date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-17
9,226
"Gülən bu ölkəyə xəyanət edir" – Video
Ərdoğan Fətullah Güləni və hərəkatın "abi və abla"larını açıq şəkildə dövlətə xəyanət etməklə suçladı. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan İstanbulda "Başakşəhər" xəstəxanasının təməl mərasimində iştirak edib. O, tədbirdəki nitqində Fətullah Gülən və tərəfdarlarını sərt şəkildə tənqid edib, Fətullah Güləni və hərəkatın təbliğat aparan üzvlərini ("abi", "abla" və "xoca") Türkiyə Cümhuriyyətinə xəyanət etməkdə günahlandırdı. Daha ətraflı videoda:
2014-02-17
9,227
Sələfilərə qarşı hücum əmri verildi - Şok
Kadırov tərəfdarları Çeçenistanda sələfi görünüşlü insanlara qarşı hücuma keçiblər. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı çeçen terrorçulara yaxınlığı ilə seçilən "kavkazcenter.com" saytı yayıb. Məlumatda Ramzan Kadırovun tərəfdarlarının Urus-Martane şəhərindəki avtomobil bazarı və məscidi mühasirəyə aldıqları bildirilib. Onların sələfi görünüşlü insanları müxtəlif əşyalarla döydükləri qeyd edilib. Daha sonra isə onlar naməlum istiqamətdə aparılıblar. Sayt onların harada saxlanıldığı haqqında məlumatın olmadığını yazıb.
2014-02-17
9,228
Türkiyə şəhidlərinin sayını açıqladı – Statistika
Türkiyənin Müdafiə naziri terrorla mübarizədə verdiyi şəhidlərin sayını açıqlayıb. "Axar.az" Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri İsmət Yılmaz terrorla mübarizədə 13 minə yaxın şəhid verildiyini açıqlayıb. Nazir həmçinin bildirib ki, əgər bu gün atılan addımlar illər əvvəl atılsaydı, terrorla mübarizəyə xərclənən pulla Türkiyənin heç bir problemi qalmayacaqdı: "Barışdan əvvəl silahlı qüvvələrin verdiyi şəhidlərin sayı 5 min 347, könüllü kənd gözətçi şəhidimiz 1378, polis 283, mülki əhalidən olan şəhid 5 min 791 olmaqla cəmi 13 minə yaxın şəhid verdik".
2014-02-17
9,229
Xocalı soyqırımı Türkiyədə anılacaq
Xocalı soyqırımının qurbanları Türkiyədə anılacaq. "Axar.az" xəbər verir ki, Türkiyədə Xocalıya həsr olunmuş silsilə tədbirlər həyata keçəcək. "İstanbul Türk Ocağı Gənclik qolu" və "İslahatçı Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 20-də "Xocalıya ədalət həftəsi"nin açılış proqramı olacaq. Bildirək ki, Eminönü Xalq Təhsil Mərkəzində "Qarabağın işğalı və Xocalı qətliamı" start götürəcək. "İST-TAD İstanbul Türkiyə Azərbaycan Dərnəyi"nin təşkilatçığı ilə "Xocalı soyqırımı və fotoqraf sərgisi"fevralın 23-də prof. dr Türkan Saylan Kültür Mərkəzində baş tutacaq. "Avropa Azərbaycan topluluğu"nun təşkilatçılığı ilə "Xocalı-insanlıq dramı"adı altında fevralın 25-də Ortaköy meydanında Xocalı qurbanları anılacaq. "Tərəkəmə Qarapapaq türkləri kültür və sənət dərnəyi"nin təşkilatçılığı ilə fevralın 23-də Xocalı soyqırımının qurbanları xatirəsinə Sisli Camidə yürüyüş olacaq.
2014-02-17
9,230
Azərbaycanlıların komandirinin ölüm anları - Video/+16
Seyfullah Şişani həqiqətən ölüb. "Axar.az" xəbər verir ki, bu informasiyanı mücahidlərə yaxın saytlar yayıblar. Sosial şəbəkələrdə onun öldürülmə anları da yerləşdirilib. Qeyd edək ki, bir müddət öncə yenə mücahidlərə yaxın saytlar Seyfullah Şişaninin öldürüldüyünü təkzib etmiş və bunun hamısının yalan informasiya olduğunu demişdilər. Onu da vurğulayaq ki, çeçen Seyfullah Şişani Suriyada vuruşan azərbaycanlıların lideri hesab edilir. Videonu təqdim edirik.
2014-02-17
9,231
Mübariz Mənsimov Masallı stadionunu sökdü - Fotolar
Masallıda yerləşən Anatoli Banişevski adına stadionu alan "Palmali" Şirkətlər qrupu orda təmir-tikinti işlərinə başlayıb. Təxminən 2 ilə əvvəl stadionu alan, ərazini hasarlayan şirkət tikinti işlərinə başlamırdı. Bu da müəyyən söz-söhbətlərin yaranmasına rəvac verirdi. Rayon sakinlərinin verdiyi məlumata görə, 2 gündür ki, söküntü işləri başlanılıb. İşlər çox sürətlə gedir. Artıq panellər sökülüb və stadionun ərazisi genişlənib. Məlumata görə, Banişevski adına stadionda bir əsas, bir yardımçı meydança quraşdırılacaq. Əsas meydança təbii, yardımçı meydança isə süni örtüklü olacaq.
2014-02-17
9,232
Daha iki azərbaycanlı Suriyaya döyüşə getdi - günə 300 dollara
Daha iki azərbaycanlının Suriyaya döyüşə getdiyi barədə məlumat yayılıb. Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Məzahir Abdullayev muzd qarşılığında Suriyaya döyüşməyə gedib. Məzahir Abudllayev sələfilərin nümayandəsidir. 1967–ci il təvəllüdlüdür. Ailəli olan Abdullayevin günə 300 dollar muzd qarşılığında döyüşə getdiyi deyilir ("Qafqazinfo"). Qeyd edək ki, rayonun Şıxlı kənd sakini də eyni məqsədlə Suriyaya gedib. Hələlik həmin şəxsin adını dəqiqləşdirmək mümkün olmadı.
2014-02-17
9,233
Səlim Müslümov Sumqayıta gedir
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov fevralın 21-də nazir Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Sumqayıt, Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək. Bu barədə "Axar.az"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Vətəndaşlar qəbula yazılmaq üçün "[email protected]" elektron poçt ünvanı, və ya aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Nazirliyin Aparatında: (012) 596 44 07; Sumqayıt şəhər ƏSMM-də: (018) 642-20-63; Qubadlı rayon ƏSMM-də: (018) 654-47-91; Abşeron rayon ƏSMM-də: (012) 342-11-82; Xızı rayon ƏSMM-də: (023) 315-02-18. Qeyd edək ki, Abşeron və Xızı rayonlarından qəbula yazılan vətəndaşları həmin rayonların Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından xüsusi nəqliyyatla Sumqayıt şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.
2014-02-17
9,234
Hacı Şahin ittihamlara cavab verdi: “Radikalların əməlidir”
"Bu çox absurd məsələdir. Siz necə inanırsınız ki, mən doğurdan da elə şey deyə bilərəm? Həm də 25 il əvvəl rəhmətə gedən adama müraciət eləmələrini istəyərəm? Buna inanmaq mümkün deyil". Bu sözləri "Axar.az"a açıqlamasında Məşədi Dadaş məscidinın axundu Hacı Şahin barəsində "Sovetskidə evləri sökülən camaatı qızışdırır" ittihamlarını cavablandırarkən dedi. O bildirdi ki, bu cür şeylərə inanmaq lazım deyil və bu cür ittihamların yer aldığı məktubu yazan insanlar bunu məqsədli şəkildə edirlər: "Radikal cərəyanlara qarşı tutduğumuz mövqedən, ələxsus da Qafqaz Müsəlmanları İdarəsində keçirilən müzakirədən sonra bizə qarşı belə ittihamlar çoxalıb. Müvəqqəti kəbin məsələlərini gündəmə gətirirlər, müxtəlif şeyləri uydururlar. Bütün bunların hamısı bizim radikal dini ekstrimistlərə qarşı tutduğumuz mövqeyə görədir. Kimisə gözdən salmaq üçündür. Belə bir şey ola bilməz ki, biz Xomneyiyə məktub yazaq və ya kiməsə müraciət edək. Bunun bizə heç bir aidiyyəti yoxdur. "Sovetski" camaatının problemi sosial məsələdir. Onun üçün mənim rəhmətə getmiş Xomeyniyə məktub yazdırmaq çağırışım tamamilə absurd məsələdir". Hacı Şahin Azərbaycandan olan şiələrin Suriyaya döyüşməyə getməsindən də danışdı: "Kimlərsə yalançı siyahı düzəldib mediaya ötürür və yazırlar ki, guya bizim məzhəbdən olan insanlar da gedib orda döyüşür və s. Bunların hamısı yalandır və yenə deyirəm ki, məqsədli şəkildə gözdən salmaq üçün həyata keçirilir." Məşədi Dadaş məscidinin axundu onun 500 insanı siğə etməsi xəbərindən də danışdı: "Mənim adımdan yazırlar ki, il ərzində 500 nəfəri müvəqqəti siğə etmişəm və hərəsindən 10 manat pul almışam. Bunların hamısı haqqımda pis fikir formalaşdırmaq üçündür". Xatırladaq ki, "Axar.az"ın ünvanına göndərilən məktubda Azərbaycan şiələri içərisində nüfuz sahibi olan Hacı şahin haqqında "Sovetski"dəki əhalinin qızışdırması ittihamı əksini tapmışdı.
2014-02-17
9,235
Azərbaycan Türkiyədən hərbi texnika almağa hazırlaşır - Foto
Sentyabr ayında Bakıda keçiriləcək ADEX – 2014 Müdafiə Sənayesi Sərgisində 20-ə yaxın Türkiyə şirkəti iştirak edəcək. "Axar.az"ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yaqub Daşdələn bildirib. Onun sözlərinə görə, ADEX–2014 sərgisi tək Azərbaycan üçün deyil, Türkiyə üçün də böyük əhəmiyyət daşıyır: "Dünyada hər il 250-ə yaxın Müdafiə Sənayesi Sərgisi keçirilir. Bunların əksəriyyətində Türkiyə ancaq heyət səviyyəsində təmsil olunur. Bu sərgilərin az bir hissəsində daha geniş tərkibdə milli iştirak təmin olunur. ADEX–2014 sərgisi də məhz belə sərgilərdən olacaq. Bu sərgidə Türkiyədən 20-ə yaxın şirkətin də iştirakı nəzərdə tutulub. Onların iştirakı dövlət səviyyəsində dəstəklənir. İnanırıq ki, bu sərgi sayəsində Türkiyənin istehsalı olan müdafiə sənayesi məhsullarını daha geniş səviyyədə tanıda biləcəyik". Y.Daşdələn bildirib ki, ADEX – 2014 çərçivəsində Azərbaycan və Türkiyə arasında yeni müqavilələrin imzalanmasından danışmaq hələ tezdir. "Sərgi çərçivəsində Azərbaycanın maraqları öyrəniləcək və yalnız bundan sonra müqavilələrin imzalanması reallaşa bilər". İdarə rəhbəri onu da bildirib ki, Azərbaycan Türkiyənin ən yeni hərbi texnikası olan "Samur" hərbi maşınını və "Atak" helikopterinə maraq göstərir.
2014-02-17
9,236
Kriminal avtoritetin öldürülmə anı - Video
Tanınmış kriminal avtoritet Tevosikanın qardaşı Artur Safaryanın qətlini İsrail Sarkisyan sifariş edib. Qətli onun yaxın dostu Movses Hersisyan həyata keçirib. Movses Hersisyan qətli gizlətmək üçün xüsusi plan qurub. O, Artur Safaryanı otelə dəvət edib və orada da onu öldürüb. Daha sonra onun meyidini kimsəsiz bir ərazidəki kanalizasiya quyusuna atıb. Faktla bağlı Ermənistan cinayət məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndi və 235-ci maddə ilə cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, baş verən hadisələr müşahidə kameraları vasitəsilə qeydə alınıb (ANS).
2014-02-17
9,237
Gün ərzində 47 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınıb ki, onların da 18-i "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.
2014-02-17
9,238
Qatı duman Olimpiadanı iflic etdi - Foto
Soçidə keçirilən olimpiya oyunları zamanı qeyr-adi vəziyyət yaranıb. "Axar.az" xəbər verir ki, qatı duman ucbatından biatlon yarışları təxirə salınıb. Sinoptiklər qatı dumanın yalnız günün ikinci yarısından sonra çəkiləcəyini proqnozlaşdırırlar.
2014-02-17
9,239
Fazil Saya cəza verən hakim bank sahibini azad etdi
"Halkbank"ın sahibi Süleyman Arslan azad edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 dekabr korrupsiya dalğası zamanı evində ayaqqabı qutusunun içindən 4.5 milyon dollar çıxdığı üçün həbs olunan "Halkbank"ın keçmiş sahibi Süleyman Arslan cümə günü azad edilib. 19-cu Sülh Cəza Məhkəməsi tərəfindən verilən qərarda prokurorun "sübutlar tam olaraq toplanılmayıb" əsası ilə Arslanın həbs müddətinin davam etməsi haqqında fikir bildirməsinə rəğmən hakim Hulusi Pur aralarında Süleyman Arslanın da olduğu altı nəfərin təxliyə edilməsinə qərar verib. Həmin hakim Fazil Saya 10 ay həbsə məhkum etmişdi Türkiyəli məşhur pianoçu-bəstəkar, Avropanın mədəni səfiri Fazil Say Tvitter sosial şəbəkəsində Ömər Xəyyamın qəzəlini paylaşan bir istifadəçinin tvitini paylaşdığı (rettvit – red) üçün hakim Hulusi Pur tərəfindən idarə edilən 19-cu Sülh Cəza Məhkəməsi tərəfindən 10 ay həbsə məhkum edilmişdi.
2014-02-17
9,240
Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır
Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata əsasən hazırda Müdafiə Nazirliyinin hərbi birləşmələrində bir sıra xidmət və vəzifələr mülki işçilərə həvalə olunur. "Bura təsərrüfat işləri, kargüzarlıq, bəzi obyektlərin mühafizə və sair daxildir", - deyə nazirlikdən qeyd olunub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi hissələrdə mülki işçilərin işə götürülməsi prosesi aparılır. Mərhələli şəkildə hərbi hissələrdə aşpaz və qulluqetmə ilə bağlı işlərin tam olaraq mülki işçilərə həvalə edilməsi planlaşdırılır.
2014-02-17
9,241
Eldəniz Quliyev də Əli Əliyevi məhkəməyə verəcək
El hərəkatının rəhbəri Eldəniz Quliyev də öz növbəsində VİP sədrini məhkəməyə verəcək. Bu barədə "Axar.az"a El rəhbəri özü məlumat verdi. O bildirdi ki, Əli Əliyevlə aralarındakı söz davası zamanı VİP sədri tərəfindən onların da ünvanına yetərincə ağır ifadələr səslənib: "Əgər onun ünvanına səsləndirdiyimiz fikirlərə görə məhkəməyə müraciət edirlərsə, deməli, biz bu müraciəti çoxdan etməli idik. Çünki Əli Əliyev mənə qarşı daha ağır ifadələr işlədib. Əgər indiyə qədər məhkəməyə müraciət etməmişiksə, bu, ona görədir ki, biz məsələləri məhkəmə ilə həll etmək istəmirik. Ona görə yox ki, məsələni hüquqi müstəvidə həll etməyin tərəfdarı deyilik. Ona görə ki, Azərbaycandakı məhkəmə sisteminə inanmırıq. Onlar sifrişlə yaradılmış partiyadır və məhkəmədən heç bir ədalətli qərar gözləmirik. Xatırladaq ki, VİP sədri Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verəcəyini açıqlayıb. Ə.Əliyev bu barədə danışarkən "Axar.az"a bildirdi ki, Eldəniz Quliyevi məhkəməyə verəcəyimizlə bağlı məlumatı mediaya bir neçə gündür ki, açıqlamışıq. Ancaq məhkəməyə rəsmi qayda müraciəti bu gün edəcəyik. Ə.Əliyev əlavə edib ki, bir neçə saat sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək: "Məhkəməyə bu gün yazılı qaydada müraciət edəcəyik. Bir neçə saat sonra partiyanın adından bununla bağlı mediaya bəyanat veriləcək".
2014-02-17
9,242
Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu
Rusiyanın Dövlət Hidrometerologiya Universitetinin alimi Viktor Bokov Qafqazda zəlzələ olacağı ilə bağlı həyəcanlı məlumat verib. V. Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Güclü təkanlar qeydə alınacaq. Rusiyalı alimin proqnozlarının nə qədər real olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq. Q. Yetirmişli V. Bokovun proqnozlarına cavab vermək fikrində olmadığını söyləyib. V. Bokov bildirib ki, hidrometiroloqun zəlzələ olacağına dair proqnoz verməsi gülüncdür: "Həmin alim gedib hava haqqında proqnoz verisin. Onların Azərbaycanda zəlzələyə dair açıqlamaları ölkəmizə qarşı təxribat xarakteri daşıyır. Bokov hardan bilir ki, Azərbaycanda güclü zəlzələ olacaq? Bəlkə də o, Azərbaycanda bir dəfə belə olmayıb.Getsin havaya dair proqnozlar versin". V. Bokovun Qafqazda zəlzələyə dair proqnozlarının əhali arasında narahatçılıq yaratması məsələsinə gəlincə, alimin proqnozlarına inanmamağı məsləhət gördü: "Əhali hər yoldan keçənin sözünə inanmasın".(Mövqe.az)
2014-02-17
9,243
İcra Hakimiyyəti ittihamları cavablandırdı - Foto
Nərimanov Rayon İcra Hakimiyyəti "Xocalı" kiçik müəssisəsinin binasının icra qurumu tərəfindən sökülməsi ilə bağlı bəzi media vasitələrində gedən yazıya münasibət bildirib. Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüş qeyri-yaşayış sahələrindən biri də Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən sahəsi 1720 kv.m olan "Xocalı" kiçik müəssisəsinə məxsus inzibati bina olub. Həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub və tikilidə lift sistemi mövcud olmayıb. "Xocalı" kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq, əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat kompensasiya tələb edib. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində "Xocalı" kiçik müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə uyğun olaraq, 7 mərtəbəli (həmçinin mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilmiş və plan Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqustunda podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılıb. Məlumatda o da qeyd olunub ki, bina söküldüyü müddətdən 2013-cü ilin oktyabrınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. İki il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılıb. Hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə öz təşəkkürünü bildirib. İşlər sona yaxınlaşdığı üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə müraciət olunaraq "Xocalı" kiçik müəssisəsinin təsisçilərini Rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilib. Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək, təsisçilərin İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah edilib ki, təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür. Açıqlamada qeyd olunub ki, Rayon İcra Hakimiyyəti fürsətdən istifadə edərək, "Xocalı" kiçik müəssisəsinin təsisçiləri haqqında məlumatların icra strukturuna təqdim edilməsini xahiş edir: "Bizdə olan məlumata görə "Xocalı" kiçik müəssisəsi 12 nəfər təsisçinin adına rəsmiləşdirilib. Rayon İcra Hakimiyyəti ölkə prezidentinin tapşırıq və göstərişlərinin rəhbər tutaraq bütün kateqoriyadan olan imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq göstərilir. İcra hakimiyyəti bildirir ki, "Azadlıq" qəzetinin faktları araşdırmadan Xocalı soyqırımının ildönümü ərəfəsində həqiqətə uyğun olmayan məlumatların qəzetdə nəşr olunmasını təəssüf hissi ilə qarşılayır və xahiş edirik ki, tərəflərindən verilən dolğun və dəqiq məlumaları nəzərə alaraq, cəmiyyətə həqiqəti çatdırsınlar. Xatırladaq ki, tənqidi yazı "Azadlıq" qəzetində "İcra başçısına intihar xəbərdarlığı" başlığı ilə gedib.
2014-02-17
9,244
Evində əxlaqsızlıq yuvası təşkil edən qadın saxlanıldı
Bakı sakini evində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririr ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Qüdrətovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nizami rayonu Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
2014-02-17
9,245
Mursinin məhkəməsi təxirə salındı
Keçmiş Misir prezidenti Məhəmməd Mursi və digər 35 şübhəlinin məhkəməsi başladıqdan qısa müddət sonra təxirə salınıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mursinin vəkilləri müttəhimlərin səs keçirtməyən şüşə qəfəsin içərsində sorğu-sual edilmələrinə etiraz olaraq, məhkəmə salonunu tərk ediblər. Bu səbəbdən də məhkəmə təxirə salınıb. Qey edək ki, Mursi və digər şübhəlilər xarici təşkilatlarla əməkdaşlıq edərək Misirdə terror hərəkətləri planlaşdırmaqda və milli təhlükəsizliyə zərər verməkdə günahlandırılırlar. Misir qanunları bu cür ittihamlar üçün ölüm cəzası nəzərdə tutur.
2014-02-17
9,246
Ramil Usubov hesabat verdi
Daxili İşlər Nazirliyi ötən il təhlükəsizlik sisteminin qurulmasına, rabitə və kommunal xidmətlər, avtomobilə qulluq, dərman ləvazimatları, tibbi avadanlıqlar, təmir və mebel təchizatı üçün 40 milyon manatdan çox vəsait xərcləyib. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, 2013-cü ildə nəqliyyat vasitələrinə xidmət 9 milyon manata başa gəlib. DİN-in rabitə xərcləri təxminən 900 min manat olub. Polis orqanları elektrik enerjisi istifadəsi üçün 2 milyondan artıq vəsait xərcləyib. Ölkədaxili və ölkəxarici rabitə xərcləri nazirliyə 1 milyon manata başa gəlib. DİN təhsil alan tələbələr üçün 431 min manat təqaüd ödəyib. "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi"nin genişləndirilməsinə 5 milyon, Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, "Nömrətanıma", "Qırmızı işıq", "Surətölçmə" və "Qoşa xətt" sistemlərinin quraşdırılmasına 3 milyon manat xərclənib. Nazirlik "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi", "Elektron sənəd dövriyyəsi", "102 polisə zəng mərkəzi sistemi", "Kadr informasiya sistemi" və "İnzibati Xətalar sistemi" kimi layihələrə xidmət göstərilməsi xidmətinə 2 milyon manatdan artıq vəsait sərf edib. Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına isə 1 milyon manat xərclənib. DİN bildirir ki, ötən il Gəncə şəhərində videomüşahidə kameralarının quraşdırılması 800 min manata başa gəlib. (Azadliq.org)
2014-02-17
9,247
Ramil Usubov 2 rayona yeni rəis göndərdi
Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı əmrə əsasən, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Məmmədov tutduğu vəzifədən azad edilərək Füzuli Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 18-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur. Nazirin digər əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Füzuli Şıxəliyev Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir R. Usubov Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis şöbəsini yoxlamağı tapşırıb. Kollegiyadan bir neçə gün sonra K. Əsədov işdən çıxarılıb.
2014-02-17
9,248
Xalq artistinin İnstaqram səhifəsi saxta çıxdı
Xalq artisti Zeynəb Xanlarova sosial şəbəkəyə gəlməsi xəbərini vermişdik. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, ötən gün "İnstaqram"da özü üçün profil açan xalq artistinin profili saxta imiş. Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Rəşad xalq artistinin adına açılan səhifə ilə bağlı yayılan məlumatları təkzib edərək, "İnstaqram" istifadəçilərinin nəzərinə çatdırıb ki, bu sosial şəbəkədə açılan səhifə Zeynəb Xanlarovaya aid deyil, bu səhifəni idarə edənin kimliyi bəlli deyil.
2014-02-17
9,249
Xədicə İsmayılovadan yeni sensasion sənəd - Foto
Jurnalist Xədicə İsmayılova "Facebook" səhifəsində sensasion sənəd yerləşdirib. Söhbət MTN əməkdaşının "Tam məxf" qrifli hesabat məktubundan gedir. Xədicə İsmayılovanın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübutun olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. Bununla belə MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə ötən gün ANS-də çıxış edəndən sonra Xədicə İsmayılova həmin sənədi hər halda yaymağa qərar verib. Və ona kiçik şərh də yazıb: "Bu sənəd sizin mahiyyətinizi göstərir". Maraqlıdır ki, Xədicə İsmayıl məktubu "Facebook"da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Və bu barədə məlumat saytlarda yayılandan sonra - məktubun fotosu yenidən Xədicə İsmayılovanın profilində görünməyə başlayıb.
2014-02-17
9,250
Türkiyə Suriya sərhədinə F-16-lar qaldırdı
Türkiyənin qırıcı təyyarələri Suriyaya gözdağı verdi. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyaya məxsus Mİ-17 helikopterinin Türkiyə sərhədinə yaxınlaşmasından sonra Türkiyənin 2 ədəd F-16 qırıcı təyyarəsi bölgəyə yönləndirilib. Bunu görən Mİ-17 geri dönərək bölgədən uzaqlaşıb. Bundan başqa, Cilvəgözü-Hatay bölgəsində də Suriyaya məxsu MİG-23 təyyarəsi sərhədə 3,4 mil qalmış geri dönüb.
2014-02-17
9,251
20 polis qaçırıldı
İraqın qərbindəki Əl-Ənbar vilayətinin Fəllucə şəhərində 20 polis şəxsiyyəti bilinməyən kəslər tərəfindən qaçırılıb. "Axar.az" xəbər verir ki, təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, təxminən 50 nəfərlik silahlı qrup Fəllucəyə bağlı Əl-Məhamdə bölgəsini mühasirəyə aldıqdan sonra 20 polisi qaçırıb. Təhlükəsizlik güclərinin polisləri qaçıranları yaxalamaq üçün bölgədəki tayfa şeyxləriylə əlaqəyə keçdiyi də bildirilib.
2014-02-17
9,252
“Vicdanım təmizdir, heç bir qruplaşmaya girməmişəm”
Azərbaycanın sabiq maliyyə naziri (1999-2006) Əvəz Ələkbərovun Publika.Az-a müsahibəsi: - Hazırda nə işlə məşğulsunuz? - Türkiyəyə tez-tez gedib gəlirəm. Hazırda Türkiyədə kiçik biznes işi ilə məşğulam. Türkiyədə özəl şirkətin Müşahidə Şurasında təmsil olunuram. Digər şirkətdə isə baş məsləhətçiyəm. Eyni zamanda elmi işlərim də var. Dünyada gedən maliyyə böhranı ilə bağlı yeni kitab yazıram. Kitabım "Dünya maliyyə böhranı: səbəb və nəticələr" adlanır. Yəqin ki, kitab bu ilin may ayında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunacaq. Kitab xarici ölkədə çapdan çıxacaq. - Belə çıxır, Azərbaycanda az olursuz... - Bəli. Demək olar, 1 ayda cəmi 1 həftə Azərbaycanda oluram. Başqa vaxtları Türkiyədə oluram. Demək olar ki, İstanbulda yaşayıram. Həyat yoldaşım da tez-tez Türkiyəyə gəlib gedir. - Hazırda YAP-la əlaqələriniz qalır? - Mən bu komandanın üzvü olmuşam, uzun müddət mərhum Heydər Əliyevlə işləmişəm. Vicdanım təmizdir, heç bir qruplaşmaya girməmişəm, hər zaman başımı aşağı sallayıb işimlə məşğul olmuşam. Nə edə bilərəm? Hər kəsin öz qisməti və taleyi var. Mən vəzifədən çıxandan sonra iqtisad elmləri doktorluğunu müdafiə etmişəm. Çoxlu elmi əsərlərim, monoqrafiyalarım çıxıb. İnsan öz gücündən çox iş görə bilməz. Yeni Azərbaycan Partiyasından (YAP) da çıxarılmsmışam, mənim YAP Siyasi Şurasında üzv qalmağımı məsləhət görmədilər. YAP-a da hərdən gedib gəlirəm. Azərbaycanla bütövlükdə əlaqələrim azalıb. Hətta nazir olduğum zaman dövlət vəzifəsində çalışmış keçmiş dostlarla da əlaqələrim yoxdur. - "Texnikabank"ın Müşahidə Şurasının həbs olunmuş sabiq sədri Etibar Əliyevlə sizin yaxın münasibətlərinizin olması, hətta sizin nazir olduğunuz dövrdə onun müəyyən güzəştlər əldə etməsi barədə məlumatlar yayılmışdı. Bu cür məlumatlar nə qədər doğrudur? - Mənim Etibar Əliyevlə heç bir əlaqəm olmayıb. Mən, ümumiyyətlə, o adamı tanımıram. Mənim onunla guya əlaqələrimin olması barədə deyilənlər tamamilə absurddur. Mən o insanı ümumiyyətlə görməmişəm və heç bir əməkdşlığım olmayıb. - Digər bir məlumat isə maliyyə naziri postundan kənarlaşdırıldıqdan sonra sizin bahalı xarici avtomobillərin biznesiylə məşğul olmağınız barədədir... - Kaş ki, elə olaydı. O zaman nə gözəl olardı (gülür). Mən heç bir maşın biznesi ilə məşğul olmuram. -Bəs Azərbaycanda hər hansı dövlət işiniz var? -Xeyr, heç bir dövlət işim də yoxdur. Dediyim kimi, Türkiyədə kiçik bizneslə məşğulam. Eyni zamanda elmi işlərim var. Bu deyilənlərin hamısı boş söhbətlərdir. Qoyun yazsınlar ki, Əvəz Ələkbərov sağ-salamatdır. -Azərbaycanda sizə dövlət vəzifəsi təklif olunsa, bunu necə qiymətləndirərdiniz? -Vallah, hər yaşın öz gözəlliyi var da. Vəzifə üçün 40-50 yaş yaxşıdır. Artıq yaşım 60-ı ötüb. Digər tərəfdən isə indi mənə vəzifə təklif olunmasına inanmıram. Mən düşünmürəm ki, belə bir şey olsun. -Sizinlə eyni vaxtlarda çalışmış həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün məhkəmədən hakimiyyəti Qərbi Azərbaycandan olan şəxslərin vəzifədən alınmasında ittiham edir. Ümumiyyətlə, bu yanaşma ilə razısınızmı? -Bilirsiniz, mən siyasi xətlərdə ehtiyatlı davranıram. Ancaq bu gün o qədər Ermənistandan olan insanlar Azərbaycanda böyük vəzifələrdə çalışır. Hətta indi onların sayı daha da artır. Bu barədə ayrı-seçkilik var və sairə söyləmək doğru deyil. İndi Azərbaycanda yüksək vəzifələrdə çalışanlar bütün zonalardan təmsil olunur. Tədricən, bunlar gənclərlə əvəz olunur. Mən kiminsə yerlisi olduğuma görə də bu məsələ barədə xüsusi təhqiqat aparmıram. Bu gün Ermənistandan olan və yüksək vəzifədə çalışan şəxslər çoxdur. Xeyli nazirlər və komitə sədrləri Ermənistandandır. Misal üçün deyim ki, hətta yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov, baş nazirin müavini İsmət Abbasov, Milli Məclisin sədri Oqtay Əsədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digərləri də ermənistanlıdır. -İpoteka kreditlərinin verilməsi ilə bağlı bir neçə ildir ki, təkliflər hazırlanır. Maliyyə nazirinə də bu məsələ ilə bağlı bir sıra tapşırıqlar verilib. Əslində, bu prosesə sizin nazir olduğunuz dövrdən başlanılıb. İpoteka kreditlərinin verilməsi ilə bağlı hansı təklif və tövsiyələriniz var? -Bilirsiniz, mən istəmirəm ki, bu işlərə müdaxilə edim. Mən bu proseslərdən artıq uzaqlaşmışam. Ümumiyyətlə, bu məsələ ilə bağlı adımın çəkilməsini belə istəmirəm. Bütün problemlər barədə mənim öz fikirlərim və elmi yanaşmam var, ancaq mən bunları ortaya qoysam, o zaman vəziyyət tamam başqa cür olar. Ona görə də mən bu proseslərdən bilərəkdən kənara çəkilmişəm. İndi dövlət başçısının da bu məsələ ilə tapşırığı var və lazımdır ki, icra edilsin. -Bu yaxınlarda fəaliyyətinizlə bağlı hansı yeniliklər gözlənilir? -Bu yaxınlarda Türkiyədə biznes işimlə bağlı yenilik gözlənilir. -Türkiyədə seçkilər yaxınlaşır. Ölkə daxilində bir sıra proseslər baş verir. Bütün bunların sizin biznes fəaliyyətinizə təsiri olurmu? -Xeyr, heç bir təsiri olmur. Çünki mən siyasi proseslərdən uzağam.
2014-02-17
9,253
Frenk Elkapone bütün obyektlərini satdı
Azərbaycanda və Rusiyada Frenk El Kapone kimi tanınan iş adamı Fizuli Məmmədov Moskvadakı biznesini satıb. Bu barədə "Axar.az"a Moskvadakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, El Kapone sahibi olduğu "İnter-Sever" şirkətini, habelə Çeryomuşka bazarındakı payını yəhudi əsilli iş adamlarına satıb və biznesini Avropaya köçürüb. Mənbənin dediyinə görə, keçmiş Moskva meri Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Artıq neçə vaxtdır ki, onun obyektləri Moskva vergi departamenti tərəfindən yoxlanılırmış. Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Nəhayət, Frenk Rusiya ilə üzülüşmək qərarı verib. Amma biznesini konkret hara köçürdüyü dəqiq deyil. Ehtimal olunur ki, o, biznesini İtaliyaya köçürüb. Çünki onun birinci həyat yoldaşı italyan əsillidir. Frenkin Palermoda da ticarət mərkəzi var.
2014-02-17
9,254
Oqtay Əsədov sabah İrana səfər edəcək
Fevralın 18-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək. "Axar.az" MM-in mətbuat xidmətinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilatı məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları nəzərdə tutulub. Əvvəlcədən xəbər verildiyi kimi, təşkilatın daimi komitələri artıq öz işinə başlayıb. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu tədbirlərdə iştirak edir. Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcək. Səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
2014-02-17
9,255
Astarada bazarın yanması ilə bağlı FHN məlumat yaydı - Yenilənib
Bu gün saat 15 radələrində Astara rayonunun mərkəzi bazarında dəhşətli yanğın başlayıb. Yanğının söndürüləməsinə çoxlu sayda yanğınsöndürən və canlı qüvvə cəlb olunub. Hazırda yanğın güclü olduğu üçün alovun qarşısını almaq mümkün olmayıb. Hadisə yerində yanğınsöndürənlər çalışır. Qeyd edək ki, bir neçə gün əvvəl Şəkinin də mərkəzi bazarında yanğın olmuşdu (ANS). 19:51 Bu gün günorta saatlarında Astara rayonu mərkəzi bazarında baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən məlumat verir ki, "Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyaları və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb".
2014-02-17
9,256
Suriya Türkiyə üçün böyük təhlükədir – Şərh
"Türkiyə səhv etdiyini anlayıb". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Bəşər Əsədin bu aylar ərzində özünün heç də zəif olmadığını sübut etdiyini bildirib: "Danışıqlar gedə-gedə döyüşlər davam edir və vəziyyət çox gərgindir. Bu danışıqlar nəticəsində yalnız bir neçə ailənin Xüms şəhərindən çıxmasına şərait yaradılıb. Qalan heç bir şey dəyişməyib. Suriya öz kimyəvi silahını danışıldığı kimi təhvil verir. Bir azdan Amerika şirkətləri bunun məhvi ilə məşğul olacaq. Lakin Qərb Bəşər Əsədi devirmək planlarından hələ də əl çəkməyib. Terrorçulara, radikallara bütün istiqamətdə dəstəyini davam etdirir. Bütün dünyada nə qədər başıboş radikallar varsa, yığışıb Suriyaya gedir. Eyni zamanda, Bəşər Əsədə də İran və Rusiya böyük dəstək verir. Bəşər Əsəd də öz növbəsində məhz bunlara sığınıb göstərdi ki, hakimiyyəti heç də zəif deyil". Politoloq Suriya bağlı olan danışıqların nəticəsiz qalacağının gözlənilən olduğunu deyib: "Bu konfrans Cenevrə-2 adlanırdı. Bundan əvvəl baş tutan konfransda – Cenevrə-1-də guya Suriyanın dostları olan bir qrup buraya toplaşmışdı. Əslində, bunlar Suriyanı dağıdan qüvvələr idilər. Onlar Bəşər Əsədə qarşı mübarizədə görürdülər ki, heç bir şey edə bilmirlər. Nəticədə Rusiya bunlara təklif etdi ki, kimyəvi silahların məhvi ilə bağlı yeni konfrans keçirilsin. Onlar da bunu dərhal qəbul etdilər. Suriyanı bura gətirdilər, amma Suriya hökuməti Bəşər Əsədin hakimiyyətdən getməsi ilə razılaşmadı. Bundan sonra da guya nə isə uğur olub deyə, Xümslə bağlı razılığa gəldilər. Yenə də hər şey hərb meydanında həll olunur. Qərbin özü də etiraf edir ki, Bəşər Əsədin diplomatik və siyasi mövqeyi əvvəlki illərə nisbətən çox güclənib. Axı nə razılıq ola bilərdi bunların hamısı bir-birinin inkar etdiyi müddət ərzində? Amma bu danışıqlar bundan sonra da olacaq". Z.Əlizadə Türkiyənin artıq Suriyadan ehtiyat etdiyini qeyd edib: "Türkiyə səhv etdiyini başa düşüb. Üstəlik, Bəşər Əsəd maraqlı bir gediş etdi və Suriya kürdlərinə müxtariyyat verdi. Suriya kürdləri artıq özlərinə hökuməti, parlamenti olan muxtariyyat yaradıblar. Bu, Türkiyə üçün böyük təhlükədir. Nəticədə özlərinin idarəetməsi olan İraq kürdləri ilə yaxınlaşma hiss oluna bilər. Türkiyə isə bundan ehtiyat edir. Ona görə son günlər İranla yaxınlaşmağa çalışır və Suriya ilə bağlı daha yumşaq bəyanatlar verir". Qeyd edək ki, dünən Cenevrə-2 konfransının nəticəsiz başa çatdığı rəsmən bəyan edilmişdi.
2014-02-17
9,257
Həbs xəbəri yayılan sələfi danışdı
"Yayılan informasiyaların hamısı yalandır". Bu sözləri "Axar.az"a açıqlamasında Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev deyib. O, hazırda öz işi ilə məşğul olduğunu bildirib: "Artıq neçənci dəfədir ki, məni həbs etdirirlər. Yayılan informasiyaların hamısı yalandır. Bilmirəm, bu informasiyanı kimlər yayır. Mənim özümün dərdim-sərim var. Heç kim məni tutmayıb". Qeyd edək ki, bir az əvvəl mediada Mübariz Qaçayevin yenidən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğu haqqında məlumat yayılmışdı.
2014-02-17
9,258
Ata ölən oğluna maşın "hədiyyə edib" - Foto
Ata ölən oğlunun qəbri üstünə maşın alıb qoyub. Hadisə bir neçə il əvvəl Şirvan Şəhərində baş verib. Bu barədə fotoqraf Əhməd Muxtar məlumat yayıb. Fotoqraf bildirib ki, atasının maşınını oğurlayan və qəzaya düşüb ölən oğlunun məzarına ata maşın qoyub: "Oğul gəlir evə və atasının maşınını - "Jiquli 06"nın açarını istəyir ki, bir az sürsün. Amma ata vermir. Sonra oğlu açarı gizlincə götürür və maşını evdən qaçırır və qəza törədərək ölür. Hadisədən sonra oğlunu dəfn edən ata bir dənə "Jiquli 06" alıb onun qəbri üstünə qoyur. Hədiyyə kimi. Hadisə bir neçə il əvvəl Şirvanda baş verib. Fotonu da o zamanlar telefonla çəkmişdim, təsadüfən arxivdən tapdım".
2014-02-17
9,259
Qaradağlı şəhidinin oğlu: “Əgər mən doğulmasaydım...”
Rəşad Zeynallı hazırda Türkiyədə təhsil alır. Qaradağlı faciəsi baş verərkən çox kiçik idi. 22 il bundan öncə atası Nobil Zeynalov kəndlərini müdafiə edərkən şəhid olub. Atasının simasını xatırlaya bilməyən, ona anladılan xatirələrlə böyüyən, atasının şəhid olduğu gündə doğulan Rəşad Zeynallı ilə müsahibəni təqdim edirik. - Bu gün sənin ad günündür və bildiyim qədəri onu keçirmirsən. Bunun səbəbini izah edə bilərsənmi? - Əslində, bu mövzuda çox danışmaq istəmirəm. Ailəm və yaxın dostlarımdan başqa kimsə bu günün doğum günüm olduğunu bilmir. Mənim doğum günüm çox qəribə bir tarixə, Xocavənd rayonunun Qaradağlı kəndinin işğal olunduğu günə təsadüf edir. 1992-ci il 17 fevral gecəsi Qaradağlı işğal olundu və atam Nobil Zeynalov da daxil olmaqla onlarla insan şəhid oldu. - Rəşad, atanın etdiyi qəhrəmanlıqları Azərbaycanda çox az adam bilir. Onunla bağlı bir az danışa bilərsənmi? Onun döyüşçüləri direktoru olduğu məktəbin şagirdləri idi - Təkçə mənim atamın yox, yüzlərlə qəhrəmanın həyat yolundan, etdiklərindən ictimaiyyət xəbərsizdir. Xüsusilə də gəncliyimiz... Müharibə vəziyyətində olan bir ölkədə bu hal çox təəssüf doğurur. Əslində, hadisələrə bir az diqqət etsək, görərik ki, ermənilərin Qaradağlıya hücumları 1989-cu ildən başlayıb. 1990-ci ilin yanvar ayında Qaradağlı sakinləri düşmənlə ilk açıq silahlı döyüşə girdi. Həmin ilin noyabr ayında Ağdama gəlin aparan maşın karvanının gülləbaran edilməsi və üç Qaradağlı sakininin həlak olması artıq vəziyyətin ciddiliyini, dözülməzliyini göstərdi. Bunun ardınca sakinlər kəndi qorumaq üçün özünü müdafiə dəstələrinin təşkilini və kəndin ətrafında 5 müdafiə postu yaradılmasını qərarlaşdırdılar. Bu postlardan əhəmiyyətinə görə birinci hesab olunan Xocavənd rayon istiqamətində olan postun idarəsini atam öz üzərinə götürmüşdü. Bu post xalq arasında "Nobil müəllimin postu" adlandırılırdı. İnanmazsınız, amma onun döyüşçülərinin əksəriyyəti direktoru olduğu məktəbin şagirdləri idi. Onlar müəllimləri ilə birlikdə çiyin-çiyinə son güllələri bitənə qədər döyüşüb şəhid oldular. - Rəşad atanı necə xatırlayırsan? - Atamı xatırlamıram. Bəzən xəyallarımda canlandırmağa çalışıram, amma qorxuram. Verəcəyi suallara cavab tapa bilməməkdən qorxuram. Mən doğulmasaydım... - Ondan ötrü darıxdığınız anlar olurmu? - Bəzən olur. Onun yoxluğunu dərk etdiyim zamandan bu yana bir yarımçıqlıq hiss edirəm. Hətta yeniyetmə vaxtlarımda elə düşünərdim ki, onun bizimlə birlikdə olmamasının səbəbkarı mənəm. Sanki mən 17 fevralda doğulmasaydım, o şəhid olmayacaqdı. Sonra zaman keçdikcə, böyüdükcə bu düşüncələr yox olmağa başladı. Yerini daha fərqli bir düşüncə almağa başladı. Artıq bu tarixin təsadüf olmadığını düşünürəm. Əslində, ruhumda o mənimlə birlikdə yaşayır və bilirəm ki, sadəcə öz yerimə yaşamıram. Atamla birgə vuruşmaq mənim arzumdur - Bəs onunla birlikdə vuruşmaq istərdinmi? - Atamla birlikdə vuruşmaq mənim ən böyük arzumdur. Bu hətta mənim xəyalımdır. Bilirsiniz, indi Azərbaycanda vəziyyət elə bir həddə çatıb ki, insanlarımız, əsas da gənclərin müəyyən bir qismi çox qəribə olublar. Humanistlikdən, sülhdən, ermənilərlə birgə yaşamaqdan danışırlar. Bu cür düşünənlər üçün öz torpaqlarından məcburi çıxarılmış, yaxınları, ailə üzvləri qətlə yetirilmiş insanların nə hiss etdiyi əhəmiyyət daşımır. 1 milyon insanın ağrısını, acısını anlamaqda aciz olan insanların səmimiyyətinə inanmaq mənim üçün qəbulolunmazdı. Açığı, müharibə tərəfdarıyam. Sülhün tək bir yolu var, Qarabağın işğal olunmuş bütün əraziləri Azərbaycana qaytarılacaq və Ermənistan törətdiyi qırğınlara görə rəsmi şəkildə üzr istəyəcək. Sualdan bir az uzaqlaşdım. Dediyim kimi, Nobil Zeynalovla birlikdə eyni səngərdə vuruşmaq mənim ən böyük arzumdur. Bu, bizim üzərimizə düşür - Rəşad, bu dəqiqə ictimaiyyətə Qaradağlı ilə bağlı necə müraciət edərdin? - Bilirsiniz, Qaradağlını xatırlamasam da, o yer mənim xəyalımda həmişə kiçik, şirin bir ailə kimi canlanır. Bu ailənin ən böyük faciəsi bədxah qonşularının olması idi. Qaradağlıda faciə zamanı 118 nəfər əsir götürüldü, 91 nəfər qətlə yetirildi. 42 ailə öz başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. Bütün bu statistik bilgilər faciənin böyüklüyündən xəbər verir. Təəssüf ki, aidiyyəti qurumlar bu faciəni yetərli qədər işıqlandırmayıb. Nobil Zeynalov kimi şəhid olan onlarla qəhrəmanın tanıdılmasını kifayət qədər yaxşı təşkil edə bilmirlər. Görünür, bu missiya bizim kimi gənclərin, bu portalın rəhbərliyində olan duyarlı insanların öhdəsinə düşür. Sonda onu demək istəyirəm ki, Nobil Zeynalov hər şeydən öncə bir müəllim idi. O, 1992-ci il 17 fevral tarixində, qaranlıq gecədə şagirdlərinin qarşısında onlarla birlikdə, çiyin-çiyinə son dərsini keçdi. Vətən uğrunda şəhid olmaq dərsini...
2014-02-17
9,260
Sabir Rüstəmxanlı: “...Kimsə bunu etməyəcək”
Dünya Azərbaycanlıları Konqresi (DAK) "Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Diasporunun rolu" adlı dəyirmi masa keçirib. Tədbirdə Milli Məclisin deputatları, tarixçilər, ictimai xadimlər, Xocalı soyqırımında həlak olan soydaşlarımızın yaxınları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, bir neçə gündən sonra Xocalı soyqrımının anım günü keçiriləcək. İllər keçdikcə dünya ictimaiyyəti bu faciə haqda daha geniş məlumatlanmağa başlayıb: "Azərbaycan dövlətinin fəaliyyəti nəticəsində Xocalıda baş verən soyqırım hadisəsi daha geniş ictimailəşdirilir". O qeyd edib ki, son 200 ildə Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra Xocalı soyqrımı xalqımızın başına gətirilən ən böyük faciələrdən biridir: "Çox təəssüf ki, hələ də bu hadisənin həqiqətlərini böyük dövlətlərə və dünyanın taleyini həll edən güclərə yetərincə çatdıra bilməmişik. Nə qədər ağır faciələr yaşasaq da, dünya bizə daha çox günahkar kimi baxıb. Bu faciələrin, müharibələrin, Azərbaycanın bölünməsinin təqsirini hər zaman bizdə görməyə çalışıblar. Başımıza gətirilənləri dünyaya çatdırmaq üçün müxtəlif ölkələrə səpələnmiş soydaşlarımız çox iş görməlidirlər". 1915-ci il uydurma erməni soyqrımı ilə bağlı keçirilən tədbirləri diqqətə çəkən S.Rüstəmxanlı bildirib ki, Xocalı isə uzaq olmayan, şəkillərin, video lentlərin və canlı şahidlərin yaddaşlarında yaşayır: "Bu mənada Dünya Azərbaycanlıları Konqresi olaraq, biz diaspor təşkilatları ilə işləməyimiz vacibdir. Yəni, diaspor təşkilatları öz yaşadıqları ölkələrin vətəndaşları olaraq o cəmiyyətə daha çox inteqrasiya olmalı, siyasi proseslərdə yaxından iştirak etməlidirlər". S.Rüstəmxanlı "Xocalıya Ədalət Kompaniyası" çərçivəsində aparılan işlərin soyqırımın tanınmasında müsbət tendensiya yaratdığını da qeyd edib: "Ötən il Türkiyədə bununla bağlı böyük mitinqlər keçirildi. Dünya ölkələrinin hər birində toplantılar, seminarlar və digər tədbirlərin keçirilməsinin nəticəsidir ki, bir sıra dünya ölkələrində, o cümlədən ABŞ-ın bir sıra ştatında Xocalı soyqrımını tanıdılar". DAK həmsədri faciənin tanınmasında hər bir Azərbaycan vətəndaşını fəallıq nümayiş etdirməyə də çağırıb: "Biz bu faciəni dünya ictimaiyyətinə çatdırmasaq, kimsə bunu etməyəcək". Deputat Asim Mollazadə bildirib ki, dünyada yaşayan hər bir azərbaycanlı bu faciəni yaymalıdır: "Azərbaycan xalqının istəyi qisas deyil. Ölkəmizin istəyi beynəlxalq hüquq normaları çərçivəsində, cinayətkarların dünya qarşısında cavabdehlik daşımasıdır". A.Mollazadə qeyd edib ki, cinayətkar öz cəzasına çatmayana kimi bu cür hadisələr təkrar olunacaq: "Faciəni törədənlər bölgədə sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Çünki bilirlər ki, Xocalıya ədalət olarsa, cinayətkarlar mütləq cavab verəcəklər". A.Molazadə faciənin tanıdılması üçün ABŞ-da və Avropada bir sıra işlərin davam etdirildiyini də qeyd edib. Tədbirdə digər çıxış edənlər də faciənin dəhşətindən və bu soyqırımı törədənlərin cəzalandırılmasının vacibliyindən danışıblar. Həmçinin, bu istiqamətdə diaspora təşkilatlarını daha fəal olmağa çağırıblar.
2014-02-17
9,261
Nazir tvit atdı, izləyicilər gülüşdü – Foto
Əgəmən Bağışın Tvitter sosial şəbəkəsində paylaşdığı foto hamını güldürüb. "Axar.az" xəbər verir ki, Türkiyənin keçmiş Avropa Birliyi (AB) naziri Əgəmən Bağış Tvitter hesabında fotoşop proqramı ilə düzəldilmiş Mono Liza portretini paylaşıb. Bağış foto ilə bərabər bu sözləri də yazıb: "Gənclər bu dəfə məşhur "Mono Liza" portretinin üzərində işləyərək bir foto düzəldiblər. Ən azı mənim qədər gülün J ".
2014-02-17
9,262
Gənclər Evi niyə istifadəyə verilmir?
"Sumqayıtdakı Gənclər Evi yaxın aylarda təhvil veriləcək. Onun bu il təhvil veriləcəyi dəqiqdir. Ordakı işlər artıq yekunlaşmaq üzrədir". Bunu "Axar.az"açıqlamasında Gənclər və İdman Nazirliyinin Nazirliyin mətbuat katibliyindən bildirdilər. Xatırladaq ki, Sumqayıt gənclərinin səbirsizliklə gözlədiyi Gənclər Evinin hələ keçən ilin son aylarında istifadəyə veriləcəyi barədə məlumat verilmişdi. Məlumat üçün qeyd edək ki, Gənclər Evi Sumqayıtın 5-ci mikrorayon ərazisində, keçmiş idman meydançasının yerində tikilir.
2014-02-17
9,263
Məşhur aktrisa falçıya getdi, ərindən boşandı
Məşhur aktrisa və ifaçı olan Hilari Daf falçının sözlərindən təsirlənərək ərindən boşanıb. "Axar.az" xəbər verir ki, aktrisanın 3 illik evlilikdən sonra həyat yoldaşıyla anidən boşanması medianı şoka salmışdı. Hilari Dafın yaxın rəfiqəsinin jurnallardan birinə verdiyi müsahibədə bildirib ki, Hilari məhz falçının təsiri ilə həyat yoldaşından ayrılıb: "Hilari uzun illərdir ki, falçı yanına gedir. Həyatında aldığı bütün qərarlarda o falçının təsiri var. Həyat yoldaşından boşanmasını da məhz falçı söyləyib".
2014-02-17
9,264
Azərbaycanlı iş adamı knyazla razılığa gəldi – Özəl
"Baghlan Qrup"un prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının bir oyununu Bakıda keçirmək istəyir. Bu barədə kluba yaxın mənbədən "Axar.az"a məlumat daxil olub. Bildirilir ki, "Hafka" ləqəbli məşhur iş adamının sponsor olduğu "Lans" klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan "Lion"a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə "Lans" "Monako"ya qarşı keçirəcək. Mənbənin dediyinə görə, Hafiz Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var. Bir qədər əvvəl "Hotel de Paris" otelində Monako onunla görüşmüşdü. "Bakı" futbol klubunun prezidenti "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirmişdi, habelə ardından ona Azərbaycan futbolu haqda məlumat vermişdi. "Elə knyaz 2-ci Albert də Hafiz Məmmədovun "Lans"a göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdi. İndi Hafiz müəllim Albertlə dostluq əlaqələrindən danışıb "Lans"la Monakonun oyununu Bakıya salmaq istəyir. Bu təbii ki, "Lans"ın ev oyunu sayılacaq. Futbol tarixində əslində belə hallara rast gəlinib. Sadəcə "Lans" "Monako"nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur", deyə mənbə bildirib. Mənbənin dediyinə görə, Hafiz Məmmədov İngiltərə çempionatının 2-ci dəstə klubu "Lids"i də almaq niyyətindədir. Hazırda bir vaxtlar İngiltərənin adlı-sanlı klublarından olan "Lids"in əldə edilməsi yönünündə danışıqlar gedir.
2014-02-17
9,265
Müdafiə naziri baş redaktoru istefaya göndərdi
Müdafiə Nazirliyinə məxsus "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək istefaya göndərilib. Bununla bağlı müvafiq əmr Müdafiə naziri polkovnik-leytenant Zakir Həsənov tərəfindən hələ yanvarın 30-da imzalanıb. Əmrdə qəzetin baş redaktorunun xəstəliyi ilə əlaqədar vəzifəsindən azad edilərək ehtiyata göndərildiyi bildirilir. Hələlik qəzetin baş redaktoru vəzifəsinə təyinat olmayıb. Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiq ediblər. Qeyd edək ki, polkovnik-leytenant İ.Rüstəmov bir müddət əvvəl hərbi hospitalda müalicə olunurdu.
2014-02-17
9,266
Ermənilər Azərbaycan naziri haqqında film çəkdi - Video
Ermənilər Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev haqqında film çəkiblər. Film "Civilnet.am" saytında yerləşdirilib. Filmdə Şahin Mustafayevin doğulduğu Noyemberyan rayonunun Jujevan kəndinin sakinlərindən müsahibə götürülüb. Videonu təqdim edirik.
2014-02-17
9,267
Xocalıya aid çarxlar Almaniyada nümayiş etdirildi
Saksoniyada fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqrımını əks etdirən çarxların nümayişini təşkil edib. Bu barədə "Axar.az"a Diasporlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix - 26.02.1992 - yazılır. Daha sonra "Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır", "Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8", "Azərbaycana qarşı insanlıq faciəsi" yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək. Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərsimi də təşkil olunub. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Weisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.
2014-02-17
9,268
Azərbaycanda zavod partladı: beş yaralı
Azərbaycanın Beyləqan rayonunda çörək zavodunda partlayış olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
2014-02-17
9,269
Bu görüntü bir həftəyə 7,5 milyon izləndi - Video
Təyyarədən yerə düşən və 8 aydan sonra tapılan kameranın yaddaşında olanlar bir həftə müddətində izləmə rekordu qırıb. "Axar.az" xəbər verir ki, çəkiliş apararkən sahibinin əlindən düşən kamera 8 ay sonra Mia Munselle tərəfindən tapılıb və eniş müddəti ərzində lentə alınan görüntülər Yutuba yüklənib. Yerə düşərkən və daha sonra çəkilişə davam edən kameranın nəyi yaddaşına köçürdüyü çoxlarının diqqətini çəkib və Yutubda hər gün azı 1 milyon şəxs onu izləyib. Qeyd edək ki, videonu diqqətlə izləsəniz, sizi maraqlı sonluq gözləyir.
2014-02-17
9,270
Baş Prokurorluq “casus siyahısı”na açıqlama verdi
Baş Prokurorluq Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın qalmaqallı "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirib. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib: "Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib".
2014-02-17
9,271
Tofiq Əhmədovun 90 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, "Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin". Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur. Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr verib.
2014-02-17
9,272
Nəqliyyat vasitələri ilə bağlı cəzalar yüngülləşdiriləcək
Azərbaycanda sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar 3 dəfə yüngülləşdiriləcək. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər edilməsinə dair qanun layihəsi hazırlanıb. Qanun layihəsində Məcəllənin 155-ci maddəsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeniliklərə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə 50 manat olacaq. Qeyd edək ki, hazırda bu cərimə 150 manat təşkil edir. Artıq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq plenar iclasa çıxarılması tövsiyə olunub. (Trend)
2014-02-17
9,273
Sərnişin avtobusu qəza törətdi: yaralılar var
Bakıda avtobus qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki,hadisə bu gün metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb. 54 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu "Mitsubishi" markalı minik maşını ilə toqquşub və zərbənin təsirindən minik maşını yoldan çıxaraq aşıb. Nəticədə minik maşının sürücüsü (kimliyi məlum deyil) və avtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb. Avtobusda olan sərnişinlərdən Elnarə Əsgərova, Nihad Əsgərov, Günel Quliyeva və Bünyad Məmmədovun xəsarəti ağır olduğundan, onlar xəstəxanaya aparılıb. Digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
2014-02-17
9,274
Zakir Həsənov serbiyalı həmkarı ilə görüşdü - Foto
Bu gün Serbiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belqrad şəhərində Serbiyanın müdafiə naziri Neboyşa Rodiçlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Serbiya Müdafiə Nazirliyində keçirilən görüşdən sonra nazirlər "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar.
2014-02-17
9,275
Bu ölkədə ilk dəfə qadın baş redaktor oldu
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın qəzetin baş redaktoru olacaq. Süməyya Cəbərti ingilisdilli "Saudi Gazette" nəşrinə baş redaktor təyin edilib. O, bu postda əvvəlki müdiri Xalid Əlməinini əvəz edəcək. S.Cəbərti uzun müddət onun müavini olub. X.Əlməini keçmiş müavininin yeni vəzifəyə təyin edilməsini "aynalı tavanda çat" kimi qiymətləndirib. (Trend)
2014-02-17
9,276
Azərbaycanlı alim Ukraynada ordenlə təltif edildi
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu Akademiyanın akademiki seçilmiş və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb. Bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olub. Məktubda deyilir: "Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk. Rəyasət heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik Şöhrəti" ordeni ilə təltif edilib. Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilib". (AzərTac)
2014-02-17
9,277
Baldız gəlini bıçaqladı
Hadisə Binəqədi rayonu Yeni yaşayış massivi, 3-cü küçədə qeydə alınıb. "Axar.az" xəbər verir ki, bu barədə APA məlumat yayıb. 1984-cü il təvəllüdlü Ramidə Rafiq qızı Abbasova qardaşının həyat yoldaşı, 28 yaşlı Fəridə Abbasovanı bıçaqlayıb. F. Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib.
2014-02-17
9,278
Bakıda avtobus aşdı
Bu gün axşam saatlarında aeroport yolunda ağır qəza olub. Yolun Suraxanı rayonu ərazisindəki hissəsində baş verən qəzada mikroavtobus aşıb və bir avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobil yararsız hala düşüb. Xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur. ("AzNews.az")
2014-02-17
9,279
Soçidə uğurlu startın ardı gəlmədi - Yenilənib
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışlarına start verilib. 20 cütlüyün birincilik uğrunda mübarizə apardığı yarışda 8-ci nömrə altında çıxış edən Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) hələlik 2-ci sıradadır. Qeyd edək ki, fevralın 16-da keçirilmiş qısa proqramla çıxış yarışlarında 24 cütlüyün mübarizə apardığı yarışda 58,15 xal toplayan Yuliya Zlobina - Aleksey Sitnikov dueti 14-cü pillədə qərarlaşmışdı. Qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar. 23:22 Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışları başa çatıb. 20 cütlüyün birincilik uğrunda mübarizə apardığı yarışda 8-ci nömrə altında çıxış edən Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) 12-ci yeri tutub. (Trend)
2014-02-17
9,280
“Sovetski” düyünü sabah həll oluna bilər - Video
"Sovetski" sakinləri söküntü işləri ilə bağlı sabah Yasamal rayon icra başçısı ilə müzakirə aparacaqlar. Qərar "Sovetski" kimi tanınan qəsəbə sakinlərindən ibarət təşkilat komitəsinin, Köçürmə komissiyanın sədri Səməd İslamovla bu gün keçirdiyi görüşdən sonra verilib. Vaxt qısa olsa da "Sovetski" sakinləri icra başçısına ünvanlamaq üçün təkliflər paketi hazırlayıblar. Təşkilat komitəsinin sədri, Namiq Quliyev: "Biz sakinlərin təklifini irəli sürürük. Evi balaca olanlara ev verilsin. Daha demirik ki, bu adamın bir otağı varsa, ona 7 otaq verin. Biz deyirik ki, əgər bunun 15 kvadrat metr ərazisi varsa, buna bir otaqlı ev versinlər. Evi böyük olanların da evinin təmirli olması, təmirsizliyi nəhərə alınsın." Koçürmə komissiyası isə istənilən narazı vətəndaşı dinləməyə hazırdır. Komissiyasının sədri Səməd İslamov indidən vəd edir ki, bu məsələdə heç kim onlardan narazı qalmayacaq. Yasamal RİH başçısının birinci müavini, Səməd İslamov: "Biz insanları dinləməyə, onların problemini həll etməyə hazırıq. Bu problemləri biz bilirik. Həftəniin 6- günü Cəfər Cabbarlı küçəsi 12-də komissiya üzvləri onları qəbul edirlər. Sakinləri dinləyirlər." Bu günə kimi 2400-ə yaxın evdə ölçmə işləri aparılaraq qiymətləndirilib. 55 sakinin pulu bank hesabına köçürülüb. Kompensasiya olaraq sakinlərə yaşayış sahələrinin hər kvadratına görə 1500 manat pul ödənilir. Kompensasiyaya razı olan sakinlərin köçməsinə yardım etmək məqsədi ilə əlavə 1000 manat pul və iki ay vaxt da veriləcək. Sökülən ərazilərdə şəhərin baş planına əsasən istirahət parkı salınacaq. İcra rəsmiləri həmin ərazidə hər hansı bir yaşayış binasının tikiləcəyi ilə bağlı fikirləri təkzib edərək sözügedən ünvanda yalnız sosial obyektlərin salınacağını deyir. (ANS)
2014-02-17
9,281
Sürücülər aksiya keçirdi - Foto
Bu gün "Shacman" və "Howo" markalı iritonnajlı yük avtomobilinin bir qrup sürücüsü Qaradağ rayonunun Qobustan qəsəbəsində yol qırağına toplaşıb. Onlar "Shacman" və "Howo" avtomobillərinin yük daşımasına qoyulan məhdudiyyətdən narazıdırlar. Bildiriblər ki, onların avtomobilləri 60 tona yaxın ağırlığı daşımaq gücünə malikdir. Avtomobilin öz çəkisi 17 tondur. 45 tona yaxın yük götürə bilir. Ancaq son günlər belə avtomobillərin sürücülərinə 15 tondan artıq yük daşımamaq barədə xəbərdarlıq edilib. Səbəb kimi bu göstərilib ki, avtomobillərin ağırlığından yollar korlanır. Sürücülər bildiriblər ki, onlar "KAMAZ"larını satıb 80-85 min manata yeni yük maşınlarını alıblar ki, daha çox qazana bilsinlər. Bir çoxlarının bu avtomobilləri kreditə, borca aldığını deyən sürücülər vurğulayıblar ki, indi 15 tondan artıq yükə qoyulan qadağa onları çətin vəziyyətə salır, dolanışıqlarını pisləşdirir, avtomobillərə görə borclu qalmaq təhlükəsini yaradır. Sürücülər deyirlər ki, məhdudiyyət qoyulacaqdısa, nə üçün bu avtomobillər onlara satılırdı, satılıbsa, niyə onların avtomobilinə gücü çatdığı yükü daşımağa imkan verilmir. Sürücülərin və iri yük avtomobillərinin yol qırağında toplaşması diqqət cəlb edib. Polislər və digər dövlət qurumlarının nümayəndələri onlardan dağılışmağı tələb ediblər, şikayətlərini aidiyyəti qurumlara çatdırmağı məsləhət görüblər. Hər hansı insident baş verməyib. ("Media forum" )
2014-02-17
9,282
Jurnalistlər də etiraz aksiyasına başladı - Video
Türkiyənin İstanbul şəhərində jurnalistlərdən ibarət böyük bir qrup etiraz aksiyası keçirib. 200-dən çox jurnalist əvvəllər aparıcı qəzetlərin redaksiyalarının yerləşdiyi tarixi məhəllədə bir araya gəliblər. Nümayiş iştirakçıları senzuraya və hökumətin kütləvi-informasiya vasitələrinə qarşı təzyiqinə etiraz etdiklərini bəyan ediblər. Jurnalist, Dəniz Hakan: "Hökumət kütləvi-informasiya vasitələrini onların rəhbərləri və ya onlara yaxın olan jurnalistlər vasitəsilə idarə etməyə çalışır. Biz bundan təngə gəlmişik, ona görə də buradayıq." Nümayişçilər İstanbul valisinin iqamətgahına yürüş etdikdən sonra orada bəyannamə oxuyublar. Jurnalistlərin etirazları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın intiernet üzərində qoyduğu bir sıra məhdudiyyətlərində əsas rol oynadığı bildirilir. Həmçinin, Rəcəb Tayyib Ərdoğan "Habertürk" telekanalının rəhbəri ilə danışığını əks etdirən audioyazı da yayılıb. Həmin audioyazıda Ərdoğan adıçəkilən telekanalda müxalifət liderinin çıxışının yayımlanmasından dolayı narazılığını bildirir. Telekanalın rəhbəri isə tədbir görəcəyini deyir və bundan sonra müxalifət liderinin çıxışının yayımlanması dayandırılır. (ANS)
2014-02-17
9,283
Rusiya Arktikaya qoşun yeridir
2014-cü ilin sonuna kimi Rusiyada Şimal donanmasının tərkibində yeni qurum - Birləşmiş Strateji Komandanlıq yaradılır. Bu barədə Rusiya silahlı qüvvələrinin Baş Qərargahının yüksək çinli təmsilçisi məlumat verib. "Rusiya ordusunda Şimal donanmasının gücləndirilməsi və quru qoşunlarının Arktika briqadalarının, bəzi hərbi-hava qüvvələri və havadan müdafiə hissələrinin ona verilməsi hesabına yeni qurum yaradılır", - deyə Rusiya ordusunun Baş Qərargahından bildirilir. Bundan başqa, mənbə bildirib ki, hazırda sənədlərin fəal işlənməsi gedir ki, yeni qurum ilin sonuna kimi işləməyə başlasın. Xatırladaq ki, Rusiya Arktikada tapılmış yeni neft yataqlarına iddialıdır və buna görə də oradakı hərbi mövcudluğunu artırır. Bu isə qərb dövlətlərini, xüsusilə də Amerikanı narahat edir. (ANS)
2014-02-17
9,285
Azərbaycanlı iş adamının həbs müddəti uzadıldı
Türkiyədə "Böyük rüşvət" əməliyyatı zamanı həbs edilən, aralarında azərbaycanlı iş adamı Rza Zərrabın da olduğu 5 məhkumun həbs müddəti uzadılıb. İstanbul məhkəməsi şübhəlilər haqda dəlil və sübutları əsas gətirərək həbs müddətlərinin uzadılmasına qərar verib. Qeyd edək ki, ötən ilin 17 dekabrında Türkiyə polisinin keçirdiyi rüşvət əməliyyatı nəticəsində həbs edilən sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və iş adamı Rza Zərrab qeyd edilən 5 məhkum arasındadır. (ANS)
2014-02-17
9,286
Qafqaz şeyxi Ər-Riyada gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanında səfərə gedəcək. Bunu "AzNews.az"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib. O vurğulayıb ki, səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçiriləcək. QMİ rəsmisi əlavə edib ki, səfər çərçivəsində Şeyxülislam Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmçinin A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də görüşəcək və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə ediləcək. Sonda Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq. Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilməklə ilə bağlı məsələlər öz əksin tapacaq.
2014-02-17
9,287
Ən çox erotik kitab oxuyan ölkə
Ötən il kitabxanalardan ən çox erotik kitablar alan ingilislər olub. "Axar.az"ın məlumatına görə, ingilislər son bir ildə ay ərzində erotik və buna bənzər kitabların alınma sayını 500 dəfə artırıblar. Ən çox oxunan kitablar sırasında E.L.Ceymsin "Qrinin əlli donu" adlı kitab yer alır. Kitabda eşq macəraları və romantik hisslərin inikası öz əksini tapıb. Qeyd edək ki, Ceymsin sözügedən kitabı getdikcə dünyada qadınlar arasında ən çox oxunan 10 kitabdan birinə çevrilir. Universitetdə genc bir qızla zəng bir iş adamının eşq hekayəsini anladan bu kitab 52 dildə, 90 milyon tirajla çap olunub. Bildirib ki, yaxın vaxtlarda əsərin ekranlaşdırılması da planlaşdırılır.
2014-02-17
9,288
Cənubi Osetiya Rusiyaya birləşə bilər – Referendum çağırışı
Qondarma Cənubi Osetiya respublikasının Rusiya Federasiyasının tərkib hissəsi olan Şimali Osetiyaya birləşdirlməsi üçün referendum keçirilməsinə çağırış edilib. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə qondarma qurumun "prezidenti" Leonid Tibilova Vahid Osetiya Partiyasının nümayəndələri müraciət ünvanlayıblar. Bununla bağlı səsvermənin yayda keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, zaman-zaman Cənubi və Şimalı Osetiya respublikalarının birləşdirilməsi ideyası səslənməkdədir. Ekspertlərin qənaətinə görə, bu cür addımlar onsuz da soyuq münasibətlərdə olan Rusiya–Gürcüstan əlaqələrinə daha bir zərbə vurar.
2014-02-17
9,289
Atatürkü təriflədi, gənclər ayağa qalxdı - Video
Bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğanın Təhsil Nazirliyinin təşkil etdiyi tədbirdə Mustafa Kamal Atatürkdən ağız dolusu danışması salonu ayağa qaldırıb. "Axar.az" xəbər verir ki, bu barədə "Hürriyyət" məlumat yayıb. Baş nazir Ərdoğanın tədbirdə çıxışı zamanı gənclərə xitab olaraq deyib: "Sizlər Qazi Mustafa Kamal Atatürkün bu ölkəni əmanət etdiyi istiqbalımız olan övladlarımızsınız". Ərdoğanın bu sözlərindən sonra bütün salon alqışlara bələnib.
2014-02-17
9,290
Rus jurnalistlər Putinin ayağını düşərsiz sayır – Foto
Rusiya idman yazarları maraqlı məqalə ilə çıxış ediblər. Onların qənaətinə görə, Prezident Vladimir Putinin Rusiya idmançılarının qarşılaşmasını tibunalardan izləməyə gəldiyi vaxtlar onlar ya məğlub olurlar, ya da ən yaxşı halda oyunu heç-heçə ilə başa vururlar. Məsələn, 1999-cu ilin qarlı oktyabr ayında, Putinin ilk Baş nazirliyi dönəmində Moskvada keçirilən Rusiya–Ukrayna futol yığmalarının qarşılaşmasında bir top hesabi ilə irəlidə olan ruslar ukraynalı hücumçu Andrey Şevçenkonun vurduğu cərimə zəribəsi qarşısında aciz qaldılar. Oyunun əsas hissəsi 1:1 qurtarsa da, əlavə hissədə Ukrayna yığması növbəti mərhələyə vəsiqə əldə etdi. Putinin Soçidə keçirilən olimpiya oyunlarında Rusiyanın ABŞ-ın xokkey üzrə yığma komandasına məğlub olmasını da bu qəbildən saymaq olar. "Axar.az"ın məlumatına görə, belə nümunələrin "yetərincə" olduğunu əsas götürən rus idman jurnalistləri Putinin ayağını düşərsiz sayırlar.
2014-02-17
9,292
Akademikin məktəbli qıza qərəzi – İddia
"Sabahın alimləri" Respublika Müsabiqəsində işi plagiatdır - deyə müsabiqədən kənarlaşdırılan Əminə Əmirxanlının Respublika Təhsil Naziri Mikayıl Cabbarova ünvanladığı müraciətinə hələ ki, münasibət bildirilməyib. Bu sözləri "Axar.az"a açıqlamasında Ə.Əmirxanlının anası Natəvan Məmmədova deyib. "Təhsil Nazirliyindən hələ ki heç bir açıqlama yoxdur, amma bizdə olan məlumata görə, iş araşdırılır. Əminənin şikayəti ilə əlaqəli Elmlər Akademiyasının müxbir üzvü akademik Vaqif Abbasov xəbərlər proqramlarından birinə müsahibəsində bildirib ki, proyekt plagiatdır və Kamran Mahmudovun dissertasiya işinin avtoreferatında çap edilib. Bu olduqca yanlış fikir idi və araşdırmalar sonucu bir daha əmin olacaqlar ki, heç də belə olmayıb. Ən acınacaqlı məqam ondadır ki, Əminənin şikayətindən sonra Kamran Mahmudovun dissertasiya işini sübut kimi müsabiqəyə gətirən akademik sona qədər də XI sinif şagirdinin ortaya qoyduğu proyektlə dissertasiya işləri arasındakı fərqləri anlaya bilməyib.Əminə dəfələrlə onun hazırladığı hansı hissələrdə plagiat olduğunu sübut edilməsini tələb etsə də akademikimiz bunu aşkara çıxara bilməyib.Bu yerdə yalnız təəssüflənirəm ki, müsabiqə iştirakçılarının taleyi onlardan asılıdır". N.Məmmədova proyektin plagiat olması ilə bağlı fikirləri qəbul etməyib bildirdi ki,qızım proyekti həm azərbaycan,həm də Amerika mərhələsinə görə ingilis dilində hazırlamışdı. "Proyekt Elmi Ekspert Komitəsinə (EEK) azərbaycanca təqdim olunur. EEK proyektlərdə qüsur, plagiat aşkar etdiyi məqamda işi müsabiqəyə buraxmır. Amma proyekt həmin mərhələni uğurla keçmiş və müsabiqəyə buraxılmışdı. Azərbaycan dilindəki annotasiyada istinad edilən müəlliflər mətnin sonunda, amma ingilis variantı və posterdə istinad edilən müəlliflər mətnin içərisində verilmişdi. İngilis variantında mətn texniki qüsursuz olub. Amma texniki qüsuru akademikimizin plagiat adlandırması heyrət doğurur.Qüsuru aşkarlayan akademikimiz işdə ortaya qoyulan o böyüklükdə yeniliyi təəssüf ki, aşkarlamağı bacarmadı". Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsinin iştirakçısı olan Əminə Əmirxanlının işi 14 fevral tarixində plagiat adlandırılaraq, müsabiqəyə buraxılmamışdı. Əminənin özü isə bununla bağlı komisiyyanın yaradılması üçün Təhsil naziri Mikayıl Cabbarova müraciət etmişdi.
2014-02-17
9,293
Böyük avto-şounun son günü - Fotolar
Fevralın 12-də başlayan Çikaqo avto-şousu bir həftəlik təqdimatlardan sonra bu gün öz işini bitirir. ABŞ-ın ən böyük sərgisi olan Çicaqo avto şousunda iştirak etmək üçün sərgi biletləri uşaqlar üçün 6, böyüklər üçün isə 12 dollardan satışa təqdim edilib. Sərgidə təqdimatı keçirilən bir neçə ecazkar avtomobilin fotoşəkillərini təqdim edirik.
2014-02-18
9,294
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin fevralın 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Ölkə ərazisində gözlənilən hava şəraiti Fevralın 18-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir güclənəcəyi, fevralın 19-da şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Fevralın 19-da havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, gecə və gündüz 2-6 dərəcə isti təşkil edəcək. Ölkə ərazisində fevralın 19-da hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
2014-02-18
9,295
Erməni Livanda nazir təyin olundu
Erməni əsilli Artur Nazaryan Livanın Energetika və su resursları naziri təyin olunub. "Axar.az"ın erməni saytlarına istinadən verdiyi məlumata görə, Livanın Baş naziri Tammam Salam fevralın 15-də ölkə prezidenti Mişel Süleymana yeni hökumətin üzvlərini təqdim edib. Ölkə başçısı ilə söhbətində Salam öz üzərinə böyük məsulliyyət götürdüyünü və Livanda sabitliyin yaranması üçün əlindən gələni edəcəyini söz verib. Yeni hökumətin ilk iclası bu gün keçiriləcək. Xatırladaq ki, Artur Nazaryan 1951-ci ildə Beyrut şəhərində anadan olub. Amerikanın Filadelfiya ştatının unversitetlərinin birində mühəndislik fakültəsini bitirib. O, həmçinin keçmiş Baş nazir Səlim Ayvaşın komandasında Turizm naziri postunu tutub. Xatırladaq ki, Livan Parlamentində 5 erməni deputat var. Bunlar Akop Baqratudi, Şant Çinçinyan, Sepuq Qalapakyan, Serj Tursarkisayan və Jan Oqasapyandır.
2014-02-18
9,296
Sumqayıtda kütləvi dava: yaralılar var
Sumqayıtda kütləvi dava baş verib. Təqribən 20 nəfər arasında baş vermiş davada iki şəxs ağır xəsarət alıb. Sumqayıt Şəhər Polis İdarəsindən AzərTAc-a bildiriblər ki, gecə saatlarında baş vermiş hadisə ilə bağlı həbs edilənlər var. Bildirilir ki, Bakı-Quba avtomagistralının Sumqayıtdan keçən hissəsində yol kənarında "Kral" adı altında fəaliyyət göstərən kafedə mübahisə düşüb. Dava kafe sahibləri ilə müştərilər arasında olub. Hadisəyə əsas səbəb müştərilərin xeyli vaxt kafedə oturmaları və digər qonaqlara yer vərməmələri göstərilir. Mübahisə iki qrup arasında əlbəyaxa davaya çevrilib. Nəticədə iki nəfər ağır xəsarətlər alıblar. Yaralılar Astara rayon sakinləri 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyevdir. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, İlkin Quliyevin vəziyyəti ağır olduğundan o, dərhal Bakı şəhərinə göndərilib. Qolu və ayağı sınan, bir neçə bıçaq xəsarətləri yetirilən Tural Bayramovun sözlərinə görə, kafe sahibləri onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava salıblar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.
2014-02-18
9,297
ABŞ-da çıxan antologiyada hansı Azərbaycan yazarları var?
Amerikanın nüfuzlu Trafford nəşriyyatında "Müasir Azərbaycan qadın nəsri" (Modern Azerbaijani Women’s Prose. Bloomington, Trafford Publishing, 2014, 698 page) antologiyası nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr. İrəc İsmaeli nəşrə hazırlayıb. Yazıçılardan Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Cavidan, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqalarının əsərlərini özündə birləşdirən antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı nümunələrini ehtiva etməkdədir. Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdiriblər: "Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi baxımdan bədii ədəbiyyatın cinsi müstəvidə fərqləndirilməsi uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik baxış bucağının mövcudluğu da diqqəti çəkir". Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınıb. Antologiyada diqqəti cəlb edən faktlardan biri də odur ki, orada Quzey Azərbaycanla yanaşı, Vətənimizin Güneyində və mühacirətdə yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilib. Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.
2014-02-18
9,298
Telman İsmayılov millət vəkili ilə qohum oldu
Ötən şənbə günü "Buta Palas" daha bir tanınmış ailənin şad gününə şahidlik edib. Sarayda məşhur millət vəkillərindən birinin oğlunun toy mərasimi keçirilib. Milli Məclisin Sumqayıtı təmsil edən millət vəkili Hacı Salayev məşhur azərbaycanlı biznesmen Telman İsmayılovla qohum olub. Belə ki, deputatın oğlu Telman İsmayılovun qardaşı qızı Arzu xanımla ailə həyatı qurub. Toy mərasimini məşhur müğənni Abbas Bağırov idarə edib. ("press24.az") Qeyd edək ki, Hacı Salayev hazırda 3000 nəfər əməkdaşı olan "Trust" mühafizə şirkətinin rəhbəridir. O, Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərin mühafizəsinin təşkili ilə məşğul olur.
2014-02-18
9,299
Astara polisindən baş verənlərlə bağlı açıqlama
Astara Rayon Polis Şöbəsi ötən gün rayonda baş verənlərə münasibət bildirib. Polis Şöbəsinin istintaq bölməsinin rəisi Hikmət Ağayev APA-ya bildirib ki, Ərçivan qəsəbə sakinləri ərizə ilə polisə müraciət ediblər: "Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır". Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib. Xatırladaq ki, fevralın 17-də səhər saatlarından Astara rayonunda ciddi gərginliklər yaşanıb. Bu barədə aldığımız məlumatlarda bildirilir ki, yerli məmurlardan kiminsə rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlətməsi sakinləri hövsələdən çıxarıb və onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək bir neçə saat ərzində aksiya keçiriblər. Bu hadisənin Astaranın Mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırıb. Məlumatı alan kimi Astaradakı mənbələrimizlə əlaqə saxlamağa çalışdıq. Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Tarif Əliyev bildirdi ki, hər şey sosial şəbəkədə bir təhqiramiz ifadələrin yer almasından başlayıb: ""Odnoklassik"də rayon sakinlərindən biri Ərçivan kənd camaatının ünvanına nalayiq ifadələr işlədib. Bu da ərçivanlıların qəzəbinə səbəb olub və xeyli adam toplaşaraq Astara-Lənkəran magistral yolunu bağlayıblar. Əvvəl xəbər yayıldı ki, söyən adam məmurlardan olub. Ancaq sonra dedilər ki, yox, adi adam olub. Güman olunur ki, ehtiyatsızlıqdan işlədilən ifadə olub, xüsusi məqsəd kəsb etməyib". T.Əliyevin sözlərinə görə, yolun bir neçə saat ərzində kəsilməsi nəticəsində avtomobillərin hərəkəti dayanıb. Hətta Astara bazarındakı yanğını söndürməyə gələn maşınlar da yolu keçə bilmədiyindən dənizkənarı ərazi vasitəsilə hadisə yerinə yetişiblər: "Əhali etiraza qalxanda heç yanğın məsələsi yox idi, camaat polisin qabağında idi, yanğın sonrakı saatlarda oldu". T.Əliyev dedi ki, aksiyaçılar polis şöbəsinin qarşısına toplaşıb günahkarın cəzalandırılmasını tələb edib: "Polisdən bildirilib ki, həmin şəxs saxlanılıb. Sakinlər isə deyib ki, onu özləri cəzalandırmaq istəyirlər".
2014-02-18
9,300
Qarabağ qazisinin vəziyyəti pisləşib
Qarabağ veteranı, çoxunun Tutu xanım kimi tanıdığı Rüxsarə Cumayevanın vəziyyəti pisləşib. Bu haqda veteranın qızı Rəqsanə xanım "Axar.az"a məlumat verib. Səhhəti kəskin pisləşən Rüxsarə xanım N.Tusi adına xəstəxanaya çatdırılıb. Həkimlərin yoxlamasından sonra məlum olub ki, Qarabağ qazisi təcili əməliyyat olunmalıdır. İndi evə gətirilən qazi ev şəraitində əməliyyat olunacağı günü gözləyir. Qeyd edək ki, Qarabağ qazisi sol bud sümüyündən iki dəfə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində uğursuz əməliyyat keçirib və hələ də yeriyə bilmir.
2014-02-18
9,301
Samsunq 3 kartlı telefon istehsal etdi
"Samsunq", "Qalaksi S5"in hazırlıq mərhələsində olan aşağı və orta seqmentli cihazlarını tanıtmağa davam edir. Şirkətin təqdimatını keçirdiyi yeni telefonunun maraqlı tərəfi cihazın 3 simkartı dəstəkləməsidir. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, "Samsunq" 2 kart dəstəkləyən telefon modellərindən sonra indi də üç kart daşıyan telefonunu təqdim edib. Nisbətən zəif göstəricələrə malik olan "Samsunq Qalaksi Star Trios" adlı telefon 165 dollar civarındakı qiymətlə bazarda yer alacaq.
2014-02-18
9,302
Kimlər yalan danışır?
Yalan ayaq tutar, yeriməz - deyiblər. Yəqin ki, bu sözü atalarımız əbəs yerə deməyib. Elə mən də əbəs yerə çəkmədim. İstirahət günü uşaqları yaxınlıqdakı parka apardım. Qış fəsli olsa da, hava mülayim idi. Havanın mülayimliyi uşaqlara da sirayət etmişdi, digər uşaqlara qoşulub oynayırdılar. Oturduğum skamyada gənc bir qız da oturdu. Xoş görünüşü vardı,ünsiyyətcil idi. Olduqca da şirin danışığı vardı. Bir qədər sonra ona zəng gəldi. Məndən üzr istəyib telefona cavab verdi. İstəməsəm də onun söhbətinə şahid oldum. Qız telefonla danışdığı insana yalan danışırdı. Evdə olduğunu, mətbəxdə oturub çay içdiyini və onun zəngini gözlədiyini deyirdi. Gənc xanımın yalan danışması məni məyus etdi. Yalanla yaşayan, yalan danışan insanlar çoxdur. Bəs, görəsən insanlar niyə yalan danışır? Elə bu sualla da tanınmışlara müraciət etdim. Görəsən onlar necə, nə vaxtsa yalan danışıblarmı? Yaxşılığa xidmət edən hər şey qəbul olunandır Hərbi tele-jurnalist Rahib Qərib bildirdi ki, yalana münasibəti çox pisdir. "Bir mənalı olaraq yalan danışan insanda digər yaxşı keyfiyyətlər ola bilməz. Amma "məsum yalan" deyilən bir anlayiş var. Bu yalana pis baxmiram. Böyük bir təhlükəni sovuşdurmaq, insanları ədavət və davalardan xilas etmək üçün deyilən yalan təbii ki, qəbul olunandır. Ən azı ona görə ki, yaxşılığa xidmət edən hər şey müsbət qarşılanmalıdır. " Bütün naqisliklər yalandan törəyir Yazar Zümrüd Yağmur sorumuza cavab verərkən bildirdi ki, həyatında bir dəfə yalan danışıb. "Adətən bu kimi suallar soruşulanda insanlar yalan danışmadığını söyləyir. Amma mən səmimi şəkildə deyirəm ki, yalan danışmıram və yalana münasibətim də bir mənalı olaraq mənfidir. Ona görə ki, digər naqisliklərin məhz yalandan törədiyi qənaətindəyəm. İnsan hər hansı bir yaramazlığı edib yalanla bunu ört-basdır edirsə, onda belə bir fikir yaranır ki, hər dəfə yalan onu xilas edəcək. Ona görə də özünü və ləyaqətini qorumaq istəyən birinin yalandan uzaq durmasında fayda var. Yalanın insanı necə rəzil günə qoyduğunu, naqislik və danışılan yalanların ona necə qayıtmasını görmüş biri kimi özümə bu rəzaləti rəva görmədiyimdən bəzən yalan danışmaq zərurəti belə ortaya çıxanda ya susmağa üstünlük verirəm, ya da yalan danışmamaq üçün o iş, yaxud əməldən imtina edirəm". Həyatımda bir dəfə məsum yalan danışmışam Xanım yazar daha sonra qeyd etdi ki, məsum yalanlara münasibəti pis deyil. "Əgər bu kiminsə eybini örtməyə və ya hansısa vəziyyətdən çıxarmağa xidmət edirsə,yalan danışmaq olar. Həyatımda ən böyük məsum yalanım bir dəfə olub, o da bir xanımın eybini örtmək üçün"… Yalan danışmağı bacarıram, amma danışmıram… Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu həyatının yalandan ibarət olmadığını, yalanı sevmədiyini söylədi. "Məni tanıyanlar bilir ki, mən yalan danışmağı bacariram, amma heç zaman danışmıram, çünki, özüm öz yalanımı açıram. Yalançı adam həyatda aktyor kimi yaşayir. Bir də əsas odur ki, sənin danışdığın yalan başqalarına problem yaratmir. "Gopçu"luqla yalanı da fərqləndirmək lazimdir. Birincisinin heç bir zərəri olmadığı halda, yalançılar insan həyatını fəlakətə sürükləyə bilər. Məsum,yəni muqəddəs yalanlar da var ki, onların insan üçün heç bir ziyanı yoxdur".
2014-02-18
9,303
Arıqlamaq istəyirsinizsə, üşüyün
Avstraliya alimlərinin fikrincə, soyuqdan titrəmək ağ piyin yanmasını stimullaşdırır. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, qəhvəyi piyin hüceyrələri piylənmə, qaraciyər piylənməsi və şəkərli diabetə qarşı mübarizədə əsas komponent ola bilər. Qəhvəyi piy hər bir insanda var, amma kimdə onun qədəri çoxdur, onlar daha arıq və qamətlidirlər, üstəlik, qanlarında qlükozanın səviyyəsi də aşağıdır. Son illərin araşdırmaları göstərib ki, qəhvəyi piyin yaranmasına soyuq təkan verir. Yalnız bədənin həmin hüceyrələrə necə siqnal verməsi qaranlıq qalırdı. Bunun mexanizmini aydınlaşdırmaq üçün Sidneydəki Qarvan Tibbi Araşdırmalar İnstitutunun (GİMR) alimləri könüllüləri temperaturu azaldılan otaqlarda yerləşdirib. Temperatur 18 dərəcədən tədricən 12 dərəcəyədək aşağı salınıb. İnsanlar soyuqdan üşüyənədək dərəcə endirilib. Könüllülərin dərisinə onların əzələlərinin elektrik aktivliyini ölçən qurğu birləşdirilir. Həmçinin hormonların səviyyəsinin ölçülməsi üçün qanları da nəzarətə götürülüb. Məlum olub ki, soyuğun təsir ilə iki hormonun - əzələlərin istehsal etdiyi irizinin və qəhvəyi piy qatının istehsal etdiyi FGF21-in səviyyəsi yüksəlir. Maraqlıdır ki, orta intensivliklə 1 saat velosiped sürərkən yaranan irizinin qədəri 10-15 dəqiqə soyuqda titrəyən zaman yaranan irizinin qədərinə bərabərdir. Onu da qeyd edək ki, bu hormonlardan gələcəkdə piylənməyə qarşı terapiyada istifadə edilə bilər.
2014-02-18
9,304
“Boz Kardinal” Krımda gizli görüş keçirir - Sensasiya
Rusiya Prezidenti Vladimir Putinin Cənubi Osetiya və Abxaziya üzrə köməkçisi Vladislav Surkov Krım rəhbərləri Vladimir Konstantinov və Anatoli Moqilyovla qeyri-rəsmi görüş keçirib. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krım Ali Radasının sədri Konstantinovun mətbuat katibi Oksana Korniyçuk jurnalistlərin suallarını cavablandırarkən Surkovla hər- hansı görüşün olmadığını bildirib. Lakin muxtar vilayətin Baş nazirinin mətbuat katibi Violette Lisina media nümayəndələrinə açıqlama verərək, Moqilyovla Putinin köməkçisinin görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, Kerç boğazı üzrərindən Ukrayna- Rusiya dostluq körpüsünün tikintisi görüşdə müzakirə mövzusu olub. Lakin ukraynalı siyasilər səslənən bu fikirlə razılaşmırlar. Onlar bildiriblər ki, artıq neçə onilliklərdir ki, körpunun təməlinin qoyulması kağız üzərində qalır. Onlar bir qədər də irəli gedərək, "Rodina" (Vətən) kimi blokun yaradıcısi və bununla da iqtidar partiyası olan "Yedinaya Rossiya"nın (Vahid Rusiya) seçkilərdə uğurunu təmin etmış bir şəxsin Krıma gizli səfərinin altında Kremlin müəyyən məkrinin olduğu qənaətindədirlər. Surkovun adamları bu aralarda Krım tatarlarını da ələ almağa cəhd edib. Belə ki, onlar Krıma komək etmək istəklərini açıqlayıblar. Lakin Krım tatarlarının liderlərindən biri olan Refat Çubarov qəti şəkildə bildirib ki, kömək ayrılıqda deyil, yalnız Ukrayna üzərindən mümkündür. Bundan sonra rus emissarlar onunla təmasa girməyiblər. Xatırladaq ki, əsl adı Aslanbek Andarbekoviç Dudayev olan Vladislav Surkov 21 sentyabr 1964-cü ildə Çeçenistanın Duba-Yurt məntəqəsində anadan olub. Sonralar anası ilə Rusiyanın dərinliklərinə köç edən Aslanbek anası tərəfindən pasportunda Vladislav Surkov kimi qeydiyyatdan keçib. Gənc olmasına baxmayaraq, Kremlin "Boz kardinalı", Putinin "sağ əli" sayılır. Hətta Çeçenistan müharibəsinin yatırılmasında Putinin ona istinad etdiyi deyilir. Böyük və peşəkar siyası texnoloqdur. Sahibkar Mixail Xodorkovskinin cangüdəni işləmiş Surkovun Çeçenistan rəhbəri Ramzan Kadırovla da yaxın dost münasibətləri var. Dəfələrlə damarlarında çeçen qanının axması ilə fəxr etdiyini bildirib.
2014-02-18
9,305
Con Kerri dünyaya xəbərdarlıq etdi
Amerikanın Dövlət Katibi Con Kerri İndoneziyanın paytaxtı Cakartada iqlim dəyişikliyinin bütün dünya üçün bir təhdid olduğunu deyib. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Kerri bu təhlükələrin qarşısını almaq üçün tez bir zamanda adekvat adımlların atılmasının lazım olduğunu bildirib. Dövlət Katibi iqlim dəyişikliyinin reallaşdığını və buna insanların səbəb olduğunu deyib. Con Kerri Cakartadan əvvəl Pekində də qlobal istiləşmə və insan hüquqları mövzularına toxunub. Kerri Pekin hökumətinin Şərqi Çin dənizi üzərindəki hava müdafiə bölgəsini genişləndirərək Asiyada güc nümayiş etdirməsini həmkarı Şi Jinqpinlə müzakirə edib. Çin prezidenti Şi Jinqpin ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Con Kerri Pekinin Şimali Koreyayla nüvə danışıqlarında vasitəçilik etməsini məmnunluqla qarşıladıqlarını bildirib.
2014-02-18
9,306
Saatlıda yol terroru: Bir ölü
Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Qəza nəticəsində avtomobilin yanar hissələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi zamanı deformasiya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Elşən Telman oğlu Əhmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. E.Əhmədovun meyiti aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2014-02-18
9,307
Sülh danışıqları dayandırıldı
Pakistanda uzun müddətdir davam edən səylərdən sonra bu ayın əvvəllərində hökumət ilə Taliban arasında başlayan sülh müzakirələri dayanıb. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İslamabad rəhbərliyi Pakistan Talibanının 2010-cu ildə əsir götürdüyü 23 əsgəri edam etməsindən sonra sülh danışıqlarının sona çatdığını açıqlayıb. Baş nazir Nəvaz Şərif bu vəhşiliklə dolu hadisəni şiddətlə qınadığını və bu kimi hadisələrin sülh danışıqlarına zərər verdiyini bildirib.
2014-02-18
9,308
Sabirabadda ikiotaqlı ev yandı
Sabirabad rayonu birmərtəbəli ev yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Kovlar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-18
9,309
Mən müsəlmanam - Video
Suriya xalqı onları təkfir edib söz haqqı belə tanımayanlara "Ənə müslim" (Mən müsəlmanam) cavabını verib. "Suriya xalqı 3 ildir ki, Əsədə və onun kimi düşünənlərə qarşı davam etdirdiyi mübarizəsinə ara vermədən davam edir. Amma təəssüf ki, son illərdə Suriya cihadına kölgə salan, Suriya xalqını dəstəkləmək üçün gəldiklərini deyib Suriya xalqının mallarına, canlarına və torpaqlarına sahiblənən bir təkfirçi qrup törəmiş vəziyyətdədir. Bu qrup həm zülm edir, həm də bu zülmü İslam adı altnda qanuniləşdirməyə çalışır". "Axar.az" xəbər verir ki, bu fikirlər Azad Suriya Ordusuna mənsub internet saytlarından birində yer alıb. Bu təkfirçilərə qarşı video-rolik hazırlanıb. Suriya xalqı birləşərək təkfirçilərə "Ənə müslim" (Mən müsəlmanam) deyərək səslənib. Həmin videonu təqdim edirik:
2014-02-18
9,310
Leyla Əliyevanın təşəbbüsü ilə Maltada sərgi açıldı - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında "Yer kürəsi uşaqların gözü ilə" devizi altında sərgi açılıb. "Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan olunmuş, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak edib. Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, "Reuters", "Polka" jurnalı, "National Geographic", "Associated Press" və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib. Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda "Yer kürəsi uşaqların gözü ilə" festivalı keçirilib. Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur. "Yer kürəsi uşaqların gözü ilə" sərgisinin təşkilatçıları İDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır. Əvvəlcə "Yer kürəsi uşaqların gözü ilə" layihəsinin nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını salamlamış və sərginin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn uşaqların ətraf mühitə baxış tərzidir. Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud ədəbiyyatımızın, tarixi abidələrimizin onu məst etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq deyib: - İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası qoyulan "Yer kürəsi uşaqların gözü ilə" devizi altında həyata keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir. Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi üçün yaxşı təcrübədir. Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir. Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir. Çox şadam ki, İDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini verməkdədir. Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək istəyən insanların sayını artıracaq. Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə, baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb. Reza Deqati vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş oluruq. Qeyd edilib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı məlumatlandırmaqdır. Məhz, uşaqların gözü ilə ətraf mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş etdirmək çox gözəl ideyadır. Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır. Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulayıb ki, belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir. Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı, təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl bir məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını görmək mümkündür. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu cür tədbirlər təbiəti qorumaq üçün səfərbər olan insanların bir araya gəlməsi baxımından yaxşı imkan yaradır. Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirmişdir ki, son illərdə ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir. Tədbirdə çıxış edən Evarist Bartolo bildirib ki, yaradıcılıq, fikirlərin, hisslərin effektiv ifadəsi sərginin ən mühüm elementləridir. Biz bu şəkillər vasitəsi ilə uşaqların yer üzündə mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq. Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatmışdır. Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur. Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək, bildirmişdir ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq olduqca maraqlıdır. Maltanın dövlət başçısı diqqətə çatdırıb ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür. Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirmişdir. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında şam yeməyi verilib. Sərgi fevralın 28-dək davam edəcək.
2014-02-18
9,311
Neftçalada ev yandı
Neftçala rayonu ev yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Mirzəqurbanlı kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-18
9,312
Türkiyə Bağdadın razılığı olmadan İraq neftini satmayacaq
Kürd muxtariyyəti ilə neftə görə sövdələşmə üzrə Bağdadın mövqeyi həlledicidir, Türkiyə mərkəzi hökumətin razılığı olmadan İraq neftini satmayacaq. Trend "Hurriyet Daily News" qəzetinə istinadən bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bazar ertəsi bildirib. Onun sözlərinə görə, Türkiyənin 90 milyon ABŞ dollarlıq sazişin imzalanması barədə məlumatlar həqiqət uyğun deyil. "Əgər hansısa sövdələşmə əldə olunarsa, bu barədə Bağdada ilk növbədə məlumat veriləcək və İraqa pul köçürüləcək. Bu Türkiyənin nefti deyil, o, neft İraqa məxsusdur", - Yıldız deyib. Nazirin sözlərinə görə, Türkiyə ümid edir ki, Ərbil və Bağdad tezliklə razılığa gələcəklər. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız yanvarın üçündə bildirib ki, İraqın Kürd muxtariyyəti Türkiyəyə neft ixracını başlayıb, lakin Bağdadın razılığı olmadan bu neft Avropa bazarına çatdırılmayacaq. Onun sözlərinə görə, Türkiyə ümid edir ki, Avropaya neft ixracı üçün bu ay Bağdadın razılığı əldə ediləcək. O, əlavə edib ki, Bağdadla müqavilə əldə olunmayanadək, alınan neft o vaxta qədər anbarlarda saxlanılacaq.
2014-02-18
9,313
Prezident qızının yaxınları həbs olundu
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın əhatəsindən bir neçə nəfər saxlanılıb. Həmin insanlar saxlanılaraq respublika prokurorluğuna aparılıb. KİV xüsusilə, Rüstəm Madumarov, Hayan Avakyan və Yekaterina Klyuevanın adlarını hallandırır. Onlar Kərimovanın yaxın əməkdaşlarıdır. Bildirilir ki, onlar "Terra group", "Prime Media", "Gamma Promotion" və digər firmaların vergidən yayınması və məxfi pullarla bağlı saxlanılıb. Keçən ilin noyabrında bir sıra KİV Daşkənddə Kərimovanın saxlanılması haqqında məlumat verib. Amma, Kərimova özü "Tvitter" dəki mikrobloqunda bu məlumatı inkar etmişdi. O izah edib ki, o, "Kelajak Ovozi" (Gələcəyin səsi) hərəkatının fəallarını azad etmək üçün rayon polis şöbəsində olub. Hazırda Özbəkistanda Kərimovanın adı ilə bağlı bütün ictimai və biznes strukturları dövlət strukturları tərəfindən represiyaya məruz qalır.
2014-02-18
9,314
“Sovetski”də söküntülər başladı – Video
Bakının "Sovetski" adlanan ərazilərində etirazlara baxmayaraq söküntülərə başlanılıb. N.Nərimanov heykəlinin yaxınlığında artıq kompensasiya almış bir qrup əhali evlərini tərk edib. Deyerler.org-un əldə etdiyi məlumata görə, həmin ərazinin yaxınlığında yaşayan sakinlər hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat kompensasiyanın verildiyini bildirirlər. Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-da keçirilib.
2014-02-18
9,315
Azərbaycan zabitləri ABŞ-da təlim keçəcək
Azərbaycan-ABŞ iş planına əsasən fevralın 19-dan iyunun 12-dək San Antonio şəhərində (ABŞ) Quru Qoşunları zabitlərinin komanda qərargah kursu keçiriləcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
2014-02-18
9,316
Rayonlarımız atəşə tutulub
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-18
9,317
Anarın dilindən Qismət adı düşmürdü, amma...
"Gerçəkləşməyən arzular" layihəsində bu dəfə şair Dayandur Sevginlə üz-üzə oturmaq istəyi yarandı. Bu soyuq qış günündə ömrünün 55-ci baharını yola salan şairlə dağı arana, aranı dağa daşımaq üçün zəngləşib vədələşdik. "Axar.az"ın redaksiyasında baş tutan görüşdə şairin ötən günlərinə qayıtdıq, bu günkü durumu ilə maraqlandıq: Ömür vəfa etsə - Dayandur müəllim, iki dənə beşi yan-yana qoydun. 55 yaş yaşadın: nə etdin, nələr fikirləşdin, hansı yolları keçdin? - Nəyi bacardımsa, onu da elədim, bacara bilmədiklərim isə həyata keçməyən arzu kimi qaldı. Ömür vəfa etsə, yəqin ki, onları da altmış yaşın hesabatına qədər gerçəkləşdirərəm. - Bacarmadıqların çoxmu oldu? - Ümumiyyətlə, arzular tükənmir, bütün arzuları həyata keçirsək, yenə də nələrsə əlçatmaz olaraq qalacaq. Atama gülələnmə veriblər - Əlli beş illik ömrünün birinci ilk 5 ili yadına gəlməz, amma yarım əsr mütləq yaddaşında özünə yer tapar. Dönüb arxaya baxanda nələri görürsən? - Əvvəla deyim ki, mənim atam tək oğlan olub. Çox çətinliklər çəkib, hətta Stalin dövründə həbs olunub. Güllələnmə verilib. Nənəm dəfələrlə vəkil tutub, çox əziyyət çəkib onu güllələnmədən qurtarıb. Atam tək uşaq olduğuna görə nənəm həmişə istəyib ki, atamın uşaqları çox olsun. Ən çox da oğlan uşaqlarını istəyib. Ancaq mən dörd qızdan sonra doğulmuşam. Əkiz tayım qız olub. O da məndən öncə doğulub və ölüb. - Bəs niyə adını Dayandur qoydular. Axı oğlan uşağı olaraq "lenti sən kəsmişdin", əslində, adın başqa olmalıydı... - Mənim adımı qoyan adam kəndin çox istəkli bir adamıydı. Seyid olduğuna görə hamı onun xətrini çox istəyib. O, mənə məndən on dörd yaş böyük olan, eynilə mənim kimi beş qızdan sonra doğulan Professor Dayandur Qəmbərovun adını qoyub. Velosiped arzulamışam - Nənənin arzusu gerçəkləşib, oğlum təkdir deyib, çoxlu nəvə arzulayıb... - Biz üç qardaş, yeddi bacı. Səkkiz aylığımda nənəmlə babam məni götürüb öz evlərinə aparıblar. Məni İmişli rayonun Muradxanlı kəndində nənəmgil böyüdüb, yalnız ağlım kəsəndən sonra bildim ki, bunlar mənim nənəm və babamdır. O vaxtın adamları çox yığımcıl, qəpiyi qəpik üstünə qoyan olublar. O vaxt mənim də arzum olub ki, velosipedim olsun; amma ala bilmədim. -Almırdılar ki, dərslərinə mane olar? - Onlar yığımcıl idilər, lazım bilmədikləri artıq şeyə pul xərcləməzdilər. Düzdü mən onlara "velosiped alın" deməmişdim, amma arzulayırdım ki, alsınlar. Kənddə hamı mənim canıma and içib... - Bəlkə nadinc olmusan, sevimli övlad olmamısan? - Yox, əksinə. Bir az gec tapılmışdım deyə, təkcə ailənin yox, bütün qohum-əqrəbanın və kəndin arzusu olub ki, Allah Mikayıla bir oğul versin. Məni həmişə çox istəyiblər kənddə. Qohum-əqrəba arasında çox adam öz oğlunun yox, mənim canıma and içib. - Gözlərinin kökünü saraldan arzunu qoyaq qırağa. Bəs hansı arzuna çatmısan? - Faiq, sən də kənd uşağı olubsan, bilirsən kənd uşağının arzusu odur ki, bir mənsəb sahibi olsun, əlbəttə sevdiyi sənət üzrə. Televizorda baxanda, yazar, jurnalistləri görəndə demişik ki, biz də gedib onlara çata biləydik və məni də bura o arzu gətirib çıxardıb. Əlisəmid kürlük etdi... - Demək, arzuların səni ardınca Bakıya gətirib çıxardı... - 1983-cü il idi, "Ədəbiyyat qəzeti"ndə elan getmişdi ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Gənclər günü" keçiriləcək. Gəldim Bakıya. Taksi ilə şəhərin bütün klublarını gəzdik. "Natəvan" klubunu heç kəs tanımırdı. Axırda Axundov kitabxanasının yanından keçərkən sifəti mənə tanış olan bir nəfəri gördüm. Saxlatdırıb maşını düşdüm. Yaxınlaşdım, klubun yerini soruşdum. Göstərdi. Sonradan bildim ki, bu Baba Vəziroğludur. Mənim ilk gəlişim idi, ilk dəfə şer oxuyacaqdım. Dostumuz Əlisəmid Kür şer oxudu, Göyçaydan gəlmiş birisi onu möhkəm tənqid etdi. Əlisəmid orda böyük kürlük etdi, tənqidə görə az qaldı həmin adamı döyə... Pioner baş dəstə rəhbərini sevmişəm - Eşitmişəm, sən altıncı sinifdə oxuyanda bir qız istəyibsən və ona məktub da yazıbsan. Olub belə bir söhbət? - Yox, yox, onu özündən qoşdun. Amma hamının qəlbində bu istək olur. Mən də pioner baş dəstə rəhbərini sevmişəm. Amma ürəyimdə saxlamışam o sevgini.. - Birinci şerin neçə yaşında dərc olundu? - Hərbi xidmətə gedənə qədər şerlərim dərc olunmayıb, amma yazırdım və heç kimə göstərmirdim. Birinci şerim 79-cu ildə rayon qəzetində dərc olunub. Rayonda ədəbi birlik fəaliyyət göstərirdi, əsgərlikdən sonra ora gedirdim... Səyyad Aran işə qarışırdı - Dərnəkdə şeirlər oxuyurdun, Əlisəmidin gününə salmırdılar səni tənqidlə? - Orada çox möhkəm tənqid gedirdi. Əksəriyyəti ədəbiyyatı bilən adamlar idi, bilməyənlər razılaşmırıdılar. Amma həmişə Səyyad Aran işə qarışırdı, hamı da ona inanırdı, çünki bilirdilər ki, ədəbiyyat müəllimidir və onun fikirlərini qəbul edirdilər. - Rayonda yazıb yaradırdın, amma qısa müddətdə şəhərə gələndən sonra otuz, iyirmi il redaksiyaların qapılarını döyən adamlardan daha çox tanınmağa başladın, yazıların dərc olundu, ədəbi məclislərdə söz sahibi oldun... - Mən özümü tərifləmirəm, amma beş, on misram kiminsə xoşuna gəldi, bunu da qeyd etmək olar. Belə bir xasiyyətim var: insanlarla tez dil tapmağı bacarıram, çünki heç vaxt saxta danışmıram, yəni ürəyimdə nədirsə, dilimdə də odur. Məmməd İsmayılın xoşuna gəldi - Şeirlərini oxuduğun, ekranlarda gördüyün və müqəddəsləşdirdiyin kimdən səmimilik görmədin? Xəyal qırıqlığı səndə haradan yarandı? - O vaxtlar Məmməd İsmayılın bir ədəbi məclisi vardı. Ora rayondan bir arzu ilə gələrdik. Amma bir qrup adam vardı, oturardı yuxarıda, bu onu atəşə tutardı, o biri qrup bunu. Mənim də orada ilk tanış olduğum Paşa Qəlbinur və Kəmalə Abıyeva idi, onlar çox səmimi yanaşdılar mənə bir rayon uşağı kimi, şerlərimə baxdılar. Mənə üç şeir oxutdular və bu üç şeir Məmməd İsmayılın xoşuna gəldi, amma İlham Abbasov möhkəm tənqid elədi. Məmməd İsmayıl ona dedi ki, sən rayondan gələn uşaqları belə incitmə. - Ədəbiyyatımızda kifayət qədər istedadlı gənc qələm adamları var, heç oxuyursan onları? - Oxuyuram. - Məsələn kimləri oxuyursan? - Gənclərin hamısını oxuyuram və onların içində istedadlıları çoxdur. Amma gənclər bəzən hisslərini, hikkələrini də şeirin içinə qoyurlar, onda da şeir ölür. Şeir ilahi bir şeydir də, gərək içindən gələn hissi oxucuya çatdıra biləsən. Bəzən publisist yazılarının içinə də atırlar hikkədən ki, kimisə sancsınlar. Anar müəllimin iki sözündən biri Qismət idi - Gənclərə münasibət necədir? AYB-nin "Gənclər Şurası" yarandı... - Əlbəttə, gənclərə münasibət çox yaxşıdır. Gənclər özləri Yazıçılar Birliyinə yaxşı münasibətdə olmadılar. Hadisələrdən xəbərin var, yadındadır da, Anar müəllimin iki sözündən biri Qismət idi. AYB-nin 75 illik yubileyində, məsələn, sənə, mənə söz verilmədi, amma Qismətə verildi. Qismət o diqqətə, o qayğıya hamıya məlum olan münasibət sərgilədi sonralar... Məsələn, gənc yazar Cavid Zeynallının "Günəşi gözləyən" romanını o vaxt mən sanatoriyada olanda oxumuşam. Onun "Leyla"sını oxumamışam. Amma o özü belə bir FB-dəstatus yazmışdı: "Leyla" romanımı vermişdim "Azərbaycan" jurnalına. Amma Anar müəllimin ssenari müəllifi olduğu "Fətəli Axundov" kinosunu tənqid etmişdim və düşünürdüm mənim romanım çap olunmayacaq. Amma aradan bir müddət keçdi İntiqam Qasımzadə zəng etdi, əsərin elektron variantını istədi və çap elədi, mənə də altı yüz manat qonorar verdi. Mən buna çox sevindim". Evləndiyim xanımla ancaq toy günü görüşmüşük - Bakı mövzusunda dayanıb qalmışdıq, indi davam edək. Sən Bakıya gələndə ailə qurmuşdun kənddə, yoxsa? - Üç uşağım vardı... - Yəqin, valideyinlərin elçiliyə gedənə qədər qızın saqqızını oğurlamışdın... - Yox, mən evləndiyim xanımla ancaq toy günü görüşmüşəm. - Bir qohum əmiqızı, dayıqızı da xəbər göndərmədi ki, rəhmətlik Mikayılın oğlu sizin qızı istəyir? - Mən yeddi qızın qardaşı olmuşam, amma heç vaxt elə şeylərnən məşğul olmamışam ki, gedin, filankəsin qızına deyin, onu sevirəm. Yəni deyərlər ki, evin ağsaqqalına bax. Mən uşaqlıq, gənclik yaşamamışam, həmişə ağsaqqalların məclisində olmuşam. Çünki toya, iraq olsun, yasa mən ev yiyəsi kimi gedirdim, mənim taylarım toyxanaya qıraqdan baxardı, oyun oynayardı, mənsə yox. Dostlarım da bəzən yığıncaqda məni tənqid edirlər ki, biz oturan yerdə oturmursan, gedib ağsaqqllarla oturursan. Ağsaqqallarla danışmağı bacarıram - Demək şərait, dövr imkan verdi ki, sən vaxtından əvvəl ağsaqqallaşasan, ağsaqqallarla oturub-durasan? - Bu belədir, amma bunu da deyim bəlkə də o yaşlı şair, yazıçıların mənə münasibətində bunun da bir müsbət çaları olub. Bu ondan ibarətdir ki, mən ağsaqqallarla danışmağı bacarıram. - Deyirlər, yerindən duranlar roman yazır... - Hə, hamı yazır. Amma mən hamısını oxumasam da, bəzilərinə ən azı baxıram, görürəm ki, bunların süjetləri dağınıqdır. Adam elə şeyi dilinə gətirməz - Sənin əlində kifayət qədər resursların var, kifayət qədər ağlın və ətrafın var. Çox gənclərə, xanımlara kömək etmisən. Söz gəzir ki, onlardan təmənnan olub, sevgi macəraları-zad, amma alınmayıb, belə hal olub? - Sənin quraşdırmalarındı... Elə şey olmayıb... - Yox, söz-söhbət gəzir də: "Dayandur niyə onu dərc elədi", "nə tapdı orada"? Belə hallar olur, yoxsa qeybətdir? - Bunu sənin də haqqında deyiblər də... və hamının haqqında deyə bilərlər. Adam elə şeyi dilinə gətirməz. Bir şeirim var e: "Bu sevgi qəlbində göyərməz gözəl/ Saxla ürəyində gizli sirr kimi. Həmişə əmrinə müntəzir olum/ Sən hökmdar kimi, mən əsir kimi/ Məni sevdiyini heç kimə demə".
2014-02-18
9,318
Azərbaycanlı xanəndə yol qəzasına düşdü
Azərbaycanlı xanəndə yol qəzasına düşdü "Axar.az" "Milli.az" iostinadən xəbər verir ki, ötən gün xanəndə Rövşən Əziz Mingəçevirdən Bakıya qayıdarkən ağır yol qəzasına düşüb. Məlumata görə, hadisə zamanı ölüm olmayıb, ancaq xanəndənin qolu sınıb. Bu barədə əməkdar artist Aybəniz Haşımova şəxsi səhifəsində yazıb: "Dünən axşam üstü birdən ürəyim yaman sıxıldı. Niyəsə özümdən biixtiyar Ayni balama (Aynişan) dedim ki, Ayni, gedək Rövşən dayıgilə. O isə dedi, nə oldu, mama, birdən? Dedim, bilmirəm, niyəsə ürəyim belə istədi. Doğrudan da, doğmaların başına bir şey gələndə adam hiss edir. Dünən dəyərli sənətkar, xanəndə Rövşən Əziz, Mingəçevirdən qayıdarkən ağır yol qəzasına uğrayıb, çox şükür ki, ölüm olmayıb. Amma Rövşənin qolu sınıb, bir tikə verdiyi ovsanaya düşüb. Allah bütün yollarda olan sürücülərimizə kömək olsun. Amin!"
2014-02-18
9,319
Əliağa Vahid 119 yaşa çatdı – Video
Qəzəlxan, Azərbaycanın əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 119 illiyidir. "Axar.az" xəbər verir ki, 18 fevral 1895-ci ildə anadan olan Əliağa Vahid mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1965-ci ildə vəfat edib. Sənətkar haqqında rejissoru və ssenari müəllifi Şahmar Ələkbərovun olduğu "Qəzəlxan" filmi çəkilib. ​
2014-02-18
9,320
Azərbaycanlı hakimin Gürcüstanda unikal fırıldağı - Video
Bir müddət əvvəl hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədov Gürcüstanda gürcü hakimlərə seminar keçib. Məmmədov Azərbaycan mətbuatına verdiyi açıqlamada seminara Gürcüstan Futbol Federasiyası tərəfindən dəvət aldığını bildirmişdi. Ancaq məlum olub ki, keçmiş hakimin dedikləri həqiqəti əks etdirmir. Publika.az xəbər verir ki, bu günlərdə AFFA-ya və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova Gürcüstandan zəng gəlib. Zəng edən şəxs Gürcüstan Hakimlər Komitəsinin sədri olub. O, Elçin Məmmədovu heç bir seminara dəvət etmədiklərinin bildirib. Xaqani Məmmədov "sportal.az"a verdiyi açıqlamada məsələ ilə bağlı ona Gürcüstandan zəng edildiyini təsdiqləyib: "Bu məsələ ilə bağlı Gürcüstan Hakimlər Komitəsinin sədri mənə zəng etdi və etirazını bildirdi. O dedi ki, "nə haqla Elçin Məmmədov gəlib hakimlərimizə seminar keçir?". Mən də dedim ki, onu biz göndərməmişik, sizin futzal federasiyası dəvət edib. Onlar onu televiziyada FİFA-nın təlimatçısı kimi təqdim ediblər. Səhv məlumatdı. Elçin Məmmədovun özünü FİFA-nın təlimatçısı kimi təqdim etməyə haqqı çatmır". Məsələ ilə bağlı təqdim etdiyimiz videodan görünür ki, aparıcı Elçin Məmmədovu FİFA-nın təlimatçısı kimi təqdim edib.
2014-02-18
9,321
Sumqayıtdakı kütləvi davanın səbəbi – Təfərrüat
Sumqayıtda baş verən kütləvi dava ilə bağlı yeni təfərrüatlar meydana çıxıb. Bu barədə "Axar.az"a kütləvi davanın şahidləri məlumat veriblər. Bildirilir ki, hadisə heç də media orqanlarında təqdim edildiyi kimi deyil: "Kafe sahibləri ilə müştərilər arasında dava məhz qız ucbatından baş verib". Şahidlər hadisənin baş verdiyi "Kral" kafesinə daha çox yüngül əxlaqlı qadınların toplaşdığını söyləyirlər. Onlar buraya əsasən qızların axınının saat 20:00-dan sonra daha aktiv olduğunu deyirlər. Məhz buna görə də şəhər gəncləri və kənar bölgədən (xüsusiylə şimal rayonları) gələnlərin "Kral" kafesinə müraciət etdikləri vurğulanır. Qeyd edək ki, dünən yayılan informasiyaya əsasən, Sumqayıtda 20 nəfər arasında kütləvi dava baş verib. Kütləvi davaya əsas səbəb kimi isə kafe sahibləri ilə müştərilər arasında yaranmış narazılıq göstərilir. Zərərçəkmişlərdən birinin açıqlamasında isə kafe sahiblərinin onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava saldıqlarını qeyd edib. Mövzu ilə bağlı araşdırmamız davam edəcək.
2014-02-18
9,322
Elbrus Əruda ağır itki
Qafqazinfo.az saytının rəhbəri, tanınmış jurnalist Elbrus Ərudun ailəsinə itki üz verib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, jurnalistin nənəsi Ruqiyyə xanım bu gecə qəfildən dünyasını dəyişib. Qeyd edək ki, Elbrus Ərud "Yaza bilmədiklərim" adlı kitabını məhz bu nənəsinə həsr etmişdi. Onunla bağlı ayrıca bir hekayəsi də var. Ruqiyyə xanım ömrünün son günlərini E. Ərudun yanında olub və onun evində vəfat edib. Allah rəhmət eləsin!
2014-02-18
9,323
Rusiya öz dəstələrini Ukraynaya göndərdi - Şok
Ukraynaya Rusiyadan və Belorusiyadan xüsusi təyinatlılar gətirildi. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib. Mətbuat hər iki ölkədən 5 xüsusi təyinatlı dəstənin gətirildiyini yazıb. Dəstələrin 4-nün Rusiyaya, birinin isə Belorusiyaya aid olduğu deyilib. Bütün xüsusi təyinatlı dəstələrin özəlliklə Qruşevski küçəsindəki hadisələr zamanı istifadə edildiyi bildirilib.
2014-02-18
9,324
İlhan Mansızın futbolu konkiyə dəyişməsi alınmadı - Foto
Türkiyə yığmasının keçmış üzvü İlhan Mansız istəyi baş tutmadığı üçün psixoloji gərginlik yaşayır. "Axar.az"ın Türkiyə mediasına istinadən məlumatına görə, futbol üzrə 2002-ci ilin dünya çempionatında Cənubi Koreyaya vurduğu möhtəşəm qolla əfsanələşən Mansız "Beşiktaş", Yaponiya və Almaniya məcarələrindən sonra futbolla vidalaşaraq, ozünü başqa sahələrdə sınamağa qərar verib. Hər şeyə bir oyun olaraq başlayan Mansız Soçidə keçirilən qış olimpiya oyunlarına fiqurlu konkisürən idmançı qismində qatılmağı hədəfə alıb. Hətta o, məşqlərə 80 min avro vəsait də xərcləyib. Lakin onun istəyi baş tutmayıb. Belə ki, o, Olqa Bestandiqova ilə birlikdə patent yarışmasında sonuncu yeri tutmaqla Soçi Olimpiadasına qatılmaq lizensiyasından məhrum olub. Mansızın hazırda hədəfi Avropa Çempionatına qatılmaqdır.
2014-02-18
9,325
Qobustan rayonuna da qadın müavin gəldi
Qobustan Rayon İcra Hakimiyyəti başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Güləliyeva Təranə Ağababa qızı təyin edilib. Bu haqda "Axar.az"a xanım müavinin özü məlumat verib. 1971-ci il təvəllüdlü Təranə Güləliyevanın 10 il həkimlik stajı var. Bundan əvvəl 7 il Qobustan Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir.
2014-02-18
9,326
Qafqaz şeyxi dünya liderlərinə müraciət etdi
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə dünyanın dini liderlərinə, parlanetlərə, beynəlxalq qurumlara və Avropa Məhkəməsinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: "O Bir Olan Yaradanın adı ilə! Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150 nəfər də itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilmişdir. Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və maddi- mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüflər olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə belə məhəl qoymamışlar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir. Azərbaycan illərdir ki Xocalı soyqırımı faktının lazımi səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan "Xocalıya ədalət" kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır. Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs kitablarında, o cümlədən Qurani-Kərimdə bir günahsız insanın qətlə yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər tutulur. Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq. Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"
2014-02-18
9,327
Azərbaycanda əsgər silahla hərbçi yoldaşını yaralayıb
Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.