date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-13 | 8,912 | Avropadan Azərbaycana çağırış | Avropa Birliyi Komissiyası, "xüsusilə insan haqları və demokratiya sahəsində müstəqil və tənqidi bir mühit yaradılmasına məhdudlaşdırmalar gətirən vətəndaş cəmiyyəti quruluşları ilə bağlı qanuni tənzimləməyə istiqamətli son dəyişikliklər" səbəbiylə Azərbaycana səslənib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton ilə AB-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin nümayəndələri Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyi üzərinə götürəcək Azərbaycana yazılı açıqlama veriblər. Açıqlamada Venesiya Komissiyası tərəfindən dilə gətirilən narahatlıqların aradan qaldırılması məqsədilə QHT-lərlə bağlı qanunu nəzərdən keçirmək üçün çağırış edilib. Eşton və Fülenin dəyişikliklərdən narahatlıq keçirdiyi bildirilən açıqlamada xüsusilə beynəlxalq QHT-lərin qeydiyyat prosedurlarının asanlaşdırılması istənilib. |
2014-02-13 | 8,913 | İlham Əliyev və xanımı açılış mərasimində | Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Konservatoriyanın yeni binasının açılışında iştirak edib. Konservatoriyanın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb. |
2014-02-13 | 8,914 | Partlayışa görə Binəqədi rayonunun qazı kəsildi - Rəsmi | "Azadlıq prospekti" metro-stansiyasının yaxınlığında baş verən partlayışa görə Binəqədi rayonunda mavi yanacağın verilməsi dayandırılıb. "Axar.az"a daxil olan məlumata görə, bir qədər əvvəl "Azadlıq prospekti" metro-stansiyasının yaxınlığında baş verən partlayış səbəbilə Binəqədi rayonunda qazın verilməsi tamamilə dayandırılıb. Məsələ ilə bağlı əməkdaşımıza danışan "Azəriqaz" İB-in mətbuat katibi Araz Ağayev bildirdi ki, yaxın dəqiqələrdə Binəqədi rayonunun müəyyən ərazilərində qazın verilməsi bərpa olunacaq. Partlayış olan ərazilərə isə yalnız nəticələr aradan qaldırılandan sonra qaz veriləcək. |
2014-02-13 | 8,915 | “Mən rus casusuyam, “radistkam” isə Xədicədir” | "Orada yazılanları ciddi qəbul etmədiyimdən, buna adekvat şəkildə cavab verməyi özümə rəva bilmirəm. Ancaq hər halda belə siyahının qeyd olunan qurumun əməkdaşlarına verilib-verilməməsinə aydınlıq gətirəndən sonra bunu şərh etmək olar". Bunu "Aznews.az"a açıqlamasında "El" Hərəkatının sədri, Milli Şuranın Sədr Aparatının keçmiş rəhbəri Eldar Namazov "virtualaz.org" saytında gedən "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə onunla bağlı gedən yazıya münasibət bildirərkən deyib. Bildirib ki, bu yazıdakı məqamlar uydurma məsələdirsə, buna şərh verməyə ehtiyac yoxdur, əgər həqiqətdirsə, gərək, adları çəkilənlər buna cavab versinlər: "Mənim haqqımda da orada müəyyən məsələlər yer alıb. Əvvəlcədən deyim ki, barəmdə yazılanları uğursuz zarafat kimi qəbul edə bilərəm və elə zarafatla da cavablandıraram: "Bəli, mənim barəmdə gedənlər həqiqətdir. Mən Rusiya casusuyam, "radistkam" isə Xədicə İsmayılovadır. Ona görə ki, hər bir casusun yanında bir "radistka" olur. "Radistka" vəzifəsini isə radioda işləyən adam olmalıdır". "Bu siyahının ABŞ xüsusi xidmət orqanlarına ötürülməsinə inanırsınızmı" sualını cavablandıran E. Namazov deyib ki, buna şübhə ilə yanaşır: "O siyahıda adı çəkilən şəxslərin bir çoxu ilə Xədicə İsmayıl yaxın münasibətdə olub, hətta bəziləri ilə ailəvi dostdurlar. Ona görə də Xədicə İsmayılın o adamlar haqda arayış verməsinə çətin inanıram. Hər halda yenə də deyirəm, buna ciddi yanaşmıram. Yəqin ki, bununla bağlı onun özünün bir açıqlaması olacaq". Xatırladaq ki, adıçəkilən yazıda Eldar Namazov haqqında belə məlumat qeyd olunub: "Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir". Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar da yer alıb. |
2014-02-13 | 8,916 | “Heydər Əliyevin cibinə məktub qoydum...” | "Axar.az" özünün yeni – "Xatirə dəftəri" lahiyəsinə start verir. Layihəmizdə ağsaqqalları danışdıracaq, onları ötənlərə qaytarıb, bu günə qədər onlarla birgə addımlayacağıq və ümid eləyirik ki, bu, oxucularımızın üçün də maraqlı olacaq. Tanınmış elm, ədəbiyyat-incəsənət, siyasət, adamları ilə görüşəcək, onların xatirələrini vərəqləyəcəyik. İlk görüşünə getdiyimiz, yaddaşının ilıq, gövrək tellərini tərpətməyə çalışdığımız şair İlyas Tapdıq oldu. Yaşı 80-ni haqlamış ağsaqqalla görüşmək üçün əlaqə saxladıq. Məlum oldu ki, şair hal-hazırda Musa Nağıyev adına kliniki xəstəxanada müalicə olunur. Şairlə xəstəxananın 1-ci korpusunun 3-cü qatında, 314-cü palatada görüşdük. Şairin dostlarından dilçi alim Əkbər Hüseynov da burda idi. Birlikdə saz havalarına qulaq asırdılar. Heç yerim ağrımır - Nə olub şair, ilin günün bu vaxtında xeyir ola? - Heç yerim ağrımır. Balaca soyuqlamışdım, gəldim həkimə göstərəm, yıxdılar məni bura. Burda da dostlar məni tək qoymur. İstirahət edirəm də.. - İlyas müəllim, deyəsən 80-i qatlayıb qoymusuz qrağa? -Yox hələ, səksənə indi başlamışam. Xeyli də qonorar aldım - "Gənclik" nəşriyyatında işləmisiniz Gənc yaşlarınızdan nəşriyyatın baş redaktoru olmusunuz. Qələm adamlarına qayğınız, diqqətiniz olub. Onların kitabının dərcinə kömək etmisiniz, hər kəs sizi bir xeyirxahlıqla yada salır. Mən istəyirəm sizinlə keçmişlərə dönək, illər öncəsi İlyas Tapdığı yada salaq. Cavanlıq xatirələrini vərəqləyək. - Mən doğurdan da erkən yaşımda nəşriyyata düşdüm. İyirmi bir yaşında inistitu bitirdim, iki il müxtəlif işlərdə çalışdım. Ancaq iyirmi üç yaşında artıq mən nəşriyyatın redaktoru oldum. - Gənc yaşlarınızdan redaktorluq sizə çətin olmadı ki? - Təcrübəm vardı. Mən APİ-də oxuyanda fakultəmizin divar qəzetinin redaktoru idim. Sonra da "İnstitut" qəzetinin redaktoru oldum. Hələ tələbə ikən rəhmətlik Amid Qasımzadə uşaqlar üçün yazdığım "Kəndimizin çobanı" poemamı kitab olaraq plana salmışdı. Poema xoşuna gəlmişdi, "şəkilli kitab kimi buraxaq",- dedi. Razılaşdım. Tələbə idim də, sevindim ki, nə yaxşıdır. Xeyli də qonorar aldım. Beləcə, nəşriyyata yolum açıldı. Mənə dedi ki, İnstitutun qəzetində redaktor olmusansa, elə burda da işləyə bilərsən. Sinəmi döşəyib yazdım e - Beləliklə, oldunuz nəşriyyatın redaktorlarından biri. - Bəli. Mənə Mir Mehdi Seyidzadənin kitabını verdi və dedi ki, bunu redaktə elə. Mən də Mir Mehdinin şeirlərini əzbər bilirdim, yəni ilk gənclikdən Mir Mehdi Seyidzadə oxuduğumuz şarilərdən idi. Mir Mehdinin kitabı mənim redaktorluğumla çıxdı. Mir Mehdi də o vaxt rus dilində yaxşı tərcümələr edirdi. Uşaq ədəbiyyatından çoxlu tərcümələr edib. Bundan sonra mənim təzə şeirlərdən ibarət bir kitabım da nəşr olundu. Bu kitab çıxdıqdan sonra bir gün Süleyman Rəhimov gəlmişdi nəşriyyata. Kitabımı Azərnəşrin direktoru Adil Əfəndiyevin stolunun üstündə görüb deyib ki, bu kitabı mən də oxumuşam, bu oğlan yaxşı şairdir. Çoxuna deyirəm yazma, amma ona deyirəm, a bala, yaz! Bəs bunun yaxşı kitabını buraxın, özü də cavan oğlandır, ailə qursun. Bundan sonra Adil müəllim dedi ki, yazılarını gətir, həm də bizimlə işlə. Süleyman onunla dost idi deyə, ərk edib demişdi ona. Onun sözüylə mənim bir yekə kitabım da çıxdı. Cavan oğlan idim, sinəmi döşəyib yazdım e. - "Əksin və qəlbin" kitabı deyildi ki? - Yox, o kitabdan əvvəl çıxmışdı. Nə isə, bu kitab da gedir çıxır Bağır Seyidzadənin əlinə, oxuyur, çox xoşuna gəlir. Və bu rəhmətlik də məni şöbə müdiri qoydurdu. - Bağır Seyidzadə kim idi, harda işləyirdi? - O, Mədəniyyət Nazirliyinin nəzdində "Başnəşr" deyilən idarə vardı, orada işləyirdi. Sözü keçən, ötkəm kişilərdən idi. Bundan sonra mənim ulduzum parladı. İlyas müəllim ötənlərə qayıtdıqca şövqlə danışır: - Mən qızışdım e, təzə bir kitab da buraxdım. O vaxtı "Azərbaycan" jurnalında mənim bir silsilə şeirim də çıxmışdı. Qonorar da kı öz yerində... - O xoşbəxt vaxtlar neçənci illər idi? - Altmışıncı illərin axırı olardı da. Şəkidən Nazim Hacıyev var idi. Vəli Axundov onu Bakıya vəzifəyə gətirmişdi. İdeoloji işlər üzrə komitənin katibi qoymuşdu. Demək, bu kişi "Azərbaycan" jurnalında bir məqalə çap elətdirmişdi. Həmin nömrədə də mənim şeirlərim dərc olunmuşdu. Oxuyub bəyənibmiş. Sonra mənim "Gözlər" kitabım çıxanda deyib ki, mən onun şeirlərini oxumuşam, bu, yaxşı şairdi. Mərkəzi Komitədə Qazaxdan Talıbov familiyalı Tədris şöbəsinin müdürü vardı. Onu çağırıb deyir, gəl, bu oğlanın kitabını oxuyaq. Bunlar oturub kitabı oxuyur və xoşları gəlir, elə bu ara da mənim ətrafımda səs-küy qalxır. Bu hoqqanı çıxarıb, aləmi qatıb-qarışdırıb – Nə səs küy idi elə? - Nəşriyyatda Cahangir adlı birisi vardı. Məndən bir xahiş etmişdi, mən də onu etməmişdim. Mənim "Gözlər" kitabımı götürüb, şeirlərimi tənqid etmişdi. "Kirpi"yəcən bir-çox yerlərdə haqqımda axmaq yazılar yazmışdı. Cahangir "Azərnəşr"də şöbə müdiri idi. Familiyası yadıma düşsə deyəcəyəm. Bu adam əlavə olaraq mənim əleyhimə Mərkəzi Komutəyə yekə bir məqalə yazıbmış. Bu məktub da gedib çıxıb Nazimin əlinə. Məktubu oxuyub, deyib, mən istəyirdim bunun kitabını plana saldırım. Bu da bu hoqqanı çıxarıb, aləmi qatıb-qarışdırıb. Məni həmin yazıyla əlaqədar olaraq işdən də çıxarttmışdılar. Ulduzum sönmüşdü... - Nə hoqqa? - Danışıram. O vaxtlar "İlin yekunu" adlı bir mətbuat rəyi keçirilirdi. Zəngəzur tərəfdən Nazirlər Sovetində bir görkəmli, tanınmış kişi vardı. Elə-belə də adam deyildi. İlin yekunu olurdu ha, bax o cavabdeh idi, hesabat verirdi. Kimlər çap edilib, tənqid olunub, kitab nüsxəsində hansı səhvlər buraxılıb və sair. Nazim ona deyib ki, yaxşı oldu elə bu cavan şairi də çağırarıq. Ona söz verərik, bu məqalədə qərəz var, özü-özünü müdafiə edər. Bunu acılayıblar, bu yaxşı çıxış edər. Mənim də adımı salıblar çıxışçıları sırasına. Filarmoniyada keçirilirdi. Nazim Hacıyev ilk olaraq danışdı. Çıxışının axırında dedi ki, narazılardan biri var. O da cavan oğlandır, bunun da başına oyun gətiriblər, tənqid edib işdən çıxarıblar, hardadır o oğlan? Sonra sözü mənə verdilər. Mən də Cahangirlə aramda olan söhbəti olduğu kimi danışdım. Axırda da dedim ki, məni də işdən çıxartdılar. Azdan-çoxdan qonorara işləyirdim, gedib kənddə özümə iş taparam. Mənə qarşı olan haqsızlığa hücumla cavab verdim. Nazim müəllim çıxışıma qalxıb əl çalanda hamı qalxdı ayağa və başladılar məni alqışlamağa. Burda deyirik, cavanlar içkiyə qurşanır, zay olurlar. Xüsusilə də şairləri bu günə salırlar. İstəyiblər bu da elə olsun. Amma bu qaçıb, gedib Gədəbəyə. İndi bunu təzədən yerinə qaytarın, hansı işdən çıxarmışınız, o işə də qaytarın. Bağır Seyidzadə dedi ki, biz onun yerinə adam götürmüşük, indi biz o adamı necə işdən çıxaraq? Nazim müəllim dedi ki, onu da işsiz qoymayın, iş tapın verin, bunu isə öz yerinə qaytarın. Heydər Əliyev o söz-söhbəti bilirmiş Məni qaytardılar yerimə, ayağım lap yer tutdu, ondan sonra rəhmətlik Süleyman Rəhimovun dediyi kitab məsələsi vardı ha, sinəmi verdim yerə, yazdım, doldurdum şeirlərlə, o kitab da çıxdı və bəyənildi. Aradan bir az keçdi. Vəli Axundovun yerinə MK-ya Heydər Əliyev gəldi. Heydər Əliyev o söz-söhbəti bilirmiş. Bir cavan şairə Respublika Komsomol Mükafatı lauteatı adını vermək lazım imiş. Çıxışında deyir ki, bax, o oğlan var ha, İlyas Tapdıq, yazın onun adını. Bir iyirmi şair, yazıçı təklif eləyiblər, deyib, yox. Bu mükafatı alandan sonra mənimlə çoxlu görüş keçirdilər, pioner düşərgələrində, kəndlərdə, Ali məktəblərdə və sair. Təşviqat qatarlarına gedirdik. Şövkət Ələkbərova, Sara Qədimova və başqa oxuyanlarla. Ziya Bünyadovla bir neçə dəfə səfərlərimiz oldu. O da nəhəng adam idi ha.. biz onunla dostlaşdıq. Ziya mənə dedi ki, sənin yaxşı qələmin var, niyə satirik şeirlər yazmırsan? Mən də bu sözdən sonra qələmimi hərlədim, satirik şeirlər yazdım, bu şeirlər də məni təzədən zibilə saldı. Bu şeirlərdəki personojlar kiməsə toxunurdu və ya kimsə öz üstünə götürürdü. Mənə qarşı hücumlar olurdu. Ziya fəxr edirdi mənimlə, hətta mənim bir neçə şeirimi əzbər bilirdi. Mənə deyirdi ki, sən qorxma, şair gərək mübariz olsun, arxanda durmuşam. - Qağa, burdan belə çıxır ki, qarşınıza həmişə xeyirxah adamlar çıxıb. - Əlbəttə, əgər o insanlar olmasaydı, bəlkə də İlyas Tapdıq adlı bir şair yox idi. - Televiziyada işləmisiz… - İlk kitabları çıxan şairləri - Məmməd İsmayılı, Musa Yaqubu, onlardan sonrakı nəsildə Əhməd Elbrusu, Musa Ələkbərlini televiziyada ilk dəfə mən təqdim etmişəm. 7-8 il "Gənc şairin ilk kitabı seriyasından" verilişinin aparıcısı oldum. Təsəvvür elə, Cabir Novruzun, Rüfət Zəbioğlunun, Nəriman Həsənzadənin kitablarını mən redaktə etmişəm. Öz tay-tuşlarımın da redaktoru olmuşam. Yüzlərlə kitabın nəşrinə imza atmışam. - İlyas müəllim, amma o "hoqqa" nə olan şey idi, danışmadız ha... - Danışacam da… - Və İlyas Tapdıq Bakıda tanındı, sevildi, şöhrətə çatdı və birdən-birə həyat yolu necə oldu gedib Balakənə çıxdı? Yəni ailə həyatı qurmaq üçün Bakıda, Gədəbəydə qız tapa bilmədiz? – Ağsaqqalı kövrək, lirik yaşamına qaytarmaq istəyirəm... - Hə, o da çox maraqlıdır. Mənim "Gözlər" kitabım çıxmışdı ha, bayaq dedim. Bu "Gözlər" kitabında sevdiyim qıza şeir yazmışdım. Məni gözdən salmaq üçün "Kirpi" məqam tapdı "Azərnəşr"in şöbə müdiri Cahangirin, yazısını dərc elədi. Bu adam şikayət eləmişdi ki, bu şair tərbiyəsizdir, camaatın qızını ələ salıb, nə bilim, qıza şeir yazıb. Moskva izahat tələb edirdi - Qıza şeir həsr eləmək nə vaxtdan tərbiyəsizlik oldu? Bəlkə cavanlıqdır da, nəsə qəlb qırıb, könül sındırıb, gözü yaşlı, qucağı uşaqlı qoyduqlarınız olub? - Yox, yəni tərbiyəsizlik nə mənada idi, mən şeirin misralarının baş hərflərində qızın adını yazmışdım. Belə şeyə icazə icazə verilmirdi. O, gizli olan şeydir, yəni onu eləmək olmazdı. Bax həmin "hoqqa" bu idi. Artıq mən "qlavlitin" qadağasına düşdüm, dedilər ki, bunu ağ eləmisən, gərək etməzdin. O qızı sevirdim. Utanırdım. Həm də ehtiyat edirdim ki, qohum-əqrəbası, qardaşı eşidər, biabırçılıq olar, gəlib məni döyərlər. Döyülməkdən qorxmuram e, ayıb olardı axı... Mən elə də dedim, izahatımda. "Adını buna görə belə yazmışam ki, heç kəs bilməsin",- deyəndə xoşları gəldi. Allah rəhmət eləsin Mehdi Hüseynə, məni yanına çağırmışdı ki, Böyük Vətən müharibəsi mövzusunda yazılmış qəhrəmanların həyatından bəhs edən bir kitab tərtib elə. Rəsul Rza məni müdafiə etdi Rəsul Rza təsadüfən içəri girdi, Mehdi ilə əl verib görüşdü, belə döndü və dedi ki, bu cavan burada neyniyir? Mehdi də dedi ki, bu cavan da özünü işə salıb, bəs Moskvanın "Literaturnaya qazeta"sı bunun haqqında tənqidi məqalə yazıb. Yuri Daşeskova adlı müxbirə burdan xəbər ediblər ki, bəs Azərbaycanda belə hadisələr var, niyə yazmırsan? Bunun da əlinə imkan düşüb, mənim haqqımda o qəzetdə yekə bir məqalə yazıb. İndi qəzet cavab tələb edir ki, sizin ədəbiyyatda belə bir şey olub, bəs buna cavab verin, aydınlıq gətirin. Mehdi Hüseyn dedi ki, bu ona görə gəlib, çağırmışam ki, izahat yazsın. Rəsul müəllim də dedi ki, bu utancaq oğlandır, nə izahatı yazdırırsan ki?.. Mehdi də ciddi adamdı axı, deyir, Rəsul müəllim, Rəyasət heyəti iclas eləsə, bunu çağırsa, durub müdafiə edəcəksənmi? Rəsul dedi ki, eləyərəm, lap o yana da keçərəm. Həmin iclasda Rəsul Rza məni müdafiə etdi. Moskvaya da elə beləcə məruzə olundu ki, bu utancaq oğlandır, sevdiyi qızı dilə-dişə salmamaq üçün bu üsuldan istifadə edib. O qəzetdən də xəbər gəldi ki, bu bizlik deyil, adi bir şeydir, ədəbiyyatda olan işdir. Qızı gətirib qoydular evə - Həyat yoldaşınız olacaq qız idi də o xanım? - Hə, də... Mən də bunları yoldaşım – o vaxt istədiyim qızdan, rəhmətlik Münəvvərdən gizlətmişdim. Tələbə idi, təbiət fakültəsində oxuyurdu. Nə isə, Münəvvərə bunu deyirlər, Münəvvərin anası gəldi Bakıya, dünya qarışdı yenə bir-birinə. Bəstəkar Rəşid Şəfəqin anası bunların qohumu idi. Dedilər ki, bəs bizim qızımız haqqında belə bir söz-söhbət gəzir. Sən ya onu almalısan, ya da sənin axırına çıxarıq. Dedim, əşi, mən elə onu almaq istəyirəm də. Mən də kitablarım çıxanda pul yığıb İçərişəhərdə,- su satan Sona adlı qız vardı,- onun atasından ev almışdım. Bu arada qəribə bir şey oldu. Məstan Günər Mehdi Hüseynlə qohum idi, gedir onun yanına. Deyir ki, bəs hamıya ev verirlər, bizə niyə vermirlər, cavanıq, yazığıq. Mehdi Hüseyn deyir ki, elə mən özüm də sizin üçün məktub yazmışam ki, ev versinlər. Siz də bir dənə məktub yazın ki, mənim sözümə dəstək olsun. Məktubu yazırlar, mənim də adımı salırlar siyahıya. Siyahını verirlər Mərkəzi Komitəyə. Mərkəzi Komitə üstünü yazır Nazim Hacıyev rəhmətliyə, o da üstünü yazır göndərir Bakı Sovetinə. Orada da Əliş Ləmbəranski idi, peyğəmbər kimi adam. Bircə həftənin içində hər birimizə ailə vəziyyətinə uyğun olaraq ev verdilər. Bir az sonar, Allah rəhmət eləsin, Heydər Əliyev hakimiyyətə gəldi, gördüm ki, onun yanından keçirlər, cibinə məktub qoyurlar. Fikirləşdim ki, bu iki otaqla nə olacaq, mən də balaca bir məktub yazıb, qoydum rəhmətliyin cibinə... - İlyas müəllim, o məktubu cibə qoyana qədər, hadisələr olub axı, söhbəti yarımçıq etdiniz. Münəvvər xanımın anası və bəstəkar Rəşid Şəfəqin anası sizə gəldilər, nə oldu?.. -Nə olmalıydı ki? Gəldilər qızı gətirdilər, dedilər, sənin evində qalacaq, qız sənindi, sən almalısan, qızımız biabır olub, nə bilim nə… Amma mən qıznan heç bir iş görməmişdim. Düzdür, Münəvvər mənə ərə gəlmək istəyirdi, amma qorxurdu. Bu məsələ də öz-özünə həll olundu. - Yəni toy məclisini burda etdiniz, yoxsa Gədəbəydə? -Yox iyirmi nəfər dostla burda xudmani məclis qurduq. Cabir Novruz idi, Məstan idi… və başqa dostlar. Yəni ailə sonradan bildi… Heydər Əliyev mənə ev verdi - Hə, indi qayıdaq o məsələyə ki, Heydər Əliyevə məktub verdiniz, yəni iki otaq sizi qane etmirdi? - Hə, üç uşağım vardı. Ev darlıq edirdi. Elə gördüm hərə bir məktub verir kişiyə və mən də yarı yolda balaca bir kağıza yazdım ki, "evə ehtiyacım var, İlyas Tapdıq". Heydər Əliyev sonradan baxır məktublara, deyir ki, ədəbiyyata yeni gənclər gəlir, ədəbiyyat inkişaf etməlidir. And olsun Allaha, mənə Əhmədlidə dörd otaqlı ev verdi. Uşaqlar böyüdü, kiçik qızım ailə quranda keçirtdim onun adına. Heydər Əliyevin təşəbbüsüylə aldığım Komsomol Mükafatı məni haralara gətirib çıxartdı, ev-eşik, ad-san… Allah rəhmət eləsin. Yazıqlar hamısı rəhmətə gedib - İlyas müəllim həmişə sizi gənclərin tədbirində görürük… - Bu, gəncliklə bağlı olduğuna görədir. İndi mənim tay-tuşum olan o vaxtın gəncləri haqqında da mən danışıram. Yazıqlar hamısı rəhmətə gedib, qalan mənəm, onların da xatirəsi məni çağırır. Bizim nəsildən qalan iki, üç nəfərdir, gərək biz də gənclərin tədbirlərinə qatılaq… - Nazim Haciyevdən, Mehdi Hüseyndən, Ziya Bünyadovdan, Rəsul Rzadan danışdınız, Allah hamısına rəhmət eləsin, xeyirxahınız olublar. Amma ola bilməsin ki, sizin kimi gənc yaşından tanınan, sevilən bir şairin, diqqətdə olan yazıçının bədxahı olmasın. - Həəəə… paxıllığımızı çəkənlər olub… yəni bizdən sonra ədəbiyyata gələn, az zamanda tanınan, İlyas Tapdığı çağırıb başda oturdurlar, bunları yox… Bir də sənə bir şey deyim, mənim satiram da vardı axı. Yazdığım şeirlərə görə mız qoyurdular ki, bəs bunu filankəsi nəzərdə tutub yazmısan. Mənim heç ağlıma da gəlmirdi. Bunlar özlərini görürdülər o şeirlərdə… Ağsaqqal şairlə söhbətimiz çox uzun çəkdi. Dostları zəng edir, hal-əhval tuturdu. O, yaxşı olduğunu, bu dəqiqə palatada oturub gənc dostları ilə ötənləri vərəqlədiyini deyirdi… |
2014-02-13 | 8,917 | Avtomobil bazarı çökür – Video-süjet | Avtomobil almaq üçün kredit şərtləri sərtləşib. "Axar.az" xəbər verir ki, yeni tətbiq olunan avtomobil kreditləri qaydalarına əsasən, təzə avtomobillərdə ilkin ödəniş 40-50%, istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% təşkil edir. Tətbiq olunan yeni şərtlər isə nə satıcıların, nə də alıcıların ürəyincədir. Bunu hazırladığımız süjetdən də aydın görə bilərsiniz. |
2014-02-13 | 8,918 | Putinin nişan üzüyü Kabayevanın barmağında - Foto | Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı Soçidə keçirilən qış olimpiya oyunları zamanı maraqlı olay baş verib. "Axar.az"ın xəbərinə görə, Qərb jurnalistləri olimpiya çempionu, hazırdasa Dövlət Dumasının üzvü olan Alina Kabayevanın barmağında Putinin nişan üzüyünü aşkarlayıblar. Qeyd edək ki, olimpiya oyunlarının açılış mərasimi zamanı olimpiya məşəlinin daşınması Rusiyanın adlı-sanlı idmançılarına həvalə olunub. Həmin sırada Alina Kabayeva da yer alıb. Ardıcıllığa uyğun olaraq, məşhur tennisçi Mariya Şarapova alovu Kabayevaya ötürdü. O da məşəli üçqat olimpiya çempionu Rodninaya verib. Məhz bu zaman onun əlindəki nişan üzüyü foto müxbirlərin kamerası obyektivinə düşüb. Qərb jurnalistləri bu barədə geniş reportajlar veriblər. Məlumdur ki, həyat yoldaşı Lyudmila Putinlə nikahını rəsmən pozduqdan sonra Rusiya prezidenti illərcə barmağında gəzdirdiyi üzükdən də vaz keçib. Qərb mediası dəfələrə Putinin Alina Kabayeva ilə gizli ailə qurduğu və cütlükdən bir oğlan uşağının dünyaya gəlməsi barədə məlumat verib. İddiaya görə, Kabayevanın barmağındakı üzüyün Putinin uzun illər barmağında gəzdirdiyi nişan üzüyünə yetərincə bənzəməsi bəzi suallara – o cümlədən, onların bir yerdə yaşamasına aydınlıq gətirib. |
2014-02-13 | 8,919 | İlham Əliyev: “Biz görülən işləri təhlil etdik“ | Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərdə fikirlərimiz üst-üstə düşür. Bunu fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafətdə çıxışı zamanı deyib. Prezidentin sözlərinə görə, ən başlıcası odur ki, Azərbaycan və Gürcüstan ikitərəfli əlaqələri bütün istiqamətlərdə fəal inkişaf etdirmək niyyətindədir: "Bu gün biz bir növ görülən işləri təhlil etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını müəyyənləşdirdik. Birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək, mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına sadiqlik - bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və Azərbaycan bu məsələlərdə - onun əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara çıxan layihələrin reallaşdırılmasında bütün bunlar çox vacibdir". Dövlət başçısı əmindir ki, energetika sahəsində, nəqliyyat, kommunikasiya infrastrukturlarında Azərbaycan və Gürcüstan qarşıdakı illərdə daha böyük uğurlara nail olacaq: "Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək üçün də perspektivlər vardır". İlham Əliyev hesab edir ki, qarşıdakı illərdə Azərbaycan və Gürcüstan daha böyük həcmdə investisiyalar yatıracaq: "Bununla da iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma, münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər mövcuddur". Prezidentin fikrincə, əsas odur ki, Gürcüstan və Azərbaycan bu gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə mühüm rol oynayır: "Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə daha da zənginləşdirəcəyik. Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail olacaqdır. Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost, qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir. Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər. Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına tərəqqi arzulayırıq". Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə çıxış edərək deyib ki, ilk növbədə Azərbaycanın paytaxtı Bakıda gördüklərindən heyrətlənib: "Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə başladı. Biz görüşərək regionun və ölkələrimizin gələcəyi haqqında söhbət açdıq. Amma mən qeyd etmək istərdim ki, gələcək layihələr, problemlər və onların həlli yollarına baxışlarımız üst-üstə düşür. Düşünürəm ki, bu da regionun və bu layihələrin gələcək inkişafına müsbət təsir göstərəcəkdir". Onun sözlərinə görə, təbii ki, Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir: "Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki, bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini verir. Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı əməkdaşlıq nəinki region, həm də bir çox xalqlar üçün nümunədir. Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər dövlətlərin inkişafına real təminat verir. İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi vardır". Georgi Marqvelaşvili bildirib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır. Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz. Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm". |
2014-02-13 | 8,920 | Avtomobillərin sayını necə azaltmaq olar? | Son bir ay içində avtomobillərin alınması və istifadəsində edilən dəyişikliklərlə bağlı ard-arda yayılan məlumatlar bu sahədə ciddi dönüşdən xəbər verir. Yanvarın ilk günlərindən bankların avtomobil kreditlərinə qadağa qoymasının adınca Avro-4 standartının tətbiq ediləcəyi ilə bağlı bəyanat yayıldı. Ölkəyə gətirilən avtomobillər üçün Avro-2-dən birbaşa Avro-4-ə keçilməsi müəyyən suallar doğursa da, artıq qərarın dəyişməyəcəyi bəlli idi. Bu günlərdə isə avtokreditlərin yenidən daha sərt şərtlərlə tətbiqinə başlanması vəziyyəti bir qədər də çətinləşdirdi. Proseslərin gedişi göstərir ki, ardıcıl olaraq avtomobillərlə bağlı verilən qərarlar əslində onların sayını azaltmaq, şəhərdəki tıxacları aradan qaldırmaq məqsədi daşıyır. Lakin ekspertlər bu yolla maşın bazarının zəiflətməyin mümkün olmadığı qənaətindədir. Qaydalar sərtləşsə də, problem bitmir Yeniliklərin avtomobillərin sayına təsiri ilə bağlı fikirlərini "Axar.az"la bölüşən hüquqşünas Ərşad Hüseynov hesab edir ki, əsas diqqət nəqliyyat vasitələrinin normal fəaliyyətinə yönəldilməlidir: "Ölkəyə gətirilən və burada istehsal edilən avtomobillər üçün birdən-birə Avro-4 standartınin tətbiqi, avtomobillər üçün bank kreditlərinin verilməsinin dayandırılması və daha sonra sərtləşdirilməsi, indi isə 95 oktanlı benzinin istehsalının dayandırılması haqda söz-söhbətlər əsas məqsədin nə olduğunu göstərdi. Əsas məqsəd ölkədə avtomobil sayının artmasını əngəlləməkdir, çünki bu sürətlə avtomobilləşmə benzin qıtlığı problemi də yarada bilər". Qeyd edək ki, Avro-4 standartının tətbiqi ölkəyə köhnə avtomobillərin gətirilməsinə imkan verməyəcək. Yeni maşınları kreditlə əldə etmək üçün onun dəyərinin 50 faizini öncədən ödəmək tələb olunur. Elektrik qatarları bərpa olunsun Ə.Hüseynov avtomobilləşmənin təhlükəli olmadığını qeyd edib: "Hökumət ölkədə avtomobilləşmə prosesini ləngitmək istiqamətində nə isə etmək istəyir. Ancaq hesab edirəm ki, başqa variantdan istifadə etmək daha məqbul olardı. Bu gün dünyada orta hesabla hər 6 nəfərə 1 avtomobil düşməklə, ölkəmiz avtomobilləşmə səviyyəsinə görə orta göstəricidən geri qalır. Belə olan halda əsas diqqət nəqliyyatdan normal istifadənin təmin olunmasına yönəlməlidir". Hüquqşünas hesab edir ki, şəhərdəki tıxacları aradan qaldırmağın ən optimal yolu nəqliyyat infrastrukturunu kökündən dəyişməkdir. Onun fikrincə, insanlar nəqliyyat vasitələrindən lazımi səviyyədə istifadə edə bilmədiyindən, şəxsi maşına üstünlük verirlər. Bununla yeni problemlərin ortaya çıxdığını deyən Ə.Hüseynov metro və avtobusların işini təkmilləşdirməklə yanaşı, elektrik qatarlarının işə salınmasını təklif edir: "Avtomobilləşmənin qarşısını almaq üçün ictimai nəqliyyatda ciddi dönüş yaranmalıdır. Metronun fəaliyyətini yüksəltmək lazımdır. Eyni zamanda, elektrik qatarlarının bərpasına böyük ehtiyac var. Bakıətrafı qəsəbələrin çox yerində nəqliyyat yoxdur. Bu işlər həyata keçirilərsə, yollarda avtomobillər azalar". |
2014-02-13 | 8,921 | Ronaldodan inanılmaz qəddarlıq - Foto/Video | İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin "Real" - "Atletiko" matçında Xavyer Mankilyo Ronaldo ilə havada toqquşaraq boyunu üstə yerə yıxılıb. Bundan sonra oyunun hakimi Ronaldonu sarı vərəqə ilə cəzalandırmalı olub. Futbolçunun durumu ilə bağlı klubun rəsmi saytı açıqlama yayıb, onun vəziyyətinə aydınlıq gəlib. Məlumata görə, xəstəxanada müalicə alan oyunçu 4-6 həftə müddətində boyunluq taxacaq. Boynunda qırıq olan futbolçunun bu gün evə buraxılması gözlənilir. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu xoşagəlməz olaydan sonra Ronaldo bir neçə dəfə zəng vuraraq futbolçunun vəziyyəti ilə maraqlanıb. |
2014-02-13 | 8,922 | Metro yaxınlığında partlayış - Slaydşou | null |
2014-02-13 | 8,923 | Abşeronda intihara cəhd edən şəxs xilas edildi - Yenilənib | 14:45 Abşeronda bir nəfər intihar etmək istəyir. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12 mərtəbəli binanın damına çıxan kişi özünü binadan atacağını deyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəlib. Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır. 16:15 Abşeronda özünü binadan atmaq istəyən şəxsin kimliyi açıqlanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 12 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Elnur Mehman oğlu Salahovdur. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alıblar. E.Salahov intihara cəhd etməsinə səbəb kimi maddi vəziyyətinin pis olmasını göstərib. |
2014-02-13 | 8,924 | "Mirassız varislər"in imza günü | Gənc yazıçı Kamran Qasımovun "Zero" nəşriyyatında "Mirassız varislər" adlı tarixi mövzuda sənədli detektiv romanı dərc olunub. Kəskin süjetli romanın mövzusunu Səfəvi hökmdarı Şah Abbasın bu günlərə qədər qorunan sirrinin üzə çıxması, İranın xüsusi xidmət orqanlarının bu sirrin izi ilə Azərbaycana gəlib çıxması və baş verən qanlı olaylardır... Rəmzkar alim Əyyub Yusifov, İran dövlətini fakt qarşında qoyacaq və Nadir şahın hakimiyyət tarixinin iç üzünü faş edəcək sirri üzə çıxarmaq niyyətindədir.... Əyyub Yusifov Naxçıvana - Ordubadın Came məscidinə doğru yön alır. Amma niyə? İran xüsusi xidmət orqanlarının onu izləməklə məqsədi nədir? Hər şey, tarixi hadisələrdə həmişə şou axtaran gənc tarixçi Kərim Xalıqovun səfərə gedərkən taksi maşınında yandırılmasından sonra başlanır... Operativ şöbənin əməkdaşı Leylanın atası Yaqub kişi isə can üstədir. Atası ölüm ayağında ikən, qızına qeyri-adi işarələr cızır. Bundan sonra Leyla köhnə dostu, rəmzkar alim Əyyub Yusifovdan kömək diləyir. Məlum olur ki, Yaqub kişinin cızdıqları işarələr deyil, birbaşa rəmzlərdir və onlar I Şah Abbas Səfəviyə gedib çıxır. Rəmzləri akademik Səfərbəyli ilə müzakirə edən Əyyub, İrana yola düşməyə hazırlaşır, lakin daha sonra vəziyyət dəyişir, nəzərlər qədim Ordubadda cəmlənir... Və ən əsası – Mirassız Varislər, zamanın çarxını geri fırlada bilərlərmi? Bazar günü "Zero" Kitab Evində (İstiqlaliyyət 71, Sabir Bağı ilə üzbəüz) saat 13:00-17:00 arası kitabın imza günü keçiriləcək. |
2014-02-13 | 8,925 | Əri Suriyada ölən qadın şok adlar açıqladı - Video/Stenoqram | Suriyaya gedən 34 yaşlı Soltan Mirzəyevin həyat yoldaşı "Meydan TV"yə danışıb. Vəhabinin xanımı Mətanət Mirzəyeva həyat yoldaşı ilə əlaqədar maraqlı müsahibə verib. O deyib ki, Soltan Mirzəyev məscidlərə gedirdi. Orada olanlar ona Hacı Qamətlə (ilk sinif öyrətməni olaraq qeyd edir. – red.) tanış ediblər: Onların burada bu kitabları satdıqları yerlər var "Sonradan Elxan Musayev adında birisi çıxdı. Daha sonra Əbuzər ləqəbində birisi. Artıq yavaş-yavaş, yavaş-yavaş Alixan Musayevin kitabını oxudu. Alixan Musayevin Quran tərcüməsi, hədis tərcüməsi var. Başladı onu oxumağa. Onların burada bu kitabları satdıqları yerlər var. Ala bilmirsənsə, özləri verirlər. Bu cür təbliğatı məscidlərdə aparmırlar Mətanət xanım həmçinin bildirib ki, həyat yoldaşı bir müddət sələfilərlə görüşürdü: "Sələfilərlə görüşdüyü zaman onun telefonuna dini dərsliklər, videolar, şəkillər yükləyirdilər. Vəhabilər hərf tanımayanlar üçün bu cür təbliğat aparırlar". Xanım bildirir ki, bu cür təbliğatları məscidlərdə aparmırlar. Daha çox fərdi şəkildə görüşməyə üstünlük verirlər: "İndiyə kimi maraqlanmırlar bunlarla? Niyə araşdırmrlar? Bax, Qaraçuxur məscidinə, Qala məscidinə toplaşırlar. Məscidə getməkdə problem yoxdur. Əlhəmdüllah, namaza gedirlər. Ancaq nəyə görə demirlər ki, məscidin qabağında kafelər açırsınız, mağazalar açırsınız? Bunun pulu haradan gəlir? Kim sizi maliyyələşdirir? Dindar bir adam, savadlı bir adam gedib araşdırsın ki, bunların təbliğat kitablarının içində nələr yazılıb? Necə beyinlərini doldururlar? Belə cahil-cahil videolarla beyin yuyurlar Bu məsciddə oturan Qaməti, Elxanı, Əbuzəri araşdırsınlar. Telefondan telefona köçürürlər videolarını. Axırıncı dəfə video gətirib göstərdi – Əfqanıstan döyüşçüləri. Əllərində avtomat, Quran. Axırda da göstərirlər ki, bunlar öldü. Üzünü pudralayıb, "kraskalayıb şəkil çəkirlər ki, guya bu adam gülərək öldü, şəhid oldu. Belə cahil-cahil videolarla beyin yuyurlar. Bu şöhrət xatirinə insanları aparırlar ki, şəhid olacaqsan, cənnətlik olacaqsan. Guya bu camaatdan başqa heç doğru deyil və bu camaatdan başqa heç kim cənnətə girməyəcək". Daha ətraflı videoda: |
2014-02-13 | 8,926 | Nadir Qafarzadə erməni mahnısı oxuyub? - Video | ANS telekanalında yayımlanan "Şoubiz" verilişi müğənni Nadir Qafarzadənin erməni mahnısı oxuması haqda süjet hazırlayıb. "Axar.az" "Axşam.az" istinadən xəbər verir ki, sənətçinin yenicə səsləndirdiyi "Bala" adlı bəstənin ermənilərə məxsus olduğu bildirilib. Belə ki, "Bala" 8 ay əvvəl Vake Amaryan adlı ifaçı tərəfindən səsləndirilib. Mahnının musiqisi müğənnini özünə, sözləri isə Davit Okan adlı şəxsə məxsusdur. |
2014-02-13 | 8,927 | Bakıda on milyonluq məscid – Foto | Bakıda yeni məscid kompleksi tikilib. Məscid kompleksi Binəqədi rayonu ərazisində yerləşir. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, tikintisinə 2012-ci ildən başlanan kompleksdə əsas inşaat işləri yekunlaşdırılıb. Yaxın aylarda kompleksin rəsmi açılışının olacağı gözlənilir. Qeyd edək ki, məscid kompleksinin tikintisi üçün ölkə başçısı 2012-ci ilin avqust ayında sərəncam verib. 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq on milyon manat ayrılıb. |
2014-02-13 | 8,928 | İlham Əliyevə tar hədiyyə olundu | Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılış mərasimində iştirak ediblər. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lentini kəsib. Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi bildirib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılıb. Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilib. Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən prezident İlham Əliyev qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir. Bu sırada muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb. Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub. Mərasimdə gənc musiqiçilərin ifasında muğam səslənib. Qeyd edilib ki, binanın daxilində üzgüçülük hovuzu da qurulub. |
2014-02-13 | 8,929 | Yasamal sakinləri icra hakimiyyətinə yürüş edəcək – Tikinti etirazı | Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın sakinləri rayon icra hakimiyyətinə yürüş edəcək. Bu barədə məlumatı AzNews.az-a binada yaşayan sakinlər verib. Onların sözlərinə görə, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur: "Binada 200 mənzil var. Köhnə binadır. Bir müddət əvvəl binanın düz qarşısındakı ərazidə tikinti işlərinin aparılacağı bildirildi. Qısa müddət sonra ərazi hasara alındı və tikinti başladı. Binanın bloku ilə yeni tikilən binanın arasında cəmi 6 metr məsafə var. Hərəkət etmək mümkün deyil. Bina tikildikdən sonra vəziyyət daha da dözülməz olacaq". Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb. Tikinti şirkətinin nümayəndələri ərazinin onlara rayon icra hakimiyyəti tərəfindən ayrıldığını bildirərək hətta onları təhqir ediblər: "Bununla əlaqədar sakinlər rayon icra hakimiyyətini başçısına şikayət edəcək. Buna görə bu gün icra hakimiyyətini binasına yürüş edəcəyik". AzNews.az tikinti aparılması nəzərdə tutualn yerdən fotoları təqdim edir. |
2014-02-13 | 8,930 | Medvedyevdən Qərbə “gey zərbəsi” – Qanun | Baş nazir Dmitri Medvedyev Rusiyadan olan kimsəsiz uşaqların xarici ölkələrə bircinsli cütlüklərin ailələrinə övladlığa verilməsini qadağan edən qanunu daha da sərtləşdirib. "Axar.az"ın məlumatına görə, sənəd yalnız qanunvericiliyə uyğun, yetkin yaşına çatmış və fərqli cinsdən olan ailələrə imkan yaradacaq. Sözügedən qanun layihəsinin müəllifləri hesab edir ki, qüvvəyə minəcək əlavə qadağalar rusiyalı uşaqların əcnəbilərə övladlığa verilməsindəki boşluqların qarşısının alınmasında və onların mənəvi ruhda böyüməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, qanun ötən il iyunun 3-də Vladimir Putin tərəfindən imzalanıb. Sənədin imzalanmasından sonra Qərbdən Rusiyaya qarşı təzyiqlərə start verildi. ABŞ Dövlət Departamenti isə tənqidlərə daha geniş yer verərək, rəsmi Moskvanın belə addımını insan hüquq və azadlığına zidd saydı. Əlavə etdi ki, insanların seçim sərbəstliyinə hörmətlə yanaşılmalı, bütün dünyada biseksuallara, geylərə, lesbiyanlara və transseksuallara olan təzyiqlərə son qoyulmalıdır. Bütün bunlara baxmayaraq, Moskva Patriarxlığı Prezident Vladimir Putinin imzaladığı qanunu zamanıda atılmış addım kimi səciyyələndirib. |
2014-02-13 | 8,931 | FHN partlayışla bağlı məlumat yaydı - Rəsmi | FHN bu gün səhər saatlarında baş verən partlayışla bağlı məlumat yayıb. "Axar.az" FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çökmüş və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-02-13 | 8,932 | MSK-nın mətbuat katibinə vəzifə verildi - Özəl | MSK-nın mətbuat katibi Azər Sarıyev yeni vəzifəyə təyin edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Azər Sarıyev AzərTAc-ın Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri təyin edilib. Həmkarımızı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq. |
2014-02-13 | 8,933 | "İmran Cəfərzadə yeriməyə çalışır" | "İmran Cəfərzadənin "Bavaria" rehabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Hazırda həkimlər xəstənin müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar". Bu sözləri "Publika.Az"a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov deyib. "İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. Bundan sonra, İmranın müalicəsinə rəhbərlik edən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, o Azərbaycana geri qayıda bilər". V.Qafarov onu da əlavə edib ki, İ.Cəfərzadənin fiziki və psixoloji durumu normaldır. Onun geri qayıtması ilə bağlı hələ ki, konkret vaxt deyilməyib. Xatırladaq ki, ötən il iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezident İlham Əliyevin xüsusi göstərişi ilə Almaniyada davam etdirilir. |
2014-02-13 | 8,934 | İstanbulda kütləvi həbs: 54 nəfər saxlanılıb | İstanbul polisi saxta dərman şatışı ilə məşğul olan şəxslərlə əlaqədar olaraq əməliyyat keçirib. Əməliyyatlar zamanı 60 nəfər saxta dərman satışı ilə məşğul olan şəxs polis tərəfindən saxlanılıb (ANS). Saxlanılanlar arasında 11 nəfərin xarici vətəndaş olduğu bildirilir. Onlardan bir nəfərin Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Əməliyatlar zamanı təkcə İstambulun ərzasisində saxta dərman satışı ilə məşğul olan 54 nəfər saxlanılıb. Saxlanılan daha 9 nəfərin isə Surioya vətəndaşı olduğu məlum olub. Saxlanılan şəxslərin əksəriyyətinin xərçəng xəstəliyini müalicə edən dərmanların içinə asiton qataraq alıcılara təqdim etdikləri üzə çıxıb. |
2014-02-13 | 8,935 | Rus xalqı Rusiyanın gücsüzlüyündən bezib - Şok şərh | "Nəzəri olaraq Rusiyadan "yeni SSRİ" yarana bilərdi". Bu sözləri "Axar.az"a açıqlamasında rus politoloqu Qriqori Trofimçuk deyib. O, SSRİ-nin yenidən formalaşması anlayışını qəbul etmədiyini bildirib: "Nəzəri olaraq Rusiyadan "yeni SSRİ" yarana bilərdi. Amma bütün bunlar yalnız bir halda mümkün olardı ki, Sovet İttifaqının çökməsindən sonra Rusiya öz ideloji quruluşunu, siyasi, iqtisadi, ictimai-sosial sferadakı fəaliyyətini dəyişməyəydi. Bax, bu format qalsaydı, onun yenidən doğması üçün şans yaranardı". Politoloq hazırda Rusiyanın heç bir şey üçün pulu qalmadığını qeyd edib: "Hazırkı məqamda Rusiya Federasiyası özündə praktiki olaraq heç nəyə pulu olmayan tipik liberal-demokratik sistemi əks etdirir. Bütün büdcənin pulları dar mənada rus milyarderlərinin cibinə axır. Ona görə də biz rus gücünün doğulmasından yalnız bu parazit qrupun Rusiya Federasiyasından qovulmağından sonra danışa bilərik". Q.Trofimçuk həmçinin Rusiyanın Gömrük İttifaqı vasitəsilə öz gücünü ətrafa yayması üçün pulu olmadığını söyləyib: "Gömrük İttifaqının məqsədi – kiçik xərclərlə böyük pullar qazanmaqdır. Sovetlərdə isə bu, əksinə idi. Burada siyasət hər zaman iqtisadiyyatdan bir addım öndə dayanırdı. SSRİ hər zaman başqa ölkəyə öz təsirini gücləndirməkdən ötrü heç bir qarşılığı olmayan maliyyə xərcləri ayırırdı. Hazırkı Rusiyanın isə nə belə arzusu, nə də belə pulu var". O bu dəqiqə Gömrük İttifaqında ən böyük mübahisənin məhz Çinin təşkilatdakı statusu ilə bağlı olduğunu vurğulayıb: "Gömrük İttifaqının genişlənməsində bu dəqiqə ən böyük problem Çinin bu sistemdə hansı yeri tutmasındadır. Rusiya hələ də buna cavab verə bilməyib. Çin Şanxay Əməkdaşlıq Təşkilatının tərkibinə daxildir. Bu, hər kəsə bəllidir. Amma onun burada hansı statusa malik olmasına hələ də cavab verilmir. Bu isə o qədər də yaxşı bir şey deyil. Çünki bu məqamda əsas mübahisə mövzusu həm Rusiya, həm Çinin maraqlarının toqquşduğu Mərkəzi Asiya olur". Q.Trofimçuk artıq rus xalqının da Rusiyanın gücsüzlüyündən bezdiyini deyib: "Rusiya öz daxilində Vasilyev və Serdyukov kimi yüksək çinli korrupsioner məmurlara qarşı real mübarizə aparsa və faktiki onların çoxunu güllələtsə, o zaman əsl güclü Rusiya peyda olacaq. Amma hələlik Rusiya faktiki hər kəsə qarşı yumşaq, mehriban və loyal münasibətdədir. Bu isə ondan əsl güc gözləyən rus xalqını qane etmir. Ruslar artıq sonsuz liberalizmdən və demokratiyadan yorulublar". Qeyd edək ki, dünən Polşa mətbuatı Rusiyanın Gömrük İttifaqı vasitəsilə yenidən öz təsirini MDB ölkələrində gücləndirmək istədiyini yazmışdı. Mətbuat həmçinin bununla əlaqədar Rusiyanın postsovet məkanı ölkələrinin paytaxtlarında özünə müttəfiqlər axtaracağını qeyd etmişdi. |
2014-02-13 | 8,936 | Bakıda növbəti partlayış: 2 nəfər öldü - Yenilənir/Foto | 16:40 Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib. Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hadisə saat 16:20-də baş verib. Hadisə yerinə Stansiyanın həkim briqadaları cəlb olunub. Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb. BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib. *** 17:15 Partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış "Lukoil" yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-02-13 | 8,937 | Biləsuvarda güclü partlayış: 2 nəfər öldü | Biləsuvar şəhər Heydər Əliyev prospektində Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "Kamaz" markalı maşın partlayıb. "Axar.az" "Qaynarinfo"ya istinadla xəbər verir ki, partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb, digər xəsarət alanlar haqqında məlumat verilmir. APA-nın xəbərinə görə, hadisə saat 16.30 radələrində köhnə "Kimya Birliyi" kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970-ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır. |
2014-02-13 | 8,938 | Biləcəri körpüsündə yük maşını aşdı | Bu gün saat 16:30 radələrində Bakının Binəqədi rayonunda iri TIR maşını aşıb. Hadisə Biləcəri yolunda, körpünün girəcəyində baş verib. Qəza nəticəsində Biləcəridən Rəsulzadə qəsəbəsinə gedən yol tamamilə bağlanıb (ANS). Hazırda həmin yolda dəhşətli tıxac yaşanır. Hadisəyə səbəb TIR-ın körpüdən keçə bilməməsi olub. Yük maşını körpüdən keçə bilməyib və sürücü təhlükəsizlik qaydalarına əməl etməyərək, maşını aşırıb. Hazırda hadisə yerində Binəqədi rayon Polis İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi polisləri və Fövqəladə Hallar Nazirliyinin xilasedicilər işləyir. Faktla bağlı araşdırma aparılır. |
2014-02-13 | 8,939 | Mübariz Mənsimov 150 milyonluq restoran aldı | Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin ən böyük ət restoranı olan "Günaydın Et"i satın alır. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, daha önce restoranın böyük hissəsini təkbaşına satın alacağı bildirilən Doğuş Holdinq idarə heyətinin başqanı Ferit Şahenkin yanına azərbaycanlı iş adamı Mübariz Mənsimov da əlavə olunub. Onlar birlikdə "Günaydın Et"in 70 faizini satın alacaqlar. Məlumatlara görə, M.Mənsimova və ortağına restoranın 35 faizi düşəcək. 30 faiz isə "Günaydın"ın qurucusu Cüneyt Asanda qalacaq. Satın alınacaq 70 faiz hissə üçün 150 milyon dollar ödəniləcək. |
2014-02-13 | 8,940 | Nisə Qasımovaya sürpriz edən şəxs kimdir? | Xalq artisti Nisə Qasımova ad günündə sürprizlə qarşılaşıb. "Axar.az" xəbər verir ki, Nisə xanım ad günü ilə əlaqədar gecə saat 2-yə kimi fotosessiya elətdirib. Fotosessiyadan qayıdıb evə gələndə Xalq artisti sürprizlə qarşılaşıb. Xanımın evi gül, şam və şarlarla bəzədilib. Sürpriz edən şəxs isə Nisə xanımı sevən və pərəstiş edən xanım fanatı olub. Xalq artisti bunu görüb kövrəlib. Qeyd edək ki, bu gün xalq artistinin 60 yaşı olur. Nisə Fətulla qızı Qasımova 1954-cü il fevralın 13-də Bakıda anadan olub. Onun "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" və onlarla digər mahnıları dillər əzbəridir. |
2014-02-13 | 8,941 | Madonna Putini məsxərəyə qoydu - Foto | Dünyaca məşhur pop müğənnisi Madonna Nyu Yorkda, "Barclays Center" stadionundakı konserti zamanı Rusiya prezidentini məsxərəyə qoyub. "Axar.az" xəbər verir ki, Madonna həm də öz İnstaqram səhifəsində Rusiya prezidentinin maraqlı şəklini yerləşdirib və dövlət başçısını "The Village People" qrupu üzvlərinin obrazında təqdim edib. Qeyd edək ki, sözügedən komandanın "Go West" adlı bəstəsi ötən əsrin 70-ci illərinin gey-himninə çevrilmişdi. Musiqidə San-Fransiskoya, yəni gey hərəkatının yaradığı məkana çağırış olunurdu. Xatırladaq ki, Madonna bu yaxınlarda rusiyalı pərəstişkarlarını Putinə qarşı mübarizəyə səsləmişdi. |
2014-02-13 | 8,942 | Şəkidə də partlayış oldu: Tələfat yoxdur - Yeniləndi | 17:49 Şəkidə partlayış hadisəsi olub. "Axar.az" xəbər verir ki, Şəkidə işıq tranformatoru partlayıb. Hadisənin baş vermə səbəbi və partlayış nəticəsində dəyən ziyan haqqında hələlik məlumat yoxdur. 18:45 APA partlayışla bağlı təfərrüatları əldə edib. Belə ki, bu gün saat 15:22 radələrində Şəki şəhəri Sabit Rəhman küçəsində Alxasov Elşada məxsus şadlıq evinin transformatorunda qısaqapanmadan yanğın baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində transformatorda baş verən yanğın məhdudlaşdırılıb. Yanğın nəticəsində transformatorun şitləri yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır. |
2014-02-13 | 8,943 | Azərbaycanda terror aktları başladı? - Foto | "Baş verən partlayışlarla bağlı araşdırmanı biz aparmırıq". Bu sözləri "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Azərbaycanda bir gündə 4 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 4 güclü partlayışın terror olması ehtimalına qiymət verərkən dedi. O, partlayışlarla bağlı araşdırma aparılma səlahiyyətlərinin hələlik Fövqəladə Hallar Nazirliyində olduğunu söylədi: "Bizdə bununla bağlı təbii ki, məlumat var. Amma hələlik bu işlərlə bağlı əsas söz Fövqəladə Hallar Nazirliyindədir. Onlar araşdırma aparıb nəticəni bildirəcəklər. Yalnız bundan sonra həmin partlayışların hansı səbəbdən baş verdiyi aydınlaşacaq". Fövqəladə Hallar Nazirliyi ilə bununla bağlı əlaqə saxlamaq cəhdlərimiz alınmadı. MTN-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Axar.az"ın məsələ ilə bağlı sualına isə belə cavab verilib: "Bu barədə yalnız sabah açıqlama verə bilərik". Qeyd edək ki, bu gün Bakıda iki, Biləsuvarda isə bir partlayış olub. Partlayışların ardarda baş verməsi və ölümlə müşayiət olunması Azərbaycanda terakt ehtimalının irəli sürülməsinə səbəb olub. Xatırladaq ki, bu il yanvarın 28-də "Meşə qardaşları" və "Ceyşullah" terror təşkilatları Azərbaycanda terakt törədəcəkləri ilə bağlı məlumat yaymışdılar. |
2014-02-13 | 8,944 | Azərbaycandan Avropa Birliyinə cavab - Rəsmi | "Avropa İttifaqının ali nümayəndəsi Ketrin Aşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-in və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklərlə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdulayev çıxış edib. O, bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı "etibarlı" mənbələrə istinad etməsinin maraq doğurduğunu deyib: "Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilib, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınıb. Ortaq rəy ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcəkdir". E.Abdullayev Azərbaycanda QHT və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların Avropa İttifaqı ölkələrindən heç də geri qalmadığını qeyd edib: "QHT-in və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mətbuat katibi açıqlamasında Avropa İttifaqının yaydığı məlumatın qərəzli olduğunu deyib. "2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İctimai iştirak haqqında qanunu qəbul edilib. "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsl də nəzərdə tutulub. Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir". |
2014-02-13 | 8,945 | Kollec direktoru rüşvət alarkən həbs olundu | Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə müasir təhsil sisteminin formalaşdırılması və beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizəni daha səmərəli təşkil etmək məqsədilə dövlətimizin başçısının verdiyi göstərişlər bu istiqamətdə təxirəsalınmaz tədbirlərin daha sistemli, davamlı və kompleks xarakter daşımasını şərtləndirib. Belə ki, Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri, "Ədalət və Qanun" qəzetinin redaktoru işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda tələbələrin adlarının qarşısında pul məbləğləri qeyd olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
2014-02-13 | 8,947 | Prezident 4 sərəncam imzalayıb - Yenilənib | Azərbaycan Prezidenti İlham Əliyev "Xocalıya ədalət" kampaniyasının keçirilməsi, Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |
2014-02-13 | 8,948 | I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi | Bu gün Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib. "Axar.az" Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirə edilib. Bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müşavirə Nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilib. |
2014-02-13 | 8,949 | Misir Mərdanovun müavini YAP-da sədr müavini oldu | Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının iclası keçirilib. "Axar.az"ın YAP-ın rəsmi saytına istinadən məlumatına görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib. İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib. Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub. Y. Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək. Müzakirələr zamanı komissiya üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda iş planı qəbul olunub. Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri - Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov, eləcə də professor Həsən Mirzəyev və İradə Hüseynova daxildir. |
2014-02-13 | 8,950 | Ermənilər Tərtər istiqamətində hərəkətə keçdi | Tərtərin Qapanlı və Qaradağlı kəndləri istiqamətində erməni silahlı birləşmələri hərbi əməliyyata cəhd göstərib. "Axar.az"ın bölgə müxbirinin verdiyi məlumata görə, Tərtərin Qapanlı və Qaradağlı kəndləri iri çaplı silahlardan gülləbaran edilib. Saat 15:00-da başlayan atışmada sözügedən kəndlərdə bir çox evlərin dam örtüyü, pəncərələri qırılıb. Hətta bir neçə evin içərisində mebellərdə güllə izləri var. Azərbaycan ordusunun cavab həmləsindən sonra ermənilərin əməliyyatı dayandırılıb. Qaradağlı və Qapanlı kənd sakinlərinin narahat olmadığı və belə əməliyyatlara psixoloji hazırlığı barədə müxbirimiz məlumat verir. Xatırladaq ki, Soçi olimpiadası müddətində atəşkəsin ciddi qorunması ilə bağlı razılaşmanı ermənilər dəfələrlə pozublar. Ancaq son 5 gündə ilk dəfədir ki, iri çaplı silahlardan iki kənd iki saat müddətində əməliyyat çərçivəsində gülləbaran edilir. |
2014-02-13 | 8,951 | Ekspertlər Eynulla Fətullayevin yayımladığı xəbəri şərh etdi | "Məsələyə ictimai maraq varsa və redaksiya bunu ictimai əhəmiyyətli bir məsələ sayırsa, bu materialı yayımlamaqda heç bir problem yoxdur". Bu sözləri "Axar.az"a açıqlamasında media eksperti Zeynal Məmmədli Eynulla Fətullayevin məlum yazısını istinadla yayımlayan media qurumları barədə səslənən ittihamlara cavab olaraq bildirdi. İddia edənlər məhkəməyə müraciət edə bilər Ekspertin fikrinə görə, bu cür ittihamları səsləndirənlər jurnalistika prinsiplərindən xəbərsizdirlər: "Orada adı çəkilən şəxslər münasibət bildirmək istəyərsə, onlara şərait yaradılmalıdır. Diffamasiya haqqında qanunla yanaşsaq, bu məsələdə şikayətçi olan insanlar və ya media prinsiplərinin pozulduğunu iddia edənlər məhkəməyə müraciət edə bilər. Əgər iddia məhkəmə qərarı ilə öz təsdiqini taparsa, o zaman iqtisadi sanksiyalar tətbiq edilə bilər və yalan informasiya yayanlar cərimələnər. Bu cərimələnmə də xəbər mənbəyinə aiddir, onu tirajlayanlara deyil. Ancaq bizdə bu qanun tam formada qəbul edilmədiyinə görə, mətbuat azadlığı ilə bağlı məsələlərin bu cür nizamlanmasını gözləmək düzgün olmazdı". Jurnalistin işi xəbər və xəbərçilikdir Demokratik Jurnalistlər Liqasının rəhbəri və media eksperti Yadigar Məmmədli də materialın yayımlanmasında heç bir problem olmadığını bildirdi: "Bizim KİV haqqında qanunda jurnalistlərin əməl etməli olduğu qaydalar və prinsiplər hamısı yazılıb. Qüvvədə olan KİV haqqında qanun buna icazə verir. Başqa bir media qurumunun yaydığı məlumatı istinadla tirajlamaq və hər bir tərəfə mövqeyini ifadə etməyə imkan tanımaq peşəkarlıqdır. Kim buna etiraz edirsə, o iddianın media prinsiplərinə heç bir aidiyyəti yoxdur. İnformasiyanın media qurumunda verilib-verilməməsini həmin media qurumu özü müəyyən edir. Kiminsə qıraqdan nəsə deməyi yolverilməzdir". Media eksperti bildirdi ki, jurnalistin siyasi partiyaların maraqlarını güdmək kimi bir vəzifəsi yoxdur: "Əsas prinsiplərdən biri budur ki, jurnalist siyasi partiyalardan uzaq olmalıdır. Jurnalistin hansısa siyasi qurumun mövqeyini qorumaq kimi bir öhdəliyi ola bilməz. Jurnalistin işi xəbər və xəbərçilikdir. Əgər bunu cəmiyyət üçün maraqlı hesab edirlərsə, düşünmədən yayımlamalıdırlar". |
2014-02-13 | 8,952 | Bakıdakı partlayışlarla bağlı cinayət işi açıldı | Bakıda yanacaqdoldurma məntəqəsində və yarımçıq tikilidə baş vermiş partlayış hadisələri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma Zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb; Binəqədi rayon, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki 600 kv m sahəsi olan yarımçıq tikilidəki partlayış nəticəsində isə 4 nəfər xəsarət alıb. |
2014-02-13 | 8,953 | "Biz 150 min suriyalıya hərbi təlim keçmişik" | "Biz 150 min Suriya vətəndaşını İrana gətirərək onlara hərbi təlim vermişik". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentində Tehran şəhərini təmsil edən deputat Seyid Mahmud Nəbəviyan bildirib. Onun sözlərinə görə, İran 150 min suriyalıya öz ölkəsində hərbi təlim keçib: "Eyni zamanda, biz Livanın "Hizbullah təşkilatının 50 min adamını Suriyaya göndərmişik. Hizbullah da İsraili vurmaq üçün 80 min raketinin hazır vəziyyətdə olduğunu bildirib. Bu da ABŞ-ın Suriyada məğlub olmasına gətirib çıxardı". |
2014-02-13 | 8,954 | Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür | Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, 2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil edib. Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür. Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub. Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğma qabiliyyətinə malik qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür. Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər azalıb. 2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb. Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xaricə qazanc üçün getmiş gənclər Vətənə qayıdırlar. 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb. |
2014-02-13 | 8,955 | Partlayan obyektin sahibi danışdı - Eksklüziv | "Partlayış "Kontekst" firması işçilərinin təmir zamanı yol verdikləri diqqətsizlik nəticəsində baş verib". Bu sözləri "Axar.az"a açıqlamasında Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma Zavodunun yaxınlığındakı "Lukoil" yanacaqdoldurma məntəqəsinin müdiri Bahadur Hüseynov deyib. Onun sözlərinə görə, yanacaqdoldurma məntəqəsi 26 gündür ki, işləmirdi: "Bu gün 26 gündür ki, yanacaqdoldurma məntəqəsi işləmir. Burda əsaslı təmir işləri aparması üçün "Kontekst" firması ilə müqavilə imzalamışıq. Təmir işləri demək olar ki, başa çatmışdı. Hadisə benzin çənlərini təmizləmək üçün doldurulmuş suyun su nasosu ilə kənara vurulması nəticəsində baş verib. "Kontekst"in işçiləri nasosu quraşdırarkən diqqətsizliyə yol veriblər. Nasosun matoru işləyərkən qığılçım baş verib və yaxınlıqdakı qazla dolu olan çəndə partlayış olub". B.Hüseynovun sözlərinə görə, ölən hər iki şəxs təmir işləri aparan "Konteks" firmasının işçiləridir. Xatırladaq ki, bu gün Bakı şəhəri, Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən təmirə dayanmış "Lukoil" yanacaq doldurma məntəqəsində partlayış baş verib. Nəticədə 2 nəfər - Şamxal Orucov və Həsrət İmamverdiyev ölüb, Turab Həşimov isə xəsarət alıb. |
2014-02-13 | 8,957 | Şiələrin başları qoyun kimi kəsilməlidir – Fitva | Vəhabi şeyxi Nasir əl-Əmr şiələr barədə vəhşilik baxımından misilsiz planlarla çıxış edib. "Axar.az" "Baymedia.az"a istinadən bildirir ki, Səudiyyə Ərəbistanında yaşayan, ən qatı təkfirçi kimi tanınan bu vəhabi müftisi şiələrin qətlə yetirilməsinin və vəhabilər tərəfindən onların qadınlarına yiyələnmənin zərurəti barədə "barbar" fitvayla çıxış edib. Suriyada qan tökülməsinə də məhz həmin fitvanın bais olduğu iddia edilir. Vəhabi şeyxi Nasir əl-Əmrin həmin fitvası aşağıdakı kimidir: "Şiələrin İslam üçün olan təhlükələri yəhudi və məsihilərin təhlükəsindən çox olduğuna görə İslam ümmətini xilas etmək üçün bu tayfanı (şiələri) necə məhv edək? Əvvəl bunu bilməliyik ki, şiələr yalnız vahid mücahid İslam hökuməti ilə kökündən məhv edilə bilər. Gələcəkdə bu cür hakimiyyət qurulanda onlar ya gərək İslamı qəbul etsinlər, ya da başları kəsilməlidir. Öz dinlərində israrla qalsalar, onlarla aşağıdakı kimi rəftar etmək lazımdır: Şiələrin bütün kişilərinin başları qoyun kimi kəsilməlidir. Belə ki, onların bədənini qan bürüməlidir. Onların qanından dəniz əmələ gəlməlidir. Belə ki, "müsəlmanlar" həmin dənizin kənarında gəzərkən qan dalğalarının səsini eşitməlidirlər. Şiələrin gözəl qadınları əsir alınaraq üç qrupa bölünməli və rütbələrinə uyğun şəkildə mücahidlərimiz arasında bölünməlidir. Onların uşaqlarına sələfi məktəblərində "Tovhid" və "Sünnə" öyrədilməli, uyğun təhsil verilməli və Osmanlı dövründəki kimi "İslam ordusunu" formalaşdırmaq üçün hərbi təlimlər keçilməlidir ki, gələcək fəthlərdə onlardan istifadə edək. Əsla onların guya "İslamı" qəbul etmələrinə aldanmamalıyıq və aşağıdakı metodlarla onları sınaqdan keçirməliyik. Əvvəlcə, onlar öz əllərilə öz ibadət yerlərini və ziyarətgahlarını dağıtmalıdırlar. Əgər onlardan kimsə bu işi görməzsə, yaxud çəkinərsə, onları daha ağır sınaqlara məruz qoymalıyıq. Onların uşaqlarını atalarının evdə şiəliyə əməl edib-etməmələri barədə sorğu-sual etməliyik. Onların evlərinə hücum edərək bütün kitablarını yandırmaq lazımdır. Onları yer üzünə elə səpələmək lazımdır ki, heç bir konkret məskənləri olmasın. Aşura gününü bayram kimi qeyd edin və şiələri orada iştirak etməyə zorlayın. Bu günü matəm kimi qeyd edib-etməmələri barədə sorğu-suala tutun. Şiələri məcbur edin ki, onlar uşaqlarının adlarını müqəddəs adlar olan Müaviyyə, Ayişə, Həfsə və Yezid qoysunlar. Və sonuncusu onları öz İmamlarından bəraət diləməyə məcbur etməliyik". |
2014-02-13 | 8,958 | Gürcüstan Prezidenti Qax rayonunda - Foto | Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsini ziyarət edib. Ali qonağın diqqətinə çatdırılıb ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur. Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırıb, ianə verib, abidənin həyətində kənd sakinləri ilə görüşmüş, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib. Sonra Gürcüstan Prezidenti "El Resort" otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşüb. Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşən Prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirib, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd edib. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan Prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildiriblər. Məlumat verilib ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir. Rayonda yaşayan digər xalqlar kimi, gürcülər də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər. Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb. Sonra Gürcüstan Prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlib, yeni tikilmiş məktəb binası ilə tanış olub. Ali qonağın diqqətinə çatdırılıb ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilib. Gürcüstan Prezidenti məktəbin sinif otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuş, uşaq bağçasında tərbiyə alan balacalarla görüşüb. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildiriblər. Prezident Georgi Marqvelaşvili Qax rayonundan xoş təəssüratlarla ayrılıb. Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb. Qəbələ Beynəlxalq Aeroportundan yola salınan Prezident Georgi Marqvelaşviliyə xatirə hədiyyəsi təqdim edilib. (Trend) |
2014-02-13 | 8,959 | Nazirliydə Dövlət Proqramı ilə bağlı müşavirə keçirilib | Bu gün "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrasına həsr olunmuş müşavirə keçirilib. Dövlət Proqramı Azərbaycan Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, iclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, Tikilən obyektlərin birləşmiş müdiriyyətinin baş mühəndisi Zöhrab Pirimov, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və digər aidiyyəti şəxslər iştirak ediblər. Ə.Qarayev proqramda əksini tapan müddəaların icrası ilə maraqlanıb, görüləcək işlər barədə tövsiyələrini verib. Qeyd olunub ki, fevral ayının sonuna qədər nazirliyin Mədəni irs şöbəsi və "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu bu istiqamətdə öz təkliflərini hazırlayıb təqdim edəcək. Martın əvvəllərində isə Dövlət Proqramının təqdimatı keçiriləcək. İclasda müzakirə edilən məsələlərdən biri də tarixi abidələrin pasportlaşdırılması olub. Bu məsələ Dövlət Proqramında əksini tapıb. Ölkəmizdə ilk dəfə beynəlxalq standartlara uyğun olaraq tarixi abidələrin pasportları Azərbaycan dilində hazırlanır. Sovet dövründə 1000-ə yaxın abidənin pasportu rus dilində tərtib edilib. Hazırda 64 abidənin pasportu tam hazırdır, 34 abidə ilə bağlı iş davam edir. Pasport iki hissədən ibarət olacaq. Birinci hissədə abidənin yerləşdiyi ərazi, coğrafi koordinatları və aparılan bərpa işləri haqqında məlumat veriləcək. İkinci hissəsi qeydiyyat vərəqindən ibarət olacaq. Burada Azərbaycan, ingilis və rus dillərində abidənin tarixi, bərpası haqqında məlumat veriləcək. Pasport məlumatları Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdiriləcək. Pasportlaşma ilə bağlı məlumatları dinləyən nazir bu istiqamətdə müvafiq tapşırıqlar verib. Toplantıda "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi də müzakirə olunub. |
2014-02-13 | 8,960 | Qubada sığorta şirkətinin binası yandı | Qubada sığorta şirkətinin binasında yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Quba şəhərində ümumi sahəsi 96 kv.m olan sığorta şirkətinin dam örtüyünün yanar konstruksiyası 1 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-13 | 8,961 | Qubada 70 yaşlı kişi intihar etdi | Bu gün Quba rayonunda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, rayonun Zərqova kəndinin 70 yaşlı sakini Məhərrəmov Xudbəddin Qoçəhməd oğlu həyat yoldaşının məzarı üzərində kimyəvi maddə və benzin içib. Onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, dünyasını dəyişən şəxsin həyat yoldaşı bir neçə gün bundan öncə ölüb. Onun bu hadisəyə dözməyərək intihar etdiyi bildirilir. Faktla bağlı hüquq –mühafizə əməkdaşlarının araşdırmaları davam etdirilir. |
2014-02-13 | 8,962 | Siyəzəndə yol terroru: baba öldü, nəvə yaralandı | Siyəzən rayonunda iki piyadadan bir nəfərin ölümü, birinin xəsarətilə nəticələnən hadisə baş verib. Bu gün saat 16:00 radələrində Siyəzəndən Quba istiqamətinə gedən "ZİL 131" markalı avtomaşın yolun sağ kənarı ilə hərəkətdə olan iki nəfəri vurub. Onların baba və nəvə olduğu bildirilir. Nəticədə 1956-cı il təvəllüdlü Yaqubov Eyyub Əliağa oğlu yerindəcə keçinib. 2010-cu il təvəllüdlü Ocaqverdiyev Rəşad isə ağır xəsarətlərlə Bakı Travmotologiya İnstitutuna göndərilib. Sürücü Rafael Xanlar oğlu Xankişiyevin idarə etdiyi "ZİL 131" markalı avtomaşın Dövlət Neft Şirkətinin Siyəzən Neft və Qazçıxarma İdarəsinə məxsusdur. Faktla bağlı Siyəzən polis şöbəsində cinayət işi açılıb. (ANS) |
2014-02-13 | 8,963 | İtaliyanın baş naziri istefa verdi | İtaliyanın baş naziri Enriko Letta istefa verdiyini açıqlayıb. Bu informasiyanı AFP agentliyi yayıb. Baş nazir Enriko Lettanın istefaya getməsini 136 nəfər, vəzifəsində qalmasını isə 16 nəfər dəstəkləyib. Lettanın lehinə səs verən Demokrat partiyasının üzvləri partiyanın iclasını tərk ediblər. İtaliya Demokratik partiyasının lideri Matteo Rençi isə təcili surətdə yeni hökumətin yaradılmasını təklif edib. Xatırladaq ki, Enriko Letta 1966-cı ildə Pisa şəhərində anadan olub. O, Pisa universitetini bitirib. Lettanın əmisi Gianni Letta eks baş nazir Silvio Berluskoninin köməkçilərindən biri olub. Enriko Letta 2013-cü ildə keçirilən seçkilərdən sonra aprel ayının 24-də İtaliya prezidenti Giorgio Napolitano tərəfindən yeni hökuməti qurub. (ANS) |
2014-02-13 | 8,964 | BMT-də Ermənistanın təcavüzü müzakirə edilib | Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistanla sərhəddə cəbhə boyunca bu ilin yanvar ayından başlayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının kəskin şəkildə artması ilə bağlı Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev fevralın 12-də BMT-nin baş katibi Pan Gi Muna məktub göndərib. Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən verilən məlumata görə, məktubda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına dair cədvəl baş katibin diqqətinə çatdırılıb və bildirilib ki, yanvar ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti snayper gülləsindən həlak olub və bir əsgərimiz yaralanıb. Bundan əlavə, Ermənistan tərəfi çox vaxt iriçaplı silahlar və snayperlərdən yaşayış məntəqələrini və mülki obyektləri, o cümlədən təsərrüfatları, məktəbləri və tibb müəssisələrini atəşə tutur və bu, mülki şəxslərin yaralanması və onların mülkiyyətinə ciddi ziyan dəyməsi ilə nəticələnib. Baş katibin diqqətinə çatdırılıb ki, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarının vaxtı, istiqaməti və tezliyini təhlil edəndə, habelə onların ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən vacib görüşlərlə üst-üstə düşməsini nəzərə alanda, bu pozuntuların məqsədyönlü və sistematik olması və Yerevandakı mərkəzi hərbi komandanlıqdan verilən əmrlər əsasında həyata keçirilməsi aydın olur. Ermənistan tərəfinin yalnız ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi tərəfindən iki həftədən bir keçirilən monitorinq fəaliyyətləri zamanı atəşkəsə riayət etməsi və atəşin monitorinqin başa çatmasından dərhal sonra, bəzən isə müşahidəçilərin bölgəni tərk etməsini gözləmədən başlaması bu arqumenti təsdiqləyən digər sübutdur. Daha sonra bildirilib ki, atəşkəsin pozulması hallarının statistikası bir daha Ermənistan rəhbərliyinin və onun BMT yanında daimi nümayəndəsinin bu ölkənin bölgədə sülh və sabitliyə münasibətinə dair verdikləri bəyanatların yalana əsaslanmasının göstəricisidir. Münaqişənin sülh yolu ilə həllinə sadiqliyinə dair bu ölkənin bəyanatları yerdəki hərəkətləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yanvarın 24-də Parisdəki görüşündən bir neçə gün əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlayıblar. Qeyd edilib ki, Ermənistan tərəfindən zorakılığın və təxribatların sayının kəskin surətdə artması Azərbaycanın Xarici İşlər Nazirliyinin 25 yanvar tarixində verdiyi bəyanatda pislənib. Yanvarın 24-də Parisdəki görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları mətbuat məlumatında bölgədə davam edən zorakılığa dair ciddi narahatlıq ifadə edib və son hadisələrin danışıqlar prosesinə və sülhün bərqərar edilməsi perspektivlərinə ziyan vurduğunu bildiriblər. Məktubda xüsusilə qeyd edilib ki, Azərbaycan dünyadakı silahlı münaqişələrin döyüşən tərəflərinin Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı "Olimpiya atəşkəsi"nə riayət etməsinə dair BMT-nin baş katibi və digər yüksək rəsmi şəxslərin etdikləri çağırışları alqışlayır. 4-5 fevral tarixlərində bölgəyə səfərdən sonra yaydıqları mətbuat məlumatında ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə silahlı qarşıdurmaının artmasından narahatlıq ifadə edib, Azərbaycan və Ermənistan prezidentlərinin Olimpiya Oyunları zamanı atəşkəsə riayət etmək və vəziyyətin daha da gərginləşməsinə yol verməmək niyyətində olduqlarını bildiriblər. Lakin fevral ayında cənhə xəttində gərgin vəziyyət davam edib. Azərbaycan tərəfi Ermənistanın qeyd edilən atəşkəs çağırışlarına məhəl qoymamasından və bölgədə təxribatçı hərəkətlərini davam etdirməsindən təəssüflənir. Ermənistanın bu hərəkətləri onun dövlət başçısının ATƏT-in Minsk qrupunun həmsədrlərinə verdiyi vədə və xüsusilə, BMT Baş Assambleyasının keçən ilin noyabrında qəbul etdiyi və Ermənistanın da həmmüəllif olduğu "İdman və Olimpiya ideyaları vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması" adlı qətnaməsinin tələblərinə ziddir. Daimi nümayəndə məktubun BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc edilməsini xahiş edib. (Trend) |
2014-02-13 | 8,966 | Bakıda ofis yandı | Bakıda ofislərdən birində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı ofisin 1 otağında televizor və televizor altı şkaf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-13 | 8,967 | Zaqatalada ara qarışdı, azarkeşlər stadiona axışdı | Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal yaranıb. "Axar.az" "Futbolinfo.az"a istinadən xəbər verir ki, qalmaqalın səbəbkarı "İnter"in futbolçusu Cosqun Diniyev olub. Belə ki, matçın 84-cü dəqiqəsində zaqatalalıların qapısına penalti təyin edilib. Qazanılan "lotereya"nı qola çevirən Diniyev bundan sonra yerli azarkeşlərə tərəf qaçaraq onlara qarşı nalayiq ifadələr işlədib. Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq futbolçunu etdiyi tərbiyəsziliyə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Oyunu idarə edən Rəşad Əhmədov isə Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb. Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb. |
2014-02-14 | 8,968 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 14-də yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. |
2014-02-14 | 8,969 | Bacısıyla dalaşdı, öz ağzını tikdi - Video | Bu gün ANS-in qaynar xəttinə zəng edən şəxs polisə etiraz olaraq ağzını tikdiyini deyib. Deyilən ünvana gedəndə həqiqətən də 3 uşaq atası, 37 yaşlı Azad Loğmanov ağzını sapla tikdiyi müşahidə edilib. Səbəb isə bacısının onu döyməsilə bağlı polisin araşdırmasına narazılığıdır. Belə ki, Azad Loğmanov 2007-ci ildən öz sevdiyi ilə ailə qurduğuna görə ailəsi onunla dava-dalaşa başlayıb. Bu xanım Loğmanovun ikinci həyat yoldaşı olub. Ailəsilə razılaşa bilməyən qəhrəman əvvəlcə xanımı ilə kirayədə yaşamağa başlayıb. Amma sonradan ata evində haqqının olduğunu düşünüb, öz evinə qayıdıb. Lakin bu illər ərzində dəfələrlə evdə bacısı ilə mübahisələri onunu kirayəyə çıxmasına və yenidən evə qayıtması ilə nəticələnib. Nəhayət, bu dava-dalaşlara ötən il məhkəmə nöqtə qoyub. Şəki Şəhər Məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qərara əsasən, evin bir otağı və aynəbəndi Azad Loğmanova verilib. Amma bundan sonra da dava-dalaş səngiməyib. Və sonucda mübahisə zamanı ailənin qızı Şamama xanım qardaşının başını yarıb. İş yenə də polisə düşüb. Zərər çəkənin dediyinə görə, hətta işin gedişatı zamanı bunlardan rüşvət də istənilib. Bütün bu baş verənlər Azadın əsəbiləşməsinə və etiraz olaraq ağzını tikməsinə səbəb olub. İndi 2 gündür ki, Azad Loğmanov bax beləcə, ağzı bağlıdır. Nə yeyir, nə də içir. Şəki Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Azad Loğmanov dediklərində tamamilə haqsızdır. Ondan heç bir pul tələb olunmayıb. Əslində, əvvəlcə o, bacısına xəsarət yetirib və 500 manat dəyərində cərimə olunub. Onun bu təşəbbüsünün səbəbi də yəqin ki, elə cəriməni ödəməkdən yayınmaqdır. |
2014-02-14 | 8,970 | Gözəl aparıcı polisə şikayət etdi | Türkiyənin məşhur aparıcısı Asuman Krauze onun adından açılmış saxta Tvitter və Feysbuk səhifələrinin bağlanması üçün hüquq-mühafizə orqanlarına şikayət edib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bir neçə şəxs saxtakarlıq məqsədilə onun adından səhifələr açıb və tanınmış xanımın adından müxtəlif şirkətlərə mesajlar göndərərək, hədiyyələr tələb edib. Məlumata görə, hədiyyələrin siyahısında ətir, ayaqqabı, kosmetik vasitələr, hətta tort da olub. Onlar sifariş verdikləri şirkətlərə Bursa şəhərində hədiyyələrin göndəriləcəyi ünvan da veriblər. Hazırda araşdırmalar davam edir və məşhur xanımın adına açılan səhifələri yaradanlar axtarılır. |
2014-02-14 | 8,971 | Avropanın 6 şəhərində bomba həyəcanı | İngiltərənin 6 şəhərinə bomba qoyulması barədə məlumat yayılıb. "Axar.az" xəbər verir ki, nazirliyin mətbuat xidmətinin açıqlamasında hadisə ilə bağlı Oksford, Slouq, Kent, Readinq, Çetxem və Braytonda ticarət mərkəzlərində aşkar edilən şübhəli əşyalarla bağlı Baş nazir Devid Kameronun təcili yığıncaq keçirtdiyi bildirilir. Paketlərdə zərərli cihazların olduğu və Şimali İrlandiya ilə əlaqəli terror təşkilatları tərəfindən bir mesaj olduğu güman edilir. Müdafiə Nazirliyi hadisəni terrora cəhd kimi qiymətləndirərək vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib. |
2014-02-14 | 8,972 | Amsterdamda ilk əxlaqsızlıq muzeyi – Video | Hollandiyanin paytaxtı Amsterdam şəhərinin "Qırmızı isıq" məhəlləsində Avropada ilk fahişəxana muzeyi fəaliyyətə başlayıb. BBC-nin verdiyi məlumata görə, bura təşrif buyuranlar "sevgi fədailəri"nin həyat tərzi ilə yaxından tanış ola, hətta müəyyen anda özlərini onların yerində hiss edə bilərlər. |
2014-02-14 | 8,973 | Baş nazir ölkədəki problemlərə görə infarkt keçirdi | İraqda "Əl-Qaidə"yə bağlı İraq Şam İslam Dövləti ilə hökumətin ordu qüvvələri arasında qarşıdurmalar şimala yayılır. Bağdad-Kərkük avtomobil yolu İŞİD-in nəzarətinə keçib. İraqın baş naziri Nuru Əl Maliki isə ölkədə yaşanan problemlərə dözə bilməyərək infarkt keçirib. Ölkədə vətəndaş müharibəsi halına gələn qarşıdurmalar onun səhhətinin pisləşməsinə səbəb olub. "Hammurabi News" bildirir ki, Maliki keçirdiyi infarkt səbəbilə gizlicə Yaşıl Bağdaddakı İbni Sina xəstəxanasına aparılıb. Müalicəsi davam edilən Malikinin sağlamlıq vəziyyətinin ciddi olduğu bildirilib. Qeyd edək ki, İraq prezidenti Cəlal Təlabani də ötən il keçirdiyi beyin qanaması nəticəsində xəstəxanaya çatdırılmışdı. Təlabaninin müalicəsi hələ də davam edir. (ANS) |
2014-02-14 | 8,974 | Keçini görən aslan dəli oldu - Video | Bir evdə saxlanılan aslan keçini görən kimi əhvalı dəyişib və dəli olub. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, ac aslan qəfəsinin qarşısına gətirilən keçini görüncə özündən çıxıb. Keçini yeyə bilmək üçün qəfəsin içində qaçan aslan tamamilə dəli olub. Keçi qorxudan, aslansa həyəcandan sanki havalanıblar. |
2014-02-14 | 8,975 | Hər zaman gözəl qalan Demi Murun 9 sirri | Hollivudun tanınmış ulduzu, aktrisa Demi Mur yaşından xeyli cavan görünməsinə baxmayaraq, həmişə formada qalmaq üçün xüsusi pəhriz saxlamaqla yanaşı plastik əməliyyatlara da 100 minlərlə dollar xərcləyir. Ancaq bəzi proseslər var ki, bunları siz də etsəniz gözəlliyinizi qorumuş olacaqsınız. 1. Çoxlu su için 2. Təzə meyvə-tərəvəzdən bol-bol yeyin. 3. Stressdən qaçın. 4. Günəş şüalarından dərinizi qoruyun. 5. 30 yaşınız tamam olubsa, qırışlara qarşı kremdən istifadə etməyi unutmayın. 6. Əllərinizə qulluq edin, çünki əllər qadının incəliyidir. 7. Hər gün dərinizi yaxşıca təmizləyin və nəmləndirici krem çəkin. 8. Özünüzə qulluq ritualının gündəlik qayğısına boyun və dekolte bölgəsini daxil edin. 9. Demi Mur saçalrına çox diqqət edərək onların gözəl görünməsini qoruyur. Bunun üçün o, saçlarını əvvəlcə yumşaq şampunla yuyur, sonra soyuq su ilə durulayır və sərinlədici vurur. Saçları nəm olduğu halda saç baxım kremi ilə masaj edir. Demi Murun fikrincə qadın şərab kimi ildən ilə daha da yaxşı və gözəl olmalıdır. Onun məsləhətləri: 1. Əntiq (daha dözümlü) əşyalar alın. Bunlar geyimlər, aksessuarlar, ayaqqabılar da ola bilər. 2. Klassik rənglərə üstünlük verin. (Demi Murun sevdiyi rənglər qara və boz) 3. Qara rəngli yaxşı bir cins alın. 4. Günəş gözlüklərini seçərkən keyfiyyətinə diqqət edin. 5. Geyimlə bərabər bəzək aksessuarları almaqdan çəkinməyin. Demi Mur dişlərinin əsrarəngiz ağlığına görə isə diş həkiminə minnətdardır. O, mütəmadi olaraq dişlərini xüsusi emal təbəqə ilə ağardır. Pəhriz haqda: - Orqanizminizə qulaq asmaq vacibdir, o nə istədiyini sizə xəbər verəcək. Mən yalnız aclıq hiss etdikdə yeyirəm, doyduğum zaman isə dayanıram. Əgər günorta saat 3-də şirniyyat yemək istəsəm, heç bir problem yoxdur, çünki bu kökəlməmə səbəb ola bilməz. İstədiyimi yeyirəm, yalnız az yemək şərtilə. Naharda çox yemirəm, yüngül salat, şorba və ya yalnız ikinci yemək. Bəzən ərköyünlük də edib, bütün qadağa olunmuş təamlardan dadıram. Əgər bədən formasının pozulması ilə bağlı daim qorxu içində yaşasam, həyata marağım tam itər. Çəki problemi bizim ailədə demək olar ki, müzakirə olunmur. Əgər qızlarımı idman etməyə təhrik edirəmsə, bunu yalnız onların sağlamlığı üçün edirəm, arıqlamaları üçün yox. Ümumiyyətlə, mən övladlarıma təzyiq etməyi xoşlamıram. Onlara başa salıram ki, gözəllik yalnız paltarın ölçüsü ilə xarakterizə olunmur. Üzə qulluq haqda: Üzə qulluq üçün yalnız yoxlanılmış markanın keyfiyyətli məhsullarından istifadə etmək lazımdır. Ən əsası isə dərini yaxşı təmizləmək və nəmləndirməkdir. Pilinqi kosmetoloqumda etməyi üstün tuturam, çünki o, mənim dərim üçün hazırlanıb. Səhər yuxudan oyandığım zaman bir stəkan təmiz su içirəm. Bu həm tonusu qaldırır, həm də aclıq hissini azaldır. Yatmazdan öncə makiyajı kosmetik südlə təmizləyərək üzümü anamın resepti ilə pulverizatordan çıxmış mineral su vasitəsilə nəmləndirirəm. Sonra qidalandırıcı krem çəkirəm. Siması olduğum Helena Rubinşteyn markasına üstünlük verirəm. Makiyaj haqda: Dekorativ kosmetikanın küpünə girmirəm. Kirşan və tonal vasitələrdən minimum dərəcədə istifadə edirəm. Mən tuş fanatıyam. Çantamda hər zaman tuş olur. Həmçinin gavalı çalarlı göz kölgəsi və dodaq parıltısına üstünlük verirəm. Dırnaq boyasına gəlincə, mən ya təbii şəffaf rəng, ya da parlaq qırmızı rəngi seçirəm. Saçlar haqda: Saçlar mənim əsas qürur mənbəyimdir. Nəzarət edirəm ki, ucları haçalanmasın, vaxtaşırı onları kəsdirirəm. Həftədə bir dəfə baş dərisi üçün sakitləşdirici masaja gedirəm. Çəkiliş yoxdursa, fen və s. saç zədələyən vasitələrdən istifadə etmirəm. Saçımı tez-tez yumuram. Həftədə 2 dəfə. Hər yumada isə saçımı reyhan məhlulu ilə yaxalayıram – bu, saç diblərini möhkəmləndirir (1 stəkan qaynar suya 1 xörək qaşığı reyhan). Sevdiyi ətirlər haqda: Ətirlərlə münasibətim yaman qəlizdir. Az istifadə edirəm. Daha çox "Tuberoza" yağının ətrini xoşlayıram. Tuberozanın romantik, isti qoxusu optimistlərin ətri adlandırılır. Bu da sanki xasiyyətimi əks etdirir. Mən əminəm ki, əgər həyatı sevsən, o kifayət qədər mənalı və gözəl olur. |
2014-02-14 | 8,976 | Mən Göygöz Kosayam - Tanınmışlar | Məlumdur ki, kinoda müxtəlif insanların həyatı, məişəti, hiss və duyğuları obrazlar vasitəsilə ifadə olunur. Hec kəs aktyor doğulmur və aktyor olmur. Lakin hər kəsin oynadığı bir rol var. Həyatda özünü oynayanlar və oynanılan obrazlarda özünü görənlər var. Tanınmış insanlara müraciət etdik: "Görəsən yerli filmlərdən hansını daha çox bəyənirlər və o filmlərdə özlərini hansı rolda görmək istəyərlər?" Prokuror olmaq istədi Şair Qulu Ağsəs filmlərimizə baxdığını, lakin özünü heç bir obrazda görmədiyini desə də, Saday Şəkərli sorğumuza cavab olaraq Azərbaycan filmlərinin demək olar ki, hamısını izlədiyini dedi: "Qanun naminə" filimindəki Mehman arzusuyla yaşadım, heyif..." Çoxları mənim rolumda çıxış edərdi Tanınmış iqtisadçı Əli Mənsimli: "Əvvəllər istehsal olunan Azərbaycan filmlərinə baxmışam, son dövrlərin çəkilişlərinə isə yox. Mən yalnız öz rolumu oynadığımdan, heç bir filmin qəhrəmanı olmazdım və özümü heç bir rolda görmürəm. Çünki reallıq hissini itirməyib, obyektiv düşünə bilən hər kəs təhlil aparsa, cəmiyyətə mənim kiminsə rolunda çıxış etməyim yox, çoxlarının mənim rolumda çıxış etməsinə ehtiyac olduğunu duyardı",- dedi. Mən Banu Çiçəyəm Tarix üzrə fəlsəfə doktoru, şair Həyat Şəmi Azərbaycan filmlərinə sevə-sevə baxırmış. Oynamaq istədiyi obrazı da çoxdan müəyyənlişdirib: "Məm özümü Banu Çiçək rolunda görürəm. Mən Banu Çiçəyəm". Sevinc El-Sevər: "Cüllütəm" Sevinc El-Sevər "Liftçi qız" filmindəki Cüllüt imiş: "O filmi uşaqlıqda da sevirdim. Həsən Seyidbəylinin qadın qəhrəmanlarının hamısını sevirəm, ən çox da bu Cüllütü. Mən də Cüllüt kimi həyatda çox çəkingən, sakit, tısbağa kimi qınında yaşayan adamam. Amma içimdəki qadın başqadı, üsyankardı, inadkardı, güclüdü, cəsarətlidi. Cüllütlə mən eyni adamlarıq. Mən o rolun öhdəsindən əla gələrdim, çünki özümü oynamış olacaqdım..." Alman zabiti - Gündüz Abbaszadə Tanınmış idman yazarı Gündüz Abbaszadə isə sualımızı belə cavablandırdı: "Bu haqda heç vaxt düşünməmişəm, amma sizin sualınızdan sonra aglıma ilk gələn obraz "Uzaq sahillərdə" filmindəki alman zabiti Şults obrazıdır. O rolda oynaya bilərdimmi?! Hər rolun öz xüsusiyyəti var, ancaq "Qızıl uçurum" filmində Əliabbas Qədirovun canlandırdığı Cəlil obrazinda ozumu daha aydın görürəm". Göygöz Kosa obrazını seçərdim İdman jurnalisti Rövşən Əhlimanoğlu Azərbaycan filmlərindən ən çox "Bir qalanın sirri"ni sevir: "Hər kəs filmlərdə müsbət obrazları canlandırmaq istəyir. Mən isə bu filmdə Göygöz Kosa obrazını seçərdim. Bəlkə filmdəki hoqqaları real həyatda da edə bildim". |
2014-02-14 | 8,977 | Masazırda yol terror: 2 nəfər xəsarət aldı - Fotolar | Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərin maşında sıxılmış vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobili yol kənarındakı beton səkiyə çırpılıb və qəza nəticəsində 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı 14 yaşlı Rəsul Quliyevi avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Hadisə şahidlərinin sözlərinə görə, maşının sürücüsü 20 yaşlı Quliyev Vüsal yaralı vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsində araşdırma aparılır. |
2014-02-14 | 8,978 | Belçikada uşaqlar zəhərli iynə ilə öldürüləcək | Belçika parlamenti Aşağı palatada səsvermədən sonra sağalmaz xəstəliklərə düçar olmuş həddi-büluğa çatmamış uşaqların evtanaziyası (zəhərli iynə vurulmaqla ölməyə razılıq vermə) haqqında qanun layihəsini qəbul edib. Bu barədə RİA Novosti Agentliyi məlumat verir. Qərara uşağın valideynləri tərəfindən razılıq verilməlidir. Nümayəndələr Palatasının 86 deputatı qanun layihəsinin lehinə, 44-ü əleyhinə səs verib, 12 nəfər isə bitərəf qalıb. Bir müddət əvvəl bu qanun layihəsi Yuxarı palata - Senat tərəfindən dəstəklənib. Hazırda sənədi Kral imzalamalıdır. Qanun layihəsi Krallığın rəsmi nəşrində dərc olunduqdan 10 gün sonra qüvvəyə minəcək (Trend). |
2014-02-14 | 8,979 | Bakıda üçotaqlı ev yandı | Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı mənzilin 2 otağının taxta konstruksiyalardan ibarət tavanı və arakəsmə divarların üzlüyü 30 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları və lambirdən ibarət tavanı 10 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-14 | 8,980 | Ananın çarəsizliyi belə görüntüləndi - Foto | Mərkəzi Afrika Respublikasında, Mərkəzi Afrika və Çad vətəndaşı olan təxminən min müsəlmanın ölkədə həyata keçirilən "etnik təmizlik" əməliyyatlarından xilas olmaq üçün Bangi Aeroportundan təyyarələrlə Çad, Kamerun və Nigeriyaya göndərildiyi bildirilib. "Axar.az" təyyarəyə minməyə çalışan onlarla adamın arasından uşağını təyyarəyə mindirməyə çalışan bir ananın çarəsizliyini əks etdirən fotonu təqdim edir. Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən yardım qurumlarının hesabatlarına görə, xristian anti-Balaka xadimlərinin həyata keçirdiyi vəhşilik səbəbilə keçən ilin sonlarından bu yana təxminən 50 min müsəlman ölkədən çıxarılaraq qonşu ölkələrə göndərilib. |
2014-02-14 | 8,981 | Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 32 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-14 | 8,983 | Aygün Kazımova Prezidentə müraciət etdi | Bir qrup ictimai-siyasi xadim, onların sırasında xalq artisti Aygün Kazımova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. "Axar.az" "Publika.Az"a istinadən bildirir ki, bu barədə xalq artisti İnstaqram səhifəsində yazıb. Müraciət edənlər 30 İyunun "Sevgililər günü" kimi rəsmiləşdirilməsini istəyiblər. Xatırladaq ki, 30 iyun xalqımızın tarixində istiqlal və azadlıq uğrunda mübarizənin ən uca zirvəsi olan "20 Yanvar" şəhidləri İlham və Fərizənin evləndikləri gündür. Müraciəti imzalayan şəxslər bunlardır: Millət vəkili Qənirə Paşayeva, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Zəlimxan Yaqub, xalq artisti Arif Babayev və başqaları. |
2014-02-14 | 8,984 | Azərbaycanda ilk televiziya yayımından 58 il ötür | Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 58-ci ili tamam olur. Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya respublikada 1956-cı il fevralın 14-də yayıma başlayıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra -1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlandı. Hazırda Azərbaycanın efir məkanında 10 televiziya kanalı, eləcə də 10-dan artıq regional, peyk, kabel və internet televiziyaları fəaliyyət göstərir. Bütün televiziya əməkdaşlarını bu gün münasibətilə təbrik edirik. |
2014-02-14 | 8,985 | Jirinovski: “Slavyanlar bizim düşmənlərimizdir” | Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ənənəsi üzrə türkləri deyil, bu dəfə slavyan xalqlarını hədəfə alıb. "Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, "Moskva iqtisadi forumu"nda çıxışı zamanı Jirinovski bildirib ki, Rusiya slavyan mənşəli ölkələrə "qardaş xalqlardır" deməyə son qoymalı və onların müdafiəsinə qalxmamalıdır: "Bəsdirin, bu "qardaş xalqlardır" ifadəsini işlətməyin! Heç bir qardaş-bacı yanaşması qalmayıb. Unudun bu sözləri, onlar bizim bir nömrəli düşmənlərimizdi, onlar faşist Almaniyasıyladı. Onlar faşistlərlə torpaqlarımızı tapdaladılar. Bütün bu slavyanlar – bolqarlar, serblər, Qərbi Ukrayna... Biz isə onlara hələ də qardaş əli uzadırıq". Jirinovski əlavə edib ki, Ukrayna və Baltikyanı ölkələr Rusiyanı özlərindən itələyirlər: "Bu, nəyə lazımdır? Biz olmasaydıq, onlar çoxdan ölərdilər". |
2014-02-14 | 8,986 | Niyə Qarabağda yox, Suriyada döyüşürük? | İndi tez-tez Suriyada ölən azərbaycanlılar barədə xəbərlər eşidirik. Uzun illər ərzində döyüş xəbərlərinə yadırğamış azərbaycanlılar üçün bu xəbərlər üzücü olduğu qədər də anlaşılmaz görünür. İlk ağla gələn və geniş yayılmış münasibət budur ki, sənin nə işin var idi Suriyada? Yaxud Qarabağı qoyub, Suriyaya niyə gedirlər? İlk baxışdan normal görünə bilən bir reaksiyadır. Ancaq gerçəklikdəsə belə yanaşma heç də baş verənlərə ədalətli və obyektiv qiymət sayıla bilməz. Nəyə görə? Çünki artıq motivindən asılı olmayaraq, biz azərbaycanlılar üçün insanların şüurlu şəkildə qərar qəbul edərək döyüşə getməsi bir qədər anlaşılmaz, hətta anormallıq sayılır. Axı biz başımızı aşağı salıb ətrafda nə baş verməsindən asılı olmayaraq bir tikə çörək qazanmağı həyat tərzinə çevirmiş bir xalqıq. Ona görə də bu həyat fəlsəfəsinə uyğun gəlməyən olayları səbəbinə belə varmadan ağ-qara məntiqi ilə pisləməyi adət halına gətirmişik. Burada məsələ ilk növbədə səhv və ya doğruluğundan asılı olmayaraq, insanların qəbul etdiyi dəyər, inandığı həqiqət yolunda ölümü belə gözə almasıdır. Bu gerçəkliyin qarşısını isə inzibati güclə almaq mümkün deyil. Qarabağ kimi dərdi olan bir ölkə üçün belə bir hissin yaşaması olduqca önəmlidir. Demək, məsələnin problemli tərəfini nəticədə deyil, ideya, əqidə ehtiyacı olan insanların mənəvi və inam ehtiyacının vaxtında doğru istiqamətləndirilməməsində axtarmaq gərəkdr. Əgər biz İslamı gerçək mahiyyətinə uyğun təbliğ etmək və insanlara çatdırmaq siyasətini qura bilmiriksə, bu halda adamların kənardan ixrac olunan təriqətlərin təsiri altına düşməsi də qaçılmaz olacaq. Bundan sonra isə iş çətinə düşür və belə insanların qarşısını inzibati yolla kəsmək istənilən nəticəni vermir. Ona görə də etiraf etmək gərəkdir ki, bu gün insanlarımızın kənar təriqətlərin əsgərinə çevrilməsinin səbəbi ilk növbədə İslam dininə münasibətdə buraxılan yanlışlar, cəmiyyətimizin mənəvi mühitindəki boşluqlardır. İslamı yas mərasimlərinin çadırlarından çıxarmayınca, ona nəzir biznesi kimi baxılmasının, cəmiyyətdəki ədalətsizlikləri aradan qaldırıb insanlarımızın təriqətlərdə özlərinə rahatlıq tapmasının qarşısını almayınca, bizi irəlidə hələ çox təhlükələr gözlədiyini unutmamalıyıq. Suriyada döyüşənlərin niyə Qarabağda döyüşməməsi məsələsinə gəldikdə isə məncə, ilk qınanılan Suriyaya gedənlər yox, onların Qarabağa getməməsinin səbəbi olmalıdır. 20 illik atəşkəs dönəmində ermənilər təkcə silahlı birləşmələrlə Qarabağı, ona bitişik rayonları əldə saxlamırlar, həm də orda məskunlaşma siyasəti aparırlar. Buna qarşılıq biz də olanları, başımıza gətirilənləri seyr etməklə məşğuluq. Rəsmi olaraq atəşkəs olsa da, nə mane olurdu ki, bütün Qarabağ əraziləri boyu geniş partizan hərakatı başlasın. Relyefinə, hər dərə, təpəsinə bələd olduğumuz işğal altındakı torpaqlarımızda illər uzunu davam edən partizan hərakatı olsaydı, bu gün kim bilir Qarabağdakı bitib-tükənməyən itkilərə görə Ermənistanın daxilində necə böyük narazılıqlar, etirazlar başlanmışdı. Bu işğalın bədəlini ermənilərə ödətməyincə, ATƏT-in Minsk Qrupunun nağılları ilə itirdiyimiz torpaqlara yadlaşmaqda davam edəcəyik. |
2014-02-14 | 8,987 | Facebook-dan qalmaqallı yenilik | Facebook bu sosial şəbəkədə qeydiyyatdan keçənlər üçün cinsiyyət bölməsində 50 variant təklif edəcək. Facebook-un amerikalı istifadəçiləri "kişi", "qadın" seçimləri ilə yanaşı "biqender", "transseksual", "androqin" və.s kimi seçimlər də edə biləcəklər (ANS). Bu yenilik hələlik Facebook-un ABŞ-da qeydiyyatdan keçən istifadəçiləri üçün tətbiq olunacaq. Ancaq sonradan yeniliyin digər ölkə istifadəçiləri üçün tətbiq olunacağı gözlənilir. |
2014-02-14 | 8,988 | Kabayeva Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında – Video | Rusiya Prezidenti Vladimir Putinlə Dövlət Dumasının üzvü Alina Kabayeva arasında münasibətlərin olmasını əks etdirən daha bir video sosial şəbəkələrin müzakirə hədəfinə çevrilib. "Axar.az" xəbər verir ki, Rusiya Federasiyası rəhbərlərinin ən əzəmətli istirahət məkanlarından olan Soçidəki "Boçarov ruçey" bağı Putinlə onun qonaqlarının ixtiyarında olub. Maraqlıdır ki, Soçi Olimpiadası təşkilat komitəsinin üzvləri, açılış mərasiminin bu və ya digər epizodlarında iştirak etmiş şəxlərlə bərabər Alina Kabayeva da sözgedən məkanda görünüb. Onun olduqca şən əhval-ruhiyyədə olması jurnalistlərin diqqətindən yayınmayıb. |
2014-02-14 | 8,989 | “Azəriqaz”dan iki ziddiyyətli açıqlama | "Qazın verilməsi ilə bağlı hal-hazırda heç bir problem yoxdur". Bu sözləri "Axar.az"a partlayış səbəbindən Binəqədi rayonuna qaz verilişinin məhdudlaşdırılmasının aradan qaldırılıb-qaldırılmadığı sualına cavab olaraq "Azəriqaz"ın mətbuat katibi Araz Ağayev deyib. O, Binəqədi rayonu ərazisində mavi yanacağın verilməsində heç bir problemin olmadığını bildirib. "Azəriqaz"ın Binəqədi Rayon Qaz İstismarı İdarəsindən isə redaksiyamıza açıqlamada mavi qazın verilməsində məhdudiyyətlərin hələ də tam aradan qaldırılmadığı qeyd olundu: "Mövcud durumla bağlı hazırda təmir-bərpa işləri aparılır. Bəzi sahələrə qazın verilməsindəki məhdudiyyət aradan qaldırılmayıb". Xatırladaq ki, dünən Binəqədi rayonu 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindəki ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilidə partlayış baş verib. Baş vermiş hadisəylə bağlı Binəqədi rayonunda mavi qazın verilməsi dayandırılıb. |
2014-02-14 | 8,990 | Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı | Təhsil Nazirliyi Lənkəran Dövlət Humanitar Kollecinin direktorunu vəzifəsindən azad edib, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına isə şiddətli töhmət verib. Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib. Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. |
2014-02-14 | 8,991 | Alim Qasımovdan Prezidentə musiqili xitab - Video | null |
2014-02-14 | 8,992 | Azərbaycan anti-Rusiya mövqeyinə keçəcək… – Rus politoloq | "Yanukoviçin düşmənlərinə pul verməsilə Bakı faktiki olaraq antirusiya mövqeyi tutacaq". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Bakının Kiyevə kredit ayırmasının Rusiya üçün heç bir problem yaratmayacağını deyib: "Bakının Kiyevə pul verməsi Moskvaya mane olmur. Əksinə Rusiyanın etdiyi ağır maliyyə yardımını bir az da yüngülləşdirir. Bu dəqiqə Ukraynaya Rusiyadan başqa heç kim kömək etmir. Biz Avropa İttifaqının necə çoxlu vədlər verib, amma pul verməməsini görürük". Politoloq ayrılacaq kreditlə bağlı vacib bir siyasi nüansın olduğunu da qeyd edib. O, hazırda qarşıda duran əsas məsələnin Azərbaycanın Ukraynada pulu kimə verməli olduğunu söyləyib: "Azərbaycanın etdiyi köməkdə çox vacib bir siyasi nüans var. Suallardan biri Azərbaycanın kredit ayırıb Yanukoviçə verməsidir. Digər bir məsələ isə bunun tam əksinədir. Azərbaycan krediti Yanukoviçə yox, Ukrayna müxalifətinin təmsilçilərinə verə də bilər. Bax bu zaman Azərbaycan faktiki olaraq antirusiya əhval ruhiyəsi ilə alışıb-yanan yeni hökumətin formalaşmasına kömək edəcək. Yanukoviçin düşmənlərinə pul verməsilə Bakı faktiki olaraq antirusiya mövqeyi tutacaq. Bununla da Azərbaycan qərb tərəfindən yaradılacaq "Ukraynanın dostları" qrupuna daxil olacaq. Bununla da Azərbaycan özünə Ukrayna ərazisindən Avropaya qaz transferini həyata keçirən Rusiyanın nəqliyyat marşrutunun əleyhinə yaradılacaq nəqliyyat loqistik konsorsiumunda özünə yer alacaq". Bir müddət öncə millət vəkili Asim Mollazadə "Blomberg"ə müsahibəsində Azərbaycanın Ukraynaya 1 milyard dollar pul ayıracağını bildirmişdi. Yerli politoloqlar millət vəkilinin bu açıqlamasına şərh verərkən ölkənin bununla bağlı atılacaq addımının doğru olduğunu demişdilər. Xatırladaq ki, bir müddət öncə Rusiya mətbuatına müsahibə verən Qriqori Trofimçuk Rusiyanın Ukraynaya yardım etdiyini və Azərbaycanın edəcəyi yardımda da heç bir problemin olmadığını söyləmişdi. O, Rusiyanın 3 milyard verdiyini, indi isə növbənin Azərbaycanda olduğunu qeyd etmişdi. |
2014-02-14 | 8,993 | Zakir Həsənov Serbiyaya rəsmi səfər edəcək | Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Müdafiə naziri cənab Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub. |
2014-02-14 | 8,994 | Azərbaycanlılar Suriyada neft bölgəsini ələ keçirdi - VİDEO | Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusu (ASO) ilə İraq və Şam İslam Dövləti (İŞİD) arasında yenidən qanlı toqquşmalar baş verib. Şam İslam Dövləti tərəfində vuruşan azərbaycanlılar Azad Suriya Ordusuna aid olan neft bölgələrini ələ keçirib. "Axar.az" "AzVision.az"a istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət dəstəyə Xəttab al Azəri başçılıq edir. |
2014-02-14 | 8,995 | İnsan alveri qurbanları ödənişsiz təhsil alacaq | İnsan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirəcək. "Axa.az" xəbər verir ki, tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı mərkəzi icra hakimiyyəti orqanı ilə birgə təşkil ediləcək. Bununla bağlı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilən "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb. 2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb. |
2014-02-14 | 8,996 | Ərdoğan prokurorları məhkəməyə verir | Ərdoğan 17 dekabr əməliyyatları ilə əlaqədar oğlunun və adı çəkilən nazir övladlarının prokurorları məhkəməyə verəcəyini deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan bu sözləri keçmiş millət vəkilləri ilə görüşü zamanı səsləndirib. Baş nazir dövlət içində dövlət qurmaq istyənləri tənqid edərək "mənim oğlum da daxil olmaqla nazirlərin övladları kompensasiya tələbi ilə prokurorları məhkəməyə verəcək". Ərdoğan həmçinin Gülən hərəkatının ona qarşı qarğışlarına da cavab verib: "Uzun adam" qarğışı "Bunlar "uzun adam" deyə mənə qarğış edirlər. Sonra da "neçə ildir qarğış edirik, tutmadı" deyə özləri özlərindən şikayət edirlər. Təmiz insan olsaydınız qarğışınız tutardı. Ancaq millət bizə dua etdiyi üçün Allah da kömək olur. Millət bizə səmimi olaraq dua edir, biz də səmimiyik. Onlar isə səmimi olmadıqları üçün ayaqları sürüşür". |
2014-02-14 | 8,997 | Nyu Yorkda Putini qartopu hədəfinə çevirdilər - Foto | Nyu Yorkda öz çılğınlığı ilə tanınan yerli homoseksual təşkilatı olan LBQT üzvləri Rusiya Prezidenti Vladimir Putini orijinal şəkildə hədəfə alıblar. "Axar.az"ın xəbərinə görə, gənclər Putinin şəklini əks etdirən nəhəng tablonu binalardan birinin fasadına asaraq, küçədən keçən sakinlərə qar topu ilə Rusiya prezidentinin üzünü hədəfə almağı təklif ediblər. Maraqlıdır ki, bundan həzz alan gənclərin hərəkətinə yaxından yan keçən şəhər polisləri mane olmayıblar. Xatırladaq ki, Rusiyada qeyri-ənənəvi seksual azlıqların həyat tərzini məhdudlaşdıran qanun layihəsinin Putin tərəfindən imzalanmasından sonra o, Qərbdən müəyyən tənqidlərə tuş gəlib. |
2014-02-14 | 8,998 | Milli Məclis Eynulla Fətullayevi müzakirə edir | Milli Məclisdə Azərbaycanda "casus qalmaqalı" məsləsi müzakirə olunub. "Axar.az" xəbər verir ki, Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc iki gün öncə ölkə mətbuatında yer alan "casus qalmaqalı" məsələsinə toxunub. Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil: "Mətbuat səhifələrində kompromat savaşları hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. Casus qalmaqalı ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpus nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta Maqnitsk Qanununu Azərbaycana tətbiq etməyə çağırışlar var",– deyə, millət vəkili söyləyib. Z.Oruc sözlərinə əlavə edib ki, səfilirklər, xüsusən də Azərbaycanda müxtəlif dövlərdə kəskin geopolitik maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Onun fikrincə, Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil: "Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var. Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var". Buna cavab olaraq Milli Məclisin sdəri Oqtay Əsədov bildirib ki, bunu bilmək üçün ölkədəki gündəlik qəzetləri oxumaq kifayətdir: "Amerika səfirliyininin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək Olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona "Miledi" deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq". |
2014-02-14 | 8,999 | Ramil Səfərovun öldürdüyü erməniyə yubiley keçirilir | Azərbaycanın ünvanına nalayiq ifadələr işlətdiyinə görə Milli Ordumuzun zabiti Ramil Səfərəov tərəfindən qətlə yetirilən Qurqen Marqaryanın ölümünün 10-cü ilini ermənilər Moskvada təmtaraqla anmasına hazırlaşırlar. "Axar.az"ın erməni mediasına verdiyi məlumata görə, tədbir fevralın 16-da, saat 13:00-da Moskva Kafedral kilsəsində düzənlənəcək. Bildirilib ki, mərasimi Rusiya ermənilərinin arxiyepiskopu Ezras aparacaq. Ermənilər tədbirə Rusiyanın ictimayyət nümayəndələri və siyasətçilərini də dəvət ediblər. Xatırladaq ki, 2004-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit Ramil Səfərov erməni zabit tərəfindən ağır təhqir və psixoloji təxribata məruz qalıb. Bu səbəbdən də Ramil onu qətlə yetirib. |
2014-02-14 | 9,000 | Siyavuş Novruzov Fazil Mustafanı tənqid etdi | Siyavuş Novruzov Fazil Mustafanı tənqid edib. "Axar.az" xəbər verir ki, hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında həmkarı Fazil Mustafanı antitürk mövqeyi ilə çıxış etməkdə ittiham edilən yazıçı Əkrəm Əylisli ilə eyniləşdirib. Millət vəkilinin hiddətinə səbəb həmkarının bir neçə gün Feysbuk səhifəsində və mətbuatda "Adamyeyənlər" yazısı olub. O, qeyd edib ki, bir çoxları bu gün məhz Əylisli yolunu tutur: "Bu gün də artıq deputat həmkarımız onunla bir mövqedən çıxış edir. Bu da təsadüfi deyil. Çünki onlar bir yerdə oturub-durublar. Axı səni narazı salan nədir? Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransa komandasını götürək. Əgər orada 2 dənə ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir", – S.Novruzov bildirib. O daha sonra Fazil Musatafanın yolboyu divarların çəkilməsindən narazılığıq etməsinə də toxunub: "Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən. Bu cür mövqe olmaz. Bu mövqeni heç cür qəbul etmək olmaz". |
2014-02-14 | 9,001 | Suriyadakı azərbaycanlılara yeni komandir təyin olundu - Özəl | Suriyada Əsəd rejiminə qarşı vuruşan "Əl Qaidə"yə yaxın "Nusrət Cəbhəsi"nin lideri Əbu Məhəmməd Culani azərbaycanlıların da daxil olduğu "Ceyş əl mühacirin an Ənsar" qruplaşmasına yeni komandir təyin edib. "Axar.az"ın məlumatına görə, bu şəxs Əbu Banat adlı avar millətindən olan dağıstanlıdır. Xatırladaq ki, azərbaycanləların da daxil olduğu "Ceyş əl mühacirin an Ənsar"ın komandiri Seyfullah Şişani Suriyanın Hələb şəhərində Mərkəzi Həbsxanaya hücum zamanı həlak olmuşdu. Məlumata görə, "Ceyş əl mühacirin an Ənsar"ın tərkibindəki Azərbaycan camaatlığına da rəhbər təyin edilib. Xəvariclərə yaxın bəzi saytlar bu adamın Xəttab ibn Azəri olduğunu qeyd etsə də, əslində həmin adamın Abu Usama ləqəbli biri olduğu deyilir. Amma hələ ki Abu Usamanın Azərbaycan camaatlığına liderlik etməsi barədə "Nusrət cəbhəsi"nin internet resurslarında məlumat yerləşdirilməyib. |
2014-02-14 | 9,002 | Səhiyyə Nazirliyi 33 sahibkarı cərimələdi | Bu il yanvar ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 33 sahibkar inzibati qaydada cərimələnib. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 7 nəfər barədə materiallar inzibati orqanlara verilib. Hesabat müddətində 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 461, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə isə 12 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 4-də orqanoleptik və fiziki-kimyəvi, 8-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub. Yanvar ayı ərzində iaşə müəssisələrindən 1232 yaxma nümunəsi götürülüb. Onların 12-də bağırsaq çöpləri normadan artıq olub. |
2014-02-14 | 9,003 | Bakıda baş redaktor xüsusi əməliyyatla həbs edildi | "İrəvan Press" qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun şantaj yolla pul tələb etməsi və mənimsədiyi müəyyən edilib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "İrəvan Press" qazetinin baş redaktoru həbs edilib. Bakı şəhər sakini Azər Abbasovun "jam.az" və "naviqator.info" internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onları şantaj edərək gəlir əldə etmək istəyib. Adıçəkilən şəxslər haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu "Azərpoçt" MMC vasitəsi ilə öz adına göndərimələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. |
2014-02-14 | 9,004 | Əli İnsanov təhsil nazirini məhkəməyə çağırdı | Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo" xəbər verir ki, müdafiə tərəfi vəsatətlərlə çıxış edib. Əli İnsanovun vəkili Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oktay Şirəliyev, iqtisadi inkişaf nazirinin keçmiş müavini, hazırda isə təhsil naziri Mikayıl Cabbarov və sözügedən nazirliyin iki əməkdaşının Aslanov və Vəliyevin məhkəmədə iştirakı üçün vəsatət qaldırıb. Daha sonra vəkil bildirib ki, TQDK sədri Məleykə Abbaszadənin sifarişi ilə Əli İnsanovun qanunsuz tələbə qəbul etməsi ilə bağlı MTN-ə məktub yazılıb və həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb. O, Fatma Abdullazadənin və Məleykə Abbaszadənin də məhkəməyə dəvət olunması ilə bağlı daha bir vəsatət qaldırıb. Keçmiş nazir çıxışında həmçinin deyib ki, hər iki xanımının məhkəməyə dəvət olunmayacağından əmindir: "Mən onlardan soruşmaq istəyirəm ki, 12 balla universitetə necə girmək olar?". Əli İnsanov şüşədə hava çatışmazlığından da şikayətlənib. Vəsatətlər isə qismən təmin olunub. İqtisadi İnkişaf Nazirliyinin Aslanov və Vəliyev soyadlı əməkdaşları hakimin qərarı ilə məhkəməyə şahid qismində dəvət edilib. Ehtiyac olarsa, digər adları çəkilən şəxslərində məhkəməyə dəvət olunacağı bildirilib. Məhkəmə Oktay Şirəliyev və Kərəm Həsənovun şahid kimi dindirilməsinə ehtiyac olmadığını bildirib. Vəkil Toğrul Babayev etiraz edərək şahidlərin siyahısına nazir Mikayıl Cabbarovun da adının salınmasını istəyib. Növbəti məhkəmə prosesi fevralın 21-də keçiriləcək. Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli və Eldar Namazov məhkəmə prosesində iştirak ediblər. Cəmil Həsənli hakimin qərarına müdaxilə etdiyi üçün zaldan çıxarılıb. Xatırladaq ki, sabiq nazir proses başlamazdan əvvəl çıxış edərək prezident İlham Əliyevin ünvanına sərt tənqidlər səsləndirib. |
2014-02-14 | 9,005 | "Mersedes"dən tam cəbbəxana çıxdı | Gürcüstan vətəndaşı Samir Mərrəmovun idarə etdiyi avtomaşından 347000 patron alışdırıcısı və 30 kiloqram barıt aşkar edilərək götürülüb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 13-də Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki Daimi Postunda Gürcüstan vətəndaşı Samir Mərrəmovun idarə etdiyi "Mersedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı 347000 patron alışdırıcısı və 30 kiloqram barıt aşkar edilərək götürülüb. S.Məhərrəmov Şəmkir RPŞ-yə təhvil verilib. |
2014-02-14 | 9,006 | Fəzail Ağamalı İcra başçılarını hədəfə aldı | İcra başçıları bələdiyyələri özünün "beşinci təkəri"nə çevrimək istəyirlər. "Axar.az" xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətrafında gedən müzakirələr zamanı millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, bu gün ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edir: "İcra başçıları bu gün bələdiyyələri özünün "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq". Bundan əlavə, onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: "Onlar İcra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar". O, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: "Mənzil istismar sahələri adlı qurum var. Bu, Sovet zamanından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı". Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bir sıra bələdiyyələrin işini ciddi tənqid edib. O, eyni zamanda 2014-cü ilin büdcəsində bələdiyyələrə ayrılan vəsaitin həcmindən narazılığını ifadə edib: "Ölkədə 1716 bələdiyyəyə cəmi 5,2 milyon manat vəsait ayrılıb. Amma kino çəkilişinə 6,5 milyon manat ayrılıb. O vaxt büdcə komitələrdə müzakirə olunarkən bu məsələ ilə bağlı maliyyə nazirindən soruşanda o bildiridi ki, bələdiyyələrlə bağlı büdcənin öhdəliyi yoxdur. Məgər büdcənin kino çəklişləri ilə bağlı öhdəliyi var? Belə çıxşmasın ki, mən kino çəkilişlərinin əleyhinəyəm. Ancaq bələdəiyyələrə ayrılan vəsaitin də həcmini heç cür qanedici hesab edə bilmərəm". |
2014-02-14 | 9,007 | Əfsanə “Trabzonspor”a qayıdır | "Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib. "Axar.az" xəbər verir ki, bu barədə prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib. Prezident bildirib ki, Şenol Günəşlə razılığa gəlib: "Tək namizədimiz Şenol Günəşdi. Onunla 3 saata yaxın söhbət etdik. Olduqca səmimi söhbətimiz oldu. Onun bəzi tərəddüdləri var idi. Amma bunları həll edə bilərik. Ona "gəl futbolun rəhbəri ol, kimsə işinə qarışmayacaq" dedim. İlk addımı atdıq. İnşallah hər şey yaxşı olacaq. "Trabzonspor"u əfsanəmizə əmanət edəcəyik". Qeyd edək ki, Şenol Günəş 1972-1987-ci illərdə "Trabzonspor"da çıxış edib. Türkiyə yığmasının sabiq baş məşqçisi 1988-1989, 1993-1997, 2005 və 2009-2013-cü illərdə Trabzon klubunu çalışdırıb. O, komandanı 1995 və 2010-cu illərdə Türkiyə Kubokunun, 1995-ci ildə Cumhurbaşqanlığı Kubokunun, 2010-da ölkə Superkubokunun qalibi edib. |
2014-02-14 | 9,008 | Amerikalı həmsədrdən Qarabağla bağlı ilginc bəyanat | "Niyə də bu Dağlıq Qarabağda olmasın?" "Axar.az" xəbər verir ki, bu sözləri amerikalı həmsədr Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. O bu sözləri tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın Xarici İşlər Nazirliyinin tələblərinə cavab verərkən deyib: "Kipr konfliktində tərəflər bir müddət öncə danışıqlar masasına əyləşiblər. Niyə də bu Dağlıq Qarabağda da olmasın?". Qeyd edək ki, erməni mətbuatı amerikalı həmsədrin bəyanatını "Dağlıq Qarabağ danışıqlara qoşulmalıdır" başlığı ilə yayımlayıb. |
2014-02-14 | 9,009 | Rövnəq Abdullayev binalara qaz verilməməsinin səbəbini açıqladı | Millət vəkili Qənirə Paşayeva Milli Məclisin fevralın 14-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı tikilən yeni yaşayış binalarında qaz problemi məsələsini qaldırıb. "Axar.az"ın məlumatına görə, obildirib ki, ötən iclasda da yeni tikilən göydələnlərlə bağlı məsələlər qaldırıldı və vətəndaşlar tərəfindən bu yöndə çoxlu sayda müraciətlər daxil oldu: "İnsanlar qeyd edirlər ki, bu binalarda elektrik və su xəttləri mövcuddur. Əgər bu binalar dövlət komissiyasına təhvil verilməyibsə, necə elektrik və su ilə təmin oluna bilər? İnsanlar onu da qeyd edirlər ki, mənzillərin qızdırılmasında ciddi əziyyət çəkirlər. Odur ki, biz müvafiq dövlət qurumlarını dəvət edib bu problemi araşdırmalıyıq. İnsanların mavi yanacaqla bağlı problemi həllini tapmalıdır". Deputat təklif edib ki, bu sahəyə sərt və ciddi yanaşılmalıdır: "Bu binaları tikən insanlar oranı dövlət komissiyasına təhvil vermədən vətəndaşların istifadəsinə necə verirlər? Şirkətlər məsuliyyət daşımalıdır. Hesab edirəm ki, bu problemlər həll olunmalıdır". Spiker Oqtay Əsədov isə deyib ki, bu problemlə maraqlanıb: "Həmin binaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkinci, qazın təhvil verilməsi üçün binalara 70 faiz əhali köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyır. Qazı verdilər, sabah da partlayış baş verdi. Bəs buna kim məsuliyyət daşıyacaq? Tüstü-baca sistemi yoxdur və bu, ciddi problemdir". ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev də problem haqqında danışıb: "Bakıda ciddi inkişaf gedir, yüksəkmərtəbəli binalar tikilir. Amma layihələrdə olan problemə görə, bu binalar dövlət komissiyasına təhvil verə bilmirlər. Şirkətlər buna baxmayaraq mənzilləri satırlar. Su və işığın təhlükəsizlik baxımından o qədər təhlükəsi yoxdur. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi neçə illərdir qeyd edir ki, bu binalar dövlət komissiyasına təhvil verilibsə, orada qısa müddətdə qaz çəkilə bilər. Hansı binalar təhlükəsizlik baxımından normal deyilsə, bura qaz vermək mümkün deyil". |
2014-02-14 | 9,010 | Sürücülərə şad xəbər: bal sistemi ləğv edilir | Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, bu barədə məsələ daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində qeyd olunub. Onun sözlərinə görə, təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. K.Əliyev qeyd edib ki, bal sisteminin ləğvi sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma aparmaq zərurətini aradan qaldıracaq: "Ancaq sürücülər də elə başa düşməsinlər ki, elə bu bal sistemi ləğv edilirsə, biz necə istəsək, maşını sürə bilərik, nə qədər istəsək, qaydaları poza bilərik, bu ancaq cərimə ilə nəticələnəcək və qayda pozuntusuna görə bizim sürücülük hüququmuz məhdudlaşdırıla bilməz. Xeyr. Bəzi ağır qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, yəni onların il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Yəni sürücülük hüququnun məhdudlaşdırılması qanunvericilikdə yenə qalır. Sadəcə bu, bal ilə hesablanmayacaq, ancaq müəyyən ciddi qayda pozuntularının təkrar və ya il ərzində üçüncü dəfə törədilməsi ilə bağlı olması nəzərdə tutulur". BDYPİ rəsmisinin sözlərinə görə, təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır: "Təkliflərdən biri budur ki, qanunvericiliyə müəyyən dəyişikliyin edilməsi ilə əlaqədar qayda pozuntularının, demək olar, əksəriyyəti elektron sənəd formasında təqdim olunacaq. Yəni indiyə qədər avtomatik rejimdə qeydə alınan qayda pozuntuları, misal üçün, bir çox müşahidə kameraları vasitəsilə qayda pozuntusu qeydə alınanda, o inzibati materialın baxılması üçün vətəndaş polisə dəvət edirdisə, artıq müşahidə kameraları vasitəsilə qeydə alınan qayda pozuntularının özü də avtomatikləşdirilir və elektron sənəd formasında protokol tərtib edilərək nəqliyyat vasitəsinin istifadəçisinin ünvanına göndəriləcək". K.Əliyev qeyd edib ki, təklif olunan yeniliklərdən biri də odur ki, əvvəllər sənəd formasında protokol, görüntü göndərilirdisə və alınandan sonra on gün müddət verilirdi ki, vəsadət qaldırılsın və sonra qərar çıxsın, artıq təklifdə bu, elektron protokolla birgə, kağız daşıyıcıda o inzibati xəta üzrə qərar da həmin vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsinin 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsadət qaldıra bilsin: "Əgər vətəndaş vəsadət qaldırmasa, qərarla razılaşmış hesab olunur və gedib istədiyi bankda, poçtda bu cərimə məbləğini ödəyə biləcək. Yəni bu, inzibati xətalara baxma işinin həm də təkmilləşdirilməsi və sadələşdirilməsidir ki, vətəndaşlar artıq əziyyət çəkməsinlər, dövlət orqanlarına getməsinlər, orada vaxt itirməsinlər. Yəni bu təkmilləşdirmə, sadələşdirmə vətəndaşın qayda pozuntusuna görə daha rahat ödəniş etməsinə şərait yaradılması ilə bağlıdır". Qeyd edək ki, Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. |
2014-02-14 | 9,011 | Sevdim... sevmədim türkləri | Rusiyanın NTV kanalındakı bəzi kriminal xarakterli filmlər istisna olmaqla, seriallara demək olar ki, baxmıram. Bizim tele-seriallara isə arada ona görə baxıram ki, əksəriyyətinin ssenari müəllifləri dost-tanışdır. Doğrusu, həmin filmlərə yalandan göz atıram ki, görüşəndə deməyə bir sözüm olsun. Bu saxtakarlıq deyil, dost qəlbi qırmamaqır. Onsuz da ssenarisi gözəl olan seriallarımız var ki, rejissor işi, aktyor oyunu, loru dillə desək, qoz qabığı… Qoz qabığı demişkən, elə indicə qoz mürəbbəsi ilə çay içmişəm. Saat 5-ə işləyib, evdə oyaq təkcə mənəm, sözsüz ki, çayımı da özüm dəmləyib içməliydim… Seriallardan bəhs etmək istəyirdim, axı. Demək bu "Möhtəşəm yüz il"i çox möhtəşəm çəkiblər. Həm rejissor işi, həm aktyor oyunu, həm avadanlıq, həm tarixi baxımdan görüntülər yüksək səviyyədədir. Ta bizim rejissorların çəkdikləri tarixi filmlərdəki kimi diqqətsizlik edilməyib. Məsələn, Məlikməmmədin əyninə cins şalvar geyindirmirlər. Bu film ürəyimcədir, türklər demiş, harika! "Türklər demiş", deyincə yadıma ilk dəfə tanış olduğum bir türk düşdü. Gənclik illərində Yuqoslaviyanın Zaqreb şəhərində tanış olmuşdum. Gəmimiz bu ölkənin istehsalı olduğundan əsaslı təmir üçün "anadan olduğu" zavoda aparılmışdı. Göyərtədə qaynaq işi ilə məşğul olan qarayanız gəncdən siqaretimi yandırmaq üçün kibrit istədim. Guya ki, yuqoslav dilində danışırmışam kimi "Spiski yest?"("spiçka" sözünü özlüyümdə yerli dilə uyğunlaşdırmışdım. Kəndimizdə əsgərlikdən təzə gələn oğlana nənəsi deyib ki, tumanbağına rusca nə deyirlər? Arvadın naqolay sualına cavab verə bilməyən nəvə cavab verib: "Tumannaya bağa", bax elə). Bu qarayanız, mənim xorvat bildiyim əbləh də gülərək "spiski yanındakındadır" deyib, gəminin aşpazı Tanyanı göstərdi. Sonra da elektrodla dəmiri döyəcləyib qığılcımlardan "ocaq" çatdı və mən siqaretimi yandırdım. Əda ilə (bəs nə, kapitan gəzməyə gedib, gəminin komandir yüksəklikləri müvəqqəti də olsa, mənim əlimə keçib) siqareti sümürüb, özümü bir daha poliqlot kimi göstərdim: "Xvala!" Yəni, sağ ol. Bu zırramanın cavabı həm təəccübümə, həm də mənim onunla tutaşmama, dalaşmama səbəb oldu. O, yenə də gülümsəyərək mənim "xvala"ma qafiyə ilə cavab vermişdi: "Gəl sırtımı yala!" Hər ikimizin öz dilində işlətdiyi söyüşlər eyni dildə eyni əzaların səslənməsi ilə davam etdi və birdən bu qaynaqçı, "səni gavur bildim",- dedi. Mən "gavuru" kafir kimi başa düşdüm. Yadıma rəhmətlik nənəmin sözü düşdü: "Bala kafir deyilsən ki, o mal-qaraya su ver də, dilləri ağızlarında kabab oldu axı". Məni gavur bilən türkün adı İbrahim idi. Dostlaşdıq. Evinə də qonaq apardı. Sonra öyrəndim ki, "spiski" sözü də qadın əzalarından birinə deyilirmiş... İbrahim Türkiyədən çox-çox uzaqlarda doğulub böyümüşdü. Dədə-babası da Türkiyənin üzünü görməmişdi. Orada yaşayan türklərin əksəriyyəti Sultan Süleymanın Avropada at oynadan zamanlarından dəstədən "qopub düşənlər imiş". Dillərini, dinlərini, mədəniyyətlərini unutmamışdılar. İbrahimlə tanışlıqdan sonra türkləri çox istədim. İndi həmin "Möhtəşəm yüz il"də Sultan Süleyman oğlu Mustafanı öldürtdüyü səhnə heç gözlərimin önündən getmir. Sultan oğluna, təmiz türk olan Mustafaya qıydı. Gavur qızı Xürrəmdən olan oğlu Səlimin xəbəri oldu bundan. Gavur qızından süd əmdiyinə görə abisinin ölümünə sevindi də… Xoşum gəlmədi türklərdən… Sultanın yastıq yoldaşı etməzdən qabaq "La ilahə illəllah" dedizdirdiyi gavur qızı nələr etdi… Hökmdarın təmiz türk qızından olan oğlunu öz bətnindən çıxan balasına rəqib gördü, onu şərlətdi və elə atasına da öldürtdü. Sultan bunu etməyə bilərdimi?! Zatən Süleyman da atasını devirib hakimiyyətə gəlmişdi… Ona görə də inandı. Tarix təkrar oluna bilərdi qorxusu vardı Sultan Süleymanın canında. İlahi, aktyor necə gözəl oynadı o rolu. Aktyor, hökmdarın oğlu tərəfindən xəyanət olunduğunu bilməsi dəhşətini, qəzəbini və ata sevgisini necə təbii göstərə bildi… Türkləri həm sevdim, həm də acıdım! "Gavur" sözünə qayıdım. Elə yuxarıda bəhs etdiyim həmin gəmi ilə boğazı keçib Qara dənizə, oradan da Volqa-Don kanalı ilə Xəzərə və Bakıya üzürük. Boğazda türk losman gəlib bizə bələdçilik etməlidir. Lövbərdə dayanmışıq. Türklərin ağ sürət gəmisi yan alır. "Parad trapı" – təmtəraqlı hallar üçün nəzərdə tutulan pilləkən endirilir. Ağ dənizçi uniformasında, yaşıl göz, ağ saqqalı, ağ əlcəklər geyinmiş Losman pilləkənə qalxır. Onun çantasını tutan gənc dənizçi bizim gəminin adını oxuyur: "Kapitan Doqapolv" və losmandan soruşur: "Bu nə demək, əfəndim?!". Əfəndi çantanı ondan alaraq "Gavur gəmisidir, ad da gavur adıdır",- deyir. Çantası əlində yuxarı göyərtəyə qalxır. Gənc dənizçi pilləkənə ayaq belə basmır. Bizim gəmi SSRİ-nin ərazisi sayılır və ərazimizə girmək üçün onun icazəsi yoxdur. Göyərtədə prosedur qaydalara görə, qarşılanma mərasimi keçirilir. Milliyətcə rus olan kapitanımız Losmanı salamlayandan sonra heyətin üzvləri ilə tanış edir. Sırada vəzifəyə görə 4-cü və tək azərbaycanlı mənəm. Mənə yaxınlaşnda sakitcə: "Əfəndim, bu gavur gəmisi deyil, Azərbaycanın gəmisidr. "Port propiska" (liman qeydiyyatı) Baküdür",- dedim. Təmiz, yam-yaşıl gözləri ilə gözlərimin içinə baxdı, sağ əlini ağzına tərəf qaldırdı,- sol əlində çantasını tutmuşdu,- dişləri ilə ağ, təmiz nazik əlcəklərini çıxartdı, sonra mənimlə görüşdü. Sonra çantanı mənə uzatdı, əlcəklərini boşalımış sol əli ilə geyindi, çantasını geri aldı. Gülümsədi və başqa heyət üzvləri ilə görüşdü. Özümə qarşı bir doğmalıq gördüm. Sevdim türkləri. 2009-cu ilədə Türkiyənin Elazığ şəhərində keçirilən ənənəvi "Xəzər şeir şöləninə" dəvətli idim. Elazığın ilçələrində keçirilən şeirləşmələrdə bəzi türkiyəli şairlərin bizə, Azərbaycan şairinə, şeirinə olan marağa qısqanclıqlarını gördüm, pis oldum. İncidim onlaran. Amma hər şeir oxuyandan sonra yüzlərlə insanın alqışını görəndə yenidən sevindim. |
2014-02-14 | 9,012 | MOSSAD-la Azərbaycanın işbirliyi Qərb mediasında – Siyahı | İsrail Müdafiə Nazirliyinin rəsmi saytında yer alan hesabatda Mossad kəşfiyyat agentliyi ilə bir çox müsəlman ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin olması məlumtı yer alıb. "Axar.az"ın məlumatına görə, agentliyin rəsmi saytına istinad edən Qərb mediası bu mövzunu xüsusi qabardıb. Beləliklə, MOSSAD-la əməkdaşlıq edən ölkələr sırasında Bahreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Əfqanıstan və Azərbaycanın da adı çəkilir. Hesabata əsasən, Bahreyn İran və Fələstin hərbi birləşmələri barədə İsrailə məlumatlar ötürür. Ayrıca İranın nüvə məsələsində İsrailin Səudiyyə kəşfiyyatı ilə qarşılıqlı əməkdaşlığı xüsusi vurğulanır. Bu yöndə iki ölkə arasında əlaqələr daha da genişlənməkdədir. "Nyu York Tayms"ın 2011-ci ildə Almaniyanın Ər-Riyada satacağı 200 ədəd tankla bağlı silah müqaviləsinin İsrailin yardımı ilə reallaşdırdığı barədə məqalə dərc olunub. Ordunun sözügedən hesabatına görə, İsrail BƏƏ-yə hava hücümlarından müdafiə sistemləri və digər hərbi sursatlar da təklif edib Ordu hesabatına görə, Azərbaycan və Əfqanıstana satdığı silahları Pakistan üzərindən həyata keçirir. |
2014-02-14 | 9,014 | Radikal cərəyanlarla mübarizədə biz də varıq | "Biz radikal cərəyanlara qarşı mübarizə üçün icmalarımıza dəstək olmalıyıq". "Axar.az" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov komitənin illik hesabatına həsr olunan iclasda deyib. O bildirib ki, bizim ənənəvi, tarixi kökləri keçmişə gedən İslami dəyərlər sistemimiz var: "Azərbaycan gəncləri bu tarixdən nə qədər xəbərdar olsalar, bizə yad olan dini cərəyanların təsirinə daha az düşərlər. Biz radikal cərəyanlara qarşı mübarizə üçün icmalarımıza dəstək olmalıyıq". E.İsgəndərov qeyd edib ki, bu istiqamətdə layihələr il ərzində keçirilib və bundan sonra da davam etdiriləcək. |
2014-02-14 | 9,015 | “Mən Valentin müəllimin gününü qeyd etmirəm” – Tanınmışlar | Bu gün Beynəlxalq Valentin günüdür. Bu gün hər kəs bir-birinə olan müxtəlif hədiyyələr verməklə sevgisini bir daha sübuta yetirməyə çalışır. Tanınmış səhnə adamları ilə danışıb, onların bu günü bayram kimi qeyd edib-etmədiyini öyrəndik. Müğənni İlhamə Qasımova bu günü bayram kimi qeyd etmədiyini bildirdi: "Sözün düzü, qeyd eləmirəm. Heç tanımıram Valentin kimdir. Amma bilirəm ki, bu gün sevgililər günüdür. Bizim üçün yaxşı bəhanədir ki, hədiyyə qəbul edək. Ancaq xüsusi olaraq bu günü qeyd eləmirəm. Yox, hədiyyə almamışam, sözün düzü, heç gözləmirəm də. Mənim üçün əsas olan vaxtımın maraqlı keçməsidir. Hədiyyə gül də olsa yaxşıdır. Görək də... mən heç bu dəfə xüsusi olaraq hədiyyə istəməmişəm". Reper Uran da bu günü bayram kimi qeyd etmir və onun fikrincə, sevgini qeyd eləmək üçün xüsusi günə gərək yoxdur: "Mən Valentin müəllimin gününü qeyd etmirəm, məncə hədiyyə və sevgi üçün hansısa gün lazım deyil" . İfaçı Günay İbrahimli isə bu günü qeyd edənlərdəndir. Bildirək ki, sevdiyi şəxs ona qızılgül hədiyyə edib. Özü isə nə hədiyyə edəcəyi barədə hələ ki, dəqiq bilmir. Hit mahnıların bəstəkarı və aparıcı Murad Arif bu günü qeyd edir və hədiyyə olaraq xanımına gül dəstəsi verib: "Valentin gününü qeyd edirəm, həyat yoldaşıma gül dəstəsi almışam. Həyat yoldaşının mənə olan hədiyyəsi isə özəl qalsın". Onun fikrincə, bu gün sevdiyini söyləmək üçün ələ düşən növbəti şansdır: "Bu gün sadəcə, daha bir fürsətdir ki, sevdiyimi söyləyim. Bir az adekvat, ya da heç olmazsa pozitiv olun. Yaşasın, sevgi və səmimiyyət!" Xalq artisti Nisə Qasımovaya görə, təkcə bu gün yox, onun üçün hər gün sevgi, barış günüdür: "Mənim üçün təkcə bu gün yox, hər gün sevgi, məhəbbət və barış günüdür". |
2014-02-14 | 9,016 | "Endirim" yazıb əməl etməyən dükanlarla bağlı - Rəsmi | Bakıda qanunsuz reklamın yayımı dayandırılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Əfəndiyev Samir Qəzənfər oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib. Belə ki, mağazanın pəncərəsində "Endirim 50%-ə qədər" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Əfəndiyev Samir Qəzənfər oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.