date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-12
8,811
Evlərin kreditlə satışı da qadağan olundu
Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. "Axar.az" "AzVision.az"a istinadən məlumat verir ki, Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib. Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər. İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir. Əməkdaşımız kredit qadağası ilə əlaqədar bir neçə tikinti şirkəti ilə əlaqə saxlayıb. Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqları qeyd edirlər. Şirkət təmsilçiləri həmçinin müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın qərarı mənzil satışının xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Çünki, mənzil alıcılarının böyük əksəriyyəti maaş sistemi əsasında fəaliyyət göstərmirlər. Daha çox özəl biznes və şəxsi təsərrüfat sahələrində çalışanlar yeni tikililərdən kreditlə mənzil almağa üstünlük verirılər. Yüksək maaş alan şəxslər isə daha çox ipoteka kreditlərindən yararlanırlar. Bu baxımdan Mərkəzi Bankın kredit qadağasının əmlak bazarına mənfi təsir edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, indiyədək əksər yerli tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında həyata keçirirdilər. İş yerindən arayış isə tələb olunmurdu. Sənədləşmə minimumum 25 faiz ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsi ilə aparılırdı.
2014-02-12
8,812
Rusiya 3 milyard verib, növbə Azərbaycanındır - Trofimçuk
"Ukraynada vəziyyət o həddə çatacaq ki, Suriyada olduğu kimi burada da "Ukraynanın dostları" qrupu yaradılacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə rus politoloqu Qriqori Trofimçuk çıxış edib. O, Ukraynaya Azərbaycanın yardım etməsi mümkünlüyünün iki səbəbi olduğunu qeyd edib. "Ukraynada vəziyyət o həddə çatacaq ki, Suriyada olduğu kimi burada da "Ukraynanın dostları" qrupu yaradılacaq. Azərbaycan bu koalisiyaya iki səbəbdən qoşula bilər. Siyasi və iqtisadi. Hər iki halda da Azərbaycan üçün bu sərfəli olacaq. Amma bəzi qruplar tərəfindən bu doğru qarşılanmaya da bilər. Əsas məqam veriləcək yardımın nə zaman olmasındadır. Bəziləri bunun sanksiyalardan sonra ediləcəyini düşünürlər. Amma Azərbaycanın bütün şayiələrdən özünü yayındırmaqdan ötrü pulu Yanukoviç hakimiyyətdə olan zaman ona verəcək deyə düşünürəm. Rusiya 3 milyarda verib, növbə Azərbaycanındır". Qeyd edək ki, bir müddət öncə "Blomberg"ə açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycanın Ukraynaya bir milyard yardım edəcəyini bildirmişdi. Xatırladaq ki, bir müddət öncə saytımıza verdiyi açıqlamasında Q.Trofimçuk Ukraynada vəziyyətin ağırlaşacağını və hətta parçalanma həddinə gəlib çatacağı haqqında proqnozlar vermişdi.
2014-02-12
8,813
İslam maarifçiliyi üçün fürsətlər çox məhduddur
Hər bir xalqın mənəvi-dini dəyərlərə nə qədər önəm verməsi, yaşadıqlarını müəyyən dəyərlər sistemi içərisində dəyərləndirə bilməsi vacib şərtlərdən biridir. Allah-bəndə münasibətləri, günahla günahsızlığın sərhədlərini müəyyənləşdirə bilmək və s... Bütün bunlar haqqında "Yağmurun qonaqları" rubrikasında qonağımız olan İlqar İbrahimoğlu ilə söhbətləşdik. - İlqar bəy, Samuel Hantinqtonun sivilizasiyalarası rəqabət nəzəriyyəsi bir çoxları tərəfindən inkar olunsa da, hər halda sivilizasiyalar, İslam və xristian mədəniyyətləri arasında rəqabət elementlərini inkar etmək olmaz. Sizcə, nədən bu gün İslam mədəniyyəti xristian ölkələr qarşısında iqtisadi, siyasi idarəetmə, sosial münasibətlər, insan rifahı və azadlıqları baxımından geri qalmış durumdadır? Bu məsələdə dinin yeri, təsirləri nə qədər əhəmiyyətlidir? - Sizi salamlayıram və maraqlı sualınıza görə təşəkkür edirəm. Hantinqton 20-ci əsrin 90-cı illərində dünya ictimai rəyini özünə çəkə bilən strateqlərdən biri olub. Onun düşüncələrinin təsir imkanlarını dəyərləndirmək üçün postsovet mərhələsinin yeni konseptual ideya tələbatlarına əşhədü-ehtiyac yarandığı dönəmin məhsulu olması da diqqətdən qaçmamalıdır. Müəyyən mənada Hantinqtonun doktrinası soyuq müharibənin bitdiyi mərhələdə qarşıdurma xəttinin mövcudluq fəlsəfəsinin yaşadılmasına yönəlmiş konseptual yanaşma idi. Yəni, "soyuq müharibə" bitsə də, yeni qarşıdurmalar hələ qarşıdadır, fikri Hantinqtonun doktrinasının ana xətti bu idi. Buna hazır olmaq lazımdır. Mövzunun mahiyyətinə gəldikdə isə, sivilizasiyaların toqquşması anlayışının nə qədər düzgün ifadə olmasının özü sual altındadır. Bəzi ekspertlər hesab edirlər ki, bəşər özlüyündə ümumi sivilizasiyadır və bu kimi bölgü müəyyən mənada diskriminasiya xarakterlidir. Digər tərəfdən, Qərb və İslam sivilizasiyalarının toqquşmasını və yaxud rəqabəti, süni surətdə formalaşdırılmış yanaşmanı İslam və Xristian mədəniyyətlərinin arasında toqquşmaq faktı kimi təqdim etmənin özü ciddi məntiqi yanaşmadan çox, populist və demaqoji yüklü bir fenomendir. Belə ki, bu gün Qərb dedikdə, yekcins bir kateqoriya anlamında danışmaq yersizdir. Müsəlman və Şərq dünyasını da İslam dünyası kimi yekcins təqdim etmək kifayət qədər qeyri-elmidir. Üstəlik, müsəlman və Şərq ölkələrinin, müəyyən istisnalarla, İslam paradiqması ilə daban-dabana zidd durumu, onların İslam dünyası kimi təqdimatını xüsusilə ciddi sual altına alır. İslam və etnik müsəlmanlıq arasında fərq və məsafə yetərincə böyükdür. Digər tərəfdən, bu doktrinal yanaşmada Qərb paradiqmasını xristian mədəniyyəti ilə eyniləşdirmək, ardınca da İslam dünyası ilə toqquşma və rəqabət kimi təqdim etmə - bu qəbildən qeyri-elmi və daha çox postsovet dönəminin geopolitik strateji tələbatlar konyukturuna uyğun kimi görünür. Belə ki, bu gün Qərb paradiqması xristian mədəniyyəti ilə daban-dabana ziddiyyət təşkil etməkdədir. Amma bu qarşıdurmanı və daha dəqiq desək, bu böhranı öz adı ilə adlandırmaq istəsək, bu kimi sistemləşdirmək olar ki, əsrlərlə istismarçılıqla məşğul olan bir sıra dövlətlərin və məhz onların bu davranışının nəticəsində ciddi geriliyə məruz qalmış 3-cü dünya ölkələrinin mənafelərinin toqquşmasından söhbət gedə bilər. Əgər belə bir konseptual formatlaşdırma qəbul olunsa, kütləvi qırğın silahlarından qlobal təhlükəsizlik sisteminin qurulması ilə analogiyaya uyğun olaraq, bəşəriyyətin qütbləri arasında qarşıdurmanı əngəlləmək və aradan aparmaq üçün uzunmüddətli sığortalanma yollarının axtarışı təşəbbüslərinə rəvac verilər. Hansı ki, indi sivilizasiyalararası qarşıdurmanı imitasiya edərək və bu imitasiyanın gündəmə gəlməsi, qalması üçün milyardlar xərcləyərək, nəhəng resursları bu proqramın girovuna çeviriblər. Burada onu da qeyd etməliyik ki, 20-ci əsrin sonları üçün aktual görünən və müəyyən mənada qarşıdurmaları və yeni-yeni istismar və işğalları ideolojiləşdirən və yeni qarşıdurma konstruksiyalarını meydana gətirən bu yanaşma, müəyyən mənada öz ilkin generatorluğunu itirməkdədir. Bunun ilkin ştrixləri oğul Corc Buşun radikal neokon baxışlarının girovuna çevrilmiş dünyanın qlobal etirazları və ifşaları idisə, son illərin yeni gerçəkliklərindən olan "Ərəb baharı" və İslam oyanışı ilə səciyyələnən yeni bir fenomen tamamilə fərqli bir matritsaya təkan verdi. Görsənən budur ki, bu gün əsrlər boyu doqma halına salınmış və az qala "din" kimi təqdim olunan doqmosekulyarizm və ümumən doqmomodernizm, öz finiş mərhələsini yaşamaqdadır. Çoğrafiyasından asılı olmayaraq, azadlıqlar, insan haqları, demokratiya - yeni paradiqmalarda öz təzahürünü tapmaqdadır. Düşünürəm ki, mənəviyyat və inanc paradiqması da günün ən böyük tələbatlarından birinə çevrilməkdədir. Modernizmin bütün doqmatik mahiyyətini və birtərəfli inkişafını açan eqzistensial böhran, həndəsi silsilə ilə öz təsirini qoymaqdadır. Təbii ki, bütün bunlar, yeni paradiqmal duruma gətirib çıxarır. Bu mənada, bütün dünya üzrə dəyərlərdə mühafizəkarlığın və tərəqqidə çağdaşlığın sintezi ilə səciyyələnən vektor üzrə inkişafın potensialı daha da artmaqdadır. Sualınızın son hissəsinə gəldikdə isə, onu deməliyəm ki, müsəlman toplumlarının geriyə qalma səbəbi - sözün həqiqi mənasında İslami kimliyi yaşatmamaqdan irəli gəlir. Günümüzdə də, yeni paradiqmaların meydana gəldiyi bir zamanda, İslam təlimi bazisində, mənəviyyat üzərində, azadlıq diskursunda yaranacaq paradiqmalar ən ciddi passionar mühərrik roluna malikdir. Hər kəsin haqqı səy və təlaşına görə tam surətdə ödənəcək - Bütün dinlərdə deyilir ki, biz bu dünyaya imtahan üçün gəlmişik, Allah adildir, ədalətlidir. Bu halda necə olur ki, insanların biri ağır, digəri isə asan imtahan olunur? Qərb cəmiyyətində yaşayan bir müsəlman həyatını sürmək üçün yalan danışmağa, riyakar olmağa, oğurluğa islam ölkələrnin insanı qədər məcbur edilməyib. Bizim insanın yerinə olsaydı, bəlkə o daha artıq günaha batardı, ancaq onun şansı onda idi ki, daha rahat bir ölkədə doğulub. Bu baxımdan imtahanın adilliyi nədə ifadə olunur? - Maraqlı sualdır. İlk olaraq sualı hissələrə bölək. Bəli, bütün İlahi dinlər İlahi ədaləti və insanların dünyaya imtahan üçün gəldiyini buyurur. Lakin asan və ya çətin imtahan anlayışları bir qədər açıqlanmalıdır. İslam inancına görə, insanın başlanğıc imkanlarına görə, onun imtahanları və mükəlləfiyyəti müəyyən edilir. Bundan əlavə, start vəziyyətindən başlayaraq, imtahanlardan çıxıb gəldiyi son durum dəyərləndirilir. Haraya çatmaqla deyil, haradan haraya və hansı şəraitdə və hansı imkanlarla çatmaq kimi kompleks formada onun yekun durumu Qiyamət günü dəyərləndirilir. Hər insanın, mühitin və şəraitin spesifikliyinə görə individual dəyərləndirmə olacaq. Hər kəsin haqqı səy və təlaşına görə tam surətdə ödənəcək. Daha yüksək başlanğıc imkanları olan və münbit şəraitdə yaşayan insanların da adekvat olaraq imtahan və sorumluluqları da fərqli keyfiyyətdədir. Dəyərləndirilmə də ona uyğun olacaq. Bu mənada, İslam inancında olan insan, hər şeyin – xeyrin də, şərin də – zərrəsinə qədər nəzərə alındığına əmindir. Onun üzərinə düşən mükəlləfiyyət - Allah dərgahında əlindən gələni etmək və yerdə qalanda Allaha təvəkkül etməkdir. Ədalət - hər şeyin öz yerində olmasıdır. Hər kəsin haqqının ödənməsidir. Hər bir insanın da start imkanlarının, ona adekvat imtahanlarının, çalışma və səylərinin kompleks halda dəyərlədirilməsi də son zərrəsinə qədər nəzərə alınacaq, ədalət üzərində ödəniləcək. Bu toplumlarda İslami kimlik, mahiyyət etibarilə yaşanmır - Görünən odur ki, müsəlman olmağa iki cür yanaşma var. Birinci, daha geniş yayılan odur ki, fərdi qaydada dinin tələblərinə əməl edilərək mömin olmağa çalışılır. Məsələn, namaz qılır, oruc tutur, yalan danışımır, günah əməllərdən uzaq durulur, harama bulaşılmır. Ancaq cəmiyyətdə baş verənlərə seyriçi qalır. Digəri isə odur ki, bütün bunlara əməl edir, ancaq həm də Qurani-Kərimin buyurduğu ictimai xarakterli öhdəliklərə də əməl etməyə çalışır. Məsələn, zülm varsa, ona qarşı laqeyd qalmır, mücadilə aparır. Sizcə, gerçək müsəlmanlıq anlayışına bu yanaşmalardan hansı uyğun daha uyğundur? - Fikriniz və müşahidəniz maraqlıdır. Amma kimin necə yanaşmasından asılı olmayaraq, İslam inancına görə, Allah qatında insanın mükəlləfiyyəti tam və bütöv olaraq mövcuddur. Bu, ilk olaraq başlanğıc, mövcudiyyət, sonuc və nə etməli kimi müstəvilərdə, İlahi koordinat sitemində öz üzərinə düşəni həyata keçirtməkdir. Bu mənada, namaz və ictimai ədalətin təmininə çalışmaq - fərqli deyil, əslində, eyni mahiyyətli, yəni Allaha bəndəçilik mahiyyətini özündə ehtiva edən əməldir. İslamın əməl konsepsiyasına daxil olan 10 fundamental kateqoriyanın təhlili göstərir ki, buraya namaz, oruc, zəkat, həcc kimi vacib ibadətlər daxil olduğu kimi, yaxşılıqlara dəvət (əmr-be-məruf) və pisliklərdən çəkindirmək (nəhy-əz-münkər), təvəlla və təbərra (Allaha görə dostluq və düşmənçilik etmək) kimi, sırf ictimai ədalətə yönəlik vacib əməllər də daxildir. Namazın da, ictimai ədalətin təminin ruhunun da əsasında tövhid, yəni təkallahlıq dayanır. İstər maddi bütlərin, istərsə də qeyri-maddi bütlərin qəbul olunmamaması və imtinası tövhidə dayaqlanır. Etnik müsəlman toplumlarında, qeyd etdiyiniz müşahidə ona görə yaşanır ki, bu toplumlarda İslami kimlik, mahiyyət etibarilə yaşanmır. İnsan, yalnız onun iradəsindən asılı olan davranışına görə məsuliyyət daşıyır - Qurani-Kərimdə belə bir ayə var ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Əgər məsələ Allahın yönəltməsi ilə həll olunursa, o zaman bəndənin günahı nədir? Və ya davranışlarımız xarakterimizə görədirsə, xarakter də doğuşdan verilirsə, belə çıxmırmı ki, biz iradəmizdən asılı olmayan şeylərə görə həm də cavab verməli olacağıq? - İstəmək anlayışı bizim dilimizə tərcümədə özünün Quran mahiyyətində dayanan iradəvilik yükünü müəyyən qədər itirmiş olur. Burada determinizmin əksinə olaraq, Allahın iradəviliyindən söhbət gedir. Təbii ki, Allahın iradəsi hikmət üzərindədir. Bu mənada Allah öz iradəsini yalnız hikmət üzərində həyata keçirdir. Hikmət üzərində iradənin həyata keçirilməsi isə bu mənadadır ki, Allah gördüyü işləri Öz şəninə layiq və insanın vücudi tutumuna uyğun olaraq həyata keçirir. Bu mənada, İslam inancı, xüsusilə də Əhli-Beyt (ə) məktəbi cəbriliyi (məcburliyi) qəbul etmir və insanı faili-muxtar (iradə sahibi olan varlıq) kimi qəbul edir. İnsan, yalnız onun iradəsindən asılı olan davranışına görə məsuliyyət daşıyır və onun sorumlusudur. İnsanın proqramlaşdırıldığını düşünmək... - İslamda belə bir inanc var ki, Allah sevdiklərini ağır imtahan edir. Allah hər şeyin əvvəlcədən necə olacağını bildiyi halda, nədən sevdiklərini, Onu sevənləri belə ağır sınağa çəkir? Axı bəndənin bu sınaqdan çıxıb-çıxmayacağı, sevgisinin səmimiliyini onsuz da onu yaradan bilir. Bu acının fəlsəfəsi nədir? - İslam inancına görə, imtahan və sınaqlar - İlahi nemətdir. Daha yüksək təkamül dərəcəsinə çatmaq üçün yaranan bir İlahi fürsətdir. Ali zirvələri fəth etmək istəyənlər, hər imtahana fəthin baş tutması üçün yeni bir fürsət kimi baxırlar. Hər yeni və ağır sınağı, daha da böyük bir missiyanı həyata keçirtmək üçün yaranmış qızıl bir imkan kimi dəyərləndirirlər. Bu mənada, Allah tərəfindən hər bir insana, onun vücudi tutumundan irəli gələn imkanların və potensialına uyğun olaraq adekvat sınaqların nəsib edilməsi - insanın potensiallarının və imkanlarının realizəsi üçün fövqəladə fürsətlər yaradır. Allahın öncədən bilməsi isə, cəbrilik məfkurəsindən irəli gələn yanaşmadır. Allahın elmi, insanların anladığı zaman və məkan formatında olmadığı üçün, bunun zaman kontekstində dəyərləndirilməsi yanlışdır. İnsan faili-muxtardır. Əməllərində sərbəstdir. Öncədən onun nə edəcəyi proqramlaşdırılmayıb. İnsanın proqramlaşdırıldığını düşünmək - İslam inancının ruhuna tamamilə ziddir. İslam inancına görə, insan mükəlləf varlıqdır və öz əməllərinə görə faili-muxtar olduğu üçün tam məsuliyyət daşıyır. İslam maarifçiliyi üçün fürsətlər çox məhduddur - Azərbaycanda kənardan gəlmə və idarə olunan məzhəbçilik, təriqətçilik əhali arasında kəskin dini zəmində parçalanmalara, hətta təfriqələrə yol açaır. Bir çox hallarda bu təriqətlərin qarşısını inzibati yollarla almaq cəhdi fayda vermir. Çıxış yolunu nədə görürsünüz? - Ölkədə bütün sahələrdə olduğu kimi, din sahəsində də sağlam və normal proseslərin getməsi üçün imkanlar yetərli deyil. Bu, həm qanunveriicilik və həm də praktik sahədə belədir. Bu şəraitdə, İslam maarifçiliyi üçün fürsətlər çox məhduddur. Üstəlik Sovetlərdən qalma bolşevik yanaşma və dünyada son illərdə ayaq tutmuş islamofobiya da, bu durumu yetərincə ağırlaşdırır. Buraya son illərə qədər dini sahədə təhlükəli eksperimentlərin qoyulmasını da əlavə etməliyik. O cümlədən, radikal elementlərdən istifadə etmə oyunlarının həyata keçirilməsini də. Hal-hazırda baş verənlər - illərlə bu sahədə yer alan dövlətçiliyə qarşı ziyankarlıqların öz təsirlərini göstərməsidir. Nədənsə, hamı nəticələrdən danışır. Burada isə, səbəblərdən danışmaq daha doğru və təsirli olardı. Bəzən bu durumun meydana gəlməsində iştirak edənlər də nəticələrdən danışır və qınayır. Hər halda, ölkədəki dini durumun vəziyyətinə ölkədə ümumi olaraq baş verənlərin də birbaşa təsiri var. Çıxış yolunu insan haqları və azadlıqlarının təminində, qanunvericilk səviyyəsində yer alan din azadlığı sahəsində ciddi antikonstitutsion müddəaların yığışdırılmasında, maarifçilik imkanlarının bərpasında, telekanallarda dini senzuranın və reqlamentləşdirmənin yığışdırlmasında və ümumən ölkədə demokratik potensialın artırılmasında görürəm. - Ateizm gənclər arasında sürətlə yayılır. Hətta bir çoxları bunu azadlığın, müasirliyin, intellektuallığın əlaməti hesab edirlər. Hətta bəziləri buna dəb kimi uyurlar. Niyə özünü azad görmək istəyən insan İslamdan üz döndərməlidir? Allahın qulu olmaq azadlığı məgər ölkə vətəndaşı olmaq azadlığından dada çox məhdudiyyət gətirir? - Bəndeyi-həqirdə belə bir müşahidə yoxdur. Əksinə, düşünürəm ki, inanclılıq sözün gerçək anlamında, tam dominantlıq edir və inancın praktikasına riayət edən insanların sayı, xüsusən də cavanlar arasında həndəsi silsilə ilə artmaqdadır.Təbii ki, ölkədə müəyyən marjinal qrup mövcuddur ki, bu istiqamətdə öz epataj yüklü və nihilistik-dağıdıcı yüklü missiyalarını həyata keçirməyə çalışırlar. Amma bu, daha çox görsəl xarakterlidir. İslam, inanc olaraq Azərbaycan insanının ruhunun çox dərin qatlarında yer tutub. Sözsüz ki, islamofobiya istiqamətində müəyyən manipulyasiyalar və demaqojilər mövcuddur. Amma bu, daha çox marjinaldır. İslama yönəliş - həm qlobal miqyasda və həm də ölkə miqyasında - bir gerçəklikdir. Dünyada islamofobiya sürəcinin artması da, islami identikliyin kifayət qədər artmasına gətirib çıxardıb. Burada xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, xalq hərəkatının amallarından biri də, İslami kimliyin intibahını həyata keçirmək idi. Bayrağımızın mahiyyətində də, bu özünü təzahür etdirir. Ən önəmlisi - Allahın bəndəsi olmaq səadətinə çatmaqdır - Və nəhayət... Facebook səhifənizdə yazmısız ki, İmam Hüseyn (ə) özünü şəhidlikdən aşağı xərcləmədi. Bəs Siz necə, həyatınızı nəyə xərcləyirsiniz? - Öncə, təşəkkür edirəm ki, bəndənin facebook səhifəsinində bu status diqqətinizi çəkib. Aşura günlərində yazılmış statusdur. Adətən, minbərdə söylədiyimiz xütbənin özətini statuslarda təqdim edirəm. Gerçəkdən də, Həzrət İmam Hüseyn (ə) zillətli həyatı qəbul etməmiş və bunun üçün canını belə fəda etmək lazım gəldikdə edib və ən ali Şəhidlik məqamına yetişib. Prinsipcə, Aşura məktəbinin ən əsas mesajlarından biri də budur ki, iki seçim - zillətli həyat və canı fəda edib şəhidlik məqamına qovuşma arasında qaldığınız zaman, izzətli ölümlə nəticələnən seçimi ediniz, canınızı fəda etməyi seçiniz, şəhidliyi seçiniz. Bəndəyə gəldikdə isə Həzrət İmam Hüseyn (ə) məktəbinin şagirdi olmaq istəməyi belə, özümə böyük şərəf bilirəm. Sözsüz ki, bizim üçün həyatımızda ən önəmlisi - Allahın bəndəsi olmaq səadətinə çatmaqdır. Və bu, yalnızca, Allahın buyurduğu ilahi sərhədləri qoruyaraq mümkündür. Allahdan diləyirik ki, bütün varlığımızı Ona bəndəçilikdə və Onun sərhədlərinin qoruyaraq yaşamaqda qərar versin. Həqiqi vücudi-qurtuluş buradadır.
2014-02-12
8,814
Marqvelaşvili Azərbaycana səfərə gəlib
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Marqvelaşvilinin ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılıb. Rəsmi görüşlərdən sonra Gürcüstan Prezidenti nümayəndə heyətinin üzvləri ilə Bakıda Fəxri xiyabana baş çəkərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edəcək. Gürcüstan lideri Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğulların xatirəsini yad edəcək, "Əbədi məşəl" memorial abidəsinin önünə əklil qoyacaq. Gürcüstan Prezidenti fevralın 13-də Azərbaycanın Qax rayonuna səfər edəcək və orada yerli gürcülərlə görüşəcək. Həmçinin Qəbələ şəhərində olacaq. Səfər zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir ( Trend ).
2014-02-12
8,815
Bakıda filmlər pulsuz nümayiş olunacaq - Video
"28 Cinema"da pulsuz filmlər təqdim olunacaq. "Axar.az" xəbər verir ki, fevralın 20-dən 25-dək Mosfilmin 90 illiyinə həsr olunmuş "Sevgi və göyərçinlər", "Uğur centlemnləri", "İvan Vasilyeviç peşəsini dəyişir", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "Moskva göz yaşlarına inanmır", "Xidməti eşq macərası", "Brilyant əl" kimi filmlər nümayiş olunacaq.
2014-02-12
8,816
Mərhumun atası: "Oğlumu doğrayıb şikəst etdilər"
"Dünən Elgiz öz verilişində (ANS - red.) ağzına gələni danışırdı, bu sözlərlə ailəmizi təhqir edirdi, çox əsəbiləşdim. Mənim oğlum ora sığınacaq almağa-filan getməyib, əsgərlik vaxtı xəstələnmişdi, ona görə borc-xərc etdik, müalicəyə getdi. Bu dəqiqə borcun içində batıram". Bu sözləri Almaniyada vəfat edib Azərbaycana gətirilməsi üçün qohumları axtarılan Natiq Quliyevin atası Əli Quliyev "Axar.az"a dedi. Mərhumun atası ilk olaraq mətbuatdan gileyini dilə gətirdi, sonra isə mərhumun Almaniyaya necə getməsini danışdı: "Özümüz Salyan rayonu, "Dəmiryol Stansiyası" adlı qəsəbədə yaşayırıq. Bu gün internetdə gedən xəbərlər məni çox əsəbiləşdirib, çox həyəcanlandırıb. Heç kim düz informasiya verməyib; oğlum ora müalicəyə getmişdi. Natiq il yarım əsgər olub, vətənə olan borcunu yerinə yetirib, sonra könüllü hərbi xidmətə gedib, Gədəbəydə xidmət eləyib. Gəlib deyirdi ki, ata, bizim qadınları tankın lüləsinə bağlayırlar... Gələndən sonra burda gizirliyi oxuyub yenidən Tərtərə (N saylı hərbi hissəyə) qayıdıb, qaynar nöqtədə qulluq eləyib, sinəsini düşmən gülləsinin qabağına verib. Amma bir az sonra orda onu həbs eləyib 4 il cəza verdilər, guya özbaşına işi buraxıb. Sonra sağ-salamat çıxıb gəlib evə. Təxminən, 2004-2005-ci illərdə olub bu hadisələr. Dünən Elgiz öz verilişində (ANS - red.) ağzına gələni danışırdı, bu sözlərlə ailəmizi təhqir edirdi, çox əsəbiləşdim. Mənim oğlum ora sığınacaq almağa-filan getməyib, əsgərlik vaxtı xəstələnmişdi, ona görə borc-xərc etdik, müalicəyə getdi. Bu dəqiqə borcun içində batıram. Həkimlər oğlumu daha da pis vəziyyətə saldı "Meqaplaza" klinikasında Şəkərov familiyalı həkim oğlumu əməliyyat eləyib daha da pis günə qoydu. Belindən müalicə alırdı. Danışmalı deyil e, mənim dərdim! Orda oğlumu doğrayıb şikəst eləyəndən sonra atdı bir tərəfə, yanına da gedəndə məni hədələyir ki, hələ sənə hörmət eləmişəm, sənin özünü də itirərəm. Borc-xərc eləyib İrana göndərdim dəfələrlə, getdi müalicə aldı, gəldi, xeyri olmadı, sonra yenə borc-xərc elədi, özü getdi Almaniyaya. Bir də xəbəri gəldi ki, ordadır... Canından bezmişdi Keçən ilin noyabrının 25-də gedib Almaniyaya. Orda heç kimi yoxdu. Xəstəliyi çox ağır idi, altını batırırdı, yaşaya bilmirdi, canından bezmişdi, burda bütün klinikaları gəzdi, ancaq baxan olmadı. Evlənə də bilməmişdi oğlum. (Üzr istəyirəm, sidiyini saxlaya bilməyən adam necə evlənsin?!) Özümü öldürəcəm Yaşlı adamam, 64 yaşım var, qanun-qaydanı yaxşı bilmirəm, sağ olsun ordakı Azərbaycan uşaqları, pul yığıb qoymayıblar cəsədi yandırmağa. Ordakı həmyerlilərimizdən biri ilə əlaqəm var mənim, deyir, sabah, ya da birisi gün göndərməlidilər meyiti. Meyiti gözləyirəm, oğlumu torpağa basdırandan sonra özümü də öldürəcəm, benzin töküb yandıracağam. Belə yaşamaq istəmirəm… Oğlumun ölümündən özlərini reklam edirlər Oğlumun ölümündən özlərini reklam eləyirlər televizorda. Elgizə (ANS – red.) zəng vururam, müavini götürür, mənlə danışmaq istəmir, deyir, sən söz güləşdirirsən bizlə. Sözümü ağzımda qoyub telefonu söndürürlər, belə də haqsızlıq olar?! Mənim oğlum ölüb, içim parçalanır, onlar reklam güdürlər, belə insanlıq, belə müsəlmanlıq olar?!" Xatırladaq ki, fevralın 10-da Almaniyada vəfat edən 34 yaşlı Salyan şəhər sakini Natiq Quliyevin cəsədinin Almaniya hökuməti tərəfindən təhvil verilməsi üçün mərhumun yaxınlarının axtarışa verilməsi barəsində məlumat yayılmışdı. Almaniyada yaşayan güneyli soydaşımız Farzin Qarehçuların "Axar.az"a verdiyi məlumata görə, Natiq Quliyev Zirndorf şəhərində vəfat edib. Almaniya hökuməti mərhumu kimsəsiz hesab etdiyindən onun cəsədini yandırmaq haqda qərar qəbul edib. Lakin bundan xəbər tutan Almaniyada məskunlaşan həmyerlilərimiz mərhumun yaxınlarını taparaq cəsədi dövlətdən təhvil alıb və Azərbaycana göndərmək üçün müəyyən məbləğ toplayıblar.
2014-02-12
8,817
Dövlət dini radikalizmə qarşı hərəkətə keçdi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib: "Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar keçirib." Komitədən bütün böldələrdə din xadimlərinin iştirakı müzakirələrin keçirildiyi barədə də məlumat veriblər: "Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu tədbirlərin əsas xətti oldu". Komitədən bildiriblər ki, ötən ilin sonuncu rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edilir: "Kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və Şimal-Qərb bölgələrində keçirilib. Bu günə qədər keçirilən kurslarda 150-dən çox imam və axund iştirak edib". Məlumatlarda qeyd olunub ki, QMİ-nin iştirakı ilə cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris xarakterlidir: "Həmçinin, bu kurslar onlar üçün pozitiv istiqamətdir. Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir" (ANS).
2014-02-12
8,818
19 yaşlı oğlan intihar etdi - sevdiyi qıza görə
Sevdiyi qıza görə müşahidə qülləsinə çıxan 19 yaşlı Azad Şıxaliyev özünü hündürlükdən atıb. Kürdəmir rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon sakinlərinin ANS-ə verdiyi məlumata görə, dəmir yolu stansiyasının yaxınlığındakı müşahidə qülləsinə çıxan gənc oğlan özünü hündürlükdən atıb. Təxminən 30-35 metr hündürlüyü olan qüllədən atılan oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb. Əldə edilən məlumata görə, intihar edən oğlan 1995-ci il təvəllüdlü Şıxəliyev Azad Xasay oğludur. O, sevdiyi qıza görə günorta saatlarında qülləyə çıxıb və qışqıraraq özünü atacağını deyib. Ətrafa xeyli insan toplaşıb, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də əraziyə cəlb edilib. Lakin danışıqlar nəticə verməyib. Daha sonra A.Şıxəliyevin sevdiyi qız da hadisə yerinə gəlib. Həmin qız da qülləyə çıxaraq Azadla danışmağa çalışıb. Lakin gənc oğlan inadından dönməyib və özünü yerə atıb.
2014-02-12
8,820
Dünyanı heyrətləndirən göz yaşları - Foto
Soçidə Olimpiya oyunları davam edir. Davam etdikcə də emosiya, hiss, həyəcan yüksəlir. Elə idmançılar da hiss və həyəcanlarına hakim ola bilmirlər, göz yaşı axıdırlar. Kimisi qələbənin, kimisi də məğlubiyyətin təsirindən. Bu idmançıların göz yaşlarına baxdıqca idmanın həqiqətən də möhtəşəm olduğuna bir daha əmin olursan. "Axar.az" Soçidə axıtdıqları göz yaşları ilə bütün dünyanı heyrətləndirən idmançıların görüntülərini təqdim edir:
2014-02-12
8,821
Əlcəzairdə üç günlük matəm elan olundu - Video
Fevralın 11-də Əlcəzairdə baş vermiş təyyarə qəzasıyla bağlı bəzi nüanslar üzə çıxıb və qəzadan sonrakı görüntülər yayılıb. "Axar.az" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, dəhşətli qəza ilə bağlı Əlcəzair prezidenti fərmanı imzalayıb və ölkədə üç günlük matəm elan edilib. Portalın yaydığı xəbərə görə, "C-130 Hercules" hərbi sərnişin təyyarəsində uçan 78 adamdan bircə nəfəri sağ qalıb. Ölən 77 nəfərin əsas hissəsi hərbi qulluqçular və onların ailə üzvləridir. ​ Təyyarənin qəzasına pis hava şəraitinin səbəb olduğu deyilir.
2014-02-12
8,822
Millət vəkilləri Məclisdə Yutubu izlədilər
İki AKP-çi millət vəkili Böyük Millət Məclisində kürsüdə danışana heç bir əhəmiyyət vermədən internetdə Cübbəli Əhməd xocanı izləyiblər. "Axar.az" Türkiyə mətbuatına istnadən xəbər verir ki, AKP-nin Giresun millət vəkili Adəm Tatlı kürsüdə danışan həmkarını dinləmək əvəzinə "Aypəd"dən Yutuba girərək ictimaiyyətdə Cübbəli Əhməd Xoca kimi tanınan Əhməd Ünlünun videosunu izləyib.
2014-02-12
8,823
Müdafiə naziri veteranı mükafatlandırdı
Nazir müharibə veteranı meddala təltif etdi. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycanın Prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib və ona təbrik ünvanlanıb. Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim edib. Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.
2014-02-12
8,824
Özünü və iki övladını damdan atmaq istədi - Evə görə
Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün intihar edəcəyini bildirib. "Axar.az" "APA"ya istinadən məlumat verir ki, beşinci mərtəbəyə çıxan orta kişi özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparıblar. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra intihar etməyəcəyini deyib. FHN əməkdaşları S. Məmmədovu və onun 2001 və 2009-cu il təvəllüdlü övladlarını Gəncə Dövlət Universitetinin yataqxanasının damından düşürüblər. Məlumata görə, S. Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirərək, özünü və övladlarını yataqxananın beşinci mərtəbəsindən atacaqlarını bildirib. S. Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə aparılıb.
2014-02-12
8,825
Bakının Kiyevə ayırdığı 1 milyardda siyasi izlər – Şərh
"Ukraynaya Azərbaycanın verdiyi pul Qərbin tövsiyələri əsasında icra edilmiş bir şeydir". Bunu "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Azərbaycan Qərbə görə Ukraynaya pul ayırır O, Azərbaycanın ayıracağı borcu hansı hökumətə verməsinə diqqət yetirməli olduğunu bildirib: "1 milyard Azərbaycanın ümumi daxili məhsulunun təxminən iki faizindən də azdır. Bu elə də böyük problem deyil. Bu biri tərəfdən, Azərbaycan-Ukrayna münasibətləri yaxşıdır və prezidentlər də dostdur. Bunlar da əsas verir ki, Azərbaycan Ukraynaya kömək etsin. Əsas məsələ odur ki, bu kredit kimə veriləcək. Baxın, Rusiya 15 milyard pul ayırmışdı. Sonra dedi ki, bunu dayandırıram. Azarov istefaya gedəndə isə Rusiya qayıdıb söylədi ki, mən hansı hökumətə pulu verəcəyəm? Yəni biz bilməliyik ki, borcu kimə veririk. Azərbaycan da borcu verəndə bilməlidir ki, kimə verir bu borcu". Politoloq Azərbaycanın bu pulu Qərbin tövsiyələri əsasında ayırdığını qeyd edib: "Yəni bu pul Azərbaycanın Rusiyanın verdiyi 15 milyardın davamı kimə baxılmamalıdır. Bu, Qərbin tövsiyəsiylə atılmış bir addımdır. Yəni Qərb Ukrayna üçün sərbəst maliyyə qaynaqları axtarır və bizim pulumuz olduğunu görüb müraciət edir. Bir tərəfdən də qorxulu heç bir şey yoxdur. Ukrayna hər zaman bizim dostumuz olub. Digər yöndən isə Ukraynada oliqarxlar var ki, onlar istəsələr, toplaşıb öz ölkələrinə Azərbaycandan daha çox pul verə bilərlər". Ukraynada oliqarxlar savaşı gedir Z.Əlizadə həmçinin Ukraynada oliqarxlar savaşının getdiyini və Yanukoviçin onların istəklərini ödəyə bilmədiyinə görə, istefaya göndərilmək istədiyini bildirib: "Mən bayaq dedim ki, Azərbaycanın Ukraynaya ayırmaq istədiyi yardım Qərbin vermək istədiyi pullardır. İkincisi Yanukoviçə qarşı toplaşanlara baxın. Heç orada oturanların əksər hissəsinin Avropadan xəbəri belə yoxdur. Kim iki ay gedib Maydanda otura bilər? Bəs bunun ailəsinə pulu kim qazanacaq? Görünür, kimsə onları maliyyələşdirir. Ukraynada oliqarxların savaşı gedir. Onları da maliyyələşdirən "konfetlər kralı" Proşenkodur. Sadəcə, Yanukoviçi devirib, yerinə başqasını qoymaq istəyirlər. Mən yenə deyirəm, Ukraynaya verilən pul Rusiyanın ayırdığı 15 milyardın üzərinə yazılmamalıdır. Bu, Qərbin ayırdığı borcların içində yer alır". Qeyd edək ki, bir müddət öncə millət vəkili Asim Mollazadə "Blomberq"ə verdiyi açıqlamada Azərbaycanın Ukraynaya 1 milyard ayıracağını demişdi.
2014-02-12
8,826
Bakıda qapı-pəncərə sexi yandı
Bakıda qapı pəncərə sexində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-12
8,827
Millət vəkili ev kreditlərinin ləğvinə haqq qazandırdı
"Bankdan mənzil üçün kredit alan şəxslər müəyyən bir dövrdən sonra kredit ödənilməsində çətinlik çəkirlər və banklar ziyana işləməyə başlayır. Nəzərə alsaq ki, onların əsas fəaliyyəti pulun dövriyyəsidir və çoxsaylı vətəndaşların az olmayan məbləğlə banklara borcu qalır. Bu da bankların fəaliyyətinin iflic olmasına gətirib çıxardır". Bu sözləri mənzillərin kreditlə satışına məhdudiyyətlərin qoyulması məsələsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Axar.az"a açıqlamasında söylədi. Millət vəkili bildirdi ki, Mərkəzi bankın bu addımı insanları daha da məsuliyyətli olmağa sövq edir və müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşməyəcək : "Bankları risklərdən azad etmək üçün və eyni zamanda, mənzil almaq istəyən şəxslərin məsuliyyətini artırmaqdan ötrü addımlar atıla bilər. İstənilən halda Mərkəzi Bank bankların problemsiz fəaliyyətində və eyni zamanda verdiyi kreditlərin tez almasında maraqlıdır. Hesab edirəm ki, müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşmirlər. Problem o ailələrdə olur ki, onların gəlirləri kifayət qədər deyil və onlar banklardan aldığı krediti sonradan çox böyük çətinliklə qaytarırlar. Ümumən götürdükdə isə imkanı olan adam bankla münasibətlərini bu yeni qaydalar çərçivəsində də rahat qura biləcək. Burada söhbət imkanı olmadığı halda bankdan aldığı borc altına girən və ondan sonra həmin borcu qaytara bilməyən insanlar qrupundan, həmin qrupun çevrəsini daraltmaq və insanları atdığı addımları yüz ölçüb-bir biçməyə sövq etməkdən gedə bilər". Xatırladaq ki, Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidir, eyni zamanda, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı minimum 600-700 manat təşkil etməlidir.
2014-02-12
8,828
“İlham Mirzəyev şarlatan və dələduzdur” - Qalmaqal
Elgiz Əkbər aparıcısı olduğu "Adam içində" verilişində səriştəsiz psixoloqlardan söz düşərkən, "Etiraf" verilişinin aparıcısı İlham Mirzəyevi "şarlatan" və "dələduz" adlandırıb. "Adam içində" tok-şousunun fevralın 6-da efirə çıxan sayında E.Əkbər deyib ki, bəzi insanlar var, dərs keçirlər, psixoloji söhbətlər aparırlar. Hətta psixologiya elmləri namizədidirlər. Hansı ki, bunun psixologiyadan xəbəri yoxdur (AzNews.az). O əlavə edib ki, bu adam cadugərliklə məşğuldur: "İnsanlar onun qapısında dayanıb falına baxdırıblar. Veriliş aparır, camaata dərs keçir. Şarlatan, dələduz kimi təhqirlərə məruz qalıb. Mən bunu görmüşəm. Bu haqda araşdırma aparacağam. Onun hansı fəaliyətinə görə namizəd adı verildiyinin araşdırılması üçün alimlərə müraciət edəcəyəm. Şarlatanın, dələduzun böyüyüdür, aktyordur, adamları ağladır. Bu sahədə analoqu olmayan dələduzlar çoxdur. Onun dünyagörüşündə "e" hərifi belə yoxdur, nəinki "elm" sözü".
2014-02-12
8,829
Öcalandan şok: “Mən türk millətçisiyəm” – III Video
Dünən Öcalanın 1999-cu ildə həbsdən sonra dindirilməsinin üçüncü videosu yayılıb. "Axar.az" bundan öncə PKK terror təşkilatının lideri Abdullah Öcalanın birinci və ikinci videosunu yayımlamışdı. Öcalan bu dəfəki videosunda bir türk millətçisi olduğunu dilə gətirir və Ərbili işğal etməyi təklif edir. Terrorçu başı həmçinin hazırda İraqın prezidenti Cəlal Təlabani və Şimali İraq kürd bölgəsinin lider Məsud Bərzani haqqında da maraqlı iddialarla çıxış edir: Bərzani və Təlabani Türkiyəni satar Təlabani və Bərzaninin arxasında böyük güclərin olduğunu bildirən Öcalan deyir: "Bunlar Türkiyəni satarlar. Həmçinin çox ucuza Türkiyəçi də olarlar". Ərbilə girməyi təklif edirəm Xalqın Bərzani və Təlabaniyə nifrət etdiyini bildirən PKK lideri onunla danışan dövlət adamlarına Ərbili almağı təklif edir. Şivan Pərvər özünü Xomeyni zənn edir Öcalan videonun başqa bir hissəsində kürd müğənni Şivan Pərvər haqqında da ilginc sözlər deyir: "Şivan türkü oxuyur, özünü Xomeyni zənn edir. Həmçinin özünü kürd öndəri olaraq göstərməyə çalışır". Daha ətraflı videoda:
2014-02-12
8,830
Ulduz futbolçu nişanı qaytardı - Foto
Neymar nişanlısı, braziliyalı məşhur televiziya və kino ulduzu Bruna Markuezine ilə münasibətlərini bitirmək qərarına gəlib. "Axar.az" xəbər verir ki, bu ayrılıq xəbəri Braziliya mətbuatında gündəmi zəpt edib. Ayrılıqdan sonra Bruna "instagram" və "tvitter" hesablarında Neymarla olan bütün şəkillərini silib. Bruna Markuezine ayrlıqla bağlı məşhur blog yazarı və jurnalist Patrik Koquta danışıb və xəbərini doğru olduğunu təsdiqləyib.
2014-02-12
8,831
İnstituta direktor təyin edildi – Özəl
AMEA-nın müxbir üzvü Teymur Kərimliyə M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor vəzifəsinin icrası həvalə edilib. Bu barədə "Axar.az"a Akademiyadakı mənbələrdən məlumat daxil olub. Qeyd edək ki, T.Kərimli indiyədək Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini işləyirdi. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür. 47 elmi iş, 3 monoqrafiyanın müəllifidir. Hələlik, yeni təyinatla bağlı Əlyazmalar İnstitutunun kollektivinə heç bir informasiya verilməyib. İnstututun informasiya şöbəsindən "Axar.az"a bildiriblər ki, yeni direktorun təyinatı barədə onlarda rəsmi məlumat yoxdur. Bu vaxta qədər Əlyazmalar İnstitutuna filologiya elmləri doktoru Məmməd Adilov rəhbərlik edib. Onun vəfatından sonra bu vəzifəni müvəqqəti olaraq filologiya elmləri doktoru Paşa Kərimov icra edirdi. Xatırladaq ki, AMEA institutlarına direktorlar seçki yolu ilə müəyyənləşir. 2014-cü il yanvarın 28-də AMEA 36 qurumundan 23-nə direktor seçkisini elan edib və namizədlər irəli sürülür. Direktor seçkisi elan edilən elmi-tədqiqat müasisələri içərisində Əlyazmalar İnstitutu da var.
2014-02-12
8,832
“Azəriqaz”dan kütləvi ixtisarla bağlı bildiriş
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylayıb. Bu barədə Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi rayonlarda qaz istismar sahələrinin işçilərinə özlərinə tezliklə iş tapmaqları tövsiyə olunub. Modern.az məlumatı dəqiqləşdirmək üçün "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Məsələyə aydınlıq gətirən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib: "Bildirişlərin verilməsi doğrudur. Bu addım strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıbr. Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb. Amma bu o anlama gəlmir ki, kimsə işdən çıxarılacaq, ixtisar olunacaq. Sadəcə, struktur təkmilləşdirilməsi ilə əlaqədar ştatların çoxu bir mərkəzdə cəmlənəcək. Prosesdən xəbərdar olması üçün işçilərə işdən çıxarılma ilə bağlı bildirişlər verilib".
2014-02-12
8,833
İTV-nin açıq geyimli aparıcı qalmaqalı Türkiyə kanalında - Video
İctimai Televiziyanın açıq-saçıq geyindiyi üçün bir neçə gün öncə işdən qovulan aparıcısı Leyla Aslanovayla bağlı olay Türkiye mediasında da yer alıb. "Axar.az" xəbər verir ki, Türkiyənin "Milliyet TV" kanalının internet saytında "Kıyafeti başına iş açtı" başlıqlı yazıda "Siluet" verilişinin aparıcısının geyim üslubuna görə işdən çıxarılıdığını vurğulayıb.
2014-02-12
8,834
Nöqsana yol vermiş məmurlar cəzalanacaq
Sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü ildə 425 min nəfərdən çox artıb. "Axar.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ötən ilin yekunlarına həsr olunan iclasda məlumat verib. Fond sədri bildirib ki, 2014-cü ilin 1 yanvar tarixinə 2 milyon 691 mindən çox sığorta olunana sosial sığorta nömrəsi verilib. Onlar üçün fərdi hesab açılıb. 2013-cü il ərzində, eyni zamanda, sığorta edənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığorta olunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb: "Fondun internet saytında fərdi şəxsi hesablarda əksolunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığorta olunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. Bu xidmət çərçivəsində hər bir sığorta olunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir". DSMF sədri 2013-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, 2013-cü ildə Azərbaycanın Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini də deyib. İclasında Fondun yerli orqanlarının 2013-cü ildəki fəaliyyəti ətraflı təhlil edilib və öz işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
2014-02-12
8,835
Heydər Əliyevin yayılmamış görüntüsü - Foto
Heydər Əliyevin yeni görüntüsü yayılıb. "Axar.az" xəbər verir ki, yeni foto Leyla Əliyevanın Feysbuk səhifəsində yerləşdirilib. Fotoda Heydər Əliyev nəvəsi Leyla Əliyeva əks olunub. Fotonu təqdim edirik.
2014-02-12
8,836
23 yaşlı süpürgəçi oğlanın Bakısı – Reportaj
Nadir üçün süpürgəçi işləmək çətin deyil. Ona görə süpürgəçilik, halal yolla ruzi qazanmaq ayıb sayılmır, deyir, haramla yaşamaq ayıbdır. O adamlar utansın ki, haramla adam olur. Nadir şəhərin düz mərkəzində bir ildir ki, süpürgəçi işləyir. Qışın soyuğunda, yayın istisində heç nəyə baxmayaraq, başını aşağı salıb işini görür. Səhər saat 8-dən 9-a kimi Bakının dolanbac küçələrini süpürür. Özünün dediyi kimi, bahalı mərmərləri elə süpürməlidir ki, şəklin üstünə düşsün. Lap əsgərlikdə olduğu kimi. İşsizlikdən Bakıya Əvvəlcə qəhrəmanım haqqında bir-iki kəlmə. 23 yaşı olan Nadir orta məktəbi bitirib. 4 ildir ki, valideynlərini itirib. Dediyinə görə, elə o vaxtdan da bacısını götürüb köçüb şəhərə. Cənub bölgəsindən olan Nadir kənddə işsizliyin əlindən təngə gəldiyi üçün bu addımı atıb. Kəndlinin şəhər həyatı Deyir ki, şəhərdə yaşamaq çox çətindir, xüsusən də bacısı ilə. Qadına şəhərdə geyim daha çox lazımdır. Kirayə haqqı, yemək, gəzmək. Bütün bunları hal-hazırda aldığı 430 manat maaşla güclə idarə edir. Maaşlarını vaxtlı-vaxtında ala bilməyəndə isə ərzaq dükanına borclu qalır. Əgər kənd məktəblərində yaxşı təhsil versəydilər, o da universitetdə oxuya bilərmiş. Gəl ki, kənd müəllimlərinin çoxu bazarda satıcılıq etməyə məcbur olduğundan nə məktəbə gələn var imiş, nə dərs keçən. İndi onun üçün oxumaq, universitetə hazırlaşmaq çox çətindir. Bacısını saxladığı üçünsə ümumiyyətlə, oxumaq həvəsini içində öldürüb. Hərdən maaş alanda yaxınlıqdakı kitab dükanından bir-iki kitab alıb evə aparır. Kitab oxumaq hobbisidir. Bundan başqa heç bir əyləncəsi yoxdur. Süpürgəçi ovu Onu hər gün küçəni süpürən görürdüm. Deyə bilərsiz ki, nə çoxdur küçələri süpürənlər. Amma bu cavan oğlanın süpürgəçi işləməyi məni təəccübləndirməyə bilmədi. Başqa ölkələrdən fərqli olaraq, bizim gözümüz cavan oğlanların küçə süpürməyini görməyə alışmayıb. Elə Nadirə də bu məqsədlə yaxınlaşdım. Bir az söhbət edib, onun üçün bu işin narahatlıq yaradıb-yaratmadığından, dolanışığından yazmaq istədim. Sağ olsun, elə bir-iki sualımdan məsələni anladı. Amma narazılıqları çox olduğu üçün fotosunu çəkməyə imkan vermədi. Bunu işini itirmək istəməməsi ilə əlaqələndirdi. Adını da şərti olaraq yazmağımı istədi. Bu şəhərdə sevinmək olmur Xəyalları, arzuları – hamısını kənddə qoyub gəlib. Elə uşaqlığını da. Bakıya gələndə heç bir duyğusu, istəyi qalmayıb. Bakı onun üçün stressin, problemin beşiyidir. Bu şəhərdə sevinmək də olmur, stressiz yaşamaq da. Ən əsası isə - süpürmədən olmur...
2014-02-12
8,837
Smartfon telefonlar yuxusuzluğa səbəb olur
Smartfon telefonlar yuxusuzluğa səbəb olan ciddi amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər. "Axar.az" bu haqda xarici mətbuata istinadən xəbər verir. Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman "Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz",- deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub. Harvard tibb məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, "Yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir",- deyir. 2013-cü ildə Feysbukun sifarişilə "IDC Research" tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri internetdən çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda interneti olmayan və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya telefonu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.
2014-02-12
8,838
Aydın Mirzəzadə Elton Məmmədovun oğlundan yazdı
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının funksioneri Aydın Mirzəzadə həmkarı, Nəqliyyat nazirinin qardaşı Elton Məmmədovu müdafiə edən yazı yazıb. Özünün Feysbuk hesabında paylaşdığı həmin yazını olduğu kimi təqdim edirik: Dünən Azərbaycan saytlarının birində Milli Məclisin deputatı Elton müəllim Məmmədovun oğlu haqqında bir yazı verilib. Gənc oğlanın bahalı maşınlarının adları sadalanır, onun saatının markası və istifadə etdiyi ətirlər haqqında tədqiqatın nəticəsi bildirilir. Bu azmış kimi gənc Məmmədovun şəxsi həyatına kobudcasına müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli fikirlər bildirilir. Ancaq bir səbəbə görə ki, o tanınmış ailədəndir və biznes fəaliyyətini də uğurla qura bilib. Bütün bu söhbətlərdən isə bolşevizmin iyi gəlir. Müasir dövrdə insanın imkanlı olduğuna görə ittiham edilməsi çox əcaib görünür. Həmkarım Elton müəllim parlament fəaliyyətinə biznes sahəsindən gəlib və hal-hazırda onun biznesinin etibar etdiyi insanların, o cümlədən övladlarının davam etdirməsi normal və qanuna uyğun bir işdir. Oğlunun da hansı maşın markasını sürməsi və hansı ətirdən istifadə etməsi onun şəxsi işidir. İnsanı imkanlı olmaqda ittiham etmək çox qəribə bir şakərdir. Azərbaycan vətəndaşının dünyanın ən mükəmməl maşın və texnologiyalardan istifadə etməsi ancaq alqışlana bilər. Çünki, onun aldığı hər bahalı əmlak onlarla, bəzən isə yüzlərlə insan üçün iş yerinin açılması və vergiyə və sosial müdafiəyə əlavə vəsaitlərin daxil olması deməkdir. Hesab etmirəm ki, Azərbaycan gəncləri ancaq ucuz və işlənmiş avtomobil sürməli, bahalı saat markalarında isə ümumiyyətlə xəbərsiz olmalıdırlar. Hamının bərabər, ancaq hamının kasıb yaşadığı cəmiyyət modelləri tarixdə həmişə iflasa uğrayıb, ona görə də imkanlılara paxıllıq etmək, onlara qarşı səlib yürüşü təşkil etmək təşəbbüslərini heç zaman dəstəkləmirəm. Deputat həmkarımın övladına irad bildirirlər ki, onun bir maşınına sərf etdiyi vəsaitlə neçə tələbə oxutmaq və neçə nəfər müalicə etdirmək olardı. Bu tezis də SSRİ-nin Stalin dövrünü xatırladır. Bunun həyata keçirilməsinin də nə ilə nəticələndiyi hamıya yaxşı məlumdur. Artıq 14 ildir Elton müəllim Məmmədov millət vəkilidir. Bu müddət ərzində onu həmişə təvazökar və xeyirxah bir insan kimi tanımışam. Ola bilsin ki, etdiyi xeyirxahlıqları göstərməyə maraqlı deyil və ya əhəmiyyət vermir. Ancaq şübhəm yoxdur ki, onları mətbuata versəydi, bu halda onu özünü reklam etdirməkdə ittiham edəcəkdilər. Deputat həmkarımın imkanlı oğlu haqqında verilən yazı təsadüfi deyil. Bu gün onun, sabah isə bir başqa imkanlı azərbaycanlının ailəsi haqqında yazılar gedəcək. Və beləliklə də cəmiyyətimizdə imkanlı insanlar haqqında bir mənfi fikir formalaşdırılmasına çalışacaqlar. Kimlərsə buna bəsit baxa bilər, ancaq bunun ağrısını cəmiyyət sonradan başqa formada çəkə bilər.
2014-02-12
8,839
Mətbuat katibi Prezidentin əməliyyatından danışdı – Eksklüziv
"Qırğızıstan Prezidenti Almazbek Atambayev dizindəki şiddətli ağrılar səbəbindən Moskvada əməliyyat olunub. Hazırda özünü yaxşı hiss edir və heç bir narahatlıq yoxdur". Bu barədə "Axar.az"a eksklüziv açıqlamasında Qırğızıstan prezidentinin mətbuat katibi Kadır Toktakulov deyib. Onun sözlərinə görə, əməliyyat səbəbindən dövlət başçısı qısamüddətli məzuniyyətə çıxıb və yaxın vaxtlarda vətənə dönərək iş başına keçəcək.
2014-02-12
8,840
Mustafa Dənizli “Xəzər Lənkəran”dan gedir?
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin hazırda məşqçisiz qalan "Trabzonspor"u çalışdıracağı ilə bağlı məlumat yayılımışdı. "Axar.az" xəbər verir ki, Mustafa Dənizli Türkiyə mətbuatına məsələ ilə bağlı münasibət bildirib. Türkiyə mətbuatına danışan Dənizli "Trabzonspor"dan təklif almadığını deyib: ""Trabzonspor"dan hər hansı bir təklif almamışam. Bir gün mütləq Türkiyəyə qayıdacam. Ancaq bir problem olmasa, mövsümün sonuna qədər "Xəzər Lənkəran"da qalmaq istəyirəm". Qeyd edək ki, Dəzili ilə "Xəzər Lənkəran" klubu arasında 1 il yarımlıq müqavilə bağlanıb. Belə olan halda, Mustafa Dənizlinin "mövsüm sonuna qədər Xəzər Lənkəran"da qalmaq istəyirəm" deməsi müəyyən şübhələrə yol açır. Olmaya, Dənizli mövsümün sonunda, müqavilə müddəti bitməmiş "Xəzər Lənkəran"dan ayrılmağı düşünür?
2014-02-12
8,841
Eltonun 15 il öncə oxuduğu dini mahnı - Video
Müğənni Eltonun 15 il öncə dini tədbirdə oxuduğu mahnı üzə çıxıb. "Axar.az" "Xeberle.com"a istinadən həmin videonu təqdim edir:
2014-02-12
8,842
Üç erməni Azərbaycan diasporuna dəstək verir
Ukraynada daha üç erməni iş adamı Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib. Ukraynanın Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər. Bundan əvvəl Azərbaycan diaspor fonduna pul köçürən Robert adlı erməni iş adamına sonradan edilən təzyiqlər nəzərə alınaraq, bu erməni iş adamlarının adları açıqlanmır. "Erməni iş adamları azərbaycanlıların fonduna maddi vəsaitin köçürülməsi ilə yanaşı, istənilən ictimai və siyasi aksiyalarda dəstək göstərməyə hazır olduqlarını da bildiriblər. Onlar bunu vilayətdəki erməni diasporunun fəaliyyətinə etiraz olaraq etdiklərini bildirib, həmyerlilərini şovinizmdə ittiham ediblər", - deyə Konqresdən bildirilib. Qeyd edək ki, ötən ilin sonunda Luqanskda erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürmüşdü. Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini bəyan etmişdi. İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirmişdi. Bu hadisədən sonra yerli erməni və ermənipərəst təşkilatlar tərəfindən Robert və qohumları təhdid olunmağa başlayıb.
2014-02-12
8,843
“iPhone” “Sony” ilə razılığa gəldi
"Apple"ın yeni admiral gəmisi "iPhone 6"nın həm ön, həm də arxa kamerasının yapon texnologiya nəhəngi "Sony" tərəfindən hazırlanacağı məlum olub. "Axar.az" Türk mediasına istinadən xəbər verir ki, PC bazarından uzaqlaşmağa hazırlaşan "Sony" hazırda "Apple"ın "iSight" adlı ön kameralarının ən böyük tədarükçüsü mövqeyindədir. Əldə olunan razılığa görə, "Sony" yeni "iPhone"nun həm ön, həm də arxa kamerasını inkişaf etdirəcək. Məlumat üçün qeyd edək ki, "Sony" bu zamana qədər "Apple"ə 200 milyondan çox CMOS qəbuledici hazırlayıb.
2014-02-12
8,844
Daha güclü zəlzələ baş verdi - 7,3 bal/Yeniləndi
Çində güclü yerlatı təkan olub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Sincan Uyğur Muxtar Vilayətində baş verən zəlzələnin gücü Rixter cədvəli üzrə 7,3 bal olub. Zəlzələnin episentri vilayətin Hotam bölgəsinin Yütien qəsəbəsi olub. Yeraltı təkan yerin 12 km dərinliyində qeydə alınıb. Rəsmi məlumata görə, yeraltı təkanlar zamanı heç br dağıntı olmayıb. Zəlzələnin episentri düzənlik əraziyə düşdüyündən, tikililərdə dağıntı baş verməyib. Xatırladaq ki, fevralın 10-da Azərbaycanda 6 bal gücündə zəlzələ baş vermişdi. Azərbaycanla eyni vaxtda daha dörd məkanda - cənub-şərqi Pasxa adasında, Tayvanda, Türkiyədə və Mərkəzi Alyaskada - zəlzələ olmuşdu.
2014-02-12
8,845
Ziya Məmmədovun qardaşı oğlu maşınlarından danışdı
"Mətbuatda fotoları əks olunan və mənə aid olduğu bildirilən avtomobillərin mənə heç bir aidiyyəti yoxdur". Bunu "AzNews.az"a açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib. A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: "Fotoların bəzisi mənim "İnstagram" səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimayyiləşdirilməsinə ehtiyac olmadığını düşünürəm".
2014-02-12
8,846
Əfsanəvi futbolçunun çəkildiyi reklam qadağan edildi - VİDEO
Böyük Britaniyanın reklam standartları komitəsi "Mançester Yunayted"in əfsanəvi futbolçusu Erik Kontananın çəkildiyi "Kronenbourg" pivəsinin reklamına qadağa qoyub. "Axar.az" xəbər veriri ki, komitə "yetərli məlumatın verilməməsini" əsas gətirərək bu addımı atıb. Reklam çarxında göstərilir ki, bu, Fransa pivəsidir. Yalnız reklam çarxının sonunda xırda şriftlərlə pivənin İngiltərədə istehsal olunduğu gösərilir. Digər tərəfdən, komitə araşdırıb ki, reklam çarxında pivənin Fransada yetişdirilən mayaotundan alındığı göstərilsə də, əslində belə deyil. Qeyd edək ki, reklam roliki yumoristik xarakterlidi və internetdə olduqca populyardı. Qadağan olunan reklam çarxını təqdim edirik:
2014-02-12
8,847
Britaniya parlamentində Azərbaycan əleyhinə müzakirə - Şok
Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ konflikti müzakirə olunub. "Axar.az" xəbər verir ki, bu informasiya ilə erməni mətbuatı çıxış edib. Parlamentdə çıxış edən deputat Stiven Paund Böyük Britaniyanın bu konfliktdə daha aktiv vəziyyətə keçməsini təklif edib: "Biz bu konfliktin həll edilməsi üçün çalışmalıyıq. Mən Dağlıq Qarabağda - dünyanın ən gözəl guşələrindən birində belə bir konfliktin hökm sürməsinə inana bilmirəm. Mən Dağlıq Qarabağı hələ də yaddan çıxara bilmirəm. Buranın gözəl təbiəti və 2000 illik erməni kilsələrini xüsusilə". O, Britaniyanın erməni soyqırımı məsələsində mövqeyini ortaya qoymağa çağırıb: "Erməni soyqırımı məsələsini şübhə altına almağın özü biabırçılıqdır. Yalnız bu zaman biz Ermənistana öz dostluğumuzu göstərə bilərik. Biz həmçinin 2004-cü ildə baş verən o qanlı hadisəni yaddan çıxarmamalıyıq. Ramil Səfərov o zaman erməni zabit Qurqen Markanyanı balta ilə öldürmüşdü". Daha sonra çıxış edən deputat Cim Şenon isə guya Azərbaycanda xristianların sıxışdırıldığını söyləyib: "Azərbaycanda 2010-cu il 1 yanvarında qeydiyyatdan keçənlərdən kənar heç biri indiyə qədər qeydiyyata düşə bilmir. Bu kimi xristianları ölkədə polis izləyir və həbs edir. Hökumətimiz bununla bağlı Azərbaycan hökumətinə etirazını göndərməməlidirmi?" Qeyd edək ki, Böyük Britaniya erməni soyqırımını tanımayan ölkələr siyahısındadır. Xatırladaq ki, 2010-cu ildən sonra 21 qeyri-müsəlman icması Dini Qurumlar Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib ki, bunlardan 12-si xristian icmasıdır. Ən son qeydiyyatdan keçən xristian icması kimi isə "Həyat sözü"(2012-ci il) xristian dini icması göstərilib.
2014-02-12
8,848
Əhali “özündən olan it uşaqlarına” səs verəcək - Eksklüziv
Ukrayna hadisələri son bir neçə ay ərzində bütün dünyanın diqqət mərkəzinə düşüb. Burada müxtəlif informasiyaların yayılması, onların nə qədər doğru və ya yalan olması bəlli deyil. Bəlli olan təkcə odur ki, Ukraynada xalq ayağa qalxıb. Məsələni daha da dəqiqləşdirməkdən ötrü rusiyayönlülüyü ilə tanınan, amma heç bir zaman bunu öz fəaliyyətinə yansıtmayan jurnalist Sergey Stepanovla danışdıq. Onun Maydan haqqında etiraflarını təqdim edirik. Maydan atraksiona çevrilib - Sergey, bizim auditoriyaya Avromaydanı təsvir edin, zəhmət olmasa? - Avromaydan – təxminən üç aydır ki, Kiyevin mərkəzində müxalifət tərəfindən qurulan düşərgədir. Hansı ki, müxtəlif dəbilqə, dəyənəklərlə barrikadalar quraraq onu mühafizə edən və buradan yandırdıqları odun tüstüsü görülən, hökumət əleyhdarı olan insanların səsi eşidilir. Bu, kənardan elə də xoş görünməyə bilər, amma artıq turistik mərkəzə çevrilib. Kiyevdə insanlar bu barrikadaların qarşısına gələrək şəkillər çəkdirir, inqilab şəkilləri ilə bəzədilmiş müxtəlif suvenirlər alırlar. Yəni artıq Maydan attraksiona çevrilib. Hazırda Kiyevdə sakitlikdir. Müxalifət və hökumət böhrandan çıxış yolu axtarır. Bununla bərabər, hökumət böyük güzəştlərə hələ ki, getmir. Maydanın iştirakçıları onsuz da partiya liderlərindən narazıdırlar. Səbəb isə onların parlamentdə təmsil olunan deputatlarının Yanukoviçlə apardıqları müzakirələr zamanı heç bir uğur əldə etməməsidir. Bütün bunların fonunda daha çox ultramillətçi çıxışları ilə seçilən "sağ sektor"un narazılığı daha da güclənir. Onların mövqeyini müdafiə edənlərin isə sayı artır. - Deyəsən, siz də jurnalist kimi Maydan və Qruşevskidə iştirak etmisiniz. - Mən bu hadisələrin heç birində iştirak etməmişəm. Amma Prezident Administrasiyasına hücum zamanı orada olmuşam. Təzyiqə məruz qalmaqdan məni Allah xilas etdi. Lakin burada çox pis şeylərin şahidi oldum. Polislərin heç nədən döydüyü jurnalistləri gördüm. Bütün bunlardan sonra rusiyayönümlü insan olduğuma baxmayaraq, Maydanda edilən tələblərin çox hissəsinin doğru olduğunu düşünürəm. Məmurların səhvi onda idi ki, onlar adi insanları döyən şəxsləri cəzalandırmamışdılar. Jurnalistlərə snayperdən atəş açılır - Ümumiyyətlə, Berkut jurnalistlərlə necə davranır? - Artıq dedim ki, jurnalistlər xüsusi təyinatlıların qəzəbinə tuş gəliblər. Sonuncu dəfə Qruşevski küçəsində baş vermiş hadisələr zamanı jurnalistlərin özləri də etiraf edirlər ki, onlara xüsusi nəzarət edilirdi. Sanki jurnalistləri ovlayırdılar. Hətta Berkut snayper vasitəsilə rezin güllələrdən jurnalistlərə atəş açırdı. Onu qeyd etmək lazımdır ki, bu hadisələr zamanı yeni striminq texnologiyasından istifadə olundu. Məhz bunun vasitəsilə jurnalistlər planşet və ya telefonlarla "Molotov kokteyli", bombaların çəkilişini canlı olaraq efirə ötürə bilirdilər. Məhz bu, Berkutun xoşuna gəlmirdi. Mənim həmkarım Anatoli Lazarenko barrikadalardan yayım edən zaman buna görə xüsusi təyinatlılar onun əlindən vurmuşdular. Maydandan hökumət istifadə edir - İnsanlar Yanukoviçə bu qədərmi nifrət edirlər? - Viktor Yanukoviçdən narazılıq həqiqətən çoxdur. Kiyevdə ona qarşı simpatiya heç vaxt olmayıb. Prezidentin təmsil etdiyi Donetsk klanı başqalarının biznesini ələ keçirməkdə günahlandırılır. Digər tərəfdən, Yanukoviçə səs verənlər də artıq ondan narazıdırlar. Çünki onun seçilməsindən sonra o öz seçicilərini satıb. Yanukoviçə səs verənlər ondan ölkənin ikinci dövlət dilinin rusca edilməsini və Qərbə üz tutmaq yox, birbaşa Gömrük İttifaqını seçməyi gözləyirdilər. Maydanın əsas gücünü ukraynalı millətçilər təşkil edir ki, bu da ölkənin cənub və şərqində yaşayan rusdilli əhalinin onlardan diksinməsinə səbəb olur. Bax, bu ziddiyyətdən də hökumət çox yaxşı istifadə edir. Onsuz da bilirlər ki, əhali əvvəl-axır "özündən olan it uşaqlarına" səs verəcək. Yəni Yanukoviçin keçmiş tərəfdarları ondan narazıdır, amma indiki prezidentdən başqa da variantları hələ meydana gəlməyib. - Sergey, bəs bu nifrət haradan əmələ gəlir? - Ukraynada əvvəllər keçirilən mitinqlər və inqilabın əsas fərqi onların sakit, rahat keçməsi idi. Məsələn, 2004-cü ilə baxın. İndi isə qəddarlığa hər kəsi milis təhrik edib. Maydanda insanların döyülməsinə qarşılıq Prezident Administrasiyasına qarşı hücum başlandı. Maydanda dayanan insanların həbs edilməsi ilə bağlı qəbul edilmiş qanuna qarşılıq kimi isə "Molotov kokteyl"ləri aldılar. Düşünürəm ki, bu nifrətin əsas səbəbi iki ay ərzində hökumətin Maydana qarşı heç bir güzəştə getməməsindədir. Kompromisə getmək lazım idi. Ukraynada müxalifəti sevmirlər - Ukraynada müxalifəti sevirlərmi? - Ukraynada müxalifət yekcins deyil. Onların təmsilçiləri əsasən ölkənin qərbində məşhurdurlar. Ölkənin şərqində isə əksəriyyət Yanukoviç və kommunistləri müdafiə edir. Hələ ki, arenada olan köhnə siyasətçiləri əvəz edən yeni liderlər peyda olmayıb. Hətta ölkə siyasətinin yeni siması hesab edilən Vitali Kliçko belə öz partiyasına Viktor Yuşşenko dövrünün köhnə kadrlarını toplayıb. Onların çoxu da bir zamanlar rusdilli aktivistlərin qovulmasında iştirak ediblər. Ona görə də ölkənin cənub və şərqində bu partiyanı məğlub etmək çox asan olacaq. - Yaçenyuk, Tyaqnibok və Kliçko. Bunlardan hansı Avromaydanda daha xarizmatik lider kimi görünür? - Hazırda keçirilən sosial sorğuların nəticələrinə görə, ölkədə mümkün olacaq prezident seçkiləri zamanı əsas lider Yanukoviç göstərilir və siyahıda onu Kliçko izləyir. Üçüncü yerdə isə son günlər özünü qəşəng reklam etdirən Pyotr Poroşenko gəlir. Bu, Rusiya tərəfindən qadağan edilmiş "Roşen" konfetlərinin sahibidir. Yaçenyuk və Tyaqnibok isə yavaş-yavaş öz populyarlıqlarını itirirlər. Yaçenyuk hökumətlə razılaşdığına, Tyaqnibok isə radikal millətçi siyasətinə görə hörmətdən düşürlər. Onun partiyası inqilab zamanı Kiyevin mərkəzində yerləşən Leninin heykəlini uçurtmuşdu. Abidə çox böyük memarlıq incisi hesab edilir və kiyevlilərin heç biri bu cür söküntünü müdafiə etməmişdi. - Sizcə, bu mitinqlərini sonu necə olacaq? İnsanların qələbə qazanacağı ilə bağlı ümidləri varmı? - Bunu heç kim deyə bilməz. Güc tətbiq ediləcəyi ilə bağlı təhlükə variantı var. Qorxu var ki, hökumət müxalifətin təmizlənməsini əsas prioritet götürəcək. Nəticədə də insanlar qurban gedəcək, kütləvi həbslər başlayacaq. Mənim fikrimcə, ən yaxşı variant kompromisin əldə olunmasıdır. İndi ölkəyə köhnə konstitusiyanı qaytarmaq üçün çalışırlar. Buna görə isə prezidentin səlahiyyətləri azaldılır. Doğrudur, bu ölkədə avtoritarizmin yaradılmasına imkan vermir, amma ölkənin qarışıqlıqdan azad olmasını da mümkünsüz edir. Başqa bir resept isə Ukraynanın federasiyaya çevrilməsidir. Bu da növbəti cəlbedici variantdır. Bunun nəticəsində ölkənin bir-birinə zidd fikirdə olan bölgələri başqa qanuna və öz dillərinə sahib ola bilərlər. Federasiyanın da çoxlu düşmənləri var. Onlar iddia edirlər ki, ölkə federasiya olsa, ölkənin şərq vilayətlərinin ayrılaraq Rusiyaya birləşməsi yolunda bir addım olacaq. P.S. Qeyd edək ki, Sergey Stepanov bizə verdiyi müsahibədən bir gün sonra – bu gün - öz ərizəsi ilə iş yerindən (o, "Yeni region"(nr2.ru) agentliyinin Kiyev bürosunun baş redaktoru idi) istefa verib. O, bunu Avromaydanın düzgün işıqlandırılmaması, söz azadlığını pozaraq ona qarşı yazıların yazılmaması və işlədiyi yerin rəsmi olaraq Avromayadanın təbliğatçısına çevrilməsi ilə əlaqələndirib.
2014-02-12
8,849
Azərbaycanlılar Rusiyaya 2025-ci ildə qayıda biləcək
Rusiyada qalmaq şərtlərini pozan digər ölkələrlə bərabər, Azərbaycandan olan miqrantların da 2025-ci ilə qədər amnistiyası planlaşdırılmır. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanda İnsan Haqları Şurasının prezidenti Mixail Fedotovun suallarını cavablandırarkan Federal Miqrasiya Xidməti belə açıqlama verib. Xidmət xarici təcrübəni əsas gətirərək, bu cür addımların neqativ hallar törətdiyini bildirib. Xatırladaq ki, dəfələrlə FMX rəhbəri Konstantin Romodanovski də qeyri-qanuni miqrantlarla bağlı tez-tez amnistiyaların verilməsinin əleyhinə olduğunu bəyanat edib. Onun sözlərinə görə, hələ 2007-2008-ci illərdə qanunlaı pozmuş miqrantlara xidmətə gələrək təqsirini etiraf etməyə çağırılsa da, 5 miyon nəfərdən cəmi 2,2 min miqrant çağırışa reaksiya verib.
2014-02-12
8,850
Şahzadə gizli varidatını açıqladı – 12 milyard
Səudiyyə Ərəbistanının şahzadəsi xəzinəsində gizli saxlanılan pullarının olduğunu açıqlayıb. "Axar.az" xəbər verir ki, Səudiyyə Ərəbistanın şahzadəsi Əl Valid xəzinəsində cəmiyyətə açıqlanmasını lazım bilmədiyi 12 milyard dollara yaxın pulunun olduğunu deyib. Özünü Ərəbistanın Varren Buffetti olaraq görən Əl Valid müxtəlif layihələrə də investisiya qoyması ilə də məşhurdur. Onun son zamanlarda investisiya qoyduğu layihələrinin başında "Tvitter", "Four Season" otelləri və Çin üzərində həyata keçirilən alış-veriş saytı "Dj.com" dayanır. Şahzadə Əl Valid həmçinin "Kingdom Holding" şirkətinin səhmlərinin 95 faizinə də sahibdir. Qeyd edək ki, söylənilən rəqəm şahzadənin bütün varidatını deyil, gizli saxlanılanı özündə əks etdirir.
2014-02-12
8,851
Suriya müxalifləri bir-birini qırır – Video
Suriyanın Dər əz-Zor şəhərində müxalif qruplardan olan İraq Şam İslam Dövləti və digər qruplar arasında davam edən qarşıdurmalar səssizliklə əvəzlənib. Bu bölgələri itirən İŞİD qüvvələri bölgədən tamamilə geri çəkildiklərini bildiriblər. "Axar.az"ın Suriya müxaliflərinə məxsus xəbər saytlarından aldığı məlumata görə, Nüsrət Cəbhəsi və İslami Cəbhə qüvvələri də ölkənin şərqindəki Dər əz-Zor şəhərində olan Konoko qaz təsisi və un dəyirmanlarını yenidən İŞİD qüvvələrinin tabeçiliyindən geri alaraq bölgəyə hakim olduqlarını açıqlayıblar. Suriyada İŞİD-Nüsrət Cəbhəsi arasında yaşanan hadisələrdən sonra İŞİD qaynaqları israrla İŞİD-Nüsrət cəbhəsinin öz aralarında vuruşmadığını açıqlamasına baxmayaraq, bunun əksini iddia edən açıqlama Nüsrət Cəbhəsi komandiri Məhəmməd Culanidən gəlib. Culani rəsmi açıqlama verərək hadisələrin gerçək olduğunu dilə gətirib, hətta İŞİD Dər əz-Zor komandirini 1 milyon 550 min (manat) oğurlamaqda günahlandırıb. Ayrıca İŞİD-ın hücumu zamanı 10 Nüsrət üzvünün öldürüldüyünü də deyib.
2014-02-12
8,852
İlham Əliyev Əlcəzair prezidentinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib. Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".
2014-02-12
8,853
Azərbaycanda müstəntiq axtarışa verildi
Azərbaycanda özgəsinin əmlakını mənimsəməkdə təqsirləndirilən sabiq prokurorluq işçisi barəsində axtarış elan edilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
2014-02-12
8,854
Sumqayıtda icra başçısının yeni müavini təyin edilib
Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində ciddi dəyişikliklər edilib. İcra Hakimiyyətindən aldığımız məlumata görə icra başçısın təsərrüfat üzrə müavini Tariyel Hacıyev vəzifəsindən azad edilib. İcra başçısının iqtisadi sosial məsələlər üzrə müavini Sahib Quliyev təsərrüfat üzrə müavin Taryel Hacıyevin yerinə təyin olunub. Taryel Hacıyev isə qurumun Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevin müavini təyin edilib. Sahib Quliyevin yerinə isə Lalə Zülfü qızı Hacıyeva təyin edib. Bu vaxta qədər şəhərin bağçalarından birinin müdiri olan L.Hacıyeva Tariyel Hacıyevin qardaşı qızı, rəhmətlik Zülfü Hacıyevin qızıdır (xeberle.com).
2014-02-12
8,855
Bakıda böyük söküntüyə start verildi
Söküntü işlərinin aparılacağı ərazidə yeni yaşayış evlərinin və ya hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Ümumilikdə, 50 hektara yaxın ərazidə yaşıllıqlar salınacaq. Böyük Bakının Regional İnkişaf Planına uyğun olaraq, Bakıda evlərin sökülməsinin növbəti mərhələsinə başlanılır. Açıqlanan rəsmi məlumatlara görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək. Ümumilikdə, 10 min evin sökülməsi planlaşdırılır. Söküntü işləri kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu işlərin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İkinci mərhələdə Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı və Akademik Milli Dram Teatrının arxasından başlayan ərazidə yerləşən evlərin söküntüsünə başlanacaq. Üçüncü, dördüncü mərhələdə Təzə Pir məscidinə yaxın ərazilərdə və beşinci, altıncı mərhələlərdə Əli bəy Hüseynzadə küçəsindən "Nizami" metrosunun arxa hissəsinə kimi ərazilərdə söküntü işləri aparılacaq. El dili ilə desək, söküntü işləri ümumilikdə "Sovetski", "Papanin", "Xutor" və "Kubinka" kimi əraziləri əhatə edəcək. milli.az "Zaman Azərbaycan"-a istinadən xəbər verir ki, söküntü işləri zamanı tarixi abidələrin qorunmasına ciddi əhəmiyyət veriləcək. Məsələn, ilkin məlumatlara görə, Təzə Pir məscidinin ətrafında böyük park salınacaq. Məscidin isə həmin ərazidə yenə də fəaliyyətini davam etdirəcəyi bildirilir. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. Sevindirici və ürəkaçan məqam odur ki, evlərin yerində park salınacaq, yollar çəkiləcək, sosial obyektlər inşa ediləcək. Yəni ərazidə yenidən yaşayış evlərinin, binaların tikintisi nəzərdə tutulmur. Bu isə o deməkdir ki, paytaxt Bakı, sözün həqiqi mənasında, yaşıllıqlar diyarı olacaq. Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib ki, sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavininin sözlərinə görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək: "Akademik Milli Dram Teatrının arxasından başlayan ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı 2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən "Nizami" metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək". Söküntü aparılan ərazilərdə yaşayış binaları tikilməyəcək Qış bulvarının davamı olaraq, həmin ərazi abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu da bildirir ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri Rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, "Azəryolservis" ASC-nın nəzdində olan "Azərekspert" təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib: "Vətəndaşın istifadəsində olan mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək". Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən Səməd İslamov bildirib ki, yaxın 2 ay müddətində söküntü işlərinə başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla ikiaylıq kirayə pulu da ödənilir. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. İlkin olaraq, Hüseyn Cavid bağından Nərimanov prospekti istiqamətində olan 16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur.
2014-02-12
8,856
Cəlilabad bürosu ANS rəhbərliyini yalanladı - Cavab
ANS TV-nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlik şirkət prezidentinin müşaviri Mais Məmmədovun "elə rayonlar var ki, oradan uzun müddət heç bir xəbər gəlmir" açıqlamasına faktlarla cavab verib. "Axar.az" "Qaynar.info"ya istinadla xəbər verir ki, R.Məlik M.Məmmədovun açıqlamasının ANS-in Cəlilabad bürosuna heç bir adiyyəti olmamasını bir ay ərzində efirdə gedən materiallarla sübut edib. R.Məlik bildirib ki, təkcə bir ay ərzində ANS-də Cəlilabad bürosundan göndərilən 25-ə qədər xəbər yayımlanıb: 12-13-13. Biləsuvardan sikayət məktubu. Biləsuavar. İç xəbər, 15-30 27/12/13 27-12-13 Saatlı. Zəhərlənmə. Saatlı rayonu. İç xəbər, 15-30 27/12/13 30-12-13 İmişli. Bədbəxt hadisə. İmişli rayonu. Nöbətçi, 23-30 03-01-14 Sabirbad qəza. Sabirabad rayonu. Xəbərçi, 21-00 04-01-14 Hacıqabul qatar qəzası. Hacıqabul, Xəbərçi, 15-00 04-01-14 Hacıqabul qatar qəzası. Hacıqabul, Xəbərçi, 21-00 (Dəyişiklik edilib) 06-01-14 Biləsuvar sərhəd. Stand ap. Biləsuvar. Xəbərçi, 15-00 06-01-14 Biləsuvar kecid problemi. Biləsuvar, Xəbərçi, 18-00 07-01-14 Nəhəng turp. Cəlilabadad, Uzuntəpə kəndi. İç xəbər 15-30 08-01-14 Şirvan yanğın. Şirvan şəhəri. Nöbətçi, 23-30 09-01-14 Hacıqabul qətl. Hacıqabul. Nöbətçi, 14-50 09-01-14 Biləsuvar bazar. Biləsuvar. İç xəbər, 15-30 10-01-14 Cəlilabad yanğın. Cəlilabad, Nöbətçi, 14-50 10-01-14 Biləsuvar oğurluq. Biləsuvar, Nöbətçi, 23-30 11-01-14 Sabirabad qəza. Sabirabad. Xəbərçi, 15-00 15-01-14 Saatlı. Zəhərlənmə. Saatlı, Şirinbəy kəndi. İç xəbər, 23-00 17-01-14 Cəlilabad piyada ölümü. Cəlilabad, Növbətçi, 14-45 17-01-14 Sabirabad avtoqəza. Sabirabad. Növbətçi, 14-45 20-01-14 Cəlilabad hadisələri 90 il. Cəlilabad rayonu. Xəbərçi, 15-00 21-01-14 Qara yumurta. Cəlilabad, Uzuntəpə kəndi. İç xəbər, 23-30 22-01-14 Yeni kombaynlar. Şirvan şəhəri. Hesab vaxtı, 15-20 22-01-14 Biləsuvar oğurluq. Biləsuvar rayonu, İç xəbər, 15-30 22-01-14 Cəlilabad elastik uşaq. Cəlilabad, Muğan kəndi. Salam.az 24-01-14 Saatlı qəza. Saatlı rayonu, Salam.az Xatırladaq ki, ANS-in Cəlilabad bürosunun bağlanması və işçilərin ixtisarından sonra şirkət prezidenti Mais Məmmədovun sözügedən açıqlaması narazılıq yaradıb. Məlumat üçün bildirək ki, ANS əvvəlcə ixtisarlarla bağlı xəbərləri ümumiyyətlə inkar edirdi.
2014-02-12
8,857
Ərdoğanların gizli səs yazısının stenoqramı - Video
"Axar.az" dünən Türkiyənin Baş naziri R.T.Ərdoğanın biznesmen Lətif Topbaş, oğlununsa biznesmen Məhmət Çingizlə telefon danışığının səs yazısını yayımlamışdı. İndi isə həmin danışığın stenoqramını təqdim edirik: "Çingiz" Holdinqin İdarə Heyətinin sədri Məhmət Çingiz Bilal Ərdoğanla şifrəli danışır: Bilal: - Keçən dəfə sizin yanınıza gəldiyim zaman Məkkədəki layihəni izah eləmişdim. Yadınızdadır? O layihənin toplantısını 15 noyabrda təşkil edə bilərikmi? Çingiz: - Alınar, alınar. Çingiz: - Ancaq Bilalcan bəyəfəndi ilə... Bilal: - Bəli, abi. Çingiz: - ... danış. O məni üzür. Sən canın mənə kapriz göstərməsin. Kapriz göstərir mənə. Bilal: - Xeyirdirmi, abi? Nə kaprizi? Çingiz: - Vallah, kapriz göstərir. Məni üzür. Üzür məni. Bilal: - Bu son məsələnizdə hələ hamı işini bitirməyib. Çingiz: - Orası elədir. O işi yığışdırmağa çalışıram. Mən indi Camal bəylə bir yerdəyəm. Bu işi şəxsən izləyirəm. Bilal: - Tamam. Tamam. "1-ci dərəcəli şəhər ərazisinə villa tikilməsinə izn verməyən keçmiş İzmir valisinin Diyarbəkirə sürgün yolunun görünməsi" başlığı ilə başlayan səs yazısında biznesmen Lətif Topbaşla R.T.Ərdoğanın da maraqlı dialoqu yer alıb: Lətif: - Abi, yadımdan çıxdı demədim. Bu İzmir valisinə zəng elətdir. Adam bizim oraları bir az şey edir. Ərdoğan: - Neyləyir? Lətif: - Tıxmaq-mıxmaq filan. Belə şeylər edir... Ərdoğan: - Püf... Lətif: - Hə. Bəzi yerləri. Ərdoğan: - Yəni evlərlə əlaqədarmı? Lətif: - Hə. Evlərlə əlaqədar. Onsuz da biz məhkəməyə getdik. O ərazini birinci dərəcədən üçüncü dərəcəyə çevirmək üçün müraciət etdik. Bir tərəfdən də onsuz da orada birinci dərəcəli bir şey yoxdur. Yəni tarixi əsər-filan yoxdur. İnşallah, bir nəfərdən xəbər göndərərsiniz. Ərdoğan: - Bu haradan çıxdı? Lətif: - Vallah bilmirəm. Orada hər kəs nələrisə qarışdırır. Video daha sonra "Ərdoğan Bayraqdarın (Keçmiş Ətraf Mühit və Şəhərsalma naziri – red.) dediyi kimi, "hər şey Tayyib Ərdoğanın təlimatı ilə icra edilir"": Lətif: - Abi, bu Ətraf Mühit və Şəhərsalma naziri var e, Ərdoğan bəy. Ərdoğan: - Aha. Lətif: - Abi, ona bir şeyi çatdırsan, çox yaxşı olar. Orada Şəhərsalma Nazirliyinin şəhər müdiri var. Ona bizim ehtiyacımız var. Ərdoğan: - Hmmm... Lətif: - Bu Urla bələdiyyəsinin sədri onun yanına gedəcək. Bu məhkəmə üçün onlar nələrsə etməlidir. Ərdoğan bəyə bir söz desəniz çox yaxşı olar, abi. Alınarmı? Ərdoğan: - Tamam. Tamam. Lətif: - Danışdıq. O zaman Bazar ertəsi Urla bələdiyyə sədrini göndərəcəm. Ərdoğan: - Oldu. Lətif: - Hər halda, bu gün-sabah siz onu toplantılarda görərsiniz. Ərdoğan: - İndi mən ona zəng edim. İnşallah, xaricdə-filan deyil. Lətif: - Tamam, abi. Allah razı olsun. Xanıma da salam de. Uşaqlara - hamısına. Allah yolunuzu mübarək eləsin. Salam-əleyküm.
2014-02-12
8,858
Ramiz Mehdiyev gənclərə səsləndi - Status
"Gənclər dövlətimizin avanqardına çevrilməlidir". "Axar.az" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sosial şəbəkəsindəki statusunda paylaşıb. O qeyd edib ki, müasir dünyada çox sürətli dəyişikliklər baş verir və qlobal siyasət mübarizə səhnəsinə çevrilir. R.Mehdiyevin sözlərinə görə, belə bir şəraitdə milli maraqların qorunması hər bir azərbaycanlı gəncin həyat amalı olmalıdır: "Bu baxımdan Azərbaycan gəncləri daim bilik və bacarıqlarını yüksəltməlidirlər. Vətənə, dövlətçiliyə bağlı, cəmiyyətə fayda verən, müasir dünyagörüşlü gənc peşəkarlar hər bir sahədə müstəqil dövlətimizin intellektual elitasını formalaşdırmalı, onun avanqardına çevrilməlidir". Administrasiya rəhbəri əlavə edib ki, son 5 ildə dövlət qulluğuna qəbul edilən şəxslərin 81%-ni gənclər təşkil edir: "Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram".
2014-02-12
8,859
Yeni kredit forması durğunluq yaradacaq
"Banklar avtomobillərə yeni kredit qaydalarını tətbiq etməklə çalışırlar ki, risklərini azaltsınlar, çünki ilkin ödənişlərin yüksək olması risklərin azaldılmasına gətirib çıxardır". Bu sözləri avtomobillərə yeni kredit qaydalarının tətbiq edilməsi məsələsi ilə bağlı iqtisadçı Vüqar Bayramov "Axar.az"a açıqlamasında söyləyib. Vüqar Bayramov avtomobillərə tətbiq olunan hazırki kredit formasının kredit mahiyyətini aşağı saldığını bildirib: "20 min manatlıq avtomobil alan şəxs ilkin ödəniş üçün 16 min manat ödəniş etməlidir və 4 min manatı kredit formasında götürməlidir. Əslində, bu kreditə olan marağın azalmasına gətirib çıxardır. Çünki alıcı 20 min manatlıq avtomobilin 16 min manatını nağd ödəyirsə, qalan 4 min manatı kredit formasında ödəmək onun üçün heç bir əhəmiyyət kəsb etmir və bu proses kredit mahiyyətini aşağı salır". O, həmçinin, yeni kredit formasının tətbiqini avtomobil bazarlarında ciddi durğunluğun yaşanmasına gətirib çıxaracağını vurğulayıb: "Nəzərə alsaq ki, ölkəyə 103 min avtomobil gətirilib və bunların 94 minini minik avtomobilləri təşkil edib. Həmin avtomobillərin təxminən 70 %-i vətəndaşlara kredit yolu ilə təklif olunur. Avtomobil kreditlərinin dayandırılması, eyni zamanda, bazarda da ciddi durğunluğun yaşanmasına gətirib çıxarda bilər. Onu deyə bilərəm ki, banklar bu cür ağır şərtlərlə kredit verməyə davam etsələr, bu proses heç də səmərəli olmayacaq. Kreditlərin əvvəlki formada tətbiq olunması isə kommersiya banklarından asılıdır. Amma biz çox da yaxın zamanlarda avtomobil kreditlərinin əvvəlki şərtlərlə bərpasına inanmırıq". Qeyd edək ki, yeni tətbiq olunan avtomobil kreditlərinə əsasən, təzə avtomobillərdə ilkin ödəniş 40-50%, istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% təşkil edir.
2014-02-12
8,860
Bərdədə ev yandı
Bərdə rayonu, Mollalı kəndində yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, Bərdə rayonu, Mollalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv. m olan birmərtəbəli 1 otaqlı qamış örtükdən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-12
8,861
Əli Həsənov: “Bizim onlara ehtiyacımız var“
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend İnformasiya Agentliyinə müsahibəsi - Əli müəllim, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda korrupsiyaya qarşı mübarizəyə dair səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sizcə, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində nümunəvi ölkəyə çevrilməsi üçün daha hansı zəruri addımlar atılmalıdır? - Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında Qanunu"nun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, həmçinin, "ASAN Xidmət" kimi innovativ strukturun formalaşdırlması, "Elektron Hökumət" proqramının tətbiqi və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini təşkil edir. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə institusional, sistem və inzibati, cəza xarakterli tədbirlərin daha səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına imkan verilməməlidir və verilməyəcək. Qarşıdan gələn dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük veriləcək. Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər. - Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusilə Suriyada silahlı münaqişələrə cəlb edilməsi geniş müzakirə mövzusuna çevrilmişdir. Bu cür neqativ halların qarşısının alınması üçün qanunvericiliyin daha da sərtləşdirilməsinə və ya digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac varmı? - Bilirsiniz ki, humanizm, problemlərin dialoq vasitəsilə həlli dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrdə, o cümlədən Suriyada tərəf kimi iştirak etmir və belə bir niyyəti də yoxdur. Azərbaycan özü münaqişədən əziyyət çəkən, ərazisinin 20 faizi işğal altında olan bir ölkədir və bütün resurslarını bu problemin ədalətli şəkildə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsinə yönəltmişdir. Buna görə də vətəndaşlarımızın ayrı-ayrı bölgələrdə münaqişələrə cəlb olunması, hansısa anlaşılmaz ideyaların, kimlərinsə maraqlarının qurbanına çevrilməsi narahatlıq doğurmaya bilməz. Çünki həmin şəxslər bizim vətəndaşlarımızdır və dövlət onların taleyinə biganə qala bilməz. Digər tərəfdən, bu gün Azərbaycanın özünün vətənpərvər, millətini sevən, mübariz insanlara, gənclərə ehtiyacı var. Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışır. Həm təhlükəsizlik orqanları, həm də Xarici İşlər Nazirliyi, səfirliklərimiz bu məsələ ilə yaxından məşğuldurlar və müvafiq tədbirlər həyata keçirirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb məsələdir və müəyyən mərhələdə daha sistemli yanaşma tələb edə bilər. Azərbaycan vətəndaşlarının müxtəlif qaynar nöqtələrdəki münaqişələrə cəlb olunması fərdi xarakter daşıyır. Lakin bu proses kütləviləşərsə və cəmiyyət üçün təhlükə yaradarsa, qeyd etdiyim kimi, sistem xarakterli tədbirlərin həyata keçirilməsi və bunun tərkib hissəsi kimi, qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atıla bilər. - Bəzi KİV-lərdə və sosial şəbəkələrdə radikal dini təmayüllü cərəyanların, qrupların nümayəndələrinin Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən, onu təhdid edən təbliğatlarına geniş yer verilir. Azərbaycanda əsrlər boyu hökm sürən məzhəblər və dinlərarası tolerantlığa zidd olan bu cür fikirlərin yayılmasının arxasında hansı qüvvələr dayanır? Ümumiyyətlə, bu qüvvələrin məqsədi nə ola bilər? - Dünyada iqtisadi böhran, sosial təlatümlər, vətəndaş qarşıdurması, qanlı münaqişələr, gərginlik müşahidə olunduğu bir dövrdə Azərbaycanın dinamik inkişafı, hökm sürən sabitlik ölkəmizi istəməyən müəyyən xarici qüvvələri narahat edir. Bəzi hallarda xarici KİV-lərdə Azərbaycan haqqında obyektivlikdən uzaq, qərəzli materialların şahidi oluruq. İnternet, sosial şəbəkələr isə tam sərbəst bir məkandır və çox təəssüf ki, qlobal şəbəkədən həm də müxtəlif şəxslərə, ölkələrə qarşı kampaniya təşkil etmək, ictimai fikrə təsir göstərmək, cəmiyyətdə süni şəkildə narazılığı, o cümlədən də dini radikallığı stimullaşdırmaq üçün istifadə olunur. Bəzi hallarda belə cəhdlərin arxasında müəyyən xarici qüvvələrin, beynəlxalq təşkilatların kölgəsi də sezilir. Lakin Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq iqtidarındadır. - Azərbaycan vətəndaşı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsi faktı bəzən çox şişirdilir. Bununla, iki ölkə arasında olan strateji əməkdaşlığa kölgə salmaq istəyirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik. - Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək bəyan etmişlər ki, M.Zeynalovun deportasiyası onun oturum müddətinin başa çatması ilə bağlı olmuşdur. Hesab etmirəm ki, bu hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər. Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır. - Ermənistan tərəfi Soçi olimpiadası dövründə atəşkəsə əməl olunacağını vəd etsə də, buna əməl etmir. "Soçi barışığı" dövründə cəbhə xəttində gərginlik davam edir... - Bu hal bir daha təsdiq edir ki, Ermənistan konstruktiv dialoqda, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil. Ermənistan rəhbərliyi mövcud status-kvonun saxlanmasına çalışır və istənilən sülh təşəbbüslərini müxtəlif vasitələrlə əngəlləyir. Hər halda, Ermənistanın növbəti təxribatı ATƏT-in Minsk qrupunun həmsədrləri - həm Olimpiya oyunlarının keçirildiyi Rusiya, həm də bu barədə sosial şəbəkədə məlumat verən amerikalı həmsədr üçün aydın mesaj olmalıdır. - Bakıda bir sıra iri infrastruktur layihələri həyata keçirilir. Bununla bağlı şəhərin mərkəzində, o cümlədən Yasamal rayonu ərazisində minlərlə evin sökülməsi nəzərdə tutulur. Azərbaycanın müvafiq qurumları vətəndaşların mülkiyyət hüququnun qorunması üçün hansı işləri həyata keçirəcək? - Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə xidmət edir. Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata keçirirlər. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir və bütün bu məsələlər müvafiq qaydada tənzimlənəcəkdir.
2014-02-12
8,862
Aygün şou-biznesi cılızlıqda suçladı
Xalq artisti Aygün Kazımova Azərbaycan şou-biznesinin cılızlaşdığını iddia edib. "Onlar" verilişinə açıqlama verən müğənni şou-proqramların adiləşdiyini bildirib: "İllər əvvəl Nisə Qasımova çox gözəl şou-proqram yaratmışdı. Bu, bir ilk idi. Mən özüm tamaşaçı kimi həmin verilişə gəlmişəm. Proqrama o qədər tələbat var idi ki... Sonra mən "Aygün şou"nu yaratdım. Burada Faiq Ağayev, Samir Bağırov, Zülfiyyə Xanbabayeva, aparıcılar Azər Mirzəyev, Gülşən Qurbanova iştirak edirdi. İndi elə vəziyyət yaranıb ki, əvvəlki şoulardan əsər-əlamət yoxdur. Hansı restorana getsən, eyni müğənniləri görürsən. Oradan çıxıb burada oxuyurlar. Heç kim inciməsin. Şou-biznes cılızlaşıb. Müğənnilər çox əlçatan olublar. Nadir sənətçilər var ki, toxunulmazlığı qoruyub saxlayıblar. Mən heç bir şou-proqrama getmirəm. Çünki bunu özümü, sənətimi aldatmaq hesab edirəm. Tamaşaçıya kələk qururam sanki. Həmin "Aygün şou"nu yenidən bərpa etmək istəyirəm. Amma bu, çox böyük əmək tələb edir" (Axşam.az).
2014-02-12
8,863
“Azərbaycana qarşı neqativ çıxışlar gözləniləndir”
"Belə bir zamanda Azərbaycana qarşı olan neqativ çıxışlar gözləniləndir". Bu sözləri "Axar.az"a açıqlamasında İngiltərə-Azərbaycan Dostluq Qrupunun üzvü, millət vəkili Aydın Abbasov Britaniya Parlamentindəki Qarabağ müzakirələrində iki parlamentarinin Azərbaycan əleyhinə dediyi sözlərə cavab olaraq bildirdi. Millət vəkilinin sözlərinə görə, bu məsələnin həmin deputatların şəxsi yanaşması olması ehtimalı böyükdür: "Britaniya dövləti Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyıb. Eyni zamanda, Azərbaycanın da xəritəsi mövcuddur və bu da dünya ictimaiyyəti tərəfindən tanınmış bir faktdır. Ona görə də Azərbaycana aidiyyəti olmayan insanların çıxış edib deməsi ki, getdim Qarabağı gördüm, aşiq oldum və s... Bəli, razıyam, bizim torpaqlara baxıb aşiq olmaq olar, ancaq bizim dövlətin icazəsiylə. Əlbəttə, belə çıxış eləyən insanlara qarşı reaksiya olmalıdır. Britaniyada bizim çox böyük icmamız var. Onlar güclü iş aparırlar". A.Abbasov hər iki Britaniya deputatına erməni lobbisinin təsir etdiyini də qeyd etdi: "Görünür, bu deputatların hər ikisi ilə fərdi qaydada iş aparılıb. Ermənilərin lobbisi uzun zamandır Türkiyə və Azərbaycana qarşı siyasət yürüdür. Belə məqamda bu suala cavab axtaraq: dünya ictimaiyyətinin qəbul etdiyi bir məsələyə qarşı çıxış edən hər hansı bu cür şəxsin fikri bizə təsir edə bilərmi? Açıq şəkildə deyə bilərik ki, xeyr!" Qeyd edək ki, bu gün Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasında çıxış edən deputat Stiven Paund və Cim Şenon Azərbaycan əleyhinə ifadələr işlədiblər. Onlar Dağlıq Qarabağda olduqlarını və burada iki minillik tarixi olan erməni kilsələrinə heyran qaldıqlarını deyiblər. Deputatlar həmçinin Azərbaycanda olan xristian icmasının guya polislər tərəfindən sıxışdırıldığını da deyiblər.
2014-02-12
8,864
Bu gün “Dalğa” GH-nin 9 yaşı tamam olur - Video
Azərbaycanın aparıcı gənclər təşkilatlarından biri olan "Dalğa" GH bu gün 9 yaşını qeyd edir. "Axar.az" xəbər verir ki, "Dalğa" Gənclər Hərəkatı 2005-ci il 12 fevral tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup tələbəsi tərəfindən yaradılıb. Fəaliyyətini əsasən gənclərin maarifləndirməsinə yönəldən hərəkat maraqlı aksiyalar – küçə teatrları, flaş-mobları ilə Azərbaycana yeni bir gənclik dalğası bəxş edib. Bu gün isə Dalğa GH-nin 9 yaşı münasibəti ilə "Metamorfoz" parti təşkil olunacaq. "Dalğa" GH-nın üzvlərinə gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlər arzu edirik.
2014-02-12
8,865
Prezidentlər bəyanatla çıxış etdilər
Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Prezident İlham Əliyev bəyanatında bildirib: "Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik". Dövlət başçısı qeyd edib ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub: "Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir. Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik". Azərbaycan Prezidenti deyib ki, enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub: "Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər". İlham Əliyev vurğulayıb ki, daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir: "Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik. Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir". Dövlət başçısı qeyd edib ki, Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir: "Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir". G.Marqvelaşvili isə bəyanatında bildirib: "Bakıya səfərimizin çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü və qəbulu bir daha qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq. Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar". O, qeyd edib ki, həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir: "Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk". Gürcüstan Prezidenti vurğulayıb ki, aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır: "İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir. Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk. Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk".
2014-02-12
8,866
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.
2014-02-12
8,867
Gürcüstan Prezidenti Oqtay Əsədovla görüşdü
Fevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub. Milli Məclisin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşılayıb. Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaradıb. Gürcüstan dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilib. Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirib. Qeyd olunub ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcək. Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd edib. Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırıb. Prezident Georgi Marqvelaşvili bildirib ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik. Qeyd olunub ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial var.
2014-02-12
8,868
Ziya Məmmədov bolqar naziri qəbul edib
Nəqliyyat naziri Ziya Məmmədov Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stonyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmiryol, avtomobil nəqliyyatı və avtomobil yolları barədə ətraflı məlumat verən Z.Məmmədov bu istiqamətdə Bolqarıstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb. Öz növbəsində, Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan D.Stonyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib. Görüşdə, eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Bolqarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
2014-02-12
8,869
Ərdoğan İsraillə bağlı Davudoğlunu təkzib etdi
Ankarada İspaniyanın Baş naziri Mariano Rajoy ilə mətbuat konfransı keçirən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə barışmaq üçün çox ciddi şərtlər qoyub. Bununla da Ərdoğan daha öncə "İsraillə barışığa həddindən yaxın" olduqlarını deyən xarici işlər naziri Əhməd Davudoğlunun dediklərini təkzib edib. Türkiyə Baş naziri mətbuat konfransında deyib: "İsraillə "Mavi Mərmərə" danışıqlarında hələ müəyyən bir razılığa gəlməmişik. Bir "üzr" məsələsi vardı, bu reallaşdırıldı. Təzminat məsələsində açıqlamalar verildi. Embarqonun qaldırılması məsələsi də var idi. Embarqo qaldırılmadan heç bir şey olmaz",- deyə Ərdoğan əsas şərt kimi Qəzza sektoruna qoyulan embarqonun aradan qaldırılmasının əsas şərt olduğunu vurğulayıb. "Qəzzaya embarqonun qalxması və bunun yazılı bir protokola təsdiqlənməsi lazımdır. Yaxşı niyyətin qeydiyyata girməsi gərəkdir". Daha sonra o, 7 avqust 2010-cu il tarixdə İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə hücumundan danışıb: ""Mavi Mərmərə" gəmisində kimsənin əlində silah yox idi. Amma silahlı İsrail əsgərləri beynəlxalq sularda 9 vətəndaşımızı şəhid etdilər". (ANS)
2014-02-12
8,870
Zakir Həsənov müharibə veteranları ilə görüşdü
Fevralın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyətinin bir qrup üzvünü qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri respublika veteranlarının gənclərin orduya hazırlanmasında, hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunu xüsusi qeyd edin, onların problem və qayğıları ilə maraqlanıb, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb. Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qəbula görə minnətdarlığını bildirib, veteranların müdafiə nazirinə ünvanladıqları müraciət oxunub, general-polkovnik Z.Həsənova "Dədə Qorqud" Milli Fondunun, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının və Veteranlar Şurasının təsis etdiyi "Vətən övladı" xatirə nişanı təqdim edilib. Sonra "dəyirmi masa" arxasında xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs olunub, Böyük Vətən müharibəsində tarixi qələbənin 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə işgüzar söhbət aparılıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasə Heyəti üzvlərinin müdafiə naziri general-polkovnik Z.Həsənova müraciətində qeyd olunur: "Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə naziri təyin edildiyiniz qısa müddət ərzində gördüyünüz tədbirlər bizə ruh verir, bütün xalqımızı sevindirir. Bunlar hamısı göz qabağındadır. Sizə bu yorulmaz fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq! Sizin tez-tez cəbhə bölgələrinə gedərək Vətən müdafiəçilərinin problemlərini yerindəcə həll etməyiniz, xidmətdə fərqlənən əsgər və zabitlərimizi qiymətləndirməyiniz, peşəkar və qabiliyyətli hərbi qulluqçuları yuxarı vəzifələrə irəli çəkməyiniz, həmçinin şəhid olmuş döyüşçülərimizi əsgəri ənənələrə uyğun olaraq ehtiramla son mənzilə yola salmağınız, ağır və üzüntülü anlarda onların ailələrinə dayaq olmağınız bütün ictimaiyyət kimi biz veteranların da yeni müdafiə nazirimizə rəğbətini və inamını artırır. Cənab nazir, xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə veteranlara qayğı ilə yanaşmışdır. Bu ənənə indi də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab general-polkovnik, veteranlar böyük qüvvədir. Siz də veteranların xidmətlərini yüksək qiymətləndirirsiniz. Bu günlərdə ucqar dağ rayonu olan Yardımlının Veteranlar Şurasının sədri Şahbaz Hüseynovu medalla təltif etməyiniz, 90 illik yubileyi münasibətilə ona təbrik ünvanı göndərməyinizi biz hər bir veterana diqqət və qayğınız kimi dəyərləndiririk. Xahişimizi nəzərə alaraq, Respublika Veteranlar Şurasının nümayəndələrini qəbul etməyiniz də dediklərimizin bariz nümunəsidir. Sizin nazirliyiniz dövrünüzdə Silahlı Qüvvələrdə keçirilən bir çox tədbirlərin iştirakçısı olmuşuq. Ulu öndərimiz Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun xatirə gecələri, Mehdi Hüseynzadənin yubiley tədbiri, Dövlət Bayrağı Gününə, Məmməd Arazın yubileyinə, 20 Yanvar faciəsinə həsr olunmuş möhtəşəm tədbirlərdə biz veteranlar da iştirak etmişik. Əsgər, zabit və kursantların döyüş ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb edən belə tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verdiyinizə görə də Sizə minnətdarıq. Cənab general-polkovnik! Heydər Əliyev ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan Azərbaycan veteranları hər bir əmrinizə hazırdır. Veteranlar bundan sonra da Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda onların mübarizəyə hazırlanmasında səylərini əsirgəməyəcəklər".
2014-02-12
8,871
Azərbaycanda məmur qardaşı öldürüldü
Bir neçə dəqiqə bundan qabaq Beyləqan rayonunda qətl hadisəsi baş verib. Bu barədə rayon sakinləri xəbər veriblər. Məlumatat görə, Beyləqan rayon sakini Hüseynov Yasin Yelmar oğlu yaşadığı evin qarşısında naməlum şəx tərəfindən bıçaqlanıb. Yararlı rayon Mərkəzi xəstəxanasına çatrdırılsa da oradad dünyasını dəyişib. Qətlə yetirilən Yasin Hüseynovun qardaşı Kənd Təsərrüfatı Nazirliyində çalışır. ("Gunxeber.com")
2014-02-12
8,872
Axtarışda olan azərbaycanlı Əfqanıstanda öldürülüb
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb. M. Bayramovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytındakı məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb. Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.
2014-02-12
8,873
Nazirlik Bakıda intihara cəhdlə bağlı məlumat yaydı - Yenilənib
Bakıda çoxmərtəbəli binanın damına çıxaraq intihar edəcəyini bildirən şəxs xilas olunub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən verilən məlumata görə, Şərifzadə küçəsi, 13 ünvanında yerləşən 18 mərtəbəli binanın damına intihar məqsədi ilə çıxan şəxsi bu dəqiqələrdə fikrindən daşındırmaq mümkün olub. 67 yaşlı kimliyi məlum olmayan kişinin xilas olunması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə polislər də gəliblər. Yasamal rayonunda 18 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub. Yasamal Rayon Polis idarəsinin 28-ci Polis Bölməsindən verilən məlumata görə, intihar etmək istəyən şəxs 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilovdur. Belə ki, İ. İsrafilovun özünü atmaq istədiyi binadan aldığı evin gec təhvil verildiyi səbəbindən özünə qəsd etmək istəyib. İ. İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib. (ANS) 21:01 Fövqəladə Hallar Nazirliyi fevralın 12-də Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər kişi intihara cəhd edib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb. Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil verib.
2014-02-12
8,874
Həccə getmək istəyənlərin nəzərinə
Sabahdan başlayaraq Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayır. AzNews.az bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayaraq bu ilki şərtləri öyrənməyə çalışıb. Qurumdan verilən xəbərə görə şərtlər dəyişdirilməyib. Belə ki, bu il də Suriyadakı hadisələrlə əlaqədar olaraq Həcc ziyarətinə səfərlər yalnız təyarə ilə baş tutacaq. Ödəmələr isə şəraiti nisbətən aşağı və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün 3250 manat, bundan yaxşı şəraitdə qalmaq istəyən zəvvarlar üçün isə 4100 manatdır. Ziyarətə getmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 4 ədəd 3x4 ölçüdə şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayış.
2014-02-12
8,875
Rövnəq Abdullayev bolqar nazir ilə görüşüb
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə R.Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında sıx dostluq əlaqələrinin qurulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "21-ci əsrin müqaviləsi" adlandırılan "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanmasını xüsusi qeyd edən R.Abdullayev ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, region ölkələrinin enerji təhlükəsizliyində aparıcı yer tutduğunu, eyni zamanda, özünü bütün dünyada iri qaz ixracatçısı kimi təqdim etdiyini diqqətə çatdırıb. Azərbaycanda ixrac marşrutlarının diversifikasiyasına böyük əhəmiyyət verildiyini söyləyən Şirkət prezidenti yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə əminliyini bildirib. Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri D.Stoynev iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin həqiqətən də yüksək səviyyəyə qalxdığını söyləyib, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə, daha böyük intensivlik alacağına inamını ifadə edib. Qonaq Azərbaycanla bütün sahələrdə, xüsusilə, enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib, bu sahədə qurulmuş əlaqələri yüksək qiymətləndirib. D.Stoynev Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, Bolqarıstan hökuməti tərəfindən ixrac kəmərlərinin diversifikasiyası məsələsinə böyük önəm verildiyini vurğulayıb. Nümayəndə heyətini təqdim edən nazir ARDNŞ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Görüşdə ARDNŞ-nin prezidenti R.Abdullayevə Azərbaycan qazının Bolqarıstana nəqli üçün mühüm əhəmiyyət daşıyan infrastruktur barədə, eləcə də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Sonda tərəflər əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
2014-02-12
8,876
Bakının göbəyində dəhşətli antisanitariya – Foto
Paytaxtın mərkəzində yerləşən İslam Səfərli küçəsində antisanitariya vəziyyəti hökm sürür. "Axar.az"ın verdiyi məlumata görə, adı çəkilən küçənin "Araz kafe" kimi tanınan obyektin yaxınlığındakı zibil qabları uzun müddətdir ki, təmizlənmir. Ərazidə çalışanların dediyinə görə, özləri bir neçə dəfə zibilləri yandırmaqla azaldıblar: "Bura şəhərin ən mərkəz və ən aktiv yeridir. Zibilqabları tez dolur. Gərək gecikmədən yığışdırsınlar ki, belə vəziyyət ortaya çıxmasın"
2014-02-12
8,877
Dahi şairin ölümündən 5 il ötür
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 5 il ötür. Bu münasibətlə Şəki şəhərində anım mərasimi keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti, Qafqaz Universiteti və Şəki Şəhər Musiqi Kollecinin təşəbbüsü ilə baş tutub. Mərasimdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, bir sıra təşkilat nümayəndələri iştirak edib. Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verilib. Onun həyatından bəhs edən videoçarx nümayiş olunub. Mərasimdə Qafqaz Universitetinin tələbələri tərəfindən şairin şeirləri oxunub, Musiqi Kollecinin tələbələri tərəfindən isə dahi şairin şeirlərinə bəstəlmiş mahnılar ifa olunub. (Trend)
2014-02-12
8,878
Ərdoğan xanım müğənninin klipində çəkildi - Video
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gənc müğənni Həbibənin "Gülümsə" adlı klipində rol alıb. Başı örtülü, amma müasir olan müğənninin Türkiyə baş nazirindən görüntülərini klipdə istifadə etmək üçün icazə almasının qəribə hekayəti var. Həbibə bunu gördüyü bir yuxu ilə əlaqələndirir. O, yuxusunu söyləyir: "Gördüm ki, biri gəlib "səni gözləyirlər" deyir, tələsik evdən çıxıram. Hava yağışlı idi. Böyük bir avtomobilə minirəm, sürücü yerində baş nazir oturub. Şoka girirəm. Deyir ki, "Sən söz yazmısan, klip çəkmisən. Səni məcbur edirlər ki, məni çıxarasan. Əsla imtina etmə". Və bir mail ünvanı verir, yalnız 3 adamda olduğunu söyləyir. Ünvanı yazırdım ki, yuxudan oyandım". Ondan sonra qız gördüyü yuxunun özünə bir işarə olduğunu düşünür. Hicablı müğənni kişilərlə əllə görüşmədiyi üçün baş nazirlə görüşmək üçün özünə əlcək də alıb. Mədinədə doğulmuş Həbibənin ana dili ərəbcədir və türkcəni sonradan öyrənib. Atası konyalı bir türk, anası isə diyarbəkirli kürd qadındır. İlk və natamam orta təhsilini Səudiyyə Ərəbistanında alıb, daha sonra İstanbulda lisey bitirib. Həm də müəllimlik edir və 250 şagirdə Qurandan dərs keçir. Həm də Quran hafizidir. (ANS)
2014-02-12
8,879
“Cadugər ovu” - Dəhşət/Foto
Cadugər ovu ötən əsrlərdə qalmış kimi görünsə də, indi də bu qorxunc hadisənin davam etdiyi yerlər var. 15-ci əsrdən qalma görünüşlərin yaşandığı Papua Yeni Qvineyada da cadugər olduğuna inanılan qadınlara qorxunc şəkildə işgəncə verildikdən sonra diri-diri yandırılırlar. Məlumatda qeyd edilir ki, qəbilələr isti dəmirlə qadınlara işgəncə verir və ardından kütlənin ortasında atəşə verirlər. Bu işin bir də məzar qoruyucuları tərəfi var. Belə ki, bəzi qəbilələr lənətlənən qadınların qəbirlərini açıb ölülərin ətlərini yeyir. Bu səbəblə də məzar qoruyucuları hər gecə cəsədləri yemək üçün gələn cadugərlərə qarşı qəbiristanlıqları qoruyurlar. Tüklər ürpərdən hadisənin nümunələrindən birində qadınlardan biri canlı-canlı yandırılmaqdan son anda xilas olub. 15-ci əsrdən qalma səhnələrin yaşandığı Papua Yeni Qvineyada cadugər olmaqla günahlandırılan qadın bir ağacın üzərinə lüm-lüt soyundurularaq oturdulur. Ardından qızğın dəmirlə işgəncə edilən qadını sırada gözləyən şey canlı-canlı yandırılmaqdır… Bir qrup qəbilə üzvünün arasında çarəsizcə gözləyən qadının günahı isə mədə infeksiyasından oğlunun ölməsidir. Qadın 22 yaşındakı oğlunu öldürməkdə günahlandırılır və cadugər olmaqda lənətlənir. Dini Korul adlı 50 yaşındakı bu qadının həyatda qalması onun şansı kimi dəyərləndirilir. 10 ay xəstəxanada müalicə alan qadın bu qorxunc hadisələrin yaşandığı kəndə əsla geri dönməyi düşünmür. Yalnız Dini Korul deyil, 2003-cü ildə Rasta Tuva adlı bir qadın da cadu etməkdə günahlandırıldığı üçün qorxunc bir işgəncəyə məruz qaldıqdan sonra bir əli və digər əlindəki bəzi barmaqları kəsilmişdi. Bənzər şəkildə bir ağacın üzərinə oturdularaq işgəncə görən qadına bunları edənlərdən biri də öz əri olub. Rasta Tuvada əsla evinə dönməyi düşünmür. ("Modern.az")
2014-02-12
8,880
Mehriban Əliyeva Di Di Bridjuoterin konsertində olub
Məşhur caz ifaçısı, "Qremmi" və "Toni" mükafatı laureatları Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub. Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib. Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, Fransada şöhrət qazanıb. Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie) kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib. Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, öz orkestrini yaradıb. 1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi "Əziz Ella" ("Dear Ella") albomu iki "Qremmi" mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Eleanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee") adlı albomu "Qremmi" alıb. Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" ("The Wiz") musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb. (Trend)
2014-02-12
8,881
Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir
Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə müraciət daxil olub. MHP liderinin Bursa şəhərində 2013-cü il martın 23-də keçirilmiş mitinqdə işlətdiyi bir söz buna əsas kimi götürülüb. Mitinqdə bozqurdların "Öl de, ölək, vur de, vuraq…" şüarına Bağçalı tərəfindən "Narahat olmayın, onun da zamanı gələcək…" cavabını verilməsi buna səbəb olub. Məsələnin rəsmi tərəfi budur ki, T.T. adlı vətəndaş Bağçalıdan şikayət edib və prokurorluq bu barədə müraciət hazırlayaraq parlamentə göndərib. Əgər parlament Dövlət Bağçalının deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, onda bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə girə bilər. Türkiyə Cinayət Məcəlləsinin 214-cü maddəsinə görə, bu, cinayətə təhrik kimi qiymətləndirilir. MHP-nin parlament fraksiyasının rəhbəri Oktay Vural isə bunu AKP hökumətinin partiyalarına təsiri kimi dəyərləndirib. O, 2013-cü ilin iyun ayının 12-də hazırlanmış müraciətin 8 aydan sonra parlamentə göndərilməsinin MHP-yə təzyiq olduğunu deyib. Onun sözlərinə görə, son günlərdə partiyalarının hökumətin rüşvət və korrupsiyaya bulaşmasını diqqət çəkməsi AKP-ni narahat edir. (ANS)
2014-02-12
8,882
Fərhad Əliyevin qardaşı danışdı
Ərşad Əliyev: "Fərhad və Rafiq Əliyevlər Almaniyadadır" Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Ərşad Əliyev fevralın 12-də "Media forum" saytının suallarını cavablandırıb. 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxandan bir müddət sonra Avropaya yollanıb. - Fərhad Əliyev hazırda hansı ölkədədir? - Fərhad Əliyev hazırda Almaniyadadır. Səhhətində problem var və Berlin şəhərindəki xəstəxanalardan birində müalicə olunur. - Səhhətində nə problem var? - Uzun illərdir ürəyində işemiya var. Bu xəstəlik onda həbs olunmamışdan əvvəl yaranmışdı və dəfələrlə Almaniyada müalicə olunub, kurs keçib. Həbsxanaya düşəndən sonra səhhəti daha da ağırlaşdı, ağrıları artdı. Eyni zamanda həbsdə revmatizm xəstəliyi tapıb. Ona görə də həbsdən çıxandan bir neçə gün sonra müalicə olunmaq üçün Almaniyaya getdi. - Fərhad Əliyev həbsdə olanda Almaniyadan həkiminin gəlib onu müayinə etməsini istəyirdi. Yenə əvvəllər onu müalicə etmiş həkimə və xəstəxanaya müraciət edib, yoxsa dəyişib? - Ürəyindəki xəstəliyi əvvəlki həkimləri müalicə edir, revmatizm xəstəliyini isə başqa həkimlər müayinə ediblər. - Fərhad Əliyevlə sonuncu dəfə nə vaxt əlaqə saxlamısınız, durumu necədir? - Ötən həftə danışmışam. Müalicəsi davam edir. Səhhəti normaldır. Şükür Allaha, hər şey normaldır. - Səkkiz illik həbsxana həyatı qardaşınızın səhhətində başqa hansı problemlər yaradıb? - Bunu tam dəqiqliyi ilə deyə bilmərəm. Təbii ki, həbsxana həyatı insana çox mənfi təsir edir. Fərhad Əliyev həbsxanada olduğu müddətdə həmişə ürəyindəki ağrılardan şikayət edirdi. Səkkis il ərzində ürəyindəki ağrılar heç vaxt dayanmayıb. Çünki işemiya elə bir xəstəlikdir ki, bir dəfə müalicə ilə sağalmır. Belə xəstəliyi olan insan daima həkim nəzarətində saxlanmalıdır ki, xəstəlik daha ciddi fəsad yaratmasın. - Fərhad Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılma ehtimalı varmı? - Belə xəstəliyi olan insanlar adətən əməliyyat olunmurlar. Amma daima müalicə alırlar. Fərhad Əliyev də müalicəsini davam etdirir. - Qardaşlarınız Fərhad və Rafiq Əliyevlər səkkiz il həbsxanada olub və azadlığa çıxmalarından bir neçə ay ötüb. İndi ailənizin durumu necədir? - Alllaha şükür ki, indi hər şey qaydasındadır. Prezidentimiz İlham Əliyev qardaşlarımızı əfv etdi və buna görə çox sağ olsun. Mənim qardaşlarım günahsız yerə həbsdə yatırdılar. Onların heç bir günahı yox idi. Nəhayət ki, haqq-ədalət yerini tutdu. - Fərhad Əliyev ailəsini də Almaniyaya aparıb? - Oğlu Yusif Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı Londonda oğlunun yanındadır. - Rafiq Əliyev haradadır? - Rafiq Əliyev də Fərhad Əliyevlə birlikdə Almaniyadadır. Amma səhhətində heç bir problem yoxdur. Fərhad Əliyev müalicə olunur, Rafiq də qardaşına qulluq edir. - Qardaşlarınızın Azərbaycanı birdəfəlik tərk etməsi və bir daha geri qayıtmayacaqları haqda məlumatlar yayılır. Bu, doğrudurmu? - Dünyada Azərbaycandan gözəl ölkə yoxdur. Biz həmişə Azərbaycanda olacağıq. Fərhad Əliyev müalicəsini başa çatdıran kimi Azərbaycana qayıdacaq. O, həbs olunmamışdan əvvəl də, həbsdə olanda da həmişə deyib ki, vətənim Azərbaycandır, Azərbaycan xalqına böyük hörmətim var və ömrümün sonuna qədər vətənimə, millətimə xidmət etməyə hazıram. Bu həmişə Fərhad Əliyevin şüarı olub. Həbsdən çıxandan sonra da qeyd etdi ki, ömrünün sonuna qədər vətəninə, Azərbaycan xalqına xidmət edəcək. Fərhad Əliyev xalqına xidmət etməyi özünə borc bilir. Qardaşlarımın Azərbaycandan birdəfəlik getməsi haqda yayılan xəbəri onların özlərinə deməyə ehtiyac duymadım. Çünki belə məlumatların mənbəyi yoxdur. Belə məlumatlara etinasız yanaşırıq. Qardaşlarım həbsdə olanda da belə etmişik. Amma kiməsə nəyisə yazmağı da qadağan edə bilmərik. Biz yalnız onu edə bilərik ki, bu məlumatlara etinasız yanaşaq və belə də edirik. - Əgər Fərhad Əliyevin Azərbaycandan getmək niyyəti yoxdursa, niyə belə məlumatlar yayılır? - Bu, jurnalist təxəyyülünün məhsulu ola bilər. Bunu belə qəbul edirik. - Qardaşlarınız Azərbaycana nə vaxt qayıdacaq? - Yəqin ki, Novruz bayramında Azərbaycanda olacaqlar. - Qardaşlarınız həbsdən çıxdıqdan sonra ata yurdunuz olan Cəlilabadın Alar kəndində neçə gün qaldılar? - Kəndə birlikdə getmişdik. Alarda üç gün qaldılar. - Alar camaatı qardaşlarınızı necə qarşıladı? - Alarlılar bizim doğmalarımızdır. Çox gözəl münasibətlərimiz var, öz camaatımızdır. Hər halda biz belə qəbul edirik. Əgər kimsə, nəsə danışırsa, bu, bizim problemimiz deyil. Camaatımızla çox gözəl münasibətimiz var. Camaatını düşünən hər bir insan kimi biz də öz el-obamızda çox böyük hörmətə malikik. Fərhad Əliyev Alarda olduğu üç gün müddətində Cəlilabad rayonundan və cənub bölgəsinin digər rayonlarından görüşmək üçün 10 mindən artıq adam gəlmişdi. Ata ocağımızda üç gün ərzində insan sıxlığından tərpənmək olmurdu. Fərhad Əliyev gördü ki, görüşmək üçün həddən artıq çox insan gəlir, Alarda sensasion bir vəziyyət yaranıb, ona görə də təcili olaraq Bakıya qayıtdı. - Qardaşlarınızın həbsdən çıxmağına görə nə qədər qurban kəsilmişdi? - Biz özümüz bir qurban kəsdik. Amma camaat yüzlərlə qurban gətirib kəsdi. - Qardaşlarınızdan, xüsusən də Rafiq Əliyevdən alınan əmlaklar geri qaytarıldımı? Rafiq Əliyev əmlakını geri qaytarmaq üçün hansısa addımlar atırmı? - Bu haqda məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm. - Rafiq Əliyev biznes fəaliyyətinə qayıdacaqmı? - Bu barədə də bir söz deyə bilmərəm. Elə məsələlər var ki, onu müzakirə etməyə zərurət duymuruq. Fərhad Əliyev on ildən artıq müddətdə vəzifədə işləyib, mən bir dəfə də olsun onun iş yerinə, kabinetinə getməmişəm. Heç Rafiq Əliyevin də iş yerinə getməmişəm. Amma hər gün evlərində olmuşam. Və yaxud iki gündən bir görüşmüşük. Onlar dövlət işində işlədiklərinə görə nəinki mən, heç bir qardaşım onların iş yerinə getməyib. Çünki Fərhad Əliyev səhərdən axşama kimi işləyirdi, dövlətinə, millətinə xidmət edirdi. Biz də iş yerinə gedib onun vaxtını almaq, işindən ayırmaq istəmirdik. Buna yol verməmişik. Problemimiz olanda da başqa yerdə demişik.
2014-02-12
8,883
Kürəkən qaynatasını bıçaqladı
Ağdam sakini qayınatasını bıçaqlayıb. Hadisə fevralın 12-də məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Şükürov Namiq Xosrov oğlu aralarında baş verən şəxsi münaqişə zəminində qayınatası, 1951-ci ildə anadan olmuş Umudov Umud İslam oğlunu döş qəfəsindən bıçaqlayıb. Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. N. Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol -1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bıçaq xəsarəti alan U. Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb. Faktla bağlı araşdırma aparılır.
2014-02-12
8,884
Müxalifət liderinə hücum edildi - Video
Ukraynada Batkivşina Partiyasının sədri Arseniy Yaçenyuka edilən hücumun görüntüləri yayılıb. Axar.az xəbər verir ki, görüntülər Ukrayna informasiya saytlarında yerləşdirilib. Kadrlarda adi bir şəxsin partiya liderinin ofisinin qarşısında oturaraq onu gözlədiyi əks olunub. Daha sonra A.Yaçenyukun çıxdığını görən təqsirkar yaşıl boya ilə ona hücum edib. Polislər yerindəcə onu yaxalayıblar. Qeyd edək ki, Batkivşina Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun partiyasıdır. Hazırda o həbsdə olduğundan partiyaya Arseni Yaçenyuk rəhbərlik edir. Videonu təqdim edirik.
2014-02-12
8,885
General Rusiyaya silah almağa getdi
Bu gün Misirin Müdafiə naziri Abdülfəttah Əl Sisi Rusiyaya sürpriz bir şəkildə ziyarət gerçəkləşdirib. "Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Sisinin Moskvaya silah almaq üçün getdiyi bildirilir. Misirdə Mursinin devrilməsindən sonra ölkədə vəziyyət kritik olaraq qalır. Ölkə ərazisində fasiləsiz olaraq etiraz mitinqlərinin keçirildiyi bir ərəfədə Müdafiə nazirinin Rusiyaya silah almağa getməsi təəccüblə qarşılanıb. Misirli generalın Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu ilə görüşü nəzərdə tutulur. "Ria Novosti"nin verdiyi məlumata görə, Misir müdafiə raketləri, hərbi vertolyot və döyüş reaktivləri almağı planlaşdırır.
2014-02-12
8,886
Velosipedlə polisdən qaçmaq istədi, yaxalandı – Video
Amerikada polisdən qaçmaq istəyən şübhəlinin yaxalanmağı kamera bu cür görüntüləyib. "Axar.az" xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında bir qaraja girmək istəyən şəxs polislər tərəfindən izləndiyinin fərqinə varıb. Elə bu zaman bağçada olan bir velosipedə minib qaçmağa çalışıb. Oğru olduğu iddia edilən adamı əldən qaçırmaq istəməyən polis məmuru şübhəlinin üstünə atılıb velosipeddən yıxıb. Hadisəni görən digər polislərin köməkliyi ilə şübhəli zərərsizləşdirilib.
2014-02-13
8,887
Səfirliyin əməkdaşı həbs edildi
Qahirədə ABŞ-ın Misirdəki səfirliyinin əməkdaşı "Müsəlman qardaşları" təşkilatı ilə əməkdaşlıqda günahlandırılaraq həbs olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf məlumatı bu gün təsdiqləyib. "Güman edirəm ki, yanvarın 25-də saxlanılan şəxs Misir vətəndaşıdır", deyə Harf bildirib. Bununla belə, Harf ABŞ-ın Misirdəki səfirliyinin əməkdaşının vəzifəsi və irəli sürülən ittihamlarla bağlı sualları cavabsız qoyub.
2014-02-13
8,888
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
2014-02-13
8,889
Ali qonağın şərəfinə ziyafət verilib
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Dövlət başçıları mərasimdə çıxış ediblər.
2014-02-13
8,890
Ariel Şaronun törətdiyi qətliam üzə çıxdı - Foto
"Beyrut qəssabı" ləqəbi ilə tanınan Ariel Şaronun 1972-ci ildə törətdiyi qətliam ortaya çıxıb. Yanvarın 11-də dünyasını dəyişən İsrailin keçmiş Baş naziri Ariel Şaron fələstinlilərə qarşı bir sıra qırğınlar həyata keçirib. Həmin qırğınlardan biri isə Şaronun ölümündən bir ay sonra ortaya çıxıb. 1972-ci ilin fevral ayında 6 günlük döyüşdən təxminən 1 il əvvəl İsrail ordusu Sina yarımadasında tarixin ən böyük hərbi əməliyyatlarından birini reallaşdırmışdı. Manevri idarə edən komandir Şaron olub. Bu fakt "Haaretz" qəzeti redaktoru Devid Lendaunun Şaronun bioqrafiyasını yazdığı yeni kitabda öz əksini tapıb. O, 1972-ci ilin 20 fevral gecəsi Sinadan üç min bədəvinin köçürülməsi əmrini verib. Bədəvilər etiraz etməyə çalışsalar da, onların etirazı heç bir nəticə verməyib. Tanklar onların yaşadığı evləri dağıdıb. Nəticədə yurdsuz-yuvasız qalan bədəvilər Negev səhrasına üz tutublar. Qışın soyuğuna tab gətirə bilməyən uşaq və qadın daxil olmaqla 40 nəfər adam donaraq dünyasını dəyişib. Qeyd edək ki, Şaronun bədəvilərə qarşı verilən həmin o qırğın əmri bu günə qədər heç bir mənbədə qeyd olunmamış və 1972-ci il fevral ayındakı həmin əməliyyat sirr olaraq qalmışdı. (ANS)
2014-02-13
8,891
Ərdoğan ispan nazirdən mitinqdə yararlandı
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Ankarada ispan həmkarı Mariano Rajoy ilə birlikdə mitinqdə iştirak etməsi ispan mətbuatında birmənalı qarşılanmayıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, İspaniya mətbuatı Baş nazir Ərdoğanın bələdiyyə seçkiləri öncəsi ispan Baş nazirdən yararlandığı barədə məlumatlar dərc edib. Ölkədə korrupsiya hadisələri və internet senzurası ilə bağlı beynəlxalq tənqidlərə məruz qalan Ərdoğanın çətin vəziyyətdə olduğunu bildirən ispanlar Rajoy ilə mətbuat konfransında jurnalisti verdiyi suala görə peşman etdiyini bildirir. "La Vanguardia" qəzeti "Metro açılışı mitinqə çevrildi" başlığı altında material dərc edib. "Əl Periodico" qəzeti isə Rajoyun islamçıların mitinqinə qatıldığını yazıb.
2014-02-13
8,892
Bakıda sərnişin avtobusu yandı - Video
Bakıda sərnişin avtobusunda yanğın olub. Bakı Dairəvi yolunda qeydə alınan hadisə zamanı üzü şəhər istiqamətində hərəkətdə olan "İveco" markalı sərnişin avtobusunda qəfildən tüstülənmə müşahidə olunub. Bu isə sərnişinlər arasında çaşqınlığa səbəb olub. Sürücü və ətrafdakı insanların köməyi ilə maşının alışmasının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğına avtobusun elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. (ANS)
2014-02-13
8,893
Nazir oğlunun gizli danışığı: "Ata, 1 trilyon pulum var" - Stenoqram
CHP lideri Kamal Kılıçdaroğlu dünən partiyasının toplantısında rüşvət əməliyyatı çərçivəsində həbs olunan Barış Gülər ​​və atası sabiq Daxili işlər naziri Muammər Gülərin 17 dekabr əməliyyatından bir gün sonra edilən telefon danışığını açıqlayıb. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Kılıçdaroğlunun açıqladığı telefon danışığında ata və oğul arasında bu dialoq baş tutub: Barış Gülər: 18:30-da gəldilər. Cəlal Qara adlı bir prokuror axtarış qərarı çıxarıb. Müəmmər Gülər: Nə var oğlum sənin evində? Barış Gülər: Heç bir şey yoxdur, ata. Müəmmər Gülər: Pul, nə var? Barış Gülər: Öz pulum. Üç-beş qəpik var. Müəmmər Gülər ​​: Nə qədər pul? Barış Gülər: Sən bilirsən. Müəmmər Gülər: Nə qədər, oğlum? Barış Gülər: 1 trilyona yaxın pulum var, bu qədər. Müəmmər Gülər: Yaxşı, oğlum. Pulu götürdülər? Barış Gülər: Yox, hələ axtarış aparırlar. Müəmmər Gülər: İndi bildiyim qədəriylə Rza Zərrab ilə rüşvət əlaqənin olduğundan bəhs edirlər. Deyərsən ki, məsləhət almışam. Qeyri-rəsmi bir məsləhət. Mənim kreditor olduğum dayımın oğlu bunların yanında işləyir. Onun mənə borcu var, bununla bağlı sənədlər də var. Qeyd: Sabiq nazir daha əvvəl o pulların oğlunun satdığı villanın pulları olduğunu demişdi.
2014-02-13
8,894
Dondurulmuş, yoxsa tər meyvə - hansı daha faydalıdır
Hamının bildiyi kimi balanslaşdırılmış pəhrizin əsasını tərəvəz təşkil edir. Onların tərkibində demək olar ki, yağ, xolesterin olmur, kalorisi aşağıdır, eyni zamanda da vitamin və minerallarla boldur. Bəs hansı tərəvəz daha faydalıdır: təzə, konservləşdirilmiş, yoxsa dondurulmuş? "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, çoxları səhvən təzə tərəvəzin daha faydalı olduğunu düşünür, çünki heç bir emala məruz qalmayıb və təbii məhsuldur. Əlbəttə, əgər siz onları öz bostanınızda yetişdirirsinizsə, bu təxmin doğrudur. Ancaq tərəvəz mağazadan alınıbsa, çox güman ki, onların əksəriyyəti çox-çox uzaqda becərilib və məhz satış üçün yetişdirilib. Yəni bu halda elə də faydalı deyil. Çünki tərəvəz piştaxtaya çıxmaq üçün çox uzun yol qət edirsə, alışmadığı temperatura, düzgün olmayan işıq rejiminə məruz qalır və bizim üçün lazım olan qidalandırıcı maddələri məhv olur. Əvəzində yolda maşınların tüstüsünü, digər zərərli maddələri meyvə və tərəvəzə hopur. Dondurulmuş tərəvəzlər isə adətən yetişdikləri yerin yaxınlığındakı müəssisələrdə emal olunur və bu üzdən vitaminləri qoruyub saxlayır. Deməli, onlar daha faydalıdır.
2014-02-13
8,895
Hakimiyyətə kimlər işləyir? - Fətullayevdən şok siyahı
Tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev maraqlı araşdırma ilə çıxış edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçin Bakı səfərinə toxunan müəllif müşahidələrini ortaya qoyub. Müəllifin fikrinə görə, bu səfərin əhəmiyyəti amerikalı mütəxəssislərin Bakıda əldə etdiyi və böyük ehtimalla artıq öz siyasi rəhbərliyinə ötürdüyü informasiyaların Vaşinqtonun Azərbaycandakı vəziyyətə dair baxışlarını köklü surətdə yenidən nəzərdən keçirməyə məcbur edəcəyinə görə əhəmiyyətlidir. Hər iki Senat əməkdaşının ABŞ kəşfiyyat orqanlarına qeyri-leqal bağlılığına və ABŞ xarici siyasətinə təsirinə diqqət çəkən E.Fətullayev D.Vajdiçi Azərbaycandakı vəziyyətə sərt yanaşma tərəfdarı kimi təqdim edir: "D.Vajdiç Bakıya ilk dəfə hələ 2010-cu ilin iyul ayında gəlib. Yeri gəlmişkən, D.Vajdiç Azərbaycana ilk səfəri zamanı burada ABŞ politoloqu və "American Enterprise" institutunun əməkdaşı kimi təqdim olunmuşdu". Xədicənin etirafları Müəllif Senat əməkdaşlarının jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılı ilə görüşündən də yazır. Bildirir ki, Xədicə İsmayıl Azərbaycanda demokratiyanın böhranından, korrupsiyadan, təhsil və səhiyyə sisteminin iflic olmasından, məktəblərdə elementar kompüterlərin olmamasından, ölkədəki sosial gərginlikdən onlara danışıb... "Bir sözlə, X.İsmayılova buna əmin olduğunu qətiyyətlə bildirir ki, Azərbaycanda inqilabın bütün ilkin şərtləri yetişib, inqilab ərəfəsindəki vəziyyət yaranıb... Görünür, X.İsmayılova həmsöhbətlərinin sual dolu baxışlarını özünəməxsus şəkildə başa düşür deyə onları daha bir etirafı ilə mat qoyur: "Bilirsinizmi, Azərbaycanda indiyədək niyə inqilab baş verməyib? Çünki bunda Qərb günahkardır!" Qərb? Bəli, Qərb. Çünki Vaşinqton "Maqnitski qanunu"nu Azərbaycana da tətbiq etməlidir, amma etmir... Çünki nüfuzlu konqresmenlər Bakıya gəlib milli-demokratik qüvvələrə dəstək vermirlər... Çünki ABŞ Azərbaycana münasibətdə digər təzyiq mexanizmlərini işə salmır... ...Bu jurnalist söhbət boyunca yalnız bu fikirdə israr edir ki, Qərb müxalifətə və vətəndaş cəmiyyəti fəallarına ayırdığı maliyyənin həcmini artırmalıdır. Yəni Qərbi açıq şəkildə pul paylamağa çağırır! C.Zadrozni ilə D.Vajdiç Azərbaycan müxalifətinin dağılıb getməsinin səbəblərini izah eləməyə çalışırlar, etiraz hərəkatının zəifləməsinin kökündə dayanan hadisələrin əsl mahiyyətini açmağa cəhd edirlər". "Müxalifətdən kim hakimiyyətlə bağlıdır?" Bu başlıq altında Eynulla Fətullayev Xədicə İsmayılın siyahısını təqdim edir. Müəllifin sözlərinə görə, "Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə tərəfindən verilib. Bəs hakimiyyətə kimlər işləyir? Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir. Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev hakimiyyəti tərəfindən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə "verbovka" olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir. Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu. Siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb. Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. E.Fətullayevin hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi, sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi. X.İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi xarakterizə edir. Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur. Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir. İctimai fəal Erkin Qədirli - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov E.Qədirlini həbslərdən və repressiyalardan qoruyur. Jurnalist Babək Bəkir - "Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. X.İsmayılovanın agentura hesabatında göstərilir ki, məhz Babək Bəkirin hakimiyyətə yaxınlığı ona radiostansiya rəhbərliyinin Azərbaycan hakimiyyətinin təzyiqləri ilə X.İsmayılovanı vəzifəsindən uzaqlaşdırandan sonra xidmətin rəhbəri vəzifəsini tutmağa imkan verdi. Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır. Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir. Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun nəzarəti və təsiri altındadır. ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hətəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır. Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir. Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir. Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubov və MTN rəhbəri Eldar Mahmudovla əməkdaşlıq edir... Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir". Sonda X.İsmayılın bu hesabatını "murdar hesabat" adlandıran müəllif ona xarici kəşfiyyatın casusu və satqın ittihamını irəli sürür...
2014-02-13
8,896
Sindi Krouford gözəl qalmasının sirrini açdı
Amerikanın tanınmış modeli 43 yaşlı Sindi Krouford gənc və gözəl görünməsinin sirrini belə izah edib: Süd ilə suyu qarışdırıb üzümü bununla yuyuram. Sadə bir sirr: Süd və su! Sindinin deməsinə görə, gənc qalmaq üçün estetik əməliyyata ehtiyacı yoxdur, nə də bahalı kosmetikadan da istifadə edir. Onun proqramı Yuxunuza diqqət edin! "Üzümü bir qayda olaraq süd və su qarışığı ilə yuyuram. Bunu həftədə 2 dəfə etsəniz belə, fərqi görünür. Bundan başqa idmanla məşğul oluram və pəhriz saxlayıram. Bol su içirəm və ən başlıcası, yuxuma diqqət edirəm. Yuxusuzluq dəridə olan qırışların ən böyük səbəbidir". Sindinin saxladığı protein pəhrizi: Səhər: 1 kibrit qutusu boyda pendir, pomidor və xiyar Ara vaxtlarda: Meyvə Günorta: 2 kibrit qutusu boyda pendir və salat Ara vaxtlarda : Meyvə Axşam: 150 qram toyuq və bol salat
2014-02-13
8,897
Qarışqalar nəhəng pitonu bu cür öldürdü – Video
Heyvanlar aləmindən bəhs edən bir sənədli filmin çəkilişləri zamanı kameraya maraqlı anlar düşüb. Bir qrup qarışqa nəhəng pitonu bədəninə daraşaraq, kiçik zərbələr vurmağa başlayıb. Bir müddət sonra isə ilan tərpənməyib. Qarışqalar son iş olaraq ilanı yeməyə başlayıblar.
2014-02-13
8,898
Nobel ödülçüsü ilə möhtəşəm müsahibə
"Faciəvi sonluqlu hekayələr yazmaqdan həzz alırdım" Dekabrın 7-də Nobel mükafatının təqdimetmə mərasimində Elis Munronun "Aparılmış" hekayəsi ixtisarla İsveç aktyoru Pernilla Avqust tərəfindən oxunub. - Mən mütaliənin nə olduğunu hələ uşaqkən bilirdim. Çünki mənə nağıl, hekayə oxuyurdular. Hans Kristian Andersenin "Balaca su pərisi" nağılını xatırlayıram. Heç bilmirəm, siz bu nağılı xatırlayırsınızmı? "Balaca su pərisi" çox kədərli bir nağıldır. Balaca su pərisi şahzadəyə vurulur, ancaq o onunla evlənə bilməz. Çünki o, su pərisidir. Bu mənə çox pis təsir edirdi, nağılı xırda detallarına kimi sizə danışmağa ehtiyac duymuram. Nağılı dinləyəndən sonra otaqdan çıxdım, kərpicdən tikilmiş evimizin həyətində gəzməyə başladım, həyətdə gəzə-gəzə özümdən yeni bir nağıl uydurdum - xoşbəxt sonluğu olan nağıl... Bu nağılda su pərisi xoşbəxt olurdu, su pərisinin xoşbəxt olmağa haqqı vardı. Uşaqlıqda uydurduğum bu nağıl indi yadımda deyil. O nağıl bütün dünyaya yayılmayacaqdı, bununla belə, mən su pərisini xoşbəxt etmək üçün əlimdən gələni etmişdim. Uydurduğum nağılda su pərisi ömrünün sonunadək şahzadə ilə bir yerdə ömür sürürdü. O, xoşbəxt olmağa layiq idi, çünki o şahzadənin sevgisini qazanmaq üçün çox şeyə dözmüşdü - insan kimi yerimək öyrənmişdi. Addım atıb yerimək onu çox incidirdi, amma o buna dözürdü. Uydurduğum nağılı qələmə almadım, dünyanın bu nağıldan xəbərsiz qalması məni heç narahat etmirdi, düşünürdüm ki, artıq su pərsi haqda olan nağıl bütün dünyada məşhurdur. Hə, bax mən hekayə yazmağa beləcə başladım. - Deyin görək siz hekayə söyləməyi, hekayə yazmağı necə öyrəndiniz? - Bütün günü hekayə quraşdırırdım. Evimizdən məktəbə qədər olan yol uzaq idi, bu yolla gedib-gələrkən adətən hekayə quraşdırırdım. Böyüdükcə bu hekayələrin çoxu elə öz haqqımda olardı, yəni müəyyən situasiyalarda bu hekayələrin əsas qəhrəmanı elə özüm idim. Uydurduğum hekayələrin çap olunub dünyaya yayılmaması məni heç də narahat etmirdi. İndi xatırlaya bilmirəm, mən o vaxt uyduduğum hekayələrin insanlar tərəfindən oxunmasını yaxud çap edilib yayılmasını arzu etmişəm ya yox. O vaxtlar uydurduğum hekayələr mənə kifayət qədər mənalı görünürdü. Hekayəmdəki su pərisi ağıllı idi, o həyatını gözəl etməyə qadir idi, o artıq insanlar kimi tullana bilirdi və s. - Qadın olmağınızın uydurduğunuz hekayələrə təsiri vardımı? - Yox, qadın olmağımın hekayələrimə heç dəxli yoxdu. İnanın ki, o vaxtlar qadın cinsinin nümayəndəsi olmağım barədə heç vaxt düşünməmişəm. Bununla belə, balaca qızlar və qadınlar haqqında çoxlu hekayələr quraşdırmışdım. Adətən yeniyetməlik yaşlarında qızlar yaşıdı olan oğlanların sevgisini qazanmaq istəyirlər, mən heç vaxt belə etmədim. Bəlkə də buna səbəb o idi ki, mən Ontarionun elə bir hissəsində yaşayırdım ki, orada kişilər evdə olmurdular, onlar vacib işlər görmək üçün çöldə-bayırda olurdular, qadınlar isə bir–biriylə söhbət edir, başlarına gələni bir-birlərinə danışırdılar. Demək olar ki, mən bütün günü evdə olurdum. - Ətraf mühitin sizə təsiri necəydi, ilham alırdınızmı ətraf mühitdən? - Bilirsinizmi, ilham almağa ehtiyac duyduğumu fikirləşmirəm. Düşünürdüm ki, uydurduğum hekayələr bu dünya üçün çox vacibdir. Mən hekayə quraşdırmaqda davam edirdim. Bu hekayələri kimsəyə deməyə ehtiyac görmürdüm. Sonralar dərk etdim ki, başqalarının bu hekayələri oxumağı çox maraqlı olardı. - Hekayə yazarkən sizin üçün ən vacib olan nədir? - Hekayə yazdığım ilk vaxtlarda mənə görə ən vacib olan hekayəni xoşbəxt sonluqla bitirmək idi. Sonu bədbəxtliklə bitən hekayələrə dözə bilmirdim. Xüsusən də, hekayəmin əsas qəhrəmanının heç cür bədbəxt olmasını istəmirdim. Sonralar mən Emil Brontenin "Vutherinq yüksəklikləri" əsərini oxudum. Bu əsərdə çox bədbəxt sonluqlar vardı. Beləliklə, mən öz ideyalarımı dəyişdim və faciəvi sonluqlu hekayələr yazmağa başladım, bundan həzz alırdım. - Balaca rayonda yaşayan kanadalının həyatını necə təsvir edərdiniz? - Bundan ötrü siz gərək orada yaşayasınız. Hər yerdə həyat maraqlıdır, ətraf mühit hər yerdə maraqlı ola bilər. Düşünmürəm ki, mən bu balaca rayonda yox, mədəni səviyyəsi yüksək olan insanlar arasında yaşasaydım, daha çox şey əldə edə bilərdim. Yox, belə düşünmək mənasızdır. Yaşadığım ərazidə özümdən başqa hekayə yazan tanımırdım. Düzdür, hələ o vaxtlar hekayə yazdığımı heç kimə deməsəm də, bilirdim ki, ətrafımda olanlardan heç kim mənim kimi deyil. Mənə görə dünyada məndən başqa hekayə yazan yox idi. - Yazarkən həmişə özünüzə inamlı olursunuzmu? - İlk vaxt çox inamlı olurdum. Ancaq böyüyüb bir neçə yazıçı ilə görüşəndən sonra özümə inamım çox azalmışdı. Onda dərk etdim ki, bu iş heç də düşündüyüm kimi asan deyil, ağır işdir. Bununla belə, yazmağı tərgitmədim, bu mənim işim idi. - Hekayə yazmağa başlamazdan əvvəl plan çızırsınızmı, süjet qurursunuzmu? - Bəli, plan cızıram, ancaq yazarkən süjet tez-tez dəyişir. Yazarkən süjetlə başlayıram, hekayəni yazarkən başqa hadisələr baş verir, süjeti dəyişməli oluram. - Yazmağa başlayarkən nə edirsiniz? - Bütün qüvvəmi işimə sərf edirəm. Amma onu da deyim ki, həmişə uşaqlarım üçün yeməyi özüm hazırlamışam. Mən evdar qadın idim, buna görə də müəyyən vaxtlarda yazmağa fasilə verməli olurdum. Bu o demək deyil ki, yazmağı tamam atırdım. Vaxt olurdu ki, tamamilə ümidsiz vəziyyətdə olurdum. Çünki görürdüm ki, yazdığım hekayələr çox da yaxşı deyil, hələ çox şey öyrənməli olduğumu dərk edirdim, bu işin gözlədiyimdən də ağır bir iş olduğunu anlayırdım. Ancaq heç vaxt yazmağı dayandırmırdım, bu, ağlıma da gəlmirdi. - Hekayə yazarkən sizinçün ən çətin hissə hansıdır? - Təsəvvür edin ki, hekayəni yazmağa başlayırsınız və hekayənin pis hekayə olduğunu hiss edirsiniz. Birinci hissə həyəcanlıdır, ikinci hissə çox qəşəngdir, amma bir səhər hekayəni oxuyub görürsünüz ki, cəfəngiyyat yazmısınız. Bu halda yenidən başlamaq gərəkdir. Mənə görə elə belə də olmalıdır, əgər hekayə pisdirsə, bu mənim günahımdır, hekayənin yox. - Əgər hekayə sizi qane etmirsə? - Bu halda daha çox işləyirəm. Bunu izah etməyi çalışacam. Təsəvür edin ki, hekayədə obrazlar var və siz bu obrazlara lazımı imkan verməmisiniz. Heç fikirləşməmisiniz ki, bu obrazlarla daha fərqli rəftar edə bilərdiniz. Yazmağa başladığım ilk vaxtlarda təsvirə çox yer ayırırdım. Sonralar yazdıqlarımdan bəzi şeyləri çıxarmağı öyrəndim. Hekayənin nədən bəhs etdiyi barədə çox, lap çox düşünmək lazımdır. - Nə qədər hekayənizi cırıb atmısınız? - Çox, lap çox. Cavan olanda elə hey cırıb atırdım. Son illərdə belə etməmişəm. Tədricən hekayələrimin yaşaması üçün nə etmək lazım olduğunu öyrəndim. Bəzən olur ki, hardasa səhv olduğunu başa düşürəm, anlayıram ki, bu belə olmamalı idi, amma sonra bunu unuduram. - Yazdıqlarınızı cırıb atandan sonra peşman olursunuzmu? - Yox, deməzdim ki, peşmançılıq çəkirəm, çünki onları atmazdan əvvəl çox götür-qoy edirəm. Başa düşürəm ki, yazdığım əvvəldən düz alınmayıb. Amma bu hallar çox az olur. - Yaşınızın artmağı yazı prosesinizdə nəyi dəyişib? - Yazmağa başlayanda gənc şahzadələrdən yazırsan, sonra evdar qadınlardan və uşaqlardan, sonra isə yaşlı qadınlardan. Heç adam özü də bilmədən bu dəyişiklik baş verir, çünki təxəyyülü dəyişir. - Necə bilirsiniz, evdar qadın olub yazmağı davam etdirməyinizlə siz başqa qadın yazarlara nümunə ola bilmisinizmi? - Deyə bilmərəm. Ümid edirəm ki, az da olsa onlara təsir etmişəm. Cavan olanda başqa qadın yazarlarla əlaqəm vardı, bu da məni ruhlandırırdı. Ancaq mənim başqalarına təsirim olub-olmadığını deyə bilmərəm. Əgər qadınlar yazmağı ciddi iş kimi qəbul etsələr, onlara heç nə mane ola bilməz. - Hekayənizi oxuyanlara, xüsusən də qadın oxuculara sizin hekayələrin hansı təsiri olubmu? - Əlbəttə. İstəyirəm ki, hekayələrim oxucuları kövrəltsin, onlarda dərin təsir buraxsın. Bu halda oxucularımın qadın, yaxud kişi olmasının mənimçün heç bir fərqi yoxdur. İstəyirəm ki, hekayələrim həyatın elə bir parçası olsun ki, onu oxuyanlar desin ki, "yox, bu, həqiqət deyil" amma ürəklərində haqlı olmadıqlarını hiss etsinlər. Bu halda hekayənin xoşbəxt, yaxud pis sonluqla bitməsinin heç bir əhəmiyyəti yoxdur. Hekayə sona çatarkən oxucu təsirlənirsə, deməli, hekayə az da olsa onu dəyişdirə bilib. - Siz kimsiniz? Bu ifadə sizinçün nə məna verir? - Mən təbiətəin qoynunda böyümüşəm. Əslən Şotland və irlandıyalılar olan insanlar arasında boya-boşa çatmışam. Burada belə bir ideya formalaşıb ki, özünü heç vaxt güclü hesab etmə. Özünü güclü hesab etmək elə məşhur olmağa bərabərdir. Yazmaq kimi bir işlə məşğul olmaq özünü güclü hesab etməkdir, mən bu işlə məğul idim. - Siz erkən vaxtlardan feminist olmusunuzmu? - Mən o vaxtlar heç "feminist" sözünün mənasını da bilmirdim. Amma bununla belə sözsüz, mən feminist idim. Çünki mən Kanadanın elə bir yerində böyümüşdüm ki, orda kişilər qadınlara nisbətən daha asanlıqla yaza bilirdilər. Burda böyük, məşhur yazıçıların hamısı kişilər idi. Qadının hekayə yazması insanlarda şübhə doğururdu. - Əgər universitetdə təhsilinizi başa vursaydınız bu sizin yazı tərzinzi dəyişərdimi? - Əlbəttə, təsiri ola bilərdi. Belə olsaydı, yazmağa ehtiyat edərdim, yazıçı olmaqdan qorxardım. Ola bilsin ki, bir müddət yazmağa ara verərdim, amma tamamilə əl çəkməzdim. - Yazmaq bacarığınızı fitri istedad hesab edirsinizmi? - Bilmirəm, bəlkə ətrafımdakı insanlar mənim yazmaq bacarığımı fitri istedad hesab edirlər, amma mən belə düşünmürəm. Mənə görə bu, sadəcə, bacardığım bir işdir. Yox, əgər bu fitri istedaddırsa, bunu "üzüyola" istedad hesab etmək olmaz. - Heç nə vaxtsa fikirləşmisinizmi ki, siz kifayət qədər yaxşı yazmırsınız? - Həmişə! Həmişə! Mən çap etdirdiklərimdən daha çoxunu cırıb atmışam. 20-30 yaşımda olarkən bu daha çox baş verirdi. Bununla da istədiyim kimi yazmağı öyrəndim. Bu, heç də asan deyil. - Ananız sizinçün kimdir? - Anam barəsində hisslərim mürəkkəbdir. Çünki o xəstəydi, əsəb xəstəliyindən əziyyət çəkirdi. Onun köməyə ehtiyacı vardı, danışığını başa düşmək çətin idi. Adamlar onun nə dediyini anlamırdılar. Bununla belə, o, ünsiyyət qurmağı, ictimai həyatda fəal olmağı çox istəyirdi, əlbəttə, onun nitqindəki qüsur səbəbindən bu mümkün deyildi. Beləliklə də onun hərəkətləri məni pərt edirdi. Mən onu sevirdim, amma onun yanında dayanıb deyəcəyi sözləri adamlara çatdırmağı istəmirdim. Heç bir yeniyetmə bunu istəməz. O yaşda yeniyetmələr daha çox azad olmağı, istədiklərini etməyi arzu edirlər. - Heç ananız sizi yazmağa həvəsləndiribmi? - Bəli, həvəsləndirib. Ancaq bunu elə edib ki, mən hiss etməyim, ya da başa düşməyim. Yadımdadlır, hələ hekayələri yazmazdan əvvəl, yəni uşaq vaxtı hekayə quraşdırarkən onları heç kimə söyləmirdim, heç anama da... Amma hekayələrimi yazandan sonra həm anam, həm də atam hekayələrimi oxudular. Məncə, anam mənim yazıçı olmağımı atama nisbətən daha çox razılıqla qarşıladı. O, fikirləşirdi ki, yazıçı olmaq maraqlı bir işdir. Ətrafımdakı adamlar bilmirdilər ki, mən yazıçı olmağı arzulayıram. İstəmirdim ki, onlar bunu bilsinlər. Çünki onların çoxu oxumağı xoşlamırdı, onlar həyatın praktik tərəfini üstün tuturdular. - Bir qadın kimi hekayə yazmaq ağır deyilmi? - Yox, bu mənim düşünmə yolumdur. Qadın olmaq heç vaxt məni bezdirməyib. Həm də mən böyüdüyüm mühitdə qadınlar kişilərə nisbətən daha çox oxuyurdular. Ətrafımda təhsili olanların çoxu qadın idi. Kişilər kənd təsərrüfatı ilə məşğul idilər. - Və siz fəhlə sinfinə mənsub bir evdə böyümüsünüz... - Bəli! - Belə demək mümkünsə, sizin hekayələriniz də böyüdüyünüz o evdən başlayır. - Bəli, o vaxt dərk etmirdim ki, mənim yaşadığım ev fəhlə sinfinə mənsubdur. Ətrafıma baxırdım, nə görürdümsə, onu da yazırdım. - Siz müəyyən bir qrafiklə yazmağı xoşlayırsınızmı? Yoxsa uşaqlara qulluq etməyə, yemək bişirməyə vaxt ayırdığınız kimi, yazmağa da ayrıca vaxt ayırırdınız? - Nə vaxt imkanım olurdu, onda da yazırdım. Birinci ərim mənə çox kömək edib. Ona görə yazmaq maraqlı bir iş idi. O bəzi başqa kişilər kimi düşünmürdü ki, yazmaq qadın işi deyil. Heç vaxt məni bu işdən çəkindirməyib. Biz kitab mağazası açmaq istəyəndə hami bizi axmaq hesab edirdi, deyirdilər ki, acından öləcəyik. Amma bu belə olmadı, biz çox işləyib istəyimizə nail olduq. - Kitab mağazası sizin hər ikiniz üçün nə dərəcədə vacib idi? - Kitab mağazası bizim üçün yaşamaq üçün bir vasitə idi. Bizim başqa gəlir yerimiz yox idi. Mağazanı açdığımız ilk gündə biz 175 dollar qazandıq. Siz fikirləşirsiniz ki, ilk gün üçün bu pis deyildi. Hər gün bu qədər qazanmaq üçün çox vaxt sərf etməli olduq. Mən piştaxta arxasında oturardım, alıcıların istədiyi kitabı tapıb onlara verırdim. Yalnız təkbaşına, başqa heç kim! Adamlar mağazaya girir, kitablar haqda danışırdılar. Kitab mağazası adamlar üçün təkcə kitab almaq üçün yox, həm də bir yerə toplaşmaq üçün yer idi. Ən çox da axşamlar belə olurdu, adamlar mağazaya girib mənimlə söhbət edərdilər, istənilən mövzuda... Bu, çox yaxşı idi. O vaxta qədər mən evdar qadın idim, bütün günümü evdə keçirirdim. Düzdür, mən yazıçıydım, amma evdən "dünyaya" çıxmaq imkanı qazanmaq çox əla idi. İnanmıram ki, biz o vaxt çox pul qazanırdıq, amma həmin vaxtlar həyatımın ən yaxşı mərhələsi idi. Təsəvvür edin, bir alıcı mağazaya girir və deyir ki, sizin kitablarınız mənə evimizi xatırladır. Ya da mən Amsterdamın cənubunda yaşayıram. Çox sağ olun, hələlik. Mən də həmin alıcıya təşəkkür edirdim. Kiminsə birbaşa mənə yaxınlaşıb kitabım haqda fikir deməsindən həzz alırdım. Bu təkcə avtoqraf almaq deyil, həm də avtoqraf almağının səbəbini deməkdir. - Cavan qadınların sizin kitablarınızı oxuyandan sonra həvəslənib yazmasını istəyirsinizmi? - Kitabımı oxuyarkən onların özlərini necə hiss etmələri məni çox da maraqlandırmır. İstədiyim odur ki, onlar oxumaqdan həzz ala bilsinlər, öz həyatları ilə əlaqələndirsinlər. - Özünüzü mədəniyyət adamı hesab edirsinizmi? - Əlbəttə... - Görünür ki, siz hadisələrə çox sadə münasibət bəsləyirsiniz. - Eləmi? Yəqin ki, elədir. - Bir dəfə hardasa oxudum ki, siz hər şeyin asan yolla izah olunmasını istəyirsiniz. - Belə demişəm. Ancaq fikirləşmirəm ki, mən hadisələrin asanliqla izah olunmasını istəyirəm, bu mənim yazdığım yoldur. Məncə, təbii qaydada yazıram, fikirləşmirəm ki, bu asandır, ya yox. - Yazmadığınız vaxtlarda nə edirsiniz? - Bəli, olub ki, yazmağı tərgitmişəm, deyəsən bir il əvvəl belə qərar vermişdim. Bu, sadəcə bir qərar idi. Bu o demək deyildi ki, yazmaq istəmirəm, ya da yaza bilmirəm. Bu qərara gəlməklə dünyanın başqa adamları kimi olmaq istədim bir müddət... Yazarkən başqaları sənin nə etdiyini bilmir, sən öz yolunu gizli bir dünyada tapırsan, sonra isə bu normal dünyaya qayıdırsan. Bu cür həyatdan yorulmuşdum. Bütün həyatım boyu belə olub. Hərdən bəzi yazıçılarla bir yerdə olarkən çox həyəcanlanırdım, çünki bilirdim ki, onlar kimi yaza bilmərəm. Belə bacarığım yoxdur. - O yazıçıların hekayə söyləmək yolu fərqlidir, eləmi? - Bəli. Mən heç vaxt belə yazmadım, necə deyərlər, mən özümü razı salan, rahat edən bir tərzdə yazmışam. - Heç ağlınıza gələrdimi ki, nə vaxtsa Nobel mükafatı alarsınız? - Yox! Yox! Heç vaxt! Mən qadınam. Düzdür, Nobel mükafatı alan qadınlar olub, bunu bilirəm. Mən şöhrəti sevirəm, amma bu heç ağlıma da gəlməzdi. Bəzi yazıçılar, özüm də daxil olmaqla öz əsərlərini lazımınca qiymətləndirmirlər, xüsusən də yazıb qurtarandan sonra. Belə olduğuna görə, onlar əsər yazıb qurtarandan sonra gedib dost-tanışlarına car çəkmirlər ki, filan əsərə görə Nobel alaçaqlar. - Köhnə kitablarınızı oxuyursunuzmu? - Yox! Səbəb odur ki, əgər oxusam, mütləq nəyisə dəyişmək istəyəcəm. Bir az bu yerini, bir az filan yerini. Kitab şkafımdakı bəzi kitablarımda bu cür düzəlişlər etmişəm. Amma sonra başa düşdüm ki, bundan sonra düzəliş etmək faydasızdır, onlar bu cür yayılıblar. - Stokholmda yaşayanlara nə demək istəyirsiniz? - Onlara demək istəyirəm ki, mən bu mükafatı aldığıma görə çox sevinirəm. Həyatda heç nə, heç nə məni bu mükafat qədər sevindirə bilməzdi. Təşəkkür edirəm! Tərcümə etdi: Sevil Gültən
2014-02-13
8,899
Bakı şəhərində taxta tikili yandı
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan yaşayış kimi istifadə olunan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və ev əşyaları yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hacıqabul-Bakı yolunun 8-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət köşkün yanar konstruksiyaları yanıb. Yaxınlııqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-13
8,900
Prezidenti məhkəməyə verdilər
ABŞ-da Respublikaçı sentor və bir sıra mühafizəkar qrup Amerikan Milli Təhlükəsizlik Agentliyinin (NSA) milyonlarla Amerikalının telefon danışıqlarını toplamasına icazə verən siyasəti səbəbiylə Obama rəhbərliyini məhkəməyə verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublikaçı Partiyasından olan Kentuçi senatoru Rend Pol paytaxt Vaşinqtonda mətbuat işçilərinə açıqlama verərək, həm özləri həm də 2006-cı ildən bu yana ABŞ-da telefon xidmətlərindən istifadə edən Amerikalılar adından iddia qaldırdığını bildirib. Pol və birlikdə hərəkət etdiyi qrup AMTA-nin milyonlarla adamın telefon danışıqlarının vaxtını, nömrələrini və digər məlumatlarını qeydə alan proqramın ABŞ Konstitusiyasının dördüncü maddəsinə zidd olduğunu bildirib. Qeyd edək ki, AMTA-nin ictimaiyyətdə xeyli mübahisələr yaradan proqramı keçmiş Təhlükəsizlik agenti Edvard Snouden tərəfindən mətbuata sızdırılmasıyla məlum olmuşdu. Amerikanın dünya liderlərini dinləməsi bu ölkələrlə Amerika arasında münasibətlərin korlanmasına səbəb olub.
2014-02-13
8,901
Xədicə İsmayıldan Eynulla Fətullayevə cavab: “Debil”
"O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm". "Axar.az" xəbər verir ki, bu statusla Xədicə İsmayıl Eynulla Fətullayevin hazırda mediada yayılan və Feysbukda müzakirə edilən yazısına cavab olaraq çıxış edib. Xədicə xanım bildirib ki, bu cür "debilizmə" cavab vermək niyyətində deyil: "Ən ciddi cavabım bu ola bilər ancaq: Bir iki həftə bundan əvvəl ABŞ senatının iki işçisi ilə oturmuşduq restoranda. Ceyhun Osmanlı da orda idi. Bizimlə yox, başqa masanın arxasında. Görünür, sual yaranıb ki, nə danışıram mən orda? Gediblər falçıya. Falçı da bir pasyans atıb, kofeyə baxıb, büllur şardan soruşub, onlar bir söz deməyiblər. Biz masonuq axı. Bütün bu qüvvələr bizə işləyir. Sonra antimason ruhlar giriblər Eynulla Fətullayevin cisminə, onun əli ilə məqalə yazıblar. ABŞ kəşfiyyatına verdiyim bütün sirləri faş ediblər. İfşa olunmamız ümumafrika işimizə böyük zərbə vurub. Belə ki, Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib. Planlarımızla tanış olandan sonra superagent mənə dedi ki, dünya düzələcək. Mən dərhal anlamadım. Ondan sonra da zəlzələ oldu. İndi fikirləşirəm ki, deyəsən, şifrəni düz anlamamışam. O, dünyanın daha yumru olmayacağını, dağılaraq, düz müstəviyə çevriləcəyini nəzərdə tutubmuş. Hərdən şifrələrimi yeniləməyə ehtiyac var. Di alın cavabınızı, debil yığını".
2014-02-13
8,902
Həmyerlimiz Almaniyada necə ölüb?
Almaniyaya müalicə almaq üçün gedən Salyan rayon sakini Natiq Quliyevin ölüm səbəbi məlum olub. "Axar.az"a Almaniyadakı mənbədən daxil olan məlumata görə, Natiq Quliyev Almaniyada Fürt klinikasında müalicə alırmış. Bir neçə gün sonra əməliyyatı nəzərdə tutulan Natiq Quliyev Zindorfa qayıdıb. Bazar günü, fevralın 8-də isə otağında ölüsü tapılıb. Artıq Almaniyada yaşayan həmyerlilərimiz mərhumun ailəsi ilə əlaqə yaradıb. Bir neçə gün sonra cəsədin Azərbaycana göndərilməsi planlaşdırılır. Xatırladaq ki, Almaniyada vəfat edən 34 yaşlı Salyan şəhər sakini Natiq Quliyevin cəsədinin Almaniya hökuməti tərəfindən təhvil verilməsi üçün mərhumun yaxınlarının axtarıldığı barədə məlumat yayılmışdı.
2014-02-13
8,903
Həbs olunan azarkeşlərə hökm oxundu
Ötən il avqustun 25-də Lənkəranda keçirilmiş "Xəzər Lənkəran" - "Neftçi" matçında həbs olunmuş 7 azarkeşin məhkəmə prosesi başa çatıb. "Axar.az" xəbər verir ki, məhkəmənin hökmü ilə həbs olunan azarkeşlərdən 3-ü-Zaur Ərəbov, Elman İbrahimli və Əli Aslanov məhkəmə zalından azadlığa buraxılıb. Qalan dörd fanat-Rəfail Əkbərov, Aqşin Əkbərov, Elçin Abdullayev və Elman Tağıyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum olunublar.
2014-02-13
8,904
Ermənilər rayonlarımızı atəşə tutdu - 25 dəfə
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-13
8,905
İcra başçısının obyekti partladı - Yenilənir-8/Foto/Video
10:25 Bu dəqiqələrdə "Azadlıq" metrostansiyasının yaxınlığındakı "Şahənşah" Şadlıq Sarayının yanında yeni tikilidə qaz sızmasından partlayış baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, kafenin və tikilinin qarşısındakı maşınlar ciddi xəsarət alıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Xəsarət alanların olduğu bildirilir. Bir qadının ciddi xəsarət aldığı və təcili-tibbi yardım maşınına qaldırılaraq, xəstəxanaya göndərildiyi müşahidə edilib. *** 10:41 Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb. Əməkdaşımız qeyd edir ki, "Şahənşah" Şadlıq Sarayına güclü ziyan dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın pəncərələrini qırıb. Yaxınlıqdakı bunaların pəncərələrinin də qırıldığı bildirilir. Qeyd edək ki, tikili partlayışın təsirindən büsbütün çöküb. *** 10:52 "Metronun fəaliyyəti normaldır". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, baş verən partlayışın metroya aid olmadığını deyib: "Bu, "Azadlıq prospekti" metro-stansiyası yaxınlığında olub. Metroya heç bir aidiyyəti yoxdur. Metroya təsiri də müşahidə olunmayıb. Partlayışdan sonra insanlar elə biliblər ki, zəlzələdir. Amma sonradan səbəb aydınlaşıb. Hazırda metro öz normal iş rejimini davam etdirir". Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarına hiss olunur. Həmin binalara ciddi ziyan dəyib. *** 10:59 Partlayış baş verən ərazinin yaxınlığında yerləşən "İstanbul" klinikasına hadisə nəticəsində xəsarət almış 4 nəfər orta yaşlı şəxs gətirilib. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub. Xəsarət alanların kimlikləri müəyyənləşdirilir. *** 11:04 "İstanbul" xəstəxanasından "Axar.az"a verilən məlumata görə, xəsarət alanlarlardan 2-nin şəxsiyyəti məlumdur. Bunlar 1961-ci il təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir. Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçən marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Hal-hazırda rentgen müayinəsindən keçirilir. İbadova Afiyət isə üzünün sol nahiyəsindən II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 11:25​ 11:39 ​ 11:51 İlkin versiyalara görə, partlayışın qaz sızması nəticəsində baş verməsi söylənilsə də, uzun illər həmin ərazidə yaşayan sakinlərdən biri bildirir ki, partlayan yarımçıq tikilidə qaz xətti olmayıb. Başqa bir ehtimala görə isə, ola bilsin, tikiliyə qeyri-qanuni qaz xətti çəkilibmiş.
2014-02-13
8,906
Xalq artisti Əliabbas Qədirovu anırıq
Bu gün Xalq artisti, Şöhrət ordenli Əliabbas Qədirovun doğum günüdür. "Axar.az" xəbər verir ki, Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda dünyaya gəlib. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda – Mehdi Məmmədovun kursunda təhsil alıb. 1970-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Bir çox televiziya və radio tamaşalarında, kinofilmlərdə rəngarəng obrazlar yaradıb. Televiziyada "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olub. Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri işləyib. O, "Yeddi oğul istərəm", "Yol əhvalatı", "Od içində", "Özgə ömür", "Babək", "Atayevlər ailəsi", "Bakıda küləklər əsir", "Dərviş parisi partladır", "Cin mikrorayonda", "Dədə Qorqud" və digər filmlərdə canlandırdığı unudulmaz obrazlarla tamaşaçıların qəlbinə yol tapa bilib. Sevimli aktyor 2006-ci il mart ayının 8-də leykemiya xəstəliyindən vəfat edib. Qəbri İkinci Fəxri Xiyabandadır.
2014-02-13
8,907
Rusiya SSRİ-ni yeni formada bərpa edir
"Rusiya əlindəkiləri itirməmək üçün keçmiş imperiyanın paytaxtlarında özünə müttəfiqlər tapmalıdır". "Axar.az" xəbər verir ki, bu informasiyanı Polşa mətbuatı son günlər Rusiya və Avropa İttifaqı arasında münasibətləri analiz edərkən yazıb. Mətbuat Rusiya ilə MDB ölkələri arasında parçalanmanın daha dərinləşdiyini yazıb: "Rusiya keçmiş sovet ərazilərini yenidən əhatə dairəsinə almaq istəyir. Bu SSRİ-nin yaradılması olmayacaq. Rusiya yaxşı başa düşür ki, Çin və Avropa İttifaqı arasında qaldığı müddətdə vəziyyəti ağırlaşacaq. Ona görə də Rusiya öz gücünü bərpa etmək üçün keçmiş imperiyanın paytaxtlarında özünə müttəfiqlər axtaracaq". Daha sonra mətbuatda rus politoloqu Andrey Yepifançevin fikirləri yayımlanıb: "Rusiya özünün əvvəlki müttəfiqlərini itirmək istəmirdi. Gömrük İttifaqı yaradılarkən Rusiya Ermənistana xəbərdarlıq etdi. Ermənistana müxtəlif işarələr göndərdi. Birinci Qarabağ məsələsini ortaya atdı. Azərbaycana üç milyardlıq silah-sursat yardımı etdi. Daha sonra qaz, sonra da miqrantlarla bağlı xəbərdarlıq etdi və nəticədə Moskvada olarkən Sərkisyan Gömrük İttifaqına gedəcəklərini bəyan etdi. İndi isə nəticəni görürsünüz. Hər şey yumşalmağa başlayır. Hətta Rusiyanın buradakı ordularının komandiri deyir ki, biz Qarabağ savaşı zamanı Ermənistana kömək etməyə hazırıq".
2014-02-13
8,908
Növbəti erməni prezidentinin adı bəlli oldu
Serj Sərkisyandan sonra Ermənistanın prezidenti olacaq şəxsin adı bəlli olub. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat yeni namizədin Konstitusiya Məhkəməsinin sədrinin olacağını bildirib: "Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyan Serj Sərkisyanın yerinə gətirilə bilər. Onun yaşının çoxluğu Serj Sərkisyana imkan verir ki, hakimiyyəti yenidən əlində saxlasın. S.Sərkisyan məhz 70 yaşlı Q.Arutunyan vasitəsilə dövlətə nəzarət edəcək. Özü isə Baş nazir postunu tutacaq".
2014-02-13
8,909
Ulduz futbolçunun əmisi öldürüldü - FOTOLAR
Argentinaın Rosario şəhərində qətl hadisəsi törədilib. 60 yaşlı Xorxe Lavessi avtomobilinin sükanı arxasında ölü vəziyyətdə tapılıb. "Axar.az" xəbər verir ki, mərhumun PSJ-nin şərəfini qoruyan Esekyel Lavessinin əmisi olduğundan, bu hadisə bir anda Argentinanın gündəmini zəbt edib. Müstəntiq ölümün yaxın məsafədən açılan atəş nəticəsində gerçəkləşdiyini açıqlayıb. Hələ qətlin motivi məlum deyil. Argentina mətbuatı Xorxenin maşınının Rosario bölgəsindəki bir ərazidə tapıldığını açıqlayıb. Polisin ilkin versiyasına görə, soyğunçular Xorxenin müqavimətinə cavab olaraq onu öldrüb. Qonşuları da ölən şəxsin Lavessinin əmisi olduğunu təsdiqləyib. Qeyd edək ki, Xorxe Lavesinin öldürüldüyü bölgə Messi, Martino kimi ünlü futbolçuların doğulduğu yer kimi tanınır.
2014-02-13
8,910
27 şəhərin polis rəisi işdən çıxarıldı
İstefa və işdən çıxarılma davam edir. Türkiyə Respublikasında 2013-cü 17 dekabr tarixində başlayan korrupsiya əməliyyatlarından sonra istefa və işdən çıxarılma dalğası davam edir. "Axar.az" Türkiyə "Rəsmi Qəzet"inə istinadən xəbər verir ki, 27 şəhərin polis idarəsinin rəisi, 3 rəis müavini işdən çıxarılıb.
2014-02-13
8,911
Əsgərimiz zabit yoldaşını yaraladı
Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.