date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-06
8,298
Qızcığaz yağış yağdığını gördü və... - Video
Fevralın 4-ü Yutub sosial paylaşım şəbəkəsinə maraqlı bir video yüklənib. Videoda filippinli olduğu güman edilən körpə qız uşağının ilk dəfə gördüyü yağışa reaksiyası əks olunub. Üst-başına yağan yağışı sevinclə qarşılayan körpə yağış damlalarını tutmağa çalışır...
2014-02-06
8,299
Türkiyədə ananasa istintaq işi açıldı
Gülənə aid 2013-cü il 1 noyabr tarixli səs yazısında "bu dostlarımıza Uqandadan ananas-filan gəlib" cümləsi siyasi mesajlara mövzu olan dialoq iddiası ilə Respublika Baş Prokurorluğunu hərəkətə keçirib. "Axar.az" "T24"ə istinadən xəbər verir ki, Uqandanın İstanbuldakı Fəxri Konsulu və "TUKSON"un Baş katibi Mustafa Günay və Türkiyənin Kampaladakı səfirliyinin bir türkiyəli səlahiyyətlisi prokurorluğa gedərək ifadə verib. İstintaqı "Məmur Suçları" idarəsindən Şaban Yavuzunun apardığı, iddianın da "vəzifədən sui-istifadə" olduğu bildirilib.
2014-02-06
8,300
İngiltərə qaranlıqda qaldı - Video
İngiltərədə fırtına və soyuq hava kütləsi problemlərə səbəb olub. İngiltərənin cənub-qərb sahillərində yaranan fırtına və mənfi hava kütlələri səbəbilə Devon, Somerset, Kornval və Uelsin cənubunda 8 mindən çox ev dünəndən bəri işıqsız qalıb. Bu gün ölkə daxilində 69-u güclü olmaqla, ümumilikdə 220 sel xəbərdarlığı edildiyi, Kornvalda 30 evin sel təhlükəsi səbəbilə boşaldıldığı bildirilir. Baş nazir Devid Kameron bu gün topladığı hökumətin iclasında seldən zərər görən şəhərlərə kömək etmək məqsədilə 100 milyon sterlinq büdcə ayrıldığını açıqlayıb. (ANS)
2014-02-06
8,301
Salyanda 8 otaqlı ev yandı
Bu səhər ölkə daxilində 3 yanğın hadisəsi baş verib. Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik talvar 35 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın saat 04:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Qazax şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan sexin yanar konstruksiyaları yanıb. Sexə bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Salyan şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-02-06
8,302
Daha prezidentliyə namizədliyini irəli sürməyəcək
Birləşmiş Ştatların dövlət katibi Con Kerri 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırmadığını bəyan edib. Bu barədə CNN telekanalı məlumat verir. C.Kerri qeyd edib: "Siyasətdən gedirəm. Mənim heç bir planım yoxdur. Bu mənim son dayanacağımdır". Qeyd edək ki, bundan əvvəl 2016-cı il prezident seçkilərinin mümkün iştirakçıları arasında ABŞ-ın vitse-prezidenti Co Bayden və sabiq dövlət katibi Hillari Klintonun da adı çəkilirdi (Trend).
2014-02-06
8,303
Güclü qar 3 min aviareysin ləğvinə səbəb oldu
ABŞ-ın şimal-şərqində güclü qar səbəbindən ölkədə 2,7 minə yaxın aviareys ləğv olunub, 1 milyondan çox şəxs elektrik enerjisiz qalıb. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə ABŞ telekanalları xəbər yayıb. Qarlı-şaxtalı hava daha çox Nyu Cersidə "Newark Liberty International" və Bostonda "Logan International" hava limanlarının işinə təsir edib. Federal Mülki Aviasiya İdarəsi Çikaqo, Filadelfiya və Şarlotta şəhərlərinin aeroportlarında xeyli sayda aviareysin gecikdiyini qeyd edir. CNN-in məlumatına görə, Pensilvaniya, Nyu Cersi və Merilend ştatlarında 1 milyondan çox istehlakçı işıqsız qalıb. Nyu York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib. Ölkənin mərkəzi hissəsində yerləşən Kanzas ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 3 nəfərin öldüyü bildirilir (Trend).
2014-02-06
8,304
Bu film Azərbaycanı dünyada təmsil edəcək
Fevralın 26-dan martın 3-dək Çexiyanın Brno şəhərində keçiriləcək beşinci Cinema Mundi kinofestivalında Azərbaycan "Çölçü" filmi ilə təmsil olunacaq. "Axar.az" xəbər verir ki, bu barədə APA-ya "Çölçü" filminin rejissoru Şamil Əliyev məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. "Çölçü" bədii filmi indiyədək 17 mötəbər beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. 2013-cü ildə "Humay" Milli Mükafatına layiq görülüb. Həmçinin, "Çölçü" 86-cı "Oskar" mükafatının siyahısında Azərbaycanı təmsil edib.
2014-02-06
8,305
Müdafiə naziri prezident olmaq istəyir
Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi Misirin prezidenti olmaq istədiyini bildirib. Bu barədə Ria Novosti "Röyter" agentliyinə istinadən məlumat verir. Müdafiə naziri Küveytin "Əl-Seyassah" qəzetinə verdiyi müsahibəsində onun Misir xalqının tələblərini yerinə yetirməkdən başqa və seçkilərdə öz namizədliyini irəli sürməkdən başqa variantı olmadığını bildirib. Əvvəllər isə müdafiə nazirinin gələcək seçkilərdə prezident vəzifəsinə namizədliyini Misirin silahlı qüvvələrinin Ali şurası irəli sürüb. Sisi Misirdə iyunun 30-da islamçı prezident Mürsiyə qarşı yönəlmiş kütləvi etiraz aksiyalarında ordunun dəstəyi ilə iştirak etdikdən sonra böyük populyarlıq qazanıb (Anspress).
2014-02-06
8,306
Çörək bahalaşa bilər
Qazaxıstan xarici ölkələrə satdığı taxılın qiymətini artırıb. İndi bu ölkə buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır. Azərbaycan da Qazaxıstandan buğda aldığından əməkdaşımız bu qiymət artımının ölkəmizə təsir edib-etməyəcəyi ilə maraqlanıb. Ölkənin əsas un istehsalçısı olan şirkətin rəhbəri Taleh Qasımov bildirib ki, əslində bahalaşmadan söhbət getmir. Sadəcə bazarda mütəmadi olaraq qiymətin artması-azalması baş verir. Məsələn ötən həftə buğdanın bir tonunun qiyməti 10 dollar aşağı düşmüşdüsə, bu həftə 5-6 dollar yüksəlib. Mütəmadi baş verən qiymət tərəddütləri yekunda məhsulun, yəni unun və çörəyin bahalaşmasına təsir edəcək səviyyədə deyil (Anspress).
2014-02-06
8,307
Sutka ərzində 41 atəşkəs pozuntusu - Rəsmi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Kəngərli, Sarıcalı, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-06
8,308
DSMF-yə yeni mətbuat katibi təyin olundu
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yeni mətbuat katibi təyin olunub. DSMF - dən verilən məlumata görə, jurnalist Əmrah Fəqanoğlu fondun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb ("AzVision.az"). Ə.Fəqanoğlu bu gün kollektivə təqdim olunacaq. Qeyd edək ki, bu təyinata kimi Ə.Fəqanoğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb. O, yeni postunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırki mətbuat katibi Elman Babayevi əvəz edəcək.
2014-02-06
8,309
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.
2014-02-06
8,310
Türklər ermənilərlə vuruşmaq üçün Azərbaycana müraciət etdi
Azərbaycan Ordusunun tərkibində Ermənistana qarşı döyüşmək üçün Silahlı Qüvvələrimizə onlarla könüllü müraciət edib. Son günlər cəbhə xəttində yaranmış gərginlikdən sonra Silahlı Qüvvələrin ünvanına çoxlu sayda insan müraciət edərək əldə silah Azərbaycan Ordusunun tərkibində düşmənə qarşı vuruşmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istədiklərini bildirib. Bu, onu göstərir ki, Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhu heç də zəifləməyib, əksinə, çox yüksək səviyyədədir. Bu məqsədlə Silahlı Qüvvələrə vaxtilə hərbi xidmətini başa vurmuş, ali təhsil almış, heç 18 yaşı tamam olmayan, eləcə də yaşı çox olan şəxslər də müraciət ediblər. Onlardan bəzilərinin kimliyini anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim edirik: "Cəbhədə vəziyyət gərgindir. Hər gün şəhid verir bu Vətən. Əgər müharibə olacaqsa, könüllülərdən olmaq istəyirəm. Əgər belə siyahı varsa, məlumatlanmaq istərdim. Belə bir siyahı olarsa, ora necə yazılmaq olar?" "Sizdən xahiş edirəm ki, əgər döyüş əmrini versəniz, məni könüllü olaraq hərbi döyüş tapşırığını yerinə yetirmək üçün qəbul edəsiniz". "Bu gün heç bir təmənna güdmədən Vətən torpağını qorumaq üçün istənilən an savaşmağa hazıram". Erməni işğalına qarşı vuruşmaq istəyənlərin arasında azərbaycanlılarla yanaşı, Türkiyə də daxil olmaqla, xarici dövlətlərin vətəndaşları da var. Həmin şəxslərin də kimliyini anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim edirik: "Türkiye Cümhuriyyeti vatandaşıyım. Ermenistanla çatışma, savaş duyumları aldım. Eğer doğruysa, gönüllü asker olarak gelmek istiyorum". "Ermenistanla olası bir savaş hali var. Azerbaycan üçün ölmeye, öldürmeye hazırım". "İşğal altında bulunan Azerbaycan toprağı Karabağı tamamen tekrar geri kazanmamız için yüce Allahtan niyaz ederim. Yüce Allah sizlere yardımcı olsun, sizleri korusun, güclü kılsın. Yolunuz açık olsun!" Onların hamısına təşəkkür edilib və bildirilib ki, hələlik buna heç bir ehtiyac yoxdur, çünki Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü hər an bərpa edə biləcək güclü ordusu var. Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb ( Trend ).
2014-02-06
8,311
Azərbaycan və Ermənistan prezidentləri razılığa gəldi
Azərbaycan və Ermənistan prezidentləri bildiriblər ki, Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacaq. Bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb. C.Uorlik bildirib: "Yaxşı xəbər var. Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəs rejiminə əməl olunacağına sadiq qaldıqlarını bildiriblər". Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
2014-02-06
8,312
Məşhur tennisçi ofisianta kələk gəldi
Dünyaca məşhur tennisçi Mariya Şarapova Avstraliyada kafelərin birində nahar edərkən ofisantı aldadıb. "Axar.az" xəbər verir ki, rusiyalı cazibədar tennisçi bu barədə özü mətbuata danışıb: "Kafedə nahar edirdim. Oradakı ofisiantdan hesabı gətirməyini istədim. O isə bunun əvəzində gətirdiyi smartfonu mənə verərək öz şəklimi çəkməyimi xahiş etdi. Özümü elə göstərdim ki, guya onun xahişini yerinə yetirirəm. Əslində isə, məndən arxadakı stolda oturan tanımadığım bir kişinin şəklini çəkdim. Nə baş verdiyini anlamayan ofisiant mənə təşəkkür etdi".
2014-02-06
8,313
Milli Parkda oğlan özünü dənizə atdı
Bakıda 21 yaşlı oğlan intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Xaçmaz rayon sakini, 1993-cü il təvəllüdlü Sahil Adil oğlu Gülməmmədov intihar məqsədilə özünü dənizə atıb. S. Gülməmmədov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.
2014-02-06
8,314
MHP Məclisdə Ərdoğanın səs yazısını dinlətdi – Video
MHP-çi Xalaçoğlu Ərdoğana aid olduğu bildirilən səs yazısını Milli Məclisin kürsüsündən bir daha səsləndirib. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili, tarixçi Yusif Xalaçoğlu Türkiyənin Baş naziri R.T.Ərdoğana aid olduğu iddia edilən qalmaqallı səs yazısını Milli Məclisin tribunasından qulaq asdırıb.
2014-02-06
8,315
Rafael Cəbrayılov Zahid Orucun fikirlərinə qarşı çıxdı
"Suriyada vuruşanlar İslamın həmrəyliyini anlamır". "Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Rafael Cəbrayılov Suriyada döyüşlərdə iştirak edən azərbaycanlılar haqqında deyib. R.Cəbrayılov deputat həmkarı Zahid Orucun orada döyüşənlərin Azərbaycana geri qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsinə də münasibət bildirib və deyib ki, bu fikiri alqışlamır: "Birincisi, sırf cinayət hüququ baxımından məsələyə yanaşsaq, bu, düzgün deyil. O insan gedib o hərəkəti Suriyanın ərazisində edib. Orada baş verən bir əmələ görə Azərbaycanda o insanın cinayət məsuliyyətinə cəlb etmək doğru deyil. Cinayət Hüquq Nəzəriyyəsi buna imkan vermir. Çünki ərazi prinsipi məsələsi var. Cinayət harada baş verirsə, o ərazinin cinayət qanunu tətbiq olunmalıdır. İkinci tərəfdən, o insanlar gedib Suriyada vuruşub qayıtdıqdan sonra qəhrəman kimi qarşılanacağını düşünür. Bunların isti qarşılanmasının əleyhinəyəm. Çünki orada cihadla, dinə təcavüzlə bağlı heç bir şey yoxdur",– deyə, deputat söyləyib. Suriyada gedən döyüşlərin, sadəcə, hakimiyyət və narazı xalq arasındakı konflikt olduğunu deyən Rafael Cəbrayılov belə olduqda digər ölkələrdən olan vətəndaşların bu məsələyə müdaxilə etməməli olduğunu bildirib. Millət vəkili orada döyüşənlərin geri qayıtdıqdan sonra təhlükəli olub-olmayacağı barədə də danışıb və deyib: "Mən o fikirlə razıyam ki, orada vuruşan insanlar bura döndükdən sonra o enerjini burada çıxarmaq istəyəcək. Amma bunun qarşısını cinayət hüququ vasitələri ilə almaq düzgün deyil. Bu insanların ora getməsinin qarşısını almaq üçün ən yaxşı vasitə maarifləndirmədir. Ora gedənlərdən soruşsan, bəlkə cihadın nə olduğunu anlamır. Bu insanlara cihadın nə olduğu başa salınmalıdır".
2014-02-06
8,316
Gələcəkdən xəbər verən superkompüter yaradıldı
İnsan həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilən superkompüter yaradılıb. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi səhifəsinə istinadən bildirir ki, "IBM" şirkətinin mühəndisləri "Watson" superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar. İndi Tvitter və Feysbuk şəbəkələrindəki yazıları təhlil edən kompüter insanın şəxsiyyət tipini müəyyənləşdirə və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilir. Bu halda kompüterin sosial şəbəkələrdəki akkauntun ünvanını bilməyinə ehtiyac qalmır: kompüter istifadəçinin müəyyən şirkətə təqdim etdiyi məlumatlara əsaslanaraq onu müstəqil şəkildə aşkar edir. "IBM Watson"un gələcəyi "görmək" qabiliyyətindən marketoloqlar yararlana bilərlər. Məsələn, insan öz statusunu "evli"yə dəyişsə, bir ildən sonra sistem ona uşaq üçün məhsul və xidmətləri reklam etməyə başlayacaq. "Fast Co. Design" şirkətinin redaktoru Con Braunli daha bir nümunə göstərib. Təsəvvür edək ki, iri şirkətin mütəxəssisi Tvitterdə San-Fransiskoya köçmək şərtilə işə dəvət alıb. Bu zaman həmin şəxsin bankı "Watson"un linqvistik bacarığından istifadə edərək onun üçün faydalı olan xidmətləri (xidmət göstərən şöbəni dəyişdirə və ya yeni ev üçün ipotekanın rəsmiləşdirilməsində yardımçı olar) əvvəlcədən təklif edə bilər. Kompüter tərəfindən tərtib edilən psixoloji portret bank əməkdaşlarına bu insanla əlaqə yaratmaq üçün ən yaxşı üsulu göstərəcək. Redaktor qeyd edir ki, belə müdaxilədən qorunmaq üçün ən yaxşı üsul Linkedin, Instagram və digər servislərdə bloqu kənar şəxslər üçün qapalı etməkdir. "Watson" 2011-ci ildə "Jeopardy!" televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2800 nüvə üzərində işləyən "Watson"un prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.
2014-02-06
8,317
Həbsxanalarda elektron köşklər quraşdırılır
Penitensiar müəssisələrdə elektron məlumat köşkləri quraşdırılacaq. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə məlumat əldə edə bilmək imkanlarına malik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həmin müəssisələrdə elektron məlumat köşklərinin quraşdırılması nəzərdə tutulur. Bu tədbir Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında əksini tapıb. "Axar.az" xəbər verir ki, bu tədbir Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında əksini tapıb və yaxın vaxtlarda cəza çəkməkdən azad ediləcək şəxslər elektron məlumat köşkləri vasitəsilə əmək bazarında tələb olunan peşə və ixtisaslar, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı kurslarının təşkili, bu kurslara cəlb olunma qaydaları barədə məlumat ala biləcəklər. Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların boş iş yerləri haqqında məlumat əldə etmək imkanlarının genişləndirilməsi üçün artıq 20-dək ali təhsil müəssisəsində, bütün rayon (şəhər) Məşğulluq Mərkəzlərində və Əmək birjalarında, Regional Peşə Tədrisi Mərkəzlərində, müxtəlif bölgələrdə əhalinin sıx toplaşdığı yerlərdə, ümumilikdə 129 yerdə belə köşklər quraşdırılıb.
2014-02-06
8,318
Azərbaycana casusluqda ittiham olunan zabitin videosu yayıldı
Azərbaycana casusluq etməkə ittiham edilən Xaçik Martirosyan 40 il polis sistemində çalışıb. Bunu Ermənistanın NEWS.am saytı yayıb. Martirosyan Artaşat kəndinə doğulub. Sonradan İrəvana köçən X. Martirosyanın bir oğlu var. Ermənistan polisi Martirosyanın neçə il polis sistemində çalışdığı haqda məlumat verməyib. Qeyd edək ki, Ermənistan mətbuatı dünən Azərbaycan xeyrinə casusluq etməkdə iuttiham olunan şəxsin yaxalanması barədə məlumat yayıb. "Axar.az"ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ehtiyyatda olan polkovnik 60 yaşlı Xaçik Eqişeviç Martirosyanı saxlayıb. Ermənistan mətbuatı həmin şəxsin öz xidmətini Azərbaycan xüsusi xidmət orqanlarına təklif etdiyini yazılr. Erməni hərbi xarakterli məlumatları Azərbaycan tərəfinə ötürəcəkmiş. Xaçik Martirosyana qarşı cinayət işi açılıb, araşdırma aparılır. ​
2014-02-06
8,319
Məmurdan oğurlanan pulun məbləği niyə azaldıldı? – Təfərrüat/Foto
Abşeron Sosial Müdafiə Mərkəzinin rəhbəri vəzifəsini icra edən Oqtay Məmmədovun evindən külli miqdarda oğurluq edilməsi barədə ötən gün məlumat vermişdik. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Arif Heydərov küçəsi - 29, mənzil 22-də yerləşən mənzildən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Polisdən verilən məlumatda göstərilir ki, Oqtay Məmmədovun həyat yoldaşı Rəhilə Məmmədova məktəbdə müəllimə işləyir. Belə olan halda isə ortaya başqa bir sual çıxır: Müəllimə və bir rayonun Sosial Müdafiə Mərkəzinin rəsi əvəzinin evində yarım milyon hardandır? Şübhəli "oğurluq rəqəmi" Oğurluq olan evə getdik. Evin zənginə kimsə qapını açanmadı. Qapının dəstəyi də üzərində deyildi. Qapının qabağında ekspertiza zamanı istifadə edilən tibbi əlcək vardı. Qayıtmaq istəyəndə ev sahibləri gəlib çıxdı. Oqtay Məmmədovun həyat yoldaşı Rəhilə Məmmədova yaşlı bir kişi ilə evinə yaxınlaşdı. Rəhilə Məmmədovanın yanındakı kişi əvvəlcə özünü Oqtay Məmmədov – evin sahibi - kimi təqdim etsə də, sonradan ailənin yaxını olduğunu dedi. Əvvəlcə danışmaq istəməsə də, Rəhilə Məmmədova sonradan nə düşünürsə, fikrini dəyişdi. "Axar.az"ın müxbiri ilə söhbəti zamanı bildirdi ki, evlərindən yüzminlərlə manat qiymətində oğurluq olması xəbəri yalandır və rəqəmi çox şişirdiblər: - Rəqəmləri düz yazmamısınız. Bizim evdən oğurluq olub, ancaq siz yazdığınız qədər yox. Bir az qızıl və 20-25 min manat da pul oğurlanıb. Qızıllar da gəlinimin idi. Bir cüt sırğa, bir bilərzik və bir "komplekt". Qızıl və oğurlanan pullar hamısı bir yerdə 30 min manat olar, ya olmaz. Oqtay Məmmədovla həyat yoldaşının sözləri tutmur Məsələ ilə bağlı "Milli.az"a açıqlama verən Oqtay Məmmədov isə evdən çıxan pulların ona aid olmadığını dedi: - Mənzilindən cəmi 35 min manat pul, yoldaşıma məxsus 6000 min manat dəyərində qızıl oğurlanıb. Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Mən evdə olmayanda oğurluq edilib. Polis də rəqəmləri dəyişdi Ən qəribəsi odur ki, Məmmədovlar ailəsi oğurluqla bağlı polisə müraciət edəndə məbləği tamamilə fərqli göstəriblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Bu qədər dəqiqliklə verilən açıqlamadan sonra isə Nərimanov Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev APA TV-yə oğurlanan məbləğin ərizədə göstərildiyi qədər olmadığını təsdiqləyib: - Mənzildən oğurlandığı deyilən məbləğ zərərçəkənin uydurmasıdır. Qadın əvvəl evdən 35 min manat oğurlandığını bildirib, sonra isə ifadə dəyişdirilib. Bu adi bir oğurluq faktıdır. Bu uydurma rəqəmi Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölmənin niyə fərqinə varmadan dünən mediaya açıqlaması isə təbii ki, maraq doğurmaya bilməz.
2014-02-06
8,320
Ziya Məmmədovun oğlu televiziya layihəsinə başladı
"Azərbaycanın televiziya məkanında ölkədə qolf idmanının populyarlaşdırılmasına yönəlmiş yeni layihə - "Qolf aləmi" verilişi yayımlanmağa başlayıb". Bu barədə Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti, iş adamı Anar Məmmədov facebook səhifəsində bildirib ("​AzVision.az"). Qeyd edib ki, efirə gedən yeni verilişin məqsədi ölkəmizdə qolfun inkişafını təmin etmək, Azərbaycan Qolf Federasiyasının tədbirlərini ictimaiyyətin diqqətinə çatdırmaq və 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında azərbaycanlı qolfçulara dəstək olmaqdır. "Verilişin çəkilişləri Bakıda yerləşən Qolf Akademiyasında aparılır. "Qolf aləmi" həftənin hər cümə günü saat 21:20-də, təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır. Qolf idmanında da zirvələrə ucalaq!". Bundan əlavə Anar Məmmədova məşhur sənətçilərin, idmançı və deputatların Akademiyadakı fotolarını paylaşıb.
2014-02-06
8,321
Rəbiyyət Aslanova: “İlk baxışda hər şey gözəl görünür...”
"Bu gün məkan heç də sərhəd anlamının daşımır". "Axar.az" xəbər verir ki, bu sözləri Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "İrəli" İctimai Biriyinin fevralın 6-da təşkil etdiyi "Gənc liderlər üçün qış universiteti"ndə çıxışı zamanı dilə gətirib. O deyib ki, bu gün insanlar, xüsusilə yetişməkdə olan gənc nəsil daha çox informasiya məkanı, virtual məkanla əhatə olunmaqdadır: "Hər gün müxtəlif mənbələrdən saysız-hesabsız informasiyalar əldə edir, onlarla rastlaşırıq. Bəzən qarşımıza heç də istəmədiyimiz, arzu etmədiyimiz informasiyalar çıxır. Bu isə daha çox özünü tapmaqda, dərk etməkdə olan gəncliyə ciddi təsir edir. İlk baxışda hər şey gözəl görünür, ancaq sonradan onların insan psixikasına nə dərəcədə böyük təsir etdiyi məlum olur. Ona görə gənclər informasiya məkanında özlərini itirməməli, ayıq-sayıq olmalı, yad təsirlərə düşməməyə çalışmalıdırlar". Komitə sədri son zamanlar cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən və narahatçılıq doğuran bir məsələyə, Suriyada döyüşməyə gedən və orada həlak olan azərbaycanlı gənclərlə bağlı məsələyə də toxunub. O, bildirib ki, sağlam təfəkkürü, sağlam mənəviyyatı olan gənclik nə etdiyini, nə qurub, yaratdığını yaxşı bilir və bunun ziyanı olmur. Lakin sağlam təfəkkürü, yad təsirlər altında sağlam mənəviyyatı olmayan gəncliyin səsi bu gün Suriyadan gəlir: "Bu bizim hər birimizi ağrıdır. Çünki bizim öz problemimiz var. Bizim gənclər həmin problemin həllində öz sözlərini deməlidirlər. Ona görə Azərbaycan gəncliyi öz üzərində çalışaraq yad təsirlərdən uzaq olmağa, bütün addımlarında ayıq-sayıqlıq nümayiş etdirməyə çalışmalıdır".
2014-02-06
8,322
6 fevral – 15:03-də baş verən dəhşətli qəza - Foto
56 il əvvəl "Mançester Yunayted" futbol klubu və onun azarkeşləri üçün faciə yaşandı. 6 fevral 1958-ci ildə 609 saylı reyslə uçan Britaniyanın hava yollarına məxsus təyyarə Münhen hava limanında qəzaya uğradı. "Axar.az" məlumat verir ki, həmin təyyarədə komandanın şotlandiyalı baş məşqçisi Matt Basbi olmaqla məşqçilər heyəti, "Mançester Yunayted" klubunun futbolçuları , bir neçə mətbuat işçisi və bir qisim azarkeş olub. Həmin vaxt "Mançester Yunayted" Belqradda Avropa çempionlar kuboku turnirinin ¼ final mərhələsinin cavab matçından- Serbiyanın "Servena Zvezda" komandası ilə oyundan qayıdırdı. Qeyd edək ki, 2 oyunun nəticəsinə görə "MY" mərhələ adlamışdı. Hadisənin baş vermə anı Belqraddan Mançesterə birbaşa uçmaq imkanı olamdığından, pilotlar Ceyms Teyn və Kennet Reyment təyyarənin yanacaq ehtiyatını təmin etmək üçün Münhen hava limanına enir . Həmin prosesdən sonra uçuş üçün 2 cəhd yerinə yetirilir. Lakin təyyarənin sol mühərrikində problem aşkarlanır. Yaranmış problemə görə onlara gecəni Münhendə keçirmək təklif olunur. Amma kapitan Ceyms Teyn uçuş qrafikini pozmaq istəmir və razılaşmır. Uçuş üçün 3-cü cəhdi edir. O gün Münhenə güclü qar yağırdı. Yağan qar təyyarənin mühərriklərini sıradan çıxarır. Bu zaman təyyarə partlayır və nəticədə 44 sərnişindən 21-i elə hadisə yerindəcə həlak olur. Həyatini itirən "Mançester Yunayted" futbolçuları: Rocer Börn (28), Eddi Kolman (21), Mark Cons (24), David Pegg (22), Tommy Taylor (26), Cef Bent (25), Liam Uhelan (22) və Dunkan Edvards (21). Klub katibi Valter Krikmer, məşqçi Tom Kerri və məşqçi Bert Ualley. 8 jurnalist dünyasını dəyişdi "Mançester Siti"nin keçmiş oyunçusu daha sonra jurnalist kimi fəaliyyət göstərən Alf Klark, Tom Cekson, Don Devis, Corc Fellous, Arçi Ledbruk, Erik Tompson, Henry Rose, Frank Svift. Təyyarə kapitanı Ken Rayment, tur-agent Bel Miklos və ekipaj üzvü Tom Kabel də dünyasını dəyişənlər içərisində olub. Mançesterdə hər il fevralın 6-sı "Old Trafford" stadionunun daxilində və ətrafında bu faciə ilə əlaqədar mərasimlər keçirilir və mərhumların xatirələri yad edilir. Arenanın cənub- şərq küncündə əqrəbləri 15:03-ü göstərən xüsusi Münhen saatı quraşdırılıb. Bu da qəzanın baş verdiyi vaxtı xatırladır.
2014-02-06
8,323
Qəbələ paytaxt seçildi
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində 2014-cü il üzrə paytaxt bölgələr məlum olub. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə bu il üçün Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Folklor paytaxtı", Abşeron rayonu isə "Sənətkarlıq paytaxtı" elan edilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir. Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır. Azərbaycanın 2013-cü ilin "Xalq yaradıcılığı paytaxtları" Xaçmaz, Zaqatala və Göygöl olub.
2014-02-06
8,324
Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib
"Regionun ən böyük nəqliyyat layihələrindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində tikinti sürətlə davam edir". "Axar.az" xəbər verir ki, bunu Nəqliyyat Naziri Ziya Məmmədov 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf proqramının yekunlarına həsr olunan iclasda deyib. Onun sözlərinə görə, Ələt qəsəbəsində tikilən həmin Kompleksin ərazisində uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb: "Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı bu il istismara hazır olacaq. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir". Z.Məmmədov 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində 8 min 332 kilometr avtomobil yolunun çəkildiyini deyib. Bunun 2 min 622 kilometri respublika, 5 min 710 kilometri yerli əhəmiyyətli yollardır. Nazir bu illərdə 222 körpü və yol ötürücüsünün tikildiyini, 85 körpünün isə əsaslı təmir olunduğunu bildirib: "400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Yeni hava gəmiləri alınıb. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub". Qeyd edək ki, proqram çərçivəsində Bakı–Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi, Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri aparılıb. Z.Məmmədov qeyd edib ki, Bakı–Hacıqabul-118 kilometr, Yevlax–Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı–Gəndob-132 kilometr və Ələt–Kürsəngi-30 kilometr avtomobil yollarının 4 zolaqlı, Bakı–Şamaxı-118 kilometr və Hacıqabul – Bəhrəmtəpə istiqamətində 50 kilometr avtomobil yollarının isə ikinci texniki dərəcəyə uyğun çəkilib. Nazir beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işlərinın davam etdirildiyini deyib.
2014-02-06
8,325
Vasif Talıbov Bayraq Meydanını niyə təhvil almır? - Foto
"Naxçıvanda Bayraq Meydanı hələ də hazır deyil, yazın əvvəllərində açıla bilər". Bunu barədə "Axar.az"a Naxçıvan sakinləri məlumat verib. Bildirilir ki, meydanda tamamlama işləri hələ də bitməyib: "Ərazi həddindən artıq böyükdür. Demək olar ki, hər şey tamamdır, lakin bəzi xırda şeyləri təmir etmək qalıb. Ola bilsin Naxçıvanda Bayraq Meydanını yazın əvvəllərinə təhvil verilsin". Qeyd edək ki, Naxçıvanda Bayraq meydanı ötən il noyabrın 9-da, Bayraq Günündə hazır olacağı deyilirdi. Lakin gecikmə yarandı və meydanın tikintisi ilə məşğul olan "Dizayn Holdinq"in rəhbəri İlqar Sadiqov üç ay bundan öncə saytımıza verdiyi açıqlamada işlərin bir ay ərzində yekunlaşacağını bildirdi. O, gecikməni havaların sərt keçməsi ilə əlaqələndirmişdi. Bayraq Meydanının hazırkı vəziyyəti və son işlərlər bağlı Naxçıvanın Bakı nümayəndəliyi, Naxçıvan Ali Məclisi və "Dizayn Holdinq"dən iki gün müddətində heç bir cavab ala bilmədik.
2014-02-06
8,326
Nazirlikdən korrupsiya - HESABATI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il korrupsiyaya qarşı mübarizənin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn növbəti tapşırıqların yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilib, bu proses 2014-cü ilin ilk aylarında da davam etdirilib. Belə ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verildiyinə görə Departamentin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilib, 7 nəfərə töhmət verilib, 1 nəfər isə aşağı vəzifəyə keçirilib. Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunub, araşdırmaların nəticələrindən asılı olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad ediliblər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb. Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı 9646 m3 həcmində 66285 manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı aşkar edilərək hüquqi qaydada sənədləşdirilib. Yoxlamaların nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilib, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında aparılmış araşdırmalar zamanı, mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat köküstə nırx dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı aşkar olunub, buna görə hesablanmış ziyan təqsirkarların hesabına ödətdirilib, müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunublar. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi faktlar üzə çıxarılıb. 56 meşə dolayında mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində 2708,12 m3 həcmində 17572,46 manat köküstə nırx dəyərində 1316 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacın özbaşına qanunsuz kəsilərək meşə sahəsindən aparıldığı aşkar olunub, dəymiş ziyandan 16172,46 manatın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilib, müəssisənin direktoru və əraziyə cavabdeh 8 meşə gözətçisi tutduqları vəzifədən çıxarılıb, 13 meşə mühafizə işçisi barəsində digər intizam tənbeh tədbirləri görülüb. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların ərazilərində yoxlamalar aparılıb, aşkar edilmiş qanun pozuntularına görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb. O cümlədən milli park və dövlət təbiət qoruqlarında əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 2 sahə müfəttişinin və 9 mühafizə yegerinin əmək müqavilələri ləğv edilib, 6 sahə müfəttişinə və 24 mühafizə yegerinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 7 sahə müfəttişinə, 17 mühafizə yegerinə isə töhmət verilib. Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, habelə Vəndam və Bum meşəbəyliklərində qanunsuz şəkildə ağacların kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli Parkında yol verilmiş maliyyə pozuntuları, "Salyan OİL" şirkətinin Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti ilə əlaqədar, həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. İşdə yol verdikləri nöqsan və vəzifə pozuntularına görə Hirkan Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının baş mühasibi tutduqları vəzifədən azad edilib, bir sıra məsul milli park və qoruq əməkdaşı barəsində ciddi intizam tənbeh tədbirləri tətbiq edilib. "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli qurumlarında da bir sıra yoxlamalar həyata keçirilib və ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar aşkar edilib. Aparılmış araşdırmalar zamanı məlum olub ki, idarənin direktoru çöl-sahə işlərini düzgün təşkil etməyib, yaşıllıqların salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsini təmin etməyib və digər vəzifə pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, nəticədə ərazidə əkilmiş 78 000 ağacdan 55538 ədədinin qurumasına şərait yaradıb. Bu əməllərinə görə ASC-yə 91 000 manat məbləğində ziyan vurulub. Buna görə idarənin direktoru tutduğu vəzifədən azad edilib və tərtib olunmuş sənədlərdə cinayət tərkibinin əlamətləri olduğundan toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb və istintaq zamanı idarə rəhbərinin səhlənkarlıq cinayəti ilə yanaşı külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktları da aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzində aparılmış təhlil və araşdırmalar göstərib ki, Mərkəz fəaliyyətini Əsasnaməsinə və digər hüquqi aktlara, o cümlədən Nazirliyin əmrlərinə uyğun yerinə yetirməyib, görülən işlər qanun pozuntuları ilə müşayiət olunub. Bir sıra hallarda Mərkəzin əməkdaşları səlahiyyət həddini aşaraq sahibkarlıq subyektləri olan müəssisələrə qanunsuz müdaxilələr etməkdən belə çəkinməyiblər. Halbuki, Mərkəzin fəliyyət istiqaməti ekoloji norma, standart və qaydaların, müvafiq metodikaların müasir tələblərə uyğun daim təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasından ibarətdir. Qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğuna və sahibkarlıq subyektlərinin rəhbərləri qarşısında əsassız tələblər irəli sürdüyünə görə Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin məsul əməkdaşı tutduğu vəzifədən azad edilib. Korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyində həyata keçirilən tədbirlər 2014-cü ilin ilk aylarında da davam etdirilib. 2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilib, onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunmuş və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılıb. Şirvan Milli Parkında araşdırmalar davam etdirilmiş və bir gün sonra Parkın yenə 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3 yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanıb, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilib. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəyib. Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanıb. Aparılmış araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilib, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilib. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66 manat məbləğində hesablanıb və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılıb. Bununla da, ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılıb. Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilib və mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanunamüvafiq tədbirlər davam etdirilir.
2014-02-06
8,327
Şəhər merləri seçki yolu ilə müəyyən ediləcək
Gürcüstan parlamentində yeni yerli idarəetmə məcəlləsi qəbul edilib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, yeni məcəllə şəhər merlərinin və icma rəhbərlərinin seçki yolu ilə müəyyənləşəcəyini nəzərdə tutur. Sənədin lehinə 77 nəfər, əleyhinə isə 7 nəfər səs verib. Beləliklə, bundan sonra Gürcüstanda əhalisi 15 mindən çox olan yaşayış məntəqələri "özünü idarə edən şəhər" statusu alacaq. Bu isə onlara mer seçkilərini keçirməyə imkan verəcək. Qeyd edək ki, bu vaxtadək Gürcüstanda yalnız paytaxt Tiflisin meri seçki yolu ilə müəyyən edilirdi.
2014-02-06
8,328
Kılıçdaroğludan Zərrab bombası
"Sussan səni çıxaracağıq". "Axar.az" xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu mətbuat konfransı təşkil edib. Konfransda bir çox məsələlərdən danışan CHP lideri həmçinin Rza Zərrab məsələsinə də toxunub. Kılıçdaroğlunun iddiasına görə, Rza Zərrab susmağının qarşılığında azad olunacaq. Ancaq Zərrab danışmaq istəyir: "Hadisəyə gecə-gündüz müdaxilə etməyə başladılar. Bu, hər kəsin qarşısında baş verdi. Məsələ ictimaiyyətdə "Dövlət içində dövlət var" deyə əks olunur. Məni ayaqqabı qutusundan gizlədilən 4.5 milyon dollar maraqlandırmır. Yataq otaqlarındakı seyflər, içindəki pullar, pul sayma maşınları maraqlandırır məni. Maraqlıdır nəyə görə bir bank sahibi pulunu banka yatırmır, ayaqqabı qutusunda gizlədir?" Partiya sədri sözlərinə belə davam edib: "Rza Zərrab həbsdədir. Ona deyəcəklər ki, danışmasan, səni çıxaracağıq. Çünki Zərrab "susmayacağam" deyə xəbər göndərmişdi".
2014-02-06
8,329
Ramil Usubov cəbhə rayonuna yeni rəis göndərdi
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib. Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi. Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abbasın oğlu Tuncay Abbasov əvəz etmişdi.
2014-02-06
8,330
Direktor müəllimlərin küçə təmizlədiklərini etiraf etdi
"Axar.az"ın elektron poçtuna Sumqayıt məktəblərindəki durumla bağlı oxucu məktubu gəlib. Məktubda qeyd edilir ki, 5 saylı məktəbin müəllim kollektivi 34-cü məhəllədə yerləşən ərazini qardan təmizləyiblər. Məsələni dəqiqləşdirmək üçün Sumqayıt şəhər 5 saylı orta məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxladıq. Məktəb direktoru əvvəlcə bu xəbər barədə məlumatlı olmadığını desə də, sonra bunları dedi: "Müəllim həyəti təmizləyirsə, bu o demək deyil ki, müəllim küçə təmizləyir. Məktəbin həyətini müəllimlərlə təmizləmişik. Bu, vəzifə borcumuzdur. Oranı xadimələrlə, işçilərlə birlikdə özümüz təmizləmişik. Əlbəttə, müəllimlər də olub. Müəllim öz ayağının altını təmizləyir də. Bəs kim təmizləməlidir?" Xatırladaq ki, dünən sosial şəbəkədə Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim kollektivinin küçədə qar təmizlədikləri yerdə şəkilləri yayılmışdı.
2014-02-06
8,332
İki gündə 102 erməni öldürən azərbaycanlı komandir - Video
I Qarabağ Müharibəsinə aid yeni video yayımlanıb. 1994-cü ilin 16 Aprel tarixində lentə alınan bu görüntülərdə Tərtər istiqamətində gedən döyüşlər zaman 741 saylı Hərbi Hissənin komandiri kapitan Məhərrəm Məcnun oğlu Seyidov həmin çəkilişdən bir neçə gün əvvəl ermənilərin etdikləri hücumlarla bağlı müsahibə verərkən, düşmənin 102 əsgərinin məhv edildiyini deyib: "Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib. Biz isə döyüşlər zamanı 5 əsgərimizi şəhid vermişik". Qeyd edək ki, 741 saylı Hərbi Hissənin komandiri Kapitan Məhərrəm Məcnun oğlu Seyidov I Qarabağ Müharibəsində şəhid olub və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi. O ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilmişdi ("Xəzərxəbər"). Həmin videonu təqdim edirik.
2014-02-06
8,333
Xaçmazda maşın qatarı vurub - Fotolar
Bu gün Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Ağamirzəyev Vəlirza Canmirzə oğlunun idarə etdiyi 10 CV 213 dövlət nömrə nişanlı "VAZ 2105" markalı minik maşınını dəmiryolu keçidində vurub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Minik maşınının sürücüsü və sərnişini, 32 yaşlı Xaçmaz rayonu, Uzunoba kənd sakini Hacıyev Elşad Hacıxan oğlu müxtəlif bədən xəsarəti alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
2014-02-06
8,334
Qarabağ qazisi Prezidentdən kömək istəyir
Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan oğullarımızla bərabər qadınlarımız da olub ki, sözün əsl mənasında qəhrəmanlıq göstərərək, son güclərinə qədər döyüşüblər. Təəssüflər olsun ki, onlar barədə çox-çox az danışılır. Bu gün sizi mübariz qəhrəmanlarımızdan biri, bir çoxunun Tutu xanım kimi tanıdığı Rüxsarə Cumayevadır ki, o da indi müharibənin ağrılarını yaşayır. Rüxsarə xanım 1963-cü ildə Zaqatala rayon Bəhmədli kəndində anadan olub. İxtisasca filoloqdur, eyni zamanda tibb bacısıdır. Əlil ola-ola cəbhəyə yollanan Rüxsarə xanım, indi daha yeriyə də bilmir. Bu yaxınlarda onunla sosial şəbəkədə əlaqə saxlayıb vəziyyəti ilə maraqlandıq. Məlum oldu ki, hələ də ayağından keçirdiyi bir neçə əməliyyat uğursuz olub. Bizi evinə dəvət etdi. Axşamüstü qazinin yaşadığı Nəsimi rayon Ş.Əzizbəyov küçəsi 170/9, mənzil 7 ünvanına yollandıq. Qapını döydük və içəridən cavab verdi: - Gəl! Bizi qızı Rəqsanə qarşıladı. Divanda uzanmış Rüxsarə xanımla salamlaşıb, söhbətimizə başladıq. Tükiyədəki həkimlər məni aldatdılar "Millət vəkili Qənirə Paşayevanın Türkiyənin Bakıdakı səfirliyinə müraciətindən sonra, məni 2013-cü ilin iyul ayının 29-da əməliyyat olunmam üçün Ankaranın Nümunə xəstəxanasına apardılar. Orada birinci dəfə sol ayağımın bud sümüyündən əməliyyat olundum. Narkozdan ayılandan sonra, həkimlər yaxınlaşdı ki: üzr istəyirik, əməliyyat uğursuz keçdi. Sonra məni ikinci dəfə əməliyyat elədilər. Bu əməliyyatım da uğursuz keçdi. Amma bu haqda mən Bakıya qayıtdıqdan sonra, "Medical Plaza" kilinikasında yoxlanışdan keçəndə bildim",- Rüxsarə xanım bildirir. Onun sözlərinə görə, Türkiyəyə getməyinin əsas səbəbkarı Millət vəkili Qənirə Paşayeva olub: "Yol xərclərimi Qənirə xanım ödədi. Təəssüflər olsun ki, bu qədər müraciətlərimə baxmayaraq, mənə heç bir köməklik göstərilmədi. Bax elə bunun nəticəsidir ki, belə bir uğursuz əməliyyat keçirdim. Çünki mən ora tapşırıqla getmişdim, yəni həkimlərə pul verilməmişdi". Türkiyədəki səfirliyimiz mənimlə maraqlanmadı Qarabağ qazisi Türkiyədəki səfirliyimizdən də giley-güzarını bildirdi: "Mənim xəstəxanada qaldığım vaxtlarda və ondan öncəki günlərdə belə, Türkiyədəki səfirliyimiz mənimlə maraqlanmadı. Mən deyək ki, Qarabağ qazisi deyiləm. Anayam, Azərbaycan vətəndaşıyam və Türkiyə dövlətində əməliyyat olunuram. Dəfələrlə müraciət etdik, amma bir faydası olmadı. Türkiyədə universitet müəlliməsi Xanım müəllimə və Güney Azərbaycan cəmiyyətinin başqanı Zaur bəy köməklik elədilər". Üçüncü dəfə "N.Tusi"də əməliyyat olundum Qardaş ölkədəki uğursuz əməliyyatlardan sonra Bakıya Qayıdan Rüxsarə Cumayeva Sənan adlı xeyirxah həkimin yardımı sayəsində üçüncü dəfə əməliyyata məruz qaldı: "Bakıya qayıtdıqdan sonra elə indiki kimi çəliklə yeriyirdim, ayağım büdrədi yıxıldım və protezim çıxdı. Elə buna görə də, Sənan həkimin sayəsində N.Tusi adına xəstəxanada əməliyyat olundum. Amma İndi baxıram ki, böyük səhvə yol verdim. Əməliyyatdan öncə daha yaxşı gəzə bilirdim. Əməliyyat elədirdim ki, düzələcək, amma daha da pis oldu. Artıq ayağımı hiss eləmirəm. Bununla bağlı bizim həkimlərə də müraciət etdim. Deyirlər ki, bizdə o avadanlıqlar yoxdur və ona görə də biz bu əməliyyatı eləyə bilmərik". Darıxıram, yerimək istəyirəm Uğursuz əməliyyatlardan sonra ümidsizliyə qapılan Qarabağ qazimiz qəhərli baxışlarla bu ağır yükü çiynində çəkən 12 yaşlı qızı Rəqsanəyə baxaraq sözünə davam edir: "Mənim yükümü 12 yaşlı qızım çəkir. Bu bir otaqlı evdə qısılıb qalmışıq. Yazıq uşaq bilmir neyləsin. O, həm ev işlərini görür, həm mənim əziyyətimi çəkir, həm də dərsini oxuyur. Özü də əlaçıdır. Ona çox əziyyət verirəm. Mərdəkanda xəstəxanada yatırdım orada da şərait olmadığından çıxıb gəldim evə. Darıxıram, oğlum, yerimək istəyirəm. (Ağlayır). Elə işlər var ki, dalıyca bu 12 yaşında qız uşağını yollamaq olmur axı. Mən gəzəndə bütün işlərimi görürdüm". Rüxsarə xanım göz yaşını saxlaya bilmir. Dövlətdən əlilliyə görə 50 manat pul alıram Əlilliyə görə dövlətdən aldığı 50 manat pul onun həyatını yüngülləşdirmir: "Yaşayışım da yaxşı deyil. İkinci qrup əliləm. Dövlətdən əlilliyə görə 50 manat pul alıram. Bu gün sənədləri təzələmək üçün Rəqsanəni yolladım, o da uşaq olduğuna görə düzəldə bilməyib, evə qayıtdı. Başqa elə bir adam da yoxdur ki, işlərimi görsün. Axı, mən yeriyə bilsəm, bunları özüm edərəm də. Amma mən o sənədlərə görə gedəndə, necə lazımdı hörmət edirlər". Ölkə prezidenti və xanımından kömək istəyirəm "Mənim əməliyyata getməyim üçün 28 min manat pul lazımdır. Bununla bağlı artıq bir çox qurumlara müraciət etmişəm. Buradan üzümü tutub cənab prezidentdən və onun xanımı Mehriban Əliyevadan kömək istəyirəm. Xahiş edirəm, mənim əməliyyat olunmağım üçün kömək etsinlər". İmdad dolu baxışları ilə bizi yola salan Rüxsarə Cumayevanın evinə gələn dəfə onu ayaq üstə görməyi arzulayaraq evini tərk etdik...
2014-02-06
8,335
Şam döyüşçüləri ilə Şukuruş arasında - SÜLH
Suriyada Əsəd rəhbərliyinə qarşı döyüşən müxalif qruplardan olan İraq Şam İslam Dövləti (İŞİD) ilə digər islami qruplar arasında bir neçə ay əvvəl bəzi probləmlərə görə yaşanan qarşıdurmalardan sonra tərəflər razılaşma imzalayıb. Müxalif medianın yayımladığı ilk açıqlama və atəşkəs razılaşması Şukuruş Şam və İraq Şam İslam Dövləti (İŞİD) arasında imzalanıb. Açıqlamada bu sözlər yazılıb: "Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin. Allaha qarşı gəlməkdən çəkinin ki, sizə mərhəmət edilsin. İraq Şam İslam Dövləti (İŞİD) və Şukuruş Şam arasında çərşənbə axşamı imzalanan atəşkəs razılaşması ilə artıq tərəflərin bir-birinə hücumları sona çatır və atəşkəs elan olunur. Suriyada Allah yolunda döyüşən heç bir qrup bir-biri ilə döyüşməyəcək, hər hansı bir problem yaşanarsa şəriət məhkəməsinə veriləcək və problem orda həll olunacaq. "Axar.az" Suriyadakı müxalif medianın yayımladığı atəşkəs razılaşmasının orijinalını təqdim edir:
2014-02-06
8,336
Kamal Abdulladan “Nar çiçəkləri”
Yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı işıq üzü görüb. "Mütərcim" nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeirləri və kiçik poemaları toplanıb. Kamal Abdullanın çoxşaxəli yaradıcılığının mühüm qolunu təşkil edən bu şeirlərdə illüziyalar dünyası ilə real həyat stixiyaları arasındakı insanın yaşantıları əks olunur. Müəllifin məşhur romanlarının, pyeslərinin, esselərinin genezisini izləyərkən bu əsərlərdəki motivlərin və süjet peripetiyalarının şeirlərdə də yer aldığını görmək olar (525.az).
2014-02-06
8,337
Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar
Bu gün Qarabağ Qaziləri, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları, Azərbaycan Vətən Müharibəsi Veteranları və Vətən Müharibəsi Əlilləri birliklərinin rəhbərləri Etimad Əsədov, Mehdi Mehdiyev, Füzuli Rzaquliyev, Firudin Məmmədov və fəal Qarabağ qazisi Rizvan Vəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olublar. "Axar.az"a Qarabağ Qaziləri Birliyindən daxil olan məlumata görə, onları Səhiyyə nazirinin müavini Elsevər Ağayev və nazirliyin idarə rəisləri qəbul ediblər. Qarabağ qaziləri dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar. Görüşdə müharibə adamlarının həlli vacib problemləri və onların həlli yolları ətraflı müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələnləri edəcəklərini deyiblər. Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə insanları ilə bağlı irəliləyiş olacağına inanırlar.
2014-02-06
8,338
Binəqədidə ev yandı: ev sahibi öldü
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 1 otaq 12 kv.m sahədə yanıb. Ona bitişik digər vətəndaşa məxsus 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 15 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin anası yataq xəstəsi 1961-ci il təv. Marina Kalotko Vasiliyevananın yanmış meyiti aşkar edilib. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-06
8,339
Nadir Qafarzadənin kartında pul qalmayıb
Müğənni Nadir Qafarzadə ən çox geyiminə pul xərcləyir. "Axar.az" xəbər verir ki, bu barədə ifaçı "Pərdə" verilişinə danışarkən deyib. "Mən ən çox geyimimə pul xərcləyirəm. Çünki səhnə adamıyam, özümə fikir verməliyəm. Mənə baxıb geyinməyi öyrənənlər də var. İstanbulda olanda kartımda 8 min dollar pulum vardı. Əlavə olaraq da 5-6 min nağd. İstanbuldan özümçün 18 cüt ayaqqabı, çoxlu kostyum, köynək, ayaqqabılarıma uyğun corablar aldım. Evə gələndə isə kartımda artıq pul qalmamışdı".
2014-02-06
8,340
Gülənin kanalı hökuməti Yazıçıoğlu ilə vurdu – Video
"Samanyolu" kanalı Möhsün Yazıçıoğlunun illər əvvəl korrupsiya ilə əlaqədar nitqini yayımlayıb. "Axar.az" xəbər verir ki, "Samanyolu" televiziyası dünən 2009-cu il 25 may tarixində helikopter qəzası nəticəsində ölən Böyük Birlik Partiyasının (BBP) sədri Möhsün Yazıçıoğlunun illər əvvəl hökumətdə olan korrupsiya və nazir övladları ilə əlaqədar dediyi sözləri yayımlayıb. Türkiyədə hökumətlə Gülən hərəkatı arasında dava get-gedə daha da qızışır. Baş nazir Ərdoğan Berlindən gülənçilərə səslənərək 17 dekabr hadisələrini çevriliş olaraq dəyərləndirmişdi. Gülən hərəkatının TV kanalı "Samanyolu" isə Ərdoğana Möhsün Yazıçıoğlu ilə cavab verib. Həmin videonu təqdim edirik:
2014-02-06
8,341
Ramiz Rzayev: “Azərbaycana qarşı 325 şikayət daxil olub“
Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev AzərTAc-a müsahibəsində deyib. Ali Məhkəmə sədrinin sözlərinə görə, 2000-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin iş yükü kəskin dərəcədə artıb. Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa Şurasına üzv qəbul olunması və nəticə etibarilə Məhkəmənin yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni 30 il ərzində Məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdısa, təkcə 2009-cu ildə bu rəqəm 1625-ə yüksəlib. Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cu ildə Məhkəmə baxdığı 35 460 işdən 2393-nə mahiyyəti üzrə baxaraq 1 625 qərar çıxarmışdısa, 2013-cü ildə baxdığı 93 396 işdən 3 659-na mahiyyəti üzrə baxaraq 916 qərar çıxarıb. Bu da son illər aparılan Məhkəmənin iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə yönələn islahatların nəticəsi olaraq mümkün olub. Bu islahatların əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə toxunan bəzi şikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil edir. O, qeyd edib ki, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Ali Məhkəmənin sədrinin sözlərinə görə, hazırda Strasburq Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır: "Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür: Rusiya, İtaliya, Ukrayna və Serbiya. Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub. Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olan halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunub". R.Rzayev bildirib ki, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib. Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub. O, həmçinin əlavə edib ki, 2012-ci illə müqayisədə daha az pozuntu qeydə alınıb: "Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərəçarpaçaq dərəcədə yaxşılaşıb və mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir".
2014-02-06
8,342
Qamət Süleymanov saqqallı güləşçiyə çağırışdan imtina etdi
Güləş üzrə Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Elçin Əliyevin saqqalına görə milli komandadan uzaqlaşması barədə məlumat vermişdik. Elçin Əliyev özü də açıqlamasında bunu təsdiq etmişdi: "Məni qovmayıblar, sadəcə, federasiyadan "saqqalını qırx" dediklərinə görə, özüm millini tərk etmişəm. Əqidəmdən dönmərəm". Güləş federasiyasından isə bildirmişdilər ki, onlar idmançının qarşısında saqqalını tam qırxmaq tələbi qoymayıblar. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən həddindən artıq saqqal saxlamağın gigiyena baxımından düzgün olmadığını vurğulayan federasiya rəsmiləri idmançıya saqqalını azaltmağı tövsiyə ediblər. Ancaq idmançı bunu qəbul etməyib. Elçin Əliyev gəncdir, cəmisi 24 yaşı var, olduqca perspektivlidir. Azərbaycana bir çox yarışlarda, o cümlədən Olimpiadada medal qazandıra biləcək potensiala sahibdir. Belə bir idmançını itirməmək üçün kompromis variant tapmaq lazımdı. Elçin Əliyev sələfi təriqətinin üzvü olduğundan, məsələ ilə bağlı sələfi icmasının liderlərindən olan Qamət Süleymanovun münasibətini öyrənməyə çalışdıq. Fikirləşdik ki, Qamət Süleymanov idmançıya müraciət etsə, o, saqqalını azaldar, beləcə problem həllini tapar. Azərbaycan da istedadlı idmançısını itirməz. "Axar.az"a danışan Qamət Süleymanov saqqalın güləşə mane olmadığını və federasiyanın bu məsələni qaldırmasının qəribə hal olduğunu vurğuladı: - O qardaşla şəxsi tanışlığım olmasa da, ümumi şəkildə tanıyıram. O ki qaldı saqqal saxlamasına, bu, onun öz seçimi, haqqıdır. Çünki bilirsiniz ki, ölkəmizdə etiqad azadlığı var. Həmçinin Azərbaycanda saqqal qadağan olunmayıb! Həm ərəb ölkələrində, həm də digər ölkələrdə saqqallı idmançılar var. Xristianlarda da, yəhudilərdə də saqqal ən vacib şərtlərdəndir. Saqqal məsələsində ən rəhimlisi islam dinidir. Xristianlara görə, saqqal saxlamayan cəhənnəmlikdir. Demək istəyirəm ki, saqqal saxlamaq heç kəsi təəccübləndirməsin. Bu, güləşçinin öz seçimidir, bu barədə azaddır. Mən buna normal baxıram. Bundan əlavə, təmizlik saqqalla ölçülmür. Əgər saqqal saxlayan biri ibadət edirsə, onun saqqalı çoxunun üzündən təmizdir. Çünki o gündə 5 dəfə dəstəmaz alarkən saqqalını yuyur. Deyəsən, onlar idmançını bomjlarla səhv salıblar. Dində də saqqal kişiyə vacib buyurulub. Kim nə qədər bacarır, o qədər saxlayır. O, bu seçimdə azaddır.
2014-02-06
8,343
102 erməni öldürən Komandirin oğlu danışdı – Foto/Video
Murad Seyidov. O, bu gün yeni görüntüləri yayılmış Qarabağ qəhrəmanının – iki gündə 102 erməni döyüşçüsünü öldürən komandir Məhərrəm Seyidovun oğludur. Sumqayıt şəhərində anadan olub. Azərbayacan Neft Akademiyasını bitirib. Hazırda Azərbaycanda tanınan şirkətlərdən birində çalışır. Murad Seyidov atasını xatırlamasa da, onunla bağlı bütün bildiklərini bizimlə bölüşdü. - Bu qədər il sonra Məhərrəm Seyidovu necə xatırlayırsan? - O vaxt mənim 2 yaşım var idi. Heç yadıma gəlmir. Mən də atamı ilk dəfə bu videoda görmüşəm. Atam bu videodan 1 həftə sonra şəhid oldu. Evdəkilərin zarafatca dediyinə görə, bizimlə əsgərlərini ayırmırdı, deyirdi ki, hamınız mənim balamsınız, hamınızı eyni sevirəm. Ona görə də komandir kimi əsgərləri ilə birgə vuruşmağa qərar verdi. Çünki onun prinsiplərində komandir həmişə irəlidə getməli idi. Ali təhsilli zabit idi və əsas işi plan yazmaq idi. O isə vuruşmağı seçdi. - Bəs, onun əsgər yoldaşlarından tanıdıqların varmı? Əsgərləri komandirlərinin ailəsi ilə bu illər ərzində əlaqə saxlayıblarmı? - Mənim atam Ukraynada, Donetskdə ali hərbi təhsil alıb. Bütün qrup yoldaşları müxtəlif ölkələrdən idi. 3 il əvvəl bizi də dəvət etdilər Donetskə. 20 illik yubileylərini qeyd etməyə getmişdik. Hamısı ilə orada tanış olduq. Hazırda da əlaqələrimiz var. Amma əsgərlərini tanımıram. Bu videonu görənə qədər darıxmırdım - Atan üçün çoxmu darıxırsan? - Atamı heç vaxt görmədiyimə görə indiyə qədər darıxmırdım. Ancaq bu videoda ilk dəfə gördüm və bu dəqiqə hədsiz darıxıram. Sanki illərdir görmüşəm. Atamla vuruşmaq istəyərdim - Oğullar atalarının yolunu seçir, adətən. Amma sən zabit olmaq istəmədin, deyəsən… - İndiyə kimi heç vaxt zabit olmaq istəməmişəm - bəlkə də atamın zabit kimi, əsl komandir kimi şəhid olduğuna görə. İndi də elə bir istəyim yoxdur. Ancaq o yaşasaydı böyük məmnuniyyətlə onunla yanaşı vuruşardım. Atamla həqiqətən qürur duyuram. - Bu qədər illərdən sonra Məhərrəm Seyidovdan Murad Seyidova xatirə qalan nədir? - Atam Ermənistan çempionu idi. Cüdo və sambo üzrə. Çoxlu medalları və diplomları var. Ondan bizə xatirə qalan onlar və bəzi şəkillərdir… İlahi ədalət üçün dəstəyinizə ehtiyacım var - Murad, niyə illər sonra bu videonu ortaya çıxartdın? - Bu videonu əmim bizə verib. Onun arxivində idi. Biz uşaq idik deyə, xəbərimiz olmayıb. Uşaqlıqdan özümə verdiyim bir sözü yerinə yetirmək şansı düşüb əlimə. Bir vədə general Elbrus Orucovun atam haqqında "Milli Qəhrəman verilsin" əmri kimlərsə tərəfindən yoxa çıxarılmasına baxmayaraq, bu video vasitəsiylə verilən əmri təzələyə bilərəm. Buna görə bütün yuxarı instansiyaların bu videonu görməsi və bu işin yenidən qaldırılması üçün dəstəyinizə ehtiyacım var.
2014-02-06
8,344
Meyvə-tərəvəzin qiyməti qalxdı - Rəsmi
Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərini açıqlayıb. Komitədən verilən məlumata görə, yanvar ayında satılan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb. Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartofun 1,0 faiz, baş soğanın 4,3 faiz, baş sarımsağın 0,1 faiz, yerkökünün 5,5 faiz, xiyarın 3,3 faiz, pomidorun 1,0 faiz, göyərtilərin 0,4 faiz, quru otun istehsalçı qiymətləri 1,4 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4 faiz ucuzlaşmış, xurmanın istehsalçı qiymətləri 9,1 faiz, narın 3,6 faiz, heyvanın 4,7 faiz, naringinin 2,6 faiz, fındığın 9,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 3,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1 faiz, camışın 1,3 faiz, südün 0,2 faiz, quş ətinin (diri çəkidə) 4,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub.
2014-02-06
8,345
Əsədin tərəfində döyüşən azərbaycanlı şiələrin adları – Şok
Suriyada döyüşərək həlak olan şiələrin adları bəlli olub. Bu barədə "Axar.az"ın electron poçtuna göndərilən məktubda informasiya yerləşdirilib. Məktub müəllifi adı çəkilən şəxslərin Bəşər Əsəd tərəfində döyüşdüyünü bildirib. Bəşər Əsədin tərəfində döyüşüb öldürülən azərbaycanlılar: 1) Coşqun Heydərov 2) Azad Mustafayev 3) Rüstəm Mirabbasov 4) Ağarəhim Kərimov 5) Cavadağa Qurbanov 6) Qəhrəman Həşimov 7) Fərid Turabov 8) Elmir Qazıyev Məktub müəllifinin bildirdiyinə görə, göndərilən şəklin üstündə "Bəşər Habihullah və Zeynəb məqamını qoruyarkən şəhid olanlar" sözləri yazılıb. Fotonun Suriyanin Bəşər Əsəd tərəfdarı olan elektron mediasından yayıldığı deyilir.
2014-02-06
8,346
Gülər Əhmədova: “Gültəkin Hacıbəyli tutulmalı idi”
"Əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur". "Mən Milli Şuranın üzvlərini dəfələrlə məhkəməyə dəvət etmişəm ki, gəlib prosesdə iştirak edib, sonra fikir bildirib, bəyanata versinlər". "Axar.az" APA-ya istinadən məlumat verir ki, bunu Gülər Əhmədova bu gün Apellyasiya Məhkəməsində keçirilən növbəti prosesdən sonra jurnalistlərə bildirib. G. Əhmədova deyib ki, əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur: "Mən bilirəm o bəyanatın müəllifi kimdir. Gültəkin Hacıbəyliyə müraciət edib, demək istəyirəm ki, tutulmağa qalsaydı, Gültəkin Hacıbəyli tutulmalı idi. Mənə qarşı nə şahid, nə zərərçəkən var. Gültəkin Hacıyeva bilsin ki, ona qarşı çox yumşaq, mənə qarşı çox sərt davranıblar". Qeyd edək ki, Milli Şuranın bir neçə gün əvvəl yaydığı bəyanatda bildirilib ki, iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoyulduğu halda, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmayıb.
2014-02-06
8,347
Ziya Məmmədovun qardaşı müşavir təyin olundu
Ziya Məmmədov işdən çıxardığı qardaşına yeni vəzifə verib. Nəqliyyat naziri Ziya Məmmədov böyük qardaşı Nəriman Məmmədovu "Azəryolservis"in rəhbəri Cavid Qurbanovun müşaviri təyin edib ("Qafqazinfo"). Qeyd edək ki, Nəriman Məmmədov "MMC 85" adlı qurumun rəhbəri olub və nazirin əmri ilə vəzifəsindən azad olunub.
2014-02-06
8,348
Suriyada daha iki Azərbaycan vətəndaşı öldü
Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Mücahidlər onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar. Bundan başqa, mücahidlər ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. "Ziko" ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-02-06
8,349
Gün ərzində 67 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.
2014-02-06
8,350
Orxan Pamuk Putinə məktub yazdı
Soçi Qış Olimpiya Oyunları başlamamış aralarında Salman Rüşdü, Orxan Pamuk, Əlif Şəfəq də olmaqla 200-dən çox yazıçı Rusiyada homoseksuallara qarşı olan qanunun ləğv edilməsi üçün Putinə məktub yazıblar. "Axar.az" xəbər verir ki, "Qardian" qəzetində yayımlanan məktubda Rusiyada həmcinslərə qarşı yeni qəbul edilən qanun qınanıb. Aralarında Orxan Pamuk, Salman Rüşdü, Əlif Şəfəq, Günter Qras olmaqla 217 yazar Rusiyanın prezidenti Vladimir Putindən azlığa hörmətlə yanaşmağını tələb edib.
2014-02-06
8,351
Prezidentin tvitləri Türkiyə mediasında
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Twitter hesabında rüşvətə və korrupsiyaya qarşı müharibə elan etdiyini yazıb. Bu barədə Doğan Xəbər Agentliyi məlumat yayıb ("Aznews.az"). Məlumatı görə, Əliyev "Azərbaycanda Korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır " deyərək, başladığı twetlərini sərt ifadələrlə davam edib. Korrupsiyaya və rüşvətə qarşı önümüzdəki illərdə böyük cəzalar tətbiq ediləcəyini yazan Əliyev, 5 il içində Azərbaycanın korrupsiya ilə mübarizədə nümunə ölkə olmasının qarşıya qoyulduğunu yazıb. Agentliyin yazdığına görə, Əliyevin bu səhər bir-birinin ardınca yazdığı Twitləri agentlik belə təqdim edib: - Bütün dövlət məmurları elə çalışmalıdır ki dövlət və xalq qarşısında alnı açıq , üzü ağ olsunlar. Məmurlar məsuliyyətlərini bilməlidirlər ... "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir? - Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Dövlət məmuru rüşvət almamalı ... - hər bir dövlət məmuru təmiz işləməlidir , xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət götürməməlidir, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır. Rüşvət alanlar CİDDİ ŞƏKİLDƏ cəzalandırılacaq. - Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax , budur əsas prinsip. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsipə əməl etsin. - Növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. AZƏRBAYCAN 5 İL İÇİNDƏ NÜMUNƏ ÖLKƏ OLMALIDIR. - Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.
2014-02-06
8,352
Şairə xanım: “Qayınanam deyir ki, oğlumu əlimdən almısan”
Son günlərin şaxtası Xətai rayonunda bir Kərbəla müsibəti yaşatdı. Sakinlər susuzluqdan əziyyət çəkdi. Rayonun Əhmədli və Günəşli yaylalarında isə qış özünün sifətini daha sərt göstərdi. Yollar buz bağladı, qazın verilməsində az da olsa fasilə yarandı, bəzi yaşayış massivlərində elektrik enerjisi olmadı. Nəqliyyatın işləməsi isə, bu sahəyə aidiyyəti olan məmurların digərlərinin yanında "şeşəşələnə" bilməsinə şərait yaratdı. Belə bir zamanda "Axar.az"ın qəfil qonağı olaraq şair Narıngülün qapısını döydüm. Səndən nə əcəb? Qapını şairin həyat yoldaşı Mirzə açdı. Salamlaşdıq: "Səndən nə əcəb, bu vaxtı",- təəccüblə soruşdu. Evə dəvət etdi. Zatən mən artıq Mirzənin böyründən sivişib evin dəhlizinə girmişdim. Vaxtsız qonaq Ailə şam yeməyini təzəcə bitirib, çay süfrəsinin arxasındaydı. Mətbəxdə və qonaq otağında televizorlar işləyirdi. Hər ikisində eyni verilişə baxılırdı... Narıngülün İqtisadiyyat Universitetinin tələbəsi olan qızı Aynur: - Faiq əmi bizə "qəfil qonaq" kimi gəlib deyəsən, Fərqanə xaladan (Fərqanə Mehdi-F.B) da yazmışdı,- deyir. Qonaq otağına keçirik. Narıngül iki daşın arasında vaxt tapıb özünə düzən verir. Bir qədər ordan-burdan söhbət edib mətbəxə keçirəm. Özümü sərbəst aparıram. Ailə ilə qonşuluq və dostluq münasibətim var axı. Amma bu o demək deyil ki, mən özümün qonaq statusumdan sui-istifadə edəm. Üstəgəl də çağırılmamış, qəfil qonaq olasan... Mətbəxdə səliqə-sahman var. - Qaynanan səni o qədər də istəmir, amma hazır yeməyimiz var,– Narıngül qonağının qeydinə qalır.– İşdən birbaşa gəlmisən?.. Çay süfrəsinin arxasındayıq: -"Qobustan"da vəziyyət necədi?- işlədiyi jurnalı nəzərdə tuturam. - Yaxşılıqdır. Əli Əmirlidən müsahibə götürmüşəm, indi elə onu hazırlayırdım. Beləcə, söhbətə körpü salırıq. Mirzə ilə ilk tanışlıqlarını soruşuram: - Sən Oğuzdan, Mirzə Cəlilabaddan. Ulduzlarınızın barışmasında nə rol oynadı? Mirzə səni ilk dəfə harda gördü, necə oldu səni bəyəndi? – qıcıqlandırmaq istəyirəm. - Nə bilim, kim nə bilirdi ki… Mirzə "Ulduz" zavodunda mühəndis idi biz tanış olanda. Mənim tələbə yoldaşım vardı, rəfiqə idik. O, Mirzənin dostu ilə sevgili idi. Görüşürdülər. Sonra da nişanlandılar. Bir dəfə görüşə gedəndə məni də özüylə apardı. Bax onda o da dostu Mirzə ilə gəlmişdi görüşə. Beləcə, tanış olduq. Sən evdə tapılırsan ki… - Yalan demirsən ki? Bəlkə rəfiqən deyib ki, adaqlımın yaxşı bir dostu var, gəl, səni tanış eləyim, sən də razılıq veribsən, sözləşmisiz… - Yox, Allah haqqı, elə söhbət-zad olmayıb. Sadəcə, təsadüfən alındı. Və bağlandıq bir-birimizə. Sonra ara-sıra görüşdük, bir-birimizi tanıdıq. Qəribəsi o oldu ki, rəfiqəm bunun dostu ilə ailə həyatı qurmadı, amma bizim iki uşağımız var. Oğlumuz Nihat Neft Akademiyasını bitirib indi hərbi xidmətdədir. Qızımız isə İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsidir. - Narıngül, sənin çay dəmləməyin heç nə. Çayın belə tamlı olmasında yəqin ki, Aynurun əməyi var. - Yox, vallah, özüm dəmləmişəm. Aynur ev işlərində mənə kömək edir, düzdü. - Sən evdə tapılırsan ki... AYB-də tədbir, iş –güc... Özünü az təriflə. Mirzənin saqqızını necə oğurladın? - Mirzə mənim xəyalımdakı adam idi. Gələcək həyat yoldaşımı necə təsəvvür etmişəmsə, bu o idi. Şeir yazmağımı yoldaşımdan gizlətmişdim Söz-sözü çəkir. Mirzənin onun şeir yazmasına münasibəti ilə maraqlanıram. - Mirzə ilə ailə qurana qədər bilmirdi ki, şeir yazıram. Aramızda kitabdan, şeirdən söhbətlərimiz çox olurdu. Amma şairliyimi bilmirdi. Deməmişdim ona. Amma hər görüşə gələndə qoltuğumda qəzetləri görürdü. Bir də ailə qurduqdan sonra mənim qəzet almağıma təəccüblənmişdi. Bu arada Mirzə söhbətə qoşulur: - Doğrudur, şeir yazmağını bilmirdim. Amma bilsəydim, guya nə olacaqdı? Desəydim yazma, yazmayacaqdı? Heç deməzdim də axı… Yazı elə şeydi ki, əgər səndə bu istedad varsa, ona qadağa qoymaq olmaz. Siyasətlə maraqlanırdı. Mitinqlərə gedirdi. Onda bütün tələbələr aktiv idi. Xalq Azadlıq Hərəkatının mitinqləri idi də, getməmək olmazdı. - Narıngül xanım, beləcə mitinqlə, qəzetlə "Ulduz" zavodunun gənc mühəndisinin ulduzuna çevrilə bildin. - Yox, vallah, o özü mənim xəyyalarımdakı ağ atlım idi, gəlib çıxmışdı. Bütün parametrləri xəyalımdakı oğlanla bir idi. Amma sonra ayrıldıq... - Niyə? Sənin qrup yoldaşların, heyranların vardı, Mirzənin yolunu kəsdilər ki, bizim qızın dalıyca niyə gəlirsən? O da getdi? - Yox e, sən də bir kino çıxartma burada. Nə heyran, nə qrup yoldaşı… Mirzə mənə dedi ki, elçi gəlməyəcək səndən ötəri. Qoşul mənə, qaçaq. Mən də belə ailə qurmağı istəmirdim. Oxumağa gələndə anama söz vermişdim ki, qoşulub qaçmaq, icazəsiz ailə həyatı qurmaq olmayacaq. Bu belə istədi, mən də dedim ki, bizimki alınmayacaq. Anama söz vermişdim. O da demişdi ki, belə bir iş tutsan, məni unut. Qəbrimin də üstünə gəlməzsən. Ayrıldıq və düz 3 ay görüşmədik. - Yox, Narıngül, səninki sevgi deyilmiş. İlk nəvədən sonra nənənin nəvədən ötəri ürəyi atlanacaqdı və bağışlayacadı səni… Qayınatam "blatnoy" kişi idi - Yox, sən nə deyirsən? Mirzəni çox istəyirdim. Amma edə bilməzdim elə… Mirzə aydınlıq gətirir: - Biz böyük ailəydik. 11 uşaq, ata-ana. Atam kitabxana müdiri işləyirdi, 90 manat maaş alırdı. Üstəgəl, bütün uşaqlar ali təhsil alırdı. Mənə qədər və məndən sonrakılar da oxuyurdular. Atam təssərrüfatla bu boyda ailəni yola verirdi. Bu yandan da qardaşıma təzə toy etmişdilər. Evdəkiləri artıq xərcə salmaq istəmirdim. Elə bunları da... Hər şeyi özüm edəcəyəm, deyirdim. Razılaşmadı. Narıngül: - O üç ayı çox ağır keçirtdim. Dərsə, dərsdən evə, mitinqlərə gedirdim ki, başımı qarışdırım. Həmişə də yanımda onu xəyal edirdim. Amma mənim qayınatam bunu bilən kimi qərar qəbul edib ki, elçi gedəcəm. Rayondan oğlanlarına baş çəkməyə gəlibmiş. Mirzənin qardaşından soruşub ki, bəs niyə bu, son vaxtlar belədir, heç kəsə yovuşmur, fikirli gəzir. Qardaşı da deyib ki, Vartaşendən (indiki Oğuz. – F.B.) qız istəyir. Mirzə gülümsəyir: - Atam dedi ki, mütləq elçi gedəcək. Yolun uzaqlığı, get-gəl. Amma yadıma düşdü ki, kişi bir qapıya bir dəfə gedir. Almamış geri qayıdan deyildi. Tədbirli, hazırlıqlı, oxumuş ağsaqqal idi. Narıngül ötən günlərinin ağuşundadır: - Bir də gördüm, telefon zəng çaldı. Dəstəyi qaldırdım. Buydu. Salamsız-zadsız soruşdu ki, sizin kəndin adı nədir? Dedim. Kişi – rəhmətlik qayınatam "blatnoy" kişi idi. Sözübütöv və zəhmli. Elə həmin günün səhəri Oğuza yola düşmüşdü. Bizi ailə kimi tanımırdılar - Toyumuz oldu. Əvvəlcə Mirzənin qardaşının evində qaldıq. Sonradan özümüzün evimiz-eşiyimiz düzəldi. Əvvəllər bizi heç ailə kimi də tanımırdılar. Harada olsaq, harada yaşasaq da qonşular bizi bacı-qardaş biliblər. Bəziləri isə sevgili kimi tanıyıb bizi. Birinin ağlına gəlmirmiş ki, biz ər-arvadıq. Çox mehriban olmuşuq, indiyə kimi mübahisəmiz, dava-dalaşımız olmayıb. Uşağı oxlovla döyüb - Yəni, çayı gec verəndə, yeməyi gec gətirəndə, köynək ütüsüz olanda durub başını sığallayıb, deyib, çox sağ ol, get şeir yaz, bunlar olmasa da olar? - Axı elə şey olmayıb ki, onun qanı qaralsın. Dediklərinin hamısını vaxtlı-vaxtında edirdim. İşdən yorğun gəldiyi vaxtlar olurdu. O yatırdı, mən köynəyini yuyub qurudurdum, ütüləyirdim. Mirzə yenə də söhbətə qoşulur: - Bir dəfə mübahisəmiz olub. İşdən gəldim, gördüm Aynur yoxdur ortalıqda. Soruşdum qız hanı? Dedi evdə. Baxdım ki, uşaq çarpayının altında büzüşüb qalıb. Əsəbiləşdim yaman. Bax, onda mübahisəmiz düşüb. Sən demə, avtobusda uşaq buna cavab qaytarıb. Bu da evə gələn kimi oxlovu götürüb uşağı tənbeh edib. Qaynanam deyir ki, oğlumu əlimdən aldın - Mirzə sakit təbiətli adamdır. Baxtın gətirib də, incitməyib heç səni… - Əvvəllər - təzə tanış olanda dedim ki, bundan yekəxana, özündənrazı adam yoxdu. Doğrusu, elə adamlara heç hörmətim olmayıb. Sonradan hər görüşüb kinoya, nə bilim gəzməyə gedəndə görürdüm yox, bunda açılmayan, oxunmayan alt səhifələr var. Cəlilabada da, Oğuza da tez-tez gedirik. Bütün Novruz bayramlarını Cəlilabadda keçirmişik. O tərəf buna çox həssasdı. İl boyu get, elə ki, bircə axır çərşənbədə, bayramda olma, deyəcəklər - gəlmədi. Oğuza getməyimizi eşidəndə qayınanam deyərdi ki, oğlumu əlimizdən aldın, apardın. - Qaynana-gəlin söhbəti əzəli və əbədi mövzudu. Nə oldu, oğlunu yaxandan yuxarı keçirəndə yaxşı arvad idi, gileylənəndə pis oldu? - Yox, Allah eləməsin. Mənim qaynanam demokratik qadındı. Gəlinlərinin heç birini incitməyib. Hər kəsi yola verib, bilmədiklərini öyrədib, ev-eşik, oğul-uşaq sahibi edib. Öz kisəsindən yeyən qonaq Komüterin qoyulduğu stolda kitablar var. Baxıram. Borxesin hekayələri, Xalid Hüseyninin "Çərpələng uçuran"ı, Zəka Vilayətoğlunun "Şah ölüm"ü və Cavid Zeynallının "Leyla"sıdı. - "Zero" kitab evindən almışam. 2-3 gün olar. Oxuyacam deyə, əlimin altında saxlamışam. - Qışnan, şaxtaynan aran necədir? - Suyumuz neçə gündü gəlmir. Yenə Mirzə sağ olsun. İşlədiyi zavoddan maşınında su gətirir. Mən də onun xoşladığı yeməkləri bişirib, qulluğunda dururam. - Nəyi xoşlayır? - Mirzə üçün fərqi yoxdur, daşdan yumşaq nə versən yeyəcək. Hələ yemək üstə bir söhbəti, verdiyi təklif olmayıb. Özüm isə dovğanın ölüsüyəm. Tez-tez bişirirəm. Mirzə zarafatla: - Mənim üçün yeməyin fərqi var, niyə yoxdu ki? Dolmanı və plovun bütün növləri ürəyimcədi... Beləcə, söhbətmizin sonu yemək-içməklə, mətbəxlə yekunlaşır. Evin sahibəsi yenidən süfrə açmaq istəyir, razılaşmıram. Vaxtsız, özü də qəfil gələn qonaq öz kisəsindən yeyər deyib, xudahafizləşirəm.
2014-02-06
8,353
İmamın həbs xəbəri yalan çıxdı
"Mənim həbsim və MTN əməkdaşları tərəfindən dindirilməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyatdır". Bu sözləri "Axar.az"a açıqlamasında Müşfiqabad məscidinin imam-camaatı Mübariz Qaçayev dedi. Onun sözlərinə görə, ANS televiziyasında efirə gedən bəlli süjetdən sonra bu cür uydurma söz-söhbətlər tez-tez yayılır: "Ancaq hamı bilməlidir ki, Azərbaycanın güclü dövlətçiliyi var və hüquq-mühafizə orqanları yüksək səviyyədə işləyirlər. Əgər bizim əməlimizdə dövlətə, dövlətçiliyə, haqqa qarşı hər hansı bir əməl olsaydı, hüquq-mühafizə orqanları çoxdan tədbir görərdilər". M.Qaçayev hazırda məsciddə olduğunu söylədi. O bir daha təkrar etdi ki, onların işi Allaha ibadətdir və Allahın kəlamlarını təbliğ etməkdir. Xatırladaq ki, Müşfiqabad məscidinin ətrafında yaranan söz-söhbətlə əlaqədar bu gün məscidin imamı Mübariz Qaçayevin həbs olunması xəbəri yayılıb.
2014-02-06
8,354
Rza Zərrab Kılıçdaroğlunu məhkəməyə verdi
Rza Zərrab Kılıçdaroğlunun bu gün səhər onun haqqında iddiasının şərdən ibarət olduğunu bildirərək məhkəməyə verib. Daha əvvəl xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında CHP-nin sədri Kamal Kılıçdaroğlu Rza Zərrab haqqında "sussa, azad olunacaq" demişdi. Rza Zərrab isə vəkili vasitəsi ilə verdiyi yazılı açıqlamada CHP liderini haqqında "təhqir" və "böhtan" iddiası ilə 50 min manat dəyərində mənəvi təzminat üçün məhkəməyə müraciət etdiklərini bildirib.
2014-02-06
8,355
Elşad Abdullayevin daha bir dekanına cinayət işi açıldı
Rüşvətxor müəllim Tibb Universitetində necə çalışır? Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Allahverdiyev başqasının pulunu mənimsəməkdə ittiham edilir. "AzNews.az"a müraciət edən şikayətçi Abışova Rəna qızı Abışova Könülün bu universitetdə təhsil aldığı müddətdə ixtisas seçimində X.Allahverdiyevin onlardan 3400 manat aldığını bildirib: "Xudayar Allahverdiyev 2008-də həmin universitetdə dekan idi. Qızım Abışova Könülün ixtisas seçimi məsələsini həll etmək üçün bizdən 3400 manat pul aldı. Ancaq daha sonra ABU bağlandı, qızım başqa təhsil müəssisəsinə köçürüldü. Ancaq Xudayar Allahverdiyev aldığı pulu qaytarmadı. Dedi ki, pulu Elşad Abdullayevə verib. Elşad Abdullayev də Azərbaycanda deyildi, təbii ki, ondan bunu soruşmaq olmurdu. Xudayar Allahverdiyev də bundan istifadə edirdi. Çünki bilirdi ki, Elşad Abdullayev Azərbaycanda yoxdur, bu məsələyə münasibət bildirməyəcək. Amma biz pulu Xudayar müəllimə vermişik. Həm də tək biz yox, bir çox tələbələr ona pul verib". Bundan sonra pulunu Xudayar Allahverdiyevdən ala bilməyən ailə polisə müraciət edib: "Polisə müraciət etdikdən sonra Xudayar müəllim bizə gələrək, dedi ki, şikayətimizi geri götürək, o da bizim pulumuzu hissə-hissə qaytaracaq. Bir neçə ay əvvəl gətirib 1000 dollar verdi. Ancaq ondan sonra pulu qaytarmaqdan imtina etdi. Dəfələrlə Xudayar Allahverdiyevin hazırda işlədiyi yerə - Tibb Universitetinin laboratoriyasına gedib onunla görüşsək də pulu qaytarmaqdan imtina edir". Qarşı tərəf Xudayar Allahverdiyev isə məsələ ilə bağlı münasibət bildirmək istəməyib: "Respublika Prokurorluğunda bununla bağlı iş açılıb. Əgər nəsə şikayətləri varsa ora bildirsinlər. Mən də ancaq Prokurorluğun iştirakı ilə bununla bağlı nəsə deyə bilərəm".
2014-02-06
8,356
Suriyada öldürülən azərbaycanlı komandirin görüntüləri - Video
Bu gün Suriyada Əsəd rejiminə qarşı döyüşdə öldürülmüş və azərbaycanlıların komandiri kimi tanınan Seyfullah Şişaninin sağlığında çəkilmiş videosu yayılıb. "Axar.az" xəbər verir ki, bu video mücahidlərə yaxın "kavkazcenter" saytının "tvitter" səhifəsində yerləşdirilib. Kadrların Suriyanın Umma şəhəri yaxınlığında gedən döyüşlərdən olduğu bəlli olub. Videonu təqdim edirik. ​
2014-02-06
8,357
Bakıda mənzildən qadın meyiti tapıldı
Bakı şəhəri, Yasamal rayonunda 1966-cı il təvəllüdlü Kəngərli Leyla Adil qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. "Axar.az" FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində Leyla Kəngərlinin vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:30-da başa çatıb.
2014-02-06
8,358
Öcalanın həbs olunarkən MİT-ə yalvardığı video yayıldı - Şok sözlər
Öcalanın 1999-cu ildə çəkilmiş sorğu-videosu yayılıb. "Axar.az" xəbər verir ki, videonu Türkiyənin Fəhlə Partiyasının sədri müavini Həsən Bəsri Özbəy bu gün İstanbulda təşkil etdiyi mətbuat konfransında jurnalistlərlə paylaşıb. 1999-cu ilə aid sorğunun videosu 1999-cu ildə qeydə alınan videoda Abdullah Öcalanın ifadəsini hal-hazırda "Ergenekon" prosesindən dolayı həbsdə olan polkovnik Həsən Atilla Uğur alır. Öcalan Milli Kəşfiyyat İdarəsinin (MİT) ondan istifadə etməsini xahiş edir. Qafqazda, İranda yaxşı əlaqələrinin və kütlənin hazır olduğu deyir. Xatırladaq ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan 1999-cu ildə Keniyada həbs olunaraq Türkiyəyə gətirilib. Və o vaxtdan indiyə kimi İstanbul şəhəri yaxınlığındakı İmralı adasında həbsdə saxlanılır.
2014-02-06
8,359
Millət vəkilinin fikri düzgün anlaşılmayıb – Təkzib
"Fəzail Ağamalının saytınızda yayımlanan fikri kontekstdən çıxarılıb və təhrif olunub". Bu barədə millət vəkili Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının mətbuat katibliyindən "Axar.az"ın elektron ünvanına daxil olan məktubda bildirilir. Məktubda yaşlı qadının yolu buzdan təmizləməsi səhnəsini əks etdirən və Feysbuk sosial şəbəkəsində yayımlanan şəkilə millət vəkilinin münasibəti öyrənilərkən, sualın mahiyyətinin izah olunmamaması vurğulanır: "Jurnalist ətraflı məlumat vermədən və soruşduğu mövzunun mahiyyətini anlatmadan o şəkildən və müzakirə mövzusundan xəbərsiz olan millət vəkilindən rəy öyrənmək istəyib. Bunun qarşılığında F.Ağamalı məlumatı olmadığı şəkil haqqında rəy verməkdən imtina edib. Müxbir isə o imtinanı yayımlanan şəkilə verilən rəy kimi qəbul edərək, yazdığı materiala əlavə edib və nəticədə tamamilə yanlış bir mənzərə alınıb. Bildiririk ki, Fəzail Ağamalının, sosial vəziyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına hörməti var. Fəzail Ağamalı bir millət vəkili və Ana Vətən Partiyasının sədri kimi çox sayda xeyriyyə işləri görür. Bu barədə partiyanın Feysbuk səhifəsindən də (www.facebook.com/AnaVetenPartiyasi) ətraflı tanış ola bilərsiniz. Deyilənləri nəzərə alaraq, bu məktubu təkzib sayacağınıza və yayımlayacağınıza ümid edirik". Xatırladaq ki, fevralın 3-də sosial şəbəkədə yaşlı bir qadının bir neçə kişinin göstərişini yerinə yetirirmiş kimi yolu qardan təmizləməsi barədə şəkil paylaşılmış və "Axar.az" da o mənzərəyə ziyalıların münasibətini öyrənmişdi.
2014-02-06
8,360
15 min 600 suriyalının orqanı çıxarılıb – Türkiyədə
Türkiyəyə gətirilən suriyalı yaralıların orqanları qara bazarda satılır. İddiaya görə, ürək, qaraciyər və böyrək kimi orqanlar Türkiyədə orqan nəqlinə ehtiyacı olan insanlara satılır. "Axar.az" xəbər verir ki, bu barədə məlumatı Livanın "Safir" qəzeti yayıb. Qəzet Suriyada yanvar ayında başından yaralanan və Antakyadakı bir xəstəxanaya köçürülən 19 yaşındakı Əhməd Əbdülkərim Məhəmməd adlı gəncin ölümündən bir neçə gün sonra nümayiş olunan videoda Məhəmmədin qarın bölgəsinin əməliyyat edildiyini və qaraciyər, böyrək kimi əhəmiyyətli orqanların oğurlanmasının görüntüləndiyini iddia edib. Livanda dərc olunan "Diyar" qəzeti də türk səlahiyyətlilərinin yaralanan gənc suriyalıları Antakya və İsgəndərunda olan müəyyən xəstəxanalara transfer etdiklərini bildirib. "Diyar" qəzeti xəstəxanalarda orqanları çıxarılan suriyalıların ölümlə baş-başa buraxıldığını, ölənlərin isə basdırılmaq üçün Suriya sərhəd bölgələrinə göndərildiyini yazıb. Qəzet bundan əlavə türk həkimlərinin xəstəxanaya köçürülən 62 min yaralı suriyalıdan 15 min 600-ünün orqanlarının çıxarıldığını və basdırılmaq üçün Suriyaya geri göndərildiyini təsdiq etdiklərini bildirib.
2014-02-06
8,361
Müəllimlər müdir əvəzinin həyətini təmizləyirlər?
Küçədə qar təmizləyən müəllimlərdən biri Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovu yalan danışmaqda ittiham edir. Bu barədə "Axar.az"a məktub gəlib. Məktubda Təhsil şöbəsinin müdir əvəzi yalan danışmaqda ittiham edilir. Bildirilir ki: "Sumqayıt məktəblərində küçələri qardan təmizləyən texnika üçün 10 manatdan pul yığılır. Küçələri isə biz təmizləyirik, texnikanı görən yoxdur. O şəkildə görünən 18-ci mkr.-da "Elmar" marketdir. Vaqif Ələkbərovun evi də onun arxasındakı 1 saylı binadadır. Marketin qarşısını təmizləyəndən sonra həyəti də təmizləmişik". O qədər ağılsız adam deyiləm Məsələylə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovla əlaqə yaratdıq. Vaqif Ələsgərov məsələyə münasibət bildirərək məlumatın qərəzli olduğunu qeyd edib: "Düz deyil, qərəzli məlumatdır. Burda texnika ilə bağlı heç kim pul yığmır. Hə, düzdür, mən orda yaşayıram. Bax, bu dəqiqə gəlin mənimlə bərabər gedək, görün mənim yaşadığım binanın qabağı heç təmizlənib? Heç orda tərpənmək mümkün deyil ki... Külək oranı qarla doldurub. Qərəzli məlumatdır, yüz faiz. Mən o qədər ağılsız adam deyiləm ki, aparıb həyətimi təmizlətdirim".
2014-02-06
8,362
İslam Bankı yol layihəsinə 224 milyon vəsait ayırıb
İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurası Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına 224,4 milyon dollar vəsait ayırıb. Bu barədə "Axar.az" bankın rəsmi saytına istinadən məlumat verir. Bu layihənin maliyyələşdirilməsi 2011-2013-cü illərdə İİB ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulub. Bank 2011-ci ildə Zərdab-Ucar-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün Azərbaycana texniki yardım qismində 294 min dollar həcmində qrant ayırmışdı. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür.
2014-02-06
8,363
İlham Əliyev iki sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif edilsinlər: "Tərəqqi" medalı ilə Abdullayev İlqar Kamandar oğlu Alıquliyev Ramiz Məhəmməd oğlu Alquliyev Eynulla Qüdrət oğlu Cəfərov Cəlil Ələkbər oğlu Əliyev İlqar Əzim oğlu Fərzəliyev Yasin Hüseyn oğlu Həsənov Mehman Hüseyn oğlu Hüseynov Faiq Mürvət oğlu Qasımov Şiraslan Əlibala oğlu Quliyev Əsgər İbrahim oğlu Məmmədov Ceyhun Bahadur oğlu Məmmədov Elşad Famil oğlu Məmmədov Namazalı Nəsir oğlu Məmmədov Namiq Məsim oğlu Musayev Susaməddin Heydar oğlu Nəbiyev Rəşad Nəbi oğlu Nəsrullayeva Leyla Namiq qızı Paşayev Bahadur Şixəli oğlu Rəhimov Elahət Məhəmməd oğlu Rüstəmov Rəşad Keykavuz oğlu Rüstəmov Rövşən Mürvət oğlu Sadıqov Nadir Zubair oğlu Süleymanov Samir Yaqub oğlu Şıxəliyev Nurəhməd Əlişah oğlu Zeynalov Elburus İbrahim oğlu Zeynalov Rafail Əliheybətoviç "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Abdullayev Qulam Nadir oğlu Novruzova İradə Əli qızı Təmirov Əlyar Rövşən oğlu Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilib. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin: Babayev Mikayıl Hacıağa oğlu Əliyev İsbəndiyar Museyib oğlu İsmayılov Adıgözəl Əli Bala oğlu Vəliyev Məzahir Gülməmməd oğlu (AzərTac)
2014-02-06
8,364
Ziyafət Əsgərov İspaniya parlamentarları ilə görüşüb
Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Z.Əsgərov deputatların NATO, AŞ PA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrimizin olduğunu qeyd edib. I vitse-spiker qonaqlara Azərbaycanın bölgədə həyata keçirdiyi qlobal neft-qaz layihələri barədə danışıb, Avropanın enerji təchizatında ölkəmizin oynadığı roldan bəhs edib. Z.Əsgərov Azərbaycanla İspaniya arasındakı ticarət dövriyyəsinə dair faktları diqqətə çatdıraraq daha geniş sahədə əməkdaşlıq üçün imkanlarımız olduğunu bildirib. Bu baxımdan kənd təsərrüfatı, turizm və idman sahələri xüsusi vurğulanıb. İdman və turizmin inkişafı sahəsində Azərbaycandakı yeniliklər barədə qonaqlara məlumat verilib. O, İspaniya futbolunun səviyyəsini təqdir edərək bu sahədə əməkdaşlığın yaxşı nəticələr verəcəyini söyləyib. Milli Məclis sədrinin birinci müavini parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, ölkələrimiz arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı üçün parlamentarilər hüquqi bazanı daha da genişləndirməlidirlər. Sonra Z.Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açıb. İspan deputatların nəzərinə çatdırılıb ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz var. Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər. I vitse-spiker bildirib ki, Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir. Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo qəbula görə təşəkkürünü bildirib. Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğulayıb. Hazırkı səfərdə məqsədin Azərbaycan reallıqlarını öz gözləri ilə görüb həqiqəti anlamaq olduğunu deyib. Qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar: "20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nin müvafiq qətnamələrinə əməl etmir". İnsan hüquqlarının qorunması vacibliyinə toxunan X.M.Çikiyo qeyd edib ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda, psixoloji travma alıbdır: "Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq". İspan deputat onu da nəzərə çatdırıb ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça bilər. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-02-06
8,365
Nazir ispaniyalı parlamentarlar ilə görüşdü - Foto
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb. E.Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlamentlərarası əlaqələrin vacib rola malik olduğunu diqqətə çatdırıb. İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və öz doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb. O, Azərbaycanın mövqeyinin haqq və ədalətə əsaslandığını diqqətə çatdırıb. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycanın mövqeyi barədə İspaniya nümayəndə heyətini ətraflı şəkildə məlumatlandıraraq, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə, BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.
2014-02-06
8,366
800 kq-a yaxın yararsız ərzaq malları məhv edilib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Nəsimi, Səbail, Xətai, Qaradağ rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Ucar, Kürdəmir, Yevlax, Xudat, İsmayıllı, Masallı, Cəlilabad, Qax şəhərlərində, Samux, İmişli, Xaçmaz, Zaqatala, Füzuli, Tərtər rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 780 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
2014-02-06
8,367
Paytaxtda 48 yaşlı qadının meyiti tapıldı
Bakı şəhərində mənzildə 48 yaşlı qadın meyiti tapılıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində Leyla Kəngərlinin vəfat etdiyi müəyyən olunub.
2014-02-06
8,368
İntihar edən qızın ölümündə təqsirli bilinən şəxsin atası danışdı - Video
Özünü yandıran Məlakə Bayramlının ittiham etdiyi Əli Həbiblinin ailəsi nəhayət ki, mətbuata açıqlama verdi. Atası Əbülfəz Həbiblinin verdiyi məlumata görə, hadisələr heç də qız evinin təqdim etdiyi kimi cərəyan etməyib. Oğlunu bu məsələdə tam olaraq təqsirsiz sayan ata deyir ki, iki gənc arasındakı münasibətlərin dramatikləşməsində mərhumun şantajdan istifadə etməsi olub. Əbülfəz Həbibli onu da vurğuladı ki, artıq mərhum bir dəfə nişanlı olub və nişan oğlan evi tərəfindən qaytarılıb. Əbülfəz Həbibli, Əli Həbiblinin atası: " Məlakə Bayramlı özü yaxınlaşıb nömrəsini verib ki, mənə zəng edərsən. Əli də ona zəng etməyib. Bir neçə gündən sonra yenidən yaxınlaşıb ki, niyə mənə zəng etmədin? O isə cavab olaraq bildirib ki, mənim vaxtım yoxdur, sənə zəng etməyə. Sonra bir neçə müddətdən sonra yazışıblar və danışmağa başlayıblar. Və bu yazışmalardan sonra Əlini şantaj edib ki, gedib hamıya deyəcəm ki, sən mənimlə zorlama münasibətdə olmusan, hamilə qalmışam. Biz isə bu məsələnin üzərinə düşdük, ekspertizada müəyyən edildi ki, zorlanma olmayıb. Və bu qız, bu yaşa qədər heç vaxt hamilə olmayıb. Bu məsələlər hamısı araşdırılır, öyrənilir. Qızın bir neçə oğlanlarla danışığı, intim sms-ləri, görüşmələri və s. sübutlar var. Hərbi Prokrorluğun əlində faktlar var ki, zorakılıq vaxtı olmayıb. Əlinin əl izləri qızın bədənində tapılmayıb. Onların ümumiyyətlə münasibəti olmayıb, qaldı ki, zorlama halı. Mən Azərbaycanın qanununa inanıram". Xatırladaq ki, Məlakənin valideynləri isə bu məsələdə məhs Əli Həbiblini günahlandırırlar. Artıq fakt Baş Prokurorluqda araşdırılır. Hər halda istintaq gerçəkləri üzə çıxaracaq. (ANS)
2014-02-06
8,369
Bakıda binanın uçması ilə bağlı iki nəfər həbs edildi
Bakıda söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə "Axar.az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xəbər verildiyi kimi, yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçulması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina dağılmışdı. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçularaq dağıntıları yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.
2014-02-06
8,370
Federasiyamız Türkiyənin GF prezidentini təltif etdi - Foto
Azərbaycan Güləş Federasiyası (AGF) Beynəlxalq Güləş Federasiyasının (FİLA) üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin federasiyaları ilə yüksək səviyyədə ikitərəfli əməkdaşlıq edir. AGF-nin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, bir neçə gün əvvəl İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş beynəlxalq turnir zamanı Türkiyədə güləş idman növünün daha da populyarlaşmasında, türk güləşinin inkişafında və iki federasiya arasında əməkdaşlıqda yüksək xidmətlərinə görə, Türkiyə Güləş Federasiyasının prezidenti, ikiqat Olimpiya çempionu Hamza Yerlikaya AGF tərəfindən xüsusi plaketlə təltif olunub. Plaketi AGF-nin birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin adından federasiyanın baş katibi Əjdər Cəfərov təqdim edib.
2014-02-06
8,371
Aİ ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Avropa İttifaqının (Aİ) Ədliyyə, təhlükəsizlik, insan haqları və demokratiya üzrə alt komitəsinin Brüsseldə keçirilmiş iclasında tərəflər insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə cümə axşamı Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, iclasın ilk günündə hüquq-mühafizə, sərhədlərin idarə olunması, miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Aİ-Azərbaycan fəaliyyət planının reallaşdırılmasına yekun vurulub, ikinci gün isə demokratiya, idarəetmə və insan haqları sahəsində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunub: "Ekspertlər səviyyəsində olan sessiya dostluq, şəffaf və konstruktiv mühitdə keçib. Gələcək əməkdaşlığın imkanlarına dair diskussiyalar daxil olmaqla qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə fikir mübadiləsi aparılıb". Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edib. Məlumatda deyilir: "Alt komitənin iclasının ikinci günündə Azərbaycan və Aİ-də insan haqları ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Görüşdə insan haqlarının müdafiəsi, məhkəmə sistemində islahatlar, seçkilər və seçki qanunvericiliyi, sərbəst toplaşma və assosiasiyalar, vətəndaş cəmiyyətinin fəaliyyəti daxil olmaqla geniş spektr məsələlər üzrə fikir mübadiləsi olub. Aİ və Azərbaycan, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan haqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər". (Trend)
2014-02-06
8,372
Suriya ordusu Hələbə "çəllək" bombaları atdı: 40 ölü
Suriya ordusuna məxsus vertolyotlar Hələbə "çəllək" bombaları atıb. Bombardman nəticəsində qadınlar və uşaqlar olmaq üzrə 40 nəfər ölüb. Suriya müxalifətinin verdiyi məlumata görə, Hələbin Mesekin Hananu rayonuna 10-dan artıq "çəllək" bombası atılıb. Xeyli sayda evlərin dağıldığı əməliyyatda 20 nəfərin ağır yaralandığı və onların əksəriyyətinin vəziyyətinin kritik olduğu da yayılan məlumatlar sırasındadır. Bu arada yayılan məlumatlara görə, Suriya ordusu paytaxt Dəməşq yaxınlığına da "çəllək" bombaları atıb. Xeyli sayda dağıntının olduğu hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir. (ANS)
2014-02-06
8,373
İlin ən yaxşı aktrisası bəlli oldu - Foto
Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, mükafat aktrisaya "Buta Palace" sarayında keçirilən tədbirdə təqdim olunub. G. Əlili "İlin ən yaxşı aktrisası" mükafatına Ə. Haqverdiyevin "Kimdir müqəssir" komediyasındakı Bahar obrazına görə layiq görülüb. Aktrisa teatrda "Talelər qovuşanda", "Qısqanc ürəklər", "Amerikalı kürəkən", "İddialı qaraçı" və s. tamaşalarda əsas rollarda çıxış edib.
2014-02-06
8,374
Qazaxıstanın adı dəyişdirilir
Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ölkənin qərbinə, Atırau vilayətinə səfəri zamanı bildirib ki, Qazaxıstan Respublikasının adı "Qazax eli"-nə dəyişə bilər. Prezident deyib: "Orta Asiyanın başqa dövlətləri kimi ölkəmizin də adının sonunda "stan" sonluğu var. Əcnəbilərin maraq göstərdiyi və əhalisinin sayı 2 milyon olan Monqol Ulusu adının sonundakı "stanı" götürdü. Odur ki, biz də zaman-zaman "Qazax eli" adına keçmək məsələsinə baxacağıq. Ancaq öncə bunu xalqla müzakirə etməliyik". ("Lent.az")
2014-02-06
8,375
Ermənistanda inqilab yetişir: xalq “Maydan”lara çıxır - Video
İrəvanda "Mən də əleyhinəyəm" adlı şüar altında aksiyalar davam edir. "Axar.az"ın məlumatına görə, mitinq pensiya sistemindəki məcburi ödənişlərlə bağlı uyğunsuzluğa qarşıdır. Maraqlısı budur ki, Serj Sarkisyanın ən ciddi rəqibi olan "İrs" partiyasının lideri Raffi Ovannisyan diqqət çəkən bəzi fikirlər səsləndirib. Onun sözlərinə görə, erməni xalqının öz "Maydan"ı yetişməkdədir: "Qələbəmiz təmin olunmayana qədər aksiyalara ara verməməliyik. Çətinliklər gündən-günə çoxalır. Bizim gənclərimiz başa düşməlidir ki, ölkə Konstitusiya ilə idarə olunmayana qədər maddi təminatımızın sığortalanmasından söhbət belə getməyəcək".
2014-02-06
8,376
Abdulatipov Moskvada İlham Əliyevdən danışdı
Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Moskvada İTAR TASS-ın binasında 1 illik prezidentilyi dörünə həsr olunan mətbuat konfransı keçirib. "Axar.az" Rusiya mediasına istinadla xəbər verir ki, müxtəlif məsələlərə toxunan Abdulatipov Azərbaycanla bağlı sualları da cavablandırıb. İlk olaraq Dağıstan və Rusiyadakı azərbaycanlıların milli-mədəni muxtariyyatının əməkdaşlığı sualına cavabında o deyib ki, qurumun rəhbəri Abbas Abbasov görkəmli insandı. Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasında böyük rola malikdir. Daha sonra Dağıstan lideri Bakı səfərindən danışıb. Bu yaxınlarda Bakıda olduğunu söyləyən Abdulatipov Prezident İlham Əliyevlə görüşdüyünü və onunla bir sıra layihənin həyata keçirilməsini müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, Dağıstan uzun illər qapalı bir respublikaya çevrilib və Rusiyanın reğionları, qonşu olkələrlə əlaqələr qurmayıb: "Məsələn, qonşuluğumuzda yerləşən və olduqca inkişaf edən Azərbaycanla əlaqələr sıfra endirilmışdi". Dərbənd şəhərinin 2 min illiyinin qeyd olunması tədbirlərinə toxunan respublika rəhbəri vurğulayıb ki, bu önəmli yubileyə azərbaycanlılar da cəlb olunublar: "Heydər Əliyevin adını daşıyan küçə və park əsaslı təmir olunacaq. Bərpa işlərini azərbaycanlı dostlar öz üzərlərinə götürüblər. Hesab edirəm ki, qonşu ölkələrin geniş imkanlarından da yararlanmaq lazımdır".
2014-02-06
8,377
Soçi Olimpiadasına start verildi - Video
Soçidə 22-ci Qış Olimpiya oyunlarında ilk yarışa qoşulan Böyük Britaniya idmançısı Billi Morqan olub. 24 yaşlı Morqan Ekstrim-parkın trassında sloupstayl üzrə yarışa başlayıb. Olimpiadanın ev sahibi olan Rusiyadan isə ilk yarışa qoşulan Aleksey Sobolev olub. O, bu yarışda 9-cu çıxış edib. "Trassda şərait əladır, şikayət etmək olmaz. İnanırıq ki, Olimpiadadan sonra da bu park belə yaxşı vəziyyətdə qalacaq və biz burada məşq edəcəyik", - deyə rus idmançısı bildirib. Xatırladaq ki, fristayl üzrə qadınların yarışı da bu gün başlayacaq. Qış Olimpiadasının rəsmi açılışı isə həftənin 5-cü günü baş tutacaq. (ANS)
2014-02-06
8,378
İngiltərə görünməz pilotsuz təyyarəsini göstərdi - Video
İngiltərə görünməyən və qitələr arasında uça bilən pilotsuz təyyarəsinin ilk videosunu yayımlayıb. "Axar.az" xəbər verir ki, istehsalçı "BAE Systems" firması "İngiltərənin qüruru" olaraq adlandırdığı və külək tanrısı Keltə istinadən "Taranis" adı verdiyi pilotsuz təyyarənin ilk videosunu özünün "yutub" kanalında yayımlayıb.
2014-02-06
8,379
Qərbli jurnalistin ironiyası: "Nə gündəsən, Soçi?" - Foto
Fevralın əvvəlindən Amerika jurnalistləri Soçidəki olimpiya obyektləri barədə çox sayda reportajlar yazıblar. Bunların içində ən maraqlı olanlarından biri "New York Times"ın əməkdaşı Devid Seqala məxsusdur. Seqal yazır: "Soçinin böyük hissəsi tikinti meydançasına bənzəyir. Bəzi yerlər hazırdır, amma elə yerlər var ki, ən azı iki həftə üç növbəli işə başa gələ bilər. Otellər, mağazalar və ticarət mərkəzləri tam tikilib başa çatdırılmayıb. Burada yalnız bir mağaza açılıb və ticarətlə məşğuldur". O bildirir ki, sahildəki otellərin əksəriyyəti sovet dövrünün tipik elit binalarını xatırladır və hamısı bir-birinə bənzəyir. Xarici görkəmcə eynidirlər və yalnız rənglənmələrinə görə fərqlənirlər. Binaların adı yoxdur və sadəcə nömrələniblər, amma çoxunun üzərində nömrə də yoxdur. (ANS)
2014-02-06
8,380
Hindistan 180 ölkə üçün vizanı qaldırır
Hindistan hökuməti ölkəyə gələn turistlərin sayını artırmaq üçün oktyabr ayından 180 ölkəyə viza rejiminin tətbiqini qaldıracaq. "Axar.az" xəbər verir ki, vizanın verilmə müddəti 30 gün olacaq. Viza tətbiqi ilə bağlı məlumat verən Turizm naziri Rajeev Şukla bildirib ki, turistlər öncədən ölkənin 26 hava limanına müraciət etməli və müraciət etdikləri hava limanından 30 günlük viza ala biləcək. Hindistanın 180 ölkəyə verdiyi bu xidmətdən yalnız 8 ölkə yararlana bilməyəcək. Bu ölkələr Pakistan, Əfqanıstan, İran, İraq, Nigeriya, Sudan, Şri-Lanka və Somalidir. Nazir bu barədə isə münasibət bildirməkdən imtina edib.
2014-02-06
8,381
İlham Əliyev Rusiyaya getdi - Foto
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Federasiyasına səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gedib. (AzərTac)
2014-02-06
8,382
İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb. Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac)
2014-02-06
8,383
Tovuzda avtomobil piyadanı vurdu
Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 6-da saat 18 radələrində rayonun Duz Cirdaxan kəndi ərazisində baş verib. Yolu keçmək istəyən Təvvəkül Qasimovu, Cəlili kənd sakini Bəhruz Həsənov idarə etdiyi "Vaz 2106" ilə vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel"markalı minik maşına çırpılıb. Qəza zamanı sürücülər xəsarət almasa da, 70 yaşlı piyada Təvvəkül Qasımov Tovuz Mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
2014-02-06
8,384
Prezident oğlunun katibi gecə klubunda – Bakının gecə həyatı
Bakı gecələrində əyləncənin məkanını axtara-axtara bu dəfə "Studio2" gecə klubuna gəlib çıxdıq. "Malakan" bağı ilə üzbəüz yerləşən bu balaca məkan heç nəyi ilə adamı cəlb etməsə də, içəridə eşitdiklərimizdən bir az təəcübləndiyimizi də gizlədə bilmərik. Pilləkəndən aşağı düşüb, qapının zəngini basmağımla açılmağı bir oldu. İdmançı görünüşündə olan mühafizəçi niyə, kimin yanına gəldiyimi sorğu-sual edəndən sonra məni içəri buraxdı. Bu klubun gördüyümüz digər klublardan fərqli, xüsusi bir abı-havası olmasa da, tüstüdən-dumandan uzaq, rahat bir yer olduğunu deyə bilərik. Nə ortada oynayan yarıçılpaq qızlar, nə də izdiham var. Sakit, stollarda tək-tük əyləşən adamlar, bir sözlə, hər kəs başını aşağı salıb pivəsini içir. Əvvəlcə ürəyim sıxılsa da, yavaş-yavaş gecənin ahəngini tutmağa çalışıram. Elçibəyin oğlunun mətbuat katibi Klubda karaoke də olduğu üçün hündür, yaraşıqlı bir oğlanın ara-sıra mahnı oxumasını seyr edirəm. Musiqi bitən kimi yaxınlaşıram. Salam verəndən sonra onunla söhbət etmək istəyimi bildirib, mümkünsə, sakit bir yer təklif edirəm. O da qəbul edir. Nadir bu klubun şou proqramlarının təşkilatçısıdır. Ancaq qazanc məqsədi ilə yox, bu işi sevdiyi üçün etdiyini deyir. Əsl işi isə başqadır. Eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin mətbuat katibi olduğunu biləndə bir anlıq duruxuram. Prezident oğlunun mətbuat katibinin hansısa gecə klubunun işçisi olması məni çox təəccübləndirir. Onun mətbuat katibi kimi hansı işlər gördüyünü soruşuram. Verdiyi cavablardan səmimiyyətinə şübhəm qalmır. Şou proqramın ən maraqlı anı Təxmini 30 yaşı olar. Uzun illərdir ki, klublarda şou təşkilatçılığı ilə məşğul olur. Bu şou proqramlardan isə yaxşı gəlir əldə etdiyi üçün özünün dediyi kimi, həm əylənir, həm də özünə yaxşı gün ağlayır. Ona bir çoxlarının Bakıda gecə həyatının olmadığını söylədiyini deyirəm. Nadir bununla razılaşmır. Öz təşkil etdiyi şoulardan danışır: Çılpaq qızların auksionu, duz, tekila... - Şou proqramların ən maraqlı anı üzərinə duz səpilmiş çılpaq qızın auksiona çıxarılması olur. Nadir deyir ki, həmin xanımın üzərindəki duzla tekila içməyi arzulayan gənclər çox olsa da, bu ən çox pul vəd edən auksion iştirakçısına qismət olur. Auksionda isə 4000-5000 pul qoyan gənc olur. Bundan başqa "Studio 2" klubunda məhz lezbiyan və mavilər üçün partilər təşkil olunur ki, həmin gün ancaq bura qadınlar buraxılır. Şounun girişi 10 manat olsa da, burda təşkil olunan oyunlardan iki-üç min gəlir əldə etdiyini deyir Nadir. Çılpaq qızlar, duz, tekila, auksionlar – bir sözlə, təəccüblü anlar burda az yaşanmır. Seks partilər və daha nələr-nələr. Bakılı Martin və Jan Suallarımın çoxluğundanmı, vaxtının az olmasındanmı Nadir daha danışmaq istəmədiyini deyib məndən ayrılır. Mən də öz başımın çarəsinə baxıram. Klubda əylənməyə gələn iki xaricinin oturduğu stola yaxınlaşıram. Onlarla xeyli çəkən söhbətimizə başlayırıq. Biri London, biri Fransadan gələn müsahiblərimin adları Martin və Jandır. Əvvəlcə Martinin və Janın Bakıya gəlmə səbəbləri haqqında deyə bilərəm ki, onlar bura neft layihəsi çərçivəsində işləmək üçün təşrif buyurublar. Dörd ildir ki, Azərbaycanda yaşadıqlarına görə, Bakı artıq onlar üçün doğmalaşıb. Yaxınlaşıb tanış olmaq, söhbət etmək çox asan olur. Martin gülə-gülə mədəni şəkildə qolumdan tutub əyləşməyə yer göstərir. Mən də tələm-tələsik özümü təqdim edib, suallarımı verməyə başlayıram. Bakı onun üçün necə bir şəhərdir? Dediyinə görə, şəhər müasir meqopolis şəhərlərdən heç nəyi ilə fərqlənmir. Martin üçün harada yaşamağının fərqi yoxdur, əsas odur ki, yaxşı pul qazansın. Ondan nə qədər maaş aldığını soruşuram, kağız və qələm çıxardıb, ora 9000 manat yazanda təəccübümü saxlaya bilmirəm. Bir anlıq içkisinə baxıb, qiymətinin nə qədər olduğunu fikirləşirəm. O da bunu anlayıb, Azərbaycan dilində "4 manat" deyə-deyə, gülməyə başlayır. Yanımızda əyləşən fransız dostu Jan da gülə-gülə əlavə edir ki, onlar nə bahalı içki, nə də bahalı maşınlardan istifadə edirlər. Martin və Janın sadə həyat tərzi mənə qəribə görünsə də, bir anlıq azərbaycanlı olmadıqlarını yada salıb özümə gəlirəm. Bakının gecə həyatı, gənclərin necə əylənməsi, qadınlar haqqında söhbət edirik. Martin deyir ki, 57 yaşı olmasına baxmayaraq, Azərbaycanın yaşlı insanlarından fərqli olaraq hər zaman əylənir və imkanı çatdığı qədər klub və barlara gedir. Özü də çox bahalı olanlara yox. Səhər yeməyinə 20, günortaya 40, axşama isə 30-40 manat pul xərcləyir. Klublarda isə demək olar çox pul xərcləmir. Bakı isə çox bahalı şəhər olduğundan Martinə görə Azərbaycan gəncləri əyləncəyə çox yer ayıra bilmir. Martinin dərdi... Martin bizim qadınların ingilis dilini bilməməyindən narazılıq edir: - Qadınlar hündürdaban ayaqqabıda küçədə taqqıldada-taqqıldada gəzir, amma ingilis dilini bilmədikləri üçün onlarla ünsiyyət qurmaq olmur. Klublarda, barlarda da onlara yaxınlaşmağa ürək etmir. Çünki Azərbaycan mentaliteti haqda məqalələri çox oxuyub. İngilis heyrəti Martinlə söhbətimizin ən yadda qalan məqamı müəllimlərin maaşını soruşanda, verdiyim cavabın onun üzündə yaratdığı dəhşətli ifadəsi oldu. Keşkə görəydiniz! Dediyim məbləği üç dəfə təkrar soruşandan sonra kağızı mənə uzadıb, məbləği ora yazmağımı xahiş etdi. Sonrasını heç təsəvvür belə etməzdim, ondan qopan qiyyə qulaqlarımı az qalsın batırmışdı. Mühasib olduğu üçün 250 manatı Bakı kimi yerdə 1 ayın xərcləri üçün nə qədər hesablasa da, bir yerə çıxmayacağını görüb, əlindəki kağızı kənara atdı: "Çox üzüldüm,- dedi,- bəs burda insanlar necə təhsil alır?" - Təhsilin vəziyyəti yəqin ki, yaxşı deyil,- Martin dedi. Dörd ildir Bakıda yaşayan bir ingilis üçün bu xəbərin nə dərəcədə yeni olub-olmadığını bilməsəm də, bildiyim tək şey Martinin Azərbaycan təhsilinin vəziyyətini müəllimlərin maaşı ilə müqayisə edib çox kövrəlməsiydi. Bu qəmli abı-havanı dəyişmək üçün tələsik mənə nə isə içməyi təklif edir. Təşəkkür edib, jurnalist olduğumu deyirəm. O dəqiqə müsahiblərimin narahat olduğunu hiss edirəm. Amma daha iş-işdən keçib. Martin hesabı istəyib getməyə hazırlaşdığını bildirir. Mən də sağollaşıb onlardan ayrılıram, üzü evə doğru.
2014-02-06
8,385
Ukrayna liderləri: “Rusiya bizə də Qarabağı yaşadardı”
"Krımın qorunması faktoru olan tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq". "Axar.az"ın məlumatına görə, bu sözləri Ukrayna Daxili İşlər nazirinin keçmiş müavini, Krım milisinin keçmiş rəhbəri, 2006-2007-ci illər üçün prezidentin Krım üzrə xüsusi nümayəndəsi və "Batkivşina" partiyasından olan xalq deputatı Gennadi Moskal deyib. Qeyd edək ki, Krım Parlamenti üzvlərinin muxtar vilayətin hüquq və səlahiyyətlərinin artırılması ilə bağlı Rusiyaya müraciət təşəbbüsündə bulunması Ukrayna müxalifəti tərəfindən şiddətlə qınanıb. Krım tatarları isə bu rusiyapərəst təşəbbüsə qarşı sadəcə müxtəlif bəyanatlar səsləndirməklə kifayətənirlər. Bu müraciətə öz sərt mövqeyini açıqlayan şəxslərdən biri də Moskaldır. Belə addımı cinayət sayan Moskal Ukrayna təhlükəsizlik orqanı nümyəndələrindən məsələnin dərhal incələnməsini tələb edib: "Krım Ukraynanın tərkib hissəsidir. Odur ki, Rusiya tərəfindən hər hansı müdafiədən söhbət gedə bilməz! Hanı bizim təhlükəsizlik orqanlarımız? Niyə ərazi bütövlüyünü nəzərdə tutan 110 maddəyə uyğun cinayət açılmır? Belə görünür ki, Krım Ali Radası müstəqil deyil və prezident tərəfindən idarə olunur. Krımın qorunması faktoru olan tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq". G.Moskal dolayısı ilə Qarabağ probleminin arxasında da Rusiyanın dayandığını bu sözlərlə təsdiqləyib. Xatırladaq ki, 19 fevralda Krım Parlamenti öz növbəti sessiyasında muxtar vilayətin statusu ilə bağlı referendum keçirilməsi üçün Rusiyaya müraciət etməyi planlaşdırır.
2014-02-06
8,386
İlham Əliyev Qətər şeyxi ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. (AzərTac)
2014-02-06
8,387
Həsən Ruhani Babək Zəncanidən danışdı
İran prezidenti Həsən Ruhani Türkiyədə Rüşvət əməliyyatında adı hallanan Babək Zəncani ilə bağlı münasibət bildirib. "Axar.az" xəbər verir ki, Ruhani "Niyə bu qədər neft şirkəti bir adama verilib, bunu anlamaqda çətinlik çəkirəm" deyib. Ortada böyük pullardan söhbət getdiyini bildirən Ruhani təxminən ölkənin bir aylıq gəlirinə bərabər məbləğin bir şəxsə verildiyini deyib. Ruhani Zəncaninin onlara yalan dediyini və həbs olunması üçün göstəriş verdiyini bildirib. Qeyd edək ki, Babək Zəncani 30 dekabrda İranda həbs edilib.
2014-02-07
8,388
ATV-də yeni təyinat
"Publika.az" saytının redaktoru Bəxtiyar Əlirzayevə ATV-də vəzifə verilib. O bundan sonra Atvxeber.az saytına rəhbərlik edəcək. Xəbəri Bəxtiyar Əlirzayev özü də təsdiqləyib. O vurğulayıb ki, artıq bu gündən "Atvxeber.az" saytında baş redaktor vəzifəsində çalışır. ("AzNews.az")
2014-02-07
8,389
Tramvayın altına düşməkdən son anda qurtuldu – Video
Ukraynada son anda tramvay altında qalmaqdan xilas olan adamın videosu yayımlanıb. Görüntülərdə yolun o biri tayına keçmək üçün qaçan bir nəfər görünür. Bir anda qarşıdan gələn tramvayın fərqinə varan şəxs dayanmaq istədiyi zaman relsin üstünə yıxılır. Axırıncı saniyədə ayaqlarını çevirərək tramvayın altında qalmaqdan xilas olur.
2014-02-07
8,390
Bu gün hava 6 dərəcəyə qalxır – Proqnoz
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır. Temperaturun gecə 1-5° şaxta, gündüz 2-6° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 8-13°, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaqdır. Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır. Şərq küləyi 5-10 m/s. Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Şərq küləyi 5-10 m/s. Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı, duman olacağı gözlənilir. Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
2014-02-07
8,391
Jurnalist düşdüyü qəzanı çəkdi – Video
Bu yaxınlarda Türkiyə Siirt şəhərində avtomobil qəzasına düşən "Kanal 56"nın müxbiri Ozan Söylər düşdüyü qəzanı videoya çəkib. Həmin videonu təqdim edirik.
2014-02-07
8,392
İran prezidenti yəhudi hospitalına yardım etdi
İran prezidenti Həsən Ruhani ölkədəki yegən yəhudi hospitalına 170 min dollar bağışlayıb. Həsən Ruhani doktor Şapirin hospitalına ikinci dəfədir ianə edir. Sonuncu dəfə belə hadisə 2013-cü ildə baş vermişdi. ("Musavat.com")
2014-02-07
8,393
Türkiyə İraq qazını Azərbaycan qazından üstün saydı
İraq hökümətinin etirazlarına baxmayaraq Türkiyə Şimali İraq Kürd administrasiyasından təbii qaz idxalında maraqlı olduğunu energetika və təbii sərvətlər naziri Taner Yıldız səviyyəsində bir daha bəyan edib. Taner Yıldız İraq qazını hazırda İrandan, Rusiyadan və Azərbaycandan idxal olunan qazdan sərfəli olduğunu bildirib. Nazirin sözlərinə görə, İraq Türkiyə ilə həmsərhəd olduğuna görə bu ölkədən idxal olunan qaz üçün İrandan, Rusiyadan və Azərbaycandan idxal olunan qaza nisbətən az pul ödəmək lazım gələcək. İraqın kürd muxtariyyəti 2016-cı ilin sonundan Türkiyəyə qaz ixrac etməyi planlaşdırır. Türkiyəyə tədarük ediləcək qazın ilkin həcmi 20 milyard kubmetr təşkil edəcək. (ANS)
2014-02-07
8,394
Mətləb Ağa: “Səhərin şəhəri”
Bilmirəm, fikir vermisinizmi, Səhərin şeirlərinin demək olar ki, hamısında hansısa bir şəhər haqqında danışılır... Şəhər sözü işlədilməsə də, şəhərin özündən birbaşa söz açılmasa da... Məkan baxımından onun özünün bu gün də yaşadığı, ancaq zaman baxımından artıq əlçatmaz olan, bir də heç vaxt qaytara bilməyəcəyi, yəqin ki, bir çox reallaşmayan arzularının öldüyünü gördüyü, yəqin, elə bu üzdən də xiffətini elədiyi, darıxdığı bir şəhər. İndi mən Bu qarın altında, Bu islaq küçələrdə Hansı itiyimi axtarım, Bir izi də tanış gəlməyən Bu şəhərdə?! Lap son vaxtlarda yazdığı bir şeirdə də yenə o şəhərdən danışır: "O şəhəri istəyirəm, bizim o köhnə şəhəri". Sözsüz ki, Səhər bir də o şəhərə qayıda bilməyəcəyini, o şəhərin zaman anlamında ondan gün-gündən uzaqlaşdığını başa düşməyəcək qədər sadəlövh deyil... Ancaq o, nə olursa-olsun, öz şəhərinə sadiqdir. Bu mənada, əslində müəllif bizim hər gün gördüyümüz, danışdığımız Səhər haqqında deyil, o şəhərdə yaşamış, yaşayan və yaşayacaq Səhər haqqında yazır... Bizim oxuduğumuz şeirlər həmin Səhərin haqqında olan yazılardır, onun dünəninin, bu gününün və gələcəyinin xatirələridir. Bu dünyamızda, bizim hazırda yaşadığımız şəhərdə nə baş verirsə, versin, bunların Səhərə dəxli yoxdur. O öz şəhərindən yazır. O şəhərin adamlarından yazır. O şəhərdəki sevgilərdən, kədərlərdən, olmuşlardan, olacaqlardan yazır. "Sən yaşayan şəhərdə" deyən Səhər əslində, başqasına xitab etmir. Bu "Sən" onun özüdür: Burda quşdan azad bir hiss yaşardı, Orda arzu adlı qonşu var idi. Bir vaxt dəli-dolu bir qiz var idi, Görəsən, dururmu o qarı indi?! Və bu kitab Səhərin özünəməxsus, özünün qurduğu, ürəyində yaşatdığı, heç kəsin toxuna bilməyəcəyi, ağaclarını göyərtdiyi, skamyalarını düzdüyü ("Göyərdim o ağacları, çağırım o adamları, o köhnə skamyaları, düzüm o köhnə şəhərə") şəhəri haqqında xatirələridir. Xatirələri isə mən həmişə maraqla oxuyuram.
2014-02-07
8,395
Hissiyatı ötürə bilən bionik əl yaradılıb - Video
Almaniya, İtaliya və İsveçrə alimlərinin birgə ixtirası Denis Aabonın sol əlinə yenidən toxunma hissini qaytarıb. Labaratoriya şəraitində bir ay ərzində keçirilən sınaqlar müsbət nəticə verib. Bu ilk baxışdan mürrəkəb qurğunun iş prinsipi də sadə deyil. Onun fəaliyyəti üçün mütəxəssislər pasiyentin itirilmiş qolunun sinir uclarına elektrod qoşublar. Bu elektrodlar ay ərzində sinirlərin stimulyasiya üsulu barəsində məlumat toplayıblar. Pasiyentin qoluna birləşdirilən protezə quraşdırılan sensorlar isə alınan məlumatlara uyğun reaksiya verir və bunun sayəsində xəstədə toxunuş hissləri yaranır. Araşdırmada iştirak edən Denis Aabo 9 il bundan qabağ qolunu itirib və eksperiment zamanı olmayan əli ilə nəinki əşyaların formasını hətta onların hazırlandığı materialı və temperaturunu da hiss edə bilib. (ANS)
2014-02-07
8,397
Azərbaycan və Ermənistan orduları - Müqayisə
Londonda mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute for Strategic Studies - IISS) özünün növbəti "Hərbi balans 2014" (Military balance 2014) adlı hesabatını açıqlayıb. Azərbaycanın nəhəng hərbi xərcləri Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri artırmasıdır. Prezident İlham Əlieyevin bəyanatına əsasən ölkənin müdafiə büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3, 7 milyard dollara çatdırlıb (2013-cü ilin dövlət büdcəsində "Müdafiə xərcləri" bölməsində 1,53 milyard manat göstərilir. Bu da təxminən 2 milyard ABŞ dollarıdır. Amma ekspertlər qeyd edirlər ki, əslində büdcədə başqa xərc maddələrində də silahlı qüvvələrə vəsait var. Hamısı birlikdə ölkə prezidentinin qeyd etdiyi kimi 4 milyard dollara yaxındır - red.) Hesabat müəllifləri bildirirlər ki, bu vəsait Azərbaycana Silahlı Qüvvələrin köhnəlmiş cəbbəxanasının yenilənməsinə imkan verməlidir. Qeyd edilir ki, Azərbaycan 2012-ci ilədək hərbi texnikanı və silahları Ukraynadan alırdısa, 2013-cü ildən başlayaraq Rusiya üç il müddətində Azərbaycana ümumi dəyəri 4 milyard dollar olan silah və texnika satacaq. Azərbaycanın hərbi büdcəsinin həmin o 4 milyarddan az olması nəzərə alınarsa, belə bir nəticəyə gəlmək olar ki, qarşıdan gələn üç ildə Bakının hərbi xərcləri indikindən ən azı iki dəfə çox olmalıdır. Sənəddə bu da bildirilir ki, Azərbaycan Cənubi Koreyada istehsal olunan silahlara da maraq göstərir, lakin bu istiqamətdə real iş görüldüyü barədə məlumat yoxdur. Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və 2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb. Sənəddə qeyd edildiyinə görə hazırda Azərbaycanda 700 adda hərbi məhsul istehsal edilir, amma buna baxmayaraq, qarşıdan gələn illərdə Azərbaycan hərbi-müdafiə məhsullarını xaricdən almaqda davam edəcək. Müəlliflərin fikrincə, hərbi texnika baxımından Azərbaycan Ermənistandan xeyli üstün olsa da, Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat qabiliyyəti haqqında nəsə demək çətindir. Bu da vurğulanır ki, Azərbaycan hərbi texnika baxımından üstünlüyə neft gəlirlərinin hesabına nail ola bilib. Qarabağdakı qüvvələr Ermənistandakı silahlı qüvvələrdən çoxdur Azərbaycandakı hərbi ekspertlər qeyd edirlər ki, əslində Ermənistan hərbi imkanlarının böyük hissəsiNİ işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirib. Həmin işğal altında olan ərazilərə cəmlənən hərbi texnika haqqında isə doğru-dürüst məlumat yoxdur. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında da həmin ərazilərdəki erməni qüvvələri haqqında detallı bilgi yoxdur. Yalnız o qeyd edilir ki, Qarabağdakı erməni qüvvələrinin nəzarətində 200-300 tank, o qədər artilleriya qurğusu, 18 000 – 20 000 nəfərlik canlı qüvvə, kiçik aviasiya qurğuları var. Bu sənədə əsasən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında ümumi göstəricilər əsasında müqayisə aşağıdakı şəkildədir: ​ Ermənistanın təyyarələrini Rusiya uçurur Hesabatın Ermənistana aid hissəsində bildirilir ki, müdafiə büdcəsi 447 milyon dollar olan bu ölkənin hərbi qüdrəti onun müttəfiqi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır. Bu da qeyd olunur ki, Ermənistan T72 tankalrının təmiri və modernləşməsi üçün Yunanıstan və Polşanın şirkətləri ilə müştərək sexlər yaradıb, lakin əsas texnikanın, məsələn S300 raket sistemlərinin tətbiqi və saxlanması bilavasitə Rusiya ilə əməkdaşlığı nəzərdə tutur. Hesabat müəllifləri qeyd edirlər ki, Ermənistan artilleriya qurğularının alınmasında maraqlıdır və 1990-cı illərdə hərbi paradlarda Çindən alınmış raket qurğularını nümayiş etdirib. Bununla belə, Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ondan xəbər verir ki, Pekin bu sahədə çətin, Moskvanı əvəz etsin. Hesabatda bildirilir ki, Ermənistanın müdafiə sistemi Azərbaycanla mümkün müharibəyə hazırlıq əsasında qurulub. Ermənistanın quru qoşunlarının texnikası arasında üstünlüyü Rusiya istehsallı T72 tanlkları tutur. Bunların sayı təxminən 109 dəst civarında göstərilib. Ermənistanın hərbi hava qüvvələri də tamamilə Rusiya texnikası ilə təchiz edilib. Hərbi-hava qüvvələrinin ixtiyarında 15 ədəd SU-25 qırıcı təyyarəsi və 8 döyüş helikopteri var. Hesabatda qeyd olunur ki, Ermənsitanın hərbi-hava qüvvələri Rusiya bazasından hərəkətə gətirilir. Azərbaycan və Ermənistanın saxladığı qoşunların miqyasını təsəvvür etmək üçün onları bəzi keçmiş sovet respublikaları ilə müqayisə etmək kifayətdir. Məsələn, əhalisi 45 milyon olan Ukraynanın 130 minlik əsgəri qüvvəsi var. 28 milyonluq əhalisi olan Özbəkistanın ordusunda 48 min hərbçi xidmət edir. Mərkəzi Asiyada əhalisinin sayına nisbətdə ən böyük ordu saxlayan ölkə Türkmənistandır. Türkmənistanın əhalisi 5 milyon nəfərdən bir qədər çoxdur, lakin 22 min nəfərlik qoşun saxlayır. Rusiya ordusunda Putin islahatları Hesabatın Avrasiyaya aid hissəsində təbii olaraq Rusiya Silahlı Qüvvələrinin hazırkı qüdrətindən söz açılır və əslində, hesabatın tam yarısı Rusiyaya həsr edilib. Sənəddə bildirilir ki, Vladimir Putinin prezidentliyə təkrar dönüşündən sonra Müdafiə Nazirlyinin strukturalarında ciddi dəyişikliklər edilib. Rusiyanın keçmiş müdafiə naziri Anatoly Serdyukov vəzifəsindən azad edlib və onun yerinə Putinin inanılmış və köhnə müttəfiqi, fövqəladə hallar naziri Sergei Shoygu təyin olunub. Baş Qərargah rəisi general Nikolay Makarov da vəzifəsindən azad edilib. Hesabatda bildirilir ki, adı çəkilən rəsmilərin müdafiə sistemində korrupsiyaya yol verdikləri iddia olunsa da, dəyişikliklər daha çox prezident Putinin şəxsi loyallıq mülahizələri ilə bağlı olub. 2012-ci ildə qəbul edilmiş yeni qanuna əsasən baş qərargah birbaşa ali baş komandana, yəni Putinə tabedir. Hesabatda deyilir ki, bu sayaq tədbirlər Rusiyanın dövlət mediasında müdafiə sisteminin islahatı kimi təqdim olunur. Bu islahatları həyata keçirən Shoygu nazirlikdə Serdyukovun vaxtında başlanmış ixtisarları dayandırıb və müdafiə naziri kimi öz müavinlərinin sayını 8-dən 10-a çatdırıb. Bununla belə, ordunun döyüş qabiliyyətinin artırılmasına yönəlmiş islahatların əsas müddəaları olduğu kimi qalır. Bu isə əsas etibarilə Rusiya hərbi birləşmələrinin briqada strukturunda qurulması və bu briqadaların regional və yerli əməliyyatlardakı çevikliyinin artırılmasını nəzərdə tutur. Bu da qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin peşəkar hərbçilərdən təşkili məqsəd kimi elan olunsa da, ordu qarşıdan gələn illərdə ümumi hərbi mükəlləfiyyətə arxalanmalı olacaq. Hesabatda bildirilir ki, Rusiyanın Avrasiya regionundakı hərbi syasəti daxili və xarici hədələri önləmək prinsipi üzərində qurulub. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu 1997-ci ildən qərargahı Londonda yerləşən təşkilat hərbi-siyasi münaqişələr sahəsində dünyanın aparıcı araşdırma mərkəzi hesab olunur. 1958-ci ildə, Soyuq Müharibə və nüvə silahlanması zamanı yaradılmış İİSS ABŞ və Britaniya hökumətindəki mənbələrlə yaxın münasibətlərdədir. (Azadlıq Radiosu)
2014-02-07
8,398
İki əsrdir dünyanın sevə-sevə oxuduğu şəxsi məktub
Artıq günümüzdə kimsə bir-birinə uzun məktublar yazmadığı kimi, bir-biri üçün uzun həsrət duyğusu da hiss edə bilmir. Çünki internetlə hər gün təmas imkanı kimsənin darıxmaq duyğusu ilə dolub-daşmasına imkan vermir. Arzu etdiyin anda barmaqlarını duymələrə toxundurub bir dəqiqədə dünyanın istənilən yerinə çatdıra bilmək imkanına sahib olmaq insanları bəlkə də bir-birinə həsrət duymaq kimi gözəl hissdən məhrum edir… Bu yaxşıdırmı, yoxsa pis?.. Bütün bunları müəyyən etmək bəlkə də hələ tezdir, bu sürətlə, qısa zaman kəsiyində bir-birinə hiss etdiklərini izah edə bilmənin nəticəsi nə olacaq? Bunu hələ tam müəyyən etmək üçün zamana ehtiyacmız var. Keçmişdəsə belə deyildi. Bir-birini sevən və öz duyğularını anlatmaq istəyən biri poçta gedə bilmək üçün belə əziyyətə qatlaşmalı, günlərlə alacağı cavabı gözləməli idi. Eynən sizə tədqim edəcəyimiz məktubda olduğu kimi… "Son sözləri yazarkən göz yaşlarım səfihələrə səpələnir… Amma nəşələnməliyəm… Sonsuz sayda öpücüklər uçur havada… Onlardan bir neçəsini tuta bildim, çox ləzzətlidirlər. Sən bu məktuba cavab yaza bilərsən. Amma cavabı Ləns poçtxanasından göndərməlisən, çünki belə daha etibarlıdır. Amma ora gedib-getməyəcəyini tam bilmədiyimdən sənə bir söz deyə bilmirəm. Məktubun üzərinə "gəlib poçtdan götürülməyincəyə qədər gözlədilsin" sözlərini yaz ki, itməsin… Çox sevgili, sevgililərin sevgilisi, incə, kiçicik xanımım… Sağlığına diqqət et və qəsəbədə dolaşmağı ağlından belə keçirmə… Məktubda mənə bizi necə tapdığını ətraflı yaz, sevimli arvadım… Səni milyonlarca kərə öpürəm…" Bu, Motsartın arvadına yazdığı məktub idi…
2014-02-07
8,399
Eynşteynin səyahət edən beyni...
Eynşteyn haqqında, daha doğrusu, onun beyninin ölümündən sonra çıxarılması və oğurlanması haqqında yəqin ki, bir çoxlarınız oxuyub. Doğurdanmı, bu dahinin beyni oğurlanıb, ya bütün bunlar şayiələrdir? Buna cavab vermək çox maraqlı olardı və biz də "Axar.az" olaraq bunu nəzərə alıb kiçik bir araşdırma apardıq. Bəlli oldu ki... Səyahət edən beyin Dahi alim 1955-ci il aprelin 18-də, 76 yaşında vəfat edib. Onun ölümündən sonra adətə uyğun olaraq bədənin otopsi edilməsi üçün Prinseton xəstəxanasında hazırlıqlara başlanılır. Bunu edən həkim Tomas Harvey belə bir insanı otopsi edəcəyindən o qədər həyəcanlanır ki, hətta lazım olandan çox araşdırma aparır və bəlli olur ki, Eynşteynin beyni normal kişi beyni kimidir və onun ağırlığı 1230 qramdır. Lakin iş bununla qalmır və Tomas Harvey beyni çıxarıb bir bankaya qoyur, hətta bununla da qalmır. O Eynşteynin gözlərini də çıxarıb onun göz həkimi olan Henri Abramsa verir. Eynşteynin beyni olan şüşə bankanı evinə gətirib yazı stolunun altına qoyur. Bir müddət sonra alimin şəxsi doktoru Harri Zimermana bu haqda xəbər verir. Bundan həyəcanlanan Zimerman mətbuatda çıxış edərək yaxın zamanda alimin beyni ilə bağlı məlumatların veriləcəyi haqqında açıqlama verir. Bu acıqlamadan sonra Eynşteynin oğlu Hans əsəbi halda xəstəxanaya gəlir və buna etiraz edir. Amma bu artıq bir nəticə vermir, edəcək bir şey də yoxdu, çünki alim dəfn edilmişdi. Beyin üzündən Harveyin ailəsində mübahisələr yaranır və arvadı stolun altındakı beyni atacağını deyəndə onu da alıb evini tərk edən həkim Kanzas əyalətində yaşamağa başlayır. İllər keçir, amma beyin hələ də bankada qalmaqdadır, ondan bu haqda soruşanlarasa araşdırma apardığını deyən Harvey əslində, bu sahədə uzman olmadığından heç bir nəticə əldə edə bilmir. 1985-ci ildə Kaliforniya Universitetindən olan Mariyan Diamond beyinlə maraqlanır və Harvey ona beyindən bir parça verir. Bundan sonra beynin adi insan beynindən fərqli olması haqqında yazı ilə çıxış edən Mariyan Diamondun yazısı səs salsa da, araşdırmada kobud səhvlər olduğundan bir azdan onun məqaləsi unudulur. 1990-cı ildə Harvey bu qəribə adam beynin qalan hissələrini alimin nəvəsinə bağışlamaq istəyir. Bunun üçün o uzun bir yolçuluq edir, amma nəvə babasının beynindən imtina etdiyindən əlindəki banka ilə yenidən evinə geri dönür. Beləcə, dahi alimin beyni hələ də səyahət edir və bu səyahətlər içində ən qəribəsi onun Yaponiyaya gedib çıxmasıdır. Belə ki, yapon alimi, Eynşteynin heyranı olan Siqimoti Kenji ondan bir parça almaq üçün 1994-cü ildə artıq 82 yaşı olan Harveyi tapır və beyindən bir parça ona verməsini xahiş edir. Nə baş verir? Beyindən ona verməyə razılıq verən həkim mətbəxə keçir, əlində bir taxta, bıçaq və içində Eynşteynin beyni olan banka ilə qayıdır, artıq kirlənmiş bankanın qapağını güclə qaldırıb çıxardığı beyni taxtanın üstünə qoyub bıçaqla ondan bir parça kəsərək bütün baş verənləri heyrətlə izləyən yaponiyalı alimin əlinə verir. 2007-ci ildə ölümündən az əvvəl o əlində olan beyni Prinseton Universitetinin professoru Eliot Krausa verir. Eynşteynin beyninin səyahəti nəhayət 2010-cu ildə ailəsinin qalan hissələri Mariylan əyalətindəki tibb muzeyinə bağışlaması ilə sona çatır.