date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-02-04 | 8,088 | Bu günün hava proqnozu | Bu gün Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qarın yağması ehtimal olunur. Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 6-8 dərəcə şaxta, səhər 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta, bəzi ərazilərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 4-də hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Tibbi meteoroloji proqnoza görə, fevralın 6-dək Abşeron yarımadasında soyuq və diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir. |
2014-02-03 | 8,089 | Sığınacaq istəyən azərbaycanlı ailə barədə məlumatlar - Şok | Azərbaycandan Gürcüstana, ordan isə Ermənistana keçərək bu ölkədən siyasi sığınacaq istəyən Cavid Orucovla bağlı mətbuata ilginc məlumatlar daxil olub. Belə ki, C. Orucov iddia etdiyindən fərqli olaraq, Azərbaycanda heç bir problemlə üzləşməyib. Onun ailəsi hazırda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayır. Qonşulardan saytımıza bildiriblər ki, bu ailə indiyə qədər heç bir təzyiqə məruz qalmayıb. Həmçinin ailə üzvlərindən başqa heç kəs C.Orucovun həyat yoldaşı R.Mirzəyevanın erməni kökənli olması barədə məlumata malik olmayıb. Əldə etdiyimiz məlumata görə, R.Mirzəyevanın ailə üzvləri - anası və bacısı hazırda Bakıxanov qəsəbəsində yaşayır. Onların da indiyə qədər milli mənsubiyyətləri ilə bağlı hansısa təqiblərə məruz qalmadığı bildirilir. Cavid Orucovla onun həyat yoldaşının necə tanış olması ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, 3 övladı olan cütlük sosial şəbəkədə tanış olub. Ailə qurduqdan sonra bir müddət Rusiyada, sonra isə Norveçdə yaşayıblar. Onlar Norveçdə yaşadıqları müddətdə bu ölkədə siyasi sığınacaq almaq istəyiblər və bu tələblə Norveç hökuməti qarşısında tələb irəli sürüblər. Lakin bu tələb rədd edilib və onlar Norveçdən deportasiya ediliblər. Bundan sonra Azərbaycana qayıdan Orucovlar ailəsi həmişə həmişə xarici ölkədə yaşamaq arzusunda olub və bunun yollarını arayıblar. Hətta bu məqsədlə dəfələrlə xarici ölkələrin Azərbaycandakı səfirliyinə də müraciət etməsi də əldə etdiyimiz məlumatlar sırasındadır. Görünür, bütün bu müraciətlərə müsbət cavab verilmədiyinə görə o, arzusunu reallaşdırmaq üçün Ermənistana getməyi üstün tutub. Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib ("AzNews.az"). |
2014-02-04 | 8,090 | Gürcü biznesmen Ermənistanda həlak oldu | Ermənistanın ən iri mobil rabitə şirkəti "Armentel"in kommersiya direktoru Arçil Maqradze faciəli şəkildə dünyasını dəyişib. 35 yaşlı Maqradze Tsaxkadzora (Dərəçiçək) snoubordda sürüşməyə gedib. O, azaraq dərəyə düşüb. "Piyada qalxmağa çalışıb, amma qara ilişib qalıb və donub", - deyə mənbə bildirib. Onun sözlərinə görə, həmin gün Dərəçiçəkdə çox soyuq olub. Baş verən hadisə ilə bağlı cinayət işi başlayıb. Arçil Vaxtanqoviç Maqradzenin cəsədi fevralın 3-də Çəmbərəkdəki "Ttu cur" (Turş su) istirahət məkanında tapılıb (ANS). |
2014-02-04 | 8,091 | 39 min metr yüksəklikdən atıldı - Video | Helium dolu şar ilə qalxdığı 39 min metr yüksəklikdən Yer kürəsinə atılan avstraliyalı ekstrim idmançı Feliks Baumqartnerin paraşütlə atıldığı görünən yeni video yayımlanıb. "Axar.az" həmin videonu təqdim edir. |
2014-02-04 | 8,092 | Dünyada müharibələri idarə edən 4 qadın - Foto | Almaniyada hökumətin yeni kabineti açıqlanarkən Müdafiə Nazirliyinə qadın nazirin təyin edilməsi gözlənilməz olub. "Axar.az" xəbər verir ki, Baş nazir Angela Merkel keçən ay dünyanın ən güclü ordularından biri sayılan alman ordusuna Ursula Leyeni nazir təyin edib. Nazir olduqdan sonra Leyenin "bundan sonra hərbi rütbələri öyrənməyə başlayacam" deməsi isə Avropada çaşqınlıq yaradıb. Avropada yalnız Almaniyanın deyil, daha üç ölkənin müdafiəsi qadın nazirə həvalə edilib. Bunlar Hollandiyanın Müdafiə naziri Coanna Hennis, isveçli Karin Enstrom və norveçli İne Mariedir. Dörd qadın nazir keçə həftə Davosda keçirilən konfransda bir araya gəlib. 4 nazirin birlikdə şəkil çəkdirməsi dünya mediasının gündəmini əhatə edib. |
2014-02-04 | 8,093 | Rövşən Lənkəranski Dubayda mühafizə altındadır | Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski bir neçə gün əvvəl Dubayda olub. "Axar.az" rus mediasına istinadən xəbər verir ki, bu barədə onu tanıdığını deyən şəxs iddia edib. Onun sözlərinə görə, Lənkəranski çox ciddi mühafizə altında gəzir və ona yaxınlaşmaq müşkül məsələdir. Azərbaycanlı kriminal-avtoritetin İstanbulda türkiyəli avtoritetlərin köməyindən istifadə etdiyi, ancaq Türkiyədə R.Lənkəranski ilə əlaqələri olan şəxslərin özlərinin problemlərinin olması və həbs edilmək təhlükəsi ilə üzləşməsi səbəbindən onun Dubaya getdiyi bildirilir. Xatırladaq ki, 2010-cu ilin sentyabrında Moskvada Tverskaya küçəsində qanuni oğru Ded Xasana qarşı sui-qəsd olmuşdu və o, 3 güllə yarası almışdı. Bu qətlin sifarişçilərindən sayılan Rövşən Lənkəranski Ded Xasan tərəfdarlarının və Rusiya hüquq-mühafizə orqanlarının təzyiqindən qurtarmaq üçün bu ölkədən çıxmağa məcbur oldu. "Moskovskaya Pravda" qəzetinun yazdığına görə, Ded Xasanla Rövşən Lənkəranski arasında münasibətlər Çerkizovo bazarı bağlanandan sonra yaranıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranski bazar bağlanandan sonra Ded Xasanın və ona yaxın avtoritetlərin nəzarətində olan obyektlərə müdaxilə etməyə başlayıb. |
2014-02-04 | 8,095 | Məşhur aktyordan Baş nazirə sonsuz “təşəkkür”lər - Video | Dünən axşam "Wow" Oteldə "Xalq TV mükafatlandırma mərasimi gecəsi" təşkil edilib. Mərasimdə "Təşəkkür mükafatı" verilən Müjdat Gəzən Türkiyə Baş naziri R.T.Ərdoğanla bağlı kobud ifadələr işlədib. Mərasimdə başda CHP başqanı Kamal Kılıçdaroğlu olmaqla sənət və media aləminin bir çox məşhurları da iştirak edib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xalq TV-də təşkil edilən verilişlərə yardımlarına görə Müjdat Gəzən "Təşəkkür" mükafatına layiq görülüb. Müjdat Gəzən mərasimdəki çıxışı zamanı bu fikirləri səsləndirib: "Mükafatı hörmətli Baş nazirə ithaf etmək istəyirəm, Rəcoş, sənə sonsuz təşəkkürlər". M.Gəzən mükafatı alandan sonra bu sözləri də əlavə edib: "Mükafatı hörmətli Baş nazirə ithaf etmək istəyirəm. O olmasaydı, Gəzi olayları olmayacaqdı, Gəzi olayları olmasaydı, Xalq Tv bu qədər məşhurlaşmayacaqdı, Xalq Tv məşhurlaşmasaydı, mən orda olmayacaqdım - sənə sonsuz təşəkkürlər". |
2014-02-04 | 8,096 | Rus aparıcının efirdə inanılmaz tryuku - Video | Rusiyalı aparıcı xəbərlər proqramında yanıltmac deyib. "Axar.az"ın məlumatına görə, xəbər aparıcısı müxtəlif yanıtmacları bir-birinə calayaraq xəbərləri təqdim edib. Aparıcı bu tryuklarla nitqinin necə səlist və aydın olduğunu nümayiş etdirib. Videonu təqdim edirik. |
2014-02-04 | 8,097 | Milyonlarla qadın heyranı olan aktyor gileyləndi | Bir çox kişinin həsəd apardığı hayata sahib olan aktyor Leonardo di Kaprio məşhur olmadan öncəki həyatından bəhs edib. Bu barədə "Axar.az" xarici mətbuata istinadən xəbər verir. Bir jurnala verdiyi reportajda özündən bəhs edən dünya şöhrətli aktyor açıqlamaları ilə gündəmdə qalmağı bacarıb. Amerikanın "Huffington Post" saytında yer alan xəbərdə aktyorun bilinməyən cəhətləri üzə çıxıb. Di Kaprio şöhrəti heç bir zaman qarant olaraq görmədiyini bildirib. Dünyada milyonlarca qadın heyranı olsa da, aktyor özünü heç bir zaman mükəmməl hiss etmədiyini deyib: "Özümü hər zaman geridə qalmış hiss edirdim. Çünki geyimim, saçım ürəyim istəyən qədər yaxşı deyildi. Bir sözlə, bəzi yerlərə addım atmaq, bu sahədə tanınmaq mənim üçün lotereya qazanmaq kimi bir şeydi". O, hər zaman əlinə keçən fürsəti özünün şansı saydığını bildirib: "Əgər bunun üçün əlimdən gələnin ən yaxşısını etməsəm, bu fürsəti qaçıracağam prinsipini əsas tutmuşam. Bu prinsip məni hər zaman daha da irəli aparıb". Di Kaprio Bar Rafaeli, Gisel Bandşen kimi dünyanın ən gözəl qadınlarıyla münasibətləri haqda danışarkən "6 ay uzaqda çəkilişlərdə olmaq münasibətləri davam etdirməyə əngəl olur",- deyə bildirib. |
2014-02-04 | 8,098 | Müxalifət liderinin oğlu həbsxanada öldürüldü | Suriyanın Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyasının rəhbərinin müavini Fayez Sara dünən oğlu Vissamın Suriya həbsxanalarından birində dünyasını dəyişdiyini bildirib. Fayez Sara bu barədə öz Facebook səhifəsində yazıb: "Bizim və xalqımızın yaşadığı bütün məşəqqətlərdən, həbslərdən, ölümlərdən, qaçqınçılıq həyatından və dağıntılardan sonra bu gün bizə bildirdilər ki, iki ay əvvəl həbs olunan Vissama Dəməşqdəki hərbi hissələrdən birindəki həbsxanada ölənədək işgəncə verilib". Fayez Sara bildirib ki, oğlu Suriya hakimiyyətinə qarşı çıxsa da, döyüş əməliyyatlarında iştirak etməyib. Ölən gəncin 27 yaşı vardı, onun iki uşağı qalıb ("Publika.az"). |
2014-02-04 | 8,099 | Dünyanın ən zəhərli 10 ərazisi | Ətrafa yayılan zəhərli maddələr dünyada təxminən 200 milyon insanın həyatını təhlükə altında saxlayır. Torpaqdakı civə, havaya qarışan kimyəvi maddələr və çay sularına atılan zəhərli elektronik zibillər… Bunlar, mərkəzi İsveçrədə yerləşən "Green Cross"un hazırladığı hesabatdan yalnız bir neçə nümunədir: Qanadakı tullantı sahəsi Qananın dəmir-dümür toplandığı Aqboqbloşi bölgəsində saysız-hesabsız köhnə çanaqlı peyk və xarab televiziyalar üst-üstə yığılmış vəziyyətdədir. Kabellərin içərisindən mis çıxarmaq məqsədilə onların yandırılması insan sağlamlığı üçün böyük bir təhlükədən xəbər verir. İndoneziyadakı Citarum çayı İndoneziyadakı Cava Adasındakı Citarum çayının suyu adi içilən sudan təxminən min qat daha çirklidir. Suda yüksək nisbətdə alüminium və dəmir var. Bu da təsadüfi bir nəticə deyil. İki minə yaxın fabrik Citarum çayını başlıca su qaynağı olaraq istifadə edir və sənaye tullantılarını da bu çayın sularına buraxır. Bu isə əhali üçün fəlakət deməkdir. Çünki çay onlar üçün ən əhəmiyyətli bir həyat qaynağıdır. Dzerjinsk sənaye bölgəsi Dzerjinsk Rusiyanın ən əhəmiyyətli kimya sənayesi mərkəzlərindən biri hesab olunur. 1930-1998-ci illər arasında təxminən 300 min ton kimyəvi tullantı, bu bölgədə yanlış bir şəkildə məhv edilib. Bunun nəticəsi olaraq bir çox kimyəvi elementlər yeraltı sulara və havaya qarışıb. Bu bölgədə qadınlar orta hesabla 47, kişilər isə 42 il yaşayır. Ukraynadakı Çernobil AES Çernobil tarixin ən dəhşətli nüvə reaktor qəzalarından biridir. 25 aprel 1986-cı ildə nüvə stansiyasında aparılan bir təcrübə əsnasında ölümcül nəticələrə gətirib çıxaran qəza baş verdi. Qəza tarixindən etibarən stansiyanın 30 kilometr ətrafında heç kim yaşamır. Hazaribağdakı dəri fabrikləri Hazaribağ Banqladeşdə dəri fabriklərinin bir araya gəldiyi bölgədir. Buradakı bir çox fabrik iş prosesində köhnə metodlardan istifadə edir. Paytaxt Dəkkənin ən əhəmiyyətli çayı və ana su qaynağı olan Buriqanqa çayına hər gün təxminən 22 min litr zəhərli tullantı buraxılır. Kabvedəki civə mədənləri Zambiyanın böyük şəhərlərindən biri olan Kabvedə yaşayan uşaqların qanında yüksək nisbətdə civəyə rast gəlinir. Şəhərdə təxminən yüz ildən bəri civə çıxarılır. Əritmə əməliyyatı üzündən ağır metallar toz parçacıqları halına çevrilərək ətrafda qarışır. Kalimantandakı qızıl mədənləri Kalimantan, Borneo adasının İndoneziyaya bağlı olan qismidir. Bu yer təbiətin talan edilməsiylə əlaqədar məşhur bir bölgədir. Kalimantandakı qızıl mədənləri, zəhərli civə metalının ortaya çıxmasına səbəb olur. İldə təxminən 1000 ton civə həm təbiətə, həm də yeraltı sulara qarışır. Matanza-Riaçuelo çayı Argentinada 15 minə yaxın fabrik tullantı sularını Matanza-Riaçuelo çayına boşaldır. "Green Cross"un hesabatına görə, kimyəvi maddə istehsalçıları çaydakı çirklilikdən 3/1 nisbətində məsuldur. Çay suyunda yüksək miqdarda sink, civə, mis, nikel və digər ağır metallar var. Yerli əhali xüsusilə bağırsaq və tənəffüs yolu xəstəliklərindən şikayətçidir. Niger deltası Niger deltası sıx əhalisi ilə Nigeriyadakı ümumi əhalinin təxminən yüzdə səkkiz hissəsini təşkil edir. Bölgədəki yeraltı sular və torpaq, neft hidrokarbon səbəbindən çirklənir. Ərazidəki neft istehsalına görə ildə təxminən 240 min vedrə neft təbiətə qarışır. Bunun başlıca səbəbləri isə qəzalar və neft oğurluqlarıdır. Sənaye şəhəri Norilsk Rusiyanın Norilsk şəhərində ildə təxminən 500 ton mis və nikel oksidə əlavə olur, 2 milyon ton kükürd-dioksid havaya qarışır. Çirkliliyin nisbəti o qədər yüksəkdir ki, fabrik işçilərinin ömrü Rusiyadakı əhalinin orta ömründən 10 il azdır. |
2014-02-04 | 8,100 | “Harri Poter”in yazarı: “Peşmanam...” | "Harri Poter" silsiləsinin yazarı J.K.Roulinq illər sonra kitabın sonu üçün verdiyi qərardan peşman olduğunu deyib. "Axar.az" bildirir ki, müəllif bunu jurnallardan birinə verdiyi müsahibədə dilə gətirib. Müəllif kitabın sonunda Hermiona adlı obrazın Ron əvəzinə Harri ilə evlənməli olduğunu vurğulayıb. O, əlavə olaraq bu sözləri qeyd edib: "Hermiona və Ron münasibətini öz arzumu reallaşdırmaq üçün yazdım. Çox üzgünəm. Mənim bu açıqlamamın bəzi heyranlarımı əsəbiləşdirəcəyini bilirəm. Ancaq etdiyim seçim ədəbiyyatla bağlı deyil, şəxsidir. Ümid edirəm ki, bu sözlərimlə heç kimin qəlbini qırmayacağam". |
2014-02-04 | 8,101 | Məsud Kemyayenin üsyankarlığı | 1941-ci ildə Tehranda doğulmuş, akademik kino təhsili görməsə də, ədəbiyyat, musiqi, rəssamlıq sahəsindəki istedadı ilə seçilən Məsud Kemyayenin Navada Smitin "Henri Hatavi" filminin təsiri altında çəkdiyi "Yad adam, yaxınlaşma!" adlı ilk debütü (1968) mövcud ekran əsərinə iqtibas kimi üzə çıxmaqla müəllifin formalaşan peşəkar üslubunda əslində sənət sayılmayan təqlidçiliyə meydan verdi. Bununla belə digərlərindən əxz etdiyi formaya ətrafındakı reallığın məzmun dərinliyini gətirə bilən Məsud Kemyayenin öz ssenarisi əsasında quruluş verdiyi, zahirən zorakılıq üzərində qurulan Qərb filmlərinə rişxənd, kinayə kimi səslənən, əslində qanunsuzluğun baş alıb getdiyi məmləkətdə insan talelərinin sınmasını göstərən "Qeysər" (1969) filmi neorealizmin təntənəsinə çevrildi. *** Harınlamış Kərim Ağmənqulun zorakılığına məruz qalmaqla intihar edən Nazəninin ata və bibisinin göz yaşları ilə başlanan ilk epizod fəal hadisəli müşkülü bəyan edir. Nazəninin qoçuluqdan əl çəkməklə din yolunu tutan, qəssablıqdan qazandığını Ramazan ayında kasıblara xərcləyən, boy-buxunlu qardaşı Fərmanın (Nasirmülk Motii) imam Rzaya ibadət edib namus ləkəsini yumaq üçün üzərlərinə getdiyi Ağmənqul qardaşları – Kərim, Mansur, Reymuz tərəfindən qətlə yetirilərkən Qeysəri (Bəhruz Vosuqi) haylaması haqq-ədalətin qanunlar deyil, insanların özləri tərəfindən bərpa olunacağına işarə vurmaqla şah rejiminin dövlətçilik sütunlarının laxladığını göstərir. Qanunların işləmədiyi bir məmləkətdə ağıllı, tədbirli tacir Qeysərin, bacısı Nazəninin, qardaşı Fərmanın qatillərini cəzalandırmağı öz üzərinə götürməsi filmin fabula mexanizmini yaradır. *** Qeysərin qayıtdığı səfərdən hədiyyələr gətirdiyi bacısının, qardaşının ölüm xəbərini öyrənməklə nişanlısı, Tehrandakı imamzadada şah Əbdül Əzimə ibadət edən əqidəli, gözəl-göyçək Əzəmlə (Puri Benyayi) gələcək həyatının üzərindən xətt çəkməsi, məhvərindən çıxan dünyanı yerinə qaytarmaq niyyəti, Şekspirin "Hamlet" pyesinin (əsərlərin mövzu və ideyası fərqli olsa da) dramaturji modelini və həyatı bahasına "Danimarkanı çirkabdan xilas edəcək" faciə qəhrəmanını xatırladır. *** Məsud Kemyaye ssenarisini dramaturji qanunlar əsasında qurmaqla çəkiliş meydanında, montajda ustalıq göstərməklə, əlbəttə ki, bacarıqlı yaradıcı heyəti ətrafına toplamaqla özünün peşəkar üslub imkanlarının genişliyini nümayiş etdirir. Daim dabanını basdığı ayaqqabılarını tam geyinməklə gəldiyi hamamda soyunub duşun altındakı Kərimin boğazına ülgüc çəkərək üç şərdən birini cəzalandıran Qeysərin soyuqqanlılığı tamaşaçının ürəyindən tikan çıxara bilir. *** Cinayətkarlardan ikinci qardaşı, Mansuru çalışdığı sallaqxanada tutan Qeysərin intiqamı qəranələrin - cəmdəklərin asılması üçün nəzərdə tutulan, iti uclu polad asqıların fonunda kəsilib-soyulan mal-qara ilə paralel montajda həyata keçirilməsi (quruluşçu operator Maziar Portovun sənətkarlığı bütün epizodlarda üzə çıxır) tamaşaçını şoka salan ekspressionizm yaradır. Və bundan sonra sanki dünya ilə vidalaşan Qeysərin kimsəsiz bir qarını da özü ilə götürməklə Məşhəddə imam Rzanın məqbərəsinin ziyarətində haqq-ədalətin bərpası kimi daha qlobal məqsəd naminə itirdiyi nişanlısı Əzəmə xoşbəxtlik arzulaması mənəvi dəyərlərin ünvanını şərtləndirir. Bu səfərdən qayıtdıqdan sonra dünyasını dəyişən bibisinin dəfn olunduğu məzarlıqda polis xəfiyyələrinin onu izlədiyini görən Qeysərin gəldiyi restoranda Reymuzun məşuqəsi, açıq-saçıq geyimdə rəqs edən, Şəhrzadın ifa etdiyi müğənni qadınla yalnız düşməninin yerini öyrənmək naminə yaxınlığı hadisələri tələsdirir. *** Sonuncu qatil Reymuzu qətlinin ömrünü başa vurmuş sınıq-salxaq vaqonların, parovozların atıldığı məkanda həyata keçirilməsi məzlumları intiqama çağıran mühitin obrazlı mənzərəsini yaradır. Bu qarşıdurmada qalıb gəlsə də, ölümcül yaralanan Qeysərin qanun keşikçisi kimi real qüvvəyə malik olmayan polislər tərəfindən əhatələnməsi hakimiyyətin pat vəziyyətində olmasından xəbər verir. *** Məsud Kemyayenin öz ssenarisi əsasında quruluş verdiyi, "Motosikletli Rza" (1970) filmində dəlixanadan qaçan Rza ilə Abbasın qarətçilərə qoşularaq fabrikin seyfini oğurladıqdan sonra geriyə qayıtmaları sağlam və xəstə insanlar arasındakı fərqin şərtiliyini üzə çıxarır. Rzanın özünü ruhi xəstə kimi göstərməklə xəstəxanada müşahidələr aparan Fərruxa bənzəməsi, onun sürücüsü ilə qaçması hadisələrin mövzu daxilində inkişafına təkan verir. Fərruxun əmisi gilə gələn Rzanın həkimin nişanlısı Firəngizlə bir-birlərinə aşiq olmaları, haram pulları polisə təslim etmək istəyərkən ona mane olan oğrular tərəfindən yaralanması, motosikletə minərək evinə qayıdarkən zibil maşını ilə toqquşaraq həlak olması sevginin mənəvi təmizlənmə mahiyyətini önə çəkərək neorealizmi cinayət xronikası üzərində qurulan müasir nağıla uduzdurur. *** Məsud Kemyayenin öz ssenarisi əsasında ərsəyə gətirdiyi "Qoçu Akel" (1971) filmində Hacı Səmədin ölümündən əvvəl var-yoxunu və yeganə övladı Mərcanı tapşırdığı Akelin sevdiyi bu qıza ürəyini aça bilməməsi səbəbindən içkiyə qurşanması təsvir olunur. Mərcana gələn elçilərlə razılaşaraq istər-istəməz toya hazırlaşan, Hacı Səmədin varidatını kürəkəninə verən Akel etik-əxlaqi normaların daşıyıcısına çevrilir. Toydan qayıdarkən qarşılaşdığı düşməni Kakanı ertəsi günə təyin olunan dueldə ölümcül yaralasa da, son məqamda arxadan yaralanaraq zorla özünü çatdırdığı evində dünyasını dəyişməsi ləyaqətli bir insanın labüd sonluğu neorealizmə xas maarifçilik prinsipində bəyan edilir. Bir il sonra ərsəyə gələn "Buluç" (1972) filmində isə Zahidanda antik sikkələr oğurlayan iki quldur dəstəsi arasındakı ixtilaf zəminində Abdullahla Əmirin təcavüz etdikləri Leylanın əri Buluçun paytaxta gedərkən rastlaşdığı qaçaqmalçıların ölümünə görə on iki il yatdığı həbsxanadan çıxaraq namus düşmənlərini məhv edib, sonra arvadına sahib çıxaraq kənddə viran qalmış evinə dönməsi sərt neorealizmi bəyan edir. *** "Torpaq" (1973) filmində kənd ərbabı Baba Sübhanın ölümündən sonra oğlanları Salehlə Müseyibin avropalı analıqları və onun dələduz nökəri Mübaşirlə əkin sahələri üstündə qovğaya girmələri sosial siyası mövzunu gündəmə gətirir. Mübaşirin vurulduğu Şövkətin əri Müseyibi öldürməsi, Salehin isə yaralanması mövzunu Məsud Kemyayenin peşəkar üslubunda əsaslı yer tutan cinayət xronikasında çözür. *** Borxesə iqtibas etdiyi "Qəzəl" (1974), "Marallar" (1975), filmlərinin məzmununda da, cinayət xronikası fonunda siyasi motivə önəm verən Məsud Kemyaye özünün "Daş səfəri" (1976) ekran əsərində səfalətdən xilas naminə su dəyirmanı qurmaq niyyəti ilə dini zəmində birləşən əhalinin uzaq məsafədən min-bir əziyyətlə gətirdikləri nəhəng daşla, onları gülləboran etdirən, taqətsizlikdən yalnız başqalarının belində gəzən zalım ərbabın özünü və mülkünü məhv etmələri inqilabın labüdlüyünü publisistik üslubda, sərt boyalarla göstərə bildi. *** İran İslam inqilabından sonra, Bəhram Beyzayenin "Samur gecəsi" əsəri üzrə Məsud Kemyayenin öz ssenarisi əsasında 1982-ci ildə çəkdiyi, bircə dəfə Fəcr festivalında göstərilməklə qadağan olunan "Qırmızı xətt" filmindən sonra onun "Xiyabanda mühakimə" (2008) adlı sonuncu ekran əsəri toy günündə kirayələdiyi avtomaşınını gül-çiçəklə bəzətdirən Əmirin, sevdiyi Mərcanın özündən yaşlı, Əbdül adlı ailəli birisi ilə yaşamaqla doğulacaq uşağı da tələf etməsini, dostu Həbibdən öyrənməsi, sonrakı epizodlarda bütün bunların sadəcə, dedi-qodu olduğunun üzə çıxması ilə mücərrədləşən faktı psixoloji dram janrına yönəltmək cəhdini üzə çıxarır. Beləliklə, dolaşıq ziddiyyət üzərində qurulan bu filmdə Mehrab adlı birisinin biznes qalmaqalında bıçaqlayıb öldürdüyü dostunun arvadı və qızı ilə təyyarə ilə ölkədən qaçmaq niyyəti psixoloji dramı deyil, müəllifin üslubunun göstəricisinə çevrilən cinayət xronikasını önə çəkərək müşküllərin sayını artırmaqla dramaturji model pozulur. Filmin titrlərində Məsud Kemyayenin ssenarinin ərsəyə gəlməsinə görə "Yeni dalğa" cərəyanının liderlərindən sayılan psixoloji dram ustası Əsxər Fərhadiyə təşəkkürü, sadəcə, yaradıcı nəsillər arasındakı sağlam münasibəti əks etdirir. *** Göründüyü kimi Məsud Kemyaye inqilabdan sonrakı ekran məhsullarında yeni ictimai üsluba müqavimət göstərmədən ölkəsinin kino tarixində neorealizmin liderlərindən biri olaraq qaldı. Ölkəsinin kino tənqidinin həyat yoldaşı, bəstəkar və müğənni Ruzi Başayini itirdikdən sonra oğlu Poladla, gələcəyin kino aktyoru ilə tək qalan ustadın Ququş xanımla evlənməsindən yazmaqları müqabilində, ustadın filmlərinin təhlilinin sanki yaddan çıxması da təəssüf doğurur. |
2014-02-04 | 8,102 | Sibel Can Atadan incidi | Türkiyənin məşhur müğənnisi Sibel Can "Eyvah Eyvah-3" filminə çəkilən zaman 8 kilo kökəlib. Film sona çatdıqdan sonra arıqlayan Sibel Can Ata Dəmirərin "Ağ Şou" da söylədiyi: "Sibel Canın sindromuna tutuldum, dayanmadan gah kökəl, gah da arıqla" sözləri müğənnini yaman əsəbiləşdirib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Sibel Can "Ata kimi bir centlmen kişiyə bu sözləri heç yaraşdırmıram, hətta gözləmirdim də. Halbuki mən onu çox istəyirdim",- söyləyərək aktyordan incidiyini bildirib. |
2014-02-04 | 8,103 | İki avtomobil toqquşdu: sürücü yanaraq öldü | Bakı şəhərində ağır yol qəza hadisəsi baş verib. Şəhərin Xəzər rayonunda "Volqa" və "AzSamand" markalı minik avtomobilləri toqquşub. Nəticədə, hər iki avtomobil ağır deformasiyaya uğrayaraq yanmağa başlayıb. Dövlət Yanğından Muhafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürüldükdən sonra xilasedicilər əməliyyata başlayıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə "Volqa" markalı minik avtomobilindən yanmış cəsədi çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:41-də başa çatıb. |
2014-02-04 | 8,104 | Bakıda 2 otaqlı ev yandı | Bu səhər paytaxtda iki yanğın hadisəsi baş verib. Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Ikinci yanğın avtomobildə baş verib. Sabunçu rayonunda "MAN" markalı yük avtomobilinin (zibil daşıyan avtomobil) kabinə və mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-04 | 8,106 | 6,1 bal gücündə zəlzələ baş verdi | İndoneziyanın şərqində, Yava adasında 6,1 bal gücündə zəlzələ baş verib. "Axar.az" bildirir ki, APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, zəlzələnin episentri 18 km dərinlikdə, Dili şəhərindən 318 km şimal-şərqdə, Ambon şəhərindən isə 383 km cənubda olub. Tələfat və dağıntı barədə məlumat verilmir. |
2014-02-04 | 8,107 | Neftin ucuzlaşması davam edir | Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,06 dollar və ya 1,1% azalaraq 1 barelə görə 96,43 dollar təşkil edib. "Axar.az" "APA-Economics"ə istinadən məlumat verir ki, fevralın 3-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,4% azalaraq 106,04 dollar olub. |
2014-02-04 | 8,108 | Avropa çempionatı Azərbaycanda keçiriləcək | Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Pragalos Bakıya gəlib. "Axar.az" Apasport.az-a istinadən xəbər verir ki, səfər zamanı Pragalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərovla görüşüb. Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan cari il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək. Ölkəmizə səfəri zamanı Pragalos və ETU-nun baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər. |
2014-02-04 | 8,109 | Özünü yandıran qız vəfat etdi | Bir neçə gün öncə Bakıda, Mərkəzi Klinik Xəstəxananın qarşısında intihar edən 21 yaşlı Lənkəran rayon sakini Məlaikə Bayramlı səhər saatlarında 5 saylı klinik xəstəxananın yanıq şöbəsində, dünyasını dəyişib. "Axar.az" "Aznews.az"a istinadən məlumat verir ki, səhər saatlarında səhhətinin yaxşılaşdığını deyən Məlaikənin halı qəfil pisləşib və vəfat edib. |
2014-02-04 | 8,110 | Mənzillərin qiyməti qalxdı | 2013-cü il ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Bu barədə bazar ertəsi "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar olub, dekabrda isə bir kvadratmetrin qiyməti 1146 dollara çatıb ( Trend ). N.İbrahimov deyib ki, ki, bahalaşma paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif porfelində ucuz mənzillərin payının tədricən azalması (bu, tikintinin həcminin azalması ilə bağlıdır) və müvafiq olaraq nisbətən daha bahalı mənzillərin payının artması ilə bağlıdır". Bir müddət əvvəl Trend-in xəbər verdiyi kimi, ARDNŞ-nin "Аzəriqaz" İstehsalat Birliyi ötən il çoxmərtəbəli binaların qazlaşdırılmasını iki dəfə artırıb: 2013-cü ildə 30 374 mənzilin olduğu 149 yeni tikili istifadəyə verilib. 2012-ci ildə bu rəqəm 60 olub. Bu amil də qiymətlərin formalaşmasında rol oynayır. "MBA Group"un monitorinqinə görə, Bakıda ilkin daşınmaz əmlak bazarında qeyri-yaşayış binaları da bahalaşıb. Belə ki, ötən ilin sonuna bir kvadratmetrin dəyəri 2013-cü ilin yanvarındakı 2821 dollara qarşı 2907 dollar təşkil edib. Elit evlərin də qiymətləri artıb: əgər 2013-cü ilin yanvarında belə mənzillərin bir kvadratmetrinin dəyəri 2120 dollar təşkil edirdisə, keçən ilin sonunda qiymətlər 3339 dollara qədər artıb. Elit evlər ən çox Bakının Nəsimi və Yasamal rayonlarında bahalaşıb. Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın aylarda qiymətlərin sabitləşməsindən (alıcı kontingentinin azalması) xəbər verir. Onun fikrincə, 2014-cü il ərzində qiymətlər altı-səkkiz faiz artacaq. |
2014-02-04 | 8,111 | Alternativ enerji istehsalına başlaya bilərik | Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır. İnstitutdan verilən məlumata görə, bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər əmindirlər ki, termal sular yüksək enerji potensialına malikdirlər. Həmçinin yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür. Bu cür texnologiyalar dünyada mövcuddur və özünü doğruldub (Trend) . Tədqiqatlar "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrə uyğun qaydada aparılır və əsas məqsəd tükənməyən enerji əldə etməkdir. İşlər institutun Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir. Y.İsrafilov qeyd edir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır. Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir. Həmçinin yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir. |
2014-02-04 | 8,112 | Prezident hər gün 70-80 ölüm mesajı alır | "Latsio"nun prezidenti Klaudio Lotito ölümlə hədələnib. "Axar.az" xəbər verir ki, ölüm təhdidi prezidentə mətbuat konfransı zamanı gəlib. Belə ki, Lotito klubun çıxışı və planları ilə bağlı mətbuat konfransı keçirirmiş. Bu zaman telefonuna zəng gəlib. Hər gün 70-80 ölüm mesajı aldığını deyən klub rəhbəri jurnalistlərin önündə telefonu açıb. Zəng edənin "Latsio"nun prezidenti Lotito sənsən" sualına "hə" cavabı verən prezident onun da adını soruşub. Lakin o, "Latsio" azarkeşiyəm" deməklə kifayətlənib. Daha sonra isə zəng edən ondan istefa verməyi, əks halda aqibətinin pis olacağını deyib. Gündəlik bu tip təhdidlər aldığını deyən Lotito, ailəsinin mühafizə altında yaşadığını və bu hədələrdən qorxmadığını bildirib. |
2014-02-04 | 8,113 | “Elçibəydən qalanlara sahiblənmək niyyətində deyiləm” - Video | Bu dəfə "Yağmurun qonaqları" rubrikasında qonağımız Xalq şairi Sabir Rüstəmxanlıdır. Hər zamankı söhbətlərdən fərqli olaraq, bu dəfə söhbətə Sabir bəy başladı və bildirdi ki, Azərbaycan indi ən ağır zamanını yaşamır. Demokratiyanı istəmirik... - Siz elə bilirsiniz ki, Azərbaycan indi ən ağır zamanını yaşayır? Yox, bizim ağır zamanlarımız olub. Kitabxanaya gedəndə girin nadir kitablar bölməsinə, ya da arxivlərə baxın. 1905-07-ci illərdə buraxılmış "Bakı təqvimləri" var. Götürün, bir onu vərəqləyin... - Sabir bəy, Siz bunu keçən əsrin əvvəlləri ilə müqayisədə deyirsiniz? - Başqa mıqamda deyirəm də, götürün baxın, onda da kifayət qədər zəngindi Bakı... Neft vardı, sərvət aşıb-daşırdı, Bakının milyonçuları da vardı. Amma barmaqla sayılan məktəb, qəzet vardı, dövlət idarələrindəsə işləyən azərbaycanlıların sayı çox azdı. Biz belə bir dönəmi yaşamışıq. Bunu unutmaq olmaz! Azərbaycan türkünə bu qədər sayğısızlıq ola bilməz - Amma onda da, indi də millətin öz adı yazılmırdı şəxsiyyət vəsiqəsində... - Bu, doğru deyil və buna münasibətimi də bildirmişəm. Azərbaycan ancaq yer adıdır, ona görə bu yanaşma bizi yeni əmələ gəlmiş iki yüz illik bir millət səviyyəsinə endirir. Halbuki türkün dünya boyda bir tarixi var. Bunları bir kənara qoyub bu gün təzədən azərbaycanlı yazırıqsa... Özü də Azərbaycanda yaşayan ləzgi özünə ləzgi deyir, kürd - kürd, talış - talış, bircə türk özünə türk deyə bilməz. Bu əgər birləşdirici amildirsə, qoy onda hamı özünə azərbaycanlı desin. Yox, hərə öz adını qoruyub saxlayırsa, onda mən də türkəm deməliyəm. Statistikada son siyahıyaalınmanın nəticəsi olaraq Azərbaycanda əlli min türk olduğu deyilir. Axıska türklərini nəzərdə tuturlar, yazmırlar ki, Azərbaycanda doqquz milyon türk var. Bunun qədər paradoks, Azərbaycan türkünə sayğısızlıq, hörmətsizlik, aşağılamaq ola bilməz. 37-ci ildə Stalin millətin adını əlindən alıb, biz dövləti bərpa etmişik, atributlarını geri qaytarmışıq, amma millətin adını bərpa etmirik. - Qəribədir ki, bizə erməni, fars türk deyir. - Elədir. İranda yaşayan otuz beş milyon xalq özünə türk deyir, amma biz özümüzə türk demirik. Son 200-300 il ərzində Osmanlını çökdürmək və türk dövlətini tədricən dəyişdirib fars dövlətinə çevirmək Hindistanda hakimiyyətdə olan ingilislərin bir planı idi. O mərhələ keçdi, indi Türkiyədə bir başqa parçalanma siyasəti aparırlar. İndi biz hafizədən danışırıq, Türk dünyasında o qədər unutqanlıq toxumları səpiblər ki, xüsusən Rusiyanın apardığı son iki yüz ildə türk düşmənçiliyi və soyqırım siyasəti o qədər dəhşətli bir həddə çatıb ki, dünyada neçə yüz il hakimlik edən bir millətin övladları param-parça olub. Bu bölgənin taleyi Güney Azərbaycandan asılıdır - Hətta Türkiyənin özündə belə, məsələn, Güney Azərbaycanla bağlı danışanda bəlli olur ki, orada yanlış fikirlər var. Onlar İranın parçalanmasından qorxurlar ki, bununla yeni bir kürd sorunu yaşaya bilərlər. - Bu barədə mən Türkiyə televiziyalarında çıxış edəndə dəfələrlə demişəm və təəssüflənirəm ki, Türkiyənin Güneydə yaşayan otuz beş milyon türklə bağlı bir strategiyası yoxdur. Türkiyədə qazaxlar, qırğızlar, qaqauzlar üçün müəyyən güzəştlər nəzərdə tutulur, Güney azərbaycanlılar o sırada deyil. Bu barədə danışmaqdan qaçırlar. İranın içində, deyək ki, otuz beş milyon türk var, Türkiyənin içində də bəlli miqdarda kürd var. Bunu yan-yana qoyurlar, amma Türkiyə artıq kürdlərə televiziya verib, öz dilində kitab çap etmək imkanları var, məktəb açırlar öz dillərində və s. Amma Güney Azərbaycanda bunların heç biri yoxdur. Bu cür düşünürsünüzsə, onda bu xəritə nədir? - Hətta bu məsələni müəyyən mənada Türkiyə öz şansına da çevirə bilər. - Təbii, amma nə yazıq ki, o boyda şansını istifadə etmir. Mən həmişə demişəm ki, bu bölgənin taleyi Güney Azərbaycandan asılıdır. Deyirsiniz ki, Güney Azərbaycan kartından dünya istifadə etmir, amma məcbur olub istifadə edəcəklər. Müstəqil türk dövlətlərindən dördünün daxil olduğu bir türk birliyi var, bayrağı, akademiyası, parlamenti var. Bu, getdikcə böyüyəcək. Elə bilirsiniz, bütün türk dövlətlərinin başçılarının hamısı bunu istəyir? Bəzilərinin içində var bu türk sevgisi, bəzilərində isə heç yoxdur. Amma deyək ki, bu addımlar atılır, bu yol gedilir, niyə? Çünki Şimalda Cənuba doğru təzədən güclənməyə çalışan bir Rusiya var... - Şərqdə bir Çin var... - Elədir, Cənubda böyümək istəyən Hindistan var; burada bir fars şovinist siyasəti var ki, onlar mərkəzi Asiyaya və Qafqaz girmək istəyir. Çox dərindən dünyanı dərk edən insanlar başa düşürlər ki, bu yerin sahibi türklərdir, Çinin də Qərb tərəfi Doğu Türküstandır. Qazaxıstanın Avropadan üç dəfə böyük ərazisi var, getmişəm və son dərəcə zəngin, gözəl torpaqlardır. Ona görə şübhəsiz, burda böyük maraqlar var. Son dəfə aprel ayında yenə ABŞ konqresində görüşümüz zamanı dedim ki, gəlişimin bir məqsədi var - siz bu millətin gələcəyini necə görürsünüz bölgədə?.. Siz yeni dünya düzəni yaradırsınız, orda əlli milyonluq Azərbaycan xalqının yeri haradır? Onlar dedilər ki, siz də kürdlər kimi parçalanmış, əziyyət çəkmiş xalqsınız, gərək öz azadlığınıza və bütövlüyünüzə qovuşasınız. Dedim ki, bu cür düşünürsünüzsə, onda bu xəritə nədir? Qərbi Azərbaycan, Naxçıvan da daxil olmaqla böyük Kürdüstan yaradırsınız, əgər siz bu niyyətlə gəlirsinizsə, xahiş edirəm, gəlməyin bizim torpağa, bölgəyə... Biz onda sizin gətirdiyiniz demokratiyanı da istəmirik, çünki mənim torpaqlarımın itirilməsi hesabına qurulan demokratiyadan rəzil bir şey ola bilməz. Çox sərt bir söhbətimiz olmuşdu, amma onlar da dedilər ki, bu, qeyri-rəsmi xəritədir. Dedim, qeyri-rəsmi olsa da, siz bunu buraxmısınızsa, bu, psixoloji hazırlıqdır. Gəldiyim nəticə budur ki, kimsə gəlib mənim taleyimi həll edəcək, mənim üçün dövlət quracaq, açarlarını verəcək ki, al, bu sənin dövlətindir? Bu, mümkün deyil... Millət öz taleyini özü həll etməlidir. Əgər bir dərin dövlətimiz olsa... - Sabir bəy, Türkiyədən umacaqlarımızı dedik. Bəs Azərbaycanın quzeyində olan Azərbaycan dövləti necə, niyə o Güney Azərbaycanla bağlı siyasət yürüdüb bu sahədə işlər görmür? - Azərbaycan dövlətində Güneylə bağlı siyasət yanlışdır deyə bilmərəm, çünki heç siyasət yoxdur. Əgər bir dərin dövlətimiz olsa, siyasət olsa, mən buna sevinərəm və heç onu müzakirə etmərəm. Bunu dəfələrlə Milli Məclisdə də demişəm. Biz Güney Azərbaycandan bir nəfər uşağı gətirib burada oxutmuruq. - Niyə burda Güney Azərbaycan fondu yaradılmır? Tələbələrə yardım verilə bilər. Niyə Azərbaycan qırx milyonluq xalqı yetim buraxıb? Bizim Türkiyədən umacağımız var, amma özümüz... - Yanlış olaraq bu məsələylə bağlı mən neçə ildir tənqid olunuram. Yazırlar ki, Qarabağ məsələsini həll edib qurtardıq, indi Güneylə bağlı danışır. Ömrümün bu çağında diqqəti daha çox Güneyə yönəltmişəm, bu mənim seçimimdir. Bu seçimi mənim əlimdən ala bilməzlər. - Azərbaycanın bütövlüyü ideyası Elçibəydən sonra elə bil sahibsiz qaldı. İndi siz deyirsiniz ki, ona sahiblənmək və toplumda milli hədəf yaratmaq lazımdır. - Üzr istəyirəm, mən Elçibəydən qalan nəyəsə sahiblənmək niyyətində deyiləm və hesab etmirəm ki, Güney məsələsi Elçibəyin Bütöv Azərbaycan Birliyindən başlayıb. Güneylə bağlı yazılmış onlarla roman var. - Ədəbiyyatda Güneylə bağlı heç zaman boşluq olmayıb. "Gülüstan" poeması, Güneydə Şəhriyar vardı. - Mənim 12-13 poemam var, onun beşi Güneyə həsr olunub. Qarabağla Güney Azərbaycan bir-birini inkar etmir. Biz müstəqil olandan sonra düşünürük ki, İran bizim qonşumuzdur, güclü dövlətdir, böyükdür, biz buna söz deyə bilmərik. Mənim Güney məsələsi ilə bağlı üç dəfə BMT-də görüşüm olub və orada hər dəfə mənə deyiblər ki, "sizin dövlətiniz niyə yatır?" - İnsan haqları baxımından bu məsələ siyasi gündəmə gətirilə bilər. Çünki insan haqları heç bir dövlətin daxili işi deyil. - İnsan haqları fundamental məsələdir, dediyiniz kimi, heç bir dövlətin daxili işi deyil. Məsələni belə qoya bilərik ki, otuz beş milyon soydaşımız yaşayır və məktəbi, qəzeti yoxdur. Amma indi bizdə mümkün qədər çalışırlar ki, bu məsələ unudulsun. Məsələn, mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm, bizdə bəzi adamlar, bəzi dairələr var, mümkün qədər çalışırlar ki, oradan uzaqlaşım. Bu cür məsələnin mahiyyətini dərk etməyən adamlar var. Halbuki Azərbaycanın xoşbəxtliyi və gələcəyi bu məsələdən asılıdır. İnsanlarımız hazırdır - Sabir bəy, yeri gəlmişkən, siz Milli Azadlıq Hərəkatının ideoloqlarından birisiniz. O zaman yəqin ki, hər birinizin xəyalında, düşüncəsində bir Azərbaycan var idi. O idealınızdakı Azərbaycanla bu günkü Azərbaycan eynidirmi? - Mən inanıram ki, bu cəmiyyətlə neqativ şeylərin qarşısını almaq olar. Cəmiyyət əslində hazırdır. Düzünü deyim ki, hərdən gələcəyimizlə bağlı narahatlıq keçirirəm. İtirilmiş imkanlar var ki, biz o imkanları niyə itirdik, deyə onun ağrısını yaşayıram həmişə... Halbuki o imkanlar itirilməyə bilərdi. Milli dövlət və dövlətçiliyin əsaslarından biri odur ki, burda vətəndaş institutu güclənir, orta təbəqə yaranır, vətəndaş dövlətin idarə olunmasında mümkün qədər yaxından iştirak edir və o təbəqələşmə getdikcə, hətta zənginləşmə belə olsa, sıradan çıxır. Amma bizdə əksinə, bir yadlaşma gedir millətin içində... Zənginlər özləri ilə millət arasında böyük sədd və divarlar çəkirlər. Bütün bunlarla yanaşı əlbəttə ki, inkişaf gedir, bu inkişafı danmaq olmaz. Amma Azərbaycan bu qədər inkişaf var, bunun yanında sosial ədalət olsa, tamam ayrı bir mənzərə yaranar. - Sabir bəy, dediniz ki, "Dərdə əyilmə" kitabınız son publisist kitabınızdır. Bir vaxtlar "Ömür kitabı"nız vardı. Yeni bir "Ömür kitabı" yazmaq istəmirsiniz? Eynən o yanğı, eynən o dərdlə... - İndi tamam ayrı dövrdü, amma mənim ondan sonraki kitablarım da əslində elə "Ömür kitabı"mın davamıdır. |
2014-02-04 | 8,115 | Sutka ərzində 66 atəşkəs pozuntusu - Rəsmi | Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub. "Axar.az"a Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-02-04 | 8,116 | "Ay Zaur" bağlandı | "Xəzər" telekanalının "Ay Zaur" verilişinin yayımı dayandırılıb. "Axar.az" "Axşam.az"a istinadən xəbər verir ki, bu haqda verilişin aparıcısı Zaur Kamal deyib. Onun sözlərinə görə, yenilik etməyin zamanı çatıb: "Ay Zaur" bitdi. Beş ildir ki, efirdə idik. Hər buraxılışı birinci olurdu. Bir az dəyişiklik etmək istədim. Bundan sonra həftənin beş günü, "Beşdə beş" verilişi ilə tamaşaçıların görüşünə gələcəm". |
2014-02-04 | 8,117 | Qışın ən bahalı 11 “bazarlığı” | Qış transfer dönəminin ən bahalı 11 transferi məlum olub. "Axar.az" siyahını təqdim edir: 1. Xuan Mata ("Çelsi"dən "Mançester Yunayted"ə) - 61 milyon dollar 2. Nemanya Matiç ("Benfika"dan "Çelsi"yə) - 35 milyon dollar 3. Yohan Kabaye ("Nyukasl"dan PSJ-yə) - 32 milyon dollar 4. Kevin de Bruyne ("Çelsi"dən "Volfsburq"a) - 28 milyon dollar 5. Hernanes ("Latsio"dan "İnter"ə) - 27 milyon dollar 6. Məhəmməd Salah ("Bazel"dən "Çelsi"yə) - 25 milyon dollar 7. Kurt Zouma ("Sent Etyenn"dən "Çelsi"yə) - 20 milyon dollar 8. Kostas Mitroqlou ("Olimpiakos"dan "Fulhem"ə) - 18 milyon dollar 9. Lasina Traore ("Anji"dən "Monako"ya) - 13.65 milyon dollar 10. Şane Lonq (Vest Bromviç"dən "Hall Siti"yə) - 11.51 milyon dollar 11. Nikica Yelaviç ("Everton"dan "Hall Siti"yə) - 10 milyon dollar |
2014-02-04 | 8,118 | Hakan Şükür: “Nəyə desəniz and içərəm ki...” | "Hər nəyə desəniz, and içərəm ki, kiminsə təlimatıyla istefa verməmişəm". "Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri AKP-nin keçmiş millət vəkili Hakan Şükür istefasının səbəbi haqda danışdığı zaman deyib. Türkiyənin hakim partiyasının keçmiş millət vəkili, hal-hazırda Milli Məclisdə bitərəf millət vəkili olaraq fəaliyyət göstərən Hakan Şükür nə üçün məhz 17 dekabr əməliyyatlarından bir gün əvvəl istefa verməsi ilə əlaqədar suallara aydınlıq gətirib: "İnanclı olduğumu hamı bilir. İstədiyiniz hər şeyə and içə bilərəm ki, heç kimin göstərişi ilə istefa verməmişəm. Əgər kiminsə göstərişi ilə istefa verdiyim təsdiqlənsə, həyatımda çox şeydən vaz keçməyə hazıram". |
2014-02-04 | 8,119 | Əsəd qandan doymur: 78 ölü | Suriyada Əsədin ordusu tərəfindən həyata keçirilən hücumlar nəticəsində daha 78 nəfər ölüb. "Axar.az" xəbər verir ki, Suriya İnsan Hüquqları Təşkilatı (SNHR) tərəfindən verilən açıqlamada Əsəd hökumətinə tabe ordu tərəfindən müxaliflərin ələ keçirdiyi bölgələrdə həyata keçirilən hücumlar nəticəsində Hələbdə 43, Şam ətrafında 17, Xümsdə 11, Dərada 3, İdlib, Hama, Dəruz Zor və Xasəkə şəhərlərinin hərəsində bir nəfər olmaqla cəmi 78 nəfərin öldüyünü bildirilib. |
2014-02-04 | 8,120 | Piterdə asayişin təminatına qafqazlılıar cəlb olunacaq | Rusiyanın Sankt-Peterburq şəhərində asayişin təminatı üçün gənclərdən ibarət birliklər yaradılacaq. "Axar.az"ın Rusiya mediasına istinadən xəbərinə görə, şəhər hakimiyyəti əmindir ki, qayda-qanunun artırlılmasına Şimalı Qafqazdan olan şəxslərin cəlb edilməsi etnik cinayətkarlığın qarşısını alacaq. Sözügedən ideya 3 fevral 2013-ci il tarixində quberniyanın təhlükəsizlik məsələlərinə dair Əlaqələndirmə Şurasının iclasında qubernator Qeorqi Poltavçenko tərəfindən təsdiqlənib. Şəhər rəsmiləri bu cür birliklərin effekt verəcəyinə əmindirlər. Onlar hesab edir ki, Volqoqrad şəhərində baş verən iki terror aktından sonra kazaklardan ibarət dəstələrin yaradılması ciddi nəticələr verdi. Analoji irəliləyişə Sankt-Peterburqda da nail olunacaq. |
2014-02-04 | 8,121 | Ramil Səfərovun azad olunmasının sirri – Şok fakt | "Ramil Səfərovun azadlığa çıxmasında millətçi macar hökumətinin rolu böyük olub". "Axar.az" xəbər verir ki, bu sözləri Rus Müsəlmanlarının Milli Təşkilatının sədri Vadim Sidorov deyib. O, hazırda macar hökumətinin rəhbərliyində dayananların sırf millətçilərdən təşkil olunduğunu bildirib: "Macarıstanda seçkilərdə mühafizəkar Fides (Macar Vətəndaş İttifaqı) partiyası 54% səs toplayaraq hakimiyyətə gəlib. Onların tərkibində isə ultrasağçı Yobbik (Ən Yaxşı Macarıstan üçün) partiyası 17% səs yığa bilib. Bu iki millətçi partiya hakimiyyətdə təmsil olunur". Türk dövlətini müdafiə edən əsas qüvvə Ekspert macar hökumətinin özü üçün əsas prinsip kimi turanizmi rəhbər tutduğunu qeyd edib: "Macar hökumətində təmsil olun millətçilər nəinki antiqlobalist, antisemit və qaraçılara qarşı olmaqla yanaşı, pantürkist və turançı olduqlarını da bəyan ediblər. Bütün dünya Türkiyə üzərinə hücuma keçdiyi və Avropa İttifaqının Türkiyəni öz tərkibinə daxil etmədiyi bir vaxtda Macarıstan rəsmən 80 milyonluq bu türk dövlətini müdafiə edən əsas qüvvə olub". Hökumət hunlardan törədiyini təbliğ edir O, Macarıstan hökumətinin özünü Turançı olduğunu sübut etməkdən ötrü açıq fəaliyyət apardığını vurğulayıb: "Hökumət açıq-açığına özlərinin hunlardan törədiyini təbliğ etməyə çalışır. Hətta əski türk əlifbasının bərpa edilməsi ilə bağlı müəyyən işlər də görüblər. Bəzən Qərb alimləri buna görə onları tənqid edirlər". Genlərinin əsas hissəsi türk qanına aiddir V.Sidorovun sözlərinə görə, Yobbik partiyası rəsmən fin-uqor əsilli olduqlarını rədd edib: "Qərb alimlərinin dediklərində məntiqsizlik çoxdur. Əslində, macarların fin-uqorlarla uyğunluqları yalnız bir faiz təşkil edir. Onların genlərinin əsas hissəsi məhz türk qanıdır. Yobbik partiyası isə onların fin-uqor əsilli olmalarını Avstriya imperiyası alimlərinin uydurmasından başqa bir məna kəsb etmədiyini bəyan edib". Ramil Səfərov nədən Azərbaycana verildi? Ən maraqlı məqam isə ekspertin Ramil Səfərovla bağlı dediyi sözlərdir: "Yəqin xatırlayırsınız, Ramil Səfərov Qurgen Markanyanı Budapeştdə öldürmüşdü. Ona ömürlük iş kəsmişdilər. Amma sonradan o öz ölkəsinə, yəni Azərbaycana ekstradisiya olundu. Buna isə əsas səbəbkar macar millətçi hökuməti idi. Əvvəllər hökumət Azərbaycandan rüşvət almaqda günahlandırılırdı. Lakin sonradan hər şey bəlli oldu. Macar hökuməti bunu digər türk tayfalarından törəmə azərbaycanlılarla əlaqəni gücləndirməkdən ötrü etmişdi. Bununla onlar Türk Dünyasına daha yaxın olmağa çalışırlar. Əgər fikir versəniz, macarlarla Türk Dünyası, xüsusən, Azərbaycan və Türkiyə arasında isti münasibətlər məhz bundan sonra başladı". Ekspert turanizmin seçilməsində başqa bir məqsədin isə artıq böhranlar içində qıvrılan Avropadan qurtulmaq olduğunu göstərməyə çalışır: "Macarlar iqtisadi böhranların Avropanı cənginə aldığını yaxşı başa düşürlər. Ona görə Şərqə - öz soydaşlarına tərəf yönəlirlər. Türkiyə iqtisadiyyatı və zəngin karbohidrat yataqları məhz türklərin olduğu yerlərdədir". |
2014-02-04 | 8,122 | Milyonçular qrupunu idarə edən sosialistin sirri | Elə insanlar var ki, əsl həyat nümunəsi hesab olunurlar. Onlara həmişə rəğbət olub. Ser Aleks Ferqyuson da belələrindəndi. Onun peşəkar, unudulmaz karyerası buna misaldı. Şotland çalışdırıcı futboldan ayrıldıqdan sonra ilk dəfə həm keçmişi vərəqləyib, həm də gələcək planlarından danışıb. "Axar.az" gənc idmançılar, mütəxəssislər üçün əsl dərs vəsaiti sayıla biləcək müsahibəni təqdim edir: Cavan idim, hər şey mənə tez təsir edirdi - Premyer-Liqada klub sahiblərinin çoxu əcnəbidi. Bu, sizdə narahatlıq yaratmır ki? - Heç bir narahatlığım yoxdu. Məni "Mançester Yunayted"lə bağlı olan şeylər narahat edə bilər. - Bu vaxta qədər gördüyünüz ən yaxşı oyunçu kim olub? - Pelenin oyunlarını böyük heyranlıqla və maraqla izləyirdim. Sonra Peleylə birlikdə Maradonanı da sevməyə başladım. Cavan idim, hər şey mənə tez təsir edirdi. Amma sonra anladım ki, mənim üçün təkcə Pele önəmlidi. Söhbət bu gündən gedirsə, Messi və Ronaldo. Onlar inanılmazı bacarırlar. - Bacarıq, sahib ola biləcəyin ən yaxşı şeydi? - Həmişə söyləmişəm, indi də deyirəm. Sahib ola biləcəyin ən yaxşı şey cəsarətdi. Cəsarətli olan futbolçu topu asanlıqla saxlaya bilər, rəqiblərdən qorxmaz və həmişə özünü sübut etmək imkanı qazanar. Bütün böyük futbolçular dediyim cəsarətə sahibdilər. Martin Edvards və Bobbi Çarlton mənə çox inanırdı - Klubunuz həmişə sizin arxanızda oldu. Bu sizə əlavə güc verirdi? - Kluba gəldiyim ilk illərdə həmişə mənə inanmaları və ən çətin anlarımda belə dəstək olmaları uğurlar qazanmağımda böyük rol oynadı. - İşinizə xitam verilməsini istəyənlər də olmuşdu... - Bəli, doğrudu. Bir, ya da iki pankartda bu barədə yazılar oldu. Həmin vaxt özümə inamım azalmışdı. Ancaq əzmimi heç vaxt itirmədim. Etdiklərimin doğru olduğunu bilirdim. O vaxtlar klubun idarə heyətində yer alan Martin Edvards və Bobbi Çarlton mənə çox inanırdı. Onlar nə olduğunun fərqində idilər. Devid Bekhem, Rayan Giqqz, Pol Skoulz, Nikki Batt, Harri və Fil Nevill qardaşları ilə birlikdə çalışırdım. Onlar üçün xüsusi işlər görürdüm. Hamısı eyni vaxtda əsas komandada oynamağa başladılar. Yəni insanlar bugünkü "Yunayted"i dəyərləndirərkən adlarını çəkdiyim oyunçuların komandadakı rolunu anlamırlar. Onlar indiki "Mançester Yunayted"in fantastik ruhunu yaratdılar. - Nə vaxtsa kiməsə kin bəsləmisiz? - Xeyr, heç vaxt. Amma bu çox önəmli məsələdi. İnsanları kinli olub-olmamaları ilə tanımaq daha rahatdı. Kin yoxdusa, insanlar həmin adama rahat və tez güvənirlər. Futbolçuları yaxşı insan etməlisən - Universitetlərin birində sevgi və nifrəti bir-birindən ayıran araşdırma aparmaq istəyirdilər. Siz isə onların qarşısına "Ferqyuson formula" adlı kitabla çıxırsız. Bu kitab nə üçündü? İnsanlara liderliyin və idarəetmənin sirlərini öyrədirsiz? - Daha çox liderliyin sirlərindən bəhs olunur. Bəzən elə olur ki, milyonerlərdən ibarət bir qrupu idarə etməli olursan. Burda idarəetmə çox vacibdi. Çünki bəzən onların daxilinə nələrisə əlavə etməli olursan. Məsələn, futbolçuları daha yaxşı insan etməlisən və ya xarakterlərini dəyişməlisən. Belə çox misallar çəkə bilərik. Bunun riyaziyyat və ya tarix dərsləriylə heç bir əlaqəsi yoxdu. Söhbət insanları ən yaxşı olacaqlarına inandırmaq üçün onlara verdiyin ilhamdan gedir. - Onda belə çıxır ki, futbolçulara həyatı öyrədirsiz? - Bəli, bunun çox vacib olduğunu düşünürəm. Onların xarakterlərini də inkişaf etdirmək lazım olur. Doğru xarakterə yüksəldiklərində sizi heç vaxt yarı yolda qoymayacaqlar. Meydana çıxdıqları zaman onlara öyrətdiyin hər şey üçün vuruşacaqlar. Daim qazanmaq mentalitetinə və əzmkarlığa sahib olacaqlar. Eyni zamanda, məğlub durumda belə necə davranmalı olduğunuzu bilməlisiz. Bəzən isə özünüzü onların yerinə qoymalısız. Mən sonuncu varianta daha çox üstünlük verdiyimi düşünürəm. Daha böyük rəqabət harda var? - Sizə başqa klublardan təklif gəlmişdimi? Sizə nə təklif etdiklərinin önəmi olmadımı? - "Mançester"də olduğum müddətdə bir neçə yerdən təklif aldım. Hamısına da eyni cavabı verdim: "Yunayted"dən niyə ayrılım ki? Daha böyük rəqabət harda vardı? Burda bir dəfə qazandığınla kifayətlənməməlisən. "Mançester Yunayted"də bir uğurdan sonra yenisini qazanmağa məcbursan. Yerində dayana bilməzsən. Rəqabət budu. Daim qazanmaq istəyini qorumaq mənim sahib olduğum tutarlı amildi. - 1995-ci ildən Qleyzer ailəsi klubu idarə etməyi başladı. Nəsə dəyişiklik oldumu? - Heç bir şey dəyişmədi. Öncə klubun azarkeşləri Qleyzerlərin klubun almasını qəbul etmirdilər. Sonradan hər kəs onların burda yaratdıqlarını çox bəyəndi. Eyni zamanda onlarla işləmək mənə də rahat idi. Onlar işlərimə heç vaxt qarışmadılar. Hətta mənə zəng edib, problem varmı deyə soruşmadılar. Bu, çox vacib məsələdi. Onlarla dəfələrlə görüşürdüm. Amma heç vaxt komanda müzakirə mövzumuz olmadı. - Roman Abramoviç haqqında nə düşünürsüz? - "Çelsi"də qəribə vəziyyət var. Tez-tez məşqçi dəyişikliyinə əl atırlar. Bu da onlara təsirsiz ötüşmür. Hər şeyə rəğmən, onlar həmişə bizim ən böyük rəqiblərimizdən biri olub. Runinin etdikləri göz önündədi - Ueyn Runiylə aranızda nə baş vermişdi? - Heç nə olmamışdı. Məni narahat edən heç bir şey yaşanmadı. Həmin vaxt işlərimiz yaxşı getmirdi. Zaman ötdü və o, enerjisini bərpa etdi. Etdikləri isə göz önündədi. - Onu oğlunuz kimi düşünürdüz? - Runi komandaya gələndə 17 yaşı vardı. Birlikdə hər şeyin ən yaxşısı üçün vuruşduq. Çox gözəl günlərimiz oldu. - Amma sonu pis oldu... - Mən elə düşünmürəm. O, indi də qarşıma çıxsa, əlimi sıxar. - Onun kimi oyunçuları necə tərbiyələndirirdiz? - Həftəlik maaşlarını kəsirdim. - Bəs əsas heyətdən kənar qoymazdız? - Xeyr, bunu heç vaxt etməzdim! Bu vaxta kimi etmədiklərimi edəcəm - Futbola geri dönmək şansı yoxdu? - Artıq qərarımı vermişəm. Geriyə dönmək fikrim yoxdu. İndi bu vaxta kimi etmədiklərimi edəcəm. "Kentuki" derbisini, "Melburn" kubokunu (dünyanın ən məşhur at yarışlarından ikisi) yaxından izləmək istəyirəm, Fransadakı üzüm bağlarında olmağı çox arzulayıram. - Hələ də Deyvid Moyesin arxasındasız? - Əlbəttə. Buna yüz faiz əmin ola bilərsiz. Klub rəhbərliyi ona həmişə dəstək olacaq. O da hər dəfə daha yaxşı işlər görəcək. - Yeni işiniz haqda danışın. - Həm "Mançester Yunayted"in, həm də UNICEF-in böyük elçisiyəm. Çox yaxşı işdi. Bilirsiz ki, UNICEF dünyada xeyirxah əməllərlə məşğuldu. Tailandda oldum. Orda maddi ehtiyac içində və müxtəlif problemləri olan uşaqlarla birlikdə vaxt keçirdim. Bizim işimiz onlara maddi dəstək qazandırmaqdı. Bunun üçün bizim kimi insanların əməyinə ehtiyac var. Həmçinin, uşaqlar bizimlə birlikdə çətinliklərini qısa müddətli olsa da unudaraq, çox gözəl zaman keçirdilər. Fərqli işdi. Amma burda da rəqabət yaratmaq lazımdı. - Hələ də sosialistsiz? - Bəli. Bu, heç vaxt dəyişməyəcək. Mən sosialist insanların arasında böyüdüm. Anam, atam sosialist idi. Dəyişməməyim mənə heç vaxt zərər vermədi. - Qırdığınız rekordları, möhtəşəm karyeranızı düşünərkən, qazandıqlarınızı və itirdiklərinizi xatırlayırsız? - Yaxşı sualdı. Yaşadığım məğlubiyyətlər haqqında danışa bilərəm. "Mançester Siti"yə 1:6 və 1:5 hesabıyla uduzduğumuz oyunları heç vaxt unutmaram. "Siti"yə öz meydanımızdakı məğlubiyyətdən sonra evə gəlib, başımı yastığın altına soxmuşdum. Heç kimi görmək istəmirdim. Həyat yoldaşım məndən nə olduğunu soruşdu. 1:5 hesabıyla uduzduğumuzu söylədim. O, "sən heç vaxt belə hesabla məğlub olmazsan" dedi. İndi də xatırlayanda özümü yaxşı hiss etmirəm. Nə baş verdiyini anlamırdım - Bəzi oyunçular barədə danışaq. Öncə Giqqz... - Onun ailəsiylə isti münasibətlərim olub. Anası bizim üçün çay, yemək hazırlayardı. O, anasını çox istəyirdi. İlk növbədə ananın diqqətini, sevgisini cəlb etmək lazımdı. Ananız yanınızda olarsa, uğurlar həmişə sizinlə olar. - Harri Nevill... - Mükəmməl xarakterə sahib bir insandı. Hər gün səhər 6-da oyanıb, bütün qəzetləri oxuyar. Bütün dünyada nələrin baş verdiyini bilmək istəyər. Uğurlu insan nümunəsidi. Dahi deyil. Amma çox-çox yaxşı insandı. Ona mənimlə çalışmağı təklif etdim. Amma istəmədi. - ...və bir vaxtlar Devid Bekhem adlı bir gənc vardı... - Devid? Bəli, inanılmaz insandı. Demək istədiyim odu ki, o, özünü çox gözəl yetişdirib. Əla adamdı. - Bunları necə etdi? - Hər zaman gözəl gülüşü vardı. Özünü çox gözəl təqdim edərdi. Onu 12 yaşı olanda kəşf etdim. Daxilində hər şeyin ən yaxşısını bacarmaq arzusu vardı. Məşqlərdə əzmlə çalışırdı. Hətta gün ərzində dərslər bitdikdən sonra belə məktəbin həyətində yoldaşları ilə məşq edərdi. Giqqz və Skoulzla bir dönəmdə idi. Sonra bir qızla evləndi və həyatı dəyişdi. - "Spays Görlz" (mahnı qrupu)... - Hə. Onun fikirləri, məqsədi tamam dəyişmişdi. Tamamilə şöhrətpərəst olmuşdu. Mən futbol adamı idim. O isə artıq mənlik deyildi. - Bu zaman ona nəsə demədiz? Yolundan döndərməyə çalışmadız? - Ağlı başında deyildi. Sözlərimə qulaq asmayacaqdı. Hər zaman "mən aşiq olmuşam" deyirdi. O vəziyyətdə onun üçün edə biləcəyimiz bir şey yox idi. Demək olar ki, hər şeyini itirmişdi. Ancaq "Real"da özünü toparlaya bildi. Gözlərimə inana bilmirdim. Həmçinin nə baş verdiyini anlamırdım. Ən yaxşı olduğuna əmin olmaq üçün getdi və bacardı da. Yoxsa buna icazə verməzdim. O, "Mançester"dən sonra "Real"da da ən yaxşı olmağı bacarmışdı. Daha sonra özünü yenidən kəşf etdi. Yaşına rəğmən, millisinin şərəfini qorumaq imkanı əldə edirdi. "Milan"da da yaxşı işlər gördü. |
2014-02-04 | 8,123 | Polad Bülbüloğlu 70-ə keçdi - Video | Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycan SSR xalq artisti Polad Bülbüloğlunun 69 yaşı tamam olur. "Axar.az" xəbər verir ki, hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Onun "Dolalay", "Zəng et", "Durnalar", "Gəl ey səhər" kimi ifa etdiyi yüzlərlə mahnı bütün Sovet İttifaqında səslənərək hər kəsin sevimli mahnısına çevrilib. Polad Bülbüloğlu "İstintaq davam edir", "Qorxma, mən səninləyəm", "Mən mahnı qoşuram", "Papaq" və digər filmlərdə yaratdığı obrazlarla tamaşaçıların yaddaşına həkk olunub. |
2014-02-04 | 8,124 | “Topaz"ın müdhiş fırıldağı | Azərbaycanda futbol qumarı "Topaz"ın himayəsinə keçəndən bəri bu şirkətlə bağlı söz-söhbət səngimək bilmir. "Topaz"ın qumar bazarını monopoliyaya aldıqdan sonra bukmeker həvəskarlarına seçim imkanı verməməsi mətbuatda dəfələrlə qabardılıb. Ancaq "Topaz" monopolist düşüncə tərzini aradan qaldırmaq əvəzinə, proqnozsevərlərin hüquqlarını daha çox pozmağa meyl edir. Artıq Azərbaycanda futbol qumarı eyforiyası yavaş-yavaş səngiyir. Proqnozsevərlər "Topaz"ın onları soyub-taladığını anladıqca, şirkətin məntəqələrinin qapılarını açmırlar. İndi insanlar ya "qara bazar"a üz tuturlar, ya da internet vasitəsiylə xarici bukmeker kontorları ilə əməkdaşlıq edirlər. Publika.az xəbər veriri ki, "Topaz"ın daha bir fırıldağı ilə bağlı mətbuatda məlumat yayılıb. "Komanda" qəzetində "Topaz"ın müdhiş fırıldağı ilə bağlı dərc olunmuş yazını olduğu kimi təqdim edirik: "Bu yaxınlarda Sumqayıt şəhərində proqnozsevər kiçik məbləğlə "Topaz"da 157 min manat uduş qazanıb. Ancaq həmin şəxs pul udmağın sevincini çox yaşaya bilməyib. Məlumatda bildirilir ki, vətəndaşı polis əməkdaşları sorğu-suala tutublar. Ondan tələb ediblər ki, proqnoz verdiyi oyunların nəticələrini hardan bildiyini açıqlasın. Polis əməkdaşları pul udan vətəndaşı oyun alqı-satqısında ittiham ediblər. Psixoloji təzyiqlərə məruz qalan vətəndaş sonda uduşdan imtina etdiyini bildirib. Məlumat verən mənbə bildirir ki, əslində, həmin polis əməkdaşları bu qanunsuzluğu "Topaz" məntəqələriylə birgə həyata keçirirlər. "Topaz"ın məntəqə sahibləri böyük məbləğdə uduş əldə edən şəxsin kimliyini və ünvanını onlara "işləyən" polis əməkdaşlarına ötürürlər. Qanunsuz əməllə məşğul olan polis əməkdaşları da həmin şəxsi söhbətə çağırırlar. Beləcə, ona psixoloji təzyiqlər edilir. Nəticədə vətəndaş uduşdan imtina edir. Təbii ki, "Topaz" belə əməliyyatlardan sonra polislərə də görüm-baxım edir. Sumqayıtda baş vermiş bu olayla bağlı artıq bütün şəhərdə məlumatlıdılar. "Komanda" qəzeti həmin şəxsin aşkarlanması üçün müəyyən cəhdlər etdi. Ancaq pulu əlindən alınan həmin adam danışmaq istəmədi. Görünür, həmin şəxs hələ də psixoloji basqının təsiri altındadı. Bütün hallarda, məsələni gündəmdə saxlayacağıq". |
2014-02-04 | 8,126 | Bizə hind camışı və murdar ət yedirdirlər: - Araşdırma | Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir. Nəzərə alsaq ki, yerli istehsal son illər bazarın 80 faizini ələ alıb narahatçılıqlar bir az da artır. Çunki yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Analoji şəraitdə isə heyvanların elektrik cərəyanı ilə öldürülməyib əllə üzü qibləyə və Allahın adi ilə "Bismillah" deyilərək kəsilməsi belə məhsulun halallığına təminat vermir. Bu barədə bir qədər sonra… "Axar.az" "Publika.Az"a istinadən kolbasa, eləcə də sosis məhsulları bazarından araşdırmanı təqdim edir: 10-15 faiz zülal, 20-30 faiz piy Rəsmi mənbələrə görə, Azərbaycanda bir ildə adambaşına 0,6 kq suda bişmiş kolbasa, 0,9 kq sosiska və sardelka yeyilir. Son illər kolbasa istehlakı 2005-ci illə müqayisədə 20 faiz artıb. Normalda kolbasanın 45 faizini yağlar, 12 faizini isə zülal təşkil edir. Alimlərin hesablamalarına görə, bu qida məhsulu ilə orqanizmə il ərzində 10 kq yağ daxil olur. Bazarda üstünlük təşkil edən "Lider", "Hacı Turqay","Sab", "Kral", "Ovçu", "Kristal", "Sevimli Dad" eləcə də digər kolbasa və sosislərin tərkibinə nəzər yetirsək, 10-15 faiz zülal, 20-30 faiz piyin payına düşür. Hansı ki bunun özü də kifayət qədər ciddi fərqdir. Kolbasanın icad tarixinə nəzər salsaq görərik ki, bu məhsul həmişə qatqısız filansız ətdən hazılanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurulurmuş, daha sonra isə ədəvalar və duz əlavə olunaraq, ucları bağlanıb, qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb. Bir çox hallarda isə tüstünün üzərindən asılırmış. Tüstü milçək və digər həşaratları qaçırırmış. Belə üsulla hazırlanan kolbasa dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz imiş. Yeri gəlmişkən, kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də istifadə edilirmiş. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilirmiş. Hazırda kolbasaların hazırlanma resepti müxtəlifdir. Lakin o zamanla müqayisədə onları tam ət məhsulu hesab etmək olmaz. Çünki kolbasanın tərkibinə ətlə bərabər donuz piyi, nişasta, natrium nitrit, kompleks qarışıq ətriyyatlar, boya, müxtəlif ədviyyatlar vurulur. Düzdür, müvafiq qurumların açıqlamalarına əsasən həmin qida və əlavələr Azərbaycana Avropa ölkələrindən gətirilir. Və bunların da müvafiq sənədləri olur. Lakin ətin baha, kolbasanın qat-qat ucuz olduğu ölkədə qatqıların xaricdən alınması bir qədər pafoslu görünür. O cümlədən kolbasa o məhsul növlərindəndir ki, istehsalında hansısa komponentin (məsələn nitritlərin) normadan artıq istifadəsi xərçəng kimi xəstəliklər yaradır. Bu səbəbdən də qonşu Türkiyədə Kənd Təsərrüfatı Nazirliyi hazılanmış ət məhsullarında hiylənin qarşısını almaq üçün qarışıq ətdən istifadəni qadağan edib. Kolbasa və sosislərin 100% ətdən hazırlanması haqqında qərar qəbul edilib. Mal ətinin kiloqramı 9 manat, kolbasa 6 manat Bazarda müşahidələrimiz göstərir ki, kolbasaların kiloqramı 6-15 manat, sosislər 4-8 manat arasında dəyişir. Yəni bundan baha yerli məhsul tapa bilməzsiniz. İdxal kolbasa və sosislər isə 2 dəfə yüksək qiymətədir. Əslində bu bir tərəfdən təbiidir. Hələ qədimlərdə ətin indiki dövrdəki kimi baha olmadığı zamanlarda hazırlanmasında xeyli farşdan istifadə olunduğundan kolbasaların miqdarı az, qiyməti yüksək idi. Bu gün Azərbaycanda ətin kiloqramı ilə kolbasanın kiloqramının qiyməti arasında nisbi uyğunsuzluq var. 1 kq mal əti 8-9 manat, 1 kq kolbasanın isə orta qiyməti 6 manat təşkil edir. Satışda hətta 3-4 manata da da kolbasa növlərinə rast gəlmək mümkündür. Bu da onu göstərir ki, kolbasa istehsalında əti əvəzedən əlavələrdən geniş istifadə edilir. "Sab" kolbasalarının əti hindistandan gəlir Kolbasa sənayesində az xərc çəkib, daha çox gəlir əldə etmək vasitəsindən biri də yararsız ətdən istifadədir. Bu ətlər yerli fermer təsərrüfatlarından, eləcə də xaricdən alınır. Xüsusilə, Hindistandan camış ətinin idxalı daha ucuz başa gəldiyindən yerli kolbasa istehsalında mal əti adı ilə camış ətindən geniş istifadə edilir. Uzağa getməyək, götürək elə kolbasa, sosis sənayesində kifayət qədər məşhur olan "Sab" nişanlı eyni məhsulları. "Sab" nişanı ilə kolbasa, sosis məhsulları istehsal edən "Zəhmət-Ruzi" şirkətini. Şirkətin rəhbərliyi özü müsahibələrində xammalın 50-60 faizini Hindistandan, 30-35 faizini yerli bazardan aldıqlarını etiraf edir. Lakin onları ətraflı dinlədikdə bəlli olur ki, həmin rəqəm daha yüksəkdir. Yalnız təchizetmə ilə bağlı gecikmələr olduqda yerli ət alırlar. Şirkət iddia edir ki, Hindistanda dörd halal müsəlman şirkət ilə işləyir. Bunlar da Sebako, Premyera, Allana və Alnurdu. "Camış ətinin nəyi pisdir?" sualı yarana bilər. Lakin belə ətlər çox zaman dondurulmuş vəziyyətdə olduğundan heyvanın qoca və ya cavanlığı bilinmir. Başqa tərəfdən Hindistan ciddi xəstəliklərin mövcud olduğu ölkədir. Ətin dondurulmasını, idxal zamanı qət olunan məsafəni, xüsusilə malın hansı şəraitdə daşındığını nəzərə alsaq, baş qaldıran bakteriyaları saymaqla bitirmək olmaz. Ən ciddisi də odur ki, təkcə "Zəhmət-Ruzi" şirkəti deyil, digər kolbasa istehsalçıları da xammal üçün Hindistana müraciət edirlər. Bunun üçün rəsmi statistikada idxalın həcminə nəzər yetirmək kifayətdir. Son illər ölkəyə camış ətinin idxalı artıb. Təkcə ötən ilin 5 ayında ölkəyə Hindistandan 1578 ton camış əti gətirilib. Eləcə də, idxal olunan camış ətinin miqdarı 1578 ton, donuz əti 774 ton, donuz piyi 1200 ton təşkil edib. Söz donuz əti və piydən düşmüşkən istehsalçılar əmin edirlər ki, məhsulları İslam dininin qida tələblərinə uyğundur və "Halal" standarlarına cavab verir. O halda görəsən, 2009-cu ildə 862,3 ton, 2010-cu ildə 715 ton, 2012-ci ildə isə 777 ton donuz piyi ölkəyə nə məqsədlə gətirilib? Donuz ətinin idxalı da yüksək rəqəmlərlə ifadə olunur. Qida sənayesində donuz piyinin, ətinin yeganə təyinatı kolbasa sənayesi olduğundan bu rəqəmlər faktiki istehsalın həcminə işiq salır. Bir-birini döyən rəqəmlər Rəsmi statistikaya nəzər yetirdikdə bəlli olur ki, son illər ölkəyə kolbasa idxalı azalıb. Əgər 2006-ci ildə ölkəyə 4167,3 min ABŞ dolları dəyərində kolbasa idxal edilibsə, 2009-cu ildən bu rəqəm azalıb. 2010-cu ildə ölkəyə 1263,8 ton və ya 3115,4 min dollar dəyərində kolbasa gətirilib. Bununla belə istehsal da guya aşağı düşüb. Dövlət Statistika Komitəsinin ötən ilin 11 ayına olan məlumatına görə, hüquqi şəxs kimi fəaliyyət göstərən müəssisələrdə 1 620,3 ton kolbasa və sosiska məhsulları istehsal edilib. Bu isə 2012-ci ilin eyni dövründəkindən 11,7% azdır. 2012-ci ildə yerli istehsal və idxalın ümumi həcmi 4,6 min ton olub. Onu da bildirək ki, ölkədə fəaliyyət göstərən ət məhsulları istehsalçılarının illik istehsal gücləri və gerçək satış həcmləri barədə rəsmi qaynaqlarda məlumat verilmir. "Lider RM" ASC - nin "Halal" kolbasaları Statistika Komitəsi nə deyir desin, istehsalla bərabər, şirkətlərin də sayı durmadan artır. Bazarın bu seqmentində apardığımız araşdırmalar göstərir ki, kəmiyyət artımı keyfiyyətin artımı demək olmayıb. Əksinə, alıcıları cəlb etmək məqsədilə gecə-gündüz reklamı aparılan müəssisələrin əksəriyyəti bazara təhlükəli məhsul təqdim edirlər. Götürək ticarət şəbəkələrinin piştaxtalarını bəzəyən "Lider RM" ASC-nin məhsullarını. Müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil. ASC fəaliyyətə başladığı 1996-cı ildən bu tərəfə məhsul assortimentini 120-yə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib. Misal üçün, şirkətin rəsmi internet səhfəsində qeyd edilib ki, müəssisədə İSO 9001 keyfiyyətli idarəetmə sistemi tətbiq olunub və sertifikatlaşdırılıb. O da əlavə edilib ki, istehsal prosesində xarici ölkələrdə istehsal edilən yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur. Maraqlıdır ki, özü ilə bağlı hər detalı önə çəkən ASC sözügedən yüksək texnalogiyalı avadanlıqların adlarını, hansı şirkətlərə məxsus olduqlarını açıqlamayıb. Bundan əlavə şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigyenik sertifikatı olsa da, kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur. "Lider RM" ASC -yə məxsus "Halal"kolbasa çeşidlərinə gəlincə, müəssisədə donuz kolbasaları ilə müqayisədə "Halal" kolbasalara daha çox kimyəvi qatqılar vurulur. "Lider RM" ASC-nin "Halal standartı altında istehsal etdiyi çeşidlərin əksəriyyətinə natrium nitrit qatılır. Məlumat üçün bildirək ki, natrium nitrit NаNО2 (Е250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır. Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır. Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NаNО2 (Е250) onlarda sinir xəstəlikləri yaradır. Mütəxəssislər bildirir ki, "E250" 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konservant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir. Məsələnin başqa tərəfi şirkətin laboratoriyasının olmamasıdır. Müqayisə üçün bildirək ki, kolbasa istehsal edən "Səhliyalı" firmasının özəl laboratoriyası var. Orada müəssisəyə daxil olan bütün qida məhsulları müayinədən keçirilir, gündəlik fiziki, kimyəvi analizlər aparılır. "Ovçular ət və ət məhsulları" MMC hələ də bizi zəhərləyir Götürək digər digər istehsalçı olan "Ovçular ət və ət məhsulları" MMC-ni. İki il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiiəsi Dövlət Xidməti tərəfindən bir sıra kolbasa və sosis çeşidlərinin istehsalına qadağa qoyulan "Ovçular ət və ət məhsulları" MMC yenə də istehlak bazarını ət məhsulları ilə təhciz edir. Xatırladaq ki, o zaman MMC Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu. Həmin ərəfədə "Ovçular ət və ət məhsulları" MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlərimiz göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib. Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda "at oynadırlar". "Ovçular ət və ət məhsulları" MMC-nin məhsullarından satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, "Ovçular ət və ət məhsulları"na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar. Kolbasanın istifadə müddəti Kolbasa tez хarab olan məhsullar qrupuna aiddir. Rusiyada bişmiş-hisə verilmiş kolbasaların istifadə müddəti 60 günə qədərdir. Bizdə bu rəqəm bir qədər aşağıdır. Belə ki, Azərbaycanda bişmiş kolbasalara 30 sutka müddətinə, sosiskalara isə 15 sutka müddətinə icazə verilib. Hisə verilmiş kolbasalara isə 35-40 gün ərzində icazə verilir. Amma bazarda gəlin görək 15 sutkalıq sosislər varmı? Təbii ki yox. Kolbasa istehsalçıları rəqabətə görə, öz məhsullarının müddətini artırmağa çalışırlar. Ən inkişaf etmiş sahə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov bizə açıqlamasında kolbasa və sosislərin keyfiyyəti ilə bağlı irəli sürülən ittihamlarla razılaşmadığını bildirdi: "Kolbasa ilə bağlı Azərbaycan Respublikasında 8-9 dövlət standartı mövcuddur. Növlərə görə tələblər dəyişir və müxtəlif tələblər olur". O həmçinin qeyd etdi ki, kolbasa istehsalı Azərbaycanda, ən inkişaf etmiş sahələrdəndir: "Buna baxış keçirərək şahid ola bilərik. Hansısa məhsulun tərkibindən söz açarkən, onun mütləq laboratoriyasının nəticələri, sınaq protokolları əsasında danışılsın. Heç kim, yuxuda gördüyünü və yaxud ürəyindən keçəni, məhsulun tərkibi haqqında deyə bilməz. Bu, istehlakçıları çaşdırmaq məqsədi daşıya bilər. Onun üçün xahiş edirəm ki, məhsulun tərkibi haqqında danışarkən, onu mütləq laboratoriya sınaqlarına istinad edilsin və ona uyğun danışılsın". |
2014-02-04 | 8,127 | Tanınmış yazıçının pulunu necə oğurladılar? - Faktlar | Havaların kəskin soyuması kommunal xidmətlərə olan təlabatı artırıb. Vətəndaşlar ən yaxın ödəmə terminallarında qaz, işıq pullarını ödəyərək soyuqdan qorunmaq istəsələr də, buna nail ola bilmirlər. Hər halda "Axar.az"a daxil olan şikayətlərdən bu qənaətə gəlmək mümkümdür. Hazırda ən populyar olan "Milli ÖN" ödəniş sistemi köşklərindən narazılıqlar, pulun hesaba köçürülməməsi barədə şikayətlər günbəgün artır. Həmin köşkləri idarə edən "Komtec" LTD MMC israrla qüsussuz fəaliyyət göstərdiyini bəyan etsə də, reallıq bunun əksini göstərir. "Milli ÖN" söz adamını qurban seçir Dünən "Milli ÖN"ün qurbanına çevrilən dəyərli ziyalı, ədəbiyyatşünas Məti Osmanoğlu bizimlə söhbətində terminalın nasazlığı üzündən qazsız qaldıqlarını bildirdi: "Smart kart"la qaz ödənişi etmək üçün "Milli ÖN" ödəmə terminalına 50 manat daxil etdim və terminal pulumu rəsmən mənimsədi. "Qaynar xətt" nömrəsinə zəng vurdum. Oradan əcaib bir cavab aldım: "Sizin sorğunuz 4 iş günü ərzində araşdırılacaq". Belə çıxır ki, bu gün sayğacın yaddaşındakı balans bitsə, dörd gün soyuqda qalmalıyıq". Can da gedir, mal da M.Osmanoğlu burada üç ciddi problemin olduğunu vurğuladı: "Aydın məsələdir ki, insan kimi hər hansı texniki qurğu da səhv edə bilər və burada qeyri-adi heç nə yoxdur. Ancaq avtomat sahibləri, ondan pul qazananlar müştəriyə tərəfdaş kimi yox, asılı tərəf kimi baxırlar - problem bundadır. Məsələn, avtomatın səhvinə görə bizim evin qazı bir həftə kəsilə bilər. Bu, belə olmamalıdır, avtomat sahibi məndən dərhal üzr istəməli və səhvini düzəltməlidir. Ancaq əvəzində nə olur? Birincisi, avtomatın səhvinə görə müştəri 4-5 gün və ya bir həftə istiliksiz qalır. İkinci, məsələni aydınlaşdırmaq üçün müştəri mobil telefon operatoruna əlavə pul ödəməli olur. Üçüncü problem isə xidmət göstərən şirkətin müştəriyə pulsuz rabitə xidməti göstərməməsidir. Onunla yalnız mobil telefonla əlaqə saxlamaq mümkün olur. Bütün bunlar müştəriyə ziyan vurmağa hesablanıb". Bu işdən fırıldaq qoxusu gəlir M.Osmanoğlu "qaynar xəttə" vurduğu zəngə görə telefonundan 1 manata yaxın pulun çıxıldığını deyib: "Milli ÖN"ün sahibi "Komtek LTD" şirkətinin rəhbərliyi ilə danışmaq üçün şirkətin saytındakı 404 41 (05/06/07) telefonlarına zəng vurmaq istədim: gün ərzində bu telefonlardan eşitdiyim musiqi və reklamlar oldu. Nəhayət, şirkətin saytda göstərilən ünvanına getməyi qərara aldım. Mühafizəçi bildirdi ki, şirkət buradan köçüb və heç bir ünvan saxlamayıb. Vallah, bu işdən fırıldaq qoxusu gəlir". Problemlə bağlı "Axar.az" daxil olan digər bir şikayətdə isə vətəndaş ödədiyi məbləğin "Azəriqaz"la "Milli ÖN" arasında "itdiyini" deyib: "2014 cü il yanvarın 25-də "Nizami" metrosunun girişində qaz smartkartına 5 manat pul ödəmişəm. Saygaca kartı daxil edirəm, sistemə pul ödənilmədiyini göstərir. Yanvarın 27-də *0010 nömrəli "Qaynar xətt"ə zəng vurdum. Operator mənə dedi ki, get "Azəriqaz"a, sənəd al gətir, sonra baxarıq. Mənim bura yazmaqda məqsədim odur ki, bir müştəri olaraq məni incidirlər". Al gətir, sonra baxarıq Məsələyə aydınlıq gətirən "Komtec LTD" MMC-nin mətbuat xidmətinin rəhbəri Zəki Kazımzadə vətəndaşlara bu cür cavab verilmədiyini dedi: "Bizdə "al gətir, sonra baxarıq" formasında insanlara cavab verilməsi ola bilməz. Çox şübhəli bir söhbətdir. Əgər ödənislə bağlı problem varsa, abunəçi *0010 nömrəsinə zəng etməlidir. Bizim "call-center"in isçiləri ona kömək edəcəklər". Son vaxtlar "Milli ÖN" terminallarında xidmətin keyfiyyətinin aşağı olmasına gəlincə, Z.Kazımzadə bunu inkar edib: "Biz statistika aparırıq və deyə bilərəm ki, bizdə tranzaksiyaların sayı gündən-günə artır. Lakin şikayətlərin sayı artmır. Bizim "call-center" bütün sutkanı işləyir və alınan məlumatlara əsasən deyə bilərik ki, problem cox azdır. "Milli ÖN"də tranzaksiyaların sayının artması və əhalinin loyallığı başqa bir məlumat verir. Əhali "Milli ÖN"ə üstünlük verir və ona inanır". Üzü astarından baha Onu da qeyd edək ki, son günlər "Milli ÖN" ödəmə terminallarında vətəndaşların aldadılması sosial şəbəkələrdə də geniş müzakirə olunur. Həmin müzakirələrə qoşulan Rumiyyə Mir Aslan öz şərhində qeyd edib ki, belə hadisə ilə bir neçə dəfə rastlaşıb: "Belə hadisə bir neçə dəfə bizim də başımıza gəlib. Balansdan konturların silinməsindən əlavə bildiriblər ki, yaşadığınız ərazinin qaz idarəsindən arayış gətirin, Nərimanovdakı ofisimizdən pulunuzu geri alın". Baxdıq ki, bu işin üzü astarından baha başa gələcək, o üzdən hər dəfəsində pulu onlara haram edirik". Əslində, bu tipli ödəmə terminalları uzun növbələrə son qoymaq, vətəndaşların rahat və təhlükəsiz ödəniş etmələri məqsədilə yaradılıb. Lakin sadalanan problemlər insanları yenidən köhnə sistemə qayıtmağa məcbur edir. |
2014-02-04 | 8,128 | Sünni yazardan Qamət Süleymanova sərt cavab - Foto | "Taymtürk" yazarı Fürkan Azəridən məktub: "Ey sünni xalq!" Ermənistanın ən yaxşı dostlarından birinin İran olduğunu unutmusunuz? "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli yazar Fürkan Azəri "Qamət Süleymanova və Azərbaycan ictimaiyyətinə müsəlmanlar adına açıq cavab" məktubu yazıb. Məktubun əsas hissələrini təqdim edirik: "Bu məktubu zülm altında acı-acı inləyən müsəlmanları, Səfəvi-Rafizi-Erməni-Rus zalımlarına qarşı Suriyanın müsəlman xalqına köməyə gedən Azəri mücahidlərini və Suriya müqavimətini qaralayan, onlara böhtan atan, onları xaricilikdə ittiham edən Qamət Süleymanova və bənzərlərinə cavab olaraq yazdıq. Ayrıca, Sünni xalqımıza şərəfli, ədalətli və vicdanlı insanlara da səslənmək istədik". Ey sünni xalq! "Hardasa iki heyvana əziyyət verilsə, iki ağac kəsilsə, bütün dərnəklər və dünya ayağa qalxar, vicdanlar sızlayar, iztirab çəkilər. Halbuki, Suriyada yüz əlli min insan vəhşicəsinə qətl edildi və edilməyə davam edilir, bunların arasında 14 mini uşaq, 10 mini qadındır. 250 minə yaxını məhbus var və 80 min adam itkin düşüb, minlərlə yetim yaralı var. Bütün bunlar siz mədənilərin gözlərinin qarşısında olur, gizlin heç bir şey yoxdur. Sabah sizin nəvələriniz bu tarixi oxuduqları zaman, "yüz minlərlə adam haqsız yerə öldürülüb, bizim babalarımız niyə susublar", deyilən zaman sizdən utanmayacaqlarmı?" Bu gün Suriyada Əsəd tərəfindən vuruşan Ermənilərin 1994-cü ildə Qarabağda döyüşdüyünü və Xocalı qətliamında ön cərgədə olduqlarını və bunların Türk düşməni olduğunu bilmirsinizmi? Ermənistanın ən yaxşı dostlarından birinin Suriyada qətliam törədən İran olduğunu xatırlatmağım lazımdırmı? Ey sünni xalq! Dünyadakı alimlər, müsəlmanlar, şərəfli və azad insanlar bu zülmə səssiz qalmır. Azəri müsəlmanlar da bütün təşkilatlardan müstəqil şəkildə Suriyanın müsəlman xalqını və onların şərəfli müqavimətini dəstəkləyir. Buna Suriya xalqıyla birlikdə Ahraruş Şam tərəfində, Hələbdə Hələb camaatıyla birlikdə bombalanan şəhidimiz Əsgərov Rüstəm örnəkdir. "Mən dakka dukka" deyə bir söz var (bizdə qarşılığı: Nə tökərsən aşına, o da çıxar qaşığına. – red.) və tarix təkrarlardan ibarətdir, sabah bir gün Qarabağda müharibə başlasa, o vaxt Azərbaycan dövləti ümmətdən kömək istəsə, bu ümmət deməyəcəkmi "Qəzzada üstümüzə bombalar yağanda siz harada idiniz? Misirdə ümmətin iradəsi tankların altında əzilərkən siz nə edirdiniz? Suriyada ümmət yox ediləndə hansı köməyi etdiniz?" Onda verəcək bir cavabınız olacaqmı? Yoxsa Ermənilərin ən böyük dəstəkçisi İranı köməyə çağıracaqsınız? Yoxsa Ermənistana ən böyük silah köməyi edən və 20 yanvar 1990-cı ildə Bakı küçələrində tanklarla əliyalın xalqı əzən, 600 insanımızı vəhşicəsinə qətlə yetirən, Azərbaycan xalqının haqqı olan milyardlarla dəyəri olan Xəzər neftinin üzərində oturan, sırf buna görə neft-qaz ölkəsində insanların dolanışıq çətinliyi çəkməsinə səbəb olan Rusiyanı çağıracaqsınız? Qonşunuz Gürcüstanımı? Və ya Erməni diasporunun ürəyi olan Avropanımı? Və ya Rusiyanın arxa-dayağı, Rusiyanın əli altında olan, lakin adına Türk dünyası deyilən Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanımı çağıracaqsınız köməyə? Yoxsa bütün xarici təzyiqlərə baxmayaraq, hələ də Ermənistana Dağlıq Qarabağın işğalından ötrü sərhədlərini bağlayıb embarqo tətbiq edən Türkiyədənmi kömək istəyəcəksiniz? Türkiyə və fədakar Anadolu xalqının Ermənistan işğalı dövründə etdikləri, hər halda, yadınızdan çıxmayıb. Amma bu gün siz özünüzə milliyyətçi deyərək ermənilərin, İranın, Rusiyanın, Çinin və qatil Misir fironu Sisi və bənzərləri ilə eyni siyasəti yürüdür, Suriyaya, Misirə ümmət coğrafiyasında baş verən vəhşiliklərə və Türk dünyasına onların nöqteyi-nəzərindən baxırsınız. Tarix bunu əsla unutmayacaq! Ey sünni xalq! Lütfən, içimizdəki Şabihaların və İran agentlərinin oyununa gəlməyin. Güney Azərbaycanın İran tərəfdən necə işğal edildiyini və bu günə qədər etdiyi ədalətsizlikləri unutmayın. Onlara inanmayın, tarix ortadadır, bunlar İslam ümmətinə və Türk dünyasına daim düşmənçilik bəsləyiblər. Aşağıdakı bəsit hesablamanı həll edə bilərsinizmi? İran+Rusiya+Hizbuşeytan+Çin+Ermənilər+CHP+DHKP+Sol. Org+Gəzi parkı hadisələri+Sisi+PYD=? Əgər bu hesablamanı həll edərkən beyniniz qarışırsa, Həmad, Xümsdə, Qəzzada, Qahirədə və Anadoluda hər hansı "təhsilsiz" kasıb uşağından kömək ala bilərsiz. Ey sünni xalq! Lütfən, bizi qəhr edən bu yuxunuzdan oyanın və bu çirkli ittifaqları görün. Siz də təqdir edərsiniz ki, ən mükəmməl cəmiyyətlərdə belə pis niyyətli insanlar ola bilər. Hətta Allah Rəsulunun ordusunda belə pis niyyətli insanlar olub. Amma bu, istisnadır. Hər kəsi eyni arşınla ölçmək, keçmişdə və indi nəyə qulluq etdiyi məlum olmayan və qaranlıq əllərin istiqamətləndirməsi ilə etdikləri ağlasığmaz səhvləri dəlil gətirərək hər kəsi qaralamaq vicdansızlıqdır, haqsızlıqdır, ədalətsizlikdir. Bizlər Allahın əmr etdiyi kimi düz olmalıyıq və haqqı dəstəkləyərək ədalətli şahidlik etməliyik. |
2014-02-04 | 8,129 | Binəqədidə yanğın baş verdi | "Evlər və ev əşyaları yanıb" "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı evin 2 otağı 30 kv.m sahədə və ümumi sahəsi 100 kv.m olan 4 otaqlı evin 2 otağı 30 kv.m sahədə (ümumi 60 kv.m sahədə) olan evlər və ev əşyaları yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-02-04 | 8,130 | 14 yaşlı futbolçu məşq zamanı öldü | Danimarkada gələcəyin futbol ulduzu kimi göstərilən Patrik Möller vəfat edib. "Axar.az" "sporx.com"a istinadən xəbər verir ki, "Jestmerk" klubunun şərəfini qoruyan 14 yaşlı yeniyetmə komandanın məşqi zamanı qəflətən yerə yıxılıb. Həkimlərin səyinə baxmayaraq, ürəyi dayanan Möllerin həyatını xilas etmək mümkün olmayıb. |
2014-02-04 | 8,131 | Bakıda insan həyatı üçün təhlükə yaradan kafe | Binəqədi rayonunda yerləşən "Kaspi" kafesində standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk küçəsi, ev 64 ünvanında yerləşən, fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus "Kaspi" kafesində dövlət nəzarəti tədbirləri aparılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. Bundan başqa istifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşpazın təhsilini təsdiq edən sənədin olmadığı, aşpazın müvafiq geyimlə təmin olunmadığı aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib, mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan edilib, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan edilib. |
2014-02-04 | 8,132 | Azərbaycan Qarabağın müstəqilliyini tanıyacaq – Şok iddia | Qaqauziyada referendum keçirilməsindən sonra gündəmə gələn əsas mövzulardan biri Moldovanın parçalana biləcəyi ilə bağlı ehtimallar oldu. Qaqauziya Moldova hökumətinin əleyhinə olaraq referendumda Gömrük İttifaqına daxil olmaq haqqında qərar qəbul etdi. Bundan sonra ən maraqlı məqam isə bu muxtariyyətin atdığı belə addımdan sonra növbənin Dağlıq Qarabağ və digər bölgələrə çata bilməsi təhlükəsidir. Məsələ ilə əlaqədar Yeni Ölkələrlə bağlı Beynəlxalq İnstitutunun direktoru, ermənipərəstliyi ilə fərqlənən ekspert Aleksey Martınovla söhbət etdik. - Qaqauziyadakı son referendumu necə dəyərləndirərdiniz? - Beynəlxalq, həmçinin Avropa İttifaqından olan müşahidəçilərin iştirakı ilə keçirilən referendum kifayət qədər şəffaf şəkildə keçdi. Nəticə onsuz da gözlənilən idi. Qaqauziya Muxtariyyəti Moldova ilə birlikdə Avropa İttifaqına inteqrasiya etmək istəmir. Qaqauziya vətəndaşlarının çoxu Rusiya, Belarus, Qazaxıstanın üzv olduğu Gömrük İttifaqına qoşulmaq istəyir. Bununla bərabər Qaqauziya Respublikasının vətəndaşlarının əksəriyyəti Moldova tərəfindən müstəqilliklərinə xətər yetiriləcəyi təqdirdə Qaqauziyanın dərhal müstəqil olacağına səs veriblər. Son zamanlar Buxarestdən hər kəs daha yüksək səslə Rumıniyanın Moldova ərazilərinə olan iddiaları haqqında danışır. - Onda belə çıxır ki, bu referendumdan sonra Moldova artıq parçalanır? - Xeyr. Qaqauziyada baş tutan referendum Qaqauziya dövlətçiliyinin möhkəmlənməsində irəliyə doğru daha bir addımdır. Bu heç də paradoksal səslənmir. Ümumiyyətlə Qaqauziyadakı referendum Moldovanın suverenliyinin qorunmasında özünəxas zəmanətçi rolunu oynayır. - Sizcə, bunu Rusiyanın Avropaya güc nümayişi adlandırmaq olarmı? - Nə ilə? Qaqauziyadakı referenduma dəstəkləmi? Əgər güc nümayişi Avropanın demokratik prinsiplərinə əsaslanaraq seçim etməklə öz taleyini müəyyənləşdirmək hesab olunursa, o zaman Avropa bu güc nümayişini sonsuz olaraq göstərir. Soçi Olimpiadası bitəndə Maydan da bitəcək - Bəs Ukraynadakı böhran necə bitəcək? - Ukraynadakı böhran Soçi Olimpiadasının yekunlaşması ilə sonlanacaq. Ukrayna böhranı açıq-aşkar xaricdən müəyyənləşdirilərək hazırlanıb. Məhz həmin qüvvələr müəyyən zaman dəhlizində Ukraynada hakimiyyətin yenidən bölüşdürülməsinə yönəldilib. Görünür, təşkilatçılar düzgün fikirləşiblər ki, Rusiya Olimpiya oyunları öncəsi Ukrayna hadisələri ilə bağlı heç bir regional konfliktə müdaxilə etməyəcək. - Ukrayna iki yerə bölünə bilərmi? - Fikirləşmirəm. Ukraynanın bölünməsi burada çevriliş etmək istəyən şəxslərin planlarına daxil deyil. Onlara ölkə bütöv lazımdır. Bu, maksimum Ukraynanın unitar dövlətdən federal ölkəyə çevrilməsinə qədər uzan bilər. Azərbaycan "Dağlıq Qarabağ"ı tanıyacaq - Bir neçə həftə öncə Dağlıq Qarabağın Gömrük İttifaqının üzvü ola biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Qaqauziyadan sonra bu mövzunun yenidən gündəmə qayıtmasını söyləyə bilərikmi? - Niyə də yox? Bu "Dağlıq Qarabağ Respublikası"nın("Axar.az" tərəfindən dırnağa alındı) və Gömrük İttifaqının üzvlərinin şəxsi istəkləri olan məsələdir. Dağlıq Qarabağ bu gün tanınmamış dövlət olsa da, tamamilə əldə tutula, ümumiyyətlə, müzakirə mövzusu edilə biləcək məsələdir. - Qarabağ konflikti necə həll oluna bilər? - Qısa deyəcəm. Mən əminəm ki, Qarabağ problemi əvvəl-axır, bu elə də böyük olmayan "dövlət"in("Axar.az" tərəfindən dırnağa alındı) Bakı, İrəvan, Moskva və daha sonra isə BMT-nin üzvü olan digər dövlətlər tərəfindən tanınması ilə nəticələnəcək. Rusiya parçalanmayacaq - Necə fikirləşirsiniz, Gömrük İttifaqı gələcəkdə Avropa İttifaqına güclü opponent ola bilərmi? - Məncə, Gömrük İttifaqı opponent deyil. O, Avropa İttifaqının partnyorudur və hər zaman da belə qalacaq. Bir müddət öncə Rusiya və Avropa İttifaqı arasında baş tutan sammitin özü buna ən gözəl nümunədir. - Sizin ölkədən olan politoloqların hamısı belə bəyanat verirlər ki, Rusiya bir az sonra dağılacaq. Bəs sizin proqnozunuz necədir? - Bu, bəzi ödənişli bloqçuların uydurduğu sərsəmlikdən başqa bir şey deyil. Rusiya təkcə regional güc deyil, Rusiya bu gün həm də dünyəvi gücdür. O, güc mərkəzlərindən biridir. Kim və niyə bu cür axmaq şeyləri yayımlayaraq cəmiyyəti çaşdırır? Rusiya 1000 illik dövlətdir və Rusiyanın minimum 1000 ili də hələ onu qabaqda gözləyir. Və bir də onu deyim ki, Azərbaycan bunu bilir və hər zaman da bilib. |
2014-02-04 | 8,133 | Tuyqun Nadirov Kamran Ağayevi biabır elədi | Kamran Ağayev xeyli müddətdir "Xəzər Lənkəran"dan ayrılsa da, komandanın vitse-prezidenti Tuyqun Nadirovla hələ də "soyuq" müharibə aparır. "Axar.az" xəbər verir ki, bu məsələ ilə bağlı "Futbol saatı" verilişində danışan Tuyqun Nadirov Kamran Ağayev haqqında aşağılayıcı ifadələr işlədib: "Kamran məni harda görür, özü qaçır görüşür, sonra da deyir ki, guya mən onunla görüşmüşəm. "Xəzər Lənkəran"dan qabaq Kamranı heç kim tanımırdı və tanıya da bilməzdi. Necə ki, bir çox futbolçunu "Xəzər Lənkəran" gündəmə gətirib, tanıdıb. Həm də maddi baxımdan yaxşı qazanıblar. Təbii ki, Kamran da "Xəzər Lənkəran"ın uğurlarına töhfə verib. İndi cavandı da da danışır özü üçün. Hər halda "Bakı"dan qovulması da az şeydən xəbər vermir. Orda da Tuyqn Nadirov yox idi ki. Bilirsiniz necədi, insanın səhvi olanda ilk növbədə onu özündə görməlidir, başqasında axtarmamlıdır. Klubumun marağını güdməyə qalsa, onu 6 ay yox 2 il futbolsuz qoyardım.Bunu açıq deyirəm. "Xəzər Lənkəran"da heç nə klubun marağından üstün tutula bilməz. Hansısa futbolçunun komandaya 1 faiz zərəri dəyirsə, onun haqda ölçü götürülür. Əgər bundan da nəticə çıxarmırsa, komandadan xaric olunur". |
2014-02-04 | 8,134 | Yol polisi Rəqsanəni cəzalandırdı | Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov müğənni Rəqsanə İsmayılovanın qızı haqqında yeni açıqlama verib. "Axar.az" "Axşam.az" istinadən xəbər verir ki, "Günəbaxan" verilişinə qonaq olan V.Əsədov gənc qızın məlum açıqlamasını yol polisinin fəaliyyətinə zərbə vurmaq kimi qiymətləndirməyib: "Mənim əlimdə Aysun İsmayılova ilə bağlı bir sübut yoxdur ki, ona cəza kəsim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq". DYP rəsmisi həmçinin bildirib ki, R.İsmayılova son vaxtlar bəzi yol hərəkət qaydalarında pozuntulara yol verib: "Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb". Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar" sözlərini demişdi. |
2014-02-04 | 8,135 | Azərbaycanda təyyarəni restoran edirlər - Foto | Azərbaycanda istismardan çıxarılmış təyyarədən istirahət obyekti kimi istifadə ediləcək. "Axar.az" "Publika.az"a istinadən məlumat verir ki, Quba rayonunda "AZAL"a məxsus olmuş "Tu" markalı təyyarə dağ yamacında yerləşdirilib. Təyyarənin salon hissəsindən restoran və ya otel kimi istifadə ediləcəyi gözlənilir. "Şəki" adlı təyyarənin salon hissəsi hörülmüş dirəklər zərində yerləşdirilib. Qeyd edək ki, Tu markalı təyyarələrin istismarı artıq məhdudlaşdırılıb. Fotonu sosial şəbəkədə jurnalist İlkin İzzət paylaşıb. |
2014-02-04 | 8,136 | Sərkisyan öz hakimiyyəti üçün Gömrük İttifaqını seçdi - Şərh | "Əgər Ukrayna Gömrük İttifaqına daxil olmasa onun taleyi MDB-yə bənzəyəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Stepan Qriqoryan çıxış edib. O, Ermənistanın Avropadan dəstək almadığı üçün son ümid yeri kimi Rusiyaya müraciət etdiyini bildirib: "Avropa onsuz da Ermənistan hakimiyyətinə dəstək verməyəcək. Hakimiyyətdəkilər bunu çox yaxşı dərk edirlər. Ona görə də onlar hakimiyyətdə qalmaq üçün son ümid yeri kimi Gömrük İttifaqına yönəldilər". Qeyd edək ki, Ermənistan keçən il 3 sentyabr tarixində Gömrük İttifaqına daxil olacağını bildirmişdi. Artıq bununla bağlı tərəflər arasında yol xəritəsi də imzalanıb. |
2014-02-04 | 8,137 | Onlar gəlib burda xəvaric olmayan hamını öldürəcəklər | "Bu mövzuyla əlaqəli yeganə adam mənəm ki, "nala-mıxa vurmuram", sözümü və fikrimi açıq elan edirəm". Bu sözləri "Axar.az"a açıqlamasında Qamət Süleymanov deyib. O bu gün onunla bağlı yayılan informasiyaya cavab verərkən yenə də öz fikrində qaldığını deyib: "Ümumiyyətlə, Türkiyədə yaşayan və ya dinlə məşğul olan çalışsın ki, Azərbaycanın işlərinə qarışmasın. Ümumiyyətlə, kim nə deyirsə, hamısına cavab vermək düz deyil. Çünki ilk növbədə mən heç kimə fitva vermirəm ki, gedib orda döyüşsünlər. Mənim bu məsələ ilə bildirdiyim bütün fikirlər, ustad şeyxlərin sözlərinə əsaslanır. Demək olar ki, böyük islam alimlərinin sözlərini təkrarlayıram. Bir daha bildirəm ki, alimlərin sözlərinə istinadən, Suriyaya mücahidlərin göndərilməsinin əleyhinəyəm. Çünki onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər. Gələndən sonra da bizləri, yəni xəvaric olmayan hamını öldürəcəklər. Səsləndirdiyim bütün fikirlər, Quran və sünnəyə əsaslanan alimlərin sözləridir". Qeyd edək ki, bu gün milliyətcə azərbaycanlı olan türkiyəli köşə yazarı Fürkan Azəri Qamət Süleymanovu kəskin tənqid etmişdi. O, Qamət Süleymanovu Suriyaya gedən döyüşçülərə dəstək verməməkdə günahlandırmışdı. |
2014-02-04 | 8,138 | Gün ərzində 53 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb. Onların 21-i "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 21 nəfər tutulub. |
2014-02-04 | 8,139 | Şair Qismətin ayağı sınıb - Qış | Yazarlar qar üzərində nə yazdı Hər il qış mövsümündə havalar soyuyub, şaxta düşən kimi ölkədə bəzi problemlər yaranır. Bu il də xoşagəlməz hadisələrdən qurtula bilmədik. "Axar.az" olaraq bu dəfə yazarlarımızın fikrini öyrənmək istədik. Onlar havaların kəskin dəyişməsinin yaratdığı hansı fəsadlarla üzləşib və hansı "macəraları" yaşayıblar. Bizdə hələ ki, problem mənəm Qismət Rüstəmov: "Qar hələ ki, evdə heç bir problem yaratmayıb. Əsas yollarda, küçələrdədi, yollar buzlaşıb, adamlar yıxılırlar. Bizdə hələ ki, problem mənəm - yıxılmışam". İki-üç ildir özümüzü sığortalayırıq Zümrüd Yağmur: "Mən həyət evində yaşadığımdan yaxşı ki, tədbirli davranmışıq və ancaq özümüz qışa hazırlıq gördüyümüzə görə, heç bir problem yaşamadıq. İşıqlar söndü, generator istifadə etdik, su dondu, su çənindən, qaz kəsildisə evdə həm istilik, həm də mətbəxdə işlətməyə yararlı olan balonlardan istifadə etdik. Bu üzdən evdə bir problem olmadı. Yəni deməyim o ki, biz qış mövsümündəki problemləri bildiyimizə görə 2-3 ildir ki, özümüzü sığortalayarıq. Yollara gəlincə, hamının yaşadığı problemləri yaşadıq. Yaşadığımız Mehdiabad qəsəbəsində nə İcra nümayəndəliyi, nədə bələdiyyədən hər hansı bir tədbirin görüldüyünün şahidi olmadıq və yollar Bakıda olduğundan da bərbad və yararsız haldadır". Qışa hazır deyiləm Faiq Balabəyli: "Qışa hazır deyiləm. Şaxta özünü balaca göstərən kimi suyumuz kəsildi. Xətaidə bir Əjdaha peyda oldu, bizim qəsəbəyə - Əbilov qəsəbəsinə gələn suyun qarşısını kəsdi. "Su mənim həyətimdən keçir, bac-xərac verin",- dedi. Bu haqda mətbuatda da getdi. Minlərlə susuz qalan sakinin biri də mən oldum. Rayon İcra Hakimiyyəti 3 gün 3 gecə həmin "əjdaha" ilə çarpışdı və uduzdu. Məcbur olduq başqa xətdən su çəkək. İndi də borular donub, su gəlmir. Qazın qazı alınmasa da, köpü alınıb, otaqları tam isidə bilmir. Yollar buz bağlayıb. Dünən, fevralın 2-si axşam su gətirmək üçün qonşu məhəlləyə getdim. Yıxıldım. Təcili tibbi yardım maşınında həkimlər vaxtında gəlsələr də, vaxtında yardım edə bilmədilər. Çünki 50-60 metrlik yolun buzu onların 49 dəqiqə vaxtını aldı, 50-ci dəqiqədə yetişdilər. Respublika klinik xəstəxanası şəhər qeydiyyatında olduğum üçün məni qəbul etmədi. Biz rayonda yaşayan kontingentə baxırıq, özü də gərək göndəriş ola. Yazıçılar Birliyinin poliklinikasında mənə kəllə-beyin silkələnməsi diaqnozu qoyuldu. İlk tibbi yardım göstərildi". Qış mənə ləzzət edir Zahid Sarıtorpaq: "Qış mənə ləzzət edir. Mən köhnə Günəşlidə qalıram - dağın üstündə, bu tərəflərdə qardı, büzdü, elə əsil qış keçir. Harasa getmək lazım olanda oğlum maşınla aparır, amma yollar buzdur, maşın sürüşür. Əlbəttə ki, əziyyət çəkirik, hətta tək mən yox, çox insanlar əziyyət çəkir". Qış bizə yaraşmır Kənan Hacı: "Qar gözəllikdir. Amma bu gözəlliyə xələl gətirən şeylər də var ki, bunu tək mən yox, şəhər sakinlərinin əksəriyyəti hiss edir. Xüsusən, orta və aşağı təbəqə çoxlu problemlərlə üzləşir. Maşınım indiyəcən Dərnəgül yolunda qalib. O tərəfin yolları ümumiyyətlə, sakit havalarda da bərbad vəziyyətdə olur. O yoldan maşınla keçmək, sadəcə, cəhənnəm əzabıdır. Qar yağan gün işıq və qaz da kəsilmişdi . Bu da problemdir. Yəni vəziyyət ürəkaçan olmadi. Qış bizə yaraşmır". Fəsadı qardan çox insanlar özü yaradır Emin Piri: "Qar nə qədər sevdiyim təbiət hadisəsi olsa da, çətinlik olmadığını söyləyə bilmərəm. Bakıda işlədiyimdən hər gün Sumqayıtdan gəlməli oluram. Ən böyük çətinliyi isə bu yaradır. Belə qarlı havalarda səhər ya marşrut işləmədi, ya da taksilər bir sərnişini 10-15 manata gətirirdilər. İlk gün isə nə qədər təəccüblü olsa da, 50 manata gətirənlər də var idi. Hətta yaxın mağazalarda ilk gün çörək tapılmadığından Bakıdan alıb aparmalı oldum. Belə havalar Abşeron üçün yad olduğuna görə cəmiyyət özü də nə etdiyini bilmir. Fəsadı qardan çox insanlar özü yaradır". Qış Bakıya yaraşmır ki, yaraşmır Fərqanə Mehdi: "Saatlarla avtobus gözləmişəm. 62 nömrəli avtobusu. Evdə su donub. İstilik sistemi çox zəifdir. Qış Bakıya yaraşmır ki, yaraşmır". Küçə də bir-iki dəfə yıxılmışam Cəlil Cavanşir: "Hal-hazırda iş yerində su donub, qaz yoxdur, işıqlar da sönüb. Evdə hələ ki, normaldı. Havanın belə pis keçməsi və yolların buzlaması əks təsirini göstərib. Küçədə bir-iki dəfə yıxılmışam. Bu yaxınlarda yaxın dostumuz şair Qismət yıxılıb və ayağı sınıb". |
2014-02-04 | 8,140 | Müdafiə naziri belaruslu komitə sədri ilə görüşdü | Fevralın 4-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib. Qonaq səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıb. Sonra Azərbaycan-Belarus hərbi və hərbi-texniki təhsil sahəsində mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb (AzNews). |
2014-02-04 | 8,141 | “Modern”in sorğusu narazılıq yaratdı - Açıqlama | "Əgər sorğuda iştirak edən insanlar "modern.az"ın adını çəkibsə, bu mənim günahım deyil. Buyursunlar, eyni sorğunu səsverməyə qatılanlar arasında yenidən özləri keçirsinlər. Əgər nəticələr başqa olsa, deyərəm ki, bağışlayın, səhv etmişik." Bu sözləri "Axar.az"a açıqlamasında "Modern.az" saytının Baş redaktoru Elşad Eyvazalı mediada onun keçirdiyi sorğuda öz saytını birinci yerə çıxarması iradlarına cavab olaraq dedi. "Qafqazinfo"da yayımlanan "Öz saytlarını birinci yerə çıxartdılar - Sorğuda" başlıqlı yazıdan danışan Elşad Eyvazlı barəsində yazılanlarla razılaşmadığını bildirdi: "Biz çox istədik ki, "Modern.az" qalib olmasın. Ancaq insanlar onun adını çəkib səs verirsə, mən nə edə bilərəm? İnsanlara deyəcəm ki, bu sayta səs verməyin?" "Qafqazinfo"dan cavab: Etik saymırıq! "Biz bu müsabiqədə "Modern.az"ın qalib olmasını etik saymırıq. Ona görə ki, müsabiqəni keçirən İctimai Birliyin rəhbəri olan Elşad Eyvazlı həm də "Modern"in rəhbəridir". "Qafqazinfo"nun redaktoru Elnur Məmmədli bildirdi ki, iradlarında haqlıdırlar və bunun səbəbləri var: "Həmin sözləri "Kulis" haqqında da demək olar. Onların da keçirdikləri müsabiqənin qalibi öz əməkdaşları oldu. Heç olmasa, "Kulis"in müsabiqəsində səsvermədə iştirak edənlərin kimə səs verməsi açıqlandı. Ancaq "Modern" onu da açıqlamır. Biz qüsuru göstərmişik. Məsələn, orda cəmisi 3 saytın adı qeyd olunub. Dedikərinə görə, sorğunda 50 deputat və 50 jurnalist iştirak edib. Mümkün olan şey deyil ki, 100 nəfər deputat və jurnalist ancaq 3 saytın adını çəksin. Nəticələrə görə, "Modern" 68, "Qafqazinfo" və "Day" 14 faiz səs toplayıb. Adi bir şey deyim. Səsverən 100 nəfərin arasında "APA"nın əməkdaşı da olub. Onda belə çıxır ki, öz holdinqlərindən olan saytlar qala-qala, başqa saytlara səs verib? Mümkün olan şey deyil ki, 100 nəfər insan hamısı eyni saytların adını çəksin". Elnur Məmmədli "Modern"in həmkar iradlarına dözümlü yanaşacağına əminliyini də bildirdi: "Biz jurnalistlər səhərdən axşama hamını tənqid edirik. Özümüzü tənqid edəndə də dözümlü olmalıyıq. İşinə professional yanaşanlar həmişə dözümlü olur. Elşad Eyvazlı da peşəkardır". |
2014-02-04 | 8,142 | Rinqdə ölən məşhur boksçunun son anları – Video | Fevralın 3-də məşhur boksçu Oskar Qonzalez Qost "WBC Silver" boks turnirində İsus Qalisiya ilə Mexikoda üz-üzə gəlib. Revanş matçının 10-cu raundunda Oskar Qonzalez Qost rəqibin vurduğu zərbə ilə nokauta düşüb. İlkin müdaxiləyə baxmayaraq boksçunu özünə gətirmək mümkün olmayıb və o xəstəxanaya yerləşdirilib. Bir gün komada qalan məşhur idmançının beyin ölümü keçirdiyi bildirilib. Dünən isə 33 yaşlı boksçunun orqanizmi tamamilə fəaliyyətini dayandırıb. Qeyd edək ki, Oskar idmançı karyerası ərzində keçirdiyi 23 döyüşdən 14-nü nokautla qazanıb. |
2014-02-04 | 8,143 | Azərbaycan futbolunda növbəti komediya | AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib. "Axar.az" xəbər verir ki, ən məzəli qərar isə "İnter" – AZAL görüşü ilə bağlı olub. Belə ki, "İnter" tərəfinin AFFA nümayəndəsinə təqdim etdiyi oyunun videoyazısı qeyd edilmiş disk boş olub. Buna görə klub 1000 manat cərimələnib. Görünür soyuq hava "İnter"in operatoruna təsir etdiyindən o, çəkilişdən öncə kameranı işə salmağı unudub. |
2014-02-04 | 8,144 | MTRŞ sədrindən telekanallara xəbərdarlıq | Milli Televiziya və Radio Şurası (MTRŞ) "Reklam haqqında" qanunu pozan televiziya kanalları ilə bağlı yaxın vaxtlarda ciddi tədbirlər görəcək. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ( Trend ). N.Məhərrəmli qeyd edib ki, reklam pozuntuları ilə bağlı monitorinq davam etdirilir, ciddi şəkildə ölçü götürülür: "Bilirsiniz ki, son zamanlar bəzi televiziya kanallarına bununla bağlı xəbərdarlıq da olundu. Bəzi telekanallarda reklam haqqında qanun pozulub. Ona görə də onlara qarşı tədbir görəcəyik. Kanalların adını çəkmirəm, amma yaxın vaxtlarda həmin televiziya kanalları ilə bağlı bir ölçü götürəcəyik". MTRŞ sədri televiziya kanallarında reklam vaxtı səsin yüksəlməsi məsələsinə də münasibət bildirib. N.Məhərrəmli hesab edir ki, televiziyaların hamısında reklamla bağlı vahid qayda tətbiq olunmalıdır: "Reklamları televiziya kanalları özləri çəkmirlər, reklam şirkətləri çəkirlər. Təbii ki, televiziya kanalları reklamları alarkən bu məsələlərə diqqət yetirməlidir. Azərbaycan qanunvericiliyində bununla bağlı xüsusi maddələr yoxdu, amma vahid bir proqram siyasəti olmalıdır və səslər də ona uyğunlaşdırılmalıdır". Reklam vaxtı ekranın aşağısında reklam müddətini göstərən subtitr olması məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu, televiziya kanallarının özünə aid olan məsələdir, onlar özləri bunu verib-verməməyi müəyyənləşdirir. |
2014-02-04 | 8,145 | 7 aya qocalan ananın siması hər kəsi sarsıdır - Fotolar | Ötən ilin yayında İstanbulda baş verən və bütün Türkiyəni qarışdıran Gezi parkı hadisələrinin ağır fəsadları hələ də davam etməkdədir. Hadisələr zamanı Eskişehirdə məruz qaldığı hücum nəticəsində, 38 gün komada qaldıqdan sonra həyatla vidalaşan qurbanlardan biri, Ali İsmayıl Korkmazın məhkəməsi bu gün baş tutub. Məhkəmə zalına oğlunun şəkli ilə gələn mərhumun anası Emel Korkmazın bugünki görünüşü ilə 7 ay əvvəlki görünüşü arasındakı fərq diqqətlərdən yayınmayıb. Türkiyə ictimaiyyəti arasında, eləcə də sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan bu şəkil, hər kəsdə üzüntü hisləri yaradıb. Bəzi fəallar hadisənin səbəbkarlarını lənətləyiblər (bugun.az). |
2014-02-04 | 8,146 | Füzuli Ələkbərovun oğlu məhkəməyə çağırıldı | Fevralın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadislərinə görə ittiham olunanların məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun vəsatəti ilə başlayıb. Tofiq Yaqublu vəsatətində bildirib ki, İsmayıllıya gəlməsi və polisin onu rayondan çıxarması ilə bağlı video görüntü var. Deyib ki, DYP-nin İsmayıllının girəcəyində quraşdırılmış videokamerasından bunu görmək olar. Vəsatət qəbul olunmayıb. Tofiq Yaqublu vəsatətinin qəbul olunmamasına etiraz edib. Hakimə bildirib ki, siz saxtakarlıq edirsiz. Bundan sonra şahid qismində İsmayıllı rayonu Hacəhətəmli kənd sakini, sürücü Asif Ağayev dindirilib. O, şahid ifadəsində deyib ki, İsmayıllı hadisələri baş verən gün rayon mərkəzinə sürücü kimi gəlib. "Elə olub, işimlə bağlı mən rayon mərkəzinə gündə 3-4 dəfə gəlmişəm. Nə baş verməsindən xəbərim olmayıb". Dövlət ittihamçıları indiyə qədər məhkəmədə 86 nəfərin şahid qismində dindirildiyini, əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını bildiriblər. "NİZAMİ ƏLƏKBƏROV MƏHKƏMƏYƏ GƏLSİN" Bundan sonra Tofiq Yaqublu ilə İlqar Məmmədov keçmiş icra başçısı Nizami Ələkbərovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb. Deyiblər ki, Nizami Ələkbərov bizim haqqımızda müsahibə verdiyi üçün onun məhkəmədə iştirakı vacibdir. Vəsatət qəbul olunmayıb. Məhkəmə keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun və onun qardaşı, keçmiş nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun məhkəməyə dəvət olunması haqqında qərar qəbul edib. Məhkəməyə gəlmələri ilə bağlı buna qədər onlara iki dəfə müraciət olunub. Onlar dəymiş ziyanla bağlı dindiriləcək. Məhkəmə fevralın 10-da davam edəcək. İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib. "Çıraq" otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra hadisələr qızışıb. Otel yandırılıb. İğtişaşlar yanvarın 24-də daxili qoşunların İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan sonra 18 nəfər həbs olunub. Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb (Azadlıq.org). |
2014-02-04 | 8,147 | VHP M.Ə.Rəsulzadəni andı | Fevralın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu" mövzusunda tədbir keçirilib. "Axar.az" xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak edib. Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının sədri İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, aparıcı gənclər təşkilatının üzvləri və tanınmış ziyalılar da qonaqlar arasında olub. Tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı Rəsulzadənin Azərbaycan tarixindəki rolundan və onun gənclər üçün əhəmiyyətindən danışıb: "Rəsulzadə ideologiyadır. Bu dövlətin özünə də ideologiya lazımdır. Dövlətin üstünə getmək lazım deyil, onun bu dəyərə sahib çıxmasını təmin etmək lazımdır. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir". Tədbirdə çıxış edən Müsavat başqanı Rəsulzadənin Müsavat və ADR qurucusu olmasından və dövlətçilik ənənələrindən danışıb: "Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir". |
2014-02-04 | 8,148 | Səfir: “ABŞ Azərbaycanda dəyişiklikdə maraqlı deyil” | Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 22-ci ildönümü, Ermənistan-Azərbaycan cəbhəsində son gərgin durum və ölkəsinin Xəzər regionunda enerji siyasətindən danışıb. Səfir Morninqstar onu dövlət çevrilişində ittiham edənlərə cavab verib. - Amerika-Azəbaycan diplomatik münasibətlərinin yaranmasından 22 il keçir. Bu 22 ildə Amerika-Azərbaycan münasibətlərinin müsbət və mənfi məqamları nədir? - İlk öncə, bu münasibətlərin qurulmasından 22 il keçməsinə inanmaq çətindir. Mən Azərbaycana 19 il bundan əvvəl ilk dəfə səfər etmişəm. Vaxt sürətlə keçib gedir. Ümumilikdə deyə bilərəm ki, əlaqələrimiz yaxşı olub. Ölkələrimiz arasında bir sıra məsələlərdə ortaq maraqlar var. Bunların arasında demokratik və iqtisadi islahatlar da var və bu sahələrdə ölkələrimiz arasındakı əməkdaşlığı davam etdirməliyik. Bildiyiniz kimi seçki prosesi, seçki prosesinin gedişi bizi məyus etmişdi və bu öz-özlüyündə bir daha vurğulayır ki, biz bu kimi sahələrdə əməkdaşlığımızı davam etdirməliyik. Eyni zamanda ölkələrimiz arasında çoxlu ortaq maraqlar olan sahələr var ki, bu sahələr üzrə işimizi davam etdirməliyik. Geosiyasi, təhlükəsizlik sahələrində əməkdaşlığımız mövcuddur və təhlükəsizlik sahəsinə aid olan məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, terrorizmlə mübarizə, eyni zamanda ölkələrimiz arasında yaxşı əlaqələrin olduğu Əfqanıstan məsələsini qeyd etmək istəyirəm. Bütün bu əlaqələr həm ABŞ, həm də Azərbaycanın marağındadır. Bu qeyd etdiyimiz məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin marağındadır. Eyni zamanda enerji məsələləri üzrə və həmçinin qeyri-enerji sahələrində də əməkdaşlığımızı davam etdirməliyik. Buraya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi də daxildir. Bildiyiniz kimi, bizim ən güclü əlaqələrimiz demokratik ölkələrlədir və bu baxımdan Azərbaycanla sıx əməkdaşlığımızı davam etdirməliyik. - Diplomatik əlaqələrin 22-ci ildönümündə bir sıra yerli mətbuat orqanları Amerikanın səfirini dövlət çevrilişində günahlandırır. Münasibətiniz? - Mən bu ittihamları birmənalı olaraq rədd edirəm, təkzib edirəm. Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində, Azərbaycanda çevriliş edilməsində maraqlı deyil. Hesab edirəm ki, bu ittihamlar gülüncdür. Azərbaycanın siyasi gələcəyi tamamilə Azərbaycan xalqının özündən asılıdır. - Ermənistan-Azərbaycan cəbhəsində bu gün vəziyyət gərgin qiymətləndirilir. Münasibətiniz necədir? Danışıqlar prosesinə bu necə təsir edə bilər? - Baş verən hadisələr bizi çox narahat edir. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinə çox aydın şəkildə bildirmişik ki, bu baş verənlər, təmas xəttində baş verən gərginliyin artması ölkələr arasındakı nizamlanma prosesinə heç də köməklik etmir. Başqa sözlə desək mənfi təsir edir. Hər zaman yanlış hesablama və yaxud da bilməyərəkdən, istəmədən atılan addımların xoşagəlməz nəticə və fəsadlarla yekunlaşa biləcəyi təhlükəsi var. Biz belə pis, xoşagəlməz halların baş verməsini heç vaxt istəmirik. Biz təmas xəttinin hər iki tərəfində faciəvi insan itkilərinə təəssüf edirik. Bununla bərabər noyabrda (2013-cü ildə) hər iki prezident münaqişənin necə nizamlanması və nizamlanma yolları barədə konstruktiv danışıqlar aparmışdılar. Biz hesab edirik ki, bu danışıqların davam etdirilməsi və hər iki prezidentin nizamlanma istiqamətində birgə işini davam etdirməsi çox vacibdir. Minsk qrupunun vəzifəsi vasitəçilik etmək, kömək etmək və ideyalar irəli sürməkdir. Biz yalnız ümid edə bilərik ki, irəliləyiş olacaqdır. - Bu il "Əsrin kontraktı"nın 20-ci ili tamam olur. ABŞ-ın son 20 ildə Xəzər regionunda uğurları və uğursuzluqları nə olub? - İlk öncə hesab edirəm ki, ABŞ-la Azərbaycan arasındakı enerji sahəsindəki əlaqələr əla olub və bir neçə mühüm uğurlar əldə edilib. Bu müddət ərzində əldə edilmiş mühüm uğurlar arasında ilk öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin adını çəkə bilərəm və mənə bu kəmər üzərində işləmək səadəti nəsib olub. Eyni zamanda cənub qaz dəhlizi adlandırılan layihə istiqamətində son dövrlər uğurlar əldə olunub. Şahdəniz layihəsi ilə bağlı kəmər seçimi və yekun investisiya ilə bağlı qərarın qəbul olunmasının da adını çəkə bilərəm. Hesab edirəm ki, biz cənub qaz dəhlizi ilə bağlı konstruktiv rol oynaya bilmişik və bunu davam etdirəcəyik. Mən bu müddət ərzində enerji sahəsində uğursuz kimi səciyyə edə biləcəyim bir məqam qeyd edə bilmərəm və bir daha qeyd edirəm ki, enerji sahəsində əlaqələrimiz çox yaxşıdır. Ümidvaram ki, bu belə də qalacaq. - Amma son 5 ildə Amerika şirkətləri Xəzər regionunda nədənsə aktiv investisiya siyasəti yürütmür, investisiyalar qoymur. Hətta, ConocoPhillips şirkəti Kaşaqan layihəsini tərk edib. Səbəbi nədir? - İlk öncə qeyd etmək istəyirəm ki, Amerika şirkətləri tərəfindən Xəzər regionuna güclü investisiyalar yatırılıb. Azəri-Çıraq-Günəşli layihəsində aparıcı Amerika şirkətləri iştirak edib. Eyni sözləri Bakı-Tbilisi-Ceyhana da aid etmək olar. Doğrudur Şahdəniz layihəsində Amerika şirkətləri tərəfdaş kimi iştirak etmir. Amma qeyd etmək lazımdır ki, bp qlobal bir şirkətdir, ABŞ-ın bir şirkəti ilə birləşib və Amerikada bp şirkətinin böyük aktivləri var. Onu da əlavə etmək istərdim ki, Amerika şirkətləri Azərbaycanda yeni layihələrdə maraqlıdır. Mən Azərbaycandakı layihələrdə marağı olan bir sıra aparıcı Amerika şirkətləri ilə söhbətlər aparmışam. Qarşıdan gələn bir neçə il ərzində başlanılacaq və meydana çıxacaq çox mürəkkəb yeni layihələrdə Amerika şirkətləri bacarıqla, məharətlə texniki əməkdaşlıq qura bilər və eyni zamanda maliyyə risklərini bölüşə bilərlər. - Fikrinizcə Azərbaycanda investisiyalara əsas təhlükələr nədir? Bu təhlükələr siyasi, iqtisadi, demokratiya, insan haqları faktorlarının hansı ilə daha çox bağlıdır? - Mən hesab edirəm ki, bu məsələyə bir sıra cəhətlərdən yanaşmaq lazımdır və şirkətlərin nöqteyi-nəzərindən iqtisadi və maliyyə riskləri daha çox diqqət cəlb edir. Hesab edirəm ki, Amerika şirkətlərinin yalnız enerji sahəsində deyil, qeyri-enerji sahəsində də, məsələn informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə iştirakı üçün çox önəmli iqtisadi imkanlar var. Amma Azərbaycanın üzərində işini davam etdirməli olduğu bir sıra məsələlər də var. Bunların arasında gömrük islahatları, rəqabət qabiliyyəti barədə məcəllənin qüvvəyə minməsinin adını çəkə bilərəm. Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar tərəfindən həyata keçirilən xoşagəlməz hallarla üzləşməyəcəklər. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də mühüm bir addım olacaqdır. Çünki bu təşkilata üzvlük bir sıra islahatların həyata keçirilməsini vacib edir. Bu da öz növbəsində investisiya mühitinin yaxşılaşmasına rəvac verəcəkdir. Siz siyasi, demokratik və insan haqları məsələlərinə toxundunuz və mən investisiya nöqteyi-nəzərindən bu məsələləri diqqətdən kənarda saxlaya bilmərəm. Hesab edirəm ki, investorlar bu məsələyə daha çox uzunmüddətli aspektdən yanaşacaqlar. Biz hesab edirik ki, demokratik və iqtisadi islahatlar Azərbaycanın orta və uzunmüddətli sabitliyi baxımından önəmlidir. Şirkətlər də bu cür sabitliyin marağındadırlar ki, onlar proqnozlaşdırıla bilən mühitdə fəaliyyət göstərə bilsinlər. Nəhayətdə sadaladığımız məsələlər bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir. - ABŞ TAP (Trans Adriatic Pipeline) layihəsini dəstəklədiyini bəyan edib. Layihə üçün siyasi risklər yaranarsa Amerika nə edəcək? - Trans Adriatik kəmərindən söhbət gedəndə, burada bu kəmərin Yunanıstan, İtaliya və bəzi Balkan ölkələrindən keçməsindən söhbət gedir. Güman edirəm ki, siz Qafqazlarda olan risklərdən bəhs etmirsiniz. Hesab edirəm ki, siyasi riskləri TAP layihəsini həyata keçirənlər nəzərdən keçirməli və nəzərə almalıdırlar. Yunanıstan və İtaliya ilə bağlı risklərə gəlincə, hesab edirəm ki, bu risklər məqbul risklərdir. Yunanıstan və İtaliya, eyni zamanda bəzi Balkan ölkələri bu layihədə iştirak edəcəklər, bunlar ya artıq Avropa İttifaqının üzvləridir, ya da Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar və bunların hamısı bu ölkələrdə siyasi sabitliyi təmin edəcəkdir, hətta hökumətlərdə müəyyən dəyişikliklər olsa da belə. Güman edirəm ki, əsas üzləşiləcək məsələlərdən biri də yerli səviyyələrdə icazələrin alınmasıdır ki, bunlar da lazımi şəkildə həll ediləcək. - Transxəzər layihəsinin reallaşdırılması perspektivlərinə necə baxırsınız, bu mümkündürmü? - Biz buna ümidvarıq. Biz həmişə Transxəzər kəmərini dəstəkləmişik. Mən bu kimi layihələrdə zaman-zaman, fasilələrlə 1999-cu ildən bu və ya digər şəkildə iştirak etmişəm. Ancaq bu məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında danışıqlar mövzusudur. Məsələ bu ölkələrdən asılıdır. Ümidvaram ki, Şahdənizlə bağlı yekun investisiya qərarının verilməsi, Bakıdan qaz təchizatı məsələsində əminlik yaradıb. Bu da Türkmənistanın qarşıdan gələn illərdə Transxəzər kəmərinə marağının daha da artmasına gətirib çıxaracaq. Biz inanırıq ki, Türkmənistan, Azərbaycan və Avropa İttifaqı belə bir kəmər barəsində razılığa gələrsə, bu kəmər reallaşdırılacaq. - Türkmənistanla hazırda danışıqlar mövcuddurmu? İstər Azərbaycan, istər Amerika, istərsə də Avropa İttifaqı ilə Türkmənistan hökuməti arasında danışıqlar varmı? - ABŞ belə bir kəmərdə maraqlıdır, amma Birləşmiş Ştatlar danışıqlarda iştirak etmir. Danışıqlar Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında aparılır. Onu da əlavə etməliyəm ki, üçtərəfli danışıqlarda birbaşa iştirak etməsələr də Türkiyə və Gürcüstan da bu kəmərdə maraqlıdır və onlar da bu kəmərdə söz sahibidirlər. - Xəzərdə enerji obyektlərinin təhlükəsizliyi, o cümlədən texniki təhlükəsizliyi ilə bağlı Amerika layihə həyata keçirirdi. Bu sahədə indi vəziyyət necədir, layihə davam etdirilirmi? - Bəli, biz Azərbaycanın enerji infrastrukturunu ən yaxşı şəkildə müdafiə etmək yolları çərçivəsində Azərbaycanla əməkdaşlıq edirik. Hesab edirəm ki, bu bizim əməkdaşlığımızın önəmli bir sahəsidir. - Amerika şirkətləri Azərbaycanda şist qazları, eyni zamanda mezozoy çöküntüləri ilə bağlı axtarış işlərinə başlayıbmı və ya başlaya bilərmi? Bununla bağlı vəziyyət nə yerdədir? - Biz bu prosesin başlanğıc mərhələsindəyik. Müəyyən Amerika şirkətləri bu işdə maraqlıdırlar. Amma prosesin necə cərəyan edəcəyi barədə hər hansı söz demək hələ çox tezdir. - Hələ 90-cı illərin ortalarında Amerika Azərbaycanda neft emalı sənayesinə, eyni zamanda neft-kimya sənayesi sahəsinə investisiya qoymaqda maraqlı idi. İndi vəziyyət necədir? - Emal sənayesində, emal fəaliyyətlərində maraqlı olan şirkətlər hələ də var və müəyyən layihələr sahəsində müəyyən işlər aparılır. Amma mən konkret şirkət adı çəkə bilməyəcəm. Çünki burada söhbət biznesin məxfiliyindən gedir ("amerikaninsesi.org"). |
2014-02-04 | 8,149 | Ərdoğanın 23 cangüdəni işdən çıxarıldı | 17 dekabr korrupsiya əməliyyatından sonra vəzifədən uzaqlaşdırma dalğası davam edir. "Axar.az" xəbər verir ki, Türkiyədəki vəzifədən uzaqlaşdırma dalğası Baş nazirliyə də sıçrayıb. Baş nazirin Mühafizə İdarəsində işləyən 23 polisin təyinatı dəyişdirilib. Nazirlikdəki vəzifədən uzaqlaşdırma dalğasının Təftiş Komissiyasının Baş nazir R.T.Ərdoğanın ofisində tapılan dinləmə cihazı ilə əlaqədar hesabatın açıqlanmasından sonra həyata keçirilməsi diqqət çəkib. |
2014-02-04 | 8,150 | Bakıda bina yandı - Yasamalda | Paytaxtda yanğın baş verib. "Axar.az" xəbər verir ki, hazırda paytaxtın Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığında yanğın baş verib. Ətrafı güclü duman bürüyüb. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, baş vermiş yanğın Sübhi Salayev küçəsi-17-də yerləşən 1 mərtəbəli həyət evində qeydə alınıb. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə maşını cəlb edilib və qısa zamanda yanğın tam söndürülüb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Müxbirimiz bildirir ki, Alyona adında qadın anası və qızı ilə birlikdə bu mənzildə yaşayırmış. Hadisə baş verən zaman evdə heç kim olmayıb. FHN-ə yanğın barədə qonşuların məlumat verdiyi bildirilir. |
2014-02-04 | 8,151 | Azərbaycan MiQ-25-ləri modernləşdirir | Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan MiQ-25 (NATO kod adı "Foxbat") döyüş təyyarələri modernləşdiriləcək. "Axar.az" "APA"ya istinadən məlumat verir ki, hazırda istifadəsi dayandırılmış döyüş təyyarələrinin modernləşdirilməsi proqramı Azərbaycan Aviasiya Təmiri zavodunda reallaşdırılacaq. Mütəxəssislərin sözlərinə görə, MiQ-25 təyyarələrinin üzərində istənilən dərin modernləşdirmə işləri aparmaq imkanları var. Təyyarənin daxili və xarici konstruksiyası buna imkan verir. Qeyd edək ki, Azərbaycan Aviasiya Təmiri Zavodu indiyədək MiQ-25 təyyarələrinin modernləşdirilməsi istiqamətində bir sıra layihələr reallaşdırıb. Zavodun sonuncu layihəsi Əlcəzair HHQ-nin MiQ-25 təyyarələrinin modernləşdirilməsi olub. Qeyd edək ki, beynəlxalq mərkəzlərin məlumatına görə, hazırda Azərbaycan HHQ-nin inventarında 10 ədəd MiQ-25, 6 ədəd MiQ-25PD və 4 ədəd MiQ-25RB modifiasiyası yer alır. BMT hesabatlarına görə, Azərbaycan sonuncu dəfə 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 təyyarəsi alıb. |
2014-02-04 | 8,152 | Zərdüşt Əlizadə rus politoloqunu darmadağın etdi | "Mən Martınovu qınamaq istəmirəm. Görünür, onun çörəyi Rusiya hökumətinə xidmət eləməkdən çıxır". Bunu "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, ekspertin açıq-aşkar rus mövqeyindən çıxış etdiyini bildirib: "Açıq görünür ki, bu adam rus mövqeyindən çıxış edir. Oxumuş, savadlı adamdır. O, sözlərində bir o qədər də ifrata varmır. Bu adam deyir ki, Qaqauziya referendumu təmiz keçirib. Razıyam. Amma Dağlıq Qarabağda da vaxtı ilə referendum keçirilmişdi və Rusiya onu tanımışdı. Amma üstündən 20 il keçib. Dağlıq Qarabağ tanınıb? Xeyr, tanınmayıb!" Politoloq həmçinin Qaqauziyadakı referendumdan Rusiyanın təsir vasitəsi kimi istifadə etdiyini təsdiqləyib: "O deyir ki, Qaqauziya Moldovanın Rumıniyaya qoşulmamasından ötrü bu referendumu keçirir. Bir tərəfdən də Dnesteryanıya eyham vurur. Nə Dnesteryanının, nə də Qaqauziyanın müstəqil dövlət olmaq ehtimalı var. Çünki Dnesteryanının bir tərəfi Moldova, bir tərəfi isə Ukraynadır. Rusiya ilə əlaqəsi yoxdur. Rusiyanın Ukrayna ərazisindən keçib bura getməsi mümkün deyil. Orada rus qoşunu oturub. Rus qoşununun buradan çıxması üçün Yeltsin İstanbul sammitində öhdəlik götürmüşdü. Amma Rusiya bu öhdəliyi yerinə yetirmir. Görünür, hər şeyin öz zamanı var. Qərb gözləyir ki, Rusiya o qədər zəifləsin ki, sonunda bu öhdəliyi yerinə yetirmək barədə tələb irəli sürsün. Qaqauziya əsasən milli məhfumdur, ərazi məhfumu deyil. Bu Moldovanın Rumıniya ilə ittifaqa getməyinin qarşısının alınması üçün lazım olan fənd idi ki, Rusiya bundan da istifadə etdi". Z.Əlizadə ekspertə mesaj yollamaqdan da çəkinməyib. O, Martınovun rus hökumətinə xidmət etdiyini qeyd edib: "Martınovun yazısını soyuqqanlılıqla oxudum. Onun sözündə bir həqiqət var ki, Rusiya sabah dağılmayacaq. Rusiya onu unutmasın ki, son 30-40 ildə üzü aşağı gedən dövlətdir. Bütün sahələrində olan statistikası hər şeyi göstərir. Mən Martınovu qınamaq istəmirəm. Onun çörəyi Rusiya hökumətinə xidmət eləməkdən çıxır. Matınov ölkəsinə bəraət qazandırmaqdan ötrü danışır. Əgər mən onunla üzbəüz otursaydım, qarşısına ondan daha mötəbər alimlərin Rusiyanın dağılması ilə bağlı dediyi sözləri, sənədləri qoyardım. Rusiya dağılmaq üzrədir. İqtisadçı Belyaqinin dili ilə desək, hələlik 60-cı illərdə Sovetlərin tapdığı yataqlar, 70 il ərzində Sovet xalqının qurduğu sənaye sayəsində Rusiya ayaq üstündə qalır, amma o da tükənmək üzrədir. Tükənəndə isə bu ölkə ciddi problemlərlə üz-üzə qalacaq. İndiki şəraitdə Rusiya və Ermənistan Qarabağı tanımır. Onlar hələlik bu problemdən Azərbaycan üçün şantaj vasitəsi olaraq istifadə edirlər". Qeyd edək ki, bu gün ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Aleksey Martınovun saytımıza verdiyi müsahibəsində Dağlıq Qarabağın müstəqil olacağı ilə bağlı iddialar səsləndirmişdi. |
2014-02-04 | 8,153 | Sərkisyan: “Ermənilər Azərbaycan torpağını qoruyur” | "Bufer zonalarının nəzarət altında qalmasına əsas səbəb Qarabağın təhlükəsizliyi ilə bağlıdır". "Axar.az" xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan "Lidové noviny"ə müsahibə verərkən işlədib. Jurnalistin "bəs niyə Azərbaycan torpaqlarını nəzarət altında saxlayırsınız?" sualına o, çox qəribə cavab verib: "Qarabağ döyüşçüləri Azərbaycan torpaqlarını nəzarət altında saxlamağa məcburdurlar. Onlar Azərbaycanın aqressiyasından qorunurlar. Bufer zonalarının nəzarət altında qalmasına əsas səbəb Qarabağın təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan axırıncı dəfə üstümüzə diversion qrup yeritməyə çalışdı, amma onlarla itki verib geri çəkildi". |
2014-02-04 | 8,154 | Pərviz Həşimliyə qarşı yeni ittiham irəli sürülüb | Həbsdə olan "Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı yeni məzmunda ittiham elan olunub. Bu barədə APA-ya məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, bu gün P. Həşimli ilə görüşüb. E. Sadıqov istintaq orqanı tərəfindən P. Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürüldüyünü deyib. O, P. Həşimlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmaq üzrə olduğunu da deyib. P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. |
2014-02-04 | 8,155 | Prezident iki sərəncam, beş fərman imzaladı - Yenilənib | Prezident İlham Əliyev "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu informasiya Prezidentin rəsmi saytında yerləşdirilib. İlham Əliyev həmçinin Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına, uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa da imza atıb. Bununla yanaşı Prezident daha beş fərman da verib. O, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankında üzvlüyü ilə bağlı bir sıra məsələlər və Beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasının nümayəndələrinin təyin edilməsi, Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə, "Gömrük tarifi haqqında", Vergi Məsəlləsi haqqında və Mülki Məcəlləsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanları imzalayıb. |
2014-02-04 | 8,156 | İlham Əliyev Niderland xarici işlər nazirini qəbul edib | Prezident İlham Əliyev fevralın 4-də Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Davosda Niderlandın Baş naziri Mark Rutte ilə görüşünü və söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr apardığını məmnunluqla xatırladıb. Dövlətimizin başçısı Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdib. Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi. Frans Timmermans əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkəmizin qeyri-neft sektorunda əldə olunan nailiyyətləri yüksək qiymətləndirən nazir Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatına, xüsusilə ölkəmizin qeyri-neft sektoruna böyük maraq göstərdiklərini vurğulayıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, təhsil, birgə layihələr və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-02-04 | 8,157 | Türkiyədə Rəqsanənin adını dəyişirlər | "O özünə ləqəb qoyub Türkiyədə - "Reksa"". Bu sözləri Əli Mirəliyev "Axar.az"a TV verilişlərindən birinin anonsunda işlətdiyi sözə aydınlıq gətirərkən deyib. O, həmin reklam çarxında belə bir cümlə işlətmişdi: "Reks, fuuu". O, özünə ləqəb qoyub Türkiyədə, "Reksa" ləqəbi Əli Mirəliyev həmin reklam çarxını "SOY Prodakşn"ın hazırladığını bildirdi: "Onu "SOY prodakşn" hazırlayıb. Maqazin bölümünün müxbiri mənə dedi ki, Rəqsanə Türkiyəyə köçüb və ona orada "Reksa" ləqəbi qoyublar, sizin buna münasibətiniz necədir? Mən də dedim ki, "Reksa" yox, "reks fuuu", yəni "Reksa-reks" deməkdir. Əgər vətənini bəyənmirsə, çıxsın getsin burdan, olsun oranın Reksası. O özünə ləqəb qoyub Türkiyədə, "Reksa" ləqəbi. İndi "Soy prodakşn"da işləyən jurnalist yalan deyir, ya doğru deyir, onu mən deyə bilmərəm". Əli Mirəliyev boş-boş danışır da, nə deyək Daha sonra müğənni Rəqsanənin özüylə əlaqə saxladıq, o isə mətbuat katibim Zəminə xanımla əlaqə saxlamağı məsləhət gördü. Mətbuat katibi Zəminə Rüstəmova: "Rəqsanə xanım vətəndaşlığı qəbul etməyib. Azərbaycanlıdır, sadəcə, həm burda, həm də Türkiyədə işlərinə davam edəcək. Şirkətin və rəhbərinin adı dəqiq yadımda deyil. Rəqsanə xanım həmin şirkətdən bir neçə mahnı gətirdi, burda təqdim elədi öz ifasıyla. "Reksa" adı isə həmin şirkət tərəfindən təklif olunub, amma hələ qüvvədə deyil və qəbul olunmayıb. Əli Mirəliyevə gəldikdə isə boş-boş danışır da, nə deyək, o insan öz fikrini söyləyib. O, hamının haqqında elə danışır da, öz mənasız fikirlərilə. Bizə maraqlı deyil onun nə danışması". |
2014-02-04 | 8,158 | Bülbül kimi aparıcılar... | Rus tv-lərindən birində aparıcı sözün həqiqi mənasında məharətini nümayiş etdirir. Az qala bir nəfəsə və uzun müddət xəbərləri yanıltmac şəklində deyir, nə dili topuq çalır, nə də ilişir, sadə və səmimi görünüşü, həm də əyninə gözəl oturmuş qiyafəti ilə adamda özünə qarşı sayğı yaradır. Eyni zamanda təmsil etdiyi dilin zənginliyini qürurla nümayiş etdirən aparıcı sanki bununla qürurludur və açığını deyək ki, nümayiş etdirdiyi məharət üçün bunun haqqı da çatır. Teleaparıcının məharəti və səmimi, sadə görünüşü məndə qibtə hissi yaratdı və düşündüm ki, görəsən Azərbaycan tv-lərində nə zaman bu səviyyədə danışanı demirəm, sadə və şux geyimi ilə adamın zövqünü oxşayan aparıcılar görəcəyik?! Azərbaycan teleməkanında aparıcıların ölçülərindən böyük olan, bəzən qolları uzun olduğundan lap dəhşətli görünən, bir pencəyin müxtəlif zamanlarda başqa-başqa aparıcılara geyindirilib efirə çıxarılmasını görəndə adamın ölkəsi adına utanmağı gəlir nədir, elə utanır da... Geyimindən tutmuş zahiri görünüşünə, aparıcılıq qabiliyyətinə qədər tv-lərə yaraşmayan, hansı prinsiplərlə seçildiyi bəlli olmayanlar ölkəni təmsil edir axı... Artıq dünyanın hər tərəfindən izlənməsi mümkün olan tv-lərdə bu halda təmsil olunma gərəsən bizim başımızı çoxmu uca edir ki, bundan belə bərk yapışmışıq və illərdir bu sahədə heç bir dəyişiklik yoxdur?! Dünyanın hər yerində tv-lərdə, xüsusən aparıcıların seçilməsi və onların geyindirilməsinə çox diqqət edilir. Çünki onlar bir ölkənin üzüdür. Eyni zamanda ölkənin intellekti, estetik zövqü və bütünlükdə mədəniyyətini, ən başlıcasısa, dilini təmsil edirlər. Belə olan halda Azərbaycanı təmsil edənlərin bizi necə təqdim etdiklərini təsəvvür edə bilirsinizmi? Bir mənalı şəkildə "hamısı savadsız, qabiliyyətsizdir" deyə, bir iddia ilə çıxış etmək və hökm vermək kimi niyyətdən uzağıq. Təbii ki, aparıcıların da arasında qabiliyyətliləri, öz işini sevənlər var. Amma nə yazıq ki, tv məkanda o qədər yararsızlar və sadəcə, aparıcılıq etmək adına efirə buraxılanlar, dili bilmədən bülbül kimi ötməyə cəhd edənlər var ki, savadlı və qabiliyyətliləri də seçib ayırmaq mümkün deyil. Qeyd edək ki, bu sahədə xəbər proqramlarının bir dərdi varsa, şou və əyləncə verilişlərinin min dərdi var. Az səviyyə və savada malik olub bu proqramlara baxmaq əməlli-başlı əsəb bahasına başa gəlir. Çünki təkcə geyimi, ya da davranışları ilə deyil, dili bilmədiyindən tez-tez kobud səhvlər etməsi bir yana, həm də dili korlamalarına sakit yanaşmaq mümkün deyil. Başqa bir cəhət... Biz azadlıqla azğınlığı bir-biri ilə qarışdırdığımız kimi, sərbəstliklə kobudluğu və mədəniyyətsizliyi də bir-biri ilə eyniləşdirmişik. Çünki demək olar ki, əyləncə verilişlərində proqramları aparanlar sərbəst davranmaq adına bir çox hallarda mədəniyyətsizlik edir, ya qonaqlar, ya da studiyada verilişi seyr etməyə gələnlər də bu davranışların qurbanı olur. Nə isə, dərd bir deyil, sadəcə, birini dilə gətirdik və açığını bilmək istəyirsinizsə, bununla da bu dərdin bitəcəyinə ümid etmirik. |
2014-02-04 | 8,159 | Bu cür təhsil heç yerdə görünməyib – Video | Braziliyada bir məktəbdə çəkilən bu video insanı təhsildən soyudar. "Axar.az" xəbər verir ki, mobil telefonla çəkilən videoda iki şagirdin lövhənin qarşısında dava etdiyi görünür. Şagirdlər dava etdiyi zamanda dərsi izah edən müəllimə isə heç bir şey olmamış kimi dərsinə davam edir. Dəqiqlərlə davam edən davaya müdaxilə etməyən müəllimənin mövqeyi dünya mediasında "vəhşi təhsil" olaraq şərh edilib. |
2014-02-04 | 8,160 | Zakir Həsənov Anji Kaspşik ilə görüşdü | Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər. Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib. General-polkovnik Z.Həsənov son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunaraq, düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması hallarının qeydə alınması, o cümlədən atəşin intensivliyinin artmasına da diqqəti yönəldib. Sonda müdafiə naziri, xalqımızın işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazilərimizin düşməndən azad edilməsi hüququnun özündə saxladığını bildirib. Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib. |
2014-02-04 | 8,161 | Nazirlik tibb xidmətinə ixtisaslar üzrə vakansiyaları açıqladı | Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Vakant ştat vahidləri, əsasən, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərində həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-terapevt, həkim-cərrah, həkim-endoskopist, həkim-laborant, həkim-statistik, feldşer-laborant və tibb qardaşı ixtisasları üzrədir. Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin bəzi ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər. Eyni zamanda, həkim-terapevt, həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen və USM) ixtisaslı yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin tibb xidmətinə qulluğa qəbula dəvət olunurlar. Ərizə və sənədlər bütün iş günləri Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 2, "Sahil" metrostansiyasının yaxınlığı) qəbul edilir. Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq olar: - Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 538-01-62 - Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91 |
2014-02-04 | 8,162 | İlham Əliyev həmsədrlərlə görüşdü | Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-02-04 | 8,163 | Dünya dövlətlərinin hərbi xərcə görə reytinqi | 3 il ərzində Rusiyanın dövlət büdcəsinin 40%-dən çoxu müdafiə sektorunun payına düşə bilər. "IHS Jane’s Annual Defence Budgets Review" tərəfindən tərtib olunan reytinq siyahısının ilk üçüncü pilləsində Rusiya yer alıb. Rusiyadan əvvəldə isə ABŞ və Çin qərarlaşıb. Rusiyanın siyahıda Yaponiya və Böyük Britaniyanı qabaqladığı bildirilir. 2014-cü ildə müdafiə büdcəsinin xeyli miqdarda artacaq olan 4 dövlətin Yaxın Şərqdə yerləşdiyi barədə məlumat reytinq siyahısında qeyd olunub. 2015-ci ilə qədər Rusiya Federasiyasının və Çinin hərbi büdcələrinin Avropa Birliyinin hərbi xərclərini üstələyəcəyi bildirilir. Birləşmiş Ştatların hərbi büdcəsi 585,4 mlrd. dollar olub. İkinci yerdə 139,2 mlrd. dollarla Çin, üçüncü yerdə 68,8 mlrd. dollarla Rusiya, dördüncü yerdə 58,8 mlrd. dollarla Böyük Britaniya, beşinci yerdə 56,8 mlrd. dollarla Yaponiya, altıncı yerdə 53 mlrd. dollarla Fransa gəlir. (ANS) |
2014-02-04 | 8,164 | Çempiona ən yüksək mükafatı Azərbaycan verir - Siyahı | Fevralın 7-dən 23-ə qədər Soçidə keçiriləcək. Qış Olimpiya Oyunlarında qalib gələn medalçılar təkcə evlərinə medal aparmayacaqlar. Onların əksəriyyəti həm yaxşı pul qazanacaqlar. Ən çox da Azərbaycanı təmsil edənlər... Azərbaycan olimpiya çempionlarına ən çox mükafat vəd edən ölkələrdən biridir. Amma o da var ki, Bakıda budəfəki olimpiadaya o qədər də ümidli deyillər. Azərbaycanın bu olimpiadada 4 idmançı təmsil edəcək, hamısı da başqa ölkələrin vətəndaşlarıdır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, onlar idmançıların ancaq 10-luğa düşəcəyinə ümidlidirlər. Beləliklə, ölkələr üzrə olimpiya medallarına verilən mükafatların məbləği: Azərbaycan: Qızıl medal - 510 000 ABŞ dolları. Gümüş medal - 255 000 ABŞ dolları. Bürünc medal - 130 000 ABŞ dolları. Ermənistan: Qızıl medal - 30 000 ABŞ dolları. Gümüş medal - 20 000 ABŞ dolları. Bürünc medal - 10 000 ABŞ dolları. Qazaxıstan: Qızıl medal - 250 000 ABŞ dolları Gümüş medal - 150 000 ABŞ dolları Bürünc medal - 75 000 ABŞ dolları Belarus: Qızıl medal - 150 000 ABŞ dolları. Gümüş medal - 75 000 ABŞ dolları. Bürünc medal - 50 000 ABŞ dolları. Ukrayna: Qızıl medal - 150 000 ABŞ dolları. Gümüş medal - 75 000 ABŞ dolları. Bürünc medal - 50 000 ABŞ dolları. Rusiya: Qızıl medal - 113 000 ABŞ dolları. Gümüş medal - 71 000 ABŞ dolları. Bürünc medal - 42 000 ABŞ dolları. ABŞ: Qızıl medal - 25 000 ABŞ dolları. Gümüş medal - 15 000 ABŞ dolları. Bürünc medal - 10 000 ABŞ dolları. Almaniya (Özəl Deutsche Sporthilfe Fondu mükafat verir) Qızıl medal - 20 000 ABŞ dolları. 2-8-ci yeri tutan idmançılara - 2 000 ABŞ dolları. Kanada: Qızıl medal - 9 000 ABŞ dolları. Gümüş medal - 6 800 ABŞ dolları. Bürünc medal - 4 500 ABŞ dolları. (Azadlıq Radiosu) |
2014-02-04 | 8,165 | Küçədə qadını belə döydülər - Video | Türkiyənin İstanbul şəhərində axşam saatlarında gənc qadın bir kişinin hücumuna məruz qalıb. Kişi qadının arxasınca düşüb və qəfil arxadan ona hücum edib. Kişi qadını yerə yıxıb və ona bir neçə yumruq zərbəsi endirib. Daha sonra onun saçından tutaraq başını yerə çırpıb. Qadını pərişan hala salan kişi onun əlindəki çantanı götürüb qaçıb. Bütün bu hadisələr bütövlükdə müşahidə kameralarına düşüb. Hazırda polis həmin şəxsin axtarışlarına başlayıb. (ANS) |
2014-02-04 | 8,166 | Ramiz Mehdiyev sosial şəbəkədə - Foto | Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "facebook" sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb. Bu səhifə rəsmidir və R. Mehdiyevə məxsusdur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, səhifədə R. Mehdiyevin müraciəti də yerləşdirilib: "İnformasiya kommunikasiya texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb, bəşəriyyətinin virtual portretini, yeni fəlsəfəni formalaşdırır. Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla qarşılıqlı münasibətlərdə yeni platforma yaradır. Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaqdır. Elektron və mobil hökumət, kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət qurarkən cənab Prezident İlham Əliyev Azərbaycan elminə, gənclərimizin böyük potensialına arxalanır. Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam". |
2014-02-04 | 8,167 | Soçidə Olimpiya kəndinin açılışı olub - Video | Soçidə Olimpiya kəndinin açılışı olub. Şəhər küçələrində silahlı polislər və digər təhlükəsizlik qüvvələri gözə çarpır. 22-ci Qış Olimpiya oyunlarına hazırlıqlar geniş əks-səda ilə müşayiət olunub. Rusiya hökumətinin oyunlarının təşkilinə külli miqdarda pul sərf etməsi ölkə daxilində bəzi etirazlara səbəb olmuşdu. Digər tərəfdən Rusiyanın ötən yay cinsi azlıqların təbliğ olunmasını qadağan edən qanun qəbul etməsi Qərb ictimaiyyətində qınaqa yol açmışdı. Bir sıra ölkə prezidentləri, Fransa, Almaniya və digər ölkə başçıları Soçiyə getməkdən imtina etmişdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Soçi olimpiadasına sərf olunan xərclər barədə çıxış edərək, bunların Rusiya infrastrukturuna yatırılmış uzunmüddətli investisiyalar adlandırıb. Bunlardan əlavə, açılışa 3 gün qalmış hələ bütün mehmanxanalar tam hazır deyil. Soçi Olimpiya Oyunlarının icraçı direktoru bildirib ki, idmançılar üçün nəzərdə tutulmuş 41 min otel otağından bir çoxu, ya tam başa çatmayıb, ya da telefon və televizorlarla təmin olunmayıb. Ancaq təşkilatçılar, bütün mehmanxanaların yaxın iki gün ərzində tam hazır olacağını açıqlayıb. (ANS) |
2014-02-04 | 8,168 | Yol polisi sürücülərə xəbərdarlıq etdi - Video | Qarlı şaxtalı hava şəraiti hələ də davam etdiyindən Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə avtomobil yollarında ehtiyatlı olmağı tövsiyyə edib. Yol polisi hesab edir ki, belə hava şəraitində sürücülər şəxsi nəqliyyat vasitələrindən deyil, daha çox ictimaii nəqliyyatdan istifadə etməlidir. Yox əgər ictimai deyil, şəxsi nəqliyyata üstünlük verənlər varsa, onda qarlı buzlu yollar üçün təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər. BŞDYP-nin şöbə rəisi, Vaqif Əsədov: "Maşınların təkərləri dəyişilməli, qış şinləri olmalıdır. Bundan əlavə, zəncirlərdən istifadə olunmalıdır. Piyadalar da onlar üçün ayrılmış zolaqlardan istifadə etməlidir, çünki istənilən anda istənilən avtomobil sürüşüb piyadaya dəyib qəza törədə bilər". Şöbə rəisi deyir ki, mütəmadi maarifləndirmə işlərinin aparılmasına baxmayaraq qarlı hava şəraitində qəzaların sayı adı günlərlə müqayisədə artır. Elə qəza hallarının baş verməsinə şərait yaratmamaq üçün paytaxtdan bölgələrə hərəkət edən sərnişin avtobusları da zəruri tədbirlər görməli, yola çıxmazdan öncə Respublika Dövlət Yol Polis İdarəsinin qaynar xəttindən respublika daxilindəki əsas magistral yollar haqda məlumat almalıdırlar. Yeri gəlmişkən, respublikanın əsas magistral yollarının bu gecə buz bağlayacağı proqnozlaşdırılır. (ANS) |
2014-02-04 | 8,169 | 73 yaşlı qadın evində ölü tapıldı | Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri mənzildə qadın meyiti aşkar edib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 19.00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 42, mənzil 12 ünvanında yaşayan 73 yaşlı Abdullayeva Güllü Əhməd qızının meyiti aşkarlanıb. 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın yaxınları ondan xəbər ala bilməyiblər. Giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyini görən qohumlar və qonşular Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt" xidmətinə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın evdə tək yaşayırmış. Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar və mənzildə yaşlı qadının meyitini aşkarlayıblar. |
2014-02-04 | 8,170 | Türkiyə ilə bağlı açıqlama - Hesabat | ABŞ AKP iqtidarını Türkiyənin sərhədlərinə nəzarət edə bilməyən, azad sözü boğan, milli zəmində problemlər yaradan iqtidar kimi dəyərləndirib. ABŞ-ın "Freedom House" təşkilatı Türkiyədəki durumla bağlı hesabatında Rəcəb Tayyib hökumətini sərt tənqid edib. "Demokratiya böhranı: Türkiyədə korrupsiya, media və güc" adlandırılan hesabat 2013-cü ilin noyabrından son günlərədək ölkədə baş verən olayların əsasında hazırlanıb. Türkiyə Silahlı Qüvvələrinin gücündən yarım əsrdir daxili siyasətdə də istifadə edildiyini vurğulayan Freedom House bildirir ki, son dönəmlərdə bu tendensiya daha da güclənib:"Mediaya, qəzetçilərə basqı, medaianın nəzarətdə saxlanması üçün ordunun gücündə istifadə halları indiyə qədər də var idi. Ancaq AKP siyasi hakimiyyətini qullanaraq bu metoddan daha tez-tez və daha sərt formada yararlanır. Qəzetçiləri birbaşa hədəf alan açıqlamalar, kütləvi şəkildə işdən çıxarmalar, media patronlarına verilən cəzalar, qəzetçilərin dinlənməsi, həbs edilməsi AKP iqtidarının ən çox müraciət etdiyi metodları sırasında yer alır". Freedom House Türkiyədə diktatorluq olmadığını, ancaq hökuməti tənqid etmənin insanların gəlirlərini və bəzən isə azadlıqlarını risqə qoymaları bahasına başa gəldiyinin bildirir. Hesabat Türkiyəyə tövsiyələrlələ bitir: "Hökumət müstəqil müzakirələr aparılması cəhdlərini nəzarəti altına almaqla ölkənin sabitliyini təhlükə altına qoyduğunu dərk etməli, qəzetçilərə qarşı məhkəmə iddialarında "Terrorla mübarizə" Qanununun istifadəsini dayandırmalı, "Türk millətini aşağılamaq" suçunu nəzərdə turan Cinayət Məcəlləsinin 301-ci maddəsini ləğv etməlidir". Diqqət çəkən faktdır ki, Freedom House-la eyni gündə ABŞ-ın Beynəlxalq Təhlükəsizlik Xidməti də Türkiyə ilə bağlı hesabat açıqlayıb. Hər ilin əvvəllərində Konqresə təqdim edilən sənədin Suriyadakı durumla bağlı hissəsində Türkiyə "tranzit ölkə" kimi qeyd edilib:"Türkiyə Suriyadakı savaşa qatılmaq üçün yol axtaran əcnəbilər üçün tranzit ölkə rolunu oynayır. Bu durumu ilə Türkiyə öz sərhədlərinə nəzarət edə bilməyən ölkə statusunu qazanmaqdadır. Türkiyənin xarici siyasəti daxili situasiya ilə, özəlliklə də davam edən korrupsiya skandalı ilə şəkillənəcək. Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP gözlənilən iki seçki prosesinə - bələdiyyə və prezident seçkilərinə köklənəcək. Din adamı Fətullah Gülənə yaxın insanların başlatdığı iddia edilən və 2013-cü ilin dekabrında çat verən korrupsiya iddiaları Ərdoğanın önündəki ən ciddi problemdir". Hesabatda yaxın gələcəkdə Türkiyə içərisində milli zəmində problem yaşana biləcəyi proqnozları da səslənməkdədir: "Ankara ölkənin iqtisadi gücünü qorumağa yönəlik tədbirlərlə yanaşı, ölkədəki milliyətçi seçiciləri özündən uzaqlaşdıra biləcək məsələlərdə ehtiyatlı davranmağa çalışacaq. Ərdoğan kürd terror təşkilatı Kürdüstan Xalq Konqresi (KXK, keçmiş PKK) ilə sülh anlaşması səbəbi ilə türk milliyətçilərini və qonşu ölkələri özünə qarşı çevirib". ("Musavat.com") |
2014-02-04 | 8,171 | Türkiyə dünyanın o başından idarə edilə bilməz – Video | Ərdoğan Gülənə sərt mesaj göndərdi. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan Almaniya səfərindən əvvəl İstanbul Hava Limanında mətbuat konfransı təşkil edib. Jurnalistlərin suallarını cavablandıran Ərdoğan "Zaman" qəzetinin müxbirinin sualına əsəbiləşərək, ABŞ-da yaşayan Fətullah Gülənə də mesaj göndərib: "Dünyanın o başından Türkiyə idarə edilə bilməz. Gəl çıx, nə etmək istəyirsən, burada elə". Daha ətraflı videoda: |
2014-02-04 | 8,172 | Qadınları fahişəliyə cəlb edən şəxs axtarışda - İnterpol | Azərbaycanlı qadınları xarici ölkələrə apararaq fahişəliyə cəlb edən şəxs beynəlxalq axtarışa verilib. Qadınların fiziki və psixi köməksiz vəziyyətindən istifadə edən mütəşəkkil dəstənin rəhbəri Rafael Çobanzadə barəsində qırmızı xətt üzrə axtarış elan edilib. Bildirilir ki, 1964-cü ildə Bakıda anadan olmuş R.Çobanzadə Azərbaycan dilindən başqa rus və ingilis dillərini də mükəmməl bilir. Axtarışlar davam etdirilir. ("Lent.az") |
2014-02-04 | 8,173 | Ramil Usubov yeni rəis təyin etdi | Ramil Usubov növbəti kadr dəyişikliyi edib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün müvafiq əmr imzalayıb. Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib. Hazırda Beyləqan rayonunun polis rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur. Xatırladaq ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. ("AzNews.az") |
2014-02-04 | 8,174 | "Rusiyanın Ermənistanı müdafiə etmək fikri yoxdur" | "Ermənistanın Gömrük İttifaqına təhlükəsizlik məqsədi ilə girməsi barədə deyilənlər blefdən başqa bir şey deyil". Bu barədə Ermənistanda dərc olunan "168 jam" qəzetinin müxbirinə Moskvadakı "Novosti" informasiya agentliyinin analitiki Vadim Dubnov bildirib. "Ermənistanı heç kim təhdid etmir, əgər bir şey olsa belə, Rusiyanın Ermənistanı müdafiə etmək fikri yoxdur",- deyə analitik vurğulayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bilərəkdən bu blefə əl atıb, çünki Gömrük İttifaqına daxil olmaq istəyi yalnız və yalnız onların maddi marağından qaynaqlanır. |
2014-02-04 | 8,175 | Mafiya başçısı məhkəmə önündən qaçırıldı | İtaliyada ömürlük həbs cəzası alan mafiya başçısı Domeniko Kutri məhkəməyə gətirilərkən bir qrup şəxs tərəfindən qaçırılıb. "Axar.az" xəbər verir ki, mafiya liderini gətirən polis maşınının qarşısı məhkəmə binası önündə qara rəngdə olan bir avtomobil tərəfindən kəsilib. Avtomobildən düşən 4 maskalı adam Domenikonu götürərək bir polisə atəş açıb. Bu vaxt qarşıdurma yaranıb və nəticədə mafiya liderinin qardaşı Antonio Kutri ölüb və iki polis yaralanıb. Qeyd edək ki, Domeniko 22 yaşlı Polşa vətəndaşı Lukaş Kobrzeniskini öldürməkdə ittiham edilir və 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Dünən isə Domeniko barəsində irəli sürülən başqa bir ittiham səbəbindən məhkəməyə ifadəsi alınmaq üçün gətirilirdi. İtalya təhlükəsizlik qüvvələri ölkəboyu axtarış elan edib və mafiya başçısının İsveçrəyə qaçmaq ehtimalını nəzərə alaraq, sərhədlərdə tədbirlər görür. |
2014-02-04 | 8,176 | Tovuzdakı ev qaz sızmasından partlayıb | Tovuz rayonunda partlayış baş verib. Hadisə rayonun mərkəzi küçələrindən birində Kamil Cəfərovun evində baş verib. Zərbənin dalğası o qədər güclü olub ki, ikimərtəbəli yaşayış binasının bir tərəfi tamamilə çöküb. Xoşbəxtlikdən birinci mərtəbədə olan ev sahibləri canlarını partlayışdan salamat qurtara bilib. Ev sahibi Kamil Cəfərov partlayışa səbəb gecədən qazın kəsilməsini və sonradan ikinci mərtəbəyə dolan qazın soyuducuda yaranan qısa qapanma nəticəsində baş verdiyini bildirdi. Anidən baş verən partlayış qonşularda da hiss olunub. Onlar sanki zəlzələ baş verdiyini düşünüblər. Qonşu mənzilə yaxınlaşan zaman isə evin bir tərəfinin tamamilə çöküb yararırsız hala düşdüyünü görüblər (ANS). |
2014-02-04 | 8,177 | Türkiyəli sürücünün öldürdüyü şəxsin kimliyi məlum oldu | Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Belə ki, 49 yaşlı Türkiyə vətəndaşı olan Kənan Kazmaçı idarə etdiyi "Mercedes" markalı yük maşını olan "TIR" ilə yolu keçmək istəyən piyada, təxminən 45-50 yaşlarında olan kişini vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib. Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən verilən məlumata görə, mərhumun üzərində telefon kitabçası aşkar edilib. Ölən şəxsin kimliyi məlum olub. Qəzada dünyasını dəyişən şəxs Zəngilan rayonundan məcburi köçkün olan, 1952-ci il təvəllüdlü Nizami Yusif oğlu Cəfərovdur. (ANS) |
2014-02-04 | 8,178 | Feysbuk və dünyanın işğal planı - Video | Feysbukun 10 yaşı tamam oldu. Lakin bu sosial şəbəkənin yarandığı gündən etibarən məşhurlaşması və birdən-birə təsvir edilə bilməyəcək qədər şöhrət qazanması bəzi sualların yaranmasına səbəb olur. Məhz Feysbuk vasitəsilə demək olar ki, dünyanın bütün məlumatları vahid bir məntəqədə toplanılır. Bəs bu qədər informasiya kimə gərəklidir? Onun İlluminant adlanan gizli təşkilatla əlaqəsi varmı? Qeyd edək ki, illuminantlar dünyada indiyə qədər fəaliyyət göstərən əsas gizli təşkilatlardan hesab edilir. Bu təşkilat 1776-ci ildə Adam Vayzhapt tərəfindən yaradılsa da, bir müddət sonra məhv olduğunu bəyan edir. Lakin onun indiyə qədər gizli şəkildə fəaliyyət göstərdiyi iddia edilir. Vaterloo müharibəsi, Fransa inqilabı, Kennedi sui-qəsdinin məhz bu təşkilat tərəfindən həyata keçirildiyi bildirilir. Bəzi ABŞ prezidentlərinin birbaşa bu təşkilata üzv olduğu iddia edilir. "Axar.az" bu şübhələri özündə əks etdirən video-materialı təqdim edir. |
2014-02-04 | 8,179 | Əli İnsanov həbsdən çıxır və media holdinq qurur - Özəl | Həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov yaxın günlərdə həbsdən azad ediləcək. Bu barədə "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, keçmiş nazir yeni media şirkətin qurulması barədə artıq öz adamlarına göstəriş də verib. Bildirilir ki, keçmiş nazirin media şirkətində xəbər saytı ilə bərabər, qəzetin də buraxılması nəzərdə tutulub. Keçmiş nazir həmçinin gənclərin fəaliyyəti üçün mərkəzin təsis edilməsi göstərişini də verib. Bu mərkəzdə müxtəlif dərnəklər və xarici dillərdə hazırlıq kurslarının təşkil edilməsi planlaşdırılır. Məlumatda deyilir ki, bu məqsədlə "Gənclik" metrosu yaxınlığında bir villa icarəyə götürülüb. Həm media şirkəti, həm də gənclər mərkəzi həmin villada fəaliyyət göstərəcək. |
2014-02-05 | 8,180 | Avtobusun ikinci qatından yıxıldı – Video | Londonda ikiqatlı avtobusun yuxarı mərtəbəsindən düşən sərnişin ayaqlarını sındırıb. "Axar.az" xəbər verir ki, ayağı ilə avtobusun ikinci qatındakı pəncərəni sındırmaq istəyən vətəndaşın bu arzusu sonda avtobusdan yıxılması ilə nəticələnib. Onun pəncərəyə vurduğu zərbə o qədər güclü olub ki, şüşə ilə bərabər özü də asfalt üzərinə düşüb. |
2014-02-04 | 8,181 | “Sarkozi gülməlidir” | Aktrisa Culiya Qayet ilə gizli eşq macərası ortaya çıxandan sonra sevgilisi Valeri Trierveilerdən ayrılan Fransa prezidenti Fransua Ollandı bu dəfə sələfi Nikola Sarkozinin qayınanası yıxıb-sürüyüb. Fransanın Oskarı hesab olunan "Sezar" mükafatında "ən yaxşı köməkçi aktrisa" nominasiyasında Qayetlə yarışan Karla Bruninin anası Marisa Burini İtaliyanın "La Stampa" qəzetinə müsahibə verib. Müsahibəsində Olland haqqında "qadınlarla münasibətlərində o çox gülməlidir" deyən Marisa Ollandı məsxərəyə qoyub. "Olland doğrudan da gülməlidir. Motosikletə minib sevgilisinin yanına qaçan oğlan obrazı onluq deyil. Hakimiyyətdəki kişilərin həmişə nikahdankənar münasibətləri olur, amma inanın ki, heç biri özünü belə gülünc vəziyyətə salmayıb",-deyə 83 yaşlı aktrisa bildirib("Teleqraf.com"). |
2014-02-04 | 8,182 | Kafkanın sevgilisinə məktubu | Təqdim etdiyimiz məktub yazar Frans Kafkanın sevgilisi Milenaya yazdığı məhşur məktubdur. Amma Milenanı sadəcə Frans Kafkanın sevgilisi olaraq xatırlamaq düzgün deyil. Bu onun yaşadığı həyata və azadlıq uğrunda apardığı mübarizəyə xəyanət olardı. O kübar bir ailənin qızı olub. Uzun müddət azadlıq uğrunda mübarizə aparmış və faşist düşərgəsində vəfat edib. Məktubu tədqim edirik… "Milena, mənim üçün minlərcə "bəlkə"lər var... Düzgün bir insanam... Əsarətin və köləliyin izn verdiyi qədər düzgün biri... Bu təfərimlə hər kəsə bənzəməyən fərqli bir yönüm var. Bu həyatda bir dəqiqə belə rahat olmaq mənə rəva görülməyib. Hər şeyi savaşaraq qazanmaq, sadəcə, gələcəyimi deyil, keçmişimi də özüm yaratmaq məcburiyyətindəyəm. Dünya sağa döndükdə bu ritmə uymaq üçün mənim sola dönməm lazımdır. Palto geyinmək istəmədiyim halda bu boyda dünyanı çiyinlərimdə necə daşıyım?! Olduğum vəziyyəti anlada bilmərəm, sən də anlamazsan. Mən belə anlaya bilmirəm, başqaları necə anlasın?" |
2014-02-04 | 8,183 | Tatar qızı Olimpiya kəndinin meri seçildi - Video | Olimpiya çempionu Yelena İsinbayeva 2014-cü il Qış Olimpiadası idmançılarının qalacağı Olimpia Kəndinin meri olduğunu açıqlayıb. Məlumata görə, 2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən "İlin ən yaxşı idmançısı" seçilən ikiqat olimpia və dünya çempionu Yelena Isinbayeva Olimpia kəndinin meri olduğunu "Instagram" hesabında açıqlayıb. Əvvəlcə hazırlıq keçən və yanvarın 30-da isə Olimpiya Kəndindəki ofisində işə başlayan Olimpiya çempionu bütün heyətlərin və Beynəlxalq Olimpiya Komitəsi səlahiyyətlilərinin də iştirak edəcəyi bir yığıncaq hazırlamağı planlaşdırır. Qeyd edək ki, rus idmançısı idmançıların maraqlarını qorumaq üçün yerinə yetirəcəyi vəzifəyə görə xoşbəxtlik hissi duyduğunu bildirib (ANS). |
2014-02-05 | 8,184 | Bu günün proqnozu: hava isinir | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. |
2014-02-05 | 8,185 | Müxalifətçi motosikletçini belə vurdu - Video | İraqın Nineva əyalətində İraq Dəməşq İslam Dövlətinin (İDİD) bir nümayəndəsi yoldan keçən motosikletçini silah ilə təhdid edərək saxlamaq istəyib. "Axar.az"ın məlumatına görə, motosikletçi saxlamayıb və İDİD nümayəndəsi silahdan atəş açaraq motosikletçini yaralayıb. Bundan sonra o, motosikletçi şəxsi kənara itələyərək motosikletlə hadisə yerindən uzaqlaşıb. |
2014-02-05 | 8,186 | “Qurani-Kərim“ Azərbaycan dilində oxunsun - Təklif/Video | Milli Məclisin sədri Oqtay Əsədovun "Quran"ın Azərbaycan dilində oxunması təklifi ciddi rezonansa səbəb olub. Bu ideyanı tənqid edənlərlə yanaşı, Oqtay Əsədovla kifayət qədər həmfikir olanlar da var. Parlamentdəki müzakirələrdən onun əsas opponenti kimi tanınan Fazil Mustafa və kifayət qədər nüfuza malik Hacı Şahin Həsənli kimi. Milli Məclisin spikeri Oqtay Əsədov: "Qurani Kərim"də olan sözlər çox vaxt Azərbaycan dilində deyilsin ki, məclisdə olanlar da başa düşsünlər. Mollalarımız qoy onu öyrənsinlər ki, insanlar bunu başa düşsünlər". Oqtay Əsədovun bəzi din xadimlərinə və dini məsələlərlə məşğul olan qurumlara tutduğu bu irad ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Bir çox din adamları bu fikri heç də birmənalı qarşılamadı. Bəziləri "Quran"ı ərəb dilində oxumaq savabdır, deyib fikri tənqidlə qarşıladı. Amma qarşıya qoyulan bir məqsəd də var. Oxunan mətni hamı tam anlayırmı? Bu sualın cavabı ilə Məşədi Dadaş məscidinə üz tutduq. Elə getdiyimiz vaxt "Quran" oxunurdu. Moizə bitəndən sonra ona qulaq asanlara yaxınlaşdım. Sualım konkret idi. Eşitdiklərinizdən nə anladınız? Dindar, Vüsal Məmmədov: "Başa düşmədiyim yerlər oldu. Amma tam başa düşmədim, demirəm. Tam başa düşmədiyim yerlərini isə borcumdur ki, öyrənim". Müsahiblərimizin İslam universitetitin tələbələri olduğunu nəzərə alsaq, onda ərəb dilini bilməyən insanların vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Buna görə də millət vəkilləri "Quran"ın mütaliəsinin formal çərçivədən uzaqlaşdırıb, oxuyanın avazı kimi məzmununun da aydın olması üçün hər kəsin anlayacağı dildə oxunmasını daha məqsədə uyğun sayır. Millət vəkili, Fazil Mustafa: "Bunu ona görə Azərbaycan cəmiyyətində təbliğ etmək lazımdır ki, insanlar ondan bundan eşitdiyi fikirilə İslam dini haqqında fikir formalaşdırmasın. Özlərinin anladığı birbaşa aydın dildə İslam dini anlayışan qovuşsunlar". Bu isə insanlar arasında dini maarif səviyyəsinin yüksəlməsinə xidmət edəcək. İndiyə qədər bir sıra mərasimlərində dəfələrlə eşitdiyi surələrin elmi izahından da xəbərdar olacaq. Hacı Şahin: "Din sahəsində məlumatsız olduqda bir boşluq yaranır. Və kimlərsə bu boşluğu doldurmağa çalışır. Kənardan xaricdən bu boşluğu doldururlar. Ona görə "Quran"ın nə dərəcədə mükəmməl kitab olmasını bilmək üçün onun Azərbaycan dilində deyilməsi şərtdir. Yəni ərəbcə oxunan "Quran"ın xüsusi savabı var, amma təfəkkürsüz oxumağın savabı da azdır. Belə deyək orijinaldakı məzmun qorunmaq şərtilə tərcümə və təfsir deyilsə, bu ən ideal variantdır". Qısası, atalarımızın "Avazın yaxşı gəlir, oxuduğun quran olsa" deyə ta qədimdən qaldırdığı problemi həll etməyin vaxtı deyəsən çatıb. (ANS) |
2014-02-05 | 8,187 | “Ermənistan hakimiyyəti sabitliyi təmin etmək iqtidarında deyil” | Levon Zurabyan: "Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir" "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir. Bu barədə fevralın 4-də müxalif "Erməni Milli Konqres"in parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb. "İlin yekunlarına görə inflyasiya 5,6 faiz olduğu halda orta əməkhaqqı cəmi 4,2 faiz artıb. Ermənistanı daha on minlərlə insan tərk edib. Bundan başqa, ölkəyə Suriyadan minlərlə miqrant gəlib. Lakin hökumət nə onların, nə də digərlərinin qeydinə qalmır", deyə Zurabyan əlavə edib. "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, və yaxud, fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır", deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir. |
2014-02-05 | 8,188 | Keçmiş nazirin cinayət işi Baş Prokurorluğa göndərildi | Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatdıran Milli Təhlükəsizlik Nazirliyi sabiq nazirə qarşı ittiham aktını təsdiqlənməsi üçün Baş Prokurorluğa göndərilib. Vəkil Əfqan bildirib ki, Məmmədov Baş Prokurorluq ittiham aktını təsdiqləyib məhkəməyə göndərməlidir. Vəkil deyib ki, Nicat Quliyev istintaqa heç bir ifadə verməyib: "Nicat Quliyev hesab edir ki, onu şərləyiblər, evinə silah qoyublar və qanunsuz həbs ediblər. Ona görə də sonadək istintaqın heç bir sualını cavablandırmayıb". Əfqan Məmmədovun sözlərinə görə, sabiq nazirin işinə Binəqədi Rayon Məhkəməsində baxılacağı gözlənir: "Çünki hadisənin baş vermə yeri kimi Novxanı bağları göstərilib. Həmin yer də Binəqədi rayonu ərazisidir". Nicat Quliyev 2013-cü il avqustun 7-də həbs olunub. MTN-in yaydığı məlumata görə, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır. ("Mediaforum.az") |
2014-02-05 | 8,189 | Xaçmazda fəhlə bədbəxt hadisə nəticəsində öldü | Bu gün axşam saatlarında Xaçmazda elektrik cərəyanının vurması nəticəsində bir nəfər dünyasını dəyişib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Xaçmaz şəhəri İsmət Rəsulov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan 49 yaşlı Mabidov Rasim Məmmədxan oğludur. Hadisə mərhumun fəhlə kimi çalışdığı restoranda qeydə alınıb. Meyit Xaçmaz morqunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2014-02-05 | 8,190 | Yemək növbəsində şorba üçün ağladılar – Video | Suriyanın paytaxtı Şamın cənubunda yaşayan yerli xalq aclıqla mübarizə aparır. "Axar.az" xəbər verir ki, Şamın cənubunda yaşayan yerli xalq paylanan mərci şorbasından ala bilmək üçün uzun növbələr yaradıblar. Paylanan şorbadan götürə bilməyən bəzi qadınlar Əsədə qarğışlar yağdırıblar. |
2014-02-05 | 8,191 | Aİ və Azərbaycan insan hüquqlarını müzakirə ediblər | Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitənin dördüncü iclası keçirilib. Alt-komitədə Azərbaycanı Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Fuad İsgəndərov və nümayəndəliyin əməkdaşları təmsil ediblər. Görüşün birinci hissəsində leqal və qeyri-leqal miqrasiya, həmçinin insan alveri, sığınacaq və sərhəd mühafizəsi məsələləri müzakirə olunub. Azərbaycanda sənəd təhlükəsizliyi çərçivəsində biometrik pasportların verilməsi, həmçinin Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və 2014-cü ilin ikinci yarısında imzalanacaq Readmissiya müqaviləsi məsələsinə də toxunulub. Bununla yanaşı, mobillik sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar məruzə edilib. Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri arasında elektron hökümət, sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa İttifaqı ilə razılaşdırılmış digər elektron alətlərinin dövlət qurumları və vətəndaşlar üçün tətbiq olunması istiqamətində ən böyük addımlar atan ölkə olduğunu vurğulayıb. Mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, korrupsiya və qeyri-leqal fəaliyyətin digər formaları, terrorizm, həmçinin maliyyə terrorizmi və çirkli pulların yuyulması ilə mübarizə siyasətində aparılan islahatlar, cinayət məcəlləsinin bu sahəsində edilən dəyişikliklər qeyd olunub. Bundan başqa, Azərbaycan nümayəndə heyəti ötən il ərzində aşkarlanmış və zərərləşdirilmiş mütəşəkkil cinayət qruplarının, insan alveri ilə məşğul olan şəxslərin və beynəlxalq miqyaslı cinayət dəstələrinin statistikasını təqdim edib. Aİ nümayəndələri, öz növbələrində, Aİ daxilində mövcud korrupsiya ilə mübarizə təcrübəsi ilə paylaşmağa hazır olduqlarını bildiriblər. Həmçinin, Azərbaycanın terrorizmin bütün formalarını qınadığı və ona qarşı mübarizədə bütün imkanlarını səfərbər etdiyi Azərbaycan tərəfindən qeyd edilib. Aİ Şərq Tərəfdaşlığı Ölkələri ilə Əlaqələr şöbəsinin başçısı Dirk Şubel (Dirk Schuebel), Azərbaycanın Aİ üçün terrorizm sahəsində strateji tərəfdaş olduğunu və birgə əməkdaşlığı yüksək qiymətləndirib. Görüş zamanı həmçinin hüququn aliliyi və ədliyyə mövzuları, habelə ədliyyə sahəsində Aİ-Azərbaycan arasında əməkdaşlıq məsələsi də geniş müzakirə mövzusuna çevrilib. Avropa Komissiyasının ədliyyə üzrə baş direktorluğunun nümayəndəsi ədliyyə sistemində aparılacaq islahatların vacibliyini və bununla bağlı ikitərəfli danışıqların zəruriliyini vurğulayıb. Avropa İttifaqı nümayəndələri aparılan siyasəti razılıqla qarşılayaraq Azərbaycan nümayəndə heyətinin verdiyi təklifləri nəzərə alacaqlarını bildiriblər. İclasın ikinci günündə, Alt-komitə Azərbaycan və Avropa İttifaqında insan hüquqları mövzusunda fikir mübadiləsi ilə davam edib. Müzakirələr insan hüquqlarının qorunması üzrə dövlət siyasəti, ədliyyə sahəsində islahatlar, seçkilər və seçki ilə bağlı proseslər, məlumat və ifadə azadlığı, birləşmək və toplaşmaq azadlığı, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyəti. Bununla yanaşı, Aİ və Azərbaycan tərəfləri beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan hüquqları sahəsində əməkdaşlığı müzakirə ediblər. ("Musavat.com") |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.