date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-19
9,432
Bakıda müəllim dərs zamanı öldü
Bakıda universitetdə ölüm hadisəsi baş verib. Müəllim dərs zamanı dünyasını dəyişib. Hadisə bu gün saat 12:44-da baş verib (ANS). Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəfildən vəziyyəti pisləşib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb. Səbail rayon Polis İdarəsin 39-cu polis bölməsindən verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, hadisə Pedaqoji Universitetin Ü.Hacıbəyov küçəsi 34 ünvanında baş verib.
2014-02-19
9,433
Çeçen mücahidlərdən rus və Kadırov əsgərlərinə ağır zərbə
Çeçenistanın qərbində Rusiya işğalçılarına aid bir hərbi helikopter xəsarət alıb və 2 rus əsgər öldürülüb. "Axar.az" "Kavkaz Center"ə istinadən xəbər verir ki, Çeçenistanın Bamut və Suja kəndi yaxınlarında cümə günündən bu yana mücahidlərlə rus işğalçıları və Kadırov hökumətinə bağlı əsgərlər arasında atışmaların davam etdiyi bildirilib. Xəbərə görə ruslar Kadırova havadan dəstək verib. Və bir helikopter xəsarət alıb. Kadırov tərəfindən döyüşənlərdən 2 nəfər öldürülüb, 5-15 nəfər arası isə yaralanma var.
2014-02-19
9,434
Alim xəbərdarlığı: Hər an zəlzələ ola bilər
Son zamanlar dünyada qlobal iqlim dəyişməsi prosesi gedir. Rusiyada havaların temperaturunun kəskin düşməsi, Amerikada qar və çovğun, İndoneziyada vulkan aktivləşməsi, zəlzələ, eləcə də, digər təbii fəlakətlərin aktivləşməsi insanların ən böyük probleminə çevrilib. Çox təəssüf ki, bu təbii fəlakətlər Azərbaycandan da yan keçmir. Bu yaxınlarda Azərbaycnada baş vermiş güclü zəlzələ insanları daha da təşvişə saldı. Bəs bu tipli təbii fəlakətlər yenə də Azərbaycan, Bakı üçün təhlükəlidirmi? Dünyada baş verən təbiət hadisələrinin səbəbi nədir və bunun ölkəmiz üçün nə qədər təhlükəsi var? Bu suallara cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, Texnika elmləri doktoru Ramiz Mahmud oğlu Məmmədovla əlaqə saxladıq. Ramiz Məmmədovun müsahibəsini təqdim edirik. - Dünyada təbii fəlakətlər baş verir. Şaxta, qar, zəlzələ, torpaq sürüşmələri və s. hadisələr dünyanın ən qorxduğu problemlərdəndir. Son zamanlar bu hadisələr çoxalıb. Bunu nə ilə izah edərdiniz? - Bu təbiət hadisələri, atmosferdə proseslərin belə intensivləşməsi, yəni temperaturun kəskin artması, düşməsi, ümumiyyətcə təbii fəlakətlərin yaranmasının səbəbi enerji mənbəyinin atmosferlə yer səthinin qarşılıqlı təsiridir. Yerlə atmorfer arasına böyük enerji, istilik mübadiləsi, impuls mübadiləsi olur. Bu mübadilənin də ən intensiv hissələridə okean, dəniz üzərinə düşən hissədə olur. Bu səbəbdəndə okeana yaxın ölkələrdə, ərazilərdə təbii fəlakətlər baş verir. Əslində bu tip hadisələr həmişə olub. Sadəcə olaraq, bu gün mətbuatın aktivliyi və hadisələrin operativ şəkildə yayılması, təbii fəlakətlərin çoxaldığı barədə təəsürat yaradır. Əslində bir ərazidə hansısa təbiət hadisəsi aktivləşəndə, digər ərazidə zəifləyir. Bu da təbiidir. - Bu fəlakətlərin Azərbaycan üçün qorxusu nə qədərdi? - Azərbaycan materikin ortasındadır. Bu səbəbdən də Azərbaycanda bu proseslər zəifdir. Ancaq çox böyük dəyişmələr olanda, təbiət hadisələri hiss olunur. Məsələn, keçən ay Rusiya dövləti ərazisində temperatur -30 dərəcə enmişdi. Bu hal ölkəmizdə havaların soyuması ilə nəticələnmişdi. Bizdə də həmin vaxt 10-12 dərəcə şaxta olmuşdu. Şimaldan gələn soyuq siklonlar Azərbaycan ərazisində böyük dəyişiklik etmişdi. Əgər bu sikonlar Böyük Qafqaz dağlarından yüksəkdə olarlarsa, onda bu ölkəmizə təsir edir. Əgər Böyük Qafqazdan kiçik hündürlüklərdə olarsa, onda dağlara dəyir və zəifləyir. Bununla da, ölkəmizdə hava şəraiti dəyişmir. - Bu yaxınlarda Bakıda və bölgələrdə güclü yeraltı təkanlar oldu. Zəlzələ ilə bağlı nə deyə bilərsiz? Yenə yeraltı təkanlar bizi qorxudacaqmı? - Azərbaycan dinamik aktiv bölgədə yerləşir. Burada hər an 8 bal gücünə qədər zəlzələnin olması mümkündür. Lakin hələ elm zəlzələnin əvvəlcədən dəqiq proqnozunu vermək baxımından çox zəifdir. Azərbaycan kifayət qədər dinamik aktiv zonada olduğu üçün bu təhlükə həmişə var. Bir sözlə, Azərbaycan qorxulu zonadır. Bunun üçün Bakıda binalar tikiləndə, onların 8-9 bal zəlzələyə dayanıqlı olması tələb olunur. - Bakıda və Abşeron yarımadasında zəhzələ təhlükəsi böyük faciələrlə nəticələnə bilər? - Bakı və Abşeron yarımadası ərazisində çökmə qatının qalınlığı 15-30 km arasındadır. Bu səbəbdən güclü yeraltı təkan burada baş verə biləcək fəlakətlərin qarşısını ala bilir. Məsələn 2000-ci ildə Bakıdı zəlzələ, digər ölkədə baş verən zaman böyük bədbəxtçiliyə səbəb olur. Böyük dağıntılar baş verir. Bizdə isə yox. Bunun səbəbi, çökmə təbəqəsinin qalın olmasıdır. Amma ümumilikdə Bakı həmişə zəlzələ təhlükəsi qarşısındadır. - Dünyada və ölkəmizdə torpaq sürüşməsilə bağlı aktivlik hiss olunur. Bu barədə necə, təhlükə nə səviyyədədir? - Bu yaxınlarda bizim institutunda araşdırmalar aparılacaq. Torpaq sürüşməsilə bağlı hazırkı vəziyyət və təhlükələr bir daha öyrəniləcək. İndi isə, yalnız onu deyə bilərək ki, torpaq sürüşməsi gedən ən aktiv yerlər Böyük Qafqazın cənub yamacı, İsmayıllı, Şamaxı, Ağsu əraziləridir. Əvvəllər Astara və Lənkəran zonasında sürüşmələr olmurdu. Hətta son zamanlar həmin ərazilərdə də aktivlik müşahidə olur. Bunun da iki səbəbi var. Endogen və ekzogen səbəblər. Yəni daxili, xarici səbəblər. Xarici səbəbləri, məsələn, intensiv yağış yağması, su bolluğu torpaq sürüşməsi prosesini gücləndirir. Antropogen amildə isə insan amili əsas yeri tutur. Yəni ele yerlərdə qazıntı işləri aparırlar ki, birbaşa sürüşməyə təsir edir. Yaxud, sürüşməyə meyilli ərazilərdəki ağaclar kəsilir. Torpağa həddindən artıq su buraxılır və s. - Həyat üçün ən vacib amillərdən biri də su problemidir. Azərbaycan və Bakı üçün içməli su problemləri ilə qarşılaşmaq təhlükəsi var? - Azərbaycanda şirin su ehtiyatları elədə çox olan ölkə deyil. Dünyada su ehtiyatları az olan 13 ölkə sırasındayıq. Amma bu o demək deyil ki, Azərbaycanın suyu özünə çatmır. Sadəcə sudan rasional istifadə etməliyik. Suyun qızıl kimi qədrini bilməliyik. Mənə elə gəlir ki, sudan qənaətlə istifadə etmək lazımdı. Elə etmək lazımdı ki. su Azərbaycan vətəndaşına çatsın. Bilmək lazımdır ki, su sərvətdir və bu sərvət qədərsiz deyil, məhduddur. Məsələn, ABŞ-da şirin su problemi yoxdur və min il sonra da olmayacaq. Lakin onlar yenə də suya qənaət edirlər. Orda bu məsələyə böyük nəzarət var (ANS).
2014-02-19
9,435
Türkiyə raketləri Azərbaycanda sınaqdan keçirildi
Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş "Mizraq-U" və "Mizraq-O" tank əleyhinə idarə olunan raket komplekslərinin Azərbaycanda test atışları keçirilib. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, test atışları Azərbaycan Silahlı Qüvvələrinin "Cobra" zirehli avtomobillərinin üzərinə inteqrasiya olunmuş buraxıcılardan və yerüstü buraxıcı qurğulardan həyata keçirilib. Atışlarda hər iki raket hədəfləri yüksək dəqiqliklə məhv edib. Qeyd edək ki, Türkiyənin Uzaq Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket "Mizraq-U", Orta Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket isə "Mizraq-O" adlanır.
2014-02-19
9,436
Ukraynada matəm elan olundu
Ukraynada fevralın 20-si matəm günü elan olunub. "Axar.az" APA-ya istinadla xəbər verir ki, Prezident Viktor Yanukoviç bu barədə fərman imzalayıb. Matəm günü bütün ölkədə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək. Qeyd edək ki, fevralın 18-də və 19-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.
2014-02-19
9,437
Braziliyalı futbolçunun azərbaycanlı qızı - Fotolar
"Neftçi"nin braziliyalı futbolçusu Denis Silvanın cazibədar xanımı Luana Rinaldini futbolinfo.az saytına verdiyi müsahibədə Azərbaycandakı həyatlarından danışıb. "Axar.az" həmin müsahibəni təqdim edir: - Xeyli müddətdi Azərbaycanda yaşayırsız. Ölkəmiz haqqında nə deyə bilərsiz? - Mən buranı çox sevirəm. Artıq 6 ildi ki, buradayam. Qızım burada dünyaya gəlib. Bura artıq bizim ikinci vətənimiz sayılır. Qızım burada dünyaya gəldiyi üçün onun vətəni elə buradı. - Necə oldu ki, bura gəldiz? Denis Azərbaycanı seçərkən sizinlə söhbət etdi? - Bura 6 il əvvəl gəlmişdim. Gələrkən Azərbaycan haqqında araşdırmalar apardıq. Sizin ölkənin müharibə şəraitində yaşadığını da bilirdik. Bu, çox pisdi. Müharibə insanlara xeyir gətirmir. Amma ölkəniz gözəldi. Xüsususən də paytaxt Bakı. Başqa bölgələrlə də tanışam. Gəzməli, görməli yerlər çoxdu. Azərbaycan gündən-günə inkişaf edir. Düşünürəm ki, 5-6 il sonra bura tamamilə Avropa kimi olacaq. - Burada ən çox nəyi xoşlayırsız? - Görün neçə ildi buradayam. Artıq Azərbaycanla bağlı hər şeyi öyrənmişəm. Məsələn, burada ət daha çox yeyilir. İndi biz də ətdən çox istifadə edirik. - Denis ilk dəfə Azərbaycanda "Xəzər Lənkəran"da oynayıb. O günləri necə xatırlayırsız? - Lənkəranda çox yorulurduq. Komanda Bakıya gəlirdi, Lənkərana gedirdi. Oradakı mədəniyyətə , şəhərə uyğunlaşmaqda çətinlik çəkirdim. Ümumiyyətlə, tanıdğım insanlarla əlaqədə də problem yaşayırdım. - Bəs Denis "Xəzər Lənkəran"dan razı idi? - Buna şərh vermək istəmirəm. - Həyat yoldaşınız indi "Neftçi"də oynayır... - Futbol dostluqdu. Azərbaycanda da inkişaf edir. - Amma "Xəzər Lənkəran" və "Neftçi" barışmaz rəqiblərdi. Denis əvvəlcə "Xəzər Lənkəran"da oynadı, indi isə "Neftçi"də... - Əslində futbol qardaşlıq oyunudu. Burada vəhşiliklərə, lazım olmayan şeylərə yer yoxdu. Bəzən stadionlarda olan vəhşiliklər məni kədərləndirir. Axı bütün bunlar nəyə lazımdı? Bunlar mənə xoş gəlmir. Denis peşəkar futbolçudu. O, bir gün bu komandada, başqa vaxt ayrı komandada oynaya bilər. Bu, normaldı. Həmçinin Denis "Xəzər Lənkəran"dan ayrılandan sonra Bakıya gəlməyimiz yaxşı oldu. Bizim uşağımız var idi. Onun üçün həm dil baxımından, həm də sağlamlığı baxımından paytaxt daha yaxşıdı. Çünki biz paytaxtda onu xəstəxanalara daha rahat apara bilirik. - Azərbaycan və Braziliya arasında nə kimi fərqlər var? - Fərqli mədəniyyətlərə malik ölkələrdi. Braziliya tamamilə fərqlidi. Qeyd edim ki, orada böyük cinayət dalğaları var. Azərbaycanda isə belə şeylər azdı. Ona görə də burada yaşamaq mənim üçün də, Denis üçün də, qızım üçün də yaxşıdı. - Futbolumuz arasında nə fərq var? Niyə Azərbaycan futbolu Braziliya futbolu kimi güclü deyil? - Braziliya futbolunun uzun tarixi var. Orada futbol çox sevilir və bu, çoxdan belədi. Zamanla Azərbaycanda da belə olacaq. Burada da futbolu çox sevəcəklər və uğurlar olacaq. - "Neftçi" uduzanda Denisə necə dəstək verirsiz? - "Neftçi" məğlub olanda Denis çox pis olur. Ona söz demək mümkün olmur. Evə gələndə həddən artıq üzgün görünür. Onlar meydanda məğlub olarkən mən tirbunadan onu izləyə bilmirəm. Çox kədərli oluram. Amma futbol belədi. Həmişə qələbə olmur. Məğlubiyyət də var, bərabərlik də, qələbə də. Bunu qəbul etmək lazımdı. - Azərbaycan mətbəxi xoşunuza gəlir? - Əlbəttə. Buranın yeməklərini çox xoşlayıram. Mənim anam da, nənəm də buranın yeməklərini xoşlayır. Burada düyüdən, ətdən və müxtəlif ədviyyatlardan istifadə olunur. Azərbaycan yeməklərini bişirməyi bacarıram. Bu, mənim çox xoşuma gəlir. Ümumiyyətlə Azərbaycan mətbəxi dadlıdı. - Azərbaycanda Lənkəran və Bakıdan başqa hansı bölgələrdə olmusuz? - Mən Azərbaycanın bölgələrində olmuşam. Amma adları yadımda qalmayıb. Məsələn, Sumqayıtda olmuşam. Yayda Mərdəkana getmək çox xoşuma gəlir. Orada yaxşı çimərliklər var.
2014-02-19
9,438
Baş redaktor Bakı Polisinə aparıldı – Video/Yeniləndi
14:59 MFM-nin sədri Şəhriyar Məcidzadə mülki geyimlilər tərəfindən ağ cipə mindirilərək naməlum istiqamətə aparılıb. "Axar.az"ın müxbiri Tural Qurbanlının məlumatına əsasən, bu gün günorta saatlarında Milli Fikir Mərkəzinin (MFM) sədri, "Etatist" xəbər saytının Baş redaktoru Şəhriyar Məcidzadə Nəsimi heykəlinin qarşısında fərdi aksiya keçirdiyi zaman dövlət nömrə nişanı 10 GV 543 olan "Pajero" markalı avtomobilə məcburi şəkildə mindirilərək naməlum istiqamətə aparılıb. Xatırladaq ki, MFM-nin üzvü "Kabus" ləqəbli reper Həbib Rüstəmin "Vətən" kinoteatrında 16 fevral tarixində keçiriləcək konsertinə polis icazə verməyib. MFM-nin sədri Şəhriyar Məcidzadə baş verən qanunsuzluğa görə "Nəsimi" heykəlinin qarşısında aksiya keçirəcəyini bildirmişdi. 16:10 Baş redaktorun saxlanıldığı yer dəqiqləşib. "Axar.az" əməkdaşı hadisə yerindən xəbər verir ki, Baş redaktor Şəhriyar Məcidzadə hazırda Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır. Milli Fikir Mərkəzinin üzvləri və Şəhriyar Məcidzadənin dostları Bakı Polis İdarəsinin qarşısına toplaşıblar. 16:38
2014-02-19
9,439
SOCAR niyə yenidən “Şimal”a getdi?
Xəbər vediyimiz kimi, dünən SOCAR və Transneft şirkətləri Azərbaycan neftinin Rusiya üzərindən daşınması üzrə yeni müqavilə imzalayıblar. SOCAR bunun qarşılıqlı faydalı kommersiya şərtləri əsasında həyata keçirildiyini bəyan edib. Maraqlıdır ki, əvvəllər Azərbaycanla əlaqələrə dair ilk xəbərləri Transneft şirkətinin saytından almaq mümkün idisə, hazırda Rusiyanın neft boru daşımaları üzrə monopolisti nədənsə susmağa üstünlük verir. SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-presidenti Elşad Nəsirov isə Röyter agentliyinə bildirib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir və bağlanan müqavilə tərəflərin kommersiya maraqlarına cavab verir. Bəs sual olunur, nədən əvvəlki müqaviləyə Transneft şirkəti fevralın 14-də xitam verdi və SOCAR məcbur olub onun səhəri Bakı-Tiflis-Ceyhanla öz neftini daşımağa başladı? Nəhayət, 3 gün ərzində şirkətlər hər iki tərəfi qane edəcək razılığa gələ bildilər? Bəllidir ki, bundan əvvəlki tarif 15,67 dollar idi. Rusiya ərazisində Azərbaycan neftinin 1 tonunun daşınması üçün 16 il yarım ərzində bu dəyişməz olaraq qalmışdı. Transneft isə bu tarifin 2 dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələbi irəli sürürdü. Rusiya isə bunu o zaman tətbiq edəcəyini bildirirdi ki, SOCAR 5 milyon ton neft vursun kəmərə. Çox güman ki, Azərbaycan öz tələbini geri götürüb keyfiyyət bankı ilə bağlı, Transneft də həcm məsələsini gündəllikdən çıxarıb. Və beləliklə, tərəflər təqribən 30 dollardan Azərbaycan neftinin daşınmasına razılaşıblar. Bu tarif SOCAR-ı qane edir hazırda, çünki BTC-dən ucuzdur, dəmir yolu ilə daşımalar qədər başağrısı yoxdur və riski azdır.
2014-02-19
9,440
Kollec rektoruna görə tələbələr Lənkəranda aksiya keçirir
14 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, işdə yol verdiyi nöqsanlara görə, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar isə kollec müəllimlərinin və tələbələrin narazılığına səbəb olub. Qaynar.info ilə əlaqə saxlayan tələbələr və müəllimlər bildiriblər ki, işdən çıxarılan direktor Şaban Şəfiyev qərarda göstəriləndən fərqli olaraq, bu vaxta qədər kollecdə direktor işləmiş hər kəsdən daha yaxşı işləyib: "İstənilən tələbə Şaban müəllimin qəbuluna çox rahatlıqla girə bilirdi. Problemlərimizi dinləyirdi, həll edirdi. O, kollecə gələndən sonra nizam-intizam da qaydasına düşüb". Tələbə və müəllimlər bu məsələ ilə bağlı Təhsil Naziriliyinə də müraciət ünvanlamağa hazırlaşır. Qaynar.info-ya daxil olan müraciətdə deyilir: "Şaban Şəfiyevin kollec direktoru olduğu müddətdə təhsil ocağının uğurları artıb. Rayonda keçirilən bilik müsabiqələrində, sosial yönümlü tədbirlərdə, ölkə və dünya əhəmiyyətli şəxsiyyətlərin yaradıcılıq gecələrinin keçirilməsində əməli işlər görülmüş və kollecin Respublikada öncül təhsil müəssisəsi olmasına şərait yaradılıb". Tələbələr 2 gün öncə bu məqsədlə aksiya keçirməyə cəhd ediblər. Səhər saat 9-da keçirilməsi planlaşdırılan aksiya baş tutmayıb. Belə ki, tələbələr kollecin qarşısına gələndə artıq polislər oranı mühasirəyə alıb və aksiya keçirməyə imkan verməyiblər. Kollec tələbələri Şaban Şəfiyevin yenidən vəzifəsinə qaytarılması məqsədi ilə sosial şəbəkələrdə də kampaniya başlayıblar. Tələbələr feysbukda Şaban Şəfiyevi geri qaytaraq adlı səhifə yaradıblar.
2014-02-19
9,441
Ukraynalı qız Maydandan dünyaya səsləndi - Video
Ukraynalılar dəstək gözləyir. "Axar.az" xəbər verir ki, bu videoda Ukraynalı qız Maydandakı hadisələri təsvir etməklə hər kəsdən dəstək gözlədiyini bildirir. Bu videoda danışan qızın qısa nitqini təqdim edirik: "Mən Ukraynalıyam. İstəyirəm ki, yüzlərlə insanın küçələrdə olmağının səbəbini biləsiniz. Burada sadəcə, bir səbəb var – biz diktaturadan azad olmaq istəyirik. Mən istəyirəm ki, bura toplaşan insanların normal həyatı olsun. Ola bilər ki, bizim sabah telefonumuz, internetimiz olmaya və biz burda tənha qalaq. Ona görə də sizdən xahiş edirəm, bizə kömək edin. Burdakı hadisələri yaxınlarınıza söyləməklə, bu videonu paylaşmaqla bizə kömək edə bilərsiniz. Dostlarınıza, ailənizə, hökumətinizə söyləməklə bizi dəstəklədiyinizi göstərin". Qeyd edək ki, bu videoda Azərbaycan bayrağının dalğalandığını da aydın görmək olar. I Am a Ukrainian - Ben Ukraynalıyım | Alkışlarla Yaşıyorum
2014-02-19
9,442
Putin Yanukoviçin telefonuna cavab vermədi
Dünənki növbəti iğtişaşlar zamanı prezident Vladimir Putinlə telefon əlaqəsinə girməyə çalışan Viktor Yanukoviçin cəhdləri baş tutmayıb. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, işinin çöxluğunu əsas gətirən Rusiya dövlət başçısı Ukrayna prezidenti ilə danışmaqdan imtina edib. Bu barədə informasiya Prezident Administrasiyasından sızıb. Bundan başqa, bildirilib ki, dünən Yanukoviçlə ABŞ vitse-prezidenti Co Bayden ünsiyyətə girsə də, Almaniya kansleri Angela Merkelin cəhdləri baş tutmayıb. Amerikanın Ukraynadakı səfiri Ceffri Payett daha diqqət çəkən açıqlama verərək, bundan sonra baş verəcək olaylara görə yalnız Yanukoviçin məsuliyyət daşıyacağını açıqlayıb.
2014-02-19
9,443
Azərbaycan vətəndaşından intihara cəhd - Bu dəfə İranda
Azərbaycan vətəndaşı İran ərazisində intihara cəhd göstərib. APA-nın İranın "Səhər" telekanalına istinadən verdiyi məlumata görə, təxminən 30 yaşlarında olan Rical Rəfi oğlu Kamalov İranın Astara şəhərinin Came məscidinin minarəsinə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə dərhal İran nizam-intizam qüvvələri (polis) və yanğınsöndürənlər gəlib. Onların səyləri nəticəsində Azərbaycan vətəndaşının intihar cəhdinin qarşısı alınıb. İntihar cəhdinin səbəbləri açıqlanmır. Qeyd edək ki, R.Kamalov fevralın 17-də İrana səfər edib.
2014-02-19
9,444
AKP Gülənin Azərbaycandakı məktəblərinə yeni lider gətirir – Özəl
Fətullah Gülənin Azərbaycandakı məktəbləri onun əlindən alınandan sonra Elşad Mahmudova veriləcək. "Axar.az"ın məlumatına görə, BDU-nun İlahiyyat fakültəsinin keçmiş müəllimi, tanınmış ilahiyyatçı Elşad Mahmudov Türkiyə rəhbərliyində olan şəxslərlə görüşəndən sonra bu qərar verilib. Bildirilir ki, Elşad Mahmudovun təşəbbüsü ilə qurulmuş "Elm Yurdu" Sosial Araşdırmalar İctimai Birliyinin təşkil etdiyi toplantılarda Elmir Quliyev, Elvüsal Məmmədov, Sənan Əzimov, Azər Abbasov, Qafqaz Abdurrəhimov, İntiqam Güləhmədov kimi simalar iştirak edirlər. E.Mahmudov Türkiyəyə etdiyi səfərlərdə ixvan təmayüllü Milli Görüş təşkilatının Anadolu Gənclik Dərnəyi tərəfindən təşkil olunan üç aylıq treninqlərində iştirak edib. Türkiyəyə etdiyi səfərlərdə E.Mahmudov AKP-nın səlahiyyətli nümayəndələri, "İxvan-ül-müslimin" ideoloqlarından Yusif əl-Qardavinin ideyalarının Türkiyədəki əsas dəstəklilərindən MÜSİAD (Müstəqil Sənayeçilər və İşadamları Dərnəyi) nümayəndələri, AKP-nin İstanbul bələdiyyə başqanı Kadir Topbaş, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanla görüşüb. Elşad Mahmudovun yaxın zamanlarda yeni siyasi partiya qurmaq üçün AKP-dən böyük dəstək aldığı da qeyd edilir. Ərdoğanın partiyasının dəstəklədiyi bu adamın həmçinin Bakıda Fətullah Gülən məktəblərinin başına gətiriləcəyi ilə bağlı iddialar isə artıq bir müddətdir ki, gündəmdədir. Qeyd olunur ki, onun Azərbaycanda siyasi islamın təbliği və təşviqi istiqamətində aparacağı işlərin maliyyələşdirilməsi məsələsini adı çəkilən qurumlar öz üzərlərinə götürüblər. E.Mahmudov və yuxarıda adı çəkilən ilahiyyatçılar gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək siyasi partiyanın təməllərini atmaq məqsədilə Azərbaycanda tələbə gəncləri bir yerə toplayaraq təşkilatlandırmaq üçün geniş fəaliyyət planı hazırlayıblar və hazırda bunu gerçəkləşdirməkdədirlər. DQİDK sədri Elşad İsgəndərovla da yaxın təmasda olan Elşad Mahmudov bu iş üçün komitə sədrinin dəstəyini də qazanıb. Keçirdiyi görüşlərdə E.Mahmudov Suriyadakı hadisələrə AKP-nin nöqteyi-nəzərindən yanaşaraq, tələbə gənclərə Bəşər Əsəddən sonrakı dövrdə keçiriləcək azad seçkilərdə "İxvan-ül-müslimin" hərəkatının liderlərinin Suriyada iqtidara gələcəyini söyləyib. AKP ilə sövdələşməyə əsasən, fətullahçıların Bakıdakı məktəbləri əllərindən alınandan sonra həmin məktəblərə rəhbərlik Elşad Mahmudova veriləcək". Qeyd edək ki, bir müddət öncə Şeyxülislam Allahşükür Paşazadə E.Mahmudovu Bakıdakı İlahiyyat Məscidindəki işindən çıxarıb. Tələbələrlə birlikdə siyasi məsələləri müzakirə etdiyi üçün fakültənin dekanı, akademik Vasim Məmmədəliyev tərəfindən BDU-nun İlahiyyat fakültəsindəki müəllimlik vəzifəsindən də uzaqlaşdırılan Elşad Mahmudov Azərbaycanda siyasi islamın əsas təbliğatçısı və təşkilatçısı kimi təqdim edilir.
2014-02-19
9,445
Tvitterdə Abdullah Gülə üsyan kampaniyası
Prezident Abdullah Gülün tvitter hesabını izləyənlərin sayı sürətlə azalır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin prezidenti Abdullah Gül internet qanununu təsdiqləməsini tvitterdə izləyiciləri ilə paylaşıb. Məhz bu açıqlamadan sonra sosial şəbəkədə spam və "#unfollowcbabdullahgul" haştağı ilə Abdullah Gülü izləyiciləri siyahısından (follow – red.) çıxartmaq kampaniyası başlayıb. Tvitterdə 50 min istifadəçi Abdullah Gülü izləmədən vaz keçərək onun izləyicilərinin sayını 4 milyon 390 mindən 4 milyon 344 minə endiriblər.
2014-02-19
9,446
Ünvanımız Kürdistan, ulduzumuz Öcalan! - BDP
BDP bələdiyyə seçkilərinə bu şüarla hazırlaşır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin müxalifət partiyalarından olan Barış və Demokratiya Partiyasının (BDP) Şırnak millət vəkili Səlma İrmaq Şirnakın Silopi kəndində bələdiyyə sədrlərinin tanıtma tədbirinə qatıldığı zaman "bizim bir ailəmiz, əşirətimiz var - o da Kürdistandır. Üzümüzü çevirdiyimiz bir ulduz var - o da Öcalandır",- deyib.
2014-02-19
9,447
Qumbara polislərin qarşısında partladı - Video/18+
Tailandda polislərin qarşısında əl qumbarası partladılıb. "Axar.az" türk mediasina istinadən xəbər verir ki, hadisədə ön sırada olan polislərin ağır dərəcəli xəsarət alıb. Polis onlara atəş açan şəxslərin sərrast atıcı olduqlarını iddia edib.
2014-02-19
9,448
Maydanda hansı xüsusi təyinatlılar var? – Şərh
Maydana Rusiya və Belorusiyadan xüsusi təyinatlıların gəlməsi inandırıcı görünmür. Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə dedi. O, Ukraynadakı hadisələrin hakimiyyət uğrunda mübarizə aparan oliqarxlara təsiri edəcəyini bildirdi: "Ukraynada cərəyan edən proseslər onu göstərir ki, belə davam etsə, bu, heç oliqarxların da xeyrinə olmayacaq. Hər gün Maydana görə həm ölkə xaricində, həm də onun daxilindəki maliyyə və siyasi qruplar uduzurlar. Ancaq Moskvadan və Minskdən xüsusi təyinatlarının Kiyevə göndərilməsi inandırıcı deyil. İndiki siyasi elita heç vaxt istəməz ki, onu kənardan - Rusiyadan asılı görsünlər. Eləcə də Moskva özü də Ukrayna hadisələrinə birbaşa qarışmış tərəf kimi də görsənmək istəməz". Qeyd edək ki, dünən yayılan məlumatlara əsasən, Rusiya və Belorusiyanın Ukraynaya xüsusi təyinatlılar göndərdiyini bildirilmişdi. Rusiyanın bura 4, Belorusiyanın isə 1 xüsusi təyinatlı qrup göndərdiyi bəlli olmuşdu.
2014-02-19
9,449
Müasirlikmi, özünə həqarətmi?!
Belə bir misal var: "Dilim-dilim olasan, dilim". Bu misal daha çox həqiqəti dediyi üçün cəzaya, əzaba tuş gələn insanların danışdıqlarına görə özlərinə qarşı yönəltdikləri məzəmmət kimi səslənir. Ancaq dilimizin bu günkü durumuna baxanda bu misalı ona görə xatırladım ki, dilimiz elə dilim-dilim olub. 23 ilə yaxındır ki, Sovet İttifaqı çöküb. Amma buna baxmayaraq, bu gün də dilimizə hörmətsiz, sayğsız münasibəti müşahidə edirik. Qanunla Azərbaycan dili ölkəmizdə dövlət dili statusu daşısa da, dilimizə münasibətdə də hüquqsuzluğu, hörmətsizliyi görürük. Şəhərdə ticarət obyektlərinin tanıtım lövhələrinə baxmaq kifayətdir; bir çoxu ingilis dilində yazılıb. Halbuki Dil Qanununa görə, tanıtım lövhələrində bütün adlar istisnasız olaraq Azərbyan dilində yazılmalıdır. Əcnəbi dildə ancaq kiçik hərflə, ikinci ad kimi qeyd oluna bilər. Ancaq kimdir buna məhəl qoyan?! Dərd bununla da bitmir. İşlədiyim saytdan rəsmi orqanlara müraciət edən müxbirlərə bəzən rus dilində cavab verilir. Bunu necə izah etmək olar? Halbuki, dövlət idarəsində əyləşən hər bir kəsin Azərbaycan dilində cavab verməsi onun borcudur. Amma indi hərənin öz insafına qalıb bu məsələ... Məmurun öz dilində danışmaması təkcə qanun pozuntusu deyil, bu, həm də dövlətə, onun atributlarına, milli kimliyimizə hörmətsizlik və saymazlıq əlamətidir. Bundan sonra gəl xalqa hörmət etməyən, onun dilində danışmağı özünə rəva görməyən birindən vicdanlı fəaliyyət gözlə görüm, necə gözləyirsən. Elə bu anda Ukraynada qarşılaşdığım mənzərəni xatırladım. Ünsiyyətdə olduğum sadə ukraynalı vətəndaşlardan xahiş etməyincə, onlar sənin rus dilində müraciətinə baxmayaraq, öz dillərində cavab verməyi üstün tuturdular. Siyasi mənsubiyyətindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, insanlar öz dillərinə, kimliklərinə dəyər verirlər və qarşı tərəfdən də bunu gözlədiklərini hiss etdirirlər. Dil məsələsinə həssas münasibət bu gün Avropa ölkələrində də qabarıq nəzərə çarpır. Məsələn, Fransada xarici dildə kino nümayişi qanunla qadağandır. Fransız dilindən başqa dildə orta və ali təhsil də bu ölkədə yasaqlanıb. Bu da demokratiyanın beşiyi olan ölkələrin dilə münasibət göstəricisi... Bizsə öz ölkəmizdə əcnəbi dildə danışmağı, Feyzbuk statusları yazmağı intellektuallıq göstəricisi sayırıq. Azərbaycanda rus və ingilis dillərində təhsil verən kifayət qədər məktəblər mövcuddur. Bu məktəbləri bitirən şəxslərin dilimizə, milli kimliyimizə münasibətinin necə olacağını təsəvvür etmək heç də çətin deyil. Cəmiyyət olaraq bu məsələyə münasibətimiz o qədər tolerantdır ki, sanki aşağılanan heç bizim dilimiz deyil. Bir müddət öncə tanışlarımdan biri Yaponiyaya köçən dostunun ailəsi haqqına bəh-bəhlə danışırdı. Söhbət əsnasında dedi ki, uşaqları heç azərbaycanca danışmır, artıq yapon dilini öyrəniblər. Bu cür öz milli kimliyinə həqarətli münasibəti yəqin ki, başqa millətlərdə görmək mümkün deyi. Halbuki Yaponiya haqqında müəyyən məlumatlarla tanış olan şəxs kimi deyə bilərəm ki, yapon dilini bilməyən uşaqla məhəllədə kimsə oynamaz. Bizsə bütün məsələləri unudaraq, öz milli kimliyimzə və dilimizə həqarətli münasibətlə özümüzə müasirlik görüntüsü verməyə çalışırıq. Allah rəhmət eləsin Mirzə Cəlilə… Əsərlərində dilinə həqarətli baxanları təsvir edəndə, təkcə o dönəmi deyil, həm də elə bu günümüzü əks etdirib…
2014-02-19
9,450
Kiyev üsyanı UEFA-nın gözünü qorxutmur
UEFA bir müddətdir keçirilmə yeri dəyişdirilməsi gündəmdə olan "Dinamo" (Kiyev) - "Valensiya" matçı barədə qərar verib və bunu mətbuata açıqlayıb. "Axar.az" xəbər verir ki, UEFA Avroliqa çərçivəsində keçiriləcək qarşılaşmanın başqa bir ölkədə oynanılmasına qarşı çıxıb. Yəni qarşılaşma Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Məlumat üçün bildirək ki, Ukraynada siyasi çaxnaşma dövrü yaşandığından matçın yerinin dəyişdiriləcəyi iddia olunurdu. UEFA şəhərdə üsyan olmasına baxmayaraq, futbolçuların bundan zərər çəkməyəcəyini deyib və təhlükəsizliyin tam təmin olacağı barədə hər kəsi əmin edib.
2014-02-19
9,451
Kiprin birləşməsi gündəmə gəldi
Cənubi Kipr hökumətinin rəhbəri Nikos Anastasiadis Kiprin yenidən birləşmə ehtimalının olacağına dair fikirlər səsləndirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Anastasiadis jurnalistlərə açıqlaması zamanı Cənubi Kipr əhalisi və hökumətinin Şimali Kipr ilə birləşməyə razı olduğunu bildirib: "ABŞ kimi dostlarımızın köməyilə Şimali Kipr əhalisinin də istəklərini nəzərə alaraq tezliklə problemi həll etmək istəyirik". Cənubi Kiprin lideri sonda qeyd edib ki, həm Kiprli türklərin, həm də yunanların adada ayrı yaşaması onları da narahat edir və BMT qaydaları çərçivəsində ortaq bir çözüm üçün çalışmağa davam edəcəklər.
2014-02-19
9,452
Oxucularına güzəştə gedən şairin imza günü
Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təqdimatında şair Xanəmir Telmanoğlunun imza günü keçirilib. "Axar.az" xəbər verir ki, şairin yeni çapdan çıxmış "Derlər" şeirlər kitabının imza günü "Akademik kitab" mağazasında gerçəkləşdi. Tədbiri təşkil edən İctimai Birliyin başqanı Çingiz Bayramov tədbiri açaraq, şairin keçdiyi həyat yoluna qısa şəkildə işıq saldı. Müəllif özü də kitabla bağlı ədəbi mülahizələrini səsləndirərək bu kitabıyla oxucularına sadəlik məsələsində güzəştə getdiyini və yaradıcılığında bəlli bir mərhələni bu kitabın təşkil etdiyini də vurğuladı. İmza günündə şairin qələm dostları da iştirak edirdi. Çıxış edənlərdən şair Əlisəmid Kür Xanəmir Telmanoğlu yaradıcılığının ilk illərindən özünəməxsus yolu olduğunu vurğuladı. Şair Etimad Başkeçid Xanəmirin yaradıcılığının elitar kəsimə məxsusluğuna və ədəbiyyatşünaslar tərəfindən gerçək qiymətini almadığına toxundu. Gənc yazar Şahlar Ruhi şairin əsərləri haqqında danışa bilənlərin heç vaxt onun yazıları haqda yazmağa ürək eləmədiklərini belə izah etdi: "Onlar Xanəmirin yazılarına sadəcə olaraq girişə bilmirlər". Yazıçı Azər Abdulla Xanəmirin kimsəyə bənzəmədiyini, onun yazılarında bəlli bir məfkurənin olduğunu söylədi. Ədəbiyyatşünas Dürdanə Tahirli həmişə şairi oxuduğunu, heç də deyilənlər qədər qəliz olmadığını dilə gətirdi. Şair Dəmirçioğlu isə şairin yaradıcılıq baxımdan onu özünə qohum saydığını söylədi, yaradıcılığında bir çox bədii-estetik anlayışları sintez elədiyinə diqqət çəkdi. Qeyd edək ki, Xanəmir Telmanoğlu Türkiyənin Mərmərə Universitetində təhsil alıb. İndiyə kimi şairin 10-dan çox - 4 nəsr, 5 şeir, bir tərcümə əsəri və bir ədəbi-nəzəri yönümlü kitabı çap olunub. Sonuncu kitabı olan "Derlər" kitabında yeni şeirləri toplanıb. İnanırıq ki, bu kitab da onun yenilikçi ruhunu layiqli şəkildə təmsil edəcək.
2014-02-19
9,453
Hizbullah Livanda partlayış törətdi – 3 ölü
Şəhərin cənubunda baş verən partlayışlar zamanı ən az 3 nəfərin öldüyü bildirilir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrut şəhərinin cənub hissəsində yerləşən Dahiyə bölgəsində iki böyük partlayış meydana gəlib. İran Mədəniyyət Mərkəzi və Küveyt səfirliyinin yaxınlığında baş verən partlayışlarda Hizbullah təşkilatının rolu olduğu güman edilir. Hadisə nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb, ətrafda yerləşən tikililərə ziyan dəyib. Qeyd edək ki, hadisə ilə bağlı Livan hökumətindən rəsmi açıqlama gəlməyib.
2014-02-19
9,454
Kiyevdə Həmkarlar İttifaqının binasında 40 nəfər diri-diri yandı
Kiyevdə Həmkarlar İttifaqı binasında fevralın 18-dən 19-a keçən gecə 40-50 nəfər diri-diri yanıb "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, bunu müxalif "Batkivşina" partiyasının parlament fraksiyasının sədr müavini Sergey Sobolev deyib. "Məlumat hər saat yenilənir. Xəstəxanalardan gələn siyahılara əsasən təxminən 40-50 nəfər ölüb. Söhbət Həmkarlar İttifaqı binasında olan və yeriyə bilməyən yaralılardan gedir", - deyə o vurğulayıb. S.Sobolev bildirib ki, binaya gələn xüsusi təyinatlılar birinci və doqquzuncu mərtəbələrə qumbara atıblar. Onun sözlərinə görə, bu, məqsədyönlü bir əməliyyat olub. "Axı orada yeriyə bilməyən yaralılar olub. Həmin vaxt onların sayı 100-dən çox idi".
2014-02-19
9,455
Avromaydandan qanlı görüntülər - Fotolar
Avromaydanda qarşıdurma davam edir. Son məlumatlara görə, 27 nəfər həyatını itirib, 241 nəfərdən çox yaralanan var. "Axar.az" bu qanlı savaşdan seçmə şəkilləri oxuculara təqdim edir:
2014-02-19
9,456
Baş Prokurorluq yeni rüşvət faktını açıqladı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əməkhaqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-02-19
9,457
Hərbi hissələrə baxış keçirildi
Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Aparatın əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissə və müəssisələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir. Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F.Həsənov və həmin sektorun baş məsləhətçisi A.Hacıyev, Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə idarəsinin Mənəvi-psixoloji şöbəsinin və Daxili Qoşunlarının Tərbiyəvi İşlər üzrə idarəsinin əməkdaşlarının müşayiəti ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində, Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtında, Daxili Qoşunların "N" saylı hərbi hissəsində plan üzrə baxışlar keçiriblər. Hərbi hissələrdə şəxsi heyətlə, Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtında saxlanılan hərbi qulluqçularla mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və insan hüquqları mövzusunda söhbətlər aparılmış və onların insan hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb. Eyni zamanda hərbi qulluqçuların insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunmuş və bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək bacarığının, yaşayış şəraitinin, qidalanma və sağlamlığının qorunması vəziyyətinin normal səviyyədə təşkili müşahidə edilib. Daxili Qoşunların tabeliyində olan hərbi hissənin ərazisində müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər bir şəraiti olan modul tipli yataqxanaların istifadəyə verildiyi, ailəli zabit və gizirlər üçün isə 120 mənzilli, müasir tələblərə cavab verən 2 binanın tikintisinin başa çatdırıldığı və yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub. Qeyd edilən hərbi polisin hauptvaxtına baxış zamanı orada saxlanılan hərbi qulluqçuların saxlanılmasına əsas verən sənədlərlə bağlı, həmçinin saxlanılma şəraiti və həmin şəxslərə qarşı rəftarla əlaqədar hər hansı qanun pozuntusu aşkar edilməyib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib.
2014-02-19
9,458
Nazirliyin 6 işçisi cəzalandırıldı
2013-cü ildə Azərbaycanda 6 nəfər nöqsanlarına görə tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib. "Axar.az" Ədiliyyə Nazirliyinin rəsmi saytına istinasdən xəbər verir ki, bu barədə fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş müşavirədə deyib. Müşavirədə, həmçinin qeyd olunub ki, penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam edib. Qeyd olunmalıdır ki, BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.
2014-02-19
9,459
TDƏŞ-ə üzv olan ölkələrin biznes forumu keçirilib
Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak edib. Biznes forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub. Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı biznes forumun Şuraya üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif məruzələrlə çıxış ediblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. O, ölkəmizin qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə geniş məlumat verib. Forum ikitərəfli görüşlərə davam edib.
2014-02-19
9,460
Azay Quliyev Avropa Fondunun sədri ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Prjiçodzienlə görüşüb. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bir neçə il öncə də Azərbaycana səfər etdiyini və ötən qısa müddət ərzində sosial, iqtisadi sahədə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini bildirən Fond rəhbəri ölkəmiz haqqında zəngin təəssüratlara malik olduğunu qeyd edib. O, ölkəmizin yalnız iqtisadi cəhətdən inkişafının şahidi olmadıqlarını, eyni zamanda Avropa dəyərlərinə yaxından bağlı olduğunu müşahidə etdiklərini bildirib. Şuranın dəstəyi ilə həyata keçirdikləri layihənin Azərbaycanın zəngin mədəniyyəti və müasir inkişafı haqqında məlumatların Polşa vətəndaşlarına çatdırılması baxımından fürsət olduğunu deyən T.Prjiçodzien bunun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük təkan verəcəyini vurğulayıb. Fondun nümayəndələri layihə çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın və məcburi köçkün qəsəbələrində, turizm bölgələrində çəkilişlər aparacaq və toplanan şəkillərdən ibarət sərgi təşkil edəcəklər. Sərgi 150 gün ərzində Polşanın 10 böyük şəhərində nümayiş etdiriləcək, eyni zamanda ölkəmiz haqqında Polşanın aparıcı media orqanlarında məqalələr dərc olunacaq. A.Quliyev Şuranın fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsinin daima prioritet daşıdığını bildirərək bu istiqamətdə xarici QHT-lərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini bildirib. Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan A.Quliyev sərgi materialları içərisində qaçqın və məcburi köçkünlərin həyatının hərtərəfli işıqlandırılmasının vacibliyini vurğulayıb.
2014-02-19
9,461
Türkiyə parlamenti Xocalını müzakirə edəcək
26 fevral Xocalı soyqırımının ildönümü günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirələrin olacağı gözlənilir. "Modern.az" saytına danışan TBMM-in Aparat rəhbəri Mustafa Kabakçı bu haqda məlumat verib. Parlament rəsmisi bildirib ki, Türkiyə hər zaman Azərbaycanın sevincinə, dərdinə şərik çıxdığından bu il də Xocalı soyqırımını yaddan çıxarmayıb. "Ramazan, Novruz bayramı kimi sevincli günlərimizdə bərabər olsaq da, acılı günlərimizi də unutmuruq. Xocalı faciəsi ilə bağlı olaraq Türkiyədə hazırda çoxlu sayda tədbirlər həyata keçirilir. Hər zaman Türkiyə parlamentinin millət vəkilləri gündəmdən kənarda olaraq Xocalı ilə bağlı, ümumiyyətlə ermənilərin Azərbaycana qarşı təcavüzünə dair fikirlər səsləndirirlər"-deyə M. Kabakçı söyləyib. Türkiyə parlamentinin səlahiyyətlisi onu da qeyd edib ki, bu ölkənin Dağlıq Qarabağ konflikti ilə bağlı həssaslığı davam edir. Onun sözlərinə görə Ankaranın Mamak vilayətindəki "Xocalı küçəsi"ndə 25-26 fevral tarixlərində Azərbaycan və Türkiyə bayraqları asılacaq. "Bununla yanaşı, soyqırımına aid tablolar adıçəkilən küçədə yerləşdiriləcək. Xocalı cinayətinin Türkiyə parlamentində də gündəmə gətirilməsi gözlənilir"-deyə aparat rəhbəri qeyd edib. TBMM-in bitərəf deputatı Ərtoğrul Günay da hesab edir ki, parlamentdə gündəmdən kənarda olsa belə, Xocalı məsələsinə toxunulacaq. Türkiyəli deputat "Modern.az" saytına açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanla bağlı məsələlərdə həssasdır. "Buna görə də Xocalı soyqırımı heç bir zaman Türkiyə Böyük Millət Məclisində unudulmayacaq. Düşünürəm ki, 26 fevral günü deputatlar öz düşüncələrini söyləməklə Azərbaycanın dərdinə şərik çıxacaqlar. İmkan olarsa və mənə də söz verərlərsə, mən də söz alıb Xocalı ilə bağlı danışacağam"-deyə Ə. Günay vurğulayıb.
2014-02-19
9,462
Ukrayna qan içində - 31 ölü, 600 yaralı - Video
Ukraynanın paytaxt Kiyevdə dünəndən başlayan qanlı toqquşmalar bu gün də ara verməyib. Qanlı hadisələr zamanı 31 nəfər ölüb, 600-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Kiyev od içindədir. Ukrayna prezidentinin sərəncamı ilə ölkədə matəm elan edilib. ("AzNews.az")
2014-02-19
9,463
Zakir Həsənov Ruslan Auşevi medalla təltif etdi - Foto
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley tədbirində iştirak edən qonağı salamlayan müdafiə naziri bildirib ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir. Görüş zamanı döyüş təçrübəsinə malik azərbaycanlı Əfqanıstan veteranlarının Azərbaycanın Silahı Qüvvələrinin yaranmasında və inkişafında xüsusi rolunun olması və onların əksəriyyətinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsində döyüşlərdə fədakarcasına iştirak etmələri xatırlanıb. Komitə sədri R.Auşev veteranların gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunun əvəzolunmaz olduğunu qeyd edib. Sonda müdafiə naziri ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində göstərdiyi fəaliyyətlərinə görə Komitə sədri R.Auşevi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.
2014-02-19
9,464
Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək
2014-cü il martın 4-7-də Azərbaycan nümayəndə heyəti Monteneqroya səfər edəcək. Martın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 11,85 min dollar təşkil edib. (Trend)
2014-02-19
9,465
Ramiz Mehdiyev: "Parlamentlər Xocalı faciəsinə göz yumurlar"
Ermənistan Prezidenti Serj Sarkisyan və ətrafındakıların Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər az təsadüf edilən faktlar olmayıb - Xocalı soyqırımınadək Azərbaycan kəndləri - Xocalı rayonunun Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Bağanıs Ayrım kəndləri xüsusi amansızlıqla Yer üzündən silinib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev şəxsi Feysbuk səhifəsində yazıb. R.Mehdiyev qeyd edib ki, məhz Xocalı faciəsi Ermənistan xalqının və erməni kilsəsinin öndə gedən siyasətçilərinin təxminən 200 il ərzində Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və soyqırımın ən qorxunc rəmzinə çevrildi: "Məhz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırım Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən dünya ictimaiyyətinə soyuqqanlılıqla hazırlanmış və törədilmiş "cəza aktı" kimi təqdim edilib, çünki 1992-ci ildə Xocalıya hücum 1988-ci ilin fevralında faktiki olaraq Ermənistanın təhlükəsizlik xidməti orqanlarının diasporla birgə planlaşdırdığı və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin səssiz razılığı ilə baş vermiş Sumqayıt hadisələrinin ildönümündə həyata keçirilmişdi". PA rəhbəri bildirib: "Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar soyqırım aktının olduğu Xocalı faciəsinə göz yumurlar. Erməni təbliğatının təsir dairəsinə düşərək, yaxud siyasi konyunkturanın xoşuna gəlsin deyə, onlar "erməni talanları" haqqında əfsanəni müzakirə mövzusuna çevirirlər və hətta bu məsələ ilə bağlı qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edirlər. SSRİ Prokurorluğunun "isti izlərlə" həyata keçirdiyi araşdırmalar zamanı Sumqayıt hadisələrinin təşkilatçılarının, yəni 26-nın erməni və altısının azərbaycanlı olduğu 32 nəfərin ölümündə günahkarların ermənilərin özlərinin olması barədə təkzibedilməz dəlillər toplanıb. İstintaq materiallarında Sumqayıtda törədilmiş cinayətlərin əsas təşkilatçısı kimi erməni əsilli Eduard Qriqoryan və onun erməni emissarları olan iki qardaşının adı hallanır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və qardaşı Ernest Qriqoryan müxtəlif kriminal elementlərdən ibarət qruplaşmaları "Qarabağ" separatçı komitəsinə və "Krunk" erməni icmasına haqq verməkdən imtina etmiş ermənilərin ünvanlarına göndərirdilər". R.Mehdiyev həmçini bildirib ki, buna baxmayaraq, təzə izlərlə toplanmış təkzibedilməz sübutlar qarşısında erməni tərəfi faktları təhrif edərək, sənədləri qəsdən təhrif edərək və başqa çirkli metodlara əl ataraq bu günə kimi öz yalanını həqiqət kimi qələmə verməyə çalışır.Bütün günahı Bakının üzərinə ataraq, Sumqayıt hadisələri ilə bağlı faktları saxtalaşdırmaqda davam edir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin yazdığı kimi, alman filosof Karl Yaspers 1949-cu ildə özünün "Tarixin mənası və əhəmiyyəti" əsərində belə bir fikri ifadə edib: "Keçmişin dəhşətlərinin unudulmasına yol vermək olmaz. Daim keçmişi xatırlamaq lazımdır. O olub, mümkün mümkün oldu və bu imkan qalır. Yalnız bilik onun qarşısını almağa qadirdir. Təhlükə burada bilmək istəməməkdə, unutmaq cəhdində, bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdadır". R.Mehdiyev qeyd edib ki, elə tarixi hadisələr var ki, onlar haqqında nə qədər yazılsa da, hər dəfə həmin faktın özündə insan təcavüzünün saysız-hesabsız əzab və ağrılar, müəyyən qruplaşmaların siyasi maraqlarının Srebrenitsada, Xocalıda olduğu kimi faciə doğurması daha çox kədər və təəssüf hissi oyadır. (Trend)
2014-02-19
9,466
Bakıda bir gənc zeytunluqda sevgilisini öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Şahin Əliyevin məhkəməsi başa çatıb. Şahin Əliyev 2013-cü il, sentyabrın 18-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalının yanında 1991-ci il təvəllüdlü Şəbnəm Namazovanı öldürüb. Şahin Əliyev hadisədən bir gün sonra həbs edilib. Müəyyən edilib ki, Şahin Əliyev qeyri-rəsmi yaşadığı Şəbnəm Namazovanın başqa bir kişi ilə münasibət qurmasını bilib. Buna görə də onların arasında mübahisə yaranıb. O, mübahisəni həll etmək üçün Şəbnəmi metronun "Koroğlu" stansiyasının yaxınlığına çağırıb. Orada görüşən Şahin Əliyev Şəbnəmi Yeni Suraxanı qəsəbəsində "Zeytun Bağları" adlanan əraziyə aparıb. Orada aralarında yaranmış mübahisə zamanı Şahin Əliyev Şəbnəm Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub, öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Şahin Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Əliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. ("Teleqraf.com")
2014-02-19
9,468
Şamil Basayevin qatili Türkiyədə tapıldı
İstanbul Malıtəpə həbsxanasında Gürcüstan vətəndaşı Temur Maxauri saxlanılır. Türk hüquq-mühafizə orqanlarını məlumatına görə, o çeçen səhra komandiri Şamil Basayevin öldürülməsinin təşkilatçılarından biri və iştirakçısı olub. Bu məhbus 2006-cı ildə Basayevin ölümünə səbəb olan yük maşınını partlatmaq üçün hazırlayıb. "Hürriyyət Dailu Neüs" dərgisinə müsahibəsində bu məlumatı prokuror Əhməd Dəmiryuxa da təsdiq edib. Temur Maxauri Türkiyədə həbs olunub. Onu Basayevin ölümünə görə yox, "Qafqaz əmirliyi" terrorçu qruplaşmasının İstambul nümayəndəsi Əli Osayevin ölümündə təqsirli bilindiyinə görə həbs olunub. Maxauri 26 fevral 2009-cu ildə Basayevi öldürəndən sonra qurbanının dəfnində də iştirak edib. ("AzNews.az")
2014-02-19
9,469
Dövlət televiziyasının binası ələ keçirildi
Bu axşam Kiyevin mərkəzində etiraz aksiyalarının radikal üzvləri İstiqlal meydanının yaxınlığındakı Teleradio yayımı üzrə Milli Şuranın binasını ələ keçiriblər. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bundan əvvəl Ukraynada antiterror əməliyyatına başlandığı barədə məlumat verilib. Antiterror əməliyyatında ordunun iştirakı istisna edilmir.
2014-02-19
9,470
İmdad Komitəsi Azərbaycanda fəaliyyətini dayandırdı - Video
İranın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini müvəqqəti dayandırdı. 1993-cü ildən ölkəmizdə fəaliyyətə başlayan ilk xeyriyyə komitəsi, 20 il ərzində müxtəlif xidmətlər üçün 45 milyon dollar pul ayırıb. Bu illər ərzində kiçik biznesin yaradılması üçün isə Komitənin büdcəsindən 2 milyon dollar həcmində faizsiz kreditlər verilib. "İmam Xomeyni İmdad Komitəsi"nin Azərbaycandakı nümayəndəliyinin hazırkı rəhbəri Mahmud Seyyidi komitənin səhiyyə sahəsində də aktiv fəaliyyət göstərdiyini vurğuladı. Bu illər ərzində 500 min insan qurumun tibbi klinikasına müraciət edərək müayinədən keçib. Prezident İlham Əliyevin də komitənin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən qurum rəhbəri işlərində bəzi nöqsanlara yol verdiyini də etiraf etdi. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə əsas məqsədi tək İranda deyil, digər ölkələrdə də yoxsullara kömək etməkdən ibarət olan bu komitənin ölkəmizdə fəaliyyətə başlamasının da məhz 90-cı illərin əvvəlində Ermənistanla müharibə dövrünə təsadüf etməsini zərurətdən irəli gəldiyini deyir. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin: "Bununla bağlı Komitənin o vaxtkı sədri Azərbaycana səfər edərək, prezident Heydər Əliyevlə görüşüb və ölkəmizdə Komitənin nümayəndəliyinin açılmasına qərar verilib. Komitənin etdiyi təmənnasız kömək İranla Azərbaycan arasında qardaş və dost əlaqələrin inkişafına, onların strateji səviyyəyə çıxmasına yardım edib". İki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirən baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərən humanitar təşkilatların sayının getdikcə azaldığını vurğuladı. Ölkəmizin hazırda bu sahədə işlərin çoxunu öz üzərinə götürdüyünü nəzərə aldıqda isə bu təbiidir. Baş Nazirin müavini, Əli Həsənov: "Azərbaycanda "İmam Xomeyni İmdad Komitəsi"nin uzunmüddətli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanın işğal olunmuş əraziləri azad olunandan sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq". Sonda tədbir iştirakçıları bir birinə xatirə hədiyyəsi təqdim etdilər. (ANS)
2014-02-19
9,471
Yanukoviçi müdafiə edən hər kəs öləcək – Şok proqnoz
"Yanukoviçi söz və əməlləri ilə müdafiə edən hər kəsi öldürməyə cəhd edəcəklər". "Axar.az" xəbər verir ki, bu sözləri ukraynalı politoloq Aleksey Blyuminov öz Feysbuk səhifəsin son hadisələri şərh edərkən yazıb. O, hadisələrin əsas kulminasiya nöqtəsində olduğunu deyib: "İndi əsas kulminasiya anı yaxınlaşır. Yanukoviçin böhrandan sülhlə çıxmaq üçün heç bir variantı qalmayıb. Maydandakı insanlar qəddardırlar və geri çəkilmək niyyətləri yoxdur. Yaxın dəqiqələrdə Ukraynada böyük təmizləmə işləri aparılacaq. Bunu bütün tərəflər gözləyirdilər. Artıq odlu silahdanda istifadə ediləcək. Çoxlu Maydan iştirakçısı və Berkut nümayəndələri həlak olacaq. Bundan sonra isə ən maraqlı bir şey baş verəcək. Şəhərin mərkəzindəki küçələrdə döyüşlər başlayacaq və tezliklə bütün ətrafa yayılacaq. Yanukoviçi söz və əməlləri ilə müdafiə edən hər kəsi öldürməyə cəhd edəcəklər. Kiyevi qanlı gölə çevirmək cəhdi ABŞ və Avropa İttifaqının Yanukoviçə qarşı münasibətinin qəflətən dəyişməsi ilə nəticələnəcək. İğtişaşların qarşısını nə isə qeyri-adi bir şey ala bilər. Məsələn, Obamanın Yanukoviçə zəngi". Qeyd edək ki, bir müddət öncə saytımıza müsahibəsində Aleksey Blyuminov Maydana silahlı müdaxiləni ən sonuncu hal kimi dəyərləndirmişdi. O, məhz bundan sonra ölkədə iqtisadi böhranın pik həddə çatacağını və bunun Yanukoviçin sonu olacağını demişdi.
2014-02-19
9,472
Ağdamda yaşayış evi yandı
Ağdamda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 88 kv.m və bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-19
9,473
Türk təyyarəsi İspaniyada qəzadan qurtardı - Foto/Video
İspaniyanın Bilbao şəhərinə eniş edən Türk Hava Yollarına məxsus təyyarə son anda qəzadan qurtara bilib. "Axar.az"ın verdiyi məlumata görə, əsən güclü külək təyyarənin hava limanına enişinə əngəl törədib. Vəziyyətdən çıxış yolu kimi pilotlar təkrar havaya qalxmağa qərar veriblər.
2014-02-19
9,474
Xədicə İsmayılın gizli səs yazısı millət vəkilində - Foto
Eynulla Fətullayevin jurnalist Xədicə İsmayıla aid olduğunu dediyi və yaydığı "casus siyahısı" ilə bağlı daha maraqlı məqam ortaya çıxıb. "Axar.az"ın məlumatına görə, Xədicə İsmayılın ABŞ agentləri kimi təqdim edilən iki diplomatla - ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları Con Zadrozni və Daniel Vajdiçlə Bakıdakı Art Garden restoranında sğhbətlərini gizli olaraq telefonunun yaddaşına millət vəkili Ceyhun Osmanlı yazıbmış. Ceyhun Osmanlı bu barədə bir neçə dəqiqə öncə özünün Feysbuk statusunda yazıb. Millət vəkili bildirir ki, artıq səs yazısını Baş Prokurorluğa təqdim edib: "Mən Brüsseldə olanda Xədicə İsmayıl növbəti dəfə adımı öz Feysbuk səhifəsində yad etdi. Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısını bu gün Baş Prokurorluğa təqdim etdim. Xədicə xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə. Uğurlar. P.S. Vətənə xəyanət bağışlanmır!!!"
2014-02-19
9,475
Tərtərdə müəmmalı qətl
Tərtər rayonunda qətl hadisəsi baş verib. Vasif Hüseynov küçəsi, 2 saylı evdə yaşayan Mirzəyev Sənan Ərşad oğlu evində qətlə yetirilib. Məlumata görə, mərhum evinin yanında avtomobillərin yuyulması məntəqəsini işlədirmiş. Saat 19.00 radələrində məntəqənin işçisi onun evinə gəlib və mərhumun meyidi ilə qarşılaşıb. Dərhal polis şöbəsinə məlumat verib. Hadisə yerinə və meyidə baxış keçirən hüquq mühafizə orqanlarının nümayəndələri Sənan Mirzəyevin döş qəfəsində bir ədəd güllə yarası və üzündə xəsarətlər olduğunu müəyyən edib. Qeyd edək ki, mərhum evdə tək yaşayırmış. Tərtər rayon prokurorluğundan verilən məlumata görə hazırda faktla bağlı araşdırma aparılır. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədildiyi bilinmir (ANS).
2014-02-19
9,476
İslam dünyasının 20 Şeyxindən əmr - CİHAD
İslam dünyasının cihad əmri vermək səlahiyyətində olan 20 üləması müvafiq fitva veriblər. "Axar.az" sələfilərə bağlı olan saytlara istinadən xəbər verir ki, onlar islam dünyasının müxtəlif bölgələrində yaşayan və qlobal cihadı müdafiə etmək məqsədi ilə Suriyada Əsəd rejiminə qarşı döyüşən İraq Şam İslam Dövlətini dəstəkləmək üçün bütün müsəlmanları səfərbər olmağa çağırıblar. Cihada çağıran alimlər İŞİD-ə həm təşkilati, həm də mənəvi dəstəyin verilməsinin vacibliyini qeyd ediblər. Cihad fitvasına imza atan alimlər isə bunlardır: Şeyx Əbu Munzir əl Şankiti Şeyx Əbu Hammam Bəkir min Əbdüləziz əl Əsə Şeyx Məmun Abdulhamid Hatim Şeyx Əbu Hüzeyfə ibn Əbdürrəhman əl Xaraba əl Lib Şeyx Nasir əl Sakil Şeyx Abdulməcid min Mahmud əl Hatar əl Reymi Şeyx Əbu Munzir Ömər Mehdi əl Zeydan Şeyx Abdurrahman Amad min Hüseyin əl Misri əl Fələstini Şeyx Əbdürrəzzaq Acha Şeyx Abdullah bin Əbdürrəhman əl Şankiti Şeyx Əbu Sad əl Amili Şeyx Əbu Usamə əl Qərib Şeyx Əbu Noyabr əl Asbahani Şeyx Abdurrahman Ubeydə əl Azbaci Şeyx Zəkəriyyə Bukarara Əbu Seyfülislam əl Məğribi Şeyx Əbu Ubeydə əl Tunis Şeyx Əbu Abdulkahhar əl Hüseyni əl Qureyşi Şeyx Əbu Abdullah Uneys Şeyx Əbu Ubeydə əl Şankiti Şeyx Əbu Usamə əl Azadi. Qeyd edək ki, bu məlumatı yalnız sələfilərə bağlı olan saytlar yayıblar. Təbliğat olma ehtimalı da var.
2014-02-19
9,477
Nazirə qarşı öz qardaşı kampaniya aparır – Şok iddia
Son günlər İbrahimov qardaşları və övladlarının əmlakları barədə mediada bir-birinin ardınca yayılan xəbərlərin əsl mahiyyəti üzə çıxdı. "Axar.az"a verilən məlumata görə, Diaspor üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova qarşı yönələn həmin məqalələrin sifarişçisi nazirin böyük qardaşı Hacı İbrahim Nehrəmlidir. Mənbənin bildirdiyinə görə, Komitə sədri ilə iş adamı kimi tanınan böyük qardaş, "Avesta" Konserninin prezidenti Hacı İbrahim arasında problemlər yaşanır. Bu səbəbdən də Hacı İbrahim media vasitəsilə qardaşına olan qəzəbini ortaya qoyub. Bu işdə isə Hacı İbrahim özünə yaxın olan jurnalist Eynulla Fətullayevdən istifadə edib. Qeyd olunur ki, jurnalist həmişə Hacı İbrahimi özünə dayı sayıb. Ona görə də özünə dayı hesab etdiyi bir şəxsin qardaşını – "digər dayını" övladının var-dövləti ilə vurmaq heç də birmənalı qarşılanmır. Mənbəmiz bildirir ki, Hacı İbrahim Nehrəmli özü də müsahibəsində E.Fətullayevə haqq qazandırmaqla, qardaşına vurulan zərbənin arxasında dayandığını heç də gizlətmək niyyətində deyil. Xatırladaq ki, hacı İbrahim bu gün mediaya verdiyi açıqlamada demişdi ki, Eynulla jurnalistdir və onun nə isə yazmağında qəbahətli heç nə yoxdur: "Mənim Eynullaya böyük hörmətim var, onun bir tərəfi naxçıvanlıdır. Mənim heç bir jurnalistlə, o cümlədən Eynulla ilə münasibətlərim pis deyil. Eynulla mənim yerlimdir. Eynulla da jurnalist olaraq nəsə yazmalıdır da". Sözü gedən müsahibəsində Hacı İbrahim qardaşı ilə münasibətlərinə də toxunub. O, dolayısı ilə münasibətlərin pis olmasını təsdiq edib: "Qardaşımdan mənə nə? Açığı deyimki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi özümün o qədər problemim var ki, onları həll edirəm". Hacı İbrahim həmdə qardaşı oğlunun "heç yerdə işləmədiyini" deməklə, bütün nəzərləri bir daha qardaşının üstünə yönəltdiyi də bildirilir: "Qardaşım oğlu heç yerdə işləmir. Hələ gedib pul qazansın, sonra təyyarə barədə düşünsün". Məsələyə qarşı tərəfin mövqeyini öyrənmək üçün Diaspor üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova müraciət etdik. Komitə sədri qardaşı ilə bağlı məsələlər barədə danışmaqdan imtina etdi.
2014-02-19
9,478
Qazaxıstan Parlamentinin sədri Azərbaycanda rəsmi səfərdədir
Qazaxıstan Parlamentinin sədri Nurlan Niqmatullin Azərbaycana rəsmi səfərə gəlib. "Axar.az" APA-ya istindən xəbər verir ki, Nurlan Niqmatullini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Qazaxıstanın ölkəmizdəki səfiri qarşılayıblar. Hava limanında jurnalistlərə açıqlama verən Nurlan Niqmatullin bildirib ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır: "Əlaqələrimiz kökü qədim tarixə dayanır. Biz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən inkişaf edir. Mən birinci dəfədir ki, Azərbaycana səfər edirəm. İnanıram ki, bu səfərim ölkələrimiz üçün səmərəli olacaq". N.Niqmatullin bildirib ki, səfər çərçivəsində ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanacaq. Eyni zamanda ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq. Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.
2014-02-20
9,479
Bu il Avroviziyaya kim gedir? - Aygün Kazımova?
Hər il olduğu kimi, Azərbaycan bu ildə Avroviziya beynəlxalq musiqi müsabiqəsində iştirak etməyə hazırlaşır. Xatırladaq ki, ötən il Azərbaycanı Avroviziyada Fərid Məmmədov təmsil etdi. İndi isə yeni seçimlər davam edir, müsabiqədə kimin iştirak edəcəyi isə hələlik bilinmir. Maraqlıdır, Azərbyacanı bu müsabiqədə kim təmsil edəcək? "Axar.az"ın mövzuyla bağlı keçirdiyi sorğunu təqdim edirik. Şou-biznesdən heç kimin adını çəkə bilmərəm Tanınmış şairə-bəstəkar Xanım İsmayılqızı bu dəfə də Avroviziyada yeni birsinin olacağını, tanınmayan bir iştirakçının üzə çıxacağını qeyd etdi: "Bizim şou-biznesdə bunun üçün layiqli ifaçılar çoxdur, sadəcə, hər il yeni simalara üstünlük verildiyindən, bu il də belə olacağını düşünürəm". Avroviziya yarışmasını sevə-sevə izləyirəm Xalq artisti Firəngiz Mütəllimova səhhətində yaranan problemlə bağlı seçim turlarını izləyə bilmədiyini, lakin bu yarışmanı sevdiyini bildirdi. O, həmçinin bundan əvvəl müsabiqədə iştirak edən ifaçıları da bəyəndiyini, onlarla fəxr etdiyini söylədi: "Kimin iştirak etməyinin mənim üçün fərqi yoxdur, əsas odur ki, Azərbaycanı layiqincə təmsil etsin". Seçim turlarını izləyə bilmirəm Tanınmış müğənni Yusif Mustafayev də bu beynəlxalq yarışmada ölkəmizi layiqli gənclərin təmsil edəcəyinə ümid eləyir: "Hər il bu yarışmada ölkəmizi təmsil edən gənc estrada müğənnilərimiz qazandıqları uğurlarla bizləri sevindiriblər. Düşünürəm ki, bu dəfəki iştirakçımız da nailiyyətlərə imza atacaq. Doğrusu, vaxtın darlığından seçim müsabiqəsini izləyə bilmirəm, amma bizi ən layiqli olanın təmsil edəcəyinə əminəm". Ancaq və ancaq Aygün Kazımova Xanəndə Qoçaq Əsgərov digər sorğu iştirakçılarından fərqli olaraq, bu müsabiqədə ancaq Aygün Kazımovanı görmək istədiyini bildirdi: "Aygün xanım yaxşı ifaçıdır, düşünürəm ki, o, bu yarışmada Azərbaycanı layiqincə təmsil edə bilər".
2014-02-19
9,480
Emin Ağalarovun mətbuatdan gözlədiyi sual - Müsahibə
Rusiyalı biznesmen Araz Ağalarovun oğlu Emin Ağalarov Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın redaktoru olduğu "Nərgiz" jurnalına qısa müsahibə verib. Lakonik cavablarda prezidentin kürəkəni, müğənni və biznesmen Emin Ağalarov özünün biznesə, yaradıcılığa, ailəyə - bir sözlə həyata münasibətinin əsas məqamlarnı açıqlayır. "Axar.az" "Azadlıq" radiosuna istinadən müsahibəni təqdim edir: - Həyatdakı deviziniz... - Hər zaman irəli getmək, hədəflərə çatmaq. Daim zirvələrə yüksəlmək - Uşaqların tərbiyyəsinə əsas... - Onlara diqqət ayırmaq. - Ambisiyalısınız? - Bəli. - "Brendomaniya"ya yoluxmusunuz? - Yox. Brendlər istiqamət verir, lakin bu əsas məqsəd olmamalıdır. - Stilistlərin xidmətlərindən yararlanırsızınız? - Xeyr. Uzun illər moda biznesilə məşğul olmuşam. Buna görə özümə əminəm. - Keçmişi qaytarmaq olar? - Yox. Heç gərək də yoxdu. - Sizi möhtəşəm uğurdan nə ayırır? - Bütov bir həyat. - Siz sağlam həyat tərzi keçirirsiniz? - Həm hə, həm də yox. Çox idman - az yuxu. Yeməkdə özümü məhdudlaşdırmıram. - Uğursuzluqlar insanı növbəti addımlara hazırlayır, yoxsa əksinə? - Hazırlayır. - Memuarlarınızı nə ilə başlayardınız? - Həmin anda nə hiss etdiyimdən. - Bəs indi nə hiss edirsiniz? - Düşündüklərimi etməyə vaxtımın çatmadığını. - Mətbuatdan həmişə gözlədiyiniz, amma eşitmədiyiniz sual? - Ən sevdiyim mahnı haqda sual... Və mən hələ onu yazmadığımı deyəcəkdim. - Öz şəklini çək...
2014-02-20
9,481
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4 və gündüz 10-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
2014-02-19
9,482
Polis saxladığı redaktora pul verib buraxdı - Video
Bu gün saat 14 radələrində Milli Fikir Mərkəzinin sədri, Etatist.com-un baş redaktoru Şəhriyar Məcidzadə gənc repçi "Kabus"un konsertininin baş tutmasına imkan verilməməsinə etiraz olaraq aksiya keçirərkən mülkigeyimlilər tərəfindən saxlanılmışdı. Milli Fikir Mərkəzindən verilən məlumata görə, saxlanıldıqdan 5 saat sonra, təxminən saat 19:00-da Şəhriyar Məcidzadə sərbəst buraxılıb. MFM rəhbərinin dediyinə görə, o, Mütəşəkkil Cinayətkarlara Qarşı Baş Mübarizə İdarəsinə aparılıb: "Məndən orda izahat aldılar və bu aksiyanı nə üçün keçirdiyimi soruşdular. Mən də Milli Fikir Mərkəzinə maddi və mənəvi zərər dəydiyini dedim. Bundan sonra onlar MFM-ə dəyən maddi zərəri qarşıladılar və məni sərbəst buraxdılar. Mənə qarşı heç bir fiziki təzyiq olmadı" ("Etatist.com").
2014-02-20
9,483
Jurnalistin qatilinin tapılmasına 500 min ayırıldı
"Vesti" qəzetinin redaksiyası jurnalist Vyaçeslav Veremeyin qatilinin tapılması üçün ayrıca araşdırma aparacaq. "Axar.az"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında qəzetin təsisçisi və Baş redaktoru İqor Qujva bəyan edib. Qujva qatilin kimliyinin tapılmasına köməklik edəcək şəxsə 500 min qriven (50 min manat) mükafat ayrıldığını dilə gətirib. Baş redaktor anonimliyi qoruyacağına da söz verib. Xatırladaq ki, 18-dən 19-a keçən gecə xüsusi başlıqlar geyinmiş şəxslər jurnalist Vyaçeslav Veremeyə və redaksiyanın mütəxəssisi Aleksey Limarenkoya iti alətlərdən zərbələr endiriblər. Onları redaksiyaya aparan taksist və Aleksey ölümcül döyülüblər. Vyaçeslav isə sinəsinə açılan güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
2014-02-20
9,484
Zibil daşıyan maşın “Nissan”-ın üstünə aşdı - Foto
Paytaxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat-da 22.00-da Xocalı prospektində qeydə alınıb. İlkin məlumata görə, qəza məişət tutlantıları daşıyan 99 CC 880 dövlət nömrə nişanlı "MAN" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Bundan sonra yük maşını 99 BJ 484 dövlət nömrə nişanlı "Nissan Qashqai" markalı minik avtomobili ilə toqquşaraq aşıb. Zibil daşıyan maşının aşması nəticəsində əraziyə xeyli sayda məişət tutlantıları dağılıb. İlkin məlumata görə, "Nissan Qashqai" markalı minik maşının sürücüsü xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır ("Oxu.Az").
2014-02-20
9,485
Erməni marşalın qohumundan ermənisayağı hərəkət
Marşal Baqramayanın qardaşı qızı Ovanessa Baqramyanın nəvəsi Qayana Moskvanın "Qırmızı meydanında" qandalla əllərini onun qəbrinə kilitləyib. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumatına görə, polislər 45 yaşlı qadını "etiraz aksiyası" başında yaxalayıblar. Onun nümayəndəsi Mariya Zlotnikova bildirib ki, Qayananı evindən çıxartmaq istəyirlər:"Məhkəmələr də onun xeyrinə qərar çıxartmır. Növbəti məhkəmənin vaxtı fevralın 24-ə təyin olunub. İctimaiyyətin diqqətini cəlb etmək üçün o, belə addıma əl atdı".
2014-02-20
9,486
Sabah BDU-da aksiya keçiriləcək
Sabah Bakı Dövlət Universitetində aksiya keçiriləcəyi ilə bağlı məlumat yayılıb. BDU tələbələrinin verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb tələbələrdən kəsr üçün pul yığılması olub. Tələbələr bununla bağlı sosial şəbəkələrdə "Kəsr üçün pul verməyək" adlı çağırış elanları yayıblar. Bu elandan sonra Jurnalistika fakültәsinin dekanı Şamil Vәliyev həmin çağırışa qoşulan tәlәbәlәri otağına çağırıb. Tәlәbәlәrin sözlәrinә görә dekan onları valideynlәrinә şikayәt edәcәyi ilә hәdәlәyib ki, aksiyaya qatılmasınlar. Qaynar.info-ya məlumat verən tələbələr bildirib ki, dekan onları təhqir və təhdid də edib. Ancaq tələbələr sabah saat 13:30-da aksiya keçirməkdə israrlıdırlar.
2014-02-20
9,487
Zəng kimin üçün çalır...
Heminqueyin romanı – dünya ədəbiyyatı tarixində öz adı ilə, daha dəqiq desək, adın əxz edildiyi epiqrafla bu qədər qaynayıb-qarışmış çox az əsərlərdən biridir. Epiqrafdan götürülmüş və tez bir zamanda müxtəlif dillərdə (o cümlədən rus dilində də) zərbi-məsələ çevrilmiş ibarənin özü XVII əsrin məşhur ingilis şairi Con Donna məxsusdur. Budur, onun həkimanə sözləri bunlardır: Öz-özlüyündə Ada kimi müstəqil bir insan yoxdur: hər bir insan Materikin, Qurunun bir hissəsidir; və əgər Dalğa sahil Sıldırımını qoparıb Dənizə aparsa, Avropa kiçilər, eləcə də Burunun kənarlarını yuyarsa, ya sənin, ya da Dostunun Qalasını dağıdar; hər bir insanın ölümü məni də əksildir, çünki mən bütün Bəşəriyyətlə bir vahidəm, buna görə də heç vaxt soruşma: "Zəng kimin üçün çalır?" O, Sənin üçün çalır. Con Donn Bu – vətəndaş müharibəsinin faciələri haqqında romandır. İstənilən vətəndaş müharibəsi – harada və nə zaman baş verməsindən asılı olmayaraq – həmişə insanların, ailələrin, xalqların, ölkələrin böyük faciəsidir. Heminqueyin əsərində hadisələr 1937-ci ildə (romanın özü 1940-cı ildə isti izlərlə yazılıb) cərəyan edir. Ancaq bu cür vətəndaş müharibələri dünya tarixində dəfələrlə ayrı-ayrı vaxtlarda və ayrı-ayrı ölkələrdə - qədim Romada, ABŞ-da, Rusiyada, Meksikada, Çində, Kampuçidə, Əfqanıstanda baş verib. Daha azmı yerlərdə olub belə müharibələr? Hər yerdə və həmişə onun bir üzü var – amansız qəddarlıq, minlərlə, milyonlarla insanın şikəst edilmiş həyatı və taleyi. Və əlbəttə ki, bu roman, böyük Amerika yazıçısının bir çox digər əsərləri kimi məhəbbət haqqındadır, Böyük Məhəbbət haqqında. O Məhəbbət ki, bütün zamanlarda hər cür Müharibədən və deməli, Ölümün özündən də güclü olub. Belə heyrətamiz təsirə malik kitab yazmaq üçün bütün bunları öz gözləri ilə görmək, yaşamaq, qəlbindən keçirmək lazım idi. Heminquey hərbi müxbir kimi bütün bu cəhənnəmin içindən keçib. Onun gözlərinin önündə yöndəmsiz bir təsadüf üzündən, daha dəqiq desək, ayrı-ayrı siyasi partiyaların nümayəndələri olan komandir və komissarların hərəkət və əmrlərinin uyğun gəlməməsi ucbatından uzun aylar müharibənin astanası ilə birgə addımladığı dəstə bütövlükdə məhv olmuşdu. Bu əhvalat onun bütün ruhi aləmini həmişəlik alt-üst edir – yazıçı bambaşqa bir insan olur. Romanın süjeti sadədir. Amerika internasionalisti, dinamitlə partlayış işləri aparan mütəxəssis Robert Cordan və zərif ispan qızı, az qala uşaq olan Marinin gözlənilməz və ömrü az olan məhəbbəti ("üç gecə və yarım qalmış üç gün"). Hər ikisinin həyatını alt-üst edən təsadüfi və qismətlərinə yazılmış bu görüşdən bir qədər əvvəl ata-anasını onun gözləri önündəcə güllələyən faşist cəza dəstəsi bu məsum qızı vəhşicəsinə təhqir etmişdi. Hadisələr Robertin mühüm strateji əhəmiyyətə malik körpünü partlatmaq tapşırığı ilə yollandığı dağda yerləşən partizan dəstəsi mühitində baş verir. Sevgi atəşi bir andaca, baxışlar qovuşan zaman alovlanmağa başlayır. Heminquey yalnız ona xas olan ustalıqla bu sevginin bütün inkişaf mərhələlərini təsvir edir – ilk ümiddən tutmuş son faciəvi vida səhnəsinədək: Və o, dərisi də, saçları da, gözləri də eyni – qızılı-qəhvəyi çalarda olan qızcığaz Mari haqqında düşünməyə başladı, yalnız saçları bir qədər tünd idi. Ancaq dərisi – onun hamar, sanki solğun qızılı üst qatdan görünən əsmər dərisi günəşdə bir qədər də qaralanda saçları daha açıq rəngə çalacaq. Yəqin ki, dərisi çox hamardır, bütün bədəni hamardır, hərəkətləri isə yöndəmsizdir, sanki onu həyəcanlandıran, təşvişə salan nə isə var və qıza elə gəlir ki, hamı bunu görür. Əslində isə bunlar yalnız onun düşüncələrindədir. Robert qıza baxanda onun yanaqları qızardı: o, əlləri ilə dizlərini qucaqlayıb bax, beləcə oturmuşdu, köynəyinin yaxası çox açıq idi, girdə döşləri boz rəngli parçanı dartışdırırdı. Və o, qız haqqında düşünəndə nəfəsi kəsildi, çətinliklə addımlamağa başladı... Qız həmin gecə özü onun yanına gəlmişdi – heç bir məcburiyyət olmadan açıq havada gecələdiyi yataq çuvalının içinə girmişdi. Hələ səhər bir-birilərinin var olduqlarını belə təxmin etməyən qadın və kişinin məhəbbəti o qədər təbii və parlaq şəkildə alovlanmışdı ki, gecə səmasına işıq saçmışdı: - Səni sevirəm. Səni elə sevirəm ki! Bu dəqiqə hər şeydən çox istədiyim şey sənin yanında olmaqdır. Əlini başıma qoy – hələ də üzünü yaşdıqda gizlədərək dedi. Robert əllərini onun başına qoydu, sığalladı və birdən qız üzünü yasdıqdan qaldıraraq möhkəm-möhkəm ona qısıldı. İndi qızın üzü onun üzü ilə yan-yana idi, o, qızı qucaqladı, qız isə ağlayırdı. Robert qızın gənc bədəninin bütün vücudunu hiss edərək onu möhkəm və ehmalla tutmuşdu, qızın başını tumarlayır, axan duzlu göz yaşlarını öpürdü. Qız hıçqıranda, köynəyinin altındakı xırda girdə döşlərinin neçə titrədiyini hiss etdi. (..) Yanaşı uzanmışdılar, müdafiə olunanların hamısı indi müdafiəsiz qalmışdı. Əvvəlki pırtlaşıq tüklü parça ecazkar sığalla hamarlanmışdı, hər şey dəyirmiləşmişdi, bir-birinə qısılmışdı, titrəyirdi, gərilmişdi, uzun və yüngül, isti və sərin, xaricdən sərin, daxildən isti, həm möhkəm sarılırdı, həm donub qalırdı, həm ağrıdan üzülürdü, həm sevinc bəxş edirdi, qüssəli, gənc, sevgi dolu və indi artıq hər şey isti, hamar idi, sıxıntı, acı kədər və xiffətlə dolu idi… Məhəbbətin təsvirində Heminquey həqiqətən kosmik yüksəkliyə qalxır. Çünki onu doğrudan da kosmik hiss kimi, Ana təbiətin insana bəxş etdiyi ən böyük istedad və ən böyük xoşbəxtlik kimi təsvir edir: Sonra əzilmiş süpürgə kolunun qoxusu gəldi, budaqların sınmış qırıqları qızın başının altında, günəşin parlaq zolaqları sıx qapanmış göz qapaqlarında idi və adama elə gəlirdi ki, o, başını süpürgə kolunun üstündə arxaya ataraq uzananda Robert onun boynunun büküşlərini ömürlük yadda saxlayacaq, xəfif əsən dodaqlarını da, günəşi görməmək və heç nəyi görməmək üçün sıx qapanmış göz qapaqlarında kipriklərinin titrəməsini də... Bu zaman onun üçün bütün dünya qapanmış göz qapaqlarından süzülən günəşin təsirindən qırmızı, narıncı və qızılı sarı rəngdə idi. Hər şey bu rəngdə idi – bütövlük, sahiblənmək hissi, fərəh – hər şey bu rəngdə idi, hər şey belə parlayan korluq içərisində idi. Robert üçün isə zülmətdə yol açılmışdı, heç yana və yalnız heç yana və yenə də heç yana aparan bir yol, intəhasız, çarəsiz, daima heç yana aparan yol. Artıq güç qalmamışdı və yenə də heç yana, dözülməz bir surətdə və bir daha və bir daha və bir daha və yenə də heç yana. Qəfildən bütün zülmət sonda gözlənilmədən, çox şiddətlə param-parça olur, zaman donur, hərəkətsiz, dayanmış zamanda yalnız ikisi var idilər, yer onların altında yırğalanır və üzürdü. Robert və Marinin məhəbbəti – pomanın əsas mövzusu – amansız və qorxulu, daha dəqiq deyilsə, insanları çəkib qanlı burulğanına salan müharibə fonunda açılır. Heminquey dəqiq, xarakterik sənətkar boyaları ilə xalq qəhrəmanlarının – savadsız və qaba vətənpərvər partizanlardan tutmuş İspaniya Respublikasının rəhbərlərinədək - bütöv bir qalareyasını yaradır. Vətəndaş müharibəsinin dəhşətləri sanki baş vermiş hadisələrin iştirakçılarının hiylədən uzaq və dəhşətli hekayətlərini toplayan xronikaçı-jurnalist tərəfindən təsvir edilir. Ancaq məhz elə soyuq naturalist cizgilərlə təsvir edilir ki, sanki insanın bədəninə qarışqa daraşır. O, tamamilə laqeyddir: söhbət respublikaçı kəndlilərin öz faşist qonşularını necə zəncirlə döyməsindən və diri-diri uçurumdan atmasındanmı gedir, yoxsa ki, başqa yerdə və başqa zamanda faşistlərin ölmüş respublikaçıların başlarını necə kəsməsindənmi... fərqi yoxdur. Ölüm başdan-ayağa Heminqueyin bütün romanından keçir. Elə əsər baş qəhrəmanın ölümü ilə də bitir. Ayağı sınmış Robert Cordan tamamilə keçilməz ağır dağ şəraitində özünün əsas vəzifəsini – körpünün uğurla partladılması – yerinə yetirdikdən sonra partizan dəstələrinin hücumundən diqqəti yayındırmaq, sevgilisini xilas etmək və öz həyatı bahasına da olsa, faşist cəza dəstələrinin qarşısını kəsmək üçün dağ yolunda qalmağa məcbur olur. Heminquey Amerika internasionalistinin ölümünü təsvir etmir, ölüm rəhmsizcəsinə yaxınlaşır, ancaq romanın hələ ilk səhifələrindən qəhrəmanın başı üzərində dolanmasına baxmayaraq o, sanki kadr arxasında qalır. Yazıçı istəyir ki, oxucunun yaddaşında Ölüm deyil, Məhəbbət qalsın – o Məhəbbət ki, yalnız "üç gecə və üç yarım qalmış gün" ömrü olub. Yəqin ki, heç olmazsa, tək bircə dəfə əsl insani xoşbəxtliyi, təbiətin bizə qıtlıqla bəxş etdiyi duyğuların bütöv dolğunluğunu dadmaq üçün bu qısa vaxt da tamamilə kifayətdir. Hətta ola bilsin ki, bütöv bir ömrü yalnız belə "üç gecə və üç yarım qalmış gün" naminə yaşamağa dəyər... Y.A.Abramov, V.N.Demin (Ю.А.Абрамов, В.Н.Демин. 100 великих книг. Москва, Вече, 1999. стр. 350-354) Çevirəni: Təhminə Bədəlova
2014-02-20
9,488
Duman İstanbulda həyatı dayandırdı - Video/Foto
Son bir sutka ərzində güclü duman İstanbulda həyatı iflic edib. "Axar.az" türkiyə mediasına istinadən xəbər verir ki, duman nəticəsində boğaz körpüsü görünməz hala gəlib, avtomobil yollarında duman işıqlarından istifadə edilib. Şəhərin Sabiha Gökçen və Atatürk hava limanlarında uçuşlar dayanıb. Şəhər daxili bərə nəqliyyatı gün ərzində 3 dəfə işini dayandırıb. Vəziyyət belə olanda Asiya və Avropa qitələri arasında hərəkət edən şəhər sakinləri Bosforaltı dəmir yolu xəttindən istifadə etməyə məcbur olublar. Nəticədə sualtı dəmir yolu xəttində böyük növbələr yaşandı. Axşam saatlarında isə bərə səfərləri tamamilə dayandırılıb.
2014-02-20
9,489
“Oda” teatrına qarşı kampaniyanı kim aparır?
Bilet bahadır deyənlər teatrın gücünə inanmır Bir neçə gündür ki, Feysbuk sosial şəbəkəsində Nida Vətəndaş Hərəkatının üzvləri "Oda" teatrı haqqında tənqidi fikir səsləndirir və teatrda biletlərin baha olmasından gileylənirlər. Məsələni aydınlaşdırmaq üçün "Oda" teatrının rəhbəri Elmin Bədəlov və tamaşanın müəllifi Elvin Adıgözəllə əlaqə saxladıq. E. Bədəlov "Axar.az"a açıqlamasında bildirdi ki, narazılığa səbəb olan tamaşa teatrın repertuarına aid deyil: "Bu tamaşa bizim teatrın repertuarına aid deyil. Sadəcə olaraq, biz teatrıiki günlük icarəyə vermişik. Həmin iki gün ərzində Elvin Adıgözəl öz tamaşasını nümayiş etdirəcək. Mən Elvin Adıgözəlin istedadına inandığım və tamaşanın effektli olacağını bildiyim üçün teatrda bu tamaşanın göstərilməyinə razı oldum. Həmçinin bu tamaşaya 10 manat verməyə dəyər. Amma buna baxmayaraq "Oda" teatrının repertuarındakı tamaşalar hər zaman göstərilir. Repertuarımızdakı tamaşaların qiyməti 3, 4 və 5 manatdır. Bütün bu qiymətlər də dövlət teatrlarındakı qiymətlərdən çox ucuzdur. Sadəcə olaraq, bu məsələni mübahisəyə çevirənlər teatrın gücünə inanmır. Bu barədə sosial şəbəkədə Nida Vətəndaş Hərəkatının üzvləri yazır. Mən bütövlükdə hərəkatı günahlandırmıram. Mənim bu hərəkatda dostlarım çoxdur. Sadəcə, orada olan bəzi üzvlər mübarizə istiqamətlərini bizə yönəldiblər. Mən isə bundan narahatam və təəssüflənirəm. Axı bizim teatrın heç kimə pisliyi dəyməyib". Tamaşanın müəllifi Elvin Adıgözəl də məsələyə belə münasibət bildirdi: "Hər tamaşanın öz qiyməti var. Tamaşada dekor var, rekvizit var, bu tamaşada əziyyət var. Ölkəmizdə hər gün sənət eşqi yanıb tutuşan, amma ətrafda ancaq yemək-içməkdən başqa heç nə görməyən adamların sənətin gücünə inanmasını istəyirəm. "Oda" teatrı Elmin Bədəlov rəhbərliyində fəaliyyət göstərir. Bu teatrda "Fraqmentlər" mono tamaşasını səhnələşdirmək mənim üçün önəmlidir. Çünki mən həm müstəqil fəaliyyət göstərən teatra dəstək olmaq, həm də sənətimi daha azad göstərmək istəyirəm. Azərbaycanda hər gün mənasız ehtiyaclar üçün pullar xərcləyən gənclər, hansısa qrup üzvləri biletin baha olmasından gileylənirsə, deməli, hələ də bu şəkildə yaşamağa layiqdirlər. Çünki sənət üçün nələrsə etmək və müəyyən mübarizələr aparmaq lazımdır. Ona görə ruslar son pulunu belə teatra verir. Düşünmək üçün və tamaşadan sonra özünə sual vermək üçün. Düşünmək istəməyənlər, sənəti görmək istəməyənlər əzbərlə yaşamağa məcburdurlar". Qeyd edək ki, 1 və 2 mart tarixlərində F.M. Dostoyevskinin əsəri əsasında hazırlanan "Fraqmentlər" tamaşası "Oda" Teatrında nümayiş olunacaq.
2014-02-20
9,490
Ukrayna “Boz kardinal”ın köməkçisinə tapşırıldı
Kreml "Ukrayna cəbhəsi" layihəsinin yaradılmasının məsuliyyətini Boris Raportaya tapşırıb. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Müstəqil Dövlətlər Birliyinin (MDB) iqtisadi məsələlər üzrə idarəsinin rəhbəri olan Raporta çeçen əsilli Vladislav Surkovun yaxın adamı, köməkçisidir. Xatırladaq ki, hazırda Vladimir Putinin köməkçisi olan "Boz kardinal" ləqəbli Surkov Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiya üzrə xüsusi nümayəndəsidir. O, həmçinin MDB-nin sosial və iqtisadi məsələlərinin tənzimlənməsinə məsul şəxslərdəndi. Bu günlərdə rus siyasilərinin iştirakı ilə öz forpostları saydıqları Xarkov vilayətində "Ukrayna cəbhəsi" hərəkatının təməli qoyulub. Toplantıda Xarkov şəhərinin meri Genadi Kerenes və dövlət vilayət administrasiyasının rəhbəri Mixail Dobkin çıxış ediblər. Sonuncu "Medvedçuk qrupu"na daxil olan şəxslərdəndi. Diqqətə çatdıraq ki, "Ukraynanın seçimi" ("Ukrainski vıbora") təşkilatının rəhbəri ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin kirvəsi, Vladislav Surkovun isə yaxın dostudur.
2014-02-20
9,491
"İlhaməni sənətkar hesab etmirəm"
Millət vəkili Etibar Hüseynovun Xalq artistləri Flora Kərimova və İlhamə Quliyevaya müraciət edib, onları barışığa çağırmasına qarşı tərəflərin birindən cavab gəlib. Bu barədə danışan Flora Kərimova millət vəkilinin bu missiyası üçün ona təşəkkür edib: "Etibar Hüseynova çox sağ ol deyirəm ki, barışığa çağırıb. Alla Puqaçova ilə Sofiya Rotaru arasındakı münasibətlə bizim münasibətimizi müqayisə edib. Lakin onlar sənətkar idi. Mən İlhaməni sənətkar hesab etmirəm. İfa etdiyi mahnıların sözləri və musiqisi gözəldir, lakin ifa tərzi haqqında bunu deyə biləmərəm. Mənimlə İlhaməni bir sıraya qoymaq özü bir səhvdir. Mən bu fikirlərlə qəti razı deyiləm. Etibar müəllimin sənətdən az-çox başı çıxır. Onunla münasibətimiz olub, söhbətlərimiz olub. İstəməzdim ki, ondan belə bir təklif eşidim. Bu bəsit fikirdir. Mənim onunla bir masada oturmağım çox təəccüblü olar, nəinki barışmağım". Barışığın imkansız olduğunu söyləyən Xalq artisti İlhamə Quliyevanın sənətdəki yerindən də danışıb: "Azərbaycan mədəniyyəti, incəsənəti İlhaməsiz də keçinər. Azərbaycan incəsənətinin onun təqdimatına və təbliğatına ehtiyacı yoxdur. İlhamə Quliyevanın Azərbaycan musiqi tarixində qalası bir dənə də ifası yoxdur. Təbii ki, məndən fərqli olaraq" ("Show.az").
2014-02-20
9,492
Sxinvali Moskvasız heç nə edə bilməz – Şərh
"Sxinvalidəki bütün qərarların hər biri Moskva tərəfindən qəbul edilir". Bu sözləri "Axar.az"a açıqlamasında gürcü ekspert, jurnalist İrakli Çikladze deyib. O, Cənubi Osetiyanın gələcək taleyi ilə bağlı qərarların Moskvada veriləcəyini deyib: "Cənubi Osetiya de-fakto bütünlüklə Moskvadan asılıdır və müstəqil qərar qəbul etmək səlahiyyətində deyil. Bu referendumun olub-olmayacağı heç bir əhəmiyyət kəsb etmir. Yekun qərarlar yenə də Moskvada qəbul ediləcək, Sxinvalidə yox. Bundan başqa bu bölgədə Rusiyanın tərkibinə qatılmağın əleyhdarı olanlarda var. Gürcüstan hakimiyyəti məncə, özü də yaxşı anlayır ki, Moskvanın icazəsi olmadan Sxinvali heç nə edə bilməz. Ona görə də bu cəhdlərin heç birini ciddi qəbul etmir". Ekspert həmçinin yaxın müddətdə iki ölkə arasında münasibətlərin düzəlməsinə də ümid etmədiyini söyləyib: "Gürcüstan və Rusiya arasında münasibətlər nisbətən yumşalıb. Tiflis artıq bunun üçün müəyyən işlər görüb. Amma Moskvadan buna qarşılıq heç bir şey müşahidə olunmayıb. Hətta Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməklə bağlı da heç bir iş görməyib. Ona görə də yaxın günlərdə münasibətlərin düzəlməsinə ümid etmək olmaz". Qeyd edək ki, bir müddət öncə Cənubi Osetiyada Rusiyanın tərkibinə qatılmaq üçün referendum keçirilməsi istəkləri səslənmişdi.
2014-02-20
9,493
Ukraynada atəşkəs elan olundu
Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri arasında keçirilən görüşdə atəşkəs haqda razılıq əldə olunub. "Batkivşina" deputat fraksiyasının lideri Arseni Yaçenyukun bildirdiyinə görə tərəflər ölkədə hökm sürən siyasi böhrandan çıxmaq üçün danışıqlara başlamaqla bağlı razılığa gəliblər. Məlumata görə, A.Yaçenyuk ölkədə vəziyyətin stabilləşdirilməsi üçün əllərindən gələni edəcəklərini deyib. "Artıq Maydanda baş verənlərlə bağlı müsbət nəsə demək olar. Çünki, prezidentlə atəşkəs haqda razılıq əldə olunub" (ANS). Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri Arseni Yaçenyuk, Vitali Kliçko və Oleq Tyaqnibok arasında görüş keçirilib.
2014-02-20
9,494
İrəvanın güzəştə getməkdən başqa yolu yoxdur – Gürcü şərhçi
Qafqazda baş verən hadisələr sürətlə dəyişməkdədir. Regionun inkişaf göstəricilərinin artılması üçün müxtəlif tədbirlər keçirilir, layihələr reallaşdırılır. Bütün bunların fondu illərlə uzanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də olduğu nöqtədə qalmaqadır. Bütün bu məsələlərlə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Mamuka Areşidzeyə müraciət edirik. Müsahib qismində onu seçməyimizdə başqa bir məqam da var.Gürcüstanda keçirilən son parlament seçkilərində Areşidze məhz azərbaycanlıların kompakt yaşadığı Kvemo – Kartli bölgəsinin Qardabani rayon seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. "Gürcü arzusu" seçki hərəkatının siyahısında majoritar qaydada seçkilərə qatılan Areşidze parlamentə düşə bilmədi. Onunla söhbəti həmin məqamla başlayırıq… - Məsələ burasındadır ki, seçkilərdə Qardabani rayonundan namizəd olmağımı özüm yox, cənab Bdzina İvanişvili təklif etmişdi. Onun belə qərara gəlməsinin səbəbi həm də mənim başqa fəaliyyət növümdür. Uzun illərdir ki, milli məsələlərinin öryənilməsi ilə məşğulam, bu yöndə müəyyən təcübəyə malikəm. Amma etiraf edim ki, sözügedən rayonla o qədər də tanışlığım, bilgim yox idi. Seçkilərə az bir müddət qalmış həmin seçki dairəsinə gəldim. Xatırladım ki, həmin dövr müxalifət və iqtidar arasında amansız mübarizə gedirdi. Məğlub olsam da, seçicilərin 44 faiz səsini toplaya bildim, bu, böyük rəqəmdi. "Gürcü arzusu"ndan majoritar siyahı üzrə məğlub olan digər dostlarımın heç biri belə faiz toplamamışdı. Maraqlıdırsa, deyim,– mən bütün gürcü kəndlərində qalib gəldim, azərbaycanlıların yaşadıqları məntəqədə isə məğlub oldum. Bilirsiniz ki, əksər ölkələr milli azlıqlardan təzyiq vasitəsi kimi istifadə edirlər. Bax, həmin kəndlərdə də saxtakarlığa yol verilmişdı. Bax, belə... - Dediniz ki, sözügedən seçki dairəsini təsadüfən seçmişdiniz. Azərbaycanlıların əksəriyyətinin dillə bağlı problemləri var, onlar sizi tanımaya da bilərdilər. Necə düşünürsünüz, bu faktorlar öz sözünü deyə bildimi? Məğlubiyyətinizin kökündə həmim amillər dayanmırmı? - Məsələ burasındadır ki, Kvemo Kartlinin əvvəlki rəhbərləri bölgəni onlara yaxın gürcü və azərbaycanlılarla idarə edirdi. Hazırda belə hallarla mübarizə aparılır. Dil problemini dediniz- ola bilər, mümkündür ki, təsir etsin. Amma mən özümlə tiflisli azərbaycanlılarından ibarət mükəmməl komanda gətirmişdim, hansılar ki, seçki məsələlərinə təhkim olunmuşdular. - Necə düşünürsünüz, azərbaycanlıların gürcü ictimai mühitinə inteqrasiyasını sürətləndirməklə, sadaladığınız problemlərdən yan keçmək olarmı? Siz bunu hiss etdinizmi? - Təbii, haqlısınız. Biz artıq bir neçə təşkilat yaratmışıq. Seçkilər arxada qalsa da, Qardabani ilə əlaqələrimi kəsməmişəm. İlk addımları atırıq. Azərbaycanlıların torpaq məsləsi ilə bağlı yığılan problemlərin həlli olduqca vacib məsələlərdəndir. Burda ağılınıza gətirə bilməyəcək dərəcədə hərc-mərclikdir. Kim-kimə torpaq icarəsi verir, daha nələr...Bir sözlə, anarxiyadır. Əlbbətə, bu problemlər süni yaradılmışdı ki, regionun idarə olunması asanlaşsın. - Yəni məsələlər hüquq müstəvisindən kənar məcraya keçib? - Bəli... Baxın, hazırda bu məsələlərin üzərində işləyirik. - Son parlament seçkilərindən iki ilə yaxın vaxt keçir. Gürcüstanda hər hansı dəyişiklik varmı? - Müəyyən mənada, bəli. Hazırda hansısa şəxsə təzyiq yoxdur. Bir vaxtlar ölkəni bürümüş qorxu sindromu yoxdur. Fərdi sahibkarlara təzyiqlərə son qoyulub. Söhbət həmçinin vətəndaşların güzəranının yaxşılaşdırılamsından gedir. Bax, burada işləməyimizə ehtiyac görürəm. Deyə bilmərəm ki, iqtisadiyyatımızda yetərli irəliləyiş mövcüddur. Ölkədə ədalətli cəmiyyətin qurulması ilə bağlı verdiyimiz vədlərə gəlincə, etiraf edim ki, bu istiqamətdə də işlər gedir, amma görülən işlərin sürəti hələ də zəifdir. - Keçək başqa suallara... 20 ildən çoxdur ki, hər iki ölkə öz müstəqilliyini elan edib. Dəfələrlə strateji müttəfiqlimizi bəyan etmişik. Bu məqamda Azərbayacana münasibətdə Gürcüstan nə qədər səmimidir? - Sualınız qlobal xarakterli olduğundan, yalnız öz subyetkiv fikirlərimi səsləndirəcəm. Sualınızla da nəyə işarə etdiyinizi gözəl anlayıram. Bilirsiniz, xoş qonşuluq münasibətləri müvəqqəti yük daşıyıcısıdır. Burada əsas odur ki,maraqlar üst-üstə düşsün. Fikrimcə, bu ən vacibidir. Yəqin bilirsiniz, belə bir deyim var – İngiltərənin daimi dostları deyil, daimi maraqları var! - Maraqlıdır, bu fikirləri Azərbaycanla Gürcüstan kimi qonşu ölkələr üçün də aktual və keçərli sayırsınız? - Nə olsun? Axı, ingilislər bu fikirlərdən qonşusu Fransaya da istifadə edirdi. Amma bu əsas deyil. Bildirim ki, bir çox strateji xarakterli məsələlərdə ölkələrimizin maraqları üst-üstə düşür. Mən məsələni bu cür qoyardım – hərbi müdaxilə də daxil olmaqla, əgər Rusiya Gürcüstana təzyiq göstərirsə, deməli, avtomatik olaraq, Azərbaycana da təzyiq edir. Yaxud, Qərb Gürcüstanla danışırsa, deməli, həm də Azərbaycanla danışır. Bunlar uzun bir həlqələrin tərkib hissəsidir. Diqqət çəkən haldır ki, elə əvvəldən ölkələrimizin maraqları üst-üstə düşdü. Bax, bu kompleks məsələlər əlaqələrimizin formalaşmaının göstəriciləridir. - Nəzərə alsaq ki, son 10-15 il ərzində Gürcüstanda üç hakim komanda bir-birini əvəzləyib və belə olan təqdirdə, dəyişən iqtidar komandaları necə, bu əlaqələrin qorunmasında sadiqdirlərmi? - Şevardnadzenin hakimiyyəti illərini xarakterizə etsək, deyə bilərəm ki, mütləq şəkildə Azərbaycanla dostluq və əməkdaşlıq münasibətinə əməl olunub. Saakaşviliyə gəlincə, burada da bir dəyişiklik görmürəm və elə bir əsas da yoxdur ki, nəyəsə gileylənəm. Amma razılaşaq ki, Saakaşvili iqtidarı hərdən elə ölçülməmiş addımlar atırdı ki, rəsmi Bakı tərəfindən təəccüblə qarşılanırdı. Məsələn, İranla bağlı atılan addımlar... - Nəyi nəzərdə turursunuz? - Gürcüstanın İranla viza rejiminin ləğvi, yəqin yadınızdadır, bu addım Azərbaycanın bəzi siyasi dairələrində təəccüblə qarşılanmışdı. Bilirəm ki, Azərbaycanla İran düşmənçilik münasibətlərində deyil, amma razılaşın ki, rəsmi Bakının cənub qonşusuna münasibətində müəyyən ehtiyatlı yanaşma xətti mövcuddur. Bunu da normal saymaq olar. Fikrimi davam edim, deməli, Azərbaycan üçün təəccüblü gəldi ki, Amerikanın strateji müttəfiqi olan Gürcüstan gözlənilmədən Qərbin düşməninə tərəf "jest" etdi. Xatırlayıram, hətta sizin hakim elitaya yaxın politoloqlarınız da dəhlizlərdə bu addımı qınayırdı. Buna bənzər bir neçə olay olub ki, onları sadalamaq istəmirəm. Bdzina İvanişvili və onun komandasına gəlincə, bilirsiniz ki, hələ Baş nazir seçilərkən İvanişvili ilk rəsmi səfərini Bakıya etdi. Eyni hisslərlə Qaribaşvili də hərəkət edir. Bəli, Saakaşvili dönəmindən bəzi məsələlər qalıb ki, düşünürəm, onları da işgüzar mühitdə, masa arxasında həll etmək olar. Onları razılaşdırmalıyıq. - Razılaşın, Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə bağlı səfər öncəsi İvanişvili elə bir bəyanat verdi ki, səslənən fikirlər çaşqınlıqla qarşılandı. Yadıma düşmüşkən deyim, sanki bir ənənə halını alıb – Gürcüstanda iqtidara gələn hər yeni siyasi komandanın ilk bəyanatları regondakı transmilli layihələrin auditi ilə başlayır. Saakaşvilinin Bakı-Tiflis-Ceyhanla bağlı fikirlərini, yəqin ki, unutmamısınız. Borunun guya Borjomi dərəsinin ekoloji və təbii landşaftına mənfi təsiri ilə bağlı fikirləri hələ də yaddaşlardadı. Niyə, məhz belə bəyanatlar? - Azərbaycanın haqlı reaksiyasını gözəl başa düşürəm. İnciməyin, analoji bəyanatlar sizin tərəfdən də olub. Saakaşvilinin bəyanatları barədə heç nə deməyəcəm, bu, onun problemidir. İvanişviliyə gəlincə, bəli, burada dövlət idarəçiliyindəki təcrübəsizliyi öz sözünü dedi. Mən də həmin bəyanatı tələsik səsləndirilmiş bəyanat sayıram. Amma başqa bir məqam var: dəmir xəttinin tikintisində müəyyən gizli məqamların olması barədə İvanişvilidə dəqiq məlumatlar ötürülmüşdü. Layihənin icrasına cəlb olunan şəxslərin müəyyən nöqsanlara yol verməsi faktı dəqiq idi. Bu sizin tərəfə də aiddir. İvanişvili belə bəyanat verməklə bəzi şəxslərin reaksiyasını yoxladı. Xatırladım ki, inşaat işlərinə cəlb olunmuş gürcü məmurlarından hamısı hazırda işlərindən kənarlaşdırılıb. - Aydındır, keçək başqa bir məqama. Dəfələrlə dost ölkə olduğumuzu ifadə etmişik. Regionda üçüncü ölkə -illərdi Azərbaycanın tarixi torpaqlarını zəbt etmiş aqressor Ermənistan da var. Azərbaycanın ərazi bütövlüyü məsələsində dost ölkə saydığımız Gürcüstan Ermənistanın təcavüzkar siyasətini aydın şəkildə hansısa formada qınayırmı? Nəyə görə belə dedim, xatırlayırsınız yəqin, Gürcüstanın hazırki Xarici İşlər naziri Maya Pancikidzenin Azərbaycanın Litvadakı səfirinin suallarına cavabı məqamını? Gürcü nazir olduqca təəcüblü davrandı, Vilnüsdə ərazi bütövlüyünü dəstəkləsə də, İrəvanda erməni jurnalistlərə tamam başqa bir fikir səsləndirdi. Gürcüstan niyə dilemmalı davranır? - Sizi gözəl başa düşürəm. Mənim üçün sualın qoyuluşu başqa cürdür. Ölkələrimiz eyni durumdadır - ərazilərimizi itirmişik. Başqa cür davrana bilmərik. Bəli, bir politoloq kimi, mən deyə bilərəm ki, Qarabağ Azərvaycanın tarixi torpaqlarıdır və bu məqamın müzakirəsi də yoxdur. Bundan başqa, nüfuzlu beynəlxalq təşkilatların müvafiq sənədlərində torpaqlarınızın işğalı faktı aşkar göstrilib. Öz növbəsində Gürcüstan bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə səs verib, dəstəkləyib. Üçüncü bir məqam var ki, buna da regional balans deyilir. Ola bilər, kimsə, o cümlədən də gürcü nazir ifadələrində yumşaq tondan istifadə edib. Açığı, nazirlə bağlı məsləni izləməmişəm, amma inan ki, xatırlamıram gürcü tərəfi hansısa tədbirdə məsləni şübhə altına alsın. Qeyd etdiyim kimi, balans üçün hərdən yumşaq ifadələrdən istifadə olunur. Təsəvvür edin ki, Qarabağda münaqişə təkrar alovlanarsa, görün, regionun vəziyyəti hansı hala gələr. Bu, əsl fəlakət olar. Elə təmas xəttindəki insidentlə bağlı görüntüləri həyacanla və narahatlıqla izləyirik. - Dağlıq Qarabağ münaqişəsinin həlli Gürcüstandan necə görünür? - Eynən Gürcüstanla bağlı olan vəziyyətdir. Nə düşmənlərimiz, nə də dostlarımız münaqişənin həllində maraqlı deyillər. Düşmənlərlə bağlı məqam aydındır, amma bu vaxta qədər görməmişəm ki, dostları Azərbaycana köməklik etsin. Minsk Qrupu? Mən təsəvvür edə bilmirəm ki, qurum hansı nəticələrə imza atar. Bunu Gürcüstanın problemlərinə də şamil etmək olar. Biz belə şeyləri çox görmüşük. Fikrimcə, tərəflər – azərbaycanlı və ermənilərin özləri bu problemin həllinə qərar verməlidir. Bəli, ən böyük şans 90-cı illərin ortalarında yaranmışdı. Onu da qoymadılar, Ermənistan parlamentində sağlam düşüncəli insanları gülləboran etdilər. Nəyə görə deyirəm şans vardı, çünki həmin şəxslərin əksəriyyəti ilə şəxsi münasibətlərdəydik. Onlar kompromisə doğru addım atmağa hazırıydılar. - Dediniz dost ölkələr köməklik etmir. Köməklik etmir, yoxsa üçüncü ölkələrdən ehtiyat edirlər? - Deməzdim ki, onlar təkcə qorxurlar. Düşünürəm ki, onlar da bu cür balansın saxlanılmasında maraqlıdırlar. Necə düşünürsünüz? Diğər güclü dövlətlər isə regionda keçirilən tədbirlərin hamsına qatılmaqla öz nüfuz və güclərini göstərirlər. - Vurğuladınız ki, tərəflər özü məslənin həllinə cəhd etməlidir. Axı erməni millətçiləri, erməni diasporu buna mane olur. Eyni yanaşma Gürcüstana qarşı da mövcuddur. Cavaxetiya bölgəsində ermənilərin etdikləri hərəkətlər çoxdan çərçivələri aşıb... - Ola bilər, bu gün hansısa başıxarab bunun əleyhinə getsin, amma regionda başqa çıxış yolu da yoxdur axı. Fikrimcə, məhz Ermənistan Azərbaycana doğru barışıq addımı atmalıdır. - Münaqişənin real həll variantlarını nədə görürsünüz? - Bakıda tədbirlərdə olanda da bildirmişəm ki, Ermənistanı regional layihələrə cəlb etməyimiz önəmli məqamdır. Bu onun Rusiyadan asılılığının qarşısını alacaq. Nəticədə də Ermənistana elementar təsir etmək rıçaqlarımız yaranacaq. Qeyd edim ki, bəziləri təklifimi qəbul etməsə də, əksər həmkarlarım bunun mümkünlüyünü vuğuladılar. Nə qədər ki, əlimizdə bıçaq bir-birimizə tuşlanacağıq, münaqişələrin həllinin sonunu görmürəm. Bu, tək sizin deyil, regiondakı münaqişələrin hamısına aiddir. Birbaşa dialoqların təşkilinin vaxtı çatıb. - Cənab Areşidze, bu yerdə sözünüzü kəsməli olacağam. Siz ən ağrılı məqama toxunursunuz. Razılaşın ki, Azərbaycan bu yöndə istəyini dəfələrlə bəyan edib. Bu, mümkündür, amma bir şərtlə ki, Ermənistan zəbt etdiyi torpaqlardan hərbi hissələrini çıxartsın. Amma bu günə qədər ermənilərin reaksiyasını, konstruktiv məramını görməmişik. Belə olan təqdirdə, hansı müştərək fəaliyyətdən söhbət gedə bilər? - Razıyam sizinlə və sizi gözəl başa düşürəm, Azərbaycanın da addımlarını təqdir edirəm. Həmkarlarıma İrəvanda da bu yöndə danışmışam, onlarda anlaşıqlı yanaşırlar məsələyə. Hazırda Azərbaycan ən əlverişlı vəziyyətdədir və nəsə təklif edə bilər. Ermənistanın isə, təklif edəcəyi heç nə yoxur. Rəsmi İrəvan yalnız güzəştlərə getməlidir, başqa çıxışları yoxdur. Siz təklif etdinizmi, sözünüzün də arxasında qürurla dayanırsınız, növbə ermənilərindir. - İrəvanda konfranslarda iştirak etdiyinizi dediniz. Ermənistanın siyası çevrəsində güzəştlərə getmək istəyini müşahidə etmisinizmi? - Ermənistanda ağıllı insanlar yaxşı başa düşürlər ki, onlar çıxılmaz vəziyyətə düşüblər. Bunu da onlara haqlı olaraq yaradan Azərbaycandır. Onlar başqa yollarının olmadığını çoxdan anlayıblar. Anlayıblarsa, deməli, bunun özü irəliləyişdir. Bir məqamı da diqqətinizə çatdırım ki, artıq bir çox şey ermənilərin özlərindən asılı deyil. - Media nümayəndələri və politoloqların üzərinə düşən vəzifələr nədən ibarət olmalıdır? - Çox yaxşı sualdır. Birinci özümdən başlayacağam. Biz elə etməliyik ki, milli qürurumuza toxunulmasın. Məsələn, hər dəfəGürcüstan azərbaycanlılarına deyirəm ki, ölkə Konstitusiyası çərçivəsində öz haqları üzrə hərəkət etməlidirlər, gürcü ictimaiyyətinə inteqrasiya olunmalıdırlar. - İki öllkənin media strukturlarının əməkdaşlığını necə görürsünüz? Xatırladım ki, biz gürcü həmkarlarımızdan fərqli olaraq gündəlik informasiyalarımızda Gürcüstanda baş verən hadisələrə yetərincə yer veririk. Sizinkilər isə, Qərbdən yazıb-göstərirlər... - Doğru buyurdunuz. Önəmli məqamlardan daha biridir. Biz Böyük Qafqazda yaşayırıq, məsələn, mənim üçün Zaqatala və Qaxda baş verən hadisələr daha önəmlidir, nəinki Londonda. Haqlısınız, bu yöndə ciddi problemlər mövcuddur. Təəssüf ki, Gürcüstanda sizin ölkə ilə ünsiyyət yaradacaq media strukturlarının sayı məhduddur. Düşünürəm ki, həmin çatışmazlığın aradan qaldırılması üçün fasiləsiz çalışmalıyıq. - Öz sahənizdə azərbaycanlı həmkarlarınıza nələri təklif edərddiniz? - Biz bu barədə çox danışmışıq. Məsələ elə danışıqlar səviyyəsində qalıb. Böyük məmnuniyyətlə azərbaycanlı həmkarlarımla əməkdaşlıq edərdim. Hətta bir dəfə region politoloqlarının Assambleyası adı altında qurum da yaratmaq istədik. Görüşürük, amma az görüşürük. Geniş fəaliyyət üçün ciddi maliyyə dəstəyi lazımdır. - Sonuncu sualımı verirəm. Ukraynada baş verən hadisələrin Gürcüstana da sirayət edəcəyi barədə fikirlər səslənməkdədir. Siz bunu real sayırsınızmı? -Bilirsiniz, Gürcüstana müəyyən təzyiqlərin olduğunu biz də görürük. Ona görə yox ki, Gürcüstan Avropa ilə əməkdaşlığı nəzərdə tutulan ilkin sənədə imza atıb. Rusiya Gürcüstanın bəlli bir vektor tutmasını tələb edir. Ukraynaya təzyiqlər isqtisadi məsələlər üzərində reallaşdırıldı. Rusiyanın Gürcüstana belə rıçaqları yoxdu. Moskvanın yalnız hərbi-siyası təzyiqləri ola bilər. Ukraynaya gəldikdə isə, düşünürəm ki, bu ölkəyə qarşı Rusiya və Qərb ikili standartlarla yanaşmaqdadır. Yanukoviç isə başa düşüb ki, ondan istifadə edirlər. Amma gecdir. Ukrayna hamımız üçün yaxşı bir dərsdir.
2014-02-20
9,495
Tanınmışlar hansı həkimlərə üz tutur? – Sorğu
O qədərdə inamım yoxdur Səhhətinizlə bağlı hansısa problem yarandıqda kimə müraciət edirsiniz? Yerli, yoxsa xarici ölkələrdən hansının səhiyyəsinə üstünlük verirsiniz? Bəs tanınmışlarımız kimi, hansını seçir? Gözümüz qorxduğu üçün xarici ölkəyə üz tutduq Şair Xanəmir Telmanoğlu ilə əlaqə saxladıq. O bildirdi ki, özünün və ailə üzvlərindən hansınınsa səhhətində problem yarananda xarici ölkədə müalicə olunurlar: "Mən xarici ölkələrə müraciət edirəm. Belə deyim də, bizim ailədə belə bir problem yaşandı. Bütün yerli həkimləri gəzdik, sonunda ağır nəticə ilə üzləşdik. Ondan sonra gözümüz qorxdu və artıq elə bir halla qarşılaşanda xarici ölkəyə üz tuturuq". Buranın həkimlərinə o qədərdə inamım yoxdur Səhər Əhməd yalnız tanıdığı həkimlərə müraciət edir:"Amma hansısaciddi problem yarandıqda Türkiyə və İranda müalicə olunuruq. Düzünü desəm, buranın həkimlərinə o qədərdə inamım yoxdur". Onsuz da dövlət və özəllərdə qiyməteynidir Şair Musa Yaqub təkcə həkimlərdən deyil, həm də qiymətlərdən şikayətçidir:"Əslində dövlət xəstəxanasına müraciət edirəm. Onsuz da dövlət xəstəxanalarında və özəl klinikalarda qiymətlər eynidir. Amma özəldə də tanış və yaxın həkim olanda müayinə olunuram. Öz ölkəmizdə, xüsusilə Yazıçılar Birliyinin poliklinikasında da həkimlərimiz var, daha çox ora gedirəm". Mən Təbrizə gedirəm Fərqanə Mehdiyeva sorğumuza cavab olaraq dedi ki, səhhəti ilə bağlı Təbrizə gedir: "Hətta əməliyyatımı da orda elətdirdim. Milli Onkologiya xəstəxanasındaetdirdiyim müalicələr mənə yardım etdi, amma Təbrizdəkimüalicələr daha çox effektli oldu. Orda qoyulan diaqnoz da buradakından daha ciddi və fərqli idi". Öncədən həkimi araşdırıram İlqar Fəhmi isə yerli həkimlərə müraciət edir:"Öncədən həkimi araşdırıram ki, necə həkimdir, sonra isə müayinələrdən keçirəm. Hər həkimin yanına getmirəm. Hələ ki, xarici ölkələrə səhhətlə bağlı getməmişəm". Poliklinikada yalnız yaxın həkimə yaxınlaşıram Zahir Əzəmət:"Bir-iki dəfə olub ki, poliklinikaya müraciət etmişəm. Poliklinikada isə yalnız yaxın və etibar etdiyim həkimə yaxınlaşıram. Hələ ki, yüngül problem olduğundan xarici ölkələrə getməmişik". Özüm-özümü müalicə edə bilməyəndə... Sayman Aruz ilk olaraq internetə müraciət edir və xəstəliyi ilə bağlı araşdırma aparır: "Özüm-özümü müalicə edə bilməyəndə həkimlərə müraciət edirəm. Əslində, mən öz xəstəliyimi tanımaq istəyirəm, sonra onunla yoldaşlıq edirəm. Özüm xəstəliyimlə bacarmayanda məcburən həkimə yaxınlaşıram".
2014-02-20
9,496
"Bavariya" və "Atletiko"dan əzmkar qələbə - 1/8 final
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib. "Axar.az" xəbər verir ki, bu dəqiqələrdə başa çatan qarşılaşmalarda "Arsenal" və alman klubu "Bavariya", İtaliyada isə "Milan" ispan təmsilçisi "Atletiko" ilə üz-üzə gəlib. Birincilərin duelində "Bavariya" 2-0 hesablı qələbə qazanıb. "Bavariya" kimi "Atletiko" da səfərdən qələbə ilə dönüb. 1-0. Qeyd edək ki, növbəti qarşılaşmalar gələn həftə keçiriləcək.
2014-02-20
9,497
Tanınmış aparıcı işdən çıxarılmasından danışdı
Vüsalə Əlizadənin bu gün internet portallarında işdən azad olunması ilə bağlı xəbərlər yayıldı. Bu məlumatların yalnış olduğunu söyləyən aparıcı bu hadisədən narahat olduğunu bildirmək üçün müraciət ünvanlayıb. Onun bu barədə sosial şəbəkədə yazdıqlarını olduğu kimi çatdırırıq ("Show.az").
2014-02-20
9,498
Feysbuk Vatsapı rekord məbləğə satın aldı
Bu barədə Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberg məlumat verib. Feysbuk sosial şəbəkəsi mobil mesajlaşma proqramı olan Vatsapı 19 milyard dollar qarşılığında satın alıb. "Axar.az" xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Mark Zukerberg məlumat verib. Zukerberg Feysbukda şəxsi hesabında paylaşdığı məlumatda bu satışın mesajlaşma bazarında daha çox dəyər qazanmaq üçün həyata keçirildiyini yazıb: "Bu addımın doğru olduğunu düşünürəm. Gələcək beş ildə Vatsapda bir çox yeniliklər görə biləcəksiz". Beş il ərzində istifadəçi sayı 450 milyona çatan Vatsap proqramı üçün Feysbuk ilk növbədə 4 milyard dollar ödəməli olacaq.
2014-02-20
9,499
Maydandan yeni ölüm kadrları - Video
Maydanda öldürülən növbəti şəxsin video kadrları üzə çıxıb. "Axar.az" xəbər verir ki, yeni kadrlar sosial şəbəkələrdə yerləşdirilib. Milli təhlükəsizlik İdarəsinə hücum edənlərin qarşısını almaq istəyən hökumət tərəfdarı olan şəxsin açdığı atəş nəticəsində bir nəfər yerindəcə həlak olub. Videonu təqdim edirik.
2014-02-20
9,501
İşgəncəyə qarşı Komitənin azərbaycanlı sədri Avropadadır
İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-dən Ukraynada səfərdədir. "Axar.az" Apa-ya istinadən xəbər verir ki, səfərin əsas məqsədi Ukraynanın müxtəlif regionlarında, xüsusən Kiyev şəhərində davam etməkdə olan kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış şəxslərlə necə rəftar olunduğunu yoxlamaqdan ibarətdir. Nümayəndə heyəti etirazçılara qarşı polis əməkdaşları tərəfindən hədsiz güc tətbiq olunması və onlarla pis rəftar olunması ilə bağlı şikayətlər və ya məlumatlar üzrə araşdırmaların necə aparılmasına xüsusi diqqət yetirəcək. Səfər zamanı polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, xəstəxanalara və digər müəssisələrə baş çəkilməsi, müxtəlif dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi planlaşdırılır. Səfərin nəticələrinin Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko və baş prokuroru Viktor Pşonka ilə keçiriləcək görüşlərdə müzakirəsi nəzərdə tutulub.
2014-02-20
9,502
İstanbul polisi oğurlanan 50 ton qızılı axtarır
İstanbul polisi Bizans dövrünə aid tarixi binaların xarabalıqlarından qızıl oğurlayan 4 nəfər xəzinə oğrusunu saxlayıb. Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib (Trend). Qəzetin məlumatına əsasən, İstanbul polisinə şəhərdəki atelyelərin birinin zirzəmisində qeyri-qanuni qazıntı aparıldığı və ümümilkdə 50 ton ağırlığında qızıl çıxarıldığı haqqında məlumat daxil olduqdan sonra polis keçirdiyi əməliyyat nəticəsində xəzinə oğrularını yaxalayıb. Hal-hazırda İstanbul polisi oğurlanan qızılların yerinin araşdırılması istiqamətində axtarışlar aparır.
2014-02-20
9,503
Obama ilə Ərdoğan arasında gözlənilməz telefon danışığı
Telefon danışığı zamanı iki ölkə arasında münasibətlər və bölgədə baş qaldıran problemlər müzakirə olunub. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama ilə Türkiyə Baş naziri Ərdoğan arasında gözlənilməz telefon danışığı olub. Bu barədə həm Türkiyə hökuməti, həm də Ağ ev məlumat yayıb. Məlumatlarda bildirilir ki, iki lider arasında əsasən ölkələrarası əlaqələr müzakirə edilib. Digər müzakirə obyektləri isə İsrail və Suriya məsələləri olub. Prezident Obama Suriyada terrorizmə qarşı Türkiyə ilə birgə vuruşacaqlarına dair inancını dilə gətirib. Amerikalı lider İsrail və Türkiyə arasındakı problemlərin də tezliklə həll edilməsinindən yana olduğunu vurğulayıb. Telefon danışığının sonunda isə Obama Kiprdə müzakirələrin yenidən başlamasında böyük əməyi olan Ərdoğana xüsusi təşəkkür edib.
2014-02-20
9,504
Məmur övladlarının VİP həyatı - VİDEO
Bu gün sosial şəbəkələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun paylaşdığı şəkillər gündəmdədir. Feysbuk və və İnstaqram səhifələrində onun iddia edilən bahalı yaxta və şəxsi təyyarə şəkilləri yayılıb. Məsələ ilə bağlı Nazim İbrahimovla əlaqə saxlayıb mövqeyini öyrəndik. Yayılan xəbərlərdə Elnur İbrahimovun sahib olduğu iddia edilən şəxsi təyyarənin ona yox, Nazim İbrahimovun qardaşı biznesmen Hacı İbrahimova aid olduğu da bildirilib. Hacı ibrahimov isə heç bir təyyarəsinin olmadığı, olsaydı, elə özünün istifadə edəcəyini deyib. Məmur övladları ilə bağlı məlumatların və şəkillərin yayılması isə ilk belə hal deyil. Hətta Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadənin sosial şəbəkələrdə paylaşdığı fotolardan sonra istefa etməsi faktı da var. Bu gün isə Baş nazirin müavini Əli Həsənov məmur övladlarının özlərinin, necə deyərlər, VİP həyatlarını hər kəsə nümayiş etdirməsinə özünəməxsus şəkildə münasibət bildirdi. Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara və onların qohumlarına qanunsuzluqlarla bağlı xəbərdarlıq edib.
2014-02-20
9,505
Uşaq öldü, ana isə ağır vəziyyətdə: Həkim terroru
Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı ilə bağlı AzNews.az-a şikayət daxil olub. Xəstə Hüseynova İradə Qələndər qızının anası Sənəm İsayeva AzNews.az-a bildirib ki, Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı və kobudluğu ucbatından yeni dünyaya gələn körpə ölüb, qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib: "Qızım Hüseynova İradə Qələndər qızı Səbayel Rayon, Bayıl qəsəbəsində 5 saylı qadın məsləhətxanasında qeydiyyatda olub və 9 ay mütəmadi olaraq, müayinə olunub. Həmin müddət ərzində hamiləliklə əlaqədar onda heç bir fəsad aşkarlanmayıb. Həkimlər isə uşağın sağlam olduğunu bildirib. Həmçinin, bu onun ikinci doğuşu olub". S. İsayeva deyib ki, bu gün gecə saatlarında qızı yaxınları tərəfindən doğuşun həyata keçirilməsi üçün 7 saylı Doğum Evinə aparılıb: "Doğuşu aparmaq üçün Səbinə adlı həkimə təhvil verilib. Həkim isə onunla çox kobud rəftar edib. Xəstə ilə belə rəftar edərlər? Sonradan ona ağrıkəsici vurulub. Bu iynədən sonra uşaqlıqda qanaxma başlayıb. Qanaxma daxilə sirayət edib. Qanaxmanın qarşını ala bilmədiyini və vəziyyətin pisləşdiyini gördükdə təcili olaraq, üzərində keysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı uşağı götürüblər". Ana bildirib ki, həkimlərin səhlənkarlığı səbəbindən uşaq əməliyyatdan sonra tələf olub: "Ən dəhşətlisi isə bundan sonra olub. Bizə demədən qızımın uşaqlığını tamamilə götürüblər. Vəziyyətin pis olduğunu görən həkimlər İradəyə qan lazım olduğunu deyiblər və bunun üçün bizdən 300 manat da pul aldılar. Belə xəstəxana olar? Heç kəsə bir söz demədən nə istəyirlər onu da edirlər. Biz nə qədər soruşsaq da, deyirlər ki, məlumat verə bilmərik". S. İsayeva hazırda qızının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin yaxşı olmadığını deyib.
2014-02-20
9,506
Baş Prokurorluq: Gizli audio yazı araşdırılacaq
Baş Prokurorluq millət vəkili Ceyhun Osmanlı tərəfindən jurnalist Xədicə İsmayılova ilə bağlı audio yazının istintaqa təqdim olunmasını təsdiqləyib. Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub. Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq. Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını prokurorluq orqanlarına təqdim etməsi barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib. C. Osmanlı feysbuk səhifəsində yazıb: "Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz feysbuk səhifəsində yad etdi. "Jurnalist" Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә". Millət vəkili daha sonra belə bir sonluq yazıb: "Vәtәnә xәyanәt bağışlanılmır!!!". C. Osmanlı açıqlamasında statusu özünün yazdığını təsdiqləyib. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən "casusların" siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt millət vəkili Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.
2014-02-20
9,507
İran iqtisadi cihad elan etdi
İngilis "Faynənşl Tayms" qəzeti bugünkü sayında İranın mübarizə apardığı iqtisadi sanksiyalar haqda yazıb. "Axar.az" xəbər verir ki, "Faynənşl Tayms" dünya xəbərləri səhifəsində İranın dini lideri Ayətullah Əli Xamneyinin Tehranın nüvə proqramına görə qarşı-qarşıya qaldığı sanksiyaların təsirlərinə qarşı ölkəni hərəkətə keçirmək üçün etdiyi "iqtisadi çağırış"ı yer verib. Dini liderin bu çağırışı və prezident Həsən Ruhaninin sanksiyaların daha da artmaması üçün çalışmalı olduğu haqda fikirlər səsləndirməsi iqtisadi sanksiyaların uzun müddət davam edəcəyini göstərir. "Faynənşl Tayms"a görə, Avropa Birliyi və ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsinin nəticəsi kimi son iki ildə İranın neft gəlirləri iki dəfə azalıb. Meydanda tək qalan İranın cihad çağırışının ölkə üçün nə dərəcədə xeyirli olacağı isə maraqla gözlənilir.
2014-02-20
9,508
Abutalıbovun müavini əlilin torpağını mənimsəyib – Məhkəmə
Qarabağ müharibəsi veteranı Müşviq Firuz oğlu Əhmədli və birinci qrup əlil Rüstəm Əli oğlu Əliyev şəxsi mülkləri olan torpaq sahəsindən məhrum ediliblər. Üzləşdiyi problemlə bağlı "Axar.az"a danışan Müşviq Əhmədli 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə başqasının sahib çıxdığını bildirib. Onun sözlərinə görə, Mərdəkan qəsəbəsindəki keçmiş bağlar ərazisindən qızının adına 5,6 sot torpaq alıb. 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış ("kupça") əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb: "Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun baçısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər". Atama məxsus torpağı Rauf Pənahov özəlləşdirib Qeyd edək ki, mübahisəli torpaq sahəsinə qarşı bir necə dəfə məhkəmədə iddia qaldırılıb və onlar təmin edilib. Bu haqda "Axar.az"a danışan torpaq sahibi Rüstəm Əliyev mübahisəli torpaq sahəsinin onun atasına verildiyini bildirir: "Hələ 1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim". Eyni vaxtda iki nəfərə sənəd verilib Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci ilin fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib. Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb. Yeni sərəncam ortaya çıxdı 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi E.Vəliyevanın iddiasını təmin etsə də, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir sərəncamı ortaya çıxıb. Həmin sənəddə E.Abdullayevaya verilən bağ sahəsinin uzun müddət istifadəsiz qalması əsas gətirilərək 2005-ci ilin oktyabrında 2549 saylı bağ sahəsi onun sərəncamından geri alınıb. Sonradan başçının müavini R.Pənahovun göstərişi ilə həmin sahə məhkəmə qaydasında R.Əliyevə verilib. O da əmlakının bir hissəsini qanuni sənədlərlə M.Əhmədliyə satıb. Son sənədi yenidən məhkəməyə təqdim edərək hüquqlarının tanınmasını tələb edən R.Əliyev bu problemlə üzləşməsində Rauf Pənahovu günahlandırıb. Əlillər ölkə başçısına müraciət etdi Onu da deyək ki, R.Əliyev hazırda iki ayağından məhrum olub və birinci qrup əlildir. Onun torpaq satdığı Müşviq Əhmədli isə Qarabaq müharibəsinın iştirakçısı olub. Əsassız yerə əmlakları əlindən alınan hər iki vətəndaş prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək bu ədalətsizliyə son qoyulmasını istəyiblər: "Cənab prezidentimiz də dəfələrlə öz çıxışında vurğulayıb ki, məhkəmə müstəqil olmalıdır. Biz də onun bu tələbinə əməl olunacağına inanırıq və qanuni hüquqlarımızın bərpa edilməsini gözləyirik". Bu gün Bakı Apellyasiya Məhkəməsində R.Əliyevin qaldırdığı torpaq iddiasına baxılacaq. Məsələylə bağlı qarşı tərəflərin mövqeyini öyrənmək üçün göstərdiyimiz bütün cəhdlər uğursuz oldu. Telefona cavab verən xanım hər dəfə müavinin yerində olmadığını bildirdi.
2014-02-20
9,509
Ermənilər atəşkəsi pozmaqda davam edir
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 10 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-20
9,510
Azərbaycanın xalq artisti vəfat etdi - Yeniləndi
11:23 Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. "Axar.az" "Day.Az"a istinadən bildirir ki, Firəngiz Şərifova həm də "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir. Bununla bağlı Eldar Qasımov bu günə nəzərdə tutulan konsertini təxirə salıb. O, konsertini başqa günə keçirəcək və nənəsinin xatirəsinə həsr edəcək. 11:43 Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmətovun AzNews.az-a verdiyi məlumata görə, mərhumla vida mərasimi "Aktyorlar evi"ndə keçiriləcək.
2014-02-20
9,511
Bacanağının ləl-cəvahiratını oğurlayan hüquqşünasın tarixçəsi
Füzuli Lənkəranlı idi. Ali təhsilli hüquqşünas, gömrük işçisi olmuşdu. Güclü yumor hissi vardı. 25-ci "xata"nın uşaqları onunla söhbətdə maraqlı idi. Başına gələn hadisələri elə maraqla danışardı ki, hamı ona diqqət kəsilərdi. Ən çox paylaşdığı, yaxınlıq etdiyi dustaq yoldaşı isə sumqayıtlı güləşçi Əsgər idi. Əsgər İdman Akademiyasını bitirmişdi, dəfələrlə Azərbaycan çempionatında və beynəlxalq yarışlarda iştirak etmişdi, mükafatlar almışdı. "Nakolka" Yaxın bir dostu ilə Cəlilabaddan narkotik maddə alıb Bakıya qayıdarkən Biləsuvar ərazisində Yol polisləri tərəfindən saxlanılıb, şübhəli bilinərək maşınları idarəyə aparılmışdı. Sonra da həbs olunmuşdular. Dediyinə görə, narkotiki satan adam onların tutulması üçün "nakolka" veribmiş. Nə isə, biz bu dəfə Füzulinin hekayətini dinləyəcəyik. Əsgər, sadəcə, epizod olaraq bu hekayətin nəqlində "görünə" bilər... Ev yaran hüquqşünas… Füzuli ilə şahmat oyunundan sonra dostlaşa bildik. Şahmat, nərd, dominoda peşəkar idi. Həmişə də "interesə" (marağa) oynayırdı. O, hər şeyi özünəməxsus şəkildə yumorla təqdim etməyə üstünlük verərdi. Heç vaxt gərginlik yaşamaz və çətin vəziyyətdən çıxmağı bacaradı. Etdiyi cinayət də bizim kameradakı dustaqların törətdiyi cinayətdən fərqli idi. O, bacanağının evini "aparmışdı". Qohumuna külli miqdarda ziyan vurmuşdu. Təəssüflənmirdi: "Çox ola, mənə 8 il iş verələr, bunun da artıq il yarımını oturmuşam, üçdə ikiylə (verilmiş cəzanın üçdə iki hissəsini çəkib, cəza növünün dəyişdirilməsi haqda məhkəmə hökum ilə) çıxacam. Bacanaqdan götürdüklərim bəsimdir, ömrümün axırına qədər adam kimi yaşayaram". Doğrusu, danışdıqlarının nə qədər ciddi, yaxud zarafat olduğu bilinmirdi… Danışırdı və gülürdü. Dediklərinin nə qədərinin həqiqət olduğunu isə təkcə özü bilirdi. Onu da deyim ki, kifayət qədər məlumatlı və mütaliəli adam idi. Hüquqşünas olması bir çox türmə işçilərinin də karına gəlirdi. Ondan məsləhət alır, hətta ərizə də yazdırıdılar. Əringən deyildi. Türmə qanunlarını da yaxşı bilirdi. Bacanağın təzyiqi vardı, qanını aldım - Bəs yaxşı, sən niyə görə bacanağının evini yağmaladın, - bir neçə dəfə zarafatla soruşduğumda eyni cavab vermişdi: - Onun təzyiqi vardı, qanını almaq lazım idi ki, başı ağrımasın. Bir gün Füzuli Bayıl türməsinin tibb məntəqəsində işləyən yekəqarın həkimindən 6 ədəd narkotik tərkibli həbi 50.000 manata ("beş şirvan") alıb, xoşhallandıqdan sonra mənə: - Şair, istəyirsən bacanağımdan niyə oğurluq etməyimi sənə danışım? - Özün bil, danışmaya da bilərsən… - Yox, sən onu çox istəyirsən, bilirəm, amma bir şərtim var, razılaşsan danışaram,- dedi. Şərtin nədən ibarət olduğunu öyrənmədən razılaşdım. - Bax, şair, söz ağızdan çıxır ha, burcutdu yoxdur,- Füzuli dedi. Səhv etdiyimi anlasam da, razılığımı bir daha bildirdim. - Gərək bu həbdən sən də atasan,– deyib, həbin birini dilinin üstünə qoydu. Bir qurtum suyla uddu. Bir söz demədən həbi aldım və uddum. Doğrusu, bu həbin mənə heç bir mənfi təsir olmadı… Füzulinin və Əsgərin kefi ala buludda idi. Əsgər sonda mızıldandı: - Gərək, özümə saxlayadım. Astara gömrüyü… "Mən kasıb ailənin övladıyam. Bacım ərdə, anamın ürəyi mənim yanımda, özü Lənkəranda, atam isə o biri dünyadadı. BDU-nin hüquq fakültəsini bitirmişəm. Sonuncu kursda oxuyanda şəhərdə yaşayan uzaq qohumla nişanlandıq. Ailə qurdum. Bacanağım çox imkanlı idi, yerlimizdi. Elə o da qohumdu. Məni işə düzəltdi. Astara gömrüyündə işləyirdim. Yaxşı pul qazanırdım. Yeni tikililərdən ev də götürdüm. Bir az pul topladıqdan sonra əvvəlcə özümə, sonra isə yoldaşıma maşın aldım. Həm də, xoşbəxt idik". Narkomanlıq əclaflıqdır Siqaret yandırır, Əsgər də hər üçümüzə çay süzmək üçün iranlı dustağa işarə edir. Anında çay hazır olur. Əsgər: - Fizi, canımızı çəkdin ki, danış da,- deyir. Füzuli: - Bu zibil narkotik məni elə Astarada, gömrükdə işləyəndə yaxaladı. Şair, and olsun Allaha, insanlara, hansı ki, çəkmir, içmir paxıllığım tutur. Sənə də ona görə o həbi verdim ki, söhbətimiz alınsın. Mən xain adam deyiləm. Amma çoz şeyi itirdiyimi yaxşı bilirəm. Nə isə narkotik kimi ikinci əclaf şey elə narkomanlıqdır. Bunu başqa şeylə müqayisə etmək olmaz… Şeytanla dostlaşmaq "İrandan gətirilən "malları" tutub, sənədlədirmək əsas işimiz idi sanki. Pul leş kimiydi… Arada müsadirə etdiyimiz "malın" qırağından bir az qoparıb özümüzçün də saxlayırdıq. Yəni bunu hamı etmirdi. Kimi şeytan yoldan çıxarırdısa. Mən də şeytanla tez dostlaşdım. Əvvəlcə, adam vardı verirdim ona, satıdırırdım, sonra özüm də dadına baxdım. Xoşuma gəlirdi. Aludə olmamışdım o qədər də… Hər şey "kontrolda" idi. Özümü qoruya bilirdim. Elə adamlarla qarşılaşırdıq, heç inanmaq olmurdu ki, bunlar bu işlərlə məşğul ola bilər. Narkotik daşıyalar, "barıqa"lıq edələr. Məşədilər, hacılar gördüm eee… Arvadlar, cavan qadınlar gördüm e… orasına-burasına "torpedo" edib tiryək soxublar… İyrənirdim onlardan, amma onlar da olmasa, dolana bilməzdik axı…" Vətənpərvər rüşvətxor Füzuli həmsöhbətini intizarda saxlamağı bacarırdı. Söhbətin şirin yerində bir də görürdün dominonu tökdü stolun üstünə, oyunu qızışdırdı. Bu dəfə də belə oldu. Oyundan sonra yenə də hekayətinə başladı: "Bu iranlılar var ha, bilirsən nə qədər tiryək daşıyırdı bəri tərəfə! Biri vardı, adı Nəsiri idi. Baxdım ki, bunun posportunda Ermənistanın möhürü var. Bir-neçə dəfə Ermənistana, ordan da Qarabağa keçmişdi. Fars idi, türkcə danışa bilirdi. Dedim, baba, bu nədir, ermənilərlə dostluq edirsiz? Qayıtdı ki, baba, mən sürücüyəm, hara göndərirlər, ora da gedirəm. Ağdamdan, Zəngilandan sökülmüş evlərin metallarını daşıdıqlarını dedi və gülə-gülə əlavə etdi ki, gərək kişi kimi duruş gətirəydiz, vuruşaydız erməniynən, qaçmayadız. Köpəyoğlu həzz alırdı elə bil, ermənilərin torpaqlarımızı işğal etməsindən. O danışdıqca, inan, elə bil, başıma daş vururdular. Qərar verdim ki, buna yerini göstərəm. Bir qədər də söhbət edib, çəkdim kənara, dedim, baba, mənə bir qədər tiryək lazımdı, təşkil edə bilərsən? "Yox",- dedi. Onu çox dilə tutdum, and içdi ki, yoxumdur. Amma hiss edirdim yalan deyir, ürək qızdırmır. Nə isə maşınından iki bükülü "qara tapdıq". Göndərdik getdi fələyin qəminə… Belə vətənpərvərliyim də olub…" Füzuli iranlını tutdurduğuna görə peşiman deyildi. "O, çox axmaq adam idi. Boynuna almışdı ki, növbəti səfərdə tiryək gətirəcək. Həm də gözümün içinə baxa-baxa bizi aşağılamışdı". Qisas almağa söz verdim O ki qaldı bacanağıma, o özünü son vaxtlar yaxşı aparmırdı. Mənim yerimi Bakıya dəyişdirmək istəyirdi, ailə işlərimə müdaxilə edirdi, özünü elə aparırdı ki, guya onun əlaltısıyam. Elə bil, məni o əkib-doğuzdurmuşdu. Düzdü, işə düzəlməyimdə xidməti olmuşdu və mən də onun xətrini istəyir, hörmətini saxlayırdım. Amma yekəbaşlıq edirdi. Bir dəfə anamın üstünə qışqırıb deyib ki, oğlunu adam eləmişəm, sözümə baxmır. Anama yazığım gəlirdi. "Baş qoşma",- deyirdim. Evdə də soyuqluq yaranmışdı. Mənim Astarada olmağımı istəmirdilər. Elə hey, deyirdilər ki, işini Bakıya dəyişdir. Mən də deyirdim ki, burda qazanc var, 1-2 il də işləyim, sonra. Deyirdim ki, əgər xəbərsiz mənim iş yerimi dəyişsəniz, ümumiyyətlə sistemdən çıxacam. Nə isə, bu adam daha da quduzlaşmışdı. Axır ki, ailəm dağılmasın deyə, razılaşdım. Amma özümə söz verdim ki, bundan qisasımı alacağam. Bacanaqla aramı sazlamışdım. Olmuşdum onun sevimlisi. Bu da körpə usagı kimi məni buyururdu hara gəldi. İnsafən, yaxşılıqları çox dəymişdi. Amma yoldaşımı öyrədib mənə qarşı qoymasını bağışlamırdım. Ona elə gəlirdi ki, mənim Astarada saxladığım qadın var. Amma belə deyildi. Pul qazandıqca, narkotikə meylim artdıqca Bakıya az-az gəlirdim. İti boğub öldürdüm Bir gün bizi qonaq çağırdı, yığışıb getdik. Arada imkan tapıb bunun evinin açarlarını götürüb aşağa düşdüm, surətin çıxarıb, qayıtdım geri. Bir-neçə aydan sonra bacanaq uşaqlarını da götürüb Antalyaya istirahətə getdi. Başladım evi güdməyə. Hər gün evin qulluqçusu günorta vaxtlarında yarımsaatlıq harasa gedirdi. Qalan bütün gününü evdə keçirirdi. Axşamlar da orda qalırdı. Hər şeyi hesablamışdım. Qadın binadan çıxan kimi, liftə minib yuxarı qalxdım. Qapını açıb içəri keçdim. Balaca bir ev iti vardı. Qapını açan kimi başladı hürməyə, üstümə cumur, səsini kəsmədən hürüdü. Çox dilə tutdum, alınmadı… Əynimdən gödəkçəni çıxarıb itin üstünə atdım və boğdum. Təxminən 5-6 dəqiqə vaxtım getmişdi. Evi ələk-vələk etdim, yataq otağındakı xırda seyfi açarla açdım. Nə vardı, selafon torbaya yığdım. Tələsik düşdüm aşağı. Məni çubuş ələ verdi Həyətə düşəndə üşüdüyümü hiss etdim. Gödəkçənin itin üstündə qalmasının fərqinə indi vardım. Saata baxdım, çox vaxt keçmişdi. Qalxıb kurtkamı göürməyə risk etmədim. Yerimdə mıxlanıb qalmışdım. Xadimə arvad gəlib məni görə bilərdi. Xeyli dayandım orda - gedim, getməyim? Bu müddətdə sərbəst yuxarı qalxıb düşə bilərdim. Bir 15-20 dəqiqədən sonra qulluqçu gəldi. Binaya keçəndən sonra oradan uzaqlaşdım. Bilsəydim, bu bədbəxt bu qədər ləngiyəcək rahatca gedib gödəkçəmi götürə bilərdim. Həm də it əgər özünü yaxşı aparsaydı, onu boğmazdım və gödəkçəm də orada qalmazdı. Heç həbs də olunmazdım. Çünki özümdən sonra iz qoymamışdım, əlcəklə işləmişdim. həmin gün iş yerində də tədbirli olmuşdum. Elə etmişdim ki, hər kəs məni iş yerində biləcəkdi. Rəhbərliyin gözünə görünmüşdüm, diqqət çəkmişdim, mübahisə etmişdim, iş yoldaşlarımla zarafatlaşmışdım və uzağı 1 saatlıq yox olmağım heç də nəzərə çarpmayacadı". Mən odun yara bilərəm, ev yox Füzulini Çin səfirliyinin qarşısında həbs ediblər. Törətdiyi hadisədən sonra Əhmədlidə ev kirayələyir. İki ay burda qalır: "Ancaq gecələr çıxırdım, ərzaq alıb qayıdırdım. Ölkədən getməyi planlaşdırmışdım. Bir gün getdim Çin səfirliyinə, viza üçün müraciət etdim. Dedilər, bir həftədən sonra gəlin. Bir həftədən sonra getdim, elə səfirliyin qarşısında taksidən düşmüşdüm ki, qulağımın dibinə elə vurdular, gic toyuq kimi dəydim yerə. Özümə gələndə Nəsimi polisində idim, bacanağım da ağzı köpüklənə-köpüklənə kabinetdə gəzirdi. Onu görən kimi, dedim, ay bacanaq, nə yaxşı burdasan, qurtar məni bunların əlindən, yoxsa məni öldürəcəklər. Bacanağım dedi ki, evimi yarmısan, dedim ay bacanaq, mən odun yara bilərəm, kiminsə zəhrini yararam, amma ev yara bilmərəm. İnan, dəli olmuşdu. Tüpürdü üzümə, "burnundan gəlsin sənə verdiyim çörək",- dedi. Özümü elə aparırdım ki, guya bacanağımdan incimişəm, mənə şər atdıqlarına görə". İnsafsız polislər Bacanağım özünü dağıdırdı, deyirdi, götürdüklərini ver, səni buraxdırım. Deyirəm ki, mənim heç nədən xəbərim yoxdur. Gödəkçəmi gözümə soxurdu polis rəisi. Deyirdim, qonaq gələndə içmişəm, piyan olmuşam qalıb onlarda. İtin boğulmuş halda şəklini göstərirdilər. Dedim, insafsızlar, o boyda evdə ancaq mənim kurtkamı götürüblər. Bacanaq havalanmışdı. Polis rəisi seyfdən bir az da narkotik maddə çıxarıb, onu da mənim adıma sənədləşdirdi. Polis rəisinə dedim ki, sizin adamlarınız nainsafdır. Dedi, niyə? Soruşdum, məni nəylə vurdular? Dedi kərpiclə. Mən də dedim ki, elə hörmətnən yaxınlaşıb salam verib, qoluma girib apara bilməzdilər? Rəis başını buladı… Beləliklə, iki maddə ilə başladım dustaq həyatına. Bacanaq ağacların dibini bellədi Bacanağım bir dəfə anamla gəldi görüşümə. Mehriban danışdı, götürdüklərini qytar, iki ilə səni buraxdırım dedi. Harda gizlətdiyimi soruşurdular. Hamı istəyir ki, qızılların, brilyantın yerini deyəm. Axmağam? Onsuz da tuturlar da məni. Anama xəlvətcə dedim ki, bağdakı ağaclardan muğayat ol, gör dibləri qazılmayıb ki. Elə dedim ki, bacanaq bunu eşitsin. Fikir verdim, gördüm gözlərinə işıq gəldi. Görüşdən çıxan kimi gedib Lənkərana. Həyətimizdə nə qədər ağac var, dibini bellətdirib. Ağacların dibində bir şey tapılmayanda isə bütün ağacları doğratdırıb. Anama deyib ki, sənin bivec oğlun nağıldakı kimi mənə bütün ağacların diblərini bellədib. Vəkilimlə danışmışam. Bacanağımı məhkəməyə verəcəm ki, həyətimizə icazəsiz girib və yaşıllığa qıyıb". Füzuli ləzzətlə gülür, "gəl şahmat oynayaq",- deyir. Mən: - Şərtim var, razı olsan, oynayarıq,- deyirəm. - Qızılların yerini deyim? Axmağam?!
2014-02-20
9,512
Maydanda tank 5 saniyədə partladıldı - Video
Nümayşçilər paytaxt Kiyevdə aksiyanın qarşısını almaq məqsədilə onlara tərəf irəliləyən tankı bir saniyədə partladıb. Ukraynanın paytaxtı Kiyevdə nümayişçilər ilə polis arasındakı şiddətli qarşıdurmalar pik həddə çatıb. Aksiya iştirakçılarının üzərinə şığıyan texnikanın partladılma anının videosunu təqdim edirik.
2014-02-20
9,513
Sabir Rüstəmxanlıya ağır itki
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıya ağır itki üz verib. Xalq şairinin əmisi, müharibə veteranı Alış Abdulov dünyasını dəyişib. Hazırda millət vəkili dəfn mərasimində iştirak etmək üçün Yardımlı rayonundadır. Xalq şairinə, mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
2014-02-20
9,514
Maydanda son vəziyyət - CANLI YAYIM
Maydanda Avropaya inteqrasiya tərəfdarları toplaşmaqda davam edirlər. Hazırda sakitlik hökm sürür (Musavat.com). Dövlət Yol İnspeksiyasının əməkdaşları Maydana gedən yolları bağlayıb. Milis əməkdaşlarında odlu silah var. Bu gün müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə danışıqları davam etdiriləcək.
2014-02-20
9,515
Müdafiə naziri ATƏT-in nümayəndəsini qəbul etdi
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.
2014-02-20
9,516
Erməni yazıçıdan Qarabağla bağlı şok etiraf – Özəl
"Nifrət var, amma xalq yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında İsveçdə yaşayan erməni yazıçı Vahe Avetiyan deyib. O, Ermənistanda Maydanın yaranması üçün xalqda inamın olması ilə bağlı sualımıza yalnız bir cümlə ilə cavab verib: "Nifrət var, amma xalq yoxdur". Yazar həmçinin Qarabağda soydaşlarının müstəqillik uğrunda apardıqları savaşı da tənqid edib: "Mən müharibədə Qarabağa görə iştirak etməmişəm. Mən müharibədə Ermənistanın azadlığı üçün iştirak etmişəm. 1992-ci ilə qədər. Bizə qarşı rus əsgərləri vuruşurdu. Azəbaycanlılar o zaman silahlanmamışdılar. Deyə bilərəm ki, istənilən xalq azad olmaq hüququna malikdir. Amma heç kimin öldürməyə və qarət etməyə ixtiyarı yoxdur". Qeyd edək ki, bu gün erməni separatçılarının Dağlıq Qarabağda özlərini müstəqil elan etməsindən 23 il keçir.
2014-02-20
9,517
İnstitut direktorunun evini yandırdılar - Foto/Yenilənib
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evini yandırıblar. Qazax rayon polis şöbəsinin rəis müavini Firuz Babayevin AzNews.az-a verdiyi məlumata görə, yanğın səhər saat 10:00 radələrində baş verib. Onun sözlərinə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax bölməsinin əməkdaşları hadisə yerindədirlər. Hazırda yanğının söndürülməsi üçün 6 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. F.Babayev əlavə edib ki, yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. Onun sözlərinə görə, yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan da olmayıb. Yerli sakinlərdən AzNews.az-a verilən məlumata görə, İsa Veysovun evini yandırılmasına bir neçə dəfə cəhd olub. Bunun səbəbi isə keçmiş direktorun saxta diplomlar paylaması olub. Diplomların saxta olması müəyyən edildikdən sonra tələbələr və onların valideynləri onun evini odlamağa bir neçə dəfə cəhd ediblər. Məlumata görə, ayrı-ayrı rayonlardan dəfələrlə o evə hücum edilib. Bir həftə əvvəl Biləsuvar rayonundan bir qrup adam gəlib evi yandırmağa cəhd edib. Sakinlərin sözlərinə görə, bugünkü yanğını isə Gədəbəydən gələn bir neçə zərərçəkən törədib. Qeyd edək ki, keçmiş direktorun evinin yandırılması barədə ilk məlumatı Savash.org saytı yayıb. 20:07 Vəzifədə olduğu müddətdə dolandırdığı insanlar tərəfindən yandırıldığı iddia olunur. Bildirilir ki, Veysovun evi onun rektor olduğu müddətdə saxta diplomlar satdığı, camaatı aldadıb onların pullarını yediyi səbəbindən yandırılıb. İddia olunur ki, təkcə Qazax rayonunda 100-dən artıq "qurban" var və bu gün səhər saatlarında həmin aldadılmış vətəndaşlar İsa Veysovun rayonun Daş Salahlı kəndindəki evinə hücum edərək, onun evini yandırıblar. Onu da bildirək ki, İsa Veysov ötən il tutduğu vəzifədən azad olunandan bu yana Bakıda yaşayır. Qeyd edək ki, hal-hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır. ("Musavat.com")
2014-02-20
9,518
Putin Ukraynanı ələ keçirmək üçün Yanukoviçə pul verib
Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov növbəti dəfə diqqət çəkən fikirlərlə çıxış edib. "Axar.az"ın məlumatına görə, İllarionov hazırkı şok təsiri bağışlayan krizis ssenarisinin Putinin Ukraynanın bir hissəsini nəzarətə alacağına imkan yaradacağını bildirib. O, əlavə edib ki, Soçidə Yanukoviçə söz verdiyi 2 miyardlıq avans müqabilində Putin təzyiq göstərmək istəyinə çatacaq: "Əlbəttə, pulun muqabilində Putin güc tətbiqini istəyib. Bu, o tələblərdi ki, dəfələrlə Jirinovski və Qlazyev kimi rusiyalı siyasilər dillərinə gətiriblər. Məsələnin detalları tək Putinlə Yanukoviç arasında deyil, həmçinin, Rusiayadan Ukraynaya gətiriləcək hərbi bölmə rəhbərləri ilə də müzakirə olunub". İllarionovun sözlərinə görə, hazırda texniki məsələlərdən tutmuş ideyalara qədər, Putin Ukrayna prezidentinə dəstək olur: "Fikir verirsinizsə, meydanlardakı güc tətbiqi əvvəlki həftələrlə müqayisədə kifayət qədər fərqli səviyyədə həyata keçirilir. Əmin olmağınızı istərdim ki, Ukraynada vətəndaş müharibəsinin və anarxiyanın baş alması elə Putinin arzusudur. Unutmayın, nə qədər ki, Ukrayna iqtisadi böhrana sürüklənir, o qədər Putin udur. O, belə dəhşətli vəziyyətdə özününkü saydığı ərazilərin – Sevastopolun, Odessanın, Nikolayevin, Luqanskın, hətta bizim ağlımıza belə gətirmədiyimiz Ukraynanın digər ərazilərinin onun nəzarətinə keçməsi üçün baş sındırır". Xatırladaq ki, 2 gün öncə Saakaşvili Ukrayna televiziyalarının birində canlı efirdə ikən ilk dəfə "2 milyard pul" razılaşmasını açıqlamış və Yanukoviçi kəskin tənqid etmişdi.
2014-02-20
9,519
Ukrayna Ali Radasında evakuasiya başladı
Ali Radada təcili evakuasiyaya start verilib. "Axar.az" xəbər verir ki, Ali Radada evakuasiya başlayıb, işçilər binanı tərk edirlər. "Hər kəsə təcili evakuasiya xəbərdarlığı verilib",- bunu jurnalistlərə açıqlamasında millət vəkili Vladimir Litvin söyləyib.
2014-02-20
9,520
Kiyevdə snayper hərbçilərə atəş açır
Ukraynanın Daxili İşlər Nazirliyi ötən gün prezident Viktor Yanukoviçin 3 müxalifət lideri ilə görüşündə əldə edilmiş barışığın pozulduğunu bəyan edib. Kiyevin mərkəzində Müstəqillik meydanında hərbçilərə və "Berkut" xüsusi-təyinatlılarına snayperdən atəş açılıb. Hüquq-mühafizə orqanlarının azı 23 əməkdaşının yaralandığı bildirilir (ANS). Odlu silahdan atəşin Maydanda yerləşən konservatoriya binasından açıldığı ehtimal edilir. Yaralı hüquq-mühafizə orqanları əməkdaşlarının əksəriyyətinə həkimlər gələnədək meydanda ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xərəklə meydandan çıxarılıb. Müstəqillik meydanında etirazçıların çadır düşərgəsini əhatə edən barrikadaların yanması nəticəsində ətrafa tüstü yayılıb. Buna baxmayaraq, minlərlə etirazçı hələ də meydanda qalmaqdadır. Son 2 sutka ərzində Maydanda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı isə 28-ə çatıb. Onların təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
2014-02-20
9,521
AB-dən Türkiyə ilə danışıqları dondurulması tələb edildi
Türkiyə prezidenti Abdullah Gülün mübahisəli internet qanununu imzalamasından sonra Almaniyada "Xristian Birlik" (CDU/CSU) partiyası Türkiyə ilə müzakirələrin dondurulmasını tələb edib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, "Xristian Birliyi" Avropa siyasətləri spikeri Maykl Stübgen prezident Gülün təsdiqlədiyi internet azadlığını nəzarət altına alan qanunun qəbuledilməz olduğunu söyləyib. Stübgen yeni qanunun ictimai medianı və hökumətə tənqidi baxan internet saytlarını bağlamaq üçün istifadə ediləcəyini bildirib. Öz açıqlamasında Avropanın təməl daşı sayılan düşüncə azadlığını məhdudlaşdıranların AB üzvü ola bilməyəcəyini deyən Stübgen AB-nin artıq buradan lazımlı nəticələr çıxarmasının zamanı gəldiyini söyləyərək, "Türkiyə ilə gedən müzakirələr dondurulmalıdır",- deyib.
2014-02-20
9,522
ABŞ HHQ-də Ayfondan istifadəyə başlayır
ABŞ Hərbi Hava Qüvvələri BləkBerri smartfonlarından imtina edərək "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən - Ayfon smartfon modellərindən istifadə edəcək. "Axar.az" "Defens Nyus" saytına istinadən məlumat verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin istifadəsində olan bütün BləkBerri aparatları yeni qurğularla əvəz ediləcək. Proqramın ilkin mərhələsində "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən beş min qurğunun verilməsi planlaşdırılır. Qeyd edək ki,hazırda əsgərlər tərəfindən istifadə edilən BləkBerri aparatları köhnəlmiş "BləkBerri OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İstifadəsinə başlanılacaq "iOS" sistemli qurğular isə hələ 2011-ci ilin oktyabrından Hərbi-Kosmik İdarədə, Aviasiya Daşımaları Komandanlığı və Aviasiya Döyüş Komandanlığında sınaqdan keçirilib.
2014-02-20
9,523
Qafqazda Rusiya əleyhinə ittifaq yaranır - Ekspert
"Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanın Rusiyanın ekspansiyasından qorunmasından ötrü Türkiyə ilə münasibətləri genişləndirilməlidir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, dünən Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirləri arasında görüşü müsbət qiymətləndirib: "Gəncə bəyannaməsi bölgədə hər üç dövlət arasında əməkdaşlıq məsələlərində öz rolunu oynayacaq. Hər üç dövlət arasında olan münasibətlər müəyyən məsələləri çıxmaq şərti ilə yaxşı sayıla biləcək səviyyədədir. Bu bəyannamə də tərəfdaşlığın genişlənməsinə yönəlmiş bir addımdır. Bu, regionun geosiyasi proseslər ərəfəsində çox yaxşı addımdır. Bu, həm də üç dövlətin maraqlarının üst-üstə düşməsi üçündür". Politoloq son görüşün Rusiya ekspansiyasından müdafiə kimi də qəbul edilməli olduğunu qeyd edib: "Əslində Rusiyanın əsas hədəflərindən biri Cənubi Qafqazda nəzarəti tam bərpa etməkdir. Bu mənada isə Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanın Rusiyanın ekspansiyasından qorunmasından ötrü Türkiyə ilə münasibətləri genişləndirilməlidir. Yəni bu üç dövlətin arasında münasibətlər güclənməlidir. Şübhəsiz ki, bu görüşün Rusiya ilə də əlaqəsiz olmasını demək günah olardı". Ə.Oruclu həmçinin Rusiyanın bölgədəki münaqişələrdən hələlik Qafqaz ölkələri əleyhinə istifadə edə bilməyəcəyini deyib: "Rusiyanın Cənubi Qafqaza əsas təsir vasitələrindən biri də bölgədəki münaqişələrdir. Rusiya burada konkret mövqe ortaya qoymur. Yəni o, tərəf deyil, vasitəçidir. Rusiyanın Cənubi Osetiyanı Gürcüstandan ayırıb, Şimali Osetiya ilə birləşdirməsi əslində beynəlxalq səviyyədə onun işğalı kimi dəyərləndirilə bilər. Sözsüz ki, son günlər Qərblə, xüsusilə ABŞ-la münasibətindəki gərginliyi nəzərə alsaq, bu, Rusiyaya qarşı təsir vasitəsi kimi qəbul edilə bilər. Bu, artıq işğalın konkret leqallaşdırılması olardı. Qarabağa gəlincə isə, Rusiya bununla bağlı hüquqi baxımdan heç bir addım ata bilməz". Qeyd edək ki, dünən Gəncədə Türkiyə, Gürcüstan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş keçirilmişdi. Onu da xatırladaq ki, bir müddət öncə Cənubi Osetiyanın Rusiya ilə birləşmə məsələsi gündəmə gəlmişdi. Hətta məsələnin yaxın zamanlarda Cənubi Osetiya "parlament"inə çıxarılmasının nəzərdə tutulduğu da bəyan edilmişdi.
2014-02-20
9,524
Qaxda əxlaqsızlıq yuvası aşkarlandı
Qaxda kafedə əxlaqsızlıq yuvası aşkar edilib. "Axar.az" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisindəki kafedə əməliyyat tədbirləri həyata keçiriblər. Əməliyyat nəticəsində oranın sahibi Məhəmməd Bayramovun kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
2014-02-20
9,525
Bugünkü “həkim terroru”na Səhiyyə Nazirliyindən - Reaksiya
Səhiyyə Nazirliyi Bakıdakı 7 saylı Doğum Evində uşaq ölümü ilə bağlı hadisəni ciddi şəkildə araşdıracaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli "AzNews.az"a bildirib ki, hadisə baş verdikdən sonra 24 saat ərzində ölüm hadisəsi ilə bağlı bütün sənədlər Nazirliyə daxil olur: "Səhiyyə Nazirliyində bununla bağlı müvafiq komissiyalar fəaliyyət göstərir. Ümumilikdə bir ay ərzində ölüm hadisəsinin səbəbləri araşdırıldıqdan sonra ekspertiza öz rəyini açıqlayacaq". A.Qədirli bildirib ki, Xəstə Hüseynova İradə doğuş zamanı uşağını itirməsi həkimlərinin səhlənkarlığı kimi təqdim edilməsi düzgün fikir deyil: "Çünki yuxarıda qeyd etdiyim ki, ekspertiza rəyi açıqlanmayınca, bu barədə nəisə fikir söyləmək olmaz". Qeyd edək ki, Xəstə Hüseynova İradə Qələndər qızının anası Sənəm İsayeva AzNews.az-a bildirib ki, Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı və kobudluğu ucbatından yeni dünyaya gələn körpə ölüb, qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
2014-02-20
9,526
BDU-da aksiya: 3 tələbə saxlanıldı - Foto/Yeniləndi
13:47 Bakı Dövlət Universitetində keçiriləcək aksiya baş tutmayıb. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq üç nəfər hüquq mühafizə orqanları tərəfindən həbs olunub. Üç nəfərdən yalnız birinin adını müəyyənləşdirmək olub. Həbs olunan şəxsin adının Tamerlan Baxşıyev olduğu deyilir. Artıq universitetin həyətindən qonaqlar gəlir bəhanəsiylə hər kəs uzaqlaşdırılır. Müxbirimiz mediya nümayəndələrinin universitetin həyətindən mühafizəçilər vasitəsiylə çıxarılmağa başlanıldığını söyləyib. *** 13:57 Media nümayəndələrinin qarşısına çıxan universitetin rektoru Abel Məhərrəmov aksiya iştirakçıları tərəfindən etirazla qarşılanıb. O, tələbələrin problemlərinin həll olunacağını deyib. "Tələbələrin problemləri həll olunacaq. Burada çıxış edən insanlara diqqət etsəniz, onların əksəriyyətinin məhz buranın tələbələri olmadığını görərsiniz". Müxbirimiz həmçinin universitetin girişlərinin aksiya ilə əlaqədar bağlanıldığını bildirib. Universitetin həyətindən uzaqlaşdırılan tələbələrin aksiyanı davam etdirmək üçün Elmlər Akademiyası metro-stansiyasının qarşısına üz tutduqları bildirilir. Qeyd edək ki, universitet tələbələri Təhsil Nazirliyinin kəsrlərlə bağlı yeni qərarına etiraz edirlər.
2014-02-20
9,527
Saakaşvili Yanukoviç iqtidarını “bandit” adlandırdı – Video
Ukraynada "1+1" kanalının səhər proqramına canlı efirə qatılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Yanukoviç iqtidarını və Rusiya prezidenti Vladimir Putinin ünvanına yenə tənqidlər yağdırıb. "Axar.az" xəbər verir ki, Saakaşvili açıq şəkildə Yanukoviç iqtidarını "bandit klan" adlandıraraq, faciələrə görə cavab verməli olacağını bildirib. Ənənəsinə sadiq qalan Saakaşvili Putini keçmiş SSRİ-nin tör-töküntüsü sayaraq, onu qorxaq adlandırıb. Sonda o, fədakarlığına görə ukraynalıların qarşısında baş əydiyini ifadə edib.
2014-02-20
9,528
İŞİD Əsədin şəhərini tutdu, bayraqlar endirildi – Foto
Bölgəni ələ keçirən İŞİD Suriya bayraqlarını endirib yerinə tövhid bayrağını asıb. "Axar.az" İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının media qaynaqlarına istinadən xəbər verir ki, Azad Suriya Ordusu (ASO) ilə Əsəd rejiminin "dostluq müqaviləsi" imzaladığı Şamın Babbila bölgəsinə girən İŞİD terrorçuları şəhərdə asılan Suriya bayraqlarının yerinə tövhid bayraqlarını asıblar. Xəbərin fotoları ərəb saytlarında və forumlarında yayımlanıb.
2014-02-20
9,529
Kiyevdə durum getdikcə ağırlaşır – 29 ölü
Kiyevdə toqquşma nəticəsində qurbanların sayı artıb. "Axar.az" xəbər verir ki, Səhiyyə Nazirliyi Kiyevdəki qurbanlarla bağlı yeni açıqlama yayıb. Açıqlama Səhiyyə Nazirliyinin rəsmi saytında yer alıb. Toqquşma nəticəsində 29 nəfər həyatını itirib, 445 yaralanan kömək üçün tibb müəssisələrinə yardım üçün müraciət edib. Onlardan 287 nəfəri xəstəxanadadır. Bu günə olan statistik məlumatda isə bildirilir ki, Kiyevdə parlament binasının ətrafındakı kütləvi nümayişlər nəticəsində 88 nəfər hüquq-mühafizə orqanları olmaqla, 6 jurnalist, 2 xarici vətəndaş və 1 nəfər Rada deputatı xəstəxanaya yerləşdirilib.
2014-02-20
9,530
ABŞ-dan ermənilərə yardım aksiyası
ABŞ konqresmeni "erməni soyqırımı"na yardım aksiyası keçirəcək. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb. Konqresmen Adam Şif "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasının vacib olduğunu deyib: "Martın 3-də ermənilərə edilən yardım aksiyası mənim həmkarlarımın bu məsələni qəbul etməsində mühüm rol oynayacaq". Qeyd edək ki, Adam Şif ABŞ-da erməni lobbisinin pulla satın aldığı əsas konqresmenlər sırasında yer alıb. O, "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasını istəyən və bununla bağlı qanun layihəsi təklif edən şəxsdir.
2014-02-20
9,531
Mehriban Əliyeva baş nazirlə görüşdü
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşüb. Görüşdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb (ANS). Söhbət zamanı Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanıb.
2014-02-20
9,532
Lukaşenko Soçiyə xüsusi təyyarə göndərdi
Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə keçirilən olimpiya oyunlarında böyük uğurlar qazanan idmançıların təntənəli şəkildə qarşılanması üçün xüsusi göstəriş verib. "Axar.az" xəbər verir ki, Lukaşenko idmançıları Minskə gətirmək üşün xüsusi təyyarə ayırıb. Belaruslu idmançılar fevralın 24-də vətənə dönəcəklər. Prezident onları öz iqamətgahında qəbul edəcək və mükafatlandıracaq. Qeyd edək ki, Belarus Soçidə 5 qızıl və 1 bürünc medal qazanıb. Bu nailiyyət Belarus idmanı tarixində ən yaxşı göstəricidi.
2014-02-20
9,533
Parlamentarilər İlham Əliyevin qəbulunda - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırıb. O bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu şəxsən qəbul etdi və Prezident İlham Əliyevə ən səmimi arzularını, möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləklərini çatdırmağı xahiş edib. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğuladı. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin başçısına təqdim edib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.