date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-02-01
7,879
Dünya Bankı Azərbaycanda layihə reallaşdıra bilər
Dünya Bankının (DB) missiyası Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək. Bunu bankın Bakı nümayəndəliyindən deyiblər. Bank nümayəndəsi bildirib ki, DB-nin bu sahədə layihəsi üzrə kuratoru Jak Bürenin başçılıq etdiyi missiya bankın ölkənin nəqliyyat sahəsində cari layihələrinin reallaşdırılmasının icmalını aparacaq. Missiya 1 həftə ərzində Azərbaycanda olacaq. Qeyd edək ki, Dünya Bankının Azərbaycanda investisiya portfeli 17 layihədən ibarətdir. Ölkənin DB-yə qoşulmasından etibarən bank 3 milyarddan artıq məbləğdə 54 layihəni maliyyələşdirilib (Trend).
2014-02-01
7,880
Baş nazirin əllə işarəsi problemi çözdü
İran ilə Türkiyə arasında imzalanan müqavilə zamanı türkiyəli nazirin imza problemi Ərdoğanın bir əl işarəsi ilə həll olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran İslam Respublikası ilə Türkiyənin güzəştli ticarət razılaşması imzanlandığı zaman maraqlı məqam medianın diqqətindən yayınmayıb. Tehranda həyata keçirilən razılaşma zamanı İran hökuməti son anda müqaviləyə dəyişikliklər edib. Məhz bu səbəbdən imzalama mərasimində Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi müqaviləyə imza atmaq istəmədiyini bildirib. Həmçinin nazirin onun üçün ayrılmış masada əyləşmədiyi də xüsusi olaraq qeyd olunub. Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu ilə Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız Zeybəkçini razı salmağa çalışsalar da bu, nəticə verməyib. Bütün bunlardan sonra Baş nazir Ərdoğan probemə müdaxilə edib və Baş nazirin bir əl işarəsi ilə Zeybəkçi müqaviləyə imza atıb.
2014-02-01
7,881
Neft yatağındakı hasilat həcmi açıqlanıb
Proqnozlara əsasən, 2014-cü ildə "Qərbi Çıraq" yeni platformasında neft hasilatının həcmi 3 milyon ton təşkil edəcək. Bu barədə brifinqdə "BP Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrell deyib. "BP" Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin operatorudur. Q.Birell bildirib ki, proqnozlara əsasən, platformada orta sutkalıq hasilat həcmi təqribən 60 min barel təşkil edəcək: "2014-cü il ərzində "bp" daha 6 quyu qazmağı və istismara verməyi planlaşdırır. Ümumilikdə ilkin plana əsasən, platformada 14 quyunun (hasilat və texniki) qazılması planlaşdırılır". Onun sözlərinə görə, qalan quyular 2015-2016-cı illərdə istismara veriləcək: "Birinci quyunun sutkalıq debeti 3 min barel təşkil edib, lakin daha yüksək göstəricilər gözlənilir. Digər quyuların qazılması barədə planlaşdırılan 14 quyunun vəziyyəti və nəticələrindən asılı olaraq danışmaq mümkün olacaq. Yeni platforma "Azəri-Çıraq-Günəşli"də hasilatın sabitliyinin təmin olunmasına xidmət edəcək". Platforma sutkada maksimum 185 min barel neft və təqribən 5,3 milyon kubmetr qaz verəcək. "Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb (Trend). AÇG-də iştirak payları: bp (operator - 35,78%), AzAÇG (11,65%), Chevron (11,27%), Inpex (10,96%), Statoyl (8,56%), Exxon (8%), TPAO (6,75%), Itochu (4,3%), ONGC (2,72%)
2014-02-01
7,882
Həmyerlilərimiz etiraz aksiyası keçirdi
İsveçin paytaxtı Stokholm şəhərinin Botkirka rayonunda 1915-ci il hadisələrinə dair qondarma erməni "soyqırımı" abidəsinin tikilməsi bu şəhərdə yaşayan türkiyəli və azərbaycanlı sakinlərin etirazı ilə qarşılanıb. Məlumata görə, süryani, assur və erməni icmasının gündəmə gətirdiyi təklif ötən gün Botkirka bələdiyyə məclisində səsverməyə çıxarılıb. Səsvermə barədə məlumat əldə edən yerli Azərbaycan və Türkiyə icmasının nümayəndələri bələdiyyə binasının qarşısında etiraz aksiyası keçiriblər. Bütün etirazlara baxmayaraq bələdiyyə məclisi abidənin tikilməsi istiqamətində qərar qəbul edib. Bildirilir ki, məclisdə səsverməyə çıxarılan təklifə 9 partiyadan 8-i dəstək verib. Bələdiyyə məclis üzvlərindən 54 nəfəri təklifin lehində, 5 nəfər isə əleyhində səs verib. Məlumata görə, 87 400 sakini olan Botkirka rayonunda 10 000 türk yaşayır(ANS).
2014-02-01
7,883
Seda Sayana görə TV cərimələndi
Türk müğənnisi Seda Sayan aparıcısı olduğu "Qaynana gəlin, Sedaya gəlin" proqramında reklam qanunvericiliyinin müvafiq maddəsini pozub. Müğənni proqram zamanı müsabiqə iştirakçılarına verilən hədiyyələrin markalarını həddindən çox vurğulayıb. "Axar.az"ın "Haber Türk"ə istinadən bildirir ki, bu fakta görə "Türkiyə Radio Televiziya Ali Şurası" (RTÜK) "Kanal D"ni 650 000 lirə (225 000 manat) məbləğində cərimə edib.
2014-02-01
7,884
Bakıda polis maşını yandı
Bu gün saat 09:40 radələrində Bakıda minik maşını qəzaya uğrayaraq alovlanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, aeroport-Zığ yolunda "Mersedes-C-klass" markalı avtomobil buzlu yolda sürüşərək, yolun qırağındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobil alovlanıb. Hadisə şahidləri bildirirlər ki, avtomobilin sürücüsü polis nəfəridir. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürən avtomobillər hadisə yerinə çatmaq üzrədir (ANS).
2014-02-01
7,885
“Əl-Qaidə” yaraqlılarına təlim keçən türkiyəli - Video
Hollandiya TV-lərindən birində əsgərliyini Hollandiya ordusunda xüsusi təyinatlı olaraq başa vurduqdan sonra Suriyadakı "Əl-Qaidə" terror təşkilatına qoşulan türkiyəli Yılmaz adlı bir gəncin görüntüləri yayımlanıb. "Axar.az" xəbər verir ki, Hollandiya TV-lərindən birində "News Hour" verilişində yayımlanan videonu çəkən xarici xəbərlər şöbəsinin müdiri Ruzbeh Kaboli, Yılmaz soyadlı türkiyəli yaraqlıdan müsahibə almaq üçün səkkiz ay vaxt sərf etdiyini bildirilib. Suriyadakı "Əl-Qaidə" yaraqlılarına təlim keçir Yılmaz müsahibəsində Hollandiya ordusunda xüsusi təyinatlı olaraq təlim gördüyü üçün Suriyadakı "Əl-Qaidə" yaraqlılarına təlim keçdiyini bildirib.
2014-02-01
7,886
Sutka ərzində 103 atəşkəs pozuntusu - Rəsmi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 103 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-02-01
7,887
Bu rayonlarda qaz olmayacaq
Bakının bəzi ərazilərində təbii qaz problemi olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar fevral 1-də saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
2014-02-01
7,888
Haluk Levent Bakıda Ərdoğanı "sancdı"
Ötən gün türk rok ifaçısı Haluk Levent Bakıda konsert verib. "Axar.az" "Publika.Az"a istinadən xəbər verir ki, yerli klubların birində baş tutan konsert maraqlı məqamlarla yadda qalıb. Belə ki, konsert zamanı rok ifaçısı maraqlı hekayələr danışıb, sətiraltı ifadələr işlədərək, atmacalar atıb. "600 il əvvəl bir şair olub, o yazıb ki, mən içki içirəm sənə nə? Çarşab bağlamıram sənə nə? İbadət etmirəm sənə nə? sözlərini şair tam 600 il əvvəl deyib. Ancaq indiki dövrdə biz bu sözləri başqalarına başa sala bilmirik"- deyərək Azərbaycan mahnıları ilə hər kəsi coşdurub. Tanınmış rok ifaçısı həmçinin, "Muhteşem Yüzyıl" serialına çəkilmək fikrinə düşüb. " Məşhur türk serialı, "Muhteşem Yüzyıl"a baxanlar güman ki, burda var. Hər kəs o serialda rol oynayır, mən də rol almaq istədim. Serialın rejissorunun o tərəfinə, bu tərəfinə keçdim, çiyin vurdum, ancaq mənə rol vermədi. Sonra mən həmin günü yuxu gördüm. Sultan Süleyman və ətrafı sarayda oturub. Məndə Süleyman paşanın hüzuruna gəlirəm. Paşa məni göstərərək, iblis, edam edin onu dedi. O an yuxudan oyandım"- deyərək serialdan bir parça ifa etdi.
2014-02-01
7,889
Ən çox qar cənub bölgəsinə düşüb
Yanvarın 31-dən və fevralın 1-dək Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, qar örtüyünün hündürlüyü Lənkəranda 52 sm, Lerikdə 50 sm, Astara 37 sm, Göytəpədə 32 sm, Yardımlıda 34 sm, Kəlvəzdə 14 sm olub. Qarın hündürlüyü Kiçik Qafqaz ərazisində- Daşkəsəndə 17 sm, Gədəbəydə 9 sm, Göygöldə 24 sm, Gəncədə 7 sm, Şəmkirdə 4 sm, Tovuzda 5 sm, Ağstafada 7 sm olub. Mərkəzi Aran rayonlarında qarın hündürlüyü 2-10 sm, Göyçayda 15 sm, Böyük Qafqaz ərazisində - İlisuda 13 sm, Şəkidə 18 sm, Saribaşda 27 sm, Zaqatalada 10 sm, Kişdə 15 sm, Oğuzda 20 sm, Qəbələdə 16 sm, İsmayıllıda 21 sm, Şamaxıda 16 sm, Qubada 18 sm, Xaçmazda 17 sm olub. Paytaxt Bakı və Abşeron yarımadasında qarın hündürlüyü 15 sm, Sumqayıtda isə 24 sm olub. Məlumata görə, hazırda Azərbaycanın əksər rayonlarında qar yağmaqda davam edir.(Trend)
2014-02-01
7,890
FHN təcili tibbi yardıma köməyə gəldi
"Ötən gecə Yeni Ramana qəsəbəsində bir ailənin 4 üzvü zəhərlənib. Onların biri uşaq, üçü böyük olub. Onların hamısının vəziyyəti ağır olub. Gecə 3:00 radələrində müraciət edilib. Ailəyə təcili yardım göstərilməsi üçün hər bir hava şəraitinə davamlı maşınlardan istifadə edilib. Onlar hamısı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib". Bu barədə Publika.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. Z.Vahidova dünənki hava şəraitinin təcili yardımın işinə çətinlik yaratdığını bildirdi: "Xüsusi hadisələr, infarkt, doğuşlar zamanı xüsusi təyinatlı maşınlar da təcili yardımın köməyinə çatıb. Bir neçə yerdə maşınlarımız batıb. Hər bir halda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müraciət edilib, onlar da maşınlarımıza kömək göstəriblər. Dünən gecə, bu gün səhər saatlarında da təcili yardım maşınlarının hərəkətində problem yaranıb. Hazırda da Müşviqabad qəsəbəsində bir maşınımız batıb. FHN-in əməkdaşları hadisə yerindədir. Maşını çaxartdırlar".
2014-02-01
7,891
Bakı Ukraynadakı hadisələrlə bağlı mövqeyini açıqladı - Rəsmi
null
2014-02-01
7,892
Ramil Usubov iki rayonun polis rəisini yola salır - Təftiş
Daxili İşlər Nazirliyində yanvarın 28-də keçirilən kollegiya iclasında nazir Ramil Usubov tərəfindən ciddi tənqid edilən Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini yoxlanıb. AzNews.az-a daxil olan məlumata görə, kollegiya iclasından sonra Ramil Usubovun göstərişi ilə hər iki polis şöbəsinə təftiş qrupu göndərilib. İki gün davam edən yoxlamalarda RPŞ-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Təftiş qrupunun RPŞ-nə aid əksər qovluqları özü ilə Bakıya gətirdiyi bildirilir. Yoxlamaların nəticəsi olaraq hər iki polis rəisinə raport yazmaq tələb edilib. Qeyd edək ki, sözügedən kollegiya iclasında Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılov küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.
2014-02-01
7,893
NATO hərbi texnikaları Azərbaycanda
"O texnika Əfqanıstandan gətirilən NATO hərbi texnikasıdır. Bakıdan Gürcüstan vasitəsilə Batumiyə aparılır. Ordan da Qara Dəniz vasitəsilə Almaniyaya və Amerikaya aparılacaq". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Yevlax-Gəncə istiqamətində ağır hərbi texnikaların daşınması barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən "Axar.az"a dedi. Üzeyir Cəfərov Müdafiə Nazirliyinin bu cür xəbərlərə dərhal reaksiya bildirməsinin vacibliyini də vurğuladı: "Mətbuatda yayılan xəbərlərə dərhal reaksiya bildirilməlidir . Çünki Ermənistan tərəfi ölkəmizə qarşı hər hansı bir təxribat hazırlaya, ağır hərbi texnikanın cəbhə bölgəsinə daşınması adı ilə yayılan informasiyalardan öz məqsədi üçün istifadə edə bilər. Odur ki, ayıq-sayıq və operativ davranmaq lazımdır".
2014-02-01
7,894
"Thales" Bakı Metropolitenində avadanlığı modernləşdirəcək
Fransanın "Thales" şirkəti Bakı Metropoliteninin 5 stansiyasında avadanlığın modernləşdirilməsini həyata keçirəcək. BUnu Parisdə jurnalistlərə "Thales" şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets deyib ( Trend ). Onun sözlərinə görə, Azərbaycan, o cümlədən sürətli inkişaf tendensiyasını nümayiş etdirən Bakı Metropoliteni onlar üçün çox önəmli istiqamətdir: "Thales"in onlarla iş üzrə böyük planları var".S.Romanets qeyd edib ki, şirkət artıq bu istiqamətdə işlər görüb: "Belə ki, 2012-ci ildə ilkin layihələndirmə işləri həyata keçirilib. Layihədə Bakı Metropolitenindəki mövcud təxliyyə qaydaları təhlil edilib". İşlər 5 stansiyada - "Nizami" stansiyasından "Memar Əcəmi" stansiyasınadək, həmçinin yeni "Dərnəgül" deposunda aparılıb.Şirkər adıçəkilən stansiyalarda mövcud rele avadanlığını müasir mərkəzləşdirilmiş mikroprosessorla əvəz etmək niyyətindədir. Ümumilikdə 5 stansiyada modernləşdirmə işləri 12-18 ay davam edə bilər.S.Romanets deyib: "Biz artıq reallaşdırma mərhələsinə, yəni yeni avadanlığın tətbiqinə hazırıq. Hazırda büdcənin təsdiq olunmasını gözləyirik. Depoda yeni elektron avadanlığın quraşdırılması üzrə işlərin başlanılması bu il gözlənilir". "Thales" şirkəti planlaşdırılan işlər çərçivəsində Bakı metrosunun tikilən "bənövşəyi xətt"inin stansiyalarında yeni CBTC (qatarların hərəkətinə nəzarət sistemi) sistemini tətbiq etmək niyyətindədir. CBTC-nin quraşdırılması çərçivəsində ilkin layihələndirməni də həyata keçirmək lazımdır.Onun sözlərinə görə, bu məsələ üzrə artıq razılaşma əldə olunub, müqavilələrin imzalanması gözlənilir.Qeyd edək ki, "Thales" şirkəti aviasiya-kosmik, müdafiə və nəqliyyat texnologiyaları bazarlarında, eləcə də təhlükəsizliyin təmi edilməsi üzrə həllər sahəsində dünya lideridir. Şirkətin 65 ölkədə nümayəndəliyi var.
2014-02-01
7,895
Azərbaycanda 15 dəqiqəsi 100 manata olan falçı
Gecələr gəlib aparırdılar məni, tutub boğurdular... – Məşhur falçı Gəlin sizə bir milli tapmaca deyim. O kimdi ki, Azərbaycanda 15 dəqiqəyə 100 manat qazanır? Yox, düz tapmadınız... Bilirəm, ağlınız hara getdi. Yenə bilmədiniz? Bilə də bilməzsiniz! Ancaq Bill Qeytsimiz olmasa da, dəqiqəsi qızıla bərabər adamlarımız var. Yorğunçuluqdu deyə, uzunçuluq etmək istəmirəm. Cavab: Anar Abdullayev. TV-mizin məşhur falçılarından biri. Daha dəqiqi, özünü maq adlandıran adam. On beş dəqiqəsi 100 manat Yorğunçuluq olar olar da... Heç Baş nazirin qəbuluna düşmək üçün bu qədər məşəqqətli yollardan keçəcəyimizi zənn etməzdim. Bir həftəydi telefonumuza cavab verən qadına bizi qəbula yazması üçün "ilan dili" çıxarırdıq. Gah telefonu üzümüzə söndürür, gah açıb üstümüzə qışqırırdılar. Əlqərəz, iki gün sonra üçün yalvar-yaxarla, "başına dönüm", "azaruy alım", "qadan-balan bizə gəlsin"lə görüş ala bildik. Görüş, nə görüş... "Qəbulun 15 dəqiqəsi 100 manat..." - Bunu eşidəndə birinci özümü itirib telefonu söndürmək istədim. Sonra jurnalist olduğumu xatırlayıb, dilim topuq vura-vura olsa da, başladım bazarlığa: - Xanım, kasıbıq, rayondan gəlmişik. Anar müəllimin adını tutub, elə bilin ki, pənah gətirmişik. Bir az aşağı yeri yoxdu? - Xeyr, yoxdu. Vaxtımızı alırsız, qiyməti budu, gəlirsiz gəlin, gəlmirsiz özünüz bilin... Düt-düt-düüüttt ... Həkim, yoxsa falçı? Nömrəni yenidən yığıram. - Xanım, xahiş edirəm, söndürməyin. Yəni demək istəyirəm ki, birdən o on beş dəqiqədə bizə kömək edə bilməsə, nolacaq, pulu qaytaracaqsınız? - Ay qız, başınız xarab olub? Siz həkimə gedəndə müayinə olunub pul vermirsiz? Bu, nə danışır, həkim nədi?! Bir anda elə bildim, bəlkə nömrəni səhv veriblər mənə. Kimsə həmin xanımdan telefonu alıb zərif səsiylə üstümüzə qışqıranda öz-özümə dedim: "Özüdür ki, var - Mister Maq!!!" (Əlaqə yaratmağa başlamazdan qabaq haqqında araşdırma apararkən internetdə yerləşdirilən video çarxlardakı danışıqlarından səsini, danışıq tərzini anında tanıdım.) Həmin "doğma" səs və intizar saatları Artıq bu dəfəki zəngdə növbəti gün üçün görüş qopara bilmişdik. Dördə on beş dəqiqə işləmiş Azadlıq metrosunun çıxışına gedib, onlara zəng vurmağımızı əmr etdilər. Bəli, məhz, əmr! Təyin olunan vaxt gedib zəng vurduq, telefona zəng çatmır. On-on beş dəqiqədən sonra telefon çağırmağa başladı. Bu dəfə də zəngimizi kəsdilər. Təkidlə zəng vurmağa davam etdik. Yenə telefonun o biri başından həmin "doğma-zərif" səs gəldi. "Gəldi" deyəndə ki, nəsə qışqırıq oldu. Başa düşdüyüm qədərilə iş başında olduğunu, bir azdan zəng etməyimi istədi. Bir saat sonra yenidən zəng etdik. Bir xanım telefonu açıb Mister Maqın vacib iş başında olduğunu bildirərək binanın yerini başa salıb, həyətdə gözləməyimizlə bağlı sərəncamını çatdırdı. "Ata minmək bir, düşmək iki ayıb" məsəli, yaraşıqlı fotoqrafımızla yorğun-yorğun evlərinə tərəf yön aldıq. Bizi çox yox, yarımca saat da həyətdə gözlətdikdən sonra (artıq fikirləşmişdik ki, qapını açıb "bu bir kamera şakasıdır" deyəcəklər) nəhayət, telefonu açıb, bizi yuxarı (evə) çağırdılar. Mübarək evin kandarında Sınıq-salxaq liftlə onuncu mərtəbəyə qalxıb qapını döyürük. Yarıaçıq qapıdan, sadəcə, eynəyinin beşdə üç hissəsini görə bildiyimiz bir xanım başını uzadıb, bir az da gözləməli olacağımızı deyir. Bir-neçə dəqiqədən sonra içəridən yaşlı bir arvadla ortayaş bir kişi (müştəri, pasient) çıxır. Atüstü soruşuram: - Siz də on beş dəqiqəsi üçün 100 manat verdiz? Üz-gözündən cadugərlik yağan arvad him-cimlə qapının başına qoyulmuş kameraya işarə edərək dili ilə dodağı arasında mızıldanır: - Nə bilim, baxın də. Yenə özünüz bilən məsləhətdi. Bu vaxt qapını açıb bizi evə dəvət edirlər. Esmira Çərkəz qızı mənim müştərimdi Düz beş saatdan bəri girməyə çalışdığımız mübarək evə nəhayət ki, girə bilirik. Evdə təmir gedir. Qapıyla üz-üzə otaqdakı "bərbəzəkli" masanı görüb ora doğru gedirdik ki, mətbəxdən par-par parıldayan, üzü işım-işım işıldayan bir kişi çıxır. Arxasınca da bir neçə (qoca, ortayaşlı, cavan) xanım. - Gözləyin, hələ bir deyin görək, kimsiz, hardan gəlibsiz, kim göndərib sizi? Ağlıma gələn ilk adı deyirəm: - Esmira. - Hansı Esmira? - Biz Esmiranı tanımırıq. Bu mənim qardaşımdı (fotoqrafımızı göstərirəm), Bakıda olur. Tələbədi. Mən də Biləsuvarda yaşayıram. Bunun əsəbləri pozulub. Gecə olan kimi başlayır vurub-dağıtmağa, dəlilik edir. Gündüzləri də beləcə süst qalır. Bu arada fotoqrafımız da əməlli-başlı iynəsi təzəcə vurulub sakitləşdirilmiş dəli kimi bir sifət alıb durur yanımda. - Zəng edib burdakı bir qohumdan maraqlandıq, onlar da sizin yanınızda olmuş Esmira adında bir xanımın sizi məsləhət gördüyünü dedilər. Esmira xanım deyib ki, buna ancaq siz kömək edə bilərsiz. - Esmira Çərkəzqızı? AzTV-də işləyirdi. İndi ərə gedib, Türkiyədə yaşayır. Mənim yanımda ondan başqa Esmira olmayıb. - Bilmirik, bəlkə də odur. - Yox, ay bacı, siz məni bağışlayın. Mən tanımadığım adamları qəbul etmirəm. Məhşər ayağında Elə dəhlizdəcə başımıza toplaşan bu geniş və maraqlı ailə mənimlə "dəli qardaşımı" əməlli-başlı məhşər ayağına çəkmişdilər. Orda yeganə susan, amma baxışlarıyla görünüşümüzü sorğu-suala çəkən çox yaşlı bir qadındı. Heç cür fikrimi metroseksual Mister Maqın üz-gözündəki parıltıdan, qolundakı, boynundakı ekstra avanqard aksessuarlardan ayırıb içəri keçmək üçün daha maraqlı yalanlar uydura bilmirdim. Siz mənlik deyilsiz Mister Maq anasına tərəf dönüb: - İşığı yandır, bir üzlərinə baxım da bunların,- deyir. İşığı yandıran kimi, ikimizi də diqqətlə başdan–ayağa süzür: - Yox, siz mənlik deyilsiz. Çox gözəl və pozitiv xanım olan anası müdaxilə edir: - Elə bil, mən səni haradasa görmüşəm. Televiziyaya çıxmısan heç? Jurnalistə oxşayır e, bunlar. Harada işləyirsən? - Yox ay xanım, nə televiziya?! Biləsuvarda yaşayıram, özü də müəlliməyəm. Mister Maq anasının fikrini göydə tutur: - Əşi, mən bayaqdan bilirəm jurnalist olduqlarını. Axşam olunca "gijdiyirsən" Özümüzü iftiraya uğramış kimi aparmağa başlayırıq. Ürəkləri yumşalır nədi, bir stul gətirib "dəli" qardaşımı oturdurlar. Mister Maq fotoqrafımızın əlini tutub deyir: - Axşam olunca baş, çiyin, ürək nahiyələrin ağrıyır, "gijdiyirsən", boğurlar səni, qışqırırsan, vurub-qırırsan, nəfəs ala bilmirsən. Ruh tutub səni. Bəlkə göndərək hacıxanımın yanına? Anası: - Bəlkə bunları göndərək hacıxanımın yanına?! Deyirəm: - Siz kömək eləyin də. Axı deyiblər ki, bizə ancaq siz kömək edə bilərsiz?.. - Ay bacı, mən iş görənəm. Təmizləyən deyiləm. Sizə ancaq Quran oxuyan arvad lazımdı. Mən cadu çıxaranam. Baxan kimi gördüm ki, siz mənlik deyilsiz. Mən ziyarət adamıyam, evdə hamımız namaz qılırıq. Necə aldadım sizi?! Deyim ki, on dənə cadusu var, tutum əlindən, aparıb qəbiristanlıqları gəzdirim, min manat da pul oxuyum?! Azərbayanda məni fırlayıb başqa cür qələmə verdilər - Baxmayın e, Azərbaycanda məni fırlayıb başqa cür qələmə verdilər. Mən ezoteristəm. Qəbiristandıqdan, torpaqdan cadu çıxarıram. Həm, bu uşaq özü də vergilidi. Bax, əlini də yumruq şəklində tutub. - Zarafat edirsiz? – Fotoqrafımızın hansı vergisi ola biləcəyini götür-qoy edirəm... - Ay bacı, mən uşaq-zadam bəyəm? Üç diplomum var. Rusiyanın "TNT" kanalında işləyirəm. Yenə deyirəm, aparın bu uşağı təmizləsinlər. Yaxınlaşın "Lider" televiziyasının birinci mərtəbəsinə, orda qəşəng falçılar məsləhət görərlər sizə. Qapı döyülür. Anası qapını aaralayb, bir az gözləsinlər, deyir. Qayıdıb oğluna sakitcə pıçıldayır: - Hacı xanımın göndərənlərdi. Mister maq: - Baxın, gəliblər, indi gedəcəyik beş dəqiqəyə nə caduları var, çıxardıb gələcəm. Mən belə işləyirəm. Yoxsa fal açmıram. Ay nə bilim, ərə gedəcəksən, uşaq doğacaqsan, cəhənnəmə get, millətin dərdi mənə qalıb? Belə nağıllar mənlik deyil. Mən şeytanı tutub əlimlə boğuram - Qara magiyayla da məşqul olursuz? - Hə, qara da, ağ da, bütün rənglərdə... (öz dediyinə özünün də gülməyi gəlir. Gülür.) Mən maqam. Falçı baxır, deyir ki, cadunuz var, yerini deyir, mən də gedib gözlərinin qabağında çıxarıram. - Yerini biləndən sonra cadunu çıxarmağa nə var?! Niyə özləri çıxarmır falçıların? - Birincisi, onun öz duaları var ki, bunu ancaq mən bilirəm. İkincisi də ki, falçılara o əraziyə yaxın düşməyə şeytan icazə vermir. Oradaca keyləşib qalırlar. Amma mən şeytanı tutub əlimlə boğuram. Hərənin öz işi var də... Ədəbiyyatı oxuyan adamın kimyadan başı çıxar? Yox! Evlənmək "nada" - Gəlin, sizi göndərim Tamilla Salamovanın yanına. O sizə yüz faiz kömək edər. Onda bioenergetika var. Gedin yanına deyin, bizi Anar göndərib. Mənim özümün də boynumda, anamın ayaqlarında ağrılar vardı, o götürdü. - O neçəyə qəbul edir? Sizin kimi yüz manat oxuyacaq? - Ay bacı, mən sizə yüz oxumuşam e, yoxsa mindən aşağı heç kimi qəbul etmirəm. Bax, həyətdə növbə gözləyir adamlar, qəbuluma düşməyə. Bunun (fotoqrafı göstərir) toyu da bağlıdır. Gedin açdırın, hər şey düzələcək. Gözümüzü döyə-döyə üzünə baxdığımızı görüb, öz aləmində başlayır bizi ələ salmağa: - Evlənmək "nada", başa düşdüz? - Bəlkə siz bizi kasıb, imkansız gördüz, ona görə kömək etmək istəmədiz? Elə bil oğlanı "tok" vurur. - Mən o qədər yetim saxlayıram ki, heç prezident o qədər yetim saxlamır. Mənim başımda xalamın beş uşağı qalıb. Onların hamısını mən saxlayıram. Bütün yetimlərə mən baxıram. Anası kənardan düzəliş edir: - Bütün uşaq evlərinə kömək edir. Tamilla cinlərimi çıxarıb - Ay bacı, Qurana and olsun, mənim əlim buna düşsəydi, pul-zad lazım deyildi. Amma buna bioenergetika lazımdı. Mən sizi doğru ünvana göndərirəm. Tamilla quran-zad oxumur. Düzdü, kitabı öpüb eləyir, amma mən Quranı əzbər bilirəm. Yaslarda-filan oxuyanda Tamilla qışqırır, narahat olur. Neynəyim ki, vergi mənə kitabdan verilməyib də. Allaha and olsun, mən də beləcə, bu qardaş kimi olurdum. Gecələr gəlib aparırdılar məni, tutub boğurdular, incidirdilər, qışqırırdım, ay Allah, qoymayın, ay ana, qoymayın-zad... Sonra getdim Tamilla içimdəki cinləri çıxardı. Bu vaxt qapı yenidən döyülür. Anası gözlükdən baxıb qayıdır. Qayıdan kimi də nə him-cim edirsə, Maq əfəndi tələsik bizi yola salır. Çıxarkən qapıda rastlaşdığımız 4-5 kişi üzlərini bizdən gizlətməyə çalışa-çalışa həyəcanlı halda içəri keçirlər. Çalışın belə yerlərə getməyin Qapısı bağlanmayan liftə girib əlimi liftin düyməsinə aparırdım ki, maqın anası təngnəfəs özünü liftə saldı. Təəccübümdən əlim havada, gözüm də bu gözəl xanımın üzündə qaldı. Budur, birinci mərtəbədəyik. liftdən çıxmışıq, hələ də bir şey başa düşməsək də, qadının pozitiv aurası xoşməramlı olmasından xəbər verir. Nəhayət, ayaqüstü söhbətə başlayır: - Sizdən xoşum gəldi. Baxıram, gözəl, yaraşıqlı gənclərsiz. Sizə bir tövsiyəm var. Çalışın, belə yerlərə getməyin. Bax, elə sənin özün (üzünü fotoqrafımıza tutur) belə gümrah, yaraşıqlı oğlansan. İçəri girəndən səni sevdim. Amerikada bir dostum vardı - adı Frankliydi, "kopya" ona oxşayırsan. O da sənin kimi, hündürboy, xarizmatikdi. Bəlkə də elə ona görə doğma gəldiniz mənə. Niyə xəstə olduğunu beyninə yeridibsən?! İdmanla məşğul ol, özünə karyera qurmağa çalış. Mən özüm də vergiliyəm. Anara da məndən keçib bu istedad. Biz yolçu-filan deyilik e-e. Tanınmış, ziyalı bir ailədənik. Mən özüm uzun zaman dövlət işində, vəzifədə işləmişəm. Elə-belə adamlar deyilik, nazir bacısının uşaqlarıyıq. Mən jurnalistəm, Avropa-Azərbaycan mediasının birgə layihələrində aparıcı rolum olub. Amerikada, İranda yaxşı şirkətlərdə işləmişəm. Biznes sahəsini əla bilirəm. O Frankli dediyim adam mənə çox şey öyrədib. İndi Türkiyədə yaşayıram, Anarın bir az problemləri var, ona görə gəlmişəm. Türkiyədə işləmək istəyərsən, oteldə, turizm sahəsində-filan? Dəli qardaşımın həyəcandan dilinin topuq vurduğunu görüb yardımına çatıram: - Onu səhhətinə görə heç yerə tək buraxa bilmirik. - Tək niyə? Lap istəsən sən də gələrsən, bir yerdə işləyərsiniz. Mən sizə kömək edərəm. İşıqlı uşaqlarsınız siz. Vallah, elə yaxın hiss etdim ki, sizi... Bu vaxt liftdən çıxan bir kişi (bayaq evə girən müştərilərdən biri) söhbətimizi bölür: - Müəllimə, biz tələsirik, zəhmət olmasa, gəlin, bizi yola salın. Bizi bu "xeyirxah" xanımın əlindən aldığı üçün adama minnətdarlıqla baxırıq. Xanım tələsik, fotoqrafımızın telefon nömrəsini götürür. Sağollaşıb liftə girməzdən əvvəl üzünü "dəli" qardaşıma tutur: - Narahat olma, zəngləşərik. Sizinçün əlimdən gələn köməkliyi edəcəm. Nəhayət blokdan təmiz havaya çıxıb xeyli güldükdən sonra taksiyə otururuq. "Dəli" qardaşım həyatını dəyişəcək qadının zəngini gözləməyə, mənsə cibimdəki diktofonu söndürüb, bu tragikomik yazıya başlıq düşünməyə başlayıram.
2014-02-01
7,896
BDU-nun tələbələri rektora görə aksiya keçirəcək
null
2014-02-01
7,897
Qafqaz uğrunda böyük savaş başladı – Şok iddia
"Xristianlardan sonra indi də müsəlmanlarla sizə təzyiq edəcəklər". Bunu "Axar.az"a adının çəkilməsini istəməyən rus politoloqlarından biri bölgədəki vəziyyəti şərh edərkən deyib. O, hazırda bölgə uğrunda üzdə görünməyən böyük savaş getdiyini bildirib: "Ukrayna uğrunda savaş qızışıb. Qərbin Rusiyaya qarşı əks hücumu da güclənib. Belə vəziyyətdə bu savaş Qafqazdan da uzaq qalmayacaq. Hətta deyə bilərəm ki, Qafqaza artıq yaxınlaşıb". Politoloq Rusiyanın Qafqazı əlidən verməməkdən ötrü ilk addım atdığını söyləyib: "2013-cü il dekabrın 17-də Azərbaycanın imzaladığı böyük müqavilə bölgəni Rusiyadan bir addım da ayırdı. Bu, Azərbaycan tərəfdən atılmış ciddi addımdır, buna diplomatik yollarla mane olmaq cəhdi boşa çıxdığından, Rusiyanın başqa üsula əl atacağını gözləməliydiniz. Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində indiki vəziyyət gözləniləndir. Bir tərəfdən 17 dekabr müqaviləsi, digər tərəfdən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrini kənarda qoyaraq, problemi çözmək üçün digər iki həmsədrin fəaliyyətini gücləndirməsi və Qarabağ problemini çözməklə, Qərbin bölgədə möhkəmlənmə istəyinə qarşı Rusiya dirəniş göstərməliydi. Unutmayın ki, Rusiya Xarici İşlər naziri Qarabağ danışıqları ilə bağlı ötən ilin sonunda verdiyi bəyanatda proseslərdən kənarda qoyulduğunu dolayısı ilə ifadə etmişdi. Bu isə Rusiyanın narazı qaldığının və tədbirlər görəcəyinin anonsu idi. Rusiyanın Gürcüstandakı son hakimiyyət dəyişikliyindən sonra bəslədiyi ümidlər də özünü tam doğrultmur. Ona görə də ABŞ-ın Qafqazdakı dayaqlarını zəiflətmək üçün daha çılğınlıqla çalışır". Politoloqun sözlərinə görə, ən böyük təzyiqin Azərbaycana ediləcəyini proqnozlaşdırmaq olar: "Rusiya bütün vasitələrlə Gürcüstanı geri qaytarmağa çalışır. Çünki Rusiyadan kənar neft-qaz kəmərləri məhz bu ölkədən tranzit olunur. Amma ən böyük mübarizə bölgənin söz sahibi olan Azərbaycan uğrundadır. Azərbaycan Qafqazın aparıcı ölkəsi və Qərbin əsas iqtisadi tərəfdaşına çevrilməkdədir. Ölkənizi ciddi sınaqlar gözləyir". O, son günlər dini sektalardakı aktivliyə də diqqət çəkib: "Azərbaycanda indiyə qədər dini sektalarla bağlı problem olmayıb. Siz tolerant ölkəsiz, xalq olaraq dini dözümlülüyünüzü şərtləndirən tarixi ənənələriniz var. Amma son günlər vəziyyəti dəyişməyə cəhd edirlər. ABŞ da məhz bu sahədə qarşılıq verməyə çalışır. Şimalda Doku Omarov Putinə qarşı cihada rusları da çağırdı. Sonra iki terror təşkilatı Azərbaycana qarşı cihad elan etdiyini bildirdi". Politoloqun sözlərinə görə, bu vaxta qədər din pərdəsi altında edilənlərin üstü tamamilə açılıb: "Əvvəllər xristian-müsəlman savaşı görüntüsü yaradırdılar. Amma indi vəziyyətə diqqət edin: müsəlman terror təşkilatları müsəlmanları hədələyir, Livan erməni soyqırımına dəstək verir və s. Yəni indi savaşın dövlət və iqtisadi maraqlar üstündə qurulduğu tam ortadadır". Politoloq bir vacib məqama da diqqət çəkib. Bu da Rusiyanın gələcəyi ilə bağlı bədbin proqnozların getdikcə ciddiləşməsidir: "Rusiyanın parçalanacağı ilə bağlı ehtimallar və bu ehtimalın gerçəkləşməsinə dəstək verənlər bilməlidirlər ki, Moskva bütün bunları nəzərə alaraq, tarana gedə bilər. Yəni onsuz da itirəcək bir şeyi qalmayınca, son savaşda bütün qüvvəsini səfərbər edir. Ona görə də bölgədə ciddi bir dönəm başladığının fərqində olmalısınız".
2014-02-01
7,898
Sumqayıt-Bakı marşrutlarına qadağa
Sumqayıt-Bakı arası çalışan sərnişin avtobusların fəaliyyətinə qadağa qoyulub. Bu barədə "Axar.az"a bu avtobus sürücüləri məlumat veriblər. Hazırda Sumqayıt yollarında vəziyyətin pis olması avtobusların fəaliyyətinin məhdudlaşması ilə nəticələnib. Sürücülər bildirirlər ki, yollar buzdur, ona görə də işləməyə şirkət qadağa qoydu. Deyirlər, avtobus qəzaya düşə bilər. Xəbərdə qeyd olunur ki, bu qadağaya yalnız şəxsi avtobus sahibləri etinasız yanaşır. Onlar isə qiyməti ikiqat qaldırıblar. Qeyd edək ki, dünən Sumqayıtda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problemlər yaranıb. Sumqayıt Avtovağzalından Bakı ilə yanaşı, bir sıra bölgələrə də avtobusların hərəkəti dayanıb.
2014-02-01
7,899
Dünən ölkədə 41 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.
2014-02-01
7,900
Qaz bərpa olunacaq – Rəsmi
Bu gün saat üç radələrində 6 rayonda qazın verilməsi bərpa olunacaq. Bu sözləri "Azəriqaz" İB-nin mətbuat katibi Araz Ağayev "Axar.az"a açıqlamasında bildirdi. Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar altı rayona qazın verilməsi dayandırılıb. Lakin təmir işləri bitmək üzrədir. Bu gün saat üç radələrində qaz veriləcək.
2014-02-01
7,901
Təcili tibbi yardım maşını yolda qaldı
Bakıda təcili tibbi yardım maşını yolda qalıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobili təhlükəsiz əraziyə çıxarıb və avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər.
2014-02-01
7,902
İlham Əliyev Pakistanın səfirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin etimadnaməsini qəbul edib. Səfir Xalid Usman Qayser fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xalid Usman Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi. Əlaqələrimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev bunun regional əməkdaşlıq baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirdi. Səfir Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd etdi ki, əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. Səfir Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman Qayser Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirdi. Görüşdə ölkələrimiz arasında əlaqələrin sənaye, hərbi-texniki əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi ("President.az").
2014-02-01
7,903
Sabir Rüstəmxanlının romanı Türkiyədə
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının "Difai fədailəri" sənədli ronamı Türkiyədə çap olunub. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, İQ Kültür Sənət Yayıncılığında dərc olunan romanı Türkiyə türkcəsinə İmdat Avşar uyğunlaşdırıb. Xatırladaq ki, Sabir Rüstəmxanlının "Difai fədailəri" romanı ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım və bu soyqırımın dəhşətləri, fiziki terrordan xilas olmaq üçün Əhməd bəy Ağoğlunun yaratdığı və Qafqazda kifayət qədər güclü tərəfdarları olan "Difai" hərəkatı ilə bağlı tarixi faktlar üzərində qurulub. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir. Romantik süjet ətrafında qurulan roman dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir.
2014-02-01
7,904
Türkiyə təyyarəsi Tiflisdə qəzaya uğradı
Türkiyənin Peqasus aviaşirkətinə məxsus "Boinq 737" təyyarəsi Tiflisdə qəzaya uğrayıb. "Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. Tiflisdən İstanbula istiqamət alan sərnişin təyyarəsi buz örtüyü səbəbindən uçuş zolağından kənara çıxıb. Evekuasiyadan sonra sərnişinlərə lazımı yardım göstərilib. Bildirilir ki, xəsarət alan yoxdur. Sərnişinlərin digər təyyarə ilə göndərilməsi nəzərdə tutulur. Havanın qarlı omasına baxmayaraq, Gürcüstan Beynəlxalq Hava limanı adi rejimdə öz işini davam etdirir.
2014-02-01
7,905
Saakaşvili: “Rica edirəm, məni siyasətə qatmayın!”
"Sizdən artıq dərəcədə xahiş edirəm, məni ümumi siyasətə qatmayın!" "Axar.az"ın xəbərinə görə, bunu bir neçə dəqiqə öncə jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib. Media nümayəndələri Saakaşvilidən belə cavabı bu yaxınlarda keçmiş Baş nazir Vano Merabişvili ilə bağlı yayımlanan qalmaqallı çarxa münasibət öyrənərkən alıblar: "Həyatımda o qədər siyasi hadisələr olub ki, sadəcə, bu mövzu ilə bağlı məni rahat buraxmanızı istərdim. Ölkəmdəkilərdən fərqli olaraq, mənə burada cərəyan edən hadisələr daha maraqlıdı". Xatırladaq ki, keçmiş prezident təhlükəsizlik məsələləri ilə əlaqədar hazırda Münhendə keçirilən ənənəvi konfransa qatılb. Qonaqlar arasında Gürcüstanın Baş naziri İrakili Qaribaşvili də dəvətlidir.
2014-02-01
7,906
Özünü yandıran qadına qarşı cinayət işi açıldı
Vətəndaşın intihara cəhd göstərməsi faktı üzrə Səbail rayon prokurorluğunda cinayət işi başlanılıb. Bu barədə "Axar.az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat veriblər. Yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd etmiş, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırki vəziyyəti stabil ağır kimi qiymətləndirilir. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, M.Bayramlı 1990-cı il təvəllüdlü, Lənkəran şəhərində anadan olmuş, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar. Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib. M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib. Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirmiş, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib. Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
2014-02-01
7,907
Putinin köməkçisindən şok açıqlamalar
Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi, iqtisadçı Andrey İllarionov Ukraynanı nəzarətdə saxlamaq üçün Kremlin üç ssenari üzərində baş sındırdığını açıqlayıb. "Axar.az"ın məlumatına görə, Rusiya mediasına açıqlama verən İllarionov bildirib ki, yaxın həftələrdə təzyiqlər daha da geniş vüsət alacaq: "Hazırda Ukrayna məhsullarının daşınması 10-15 gün gecikdirilir. Rusiya kanallarında fasiləsiz olaraq Ukraynada rus xalqına qarşı əsl genosid aktının törədilməsi təbliğatı aparılır.Vurğulanr ki, hakimiyyətə gəlmək istəyənlər əsl faşist xüsusiyyətlidirlər". Bununla paralel olaraq, Rusiya Luqansk vilayəti və Krımda da öz təsirini artırmaqdadır: "Rus xalqını qorumaq adı altında Luqanska çoxlu sayda Don kazakları gətirilib. "Gecə canavarları" bayker klubu üzvləri və "Volqoqrad kazakları" isə ayağa qalxan gənclərin səslərini boğmaq üçün Sevastopola göndərilib. Həmin şəxslər mütəşəkkil şəkildə hazırlıq proqramı keçiblər və yaxın 7-10 gün ərzində gərginlik artan xətt üzrə inkişaf edəcək. Hətta Rusiya Soçi olimpiya oyunlarının baş çatmasını belə gözləməyəcək. Putin iqtidarı Ukraynaya qarşı irimiqyaslı təzyiqlərə start verəcək, ehtiyac görsələr, silah da işlədəcəklər. Bu faktı Polşa Baş naziri Donald Tusk da xatırlatmışdı".
2014-02-01
7,908
“Cavad xan” Nyu Yorkda təqdim ediləcək
"Cavad xan" filminin Nyu York şəhərində təqdimatı keçiriləcək. Bu barədə "Axar.az"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Filmin Nyu Yorkda təqdimatının fevralın 8-də baş tutacağı bildirilib. Tədbir Əyyub Sultan Mədəniyyət Mərkəzində keçiriləcək.Tədbirdə Azərbaycan Respublikasının, Türkiyə və digər ölkələrin diplomatik nümayəndələrinin iştirakı gözlənilir. Bununla bərabər, təqdimatda filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və quruluşçu rejissor Rövşən Almuradlının da iştirak edəcəyi bəlli olub. Məlumatda həmçinin tədbirə girişin azad olduğu da qeyd edilib.
2014-02-01
7,909
Amerikalı aktrisa İsraili hiddətləndirdi
Yəhudi əsilli məşhur amerikalı Skarlet Yohanson israilliləri hiddətləndirib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa İordan çayının qərb sahilində istehsal olunan "SodaStream" adlı cihazın reklamında çəkilib. Yohansonun bu hərəkəti xoşməramlı səfir olduğu "Oksfam" xeyriyyə cəmiyyətindən ayrılmasına səbəb olub. "Oksfam" nümayəndələri aktrisanın bu reklama çəkilməsinin cəmiyyətdəki missiyası ilə təzad təşkil etdiyini bildiriblər. Xatırladaq ki, Yohanson bu addımı ilə İsraillə Fələstin arasındakı əməkdaşlığı dəstəklədiyini bildirib.
2014-02-01
7,910
Jurnalistlərin binasına çəkilən xərc açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu illik hesabatını açıqlayıb. Sənəddə il ərzində həyata keçirilən tədbirlərlə yanaşı, maliyyə xərcləri də əksini tapıb. "Axar.az" xəbər verir ki, hesabatda Səbail rayonunda jurnalistlər üçün nəzərdə tutulan binanın tikilib başa çatdırılması və təmiri üçün 22 milyon 396 min 316 manat vəsait istifadə sərf olunduğu əksini tapıb. Fondun maliyyə dəstəyi ilə 2013-cü ildə 3 dəfə fərdi jurnalist yazıları müsa­biqəsi keçirilib. Buna qatılan 160 jurnalist qalib kimi mükafatlandırılıb. Ümumilikdə, hesabat ilində Fondun təşkilatçılığı və iştirakı ilə keçirilən müsabiqələrdə 232 jurnalist mükafat alıb. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 12 KİV rəhbərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri təşkil edilib. Hesabat ilində Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçiril­məsi üçün Fondun KİV-lərə maliyyə dəstəyi davam edib. Bu məqsədlə 2013-cü ilin dövlət büdcəsindən Fonda 3 milyon 903 min 483 manat vəsait ayrılıb. Həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə keçirilən fərdi jurnalist yazı müsabiqələri üçün əlavə mənbələrdən 38 min 940 manat vəsait cəlb edilib. İl ərzində 31 KİV-in təqdim etdiyi layihə təklifləri Fondun tələblərinə cavab verib və həmin redaksiyalar maliyyələşdirilib. Dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin 2 milyon 460 min 713 manatı KİV layihələrinin maliyyələşməsinə, 112 min 415 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 24 min 731 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 242 min 154 manat müsa­biqə qaliblərinə və jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə xərclənib. Fond digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 189 min vəsait sərf edib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləş­diril­məsi haqqında" 24 iyun 2009-cu il tarixli 114 saylı Fərmanının 1.1-ci bəndinə əsasən, "Azərbaycan", "Göyər­çin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnallarına və "Ədəbiyyat", "Savalan" qəzet redaksiyalarına 709.262 manat ayrılmış, bu vəsaitin 708. 671,82 manatı xərc­lənib.
2014-02-01
7,911
Soçi qaliblərinə meteorit veriləcək
Soçi-2014 qaliblərinə meteorit hissələrindən hazırlanmış xüsusi medallar təqdim olunacaq. "Axar.az"ın məlumatına görə, Rusiyanın Çelyabinsk şəhərinə düşən metorit qırıqları olimpiya medallarının səthinə yerləşdirilib. Suvenir medallar yalnız bir gün - fevralın 15-də sahiblərinə veriləcək. 15 fevral tarixi xüsusi anlam daşıyır. Belə ki, tam bir il öncə, fevralın 15-də "Çelyabinsk meteoriti" adı alan səma cismi Urala düşüb. "BBC Ukraynanın" verdiyi məlumata görə, belə şərəfə 10 qızıl medalçı layiq görüləcək. Daha 40 ədəd oxşar medal isə kolleksiyaçılara satılacaq.
2014-02-01
7,912
“Axar.az”ın müxbiri gecəni sığınacaqda keçirdi - Fotoreportaj
Ölkədə havaların kəskin soyuması özüylə bir çox sosial problemlər gətirib. Qazın verilməsində fasilələr yaranıb, su donub, buzlaşmaya görə nəqliyyatın hərəkətində çətinliklər var. Bunu nəzərə alan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində rayona qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, yaşayış yeri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyac duyanlar üçün müvəqqəti sığınacaqlar təşkil edib. Beş ünvanda belə sığınacaq təşkil olunub: 1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11; 2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69; 3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118; 4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20; 5. Yasamal rayonu, Xiyabani küçəsi 211. "Axar.az"ın əməkdaşı gecəni Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20 ünvanında təşkil olunan sığınacaqda keçirib. Xətai rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Baş məsləhətçisi Elnur Yusifov da orda olub. Ümumilikdə sığınacağa gün ərzində 15, gecə vaxtı 3 adam müraciət edib. Müraciət edən şəxslər çay və yeməklə təmin olunublar. Amma istilik sistemi quraşdırılsa da, gecə temperaturun çox aşağı olması üzündən sığınacaqlarda çox soyuq olub.
2014-02-01
7,913
Ramiz Mehdiyev sərəncam verdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının 22-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. tədbirlərin təşkili, xarici və yerli KİV-lərdə, teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən məlumatların yayılması, mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək. Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17-də bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. ("Modern.az")
2014-02-01
7,914
Bərdədə bir nəfəri tanımadığı şəxs güllələyib
Bu gün saaat 13.30 radələrində Bərdə rayonunda güllələnmə hadisəsi baş verib. 1948-ci il təvəllüdlü Bərdə şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan Əzizov Vaqif Məhəmməd oğlu boğazından aldığı güllə yarası ilə Bərdə rayon xəstəxanasına yerləşdirib. Vaqif Əzizov polisə verdiyi ilkin ifadədə atəş açan şəxsi tanımadığını bildirib. Bərdə rayon polis şöbəsindən verilən məlumata görə, hazırda polis hadisəni törədən şəxsi axtarır. Bərdə RMX-ya çatdırılan Vaqif Əziziova ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. (ANS)
2014-02-01
7,915
İlham Əliyev bir qrup gənci mükafatlandırdı
Azərbaycan prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən bir sıra şəxsin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Timur Vaqif oğlu Əsgərova, Flora Vidadi qızı Hacıyevaya, İlyas İsmiyar oğlu İsmayıllıya, Şahin Əmir oğlu İsmayılova, Pərvin Ələmdar qızı Nurəliyevaya və Rafiq Tofiq oğlu Səfərova 2014-cü il Gənclər üçün Prezident mükafatları verilməsi qərara alınıb.
2014-02-01
7,916
Ziya Məmmədovun qardaşının evində partlayış: xəsarət alanlar var
Qusarda nəqliyyat nazirinin qardaşına məxsus tikilidə partlayış baş verib. Qusar rayonunun Çiləgir kəndində partlayış baş verib. Hadisə Nəriman Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb. SalamNews-un bölgə müxbiri xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 2 otaqlı yardımçı tikilidə baş verən partlayış nəticəsində 63 yaşlı Hacıyeva Maral Nüsrət qızı və onun həyat yoldaşı Hacıyev Şəkixan Cahangir oğlu müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Maral Hacıyevanın bədənin 80, həyat yoldaşının isə 40 faizi yanıb. Xəstələrə ilkin yardım göstırildikdən sonra vəziyyətləri ağır olduğundan paytaxta göndəriliblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Partlayış baş verən mənzil nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur.
2014-02-01
7,917
Bakıda konteyner yandı
Bakı şəhərində konteynerdə yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadə məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 400 kv.m olan dəmir konstruksiyalardan ibarət konteynerin taxta və şüşə-pambıq üzlüyü 240 kv.m sahədə, içərisində olan ofis mebelləri və ona bitişik tikilmiş ümumi sahəsi 20 kv.m olan konteynerin yanar konstruksiyaları, içərisində olan boya və polietilen yanıb. Konteynerin qalan hissəsi və bitişik olan digər konteynerlər yanğından mühafizə olunub. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-01
7,918
Bakı səmasında möcüzəli Ay göründü
Bu gün axşam saatlarında Bakı səmasında Ay qəribə formada müşahidə olunub. Həmişə gördüyümüz Aydan fərqli olaraq bu dəfə Yerin peykinin yalnız aşağı hissəsi görünüb. Ayın bu formada görünüşü paytaxt sakinlərinin marağına səbəb olub. Qeyd edək ki, bu fəza cismi planetimizin müxtəlif yerlərindən fərqli formada görünür. Azərbaycanın yerləşdiyi coğrafi enlikdə bir qayda olaraq Ayın sağ hissəsi işıqlandırılmış olur. ("Musavat.com")
2014-02-01
7,920
“Titanik” gerçək oldu – Video
Turistlərin olduğu bir gəmi yanı üstə yatıb. "Axar.az" xəbər verir ki, Tailand yaxınlığında yerləşən Similan adasına turist aparan gəmi limana yaxınlaşdığı zaman birdən batmağa başlayıb. Sərnişinlər hay-küyə düşərək gəmidən suya atıldıqları üçün itki olmayıb. Qısa müddət izdiham və həyəcan yaşadan gəmi "Titanik" filmini xatırladıb.
2014-02-01
7,921
Ərdoğan rüşvət əməliyyatını dövlət çevrilişi adlandırdı
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda sosial ipoteka evlərinin paylanması mərasimində çıxış edərkən 17 dekabrda polisin rüşvətə qarşı keçirdiyi əməliyyatı dövlət çevrilişi cəhdi adlandırıb. O, həmçinin çevrilişi həyata keçirən təşkilatın ana müxalifət partiyası CHP-ni də ələ keçirdiyini irəli sürüb. "Bu partiya böyük şəhərlərdə öz içindən bələdiyyə başçılığına belə namizəd çıxara bilmir",- deyə bildirib. "17 dekabr əməliyyatına biz çevriliş dedikdə bəziləri bunu anlaya bilmir. Ancaq üzərindən zaman geçdikcə, planlar ortaya çıxdıqca məsələnin ciddiliyi aşkar olur. Bəzi yerlərdə gizli yığıncaqlar keçirilib, planlar tutulub və 17 dekabrda düymə basılıb",- deyə Türkiyə buaş naziri vurğulayıb . (ANS)
2014-02-01
7,922
Amerikalı həmsədr bizi də günahlandırdı
"Son günlər ərzində biz Qarabağda hərbi qarşıdurmanın şahidi olduq. Belə hərəkətlər dinc nizamlamaya mane olur. Biz elə atmosfer yaratmaq istəyirik ki, tərəflər sülh anlaşmasına doğru irəliləyə bilsinlər". Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiosunun rus bölümünə müsahibəsində deyib. Uorlik tezliklə digər həmsədrlərlə birgə regiona gələcəyini və prezidentlərlə yüksək səviyyədə dialoq nəticəsində onların növbəti görüşünə nail olunacağına ümid bəslədiyini söyləyib. Onun sözlərinə görə, problem tərəflərin vədləri ilə hərəkətlərinin bir-birinə uyğun gəlməməsindədir. "Mən əminəm ki, ən başlıcası tərəflərə təzyiq göstərmək yox, onların siyasi iradəsidir", – deyib diplomat.
2014-02-01
7,923
Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb. "Axar.az"ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşgəsin pozulmasından narahatlığını bildirib. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
2014-02-01
7,925
Ərdoğana gözləmədiyi şok sürpriz
Türkiyə daxilində ictimai, iqtisadi, siyasi və mədəni sahələri də əhatə edən anket sorğusu keçirilib. "Axar.az"ın "Haberler.com"a istinadən xəbərinə görə, anket sorğusunda 5292 insan iştirak edib. Sorğu zamanı parlament seçkilərində 43,3 faiz AKP, 28,1 faiz CHP, 17,5 faiz MHP, 9,9, faiz isə BDP seçicilərin səsini qazanıb. Anketdə iştirak edənlərin 33,2 faizi Türkiyənin ən böyük probleminin işsizlik, 26,1 faizi terror hadisələri və sonrakı problemlər isə təhsil, korrupsiya və insan hüquqlarının pozulmasını qeyd edib. Anket sorğusuna görə prezidentliyə namizədlər sırasında 29,2 faizlə Abdullah Gül, 27,8 faiz Kamal Qılıncdaroğlu, 20,1 faizlə isə Baş nazir Ərdoğan yer alıb. Ən etibarlı lider sorğusunda da ilk pillədə Abdullah Gül sonrakı yerdə isə Kamal Qılıncdaroğlu və Rəcəb Tayyib Ərdoğan qərarlaşıb.
2014-02-01
7,926
Futbolumuzun yuxudakı falı
Nadim Əlixanov futbolumuzun da falına baxdı. Gözünü yumdu, iki qızıl üzüyü sapa bağlayıb bir fincan saf suya salladı. Fincanın içindəki sular ləpələndi, sanki böyük bir ümmanda fırtına baş verdi. Qızıl üzüklər fincanın divarlarına dəyib suda toqquşur, bu toqquşmanın təsirindən Nadimin alnının üstünə tökülən kəkilləri tərpənir, dodaqlarının altında nəsə pıçıldayırdı. Axır ki, falabaxma mərasimi başa çatdı. Başını qaldırıb futbolumuzun başbilənlərinə baxdı. Dərindən, rahatlıqla nəfəs aldı. AFFA-nın, PFL-in, klubların öndərləri əvvəlcə bir-birlərinə, sonra isə ehmal-ehmal, şümal-şümal, incə-incə, zərif baxışlarla Nadimə baxdılar. Yazıqların baxışlarında "başuva dönək, nə oldu" yalvarışı aydın sezilirdi. Nadim bir də dərindən nəfəs aldı, titrətmə, əsmə, qıcolma tutdu onu, tər süpürləyib basdı altına. Tələsik dəsmal götürüb alnının tərini sildilər, yenə də məlul-məlul baxışlarla falçının sifətinə zilləndilər. Nadim birdən yerindən dik atıldı, həyacanla o başa-bu başa qaçdı. Və yenidən yerinə qayıtdı. Futbolumuzun başbilənləri arasında pıçhapıç düşdü. Elxan Məmmədov Ramin Musayevə baxdı. Ramin Musayev hiss etdi ki, Elxanın ona baxması Sadıq Sadıqovu bərk təəccübləndirir. Ona görə də dərhal nəzərlərini Sadıq Sadıqova yönəltdi. Bununla da "Elxan kimdi ona baxım, biz eyni adama qulluq edirik" mesajını vermiş oldu. Böyükağa Hacıyev də "dədəsinə" - Sadıq müəllimə tərəf boylandı. Sadıq müəllim üzünü Rövnəq Abdullayev səmtə döndərməklə, dəstə baxışlarını o istiqamətə tuşladı. AFFA prezidenti müdrik görkəm alaraq baxışları ilə "görək axırı hara gedir" işarəsini verdi. Bu işarədən sonra baxışlar yenidən Nadimin sifətinə oxlandı. Nadim bu dəfə cibindən kağıza bükülü nəsə çıxartdı. Bir fincan qaynar su, bir qaşıq şəkər istədi. Əlüstü hazır oldu. Ehmallıca bükülünü açdı. Hamını maraq bürümüşdü. Nədir axı bu bükülüdəki? Elxan Məmmədov yenə də darqursaqlıq elədi: "Ala, bu qəhvədir ki..." Ancaq rusdilli olduğu üçün qəhvə sözünü düzgün tələffüz edə bilmədi. Araya pıqqapıq düşdü. Ramin Musayev özünü gülməkdən saxlaya bilməyəcəyini görüb, yalandan öskürməyə başladı. Elxan müəllim vəziyyəti anladı, yazıq-yazıq Rövnəq Abdullayev tərəfə baxıb "kofedir" dedi. Nadim kofeni fincandakı çaya səpdi, şəkəri də əlavə edib barmağı ilə qarışdırmağa başladı. Dodaqaltı nəsə mızıldandı, hansısa duanı oxudu, sonra fincanı dodaqlarına yaxınlaşdırdı. Aramla içdi, gözlərini qıyıb fincanın divarlarına baxdı, dili ilə dodaqlarını sildi və birdən yenə də əsməcəyə düşdü. Nadim özünə gəldikdən sonra başını yuxarı qaldırmadan soruşdu: "Qızın neçə yaşı var?" Cavab gözləmədən dedi: "Bu onun ilk təması deyil. Bir dəfə abort elətdirib". Elxan Məmmədov dərhal reaksiya verdi: "Tı çto, nə abort-abort salmısan, de qorum fitbolun veziyyeti nece olacax?". Baxıcı-ekstrasens yatmışdı sanki, ayıldı. Amma özünü o yerə qoymadı: "Hansınızsa, qadın millisinə gətirdiyiniz xarici futbolçunu ürəyinizdən keçirtdiniz, qulağıma səda gəldi o haqda". Hamı şoka düşdü. Elxan Böyükağa Hacıyevə tərəf baxdı. Böyükağa müəllim səsini qaldırdı: "Bura bax ey, mən "Neftçi"nin baş məşqçisiyəm. Milliyə almanlar baxır". Nadimin danışması aranı səngitdi: "Futbolumuzun gələcəyi parlaqdır. Gələcəkdə bizim uşaqlar lap yaxşı oyun oynayacaqlar. Komandalarda qruplaşmalar olmayacaq. Azərbaycanlı məşqçilər bir-birlərinə torba (bu yerdə nədənsə hamı Böyükağa Hacıyevə baxdı, Ramin Musayevin simasında "inanan daşa dönsün" ifadəsi vardı) tikməyəcəklər. Maaş qalxacaq. Kasıb futbolçu olmayacaq, bahalı transferlər gerçəkləşəcək. "Bəs Foqts necə olacaq?"- Elxan soruşdu. Nadim yenidən üzükləri fincana salladı. Bir qədər baxdıqdan sonra dedi: "Bu fincanı Gəncə çini qablar zavodu yerli palçıqdan istehsal edib, Foqts da nemesdi, bizim dili anlamır, bizim fincanların içində olan cinlər də nemescə bilmir, baxmaq olmur". Elxan tez əlini pencəyinin cibinə saldı. Ordan bir fincan çıxartdı: "Gala, bunu Frankfurtdan, Foqtsun qardaşının dükanından almışam, təmiz alman malıdı",- dedi. Nadim fincana baxdı, içinə su doldurdu, qızılları yenə suya salladı və dodaqaltı dualar oxudu. Diksindi, tərlədi, əsməcə tutdu və handan-hana dedi: "Foqtsun qədrini bilin. O olmasa batarsız". Nadim bunu demişdi ki, Elxan Məmmədov onun boynuna sarılıb üz-gözündən öpməyə başladı. Ramin Musayev üzünü Sadıq Sadıqova tutub: "Mən bunun fırıldaqçı olduğunu bilirdim",- dedi. Bu vaxt həyətdən gələn səs məni də yuxudan ayıltdı. Kimsə uca səslə "fala baxıram, rəml atıram" deyirdi. "Allah sən yuxumu xeyirə cala",- deyb, cibimdən 20 qəpik çıxartdım.
2014-02-01
7,927
Vulkan püskürdü - 11 nəfər öldü
Frans Press agentliyi xəbər verir ki, 1 fevralda İndoneziyada Sinabunq vulkanının püskürməsi nəticəsində 11 nəfər həlak olub. Onlar vulkanın tulladığı qaynar buluda düşüblər. Bütün həlak olanlar Sinabunq rayonu ərazisindəki kənddən tapılıb. Onlardan 4 nəfəri vulkanı görmək üçün turist kimi bura gələn şagirdlərdir. Sinabunq Sumatranın şimallında yerləşən fəaliyyətdə olan vulkandır. O 2010 - cu ilin avqustunda 400 illik sükutdan sonra oyanıb. 2013 - cü ilin noyabrında və 2014 - cü ilin yanvarında da püskürmə olub ("AzNews.az").
2014-02-01
7,928
Rəsulzadənin Elçibəyə verilən bayrağı indi haradadır? - Foto
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Bakıda səfərdə olan Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal "Axar.az"a müsahibə verib. - Rəsulzadənin sağlığında söhbətlərinin iştirakçısı olmusunuz. Yadınızda nələr qalıb? - Biz o zaman tələbə idik. O, Azərbaycandan Türkiyəyə gələndə bizim üçün öndər şəxsiyyət idi. Düşüncəmizdə türk dövlət qurucusu idi. Onunla birgə hər hansı bir tədbirdə iştirak etmək bizim üçün böyük şərəf sayılırdı. Çünki biz o zamanlar tələbə idik və bir dövlət qurucusu ilə görüşmək, Məhəmməd Əmin bəy kimi bir insanla eyni ortamı paylaşmaq olduqca böyük sevinc və fəxr verirdi. - Rəsulzadə Türkiyədə yaşadığı dönəmdə maddi ehtiyaclarını necə qarşılayırdı, bu barədə bilginiz varmı? - Məhəmməd Əmin bəy dövlət qurucusu, dövlət başqanı olmaqla bərabər, həm də əvəzedilməz tarixçi idi. Onun kimi fikir adamı hansı ölkədə olursa-olsun, həmin dövlət onun qiymətini biləcək. Türkiyədə yaşadığı müddətcə araşdırmaçı-tarixçi kimi fəaliyyət göstərmiş və öz ehtiyaclarını kimsəyə bildirməmişdi. Bütün həyatı boyunca maddi ehtiyacları barədə heç kimə heç nə deməyib, ağız açmayıb. Bu, onun ləyaqətinin göstəricisidir. Təbii ki, çətin günləri də olub, ac qaldığı günlər. Ancaq bu barədə heç kimə bildirməyib. - Rəsulzadənin yubileyinin qeyd edilməsi üçün dövlət başçısının sərəncamı var. Hansı işlərin görülməsini istəyərdiniz? - Rəsulzadə bizim hamımızın tarixidir. Əlbəttə ki, onun doğum günü dövlət səviyyəsində qeyd ediləcək. Düşünürəm ki, Rəsulzadənin həm də adının əbədiləşdirilməsi üçün işlər görülməlidir. Məsələn, 26 Bakı komissarına heykəl qoyulan park var. Siz ona "26-lar parkı" deyirdiniz, indi "Sahil parkı"dır. Həmin parkı Cümhuriyyət parkı edə bilərsiniz. Rəsulzadə və digər cümhuriyyət qurucularınızın orda heykəl və büstlərini qoya bilərsiniz. - Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi zaman-zaman müzakirə mövzusu olur. Bu barədə nə düşünürsünüz? - Onu bura hansı adla gətirəcəksiniz? Statusu nə olacaq? Heç olmasa, onun statusu haqqında parlamentinizin bir qərarı varmı? Yaxşı olardı ki, onun ruhunu şad etmək üçün 1918-ci il 7 dekabrda ilk parlament binasına sancılan üç rəngli bayrağı tapıb parlament binasından asasınız. - O bayraq haradadır ki? - O bayrağın indi harada olmasını bilmirəm. Ancaq onu deyə bilərəm ki, həmin bayrağı Məhəmməd Əmin bəy Türkiyəyə gələn zaman qoynunda özü ilə gətirmişdi. 1992-ci ilə qədər bizim dərnəkdə saxlanıldı. Rəhmətlik Əbülfəz Elçibəy Ankaraya gələn zaman ona hədiyyə etdik. Ankarada Azərbaycan konsulluğundan asılmışdı. İndi haradadır o bayraq, onu siz məndən yox, mən sizdən soruşuram.
2014-02-01
7,929
"Əl Cəzirə" Suriyada döyüşən azərbaycanlılardan yazdı
Dünyanın ən iri media qurumlarından olan "Əl Cəzirə"nin türk bölməsinin müxbiri İrfan Bozan Bakıya gələrək Suriya döyüşlərində həlak olmuş Rüstəm Əsgərovun ailəsindən reportaj hazırlayıb. "Əl Cəzirə Turk" xəbər verir ki, Suriyada müxalifətçi "Ahraruş Şam" silahlı qruplaşmasının tərkibində vuruşmuş Rüstəm Əsgərov dekabr ayında Hələbdə dünyasını dəyişib. Atası Musa Əsgərov oğlunu 2013-cü ildə sentyabrın 27-də gördüyünü deyib: "Uşaqlarını və xanımını gətirdim. Bir də görmədim". "Əl Cəzirə Turk"ün yazdığına görə, Azərbaycan mətbuatı Rüstəm Əsgərov barədə 10 il qabaq da material dərc etmişdi. 2003-cü ildə Rüstəm 22 yoldaşı ilə birlikdə partizan dəstəsi yaradaraq Qarabağda savaşacağını bəyan etmişdi və buna görə tutularaq 2 il 6 ay həbsxanada qalmışdı. Mərhumu yaxından tanıyan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı onun sələfi olduğunu, həbsdən sonra Bakıda dükan açdığını və sonra İstanbula köçdüyünü deyib. Rüstəm Əsgərovun atası İrfan Bozanın "Oğlunuzun şəhid olduğunu düşünürsünüzmü?" sualına, "O həmişə deyirdi ki, İslam dininin yolunda, müsəlman qardaşlara kömək etmək üçün şəhid olmaq istəyirəm. Amma onun şəhid olub-olmadığını Allah bilir. Yalnız Allah bilir ki, kim şəhiddir", - cavabını verib. Daha sonra İrfan Bozan Azərbaycan sələfilərinin lideri Qamət Süleymanovla görüşüb. Ona belə bir sualla müraciət edib: "Eşitmişk ki, bəzi azərbaycanlı gənclər Suriyaya cihada gedirlər və bunlar üçün Azərbaycanda din adamları fətvalar verirlər. Siz belə fətva verdinizmi?" Qamət Süleymanov isə buna cavabında deyib: "Xeyr, bu yalandır. Ümumiyyətlə, orada cihadın olması sual altındadır… Orada cihad yoxdur. Nə üçün?.. Çünki cihad ibadətin bir növüdür. Onun növləri var, xüsusən də döyüş cihadının qaydası var. Şərtləri var ki, nə vaxt eləmək olar, nə vaxt olmaz, nə vaxt etmək qadağandır. Şəriətdə bu məsələdə belə bir mövzular var. Ona görə də orada cihadın olması barədə böyük alimlərdən heç biri deməyib. O ki qala Azərbaycanda hansısa elm əhli desin… Biz əksinə, orada cihadın olmasının əleyhinəyik. Həmçinin, kim onu cihad adlandırır, şəri cəhətdən əsası yoxdur… Ola bilər ki, hansısa təkfirçi, radikal qrupların başbilənləri cihad desin, amma onlar sayılmır". Qamət Süleymanov Suriyaya gedən gənclərin xaricdən idarə olunduğunu vurğulayıb. Onun fikrincə, çox vaxt belə gənclər internet vasitəsi ilə edilən çağırışlara aldanaraq döyüşlərə gedirlər (ANS).
2014-02-01
7,930
Türkiyəni savaşa çəkən tarixi görüntülər yayıldı - Foto/Video
19 il əvvəl Türkiyə ilə savaşa səbəb ola biləcək görüntlər Yunanıstan televiziyasında yayımlanıb. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, Türkiyənin Bodrum şəhərinin Gümüşlük hissəsindən 4.5 mil uzaqlığda bir neçə dövlət nümayəndəsi və uşaqların Sahil Təhlükəsizlik Komandirliyinin nəzarəti altında qayıqla Qardaq qayalıqlarına gəlməsi görüntüləri yayımlanıb. Belə ki, onlar əllərində yunan bayraqları tutaraq dövlət himnini səsləndiriblər. Bu hadisə 19 il əvvəl Türkiyə ilə Yunanıstan arasında gərginliyi son hədddə çatdırmış və iki ölkə arasında müharibə qığılcımları yaratmışdı.
2014-02-01
7,931
Saakaşvili Ukrayna müxalifəti ilə videosunu paylaşdı - Video
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna müxalifətinin nümayəndəsi Arseni Yaçenyuk və sahibkar, "Kanal 5"-in sahibi Pyotr Poroşenko ilə maraqlı görüntüsünü Feysbuk səhifəsində paylaşıb. "Axar.az" xəbər verir ki, görüş bu gün Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair konfrans çərçivəsində baş tutub. Xatırladaq ki, Pyotr Poroşenko Ukraynanın ən nüfuzlu sahibkarlarından biridir. Onun iqtidar, yaxud müxalifətin mövqeyini müdafiə edəcəyi maraqla izlənilirdi. Bu cür görüntülər deməyə əsas verir ki, o, aksiya keçirən şəxslərin yanında yer alıb.
2014-02-01
7,932
Məşhur müğənni subaylığın daşını atır
Bəstəkar-müğənni Ramal İsrafilov ailə həyatı qurmağa hazırlaşır. Verilən xəbərə görə, müğənni açıqlamasında yaz aylarında toy edəcəyini bildirib: "Fevralda toy edəcəyim haqda xəbərlər yayılıb. Bu doğru deyil. Bəli, toya hazırlaşıram, sevib-seçdiyim xanımla ailə quracağam. Lakin toyun vaxtı bilinmir, yazın axırlarına planlayırıq.Çox xoşbəxtəm və bütün subaylara xeyir iş, sevib-sevilməyi arzulayıram" ("Axsam.az").
2014-02-01
7,933
Nazirlik geniş müşavirə keçirdi
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi geniş müşavirə keçirib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin yanvarın 9-da keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar geniş müşavirə keçirilib. Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan və nəzarət funksiyaları daşıyan qurumların iştirakı ilə keçirilən müşavirədə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir son illər respublika iqtisadiyyatının dinamik inkişafı fonunda ölkədə aparılan geniş abadlıq-quruculuq, infrastruktur, nəqliyyat və digər sahələrdə aparılan tikinti prosesində təhlükəsizlik qaydalarına ciddi əməl olunması və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini önə çəkib. Xüsusilə vurğulanıb ki, dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, hazırda inşası davam etdirilən və tikintisi başa çatmış dövlət və özəl sektordakı tikililərin qanunlara və normalara uyğun inşa olunmasına, layihə sənədlərinin mövcud qanunvericiliyə uyğun ekspertizadan keçirilməsinə, istismarına icazə verilən obyektlərin təhlükəsizlik qaydalarının icrasına nəzarətin gücləndirilməsinə ciddi riayət olunmalıdır. Nazir Kəmaləddin Heydərov həmçinin ölkə ərazisində tikinti, sənaye və dağ-mədən sahələrində təhlükəsizliyə nəzarətin gücləndirilməsinin, qanunsuz və o cümlədən də pozuntularla tikilən obyektlərin inşasını qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılması və sökülməsi ilə bağlı ciddi tədbirlərin görülməsini, insanların təhlükəsiz həyat və fəaliyyətinin təminatının vacib amil olduğunu qeyd edib. Eyni zamanda yanğın təhlükəsizliyi sahəsinə nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nazirliyin adiyyəti qurumları nəinki tikiliməkdə olan, eyni zamanda istismara verilmiş bütün tikililərdə təhlükəsizlik norma və qaydalarına lazımi səviyyədə riayət olunmasına da ciddi nəzarət etməlidir. Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəhbər şəxsləri tabeliklərində olan qurumların fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov dövlət təşkilatlarında, Nəqliyyat Nazirliyinin sifarişçisi olan "Azəryolservis" ASC və "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Bakı Elektrikşəbəkə" ASC, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, "Meliorasiya və su təsərrüfatı" ASC, Metropoliten, bundan başqa özəl müəssisələr, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən otellər, ticarət mərkəzləri, istirahət mərkəzləri, izibati binalarda nöqsanlara yol verildiyini bildirib. Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev neft-qaz, energetika, səhiyyə, təhsil, mədəniyyət və turizm nazirliklərinin obyektlərində, kütləvi istirahət obyektlərində və otellərin bir qismində, metropolitendə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verildiyini açıqlayıb. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov neft-qaz çıxarma, emal və xidmət sahələrində, tikinti materialları istehsalı üçün icra hakimiyyətləri tərəfindən ayrılan ərazilər, kimya sənayesi, magistral boru kəmərlərində, lift təsərrüfatında pozuntulara yol verildiyini qeyd edib. Müşavirəyə yekun vuran fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mövcud nöqsanların aradan qaldırılması və bu kimi hallara bir daha yol verilməməsi ilə bağlı ciddi tapşırıqlarını verib. Eyni zamanda pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.
2014-02-02
7,934
Yiyəsini parçalayaraq öldürdü – Video +16
Pitbul cinsindən olan itini səhər gəzintisinə çıxaran sahibi itin hücumuna uğrayıb. Nəticədə yaşlı adam qan itkisindən ölüb. "Axar.az" xəbər verir ki, Çinin Quanqxi şəhərində bir nəfər səhər gəzintisinə çıxardığı pitbul cinsli itinin hücumuna məruz qalıb və faciəvi şəkildə ölüb. Dəhşət anları ətrafda olan bir təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeyd edilib.
2014-02-02
7,935
Rusiyada faciəvi qəza anı: 4 ölü - Video
Rusiyanın dağlıq Ural bölgəsi Çelyabinsk şəhərində faciəvi qəza hadisəsi baş verib. Qəzada 4 nəfər ölüb. "Axar.az" xəbər verir ki, buzlu yolda ötmə əməliyyatını həyata keçirmək istəyən avtomobil sürüşərək qarşıdan gələn TIR-ın altına girib. Həmin faciəvi görüntünü təqdim edirik.
2014-02-02
7,936
Gürcülər Soçi Olimpiadasını boykot etdi
Gürcüstanda yüzlərlə insan Tbilisi küçələrinə çıxaraq, Gürcüstanlı idmançıları 2014-cü il Soçi Qış Oyunlarını boykot etməyə çağırıb. "Etirazçılar "Qanlı olimpiadanı boykot edin" və "Olimpiya ruhu oğurlanıb" şüarlı plakatlar nümayiş etdirib. Onlar Gürcüstanın torpaqlarını işğal etmiş ölkədə keçirilən olimpiadada iştirak etməyin milli maraqlara zidd olduğunu bildirib. Oxşar nümayişlər Gürcüstanın digər 4 şəhərində baş tutub. Qeyd edək ki, Gürcüstan Olimpiya yığmasından Soçi oyunlarına 5 fiqurlu konkisürən və dağüstü xizəkçi qatılacaq. Xatırladaq ki, Gürcüstan və Rusiya arasındakı diplomatik münasibətlər 2008-ci il avqust müharibəsindən sonra kəsilib ("Musavat.com").
2014-02-02
7,937
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, havanın temperatur gecə 7-10° şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 7-9° şaxta, gündüz 1-3° şaxta olacaq. Atmosfer təzyiqi normadan xeyli yüksək 780 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 13-18°, gündüz 2-7° şaxta təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcəkdir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 6-11°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 13-18°, gündüz 3-7° şaxta təşkil edəcək.
2014-02-02
7,939
Canlı yayımda saçyoldu – Video
Misir televiziyasında yayımlanan yemək proqramına dəvət olunan bir qadın verilişin aparıcısını döyüb. Canlı yayıma qatılan iki qadın əvvəlcə mübahisə ediblər. Daha sonra qadınlardan biri proqramın aparıcısını studiyadan qovmağa çalışıb. "Axar.az" həmin videonu təqdim edir.
2014-02-02
7,940
Kişilər haqqında bilinməyənlər
Dünyada təxminən 100 qıza 107 oğlan uşağı doğulur. Yeni doğulan oğlan uşaqlarının tələf olma ehtimalı qızların tələf olma ehtimalından 25% daha yüksəkdir. Dünyada kişilərdə orta yaş dövrü 52-64, qadınlarda isə 66-68-dir. Statistikaya görə, dünyada kişilərin əsas ölüm səbəbi - ürək xəstəlikləridir. Oğlan uşaqlarının "autizm" diaqnozu almaq ehtimalı qızlardan daha çoxdur. Yeniyetmə oğlanlar qızlardan 4 dəfə çox məktəbi ataraq işləməyə başlayırlar. Bu isə oğlan uşaqlarının 75%-ni təşkil edir. İş yerlərində qəza zamanı ölən insanların 94%-ni kişilər təşkil edir. Kişilər qadınlardan 3 dəfə artıq alkoqoldan asılı vəziyyətdə 2 dəfə artıq isə narkotik vasitələrdən asılı olurlar. Kişiləri qadınlardan 4 dəfə çox öldürürlər və onlar qadınlardan 10 dəfə çox cinayət törədirlər. Demək olar hər ölkədə kişilər qadınlardan 2 dəfə çox özünə qəsd edirlər. Orta yaşlı kişilərdə əzələ qatının sayı orta yaşlı qadınların əzələ qatından 50 % artıq, piy qatı isə 50% az olur. İlk dəfə hündür daban ayaqqabıları monqol kişiləri ayaqları atın yəhərindən sürüşməsin deyə geyiniblər. Antropoloqların sözlərinə görə, dünyada ən güclü atalıq hissinə malik olan kişi cinsli canlı yalnız insanlardır ("Musavat.com").
2014-02-02
7,941
Yəməndə yük gəmisi batdı: 12 ölü
Yəmən sahillərində bir yük gəmisinin batması nəticəsində 12 ekipaj həyatını itirib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Yəmən Daxili İşlər Nazirliyindən verilən açıqlamada avtomobil hissələri və rezin daşıyan gəminin dünən gecə batdığı bildirilir. Qeyri-hava şəraiti səbəbindən əraziyə yardım qrupları gedə bilmir. Birləşmiş Ərəb Əmirliklərindən yola çıxan gəminin Yəmənin Mukalla limanına getdiyi açıqlanıb.
2014-02-02
7,942
Gürcüstan Azərbaycandan neft alışını azaldıb - Statistika
Gürcüstanın Milli Statistika Xidməti Azərbaycanla mal dövriyyəsinin həcmini açıqlayıb. "Axar.az"ın qurumun saytına istinadən məlumatına görə, Gürcüstan 2013-cü ildə Azərbaycandan 275, 69 miyon dollar məbləğində 295,74 min ton neft və neft məsulları alıb. Qonşu ölkə ötən il üçün, başqa mənbələr də daxil olmaqla, toplum 954, 41 milyon dollar civarında neft və neft məhsulları alıb ki, bu kateqoriyada Azərbaycanın payı 28,89 faiz təşkil edib. Bu, 2012-ci illə müqayisədə 17,83 faiz (45,48 ton) az deməkdir. Vurğulanır ki, 2012-ci ilin hesabatında sözügedən rəqəm 341,22 ton olub. Xidmət neft məsulları daxil olmaqla, Azərbaycanla ümumi mal dövriyyəsinin statistikasını da açıqlayıb. Bildirilir ki, 2013-cü il üçün Gürcüstan ölkəmizdən 638,11 milyon dollar həcmində müxtəlif məhsullar idxal edib. 2012-ci ildə göstərilən rəqəm 633,54 milyon dollar olub və bu, 0,7 faiz artım deməkdir.
2014-02-02
7,943
Dedi-qoduçu qadınlar sağlam yaşayır
Dedi-qoduçu insanların daha sağlam və xoşbəxt olduğu müəyyən olunub. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-dakı Stanford Universitetində aparılan araşdırmalar nəticəsində dedi-qodu edən insanlar daha sağlam və xoşbəxt olur. Dedi-qodu edən hər kəsin cəmiyyətə faydalı və müvəffəqiyyətli insan olduğu da açıqlanıb. Stanford Universitetində 216 nəfərin iştirakıyla aparılan araşdırmanın nəticələri "Psixoloji Elm" jurnalında ("Psychological Science") dərc olunub. Dedi-qodu qrupunda iştirak edən doktor Metyu Fanberq "İştirakçıları qruplara böldük və etdiyimiz təcrübələrdə dedi-qoduçuların müvəffəqiyyətlə yüksək olduğu göstərilib. Dedi-qodu əlbəttə ki, mənfi bir şəkildə də əksi ola bilər. Amma cəmiyyət üçün əhəmiyyətli və müsbət tərəfləri olduğunu" söyləyib.
2014-02-02
7,944
İran müxalifətinin liderinin saxlanma yeri dəyişdirildi
İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün, öz şəxsi evinə köçürülüb. Bunu Mehdi Kərrubinin oğlu Məhəmməd Təqi Kərrubi öz şəxsi facebook səhifəsində yazıb.Bu barədə sahamnews.org xəbər portalı məlumat verir. "Axır ki, 3 ildən sonra atam Təhlükəsizlik qüvvələri ilə yanaşı və eyni təhlükəsizlik standartları ilə ev dustaqlığını davam etdirmək üçün Tehranın Camaran bölgəsində yerləşən öz şəxsi evinə köçrülüb", - deyə Məhəmməd Təqi Kərrubi öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Mehdi Kərrubinin evinin birinci mərtəbəsində yerləşiblər. Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi açıq məhkəmədə mühakimə olunmasını tələb edir. 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub. (Trend)
2014-02-02
7,945
Şəki mərkəzi bazarında dəhşətli yanğın - Foto
Şəki mərkəzi bazarında yanğın baş verib. "Axar.az" FHN--nin rəsmi saytına istinadən xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 2125 kv.m olan geyim yarmarkasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kv.m sahədə yanıb. Yarmarkanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-02-02
7,946
Estoniya Azərbaycanın elektron imzasını tanıyacaq
Azərbaycanın Sertifikasiya Xidmətləri Mərkəzi və Estoniya elektron rəqəmli imzanın ikitərəfli tanınması məsələsi üzrə anlaşma memorandumu imzalayacaqlar. Nazirlikdən deyiblər ki, sənədin imzalanması fevralın ikinci ongünlüyünün sonunda gözlənilir. Memorandumun imzalanması mərasimində vergilər naziri Fazil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti, Avropa Parlamentinin və biznes strukturların nümayəndələri iştirak edəcəklər. Vergilər Nazirliyindən bildiriblər ki, ilkin mərhələdə elektron imzalar Estoniya və Azərbaycan tərəfdən ikitərəfli qaydada tanınacaq: "Gələcək planlara elektron imzanın bütün Avropa ölkələri tərəfindən tanınması daxildir". Qeyd edək ki, elektron imzanın beynəlxalq aləmdə tanınması ölkələrin dövlət və özəl təşkilatları arasında sənədlərin imzalanması zamanı onun hüquqi əhəmiyyətinə zəmanət verir. (Trend)
2014-02-02
7,947
Pianoçumuz İngiltərədə konsert verəcək
Azərbaycanlı pianoçu Günel Mirzəyeva Böyük Britaniyanın Donkaster şəhərində konsert verəcək. Konsert proqramı "The Ackworth" Konsert Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 8-də baş tutacaq. Pianoçumuz İ.Bax, S.Prokofyev, S.Qubaydulina və F.Şubert kimi dünya şöhrətli bəstəkarların əsərlərini səsləndirəcəkdi. Böyük Britaniyanın "South Yorkshire Times" qəzeti keçiriləcək konsert haqqında məlumat dərc edib. (AzərTac)
2014-02-02
7,948
Heydər Əliyevdən onun qədər istifadə edən olmayıb
Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocayla müsahibəmiz şairin iş otağında baş tutdu. Hər gün sevə-sevə AYB-ə gəldiyini deyən şair bu gün də şux görünürdü. Heç vaxt heç kimə boş ümid verməmişəm - Fikrət bəy, artıq neçə ildir ki, eyni qurumda, eyni vəzifəni icra edirsiniz. Bu sizə yorucu gəlmir ki? - Əsla, buraya hər gələn adam özü ilə yeni hava gətirir. Birlikdə müzakirələr edirik. Ədəbiyyatdan danışırıq, gənc yazarlara münasibət bildiririk. Bu mənim həyatımın bir hissəsinə çevrilib. İnsan insan görəndə sanki nəfəs alır, yenilənir. Ona görə də heç vaxt işimdən darıxmamışam. Bu, işdir. Heç vaxt əbədi ola bilməz. Ola bilsin gün gələr, işimdən gedərəm. Mənim həm az, həm də çox işlədiyim yerlər olub. Bunların sırasına "Qobustan" jurnalı, radio və s. aiddir. "Azərbaycan gəncləri" adlı məşhur qəzetdə də işləmişəm. Və heç bir vaxt hər hansı bir tapşırığı həyata keçirməmişəm. Yerinə yetirdiyim hər zaman ürəyimin tapşırığı olub. Bacarmadığım işlər üçün kiməsə ümid verib, onu məyusluğa uğratmamışam. Boşuna verilən ümid birini boşuna gözlətmək kimidir. Mən əlimdə olan imkanlar ilə yaxşılıqlar etmişəm. Amma heç kimə boşuna ümid verməmişəm. Çünki mən bunu bacarmıram. Mən pislik edən heç kimi qınamıram. Bu onların bacardıqları yeganə bir şeydir. Mən isə bunu bacarmıram. Yaza bilməyənlər acığını Anardan çıxır - Ədəbiyyatın inkişafında qurumların rolu varmı? - Ədəbiyyatı qurum inkişaf etdirmir. Ədəbiyyat özü inkişaf etməlidir. O, sadəcə bir qurumda toplanır. Əvvəllər qurumun adı İttifaq idi, biz onu dəyişib Birlik etdik. Bu o anlama gəlir ki, bu birlikdə heç bir vəzifə fərqi yoxdur. Hər kəs eyni adamdır. - Son zamanlar ədəbiyyatda qalmaqallar yaşanmaqdadır. Sizin baş verənlərə münasibətiniz necədir? Ədəbiyyatda bunlara ehtiyac varmı? - Əlbəttə, olmasa yaxşıdır. Amma onsuz da olmur. Əgər biri əsər yazmaq istəyir, amma alınmırsa, onun acığını Anardan çıxır. Niyə o yazıb, mən yazmamışam? Əlbəttə, Anar ona qarşı səslənən ittihamlara cavab verməlidir. Çünki bizim tariximiz var. Anar düşünür ki, əgər mən bunun böhtanına cavab verməsəm, gələcək nəsillərə qaranlıq məsələ qala bilər ki, həmin nəsillər də Anarın susmasına görə qarşı tərəfi haqlı qəbul edərlər. Bu qalmaqallar müəyyən hay-küy yaradır ki, hay-küy də bəzilərinə sərf edir. Səbəb isə ortada bəzilərinin adlarının çəkilməsidir. - Hay küy ən çox kimlərə sərf edə bilər? - Təbii ki, boş adamlara. - Sizcə, söz sərraflarının mübahisəsinin bəsit cümlələrlə ifadə olunması düzgündürmü? - Baş verən bütün hadisələr qarşılıqlıdır. Gedən olmasa, gələn də olmaz. Bu cür qalmaqallı yazıların hansı qəzet, media orqanlarında getdiyinə nəzər salsanız görərsiniz ki, hər biri qeyri-ciddi media orqanlarıdır. İndi isə Əkrəm onu söyür - Fikrət bəy, sizcə yaşlı nəslin yazar nümayəndələri mübahisələri ilə gənc yazarlara necə örnək ola bilərlər? - Ədəbiyyat elə bir sahədir ki, burada heç nə nə kömək, nə də ki, mənfi təsir edə bilər. Hər kəs ədəbiyyatı düşünərək yaradır. Baş verənlər heç bir təsir göstərə bilməz. O ki qaldı Anar bəylə Əkrəmin mübahisəsinə, Anar yazan, işləyən yazıçıdır. Təkcə bu il onun iki irihəcmli kitabı çıxıb. Neçə roman, ssenari müəllifidir. Amma bəzi insanlar yaradıcılıqdan başqa hər iş görür. İşsiz olduqları üçün hər gün bir nəfərə atmaca atıb, başlarını qatırlar. Onların yaradıcı insanlara toxunması ədəbiyyatda fasilələrə səbəb olur ki, bu da bizə zərərdi. Bizim Birlikdə hər kəs ali təhsilli insandı. Bu da o anlama gəlir ki, hər kəs hər şeyi bilir. Amma bilə-bilə yenə də danışırlar. Mən Əkrəmlə Anarın münasibətlərinə qarışmaq istəmirdim. Çünki Əkrəmlə eyni universitetdə oxumuşuq. Onunla guya dost idik. Adam gərək bu yaşda dost itirməsin. Əkrəmə Anarın atası Rəsul Rza olduqca çox kömək edib. Rəsul müəllim həmişə onu müdafiə edirdi. İndi isə Əkrəm onu söyür. Təhqiramiz sözlər deyir. Hələ övladı, həyat yoldaşına dediyi sözləri demirəm. O cür nəslin nümayəndəsi haqqında belə cümlələr işlədən insan əlbəttə ki, yaxşı adam ola bilməz. Heydər Əliyev hər birimizin sevdiyi şəxsiyyətdir. Əkrəmin yazdığı "Daş yuxular" isə Heydər Əliyevə hesablanmış bir əsərdir. Hansı ki, Heydər Əliyevdən onun qədər istifadə edən adam olmayıb. Əkrəm Əylisli çox ərköyünlük edib. Heydər Əliyev İstiqlal ordeni verdi ona. Şöhrət ordeni verəndə isə Əkrəm ərköyünlük etdi ki, yox, istəmirəm. Heydər Əliyev vəfat edəndən sonra da "Daş yuxular"ı ərsəyə gətirdi. Bu, doğru hərəkətdirmi? O onu bədii əsər adlandırır. Amma heç də bədii əsər deyil. Bədii əsər söyüş deyil ki... Yazıçılar gərək birinci növbədə özlərini, özlərinin adlarını qorusunlar. Onlar göz qabağındadır. Onlara millət baxır. Əsərlərinin oxucuları var. Yazar dediyin sözlərinə diqqət etməyi bacarmalıdır. Əkrəmdə olan xüsusiyyət isə heç də yaxşı xüsusiyyət deyil. Mən elə söz işlətməmişəm - Fikrət bəy, yazarların sözlərinə toxunmuşkən, siz müsahibələrinizin birində belə söz işlətmisiniz "Əkrəm getsin, kimin ayağını yalayırsa, yalasın". Bəs bu sözü necə oldu ki, işlətdiniz? - Mən elə söz işlətməmişəm. Bu mənim leksikonuma uyğun deyil. Amma o roman haqqında ola bilər. Çünki mən o romanı oxuyanda təəssüf hissi keçirdim. Gözləmədiyim, mənim üçün ağır olan bir şey ilə qarşılaşdım. Romanda olduqca yalana yol verilib. Yalan olan yerdə isə ədəbiyyat yoxdur. Bu yalanlar yazıçı qələminə yaraşmır. Ətrafımda toplaşan o qədər insan var ki... - Fikrət bəy, ətrafınızda olan insanlardan hansısa məqsədlərinə görə yanınızda olanları heç hiss etmisinizmi? - Cəmiyyətdə, ətrafımda bu cür insanlar çoxdu. Ətrafımda hansısa məqsədlərinə görə toplaşan o qədər insan var ki. Mən o cür insanların nə istədiyini anlayıram.Onlara da izah edirəm ki, sənin istədiyin bizdə yoxdu. Ya da ki, sən buna layiqsən, ya da ki yox. Amma onların nə istədiyini və ya adlarını çəksəm, mən də oluram onların tayı. Mən yalançı təriflərə uyan biri deyiləm. Mən hansısa bir tərifə görə yaxşılıq etmirəm. Gücüm çatan və layiqli insanlar bacardığımı əsirgəmirəm. - Daha çox ətrafınızda dostlarınız var, yoxsa məqsədgüdənlər? - Mənim ətrafımda onsuz da elə çox adam yoxdu. Mən özümü dənizdə adi balıq hiss edirəm. Bilirəm ki, gəlmişəm, gedəcəm. Mən bunu hələ dünyaya gələn gündən bilirəm. Əvvəl-axır dünyanı hər kəs tərk edir. - Dediniz ki, ətrafınızda insanlar azdır. Özünüz yaxın buraxmırsınız, yoxsa onlar yaxın gəlmək istəmir? - Sadəcə, mən zərurət yaratmıram. Əgər onları qapı arxasında saxlasam, orda uzun növbə yaranar. Mən hər kəsə sözünü deyib, getmə şansını verirəm. Şairlik içdən gələn qızdırma kimidir - Dəfələrlə bəzi yazarlarla söhbətimdə mənə belə sözlər deyilmişdi. Onlar layiq olduqları halda AYB-ə üzv olmamaqda, onların qol-qanadlarının sındırılmasından şikayətlənirdilər. Hətta bütün günahın Anar bəydə olduğunu deyənlər də var idi. Sizcə, layiq ola-ola bu yerə sahib olmayanlar çoxluq təşkil edirmi? - Ola bilər. Buna səbəb isə öz səhvləridir. Yəqin onlar zəif yazılarını təqdim ediblər. Ona görə də birliyə üzv ola bilməyiblər. Amma bundan sonra onların qol-qanadı qırılıbsa, demək, onlar şair deyilmiş. Şairlik içdən gələn qızdırma kimidir. Mən bunu qızılca xəstəliyinə bənzədərdim. Şairlik də belə bir şeydir. Bu 10 kilometrlik yarış deyil. Döyüşdür. Ömürlük bu yoldasan. Əsl şair uşaqları çörək tapmayıb ac olanda, o başqa işlə məşğul olmur, oturub şeir yazmağına davam edir. - Adam necə şair olur? - Şairlik elə bir sahədir ki, hər kəs ömrünün gənclik çağında bunu yaşayır. Əksəriyyət şair kimi olur. Şeirlər yazır. Məhəbbət gəlir, ardınca onun hərarəti və sən yazırsan. Artıq evləndikdən sonra bu hisslər yekunlaşır. Övladın olandan sonra isə şairliyin yekunlaşdığını görürsən. Şairlik yalnız məhəbbətdən yarana bilər, nifrətdən yox. Elə buna görə də hamı şair ola bilmir. Əgər hamı şair olsaydı, şeirin qiyməti qalmazdı. - Heç özünüzdən "mən niyə şair oldum" soruşmamısınız? - Vallah, mən bu ağılla, bu başla ancaq şair ola bilərəm. (Gülür) Əvvəllər fikirləşirdim ki, bu nədi axı? Çünki şeirə görə insanın yaşayışı heç vaxt yaxşı ola bilməz. Xüsusən də gənclik illərində. Amma görürəm ki, bu mənim xasiyyətimə uyğun peşədir. Müsavatın üzvü olsaydım, yaxşı şair olacaqdım? - Fikrət bəy, sizcə, partiyalı şairi o birilərindən fərqləndirən nədir? - Sarayda o qədər güclü şairlər olur ki... Bu cür söhbətlər boşdur. Dahi Nizami şeirlərini sifarişlə yazıb, nə olsun? Mən, əvvəla, heç bir partiyanın üzvü deyiləm. Guya "Müsavat" partiyasının üzvü olsaydım, yaxşı şair olacaqdım? Ədəbiyyat oxumayan adam adını siyasətçi qoyur. Mən şeirimi başa düşən adam üçün yazıram. Onları yazanda demirəm ki, bunu "Müsavat" oxumasın. Mənim şeirlərim YAP-da çox oxunursa, mən nə edim? Prezident 50 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya təqaüd ayırıb. Yaşlı şairlər 300, gənclər isə 200 manat təqaüd alır. Bu, pis şeydirmi bəyəm? Dünyanın heç bir yerində yazıçılara təqaüd vermirlər. Amma biz sağ ol demək əvəzinə, pulun azlığından gileylənirik. Əgər bir adam pula görə yazırsa, o heç yazmasa yaxşıdır. Ondan yazıçı olmayacaq. - "Bu vəfasız dünya elə gözəldi, Deyirəm bəlkə bir gün düzəldi..." Bu misraları yazarkən ən çox nələrin düzəlməsini istəmişdiniz? - Ancaq insanların. Bizə düşmən heç nə edə bilməz, əgər hamımız bir insan olsaq. Bizdə müəyyən insani problemlər olmasa, cənnətdə yaşayarıq. Onsuz da cənnətdə yaşayırıq, amma bunu cəhənnəmə çevirmək istəyənlər var. - "Müxalifət deyir: Bunların hamısında Günahkar iqtidardı. Deyəsən dünyada Hamının yeri dardı. Yer üzü böyük bir bazardı. İqtidar da deyir: Müxalifət günahkardı..." - sizin bu misraları oxuyandan sonra sual yaranır: bəs günahkar kimlərdi? - Günahkar bizim içimizdə gizlənən paxıllıqdır. Bütün müharibələr də bundan başlayır. Mövlənanın gözəl bir deyimi var. O, bir-biri ilə dalaşan insanları bir süfrə arxasına yığaraq, hər kəsə bir metr uzunluğunda qaşıq verir. Hər kəs o qaşıqla yemək yeməyə çalışır. Amma yeyə bilmir. O, adamlara deyir ki, gərək mütləq özün-özünü yedizdirəsən? Sən qarşındakını yedirt, o da səni yedirtsin. Bəli, ancaq belə mehriban olmaq olar. Əgər müxalifət dövləti yaxşı idarə edə biləcəyini iddia edirsə, Qarabağı azad etməyin yolunu bilirsə, niyə iqtidarla bölüşmür ki? Axı nə fərqi var? Dövlətimiz deyilmi? Hər şey paxıllığın əlamətidir. Nə etmək olar, insanlardır... - İnsanlardır demişkən, sizin "Azərbaycan bayrağına" şeirinizdə belə misra var: Bazarda ən ucuz olan insandır. Doğrudanmı belədir? - Bəli. Çünki insan dediyin bütün əşyalarını, top-tüfəngini qoruyur, amma insanı, insanlığı qorumur. Deməli, bazarda ən ucuz şey insandır. Mən ölümə fərqli yanaşıram - Şairlik sizdən nələri qopartdı? - Daha nə verəcəklərdi ki, guya mənə? Bu yaşdan sonra nə qazana bilərəm ki, ölüb gedəcəm. Mən ölümə fərqli yanaşıram. Hər kəsin içində enerji olur ki, biz buna ruh deyirik. Sanki bir ipəkqurdu. İpəkqurdu da öz kəfənini toxuyur, amma o kəfəndən kəpənək kimi yenidən həyata qayıdır. Kəpənək isə uçub toxumlarını qoyur ki, yenidən ipəkqurdu yaranır. Ölüm yoxdur, sadəcə, insanlar rəngini dəyişir. Buna görə də mən ölümə fərqli yanaşıram. - Keçmişdə buraxdığınız və heç vaxt xatırlamaq istəmədiyiniz səhvlər olubmu? - Biz dünyaya hazır gəlmirik. Hər birimiz yaşadığımız dövrdə buraxdığımız səhvlərlə öyrənirik. Gərək geri baxmayaq, ancaq irəli gedək. Bu yolda isə bizi yeganə həqiqət gözləyir. Onun da adı ölümdür. Biz dünyaya gələn gündən, ta ölənədək ölüm üçün məşq edirik. Hər yatdığımızda yarı ölürük. Əgər sabaha bizi gözləyən heç nə qalmayıbsa, bu yuxudan oyanmamaq olar, yox əgər varsa, mütləq oyanmalısan. Mənim isə sabaha hələ çox işim var: Qorxmuram mən ölümdən, Qorxuram ki, mən ölmək lazım gələndə, ölə bilmərəm...
2014-02-02
7,949
Bu gecə Sumqayıtın qazı da kəsildi
Şaxtalı havalarda dörd gündür işıqsız qalan sumqayıtlıların bu gecə qazı da kəsilib. Hansısa qəza nəticəsində Sumqayıt qaz təchizatı sıradan çıxıb və nəticədə 450 mindən çox əhalisi olan şəhər 8,5 dərəcə şaxtada işıqsız və qazsız qalıb. Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, bu gecədən Sumqayıt şəhərində əhaliyə verilən təbii qazın verilməsi qəfil kəsilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Bununla da, onsuz da elektrik enerjisindən məhrum olan minlərlə insan bütün gecəni soyuqdan donub. Nəzərə alsaq ki, bu gecə Sumqayıtda 8,5 dərəcədən çox şaxta olub, gecənin bir aləmi qəfil qazı kəsilən və onsuz da işıqsız qalmış sumqayıtlıların hansı vəziyyətə düşdüklərini təsəvvür etmək çətin deyil. Uşaqlar, yaşlılar və xəstələr üçün isə bu gecə əsil soyqırım olub. Bu barədə lazımı qurumlara məlumat verilsə də, heç bir tədbir görülməyib. Sumqayıtda yaranan problemlə bağlı Sumqayıt şəhər Qaz İdarəsinin baş mühəndisi Teymur Vəliyevlə əlaqə saxladıq. Teymur Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, gecə saat 01:00 radələrində Qaradağ magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən nasazlıq yaranıb. Nəticədə şəhərin təbii qazla təminatında fasilələr yaranıb. "Hadisə yerinə mütəxəssisləri göndərdik. Nasazlıq aradan qaldırılıb. Artıq Sumqayıtda təbii qazın verilişi bərpa olunub. Çalışacağıq ki, bundan sonra problem yaranmasın", - deyə Teymur Vəliyev bildirb. Sumqayıt şəhərinə verilən elektrik enerjisinin kəsilməsinə gəlincə, hələlik Sumqayit elektrik şəbəkəsilə əlaqə saxlamaq mümkün olmadı. Lakin verilən qeyri-rəsmi məlumatlara görə, elektrik enerjisində problemlər şaxtalı havalarla əlaqədar yaranıb. Deyilənlərə görə, tez-tez elektrik xətlərində ayrılmalar baş verir. Lakin hələlik heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.
2014-02-02
7,950
Ötən il 146 tələbə və şagird dünyasını dəyişib
Ötən il Azərbaycanda dünyasını dəyişmiş tələbə və magistrlərin sayı açıqlanıb. "Axar.az"ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən "Tələbə-Məzun" Dövlət Elekton Məlumat Sisteminə bakalavr səviyyəsində təhsil alan 85 tələbənin və 1 magistrin ölümü ilə bağlı məlumat daxil olub. Məlumatlar "Tələbə-Məzun" Dövlət Elekton Məlumat sistemində qeyd olunub. Sistemdə həmçinin tam orta ixtisas bazası üzrə təhsil alanların 28-nin öldüyü bildirilir. Sistemdə ümumi orta ixtisas bazası üzrə təhsil alan 32 şagirdin də vəfat ediyi qeyd olunub. Qeyd edək ki, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən "Tələbə-Məzun" Dövlət Elekton Məlumat sisteminə ümümilikdə 146 nəfər tələbə- şagirdin ölməsi barədə məlumat daxil edilib. Qeyd edək ki, Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi (TMDEMS) 28 mart 2012-ci ildən yaradılıb.
2014-02-02
7,951
İngiltərə Fransa prezidentinə çətin anlar yaşatdı
Fransa prezidenti Fransua Olland rəsmi səfərdə olduğu İngiltərədə çətin anlar yaşayıb. "Axar.az"ın əldə etdiyi informasiyaya görə, Ollandın aktrisa Juli Qayet ilə münasibətlərinin ortaya çıxmasından sonra fransız mətbuatı hörmət naminə bu məsələyə geniş yer verməmişdi. Ancaq İngiltərə mətbuatı bu məsələyə geniş yer verərək Ollandı çətin duruma salıb. İngiltərə Baş naziri Devid Kameron da həmkarını çətin vəziyyətdə buraxmamaq üçün yoldaşı Samenta Kameronu Ollandı qarşılamaq üçün hava limanına gətirməyib. İngilis mətbuatı Ollandı sual atəşinə tutub. Belə ki, jurnalistlər prezidentə "siz ölkənizi gülməli vəziyyətə saldığınıza inanırsınızmı", yaxud "münasibətdə olduğunuz aktrisanın burada sizinlə olmasını istəyərdinizmi" kimi suallar veriblər. Olland isə suallara cavab verməyəcəyini bildirib.
2014-02-02
7,953
3 gündür əsgərlikdən gələn gənc Bakıda öldü
Bu gün səhər saat 10 radələrində 9-cu mikrarayon Həmzə Babaşov küçəsində 20 yaşlarında olan Ağamehdi Mehdizadə dünyasını dəyişib. Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən aldığımız ilkin məlumatda gəncin buzlu yolda gedərkən yıxılaraq başından aldığı zədədən dünyasını dəyişdiyi bildirilir. Hadisə şahidləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş. Həkimlər gəncin bədənini müayinə edərkən, onda gözlə müşahidə olunan heç bir zədə və xəsarət aşkarlamayıblar. (ANS)
2014-02-02
7,954
Gənc qız intihara cəhd etdi - bir nəfər tutuldu
Bakıda üç gün əvvəl özünü yandıran 20 yaşlı Məlakə Bayramlını özünü öldürmə həddinə çatdırmasında günahkar bilinən şəxs saxlanılıb. "Axar.az"ın Bakı Şəhər Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin iş üzrə cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir. Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar. Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib. M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib. Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib. Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
2014-02-02
7,955
İran məktəblərində dərslər təxirə salındı
Güclü qarın yağması İranın Ərdəbil, Mərkəzi, Xorasan-e Şimali, Xorasan-e Rəzəvi, Həmədan , Qum və Mazandaran əyalətlərində dərslərin təxirə salınmasına səbəb olub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir. Məlumata əsasən, Ərdəbil əyalətində -14 dərəcə şaxta var və Ərdəbil, Səreyn, Xalxal, Germi, Biləsuvar , Parsabad şəhərlərində uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) müvəqqəti bağlıdır. Hava şəraitinin həmin əyalətlərdə həftənin sonunadək dəyişilməyəcəyi ehtimal olunur. Məktəblərdə dərslərin daha bir neçə gün təxirə salmaq nəzərdə tutulur. Sürüşkən yollar və pis görünmə dərəcəsi Kürdistan, Mazandaran, Xorasan-e Rəzəvi, Xorasan-e Cənubi əyalətlərində avtomaqistralların bağlanmasına səbəb olub. (Trend)
2014-02-02
7,956
Dilənçi ana: “Onun mənə yasəmən alması yadımdan çıxmaz”
Səfil günə salınmış qadınla söhbət "Əhmədli" metrosunun girəcəyindəki yaraşıqlı, iri supermarketin tinində oturan bu qadınla arada qarşılaşaram. Olub ki, yarıyumulu ovcuna 20 qəpik qoyub keçmişəm. Elə vaxtlar da olub ki, heç ona tərəf boylanmamışam da. Yüzlərlə, minlərlə insan kimi yanından laqeyd keçmişəm. Bu adam burda heç yox imiş kimi. Ətrafda sıralanan hündür mərtəbəli binaların fonunda bu qadının oturuşu nağıllardakı oğlu tərəfindən meşədə azdırılan bədbəxt qarını xatırladır. Ötəri müşahidələrimə söykənib də oturduğu yerdən saatlarla tərpənmədiyini müşahidə etmişəm. Sol ovcunun yarıaçıq "baxışları" yanından keçən laqeyd, tələsik insanların əllərinə dikilir, gözləri isə ayaqlarının ucuna. Bu gün də belə idi... "Allah əvəzini versin" "Utanır yəqin, – fikirləşdim,- tanış-zad görər deyə, həya edir". Bu qadın gözlərimizin öyrəşdiyi sırtıq dilənçilərdən deyil. İnsanlara dua edib əl açan, ardınca düşüb dil tökən, sədəqə almayanda isə arxasınca deyinənlərdən çox fərqlidir. Fikir verirəm. Aldığı sədəqəyə görə eyni sözü təkrarlayır: "Allah əvəzini versin". Soyuqdur, ayaqlarım üşüyür Yaxınlaşmaq istəyirəm. Elə bu zaman qarşıdakı köşkdə meyvə-tərəvəz satışı ilə məşğul olan satıcı oğlan mandarinin qabıqlarını təmizləyir, yarısını öz ağzına qoyur, parasını da qadına uzadır: – Götür, vitamindi, at ağzına, ye! - deyir. Qadın təşəkkür edir. Dişləri sağlamdır. Heç özü də o qədər yaşlıya oxşamır. Yaxınlaşıram. Ovcuna qoyduğum 2 ədəd iyirmi qəpikliyin cingiltisinə sakit səslə: "Allah əvəzini versin!" sözləri dilinin ucundan "sürüşür". - Soyuq deyil?- soruşuram. Başını qaldırıb üzümə baxır. Möhkəm bağlanmış yaylığının altından birçəyinin "pırtlamış" saçları görünür. Çox, həddən artıq məzlum sifəti var. Elə məzlum səslə də cavab verir: - Soyuqdur. Ayaqlarım üşüyür. - Bax, burda karton qutular var, qoy ayaqlarının altına. Soyuğun qarşısını alacaq. Çəkmələrin də islanmaz. - İndi gedəcəyəm onsuz da... - Hara gedəcəksən? - Bura,- əlini arxaya, "Bakı" kinioteatrı tərəfə uzadır,- "Bakı"nın yanındakı uzun doqquz mərtəbədə oluram. - Adın nədir? - Sona.. - Sona xala, mən üç aya yaxındır ki, səni burda görürəm. Nə əcəb səni burdan qovmurlar? - Polisi deyirsən? Mən polisə nə pislik edirəm ki? Çörək pulumu yığıb gedirəm. Xeyli vaxtdır gəlirəm bura, günorta namazına qədər oturub, gedirəm... Özüm kürdəm, ərim talış - Həyat yoldaşın var? - Var idi. 1994-cü ildə ermənilərə əsir düşən ləzgi metroya qaz buraxdı ha, bax onda zəhərləndi, öldü. Oradan sağ çıxdı, çıxmağına, ancaq sonradan öldü. - O vaxtdan dilənirsən? - Yox. Ərim də, özüm də zavodda işləyirdik. "Dzerjiniski" adına zavod var ha, orda. İndi yoxdur o zavod. Var e, day hökumətin deyil. - Haralısan? - Suraxanıda böyümüşəm. Əslim Kəlbəcərdəndir. Kürdəm mən. Ərim talış idi. Lerikdən. 1965-də bura gəlin köçmüşəm. Sonra da zavoddan ev verdilər burda. Suraxanı dilini bilirəm - Kürd dilində bilirsən? - Yox, hardan bilim ki, qonşular bizə kürd deyirdi. Atam əsəbiləşərdi. Mən rus dilini, bir də Suraxanı dilini bilirəm. Orda böyümüşəm axı.. - Suraxanı dili hansı dildi elə? - Qarğa dili deyirlər, tat dili deyirlər. Talışların, iranlıların dilinə oxşayır... Qayınatası qoymur oğlum mənə baxsın - Övladın var? - Hə, bir oğlum var. Yaxşı baladır... - Bəs, o yaxşı bala sənə niyə imkan verir ki, dilənəsən? - Qayınatası qoymur oğlum mənə baxsın... - Niyə? - Nə bilim... Oğlum pis uşaq deyil... - İşi-gücü var? - Hə. Əvvəl qayınatası apardı yanına. Tikintidə iş vermişdi ona. Sonra uşaq orda dözmədi. Burda yaxında kompüterdə işləyir. Qazancı azdı. Pensiya kartımı ona verirəm. Neynəsin, yazıq xəstədir... "Gemoroy"u vardı - Nə olub ki? - Heç, "gemoroy"u vardı. Pul yığdım, "oparis" elətdirdim. Soyuq olanda əziyyət çəkir. Sağaltdım, göndərdim ailəsinin yanına... Amma yenə də qayınatası qoymur mənim yanıma gəlsin. Mənim ikiotaqlı evim var. Qoymur bir yerdə qalaq, ona kirayə ev tutub. Heç kirə pulunu verə bilmir yazıq uşaq... - Yəqin pis qaynanasan da, gəlini incitmisən... - Gəlinlə heç bir il yaşamadım ki, bir yerdə... incidəm də. Qudam mənə xəbər göndərir ki, evi keçirdim nəvəmin adına. Deyirəm, elə ev onundur da. Oğlum ora qeydiyyatdadır axı. Deyir yox e, vəsiyyət elə ki, sən öləndən sonra ev nəvənə qalacaq. - Deyir elə də... Onsuz da qanunla ev onlara qalacaq. - Qorxuram. Birdən uşağa - oğluma nəsə olar, ya da qovub atarlar küçəyə, evə buraxmazlar. İstəmirəm uşağım mənim kimi balasına həsrət qalsın... Ayaqqabılarından tanıyıram - Sona xala, adamlar sənə kobud söz demir ki? - Niyə desinlər ki, mən ki, onların cibinə girmirəm, yerlərini dar eləmirəm. Oturmuşam burda, pul verən də sağ olsun, verməyən də. Özü də mənə pul verənlərin çoxu eyni adamdır... - Nədən bilirsən? Sən ki, başını qaldırıb onların üzünə baxmırsan. - Ayaqqabılarından tanıyıram. Gözlərim öyrənib onların başmaqlarına... Oğlum məni aparsa sevinmərəm - Sona xala, birdən oğlun gəldi, qolundan tutdu, apardı özüylə, sevinərsən? - Yox. - Niyə? - Onda onu qayınatası incidər, boşatdırar, uşağını görə bilməz. Bilirsən, uşağına həsrət qalmaq nə deməkdir? Haradan biləsən, Allah heç kəsi mənim günümə salmasın... - Nə üçün sirrini mənə verirsən, ürəyini mənə açıb danışırsan? - Nə bilim, sən olmasan da başqası mənimlə maraqlansaydı, danışardım yəqin. Sən adamla, adamın qohumu kimi danışırsan. Məni metroya qoymurlar - Bura soyuqdur, qar yağıb, şaxtadır, adamlar da tələsik keçib gedir. Nə əcəb metroya girmirsən, həm isti, həm də adamlar bol... - Bəxtəvərlikdən danışırsan. Metroya bir yerə getmək üçün qoymurlar məni. Elə bilirlər, dilənməyə girirəm. Ona görə də metroya minəndə Xalqlara ("Xalqlar dostluğu" metrosunu nəzərdə tutur. - F.B) gedirəm. "Sapaşki" istəyirəm - Nə istəyirsən? Nəyi arzulayırsan? - İstəyirəm hər şey yaxşı olsun, nəvəmin toyu olsun, məni də dəvət etsinlər. Birdə isti "sapaşki" istəyirəm. Bunu bir arvad aldı mənə, aşağıdan metrodan. Gördü "basanuşka"dayam. 13 manat verdi, alıb ayağıma geyindirdi. Heç bir ay deyil e, bax, qabığı qopub. - Sona xala, ən çox yadında nə qalıb? - Çox şey yadımda qalıb, yadımdan heç nə çıxmır. Oğlumu doğanda sancı çəkməyim, onun anadan olan kimi ağlaması, ərimin mənə yasəmən gülü göndərməsi həmişə yadımdadır. - Ərin yuxuna girir? - Yox, girmir. Mən onun qəbrinin üstündə yasəmən gülü əkmişəm... Sona xala ilə söhbətimizə diqqət kəsilənlər olur. Bəzi adamlar arada onun ovcuna qəpik-quruş atıb sakitcə gedir. Hamını da eyni sözlə yola salır: "Allah əvəzini versin".
2014-02-02
7,957
Qızını sevdiyi üçün Corc Buşu öldürmək istədi
Nyu York polisi Amerikanın keçmiş prezidenti kicik Corc Buşu ölümlə hədələyən səxsi yaxalayıb. "Axar.az"ın CNN-ə istinadən xəbərinə görə, C.Buşu öldürməklə hədələyən Bencamin Smit adlı şəxsdir. O, Manhettende öz avtomobilində yaxalanıb. Buş bir gün əlimə keçəcək" – deyə qışqıran Smitin üzərində içərisi dolu 2 güllə qutusu və silah tapılıb. Polisdən verilən məlumata görə, sözügedən şəxsi belə yola əl atmağa vadar edən səbəb onun keçmiş prezidentin qızı Barbara Buşla qovuşmaq istəyidir. Corc Bus onu qızının yanında görmək istəmirmiş. Smitin yaxalanması da maraqlı olub. Anası evdə onun hədə dolu kağız qeydlərini tapıb və bu barədə dərhal polisə məlumat verib. Hədələrdə Corc Buşu "bitirəcəyini", Barbaranın onun olacağı kimi sözlər yer alıb. Xatırladaq ki, yaxalanma prosesində Corc Buşun mühafizə xidmətinin əməkdaşları da iştirak ediblır. ABS Cinayət Məcəlləsinin tələblərinə görə, keçmiş prezidentlərə istənilən hədə cinayət sayılır.
2014-02-02
7,958
Ukrayna bankrot olacaq - Şok etiraf
"Ukrayna iqtisadiyyatı bankrot olacaq". "Axar.az" xəbər verir ki, bu sözləri İsveçin Xarici İşlər naziri Karl Bildt öz Tvitter səhifəsində yazıb. O, bu sözləri ukraynalı həmkarının işlətdiyini bildirib. "Ukraynanın Xarici İşlər naziri Kojara ölkəsinin bankrot olma ehtimalının günü-gündən daha da artdığını dedi. O, yaxın günlərdə təcili olaraq dərin islahatların keçirilməyinə ehtiyacları olduğunu etiraf etdi".
2014-02-02
7,959
Qəzaya uğrayan gəmidə növbəti faciə
Qəzaya uğrayan "Kosta Konkordiya" turist gəmisinin xilası üçün su altında müəyyən işlər aparan 40 yaşlı dalğıclardan biri dünyasını dəyişib. "Axar.az" "Röyters"ə istinadənxəbər verir ki, dalğıc USC ispan şirkətinin sifarişlərini həyata keçirib. Dalğacın ayağı gəminin metal konstruksiyaları arasında qalıb. Digər dalğıclar faciəni əvvəlcədən duymayıblar. Sahilə çıxarılan peşəkar mütəxəssisin ürək nəbzi fəaliyyətdə olub. Lakin kifayət qədər qan itirdiyindən onun həyatını qurtarmaq mümkün olmayıb. Xatırladaq ki, "Kosta Konkordiya" gəmisi 14 yanvar 2012-ci il gecə saatlarında İtaliya sahillərində sulara qərq olub. Batan zaman nəhəng gəmidə 4 mindən çox sərnişin olub ki, onlardan 32 nəfər dünyasını dəyişib. Hazırda onu təmir edib, sahilə çıxarmaq istəyirlər.
2014-02-02
7,960
Baş prokurorluq 4 saytı bağladı
Rusiyada ekstrimizmi təbliğ edən 4 sayt bağlanıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. Bağlanılan saytların hər birinin cəmiyyət və şəxslər üçün təhlükəli informasiyalar ötürdüyü bildirilib. Saytların fəaliyyətinə Rusiyanın Baş prokurorunun göstərişi ilə qadağa qoyulduğu qeyd edilib. Qeyd edək ki, dünəndən etibarən Rusiyada ektrimizmi təbliğ edən saytların məhkəmənin icazəsi olmadan fəaliyyətinin qadağan edilməsi haqqında qanun qüvvəyə minib.
2014-02-02
7,961
Rusiya Moldovanı parçalayır
Bu gün Qaqauziya muxtar vilayətində Moldovanın xarci siyasəti ilə bağlı referenduma start verilib. "Axar.az"ın məlumatına görə, referendumun keçirilməsi hələ 27 noyabr 2013-cu ildə Qaqauziya Xalq Yığıncağının yekdil qərarı ilə qəbul olunub. Səhər saatlarından vilayətin 64 seçki məntəqəsi qapılarını seçici hüququna malik vətəndaşların üzünə açıb. Ekspertlərin qənaətinə görə, əslində, referendumu ötən ilin noyabrında Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasına cavab da saymaq olar. Qaqauziya muxtar vilayətinin rəhbəri Mixail Formuzal "Azadlıq" radiosuna müsahibəsində bir qədər də irəli gedərək, niyyətlərinin Moldovanın tərkibindən çıxaraq, Gömrük Birliyi ilə əlaqələrin qurulması olduğunu açıqlayıb: "Maraqlıyıq ki, yaxın 10 il ərzində Gömrük İttifaqında olaq". Xatırladaq ki, muxtar vilayətdə pravoslav xristian dinini qəbul edən 135 min qaqauz türkü yaşayır. Moldovanın mərkəzi hakimiyyəti referendumun qarşısını almağa çalışsa da, bu, mümkün olmayıb. Yanvarın 22-də Qaqauziyanın paytaxtı Komrat şəhərinə gələn Moldova Baş naziri Yuri Lenka bəyan edib ki, əhali referenduma nə üçün getdiyini bilmir. Moldovalı analitiklər hesab edir ki, müstəqilliyini elan etməsi bahasına belə, Qaqauziya Moldovanın Avropaya inteqrasiyasına mane olacaq. Öz radikal çıxışları ilə seçilən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin bu məsələyə də münasibətində öz ampluasında qalıb. Onun sözlərinə görə, Avropaya istiqamət alan "Moldova" adlı qatar iki vaqonunu itirə bilər. O, belə deməklə Dnestryanı separat qurum və Qaqauziyanı nəzərdə tutub.
2014-02-02
7,962
Erməni polkovnikinin ölkəsi haqqında etirafları
"Biz bölgədə hər hansı bir rol oynamaq şansını çoxdan itirmişik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə keçmiş siyasi məhbus, ehtiyatda olan polkovnik Aşot Zakaryan çıxış edib. O, cəbhədə vəziyyətin gərginləşməsindən sonra Ermənistanın müharibəyə hazırlığını şərh edərkən deyib: "Mən yenə deyirəm ki, əsas söz həmişə olduğu kimi fövqəldövlətlərdədir. Təəsüf ki, Ermənistan bölgədə hər hansı rol oynamaq şansını çoxdan itirib. Ermənistandakı seçkilərin saxtaşdırılması, ölkəni oliqarxların idarə etməsi, iqtisadiyyatın məhv olması və emiqrasiya əsas problemlərdir. Düşünürəm ki, indiki zamanda Azərbaycandan daha vacib problem əhalinin kütləvi sürətdə ölkədən getməsidir. Təəssüf ki, bunları etiraf etmək lazımdır". Qeyd edək ki, Aşot Zakaryan hazırda iqtidarda olan Respublika Partiyasının bölgə üzrə əsas nümayəndəsi vəzifəsini icra edib.
2014-02-02
7,963
Bakının qaz problemi yaxın zamanda həll ediləcək - Rəsmi
Bakıda fasiləsiz qaz təchizatı yaxın saatlarda bərpa olunacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev çıxış edib. O, qəza-bərpa işləri ilə bağlı Suraxanı və Sabunçu rayonlarında qazın verilməsinə qoyulan məhdudiyyətlə bağlı deyib ki, problem bir neçə saat ərzində həll ediləcək. Bildirilib ki, Abşeronda problem aradan qaldırılsa da, Qaradağ rayonun Buta qəsəbəsində hələlik qazın verilməsinə məhdudiyyət qalmaqdadır. Qeyd edək ki, Digah-Böyük Şor magistral qaz kəmərində baş vermiş sızma ilə əlaqədar fevralın 1-i səhər saatlarından Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qazın verilişində məhdudiyyət qoyulub.
2014-02-02
7,964
PKK liderindən şok açıqlama
"Cavab çox sadədir. Ərdoğandan canlarını qurtarmaq istəyirlər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə PKK terror təşkilatının liderlərindən biri olan Cemal Bayık çıxış edib. O, bunun üçün ittifaq qurulduğunu da deyib. "Cavab çox sadədir. Ərdoğandan canlarını qurtarmaq istəyirlər. Bəs bunu kiminlə etmək lazımdır? "Camaat"(fətullahçılar) ilə. Onun arxasında kim var? Təbii ki ABŞ. Ancaq Ərdoğan hökumətini korrupsiya ilə vurmaq olardı. Bəs rüşvət yoxdurmu? Var. Ona görə buradan vurdular". Qeyd edək ki, Cemal Bayık PKK terror təşkilatının beş qurucusundan bir hesab edilir. "Cuma" kod adı ilə məşhurdur. Xüsusiylə Türkiyədə müxtəlif aksiyaların törədilməsində fəal iştirak edib. O, Suriya kəşfiyyat idarəsi ilə yaxından əməkdaşlıq edib və burada müxtəlif döyüşçülər hazırlanmasında iştirakı ilə seçilib.
2014-02-02
7,965
Bakıda 10 dərəcə şaxta olacaq
Sabah Bakıda 3 dərəcə şaxta olacaq. Bu barədə "Axar.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər. Bakıda və Abşeron yarımadasında fevralın 02-də gecə və səhər bəzi yerlərdə az qar yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, küləyin sürəti 7-12 m/san təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə fevralın 02-də gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, küləyin sürəti 5-10 m/san təşkil edəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
2014-02-02
7,966
Ukrayna hökumətinin 8 günü qaldı
Ukrayna liderlərinə qarşı sanksiyaların tədbiq olunması məsələsi fevralın 10-da müzakirə ediləcək. Axar.az xəbər verir ki, bu açıqlama ilə Batkivşina Partiyasının sədr müavini Qriqori Nemırya çıxış edib. O, bu müzakirələrin Ketrin Eştonun bölgəyə səfərindən sonra başlayacağını deyib: "İsveçin Xarici İşlər naziri Karl Bilt müzakirələrimiz zamanı etiraf etdi ki, sanksiyaların tədbiqi ilə bağlı bütün danışıqlar Eştonun səfərindən sonra reallaşacaq". Qeyd edək ki, bu vaxta qədər Böyük Britaniya Ukrayna hökumət liderlərinə qarşı sanksiyaların tədbiq edilməsi ilə bağlı tələblə çıxış etmişdi.
2014-02-02
7,967
Ermənilərin itkisi onlarladır - Rəsmi
Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib. Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir: "Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır". Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.
2014-02-02
7,968
Ergenekon işinin başlanma səbəbiylə bağlı - Şok fakt
"Ərdoğan sui-qəsddən qorxduğu üçün Ergenokon işini ortaya atdı". "Axar.az" xəbər verir ki, bu sözlər yazar Ayşənur Arslanın bu günkü köşəsində yer alıb. Yazar Milli İstihabarat İdarəsinin keçmiş rəhbəri Əmrə Tanərin Ergenekon haqqında dediyi, amma heç bir yerdə yayımlanmayan sözlərini çap etdirib: "Mən Əmrə Tanərdən üzr istəyirəm. Ancaq bunları yazmasam, günahkar olaram. O vaxt Əmrə Tanərdən müsahibə alarkən özü mənə Ergenekonun heç bir şey olmadığını demişdi: "Ergenokon dövlət içində dövlət anlayışı deyil. Bu, sadəcə, zamanında məmləkət üçün bəzi çirkli işlər görüb, müəyyən cinayətlər etmiş adamlardan ibarət bir qrupdur. İndi də həmin işlərini davam etdirməyə çalışırlar. Bu dəqiqə hesablasan, içlərində yalnız 10 adam qalıb"". O, Baş nazirin daha öncə bununla bağlı xəbərdar edildiyini bildirib: "Əmrə Tanər mənə Baş nazirin xəbərdar edildiyini və heç bir təhlükənin olmadığını demişdi: "Biz desək də, sonradan kimsə Baş naziri inandırmışdı ki, Silahlı Qüvvələrin içində bir qrup var. Sonra da ona sui-qəsd olacağı deyilmişdi və gözünü qorxutmuşdular". A.Arslan yazısının sonunda Ərdoğana bu sözləri deyən şəxslərin "camaat"dan (fətullahçılar) olmasını iddia edir. Qeyd edək ki, Ergenokon işi 2006-ci ildən başlayaraq Türkiyənin gündəmini qarışdırıb. Bu skandal nəticəsində xeyli sayda yüksək rütbəli zabit, məmur, jurnalist həbs edilib.
2014-02-02
7,969
Prezidentliyə namizədin iqamətgahına hücum oldu
Əfqanıstanın Herat şəhərində prezidentliyinə namizəd, ölkənin keçmiş xarici işlər naziri Abdulla Abdullanın seçki qərargahına silahlı hücum edilib. Associated Press-ə istinadən verir ki, hücum nəticəsində qərargahın 2 əməkdaşı naməlum şəxslər tərəfindən güllələnib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. "Seçki ərəfəsində baş verən bu hadisə sübut edir ki, ya hakimiyyət siyasi kampaniyanın təhlükəsizliyin təmin etmək iqtidarında deyil, ya da öz işinə ciddi yanaşmır" - deyə, prezidentliyə namizəd Abdulla Abdullanın mətbuat katibi bildirib. Əfqanıstanda bu gündən seçki kampaniyası başlayır. Apreldə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində 11 namizədin mübarizə aparacağı gözlənilir.(ANSPRESS)
2014-02-02
7,970
Qaqauzların Gömrük İttifaqına qoşulmasına az qalır
Qaqauziyada saat 14:00-a qədər referendumda iştirak edənlərin sayı 31,83%-dir. "Axar.az" xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı yayıb. Referendumda iştirak üçün qeydə alınanların sayının 97 min 890 nəfər olduğu bildirilib. Bununla bərabər bölgədə 62 seçki məntəqəsi qeydə alınıb. Referendumda iştirakın saat 21:00-a qədər davam edəcəyi deyilib. Qeyd edək ki, Qaqauziya Muxtar Respublikası Moldovanın tərkibində yerləşir. Qaqauzlar Moldovanın Avropa İttifaqı ilə bağlı yürütdüyü siyasətini qəbul etmirlər. Hazırda onlar muxtar respublikanın mərkəzi hökumətdən asılı olmadan Gömrük İttifaqına qoşulması üçün referendum keçirirlər.
2014-02-02
7,971
80-ci illərin ən məşhur avtomobilləri seçildi - Foto
80-ci illərin ən məşhur idman avtomobillərinin siyahısı dərc olunub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda hazırda da məşhur olan müxtəlif şirkətlərin adlarını tapmaq mümkündür. Hazırlanmış siyahıda 80-ci illərdə dünyanın müxtəlif yerlərində olan populyar avtomobilləri yer alıblar. Burada "BMW", "Lamborghini", "Ferari", "Honda" kimi şirkətlərin istehsal etdikləri maşınlar populyarlıqlarına görə fərqləniblər. Fotoları təqdim edirik.
2014-02-02
7,972
Sərkisyan ailəsinin kriminal biznes imperiyası
Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri Serj Sərkisyanın və sabiq dövlət başçısı Röbert Köçəryanın rəhbərlik etdiyi iki qruplaşma arasında bölünüb. S.Sərkisyanın prezidentlik müddətində ona yaxın olan biznes dairələrinin mövqeləri daha da güclənib və hətta bir sıra istiqamətlərdə R.Köçəryanın dairəsinə yaxın olan iş adamlarının malik olduqları imkanlar tədricən mənimsənilib. Bu prosesin S.Sərkisyanın növbəti prezidentlik müddətində daha da güclənəcəyi iddia edilir. Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə baxmayaraq 2008-ci ilə qədər onunla əlaqəsi olan bəzi biznes dairələrinə, xüsusilə "SİL" qrupunun rəhbəri Xaçatur Sukiasyana (təxəllüsü "Qrzo") işgüzar fəaliyyətlərini davam etdirməyə imkan verilirdi. Amma 2008-ci il prezident seçkilərində L.Ter-Petrosyana göstərdiyi açıq dəstəkdən sonra "SİL" qrupu saxta məhkəmə prosesi vasitəsilə mənimsənilərək S.Sərkisyana aid olan biznes dairəsinin tam nəzarəti altına keçib. S.Sərkisyan və R.Köçəryanın nəzarətində olan biznes imperiyasından kənarda Ermənistanda ciddi işgüzar fəaliyyətlə məşğul olmaq mümkün deyil. Amma son dövrlərdə Ermənistanın işgüzar dairələrində Rusiya oliqarxları, hərbi və təhlükəsizlik sistemindəki nüfuzlu şəxslər arasında özlərinə dayaq tapmaq meylləri özünü göstərir. S.Sərkisyan və onun ailəsinin biznes imperiyası onu deməyə əsas verir ki, Ermənistanda siyasi hakimiyyət, güc strukturları, kriminal aləm, kilsə və oliqarx iş adamlarını birləşdirən siyasi-iqtisadi amirlik sistemi formalaşıb. Başda S.Sərkisyan olmaqla bu siyasi-kriminal-oliqarx sistemi ölkənin siyasi, iqtisadi və biznes həyatını tam şəkildə öz inhisarına alıb. S.Sərkisyanın inhisarçı kriminal biznes imperiyasına aşağıdakı sahələr daxildir: - "Flash" şirkətinin aktivləri (şirkətin rəsmi olaraq mülkiyyətçisi Barseq Bəyləryandır). Şirkətin əsas fəaliyyəti benzin və dizel yanacağının topdan və pərakəndə satışıdır; - Yanacaqdoldurma stansiyaları şəbəkəsi; - Dağlıq Qarabağ ərazisində üç şərabçılıq zavodu, o cümlədən "Mika" araq istehsalı zavodu; - "Ararat" bankı; - "Ararat" restoranlar şəbəkəsi (30-dan artıq restoran); - "Armavia" hava şirkəti; - "Mika Group" şirkətinin aktivləri Qrup vasitəsilə idarə olunan "Hadrut şərab zavodu"; (şirkətin rəhbəri əslən Bakı ermənisi olan Mixail Bağdasarovdur). Şirkətin fəaliyyətinə daşınmaz əmlak və tikinti, maliyyə brokerliyi, informasiya-kommunikasiya texnologiyaları, buğda emalı və un təchizatı daxildir. Bununla belə, "Mika Group"un əsas fəaliyyətini yanacaq, benzin, aviakerosin və dizel yanacağının xaricdən idxalı təşkil edir. Bu istiqamətlər üzrə ölkəyə idxal edilən məhsullarda "Mika Group" tam şəkildə inhisarçılığa malikdir. "Mika cement" (Hrazdanda yerləşir) və "Mika House" alt-şirkətləri isə tikinti və tikinti materialları sahəsində əsas inhisarçılardır. "Mika House" tərəfindən İrəvanın mərkəzi hissəsində elit tipli 5 yaşayış kompleksi tikilib. Bu şirkətə məxsus olan "Mika" futbol klubunun dəyərinin 40-50 milyon dollardan artıq olduğu bildirilir. "Mika-Karabakh" Azərbaycanın işğal olunmuş ərazilərində zərgərlik məmulatlarının istehsalı ilə məşğuldur; - Moskvada mehmanxana-restoran kompleksi; - Londonda şəxsi iqamətgah; - "ВТБ Bank-Armenia". Bu bankın Ermənistan filialını 300.000 ABŞ - "Mika Group" vasitəsilə "Армсбербанк"ın səhmlərinin 50 faizi; - "Jazzve" qəhvəxanalar şəbəkəsi; - Vasitəçi şəxslər və kürəkəni Mixail Minasyan vasitəsilə "ArmenAkob" və müdafiə naziri olduğu dövrdə Bolqarıstandan yüngül və atıcı silahlar distributorluğu. Bu şəbəkə kürəkəni M.Minasyan tərəfindən idarə olunur; - "Ay-TV" şəbəkələri; - Silahların alınması və üçüncü dünya ölkələrinə ötürülməsi üzrə vasitəçi silah ticarəti şirkəti; - "Global-Contact" offşor şirkəti. S.Sərkisyanın biznes imperiyasına daxil olan əsas şəxslər "Mika Group Limited" şirkətinin rəhbəri Mixail Bağdasarov və "Flash" şirkətinin başçısı B.Bəyləryandır. Bağdasarovla Bəyləryan S.Sərkisyanın ən yaxın və etibarlı adamları hesab olunurlar. M.Bağdasarov 1959-cu ildə Bakıda anadan olub. M.Bağdasarov vasitəsilə "Mika Group" holdinqinə sahib olan S.Sərkisyan ölkə üzrə sürtkü və yanacaq məhsullarının idxalını, topdan və pərakəndə satışını tam şəkildə öz inhisarına alıb. Hələ döyüşlərin aktiv dövründə ordunun yanacaqla təchiz edilməsi Müdafiə Nazirliyi qarşısında duran başlıca problemlərdən biri olduğu üçün Ermənistan Müdafiə Nazirliyi yanacaq məhsullarının qanuni və qeyri-leqal yollarla idxalına bilavasitə cəlb olunmuşdu. S.Sərkisyan müdafiə naziri təyin olunandan sonra "milli təhlükəsizlik və milli müdafiə" tələbatı adı altında bu sahəni inhisarda saxlamağa və özünə yaxın olan biznes dairələri vasitəsilə "qanuni" kommersiya xəttinə keçirməyə müvəffəq olmuşdu. İddia olunur ki, Ermənistan neft məhsullarını əsasən Rumıniya, Rusiya və Bolqarıstan şirkətləri vasitəsilə əldə edir və ölkə bazarında inhisarçı olan "Mika Group" və "Flash" bazarda qiymətləri diktə edirlər. Son dövrlərdə bu şirkətlərin Qazaxıstandan dizel yanacağı almaları barəsində də məlumat verilir. 2009-cu ilə aid WikiLeaks sənədlərində ABŞ-ın İrəvanda səfirliyinin müvəqqəti işlər vəkili ilə söhbətində M.Bağdasarov Türkiyə-Ermənistan protokollarını dəstəklədiyini, Ermənistanın nazirlərinin əksəriyyətinin peşəkar deyil, həvəskar olduqlarını bildirmiş və ABŞ-da olan erməni diasporunu saxta millətçilikdə ittiham etmişdi. M.Bağdasarovun sözlərinə görə, S.Sərkisyanın yaxın çevrəsinə çox az adam daxildir və vacib siyasi qərarların verilməsində o, heç kimin məsləhətinə qulaq asmır. Ona nədəsə irad tutmaq da çox çətindir və heç kim buna cürət etmir. ABŞ diplomatı ilə danışıqda M.Bağdasarov hökumətin beynəlxalq təşkilatlardan borc almaq, onları Ermənistan banklarına istiqamətləndirmək və süni olaraq dramın məzənnəsinin yuxarı saxlamaq siyasətini kəskin şəkildə tənqid etmişdi. Onun qənaətinə görə, alınan borclar infrastruktur layihələrinə yönəldilməlidir. M.Bağdasarovun qənaətinə görə, baş nazir Tigran Sərkisyan menecer deyil, baş nazir kimi çox səriştəsizdir və bank işindən əlavə ümumi idarəçiliyi bacarmır. B.Bəyləryan "Flash" şirkətinin rəhbəri olaraq "Mika Group"dan sonra ikinci şirkət qismində yanacaq məhsullarının idxalı ilə məşğuldur. Ölkə boyunca "Flash" şirkətinə məxsus çoxsaylı yanacaqdoldurma stansiyaları vardır. "Ararat" bank da bu şəxsə məxsusdur. Samvel Aleksanyan (təxəllüsü "Lfik Samo") Köçəryanın qrupundan Sərkisyan tərəfə keçmiş oliqarxlardan hesab olunur. Onun nəzarətinə taxıl, un, şəkər və toyuq məhsullarının idxalının inhisarçılığı daxildir. "Yerevan city" supermarketlər şəbəkəsinə də malik olan S.Aleksanyan Ermənistana idxal edilən əczaçılıq məhsullarının 50 faizinə nəzarət edir. Keçmiş baş prokuror Aqvan Hovsepiyanla da yaxın əlaqələrə malik olan S.Aleksanyan 2008-ci il prezident seçkilərində İrəvanın Malatia-Sebestia rayonunda rəhbərlik etdiyi kriminal-bandit dəstələri ilə S.Sərkisyanın xeyrinə seçki prosesinə müdaxilə edərək namizədlərin və seçicilərin təhdid edilməsini həyata keçirmişdi. M.Minasyan (Mişa) S.Sərkisyanın kürəkəni olaraq "Jazzve" qəhvəxana şəbəkəsinə və "Philip Morris"in rəsmi distributoru olaraq "Pares Armenia" şirkətinə sahibdir. 2013-cü ilin martında Ermənistanın Vatikanda səfiri təyin edilib. Qeyd olunmalıdır ki, "Pares Armenia" 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanı dəstəkləyən "SİL" qrupunun rəhbəri Xaçatur Sukiasyandan alınaraq M.Minasyana verilib. Aleksandr Sərkisyan (Saşik) Serj Sərkisyanın problemli və ziddiyyətli qardaşıdır. Hər hansısa böyük biznesdə tam sahibkarlığı olmasa da müxtəlif biznes sahələrində əli var və ölkədə böyük bizneslə məşğul olan şəxslər onun "payı"nı verməlidir. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər pul müqabilində Saşiki ən asan həll yolu kimi görürlər. Saşik Ermənistanda və Dağlıq Qarabağda icra başçısı, polis rəisi, vergi departamentinin rəisi və sair bu kimi gəlirli vəzifələrə təyinat məsələlərini də həll edir. Saşik Sarkisyan Qarabağda avtobus sürücüsü və qaz ustası olub. 1998-ci ildə ölkənin bütün yanacaqdoldurma stansiyaları Sərkisyan-Köçəryan qruplaşmasının əlinə keçdikdən sonra Saşik yanacaqdoldurma biznesində fəaliyyətə başlayıb. Ermənistan parlamentinin üzvü olmuş Saşik parlamentin iclaslarına qatılmırdı. O, jurnalistlər tərəfindən daha çox sərxoş halı xatırlanır. Vaxtını əsasən İrəvanın bahalı restoranlarında keçirən Saşik tərəfindən dava salınması və silah işlədilməsi halları da qeydə alınıb. Son belə hadisələrdən biri Moskvada baş vermişdi. Saşik onda döyülmüşdü. Bu yaxınlarda isə İrəvandakı restoranlarının birində oxuyan müğənni Spitakçi Aykoya mahnı sifariş verən Saşik onun sifarişinin gecikdirilməsindən əsəbiləşmiş və hamının gözü qarşısında müğənninin ayağının altına güllə atmağa başlamışdı. Hal-hazırda biznesinin dairəsini genişləndirən Saşik Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və şirkətlərə malikdir. Son səfərlərinin birində o, ABŞ gömrük qaydalarını pozduğu üçün ABŞ ərazisinə buraxılmamışdı. Belə ki, üzərində 30 milyon dollar nağd pul aparırmış. O, bu faktı İrəvanda jurnalistlərə açıq şəkildə etiraf etməkdən çəkinməmiş və bu pulu biznes yolu ilə qazandığını bildirmişdi. Jurnalist isə "qanunvericiliyə uyğun olaraq millət vəkilləri bizneslə məşğul ola bilməz" sualını verəndə Saşik əsəbiləşmiş və onu söyməyə başlamışdı. O, Los-Ancelesdə (Tarzan city, 4935 Avenida Oriente, Tarzana, CA 91356- 4632) təqribən 3 milyon ABŞ dollarına 2005-ci ildə növbəti villasını almış və onun təmirinə 300.000 ABŞ dolları xərcləmişdi. Saşik Sərkisyanın nəzarət etdiyi sahələrdən biri də əsasən paytaxt İrəvan olmaqla yol hərəkəti qaydalarının pozulmasından yığılan cərimələrdir. Saşikə aid olan şirkət tərəfindən ölkəyə sürət artımını və digər yol hərəkət qaydalarının pozulmasını qeydə alan cihazlar gətirilib. Ermənistanın müxalifət qəzetlərinin hesablamalarına görə, gündəlik əsasda yığılan cərimələrin həcmi 50 milyon dramdan artıqdır ki, bu da Saşik vasitəsilə Sərkisyan ailəsinin büdcəsinə daxil olur. Sərkisyan ailəsi ona məxsus "Global-Contact" offşor şirkəti vasitəsilə Ermənistanın enerji sistemində mühüm rol oynayan Dzora su elektrik stansiyasının alınmasından sonra Vorotan SES-i də ələ keçirib. 25 meqavat gücü olan Dzora stansiyası cəmi 3 milyon dollara Sərkisyan ailəsinə satılıb. Bu sövdələşməyə qədər Dzora stansiyası elektrikin kilovatını 6 drama satırdı, bundan sonra Sərkisyanın qardaşı Saşik və kürəkəni M.Manisyan elektrikin kilovatını 12 drama satmağa başladılar. Vorotan SES-in dəyəri 250 milyon ABŞ dolları civarında qiymətləndirilir. 400 meqavat gücündə olan bu stansiya 1965-ci ildən başlayaraq 12 il ərzində tikilib. Bu stansiyada ələ keçirildikdən sonra Sərkisyan ailəsinin elektrikin kilovatının 16 drama satacağı gözlənilir. Ruben Hayrapetyan (təxəllüsü "Nemes Rubo") ən çox kriminallaşmış oliqarxlardan hesab olunur. Deyilənlərə görə, rusiyalı avtoritet "Yaponçik"in çevrəsinə yaxın şəxslərdən olub. Ermənistan Futbol Federasiyasının sədri olan Rubo "Grand Candy/Grand Tobacco" şirkətlərində böyük paya sahibdir. Amma S.Sərkisyanın təzyiqi ilə oradakı payının bir hissəsini Hrant Vartanyana verib. Ermənistan İnkişaf Bankında səhmlərə malik olan Rubonun Rusiyada kazinosu var. Deyilənlərə görə, qumar oyunlarının xüsusi həvəskarı olan S.Sərkisyan üçün kazinoda xüsusi oyun gecələrinin təşkilatçısı Rubodur. Digər bir məlumata görə, Sərkisyan 2003-cü ildə Monte-Karlo kazinosunda böyük məbləğdə pul uduzub. Bu pul Rubo kimi oliqarxlar və o zaman Milli Bankın sədri olan Tiqran Sərkisyan tərəfindən ödənilib. T.Sərkisyan pulu bank möhtəkirliyinə yol verərək ölkənin Milli bankından çıxarıb. Bundan əlavə Rubonun məşğul olduğu əsas biznes sahəsi narkotik maddələrin ticarətidir. İstisna deyil ki, işğal olunmuş ərazilər-Gürcüstan- Bolqarıstan, işğal olunmuş ərazilər-Gürcüstan- Ukrayna və ya işğal olunmuş ərazilər-Gürcüstan-Rumıniya narkoticarət xəttinə Rubo rəhbərlik edir. S.Sərkisyan bu sahəni də yaxın dostu olan Rubo vasitəsilə öz nəzarətində saxlayır. Ermənistan Müdafiə Nazirliyinin qarnizon hospitalının bir neçə hərbi həkimi Ermənistan parlamentinin deputatı olan Rubonun "Arsnakar" adlı restoran kompleksində 17 iyun tarixində vəhşicəsinə döyülmüş və nəticədə tibb xidmətinin əməkdaşı Vaqe Avetyan ölmüşdü. Rubo öz cangüdənləri və bandit dəstəsi ilə bu şəxslərin döyülməsində şəxsən iştirak etmişdi. Bu məsələ böyük ictimai rezonans doğurduqdan sonra Rubo millət vəkili statusundan imtina etdi. Hrant Vartanyan öz oğulları və biznes tərəfdaşı və millət vəkili "Mikhail" ilə Ermənistanın ən varlı adamlarından hesab olunur. "Grand" və "Masis" tütün şirkətləri ona məxsusdur. Eyni zamanda Rubodan alınan "Grand Candy" şirkəti də onun nəzarətinə verilib. Əsasən İranla ticarətə cəlb olunmuş H.Vartanyan İran tədqiqatları ilə məşğul olan Arya Universitetini maliyyələşdirir. O, əvvəllər R.Köçəryanın çevrəsinə daxil olsa da sonradan S.Sərkisyan tərəfə keçib.(Musavat.com)
2014-02-02
7,973
Bakıda 5 avtomobil toqquşdu
Bu gün saat 16:15-də Bakının Neftçilər metrosu yaxınlığında, Çobanzadə küçəsində zəncirvari yol qəzası baş verib. Qəza zamanı 5 avtomobil toqquşub. Qəzaya səbəb hava şəraitinin düzgün qiymətləndirilməməsi olub. Qəza nəticəsində xəsarət alan var.(Trend)
2014-02-02
7,974
Atatürklə Rza şahın dialoqu - Tam məxfi
"Atatürk Rza şahı mollaların inqilabı ilə bağlı xəbərdar etmişdi". "Axar.az" xəbər verir ki, bu sözlər Nirumənd adlı iranlı mühacir akademikin Xomeyni haqqında yazdığı kitabda yer alıb. Müəllif Xomeyninin ona inanan şəxslərdən istifadə etdiyini bildirib. "Xomeyniyə hər kəs inanırdı. Çünki o heç kimin edə bilməyəcəyini etmişdi. Mollalar, solçuların belə edə bilməyəcəyini Xomeyni etmişdi. O, şaha qarşı çıxmışdı. Onu sərt tənqid etməsi çoxunun ona valeh olmasına səbəb olurdu. Qadınların baş nazir olacağını belə söz vermişdi, amma sonda hamını aldatdı". O, Atatürkün bir zamanlar İranda mollaların inqilabının olacağı ilə bağlı Rza şahı xəbərdar etməsi haqqında dialoqu kitabında yerləşdirib. Dialoqu olduğu kimi təqdim edirik: "Rza şah: Artıq evə qayıtmaq vaxtı çatıb. Gördüyüm yeniliklərin çoxusunu həyata keçirəcəm. Atatürk: Məmnun oldum. Qardaşıq, qonşuyuq. Bir-birimizə nə qədər bənzər olsaq o qədər yaxşıdır. Amma axundlarınıza qarşı necə davranacaqsan? Rza şah: Onlara toxunmayacam. Onlar məni dəstəkləyirlər. Yaxışıdır aramız. Atatürk: Unutmayın ki, cəmiyyətdə köklü dəyişikliklər istəyən hər bir lider savaşmağa və bunu qazanmağa məhkumdur. Yoxsa on, iyirmi ya da əlli il sonra din adına hərəkət etdiyini iddia edən biri çıxar. Hər şeyi alt-üst edər".
2014-02-02
7,975
Avtobusların gediş haqqı bahalaşdı
Avtovağzaldan rayonlara işləyən avtobuslarda qiymət artımı müşahidə olunur. Bundan narazı qalan sərnişinlər bildiriblər ki, 6 manata olan biletlərin qiyməti 10 -15 manata qalxıb. Sərnişinlərin sözlərinə görə, Bakı-Gəncə marşrutu ilə işləyən avtobuslarda gediş haqqı artırılıb. Qiymət artımının süni şəkildə edildiyini deyən sərnişinlərin sözlərinə görə, avtovağzalın kassalarında satılan biletlərin qiymətində də artımlar müşahidə olunur: "Biletlər qabaq sıralar üçün 15 manata, arxa sıralar isa 10 manata satılır". Sürücülər sərnişinlərin suallarını cavablandırarkən biletlərin qiymətlərinin artımının tələbatın artımı ilə əlaqələndiriblər. Avtovağzalın məlumat burosundan isə qiymət artımı ilə bağlı deyilənlər təkzib edildi. Xidmətin xanım əməkdaşı bildirdi ki, qiymət artımı ilə bağlı rəhbərlikdən onlara hər hansı bir göstəriş verilməyib.(ANSPRESS)
2014-02-02
7,976
Dünyanı idarə edən ən gizli təşkilatlar – Video
İndiyə qədər dünyanı idarə edən müxtəlif gizli təşkilatlar olub. Onların nə üçün yaranması, kimə xidmət etməsi və dünyanı necə idarə etməsi hər kəsə maraqlıdır. Təqdim ediləcək videoda hazırda mövcud olan ən gizli təşkilatın hərəkət sxemindən bəhs edilir. Bundan qorxub qorxmamağın mahiyyəti anladılır. Videonu təqdim edirik:
2014-02-02
7,977
Ukrayna həbsxanalarında 116 aktivist saxlanılır- İddia
Hazırda Ukrayna həbsxanalarında 116 Avromaydan fəalı saxlanılır. Axar.az xəbər verir ki, bu iddia ilə Batkivşina Partiyasının sədr əvəzi Arseni Yaçenyuk çıxış edib. O, indiyə qədər 122 fəalın azad edildiyini deyib. "Biz qardaşlarımız uğrunda savaşmalıyıq. Biz tələb edirik ki, onlar azad olunsunlar. Biz onların hər birinin soyadını çox yaxşı bilirik. Yuliya Timoşenkoda onların sırasındadır". Qeyd edək ki, dünən Ukraynada yeni amnistiya haqqında qanun qüvvəyə minib.
2014-02-02
7,978
Babək prospekti bağlanır
"Ziya Bünyadov prospektinin yenidən qurulmasının bu ilin ortalarına başa çatdırılması planlaşdırılır". "Axar.az" xəbər verir ki, bu barədə jurnalistlərə Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Nazir müavini bildirib ki, Ziya Bünyadov prospektində işlər başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi paytaxtın daha bir hissəsində - Babək prospektində də yenidənqurma işlərinə başlamağı planlaşdırır. Prospektdəki yenidənqurma işlərinin layihəsi hazırlanır. M.Pənahov deyib ki, prospektdə yenidənqurma zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması layihələndirmə başa çatdıqdan sonra məlum olacaq. "Babək prospekti paytaxtın mühüm "nəqliyyat damarı"dır, ona görə də onun yenidən qurulması vacibdir" - deyə M.Pənahov vurğulayıb. Qeyd edək ki, paytaxt sakinləri arasında daha çox "Dərnəgül yolu" kimi tanınan Ziya Bünyadov prospektində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Bu mənada Babək prospektində işlərin yaxın vaxtlarda başlanacağı istisna deyil.
2014-02-02
7,979
Əfsanəvi Rəşid Dostum 5 minlik ordu ilə Suriyada
"Rayondan çıxa bilməyən türkmənlər qətlə yetiriləcək və "Əl-Qaidə"nin növbəti hədəfi Türkiyədir" Suriyanın böyük şəhərlərindən olan Hələbdə 13 000 türkmənin yaşadığı Çobanbəy rayonu "Əl-Qaidə" terrorçularının dəstəklədiyi İŞİD (İraq Şam İslam Dövləti) qüvvələri tərəfindən işğal olunub. Artıq rayonda 1 həftədir tərəflər arasında atışma davam edirdi və türkmənlər məhdud imkanlarla Çobanbəyi müdafiə etməyə çalışırdılar. Yerlilər İŞİD-in rayonu hiylə işlədərək ələ keçirdiyini bildirib. Yerli mənbələrin məlumatlarına görə, İŞİD atəşkəs tələb edib, daha sonra isə bu hərəkata bağlı partizan birlikləri Çobanbəyə soxularaq türkmən müdafiə qüvvələrini zərərsizləşdiriblər. Məlumata görə, ötən axşam türkmənlər tərəfdən yaralanan 12 nəfər Türkiyə Kilis vilayətinin Suriya ilə sərhəddə olan Elbəyli rayonundan bu ölkəyə girərək xəstəxanalara çatdırılıblar. "CNN Türk" isə yerli türkmənlərin kütləvi şəkildə Çonbanbəyi tərk etdiyini bildirir. Çabanbəyin 90 faizinin "Əl-Qaidə" tərəfindən işğal olunduğunu deyən yerli sakinlərdən biri bildirir ki, rayondan çıxa bilməyən türkmənləri İŞİD qətlə yetirəcək. Çobanbəylinin çox stratejik əhəmiyyəti olduğunu deyən rayon sakini, "Əl-Qaidə"nin növbəti hədəfinin Türkiyə olacağını iddia edib. Frans-Press agentliyi isə əfsanəvi komandan, general Rəşid Dostumun rəhbərliyi altında türk əsilli döyüşçülərdən təşkil olunmuş 5 min nəfərlik qoşunun sözügedən əraziyə doğru irəlilədiyi haqqında xəbər verib (Publika.az)
2014-02-02
7,980
İsrail Avropaya meydan oxudu
"İsrailə qarşı edilən təhdidlər məqsədinə çatmayacaqdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib. O, bunları bəzi qərb dövlətlərinin İsrailin Qəzzada qanunsuz tikdiyi yəhudi məskənlərini boykot etməsinə qarşılıq edib. B.Netanyahu İsrailin heç bir zaman öz məqsədlərindən əl çəkməyəcəyini bildirib: "Qərb ölkələrinin belə addımı Fələstinlə sülh müqaviləsini çətinləşdirir. Problemin həllini daha irəliyə atır. Bir də ki, İsrail heç vaxt məqsədlərindən əl çəkməyəcək. Əgər mövzu yəhudilərin təhlükəsizliyindən gedirsə, buna xüsusi diqqət ediləcək".
2014-02-02
7,981
Hitlerin avtomobili satışa çıxarıldı - Foto
Avtomobilin sahibi İsmayıl Hayrizi avtomobildəki hissələrin orjinal olduğunu və nağd pul veriləcəyi halda satacağını söyləyib. Adolf Hitlerin "Opel Kadet" markalı avtomobili satışa çıxarılıb. Kosovanın Ferizovik şəhərində Hitlerin olduğu iddia edilən 1938-ci il istehsalı olan "Opel Kadet" markalı avtomobil 40 min avroya satışa çıxarılıb. Avtomobilin sahibi İsmayıl Hayrizi avtomobildəki hissələrin orjinal olduğunu və nağd pul veriləcəyi halda satacağını söyləyib. Hayrizi avtomobilin istifadə edilə biləcək vəziyyətdə olduğunu və 1966-80-cı illərə qədər qarajda mühafizə edildiyini açıqlayıb. Qeyd edək ki, Almaniyadakı "Opel" avtomobil zavodu Hayrizi ilə əlaqə saxlayaraq satışı dayandırmasını istəyib. (ANS)
2014-02-02
7,982
Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.