date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-08
8,503
ABŞ azərbaycanlı jurnalistin qovulmasına münasibət bildirdi
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, ABŞ bu hadisənin bütün detalları ilə bağlı məlumata malik deyil, lakin onun ölkəsi hər zaman dünyada söz azadlığının müdafiəçisi olub və olmaqda davam edir: "Biz ümid edirik ki, Türkiyə söz, toplaşma və birləşmə azadlıqlarını qoruyacaq. Hesab edirik ki, müstəqil və plüralist KİV sağlam və güclü demokratiya üçün həlledici əhəmiyyətə malikdir". Xatırladaq ki, Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus, ingilis dilində nəşr edilən "Todays Zaman" qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun "Tvitter"də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.
2014-02-08
8,504
Gürcüstanda tarixi Azərbaycan qəbiristanlığı dağılıb - Foto
Gürcüstanın Qardabani rayonunun Candar kəndində yerləşən tarixi Azərbaycan qəbiristanlığı baxımsızlıqdan dağılıb. Qəbirstanlığın bərpası üçün işlər görülməsə, 300 illik tarixi olan məzarlıq məhv olacaq. Bu barədə "Axar.az"a həmin qəbiristanlıqda bir layihə çərçivəsində çəkiliş aparan azərbaycanlılar məlumat verdilər və bildirdilər ki, 1965-ci ilə qədər bu qəbiristanlıq normal vəziyyətdə olub. Həmin ildən sonra gürcü əsilli "svan"lar həmin əraziyə köçürülüblər. Kəndin yeni sakinləri olan svanlar qəbiristanlığı söküblər. Kənddə yaşayan azərbaycanlılar isə dəfələrlə aidiyyəti yerlərə müraciət etsələr də, məsələ hələ də öz həllini tapmır. Sonuncu müraciəti isə azərbaycanlıların məscidinin axundu edib.
2014-02-08
8,505
Medvedyevin Olimpiadada yuxulamasının görüntüsü – Video
Rusiyanın Baş naziri Dmitri Medvedyevin Soçi Olimpiadasının açılış mərasimində yuxuladığını əks etdirən video-görüntülər də yayılıb. "Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, Prezident Putinlə eyni sırada əyləşən hökumət başçısının hətta əl çalmaq imkanı olmadığı da aydın görünür.
2014-02-08
8,506
Komandir Məhərrəm Seyidovun Tərtər əməliyyatı - Video
Son günlər iki günə 102 erməni döyüşçüsü öldürməsi ilə bağlı video yayıldıqdan sonra ictimaiyyətin diqqətinə gələn Komandir Məhərrəm Seyidovun yeni video-görüntüləri üzə çıxıb. Videoda Komandirin rəhbərliyi altında əsgərlərin döyüş öncəsi hazırlıqları əks olunub. Kadrlar 1994-cü ildə cəbhənin Tərtər istiqamətində çəkilib. Burada müxtəlif sursatlar, o cümlədən, minaatanla atəş açıldığı anlar müşahidə edilir, əlində xəritə tutan Komandir Məhərrəm Seyidovun təlimatı ilə əsgərlərimiz mövqe seçirlər. Qeyd edək ki, Məhərrəm Seyidov ölümünə qədər Tərtərdə tabor komandiri vəzifəsini icra edib. "Axar.az" videonu təqdim edir:
2014-02-08
8,507
Misirdə firon-peyğəmbər tarixi təkrarlanır - İddia
Misirdə Əzhər Universiteti Müqayisəli Fiqh (İslam Hüququ) bölüm başqanı prof.dr.Sadəttin Hilali Müdafiə naziri Əbdülfəttah Sisini Hz.Musaya, Daxili İşlər naziri Məhəmməd İbrahimi Hz.Haruna bənzədib. "Axar.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən paytaxt Qahirədə təşkil edilən "şəhid polis ailələrini şərəfləndirmə" mərasimində çıxış edən Hilali bu cümlələri işlədib: "Misirdə tarix təkrarlanır. Bir vaxtlar firona etiraz edən Musa və Harun peyğəmbərlər kimi iki adamın göndəriləcəyini təsəvvür belə edə bilməzdik. Allah Sisi və İbrahimi, Musa və Harun kimi Misirə göndərib. Musa və Harun peyğəmbərlərin firona qarşı apardığı mübarizəni hal-hazırda Müdafiə naziri Sisi və Daxili İşlər naziri İbrahim həyata keçirməkdədir". Müsəlman Qardaşlar Təşkilatını öz dini fikirlərini diktə etdirməkdə günahlandıran Hilali fikirlərini belə bildirib: "Misirdə "Sizə söylədiyimizdən başqa bir İslam yoxdur" deyənlərin vaxtını yaşayırdıq". Daxili İşlər naziri İbrahimin iştirak etdiyi tədbirdə Sisi iştirak etməyib.
2014-02-08
8,508
Sutka ərzində 25 atəşkəs pozuntusu - Rəsmi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-08
8,509
Hərbi avtomobil aşdı - 3 şəhid, 18 yaralı
Türkiyədə qəza nəticəsində üç əsgər şəhid olub. "Axar.az" xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin Van şəhərində hərbi avtomobilin aşması nəticəsində 3 əsgər şəhid olub, 18 əsgər isə yaralanıb. Qəza ilə əlaqədar istintaq davam edir.
2014-02-08
8,510
Azərbaycan və Pakistan hərbçiləri birgə təlim keçəcək
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq Planına əsasən fevralın 10-dan 12-dək Pakistanın İslamabad şəhərində Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü və Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirliməsi üzrə təlim kursu keçiriləcək.
2014-02-08
8,511
Amerikalı həmsədr şəhid əsgərimizdən yazdı
ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Olimpiada zamanı barışıq dövründə azərbaycanlı əsgərin həlak olması ilə bağlı narahatlığını ifadə edib. Bu barədə amerikalı diplomat özünün "Tvitter" sosial şəbəkəsindəki rəsmi akkauntunda yazıb ( Trend ). Uorlik yazır: "Qoşunların təmas xəttində azərbaycanlı əsgərin ölümü ilə bağlı KİV-də məlumat var. Olimpiya barışığı ilə nə baş verir?" Bir az əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilmişdi ki, erməni silahlı bölmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.
2014-02-08
8,512
FİFA Azərbaycan klubunu cəzalandırdı
FİFA "Bakı" klubunu nı cəzalandırıb. "Axar.az" xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, "Bakı"nın yeni futbolçu transfer etməsinə qadağa qoyulub. Buna səbəb isə paytaxt klubunun sabiq futbolçusu Ruslan Leviqaya "atması" olub. Belə ki, bakılılar ukraynalı futbolçuya çatmalı olan pulu ödəməyiblər. FIFA-nın xəbərdarlığına rəğmən pul ödənilmədiyindən "Bakı"ya 2 transfer pəncərəsi müddətində heyətinə yeni oyunçu qatmaq qadağası qoyulub. Bir sözlə, "zolaqlılar" qeyri-peşəkar idarəçiliyin qurbanı olub. Klub rəhbərliyi hələ ki, bu məsələyə münasibət bildirməyib. Qeyd edək ki, Leviqa mətbuata verediyi açıqlamada "Bakı"dan FİFA-ya şikayət etdiyini təsdiqləmişdi.
2014-02-08
8,513
Bakıda azyaşlı uşaq uçan evin altına qaldı
Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. abunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən verilən əmlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub (ANS). Hadisə nəticəsində azyaşlı uşaq söküntülər altında qalıb. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub. Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub olmadığı barədə məlumat yoxdur. Hadisə haqqında əlavə məlumat verəcəyik.
2014-02-08
8,514
Ali məktəblərdə təhsil 3 ilə endirilir
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, müəllim işləmək istəyənlərin internaturaya cəlb olunması nəzərdə tutulur. Bunun üçün ilkin müəllim hazırlığında pedaqoji internatura sisteminin tətbiqinə dair təkliflər hazırlanıb və bu günlərdə Təhsil Nazirliyində müzakirə edilib. Yenilik barədə "Axar.az"a Təhsil Problemləri İnstitutunun elmi katibi, professor Akif Abbasov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə tətbiq ediləcək yeni sistemin öyrənilməsi üçün dünya təcrübəsi və elmi müəssisələrin potensialı araşdırılıb: "Son illərdə ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan dərs saatları azaldılıb. Belə olan halda pedaqoji internaturaya təlabat meydana çıxır. Pedaqoji internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi, müəllimlik peşəsi üzrə internlərin müstəqil fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə diplomdansonrakı peşə təhsilidir. İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçərək müəllim işləmək üçün lisenziya alırlar. Bizdə də bu sistemin tətbiq edilməsi nəzərdə tutulur". Ali təhsil müddəti azaldıla bilər Qeyd edək ki, Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə sifarişi ilə Təhsil Problemləri İnstitutunda pedaqoji internatura sistemin yaradılması ilə bağlı tədqiqat aparılıb. Tədqiqata rəhbərlik edən A.Abbasovun sözlərinə görə, pedaqoji internatura təhsilinin müddətinin 1 il olması nəzərdə tutulur: "Hazırki sistemlə ali təhsil alan tələbələrin əlavə 1 və ya 2 il internaturaya cəlb olunması təhsil müddətinin 7-8 ilədək uzanmasına gətirib çıxara bilər. Bu isə müəllim hazırlığı üçün çox uzun vaxtdır. Ona görə də mən təklif edirəm ki, yeni sistemin tətbiq edilməsi üçün ali təhsil müddəti azaldılsın. Yəni, bakalavr təhsili 3 il, magistratura 1 il və internatura da 1 il olsun. Bu halda 5 ilə tam ixtisaslı müəllimlərin hazırlanması və işə cəlb edilməsinə nail olmaq olar". Oxuyacaq, həm də maaş alacaqlar Hazırda bəzi ölkələrdə pedaqoji internatura 1 il, digərlərində 2 il müddətinə həyata keçirilir. Artıq internatura təhsili ilə bağlı ölkəmizdə təcrübə var. Tibb təhsili alanlar üçün bu sistem tətbiq edilir. A.Abbasov xarici təcrübə ilə yanaşı həmin sistemin ənənələrindən də istifadə edilməsini məqbul sayır: "Pedaqoji və psixoloji-pedaqoji təhsil sahəsində konsepsiya və proqramların yaradılması zamanı, ilk növbədə, ali tibb təhsili sisteminin təcrübəsi və eyni zamanda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələrin pedaqoqlarının praktik hazırlığı təcrübəsi əsas götürülməlidir. İnternlər həm təhsil almalı və həm də məktəbdə müəllim kimi fəaliyyət göstərməlidirlər. Başqa sözlə, həm də işləyib maaş almalıdırlar. İnternatura gənc mütəxəssislərə təhsil sistemində müvafiq vəzifə tutmağa, ümumi təhsil məktəblərində dərs aparmağa imkan verəcək. İnternaturada təhsil pedaqoji universitet və institut, yaxud ali təhsilin pedaqoji fakültəsi məzunu ilə ali təhsil müəssisəsi arasında əmək müqaviləsi və razılaşma əsasında təşkil olunacaq". Yenilik qısa vaxtda işə düşəcək Qeyd edək ki, artıq pedaqoji internaturanın tətbiqi ilə bağlı əsasnamə də hazırlanıb. Bütün sənədlər Təhsil Nazirliyində aparılan müzakirələrdən sonra təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək. NK-nın qərarından sonra qısa vaxtda yeni sistemin tətbiqinə başlanılacaq. Xatırladaq ki, Təhsil Strategiyanın əsas məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyətcə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün geniş Fəaliyyət Planı da hazırlanacaq və bu ilin mart ayından etibarən həyata keçirilməyə başlanacaq.
2014-02-08
8,515
Saqqallı güləşçi milliyə qayıtdı
Uzun saqqal saxladığına görə, millidən uzaqlaşdırlan Avropa çempionu Elçin Əliyev yenidən yığmaya qayıdıb. "Axar.az" xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna Elçin Əliyevin özü məlumat verib. O, iki gündür yenidən milli komandada olduğunu söyləyib. Elçin Əliyev "bəzi səbəblərə görə" komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib. Artıq yenidən yığma komandada olan Elçin Əliyev saqqalına toxunmadığını söyləyir: "Saqqala toxuna bilmərəm. Allah-Təalanın əmridir. Saqqal hər yerdə problemdir, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil. O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidir də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq".
2014-02-08
8,516
Sahibkar köşə yazarını evindən çıxarır - Video
"Sosial Xəbər" İnformasiya Agentliyinin köşə yazarı, şair-jurnalist Namiq Zaman yaşadığı mənzildən çıxarılır. "Axar.az" məlumat verir ki, Ağdaşda məskunlaşan məcburi köçkün ailəsi qışın soyuğunda küçəyə atılır. Buna səbəb həmin ərazinin özəlləşdirilməsi olsa da, ailəyə sığınacaq verən yoxdur. Müşfiq Məmmədov adlı sahibkar həmin ərazini özəlləşdirib və bu ailənin ərazidən çıxarılması üçün məhkəməyə müraciət edib. Ağdaş rayon məhkəməsi də ailənin oradan çıxarılmasına dair qərar verib. Bunun əsasında məhkəmə icraçıları da Namiq Zamanovun ailəsini çıxarmaq üçün ora gediblər. Namiq Zamanov üzləşdiyi haqsızlıqla bağlı mətbuata ünvanladığı şikayət məktubunda yazır: "Mən – Zamanov Namiq Zaman oğlu, 1995-ci ildən Ağdaş rayonunda müvəqqəti məskunlaşmışam. Yaşayış yerim –keçmiş SSRİ-nin vaxtında fəaliyyət göstərən, sonra isə Dövlət Əmlak Komitəsinin balansında olan Avtomotoservis ərazisində sahəsi 40 kv.m. olan uçulub-sökülmüş köhnə maşın təmiri otağı 2011-ci ildə yerli iş adamı tərəfindən özəlləşdirilib. Həmin iş adamı Məmmədov Ağa Əşrəf oğlu Prezidentimizin fərman və sərəncamlarına, həmçinin Dövlətimizin qaçqın və məcburi köçkünlər haqqında qanununa zidd olaraq, Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi verib, öz maddi imkanına arxalanaraq məni sığındığım yerdən məcburi şəkildə çıxarır. Məhkəmə də mənim buranı tərk etməyimi qət edib. İş icraatdadır. Fevralın 11-də sonuncu gündür. Gəlib bizi çölə tökəcəklər. Təcili buranı tərk etməyimi tələb edirlər. Mənimsə getməyə yerim və imkanım yoxdur. İki azyaşlı uşaq və xəstə yoldaşımla 6-8 dərəcə şaxtada, qarlı-çovğunlu qış günündə küçədə qalmışam. Burada məktəbdə müəllim işləyirəm, övladım da məktəblidir. Xahiş edirəm, mənə təcili köməklik edib, səsimi aidiyyatı orqanlara və ictimayyətə çatdırasınız! Hörmətlə: /Zamanov N.Z./ P.S. Laçın və Ağdaş rayon İcra Hakimiyyətləri iddia edirlər ki, Azərbaycanda Ölkə Prezidentinin imzaladığı 21 may 1999-cu il tarixli, 669-1Q saylı, 1 iyul 2004-cü il tarixli, 298 saylı, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qanun və Sərəncamları işləmir.Get, öz başına çarə tap! Bu məmurlara nə ad vermək olar?! Dövlətin qanunlarına bu cür yanaşan adamların Dövləti, xalqı təmsil etməyi nə dərəcədə doğrudur?!"
2014-02-08
8,517
Aşıq Veysəlin nəvəsi CHP-dən namizəd olur – Təzad
CHP Partiya Məclisinin sabahkı toplantısında rayon namizədlərini dəqiqləşdirəcək. Namizədlərin içində Aşıq Veysəlin nəvəsi də var. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin Partiya Məclisi başqan Kılıçdaroğlunun sədrliyi ilə toplanacaq. Toplantıda Kılıçdaroğlunun xalq ozanı, aşıq Veysəlin nəvəsi Çidəm Özəri İstanbulun Kadıköy rayonuna namizəd göstərəcəyi gözlənilir. Aşıq Veysəli Ankaraya buraxmırdılar Xatırladaq ki, vaxtilə Türkiyədə tək partiya zamanında despot idarəçilərindən biri olaraq tanınan Nəvzad Tandoğan Aşıq Veysəli yamaqlı libasına görə Ankaraya buraxmamışdı.
2014-02-08
8,518
Soçi Olimpiadasının ən gənc idmançısı yarışdan uzaqlaşdırıldı
Soçidə start götürən Qış Olimpiya Oyunlarının ən gənc idmançısı yarşılarda iştirak etməyəcək. "Axar.az" xəbər verir ki, amerikalı fristalist Meqqi Voysin məşq zamanı zədələnib. O, zədəsini yarışın startına-11 fevrala qədər sağalda bilməyəcəyindən, mübarizəyə qoşulmadan Olimpiadada iştirakını yekunlaşdırıb. Qeyd edək ki, Meqqi 1972-ci ildə ABŞ-da keçirilən Olimpiadadan sonra bu yarışlarda iştirak edəcək ən gənc idmançı idi.
2014-02-08
8,519
Vergilər Nazirliyi sahibkarlara qarşı reydlərə başladı – Özəl
Artıq bir neçə gündür Vergilər Nazirliyinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək, rəsmən işçilərə yazılan məbləğin reallığa uyğunlaşdırılmasını tələb edirlər. elə ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər işçilərinə ən minimal həddə rəsmi əməkhaqqı yazırlar – 125-140 manat arası, ən yaxşı halda isə 200 manat. Məqsəd mümkün qədər vergidən yayınmaqdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, işəgötürən 22 faiz, işçi isə ümumi maaşından minimal əməkhaqqı (125 manat) çıxıldıqdan sonra yerdə qalan məbləğin 14 faizi miqdarında gəlir vergisi verməlidir. Əməkhaqqı az göstərildikdə isə işçi ümumiyyətlə gəlir vergisi vermir, işəgötürən isə cüzi miqdarda vergi ilə real gəlir vergisindən yayınır. Üstəlik, Sosial Müdafiə Fonduna əlavə olaraq ödənilən 3 faiz də var. Ümumilikdə əsasən bütün azad sahibkarların istifadə etdiyi bu variant nəticəsində Sosial Müdafiə Fondu dövlətin dotasiyasından tam asılı vəziyyətdədir (təxminən, hər il DSMF-yə büdcədən 45 faizə qədər dotasiya verilir), Vergilər Nazirliyi isə büdcə daxilolmalarında öz önəmli mövqeyini qoruyub saxlaya bilmir və dövlət büdcəsinin kəsirləri Neft Fondunun vəsaitləri hesabına bağlanılır. Axar.az-ın məlumatına görə, vergi siyasətini reallıqlara uyğunlaşdırmaq prinsipini əsas götürən Vergilər Nazirliyi daxili təlimatla bütün sahibkarlara ciddi xəbərdarlıq ünvanlayıb və reydlərə başlayıb. İri və orta sahibkarlardan işçilərinə verdiyi əməkhaqqının məbləğini reallığa uyğunlaşdırmaq, yəni ən azı 450 manat, xırda sahibkarlardan isə 350 manat göstərməsi tələb edilir. Bundan imtina edənlərə isə kameral vergi yoxlaması göndəriləcəyi bildirilir. Əməkhaqqının reallığa uyğunlaşdırılması tələbinin həm də orta aylıq əmək haqqının gerçək statistikasını müəyyənləşdirmək və beləliklə də, Azərbaycanın iqtisadi göstəricilərini izləmək baxımından vacib hesab olunduğu haqqında da məlumat verilir. Bahalaşmanın növbəti mərhələsi Məlumata görə, vergidən yayınmaqla illərdir daha çox mənfəətlə işləməyə adət etmiş sahibkarlar çıxış yolu kimi qiymət artımına nail olmağa çalışırlar. Beləliklə, inzibati metodlardan istifadə olunmazsa, Azərbaycanda bahalaşmanın növbəti mərhələsi yaz aylarından başlaya bilər.
2014-02-08
8,520
Ordumuzda minə yaxın qadın hərbçi var
Azərbaycan Respublikası Silahlı Qüvvələrində minə yaxın qadın hərbiçi qulluq edir. Nazirliyin rəsmi açıqlamasında qeyd edilir ki, Azərbaycanda Qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir. "Qadınlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət edirlər. Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir". Müdafiə Nazirliyindən "Qadın hərbiçilərin aldıqları ən yüksək rütbə hansıdır?" sualına isə cavab olaraq bildirilib ki, hazırda Silahlı Qüvvələrdə "baş leytenant", "kapitan", "mayor", "polkovnik-leytenant" və "polkovnik" hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir. Onlar isə daha çox tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər ("mUSAVAT").
2014-02-08
8,521
Sabahdan şaxtalar sınır
Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 9-da hava gündüz əsasən, yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.(Trend)
2014-02-08
8,522
Azərbaycan generaliteti cəbhə bölgəsindədir - Foto
Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər. Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olmuş, sakinlərlə görüşmüş, onların qayğıları, problemləri ilə maraqlanmışlar. Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim olunub. General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
2014-02-08
8,523
Gəncə Avtovağzalı sədrinin oğlu bıçaqlandı
Bu gecə saat 01:00-da Gəncədə 25 yaşlı gənc bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bıçaqlanan Gəncə sakini İlqar Namiq oğlu Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə yaralı daxil olub (ANS). Onu arxadan ürək nahiyyəsindən vurublar, zərbə güclü olduğu üçün bıçaq o üzdən çıxıb. Gənc dərhal əməliyyat olunub. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu deyir. Hazırda İlqar Həsənov reanimasiya şöbəsində, həkim nəzarətindədir. Gəncə polisindən verilən məlumata görə, gənc gecə tanışları ilə birlikdə yeyib-içdikdən sonra bıçaqlanıb. Hazırda faktla bağlı bir neçə şəxs şübhəli qismində nəzarətdədir. Qeyd edək ki, bıçaqlanan şəxs "Gəncə Avtovağzal" ASC-nin sədrinin oğludur. Oğlunun bıçaqlanması ilə əlaqədar Namiq Həsənov açıqlamasında hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, oğlu dalaşan dostunu ayırmaq istəyərkən bıçaqlanıb. "Əsgər yoldaşı bir neçə şəxs tərəfindən döyülüb. İlqar da onu ayırmaq istəyib. Bu zaman təsadüfən onu vurublar. Hazırda oğlumun vəziyyəti yaxşıdır, heç bir problem yoxdur", - deyə Namiq Həsənov vurğulayıb.
2014-02-08
8,524
“Şaxtyor”un futbolçusu öldü
Ukrayna "Şaxtyor"un braziliyalı futbolçusu Maykon avtomobil qəzasına düşərək dünyasını dəyişib. "Axar.az"ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib. Qeyd edək ki, futbolçu 2012-ci ildən Ukrayna klubunun şərəfini qoruyurdu.
2014-02-08
8,525
Dağıdılan qəbiristanlıqla bağlı XİN-dən açıqlama – Rəsmi
"Hazırda məsələ ilə bağlı araşdırma aparılır". Bunu "Axar.az"a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev deyib. O, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin daim diqqət mərkəzində saxlanıldığını bildirib: "Gürcüstanda yaşayan azərbaycanlıların gün-güzəranı ilə həmişə maraqlanmışıq. Gürcüstan misalında bizim səfirliyimiz, nümayəndəliyimiz daimi rayonlara səfər edərək, azərbaycanlıların problemləri ilə maraqlanırlar. Yenə də qeyd etmək istəyirəm ki, onlar bizim soydaşlarımızdır. Hazırda bununla bağlı məndə tam dəqiq məlumat yoxdur, amma səfirliyimizdə bununla bağlı araşdırma aparılır. Araşdırma bitən kimi ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, bu gün saytımıza daxil olan məlumatda Gürcüstanın Qardabani rayonunun Candar kəndində azərbaycanlılara məxsus 300 illik tarixi qəbiristanlığın dağılmaq üzrə olduğu haqqında məlumat yer almışdı. Məlumatda həmçinin Gürcüstan hökumətinin bununla əlaqədar azərbaycanlıların müraciətini diqqətə almadıqları qeyd edilmişdi.
2014-02-08
8,526
İşimiz Allaha qalıb
Hərdən telekanallarda xarici ölkələrədə baş verən daşqınları, qar və küləyin yaratdığı problemləri izləyərkən düşünürəm ki, nə qədər narazı olsaq da, vallah, biz Allahın şanslı bəndələriyik. Niyə? Çünki bu təbii fəlakətin biri Azərbaycanda baş versə, təsəvvür edirsinizmi nə günə düşərdik. Düşünməyi belə adamı qorxudur. Adi yağış yağır, küçələrimiz gölməçələrə dönür, çirkab, palçıq əlindən zinhara gəlirik. 5 santim qar yağır, küçələr bir balaca buz bağlayır, sanki böyük təbii fəlakət baş verib, yollarda hərəkətdən tutmuş elektrik, qaz, su probleminə qədər, hər sahədə çətinliklərlə üzləşirik. Şaxta olanda isə vəziyyət daha acınacaqlı hal alır. Necə ki, bir neçə gün bundan öncə şaxtalı hava evlərə gələn gələn su borularını dondurduğu üçün çox acınacaqlı vəziyyətlə üzləşmişdik. Çox yox, 5-6 dərəcəlik şaxta demək olar ki, paytaxtda təbii fəlakət vəziyyəti yaratmışdı. Məsələn, 10 gün susuz qalmağın mənzillərdə, insanların həyatında hansı fəlakət yarada biləcəyini deməyə yəqin ki, ehtiyac yoxdur. Təsəvvür edin ki, bu ölkədə şaxtalı hava bir həftə yox, bir-iki ay sürsə, o zaman biz nə hallara düşərdik? Bunu bir Allah bilir. Bəs niyə belə olur? Buna cavabdeh olan Azərsu ASC-nin əhalinin su ilə təmin olunmasına büdcədən ayrılan yüz milyonlarla vəsaiti nəyə xərclənib? Məsələ suyu mənzillərə verməkdə deyil, onu hava şərtlərindən asılı olmayaraq, problemsiz çatdırmaqdadır. Çoxmu çətin məsələdir? Bəs qış boyu güclü şaxtaların olduğu ölkələrdə bu iş necə görülür? Demək, məsələ mümkünsüzlükdə deyil, "Günəşli Azərbaycanın" günəşli qışına arxayın olmaqda, işi görməməkdə (bacarmamaqda yox, məhz görməməkdə), qışa hazırlaşmamaqda, "təvəkkül Allaha" deməkdə, insanların üzləşdiyi çətin problemi saya salmamaqdadır. M.Ə. Sabir deyirdi ki, "Qışda suyun olmaz, əridib qarı yeyərsən/ Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən". İndi də Azərsu ASC-nin əhaliyə zəhrimar yedirtmək kimi bir düşüncəsi olmasaydı, yəqin ki, biz 5-6 dərəcəlik şaxtanın girovuna çevrilməzdik. İndi havalar isinib. Təbii olaraq suların donu açılıb. Ancaq yenə bi bəla var: su sayğacları dondan sonra "dona düşdüyündən", indi də su problemini sayğaclar yaradır. Və bu problem o qədər genişdir ki, əhalinin suyla təmin olunmasına məsul olan idarə əməkdaşları çatdırıb, vaxtında sayğac problemini aradan qaldıra bilmirlər və günlərlə sakinlər sayğacquranları gözləyir. Sovetdənqalma boruları bəlkə də başa düşmək olar; bəs, yeni smartkart sayğacları 5-6 dərəcəlik şaxtada sıradan çıxırsa, bunun məsuliyyəti kimindir? Bu sayğacları niyə daha tədbirli şəkildə quraşdırmırlar ki, belə problemlə üzləşməli oluruq? Və ümumiyyətlə, bu il yaşanan problemdən bir nəticə çıxaracağıqmı? Gələn ilə tədbir alacağıqmı? İnanmıram...
2014-02-08
8,527
Dünyanın gizli taleyi bir klipdə - Video
Dünya doğurdanmı idarə olunur, yoxsa bu hər zaman öz ətrafında mücərrədliyi və gizliliyi sevən insanın növbəti uydurmasıdır? Bu suala birmənalı cavab vermək mümkün deyil. Amma o da bir həqiqətdir ki, dünyada baş verənlərin nəzarətdə olması fikri də o qədər yabançı görünmür. Bir qədər əvvəl biz oxuculara sənət, musiqi və ədəbiyyatda masonluq izləri haqqında məlumat vermişdik. İndi də növbəti bir mahnıda, "Bu şəhərdən qaçış"da masonluq izləri haqqında danışacağıq. Klip ayinlə başlayır. Əllərində dəyənək olan insanlar toplanıb və onları bir-birinə vuraraq ritm tuturlar. Bu ritmtutma ayini yəqin ki, sizə "Qurdlar vadisi" serialından izlədiyimiz masonluğa qəbul səhnələrindən tanış gəlir. Üzü-gözü bağlı və qaralar içərisində olan insanlar sirli görünüşə malikdir. Üstlərində mərmilər və dəmir döymələr onların savaşa hazır olduğunu göstərir. Bu ayindən əvvəl videonun başlanğıcına diqqət edin: silah səsi eşidilir və hər şey bundan sonra başlayır. Bundan sonra məşhur müğənni Rihanna tək və yalnız başına gözləyir, sonra Cey Zi arxasında savaşa hazır olan ordu ilə onun yanına gəlir. Bu musiqi sektorunda yalnız olan Rihannanın artıq güc topladığı anlamına gəlir ki, bunu da ona Cey Zi verir. Cey Zi isə artıq məşhur və mason olduğu hamıya bəlli olan bir musiqiçidir. Bundan sonra mahnıda masonluğa qarşı və onun işarələrini bildirən əlamətlər yer alır. Məsələn, Rihanna Cey Zidən "bu şəhəri kim idarə edəcək?" deyə soruşduqda, "biz idarə edəcəyik",- deyir. Bu sözlərin arxasından Rihanna əllərini qoşalayaraq masonların piramida işarəsini göstərir. Yəqin ki, dinləyicilər bu mahnını dəfələrlə eşidib. Lakin orada olan işarələrə hər kəs diqqət etməyib... Amma maraqlı odur ki, bu mahnı bir çox qadağalarla qarşılaşıb və dünyanın məşhur musiqi saytları onu yayınlamaqdan imtina edib. Klip 2009-cu ildə çıxdığına baxmayaraq, hətta məşhur musiqi kanalı "VEVO"da belə yerləşdirilməyib. Amma məşhur müğənnilərin bütün klipləri məhz bu kanalda yayınlanır. Təqdim edəcəyimiz klip 4 dəqiqə 24 saniyədir. Klipin orijinalı isə 11 dəqiqədir. Musiqinin davamında Eminemlə, mason təşkilatı olan İlluminatidən çıxmağı bacaran tək sənətçi ilə duet oxunur. Sonda onu da qeyd edək ki, 11 dəqiqəlik klip yükləndiyi bütün saytlardan silinib…
2014-02-08
8,528
Zərif duyğuların qələm sahibi: Zərifə Bəşirqızı
Əgər addımladığınız yolda, çətinlik və maneə yoxdursa, o yol sizi heç bir yerə çatdırmaz. Məş­hur Çin filosofu Konfutsinin bu kəlamını oxuyanda həyatın enişli-yoxuşlu yollarında öz yo­lu­nu ta­­pıb addım-addım və doğru istiqamətdə irəliləməyin nə qədər çətin və məsuliyyətli oldu­ğu­nu düşündüm. Həyat yoluyla addımlayanlar qadınlardısa, o yolun daşı da, kəsəyi də, çın­qı­lı da da­­ha acımasız olur, şaxta buz kəsən kimi kəsir qabağını. Bəzilərinin zəif sandığı, əs­lin­də isə, zə­rif ol­duğu qədər də, güclü iradəyə, həlim ürəyə sahib mərhəmətli analar yol üstündəki "çın­qıl­ların" üz­ə­­rindən uğurla keçə bilirlər. Hər "çınqıl" əzildikcə müdrikləşir insan, həyat təcrübəsi çoxalır. Ömür yolunda yaş-üstünə yaş gəldikcə həyatın çınqılının, daş-kəsəyinin, gül-çiçəyinin məz­mu­nu­nu daha yaxşı anlayırsan. İstedadlı qələm sahibi Zərifə Bəşirqızı kimi altmış yaşın zir­vəsindən boylananda içində keçdiyin yolun dəyərinin hesabatını verirsən. "Mən kiməm? Nə­lə­r etdim?"- suallarına cavab tapmağa çalışırsan. Qız hara, hüquqşunaslıq hara ... Ərköyün və şıltaq idi uşaqlıqda. Ancaq ədəbi əsərləri maraqla oxuduqca, bəzən özünü o ciddi ob­­raz­la­rın yerində təsəvvür edirdi. Xüsusilə də Cəmşid Əmirovun "Qara Volqa" və "Brilyant məsələsi" əsərlərindəki müstən­tiq obrazında görürdü özünü. Hüquqşunas olmaq istəyirdi. Lakin bircə söz taleyinin ax­a­rı­nı dəyişir: "Əslində jurnalistikanı mən yox, bacım Tərlan seçdi. Çünki uşaqlıqdan o qədər ədə­biy­­yat aludəçisi olmuşam ki! Cəmşid Əmirovun "Qara Volqa" və "Brilyant məsələsi" əsərlərini oxuyanda əsər­də­ki müs­­tən­tiq obrazına, onun işlərinə həsəd aparırdım. Hüquqşunas olmaq istəyirdim, sə­nədlərimi də o fa­kültəyə hazırlayırdım. Lakin atamın "qız hara, hüquqşunaslıq hara"- de­məyindən sonra fik­ri­­mi dəyişdim. Bacım istəmədi, sənədlərimi filologiyaya verim, dedi "orada mən oxuyuram, gəl, sə­nədlərini jurnalistikaya ver". 1972-ci ilin sentyabrı. Gənc və istedadlı bir xanım, gələcəyin yeni imzası hüquq fakültəsinə yox, jurnalistika fakültəsinə qədəm qoydu. Bu fakültə onun üçün təkcə tədris məbədi olmadı. Ömür boyu davam edən möhkəm və sadiq dostluqların, yol­daş­lıq­ların, ülvi sevginin də təməli burada qoyuldu. Aradan illər keçsə də, han­sı­sa tədbirdə, məclisdə görüşüb salamlaşanda istər-istəməz söhbət gəlib 626\628-ci qrupun ən gö­zəl, acılı-şirinli xatirələrinə çatır. Savad və insanlığı öyrədən müəllimlər uca­dan da ucadır Həmsöhbətimin fikrincə, jurnalistikaya həvəsi olan və bu sahədə çalışmaq istəyən insanın içində hə­­vəs və istəklə yanaşı, həm də bir ədəbiyyat məbədi olmalıdır. Bədii əsərlər onu elə ye­tiş­dir­mə­li, for­ma­laş­dırmalıdır ki, o yazmağa ehtiyac hiss etsin, eləcə də hadisələrə kimsənin görə bil­mə­di­­yi yöndən görüb təhlil edə bilsin. Təbii ki, gələcək jurnalistlərin formalaşmasında müəllimlərin də rolunu yüksək qiymətləndirir. Çünki biz insanlara savad və insanlığı öyrədən müəllimlər uca­dan da ucadır. "Bizlərə dəyərli müəllimlər: Nurəddin Babayev, Nüsrət Bağırov, Nəriman Zey­na­lov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev dərs deyiblər. Çox yaxşı in­sanlar idi. Mir Cəlal mü­əl­li­min bir xasiyyəti vardı; dəhlizdə tələbələri görəndə so­ru­şar­dı: "Məndən imtahan vermisən?" "Bəli",- deyəndə neçə aldığımızla maraqlanardı, "Beş",- deyəndə "Hə, tanıdım, yadıma düşdün",- deyib gülümsünərdi. Təcrübi dərs­lə­ri­miz­də o dövrün nüfuzlu qəzetlərindən olan "Bakı" qə­zetinə gedər, Nəsir müəllimin məslə­hət­lə­rinə qulaq asardıq. Jurnalistika fakültəsi tək uni­ver­si­tet­də deyil, res­pub­li­ka­nın bütün ali mək­­təb­lə­ri arasında yeganə fakültə idi ki, hamı bir ailə kimi idi. Tələbə-mü­ə­llim mü­na­si­bət­ləri də doğma idi. Yəqin ki, bunun özülü belə qoyulmuşdu, çünki biz­dən son­rakı tələ­bə­lərin də meh­riban münasibətləri davam edirdi. Jurnalistika yeganə fakültə idi ki, tələbə mü­­əl­lim­lə dərdləşir, məsləhət duyduğu anda ürəyini aça bilirdi",- həmsöhbətim o gün­ləri xoş duyğularla, yenə də parta arxasında müəllimlərin qarşısında cavab verirmiş kimi xa­tır­layır. Ürəyində özümün olduğunu gördüyüm oğlanı seçdim Tələbə ikən sevgidən söhbət düşəndə, o, tələbə yoldaşlarından fərqli fikirləşərdi. Onun üçün özü­nün yox, ürəyinin görüb sevməsi lazım idi. Hətta qəbul imtahanı vaxtı onlar imtahandan "5" almış Qəzənfər Rüstəmovun başına toplaşıb "Ana laylası" adlı yazısını dinləyəndən sonra onu təbrik etmiş, uğurlar arzulamışdılar. O, isə gələcək qrup yoldaşlarına baxıb qızlara yarızarafatla: "Nə ol­sun ki, məni in­di tərifləyirsiz, sabah bu qızların hərəsi bir ucaboy oğlan axtaracaq. Mənə heç kim bax­ma­ya­caq",- ifadəsi daha çox zərif duyğu sahibi həmsöhbətimi daxildən titrətmişdi. "Xeyr, mən ucaboy oğlan ax­tar­maram, mən onun ürəyinə baxaram",- deyə bilmişdi. Sonralar tale həqiqətən də ona ürəyini baxıb sevdiyi bir insanı qarşısına çıxarmışdı. "Ancaq sonralar məni tələbə yoldaş­la­rım­dan qınayanlar oldu ki, sən onda yalan dedin, fakültənin elə ən ucaboylu oğlanı ilə ailə qurdun. Əs­lində isə mən ürəyində özümün olduğunu gördüyüm oğlanı seçdim. Sən bilmirsənmi ki, mən səni sevirəm İlk illər Mehman Ca­va­doğ­lu, mən, Qəşəngi, eləcə də gələcək həyat yoldaşım Ələkbər dost idik. İm­ta­han­la­ra birgə ha­zır­laşırdıq, bir-birimizə kömək edir, içimizi açırdıq. Arada sevgidən danışar, "sən kimi se­vir­sən?"- deyə soruşardıq bir-birimizdən. Mən də zarafatyana Ələkbərdən soruşmuş­dum. Hət­ta de­yir­­dik ki, narahat olma, biz qızla danışıb razı salarıq. Cavabından anlamışdıq ki, sev­­di­yi var, kim­li­yi­ni demirdi. İkinci kursun sonu idi. Evdə mühazirə dəftərimi aç­anda Ələk­bə­rin xətti ilə yazılmış bu cümləni oxudum: "Sən bilmirsənmi ki, mən səni sevirəm". İki gün utandığımdan instituta gəl­mə­­dim..."- deyib gülümsünür. Nəzərlərimi onun simasından ayırıb qarşımdakı gənclik şəkillərinə çevririrəm. Həmsöhbətimi ötən illər çox dəyişdirib, dəyişməyən isə o illərdən ürəyində daşı­dı­ğı, hər an qoruyub saxladığı gözlərində həkk olan sevgisidir. Ömrün qar-çovğununda da, ayazında da getdikcə ilahiləşən o sevgi yaşadıb onu. Bir də dünyanı, insanları ən gözəl biçimdə yaradan Rəbbinə olan sevgisi. Əsl naşir olmaq is­tə­yir­sən­sə... 1978-ci ildə "Yazıçı" nəşriyyatına ayaq basanda bir qrup məzunu korrektor kimi göndərdikləri halda, onu təyinatla kiçik redaktor göndərmişdilər. Sevincinin həddi-hüdudu yox idi. Direktor Əjdər Xanbabayev onu korrekturaya göndərəndə xeyli təəccüblənmişdi. "Axı mən kiçik redaktor..."- deyəndə direktor səbirlə qulaq asıb gülümsünmüşdü: "Qızım, əsl naşir olmaq is­tə­yir­sən­sə, korrekturadan başla. Mən özüm bu işə kuryerlikdən başlamışam",- demişdi. Gənc qız bu sözün hikmətini yalnız nəşriyyat işi ilə daha yaxından tanış olub öyrəndikcə anladı. 1995-ci ilə kimi "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat, folklor və çoxcil­d­lik­lər şöbəsində işlədi. "Nəşriyyat əsl həyat məktəbidi",- deyən həmsöhbətim ziyalı mühitlə iş­lə­məyin öz xüsusi çəkisi və yeri olduğunu vurğulayır. Çünki tanınmış, əsl söz adamları ilə ünsiyyətdə olmaq, Ək­rəm Cəfər, Məmmədağa Soltanov, Qu­lam Məmmədli, Bəxtiyar Va­hab­za­də, Mədinə Gül­gün, Nigar Rəfibəyli, Rəsul Rza kimi ya­zar­la­rı dinləmək insanın mənəvi dün­ya­sı­nı zənginləşdirir. Odur ki, Zərifə xanımın iş həyatında, kö­nül dünyasında "Yazıçı" nəşriyyatının ayrı yeri var. Hansı əsər olursa, olsun, yazıçı əl­yaz­ma­la­rı­na həssaslıqla yanaşıb, ən zəif əsər olanda belə, orada yeni bir ədəbi ifadə, müsbət ədəbi key­fiy­yət­lər tapıb. Hətta bəzən gənclər arasında geri qaytarılan əlyazmalara baxanda da çalışıb ki, o yazıçılara öz köməyini əsirgəməsin. Onun həyat kre­do­sun­da yaxşılığa, ümumilikdə insanlığa xidmət edən qanunları belə, hər cür ya­zılı qanunlardan, qadağalardan üstündür. Təsadüfi deyil ki, gənc yazarların əsərlərinə diqqəti həm bu xa­rak­te­rin­dən, həm də ədəbiyyata olan marağından irəli gəlir. "Ya­dım­dadı, bir gənc yazar Eyvaz Əl­lə­zoğ­lu­nun əyazmasını nəşriyyatdan qaytarmışdılar. Mənə baxıb dedi ki, axı pis yazma­mı­şam, qaytardılar. Onun əlyazmasını götürdüm. Əjdər mü­əl­limdən xahiş etdim ki, təzədən özüm baxım əsərə. Oxuyandan sonra Əjdər müəllimə dedim ki, bu­radakı hekayələri oxuyanda çay qırağında başı kəsilmiş otların üstü ilə yeridim, onlar mənim ayaqlarımı daladı. Necə bunu çapa verməmək olar?! Həmin əsərə imza atdı və siyahıya saldı. Mənim öz uğurumu onda gördüm ki, gənc və istedadlı yazarın əsərinin oxucuya təqdimatında rolum oldu",- Zərifə Bəşirqızı o illərdən danışanda fikrə dalır. Onu tanıyanlar bilirdi ki... Tale elə gətirdi ki, "Yazıçı" nəşriyyatı bağlanandan sonra Zərifə Bəşirqızı imzası respublikanın özünəməxsus jurnalistika, publisistik ənənələri və tarixi olan və dövri mətbuatda seçilən nüfuzlu "Xalq qəzeti"nin səhifələrində görünməyə başladı. Onun kitab işindən ayrılaraq, dövri mətbuata daha güclü bağlanmasında qələm dostları, istedadlı jurnalist publisist Ramiz Əskər və Məmməd Nazimoğlunun rolu böyük oldu. İşsizlik və ailə qayğılarının çox olduğu zamanda sadiq qələm dostlarının dəstəyi bir istedadlı qələmin yaşamasına yaşıl işıq yandırdı. Düzdür, ilk vaxtlar kor­rek­tura ştatı boş olduğuna görə onu həmin işə götürdülər. Qadın həmkarının istedadına yaxşı bə­ləd olan qəzetin o vaxtki redaktor müavini Məmməd Nazimoğlu isə təəssüflə bunu deyə bilmişdi: "Axı o istedadlı və pro­fessional jur­na­list­di". Çünki onu tanıyanlar bilirdi ki, Zərifə xanım hansı ürəyin və hansı qə­lə­min sa­hibidir. Doğulduğu doğma yurdu Tovuza gedəndə ona dilucu tapşırılan adi möv­zu­nu- ra­yon bazarından tənqidi reportajı mə­ha­­rət­lə və böyük ustalıqla yazmışdı. Onun qə­lə­mindən bir-birindən fərqli və oxunaqlı yazılar daim maraqla qarşılanıb. Bir vaxtlar "Xalq qəzeti"nin əlavəsi olaraq çıxan "Cümə" qəzetində tibb, istirahət, mədəniyyət, ədəbiyyatla bağlı maraqlı məqalələr arasında onun dəst-xətti, araşdırdığı mövzular hər zaman aktuallığına görə seçilib. Qələm sahibi üçün yazdığı hər bir məqalə əzizdir Qələm sahibi üçün yazdığı hər bir məqalə əzizdir. Lakin bu bir həqiqətdir ki, onlar arasında ön cərgədə duranları da var. Bu baxımdan həmsöhbətim redaksiyanın tapşırığına əsasən görkəmli döv­­lət xadimi, ziyalı Əziz Əliyevin yubileyi münasibəti ilə yazdığı geniş mə­qaləni onlar arasında daha uğurlu hesab edir. "Məqalənin mənə tap­şıralacağını heç gözləmirdim. Ancaq çox se­vin­dim, həm də mənə olan etimadın güclü olduğunu gördüm. O yazını ha­zır­lamaq üçün Əziz Əliyevin oğlu Tamerlan müəllimlə söhbətləşdim. Məqalənin sanballı, ətraflı alınması üçün müsahibə ilə yanaşı, dövri mətbuatda getmiş məqalələri də nəzərdən keçirib, təhlil etdim. Maraqlı söh­bətimizdən elə maraqlı da yazı alındı. Lakin "Niyə o yazını məhz Zərifə yaz­dı?"- deyə məqaləyə qısqanclıqla yanaşanlar da oldu. İclasda Məmməd müəllim ayağa qalxıb dedi: "O yazını Zərifə xanımdan başqa kim bu cür ətraflı yaza bilərdi? Bu­ra­da Əziz müəllimin istər dövlət xadimi, istərsə də ailə başçısı kimi portreti var". Mən hər zaman çalışdığım "Xalq qəzeti"ndə bir qələm sahibi kimi öhdəmə düşən işi vicdanla görmüşəm, hər zaman buna çalışmışam",- Zərifə Bəşirqızı əlavə edir. Redaksiyada kimsə xəstələnərsə, çox vaxt hamı yarızarafatla "Doktor Zərifə xanım bilər",- de­yir­lər. Çünki tibb sahəsindən yazdığına və bu sahəyə həddən çox marağı olduğuna görə, tür­kə­çarəni, bitkilərin faydalarını, dərmanları heç də həkimlərdən az bilmir. Çox az insan bu ayrılıq nəğməsini duya bilir ... Səhər tezdən işə gələrkən dəhlizdə gülüş səslərinin sədaları altında "salam" eşidirəmsə, deməli, Zərifə xanım işə gəlir. Çünki ancaq o, ən qayğılı və fikirli vaxtında da, günü müsbət emosiya ilə, gülüşlə başlayır və ətrafına da o müsbət əhval-ruhiyyəni ötürə bilir. Lakin çox az insan bu gülüş çöhrəsinin arxasında gizlənən və həsrət duyğularına köklənmiş ömrün ayrılıq nəğməsini duya bilir. O nəğmədə 1989-cu ildə lənətə gəlmiş tale qəzası üzündən ömür-gün yoldaşını cismani olaraq itirməsi, bir qadının bütün çətinliklər və sınaqlarla üzləşməsi, getdikcə ilahiləşən sevgisinə sarılıb öv­lad­la­rını - Günay, Günel, Lamiyə, Turalı cəmiyyətə layiqli şəkildə böyütməsi canlanır. Əkbər Hüseynov istedadlı və məsul komsomol işçisi idi, "Azərbaycan gəncləri" qəzetindən Moskvaya təhsil almağa göndərmişdilər. Əvvəl Azərbaycan LKGİMK-da təlimatçı, sonra isə Saatlı Rayon Komsomol Komitəsində I katib işlədi. Bakıya yeni işə təyin etmişdilər, lakin əcəl imkan vermədi yeni işə çıxmağa. 1990-cı il yanvarın 21-də ömür-gün yoldaşının qırx mərasimi xalqımızın ümumxalq hüznünə qa­rış­mışdı... Ona olan sevgilərin ünvanları dəyişmir Neyləmək olar, həyat yaranandan belədir. Bir gün dünyaya gəlirsən, gec ya da tez qonaq ol­du­ğu­muz bu dünyanı başqa dünyaya tərk edirik, yarandığımız torpağa qarışırıq. Ancaq xoşbəxt insan o insandı ki, həyatını dəyişsə də, ona olan sevgilərin ünvanları dəyişmir, onun üçün doğma olan məkanlarda belə onun yeri hər zaman qo­ru­nur. Zərifə xanımın evində olduğu kimi. Sonbeşik qı­zı­nın ata evini tərk edəndə ana xeyir-duası verərkən çəkilən şəkildə arxa fonda atasının gü­lüm­sər xeyir-dua dolu çöhrəsi vardı. Mükafat övladlar "Övladlarım mənim mükafatımdı, vaxtilə müdafiə edə bilmədiyim dissertasiyamdı, nəvələrimin isə həyatımda ayrı yeri var. Onlarla fəxr edirəm",—deyir həmsöhbətim. Məncə, o, həyatın ona bəşx etdiyi ən gözəl hədiyyəsi onun qayğıkeş və böyük ana ürəyi, nəvazişli nənə sevgisi, bir də həyatı bütün sevincli və kədərli anlarını eyni səbrlə qəbul edib Tanrıya təşəkkürüdür. Öz yazıları ilə yüzlərlə oxucuya xitab edən, onların qayğılarına işıq salan, bə­zən duyğulandıran, bəzən sevindirən qələm və gözəl əməl sahibini sevindirmək, məncə, o qədər də çətin deyil. Həm­­karlarının qələmə alacağı xoş könül duyğuları, kiçik bir diqqət də zərif xanım Zərifə Bə­şir­qı­zı üçün elə ən böyük hədiyyədir.
2014-02-08
8,529
Baloğlan Əşrəfov Suriyaya gedənlərdən danışdı
"Bunun arxasında nələr durur, kim nə məqsəd güdür, mən deyə bilmərəm. Ancaq öz vətəni, bizim Qarabağ kimi torpağımız uğrunda axıdılan qan şəhidlik zirvəsinə yüksələ bilir". Bu sözləri "Axar.az"a Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov Suriyada Əsəd rejiminə qarşı döyüşən azərbaycanlılar barədə danışarkən deyib. Əməkdar artist son vaxtların bəlasına çevrilən məsələnin onu da narahat etdiyini vurğulayaraq bu işlərlə ciddi məşğul olmağı qeyd etdi: "Başqa torpaq uğrunda vuruşmağın heç bir mənası yoxdur. İstəyərdim ki, öz vətənimizin müdafiəsi üçün bizim balalarımız çalışsın. Belə işlərlə ciddi məşğul olmaq lazımdır. Onlar Azərbaycandan kənara necə çıxırlar, onların nə məqsədlə hara getməyi barədə kimsə maraqlanmalıdır. Onlar yəqin ki elə-belə getmir. Burada maddi məsələ var. Dövlətin müəyyən qüvvələri var. Onlar bunlarla məşğul olmalıdır".
2014-02-08
8,530
Gənc fəal polislərə necə mane olur - Video
Tanınımış blogger və foto-repartyor Mehman Hüseynov yeraltı keçidlərdən istifadəni təbliğ etmək üçün yeni video çəkiliş edib. Keçiddən istifadə etməyən piyadaları saxlayan polislərin işinə çətinlik yaradan Mehman Hüseynova axır ki, qanun keşikçiləri reaksiya veriblər. "Axar.az"a danışan foto-reportyor bildirdi ki, bu çəkilişdə məqsədi polislərə mane olmaq deyil, əksinə, maarifləndirmə işinə yardım etməkdir: "Biz bu çəkilişi yalnız bir məqsədlə etmişik: piyadalar keçidlərdən istifadə etsinlər. Piyada keçidlərindən istifadə edərsə, təbii ki, yol qəzalarının da sayı azalar". Mehman Hüseynov bildirdi ki, polislərin qanunvericiliyə uyğun gördüyü tədbirlər, cərimələr çox halda aqressiya və müqavimətlə qarşılanır, əvəzində isə onların "cərimədən qorunması" görüntüsünü yaratmaqsa psixoloji olaraq piyadalara daha ciddi təsir göstərir: "Bizim daxili işlər orqanlarlında etika, əxlaq və s. kimi polislərimiz yoxdur və ona görə də insanlara psixoloji olaraq təsir etmək də polislərdən tələb edilmir. Məsələn, diqqət etmisinizsə, bir polis qaydanı ciddi surətdə pozan sürücünü və ya piyadanı heç bir cərimə olmadan, sadəcə, məsləhətlə, xəbərdarlıqla yola salanda, bu, insanlara daha ciddi psixoloji təsir edir, nəinki cərimələyəndə. Bu baxımdan insanlara instiktiv olaraq "etmə, yoxsa cərimələnəcəksən" təsiri göstərməklə, onlarda psixoloji sədd yaratmağa cəhd göstəririk. Təəssüf ki, polislər bizim bu niyyətimizi yanlış anladılar. Ancaq bir daha deyirəm ki, biz əslində onların inzibati yolla gördüyü işə maarifləndirici vasitələrlə dəstək verirdik və verəcəyik".
2014-02-08
8,531
Almaniyada müalicə alan tanınmış aparıcının yeni görüntüləri - Foto
"Xeyir körpüsü", "Vətənimdir Azərbaycan" kimi verilişlərin layihə rəhbəri və aparıcısı olan Hacı Nuran artıq neçə müddətdir ki, ağciyər xərçəngindən əziyyət çəkir. Hacı Nuran hazırda müalicəsini Almaniyada davam etdirir. "Axar.az" onun Almaniyadan olan özəl görüntülərini oxuculara təqdim edir:
2014-02-08
8,532
Prezident məsləhətçisindən şok iddia: “Diaspor satılıb”
"Erməni hökuməti Ermənistanı satır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın ilk prezidentinin məsləhətçisi Jirayr Liparityan çıxış edib. O, Ermənistanın özünün qurduğu uydurmalarla yaşadığını bildirib: "Ermənistan özünü guya müdafiə edir. Əslində isə özünün qurduğu uydurmalarla yaşayır. Artıq ölkə Rusiyaya satılıb. Sərkisyan guya ölkənin təhlükəsizliyi üçünmü belə edir? Yoxsa bizə Azərbaycan, ya Türkiyəmi hücum edəcəkdi? Rusiya Azərbaycanı dəstəkləyib Dağlıq Qarabağı onlara geri qaytaracaqdımı bununla?" Liparityan həmçinin diasporun artıq zəiflədiyini etiraf edib: "Diaspor artıq susub. Əvvəlki kimi güclü deyil. Onlar ölkədə gedən hadisələrə qarşı səsini çıxarmırlar. Əvvəllər isə belə deyildi. Bir şey də olan kimi "soyqırım–təhlükəsizlik–Rusiya" deyirlər. Yaxşı, bəs 20 il bundan qabaq Ermənistanın azadlığını istəyən həmin bu diaspor deyildimi? İndi o diaspor da satılıb". Qeyd edək ki, J.Liparityan Ermənistan ilk prezidenti Levon Ter Petrosyanın 1994-1997-ci illərdə baş məsləhətçisi vəzifəsində çalışıb.
2014-02-08
8,533
Azadlığa çıxandan sonra iş tapa bilməsəm, mollalıq edəcəm...
25-ci "xata"nın sakinlərindən biri də 23 yaşlı Şəhriyar idi. İsmayıllıda doğulmuşdu. İslam Universitetinin məzunu idi. Amma namaz qılmırdı. Səbəbini soruşmuşdum, demişdi ki, bu boyda haqsızlığa Allah-taala göz yumduğuna görə, mən də acığa düşüb ona belə etiraz edirəm. Kamerada namaz qılan toyuq-cücə oğruları, narkotik maddə satan və istifadə edənlər, qadınların boynundan qızıl zəncirləri qapıb qaçanlar Şəhriyarın bu sözündən "hirslənir", ağız-ağıza verib onu qınayır, Allahın səbrinin böyük olduğunu və bir gün ona gəstərəcəyini deyirdilər. Allah niyə onu görmür? Şəhriyar isə aramla, yaşına uyğun olmayan təmkinlə: - Gördüm o səbri, məni şərləyib tutan o "osobist" indi polkovnik-leytenantdı. Qorxaq küçüyün biri idi. Amma nakişilik etməkdə ona tay yoxdu. Allah niyə onu görmür? Bundan artıq mənə nə göstərəcək? - Göstərəcək,- deyirdilər. Şəhriyar isə asi olmaqda davam edirdi: - İnana bilmirəm. Qardaşlar, siz də inanmayın. Bax, sən Zaur, nə etmisən? Bir-iki dəfə qadının, qızın boynundan zəncirini, qulağından sırğasını qoparmısan və burdasan. Haqq da edib tutublar səni. Səndən də böyük cinayət edənlər var, amma Allah onlara tərəf heç gözucu da baxmır. Niyə, bilirsən? Zaur hər dəfə bir cavab verirdi və o qatı cinayətkarın, dövlət malını mənimsəyənin və ilaxırın niyə tutulmadıqlarını özünə məxsus tərzdə əsaslandırıdı. Və beləcə, günlər bir-birini əvəz edirdi… Kimdir o "osobist"? Yaxşı, bəs Şəhriyar niyə Bayıl türməsinin 25-ci kamerasında artıq il yarımdır ki, istintaq altında oturub? Bəs kimdir iki il müddətinə kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksələn "osobist"? Və Şəhriyarın ehtimalına görə, bu iki il müdətində o neçə nəfəri bədbəxt edib? Yaddaşımın və artıq saralmış vərəqlərdə can çürüdən qeydlərimin bələdçiliyi ilə o günlərə nəzər salıram. Şəhriyarın soyadını unutmuşam. İndi o, sözsüz ki, azadlıqdadır, əgər özünün dediyi kimi, içəridə əlindən bir qələt çıxmayıbsa. "Azadlığa çıxandan sonra fərli-başlı iş tapa bilməsəm, mollalıq edəcəm",- deyirdi Şəhriyar. Mənim içimdə belə bir qənaət və inam var ki, atasının profilaktoriyasında işləmirsə, əzik maşınları düzəldib rəngləmirsə, yəqin ki, indi qulaqları vay-şivən səslərinə köklənib. Üç erməni vurmuşam Mətləbdən uzaq düşməyək. Şəhriyarın mənə danışdıqlarından sizlərə də bir qədər söhbət açım. "Universiteti bitirib hərbi xidmətə çağrıldım. Ağdərə tərəfdə düşmənlə təmas xəttində olmuşam. Ara-sıra atəşkəs pozulurdu. Açığı, itkisiz olmasını arzulayaraq atəşkəsin pozulmasını səbirsizliklə gözləyirdik ki, erməniyə gücümüzü göstərək. Televizorda, radioda ordumuzun yenilməzliyi haqda danışıqlar bizdə belə təəssürat yaratmışdı ki, həmin yenilməzlər hardadırsa, başqa hərbi birləşmədəkilərdir. Biz deyilik. Və bu atəşkəsin pozulmasında biz də özümüzü göstərmək istəyirdik. Atəşkəs baş tutanda həmişə diqqət kəsilmişəm, hara gəldi güllə boşaltmamışam. Şübhələndiyim, hərəkətdə olan qaraltıya atəş açmışam. Axı onlar da çox vaxt başlarını səngərdən çıxartmadan bizim postları atəşə tuturdular. Mən əminəm ki, ən azından üç erməni vurmuşam. Çünkü mənim atəşimdən sonra o tərəfdə təşviş, hay-haray olurdu. Bir qədər sonra qəzəblənib yenidən bizi atəşə tuturdular və "düşmən yenidən cavab atəşi ilə susdurulurdu". Düşmənin itki verməsi xəbərini isə hər kəs özünün gülləsinin "məhsulu" kimi qəbul edirdi. Artıq xidmətin çoxu arxada qalmışdı. Ali təhsilli olduğum üçün mənimlə eyni çağırışdan olan dostlardan evə tez getməyim ürəyimcə deyildi. 3 aydan sonra buraxılacaqdım, budur, artıq 3 ilə yaxındır ki, evdən çıxanam. "Bəs necə oldu, səni Vətənə xəyanətdə, düşmənlə əlbir olmaqda ittiham etdilər?" - sualıma dilini çıxardıb, barmağı ilə ucuna döyəcləyib, sonra demişdi: "Bunun zibilinə düşmüşəm, bunu zəhrimara qalsın". Sonra da özünün hekayətini danışmışdı "Cavan çağırışçılar vardı. Biz köhnələrə qibtə ilə baxırdılar. Hər dəfə postdan gələndən sonra ətrafımıza toplaşır, biz də yalandan düşmənin təmas xəttini keçib, onları təpiyin altına salıb döyməyimizi, erməni qızları ilə kef çəkməyimizi danışırdıq. İnanırsan ki, bizim ağla gəlməyən nağıllarımıza inananlar daha çox olurdu? Ancaq onlara dəfələrlə tapşırırdıq ki, bunları heç kimə deməyin. Xəbərçilik yaxşı şey deyil. Nə bilək, içərilərində ali təhsilli birisi varmış və hansısa böyük partiyanın üzvü imiş, karyerasını da elə buradan qurmağa planlaşdırıbmış. Mənim guya erməni ilə aprel ayında tutluqda tut yeməyimi gəlib "osobist"ə danışmışdı. İnanırsan, müəllim, aprel ayı, Ağdərə, tut ağacı. Hələ ağaclar təzəcə tumurcuq vururdu həmin ərəfədə. Nə isə, getdik fələyin qəminə..." 500 dollara azadlıq Şəhriyarın danışdıqlarından belə məlum oldu ki, həmin xəbərçi əsgərin sözlərinə görə üç nəfər əsgəri gecə ilə aparıblar xüsusi şöbəyə. Sorğu–sual eləyiblər: "Hər üçümüz boynumuza aldıq ki, uşaqlara belə söhbət etmişik. Bu bir zarafat idi. Lakin inanmadılar. Hərbi müstəntiq məndən 5000 dollar pul istədi. Kasıb adamıq, tapıb verə bilmədik. Razı da deyildim pul verməyə. Hər axşam məni döyürdülər. Axırda 500 dollara düşdülər. Yenə də "yoxumuzdur" dedim. Və beləcə atdılar içəri. Şəhriyar doğurdan da haqsızlıqla qarşılaşıb Tədqiqat aparılıb, mütəxəsislər danışdırılıb, ifadələr alınıb. Bütün ifadələrdə həmin ərazilərin minalanmış olduğu göstərilib. Hərbi hissənin komandiri, taqım komandiri əsgərlərini qoruya bilməyib. Onları da günahlandırıblar ki, siz özünüzün günahlarınızı ört-basdır etmək üçün onları qoruyursuz. Aprel ayında tut ağacının məhsul vermədiyini və onların tut yemək üçün ora düşməsinin də mümkünsüz olduğu deyilib. Hətta AMEA-nın Biologiya inistitutunun mütəxəssisləri də rəy veriblər ki, bu ərəfədə ağaclar ancaq yarpaqlayır, məhsul vermir. Lakin bir əsgərin çuğulluğu üç nəfərin həbsi ilə nəticələnir. Şəhriyar deyir ki, mən hələ belə acgöz insan görməmişdim. Məndən, daha doğrusu, valideynlərimdən pul tələb edəndə atam "profilaktoriya"sını satmaq istədi ki, pulu müstəntiqə versin. Qoymadım, dedim, elə etsən, özümü asacam. Müstəntiq açıq dedi ki, səni bağırda-bağırda tutacam. 3 camışa başa gələn azadlıq O, danışırdı, mən isə fikirləşirdim ki, belə Xüsusi şöbə əməkdaşı, müstəntiqi olan ordu heç vaxt qalib gələ bilməz. Mütləq təmizlənmə işləri aparılmalıdır. Şəhriyar deyirdi ki, atam indi işimə baxılan Hərbi tribunalın hakimlərinin biri ilə görüşüb, kömək istəyib. Həqiqətin bizim tərəfimizdə olduğunu deyən həmin yaxşı adam, atama deyib ki, "sənin oğlun mütləq tutulmalıdır. Əgər ona bəraət verilsə, gör neçə nəfər hüquq-mühafizə işçisi məsuliyyətə cəlb olunar? Demək, belə məlum olar ki, bu adamların heç biri işinin öhdəsindən gələ bilmir. İndi həmin "osobist", müstəntiq, onların rəisləri hamısı çəkici bir mıxa döyür ki, sənin oğlun günahkar bilinsin və həbs olunsun". Şəhriyar hər məhkəməyə getdikdə gəlişini səbirsizliklə gözləyirdim. Görəsən nə olacaq? Komandirlərinin onun tərəfində olmasını, elə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu desə də, məhkəmə Şəhriyarı günahkar bilib, 13 il müddətinə azadlıqdan məhrum etdi. O ki qaldı onunla birlikdə həbs olunan iki nəfər əsgərə, onların valideynləri işi yerindəcə "boğubmuş". Sən demə, onlar erməni tərəfə keçmirmiş, sadəcə, Şəhriyardan şübhələnirmişlər və onunla ona görə dostluq edirmişlər ki, onun əməllərini ifşa edə bilsinlər. Məhkəmədə o uşaqlardan biri, Lerikdən olan əsgər ifadə verib ki, bizi "osobist" öyrətdi ki, belə ifadə verək, deyilən ittihamlar yanlışdır. Onu da qeyd edib ki, atam 3 camış satıb pulunu "osobist"ə veribmiş…
2014-02-08
8,534
Şahdağda anomal istilər başlayıb - Fotolar
"Şahdağ turizm kompleksi tıxaclı, səs-küylü bayram günlərini geridə qoyub. İstirahət mərkəzi artıq adi günlərinə qayıdıb. Bir neçə müddət əvvəlki qələbəlik seyrəlsə də, istirahətini davam etdirənlərin sayı elə də azalmayıb. İstirahət mərkəzində anomal istilər müşahidə olunur". Bunları "Axar.az"ın hazırda istirahət mərkəzində olan əməkdaşı göndərdiyi yazıda qeyd edib. Şahdağda olan əməkdaşımızın yazdıqlarını təqdim edirik. "Yen il arxada qaldı. Ən maraqlısı isə odur ki, Şahdağda bir neçə gündür ki, anomal istilər müşahidə olunur. Qalın geyimlərdən istifadə edənlərin sayı azdır. Qiymətlər isə yeni il bayramında olduğundan azacıq fərqlənir. İstirahətin növündən və müddətindən asılı olaraq qiymətlər də müvafiq olaraq dəyişir. İyirmi manat ödəniş etməklə gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı əldə edirsiniz. İstirahət edəcəyin günlərin sayı artdıqca, xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 20 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 84 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc 12 manat təşkil edir. İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Turist 33 manat ödəməklə xizək dəstini (xizək, dəyənəklər, ayaqqabı, geyim, dəbilqə) 1 günlük kirayələyə bilər. Lakin turistin özünün uyğun geyimi varsa, xizək, dəyənəklər, ayaqqabı və dəbilqənin bir günlük kirayəsi üçün 14 manat ödəməlidir".
2014-02-08
8,535
Xəzər TV-nin “Cip” həvəskarı olan türk rəhbərliyi - Qalmaqal
"Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı" adlı yazı televiziya daxilində çaxnaşmaya səbəb olub. Bundan sonra həyəcan içində olan Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostan yazıda adı hallanan əməkdaşlarla əlaqə yaradaraq onlara təkzib verməsini istəyib". "Axar.az"a bu barədə Xəzər TV-nin əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, İ.Ünlübostanın təzyiqi ilə televiziyadan uzaqlaşanların bu problemi öz adları ilə ictimailəşdirməmələrinin səbəbi digər kanallarda işləmək istəyindən doğur: "Onlar istəmirlər ki, qalmaqallı jurnalistlər kimi adları hallansın. Çünki qalmaqalla hansısa televiziyadan ayrılan jurnalistlərin digər kanallarda işə düzəlmək istəyi problemli olur. Kanal rəhbərliyi işdən gedəcəyi təqdirdə, növbəti qalmaqal hədəfinə çevrilmək ehtimalına görə belə jurnalistlərdən uzaq qaçırlar. Digər tərəfdən, İ.Ünlübostan bir neçə dəfə keçmiş əməkdaşları haqda ona müraciət edən KİV rəhbərlərinə yanlış referat verib və onların növbəti iş imkanlarını məhdudlaşdırıb". Xəzər TV-dəki həmkarlarımızın xəbərinə görə, telekanalın türk idarəçilərinin əməllərindən xəbər tutan rəhbərlik bunlara son qoymaq və nəzarəti gücləndirmək üçün 2012-ci il sentyabrında İnqilab Məmmədovu kanalda yeni yaradılan İctimai-siyasi şöbənin rəhbəri vəzifəsinə təyin edib. İnqilab Məmmədovun müstəsna səlahiyyətlərə malik olması televiziya daxilində baş verən hərc-mərcliyə müəyyən mənada son qoyub. Bu təyinatdan ən çox hiddətlənən isə İbrahim Ünlübostan olub. Tabeçiliyindəki işçilərin İnqilab Məmmədovla isti münasibətdə olması departament şefinin xoşuna gəlməyib. Hətta o, bununla bağlı bir neçə dəfə işçilərinə xəbərdarlıq da edib. Xəzər TV-də maşın alveri Televiziya daxilindən əldə etdiyimiz ən maraqlı məqam isə reklam müdiri Gökhan bəyin maşın alveri ilə məşğul olmasıdır. Hətta iddia edilir ki, o, ilkin fəaliyyətə başlamaq üçün telekanala gələn reklam vəsaitini dövriyyəyə buraxıb. Bundan başqa, telekanal rəhbərliyinin "Cip" maşın həvəskarı olmasına da maraqlı şərh verilir: "Onlar Türkiyədə bu şəraitə sahib deyildilər. Orda benzin bahadır və buna görə də məcbur olub daha az benzin yeyən sedan maşınları alırdlar. Həm də bu şəraiti Türkiyədə heç yuxularında görə bilməzdilər. İndi isə hamısı Bakıda "Cip" maşınına sahibdir". Xatırladaq ki, səslənən iddialara münasibət bildirmək üçün bir neçə dəfə İbrahim Ünlübostanla əlaqə yaratmağa cəhd etsək də, zənglərimizə cavab verilmədi.
2014-02-08
8,536
İrəvanda Gömrük İttifaqı əleyhinə aksiya keçirildi
İrəvanın "Azadlıq" meydanında Milli Özünütəyinetmə Birliyi Partiyasının sədri Paruyr Ayrikyanın təşkilatçılığı ilə Ermənistanın Gömrük İttifaqına təmsil olunma istəyi əleyhinə aksiya keçirilib. "Axar.az" "Kavkazskiy uzel"in müxbirinin verdiyi məlumata istinadən bildirir ki, Ayrikyan Ermənistanı qismən müstəqil ölkə sayıb: "Ölkə o vaxt azad və müstəqil sayılır ki, özü elmi, maddi və mənəvi sahələrini idarə edir. Buna Ermənistanda rast gəlmək mümkün deyil". Aksiya iştirakçıları Ukrayna müxalifətinə dəstək şüarları da səsləndiriblər.
2014-02-08
8,537
Zakir Həsənovun Feysbuk səhifəsi açılacaqmı? – Rəsmi
"Zakir Həsənovun özünə yeni bir səhifə açması şəxsi məsələdir". Bu açıqlama "Axar.az"a Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Katibliyindən verilib. Mətbuat Xidmətindən Zakir Həsənovun yeni səhifəsinin açılması ilə bağlı məsələni cavablandırmaq ixtiyarında olmadıqları bildirilib: "Müdafiə Nazirliyi 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan "facebook.com" sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılması ilə bağlı cari ilin yanvar ayının 17-də kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Bundan dərhal sonra həmin səhifə sosial şəbəkələrdən yığışdırıldı və onun istifadəsi dayandırıldı. Sizin sualınıza gəlincə isə bildirmək istərdim ki, Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələri rəsmi internet səhifəsi, elektron poçt ünvanı və digər vasitələrlə operativ şəkildə qurur. Müdafiə nazirinin Feysbuk səhifəsinin açılması məsələsi isə fərdi olaraq şəxsə aid olduğundan, bu məsələnin tərəfimizdən cavablandırılması qeyri-mümkündür". Qeyd edək ki, bir müddət öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov özlərinin yeni Feysbuk hesablarını istifadəyə vermişdilər.
2014-02-08
8,538
Məşhur aktyor Amerikan Xəstəxanasına köçürüldü
Müalicə aldığı xəstəxanadan verilən açıqlamada, məşhur aktyor Nejat İşlərin öz istəyi ilə Amerikan xəstəxanasına köçürüldüyü, müalicəsini reanimasiya şöbəsində davam etdirdiyi bildirilib. "Müalicəsi reanimasiyada davam etdirilir" "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikan xəstəxanasından edilən açıqlamada belə qeyd edilib: "Nejat İşlər 8 fevralda öz istəyi ilə xəstəxanamıza köçürülüb və müalicəsi reanimasiya şöbəsində davam etdirilməkdədir".
2014-02-08
8,539
"Qarabağ" yenidən lider oldu
Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. Turun mərkəzi oyununda çempionatın lideri "Qəbələ" öz meydanında "Qarabağ"ı sınağa çəkib. Ötən tur zirvəni əldən verən Ağdam təmsilçisi zədəsini tam sağaltmamış Rəşad Sadıqovun meydana çıxmasından ruhlanaraq səfərdən 3 xalla qayıdıb. Marat İzmaylov və Kamran Ağayevin debütü də meydan sahiblərinin xal qazanmasına yetərli olmayıb. Sonuncu penalti zərbəsini dəf etsə də, Yuri Syominin yetirmələri mövsümdə 3-cü dəfə "Qarabağ"a uduzub. Liderləri izləyən "İnter" növbəti qələbəsini qazanıb. Kaxaber Sxadadzenin yetirmələri paytaxt derbisində "Rəvan"ı məğlub edib. Azlıqda qalan Güvənc Kurtarın yetirmələri matçın gedişində hesabda tarazlıq yaratsa da, bu hesabı sonadək qoruya bilməyib. Əvəzində digər autsayder "Sumqayıt" sensasiyaya imza atıb. "Gənclik şəhəri" təmsilçisi AZAL-la məhsuldar heç-heçə edərək məğlubiyyət seriyasını qırıb.
2014-02-08
8,540
İti tənbəl olduğu üçün işdən qovdular
ABŞ-da Missisipi polisi qaçaq malların iylənilərək tapılması üçün saxlanılan Fred adlı K-9 itini tənbəl olduğuna görə işdən qovub. İtin qaçaq malların iylənilərək tapılmasında bacarığı olduğunu bildirən polis, ancaq Fredin diqqətinin çox tez dağıldığını açıqlayıb. "Axar.az" "Hafinqtonpost"a istinadən xəbər verir ki, Missisipi polisi ayrıca Fredin iş vaxtı ona öyrədilən işi görmək yerinə boş tənəkə qutularla oynadığını da bildirib. Polis Fredin işdən qovulduqdan sonra K-9 itlərinin saxlanıldığı Luisiana şəhərinə geri qaytarıldığını açıqlayıb.
2014-02-08
8,541
Olimpiya idmançısının ayağı sındı
Amerikalı idmançının yarışa bir neçə dəqiqə qalmış ayağı sınıb. Olimpiya oyunlarında iştirak üçün Soçiyə gəlmiş 21 yaşlı Amerika xizəkçisi Xeydi Klouzer yarışların rəsmi startına az müddət qalmış məşq zamanı ayağını zədələyib. Məşq zamanı baş verən zədələnmədə idmançının omba sümüyü də sınıb. Xizəkçi Xeydinin atası Mayk mətbuata bildirib ki, onun qızı çətinliklə hərəkət etməsinə baxmayaraq açılış mərasimində komanda yoldaşlarının yanında olmağa çalışacaq: "Bizim hamımız kimi o da çox məyus olub. Qızım heç olmasa final raundunda iştirak etməyi planlaşdırırdı. Ancaq o çox ciddi travma alıb". (ANS)
2014-02-08
8,542
Kraliça məhkəmə qarşısında - Video
İspaniya tarixində ilk dəfə kral ailəsinin üzvü məhkəmə qarşısına çıxarılıb. Şahzadə Kristina qeyri-qanuni israfçılıqda ittiham olunur. Məlumatlara görə, işi aparan hakim şahzadəni fırıldaqçılıq və çirkli pulların yuyulması maddələri ilə şübhəli hesab edib. Şahzadə Kristinanın məhkəmə salonuna gəlişi bir qrup şəxsin etirazı ilə qarşılanıb. Etirazçılar ölkədə işsizlik səviyyəsinin 26%-ə çatdığı dövrdə maliyyə fırıldaqlarında adı hallanan şəxslərin cəzalanmasını tələb edib. Etirazçı Pakita Qonsales: "Hər bir kəs oğurladığını geri qaytarmalıdı. Firkilərşirəm ki, bütün ispaniyalılar bunu tələb edir. Onlar bu pulları bizdən oğurlayıblar". Kristina məhkəmə qarşısında şirkətin bədxərc şəkildə etdiyi bir sıra ödənişlər, o cümlədən qab-qacağın alınmasına xərclənən 1741 avro, ailəvi şənliklərin və evdə rəqs dərslərin təşkili kimi məsələlər barədə sorğu sual olunub. Onun həyat yoldaşı isə 6 milyon avroya yaxın dövlət vəsaitinin talanı ilə əlaqədar cavabdeh şəxs qismində çıxış edir. İspan ailəsinə qarşı ilk rəsmi ittiham 2013-cü ilin aprel ayında irəli sürülsə də, sonradan məhkəmə həmin cinayət işini bağlayıb. Şahzadə Kristina və onun həyat yoldaşı 120 min avro məbləğində pulu gəlir bəyannaməsinə yazmamaqda ittiham olunur. Əgər bu ittiham sübut olunarsa, kral ailəsinin üzvləri inzibati cəzalara və pul cərimərlərinə məruz qala bilərlər. (ANS)
2014-02-08
8,543
Bakıda naməlum kişi meyiti tapılıb
Bakıda bağ evindən meyit tapılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, meyit Türkan qəsəbəsinin ərazisində tapılıb. Bakı şəhər sakini Əmanət Kərimovaya məxsus bağ evinin həyətində üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı kişi meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
2014-02-08
8,544
Bulvar çökdü, 3 nəfər suya düşdü - Foto
Bu gün saat 17 radələrində Mingəçevirdə Kür sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə sökülərək dağılıb. Bu barədə əslən Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində status paylaşıb. Millət vəkili qeyd edib: "1971-ci ildə Kür çayınını sahilində svaylar üzərində bütün sahil böyu piyada yolu yaradılaraq istirahət parkına çevrilmişdi. Mən özüm 13-14 yaşında həmin istirahət zolağının yaradılmasının şahidi olmuşam. Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham müəllim İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim. O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb. Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır". ("AzNews.az")
2014-02-08
8,545
Bu yollar təmir olunacaq – Siyahı
Bütün yolların təmiri 2015-ci ilə qədər yekunlaşmalıdır. Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı təsdiq edilib. Bu barədə nazirliyin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. O qeyd edib ki, bütün yolların təmiri 2015-ci ilə qədər yekunlaşmalıdır. Tədbirlər Planına uyğun olaraq, mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərinin qarşısında konkret vəzifələr qoyulub. Nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər edilib. Artıq Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna - Mərdəkan– Qala avtomobil yolunun Buzovna- Mərdəkan hissəsinin, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında ("Gənclik" metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olub. Bundan əlavə Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına və su oyunlarının keçiriləcəyi arenaya yeni avtomobil yollarının tikintisi və s. işlər nəzərdə tutulub. ("Lent.az")
2014-02-08
8,546
Türkiyədə təyyarəni qaçıran şəxsin adı və tələbləri açıqlandı
Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd edən Ukrayna vətəndaşının adı açıqlanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, 45 yaşlı Artyom Kozlovdur. Təyyarə İstanbulun Sabiha Gökçən hava limanına endikdən sonra zərərsizləşdirilən A.Kozlov yüngül xəsarət alıb. O, istintaqa ilkin ifadəsində təyyarə qaçırmaq cəhdini Ukrayna və Rusiyadakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə həyata keçirdiyini bildirib. Bununla belə, o, konkret olaraq hansısa məhbusun adını çəkməyib. Qeyd edək ki, fevralın 7-də Xarkov-İstanbul aviareysini həyata keçirən və "Pegasus" şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarənin sərnişinlərdən biri əlində telefon tutaraq yük yerində bomba olduğunu bildirib və təyyarənin XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin keçirildiyi Soçiyə uçmasını tələb edib. Əks halda, təyyarəni partladacağı ilə təhdid edib. Lakin pilot təyyarəni təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirib. Dərhal təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb, yük yerində axtarış aparılıb və təyyarədə bomba olmadığı aydınlaşıb. Bundan sonra pilotla danışıqlar aparılıb və sərnişinlərin buraxılmasına dair razılaşma əldə olunub. Qəfil hərəkətə keçən Türkiyə xüsusi təyinatlıları A.Kozlovu zərərsizləşdirib. Ukrayna Təhlükəsizlik Xidməti isə təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş olduğunu açıqlayıb. Türkiyədəki rəsmilərlə müzakirələrdən sonra yayılan açıqlamada bildirilib ki, hadisə terrora cəhddən daha ziyadə sərxoş bir sərnişinin özünü idarə edə bilməməsi kimi dəyərləndirilir.
2014-02-08
8,547
Paytaxtda saxta endirim fırıldağı - Video
Bu gün şəhərdə üzərində 70%, 50%, hətta 90% endirim yazılan mağazalara rast gəlmək mümkündür. Maraqlandıqda isə məlum olur ki, bu endirim kampaniyaları əslində süni xarakter daşıyır. Çünki bu endirimlər bütün məhsullara aid edilmir. Yalnız mövsümü bitmiş, yaxud keyfiyyət göstəriciləri aşağı düşmüş mallara tətbiq edilir. Nəticədə isə alıcıların həmin mağazanın sahibkarlarina inamı azalır. Satıcılar isə bu tip reklamların işə yaradığı qənaətindədir. Yəni göz qamaşdıran, böyük rəqəmli endirim lövhələri mağazaya müştəri cəlb edə bilir. Mütəxəssilər isə hesab edirlər ki, reklam haqqında qanunda olan boşluqdan yararlanan bəzi sahibkarlar bundan sui-istifadə edərək süni endirimlərlə istehlakçıların hüquqlarını pozur. Xarici dövdətlərdə endirimlər xüsusi qanunla tənzimlənir. MDB ölkələrindən Rusiya, Qazaxıstan və Ukraynada saxta endirimlərlə bağlı qanun qəbul edilib. Rusiyada mağaza təkrar olaraq 3 dəfə saxta endirim təklif edirsə, həmin mağaza bağlanır və əmlakı müsadirə edilir. Həmçinin Rusiyada 25%-dən, Ruminiyada isə 30%-dən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir. (ANS)
2014-02-08
8,548
Bomba israilli əsgərlərin əlində partladı - Video
Fələstinli nümayişçilərin üzərinə qaz bombası atan İsrail əsgərlərinin bombaları bu dəfə əllərində partlayıb. "Axar.az" xəbər verir ki, İsrail əsgərlərinə aid konvoyda səhvən əsgərlərdən birinin əlində bomba partlaması kameralara əks olunub. Avtomobilin arxa qapısını açan 4 əsgər qaz bombasının təsirindən qaçmaq istəyərkən bir-birlərinin üstünə yıxılıblar. Bu hadisəni fələstinli nümayişçi lentə alıb.
2014-02-08
8,549
Fransada qatar relsdən çıxdı: 2 ölü
Fransada sərnişin qatarının relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Məlumata görə, 2 vaqondan ibarət qatar Nitsadan Din le Ben şəhərinə gedirmiş. Vaqonlardan birinin aşdığı bildirilir. İlkin məlumata görə, relsin üstünə düşən daş qəzaya səbəb olub. Hadisə yerində xilasetmə tədbirləri davam edir.
2014-02-08
8,550
Mədinədə yanğın: 15 ölü, 100-dən çox yaralı - Yenilənib
Bu gün Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətinə gələnlərin qaldığı hoteldə yanğıb baş verib. Günorta saatlarından sonra baş vermış yanğın nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. İlkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənənlər arasında 15 Türkiyə vətəndaşı da var. Ölənlərin sayı haqqında dəqiq məlumat verilmir, yaralıların isə xəstəxanalara yerləşdirildiyi deyilir. Mədinə Mülki Müdafə Qoşunlarının mətbuat katibi Albay Xalid əl-Cahni "İşraq əl-Mədinə" hotelində baş vermiş yanğının söndürülməsi istiqamətində iş aparıldığını, təcili tibbi yardım maşınlarının yaralıları yaxın xəstəxanalara apardığını deyib. (Trend) 22.05 Yerli KİV-lərin məlumatına görə, hadisə nəticəsində 15 nəfər ölüb, 100-dən çox şəxs isə xəsarət alıb. Ölənlərin əksəriyyətinin Misir vətəndaşları olduğu bildirilir. Bir çox yaralı isə ağır vəziyyətdədir. "Sky News Arabia" telekanalının məlumatına görə, hazırda yanğınsöndürənlər yuxarı mərtəbələrə qalxan yanğını söndürməyə çalışırlar. Xilasedicilərin işini qatı tüstü çətinləşdirir. Binanın daxilində hələ də köməyə ehtiyacı olan insanların qaldığı deyilir.
2014-02-08
8,551
20 il sonra qulağından kağız çıxdı
Səudiyyə Ərəbistanında bir nəfər kağız parçasını 20 il qulağında unudub. "Axar.az" xəbər verir ki, bu barədə informasiya "Əl-Cəzirə" qəzetində yayımlanıb. Səudiyyə Ərəbistanında bir nəfər liseydə təhsil aldığı vaxt imtahanlardan birində hazırladığı kiçik bir kağız parçasını qulağına yerləşdirib. Təxminən 20 il kağızın qulağında olduğunu unudub. Həmin şəxs 20 il sonra qulağlnda dəhşətli ağrılar hiss edib və bu səbəbdən xəstəxanaya müraciət edib. Müayinə zamanı bəlli olub ki, qulağında kağız parçası var.
2014-02-08
8,552
Soçidə Azərbaycana da həqarət edildi – Foto
Soçi Olimpiadasının açılış ssenarsinə görə, arenaya çıxan komandalardan öncə ölkələrin xəritələri stadion boyu televizya tamaşaçılarına təqdim olunub. "Axar.az"ın məlumatına görə, milli yığmamız stadiona daxil olan zaman - Gürcüstan milli yığması ilə bağlı baş verən olaya uyğun - "duman örtüyü" Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağın da üstünü örtüb. Xatırladaq ki, gürcü idmançılarının arenaya girdiyi zaman təqdim olunan xəritədə Gürcüstanın ərazi bütövlüyünün şübhə altına alınması gündəmdədir. Gürcü mediası və siyasi ekspertlərinin iddiasına görə, xəritədə Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində göstərilməyib. Açılış mərasiminin getdiyi bir vaxtda "İmedi" telekanalında canlı efirə gedən "Mövqe" tok-şousunun qonağı olan Gürcüstanın Xarici İşlər naziri Maya Pancikidze insindentlə bağlı sualların qarşısında aciz qalıb. O, sadəcə, veriliş istırakcılarını bunu təxribat kimi qəbul etməməyə çağırıb. Videodan da görünürdü ki, xəritənin Abxaziya və Cənubi Osetiya olan hissələri qəribə dumanla "örtülüb". Eyni "dumanın" həm də Dağlıq Qarabağın üstündə görünməsi artıq separatçı rejimlərə Rusiyanın münasibəti və Gürcüstan və Azərbaycan ərazi bütövlüyünə Rusiyanın etinasızlığı kimi qəbul olunmaqdadır. Qeyd: Abxaziya və Osetiya kimi, Azərbaycan xəritəsində də Qarabağın üstündə "ağ duman" olduğu fotodan aydın görünür.
2014-02-08
8,553
İlham Əliyev və xanımı Soçidə konkisürmə oyunlarına baxıb - Foto
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalıb. "Axar.az" bu barədə Prezidentin rəsmi saytına istinadən məlumat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxıblar. Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur.
2014-02-08
8,554
Taksim yenə ayağa qalxıb - Foto
Bu gün Türkiyənin İstanbul şəhərinin Taksim meydanı yenidən qarşıdurmalara səhnə olub. İstiqlal prospektində interneti məhdudlaşdıran yeni qanuna etiraz edən qruplar ilə polis qarşı-qarşıya gəlib. Polis zirehli maşınla etirazçıları dağıtmağa çalışıb. Sosial media vasitəsi ilə edilən çağırışlarla gələnlər saat İstanbul vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 21.00-da) Taksimdə toplaşmaq üçün hərəkətə başlamışdılar. Polis Qalatasaray meydanından Taksimi gedən qrupların önünü İstiqlal prospektində kəsib. Qrupdan fişəng atıldıqdan sonra zirehli maşınlar nümayişçilərin üzərinə hərəkət edib. Taksimdə polis geniş təhlükəsizlik tədbirləri görüb. Taksim meydanı çox sayda polis tərəfindən dövrəyə alınıb. Gəzi parkı bağlanıb. Hazırda etirazlar davam edir. (ANS)
2014-02-08
8,555
Bakıda qadın evində ölü tapıldı
Bakı şəhərində 82 yaşlı qadın evində ölü tapılıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Mənzilə baxış keçirilərkən Zaykova Vera İvanovna huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində V.Zaykovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
2014-02-08
8,556
Ağcabədi qaranlığa büründü - Təfərrüat
Ağcabədidə elektrik enerjisinin bütün rayonda kəsilməsi və müvafiq qurumların problemi aradan qaldırmaq üçün dərhal tədbir görməməsi əhalinin narazılığına səbəb olub. "Axar.az"a Ağcabədi rayonundan verilən məlumata görə, hazırda hətta polis idarəsi və icra hakimiyyəti binasında da işığın olmadığı bildirilir: "Ehtimal ki, rayondakı elektrik stansiyasında ciddi problem var. Transformatorların partladığı deyilir. Ancaq əhali vaxtaşırı olaraq belə problemlə üzləşdiklərindən, hətta rayondakı ən strateji yerlərdə elektrik enerjisinin olmadığı xəbəri də onları sakitləşdirmir. Hamı işıq tələb edir". İşıq problemi aradan qalxmasa, sabah əhalinin Prezident Administrasiyasına şikayət edəcəyi gözlənilir: "Əhali rayon rəhbərliyindən Prezidentin tapşırığına əməl etməyi tələb edir. Cənab Prezident son çıxışında "xalqın xidmətçisi olun" deyə məmurlarına tapşırıq verdi. Əhali hesab edir ki, icra başçısı bu deyilənlərdən nəticə çıxarmır".
2014-02-08
8,557
Sumqayıtda üçotaqlı ev yandı
Sumqayıt şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 6 kv.m sahədə mebel yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-08
8,558
Şəkidə avtomobil ağaca çırpıldı: ölən və yaralanan var
Bu gün axşam saat 21:30-da Şəkidə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Şəki-Qaraməryəm-İsmayıllı yolunun 142-ci km-də, Köbər Zəyzid kəndi ərazisində baş verib. 1976-cı il təvəllüdlü Lətifov Vüqar Məmməd oğlunun idarə etdiyi "90 EN 076" dövlət nömrə nişanlı Lada Priora markalı avtomobil yoldan çıxaraq qəza törədib və yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə sürücü ilə yanaşı bir sərnişin də olub. Qəza nəticəsində sürücü V.Lətifov dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Yalnız bunnan sonra sürücünü avtomobildən çıxarmaq mümkün olub. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Trend)
2014-02-08
8,559
“Qurdlar Vadisi” bu dəfə bokladı...
"Qurdlar Vadisi Pusu"! Qardaşlarımızın çəkdiyi bu serial çoxdan Türkiyənin sərhədlərini aşıb. Baxımlı filmdi, gözəl də musiqisi var. Aktyor oyunlarına da söz ola bilməz. Və bu film Azərbaycanda da sevilir. Cümə axşamları rəhmətə getmiş əzizlərinə "Quran" oxutmağı yaddan çıxarsalar da, bu filmi izləməyi yaddan çıxarmırlar. Bu film əvvəllər bir qəhrəmanlıq dastanı olsa da, sonradan bəzi siyasi dairələrin təsiri ilə tam siyasiləşdi. Hətta gündəmi bəlirləməyə başladı. Olsun, sözümüz yox. Bu film haqqında ötənlərdə silsilə məqalələr yazmışdım, filmdəki bəzi nüanslara toxunmuşdum. Bir azərbaycanlı kimi heysiyyatıma dəyən yerlər olduğuna görə umu-küsümü bildirmişdim, amma nədənsə məni qınayanlar çox oldu. Olsun. Yazı yazanda ürəyimdəkiləri yazıram, kimlərin bu yazını necə qarşılayacağı məni maraqlandırmır. Məsələ nədi? Filmin son iki seriyasında Azərbaycana çox ciddi sataşmalar var. Özü də siyasi sataşmalar. Bir qardaşın başqa bir qardaşı aşağılamasına nə ad vermək olar? Ümumiyyətlə, son zamanlar türk seriallarında Azərbaycana sataşmalar diqqət çəkir. Məsələn, "Möhtəşəm yüzyıl" filmində xalqımızın az qala inanclarından birinə çevrilmiş Şah İsmayıl aşağılanır, Səfəvi dövləti fars dövləti kimi təqdim olunur və sair və ilaxır. Qayıdaq "Qurdlar Vadisi"nin son iki seriyasına. Bəli, qurdlar Türkiyənin Başbakanının İrana səfəri ərəfəsində (səfər bu günlərdə gerçəkləşmişdi) Azərbaycana gəlirlər. Özləri demişkən, burda böyük "operasyon" həyata keçirirlər. Məlum olur ki, ruslar Başbakanın İrana səfəri zamanı ona sui-qəsd eləmək və bununla da Türkiyə-İran münasibətlərinə zərbə vurmaq və eləcə də Türkiyəni qarışdırmaq istəyirlər. Və bu işdə də ruslara bizlər dəstək veririk. Və qardaşlarımız çəkinmədən bizləri "rus uşağı" adlandırırlar. Biz uşağa "uşaq" deyirik, türklər "nökərə". Məntiqsizlik çoxdu, Karanın bura gəlməsi, burdakı "igidlikləri", İrana getməsi, ordakı "igidlikləri", sərhəddən keçmək istərkən Bəxtiyar adlı birisini xilas etmək üçün geri dönməsi. Bu Bəxtiyar kimdi, hardan hop eləyib düşüb bura? Hansısa özəl şirkətin həyətinə girib bizləri sərçə kimi qırması və burda da özbəklərin onlara dayaq durması. Və çox maraqlıdır ki, Özbəkistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdən bir az fərqlidi, yəni daha pisdi. Türkiyə bizim qardaşımızdı. Türkiyənin Başbakanına atılan gülləyə Azərbaycan sinəsini verər. Eləcə də Türkiyəyə atılan gülləyə Azərbaycan sinəsini verər. Buna onlarla misal çəkə bilərəm. İnanıram və eləcə də bilirəm ki, Türkiyə də Azərbaycana atılan gülləyə sinəsini verər. Elə isə bu filmi yapanların məqsədi nə? Bu hansı siyasi dairənin sifarişidi? Bu filmə dedim ki, dünyada baxırlar. Bizim nüfuzumuza dünyada xələl gətirmək Türkiyənin hansı siyasi dairəsinin marağındadı? Azərbaycan xalqını Türkiyədən incik salmaq kimə sərf edir? Özü də Türkiyənin indiki vəziyyətində. Türkiyənin Suriyaya dönə biləcəyinin 10-15 addımlığında olan bir vaxtda. Mənim "Dolu" romanımda bir yer var. 1990-92-ci illərdir. Bir ana həsrətlə gözləyir ki, türklər gələcək və bizə dəstək olacaq. Hər gün döyüşçü oğlundan soruşur ki, türklər gəlmədi, bəs harda qaldılar? Oğlu da cavab vermir. Axırda bir gün yenə soruşanda ki, türklər gəlmədi? - Gəliblər, ay ana, gəliblər. - Allaha şükür. Bəs hardadılar? - Bakıdadılar, ay ana. - Nə edirlər? - Dönərxana tikirlər. - Dönərxana nədi, ay oğul? - Avtomat zavodu. - Buy, onlara qurban olum, buy, onların başına dönüm. Allah, sən özün onlara kömək ol. "Dolu" filmi çəkilərkən montaj zamanı rejissor Elxan Cəfərovla belə qərara gəldik ki, bu epizodu başqa cür verək, çünki burda türklər aşağılanır. Niyə qardaşlarımızı aşağılayaq, çünki buna dünyada baxacaqlar, qardaşlarımızı dünyada gözdən salmayaq. Və epizodu belə təqdim elədik. - Bəs, bu türklər niyə gəlmədi? - Gəliblər, ay ana, gəliblər. - Buy, onlara qurban, Allah, sənə şükür. Biz buyuq. Türkiyə Ermənistanla sərhədləri açmaq istəyən zaman da filmdə Azərbaycan aşağılanmışdı, azərbaycanlılar aşağılanmışdı. Silsilə yazıda bunu qeyd etmişdim, təkrar yazmıram, dərc edərəm oxuyarsız. Və sonda. Məşhur futbolçumuz Ələkbər Məmmədov SSRİ yığma komandasında oynayanda Türkiyənin qapısına, yadımdan çıxıb, üçmü-dördmü top vurmuşdu. Türk şərhçi bir azərbaycanlının Sovet komandasında oynamasını fəxarətlə dinləyicilərə çatdırırmış. - Əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız topladı. Hər dəfə belə təqdim edərmiş. Sonra Ələkbər Məmmədov bir top vurdu. Şərhçi bunu da gözəl təqdim edir ki, əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız gözəl bir top vurdu. Sonra ikincisini vurur, şərhçi dilxor olmağa başlayır. Bundan sonra top Ələkbər Məmmədovda olanda deyir: - Əti-ətimizdən, qanı-qanımızdan olan gavurlara satılmış müsəlman qardaşımız yenə topladı. Üçüncü topu vuranda şərhçi deyir: - Əti-ətimizdən, qanı-qanımızdan olan müsəlman qardaşımız bokladı! "Qurdlar Vadisi" bu dəfə bokladı. adalet.az
2014-02-09
8,560
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
2014-02-08
8,561
Cem Karacasız on il - Video
Bu gün türk rok musiqisinin yaradıcılarından biri sayılan müğənni, bəstəkar, teatr və kino aktyoru Cem Karacanın ölümündən 10 il keçir. Barış Mançonun qardaşı olduğu iddia edilən Azərbaycan əsilli Cem Karaca 5 aprel 1945-ci ildə İstanbulda doğulub və 8 fevral 2004-cü ildə 58 yaşında elə doğulduğu şəhərdə vəfat edib. "Axar.az" Cem Karacanın ən sevimli mahnılarından birini təqdim edir:
2014-02-08
8,562
İspan deputat: “BMT-nin qətnamələri yerinə yetirilməlidir” - Foto
Ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Maria Çikoyonun "Publika.az"a eksklüziv müsahibəsi: - Azərbaycanda olmaq sizin üçün necədir? - Mən Azərbaycanda artıq 7-ci dəfədir ki, oluram. Azərbaycana ilk səfərimdən bəri ölkəniz çox dəyişib və inkişaf edib. Mən Azərbaycanda, paytaxt Bakıda böyük inkişafı görürəm. Bu səfər mənə çox xoş təsir bağışladı və maraqlı oldu. - Səfərinizin əsas məqsədi nədir? - Biz Azərbaycan nümayəndələri ilə keçirdiyimiz bütün görüşlərdə qeyd etmişik ki, səfərimiz tanışlıq məqsədi daşıyır. Azərbaycan haqqında məlumatları İspaniya ictimaiyyətinə, parlamentinə və hökumətinə çatdıracağıq. - Səfər zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiniz. Bu münaqişə ilə bağlı ölkənizin mövqeyi nədən ibarətdir? - 2012-ci ildə Madriddə də bizim görüşümüz olmuşdu. O vaxt Azərbaycan parlamentinin bir qrup deputatı Madridə səfər etmişdi. O zaman da keçirdiyimiz görüşdə biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdik. Bu səfərimizin də əsas məqsədi odur ki, Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni vəziyyəti haqqında ətraflı məlumata malik olaq, ölkənizi daha yaxşı tanıyaq. Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, həll olunmayıb. Bu illər ərzində haqq-ədalət bərpa olunmayıb. BMT-nin qəbul etdiyi 4 qətnamə hələ də icra olunmamış qalır. Biz bu qətnamələrin icrasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. Bu münaqişə nəticəsində Azərbaycan əhalisinin xeyli hissəsi qaçqın vəziyyətinə düşüb. Bu dözülməzdir. Unutmayaq, İspaniya dünyada insan hüquqlarını ən fəal müdafiə edən dövlətlərdən birirdir. Biz öz yurdlarından didərgin düşən və bir çox sahələrdə hüquqları pozulan Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz bu işğala son qoyulmasını, insan hüquqlarının təmin olunmasını və regionda, o cümlədən Azərbaycanda sülhün təmin olunmasını arzu edirik. Əgər BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilərsə, o zaman müharibəyə ehtiyac qalmaz. Hesab edirəm ki, münaqişənin həlli üçün də ən yaxşı çıxış yolu məhz odur ki, BMT-nin qəbul etdiyi qətnamələr icra olunsun. Biz bu münaqişə haqqında ətraflı məlumatı öyrənirik. Azərbaycandan qayıdandan sonra isə ölkəniz haqqında, o cümlədən, işğal olunmuş torpaqlarınızla bağlı həqiqətləri ispan xalqına və hökumətinə çatdırılacaq. - Azərbaycanda da İspaniyaya maraq var. Xüsusilə də İspaniya futbol klubları Azərbaycanda maraqla izlənilir. Bizim üçün maraqlıdır, siz hansı kluba azarkeşlik edirsiniz? - Təbii ki, İspaniyanın futbol klubları olan "Real Madrid", "Barselona", "Valensiya" və digərləri dünyada olduğu kimi, Azərbaycanda da sevilə bilər. Bu, təbii haldır. Bizim keçirdiyimiz görüşlərin də əsas məqsədi odur ki, İspaniya-Azərbaycan arasında həm idman, həm siyasi, həm mədəni, həm də digər sahələrdə münasibətlər yüksəlsin. Əlaqələrimizin genişlənməsi gələcəkdə futbol sahəsində də əməkdaşlığa yeni imkanlar açacaq. Ümumiyyətlə, biz Azərbaycandan yeni layihələr və təkliflər gözləyirik. - Bəs siz hansı klubun azarkeşisiniz? - Mənim sevimli futbol klubum var və bu, "Valensiya"dır. "Valensiya"nın azarkeşiyəm. - Fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının növbəti ildönümü anılacaq. Ümumiyyətlə, Xocalı soyqırımı haqqında siz və ispan xalqı nə qədər məlumatlıdır? - Əlbəttə ki, Xocalı haqqında məlumatım var. Mən katolikəm və dünyanın istənilən yerində günahsız insanlara, ən əsası da körpə uşaqlara, qocalara və qadınlara qarşı törədilən bu cür vəhşiliklərə heç cür haqq qazandıra bilmərəm. Bu soyqırımı törədənlər mütləq qanunlar qarşısında cəzalandırılmalıdır.
2014-02-09
8,563
Rusiyada qeyri-adi oğurluq
Moskvanın şimal - şərqində içərisində yatmış uşaqlarla birlikdə "CİP" maşın qaçırılıb. "Land Rover"i oğurlandığı yerdən bir az aralı Uqliçskoy küçəsində tapıblar. DİN Moskva Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Əliəkbərov məlumat verib ki, görünür oğrular maşında arxa oturacaqda yatmış iki uşağı görən kimi fikirlərindən daşınıblar. Uşaqlardan heç biri xəsarət almayıb. Onlar valideynlərinə təhvil verilib. Polislər şübhəli şəxsləri axtarır. ("AzNews.az")
2014-02-09
8,564
İran ABŞ sahillərinə qoşun yeritdi
Bu gün İran hərbi dəniz qüvvələrinin rəhbərliyi Birləşmiş Ştatların dəniz sərhədlərinə gəmilər göndərməsi barədə məlumat yayıb. İranın şimal dəniz donanmasının komandiri admiral Rezayi Həddad bildirib: "İran hərbi-dəniz donanmasının gəmiləri Cənubi Afrika sahillərindən keçməklə Atlantik okeana yol alıblar. İran hərbi donanması ABŞ-ın dəniz sahillərinə yaxınlaşır və bu manevr bir ismarıcdır". İranla altı beynəlxalq vasitəçi arasında nüvə proqramı məsələsində razılaşma əldə edilməsinə baxmayaraq ABŞ-la İran arasında münasibətlər gərgin olaraq qalır. 2010-cu ildən İran neytral sularda hərbi mövcudluğunu artırmağa başlayıb. "Fars" agentliyinin yazdığına görə, İranın bu addımı ABŞ hərbi-dəniz qüvvələrinin Fars körfəzində möcudluğunun güclənməsinə qarşı cavabdır. (ANS)
2014-02-09
8,565
Azərbaycanlı tarzən xanımı Tarkanla nə birləşdirir?
Məşhur tar ifaçısı Humay Qədimova Tarkan və Sərdar Ortaçın mahnısını tarda ifa edəcək. Bu barədə o "ATV Maqazin"ə müsahibəsində bildirib. "Axar.az" xəbər verir ki, sırf tar və ud aləti üçün Humay Qədimova albom buraxacaq. Həmin albomda məşhur türk estradasının müğənniləri Tarkan və Sərdar Ortaçın mahnıları da yer alacaq.
2014-02-09
8,566
Kişi həkimə icazə verilməməsi qadının ölümünə səbəb oldu
Səudiyyə Ərəbistanında infarkt keçirən tələbə qıza kişi həkimin yardım etməsinə izacə verilməməsi nəticəsində tələbə qız həyatını itirib. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Kral Suud Universitetində halı pisləşən 24 yaşındakı Amna Bavazeer adlı tələbə üçün təcili yardım nümayəndələri universitetə gəlib. Ancaq universitet rəhbərliyi təcili yardım həkimlərinin kişi olması səbəbindən onların qız tələbələrin yataqxanasına girişinə icazə verməyib. 2002-ci ildə də Məkkədə bir qız yurdunda baş verən yanğında kişi yanğınsöndürənlərin binaya daxil olmasına icazə verilməmişdi və nəticədə 15 qız yanğında yanaraq can vermişdi.
2014-02-09
8,567
Meyxanaçı qardaşlar müxalifətin 20 minini götürmədi
Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb. Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. Bunu "Tı kto takoy, davay do svidaniya"nın müəlilfləri özləri bildirib. Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə. Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir. (ANS)
2014-02-09
8,568
Olimpiadada ilk rekord qeydə alındı
Fevralın 8-də 22-ci Qış Olimpiadasında ilk Olimpiya rekordu qeydə alınıb. Niderlandlı konkisürən Sven Kramer 5 min metr məsafəyə qaçışla bütün rəqiblərini keçərək qızıl medala sahib olub, həm də 6:10:76 nəticə ilə yeni Olimpiya rekordu adına layiq görülüb. Soçi şəhərinin "Adler-arena" stadionunda keçirilən yarışda ilk üç yeri niderlandlılar tutub. Yan Blokheysen və Yorrit Berqsma 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. Xatırladaq ki, Olimpiya çempionu Kramer 2006-cı il Turində keçirilən Olimpiadada gümüş medal qazanmışdı. (ANS)
2014-02-09
8,569
Çeçen komandir də öldürüldü
Suriyanın Hələb şəhərinə hücum zamanı çeçen komandir öldürülüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hələb şəhərinin mərkəzi həbsxanasına fevral ayının 6-da başlayan hücum Bəşər Əsədə bağlı olan silahlı qüvvələr tərəfindən geri oturdulub, ancaq öncə məlumat yayılmışdı ki, Azad Suriya ordusunun, xüsusilə "Cünd aş-Şam Müslim aş-Şişani" terrorçu qrupunun planlaşdırılmış hücumu ilə həbsxana ələ keçirilib və ordakı yüzlərlə məhbus azadlığa buraxılıb. Mücahidlərə bağlı agentlik məlumat verir ki, döyüş zamanı Ruslan Maçalikaşvili adlı çeçen komandir qətlə yetirilib.
2014-02-09
8,570
Yeni serial başlamadan hamını ağlatdı - Video
"Ay yapım"ın yeni layihəsi olan Qara Pul Eşq serialının ilk tanıtımı hər kəs tərəfindən bəyənilib. "Axar.az" xəbər verir ki, Tuba Bütüküstünlə (Elif) Engin Akyürəyin (Ömər) qarşılıqlı danışdıqlarını zənn etdiyimiz tanıtımın finalında cütlüyün əslində itirdikləri sevdikləriylə sağollaşdığı ortaya çıxır. Sürpriz finalıyla izləyicilərin marağına səbəb olan tanıtım yeni hekayənin başlayacağının siqnalını verir.
2014-02-09
8,571
İran parlamentinin qarşısında etiraz aksiyası keçirildi
Bu gün səhər İran Parlamentinin qarşısında 100-dən çox kənd təsərrüfatı üzrə mühəndis etiraz aksiyası keçirib. Bu barədə İRNA agentliyi məlumat verir. Məlumata əasən, etirazçılar Parlament nümayəndələrindən gələn ilin büdcəsində (İranda il martın 21-də dəyişir) onların işlə təmin olunması üçün vəsaitin ayrılmasını və 2010-cu ildə kənd təsərrüfatı üzrə mühəndislərin işlə təmin olunması üçün təsdiq olunan lakin indiyədək icra olunmayan qanunun icrasını tələb ediblər. Etirazçılar əllərində üzərində "Bizim işlə təmin olmamız üçün büdcə ayırın", "2010-cu ildə təsdiqlənmiş qanunu icra edin" yazılan plakatlar daşıyıblar. (Trend)
2014-02-09
8,572
Soçi olimpiadasının ilk günündə Norveç liderdir
Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc qazanan Norveç ən çox medala sahib ölkə olub. Hər birinə 3 medal düşən Kanada və Niderland ikinci, iki medalla ABŞ isə üçüncü sıradadadır. Ev sahibi Rusiya isə hələ medal əldə edə bilməyib. Qeyd edək ki, amerikalı snoubordçu Seyc Kotsenburq Soçi olimpiadasında ilk qızıl medal qazanan oyunçu olub. (Trend)
2014-02-09
8,573
Qusarda yol terroru: İş adamının oğlu öldü - Foto/Yenilənib
Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı "Maserati" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib. Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 11:40 Gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ" İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar. Məlumata görə, F. Dadaşov iş adamı Nazim Dadaşovun oğludur. ("Lent.az")
2014-02-09
8,574
BMT nümayəndələri silahlı hücuma məruz qaldı
Suriyanın Homs əyalətində yerli əhaliyə humanitar yardım aparan BMT nümayəndələri silahlı hücuma məruz qalıblar. Hücum nəticəsində biri nisbətən ağır olmaqla, azı 4 ilkin tibbi yardım işçisi yaralanıb. Silahlı hücum əməliyyatı döyüşlərin qızğın getdiyi bölgələrdən birində baş tutub. Silahlılar BMT nümayəndələrinin avtomobilinə atəş açıblar. Bununla belə, rəsmilər humanitar yardımı lazımi məntəqələrə çatdıra biliblər. Bir qədər əvvəl Suriya hökuməti döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım edilməsi və mühasirədə olan 2500-dən çox suriyalının təxliyə edilməsi üçün 3 günlük atəşkəs elan etmişdi. Atəşkəsin kim tərəfindən pozulduğu isə məlum deyil. Bununla belə müxalifət rəhbərliyi hücuma görə, hökumət qüvvələrini günahlandırıb. Hələb şəhərində isə, hərbi hava qüvvələrinin üsyançılara qarşı əməliyyatlarında növbəti dəfə mülki yaşayış məntəqələri zərbələrə məruz qalıblar. Aviazərbələrdən biri azı 15 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub. Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsi ilə əlaqədar amerikalı həmkarı Con Kerri ilə telefon bağlantısı yaradıb. Tərəflər sabah keçiriləcək "Cenevrə - 2" danışıqlarının növbəti mərhələsi ilə bağlı müzakirələr aparıblar. Rusiya xarici işlər nazirliyindən verilən məlumata görə, telefon danışığı Amerika hökumətinin təşəbbüsü ilə baş tutub. (ANS)
2014-02-09
8,575
Tarixə qərq olmuş avtobuslar - Foto
Keçmişdən bu günə unutduğumuz o avtobuslar ...
2014-02-09
8,576
Misir Mərdanov prokurorluqda dindiriləcək
Azərbaycanda saxta diplom qalmaqalı getdikcə böyüyür və demək olar ki, hər gün ortaya yeni məqamlar çıxır. "Yeni Müsavat"a bu qalmaqal və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı yeni məlumatlar daxil olub. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq. Əldə etdiyimiz məlumata görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir. Aldığımız xəbərdə deyil ki, cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb. Təbii ki, saxta diplomlar M.Mərdanovun nazir olduğu dövrlərdə verildiyindən onun adının bu qalmaqala qarışmaması suallar doğura bilərdi. Amma adının sözügedən cinayət işində bilavasitə bu məsələdə məsuliyyət daşıyan şəxs kimi keçməsi və dindirilməyə hazır olması haqda xəbərlər alması sabiq nazir üçün gözlənilməz olub. Məlumatda bildirilir ki, bu məsələdə M.Mərdanovun vaxtilə münasibətlərinin gərgin olduğu bəzi yüksək vəzifəli şəxslərin də rolu var. Onlar saxta diplom qalmaqalının böyüməsində və M.Mərdanovun bu qalmaqaldan zərər görməsində maraqlıdırlar. Buna görə də öz imkanları çərçivəsində M.Mərdanovun adının bu məsələlərdə daha ciddi şəkildə, birbaşa ittiham hədəfi olaraq keçməsinə çalışırlar. Bu barədə danışan məlumatlı şəxsin sözlərinə görə, məsələnin böyüməsi sabiq nazirə çox ciddi zərbə vura bilər. İndi dayaqları xeyli zəif olan M.Mərdanovun müdafiə imkanları azdı və ortada kifayət qədər ciddi faktlar var. Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib. Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: "O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur". Buradan görünür ki, təkcə köçürülmə ilə bağlı bir sənədin saxtalaşdırılması nəticəsində 88 nəfərə saxta diplom verilib. Ancaq nazirin imzaladığı sənəddə rəqəmin dəyişdirilərək 88 nəfərin adının həmin sənədə əlavə edilməsi o qədər də inandırıcı görünmür. Çünki bu sənədlərdə saylar təkcə rəqəmlə göstərilmir, həmçinin mötərizədə sözlə yazılır. A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar. Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir. Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Müəllimlər İnstitutunun Qazax filialı olub. Müəllimlər İnstitutunun Salyan filialının rəhbəri isə A.Naxçıvanlıya qarşı açıq ittihamlarla çıxış edir. Filialın rəhbəri deyir ki, bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat rüşvət verib. A.Naxçıvanlının təkziblərinə baxmayaraq, filial rəhbəri ittihamlarını davam etdirir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iki maddə ilə başlanan cinayət işində bu epizod da əsas xətt olaraq keçir. Saxta diplom qalmaqalı, ittihamlar isə getdikcə böyüyür və bu günlərdə bu işə dələduzluq epizodu da əlavə edilib. Araşdırmaların nəticəsi olaraq həbslərin olacağı gözlənilir.
2014-02-09
8,577
Bakıda xaricilər dəm qazından zəhərləndi
Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Xutor qəsəbəsi Bəhlulzadə küçəsində yaşayan Hindistan vətəndaşları olan qadın və kişi gecə saatlarında dəm qazından zəhərlənib. 35-40 yaşarında olan hindistanlılar zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirir. Xatırladaq ki, bir neçə gün bundan öncə Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan Azərbaycan Tibb Universitetinin iki müəllimi də dəm qazından zəhərlənmə nəticəsində dünyalarını dəyişib. (ANS)
2014-02-09
8,578
“Neftçi” “Xəzər-Lənkəran”dan imtina etdi - Video/Yenilənib
Bu gün Topaz Premyer liqasının XX turu ərəfəsində "Xəzər Lənkəran"la oyuna yollanan "Neftçi" futbol klubunun avtobusu daş-qalaq olunub. "Axar.az" xəbər verir ki, bu barədə klubunun nümayəndəsi Gündüz Abbaszadə feysbuk hesabında məlumat yayıb. Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 16:00-da Lənkəran şəhər stadionunda keçiriləcək. 12:25 Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə qeyd edib ki, qarşı tərəfin təhlükəsizliyi lazımi səviyyədə təmin etməməsindən dolayı oyundan imtina edirik. "Xəzər Lənkəran" klubu heç bir təhküsəzliklik tədbiri görməyib. Bu gün səhər qaldığımız otelin qarşısında "Neftçi"nin avtobusu "Xəzər Lənkəran" azarkeşləri tərəfindən daş-qalaq edilib, şüşələri sındırılıb. Əgər oyun başlamamış vəziyyət bu həddə çatıbsa, matçın gedişində bundan da pis hallar baş verə bilər. Buna görə də biz Bakıya qayıdırıq" - deyə o bildirib.
2014-02-09
8,579
Fətullah Gülənlə bağlı şok məlumatlar yayıldı
Türkiyə mətbuatında Fətullah Gülənlə bağlı şok məlumatlar yayılıb. Gülən camaatı ABŞ siyasətçilərini susdurmaq üçün 2006-cı ildən bu günə qədər 1,5 milyon dollar dəyərində vəsait xərcləyib. Hazırkı Texas ştatının valisi Rik Perriyə də yüksək məbləğdə ödənildiyii barədə məlumatlar üzə çıxıb. Perri Türkiyənin NATO üzvlüyündən çıxarılmasının tərəfdar olması ilə seçilir. Türkiyənin "Sabah" qəzetinin əldə etdiyi pul xərcləyənlər siyahısında isə Gülən camaatına yaxınlığı ilə seçilən və Nyu-Cersi ştatında "Bayrock Natural Stone" adlı mərmər idxalı şirkətinin sahibi olan türk əsilli Burak Yeneroğlunun adı yer alıb. Məlumatlarda Yeneroğlunun Obamanın prezident seçkiləri zamanı tək başına 652 min dollar pul xərcləməklə siyahının 96-cı pilləsində yer aldığı bildirilir. Siyasətçilər bu məbləği xərcləyən Yeneroğlunun Obama hökuməti yanında nüfuzlu lobbi gücünə sahib olduğunu ifadə edirlər. Yeneroğlunun Gülən camaatına yaxılığı ilə seçilən "Turk-American Alliance" təşkilatının fəallarından olduğu da yayılan məlumatların içində yer alıb. Gülən camaatına yaxın "Rumi Forum", "Apple Educational Services", "American -Turkish Frendship Association" kimi təşkilatları təmsil edən 9 nəfərin də Obamanın prezident seçilməsinə görə təşkil edilən ziyafətdə işirak etdikləri və bu zaman adambaşına 38 min 500 dolar dəyərində pul xərclədikləri bildirilir. (ANS)
2014-02-09
8,580
Jurnalistlərin binasında ilk toy - Foto
Dünən jurnalistlərin Bakının Bibiheybət qəsəbəsindəki 16 mərtəbəli yeni evində ilk "Vağzalı" sədaları səslənib. Regional "Türkel" TV-nin baş direktoru Nadir Şəfiyev oğlu Allahverdi Şəfiyevi evləndirib. Toy mərasimindən sonra yeni evlənən gənclər Şəfiyevlərin jurnalistlərin evindəki üçotaqlı mənzilinə yerləşiblər. Qeyd edək ki, yeni ailə quran Allahverdi Şəfiyev də atası kimi uzun müddətdir jurnalistika sahəsində çalışır. Əvəllər AzTV və İTV-də çalışmış A.Şəfiyev hazırda "Lider" TV-nin teleoperatorudur. ("Modern.az")
2014-02-09
8,581
İsrail Qəzzaya hava hücum etdi
İsrail ordusu Qəzzaya hava hücumu edib. "Axar.az" Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb. Fələstin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əşrəf əl-Kudra hücumda 2 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını təsdiq edib. Ölənlərin şəxsiyyəti barəsində məlumat verilməyib. İsrail ordusundan verilən açıqlamaya görə, hücumu İsrail Hava Qüvvələri və İsrail Daxili Təhlükəsizlik Xidməti təşkil edib.
2014-02-09
8,582
Nazirlik tankların sərhədə yığılmasına reaksiya verdi
Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. "Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: "Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir". Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində "Azərbaycan tanklarını sərhədə yığır" kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır. Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: "Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir".(ANSPRESS)
2014-02-09
8,583
Gürcülərdən Soçi təhqirinə cavab - Foto
Gürcüstanın bir neçə jurnalist təşkilatı Soçi Olimpiadasında 5 halqadan birinin açılmamasından istifadə edərək, halqalardan birinin üzərini buludla örtüblər və altından, "Kimə lazımdısa, başa düşəcək!" – sözlərini yazıblar. "Axar.az"ın məlumatına görə, sosial şəbəkədə paylaşılan və geniş reaksiyalar doğuran bu aksiya ilə gürcü ziyalıları Rusiyanın "ağ duman" məsələsinə cavab veriblər. Xatırladaq ki, Soçi Qış Olimpiya oyunlarının açılışı zamanı Gürcüstanın ərazisini əks etdirən xəritənin təqdimatında Cənubi Osetiya və Abxaziyanın üstündə "ağ duman" görünməsini gürcülər təhqir kimi qəbul etmişdilər. Heab edirlər ki, bu addımla Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınıb. Məlumat üçün deyək ki, Soçi Olimpiadasında Azərbaycanın xəritəsi göstərilərkən də Dağlıq Qarabağın üstünə "ağ duman" bağlayıb.
2014-02-09
8,584
Ermənilər kilsə pulu üstündə mübahisə edir
Gürcüstanın erməni pravoslav kilsəsi apostol yeparxiyasının yepiskopu Vazqen Mirzaxanyan ianələrin, dövlət tərəfindən ayrılan vəsaitin ünvansiz xərclənməsində və israfçılıqda günahlandırılıb. "Axar.az"ın məlumatına görə, "Qlobal bric" təşkilatının rəhbəri Qeorqi Elibeqov rus mediasına açıqlamasında bildirib ki, Gürcüstan Prezidenti yanında Milli Azlıqlar Şurasının üzvü və Ombudsmanlıqda analoji qurumun sədri kimi, ona erməni icmaları təmsilçiləri tərəfindən bu yöndə yetərincə şikayət daxil olub. Elibeqovun sözlərinə görə, ermənilər yepiskop Mirzaxanyanın fəaliyyətindən və kilsəyə verilən pulların idarə olunmasından gileylidirlər: "Bu inamsızlıq daha çox keçmiş Baş nazir Bidzina İvanişvilinin Sayat-Novanın Tiflisdə bayram günlərinin keçirilməsi üçün "Kartu" erməni icmasına 100 min lari (58 min dollar) vəsait ayırmaq istəyindən sonra başladı. Bizdə məlumat var ki, sözügedən vəsait ictimai məqsədlərə deyil, Mirzaxanyanın şəxsi hesabına yönləndirilb". Xatırladaq ki, bu günlərdə Gürcüstan hökuməti dini konfessiyalara dövlət büdcəsindən müyyən miqdarda vəsaitin ayrılmasına qərar verib. Elibeqov diqqətə çatdırıb ki, ermənilər məhz kilsəyə ayrılacaq sözügedən 1,3 milyon larinin aqibətindən olduqca narahatdırlar: "İctimaiyyətin vəsaitləri nəzarətdə saxlaya bilməsi üçün Mirzaxanyana kilsə daxilində xüsusi komissiyanın yaradılmasını təkilf etdik. Lakin o, qətiyyətlə təklifimizi rədd etdi. Onlar erməni icmalarına ayrılan pulun xərclənməsini kiminsə bilməyini istəmirlər. Kilsəyə bir neçə icma daxildir ki, onlar da Mirzaxanyanın "orbitinin" ətrafında fırlanırlar, onun atdığı addımlara haqq qazandırırlar. Odur ki, biz bundan ciddi narahatlıq keçiririk".
2014-02-09
8,585
Öcalandan Ərdoğana tərif dolu məktub - Şok
"Söz möhtərəm lidersiniz". "Axar.az" xəbər verir ki, bu sözlər Abdullah Öcalanın qardaşı Osman Öcalanın Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda yer alıb. O, məktubda "kürd açılımı" siyasətinə görə Baş nazirə tərif dolu sözlər deyib. "Siz möhtərəm lidersiniz. Bu açılımın qarşısını almaq istəyən bütün qüvvələri məhv etmisiniz. Hər zaman sizə yardımçı olmaq istərdim. Bunun üçün sadəcə pasporta ehtiyacım var". Qeyd edək ki, Osman Öcalan 26 il PKK terror təşkilatının tərkibində Türkiyəyə qarşı vuruşub. Abdullah Öcalan həbs edildikdən sonra Osman Öcalan terror təşkilatının sıralarında xeyli yüksəlib. Hətta PKK rəhbərinin müavini vəzifəsini də icra edib. "Fərhad" kod adıyla tanınan Osman Öcalan Ergenekon davasında adı hallandığına görə PKK sıralarından uzaqlaşdırılıb. Hazırda İraqın şimalında çörəkçi kimi fəaliyyət göstərən O.Öcalana qəbilə liderləri də maddi yardım göstərirlər.
2014-02-09
8,586
İş adamının oğlu ilə qəzaya uğrayan digər gənc də öldü
Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda baş verən qəzada yaralanan 1993-cü il təvəllüdlü Emin Oqtay oğlu Məmmədli də dünyasını dəyişib. Bu barədə gənclərin dostları sosial şəbəkələrdə yazıblar. Qeyd edək ki, Qusar şəhəri ərazisində avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Hadisə yerində dünyasını dəyişən Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşovdur. O, iş adamı Nazim Dadaşovun oğludur. Fəridin atasının böyük tikinti şirkətlərindən birinin sahibi olduğu bildirilir. Maşındakı digər gənc - 21 yaşlı Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. O, ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada bir qədər əvvəl vəfat edib. Gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ" İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.(Musavat.com)
2014-02-09
8,587
Obamadan Maydana müdaxilə etməsi istənildi
Ukrayna təhlükəsizlik qüvvələrinə ölkədəki qiyamla əlaqədar yardım edilməsiylə bağlı Ağ evdə yerləşdirilən petisiya 100 min səs toplayıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Mətbuat artıq petisiyanın imzalanması üçün ABŞ Prezidenti Barak Obamaya göndərildiyini qeyd edib. Petisiyada ABŞ dövlətindən ölkədəki "millətçi, terroçu təşkilatlar"a qarşı mübarizədə bütün maliyyə yardımlarının dayandırılması istənilib. Qeyd edək ki, petisiya yanvarın 27-də Ağ evin saytında yeləşdirilmişdi. Xatırladaq ki, hələ bir müddət öncə Avromaydanın özünümüdafiə qrupunun rəhbəri Andrey Parubiy ümummilli "mini ordu"nun yaradıldığı və onun Kiyevdəki hadisələri kordinasiya edəcəyini bildirmişdi.
2014-02-09
8,588
Tanınmış jurnalistin oğlu qəza törətdi - Foto/Video
Bu gün paytaxtın Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" xəbər verir ki, hadisə gecə 01:00-da yüksək sürətlə irəliləyən "BMV" markalı 10 OE 728 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində baş verib. İdarəetməni itirən avtomobil yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən ağac aşıb. Bunun da nəticəsində yaxınlıqda olan bir nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım vasitəsi ilə xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. "Axar.az"a daxil olan məlumata görə, hadisəni törədən Kərim adlı şəxs tanınmış jurnalist Azər Qəribin oğludur.
2014-02-09
8,589
Üzeyir Cəfərov: “Nazirliyin əməkdaşları hərbi sirr yayıblar”
null
2014-02-09
8,590
Firuz Səxavətə ağır itki
null
2014-02-09
8,591
Köşə yazarından Türkiyə haqqında – Şok açıqlama
"Qarşıdan cümhuriyyət tarixinin ən böyük davası gəlir". "Axar.az" xəbər verir ki, bu iddia ilə türkiyəli məşhur köşə yazarı Əbdürrəhman Dilpak çıxış edib. O, bu yaxınlarda Türkiyəni 41 min məhkəmə prosesinin gözlədiyini bildirib: "Ara qarışdırmağı indi də dövlət içində dövlət yaratmaq istəyənlərə verdilər. "Camaat" proyekti 23 illik bir layihə idi. 1991-ci ildə protokol imzalandı. 2000-ci ilə qədər özələrini formalaşdırdılar, daha sonra təşkilatlanmağa başladılar. Bu islam dünyasının sərhədlərinin, rejimlərinin, iqtidarlarının yenidən formalaşmasına nail olan böyük bir tələ idi. Böyük Orta Şərq proyekti də bu ssenarinin bir parçasıydı. Deşifrə edildilər. İndi onların yenidən yola çıxmaları mümkün deyil. Qarşıda bizi 41 min məhkəmə işi gözləyir. Cümhuriyyət tarixində hələ belə bir şey görünməyib".
2014-02-09
8,592
Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb
Azərbaycandan Türkiyəyə göndərilən təbii qaz azalıb. Türkiyə mətbuatına bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib. Onun sözlərinə görə, Azərbaycandan xaricə idxal olunan təbii qazın təzyiqində enmələr müşahidə edilir: "Dünən axşamdan etibarən Azərbaycan qazının təzyiqində enmə müşahidə olunur. İnşallah, bu enmə aradan qaldırılacaq. Azərbaycan qazının təziqinin yüksəlib, başqa ölkələrə də vermək üçün normaya dönməsini gözləyirik. Bu problemin qısa bir müddətdə aradan qaldırılması üçün azərbaycanlı qardaşlarımızla danışıqlara aparırıq",(ANSPRESS)
2014-02-09
8,593
Ruslanaya Avromaydana görə təyziq edilir
"Mənə təhdid dolu mesajlar göndərilir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ukraynalı müğənni Ruslana çıxış edib. O, təyziqlər ucbatından tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində qaldığını deyib. "Mənə təhdid dolu mesajlar göndərilir. Deyirlər ki, get ABŞ-a. Yoxsa ruslar səni burada avtomatdan güllələyəcəklər. Mən getməyəcəm. Son ana qədər Avromaydanda olacam". Qeyd edək ki, Ruslana Avromaydan başlayan gündən etirazçılarla bir yerdədir.
2014-02-09
8,594
Gombul rəqs edir - Video
Amerikada radioda prodüsser çalışan Uitni Uey Tor etdiyi hərəkətlərlə artıq məşhur ulduza çevrilib. Onun sosial şəbəkələrdə "Gombul rəqs edir" başlığı yerləşdirdiyi videolar artıq izləmə rekordu qırmaq üzrədir. Uitni bununla kök qadınların da cəmiyyətdə bir parça olduğunu göstərməyə çalışıb. Bu kök rəqqasəyə görə, artıq dünyada çox 90-60-90 etalonu çoxdan öz əhəmiyyətini itirib. Videonu təqdim edirik.
2014-02-09
8,595
Prokurorluq Misir Mərdanovun dindirilməsindən danışdı - Rəsmi
"Saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir". Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib. "Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir",- deyə Eldar Sultanov vurğulayıb. Xatırladaq ki, kütləvi informasiya vasitlərində "saxta diplom" qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq başlanıb.(ANSPRESS)
2014-02-09
8,596
Həftənin ilk günü üçün hava proqnozu - 10 dərəcə isti
Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi,lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 10-da hava gündüz əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturu Aran rayonlarında gecə 0-3 dərəcə şaxta, gündüz 6 -10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 1-6 dərəcə isti olacaq.
2014-02-09
8,597
Dəniz Baykalın gizli kasetini kim yayıb?
"Dəniz Baykalın da kasetlərini yayan onlar idi". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, MHP və CHP liderlərinin kasetlərinin "camaat"ın yaydığını bildirib: "Onlar Dəniz Baykalın və Baxçalının yanındakı adamların kasetlərini yayımladılar. Konstitusiya müzakirələri gedirdi. O zaman köməkçimə dedim ki, həmin dəqiqə bunu silin. İndi onlar bir zaman özlərinə tələ quranlara baş əyirlər". Qeyd edək ki, CHP-nin eks-sədri Dəniz Baykal seks kasetinin yayılmasından sonra dərhal partiya rəhbərliyindən istefa vermişdi.
2014-02-09
8,598
Cavaxetiya separatçısı Türkiyəyə od yağdırdı
Gürcüstanın Cavaxetiya bölgəsində illərdir separatçılıqla məşğul olan Vaaqn Çaxalyan Türkiyədə yaşayan qatı erməni millətçisi Sevan Nişanyanın həbsi ilə bağlı bəyanat yayıb. "Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, o, bəyanatında Türkiyə dövlətindən Sevan Nişanyanın dərhal azad olunmasını tələb edib. Hədə dolu sənəddə deyilir ki, bu, türklərin ermənilərə qarşı ayrıseçkiliyin tərkib hissəsidir: "2 yanvar 2014-ci ildən Türkiyə vətəndaşı, jurnalist və erməni əsilli hüquq müdafiəçisi Sevan Nişanyan haqsız olaraq İzmir həbsxanasına salınıb. Üzücü haldır ki, regionumuz və dünyada elə də az sayda jurnalist, ziyalı həbsə atılmayıb. Sevanla bağlı məsələ isə, tamam başqadır. 42 kvadratlıq tikiliyə görə adamı 2 illiyə həbsə atarlar? Bu, türk hüquq–mühafizə sisteminin utanmaz hərəkətidir. Türk şirkətləri Cavaxetiyada nəhəng Su Elektrik stansiyası, Bakı-Tiflis-Qars dəmiryolu kimi o qədər qeyri-qanuni inşaat işləri görür ki, Sevanın məsələsi bunların yanında heç dilə gətiriləsi deyil. Dünya birliyindən dəstək istəyirəm. Türkiyədən Nişanyanın dərhal azadlığa buraxılmasını tələb edirəm". Göründüyü kimi, separatçı Çaxalyan "bir güllə ilə iki dovşan vurmaq" məsəlinə uyğun hərəkət etməklə həm erməni millətçisinin azadlığa çıxmasını istəyir, həm də Azərbaycanın Gürcüstanda həyata keçirdiyi iri trans-milli layihələrdən əndişəsini gizlətmir.
2014-02-09
8,599
Ukrayna iki aydan sonra bankrot olacaq - Şok etiraf
Əgər biz hakimiyyəti indi ələ almasaq Ukrayna bankrot olacaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. O, artıq Ukraynanın qızıl ehtiyatlarının tükəndiyini deyib: "Ukraynanın Milli Bankında qızıl ehtiyatları tükənir. Təkcə üç ay ərzində Milli Bankdan itən qızıl ehtiyatlarının sayı 3 milyard dollardır. Əgər biz Yanukoviçi uzaqlaşdırmasaq o zaman iki aydan sonra Milli Bankda heç nə qalmayacaq. Ölkə bankrot olmaq ərəfəsindədir".
2014-02-09
8,600
61 yaşlı kişi dəm qazından zəhərləndi
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, Mingəçevir şəhəri Xətai küçəsi 7, mənzil 18-də yaşayan 1953-cü il təvəllüdlü İsmayılov Gündüz Həsən oğlu hamam otağında olarkən su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən içəriyə daxil olan dəm qazının təsirindən huşunu itirərək yıxılıb. Hadisədən xəbər tutan ailə üzvləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət ediblər. Gündüz İsmayılov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Hazırda o, xəstəxanada müalicə olunur. Faktla bağlı araşdırma aparılır.
2014-02-09
8,601
Ermənistan yenə qarışa bilər
Müxalifəti İrəvanın mərkəzində qanlı 1 mart olaylarının ildönümü ilə bağlı izdihamlı mitinqə hazırlaşır. İrəvan meriyası Erməni Milli Konqresinin martın 1-də paytaxtın Azadlıq meydanında mitinq keçirəcəyi ilə bağlı xəbərdarlıq məktubunu qeydə alıb. Bu barədə qurumun parlament fraksiyasının katibi Aram Manukyan deyib. Mitinqdən sonra yürüş planlaşdırılır. Xatırladaq ki, 6 il öncə, 2008-ci il martın 1-də İrəvanda 19 fevral prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər, o cümlədən iki hərbçi həlak olub. Bundan sonra bir sıra müxalifət yetkililəri həbs edilib. Müxalifət, başda prezidentliyə o zamankı əsas namizəd Levon Ter-Petrosyan olmaqla seçkilərin nəticələrini tanımayıb. Eks-prezident və müxalifət lideri Petrosyan paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirib.(Musavat.com)
2014-02-09
8,602
Gənc xanım “Qalatasaray” liderini şillələdi - Video
"Qalatasaray" azarkeşlərinin qrup liderinin "Fənərbaxça" haqqında dediyi tərbiyəsiz sözlər onun şillələnməsi ilə nəticələnib. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, oyundan sonra metroda gedərkən "Fənərbaxça" haqqında kobud ifadələr işlədən qrup liderinin sözləri qalatasaraylıların yaxınında dayanmış gənc bir xanımı özündən çıxarıb və çəkinmədən onu şillələyib. Türkiyədə sosial şəbəkələrdə yayılan bu kadrlar artıq izləmə rekordu qırıb. Videonu təqdim edirik.