date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-24 | 9,851 | Xocalını anım günü bu yollar bağlanacaq - Rəsmi | Xocalı soyqırımının növbəti ildönümü münasibətilə Bakı şəhərinin bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: "Tədbirin səhər saat 08:00-də başlanacağını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur"(APA). |
2014-02-24 | 9,852 | Böyük azərbaycanlının yubileyi – 150 | Bu gün böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) anım günüdür. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan və uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Əli bəy bu sahələrin hər birində özünəməxsus iz qoyub. Poliqlot Hüseynzadə Əli bəy Hüseynzadə1864-cü il 24 fevralda Salyanda anadan olub. Atasını erkən itirən Ə.Hüseynzadə kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb və o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirən (1875-1885) Əli bəy Hüseynzadə, poliqlot olub – hələ uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olaraq həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub və həmin dövrdə "xalqçılar" hərəkatına böyük rəğbət bəsləyib. Bu səbəbdən bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. "İttihad və tərəqqi" Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gedərək orada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyyətinin tərkibində İtaliyaya gedib və üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğuna görə təqib olunub. Ə.Hüseynzadə bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb. "Gənc türkçülük nədir?" Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb və publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb. Ə.Hüseynzadə o zaman islahatçı-reformist ideya adamı kimi tanınırdı. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayıblar. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirən Əli bəy ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Füyuzatçılıq… XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər. "Türkləşmək, islamlaşmaq, müasirləşmək" fikrinin ideya müəllifi "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formula edilərək təbliğ olundu. Bayrağımızın rənglərinin ideya müəllifi Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Ə. Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Ailəsi Əli bəy Hüseynzadə 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayıb. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişib. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qaleriyasını açıb. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi olub. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. |
2014-02-24 | 9,853 | Ordumuzun əsgəri minaya düşüb | Azərbaycan Ordusunun əsgəri minaya düşüb. "Axar.az" APA-ya istinadən məlumat verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Sadiq Nurəddin oğlu Əmirov minanın partlaması nəticəsində xəsarət alıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, S. Əmirov Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2014-02-24 | 9,854 | Araz Əzimov: "Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalacaq" | "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hazırda ümumiyyətlə, ya mənfi, ya da müsbət - heç bir dinamika yoxdur". "Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib. Nazir müavini deyib: "Ona görə düşünürəm ki, burada söhbət ilk öncə qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. İkincisi isə Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir. Azərbaycan öz prinsipal mövqeyində qalmaqdadır. Vyana görüşündən əvvəlki və sonrakı mərhələdə də Azərbaycan dövlətinin başçısı prinsipal olaraq öz mövqeyini bəyan etmişdir". Prezidentlərin növbəti görüşü barədə danışarkən Araz Əzimov bildirib ki, bu barədə heç bir yenilik yoxdur: "Hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses olduqca nəticə vermir. Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan etmişdi ki, biz beynəlxalq hüquq normaları və prinsipləri əsas tutaraq, BMT Təhlükəsilik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqımızı tələb edirik". A.Əzimov qeyd edib ki, münaqişənin həllinə dair konkret şərait formalaşır: "Yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaqdır". |
2014-02-24 | 9,855 | Polşa Ukraynanı Rusiya ilə dialoqa girməyə çağırdı | "Ukraynanın yeni rəhbərliyi mütləq Rusiya ilə münasibətləri yoluna qoymalıdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Polşanın Xarici İşlər naziri Radoslav Sikorski çıxış edib. O, Rusiya ilə dialoqun Ukrayna üçün mühüm əhəmiyyət daşıdığını deyib: "Ukraynanın yeni rəhbərliyi mütləq Rusiya ilə münasibətləri yoluna qoymalıdır. Ukrayna Qərblə olduğu kimi Rusiya ilə də dialoqa girmək məcburiyyətindədir". Qeyd edək ki, Yanukoviç ölkə rəhbərliyindən gedənə qədər Polşa Ukrayna və Rusiya hakimiyyəti ilə kəskin münaqişələrə girmiş, hətta bütün münasibətləri kəsəcəkləri ilə hədələmişdi. |
2014-02-24 | 9,856 | Hərbi prokuror: “Xocalıya görə 39 nəfər istintaqa cəlb ediləcək” | "1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımla əlaqədar 39 nəfərin istintaqa cəlb olunmasına dair qərar qəbul olunub". AzNews.az-ın məlumatına görə, bunu Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən tədbirdə Respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, barəsində cinayət işi açılan yalnız ermənilər deyil, həmin dövrdə SSRİ-yə məxsus 366 alayının komandir və zabit heyəti də var: "İstintaq beynəlxalq qanunlara uyğun aparılır. Hərbi Prokurorluq 1988-ci ildən ermənilər tərəfindən Azərbaycana qarşı aparılmış işğalçı və soyğunçuluq, terorçuluq faktlarına dair də istintaq işləri aparır. Bura ermənilərin Xocalı, Meşəli, Qaradağlı və digər yaşayış məntəqələrində və müxtəlif yerlərdə həyata keçirdikləri terror hadisələri daxildir". X. Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq 2 089 nəfərin bu hadisələrin törədilməsində iştirakını müəyyənləşdirilib. O, əlavə edib ki, Hərbi Prokurorluq hökumətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı dəyən ziyanın hesablanması üzrə Qiymətləndirmə Cəmiyyəti tərəfindən aparılan araşdırmadan sonra bir sıra istintaq tədbirləri də həyata keçirəcək. |
2014-02-24 | 9,857 | Nərgiz Paşayevanın qızından reklam çarxı – Video | Ülviyyə Rəhmanova "Nargis" jurnalının baş redaktorudur. Filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova reklam çarxına çəkilib. Reklam çarxında "Avenue – "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın seçimidir" sözləri qeyd olunub (Oxu.az). |
2014-02-24 | 9,858 | Müəllimin ölüm xəbəri yalan çıxdı - Yeniləndi | 11:33 Fevralın 24-də səhər saatlarında Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. Qeyd edək ki, Rəfael Süleymanov fevralın 21-də BDU-da keçirilən aksiyada tarix fakültəsinin tələbəsinin şikayətçi olduğu müəllimdir. BDU-dakı qaynağın "Yeni Müsavat"a verdiyi xəbərə görə, R.Süleymanov həmin gündən çox əsəbi və stresli olub. Bu gün səhər saatlarında BDU-ya gələn R.Süleymanov 1 saat sonra auditoriyada vəfat edib. Aldığımız xəbərə görə, R.Süleymanov aldıqları aşağı qiymətlərdən apelyasiya verən tələbələrin cavablarını yenidən yoxlayıb və onların çoxunu olduğu kimi saxlayıb. Bu isə bir çox tələbələrin narazılığına və söz-söhbətə səbəb olub. 12:40 Tələbə qızın rüşvət aldığını iddia etdiyi müəllimin ölüm xəbəri təkzib olunub. "Axar.az" bu haqda Feysbuk sosial şəbəkəsinə istinadən bildirir ki, ölən müəllim əslində başqa bir müəllim olub. 14:56 "Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanov bu gün işə gələrkən liftin qarşısında dünyasını dəyişib. İddia edildiyi kimi, Rəfael Süleymanov tələbə R.Kitçiyevanın şikayət etdiyi şəxs deyildi". Bunu BDU-nun mətbuat xidmətini rəhbəri Pərvanə İbrahimova FB-də yayıb. |
2014-02-24 | 9,859 | "Atletiko Madrid"dən Xocalıya hörmətsizlik | Dünən futbol üzrə İspaniya çempionatının 25-ci turunun oyunları başa çatıb. "Atletiko Madrid" klubu öz meydanında "Osasuna"nı qəbul edib və 0:3 hesabı ilə məğlub olub. Oyundan əvvəl "Atletiko Madrid" Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət olaraq meydana qara sarğı ilə çıxmalı idi. Bundan başqa klubun saytında da Xocalı soyqırımı ilə bağlı məlumat yerləşdirilmişdi. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, İspaniyadakı erməni azarkeşlərin kəskin etirazlarından sonra klub sayta yerləşdirdiyi xəbəri çıxarıb. Hətta "Atletiko Madrid" futbolçuları da "Osasuna" ilə oyuna qara sarğısız çıxıblar. Qeyd edək ki, "Land of Fire Azerbaijan" klubun rəsmi sponsorudur. |
2014-02-24 | 9,860 | “Ukraynanın prezidenti Yuliya Timoşenko olacaq” | "Çox güman ki, Ukraynanın prezidenti Yuliya Timoşenko olacaq. Əsas məsələ kimin Baş nazir vəzifəsinə gəlməsindədir". "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri politoloq Vadim Karasev eks-nazirin siyasi arenaya qayıtması barədə məsələyə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, hazırda ölkənin lideri Timoşenkodur və onun idarəetmə təcrübəsi nə Kliçkoda, nə də Poroşenkoda var: "Baş nazir vəzifəsi Ukraynada heç vaxt birinci olmayıb. Ona görə də Yuliya Timoşenko prezident seçkilərinə hazırlaşacaq. Hal-hazırda ölkənin faktiki olaraq lideri Timoşenkodur. Bunu Moskva da, Vaşinqton da, eyni zamanda, Berlin də çox gözəl başa düşür. Onun idarəetmə təcrübəsi nə Kliçkoda, nə də Poroşenkoda var". |
2014-02-24 | 9,861 | BDU-da keçiriləcək aksiya ilə bağlı iki nəfər saxlanıldı - Yeniləndi | 12:10 Bakı Dövlət Universitetində keçirilməsi gözlənilən aksiya ilə bağlı gənc fəal həbs edilib. Bu barədə "Axar.az" a həbs edilən Ofeliya Abdullayevanın (FB-də - Ofa Rəsuladə) dostları məlumat verdi. Məlumatda onun yaşadığı mənzildən aparıldığı göstərilir. Aksiyada iştirakı ehtimal olunan xanımın hansı polis bölməsinə aparılması haqqında dəqiq məlumat yoxdur. Tvitterdə həmin xanımın Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilsə də, Nəsimi RPİ-dən idarədən BDU aksiyası ilə bağlı heç kimin saxlanılmadığı bildirildi. Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılan aksiya ilə bağlı başqa bir nəfər də polisə çağırılıb. BDU-nun tələbəsi Hüseyn Qarasulu yaşadığı ərazi üzrə polis idarəsinə çağırılıb. Xatırladaq ki, BDU rektoru Abel Məhərrəmov APA-ya müsahibəsində bildirmişdi ki, heç bir tələbə aksiyalarla bağlı həbs edilməyəcək və o şəxsən tələbələrin yanındadır. Məlumat əldə etdikcə, xəbər yenilənəcək. 12:30 Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Elçinin verdiyi məlumata görə, Ofeliya Abdullayeva artıq sərbəst buraxılıb. Bu barədə adı çəkilən xanım özünün tvitter səhifəsində yazıb. |
2014-02-24 | 9,862 | Pşonkanın Yanukoviçə yazdığı məktublar tapıldı - Foto | Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonka səlahiyyəti əlindən alınan prezident Viktor Yanukoviçdən ölkədə fövqəladə vəziyyət rejimi elan etməyi xahiş edib. Jurnalistlər sabiq baş prokurorun arxivindən bunu təsdiqləyən sənədlər tapıblar (Musavat.com). Sənədlərdə Viktor Pşonya prezidentdən fövqəladə vəziyyət elan etməyi xahiş edir. Xatıroadan ki, Ali Radanın Baş Prokurorluğun fəaliyyətinə nəzarət üzrə xüsusi nümayəndəsi Oleq Maxnitski bildirib ki, müstəntiqlər Ukraynadakı qanlı hadisələrin günahkarların həbsi və axtarışa verilməsi istiqamətində iş aparırlar. |
2014-02-24 | 9,863 | Fransız şəhəri “Dağlıq Qarabağ”ın müstəqilliyini "tanıdı" | "Dağlıq Qarabağ Respublikası"nın Hadrut rayonu (Xocavənd.- red.) ilə Fransanın Vyen şəhəri arasında dostluq haqqında deklarasiya imzalanıb. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat şəhərlər arasında müqavilənin Fransada imzalandığını bildirilib. Deklarasiyada həmçinin tərəflər arasında müxtəlif istiqamətlərdə münasibətlərin yaxşılaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, Fransa qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımayıb. |
2014-02-24 | 9,864 | “Halal” standartı dəqiqləşdi - Rəsmi | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 "Halal məhsulların sertifikatlaşdırma qaydaları" dövlət standartı təsdiq edilib. Bu standart "halal məhsul"ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir (Gun.az). Standarta əsasən "halal məhsul"ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində "halal" sözünün istifadəsinə qadağa qoyulacaq. Beləliklə, cari ilin 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcək. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində "halal" sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan "halal" sözünün istifadəsi qadağan olunduğuna görə, verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. 1 aprel tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin "halal" markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək. Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir. |
2014-02-24 | 9,865 | Əli bəy Hüseynzadənin əl yazısı ilə "Yurd qayğusu" şeiri - Foto | "Axar.az" Əli bəy Hüseynzadənin öz əl yazısı ilə yazılan "Yurd qayğusu" şeirinin fotosunu əldə edib. Fotonun sonunda "Bu şeir, bir az fərqli olaraq, Misirdə çıxan "Türk" qəzetinin 56-cı nömrəsində də nəşr edilib" qeydi yazılıb. Həmin şeiri və fotonu təqdim edirik: Ucundadır dilimin Həqiqətin əzəmi. Nə qoydular söyləyim, Nə kəsdilər dilimi! Bilirmisən cahillər Nə etdilər vatana? Nə qoydular uyusun, Nə qoydular uyana. Böylə durmaq uyuşuq, Rəvamı bir diriyə!? Nə getmədə iləri, Nə dönmədə geriyə. Düşman qırar qapıyı Biz içərdə qayğusuz. Nə evləri ayırır, Nə bir evli oluruz. Ayıltmadı qələmim Şu türk ilə əcəmi. Nə qoydular yazayım, Nə qırdılar qələmi. Foto Əli bəy Hüseynzadənin "Feysbuk" səhifəsindən götürülüb. |
2014-02-24 | 9,866 | Nazirə “ayaqqabı qutusu” deyə qışqırdı – Video | Daxili İşlər naziri danışdığı zaman ona etiraz etməyə çalışan bir vətəndaş "ayaqqabı qutusu" deyə qışqırdığı üçün saxlanılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Niğdənin Bor kəndinə gələn Türkiyənin Daxili İşlər naziri Əfqan Ala nitq söylədiyi zaman vətəndaşlardan biri "ayaqqabı qutusu" deyə, qışqırdığı üçün saxlanılıb. Yaxalanan Cüneyt Tətik adlı vətəndaş daha sonra azad edilib. Xatırladaq ki, 17 dekabr əməliyyatları zamanı "Halkbank"ın sahibinin evindən ayaqqabı qutusundan 4.5 milyon dollar pul çıxmışdı. Məhz bundan sonra Antalya Dövlət Simfonik Orkestrinin həyata keçirdiyi yeni il konsertində "Vokaliz" qrupu səhnəyə "ayaqqabı qutusu"yla çıxıb və Manisada mitinqdə danışdığı zaman evindən ayaqqabı qutusu göstərərək, Baş nazirə etiraz edən qadın həbs edilib. |
2014-02-24 | 9,867 | Yanukoviç axtarışa verildi | Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç axtarışa verilib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov özünün "Feysbuk" səhifəsində məlumat yayıb. "Bu səhərə olan məlumatı verirəm. Mülki vətəndaşların kütləvi qətli ilə bağlı cinayət işi açılıb. Yanukoviç və onun yanındakı vəzifəli şəxslər haqqında axtarış elan olunub",- Avakov yazıb. |
2014-02-24 | 9,868 | ANS-in saytlara qarşı ilk məhkəmə prosesi keçirildi | Bu gün Yasamal Rayon Məhkəməsində ANS-in saytlara qaldırdığı iddiaya əsasən ilk məhkəmə prosesi keçirilib. "Aznews.az"ın əldə etdiyi məlumata görə, bugünkü məhkəmədə qarşı tərəf qismində "İnterpress.az" saytı iştirak etməli olsa da, sayt rəhbərliyi məhkəmədə iştirakdan imtina edib. "İnterpress.az" saytının baş redaktoru İlham Sərxanlının açıqlamasında imtinaya səbəb kimi ANS-in iddiaları barədə xəbərsiz olduqlarını göstərib: "ANS-in iddiası ilə bağlı bizdə hər-hansı sənəd yoxdur. Bu gün biz iddiaçı tərəfin ərizəsini alacağıq və qarşı tərəfin iddiası ilə tanış olub, gələn məhkəmədə iştirak edəcəyik". Xatırladaq ki, ANS TV işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə bu saytları məhkəməyə verdiyi barədə məlumat yayıb: "Aznews.az", "İnterpress.az", "Azvision.az", "Demokratiya.info", "Axar.az", "Publika.az", "Dunyatv.az", "Realxeber.az", "Etatist.com", "Xalqxeber.az", "Baymedia.az", "Avrasiya.net", "Marka.az". |
2014-02-24 | 9,869 | Erməni redaksiyasının önündə təxribatçı qətliam şüarı – Foto | Xocalı qətliamının ildönümündə "Agos" qəzetinin redaksiyasının qarşısında açılan bu şüar qətliamın ildönümünə damğa vurdu. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən İstanbul Şişlidə məscid qarşısında toplaşan bir qrup şəxs Taksim meydanına yürüş etmək istəyib. Ancaq polis izn verməyib. Aralarında çoxlu azərbaycanlılar olduğu bu qrup Məcidiyəköy meydanına tərəf yürüşə başlayıb. Cürbəcür şüarlar səsləndirən qrup "Yaşasın Ogün Samastlar, məhv olsun Hrant Dinklər" şüar açıblar. Xatırladaq ki, Türkiyədə erməniləri təmsil edən "Agos" adlı qəzetin baş redaktoru milliyətcə erməni olan Hrant Dink 2007-ci il 19 yanvar tarixində qəzetin redaksiyası yaxınlığında Ogün Samast adlı bir gənc tərəfindən silahlı hücum nəticəsində öldürülüb. |
2014-02-24 | 9,870 | Prokurorluqdan atışma ilə bağlı açıqlama - Rəsmi | Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi Sabunçu rayonunda bazar günü odlu silahdan istifadə edərək törədilən qətllə bağlı birgə rəsmi məlumat yayıblar. Birgə məlumata görə, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölmüş, digərləri xəstəxanaya yerləşdiriliblər. İlkin araşdırmalarla məlum olmuşdur ki, Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlamışdır. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olmuş və yaranmış münaqişədə G.Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G.Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb. Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. |
2014-02-24 | 9,871 | Maydana hücumun gizli planı üzə çıxdı – Tam məxfi/Foto | Deputat Gennadi Moskal Maydanda həyata keçməyən mitinqin planını üzə çıxardıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Bu əməliyyatı Viktor Yanukoviç qəbul etməyib və Kiyevdən qaçıb. Moskal bildirir ki, onlar tərəfindən nəşr edilən gizli sənədlərdə əməliyyata cəlb olunan şəxslərin soyadı qeyd olunub. Lakin onlardan heç biri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməyib. Bu onun göstəricisidir ki, Maydanda qalib gələn liderlər qeyri-rəsmi sələfləri ilə "alver etməyə" başlayıb. Moskalın sənədlərinə əsasən, Maydana hücum Daxili Qoşunların 22 min qüvvəsi, həmçinin snayperlərin dəstəyi, milislərin və hərbi texnikanın köməyi ilə həyata keçirilməli imiş. |
2014-02-24 | 9,872 | BDU rektorunun FB səhifəsi də saxta çıxdı - Rəsmi | "Abel Məhərrəmovun adına universitet tərəfindən Feysbuk sosial şəbəkəsində heç bir səhifə açılmayıb. Siz deyən səhifəni kim açıbsa, bunun universitetlə heç bir əlaqəsi yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Dövlət Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dedi. O bildirdi ki, rektor Abel Məhərrəmovun adına açılmış səhifənin adının əvvəl başqa olub, sonradan dəyişdirilməsi də sübut edir ki, bu səhifə ilə universitetin heç bir əlaqəsi yoxdur: "Rektor Abel Məhərrəmovun adına hər hansı bir səhifə açmaq lazım olsa, bunu sıfırdan özümüz edərik. Romantik məzmunlu hər hansı bir səhifəni alıb adını dəyişməyə ehtiyac yoxdur". Universitetin mətbuat xidmətinin rəhbəri BDU-da keçiriləcəyi bildirilən aksiyaya da münasibət bildirdi: "Keçiriləcək aksiya və tələbələrin hər hansı bir tələbi barədə də bir söz deyə bilmərik. Biz icraçı qurumuq. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin qərarlarını icra edirik". Pərvanə İbrahimova onu bildirdi ki, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib və bu onların apelyasiya şikayətləri ilə bağlı olub: "Düzdür, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib. Ancaq bu görüş imtahanların nəticələri və 1-2 bal problemi olan tələbələrin apelyasiya şikayəti ilə bağlı olub. Onların şikayəti ilə bağlı universitet rəhbərliyinin qərarı isə müvafiq olaraq fakültələrə göndərilib. Siz deyən məsələ ilə bağlı isə heç bir şey deyə bilmərik. Çünki bizim Təhsil haqqında qanuna hər hansı bir dəyişiklik etmək hüququmuz yoxdur, biz icraçı qurumuq. Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin qərarlarını icra edirik". |
2014-02-24 | 9,873 | Dünyanın ən böyük narkobaronu həbs olundu | Meksikanın "Sinaloa" narkokartelinin başçısı, dünyanın ən böyük narkobaronu hesab olunan Xoakin El Çapo Qusman həbs olunub. "Axar.az" xəbər verir ki, Qusmanın həbs olunması üçün Meksika və ABŞ hüquq-mühafizə orqanları birlikdə əməliyyat təşkil ediblər. Narkobaron Sakit okean sahilində yerləşən Masatlan şəhərindəki otellərin birində saxlanılıb. Onunla birlikdə bir qadının da olduğu bildirilir. Əməliyyat insidentsiz başa çatıb. Onun həbsinin digər detalları ilə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, Xoakin Qusman "Sinaloa" narkokartelinə 1990-cı ildən rəhbərlik edir. ABŞ ərazisinə göndərilən narkotiklərin 90 faizi bu narkokartel vasitəsilə həyata keçirilir. |
2014-02-24 | 9,874 | Tofiq Yaqubluya 7, İlqar Məmmədova isə 8 il iş - Prokuror | Şəki Ağır Cinayətlər Məhkəməsində prokuror ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərə iş istəyib. Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 7 il, "REAL" Hərəkatının sədri İlqar Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək. Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda yandırılan "Çıraq" hotelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub. Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. |
2014-02-24 | 9,875 | Azərbaycanda "reket jurnalistlər" həbs olundu | Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən özlərini həmin idarənin əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz hərəkətlərə yol vermələri barədə Bakı şəhər sakininin müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, "Kölgəli İqtisadiyyat və Korrupsiya" və "İqtisadiyyat və Kölgə" qəzetlərinin müxbirləri vəsiqəsini əldə etmiş Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək özlərini həmin idarənin əməkdaşları kimi təqdim etməklə paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin nəzarətçisi Emil Hüseynovdan mərkəzin fəaliyyətinin dayandırılmaması müqabilində 500 manat məbləğində pul tələb edib həmin vəsaitin 200 manatını qabaqcadan alarkən cinayət başında yaxalanmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Niyazi Məmmədov, Sənan Ağayev və Rüstəm Rüstəmov iş üzrə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 012-361-11-36 telefon nömrəsinə və ya 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur. |
2014-02-24 | 9,876 | Ermənilərin hədəfində olan ombudsman haqqında film çəkilib | Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru Qaraş Tağıyev Xocalı soyqırımı ilə bağlı film çəkib. Bu haqda Axar.az"a DJB-nin mətbuat xidmətindən xəbər verilib. Filmin əsas süjet xəttini Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentində Xocalı soyqırımı ilə bağlı ədalətli çağırışı, Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir. Xanım Aureliya filimdə ermənilərin nəinki təcavüzkar və mənfur, hətta qonağa və hüquq müdafiçisinə kobud olduğunu və başına gələnləri göz yaşlarıyla danışır. Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Yaxın günlərdə təqdimatı olacaq filmin mətni rus və azərbaycan dillərində işlənilib. |
2014-02-24 | 9,877 | Ordu hadisələrə müdaxilə edə bilər – Şərh | "Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə, bir sosial sifariş kimi ordu işə qarışa bilər". Bu sözləri "Axar.az"a açıqlamasında Ərəstun Oruclu deyib. O, Timoşenkonun Ukrayna rəhbərliyinə gəlməsinin yaxşı nəticə verməyəcəyini bildirib: "Müxalifət liderləri razılaşma haqqında danışanda Maydanda onları fitə basdılar. Bundan sonra Maydanın radikallığı daha da artdı. Bu gözlənilən idi və mən bunu yaxşı dəyərləndirmirəm. Buna demokratiya demək istəmirəm. Yuliya Timoşenkonun siyasi keçmişi bəllidir. Məhz Yuşenkonun hakimiyyəti dövründə o, ambisiyaları hesabına hakimiyyəti uduzdu. O da ifrat radikal siyasətçidir. Ən yüksək ehtimalla Maydana nəzarəti o edəcək. Radikal siyasət heç vaxt yaxşı nəticələr verməyib. Ukraynada Maydan nəzarətdən çıxıb. Ölkədə ictimai münasibətlər sistemi pozulub. Artıq ölkədə həmçinin başqa problemlər, xüsusilə də separatçılıq baş qaldırıb. Bunun isə nə ilə bitəcəyini söyləmək çətindir". Politoloq həmçinin ordunun ölkədə yaranmış vəziyyətə özbaşına müdaxilə etməsinin doğru olmayacağını deyib: "Müxalifət düşərgəsində ciddi problemlər var və bu Viktoriya Nolandın telefon danışığında da qeyd olunmuşdu. Orada da müxalifət liderləri bir-birinə nifrət edirlər. Bu, ruslar demiş, "bespredel"ə aparan yoldur. Yəni bu Rusiyanın təbliğatı kimi anlaşılmamalıdır, amma belə variantı da nəzərdən qaçırmaq lazım deyil. Hələlik hadisələrə qarışmayan yeganə qüvvə ordudur. Ona da etimad böyükdür. Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə bir sosial sifariş kimi ordu işə qarışa bilər. Cəmiyyət özü tələb etməlidir ki, ordu işə qarışsın. Əgər başqa cür olsa yəni özbaşına müdaxilə etsə, o zaman xunta, diktatura və sairə yaranacaq. Mən güman eləmirəm ki, ordu hələ ki, situasiyaya müdaxilə edəcək, amma xaosun yaxın günlərdə genişlənəcəyi şübhə doğurmur". Qeyd edək ki, Ukrayna Prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılıb. Ölkədəki bu vəziyyəti o, dövlət çevrilişi adlandırıb. Hələlik may ayında ölkədə kimin prezident seçiləcəyi ilə bağlı təxminlər çox aşağıdır. Bəzi politoloqlar ölkədəki situasiyanın bu gedişlə xaosa çevriləcəyini və Ukraynanı dünyanın siyasi xəritəsindən silinəcəyi ilə bağlı proqnozlar veriblər. |
2014-02-24 | 9,878 | “Ağadadaş Ağayev bizi məhkəməyə verə bilməz” | "O, bizi məhkəməyə verə bilməz. Heç bir vəkil ona məsləhət görməz ki, bu məhkəmə işi baş tutsun. Bu videonu biz çəkməmişik, birinci də biz yaymamışıq. Həmin video yayılandan sonra biz oxuculara təqdim etmişik". Bu sözləri "Axar.az"a açıqlamasında "Qafqazinfo" saytının Baş direktoru Elbrus Ərud dedi. O, xalq artisti Ağadadaş Ağayevin gizlin videosunu yayan saytları məhkəməyə verməsinə münasibət bildirərkən qeyd etdi ki, videonu çəkən, onu internetə yerləşdirən, görüntüləri ilk yayımlayan sayt məhkəməyə verilə bilər: "Həm də ki, bu artıq köhnə söhbətdir. Video yayılmasından çox vaxt keçib". Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl "Aznevs.az" saytına açıqlamasında yayımlanan videogörüntüsü ilə bağlı fevralın 28-də məhkəməyə müraciət edəcəyini bildirib. Onun məhkəməyə gec müraciət etməsinin səbəbi isə müğənninin qızının səhhətində yaranan problemlə əlaqədar olub. |
2014-02-24 | 9,879 | Berkut zabiti “And içdiyimiz idarənin əmrlərini yerinə yetirirdik” - Video | Berkut adlı xüsusi qüvvələrin zabiti Ukraynanın Ali Radasının əmri ilə Kiyevi tərk edərkən media nümayəndələrinin suallarını cavablandırıb. "Axar.az" xəbər verir ki, zabit əminliklə xalqa qarşı hərəkət etmədiyini bildirib: "Biz and içdiyimiz idarənin əmrlərini yerinə yetirirdik. Mən zənn etmirəm ki, biz xalqa qarşı hərəkət edirdik". "100 ölən günahsız insana görə kim cavab verməlidir" sualına isə "polis əməkdaşlarının ölümünə kim cavabdehdirsə, məhz, həmin şəxs",- deyə, zabit cavab verib. Berkutun əməkdaşı, həmçinin, onun ünvanına telefon vasitəsilə təhdidlər edildiyini də bildirib. |
2014-02-24 | 9,880 | Xocalı soyqırımı Latviyada anıldı | Latviyadakı Riqa Klassik Gimnaziyasında "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə Gimnaziyanın şagirdləri anım günü münasibətilə Xocalıda baş verən hadisələrlə bağlı hazırladıqları kiçik səhnəciyi nümayiş etdirib. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Latviyadakı Səfirliyinin nümayəndələri, Latviyanın kütləvi informasiya vasitələrinin, latış və rus xalqının təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak edib. Tədbirdə "Ocaq" Latviya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Aliyev, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirinin müşaviri Gəray Muradov və digərləri çıxış edərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat veriblər. Qeyd edək ki, "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Aliyev eyni zamanda Riqa Klassik Gimnaziyasının direktorudur. Gimnaziyada azərbaycanlılarla yanaşı, ruslar latışlar da təhsil alır. |
2014-02-24 | 9,881 | Stomatoloji klinikada yanğın baş verdi | Nəsimi rayonunda yerləşən Stomatoloji klinikada yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 2500 kv.m olan üçmərtəbəli stomatoloji klinikanın birinci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otağın döşəməsi 3 kv.m sahədə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın saat 12:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-24 | 9,882 | Rusiya Krıma ordu yeridir – Şok iddia | "Rusiya Krıma əlavə silahlı qüvvələr göndərir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Svoboda Partiyasının rəhbəri Oleq Tyaqnibok çıxış edib. O, son bir neçə gün ərzində Krımda yerləşən rus ordularında texnika və canlı qüvvənin sayının daha da artırıldığını deyib: "Rusiya təkcə bu gün Sevastopola 200 nəfər əsgər və BTR gətirib. Bundan başqa isə Soçidən Anapaya 6 Mİ-8 vertolyotunun gətirilməsi haqqında informasiya da var". Qeyd edək ki, bir müddət öncə Krıma "boz kardinal" ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. Bəzi politoloqlar isə Rusiyanın Krımı əlində saxlamaq üçün hər şeyi edəcəkləri proqnozunu vermişdilər. |
2014-02-24 | 9,883 | Köln şəhərində izdihamlı Xocalı mitinqi keçirilib - Foto | Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı "Köln Ev" adlanan yerdə yürüş mitinq keçirilib. "Axar.az"a verilən xəbərə görə, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan Dərnəyinin başqanı Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər. Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ məsələsi ilə haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib. Daha sonra isə tədbir çıxışlarla davam etdirilib. İlk öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib. Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərova verib. Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib. |
2014-02-24 | 9,884 | Azərbaycanlı idmançı dünya rekordunu qırdı - Foto | Pauerliftinq üzrə Azərbaycan milli paralimpiya komandasının atleti Gündüz İsmayılov 9 illik fasilədən sonra yenidən böyük idmana qayıdıb. Milli Paralimpiya Komitəsindən bildirilib ki, G.İsmayılov Braziliyanın Uberlyandiya şəhərində pauerliftinq üzrə keçirilən Braziliya birinciliyində 88 kiloqram çəki dərəcəsində 197 kiloqram qaldıraraq Avropa rekordunu yeniləyib. Bununla ilk uğuruna imza atan idmançımız apreldə Dubayda keçiriləcək dünya çempionatına lisenziya qazanıb(AzərTAc). |
2014-02-24 | 9,885 | Səlim Müslümova daha iki müavin təyin edilib | Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə İdris Balakişi oğlu İsayev və Mətin İmdad oğlu Kərimli Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. Nazir müavini İ.İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alaraq, biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. Digər nazir müavini. Kərimli Mətin İmdad oğlu 6 iyun 1979-cu ildə anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C. Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər isə Azərbaycan Respublikası Vergilər Vazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb. İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var. Xatırladaq ki, yeni təyinatlar ölkə başçısının "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə" sərəncamının 5.4.-cü bəndinə əsasən həyata keçirilib. Həmin sənəddə azirin müavinlərinin sayının iki nəfərdən 4 nəfərə qədər artırmaq nəzərdə tutulub. |
2014-02-24 | 9,886 | Sərkisyan deputatları dinləməyə başladı - Qalmaqal | "Kamera və digər nəzarət qurğularına parlamentdə bu qədər vəsait ayırmaqda məqsəd nədir?" "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın müxalif deputatı Aram Manukyan çıxış edib. Deputat hökumətin onları gizli dinlədiklərini iddia edib. O, parlamentdə yeni texnikaların quraşdırılmasını məhz bununla əlaqələndirib: "Siz yəqin bizi izləyəcəksiniz. Biz kiminlə danışırıq və nə haqqında danışırıq. Onun yerinə mənə dinləmə qurğusu verin və mən sadəcə hara, niyə getməyimin hamısını izah edim". Qeyd edək ki, bir müddət öncə adının çəkilməsini istəməyən mühacir deputatlardan birinin saytımıza açıqlamasında ArmRosqazprom məsələsindən sonra deputatları nəzarətin artacağını bildirmişdi. O, deputatların Sərkisyanın mövqeyini düzgün müdafiə etmədiyinə görə bu addımı atacağını demişdi. Mənbə həmçinin prezidentə qarşı fərqlənən deputatlara nəzarətin güclənəcəyini söyləmişdi. |
2014-02-24 | 9,887 | Aslan Aslanov yıxılmağından danışdı: “Allah göstərməsin" | Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı faciəsi ilə bağlı Atatürk Mərkəzində keçirdiyi tədbir iştirakı zamanı oturduğu mütəhərrik kreslonun aşması barədə yazılan məlumatlara münasibət bildirib. "Axar.az" "Publika.az"a istinadən məlumatına əsasən, A.Aslanov açıqlamasında söyləyib ki, yazılanların bəzisi həqiqəti əks etdirmir.Tədbir zamanı oturduğu stolun ayağının sındığını vurğulayan A.Aslanov deyib: "Ancaq mən stoldan yıxılmadım. Stolun ayağı sınan zaman mən dərhal yanımdakı stoldan tutub dayandım. Sonra da yeni stol gətirdilər, oturdum. Yerə aşmaq nədir? Hamısı boş söhbətlərdir. Mən yıxılmamışam. Əgər yıxılsaydım, o zaman ayağım sınardı, kostyumum da batardı. Allah göstərməsin, o boyda yerdən adam aşsa, qolu-qıçı qırılar. Mən həmin vaxt yandakı stoldan əlimi tutub dayandım, sonra da Vaqif adlı bir jurnalist stol gətirdi, orada oturdum". A.Aslanov stoldan yıxılmasına artıq çəkili olmasının səbəb olması ilə bağlı iddialara da cavab verib: "Mən elə də kök deyiləm. Bu cür əlaqələndirmək doğru deyil. Əslində belə şeylərə görə onun-bunun gözünə gəlirsən". |
2014-02-24 | 9,888 | “Regnum”un Azərbaycana qarşı növbəti təxribatı - Eksklüziv | Rusiyanın ermənipərəst "Regnum" informasiya agentliyi azərbaycanlılara qarşı növbəti təxribat edib. Bunu "Axar.az" ekskluziv açıqlamasında Krım Azərbaycanlıları Diaspor Təşkilatının rəhbəri Rəhim Hümbətov bildirib. Onun sözlərinə görə, bu informasiyanın ictimailəşməsi Ukraynada yaşayan azərbaycanlılar və Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Onun fikirlərini diqqətə çatırırıq: "Azərbaycanlılar hansısa partiya, yaxud siyasətçinin deyil, Ukraynanın yanındadı. Rus-erməni informasiya agentliyi olan "Regnum" vəziyyətdən istifadə edib Ukrayna Millətçiləri Assambleyasının rəhbəri Rövşən Tağıyevin bəyanatını yaymaqla azərbaycanlıların bostanın daş atmağa çalışır. Rövşən Tağıyevin Ukrayna hadisələri ilə bağlı Azərbaycan kütləvi informasiyalarında yer alan çıxışına istinad edən "Regnum" bildirib ki, Ukraynadakı bütün azərbaycanlılar bir günün içində fikirlərini sürətlə dəyişiblər – dünən Yanukoviçi dəstəkləyirdilər, bu gün isə "avromaydançıları". Hamımız azərbaycanlı olsaq da, reallıqda Ukrayna Millətçiləri Assambleyası ilə Ukraynadakı Azərbaycan diaspor təşkilatları tamam başqa strukturlardı. Odur ki, birincinin fikirlərinin bütün azərbaycanlılar adından verilməsi sadəcə, təxribatdır. Ayrıca "Regnum"un "bir günün içərisində qərarlarını dəyişdilər" fikrinə gəlincə isə bildirmək istəyirəm ki, azərbaycanlıların diaspor təşkilatları ilk gündən Ukraynanın bölünməzliyini və qardaş qırğınının qarşısının alınmasında maraqlı olublar. Və dəfələrlə media vasitəsi ilə bəyan ediblər ki, diaspor təşkilatlarımız hansısa partiya, yaxud siyasi fiqurun deyil, bütöv Ukraynanın yanındadı. Hesab edirəm ki, provokasiyalara son qoyulmalıdı". |
2014-02-24 | 9,889 | Müğənnilər Nərmin Hüseynliyə yardım üçün təklif gözləyir | Bu gün "Park Bulvar"da İqtisad universitetinin tələbələri Kamran Abbaszadə, Cəlal Allahverdiyev və Əzizə İslamzadənin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, gənc müğənni Miryusif "Park Bulvar"a gələrək həkim terrorunun qurbanı olan xanımın xeyriyyə aksiyasına qoşulub. Aksiyanın təşkilatçıları bildirdi ki, Xalq artisti Flora Kərimovaya da müraciət olunub. Biz də Flora xanımla əlaqə saxlayıb, bu aksiyada iştirak edib-etməyəcəyini soruşduq. Amma müğənni ilə əlaqə saxladıqda bəlli oldu ki, ona bu aksiya ilə bağlı müraciət olunmayıb. Bəs görəsən daha kim bu aksiyada fəal olacaq, həkim səhlənkarlığından əziyyət çəkən xanıma dəstək olacaq? Elə bu sualla da tanınmış müğənnilərə müraciət etdik. Xəbərsizəm Estrada müğənnisi Səidə Sultan bildirdi ki, o bu hadisədən xəbərsizdir: "Amma əgər təklif gəlsə, kömək etmək üçün müraciət etsələr, əlbəttə ki, qəbul edərəm". Hər zaman xeyriyyə aksiyalarında iştirak edirəm Müğənni Ayaz Qasımov da bu haqda məlumatı olmadığını bildirdi. O da xəstənin şəfa tapması üçün aparılan aksiyaya qoşulmaq üçün dəvət olarsa, iştirak edəcəyini bildirdi: "Təklif gələrsə, məmnuniyyətlə iştirak edəcəyəm". Xəyyam Nisanov isə sorğumuza cavab olaraq bildirdi ki, indi Bakıda deyil, lakin: "Xeyriyyə aksiyalarında hər zaman iştirak etmişəm və belə təkliflərə də diqqətlə yanaşıram". Qocalar evində xeyriyyə konsertləri verirəm Müğənni Zamiq Hüseynov da xəstə xanımın müalicəsi üçün təşkil olunan xeyriyyə konsertində iştirak etməsinin bir problemin olmadığını bildirdi: "Hər zaman belə tədbirlərdə iştirak edirəm. Bu xanımın müalicəsi üçün təşkil olunan aksiyada iştirak üçün təklif gələrsə, vaxtım olsa, əlbəttə ki, qatılaram". Müğənni onu da qeyd etdi ki, o öz təşəbbüsü ilə qocalar və uşaq evlərində xeyriyyə konsertləri təşkil edir. Xatırladaq ki, Feysbuk sosial şəbəkəsində yayımlanan xəbərdə gənc xanımın keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq zob adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problemin olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür. |
2014-02-24 | 9,890 | Maydan fəallarına nazirlikdə vəzifələr vəd edilir | Hökumətin tərkibinə Maydan nümayəndələri daxil olmalıdır. Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri Batkivşina Partiyasının lideri Arseni Yaçenyuk parlamentin iclasında bildirib. O, qeyd edib ki, Maydan nümayəndələri nazirliyin sıralarında öz yerlərini tutmalıdır. Bundan əlavə, Yaçenyuk bir təklif də irəli sürüb: "Maydan nümayəndələri nazirliyin sıralarına başçılıq etməlidirlər. Təklif edirəm ki, hər bir nazirlik üçün Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılsın. Həmin idarələrə də Maydan nümayəndələri nəzarət etsin". |
2014-02-24 | 9,892 | ARDNŞ-də ixtisarların əsl səbəbi – Açıqlama | "Neft hasilatı azalır deyə, işçilərin çoxalması ARDNŞ-yə sərf eləmir". Bu sözləri "Axar.az"a açılamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı dedi. O, bildirdi ki, ixtisarlara səbəb məhz neftçilərin sayının həddən artıq olmasıdır. Onun sözlərinə görə, bu halda kadr islahatlarına ehtiyac yaranır: "Azərbaycanda neft hasilatı getdikcə düşür. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də vəziyyətdən çıxış yolu kimi 7 mindən çox neftçini ixtisar etmək yolunu tutub. Neft hasilatı aşağı düşdüyü təqdirdə işçilərin sayının çoxluğu sərf eləmir. İslahatların səbəbi də məhz bundan ibarətdir. Neft Şirkətinin ehtiyac olmadığı halda belə, yenə işçi götürməsi, zaman-zaman ixtisarlara zərurət yaradır. İşdən çıxarılanlar arasında işsiz qalanların olub-olmadığını isə hələlik deyə bilmərik. Bunu monitorinq aparandan sonra söyləmək mümkündür. Ancaq hələlik işdən çıxarılanlar arasında məhkəməyə müraciət edən olmayıb". Qeyd edək ki, ARDNŞ 7222 işçisini ixtisar edib. Onlardan 6418 nəfəri işlə təmin olunub. 533 nəfər ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı ilə əmək haqlarının 5 misli məbləğində müavinət almaqla başqa fəaliyyət sahələrinə keçmək qərarına gəliblər. 108 nəfər "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumları ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının artırılması və məşğulluğunun təmin olunmasına dair Proqrama qoşulub, 163 nəfər isə Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşiblər. |
2014-02-24 | 9,893 | İsrailin İranla silah ticarəti üzə çıxdı | Bir-birinə sərt sözlər və təhdidlər işlədən iki düşmən dövlətin idarəçilərinin Yunanıstan vasitəsilə silah alış-verişi etdikləri ortaya çıxıb. "Axar.az" İngiltərənin "Teleqraf" qəzetinə istinadən xəbər verir ki, İsrailin Yunanıstanın vasitəsi ilə İrana "F-4" hərbi təyyarələrinin hissələrini satdığı mətbuata sızdırılıb. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən satışla əlaqədar istintaqa başlandığı bildirilib. İsrail mətbuatı isə satışın ilk dəfə olmadığını vurğulayıb. Yunanıstan mətbuatı İsrailin 2012-ci ilin dekabr və 2013-cü ilin aprel aylarında daha iki dəfə İrana silah satdığını bildirib. İsraildən İrana göndərilən hərbi təchizatın İsrailin Binyamin-Givat ada bölgəsindəki bir limanda həyata keçirildiyi qeyd edilib. |
2014-02-24 | 9,894 | Jirinovski: “Ukraynaya qoşun yeridə bilərik” | Rusiya beynəlxalq hüquq normaları çərçivəsində öz hərbi hissələrini Ukraynaya yeridə bilər. "Axar"ın məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu gün keçirdiyi mətbuat konfransında belə deyib: "Bunun üçün Ukraynanın qanuni prezidenti Viktor Yanukoviçin Rusiyaya müraciət etməsi yetərlidi. Onun yerində olsaydım, Ukraynanın cənubi-şərq vilyətlərinin rəhbərləri ilə təhlükəsizliyim barədə danışardım və oradan hələ də qanuni prezident olduğumu bəyan edərdim. O, bunu edə bilər. Onun bütöv Ukraynanın prezidenti olması artıq arxa planda qalıb. Lakin 25 may seçkilərinə mane ola bilər. O özünü qurtara bilər". Ali Radanın yeni sədri Aleksandr Turçinovun ünvanına nalayiq ifadələr işlədən Jirinovski bildirib ki, Qara dənizdəki hərbi hissələrinin təhlükəsizliyi baxımından Rusiya ordusunu ora yeridə bilər. Partiya sədri həmçinin təşkilatından könüllülərin ora göndərilməsinə hazır olduğunu deyib. |
2014-02-24 | 9,895 | Misirdə hökumət istefaya getdi | Misirdə Ordunun dəstək verdiyi keçid hökuməti istefaya gedib. "Axar.az" Misirin dövlət qəzeti "Əl Ahram"a istinadən xəbər verir ki, bu qərar 15 dəqiqə davam edən iclasdan sonra verilib. Qəzet məlumat verib ki, Misirin Baş naziri Hazem Bəblavinin yerinə İbrahim Mihlib keçəcək. Xatırladaq ki, Misirdə Prezident seçkilərində namizəd olması gözlənilən Baş qərargah rəisi Abdulfəttah Sisi də hökumətdə müdafiə naziri vəzfiəsini tuturdu. Artıq qərardan sonra onun namizədliklə bağlı iddiaları güclənib. |
2014-02-24 | 9,896 | ABŞ ordusunun sayını azaldır | ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordusunun sayını azaltmaq niyyətindədir. "Axar.az" xəbər verir ki, belə bir təklif Pentaqonun 2015-ci il büdcəsi ilə bağlı layihəsində yer alıb. Sənəd Pentaqon rəhbəri Çak Heyqel tərəfindən yayılıb. Bildirilib ki, ordunun 540 min nəfərdən 450-440 min nəfərədək azaldılması nəzərdə tutulur. |
2014-02-24 | 9,897 | İlham Əliyev Küveyt Əmiri və Vəliəhdini təbrik edib | Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrikdə deyilir: "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Dövlət başçısı Küveyt Dövlətinin Vəliəhdi Şahzadə şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahı da təbrik edib. Təbrik məktubunda bildirilir: "Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirirəm". |
2014-02-24 | 9,898 | Hərbi Prokurorluqda Memorial Soyqırım Muzeyi açılıb | Fevralın 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırım muzeyinin açılışı olub. Hərbi Prokurorluğunun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, muzeyin açılışında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdlikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror Z.Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb: "Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib". Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov isə muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu deyib: "Bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər". Sonra tədbir iştirakçıları muzeylə tanış olublar. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzeyin girişində "Xocalı fəryadı" adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində olan "Ana fəryadı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib. Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin və imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar sərgilənir. Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib. Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapıb. 2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaq olunan həmin iş üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 296 şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışları elan edilib. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer alıb. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus ürək ağrıdan fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da var. Bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, müzeydə əks etdirilən fotoşəkilləri və əyşyaları baxdıqca ürəkləri dağlayır. Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır. Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını, habelə həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət videoçarxa baxıblar. Qeyd edilib ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq və bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaqdan ibarətdir. Bu muzeyin xarici vətəndaşlara, xaricdən gələn qonaqlarımıza soyqırım, ermənilərin başımıza gətirdiyi faciələr barədə mühüm məlumatların çatdırılmasında böyük faydası olacaq. |
2014-02-24 | 9,899 | Zakir Qaralovdan təyinat | Azərbaycan prokurorluq orqanlarında yeni təyinat olub. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata gör, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə baş ədliyyə müşaviri Nurəli Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. N. Məmmədov buna qədər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mütəxəssislər qrupuna rəhbərlik edib. |
2014-02-24 | 9,900 | İranda həbs edilən 10 yaşlı azərbaycanlı qız azadlığa buraxıldı | Ana dilində təhsil tələb etdiyinə görə həbsə alınmış 10 yaşlı azərbaycanlı qız azadlığa buraxılıb. "Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, Fatimə Məhdəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən fevralın 21-də tutulub. Həmin gün sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq ETTELAAT əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub. Bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvi və başqa azərbaycanlı fəallar tutulub. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir neçə soydaşımız yaralanıb. Belə ki, valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb. |
2014-02-24 | 9,901 | Aksiyalarda həlak olanlara "qəhrəman" adı veriləcək | Kiyevdə etiraz aksiyaları zamanı ölən şəxslərə "Ukrayna qəhrəmanı" adı veriləcək. Ali Rada "Dinc etiraz aksiyaları zamanı baş verən silahlı münaqişələrin iştirakçılarının şərəfləndirilməsi haqqında" qərar qəbul edib. Qərarda qeyd olunur ki, Ukraynada 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevral ayının sonlarına qədər keçirilən dinc aksiyalar zamanı baş verən silahlı münaqişələrdə həlak olan mülki şəxslərə "Ukrayna qəhrəmanı" (ölümündən sonra) adı verilsin. Qərarın lehinə 346 deputat səs verib. Qərar qəbul edildiyi andan qüvvəyə minir. (ANS) |
2014-02-24 | 9,902 | Xocalı soyqırımı Finlandiyada anıldı | Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti bu ölkənin parlamenti qarşısında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib. Aksiya iştirakçıları əllərində "Xocalıya ədalət" yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar. "Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya parlamentinə göndərilib. (Trend) |
2014-02-24 | 9,903 | “Qarabağ problemini həmsədrlər həll etmir” | "Azərbaycanın istəyi də budur ki, Türkiyə bu həmsədrlikdə təmsil olunsun". Bu sözləri "Axar.az"a ATƏT-in Minsk Qrupu həmsədrliyində Türkiyənin də təmsil olunması məsələsinə münasibət bildirərkən politoloq Şahin Süleymanov dedi. Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu 20 ildən artıq fəaliyyət göstərsə də, hələ münaqişənin həlli prosesində heç bir irəliləyiş olmayıb. Bir çox ekspertlər və rəsmi Bakı qrupun tərkibinin, dəyişdirilməsini təklif edib. Hətta bir neçə dəfə Minsk Qrupunda yer alan həmsədr dövlətlərin bəzi ölkələrlə əvəzlənməsi də təklif olunub. Onların arasında qurumun tərkibinə Türkiyə daxil olmasını təklif edənlər də var. Üçlük münaqişənin həllini inhisara alıb Politoloq Şahin Süleymanov bunun təkcə Azərbaycandan asılı olan məsələ olmadığını bildirdi: "Bu məsələ zaman-zaman gündəmə gəlib və Azərbaycanın istəyi də budur ki, Türkiyə bu həmsədrlikdə təmsil olunsun. Təəssüf ki, bu, tək bizim istəyimizdən asılı olan məsələ deyil. Fransa, ABŞ və Rusiya münaqişənin həllini inhisara alıb. Məhz buna görə istəklərimiz heç bir nəticə vermir". Türkiyənin üzvlüyə gətirilməsi isə şayiədir Politoloq Vəfa Quluzadə isə bu məsələləri şayiə adlandırdı. Onun fikrincə, bu məsələ heç də real deyil: "Mən hesab edirəm ki, Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə daxil etmək məsələnin həlli deyil. İkincisi, Ermənistan buna razılıq verməyəcək və bilirsiniz ki, Ermənistan da Rusiyadan asılıdır. Digər məsələ isə problemin həlli ilə bağlıdır. Problemi həmsədrlər həll etmir. Gördüyünüz kimi, Fransa, ABŞ və Rusiya var və həmin həmsədrlər bu problemi həll edə bilməyib. Türkiyənin üzvlüyə gətirilməsi isə şayiədir və xahiş edirəm şayiələrə inanmayaq". |
2014-02-24 | 9,904 | İlham Əliyevdən Tərlan Əhmədovun avtoqoluna reaksiya- Video | Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya ilə eyni qrupa düşməsi bu ölkənin yığması ilə keçirilən qarşılaşmaları yenidən gündəmə gətirdi. 2004-cü ildə Bakıda qarşılaşan Azərbaycanla İtaliyanın görüşündə qonaqlar 2:0 hesabı ilə qalib gəlmişdi. İlk qolu isə Tərlan Əhmədov öz qapımıza vurmuşdu. Həmin vaxt stadiondan oyunu canlı izləyən ölkə prezidenti İlham Əliyev Əhmədovun avtoqoluna maraqlı reaksiya göstərmişdi. Həmin görüşün maraqlı anlarını və prezident İlham Əliyevin reaksiyasını təqdim edirik. ("Publika.az") |
2014-02-24 | 9,905 | Elmar Məmmədyarov mozambikli həmkarı ilə görüşdü - Foto | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambik Respublikasında rəsmi səfərdə olub və Mozambikin xarici işlər naziri Oldemiro Baloi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Mozambik arasında siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verən E.Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi koçkün vəziyyətinə düşdüyünü bildirib. Nazir Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul edilmiş dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb. E.Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və ADA Universitetində Mozambik diplomatlarının və digər peşə sahiblərinin təhsil almasının mümkünlüyünü qeyd edib və Mozambikin xarici işlər naziri O.Baloini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən O.Baloi E.Məmmədyarovun Cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib. O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb. Mozambikə ilk rəsmi səfəri çərçivəsində nazir E.Məmmədyarov bu ölkənin təbii sərvətlər naziri xanım Salvadora Namburete ilə də görüş keçirib. Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin təcrübəsi haqqında məlumat verib. Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib. Xanım S.Namburete Azərbaycan neft və qaz sahəsində təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırıb, Azərbaycanın təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil edilməsində maraqlı olduqlarını vurğulayıb. |
2014-02-24 | 9,906 | Əhmədlidə dəhşətli yol terroru - ölən var | VAZ 2107 qadın piyadanı vurub havaya uçurtdu. Fevralın 24-də axşam saat 19:15 radələrində Bakının Əhmədli qəsəbəsində dəhşətli yolnəqliyyat hadisəsi baş verib. Xətai rayonu, M.Hadi küçəsində VAZ 2107 markalı "Jiquli" yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Hadisənin şahidlərinin verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran VAZ 2107 markalı maşın da artıq saxlanıb. Xətai YPX-dan onu da bildirdilər ki, hələlik sürücünün ad-soyadı məlum deyil. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir. ("Musavat.com") |
2014-02-24 | 9,907 | BDU-da imtahan balı endirildi | Bu gün Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı rektorluğun genişləndirilmiş iclası keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəq qiymət almaları və nəticələrin onların nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verilib. |
2014-02-24 | 9,908 | Anasını döydüyünə görə dişi çıxarılacaq | Səudiyyə Ərəbistanı məhkəməsi yaşlı anasına əl qaldıraraq dişini vurub çıxartdığına görə kişini "əvəz əvəzə" prinsipi ilə cəzalandırıb. Hakim Turki əl-Qərni adı bildirilməyən 30 yaşlı kişinin dişinin vurub çıxardılması barədə qərar verib. Bundan başqa, məhkəmə müttəhimi 5 il azadlıqdan məhrum edib və ona 2400 şallaq zərbəsi vurulmasını hökm edib. Bundan sonra müqəssir hər 10 gündən bir şəhər bazarına gətirilərək camaatın gözü qarşısında 40 dəfə şallaqlanacaq. (Trend) |
2014-02-24 | 9,909 | Mursi "İran casusu" elan olundu | Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin fevralın 16-da keçirilmiş məhkəməsinin ittihamnaməsi ortaya çıxıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Mursi və 35 nəfər milli müdafiə sirlərini yaymaqda və Misirin sabitliyini pozmaq məqsədilə İran İnqilab Keşikçiləri Korpusuna hesabatlar verməkdə ittiham olunurlar. Növbəti məhkəmə prosesi fevralın 27-nə təyin olunub. Qeyd edək ki, Məhəmməd Mursi ötən ilin iyulunda ordunun çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq, həbs olunmuşdu. |
2014-02-24 | 9,910 | Türkiyədə 2287 nəfər qanunsuz olaraq dinlənilir | "Türkiyədə 2287 nəfər dinlənilir və bu üzdən həmin şəxslərdən üzr istənilməlidir". Bu sözləri Türkiyənin Baş nazir müavini Bülənt Arınç deyib. Nazirlər Kabinetinin iclasında dinləmələrlə bağlı danışan Arınç məsələ ilə bağlı iki nəfərin adının hallandığını və həmin şəxslərin işdən çıxarıldıqdan sonra yerinə gələn prokurorlar tərəfindən dinləmələrin edildiyinin müəyyən olunduğunu deyib. Bülənt Arınç ABŞ tərəfindən Baş nazir Ərdoğanın dinlənilməsinə də münasibət bildirərək, Baş nazirin dinləmələr ilə bağlı olaraq Obama ilə görüşdüyünü bildirib: "Türkiyə ilə ABŞ arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olub. Ərdoğanla Obama arasında yaranan soyuqluğun səbəbi Kipr danışıqlarının başlanması, Suriya, Misir və Ukrayna ilə əlaqədar məsələlərdir ki, bununla bağlı olaraq Obama Türkiyəyə güvəndiyini deyib". |
2014-02-24 | 9,911 | “Asan xidmət”dən “kupça”ları kim ala bilər? | "2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur". Bu sözləri "Axar.az"ın mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağı sualını cavablandıran "Asan xidmət"in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib. Fevralın 22-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Asan xidmət") mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların ("kupça") verilməsinə başlanılıb. Məsələ ilə bağlı "Asan xidmət"in ictimaiyyətlə əlaqələr sektorundan kütləvi informasiya vasitələrinə verilən məlumatda deyilir ki, fevralın 22-dən etibarən vətəndaşlar "kupça"ları həm "ASAN Xidmət" mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər. Amma əldə etdiyimiz məlumata görə, qurumun göstərdiyi bu xidmətdə müəyyən məhdudiyyətlər var. Belə ki, "Asan xidmət" mərkəzlərində yalnız 2006-ci ildən sonra qeydiyyata alınmış mənzillərə və həyət evlərinə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar verilir. Həmin ilə qədər qeydiyyata alınmış mənzil sahibləri isə yenidən sənədləşməni Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərində həyata keçirməlidilər. Bu məsələ isə "Asan xidmət"in xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar arasında çaşqınlıq yaradıb. Xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov isə "Asan xidmət"də bu xidmətin hələ təzə fəaliyyətə başladığını və artıq ilk müraciətlərin olduğunu bildirdi: "Bilirsiniz ki, "Asan xidmət" mərkəzlərində bu xidməti həmin məsələlərlə məşğul olan qurumun rəhbərliyi həyata keçirir. Bizim vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Qaldı dediyiniz məsələyə, bildiyiniz kimi, 2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur. Məhz həmin qeydiyyat vəsiqələri olmayan ev sahibləri müvafiq dövlət qurumundan həmin sənədi yenidən almalı, yaxud onun itirilməsini təsdiq edən sənəd gətirməlidir. Amma ümumilikdə "Asan xidmət" mərkəzlərində bu məsələ ilə bağlı bütün vətəndaşlara xidmət göstərilir". |
2014-02-24 | 9,912 | Krım qarışdı – “Rusiya bizi geri al!” | Bu fikri Yanukoviç iqtidarı devrilmədən öncə həm yerli, həm də beynəlxalq səviyyəli ekspertlər səsləndirmişdilər. Son günlər Krımda yaşananlar artıq Rusiyanın parçalanma planlarını işə saldığını sübut edir. Fevralın 24-də Krım tatarlarının Məclisi Krımın yeni konstitusiyasının qəbulunu tələb edib. "Krım xəbərləri" saytının verdiyi xəbərə görə, belə bir qərar Krım tatarlarının Simferopolda keçirilən mitinqində qəbul edilib. Mitinqə 10 mində artıq insan qatılıb. Mitinqin qətnaməsində deyilir: "Krımın indiki konstitusiyası çoxmillətli Krım xalqının maraqlarına, eyni zamanda Ukrayna daxilində özünütəyinetmə hüququnu tələb edən krım tatar xalqının maraqlarına uyğun deyil. Bu konstitusiya Krımda ictimai-siyasi sabitliyə hər an təhlükə yaradır. Krımın indiki statusu Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə davamlı təhlükədir". Məclis parlamentdən yeni ali qanunun hazırlanması üçün komissiya yaradılmasını və Krım Tatar Məclisi üzvlərinin həmin komissiyada təmsil olunmasını tələb edib. Mitinq iştirakçıları Krım Ali Məclisinin səlahiyyətlərinə xitam verilməsini və növbədənkənar seçki keçirilməsini də tələb edir. Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov mitinqdəki çıxışında bildirib ki, Simferopol rəhbərliyinə bütün Krım yarımadasından Vladimir Leninin heykəllərini ləğv etmək, onun adını meydanlardan götürmək üçün 10 gün möhlət verir: "Əgər tələb yerinə yetirilməsə, biz təcili addımlara başlayacağıq. Bu gün 10 min, sabah 20-30 min olacağıq". Fevralın 24-də Sevastopolda 30 minə yaxın insanın qatıldığı daha bir mitinq olub. Mitinqə Rusiya bayrağı ilə çıxan və əsasən ruslardan ibarət olan Krım sakinləri dövlət administrasiyasına etimadsızlıqlarını bildirib, Mixail Çalovu administrasiyaya yeni rəhbər təyin ediblər. Mitinqdə Ukraynada baş verənləri faşizm adlandırıb və "Putin bizim lider", "Rusiya bizi geri al!", "Krımda faşizmə keçidə imkan verməyəcəyik" kimi şüarlar səsləndirilib. Mitinqin qətnaməsində bildirilir ki, Sevastopol Ali Radanın heç bir qərarını tanımayacaq, həmin qərarları Krıma tətbiqinin qarşısı alınacaq. Səbəb kimi hakimiyyətin qiyam yolu ilə devrilməsi göstərilir. Daxili işlər naziri Arsen Avakovla, Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko fevralın 23-ü axşam saatlarından Krımdadırlar. Unian.net-ə müsahibə verən Avakov yarımadada durumun nəzarətdə olduğunu deyib: "İndi ən önəmli olan provokasiyalara yol verməməkdir. Bizim Kiyevdə yaşadıqlarımızın təkrarlanmaması üçün provokasiyaların qarşısını birlikdə almalıyıq. Ümid edirəm ki, dinc danışıqlar yolu ilə biz Krımın taleyi ilə bağlı anlaşma əldə edə biləcəyik". Onu da vurğulayaq ki, fevralın 19-da Ali Radanın Krımdan olan üzvü "Regionı" partiyasının təmsilçisi Nikolay Kolesniçenko ölkədə siyasi böhran davam edərsə Krımın Rusiyaya verilməsi məsələsini gündəmə gətirməyi təklif etmişdi. Ali Radanın üzvləri arasında təklifə dəstək verənlər vardı. Ertəsi gün isə "Batkivşina" fraksiyasının təmsilçilərinin müraciəti ilə Ukraynanın ərazi bütövlüyünə təhdidlərlə bağlı Ukrayna Prokurorluğunda cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı davam edir. Əzəli-əbədi türk yurdu olan Krım 60 il öncə - 1954-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə Rusiyadan alınaraq Ukraynaya verilib. Hazırda oranın əhalisinin 18 faizini Krım türkləri, 58 faizini isə ruslar təşkil edir. ("Musavat.com") |
2014-02-24 | 9,913 | Xocalı haqqında Zori Balayandan – Tükürpədici etiraf | Xocalı soyqırımının ildönümü günündə növbəti dəfə erməni yazarlarının etirafaları yada düşür. Hesab edirik ki, bu soyqırımın nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin fəxarətlə yazdıqları bu etiraflardan tutarlı fakt ola bilməz. Xaçatur türk uşağını hissə-hissə doğradı Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum... Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımında müəllif yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim". "Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"... |
2014-02-24 | 9,914 | Fətullah Güləndən korrupsiya ilə bağlı açıqlama - Video | Türkiyədə korrupsiya əməliyyyatında adı hallanan Fətullah Gülən daha bir açıqlama edib. Fətullah Gülən onun tərəfindən siyasətçilər, məmurlar və jurnalistlər də daxil olmaqla 7 min insanın telefon danışıqlarının gizli dinlənilməsi ilə bağlı iddialara cavab verib. Gülənin vəkilinin mediaya təqdim etdyi açıqlamada deyilir ki, bu cür yalan iddialar xalqda kin və qəzəbi artırmaq, onları etiraza sövq etmək məqsədi daşıyır. Türkiyə baş prokurorluğu bu iftiraları atan şəxsləri dərhal aşkar etməli və ictimaiyyətə doğru məlumatları verməlidir. Dinləmə ilə bağlı xəbəri Ərdoğan hökumətinə bağlı mətbuat orqanları yaymışdı. Həmin qəzetlər Fətullah Gülən tərəfindən dinlənən 3 min insanın adını da dərc eləmişdi. (ANS) |
2014-02-24 | 9,915 | Dünya şöhrətli aktrisa Ukrayna üçün üsyan etdi | Ukraynada doğulan aktrisa və model Mila Yovoviç doğulduğu ölkədə yaşanan hadisələrdə zərər görənlərə yardım edəcəyini açıqlayıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Yovoviç Ukraynada şiddətə məruz qalanlar üçün kampaniya keçirəcəyini söyləyib. Feysbuk səhifəsindən duyğularını dilə gətirən aktrisa "Siyasətlə maraqlanmıram, ancaq əlinə silah götürənlərə deyil, orada yaşanan şiddətin qurbanı olanlara kömək etmək üçün əlimdən gələni edəcəyəm. Fərdi olaraq o insanlara kömək etmənin yolunu tapacağam. Onlar nə üçün mübarizə aparırlar-aparsınlar, ancaq arada günahsız insanlar zərər görür. Bu, qətiyyən qəbul edilə bilməz",- sözlərini yazıb. Yovoviç ianə yığan hər hansı bir internet saytının olmamasına da diqqət edib. 38 yaşlı Mila Yovoviç Serb atanın və rusiyalı ananın övladıdır. O, "Resident Evil" filmi ilə məşhurlaşıb. Aktrisa filmin rejissoru Pol V.S Andersonun həyat yoldaşıdır. |
2014-02-24 | 9,916 | "Müsəlmanların ən böyük düşməni Türkiyədir" - Əl-Qaidə | "Müsəlman xalqının ən böyük düşməni NATO və Türkiyədir". "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri Somalidə yerləşən Əl-Qaidə terror təşkilatının liderlərindən biri Şeyx Əli Dəərə deyib. Şeyx Əlinin başçılğı altında keçən ilin iyul ayında bu ölkədə yerləşən Türkiyə səfirliyinə hücum edilmişdi və nəticədə bir türk polisi həyatını itirmişdi. Şeyx Əli NATO-nun xristian birliyi təşkilatı olduğunu və Türkiyənin də müsəlman xalqlarını əzmək üçün çəkic olaraq istifadə edildiyini deyib. Daha sonra o "Türkiyə NATO-nun bir hissəsidir və bizim hücumlarımızda əsas hədəfimiz Türkiyədir. Türklərin amerikalılardan, ingilislərdən və digərlərindən heç bir fərqi yoxdur", - deyib. |
2014-02-24 | 9,917 | Həkim terrorunun qurbanı Nərminə yardım kampaniyası - Foto | Bu gün Bakının iri ticarət mərkəzlərindən biri olan Park Bulvarda xeyriyyə aksiyyası keçirilib. Aksiyanın keçirilməsinə məqsəd 17 yaşlı Nərmin Hüseynlinin müalicəsinə vəsait toplamaq olub. "Axar.az"ın aksiyada iştirak etmiş müxbiri xəbər verir ki, bir qrup gəncin təşkil etdiyi aksiyaya maraq olduqca geniş idi. Xeyriyyə məqsədilə hər kəs bacardığı qədər maddi yardım edib. Aksiyanın özəlliklərindən biri də bu idi ki, maddi köməklik etməyə gücü çatmayan insanlar müxtəlif əl işləri, istifadə olunmuş kitablar, ev əşyalarını satmaqla əldə olunan vəsaiti Nərminin sağalması üçün büdcəyə daxil ediblər. Qeyd edək ki, aksiyanın davamı nəzərdə tutulur. Növbəti aksiya sabah Metro Parkda, saat 10:00-dan 22:00-dək davam edəcək. |
2014-02-24 | 9,918 | Dünyanın ən yaşlı adamı - Video | Hindistanda kiçik bir kənddə yaşayan 118 yaşlı Premsay Patelin doğum tarixi təsdiq olunarsa, o, dünyanın ən yaşlı adamı sayıla bilər. Məlumata görə, onun uzun ömürlü olmasının sirri sağlam həyat tərzindədir. O, istisna olaraq bitki yeməkləri yeyir. Yaşlı adam gününü dini moizə ilə başlayır. Onun sözlərinə görə, bu, ruhunu və bədənini təmizləyir. Patel öz böyük ailəsi ilə Korba dairəsində yaşayır. Qohumları hamısı onunla fəxr edir və onu özlərinə nümunə sayırlar. Onlar bir yerə yığışaraq Veda mətnləri oxuyur və dua edirlər. Premsay Patelin şəxsiyyət vəsiqəsində göstərilib ki, o, 1896-cı ildə doğulub. Amma ekspertlər onun sümük toxumasını analiz etmək və yaşını müəyyən etmək istəyirlər. Qeyd edək ki, yaşı 110-dan çox olan adamların axtarışı ilə Gerontology Research Group təşkilatı məşğul olur. Qurumun əməkdaşlarının sözlərinə görə, hazırda dünyanın ən yaşlı adamı Yaponiyanın qadın sakini Misao Okavadır, onun 115 yaşı var. |
2014-02-25 | 9,919 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. "Axar.az"ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və biometeoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. |
2014-02-25 | 9,920 | "Çelsi"dən Droqbaya gözlənilməz təklif | Sabah Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində "Çelsi" səfərdə "Qalatasaray"la üz-üzə gələcək. Bu oyunöncəsi İngiltərə mətbuatında maraqlı xəbərlər dolaşır. London klubunun sahibi Roman Abramoviç "Cim Bom"un ulduz futbolçusu Didye Droqbanı yenidən komandaya qaytarmaq istəyir. Rusiyalı milyarderin Droqbaya bir il "Çelsi"də futbolçu kimi oynamaq və növbəti mövsümdən baş məşqçi Joze Mourinyonun köməkçisi işləməyi təklif etdiyi bildirilir. Mövsümün sonunda "Qalatasaray"dan ayrılacağı gözlənilən təcrübəli futbolçunun da bu təklifi müsbət qarşıladığı iddia olunur. ("Daily Mail") |
2014-02-25 | 9,921 | Qan donduran qətl görüntüləri – Video/18+ | İŞİD (İraq Şam İslam Dövləti) adı verilən və Əl-Qaidə terror təşkilatı ilə əlaqəsi olduğu bilinən təşkilat İraqın Anbar vilayətində həyata keçirdiyi silsilə hücumlar və qətl görüntülərini yayımlayıb. "Axar.az" həmin vieonu təqdim edir |
2014-02-25 | 9,922 | Yanukoviçin Putinlə gizli danışığı üzə çıxdı - Ukrayna parçalanır | Yanukoviç Vladimir Putinlə Ukraynanın parçalanması üçün danışıqlar aparıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı etibarlı mənbələrinə istinadən yayıb. Mənbə 21 fevral tarixində Yanukoviçin həqiqətən Xarkova qaçdığını və burada böyük bir toplantı keçirdiyini bildirib. Görüşdə ölkənin şərq vilayətinin rəhbərləri və onu maliyyələşdirən oliqarx Renat Axmetov iştirak edib. Daha sonra toplantıda Vladimir Putinlə telefon bağlantısı yaradılıb. Yanukoviç ölkənin şərq vilayətlərinin ayrıca respublika elan edilməsini təklif etsə də, bu görüş iştirakçıları tərəfindən xoş qarşılanmayıb. Şərq vilayətlərinin bəzi rəhbərləri və Renat Axmetov bu tip müstəqillikdən imtina edib. Daha sonra tək qalan V.Yanukoviç V.Putinin dəvətiylə Moskvaya yollanmaq istəsə də, ona Donetskdə mane olublar. Bu zaman Yanukoviçin korteji Donetskdən cənuba naməlum istiqamətə yollanıb. Yanukoviçin Krıma getmə ehtimalının da az olmadığı bildirilir. Eks-prezidentin bura gəldikdən sonra birbaşa Rusiyaya getdiyi və hazırda Moskvada olduğu deyilir. Onun məhz burada özünün ölkədən qovulmuş prezident kimi qələmə verəcəyi qeyd edilir. Mənbə Yanukoviçin bu addımının V.Putinin bundan sonra oyuna girib-girməyəcəyi ilə əlaqəli olduğunu deyib. O, Putinin oyuna girəcəyi təqdirdə Ukraynada üç konflikt zonası yaradacağını bildirib."Moskva birbaşa üç istiqamətdə konflikt zonaları təşkil edəcək. Bunlar Krım, Donbas və Dnesteryanı ilə sərhəd bölgələr olacaq. Bununla da ya Rusiya istədiyini yeridəcək, ya da ki Ukrayna bölünəcək". Qeyd edək ki, hələ də Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin harada gizlənməsi haqqında dəqiq məlumat yoxdur. |
2014-02-25 | 9,923 | Baş prokurorun heyrətamiz villası - Foto | Ukraynanın paytaxtı Kiyevdə qaçmış prezident Viktor Yanukoviçin "Mejiqorye" iqamətgahından sonra Baş prokuror olmuş Viktor Pşonkanın da evinin görüntüləri yayılıb. Fotolardan göründüyü kimi, Baş prokuror Pşonko Yanukoviç kimi lüksü sevib. Mülkündə qiymətli əşyaları olan Pşonkonun saraylarından birinin dəyəri 100 milyon dollardır. "Axar.az" Baş prokurorun malikanəsindən fotoları təqdim edir. |
2014-02-25 | 9,924 | Beş ayaqlı “Müqəddəs inək” - Foto | Hindistanda 5 ayaqlı inəyi görən hər kəsi heyrətlənib. Üstəlik bu inəyin beşinci ayağı kürəyindən çıxıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Hindistanda beş ayaqlı inək görən hər kəsi heyrətləndirib. İnəyin beşinci ayağı isə kürəyindən çıxıb. Ona toxunan hər kəsə şans gətirəcəyi açıqlanıb və onların sayları olduqca çoxdur. "Müqəddəs" inəyin sahibi Laksman Bosale onu şəhərin hər tərəfində gəzdirib. İnəklərin müqəddəs heyvan sayıldığı bu ölkədə beş ayaqlı inəyin Tanrı tərəfindən mükafatlandırıldığı xəbəri yayılıb. "Müqəddəs" inəyə toxuna bilmək üçün onun sahibinə müəyyən bir hədiyyədə etmək lazımdır. İndiyə qədər inəyi bir çox şəhərdə gəzdirən Bosale onun ölkənin hər tərəfinə aparacağını söyləyib. |
2014-02-25 | 9,925 | Bakı buxtasının ən böyük Gülü sökülür? - Foto | Bulvara yaxın ərazidə sahildən 700 metr məsafədə quraşdırlılan Gül fəvvarəsinin taleyi ilə bağlı mətbuata məlumat daxil olub. Diametri 15 metr, dəniz suyu səviyyəsindən hündürlüyü 5 metr, su şırnağının vurulma hündürlüyü isə 100 metr olan Gül fəvvarəsi dəmir beton özüllər üzərində quraşdırılmış mürəkkəb quruluşa malik metal konstruksiyadan ibarətdir. Məlumata görə, artıq metal konstruksiyadan ibarət olan gülün bir hissəsi çıxarılıb, ərazidə ağır texnika işləyir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bildirib ki, həmin fəvvarə sökülə bilməz. Ola bilsin ki, təmir işləri aparılır. Qarşıdan isti aylar gəldiyindən mövsümə hazırlanır. Gül fəvvarəsini inşa edən "ADO-G Şirkətlər Qrupu"ndan Arif Şəkiyev bildirib ki, həmin fəvvarə sökülmür. Direktor müavininin sözlərinə görə, həmin fəvvarədə yenilik olacaq. A.Şəkiyev yeniliyin nədən ibarət olacağı barədə açıqlama vermədi ("Milli.Az"). |
2014-02-25 | 9,926 | Zlatan İbrahimoviç komanda yoldaşını aşağıladı - Video | Futbol üzrə İveç milli yığması və Fransanın "PSG" klubunun hücumçusu qatıldığı verilişdə komanda yoldaşını aşağılayıb. "Axar.az"ın məlumatına görə, o, qara dərili futbolçu Somana Kamaraya "televiziyada daha çirkin görünürsən" deyib. Xatırladaq ki, İbrahimoviç futbol meydançalarında olduğu kimi, adi həyatda da birmənalı qarşılanmayan hərəkətləri ilə seçilən futbolçulardandı. |
2014-02-25 | 9,927 | Meyxanaçı Vüqar konsert verəcək | Martın 1-i və 2-sində Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə "Olur belə şeylər" adlı konsert proqramı baş tutacaq. Məlumatına görə, yumoristik tamaşa "Aktyorlar Evi"ndə nümayiş olunacaq. Aktyorları tanınmış klarnet ifaçısı Seymur Kərimovun rəhbərlik etdiyi ansambl müşayiət edəcək. Tamaşada tanınmış sima, teatrın aktyoru və teleaparıcı Elcan Rəsulov rol alacaq. Konsertin açılışında Elcan Rəsulov və Türkiyənin məşhur layihəsi olan "Yetənək Sizsiniz"də Azərbaycanı təmsil edən "Grazy eyes" rəqs qrupu xüsusi proqram nümayiş etdirəcək. Tamaşaçılar teatrın rəhbəri, meyxana ifaçısı Vüqar Abdulovu da səhnədə görəcəklər ("Axşam.az"). |
2014-02-25 | 9,928 | Ərdoğan: “Pulları evdən çıxar” – Şok audio | Türkiyədə 17 dekabr əməliyyatı sonrası internetə sızdırılan səs qeydlərinə bu dəfə bomba kimi təsir edəcək bir qeyd də əlavə edildi. Yutuba yüklənən və Baş nazir Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon danışığının 17 dekabr günü, yəni rüşvət əməliyyatının ilk günündə aparıldığı bildirilir. "Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, səs yazılarında Baş nazirin oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir. Səslər montajmı? Video internetə yüklənən kimi sosial mediada da müzakirələr başlayıb. Bir çox jurnalist bu səs yazısının montaj olduğunu bildirir. Şübhə yaradan başqa bir nüans isə mediaya sızdırılan səs yazısının polis qeydlərini yayması ilə məşhurlaşan "Haramzadələr" adlı bir internet ünvanından deyil, bilinməyən bir ünvandan Yutuba yüklənməsidir. Bundan əlavə, Ərdoğanın çox batıq səslə danışması və Bilal Ərdoğanın səsində yaranan qırıqlar, aralarda yaranan boşluqlar da səs yazısının montaj olması şübhələrini artır… Səs yazısı ilə bağlı hökumətdən açıqlama Yayılan səs yazısı ilə bağlı Türkiyə hökuməti açıqlama verib. Açıqlamada səs yazısının reallığı əks etdirmədiyi və bunun əxlaqsızca edilmiş montaj olduğu bildirilir. Daha sonra açıqlamada bu çirkli oyunu quranların qanun qarşısında cavab verəcəyi deyilir. |
2014-02-25 | 9,929 | “Bugatti” istehsalını dayandırır | 2005-ci ildə istehsalına başlanan "Bugatti Veyron" tanıdıldığı gündən bəri 300 ədəd istehsal edilib və bu avtomobillər 5 il ərzində satılıb. "Veyron Grand Sport" roadster modeli isə 150 ədəd istehsal edilib bunun da ancaq 110 ədədi satılıb. Mövzu "Bugatti Veyron" olduğu üçün əldə qalan avtomobillərin xərci də xeyli çoxdur. 40 ədəd avtomobil bir o qədər çox olmasa da, bu avtomobillərin dəyəri 62,5 milyon avro civarındadır. "Bugatti" alıcılarına "Dynamic Drive Experience" proqramı adı altında testlər təqdim edərək qalan 40 ədəd "Veyronu" satmağı hədəfləyir. "Bugatti"nin Amerikadakı satış direktoru Con Hillin sözlərinə görə, şirkət əlində qalan avtomobilləri 12 ay ərzində satmağı planlaşdırır. Hill əldə qalan son "Veyron"ların satışından sonra yaxın zamanlarda yeni modelin gözlənilmədiyini də sözlərinə əlavə edib. |
2014-02-25 | 9,930 | ABŞ futbolçuları Ukraynaya zirehli gödəkcədə gələcəklər | ABŞ futbol yığmasının üzvləri Ukrayna ilə yoldaşlıq görüşü keçirmək üçün bu ölkəyə dəbilqə və zirehli gödəkcədə gələcəklər. "Axar.az"ın məlumatına görə, MLS Sokker bu haqda məlumat yayıb: "Çox güman ki, biz dəbilqə və zirehli gödəkcə geyinəcəyik. Orada baş verənləri görmək dəhşətdir. Xoşbəxtlikdən bunun oyunlara aidiyyəti yoxdur. Ümid edirəm ki, onlar barışıq əldə edəcəklər",- deyə ABŞ yığmasının üzvü Qonsales bildirib. Qeyd edək ki, Ukrayna və ABŞ millisi arasındakı yoldaşlıq oyunu martın 5-də Xarkovda baş tutacaq. |
2014-02-25 | 9,931 | Culanidən yeri qruplaşma - Video | Suriyada 3 ildir davam edən müharibədə Əsədə qarşı qurulan yüzlərlə qruplaşmalara biri də əlavə olunub. "Axar.az" Azad Suriya Ordusuna məxsus saytlara istinadən xəbər verir ki, Dəra şəhərində Mahmud Cahidin rəhbərliyi altında Əsədə qarşı vuruşmaq üçün "Seyfullah Əl-Məslun" adlı yeni qruplaşma yaradılıb. Qurandan bir ayə ilə başlayan qruplaşmanın bəyannaməsində belə sözlər yazılıb: "Günahsız xalqımıza qarşı edilən qırğın, zülm, bombalama, həddindən artıq qüvvə istifadəsinə qarşı Suriyanın cənubunda olan mərkəzi Dərada olan Havran bölgəsində fəaliyyət göstərməkdə olan bizlər: Əbu Musa Əl-Culaninin rəhbərliyindəki "Seyfullah Əl-Məslun" qruplaşmasını qurduğumuzu və Suriyanın cənub qərbində olan Suriya Müqavimətçilər Birliyi cəbhəsinə qoşulduğumuzu polkovnik Mahmud Cahid olaraq elan edirəm". |
2014-02-25 | 9,932 | Xaçmazda çay evi yandı | Bu səhər Xaçmaz şəhərində yanğın olub. Şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çay evinin tavanının və dam örtüyünün yanar konstruksiyaları, içərisində olan əşyalar 100 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-25 | 9,933 | Qadınlar hökumət qüvvələrinə qarşı - Foto | Norveç hökuməti ən azı 10 norveçli qadının Suriyada müxalifət cəbhəsində Əsədə, hökumət qüvvələrinə qarşı vuruşduğunu açıqlayıb. Açıqlamada son 18 ayda Norveç vətəndaşı olan ən az 10 qadının müxtəlif səbəblərlə Suriyaya səyahət edərək müxalifət qüvvələrinə qoşulduğunu açıqlayıb. "Axar.az" Suriyada müxalifətin əlində olan saytlara istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qadınların bəzilərinin sevgili və ya ərlərinin yanında olmaq, bəzilərinin də Əsəd qüvvələrinə qarşı döyüşməyi müqəddəs saydıqları üçün müxalifət cəbhəsinə qoşulduğu bildirilib. Qeyd edək, Suriyada 60-a yaxın Norveç vətəndaşı vuruşur. |
2014-02-25 | 9,934 | Bu gün Su çərşənbəsidir | Bu gün Novruzun dörd çərşənbəsindən ilki - Su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirlər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar. Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan "lal su" (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar. İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və etiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaq, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaq. İynələr suyun dibinə çökərsə, o halda bu su "lal su" deyildir. Qeyd edək ki, Novruzun ilk çərşənbəsi fevralın 25-nə, ilaxır çərşənbə isə martın 18-nə təsadüf edəcək. Ölkədə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd olunacaq(APA). |
2014-02-25 | 9,935 | Ermənilər dörd istiqamətdə atəşkəsi pozublar | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-25 | 9,936 | Ağsuda şübhəli missioner peyda olub – Özəl | "Ağsuda İcra hakimiyyəti ilə dindarlar arasında münasibətləri qızışdırırlar". Bu informasiya "Axar.az"a Ağsu rayonundakı mənbələrdən daxil olub. Bildirilir ki, Rövşən Süleymanov adlı şəxs bu işdə xüsusilə fərqlənir. Onun İngiltərədə yaşayan Nazim Kıbrısi adlı şeyxin tələbəsi olduğu deyilir. Mənbə həmçinin Rövşən Süleymanovun Qax rayon sakini olduğunu, amma Ağsuda məskunlaşdığını qeyd edir. Həmin dindarın məscidləri gəzərək insanları icra başçısına qarşı qaldırdığını deyilir: "Rövşən Süleymanov İngiltərədə yaşayan Nazim Kıbrısi adlı şeyxin tələbəsidir. Tez-tez onun yanına müxtəlif yerlərdən, hətta İngiltərədən də türklər gəlir. Hər biri qəribə şalvar və əbada olurlar. Xarici görünüşlərindən vəhabilərlə əlbir olduqlarına dair şübhələr yaranır". Mənbə həmçinin İcra hakimiyyətilə yerli dindarlar arasında məhz bu şəxsə görə münasibətlərin pozulduğunu bildirib. O, yerli idarəetmə orqanı rəhbərinin həmin şəxsin rəsmi qeydiyyatda olmadığını əsas gətirərək, yerli dindarlara təzyiq etdiyini deyib. Xəbərdə bildirilir ki, R.Süleymanovun niyyəti və hədəfləri hələlik bəlli deyil. Bəlli olan yeganə məsələ dindarlarla rəsmi qurumlar arasında səpdiyi narazılıq toxumudur. |
2014-02-25 | 9,937 | Kərim oynaya-oynaya maşın sürür - Video | Müğənni Kərim şəxsi avtomobilini idarə edərkən digər sürücülər və piyadalar üçün qəza şəraiti yaradıb. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, müğənninin Feysbuk səhfəsində paylaşdığı videoda avotomobil idarə edərkən bərk musiqi səsi ilə oynadığı görünür. Avtomobildə olan digər şəxslər isə qışqırırlar. Kərim videonu paylaşarkən bunu stres atmaq kimi qiymətləndirdiyini yazıb: |
2014-02-25 | 9,938 | Sərkisyandan Xocalı qətliamı ilə bağlı şok etiraflar | Xocalı soyqırımın əsas təşkilatçı və iştirakçılarından biri erməni prezidenti Serj Sərkisyandır. Təəssüf ki, hələ də cəzasına çatmayan bu şəxsin Xocalı etirafları 2000-ci il dekabrın 15-də jurnalist Tomas de Vaal tərəfindən qeydə alınıb. Jurnalist müsahibənin Xocalı hadisələri və 366-cı motoatıcı alaya aid hissələrini yayıb. "Axar.az" həmin hissəni təqdim edir: 366-cı alayın iştirakını inkar etmirəm Tomas de Vaal: - Məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub. Serj Sərkisyan: - Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar "Qrad"la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri. – red.) orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma iki-üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur. Ayaz Mütəllibovu özü deyirdi ki… Tomas de Vaal: - Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz? Serj Sərkisyan: - Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri (Ayaz Mütəllibovu nəzərdə tutur. – red.) özü deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada "OMON" var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə… Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tuturdular. Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib. Azərbaycanlılara hər hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli, o da döyüş əməliyyatlarında iştirak edir... Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı. Tomas de Vaal: - Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki... Serj Sərkisyan: - Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri qovarkən onlar düşündülər. Qeyd edək ki, Serj Sərkisyan 1989-93-cü illərdə "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri"nin sədri olub. Daha sonra ölkənin Müdafiə nazirindən prezidentinə qədər müxtəlif vəzifələri icra edib. Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarından biridir. Azərbaycan torpaqlarının işğal olunmasında, minlərlə Azərbaycan vətəndaşının qətlə yetirilməsində birbaşa iştirak edib. |
2014-02-25 | 9,939 | Rusiya Krımda kütləvi şəkildə pasport paylayır | Rusiya Ukraynanın Krım vilayətində kütləvi şəkildə pasport paylamağa hazırlaşır. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Oleq Kryuçkov məlumat yayıb. "Rusiya Dövlət Dumasının deputatları Simferopolda olublar. Onlara MDB məsələləri üzrə komitənin sədri Leonid Slutskiy rəhbərlik edir. Ruslar Krım deputatları ilə görüş keçiriblər",- deyə jurnalist bildirib. Jurnalist deputatlar arasında nədən söhbət getdiyini də bildirib: "Rusiya prosedurun asanlaşması üçün pasportlar paylamağa başlayıb. Rusiya Yanukoviçlə müxalifət arasında əldə olunmuş razılaşmaya əməl olunmasını tələb edir. Ən başlıcası, Kreml krımlıların referendum qərarına və yaxud Krımın Rusiyaya birləşmək çağırışına çox tez baxa bilər". Qeyd edək ki, 2000-ci ilin əvvəllərində Rusiya Abxaziya və Cənubi Osetiyada da kütləvi şəkildə pasportlar paylayırdı. Bu da Tiflislə Moskva arasında münaqişə zamanı, yəni 2008-ci ilin avqustunda Kremlin "rus vətəndaşlarını" qorumaq adı altında Gürcüstan ərazisinə soxulmasına bəhanə vermişdi. |
2014-02-25 | 9,940 | Ukraynada prezident seçkisinə start verildi | Bu gün, fevralın 25-də Ukraynada növbədənkənar prezident seçkisi kampaniyasına start verilib. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bununla bağlı qərar qəbul edib. Namizədliyin irəli sürülməsi müddəti martın 30-na kimi təyin olunub. İddialılar öz namizədliyini ya partiya vasitəsilə, ya da müstəqil şəkildə irəli sürə bilərlər. Qeydiyyatdan keçmək üçün mütləq 2.5 milyon qrivna (təxminən 250000 manat) girov qoyulmalıdır. |
2014-02-25 | 9,941 | Bakının ən yaşlı sakini vəfat etdi | Bakının ən yaşlı sakini vəfat edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından Nizami rayonu, Kürçaylı küçəsi 8, mənzil 70 ünvanında yaşayan 107 yaşlı Tamam Şərifovanın halının qəfildən pisləşdiyi bildirilib. Hadisə yerinə təcilli yardım çağırılsa da, həkimlər onu xilas edə bilməyiblər. Stansiyadan o da bildirib ki, T. Şərifova paytaxtın ən yaşlı sakinidir. |
2014-02-25 | 9,942 | Türkiyə cəfəriləri Prezident İlham Əliyevin əmrini gözləyir | Dünən İstanbulda "Zəhra Ana" dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından "Axar.az"-a verilən məlumata görə, əsasən Türkiyə cəfərilərinin iştirakı ilə keçirilən tədbirdə təriqətin lideri Səlahaddin Özgündüz, Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atilla Kaya və Ali Özgündüz, İKGF-nin Aparat rəhbəri Elməddin Mehdiyev və azərbaycanlı millət vəkilləri Elman Məmmədov və Aqil Abbas çıxış ediblər. E.Mehdiyev tədbirdə çıxış edərək İKGF-in Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsünün Xocalıda baş verənlərə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilməsi, faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılması yönündə fəaliyyətləri və əldə olunan nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırıb. E.Mehdiyev həmçinin bildirib ki, Xocalı faciəsinin ildönümü günü Türkiyənin fərqli şəhərlərində, o cümlədən Ermənistanla həmsərhəd bölgələrində Qazi Qarabağ azanının səsləndirilməsi nəzərdə tutulub. Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz türk ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini qeyd edib. Azərbaycanı vətən olaraq gördüklərini qeyd edən S.Özgündüz Qarabağı işğaldan azad etmək üçün 3 milyonluq Türkiyə Cəfərilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmrini gözlədiklərini bildirib. |
2014-02-25 | 9,943 | Bu gecə qadın polislə təcili yardımı bir-birinə vurdu - Foto | Ötən gecə təxminən saat 23:10-23:45 arası Bakı Şəhər Post Patrul Xidmətinin və Təcili Yardım Stansiyasının işçiləri arasında mübahisə yaşanıb. "Axar.az"ın hadisə yerində olan müxbirinin xəbərinə görə, Təcili Yardıma "Elmlər Akademiyası" metrosundan bir az yuxarıdakı dayanacaqda naməlum bir qadının özündən getməsi haqqında məlumat daxil olub. Lakin hadisə yerinə gələn Təcili Yardım Xidmətində çalışan həkimlər qadının sərxoş olduğunu, bir az sonra öz-özünə ayılacağını əsas gətirərək ona yardım etməkdən imtina edəiblər və qadının kimliyini müəyyənləşdirməsi üçün Bakı Şəhər Post Patrul Xidmətinə zəng vurublar. Yoldan keçən adamların buna münasibəti isə birmənalı olmayıb. Ərazidən keçərkən dayanacaqda saxlayan 18 nömrəli marşrutdan düşən vətəndaşlarla Təcili Yardım həkimləri arasında mübahisə yaranıb. Vətəndaşlar həkimləri dayanacaqda yıxılaraq betonun üzərində uzanılı halda qalan qadına tibbi yardım göstərməməkdə günahlandırıb. Daha sonra vətəndaşlar qadını yerdən qaldıraraq dayanacaqda olan oturacağın üzərinə uzadıblar. Bir az sonra hadisə yerinə Bakı Şəhər Post Patrul Xidmətinin əməkdaşları gəlib. 3 nəfər polis əməkdaşının arasında ən gənc olanı qadını tanıyıb. Onun bildirdiyinə görə, adı Zəminə olan xanım əvvəllər yaxınlıqda süpürgəçi işləyib. Və bu zaman Post Patrul Xidmətinin və Təcili Yardım həkimlərinin arasında mübahisə yaranıb: onlar bir-birlərini qarşılıqlı şəkildə ittiham edərək, qadına yardım etməyin qarşı tərəfin vəzifəsi olduğunu deyiblər. Bu mübahisədən sonra hər iki tərəf qadını hadisə yerində qoyub uzaqlaşmağa cəhd göstəriblər, lakin bu zaman vətəndaşların təzyiqi ilə geri qayıdaraq qadını istəməyərəkdən Təcili Yardım avtomobilinə yerləşdirərək ərazidən uzaqlaşıblar. Qadının sonrakı vəziyyəti barədə heç bir məlumat yoxdur. |
2014-02-25 | 9,944 | Yanukoviç infarkt keçirib, amma sağdır | "Ukraynanın eks-prezidenti infarkt keçirib, amma sağ-salamatdır. Hazırda Afondadır (Makedoniyada dağ)". "Axar.az" xəbər verir ki, bu sözləri jurnalist Mixail Mişişin öz Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, siyasətçilər prezidentin xəstəliyi barədə məlumatlıdırlar. Buna baxmayaraq, ona satqın imici yaratmağa davam edirlər. Onun tərəfdarları təzyiq altında eks-prezidentin milisə, Berkuta, partiya üzvlərinə xəyanət etdiyini bildirirlər. |
2014-02-25 | 9,945 | AMEA-nın Fizika İnstitutunda yanğın baş verib | Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib. Bu gün saat 10:30 radələrində AMEA-nın Fizika İnstitutunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib (Trend). Yanğınsöndürənlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, elektrik şitində kiçik yanğın baş verib. Lakin onlar hadisə yerinə gələnədək yanğın instututun əməkdaşları tərəfindən söndürülüb. Fizika İnsitutundan bildiriblər ki, hadisə elektrik şitində qısa qapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb. |
2014-02-25 | 9,946 | Ələkrəm Hümbətov Brüsseldə Azərbaycana qarşı - Çıxış | Ələkrəm Hümbətov Brüsseldə Avropa Şurasının təşəbbüsü ilə keçirilən konfransda iştirak edib. "Axar.az" xəbər verir ki, bu informasiyanı İran mətbuatı yayıb. O, çıxışı zamanı guya Azərbaycanın talış mədəniyyəti və xalqını məhv etməyə istiqamətlənən siyasət apardığını bildirib. "Azərbaycanda talış sözünün özü həbs altındadır. Hökumət yönümlü qəzetlər isə "Talışıstan" demək əvəzinə "Cənub regionu" sözlərini işlədir. Talışların öz tarixi mədəni incəliklərini qorumaqdan ötrü atdıqları hər bir addım separatizm kimi qiymətləndirilir". Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək "Sülh və Cənubi Qafqazda birgəyaşam" adlı konfransına Ələkrəm Hümbətovun dəvət olunduğunu yazmışdı. Ə.Hümbətov Avropa Şurasının Baş katibinin məktubu ilə bu konfransa dəvət edilmişdi. Ələkrəm Hümbətov 90-cı illərin əvvəllərində Azərbaycanın cənub bölgəsində "Talış Muğan Respublikası" yaratmağa cəhd etmişdi. Daha sonra onun bu təşəbbüsünün qarşısını yerli əhali və dövlət orqanları almış və o, həbs edilmişdi. Həbsdən azad olunandan sonra ölkədən gedən Ə.Hümbətov 2013-cü ildə Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, burada "Talış Muğan Respublikası"nın rəhbər kimi təqdim edilmişdi. |
2014-02-25 | 9,947 | İki sahibkar beynəlxalq axtarışa verildi | Azərbaycan hüquq-mühafizə orqanları iki nəfər barəsində beynəlxalq axtarış elan edib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, 50 yaşlı Eldar Əliyev və 62 yaşlı Meyransə Həsənova vergidən yayınmaqda ittiham olunurlar. Həmin şəxslər Azərbaycanda olmadıqları üçün onların tutulması üçün İnterpola müraciət edilib. Adıçəkilən şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. |
2014-02-25 | 9,949 | Mərkəzi Bankın məktubu QHT-ləri bir birinə vurdu | Kommersiya banklarına Mərkəzi Bankın Baş direktoru Rəşad Orucovun imzası ilə qeyri-hökumət təşkilatlarının bank hesablarına pulların hansı şəkildə qəbul edilməsi ilə bağlı məktub daxil olub. Məktubda kommersiya banklarına qrant müqaviləsi üzrə müqavilələri qeydə alınmayan QHT-lərin bank hesablarına pul qəbul edilməməsi ilə bağlı göstəriş verilir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Mərkəzi Bankın bu tələbinin Konstitusiyanın tələblərinə zidd olduğunu bildirdi: "Mərkəzi Bankın belə bir məktub göndərməsi gözlənilən idi. Çünki müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər olmuşdu, amma məktubu yazan Mərkəzi Bank bir qədər savadsızlıq edib və ciddi səhvlərə yol verib. Məktubu oxuyanda anlayırsan ki, bu qanun geri şamil olunur. Yəni qanun qəbul olunana qədər olan müddət ərzində bağlanmış müqavilələrə də aid edilir. Bu isə Konstitusiyanın tələblərinin birbaşa pozulmasıdır. Bizdə qanunun ağırlaşdırıcı hallarının geriyə şamil edilməsi qəti qadağandır". Ekspert hesab edir ki, bu tələb həm kommersiya banklarının, həm də QHT-lərin fəaliyyətində bir sıra praktik problemlərə gətirib çıxarır: "Öncə onu deyim ki, bağlanmış qrant müqaviləsi üzrə yalnız bir bildiriş verilir. Amma pulun köçürülməsi hissə-hissə olur. Yəni bu məbləğ hər ay da köçürülə bilər, ildə iki dəfə də. Bankların bir çoxu bilmir ki, hər köçürmə üçün bildiriş lazımdır, ya yox. Qeyd etdiyimiz məsələ isə məktubda izah edilmir. Digər problem dövlət qrantları ilə bağlanır. Dövlət qrantı bağlandığı zaman bütün məlumatları Ədliyyə Nazirliyinə qarşı tərəf göndərməlidir və bu onun borcudur. Bu zaman isə QHT-yə heç bir bildiriş verilmir. Amma banklar istənilən QHT üçün gələn vəsaitə görə bildiriş tələb edir. Məhz buna görə də Mərkəzi Bankın yazdığı məktubda qanunvericiliyə uyğun hazırlanmayıb". |
2014-02-25 | 9,950 | Fətullah Gülən bütpərəstdir - İnanılmaz iddia | Fətullah Gülənin hansı təriqətə mənub olması ilə bağlı dəhşətli iddialar irəli sürülüb. "Axar.az" ANS PRESS-ə istinadən məlumat verir ki, Fətullah Gülən haqqında araşdırma aparan hüquqşünas Kayahan Uyğur, Fətullah Gülənin və camaatının bütpərəst olduğunu iddia edib. O, qeyd edib ki, Gülən camaatı ABŞ-dakı "Moon" təriqətinə məxsus əqidəyə sahibdirlər: "Camaatın üzvləri kəşfiyyat fəaliyətindədilər. Onlar ABŞ və İsrilin xarici siyasətini dəstəkləyirlər. Camaatın paralel dövlət qurmağa cəhd etmələri də onların təriqətlərindən irəli gələn bir məsələdir. Gülən özünü bütün islam dünyasının nümayəndəsi kimi təqdim edərək Roma Papası ilə görüşə bilir. Gülənə görə adi insanlar kölə kimidir. Xiristianlığın yüksəliş dövründə bütpərəstlər öz düşüncələrini gizlədərək Əfatunçular adlı bir qrup yatadılar. Güləndə onlar kimi düşünərək adi insanları kölə kimi görür." Kayahan Uyğur həmçinin Fətullah Gülənin yazılarında antik yunan mifologiyasının izlərinin oduğunu da bildirib: "Fətullah Gülən və camaatının yazılarında antiq yunan mifologiyasında bir büt olan Herkül və Heraklit kəlmələri çox istifadə olunur. Herkül sözü eyni zamanda insanlara işgəncə verilmək məqsədi ilə istifadə olunan özəl təyyarələrin adıdır". |
2014-02-25 | 9,951 | "Gülər Əhmədova barədə tapşırıq verdim" | "Gülər Əhmədovanın həyatına heç bir təhlükə yoxdur". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: "Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir. Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur". M.Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir. |
2014-02-25 | 9,952 | Türkiyədə PKK üçün Şəhidlər Xiyabanı salınır | PKK-nın ölən terrorçular üçün 7 şəhərdə 10 "şəhidlik" inşa edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş Polis İdarəsi PKK terror təşkilatının qondarma şəhidlikləri ilə əlaqədar hesabat hazırlayıb. Maraqlı məlumatların daxil olduğu hesabata görə, bu günə qədər Diyarbəkir, Şırnak, Siirt, Mardin, Ağrı, Bitlis və Vanda 10 terrorçu qəbiristanlığının inşası tamamlanıb və açılışı edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.