date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-20
9,534
Məktəbli qızın anasından Təhsil Nazirliyinə ağır ittiham
Natəvan Məmmədova: "Ona təzyiq edilərək diktə altında razılıq imzaladıblar" "Mənim qızımın verdiyi açıqlama zorla ona diktə edilib". Bu sözləri "Axar.az"a açıqlamasında "Sabahın alimləri" müsabiqəsində layihəsi plagiat adlandırılaraq yarışdan uzaqlaşdırılan Əminə Əmirxanlının anası Natəvan Məmmədova deyib. O, Əminə Əmirxanlının işini yoxlayan şəxslərin qızına təzyiq edərək razılıq imzalatdıqlarını bildirib: "Qızım Əmirxanlı Əminənin "Sabahın alimləri" Respublika Müsabiqəsində münsiflərin qeyri-peşəkarlığı ucbatından hüquqları pozulub. ANS-in 18 fevral saat 18:00 Xəbərlər buraxılışında ictimaiyyətə bildirilmişdi ki, Əminə Əmirxanlı Təhsil Nazirliyinə dəvət olunacaq və ona layihəsinin plagiat adlandırılmasına şərait yaradan səhvlər izah ediləcək. Eyni zamanda 19 fevral saat 09:38-də ATV-nin xəbərlər buraxılışında qızım haqda süjet efirə verildikdən dərhal sonra elan edildi ki, bu gün Təhsil naziri ictimaiyyətə proyektin plagiat olub-olmaması ilə bağlı açıqlama verəcək. Qızım Təhsil Nazirliyinə bu nəticələri öyrənməyə getsə də, münsiflər heyəti müsabiqədən kənar saatlarla gərgin və kobud şəkildə, çox zaman da danışmasına imkan verməyərək imtahan edib. Və sonda ona təzyiq edilərək diktə altında razılıq imzaladıblar. Halbuki komissiyanın imtahan etməyə, xüsusən də müsabiqədən kənar bunu etməyə səlahiyyəti yoxdur və bu ciddi qayda pozuntusudur. Komissiya imtahan deyil, müsahibə edə bilər ki, o da yalnız müsabiqə gedişində. "Sabahın alimləri" Respublika Müsabiqəsinin qaydalarında şagirdin müsahibəyə ayırdığı vaxt limiti var". N.Məmmədova qızının hüquqlarının tapdandığını deyib. "Komissiyanın Təhsil Nazirliyində keçirilən dünənki mətbuat konfransından sonra açıqladığı faktları zorla qızıma qəbul etdiriblər. Uzun və yorucu imtahan sonrası ona diktə ilə zorla razılaşma imzaladıblar. Bütün söylədiklərim Təhsil Nazirliyinin şöbə müdiri Gültəkin Hüseynovanın iş otağında gerçəkləşib və nazirliyin şöbə müdiri münsiflərin hərəkətlərinə dəfələrlə irad və etirazını bildirsə də, komissiya üzvləri buna əhəmiyyət verməyərək hərəkətlərini davam etdiriblər. Qızımla oraya gedən məkəbin direktoru və kimya müəlliməsinin hadisələrə müdaxilə etməyə imkanları olmayıb. Çünki onlar komissiyanın səlahiyyətlərindən xəbərsiz olaraq onların hərəkətlərini qanuni hesab ediblər. Daha bir qayda pozuntusu plagiat olmayan layihənin münsiflərin kobud və yolverilməz səhvi ucbatından müsabiqədən kənarlaşdırılmasıdır ki, bununla da qızımın hüquqları tapdanıb". Təhsil Nazirliyinin Elm Şöbəsinin sədri Gültəkin Hüseynova isə saytımıza açıqlamasında Ə.Əmirxanlının alimlərin fikirləri ilə tam razılaşdığını bildirib: "Mən xahiş edirəm ki, intriqa yaratmayasınız. Əminə özü də EEK-in dedikləri ilə razılaşdı. Bunu şişirtmək lazım deyil. Əminə hələ çox gəncdir, gələcəyi var. Elə edin ki, onun gələcəyinə də xələl gəlməsin və bizim bu gənclərlə, cavanlarla işləyən alimlər bundan uzaqlaşmasınlar". Qeyd edək ki, Əminə Əmirxanlı 14 fevral tarixində Təhsil naziri Mikayıl Cabbarova müraciət etmişdi. Müraciətində o, "Sabahın alimləri" müsabiqəsində təklif etdiyi layihənin plagiat adlandırılmasına aydınlıq gətirilməsini istəmişdi. Dünənki açıqlamasında isə Ə.Əmirxanlı mətbuata verdiyi açıqlamanın yanlış olduğunu və alimlərin iradları ilə razılaşdığını demişdi.
2014-02-20
9,535
BDU-dan tələbələrin aksiyası ilə bağlı açıqlama - Rəsmi
Bakı Dövlət Universiteti (BDU) bu gün universitetin bir qrup tələbəsinin aksiya keçirmək cəhdi ilə bağlı açıqlama yayıb. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bir neçə gün əvvəl "facebook" sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədilə çağırış edib. "Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhd ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub. Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib. Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb", - deyə açıqlamada deyilir.
2014-02-20
9,536
Krım müstəqil olmağa hazırlaşır - Rusiyanın tərkibində
Krımda yollar boyunca Maydan əleyhinə şüarlar yerləşdirilib. "Axar.az" xəbər verir ki, bu informasiyanı "Azadliq.org" yayıb. Sayt küçələrdə adları bəlli olmayan qeyri-hökumət təşkilatları tərəfindən bu posterlərin yerləşdirildiyini yazıb. Posterlərə "Stop Maydan", "Ekstremizmə yox" şüarları həkk edilib. Radio həmçinin artıq Krım muxtariyyəti rəhbərliyinin Ukraynanın tərkibindən ayrılmaq planlarının olduğunu da bildirib. Hətta rəhbərlik Krımın Rusiyaya 99 illik icarəyə verilməsini də istəyib. Ukraynalı politoloqlar isə məsələ ilə bağlı "Axar.az"a açıqlamalarında məsələnin yalnız zamanla əlaqədar olduğunu deyiblər. Onlar ölkənin cənubunda aktivliyin çox aşağı olduğunu söyləyiblər. Ekspertlər həmçinin cənubun Maydana qarşı münasibətinin hakimiyyət dəyişəndən sonra tamamilə yox olacağını qeyd ediblər. Krımda Maydan əleyhinə mitinqlərin keçirilməsinə gəlincə isə, bunun Krım rəhbərliyindən verilən maliyyənin və əmrin əsasında mümkün olduğu bəlli olub. Politoloqlar Krımda xalqın Maydanı müdafiə etməmələrinə əsas səbəb kimi müxalifət liderlərinin onlara lazımi diqqət ayırmamalarının olduğunu deyiblər. Qeyd edək ki, son vaxtlar Krımla bağlı münasibətlər kəskinləşib. Bölgənin sırf Ukraynadan ayrılması üçün müəyyən tədbirlərin həyata keçirildiyi şayiələri yayılıb. Bununla yanaşı "boz kardinal" ləqəbli Vladimir Surkovun da bölgəyə gəlişi siyasi vəziyyəti xeyli çətinləşdirib. Ekspertlər Rusiyanın Qara dənizdə qüvvəsini saxlamaqdan ötrü Krımı əldən verməyəcəyini, hətta yeri gəlsə, hərbi donanmasının gücündən də istifadə edəcəyini söyləyirlər.
2014-02-20
9,537
“Bu küçələrdə müharibə və inqilab, sevgi və nifrət var”
Hər ötən gün simasını dəyişən Bakının növbəti "əcəli gəlmiş" məhəlləsi "Sovetski" oldu. Tarixin yaddaşına gömüləcək bu qədim məhəllə gələcək nəsillərin yaddaşının ümidinə buraxılır. "Axar.az" olaraq, "Sovetski"nin sökülməsi ilə bağlı fikirlərini öyrənmək üçün tanımnmış "köhnə bakılılar"ımızı danışdırdıq. Fuad Poladov: "Qədim məhəllələri məhv edirlər" Köhnə Bakı məhəlləsi haqda danışan görkəmli aktyor, Xalq artisti Fuad Poladov bildirdi ki, "Sovetski"nin sökülmə xəbəri çıxan gündən tez-tez məhəllələrini görməyə gedir: "Hər gün gedirəm "Sovetski"yə. Gəzirəm köhnə məhəlləmizi. Uşaqlığımın yadigarıdı ora. "Sovetski" küçələri məni uzaq keçmişə, uşaqlığıma aparır. Xəyallara dalıram orada. Göz görə-görə qədim məhəllələr məhv edilir. Mənim yaşda biri üçün bunu izləmək asan deyil". F.Poladovun sözlərinə görə, hər ötən gün Bakı bir az da budanır. Aktyor Bakının bu halına acıyır: "Vallah, Bakıdan bir şey qalmayıb. Hər kəs öz şəhərinə bənzəyir bir az. Mən də Bakıya bənzəyirəm. Ancaq indiki Bakıya qətiyyən yox. Köhnə məhəllələri, Bakının əsl simasını dəyişmək günahdır. Şəhərin gözəlləşməsi, əhalinin yaxşı yaşaması mənim də ürəyimdəndi. Ancaq buna şəhərin başdan-ayağa dəyişməklə nail olmaq lazım deyil axı. İndi Bakıda Qız qalasından başqa qədim yer saxlamayıblar". Xalq artisti deyir ki, orada təkcə adi yaşayış evləri yoxdur: "Qədim hamamlar, məscidlər də var. Heç olmasa, gələcək nəsillərə Bakının necə olduğunu göstərmək üçün bir yer saxlasınlar. Bakı elə qədim məhəllələrinə görə Bakıdır da". Anar Nağılbaz: "Mən "Sovetski" uşağı deyiləm, amma..." Məşhur reper Anar Nağılbaz isə sözügedən məhəllə sakini deyil. Amma bakılı kimi bu məhəllənin məhv edilməsi onu da narahat edir: "Mən "Sovetski" uşağı deyiləm. Ancaq az keçməmişəm o məhəllələrdən. Daha çox ona təəssüflənirəm ki, köhnə Bakı məhəllələri, tarixi abidələr, qədim hamam və məscidlər bu gün şəhərin gözəlliyinin güdazına gedir. Düzdü, "Sovetski" qədim tarixi yer deyil. Sovet dövründən qalan yadigardı. İstəməzdim sökülsün. Ancaq söküləcəyi təqdirdə oradakı hər bir vətəndaşın fikri nəzərə alınmalıdı. İndiki dövrdə evsiz qalmaq qədər dəhşətli heç nə yoxdu". Bəhram Bağırzadə: "Bu küçələrdə müharibə və inqilab, sevgi və nifrət var" Keçmiş "Bakılı oğlanlar" klubunun məşhur siması, naşir Bəhram Bağırzadə təklif edir ki, "Sovetski" kimi qədim məhəllələrdən ibarət analoqsuz açıq hava muzeyi yaradılsın. Onun sözlərinə görə, "Sovetski" şəhər tarixinin bir parçasıdır: "Bakının bu küçələrində müharibə və inqilab, sevgi və nifrət - hər şey var. Bakıda gedən genişmiqyaslı söküntü əvvəl-axır "Sovetski"yə də gəlməli idi. Ümid edirəm ki, köçürülmə prosesində sakinlər ən yaxşı şəraitlə təmin ediləcəklər. Çünki burada yaşayanların çiyinlərində illərin ağrı-acısı var". B.Bağırzadə qeyd etdi ki, bu məhəllələrdə uşaqlığı keçən biri kimi baş verənlər onu çox üzür: "Amma şəhər mərkəzində elə evlərin olmasını mən də istəməzdim. Söküb-dağıtmaq, tarixi yox etmək də lazım deyil. Şəhərin tarixiliyini insanların yaddaşının ümidinə buraxmaq olmaz. Bakının sökülmə təhlükəsi gözləyən bütün qədim məhəllələrindən ibarət analoqu olmayan açıq hava muzeyi yaratmaq daha yaxşı olar. Bu dünya üçün ilk nümunə, gələcək nəsillər üçünsə Bakının keçmiş tarixi haqda material olar". Qeyd edək ki, Bakının Yasamal rayon ərazisində 10 min ev plana düşüb.
2014-02-20
9,538
Tikinti şirkətinin təsisçisi və direktoru həbs edildi
"Əzizbəy-KM" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. Aparılmış istintaqla Bakı şəhərində fəaliyyət göstərən qeyd edilən MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-02-20
9,539
Komitə sədri Hacıbala Abutalıbovu “kişi söhbəti”nə görə qınadı
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Arif Rəhimzadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Azərbaycanda bir kişi var, o da cənab prezidentdir" fikri ilə bağlı ötən gündən başlayaraq, yaranan polemikalara qısa münasibət bildirib. Komitə sədri A.Rəhimzadə "Publika.az"a açıqlamasında deyib: "Hacıbala Abutalıbov fikrini düzgün ifadə edə bilməyib. Bu, elə məsələdir ki, onun həddi yoxdur. Mən başqa nə deyə bilərəm?".
2014-02-20
9,540
Sabah paytaxtda hava necə olacaq?
Sabah Bakıda qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. "Axar.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
2014-02-20
9,541
Məktəb direktorlarına əlavə səlahiyyət
Azərbaycanda orta məktəblərin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması məsələsinə həmin məktəbin direktoru tərəfindən baxılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na əlavə edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib. Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır. Bunu nəzərə alaraq, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na yeni bənd əlavə edilib. Bu əlavəyə əsasən, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.
2014-02-20
9,542
“Hafka” ilə Knyazın əməkdaşlığı təsdiqləndi
Azərbaycanlı biznesmen Hafiz Məmmədovun Fransada sahibi olduğu "Lans" klubu barədə "Axar.az"ın xəbəri təsdiqini tapdı - Fransanın iki komandası olan "Monako" ilə "Lans" arasında görüşün Bakıda keçiriləcəyi məlum oldu. Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək komandalar paytaxtımızda görüşəcəklər. "Qol.az"ın məlumatına görə, H.Məmmədov artıq bu məsələni Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib. "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "Futbol +" qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: "Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. "Monako" - "Lans" matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır". Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, bu barədə ilk xəbəri "Axar.az" yayıb. Xəbərdə deyilirdi ki, "Hafka" ləqəbli məşhur iş adamının sponsor olduğu "Lans" klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan "Lion"a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə "Lans" "Monako"ya qarşı keçirəcək. Mötəbər qaynaqdan daxil olan xəbərdə bildirilirdi ki, H.Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var: "Bir qədər əvvəl "Hotel de Paris" otelində Monako ilə görüşüblər. Görüşdə H.Məmmədov "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib. Sadəcə "Lans" "Monako"nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur". Onu da yada salaq ki, "Hafka" İngiltərə çempionatının 2-ci dəstə klubu "Lids"i də almaq niyyətindədir. Hazırda bu yöndə danışıqlar gedir.
2014-02-20
9,543
Atıcılarımız Avropaya yollanır
25 Fevral 2014-cü il tarixində Rusiyanın Moskva şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycanı böyüklər arasında İradə Aşumova, Ruslan Lunyov və Rəsul Məmmədov, gənclər arasında Urfan Axundov və Nərminə Səmədova, yeniyetmələr arasında isə Elvin Astanov, Nərmin Abbaslı və Leyla Mirzazadə təmsil edəcəklər. Qeyd edək ki, Urfan Axundov və Nərminə Səmədova eyni zamanda gənclər və yeniyetmələr arasında Çində keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmaq uğrunda da mübarizə aparacaqlar. İdmançıları bu yarışlarda məşqçilər Vladimir Lunyov, Olqa Stepanova müşayət edəcək. Yarışlar 4 mart tarixinədək davam edəcək.
2014-02-20
9,544
Elmar Məmmədyarov Afrikaya səfərə getdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikası (CAR), Mozambik və Botsvanaya rəsmi səfərə yola düşüb. "Axar.az" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,, səfər çərçivəsində E. Məmmədyarovun CAR, Mozambik və Botsvananın rəsmi şəxsləri ilə görüşləri və ikitərəfli əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması nəzərdə tutulur.
2014-02-20
9,545
Gün ərzində 85 cinayət faktı qeydə alındı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb ki, onların da 39-u "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.
2014-02-20
9,546
3 Avropa ölkəsinin naziri Ukrayna səfərini təxirə saldı
Almaniya, Fransa və Polşa Xarici İşlər nazirlərinin paytaxt Kiyevə nəzərdə tutulan səfəri təhlükəsizlik baxımından baş tutmayıb. "Axar.az" Fransa mediasına istinadən xəbər verir ki, dünən gecə saatlarında Kiyevdə atəşkəs elan edilsə də, ordu ilə müxalif qüvvələr arasında toqquşmalar davam edir. Ölkədəki hadisələrin səngiməsindən sonra Ukraynaya səfəri nəzərdə tutulan Almaniya, Polşa və Fransa Xarici İşlər nazirləri səfərdən imtina ediblər. Fransız mətbuatına danışan Fransa rəsmiləri Kiyevin mərkəzinin təhlükə dolu olduğunu bildirərək, hökumətlər arasında nəzərdə tutulan önəmli görüşün növbəti günlərdə keçirilə biləcəyini deyib.
2014-02-20
9,547
Gözəllik kraliçası nümayiş zamanı öldürüldü - Foto
Venesuelada hakimiyyətə qarşı keçirilən etiraz aksiyasında "Turizm gözəli" Genesis Karmona həyatını itirib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Venesuelada tələbələrin hökumətə etirazları davam edir. Həftə sonundan etibarən başlayan nümayişlərdə 6 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlər arasında keçən il "turizm gözəli" seçilən Genesin Karmonanın da olduğu açıqlanıb. Müxalifət lideri Lopezin saxlanılmasına etiraz olaraq meydana çıxan 22 yaşlı Karmona başından ağır yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb.
2014-02-20
9,548
Mədət Quliyevin işçisi cinayət başında yaxalandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 5 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
2014-02-20
9,549
Spiker Moskvada Krımın müstəqilliyindən danışdı - Təhdid
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bu gün Krım parlamentariləri ilə görüş keçirib. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumat görə, qrupa Krım Alı Radasının sədri Vladimir Konstantinov rəhbərlik edir. Nümayəndə heyətinin daha sonra Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi ilə iş üzrə Komitəsində görüş keçirdiyi də bildirilib. Verilən məlumata görə, müzakirələrdə Krıma humanitar yardımın göstərilməsi, həmçinin, yarımadanın alman faşistlərindən azad olunmasının 70 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Qeyd edək ki, Ukrayna hadisələri zamanı Krım parlamenti mərkəzi hakimiyyəti Rusiya ilə müstəqil şəkildə əlaqələr quracağı ilə hədələmişdı. Bu baxımdan təhdidlərin başında duran Krım Alı Radasının sədri Vladimir Konstantinov Moskvaya səfəri maraq doğurmaya bilməz. Dumada görüşlərdən sonra mediaya açıqlama verən Konstantinovun "Krımın ayrılmaq şansından" danışması da ciddi təhdid kimi qəbul olunur.
2014-02-20
9,550
ABŞ-dan Türkiyəyə ciddi xəbərdarlıq
ABŞ Dövlət katibinin sözcüsü Mari Harf Türkiyə prezidenti Abdullah Gül tərəfindən təsdiqlənən "internetdə senzura" qanunu ilə bağlı olan mövzuya münasibət bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mari Harf yeni internet yasağının mənfi təsirlərindən danışıb: "Bu qanun ciddi bir şəkildə ifadə və mətbuat azadlığını, internet vasitəsilə məlumata yiyələnmə prosesini məhdudlaşdıran potensiala sahibdir. Bu qanunun eyni zamanda Türkiyənin iş və sərmayə mühitinə də mənfi təsirinin olacağına inanırıq". Sözcü Harf Vyanadan telekonfrans yoluyla təşkil etdiyi brifinqdə mövzuyla əlaqəli sualları cavablandırıb. Daha sonra xanım Harf ölkə prezidenti Gülün imzaladığı qanunla əlaqədar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) narahatlıqlarının bundan əvvəl də vurğulandığını xatırladıb: "Biz Türkiyədən, ifadə azadlıqları ilə azad və müstəqil medianı müdafiə etməsini gözləyirik".
2014-02-20
9,551
Erməni cinayətkarlar Moskvada yaxalandılar
Rusiya Daxili İşlər Nazirliyi Moskva şəhər Lenin rayonunun cinayət axtarış şöbəsinin əməkdaşları Moskva vilayətinin Leninsk və Odincova rayonlarında bankomatlardan dəfələrlə külli miqdarda vəsait çıxaran şübhəli şəxsləri saxlayıb. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, əsasən axşam saatlarında oğurluq edən cinayətkarlar üç ay ərzində 8 terminaldan 1 milyon rubl civarında pul mənimsəyiblər. Əməliyyat–axtarış tədbirləri nəticəsində 32 və 30 yaşında 2 nəfər Ermənistan vətəndaşı saxlanılıb. İstintaq davam etdiyindən onların adları açıqlanmayıb. Barələrində Rusiya Cinayət Məcəlləsinin 158 maddəsi (oğurluq, 5 il azadlıqdan məhrum etmə) üzrə cinayət işi açılıb.
2014-02-20
9,552
Qəzzafi – zalım diktator, yoxsa xalqın xeyirxah mələyi?..
Qəzzafi öldürüldükdən sonra dünyanın bir çox aparıcı ölkəsinin qəzetləri bu manşetlərlə çıxmışdı: "Liviya 42 illik zülmdən qurtuldu". Bəs əslində, Qəzzafi necə diktator idi? Onun dönəmində Liviya xalqı necə yaşayırdı, gün-güzəranı, sosial təminatı necə idi? "Axar.az" sırf sosial yöndən yanaşaraq Qəzzafinin 42 il boyunca xalqı üçün etdiklərini sıralayır: Liviyada evlərdə istifadə olunan elektrik pulsuz; Su və mavi qaz pulsuz; Liviyada təhsil və səhiyyə xidməti pulsuz; Bütün xəstə insanlara lazımi dərmanlar pulsuz; Benzinin litri 0,08 avro, yəni Azərbaycan manatı ilə hər liviyalı bir litr benzinə görə cəmi 9 qəpik pul ödəyirdi; Liviya milli bankları vətəndaşlara krediti faizsiz verirdi; Liviya Qərb ölkələrinin hücumuna məruz qalana qədər ölkədə evsiz və dilənçi yox idi; Qəzzafinin liderliyi dönəmində Liviya vətəndaşları vergi ödəmirdi; Liviya dünyanın borclu olmayan tək ölkəsi idi; Xaricdə təhsil alan tələbələrə hökumət qarşılıqsız olaraq hər ay 1650 avro təqaüd ödəyirdi. Bundan əlavə, həmin tələbələrə 2500 avro dəyərində xərclik də verilirdi; Ölkədə ali məktəbi bitirən gənclər iş tapana kimi hər ay dövlət tərəfindən maaş alırdılar; Liviya rəhbərliyi evlənmək istəyən bütün cütlüklərə 150 kvadrat metrlik ev hədiyyə edirdi; Liviyada istisnasız olaraq hər ailə aylıq 300 avro yardım alırdı; Neft gəlirlərinin 90 %-i xalqın yaşayışı üçün xərclənirdi... Qəzzafinin əslində xalqını sevdiyini görmək mümkündür, ancaq Liviyanın müstəqil siyasət yürütməsi, Silvio Berluskoninin də dediyi kimi, "böyük güclər"in xoşuna gəlmirdi. Qəzzafinin sevgilisi Oksana Balinskayanın "Qəzzafi Liviya xalqını dəvələrdən endirib, maşınlara mindirdi" sözlərini də unutmaq olmaz. Bu gündən yanaşanda, belə görünür ki, 42 il müddətində qaniçən lider olmuş Qəzzafini Liviya xalqı hələ çox axtaracaq. P.S. Material xarici mediadan istifadə ilə hazırlanıb.
2014-02-20
9,553
Nazirlik aksiyaçılarla görüşəcək
Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya cəhdi Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı ilə bağlı deyil, bu sənədin düzgün tətbiq olunmaması ilə bağlıdır. Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli deyib. C.Valehli qeyd edib ki, bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah saat 12:00-da BDU-nun akt zalında sənədin mahiyyətinin daha düzgün şərh olunması üçün tələbələrlə görüş keçirəcək. Qeyd edək ki, bu gün bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib. (Trend)
2014-02-20
9,555
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyəti ilə bağlı sərəncam
İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (Əlavə 1). "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu" təsdiq edilsin (Əlavə 2). Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aparatının işçilərinin say həddi 384 ştat vahidi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 172 ştat vahidi, Nazirliyin regional bölmələri işçilərinin say həddi 86 ştat vahidi müəyyən edilsin. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1051; 2008, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009, № 10, maddə 775, № 12, maddələr 983, 991; 2010, № 2, maddə 80, № 3, maddə 179, № 4, maddə 296; 2011, № 2, maddələr 83, 85, № 8, maddə 753; 2013, № 8, maddə 902) aşağıdakı dəyişikliklər edilsin: 2-ci, 3-cü və 9-cu hissələr ləğv edilsin; 8-ci hissədə "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri ilə əvəz edilsin". (AzərTac)
2014-02-20
9,556
Minsk qrupunun amerikalı həmsədri Türkiyədə görüşlər keçirib
"Biz Minsk qrupu həmsədrlərinin formatına sadiq qalırıq" "Axar.az" APA-ya istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirib. APA-nın məlumatına görə, bu barədə C.Uorlik "Twitter" səhifəsində yazıb. "Türkiyə hökumətinin regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikrini öyrənmək faydalı olub. Biz Minsk qrupu həmsədrlərinin formatına sadiq qalırıq", - deyə amerikalı diplomat bildirib. Xatırladaq ki, fevralın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvana səfər ediblər. Səfərin yekunlarına dair qəbul olunmuş bəyanatda həmsədrlər münaqişənin həlli ilə bağlı işi davam etdirmək və yüksək səviyyədə görüşləri təşkil etmək niyyətində olduqlarını bir daha qeyd ediblər.
2014-02-20
9,557
Türkiyə-Suriya sərhədində partlayış: 40 yaralı
Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis rayonundakı Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 40-dan çox insan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Bir neçə nəfərin də öldüyü bildirilir, ancaq bu haqda məlumat hələlik rəsmən təsdiqlənməyib. (ANS)
2014-02-20
9,558
"Azəriqaz"a 344 min manata yaxın ziyan dəyib
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. "Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görülmüş işlərin nəticəsində məlum olub ki, cari ilin yanvar ayında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3 439 600 kubmetr həcmində təbii qaz itirilib. Bu pozuntulara yol vermiş 2323 istehlakçının qaz təsərrüfatına müvafiq qüsur aktı tərtib olunub. Tərtib olunmuş həmin aktlara əsasən, dəymiş ziyan 343 960 manat dəyərində hesablanıb. Aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün də müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib. "Azəriqaz" İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.
2014-02-20
9,559
Kiyevdə azərbaycanlı rəssam yaralandı
Kiyevdə etiraz aksiyaları zamanı daha bir azərbaycanlı xəsarət alıb. Ukraynada yaşayan Azərbaycan əsilli rəssam Rasim Sevdimov Maydanda olarkən yaralanıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun verdiyi məlumata görə, R.Sevdimovun yanında səs qumbarası partlayıb. Qumbaranın qəlpələri onun əlinə və ayağına dəyib. H.Cavadov hazırda rəssamın vəziyyətinin yaxşı olduğunu bildirib. (ANS)
2014-02-20
9,560
Ailəsi: “Ramiz Əzizbəyli ağır durumdadır”
"Heç bir səhiyyə orqanının Ramiz Əzizbəylini müalicə etməkdən boyun qaçırmağa ixtiyarı yoxdur. Avtomobil qəzası keçirən və son günlər səhhəti daha da pisləşən Xalq artisti Ramiz Əzizbəyli sabah xəstəxanaya yerləşdiriləcək". Bu sözləri "Axar.az"a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov dedi. Onun sözlərinə görə, fevralın 21-dən etibarən aktyorun müalicəsinə başlanılacaq. M.Hətəmov qeyd etdi ki, rəhbərlik etdiyi qurumun müraciəti olmasa belə, heç bir səhiyyə orqanı R.Əzizbəylini müalicə etməkdən boyun qaçıra bilməz: Sabah xəstəxanaya yerləşdiriləcək "Elə bir şey ola bilməz ki, Ramiz Əzizbəylini hansısa xəstəxanaya aparsınlar və xəstəxana onu müalicə etməkdən boyun qaçırsın. Buna heç bir səhiyyə orqanının ixtiyarı yoxdur ki, elə bir aktyoru geri qaytarsın. Mən dünən Ramiz bəyin yaxın dostu ilə əlaqə saxlamışam. Bu barədə heç bir söz demədi mənə. Elə bu dəqiqə də Ramiz bəyin xanımı ilə əlaqə saxladım. Özü şəxsən dedi ki, sabah Mərkəzi Klinik Xəstəxanasının yanındakı poliklinikaya yerləşdiriləcək. Özünə də bildirdim ki, nə köməklik lazımdırsa, biz hazırıq. Sabah biz də çalışacağıq ki, orada olaq". M.Hətəmovun sözlərinə görə, rəhbəri olduğu qurum bütün incəsənət nümayəndələri ilə maraqlanır: "Biz özümüz hər biri ilə əlaqə saxlamağa çalışırıq. Bu yaxınlarda Ramiz Əzizbəylinin yubiley gecəsini də qeyd etdik. Bundan sonra da ona və onun kimi digər bütün aktyor və aktrisalarımıza hansı köməklik lazımdırsa etməyə hazırıq". "Aktyoru köməksiz qoymayacağıq" Mədəniyyət və Turizm Nazirliyindən isə hansısa köməkliyin edilib-edilməməsi ilə bağlı məlumatın olmadığı bildirildi. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun sözlərinə görə, belə bir çətin vəziyyətdə aktyoru köməksiz qoymayacaqlar. Qeyd edək ki, aktyorun durumu ilə bağlı aktyorun xanımı mətbuata məlumat verib. O, bildirib ki, hazırda R.Əzizbəylinin səhhəti yaxşı deyil. Aktyor danışa bilmir, ayaqları tutulub. Ev şəraitində müalicə etmək isə çətindir: "Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb. Məhz bu səbəbdən də kiməsə deməmişik. Həkimlər də gəlib baxır. İndi onun vəziyyətinin necə olacağını da bilmirik".
2014-02-20
9,561
Qazaxıstanla hərbi sahədə əməkdaşlıq müzakirə edildi
Bu gün Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədovun Bakıda səfərdə olan Qazaxıstan müdafiə nazirinin müavini Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
2014-02-20
9,562
Ukraynada vəziyyəti Kliçko qızışdırır – Şok
Kiyevdə olan son durum haqqında orada yaşayan həmyerlimiz Zülfiyyə Rzayevə "Axar.az"a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik: - Maydanda hal-hazırda vəziyyət necədir? - Burada vəziyyət pisdir. Maydan tüstü içərisindədir. 30-a yaxın adam ölüb. Metroları bağlayıblar. Partlayış olar deyə, iki gündür metrolar da işləmir. Ölənlərə görə bu gün burda matəm günü elan olunub. Maydanda çadırların hamısı yandırılıb. Prezident istəyir ki, camaat geriyə çəkilsin. Burda olanların üstlərinə Donetskdən adamlar gətizdirir. Nəinki Kiyevdə, Borispolda da camaat yolları bağlamaq üçün küçələrə tökülüb. Hətta Borispolda yolu kəsən insanlara atəş də açılıb. - Maydana gedən azərbaycanlılar çoxdurmu? - Dəqiq say deyə bilmərəm. Amma onu bilirəm ki, az deyil. Onlardan biri yaralanıb. Televizorda da göstərirlər ki, hər gün bizim bayraq orda dalğalanır. - Bəs Maydanda olan mağazalar, avtobuslar işləyirmi? - Yox, Maydanda olan nə aptek, nə mağaza - heç nə işləmir. Təkcə avtobus, tramvay işləyir, amma Maydan tərəfə heç bir taksi getmir. Orada yaşayan insanlar evlərini satışa qoyublar. Hətta evlərini dəyişməyə belə razıdırlar. - Bu toqquşmadan sui-istifadə edənlər varmı? - Maydanda olan aktivistlər Kliçko, Luçenko insanları qızışdırırlar ki, kimin silahı varsa, götürüb gəlsin. Prezident də geriyə çəkilmir, çünki Putin deyib ki, Olimpiada qurtarandan sonra adamlarını Kiyevə göndərəcək və hamını güc yolu ilə yola gətirəcək. O da Putinə arxayın olub geri çəkilmir. İnsanlar da geri çəkilmək fikrində deyil.
2014-02-21
9,563
Kiyevdə ölənlərin sayı 76 oldu - Siyahı/Foto/Yenilənib
Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. "Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub", deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir. Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib". 00:52 Son əldə olunan məlumatlara görə, Ukraynada ölənlərin sayı 76-ya çatıb. Ukrayna İnsan Hüquqları İnformasiya Mərkəzinin nümayəndəsi Tatiyana Peçkunçuk aksiyada həyatını itirənlərin siyahısını Feysbuk səhifəsində yayımlayıb. "Axar.az" həmin siyahını təqdim edir. 1. Aratunyan George - təxminən 50 yaş 2. Baydovskyy Sergey R. Luk - 22 yaş 3. Brezdenyuk Valery Vinnitsa - 50 yaş 4. Sergey Bondarçuk Starokostiantyniv. Xmelnitski rayonu -1961 5. Vasyltsov Vitali V. Kiyev - 1977 6. Varenitsa Roman M. Yavoriv regionu - 14.12.1978 7. Veremiy Vyaçeslav. Kiyev - 32 yaş 8. Voytoviç Nazar Y - 1996 9. Qolodniuk Ustim Zbraj V. Ternopil reg. - 1994 10. Qoçin - 1969 11. Qrineviç Eduard. Volin - 1985 12. Zalovaha Anatoliy. Lvov şəh. - 1980 il 13. Zakarov Vladimir K. - 57 yaş 14. Dvoryanets Antonina Brovariy - 1962 15. Diqdaloviç Andrey 16. Didik Sergey Vasilieviç. Qorodenka ray. - təxminən 44 yaş 17. Dizyavulskiy Nikolay - 1958 18. Zherebnev Anatoli 19 . Aleksander Kapinos. Ternopil regionu. - 10.03.1984 20. Kemskiy Sergey Kerç - 1980 21. Kişuk Vladimir Y. Zaporoje şəh. - 1956 22. Korzak Andrey. Lvov şəh. - 32 23. Kostenko İqor. Lvov - 22 24. Kotsyuba Vitaliy N. Lvov şəh. - 22 il 25. Kremano Con 26. Kulçutskiy Vladimir S. Kiyev şəh. - 1949 27. Musa Vasili Mixayloviç. Volin - 23.03.1992 28. Andrey Movçan 29. Vladimir Qriqoryeviç. Donetsk şəh. - 09.03.1970 30. Opanasyuk Valeriy 31. Paraşuk Yuri. Xarkov - 1966 32. Paşalin Yuri Aleksandroviç. Çerkasva şəh. - 1984 33. Aleksandr V. Plexanov. - 1991 34. Saienko Andrey. Kiyev şəh. - 1972. 35. Serdyuk İqor. Poltavska şəh. - 40 36. Smilenko Viktor. Kirovoqrad şəh. - 1961 37. Vitaliy. Uman ray. 38. Solçanik Boqdan. Lvov. 1985 39. İqor Tkaçuk. Kalininqrad regionu (Rusiya) - 1975. 40. İvan Kampus 41. Ushneviç Oleq. - 1982 42. Hmilenko Viktor - 1961 43. Xurdiy Zurab 29.07.1960 44. Çaplinskiy Vlad 45. Andrey Çernenko - 35 46. Kirlet Aleksandır. Kiyev şəh. 47. Şapoval Sergey 48. Şlinq Yosil. - 1953. 49. Diqdaloviç Andrey - 03.06.1973 50. Vayda Boqdan - 04.28.1965 51. Şerbaniuk Aleksandr - 02.01.1968 52. İvan 53. Vladimir N. 54. Solçanuk Boqdan 55. Saienko Andrey - 1962 56. Andrey Movçan S. Kiyev - 1980 57. İqor Kostenko 58. Bondarçuk Sergey Mixayloviç 59. Toçin Roman - (Başından vurulub) 60. Şherbaniuk Aleksandr 61. Oponasyuk Valeriy Adamoviç 62.Leonid P. Polanski 63. Baydovskiy Sergey Romanoviç 64. Kotsyuba 65. Voytoviç Nazar Y. 66. Sergey Kemtskiy Aksiya zamanı həyatını itirən polis əməkdaşları: 67. Bulitka Vasili V. Kiyev - 1986 68. Dmitri Vlasenko. Krım - 1982 69. Vitali I. Qonçarov. Krım - 1989 70. MD Volodymyr. Kiyev - 1971 71. İvanenko Aleksey Nikolayeviç. Xarkov - 1977 72. Peter Saviçki. Kiyev -1972 73. Teplyuk İvan Çerniqov - 1993 74. Maksim Tretiak L. Çernov - 1993 75. Fedyukin Andrey. Krım - 1972 76. Tsviqun Sergey V. Zaporoje - 1990 il
2014-02-20
9,564
Türkiyə dərnəyindən Xocalı soyqırımı ilə bağlı maraqlı ideya
Afyonqarahisar Oğuz Boyu Yörüklər Türkmənlər Dərnəyi Xocalı Soyqırımının Türkiyə parlamentində tanınmasının vacibliyi barədə geniş açıqlama verib. Bu haqda "Axar.az"a dərnəkdən məlumat verilib. Məlumatda deyilir ki, 26 fevral Xocalı soyqırımının ildönümünün yaxınlaşması ilə bağlı müxtəlif təşkilatlardan maraqlı ideya və təkliflər də gəlməkdədir. Maraqlı ideyalardan biri də Afyonqarahisar Türkmənlər dərnəyindən gəlib. Dərnək Türkiyə hökumətinə Xocalı soyqırımının ölkə parlamentində müzakirəyə çıxarılmasını və soyqırımı kimi tanınmasını təklif edir. Həmçinin dərnəyin bir digər ideyası isə Türkiyənin 81 vilayətində də Xocalı qurbanlarına həsr olunmuş abidələrin ucaldılmasıdır. Geniş mətbuat açıqlamasında türk-müsəlman qardaşlığı və Türkiyənin hər yerdə olduğu kimi Xocalı məsələsində də Azərbaycanın yanında olmasının vacibliyi vurğulanır.
2014-02-20
9,565
Yaxın saatlarda Ukraynaya qarşı sanksiyalar tətbiq ediləcək
Avropa Birliyinə üzv olan dövlətlərin XİN rəhbərləri bu gün Ukraynada baş vermiş zorakılığa səbəb olan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinə dair qərar veriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliya XİN rəhbəri Emma Bonino "BBC"yə açıqlamasında bildirib. Qeyd edək ki, sanksiyalar viza məhdudiyyətləri və bank hesablarının dondurulmasını nəzərdə tutur. "Qərar yaxın saatlarda həyata keçiriləcək. Zorakılığa səbəb olan şəxslərə qarşı viza məhdudiyyətləri və bank hesablarının dondurulması nəzərdə tutulur", deyə Bonino bildirib.
2014-02-20
9,566
Ağ Ev Yanukoviçə tələb göndərdi
ABŞ administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevin mərkəzindən çıxarmağı və müxalifətə dinc aksiyasını davam etdirməyə imkan yaratdığını tələb edib. Bu haqda jurnalistlərə Ağ Evdə brifinq keçirən ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib. C.Karni bildirib ki, Ağ Ev Ukraynadakı qarşıdurmanın bir an öncə dinc məcraya yönəldilməsini vacib sayır: "Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrini hakimiyyət-müxalifət qarşıdurmasına qarışmamağa çağırır. Ağ Ev düşünür ki, problemi dinc yolla həll etmək imkanları hələ tükənməyib. Güc işlətməklə böhrandan çıxmaq mümkün olmayacaq. Güc işlədilməsin dərhal dayandırmaq, Ukrayna xalqının etirazlarına səbəb olan problemləri aradan qaldırmaq üçün qəti addımlar atmaq gərəkdir". Cey Karninin sözlərinə görə, rəsmi Vaşinqton Avropadakı tərəfdaşları ilə Kiyevdə qan tökülməsi üçün məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, Ukraynanın bütövlüyünə və müstəqilliyinə yardım etməyə çalışır ("Musavat.com").
2014-02-20
9,567
Abbas Abbasov Prezidenti təqdir elədi – Məqalə
Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Xocalı soyqırımının 22 ildönümünə həsr olunmuş məqalə ilə çıxış edib. "Axar.az"ın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, erməni separatçılarının Xocalıda törətdiyi vəhşilikdən bəhs edərək, faciənin yaratdığı fəsadlardan danışıb. Miqyasına və sərgilənən vandallığa görə faciəni əsl genosid adlandiran Abbas Abbasov hadisəni törədən şəxslərin ədalət qarşısında bir gün mütləq cavab verəcəyini ifadə edib. O, bəzi ölkələrin hadisəyə biganə yanaşmasına da təəssüf edib. Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2014-cü ildə "Xocalıya ədalət" kampaniyasını təqdir edən Abbas Abbasov bununla da ölkəmizin dəqiq mövqeyinin ortaya qoyulduğunu bildirib. Sonda o, Rusiyada və dünyada yaşayan azərbaycanlılardan faciənin əsl mahiyyətinin yeli ictimaiyyətə çatırılmasında fəal olmağa çağırıb.
2014-02-20
9,568
Gəncədə yaşlı qadın yaşadığı evdə yanaraq öldü
Gəncədə yaşayış evində bədbəxt hadisə baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 21 radələrində şəhərin Dədə Qorqud küçəsi bina 30 mənzil 35-də baş verib. Məlumata görə, mənzildə yanğın baş verməsi barədə idarəyə məlumat daxil olub. Dərhal yanğınsöndürənlər hadisə yerinə yollanıb. Alovun qarşısı alınsa da, mənzildən 1947-ci il təvəllüdlü İsmayılzadə Maral Yusif qızının meyiti aşkarlanıb. Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin məlumata görə, qadın qətlə yetirilib, sonra isə mənzili yandırılıb.
2014-02-20
9,569
Putin Ukraynaya vasitəçi göndərir
Rusiya prezidenti Vladimir Putin Ukraynada iqtidar-müxalifət arasında vasitəçilik etmək üçün bu ölkəyə ombudsman Vladimir Lukini göndərir. "Axar.az" rus mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dimitri Peskov məlumat verib. Peskovun bildirdiyinə görə, məsələ ilə bağlı Ukrayna tərəfi Rusiyaya müraciət edib və Rusiya bu təklifi qəbul edib. Qeyd edək ki, Vladimir Lukin diplomatik təcrübəyə, hüquq müdafiəçiləri arasında böyük nüfuza malikdir.
2014-02-20
9,570
Ermənistan nədən Gömrük İttifaqına daxil olub? – Şok səbəb
"Biz Gömrük İttifaqının tərkibinə Dağlıq Qarabağın müstəqilliyini təmin etməkdən ötrü daxil olmuşuq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Respublika Partiyasından olan deputat Artur Zakaryan deyib. O, Ermənistanın hazırda təhlükəsizliyinin daha pis vəziyyətdə olduğunu vurğulayıb: "Biz Gömrük İttifaqının tərkibinə Dağlıq Qarabağın müstəqilliyini təmin etməkdən ötrü daxil olmuşuq, amma indi görürük ki, təhlükəsizliyimiz 3 sentyabra qədər olan vəziyyətdən daha çox təhlükə altındadır. Azərbaycan çox yaxşı bilir ki, Dağlıq Qarabağın həlli və təhlükəsizliyi məsələsini Ermənistan inteqrasiya problemlərinə tərəf aparır. Hansı ki Qarabağı hər kəs sayacaq. Əgər Qarabağ inteqrasiya proseslərinin tam hüquqlu üzvü olsa, Azərbaycan tərəfindən təklif olunan həll məsələsi çətinləşəcək. Qısası, Azərbaycanın dediyi müharibə variantı istisna edilir".
2014-02-20
9,572
İran Ermənistanla əlaqələri genişləndirir
"İran Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə hazırdır". "Axar.az" "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mərziyyə Afham deyib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan Televiziya və Radio Komissiyasının sədri Qaqik Buniatyanla görüşündə Ermənistanla bütün istiqamətlərdə olduğu kimi media sahəsində də əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Xatırladaq ki, İran tərəfinin xahişi ilə Qaqik Buniatyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də İrana səfərə gəlib. Keçirilən görüşlərin nəticəsi olaraq, İran və Ermənistanın televiziya qurumları arasında sənədin imzalanması gözlənilir.
2014-02-20
9,573
İranda onlarla milli fəal həbs edildi
Güney Azərbaycanın Əhər şəhərində onlarla milli fəal tutulub. "Axar.az"ın məlumatına görə, 21 fevral - Ana Dili Günü münasibəti ilə Əhərdə fəalların birinin evinə toplaşan milli fəallar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar. Tutulanlar arasında tanınmış fəal Abbas Lisaninin də olduğu bildirilir. Qeyd olunur ki, Əhərdə bir araya gələn 100-ə yaxın milli fəaldan neçəsinin həbs olunduğu dəqiq bəlli deyil. Lakin dəqiqləşdirilməmiş məlumata görə, Abbas Lisani, Saleh Molla Abbasi, Əsgər Əkbərzadə, Əkbər Əbulzadə, Fərdin Muradpur, Fərəc Nuri və Meysəm Azadinin tutulanlar arasında olduğu güman edilir. Hələlik, tutulanların harda saxlanıldığı ilə bağlı da dəqiq məlumat yoxdur.
2014-02-20
9,574
Atatürkün mənəvi qızından Atayla bağlı şok etiraf – Video
Məşhur tarixçi Mustafa Ərməğan Atatürk və mənəvi qızı ilə əlaqədar mübahisəli video yayıb. Videoda Atatürkün mənəvi qızı maraqlı etiraf edib. "Axar.az" xəbər verir ki, Ərməğan tvitterdə paylaşdığı videoda Atatürkün 2012-ci ildə avtomobil qəzasında vəfat edən mənəvi qızı Ülkü Adatəpənin illər əvvəl "TRT"yə verdiyi müsahibənin görüntüləri var. Hamının gözündən qaçan bu müsahibədə Ülkü Adatəpə bir etiraf edib: Atatürk mənəvi qızına pivə içirdibmi? Adatəpə müsahibəsində fotoalbomundan beş yaşında olduğu bir fotonu göstərərək Atatürklə bir yerdə pivə zavodunda ona pivə içirtdiyini etiraf edib.
2014-02-20
9,575
Yanukoviçin ailəsi ölkəni iki təyyarə ilə tərk etdi
Ukraynada radikal müxalifətlə hökumət qüvvələri arasında davam edən toqquşmalar ərəfəsində prezident Viktor Yanukoviçin ailəsi ölkəni tərk edib. Bu barədə deputat Oleq Lyaşko feysbuk hesabında yazıb: "İndicə mənim Donetsk prokurorluğundakı mənbələrim məlumat verdilər ki, Donetsk aeroportundan Yanukoviçin böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə uçdu. "Borispol" aeroportunun VİP terminalında "Regionlar Partiyası"nın deputatları Saldo və Povaliy var. Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar" ("Qafqazinfo")
2014-02-21
9,576
Gürcüstanda Maydana dəstək aksiyası keçirildi - Foto
Gürcüstanın paytaxtı Tiflisdə Ukraynaya dəstək aksiyası keçirilib. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mitinqdə təxminən 100-ə yaxın insan iştirak edib. Aksiyalara iki gündür start verilib. Saat 19:00-da başlanan mitinq 2 saata yaxın davam edib. Müxbirimizə açıqlama verən təşkilatçılar "euromaydan Tbilisi" adlı Feysbuk səhifəsinin açıldığını və bu səhifəyə qoşulanların sayının hər gün artdığını bildirib. Aksiya gedən müddətdə heç bir toqquşma qeydə alınmayıb. Polis vətəndaşların təhlükəsizliyini təmin etmək üçün aksiyanı izləyib. Xatırladaq ki, bir çox Avropa ölkələrində Ukraynaya dəstək üçün oxşar dəstək aksiyaları təşkil edilib, Feysbuk səhifələri yaradılıb.
2014-02-21
9,577
Leyla Əliyeva "Sözlər"də - Foto
Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, insanı ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyaların müəllifi Rəşad Ələkbərovun "Sözlər" adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı sərginin açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova qeyd edib ki, Müasir İncəsənət Muzeyi yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başlayıb. Məryəmin fərdi sərgisi böyük uğurla keçib. Aida Mahmudova yeni sərgi haqqında məlumat verərək deyib ki, Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. O bildirib: "Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi vardır. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur". Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür. Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib. Sonra sərgiyə baxış olub. Sərgidə rəssamın 5 əsəri nümayiş olunur. Bunlardan "Ümid" və "Məqsəd" adlı əsərləri avtoportretdir. Digər əsərləri isə "Mənə incəsənət göstər", "Hər parıldayan qızıl deyil" və "Haradan gəlib, hara gedirsən?!" adlanır. Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın "Lost in translation. This too shall pass" ("İtmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində "YARAT" Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib (ANS). Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcək.
2014-02-21
9,578
Yanukoviç müxalifətin seçki tələbinə “hə” dedi
Polşanın Baş naziri Donald Tusk Viktor Yanukoviçlə görüşdən sonra açıqlama verərək bildirib ki, Ukrayna prezidenti müxalifətin tələb etdiyi erkən seçkilərə getməyə razıdır. "Axar.az" xəbər veiri ki, Yanukoviç Avropa Birliyi təmsilçilərinə prezident seçkilərinin bu il keçirilməsinin mümkünlüyünü ifadə edib. Xatırladaq ki, Fransa, Almaniya və Polşa Xarici İşlər nazirləri Loran Fabius, Frank Ştaynmayer və Radoslav Sikorski Kiyevdə Yanukoviçlə görüşdən sonra müxalifətlə təmas üçün onların qərargahlarına yollanıblar.
2014-02-21
9,579
Bu gün Ana Dili Günüdür
21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr ayında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Azərbaycan dili bu dialektlərdən biridir. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir: Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.
2014-02-21
9,580
Soçini canavar basdı – Video
Soçi Qış Olimpiadasında skandallar bitmək bilmir. "Axar.az" xəbər verir ki, Soçi Qış Olimpiadasında baş verən skandallara biri də əlavə olunub. ABŞ-lı idmançı Keyt Hansen internetdə paylaşdığı videoda idmançıların qaldığı binada bir canavar gəzərkən görünür. Həmin videonu təqdim edirik:
2014-02-21
9,581
Tarkanın villası söküləcək - Foto
Məşhur müğənni Tarkanın sakit həyat yaşamaq üçün meşəylə əhatə olunan və qarşısında dağların olduğu villası söküləcək. Tarkanın külli miqdarda pul xərcləyərək tikdirdiyi villanın gələn həftə sökülməsi nəzərdə tutulub. Qeyd edək ki, villa söküldükdən sonra yerində körpü tikiləcək. Tarkanın villasının görüntüləri ("Show.az").
2014-02-21
9,582
BMV-dən ucuz modellər gəlir
BMV M seriyası şübhəsiz ki, avtomobil həvəskarları tərəfindən ən çox arzulanan avtomobillərindən biridir. Çox təəssüf ki, qiymətlərinin baha olması M seriyasının əsas müştəriləri sayılan gənclərə əngəl törədir. "BMW" yaxın gələcəkdə M seriyası avtomobillərini gənc BMV həvəskarlarının cibinə uyğun qiymətə satmağı planlaşdırır. "Automotive News"a açıqlama verən BMV-nin Şimali Amerika strategiya idarəçisi Oliver Qanserin dediyinə görə, indiyə kimi M seriyası performans avtomobilləri 40 yaşlarında olan kişi sürücülər tərəfindən seçilir. BMV-nin məqsədi ucuz performans avtomobilləri ilə gənc müştəriləri cəlb etməkdir. MPA, yəni "M Performance Automobiles" olaraq adlandırılan M şöbəsinin alt markası tərəfindən təkmilləşdiriləcək avtomobillər, standart olaraq satılan avtomobillərə nisbətən daha yüksək güc və daha yaxşı yol tutumu təmin edəcək. MPA tərəfindən təkmilləşdirilən ilk avtomobillər dizel 5 Seriyası, X5, X6 və yeni tanıdılan "BMV M235i" modelidir. (avtoklub)
2014-02-21
9,583
Səsdən sürətli təyyarədə möhtəşəm yenilik
Səsdən sürətli təyyarələrin hazırlanmasında ixtisaslaşan "Spike Aerospace" şirkəti təyyarə salonunda ənənəvi illüminatorlardan imtina edərək onları salonun divarları üzrə yüksək keyfiyyətli nazik displeylərlə əvəz etməyi planlaşdırır. "Axar.az" "cybersecurity.ru" saytına istinadən xəbər verir ki, təyyarənin füzelyajında ənənəvi illüminatorların ləğv edilməsilə təyyarənin xarici görünüşünün köklü şəkildə dəyişilməsi və onun aerodinamikasının yaxşılaşdırılması mümkün olacaq. Səsdən sürətli ilk "S-512" təyyarəsinin 2018-ci ildə ilk uçuşu həyata keçirəcəyi gözlənilir. Şirkət nümayəndələri tərəfindən açıqlanan layihəyə görə, salonda simulyasiya edilmiş təbii atmosfer olacaq. Qeyd edək ki, 18 sərnişin üçün nəzərdə tutulan dəyəri 80 milyon dollar olan "S-512" təyyarəsi layihə başa çatdıqdan sonra Atlantik okeanın üzərindən uçmaqla Londondan Nyu-Yorka olan məsafəni 3 saata qət edə biləcək.
2014-02-21
9,584
Onlar Maykrasoftu 5 milyard ziyana saldı
2013-cü ildə istifadəçilərin internetdə təhlükəsizliyə riayət etməməsi 5 milyard dollar itkiyə səbəb olub. "Axar.az" Rabitə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məlumat Maykrasoft korporasiyasının kompüter təhlükəsizliyi beynəlxalq indeksinin (MCSI) hesablamaları nəticəsində bəlli olub. Hesabatda deyilir ki, bu məbləğə yalnız fişinq və internet fırıldaqçılığının digər formalarından maliyyə itkiləri daxildir. Məlumatda qeyd olunur ki, internetdə ziyandan zərərçəkmiş istifadəçilərin peşəkar reputasiyasının bərpasına təxminən 6 milyard dollar xərclənib. "theRunet" xəbər verir ki, hesabatda istifadəçilərin yalnız 36 faizinin sosial şəbəkələrdə özləri haqqında məlumatları məhdudlaşdırdığı və 33 faizinin məxfilik funksiyalarından istifadə etdiyi bildirilir. Daha 33 faiz isə qurğularını mobil qurğuların bağlanması üçün PIN-kod və parollar vasitəsilə blok edir. Koorporasiyanın nümayəndələri isə sosial şəbəkələrdə istifadəçilərə məxsus məlumatların məhdudlaşdırılması və kənar şəxslər üçün səhifənin bağlanmasını tövsiyə edir. Bundan başqa, ekspertlər istifadəçilərə mobil qurğular üçün PIN-koddan istifadə etməyi məsləhət görür.
2014-02-21
9,585
Nikol Kidmanın cavan qalmasının sirri
"Oskar" mükafatlı kino aktrisası Nikol Kidman gənc qalmasının sirlərini açıqlayıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, aktrisa estetik əməliyyatı keçirməklə özünün cavan qalması ilə bağlı sualları inkar edib. Nikol Kidman estetik əməliyyatla bağlı jurnalistlərin ona ünvanladığı suallara cavabında özünün gözəllik sirrini açıb: "Bu belə deyil, məndə hər şey təbiidir. Gənc qalmamın sirri bol su içməyim, müxtəlif meyvələr yeməyim və yoqa ilə məşğul olmağımdır. Həm də etiraf edim ki, gəncləşdirici üz kremlərindən də istifadə edirəm. Amma təbii olan kremlərə daha çox üstünlük verirəm. Estetik əməliyyata ehtiyacım yoxdur. Bir qadın kimi gənc qalmamın sirri də istifadə etdiyim "Kroydon Feyslift" ("Croydon Facelift") kremidir. Saçlarımı yuxarıdan dartaraq yığıram və bu kremdə istifadə edib üzümdəki qırışlar gizlədirəm".
2014-02-21
9,586
Cəfəri ilə sonsuzluğa son qoyun
Kalsium, dəmir, fosfor və C vitamini ilə zəngin olan cəfəri qan dövranını sürətləndirir. Kişilərdə sperma keyfiyyətini artıraraq, sonsuzluğa son qoyur. Kişi və qadında cinsi istəyi artırır. Cəfərinin digər faydaları: 1. Bağırsaqları işlədir və həzmi asanlaşdırır. Sidikqovucu xüsusiyyəti ilə bədəni və qanı təmizləyir. 2. Qəbizliyin qarşısını alır. Mədə və bağırsaq qazlarını aradan qaldırır. 3. İştah açır. 4. Qızdırmanı aşağı salır. 5. Gözləri qüvvətləndirir. Diş ətini möhkəmləndirir. 6. Qan azlığına qarşı çox faydalıdır. Halsızlığı aradan qaldırır. 7. Yüksək təzyiqi aşağı salır. Ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur. 8. Qaraciyər xəstəlikləri ilə revmatizm, selülit və ekzemaya qarşı xeyirlidir. 9. Menustrasiya dövrünü nizamlayır. 10. Dəriyə canlılıq bəxş edir və saçları canlandırır.
2014-02-21
9,587
Deputatlar Sarkisyandan seçki qırğınının hesabını sorur
Ermənistan parlamentinin növbəti sessiyasında 1 mart hadisələri ilə bağlı imza toplanılacaq. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, koalisiyalara daxil olmayan fraksiya üzvləri parlamentin fevralın 24-də keçiriləcək iclasında 1 mart hadisələrinin araşdırılması ilə bağlı növbənkənar iclasın çağrılması və xüsusi komissiyanın yaradılması üçün imzatoplama aksiyası keçiriləcək. Jurnalistlərin suallarını cavablandıran "Erməni Milli Konqresi" fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, president seçkilərindən sonra 1 mart 2008-ci ildə dinc aksiyaçılara qarşı edilən hərəkət əsl cinayətdir və bu aktın üstünün açılmaması təəssüf doğrur."Bu cinayətin üst açılmalı, cinayətkarlar isə əsl cəzasını almalıdırlar. Martın 1-ə təyin etdiyimiz mitinqdə bir daha erməni xalqı və dünyaya göstərəcəyik ki, həmin hadisələrin üstünün açılmasında qərarlıyıq". Xatırladaq ki, 20 fevral 2008-ci ilə təyin edilmiş prezident seçkilərinin ertəsi günü Serj Sarkisyanın prezident seçilməsinə etiraz edən minlərlə aksiyaçı günlərlə mərkəzi meydanlardan çəkilmədi. Məsələnin qəlizliyini görən Sarkisyan aksiyaçılara qarşı güc tətbiq etdi. Nəticədə 10 nəfər öldürüldü, yüzlərlə aksiya iştirakçısı həbsə atıldı. Onların bəziləri hələ də dəmir barmaqlılar arxasındadır.
2014-02-21
9,588
Ən böyük təhlükə ac adamdır!
BRİTANİYA QOLODOMORU "Aclıq təkcə üçüncü dünya ölkələrinin problem deyil". Bu sözlər böyük imperiya keçmişinə malik Britaniyanın ərzaq banklarının qarşısında asılmış fəaliyyət devizidir. Dünyanın əsas siyasi mərkəzlərindən biri olan ingilis dövləti İkinci Cahan Savaşından sonra yaşanan sosial böhranı tez bir zamanda öz dominionları hesabına aradan qaldırmasına baxmayaraq, onun 21-ci əsrdə də yoxsulluq şəratində yaşayan xeyli əhali kütləsi var. Bu gün Qərb mediasında 27 anqlikan yepiskopunun Baş nazir Devid Kemeron əleyhinə protest müraciəti yayımlanıb. Hökumətin hər zaman yaxından ilgi göstərdiyi din xadimlərinin kəskin narazılığına səbəb kasıblıq, onun nəticəsində yaranan natamam qidalanma və aclığın doğurduğu ölüm hallarının artmasıdır. İnanclı insanlar ölkədəki vəziyyəti "milli böhran" kimi xarakterizə etmişlər. Son illərin büdcə ixtisarları fonunda çəkilmiş kəmərlər artıq "yol verilən həddi" keçmişdir. Yepiskoplar Kemeronu sosial xidmət sistemini deqradasiyaya uğratmaqda və əhalinin çəkili bir hissəsini həyatın sərt imtahanları ilə üz-üzə qoymaqda ittiham edirlər. Müxtəlif xeyriyyə təşkilatlarından və ərzaq yardımı üzrə mərkəzlərdən gündəlik qidalanma üçün kömək istəyənlərin sayı yarım milyondan çox olub. Aydınlıq üçün qeyd edək ki, əslində, hamının başa düşdüyü küçə və meydanlarda sədəqə diləməyin daha sivil forması olan ərzaq bankları könüllü ianələr və vətəndaşların natural şəklindəki bağışlamalarından formalaşır. Razılaşaq ki, daha humanist bir ehtiyac qarşılama institutunu yaratmaq hələ ki, insanlığın ağlına gəlməyib. Belə mənzərəni çəkib göstərmək Hitler Almaniyasında, yaxud elə postmüharibə illərində ağır məşəqqətlərdən keçən Sovet adamlarının məhdud qidalanma və talonla idarəçilik dönəmini xatırladır. Fərq yalnız ondadır ki, birincilərdə tiraniya və diktatura hakimiyyətdə idi, bugünkü ingilis aləmində isə səalhiyyət mücrüsü demokratların əlindədir. Dili dualı din adamlarının məktubunda daha sonra deyilir: 5.500 halda insanların məhz yetərsiz qidalanmaya görə hospital yardıma ehtiyacı olub, 20 faizdən artıq qadın məcburi qaydada özünü şüurlu dietaya məruz qoyub ki, övladları korluq çəkməsinlər. İnkişaf etmiş bir ölkə üçün bunlar yolverilməz haldır! Düz söz kəsici bıçaq kimidir. Faktlar həmişə amansız olur. Britaniyanın iqtisadi tənəzzülündən danışmaq yersiz olsa da, təbəqələşmənin ən yüksək sosial nümunəsini ortaya qoyan bir dövlətdə son illərin böhranı əhalinin müxtəlif qrupları arasındakı bərabərsizliyi daha da dərinləşdirib. Ölkənin xarici borcu Amerikadan sonrakı yeri tutaraq rekord həddə - 10 trilyon dollara çatıb ki, bu da ÜDM-i 450 faiz üstələyir. Büdcə kəsirinin kəskin artması, konkret desək, 42 milyard dollarlıq qara deşik halında təkcə bank sektoru ilə bağlı bir çox proqramlar icra olunmadığı üçün 120 mindən artıq iş yeri ixtisar olunub və mənfi tendensiya davam etməkdədir. Ölkə maliyyə mərkəzi funksiyasını itirib. Bu gün kasıblıq həddində yaşayanların sayı 5 milyondan çoxdur və onlar orta ümumölkə göstəricisindən az maaş alırlar ki, bu da təkcə ənənəvi Şimali İrlandiya və Uels kimi kənarlarda deyil, eləcə də paytaxt Londonda özünü qabarıq göstərir. Mərkəzdə kasıbların sayı 570 mindən çoxdur. "Daily Mail" qəzeti aclıq və tibbi xidmətin əlçatmazlığı fonunda 1200-dən artıq pasientin öldüyünü xəbər verir. Belədə ailə institutu da böyük zərbə almadan keçinə bilməyib. İstənilən azyaşlı xuliqan qanunları yaxşı bilərək valideynləri əleyhinə Pavlik Morozçuluğa hazırdılar. Üzə dirənən və himayəçələrini hüquq mühafizə orqanlarına verən yeniyetmələrın sayı ölçüyəgəlməzdir. Yaşı 16-ya çatmış belə uşaqların ayıqlıq göstəricisi onların dumanlı bir gələcəyə getdiklərindən xəbər verir. Statistikaya görə, 27 faiz britaniyalı gündəlik qeyri-ayıq vəziyyətə sahibdirsə, bu rəqəm almanlar üçün 12, italyanlar üçün 5-dir. Erkən hamiləliklə bərabər, artan eynicinsli nikahlar isə əsil klassik ailə modelini tədricən sıradan çıxarır. Parlamentin məcburi qanunlaşma qərarından sonra Dini Qurumlar da Allah evində - kilsələrdə rəsmi izdivac törənlərinə razılıq verirlər. Ölkə əhalisinin tam yarısı bu mübahisəli məsələyə birmənalı müsbət cavab veriblər. "Mavi Avropa" məfhumu publisistik-siyasi antitəbliğat yarlığı olmadığını hər gün daha çox təsdiqləyir. Əvəzində Britaniya min ən varlı şəxsin varidat göstəricisində öncül yerləri tutur. Onların cəm halında birgə sərvətləri 600 milyard dollar yaxındır. "Sundy Times" yazır ki, onların içində ən mötədili Kraliça 2-ci Yelizavetadır. Hərçənd digər mənbələr daha yüksək rəqəmləri açıqlasalar da, ingilis nəşrinin iddiasına görə, şahzadə yarım milyard dollara yaxın imkanla yalnız 262-ci yeri tutur. Birincilər isə on milyard funt-sterlinqlik bir kapitalın sahibidirlər. Dövlətin rolunu azaldıb liberal iqtisadiyyat fəlsəfəsi ilə yaşayan cəmiyyətlər Leninin proletar nəzəriyyəsindən qat-qat üstün olsa da, heç bir quruluş aclığa son qoya bilmir. Ən yaxşı idarəetmə isə həm qurdların tox olduğu, həm də quzuların razı qaldığı cəmiyyətdir! Çünki dünyada ac adamdan böyük təhlükə yoxdur! Mədələrin üsyanı bütün inqilablardan daha dəhşətli olur!
2014-02-21
9,589
Alatavada şok durum: evlər hər an uça bilər - Foto
Onlar hər an evlərinin uçacağını gözləyir. Rahat yaşamaq istəsələr də, 5 ildir evlərinin iki addımlığında davam edən tikinti işləri onların rahatlığını əlindən alıb. Söhbət 3-cü Alatava 513 ünvanında yaşayan sakinlərin həyatından gedir. Həmin ünvanda yaşayan vətəndaşlar "Axar.az"a öz şikayətlərini bildiriblər. Evlərinin arxasında onların divarlarına bitişik olan yeni tikilməkdə olan binanın yaratdığı təhlükə sakinləri gecə-gündüz qorxu-vahimə içində saxlayır. Həmin həyət evlərindən birinin sakini Səmayə Əsədova da elə bu qorxusundan danışır: "Burda tikinti işləri gedəndə daş, dəmir, inşaat materialları evimizin üstünə düşür. Hər dəfə tikinti vaxtı canımı qoymağa yer tapmıram. Bir dəfə gecə uşaqları da götürüb evdən çıxdım ki, ev uçsa, altında qalmayaq. İnşaatı aparanlarla görüşüb, məsələni izah etmişik, özləri də görürlər ki, nə qədər təhlükə yaradır bu bina. Amma heç baxan da olmadı". Alatava ərazisində yerləşən bu kiçik, balaca evləri qəddarcasına öz ağuşuna alan yeni tikilinin insanların həyatında yaratdığı təhlükəni sezmək elə də çətin deyil. Eyni həyətdə yerləşən, yerdən, uzun illərin yorğunluğunu daşıyan bu nəmli divarların daşları belə kövrəkləşib, çat-çat olub. Darısqal, kiçik evlərin əvvəl-axır özündən qat-qat nəhəng binanın zərbəsinə dözə bilməyəcəyi açıq-aşkar bəlli olur. Bu köhnə evlər yeni düzənə dözə bilməyib, həyata tələsik təslim olan adamı xatırladır. Çarəsiz və gücsüz. Uzun illər bu divarların hənirtisinə alışan sakinlər isə göz görə-görə evlərinin uçulub dağılmasına heç cür razı ola bilmirlər. Xalidə Huseynovanın da artıq heç kimə ümidi qalmayıb. Deyir ki, bu boyda binanı söküb bizim rahatlığımızı, həyatımızın təhlükəsizliyini təmin edən deyillər: "Hamımızın uşağı-böyüyü var. Bu dünyada insan özünü təkcə evində rahat hiss edir. Biz isə artıq evdə də rahat nəfəs ala bilmirik. Evimizin qıraq divarları da, içərisi də çatlayıb. Qorxu altında yaşayırıq, bir gün başımıza uçacaq deyə". Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün, yeni tikilməkdə olan binanın həndəvərinə dörd dolansaq da, tikinti meydançasına girə bilmək üçün nə bir qapı, nə baca tapdıq. Tikilən binanın hansı şirkətə məxsus olması barədə isə araşdırmamız davam edir.
2014-02-21
9,590
Yanukoviçin ailəsini aparan təyyarə Vyanadan geri qaytarıldı
Ukraynaının hakim "Regionlar Partiyası"nın 14 deputatının istefası xəbəri də yayılıb. Ukrayna prezidenti Viktor Yanukoviçin ailə üzvlərinin də olduğu təyyarə Vyana hava limanına qəbul olunmayıb və geri qaytarılıb. Xarici media qaynaqları da ad çəkmədən ümumi şəkildə məlumat yayıblar ki, Ukraynanın bir sıra vəzifəli şəxslərini və onların yaxınlarını daşıyan təyyarələr ayrı-ayrı Avropa ölkələrinin paytaxtlarına qəbul olunmayıblar. Onların bəzilərini isə hava limanında gözlədərək, daha sonra geriyə uçan təyyarələrə mindiriblər. Musavat.com-a elektron poçtla Avropadakı (redaksiyanın yaxşı tanıdığı) qaynaqdan gələn xəbərdə iddia olunur ki, Yanukoviçin çarter reyslə Avstriyanın paytaxtı Vyanaya gələn bəzi ailə üzvləri də hava limanında saxlanıblar və geriyə, onların öz seçimi ilə Moskvaya uçan təyyarəyə otuzdurulublar. Məlumatı digər qaynaqlardan təsdiqlədə bilmədik. Lakin 20 avqust tarixli xəbər gününün sonunda Ukrayna mediası məlumat yaymışdı ki, Yanukoviçin ailə üzvləri – böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə "Borispol" aeroportundan havalanıb. Bu barədə Ukrayna deputatı Oleq Lyaşko Facebook hesabında yazıb. O, əlavə edib ki, "Borispol" aeroportunun VİP terminalında hakim "Regionlar Partiyası"nın deputatları Saldo və Povaliy da olublar: "Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar". Əlavə olaraq onu da qeyd edək ki, eyni qaynaq müsavat.com-a yazıb ki, hakim "Regionlar Partiyası"nın 14 üzvü istefa verib.
2014-02-21
9,591
Sabirabadda orta məktəbin ərazisində yanğın
Sabirabad rayonu, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümümi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bərdə rayonu, Şirvanlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahəhə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-02-21
9,592
55 kilometrlik yolu 5 dəqiqəyə getdi - Video
Türkiyənin Bursa şəhərində bir gənc ölümə meydan oxuyub. Motosikletiylə şoseyə çıxan gənc 299 kilometr sürətlə hərəkət edib. 55 kilometrlik məsafəni 5 dəqiqəyə gedən gənc kameraya çəkdiyi bu görüntüləri sosial şəbəkədə paylaşıb. "Axar.az" həmin videonu təqdim edir:
2014-02-21
9,593
3 min əsgər tələb edildi
BMT Baş katibi Pan Ki Mun beynəlxalq cəmiyyətdən Mərkəzi Afrika Respublikasındakı hadisələrin yatırılması və vətəndaşların qorunması üçün 3 min əlavə əsgər və polis göndərilməsini istəyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş katib BMT Təhlükəsizlik Şurasında MAR-dakı son vəziyyətlə bağlı məlumat verərək vəhşiliklərə son verilməsi və humanitar yardım üçün bəzi təkliflər irəli sürüb. Ölkədə baş verən vəhşiliklər üzündən 2 milyon yarım adamın təcili humanitar yardıma möhtac vəziyyətdə olduğunu bildirən Pan Ki Mun çoxlu günahsız vətəndaşın qarşıdurmalarda öldüyünü qeyd edib. Baş katib Mərkəzi Afrikada vətəndaşların inancları üzündən qəsdən hədəfə çevrildiyini vurğulayaraq belə deyib: "Xüsusilə müsəlmanlar hədəf halındadır. Ancaq Seleka üsyançıları da xristianlara hücumlar edir. Bu dini ayrı-seçkilik nəsillər boyu davam edəcək sabitsizliyin toxumlarını əkir". Pan Ki Mun buna görə də bəzi təklifləri olduğunu qeyd edib: "Ölkədə hələ də qalan Afrika Birliyi və Fransız əsgərlərinə kömək üçün təcili əlavə 3 min əsgər və polis göndərilməlidir".
2014-02-21
9,595
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-21
9,596
Parlamentin fövqəladə toplantısı: Krım Rusiyaya birləşir - Özəl
Krım Muxtar Vilayəti parlamentinin bu gün saat 12-yə təcili növbədənkənar iclası çağırılıb. Bunu "Axar.az"a eksklüziv açıqlamasında parlament üzvü Refat Cubarov deyib. O, bu barədə parlamentin müvafiq şöbəsindən məlumat aldığını bildirib. Cubarov parlamentin belə təcili iclas çağırmasına həyacanını ve qorxusunu gizlətməyib: "Zəng edən protokol şöbəsindən nədən belə tələsik iclas çağırılması ilə bağlı verdiyim sual cavabsız qaldı. Sadəcə dedilər ki, parlament sədri Vladimir Konstantinov səhər saatlarında Moskvadan dönəcəyi və bir neçə saatdan sonra iclas keçiriləcəyi təlimatını verib. Odur ki, deputatları təcili çağırmamızın kökündə bu amil dayanır. Sonra mən həmkarım Leonid Pilunskiyə telefon zəngi açdım, o da belə tələskənliyə təəccübünü gizlətmədi. Biz birlikdə məsələnin mahiyyətini araşdırmağa başladıq. Dərhal parlament sədrinin müavini Qriqori Yoffeye zəng etdik. O isə məsələni təfsilatı ilə bizə anlatdı. Sualla bizə anlatdı ki, bəyəm bilmirikmi 6 nəfər krımlı Kiyevde dünyasını dəyişib. Yoffe bu olaylardan sonra Krımın Ukraynanın tərkibində qalmasının mümkünsüzlüyünü dedi. Ukraynadakı vəziyyət səsə qoyulacaq. Mən və dostum Leonid Pilunski buradan bütün dünyaya səslənirik. Həyacan təbili çalırıq. Parlamentin bu separat addımının qarşısını alsınlar. Əks halda onsuz da gərgin durumda olan vilayətdə hər şey fəlakətə çevriləcək". Qeyd edək ki, bir müddət öncə Krıma "boz kardinal" ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. V.Putinin nümayəndəsi olan V.Surkov burada muxtariyyatın rəhbərliyi ilə gizli danışıqlar aparmışdı.
2014-02-21
9,597
Maydanda snayperlərin gizli danışığı: "Onları vurun" - AUDİO
Ukraynanın paytaxtı Kiyevdə etirazçılara atəş açan snayperlərin rabitə danışığı aşkar olunub. Hökumət əleyhdarları tərəfindən aşkarlanan bu rabitə danışıqlarında hərbçilər "Müstəqillik" meydanı ətrafında toplaşan aksiya iştirakçılarını zərərsizləşdirməklə bağlı tapşırıqlar alaraq, əmri dərhal icra edirlər. Danışıqlardan bəlli olur ki, snayperlərə aksiya iştirakçıları arasında fəal şəxsləri aşkarlayıb, zərərsizləşdirmək əmri verilib. Snayperlər bir-biri ilə ancaq rus dilində danışırlar. Hökumət əleyhdarlarının ehtimallarına görə, bu snayperlər ukraynalı deyillər. Güman olunur ki, onlar Rusiyadan gətirilmiş muzdlulardır ("Aznews.az").
2014-02-21
9,598
“Caspian Geology”nin ofisində intihar
Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Asəf Zeynallı küçəsi, 37 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən "Caspian Geology" şirkətinin ofisində, oranın işçisi, 1952-ci il təvəllüdlü Saleh Əlipaşa oğlu Əliyev özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
2014-02-21
9,599
ABŞ Yanukoviçin istefasını istəmədi - Şok
Yanukoviç istefaya getməməlidir. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet çıxış edib. O, məhz Yanukoviçin Ukraynanı gələcəyə aparmağa qadir olduğunu deyib. "Biz fikirləşirik ki, Yanukoviç istefaya getməməlidir. O, xalqının gələcəyini müəyyən etməlidir. Bu isə yeni hökumət, konstitusiya və siyasi sistemdən asılıdır. ABŞ Ukraynada Yanukoviçin istefaya getməsini istəmir". Qeyd edək ki, səfirin sözlərinə baxmayaraq, ABŞ Ukrayna dövlət rəsmilərinə sanksiyalar tətbiq etməyə hazırlaşır. Rəsmi Vaşinqton indiyə qədər Yanukoviç hakimiyyətinə qarşı sərt çıxış edən əsas dövlətlərdən biri olub.
2014-02-21
9,600
Obama baş nazirə bir yeşik pivə uduzdu - Foto
ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Stiven Harper kişi və qadın xokkey turnirlərinin finalına görə mərc gəliblər. Mərcin dəyəri bir yeşik pivə olub. Bu ölkələrin komandaları hər iki finalda qarşılaşacaqlar. Hər görüş üçün mərcdə məğlub olan tərəf 1 yeşik pivə ödəməlidir. Mərclə bağlı Barak Obama öz şəxsi Tvitter səhifəsində də yazıb. Kanadanın baş naziri isə belə bir tvit yazıb: "Barak Obama ilə bu həftəki oyunlarla bağlı 1 yeşik Kanada pivəsindən mərc gəlmişik". Xatırladaq ki, qadınların finalında Kanada 3-2 hesabı ilə qalib gəlib. Bu isə o deməkdir ki, Obama artıq 1 yeşik pivəni Stiven Harperə ödəyib.
2014-02-21
9,601
"O, sizdən fərqli olaraq belə nakişilik etməzdi"
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ailəsi sabiq prezident Ayaz Mütəllibova etiraz edib. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, Ə.Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli A.Mütəllibovun Xocalı soyqırımı ilə bağlı müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb. O, özünün facebook səhifəsində yazıb: "Belə savadsız ve səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirem. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun. Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsine görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azerbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi". A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda dediyi fikirlərə də münasibət bildirib: "Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin təhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər".
2014-02-21
9,602
2015-ci ildə internet pulsuz olacaq - Video
ABŞ-ın "MDIF" investisiya fondu "Outernet" adlı yeni layihəyə start verəcəyini elan edib. Məqsəd planetin bütün guşələrini Wi-Fi şəbəkələri ilə əhatə etmək və istifadəçilərin ümumdünya hörümçəyindən pulsuz istifadəsini təmin etməkdir. "Outernet"in təşkilatçıları qlobal "örtüyü" Yerin orbitinə çıxarılacaq bir neçə yüz "CubeSat" mini peykinin köməyi ilə təmin etməyi planlaşdırırlar. Peyklər 200 kilometr yüksəklikdə yerüstü stansiya-retranslyatordan olan məlumatlarla mübadilə edəcək və Wi-Fi texnologiyasının köməyi ilə onları milyardlarla istifadəçiyə "paylayacaqdır".
2014-02-21
9,603
Tanınmış aparıcının maşınından 3 min manat oğurlandı - Foto
Tanınmış jurnalist, İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib. E. Qasımovanın "AzNews.az"a verdiyi məlumata görə, hadisə ötən gecə yaşadığı paytaxtın Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus "Reng Rover" markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gələrək, faktı qeydə alıblar. Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
2014-02-21
9,604
Şahin Mustafayevin müavinləri çoxaldı
Nazirə Azərbaycanın diplomatik nümayəndəliklərində iqtisadi-ticarət nümayəndəsi təyin etmək səlahiyyəti verilib. İqtisadiyyat və sənaye nazirinə müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib. AzVision.az APA-ya istinadən xəbər verir ki, bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb. İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb. Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.
2014-02-21
9,605
MHP erməni, AKP isə rus namizəd irəli sürdü - Seçki
2009-cu ildə Türkiyəyə köçən və vətəndaşlıq alan rusiyalı İrina Balçı AKP-dən bələdiyyə seçiklərində məclis üzvlüyünə namizəd olub. "Axar.az" xəbər verir ki, Türkiyədə bu ilin 30 mart tarixində keçiriləcək bələdiyyə seçkisində hakim partiya rusiyalı xanımı namizəd olaraq göstərib. AKP-nin Antalyanın Konyaaltı qəsəbəsinin bələdiyyə məclis üzvü namizədləri siyahısında birinci olan İrina Balçı AKP-nin o bölgədə seçkini qazanacağı təqdirdə Antalyada ilk dəfə Türkiyə vətəndaşlığına keçmiş bir xarici şəxs kimi bələdiyyədə qərarverici orqanda yer alacaq. MHP-dən isə erməni namizəd irəli sürülüb. Bakırköy məclisində bütün partiyalardan erməni namizədlər var. Ancaq bunların içərisində ən diqqət cəlb edəni Milliyyətçi Hərəkat Partiyasıdır. MHP-dən Bakırköy bələdiyyəsinə namizəd olan 65 yaşlı Nərsəs Yeramyan namizədliyini bu cür dəyərləndirib: "Birinci həyat yoldaşım hakim idi. İkinci həyat yoldaşım Gülxan da bir hərbçi qızıdır. İki həyat yoldaşımdan üç övladım var. Bu məmləkətdə yaşayırıqsa, milliyətçi olmağımız lazımdır. Əgər milliyətçi deyilsək, burada heç bir işimiz yoxdur".
2014-02-21
9,606
"Rusiya artıq zəif ölkədir" - Rus politoloq
"Moskva bir azdan öz təmsilçilərini Tatarıstana da göndərəcək". "Axar.az" xəbər verir ki, bu sözləri daha çox hakimiyyətə yaxınlığı ilə seçilən rus politoloqu Qriqori Trofimçuk öz Feysbuk səhifəsində yazıb. O, Rusiyanın artıq zəif bir ölkə olduğunu bildirib: "Güclü Rusiya indi Bosniya və Hersoqovinada oturub Brüsseldən gələn diplomatları qəbul edə, öz təmsilçisi olan Lukini Kiyevə göndərməzdi. Belə gedişatla Moskva bir azdan öz təmsilçilərini Tatarıstana da göndərəcək". Qeyd edək ki, bir müddət öncə saytımıza açıqlamasında Q.Trofimçuk Ukraynada vəziyyətin həddən artıq pisləşəcəyini və heç bir tədbir görülməsə, parçalanma həddinə gəlib çatacağını bildirmişdi.
2014-02-21
9,607
“Azərsu” sayğacların su balansını mənimsədi? – Rəsmi
"Sıradan çıxmış bütün smart-kartlı su sayğaclarının balansında qalan məbləğ mütləq şəkildə yeni su sayğaclarına yüklənəcək. Proses bir qədər uzun olduğundan məsələ hələlik tam həllini tapmayıb. Ancaq bir qədər gec də olsa, mütləq vətəndaşların ödədiyi məbləğ sayğaclarının balansına yüklənəcək". Bu sözləri "Axar.az"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cərayıllı bildirdi. O, qeyd etdi ki, sözçüsü olduğu qurum abonentlərin hüquqlarını heç bir şəkildə pozmayacaq: "Bunu tələb etmək vətəndaşların haqqıdır. Bacardığımız qədər problemi qısa müddətdə həll etməyə çalışırıq. Köhnə sayğacların balansında nə qədər məbləğ qalmasından asılı olmayaraq, hər bir abonentin yüklədiyi məbləğ yeni quraşdırılmış sayğacına transfer ediləcək". Qeyd edək ki, qarlı-şaxtalı günlərdə smart-kart tipli su sayğacları sıradan çıxmışdı. "Azərsu" ASC sıradan çıxmış sayğacları öz hesabına yeniləri ilə əvəz etsə də, köhnə sayğacın balansındakı məbləğ yeni sayğaclara yüklənməyib.
2014-02-21
9,608
Kobzon Yanukoviçdən Kliçkonun həbsini istədi
Rusiyada yaşayan Ukrayna əsilli tanınmış şəxslər prezident Viktor Yanukoviçə yazlı müraciət edərək, müxalifət liderləri Kliçko, Yaçenyuk və Tyaqnibokun həbsini itəyiblər. "Axar.az"ın məlumatına görə, həmin şəxslər aşağıdakı sözlərlə Ukraynanın dövlət başcısına müraciət ediblər: "Kliçko, Yaçenyuk və Tyaqnibok kimi maydançıların sayəsində doğma Ukraynamız alovlar içindədir - insan ölür, qardaş qırğını gedir. Təəssüf ki, sizin barışıq çağırışlarınıza məhəl qoyulmur. Onlara ölkənin gələcəyi deyil, şəxsi ambisiyaları maraqlandırır. Küçələrdə Banderanın şəkilinin asılması onların faşist niyyətlərindən xəbər verir. Cənab Prezident! Təcili şəkildə sizdən iğtişaşlara qoymağa, bu provokatorların həbsinə göstəriş verməyi xahiş edirik". Sənədə imza atmış Rusiyada yaşayan Ukrayna kökənli tanınmış şəxs bunlardır: Аvdeyenko T.P. – USSR-in əməkdar artisti Аkayemov P.İ. – şair, Rusiya Yazıçılar İttifaqının üzvü Baklanov О.D. – "Kiyevskaya Rus" ictimai birliklərinin Beynəlxalq İttifaqının sədri, Sosialist Əməyi Qəhrəmanı Bebko V.S. – Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri Bezlepkin L.F. – ictimai xadim Boldiçeva V.А. – "Moya Moskva" jurnalının baş redaktoru Bıstıriçkaya E.А. – SSRİ xalq artisti, Ukrayna İncəsənət Akademiyasının fəxri üzvü Vvedenskiy E.А. – I dərəcəli kapitan, tarix elmləri doktoru Volkov А.А. – pilot-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Qodovanyuk V.К. – Moskvadakı "Hüquqi yardım mərkəzi" vəkillər kollegiyasının sədri Qolodenko N.İ. – Rusiyanın əməkdar artisti Qriqoryeviç А.А. – Beynəlxalq Slavyan Şurasının baş katibi Demarin İ. B. – USSR-in əməkdar artisti Demyançuk V.B. – Rusiyanın əməkdar rəssamı Dupak N.L. – Ukrayna və Rusiyanın əməkdar artisti, Böyük Vətən Müharibəsi əlili, Ukraynanın azad olunmasının iştirakçısı Zaqoruyko V.V. – rejissor, Rusiyanın əməkdar incəsənət xadimi Kobzon İ.D. – Ukraynanın və SSRİ-nin xalq artisti Kosarik V.K. – ehtiyatda olan general-leytenant Lanovoy V.S. – SSRİ xalq artisti Lisovskiy S.A. – "Cəmiyyət və ekologiya" qəzetinin baş redaktoru Lunev N.S. – Moskvada yerləşən "Donbaslı yerlilərin" Regional İctimai Təşkilatın prezidenti, Donetsk vilayəti və şəhərinin fəxri vətəndaşı Lyax N.İ. – Moskvada yerləşən "Ukrayna həmyerliləri Şurası" Regional İctimai Təşkilatının sədri, Rusiya Federasiyasının I dərəcəli dövlət məsləhətçisi Miansarova T.Q. – USSR-in əməkdar artisti, Rusiyanın xalq artisti Mixaylov V.A. – Rusiya Federasiyası Prezidenti yanında beynəlxalq məsələlər üzrə Rəyasət Şurasının üzvü Çelombitko N.İ. – Luqansk vilayətinin Moskvadakı ictimai təmsilçiliyinin sədri
2014-02-21
9,609
Nazir Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdi
Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib. Bu barədə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, artıq mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib: "Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar" (AzVision.az). Qeyd edək ki, məşhur aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmişdi.
2014-02-21
9,610
Telekanal canlı efirdə siyasi səhvə yol verdi - Video
Rusiyanın əsas xəbər kanalı olan "Rusiya 24" Kreml ideoloqları üçün əsl problem yaşadıb. "Axar.az"ın məlumatına görə, hadisə dünən Ukrayna olaylarına həsr olunmuş xüsusi buraxılışda baş verib. Məsələ burasındadır ki, canlı efir zamanı kadr arxasında çalışan komanda Ukrayna və Krımda baş verən son hadisələrlə bağlı siyası baxışlarının mahiyyətinə varmadan Leonid Pilunskini canlı efirə qoşub. Kanalın məqsədi müxalifətin hərəkətlərini və Krım tatarlarının "özbaşnalığını" ifşa etmək olub. Amma Pilunski "açıb sandığı, töküb pambığı" - Yanukoviç iqtidarının qəddarlığından tutmuş Krım tatarlarına olan basqılara qədər, ətraflı məlumat verib. Məsələnin qəlizliyini görən kanal rəhbərliyi, yəqin ki, həm də "yuxarılar"ın zəngindən sonra müsahibəni qəfil kəsməli olublar. Xatırladaq ki, Leonid Pilunski Krım Radasının üzvüdür, parlamentin"Kurultay Ruh" fraksiyasının sədr müavini və hüquq müdafiəçisidir. O, Krım tatarlarının yaxın dostudur. Dəfələrlə Bakı-Simferopol telekörpüsündə öz açıqlamaları ilə azərbaycanlıları dəstəkləyib və ermənilərin vandal hərəkətlərini pisləyib.
2014-02-21
9,611
Maydan morqa çevrildi - Fotolar
Ukraynada atəşkəs bitdi, ABŞ və Avropa Birliyi sanksiyalara başladı. Ukraynada iqtidar və müxalifətin uzlaşması xəbəri gəldikdən sonra toqquşmaların olmayacağı gözlənilirdi. Lakin gözlənilən olmadı, son iki gündə ölənlərin sayı 90-ı keçdi. Nümayişçilər tərəfindən 67 nəfər polisin girov götürüldüyü bildirilir. Ukrayna televiziyasında göstərilən süjetlərdə "Berkut" əməliyyatçılarının Kalaşnikov markalı avtomatdan istifadə etdiyini görmək mümkündür. Hadisələrin getdikcə artması ABŞ və Avropa Birliyini də sərt addımlar atmağa məcbur edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, nəhəng dövlətlər Ukraynaya qarşı sanksiyalara start verdiklərini açıqlayıb. ABŞ rəhbərliyi 20 ukraynalı rəsmi məmur üçün viza yasağı qoyub. Avropa Birliyi Xarici İşlər nazirlərinin növbədənkənar iclasında isə Ukraynada baş verənlərdə günahkar olan rəhbərlik işçilərinə səfər qadağası qoyulub, onların bütün hesabları dondurulub.
2014-02-21
9,613
Pakistan yenidən qan gölünə dönür
Taliban qüvvələrinin yenidən hücuma keçməsi sülh danışıqlarını dayandırıb. Axar.az ərəb mətbuatına istinadən xəbər verir ki, Pakistanın Baş naziri Nəvaz Şərif jurnalistlərə açıqlamasında bundan sonra Taliban əsgərlərinə qarşı daha sərt hərbi tədbirlər görüləcəyini bildirib. Son beş ay ərzində Taliban qruplaşması ilə döyüşlər zamanı 100 əsgərini itirdiklərini deyən Baş nazir son günlərdə buna cavab olaraq 40 Taliban üzvünü öldürdüklərini açıqlayıb: "Son hadisələr Taliban üçün dərs olmalıdır, yoxsa qurudan, xüsusilə havadan hücumlarımız davam edəcək". Taliban tərəfindən gələn açıqlamalarda isə 23 Pakistan əsgərinin öldürüldüyü açıqlanıb.
2014-02-21
9,614
Məşhur müğənni şeytana küfr etdiyi üçün öldürüldü - Şok
Tailandda musiqi qruplarından birinin rəhbəri olan Samonq Traisatthanı 30 yerdən bıçaqlayıb öldürməkdə şübhəli bilinən Prakarn Harnfanbusakorn törətdiyi dəhşətli cinayəti etiraf edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Tailandda ağlasızmaz dərəcədə dəhşətli cinayət qeydə alınıb. Universitet məzunu olan gənc metal musiqi qrupunun üzvü olan Samonq adlı müğənnini şeytanı təhqir etdiyi üçün öldürüb. Prakarn polis bölməsində verdiyi ifadədə 36 yaşındakı məşhur müğənnini şeytana küfr etdiyi üçün öldürdüyünü deyib. Hadisə ilə bağlı Sai Mai polis komandiri Çavenqsak Sinsunqsud bunları deyib: "Məşhur müğənni Samonq şeytana inanmadığını söyləyəndə Prakarn əsəbiləşməyə başlayıb və aralırandakı münaqişə pik həddə çatıb. Buna dözməyən Prakarn müğənnini 30 yerdən bıçaqlayıb". Prakarn hadisənin sabahı günü vəkil olan atasıyla birlikdə polis bölməsinə gedərək təslim olub. "Ramkhamhaeng" universitetinin hüquq fakültəsində təhsil alan Prakarn özünün satanizmə bağlı olduğunu vurğulayıb.
2014-02-21
9,615
Saakaşvilinin partiyadaşı Kiyevdə öldürüldü
Kiyevdə baş verən toqquşmalar zamanı Gürcüstan vətəndaşı Dato Kipiani snayperlə vurularaq öldürülüb. "Axar.az"ın məlumatına görə, snayperdən açılan iki atəş nəticəsində Kipiani ağır yaralanıb, xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Onun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkatın üzvü olduğu bildirilir. Bu barədə Mixail Saakaşvili özünün Fyesbuk səhifəsində də yazıb: "Dato Vahid Milli Hərəkatın üzvü olsa da, Kiyevdə siyasi və ya partiyanın maraqlarına görə deyildi".
2014-02-21
9,616
Bakıda lombard sahibi intihar etdi
Bakıda 46 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əsəd Əhmədov küçəsi 22 a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib. Qeyd edək ki, E. Salayev Lombard sahibi imiş.
2014-02-21
9,617
Salyanda baş verən müəmmalı qətlin təfərrüatı - Foto
Fevralın 19-da gecə saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Qətl hadisəsi rayonun Qızılağac kənd İcra nümayəndəliyinin Alçalı yaşayış məntəqəsində yerləşən restoranın qarşısında qeydə alınıb. Alçalı sakini 44 yaşlı Şəmsəddin Usu oğlu Əsədovla həmyerlisi, 39 yaşlı İlqar Zakir oğlu Nəzirov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Şəmsəddin Əsədov münaqişə zəminində həmkəndlisi İlqar Nəzirovu bıçaqla qətlə yetirib. Mərhumun yaxınlarının "Axar.az"a verdiyi məlumata görə, dörd dost restoranda yeyib-içərkən Şəmsəddin Əsədovla İlqar Nəzirov arasında mübahisə yaşanıb, lakin mübahisə edən dostlar elə süfrə arxasındaca sakitləşiblər. Bir müddət sonra dostlardan üçü restoranı tərk edərək yaxınlıqdakı dayanacağa tərəf gedib, siqaret almaq adıyla geri qayıdan Şəmsəddin Əsədov siqaret əvəzinə əlində restoranda işlədilən böyük bıçaq olub. İlqar Nəzirova arxadan yaxınlaşan Şəmsəddin Əsədov mərhumun kürək və böyür nahiyəsindən iki bıçaq zərbəsi vurub. Mərhumun yanındakı, adları istintaqa məlum olan şəxslərin təcili yardıma və yaxınlarına gec məlumat verməsi, eyni zamanda, Salyan Rayon Mərkəzi Xəstəxanasından göndərilən təcili yardım maşının vaxtından çox gec gəlməsi nəticəsində İ.Nəzirov xəstəxanaya aparılarkən yolda keçinib. Mərhumun meyiti 19 fevral günorta saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəmsəddin Əsədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Salyan rayon prokuroru Firdovsi Nemətli əməkdaşımıza açıqlamasında bildirib ki, istintaq aparılır: "Təqsirləndirilən şəxs hazırda dindirilir. Mərhum İlqar Nəzirov qətlə yetirilən zaman yanında olan bütün vətəndaşların kimliyi istintaqa məlumdur, hamısı ayrı-ayrılıqda istintaqa cəlb edilib. Araşdırma davam etdiyindən daha geniş bilgi verə bilmərəm". Qeyd edək ki, mərhum İlqar Nəzirov ailəli idi, 3 övladı var.
2014-02-21
9,618
Müxalifətlə iqtidar razılaşma imzaladı – Bəndlər
Ukraynada müxalifətlə iqtidarın arasında əldə edilmiş razılaşma sənədi üzə çıxıb. "Axar.az" xəbər verir ki, sənəddə razılaşmanın imzalandığı gündən qüvvəyə mindiyi yazılıb. Razılaşma şərtləri aşağıdakı kimidir: Qeyd edək ki, müxalifətlə iqtidar arasında görüş dünən baş tutmuşdu. Görüşdə Vitali Kliçko, Arsen Yaçenyuk, Oleq Tyaqnibok və Viktor Yanukoviç iştirak etmişdi.
2014-02-21
9,619
Kürəyinə bomba düşən ukraynalı qız – Foto/+16
Maydan hadisələrinin iştirakçılarından biri Yekaterina Bolşakovanın kürəyinə "Berkut"un atdığı qumbara düşüb. Həmin günü xatırlayaraq o öz feysbuk profilində hadisənin təfərrüatını paylaşıb: "Mən bilirdim hara gedirəm, niyə gedirəm və nə baş verə bilər. Toqquşma başlayanda Berkutun qumbarası kürəyimə düşdü. Əslində, mən ən sonda gedənlərdən idim. Yanımda da kömək etdiyim 75 yaşlı nənə var idi. Belimdə yaxşı materialdan hazırlanmış çantam olmasaydı, indi mən də yox idim. Qumbara nəticəsində çantamın yalnız sağ çiyni qaldı. Sonra nənəyə də kömək edib, kənardakı şam ağacının yanında dayandıq. Yanımızdan isə berkutçular qaçırdı. Onlar qarşılarına çıxan hər kəsi döyürdülər - qadınları, kişiləri, mətbuat işçilərini, qırmızı xaçlıları. Bizi də dəyənəkləyə-dəyənəkləyə, "öldürəcəm, qancıq",- deyə, qışqırırdılar. Mən isə sakitcə onların düz gözünün içinə baxırdım və nədənsə onda dəyənəyi aşağı salırdılar. Daha sonra berkutçulardan biri nənəylə məni qalxanın himayəsi altında yaxınlıqdakı əraziyə apardı. Orada 30-a yaxın adam var idi. Onlardan təxminən 13-ü qadın, 6-7 nəfəri kişi, qalanı isə media nümayəndələriydi. Ordakı mənzərə sözlə deyiləsi deyil. İki nəfər başından yaralandığından üzləri büs-bütün qan içində idi. Qadınlardan müxtəlif dərəcəli xəsarət alanlar da vardı. Mən hələ kürəyimdəki yaradan xəbərdar deyildim. Bir neçə dəqiqədən sonra Berkut yenidən "ov dalınca" getdi. Yaxşı ki, Qırmızı Xaçdan olan qızın çamadanı yanında idi. O, axan qanların qarşısını almağa çalışırdı. Bəzilərinə bir neçə iynə də vurdu. Biz qalan 16 nəfərlə blokda gizləndik. Mən yaxınlarıma zəng edərək köməyə ehtiyacımız olduğunu bildirdim. Yanımdakı KİV nümayəndələri də öz yaxınlarına zəng edirdi. Nəticədə, Maydandan kömək üçün Qırmızı Xaç gəldi və möcüzə kimi görünsə də, Sergey də maşınla gəlib çata bildi. Orda olan hər kəsə tibbi yardım göstərildi. Bir neçə dəqiqədən sonra mən artıq evdə idim. Həmin günün əsas təəssüratlarından nəticəyə gəlib onu deyə bilərəm ki, burdakı hadisələri xəbərlərdən izləmək başqadır, berkutçuların düz gözünün qarşısında insanları vəhşicəsinə döymələri tam başqa. Bu gün mən öldüm və yenidən doğuldum.
2014-02-21
9,620
Şamil Basayevə pulu Azərbaycan məmuru ötürüb – Təfərrüat
Ərəb ölkələrindən Çeçenistan mücahidlərinə gələn pul Azərbaycandan keçib. Bu informasiya "Axar.az"a etibarlı mənbədən verilib. İnformasiyanı verən şəxs uzun müddət Çeçenistanın Türkiyədə təmsilçisi olan İsa Abzatovun etiraflarını qeydə alıb. Qeydlərdə İsa Abzatovun hansı vasitələrlə çeçen döyüşçülərinə pul göndərildiyi yazılıb. Həmçinin pulun göndərilməsində Bakıdan "X" adlı məmurun vasitəçilik etdiyini qeyd edib. Ərəblərdən Xəttaba və Şamil Basayevə pul axırdı Məktubda bildirilir ki, İsa Abzatov çeçen liderlərindəndir və uzun illər Türkiyədən Çeçenistan savaşı üçün pul toplayan bu şəxsin Nəcməddin Ərbakanın partiyası ilə çox yüksək əlaqələri olub. "O vaxt Maqomedov və Əhməd Kadırov Bakıya gəlmişdilər. Burada "X" adlı məmurla görüşmüşdülər və o da istənilən yardımı göstərməyə hazır olduğunu demişdi. Danışıq belə olmuşdu ki, həmin şəxs ərəb ölkələrindən gələn pulun Azərbaycandan Dağıstana ötürülməsinə yardım etməliydi. Dağıstana ötürülən pul ordan da çeçenistana gedəcəkdi. Pulu "X"ın şəxsi cangüdəni Maqomedova çatdırmalıydı. Əvəzində isə "X"-a pulun 10 faizi verilirdi. Pullar dolayısı ilə Şamil Basayev və Xəttaba çatdırılacaqdı". Pulun göndərilmə marşrutu Qeyd olunur ki, pul Bakıya ərəb ölkələrindən vasitəçilərlə gətirilirdi: "Pulu Bakıya Abul Hur adlı ərəb göndərirdi. Burada isə Züheyr adlı Yəmən vətəndaşı qəbul edirdi. Züheyrin keçmiş "İnqilab" küçəsində icarəyə götürdüyü evi var idi. Züheyr pulu "X"ın cangüdənindən qəbul edir və pay götürülürdü. Daha sonra pul Xəttabın Bakıdakı digər adamı – Dağıstan vətəndaşı Avar İbrahim vasitəsilə Maqomedovun mühafizəçilərinin rəhbərinə təqdim edilirdi. Xüsusi xidmət cinayətin izinə düşür İsa Abzatov etiraflarında bildirib ki, Xəttab öldürüldükdən sonra pulu ötürdüyümüz marşrutun xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu bildik: "O yola hamı güvənirdi və nə qədər sirli olduğu bilinirdi. Rusiya da bundan istifadə edərək, Xəttaba zəhərli məktub göndərmişdi. Bundan əvvəl isə birinci zərbəni Əhməd Kadırov vurmuşdu. Çünki Ə.Kadırov artıq ruslara satılmışdı". Avar İbrahimin meyiti zibillikdən tapılır Bakıda vasitəçi olan Züheyrə sonralar Qətərdə Dini İşlər Nazirliyində vəzifə verilib. Maraqlıdır ki, Zübeyr Yəmən vətəndaşlığını daşıyıb. Həmin "X" adlı məmura gəlincə isə onunla bağlı məlumatlar yoxa çıxıb: "İsa Abzatov deyir ki, Xəttab öləndən sonra vəziyyət çox qarışdı. Ortada şübhələrin sayı həddən artıq çox idi. Bunlardan biri də zəhərli məktubun Avar İbrahimin vasitəsilə göndərilməsiydi. Az sonra Avar İbrahimin meyiti Yeni Yasamalda zibil qutusundan tapıldı…" Qeyd edək ki, Xəttab məşhur çeçen terrorçularından olub və uzun zaman Rusiya xüsusi xidmət orqanlarının siyahısında axtarılan əsas şəxslər sırasında yer alıb. Əslən Səudiyyə Ərəbistanından olan Xəttab 2002-ci ildə öldürülüb. Sələfilərin Qafqazda ən məşhur nümayəndələrindən hesab olunub. İsa Abzatov isə Türkiyədə uzun müddət çeçen döyüşçülər üçün yardım toplayıb. Aslan Mashadovun Ankarada rəsmi təmsilçisi olan bu şəxs onun ölümündən sonra da burada fəaliyyətini davam etdirib. O, 1999-cu ildə verdiyi müsahibəsində Rusiyanın Xəzər neftinə sahib çıxmaq üçün ölkəsini işğal etdiyini bildirmişdi.
2014-02-21
9,622
SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı - Fəlakət
Dünyanın ən böyük 4-cü gölü hesab olunan, lakin son 50 ildə 90 faizi quruyan Aral gölü bu gün ekoloji faciə ilə üz-üzədir. "Axar.az" xəbər verir ki, bu gölün quruması başqa bir ekoloji faciəni də özü ilə bərabər gətirir. Göldə yerləşən və bioloji cəhənnəm kimi tanınan "Vozrojdeniye" adası ilə bağlı şok faktlar üzə çıxıb. SSRİ dövründə Aral gölünə axan Amudərya və Sırdərya çaylarının sularının pambıq tarlalarına axıdılması nəticəsində 60-cı illərdən bəri qurumağa başlayan Aral gölü 90 faiz azalaraq, əvvəlki sahilindən 170 kilometrə qədər geri çəkilib. Sovet hökuməti İkinci Dünya Müharibəsi zamanı alman ordusundan bioloji silah laboratoriyalarını gizlətmək üçün həmin silahları Aral gölündə yerləşən "Vozrojdeniye" adasına köçürüb. 1954-1990-cı illərdə SSRİ tərəfindən 40-a yaxın bioloji silahın sınaqdan keçirildiyi bu ada suyun çəkilməsi ilə tamamilə quruya birləşib. Ekspertlər adanın naməlum bir yerinə yüz tonlarla Sibir xorası bakteriyalarının basdırıldığını iddia edirlər. Həmin bakteriyaların ABŞ və Avropanın bütün əhalisini bir neçə həftə ərzində öldürməyə bəs edəcəyi də bildirilir. İddialara görə, gölün sularının tamamilə quruması nəticəsində adanın qumları quruya çıxacaq və ərazi üçün tam ekoloji fəlakətə çevriləcək. Keçmiş Sovet Bioloji Müharibə Sənayesinin önəmli şəxslərindən olan Ken Alibek verdiyi açıqlamada SSRİ Müdafiə Nazirliyinin Sibirdəki yeraltı anbarlarda yerləşən 100 tondan artıq Sibir xorası bakteriyalarının xüsusi vaqonlara yüklənərək Arala göndərildiyini deyib. Bundan başqa Sovet ordusu 50-ci illərin ortalarından başlayaraq göldə bakterioloji silah sınaqları da keçirib. Hər il Sibir xoralarından yaradılan bakteriloji silahlar "Vozrojdeniye" adasında sınaqdan keçirilib.
2014-02-21
9,623
XİN Ukraynadakı soydaşlarımıza çağırış etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynadakı səfirliyinə xəbərdarlıq edib. Nazirlik bu ölkədə baş verənlərə bağlı səfirliyə bildirib ki, orada yaşayan azərbaycanlılardan diqqətli olsun. Həmçinin, XİN səfirlik vasitəsi ilə Ukraynadakı soydaşlarımızı məlum hadisələrdən uzaq durmağa çağırıb. Məlumatı "Axar.az"a nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. XİN sözçüsü Ukraynadakı soydaşlarımızın bacardıqları qədər qaynar nöqtələrdən uzaq olmağa çağırıb. E.Abdullayevin sözlərinə görə, nazirliyin hadisələrlə bağlı Ukraynada yaşayan vətəndaşlarımızı geri çağırıb-çağırmayacağı hələlik məlum deyil: "Nazirlik səfirlik vasitəsilə oradakı vətəndaşlarımızla əlaqə saxlayır. Mütəmadi olaraq vəziyyətlə maraqlanırıq. Biz də çalışırıq ki, oradakı azərbaycanlıları hadisələrdən uzaq tutaq. Hadisələrin bizimlə heç bir əlaqəsi olmadığına görə vətəndaşlarımızın da bundan bir zərər görməsini istəmirik". Qeyd edək ki, Maydanda bir azərbaycanlı itkin düşüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur. R.Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır. R.Tağıyev T.Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.
2014-02-21
9,624
Canlı yayımda Mustafa Kamal davası – Video
Mustafa Kamal bir daha gəlməyəcək. "Axar.az" "Xalq TV"yə istinadən xəbər verir ki, "Xalq Arenası" proqramına qonaq olan "Ergenekon" məhkəmə prosesindən dolayı həbsdə olmuş, məşhur türkiyəli araşdırmaçı-yazar Soner Yalçınla bir tamaşaçı arasında Atatürk mübahisəsi yaşanıb. Ehtiyatda olan zabit olduğu bildirilən tamaşaçı Soner Yalçına Mustafa Kamalın bu ölkə üçün nələr etdiyini izah etməyə çalışdığı zaman Soner Yalçın onun sözünü kəsib və "yəni Mustafa Kamalımı gözləyəcəyik?" soruşub. Soner Yalçının bu çıxışından sonra ehtiyatda olan zabit Yalçına "onsuz da hamının gözlədiyi bu deyilmi? Təbii ki, Mustafa Kamalı gözləyəcəyik",- deyib. Hamımız Mustafa Kamal olmalıyıq Bundan sonra Soner Yalçın fikrini daha da aydınlaşdırıb. Daha bir Mustafa Kamalın gəlməyinin çətin olduğunu bildirən Yalçın "məhz buna görə biz "Mustafa Kamalın əsgərləriyik" deyirik. Hamımız Mustafa Kamal olmalıyıq" deyə fikrini bildirib.
2014-02-21
9,625
Berkut – dəbilqələrini çıxardı: xalqdan üzr istəyir
Berkut camaatdan üzr istəyir. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna vətəndaşı İrina Kolotilo öz Feysbuk səhifəsində yazıb : "Berkutlar dəbilqə çıxardaraq Kanev küçəsində düzülüblər. Camaat qarşısında duraraq dua edirlər və onlardan üzr istəyirlər. Bəziləri isə hətta ağlayır".
2014-02-21
9,626
BDU-da mühafizəçilər tələbəni döyür – Video
Dünən Bakı Dövlət Universitetində tələbələr tərəfindən keçirilən aksiyadan sonra bu gün universitetin rektoru Abel Məhərrəmov tələbələrlə görüş keçirib. "Axar.az" xəbər verir ki, görüş zamanı universitetin mühafizəçiləri tələbələrə fikirlərini rektora çatdırmağa mane olub. Onlara qarşı çıxan və etiraz edən tələbə Hüseyn Qarasulu mühafizəçilər tərəfindən zaldan uzaqlaşdırılıb. Daha sonra ortaya çıxan bu görüntülərdə isə tələbənin döyüldüyü görülür.
2014-02-21
9,627
Berkut işçisi rus snayperlərini ifşa etdi
Ukraynaya Rusiya xüsusi təyinatlılarının göndərilməsi bağlı məlumatı daxili qoşunların zabiti verib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat məlumatın "odnoklasnik.ru" sosial şəbəkəsində yerləşdirildiyini yazıb. Məlumatın mətnini təqdim edirik: "Maydan üçün təcili informasiya! Bəlkə də mövzuya uyğun yazmıram. Smartfondan yazıram və demək olar ki, tam nəzarət altındayam. Mən daxili qoşunların zabitiyəm. Adımı hamının anladığı səbəblər ucbatından yazmayacam. Dünən Alfa qrupunun (Rusiyanın məşhur xüsusi təyinatlıları – red.) xüsusi snayper qrupu gəlib. Ləhcələrindən rus olduqları görünür. Ukrayna mehmanxanlarında yerləşiblər. Danışıqlarında daima Parubiy soyadı işlənir. Görünür, öz hədəfləri haqqında danışırlar. Sonra bağlı qapılar arxasında hansısa şəxslərin gizli görüşləri oldu. Biz onlara müxtəlif qida və hərbi yeşiklərdə olan vasitələr gətiririk. Mərtəbələrdən biri tamamilə bağlıdır və yalnız icazəsi olan şəxslər içəri girə bilər. Çox güman ki, xüsusi təyinatlılar orada gizlənib və bəlkə qərargahlarıdır. Maydana mehmanxanadan görünüş əladır. Snayper məntəqələri mehmanxananın damında yerləşdirilib. Maydandakı insanlar arasında informasiyanı yayın". Qeyd edək ki, bir müddət öncə Ukraynaya Rusiya və Belarusiyadan xüsusi təyinatlı dəstələrin gəlməsi haqqında informasiya yayılmışdı.
2014-02-21
9,628
Maydanda snayperin açdığı atəş və ölüm - Video
Yaralı yoldaşlarını xilas etmək istəyən insanlara belə, amansızcasına atəş açılır. Ukraynada son 3 gün ərzində şiddət doğuran hadisələrdə 77 adam həyatını itirib. Sərrast snayper atıcıları aktivistləri hədəfə alaraq onlara atəş açır. Yaralı yoldaşlarını xilas etmək istəyən insanlar belə, amansızcasına snayperdən açılan atəş nəticəsində öldürülür. "Axar.az" oxucularına videonu təqdim edir. Ukrayna'da keskin nişancı dehşeti kamerada! by cumhuriyet
2014-02-21
9,629
Azərbaycanda yeni ədəbi mükafat təsis olundu
Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə, "Anamın Kitabı" Ədəbi Mükafatı təsis olunub. Mükafatın təşkilatın komitəsindən "Axar.az"a verilən məlumata görə, adıkeçən ədəbi mükafat öz laureatlarına ildə bir dəfə, müsabiqə vasitəsi ilə təqdim olunacaq. "Anamın Kitabı" Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və "Kitabevim.Az" Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir. Layihənin ideya müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq. Layihə barədə danışan Ş.Sadiq bildirib ki, ədəbiyyatın bütün janrları və ədəbiyyat sahəsində elmi əsərlər üçün nəzərdə tutulan mükafatın Təşkilat Komitəsi bu il sadəcə pyesləri qəbul edəcək. O, vurğulayıb ki, milli ədəbiyyatın inkişafında "Anamın Kitabı" müsabiqəsi yeni nəfəs olacaq: "Birinci il üçün məhz pyeslərin müsabiqəyə buraxılmasında səbəb Azərbaycan teatrına, kino ssenari yaradıcılığının inkişafına yardım etmək məqsədi daşıyır. Digər tərəfdən, bu müsabiqənin təşkilində milli ədəbiyyatla vəhdət təşkil edən ana dili faktorunu da nəzərə almışıq. Müsabiqə hər il 21 fevral – Beynəlxalq Ana Dili günündən gec olmayaraq elan olunacaq, 1 avqust – Azərbaycan dili və Əlifbası Günündə yekunlaşacaq. Əsərlərin qəbulu mayın 1-də yekunlaşacaq, amma təqdim olunan pyeslər aprelin 1-dən etibarən kitabevim.az saytında yayımlanacaq. Hazırda ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə min manat və "Anamın Kitabı" Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq". Ş.Sadiq onu da əlavə edib ki, müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir: "Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, dəyərlərə xidmət etməlidir. Müsabiqə 3 mərhələdə keçiriləcək. Əsasnaməyə görə, Münsiflər Heyətinin qiymətləri əsasında hazırlanmış "Uzun siyahı" 1 iyul tarixində elan ediləcək. Elə həmin gündən də, ilk 10 əsər onlayn səsverməyə çıxarılacaq. Onlayın səsvermə iyulun 20-si bitəcək, avqustun 1-ndən gec olmayaraq isə qaliblərin adı ictimaiyyətə açıqlanacaq". Layihə müəllifini sözlərinə görə, ilk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilərək, mükafatlandırma günü ictimaiyyətə təqdim ediləcək: "Yeni mükafatın elan edilməsi günü birinci yeri tutmuş əsərin ya səhnələşdirilmiş variantı, ya da filmi ictimaiyyətə təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər, mayın 1-dən gec olmayaraq öz əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər". Əlavə məlumat almaq və əsasnamə ilə tanış olmaq üçün: www.Kitabevim.Az, https://www.facebook.com/HedefNeshrleri Koordinatorla əlaqə telefonları: (012) 511 65 84, (070) 523 01 34 – Rüfət Əhmədzadə
2014-02-21
9,630
Nil ölümdən qaçan 150 adama məzar oldu
Cənubi Sudanın Yuxarı Nil əyalətinin paytaxtı Malakaldakı qarşıdurmalardan qaçmağa çalışan 150 adam Nil çayında boğularaq ölüb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yuxarı Nil əyalətinin İnformasiya naziri Filip Cebin açıqlama verərək bildirib ki, təxminən 150 adam gəmilərə minib Malakalda hökumət qüvvələri ilə Respublika başçısı Salva Kiir Mayarditin köməkçisi Rik Maçarın başçılıq etdiyi üsyançılar arasında yaşanan qarşıdurmalardan Nil çayını keçərək qaçmağa çalışıb. Üsyançıların atəş açması nəticəsində gəmilərdən suya tullanan 150 adamın çay sularında boğulduğunu bildirən nazir Cebin bu ölümlərin çərşənbə axşamı və çərşənbə günlərində üsyançıların qaçmağa çalışanlara atəş açaraq onları gəmilərdən tullanmağa məcbur etməsi nəticəsində yaşandığını qeyd edib. Qeyd edək ki, oxşar hadisə bu ilin 14 yanvarında da yaşanmışdı. O vaxt qarşıdurmalardan qaçmağa çalışan 200 adam Nildə boğulmuşdu.
2014-02-21
9,631
Zərifə xanım Əliyeva ilə tez-tez görüşərdik...
Bu dəfə tanınmış göz həkimi, professor, Tibb Universitetinin oftalmologiya fakültəsinin kafedra müdiri, şair Paşa Qəlbinurla görüşdük, onun "xatirə dəftəri"ni vərəqlədik. İşlədiyi klinikaya xəbərsiz getdim. Həkimi iş başında tutmaq, onu müşahidə etmək istədim. Klinikanın ikinci qatına qalxıram və professorun dəhlizdə xəstələrlə söhbət etdiyini, onlara ümid aşıladığının şahidi oluram. Professor müalicə otağına keçir, ardınca daxil oluram. Məqsədimi deyirəm. Bir az gözləməli oluram və nəhayət söhbətimiz baş tutur. - Bayaq soruşdun, "necəsən?" Mən həmişə deyirəm: hamı necə, biz də elə. Yaşayırıq, işləyirik, çalışırıq ki, kiminsə işinə yaraya bilək. - Professor, sizinlə, çalışıb ötən günlərinizə dönmək, yaddaşınızın "xatirə dəftərini" vərəqləmək istəyirik. Mən Paşa müəllimi bir yazar, dost və həkim kimi çox yaxşı tanıyıram. Amma Paşa müəllimin tanımadığımız tərəfləri də var axı... Birdən-birə bu yerə gəlmədiniz. İstəyirəm sizin lap ötən vaxtlarınıza qayıdaq. Uşaqlığım heç də fərqli olmayıb - Danışsam, xatirə bir ömür qədərdi. Uşaqlığım heç də fərqli olmayıb. Bütün uşaqlar kimi mən də oynamışam, dalaşmışam və sair. Amma məktəb vaxtlarında, təvazökarlıq olmasın, sinif yoldaşlarımdan fərqli olaraq mən müəllimlərimin dərslərinə daha diqqətlə qulaq asırdım. Mən o vaxtdan indiyə qədər də müəllimlərimin, valideynlərimin, dostlarımın qədrini eyni bilmişəm və onları sevmişəm. Səhlənkar müəllimlərim də olub - Siz də müəllimsiniz, tələbələriniz var. Öz müəllimliyinizlə o müəllimlərin arasında bir fərq görürsünüz? - Müəllimlərim də fərqli olub. Yaxşı dərs keçən, tələbkar və bir az səhlənkar olanlar. Mən o yaxşı adlandırdığım müəllimlərimlə öz aramda fərq görmürəm. Çünki mən onlardan öyrəndiklərimi davam etdirirəm. - Siz "yaxşı müəllim" deyəndə onların biliklərini və pedaqoji bacarıqlarını nəzərdə tutursunuz, yoxsa xarakterlərini? - Müəllimin biliyi, o biliyini tələbəyə çatdırmaq istəyi və istedadı. Onların dillərini öyrənirdik - Kənd məktəbində oxumuşunuz, ya şəhər? - Yox, ora nə şəhər idi, nə kənd. Lenin qəsəbəsi idi, ora çoxmillətli sivil və yolların qovşağında olan qəsəbə idi. Vaxtilə almanlar tikmişdi. Onlardan qalma bir yer idi. Parkı da vardı. O park hələ də qalıb. İndi Amerikada - Kaliforniyada, gördüyüm parklar kimi idi. Azərbaycanda Oazis idi o yer... Qəsəbə çoxmillətli idi, azərbaycanlı, rus, alman, erməni və digər millətlər yaşayardı... Məktəbdə bir yerdə oxuyardıq. - Bizim uşaqlar qeyri millətlərin uşaqlarının içində özlərini necə hiss edirdilər? - Çox yaxşı, çox normal və çoxşaxəli. Bir buket gül kimi idilər. Hər həftənin istirahət günləri biz o parka gedib dincələrdik, hamı çox mehriban idi. Öz tay-tuşlarımızla dostluq edir, onların dillərini də öyrənirdik. Qıza görə dalaşmışam - Sinif uşaqları ilə dalaşmaq, oğurluğa getmək, macəralar axtarmaq, olubmu? - Olub, amma adda-budda. Mən də dalaşırdım, güləşirdim. Fiziki gücüm qaydasında idi, müəyyən yarışlara da gedirdim. İdmanla məşğul olurdum. - Dava ən çox nə üstündə düşürdü? - Nə bilim, bir dəfə qıza görə olub, bir dəfə də dostumla dalaşıblar, mən də qoşulmuşam, dostuma yardımçı olmuşam. Oğurluğa isə ancaq meyvə üçün girərdik. Qəsəbədə "Puşkin", "Lenin" meyvə bağları vardı. O bağlarda da çox nadir meyvələr yetişirdi. Qapısı həmişə bağlı olardı... - "Puşkin" bağının meyvələri yaxşı idi, yoxsa "Lenin"? - "Puşkin" bağında... "Lenin" daha çox parka meylli idi, ancaq "Puşkin" meyvə bağı idi və meyvələri daha çox olurdu. Yadımdadır ki, ən çox dağdağan yığıb yeyərdim. İstəyirəm İbrahim Topçubaşov olasan - O vaxt fiziki gücünüz də yaxşı olub, məşqlərə də gedirdiniz. İdman İnstitutuna girmək istəmirdiniz? - Var idi. 9-cu sinifdə oxuyurdum. Atam bir dəfə gündəliyimə baxıb görmüşdü ki, hansısa dərsdən dörd almışam və aydın olmuşdu ki, mən həftədə 3-4 dəfə məşqlərə gedirəm. Kəskin şəkildə məni idmandan yayındırdı və qadağa qoydu. Dedi ki, mən istəyirəm sən İbrahim Topçubaşov olasan, sənsə gedib süpürləşirsən. - Tibb Universitetinə imtahan verdiniz və həmin il də qəbul oldunuz? - Bəli, elə həmin il. - Orta məktəb illəri, sonra da tələbəlik. Bu keçiddə narahatçılıq, darıxdırıcılıq hiss etmədiniz ki? - Bakıda olanda vəhşi kimi darıxırdım rayon üçün. Valideynlərim, dostlarım və o mühit üçün. Amma zaman keçdikcə uyğunlaşdım. Zərifə xanım Əliyevanın bacısı Ləzifə xanım - Çox tanınmış insanlardan dərs almısız, bir yerdə oxumusuz... - Məşhur oftalmoloq alim Zərifə xanım Əliyevanın bacısı Ləzifə xanım bizim müəlliməmiz olub. Mən işlədiyim kafedranın dosenti idi. Çox gözəl insan, böyük alim idi. Onlar aftalmoloji bir ailə idilər. Zərifə xanımla da tez-tez görüşərdik, təmasda olardıq. Onlar haqqında çox xoş xatirələrim var mənim. - Bəzən elə mütəxəssislər olur ki, öz sahələrində inkişaf edə bilmirlər. Sizin Ləzifə xanımla bir yerdə işləməyiniz hər hansı bir uğura imza atmanızda xüsusi rol oynadımı? - Mənim gözəl müəllimlərimin içərisində və sırasında Ümmünisə xanım Musabəyli, Ləzifə Əliyeva, Zərifə Əliyeva, Zəhra Quliyeva vardı. Onlar mənə doğurdan da elmin sirlərini öyrətdilər. Sonra getdim Moskvada Akademik Mixayıl Mixayloviç Krasnovun tələbəsi oldum. Onlar mənim bu günümdə də, altmiş yaşımda da elə bilirəm atam və anamdılar. Çünki onlar mənə elmin sirlərini təmənnasız öyrədiblər. Gözdə romantiklik var - Paşa müəllim niyə gözü seçdiniz? - Mənim Sülhəddin dayım göz həkimi idi. Onu yaxından müşahidə edəndə o sənətin romantikliyini görmüşdüm. Yadımdadır insanların gözləri açılanda ona səcdəgah kimi baxmaları. Bu məndə tibbin bu sahəsinə maraq oyatdı və romantik gəldi. Dayımın timsalında sevdim bu sənəti və ona görə də göz həkimi oldum. - Paşa müəllim, gün ərzində ən çox hansı sözü işlədirsiniz? - Valah, heç ona fikir verməmişəm. - Sizin "O" adlı esseniz var. Sizinlə söhbətə qədər o esseni oxudum. "Göz", "görmək", "baxmaq", "gözləmək" və sair. Essenizin bütün abzasları bu sözlərlə başlayır... - Təbiidir, çünki mənim taleyim "göz"ün içindən gəlib keçir. Taleyim işığın içindədir. Qaranlıqla işığın mücadiləsindədir. Görməkdə və görməməkdədi. Təbii ki, o dominant olur da. Gün ərzində mənim leksikonumda, danışığımda da bu təkrarlana bilər. Ola bilər, hansısa kəşfiyyatçı insana baxır, deyir ki, görən bu, hansı məzhəbə qulluq edir. Mən insana baxanda deyirəm, bu insan nə qədər görür. İnsanın yerişindən bilirəm ki, görməyi zəifdir və bu zəiflik hansı xəstəlikdəndir. İnsanların yerişindən görmə qabiliyyətini görürəm - İnsanların uzaqgörən olmasını duya bilirsizmi?.. - Onu çox vaxt səhv edirəm. Əməliyyat edəndə göz açılır və insanın taleyini gözün içi danışır. Mən uzaqdan insanın gözünə baxanda onu oxuya bilmirəm, ancaq əməliyyat edən zaman gözünün içinə baxanda bilirəm necə insandır. İnsanlar da bayırdan ancaq gözün fiziki imkanlarını görə bilirəm, gözün içərisində olanda onun mənəviyyatını oxuya bilirəm. Uşaqlarım həkimdir - Üç uşağınız var səhv etmirəmsə? - Bəli. Bir oğlan, iki qız. - Həkimdirlər? - İkisi göz həkimidir. Kiçik qızım da Tibb Universitetinin ikinci kursunda oxuyur. - Deməli, atanız sizi bütün sahələrdən çəkindirdi və Topçubaşovun adını çəkib sizi bura istiqamətləndirdi? - Hə. Çox qəribədir ki, o "Mustafa" demirdi, İbrahim Topçubaşov deyirdi. İbrahim də, xatırlayırsınızsa, həm musiqi bəstələyirdi, həm də cərrah idi. Doğurdan da onun taleyində mən özümə çox yaxınlıq hiss etdim. - Sizin bacınız da həkimdir... - Dayım da, mən də, uşaqlar da. - Uşaqlar həkimliyi atalarına, bibilərinə baxıb seçdilər? - Babalarına. Mənim tövsiyəm də olub, amma inadla, əmrlə yox. Onlar da sevdilər bu peşəni, çünki kitabların arasında böyüdülər, mənim gözlə bağlı söhbətlərimi görürdülər. Görünür ki, mən həvəs yarada bildim onlarda. - Heç nəzər olmusunuzmu? - Mən xurafata və əlamətə inanan biri deyiləm. Çünki mənim babam Hüseyn Allahı sevən, mənə Allah məhəbbəti, səcdəsi tərbiyə etmiş bir kişi idi və hələ o vaxt xurafata inanmırdı. Ancaq bu nəzər məsələsinə gəlincə, mən oftalmologiyadan bilirəm, orda müəyyən faiz həqiqət var. Çünki gözdən müəyyən şüalar insanın səhhətinə təsir edir. Gözə inanıram, ancaq tövsiyəm budur ki, insanlarımız bunu özlərinə çox təlqin etməsinlər. Cavanlaşmaq istəmərəm - Arzulamısınızla necə baş etmisiniz? - Arzularımın çox hissəsinə çatmışam, çatmadıqlarım da var. Ancaq çox qəribədir ki, həmişə kənardan xoşbəxt adam kimi və hər şeyi olan adam kimi görünmişəm. Lakin hər bir günüm ağır bir zəhmətlə, titanik zəhmətlə qurulub. Bu yaşıma qədər çəkdiyim əziyyətlərlə, desələr ki, səni 20 yaşına qaytarırıq, cavanlaşırsan, di gəl, yenə həmin əziyyətləri çəkəcəksən, and olsun Allaha, istəmərəm, razı olmaram. Pərəstişkarlarım çox olub - Xəstələrinizin sayi çox olub, yoxsa sevdanıza düşənlərin? - Yox, xəstələrin sayı çox olub (gülür). - Heç o cür sevdaya düşüb özünü xəstə kimi təqdim edənləriniz necə, olubmu? - O da olub (gülür).
2014-02-21
9,632
Soçi olimpiadasında dopinq qalmaqalı
Soçi Qış Olimpiadasında alman idmançılardan birinin qanında dopinq aşkarlanması qalmaqal yaradıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Almaniya Olimpiya Oyunları İttifaqına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən alman milli komandasının üzvlərinin birinin qanında qadağan olunuş maddə aşkarlanması ilə bağlı rəsmi məlumat daxil olub. Qadağan olunmuş maddə ikiqat Olimpiya çempionu olan qadın biatlonçu Eva Zahenbaxer-Ştelldə tapılıb. Məsələ ilə bağlı tam məlumat "B" nümunəsinin götürülməsindən sonra veriləcək.
2014-02-21
9,633
Qubad İbadoğlu hoteldən çıxa bilmir - Foto
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qubad İbadoğlu İraqın paytaxtı Bağdad şəhərindədir. "Axar.az" onun Feysbuk səhifəsində yaydığı məlumata istinadən xəbər verir ki, Q.İbadoğlu İslam İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Beyin Mərkəzlərinin 5-ci beynəlxalq konfransında çıxış etmək üçün bu ölkəyə gedib. O, bu gün konfransın plenar iclasında çıxış edib. Toplantıda İƏT-nin rəhbərləri, İraqın Baş nazirinin rəhbərlik etdiyi dövlət və parlament nümayəndə heyəti, 25-dən çox ölkənin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edir. İqtisadçı yazıb ki, konfrans iştirakçılarının sayının çoxluğunu nəzərə alaraq çıxışına Ermənistanın Azərbaycana qarşı aqressiyasından başlayıb. Daha sonra İƏT ölkələri arasında iqtisadi-ticari, sosial-mədəni əməkdaşlığın çətinliklərindən danışıb. Q.İbadoğlu terror içində qan gölünə dönən Bağdadda gördüklərini də yazıb: "Bağdad aeroportundan hazırda yaşadığımız hotelə gələrkən bütün yol boyu bizi bir neçə hərbi maşın dolu əsgər müşayiət edib. Yol boyunca nələri görmədik. Bir vaxtlar dünyanın ən qəddar diktatorunun rəhbərlik etdiyi ölkə hazırda müharibədən sonrakı dövrün dağıntılarını və çətinliklərini yaşayır. Burda hər gün gərginlik və terror aktları müşahidə olunur, şəhərin müxtəlif istiqamətlərindən qara tüstülər havaya qalxır. Ona görə də bizə hoteldən küçəyə çıxmağa icazə verilmir. Hava udmaq lazım olan otağımızın eyvanına çıxırıq və oradan şəhəri müşahidə edirik. Ömrümdə 1-ci dəfədir ki, 3 gün ərzində ciddi qoruma altında mehmanxanada yaşayıram. Konqoda olanda yenə hərdən qorumalarımla birgə bazar-dükana, kafeyə-restorana gedə bildirdim. Burda isə ona da icazə verilmir, çünki ən qorxulu yer elə oralardır". Konfrans fevralın 22-də yekunlaşır.
2014-02-21
9,634
İngiltərəyə vizanı İstanbuldan alacağıq
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin ləğv olunması yalnız Azərbaycana aid deyil. Bu, yeni bir biznes modelidir və Britaniya onu bütün dünyada tətbiq edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq səfirliyin viza şöbəsinin bağlanmasına aydınlıq gətirərkən bildirib (Gün.Az). Onun sözlərinə görə, hazırda Britaniya bütün viza məsələlərini dünyanın bir neçə ölkəsi üzrə mərkəzlərdə yerləşdirir: "Beləliklə bu region üçün mərkəzimiz İstanbulda yerləşəcək. Artıq biz viza xidmətləri üzrə beynəlxalq səviyyədə tanınmış və nüfuzlu özəl şirkətlə işləyəcəyik. Həmin şirkət görüş təyin edəcək, ərizələrin qəbulunu aparacaq, daha çevik işləyəcək. Çünki səfirlik olaraq bizim imkanlarımız bəzən məhdud ola bilər" . Diplomat bildirib ki, bir sözlə, Azərbaycandan müraciət edənlərə daha keyfiyyətli xidmətlər göstəriləcək və onların imkanları artacaq. Bir az çox pul ödənildiyi halda isə xidmətlər daha operativ göstərilə bilər. Yaxud müraciət edən ödəniş etdikdən sonra vizanı özü deyil, kuryer vasitəsilə də əldə edə bilər. Səfirin sözlərinə görə, yeganə dəyişilən budur ki, viza barədə qərar İstanbuldakı konsul tərəfindən qəbul olunacaq: "İstanbulda yerləşən mərkəzimiz daha böyük və heyətimiz daha genişdir. Ona görə qərar da daha tez qəbul olunacaq". Səfir bildirib ki, bu yeniliyin tətbiq edilməsinin səbəblərindən biri də odur ki, Azərbaycandan Britaniyaya səfər edənlərin sayı artsın. "Çünki bizim həmin özəl şirkətlə müqaviləmiz var və həmin sənəd üzrə onlar daha çox ərizə qəbul etməlidirlər. Hər il Azərbaycandan Britaniyaya 8-9 min nəfər səfər edir, ötən illərlə müqayisədə 20 faiz artım müşahidə olunur. Amma yeni struktur bu rəqəmlərin artmasına imkan verəcək".
2014-02-21
9,635
108 kiloqram Kolumbiya kokaini ələ keçirildi
Türkiyənin Mersin şəhərində 108 kilo kokain ələ keçirilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə polisinin Mersində keçirdiyi əməliyyatlarda 108 kiloqram kokain ələ keçirilib. Mersin Limanında konteynerin içindən tapılan kokainin Kolumbiyadan gətirildiyi məlum olub. Polis əməliyyatla bağlı 9 nəfəri həbs edib.
2014-02-21
9,636
Ölmədiyindən şübhələnib qəbri açdılar – Video
Türkiyədə 45 gün əvvəl ölmüş şəxsin ailəsi "qəbirdən səs gəlir" deyərək məzarı açdırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Mardin şəhərində maraqlı hadisə yaşanıb. 45 gün əvvəl vəfat edən xərçəng xəstəsinin ailəsi qəbirdən səs gəldiyini və yuxuda yaşadığını görüb qəbiristanlığa gələrək məzarı açdırıblar. Cənazəni adi vəziyyətdə gördükdən sonra yenidən üstünü örtüblər.
2014-02-21
9,637
ABŞ əsgərləri əməliyyata qan içərək hazırlaşır - Foto
ABŞ Dəniz Düvvələrinin əsgərləri, təlim prosesində kobra qanı içərkən lentə alınıb. "Axar.az" xəbər verir ki, Tailand meşələrinin cəngəlliklərində təlim zamanı çəkilən fotoşəkillərdə ABŞ Dəniz Qüvvələrində xidmət edən əsgərlərin ölü kobra ilanının qanını içdikləri görünür. Əsgərlərə hücum, insanlara yardım, dost qüvvələrin azad edilməsi və vəhşi həyatda sağ qalma texnikalarını öyrədən gündəlik təlimlər, Tailandın Con Buri bölgəsində aparılır.
2014-02-21
9,638
Azərbaycanlı iş adamı Maydanda döyüldü
Ukrayna vətəndaşı olan Behbud Yaqubov xəstəxanada koma vəziyyətindədir. Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur. Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib. "Berkut" xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B. Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb. Hazırda Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir.