date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-15 | 9,124 | Müğənni boşanma səbəbini açıqladı | Müğənni Mətanət Əsədova birinci nikahının alınmaması səbəbindən danışıb. "Mövqe.az" ilə fikirlərini bölüşən müğənni bildirib: "Mən Mətanət olan gündən, əzəldən çox sevildim ancaq sevə bilmədim. Birinci nikahım 10-15 gün içində qurulan bir iş idi. Əvvəlki həyatyoldaşımla tanışlığım mağazada baş tutub. Mən qohumumla mağazaya getdim, telefonumda problem var idi. Bu oğlan telefonumu aldı və problemi həll etdi. Ondan sonra nömrəmi götürmüşdü və zəngləşirdik. Mağazada o məni görəndə inanın makiyajsız və saçımda da maska var idi, başım bağlı idi. O, məni o gündə bəyənmişdi. Özü burada yaşamırdı və mənim müğənni olduğumu da bilmirdi. Ailə qurduq. Amma dünyaya baxışlarımız fərqli idi. Həm də o , məndən yaşda kiçik idi". Müğənni ayrılma səbəbini də açıqlayıb: "Mən ayrıldım. Bir gün evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki, gözəlim bəs nə əcəb sən məndən yaşda böyük idin, utanmadın mənə ərə gəldin. Elə bir başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və ona dedim ki, bitdi Emil. Sən içimdəki Mətanəti qırdın, ona elə bir təpik vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə... Bu gündən biz sənlə olduq dost!". Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də təmasda olduğunu açıqlayıb : " Mən onunla dostam. Sabah nikahıolsa, gedib oxuyacam və həyatyoldaşına da bahalı bir zinət əşyası alıb, aparacağam. Vəssalam. Mən belə insanam". |
2014-02-15 | 9,125 | Avtomobili qaçırdı, qəza törətdi - Yaralı var | Bu gün Bakıda axşam saatlarında ağır yol qəzası baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şəxsiyyəti məlum olmayan avtoyuyucu işçisi avtomobilini yumağa vermiş Nadim Rüstəmova məxsus 90 VO 837 dövlət nömrə nişanlı Mersedes markalı avtomobili qaçırıb və qəza törədərək idarə etdiyi maşını 90 BP 603 dövlət nömrə nişanlı Hunday markalı avtomobilə çırpıb. Bundan sonra Mersedes markalı avtomobil yaxınlıqdakı dükanlardan birinə girib. Hadisə Xətai rayonu Gəncə prospektində baş verib. Qəza nəticəsində hər iki avtomobil güclü xəsarət alıb. Qəzanı törədən şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. |
2014-02-15 | 9,126 | Xəzərə qan axır - Foto | Bu gün səhər saatlarında Bakı bulvarında görənləri heyrətləndirən mənzərə yaranıb. Yeni salınan bulvar ərazisindən Xəzər dənizinə qırmızı axıntı tökülüb. Bu proses bu gün səhər saat 7-dən 8-ə kimi davam edib. Fotoda həmin mənzərə tam dəqiqliyi ilə əks olunub. Lakin foto müəllifi axıntının tərkibi barədə hər-hansı fikir yürütməkdə çətinlik çəkib. Xəzərə tökülən mayenin qan olduğu da ehtimallar sırasındadır. Bundan başqa onun kimyəvi maddə olması da mümkün versiya kimi qeyd edilir ("Carci.az"). |
2014-02-15 | 9,127 | Hollandiyada təyyarə qəzası ilə bağlı yeni görüntülər - Video | 2009-ci ildə qəzaya uğrayan İstanbul-Amsterdam səfərini həyata keçirən Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsinin yeni qəza görüntüləri ortaya çıxıb. "Schiphol" Hava limanına eniş edərkən qəzaya uğrayan təyyarə 3 hissəyə parçalanmışdı. 127 sərnişinin olduğu təyyarədə 3-ü pilot olmaqla 9 nəfər həyatını itirmişdi. "Axar.az" həmin görüntüləri təqdim edir. |
2014-02-15 | 9,128 | Kabus: "Bu milləti yenidən yaratmalıyıq” | "Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Bildirdiyimiz kimi, layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və Feysbukun "1 nömrə"si olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihənin bu dəfəki qonağı Feysbuk sosial şəbəkəsində populyar olan reper "Kabus"dur. Müsahibəni təqdim edirik. - Necə oldu ki, rep həvəsin yarandı? - 8 ilə yaxın müddətdir ki, replə məşğulam. Amma tam professional şəkildə məşğul olmurdum. Lap əvvəldən şeirlər yazırdım. Sonra gördüm ki, bu sözlər musiqi üzərində daha yaxşı görünür. Yazdıqlarımı öncə özüm bəyəndim və yazmağa davam etdim. Bir də gördüm ki, davamlı olaraq rep yazıram. - 8 ildə neçə musiqi yazmısan, əsas mövzun nədir? - Sayını dəqiq deyə bilmərəm. Çünki hələ səsyazmaya alınmamış mahnılar çoxdur. İlk replərim təbii ki, o qədər də təsirli görünmür. Çünki uşaq beyni ilə yazılan sözlərdir. Düzü, bir müddət repə fasilə verdim, amma sonra gördüm ki, apardığım mübarizədə rep mənim üçün ayrı bir cəbhədir. Mənim etirazım birbaşa Azərbaycan cəmiyyətinədir. Bütün uğursuzluqlarımızın, məğlubiyyətlərimizin və çatışmazlıqların əsas səbəbkarı xalqın özüdür. Bizim insanımızın içində bir qorxu var. Bu qorxu insanı zəif bir məxluqa çevirir. - Sənin replərində radikallıq hiss olunur. Bu, nə ilə bağlıdır? - Məncə, Azərbaycanda yaşayıb sakit təbiətli insan olmaq ümumiyyətlə mümkün deyil. Bu ölkə müasirliklə köhnəliyin ortasında qalıb. Kütləvi savadsızlıq, təhsilsizlik və sağlam düşüncənin olmaması insanların işini çətinləşdirir. Bu ölkədə əsəblər tarıma çəkilir. Televizora baxıb, radioya qulaq asıb, qəzetləri oxuyub əsəbiləşməmək mümkün deyil. - Digər reperlərlə münasibətin necədir? - Mən keyfiyyətli iş görən hər kəsə hörmət edirəm. Azərbaycanda da yetərincə belə insan var. Amma məncə, replə daha doğru və lazımlı olan şeylər təbliğ oluna bilər. Rep bu gün əvvəlki illərlə müqayisədə daha çox sevilir. Reperlər də bundan düzgün istifadə etməlidirlər. Mən bu imkandan yararlanmağa çalışıram. Təəssüf ki, gəncləri mübarizəyə səsləyib, sonradan geriyə çəkilərək, onların içindəki üsyanı öldürənlər də çox olub. Buna görə də hər kəs inanacağı insanı yaxşı tanımalıdır. - Azreplə münasibətin elə də yaxşı deyil, deyəsən... - Yox, mənim azreplə problemim yoxdur. Ümid edirəm ki, azrepin də mənimlə problemi olmaz. - Fevralın 16-da baş tutacaq konsertinın adı Ergenekondur. Bu ad hardan gəlir? - Bu konsertin adının Ergenekon olması təsadüfi deyil. Mən insanların içində ölən əsl sevgini, mübarizə ruhunu yenidən diriltmək istəyirəm. İnsanlar öz dəyərlərindan, həqiqətlərdən uzaqdırlar. Sanki bir mağaraya qaxılıb qalıblar. Getməli olduqları yolu unudublar. Mən insanların fərdi azadlıqlarına çatmalarını istəyirəm. Mən onları Ergenekona dəvət edirəm. Mağaradan çıxmaq vaxtıdır artıq. - Türkçüsən? - Mən türkəm və bir türk kimi yaşayıram. - Ergenekon sənin üçün nə deməkdir? - Ergenekon mənim millətimin yenidən doğulmasıdır. Mən xalqın indiki vəziyyətini o dövrlə müqayisə edirəm. Məncə, biz bu milləti yenidən yaratmalıyıq. - Səncə, bu, çox böyük iddia deyil?! - Bu, mənim yolumdur və bu yol məndən iddialı olmağı tələb edir. Böyük iddialar insan üçün ağır yükdür. Hər kəs bu yükü daşımağa hazır olmalıdır. - Sənə elə gəlmir ki, "mən" sözünü çox işlədirsən? - Bəli, çünki "mən" təkcə Kabus, ya Həbib demək deyil. Mən - mübarizə aparan hər kəsdir. Bizik. Biz isə ölkənin çıxış yoluyuq. - "Biz" deyəndə, kimi və nəyi nəzərdə tutursan? - Öncəki cavabımda dediyim kimi, mübarizə aparan hər kəs. - Tirəklərində mübarizə sözü çox keçir. Sənə görə mübarizə necə olur? - Mən Azərbaycanda siyasilərin öldürdüyü sözün mahiyyətini yenidən qaytarmaq istəyirəm. Bunun üçün isə təbii ki, gənclər maariflənməli və güclənməlidirlər. - Bir müddət Fətullah Gülən haqqında rep yazmışdın. Çox ağır formada tənqid edirdin. Onlarla problemin nədir? - Siz dediyiniz "Yalan" repidir. Nurçuluqla bağlı fikirlərimi bildirmişəm. Repdən də bildiyiniz kimi, onları sevmirəm və real təhlükə kimi görürəm. Çünki Azərbaycan yavaş-yavaş onların təsiri altına düşməyə başlayır. Türkiyəni çatdırdıqları vəziyyət göz önündədir. Mən əslində, hər kəsin nurçulara qarşı çıxacağını gözləyirdim. Amma bu trək çıxdıqdan sonra nədənsə bütün portallar bunu yaymaqdan çəkindilər. Əvəzində isə Türkiyə mediasının 15 internet qəzeti bu trəki paylaşmış və "Azərbaycanlı qardaşlardan dəstək" kimi dəyərləndirmişdilər. - Konsertdən başqa nə kimi planların var? - Konsertdən sonra albom üzərində işləyəcəm. Bu mənim ilk albomum olacaq. Həm buna görə, həm də ümumi şəkildə bu albomun mənim üçün böyük dəyəri var. |
2014-02-15 | 9,129 | Yaponiyada qar 9 nəfərin həyatına son qoydu | Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 1300-dək insan xəsarət alıb. "Axar.az" xəbər verir ki, bu barədə APA məlumat yayıb. Məlumata görə, güclü qar ölkənin 30 prefekturasında tüğyan edir. Xəstəxanalara yerləşdirilən insanların əksəriyyəti buzlu yolda yıxılaraq xəsarət alıb. Bu gün axşam saatlarınadək Tokioda 27 sm-dək qar yağıb. Bu göstəricinin son 45 ilin rekord göstəricisinə çatdığı bildirilir. Kofu şəhərinə son 120 il ərzində ən çox qar yağıb – burada qarın hündürlüyü 1,14 m təşkil edib. Güclü qar həmçinin Senday və Fukusimada da müşahidə olunur. Qeyri-sabit hava şəraiti səbəbindən 800-dən çox təyyarə reysi təxirə salınıb. Problemlər həmçinin qatarların hərəkətində də yaşanır. Tokiodan qərb prefekturalarına gedən avtomobil yollarında nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. Ölkənin 7 prefekturasında 24,5 ev işıqsız qalıb. Qeyd edək ki, ötən həftənin sonunda ölkəyə yağan güclü qar nəticəsində azı 15 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. |
2014-02-16 | 9,130 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. |
2014-02-15 | 9,131 | Siqaretin ciyərə təsiri – Video | İnsan orqanizminin ən önəmli orqanlarından biri olan ağ ciyərlərin siqaretin təsirinə reaksiyası test edilib. "Axar.az" xəbər verir ki, tənəffüs orqanları vasitəsi ağ ciyərə daxil olan hava qatı sonra qanın bədən üzrə ürək vasitəsi ilə dövriyyəsində həyatı vacib rol oynayır. Beynəlxalq səhiyyə təşkilatlarının son açıqlamalarında ağ ciyərlər xəstəlikləri ilə bağlı həyəcan təbili çalınmaqdadır. Bildirilir ki, son zamanlar çirklənən afmosferlə birgə tütün məmulatları ağ ciyər xərçənginin yaranmasının münbit mənbəyidir. Bu videoda siqaret çəkən və çəkməyən insandakı ağ ciyərin görüntüsü müqayisəli təqdim edilir. |
2014-02-15 | 9,132 | Kabayeva gənc idmançını Putinə qısqandı - Foto | Rusiya mediası Vladimir Putin və Alina Kabayeva münasibətləri ilə bağlı daha bir diqqət çəkən fotonu paylaşıb. "Axar.az"ın məlumatına görə, Rusiya prezidenti 15 yaşlı Yulya Lipniçkayanı qazandığı birinciliklə əlaqədar qucaqlayıb təbrik edərkən, Kabayevanın sərt reaksiyası kameralara düşüb. Jurnalistlər bunu keçmiş olimpiya çempionunun özündən gənc idmançıya qısqanclığı kimi izah ediblər. |
2014-02-16 | 9,133 | Cennifer Lorens - ilin arzulanan dördüncü qadını | Xatırlayırsınızsa Cennifer Lorens AskMen.com veb səhifəsində 2013-cü ildə arzulanan qadınlar arasında birinci yerdə idi. Görünür bu il vəziyyət dəyişib. Ona görə ki, 2014-cü il girər-girməz Cennifer Lorens dördüncü yerə enib. Görəsən bu,12 ay ərzində nə baş verib? Tronların Oyunu filminin ulduzu Emilia Klark füsünkar gözəlliyi və möhtəşəm ifası ilə tamaşaçıların qəlbini ovsunladıqdan sonra Cennifer Lorensi birinci sırada əvəzləyib. Emilia Klark Cennifer Lorensdən başqa Emma Vatson, Keyt Apton, hətta sarışın gözəl Marqot Robbini də geridə qoyub.Ötən ilin ikinci ən arzulanan qadını Mila Kunis siyahıda lap axırıncı 26-cı yerə enib. Amma bu, avstraliyalı model Miranda Kerrlə müqayisədə o qədər də pis deyil. Belə ki, 2013-cü ildə altıncı olan Miranda Kerr bu il 46-cı yerdədir. Belə...2014-cü il görünür gözəllər üçün asan il olmayacaq ("Amerikaninsesi.org"). |
2014-02-15 | 9,134 | Prezident və ailəsi Arif Paşayevin yubileyində - Fotolar | Bu gün Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin 80 illik yubileyidir. Azərbaycan prezidenti İlham Əliyev yubiley günündə Arif Paşayevi "İstiqlal ordeni" ilə təltif edib. Yubileylə bağlı Arif Paşayev üçün özəl məclis də qurulub. Məlumata görə, nəvələri Arzu Əliyeva və Ülviyyə Mahmudova şəxsi İnstaqram səhifələrində Arif Paşayevin ad günündən şəkillər paylaşıblar. Ü.Mahmudova paylaşdığı şəkilə "həmişəki kimi oturmuşuq" qeydini də əlavə edib. Onun paylaşdığı daha bir şəkildə isə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, professor Nərgiz Paşayeva və qızları Arif Paşayevlə yanaşı görünür ("Publika.az"). |
2014-02-16 | 9,135 | Emin Ağalarov və oğlanları - Foto | Müğənni Emin Ağalarov şəxsi "İnstaqram" səhifəsində oğulları ilə yeni fotosunu paylaşıb. Məlumata görə, ifaçı 14 fevral "Sevgililər günü"nü ailəsi ilə keçirdiyini yazıb. Emin övladlarının şəklinin altına isə "Mənim Valentinlərim gəldi" sözlərini qeyd edib ("Ailəm.az"). |
2014-02-16 | 9,136 | Ukrayna Xruşşovun qərarının yubileyini keçirir | Prezidenti Viktor Yanukoviç Ukrayna və Krım Nazirlər Kabinetinə muxtar vilayətin Ukraynaya birləşdirilməsinin 60 illiyinin təntənəli şəkildə qeyd olunmasına göstəriş verib. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, dövlət başçısı bununla bağlı müvafiq qurumlara qısa bir müddətdə xüsusi plan hazırlamasını da tapşırıb. Məlumatda deyilir ki, institutlarda, müxtəlif təşkilatlarda və ictimai birliklərdə tanıtım günləri keçirilsin, xüsusi sərgilər düzənlənsin. Xatırladaq ki, Nikita Xruşşovun SSRİ-nin birinci katibliyi dönəmdə Siyasi Büronun 19 fevral 1954-ci il qərarı ilə Krım Muxtar Vilayəti Rusiya Sovet Federativ Sosialist Respublikasından çıxarılaraq, Ukraynaya birləşdirilib. Qərarda muxtar vilayətin Ukraynaya torpaq yaxınlığı, mədəniyyət oxşarlığı və tarixi bağlar əsas götürülüb. |
2014-02-16 | 9,137 | Bakıda kütləvi dava olub | Bakının Bakıxanov qəsəbəsindəki "Kabak" restoranında kütləvi dava düşüb. Məlumata görə, müştərilərlə ofisiant arasındakı davada 20-yə yaxın adam olub. Nəticədə ofisiantlar möhkəm döyülüblər. Hadisə yerinə mühafizə polisinin əməkdaşları gəliblər. Hazırda ərazidə dava sakitləşsə də, yenidən başlayacağı gözlənilir. Polis davanın yenidən baş verməməsi üçün ərazini nəzarətə götürüb. Davaya müştərilərin sərxoş halda ofisiantlara söz atması səbəb olub ("Milli.Az"). |
2014-02-16 | 9,138 | Xoşqədəm Hidayətqızına 7 min manat ayrıldı | Xəbər verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qaliblərini elan edib. Verilən xəbərə görə, qaliblərin siyahısında tananmış teleaparıcı Xoşqədəm Hidayətqızının da adı var. Onun sədrlik etdiyi "Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyi lykozlu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin monitorinqi və bu mövzuda ictimai müzakirələrin təşkili məqsədilə dövlətdən 7 min manat qrant əldə edib. Baş redaktor və teleaparıcı kimi tanıdığımız Xoşqədəm Hidayətqızının QHT rəhbəri kimi hansı uğurlar qazanacağını isə zaman göstərəcək. Onu da qeyd edək ki, "Üç nöqtə" qəzetinin baş redaktoru olan Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişi başlayandan sonra rəhbəri olduğu qəzetə o qədər də vaxt ayırmır ("Azxeber.com"). |
2014-02-16 | 9,139 | Rusiyada "TIR" terroru davam edir: 10 ölü - Foto | Rusiyanın Leninqrad şəhərində "TIR" böyük buz parçasına çırpılıb. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər həyatını itirib. Rəsmi məlumatlara görə, Skandinaviya maqistral yolunda baş verən qəzada 10 nəfər ölüb, 3-ü yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır. |
2014-02-16 | 9,140 | Salyanda maşın kanala düşdü, sürücü öldü | Salyanda maşın kanala düşüb, sürücü ölüb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Kürsəngi kəndi ərazisində "VAZ" markalı minik avtomobili kanala düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər. |
2014-02-16 | 9,141 | Mobil telefonlar səhhət üçün tam təhlükəsizdir | Mobil telefonlar insanın səhhətinə təsir eləmir. Məlumatına görə, belə bir nəticəyə İngiltərə alimləri 11 illik təhqiqatdan sonra gəliblər. Araşdırmalar həmçinin, baza stansiyasının buraxdığı şüaların hamiləlik dövründə bətndəki uşaqların qan xəstəliyinə səbəb ola biləcəyini sübut edəcək heç bir dəlil aşkarlamayıb. Proqramın rəhbəri, professor Devid Koqqon deyib: "11 il öncə, araşdırmalar təzə-təzə başlayanda mobil telefonların orqanizmə mümkün təsirləri ilə bağlı alimlərin təsəvvürləri müxtəlif, hətta bir-birinə diametral zidd idi. İndi isə tam müstəqil olan araşdırma çoxillik mübahisələrə müəyyən nöqtə qoyub. Və biz mobil telefonun və ya baza stansiyasının yaydığı radiodalğaların insan orqanizmi üçün risk yaratdığına dair heç bir dəlil tapmamışıq". Koqqonun nəticələri mobil texnologiyaların xərçəng əmələ gətirmədiyi və sağlamlığa ziyan vurmadığı barədə 2012-ci ildə aparılmış araşdırmaların nəticələrini bir daha təsdiqləyib. Təhqiqatlara 13,6 milyon funt xərclənib ("Musavat.com"). |
2014-02-16 | 9,142 | Polislər Kabusun konsertinə icazə vermədi | Gənc repçi Kabusun sabaha planlaşdırılan "Ergenekon" adlı konsertinə polislər mane olub. Konsertin elanı təxminən iki ay bundan öncə verilsə də, polislər məhz bu gün axşam saatlarında konsertin keçiriləcəyi "Vətən" kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu bildiriblər. Konsert təşkilatçılarından Elvin Mahmudovun bildirdiyinə görə, onlar bu gün axşam səs avadanlıqlarını konsertin keçiriləcəyi zala aparanda onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə müvəkkili və başqa 3 polis qarşılayıb: "Bizə dedilər ki, siz konsertlə bağlı bizə müraciət etməmisiniz, ona görə də bu konsert qanunsuzdur. Dedilər, biz onlara müraciət etməli idik, onlar da təhlükəsizliyi yoxlayıb bizə icazə verməli idilər. Amma bunu niyə konsertə saatlar qalanda dediklərini bilmədik. Halbuki "Vətən" kinoteatrı dövlətin nəznindədir və burda baş verən hər şey barədə məlumat olur". İdarə bölmədən xəbərsizdir Nəsimi Rayon Polis İdarəsinin növbətçisi, mayor Səbuhi Ələsgərov bildirib ki, bölmənin bu qadağasından polis idarəsinin xəbəri yoxdur: "Bizdə bu barədə məlumat yoxdur. 22-ci polis bölməsinin niyə bu addımı atdığını bilmirik". Kinoteatrdan isə qeyd ediblər ki, bu günə qədər olan orda keçirilən konsertlərin heç birində belə problem yaşanmayıb. Konsert üçün heç bir icazə də alınmayıb. Polis çəkilişə də mane oldu Nəsimi Rayon 22-ci Polis İdarəsində polis serjantı Abbasov, 22-ci Polis bölməsində isə növbətçi polis kapitanı Yahya Mahmudov çəkiliş aparmaq istəyən "Etatist.com", "Axar.az" və "Qaynar.info" əməkdaşlarına çəkiliş aparmağa imkan verməyib. Bizə dəyən maddi ziyan ödənməlidir Məsələ ilə bağlı açıqlama verən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə bildirib ki, biz gənclərimizin dövlətimizə inancını aşılamağa çalışırdıq. Amma polis gəldi və hər şeyi yerdən-yerə vurdu. Biz etatizmi - dövlətçiliyi təbliğ edirik. Dövlətin qanunları beləmi işləyir? Hardan çıxıb "qapalı yerdə yığıncaq, konsert keçirmək üçün polisə müraciət etmək lazımdır" qanunu? Belə bir qanun varsa, iki ay müddətinə hər gün konsert xəbərini işıqlandırdığımız halda polis niyə bir gün qalmış xəbər tutur? Bu qanun izah olunmalıdır, bizə maddi və mənəvi zərər dəyib və bunlar da ödənməlidir. Qanunsuzluğu kim törədibsə, o da cəzalanmalıdır. Biz bütün mümkün vasitələrdən istifadə edib, qanuni haqqımızın bərpasına nail olacağıq". |
2014-02-16 | 9,143 | Azərbaycanda cinsi tarazlıq pozulur - Statistika | Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib. Z.Eminovun bildirdiyinə görə, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub: "Indi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda da bu azalma daha sürətlə baş verir". Alim qeyd edib ki, son 6-7 ildə - təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb: "Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına catanda problem müəyyən qədər özünü göstərəcək". Z.Eminov deyib ki, əhalinin cins tərkibində müəyyən qədər tarazlıq olmalıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir ( Trend ). |
2014-02-16 | 9,144 | Türk yazıçısı erməni qəzetinə məktub göndərib | Türkiyənin məşhur yazıçısı Ayşe Kulin İstanbulda nəşr edilən "Akos" erməni qəzetinə məktub göndərib. Verilənməlumata görə, bu informasiyanı "Akos" qəzeti yayıb. Xatırladaq ki, yazıçı Ayşe Kulin CNNTürk telekanalında 1915-ci il "erməni soyqırımını" inkar edərək bildirib ki, ermənilər həmin dövrdə sakit durmadığına görə onları məhv elədik. Yazıçı öz məktubunda yazıb ki, Osmanlı imperiyası zamanı türklərlə ermənilər müharibə şəraitində yaşayırdılar və təbii ki, istənilən müharibədə hər iki tərəfdən insan tələfatı olmalı idi. İstanbulda nəşr edilən "Akos" erməni qəzeti isə türk yazıçısının bu məktubunu "üzr istəyib" başlığı ilə bütün dünyaya yayıb. Əslində isə Ayşe Kulin ermənilərə bir daha demək istəyib ki, 1915-ci ildə ermənilərin qırılması onların dinc durmamaları ilə əlaqədardır. Ermənilərə məxsus change.org saytı isə türk yazıçısına qarşı petisiya hazırlayıb və bəyan edib ki, bundan sonra Ayşenin kitablarını oxumayın ("Movqe.az"). |
2014-02-16 | 9,145 | Azyaşlı qıza qaraciyər köçürülməlidir - SOS | "Gəncə şəhər sakini Aydan Əvəz qızında çox nadir rast gələn "autoimmun hepatit", yəni virus mənşəli olmayan (irsi və ya anadan gəlmə qüsur) diaqnozu qoyulub. Müalicəsi olmadığından, Aydana qaraciyər transplantasiyası (köçürülməsi) vacibdir". Bu barədə "Axar.az"a azyaşlı Aydanın yaxınları verib. Onlar bildirib ki, əməliyyat və əməliyyat sonrası proseslər çox böyük məbləğ tutur: "Ailə 3 nəfərdən ibarətdir: Anası, bacısı və özü. Atası 2002-ci ildə vəfat edib. Anası Babayeva Sevinc Hafiz qızı Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 №-li tam orta məktəbdə kimya-biologiya müəlliməsidir. Əməliyyatdan sonra qaraciyər yerini alıb bərpa olunması üçün çox bahalı dərmanlar lazım olacaq, bu proseslər 200 000 manata qədər tutur. Bunlar hamısı bir orta məktəb müəlliməsinin qarşılaya biləcəyi xərclər deyil. Aydan məktəbdə əlaçıdır və həyatda hələ heç nə görməyib. Böyük hörmətlə bu elanı oxuyan hər kəsdən xahiş edirəm: Aydanın həyatda qalmağına kömək edin. İnternet imkanları genişdir, hər kəsin hesaba yatıra biləcəyi 1-2 manat lazım olan məbləğin yığılmasına kömək olar". Yardım etmək istəyənlərin nəzərinə: Ünvan: Gəncə şəhəri Tagi Arani küçəsi 9/34. Əlaqə nömrəli: 022 257 43 32 (ev), 051 910 29 67, 055 243 42 48 (mob.) Hesab nömrəsi AZN ilə Alan müştərinin adı : SEVINC BABAYEVA HAFIZ Alan müştərinin hesab nömrəsi , İBAN : AZ74IBAZ33801019443409374255 Alan bank : Azərbaycan Beynəlxalq Bankı Gəncə şöbəsi Alan bankın SWIFT kodu : IBAZAZ2X Alan bankın müxbir hesabı : AZ03NABZ01350100000000002944 Alan bankın kodu : 509352 Bankın VÖEN-i : 9900001881 Fax : 0222564300 Bankla əlaqə nömrəsi : 022 256 35 56 Hesab nömrəsi USD ilə Alan müştərinin adı : SEVINC BABAYEVA HAFIZ Alan müştərinin hesab nömrəsi , İBAN : AZ95IBAZ33811018403409374255 Alan bank : International Bank of Azerbaijan Ganca sub-branch Alan bankın SWIFT kodu : IBAZAZ2X Alan bankın müxbir hesabı : Citibank NA , New York USD 36083186 Alan bankın müxbir hesabı : JP Morgan Chase Bank , New York USD 001-1-230521 Alan bankın müxbir hesabı : Deutsche Bank Trust Company Americas , New York USD 04-164-504 Alan bankın kodu : 509352 Bankın VÖEN-i : 9900001881 |
2014-02-16 | 9,146 | Bakıda polislə gənclər arasında qarşıdurma - Foto | Milliyyətçi Gənclər Hərəkatı İran Kubokunun qalibi olan Təbrizin "Traxtor" klubunun şərəfinə Sahil Bağında yürüş keçirib. "Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, polislər bu aksiyaya müdaxilə ediblər. Nəticədə Milliyətçi Gənclər Hərəkatının İdarə Heyətinin üzvü İlkin Bozqurd polislər tərəfindən həbs olunaraq, 39-cu polis bölməsinə aparılıb. Gənclərin əllərində olan plakatlar zorla alınıb. Gənclər buna kəskin şəkildə etirazlarını bildiriblər. Polislər isə bu aksiyanın qeyri-qanuni olduğunu deyiblər. Maraqlı cəhət odur ki, polislər "Traxtor"un Təbrizin klubu deyil, İran klubu olduğunu vurğulayaraq, bu aksiya ilə gənclərin iğtişaş törətməyə cəhd göstərdiklərini bildiriblər. Son məlumatlara görə, gənclər 39-cu polis bölməsinin qarşısında toplaşırlar. İlkin Bozqurd həbs olunarkən, bunun qanunsuzluq olduğunu bildirərək, polislərə etiraz edib. Həbs edilməzdən əvvəl isə gənc fəal "Traxtor"un bu qələbəsini Bütov Azərbaycanın qələbəsi kimi dəyərləndirib. Xatırladaq ki, Güney Azərbaycanda Təbrizin "Traxtor" futbol klubu türklərin hüquqlarının müdafiəsində özünüifadə anlamı daşıyır. |
2014-02-16 | 9,147 | Həbib Müntəzir Elşad Abdullayevin həbsindən danışdı | "Elşad Abdullayev hazırda Fransadadır və həbsilə bağlı yayılan xəbərlərin əsası yoxdur". Bu barədə "Axar.az"a Avropada yaşayan azərbaycanlı mühacir Həbib Müntəzir məlumat verdi. O bildirdi ki, Elşad Abdullayev Fransadadır, öz fəaliyyətini davam etdirir və həbs olunmayıb. Elşad Abdullayevə informasiya dəstəyi göstərən Elnur Məcidli isə sorğumuza cavab olaraq Elşad Abdullayevin özü ilə əlaqə yaratmağımızın gərəkdiyini bildirdi. Onun sözlərinə görə, E.Abdullayev hazırda iş başındadır və internetdən istifadə imkanları normaldır. E.Abdullayev isə göndərdiyimiz sorğuya hələlik cavab verməyib. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin həbs olunması barədə "Təzadlar" qəzeti məlumat yayıb. Məlumatda Ukrayna hüquq-mühafizə orqanlarının üzə çıxardığı qanunsuz orqan köçürməsi sorğusuna cavab olaraq araşdırmalara başlandıqdan sonra AR Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilərək, beynəlxalq axtarışa verilən Elşad Abdullayevin İsveçrədən qayıdarkən hava limanında həbs olunduğu xəbər verilir. |
2014-02-16 | 9,148 | Atəşkəs rejimi pozulmaqda davam edir | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-16 | 9,149 | QHT sədri prorektor təyin edildi | "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəllili Azərbaycan Müəllimlər İnsitutunun elmi işlər üzrə prorektor vəzifəsinə təyin edilib. Məlumatına görə, bu barədə məlumatı Fariz Xəlilli öz "Facebook" hesabında verib. "Azərbaycan Müəllimlər İnsitutunun rektoru, professor Aqiyə xanım Naxçıvanlıya İnstitutun elmi işlər üzrə prorektor vəzifəsini mənə həvalə etdiyinə görə minnətdarlıq edirəm. Bu İnstitutda qarşılaşdığım səmimiyyət və təmizlik məni hər zaman ruhlandırıb, elm sahəsindən çıxmış olsam da, bir tədris müəssisəsində bu sahənin mənə etibar edilməsindən məmnunam və etimadı doğrultmağa da çalışacağam" - deyə F.Xəlilli bildirib (ANS). |
2014-02-16 | 9,150 | Yol terroru: ölən və yaralanan var | Şamaxı rayonu, Bakı-Qazax yolunun 122-ci kilometrliyində 1977-ci il təvəllüdlü Abbasov Eyub Nizami oğlu tərəfindən idarə olunan "Mersedes" markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Mersedes" markalı minik avtomobilinin sürücüsü E.Abbasov hadisə yerində vəfat edib, avtomobildə olan sərnişin bədən xəsarətləri alıb. Xilasedicilər hadisə yerinə çatana kimi sürücü vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-02-16 | 9,151 | Ordumuz əleyhinə kampaniyalara cavab - Rəsmi | Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin əleyinə yönəlmiş kampaniyalar barəsində açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan ordusuna qarşı hər hansı kampaniyadan belə söhbət gedə bilməz: "Ordu hamımızın güvənc yeri, qürur mənbəyidir",- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olub. Xatırladaq ki, bir neçə gün öncə bir sıra dünya KİV-lərində "Azərbaycan tanklarını cəbhə xəttinə yığır" kimi yazılar dərc olunmuşdu. Həmin vaxt Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirərək bunları təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanmışdı. Məsələ o zaman bir sıra yerli ekspertlər tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı yönəldilmiş kampaniya kimi dəyərləndirildi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bunları kampaniya kimi yox, qeyri-səhih jurnalistika məhsulu kimi dəyərləndirir (ANS). |
2014-02-16 | 9,152 | Təbrizin “Traxtor"u tarixi qələbəni belə qazandı - Video | Xəbər verdiyimiz kimi İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası bir ilkə imza atıb. Belə ki, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub. Tarixi görüşdən video görüntüləri təqdim edirik. |
2014-02-16 | 9,153 | İranda serial bir tayfanın qəzəbinə səbəb oldu - Etiraz | Bəxtiyarilər tayfası İranın İsfahan, Dezful, Əndimeşk, İzə, Şəhrkürd, Əligodərz şəhərlərində Dövlət Televiziyasında "Sərzəmin-e Kohən" (Qədim torpaqlar) adlı serialın yayımına qarşı bu gün etiraz aksiyaları keçiriblər. İranın tanınmış rejissoru Kamal Təbrizi tərəfindən çəkilən bu serialda Bəxtiyarilər tayfasına qarşı təhqiredici ifadələrə yer verilib. Bəxtiyarilər serialın tez bir zamanda dayandırılmasını tələb edirlər. Məlumata əsasən, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli məsələyə münasibət bildirib və serialın dayandırılacağını və yayımı üçün yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. İran Dövlət Televiziyasının rəhbəi İzzətullah Zərğami də bu serialın yayımı ilə bağlı yaranmış problemlə əlaqədar müavininə xəbərdarlıq edib. İ.Zərğamı serialların çəkilişi zamanı ölkədə bütün tayfalara, o cümlədən Bəxtiyarilərə hörmətlə yanaşmağı televiziyanın danılmaz prinsiplərindən biri adlandırıb. (Trend) |
2014-02-16 | 9,154 | Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşdı | 2014-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 5,0 və 7,5 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 6,2 faiz ucuzlaşma müşahidə olunub. Yanvar ayında dəniz nəqliyyatında MDB ölkələri üzrə yükdaşıma tarifləri 7,4 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 3,9 faiz ucuzlaşma, qazın nəql olunma tarifi üzrə isə 2,5 faiz bahalaşma müşahidə olunub. Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 0,2 faiz, yükdaşıma tarifləri isə 4,7 faiz bahalaşıb. |
2014-02-16 | 9,155 | Emal sənayesi üzrə qiymətlər artırılıb | 2014-cü ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, 2014-cü ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz bahalaşıb. Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. |
2014-02-16 | 9,156 | Qondarma rejimin çinli məmurunun evinə qumbara atıldı | Gürcüstanın seperatçı Cənubi Osetiya ərazisinin "Prezident Administrasiyasının rəhbəri" Boris Çoçiyevin evində qumbara partlayıb. Səhər saatlarında Boris Çoçiyevin Sxinvale bölgəsində yerləşən evinin həyətində əl qumbarası partlayıb. Hadisə zamanı onun ailə üzləri arasında həlak olan və xəsarət alanların olmadığı bildirilir. Hadisə ilə bağlı qondarma rejimin rəhbərliyiniy nümayəndəsinin verdiyi açıqlamada ciddi dağıntıların olmadığı bildirilib. Açıqlamada hadisə ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirildiyi və onun hansı səbəbdən baş verdiyinin araşdırıldığı da bəyan edilib. (ANS) |
2014-02-16 | 9,158 | Qazaxıstanda etiraz aksiyaları davam edir - Foto | Tenqenin devalvasiyası Qazaxıstanın bir neçə şəhərində kütləvi etiraz mitinqlərinə səbəb oldu. Məlumata görə, Astana və Almatıda mitinqə 1000-1200 adım çıxıb. Bir neçə il qabaq neftçilərin etiraz aksiyasının yatırıldığı Janaozen şəhəri də ayağa qalxıb və etiraz mitinqinə 100-ə yaxın adam çıxıb. Etirazçılar milli valyutanın sərt devalvasiyasını gerçəkləşdirmiş Qazaxıstan Milli Bankının başçısının istefasını tələb edirlər. Rəsmilər 30 nəfərin saxlandığını bildirir. Amma "Xvilі"nin mənbəsinin məlumatına görə, tutulanların sayı 150 nəfərə çatır. Hazırda Astana və Almatı şəhərlərinə silahlı qüvvələr yeridilib. Qazaxıstan Milli Bankı 11 fevralda tenqenin mübadilə kursunun əvvəlki (150 tenqe/$1+/-3%) səviyyəsində saxlamaqdan istina edib. Həmçinin maliyyə bazarında təlatümün olmaması üçün tenqenin məzənnə dəyişməsi üçün yeni dəhliz (185 tenqe/$1+/-3%) müəyyən edilib. Yanvar ayında Qazaxıstan Milli Bankının toplam beynəlxalq ehtiyatları 0,65% azalaraq $24,519 mlrd.-a düşüb (ANS). |
2014-02-16 | 9,159 | Sezən Aksudan "Azadlıq" çağrışı - Foto | Dünən axşam türkiyəli tanınmış ifaçı Sezen Aksu İstanbulda konserti zamanı ölkə gündəmini əhatə edəcək maraqlı açıqlamalar verib. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, Gəzi hadisələri ilə bağlı önəmli açıqlamalar verən Sezən Aksu bir növ Baş nazir Ərdoğana replikalar atıb. Belə ki, Sezən Aksu "Dünya gənclərin yeni fikir və düşüncələri ilə daha da yüksələcək", - deyib. İnsanın qaranlıq varlıq olduğunu deyən Aksu cəmiyyətin yüksəlişinin azadlıqdan keçdiyini bildirib. Konsertdə Gəzi hadisələri ilə bağlı Sezən Aksu oğlu Mitat Canla birlikdə yazdığı "Azadlıq" adlı mahnısını gənclərə ithaf edib. Sezən Aksu Gəzi hadisələri zamanı Türkiyənin Əskişəhər şəhərində öldürülən Əli İsmayılı da anıb. |
2014-02-16 | 9,160 | Çin Krıma 200 min çinli gətirir: Tatarlardan etiraz | Krım Tatar Milli Məclisi Çinin Kiyevdəki səfirliyinə məktub göndərərək, vətənləri ilə bağlı istənilən iş sövdələşməsi məsələsində Krım xalqının rəyinin nəzərə alınmamasına son qoymağa çağırıb. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, Çinə mesaj verən Krım tatarları Krımın gələcəyinə onlarsız qərar verməyin mümkünsüz olduğunu bildiriblər. Məsələ burasındadır ki, 2013-cü ilin iyul ayında kənd təsərrüfatı təyinatı üçün Çinin 3 milyon hektarlıq ərazini 50 illiyə icarəyə götürməyə hazırlaşdığı məlum olub. Nəzərdə tutulan ərazilər Dnepropetrovskidan başlayıb Xerson vilayətindən keçməklə Krımda başa çatmalıdı. Layihə Krımın 200 min hektar ərazisini əhatə etməlidi. Yerli sakinlər cəlb olunmamaq şərti ilə 200 min çinli işçinin gətirilməsi də planlaşdırılır. Məsələyə sərt reaksiya verən şəxslərdən biri də Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovdu. Onun imzası ilə səfir Pan Zanq Hiyuna göndərilən məktubda Krım tatarlarının yerli sakinlər kimi mövqeyinin öryənilməsi tələb olunub. |
2014-02-16 | 9,161 | Ceki Çan geri döndü - Video | Uzun müddət ekranlardan uzaq qalan tanınmış film aktyoru Ceki Çan kərgədanların ovlanmasına qarşı aparılan kampaniyaya qoşulub. Bir çoxlarının uşaqlıq qəhrəmanı olan Ceki Çanın bu dəfəki filmi digərlərindən fərqli olub. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Tanınmış aktyor bu dəfə kərgədanların öldürülməsinə qarşı çəkilən reklam çarxında rol oynayıb. Həmin reklam çarxını təqdim edirik: |
2014-02-16 | 9,162 | Əməkdar artist: Daha ölüm qorxusu yoxdur | "Daha narahatlığa əsas yox. Bundan sonra rahat həyatıma davam edə bilərəm. Ölüm təhlükəsini atlatdım". Bunu Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. Onun sözlərinə görə, fevralın 18-də Bakıya qayıdacaq və teatrda qaldığı yerdən davam edəcək: "Həkimlər ikinci dəfə məni müayinə etdilər. Müayinədən sonra bildirdilər ki, daha ölüm qorxusu yoxdur. Allaha şükürlər olsun". Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla bağlı 3 dəfə əməliyyat olunub. Hazırda isə Türkiyədə ikinci dəfə kimyaterapiya kursu keçir ("AzNews.az"). |
2014-02-16 | 9,163 | Qaxda 43 yaşlı kişi intihar etdi | Qax rayonunda intihar hadisəsi baş verib. Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib. Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir. |
2014-02-16 | 9,164 | Öldürülən azərbaycanlılar barəsində şok iddialar | Əsəd cəbhəsindən "qara kağız"ı gələnlərin sağ olduğu deyilir; Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan bir neçə vətəndaşımız təqibdən yaxa qurtarmaq üçün mücahidlərin saytlarında özlərini "öldürtdürüb" başqa kimlik almağa çalışırlar; şəxsin ölmüş elan olunmasının isə öz qaydaları var... Son vaxtlar Suriyada, Əfqanıstanda döyüşən azərbaycanlılar arasında ölənlərin sayının artması haqda xəbərlərlə bağlı sensasion məqamlar var. "Yeni Müsavat"a daxil olan məlumata görə, Yaxın və Orta Şərqdən gələn bu tip xəbərlərin heç də hamısı doğru deyil. Bu barədə məlumatlar əldə edən mənbənin bildirdiyinə görə, son günlər demək olar ki, hər gün ya Suriyada, ya Əfqanıstanda döyüşən bir neçə azərbaycanlının öldürülməsi xəbərinin gəlməsi hakimiyyətin müvafiq strukturlarının araşdırmalar aparmasına səbəb olub. Bu araşdırmalar zamanı sensasion məqamlar ortaya çıxıb. Bura Suriyaya və digər ölkələrə döyüşməyə gedən azərbaycanlıların necə müəyyənləşdirilməsinin, təlimatlandırılmasının, maliyyələşdirilməsinin, bu işlərin kimlər tərəfindən həyata keçirilməsinin üzə çıxması ilə bərabər, öldürülməsi xəbəri yayılanlarla da bağlı bir sıra məlumatların aşkarlanması daxildi. Mənbənin sözlərinə görə, bəlli olub ki, son vaxtlar bu cür döyüşlərdə öldürüldüyü bildirilən bir sıra şəxslər nə Suriyada olublar, nə də Əfqanıstanda. Ona görə də onların öldürülməsi xəbəri yalandı. Məlumatda bildirilir ki, həmin şəxslər ağır cinayət hadisələri törətdiklərindən uzun müddətdir axtarışdadırlar. İndi fürsətdən istifadə edərək müəyyən dairələrin əli ilə guya Suriyada, ya da Əfqanıstanda döyüşdükləri, mücahidlərin dəstələrində olduqları və öldürüldükləri barədə məlumat yayırlar. Bu barədə danışan mənbə bir neçə məqama diqqət çəkməyi vacib sayır. Onun sözlərinə görə, öldürülməsi xəbəri yayılan şəxslərin bir çoxunun rəsmi adı açıqlanmır, onların ləqəbləri göstərilir. Bəzilərinin isə adı, soyadı, atasının adı, doğum tarixi, ev ünvanı dəqiqliklə göstərilir. Hətta həmin şəxslərin ən müxtəlif vaxtlarda çəkilən şəkilləri operativ şəkildə yayılır. Bu məqamları bizimlə bölüşən mənbə deyir ki, öldürülməsi xəbəri yayılan və kimliklərinə dair bütün məlumatlar açıqlanan, şəkilləri yayılan belə şəxslərin arasında, öldürülməsi xəbəri doğru olmayan və Azərbaycanda ağır cinayətlər törətdiklərinə görə axtarılan şəxslər də var. Onlar bununla barələrində açılan cinayət işindən və axtarışdan yaxa qurtarmaq, sonradan başqa adla hansısa ölkədə rahat yaşamaq istəyirlər. Məlumatda bildirilir ki, bunun üçün xeyli pul xərcləyirlər və araşdırmalar zamanı Azərbaycanın bəzi qurumlarının əməkdaşlarının da bu işdə əlinin olması üzə çıxıb. Qeyd edək ki, son bir həftədə Suriyada və Əfqanıstanda öldürülməsi xəbəri gələn bir neçə nəfərin axtarışda olduğu rəsmən təsdiqlənib. Hətta onların İnterpol xətti ilə axtarılmasına dair fotolar da yayılıb. Bu faktların özü də mənbəmizin bizə verdiyi məlumatın etibarlılıq yükünü artırır. Onu da bildirək ki, cinayət törədən, axtarışda olan şəxsin ölməsinin rəsmiləşdirilməsi elə də asan deyil və bunun üçün hüquqi prosedurlar var. Amma hər halda cinayət əməlinə görə axtarılan şəxslərin özləri barəsində Suriyada, Əfqanıstanda öldürülmələri barədə xəbər yaydırmaqla bir neçə il sonra onlar barədə başlanan cinayət işinə xitam verilməsinə nail olmaları mümkündür. Azərbaycan Mülki Məcəlləsində şəxsin ölmüş elan edilməsi isə belə tövsif edilib. Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. |
2014-02-16 | 9,165 | Yaş yarımlıq uşağın əməliyyat pulunu oğurladılar | Türkiyənin Koceli şəhərində iki çadralı qadın yaş yarımlıq körpənin əməliyyat pulunu oğurlayıb. "Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb. Xərçəng xəstəliyindən müalicə olunan körpə uşaq bir həftə sonra əməliyyat olunacaqdı. Qonşular arasında toplanan təxminən 2070 manat (4500 TL) pul oğurlanıb. Belə ki, evə gələn iki çadralı qadın "Bizi sizə Allah göndərdi. Uşağın dərdinə əlac bizik. Uşaq sağalacaq" deyərək, evdəki uşağın əməliyyat pulunu oğurlayıb. Çarəsiz qalan ata oğrulara yalvararaq "pulu geri gətirməsəniz, uşaq öləcək", - deyir. |
2014-02-16 | 9,166 | Hollivud ulduzları erməni soyqırımına aid filmdə çəkiləcək | Hollivudda erməni soyqırımından bəhs edən film çəkilir. "Axar.az" xəbər verir ki, bu informasiya ilə erməni mətbuatı çıxış edib. "The Genex" adlanan filmin müəllifinin erməni əsilli rejissor Artak Sevada olduğu deyilib. 30 milyon dollara ərsəyə gələcək filmin ilk premyerasının 2015-ci il aprelin 24-də baş tutacağı bəlli olub. "The Genex"də həmçinin iştirak edəcək Hollivud ulduzlarının da adları ictimaiyyətə təqdim edilib. Onların adlarının Natali Portman və Arman Assant olduğu qeyd edilib. |
2014-02-16 | 9,167 | Bulvardakı qan izlərinin sirri açıldı | Bulvar ərazisindən Xəzər dənizinə axıdılan qırmızı mayenin qan olduğu təsdiqlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov açıqlamasında, dənizə axıdılan qanın qəssabxanalarda kəsilən mal-qaranın qanı olduğunu söyləyib: "Bizim ilkin məlumatlarımıza görə, bu qan qəssabxanalardan və müxtəlif heyvan kəsilən yerlərdən axıdılan qandır. Biz nümunə götürmüşük. Sabah nümunələr təhlil olunacaq. Götürülən qanın bütün parametrləri təstiq olunandan sonra konkret tədbirlər görəcəyik". M.Qəmbərov bildirib ki, dənizə qan axıdan şəxslər barəsində nazirlik tərəfindən xüsusi tədbirlər görüləcək: "Həmin şəxslər barəsində İnzibati xəta haqqında protokol tərtib olunacaq. Və həmin insanlar, fiziki və ya hüquqi şəxslər, bizə verilən səlahiyyət çərçivəsində öz cəzasını alacaqlar. Onlar barəsində cərimə qərarı tətbiq olunacaq. Bunu edən insanlar qanmalıdırlar ki, yağış suyu kollektorlarına özbaşına müdaxilə etmək olmaz". Xatırladaq ki, ötən gün səhər saatlarında yeni salınan bulvar ərazisindən Xəzər dənizinə qırmızı axıntılar müşahidə edilib. Bu proses səhər saat 7-dən 8-ə kimi davam edib (ANS). |
2014-02-16 | 9,168 | 700 min insanın qatili olan homoseksual komissar | Cəmisi iki il SSRİ-nin Xalq Daxili İşlər Komissarlığına (NKVD) başçılıq edən Nikolay Yejov qəddarlığı və cəlladlığı ilə tarixə iz buraxıb. 700 minə yaxın insanın ən ağır cəzalara məhkum olunmasında birbaşa iştirakı olan Yejovun NKVD-də fəaliyyəti "Yejovşina" dövrü kimi repressiyalarla yadda qalıb. Modern.az-ın təqdim etdiyi materilada vurğulanır ki, Stalinin repressiya maşınını böyük ustalıqla idarə edən Nikolay Yejov həmin dövrdə "dəmir komissar" adına sahib olub. İki illik ibtidai təhsili olan Yejov bütün varlığı ilə Stalinə sədaqət nümayiş etdirib. Ardı-arası kəsilməyən repressiyaların, sürgünlərin, güllələnmələrin icrasını həyata keçirən Yejov o qədər amansız olub ki, ölüm hökmü ilə bağlı sənədlərə imza atmaqla öz cəlladlıq ehtirasını söndürə bilməyib, bir çox hallarda cəzaların icrasında şəxsən iştirak edib. Yejovun NKVD-yə rəhbərlik etdiyi dövrdə diqqət çəkən məqamlardan biri "xalq düşmənləri"nin sayına qoyulan plan olub. NKVD başçısı hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib. Cəzalar iki növə bölünüb, güllələnmə və xüsusi düşərgələrə sürgün. Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb. Bu insan talelərinə son qoyan sənəd Siyasi Büroda təsdiqlənib. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa sürgün və türmə cəzası nəzərdə tutulub. Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar olub. Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova teleqramı: "Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub". Yejovun cavabı: "1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin". Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib. Rəhbərin bütün tapşırıqlarını kor-koranə olsa da canla-başla lazımi səviyyədə həyata keçirən Nikolay Yejov mövcud dövrdə Stalin üçün sərfəli kadr olub. Onun üçün Yejov repressiya aləti funksiyasını daşıyıb. Ölkədə tüğyan edən repressiya dalğasının xalqda böyük narahatçılıq yaratdığını Stalin dərk edib və təbii ki, bunun törədə biləcək fəsadlarını da düşünüb. Amma rəhbər üçün çıxış yolu tapmaq çətin olmayıb. "Yejovşina dövrü"nə son qoymaq və sonradan onu lənətləmək. Digər tərəfdən də Yejovun fəaliyyətində bir sıra qüsurlar özünü biruzə verməyə başlayıb. Yejov spirtli içkilərin aludəçisi olmaqla yanaşı, narkotik vasitələrdən də istifadə edib. Hətta bəzi hallarda içkinin təsirindən özünü idarə edə bilməyib. Bu haqda Siyasi Büronun üzvləri və şəxsən Stalin də məlumatlı olub. Stalin sonralar Yejov haqqında bu fikirləri səsləndirib: "Yejov, bu insanı yalnız alçaq adlandırmaq olar. O bizim ən dəyərli insanlarımızı məhv etdi. Son vaxtlar özünü tamamilə itirmişdi. Zəng edirdin komissarlığa, deyirdilər Mərkəzi Komitəyə gedib. Zəng edirdin Mərkəzi Komitəyə, deyirdilər işə qayıdıb. Evinə adam göndərirdin ki, kefli vəziyyətdə meyit kimi yatıb. Neçə günahsız insanların həyatına son qoyub bu insan. Buna görə də biz onu güllələdik". SSRİ adlı məkanda at oynadan, meydan sulayan Yejovun ailəsində böyük problemlər yaşanıb. Rəsmi nikahda olduğu həyat yoldaşı Sulamifya bir çox kişilərlə eşq macəraları ilə ad çıxarıb. 1938-ci ildə isə Mixayıl Şoloxovun məşuqəsi olub. Onlar heç kimdən çəkinmədən Moskvanın mehmanxanalarında sevgi oyunları yaşayıblar. Onların olduqları otaqlarda gizli səsyazan qurğular quraşdırılıb və Yejov həyat yoldaşı ilə Şoloxovun intim söhbətlərinə dəfələrlə qulaq asıb. Yejov isə özünə Sulamifyanın rəfiqəsini məşuqə seçib. Özünün homoseksual olduğunu etiraf edən Yejov məşuqəsinin əri ilə cinsi əlaqədə olub. Nikolay Yejov 1939-cu ilin aprelin 10-da xarici kəşfiyyatla əməkdaşlıq, Sovet hakimiyyətinə qarşı gizli silahlı üsyanın hazırlanması və homoseksual olmaq ittihamı ilə həbs olunub. Nikita Xruşov yazdığı xatirələrində Yejovun həbs olunduğu günü belə xatırlayır: "Həmin gün mən Kremldə idim. Stalin məni Kremldəki mənzilinə şam yeməyinə dəvət etmişdi. Otaqda bizdən başqa Molotov və bir neçə nəfər də var idi. Yejovdan söhbət düşəndə heç vaxt öz təmkinini pozmayan Stalin möhkəm əsəbləşdi və dedi ki, bu təhlükəli caninin həbs olunmaq vaxtıdır, elə bu gün. Biz nadir hallarda Stalinin belə əsəbləşdiyini görmüşdük. Qısa bir vaxtdan sonra otaqda telefon zəng çaldı. Yejovun həbsi haqqında Stalinə məruzə edildi". 1940-cı ilin fevralın 1-də Yejovun istintaqı sona çatıb. İstintaqı aparan Yesaulov ittihamnaməni oxuduqdan sonra soruşub: - Siz günahınızı etiraf edirsinizmi? Yejov qətiyyətlə etirazını bildirib: - Xeyr mən ittihamnamə ilə razı deyiləm. Tələb edirəm Siyasi Büronun üzvlərindən biri mənimlə görüşsün. - Axı siz istintaq materiallarına qol çəkib imza atmısınız. - Mən bunu ona görə etmişəm ki, məni incitməsinlər, döyməsinlər. Yejovla söhbəti alınmayan müstəntiq onun tələbi haqqında Beriyaya məlumat verib. Beriya da öz növbəsində istintaqın yekunlaşıb işin məhkəməyə verilməsi haqqında Stalinə məruzə edib və deyib ki, bu balacaboy (Yejovun boyu 1 m 51 sm olub) yaramaz məhkəmədə öz günahını etiraf etməyəcək, hələ üstəlik artıq-əskik də danışacaq. Nəhayət belə qərara gəlinib ki, Beriya Yejovla görüşsün. Səhərisi gün Beriya türmədə Yejovla özünəməxsus tərzdə görüşüb. Görüş otağına girən kimi stolun üstünə bir qrafin araq qoyub: - Süz iç Kolya, bir az rahatlan. Bu nədir əllərin əsir. Qoy mən sənə süzüm. Sənin kimi o qədər çinovniklər partiyamızın qarşısında mərdi-mərdanə günahlarını etiraf ediblər. Amma heç biri sənin kimi qorxmayıb. Bəlkə sən də günahlarını boynuna alsan həyatını xilas etmiş olarsan. - Siz mənə söz verə bilərsiniz ki, mənim qohumlarım represiya məruz qalmayacaqlar? Axı onların heç bir günahı yoxdur. - Buna şübhən olmasın. Birin də iç və get düşün. Məhkəmədə günahlarını boynuna al. Əslində Nikolay Yejov onu nə gözlədiyini çox gözəl bilirdi. Axı vaxtilə belə məsələlərlə birbaşa özü məşğul olmuşdu. O yaxşı dərk edirdi ki, məhkəmədə etirafın edilib edilməməsindən asılı olmayaraq Stalinin qərarı yerinə yetirilməlidir. Yejovun məhkəməsi çox da uzun çəkməyib. Ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayan Yejov yalnız homoseksual olduğunu etiraf edib və bildirib ki, o hələ gənc yaşlarından kişilərlə cinsi əlaqədə olub. Həmin dövrdə homoseksuallıq cinayət əməli sayılıb. Məhkəmədəki son çıxışında Yejovun ən yadda qalan ifadəsi isə bu olub: "Yoldaş Stalinə çatdırın ki, mən ona sədaqətlə xidmət etmişəm, öləndə də Stalin uğrunda deyib öləcəm". Məhkəmə Nikolay Yejova ona məxsus olan əmlak və əşyalarını müsadirə etməklə güllələnmə hökmünü çıxarıb. 1940-cı ilin fevralın 4-də məhkəmənin hökmü icra olunaraq Nikolay Yejov güllələnib. Həyatının sonuncu dəqiqəsində o "Yaşasın Stalin!" sözünü deyib. |
2014-02-16 | 9,169 | “Sovetski” sakinləri aksiya keçirdi | Bakının "Sovetski" deyilən məhəlləsinin bir qrup sakini fevralın 16-da etiraz aksiyası keçirib. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, onlar evlərinin sökülməsi müqabilində verilən kompensasiyasının məbləğindən narazı olduqlarını bildiriblər. Sakinlər 1 kv.m üçün 4000 manat tələb edirlər. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov hadisə yerinə gəlib. S. İslamov bildirib ki, sakinlərin razılığı olmadan onların heç birinin evi sökülməyəcək. Hadisə yerinə polis də cəlb olunub. |
2014-02-16 | 9,170 | Bakıda piyadaların soyqırımı davam edir - Video | Bakıda piyadaların vurulması ilə nəticələnmiş dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Məlumata görə, görüntülərdə həm də yolu nəzərdə tutulmamış yerlərdən keçən, təhlükəsizlik qaydalarını unudub həyatlarını riskə atan piyadaların vurulması anları yer alıb. Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı son məlumatlara görə, Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzalarının böyük əksəriyyətində günahkar məhz piyadalar olur. Son dövrlər xeyli sayda yeni, müasir piyada keçidlərinin salınması, yolu nəzərdən tutulmayan yerdən keçidə görə cərimələrin tətbiqi azərbaycanlı piyadaları həyatlarını riskə atmaqdan çəkindirə bilmir. Həmin qəzaların əks olunduğu videokadrları təqdim edirik. Nə qədər dəhşətli olsa da, inanırıq ki, bu kadrlardan sonra piyadalarımız daha diqqətli olacaq, bir dəfə yaşadıqları həyatlarını bu şəkildə itirməyə tələsməyəcəklər ("Oxu.az"). |
2014-02-16 | 9,171 | Putinin köməkçisi: Rusiya aqressor dövlətdir - Siyahı | Rusiya Prezidentinin keçmiş köməkçisi Andrey İllarionov maraqlı məqalə ilə çıxış edib. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, o, hüquqi sənədlərin kriteriyalarına istinad edərək, keçmiş Sovetlər Birliyi və onun varisi sayılan Rusiya Federasiyasını ötən əsrin ən aqressor ölkəsi sayıb və təcavüzə qalan ölkələrin siyahısını tərtib edib. İllarionov aqressor dövlət anlayışının müəyyənləşdirilməsi indiqatoru kimi 1933-cu ildə imzalanan London Konvensiyasını əsas götürüb. Xatırladaq ki, beynəlxalq müqavilə ona imza atan ölkələr qarşısında hüquqi məsuliyyət qoyur. Sənəddə 5 kriteriya ölkənin aqressor olmasını təsdiqləyir. Bunlar aşağıdakılardı: 1. Bir dövlətin digər ölkəyə müharibə elan etməsi; 2. Müharibə elan etmədən hərbi müdaxilə halı; 3. Müharibə elan etmədən quru, hava və dəniz qüvvələrinin yeridilməsi; 4. Dəniz vasitəsi ilə aqressiyaya məruz qalan ölkənin sahillərinin mühasirəyə alınması; 5. Digər ölkənin ərazisində qeyri-qanuni hərbi bölmələrə dəstəyin verilməsi və separatçı qüvvələrin həvəsləndirilməsi. Xatırladaq ki, London Konvensiyası 1933-cü ildə 12 dövlət tərəfindən imzalanmışdı. Bunlar Əfqanıstan, Estoniya, İran, Latviya, Polşa, SSRİ, Türkiyə, Finlandiya, Çexoslavakiya, Rumıniya, Yuqoslaviya və Litva idi. İllarionov bildirib ki, sözügedən konvensiya tək İkinci Dünya müharibəsi illəri deyil, ondan sonrakı dövrdə də hüquqi qüvvəyə malik olub. Maraqlıdır ki, keçmiş SSRİ sənədi imzalayan digər ölkələrə qarşı aqressor qismində çıxış edib. İllarinov SSRİ və onun varisi olan Rusiya tərəfindən həyata keçirilən 22 aqressiya halının siyahısını tərtib edib. İllarionov bildirib ki, faşıst Almaniyasının hesabında qısa müddət ərzində, 1938-1944-ci illərdə 19 aqressiya faktı müəyyən olunub. Lakin bu sahədə mütləq "çempion" kimi o, SSRİ və onun varisi Rusiyanın adını çəkib. |
2014-02-16 | 9,172 | İngiltərə hökumətindən şok addım | İngiltərə hökumətinin gənclər arasında məşğulluğu artırmaqdan ötrü striptiz klublara maliyyə yardımı etdiyi ortaya çıxıb. "Axar.az" xəbər verir ki, bu barədə sənədləri ortaya müxalifətdə təmsil olunan İşçi Partiyası çıxarıb. Sənədlərdə hökumətin hər ay ölkə gənclərini işə götürməkdən ötrü stirptiz klublara 2275 funt sterliq ödədiyi yer alıb. Bu tip klublara cəlb ediləcək gənclərin yaş həddinin isə 18-24 yaş arası olması göstərilib. Artıq hökumət nümayəndələri bu faktı təsdiqləyib, amma yeni olan proqramın gəncləri cinsi istismara cəlb edilməsi üçün istifadə edilmədiyini qeyd ediblər. |
2014-02-16 | 9,173 | Avropadan ABŞ-a sərt mesaj | "Avropa ABŞ-dan ayrı öz komunikasiya şəbəkəsini yaratmalıdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Anqela Merkel çıxış edib. O, Avropanın təhlükəsizliyə ehtiyacı olduğunu deyib. "Bizim proyektimizin əsas məqsədi ABŞ cəsuslarından uzaq, nəzarətlərində olmayan bir şəbəkə yaratmaqdır. Yəni biz şəxslərin özləri haqqında olan informasiyanı daha etibarlı qorumaq istəyirik. Mən bununla bağlı Fransa Prezidenti Fransua Ollandla da müzakirələr aparacam". Qeyd edək ki, bir müddət öncə ABŞ kəşfiyyat idarələrinin Avropa liderlərinin telefon danışıqlarına qulaq asdıqları bəlli olmuşdu. |
2014-02-16 | 9,174 | Avropa su altında qalacaq - Şok iddia | Avropanın yarısı 2050-ci ildə su altında qalacaq. "Axar.az" xəbər verir ki, bu iddia ilə Brüssel Universitetinin alimi Jan Paskal Van İmpersele çıxış edib. O, buna əsas səbəbin okeanda suların qalxması ilə əlaqədar olacağını deyib. "Biz hələ 10 il bundan qabaq təhlükə barədə xəbər vermişdik. Qlobal istiləşmə Atlantik okeanında bəzi ərintilərə gətirib çıxaracaq ki, nəticədə sahildə ən məşhur şəhərlər su altında qalacaq. 2050-ci ildə isə London, Kopenhagen, Amsterdam, Antverpen, Rotterdam bu təhlükə ilə üz-üzə qalacaq". |
2014-02-16 | 9,175 | Məşhur aktrisa həbs oluna bilər | Türkiyənin məşhur aktrisalarından biri olan Berrak Tüzünataç həbs oluna bilər. Verilən məlumata görə, narkotik maddələrdən istifadə etməsi ilə əlaqədar olaraq aktrisa barəsində cinayət işi açılıb. Cinayət işində aktrisaya iki il müddətində həbs cəzasının verilməsi tələb edilib. Aktrisa bir müddət bunadan öncə narkotik maddə istifadə etməsinə görə, Türkiyə Ədliyyə Nazirliyində ifadə verəndən sonra sərbəst buraxılıb. Daha sonra aktrisanın saç tellərində yoxlama aparılıb. Bu zaman onun narkotikadan istifadə etdiyi faktı öz təsdiqini tapıb. Xatırladaq ki, narkotik maddələrdən istifadəyə görə Kənan İmirzalıoğlu, Nehir Ərdoğan, Engin Altan Düzyatan kimi Türkiyə səhnələrinin məşhur simaları da Ədliyyə Nazirliyində ifadə veriblər (ANS). |
2014-02-16 | 9,176 | Kliçko ən yaxın dəstəkçisindən imtina etdi | Vitali Kliçko Almaniyada daimi vətəndaşlıq statusundan imtina edib. "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Vitali Kliçkonun özü keçirdiyi mətbuat konfransı zamanı çıxış edib. V.Kliçko Almaniyada yaşamaq şansından imtina etməsinə əsas səbəb kimi 2015-ci ildə keçiriləcək prezident seçkilərini göstərib. "Almaniyada mənim yaşamaq şansım var idi. Amma indi belə bir şey yoxdur. Mən bundan özüm imtina etmişəm". Qeyd edək ki, Vitali Kliçko hazırda prezidentliyə əsas namizədlər sırasındadır. Dünən saytımıza açıqlama verən ukraynalı politoloq Aleksey Blyuminov məhz Almaniyanın bu siyasətçiyə dəstək verdiyini demişdi. |
2014-02-16 | 9,177 | İranda iki nəfər belə edam edildi - Foto | İranda iki nəfər hamının gözü qarşısında edam edilib. "Axar.az" xəbər verir ki, onları adam qaçırma, qəsb və təcavüzdə günahlandırılıblar. Qeyd edək ki, bu, İran Prezidenti Həsən Ruhani hakimiyyətə gələndən sonra həyata keçirilən 300-cü edamdır. Fotoları təqdim edirik: |
2014-02-16 | 9,178 | Amerikalılara elmdən "iki" verildi | ABŞ-da hər dörd adamdan birinin Yerin Günəş ətrafında fırlandığından xəbəri yoxdur. "Axar.az" xəbər verir ki, bu, ölkədə keçirilən sorğulardan sonra bəlli olub. Sorğunun 2200 insan arasında keçirildiyi açıqlanıb. Amerikalıların həmçinin 39%-i Yerin böyük partlayış (Big Bang) nəticəsində yarandığından, 42%-nin isə astrologiyanın elm olmadığından xəbərsizliyi müəyyən olunub. Keçirilən sorğunun nəticələrinin Barak Obamaya da təqdim ediləcəyi bildirilib. |
2014-02-16 | 9,179 | Güləşçilərimiz 3 medal qazandı | Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir davam edir. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir. Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb. 97 kq çəki dərəcəsində digər təmsilçimiz Roman Bəkirov isə bürünc medala sahib olub. 65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Ancaq finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada tamamlayıb. İlk yarış günündə mübarizəyə qoşulan güləşçilərimizdən Yaşar Əliyev (57 kq) və Səid Həmidov (97 kq) mübarizəni erkən dayandırıblar. |
2014-02-16 | 9,180 | 21 yaşlı qadın özünü damdan atmaq istədi | Bakıda qadın intihara cəhd edib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən 1993-cü il təvəllüdlü qadının doqquzmərtəbəli binanın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən ediblər. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısın alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib |
2014-02-16 | 9,181 | Polis Kabusun konsertini "təxirə saldı" | Gənc reper "Kabus"un solo konsertinin keçirilməsinə polis imkan verməyib. "Axar.az" xəbər verir ki, saat 14:00-da keçirilməsi nəzərdə tutulan konsertə polislər müdaxilə edərək təşkilatçıları "Vətən" kinoteatrına buraxmayıblar. Konsertin keçirilməsinə mane olmaq üçün əraziyə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini və bir sıra yüksək rütbəli polis zabitləri gəliblər. Konsert təşkilatçılarının verdiyi məlumata görə, onlar konsertə gələnlərin bir yerə toplaşdığını görüncə müdaxilə ediblər. "Özünü təqdim etməyən polis mayoru "Kabus"a yaxınlaşaraq ondan ərazini tərk etməyi tələb etdi. "Kabus" onun tələbini yerinə yetirməyincə tərəflər arasında qısa müddətli gərginlik yaşandı. Sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini polislərdən ərazini tərk etməyi tələb etdi. Maraqlısı odur ki, polislər artıq 15:00-da getmişdilər. Elə buna görə də konsertimiz baş tutmadı". Konsert təşkilatçıları həmçinin biletlərin bir hissəsinin artıq geri qaytarıldığını deyiblər: "Konsert ləğv olunmayıb, bir müddətlik təxirə salınıb. Qısa müddətdə konsertin keçiriləcəyi yer və vaxt bildiriləcək". "Kabus"da təşkilatçıların dediyi sözləri təsdiqləyib. Vətən kinoteatrının əməkdaşı isə ümumiyyətlə bu müəssisədə belə bir situasiyanın heç baş vermədiyini bildiriblər: "İndiyə kimi burda çox sayda konsert icazə alınmadan keçirilib, lakin belə bir hadisə baş verməyib. Mən özüm də çaşıb qalmışam". Qeyd edək ki, dünən axşam saatlarında Nəsimi Rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşları və şəxsən bölmə rəisinin müavini İsa Babaşov Vətən kinoteatrına gələrək konsert keçirilməsinə icazə verilməyəcəyini bildirmişdi. |
2014-02-16 | 9,182 | Daha bir zabitimizi itirdik | Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Müdafiə Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib. |
2014-02-16 | 9,184 | Millimizin məşqçiləri məşhur Qvardiola ilə görüşdülər | Müxtəlif yaş qruplarından ibarət yığma Azərbaycan komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub. "Axar.az" AFFA-nın saytına istinadən xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində "Bavariya" (Münxen) klubunun bazası ilə tanış olub. Məşqçilər komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar. |
2014-02-16 | 9,185 | Türkiyə müdhiş zirehli texnika istehsal etdi | Türkiyədə suda və quruda hərəkət edən zirehli texnika istehsal olunub. Məlumat görə, "Qunduz" adı verilən yerli istehsallı hərbi texnika Türkiyə Quru Qoşunlarının istifadəsinə verilib. Amfibiya döyüş maşını, adından da göründüyü kimi, suda üzməsi ilə diqqəti çəkir. Onun bu xüsusiyyəti hərəkət zamanı başqa texnikalara ehtiyacı aradan qaldırır. Daha əvvəl oxşar məqsədlərlə istifadə edilən texnikalardan üzmə və quruda hərəkət etmə qabiliyyəti ilə fərqlənən 20 tonluq "Qunduz" dünyada bu qəbildən olan döyüş maşınları arasında ən moderni sayılır ( Trend ). |
2014-02-16 | 9,186 | Cəsədi 3600 il sonra ortaya çıxdı - Foto | İspaniyalı arxeoloqlar Misirdə arxeoloji qazıntılar apararkən taxta qəbirin içində mumiya tapıblar. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Misirin cənubunda olan Luxor şəhərində qazıntı işləri aparan ispan arxeoloqlar qrupu müdhiş bir kəşfə imza atıb. Qrup təxminən 3600 illik tarixi bir mumiya aşkarlıyıb. Misir Tarixi Əsərlər Nazirliyi mumiyanın çıxarılma anının fotoşəkillərini ictimaiyyətlə paylaşıb. Bildirilir ki, mumiyalanan cəsəd 17-ci Fironun hökmüranlığı dövrünə aiddir. Taxta Lahti üzərindəki heroqlif yazılar və rəngli quş tükü təsvirləri pozulmadan günümüzə qədər gəlib çatıb. Bu hadisə arxeoloqlar tərəfindən "inanılmaz" olaraq qiymətləndirilib. Misirli səlahiyyətlilər iki metrlik Lahti üzərindəki yazıların və mumiyanın beynəlxalq bir qrup tərəfindən araşdırılacağını söyləyir. |
2014-02-16 | 9,187 | Gürcü prezidentdən Soçi Olimpiadasındakı təhqirə cavab | "Dumanın xəritənin hansı hissəsində olmasından asılı olmayaraq, bizim ərazi bütövlüyümüz pozulub". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili çıxış edib. O, tezliklə Rusiya ilə münasibətlərin düzəlməsinin vacibliyindən danışıb. "Gürcü xalqının reaksiyasını anlamaq olar. Amma əsas məsələ bizim öz emosiyalarımızı kənara qoyub dialoqa başlamağımız olmalıdır. Dumanın xəritənin hansı hissəsində olmasından asılı olmayaraq, bizim ərazi bütövlüyümüz pozulub. Biz bunu yaxşı bilirik. Ona görə də bunun elə də əhəmiyyəti yoxdur. Biz Rusiya rəhbərliyi ilə danışıqlara başlamalıyıq". Qeyd edək ki, Soçi Olimpiadasının açılış mərasimində Azərbaycan və Gürcüstan təhqir edilmişdilər. Onların ərazi bütövlüyü təşkilatçılar tərəfindən hazırlanmış xəritədə şübhə altına alınmışdı. |
2014-02-16 | 9,188 | Bundan sonra viski deyil, çay içəcəyəm... | Türkiyənin məşhur müğənnisi Sərdar Ortac səhnədən gedir. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, ötən gün İstanbulda səhnəyə çıxan Sərdar Ortac pərəstişkarlarına müəkkəməl səhnə performansı nümayiş etdirdikdən sonra bu il səhnədən gedəcəyini açıqlayıb. Müğənni ancaq böyük konsertlər verəcəyini deyib. Ortac həmçinin həyatı ilə bağlı yeni qərarlar qəbul etdiyini də dilə gətirib: "Artıq qərar qəbul etmişəm. Viski deyil, çay içəcəyəm". Bu sözlərdən bir neçə dəqiqə sonra məşhur müğənni şampan içib. |
2014-02-16 | 9,189 | Dünyanın ən güclü kəşfiyyat idarəsi - Tam məxfi | İndiyə qədər dünya tarixinin dəyişməsində müxtəlif ölkələrin kəşfiyyat idarələrinin böyük rolu olub. Hazırda yer üzündə baş verən ən böyük savaşlardan ən kiçik qarışıqlıqlara qədər hər biri müxtəlif kəşfiyyat idarələri vasitəsiylə həyata keçirilir. Təqdim etdiyimiz bu filmdə dünyanın kəşfiyyat idarələri, onların gücü və fəaliyyəti haqqında çox ilginc məlumatlar yer alıb. Videonu təqdim edirik. |
2014-02-16 | 9,190 | İnsan bu halıyla da xoşbəxt ola bilərmiş | 15 yaşında olmasına baxmayaraq, bədəni 2 yaşlı uşağın bədəninə sahibdir. Boyu 80 sm olan kiçik qızın geyimləri oyuncaq gəlinciklərin paltarları qədər kiçikdir. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Corciya Rankin 4 yaşlı qardaşından belə balacadır. O yaşıdlarından fərqli olsa da, olduqca xoşbəxtdır. Gənc qızın fərqli olmasının səbəbi skelet sistemində yaşanan narahatlığın olmasıdır. Sümükləri yetərincə böyüməyən qızın bu anda sahib olduğu ölçülərdən daha böyük olması qeyri-mümkündür . Görənləri heyrətə salan Corciya Rankin bütün imkazsızlıqlara baxmayaraq, olduqca optimist və gülərüzlüdür. Corcia: "Kiçik ola bilərəm, amma bunun məni durdurmasına əsla icazə verməyəcəyəm. Hər zaman nə etmək istəyirəmsə onu edəcəyəm. Həkimlər deyir ki, Corciya çox cəsur bir xanımdır. Onu da qeyd edirlər ki, gənc qızın ortopedik problemiylə maraqlanırlar, onun və ailəsinin həyatını asanlaşdırmaq üçün əllərindən gələn hər şeyi edirlər. |
2014-02-16 | 9,191 | Yüksək sürət piyadanın həyatına son qoydu | Lənkəranda piyada ölümü ilə nəticələnən qəza baş verib. Verilən məlumata görə, Lənkəranda saat 16-30 radələrində Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Araz İbrahim oğlu Novruzlu idarə etdiyi VAZ 2107 markalı maşınla Astara istiqamətində hərəkətdə olarkən Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində yolu keçmək istəyən kənd sakini, 1936-cı il təvəllüdlü Əliyev Məmmədağa Xudabaxış oğlunu vurub. Zərbənin nəticəsində müxtəlif bədən xəsarətləri alan piyada hadisə yerindəcə keçinib. Hadisənin baş verməsinə səbəb kimi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi göstərilir (ANS). Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb. |
2014-02-16 | 9,192 | Pakistanda sərnişin qatarı partladılıb: 7 ölü, 30 yaralı | Pakistanın şimalındakı Peşəvər şəhərindən ölkənin cənubundakı Kəraçi şəhərinə gedən sərnişin qatarında partlayış olub. Verilən məlumata görə, qatara yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 7 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Ölənlərdən 3-nün uşaq olduğu bildirilir. Partlayış zamanı qatarın 3 vaqonu relsdən çıxıb ( Trend ). |
2014-02-16 | 9,193 | Azərbaycanlı gəmi kapitanı Gürcüstanda həbs edildi | Gürcüstanda sərhədçilər azərbaycanlı gəmi kapitanını saxlayıblar. Verilən məlumata görə, Panama bayrağı altında üzən gəmi gürcü sərhədçiləri tərəfindən həbs edilib. Məlumata görə, Türkiyə şirkətlərindən birinə məxsus həmin gəmi Gürcüstanın ərazi sularında, daha doğrusu, Abxaziya sahillərində uzürmüş. Həbs olunan azərbaycanlı gəmi kapitanının kimliyi açıqlanmasa da, gəminin Poti limanına aparıldığı bildirılir. Gəmi heyəti dənizçilik haqqında beynəlxalq qaydaları pozmaqda ittiham edilir (ANS). |
2014-02-16 | 9,194 | Əməkdar artistin səsi gəldi: "Belə şey olmaz!" | Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsindəki yeni tikililərin sakinləri aksiya keçiriblər. Sakinlərin dediyinə görə, bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq evlərə mavi yanacağın və qəbalələrin (kupça) verilmir. Sakinlər arasında əməkdar artist Qəndab Quliyeva da olub. Əməkdar artist açıqlamasında 2 ildir burada yaşadığını bildirib. Onun sözlərinə görə, soyuqdan evdə durmaq olmur: "Bura köç edəndə soruşdum, qaz nə vaxt veriləcək. Dedilər bir-iki aya. O bir-iki ay, bu bir-iki ay, iki ildir ki, bura qaz verilmir. Prezident mənə 1000 manat təqaüd verir, bunun 300-350 manatını elektrikə verirəm. "Plitka" ilə yaşamaq olar? "Plitka" ilə saç yumaq olar? Həftəbaşı xəstəxanada oluram. Ciyərlərim, boğazım, səsim işləmir. Belə şey olmaz. Qeyri qanuni tikintilər tikirlər..." ("Azadlıq.org") |
2014-02-16 | 9,195 | “Kraliça” kababxanası Yelizavetanı qəzəbləndirdi | İngiltərənin paytaxtı Londonda kabab kafesinə "Kraliça" adı qoyulmasına Yelizaveta qəzəblənib. Məlumata görə, paytaxtın Çinqford əyalətində "Kraliça" adlı kababxananın fəaliyyətə başlamasına kraliçanın ailəsi reaksiya verib. Yelizavetanın fotoları ilə bəzədilən kafenin sahibi ərəb immiqrant Hüseyn İbrahim barəsində prokurorluqda iddia qaldırılıb. H.İbrahim kraliçanı çox sevdiyini bildirib: "Onu bu ölkə üçün etdiklərinə görə çox sevirəm. Fotoşəkillərini də hər kəsin gəlib salamlaması üçün kafeyə yapşdırmışam". İngiltərə qanunlarına görə kraliçanın fotoşəkillərindən ticarət məqsədlə istifadə etmək qadağandır ("Teleqraf.com"). |
2014-02-16 | 9,196 | Bakıda şadlıq evi yandı | Şadlıq evinin ərazisində ümumi sahəsi 40 kv.m olan köməkçi tikilidə baş verən yanğın söndürülüb. Bakıda şadlıq evinin ərazisində yanğın olub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadənxəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus sadlıq evinin ərazisində ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin xarici divarında elektrik lövhəsi yanıb. Köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-16 | 9,197 | Obama qalmaqallı qanun layihəsini imzaladı | ABŞ prezidenti Barak Obama 2015-ci ilin martınadək ölkənin dövlət borcu tavanının qaldırılmasına dair qanun layihəsini imzalayıb. Qanun layihəsinə əsasən, federal hökumət gələn ilin martına kimi borc götürə bilər, bu isə ölkə rəhbərliyini bu ayın sonunda borc öhdəliklərinin yerinə yetirilməməsindən azad edəcək. Bu yaxınlarda sözügedən qanun layihəsinin lehinə Konqresin Nümayəndələr Palatasının 221 üzvü və Senatın 55 üzvü səs vermişdi. ABŞ-ın dövlət borcu tavanının qaldırılması haqqında qanuna düzəlişin qəbul edilməsi ötən ilin oktyabrında ABŞ-da baş vermə təhlükəsi olan büdcə böhranından qaçmaq imkanı yaradıb. Həmin vaxt respublikaçıların ABŞ-ın dövlət borcu tavanının qaldırılmasına qarşı çıxması nəticəsində hökumət müəssisələrinin bir hissəsi 16 gün bağlı qalmışdı. (ANS) |
2014-02-16 | 9,198 | Saqqallı müəllimə - Foto | İngiltərədə 23 yaşlı müəllimə Harnaam Kaur tüklü sifətindən daha narahat deyil. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, uşaq yaşlarından saqqalını qırxmadığını deyən müəllimə bu vəziyyətdə daha gözəl göründüyünü və özünü tapdığını bildirib. Harnaam Kaurun sözlərinə görə, tüklərini kəsməyi inancı qadağan edir: "Əvvəllər tez-tez tüklərimi kəsirdim. İndisə çox rahatam. Bununla bədənindən utanan, ya da dəyişmək istəyən bütün qadınlara ilham verəcəyimə ümid edirəm". 11 yaşında tüklü bədənindən utandığını deyən qadın intihar belə etmək istədiyini də sözlərinə əlavə edib: "İndi bütün qadınlar kimi makiyaj edib ləl-cəvahirat taxıram. Narahatlığım yoxdur. Hətta digər qadınlar kimi manikür etməyə belə başladım". |
2014-02-16 | 9,199 | İspaniyada türk gəmisi saxlanıldı | Mərakeş dəniz limanından yola çıxan "Berk Kaptan" adlı Türkiyə gəmisi İspaniya dəniz sularında Sahil Gömrük Mühafizə Xidməti tərəfindən saxlanılıb. "Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb. İspaniya mətbuatının yazdığına görə, Aralıq dənizində saxlanılan Türkiyə gəmisinin Fransa gömrüyü ilə ortaq işbirliyi var. "Boğaz" adı verilən əməliyyatda türk gəmisindən 18 ton xaşxaş ələ keçirilib və 7 suriyalı saxlanılıb. |
2014-02-16 | 9,200 | Azərbaycandan Soçidə uğurlu start | Azərbaycan Qış Olimpiadasına uğurla başlayıb. Bu gün yığmamızın fiquristləri Yuliya Zlobina və Aleksey Sitnikov Soçi Qış Olimpiadasında çıxış ediblər. Təmsilçilərimiz buz üstünə 13-cü olaraq, qısa proqramla çıxıblar. Hakimlərin qərarına əsasən, Zlobina-Sitnikov dueti 58.15 bal alıb və hazırda bu göstərici ilə 24 cütlükdən ibarət yarışın 13 cütük arasında üçüncüdür. Qeyd edək ki, Azərbaycan Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunur. Azərbaycan Soçi Olimpiadasında ən yüksək mükafat vəd edən ölkələr sırasında birinci yerdədir. Belə ki, qızıl medala görə idmançılar 510, gümüş medala 255, bürüncə görə isə 130 min dollar pul vəsaiti ilə mükafatlandırlacaqlar. (ANS) |
2014-02-16 | 9,201 | Turist avtobusuna bombalı hücum: 4 ölü, 14 yaralı | Misirin Sina yarımadasında turist avtobusuna bombalı hücum edilib. "Axar.az" xəbər verir ki, bu barədə xarici mətbuat informasiya yayıb. Hücum nəticəsində 4 nəfər həyatını itirib. Ölənlərdən 3-ü Cənubi Koreya vətəndaşı, digər 1-i isə misirlidir. 30 koreyalı turisti aparan avtobusun partladılması nəticəsində 14 nəfər də yaralanıb. Verilən məlumata görə, hücum Misir-İsrail sərhədindəki Taba şəhərində İsrail sərhədindən 500 metr aralıda edilib. Turistlər Sina yarımadasında yerləşən Əzizə Katerina monastırını ziyarətə gedirdi. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. |
2014-02-16 | 9,202 | CHP lideri Ərdoğana: "Sən necə bir müsəlmansan?!" | CHP başqanı Kamal Kılıçdaroğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanı yalançı adlandırıb. "Axar.az" xəbər verir ki, bu barədə Hürriyyət informasiya yayıb. CHP başqanı Kılıçdaroğlu partiya yığıncağında ötən gün Ərdoğanın onu məhkəmə ilə hədələməsinə münasibət bildirib. CHP başqanı Ərdoğana "Yalançı adama səslənirəm. Əgər cəsarətin varsa, məni məhkəməyə ver. Oğurluğunu, qanunsuz əməllərini ört-basdır et. Sən necə bir müsəlmansan? Qul haqqı yeyən adam hələ də doymadımı?", - deyib. Xatırladaq ki, Baş nazir Ərdoğan ölkədə son zaman baş verən olayların arxasında duranların müxalifət partiyaları olduğunu demişdi və CHP lideri Kılıçdaroğlunu məhkəmə ilə hədələmişdi. |
2014-02-16 | 9,203 | Həftənin ən gözəl 10 qolu - Video | Məşhur "TVGolo" portalı həftənin ən gözəl 10 qolunu təqdim edir. Məlumata görə, həftənin ən yaxşı qolu saytda gedən səsvermə əsasında müəyyən olunacaq. Hazırda davam edən səsvermədə "Benfika" klubunun futbolçusu Enzo Perez böyük fərqlə rəqiblərini geridə qoyub. Həftənin ən yaxşı qolların müəllifləri arasında dünyanın ən yaxşı futbolçusu Lionel Messinin də adı var. Argentinalının "Barselona" - "Real Sosyedad" oyununda vurduğu qol azarkeşlərin rəğbətini qazana bilməyib. Hazırda səsvermənin nəticələrinə görə, Messinin müəllifi olduğu qol 4.87 faiz səs ala bilib (ANS). |
2014-02-17 | 9,204 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, temperaturun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı, atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. |
2014-02-17 | 9,205 | Xaçmazda 63 yaşlı qadını maşın vurdu | Fevralın 16-da axşam saatlarında Xaçmaz şəhəri N. Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Lexus" markalı, 90 GS 811 dövlət nömrə nişanlı avtomaşın Xaçmaz şəhər sakini, 1951-ci il təvəllüdlü Mustafayeva Sara Əmrulla qızını vurub. Sürücü hadisədən sonra xəsarət alan şəxsi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır. Qeyd edək ki, xəsarət alan 63 yaşlı qadın Xaçmaz Yaşıllaşdırma İdarəsinin əməkdaşıdır. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir (ANS). |
2014-02-17 | 9,206 | Azərbaycanlılar Suriyada bir-biri ilə vuruşur | ANS-in xüsusi müxbiri Qənirə Ataşovanın Suriyaya yola salanda ezamiyyət vərəqəsinə qol çəkdim və bu an çaşdım. O, geri qayıdanda bu sənədə son məntəqədən möhür vurulmasını təmin etməli idi. Təkcə Suriya ilə bağlı deyil, ümumiyyətlə, bu bir formalıqdır. Amma harda möhür vurduracaqdı? Onun gedib çıxacağı yerdə möhür vurmaq mümkün olacaqdımı? Nəzarətsiz, yiyəsiz yer və Qənirə ümumiyyətlə təyinat məntəqəsinə gedib çıxacaqdımı? Qənirə getdi də, qayıtdı da. Reportajı nahaq yerə "İldırımlı yollarla" adlandırmamışam. Müəllifi də Qara. Doğrudan da qara və qaranlıq yerlər çoxdur. Doğrudan da Suriyaya gedənlər ildırımlı yollara çıxır. İldırım isə yalnız bir nəfəri vurmur (Mir Şahin). Qənirə Ataşovanın reportajı Suriyaya - bu ölkəyə döyüş üçün yollanan azərbaycanlıların və onları bu ölkəyə aparan marşrutu araşdırmaq üçün getmişdik. 4 günlük yolçuluğumuzun tam iki günü elə yolda keçdi. Bildiyimiz bu idi ki, Suriyaya döyüşçülərimiz məhz Türkiyə sərhədini aşaraq keçir. Sual yaranır: Türkiyə öz sərhədlərini qorumur? Türkiyə İlə Suriyanı ayıran sıldırım Türkman dağlarıdır. Dağa doğru addımlayırıq, son 3 ildə bu yol o qədər istifadə olunub ki, əgər əvvəl cığır idisə, indi Suriyaya aparan yola dönüb. Əvvəlcə Türkiyə ərazisini, türk sərhədini keçirik, heç bir əsgər yoxdur. Budur, bu da Türkiyə ilə Suriyanın sərhədi. Bizim döyüşə yollanan oğullarımız da məhz bu sərhədi aşırlar, sonra, "Ya Allah", içəriyə doğru. İçəridə isə səni nəyin gözlədiyi müammalıdır. Çünki münaqişənin ilk ilində bu ölkədə dava, Bəşər Əsədlə və onu istəməyən müxalifət arasında gedirdisə, indi sözün əsl mənasında ara qarışıb, məzsəb itib. İndi Suriyada bu qüvvələr var: Bəşər Əsədin ordusu, Müxalifətin cəmləşdiyi Azad Suriya ordusu, özünü elan etmiş İraq Şam dövləti, Əl-Qaidə terror qruplaşmasının Əl Nüsrə qanadı, Türkiyənin də dəstəklədiyi Türkman cəbhəsi. Bu azmış kimi İraq, Azərbaycan, Çeçenistan, Dağıstan, Türkmənistan, Pakistan və Əfqanıstandan olan döyüşçülər də burda cəmləşiblər. Özünü müxalif adlandıran qrupun rəhbərlərindən biri Yavər Məhəmmədin dediyinə görə, bizim azərbaycanlılar əsasən Əl-Qaidənin tərkibində toplaşıblar. Suriyada türkman əsilli əhalinin sayı 4 milyondan çoxdur. Əslən türkman olan Şeyx Mustafa da hesab edir ki, Suriyaya cihad adı altında gələnlər səhv edirlər. Onun təbirincə desək, indi Suriyada cihad deyil, maraqların toqquşmasıdır. Elə bu maraqların toqquşmasına görə bizim azərbaycanlıların cəmləşdiyi Hələb şəhəri ətrafına çatmağımız qəliz məsələyə çevrildi. Dağları aşır, pakistanlı, çeçen mücahidlərinin nəzarətində olan ərazilərdən keçirik. Düzü, bizi müşayət edən bir hərbi maşın var. Amma onların özləri də bir neçə dəqiqə sonra nələrin ola biləcəyindən məlumatsızdılar. Bizə görə qapısı döyülən çeçenlərin rəhbəri azərbaycanlı axtarışımızdan əsəbləşmiş, "Döyüşə gələn geri dönməz" demişdi. Adicə səhvdən, sən kafir elan edilə bilərsən. Budur, bu da məzarlıq. Bizi bura gətirəndə 3 hazır qəbir var idi. Operatorumuz Hikmətə pıçıltı ilə "deyəsən bizim üçün hazırlanıb" dedim. Əgər fikir versəniz, ehtiyyatlı olmağım həm səsimdən, həm də sözlərimdən hiss olunur. Azərbaycanlıların səsi əvvəlcə telefonla, sonra isə sosial şəbəkədən eşidildi. Özləri də etiraf edirlər ki, İraq Şam Dövlətinin tərkibində döyüşürlər. Özünü "Xəttab Əl Azəri" kimi təqdim edən bu şəxs Azad Suriya Ordusu tərkibində vuruşanların İslama bağlı olmadığını deməklə əslində etiraf edir ki, Suriyada indi təriqət davası gedir. Və Azad Suriya Ordusu tərkibində vuruşan azərbaycanlıları isə Amerikaya və Səudiyyə Ərəbistanına xidmət etməkdə günahlandırır. İndi təsəvvür edin, ölkədən Suriyaya gedən soydaşlarımız kimlə vuruşur!? Fərqli qruplarda olan həmyerlilərimiz ya bilərəkdən, ya da bilməyərəkdən müxtəlif təriqətlərə qoşulur və cihad adı altında bir-birinə silah qaldırırlar. Vətəndaş müharibəsinin cəngəlliyə çevirdiyi Suriyada din pərdəsi altında islam dinini parçalayan qüvvələrin toqquşmasının olduğu aydındır. Aydınlaşdırılmalı olan bir məqam da var. Bu da bizim azərbaycanlıları bu ölkəyə dartıb gətirən qüvvələrin hardan idarə olunmasıdır. Döyüşçülərdən birinin dediyi kimi, kimin kimə atəş açdığı bəlli olmayan ölkədə hər hansı cihaddan söhbət gedə bilməz. Bunu dərk edənlərin geriyə dönüş yolu isə qaranlıqda sezilən işığa bənzəyir. |
2014-02-17 | 9,207 | Mir Şahin Eynulla Fətullayevi şərh etdi - Video | Bu həftənin ən maraqlı hadisəsi, heç şübhəsiz ki, Eynulla Fətullayevin yaydığı məlumat ətrafında baş verdi. Müəllif Xədicə İsmayılovanın bir restoranda iki amerikalıya məlumat ötürdüyü barədə məqalə dərc etdi və məlum oldu ki, bu, adi ötürücülük deyil. Əgər yazılanlar təsdiqini taparsa, Xədicə İsmayılova, təsdiq olunmazsa, Eynulla Fətullayev cavab verməli olacaq. Doğrudur, cavab üçün yazı taxtaları fərqli olacaq, amma cavab mütləq olmalıdır. Söhbət ondan gedir ki, adları çəkilən şəxslərin Azərbaycan xüsusi xidmət orqanlarına işlədiyi barədə məlumatlar çox kölgəlidir. Yəni onların verdiyi effekt heç də yalnız mənfi və ya yalnız müsbət olmayacaq. Ən maraqlısı burasıdır ki, adları bu və ya digər şəxsin məxfi hamiliyində çəkilən heç bir qurum samballı bir təkzib və ya təsdiq bəyanatı ilə çıxış etməyib. Məsələn, nə Azərbaycanın Daxili İşlər Nazirliyi Rauf Arifoğlunun 2006-ci ilin avqustundan bu quruma işləməsi və onu maliyyələşdirməsi barədə, nə Prezident Adminstrasiyası onu siyasi idarə etməsi haqda yayılan informasiya ilə bağlı açıqlama verib. Müsavat Partiyası başqanının Rauf Arifoğlu vasitəsilə hakimiyyət tərəfindən ələ alınması, İsa Qəmbərin övladlarının Arifoğlunun əliylə maliyyələşdirməsi barədə yazılanlar da havadadır. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının "verbovka"sı ilə bağlı məlumata adı tərəf kimi çəkilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi münasibətinin də hələ ki, şahidi deyilik. Xədicə İsmayılovanın Şindler siyahısı qədər olmasa da, Eynulla Fətullayevin sayəsində kifayət qədər məşhurlaşan siyahısında daha kimlərin adları yoxdur?! Məsələn, 2007-ci ildə həbs olunmuş Eynulla Fətullayevin gurultulu azad olunması Azərbaycanın xüsusi xidmət orqanlarının planı hesab edilir. İddia olunur ki, Eynulla hələ 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. MTN isə bu mövzuda susur. Elə AXCP-nin sədr müavini Həsən Kərimovun Anti-terror Mərkəzi ilə birbaşa əlaqədə işləməsi haqda deyilənlərə də lal bir soyuqqanlı baxış var. Hüquq mühafizə orqanlarının susduğu ünvanların tam siyahısı üzərində bir daha gəzişək. Bildirilir ki, hələ 80-ci illərin sonunda KQB tərəfindən, o zamankı KQB sədri Vaqif Hüseynovla ələ alınmış bu şəxs SSRİ dağılandan sonra Rusiya FSB-sinin nəzarəti altına keçib. Maraqladır ki, nə Vaqif Hüseynov, nə də Rusiya xüsusi xidməti bu məlumata hər hansı şəkildə münasibət açıqlayıb. İctimai xadim Erkin Qədirlinin Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələskərovla əməkdaşlıq etməsi və onun vasitəsilə həbsdən, repressiyadan qorunması barədə məlumata Fuad müəllim nə özü, nə də aparat bir şey deyir. "Azadlıq" raliostansiyasının Azərbaycan xidmətinin rəhbəri Babək Bəkirin xüsusi xidmət orqanları tərəfindən ələ alınması və bu yolla bu xidmətin rəhbəri olmağa kömək etməsinə isə yəqin ki, artıq okeanın o tayından, ya da ən azı Praqadan reaksiya gəlməliydi. Amma görünür okean sirr keçirmir. İttihamlar isə ciddi və təkzib tələb edəcək həddədir. "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin sahibkar Babek Muradov vasitəsilə xüsusi xidmət göstərməsi, Mirmahmud Fəttayevin hakimiyyətlə əlaqədə və onun nəzarətində olması barədəki məlumatlar, REAL hərəkatının üzvləri - Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və başqalarının Prezident Aparatı siyasi təhlil şöbəsinin müdiri Elnur Aslanovla sıx əməkdaşlıq etməsi mövzusu qızıldan qiymətli olaraq qalır. Sərdar Cəlaloğlunun Prezident Aparatı İctimai siyasi şöbəsinin müdirinin müavini Tahir Süleymanov tərəfindən əlaqələndirilməsi də hələ ki, nə təsdiq nə də təkzib edilir. Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva və bir çox başqalarına isə Ədliyyə Nazirliyi ilə millət vəkili Səməd Seyidova baxır. Elçin Behbudovun iradəsi isə Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin idarəsi altındadır. Burada adı çəkilən şəxs və qurumlar da cavaba tələsmirlər. Maraqlıdır, Azərbaycanın dinc və sabit havasında birdən-birə belə bir bomba partlayır. Amma səs çıxmır. Heç bir tərəfdən. Bəzi həmkarlarımın xəfiyyə və casusluqda adları halanan şəxslər barədə o düşüncələrini bölüşmürəm ki, guya onlar çıxılmaz hala düşüb. Ola bilər ki, ilk baxışdan bu belə görünür. Çünki adları çəkilən bir-iki şəxs, onlar da belə də, ötəri, istisna olmaqla, qardaşlıq qəbiristanlığını xatırladan siyahının ruhları da inciməyib. Yoxsa əl-ayağa düşər, öz şəxsi və məslək səngərlərini, vətəndaş reputasiyalarını qorumaq üçün hansısa tədbirlər görərdilər, kimisə məhkəməyə verər, bu yolla məlumatın əsl mənbəyini axtarıb üzə çıxarar, cəmiyyətə tərtəmiz - gül kimi olduqlarını bildirmək üçün bir yarpız vannası qəbul edərdilər. Azadlıq xanımı Xədicə İsmayılovanın davranışı da qəribə görünür. Feysbuk səhifəsində orta məktəbin arxa partası səviyyəsində, "dərsə girən filankəsdir" səviyyəsində bir cavab verməklə geri çəkilmək?! Yəni yerin altını və üstünü bildiyini iddia edən təhqiqatçı, Dubay üzrə peşəkar jurnalistin cavab verməyə arqumenti debildən uzağa getmir?! İkincisi, hüquq mühafizə orqanlarının susması. Bu nədən xəbər verir: Məlumatın qeyri-ciddiliyinə hesablanmış jestdirsə, bu, belə deyil. Ortada ART QARDEN boyda bir restoran həqiqəti var və Xədicə xanım özü də belə görüşün olduğunu gizlətmir. Restoranların isə iaşə xidməti olur, mətbuat xidməti yox. Ona görə də məlumatı yəqin ki, restoran verməməlidir. Amma kim və nə olursa olsun, ya təsdiq, ya təkzib, ya da "nə təsdiq, nə də təkzib edirik" deyən tanış bir diplomatik cümlə deməli idi və deməlidir. Üçüncüsü: Birləşmiş Ştatların ən azı Azərbaycandakı səfirliyi səviyyəsində susması. Budamı razılıq əlamətidir?! Birləşmiş Ştatlar öz Senatının iki əməkdaşını, adı kəşfiyyatçılıqda hallanan Con Zadrozni və Daniel Vajdiçi - iki vətəndaşını niyə müdafiə etmir? Axı ortada az qala bir cüt Snouden boyda məsələ var?! Dördüncüsü: Məsumlar düşünə bilərlər ki, Eynulla Fətullayev bu gün öz vəziyyətinin çətin olduğunu, müstəqil fəaliyyət göstərə bilməməsinin əsl səbəblərini açıq izah edə bilmədiyini cəmiyyətə yalnız bu yolla çatdırmağı qərara alıb. Qalan şəxsləri də bura ona görə qatıb ki, kim nəyə inanır inansın. Məsələn, mən inanmıram. Və nəhayət, az maraqlı olmayan daha bir ehtimal. Bəlkə Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri, Prezident Adminstrasiyası verəcəyi təsdiq və ya inkar bəyanatıyla öz adamını ifşa edə biləcəyindən doğrudan ehtiyatlanır? Amma bu da işin xeyrinə olardı. Ən azı cəmiyyət öz qəhrəmanlarını tanıyardı. Bu təşkilatlar da vaxtı çıxmış əməkdaşlarını dövriyyədən çıxarardılar. Xədicə İsmayılovaya gəlincə isə pərəstişkarları ondan "debil"dən daha artıq cavab gözləyirlər. İndi isə hər şeyi qoyaq bir tərəfə və necə deyərlər, öz aramızda qalmaq şərtilə aydınlaşdıraq. Tutaq ki, lap elə yazılanlar həqiqətdir və adları çəkilənlər Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər və ya ediblər. Bu məlumat niyə amerikalıları maraqlandırır? Onlar bu məlumatı neyləyəcəklər? Məsələn, Prezident Admintstrasiyası şöbə müdirinin müavininin bir siyasətçimizə koordinatorluq etməsinin Ağ Evin maraqlarına nə isti-soyuğu? Əlbəttə, hələ Sovet dövründən qalmış "Filankəs KQB-yə işləyir" tipli iddiaların yaratdığı xüsusi gözdənsalma fəndi cəmiyyətdə həmişə müsbət qəbul olunmur və yəqin ki, bu məlumatların da yayılması ad sahiblərinin məhz burdakı gələcək aqibətlərinə hesablanıb. Və bir anlıq buna da inanaq ki, milli mətbəximizin təmsilçisi Xədicə İsmayılova doğrudan da bu məlumatları hansısa restoranda bir boşqabda Birləşmiş Ştatlardan olan iki müştəriyə təqdim edib, yəni onlarla əməkdaşlıq edib. İndi nə yaxşıdır: öz dövlətinə işləmək, yoxsa özgə dövlətlə əməkdaşlıq etmək?! Bu sualların cavabı isə başqa sualların cavabından asılıdır. O cavablardan ki, hələ onları almaq üçün lazım olan suallar verilməyib. Qonağımız Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri Mirsaleh Axundzadədir. Onunla başqa suallara cavab axtaracağıq. Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri Mirsaleh Axundzadə: "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarının agenturası deyilən bir şəbəkə haqqında məlumat tam məxfidir. Belə məlumatları hər hansı bir şəxsin verməsi mümkün deyil. Kiminsə belə bir məlumatı verməsi qeyri-qanunidir. Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının agentləri tam məxfidir və nə indi, nə də gələcəkdə heç bir məlumat sızmayacaq. Bu qanunla tənzim olunan bir məlumatdır. Əgər həqiqətən əməkdaşlıq edən adamlar varsa da, burda heç bir qəbahət yoxdur. Hər bir sözə görə dövlət qurumunun bəyanat verməsi yersizdir. Buna ehtiyac yoxdur. Burada ciddi bir problem yoxdur. Xədicə İsmayılovanın verdiyi siyahı da heç ciddiyə alınmalı deyil". |
2014-02-17 | 9,208 | Ukraynada həbs olunan müxalifətçilər azadlığa buraxılır | Ukraynada Avropaya inteqrasiya tərəfdarlarının aksiyaları zamanı saxlanılanlara şamil olunacaq amnistiya aktı bu gün qüvvəyə minir. Amnistiya ötən il dekabrın 27-dən bu il fevralın 2-sinə qədər törədilən əməllərə görə nəzərdə tutulan cinayət məsuliyyətini aradan qaldırır. Amnistiya qanunu çərçivəsində Avropaya minteqrasiya tərəfdarlarına qarşı cinayət təqibi dayandırılacaq, eləcə də, inzibati həbs qərarları ləğv ediləcək. Ukrayna hakimiyyəti ələ keçirilən inzibati binaların boşaldılması şərtilə amnistiyaya razılıq verib. Ukrayna DİN-in məlumatına görə, müxalifətçilər öz üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. ("Müsavat.com") |
2014-02-17 | 9,209 | Venesuela xalqı da ayağa qalxdı - Etiraz | Venesuelada hakimiyyət əleyhinə aksiyalar keçirilir. "Axar.az" xəbər verir ki, hakimiyyət əleyhinə keçirilən aksiyalarda 3 nəfər ölüb, 100 nəfər nəzarət altına alınıb. Prezidentin tərəfdarları da bu gün səhər saatlarından etibarən paytaxtdakı Venesuela meydanında bir araya gəlib və dövlət başçısına dəstəklərini nümayiş etdiriblər. Ölkə prezidenti Nikolasa Maduro dövlət televiziyasında canlı yayımlanan çıxışında nümayişçilərdən sülhü müdafiə etmələrini istəyib. Nikolas Maduro qonşu ölkə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribenin adını çəkərək faşistlərə bu ölkədə yer olmadığını bildirib. |
2014-02-17 | 9,210 | Xalq artistinin səhhəti pisləşib | "Müalicəm davam edir. Artıq iki gündü Türkiyədən kimyaterapiyadan dönmüşəm. Özümü yaxı hiss etmirəm". Bunu APA TV-yə səhhəti ilə bağlı məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, səhhətində ümumi zəiflik var. Bu isə son müalicənin nəticəsidir. Xalq artisti bildirib ki, hələ müalicəsi gedir. İki gündür Bakıya qayıdıb. Səsi hələ düzəlməyib. Həkimlər bunun kimyaterapiyanın nəticəsi olduğunu deyirlər. Müalicəsi ağır keçir. Hələ ki, 1 dəfə kimyaterapiya qəbul edib, 3 kurs isə qalıb. Hər 21 gündən bir mütləq kimyaterapiyadan keçməlidir. Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün təxminən 20 gündən sonra yenidən Türkiyəyə gedəcək. Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər. |
2014-02-17 | 9,211 | Qaradağlının işğalından 22 il ötür - Video | Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 22 il ötür. 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Ağır döyüşdən sonra soydaşlarımızın silah-sursatının tükənməsindən istifadə edərək mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfər isə əsir götürülüb. |
2014-02-17 | 9,212 | Azərbaycanda vəhabilər nəzarətə götürüldü | Son günlər Suriya məsələsinin gündəmə gəlməsindən sonra bölgələrdə sələfi məzhəbinin nümayəndələrinə (onlar ictimaiyyət arasında arasında "vəhabi" və ya "saqqallılar" deyə təqdim olunur – red) qarşı polis nəzarəti gücləndirilib. Paytaxt Bakı ilə yanaşı rayonlarda, xüsusən ölkənin şimal, şimal qərb bölgəsində "saqqallılar" hüquq- mühafizə orqanlarının nəzarətinə götürülüb. Artıq İsmayıllı, Zaqatala, Balakən, Qusar və digər rayonlarında onlara ciddi xəbərdarlıq edilib. Polis əməkdaşları onlarla söhbət edərək həmiş şəxsləri Suriyaya getməməyə, saqqallarını qırxmağa, radikal qruplara qoşulmamağa çağırıb. Yerli sakinlərin bildirdiyinə görə, onların ibarət etdiyi məscidlər, görüşdükləri yerlər, dini mağazalar nəzarət altındadır. Qeyd edək ki, təkcə bölgələrdə deyil, paytaxt Bakıda da məscidlər son günlər ciddi polis nəzarətindədir (Azvision.az). |
2014-02-17 | 9,213 | Cəbhədə gərginlik davam edir | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-17 | 9,214 | Sabah cəbhədə monitorinq keçiriləcək | ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçiriləcək. "Axar.az"ın xəbərinə görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər. |
2014-02-17 | 9,215 | Həsən Ruhani Xəzər dənizinin statusundan danışdı | "Xəzər bölgə üçün əməkdaşlıq, sülh və təhlükəsizlik dənizidir". "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edərkən bildirib. Onun sözlərinə görə, sahilyanı ölkələr Xəzər dənizinin hüquq statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığı artırmalıdır: "Dənizin ətraf mühitinin mühafizəsi, ekosisteminin qorunması, təhlükəsizliyinin təmin edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi üçün sahilyanı ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir". |
2014-02-17 | 9,216 | Suriyada mücahidlər cəbhəxana ələ keçirdilər | Suriyadakı mücahidlər yeni bölgələr və qənimətlər ələ keçiriblər. "Axar.az" xəbər verir ki, Suriyadakı döyüşçülər əsasən ələ keçirilən qənimətlərin böyük hissəsini öz saytlarında nümayiş etdiriblər. Qeyd edək ki, son günlərdə döyüşlər əsasən Anbar, Fəlucca, Kərkük bölgələrində gedir. Döyüşlərdə xeyli Əsəd tərəfdarı məhv edilib. Bu döyüşlərdə İraq Şam İslam dövləti xüsusilə fərqlənib. |
2014-02-17 | 9,217 | Narkobaronun evindən nələr çıxdı? – Şok/Fotolar | Meksikalı narkobaronun evinə olunan basqın nəticəsində tapılanlar həqiqətən inanılmazdır! Uzun bir müddət pul sayma prosesindən sonra tapılan pulların qədərinin 22 milyard olduğu aydın olub. "Axar.az" türk mediasına istinadən bildirir ki, meksikalı narkobaronun evinə basqın olub. Basqın nəticəsində evdə tapılanlar bütün dünyanı şoka salıb. Türkiyənin dollar ehtiyatının təxminən 120 milyard dollar, "Apple"ın büdcəsindəki nağd pulun təxminən 100 milyard olduğunu nəzərə alsaq tək bir evdə 22 milyard dollar pul olmasının nə demək olduğunu özünüz düşünün. Axtarış zamanı evin demək olar ki, hər yerindən pul, pul çıxmayan yerlərdən də narkotik çıxıb. Evdən çıxan pul və müxtəlif növ heyrətləndirici silahların fotoşəkillərini təqdim edirik. |
2014-02-17 | 9,218 | Bakıda daha bir möhtəşəm park tikilir - FOTO | Nərimanov rayonu ərazisindəki K.Rəhimov küçəsində nəhəng avtomobil dayanacağının tikintisi başa çatmaq üzrədir. Bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat veriblər. Məlumata əsasən, yeraltı dayanacaq iki mərtəbədən ibarət olacaq və 800 maşın üçün nəzərdə tutulub. Burada müasir havalandırma və yanğın siqnalizasiyası sistemi qurulacaq. Dayanacağın üstündə isə park salınacaq. Parkın ərazisi K.Rəhimov küçəsində, F.Xoyski küçəsindən başlayaraq, H.Əliyev küçəsinə qədər davam edəcək. Bu, ötən il istifadəyə verilmiş parkın davamı olacaq. Parkda müasir işıqlandırma sistemləri quraşdırılacaq, dekorativ kol və ağaclar əkiləcək. Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq. Park və dayanacaq bu il istifadəyə veriləcək (Day.Az). |
2014-02-17 | 9,219 | Müdafiə Nazirliyi kadr dəyişikliyi barədə açıqlama verdi | Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə xidmət etmiş hərbi qulluqçuların tutduqları vəzifələrdən kənarlaşdırılması ilə bağlı açıqlama verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi müdafiə sisteminin və idarəetməninin təkmilləşdirilməsinə yönəlib: "Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb". Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbi qulluqçuların yerdəyişmələri məsələsinə də aydınlıq gətirilib: "Müdafiə Nazirliyinin strukturundakı hərbi qulluqçuların yerdəyişmələri xidmət illəri, yaş həddi, uzun müddət eyni vəzifədə qalma nəzərə alınmaqla rotasiya qaydasında həyata keçirilir" (ANS). |
2014-02-17 | 9,220 | Bakıda gecə klubunda dava: Polislər bıçaqlandı | Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında kütləvi dava düşüb. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb. Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən "502" gecə klubunda baş verib. Rayon Polis İdarəsdindən verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər. Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər – N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar (Milli.az). |
2014-02-17 | 9,221 | Romaya uçan təyyarə qaçırıldı - Yeniləndi | 10:37 Efiopiyadan İtaliyaya uçan təyyarə hava piratları tərəfindən qaçırıldı. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Efiopiya Hava Yollarına məxsus Əddis Əbəbə-Roma səfərini həyata keçirən "Boeing 767-300" tipli sərnişin təyyarəsi piratlar tərəfindən qaçırılıb. Piratlar Sudan üzərində olarkən təyyarəni ələ keçiriblər və havada bir neçə dövrə vurduqdan sonra İsveçrənin Cenevrə şəhərinə doğru istiqamət alıblar. Təhlükəsizlik qüvvələri təyyarə enən kimi bütün hava limanı ərazisində nəzarəti gücləndiriblər.Təyyarəni qaçırmağa cəhd göstərən şübhəli saxlanılıb. İlkin məlumatlara görə, təyyarədəki hər kəsin vəziyyəti normaldır. Piratların təyyarəni nə üçün qaçırdığı hələlik bilinmir. *** 13:17 Sərnişin təyyarəsi piratlar tərəfindən qaçırılmayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər veririr ki, Əddis Əbəbə-Roma səfərini həyata keçirən "Boeing 767-300" tipli sərnişin təyyarəsinin piratlar tərəfindən qaçırılmadığı məlum oldu. Təyyarə köməkçi pilot tərəfindən qaçırılıb. Cenevrə Hava Limanının məsul şəxslərinin söylədiklərinə görə pilotun məqsədi İsveçrədən siyasi sığınacaq almaqdır. |
2014-02-17 | 9,222 | Hacı Şahin şiələri qızışdırır – Şok iddia | "Sovetskidə yaşayan dindar şiələri Hacı Şahin qızışdırır". Bu sözlər "Axar.az"ın elektron ünvanına göndərilən məktubda yer alıb. Məktubda Hacı Şahinin "Sovetski"də yaşayan insanları qızışdıraraq mitinqə səslədiyi bildirilib: "Camaat "Sovetski"də mitinq edir. Səbəb də budur ki, evlərini sökürlər. Həmçinin az pul verirlər. Hacı Şahindən soruşublar ki, nə edək? Fitva verib ki, mitinq edin. Həmçinin, Hacı Şahin camaata deyib ki, Ağayi Xomeyniyə şikayət məktubu yazın. "Sovetski"də yaşayan dindar şiələri Hacı Şahin qızışdırır. Deyir ki, dövlətdən haqqınızı tələb edin. Bu da Elşad İsgəndərovun qabağa çəkmək istədiyi Hacı Şahin". Göndərilən məktubun xütbələri ilə məşhur olan Hacı Şahinə qarşı kampaniya və təxribat olub-olmaduğunu aydınlaşdırmaq üçün onunla əlaqə yaratmaq istəyimiz alınmadı. Mövzunu davam etdirməyə çalışırıq. Qeyd edək ki, dünən Bakının "Sovetski" məhəlləsinin sakinləri evlərinin sökülməsi müqabilində az kompensasiya verilməsinə etiraz olaraq aksiya keçirmişdilər. |
2014-02-17 | 9,223 | Suriyadakı mücahidlərin Azərbaycanda saytı açıldı - Eksklüziv | Suriyada döyüşən mücahidlərlə bağlı Azərbaycanda yeni sayt yaradılıb. "Axar.az" xəbər verir ki, yeni yaradılmış saytın "ahlisunnahnews.bl.ee" olduğu bildirilib. Artıq yeni yaradılmış sayta burada çalışacaq könüllü işçilər axtarıldığı haqqında da məlumat yerləşdirilib. Saytı yaradan şəxslər heç bir təxribatçı məqsəd güdmədikləri haqqında da informasiya yayıblar. "Ahli Sunnah News. Bu sadəcə xəbər saytıdır. Burada təxribatçı xəbərlərə yer yoxdur. Digər ərəbdilli saytların mənbələrindən götürülmüş xəbərlərin tərcüməsidir". |
2014-02-17 | 9,224 | Ən son model “Ferrari”nin təqdimatı keçirildi - Foto | "Ferrari"nin ən yeni idman üslublu avtomobili "Ferrari California T" gözləntiləri doğrultdu. Ferrari avtomobillər ailəsinin son üzvü "California T" rəsmi olaraq tanıdıldı. Hard-top sisteminə sahib kabrio vasitə sələfi "California"dan 70 at gücü artıqdır , yüzdə 49 artırılmış torka və yüzdə 15 daha qənaətli yanacaq istehlakına sahibdir. 560 at gücü olan 3,9 litr V8 tipli mühərrik "Ferrari" tərəfindən indiyə qədər istehsal edilən avtomobillər sırasında ən adrenalinli səsə sahib olduğu bildirilən yeni turbo şarj dizaynına malikdir. Sürət yığması 100 km-ə 3,6 saniyə olmasıya əsl performans sərgiləyən "Ferrari California T"nin fotoşəkillərini təqdim edirik. |
2014-02-17 | 9,225 | Prezident Gimnastika Arenasında olub | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub. Gәnclәr vә idman naziri Azad Rәhimov dövlətimizin başçısına və xanımına arenada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, arenada idmanın gimnastika növündən başqa digər növləri üzrə yarışlar, o cümlədən müxtəlif tədbirlər də keçirmək mümkün olacaq. Beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri də nəzərdə tutulan kompleks əsas və köməkçi olmaqla iki hissədən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenada tamaşaçı yerlәrinin sayı 6 mindәn 9 min 600-ә qәdәr artırıla bilәr. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gimnastların məşq prosesinə baxdılar. Sonda xatirə şəkili çəkdirildi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.