date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-21 | 9,639 | Hökumət təyyarəsi belə vuruldu - Video | Suriyada Əsəd rejiminə məxsus təyyarə müxaliflər tərəfindən vurulub. "Axar.az" Azad Suriya Ordusuna məxsus xəbər saytlarına istinadən bildirir ki, Şam çölü – Şərqi Quta bölgəsində illərdir havadan bombalar yağdıran rejimə məxsus reaktivlərdən biri bu gün yüngül silahlar ilə vurularaq yerə salınıb. Yerli əhalinin üzərinə 4 bomba atan Rusiya istehsalı olan döyüş reaktivi Azad Suriya Ordusu tərəfindən yüngül silahlarla vurulub. Reaktivin vurulma anı videoya alınıb. Vurulandan bir neçə saniyə sonra reaktiv yerə çırpılaraq partlayıb. Videoda müxbirin həyəcandan nə söylədiyi anlaşılmır. |
2014-02-21 | 9,640 | Ukrayna iqtisadi böhranın ağuşunda - Ekspert | "Bəzi şirkətlər artıq Kiyevdə ofislərini bağlayaraq qonşu ölkələrə köçmək barədə düşünürlər". Bu sözləri "Axar.az"a iqtisadçı-ekspert Vüqar Bayramov Ukraynadakı iqtisadi böhrandan danışarkən söyləyib. O, qeyd edib ki, Ukraynada iqtisadi böhranın davam etməsi ölkədən investisiyaların getməsinə gətirib çıxardacaq: "Ölkənin gələcəyi ilə bağlı siyasi dialoqa və siyasi güzəştə getməsi çox vacibdir. Sözsüz ki, Ukraynada baş verənlər Ukrayna üçün birmənalı şəkildə iqtisadi baxımdan əhəmiyyətlidir. Nəticə olaraq Ukraynadan investisiyaların getməsinə gətirib çıxarda bilər. Eyni zamanda artıq birmənalı şəkildə xidmət sektorunda barel köçürən şirkətlərin öz fəaliyyətlərini tam olaraq davam etdirə bilməməsi problemi var. Ukraynadakı iqtisadi böhran bir çox problemlər yaradacaq. Ona görə də qısa zamanda Ukraynadakı məsələlərin öz həllinin tapması Ukrayna və Ukrayna xalqı üçün çox əhəmiyyətlidir". |
2014-02-21 | 9,641 | Ukraynada meri döyüb, dirəyə bağladılar - Video | Ukraynanın Lutsk şəhərində aksiyalar zamanı şəhər meri vəhşicəsinə döyülüb. "Axar.az" "Russia Today"ə istinadən xəbər verir ki, Lutsk şəhər meri Aleksandr Başkalenko polis idarəsinin qarşısında aksiya keçirənləri sakitləşdirmək istəyib. Lakin aksiyaçılar merin üzərinə hücum edərək onu yerə yıxıblar. Merlə yanındakı mülki şəxsi amansız şəkildə döyən bir qrup sonradan onu qandalla dirəyə bağlayıb. Aksiyaçılar polisin onlara qarşı su şırnağından istifadə etməsinə cavab olaraq, şaxtalı havada dirəyə bağlanmış merin üzərinə soyuq su töküblər. Daha sonra isə merdən vəzifədən getməyi tələb edən şəxslər ona istefa ərizəsini imzalatdırıblar. |
2014-02-21 | 9,642 | İki azərbaycanlı qadın uşaqlarını da götürüb Suriyaya getdi | Xaçmaz rayonunun Armudpadar kəndinin sakini olan iki bacı uşaqlarını da götürərək Suriyaya gedib. Bunlar 1980-ci il təvəllüdlü Bəybalayeva Çiçək Eyyub qızı və onun kiçik bacısı, 1986-ci ildə anadan olmuş Hacıyeva Könül Eyyub qızıdır (Lent.az). Suriyaya əvvəlcə Könül Hacıyeva həyat yoldaşı Taleh Hacıyevlə birgə gedib. Onlar gedərkən övladları 2 yaşlı Seyid və 2 aylıq Xalidi də aparıblar. Daha sonra Könül bacısına zəng edərək Suriyaya gəlməsini məsləhət görüb. Bu zəngdən sonra Çiçək Bəybalayeva 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Ayna ilə birlikdə Türkiyə üzərindən Suriyaya yollanıb. Hazırda hər iki bacı ailələri ilə birlikdə Hələbdədirlər. Bir neçə gün əvvəl Çiçək Bəybalayeva atasına zəng edərək Hələbdə olduğunu deyib. |
2014-02-21 | 9,643 | İraq terrorçuların başına mükafat qoydu | İraq hökuməti öldürülən hər bir İŞİD terrorçusu üçün təxminən 17 min 200, əsir alınanlar üçün isə 25 min 800 dollar mükafat verəcəyini vəd edib. "Axar.az" "BBC"yə istinadən xəbər verir ki, bu açıqlama İraqın Müdafiə Nazirliyinin internet saytında yayılıb. İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı dekabr ayında İraqın ən vacib iki şəhəri olan Fəllucə və Ramadini əldə olunub. Bəzi hökumət tərəfdarı olan əşirətlərin dəstəyini alan İraq ordusu Ramadini geri almaq üçün hərbi əməliyyat həyata keçirilib. Fəllucədə isə hərbi əməliyyatın əvəzinə yerli xalqdan İŞİD terrorçularını çıxartmaq tələb edilib. |
2014-02-21 | 9,644 | Mağazadan 128 min dollarlıq palto oğurlandı | Honqkonqda məşhur Burberri mağazasından timsah dərisindən hazırlanmış və qiyməti 128 min dollar olan palto oğurlanıb. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi məlumata görə, hadisə fevralın 19-da axşam saatlarında baş verib. Kamera görüntülərinə baxış keçirərkən naməlum şəxsin mağazaya daxil olaraq manekenin əynindən paltonu soyundurduğu və sərbəst şəkildə ordan uzaqlaşdığı məlum olub. Mağazanın işçiləri isə paltonun oğurlandığından hadisədən bir neçə saat sonra, malları yoxlayarkən xəbər tutublar. Oğurlanan palto mağazaya hadisədən bir neçə saat əvvəl gətirilib, oğrulardan qorumaq üçün ona etiket vurulmayıb. Buna görə də, oğru öz işini cəmi 1 dəqiqəyə görüb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. |
2014-02-21 | 9,645 | "Neftçi" "Traktor" komandası ilə qarşılaşa bilər | "Neftçi" PFK "Traktor Sazi Təbriz" futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib. "Axar.az" "Neftçi" klubunun rəsmi saytına istinadən məlumat verir ki, PFK tərəfindən göndərilən rəsmi məktubda "Traktor Sazi Təbriz" FK-ya yoldaşlıq oyunu keçirmək təklif edilib. Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində "Traktor Sazi Təbriz" FK-nın baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında "Neftçi" PFK-nın bu təklifinə münasibət bildirdiyi qeyd olunub: "Neftçi" ilə oyun komandamız üçün çox faydalı ola bilər". Digər məqalədə "Neftçi"nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, "Neftçi" sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı "Traktor Sazi" və "Maşın Sazi" klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib. |
2014-02-21 | 9,646 | İcbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirildi | Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilib. Nazirliyin mətbuatx xidmətindən "Axar.az"a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Əli Əhmədov son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Bildirilib ki, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir. Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər ətrafında müzakirələr olub. Müzakirələrdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışıblar. Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınıb. |
2014-02-21 | 9,648 | Daha bir idmançımız yarışdan uzaqlaşdı | Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında Azərbaycan idmançısı zədə səbəbindən mübarizəni dayandırıb. Dağ xizəkçimiz Qaya Bassani Antivari bu gün qadın idmançılar arasında slalom yarışına qatılmalı idi. İdmançının bir gün əvvəl məşqdə zədələndiyi bildirilir. (Trend) |
2014-02-21 | 9,649 | Ukrayna müxalifətindən qələbəyə bərabər addım | Ukrayna Ali Radası 2004-cü il konstitusiyasına qayıdış haqqında qanunu qəbul edib. Qərarın lehinə 366 deputat səs verib. Bir deputat bitərəf olub, 10-u isə səs verməyib. Qanun layihəsinə ilkin müzakirələr aparılmadan baxılıb. Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlamentlə bölüşməklə 2004-cü il konstitusiyasına qayıdışla bağlı təşəbbüs göstərəcəyini elan edib. (Trend) |
2014-02-21 | 9,650 | Qənirə Paşayevaya fəxri vətəndaşlıq verildi | Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Giresun bölgəsinin fəxri vətəndaşı adına layiq görülüb. Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən, Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə, Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub. Qənirə Paşayeva qələmə aldığı "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabında "bir dost ilə sevdim" dediyi Giresunu bir giresunludan daha artıq tanıtması, sevgisi nəzərə alınaraq Giresunun fəxri vətəndaşı elan edilib. Bu münasibətlə Giresun vilayətində, Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Giresun Bələdiyyə sədri Kərim Aksu, Giresun Universitetinin rektoru Aygün Attar, Giresun rəsmiləri bölgə vətəndaşları və KİV-in iştirakı ilə "Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi" təşkil olunub. Təqdimat mərasimində əvvəlcə çıxış edən Giresun Bələdiyyə sədri Kərim Aksu Qənirə Paşayevanı bir giresunludan daha çox giresunlu adlandırıb. "Mənim 5 illik Bələdiyyə sədrliyim dövründə Giresun Bələdiyyəsi olaraq 2 nəfəri fəxri vətəndaşlıq adına layiq görmüşük. Ancaq Qənirə Paşayevaya verdiyimiz adın xüsusi yeri var. Çünki Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyi üçün ürəklə çalışır. Eyni zamanda Azərbaycanın bizim qəlbimizdə xüsusi yeri var. O "bir dost ilə sevdim səni" adlandırdığı Giresunu o qədər gözəl şəkildə tanıdıb ki, bəlkə heç bir giresunlu belə edə bilməzdi. Biz Qənirə Paşayevaya fəxri vətəndaşlıq hüququ verməklə deyə bilərik ki,dünyanın bir çox yerində Giresunu təmsil edən vətəndaşımız var". Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib: "Giresun mənim içimdədir. Mən bura gələndə gördüm ki,onların hamısı mənim insanımdır. Giresunun fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Giresunda olmaq başqa duyğudur. Mən Giresuna yazımda "bir dost ilə sevdim səni" demişəm. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm. Ona görə də məni bu ada layiq görən hər kəsə o cümlədən Bələdiyyə sədri Kərim Aksuya, Giresun Universitetinin rektoru Aygün Aksuya təşəkkür edirəm". ("Musavat.com") |
2014-02-21 | 9,651 | Tələbəni döyən təşkilat sədri danışdı | "Mənim tələbəyə qarşı istənilən basqıya münasibətim mənfidir. Amma gəlin hər birimiz qarşımızdakına da özümüz qədər hörmət qoymağa çalışaq. Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər". Bu sözləri "Lent.az"a açıqlamasında Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov deyib. O, bu gün BDU-da çəkilmiş və bir tələbənin döyüldüyü görülən videogörüntüdə özünün də iştirakı ilə bağlı münasibət bildirib. D.Qənbərov deyib ki, videoda görünən tələbə hesab edir ki, kimi istəsə təhqir edə bilər: "Sözügedən tələbə hesab edir ki, o nə istəsə edə bilər. O, universitetin əməkdaşlarını idmançı olmağı ilə hədələyib, onları dava etməyə dəvət edirdi. Biz isə təmkin nümayiş etdirib, onu otağa dəvət etdik. O, isə öz iç üzünü açıb göstərdi. Şou yaratdı. Mühafiz xidməti əməkdaşına xəsarət yetirdi". BDU rəsmisi hesab edir ki, hüquq-mühafizə orqanları bu məsələ hərtərəfli və ciddi araşdırmalıdır. Qeyd edək ki, bu gün BDU-nun rektoru Abel Məhərrəmov universitetin narazı tələbələri ilə görüş keçirib. Görüşdən sonra sözügedən qalmaqal baş verib. |
2014-02-21 | 9,653 | “Elmlər Akademiyası” stansiyası yeni formada - Foto | "Elmlər Akademiyası" metro stansiyasının genişləndirilmə işləri davam edir. Stansiyada dörd əlavə çıxış inşa olunacaq. Onların hamısı eskalatorla təchiz olunacaq. Ərazidə reportaj hazırlayarkən məlum oldu ki, hazırda "Elmlər Akademiyası" metrosunun ikinci çıxışında tikinti işləri davam etdirilir. Yeni çıxış müasir standartlara cavab verən keçid olacaq. Qeyd edək ki, stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektində, digər ikisi isə yeni inşa olunan akademik kitabxananın yaxınlığında olacaq. Stansiyanın yeni çıxışları gələn il hazır olacaq. (ANS) |
2014-02-21 | 9,654 | Avropa siyasilərindən Vatsapdan imtinaya - Çağırış | Feysbukun Vatsapı 19 milyard dollara alması Avropada ciddi narahatlığa səbəb olub. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Avropa siyasiləri istifadəçiləri Vatsapı boykot edərək Avropa proqramlarından istifadə etməyə çağırıb. Məlumat təhlükəsizliyi ekspertləri və avropalı siyasətçilər bu satışda istifadəçilərin deyil, Feysbukun qazandığını bildirirlər. Almaniyanın Şlezviq-Qoldşteyn əyalətinin Məlumat Təhlükəsizliyi Bürosunun rəsmisi Tilo Veyherd istifadəçiləri bu iki xidmətdən istifadə etmək məsələsində xəbərdar edərək, onlara Avropa proqramlarını seçməyi tövsiyə edib. Vatsapın texniki baxımdan hələ də püxtələşmədiyini deyən Veyherd Feysbuk və Vatsapın məlumatlardan bəlli məqsədlər üçün istifadə etdiyini bildirib. Avropalı parlamentari Yan Filipp Albrext də bu satışın rəqabət bazarına zərbə vurduğunu deyərək, bu məsələyə Avropa komissiyasının qərar verməsini istəyib. "Məlumatlarının şübhəli şəkildə yox olmasını istəməyənlər daha təhlükəsiz proqramlardan istifadə etməlidirlər" deyən avropalı parlamentari istifadəçiləri Feysbuk və Vatsapı boykot etməyə çağırıb. |
2014-02-21 | 9,655 | Fələstin İsraili yəhudi dövləti kimi tanıya bilər | Fələstin İsraili yəhudi dövləti kimi tanıya bilər. Fələstinlilər İsraili rəsmi şəkildə yəhudi dövləti kimi tanıya bilər. Belə bir iddia ilə Fələstin Azadlıq Təşkilatının üzvü Nabil Amr çıxış edib. Onun sözlərinə görə, Fələstin rəhbərliyi müəyyən şərtlər çərçivəsində İsraili yəhudi dövləti kimi tanıya bilər. "Bu məsələ hələlik sual altındadır. Amma ölkədə ümummilli referendum keçirilərkən məsələ öz həllini tapmalıdır", - deyə N.Amr bildirib. O, həmçinin qeyd edib ki, İsrail-Fələstin münasibətlərində ABŞ konkret addımlar atmalıdır. (ANS) |
2014-02-21 | 9,656 | Elmar Məmmədyarov CAR-ın Xarici işlər naziri ilə görüşdü - Foto | Cənubi Afrika Respublikasına ilk rəsmi səfəri çərçivəsində Nazir Elmar Məmmədyarov CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin Naziri (Xarici İşlər Naziri) Nkoana Maşabane ilə görüş keçirib. Nazirliyin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə CAR arasında siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında BMT TŞ-ı çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın münaqişənin həlli üzrə qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətləri barəsində danışaraq, Azərbaycanın müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib və xanım Nkoana Maşabaneni Azərbaycana səfərə dəvət edib. Xanım Nkoana Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini və Nazir Elmar Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb. Görüş əsnasında Nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən "Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb. |
2014-02-21 | 9,658 | Yuliya Timoşenko azadlıqda | Ukraynanın həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko sərbəst buraxılıb. Bu, bir neçə saat öncə parlamentin yeni qanun qəbul etməsindən sonra reallaşıb. Keçmiş baş nazirin azadlığa çıxacağına imkan verən qanun qəbulunun lehinə 310 deputat səs verib. ("AzNews.az") |
2014-02-21 | 9,659 | Honduras Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi | Honduras Milli Konqresi 2014-cü ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Honduras Milli Konqresinin qəbul etdiyi bu Qərar Konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilib. Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb. Sənədin giriş hissəsində Ermənistanın öz müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir. 1991 və 1992-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan hökumətinin Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı məqsədilə döyüş əməliyyatlarını hərbi fazaya keçirərək ərazi ekspansiyası siyasətini intensivləşdirdiyi bildirilir. Həmçinin 30 min insanın öldürüldüyü və 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda azərbaycanlı əhaliyə qarsı soyqırım aktı və digər insanlıq əleyhinə cinayətlərin törədildiyi qeyd edilir. Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir. Bununla yanaşı, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız yanaşdığı bildirilir. Qərarın 1-ci bəndində Ermənistan hökuməti təcavüzkar işğalçı davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi şəkildə ittiham edilir. Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan dövləti və hökuməti ilə həmrəylik ifadə olunur. Qərarın 3-cü bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar münaqişədən əvvəlki status-kvonun bərpa edilməsi məqsədilə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır. Qərarın 4-cü bəndində Honduras hökuməti Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırır. Qərarın 5-ci bəndində sənədin "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilməsindən sonra qüvvəyə minəcəyi bildirilir. |
2014-02-21 | 9,660 | İlk “ağıllı” tapançaların satışına başlanılıb | ABŞ-ın Kaliforniya ştatında Almaniyanın "Armatix" şirkəti tərəfindən hazırlanan 22 kalibrli ilk "ağıllı" tapançalar satışa çıxarılıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, ilk ağıllı tapança olan "iP1" tapança modeli qara rəngli sukeçirməz saat ilə birlikdə işləyir. Onlar bir-birinin yaxınlığında olduqda, "smart" silah avtomatik olaraq qoruyucudan açılır, bir-birinin yaxınlığında olmayanda isə atəş açmaq mümkün olmur. "iP1" modeli adi tapançadan bir qədər bahadır (1798 dollar). "Ağıllı" silah hələ ki, yalnız Los-Anceles şəhərinin şimal hissəsində yerləşən "Oak Tree Gun Club" mağazasında satılır. "Ağıllı silah"-ı tənqid edənlərin də olmasına baxmayaraq, onun yaxın zamanda bütün dünyada satışa çıxarılacağı gözlənilir. |
2014-02-21 | 9,661 | Şəkidə yaşayış evi yandı | Şəkidə yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəki rayonu, Öyrət kəndində ümumi sahəsi 400 kv.m olan 4 otağın yanar konstruksiyaları, ev əşyaları 70 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 4 otağın dam örtüyü 50 kv.m sahədə yanıb. Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-21 | 9,663 | Rəcəb İvedik məhkəməlik oldu | Şahan Gökbakarla fotoşəkil çəkdirmək istəyən vətəndaş döyüldüyünü iddia edərək məhkəməyə müraciət edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ercan Gönültaş adlı türk vətəndaşı prokurorluğa verdiyi şikayət ərizəsində filmin Balatdakı çəkilişləri zamanı Şahan Gökbakarla xatirə fotoşəkli çəkdirmək istədiyini və buna görə döyüldüyünü iddia edib. Şikayətçi Gönültaş "Filmin məsləhətçisi Batuhan Zaimoğlu məni yumruqladı" deyərək şikayətçi olduğunu bildirib. Prokurorluq "cinayətə sövq etdirdi" iddiasını rədd edərək, Şahan Gökbakarın günahsız olduğunu söyləyib. |
2014-02-21 | 9,664 | Maşınından 3 mini oğurlanan jurnalist danışdı - Fotolar | Tanınmış jurnalist, İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib. Hadisə ötən gecə E.Qasımovanın yaşadığı Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus "Range Rover" markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb. Hadisədən sonar polisə çağrılan xanım həmkarımız müstəntiqlə dialoqunun bir məqamını sosial şəbəkədəki profilində paylaşıb. Hadisə ilə bağlı danışan E.Qasımova oğurluq hadisəsi barədə bunları deyib: "Hadisənin kimlər tərəfindən törədildiyindən xəbərsizəm. Hazırda polis məsələ ilə bağlı araşdırma aparır. Oğurluqdan sonra sığorta şirkətindən gəliblər, polisdə isə ərizə yazmışam. Eyni zamanada qonşularımızı da sorğu-sual ediblər". E.Qasımova "Facebook" sosial şəbəkəsində paylaşdığı statusada aydınlıq gətirib: "Həmin statusu zarafatla paylaşmışam. Əslinə qalsa, polis həmin sualları verməlidir. Ona görə də təbii qarşılayıram. Polis bu sualı mənə verəndə əvvəlcə təəccüb etdim və onlardan nə üçün belə bir sual verdiklərini soruşdum. Müstəntiq bildirdi ki, son zamanlar, adətən xanımların maşınlarına qarşı edilən belə hadisələrin sayı artıb. Adətən xanımların maşınlarına ziyan vuranlar qəsdən, qisas və ya paxıllıq etdiklərinə görə edirlər. Mən isə bildirdim ki, belə bir problemim yoxdur. Yaşadığımız məhəllə sakitdir və bir bloklu binamızda 22 ailə yaşayır və hər bir kəs bir-birini yaxşı tanıyır". Xanım jurnalistin 3 min manatı nə üçün maşında saxladığını sual etdiyimizdə bildirdi ki, həmin pul bankların birinə ödəyəcəyi kreditin pulu olub: "Dünənki hava proqnozunda cümə gününə 16 dərcə istinin gözlənildiyini demişdilər. Bunu nəzərə alıb mən də şubamı palto ilə əvəzləməyi qərara aldım. Buna görə də əl çantamı dəyişməli idim. Əl çantamı dəyişərkən adətən əşyalarımın hamısın götürə bilmirəm. Bu gün də kredit ödəməli olduğuma görə, pulu maşında saxlamağı qərara aldım.Ona görə ki, çantanı dəyişəndə pul yadımdan çıxıb evə qala bilərdi. Əslinə qalsa heç bu gün heç kredit ödəyəsi də deyildim. Düşündüm ki, bu gün övladımın dərsləri azdır. Sabah isə işlərimin çoxluğunu nəzərə aldım və krediti bu gün rahat şəkildə ödəməyi qərarlaşdırdım. Mən də ki, qabağa düşüb krediti əvvəlcədən ödəmək istəyirdim". E.Qasımovaya pulu maşına qoyarkən onu kimlərinsə görmüş olma ehtimalını da sual etdik: " Bildirdiyim kimi axşam evə gələndə düşündüm ki, səhər paltarımı dəyişəndə pul yadımdan çıxar və evdə qalar. Ona görə də yolda gələ-gələ çantamdan çıxardaraq maşının saxlanc yerinə qoydum". Xanım jurnalistən hadisə baş verərkən nələr keçirdiyini də soruşduq: "Bu mənzərəni gördüyümdə gözlərimə inanmadım. Həm də təəssüfləndim. Sonra çalışdığım İctimai Televiziyanın əməkdaşı Pərviz Əbubəkirova zəng etdim və nə edəcəyimi soruşdum. O, dedi ki, polisə zəng et. Həm də Pərviz Əbubəkirovdan soruşdum ki, axı kim bilərdi maşında pul var? Axı pulun orada olduğundan heç kimi xəbəri yox idi. Hətta ailə üzvlərim də pulu orada saxladığımdan xəbərsiz idi. O, dedi ki, oğrular belə işləri təxmini edirlər. Bahalı maşın görən kimi düşünürlər ki, içərisində pul var. Onlar bu işi təxmini ediblər və əlləri dolu gediblər". E.Qasımova onu da qeyd etdi ki, polislərin ona bildirdiyinə görə, dünən axşam saatlarında "Mitsubishi Pajero" markalı avtomobilin içərisinə pəncərəni daşla sındırmaqla daxil olublar (SİA). |
2014-02-21 | 9,665 | Ərdoğanın partiyadaşı belə vuruldu - Video | Türkiyədə AKP-nin binası qarşısında təşkil edilən silahlı hücum nəticəsində ölən partiyanın məclis üzvünün vurulma anı ortaya çıxıb. Qeyd edək ki, 12 fevralda baş vermiş hadisə nəticəsində Coşqun Dəmirkol həyatını itirmişdi. Hadisədən sonra qətli törədən şəxs həbs edilmişdi. Coşqun Dəmirkolun vurulduğu an saniyəbsaniyə kamera tərəfindən görüntülənib. "Axar.az" həmin görüntüləri təqdim edir. |
2014-02-21 | 9,666 | Ərdoğan büdcəni Rza Zərrab vasitəsilə doldurub – Şok | Rza Zərrabın çirkli pul yuması və üst-üstə İranla 87 milyard dollarlıq əməliyyatının arxasında birbaşa Ərdoğan və AKP hakimiyyəti dayanır. "Axar.az"a Türkiyədəki mənbələrdən daxil olan məlumata görə, bu barədə artıq ciddi çevrələrdə açıq-aydın danışmaqdan çəkinmirlər. Bildirilir ki, İrana qarşı tətbiq edilən sanksiyalardan istifadə etməyə qərar verən AKP hakimiyyəti qeyri-rəsmi olaraq idxal etdikləri çox ucuz qiymətə (litri 30 kuruş, təxminən 15 qəpik) neftə qarşılıq ödənişləri əslən İrandan olan azərbaycanlı iş adamı Rza Zərrab (qızılla), həmçinin "Halkbank" rəhbəri Süleyman Aslan və iş adamı Əli Ağoğlu (xarici valyuta) vasitəsi ilə həyata keçirib. Qeyd olunur ki, bunun nəticəsində ilin əvvəli üçün nəzərdə tutulan büdcə kəsiri heç bir problem olmadan doldurulub. Mənbənin sözlərinə görə, 2013-cü il üçün Türkiyənin dövlət büdcəsi 404 milyard (təxminən 201 milyard manat), büdcə kəsiri isə 34 milyard lirə (17 milyard manat) nəzərdə tutulsa da, ilin sonunda qardaş ölkədə büdcə kəsirsiz başa vurulub. Qeyri-rəsmi əməliyyatların hələ 2012-ci ilin sonundan başlayaraq bəhrəsinin verdiyi də mənbənin verdiyi məlumatlar sırasındadır. Yəni 2013-cü ilin yanvar ayında Türkiyədə artıq büdcə artımı müşahidə olunmağa başlayıb. Belə ki, əgər 2012-ci ilin ilk ayı üçün Türkiyənin dövlət büdcəsində 3,121 milyad (1,56 milyard manat) lirə kəsir yaranmışdısa, 2013-cü ilin yanvarında nəinki kəsir olmamış, hətta 1,05 milyard lirə (505 milyon manat) artım olmuşdu. Bu, Türkiyə tarixində ilk belə iqtisadi uğur sayılırdı. Qlobal iqtisadi böhrandan Türkiyəni qorumaq və İrana qarşı sanksiyalardan istifadə etmək kursu götürən AKP hökumətinin qeyri-rəsmi razılıq verdiyi bu əməliyyatın üstünün açılması isə xarici qüvvələrin düşünülmüş planının tərkib hissəsidir. Mənbəmizin bildirdiyinə görə, Avropa və Qərbin təzyiqləri qarşısında İranla açıq deyil, qeyri-rəsmi ticari əməliyyatlar aparmağa göstəriş verən Ərdoğan hökuməti bu əməliyyatlara qarşı tərəfin inanması üçün təminatlı "vasitəçilər" kimi məmur övladlarının istifadə olunmasına da razılıq verib. Və bu məqamda qeyri-qanuni dövriyyəçilərin öz mənfəətlərini güdmələrinə də göz yumulub. Nəticə bütün hallarda Türkiyənin dövlət maraqlarına xidmət etdiyindən, hətta qonşu ölkələrin mühüm vəzifə tutan şəxslərindən də xahişlər edilib. Əvəzində isə gözlənilməz bir şok yaşanıb: xarici xüsusi-xidmət orqanları bu qeyri-rəsmi əməliyyatları ifşa etməklə, görüntüdə "korrupsiya əməliyyatı" adlı bir ağır ittihamı gerçəkləşdiriblər. Nəticədə dekabrın 17-dən başlayan əməliyyat nəticəsində Türkiyə iqtisadiyyatı 140 milyard dollar civarında itki verdi, 2 illik əməliyyat uğurları sıfra endirildi və Ərdoğan hakimiyyətinin korrupsioner imici formalaşdırıldı. Mənbəmizin sözlərinə görə, Türkiyədəki korrupsiya əməliyyatına töhfə verən Qərb dövlətlərinin xüsusi xidmət orqanları İrana qarşı beynəlxalq sanksiyaları öz dövləti maraqları naminə pozmağın acı nəticələrini Ərdoğan hakimiyyətinə yaşatdılar. Ərdoğan isə nəinki qeyri-rəsmi əməliyyatlarda qazandıqlarını itirdi, həm də siyasi karyerasında böyük zərbə aldı. Yaxınlaşan seçkilərdə Ərdoğanın bələdiyyələrdə heç də mütləq uğur qazanmayacağı barədə deyilənlər də bunu təsdiqləyir. Hazırda Ərdoğanın siyasi çevrələrdə bu həqiqəti etiraf etdiyi və fəsadların aradan qaldırılması üçün bütün üsullardan istifadə etdiyi qeyd olunur. Mənbənin sözlərinə görə, Türkiyə istisadiyyatının son itkiləri və iş adamlarının hazırkı durumu artıq Ərdoğanın bütün çevrələrdə dəstəklənməsinə səbəb olur. Süleyman Aslanın ardınca Ali Ağoğlunun azadlığına da nail olan Ərdoğanın bu addımı bir neçə gündə vurulan inanılmaz zərbələrdən 2 ay ərzində yalnız kiçik bir hissəni dəf etməsi kimi dəyərləndirilir. Mənbənin sözlərinə görə, bələdiyyə seçkilərində uğur qazanacağı təqdirdə artıq Ərdoğan hakimiyyəti "korrupsiya əməliyyatı"nı körükləyən bütün gücləri və fəsadları aradan qaldırmağa nail ola bilər. Bunun üçün də Ərdoğan hər vasitədən istifadə edir. Çünki uduzacağı təqdirdə Türkiyə uzun illərdən sonra bərpa olunan stabil iqtisadi durumu, Ərdoğan isə böyük bir çevrəsi ilə təkcə karyerasını deyil, gələcəyini də itirə bilər. |
2014-02-21 | 9,667 | Yanukoviçə sabah saat 10.00-a kimi vaxt verdilər | Bu dəqiqələrdə Kiyevin Azadlıq meydanında müxalifətin kütləvi mitinqi keçirilir. Aksiyaya toqquşmalarda dünyasını dəyişmiş etirazçıların cənazələri gətirilib. Dini ayinlər yerinə yetirildikdən sonra müxalif liderlər çıxışlar edib. Radikal "Sağ sektor" hərəkatının lideri əldə olunmuş razılaşmaya baxmayaraq kifayət qədər sərt çıxış edərək, diktatorla heç bir komparisə getməyəcəklərini bildirib. O, prezidentə ultimatum verərək şənbə günü saat 10.00-a kimi Yanukoviçə istefa verməsini tələb edib. Əks halda radikal sağçılar prezident administrasiyasının binasına hücuma keçəcək (ANS). |
2014-02-21 | 9,668 | Azərbaycan uşaqları nə vaxt yerli cizgi filmlərinə baxacaq? | Azərbaycanda uşaqlar demək olar ki, ancaq Türkiyə telekanallarında nümayiş olunan xarici cizgi filmlərini izləyirlər. Bu daha çox onunla bağlıdır ki, ölkə daxilində istehsal olunan cizgi filmləri qıtdır. "Axar.az" olaraq bu mövzu ətrafında araşdırma aparmaq üçün "Azanfilm" şirkətinin rəhbəri Fariz Mehdiyevlə əlaqə saxladıq. Kommersiya maraqları milli maraqları üstələyir Fariz Mehdiyev bildirdi ki, yerli cizgi filmlərinin az olması kanal sahiblərinə daha asan yolu seçməyə imkan verir. "Bu zaman daha çox texniki baxımdan effektli olan xarici cizgi filmlərinə üstünlük verilir. Burada kommersiya maraqları milli maraqları üstələyir",- deyən şirkət rəhbəri onu da qeyd etdi ki, ümumiyyətlə, incəsənət tərbiyələndirmək funksiyasını həyata keçirir. Animasiya filmləri isə bu sahədə müstəsna rol oynayır. Burada əlbəttə, valideyn məsuliyyətini də qabartmaq yerinə düşərdi. Yəni valideyn də uşağın xarici cizgi filminə çox tamaşa etməsinə şərait yaratmamalıdır. Sovet dövründə təhsil almış insanlar Bu sahədə digər problemlərə diqqət çəkən Fariz Mustafayev "Azanfilm" studiyasının Azərbaycanda animasiya filmlərinin istehsalı ilə məşğul olan dövlət studiyası olduğunu bildirdi: "Mədəniyyət və Turizm Nazirliyi ildə 2-3 filmin istehsalı üçün maliyyə vəsaiti ayırır. Daha çox filmin istehsalına həm maliyyə çatmır, həm də kadr çatışmazlığı var. Bu gün Azərbaycanın heç bir təhsil ocağında animator yetişdirilmir. Peşəkar animatorların əksəriyyəti sovet dövründə təhsil almış insanlardır. İlk növbədə kadr problemini həll etmək lazımdır . Bunun üçün kurslar açmaq və bu sahədə çalışan insanları müxtəlif ölkələrə təhsil almağa göndərmək lazımdır. Fariz Mustafayev hazırda "Azanfilm" studiyasının bir illik animasiya kurslarının keçirilməsi üçün konsepsiya hazırladığını bildirdi. Program hazır olduqdan kursların təşkili üçün maliyyə vasaitinin axtarışına başlanılacaq. Sifarişçisi təkcə dövlət deyil Həmsöhbətimiz son olaraq onu qeyd etdi ki, dünyanın əksər ölkələrində animasiya filmlərinin sifarişçisi təkcə dövlət deyil. "Eyni zamanda tv kanallarının da günahı var. Çünki hər bir kanalın ən azı bir animasiya qrupu olmalıdır ki, yerli animasiya filmlərinin istehsalı ilə məşğul olsun". |
2014-02-21 | 9,669 | Samuxda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb | Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb. Məlumata görə, bu gün axşam saatlarında Samux rayonu, Kolayır kəndində insident baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır (Trend). |
2014-02-21 | 9,670 | İtaliyanın yeni Baş naziri bəlli oldu | İtaliyanın Demokrat partiyasının lideri Matteo Rentsi rəsmi olaraq İtaliyanın baş naziri vəzifəsini tutub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 39 yaşlı Rentsi İtaliya tarixində ən gənc baş naziri olacaq. O, bu postda vəd etdiyi islahatları həyata keçirə bilməməkdə günahlandırılan Enriko Lettanı əvəz edib. İtaliyanın prezidenti Corcio Napolitano Rentsinin təklif etdiyi hökumət heyətini təsdiq edib. |
2014-02-22 | 9,671 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə isə arabir yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. "Axar.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. |
2014-02-22 | 9,672 | Bakıda İtaliya mətbəxi günləri təşkil ediləcək | 21-23 fevral 2014-cü il tarixlərində saat 18:00 da 28 Mall AVM-də Villa Pizza tərəfindən "İtaliya Mətbəxi Festivalı" təşkil olunacaq. Bu barədə "Axar.az"a məşhur dünya brendi olan Villa Pizzanın Bakıdakı restoranında PR-direktor vəzifəsində Çalışan Zərifə Quliyeva məlumat verdi. O bildirdi ki, festivalda əsl italyan pizzası, tort və başqa ləziz yeməkləri sərgilənəcək. İştirakçılara İtaliyan abı-havasından həzz almaq imkanı yaradılacaq. Festival 3 gün müxtəlif proqramlarla davam edəcək. Festivalın ilk günü "Pizza günü" adlanır və 21 fevral saat 18:00-da açıq elan ediləcək. Həmin gün müxtəlif pizzalar nümayiş etdiriləcək, festival iştirakçıları pizzaların dadına baxa biləcək, eləcə də VILLA-nın peşəkar aşpazlarından italyan pizzası növləri haqqında məlumat alacaqlar. 22 fevral – günü festival iştirakçıları Pasta günündə İtaliya mətbəxinin ən dadlı yeməklərindən biri sayılan pastaları dada biləcəklər. 23 fevral günü, festival iştirakçıları möhtəşəm pizzaçıların yarışmasının şahidi olacaqlar. Yalnız bu gün pizzaçılar ən tez və ən böyük pizzanı hazırlamaq üçün yarışacaqlar. "Yalnız bu günlərdə İtaliya Mətbəxi Festivalında iştirak etməklə italyan mətbəxi Sizlərə İtaliya qədər yaxın olacaq!" Təbirin təşkilatçısı Villa Pizza restoranıdır və Foodpanda, Laffarella, 28 Mall AVM şirkətləri tərəfindən təşkilati dəstək göstərilir. |
2014-02-22 | 9,673 | Heydər Əliyev Mərkəzinin direktoruna yeni vəzifə verildi | Azərbaycan Avtomobil İdman Növləri Federasiyasına prezident təyin olunub. Bu gün Milli Olimpiya Komitəsinin iclas zalında Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin iclası baş tutub. Səsvermə yolu ilə keçirilən toplantıda Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov federasiyaya prezident seçilib. Qeyd edək ki, federasiyanın bundan əvvəlki prezidenti Çingiz Baxşəliyev olub (ANS). |
2014-02-22 | 9,674 | Saakaşvili partiyasının öldürülən üzvündən yazdı – Foto | Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyasının Kiyevdə öldürülən üzvü David Kipianinin şəkilini paylaşaraq, ürək sözlərini yazıb. "Axar.az"ın məlumatına görə, Saakaşvili rəsmi Feysbuk səhifəsinə onun Ukraynanın azadlığı və demokratiyası uğrunda həlak olduğunu bildirib. David Kipianin Kiyevdə iki güllə yarası ilə öldürüldüyünü deyən Saakaşvili qeyd edib ki, Ukraynaya son səfərində onunla və onun dostları ilə görüşüb: "Mən onlarla Kiyevdə görüşdüm, amma maliyyə yardımı edə bilmədiyimə görə özümü indi qınayıram. Dato mənim sədr olduğum Milli Birlik Hərəkatı pariyasının üzvü idi. Deyirlər ki, biz bu işlərə qarışmamalıyıq, ancaq əmin olun ki, Gürcüstanın taleyi həm də Maydanda həll olunur. O məkanda ki, Rusiya İmperiyası mütləq çökəcək. Datonun nədən Kiyevə gəldiyini anlamağımız üçün ukraynalı qardaşlarımızın də Gürcüstana səfərlərini öyrənməmizlə cavab vermək mümkündü". Saakaşvili bildirib ki, bir gün öncə qətlə yetirən jurnalist Yuri Verebiçki də Gürcüstanı müdafiə etməklə Abxaziya uğrunda mübarizə aparıb: "Hər kəs Abxaziya müharibəsini yaxşı xatırlayır, ukraynalı döyüşçülərin kiçik tarixini yaxşı bilirlər. Ruslar tərəfindən mühasirəyə alınmış gürcü hərbçiləri qorxub geri çəkilməsin deyə, onlar ucadan qışqıraraq, dəstək verirdilər. O vaxt ukraynalılar Gürcüstan uğrunda savaşırdılar, bu dəfə isə Dato Ukrayna uğrunda həlak oldu". |
2014-02-22 | 9,676 | Türkiyə Hollivuddan sonra ikincidir - Seriallar | 75 ölkədə 400 milyon izləyicinin seyr etdiyi seriallar artıq dünyada Türkiyənin "yumşaq gücü" kimi dəyərləndirilir. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə çəkilən seriallar artıq Şimali Afrikadan tutmuş Çinə qədər geniş bir ərazidə izlənilir. Bu seriallardan 150 milyon dollar pul əldə edilir. Hətta Serbiyada iş adamı Zoran Başkovic adlı birinin həyat yoldaşını oğurlayan cinayətkar belə, polisin axtarışı nəticəsində olduğu yerdə "Möhtəşəm yüz il"i izləyərkən tutulub. O bildirib ki, o qədər seriala aludə olub ki, hətta evində girov tutduğunu, polisin də onu axtardığını unudub. O da bəlli olub ki, Hollivuddan sonra Türkiyə ikinci yerdədir. Amma iş burasındadır ki, seriallar təkcə sənət deyil, həm də Türkiyənin turizm sektorunun inkişafına böyük təsir göstərir. Belə ki, son 5 ildə serialların izləndiyi ölkələrdən Türkiyəyə gələn turistlərin sayı xeyli artıb. Çünki bu ölkələrin insanları hər gün Türkiyəni, İstanbulu və onun gözəl mənzərələrini izləyir. Bu da ölkənin reklamına səbəb olur. Türkiyə seriallarını xaricə satan "Global Agens CEO"nun başçısı Türkiyə mətbuatına verdiyi müsahibədə bildirib ki, o hətta xaricdə olanda maşın kirayələdikdə onun məhz "Möhtəşəm yüz il" serialının çəkildiyi ölkədən olduğunu biləndə xeyli endirim ediblər. Serialların ərəb ölkələrinə satılması Türkiyədə eyni zamanda tikinti sektorunun inkişafına səbəb olur. Belə ki, zəngin ərəblər Türkiyədən indi daha çox mənzil alır. Beləliklə, seriallar təkçə sənət əsəri kimi qalmır, həm də Türkiyədə digər sahələrin inkişafına təkan verir. |
2014-02-22 | 9,677 | Sezen Aksu əməliyyat olunacaq | Türk pop musiqisinin kraliçası Sezen Aksu əməliyyat olunacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni kolit xəstəliyindən əziyyət çəkir. Sənətçi bu səbəbdən yoğun bağırsağının bir hissəsini kəsdirəcək. Sezen Aksu xəstəxanaya çox ziyarətçi gəlməsini istəmədiyi üçün əməliyyat tarixini gizli saxlayıb. Qeyd edək ki, S. Aksu daha əvvəl mədəaltı vəzisini əməliyyat etdirib ("Axsam.az"). |
2014-02-22 | 9,678 | Valentin günü avtobusda müzakirə olundu | Bir neçə gün qabaq, 14 fevral – sevgililər günü idi. Televiziya və radiolar, mətbu orqanları bu günün tarixindən danışdılar. Sosial şəbəkələrdə gül şəkillərinin paylaşmaları diqqəti çəkdi. Sorğular keçirildi, xanım müğənnilər, ərköyün qadınlar sevgililərinin onlara diqqətli olmasını xüsusi bir nazla, ədayla dilə gətirdilər. Adama elə gəldi ki, fevralın 13 dən 14 nə keçən anı bu insanlar acgözlüklə gözləyiblər. Fevralın 15-də isə solub zibil qablarına atılan güllər kimi pərişan olacaqlar. Sanki bütün sevgi, mehr ancaq bu günün üstünə yüklənibmiş. Bayram günü yaşlı xanımlarla söhbət etmək istədim. O xanımlarla ki, illərdir qəlblərində sevgi yaşadıblar, ötənlərini bu gün baş verirmiş kimi yaşayırlar. Bu fikirlərlə də işdən – redaksiyadan çıxıb tələsik gedirəm. Hələ imkan tapıb uşaq baxçasına da dəyməli, körpələrimi götürməliyəm. İşdən gec çıxsam da, həmsöhbət olmağa adam tapdım. "20 yanvar" metrosunun yaxınlığında avtobus dayanacağındayam. Eyni marşurutu gözlədiyim yaşlı qadının yolların tıxac olması haqda gileyli söhbətinin mövzusunu dəyişirəm: - Xala, bu gün nə günüdür? - Cümədir də, qızım, niyə soruşdun ki?.. - Bəs deyirlər sevgililər günüdür?! - Hə, deyirlər. Mənim başı batmış qızım da səhər kürəkənə deyirdi ki, mənə nə alcaqsan? Hər kəs ayağını yorğanına görə uzatsa yaxşıdır Arvad qızı ilə kürəkənin söhbətini yadına salıb gülür: - Kürəkən qızıma dedi ki, bu vaxta qədər səni ac saxlamışam ki?.. - Niyə ki ay xala, qızınız da istəyir qayğı, diqqət olsun ona qarşı. - Nə bilirsən ona diqqət yoxdur, var. Amma hər kəs ayağını yorğanına görə uzatsa yaxşıdır. Bu ara avtobus gəlir. Eyni ünvana getdiyimizdəndir ki, yanaşı otururuq. - Həyətimin bir küncündə daxma qaraltmışam. Cavan bir ailə var, orada kirəkeşdir. İrayon uşaqlarıdır. Pis bala deyillər. Demək oğlan ağır işdə işləyir. Fəhlədir, tozun – torpağın içində gəlir evə. Arada ona heyfim də gəlir. Arada bizim də işimizə əl atır. Dünən eşidirəm arvadına deyir, sənə sabah nə alım, bayramdır. Arvadı da deyir, o bədənnən tük təmizləyən var ha... – məndən soruşur: "qızım onun adı nədi, nə deyirlər, refliyatordu" Cavabımı gözləmədən davam edir - onnan al. Oğlan da qayıdır deyir, yox, almayacam, xeyir ola , onu aldırısan? Bala canı qırğın düşdü. Gedəyə demək lazımdır ki, bəs arvadının istədiyini almayacaqsansa niyə soruşursan? Valentindən bizə nə Avtobusda əlində gül tutan heç kəs yoxdur. Qadınların əl çantalarında da bir qəriblik var. Kişilər isə yorğun görkəmdə, yəqin işdən gəlirlər. Tanış olanlar, bir-birini tanıyanlar söhbət edir, zarafatlaşırlar. Mənim həmsöhbətim olan xalanın yüksəkdən danışması onlara da sirayət edib. Söhbət üçün maraqlı mövzu seçilib. Tənbəl, arvadlarına heç nə almaq istəməyənlər, yaxud imkanı olmayanlar Valentin gününün onlara heç bir aidiyyəti olmadığını deyir. 30 iyunda sevgililər günü keçirəcəklərini danışırlar. Arvad isə söhbətə qulaq asanların da olduğunu görüb səsinə bir az da güc verir: - Mənim ərim əlinə pul düşdükcə evə, uşaqlara, mənə gücü çatandan alardı. Ölənə qədər istəyib məni. Hələ yadıma gəlmir ki, dilindən sevirəm, istəyirəm, səndən ötrü ölürəm sözü çıxsın. Balaca qızı vermişəm qohuma. Bizdə qalırlar. Baxıram ki, yeznə hər şey edir, alır, gətirir. Səhər qız deyir ki, mənə nə alacaqsan? Yazıq deyil kişilər? Bütün ömürlərini biz qadınlara verirlər, 14 fevralda pulu yoxdur deyə, bir şey almasa, incik düşürlər. Kişilərin üzünə vurub onları pərt etmək olmaz… Sonra üzünü mənə tutur: - Bax, qızım sən de, yəqin ailəlisən, ərin sənə bir şey alacaq bu gün? - Yəqin nəsə alar-deyirəm. Mən ondan heç nə istəməmişəm. İşdən çıxmışam, uşaqlar baxçada idi, götürəcəkdim, indi zəng elədi ki, o məndən tez çıxıb işdən, gedib uşaqları götürüb. Düzünü desəm, mənim üçün belə günlərin əhəmiyyəti yoxdur, buna görə də ondan heç nə gözləmirəm. Xala avtobusdan duşərkən dedi: - Bir birinizi hədiyəyə, sovqata görə sevməyin, evdə də buna görə narahatlıq salmayın, puldur da - bir gun olar, bir gun olmaz. Bunu kişilərin üzünə vurub onları pərt etmək olmaz, a bala… Hiss etdim ki, üzünü mənə tutsa da, sözü avtobusda oturan bütün xanımlaradır… |
2014-02-22 | 9,679 | Aksiya iştirakçıları Kliçkonu fitə tutdu – Video | Ukrayna prezidenti Viktor Yanukoviçə əl uzatdığına görə aksiya iştirakçıları Vitali Kliçkonun Maydanda çıxışına imkan verməyərək, onu fitə tutublar. "Axar.az"ın məlumatına görə, Kliçko Yanukoviçə əl uzatdığına görə aksiya iştirakçılarının onu bağışlamadıqlarını etitaf edib. Xatırldaq ki, aksiya iştirakçıları ikinci dəfə Kliçkonun danışıq kürsüsünə gəlməsini və onlardan üzr istəməsi tələb edib. Kliçko heysiyyətlərinə toxunduğuna görə onlardan üzr istəyib və çıxışına belə başlayıb: "Bilirsiniz ki, dəfələrlə bu səhnəyə çıxmışam. Sizinlə birlikdə neçə-neçə gecə keçirmişik burada. Bəli, siz məni Yanukoviçə əl uzatdığıma görə bağışlamadınız. Odur ki, sizdən üzr istəyirəm". İctimai fəallar isə Kliçkonun Yanukoviçlə bugünkü müqavilə imzalama mərasiminin video-yazısını social şəbəkədə paylaşmaqda və Zərbə Partiyası liderini tənqid etməkdədirlər. |
2014-02-22 | 9,680 | Yük maşınından təyyarə sürəti - Video | Reaktiv motorla təchiz edilən yük maşınının yığdığı sürət görənləri heyrətləndirib. Reaktiv motor əlavə edilən ağır tonnajlı yük maşını təyyarə sürəti ilə müqayisə oluna biləcək sürətə yetişib. Saatda 603 km-lə hərəkət edən maşının videosunu təqdim edirik. |
2014-02-22 | 9,681 | Milyonda bir ehtimal onu tapdı - Foto | İçdiyi mədə dərmanı gənc qızın dərisində elə bir allergik reaksiyaya səbəb olub ki, qızın bütün həyatı təhlükə içində olub. Bütün dərisində qorxunc yaralar çıxan gənc qızın qaş kirpik, saç və hətta dırnaqları belə tökülüb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı Linn Hous yaşadığı kabusdan sonra həyata yenidən qayıdıb. Gənc qız " Zantac " adlı dərmanı içdikdən sonra çox qısa müddətdə dərisində yaranan mənfi reaksiyaları hiss edib. Mütəxəssislərin rəyinə görə 17 yaşlı gənc qızın həyatda yaşamaq şansı 10 faiz imiş, bu da tam bir möcüzədir. Linn Housun üzünün, çiyin və sinəsinin böyük bir hissəsində dərisi tamamilə soyulub. Allergik vəziyyət gənc qızın qaşlarını, kirpiklərini, uzun saçlarını və dırnaqlarını da töküb. Qız xəstəxanada bir ay olduğu müddətdə şiddətli ağrılarına görə ona yalnız morfin verilib. Sonda sağlamlığına qovuşan Linn, "İndi geriyə dönüb baxdığımda özümlə qürur duyuram , xəstəxanadakı fotolarıma baxdığım zaman cadugərlər bayramındaki bir canavara bənzədiyimi görüncə özümə daha çox diqqət edirəm" deyib. Gənc qızın başına gələn hadisəyə "Stiven Consonun Sindromu" adı verilib. Çarəsiz bir xəstəlik olan Stiven Consonun sindromuna tutulan insanların ümumiyyətlə 40 faiz yaşama ehtimalı olur. |
2014-02-22 | 9,682 | Putinin kirvəsinin bağ evi yanır | "Ukraynanın seçmi" hərəkatının lideri Viktor Medvedçukun Obuxov rayonundakı bağ evlərindən biri yanmağa başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə ilk olaraq Ukraynanın "5-ci kanal"ı məlumat yayıb. Xatırladaq ki, maydançılar az öncə onun evinin önündə aksiya keçiriblər. Onlara cavab olaraq Medvedçuq "savaşmağı" bacardığını deyib. Ehtimallardan biri də evin qəsdən yandırılmasıdır. Qeyd edək ki, Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin kirvəsi, yaxın dostudur. |
2014-02-22 | 9,683 | Yeni “McLaren”dən xəbər var | 4 martda başlayacaq 2014 Cenevrə Avtomobil Sərgisində tanıdılması planlaşdırılan "McLaren 650S"-in detalları açıqlanıb. "Axar.az" xəbər verir ki, 3.8 litrli 650 at gücünə sahib "McLaren 650S" adı daşıyan avtomobilin britaniyalı istehsalçının model kolleksiyasında "12C"-dən üstün, "P1"-dən isə alt səviyyədə olduğu deyilir. Avtomobilin performans ətraflı məlumatları Cenevrədə açığlanacaq olsa belə, "McLaren" şirkəti yeni modelinin 12C-dən daha sürətli olduğunu söyləyir. Buna görə də 650S-in "Ferrari 458 Speciale" ilə eyni gücdə olacağı deyilir. Xüsusi olaraq bu avtomobil fərdi qaydada istehsal edilən "Pirelli P Zero Corsa" təkərləri ilə təchiz edilib. Yüngül, beş qollu döyülmüş təkər disklərinə sahib olan 650S, ön təkərlərin arxasında olan aerodinamika ilə də diqqət çəkir. Bu modelin 240 km/saat sürətdə "12C"-yə nisbətən 24 faiz daha çox "downforce"-a sahib olacağı bildirilir. |
2014-02-22 | 9,684 | Polis zabitini maşın vurdu | Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində Zaqatalada polis əməkdaşı işləyən Bərdə rayon sakini Sadıqov İlqar Məhəmməd oğlunu maşın vurub. 1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Babayev Baba idarə etdiyi VAZ 2106 markalı 10 RE 206 dövlət nömrə nişanlı avtomobiilə bu hadisəni törədib. Qeyd edək ki, xəsarət alan piyada İlqar Sadıqov Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin zabitidir. Qəza nəticəsində çox saylı bədən xəsarətləri alan İlqar Sadıqov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlqar Sadıqovun hazırda ümumi vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı daxili işlər nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin təhqiqat və istintaq bölməsində araşdırma aparılır (ANS). |
2014-02-22 | 9,685 | Dənizin altından 5 min illik meşə çıxdı – Foto | İngiltərədə dənizin altından meşə çıxıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə baş verən fırtınalardan sonra dənizdən suyun geri çəkilməsinin ardınca meşə qalıqları üzə çıxıb. Arxeoloqlar Bors qəsəbəsinin sahilində ortaya çıxan və Tunc tövrünə aid olduğu düşünülən meşənin Uels əfsanələrində itkin şəhər "Cantre'r Gwaelod"la əlaqəsinin olduğunu açıqlayıblar. Əfsanəyə görə, Kardiqan körfəzi boyunca genişlənmiş olan "Cantre'r Gwaelod" şəhəri Mererid adlı rahibin dediklərini yerinə yetirmədiyi üçün sular altında qalıb. |
2014-02-22 | 9,686 | Kameron Diazın möcüzəsi | Kameron Diaz dünyanın məşhur və çox pul qazanan qadınlarından biridir. O, tək üz gözəlliyi ilə deyil, həm də bədəninin mükəməlliyi ilə diqqətləri çəkir. Məşhur aktrisa gözəlliyini qorumaq üçün nələrdən istifadə edir? İki aydan bir dərisini ölü hüceyrələrdən təmizlətdirən Kameron Diaz əvvəllər model olduğuna görə bu işi evində etdirirmiş. Gözəl aktrisa belə hesab edir ki, qidalanma, idman, siqaret və spirtli içkilərin dəriyə çox böyük təsiri var. Hər gün tərəvəz, meyvə, protein və az karbohidratla qidalanan aktrisa əsla qatı yağ və çox duzlu, çox şəkərli qidalar yemediyini bildirmişdir. "Həftədə 2-3 dəfə idmanla məşğul oluram, idmanı buraxmaq bədən quruluşunu itirmək deməkdir." Kameron Diaz həftədə bir dəfə buxar hamamı qəbul edir və ardından bitki yağları ilə bütün vücudunu masaj etdirir. Nizamlı şəkildə pedikür, manikür, ara-sıra əl və ayaqlarına parafin sürtdürür. Məşhur aktrisa cəfərinin də qadınlar üçün bir gözəllik iksiri olduğunu vurğulayıb. "Cəfəri bədəndəki şişləri azaldır, dəriyə parlaqlıq verir. Makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq çayla silin. Bu üzünüzə yumşaqlıq və parlaqlıq bəxş edəcək". |
2014-02-22 | 9,687 | Bərdədə ev yandı: 2 nəfər tüstüdən zəhərləndi | Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb. Yanğın zamanı evdə iki nəfər üz nayihələrindən yüngül yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-22 | 9,688 | Samsunq istifadəçilərinə şad xəbər | Samsunq Qalaksi S4 telefonunda növbəti yenilik gözlənilir. Şirkət rəhbərliyindən telefon istifadəçilərini sevindirəcək növbəti xəbər gəlib. "Axar.az" ingilis mətbuatına istinadən xəbər verir ki, istifadəçilər bundan sonra Androidin ən yeni versiyası olan 4.4 KitKat proqramına keçid edə biləcək. Lakin proqram paylaşımı indi başladığından Qalaksi S4 istifadəçilərinin hamısının bu yenilikdən faydalanması bir az uzun çəkəcək. Telefonunda bu yeniliyi görmək istəyənlərin isə telefon yaddaş kartında mininum 1 qiqabayt boş yer olmalıdır. |
2014-02-22 | 9,689 | Yuxusuzluğun sonu gəlir – Elmi kəşf | İngiltərənin Oksford universitetinin alimləri yuxusuzluq problemini aradan qaldıracaq kəşfə imza atıblar. "Axar.az" ingilis mətbuatına istinadən xəbər verir ki, Oksford universitetinin alimləri beyində vücuda yuxu əmrini verən mərkəzi kəşf etdiklərini açıqlayıblar. Araşdırmanı gerçəkləşdirən rəhbər alim Qero Miesenbök beyində yuxudan məsul neytronların "açma, qapama" düyməsi rolu oynadığını və insan yorğun olan kimi həmin neytronların hərəkətə keçərək insanı yuxulatdığını deyib. Araşdırmaçı alimlər yuxu mexanizmi insanlardakı kimi olan böcəklər üzərində təcrübələr apararaq, neytronları təsirsiz hala gətirməyi bacarıblar. Alimlər bundan sonra süni yollarla mexanizmi inkişaf etdirərək, yuxu probleminin birdəfəlik həllinə varmaq istəyirlər. |
2014-02-22 | 9,690 | Con Steynbek: Eşqin çox çeşidləri var | "Siçanlar və insanlar" əsərinin Nobel mükafatlı müəllifi aldığı məktublara gözəl cavablar yazan yazar kimi diqqəti çəkib. O, məktəbdə oxuyan oğluna cavab olaraq yazdığı məktubunda da maraqlı fikirlər söyləyib. Tom adlı oğluna yazmış olduğu məktubu təqdim edirik. Hyu York, 10 noyabr, 1958 Sevgili Tom, bu səhər məktubunu aldıq. Sənə öz baxışlarıma və dünyagörüşümə uyğun olaraq cavab verəcəyəm. İlk olaraq onu deyim ki, əgər aşiq olubsansa, bu çox yaxşıdır, hətta bu insanın başına gələ biləcək ən gözəl şeydir. Amma bunu aşağılamalamağa kimsəyə izn vermə… İkincisi, eşqin çox çeşidləri var. Biri eqoist, açgöz olub eşqi özünü bəyənmək üçün istifadə edər. Bu eşqin çirkin və şikəst çeşididir. Digərisə, sənin içində nə gözəl şey varsa, onu aşkar edər və bu gözəlliklər üzə çıxar. Yaxşılıq, etibar və hörmət… Bu, sadəcə, toplumsal sayğı məsələsi deyil, bir başqasını dəyərli və əvəzedilməz görə bilməni təmin edən duyğudur. Birinci çeşid olan eşq səni xəstə, kicik və zəif edəcək, ikincisisə, səni gücləndirər, sahib olduğun cəsarəti, yaxşılığı ortaya çıxarar. Esqinin keçici bir gənclik hissi olmadığını deyirsən. Əgər bu qədər dərin duyğular hiss edirsənsə, əlbəttə, gənclik hissi deyil. Fəqət mənim sənə nələr hissetdiyini söyləməyimi istəmədiyini düşünmürəm. Təbii ki, hiss etdiklərini sən özün daha yaxşı bilirsən. Sənə bu mövzuda nə etmək gərəkdiyi ilə ilgili yardımçı olmamı istəmirsən. Amma mən bunu edə bilərəm. Öncəliklə sonuna qədər hiss etdiklərinin dadını çıxar və buna görə də sükr et… Eşqin məqsədi ən yaxşı və gözəl məqsəddir. Ona çatmağa çalış. Əgər birinə aşiqsənsə, bunu açıqlamaqda heç bir təhlükə yoxdur. Yalnız bəzi insanların çox çəkingən ola biləcəyini unutmamalısan. Bəzən elani-eşq edərkən bu çəkingənliyi göz önündə tutmaq gərəkdir. Qızlar sənin nə hiss etdiyini bilmək kimi özəl xüsusiyyətlərə sahibdir, amma yenə də hiss etdiklərini duymaq istərlər. Bəzən hisslərinə müəyyən səbəblər üzündən qarşılıq ala bilməzsən, amma bu hiss etdiklərinin dəyərini və gözəlliyini azaltmaz. Son olaraq, sənin nə hiss etdiyini bilirəm, çünki mən də eyni şeyləri hiss edirəm. Sənin də belə hiss etdiyin üçün məmnunam. Sevdiyin qızla, Suzanla tanış olmağı çox istərdik. Bu görüşün planını Elain çızacaq. Çünki bu işləri çox yaxşı bacarır və bundan çox məmnunluq duyacaq. O da eşqi bilir, bəlkə də sənə bu işdə məndən də artıq kömək edə bilər. Onu qətiyyən itirməkdən qorxma, əgər doğrudursa, davam edəcək. Sadəcə tələsmə… Gözəl şeylər əsla əldən qaçmaz. Sevgilərlə atan… |
2014-02-22 | 9,691 | Afrikanın vuvuzelası və təhsili | Güney Afrika deyiləndə illər öncəsində bir ad diqqəti çəkirdi - Nelson Mandela. Mandelanı bu günə qədər də ağlara belə sevdirən iki xüsusi məqam var. Birincisi, iqtidara gəldiyində ümumiyyətlə, qisasçılıqdan uzaq bir siyasət izləməsini hər kəs yüksək qiymətləndirir. 90-cı illərdə ağların təhlükəsizlik qayğısı ilə kütləvi köçünün qarşısını onun bu davranışı aldı. Verdiyi mesajlar və atdığı konkret addımlar keçid prosesini gözlənildiyindən daha təlatümsüz etdi. İkincisi isə 4 illik iqtidarından sonra yenidən seçilmə şansı olduğu halda hakimiyyətdən imtina edərək demokratik ənənənin əsasını qoydu. Ancaq Cənubi Afrika Respublikasında futbol üzrə ötən dünya çempionatının keçirildiyi zaman ölkənin tanıtımı üçün artıq ikinci bir məfhum gündəmə gəldi - vuvuzela. Çox güman ki, tayfaiçi xəbərdarlıq səsi çıxarmaq üçün nəzərdə tutulan bu tütək formasında çalğı aləti əcaib səsi ilə o zaman dünya futbol çempionatını izləyənlərin əsəblərini alt-üst edirdi. Bu məmləkətə nədənsə ayaq basarkən almağı düşündüyüm ilk şey de vuvuzela oldu. Bilmirəm, bu əcaib səsli nəfəs aləti bizim məmləkətdə hansı maraq doğurar, ancaq düşündüyüm bir şeylər var. Ötən günlərdə parlamentdə bədii təxəyyülü yazılı bədii mətnləri anlayacaq qədər yetərli olmayan bir-iki nəfər xalqın sevimlisi bizdən tələb etmişdi ki, xalqdan üzr istəyək. Anlaşılmayan bir şey olmuşdu ki, bu xalqın sevimliləri xalqı hara yığacaqdılar ki, çıxıb orada üzr istəyim. Məsələn, xalq mənim üzr istəməyimi tələb edərək Azadlıq meydanına toplaşarsa, bu vuvuzelanı onların əsəblərini yoxlamaq üçün çalmağa dəyərdi. Bəlkə də ən yaxşısı belə mənasız danışan birilərinə rast gələndə cavab vermək əvəzinə vuvuzelanı işə salmaq daha doğru addım ola bilər. İngilislər burada yerli xalqı istismar etmişlər, illərlə aparteid rejimi ilə hüquqsuz təbəəyə çevirmişlər, ancaq bu gün ölkənin istənilən yerində "Mançester Yunayted", "Arsenal" və ya "Liverpul" azarkeşi olan qaradərililərin qızğın mübahisəsinin şahidi olarsınız. Sanki həmin insanlara uzun illər bu iztirabı ingilislər yaşatmamış. Bizdə təsəvvür edə bilərsinizmi kimsə indi "Spartak"ın və ya OMİK-in qızğın fanatı olsun? Bizim azarkeşlərin çoxu Türkiyə komandalarını, bir qısım de Avropa komandalarını kumir olaraq seçir. Bu amildə həm də ingilis və rus müstəmləkəçiliyinin ilk baxışda sezilməyən fərqi yatır. Ukraynadakı hadisələrin fonunda, Gürcüstana, Azərbaycana münasibətdə sanki 20 ildir qurtulmuş olduğumuz Rusiya bu gün bizim üçün ən ciddi qorxu mənbəyidir. Cənubi Afrika üçün uzun illər aparteid rejimi qurmuş Böyük Britaniya daha çox ümid yeridir. Dil, mədəniyyət, idarəetmə, təhsil, iqtisadiyyat - uzun illərin müstəqilliyinə rəğmən ingilis sistemindən kənara çıxmamaqdadır. Ölkənin ən əsas mədəniyyət simvolu olan Keyptaun təkcə turizm deyil, həm də təhsil mərkəzidir. Konstantinopol Fatih tərəfindən alındıqdan sonra avropalılar yeni ticarət yolları axtarışına çıxıb və 1498-də ilk dəfə Bartolomey Diasın ekspedisiyası Ümid burnuna gəlmişdir. Ardınca 10 il sonra Vasko da Qamanın buraya gəlişi ilə məskunlaşma prosesi başlamışdı. Afrikanın ən uc nöqtəsini Avropa dənizçiləri Ümid Burnu adlandırmışlar. Keyptaun adı da yeni salınan yaşayış məntəqəsinə bu adla bağlı verilib. "Burun" - şəhər dəməkdir. Aparteid dövründə bu şəhərdə ağdərililərlə qaradərililəri dəmir yol xətləri ayırırmış. Dəmir yolunun bir tərəfində ağlar, digər tərəfində qaralar yaşayırdı. İndi bu cür irqə görə məskunlaşma əsasən ortadan qaldırılmışdır. Bu gün təkcə Keyptauna gələn turistlərin sayı təqribən 4 milyon nəfərdir, əsasən də zənginlər olduğuna görə ortalama xərcləmələrinin 1500 ABŞ dolları olduğu düşünülsə, Türkiyəyə gələn turistlərlə müqayisədə ölkəyə nə qədər gəlir gətirdiklərini təsəvvür etmək olar. Türkiyəyə gələn turistlər əsasən orta gəlirli olduğundan, ortalama xərcləm 800 ABŞ dolları civarındadır. Bu isə Cənubi Afrikanın daha az sayda turistlə daha böyük gəlir əldə etməsi deməkdir. Ölkə parlamentinin də bu şəhərdə yerləşməsi onun əhəmiyyətinin ən ciddi göstəricisidir. Buradakı təhsil sisteminin səviyyəsi həqiqətən yüksəkdir. Məktəblər adamı uşaq bağçasından alıb universitetə qədər hərtərəfli yetişdirirlər. Uşaq universiteti qazanmaq üçün 7 fəndən lazımi balı toplamaqda çətinlik çəkmir. Keyptaunda 4 böyük universitet və onlarla kiçik universitet var. Adi bir orta məktəbin ərazisi 50 hektara çatır, çox zaman ərazisində qolf maşını ilə gəzmək mümkün olur. Ərazidə reqbi, futbol, basketbol, qolf meydançaları, üzgüçülük hovuzları var. Afrikanın 10 ən keyfiyyətli universitetinin 4-ü Keyptaundadır. Dünyanın ən yaxşı 100 universitet arasında Keyptaun Universiteti də var. Bir millətin və dövlətin gücü onun təhsilindədir. Bunların iqtisadiyyatı mədənçiliyə və turizmə dayanır, ancaq fəxr etdikləri amil yüksək təhsil səviyyəsidir. Bir türk liseyində gördüyümüz mənzərə məni heyrətləndirdi. Önyarğı deyilən bir şey yoxdur. Qaradərili, mələz, ağdərili, indus eyni sinifdə bir-birinə sayğı göstərərək təhsil alır. Bizdə ara-sıra mübahisə doğuran bir məsələnin də burada maraqlı yanaşmasını gördüm. Qızlarla oğlanların birlikdə təhsil aldığı qarışıq məktəb anlayışından uzaqlaşmaq təmayülü var. Burada təhsil səviyyəsinə görə ən yüksək göstərici ayrıca oğlan və qız məktəblərinin payına düşür. Ona görə də təhsil sistemində qarışıq məktəblərdən uzaqlaşma hiss olunur. Maraqlıdır ki, hansısa tikintiyə icazə verilərkən bütün qonşuluqda olan insanların yazılı razılığı tələb olunur. Məsələn, türklər bir məktəbi tikməyə icazə alarkən qonşulardan biri iki mərtəbə tikilməsinə izn verməyib ki, onun evindən dağın görüntüsünün qarşısını alır və məcbur olub bir mərtəbə ilə kifayətlənib. Uşaqları davamlı olaraq təbiətlə, heyvanlarla əlaqəli yerlərə götürürlər və burada sadə üsullarla onlara doğru davranış qaydaları aşılayırlar. Bir epizodu xatırlayıram ki, quşlar saxlanan təbiət bağında uşaqlara aid bir tamaşaya diqqət yetirdim. İxtisaslaşmış oğlan və qızlar quşlara müəyyən hərəkətləri etdirib insanları əyləndirirdi. Proqramın gedişində aparıcı beş-altı "Pepsi" və "Kola" qabını ətrafa səpələdi. Sonra təlim görmüş bir qarğa çıxıb həmin boş qabları bircə-bircə dimdiyinə alıb yaxındakı zibil qabına atdı. Tamaşa bitəndən sonra balacalar yerdən tapdıqları hər şeyi aparıb zibil qabına atırdılar. Hələ ki, Afrika deyib buraları vuvuzela ilə xatırlayaq. Ancaq müqayisəni təhsildən başlasaq, geriliyimizin acısını tək bir vuvuzela ilə sakitləşdirmənin mümkün olduğunu görərik. (Musavat.com) |
2014-02-22 | 9,692 | Məhşur brendlərin adları necə yaranıb? - Tarixçələr | Ən məhşur brendlərin adlarının mənasını bilirsinizmi? "Axar.az" saytı sizlərə dünyanın ən məhşur brendlərinin adlarının mənasını və yaranma səbəblərinin tarixçəsini təqdim edir. "Vodafone" İngilis markalı cib telefonu və mobil rabitə şirkəti olan "Vodafone" öz adını ingilis dilində səs-"voice", məlumat və telefon – "telephone" sözlərindən götürüb. "Mercedes" "Daimler Chrysler" ilə ortaq bir avtomobil hazırlayan Çarl Benz ad tapa bilməyəndə yeganə qızı olan "Mercedes-Benz"in adını icad etdiyi avtomobilə verib. Mercedes emblemindəki üçguşəli ulduz "Mercedes"in quru, su və havadakı gücünü ifadə edir. "Adidas" İdman məhsulları istehsalçısı "Adidas", adını qurucusu Adolf Dasslerin ləqəbi olan "Adi" və soyadının ilk 3 hərfinin birləşməsindən alıb. "Canon" Adını şirkətin istehsal etdiyi ilk kamera olan "The Kwanon"dan mənimsəyib. 1935-ci ildə dünya tərəfindən tanına bilməsi üçün adı "Canon" olaraq dəyişdirilib. "Audi" Almaniyanın ən əhəmiyyətli avtomobil firmalarından olan "Audi"nin qurucusu Avqust Horkun adı latıncada "dinlə" mənasını verir. Ancaq Hork bu adı başqa bir avtomobil şirkətinə vermişdi. Simvolundakı 4 dairə avtomobil şirkətlərinin birliyini göstərir: "Audi", "Dkw", "Horch" və "Wanderer". "Coca Cola" İçki firması "Coca Cola" öz adını tərkibində istifadə edilən "Coca" yarpaqları və "cola" fıstığından mənimsəyib. Qurucusu Con S. Pembertondur. "Nike" Dünyanın qabaqcıl idman məhsulları istehsalçısı "Nike"nin adının mənası yunan mifologiyasında zəfər tanrısı olaraq bilinən "Nikea"ın adı ilə bağlıdır. Markanın işarəsi ilahənin uçuşunu simvolizə edir. Türkiyənin çiniləriylə məşhur İznik şəhərinin də köhnə adı Nikeadır. "Skype" İnternet vasitəsi ilə səsli və görüntülü ünsiyyəti təmin edən "Skype" üçün ilk ad kimi "Sky-Peer-To-Peer" düşünülsədə daha sonra "Skyper" və ən sonda "Skype" olması qərara alınıb. "Google" "Google", "googol" sözünün üzərində dəyişiklik edilərək ortaya çıxarıldı. Edvard Kasner adlı amerikalı riyaziyyatçının qardaşı oğlu, Milton Sorotta tərəfindən səsləndirilən "googol" sözü əslində 1 və onun ardından 100 rəqəmini ifadə edən riyazi bir termindir. Bu ad "Google"un internetdəki məlumat axnını təşkil etməsinə işarədir. |
2014-02-22 | 9,693 | “Moskva Avrasiya ideyasını Ukraynada dəfn etdi” | Rusiyanın Avrasiya ideyası ilə bağlı Ukraynada apardığı təbliğat məsələləri uğursuzluğa düçar oldu, dəfn edildi. "Axar.az"ın məlumatına görə, bu sözləri hakim Regionlar Partiyasının Ali Radadakı təmsilçisi, rusmeyilli deputat Oleq Çaryov bildirib. O, Rusiyanın öz siyasi məqsədlərinə çatmaq üçün Ukraynadakı rusdilli əhalidən daimi deyil, müvəqqəti yararlandığını dilə gətirib: "20 ildən çoxdur ki, qeyri-hökumət təşkilatlarında işləyirəm. Görün Rusiya nə qədər pis işləyib... Düz 10 milyon nəfərə qədər rusdilli əhalinin müqabilində bu gün ruslar Ukraynaya "Gömrük İttifaqına qoşulun" fikrini səsləndirə bilmirlər. Təəssüf, Rusiyanın Ukraynaya təsiri sıfra enib. Bunun üçün ruslar nə güc sərf etdi, nə də vəsait ayırdı. Məsələn, Avropa İttifaqının büdcə sənədində qurumun təbliğatı üçün xüsusi bir bənd var, Gömrük İttifaqında isə yoxdur. Ruslar ehtiyat edir ki, onların barəsində xoş olmayan fikirlər səsləndirilər. Mən isə bunun tam əksini düşünürəm: qorxmayın, qoy desinlər, onda həm də Rusiyanın gücü ilə hesablaşacaqlar". |
2014-02-22 | 9,694 | Tehranda onlarla azərbaycanlı fəal həbs olundu | Ötən gün axşam saatlarında İranın paytaxtı Tehran şəhərində onlarla azərbaycanlı fəal həbs edilib. Buna səbəb sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehranın Savə küçəsində 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə toplantının keçirilməsi olub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları 200 nəfərin iştirak etdiyi mərasimə müdaxilə edib. Nəticədə İran təhlükəsizlik qüvvələri ilə azərbaycanlı fəallar arasında toqquşma baş verdiyi, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunduğu, bəzi soydaşlarımıza qarşı zor tətbiq edildiyi, onlardan bir neçəsinin saxlanıldığı vurğulanır. Hələlik tutulanlardan yalnız 6 nəfərin kimliyi müəyyənləşdirilib. Bunlar Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvidir. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir sıra soydaşımızın yaralandığı, onların arasında tanınmış azərbaycanlı fəal Həmid Manafi Nadarlının (Erkin Nadarlı) da olduğu, başından güclü zərbə alan fəalın qanaxması olduğu bildirilir. Eyni zamanda İ.Soltanianın əlil olmasına baxmayaraq vəhşicəsinə döyüldüyü qeyd edilib. Hazırda azərbaycanlı fəalların harada saxlanıldığı ilə bağlı heç bir məlumat verilmir. Qeyd edək ki, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib. İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evinə basqın ediblər. Buna səbəb azərbaycanlı fəalların 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanmaları olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib. Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi, bəzi soydaşlarımıza qarşı zor tətbiq etdiyi bildirilir. Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib. Hazırda onların harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Saxlanılanlardan yalnız 63 nəfərinin ad və soyadları məlumdur, digərlərinin kimlikləri isə dəqiqləşdirilir. Onların arasında Abbas Lisani, İbrahim Rəşidi Savalan, Vəhid Faizpur, Meysəm Azadi, Ruzbeh Səadəti, Fərdin Muradpur, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səccad Culani, Meysəm Culani, Əkbər Əbulzadə, İbrahim Nuri, Abbas Nəzəri və başqaları var. Bundan əlavə, həmin gün İranın Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) və Binab şəhərlərində daha üç nəfər tutulub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Səccad Əfruzan və Kərim Fəyyazini Məlikkəndi, Bəhmən Xaliqini isə Binab şəhərində həbs ediblər. Onların nədə günahlandırıldığı və hazırda harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Həbslərin 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə həyata keçirildiyi ehtimal olunur.(apa) |
2014-02-22 | 9,695 | Silahlı Qüvvələrimiz Çex Respublikasına gedir | Vışkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu keçiriləcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 23-dən martın 6-dək Nyuport şəhərində (ABŞ) "Kölgə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi və Azərbaycan - Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 24-dən aprelin 4-dək Vışkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-02-22 | 9,696 | Cəbhədə atışma: itki yoxdur | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-22 | 9,697 | Maydançılar Kiyevdə nəzarəti ələ keçirdi | Maydan tərəfdarları bütün hökumət binalarını nəzarət alıblar. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Maydanın komendantı Andrey Parubiy çıxış edib. O, etirazçıların Prezident Administrasiyası, Nazirlər Kabineti və Radanın binansına nəzarət etdiklərini bildirib. Komendant bu binalara nəzarəti "Sağ sektor"un döyüşçülərinin həyata keçirdiyini bildirib. A.Parubiy həmçinin daxili qoşunların bir sıra döyüşçülərinin də onlarla birgə olduğunu deyib. O digər polisləri də onlara qoşulmağa çağırıb. A.Parubiy artıq Kiyevə nəzarət etdiklərini söyləyib. |
2014-02-22 | 9,698 | "Atletiko Madrid" Xocalı üçün matəm saxlayacaq | İspaniyanın "Atletiko Madrid" klubunun oyunçuları "Osasuna" və "Real Madrid" komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar. Üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək futbolçular bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər. Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıblar. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək (Azərtac). |
2014-02-22 | 9,699 | Yanukoviç Kiyevdən getdi | Ukrayna prezidenti Viktor Yanukoviç paytaxt Kiyevi tərk edərək Xarkov şəhərinə uçub. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrdən biri məlumat yayıb. Mənbə bildirib ki, Yanukoviç Xarkova hansısa bir görüş keçirmək üçün gedib və buna görə də, ABŞ onun bu səfərini Kiyevdən qaçmaq kimi qiymətləndirməyə tələsmir. Amerikalı diplomatın sözlərinə görə, bu səfərdə təəccüblü heç nə yoxdur, Ukraynanın şərqindəki bazasını yoxlamaq Yanukoviç üçün önəmli siyasi addımdır. |
2014-02-22 | 9,700 | Ukrayna Maydan qurbanlarını dəfn edir - Video | Ukraynada Maydandakı əhali aksiyalar zamanı ölən şəxslərlə vida mərasimi keçirib. "Axar.az"ın verdiyi məlumata görə, mərasimdə Ukrayna vətəndaşları, kilsə xadimləri və müxalifət liderləri iştirak edib. Mərasim xüsusi ayinlə müşayiət olunub. |
2014-02-22 | 9,701 | BDU tələbələri aksiyanı davam etdirəcək | BDU-da kəsirlər üçün əlavə ödənişin verilməməsi tələbi ilə aksiya keçirən tələbələr tələbləri yerinə yetirilmədiyinə görə prosesi davam etdirmək barədə qərar çıxarıblar. "Axar.az" sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, artıq tələbələr daha iki aksiya təyin ediblər. Aksiyalardan biri "Tələbələrin haqqını tapdalamayaq" adlanır. 24 fevral saat 15:30-a təyin olunmuş aksiya Elmlər Akademiyası metrosunun qarşısından başlayacaq. Təşkilatçılar bildiriblər ki, faktiki vəziyyət hamını narahat edir və bunun qarşısını almaq üçün birgə mübarizə aparılmalıdır. Onlar tələbələrə qarşı haqsızlıqlara son qoyulmasını və kəsir üçün pul alınmasının ləğv edilməsini tələb edəcəklər. Həmçinin hər hansı bir siyasi tələb irəli sürməyəcəklərini də vurğulayıblar. İkinci aksiya isə BDU-nun qarşısında keçiriləcək. 24 fevral saat 13:40-a təyin olunmuş aksiyanın təşkilatçıları elə birinci dəfə aksiya keçirənlərdir. |
2014-02-22 | 9,702 | Azərbaycan Dillər Universitetinin prorektoru vəfat etdi | Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər dünyasını dəyişib. Bu barədə Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib (Modern.az) . Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib. 1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə "İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990-2009-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib. 2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini tutub. 45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir. 1998-ci ildən indiyədək həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin Leksikologiyası kafedrasında pofessor idi. Üç övladı var. |
2014-02-22 | 9,703 | Pakistan prezidenti olan azərbaycanlı | İlk dəfə bu məlumatı eşidəndə bir az da heyrət etdim: ona görə ki, deyəsən, biz yurdumuzun və özümüzün sərhədlərinizi yetərincə qiymətləndirməyi bacarmırıq. Dünyada ilklərə imza atan, "Ən yeni tarixin" yaradılmasında rol almış soydaşlarımızı tanıyırıqmı? Əksəriyyətimiz "yox" deyəcək. Elə bu səbəbdən bir tarix yoluna çıxaq: axtaraq və öyrəndikcə sizlərə də çatdıraq. Beləliklə, Pakistanın Prezidenti olmuş azərbaycanlıdan - General Ağa Məhəmməd Yəhya xan Qızılbaşdan başlayaq. Qızılbaş törəməsi Əslən qızılbaşlardan olan Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə doğulub. Nadir şahla 1738-ci ildə Hindistana gələn xanların nəslindəndir. Pəncab Universitetini bitirən Yəhya xan urdu dili ilə bərabər etnik pəncabi dilini də bilirmiş. II Dünya Müharibəsində iştirakçısı olan Yəhya xan Britaniya ordusuna yazılıb. 4-cü Piyada qoşun bölməsində zabit kimi xidmət edib. O, İraqda, İtaliyada və Şimalı Afrikada qulluq edib. 1942-ci ilin iyununda həbs olunub Yəhya xan 15 iyul 1939-cı ildə Hindistan Hərbi Akademiyasından zabit rütbəsi alaraq məzun olub. Daha sonra Bəluc alayında piyada qoşun zabiti olub. Yəhya xan 1942-ci ilin iyununda həbs edilib və İtaliyada, bir müddət də Şimalı Afrikada hərbi əsir düşərgəsində saxlanılıb. 1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutub. 1951-1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəlib. Onun əmri ilə Hindistan əsgərlərinə atəş açılıb. Yəhya xan o dövrdə 105-ci müstəqil briqadaya komandirlik edirmiş. Baş komandanın müavini Yəhya xan Baş Qərargahın rəisi kimi 1954-1957-ci illərdə Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya aparıb. Əyyub Xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün seçilib. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş Qərargahın rəhbərliyində müxtəlif vəzifələri yerinə yetirib. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə komandanlıq edib. Pakistan ordusunun formalaşmasında xeyli zəhmət çəkən Yəhya xan 1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun bölməsinə başçılıq edib. "Böyük şlem" əməliyyatında 7-ci bölməyə başçılıq edib, göstərdiyi şücaətə görə 1965-ci ildə general-leytenant rütbəsi alıb. Pakistan ordusu baş komandanının müavini təyin edilib. Süqut O, Əyyub xanın 1969-cu ilin mart ayında dövlət başçılığından istefa verməsindən sonra onun yerinə keçib. Onun hakimiyyəti çox çətin dövrə düşüb. Həmin dövrdə Şərqi Pakistanda benqallar üsyana başlayıb və bu, Hindistanla müharibəyə səbəb olub. Müharibədə Pakistan məğlub olub və 90 min Pakistan əsgəri Hindistana əsir düşüb. Yenidən həbs 1971-ci ildə dekabr ayında Şərqi Pakistan Banqladeş adıyla müstəqilliyini elan edib. Bundan sonra vəzifəsindən uzaqlaşmaq məcburiyyətində qalıb və yerinə keçən Zülfüqar Əli Bhuttonun əmri ilə həbs olunub. İnfarkt keçirərək iflic olandan sonra sərbəst buraxılıb və siyasətdən tamamilə uzaqlaşıb. Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat edib. |
2014-02-22 | 9,704 | Zaqatalada polis zabiti vuruldu | Zaqatala rayonu ərzisində yol qəza hadisəsi baş verib. Hadisə zamanı piyada olan polis əməkdaşını maşın vurub. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb (Kanal S). Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Babayev Baba idarə etdiyi "VAZ 2106" markalı 10-RE-206 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, hazırda Zaqatala şəhəri Azərbaycan prospekti 13 ünvanında kirayədə yaşayan Sadıqov İlqar Məhəmməd oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Sadıqov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan İlqar Sadıqovun hazırda vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan piyada İlqar Sadıqov Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin zabitidir. Hal-hazırda onun məzuniyyətdə olduğu bildirilir. Fakla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin təhqiqat və istintaq bölməsində araşırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. |
2014-02-22 | 9,705 | Krım tatarı rusları qul adlandırdı - Video | Bu sözləri Rusiyanın İctimai Televiziyasında Krım tatarlarının Moskva Diaspor Dərnəyinin rəhbəri, yazıçı Ernst Kudusov bəyan edib. "Axar.az"ın məumatına görə, Kudusovun belə fikir bildirməsinə jurnalistin ona üvanladığı "necə düşünürsünüz, Krım rusdilli əhali və tatarlar arasında hansı şəkildə bölünüb" sualı səbəb olub. Diaspor rəhəri cavabında tarixə nəzər salmağın vacibliyini vurğulayıb: "Tarixə baş vurmağımız lazım. Əvvəla, Krım tatarları yerli xalqdır, ikinci isə biz repressiyaya məruz qalmışıq. Yəni 1944-ci ildən Krımda bir nəfər belə Krım tatarı qalmamışdı. Heç vaxt qul olub, qul hissləri ilə yaşamadığına görə Stalin bu xalqı repressiya etdi. Stalin isə qulları idarə etməyi sevərdi. Odur ki, onun daha çox ruslar xoşuna gəlirdi – keçmiş qullar, anadangəlmə qullar". Kudusov çıxışında Krım tatarları ilə ukraynalıların dost münasibətdə olduğunu, yalnız rusdilli əhalinin Rusiyaya birləşməyi dilədiyini açıqlayıb və əlavə edib ki, onların bu istəklərinə imkan verməyəcəklər. Qeyd edək ki, Ernst Kudosovun fikirləri Rusiya ictimaiyyətində ciddi narazliqla qarşılanıb. |
2014-02-22 | 9,706 | İran Suriyaya yüzlərlə peşəkar hərbçi göndərdi | Suriya rejiminin ən böyük müttəfiqi olan İranın prezidenti Bəşər Əsədə hərbi yardım göndərməkdə davam edir. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, İran Əsəd rejiminə yardım üçün yüzlərlə hərbi heyəti Suriyaya göndərb. Göndərilən hərbçilər arasında İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar üzrə bölüyü olan Qüds Qüvvələrinin komandirləri də yer alır. Aktiv əməliyyatlarda iştirak etməyən iranlı hərbçilər əsasən kəşfiyyat məlumatları toplamaq işində və hərbi təlimlərdə Əsəd qüvvələrinə yardım edirlər. İnqilab Keşikçiləri Korpusunun əsgərləri əməliyyatları Qüds Qüvvələrinin təlimatları əsasında həyata keçirirlər. İranın nəzarətində olan qüvvələrin əsasən Lazkiyə və Tartus kimi önəmli liman şəhərlərində əməliyyatlar apardıqları bildirilir. Həmin qüvvələrə Suriya pasportu verilib, Suriya hərbi geyimlərindən istifadə etdikləri və Suriya ordusunun ən fəal bölməsi sayılan hava kəşfiyyatı ilə işlədikləri xəbərlərdə qeyd olunur. Bundan başqa "Bəsic" kimi tanınan minlərlə könüllünün də Suriyaya döyüşməyə getdiyi bildirilir. |
2014-02-22 | 9,707 | Bərdədə bağ massivində şiddətli yanğın - Foto | Bu gecə Bərdənin Ləmbəran kəndi ərazisində bağ massivində baş verən yanğın nəticəsində yüzlərlə ağac məhv olub. Yanğın sonradan daha da şiddətlənib. Yanğının kənddəki evlərə keçmək təhlükəsi olub. Ərazi qamışlıq olduğu üçün alovlar sürətlə yayılıb. Ərazidə tüstüdən nəfəs almaq və hərəkət etmək də çətinləşib. Qeyd edək ki, yanğının baş verdiyi ərazi sovet dövründə baramaçılığın inkişafı üçün nəzərdə tutulan və sonradan əhaliyə paylanan tut bağlarıdır. Gecə boyu sakinlər də alovun qarşısının alınması üçün mümkün vasitələrdən istifadə etməyə çalışıblar. Yanğının səbəbinə gələncə, kənd bələdiyyə sədr müavini Qaraş Hacıyev bunu ehtiyyatsızlıqla əlaqələndirib. "Kiminsə əlində siqaret kötüyü, yaxud, başqa nə isə düşüb". Hadisə yerinə Bərdə rayon yanğından mühafizə hissəsinin və qonşu Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 5 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısısını gecə 00:00-da almaq mümkün olub. Bərdə yanğından mühafizə hissəsindən veilən məlumata görə, 30 hektar ərazi bitki örtüyü ilə birlikdə yanıb. Yanğının səbəbini isə artıq araşdırmalara başlayan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri müəyyənləşdirəcək(Anspress). |
2014-02-22 | 9,708 | Kiyevdə yaralananların sayı 603-ə çatdı - Canlı yayım | Kiyevdəki qanlı toqquşmalar nəticəsində 603 nəfər yaralanıb. Bu barədə məlumat Ukrayna Səhiyyə Nazirliyinin saytına yerləşdirib. Məlumata görə, son bir sutka ərzində təcili tibbi yardıma 26 nəfər müraciət edib. Onlardan 21-i xəstəxanaya yerləşdirilib. Toqquşmalar başlayandan həkimə müraciət edən 603 nəfərdən 390-ı xəstəxanadadır. Toqquşmalar nəticəsində ölənlərin sayında dəyişiklik yoxdur. Fevralın 18-dən indiyədək 77 nəfər qanlı toqquşmaların qurbanı olub (musavat). |
2014-02-22 | 9,709 | Yanukoviçi maliyyələşdirən oliqarx ölkədən qaçdı | Ukraynanın prezidenti Yanukoviçi maaliyyələşdirən oliqarx Renat Axmedov ölkəni tərk edib. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Bildirilir ki, Renat Axmedovun dünən gecə saatlarında ölkəni tərk edib. Hələlik rəsmi olaraq onun ölkədən getməsi haqqında heç bir məlumat verilməyib. Qeyd edək ki, Renat Axmedov ölkənin ən varlı adamı hesab olunur. O, "Şaxtyor" futbol klubunun sahibidir. Renat Axmedov hazırda Radanın deputatıdır. 2013-cü ildə onun sərvətinin 15,4 milyard dollar olduğu bildirilmişdi. |
2014-02-22 | 9,710 | Dənizçi şeirinin tək kapitanı | Məndən xəlvət ağlamısan deyəsən… Faiq Balabəyli - 50 23 fevral bu məmləkətdə uşaq saflığını hələ də qoruyub saxlayan, lazımınca qiymətini almayan şair Faiq Balabəylinin doğun günüdür. Özü də 50 yaşı tamam olur. Əzizimizi ürəkdən təbrik edir, ona bir 50 də yaşamasını arzulayırıq. Oxuyacağınız yazını isə Faiqin 45 yası tamam olanda yazmışdım. Beş il əvvəlin düşüncələri …Bir neçə dəfə Faiq Balabəylinin ad günündə mətbuatda təbrik yazısını mən yazmışdım. Hələ bir dəfə "dörd divar" bizdən o yanda olanda da... Özü də bilirdi ki, orada nəyin günahını çəkirdi: Sənsizlikdən darıxıb, Dərindən ah çəkirəm. Mən şer yazmıram ki, Sözlə günah çəkirəm. Bu il də mən yazıram. Yoruldum-demək istəmirəm, yanlış anlamayın. Onda yazmaq daha rahat idi. Demirəm ki, yenə qayıtsın ora, rahatca təbrik edək. Amma… Hətta günahkar olub cəzasını çəksəydi belə, çöldə bir kimsənin haqqı çatmırdı ki, onu insani hüquqlardan məhrum etsin. Qırx beş illik ömrünün iyirmi beş ilini həsr etdiyi dənizçi-şairi xidmət göstərdiyi hər iki sahədən didərgin saldılar. Özü də təkcə dənizçi olmağı yetmirdi. Dənizi ədəbiyyata gətirənlərdən birinin məhz Faiq Balabəyli olduğu yaddan çıxırdı - həm dənizdəki, həm də ədəbiyyatdakı yönətmənlərin yadından… Niyəsini özü hamıdan yaxşı bilir. Bilal Alarlının təbirincə desək, dövrümüzün zindan ədəbiyyatını yaradanlardan biri kimi, Faiq Balabəyli öz halal haqqına qovuşmalıdır. Onun halal haqqı bir az da qəzetdəki fəaliyyətindən keçir. Onun qəzetindən danışan kimi, nədənsə çoxunun yadına Faiqin məhbəsə atılmağı düşür. Yəni, dolayısıyla demək istəyirlər ki, qəzeti onun zindanlara atılmasına qədər yol gəldi. Deyək ki, burası bəlli. Amma… Nədənsə unudulur ki, adını "tanınmayan", "aztirajlı" qoyduqları bu qəzet ("Yeni xəbər") Danimarkanın "Yutlantes Posten"i ilə döyüşürdü. Vəhşi Qərbin Şərqə hücumunun qabağına sinəsini vermişdi. İsveçrədə "İlin qəzeti" nominasiyasının qalibi olan (yol xərci tapa bilmədiyindən gedib hələ mükafatını ala bilməyən), səsi gedib "Vaşinqton post"a çatan qəzetin harayı qəflət yuxusunda olan bizimkiləri oyada bilməmişdi onda. Əvəzində şərlənib zindana salındı və ancaq orda anladı ki, böyük sevgilərin hərdən böyük cəzası da olur: Yağış isladıb yolu, Yoxsa sənin göz yaşın? Məni sən tək ağlamaz, Nə bacım, nə qardaşım Zamanın ironiyasına bax ki, dinimizin, inancımızın müdafiəsinə qalxan bir qəzetin üstünə səlib yürüşü elədik özümüz. O cür münasibət davamlı olaraq indiki səviyyəyə gətirib çıxarmalı idi. Əgər onda Məhəmməd Peyğəmbərin karitkaturasını dərc edən təkcə "Yutlandes Posten" idisə, indi bu "posten"lərin sayı beşə çatıb. Sabah desələr ki, bu namussuz hərəkata beş ölkə qoşulub, - təəccüblənmərəm. Gör bircə nəfər səsini çıxarırmı... Qoç döyüşü lazımdır axı… Bəlkə indi yada düşə Faiq Balabəylinin "Yeni xəbəri". Çünki zaman belələrinin oldu, məkan yox: Burda oğrular doğru, Doğrular oğrudur. Buranın hökmü oranın hökmündən qəddar və ədalətlidir. … Burda darıxmaq olmaz. Həm də darıxmamaq. Danmaq olmaz, Faiqi qəbul etməyənlər qəbul edənlərdən xeyli çoxdur. Mən bunu onunla üzdə xoş görüşənlərin davranışlarında çox hiss etmişəm. Müxtəlif səbəblər də axtarmaq olar. Amma ortada olan bir halalca səbəb var ki, ona ağız büzənlər Faiq Balabəyli yaradıcılığından tamamilə xəbərsizdirlər. Və yaxud nə vaxtsa oxuduqları, amma yaddaşlarına həkk olunmayan bir şerinin onlarda yaratdığı ovqata köklənib qalıblar. O da mümkündür ki, Faiqin yaşam tərzində kimlərisə, nə isə qane etməyib (Bəzi hallarda heç məni də… Hələ deyim ki, səbəbini özüm üçün aydınlaşdıra bilmədiyim incikliyim də var). Amma bütün bunların Faiqin yaradıcılığına nə aidiyyəti var ki… O, daha çox bu haqqını ala bilməyib. Qəzetinin səhifələrini istedadlı qələm dostlarına peşkəş edən Faiq, heç bir əlamətdar günündə həmin o istedadlı dostların yadına düşmədi. Bəlkə burda bir az ifrata varmaqlıq da var. Fakt ki, ortadadır. Hətta mən Faiqin doğma yazarlar diyarı olan cəlilabadlı həmkarlarının hazırladıqları icmallarda, bəzi mətbu çıxışlarında onun imzasını xəsisliklə hallandırdıqlarını hiss etmişəm. Bir daha xatırlayıram ki, burda başqa səbəblər axtarmaq yersizdir, bunlar ancaq mütaliəsizlikdən irəli gələ bilər. Sözümü qəribliyə salmaq istəyənlər, heç olmazsa, son vaxtlar mətbuatda dərc olunan şerilərini oxusunlar. Elə iyirmi il əvvəl yazdıqlarını da oxuya bilərlər: Bir quru nəfəsdi, o da vaxt gələr, Görərsən budu ha getdi, gəlmədi. Mənim xoşbəxtliyim sənin dilində, Havaya deyilmiş quru kəlmədi. Azər adlı bir dostumuz deyir ki, Faiq qiymətini almayan uğurlu şairdir. Qoy elə onun qəzet yazılarını qavramayanların acığına qəzetçiliyin daşını atsın. Bunu edə bilər, şairliyini ki, ata bilməz. … Bilir hər şeyi. Adam sevər yerindən vurulanda sarsıntıdan gec ayılır, bəzən də heç ayılmır. Uşaq deyil ki, özü hər şeyin fərqindədir, həyatı və yazılarıyla: Görübən gəlirəm mən bu dünyanı, Hər şeyi yerinə öncə qoymuşam. Əllərim üstündə yeriyirəm ta, Yorğun ayağımı dincə qoymuşam. Bilir ki, tuşlanan oxlardan ürəyi qorumaq mümkün olsa da, onu bir soyuq baxışdan, biganə duyğulardan qorumaq çətindir: Bilinmir varllığın, bilinmir yoxun, Sənin tək çəkilib gözümdən yuxum. Gördüm ki, sinəmə tuşlanıb oxun, Onçün ürəyimi küncə qoymuşam. Və bir də onu bilir ki: Təməli qoyulur ayrılıqların. Hələ çiçəklərin ləçəyi nəmli, Hələ buludların gözləri yaşlı. Günləri qabaqda gözləyir bizi, Mən yaxşı bilirəm darıxmaq nədir, Mən yaxşı bilirəm ayrılıq nədir. Özüm də sevmirəm ad günlərini qeyd etməyi, elə bilirəm ki, tanışların da əksəriyyəti eyni qənaətdədir. Nədənsə, belə düşünürəm (mümkündür ki, mənim düşüncəm yanlış olsun). Amma Faiq Balabəylinin ad günündə, özü də qırx beşin tamamında, ürəyimdən nəsə yazmaq keçdi. Gərək hər şeyi vaxtında deyəsən. Yadıma Faiqin iyirmi beş il əvvəl yazdığı misraları düşdü: Bircəciyim, de sözünü, duruxma, Ömür keçir gözləyəmməz yaş durub. Məndən xəlvət ağlamısan deyəsən, Qurumayıb, yanağında yaş-durub. Ad günü təbriki yazmaq istəyirdim ha… Vasif SÜLEYMAN 50-in mübarək, arkadaş! |
2014-02-22 | 9,711 | Nazirlikdən ödənişli yollarla bağlı - Açıqlama | Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır. Bunu jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin (yolların tikintisi və yenidən qurulması) rəhbəri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, habelə ödənişli yolların yaradılması üçün hüquqi baza da olmalıdır. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb (Trend). Cavid Qurbanovun sözlərinə görə, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapital yaxud dövlətin qismən iştirakı yolu ilə iştirakı təcrübəsindən istifadə olunur. Cavid Qurbanovun fikrincə, ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunun zolaqlarının sayının artırılması və genişləndirilməsi layihəsi xidmət edə bilər. |
2014-02-22 | 9,712 | “Özün məhv olsan da, demokratiyanı xilas et” - “Qladiator” | Kinoşünas Aydın Dadaşovdan açıq dərs Kinorejissor Riddli Skottun quruluş verdiyi "Qladiator" (ssenari müəllifləri Devid Frantsni, Con Loqan, Uilyam Nikolson. 2000) filmində zəmidə addımlayaraq sünbüllərə barmaqlarını toxundurmaqla torpağa, dincliyə, həyata sevgisini bəyan edən ispan əsilli Maksimusun həmən aralarından keçdiyi döyüşçülərə "əkilən torpağı" qorumaq tövsiyəsi vətənpərvərlik kimi müqəddəs missiyanı canlandırır. Döyüş qabağı düşmənlə üz-üzə gəlməzdən öncə torpağı ovcuna götürüb qoxulamaqla: "Mən üç həftədən sonra öz məhsulumu yığacam, harada olacağınızı siz təsəvvür edin" xitabı ilə döyüşçülərə üz tutaraq cənnət vəd edən şəhidliyi dilə gətirməklə dini motivə də toxunan Maksimus bütün fiqurlardan bacarıqla istifadə etməyi bacaran ictimai xadimə çevrilir. "Əməlləriniz əbədiyyətə qovuşacaqdır" deyərək əsgərləri ilə döyüşə atılan sərkərdə demokratiyanın dadını duymuş romalıların qələbəsi ilə sonra dünyanın düzəninə çalışmaqla bəşəri əqidəyə söykəndiyini göstərir. Ömrünün son illərini xəstəlikdə keçirən imperator Mark Avrelinin özündən sonra hakimiyyətə gətirəcəyi geniş təfəkkürlü sərkərdə Maksimus demokratiyanın qarantına çevrilir. Məlumdur ki, yeni eranın demokratik təfəkkürə malik ispan əsilli Roma imperatoru Mark Avreli (121-180) II əsrin 70-ci ilində yunanca yazdığı "Semestria" (Düşüncələr) fəlsəfi əsərini demokratik idarəçilik prinsiplərinə həsr edir. İdarəçilikdə önəm verdiyi senatın iclaslarında şəxsən iştirak edən: "Demokratiya odur ki, xalq hakimiyyətə yerini göstərə bilsin" (Аврелий М. Соченения. М., 1991. с.131) kimi liberal tezisin müəllifi olan filosof-imperator Avreli danosçuluq və yalan ifadəyə görə cəza verilməsi, vətəndaş ləyaqətinin qorunması barədə qanunların qəbuluna nail olub. Mark Avrelinin (Riçard Xarris) iradəsiylə bu haqqı qazanmış vətənpərvər Maksimusun (Rassell Krou), yoxsa atasının ölümündən sonra onun şərəfinə kütləvi tamaşalar keçirməyi arzulayan oğlu Kommodusun (Xoakin Feniks) gələcəyi məsələsi filmdə ziddiyyətin təməlini qoyur. Vəzifə iddiasından uzaq, əkin-biçinə qayıtmaq istəyən Maksimusla təkbətək görüşdə Kommodusun əgər hakimiyyətə gələrsə, ordunu siyasətçilərə, senata qarşı qoymaq niyyətinin sezilməsi gözlənilən fəlakətin miqyasından xəbər verir. İyirmi beş il imperiyanın ərazisini döyüşlərlə genişləndirsə də, cəmi dörd il əmin-amanlıq gördüyünü deyən, ölkəsinin gələcəyindən nigarançılıq çəkən Mark Avrelinin Maksimusu hakimiyyətə gətirmək istəyini dilə gətirməsi onun ali məqsədini diqqət mərkəzində saxlayır. Mark Avrelinin ağıllı tədbirli dul qızı, Luçi adlı səkkiz yaşlı oğlu olan Domitilla ilə söhbətində Maksimus yeganə oğlunun da, o yaşda olduğunu bildirməklə gələcək nəsillər qarşısında borc missiyasını vurğulayır. Senatın hakimiyyəti idarə etmək iqtidarında olacağına qədər hakimiyyəti Maksimusa həvalə etdiyini oğlu Kommodusa bildirən Mark Avrelinin hərəkəti ziddiyyəti qızışdırır. "Sənin günahların ata kimi mənim məğlubiyyətimdir" deyib oğlunu bağrına basan atanın övladının qanlı əllərində boğularaq ölməsi insani münasibətlərin dramatizmini son həddə çatdırır. Vəziyyətdən hali olan Domitillanın şillələdiyi qardaşı Kommodusun əlini öpməklə: "Yaşasın Sezar!" deməyə məcbur olsa da, cinayətinə qarşı çıxdığı Kommodusun ata qatili olması barədə senatorlara xəbər vermək istəyən Maksimusun ölümdən xilas olması hadisələri davam etdirir. Ailəsini göndərilən əsgərlərdən xilas etməyə çatmayan Maksimusun yanmış zəmisi və evi fonunda oğlu və qadınının ayaqlarını sığallaması dərdin plastik həllini verir. Acı yuxusunda əllərini sürtdüyü sünbüllərin daşlaşması ilə ölümdən qayıdaraq qul kimi satılan Maksimusun haqq yolunda mübarizəni gözləməsi filmin ideyasını açıqlayır. "İspanlı" ləqəbi ilə qladiatora çevrilən Maksimusun ölüm savaşlarından qalib çıxmaqla məşhurlaşması onu daim qan görmək istəyən kütlənin sevimlisinə çevrilir. Ölkədə yayılan taun problemini belə senatda müzakirə etmək istəməyən imperator Kommodusun kütləni əyləndirmək üçün vaxtilə Mark Avrelinin qadağan etdiyi qladiator döyüşlərinə üstünlük verməsi xeyir-şər qarşıdurmasına yönələn addıma çevrilir. Yeganə məqsədi imperatorla qarşılaşmaq olan Maksimusun Kolizeyə gəlib çatması ideyanın reallaşması yolunda həlledici addıma çevrilir. Atasının şərəfinə hazırlanan təntənədə senatı ləğv edəcəyini söyləyən Kommodus bərpa etmək istədiyi monarxiyanın fəsadlarını görə bilməməklə faciəvi personaja çevrilir. Dəmir barmaqlıqlar arasındakı Maksimusun ona yaxınlaşan balaca Luçi ilə görüşü imperatorla qarşılaşmaya gedən yolun qısalığını bildirir. Dəstələrin meydandakı qarşılaşmasında sərkərdəlik məharətindən yararlanaraq qanlı qladiator döyüşlərindən qalib çıxan Maksimusun üzləşdiyi imperatora arxa çevirərək müstəviyə keçirir. Hələ ki, vəziyyətdən hali olmayan uzaq tribunalardakı kütlə tərəfindən alqışlarla qarşılanan Maksimusun qeyri rəsmi liderə çevrilməsi obrazlılığı artırır. Maksimusun sağ qalmasından hiddətlənən Kommodusun əksinə çıxan bacısı Domitillanın gələcəkdə hakimiyyətə iddiası olan oğlu Luçinin naminə təzyiqlərə dözməyərək şərə qarşı mübarizəyə qalxan, başda Qrakxın dayandığı senatdakı sağlam qüvvələrin tərəfinə keçməsi hadisələrə təkan verir. Zəncirləri daim boşaldılan pələnglərin hücum çəkdiyi, təkərlərinə nəhəng xəncərlər bağlanmış döyüş arabalarının cövlan etdiyi meydanda qanlı çarpışmalardan qalib çıxan Maksimusun üzərində qələbə çaldığı rəqibinə Kommodus barmağının işarəsi ilə məhkum etdiyi ölüm əvəzinə həyat bağışlamaqla rəhimdillik göstərməsi kütlənin ona rəğbətini hüdudsuzlaşdırır. Əlacsız qalan Kommodusun meydana çıxaraq, məhv etdirdiyi oğlu, qadını barədə təhqiramiz sözlərlə, qazandığı şan-şöhrətinin itirilməməsi naminə Maksimusun əlilə ölümü qəbul etməyə hazır olması onun mənəvi iflasını canlandırır. Şərin cəzalandırılmasını zamanına saxlayan general Maksimusun kütlənin alqışları altında meydanı tərk edərkən keçmiş əsgərləri ilə ünsiyyətə girməsi, dövlətçiliyin taleyinin müsbət həll ediləcəyinə güman yaradır. Domitillanın senator Qrakxla görüşdürdüyü Maksimusun əsrlərdən bəri Romanın şəhər divarlarından içəriyə daxil olmaq ixtiyarı verilməmiş orduya çataraq ona sadiq döyüşçüləri şəhərə gətirməklə, hakimiyyəti senata verərək Mark Avrelinin son vəsiyyətini yerinə yetirmək niyyəti ideyası uğrunda ölməyə belə hazır olan personajı xarakterə çevirir. Bacısı Domitilla ilə intim münasibətdə keçmiş sevginin təzahürləri üzə çıxdıqdan sonra bu izdivacdan doğulan uşaqdan üstü örtülü işarə vurulan Luçinin "Romanın xilaskarı Maksimus"a bənzəmək istəyini dayısı Kommodusun üzünə çırpması qarşıdurmanı aşkarlayır. Luçinin başı üzərindəki təhlükəni hiss edən bacının gözlənilən çevriliş barədə Kometi xəbərdar etməyə vadar olması, senator Qrakxın qətlə yetirilməsi fonunda yeraltı yolla qala divarlarını keçən Maksimusun həbsi əks mövzunu inkişaf etdirir. Gələcək varisi bacısından törətmək istəyən vəhşiləşmiş Kommodusun həbs etdirib əl-qolunu bağlatdığı Maksimusla Kolizeydə təkbaşına döyüşə çıxmaq niyyəti finalı yaxınlaşdırır. Onun bıçağı kürəyinə saplayıb yaraladığı əl-qolu bağlı Maksimusla üzbəüz döyüşdə məğlub olması xeyirin təntənəsinə çevrilir. Maksimusun ölüm qabağı Mark Avrelinin vəsiyyətinə uyğun olaraq hakimiyyəti senata qaytarması xeyirin əbədiliyini səciyyələndirir və ruhu qadınına və oğluna qovuşan Maksimusun ölümü demokratiyanın həmişəyaşarlığına təminat verir. Zənci qladiatorun xırda insan fiqurunu torpağa basdıraraq azadlıq yolunda mücadiləyə qalxması "İnsan həyatı əbədiyyat fonunda bir andır" (s.14) kimi düşünməklə bəşəriyyətin gələcək taleyini, çoxluğun iradəsinə hörmət hissini önə çəkən Mark Avrelinin: "Özün məhv olsan da, demokratiyanı xilas et" (s.278) çağırışında gizlənən ideyanın çiçəkləndiyini göstərir. |
2014-02-22 | 9,714 | Rusiya Qafqazda pilotsuz təyyarədən istifadəyə başladı | İşğalçı Rusiya Qafqazdakı hərbi fəaliyyətində artıq pilotsuz təyyarələrdən də yararlanır. "Axar.az" xəbər verir ki, bu mövzuda Cənub Hərbi Mərkəzin komandiri general-polkovnik Aleksandr Qalkin tərəfindən açıqlama verilib. Az müddət əvvələ qədər Rusiya pilotsuz kəşfiyyat uçuşlarından istifadə etməkdə Avropa ölkələrindən ciddi fərqlə geridə qalırdı. Rusiyalı generalın açıqlamasını dəyərləndirən hərbi ekspertlər Rusiya tərəfindən sensasiyalı və gözlənilməz irəliləyiş olduğunu bildiriblər. |
2014-02-22 | 9,715 | Parlament sədri istefa verdi | Ukrayna Ali Radasının sədri Vladimir Rıbak istefası ilə bağlı bəyanat verib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Rada sədrinin qərarını vitse-spiker Ruslan Koşulinski iclas başlayan zaman açıqlayıb. Onun sözlərinə görə, Rıbakın istefasına səbəb səhhətindəki problemlər olub. |
2014-02-22 | 9,716 | Maydanda Berkuta qarşı çeçen mücahidləri döyüşür | Ukraynada etirazçıların tərəfində xüsusi təlimlər keçmiş şəxslər savaşır. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, bu, Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı kadrlarda və polis əməkdaşlarının aldığı güllə yarasından görünür. İddiaya əsəsən, dinc nümayişçilərə qarşı Berkutu tək "UNO-UNSO" kimi millətçilər deyil, həmçinin Cövhər Dudayevin hərbi bölmələrində təcrübə keçmiş "Qafqaz əmirliyi" adlanan islamçılar qızışdırır. Bildirilir ki, mücahidləri Maydana bir vaxtlar Çeçenistanda savaşmış Ukrayna Milli Assambleyasının (UNO-UNSO) üzvləri dəvət edir. Məsələn, yanvar ayının sonunda Rovno şəhər administrasiyasının ələ keçirilməsinə Cövhər Dudayevin şəxsi mühafizəsinə rəhbərlik etmiş "Biliy" ləqəbli Aleksandr Muzıçko rəhbərlik edib. Rus hərbçilərinin öldüdürülməsinə görə o, İçkeriyanın Xalq Qəhramanı seçilib. "Vikinq" bölməsinin kifayət qədər üzvü də Çeçenistanda ruslara qarşı savaş aparıb. Ona görə də ruslar belə qənaətə gəlib ki, Maydana ortanı alovlandıracaq yetərincə peşəkar təxribatçılar toplaşıb. Bildirilir ki, bir vaxtlar "içkeriyalıların" köməyinə gələn "benderçilər"ə indi çeçen mücahidləri əvəz qaytarır, onların köməyinə gəliblər. |
2014-02-22 | 9,718 | Alim Qasımovdan heyrətamiz tryuklar - Video | Fevralın 28-də Heydər Əliyev Sarayında konsert verəcək Fərqanə Qasımova ciddi məşqlər edir. "Axar.az" böyük sənətkar Alim Qasımovun rəhbərliyi ilə keçirilən məşqlərdə ustadla qızının maraqlı tryuklarını lentə alıb. |
2014-02-22 | 9,719 | Qobustanda silah tapılıb | Qobustan rayonunda silah-sursat tapılıb. Qobustan rayonunun Şıxsərli kəndinin ərazisində 1 ədəd "F-1" qumbarası, 1 ədəd "Z-82" qumbarası tapılaraq DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərsizləşdirilib, 2 ədəd tank əleyhinə qumbara və 9 ədəd alışdırıcı götürülərək RPŞ-yə təhvil verilib(Trend). |
2014-02-22 | 9,720 | BDU-nun narazı tələbələrinə cavab verildi | Apellyasiya Komissiyasına müraciət edən Bakı Dövlət Universitetinin tələbələrinin əksəriyyətinə müsbət cavab verilib. Bu baradə BDU-nun mətbuat xidmətindən məlumat verilib. BDU-dan bildirilib ki, dünən Universitetində keçirilən təcili müşavirədə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemlərinə baxılıb: "Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Müraciətlərin əksəriyyəti imtahanlar və kreditlərlə bağlı olub. Əksər tələbənin problemi yerindəcə araşdırılıb və onlara müsbət cavab verilib. Bu cür müşavirələr hər il olur. Komissiya iclasında tələbələrin imtahanlarda bir balla kəsilməsi, əlavə kredit götürməsi və s. kimi məsələlər müzakirə olunur. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında ətraflı məlumat ala biləcəklər". BDU-nin mətbuat xidmətindən bildirilib ki, komissiya iclasında Nazirlər Kabinetinin qərarına etiraz edən tələbələrin şikayətlərinə baxılmayıb. Qeyd edək ki, dünən BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və imtahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib. |
2014-02-22 | 9,721 | Manhettendə kababçı işləyən Mahir müəllim... | Kababın qoxusunu haradan olur-olsun hiss edəndə istər-istəməz mədəndə arzular baş qaldırır. O dəqiqə odun üstündə qızaran dadlı təamı ağzında hiss etmək istəyirsən. Elə biz də kabab iyinə getmişdik, amma fikrimizdən vaz keçib reportaj hazırlamaq qərarına gəldik. Montin qəsəbəsinin ara küçələrində, insanların qələbəlik yerində, yol kənarında tüstülənən manqallardan gələn kabab iyi bizi özünə çəkdi. Bakıda heç vaxt küçənin ortasında belə yemək satılan yerlər görmədiyim üçün açıq havada hazırlanıb satılan bu möhtəşam təam məni daha da cəlb etdi. Deyim ki, kababçılarla söhbət kababından özündən heç də az ləzzətli olmurmuş. Biz bildik, siz də bilin. Təkcə Qarabağı ermənilərə vermədik... Mahir dayı ilə bir balaca söhbət edəndən sonra, nə qədər maraqlı bir insan olduğu anlaşıldı. Montində qaçqın yataqxanasında qalır. Köçkünlükdən əvvəl müəllim işləyirmiş. Amma Bakıya gələndən sonra bircə dəfə də sinif otağına girməyib. Əlqərəz, Fizuli rayon sakini Mahir Huseynov müəllimlik sənətinin daşını o vaxtdan atıb, yapışıb manqaldan. Mahir dayı "təkcə Qarabağı ermənilərə vermədik deyir, orda ruhumuzu da qoyub çıxdıq",- deyir. Xatirlələr dumanında "Səhər-səhər itlərin, xoruzların səsinə qalxıb həvəslə işə gedirdim. Məktəbə çatana qədər, yol boyu uşaqlar məni salamlayırdı. Çox gözəl günlər idi. İnsan heç vaxt yaşadığı günləri düzgün qiymətləndirə bilmir. Həmin vaxtlar üçün burnumun ucu göynəyir". Kababçı Mahir müəllim... Hiss olunur ki, 60 yaşlı bu insanın ürəyi doludur, onunla əgər keçmiş günlərdən söhbət açmaq istəsən, içindəki acının, yanğının şahidi olarsan, belə lap dəqiq desək, ürəyin kabab olar. Bunu söhbətmizin binasındanca anlamışdım. Mahir dayıya əvvəllər "Mahir müəllim" deyərmişlər, indi isə "kababçı Mahir". Kababdan çıxan çörək Bütün ümidlərini, xatirələrini, uşaqlıq illərinin hamsını itirib. Dediyinə görə, 10 ildir ki, çörəyi kababdan çıxır. Müəllimlikdən sonra kababçı işləmək onun üçün elə də asan deyil. "Bir var qışın soyuğunda dayanıb, kabab bişirəsən - bu işdən, sadəcə, qazanc götürmək olar, bir də var, əlində sinif jurnalı gələcəyin həkimləri, müəllimləri, böyük adamları oxuyan siniflərə girəsən. Çox ağır dərddir. Yelpiklə manqalda qızarmaqda olan közü həvəslə yelləyir. Hava da külək. Deyəsən bunu sırf vərdişdən edir. Manqalın külü tez-tez üstümüzə tökülür. Yaşarmış gözündən külü təmizləyə-təmizləyə, "Bakının külündən belə, vətən qoxusu almaq olmur",- deyir. "Qarabağ şikəstəsi"ni züm-zümə eləyə-eləyə şişləri çevirir. Yaxınlaşıb kabab almaq istəyən müştərilərə heç əhəmiyyət vermir. Müştəri kababını alıb lal-dinməz gedir. Yeri gəlmişkən bir şiş kababın qiyməti 3 manatdır. Evdəkilərlə də danışmıram "Mən ümumiyyətlə, Qarabağdan sonra bütün dərdlərimi içimə atmışam. Üç övladım var, evdəkilərlə də danışmıram. Ancaq ürəyimdə vərə-vürd edirəm. Yaşlaşdıqca torpaq adamı özünə çəkir. Amma təsəvvür edəndə ki, o torpağa dönə bilməyəcəm, bilirsiz... bunu sözlə başa salmaq çox çətindir". Manhettendə kababçı "Bir dəfə bir əcnəbi ilə yaxşı söhbət etdik. Elə sizin kimi, yaxınlaşıb kababla-filan maraqlandı. Yanında tərcüməçisi də vardı. Ona vətən həsrətindən, evimi itirdiyimdən, ağır dolanışığımdan danışdım. Mənə dedi ki, gəl, səni aparım Amerikaya, hər şey yadından çıxacaq (gülür). Təsəvvürünüə gətir də, Amerikada kababçı işləyirsən... Dedim, o kinolarda gördüyüm Manhetten var e, orda da yaşasam, Qarabağ Qarabağdı e-e. O da cavab verdi ki, onda ermənilər elə bunu bildiyi üçün oranı işğal edib də. Bu əcnəbiyə hörmətim birə-beş artdı, elə bildim, Qarabağı geri qaytardıq. Xarici vətəndaş, özü də iş adamına oxşayırdı, mənim bildiyim həqiqəti bilirdi. Gözlərim doldu o anda, nə doldu... Sağ olsun, ara-sıra mənə baş çəkməyə də gəlir". Onlar olmasaydı, ölərdim "Güzəranım, yaxşıdı, ailəmi dolandıra bilirəm, onlar üçün yaşayıram. Olmasaydılar, ölərdim. Bundan sonra heç bir mənası yoxdur həyatın. Daha nə fərqi - kababçı işləyim, ya müəllim. Tüstü, salamat qal... Yenə də gözləri dolur, onun acısını anlayıb, söhbəti kəsmək istəyirəm. O da mənim narahatçılığımı başa düşür: "Sizi də çox yormayım, hərdən mənə baş çəkməyi unutmayın, xeyli yüngülləşirəm danışanda",- deyir. Söz verib ordan ayrılıram. Kabab iyi isə, hələ xeyli arxamca gəlir... |
2014-02-22 | 9,722 | Azərbaycanda 46 yaşlı kişi yanaraq öldü | Azərbaycanda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Əlizamin Müzəffərov yaşadığı evdə sərxoş vəziyyətdə çəkdiyi siqaretin yatağına düşməsindən baş verən yanğın nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır(apa). |
2014-02-22 | 9,723 | Polis ölən şəxsin yaxınlarını axtarır – Elan | Göygöl Rayon Polis Şöbəsi vəfat etmiş şəxsin yaxınlarının axtarır. Rayon Polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, 1966-cı il fevralın 21-də Ağdam şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5A, mənzil 36-da qeydiyyatda olan Nuriyev Elşad Soltan oğlu bu il fevralın 19-da Göygöl rayonu ərazisində yerləşən işlədiyi təkər təmiri sexlərindən birində ehtiyatsızlıqdan yıxılaraq ölüb. Lakin onun ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmadığından meyid yaxınlarına təhvil verilməyib. Məlumatda o da vurğulanıb ki, Elşad Nuriyevin ailə üzvlərindən və yaxınlarından təcili olaraq Göygöl Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq, (02220) 5-22-79, 5-28-28 nömrəli şəhər və (050) 332-56-30 nömrəli mobil telefonlara zəng etmələri xahiş olunur. |
2014-02-22 | 9,724 | “Məni Yanukoviçlə birgə güllələyin” | Leonid Kravçuk onun Yanukoviçlə birgə güllələnməyini istəyir. "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın birinci prezidenti Lionid Kravçuk kanalların birinə müsahibə verərkən deyib. O, ukraynalıları silahlarını yerə qoymağa çağırış edərək, artıq belə bir ölkədə yaşamaq istəmədiyini bildirib: "Mən prezidenti öldürmək lazımdır deyilən bir ölkədə yaşamaq istəmirəm. Əgər belədirsə, məni də onunla birlikdə güllələyin". |
2014-02-22 | 9,725 | Təhsil Nazirliyindən BDU-dakı hadisələrə - Reaksiya | "Tələbələr hələ də dərk etmirlər ki, bu qərar onların özünə çox sərfəlidir. Onlar Boloniya sisteminin mahiyyətini dərk eləmirlər. Müəllim, ya dekan kəsirə görə tələbədən pul ödəməyi tələb etmir. Sadəcə, Boloniya sisteminin mahiyyəti belə diktə edir". Bu sözləri Təhsil Nazirliyinin rəsmisi Bakı Dövlət Universitetində tələbələrin aksiyasına münasibət bildirərkən "Axar.az"a deyib. Nazirlik əməkdaşı tələbələrin "Kəsrə görə pul ödəməyək" şüarı ilə təşkil etdikləri aksiyanı aldıqları təhsil sisteminə zidd sayır: "Bu qərarı Nazirlər Kabineti qəbul edib. Əsaslandırılmış qərardır. Belə qərarlar hər şey nəzərə alınaraq qəbul edilir. Kəsirə görə tələbələrin pul ödəməsi Boloniya prinsiplərinə zidd deyil. Bugünkü təhsil sistemi bunu tələb edir. Tələbələr Avropa təhsilindən danışırlar, belə təhsil sistemi istəyir gənclər. Avropada təhsil belədir". Nazirlik nümayəndəsi bildirib ki, Təhsil nazirliyinin təsmiləri narazı tələbələrlə görüşüb, şikayətlərini dinləyib: "Onların diqqətinə çatdırdıq ki, etiraz etdikləri qərar təhsil aldıqları Boloniya sisteminin prinsiplərinə uyğundur. Ümid edirik ki, belə bir hal növbəti dəfə təkrarlanmayacaq". Xatırladaq ki, fevralın 20-də BDU-nun tələbələri alt qrupda təhsil alanların dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz ediblər. Növbəti belə aksiya fevralın 24-nə təyin olunub. |
2014-02-22 | 9,726 | Azərbaycanda quş qripinin yayılması ilə bağlı rəsmi açıqlama | Fevralın 10-dan quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq başa çatıb. "Axar.az" Dövlət Baytarlıq Xidmətinin saytına istinadən xəbər verir ki, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 31 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 320 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Bununla əlaqədar olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bildirib ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır. Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 31-də başlanması nəzərdə tutulur. Hal-hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. |
2014-02-22 | 9,727 | Ukrayna beş yerə parçalanacaq – Şok rəy | Ukraynada vəziyyət nəzarətdən çıxıb. Heç kim hökumətin atdığı addımlarla razılaşmır. Müxalifət də öz etibarını Maydanda itirib. Lakin əsas diqqət ediləsi məqam Rusiyadır. Nədənsə Rusiya susub. Bununla bağlı tanınmış Rusiya politoloqu Qriqoru Trofimçuka müraciət etdik. Ona hazırda ən çox cavab axtarılan üç sualı verdik. - Rusiya həqiqətənmi Ukraynanı itirdi? - Zbiqnev Bjezinskinin ən böyük arzusu reallaşdı. 21 fevral 2014-cü ildə Yanukoviçlə "kaputilyasiya aktı"nın imzalanmasından sonra Rusiya Ukraynanı itirdi. Amma hələ bu, son deyil. Lukinin Kiyevə səfərindən (bir vədələr Çernomırdinin Yuqoslaviyaya səfəri kimi) sonra Rusiyanın bu şansının qalıb-qalmayacağı aydınlaşacaq. Qərar məmurların istəyincə yox, siyasi olmalıdır. Qərar - postsovet məkanının böyük bir hissəsini müharibə, dağıntılar və xaosdan qorumağa imkan verməlidir. Tam inamla deyə bilərəm ki, qərarlar prinsipcə var. Sadəcə olaraq, onlar idarəedici orqanlarda əyləşən məmurlar, iqtisadçılar, hüquqşünasların başında yoxdur. Ona görə də hazırkı məqamda Bjezinski əsas simadır. Rusiyanın hələ ki, öz "Bjezinskisi" hərəkətə keçməyib. Qeyri-müharibə xarakterli qərara gəlincə isə, yalnız bir şeyi məsləhət görə bilərəm. Ukraynanın qərbində yaşayan milyonlarla normal insana diqqət edin. Bu insanları "kəsilib atılmış bir parça" hesab edib, heç kim onlarla işləmir. Bu isə ən böyük səhvdir. Avropa İttifaqında isə bu çoxmilyonlu ac kütləni heç kim yemləmir. Ona görə də əsl siyasətçi hazırda Ukrayna məsələsini "diplomatik", formal və boş yolla həll etməkdənsə, sosial rifaha yer ayırardı. Bu isə çoxları üçün gözlənilməz gediş olardı. - Rusiya bundan sonra Qərbə qarşı adekvat addım ata bilərmi? - Düzünü desəm, yox. Bu addımı biz gözləyə bilmərik. Biz bunu Yuqoslaviyada, İraqda, Liviyada və digər yerlərdə gözləyirdik. Amma heç yerdə müşahidə edə bilmədik. Çox təəssüf ki, burada da görməyəcəyik. Problem ondadır ki, müasir Rusiya qərb sivilizasiyasının bir parçasıdır. Əgər kimsə unudubsa, deyə bilərəm. Moskva liberaldır. Artıq köhnə sovet Moskvası deyil və bunları da artıq qarışdırmaq lazım deyil. Bununla da Qərb Putini diktator, ruslar isə demokrat (bu rusların başa düşdükləri "demokrat" anlayışıdır) hesab edirlər. Kaş bu tərsinə olardı. Ukrayna ABŞ və NATO-nun Rusiyanı yoxlamaq üçün sonuncu testidir. Onlar bu testdə sonuncu dəfə öyrənməyə çalışırlar ki, Rusiya özünü nə dərəcədə müdafiə etməyə hazırdır. Ukrayna testi bir daha göstərdi ki, Rusiya yenə də Ukraynadakı siyasi böhranı Qərb ssenarisinə görə həll etməyə hazırdır. Əsas odur ki, onun özünə toxunmasınlar. Rusiya SSRİ-nin bir zaman özünü müdafiə etmək üçün yaratdığı bütün müdafiə baryerlərinin hamısını əldən verdi. İndi isə hər şey o məqama çatıb ki, bundan belə o özünü müdafiə etməkdən ötrü döyüşəcək. Artıq öz təhlükəsizliyini siyasi, qeyri-hərbi yolla təmin etmək alınmayacaq. Qərb qəsdən Rusiyanı bu istiqamətə, xüsusilə də Ukraynaya doğru itələyir. Əgər Rusiya, sadəcə, sözlərdə belə Ukraynaya öz qoşunlarını yeritməyini bəyan etsəydi, bu, Vaşinqton üçün hədiyyə olardı. - Yəni Ukrayna parçalanacaq… - Ukrayna bu məqamda ərazisinin parçalanmasına çox yaxındır. Problem orasındadır ki, rəsmilər siyasətçi düşüncəsinə malik deyillər. Məsələn, Xarkovu az qala ölkənin şərqinin paytaxtı elan edən yerli rəsmilər nə etdiklərini anlamırlar. Qısası, bu dəqiqə Ukraynanın bütövlüyünü qorumaq olar, amma rəsmilərin rəhbərliyi altında yox. Burada başqa bir şeyi də söyləmək olar. Ukrayna hamının bildiyi iki klassik hissəyə "Qərb" və "Şərq"ə bölünməyəcək. Ən azından 5 hissə nəzərdə tutulub. Hər kəs Krım və Donbas haqqında danışır. Amma nədənsə heç kim bir başa Ukraynanın ürəyində yerləşən "Respublika Podkarpatskoy Rus"u yadına salmır və heç xatırlamaq da istəmir. Mənə görə, Krım da çox təhlükəli yerdir. Hər şeydən öncə Rusiya və özü üçün təhlükəlidir. Krım rəsmiləri unudurlar ki, Krım Cənubi Osetiya deyil. Hətta vətəndaşların əllərində rus pasportları olsa belə, burada vəziyyət tamam ayrı cür olacaq. Hələ ki, Ukrayna bütövdür. Ukraynanı xilas etmək olar, amma görünür, bunun haqqında hələ heç kim fikirləşmir. İlk növbədə isə bura Ukrayna hakimiyyətini aid etmək olar. Rusiyaya gələndə isə onun üçün ən sərfəli variant bütöv, stabil, güclü Ukraynadır. Yerdə qalan bütün hallarda Rusiya, sadəcə, öz cənub-şərqində böyük bir xaosla qarşı-qarşıya qalacaq. Xeyli rus "eskperti" uzun zaman ukraynalıların ləhcəsi və dilinə gülüblər. İndi cəsədlərinizi götürün və imzalayın. İsti "piy" isə bir azdan reallıqda olmayan bütün Rusiya-Ukrayna sərhədi boyunca axacaq. |
2014-02-22 | 9,728 | Bakının mərkəzində güclü yanğın - Foto/Video | Köhnə "Bakı" univermağının yanındakı, Üzeyir Hacıbəyov 75/89 ünvanındakı yaşayış binasında güclü yanğın başlayıb. Musavat.com-un hadisə yerindən verdiyi məlumata görə, yanğın şiddətlidir. Oxuculara aydın olsun deyə bildirək ki, bina "Hökumət Evi" ilə üz-bəüzdür, "Yazıçılar binası" da deyilir. Əməkdaşımızın sözlərinə görə, artıq FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir və alovu ram etməyə çalışırlar. İlkin versiyaya görə yanğın binanın havalandırılma sisteminin nasazlığına görə başlayıb. Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişçmədə) qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. |
2014-02-22 | 9,729 | Kliçkodan Yanukoviçin istefası ilə bağlı şok fikir | "Bu gün Yanukoviçin istefası real deyil". "Axar.az" xəbər verir ki, bu sözləri Zərbə Partiyasının lideri Vitali Kliçko KİV nümayəndələrinə müsahibə verərkən söyləyib: "Yanukoviç istefa verməyəcək. Bu, real deyil. Ona görə də addım-addım hərəkət etmək lazımdır". |
2014-02-22 | 9,730 | Əfqanıstanda məscid partladıldı | Əfqanınstanın Xost əyalətində yerləşən məscid partladılıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Xost əyalət rəhbərliyinin mətbuat katibi verdiyi açıqlamasında naməlum şəxslər tərəfindən məscidin içərisində partlayış törədildiyini deyib. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əfqanıstan hökuməti partlayışda Talibanı qruplaşmasını günahlandırıb. Partlayışla bağlı araşdırma aparılır. |
2014-02-22 | 9,731 | Ukraynada yeni parlament sədri seçildi | Ukrayna Ali Radası Aleksandr Turçinovu yeni sədr seçib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, parlamentdə səsvermədə iştirak edən bütün deputatlar onun lehinə səs veriblər. Aleksandr Turçinov bu gün istefa verən Vladimir Rıbakın yerinə seçilib. Qeyd edək ki, Turçinov hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun ən yaxın adamı sayılır. |
2014-02-22 | 9,732 | Ərdoğan fətullahçıları TRT-dən necə təmizlədi? – Video | Polis sənədlərini sızdırması ilə tanınan "haramzadeler333" tvitter hesabı Baş nazirin yeni səs yazısını yayımlayıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğanın müşaviri Mustafa Varank ilə TRT idarəçisi arasında baş verdiyi iddia edilən dialoqda Varank TRT xəbər idarəsinin müdir müavini Ərol Yüksəlin qovulmasını istəyir. Dialoqda olduqca əsəbi görünən Mustafa "TRT" idarəçisinə Erol Yüksəlin kim olduğunu soruşur. İdarə müdirinin müavini olduğunu öyrəndiyi zaman Yüksəlin "hazırlıq kurslarının haqqı, millətin haqqıdır" kimi tvitlər atdığını deyərək, "bunlar şir ürəyi yeyibmi, bu cəsarət haradan gəlir?" kimi sözlərlə reaksiya göstərir. Qulağını çəkərik TRT idarəçisi Yüksəlin artıq qaşınmağa başladığını deyib, "qulağını çəkərik" cavabını versə də, Mustafa Varank bunun yetərli olmayacağını, işdən qovulmağının vacib olduğunu bildirib. |
2014-02-22 | 9,733 | İran turizmdə də Ermənistanla əməkdaşlığı genişləndirir | 20-21 fevral tarixində İrəvanda Ermənistan və İran arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan növbəti sessiya keçirilib. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, tədbirdə əsasən əməkdaşlığın texniki məsələləri və təsdiq olunmuş ilkin layihələrin həyata keçirilməsi müzakirə olunub. İki ölkənin müvafiq qurumlarının iştirak etdiyi toplantıda Ermənistan iqtisadiyyat və turizm naziri Mekxak Apresyan bildirib ki, 2013-cü ildə İrandan Ermənistana 110 min, əks isttiqamətdə isə 5400 turist səfər edib. İlk dəfə bu tip tədbirə qatıldığını bildirən İran İrsinin Təşkili təşkilatının marketinq şöbəsinin müdiri Seyid Məhəmməd Kazım Xalidi vurğulayıb ki, Ermənistanda özünü öz evindəki kimi hiss edir. İranda erməni icmasının əsrlərlə yaşadığını açıqlayan Xalidi əlavə edib ki, hələ bir müddət öncə imzalanan müştərək layihələrin yeni və çevik forma alması üçün müxtəlif proqramlara hazırlaşırlar. Xatırladaq ki, bu yöndə tərəflərin ilk texniki sessiyası 2010-cu ildə Tehranda düzənlənib. |
2014-02-22 | 9,734 | Jirinovski: “Biz Ukraynadan getməyəcəyik” | "Kiyev snayperləri Ukrayna və Rusiya arasındakı münaqişəni provokasiyaya çəkir". "Axar.az" xəbər verir ki, bu sözlərlə LDPR lideri Vladimir Jirinovski çıxış edib: "Burada üçüncü qüvvə hərəkət edir. Biri var Maydan, biri də var anti-Maydan. Üçüncü qüvvə isə həm maydançıları, həm də anti-maydançıları güllələyir. Onların əsas məqsədi maydançıların geri çəkilməməsi və Rusiya ilə Ukrayna arasında böyük müharibənin başlanmasıdır. Ukrayna bizi Əfqanıstan kimi özünə çəkir. Lakin biz Əfqanıstandan olduğu kimi Ukraynadan da getməyəcəyik". |
2014-02-22 | 9,735 | Bakıda yanan bina ilə bağlı rəsmi məlumat | Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb. Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib. Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: "Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq". Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb (apa). |
2014-02-22 | 9,736 | Baba nəvəsinə Lamborgini hədiyyə etdi | Çinli ixtiraçı Guo adlı şəxs ümumilikdə 821 dollar xərcləyərək nəvəsi üçün dünyaca məşhur avtomobil markası Lamborgininin mini variantını istehsal edib. "Axar.az" xəbər verir ki, Guo altı aylıq istehsal müddətindən sonra 2 metr uzunluğunda və 1 metr enində ərsəyə gələn avtomobili nəvəsinə hədiyyə edib. Mini avtomobil, elektrikli velosiped və metal parçalarından istifadə olunaraq hazırlanıb. Avtomobil tam batareya tutumu ilə 60 km məsəfə qət etmək gücünə malikdir. Mini avtomobilin şəkillərini təqdim edirik: |
2014-02-22 | 9,737 | Jurnalistlər BDU-ya niyə buraxılmır? – Rəsmi | Bakı Dövlət Universitetində vəziyyət yenidən gərginləşib. Tələbələrin "Axar.az"a verdiyi məlumata görə, universitetə girmək mümkün deyil. Mühafizəçilər universitetin həyətinə gedən kütləvi yolları bağlayıb. Universitet tələbələrini yalnız bir qapıdanm tələbə biletlərini yoxlayaraq buraxırlar. Bildirilir ki, bu addımın atılmağının əsas səbəbi jurnalistlərin BDU-ya daxil olmasının qarşısını almaqdır. Tələbələr deyir ki, universitetdə olan hadisələrin foto və videolarının çəkilməsini rektorluq istəmir və qadağa onunla bağlıdır. BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirdi ki, belə bir qadağa olmasa da, jurnalistlərin şənbə günü universitetə gəlməklərini başa düşmür: "Jurnalistlər BDU-ya niyə gəlib ki? Bilmirlər ki, şənbə günü universtitetdə iş günü deyil? Həftənin başqa günlərində gəlsələr, onları həyətə buraxacaqlar. Universitet rəhbərliyinin jurnalistləri həyətə buraxılmaması ilə bağlı isə heç bir göstərişi yoxdur". |
2014-02-22 | 9,738 | Heç kəsi görmək istəmirəm | Dünən axşam ağsaqqal şair Fikrət Sadığa telefon açdım. Onunla görüşüb "Xatirə dəftəri"ni birlikdə vərəqləmək istəyirdim. Salamlaşdıq. Həmişə sakit, həlim səslə danışam şairin səsində bu dəfə qəribə bir kədər vardı. Səsi uzaqlardan gəlirdi - tarixin yeddi arxa dönənindən... bir qədər də xətdə xırıltı çoxalmışdı. Arada öskürdü və hiss etdim ki, şairimiz özünü soyuğa verib. İllərin soyuğundan, sazağından keçib gəlmiş bir insanın bir ötücü soyuqdəyməyə təslim olması mənim üçün inandırıcı olmadı. Kefini, səhhətini soruşandan sonra, niyyətimi ona açıb dedim: - Fikrət müəllim, sizinlə görüşmək istəyirdim. - Evdən çıxmıram, bala, xəstəyəm. Birliyə gələndə görüşərik. Çox sağ ol ki, zəng etmisən... Ancaq adını bir də de, kimsən, tanımadım axı. - Faiqəm. Balabəyli. - Hə. Ay Faiq, ay bala, çox sağ ol ki, zəng etmisən, narahat olmusan, sevindirdin məni. Ağsaqqal şairlə bir qədər də söhbət etdik. - Nədən yazacaqsan, nə soruşacaqsan, hər şeyi danışmışam da, eyni suallar, eyni cavablar olacaq... Sən incimə, bilirəm məni oxumusan, amma indi elələri var ki, sən incimə... Özünə götürmə. Heç kəsi görmək istəmirəm. Nə yaxşı zəng elədin... Sənə minnətdaram ki, məni yada salmısan... Allahdan şəfa diləyirəm: - Şair, tez sağalın, sizi istəyənlər, sizin üçün darıxanlar çoxdur. Minnətdarlıq edir: -Hə, arada zəng edənlər olur, – səsində bir giley hiss olunur. - Dedim, əziyyət olmasaydı, görüşərdik, – hiss edirəm ki, yerində olmayan inadkarlıq edirəm. - Yox, üz vurma. İlyasla danışmısan, oxudum. Yaxşı eləmisən. Nədən danışacaqdıq? - Elə xatirələrinizi vərəqləyəcəydik birlikdə... - Yaxşı olardı, amma heç kəsi görmək istəmirəm. Amma inşallah, görüşərik "Yazıçılarda"... Sağollaşdıq. Şairə Allahdan şəfa dilədim. Yaxın günlərdə onun "Xatirə dəftəri"ni oxucularımız üçün vərəqləmək ümidiylə.. |
2014-02-22 | 9,739 | Ukraynada Daxili İşlər Nazirliyi də müxalifətə verildi | Ali Rada fevralın 22-də keçirilən yığıncağında müxalifətçi "Batkivşina" fraksiyasının üzvü Arsen Avakovu daxili işlər vəzifəsinin icraçı təyin edib. Unian.net-in yaydığı xəbərə görə, müzakirələrdə iştirak edən 324 deputatın 275-i qərarın lehinə səs verib. Avakov koalisyon hökumət yaradılana qədər bu vəzifəni icra edəcək. Qeyd edək ki, Arsen Avakov ən fəal avromaydançılardandır(musavat). |
2014-02-22 | 9,740 | Avropalı nazir: “İmzalamasan, öləcəksən” – Video | "Əgər bu razılığı dəstəkləməsən, müharibə qanunları işə düşəcək". "Axar.az" "Hürriyət"ə istinadən xəbər verir ki, Ukraynada davam edən böhranda müxaliflərlə iqtidar arasında vasitəçilik edən avropalı səlahiyyətlilərdən biri də Polşanın Xarici İşlər naziri Radoslav Sikorski idi. Nazir Sikorski çətin keçən görüşlər vaxtı bir salondan çıxdığı zaman müxalifət təmsilçilərindən birinə "əgər bu razılığı dəstəkləməsən, müharibə qanunları işə düşəcək, ordu gələcək. Bax o zaman hamınız ölmüş olacaqsınız",- dediyi zaman kameralara tuş gəlib. Nazir bu sözləri dedikdən sonra İTV Nyus-un müxbiri müxalifətlə razılığa gəlib-gəlmədiklərini soruşub. Nazir, sadəcə, sürətli bir şəkildə "bilmirəm" deyə cavab verib. |
2014-02-22 | 9,741 | Xarkovda deputatlar hökuməti ələ keçirdilər | Ukraynanın Xarkov şəhər məclisinin deputatları Krım, Sevastopol da hökuməti ələ keçiriblər. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla bağlı deputatlar qətnamə hazırlayıblar. Qətnamədə deyilir: "Biz, yerli özünüidarə orqanları, Krım Muxtar Respublikasının Ali Radası konstitusion vəziyyətin, bütün ərazilərdə qanun və insan haqlarının təmin olunmasını öz üzərimizə götürürük". Qətnamədə həmçinin bildirilib ki, bu vəziyyət Kiyevdə sabitliyin tam təmin olunmasına qədər davam edəcək. |
2014-02-22 | 9,742 | Tarixin arxivinə gedən “Sovetski” - Video | Artıq "Sovetski" ilə bağlı deyiləcək söz qalmayıb. Sözü AxarTv-nin hazırladığı süjetə veririk, qoy bu məhəllə özü danışsın... |
2014-02-22 | 9,743 | Əkrəm Əylisli Nobel mükafatına təqdim olunur | Ermənistan paytaxtında "İrəvan bestselleri" adlı xüsusi layihəyə yekun vurulub. "Armenpress"in bu layihəsində erməni əsilli rumın yazıçısı Varujan Voskanyanın "Pıçıltılar kitabı" əsəri ilə yanaşı, bədnam "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli də fərqlənib. Ə.Əylislinin kitabı "İlin əcnəbi bestseller"i nominasiyasında qalib gəlib və Voskanyanın "Pıçıltılar kitabı" ilə birlikdə Nobel mükafatına namizədlər siyahısına daxil edilib. "Armenpress"in baş direktoru A.Ananyan Ermənistan Yazıçılar İttifaqından şəhadətnaməni "Drujba narodov" jurnalı vasitəsi ilə Ə.Əylisliyə çatdırmalarını xahiş edib.(Teleqraf.com) |
2014-02-22 | 9,745 | Yanukoviçin istefa xəbəri təkzib olundu - Yenilənib | Ukrayna prezidenti Viktor Yanukoviç bu gün günorta saatlarında istefaya getdiyini açıqlayıb. Onun bu barədə Xarkovda qərar verdiyi bildirilir. Musavat.com-un məlumatına görə, bu barədə xəbəri Ukraynanın "Kanal 9" televizya kanalı yayıb. Onun istefa bəyanatı Ali Radanın iclas salonunda oxunacaq. Avromeydandakı nümayişçilər prezidentin istefa bəyanatını sevinclə qarşılayıblar. 19:45 Ukrayna prezidenti Yanukoviçin istefa verməsi ilə bağlı xəbər onun özü tərəfindən təkzib olunub. Televiziya vasitəsi ilə çıxış edən Yanukoviç deyib ki, istefa vermək fikrində deyil, sonuna qədər mübarizə aparacaq. Onun hazırda Xarkov şəhərində olduğu da bildirilir. ("Musavat.com") |
2014-02-22 | 9,746 | İlham Əliyev Bruney və Estoniya liderini təbrik edib | Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə və Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Toomas Hendrikə ünvanlanan məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Dostum, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişləndirilməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Digər təbrikdə isə prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir: "Əlahəzrət, Bruney Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına daim sülh və rifah diləyirəm". |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.