date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-11
8,708
Vudi Allendən “təcavüz” məktubu - Foto
Vudi Allen "Nyu York Tayms"a göndərdiyi məktubda təcavüz ittihamlarını rədd edib. "Axar.az" xəbər verir ki, ABŞ aktyoru və rejissoru Vudi Allen övladlığa götürdüyü qızının ona qarşı olan təcavüz ittihamlarını yenidən rədd edib. Yazdığı məktubda keçmiş həyat yoldaşı Mia Farrounun pis niyyətli olduğunu qeyd edərək ögey qızına təcavüz etmədiyini bildirib: "Təbii ki, Dilana təcavüz etməmişəm. Onu çox sevmişəm. Ümid edirəm ki, bir gün qızım anası tərəfindən istismar edildiyini anlayacaq".
2014-02-11
8,709
Almaniyada işdən çıxarma dalğası başladı
Almaniyada dünyaca məşhur olan nəhəng şirkətlər işçiləri işdən çıxaracaqlarını bəyan ediblər. "Axar.az" xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb. "Volvo" şirkəti 4400 işçisi ilə yollarını ayıracağını bildirib. Bu şirkət maşın istehsalında dünyada ikinci sırada yer alır. "SONY" şirkəti bu ilin yazına qədər 5 minə qədər işçisini çıxaracağını bəyan edib. Həmçinin "Airbus" şirkəti də 2500 işçisi ilə yollarını ayıracağını açıqlayıb. Kimya şirkətlərindən biri olan BASF-ın rəhbərliyi də 250-ə yaxın heyətlərini kiçildəcəklərini bildirib. Mikroçip istehsalçısı İntel şirkəti də 5000-ə qədər işçilərini ixtisar edəcəklərini planlaşdırdıqlarını deyib. Çap maşınları istehsalçısı "Koenig & Bauer" firması da dünya bazarındakı vəziyyəti təhlil edərək 1500 işçi ixtisar edəcəklərini vurğulayıb. Aviasiya və müdafiə sənayesi nəhənglərindən sayılan "EADS" tabeçiliyində olan hərbi maşınlar istehsal edən "Airbus Military", "Astrium" və "Airbus Space & Defence" şirkətlərini birləşdirərək 2016-cı ilin sonuna kimi 5800 nəfərlik heyətlə yollarını ayıracaqlarını açıqlayıb.
2014-02-11
8,710
Gənc təyyarənin qanadı arasından necə keçdi? – Şok/Video
"Axar.az" xəbər verir ki, Türk mətbuatının yayımladığı videoda bir gəncin üzərinə gələn təyyarənin qarşısına atılması, onun qanadı və gövdəsi arasından keçdiyi aydın görünür. Bu addımın kifayət qədər təhlükəli olmasına baxmayaraq, gənc bu səhnədən xəsarətsiz ayrılır.
2014-02-11
8,711
Suriya Livanı vurdu
Suriyanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Livan ərazisinə dörd raket buraxıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iki raket Vadi Xamayed şəhərinə, daha ikisi Arsal yaşayış məntəqəsinə düşüb. Dağıntı və tələfat haqqında məlumat yoxdur.
2014-02-11
8,712
Xoruz döyüşünün təşkilatçıları həbs edildi
ABŞ-da 70-dən çox xoruz döyüşü təşkilatçısı həbs edilib. "Axar.az" xəbər verir ki, ABŞ-da bu cür cinayət üçün maksimal cəza dörd il azadlıqdan məhrum etmə və əlavə olaraq 25 min dollar məbləğində pul cəzası nəzərdə tutulur. Nyu Yorkun baş prokuroru bildirib ki, xoruz döyüşü insanların və heyvanların həyatını təhlükəyə salan qəddar təcrübədir.
2014-02-11
8,713
Dünyanın qadağan etdiyi 10 film - Video
Dünya film bazarı hər gün yeni filmləri ilə böyüməkdə davam edir. Ətrafımızda izləməyə dəyən minlərlə filmlər var. Filmlərin insan psixologiyasına müsbət, ya da mənfi təsir göstərmək gücünə sahib olmasını nəzərə alsaq, bəs psixologiyamız üçün zərərli olan filmlərin hansılar olduğunu bilirsinizmi? "Axar.az"ın məlumatına görə, bu filmlərin yayımı bütün dünyada qadağan edilib. "Avtomatik portağal" - A Clockwork Orange "Brianın həyatı" - Life of Brian "Şeytan" - The Exorcist "Əcaiblər" - Freaks "Texas qırğını" - The Texas Chainsaw Massacre "Pis ruh" - Evil Dead "Soldakı son ev" - The Last House On the Left "Məzarına tüpürəcəyəm" - I Spit On Your Grave "Salo, ya da Sodomun 120 günü" - Salo or the 120 Days of Sodom "Adamyeyən işgəncəsi" - Cannibal Holocaust
2014-02-11
8,714
Cenifer Lopezin möcüzəvi sirri
Hər bir qadın Hollivudun məşhur ulduzu Cenifer Lopez kimi gözəl və cazibədar görünmək istəyir. Amma ulduzların bahalı kosmetoloji prosedurlar etdiyini düşündükcə, ümidlər alt-üst olur. Halbuki ulduzların çoxunun gözəllik sirri, sadəcə, bir neçə ərzaqdan ibarətdir. Elə Cenifer Lopez kimi... Bu yaxınlarda onun şəxsi kosmetoloqu məşhur ulduzun istifadə etdiyi reseptin sirlərini açıqlayıb. Maskanın sirləri budur... Vasitələr: 1 çay qaşığı qatıq 2 çay qaşığı bal Yarım çay qaşığı yaşıl çay (yeni dəmlənmiş olsun) Hazırlanması və tətbiqi: Bütün vasitələri yaxşıca qarışdırın. Maskanın qatı olması üçün kosmetik gil və ya yulaf əlavə etmək olar. Maska hazır olduqdan sonra üzünüzə, boyun nahiyənizə və dekolte hissənizə çəkə bilərsiniz. 15-20 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Maskanı həftədə üç və ya dörd dəfə istifadə etməniz kifayətdir. Sonda əla, gözəçarpan və parlaq dəriyə sahib olduğunuza əmin olacaqsınız.
2014-02-11
8,715
Yazar olmaq istəyənlərin oxuması vacib yazı
1975-ci ildə "Paris revyü" dərgisinə verdiyi müsahibədə məşhur yazıcı Con Steynbek yazarlara dəyərli məsləhətlər vermişdi. Təbii ki, hər kəsin yazmaq, yazı prosesində necə davranmaq haqqında fərdi yanaşmaları var, amma bir çox böyük və gözəl əsərin altına imza atmış bir yazarın tövsiyyələrini heçə saymaq mümkün deyil. 1. Kitabı bitirə bilməyəcəyiniz fikrindən uzaq olun. Gündə 400 səhifə yazmaq fikrinə düşməyin, 1 səhifə yazın, əsər qurtaranda çaşacaqsınız. 2. Azad və sürətli yazın. Kitabı bitirmədən onun üzərində düzəlişlər etməyə qalxmayın. Bu sizi üzəcək və əsəri yarımçıq qoymaq üçün əlinizə bir bəhanə verəcək. 3. Tamaşaçılarınızın varlığını unudun. Başlanğıcda naməlum tamaşaçılar sizi qorxuda bilər, amma bir azdan bunun bir önəmi qalmayacaq, çünki bu teatr oyunu deyil. Yazıda tək tamaşaçı oxucudur. Tanıdığın və ya xəyal etdiyin birinə yazı yazırmış kimi düşünmənin faydası olduğunu mən belə görmüşəm. 4. Əgər yazının bir bölümü enerjinizi çox alırsa, o parçanı atlayın və yazmağa davam edin. Yazını bitirdikdən sonra sizi yoran bölümə keçin, onu təkrar oxuyub yazın. 5. Yazdıqlarınız içində ən çox diqqətinizi çəkən yerə daha çox zəhmət çəkin. O parçanın mətnə uymadığını da hiss edə bilərsiniz. 6. Dialoq yazırsınızsa, eyni anda yazdıqlarınızı yüksək səslə oxumağa çalışmayın. Dialoqlar o zaman obrazın dilinə tam uyacaq.
2014-02-11
8,716
Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər
Bu gün ölkəmizdə baş verən yeraltı təkanlar, zəlzələ zamanı davranış qaydalarını gündəmə gətirib. "Axar.az" həmin qaydaları təqdim edir: Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir. Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz. 1. Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. 2. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. 3. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. 4. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn, soyuducudan, mebeldən və s. uzaq dayanın. 5. Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur. Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdalan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. 6. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır. 7. Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.
2014-02-11
8,717
Bizə insan lazımdırmı?
Ölkələrin inkişafı fərqli amillərlə bağlıdır. Bir çoxları üçün inkişafın, tərəqqinin əldə olunmasında coğrafi mövqe, təbii sərvətlər, kənar müdaxilələr, əlverişli tarixi şərtlər və s. mühüm rol oynayıb. Məsələn, Yaponiyanın inkişafını araşdıran mütəxəssislərin gəldiyi əsas nəticə odur ki, bu ölkənin inkişafında əsas faktor insan amilidir. XIX əsrin sonlarına yaxın Yaponiya imperatoru Meyconun başlatdığı islahatlar, samuray kültürünü modernləşdirmək cəhdləri ona görə səmərə verdi ki, yapon xarakteri istehsalçı və bilgi toplamaq üzərində qurulmuş kapitalist münasibətlərinin tələbinə tam cavab verirdi. Bu gün artıq dünyada hər kəs tərəfindən qəbul edilən görüş də bundan ibarətdir ki, müasir dövrün ən böyük inkişaf resursu səmərəli insan faktoruna sahib olmaqdan keçir. Bununla bağlı BMTsəviyyəsində insan inkişafı proqramı belə hazırlanıb. Bu faktorun necə əhəmiyyətli olduğunu göstərmək üçün təkcə neftlə zəngin ərəb ölkələri ilə heç bir təbii sərvətə sahib olmayan Yaponiya və Cənub Şərqi Asiya ölkələrini müqayisə etsək, bütün mənzərə aydın görünər. Demək, savadlı, çalışqan və yüksək təhsil görmüş vətəndaşa sahib olmayan ölkənin təbii sərvətlərlə özünə inkişaf strategiyası qurması heç də uğurlu model deyil. Biz də istisna deyilik və ölkəmizin gələcəyi neftdən daha çox, insan faktoruna bağlıdır. Bunu təmin etmək üçün isə ilk növbədə insan resursunu inkişaf etdirməklə bağlı dövlətin işlək bir proqrama sahib olması gərəkdir. Bu isə uşaq bağçalarından tutmuş, orta, ali təhsil məktəblərinə, universitetlərin fəaliyyətinə, müasir texnologiyaların tətbiqinə və yaradılmasına, elmi potensialın artırılmasına, effektiv səhiyyə siyasətinin həyata keçirilməsinə, elmə investitsiya qoyulmasının artırılmasına, beynəlxalq təcrübələrin mənimsənilməsinə və.s. qədər geniş, çoxşaxəli bir konsepsiyanın hazırlanmasını və səmərli icrasını nəzərdə tutur. Təəssüf ki, bu gün neftə və xammal satışına indeksləşmiş düşüncə tərzi insan faktorunu arxa plana keçirib. Əslində, bu gün orta məktəblərdə geniş yayılmış repititor sistemi paralel məktəb funksiyasını yerinə yetirir və orta məktəblərin normal, qaneedici təhsil vermək iqtidarında olmadığını göstərir. Bu zaman insan inkişafından danışmağa dəyməz. Hətta normal təhsil belə, təkcə statistik bilik aşılamaqla məşğuldursa, bu da səmərəli insan resursu yetişdirmək üçün yetərli deyil. Çünki məktəb ilk növbədə həm də şəxsiyyət, xarakterin formalaşması yükünü daşımağı bacarmalıdır. Söhbət uğurlu insan hazırlamaqdan gedirsə, bu həm yüksək bilik verməkdən, həm də şəxsiyyətin formalaşması məsələlərini ehtiva edir. Bu baxımdan bir çox özəl məktəblər bilik verilməsi məsələsinin öhdəsindən gələ bilsələr də, şəxsiyyətin formalaşdırılması, xarakterin inkişafı ilə bağlı məsələlər demək olar ki, nəzərə alınmır. Ancaq bu proses təməlli təhsil hesab olunsa da, digər məsələlərin də nəzərə alınması əsasdır. Bu baxımdan ilk növbədə bizə necə bir insan, vətəndaş gərək olduğunu bilmək üçün hansı xarakter və keyfiyyətlərin, sosial şərtlərin insanımızı daha məhsuldar, bilikli hala gətirməsi ilə bağlı düşünülmüş yol xəritəsinə və hədəfə ehtiyacımız var.
2014-02-11
8,718
Bakıda bina yandı: 30 nəfər təxliyə edildi
Bakı şəhəri, Yasamal rayonunda 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 p.m və pilləkan qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, anğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin taxta konstruksiyalardan ibarət dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
2014-02-11
8,719
Mürəbbədən tiryək çıxdı - Foto
12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisədə cəza çəkən 1983-cü il təvəllüdlü, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Anar Teymur oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - 1988-ci il təvəllüdlü Balakən rayon sakini Hüseynova Məftunə Əsildar qızının gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 2 litrlik "Coca-Cola" qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır (Trend).
2014-02-11
8,720
Suriyada atəşkəsin uzadılması barədə razılığa gəlinib
Suriya hökuməti və müxalifət nümayəndələri BMT və Suriya Ərəb Qızıl Aypara Cəmiyyətinin birgə humanitar aksiyasının keçirildiyi Xüms şəhərində atəşkəsin müddətinin uzadılması barədə razılığa gəliblər. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib. V.Amos bəyanatında qeyd edib: "Mən münaqişə tərəflərinin Humsda köhnə şəhərin ərazisində atəşkəsin müddətinin daha 3 gün uzadılması barədə razılıq əldə etməsini alqışlayıram". Qeyd edək ki, ötən həftə hökumət və müxalifət dinc sakinlərin şəhəri tərk etməsinə imkan vermək və humanitar yardımın çatdırılmasını təmin etmək üçün Humsda üç gün ərzində hərbi fəaliyyəti dayandırmaq barədə razılığa gəlmişdilər. Ötən cümə günü şəhərdən yüzlərlə dinc sakini çıxarmaq və humanitar yardımı çatdırmaq mümkün olub. Lakin əməliyyat zorakılığın artması səbəbindən çətinləşib. Belə ki, bazar günü şəhərin rayonlarından biri artilleriya zərbəsinə tuş gəlib, nəticədə 5 nəfər ölüb. Bir gün əvvəl isə Humsa gedən humanitar karvanın atəşə tutulması barədə məlumatlar yayılmışdı. Suriyaya, xüsusilə də Hums şəhərinə humanitar yardımların çatdırılması ilə bağlı vəziyyət ölkə hökuməti və müxalifət nümayəndələrinin Cenevrədəki danışıqlarda həll etməyə çalışdığı əsas problemlərdən biridir. Suriyada 100 mindən çox insanın həyatına son qoyan (BMT-nin məlumatına görə - red.) silahlı münaqişə 2011-ci ilin mart ayından davam edir (Trend).
2014-02-11
8,721
Sərxoş sürücü zəncirvarı qəza törətdi - Fotolar
Sərxoş sürücü Bakıda zəncirvarı qəza törədib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda, Salyan şosesinin 4-cü kilometrliyində qeydə alınıb. 31 yaşlı Elmir Rzayev "Opel" markalı avtomobillə köməkçi yoldan əsas yola çıxmaq istəyərkən hərəkətdə olan iki avtomobili vurub. Sürücü idarə etməni itirərək avtomobili əvvəlcə Bayıl qəsəbəsindən Bibiheybət istiqamətində hərəkətdə olan 42 yaşlı İsmət Nəcəfovun idarə etdiyi "QAZel" markalı yük maşınına, daha sonra 28 yaşlı Elgün Abdullayevin idarə etdiyi "VAZ-2107 " markalı minik avtomobilinə çırpıb. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, qəzanı törətmiş sürücünü isə polis bölməsinə aparıblar. Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru Azər Vəliyev APA-ya bildirib ki, ilkin ehtimallara görə qəzaya "Opel"in sürücüsünün avtomobili içkili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
2014-02-11
8,722
Tovuzda mağaza yandı
Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ambarında ərzaq məhsulları 30 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-02-11
8,723
Çay daşıb şəhərətrafı əraziləri su altında qoydu - Foto
Sinoptiklər Böyük Londonun hüdudlarındakı ərazilərdə daşqınların olacağını proqnozlaşdırırlar. "Axar.az" bildirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata əsasən, Temza çayının səviyyəsi 1980-ci ildən bəri rekord həddə çatıb. Nəticədə Temza boyunca minlərlə evi su basıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Təbii fəlakət ilə mübarizəyə dəniz piyadaçıları və digər ordu hissələri cəlb olunub. İngiltərədə daşqınlar uzun müddət davam edən yağıntılardan sonra meydana gəlib. Qeyd edilir ki, son dəfə belə yağışlar yanvar ayında 1766-cı ildə olub.
2014-02-11
8,724
Vergilər Nazirliyində doğum günü - 14 yaş
Bu gün vergi işçilərinin peşə bayramıdır. 2005-ci il fevralın 1-də prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqqda sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i tarixi "Vergi işçilərinin peşə bayramı günü" kimi qeyd edilir. Bu gün həmçinin, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılıb. Vergi xidməti ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, bu münasibətlərin tənzimlənməsində və dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb. Sonradan, 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılıb.
2014-02-11
8,725
Azərbaycan ÜTT-yə daxil ola bilər
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə çoxtərəfli və ikitərəfli danışıqların növbəti mərhələsi fevralın 17-dən 21-dək keçiriləcək. Bu barədə bazar ertəsi danışqılar qrupunun rəhbəri, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanla ikitərəfli danışıqlar çərçivəsində ABŞ, Aİ, Norveç, İsveçrə və daha bir neçə ölkə iştirak edəcək. Məmmədquliyev deyib: "Biz Azərbaycan üçün vacib olan şərtlərə nail olmaq istəyirik. Həmin şərtlərə ki, onlar ölkənin inkişafına yardım edə bilərlər. Bu, uzun prosesdir. Biz danışqılar aparırıq". Bu günədək Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttiafqı, Norveç, Hindistan, Çinni TAyvan vilayəti, Kanada, İsveçrə və Hondurasla ÜTT-na daxil olmaq üzrə ikitərəfli danışıqlar prosesindədir (Trend).
2014-02-11
8,726
Ermənilər 34 dəfə atəşkəsi pozdu
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-11
8,727
“Qanuni oğru”nun ölümündə Rövşən Lənkəranski izi
Moskvada azərbaycanlı kriminal avtoritet, "taclandırılmağa" bir gün qalmış qətlə yetirilən İlqar Çıldırlıdan sonra kriminal aləmdə vəziyyət dəyişib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, kriminal kontingent Porkovskidən Moskvanın digər rayonuna- Kunçevoya toplaşır. Bu isə həmin ərazidə göyərtinin topdansatış bazarının yaradılması ilə əlaqədardır. Bu bazar uğrunda gedən mübarizədə son zamanlar daha çox "qanuni oğru" Rövşən Lənkəranskinin adı hallanır. Məlumatlara görə, atrıq həmin ərazidə "qanuni oğru"ların nümayəndələri də təyin edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bryulovada Porkovski bazarında baş verən hadisələrdən sonra kriminallar həmin ərazini tərk edib. 3 ay ərzində görünməz olan kriminallar bu dəfə Kunçevoya toplaşıb. Hazırda hüquq-mühafizə orqanları "qanuni oğru"lara nəzarəti həyata keçirməyə çalışırlar. Artıq bu ərazidə Rövşən Lənkəranskinin adamları gözə dəyib və onlar öz tapşırıqlarını veriblər. Byulovodakı bazara nəzarət edən R.Lənkəranski hazırda yeni bazarda mövqelərini möhkəmlətməyə çalışır. İlqar Çıldırlının ölümündə də məhz onun bu bazar uğrunda mübarizədə R.Lənkəranski ilə arasında yaranan problemin olduğu göstərilir.
2014-02-11
8,728
“Azərbaycan TV-si Gürcüstanın azadlığını aşağılayıb”
"Azərbaycanın mərkəzi telekanalı Gürcüstanın azadlığını şübhə altında qoyub". "Axar.az" xəbər verir ki, bu informasiya ilə erməni mətbuatı çıxış edib. Mətbuat CBC telekanalının Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ərəfəsində dediyi sözlərdən ölkə əleyhinə istifadə etməyə başlayıb: "CBC telekanalı Gürcüstanın azadlığını şübhə altında qoyub. Televiziya "Gürcüstanın azadlığı Azərbaycan investisiyaları ilə qorunur" ifadələrini işlədib". Erməni KİV-nin bu xəbərindən sonra artıq gürcü mətbuatından da Azərbaycana qarşı etirazlar ucalmağa başlayıb. Xatırladaq ki, CBC kanalı daha çox ermənilərə qarşı mövqeyi ilə seçilir və təbliğatda mühüm yer tutur. Məhz buna görə də ermənilər bu kanala qarşı anti-təbliğat aparmaq və CBC-i nüfuzdan qalmaq, qınaq obyektinə çevirmək üçün fəaliyyətə keçiblər və gürcülərin dövlətçilik hisslərinə təsir etməklə, xülyalarına nail olmaq istəyirlər.
2014-02-11
8,729
Gözümü oğluma dikmişdim, o da gün işığına həsrət qaldı
"Epilepsiya xəstəliyinin müalicəsində içdiyi dərmanlar onun gözlərini kor edib". Bu sözləri "Axar.az"a içdiyi dərmanlardan gözləri kor olan Elməddin Həsənovun anası deyib. Elməddinin 18 yaşı olsa da, müstəqil şəkildə hərəkət edə bilmir. Yemək yeyəndə belə, kiminsə yardımına ehtiyacı olur. Elməddin də qaçmaq, oynamaq, dərs oxumaq istəyir. Deyir ki, gözləri açılsaydı, çoxlu kitab oxuyar, özünə dostlar qazana bilərdi. İndi isə evdən bayıra çıxa bilmir. Nə dostları, nə də tanışları var. Anası onunla bacardığı qədər çox vaxt keçirtməyə çalışsa da, bəzən buna macalı olmur. Rübabə Hümbətova deyir ki, oğlunun gözünün tutulmasınının səbəbi epilepsiya xəstəliyində müalicə üçün içdiyi dərmanlar olub. On üç yaşından gözü tutulan oğlunun müalicəsi üçün illərdir çalışsa da, bir nəticəsi yoxdur. Elməddinin gözlərini yerli həkimlər əməliyyat edə biləcəklərini söyləyir. Rübabə xanım isə həkimlərə güvənini itirdiyindən hər hansı bir əməliyyatın burda olmasını istəmir: - Üç il bundan əvvəl oğlumu müayinə üçün Tehrana apardıq. Orda dedilər ki, iki ildən sonra gətirərsiz, əgər əməliyyat mümkün olsa edərik. Rübabə xanımın dediyinə görə, indi onların buna imkanı çatmır. Bəlkə də yaxşı həkim olsa, oğlunun gözləri açıla bilər. Ana yerli həkimlərə ümidini çoxdan itirməsəydi: "Bu komamı satıb oğlumun gözlərini açdırmağa belə hazıram. Amma hardan bilim ki, əməliyyatın nəticəsi nə olacaq? Həkimlərə ümidim qalmayıb, oğluma verdikləri dərmanlar onun gözlərini kor etdi, bu dəfə nə baş verəcəyini bilmirəm, ona görə də bu əməliyyatı etdirmək üçün yaxşı həkimlərə ehtiyac var. Evin tək oğludur, gözümü oğluma dikmişdim, amma yazıq balam gün işığına həsrət qalıb". Təmizlikçi işləyib 140 manat maaş alan Rübabə Hümbətovanın isə buna imkanı çatmır. 4 ildir atasını itirən Elməddinin başqa ümid yeri də yoxdur. Nənəsinin və anasının himayəsində yaşayan 18 yaşlı uşağın, müalicəsi üçün 70 yaşlı nənəsi də yardımını əsirgəmir. Yaşlı olmasına baxmayaraq, o da təmizlikçi işləyir ki, nəvəsinin müalicəsinə yardım əlini uzada bilsin. Təki nəvəsi qaranlıq dünyadan xilas olsun. Elməddin Həsənovun anasının da, 70 yaşlı qoca nənəsinin də ümidi yardımsevər insanlardır. Onu müayinə etdirmək üçün "Axar.az" vasitəsi ilə imkanlı şəxslərə müraciət edib, işıqlı həyata baxa bilməsi üçün yardım istəyir. İşığınızı əsirgəməyin...
2014-02-11
8,730
Şəhid ailələrinə 11 min manat pul verilir - Rəsmi
Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödənilir. Bu barədə Müdafiə Nazirliyindən Azvision.az-ın sorğusuna cavabda bildirilib. Nazirliyin rəsmi məlumatına görə, bu məsələ "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir. Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir. Yəni, dünyasını dəyişən əsgərlə zabit ailəsi dövlət tərəfində eyni məbləğdə kompensasiya alır.
2014-02-11
8,731
Olimpiya çempionumuza ağır itki üz verib
Son günlər məşqçisiylə küslü olduğuna görə gündəmə gələn olimpiya çempionu Toğrul Əsgərovun ailəsində ağır itki baş verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, güləşçimizin babası rəhmətə gedib. O, bu səbəbdən millinin təlim-məşqlərindən uzaq qalıb və Türkiyədəki yarışı buraxmalı olacaq. Lakin Toğrul Əsgərov bir müddət sonra Avropa çempionatında iştirak etmək üçün yenidən döşək üzərinə qayıdacaq. Qeyd edək ki, növbəti qitə birinciliyi aprelin 1-dən 6-dək Finlandiyanın Vanta şəhərində baş tutacaq.
2014-02-11
8,732
5 yaşlı uşaq nənəsini güllələdi – Dəhşət
Türkiyədə uşaq ehtiyatsızlıqdan nənəsini öldürüb. "Axar.az"ın xəbərinə görə, hadisə Qaziantep şəhərində baş verib. 5 yaşlı E.G. atasının yerə qoyduğu ov tüfəngini götürüb oynamağa başlayıb. Bu zaman uşağın əli tətiyə dəyib. Silahdan açılan güllə evdə namaz qılan 75 yaşlı D.Elifə dəyib. Uşağın nənəsi yerindəcə keçinib. Silah səsinə otağa gələn uşağın ata-anası gördükləri mənzərə qarşısında şok keçiriblər. Daha sonra hadisə yerinə polis gəlib və uşağı psixoloq dəstəyi ilə dindiriblər. Faktla bağlı cinayət işi açılıb.
2014-02-11
8,733
Zakir Həsənov əmr imzaladı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xocalı faciəsinin ildönümü ilə əlaqədar əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə nazirinin əmrinə və təsdiq etdiyi plana əsasən bu quruma tabe olan hərbi hissələrdə anım tədbirləri keçiriləcək. Qeyd edək ki, bu ilin fevralın 26-da Azərbaycan Xocalı faciəsinin 22-ci ildönümü qeyd olunacaq. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150-si isə itkin düşüb.
2014-02-11
8,734
“Arsenal” fanatı “Liverpul”lunu öldürdü
İngiltərə Premyer Liqasının 25-ci turunda "Liverpul" "Arsenal"ı 5:1 hesabı ilə məğlub etdi. Bu məğlubiyyət "topçular"ın bütün dünyadakı azarkeşlərinə də pis təsir edib. "Axar.az" xəbər verir ki, Keniyanın Meru şəhərində emosiyalarına hakim ola bilməyən "Arsenal" fanatı bıçaqla "Liverpul" azarkeşinə xəsarət yetirib. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bu, Keniyada ilk belə hadisə deyil. 2013-cü ildə "MY" fanatı sevimli komandasının öz meydanında "Nyukasl"a məğlub olmasına (0:1) dözməyərək, intihar etmişdi.
2014-02-11
8,735
Əfsanəvi Komandirin hərbi hissəsində andiçmə – Video
Azərbaycan Milli Ordusunun şəhid Komandiri Məhərrəm Seyidovun yeni görüntüləri yayılıb. Şəhid zabitimizin yeni kadrları "Axar.az"ın elektron poçtuna göndərilib. Videoda M.Seyidovun 1993-cü ilin sentyabr-oktyabr aylarında 741 saylı hərbi hissənin komandiri olduğu vaxt andiçmə mərasimi zamanı çəkilmiş kadrlar yer alıb. Qeyd edək ki, Məhərrəm Seyidov Qarabağ savaşının əsas qəhrəmanlarından biri olub. O, cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Sonuncu döyüş yeri kimi Tərtərdə vuruşan zabitimiz elə buradaca şəhid olub. Şahidlər danışır ki, ermənilərə əsir düşməməkdən ötrü Pərviz adlı əsgəri ilə birlikdə xəndəkdə gizlənib. Bunu eşidən general Elbrus Orucov şəxsən özünün başçılığı ilə bütün korpusa döyüş əmri verib. Komandir Seyidovun yaralı bədəninin, yaxud cəsədinin gətirilməsini tələb edib. 1994-cü il mayın 3-də Azərbaycan Ordusunun kəşfiyyatçıları onu ölü vəziyyətdə tapıblar. 5 may 1994-cü ildə II Fəxri Xiyabanda dəfn olunan şəhid zabitə ölümündən 32 gün sonra mayor rütbəsi verilib. Xatırladaq ki, əfsanəvi komandir Məhərrəm Seyidov hələ də Milli Qəhrəman statusu ala bilməyən şəxslər sırasındadır.
2014-02-11
8,736
Ölüm satıcıları - onlar sizin aranızdadır
İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və.s. bu amillərin sırasındadır. Son çağlar sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Narkomaniyanın tarixi Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: "Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir". XIX əsrdə Fransada "Həşişçilər məclisinin" üzvü şair Şarl Bodler "Süni cənnət" əsərində asılı olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir edir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə bilməyən iblisdir". Lev Tolstoy isə deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır". Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Digər bir tərəfdən isə narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə oldu. Mübarizə… Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir. Qonşu Rusiyada narkotika istifadə etdiyinə görə, insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu yollardan biri mütləq seçilməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və proqramları yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda reabilitasiya proqramları olmadıqca narkomaniya ilə mübarizə effektiv formada aparılmayacaq. Biz gəncləri bu bəladan qorumalı, qoruya bilmədiklərimizi isə xəstə kimi qəbul etməməliyik. Bu şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid etmək olmaz. Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi və yaxın adamları buna məcbur edir. Və ya narkomanların pulu qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir. Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə istifadə edəcək. İnsanlar narkomaniya adlanan tora necə düşür? Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyac yoxdur. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardı. Narkotikin aludəçisi olanlarla aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır. Qeyd etdiyimiz kimi, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar – qara ciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar. Əfsuslar olsun ki, bu gün orqanizmində narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Uçurumun kənarında Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil. Bəs, biz gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün nə edirik? Ailə quran zaman üzərimizə düşəcək məsuliyyətin ağırlığını dərk edirikmi? Niyə nikahdan öncə tibbi müayinə şansımız ola-ola, dünyaya qüsurlu körpələr göz açmalıdır? Narkomaniya üzündən ailələr dağılmalıdır? Bir halda ki, bu problemləri əvvəlcədən bilmək və qərar vemək şansımız var, kor-koranə uçuruma yuvarlanmaq nəyə lazım? Nikahdan öncə tibbi müayinə artıq bütün dünyada ən çox danışılan və mübahisələrə, müzakirələrə səbəb olan mövzudur. Mütəxəssislərin fikrincə nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli – həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir. Müxtəlif ölkələrdə bu məsələyə münasibət də fərqlidir. Məsələn, Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə məsələsi aktual olmasa da, gənclərin sağlamlığı barədə onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində isə vəziyyət tamamilə başqadır. Bu məsələyə çox ciddi yanaşılır. ABŞ-da qohum olub-olmamasından asılı olmayaraq nikahdan öncə qan analizi mütləqdir. Həkim sadəcə xəbərdarlıq edə bilər, nikaha isə heç kim müdaxilə edə bilməz. Fransada isə nikahdan öncə tibbi müayinə artıq qanuniləşib. Elə Ukraynada da tibbi müayinədən keçmədən nikah qadağandır. Qanuna əsasən cütlük nikahdan öncə tibbi müayinədən keçməli və sağlamlıqları barədə bir-birinə məlumat verməlidir. Problem olduqda dövlət tərəfindən onların tibbi müayinəsi üçün lazımi şərait yaradılır, müayinənin nəticəsi isə sirr olaraq qalır. Bu, yalnız gənclərə açıqlanır. Tərəflərdən birinin səhhəti ilə bağlı problemi gizlətməsi nikahın etibarsız sayılması üçün əsas ola bilər. Azərbaycanda isə vəziyyət tamam başqadır. Və əfsus ki, heç də ürəkaçan deyil. Çünki "milli mentalitet" şüarını hər məsələdə qabardanlar nikahdan öncə tibbi müayinəni qəbul etmir, hətta bunu ayıb belə hesab edirlər. Görünür, gələcək nəslin sağlam artımı və digər problemlərin qarşısını almaq üçün bunun mütləq olduğunu cəmiyyətə aşılamaq çətin olacaq. Azərbaycanda bu qanun hələ ki, qüvvəyə minmədiyindən həkimlər sadəcə, xəbərdarlıq edə və nikaha daxil olanlara məsləhət verə bilər. Uzun müddətdir ki, ölkəmizdə Ailə Məcəlləsinə dəyişikliklər olunması, nikahdan öncə tibbi müayinənin vacibliyi müzakirə olunur. Burada əsas diqqət nikaha daxil olan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməsinə yönəlib. Tibbi müayinənin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdır. Əks halda həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Hazırda mövcud qanunvericilikdə nikaha daxil olanların sadəcə bir-birini məlumatlandırması ilə bağlı müddəa var. Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunarsa, mövcud qanunvericilikdə olan müəyyən müddəalar ciddiləşəcək və inzibati xarakter alacaq. Qeyd edək ki, Ailə Məcəlləsinə daxil olan dəyişikliklərdə nikaha daxil olan şəxslərin tibbi müayinəsi, ailə planlaşdırması üzrə məsləhətlər pulsuz olacaq. Həmçinin, nikaha daxil olan şəxslərdən biri, özündə müəyyən edilmiş xəstəliyi gizlədəcəyi təqdirdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Lakin qanunun qüvvəyə minməsi də başqa bir problemin başlanğıcı ola bilər. Bunu edərkən isə hər iki tərəf – həkim və ailə quracaq şəxslər kimi və nə üçün aldadacaqlarını ölçüb-biçsin. Çünki narkotikin səbəb olduğu ailə faciələri hər birimizə tanışdır. Ailə qurduqları insanın sağlamlığı haqqında heç bir məlumat bilməyən qadınlar (kişilər də istisna deyil) ciddi problemlərlə üzləşir. Və ən əsası bu qadının dünyaya gətirdiyi körpələrin sağlamlığında ciddi problemlər meydana çıxır. Azərbaycanda bu gün də əksər qadınlar öz hüquqlarını kifayət qədər müdafiə edə bilmədiklərindən, ictimai qınaq ilə üzləşməkdən qorxduqlarından və digər səbəblərdən boşanmaq əvəzinə narkotik aludəçisi ilə yaşamağa məhkum olur. Bu isə eyni anda cəmiyyətə psixoloji problemi olan bir neçə insanın artması deməkdir. Çünki narkotik istifadəçisi ilə eyni evdə yaşamaq yalnız fiziki xəstəliklərə deyil, psixoloji travmalara, mənəvi pozuntulara da gətirib çıxarır. Elə buna görə də sonradan hər hansı problemlə üzləşməmək üçün ailə qurarkən hər iki tərəfin sağlamlıq müayinəsindən keçməsi vacibdir. Hələ ki, bunun mahiyyətini və vacibliyini dərk edərək müayinədən keçənlər azdır. Məsuliyyətsiz yanaşma isə cəmiyyət üçün təhlükə yaradır. Ölüm satıcıları Demək olar ki, dünyanın müxtəlif ölkələrində narkotik maddə alveri ilə məşğul olan və bu biznesdən yüksək mənfəət əldə edən insanlar var. Hətta bəzi ölkələrdə, məsələn Hollandiyada narkotikin alışı və satışına qadağa belə yoxdur. Bu hal qeyri-qanuni hesab olunmur və heç kim cinayət məsuliyyətinə cəlb edilmir. Lakin digər ölkələrdə bu kimi halların qarşısını almağa göstərilən cəhdlər, narkomaniya adlı bəla insanların həyatını zəhərləməsinə əngəl ola bilmir. Təəssüflə qeyd etməliyik ki, bu gün ölkəmizdə də istər narkotik maddə satıcıları, istərsə də ondan istifadə edənlər var. Buna səbəb nədir? Məgər səlahiyyətli orqanlar həmin insanları cəzalandıra, digərlərini isə müalicə olunmaq üçün xəstəxanaya yerləşdirə bilməz? Əlbəttə, narkotik maddə satıcılarının həbs olunmadığını deyə bilmərik. Lakin az müddətdən sonra onların yenidən öz çirkin əməllərini davam etdiklərinə çoxumuz şahid oluruq. Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakı insanların bu zəzərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət? İnsan münasibətləri? İnsan özü? Bəlkə daxilimizdəki İBLİS?
2014-02-11
8,737
Avtokreditlər bərpa olunur: Şərtlər dəyişdi
Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Bank dairələrindən fins.az-a verilən məlumata görə, artıq avtomobil kreditləşməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yaxın vaxtarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq. İlkin ödənişin məbləği avtomobilin təzə və ya köhnə olamasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq. Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək. Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin mbləği 80% olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Xatırladaq ki, yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib.
2014-02-11
8,738
3 ildir Baş nazirin ölməyini gözləyirik – Video
Taner Yıldız Baş nazirlə bağlı deyib: "Uzun adamın ölümünü üç ildir ki, gözləyirik, ancaq hələ də ölməyib, dedilər, dondum qaldım". Axar.az xəbər verir ki, NTV kanalına qonaq olan Türkiyənin Enerji naziri Taner Yıldız 17 dekabr əməliyyatları və sonra baş verənlər barəsində danışıb. Yıldılz proqramda maraqlı bir söhbətə də yer verib. "Üç ildir ölməyini gözləyirik, ancaq hələ də ölməyib" dedilər "Hər getdiyimiz ölkədə məktəbləri ziyarət edirik. O məktəblərdə dərs deyən dostlarımızın belə heyrət içində qaldığı bir quruluşla qarşı-qarşıyayıq. Onlar da "mən qarğışı qəbul edə bilmədim" deyirlər. Mən də qəbul edə bilmədim. Biz qardaşıq. Qardaş qardaşa qarğış etməz. Əgər hazırlıq kursları problem olsaydı, bəzi adamlar "uzun adamın ölümünü üç ildir gözləyirik, ancaq hələ də ölməyib" deməzdilər". Dondum qaldım "Bunu eşitdiyimdə dondum qaldım. Bu etiqad da qəbuledilməzdir. Bu islami cəhətdən də yanlışdır, insanlıq cəhətindən də yanlışdır. Biz xalqımıza güvənirik. Bizim nə gecəmiz var, nə gündüzümüz. Bizim əsas istədiyimiz özümüzdən də çox sevdiyimiz övladlarımıza daha gözəl Türkiyəni miras qoymaqdır".
2014-02-11
8,739
Ermənistandan sığınacaq istəyən ailədən şok xəbər
"Bu yaxınlarda Ermənistandan siyasi sığınacaq istəyən azərbaycanlı ailənin İsveçrəni seçdikləri söylənilir və bu haqda xəbər öz təsdiqini tapmaqdadır". Bu barədə İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli bildirib. "Artıq İsveçrə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb. Bu prosesin arxasında Ermənistan xüsusi xidmət orqanlarının durduğu açıq-aşkardır. Böyük ehtimalla ailə başçısı Azərbaycanda olarkən, Ermənistan xüsusi xidmət orqanları tərəfdən ələ alınıb və bu gündə məqsədyönlü şəkildə istifadə olunmaqdadır. Məncə, erməni xüsusi xidmət orqanları bu ailədən Avropada Azərbaycana qarşı istifadə edəcəklər", - deyə politoloq əlavə edib (BayMedia).
2014-02-11
8,740
Masallı, Biləsuvar və Cəlilabada qadın müavinlər təyin edildi
Üç cənub rayonunun İcra Hakimiyyəti başçısına yeni xanım müavinlər təyin edilib. "Axar.az" bildirir ki, həmin rayonlar Masallı, Biləsuvar və Cəlilabaddır. Masallı rayonunda başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Gülşən Seyfulla qızı Xəlilova təyin edilib. Bu haqda rmüxbirimizə xanımın özü məlumat verib. 1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib. Aldığımız son məlumata görə, dünən Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Xəyalə Nazim qızı Qəmbərova təyin edilib. Buna qədər o, Bakıda yaşayıb, müəllim işləyib və seçki komissiyasında çalışıb. Cəlilabadda isə Dürdanə Rafiq qızı Əliyeva həmin şöbəyə rəhbər gətirilib. Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir.
2014-02-11
8,741
Generalın qətlindən 5 il keçir
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının eks-komandanı general-leytenant Rail Rzayevin qətlindən 5 il keçir. "Axar.az" öldürülmüş generalımızın tərcümeyi-halını təqdim edir. Rail Rzayev 1945-ci il martın 10-da Salyan şəhərində dünyaya gəlib. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orcenikidze radiotexnika məktəbinə qəbul olub. Rail Rzayev 1966-cı ildə həmin məktəbi də bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilib. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizyon komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışıb. 1975-ci ildə isə mərhum general-leytenant SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra "N" saylı hərbi hissədə divizyon komandiri vəzifəsində xidmət göstərməyə başlayıb. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə komandir müavini, hərbi hissə komandiri vəzifələrini tutub. Daha sonra isə keçmiş Sovet Silahlı Qüvvələrində ştatların ixtisarına görə ordu sıralarından ehtiyata buraxılıb. Müstəqil Azərbaycanda fəaliyyəti 1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlayıb. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunub. Daha sonra R.Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri ilə təltif edilmişdi. O bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Rail Rzayev 2009-cu il fevralın 11-də hələ də şəxsiyyəti müəyyən edilməmiş naməlum qatil tərəfindən baş nahiyyəsindən güllə ilə vurularaq öldürülüb. Qətlin üstü açılmayıb.
2014-02-11
8,742
“Köylü türklər”ə məğlubiyyətimizin bir günü
"Köylütürklər" üzərində PİR qələbəsi Sosial mediada həmişə birlik, qardaşlıq mesajları verən Azərbaycan və Türkiyə fəalları arasında iki gün öncə Tvitterdə əməlli-başlı sözlü "müharibə" başladı. Virtual məkandakı savaş bitsə də, bizimkilərin qələbə eyforiyası bitmək bilmir. Neçə gündür ki, virtual məkanda qələbə qazanmaqlarından bəh-bəhlə danışırlar. Səbəbə baxmadan nəticəyə sevinirlər. Hadisənin qısa arayışı Olay tvitterdə başladı. İki azərbaycanlı fəal öz arasında "Dexter" adlı filmi müzakirə edərkən Türkiyəli tvitter istifadəçilərindən biri Azərbaycan dili ilə məzələnən tvit atır. Bizim tvitter fəallarımızdan olan Cavid Ağa adlı istifadəçi həmin türkiyəli tvitter istifadəçisinə yarızarafat-yarıciddi cavab verir: "Sen takıl kendi köylü türkcenle abi, aristokratik azerice sizlere göre değil". Hər şey bu tvitdən sonra başlayır. Türkiyəli "abi" isə bizimkinin tvitinə burda yaza bilməyəcəyim qədər təhqir dolu tvitlə cavab verir və hər 2 tərəf ətrafına virtual dostlarını topladıqdan sonra "savaş başlayır". Nə yemisən turşlu aş... Bizimkilər yazır: Ruslar bizdən Müslüm Moqamayev çıxardı, türklər azəri qızı Günel, fərq budur. #köylütürkler Bizim konservatoriyanı silkələsən 10-15 dənə Fazıl Say tökülər, bir dənə geydirmə pianoçuları var, dünyanı bezdiriblər #köylütürkler Sosial şəbəkələrdə azərbaycanlılardan daha köhnə və güclü olan türkiyəlilər bu savaşda məğlub oldu. Olaya səbəb-nəticə əlaqəsindən baxanda bizimkilərin tragikomediyası çılpaqlığı ilə ortaya çıxır. Niyəsini yazacam. İgidi öldür haqqını yemə Unutmadan bir şeyi deməliyəm ki, azərbaycanlı istifadəçilər türkiyəli tvitterçilərdən daha dözümlü və tənqidlə təhqiri ayıra biləcək qədər duyarlı idi. Məsələn, azərbaycanlıların tənqidinə cavab yaza bilməyən türkiyəli qardaşlarımız yazır: "Türk ermeni kardeşdir, azeriler kalleşdir, yaşasın karabağ-ermeni yönetimi #köylütürkler" Türkiyəli qardaşların başqa tvitlərini də yazmaq olar. Amma sizə söyüş oxutmağı gərəksiz bilirəm. Heç kimə sirr deyil ki, mübahisə zamanı insan arqument gətirə bilməyəndə söyüşə "əl atır". Bunu bilmək üçün Freyd olmaq lazım deyil. Azərbaycan Türkiyədən dəfələrlə tənqid ediləcək bir ölkə olduğu halda Türkiyəli tvitterçilər bu işdə aciz idilər. Azərbaycanlılardan isə kreativlik yağırdı: 1. Bu adamların ən çox baxılan filmi "Receb-İvedik"dir, Allah sən saxla #köylütürkler 2. Bir dəfə Türkiyədə heyvanları qoruma dərnəyinin açılışında qurban kəsmişdilər. Çox mistik mənzərə idi. #köylütürkler PİRR qələbəsindən başqa bir şey deyil Virtual savaşın fəlsəfəsi qarşı tərəfin utancverici tərəflərini tvitləşdirmək idi. Sadə insanlarımız bütün günü türk kanallarına baxır, ziyalılar türk mediasına baxır, kitablarını oxuyur, gündəmlərini izləyir. Türkiyəli tvitterçilər Azərbaycan haqqında çox az bilgi sahibi olduğu üçün bizimkilərdən geri qalırdılar. Məsələyə başqa tərəfdən baxsaq və bir az fəlsəfi yanaşsaq, tvitterdə qazandığımız qələbənin əslində Türkiyə toplumu qarşısında məğlubiyyətimiz olduğunu və cəmiyyət olaraq, qardaş ölkəyə çoxdan uduzduğumuzu görərik. Necə deyərlər, məğlubiyyətə bərabər olan Pirr qələbəsi... Adamlar bizim ölkə haqqında heç nə bilmir. Türkiyə mediasında ölkəmiz haqqında məlumatlar olduqca az yayımlanır. Ona görə ki, Azərbaycan onlar üçün maraqlı deyil. Ancaq Azərbaycan mediasında Türkiyə haqqında hər gün palaz-palaz yazılar yazılır və oxunur. Kitablarını oxuyurq, musiqilərini dinləyirik, restoranlarına gedirik, geyimlərini geyirik.... Tvitterdəki bu söz dueli məsələn, Uqanda ilə ABŞ arasında baş versəydi, yəqin ki, uqandalılar dünyanın superdövlətini daha çox rüsvay edərdilər. Hətta dünyanın superdövlətindən olan tvitterçilərə acımazdılar. Çünki Uqanda ilə ABŞ, birlik və qardaşlıq mesajları verməyib və eyni soy-kökdən də gəlmir.
2014-02-11
8,743
Putinin iqamətgahını murdarlayan türk tutuldu
"Corendon" Hava Yolları şirkətinin ortaqlarından olan Atilay Uslu Rusiyada Putinin iqamətgahının divarını öz təbii ehtiyacını ödəmək məqsədilə murdarlayıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Hollandiya şirkəti "Corendon Turizm"in sahibi Atilay Uslu Qış Olimpiya Oyunlarının keçirildiyi Rusiyanın Soçi şəhərində kiçik bir təhlükəni geridə qoyub. Hollandiyalı xizəkçilərin qızıl medal almasının sevincini yaşayan Uslu rus dövlət başçısı Putinin iqamətgahının divarını murdarlayıb. Dərhal nəzarətə götürülən iş adamı hadisəni belə şərh edib: "Axşam saatlarında "Henken Haus" adlı düşərgədə Hollandiya milli komandasının uğurunu qeyd etdik. Sonra ac olduğumuz üçün gecə saat 2-də prospektdə yemək yeyə bilməmiz üçün bir yer axtararkən təbii ehtiyacımı ödəmək istədim və bunu bir divarın dibində etdim. Elə o andaca 6-ya yaxın hərbi geyimli şəxsin üzərimə sürətlə şığıdığını gördüm. Onlar məni həbs etdilər. Daha sonra öyrəndik ki, ehtiyacımı aradan qaldırmaq üçün yaxınlaşdığım yer Putinin iqamətgahının hasarıymış".
2014-02-11
8,744
Zukerberq dünyanın ən böyük xeyriyyəçisi oldu
ABŞ-da keçən ilin ən çox xeyriyyəçilik edən 50 xeyriyyəçisi 7.7 milyard dollar xeyriyyə verərkən Feysbukun qurucusu Mark Zukerberq və həyat yoldaşı təxminən 1 milyard dollar xeyriyyə ilə birinci yerdə gəlib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da ən çox xeyriyyəçilik edənlər siyahısında yer alan ilk 50 xeyriyyəçi keçən il 7.7 milyard dollar xeyriyyə vəsaiti ayırıb. Birinci yerdə isə təxminən 1 milyard dollarlıq vəsaitlə Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çan gəlir. "Xeyriyyəçiliyin xronikası" (Chronicle of Philantropy) təşkilatının məlumatlarına görə, ABŞ-da xeyriyyənin miqdarı keçən ilə nisbətən yüzdə dörd dəfə artaraq 7.7 milyard dollara çatıb. Xeyriyyənin çoxu universitet və xəstəxanalara ayrılır. Təxminən 1 milyard dollar xeyriyyə ilə birinci yerdə olan xeyriyyəçi Zukerberq və həyat yoldaşından sonra 750 milyon dollarla, keçən ilin iyul ayında ölən Texaslı enerji sərmayəçisi Corc Mitçel gəlir. Nyu York meri vəzifəsindən istefa verən Maykl Blumberq xeyriyyəçilər siyahısında 4-cü yerdədir.
2014-02-11
8,745
Ermənilər inamlarını itiriblər - Sorğu
Ermənistanda KİV-ə inam yox səviyyəsindədir. "Axar.az" xəbər verir ki, bu informasiya ilə "a1plus.am" çıxış edib. KİV-ə inamın azalmasına əsas səbəb kimi onlara siyasi təsirin çox olması göstərilib. Araşdırma aparan şirkətlər həmçinin ölkədə hələlik ən çox inamın qaldığı sahənin kilsə olduğu qənaətinə gəliblər. Ermənistan KİV-i isə bunun yanında kifayət qədər aşağı pilləni bölüşür. Hazırda erməni televiziyalarında insanlar tərəfindən ən çox sevilən proqramların seriallar olduğu da bəlli olub.
2014-02-11
8,746
Putin olimpiya halqasının açılmamasına belə əsəbiləşdi - Foto
Soçidə keçirilən Qış Olimpiya oyunularının açılışı zamanı yarışın simvolu olan halqalardan birinin açılmaması anına Vladimir Putinin əsəbi emosiyası foto müxbirin kamerasının obyektivinə düşüb. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti ilə bağlı fotosessiyanın müəllifi Devid Qoldmendir.
2014-02-11
8,747
AFFA-dan Fazil Mustafaya cavab
"İntizam Komitəsinin qərarı olacaq. Və qəbul olan qərara hörmətlə yanaşmaq lazımdır. Hansısa klubun qərardan narazılığı varsa, öz hüququnu müdafiə etmək üçün Apelyasiya Komitəsinə müraciət edə bilər". Bu sözləri AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayil Nərimanoğlu "Xəzər Lənkəran" – "Neftçi" oyunu ətrafında baş verən qalmaqala münasibət bildirərkən "Axar.az"a dedi. Departament rəhbəri millət vəkili Fazil Mustafanın saytımıza açıqlamasına da münasibət bildirdi: "Fazil Mustafanın fikirləri ilə tanışam. Onun dedikləri ilə tamamilə razıyam. Futbolu siyasiləşdirmək olmaz".
2014-02-11
8,748
Azərbaycana qarşı təxribat hazırlanır - Vinsente
Qərb Bakı üçün Kiyevdəki iğtişaşlara bənzər yeni meydan hadisələri hazırlayır. Azərbaycanda Avropa Olimpiada oyunlarının keçirilməsinə mane ola bilərlər. "Axar.az" "Publika.Az"a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın nüfuzlu "Nezavismaya" nəşri çıxış edib. Nəşr yazır ki, qərbli hüquqşünaslar Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair aktual problemləri öz gündəliklərinə daxil ediblər. Yerli ekspertlər Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan ilk Avropa Olimpiya oyunları ərəfəsində Qərb institutları ilə işləyən yerli QHT-lərin bu ərəfədə aktivləşəcəyini öncədən bildirirlər. Bakı olimpiya oyunlarının keçirilmə təcrübəsini diqqətlə öyrənir. Soçiyə yüksək səviyyəli səfər də təsadüfi deyil. Bir il sonra tarixdə ilk dəfə Avropa Yay Olimpiya oyunlarının Azərbaycanda keçirmək lazımdır. Hazırda paytaxtda və regionlarda genişmiqyaslı işlər aparılır: idman kompleksləri, dəbdəbəli mehmanxanalar tikilir. Bir sözlə ölkə avropalı qonaqları qəbul etməyə, eləcə də Olimpiadanın möhtəşəm açılışı və bağlanışı üçün hazırlaşır. Lakin böyük ehtimalla bəzi ölkələr və beynəlxalq təşkilatlar idmanı siyasətin girovuna çevirmək təcrübəsindən imtina etmir. Beynəlxalq İnsan Hüquqları Klubunun hazırki icraçı direktoru Rebekka Vinsente "Azadlıq radiosu"na müsahibəsində bildirib ki, qış olimpiya oyunlarında bütün dünyanın diqqəti Soçidə idi: "Olimpiada hazırlıqları, keçirilməsi, eləcə də korrupsiya faktları diqqətdə idi. Soçidən sonra diqqət Bakıya yönələcək. Bakıda keçiriləcək tarixdə ilk dəfə olan Avropa Yay Olimpiya oyunlarına demək olar ki, 500 gün qaldı". Nəşr yazır ki, R. Vinsente ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Lakin o Dövlət Departamentindən gedəndən sonra Azərbaycanda insan hüquqları ilə bağlı işləməyi dayandırıb. O yerli QHT-lərə də fəal şəkildə kömək edirdi. "Nezavismaya" yerli mediaya istinad edərək belə iddia irəli sürür ki, R. Vinsente 2015-avroolimpiya ərəfəsində Azərbaycana qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya üzərində işləyir. Bunu özü də inkar etmir, hansı ki, olimpiada ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirir. Bu zaman Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək. Bu baxımdan beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək lazımdır. Əks təqdirdə avroolimpiyadan sonra hər kəs öz dairəsinə qayıdacaq. Vinsentenin hansı ölçüləri nəzərdə tutduğunu təxmin etmək mümkündür. "Avroviziya" mahnı müsabiqəsi öncəsi etiraz aksiyalarının keçirilməsi, həmçinin 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində "Facebook inqilabı" reallaşdırmaq cəhdləri uzaq tarix deyil. Yerli analitiklərin fikrincə, bu gün bir sıra Avropa ölklələri, o cümlədən ABŞ strateji maraqlarını gerçəkləşdirmək üçün Azərbaycan iqtidarına problemlər yarada bilən yerli QHT-ləri bol-bol maliyyələşdirir. Düzdür, hakimiyyət də yatmayıb və QHT-lərin maliyyə mənbələrinin leqallaşdırılması və xərclərlər bağlı konkret hesabat verməyi qanun olaraq reallaşdırır.
2014-02-11
8,749
ANS-in aparıcıları canlı efirdə mırtlaşdılar - Video
ANS televiziyasının aparıcıları canlı efir vaxtı bir-biriləri ilə zarafatlaşıblar. Bu barədə video-çarxı həftə içi hər səhər yayımlanan "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova paylaşıb. O, videonu "ANS TV-nin aparıcıları canlı efirdə mırt tutdu" başlığı altında yayımlayıb. Videoda idman barədə xəbər verəcək aparıcı Aytən Səfərovaya tanış olmayan ifadə işlədib və bundan sonra maraqlı dəqiqələr yaşanıb. "Axar.az" həmin videonu təqdim edir:
2014-02-11
8,750
Oğlunun Soçiyə getməsi üçün evini girov qoydu
Filippini Soçidə təmsil edən 17 yaşlı fiqurlu konkisürən Maykl Kristin Martines Olimpiadaya inanılmaz macəradan sonra gələ bilib. "Axar.az" xəbər verir ki, Filippin dövləti Mayklın xərclərini ödəməkdən imtina edib. Məcburiyyət qarşısında qalan idmançının anası evini girov qoyub. Ana evini girov qoymazdan əvvəl Filippin prezidenti III Beniqno Akinoya müracət edib. Ancaq rədd cavabı alıb: "Oğlumun Olimpiadada iştirak etməsi üçün evimi girov qoymalı oldum. Dəhşətdi, hətta inanmıram ki, Filippin prezidentinin administrasiyası ölkəmizin Olimpiadada təmsil olunmasından xəbərdardı". Qeyd edək ki, Maykl fevralın 13-də çıxış edəcək.
2014-02-11
8,751
“Təyyarəçilər” içki və qəlyan məclisində - Foto
Azərbaycan Premyer Liqasının son turunda, "Sumqayıt"la oyunda qazanılan 1 xal AZAL-ın futbolçuları üçün əsl bayram ab-havası yaradıb. "Axar.az" "futbolinfo.az"a istinadən xəbər verir ki, komandanın legionerləri "yorğunluqlarını" çıxarmaq üçün uyğun məkana üz tutublar. Spirtli içki və qəlyan olan məkana. Halbuki, "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov "Sumqayıt"la qarşılaşmada itirlən 2 xala görə hakimi suçlamışdı. Sadıqov hakimi suçlamaq əvəzinə, günahı öz futbolçularında axtarsa, daha yaxşı olar. Fotolarda gördüyünüz kimi, "təyyatəçilər"in kapitanı Viktor İqbekoyi meydanda yox, əyləncə klublunda öz vəzifəsinin öhdəsindən daha yaxşı gəlir. Görünür, o və yoldaşları üçün oyunun nəticəsinin önəmi yox imiş, matçın bitməsini gözləyirmişlər ki, təcili olaraq içki məclisinə qatılsınlar.
2014-02-11
8,753
Mirmahmud Mirəlioğluna daha bir ağır itki
Klassik Xalq Cəbhəsi Pasrtiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun əmisi oğlu Mirbaba Seyidli qəflətən vəfat edib. "Axar.az" xəbər verir ki, mərhum bu gün dəfn ediləcək. Allah Rəhmət eləsin!
2014-02-11
8,754
Səlim Müslümov şöbə rəisini işdən çıxartdı
Səlim Müslümov şöbə rəisini işdən çıxardıb. "Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y.Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Yasin Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub. Hazırda Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.
2014-02-11
8,755
Jrinovskinin yaxın adamı “Axar.az”a danışdı – Eksklüziv
Son günlər Rusiya bölgədəki hadisələrə aktiv sürətdə qoşulur. Krımla bağlı açıqlamalar, miqrasiya ilə bağlı vəziyyətin qarışması davam edir. Bu məsələlərin fonunda Vladimir Jrinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyası xüsusilə radikal çıxışlar etməklə fərqlənir. Məsələ ilə əlaqədar LDPR-in üzvü, Rusiya Dumasının deputatı Roman Xudyakovla danışdıq. Rus donanması sakit baxmayacaq... - Krım öz muxtariyyətini itirə bilərmi? - Məncə, Krım hər şeyə rəğmən öz muxtariyyətini saxlayacaq. Ultramillətçi qrupların açıq-aşkar bu arzularını ifadə etmələrinə baxmayaraq, Ukrayna hakimiyyəti və sadə Krım vətəndaşları öz statuslarını qorumaq niyyətindədirlər. Burada nəyisə dəyişmək elə də asan olmayacaq. Əgər ölkədə hakimiyyət dəyişsə Krımın muxtariyyətini itirməsi elə də rahat olmayacaq. Bu məsələdə Rusiya da kənarda qalmayacaq. Açığı, bu əyalətdə bizim çoxlu vətəndaşımız yaşayır və bizim hərbi donanmamız da Krımda yerləşir. Krım haqqında atılan istənilən qeyri-qanuni addım bizimlə müzakirə ediləcək. - Son günlər Krımın Türkiyəyə qaytarılması kimi iddialar səsləndirilməyə başlanıb. Buna səbəb kimi isə Osmanlı imperiyası və Rusiya arasında Krımla əlaqədar imzalanmış müqavilə müddətinin bitməsi göstərilir. Sizcə, Osmanlının qanuni varisi kimi Türkiyə Krımı yenidən geriyə tələb edə bilərmi? - Bütün bu iddialar ciddi qəbul edilə bilməz. Düşünmürəm ki, Türkiyədə kimsə ciddi şəkildə Krımın yenidən özlərinə geri qaytarılması haqqında danışsın. Bu, sadəcə, piardır. Əgər biz 18-ci əsrdə kimin hansı ərazilərə malik olduğuna nəzər yetirsək və bunu tələb etsək, o zaman gərək bütün dünya öz şəkilini dəyişdirsin. Krımın taleyi ilə bağlı gərək ilk növbədə burada yaşayan vətəndaşların özləri qərar versinlər. Onların özündən soruşmaq lazımdır ki, kiminlə və hansı statusda olmaq istəyirlər. Mən əminəm ki, Krım əhalisini Türkiyədən daha çox Rusiya özünə cəlb edir. Rusiya ordularını Ukraynaya göndərə bilər - Jrinovski deyir ki, Rusiya gərək Ukraynaya öz ordularını göndərsin. Bu fikir reallaşa bilərmi? - Hazırkı məqamda Ukraynada hər şey baş verə bilər. Lakin mənə elə gəlir ki, məsələ orduların bura yeridilməsinə qədər gəlib çatmayacaq. Vladimir Volfofiç əslində bütün vasitələrlə Ukraynada yarana biləcək vətəndaş müharibəsinin qarşısını almaqdan ötrü bunları deyirdi. Təsəvvür edin ki, nə qədər insan həmin ana qədər ölə bilər? Ölkəni nəyə çevirərlər? Bu konfliktin qarşısını doğulmazdan öncə almaq daha yaxşı olardı. Təbii ki, Rusiya bu məqamda bütün beynəlxalq hüquq normalarını əsas tutacaq. - Bəs miqrantlarla problem necə həll oluna bilər? Sizin partiya, deyəsən, bu istiqamətdə çox radikal mövqeyə malikdir. - Rusiyada miqrantlarla bağlı problem artıq müddəti keçmiş məsələdir və yalnız həlledici qərarlar vəziyyəti xilas edə bilər. Hazırda Moskva və Sankt-Peterburqda hansı situasiya hökmranlıq edir? Burada etnik cinayətkarlıq çox yüksək səviyyədədir. Gecə küçədə qarət olunacağam və ya öldürüləcəyəm qorxusu ilə küçəyə çıxmaq mümkün deyil. Vətəndaşlar bütün gücləri ilə çalışırlar ki, istənilən bazar və tikintidən yan keçsinlər. Bizim partiya məhz qeyri-qanuni miqrasiya və Rusiyaya xuliqanlarla cinayətkarların gəlməsinə qarşı çıxış edir. Biz başqa ölkələrin xoşniyyətli, qanunlara əməl edən vətəndaşlarına qarşı heç bir iddia ilə çıxış etmirik. Mənim təklifim əsasında qeyri-qanuni miqrasiyanın həll edilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu hazırladığım layihəyə əsasən tez bir zamanda qeyri-şərtsiz olaraq miqrasiya haqqında qanunvericiliyi pozmağa görə cərimələri artırmaq lazımdır. Hər hansı bir şəxs Rusiya Federasiyasına gəliş zamanı baş vermiş qayda pozuntuları üçün 50000 rubl cərimə ödəyəcək. Qanunu pozan xarici vətəndaşlar sərhəd kənarına çıxarılacaq və 15 il geri qayıda bilməyəcəklər. Qeyri-qanuni miqrantlara iş verən bütün iş adamlarına 1 milyon rubl cərimə kəsiləcək. Xüsusilə bazarlara diqqət etmək lazımdır ki, burada əsas üstünlüyü yerli satıcılar qazansınlar. Bax, bütün bunlar həyata keçiriləndən sonra Rusiyanın qarşısında bu problemlə bağlı heç bir təhlükə qalmayacaq. Qarabağ konflikti Rusiyanın iştirakı ilə həll olunmalıdır - Rusiya Qarabağ və Dnesteryanı kimi seperat rejimləri tanıya bilərmi? - LDPR həmişə konfliktlərin sülh yolu ilə həll olunması üçün çıxışlar edib. Bu ərazilərdə yaşayan xalqlar mütləq məsələ ilə əlaqədar mövqelərini deməli və dinlənilməlidirlər. Qarabağ və Dnesteryanı məsələləri bir-birindən fərqlənir və onlara bir yerdə nəzər yetirmək doğru olmaz. Oradakı tarix və hazırda davam edən situasiya da fərqlidir. Onların statusu bütün konflikt tərəflərinin, beynəlxalq vasitəçilərin, birinci növbədə isə Rusiyanın iştirakı ilə beynəlxalq qanunvericilik çərçivələri əsasında həll olunmalıdır. Məsələn, mən Moldovanın tərkibində olan Qaqauziya Muxtariyyətində keçirilən referendumda müşahidəçi kimi iştirak edirdim. Buradakı insanların 98%-i Moldovanın hazırkı siyasətindən narazı olduqlarını bildirdilər və Gömrük İttifaqına daxil olmaq üçün səs verdilər. Faktiki olaraq bütün xalq öz fikrini deyib. Mənə elə gəlir ki, biz buna göz yuma bilmərik. Dnesteryanıda isə məsələ tam aydındır. Hələ 90-cı illərin əvvəllərində Moldova hakimiyyəti zorla vətəndaşları rumın olmağa məcbur edirdi. İndiki zamanda Dnesteryanı de-fakto özü-özünü idarə edir. Mən özüm də əslən oralıyam və tez-tez orada oluram. Sizi əmin edə bilərəm ki, buranın vətəndaşlarının heç biri Moldova ilə yenidən bir arada olmaq istəmir. Onlar sonradan Rusiyanın tərkibinə daxil olmaq üçün müstəqillik istəyirlər və biz LDPR olaraq onları tam dəstəkləyirik. Dnesteryanının bütün tarix boyu Moldova ilə heç bir ortaq nöqtəsi olmayıb. O zaman sual verirəm: niyə onlar buna görə əziyyət çəkməlidirlər? Putindən sonra Jrinovski Prezident ola bilər - Putindən sonra Rusiyanın prezidenti Jrinovski ola bilərmi? - Birincisi, Rusiyada Prezident seçkisinə hələ çox var. Bunun haqqında düşünmək tezdir. Bizim çoxlu savadlı, intellektual siyasətçilərimiz və dövlət xadimlərimiz var. Təbii ki, Vladimir Jrinovski də bu siyasətçilər sırasında yer alır. Fikirləşirəm ki, Jrinovski onu dəstəkləyən xalq üçün çox gözəl prezident olardı. - Deyilənə görə, LDPR nasist partiyasıdır. Bununla razısınızmı? - Söylənilənlərin hamısı yalandır. Vətənpərvərliyi millətçiliklə qarışdırmaq lazım deyil. LDPR – rus xalqı və onun maraqlarının müdafiəsi üçün mövcud olan partiyadır. Nədənsə bizi arzulamayanlar hər dəfə bizi ləkələməyə çalışırlar. Bizim nizamnaməni oxusanız, orada nasistliklə bağlı heç bir bənd görməyəcəksiniz. - Azərbaycandakı həmkarlarınıza nə isə demək istəyirsinizmi? - Bizim partiya hər zaman Azərbaycandakı həmkarlarım ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Rusiya üçün dost ölkə və vacib partnyordur. Bütün Azərbaycan xalqına rifah və firavanlıq arzu edirəm.
2014-02-11
8,756
Azercell-in daha bir cibkəsmə oyunu: spam qazancı
Azercell-in öz abonentlərinə qarşı növbəti fırıldağını yaşayası olduq. Şirkət hər dəfə müxtəlif bəhanələrlə müştərilərinin cibinə girməyi ustalıqla bacarır. Bu dəfə isə həm də əsəblərimizi yerindən oynatdı. Spam göndərir, sonra da... Şirkət abonentlərinə kütləvi olaraq spam mesajlar göndərir. Telefonun ayarlar bölməsindən servis mesajlarını deaktiv etdiyimiz halda, gün ərzində gələn mesajları dayandırmaq olmur. 8228-dən gələn həmin bezdirici mesajlar digər abonentlər kimi bizi də naharat edirdi. Məsələni həll etmək üçün zəng mərkəzi ilə əlaqə saxlayırıq. Telefona cavab verən xanım ənənəvi olaraq, şikayətin hansı nömrəyə aid olmasını soruşur. Bezdirici mesajların gəldiyi 051-897-66-... saylı nömrəni təqdim edirik. Zəng mərkəzinin əməkdaşı olan xanım bu mesajları deaktiv etmək üçün STOP sözünü yazıb filan nömrəyə göndərməli olduğumuzu bildirir. Onu da əlavə edir ki, 8228-dən gələn kampaniya mesajlarını deaktiv etmək üçün stop yazıb göndərdiyimiz mesajın müqabilində balansımızdan 5 qəpik çıxılacaq. İradlarımızı çatdırırıq: "Heç bir mobil şirkətin operatoru ilə əlaqə saxlamaq üçün balansdan 10 qəpik çıxılmır. Üstəlik, bizi narahat edən məsələ Azercel-in müxtəlif şirkətlərlə müqavilə bağlayıb əvəzində pul alıb abonentlərinə spam göndərməsi üzündən baş verir. Bu Azercell-in icazəsi ilə bizim istəyimiz xaricində baş verir və siz bu mesajları deaktiv etmək üçün balansımızdan yenə pul çıxırsınız. Üstəlik, nömrəmiz hər dəfə belə kampaniyalara daxil ediləndə "Azercell müştəri xidmətləri" ilə əlaqə saxlamaq məcburiyyətində qalırıq ki, bu da 10 qəpiyə başa gəlir". Müştəri xidmətinin əməkdaşı 5 qəpik ödəməmək üçün bezdirici kampaniya mesajlarını göndərən şirkət ilə əlaqə saxlamağı məsləhət görür. Bir daha izah edirik ki, biz bu məsələyə nə pul, nə də vaxt itirmək istəyirik və özləri həll etsinlər. Müştəri xidmətindən zəngimizə cavab verən xanım iradları qəbul edərək şikayətimizi qeydə alır. Həmin telefon danışığı üzərindən 2 həftədən artıq vaxt keçsə də, problem tam olaraq həllini tapmayıb.
2014-02-11
8,757
Аİ-95 benzininin istehsalı niyə dayandırıldı?
ARDNŞ Aİ-95 benzininin istehsalını dayandırıb, tam olaraq Aİ-92 benzinin istehsalına keçmək niyyətindədir. ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkə hökumətinə Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına kemçəklə bağlı təkliflə müraciət edib. Bunu çərşənbə axşamı jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib. Məsələ ilə əlaqədar iqtisadçi Samir İsmayıl "Axar.az"a bildirdi ki, bu, daxili tələbatı ödəmək niyyəti ilə irəli sürülən təklifdir: "Yanacağa tələbat artıb. Zavodlar isə təmirə bağlanıb. Ona görə də ən çox istifadə olunan Aİ-92 oktan ədədli benzinin qıtlığı yaranır. Ona görə də belə bir zərurət meydana çıxıb". İqtidadçı ekspert bu addımı təqdir etdiyini də vurğuladı: "Qarşıda bizi Avro-4 standartına keçid kimi ciddi iş gözləyir. Hesab edirəm ki, Aİ-92 benzinin istehsalını gücləndirmək daxili tələbatı ödəmək, onun keyfiyyətinin artırılması isə Avro-4 standartına keçid üçün bir mərhələdir. İnanmaq istərdim ki, ARDNŞ irəli sürdüyü bu təkliflə bağlı bütün zəruri məqamları ölçüb-biçib və bu mərhələni uğurla keçmək üçün texniki imkanlarını hesablayıb".
2014-02-11
8,758
AFFA “Neftçi”ni ağlar günə qoydu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Axar.az" xəbər verir ki, komitə üzvləri "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qurum iki klubu 34200 manat cərimə edib. Bunun 4 mini "Xəzər Lənkəran"ın, 30 min 200 manatı "Neftçi"nin payına düşüb. "Xəzər Lənkəran"dan qırmızı vərəqə alan Ağabala Ramazanov 3, "Neftçi"dən Tərlan Quliyev 1, Karlos Kardoso və Bruno Bertuççi 4, azarkeşlərə tərbiyəsiz jest edən Mahir Şükürov 3 oyun cəzalandırılıb. Eyni zamanda "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov 20 oyunluq cəza alıb: Matçın 77-ci dəqiqəsində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur. Oyunun 89-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Oyunda "Neftçi"nin futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Oyundan sonra "Neftçi"nin futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu ödəmə etsin. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.
2014-02-11
8,759
Əfsanəvi Komandir cüdo üzrə idman ustasıymış - Fotolar
"102 erməni öldürən azərbaycanlı zabit" videosuyla gündəmə gələn mərhum Məhərrəm Seyidovun həyatının Qarabağ savaşından öncəki dövrləri kifayət qədər maraqlı olub. "Axar.az" mərhum mayorun tərcümeyi-halını təqdim edir. Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı il mayın 1-də Ermənistan Respublikasının Amasya rayonunun Əzizbəy kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəy kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində idmanın cüdo və sambo növləri ilə məşğul olub. Sonralar elə bu idman növündə də "idman ustası" dərəcəsi alıb. Mərhum kapitan daha sonra gənclər arasında Ermənistan çempionluğunu qazanıb. 1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində təhsil alan Məhərrəm Seyidov burada hərbi biliyin sirlərinə yiyələnir. Burada da sevdiyi idman növündən kənar qala bilmir. O 1987-ci ildə keçirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olur. Doğum günü şəhid olan 1988-1992-cü illərdə SSRİ- nin müxtəlif yerlərində hərbi hissələrdə tağım, bölük komandiri və qərargah rəisi kimi xidmət edir. Qarabağ savaşı başladıqdan sonra dogma vətəninə qayıdan mərhum kapitan burada könüllü olaraq orduya yazılır. 1994-cü il mayın 1-də, 28 yaşı tamam olan gün Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov düşmən gülləsinə tuş gələrək həlak olur. Onun həyatının müxtəlif dövrlərini əhatə edən fotoları təqdim edirik.
2014-02-11
8,760
Öcalanın afişaları ilk dəfə Türkiyə küçələrində
PKK lideri Abdulla Öcalanıın Suriyadan çıxarılaraq Türkiyəyə gətirilməsinin 15-ci ildönümü yaxınlaşdığından, onun şəklini əks etdirən iri afişalar ilk dəfə Diyarbəkir küçələrindən asılıb. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, istər BDP-nin təşkil elədiyi tədbirlərdə, istərsə də digər toplantılarda Ocalanın belə bilbordları bu günəcən asılmamışdı. Dünən axşamdan etibarən Diyarbəkirin Bağlar səmtinin Sento məhəlləsində BDP-nin türk və kürd dillərində "Azad öndərlə sərbəstliyə qovuşacağıq" şüarı ilə həmin şəkillər asılmağa başlayıb. Qeyd edək ki, Abdulla Öcalanın həbsi günündə bölgə kürdləri geniş aksiya keçirməyi planlaşdırır.
2014-02-11
8,761
Nazirlik işə qəbul üçün müsabiqə keçirir
Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir və Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı növbəti açıq müsabiqə elan edir. Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur. Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir (ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından - Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanından götürmək mümkündür). Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar). Həmçinin bildiririk ki, hazırkı müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Müsabiqə Komissiyası Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutmuşdur. Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
2014-02-11
8,762
İran səfiri Azərbaycanı təhdid etdi - Şok
"Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib. O, Azərbaycan dövlət adamlarını öz çıxışlarında diqqətli olmağa çağırıb: "Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan. – red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq". M.Rəisi həmçinin yaxın zamanlarda İran prezidentinin Ermənistana rəsmi səfər edəcəyini bildirib. Qeyd edək ki, Məhəmməd Rəisi keçən ilin dekabrında etdiyi çıxışda Ermənistanı İranın dostu adlandırmış və ölkə qazını rəsmi İrəvana 100 dollara satmağa hazır olduqlarını bəyan etmişdi.
2014-02-11
8,763
Ayaqqabı qutusundan çıxan pullar kimindir? – Video
Ərdoğan "Halkbak"ın sahibi Süleyman Arslanın evində ayaqqabı qutularında tapılan pullarla əlaqədar "pullar bankın deyil",- deyib. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan korrupsiya əməliyyatları ilə əlaqədar "Əl-Cəzirə"nin suallarına cavab verib. Baş nazir "Halkbank"ın sahibi Süleyman Arslanın evində ayaqqabı qutularının içində tapılan pullarla əlaqədar olaraq "o pullar "Halkbank"ın pulu deyil. Korrupsiya deyildiyində mən bunu anlayıram: dövlətin büdcəsi talan edilirmi, edilmirmi?" deyib. Daha ətraflı videoda:
2014-02-11
8,764
Günəş aktivliyi ilə zəlzələ arasında əlaqə var
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası son vaxtlar Günəşdə baş verən proseslərin Yer səthinə təsiri və ötən gün baş verən zəlzələ ilə əlaqəsinin olub-olmamasına aydınlıq gətirib. Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin əvvəldən proqnozunu müəyyən etməyə həddindən artıq çox vəsait sərf olunur. Lakin hələlik buna heç kimin nail olmadığını deyən N. Cəlilovun sözlərinə görə, Günəş aktivliyi ilə proqnozlar arasında statistik kollerasiya (asılılıq) müşahidə olunur: "Amma bu asılılıq hansı formadadır, fizikası nədir, bunu bilən yoxdur. Hazırda Günəşdə aktivlik maksimum həddədir, Yer kürəsində də zəlzələlərin artıb. Deməli, Günəşdə aktivlik çoxdursa, zəlzələlərin də sayı artır, azalanda o da azalacaq. Bütün zəlzələlərin statistikasını ümumiləşdirib Günəşin aktivliyi ilə müqayisə edəndə, birbaşa asılılıq olduğu təsdiqlənir. Amma bunun səbəbləri bilinmir. Günəşin yerə birbaşa təsiri olmasa da, dolayısı yolla var. Görünür, Günəş aktivliyi maqnit sahəsini silkələyir, Yerin daxilində baş verən proseslərin dinamikasına təsir edir, sonra bu, artaraq güclənir, yığılan enerji çoxalır, nəticədə təkanlara səbəb olur". Ayın yerdə olan proseslərə təsirinə gəlincə, N. Cəlilov qeyd edib ki, onun yerə təsiri qabarma və çəkilmə nəticəsində olur. Şöbə müdirinin sözlərinə görə, Ayın da qabarma və çəkilmə hadisəsi ilə zəlzələlər arasındakı asılılıq axtarılır: "Ayın yerə təsiri də istisna olunmur. Qabarma və çəkilmə qüvvələri birbaşa yerin nüvəsində gedən proseslərə, onların sürətinə təsir edə bilər. O da son nəticə etibarilə enerjinin yığılması və sonra da yerin səthinə çıxması nəticəsində zəlzələnin baş verməsi ilə nəticələnə bilər".
2014-02-11
8,765
Kinoşünas Aydın Dadaşovdan açıq dərs
Susmağın, eşitməməyin, görməməyin fəsadları "Üç meymun" Türk kinorejissoru Nuri Bilgə Ceylanın quruluş verdiyi "Üç meymun" filmində (ssenari müəllifləri Ərcan Kesal, Nuri Bilgə Ceylan, 2007) qaranlıq gecədə meşə yolunda avtomaşını ilə piyadanı qətlə yetirmiş, iş adamı, millət vəkilliyinə namizəd Sərvət bəyin (Ərcan Kesal) aradan çıxması mənfi personajı hadisəli ekspozisiyada təqdim edir. Şəhərə çatmaqla pul boyun olmaq bahasına, törətdiyi cinayəti, kasıb sürücüsü Əyyubu (Yavuz Bingöl) öz üzərinə götürməyə təhrik edən Sərvət bəy şər daşıyıcısı olduğunu həmən isbata yetirir. Səhər anası Həcərin (Xədicə Aslan) birtəhər yuxudan durmağa vadar etdiyi yeniyetmə oğlu İsmayılın (Əhməd Rıfat Şunqar) küçədəki elektrik dirəyinə dırmanaraq hündür hasarı keçməklə hərəkətdə olan elektrik qatarına minərək yollandığı həbsxanada atası ilə görüşündə növbəti ildə universitetə daxil olacağına söz verməsi bir-birindən dəmir barmaqlıqlarla ayrılan ata-oğulun psixoloji portretləri ilə həllini fabula mexanizmində tapır. Və həyatın davam etdiyini bildirən süjet xəttində ertəsi gün, səhər, anası ilə söhbətində Sərvət bəyin verəcəyi pul hesabına avtomobil almaqla xırda uşaqları məktəbə aparıb-gətirməklə pul qazanmağı təklif edən İsmayıla qarşı çıxan Həcərin aşpaz kimi çalışdığı restorandan kimlərəsə telefon açıb iş axtarması ilə gecə oğlunun döyülüb gəlməsi ilə sonuclanmaqla sərt mühitin təzyiqi də ortaya atılır. Növbəti epizodda qatıldığı seçkidə uduzan, pulları əlindən çıxan və az qala evini satmaq məcburiyyətində qalmaqla əsəbləri az qala yerindən oynayan Sərvət bəyin yanına gələn Həcərin mobil telefonundan, türk müğənnisi Yıldız Tilbənin ifasında səslənən "E mi?" mahnısının: "Sənin də qəlbini çalsın başqaları mal gibi. Sevdan ayrılmasın qapından kölə gibi..." mətni emosional durumu dramaturji struktura daxil edir. Az sonra israrla küçədə avtomobilinə götürdüyü Həcərin qadınlıq hisslərini ustalıqla ələ ala bilməklə biçarə Əyyubun namusuna da təcavüzə meyllənən Sərvət bəy mələk timsallı şeytanı əməli fəaliyyətdə göstərir. Hələlik boyun olunan pulu ala bilməsə də ərinin müvəqqəti də olsa itirilməsinin baiskarı Sərvət bəylə görüşündən məmnun qayıdan Həcərin qadınlıq hisslərinin oyanması anatomik tələbata söykənən psixologizmi önə çəkməklə baş qaldırmış ilanın açıq ağzına doğru uçan sərçəni də xatırladır. Axşam anası ilə birgə iştirak etdiyi toy məclisində içib şənlənən İsmayılın səhər həbsxanadakı atasına ərzaq apararkən vağzalın gözləmə salonundakı oturacaqda qusub köynəyini batırmaqla evə qayıtması və Sərvət bəyi anası ilə bir yataqda görməklə mətbəxdə gözünə sataşan iri çörək bıçağı ilə namus məsələsini həll etməkdən həmən vaz keçməsi psixologizmi dəyişkən fabulada qabardır. Mənəvi dəyərlərini bir andaca itirən anasını sillələməklə həqiqəti aşkarladan biçarə İsmayılın psixoloji durumu vəziyyətin çıxılmazlığını psixoloji qarşıdurmada göstərir. Dəmir barmaqlıqlar arxasındakı atasına işlərin qaydasında olduğunu bildirmək zorunda qalaraq, Sərvət bəyin qoyub getdiyi pula məhəl qoymayan İsmayılın vaxtı ilə dənizdə batmış kiçik qardaşını xəyalında canlandırması keçmişin də, daxili sarsıntılarını dramaturji struktura qoşur. Nəhayət ötüb keçən doqquz aydan sonra həbsxanadan çıxan Əyyubun onu qarşılayan oğlunun sükanı arxasında əyləşdiyi, Sərvət bəyin hesabına alınmış avtomaşına oturmaqla, pulun kim tərəfindən alınması ilə maraqlanması, övlad məzarına baş çəkməsi fonunda süjet xəttinin səbəb-nəticə əlaqələrini nizamlayır. Və bu məqamda Həcərin deyəsən vurulduğu Sərvət bəylə telefon əlaqəsi yaratmaq cəhdləri hadisələri əksliklərin vəhdətində qızışdırır. Həcərin ailəsinin qayğıları ilə yaşayan Sərvət bəyi onun həyətində, evində seyr etdiyi məqamda mobil telefonunda "E mi?" mahnısının yenidən səslənməsi qadın qəlbində yaranan sevgini tanrı qarğışı kontekstində səciyyələndirir. Mənzilində ərinin gəlişi münasibəti ilə hamamxanada məxsusi yuyunan Həcərin çantasından gələn zəngin səsinə telefonu axtarıb götürən Əyyubun, yad kişinin, Sərvət bəyin: "Nə etdiyini zənn edirsən? Mənim evimdə nə işin var?" suallarını eşitməklə şaşırması hadisələri dramaturji istiqamətdə tələsdirir. Hamamxanadan çıxan Həcərin özünü halal ərinə təslim etmək istədiyi məqamda Əyyubun az qala onu boğmaq istəməsi ilə "E mi?" mahnısının fonda səslənməsi tanış musiqini "E mi?" struktura yerində qoşmaqla psixoloji kontrapunktu gücləndirir. Uzun müddət ayrı yaşadığı arvadını gah əzizləyib, gah özündən itələyən zavallı Əyyubun gecə üz tutduğu çayxanada gecələyən, kimsəsiz xidmətçi Bayramı dinləməsi və sonra Sərvət bəydən vaxtilə boyun olduğu pulun qalığını alması fabulaya işləyən süjeti tamamlayır. Və dəniz sahilində görüşdüyü Sərvət bəydən onu atmamağı yalvarıb xahiş etməklə qurbanlıq qoyuna bənzəyən Həcərin hərəkətləri fabula mexanizmini qatılaşan yeni münasibətlər sistemində canlandırır. Sərvət bəyi qətlə yetirmiş İsmayılın gecəyarı evə gəlişi ilə, keçmiş sürücü kimi istintaqa çağırılmış Əyyubun, mərhumun telefonunda arvadı Həcərdən gələn mesaj barədə öyrənsə də yaxasını kənara çəkməsi fabulanı gündəmdə saxlayır. Bu epizodda dindirməni aparan müstəntiqin sifətini göstərməyən kinorejissor, hadisələri istər-istəməz üzə çıxan dedektiv janrdan psixoloji drama həmən qaytarır. Və gecə yatağında dənizdə batmış kiçik oğlunun əllərini çiyinlərində hiss edən Əyyubun xəyal dünyası, qaysaq bağlamış yaranın, ailəvi dərdin bir daha strukturu zənginləşdirməsinə şərait yaradır. İsmayılın Sərvət bəyi öldürdüyünü anasına bildirməsi ilə, Əyyubun arvadının intihar etməsini, ölmüş oğlunu təsəvvüründə canlandırması reallıqla irreallığı bir müstəviyə gətirir. Törənmiş qətlin şahidi olub-olmadığı ilə maraqlanmaqla tələsik evdən çıxan Əyyubun həmən geriyə qayıdaraq özünü hündür damdan atmaq istəyən arvadı Həcərə mane olması hadisələri ailə münasibətlərini reallıq müstəvisinə gətirir. Gecəyarı artıq tamaşaçıya tanış çayxanaya gələn Əyyubun, oğlu İsmayılın törətdiyi cinayəti öz üzərinə götürməyə biçarə Bayramı (Cəfər Kösə) filmin əvvəlindən bizə tanış, Sərvətin mətni ilə təhrik etməsi sosial məsuliyyətdən uzaq olmaqla ictimai mahiyyətini unudaraq vətəndaşdan sakinə çevrilərək özünü mənəvi cəzaya ömürlük məhkum edən yeni personajın timsalında filmi bədii çərçivədə qapayır. Beləliklə də, klassik sənət, o cümlədən hüquqi, qanunları inkar edən postmodernizmin nihilist çalarları özünü bəyan edir. 2008-ci ildə Kann kinofestivalında "Ən yaxşı rejissor işi" ödülünü qazanan, lallığın, karlığın, korluğun timsalını adında daşıyan "Üç meymun" filmi modernizm cərəyanının tələblərini cavablandırmaq iqtidarında olan psixoloji dram janrında peşəkarlıq göstərən Nuri Bilgə Ceylanın və qloballaşma prosesində sözünü deyə bilən, mənəviyyatın itirilməsinə qarşı həyəcan təbili çalan türk sinemasının yetərincə dəyərləndirilməsidir.
2014-02-11
8,766
Riberi “Bavariya”nı çətin duruma saldı
Frank Riberi ilə bağlı həkimlərin verdiyi xəbər "Bavariya" rəhbərliyini məyus edib. "Axar.az" xəbər verir ki, müayinələrdən sonra zədəli futbolçunun Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la oyuna qədər sağalmayacağı açıqlanıb. Bu məlumatı klubun və UEFA-nın rəsmi saytı da təsdiqləyib. Ayağından zədə aldığı üçün əməliyyat olunan ulduz futbolçunun azı 2 həftə istirahətə ehtiyacı olduğu bildirilir. Qeyd edək ki, "Bavariya"-"Arsenal" oyunu fevralın 19-da baş tutacaq.
2014-02-11
8,767
İran bu gün İnqilabın 35 yaşını qeyd edir
1979-cu ilin bu günü İran xalqı Şah Rza Pəhləvinin devrilməsini və Ayətullah Xomeyninin Fransadan qayıtmasını qeyd edirdi. Ancaq bir çoxları üçün bu sevinci uzun müddət davam etmədi. "Axar.az" xəbər verir ki, İran inqilabından 35 il ötür. 1979-cu il inqilabına İran İslam İnqilabı adı verilsə də, İrandakı 1978-79-cu illərdəki inqilab hərəkatı son dərəcə paradoks bir quruluşa sahib idi. Solçular, millətçilər, liberallar və islamçıların tək bir hədəfi var idi – Şahı devirmək. Ölkəni ABŞ-dan gələn dəstəklə 40 il idarə edən Şah Rza Pəhləvi bir polis dövləti qurmuşdu. Varlı ilə kasib arasındakı uçurum get-gedə böyüyürdü. Xüsusən ətraf rayonlarda milyonlarla iranlı yoxsulluq sərhədindən də aşağı bir həyata sahib idi. Ölkənin sərvətləri isə şahın ətrafındakı kiçik bir elita təbəqənin əlində toplamışdı. Xatırladaq ki, inqilabdan sonra 1979-cu ilin noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinə hücum olmuşdu.
2014-02-11
8,768
Göygöldə evdə yanğın baş verib
Göygöl şəhərində yanğın baş verib. "Axar.az" xəbər verir ki, Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağında yataq dəsti 2 kv.m və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-11
8,769
Hərbi təyyarə qəzaya uğradı: 103 nəfər öldü
Əlcəzairdə təyyarə qəzaya düşüb. "Axar.az" xəbər verir ki, Əlcəzairin "Ən Nahar" kanalı ölkənin şərqində hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığını və 103 nəfərin öldüyünü bildirib. "Russia Today" isə iddia edir ki, qəzada 119 nəfər ölüb. Məlumata görə, qəza Em el Buvaki şəhəri yaxınlığında baş verib. Qəzanın əlverişsiz hava şəraitinə görə baş verdiyi söylənilir.
2014-02-11
8,770
İnternet yasağı “dövlət içində dövlət”i çökdürəcək – Video
"İnternet qanunu bax, bu dövlət içində dövlət yaradanları çökdürmək üçündür. Niyə dəstək vermirsiniz? Sizi kimin, nə ilə təhdid etdiyini açıqlayın". "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan bu gün partiyasının qrup toplantısında danışıb. O bir çox məsələlərlə əlaqədar həmçinin çoxlu tənqidlərə məruz qalan internet qanunu haqqında da danışıb. Onun sözlərinə görə, bu qanun məhz dövlət içində dövlət yaradanları çökdürməyi hədəfə alıb: "Biz milli iradəni iri beynəlxalq çevrələrin əlində olan bu paralel quruluşa əsla peşkəş etmərik. Bu meydan, bu da şeytan. Əlinizdən gələni əsirgəməyin. Əllərində hansı kirli vasitə varsa, buyurub istifadə etsinlər. Soğan yeməmisənsə, için niyə göynəyir? Bunu da buradan açıqlayıram. Mərsində validən tutmuş, bələdiyyə sədrinə qədər bütün partiyalar dinlənilib və qeydə alınıb. Sadəcə, mənim deyil, prezidentin deyil, nazirlərin, incəsənət adamlarının, jurnalistlərin telefon danışıqları dinlənilib. Şantaj üçün istifadə olunub. Daha ətraflı videoda:
2014-02-11
8,771
Yazıçının “Yarımçıq əlyazma”sı Berlində
Londonun məşhur "Voterstones" kitab evi və Avstriyanın "Dradivaberl" nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunub. Bu haqda "Axar.az"a BSU Yaradıcılıq fakültəsinin mətbuat bölməsindən xəbər veriblər. Bir il öncə Avstriyada çap olunmuş əsərin təqdimat müzakirəsini Universitetin Azərbaycan tarixi kafedrasının müdiri şərqşünas alim professor Yeva Mariya Aux açıb. O, giriş sözündə Azərbaycanın tarixi və ədəbiyyatı haqqında danışıb, "Yarımçıq əlyazma"nın tarixi-mədəni qaynaqları, əsərdə cərəyan edən hadisələrin ümumi fonu barədə söz açıb. Professor Aux çap olunduğu vaxtdan bu yana romanın geniş müzakirələrə səbəb olduğunu, artıq dünyanın bir çox dillərinə tərcümə edildiyini qeyd edib. O, əsərin Avropa oxucuları üçün Azərbaycan ədəbiyyatına, tarixinə və mədəniyətinə açılan əhəmiyyətli bir pəncərə olduğunu deyib. O, Kamal Abdullanın bədii yaradıcılğının özəllikləri haqqında danışdıqdan sonra söz müəllifə verilib. Kamal Abdulla romanın yazılma tarixi və onun sonrakı taleyi barədə danışıb. Romana göstərilən marağa və təqdimatının təşkilinə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Bundan sonra universitet tələbələri ifadəli oxu ilə romandan parçaları səsləndiriblər. Tədbir müəllifin iştirakçıların suallarını cavablandırması ilə davam edib. Sonda imzalama mərasimi keçirilib və müəllifin tələbələrlə söhbəti qeyri-rəsmi şəraitdə davam edib. Tədbirin sonunda prof. Y.M. Aux bu görüşdə iştirak etdiyi üçün yazıçıya təşəkkür edib və ona yeni yaradıcılıq uğurları arzulayıb. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə edib. Kitaba ön sözü tanınmış filoloq prof. Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu "Goldegg verlag" nəşriyyatında işıq üzü görüb.
2014-02-11
8,772
Apreldən benzin 1 manat ola bilər - Şərh
Dövlət Neft Şirkəti Nazirlər Kabinetinə təklif verib ki, Ai-95 markalı benzinin istehsalını dayandırsın və yerli bazarda bu markalı benzinin satışı Ai-98 markalı benzində olduğu kimi sərbəst şəkildə həyata keçirilsin. Belə bir açıqlama ilə bu gün SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlər qarşısında çıxış edib. "Neft emalı zavodlarında benzin istehsalı artıq ona olan tələbatı ödəmək səviyyəsinə çata bilmir. İllik benzinə olan tələbat 10-11% artır. Ona görə də biz hökumətə müraciət etmişik ki, Ai-95 markalı benzin istehsalını dayandıraq, SOCAR isə istehsal gücünü Ai-92 markalı benzin üzərində dayandırsın", - deyə Abdullayev bildirib. Onun sözlərinə görə, Ai-95 markalı benzinin idxalı ilə ölkə bazarında parakəndə neft məhsulları satışı ilə məşğul olan şirkətlər məşğul ola bilərlər. Abdullayev həmçinin qeyd edib ki, SOCAR yerli emal müəssisələrinin gücünü o səviyyəyə çatdıracaq ki, Qaradağdakı yeni neft emalı zavodu(NEZ) işə düşənədək (2023-2025-ci illər) ölkənin daxili bazarında neft məhsulları istehlakında heç bir problem yaşanmasın. Niyə SOCAR hökumətə müraciət etdi? İndi isə Caspian Barrel keçir məsələnin məğzinə: nədən SOCAR hökumətə müraciət etdi? Əslində Nazirlər Kabineti ölkənin orta və uzunmüddətli strateji planlarına uyğun olaraq məsələləri hazırlamalı, onları vaxtaşırı müvafiq dövlət qurumlarına, şirkətlərinə təqdim etməlidir ki, buna əsasən də ölkənin hara və hansı sürətlə gedəcəyi bəlli olsun. Ancaq dövlət başçısının yanında keçirilən Nazirlər kabinetinin hesabat xarakterli iclaslarında hökumət heç vaxt qarşıda ölkəni gözləyə biləcək problemlərdən bir kəlmə də dilə gətirməyib. Ona görə də SOCAR – Azərbaycan iqtisadiyyatının lokomotivi kimi bu dəfə də təşəbbüslə çıxış edərək yaxın 10 il üçün daxili bazarda neft məhsulları üzərində stabillik yaratmaq yönümündə təkliflərini ortaya qoyub. Həmin təkliflərin əsas iki məqamı var. Nədir onlar? Ai-95 markalı benzinin istehsalının dayandırılması Əgər hökumət SOCAR üçün hazırda yeni neft emalı zavodunun tikintisi məsələsini 10 il sonrayadək təxirə salırsa, Neft Şirkəti tərəfindən bu ən doğru addımdır. Niyə? Ona görə ki, Heydər Əliyev adına NEZ-də reallıqda Ai-92 markalı benzin istehsal edilir. Daha sonra aşqarlar və digər qarışıqlar hesabına benzinin oktan dərəcəsi artırılaraq 95-ə çatdırılırdı. Yəni bu bir növ "təmiz istehsallı" Ai-95 markalı benzin olmurdu, çünki bunun üçün zavodda lazımi texnoloji avadanlıq yox idi, onların quraşdırılması isə külli miqdarda kapital qoyuluşu tələb edirdi. Ancaq nəzərə alanda ki, bu zavod yenisi ilə əvəz olunacaq, SOCAR belə xərclərə getməkdən imtina edib. Ölkə bazarında istehlak olunan benzinin təqribən 8-9%-i Ai-95 markasına aiddir. İstehlakçıların bir qismi bu markalı benzindən onun şəhərdaxili istifadəsi zamanı heç bir keyfiyyət parametrlərini hiss etmədiklərinə görə imtina edirdilər. Bu baxımdan da istehlakçıların aşağı oktanlı benzinə üz tutmaları nəticədə texniki baxımdan Ai-95 markalı benzinə hesablanmış avtomobilin daha çox yanacaq sərfiyyatına səbəb olurdu. Həm də son nəticədə vaxtından əvvəl texniki nasazlıqlara gətirib çıxarırdı. SOCAR-ın təklifi qəbul olunarsa, artıq ölkəyə yüksək keyfiyyətli "Avro-4" standartından aşağı ekoloji keyfiyyət parametrlərinə malik olmayan Ai-95 markalı benzin idxal olunacaq və istehlakçılar daha keyfiyyət məsələsində tərəddüd edə bilməyəcəklər. Ancaq bir incə məsələ var. Qiymətin sərbəstləşdirilməsi 2014-cü ilin aprelində SOCAR H.Əliyev adına zavodda yenidənqurma işlərinə start verəcək və aşağı oktanlı benzin istehsal edəcək yeni qurğu tikəcək. Onun gələcəkdə maksimum illik istehsal gücü 450 min ton ətrafında olacaq. Hazırda Azərbaycanın daxili bazarında 1,3 milyon ton benzin istehlak edilir. Yəni hökumətin ciddi cəhdləri (qiymətlərin artımı, avto kreditləşmənin sərtləşdirilməsi, avtomobil qayda pozuntularına görə cərimələrin dəfələrlə artırılması, parkinqlərdə qiymətlərin baha olması, gömrük tariflərinin bahalılığı və sair) hesabına benzinə olan artım səviyyəsini əgər 4-5% cıvarında saxlamasaq, onda 2020-ci ilə qədər yenə daxili bazarda gərginlik yarana bilər. Bunun tənzimlənməsinin ən effektiv yolu isə qiymətlərin sərbəstləşdirilməsidir. Təbii ki, burada - hökumətə verilən təklifdə söhbət Ai-95 markalı benzindən gedir. Onu çox güman ki, Rumıniyadan və Rusiyadan idxal edəcəklər. Və yerli bazarda artıq Ai-95-in qiyməti aprelin 1-dən (həmin tarixdən H.Əliyev adına NEZ modernizasiya işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq) 1 AZN-dən aşağı olmayacaq. Ancaq buna nə dərəcədə qiymətlərin sərbəstləşdirilməsi demək olar? Ölkəyə 2011-ci ildən idxal edilən Ai-98 markalı benzində müşahidə etdik ki, onun qiyməti də Tarif Şurası tərəfindən təyin edilir. Belə olan halda hökumət qarşısında məsələ qaldırılmalıdır ki, idxalçılara imkan verilsin – heç bir monopolist cəhdlərə yol verilmədən parakəndə yanacaq satanlar özləri yüksək oktanlı benzini ölkəyə idxal edib və istədikləri qiymətə müştərilərə təklif etsinlər. Həqiqətən ilk zamanlar yüksək qiymətlər psixoloji cəhətdən müştərilərdə şok effekti yaratsa da, ancaq sonradan azad rəqabət gec-tez özünü göstərməlidir və nəticədə Azərbaycanda vətəndaş heç olmasa real həyatda ŞƏFFAFlıqla qarşılaşa bilməlidir. İlham Şaban Neft Araşdırmaları Mərkəzinin rəhbəri
2014-02-11
8,773
Almanların yandırmaq istədiyi soydaşımız Bakıya göndərilir - Özəl
Sosial şəbəkələrdə 10 fevral tarixində Almaniyada vəfat edən 34 yaşlı Salyan şəhər sakini Natiq Quliyevin cəsədinin Almaniya hökuməti tərəfindən təhvil verilməsi üçün mərhumun yaxınlarının axtarışa verilməsi barəsində məlumat yayılıb. Almaniyada yaşayan güneyli soydaşımız Farzin Qarehçuların "Axar.az"a verdiyi məlumata görə, Natiq Quliyev siyasi sığınacaq almaq məqsədilə Avropa ölkəsinə üz tutsa da, orada, Zirndorf şəhərində vəfat edib. Almaniya hökuməti mərhumu kimsəsiz hesab etdiyindən onun cəsədini yandırmaq haqda qərar qəbul edib. Lakin bundan xəbər tutan Almaniyada məskunlaşan həmyerlilərimiz mərhumun yaxınlarını taparaq cəsədi dövlətdən təhvil alıb və Azərbaycana göndərmək üçün müəyyən məbləğ toplayıblar. Məlumatda bildirilir ki, Natiq Quliyevin cəsədi bu gün və ya sabah Azərbaycana yola salınacaq.
2014-02-11
8,774
Ramiz Mehdiyevin Feysbukda saxta səhifəsi yaradılıb
Prezident Administrasiyasnnın rəhbəri Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində bir həftə əvvəl açdığı rəsmi səhifənin oxşarı və saxtası yaradılıb. "Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, eyni foto və örtük şəkli əks olunmuş oxşar səhifədə Ramiz Mehdiyevin adından müxtəlif statuslar da yazılır. Ramiz Mehdiyevin həqiqi rəsmi səhifəsində sonuncu status fevralın 6-da yazılıb. Saxta səhifədə isə "Ramiz Mehdiyev" daha aktivdir, fevralın 6-dan sonra, elə dünən də təhsil, gəncliklə bağlı bir neçə status yazıb, 70-ci ilərdə mərhum eks-prezident Heydər Əliyevlə çəkdirdiyi fotoları paylaşıb. Saxta səhifə hər şeyilə rəsmi səhifəyə oxşar olduğundan həm də çaşdırıcıdır. Səhifənin bəyənənlərin sayı bu profilin saxta olması qənaətini möhkəmlədir. Belə ki, rəsmi səhifə yarandığı gündən bəri onu 10 min Feysbuk izləyici bəyənibsə, saxta səhifədə bu say cəmi 1400 nəfərdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlayıb.
2014-02-11
8,775
Professor pedaqoji internatura haqda yazır
Akif Abbasov pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Uzun illərlədir ki, pedaqoji universitet, institutlar və eyni zamanda ali təhsil müəssisələrinin pedaqoji fakültələri müəllim hazırlığında praktik istiqamət kimi pedaqoji təcrübənin imkanlarından faydalanıblar və hazırda da müəyyən qədər faydalanırlar. Fəqət get-gedə pedaqoji təcrübəyə ayrılan saatların həcmi azaldığından məlum olur ki, yalnız pedaqoji təcrübənin köməyi ilə pedaqoji kadrları müəllimlik peşəsinə praktik cəhətdən hazırlamaq çətinlik törədir. Pedaqoji internaturaya tələbat meydana gəlir. Pedaqoji internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi, seçdikləri müəllimlik peşəsi üzrə internlərin müstəqil fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçən diplomdan sonrakı (ilkin ali təhsildən sonrakı) peşə təhsilinin formasıdır. İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçir, yəni müəllim fəaliyyətinə başlamaq üçün lisenziya alırlar. Müasir Rusiyada müəllim hazırlığı iki istiqamətdə gedir: "Pedaqoji təhsil" və "Psixoloji-pedaqoji təhsil". Bu hazırlıq iki standarta uyğun gəlir: ali təhsilin akademik standartına və peşə standartına. Ali təhsilin akademik standartını ali təhsil haqqında diplom (bakalavr, magistr) təsdiq edir. Bəzi ölkələrdə internatura 1, bəzilərində 2 il ərzində tətbiq edilir. Tədqiqatlardan görünür ki, inkişaf etmiş ölkələrin bəzilərində pedaqoji internatura təcrübəsinin aşağıdakı adları mövcuddur: - məktəbdə işin sınaq ili (Böyük Britaniyada); - məktəbdə işin birinci ili (Yaponiya); - referendariat (Almaniya); - peşəyə giriş proqramı (Kanada); - internatura (ABŞ). Pedaqoji və psixoloji-pedaqoji təhsil sahəsində konsepsiya və proqramların yaradılması zamanı ilk növbədə ali tibb təhsili sisteminin təcrübəsi və eyni zamanda inkişaf etmiş xarici ölkə (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa) pedaqoqlarının praktik hazırlığı təcrübəsi əsas götürülməlidir. Pedaqoji internatura komponentlərinin təhlilindən görünür ki, ona müxtəlif adlar verilməsinə, müxtəlif təhsil müddəti, müxtəlif iş formaları müəyyənləşdirilməsinə baxmayaraq, o, dünyanın ayrı-ayrı xarici ölkələrində maliyyə cəhətdən və metodik baxımdan təchiz olunub, yenicə işə başlayan müəllimin işinin səmərəliliyini qiymətləndirməyə aparan məqsədyönlü prosesin mühüm mərhələsidir. Pedaqoji internatura aşağıdakı vəzifələri həyata keçirir: - gələcək müəllimlərdə seçdiyi peşə fəaliyyətində kompetensiyaların formalaşdırılması və inkiaf etdirilməsi; - ali təhsilin bakalavriat mərhələsi məzunlarının gələcək peşə fəaliyyətində praktikaya maksimal yaxınlaşma şəraitində təlim-nəzəri hazırlığı; - peşə pedaqoji fəaliyyətdə özünüinkişafa yönələn bakalavriat məzunlarının təhsil-tədqiqat hazırlığı; - seçilmiş peşə fəaliyyətində bakalavrların elmi-praktik hazırlığının təkmilləşdirilməsi. İnternlər həm təhsil almalı və həm də məktəbdə müəllim kimi fəaliyyət göstərməlidirlər, başqa sözlə, həm də işləyib maaş almalıdırlar. İnternatura ali pedaqoji təhsilin tədris proqramlarını mənimsəyən şəxslər üçün peşə hazırlığının zəruri formasıdır. İnternatura gənc mütəxəssislərə təhsil sistemində müvafiq vəzifə tutmağa, ümumi təhsil məktəblərində dərs aparmağa imkan verir. İnternaturada təhsil pedaqoji universitet və institut, yaxud ali təhsilin pedaqoji fakültəsi məzunu ilə ali təhsil müəssisəsi arasında əmək müqaviləsi və razılaşma əsasında təşkil olunur. İnternlərin təhsili fərdi plana əsasən, diplomdansonrakı pedaqoji kadr hazırlığına Azərbaycan Respublikası hökumətinin verdiyi tələblərə uyğun olaraq, rəhbərlik tərəfindən işlənib hazırlanmış tədris planı və proqramı əsasında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrində pedaqoji internaturanın ümumi səciyyələndirilməsi Azərbaycan Respublikasında da internaturanın (zəruri pedaqoji stajkeçmənin) təşkili üçün müəyyən əsas verir. Azərbaycanda pedaqoji internaturada təhsil müddəti 1 il nəzərdə tutula bilər.
2014-02-11
8,776
CHP lideri Baş nazirin gizli səs yazısını yaydı – Video
Kılıçdaroğlu qrup toplantısında Ərdoğanın və oğlunun biznesmenlərlə telefon danışığını dinlətdiyi üçün kanallar canlı yayımı kəsib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Milli Məclisdə söz verdiyi səs yazısını bu gün qrup toplantısında yayımlayıb. Həmin səs yazısının Türkiyənin Baş naziri R.T.Əroğan və oğlu Bilal Ərdoğana aid olduğu bildirilir. Həmin səs yazısında Ərdoğan biznesmen Lətif Topbaşla, oğlu isə biznesmen Məhmət Çingizlə şifrəli danışığı yer alır. Kanallar canlı yayını kəsdi Kılıçdaroğlunun Ərdoğanın səs yazısını yayınladığı vaxt "Xalq TV" və "CNN Türk" xaricində bütün xəbər kanalları yayımı kəsib. Səs yazıları bitəndən sonra xəbər kanalları Kılıçdaoğlunun nitqini yayımlamağa davam ediblər. Həmin səs yazısını təqdim edirik:
2014-02-11
8,777
Bakıda saxta endirim kampaniyasının qarşısı alındı
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 85 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zahir Həsənova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mağazanın pəncərələrində "Endirim 20%-dən 60%-ə" və "Bütün qış mallarına 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Həsənov Zahir Famil oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
2014-02-11
8,778
Hakimin səlahiyyətləri əlindən alındı: 2 sərəncam, 5 fərman - Yenilənib
İlham Əliyev 5 fərman, 2 sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Prezident Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin". İmzalanan fərmanlar müxtəlif istiqamətləri əhatə edir. İlham Əliyev 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi, "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
2014-02-11
8,779
27 yaşlı qadın intihar etdi
Şirvanda 27 yaşlı qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib. Hadisə bu gün saat 12:45 radələrində Heydər Əliyev prospekti-1, mənzil-171 ünvanında qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İbrahimova Günel Mirfət qızı yaşadığı mənzilin pəncərəsindən özünü atıb. Qadın ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu, heç bir nəticə verməyib. Günel İbrahimova aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. (EL TV)
2014-02-11
8,780
Heydər Əliyevlə bağlı kitabın təqdimatı keçirilib
İran İslam İnqilabının 35-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayinin yazdığı "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabının təqdimatı keçirilib. 112 səhifədən ibarət kitab "Xəzər Universiteti Nəşriyyatı" tərəfindən çap olunub. Kitabın redaktoru Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıdır. Kitabda səfir həm Heydər Əliyevə, həm də Azərbaycan-İran dostluq münasibətlərinə maraq və ehtiramını qeyd edir. Əsər H.Əliyevin sözləri və onların şərhləri üzərində qurulub, müəllif öz istək və fikirlərini H.Əliyevin ifadələri ilə əsaslandırmağa çalışıb. M.Pakayin müəllifi olduğu kitabda Azərbaycan-İran münasibətlərini müxtəlif istiqamətlərdə təhlil edib, kütləvi informasiya vasitələri, İslami köklər, yardım, ticarət, neft və enerji, müştərək mədəni irslər, musiqi, ədəbiyyat, Qarabağ problemi kimi məsələləri İran-Azərbaycan dostluğu müstəvisində müzakirəyə çıxarıb. (Trend)
2014-02-11
8,781
İnsan alverinin qurbanı olmuş uşaqlarla bağlı proqram təsdiq edilib
Nazirlər Kabineti "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ı təsdiq edib. "Axar.az" Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, Proqram insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalıdır. Onlara göstərilən xidmətlərin keyfiyyəti yardım mərkəzlərində işləyən əməkdaşların işə qəbulunda və işlədiyi dövrdə xüsusi hazırlığının olmasından və peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlərin görülməsindən asılıdır İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi məqsədi ilə yardım mərkəzləri tərəfindən fərdi sosial reabilitasiya planı tərtib edilir. İnsan alverinin qurbanı olmuş uşaqlar sığınacaqdan çıxdıqdan sonra profilaktik və reabilitasiya tədbirlərinin davam etdirilməsi və onların təhlükəsizliyinin qorunması həmin uşaqların sağlam şəkildə cəmiyyətə reinteqrasiya olunması üçün vacibdir. Bu Proqramın əsas məqsədləri insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olmuş uşaqların və potensial qurbanların hüquqlarının müdafiəsində effektivliyin artırılması üçün tədbirlərin gücləndirilməsi, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir. Bu Proqramın icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
2014-02-11
8,782
Müdafiə nazirinin müavini rüşvətlə tutuldu
Qazaxıstanın xüsusi xidmət orqanları ölkə müdafiə nazirinin müavini, general-mayor Baqdat Maykeyevin saxlanıldığı haqda açıqlama yayıb. Nazir müavini böyük məbləğdə rüşvət almaq ittihamı ilə həbsə alınıb. Xəbəri Qazaxıstanın Müdafiə Nazirliyi təsdiqləyib. Müttəhim Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Maykeyev nazir müavini postunu 2011-ci ildən tuturdu. Qeyd edək ki, son vaxtlar Qazaxıstanda bu qəbildən qalmaqallı həbslər tez-tez baş verir. ("Musavat.com")
2014-02-11
8,783
Latviya Seymindən Rusiyaya zərbə
Latviya Seyminin hüquq komissyası keçmiş Ədliyyə naziri Yanis Bordansomun təklifini dəstəkləyib. "Axar.az" xəbər verir ki, bu barədə "Ria Novosti" informasiya agentliyi məlumat yayıb. Təklifdə Latviyanın Sovetlər Birlyi və nasistlər tərəfindən işğal edilməsini inkar edənlərə 3 il həbs cəzası nəzərdə tutulur. Xatırladaq ki, Latviya hökuməti, respublikanın 1940-1991-ci illər ərzində SSRİ tərəfindən işğal edildiyini önə çəkir. Rusiya tərəfi isə məsələnin bu cür qoyuluşuna qəti etirazını bildirir.
2014-02-11
8,784
Atatürk adı qadağan edildi - Şok
Azərbaycanda yeni doğulan uşaqlara Atatürk adının verilməsi qadağan edilib. "Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Azərbaycan hökumətinə bağlı Terminologiya Komissiyasında sədr müavini vəzifəsini icra edən Səyalı Sadıqova açıqlamasında ölkədə yeni doğulan uşaqlara Atatürk adının verilməsinin qadağan edildiyini bildirib. Qadağanın rəsmi bir xarakter daşımadığını bildirən Sadıqova müraciət ediləcəyi təqdirdə bunun geri çevriləcəyini deyib. Bu barədə qərarın Türkiyə hökumətininin xahişi ilə qəbul edildiyini bildirib. Sadıqova Azərbaycanda Atatürk adı daşıyan 18 vətəndaşın olduğunu açıqlayıb. Daha sonra o bildirib ki, "Atatürk tarixi bir şəxsiyyətdir. Bu səbəbdən Atatürk adının yalnız Türkiyə Cümhuriyyətinin qurucusunun adına aid olması məqsədə uyğundur".
2014-02-11
8,785
İslam Almaniyada rəsmi din oldu
Almaniyanın federal Bremen torpağında İslamı rəsmi din kimi qəbul ediblər. Bu barədə İsrailin "Polosa" portalı məlumat yayıb. Baş verən hadisəni düşmən mövqedən qarşılayan portal müəllifi bunun Almaniyada ilk dəfə baş verdiyini deyib. "Alman KİV-ləri yazır ki, Bremendən sonra daha üç federal torpağın hakimiyyəti də, o cümlədən Aşağı Saksoniya da islamı leqallaşdırmağa hazırlaşır", - deyə məqalədə bildirilir. Məqalədə həm də Avropada müsəlmanların sayının sürətlə artdığı da bildirilir və Fransada artıq 10 milyon müsəlmanın yaşadığı vurğulanır. "Belçika paytaxtı Brüsseldə artıq dörd nəfərdən biri İslama inanır",- deyə bildirən məqalə müəllifi Almaniya hökumətinin yəhudilərlə münasibətdə açıq aydın müsəlmanların tərəfini tutduğunu bildirir: "Keçən həftə Almaniyanın hökumət dairələrinin təmsilçiləri bəyan ediblər ki, işğal edilmiş ərazilərdə fəaliyyət göstərən İsrail yüksək texnologiya şirkətlərinə və akademik qurumlarına bundan sonra maliyyə yardımı etməyəcəklər. İudeya və Samariya ilə yanaşı indi qadağan olunmuşlar siyahısına Qüdsü də salıblar. Yəni bu təsadüfidir?", - deyə portal vurğulayır. (ANS)
2014-02-11
8,786
Polis Öcalanın afişasını cırıq-cırıq etdi - Foto/Video
Diyarbəkirdə afişaları asılan Abdulla Öcalanın posterləri məhkəmənin qərarı ilə polis tərəfindən sökülüb. Türkiyə mediasının verdiyi məlumata görə, polis şəkilləri sökmək üçün bıçaq və digər iti alətlərdən istifadə edib. Gün ərzində bu barədə türk mediasına istinadən "Axar.az" ətraflı məlumat vermişdi. Xatırladaq ki, Öcalanın afişalarının asılmasına səbəb onun 15 fevral 1999-cu ildə həbs edilərək Türkiyəyə gətirilməsinin ildönümündə bölgə kürdlərinin, həmçinin BDP tərəfdarlarının geniş etiraz aksiyaları keçirmək istəyidir. 13 fevraldan etibarən 3 gün ərzində Batıkənd Meydanında nümayişlər keçiriləcək. Bununla bağlı olaraq Bağlar Bələdiyyəsi Senta prospektində 5 nəhəng afişanın asılmasına göstəriş verib. Lakin Diyarbəkir Baş Prokurorluğu afişaların dərhal sökülməsi qərarı qəbul edib.
2014-02-11
8,787
Bakıda mebel sexi yandı
Bakı şəhərində mebel sexində yanğın baş verib. "Axar.az" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 300 kv.m olan yumşaq mebel istehsalı sexinin yanar konstruksiyaları 250 kv.m sahədə, içərisində olan 3 ədəd dəzgah və 1 ədəd kompressorun yanar hissəsləri yanıb. Sexin qalan hissəsi və 5 ədəd tikiş dəzgahı yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-11
8,788
Atatürk Barış mükafatından imtina edən böyük adam… - Video
Azadlığa gedən uzun yol Yola saldığımız ilin 5 dekabr günü Nelson Mandelanın həyatı haqqında çəkilən sənədli filmin Londonda premyerası keçirildi. Bu premyeranın yadda qalmasını təmin edəcək səbəb təkcə filmin uğurlu olması deyil, həm də acı bir təsadüf oldu. Çünki filmin qəhrəmanı olan siyasətçinin ölüm xəbərini qonaqlar məhz "Mandela: Azadlığa gedən uzun yol" adlı filmin nümayişi zamanı eşitdi. Premyeranın təşkilatçıları film nümayişini yarımçıq dayandırmaq istəsələr də, Mandelanın qızları iştirakçılara filmə sonadək baxmağa icazə verdi. Xarici mətbuat orqanlarının verdiyi məlumatda bildirildi ki, final titrlərdən dərhal sonra siyasətçinin qızları zalı tərk edib. Filmin prodüsseri olan Anand Sinqx nümayişdən sonra Mandelanın ölümünü zaldakılara elan edib və onun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Filmin premyerasında xanımı şahzadə Keytlə birlikdə iştirak edən Britaniya şahzadəsi Uilyams siyasətçinin ölümündən çox kədərləndiyini bildirərək Nelson Mandelanı "çoxlarını ilhamlandıran qeyri-adi adam" adlandırıb. Filmdə Nelson Mandelanın obrazını yaradan İdris Elba isə "Mən bu hadisədən sarsılmışam və dünyadakı hər kəs kimi matəm içindəyəm. Biz dünyanın ən böyük adamlarından birini itirdik. Onunla tanışlıq mənim üçün böyük şərəf idi",- deyib. Mister Mandela, bu həftə siz ölməyəcəksiz! Nelson Mandelanın həyatı ilə tanış olarkən onun öz səhhətini daim nəzarət altında saxlayan biri olduğunu gördük. O, qeydlərinin birində yazır: "Daimi tibbi müayinəni sevirəm. Adətən həkimlər mənə belə deyir: "Mister Mandela, bu həftə siz ölməyəcəksiz!" Görəsən, onun yaşadığı son həftə həkimləri Mandelaya nə demişdi? Qeyd etdiyimiz kimi "Mandela: Azadlığa gedən uzun yol" adlı filmin nümayişi zamanı siyasətçinin qızları da Londondakı premyerada iştirak edirdi. Atalarının ölüm xəbərini almaq onlar üçün gözlənilməz deyildi. Çünki Mandela uzun müddətdi ki, xəstə idi və vəziyyəti olduqca pis idi. Premyeradan əvvəl Mandelanın qızı Zindzi "Atamın vəziyyəti yaxşıdır. Sadəcə, 95 yaşda belə vəziyyət tipikdir", - deyə, açıqlama vermişdi. Qeyd edək ki, sabiq prezident son aylarda səhhətində ciddi problemlərlə üzləşirdi. Onun ağ ciyərində baş verən infeksiyalar Cənubi Afrika liderinin tez-tez xəstəxanaya müraciət etməsi ilə nəticələnirdi. Yaşı və xəstəliyi səbəbilə zəifləyən Mandela həyatının son günlərini doğma Şərqi Keyp vilayətində uşaqlığının keçdiyi evdə sakitcə yaşamağa üstünlük verirdi. Mandela buranın onun üçün ən rahat yer olduğunu deyirdi. Dünyanın ən məşhur məhkumu Bantu dil qrupuna aid olan kosa dilində danışan Tembu qəbiləsinin rəhbərinin oğlu olan Mandela 1918-ci il iyulun 18-də CAR-ın Umtatı əyalətində anadan olub. Orta məktəb təhsilindən sonra Forta-Herd Universitetinə qəbul olunan Mandela siyasi cərəyanlara da elə burada qoşulur. 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulur və bundan sonra Yohannesburqda mədən qarovulçusu, hüquq məntəqəsində işçi kimi çalışır. Amma o, təhsilini davam etdirməyi qarşısına məqsəd qoymuşdu. 1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olur. 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilmir. Sonra o, London Universitetində təhsil alır, amma oranı da bitirməyə müvəffəq olmur. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə - həbsinin son aylarında ala bilir. Belə ki, həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi təhsil alır. 1944-cü ildə Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olan Mandela qısa müddətdə liderlərdən birinə çevrilib. 1950ci illərdə aparteidə (irqi ayrıseçkilik) qarşı ən fəal mübarizlərdən biri olan siyasətçi dəfələrlə həbs olunsa da, o əqidəsindən, mübarizəsindən geri dönmür. Hətta o, 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunur, amma 1961-ci ildə bəraət alır. Mandela, 1961-ci ildə "Xalqın mizrağı" adlanan yeni bir təşkilat qurur. İngiltərə və Afrika ölkələrini dolaşan Mandela Afrika ölkələri ilə sosialist ölkələrdən silah və pul yardımı təmin edir. Onun təşkilatın inkişafı üçün çalışmaq, Cənubi Afrikanın hüdudlarından kənara səyahət edərək beynəlxalq münasibətlər qurmaq və dəstək axtarmaq missiyası 1962-ci il avqustun 5-də həbs olunması ilə nəticələnir. O, insanları qanundankənar nümayişə cəlb etmək və keçərli sənədə sahib olmadan Cənubi Afrikadan kənara çıxmaq, xalqı mübarizəyə səsləmək, sabotajlar və sui-qəsdlər təşkil etmək müddəalarıyla 5 il azadlıqdan məhrum edilir. Mandela İsland adasında cəzasını çəkərkən 1963-cü ildə polis Afrika Beynəlxalq Konqresinin yeraltı mərkəzini tutur, nümayiş planını və digər sənədləri ələ keçirir. Bu hadisədən sonra Mandela və dostları Cənubi Afrika dövlətini devirmək üçün gizli planlar qurmaq iddiasıyla "ağ rəhbərlik" tərəfindan ömürlük həbsə məhkum olunur. O, xalqın tam hissəsinin təmsil edilmədiyi və ağların hakim olduğu parlamentin çıxardığı qanunlara riayət etmək məcburiyyətində olmadığını müdafiə edirdi. Bu hərəkəti ilə Mandela irqi ayrıseçkiliyə qarşı mübarizə aparan afrikalı qaradərililərin rəmzi simvoluna çevrilir. Mandela cəzasını öncə Robben adasında, daha sonra Pollsmur həbsxanasında çəkir. Bu ərəfədə onun azad olunması üçün 1990-cı ildə, yəni 27 il sonra razılıq veriləcək beynəlxalq kampaniya təşkil olunur. O, CAR prezidenti Frederik de Klerk tərəfindən heç bir şərt olmadan sərbəst buraxılır. Dünyanın ən məşhur məhkumu olan Mandela bu zaman 71 yaşında idi. Onun sərbəstliyinə Cənubi Afrika qaradərililəri ilə yanaşı, bir çox ağdərili insanlar da sevinirdi. Mübarizə mənim həyatımdır Həbsxanadan çıxdıqdan sonra Afrika Beynəlxalq Konqresinin rəhbəri olan Mandela avtobioqrafiyasını yazır və dövlət başçısı Frederik de Klerklə birgə irqi-ayrıseçkiliyə qarşı mübarizəyə başlayır. Nelson Mandelanın rəhbəri olduğu Afrika Xalq Konqresinin irqi ayrıseçkiliyə qarşı uzun illər davam edən mübarizəsi, 18 Mart 1992-ci il tarixində nəticəsini göstərir. Belə ki, bu tarixdə qaralara bərabər vətəndaşlıq haqqı verən və dövlət başçısı De Klerk tərəfindən planlanan qanun dəyişikliyi xalq səsverməsi ilə qəbul edilir. Mandela 1994-cü ildə bütün xalqın iştirak etdiyi və Afrika Beynəlxalq Konqresinin yüksək fərqlə qazandığı seçimin qurulması, irqi-ayrı seçkiliyin sona çatdırılması üçün görüşlər təşkil edir. Ömrünü xalqının yolunda fəda edən, "mübarizə mənim həyatımdır və həyatımın sonuna qədər qaradərililərin azadlığı üçün mübarizə aparacağam", - deyən siyasətçi 1994-cü il mayın 10-da Cənubi Afrikanın ilk qaradərili dövlət başçısı kimi tarixə düşür. Dövlət başçısı olaraq bir sıra yeniliklərə imza atır. Yeni qanun toplusu və torpaq islahatı, yoxsulluqla mübarizə və sağlamlıq istiqamətində qanunlar hazırlanır. Keçmişdə yaşanan insan haqqları ilə bağlı problemlərin həll edilməsi üçün Doğruluq və Uzlaşma Komissiyasını təşkil edir. Cənubi Afrika üçün gördüyü bütün işlərə baxmayaraq o, 1999-cu ildə keçirilən prezident seçkisində iştirak etməyi rədd edir. Bu dəfəki seçkilərdə isə onun köməkçisi Tabo Meki prezident seçilir. Mandelanın isə həyatının bundan sonrakı dövrü xalq lideri kimi xeyriyyə işlərində yer alır və daha çox yoxsulluq və AİDS ilə mübarizə aparır. Unutmağı bacarmıram, lakin bağışlaya bilirəm... Xalqı üçün təsəvvür edə bilməyəcəkləri qədər tarixi işlər görən, onlara insan kimi, ölkənin hüquqlu vətəndaşı kimi münasibət göstərilməsini təmin edən Nelson Mandela adı qəlblərdə və xatirələrdə sevgi və hörmət hissi ilə xatırlanır. Afrikalılar Mandela olmadan bunun gerçəkləşə bilməyəcəyinə inanır. Cənubi Afrikada "Xalqın atası" adını qazanan, eyni zamanda məxsus olduğu qəbilənin böyüklərinin ona verdiyi Madiba adı ilə də xatırlanır. Azadlıq savaşçısı kimi tanınan Mandela 40 il ərzində 250-dən çox mükafata layiq görülüb. Bunların içərisində Nobel Sülh Mükafatı (1993), Amerika Birləşmiş Ştatlarının Rəhbərliyinin Müstəqillik Medalı, Sovet Lenin ordeni (1962), Nehru Medalı (1979), Bruno Kreys İnsan Haqları Medalı (1981), UNESCO-nun Simon Bolivar Mükafatı (1983) da vardı. Qeyd edək ki, siyasətçi Nobel Sülh Mükafatını 1993-cü ildə CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə alıb. Onu da deyək ki, Mandela Türkiyə Cümhuriyyəti tərəfindən ona verilməsi qərarlaşdırılan 1992-ci il Atatürk Barış mükafatını almağı qəbul etməyib. 2008-ci ildə ABŞ-nın terrorist siyahısından adı çıxarılan Mandelanın həyatı təkcə siyasi məqamlarla zəngin deyil. Siyasətçinin həyatında olan maraqlı faktlardan biri adı ilə bağlıdır. Belə ki, onun əsl adı Cənubi Afrikada "problem yaradan" mənasını verən "Rolihlahla" idi. "Nelson" adı isə ona ibtidai təhsil aldığı ilk günlərdə müəllimi tərəfindən verilib. Müəlllimi tərəfındən hansı səbəbdən bu adın verildiyi isə dəqiq bilinmir. Rejissor Spayk Linin "Malkolm X, 1992" filmində qısa rol alan Mandela burada şagirdlərə dərs keçən müəllim rolunda oynayıb. Siyasətlə yanaşı, Mandelanın maraqlandığı digər sahə boks idi. Özü boksdakı şiddəti sevmədiyini, lakin bu idman növünün texnikası ilə daha çox maraqlandığını söyləyirdi. O, yemək məsələsində dünya siyasi liderlərindən çox fərqli idi. Mandelanın ən çox sevdiyi xörək heyvan qarnından hazırlanan şorba idi. O, şeiri də çox sevirdi. Şeir onun ilham mənbəyi idi. Robben adasında həbsdə olduğu illərdə məhbuslara Uilliam Ernest Henleynin "Yenilməz" adlı şeirini tez-tez oxuyardı. Ona həsr olunan filmdə isə Mandela olaraq Morqan Friman deyir: "Mən taleyimin ağasıyam. Ruhumun kapitanıyam".
2014-02-11
8,789
Zəlzələ proqnozu 2 il öncə verilmişdi - Video
Bakıda güclü zəlzələnin olacağı proqnozunu hələ iki il öncə amerikalı alimlər vermişdi. Amerika Birləşmiş Ştatlarının Massaçusets texnoloji institutunun alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğunu və bu riskin günü gündən artdığı haqda məlumat yaymışdılar. Əcnəbi mütəxəssislər Azərbaycan Milli Elmlər Akademiyasının həmkarları ilə birlikdə Bakı və ətraf regionlarında geoloji gərginlik ocaqlarının hərəkət dinamikasını 10 il ərzində təhlil edərək Qafqaz sıra dağlarında tektonik irəliləmənin ildə 12 millimetr sürətlə artdığını bildirmişdilər. Hətta bu barədə aidiyyatı qurumlara xəbərdarlıq da göndərmişdilər. Düzdür, bizim mütəxəssislər onların bu proqnozunu, nə onda, nə də indi ciddiyə almasalar da zəlzələ baş verdi. Ötən gün Hacıqabul rayonu ərazisində episentri 55 km dərinlikdə, 5.8 bal gücündə olan zəlzələ az qala bütün Respublika ərazisində hiss olundu. Elə Kürdəmirdə məcburi köçkünlərin yaşadığı yataqxana binası dünənki zəlzələdən qəzalı vəziyyətə düşdü. Respublika seysmoloji xidmət mərkəzindən bildirirlər ki, zəlzələnin episentri ilə yer səthi arasında məsafə az olsa da daha çox dağıntı baş verəcəkdi. (ANS) ​
2014-02-11
8,790
KQB və MKİ-nin qanlı savaşı - "tam məxfi" əməliyyatlar - Şok video
Dünyanın taleyini dəyişdirən və bəzən çoxlarımız üçün sirli qalan əsas məqamlar müxtəlif ölkələrin gizli casusları tərəfindən həyata keçirilir. Təqdim edəcəyimiz videoda dünyanın ən böyük kəşfiyyat idarələri olan Mərkəzi Kəşfiyyat İdarəsi (ingiliscə CİA) və KQB-nin fəaliyyəti, onların müxtəlif qaynaqlarla çalışması əks olunub. Həmçinin İran inqilabına ABŞ casuslarının niyə mane ola bilməməsinin səbəbləri 1979-cu ildə Tehranda fəaliyyət göstərən agentlər tərəfindən açıqlanıb. "Axar.az" həmin videonu təqdim edir.
2014-02-11
8,791
Kılıçdaroğlu kürsünü yumruqladı – Video
Kamal Kılıçdaroğlu onu tənqid edənə qarşı sərt bir şəkildə cavab verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin (Cümhuriyyət Xalq Partiyası) qrup toplantısında əsəblər gərilib. CHP-nin sədri Kamal Kılıçdaroğlu danışdığı zaman bir nəfərin tənqidinə məruz qalıb. Nəticədə "kim nə deyirsə desin gənclər və qadınlar üçün şərait yaradacağam" deyərək yumruğunu kürsüyə vurub. Bunu atın bayıra Kılıçdaroğlu danışdığı zaman nitqini kəsən adam üçün "partiya mədəniyyətini mənimsəməyən və sədrin sözünü kəsən şəxs bu saat buranı tərk etsin. Bunu atına bayıra",- deyib.
2014-02-11
8,792
Kollec müdiri həbs edildi
Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluq halı aşkarlanıb. Ağcabədi Pedaqoji Kollecinin direktoru əvəzedicisi Sahib Hüseynov həbs edilərək əmlakı müsadirə olunub. Onun adı rüşvətxorluqda hallanıb. Həmçinin kollecin tələbələri də bir neçə dəfə mətbuata imtahanlarda onlardan pul tələb edilməsi haqqında məlumat vermişdilər. Qeyd edək ki, Sahib Hüseynov 08.10.2013-cü ildə kollecə direktor əvəzedicisi vəzifəsinə təyin olunub. (ANS)
2014-02-11
8,793
PA rəsmisindən Xocalı tamaşasına təklif - Foto
Bu gün Rəşid Behbudov adına Mahnı teatrında Turan tele-teatrının aktyorlarının səhnələşdirdiyi Xocalıya həsr edilmiş "Varıq olacağıq və artacağıq" adlı tamaşa göstərilib. Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımın ağrılı məqamlarına toxunulub. Tədbirə millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva, Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Təcim və digər qeyri-hökumət təşkilatları ilə bərabər qonaqlar da qatılıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva gənclərin ruhunda vətənpərvərlik hissinin yüksəldilməsində qeyri-hökumət təşkilatlarının böyük rolunun olduğunu vurğulayıb. Bununla yanaşı millət vəkili xalqın anım günlərini təkcə bu günlərdə deyil, hər gün təbliğ etməyə çağırıb. Tədbirin digər qonağı Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev önəmli məqamlara toxunaraq bu cür tədbirlərdən razı olmaqla yanaşı, narazı məqamların olduğunu da bildirdi. "Biz hər zaman erməniləri daha güclü təqdim edirik. Daim özümüzü onların qarşısında əzilmiş, kiçilmiş vəziyyətdə göstərən tamaşalar hazırlayırıq. Biz gərək bunu gənclərimizə bu cür təqdim etməyək. Axı gənclərimiz həmin anları görməyiblər". Tamaşada həmçinin, Xocalı soyqırımına aid video-çarx göstərildikdən sonra tədbir qonaqların mükafatlanma mərasimi ilə yekunlaşıb.
2014-02-11
8,794
ABŞ agentləri onu Liviyadan bu cür qaçırıb – Video
FTB-nin ən çox axtarılanlar siyahısında olan Əbu Ənəs Əl-Libinin Liviyada ABŞ agentləri tərəfindən qaçırıldığını göstərən video ortaya çıxıb. "Axar.az" xəbər verir ki, ABŞ agentlərinin dörd ay əvvəl Liviyada həyata keçirdiyi adam qaçırtmaq əməliyyatının görüntüləri ortaya çıxıb. "Əl-Qaidə" terror təşkilatının idarəçisi olmaqla ittiham olunduğu üçün FTB-nin (Federal Tədqiqatlar Bürosu) ən çox axtarılanlar siyahısında olan Əbu Ənəs Əl-Libinin 2013-cü ilin oktyabr ayında Liviyadan qaçırılması məsələsi günlər sonra ortaya çıxmışdı. Xatırladaq ki, 49 yaşlı Ənəs Əl-Libi 15 il əvvəl Kenya, Səudiyyə Ərəbistanı və Tanzaniyadakı Amerika səfirliklərinə bombalı hücumda iştirak etdiyi iddiası ilə axtarışda idi.
2014-02-12
8,795
Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər - Video
Bakının Bayıl, Qaradağ rayonu, Milli parka yaxın əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdəki yaşayış binalarına təsirsiz ötüşməyəcək. Respublika Seysmoloji xidmət mərkəzindən bildirirlər ki, bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin. Bütün bunları nəzərə alaraq köhnə və müasir binalarda seysmik təhlükəsizliyin təmin olunması üçün təkliflər planı hazırlanır. "Hündürmərtəbəli yaşayış binalarında seysmik davamlılığı müəyyən etmək üçün monitorinqlərin aparılması zəruri hesab edilir. Bunun üçünsə ilk növbədə Nəriman Nərimanov heykəli ətrafındakı yaşayış binalarında bu işin başlanması təklif olunur". Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma endirməkdir. Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı. Şöbə müdiri, Telman Məmmədli: "Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik". Ölkədə güclü zəlzələnin baş verə biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından istənilən təbiət hadisələrinə hazırlıqlı olmaq lazımdır. Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış binalarına girməmək tövsiyyə olunur. Çünki zəlzələnin avtoşokları zədələnmiş binanı daha da silkələyib dağıda bilər. Ona görə də ehtiyatı əldən verməmək lazımdır. (ANS)
2014-02-12
8,796
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan gündüz 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
2014-02-12
8,797
Türkiyədə yaşayan aktrisamızın şəkli aləmi qatdı - Foto
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə maraqlı bir foto-şəkillə gündəmə gəlib. O, sosial mediada yayımlanan bu şəkli ilə tamaşaçılarını təəccübləndirib. "Axar.az" məlumat verir ki, 11 yaşından Türkiyədə yaşayan azərbaycanlı aktrisa Mərmərə Universitetinin kino və televiziya fakültəsinin məzunudur. İlk peşəkar təcrübəsi 2007-ci ildə yayımlanan "Yersiz-yurdsuz" tele-serialında olub. Daha sonra izləyicilərinin könlünü "Al yazmalım" tele-serialında oynadığı Ayça personajı ilə fəth edib. Ona ən çox mükafat və şöhrət qazandıran "Dilbərin səkkiz günü" adlı filmdə oynadığı Dilbər baş rolu olub. Dilbər rolu ilə "Ankara Beynəlxalq Film Festivalı", "Beynəlxalq Bursa İpək Yolu film fetivalı", "Erzurum Dadaş Film Festivalı" və "42-ci Kino Yazarları Dərnəyi Laureatları"nın ən yaxşı qadın aktrisa nominasıyalarında qalib olub. Xatırladaq ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda dünyaya gəlib.
2014-02-12
8,798
Lujkov Soçi olimpiadasını tənqid etdi
Moskva şəhərinin keçmiş meri Yuri Lujkov Soçi Olimpiadasını ciddi tənqid edib. "Axar.az"ın rus mediasına istinadən verdiyi məlumata görə, Lujkov yarışa miyardlarla dollar vəsaitin xərclənməsinin Rusiyanın uğuru kimi səciyyələndirilməsinin əleyhinədir. BBC telekanalına müsahibə verən keçmiş mer bildirib ki, açılış mərasimini tribunadan izləyib və açılış ssenarisi London Olimpiadasının təkrarıdı: "Bu qədər pulların xərclənməsinə görə hökumət Soçi sakinlərindən üzr istəməlidi". Lujkov həmçinin Rusiya tarixini əks etdirən tamaşalarda bəzi önəmli məqamların qaçırıldığına təəssüfünü gizlətməyib. Xatırladaq ki, Soçi Olimpiadasının açılış mərasiminin baş prodüseri Konstantin Ernst yarış öncəsi tamaşalarda Böyük Vətən Müharibəsini əks etdirən səhnələrə yetərincə yer verəcəklərini açıqlamışdı. Lakin Beynəlxalq Olimpiya Komitəsi buna etiraz edərək, səhnələrin qısaldılmasını istədi.
2014-02-12
8,799
Roma papası istefa verə bilər
Roma papası I Fransiskin yaxınlarından "Le Figaro"ya verilən məlumata görə, papa tezliklə istefaya gedə bilər. 77 yaşlı ilk latın amerikalı papanın öz missiyasını başa vurduqdan sonra taxtından əl çəkəcəyini təxmin edənlər çox idi. Məsələ burasındadır ki, kardinal Berqolyonun bu posta namizədliyinin səbəbi də katolik kilsəsində islahatların aparılması idi. Odur ki, o, sübut etməyə və itirməyə bir şeyi olmayan şəxs kimi tanınırdı. Onun gəlişi ilə kilsənin daha açıq, daha cəlbedici olduğu heç kimdə şübhə doğurmur. Onun sələfləri II İohan Pavel və XVI Benedikt bunu bacarmamışdı. Eyni mənbə Roma suvereninin dincəlmədən işlədiyini, məzuniyyət götürmədiyini və işə hər gün səhər saat 4:30-da başladığını deyir. Bununla belə o, saatlarla dua edərkən mürgüləməyi də unutmur. Mümkün istefa qərarı XVI Benediktin tarixi istefası ilə əlaqədar deyil. Qeyd edək ki, papalar ömürlük seçilir və XVI Benediktin vaxtından əvvəl taxtı tərk etməsi görünməmiş hadisə idi. Teoloqlar bu yeniliyin papa hakimiyyətinin zəifləməsinə, onun ilahi xarakterinin sual altına düşməsinə səbəb olacağını deyirlər. ("Eunews.az")
2014-02-12
8,800
İrana qarşı yeni sanksiyalar tətbiq oluna bilər
ABŞ prezidenti Barak Obama İrana tətbiq olunan sanksiyaları gözardı edərək bu ölkə ilə ticarət qurmağın yollarını axtaran şirkətlərə xəbərdarlıq edib. "Axar.az" xəbər verir ki, bu barədə Cihan xəbər agentliyi məlumat yayıb. ABŞ prezidenti Barak Obama Fransa prezidenti Fransua Olland ilə Ağ Evdə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Obama İranla bağlı önəmli açıqlamalar verib. 100-dən çox fransız iş adamının Tehrana ötən həftə ziyarət etməsi ilə bağlı danışan Obama bu istiqamətdə sərt tədbirlərin görüləcəyini deyib. Yeni sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyən Barak Obama bu mövzuda Olland ilə fikir mübadiləsi apardıqlarını bildirib.
2014-02-12
8,801
Sabah Bakıda yollar bağlanacaq - Siyahı
Nəqliyyat vasitələrinin sahiblərinə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir. 12-13 fevral tarixində Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsindən və Dövlət Yol Polisi İdarəsi bildirir ki, Bakı – "Heydər Əliyev adına Hava limanı" yolunda, "Heydər Əliyev", "Azadlıq", "Neftçilər", "İnşaatçılar", "Parlament", "Hüseyn Cavid" və "Tbilisi" prospektlərində, Azneft meydanında, "Yusif Səfərov", "Üzeyir Hacıbəyli", akademik "Zərifə Əliyeva", "Rəsul Rza", "Niyazi", "Teymur Elçin", "Y.Lermontov", "Vaqif", "A.Bakıxanov", "Koroğlu Rəhimov" küçələrində hərəkət məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan və ya ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir. (ANS)
2014-02-12
8,802
Təsəvvür belə etmədiyiniz telefon modelləri - Fotolar
Texnologiya inkişaf etdikcə üstün texnoloji vasitələrinin meydana gəlməsi heç də təəccüblü deyil. "Axar.az" sizə bir-birindən orijinal telefon modellərini təqdim edir. Bu modellər gözdən əlillər üçün isə tam fərqli versiyada istehsal olunur. İlk baxışdan çətin idarə olunan cihazlara bənzəsələr də, bu telefonlar estetik baxımdan istifadə oluna biləcək tərzdə hazırlanıb. Telefonlar heç bir əlavə təsir olmadan bir başa gözə xitab etmə gücünə sahibdir. Qeyd edək ki, bu telefonların bəzilərinin gələcəkdə geniş istehsalı nəzərdə tutulur.
2014-02-12
8,803
Dünya mafiyasının 20 üzvü həbs edildi
İtaliya polisinin ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları ilə birgə keçirdikləri əməliyyat nəticəsində dünya mafiyasının 20 üzvü həbs edilib. Mafiya üzvləri Cənubi Amerikadan İtaliyaya külli miqdarda narkotik vasitələri və silahları göndərmək istəyib. "Yeni körpü" adı altında keçirilən əməliyyatda İtaliya, Kanada və ABŞ-da fəaliyyət göstərən mafiyanın üzvləri həbs edilib. Əməliyyat Avropadavə Nyu-York şəhərində eyni vaxtda aparılıb. Tutulan mafiya üzvləri silah satışına, narkotik alverinə və pulların yuyulmasına görə ittiham edilir. (ANS)
2014-02-12
8,804
Bu cür sevinməyi heç kim görməyib – Video
İtaliyalı futbolçu vurduğu qolu ehtiyat skamyasına kəllə ataraq bildirib. İtaliyada "Ponticelli" və "Riolo Terme" arasındakı matçda qol vuran oyunçu sevincini ehtiyat skamyasına kəllə ataraq qeyd edib. Nəticədə oyunçu qırmızı kartla cəzalanıb.
2014-02-12
8,805
“İstəyirəm kimisə satım, irəli gedim...” – Yazarlar
Kimsə ideal deyil və bu, kimsənin şübhə etmədiyi adi həqiqətlərdən biridir. İnsanların bir-biri ilə münasibətində özünü sübuta yetirmiş bu həqiqəti hər bir insana tətbiq edəndə onun xarakterində olan naqisliyi və yaxşı cəhətləri üzə çıxarmaq mümkündür. Adətən tanınmış insanları sadə insanlardan daha çox ideallaşdırır, onlardan örnək götürməyə çalışırıq. Amma təbii ki, onlar da adi insanlar kimi yaxşı və pis keyfiyyətlərə sahibdirlər. Biz bu dəfə yazarlarımıza iki sualla müraciət etdik. Onlar özlərini çoxmu sevirlər? Və sevmədikləri hansı xasiyyətləri var? Seyran Səxavət: "Sevmədiyim xeyli xasiyyətim var. İnsan heç vaxt kamilləşmir. İnsan yarımçıq yox, dörddə-birlə doğulur və indiki abı-havada kamilləşmək çox çətindir. Hər adam özünü təsdiq edə bilmir. El arasında bir söz var, bu tək adamın işi deyil. Hələ bir məşhur söz də var: "Olduğun kimi görün". Bəzən bütün insanlar çalışır olduğu kimi yox, uydurduğu kimi görünsün". Əkrəm Əylisli: "İnsan həmişə eyni ovqatda olmur ki, özü haqqında və başqaları haqqında eyni cür fikirləşsin. İnsanın ovqatı tez-tez dəyişir. Xüsusən də yazıçının. Mən hardasa özüm haqda yaxşı və pis fikirdə ola bilərəm, yəni bunun bütöv bir ovqatı yoxdur. Ola bilər ki, bir ovqatımda bir xasiyyətimi xoşlayam, o biri ovqatımda pis xasiyyət bilib, xoşlamayam. Amma dəqiq xoşalmadığım cəhətim var. O da ki, bəzən tənbəl və biganə olmağımdır". Elnaz Eyvazlı: "Sevmədiyim o qədər xasiyyətim var ki, saymaqla bitməz. Onlardan biri də hədsiz narahat biri olmağımdı. Məsələn, xırda bir şeydən çox narahat oluram. Bu da diqqətcil və məsuliyyətli olmağımdan irəli gəlir, bu qayğını kimsədən görməyəndə istər-istəməz inciyirəm. Bu xasiyyətimlə ancaq özümə əziyyət verirəm, başqa heç kəsə. İstəmişəm bu xasiyyətimi dəyişəm, hətta buna cəhd də eləmişəm, amma boşa çıxıb. Bir sözlə, alınmayıb". Aydın Xan: "Mən 25-ci əsrin adamıyam, bu əsrin adamı saymıram özümü. Məsələn, mən heç vaxt təkrar dünyaya gəlmək istəmirəm. Sosial şəbəkədə xeyli vaxt keçirdirəm, dostlarıma vaxt ayırmıram, onlarla görüşmürəm və s. Xoşuma gəlməyən cəhətlərim çoxdur, onları dəyişmək istəmirəm də. Amma mən həmişə xoşlamışam boz qarğa, ağ qarğa olmağı. İstəyim də budur, yaşamaq istəyirəm və buna davam da edirəm". Seymur Baycan: "Çoxdur, özümdə sevmədiyim xasiyyət, çoxdur. Bir deyil, iki deyil, üç deyil, yəni cəm şəkildə desəm, nizamsız həyatı sevmirəm, yaltaq ola bilmirəm. Bu da mənə həddindən artıq problem yaradır. İstəyirəm kimisə aldadım, satım, irəli gedim, bax, bunu bacarmıram. Hansılar ki, bizim cəmiyyətdə çoxdur. Bunlar mənim sevmədiyim şeylərdir. Hamısı da başıma gəlib, məsələn, bunlardan biri sevməkdir və bundan möhkəm əziyyət çəkirəm. Mənim belə xasiyyətim də var - sevəndə xəstələnirəm. Ürəyimə hökm edə bilmirəm və bu da məni çox əsəbiləşdirir. Necə olur ki, mənim hisslərim ağlımdan üstün çıxır və mən buna sahib ola bilmirəm? Mən bu xasiyyətimi çox dəyişmək istəmişəm, amma alınmayıb, çünki bu özümdən asılı deyil". Cavid Zeynallı: "Sevmədiyim xasiyyət - hamıya inanıram, sadəlövh biriyəm. Bəzən olub ki, bu xasiyyətlərimin altını çəkəndə, problem yaşayanda dəyişmək istəmişəm. Ancaq yazıçı bir az da avam, sadəlövh və belə xüsusiyyətlərə malik olmalıdır".
2014-02-12
8,806
Nəsimi rayonunda gözətçi köşkü yandı
Bu gecə ölkə daxilində iki yanğın hadisəsi baş verib. Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 186 kv.m olan mağazanın dam ortüyünün yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus avtomobil dayanacağında ümumi sahəsi 2 kv.m olan taxta konstruksiyadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yaxınlııqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-12
8,808
Fransa musiqisevərləri azərbaycanlı cazmenə heyran qalıb
Fevralın 11-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqi sevərlərinə yaxşı tanış olan Montrö beynəlxalq caz festivalının laureatı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti təşkil edilib. Konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Səfir Elçin Əmirbəyov tədbirdə çıxış edərək, ölkəmizdə caz musiqisinin populyar olduğunu, onun son illər inkişaf etdiyini, 1960-cı illərdə cazın Azərbaycan xalqının ənənəvi musiqisi olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamla sintez edilərək yeni caz-muğam musiqi janrının yarandığını diqqətə çatdıraraq bu sahədə Vaqif Mustafazadə, Rafiq Babayev və digər istedadlı bəstəkar - ifaçıların yetişdiyini vurğulayıb. Virtuaz ifaçı Şahin Növrəslini Azərbaycan cazının yeni nəslinin istedadlı nümayəndəsi kimi dəyərləndirən səfir, onun müxtəlif beynəlxalq caz festivallarında ölkəmizi layiqincə təmsil etdiyini, bu yaxınlarda "Bayatı" albomunu buraxdığını xatırladıb və Fransada dəfələrlə çıxış etdiyini bildirib. Ş. Növrəsli konsertdə Azərbaycan və Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa edib. Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri və azərbaycanlı tələbələr iştirak edib. Qonaqlara Azərbaycan musiqisi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr edilən broşürlar təqdim edilib. Xatırladaq ki, fevralın 8-də Şahin Növrəsli Parisin caz klubunda solo konserti ilə çıxış edib (AzerTac).
2014-02-12
8,810
Ermənilər atəşkəsi pozmaqda davam edir
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.