, Novruz bayramı ərəfəsində yenidən bəlkə yolumuz düşdü və icazə verdilər səfərimizə" (Kanal Azəri).
2014-02-23
9,803
Mən yazıq adamam, bədbəxt adamam...
Faiq Balabəyli "Axar.az"ın "Gerçəkləşməyən arzular" lahiyəsini gerçəkləşdirir. Bu gün, fevralın 23-də Faiq bəyin 50 illiyidir. Buna görə də bu həftə onun özünün gercəkləşməyən arzularını öyrənmək istədik. - Faiq bəy, saytda "Gerçəkləşməyən arzular" rubrikasını həmişə siz aparırsınız. Ənənəni pozuruq, bu gün sizin gerçəkləşməyən arzularınızı öyrənmək istədik. Başqalarının gerçəkləşməyən arzularını öyrənən şəxsdən indi də biz öyrənək görək hansı arzuları gerçəkləşməyib. Əlli il yaşadığınız ömrünüzü nəyə xərcləmisiniz? - Əlli il necə gəldi keçdi, doğrusu bilmədim, saymadım illəri... Yanlış addımlarım olub - Yaşadığınız ömrü düşünəndə təəssüf hissi keçirirsiniz, yoxsa qürur? - Yox, təəssüflənməmişəm, nə etmişəmsə, düşünürəm ki, ağılla etmişəm. Atama, anama, qardaşlarıma, qohum-əqrəbama baxıram və düşünürəm ki, onlara bir xeyrim dəyibmi? Bir də ən çox onu düşünürəm ki, bu ölkə üçün nələr etmişəm. Qohum-əqrəba, el-oba, ailəyə diqqətli olmuşam, orda peşimançılığım yoxdur. Etdiyim əməllərdən, atdığım addımlardan xəcalət çəkməmişəm. Yanlış addımlarım olub, amma bu yanlışlıqlar heç kimə zərər verməyib. - Yəni vicdanınız sakitdir ki, yanlışlıqlarınız kimsənin həyatını qaraltmayıb? - Yox, qaraltmayıb. Ancaq özümə təsir edib, bacardıqca da onları aradan qaldırmışam. Həbsdə də olunmuşam, döyülmüşəm də... - Bayaq dediniz ki, qohum-əqrəbaya yaxşı olmusunuz. Amma məmləkət məsələsinə gələndə dediniz ki, nə etdik ki... Nə etmək istəyirdiniz ki, edə bilmədiniz? - Bir şerim var, yazmışdım ki, "bu yurd üçün biz nələr etdi ki... Sevdik. Uğrunda ölümə getməyə hazır olduq. Bayraqların qaldırdıq və heç nə edə bilmədik". Vətən və məmləkət üçün biz nə edə bilmişiksə, azdır. Mənsə özlüyümdə əminliklə deyirəm ki, çox şey edə bilərdim, edə bilməmişəm. Mən döyüşçü olmuşam, 20 Yanvar hadisələri zamanı Xəzər dənizçilərinin rus ordusunun Azərbaycana girməsinə etiraz olaraq yaradılan təşkilatın yaradıcılarından biriyəm. Rus əsgərləri tərəfindən həbsdə də olunmuşam, döyülmüşəm də, alnımın ortasına avtomatın lüləsini dirəyiblər. Sonra jurnalist kimi Qarabağ döyüşlərində iştirak etmişəm. Bununla belə düşünürəm ki, biz heç nə etməmişik. Heç vaxt gücsüzlüyümdən dad çəkmərəm - O gücü özünüzdə hiss edirdiniz, amma reallaşdıra bilmədiniz? - 20 Yanvar hadisələri vaxtı yeddi nəfərdən ibarət kapitanlar şurası yarada bildiksə, ölkə bütün susdurulduğu vaxtda biz rus gəmiləri, hərbiçiləri ilə üz-üzə qala bildiksə, o zaman Azərbaycan hakimiyyətində təmsil olunan Ali Sovetin sədri Elmira xanım bizi qəbul edib "sizin qadanızı alaram, Azərbaycan sizinlə nəfəs alır" sözlərini eşitdiksə, deməli, nələrsə edə bildik o zaman... 20 Yanvar günü ölkənin qürur günü idi. Mən fərdi olaraq heç vaxt özümün gücsüzlüyümdən dad çəkmərəm, amma vətənimlə bağlı gücsüzlüyümə bəzən ah çəkirəm. Ruslar bizi aşağıladı - Faiq bəy, özünü bilən insanın bir də özü ilə bağlı fərdi arzuları olur. Belə başa düşdüm ki, ölkəmizlə bağlı arzularınız tam olaraq gerçəkləşməyib. - Yeri gəlmişkən, sizə bir hadisəni danışım. Mənim 86-cı ildə 22 yaşım var idi. Gəmidə işləyirdim, siravi işçi deyildim. 1986-cı ildə biz Volqoqradski əyalətinin Tatyanovka kəndində lövbər salmışdıq. Gəmi heyətinin 90 faizi ruslar idi. Mübahisə düşdü və ruslar bizi aşağıladı. Bu hadisədən sonra mən də inada düşüb gəminin bütün sənədlərini öz dilimizdə yazdım. Sonra bu, çox böyük etiraza səbəb oldu. Heydər Əliyevə məktub yazmışdılar - İçinizdəki hansı inaddan, tələbatdan doğmuşdu bu hərəkət? - Heyətin sıravi üzvlərinin əksəriyyəti azərbaycanlılar idi və onlara ikrah hissi, ironiya vardı. Bizim "doqquzbarmaq" dediyimiz kapitan Kurkovla mübahisəmiz oldu. Mən də həmin an bu addımı atmışdım. Mən bunu əsgərlikdə görmüşdüm, qonşu hərbi hissənin uşaqlarını incitmişdilər, onlar da Heydər Əliyevə məktub yazmışdılar. Həmin rotanın zabitlərini iki-üç gecənin içində başqaları ilə əvəz etmişdilər. Orda Göyçaydan ali təhsilli bir oğlan var idi, Moskvaya yazmışdı ki, burda irqçilik, millətçilik var və s. Özüm şer oxuyurdum, özüm də alqışlayırdım - İndi də gələk şair Faiq Balabəylinin arzularına... Ümumiyyətlə, nə zaman başlamısınız şer yazmağa? - Orta məktəbdə oxuyanda uşaqlarla sinifdə bir-birimizlə yazışardıq və günlərin bir günündə ədəbiyyat müəllimiz Haqverdi müəllim uşaqlara yazdığım həcvi gördü. Mənə dedi ki, səni şair edəcəyəm və doğurdan da mənə xeyli bilik verdi. - Sizdə o düşüncə vardı ki, şair olacaqsınız, ya həvəskar kimi baxırdınız seirə? - Səkkizinci sinifdə oxuyanda artıq əməlli-başlı şeirlər yazırdım. Hər gecə gözümü yumurdum, xəyalən özüm şer oxuyurdum, özüm də alqışlayırdım. - Real olaraq o alqışları ala bildinizmi? - Mən öz şair taleyimdən nigaran deyiləm. Yaxın dostum Vasif Süleyman haqqımda yazıb ki, haqqını ala bilməyən şairdir. Mənə də elə gəlir ki, düz deyir. Qruplaşmalarda ola bilmədim, oxucunu aldatmaqdan getmir söhbət, oxucuya özünü tanıtmaqdan gedir. Ədədbiyatın səs-küyündə, qara-qışqırığında ola bilmədim. - Bəlkə demək istəyirsiniz ədəbiyyatın şou biznesində iştirak edə bilmədiniz? - Hə, elədir. Bu o zaman da vardı, bu gün də var. Bir qrup insan ancaq bir-biri haqda xoş, naxoş sözlər yazmaqla özünü ədədbiyyata sırıyır. Beləcə, oxucunun yaddaşına yazır ki, belə bir yazıcı, şair var. Mən dəfələrlə sübut etmişəm ki, tanınaların çoxu təbliğat maşınlarının işləməsinə görə tanınırlar. - Ədəbiyyatda layiq olduğunuz yerdəsiniz? -Yox... - Şanssızlıqmı bu? - Şans əslinə qalsa, mənim üçün heç vaxt itirilməyib. Həmişə qarşıma gəlib. Özüm dəyərləndirə bilmədim. - Heç peşmansınızmı bundan? - Mən bir sahəni tutub arxasınca getmədim. Bir də yazıçı dostlarım kimi ola bilmirəm... Elə bilirdim, indi qapı açılacaq və evə gedəcəyəm - Onlar necədilər ki? - Mən heç nəyə dırnaqarası baxa bilmirəm. Məsələn, axşam saat 7-8 də evdə olmalıyam, gecə saat ikiyə, üçə kimi hardasa otura bilmirəm. Sizə bir şey danışım. Həbsdə olmuşam, bunu heç gizlətmədən danışıram, çünki məni şərləyib həbs eləmişdilər. Bayıl həbsxanasında səhər saat 9-dan 5-ə kimi rahat olurdum. Axşam saat 5-i keçəndən sonra evə getmək vaxtı çatanda gəlib otururdum kameranın qapısının ağzında, orda balaca gözlük var ("kormoşka" deyirlər) və üzümü ona söykəyirdim. Mənə elə gəlirdi ki, indi qapı açılacaq və mən evə gedəcəyəm. Tez-tez rayona gedirəm, kəndimizə dəyib qayıdıram və heç kəslə də görüşmürəm. Vallah, indi kimsə bunu oxuyanda elə biləcək ki, yalandan şair obrazı yaradıram. Amma elə deyil. Arzularımın gerçəkləşən hissəsi ailəmlə bağlıdır - Sadə, bir ailənin başçısı olan Faiq Balabəylinin arzuları necə, gerçəkləşibmi? - Arzularımın gerçəkləşən hissəsi elə ailəmlə bağlıdır. Bilirəm ki, pis ata deyiləm. Xanımım mənim çox əziyyətimi çəkib. Onu əvəz edəcək ikinci xanım həyatımda ola bilməz. Çünki mənim kaprizlərimə, əsəbimə dözmək məncə, çətindir. Uşaqlarıma çox diqqətliyəm və tez əsəbiləşirəm. Mən işdə, bayırda olan problemləri heç vaxt ailəyə daşımamışam. Oğlum şeir yazır, jurnalist kimi özünü bir neçə yerdə sinamaq istədi və işlədi. Mən onun yaşında olanda keçmişdim o yolları, amma o bir az gec keçir. - Bəlkə ona görə gec keçir ki, siz onu lazım olandan artıq qoruyursunuz? - Düz deyirsiniz, mənim günahımdır. Məni kinolar, kitablar aldatdı, dost oldum onunla, onu sinif, əsgər yoldaşı kimi qəbul etdim və sərbəst buraxdım. - Narahat atasınız eləmi? - Çox... Sözsüz ki, narahatam. Uşaqlarımla, qardaşım balaları ilə bağlı narahatçılıq keçirirəm, amma onu da deyim ki, mən oğluma inanıram. Ata və ailə başçısı kimi çox xoşbəxt adamam. İçimdə o qədər nisgilim var ki... - Adətən belə müsahibələrdə sual verəndə hamı deyir ki, mən xoşbəxt adamam. Xoşbəxtlik nədir sizin üçün? - Mən həyat yoldaşı, ata kimi özümü xoşbəxt saya bilərəm. Gənclik illərimdə belə bir şer yazmışdım: "Bəxtəvər deyirsən, bu bəxtəvərlik, de hansı günümə yaraşır mənim". Ancaq bütün dostlarım deyir ki, sən bəxtəvər adamsan. Sənin əlli yaşın var, gülürsən, danışırsan, enerji var səndə, 22-23 yaşda uşaqlardan daha enerjili işləyirsən. Amma xoşbəxtlik anlarla olur. Mən özümü ailəmə sərf etməyi sevirəm. Balalarımın elə bir istəyi olmayıb ki, onları həyata keçirməyim. Bu baxımdan onların gözündə mən yaxşı valideynəm, yaxşı ailə başçısıyam. Əzab çəkib pul qazanmışam, yuxusuz qalmışam ki, uşağımın gözü dağınıq olmasın. Amma içimdə o qədər nisgilim var ki... Mənə sual versəydiniz ki, sənin nə arzuların gerçəkləşməyib, deyərdim ki, arzularım heç gerçəkləşməyib. Daşa inan, göydəki quşa inan... İnsanlara inanma... - O gerçəkləşməyən arzular hansılardır axı?.. Deyirsiniz ki, ata kimi, ər kimi arzularım gerçəkləşdi, bir tərəfdən də belə deyirsiniz... - Çox şey arzulayıram, məsələn, oğlum ürəyini oxuda bilsin... O isə oxuda bilmir. Oğlum haqqında mənə deyirlər ki, sənin oğlun yaxşı oğlandı, amma heyf ürəyi açıqdı. Təsəvvür edin, bunu mənə onlarla adam deyib, dəhşətə gəlirəm ki, ürəyi təmizliyini, riyakar olmamasını onun mənfisi kimi dilə gətirirlər. Mən istəmirəm heç onun haqqında desinlər ki, hiyləgərdir, amma belə olmasını da istəmirəm. O 7-ci sinifdə oxuyurdu məni həbs edəndə... O zaman gecə-gündüz məndən ayrılmayan, yeyib-içən dostlar birdən-birə yoxa çıxdı. Yanımda ancaq Vasif Süleyman, Natiq Muxtarlı, bir də sinif yoldaşım var - Şəkür, şair Elçin İsgəndərzadə, o qaldı. Həbsdə olanda onlardan xahiş etdim ki, ora kitab gətirsinilər ki, həbsxananın kitabxanasını zənginləşdirək. Onda Turala bir şer yazmışdım ki, yerdəki daşa inan, göydəki quşa inan, insanlara inanma... Mən əslinə qalsa, insanları sevirəm, inamım böyükdür, amma oğluma deyirdim ki, inanma. Hər şey özünə qayıdır - Heç Bakıdan gedib kənddə yaşamağı düşündünüzmü? - Kənddə torpaq sahəm var, keçən il 6 sot torpaq almışam. Fərdi ev tikmək üçün, ancaq yoldaşım deyir ki, mən uşaqlarımdan ayrı qala bilmərəm. Mən də onun arzusuna hörmətlə yanaşıram. Bilirsiniz, bu həyatda hər şey adamın özünə qayıdır, hətta dediyin söz də əgər haqdırsa, gerçəkləşir. Ona görə çalışıram ki, kimsənin ürəyinə dəyməyim. Yadımdadır, məhkəmədə mənə Vaqif adlı prokuror beş il istəyib, bu müddətin də üstündə israrala dayanıb məni azadlıqdan məhrum etdirəndə anam da orda idi. Hökm oxundu. Anam sakitliklə prokurora dedi ki, sən məni balamdan ayırdın, Allah səni də balandan ayırsın. Təsəvvür edirsiniz, sonra öyrəndim ki, beş aydan sonra həmin adamın oğlu ölüb. Mən istəmirəm kimsənin oğlu, uşağı ölün, amma gərək elə yaşayasan ki, kimsənin qarğışına tuş gəlməyəsən, ah almayasan.
2014-02-23
9,804
Ukrayna Xarici İşlər naziri də istefaya göndərildi
Ukrayna Ali Radası Leonid Kojarunu XİN rəhbəri vəzifəsindən azad edib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı qərarın lehinə 237 deputat səs verib. Bununla yanaşı elm və təhsil naziri vəzifəsini icra edən Dmitri Tabaçnik də istefaya göndərilib.
2014-02-23
9,805
BMT Suriyaya yardım etməyə qərar verdi
Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik şurasının iclasında Suriyaya humanitar yardım edilməsi ilə bağlı qərar qəbul olunub. Şura nümayəndələri ilk dəfə olaraq bu ölkəyə dair hər hansı bir məsələdə həmrəylik göstəriblər. Səsvermə nəticəsində qəbul olunan qərara əsasən, Suriyada döyüşlərdən əziyyət çəkən insanların ərzaq, tibbi və sanitar vasitələrlə təmin edilməsi nəzərdə tutulur. İclasda çıxış edən təşkilatın baş katibi Ban ki mun humanitar yardımın lazımı məntəqələrə çatdırılmasına mane ola biləcək problemlərin aradan qaldırılması üçün Suriya prezidenti Bəşər Əsədə müraciət edib. İclasda çıxışı edən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Suriyaya humanitar yardımın effektiv şəkildə icra olunacağına inanmadığını bildirib. Onun sözlərinə görə, hazırda ölkə ərazisində terrorizmə qarşı aparılan mübarizə Suriyanın birinci dərəcəli humanitar problemidir və dünya ictimaiyyəti daha çox bu problemin həllinə çalışmalıdır. Qırıcıların havadan yağdırdığı barel bombaları humanitar yardımın çatdırılmasında çətinlik törədir ("Musavat.com").
2014-02-23
9,806
Rus baza komandiri: Biz Ermənistanı müdafiə edəcəyik
"102-ci hərbi baza Rusiya və müttəfiqlərinin maraqlarını hər zaman müdafiə edib, edir, edəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandiri polkovnik Andrey Ruzinski çıxış edib. O, Ermənistana işarə vuraraq, onun maraqlarının təmin olunması üçün hər zaman çalışacaqlarını deyib: "Biz həmişə Rusiya və onun müttəfiqlərini qoruyacağıq. 102-ci hərbi baza Rusiya və müttəfiqlərinin maraqlarını hə zaman müdafiə edib, edir, edəcək". Qeyd edək ki, A.Ruzinski keçən il bir açıqlamasında Ermənistanın Azərbaycanla apardığı müharibədə onların ermənilərə kömək edəcəklərini bildirmişdi. Sonradan bu sözlər Rusiya Müdafiə naziri Serqey Şoyqu tərəfindən rəsmən təkzib edilmişdi.
2014-02-23
9,807
“Neftçi” zəiflə bacara bilmədi
Bu gün Premyer Liqada 23-cü turun oyunları başlayıb. "Qəbələ" klubu doğma meydanda "Rəvan"ı sınağa çəkib. Hesab heç-heçə başa çatıb (0:0). "Rəvan"ın qapısına təyin olunan 2 penaltini qapıçı Lorenze Ebesilio zərərsizləşdirib. Oyunun 73-cü dəqiqəsində "Rəvan"ın qapıçısı Lukaş Sabella qırmızı vərəqə alıb. "Neftçi" klubu səfərdə "Sumqayıt"ın müqavimətini qıra bilməyərək 2:0 hesabı ilə uduzub. Bu turda "Qəbələ" və "Neftçi"nin xal itirməsi "Qarabağ" klubunun çempion olmaq şansını artırıb. Əgər "Qarabağ" bu turda "Simurq"a qalib gələ bilsə, ən yaxın izləyicisi "Qəbələ"dən 6 xal irəlidə olacaq ( Trend ).
2014-02-24
9,808
Yanukoviç bağ evindən 650 milyon dollarla qaçıb - Video/Yenilənib
Ukrayna prezidenti Viktor Yanukoviçin Mejiqorod iqamətgahından qaçdığı anın videosu yayılıb. Qeyd edək ki, video prezident iqamətgahının təhlükəsizlik kameralarının yaddaşındakı kadrlar əsasında hazırlanıb. "Axar.az" xəbər verir ki, görüntülərdə Yanukoviçin iki helikopterlə qaçdığı məlum olur. Xatırladaq ki, daşınan çamadanlarda Yanukoviçin nələri apardığı bəlli deyil. Həmin anlar prezidentin bağ evinin təhlükəsizliyi üçün yerləşdirilmiş kameralar vasitəsilə lentə alınıb. 00:21 Ukraynada ən azı 80 nəfərin həyatını itirdikdən sonra Ali Rada tərəfindən istefaya göndərilən Viktor Yanukoviçin 650 milyon dollarla qaçdığı iddia olunur. Yanukoviçin Kiyevdən vertolyotla qaçdığı an təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdən göründüyü kimi bir neçə çamadanla Yanukoviç qaçıb və həmin çamadanlarda 650 milyon dollar olduğu bildirilir. "Axar.az" həmin görüntüləri təqdim edir.
2014-02-23
9,809
Rektor baş verən narazılıqlardan danışdı
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (ADİU) Şəmsəddin Hacıyev son vaxtlar ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə bağlı müxtəlif rəylərə və yaranan narazılıqlara münasibət bildirib. Ş. Hacıyev bildirib ki, bu qaydaların tənzimləyici sənəd kimi təsdiq olunması Azərbaycan ali təhsilinin Avropa Ali Təhsil məkanına inteqrasiya olunması yolunda keyfiyyətcə yeni mərhələdir. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinin Boloniya prinsiplərinə uyğun olaraq müəyyən edildiyini deyən rektor vurğulayıb ki, bu qayda həm də hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi və tələbəyə sərbəst iş üçün şəraitin yaradılmasını özündə əks etdirir: "Göründüyü kimi, burada tələbənin daha çox akademik uğurlarına yaradılan imkandan söhbət gedir. Kəsiri olan tələbənin bu kəsirə görə ödəniş etməsi əslində çox nadir hallarda baş verən bir hal olacaq. Əslində bizim ali təhsil müəssisələrində krediti ödəyə bilməyən tələbələr üçün yay semestrlərinin təşkili təcrübəsi xeyli müddətdir ki, var. Boloniya prinsiplərinə uyğun olaraq tələbə Avropa ali təhsil məkanında olduğu kimi, toplaya bilmədiyi kreditləri yay semestri ərzində yenidən öyrənərək toplayır və burada heç bir qanunsuz fəaliyyət yoxdur. Bu zaman tələbənin ödədiyi vəsait ancaq onun öyrənməsi üçün yaradılan şəraitə görə hesablanır. Bu da Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarda daha sistemli qoyulub. Həmin qaydalar bizə imkan verəcək ki, bütün ali təhsil müəssisələri vahid qaydada bu işi tənzimləsin. Əvvəllər isə hər universitetin özünəməxsus qaydası mövcud idi". Son günlər yayılan informasiyaya görə ADİU-da həmin qaydaların tətbiqi ilə bağlı akademik borclara görə ödənişlərin ləğv edilməsinə gəlincə, Ş. Hacıyev qeyd edib ki, bu, tamamilə yanlışdır. Onun sözlərinə görə, yüksək instansiya tərəfindən verilən qərar təftiş olunmur, icra edilir: "Bir daha qeyd edim ki, ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır" (APA).
2014-02-23
9,810
Yol terroru: 2 ölü, 1 yaralı
Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində yolun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi "VAZ 21015" markalı minik maşını qarşı tərəfədən gələn "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21015"in sərnişinləri- 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
2014-02-23
9,811
Timoşenko Baş nazir postundan imtina etdi
Həbsdən yeni çıxan Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko yenidən Baş nazir olmaq istəmədiyini bildirib. "Axar.az" xəbər verir ki, Timoşenko onun namizədliyinin irəli sürülməməsi üçün bəyanat hazırlayacaq. "Ukrayna baş naziri olmaq üçün edilən təklif mənim üçün sürpriz oldu. Bu qərar verilərkən heç kim mənimlə məsləhətləşməmişdi. Hörmətinizə görə təşəkkür edirəm, amma xahiş edirəm, mənim namizədliyimi irəli sürməyin", - deyə Timoşenko açıqlamasında bildirib.
2014-02-23
9,812
Bakıda sərnişin avtobusu qəza törətdi
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Məlumatına görə, Babək prospektində 46 saylı marşrutla hərəkət edən "Daewoo" "Hyundai Tucson"la toqquşub. Xəsarət alan və ölən barədə məlumat yoxdur ("Milli.Az").
2014-02-23
9,813
Bakıda atışma: rəis müavini yaralı, 1 ölü - Foto/Yenilənib (5)
Bakının Sabunçu rayonunda polis və naməlum şəxlər arasında atışma baş verib. Məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonundakı 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməkdaşı ağır yaralanıb. Bir nəfər isə öldürülüb. Öldürülən şəxsin Suraxanı rayon polis idarəsinin rəis müavini Akif Nəzərovun oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil ("Qafqazinfo"). *** Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb. Qonşular arasında düşən dava daha sonra silahlı insidentə çevrilib. Nəticədə 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. F.Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırırlar. Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Akif Nəzərov Suraxanı rayon Polis İdarəsində rəis müavini, onun oğlu Asif Nəzərov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır. *** "Axar.az"ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, qonşular arasında dava torpaq üstündə düşüb. Belə ki, məktəbin stadionunda xeyir-şər evi tikmək istəyən Gülağa adlı şəxsə məhəllədə yaşayan rəis müavini Akif Nəzərov və qonşular razılıq verməyib. Buna baxmayaraq, Gülağa həmin əraziyə mişar daşı töküb. Bazar günü olmasından istifadə edən (işdə olmadığından) Akif Nəzərov oğlu və bir neçə gənc qonşusu ilə birgə mişar daşlarını ərazidən təmizləyib, stadionun kənarlarına yığıb. Bu vaxt əraziyə gələn Gülağa niyə belə etdiklərini soruşub. Akif Nəzərov isə qanunsuzluq etdiyini onun nəzərinə çatdıraraq, çıxıb getməsini istəyib. Gülağa evinə gedib, maşınıyla və ov tüfəngi ilə qayıdıb, stadionu təmizləyənləri atəşə tutub. Nəticədə Akif və Asif Nəzərovlar da daxil olmaqla 4 nəfər yaralanıb, bir nəfər ölüb. F.Qədirovun Gülağanın açdığı atəşdən öldüyü bildirilir. Məktəbin stadionunun F.Qədirovun evinin qarşısına düşdüyü və buna görə də mübahisə subyektinə çevrildiyi də qeyd olunur. *** 22:45 Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun hadisə baş verən vaxt idman geyimində olduğu, tabel silahının üstündə olmadığı deyilir. Gülağanın isə bu məhəllədə deyil, qonşu məhəllədə yaşadığı qeyd olunur. Gülağanın açdığı atəş nəticəsində ölən Fərid Qədirov Milli Aviasiya Akademiyasını bitirib, Beynəlxalq Aeroportda mühəndis işləyirmiş. İki qardaşdılar. Uşaqkən atasını itirən və anasının himayəsində böyüyən Fərid ailəlidir, iki övladı var. Gülağa atəş açdıqdan sonra maşına minərək, hadisə yerindən qaçıb. 11:45 Hadisəyə səbəb olan torpaq sahəsinin fotoları:
2014-02-23
9,814
Maydanların bitməyən savaşı
Ukrayna növbəti dəyişiklik ərəfəsindədi... Günlərdi davam edən aksiyalar Viktor Yanukoviçin impiçmenti, müxtəlif maddələrlə həbsxanaya atılmış keçmiş Baş nazir Yuliya Timoşenkonun azadlığa çıxması və onlarla sadə insanın canı bahasına müxalifətin qalibiyyəti ilə başa çatdı. Sual olunur, nədən təkrar Ukrayna, nə üçün siyasi güclərin savaş məkanı kimi yenə bu ölkə seçildi? Dnepropetrovsk klanı Ötən əsrin ortalarından etibarən Sovetlər Birilyində siyasi səhnədə bir aktivlik müşahidə olunmağa başladı. Oktyabr inqilabından sonra aparıcı siyasi fiqurların milli mənsubiyyəti, təmsil etdikləri coğrafi məkanlar proletar şüarları səbəbindən o qədər də nəzərə alınmırdısa, "xalqalar atası" Stalinin vəfatından sonra bu amillərə tədricən diqqət yetirilməyə, dəhlizlərdə siyasi qruplar formalaşmağa başladı. Çox keçmədən iflasa uğrayan məşhur yeni iqtisadi siyasət dalğasının banisi çılğın xarakterli Nikita Xruşşov ilk ukraynakökənli öndə gedən simalardan biri oldu. Həmin dövrlərdən Ukraynada ağır metallurgiya, maşınqayırma, yüksək texnologiyalı hərbi sənaye komplekslərinin inkişafına diqqət yetirilməyə başladı. Ötən əsrin 70-ci illərində isə ukraynaəsillilər Siyasi Büroda dominat fiqurlara çevrilməyə başladılar. Zarafatçıl, şən əhval-ryhiyyəsi ilə ətrafdakıları ovsunlayan - arxa planda isə öz bildiyini edən - "Dneproperovsk klanı" adlanan siyası qrupun əvəzolunmaz siması Leonid Brejnev bu qəbildəndi. Zaman-zaman sözügedən qrup başqa məkanı təmsil edən nüfuzlu siyası fuqurları da öz tərəfinə çəkməyə müvəffəq oldu. Ukrayna və Belarus kökənlilərin tandeminin məşhur simalarından biri də "Mister no" ləqəbli Andrey Qromıko və Konstantin Çernenko idi. Bu məqamları sadalamağımızda məqsəd qoyduğumuz suallardan birinə - Ukrayna cəmiyyətinin siyasi aktuallığını zəruri edən amillərə aydınlıq gətirməkdir. İki Leonid və Yuşşenko Gələk iki Leonidin - Kravçuk və Kuçmanın dövlət başçısı olduğu dövrə. Hər iki prezidentin Qərb və Rusiya arasında tərəddüdlü siyasi vektoru onların apardığı işlərin həyata keçirilməsində əsaslı problemlər yaratdı. Maraqlı bir vəziyyət yarandı – iqtisadiyyatını dirçəltmək üçün ilkin təməllərin olduğu bir ölkədə əhalinin güzaranı ürəkaçan səviyyədə olmadı. Narazıların sayı günü-gündən artmağa, hökumət əleyhinə şüarlar səslənməyə başladı. Nəticədə Qərbin dəstəklədiyi Viktor Yuşşenko və Yuliya Timoşenko cütlüyü siyasi səhnəyə gəldi. Dövlət idarəçiliyi sükanı arxasına keçən "Maydan həmkarları" az keçmədi bir-birinin üvanina ittihamlar səsləndirdi, ölkə əhəmiyyətli məsələlərin həllində aralarında fikir ayrılığı yaranmağa başladı. Növbəti seçkilərdə "sərrast" ukraynalılar onlara "yox" dedi. Beləliklə, böyük ümidlər bəslənilən hər iki şəxs yola salındı. Alovlu maydan çıxışlarından əsər-əlamət qalmayan Yuşşenko memuarlarını yazmağa, Timoşenko isə dövlət maraqlarını zərbə altına almaqda suçlu sayılaraq, həbsə atıldı. Ancaq strateji mahiyyət daşısa da Viktor Yuşşenkonun Krım tatarlarının öz doğma torpaqlarına qayıtması istiqamətində çabaları mütləq təqdir olunmalıdı. Və nəhayət, prezident seçkilərində Viktor Yanukoviçin aşkar qələbəsi… Yanukoviç və Vilnüs Sammiti Uzun illər Ukraynanın rusdilli regionu Donbas vilayətinin qubernatoru olmuş Yanukoviç sələflərindən fərqli olaraq, cəsarətli və müstəqil siyasət yürütməyə cəhd etdi. Müəyyən dövrə bu addımlar özünü doğrultsa da, az sonra o da həmkarlarının siyasi vektorunu təkrarlamaq məcburiyyətində qaldı. Bu, daha çox Vilnüs sammitində onun Ukraynanın Avropa ilə əməkdaşlığını nəzərdə tutan assosiativ sənədi imzasını ertələnməsində və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Gömrük İttifaqına üzvlük tələbi qoymasında göstərdi. Sonra baş verən hadisələr göz önündə. Yanukoviçin Qərblə Rusiya arasında tərəddüdlü seçim etməsi onun iqtidarını tarixin səhifələrinə atdı. Ukrayna vətəndaşları nə istəyir, nədən narazıdı? Məlumdur ki, əksər Ukrayna vətəndaşı Avropanın müxtəlif ölkələrində işləyir, çalışır və oradakı inkişafı öz gözləri ilə görür. Nəticədə ölkələrində də analoji həyat tərzi sürmək istəyirlər. Avropa İttifaqı vaxtı ilə Polşaya 160 milyard civarında yardım göstərmişdi. Ukraynada da hesab edirlər ki, onların da eyni dəstəkdən yararlanmaq imkanları var. Amma sual olunur, iqtisadi böhranın fonunda Avropa Ukraynaya da eyni yardım göstərmək gücündədirmi? Qərb qalibdir Bu arada Rusiya və Qərbin ayrı-ayrılıqda Ukrayna cəmiyyətinə təsiri mexanizmlərini nəzərdən keçırək. Əgər Mixail Qorbaçov yedək siyasətçisi, Boris Yeltsin isə etinasiz "çar" təsiri bağışlayırdısa, prezident Vladimir Putinin beynəlxalq münasibətlərdə, ələlxüsus yaxın qonşulara, o cümlədən də Ukraynaya qarşı sərt ritorikası onun öz əleyhinə işlədi. İndi Ukrayna hadisələrindən kim qalib ayrıldı sualına cavab axtarılsa, birmənalı şəkildə cavab vermək olar ki, yalnız Qərb. Nə üçün Qərb? Ələbaxımlıq baxımdan Qərb bir qədər də Ukraynanı özünə yaxınlaşdırdı. Rusiya isə onusuz da özünə qarşı birmənalı olmayan münasibətləri nifrət həddinə çatdırdı. Jirinovski, Roqozin və digər bu tip odioz, səriştəsiz fiqurlar ruslara qarşı nifrəti apogey həddə çatdırdı. Təbii ki, bu, Qərbin cızdığı böyük bir planın tərkib hissəsi sayılmaya bilməz. Hazırda "de yure" Ukrayna xəritədə bütöv bir tam şəkilində görünsə də, "de fakto" yuxarıdan aşağı iki cinaha bölünməkdədi. Bunu siyasilərin, cəmiyyətin, "5-ci kanal və "İnter" televiziya kanallarının, hətta 1,8 milyardlıq sərvətə malik Pyotr Poroşenko və "Şaxtyor" futbol klubunun rəhbəri Rinat Axmetovun timsalında da görmək mümkündü. Tərəflər bir-birinə rəqib və düşmən gözündə baxırlar. Əgər birinci Maydan hadisələrində Yuşşenko-Timoşenko cütlüyü ölkə iqtisadiyyatını nisbətən zəif şəkildə təhvil almışdılarsa, Kliçko-Yaçenyuk-Tyaqnebok üçlüyünün viran qalmış, hərc-mərclik içərisində boğulan Ukrayna adlı gəmini sahilə necə aparacaqları sual doğurmaya bilməz. Bundan başqa, iddialı bir xanımın – Yuliya Timoşenkonun azadlığa çıxdıqdan sonra Ukraynadakı proseslərdə onun rolu məsələsi də altındən xətt cızılasıdır. Hələ həbsxana qapılarını keçməmiş "maraqlı dairələr" tərəfindən "instruktaj" olunan Timoşenko öz niyyətini ortaya qoydu. Onun aksiyaçılar qarşısında Yanukoviçin devrilməsində siyasilər və diplomatlar deyil, məhz onların əsas rol oynaması fikirini bildirməsi yaxın vaxtlarda Ukrayna daxilində ciddi qarşıdurmalardan xəbər verdı. "Hörüklü xanım" bunula böyük əmək sərf etmiş, hətta bəzi hallarda həyatını təhlükəyə atmış prezidentliyə real namizəd Vitali Kliçkoya evin əsl sahibinin kim olması barədə mesaj göndərdi. Təbii ki, bu siyasi intriqalara meydan olan Maydan artıq əvvəlki "demokratiya meydanı" anlamından çoxdan çıxıb. Maydan – Avropa ilə Rusiyanın savaş meydanıdır və nə təəssüf ki, bu siyasi meydan artıq qana boyanıb. Rusiya heç vaxt, heç yerdən qansız ayrılmır. Arzu edək ki, illər öncə Bakıdan və Tiflisdən qanla ayrılan Moskva bu dəfə 82 ölümlə kifayətlənəcək; arzu edək ki, qanla ayrıldığı yerlərdə Qarabağ və Osetiya-Abxaziya kimi "qan çanaqları" saxlayan Rusiya Krımı bu ölkəyə "ölüm minası" kimi buraxmayacaq. Bu, arzudur sadəcə - reallıq isə arzulara uyğun gəlmir.
2014-02-23
9,815
Yanukoviçin taleyi kədərli olacaq - Şok açıqlama
"Yanukoviç hələ də Ukrayna ərazisindədir". Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blyuminov deyib. O, yaxın müddət ərzində Yanukoviçin taleyinin həll olunacağını deyib. "Yefremovun Regionlar Partiyası adından çıxışı bir faktı aydın göstərdi. Yanukoviç hələ də Ukrayna ərazisindədir və heç bir ölkə onu öz ölkəsində qəbul etmək niyyətində deyil. Yaxın günlər və hətta saatlarda onun taleyi həll olunacaq. Və o, çox kədərli olacaq". Qeyd edək ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin hələ də harada gizləndiyi bəlli deyil.
2014-02-23
9,816
Partiyası Yanukoviçi cinayətkar adlandırdı
"Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi..." Ukrayna parlamentində Regionlar Partiyasını təmsil edən deputat fraksiyası Maydan hadisələri zamanı baş vermiş insan itkilərinə görə məsuliyyəti Viktor Yanukoviç və onun ətrafının üzərinə qoyub.Məlumata görə, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir. "Ukrayna aldadıldı və qarət edildi. Ancaq bütün bunlar hər iki qarşıdurma tərəfindən öz yaxınlarını itirmiş onlarla ukraynalı ailənin üzləşdiyi üzüntü ilə müqayisədə heç nədir. Ukraynanı satdılar, insanları isə alın-alına toqquşdurdular. Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi. Biz, Ali Radada Regionlar Partiyasının fraksiyası və partiyadaşlarımız insan qurbanlarına, büdcənin boşalmasına, nəhəng borclara, Ukrayna xalqı və dünyanın gözü qarşısında rüsvayçılığa gətirən, nəticədə ölkəmizi uçurumun qırağına, parçalanma təhlükəsi və öz suverenliyini itirmək həddinə aparıb çıxaran cinayətkar əmrləri qəti şəkildə pisləyirik, ", - deyə bəyanatda bildirilir ( "Musavat.com").
2014-02-23
9,817
ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq
"Ukraynaya hərbi müdaxilə Rusiyanın kobud səhvi olardı..." "ABŞ Ukrayna xalqının yanındadır və Rusiyanın ölkədəki siyasi böhrana hərbi müdaxilə ssenarisi kobud bir səhv olardı. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syüzan Rays jurnalistlərlə görüşdə deyib. Onun sözlərinə görə, belə bir müdaxilə Putinin böyük səhvi olardı. "Yanukoviç demokratik yolla seçilsə də, öz xalqına qarşı getməklə, dinc nümayişçilərə güc tətbiq eləməklə, Ukrayna xalqının iradəsini qulaqardı etməklə artıq legitimliyini itirib" – deyib Rays. ("Musavat.com")
2014-02-23
9,818
Güləşçilərimiz 7 medalla qayıdır - Foto
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri turniri 5 qızıl və 2 bürünc medalla tamamlayıb. Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb. 74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb. Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub. 86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub. 57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün olub. Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıb. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb. Olimpiya və Dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb ( Trend ). Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
2014-02-23
9,819
Angela Merkeldən Timoşenkoya: "Azadlığa xoş gəldin"
Almaniyanın Baş naziri Angela Merkel Ukraynanın azadlığa buraxılan sabiq Baş naziri Yuliya Timoşenko ilə telefon əlaqəsi yaradıb və təbrik edib. "Axar.az" xəbər verir ki, Merkel telefonda Timoşenkonu "Azadlığa xoş gəldin" sözləri ilə salamlayaraq, onu Almaniyaya rahatsızlığı səbəbindən müayinə almaq üçün dəvət edib. Merkel Timoşenkoya ölkəsinin birliyi üçün Ukraynanın şərqində yaşayan xalqlara da əl uzatmağı və birlik içində hərəkət etməyə səy göstərməyə çağırıb. Angela Merkel daha sonra Vladimir Putin ilə əlaqə saxlayaraq, Ukraynanın dərhal ərazi bütövlüyünün qorunması istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.
2014-02-23
9,820
Emin Ağalarova oğlanlarından təbrik - Foto
Müğənni Emin Ağalarovu oğlanları "23 fevral" münasibəti ilə təbrik ediblər. Məlumatına görə, müğənni sosial şəbəkədə övladları Əli və Mikayıl ilə fotosunu paylaşıb və "Atalarını təbrik etdilər" şərhini yazıb. Qeyd edək ki, fevralın 23-ü Qızıl Ordunun yaranması günüdür və "Kişilər bayramı" kimi qeyd edilir ("Qafqazinfo").
2014-02-23
9,821
Kliçko prezident, Yaçenyuksa Baş nazir – Müzakirə
"Zərbə" Partiyasının sədri Vitali Kliçkonun prezident və Baş nazir məsələsi ilə bağlı "Batkivşina"nın lideri Arseni Yaçenyukla müzakirələrə başladığı bildirilib. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, Kliçkonun özünü prezident gördüyünü, Yaçenyuka isə hökumət başçısı postu təklif etdiyi məlum olub. Bildirilib ki, əgər Yaçenyuk bu təkliflə razılaşmasa, Kliçko bu postu sahibkar Pyotr Poraşenkoya təklif edəcək. Xatırladaq ki, Ukraynada prezident seçkiləri mayın 25-ə təyin olunub.
2014-02-23
9,822
Jirinovski: Ukrayna gec-tez parçalanacaq - Video
23 fevral tarixi ilə əlaqədar Moskvanın mərkəzi küçələrindən birində Rusiya Liberal Demokrat Partiyası bayram şənliyi keçirib. "Axar.az"ın partiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın lideri Vladimir Jirinovski aşkar hücüma keçərək, Qərbin, ələlxüsus Polşanın, həmçinin hakimiyyətə gələn yeni quvvələrin ünvanına hədələr yağdırıb. Yanukoviçi hələ də legitim prezident sayan partiya sədri "Berkut" təşkilatının ünvanına təriflər yağdırıb. Jirinovski gec-tez Ukraynanın parçalacağını, Rusiyanın, partiyasının bu işdə ondə gedəcəyini bəyan edib.
2014-02-23
9,823
Soçi olimpiadası başa çatdı
Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb. 25 min könüllünün qatıldığı olimpiadada 2 800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıb. Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb - 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sırada qərarlaşıb. Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb. Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib. Olimpiadada ən çox idmançı ilə ABŞ (230 nəfər) təmsil olunub. Ev sahibi Rusiya isə 225 idmançı ilə yarışıb. Yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur. Ümumilikdə 88 ölkənin qatıldığı yarışları 3 milyarddan artıq tamaşaçı seyr edib. XXII Qış Olimpiya Oyunlarında bir neçə göstərici üzrə rekord da müəyyənləşib. Soçidə 88 ölkədən idmançılar çıxış edib ki, bu da 4 il bundan əvvəl Vankuverdə keçirilmiş Oyunlardan 6 ölkə çoxdur. Ümumilikdə 98 medal dəsti uğrunda mübarizə gedib ki, bu da 2010-cu ildəkindən 12 dəst çoxdur. Qeyd edək ki, Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. Paralimpiya Oyunlarında 72 dəst medal öz sahibini tapacaq. (Trend)
2014-02-23
9,824
Yanukoviçin gizləndiyi yer bəlli oldu
Yanukoviç Krımda gizlənir. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb. Ukrayna oliqarxlarından olan mənbə onun Krımdan sonra hara gedəcəyinin bilinmədiyini deyib: "O, Krıma yollandı. Daha sonra isə hara getdiyi bəlli olmadı. Hazırda harada və necə gizləndiyi bəlli deyil. İki variant var. Birinci variant onun üçün Sevastopolda yerləşən hərbi aerodromlardan birində təyyarənin hazır olmasıdır. Bundan başqa isə Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən biri ilə Qara dənizdə istənilən istiqamət üzə bilər". Qeyd edək ki, Yanukoviçin harada gizləndiyi hələ də bəlli deyil.
2014-02-23
9,826
Yanukoviç Timoşenkodan toxunulmazlığı barədə təminat alıb
Ukrayna prezidenti Viktor Yanukoviçin ölkədən qaçmağa cəhd etdiyi barədə xəbərlər yayılarkən yeni bir iddia ortaya atılıb. "Axar.az" xəbər verir ki, Yanukoviçin harda gizləndiyi barədə Ukrayna kəşfiyyatının məlumatı var. Belə ki, Viktor Yanukoviçin sabiq Baş nazir Yuliya Timoşenko azad edilməmişdən bir gün öncə onu ziyarət etdiyi və toxunulmazlığı barədə təminat aldığı deyilir. Bundan əlavə Yuliya Timoşenko xəstəxanada olarkən Yanukoviç ona baş çəkib və Timoşenkodan şifahi şəkildə bəzi təminatlar alıb. Qeyd edək ki, Ukrayna parlamenti Yanukoviçin istefası barədə qərar qəbul etdikdən sonra Yanukoviçin Ukraynanın güclü olduğu yerlərdəki yerli idarə orqanları Kiyevin verdiyi qərarı tanımadıqlarını bildirmişdilər.
2014-02-24
9,827
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli az yağıntılı olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 774 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. "Axar.az" AZəTaca istinadən xəbər verir ki, fevralın 24 Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq.Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, zəif qar yağacağı gözlənilir. Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimalı var.
2014-02-24
9,828
Məktəblilər dəm qazından zəhərləndilər
Bu gün axşam saatlarında Siyəzəndə 2 məktəbli dəm qazından zəhərlənib. Verilən məlumata görə, Siyəzən şəhəri, Sabir küçəsi, 49 ünvanında yaşayan 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini 1998-ci il təvəllüdlü Aydan Həsənova dəm qazından zəhərləniblər. Onlar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Hər iki məktəblinin vəziyyətinin orta-stabil olduğu bildirilir. Fakt üzrə araşdırma aparılır.
2014-02-24
9,829
BDU ziyalıları gənclərə səsləndi
Bakı Dövlət Universitetində tələbələrin son etiraz aksiyası ilə əlaqədar bir qrup ziyalı və pedaqoq gənclərə müraciət edib. Akademiklər Vasim Məmmədəliyev, Bəhram Əsgərov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Məsumə Məlikova, Rəfiqə Əliyeva, Məhəmməd Mehdiyev və daha 63 nəfərin imzaladığı müraciətdə deyilir: "Əziz gənclər! Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti 24 dekabr 2013-cü il tarixində "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə bağlı qərar qəbul etmiş, bunun əsasında AR Təhsil Nazirliyi 21 yanvar 2013-cü il tarixində müvafiq əmr vermişdir. Bütün universitetlər və digər təhsil müəssisələri üçün nəzərdə tutulan bu mütərəqqi qərar və əmrdə bir çox məsələlərə aydınlıq gətirilmiş, tələbələr üçün yaradılan əlverişli hallarla bərabər belə bir bənd də əlavə edilmişdir ki, akademik borcu olan tələbə semestr ərzində 30 kreditdən əlavə kredit götürərsə, bu kreditlər üçün müəyyən vəsait ( bir kredit üçün orta hesabla 25 manatdan 34 manata kimi) ödəməlidir. Bu ödəmə həm də tələbələrdə müəyyən məsuliyyət hissi yaratmaq məqsədilə nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu sessiya ərzində BDU-nun 20 min tələbəsindən akademik borcu olanlar 3200 nəfər təşkil etsə də, bunlardan yalnız 200 nəfərə yaxını pul ödəməli olacaqdır ki, bunlar da tələbələrimizin cəmi 1 %-ni təşkil edir. Demək, 99% bu prosesdən kənarda qalır. Lakin təəssüf ki, bu məsələ ölkəmizdəki sabitliyi, əmin-amanlığı gözü götürməyən bəzi bədxahlar üçün bəhanəyə çevrilmiş, məsələnin mahiyyətini bilməyən gəncləri təxribat xarakterli çağırışlarla iğtişaşlara səsləmiş, sosial şəbəkələrdə guya "tələbələrin cibinə girmək", "gənclərə sayqısızlıq" və s. cəfəng iddialarla məlumatlar yaymışlar. 17 fevral və 18 fevral tarixlərində bizim də iştirakımızla (BDU–da 2-ci semestrin dərsləri başladıqdan dərhal sonra) rektor akademik Abel Məhərrəmov və digər rəhbər işçilər bu məsələ ilə ciddi məşğul olmağa, tələbələrlə görüşməyə və onların arasında izahat işi aparmağa başlasalar da, hansısa naməlum qüvvələr 20 fevral tarixində növbədəyişmə vaxtında (I növbənin dərsləri qurtaran və II növbənin dərslər başlayan müddətdə) BDU-nun qarşısında aksiya keçirməyə nail oldu (Yeri gəlmişkən, aksiyaya toplanmış 30-40 nəfərin BDU ilə heç bir bağlılığı yox idi, böyük bir hissəsi isə, ümumiyyətlə tələbə olmayan şübhəli şəxslər idi). Rektor toplaşanlarla görüşüb müzakirəni sivil formada davam etdirmək üçün 21 fevral tarixində BDU-nun böyük akt zalına vaxt təyin etdi. Həmin görüşdə biz də iştirak edirdik. AR NK-nin yeni qərarına aydınlıq gətirmək məqsədilə BDU rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndələri iki saata yaxın izahat işi apardı, səslənən suallara ətraflı cavablar verildi və qeyd edək ki, hamı razı qaldı. Lakin tədbirin sonunda müzakirə edilən məsələyə dəxli olmayan təxribat xarakterli sual səsləndirildi və təəssüf ki, bir sıra mətbuat orqanları və sosial şəbəkələr 2 saatlıq tədbirdəki müsbət hallar barədə bir kəlmə yazmasalar da, 2 dəqiqəlik təxribatı böyüdərək qlobal problem kimi təqdim etdilər. Bununla belə, həmin gün rektorluğun iclası keçirildi, münaqişə komissiyasında mübahisəli olan yüzlərlə iş tələbələrin xeyrinə həll olundu, onlarla müraciətin müsbət həll olunması barədə qərar qəbul edildi. Yəni hal-hazırda BDU-da narazılıq doğuracaq heç bir problem yoxdur. Ancaq sosial şəbəkələrdə BDU tələbələrinə, o cümlədən Bakı şəhərindəki bütün ali məktəb tələbələrinə müxtəlif çağırışlar edilir, fevralın 24-də yenə də növbədəyişmə vaxtı onlar müxtəlif tələblərlə yenidən aksiya keçirmək üçün BDU-nun qarşısına dəvət olunurlar. Hörmətli gənclər! Regionun sabit ölkəsi kimi gündən-günə inkişaf edən respublikamızın uğurları, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər bədxahlarımızı narahat edir. Bundan ötrü xalqımızın milli qürur mənbəyi olan Bakı Dövlət Universitetindən istifadə etməkdən də çəkinmirlər. Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, müxtəlif qüvvələr tələbələrdən sui-istifadə edərək respublikada siyasi sabitliyi pozmaq məqsədini güdürlər. Məlumat üçün bir daha bildiririk ki, sosial şəbəkələrdə çağırış edən şəxslərin yalnız az bir hissəsi BDU tələbələridir. Əksəriyyət isə digər ali məktəblərin və özünü tələbə kimi qələmə verən, əslində isə heç tələbə olmayan müxtəlif qrupların nümayəndələridir. Bütün bu proseslər bütün həyatını elmə, təhsilə bağlayan biz ağsaqqalları narahat etməyə bilməz! Biz ömrümüzün 50 ilə yaxın dövrünü BDU-da keçirərək bütün zamanlarda onu göz bəbəyi kimi qorumuşuq. İstəyirik ki, özümüzdən sonrakı nəsillərə onu belə saf, müqəddəs məbədgah kimi ötürə bilək. Danmaq olmaz ki, universitetimiz son illərdə elm və təhsil sahəsində böyük uğurlar qazanmış, dünyanın qabaqcıl universitetləri sırasına çıxa bilmişdir. Gözlərimiz önündə intibah dövrünü yaşayan bu ocağı bədxahların əlində öz əleyhimizə çevirməyə qoymamalıyıq. Hamımız ayıq-sayıq olmalı, doğma vətənimizi, dövlətimizi, universitetimizi qorumalı, vətəndaş mövqeyimizi ucuz hisslərdən uca tutmağı bacarmalıyıq. Sizi "Öncə Vətəndir" deyimini unutmamağa çağırırıq!". (ANS)
2014-02-24
9,830
Qarabağ qazisi ölüm aclığına başlayır
Bu barədə onu həmkarı Asif Yusifli məlumat verib. Fevralın 24-də Bakıda Qarabağ qazisi ölüm aclığına başlayacaq. Bu barədə qazi Asif Yusifli sosial şəbəkədə məlumat verib. "Dünən qeyd etmişdim. Amma təkrarda fayda olduğunu uşaqlıqdan bildiyim üçün bir də yazıram. Qarabağ qazisi Ağayev Namiq Əli oğlu 24 fevral saat 12.00-da Neapol dairəsi yaxınlığındakı yataqxanada ölüm aclığına başlayacaq. Bu gün 40 yaşım tamam olsa da, bütün günümü onu fikrindən daşındırmağa sərf etdim. Amma təəssüf razılaşmadı. Sabah media mənsubları diqqətdə saxlasa yaxşı olar",- deyə A.Yusifli bildirib. O, qazinin bu addımının səbəbini açıqlamayıb. ("Musavat.com")
2014-02-24
9,831
Xalq artistinin heç yerdə görünməyən fotosu
Xalq artisti Aygün Kazımovanın illər öncə qızı İlqarə ilə çəkilmiş fotosu yayılıb. Məlumata görə, müğənni qızı ilə gəncliyində çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb və "Anasının döyünən ürəyi" şərhini yazıb ("Qafqazinfo").
2014-02-24
9,832
Kadırov patriarxdan məscid tikintisinə kömək istədi
Moskva və Ümumrusiya patriarxı Kirilin dəvəti ilə Moskvaya səfər edən Çeçenistan rəhbəri ondan Rusiyanın paytaxtında məscid tikintisinə qadağanın aradan qaldırılmasına yardım istəyib. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatın görə, Kadırov görüşün nəticələrindən razılıq ifadə edib. Patriarx ata və oğul Kadırovların Çeçenistanın qurulmasında önəmli rol oynadıqların açıqlayıb. Kadırov isə öz növbəsində islam dininin elmi baxımdan öyrənilməsinin gənclərin tərbiyələnməsində önəmli rol oynadığını vurğulayıb. Son zamanlar Rusiyanın regionlarında məscid tikintisi qadağaları dalğasının artdığını səsləndirən Kadırov bunu yanlış addım kimi qiymətləndirib və əlavə edib ki, bu, yalnız ekstremist qüvvələrin arzusuna uyğundu. O, patriarxin bu işdə mövqeyinin və dəstəyinin vacibliyini bəyan edib. Xatırladaq ki, Moskva meri Sergey Sobyanin Moskvada məscid tikintisinə hələ ehtiyac duyulmadığını açıqlamışdı.
2014-02-24
9,833
Oskar mükafatı mərasimi başlayır
86-cı Oskar mükafatı mərasiminin başlanmasına az zaman qalıb. Görəsən bu il Leonardo DiKaprio üçün uğurlu il olacaq? Leonardo DiKaprio "Wall Street Canavarı" filmində ifa etdiyi rola görə ən yaxşı aktyor kateqoriyasında Oskara nominasiya edilib. Amma bu siyahının başlanğıcıdır. Kristian Beyl özünü "Amerikasayağı fırıldaq" filmidə yaratdığı rola uyğunlaşdırıb. Metyu Makkonahe "Dallas alıcılar klubu" filmindəki rolunu ifa etmək üçün çəkisini ciddi şəkildə azaldıb. Çivetel Eciofor "Köləliyin 12 ili" filmindəki roluna görə Oskar mükafatına nominasiya edilib. Sandra Ballok "Qravitasiya" filmindəki roluna görə Oskar mükafatına nominasiya edilənlər arasındadır. Lakin mükafatın qalibi olması üçün Sandra "Amerikasayağı fırıldaq" filmində baş rolda çəkilmiş Emi Adams, eləcə də Merl Strip, Cudi Denç və Keyt Blençett-lə rəqabət aparacaq. Cared Letonun "Dallas alıcılar klubu" filmində yaratdığı transseksual obrazı onu ən yaxşı tərəf müqabili kateqoriyasında Oskara nominasiya edib. Careld Leto indi Oskar mükafatı uğrunda Bredli Kuper, Conah Hill və Maykl Fesstbenderlə rəqabət aparmalıdır. "Mister Banksı xilas edərkən" filmindəki roluna görə Tom Henks Oskara nominasiya edilməyib. Cennifer Laurens "Amerikasayağı fırıldaq" filmindəki roluna görə ən yaxşı tərəfmüqabili kateqoriyasında da mükafata nominasiya edilib. Bu film "Qravitasiya"filmi ilə bərabər hər biri 10 nominasiya ilə irəlidədir ("Amerikaninsesi.org")
2014-02-24
9,834
Rusiya Ukraynadakı səfirini geri çağırdı
Rusiyanın Ukraynadakı səfiri Mixail Zubarov məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Məlumata görə, bu qərarın "Ukraynadakı mövcud vəziyyəti hərtərəfli analiz eləmək" üçün verildiyi bildirilir. Qeyd edək ki, Rusiya diplomatları Ukraynadakı situasiyanı qəbuledilməz sayırlar. Bu barədə xarici işlər naziri Sergey Lavrov dəfələrlə bəyan edib. Rusiya XİN-i hesab edir ki, Ukraynada hakimiyyəti ələ keçirən müxalifət ölkədə situasiyanın dinc nizama salınması üzrə anlaşmanı faktiki surətdə yerinə yetirməkdən boyun qaçırır ("Musavat.com").
2014-02-24
9,835
Taliban qrupu Türkiyədə ofis açıb - Şok iddia
Türkiyədə Talibanın ofis açdığı barədə iddialar səsləndirilib. "Axar.az" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi yayılan bu xəbərləri təkzib edib. Türkiyə Xarici İşlər Nazirliyi bu gün xarici mətbuatda yayılan "Türkiyədə Taliban qrupu ofis açdı" xəbərinin reallığı əks etdirmədiyini bildirib. Pakistanda ingiliscə fəaliyyət göstərən "The Frontier Post" qəzetinin internet saytında bu gün yayılan xəbərlərdə Talibanın ABŞ daxil olmaqla, digər ölkə və beynəlxalq təşkilatlarla dialoqunu bu ofislərdə apardığı qeyd edilib. Pakistan qəzetində yer alan xəbərlərə görə, Pakistanın kəşfiyyat rəhbəri Ankarada Taliban qrupunun lideri Molla Ömərin müavini Ağa Mutasimullah il görüşdüyü və yaxın zamanda da amerikalı səlahiyyətlilərlə Taliban liderləri arasında görüşlərin keçiriləcəyi deyilir. Bundan əvvəl Qatarın paytaxtı Dohada ofis açan ancaq qısa müddət sonra oranı bağlayanTalibanın Türkiyədə də ofis açacağı barədə məlumatlar dolaşırdı.
2014-02-24
9,836
Hökumət CNN kanalının fəaliyyətini yasaqladı
Venesuellanın paytaxtı Karakasda hökumət əleyhində aksiyaların çoxaldığı vaxtda prezident Maduro CNN kanalının bu ölkədəki 4 əməkdaşının akreditasiyasını ləğv edib. Məlumata görə, bu barədə CNN açıqlama verib. Xəbərdə bildirilib ki, Venesuella İnformasiya Nazirliyi CNN-in 4 əməkdaşının bu ölkədəki fəaliyyətinə xitam verib. Buna səbəb kimi dünyanın ən məşhur mətbu orqanlarından olan CNN-in ictimaiyyətə təhrikedici xəbərlər verməsi göstərilir. Xatırladaq ki, CNN ötən il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun "Kazlıçeşmə" meydanında milyonlarla insanın iştirakı ilə keçirdiyi mitinqi hökumət əleyhində aksiya kimi göstərmiş və daha sonra buna görə üzr istəməyə məcbur olmuşdu (ANS).
2014-02-24
9,837
Məşhurlar “Park Bulvar"da Nərmin üçün oxuyacaq
Fevralın 24-ü, səhər saat 10:00-dan axşam 22:00-dək "Park Bulvar"da xeyriyyə konserti keçiriləcək". Bu barədə "Axar.az"a təcili müalicəyə ehtiyacı olan Nərmin Hüseynliyə yardım kampaniyasında könüllü çalışan gənclər məlumat verdi. Onlar bildirdi ki, xeyriyyə konsertində bir sıra tanınmış səslər iştirak edəcək: "Bunların arasında Miryusif və "Türkviziya" yarışmasından tanınan Fərid Həsənov da var". Xeyriyyə marafonunda yerli televiziya kanalları və bir sıra media qurumlarının iştirakı nəzərdə tutulur. Xeyriyyə konserti və ümumilikdə xeyriyyə marafonu ilə bağlı bu nömrələrlə əlaqə saxlaya bilərsiniz: Kamran Abbaszadə: (055) 603 04 40; Cəlal Allahverdiyev: (050) 627 03 95; Əzizə İslamzadə: (070) 831 32 91; Aydan Həmidli: (051) 451 89 33.
2014-02-24
9,838
Avropa Birliyi Ukraynaya 20 milyard avro ayıracaq
Avropa Birliyi (AB) defoltdan qaçmaq üçün Ukraynanın yeni hökumətinə 20 milyard avro ayırmağa hazır olduğunu bildirib. Verilən məlumata görə, bunu Avroparlamentin xarici işlər komitəsini sədri Elmar Brok Ukraynanın "1+1" telekanalına müsahibəsində deyib . Onun sözlərinə görə, vəsait islahatlarınhəyata keçirilməsinə yönəldilməlidir. AB rəsmisi təşkilatın yeni hökumətidəstəklədiyini söyləyib və insanları defoltdan qorxmamağa çağırıb. "Bu,Ukraynanın assosiativ üzvlük sənədini imzalaması üçün daha məqbul iqtisadişərtlərin yaradılmasını təmin edəcək", - deyə AB yetkilisi əlavə edib ("Musavat.com").
2014-02-24
9,839
“Nyu York Tayms”: Gül demokratiyaya son zərbəni vurdu
"Nyu York Tayms" qəzeti yeni internet qadağası maddəsini Türkiyədə demokratiyaya vurulan son zərbə adlandıraraq, bunu söz azadlığının məhdudlaşdırıması kimi səciyyələndirib. "Axar.az"ın məlumatına görə, qəzet maddəni son zamanlar Ərdoğan və onun komandasına daxil olan şəxslərin rüşvət qalmaqalı barədə informasiyaları məhdudlaşdırmağa hesablandığı qənaətindədir. Mətbu orqan həmçinin Amerika Prezidenti Barak Obmanın maddəyə mənfi münasibətinin olduğu barədə fikirlərinə də yer ayırıb. Bunu düzgün addım saymayan qəzet yetkililəri Türkiyənin müttəfiqləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsinin vacibliyini və formalaşan müsbət reputasiyaya qarşı addım atmamağı vurğulayıblar.
2014-02-24
9,840
Müxalifətdən cəsarət nümunəsi – Video
3 ildir davam edən Suriya inqilabında müxalifətin cəsarətini sərgiləyən yüzlərlə hadisə yaşanıb. Bunlardan biri fevralın 22-si Hələbin Səlahəddin məhəlləsində baş verib. "Axar.az" Azad Suriya Ordusuna məxsus sayta istinadən xəbər verir ki, hadisə zamanı çəkilən videoda Əsəd ordusuna mənsub snayperlərin vurduğu yerli vətəndaşın yolun ortasında yaralı vəziyyətdə hərəkətsiz qaldığı görünür. Bu vaxt ölüm ehtimalını nəzərə almadan iki müxalif əsgər soyuqqanlılıqla yerdə yatan yaralı vətəndaşı yol kənarına qədər sürüyərək təcili yardım maşınına mindirir. Yaralı vətəndaşın aqibəti barədə heç bir xəbər yoxdur. <
2014-02-24
9,842
Cəbhədə gərginlik davam edir
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-24
9,843
Azərbaycan hərbiçiləri Ukraynaya yola düşür
Fevralın 25-dən 28-dək Odessa şəhərində (Ukrayna) "Sea Breeze-2014" təliminin yekun planlaşdırma konfransı və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan - Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
2014-02-24
9,844
“Sumqayıt 2 saylı məktəbini bazara çeviriblər”
"Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində yerləşən, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilən 2 saylı məktəbdə nə dərs keçən var, nə də ki, məktəbə gələn. Müəllimlərin və şagirdlərin davamiyyəti isə demək olar ki, çox zəifdir. Burada 1-ci sinifdən 11-ci sinfə qədər dərs oxuyan yoxdur, ümumi olaraq şagirdlər repetitorların yanına gedir". Bu sözləri "Axar.az"a şikayət edən 2 nömrəli məktəbin 10-11-ci sinif şagirdlərinin valideynləri deyib. "Şagirdlərin dərs cədvəlində 5-6 dərsin olmasına baxmayaraq, hər gün 3-4 dərsdən sonra evə buraxılırlar. Həftənin şənbə günü isə ümumiyyətlə 10-11-ci sinif şagirdləri dərsə gəlmirlər. Valideynlər də məktəbə buraxılmır. Soruşanda deyirlər ki, kamera var". Adının çəkilməsini istəməyən bir 10-cu sinif şagirdinin dediyinə görə, müəllimlər onları dərsdən geri qaytarıb, repetitorların yanına getməyi məsləhət görüblər. Gözdən-könüldən uzaq ərazidə yerləşən bu məktəbdə qayda-qanuna riayət edənin olmadığı bildirilib. Adlarının çəkilməsini istəməyən 10-cu sinif şagirdləri məktəbin "bazar" olduğunu iddia edirlər. "Axar.az"ın məktəbə yollanan əməkdaşı şikayətə əsasən həmin məktəbin direktoru Müqabil Abbasov ilə görüşmək istəsə də, direktor yerində tapa bilmədi. Həmin məktəbin dərs hissə müdiri İlahə müəllimə isə şikayətləri əsassız hesab etdi: "Bu məktəb Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib. Hansı uşaqlar şikayət edibsə, onların adlarını mütləq öyrənmək istəyərdim. Burada dərs də var, davamiyyət də". Şagirdlər isə adlarının çəkilməməsini gələcəkdə onlara yaranacaq problemlərdən sığortalanmaq üçün istədiklərini deyiblər. 2 nömrəli məktəbdə oxuyan şagirdlərin valideynləri isə Təhsil Nazirliyinə şikayət edəcəklərini bildiriblər.
2014-02-24
9,845
Azərbaycanda iki məktəbli zəhərləndi
Ötən gecə Siyəzəndə 2 məktəbli zəhərlənib. Sabir küçəsi 49 ünvanında yaşayan 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və 1998-ci il təvəllüdlü Aydan Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar zamanı onların dəm qazından zəhərləndikləri məlum olub. Hazırda hər iki məktəblinin vəziyyəti orta-ağırdı. Faktla bağlı araşdırma aparılır("Anspress").
2014-02-24
9,846
Təhsil Nazirliyindən BDU-da baş verənlərə reaksiya
Azərbaycan Təhsil Nazirliyi tələbələrin narazılığına səbəb olan "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə bağlı açıqlama yayıb. "Axar.az" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" Azərbaycanın qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanıb. Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir: "Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olub. Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur". Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər. Qeyd olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr verilib. Eyni zamanda, Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir: "Bununla yanaşı, tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır. Təhsil Nazirliyi bildirir ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər. Qeyd edək ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı, o cümlədən Qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ şəkildə cavablandırılacaq.
2014-02-24
9,847
"Meydan TV"nin ofisinə hücum edildi - Foto/Video
Fevralın 22-dən 23-ə keçən gecə, saat 5-6 radələrində Meydan Tv`nin Berlindəki ofisinə naməlum şəxslər tərəfindən hücum olub. İnşaatda istifadə olunan kərpic daşla ofisin qapı və pəncərələri sındırılıb. Hələlik Berlin polisi hadisənin kimlər tərəfindən həyata keçirildiyi haqqında heç bir məlumata sahib olmadığını bildirib. Qeyd edək ki, keçən həftə Almaniyanın ən populyar media orqanlarından biri "Zeit" qəzetində Azərbaycan hökümətinin Humbolt universitetinin "Azərbaycan tarixi" kafedrasının professor ştatına Berlindəki səfirliyimizin 75 min avro ianə edilməsi ilə bağlı məqalə dərc olunub. Qəzet vurğulayır ki, kafedranın təşkil etdiyi tədbirlərə qonaqlar, ziyalılar, elm adamları və ən əsası Azərbaycan televiziyaları dəvət olunur amma burdan bura Berlində Meydan Tv`ni dəvət etmirlər. "Zeit" qəzeti bununla bağlı Meydan TV`nin rəhbəri Emin Millinin münasibətini öyrənib. Emin Milli qeyd edib ki, - "Bu layihə İlham Əliyevin Avropada apardığı starategiyaya və özünə müasir imic yaratmaq istəyinə uyğundur. Bu bir diktaturanın propaqandasıdır". Hal-hazırda alman polisi bütün bu faktların bir-biriylə bağlı olub-olmaması haqqında araşdırma aparır.(musavat.com)
2014-02-24
9,848
Olimpiadanın 4 faktı: Sirr, sevinc, kədər və bədbəxtlik - Fotolar
Soçi Olimpiadası başa çatdı. İndi dünya mətbuatı Olimpiadanın nəticələrini, baş verən olayları təhlil edir. Publika.az xəbər verir ki, dünyanın məşhur mətbuat orqanları Soçi Olimpiadası ilə bağlı 4 faktı qabardıblar-sirr, sevinc, kədər və bədbəxtliyi. Spiegel qəzeti: "Soçidə Olimpiya oyunlarının keçirilməsi fikri Putinə məxsus deyil." Putin fəxr edir ki, subtropik iqlimdə qış Olimpiya oyunlarının keçirilməsinə nail olub. Lakin əslində bu fikir xizək yarışı üzrə məşqçi olan sadə sovet qadınına məxsusdur. Demək olar yarım əsrdir ki, o, öz arzusu uğrunda mübarizə aparıb. 1960-cı illərdə Svetlana Quryeva xizəkçilik məktəbinin direktoru, həyat yoldaşı isə xizək idmanı üzrə məşqçi olublar. O zaman onlar xidmət üçün Elbrusa göndərildilər. Elbrus Sovetlər İttifaqının dağ xizəkçiliyi üzrə ən məşhur yerdir . Bundan əlavə, sürüşmə və qar uçqunları istisna olarsa, Elbrus dağlarında hava şəraiti sakit keçir. Bu gün bu kəndin adı bütün dünyada məşhurdur. O zaman isə yalnız xizək həvəskarları bu kəndin adını bilərdilər: Qırmızı Tala. Yerli əhali deyir ki, bu yerlərdə yalnız ağılsız insan xizək sürə bilər. Buradakı qar çox yapışqan olur. Buna baxmayaraq, Quryeva dünyada ən möcüzəli yer kimi Aibqa massivində qar yamacını əlverişli yer kimi tapdı. İndi orada Olimpiya yarışları çərçivəsində keçirilən "Qərənfil Xutor" nüfuzlu dağ xizəkçiliyi kurortu yerləşir. Yarım əsr bundan əvvəl bu haqda fikir sadəcə ağılsızlıq idi. O vaxtı Quryeva deyib: "Əgər Sovetlər İttifaqı qış Olimpiya oyunlarının keçirilməsi hüququnu alsa, yalnız Qırmızı Tarla və Soçidə keçirə bilər. 45 illik intizardan sonra "Fişt" stadionunda oyunların açılış mərasimində iştirak edən Quryevanın keçirdiyi hissləri sözlə ifadə etmək olarmı? Gülümsəyərək deyir: "Yox, mümkün deyil". 7 yanvarda Svetlana Quryevanın 80 yaşı tamam oldu. Lakin səsində hələ də qətiyyətlilik var. İsport: "Ukraynanın idman tarixində ən vacib qələbə" Ukrayna mətbuatı qeyd edir: " İdman zəfərlərinin iri ictimai-siyasi əhəmiyyət daşıması artıq müasir tarixdə bir neçə dəfə sübut olunub. Son günlərdə Ukrayna yığmasının Soçini tərk etməsinin vacibliyi haqqında şayiə və söhbətlər gedirdi. Dağ xizəkçisi Boqdana Matsetskaya bu qərarla razılaşdı, lakin biatlonçular başqa cür addım atdılar. Onlar nəyə getdiklərini bilirdilər, onların tarixi şansı yaranmışdı. Bu gün 4 biatlonçunun bütün suallara cavab verməsi üçün əla imkanları var: BOK-un etirazlarına baxmayaraq, Ukraynada baş verən faciəvi hadisələrə görə, ukrayna idmançılarının matəm əlaməti olaraq bağladıqları qara bağla qazandığı gözəl qələbə vətənlərinə həsr olundu. Elə yarışlar var ki, onu nəyin bahasına olursa olsun qazanmalısan. Bu estafet yarışı məhz belə idi. Qadın yığma komandası nəinki əhəmiyyətli qələbəyə nail oldu, həmçinin, Ukrayna idman tarixində çox vacib qələbəni qazandı. Ölkədə belə qarmaqarışıqlığın yarandığı vaxtda hər kəsə mehriban, əsil və həqiqi nağıl lazım idi. Soçidə Ukrayna biatlon yığmasının çıxışı çətinliksiz, söz-söhbətsiz keçinmədi, lakin yekun hamıya bəllidir. Ukrayna idmançılarının beynəlxalq arenada uğurlu çıxışları ölkəyə siyasətçilərimizdən çox xeyir gətirir. Pidqruşnaya və həmkarları göstərdilər ki, hətta çiyində silah olarkən də insanlara sevinc gətirə bilərsən." Telegraph: "Eliza Kristinin yolunun üstündən qara pişik keçib" Eliza Kristinin faciəvi tarixi britaniya kütləvi informasiya vasitələrinin diqqətindən yayınmadı. Şənbə günü şotlandiyalı yarımfinalda 1000 metr qaçışda yıxılaraq özünü Soçi medalını qazanmaq şansından məhrum etdi. Bundan əvvəl isə idmançı 500 metrin finalında yarışdan uzaqlaşdırılmışdı. 1 həftə əvvəl ünvanına səslənən təhqirlərə görə "Twitter" hesabını ləğv etdi. Telegraph qəzeti yazır: "Bir çoxları deyəcək ki, oyunlarda məğlubiyyətin müəllifi məhz Kristi özüdür və düz də deyəcəklər. Yəqin sizin tamamilə daş qəlbiniz var ki, başqasının bədbəxtliyinə sevinirsiniz. Siz gərək onun dözümlülüyünə fəxrlə yanaşmalısınız. Kristi deyib: "Mənim psixoloqum deyir ki, uğur qayıdacaq"." Bild: "Hər çeydə Çin batonları günahkardır" Alman idman dünyasında Yeva Zaxenbaxer-Ştelin dopinq testinin müsbət cavabı əsil şok effekti yaratdı. Biatlonistin özü də heyrət və təəccüb içində idi. Zaxenbaxer-Ştele deyib: "Mən həyatımın ən dəhşətli anını yaşadım. Mən izah edə bilmirəm ki, nəyə əsasən dopinq testi müsbət çıxdı." Alman yığmasında hesab edilir ki, buna səbəb çin istehsalı olan batonlardakı qida əlavələri olub. Hər halda, Almaniya Biatlon Federasiyası hadisə barəsində öz daxili axtarışlarını davam etdirəcək. Biatlonçu Andreas Birnbaxer bu olayla bağlı deyib: "Mən bu dünyanı anlaya bilmirəm və bunun hələ də pis zarafat olduğunu güman edirəm." Bu vaxta qədər yalnız bir alman idmançı dopinq qalmaqalına görə Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb. 1992-ci il Sapporo Qış Olimpiadasında xokkeyçi Alais Şloderin qanından efedrin tapılıb.
2014-02-24
9,849
Yol Polisindən sürücülərə sərt xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsindən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edilib. Bu haqda "Axar.az" DYP-nin mətbuat xidmətinə istinadən xəbər verir. Müraciətdə bildirilir ki, son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaradıb: "Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır. Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq".
2014-02-24
9,850
Azərbaycanlı polkovnik-leytenant vəfat etdi
Bərdə taborunun komandiri, ehtiyatda olan polkovnik-leytenant Elçin Əliyev dünyasını dəyişib. Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini Kamil Şirinov məlumat verib. Keçmiş döyüşçü ötən gün axşam dünyasını dəyişib. O, müharibə zamanı aldığı kontuziyadan uzun müddətdir, əziyyət çəkirmiş. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra E. Əliyev AVMVB Nəsimi rayon təşkilatının sədri vəzifəsində çalışıb. Qeyd edək ki, 1958-ci il təvəllüdlü E. Əliyev ixtisaslı hərbçi olub. O, 1992-ci ildə Bərdə taborunu yaradaraq Ağdam, Tərtər, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edib(APA).