date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-30
7,670
Xüsusi təyinatlıların evə basqınında maraqlı anlar – Video
Bir evə basqına gedən xüsusi təyinatlılar qıra bilmədikləri dəmir qapını yaşlı bir kişi açıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Konya şəhərində 600 xüsusi təyinatlıların həyata keçirdiyi narkotik əməliyyatı zamanı 60 nəfər yaxalanıb. Əməliyyatın komik anı isə xüsusi təyinatlıların dəmir qapını sındırmağa cəhd etməsi olub. Ancaq nəticədə qapını yaşlı bir kişi açıb. Bu komik vəziyyətə xüsusi təyinatlıların özləri belə gülüb.
2014-01-30
7,671
Ukrayna parlamenti “Amnistiya haqqında” qanunu qəbul etdi
Ukrayna parlamenti ağır cinayətlər törədənlər istisna olmaqla etiraz aksiyalarının iştirakçılarını cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutan "Amnistiya haqqında" qanunu qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ali Radanın növbədənkənar sessiyasında qanunun lehinə 232 deputat səs verib. Qanun inzibati binalar və yerli özünüidarə orqanlarının etirazçılar tərəfindən azad edilməsindən sonra qüvvəyə minəcək.
2014-01-30
7,672
Rəsm əsərləri “canlandı” – Video
İtalyanın "Rino Stefona Taqliaferro" üsulunda hazırlanan "Beauty" (Gözəllik) adlı bu videoda Karavacciodan Rubensə qədər bir çox dünya şöhrətli rəssamların, məşhur əsərləri canlandırılıb. Xüsusi bir proqramla hazırlanan videoda əsərlərin detallarının hərəkət etməsi nəticəsində maraqlı görüntü ortaya çıxıb. "Axar.az" həmin videonu təqdim edir:
2014-01-30
7,674
Bərbər qayçını müştərinin sinəsinə sapladı - Video
Çində bərbər öz müştərisinə qayçıyla xəsarət yetirib. Müştəri bərbərin işini bəyənməyib, bərbər isə əsəbdən özünü itirərək onu qayçıyla yaralayıb. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, hadisə Çinin paytaxtı Pekində baş verib. Bərbər müştərinin etirazıyla razılaşmayıb və bir anda özünü itirərək qayçını onun sinəsinə saplayıb. Salonda hadisəni görən bərbərlər isə onu sakitləşdirmək üçün başqa bir otağa aparıb və qapını kilidləyiblər. Hadisədən dərhal sonra polisə xəbər verilib. Ancaq polis hadisə yerinə çatmamış bərbər kilidli otağın pəncərəsindən qaçaraq oradan uzaqlaşıb.
2014-01-30
7,675
Bir neçə saniyədə 2 kilo qızılı oğurladılar – Video
Bir zərgərlik dükanından 2 kq qızıl oğurlayanlar təhlükəsizlik kameralarına yaxalanıblar. "Axar.az" xəbər verir ki, Türkiyənin Təkirdağ şəhərində gecə saatlarında bir zərgərlik dükanına avtomobillə gələn üç nəfər maskalı oğrular dükanın həyəcan siqnalını söndürüblər. Daha sonra jalüzü dəmir kəsici ilə açıb içəri giriblər. Soyğunçular vitrin və siyirmələrdəki üzük, bilərzik, sırğa olmaqla 2 kiloqramlıq qızılı özləri ilə gətirdikləri paketə doldurublar.
2014-01-30
7,676
Kişini qadının arıqlığı maraqlandırmır – Psixoloq rəyi
Son illərə nəzər salsaq hər iki xanımdan biri pəhriz saxlayır. Bəziləri həkim nəzarəti altında, bəziləri isə özbaşına. Lakin çoxları bilmir ki, özbaşına pəhriz saxlamaq sonra bir çox fəsadlara gətirib çıxarda bilər. Bəs görəsən, son vaxtlar pəhriz tutanların sayı niyə bu qədər artıb? Buna səbəb olan amillər hansılardır? "Axar.az"ın suallarını psixoloq Dəyanət Rzayev cavablandırıb. Psixoloqun fikrincə, arıqlamaq daha çox psixoloji problemdir və xanımların yerli-yersiz pəhriz saxlamasında şou-biznes nümayəndələrinin təsiri böyükdür: "Arıqlamaq daha çox psixoloji problemdir, fizioloji problem deyil. İnsan özünü olduğu kimi qəbul edə bilməyəndə psixoloji bu, problemə çevrilir. Maneken olmaq üçün dünyada müəyyən standartlar qəbul olunub. Bir çox xanımlarımız da onlar kimi olmaq istəyir. Bunun üçün də müxtəlif dietalarla özünə işgəncə verməyə başlayır. Lakin bu, düzgün deyil. Hər bir insanın öz biokimyası, öz fiziologiyası var və onun əleyhinə çıxmaq olmaz. Qadınların arıqlamaq istəyinə təsir edən amillərdən biri kimi müğənnilərin televiziya proqramlarına çıxaraq formada qalmanın sirlərini paylaşmalarını göstərə bilərik. Qadınlarımız onlardan nümunə götürür. Lakin başa düşmək lazımdır ki, onlar səhnə adamıdır, özlərinə fikir verməlidirlər. Təəssüf ki, xanımların əksəriyyəti elə fikirləşir ki, onlar arıqlasa, formada qalsa, həyat yoldaşları onları tərk etməyəcək. Lakin bu, yalan söhbətdir. Kişini qadının arıq olması deyil, daha çox davranışı, əlçatmazlığı maraqlandırır". Psixoloq qadınlara məsləhət verməyi də unutmadı: "Xanımlar olduğu kimi qalsınlar. Əsas odur ki, sağlam qida ilə sağlam həyat tərzi sürməyi bacarsınlar". Araşdırmamızla bağlı idmançı Ceyhun Vəliyevdən də açıqlama aldıq. Onun sözlərinə görə, pəhriz tutmazdan qabaq tibbi müayinədən keçmək lazımdır: "Pəhriz tutmazdan öncə mütləq müayinədən keçmək lazımdır. Məsələn, əgər pəhriz saxlayanın 40-50 yaşı varsa, o, mütləq şəkildə təzyiqini və şəkərini yoxlatdırmalıdır. Çünki problemi olan adamın məşq prosesində rənginin saralması, ağarması, tez yorulması özünü büruzə verir. Həkim nəzarəti olmadan pəhriz saxlayan şəxslərdə bir sıra fəsadlar əmələ gələ bilər. Son vaxtlar arıqlamaq üçün müraciət edənlərin, istər xanım, istər də bəylərin sayı çoxdur".
2014-01-30
7,678
Türkiyə hücuma keçdi
Türkiyə Silahlı Qüvvələri Əl-Qaidə terror təşkilatı ilə bağlantılı olan İraq Dəməşq İslam Dövləti qruplaşmasının konvoyuna hücum edib. "İhlas Xəbər Agentliyi"nə istinadən verilən məlumata görə, buna səbəb qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub. Tanklar və ağır artilerriyadan açılan atəş nəticəsində silahlılara məxsus pikap, yük avtomobili və bir avtobus zərərsizləşdirilib. İraq Dəməşq İslam Dövləti Suriyada müxalifətin hərbi qolu olan Azad Suriya Ordusunun əsgərlərinə qarşı vuruşur. Bu arada, İraqın baş naziri Nuri əl-Maliki Avropa Birliyini tənqid atəşinə tutub. Bağdadda çıxışı zamanı Nuri əl-Maliki bildirib ki, Avropa ölkələri Suriyada döyüşən əl-Qaidə terrorçularını silahlandırmağa son qoymalıdı. "Mən əl-Qaidəni silahla təmin etməyə çalışan ölkələrə müraciətlə bildirmək istəyirəm ki, onlar bu təşkilatı silahlandırmaqla, eyni zamanda, İraqda terrorizmə dəstək olurlar. Çünki əl-Qaidənin hər iki ölkədə güclü bağlantıları var. Təşkilatın silahlandırılması qərarları ziddiyyətlidir. Biz burada terrorizmə qarşı mübarizə apardığımız bir vaxtda, siz orada onları silahlandırmağa çalışırsız", - deyə Nuri əl-Maliki vurğulayıb. Amerika Birləşmiş Ştatları Konqresi bir qədər əvvəl Suriyada döyüşən müxalifət qüvvələrinin silahlandırılması üçün maliyyə dəstəyi layihəsini təsdiqləyib. Silahlar Suriyaya əsasən, İordaniyadan keçirilir (Anspress).
2014-01-30
7,679
Ukrayna müxalifəti “Amnistiya haqqında” qanunu rədd edib
Ukraynanın müxalif "Svoboda" partiyasının lideri Oleq Tyaqnibok parlament tərəfindən "Amnistiya haqqında" qanunun qəbul edilməsinə baxmayaraq, "Maydan"-ın dağılmayacağını bəyan edib. "Axar.az" xəbər verir ki, APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Tyaqnibok hesab edir ki, qanun bütün məsuliyyəti məhz müxalifətin üzərinə qoyur. "Bu qanunun qəbul edilməsi ilə onlar törədilmiş bütün cinayətlərin məsuliyyətini, ölkədəki vəziyyət ilə bağlı məsuliyyəti müxalifətin üzərinə atmaq istəyirlər", - deyə Tyaqnibok bildirib. Qərarla bağlı müxalifətin atacağı addımlar barədə sualı cavablandıran Tyaqnibok deyib ki, yaranmış vəziyyət "Xalq Radasında" müzakirə olunacaq.
2014-01-30
7,680
İki siyasi fəal edam edilib
İranın Xuzistan vilayətində gizli edam həyata keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iki məhbus siyasi fəaliyyətinə görə dara çəkilib. Bunlar Əhvaz şəhərinin mərkəzi Karun həbsxanasında saxlanılan Çəmran Universitetinin magistri, şair, blogger və ərəb dili və ədəbiyyatı müəllimi Haşim Şabaninejad və kimya müəllimi, tətbiqi kimya ixtisası üzrə magistr Hadi Raşididir. Onlar 2011-ci ildə Əhvaz şəhərində 2005-ci ildə baş vermiş hadisələrin ildönümü münasibətilə keçirilmiş aksiyalar zamanı həbs ediliblər. Əhvaz İnqilab Məhkəməsinin ikinci şöbəsi məhbusları Allaha qarşı müharibədə, hakimiyyət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə xələl vurmaqda günahlandıraraq edam cəzasına məhkum edib. Qərar İran Ali Məhkəməsinin 32 şöbəsi tərəfindən də təsdiqlənib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 29-da hər iki ərəb fəalın ailələrinə onların 3-4 gün əvvəl dəfn edildiklərini və dəfn olunduqları yeri söyləyəcəklərini bildiriblər.
2014-01-30
7,681
Konqresində Azərbaycan üzrə İşçi Qrupuna yeni üzv qoşulub
29 yanvar 2014-cü il tarixində ABŞ Konqresinin üzvü Mət Səlmon (Matt Salmon) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bununla İşçi Qrupundakı konqresmenlərin sayı 60-a çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından olan M. Səlmon Konqresdə Arizona ştatına aid seçki dairəsini təmsil edir. 2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
2014-01-30
7,682
Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlandı
PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlanıb. Türkiyə mətbuatına istinadən verilən məlumata görə, məktub 2 səhifədən ibarətdir. Məktubda ermənilərin inancları və azadlıqlaerı üçün mübarizə aparması, 1915-ci il qondarma erməni "soyqırımı" və s. bu kimi məsələlərə toxunulur. "Xüsusilə kapitalizm müasirliyi və onun məbədi olan milli dövlətlərin saçdığı zəhər səbəbindən bu torpaqlar xalqlar və mədəniyyətlər qəbristanlığına dönüb. Biz sadəcə kürd xalqının yox, bu qədim regionun başda erməni xalqı olmaqla bütün xalqlarının və inanclarının azadlığı üçün mübarizə aparırıq. Əlverişsiz şəraitimə baxmayaraq, aparmağa çalışdığım sülh axtarışının heç bir xalqın ziyanına və əleyhinə olmayacağı 30 illik mübarizəmizin hər anında gizlidir". Bundan başqa Öcalan 1915-ci ildə erməni xalqına qarşı "soyqırımı" həyata keçirildiyini bildirərək bunun "qəddarca" olduğunu qeyd edib. Ermənilərin böyük əziyyətlər və mübarizələr bahasına həyatda qalmağa nail olduğunu bildirərək bunun "möcüzə" olduğunu vurğulayıb. Sonda terrorçu lider ermənilərə, hədəfi müharibə olan beynəlxalq sərmayə qüvvələrinin və lobbilərinin hiyləli məqsədlərindən uzaq olmağı məsləhət görüb (Anspress).
2014-01-30
7,683
Cenevrə danışıqları bərpa olundu
Ötən gün İsveçrənin Cenevrə şəhərində BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahiminin rəhbərliyi ilə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar bərpa olunub. Bu barədə BMT-nin Cenevrə şöbəsindən bildiriblər. Nəticə gözləmək tezdir, çünki tərəflər eyni ittihamları səsləndirir və ortaq məxrəcə gələ bilmirlər. Rəsmi Dəməşq istənilən mövzunu müzakirə etməyə hazır olduqlarını desə də prezident Bəşər Əsədin istefa məsələsini qəbul etmir və buna yalnız Suriya xalqının qərar verə biləcəyini deyir. Müxalifət isə 2012-ci ilin iyununda Cenevrədə əldə olunan kommyunikenin icrasında maraqlıdır və keçid hökumətinin yaradılmasında israr edir. Cenevrədə danışıqlar davam etdiyi bir vaxtda Suriyada yalnız ötən gün gedən qarşıdurmalarda ən azı 112 nəfər ölüb. Onların əksəriyyəti Hələbdə gedən qarşıdurmalar nəticəsində həlak olub. Ən şiddətli qarşıdurmalar Hələbin Bostan-Paşa və Bəni-Zeyd rayonlarında qeydə alınıb. Hər iki tərəf ağır itgilər verib. Hakimiyyət ordusu bu gün səhər Hələbin əl-Cədidə qəsəbəsində müxalifətin Azad Suriya Ordusunun mövqelərini hədəfə alıb. Radikal DAİŞ qruplaşması isə Huma əyalətinin ər-Rihcan qəsəbəsində hakimiyyət qüvvələrinə qarşı iki kamikadze əməliyyatını həyata keçiriblər. Qarşıdurmalar demək olar ki, Suriyanın Tərtus əyaləti istisna olmaqla digər əyalətlərinin hamısında baş verib (Publika).
2014-01-30
7,684
Bakıda çayxana, Mingəçevirdə məktəb yandı
Bu səhər ölkə daxilində iki yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 12 kv.m olan taxta və dəmir konstruksiyalardan ibarət çayxana və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Mingəçevir şəhərində ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanıb. Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.
2014-01-30
7,685
Konqresmen 20 Yanvarla bağlı ABŞ Konqresində bəyanat verib
28 yanvar 2014-cü il tarixində ABŞ konqresmeni Ed Pastor 20 Yanvar Faciəsinin 24-cü ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib. Konqresmen 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik qazanmaq əzmini qırmadığını və müstəqillik uğrunda mübarizənin 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndiyini qeyd edib. Konqresmen Pastor Azərbaycanın müstəqillik arzusunun həmişə xüsusi olduğunu bəyan edib və hələ 1918-ci ildə qurulan ilk müstəqil Azərbaycan Respublikasının qadınlara seçki hüququ verdiyini vurğulayıb (Trend).
2014-01-30
7,686
Nəqliyyat müfəttişi ilə jurnalistlər arasında dava - Foto
Ötən gün axşam saatlarında Heydər Əliyev prospektində yol qəzası baş verib. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, "Mercedes Benz" markalı "01 BL 348" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yol kənarındakı səkiyə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücü isə qəzadan xəsarət almadan xilas olub. Hadisə yerində jurnalistlərlə avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu arasında dava-dalaş olub. Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin әmәkdaşı olan sözügedən şəxs jurnalistlərə hücum edib. Bu zaman televiziyalardan birinin kamerasına ciddi ziyan dəyib.
2014-01-30
7,687
Seyid Cəfər Məmməd Əminə nə yazmışdı?!
Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyində biz də onun həyat və fəaliyyətini araşdıran Nəsiman Yaqublu ilə görüşüb bu böyük şəxsiyyət haqqında tədqiqatçının fikirlərini aldıq. Dövrümüzün iş adamları mənə yadplanetliləri xatırladır - Məhəmməd Əmin Rəsulzadənin 130 illiyidir. Bir tədqiqatçı kimi bu tədbirlərin səviyyəsi sizi qane edirmi? - Ötən illərlə müqayisədə irəliləyiş var. Çünki ötən illərdə bu cür geniş və çoxsaylı tədbirlər olmurdu. Bu il həm də fərqli olan odur ki, dövlət qurumları bu tədbirlərə tədqiqatçıları cəlb etməyə çalışır. Buna görə məncə, irəliləyiş var. - M.Ə.Rəsulzadənin ensiklopediyasını hazırlayıb dərc etdirmisiniz. Bunu özünüz etmisiniz, yoxsa hansısa dövlət qurumu tərərfindən sifariş verilmişdi? - Yox, bu mənim şəxsi təşəbbüsümdür və heç bir maddi dəstək almadım. Ensiklopediyanın dərc olunmasına isə bəzi dostlar yardım etdi. - Bununla bağlı kimlərə və ya hansısa dövlət qurumuna müraciət etmişdiniz? - Yox, heç kimə müraciət etmədim. Özüm başladım araşdırmağa, çünki bilirdim ki, kiməsə desəm də, heç bir kömək olmayacaq. Mən bu kitabları yazarkən kiməsə ümid bəsləməmişəm. Düşünmüşəm ki, bu mənim işimdir və hər şeyi də özüm etmək istəmişəm. İndiyədək bir neçə tarixi kitab yazmışam. Hər biri də ölkə tarixində ilk dəfə olaraq yazılan kitablardır. Məsələn, Azərbaycan legionerlərindən bəhs edən kitabı yazanda bir neçə dövlət orqanına kitabın əleyhinə teleqram vurdular. M.Ə.Rəsulzadəyə aid ilk kitabım çıxanda o zaman Ali Sovetin iclasında mənim əleyhimə danışıldı ki, guya mən faşizmi təbliğ edən adam haqqında kitab yazmışam. Amma mən bunları normal qarşılayırdım. - Dediniz ki, hər bir xalq öz tarixini öyrənməlidir. Bəs xalq Rəsulzadə irsi barədə məlumatlıdırmı, gördüyünüz bütün bu işlərə sadə insanların reaksiyası necədir? İnsanlar bu mövzuya sponsorluq edərkən həvəsli olurlarmı? - İndiki iş adamlarının çoxu prinsipsizdir. Onlarda 20-ci əsrin iş adamlarındakı kimi sədaqət yoxdur. Keçmişdəki xeyriyyəçilər qazanclarının bir hissəsini millətin maariflənməsinə xərcləyirdi. O zamanın milyonçuları o işləri gördüyünə görə onları belə hörmətlə xatırlayırıq. Amma çağımızın iş adamları mənə yadplanetliləri xatırladır. Onlar üçün ancaq qazanc var. Heç bir mənəvi dəyər yoxdur. Çox adam, imkanları olanlar mənə deyir ki, halaldı sənə, böyük fədakarlıqlar edirsən. Amma indiyədək biri mənə deməyib ki, gəl, sənin bir kitabının ingilis, rus dilinə tərcüməsinə kömək edim. Amma indi mən öz imkanlarım daxilində dediyiniz ensiklopediyanı rus, ingilis dilinə tərcümə etdirib dərc edəcəyəm. - Bilirik ki, dünyanı müxtəlif kitabxanalarında Rəsulzadənin kitabları var. Onlar necə, qorunub saxlanılırmı, yenilənibmi Azərbaycan tərəfindən, yoxsa əski vəziyyətdədirlər? - Yox, heç biri yenilənməyib. Amma kitabxanalarda onlar çox yaxşı qorunub saxlanılır. Polşada, Almaniya, Türkiyədə... O, Azərbaycan adının ekvivalentidir - Moskvada və Türkiyədə də tədbirlər olacaq... Bunları kim təşkil edir? - Rusiyadakı tədbir şəxsi təşəbbüsdür. Orada yaşayan həmyerlimiz Fizuli Fərəcov "M.Ə.Rəsulzadə məclisi" yaradıb və Moskvada, Rusiyada onun irsini təbliğ edir. O, orada bütün diaspor təşkilatlarını cəmləyib. Məni də məhz o dəvət edib. Türkiyədəki tədbirisə səfirlik xətti ilə reallaşdırırlar. Bütün bunlar yaxşıdır, amma Rəsulzadə irsi xalqın mədəniyyəti, mənəviyyatı ilə bağlı olan bir sahə olduğundan daha çox təbliğ olunmalıdır. O, Azərbaycan adının ekvivalentidir. Bizim Konstitusiyamızda da yazılıb ki, Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Demokratik Cümhuriyyətin varisidir. Demək ki, indiki dövlət Rəsulzadənin varisidir. Biz ölkəmiz haqqında nə düşünürüksə, eynən onun haqqında da elə düşünməliyik. - Eynən o illərdə Qazaxıstanda Rəsulzadə kimi mücadilə aparmış, mühacirət etməyə məcbur olmuş Mustafa Çokay haqqında filmə baxdım. Filmə baxdıqca sanki Rəsulzadə və onun silahdaşlarının taleyini izləyirdim və düşünürdüm ki, niyə bizdə məhz belə bir film çəkilmir? Belə bir təşəbbüs varmı? - O filmin çəkilişində mənim də köməkliyim olub. - Yəqin ki, Çokayın Bakıya gəlməsi, burda qalması ilə bağlı səhnələrin çəkilişində iştirak etmisiniz?! - Hə, elədir, Mustafa Çokay Bakıda da iki ay qalıb. Dediyiniz filmə Qazaxıstan dövləti böyük vəsait ayırıb. Bu, Azərbaycanda ciddi problemdir, tariximizin və Cümhuriyyətin tarixi haqqında heç bir film yoxdur. Amma həmin dövrün şəxsiyyətlərindən hər biri ayrı-ayrılıqda bir ssenarinin mövzusudur. Bu sahədə ən geridə qalanı bizik... - Siz kitablar yazırsınız, bunlar çox gözəl, amma etiraf edək ki, bir film, on kitabdan daha təsirlidir... - Bəli, film insanların həyatına daha tez girə bilir. Məsələn, Rusiya böyük məbləğ ayırdı və onlar özlərinin 20-ci əsr tarixini çəkdilər. Qazaxıstan həmçinin... Baltikayanı dövlətlər, Ukrayna, hətta gürcülər belə çəkib. Bu sahədə ən geridə qalanı bizik. Biz çox şey itiririk, o dövrün insanlarını, tarixi şəxsləri görmüş insanların çoxu artıq dünyadan köçüb gedir. Məsələn, Məhəmməd Kəngərli o dövrün bir sirli və canlı sənədi idi. Onun filmdə görüntüsü nə qədər əhəmiyyətli ola bilərdi. Onlar özləri ilə nə tarixlər aparır?!. Əli bəy Hüseynzadənin qızı 92 yaşında, Vəli bəy Yadıgarın qızı 95 yaşında, Qədir Süleymanoğlu, Bəşir Gəncəçay və başqaları artıq hər biri 90 yaşlarını ötüb. Bunlar bizim canlı tariximizdir. Onların bildiklərindən faydalana bilərik. Mən ən çox Məhəmməd Kəngərlidən öyrəndim. Əvvəl ehtiyat edirdi ki, birdən mən də "KQB"nin adamı olaram, dedi ki, səni qoy bir araşdırım, ondan sonra qəbul edəcəyəm. O zaman insanların hamısı ehtiyat edirdilər, əllərində olan sənədləri belə vermirdilər ki, birdən itirib-batırarsınız. - Ankarada qəbiristanlıqda addımlayırsan və qarşına oradakı məzarlardan fərqlənməyən bir məzar çıxır: Rəsulzadənin məzarı. Bir az baxımsız, bir az kimsəsiz... Niyə Rəsulzadə və onun silahdaşlarının məzarları ölkəyə gətirilmir? Axı bizim belə bir ənənəmiz var... - Təkcə Rəsulzadənin deyil, Topçubaşov Fransada, Fətəli Xan Xoylu, Həsən bəy Ağayev Gürcüstanda, Əli bəy Hüseynzadə İstanbulda və.s. Bu gün bizdə quruculardan birinin belə məzarı yoxdur ki, aparıb gül qoya, bununla da bir rahatlıq tapasan... M.Ə.Rəsulzadəyə gəlincə, təbii ki, Türkiyə də yad bir ölkə deyil. Amma o məzar Azərbaycana aiddir və mütləq Azərbaycana da gətirilməlidir. Mən bununla bağlı dəfələrlə təşəbbüslə çıxış etmişəm. Amma rəsmi cavab yoxdur. Bu faciə müasir formada oynanılmaqdadır - M.Ə. Rəsulzadə deyəndə ilk olaraq bir siyasətçinin obrazını görürük təbii, amma Rəsulzadə həm də bir ədəbi irs qoyub gedib. Məsələn, mən "Əsrimizin Siyavuşu"nu oxuyanda düşünürdüm ki, Azərbaycan-Siyavuş nə zaman rahatlıq tapacaq?! Sizcə, Azərbaycan hələ də əsrin Siyavuşu olaraq qalırmı? - Düzdür, o həm də gözəl ədəbiyyatçı, tərcüməçi olub. "Əsrimizin Siyavuşu"na gəlincə, təbii ki, bu faciə müasir formada oynanmaqdadır. Amma biz bunların daha da müasir formada oynanmaması üçün öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Biz tariximizi öyrənməklə bir növ özümüzü sığortalayırıq. Qısası, Rəsulzadəni öyrənməklə əsrin Siyavuşunu yaşatmalıyıq. Bu faciənin növbəti qurbanlarına çevrilməmək üçün bu irsi öyrənməliyik. Əli Bəy Hüseynzadənin, böyük turançının məzarı üstünə "dəri üzrə mütəxəssis" yazılıbsa və bu yanlış hələ də aradan qaldırılmayıbsa, əlbəttə ki, Siyavuş narahat olacaq... Topçubaşov öz evində işıq pulunu verə bilməyib, şam işığında yazıb, yenə də Azərbaycan uğrunda mübarizə aparırsa və biz onun məzarını hələ də ölkəsinə gətirməmişiksə, demək Səyavuş narahat olacaq. - Nəsiman bəy, insanın ömrünü nəyə və kimə xərcləməsi böyük əhəmiyyət daşıyır və siz də nə xoş ki, həyatınızı məhz belə bir insana, Rəsulzadəyə həsr etmisiniz... - Düzdür, mən bundan çox məmnunam və ömrümü də buna xərclədiyimdən qürurluyam. Sizə bir xatirə danışım. Bir dəfə Ankarada arxivlərdə araşdırma ediridm, toz, işin gərginliyi məni yormuşdu, o zaman gənc idim, bir az da hövsələsizdim. Birdən əlimə bir məktub keçdi, Krım Türk Respublikasının yaradıcılarından biri Seyid Cəfər Krımlı Rəsulzadəyə 70 illik münasibətilə yazıbmış. Təsəvvür edin, məktubda yazılmışdı ki, Emin bəy, (onlar Emin deyib) gün gələcək sizin həyatınızı araşdıran bir gənc olacaq. O sizin həyat səhifələrinizi araşdırdıqca, özünə deyəcək ki, nə mutlu mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram". - Nə qəribə təsadüf və yəqin ki, o gənc sizsiniz... - Bilmirəm, amma mən indi o sözləri özüm-özümə deyirəm.
2014-01-30
7,688
Ermənilər Azərbaycan tanklarının harda yerləşdiyini yaxşı bilir
"Azərbaycan tanklarının harada və necə yerləşdiyini çox yaxşı bilirik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə tanınmamış Dağlıq Qarabağ Respublikasının "prezidenti"nin mətbuat katibi David Babayan çıxış edib. O, Azərbaycan ordusuna məxsus ağır texnika və tankların cəbhəyə göndərilməsi ilə bağlı Türkiyə mediasına istinadla Azərbaycan mətbuatında gedən yazılara görə heç bir narahatlıq keçirməyə ehtiyac olmadığını bildirib. D.Babayan Azərbaycan mətbuatında yayılan məlumatların bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Azərbaycan mətbuatının yaydığı informasiyalar dezinformasiya xarakteri daşıyır. Biz Azərbaycan tanklarının harada və necə yerləşdiyini çox yaxşı bilirik". Qeyd edək ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində vəziyyət gərginləşib. Azərbaycan Ordusunun 40-dan çox erməni döyüşçüsünü məhv etdiyi, 8 nəfəri əsir götürdüyü və çoxsaylı müasir tankları cəbhə xəttinə göndərdiyi barədə mediada xəbərlər yayılıb.
2014-01-30
7,689
“Xəzər Lənkəran"ın məşqdənkənar həyatı - Video
Antalyada təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" artıq vətənə dönüb. "Axar.az" təlim-məşq toplanışı zamanı ağır məşqlərdən sonra futbolçuların məşqdənkənar həyatından hazırlanmış videoreportajı təqdim edir: ​
2014-01-30
7,690
Ukrayna müxalifətinə sanksiyalar tədbiq edilə bilər
ABŞ Ukrayna hökuməti ilə yanaşı müxalifətə də sanksiyalar tətbiq edə bilər. "Axar.az" xəbər verir ki, bu barədə "Röyter" agentliyi ABŞ Konqresindəki etibarlı mənbələrinə istinadən məlumat yayıb. Məlumatda ABŞ-ın Ukrayna müxalifətinin liderlərini də sanksiyalardan uzaq tutmayacağı bildirilib. Bununla bərabər, bəzi ABŞ məmurları konfliktin daha da qızışacağı halda bütün tərəflərin sanksiyalara cəlb olunacağını qeyd edib. Qeyd edək ki, dünən Kanada Ukrayna hökumət nümayəndələrinə qarşı sanksiylar tətbiq etdiyini bəyan edib.
2014-01-30
7,691
Ramil Usubov baş idarənin rəis müavinini işdən çıxartdı
Daxili işlər orqanlarında kadr islahatları davam etdirilir. "Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə qurumun Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Elxan Mikayıl oğlu Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin başqa bir əmri ilə E.Əliyev Yevlax Şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi təyin olunub.
2014-01-30
7,692
Cəbhədəki gərginlik Ukraynadakı hadisələrə bağlıdır
"Cəbhədə gərgin vəziyyətin yaranmasında birbaşa Rusiyanın əli var. Rusiya Ukraynanı itirdiyinə görə qəzəblidir. Ona görə də kinini bilmir kimdən çıxsın və Qərbi hədələmək üçün atəşkəsi daima pozur. Guya Qərbə çatdırmaq istəyir ki, burda sizin maraqlarınıza zərbə endirə bilərəm". Bunu politoloq Vəfa Quluzadə son günlər cəbhə bölgəsində yaranan gərginliyi şərh edərkən "Axar.az"a bildirdi. Politoloq hesab edir ki, Qərb bir neçə ildən sonra Rusiyanın aqibətinin necə olacağını yaxşı bildiyindən, Rusiyadan qorxmur: "Rusiyanın öz mütəxəssisləri 2030-cu ilə qədər bu ölkənin iqtisadiyyatının tamamilə çökəcəyini deyirlər". Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycan Qarabağa nəzarət edən Rusiyaya müharibə elan edə bilməyəcək: "Bilirsinizmi, nüvə dövləti Qarabağı işğal edibsə, Azərbaycanı nədə ittiham etmək olar? Müxtəlif siyasi qüvvələr bu məsələdən öz xeyrinə istifadə etmək istəyir, amma reallıq odur ki, bu ölkə çökməyənə qədər müharibə variantı istisnadır".
2014-01-30
7,693
Maral ovuna qurban getdi
Yanvarın 26-da Oğuz rayon prokurorluğuna 1981-ci il təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə məlumat daxil olub. "Axar.az"a Respublika Baş prokurorluğundan daxil olan məlumatda deyilir ki, bununla əlaqədar rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və başqa prosessual hərəkətlər yerinə yetirilib. M.Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədənində odlu silahla yetirilmiş xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə) maddələri ilə cinayət işi başladılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib. İstintaq nəticəsində məlum olub ki, Xalid Həsrətov həm gün saat 10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin bərpası və mühafizəsi müəssisəsinin meşə gözətçisi vəzifəsində işləyən və qulluq mövqeyindən sui-istifadə edən Arif Salehovla müvafiq icazə olmadan, qadagan edilmiş vaxtda qanunsuz ov etmə məqsədi ilə qabaqcadan əlbir olaraq, hər biri yivsiz ov tüfəngləri ilə silahlanıb, "Qırmızı kitab"a daxil edilməklə ovlanması tamamilə qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə rayonun Xaçmaz kəndi ərazisində yerləşən "Böyuk Daş" deyilən əraziyə gediblər. Həmin gün saat ov prosesində onlar istifadələrində olan ov tufənglərindən qarşılarına çıxan maralı ovlayıblar. Bu zaman Xalid Həsrətovun açdığı atəşlərin ondan nisbətən aralıda dayanıb ov gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə dəyib xəsarət yetirməklə ehtiyatsızlıqdan onu öldürməsində əsaslı şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib. İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci, Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-01-30
7,694
”Avtovağzal” stansiyası mayda təhvil veriləcək
"Avtovağzal" stansiyası 2014-cü ilin may ayında istifadəyə veriləcək. Bunu "Axar.az"a açıqlamasında Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, "Avtovağzal" stansiyasının eks-prezident Heydər Əliyevin 91 illiyinə qədər istismara veriləcəyini bildirib. Mətbuat katibi həmçinin metroya yeni vaqonların gətirilmə niyyətinin olduğunu da qeyd edib. "Avro-4 standartlarının tədbiqi ilə əlaqədar metroya yeni vaqonlar gətiriləcək. Amma onun nə zaman, nə qədər gətiriləcəyi hələ dəqiq bəlli deyil. Ola bilsin Avtovağzala çəkiləcək yeni stansiyanın açılışı ilə əlaqədar onlar da istifadəyə verilsin".
2014-01-30
7,695
Yaponiyanın Baş naziri hər qərarından öncə döyülür - Video
Yaponiyanın Baş naziri Şinzo Abe önəmli qərarlar vermədən öncə paytaxt Tokiodakı məbədə gedərək baş rahib tərəfindən meditasiya edilir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəribə meditasiya zamanı Baş nazirin kürəyinə taxta ilə vurulur. Baş nazir Abe bu tip meditasiya ilə yaponların dini inanclarına görə "Zen" mərtəbəsinə çatmaq istəyir. Məbədin baş rahibi deyir ki, Şinzo Abe bu üsulla özünü nəzarətdə saxlamaq istəyir: "Baş nazir bu meditasiya ilə daha soyuqqanlı şəkildə qərarlar verməyə nail olur".
2014-01-30
7,696
13 413 tənha vətəndaşa xidmət göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, onların 10 752 nəfəri qadınlardır. Xidmətlə təmin olunanların 11 275 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər. Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.
2014-01-30
7,699
Bir sutkada 74 atəşkəs pozuntusu - Rəsmi
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 74 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
2014-01-30
7,700
Hökumətdən Zakir Həsənova müharibə təlimatı
Baş nazir Artur Rasizadənin Müdafiə Nazirliyində ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi təsadüf deyil. Rasizadə ictimaiyyətə bir mesaj olaraq Müdafiə Nazirliyinə gəldi və bu mesaj birbaşa ölkə rəhbərliyi ilə əlaqəlidir. Adının açıqlanmasını məqbul saymayan hərbi ekspertin "Axar.az"a verdiyi məlumata görə, hər iki-üç ildə bir dəfə cəbhədə bu cür gərginlik yaransa da, ilk dəfədir ki, Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyi toplantı keçirir və döyüş hazırlığının vəziyyətinin müzakirə edildiyi barədə cəmiyyətə xəbər göndərilir: "Əslində, Azərbaycan hakimiyyəti döyüş hazırlığının vəziyyətini kifayət qədər yaxşı bilir və texniki təchizatdan da məlumatlıdır. Bu müzakirənin əsasını isə mümkün müharibə təhlükəsində fövqəladə iş rejiminə keçidlə bağlı hökumətin strukturları ilə qanunvericiliyə uyğun nəzərdə tutulan əlaqənin detallı müzakirəsi təşkil edirdi". Bu görüşə Ermənistan mediasının və politoloqlarının reaksiya verdiyini nəzərə çatdıran ekspert erməni tərəfinin açıqlamalarını diqqətlə izləməyi tövsiyyə etdi: "Əgər diqqət etmisinizsə, erməni rəsmilərinin ictimaiyyətə açıqlaması müharibə olacağı və cəbhədə Azərbaycan Ordusunun maksimal döyüş hazırlığına gətirilməsi ilə bağlı xəbərlərin təkzibinə yönəlib. Bu açıqlamalar birbaşa Ermənistandakı psixoloji xaosdan xəbər verir. Ruh düşkünlüyü və gərginlik erməni toplumunda o qədər acınacaqlı vəziyyət yaradıb ki, Ermənistan rəsmiləri bunu aradan qaldırmaq üçün bir-birinin ardınca açıqlamalar verməyə məcburdurlar. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan Prezidenti haqqında "millətçi, şovinist" ittihamı irəli sürməsinin də səbəbi erməni toplumundakı qorxunun mənbəyinə çarəsiz hücum cəhdidir. Erməni siyasiləri bu məhkəmə məzhəkəsi ilə öz cəmiyyətinə çatdırmaq istəyirlər ki, beynəlxalq qurum Azərbaycan Prezidentinin "millətçiliyini" diqqətdə saxlayır və bundan narahat olmağa dəyməz. Çünki İlham Əliyevin son illər siyasi-praktik addımları Ermənistanda xüsusi narahatlıq yaradıb". Ekspertin sözlərinə görə, faktiki olaraq hazırda həm maddi-texniki, həm də psixoloji üstünlük Azərbaycan tərəfdədir: "Artıq Azərbaycan Ordusunun hücumu haqda xəbərlərin özü belə bir neçə gün öncə Ermənistanın Tavuş rayonunda sərhədyanı üç kəndin dərhal boşaldılması ilə müşayiət olunan vəziyyət yaradır. Ermənistan rəsmiləri bunu "evakuasiya" ilə əlaqələndirdi. Əslində isə vəziyyət tamam başqa cürdür. Sərhəddə yerləşən erməni kəndləri hər an başlayacaq müharibə qorxusu altında adi xəbərdən kəndləri boşaldıb qaçırlar. Ermənilərin hazırkı psixoloji vəziyyəti 1992-93-cü illərdə "rus ordusu yaraqlılarla birgə hücuma keçdi" psixoloji təzyiqi altında yaşayan azərbaycanlılara yaxşı tanışdır. Hazırda həmin durumda ermənilər yaşayırlar". Ekspert bu psixoloji hücumun bir an da olsun, dayandırılmamasının vacibliyini və bu üstünlükdən həm hərbi, həm də siyasi manevrlərdə istifadənin zəruriliyini də önə çəkdi: "Elə Artur Rasizadənin Müdafiə Nazirliyindəki görüşünün də arxasında məhz bu məqam dayanır".
2014-01-30
7,701
“Qalatasaray”a ciddi itki
"Qalatasaray" "Elazığspor"la oyunda ciddi itki ilə üzləşib. "Sarı-qırmızılılar"ın ulduzu Didye Droqba bir müddətə sıradan çıxıb. Publika.Az xəbər verir ki, fil dişi sahililli futbolçu Türkiyə kubokunda "Elazığspor"la matçın birinci hissəsinin sonlarında zədələnib. 35 yaşlı hücumçu soyunub-geyinmə otağına yollananda meydana çıxa bilməyəcəyini deyib və Felipe Melo ilə əvəzlənib. Droqbanın vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq. Mançini bildirib ki, ulduz oyunçunun öncə də problem yaşadığı nayihədən zədə alıb. Məşqçi ümid edib ki, Droqba 2-3 gün ərzində sıraya dönəcək.
2014-01-30
7,702
“Nüsrə” cəbhəsi ABŞ-a hücum edəcək
ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Ceyms Klaper Suriyadakı "Nüsrə" cəbhəsinin ABŞ-a hücum etmək istədiyini bildirib. "Axar.az" xəbər verir ki, Ceyms Klaper Senatın Kəşfiyyat Komitəsində ABŞ-a qarşı milli təhlükəsizlik təhdidləri mövzusunda həyata keçirilən məlumatlandırma toplantısına qatılıb. Ölkəsinin milli təhlükəsizliyinə qarşı edilən təhdidlər haqqında məlumat verən Klaperin Suriyada olan radikal təşkilatlarla əlaqədar araşdırmalarına görə, Əsəd rejiminə qarşı savaşan Əl-Qaidəyə bağlı "Nüsrə" cəbhəsi ABŞ-a hücum etmək istəyir.
2014-01-30
7,704
CAR-2010-a damğa vuran gözəl futbolçu ilə evlənir - Foto
2010-cu ildə CAR-da keçirilən dünya çempionatına damğa vuran isimlərdən olan Larissa Rikelme evlənir. "Axar.az" xəbər verir ki, paraqvaylı model futbolçu Conatan Fabbro ilə ailə həyatı qurur. Bu barədə Rikelme "Twitter" hesabından açıqlama verib. Nişan üzüklərinin göründüyü bir foto yayımlayan gözəl model "River Pleyt"in formasını geyinən Paraqvay yığmasının üzvü ilə evlənəcəyini elan edib. Qeyd edək ki, CAR-2010-da tribunalardan Paraqvay yığmasını çılğıncasına dəstəkləyən Larissa, ölkəsi çempion olacağı halda, milli üzvləri ilə yatacağını bildirmişdi.
2014-01-30
7,705
Eldar Mansurov bütün varidatını AMEA-ya bağışladı
Görkəmli musiqişünas, bəstəkər, xalq artisti Eldar Mansurov özünün və Azərbaycan Respublikasının xalq artisti, klassik muğamlarımızın mahir ifaçısı, tarzən Bəhram Mansurovun yaradıcılığını əks etdirən arxiv materiallarının bir nüsxəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb. "Axar.az" xəbər verir ki, bunlar Aydın K.Əzimovun Eldar Mansurova bağışladığı "Şur" muğamının ifa tərzləri və onların nota alınması" toplusu, not yazısı Eldar Mansurova məxsus olan "Azərbaycan dəraməd və rəngləri", özünün müəllifi olduğu "Simfonik rəqsləri", simfonik orkestr üçün yazdığı "Simfoniya №4", kamera orkestri üçün "Freskalar", 2 hissədən ibarət "Saqinamə", fortepiano üçün yazdığı "Miniatürlər Rubato"nun nota köçürülmüş kitab və kitabçaları, həmçinin 1995-ci ildə çap olunan "Muğam düşüncələrim" adlı məqalələrdən ibarət kitabaları və görkəmli tarzən Bəhram Mansurova aid olan Heydər Əliyev Fondu tərəfindən mahir tar ifaçısının anadan olmasının 100 illiyinə həsr edilmiş "Mansurovlar" kitabı, ustad tarzənin ifalarından götürülərək nota köçürülmüş "Azərbaycan qədim el havaları", Mansurovlar ailəsinin layiqli övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı Məşədi Süleyman Mansorovun yazdığı "Xatirələr" kitabını, görkəmli musuqi xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və yaradıcılıq fəlaiyyətini əks etdirən fotoların yer aldığı kitabçalardan ibarətdir. Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu və bütün yaradıcılığının elektron variantı da hədiyyələr arasındadır.
2014-01-30
7,706
Krımın Türkiyəyə verilməsi gündəmə gəldi
Ukrayna dövləti baş verən siyasi böhrana görə parçalanarsa, Krım yenidən Türkiyəyə verilə bilər. "Axar.az" "Hürriyət"ə istinadən bildirir ki, Krımdakı Rusiya tərəfdarı olan hökumət Kiyevdəki son hadisələrə görə bir aydır ki, "qərblilər paytaxt Kiyevi ələ keçirsə, biz ayrılacağıq" açıqlamarını verir. Rusiya və Avropa mətbuatında da bu açıqlamalara yer verilib. Osmanlı ilə Rusiya İmperiyaları arasındakı 230 illik müqavilə Krım rəhbərliyi "ayrılarıq" deyir. Ancaq məsələ burasındadır ki, 230 il əvvəl Osmanlı ilə Rusiya arasında imzalanan "Kiçik Qaynarca" müqaviləsində yarımadanın öz muxtariyyətini elan edə bilməməsi haqda bənd var. Hələ də etibarlılığını qoruyan və Rus çariçası II Yekaterinanın 1783-cü ilin 19 aprel tarixində imzaladığı müqaviləyə əsasən Krım yarımadası Osmanlının himayəsindən alınaraq Rusiyaya verilib. Ancaq müqavilənin ən vacib maddələrindən biri yarımadanın müstəqillik elan edə bilməyəcəyi və üçüncü bir tərəfə verilə bilməyəcəyidir. Əgər belə bir addım atılarsa, Krım avtomatik olaraq Türkiyənin (Osmanlının varisi olduğu üçün) himayəsinə verilməlidir. Özal Krımı istəyə bilməmişdi 1991-ci ilində SSRİ parçalandığı vaxt bütün sovet ölkələri müstəqilliyini elan etdiyi kimi Ukrayna da müstəqilliyini elan etmişdi. Bu vaxt Türkiyə "Kiçik Qaynarca" müqaviləsini əsas göstərərək yarımadanı istəmək hüququ əldə etmişdi. Ancaq o vaxt Turqut Özal Türkiyəsində şimalda baş verən geopolitik dəyişiklik və dünyanın ümumi şəraiti diqqətə alınaraq rəsmi Ankara bu hüququnu gündəmə gətirməmişdi. Beləcə, Türkiyə sadəcə, Krım yarımadasında yaşayan, etnik azlıq olan tatarlara haqlarının verilməsini müdafiə etməklə kifayətlənmişdi. Türkiyə "Krımı istəyirəm" deyə bilər Son 23 ildə çox şeylər dəyişib. Krım yarımadası Ukraynadan ayrılaraq təkrar olaraq Rusiya dövlətinə qatılmaq istəsə belə, əvvəlcə Kiyevdən asılı olmadığını elan etməlidir. Məhz bundan sonra beynəlxalq hüquqa əsasən Türkiyə "Krım yarımadası rəhbərliyini nəzarətimə əlavə edirəm" deyə bilər.
2014-01-30
7,707
Məhəmməd Əlinin heyrətamiz maşını satılır - Foto/Video
Boksun əfsanəsi Məhəmməd Əlinin "Mersedes" markalı avtomobili hərraca çıxarılıb. 1959-cu il buraxılışı olan avtomobil ABŞ-ın Kaliforniya ştatındakı auksionda satılacaq. "Axar.az" xəbər verir ki, əfsanəvi boksçunun avtomobili 23 karatlıq qızıl və qiymətli daşlarla bəzədilib. Avtomobilin qiyməti 1,5 milyon dollarla ölçülür. Maşının radiosu qızıldan düzəldilib, düymələri isə yaqutla işlənib. Həmçinin radionun kənarlarına zümrüt tozları səpilib. Bu da maşının dəyərinə dəyər qatıb. Məhəmməd Əli təxminən iki il (1980-ci ildən) bu avtomobilin sahibi olub. Lakin çox vaxt bu maşın sürücü tərəfindən idarə edilib. 4 pilləli silindirdən ibarət maşın ümumilikdə 270-dən çox qiymətli daş-qaşla bəzənib. Bu daş-qaşlar içərisində almaz çoxluq təşkil edir. Qeyd edək ki, "qızıl qanadlı mələk" adlandırılan avtomobil əvvəlcə kraliyyət ailəsinə maxsus olub, daha sonra isə Məhəmməd Əliyə hədiyyə edilib.
2014-01-30
7,708
ANS-in aparıcısı canlı efirdə yıxıldı - Video
Anidən baş verənlərdən özünü itirən aparıcı, "Röya, Röya" - deyərək qışqırıb. ​ ANS TV-nin canlı efirində "Salam, Azərbaycan" səhər proqramının dünənki buraxılışında baş verən hadisə aparıcı Aytən Səfərovanı qorxudub. Verilişdə hava proqnozunu binanın damından verməyə çalışan Röyanı güclü külək kənara itələyir. Onun qəfildən kameradan itməsi Aytəni həyəcanlandırıb. O, qorxduğunu deyib və su istəyib. Sonra Röyadan geri qayıtmasını xahiş edib (Azxeber.com).
2014-01-30
7,709
VHP-də Rəsulzadə anılacaq
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, toplantıda ölkədəki ictimai siyasi vəziyyət, Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbir keçirilməsinə qərar verilib. Tədbridə VHP üzvü Ömər Məmmədovun həbsi və digər məsələlər müzakirə edilib. VHP sədri Sabir Rüstəmxanlı ölkədə və bölgədə baş verən siyasi proseslər barədə ətraflı danışıb. Sonra Ali Məclisin sədri Rafiq Manaflının, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin, partiya sədrinin müavinləri Elxan Mirzəyev, Arif İsmayılbəyli və Yusif Salmansoyun məlumatları dinlənilib. Rayon təşkilatılarının hesabat seçki yığıncaqlarının keçirilməsi, qurultay məsələsi də müzakirə edilib. Qurultaya hazırlıqla bağlı məsələləri həll etmək üçün fevralın son həftəsində Ali Məclisin sessiyasının cağırılması qərarlaşdırılıb. Sonda M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı müzakirə aparılıb. Bildirilib ki, fevralın 4-də VHP-nin mərkəzi qərargahında "Məhəmmən Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu" mövzusunda dəyirmi masa keçiriləcək.
2014-01-30
7,710
Ərdoğanın 50 min avroluq çıxışı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu günlərdə İzmirdəki çıxışı yerli və xarici mətbuatın gündəminə gəlib. Baş nazirin holoqramlı çıxışının hər dəqiqəsi 10 -20 min lirədir. Holoqram texnologiyasına malik olan xüsusi proyektorlarla hazırlanan 5 dəqiqəlik çıxış üçün ümimilikdə 50 min avro verildiyi bildirilir. Holoqramı hazırlayan şirkətin təmsilçilərinin açıqlamasına görə, bundan əvvəl texnologiyanın son imkanlarından istifadə edərək Zəki Murenlə Muazzez Ersoyun duetini canlandırmaq mümkün olub ("AzNews.az").
2014-01-30
7,711
Bakıya qar yağır
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında ara-bir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, ara-sıra güclənən şimal-şərq küləyi əsəcəyi, axşam temperaturun bir qədər də enəcəyi, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılırdı. Lakin təbiət yenə də gözlənilməz olduğunu sübut etdi. Bu gün Bakı şəhərində günorta saatlarından başlayan qar hələ də yağmağa davam edir. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Qeyd edək ki, dekabrın 12-də Bakıya yağan ilk qarın hündürlüyü 6 sm-ə çatmışdı.
2014-01-30
7,712
M.Ə.Rəsulzadənin indiyədək naməlum iki əsəri - İlk dəfə
Şirməmməd HÜSEYNOV M.Ə.Rəsulzadə – 130 Bu barədə ilk dəfə Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən M.Ə.Rəsulzadə və nümayəndə heyəti Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə şərh və izah etmək üçün çox geniş fəaliyyət göstərmişlər. Hətta 1918-ci il iyulun 3-də vəfat etmiş Osmanlı sultanı V Mehmedin dəfn və iyulun 4-də Sultan VI Mehmedin taxta oturması mərasimlərində iştirak etmişdilər. Sentyabrın 6-da M.Ə.Rəsulzadə və onun yoldaşları VI Mehmed tərəfindən qəbul edilmişdi. Azərbaycan və Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan bildirmişdir ki, Azərbaycana lazım olan bütün yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə özü bu barədə geniş və hərtərəfli məlumat vermişdir. Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə ilə bir sıra müsahibələr də dərc olunmuşdur. Məsələn, İstanbulda nəşr olunan "Yeni məcmuə"nin 25 iyul tarixli 54-cü nömrəsində "Milli məsələlər" rubrikası ilə onun müxbir Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc olunmuşdur. Bu vaxta qədər bu müsahibə tədqiqatçıların nəzər diqqətindən kənarda qalmışdır. Bakıya qayıtdıqdan sonra isə Məhəmməd Əmin bəy İstanbul səyahəti ilə bağlı geniş bir konfrans təşkil etmişdi. O, Rusiyada, İranda, Türkiyədə və Qafqazda bilavasitə şahidi olduğu və ümumiyyətlə, Avropada cərəyan edən hadisələri öz milli təfəkkürünə uyğun şərh etmişdi. Qeyd edim ki, M.Ə.Rəsulzadənin həmin konfransdakı çıxışı "Azərbaycan" qəzetinin 3 nömrəsində (17, 20 və 22 noyabr tarixli 42, 45 və 47-ci nömrələr) "İstanbul səyahəti haqqında Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı" sərlövhəsi ilə dərc olunmuşdur. Bu yazıların əhəmiyyətini nəzərə alaraq onları "525-ci qəzet"in oxucularına təqdim edirəm. Cümə günü 15 təşrini-sanidə (noyabrda) Türk ocağı salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir konfrans verdi. Natiq cənabları səhnəyə çıxar-çıxmaz alqışlar ilə qarşılandı. Konfrans təxminən öylə başlandı: – Əfəndilər! Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin nəzəri, huş və guşi və həp əfkarı bir şeyə mərcudur (yönəlmişdir). Üsuli-siyasəyyə hamımızı işğal ediyor. İstanbulda Aləmi-İslamın mərkəzində bulunduğumuz sırada gördüklərimiz şeylər, aldığımız təəssürat və xatirat ilə sizi aşina edəcəgiz. Nə üçün Türkiyə müharibəyə girdi? Nə üçün öylə bir surətdə hərbdən çıxıyor? Türkiyədə əhval və yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində nə düşünürlər? Və əhvali-hazirə nə kibi bir mövqe işğal edəcəgi xüsusunda sizə söyləmək istiyoruz. Hərbi-ümumi başlandığı sırada Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman Türkiyə Balkan müharibəsindən yeni çıxmış – həm də məğlub olaraq çıxmış idi. Burada o böyük Şərq məsələsi Türkiyə məhafilini (ictimaiyyətini) mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar, yaxud bitərəf dursa? Bu məsələ hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt Rusiya bu gün gördügümüz yorğun, məğlub, dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi, çalışdığı daima Aləmi-İslamı, böyük türklügi əzməklə gələn bir hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya və başqa türk irqi ilə məskun yerlərin nə kibi bir istibdad altında olduğu hamıya aşikardır. O günlər Türkiyə müharibəyə atılmazsa idi icbarən boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda və arpa ilə İngiltərəyi təchiz edəcək və yekdigərinə olduqca kömək edəcək idi. O zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan sıxışdırdığı kibi get-gedə iləriləyəcək idi. Və Rusiyada böylə təzəlzülə (sarsıntıya), böylə inqilaba düçar olmaz və işlərin sonunda müharibədən qalib olaraq çıxacaqdı. Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf Dövlətləri zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu. Türkiyə bitərəf də qalamıyacaqdı. Çünki qəhhar dövlətlərin hankisi düşərsə türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf qalmaq imkanı yox idi. Nitəkim yunan, İran istənildigi kibi müharib dövlətlərin keyfinə tabe oldu, hüdudu onlar üçün tamamən açıq buraxıldı. Nəticədə bir faidə çıxmadı. Odur ki, Türkiyə də öylə vəziyyətə məruz ola idi, olsun ki, Türkiyə istər-istəməz övzai-zamanə və siyasiyyəti tədqiq etdikdən sonra müharibəyə girdi. Girməsinə də səbəb Rusiyanın etilaf zümrəsində olduğundan dolayı məlum ki, Türkiyə də bu zümrəyə qarışıb getməli idi. Türkiyə hərbə girməzsə idi, o zaman qaliblər həpsini başında "Cəmiyyəti-Əqvam" şüarı ilə bu gün meydana çıxmış Vilson degil, istibdad heykəli-mücəssəmi olan Nikolay duracaqdı. O zaman gərək islamiyyət, gərək türklük nəşvü-nüması ümidləri büsbütün sönəcək və cahanda bu qədər qan tökmə nəticəsində yenə zülm və istibdad paydar olacaqdı. Türkiyənin bu müharibədə iştirak etməgə olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər (tarixçilər) Türkiyənin bu müharibəyə girməsindən qələm yürüdür isə böylə hökm xaricində bir hökm vermiyəcəklər. Türklər üçün bu cahan müharibəsi bir çox siyasi və ictimai məsələləri həll edəcək və qəti bir cavab verəcək müharibədir. Bu müharibədə fədakarlıqların yüksəkligi gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat xaricindədir. Hələ Çanaqqala müharibəsində 4 yüz minə qərib qurban verən türklər qazanc götürdülər degil, kəndi həyatlarını müdafiəyə qadir olduqlarını isbat etmişlər. Artıq göstərdilər ki, həqiqətən onlar Vətən yolunda lazım gələrsə ölə bilərlər. Düşmənlər nə qədər insafsız olsalar da böylə bir cihadi-kəbir yapan ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz! Bu müharibədə türklər bir şey daha isbat etmişlər ki, türk əskərinin vəqtində qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum ehtiyacı ödənsə bu əskər öylə bükülməz bir qol təşkil edərsə, heç bir kimsə o qolu bükə bilməz. Nasıl ki, kəlibillah mərkəzə yaxın olduğundan, zaman-zaman silahı, aşı, suyu gəldigindən türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis, firəng və digərləri kibi qüvvətli düşmən zərbələri bunları qaytarmağa müvəffəq olamadığı kibi, Türkiyə də onlar qarşısında məğlub olmadı. Halbuki Rusiyada və digər Avropa dövlətlərində olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli dəniz toplarına qarşı çox zaman fəqət köks gərmişlər və zirehliləri batırmışlar. Böylə bir millət heç bir vəqt həqqi-həyatdan məhrum ediləməz. Türkiyədə şu müharibədən sonra hər kəsin Çanaqqala müharibələrinin mənzərələrindən söylər, mədhiyyələr ilə mütəhəssis olur. Hər kəs bu müharibədə bir adamını qeyb etmiş, qardaşımı, özümü, pədərimi, burada iştirak etmiş hər kəs sənə bu müharibədən mənqəbələr (təriflər) nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən bəhslər açar. Bu müharibədə alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs burada şəhid olmaq üçün əmr bəkləmədən hərbə soxulduğunu söyləyəcəkdir. lll Mərkəzi-islama gəldikdə oradakı ənənatı, o gözəlligi, o məhasını (əzəmətini) tamamilə dərk etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz ki, islam nöqteyi-nəzərində İstanbul bədayei içində yeni bir həyat doğuyor. O vəqt anlarsınız ki, nə yolda və nə üçün bu qədər fədakarlıqlar olur, xarüqələr göstəriliyor. O zaman etiraf edərsiniz ki, yeni doğmaqda olan həyat uğrunda həqiqətən fədakarlıq etmək türklər üçün lazımdır. Məəttəssüf Türkiyədə degil, bəlkə Aləmi-İslamın həpsində ictimaiyyət Avropadakı kibi olmayıb fəlc bir halda qalmışdır. Avropanın bütün ictimaiyyəti xəlqinə də xəlq üçün doğuyor. Ədəbiyyat ümum heyətilə xəlq ruhilə, xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə böylə degil, ədəbiyyatın əsaslarını xəlqin malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək müxbirdir. Fəqət onu bir araya gəlsə onlarda bir ümumiyyət, bir həyat olmaz. Qiymətli bir həyati-ictimai islam məmləkətlərinin heç birində yoxdur. Bunun ən doğru şəklini İranda görərsiniz. Küçələr bir zibil yatağı, hər tərəfə baxılsa bir xarabazar, bazardakı satıcılar əlinə zir-zibili qarşısındakı çaya atar, suyunu öylə bir hala gətirər ki, baxmaq istəməzsən. Haman bu ümumiyyət halını qiymətsiz edən, alçaldan cənabın həyat qapısından içəri girdikdə evində bir cənnət olduğuna şaşıracaqsan, bu nədir! Onun xüsusiyyəti üçündür. Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar, fəqət xüsusi həyatından ləzzət aparar. Ədəbiyyat da öylədir. Şeirlərimiz hər bir şairin öz zövqünə mütabiq olmuş, olsa-olsa ətrafındakı bir takım əhbabı (dostları), rüfəqası onu anlar, yaratdığı bədiələr, gözəlliklər fəqət onun kəndisi üçün imiş zənn edər, xəlq üçün yaramaz. Qərbdə isə böylə degil. Orada bütün ədiblər, şairlər xəlq dərinliginə atılıb onun içərisində duyduğu təəssürata, gördügü həyata həp yazdığını uydurar. Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə tərcih verilər. Qərbdə bugünki tərəqqi ilə bizdəki bu inhitat (tənəzzül) bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir. Şərqdə bir zaman yüksək bir mədəniyyət var imiş. Lakin o da xas olub gündən-günə zəifə izmihalə uğradı. Avropada isə ümumə mal olan mədəniyyəti-ammə (xalq) sayəsində özünə tərəqqi yollarını aradan buldu və bu gün də ondakı qələbə ilə bizdəki məğlubiyyət həp bundan dolayıdır. İştə bunu da türklər ep iyi anlamış və bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat Türkiyədə gözəl bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı fəqət xəlqin qalın təbəqəsinə enir və yazılanların həpsi xəlq üçün yazılır. Türklər ədəbiyyat yolunda çox çalışdılar. Bu vəqtədək onlarda bir çox tərcümələr olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir. Çünki iqlimdən iqlimin fərqli vardır. Hər yerdə bir xüsusiyyət bir də ümumiyyət olar. Sənət, elm, fənn ümumidir. Dil, din, ənənat, ruh başqa-başqadır. Bunların hər birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə almaq lazımdır. İşbu belə də Türkiyədə olmuş idi. Türklər bu vəqtədək London səyahətindən, Parisdən, Hinddən və digər yerlərdən əhəmiyyətsiz şeylərdən belə bəhs edib bircə Anadolunu bu gün bütün xarüqələr, bütün rəşadətlər yaradıcısı, həp İstanbulu və başqa yerləri ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə nümunələri İstanbulda, türklərin nəsi varsa İstanbulda idi. Anadolunun məktəbi yox, sənaəti yox, bəlkə belə həyatı da yox kibi idi. Şimdi isə öylə degildir. Yeni cərəyan Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından yazıyor, dərdinə ağlıyor. Bu da siyasətə təsir ediyor. Türk məhafili də buna diqqət etməgə başlıyor. Əbdülhəmid zamanı İttihad və Tərəqqi firqəsi düşünürdü ki, hürriyyət olsa, hər millət kəndisini unudar. Hamısı qardaş kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə bir düşüncəni həyatə də, siyasətə də tətbiq etdilər. Fəqət məşrutiyyət zamanı gəldi. Kimsə kəndisini unutmadı. Arnaudlar, ermənilər, ərəblər, hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər qaldığını artıq gördülər. Bir türk mütəfəkkiri söylüyor ki, – bən türklügümü fəqət hər millətin Türkiyədə kəndisi üçün çalışdığı zaman duydum. Türklər də ümumən böylə bir fikrə gəlmiş idi. Ona binaən türklərin siyasəti böyük bir təbəddülatə uğrayıb hər şeydə milliyyət iləri sürülmüşdür. Lakin burada da bir qədər yanlışlıq, bir qədər ifrat edilibdir. Məlumdur ki, hər kəs öz millətini istədigi kibi digərini istəməz. Hər kəsdə bir milliyyət fikri müqəddəs tutuluyor. Lakin bir fikrin müqəddəs olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə yürüdülsə fikir də namüqəddəs olacağı bəlli. Məsələn, bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə inkar etməz. Fəqət bolşeviklərin apardığı siyasət, tutduğu yol namüqəddəs olduğundan bu gözəl məsləki nə kibi şəklə saldığını gördünüz. Aləmi kəndilərindən mütənəffir etməklə həpsini bolşevizmədən ürkütdülər. İştə bu müqəddəs "milliyyət" fikrində türklər də bir çox ifratə uyduqlarından dolayı bir çox yerlərdə məmurlar digər millətlərə qarşı "milliyyət"dən suyi-istifadə etdilər. Ümuri-idarələrdə əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti qənimət bilən və bundan dolayı üsyan qaldıran ermənilər həqqində rəva görüldü. Lakin üsyan bir ermənilər miyanında vaqe olmuyor. Ərəbistanda asilər olur. Türk ordusu çəkildigi yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar. Böylə ki ümumiyyət üzrə Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor. Bundan maəda türk dörd il degil, səkkiz il, bəlkə də bir az fəzlədir ki, müharibə ediyor idi. Dörd illik müharibədə Avstriya parçalanmağa başlamış, Almaniyada isə böylə bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu kibi hər bir cəhəti qüvvətli dövlətlər böylə taqətfərsa müharibənin təzyiqindən bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən əli də üzüldü. Türkiyə də mütarikəyə məcbur oldu. lll Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin arasında olan müharibədən ədd edilməlidir. İki müharib zümrələrin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədihidir. Burada iki mədəniyyət mübarizə ediyordu. Alman sənaət və ticarəti İngiltərə ticarətinə rəqabət etdigi və hər iki mədəniyyətin özü üçün bu bir ərsə aramasilə istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətin faidələri müğayir olurdu. Almanlar gənc bir millət və olduqca mütəşəbbüs xəlqdir. Onların güvəndikləri zor və qüvvələridi və qüvvətli olduqlarını bütün cahana anlatdılar. İnsafla deyilər isə bu onlar üçün məğlubiyyət degildi, bu onların siyasətinin bərhəm olması idi. İngilislərin dənizlərə təsahübi bir tərəfdən və yürütdükləri siyasəti, millətlər ilə rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yumruq qüvvətlərində görüyor, vəqt uzandıqca İngiltərəyə müavinət ediyordu. Müharibənin başında daha zorlu, daha dəhşətli almanın get-gedə yekdigərini təqib edən xətalara uğruyordu. Həp millətləri və ən axırda Amerika kibi müəzzəm bir milləti də öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət olmadığını onun üçün və Avropaya lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn ediyor idi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvüratlarında xətalı siyasətlərində də əsla nəzakət bilməz olduqlarıyçun dost və düşmənlərini özlərindən incitmişlərdi. Türklərə qarşı yürütdügü siyasətdən dolayı hətta türk məhafilində də nifrət qazanmağa başlamış idi. Qafqasiya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı. Onun Estlandiya, Turliyandiya, Yiflıyanda və işğal etdigi başqa məmləkətlərdə yapdığı hərəkəti eynilə türklər də Qafqasiyada öz irqləri üçün yapmaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müğayir gəliyordu. Hətta Azərbaycanın kəndisinə ittixaz etdigi paytaxtını gizlicə bolşeviklərə vermək istədi. İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnigün etmək idi. İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən də sülhü əvvəlcə yapmaq lazım idi. Çünki Türkiyə üçün artıq məqsədi hərb qalmış idi. Bu da hasil olduğu zamanlarda sülh əqd edilsə idi. Qazanc çox olurdu. Bu babda İttihad və Tərəqqi ricali-dövləti millət tərəfindən tənqid edilməkdədir. Bilməm istənildigi vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi. Ya yox məsələsi məchuldur. Fəqət hər nədənsə türklər ilə müttəfiqlərinin arası açılmış idi. Bunu da təsviyə üçün Tələt Paşa Berlinə əzimət etdi. Oradan da döndügi kibi sülhə girişmək tərəfdarı olduğunu göstərdi. Məlum oluyor ki, yolda Avstriyanın və Bolqariyanın əhvalını Tələt Paşa ep iyi tədqiq etmiş imiş. Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər dönüklük göstərdi. Düşmənlər Bolqariyayı sıxışdırmağa başladı. O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə, Türkiyənin Mərkəzi Dövlətlər ilə münasibatı qət oluyor. Digər tərəfdən də Avstriyanın da halı bərhəm oluyor, xəbərləri gəliyordu. Şu sırada idi ki, Almaniyanın özündə də daxili hərəkətlər çıxdı. Artıq Almaniya da kəndi zəifini və müvəffəqiyyətsizlikligini etiraf etməliydi. Zatən böylə müvəffəqiyyətsizlik bu gündən degil, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə Fransa paytaxtına zərbə endirməgə çalışdığı zaman meşəyə gizlənmiş fransız ordusunun onları yardığı gündən başlanmış idi. Bu yarışdan başlayaraq gündən-günə ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor. Nəhayət, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin dəgişməsi, hökumət məmurlarının məsul olması məsailindən mübərra qalmış Almaniyada parlamentarizm başlıyor. Az bir zamanda millət özü öz idarəsinin başında müntəxəb kişilər qoymaq arzusuna düşüyor. Almaniya halı Türkiyəyə də təsiri-nüfuz ediyor. Türkiyə də daxili təşkilatı yolunda olmadığından onları müntəzəm etmək üçün çalışıyordu. Bu zamanda idi ki, burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə yeni bir hökumət gəldi. Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya hökuməti münfəridən müttəfiqlərə sülh təklifini etmişdi. Hətta fransızlar da öz müvəffəqiyyətlərini bildiklərinə "Klemanso bu notanın cavabını keçmiş nitqində vermişdir" demişlər. Avstriyanın bu müraciəti etinasız qalmışdı. Ondan sonra Vilsonun nitqləri əsnasında sülh şəraiti həqqində anlatdığı 14 maddəyi almanlar da təsvib edib müttəfiqən tərəfi-müqabilə mütarikə təklif etmişlər idi. Bu maddələrin 13-cüsündən böylə seziliyor ki, türklər məskun olan yerlərdə tam hakimiyyət onların, türklərdən qeyri olan millətlər ayrı hökumət quracaqlar. Bunun üzərinə Vilson nitqində 4 maddədən ibarət bir şey də əlavə ediyor ki, heç bir millət üçün bir dövlət təbəəligindən çıxıb digərinə keçmək olmaz. Alman və Avstriyanın müraciətinə Vilson cavab verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə olmayacaqdır. Onun üçün Qeysər təxtdən əl çəkdi. Vəliəhd də qəbul etmədi. Baxıyorsunuz ki, hər yerdə hökumət böhranı sühulət kəsb edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada bir də parlaman böhranı oldu. Səbəbi də o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun üçün də İttihad və Tərəqqi firqəsi şübhələndi, tez bir zamanda "Hürriyyətpərvəran" firqəsi meydana gəldi. Hamısı buna bəyani-etimad etdi. Ümumi sülh müzakiratını təklif etmək mümkün degildi. Almaniya ilə müttəfiqlər arasında israr ediliyor. Türkiyə ilə də Almaniyanın əlaqəsi kəsilmiş idi. Yeni parlamanda proqramı başında bütün dağınıq ordunu toplamaq Qafqasiyayı boşaltmaq, almanların Türkiyədən getməsi, siyasi cinayətkarların, sürgünlərin vətənə ovdəti müsaidəsi və bir çox böylə maddə qəbul etdigi kibi boğazların şimdilik müttəfiqlər dövlətlər və Amerikanın təhti-işğalında qalmasını qəbul etdi. Bu ancaq mütarikədir və ümumi konfransadək hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl Paris üzərinə yürüyən o möhtəşəm ordu birdən-birə böylə məğlub bir halə düşəcəkdir. İki ay əvvəlki halət böylə bir vəziyyətə təbəddül ediləcəkdir. İmdidən də gələcək xüsusunda bir şey söyləmək imkan xaricindədir. Firəng və İngiltərə, Amerika ordusu Batum təriqilə gəlib Qafqasiyadan keçəcəkdir. Ola bilsin ki, gəlib buradan da keçsinlər, yaxud buranı özlərinə bir əsülhərəkə qərar verəcəkdir. Bunu da zənn etmək olmaz ki, bu gün bütün cahanın 14 maddələr ilə hüsni-təvəccöhini qazanmış Vilson ümumi iğfal etmək üçün bir bilöf yapıyor. Yəqin ki, o da bu gün bir qüvvət qarşısındadır. Hər şeydən daha qüvvətli olan millətlər hüquqi bir cəmilə yapmaq üçün tədil və təfsirlər ola bilər. Lakin bu prinsiplər bütün-bütünə məhv olar fikri doğru degildir. Bolşevizm bir yorğunluq fikridir. Millətlərin hüquqi-mədəniyyəsi fikri də bu yorğun və parçalanmış Rusiyadan doğdu. Əgər bu sosializmənin əsaslarından biri olan bu maddə cahil Rusiyada məsxərə şəklində oldusa da artıq Avropanın yarısı bununla müstövli olmuşdur. Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi, bir səmərəsi olacaqdır. O səmərə də bəşəriyyətin, insaniyyətin, millətlərin yekdigəri hüququnu tanıyan "Cəmiyyəti-Əqvam" təşkil edəcəkdir. Onu da bilməlisiniz ki, bu şüar böylə nahaq qan tökməkdən bıkmış, yorulmuş bütün bəşəriyyətin nəticeyi-əfkarıdır. İştə onun üçün xəlqimiz də öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa layiq olduqlarını isbat etsinlər. Bu da macəra yapsınlar demək degildir. Maddətən tabe olmaq mənən də tabe olmaq degildir. Gələnlər də bizdəki intizamı, bizdəki birligi görüb hörmət etmək məcburiyyətində olacağı aşkardır. Ondan maəda şəhərimizə gəlmək istəyən ordu bir paraları kibi təkrar qarqaşalıq salmaq üçün gəlmiyor, onlar gəlib buradan gedəcək və Rusiyayı toplayacaqlar. Burada hökumətin qaim olduğunu gördükdən sonra onlar bizə riayət edər. Bizim hökumət də o hökumətə etilaf edə bilər. Bunun üçün xəlqimiz də özünü toplayıb təşkil etdigi hökumətə müavinət etməlidir. Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür küçələrdə danışılan sözlərdən artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək olacaqdır. Yarından parlaman adından lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu gün hər millətin öz kökü üstə bitməsi tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni Avropa cümlənin səsini eşitdigi halda bizləri eşitməgə qadir olmasın, yaxud ümumcahanı iğfal etsin. Bu gün Avropayı millətlərin həqqi-hüququnu tanımağa məcbur edən yarınki məhkəməyi-kəbirada yəqin ki, orada bizim də həqqimiz aranılar. Biz də istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir şey yapamazlar ("525.az").
2014-01-30
7,713
“Beş ay əvvəl rütbə alanlar yenə rütbə istəyir”
"Mənim iradım əsasən şöbə rəislərinədir. Beş ay bundan əvvəl rütbə almış adamlar yenə rütbə istəyir". "Axar.az" "Publika.Az"a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş komitənin geniş kollegiya iclası ərəfəsində bildirib. Komitə sədri sözlərinə görə, il ərzində heç bir iş görməyən adamlar təltif olunmaq, rütbə almaq istəyirlər: "Onlar elə adamlara ağız açdırırlar ki, gülməli gəlir. Halbuki bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər. Sizə heç bir rütbə, təltif düşmür. Bu dövlət üçün əmək sərf etməmisiniz".
2014-01-30
7,714
Təhsil Nazirliyi dörd filialın bağlanmasından danışdı
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialının (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) fəaliyyətinin dayandırılması və orada fəaliyyət göstərən pedaqoji işçilərin işlə təminatı məsələsinə aydınlıq gətirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. O deyib ki, həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib: "Əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər. Bu gün tədrisi aparmaq üçün müəllimlər ən azı magistraturanı bitirməlidir. Amma filiallarda elə insanlar var ki, onlar bakalavr üzrə təhsil aldıqdan sonra tədris aparır. Belə problemlər var və onlar barəsində də indidən düşünülür". Nazirlik nümayəndəsi Sumqayıt Dövlət Universitetində aparılan islahatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetdə işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər: "Ora yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir".
2014-01-30
7,715
Rəsulzadə: "Bakıda donmamaq üçün yatmırdım"
M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasının mülklərinin qaytarılmasını istəyir. Görəsən, Allah insanı yaradanda ona deyib ki, insanları bir-birilərini didmək, parçalamaq, ölümünə hökm vermək, məhvinə fərman imzalamaq üçün müharibələrlə, işğallarla, sürgünlərlə insanı insanın qəsdinə durmaq üçün yaradıram... Yoxsa, sonradan hansısa günahlarımıza görə bu cəzaya məhkum edib bizi yaradan? Yaşadığı zirzəmini emalatxana adı ilə alıb, iki maşınlıq zibildən təmizlədi Müsibətlər bitmirdi, 1937-dən bəri ata-babasının, nəsil-kökünün çəkdikləri indi onun timsalında davam edirdi. Qazaxıstan düzlərində yaşadıqlarının təkrarı idi doğma Bakısında çəkdikləri: "Bakının sərt qışında yaşamağa yerim yoxdur, cibimdə üç qara qəpiyim. Uzun müddət rəssam dostumun emalatxanasında gecələyirdim, səhər durub gedirdim ki, onun işləməyinə maneə yaratmayım. Axşam küçədən pəncərəsinə zilləyirdim gözlərimi ki, görüm nə vaxt gedir, işıqları sönən kimi gəlib mənə verdiyi açarla qapını açıb, keçib içəridə iliyimə qədər işləyən soyuğu canımdan çıxartmağa çalışırdım. Belə-belə bir gün birtəhər bir evin zirzəmisində emalatxana adı ilə yer aldım. İki maşın zir-zibil daşıdım ordan, təmizlədim, palto əynimdə səhərə qədər oturub, siçovullara baxa-baxa səhəri diri gözlə açırdım. Yatsam soyuqdan donardım". Onun zirzəmisində yaşadığı ev onların ata-baba mülklərindən çox da uzaqda deyildi, amma indi o, mülkün işıqlı pəncərələrinin arxasında tamam başqa insanlar yaşayırdı, kim bilir kimin evində yaşadıqlarının fərqində idilər, ya yox... Oxucumu çox intizarda saxladım deyəsən... Rəis Rəsulzadədən danışıram. Böyük Məhəmməd Əmin Rəsulzadənin nəslinin yadigarı, nəvəsi, Azər Rəsulzadənin oğlu Rəis Rəsulzadədən. Rəsulzadələrlə bağlı araşdırmalarım sonuca çatmaq üzrədir. Rəis bəylə ilk görüşümüzdə məlumatım çox deyildi, indi verəcəyim suallar daha çoxdur. Ona belə də dedim, razılaşdı görüşməyimizə. Emalatxanasında görüşdük, yeni təmirdən çıxmış, başqa rəssamların emalatxanalarında rastlaşmadığım bir səliqə-səhman var burda. Mizin üstünə şirniyyat, çay düzmüşdü. Rəis bəy, əsərlərinizdə Abşeron ənənəsi olduğu kimi süfrənizdən də Abşeron qonaqpərvərliyi var, siz axı Bakıda doğulub böyüməmisiniz, bakılı deyilsiniz, hardan öyrəndiniz bunları? – deyə qeyri-ixtiyari bir sual verdim. Müsahibim baxışlarını üzümdə süzdürüb – "Mənim qədər başqa heç kim, əslində, bakılı ola bilməz, Bakını, Azərbaycanı duya bilməz" – dedi. Sualım özümə bir az məntiqsiz göründü, amma bu cavabı almaq üçün o sualı verməyə dəyərmiş. Cavabda nələr yoxdur ki... Atam Bakıya gəlməyimdən qorxurdu "İlk dəfə Bakıya oxumağa gəldim, Əzim Əzimzadə adına rəssamlıq məktəbinə. Atam razı deyildi, əla qiymətlərlə bitirmişdim məktəbi, atam deyirdi istənilən başqa sənəti seçmək imkanın var, rəssam olma, həm də gizlində hardasa Bakıya gəlməyimi istəmirdi". İstəməzdi də, nələr yaşamamışdı Bakıdan sürgün olunmaqla, indi oğlunun, M.Ə.Rəsulzadənin nəvəsi olduğu üçün yenidən Bakıda tanınıb yeni bəlalar yaşamasını istəməzdi. Sürgündə dünyaya gəlmisiniz dedim, Rəis bəy, gözünüzü dünyaya açanda nələri gördünüz, nə yaşadınız, necə yaşadınız? – deyə soruşdum. Dedi ki, çox ağırdır mənə onları danışmaq, hər danışanda yenidən yaşayıram elə bil: "Ayrı-ayrı məqamları deyə bilərəm, üzdən, səthi. Karaqandada ana nənəmin ayaqyalın işə getdiyi gözlərim qarşısındadır kadr kimi. Üç yaşım olanda anam Şölənin rəhmətə getməyi qırmızı mələfəyə bürünmüş nə isə və o nə isəni harasa apardılar, o gündən mən anamı axtardım, tapmadım, nənəm məni ovundurdu ki, xəstəxanadadır, gələcək. Onun gələcəyi gün heç gəlib çıxmırdı, günlər keçdikcə anladım ki, əbədi bir yoldur o dönüşü olmayan. Məktəbdə hər millətdən uşaq vardı, bir yerdə oxuyurduq. Sonradan bildim ki, onlar hamısı mənim kimi sürgün olunmuş insanların övladlarıdır. Yaxşı olan bir o idi ki, müxtəlif dillər öyrənmişdim, o cümlədən, alman dilini, çünki yaxın dostum alman idi". Rəsulzadənin anası soyuqdan dondu Rəis bəyin atası Azəri nənəsi, anası, iki bacısı ilə sürgün etdilər Bakıdan. Qardaşı Rəsulu istintaq zamanı inadına görə yerindəcə alnından güllələmişdilər. Nənəsi Karaqana düşdükləri gün oranın soyuğuna tab gətirməyib dünyasını dəyişib. Bir az sonra Azər anasını itirib. Nənəsinin və anasının dərdinə dözə bilməyən yeniyetmə bacısı Xalidə havalanıb evdən çıxıb ki, Bakıya gedirəm. Xalidədən o vaxtdan hələ də bir xəbər yoxdur. Onu axtaranda Azər bəy böyük bacısının qızı Firuzəni tapıb uşaq evindən. Onun da atasını qətlə yetiriblər, anası ilə qardaşı qucaqlaşmış formada soyuqdan donub ölüblər. Bütün bunları mənə Rəis Rəsulzadə göz yaşları içində danışır. Gah dayanır, danışmamaq qərarına gəlir, sonradan söhbət yenə həmin günlərə gedib çıxır: "Bakıya öz istəyimlə gəldim, sənədlərin qəbulunun bitməsinə bir neçə saat qalmış çətinliklə çatdım Bakıya, rəsmlərimə baxıb qəbul edən müəllim mənə dedi ki, bəlkə, fikrindən daşınasan, universitetə gedəsən? Dedim yox, bura, rəssam olacam. Əzimzadəni bitirəndən sonra da Moskvada yaşamaq şansım vardı, getmədim, bilmirəm hansı qüvvə isə içimdə Bakı deyirdi. Yəqin atamın Bakıdan uzaqda yaşadıqları mənə belə təlqin etmişdi". Atası Azər bəyin ilk dəfə Bakıya gəldiyini xatırlayır Rəis bəy. Deyir ki, atamı sürgündən ordu sıraların apardılar, ağır mədənlərdə işlədirmişlər orda: "Əsgərlikdə onunla bir yerdə İrana, Məşhədə sürgün edilmiş azərbaycanlılar da olub. Bir dəfə onlardan biri deyib ki, səni atanla görüşdürə bilərəm, Azər ani duruxub, sonra yox, istəmirəm – deyə cavab verib. Bu söhbət hardansa Almaniyada yaşayan M.Ə.Rəsulzadəyə çatıb. Ona deyiblər ki, oğlun Azər səninlə görüşməyə razılıq verməyib. M.Ə.Rəsulzadə: – "Oğlum düz edib – deyir. Oğlum anlayıb ki, bu tələ ola bilər". Müharibədən qayıdanda atam yolunu Bakıdan salır, İçərişəhərdə bir vaxtlar rəssamlıqda bir yerdə oxuduğu dostunun evinə düşür. Bir saat keçmiş həyət darvazası döyülür, gələnlər pasportları yoxlamağa gəldiklərini deyirlər. Atam arxa qapıdan çıxıb, o qaçışla qaçır Bakıdan". Azər bəy özünü Xəzərin sularına atdı 1959-cu ildə ilk dəfə bəraət xəbərini eşidəndə Azər Rəsulzadə Bakıya gəmi ilə yola düşür, başqa birbaşa nəqliyyat yox imiş Qazaxıstandan Bakıya. 7 günlük yolu Xəzərin Bakı tərəfinə çatan gəmidən bir nəfər kostyum-qalstukda özünü dənizə atır, Xəzərin sularına baş vurub, o duzlu suyu bulaq suyu imiş kimi içir, özünü bu suya batırıb çıxarır. Gəmidəkilər hamısı bu dəlidir-nədir? – fikri ilə heyrətlə baxırlar. Bircə oğlu Rəis anlayırdı ki, bu atasının neçə illik həsrətinin yanğısını çıxartmasıdır. Sonralar Azər bəy Bakıya oğlu Rəisin evinə, ata babasının məzarı üstünə gələrdi. Nədənsə birdəfəlik Bakıya köçüb gələ də bilmirdi, düzəni bir də yenidən dəyişmək, təbii ki, asan deyil, amma Bakısız da qala bilmirdi. Gəlişinin biri 1988-ci ilə təsadüf etmişdi: "Liftlə qalxıram mənimlə qalxan qonşu deyir ki, bilirsiniz, binamıza hansı məşhur adamsa köçüb bu gün bütün telekanallar, radiolar yığışmışdı bura. Atam mənə demişdi ki, gəlişimi heç kim bilməsin, hardansa xəbər tutub gəlmişdilər onu çəkməyə. Rəhmətlik Elçibəy özü də gəlmişdi, görüşdülər, sonradan dostlaşdılar atamla". 1991-ci ildə Azər Rəsulzadə bir daha gəldi Bakıya. Axırıncı gəlişi bu oldu, sonra onun qaraciyərində problemlər başladı. 1993-cü ildə oğlu Rəis burdan Qazaxıstana gedib onun yanında qalmalı oldu: "Xəstə idi, sağlam, gümrah adam birdən-birə solmuşdu. Dedi apar məni Bakıda ölüm, sonra dərhal fikrindən daşındı ki, yox. Məni belə görməsinlər, Rəsulzadələrin ruhuna yaraşmaz belə xəstə görkəm, amma hökmən məni aparıb Bakıda, babamın məzarı yanında dəfn edərsən". Azər Rəsulzadə elə həmin il səhərə yaxın dünyasını dəyişir, o gecə oğlu Rəislə gecə yarısına qədər söhbət edir, Bakıdan, Naxçıvandan danışırlar. Axı, Rəis bəyin anası Şölə xanım Naxçıvandan sürgün olunmuş bir ailənin qızı olmuşdu, Naxçıvanda çoxlu qohumları vardı. Azər bəyin nəşi Heydər Əliyevin göndərdiyi təyyarə ilə Bakıya gətirilir, onu Novxanı məzarlığında ata babasının məzarı yanında doğma torpağa tapşırırlar. 1994-cü ildə Heydər Əliyev fərman verir ki, Rəsulzadələrin bütün mülkləri sahibinə, yəni varis Rəis Rəsulzadəyə qaytarılsın. O vaxtdan iyirmi il keçir: "Mənə ağır gələn odur ki, məmurlar fərmanın həyata keçirilməsində maneə yaradır. Adama öz haqqını vermirlər. M.Ə.Rəsulzadənin adı universitetə qaytarılsın. O, adi adam olmayıb, istiqlalın yeganə mücahidi olub. Hitler kimi dünyaya meydan oxuyan birinə belə, Azərbaycanın istiqlalını qurban vermək fikrində olmayıb. Ətrafında olanlar kimisi Azərbaycanın Türkiyənin müstəmləkəsi olmasına razı olub, kimisi Rusiyanın, M.Ə.Rəsulzadə isə Almaniyanın da boyunduruğu altına düşməsinə qol qoymayıb". İki ay əvvəl ölkə başçısı M.Ə.Rəsulzadənin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı yeni bir fərman verdi: "Çox ümid edirəm ki, məmurların özbaşınalığına bu fərmandan sonra son qoyulacaq, qəbullarına gedirəm, düşə bilmirəm. Babamın ailəsi sürgün ediləndə zorla əllərindən alınıb ruslara, ermənilərə verilmiş mülkləri geri qaytarılsın. Haqqı özünə qaytarılsın, adı layiqli yerini tutsun". Rəis bəylə emalatxananın qapısında ayrılıram, sağollaşırıq. Gözlərinin nəmini silib, əli ilə gözümün üstünə düşən saçımı geri sığallayır, qayğı və mehribanlıqla, ata nəvazişi ilə. Özü də bir qız atasıdır. Adam təpədən dırnağa zadəganlıq nümunəsidir. Bir vaxtlar bütünlüklə məhv edilmiş Azərbaycan zadəganlığının bir toxumu. Çox xoş, kövrək, amma gələcəyimizə ümidverən hisslərlə ayrılıram ondan. Böyük M.Ə.Rəsulzadənin yubiley tədbirlərində görüşüncəyə qədər. Görəsən, Allah insanı yaradanda ona deyib ki, insanları bir-birilərini didmək, parçalamaq, ölümünə hökm vermək, məhvinə fərman imzalamaq üçün müharibələrlə, işğallarla, sürgünlərlə insanı insanın qəsdinə durmaq üçün yaradıram... Yoxsa, sonradan hansısa günahlarımıza görə bu cəzaya məhkum edib bizi yaradan? "1937.az"
2014-01-30
7,716
Məhəmməd Əmin Rəsulzadə - Yazıçı Elçindən
Məmməd Əmin Rəsulzadə haqqında, onun yaradıcılığı və fəaliyyəti barədə bu kiçik oçerki mən altı il (amma necə illər!..) bundan əvvəl Ankarada, "Dədəman" otelində gecə yarısı cib dəftərçəmə yazdığım, sonralar Bakıda çap elətdirdiyim bir xatirə ilə başlamaq istəyirəm: "Oturub bu cümlələri dəftərçəmə yazmağa başlayıram və birdən-birə mənə elə gəlir ki, indi bu "Dədəman" otelində məndən başqa oyaq adam yoxdu; hamı yatıb, təkcə mən oyağam... Əlbəttə, belə deyil, düzdü indi gecə saat 3-ə qalıb, amma bilirəm, aşağıda - birinci, ikinci mərtəbələrdə həyat qaynayır. Bir saatdan artıq idi ki, yerimə girmişdim, amma yata bilmirdim, o iddiasız, sadə qəbir gozlərimin qabağından getmirdi, o qəbri əhatə etmiş o adamları da bir-bir təzədən görürdüm, özümə də kənardan baxırdım... Bu gün günorta "Vətən" Cəmiyyətinin üç nəfərdən ibarət rəsmi nümayəndəliyi - Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və mən Məmməd Əmin Rəsuİzadənin qəbrini ziyarətə getmişdik. Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, mən, Azərbaycan Milli Mərkəzinin, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin liderləri Məhəmməd Kəngərli, Feyzi Aküzüm, Əhməd Qaraca... Bir də ki, o iddiasız, o sadə qəbir daşı... İndicə qalxıb işığı yandırdım və mizin arxasına keçib bu qeydləri yazmağa başladım və o təklik hissi məndən asılı olmayaraq, elə bil ki, bu otel nömrəsinə bir pünhanlıq, gizlinlik, xəlvətlik çökdürüb, bu otaq elə bil ki, birdən-birə bir sirr dağarcığına çevrilib və yəqin ki, elə bu əhvali-ruhiyyə düz 33 il bundan əvvəl (!) Bakının Mirzə Fətəli küçəsindəki köhnə evimizdə pıçıltı ilə deyilən o sözləri yadıma salır: "-Deyirlər, kişi rəhmətə gedib..." "-Nə bildin?.." "-Deyirlər, guya o tərəfdən radio ilə xəbər veriblər..." Onda mən 190 nömrəli məktəbin 5-ci sinfində oxuyurdum və yaxşı yadımdadır, Novruz bayramı ərəfəsi idi. Məktəbdən gəlib heç evə girməmişdim və Mirzə Fətəli küçəsində yaşadığımız 110 nömrəli evdən azacıq yuxarıda, Sarı hamamın qabağında məhəllə uşaqları ilə futbol oynayırdım. Bir azdan atam Yazıçılar İttifaqından işdən qayıtdı və mən onunla birlikdə evə getdim. Atam çox qayğılı idi, sözlü adama oxşayırdı və nənəm də çox hissiyyatlı adam olduğu üçün, o saat bunu duydu və sual dolu nəzərlərlə atama baxdı. Atam əvvəlcə qapı-pəncərəyə nəzər saldı, sonra az qala pıçıltı ilə: -Deyirlər, kişi rəhmətə gedib.. .-dedi. Nənəm yavaşdan: -Nə bildin? - soruşdu. Atam: -Deyirlər, guya o tərəfdən radio ilə xəbər veriblər... Nənəm titrəyən barmaqlarının arasına bir papiros alıb yandırdı. "Kişi" kim idi? Yadıma gəlir, fikirləşdim ki, bəlkə Mir Cəfər Bağırovu deyir? Yox, Bağırov ola bilməzdi, çünki onun haqqında bizim evdə belə həyəcanla danışmazdılar... özü de ki, Moskva Bağırovu işdən götürüb, ondan danışanda daha qapı-pəncərəyə baxmaq lazım deyildi... Özümü saxlaya bilmədim və: -Kim ölüb?-soruşdum. Atam: -Get, oyna.. .-dedi. Və mən sonralar bildim ki, söhbət Məmməd Əmin Rəsulzadədən gedirmiş... Daha sonralar isə bildim ki, o, 1955-ci il martın 6-da o zaman bizim üçün əlçatmaz, ünyetməz bir məmləkət olan Türkiyədə vəfat edib. Bizə xəbər bir az gec gəlib çatıbmış... Mən 1979-cu ildə Türkiyə Yazarlar Sindikasının dəvəti ilə ilk dəfə Türkiyəyə gəlmişdim və qayıtdıqdan sonra "Yaxın, uzaq Türkiyə" adlı bir kitab yazdım: "yaxın" ona görə ki, söhbət qardaş xalqlardan gedir: eyni dil, ədəbiyyatın, tarixin, ümumiyyətlə, mə'nəviyyatın eyni səhifələri... "uzaq" ona görə ki, sərhəd, sistem... Bu gün elə bil ki, o uzaqlar yavaş-yavaş əriməyə başlayır. Görəsən elə bir vaxt gələcəkmi ki, Azərbaycan yazıçısı Türkiyəyə gedib qayıtdıqdan sonra "Yaxın və yaxın Türkiyə" adlı kitab yazsın? Otel nömrəsinə çökmüş pünhanlıq yenə də birdən-birə altmışıncı illərin ortalarını mənim yadıma salır, o vaxtları ki, riyaziyyatçı professor (onda hələ professor deyildi) Arif Babayevlə birlikdə Məmməd Əmin Resulzadənin bir şəklini əldə etmişdik və bir gecə mənim o vaxt Vaqif küçəsindəki evimdə oturub həmin şəklə baxa-baxa keçmişimiz barədə dərdləşirdik... Günorta o qəbrin yanında Məhəmməd Kəngərli dedi: -Elçin bəy, siz birinci rəsmi nümayəndəliksiz ki, Azərbaycandan gəlib bu qəbri ziyarət edirsiniz... Ayrı-ayrı adamlar gəlmişdi, Allah onlardan razı olsun, ziyarət etmişdi, amma nümayəndəlik birinci dəfədi... Şükür olsun!.. Altmışıncı illər... Yetmişinci illər... Səksəninci illər... Məmməd Əminin əsərlərini adda-budda əldə edirdik, oxuyurduq... Günorta o qəbrin yanında Məhəmməd Kəngərli dedi: -Üç dəfə "Azərbaycan... Azərbaycan... Azərbaycan..." deyib gözlərini yumdu. İndi elə bil ki, "Dədəman" otelindəki bu nömrənin pünhanlığı içində mən üç dəfə deyilmiş o "Azərbaycan..." kəlməsinin pıçıltısını eşidirəm... "Bir kərə yüksələn bayraq bir daha enməz!" Görəsən doğrudanmı belə olacaq? O üçrəngli bayraq haçansa yenə də Azərbaycanı təcəssüm edecək? Nə zaman? Beş ildən sonra? On ildən sonra?" 23 may 1988 Ankara. Yadımdadır, o zaman o "Dədəman" otelində bu "beş ili", "on ili" yazıb özüm özümdən soruşanda, ürəyimin dərinində bir "yüz il" qorxusu, üzüntüsü də var idi və mən o "yüz ili" dəftərçəyə belə yazmağa qıymırdım, əlim gəlmirdi, amma bu gün Tanrıya çox-çox şükürlər olsun ki, həyatın heç nədən çəkinməyən ve heç nədən dönməyən gedişatı, taleyin yazısı o yüz il qorxusunu və üzüntüsünü darmadağın etdi, heç beş il də çəkmədi, yeni dünyanın ən böyük imperiyası dağıldı, o üçrəngli bayraq "Bir kərə yüksələn bayraq bir daha enməz!"inamı və müdrikliyi yüksəkliyindən dalğalanmağa başladı, müstəqil Azərbaycan Respublikasının çətinliklər, sınaqlar və əzablarla dolu doğumu başladı. Və Azərbaycan öz böyük oğlunun-Məmməd Əmin Rəsulzadənin 110 illiyini artıq küncdə-bucaqda, KQB-nin və rəsmi ideolojinin qorxu-hürküsü ilə, pıçıltı ilə, səksəkə içində yox, ümummilli təntənə ilə bayram etdi. Lakin bu gün qəribə (və zərərli) bir tendensiya özünü göstərməkdədir: dünənə qədər rəsmi ideolojinin çox zaman kor-koranə söydüyü, ən yaxşı halda isə üstündən sükutla keçdiyi Rəsulzadədən və ümumiyyətlə, Azərbaycan Demokratik Cümhuriyyeti tarixindən bu gün bilən də yazır, bilməyən də, həqiqi mə'nada sevən və sevinən də, özünə siyasi kapital yığmaq, yaxud konyunkturadan geriyə qalmamaq istəyən də... Bu zaman, təbii ki, faktlar təhrif olunur, dolaşıqlıqlar yaranır, tə'rif də, tənqid də dəqiq elmi-tarixi əsasdan məhrum olur. 1994-cü ilin 31 yanvarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Məmməd Əmin bəyin 110 illik təntənəli yubiley gecəsində mən mə'ruzəçiydim və yuxarıda yazdığım səbəbdən həmin mə'ruzəni heç bir emosiyaya qapılmadan, quruca obyektiv tarixi faktlan söyləməklə (quruca da bir təhkiyyə ilə!) yenidən işləməyi lazım bildim. XX əsrin əvvələrində Azərbaycan milli qurtuluş hərəkati yeni vüs'ət almışdı və bu dövr milli şüurun inkişafı və formalaşmasında yeni mahiyyət ilə səciyyələnirdi. Azərbaycanın siyasi həyatını müəyyənləşdirən bu hərəkatın unudulmaz niimayəndələrindən, şəxsiyyətlərindən biri Məmməd Əmin Rəsulzadə idi. Rəsulzadənin dolğun ictimai və quruculuq fəaliyyətini, zəngin ədəbi-siyasi irsini öyrənmədən, onun elmi-nəzəri görüşlərinə bələd olmadan XX əsrin əvəllərinin aydın mənzərəsini vermək mümkün deyil. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda yorulmaz mübariz Rəsulzadənin həyat və yaradıcılığı bu baxımdan olduqca qiymətlidir. Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-de Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini S.M.Qənizadənin müdir olduğu məşhur ikinci "Rus-müsəlman məktəbi"ndə almış Rəsulzadə sonralar təhsilini Bakı texniki məktəbində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk mərhələsi də elə bu dövrə düşür və bu da təsadüfi deyildi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakıdakı neft fontanları, rus və xarici kapitalın sürətli axını çar Rusiyasının əyalət mərkəzlərindən olan Bakını dünya miqyaslı və əhəmiyyətli şəhərlərdən birinə çevirdi. Azərbaycanın siyasi-iqtisadi, ictimai və mədəni həyatında köklü dəyişikliklər baş verdi, milli (və güclü!) Azərbaycan burjuaziyası təşəkkül tapdı. Çarizmin hökmranlıq siyasəti, zorən ruslaşdırma və milli azlıqların hüquqlarının hər cür pozulması milli məsələni cəmiyyətin siyasi həyatının başlıca məsələlərindən birinə çevirdi. Lakin milli hərəkat əsrin əvvəlində hələ aydın bir forma almamışdı və yeni keyfiyyətli milli formalaşma prosesi getdiyi üçün, ala da bilməzdi. Buna görə də Azərbaycan ziyalılarının bir qismi, xüsusilə Rusiya və Qərbi Avropada təhsil alanlar rus azadlıq hərəkatının liberal qanadına meyl göstərirdilər. Ziyalıların daha gənc və daha romantik nəsli isə sosial-demokrat və eserlərlə, daha dəqiq desək, hakimiyyətə inqilabi yolla gəlmək istəyən partiyalarla ittifaqa girmişdi. Məhz bu gənclər Rəsulzadə ilə birlikdə Azərbaycanda ilk siyasi partiya - "Hümmət" sosial-demokrat təşkilatını yaratdılar. Sosial-demokrat yolunu seçmələrini Rəsulzadə belə izah edirdi: "...bu gənc nəsil birinci rus inqilabı dövründə rus cəmiyyətindən müxalifətə rəğbət bəsləyirdi. Müxalif sosializmdə onlar çarizmə qarşı mübarizədə ən etibarlı da olmasa, hər halda ən əlvərişli müttəfiqi görürdülər". Bundan başqa, sosial-demokratların proqramında öz müqəddəratını təyinetmə hüququ və milli məsələlərlə bağlı demaqoq bölmələr cəzbedici qüvvəye malik idi. Bu da əslində öz xalqını milli əsarətin əlindən xilas edib, ona azadlıq gətirmək arzusu ilə yaşayan mütərəqqi Azərbaycan ziyalılarını sosial-demokrat hərəkatına cəlb edirdi. Bu hərəkata qoşulandan sonra barışmaz mövqe tutduqlarından əvvəlki həmfikirlərindən ayrılanlar arasında Rəsulzadədən başqa Sultan Məcid Əfəndiyev, Əhməd bəy Ağayev, İsa bəy Aşurbəyov, Məmməd Bağır Axundov, Səid Mövsümov, Məmməd Həsən Hacınski, Məmməd Əli Rəsulzadə və başqaları var idi. Birinci rus inqilabı illərində hümmətçilər nümayişlərdə, tə'tillərdə fəal iştirak edir, Rusiya sosial-demokrat fəhlə partiyasının Bakı komitəsi ilə birlikdə inqilabi vərəqələr buraxırdılar. Onların fəaliyyətinin əsas istiqamətiəri yerli mətbuat səhifələrindəki çıxışları ilə bağlı idi. Bu baxımdan Rəsulzadə "Hümmət" təşkilatının orqanları "Hümmət", "Təkamül", "Yoldaş", eləcə də Əhməd bəy Ağayevin nəşr etdirdiyi "İrşad" və "Tərəqqi" qəzetlərinin səhifələrində ən aktual problemleri işıqlandıran çoxsaylı məqalələrlə çıxış etmişdir. Rəsulzadənin sosial-demokratiya dövrü onun həyatının ən ziddiyyətli səhifələrindən biri idi. 1909-cu ildə hökumət dairələrinin tə'qibi üzündən Azərbaycanı tərk etməyə məcbur olan Rəsulzadə sosial-demokratiara, xüsusilə bolşeviklerin milli məsələyə münasibətinə inamını tamam itirir. O, İrana gedir. Maraqlıdır ki, Rəsulzadə məhz Irana o zaman 1905-1911-ci illərin konstitusiya inqilablarının (məşrutə inqilabı) birdən-birə qüvvətləndiyi bir ölkəyə gəlmişdi. Mərkəzi məhz Cənubi Azərbaycan olan Iran inqilabında Şimali Azərbaycandan çoxlu azərbaycanlı, o cümlədən, Nəriman Nərimanovun yaratdığı İran Inqilabçılarına Yardım Təşkilatının üzvləri də iştirak edirdilər. Məmməd Əmin Rəsulzadə də bu inqilabın fəal iştirakçısı olur. 1909-cu ildə o, Tehranda Iranın ilk gündəlik qəzeti - "Irane-nou" qəzetinin nəşrinə başlayır. Həmin dövrdə yazılmış məqalələrində o, şah rejiminin qəddarlığını və rus çarizminin Rusiyada olduğu kimi, İranda da konstitusiya hərəkatını boğmağa çalışan hiyləgər siyasətini ifşa edir. Bu məqalələrdə Azərbaycan xalqının Səttarxanın rəhbərliyi ilə qalxdığı azadlıq hərəkatına, Iran konstitusiyasının e'lan edilməsinə ve konstitusiya məclisinə seçkilərə geniş yer verilirdi. 1910-cu ildə Məmməd Əmin İran Demokratik Partiyasına daxil olur, partiyanın rəhbəri Seyid Həsen Tağızadə ilə əməkdaşlıq edir, dostlaşır və partiyanın Mərkəzi Komitəsinin üzvü olur. Sonralar Seyid Həsən Tağızadə Məmməd Əmin Rəsulzadə haqqında demişdi: "Modern Avropa qəzet formasını ilk dəfə Irana gətirən Rəsulzadə olmuşdur". Lakin İranda bu dövr uzun çəkmir. Rus və ingilis elçilərinin qəti tələbi ilə Səttarxanın başçılıq etdiyi fədai dəstələri Təbrizi tərk edib Tehrana getməyə məcbur oldular. Burada isə onlar kazak dəstələri tərəfindən qırıldılar. İrticanın baş alıb getdiyi bir şəraitdə yaşayıb-yaratmaq mümkün olmadığından Məmməd Əmin Rəsulzadə Seyid Həsən Tağızadə ilə birlikdə 1911-ci ildə Türkiyəyə mühacirətə getdi. Bu zaman Türkiyədə Milli oyanış dövrü idi. Gənc türk inqilabından doğan bu oyanış geləcəyə yeni ümidlər verirdi. O dövrdə yaradılan mədəni-maarif cəmiyyətləri və dərnəkləri arasında ən tə'sirlisi "Türk ocağı" idi. Bu ocağın işığına türk ziyalılanın ən görkəmli nümayəndələri yığışırdı. Bunlardan Türkiyənin bir dövlət kimi siyasi inkişafında və müasirləşməsində böyük rolları olmuş məşhur Azərbaycan ədib və ictimai xadimləri Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə, türk ictimai xadimi və ədəbiyyatşünası Ziya Kökalp ve başqalarını göstərmək olar. Cəmiyyətin işində Məmməd Əmin çox fəal iştirak edirdi. Misal üçün o, yerli mətbuatda o zaman son dərəcə aktual və mübahisəli olan türk dili məsələsi ilə bağlı yeridilən siyasətə münasibətini bir sıra məqalələrində bildirmiş, yenicə nəşr olunmağa başlamış "Türk yurdu" jurnalında "lran türkləri" adı ile yeni rubrika açmış ve orada Iran azərbaycanlılarının problemini və şah rejimi dövründə onlann hüquqsuz vəziyyətiərini dünyaya çatdırmaq istəmişdi. Məmməd Əmin Rəsulzadənin dünya görüşünə məşhur islam maarifpərvəri və filosofu Şeyx Camaləddin Əfqaninin böyük tə'siri olmuşdur. Əfqaninin milli inkişaf konsepsiyasının əsas müddəası milli birliyin zəruriliyindən ibarət idi: "Millətdən kənar xoşbəxtlik yoxdur". Rəsulzadə Əfqaninin "Milli vəhdətin fəlsəfəsi" əsərini fars dilindən tərcümə edərək "Türk yurdu" jurnalında çap etdirdi və onun sonrakı fəaliyyətində, eləcə də istər Vətəndə, istərsə də mühacirətdə yazdığı əsərlərində, xüsusən "Əsrimizin Siyavuşu"nda, "milli vəhdət" ideyalarının güclü tə'siri duyulur. Bu ideyalar Məmməd Əmin bəyi milli özünüdərketmə ve milli dövlətin formalaşması problemlerinə yeni gözlə baxmağa sövq edirdi. İstanbulda olarkən Rəsulzadə Bakıdakı dostlan və məsləkdaşlan ilə müntəzəm yazışırdı və bu yazışmalarda yeni bir siyasi partiyanın yaradılması fikri irəli sürülürdü. İlk dəfə Əli bey Hüseynzadənin bəhs etdiyi və Azərbaycan ziyalılarının rəğbətlə qarşıladığı türkçülük, islamçılıq və müasirlik ideyalannı məhz bu partiya həyata keçirməyə qabil və qadir olmalı idi. 1911-ci ildə əmisi oğlu Məmməd Əlidən aldığı məktubların birində Rəsulzadəyə mə'lum oldu ki, Bakıda "Müsavat" adlı yeni partiya yaradılmışdır. Siyasi həyata yeni bir partiyanın gəlişi 1905-1907-ci illər inqilabı şəraitində Azərbaycanın siyasi həyatında mövqe müxtəlifliyinin məntiqi nəticəsi idi. Həmin illərdə Azərbaycanın azadlıq hərəkatının bir sıra görkəmli nümayəndələri Əhməd bəy Ağayevin "Difai" partiyasına daxil idilər. Məmməd Əli Rəsulzadə, A.Kazımzadə, K.Mikayılzadə və H.Şerifzadənin yaratdıqlan "Müsavat" partiyası isə difaiçiləri öz tərkibinə daxil etdi. 1913-cu ildə o zaman elə bil ki, əbədi görünən Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əhvümumidən sonra Rəsulzadə vətənə qayıdır və siyasi fəaliyyətini daha da gücləndirərək bu yeni partiyanın liderinə çevrilir. Həmin dövrdə artıq "Müsavat"ın birinci proqramı formalaşdırılmışdı və bu proqramda mühüm məqsədlərdən biri də islam ölkələrinin müstəqilliyi, müsəlman xalqlarının tərəqqisi uğrunda bütün mübarizə formalarının gücləndirilməsi idi. Bu mərhələdə partiyanın siyasi istiqamətləri aydın ifadə edilmişdi, partiya cəmiyyətin mütərəqqi qüvvələri ilə əməkdaşlığa və əhalinin orta təbəqəsindən olanları öz sıralarına cəlb etməyə çalışırdı. 1917-ci ilə kimi "Müsavat" gizli və təhlükəli repressiya şəraitində fəaliyyət göstərirdi. Partiyanın üzvlərinin, eləcə də onun lideri Məmməd Əmin bəyin əsas fəaliyyəti qəzet və jurnal səhifələrində dərc etdirdikləri ədəbi-publisist və nəzəri yazılarla ifadə olunurdu. Bu dövrdə Rəsulzadə "Şəlalə", "Dirilik" jurnallarında, "İqbal" qəzetində dil, millət və dinlə bağlı müzakirələrdə fəal iştirak edirdi. Ana dili problemi ilə bağlı onun baxışları əcnəbi sözlərdən təmizlənmiş yeni türk dilinin kütləviləşdirilməsinə tərəfdar olan "Yeni lisan" hərəkatı iştirakçılarının baxışları ilə üst-üstə düşürdü. O zaman, Rəsulzadənin tə'birincə desək, "romantik panturanizm" dövründə türk birliyi ideyası da "Müsavat"ın xadimləri arasında geniş yayılmışdı. 1915-ci ilin oktyabrında Rəsulzadənin redaktəsi ilə geniş xalq kütlələrinə daha yaxın olan yeniləşmiş türk dilində "Açıq söz" qəzeti nəşr olunmağa başladı. Maraqlı və əlamətdardır ki, I dünya müharibəsi dövründə çıxan qəzetin baş məqaləsində Rəsulzadə ümid və inamla bildirirdi ki, bu dəhşətli münaqişə nəticəsində ölkələr əsarətdən qurtararaq müstəqil bir dünyaya qovuşacaqdır. 1917-ci ilin fevralı həm rus xalqının, həm də imperiya əsaretində olan xalqların taleyində həlledici rol oynadı. Rusiya monarxiyası dağıldı. Bu, XX əsrin əvvəlində Rusiyanın ictimai-siyasi inkişafının qanunauyğun nəticəsi idi. İki əsrin qovuşacağındakı sinfı mübarizələr, 1905-1917-ci illərin inqilab fırtınaları, imperialist müharibəsi nəticəsində imperiyanı bütün sahələrdə böhran bürümüşdü. İnsan hüquqlarının, bütün xalqlar və millətlərin bərabərliyinin tə'minatını e'lan edən Fevral inqilabının qələbəsi imperiya xalqlarında, o cümlədən, Azərbaycan xalqında ümid yaratdı. Bakıda bir günlük te'til keçirildi. Məmməd Əmin Rəsulzadə öz razılığını, hətta sevincini gizlədə bilmirdi, bu hadisəni "böyük çevriliş", "böyük inqilab" adlandıraraq milləti və ümumiyyətlə, bütün müsəlmanları azadlıq uğrunda mübarizəyə qalxmağa çağırırdı. 1917-ci ilin martında Qafqaz və Rusiya müsəlmanlarının mütərəqqi qüvvələrinin konsolidasiyası prosesi daha da dərinləşdi. Həmin ilin mayında Rusiya müsəlmanlarının qurultayında Rəsulzadə məruzə etdi. Onun Rusiyanın federativ şəkildə qurulması haqqında proqramı səs çoxluğu ilə bəyənildi. Bu federativ Rusiyaya müsəlman əhalisi olan əyalətlər, o cümlədən, Azərbaycan muxtariyyət hüquqlu federativ respublika kimi daxil olmalı idi. Həmin dövrdə Azərbaycanın iki nüfuzlu partiyası-Nəsib bəy Yusifbəyovun rəhbərlik etdiyi "Türk aləmi-mərkəziyyət" partiyası və Rəsulzadənin lider olduğu "Müsavat" partiyası birləşib, "Türk aləmi-mərkəziyyet" partiyası "Müsavat" adı altında çıxış etməyə başladı. Partiyanın əsas vəzifəsi milli-ərazi federasiyası üzrə demokratik respublikaların yaradılmasını, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Başqırdıstanın tam ərazi muxtariyyətini, Volqa-boyu və Krım tatarlarının və ümumiyyətlə, türk xalqlarının milli muxtariyyətini e'lan etmək idi. Rusiyanın federativ şəkildə təşkilini "Müsavat" partiyasını 1917-ci ilin oktyabrında keçirilmiş I qurultayında Rəsulzadə yeniden qoyur və dövlət quruculuğu haqqında məsələ ilə əlaqədar çıxış edərek federativ idarəetmə formasını irəli sürür. Rəsulzadə, onun rəhbərlik etdiyi "Müsavat" partiyası Ümumrusiya Məclisi-Müəssisanın işində iştirak etmək istəyirdi. Lakin bu məclis yaradılmadı. Azərbaycandan seçilmiş deputatlar 1918-ci ilin fevralında Tiflisdə açılmış və Zaqafqaziyanın ali dövlət orqanı olan Zaqafqaziya Seyminə daxil oldular. Seymdə diyarın əsas xalqlarını təmsil edən üç milli bölmə müəyyənləşdirildi: azərbaycanlılar, ermənilər və gürcülər. Milli mənafe toqquşmaları Seymi bütün fəaliyyəti boyu müşayiət edirdi. Belə bir şəraitdə Seymdə 4 nəfərdən ibarət olan Azərbaycan fraksiyasının nümayəndələri siyasi fikirlərin müxtəlifliyinin indiki vaxtda həddindən artıq təhlükəli olduğunu dərk edərək həyati baxımdan mühüm siyasi məsələlərdə razılığa gələ bildilər. Bütün partiyaların razılığı ilə "Müsavat" fraksiyasının rəyasət hey'əti müsəlman təşkilatlarının birgə iclasının Rəyasət hey'əti oldu. Rəyasət hey'ətinə Rəsulzadə sədrlik edirdi. Lakin Seymin fəaliyyəti uğursuz oldu. Seymin dağılması ehtimalı gündən-günə artırdı. Nəhayət, 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin son iclasında Gürcüstan nümayəndəsi ehtirasları sakitləşdirərək dedi: "Zaqafqaziyann müstəqilliyi nədir? Belə bir dövlət nə vaxt mövcud olmuşdur?". Seymin bütün üzvləri onun buraxılmasını razılıqla qarşıladılar. Ertəsi gün-mayın 27-də Tiflisdə Seymin keçmiş müsəlman üzvlərinin fövqəl'adə yığıncağı çağrıldı. Yığıncaqda qərara alındı ki, müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaradılsın. Səs çoxluğu ilə Məmməd Əmin bəy Milli Şuranın sədri, Fətəlixan Xoyski isə hökumətin sədri seçildi. Uzunmüddətli və ətratlı müzakirələrdən sonra Milli Şura Azərbaycanın tam istiqlaliyyətini e'lan etdi. Hökumətdə və sonralar Parlamentdə Məmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycanın görkəmli siyasi xadimləri Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsib bəy Yusiibəyov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Məmməd Həsən Hacınski, Həsən bəy Ağayev və b. təmsil olunmuşdular. Bütün ağıl və qüvvələrini millətin dirçəlişi, onun siyasi şüurunun və mədəniyyətinin inkişafı yolunda təmənnasız sərf etmiş bu şəxslərin fəaliyyəti və yaradıcılığı əbədi olaraq Azərbaycan azadlıq hərəkatı tarixinin qızıl fonduna daxil olmuşdur. Daxili siyasi vəziyyətin mürəkkəbliyini nəzərə alaraq gənc Azərbaycan respublikasının hökuməti öz fəaliyyətinin ilk çağlarını Gəncədə keçirməli oldu. 1918-ci ilin 16 iyunundan sentyabrın 15-nə kimi Milli Hökumət orada yerləşdi. Azərbaycan istiqlal yolunun kövrək addımları Gəncədə atıldı. Azadlıq ideyaları uğrunda mübarizənin mühüm səhifələri qədim Gəncədə yazıldı. Lakin vəziyyət gün-gündən gərginləşirdi. Azərbaycan Demokratik Cümhuriyyətinin məhvi təhlükəsi yaranırdı. Görünən və görünməyən qüvvələr gənc respublikanı beşikdəcə boğmağa çalışırdı. Bakı kommunası "müsavat yuvası"nı dağıtmaq üçün Gəncəyə hücuma keçmişdi. Bir tərəfdən bolşeviklər, digər tərəfdən isə erməni daşnakları gənc respublikaya meydan oxuyurdular. Lakin təbiətən nikbin ruhlu Rəsulzadə bu ağır çağlarda inam və ümidini itirmir, xüsusi təmkin nümayiş etdirirdi. 1918-ci il iyunun 17-də Milli Şuranın Gəncədə keçirilən ilk iclasında deyirdi: "Əfəndilər!.. Bu ağır və məs'ul bir vaxtda Milli Şuranın iclasını açıram. Bugünkü məsələnin müzakirəsində vəziyyətin qeyri-adiliyini və məs'uliyyətli olduğunu başa düşüb, hissə qapılmadan soyuqqanlıq göstərməliyik. İnanıram ki, şəraitin əhəmiyyətini nəzərə alıb irəli sürdüyünüz qərarlarda vətənin və millətin mənafeyine üstünlük verəcək və bununla da patriotluğunuzu sübut edecəksiniz". Kəskin mübahisələrdən sonra Məmməd Əmin bəy təklif edir ki, Milli Şura iste'fa versin, müvəqqəti hökumət kabineti təşkil edilsin və yaxın vaxtlarda Tə'sis Yığıncağı çağırılsın. İclasda Fətəlixan Xoyski yeni hökumətin 12 nəfərdən ibarət tərkibini e'lan edir. Bununla da, Rəsulzadənin rəhbərlik etdiyi ali qanunvericilik orqanı olan Milli Şuranın fəaliyyəti dayandırılır. Öz amalı və əqidəsi uğrunda fədakarlıqla mübarizə aparan Rəsulzadə həmin anların ağırlığından sarsılsa da, özünəməxsus təmkinini qoruyaraq deyirdi: "Yeni yaranan bu siyasi türk yavrusu dirçəlib digər xalqların sırasında özünə yer tapa biləcəkmi, yoxsa sısqa körpə beşikdəcə məhv olub gedəcək? Ürəkləri göynədən əsas nisgil bax, budur. Bu çətin anda Azərbaycanın taleyini əlinə alan hər kəsin üzərinə ciddi, hem də çox vacib bir vəzifə düşür-yeni doğulmuş Azərbaycanı hər vasitə ilə xilas etməli". Bundan sonra hakimiyyətin bütün səlahiyyəti Fətəlixan Xoyskinin başçılıq etdiyi Kabinetə verilir və fövqəl'adə şəraitlə bağlı Azərbaycanda hərbi vəziyyət e'lan olunur. Belə bir vəziyyətdə Məmməd Əmin Rəsulzadənin üzərinə daha bir məs'uliyyətli vəzifə düşürdü: o, Konstantinopol sülh konfransına gedəcək Azərbaycan nümayəndə hey'ətinə rəhbərlik etməli idi. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin Xarici İşlər Naziri Mərnməd Həsən Hacınski ilə yazışmaları həmin günlərin Azərbaycanı daxildən üzən gərginliyini başa düşməkdə bizim üçün qiymətli mənbədir. M.Ə.Rəsulzadə çox böyük narahatlıqla imperialist qüvvələrin Azərbaycana qarşı fikirlərini açıb göstərirdi. Öz məktublarında o, hökumətin diqqətini Rusiya bolşevikləri ilə Almaniya arasındakı gizli danışıqlara cəlb edirdi. 1918-ci ilin avqustunda yazırdı: "Berlindən verilən xəbərlərə görə bolşeviklərlə Almaniya arasında əlavə müqavilə bağlanmışdır. Bu müqaviləyə görə, bolşeviklər Qafqaz dövlətləri arasında yalnız Gürcüstanın müstəqilliyini tanımışlar. Almanlar Rusiyanın Bakını və onun neft rayonlarını ələ keçirməsinə e'tiraz etməmişlər. Bolşeviklər hətta almanlara və müttəfiqlərinə Bakı neftinin bir hissəsini və'd etmişlər. Xəbər sarsıdıcıdır. Bütün qəzetlər onu təəccüb içində çap etmişdir. Nəyin bahasma olursa-olsun Bakını almaq, almaq, almaq lazmıdır (kursiv bizimdir-E.)". M.Ə.Rəsulzadənin dövlət və ictimai xadimlərlə yazışmaları bir daha göstərir ki, Azərbaycan xalqının əsrlər boyu apardığı mübarizə nəticəsində qazandığı bu kövrək müstəqilliyin müdafiəsi və qorunması üçün, necə nəhəng işlər görülmüş vo görülməlidir. Lakin təsərrüfatsızlıq, anarxiya və xaos, daxildə siyasi fıkir müxtəliliyi, imperialist qüvvələrin təcavüzkar planlan və fitnə-fəsad dolu fikirləri nəyin bahasına olursa-olsun həyata keçirmək cəhdləri heç bir təcrübəsi, vəsaiti, real qüvvəsi olmayan gənc Azərbaycan dövlətini çıxılmaz vəziyyətə salırdı. Bununla belə, vahid məqsəd ətrafında birləşmək imkanlarını səfərbər edə bilən Fətəlixan Xoyski hökuməti nəinki qorudu, hətta türk qoşunlarının köməyi ilə ən böyük vəzifəni yerinə yetirdi. Bakını bolşevik-daşnak zülmündən azad edib, öz paytaxtını Azərbaycana qaytardı. 1918-ci ilin sentyabrında hökumət başçısı F.Xoyski, M.Ə.Rəsulzadəyə xəbər verirdi: "Bakıda bolşevik hakimiyyəti devrildi, Rusiya bolşevik hökumətinin nümayəndələri həbs edilmişlər". 1918-ci ilin yay-payız aylarında İstanbulda olan Rəsulzadə diplomatik vəzifəsi ilə yanaşı Türkiyə ilə iqtisadi və mədəni əlaqələrin yaradılması üçün ardıcıl iş aparır, Azərbaycan hökuməti adından bir sıra müqavilələr imzalayır, Azərbaycanın qonşu ölkələr tərəfindən tanınması üçün konkret tədbirlər görürdü. Ermənilərin Türkiyəyə, Azərbaycana və Gürcüstana ərazi iddiaları barədə Məhəmməd Həsən Hacınskiyə mə'lumat verən Rəsulzadə yazırdı: "Hərbi hökumət erməni layihəsini məğlub edə biləcək əks layihə tələb etmişdir. Onu hal-hazırda Əkbərağa (Şeyx-ül-İslam) hazırlayır və statistik mə'lumatlan, rəqəmləri tərtib edir". Müstəqilliyə gedən yol çətin və ağır idi. Gerçəklik ağlasığmaz güzəştlər tələb edirdi. Böyük məqsəd üçün ciddi güzəştlərə getmək lazım idi və bütün bunları Azərbaycan liderlərinin mə'ruz qaldıqları müxtəlif xarakterli təzyiqlər aydın göstərirdi. 1918-ci ilin payızında Bakı ilə bağlı ehtiraslar yenidən coşdu. Sentyabrda Bakı azad ediləndən sonra Azərbaycan Respublikası hökuməti yubamnadan Gəncədən Bakıya köçdü. Vəziyyət həddən artıq gərgin idi. Türk qoşunları getmiş, ingilis-firəng-Amerika qoşunları gəlmişdi. Nəsib bəy Yusifbəyov, Əhməd bəy Ağayev və Mehdi bəy Hacınski kimi görkəmli dövlət və ictimai xadimlərindən ibarət nümayəndə hey'ətini də'vət edən ingilis komandanlığı bəyan etmişdi: "Bizim zənnimizcə, Azərbaycan xalqının ümumi istəyi ilə yaranmış respublika yoxdur; yalnız Türkiyə komandanlığın intriqaları nəticəsində yaranmış hökumət vardır. Əgər siz bunun əksini deməkdə tə'kid edirsinizsə, onda yerində araşdırıb müvafıq qərar çıxararıq". 24 noyabr 1918-ci ildə Milli Şura Rəsulzadənin təklifi ilə belə qərar qəbul etdi: "...Azərbaycan Respublikasının taleyi Ümumdünya Konfransında həll olunmalıdır". 3 dekabr 1918-ci ildə isə Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirildi və iclasda Fətəlixan Xoyski general Tomsonun moktubunu oxudu. Erməni və rusların nüfuzlu şəxslərinin tə'kidi ilə yazılmış bu məktubda general tələb edirdi: "Bakıdakı ittifaq qoşunları komandirinin əmri ilə koalisyon hökumət yaradılmazdan əvvəl Bakıda parlament iclası keçirilməyəcəkdir". Parlamentə Azərbaycanda yaşayan milli azlıqların nümayondələri də daxil edilməli idi və yalnız bu şərtlərə əməl edildikdən sonra Parlamentin çağırılmasına icazə verilirdi. Sonrakı danışıqlar üçün Milli Şuranın Məmməd Əmin Rəsulzadə, Məmməd Yusif Cəfərov və Əhməd Cövdət Pepinovdan ibarət nümayəndə hey'əti seçildi. Belə ağlasığmaz ağır (və eyni zamanda təntənəli!) bir şəraitdə-7 dekabr 1918-ci ildə parlament açıldı və iclasın iştirakçılarını salamlayan Məmməd Əmin bu qısa, amma çox tutarlı müraciətində respublikanın bu ali orqanının daxili və xarici siyasət perspektivlərini məharətlə müəyyənləşdirərək dedi: "Siz özünüzü qurban verə bilmək qabiliyyətinizi sübut etməlisiniz. Siz bunu bacarsanız-yolun yarısı keçilmiş olacaq. Mən sizi Vətənin mənafeyini, xalqın rifahını öz partiya mənafeyinizdən üstün tutmağa çağırıram". Müstəqil dövlətin mühüm atributu olan üçrəngli bayrağın əhəmiyyətindən xüsusi bəhs edən Rəsulzadə onu humanizmin rəmzi, islam mədəniyyəti və Avropanın müasir sivilizasiyasının rəmzi kimi qiymətləndirirdi. "Bir kərə yüksələn bayraq bir daha enməz" deməklə sanki o, əvvəlcədən görürdü ki, uzun illər ağır hüquqsuzluq şəraitində olmuş Azərbaycan xalqını heç vaxt, heç nə həqiqi azadlıq yolundan döndərə bilməz, çünki "Azərbaycan öz dərinliklərində müqəddəs atəşi qoruyub saxlayır. Bu od-alov əsrlərdən bəri haqqı axtaran xalqlar üçün dan ulduzuna çevrilmişdir. Qoy bu atəş azərbaycanlıların qəlbində alovlansın və azadlığa gedən ağır eniş-yoxuşlu yollarımızı işıqlandıran, Vətənimizin gələcəyinə şəfəq saçan məşələ dönsün". Digər dövlət atributlarına dair hökumət 30 yanvar 1920-ci il tarixli layihələrin müsabiqəsi ilə əlaqədar qərar qəbul etdi, lakin başa çatdırılması mayı 1-i üçün nəzərdə tutulmuş həmin müsabiqəyə yekun vurmağa imkan olmadı: 1920-ci il aprelin 28-də süquta uğrayan Azərbaycan Demokratik Cümhuriyyəti milli himni, gerbi və möhürü qəbul etmək hüququndan məhrum edildi. Deməliyəm ki, parlament dövrü Rəsulzadenin tərcümeyi-halında xüsusi yer tutur. Onun parlamenti ən mürəkkəb vəziyyətlərdən çıxara bilmək bacarığı, ən vacib məsələlər ətrafında müzakirə apara bilmək qabiliyyəti, rəhbərlik etdiyi "Müsavat" fraksiyası adından təqdim etdiyi qərar və qətnamələri olduğu şəkildə qəbul etdirə bilmək məharəti indi də adamı heyran qoyur. Məmməd Əmin Rəsulzadənin parlamentdəki böyük fəaliyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, o, ən nüfuzlu fraksiyanın başçısı olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin bütün istiqlaliyyəti dövründə nə parlamentə, nə də hökumətə başçılıq etmişdi. Məhz onun təklifı ilə parlamentin sədrliyinə Rusiyanın bütün müsəlmanlarının tanınmış liderlərindən biri-Əlimərdan bəy Topçubaşov seçilmişdi. Rəsulzadənin nitq ve çıxışlarının ana xəttini Azərbaycanın müstəqilliyinə-bu ali məqsədə xidmət ideyası təşkil edirdi: "Azərbaycanın müstəqilliyi bahasına olan azadlıq dövlətin azad varlığını sarsıdan ziyan kimi kökündən məhv edilməlidir". Lakin siyasi vəziyyət heç də gənc demokratiyanın xeyrinə deyildi və Denikini məğlub edən XI Ordu məqsədyönlü şəkildə Azərbaycanın sərhədlərinə yaxınlaşırdı. 1920-ci il martın axırında qatmaqarışıqlıq yaradan Dağlıq Qarabağ erməniləri Azərbaycan milli ordusunun nizami hissələrinin bu regionda cəmləşməsinə nail oldular və Azərbaycanın Şimal sərhədi faktiki şəkildə müdafiəsiz qaldı. Bundan istifadə edən Azərbaycan kommunistləri 27 aprel 1920-ci ildə parlament və hökumətə bütün hakimiyyəti təhvil vermək tələbi ilə ultimatum təqdim etdilər. Parlament, başda hökumət üzvü Məhəmməd Həsən Hacınski olmaqla Rəsulzadədən, Qara bəy Qarabəyovdan, Aslan bəy Səfikürdskidən və Aslan bəy Kardaşovdan ibarət fövqəladə səlahiyyətli xüsusi nümayəndə hey'əti seçdi və yalnız bu nümayəndə heyətinin işləyib hazırladığı 7 şərt nəzərə alınmaqla parlamentin səlahiyyəti kommunistlərə verilə bilərdi. Əsas şərtlərdən biri Azərbaycanın tam müstəqilliyinin qorunması, eləcə də Azərbaycanın Kommunist hökumətinin müvəqqəti orqan olması idi. Hökumət və parlament üzvlərinin həyat və əmlaklarının toxunulmazlığına da tə'minat verilirdi. Fraksiya adından Rəsulzadə belə bəyan etdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq". 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə XI Ordu artıq Bakıya daxil oldu və belə bir şəraitdə parlament öz səlahiyyətlərini kommunistlərə vermək məcburiyyətində qaldı. Ancaq qoyulan şərtlərin heç biri yerinə yetirilmədi. Azərbaycan Cümhuriyyətinin bir sıra liderləri qətlə yetirildi, digərləri başlanan repressiyaların qurbanı olmamaq üçün Bakını tərk etmək məcburiyyətində qaldılar və Rəsulzadə də onların sırasında idi. 1920-ci il aprel hadisələrindən sonra Məmməd Əmin bəy Lahıcda həbsə alındı. Həbsdən azad olunandan və məşəqqətli bir müddətdən sonra Rəsulzadə fəaliyyətinin mühacirət dövrü başlandı. Sovet hakimiyyətinin qadağanlarına mə'ruz qalan Rəsulzadə yaradıcılığının bu dövrü hələ layiqincə öyrənilməmişdir. Ümumiyyətlə, bu böyük şəxsiyyətə populist münasibət onun zəngin ədəbi-siyasi irsinin elmi əsaslarla öyrənilməsinə mane olmuşdur. Bu şəxsiyyət, onun yaradıcılığı və fəaliyyəti həm jurnalist,
2014-01-30
7,717
Prokurorluq iş adamına cinayət işi qaldırdı
"Türkan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Bu barədə "Axar.az"a Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq möveyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəyib. Şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-01-30
7,718
Bakıda soyuqdan 12 nəfər donub
Yanvar ayı ərzində 12 nəfər şaxtadan donub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün Bakı şəhəri ərazisində bir nəfərin donması barədə stansiyaya müraciət daxil olub. Soyuqdan donmuş səxsi Keşlə qəsəbəsində yerləşən xəstəxanaya yerləşdiriblər. Verilən məlumata görə yanvar ayı ərəzində ümumilikdə donan şəxslərdən 11-i kişi, 1-i isə qadın olub. Donan şəxslərin daha çox soyuq dəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Stansiyadan bildiriblər ki, donan insanlar daha çox Bakının mərkəzindən kənarda yerləşən Qara Qarayev və Keşlə qəsəbəsindəki xəstəxanalara yerləşdiriblər. Donanların əksəriyyətinin evsiz "bomj" həyatı sürən şəxslər olduğu bildirilir. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna deyil (ANS).
2014-01-30
7,719
Sevgilisinə görə özünü yandırdı
Bakı sakini özünü yandırıb. "Axar.az" APA-ya istinadən xəbər veirir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Mərkəzi Klinikanın qarşısında qeydə alınıb. 1992-ci il təvəllüdlü Məleykə Bayramlı klinikanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Qadın ağır bədən xəsarətləri ilə 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. İdarədən həmçinin bildirilib ki, M. Bayramlı sevdiyi oğlanla aralarında yaranmış problemlə əlaqədar intihara cəhd edib.
2014-01-30
7,720
Volqoqradda partlayış törədənlərin şəxsiyyəti məlum olub
Volqoqradda vağzal və trolleybusda partlayış törətmiş intiharçı-terrorçuların şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə RİA Novosti Rusiya Milli Antiterror Komitəsi xəbər verir. Məlumatda qeyd edilir ki, 2013-cü il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları üzrə qaldırılmış cinayət işinin istintaqı çərçivəsində isti izlərlə iki intiharçı-terrorçunun şəxsiyyəti müəyyən edilib: "Bunlar "Buynak terror qruplaşması"nın üzvləri Əsgər Səmədov və Süleyman Maqomedovdur". O da bildirilir ki, Volqoqrada iki intiharçı-terrorçunu gətirməkdə şübhəli bilinən iki nəfər isə Dağıstanda tutulub: "Həmin şəxslər Maqomednəbi və Tahir Batirov qardaşlarıdır". Qeyd edək ki, ötən il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları nəticəsində 34 nəfər ölmüş, 106 nəfər isə xəsarət almışdı (Trend).
2014-01-30
7,721
Usubovun vəzifədən çıxardığı rəis Şeyxin qohumudur – Özəl
Daxili İşlər naziri Ramil Usubovun Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu tutduğu vəzifədən azad etməsi barədə xəbər vermişdik. "Axar.az"a özəl qaynaqlardan daxil olan məlumata görə, M.Mikayılov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin yaxın qohumudur. Bildirilir ki, uzun müddətdir işində ciddi nöqsanlara yol verməsimə baxmayaraq, işdən kənarlaşdırılmaması da məhz bununla bağlı olub. Qeyd edək ki, R.Usubov polis polkovnikini küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib. M.Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir. Lakin M.Mikayılovun həm də ötən ilin avqustunda "Duzlu göl" adlanan ərazidə törədilən qətl hadisəsində nöqsanlara yol verdiyi bildirilir. Daha doğrusu, onun uzun müddətdir Suraxanı Rayon Polis İdarəsində araşdırılan həmin cinayət işi barədə düzgün informasiya verməməsi zərərçəkənlərin haqlı narazılığına səbəb olub. Onlar hesab edirlər ki, "Duzlu göl"dəki qətllə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirə biləcək əsas şəxs Suraxanı RPİ-nin keçmiş rəisi Məmməd Mikayılovdur. Məmməd Mikayılov İnterpolun və Nəsimi Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. Lakin idarə rəisi hələlik bu informasiyaları nə təsdiq, nə də inkar edəcək heç bir konkret açıqlama verməyib.
2014-01-30
7,723
Ekstrasens proqnoz verdi: “Foqts olmasa batarsız”
Ekstrasenslər, falçılar ictimai rəyə təsir edən qüvvə hesab olunurlar. "Axar.az" xəbər verir ki, onlar cəmiyyətin hər bir sahəsi haqda öncəgörmələrini açıqlayırlar. Cəmiyyət də ciddi qəbul edir bu açıqlamaları. Bu amili nəzərə alıb, Azərbaycan futbolunda 2014-cü ildə nələrin olacağını bilmək üçün ekstrasensə müraciət etdik. Ekstrasens Nadim Əlixanov açıqlamasında bildirdi ki, 2014-cü ildə Azərbaycan futbolu "yağ içində böyrək kimi" yaşayacaq. Yəni bu il futbolumuzda hər hansı bir maliyyə sıxıntısı gözlənilmir. Bahalı müqavilələr, tarnsferlər olacaq. Bir sözlə, futbolçuların gəlhagəlidi. Ekstrasens müjdəli proqnoz da verdi. Bildirdi ki, elə futbolçularımız olacaq ki, oyunu ilə diqqətləri üzərinə cəlb edəcək. Ona xarici klublar elçi düşəcəklər : "2014-cü il Azərbaycan futbolu üçün uğurlu bitəcək. Futbolumuza yaxşı pul ayrılacaq. Xaricdən yaxşı transferlər reallaşdırılacaq". Ekstrasens Berti Foqtsdan da danışdı. Dedi ki, ondan bərk-bərk yapışmaq lazımdı. Nadim Əlixanovun fikirincə, Foqts olmasa futbolumuzun günü qara olar: "Foqtsun millidə qalması yığma komandamızın xeyrinədir. O getmək istəyirdi, amma bu heç də futbolumuzun xeyrinə olmayacaqdı". Ekstrasens bildirdi ki, 2014-cü ildə futbolumuzun reytinqi xeyli artacaq: "Futbolumuz reytinqdə irəliləyəcək. Futbol da güləş, boks və digər idman növləri kimi öndə gedəcək".
2014-01-30
7,724
Bakıda hündürmərtəbəli bina yandı
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş verən qısa qapanmadan başlayıb. Yanğın artıq söndürülüb (Trend).
2014-01-30
7,725
Polis kapitanı meydanda öldü
Ukrayna Daxili İşlər Nazirliyi Daxili Qoşunların kapitanı Dmitri Donets Kiyevdə vəfat edib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, gənc kapitanın ölümünə səbəb onun Qruşevskidəki qarşıdurmalarda yaşadığı gərginlik olub. Bu barədə artıq DİN yaydığı rəsmi açıqlamada bildirib. Xatırladaq ki, bundan əvvəl mitinqçilərdən 3 nəfərin həlak olduğu barədə məlumatlar yayılmışdı.
2014-01-30
7,726
Ziya Məmmədov kadr dəyişikliyi etdi
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin olunub. Məlumata görə, bu, Salamov Hüseyn Teymur oğludur. Daha əvvəl bu vəzifəni icra edən Çingiz Baxşıyev isə nazirin müşaviri təyin olunub. Yeni rəis isə daha əvvəl nazirliyin beynəlxalq əlaqələr şöbəsində çalışıb (İnterpress.az).
2014-01-30
7,727
Cavid Zeynallının imza günü keçiriləcək
Fevralın 1-də Zero Kitab Evində (Sabir bağı ilə üzbəüz) Cavid Zeynallının "Leyla" romanının imza günü keçiriləcək. Tədbir saat 13:00-dan 17:00-dək davam edəcək. Müəllifdən imzalı kitab əldə etmək istəyən hər kəs tədbirə dəvətlidir. "Kulisin kitabxanası" seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb. Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə "hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.
2014-01-30
7,728
Bakı-Kazan reysi ləğv oluna bilər
Bakı-Kazan reysi ləğv oluna bilər. Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat verilib. Mənbə bu yaxınlarda birbaşa olan Bakı-Nijnekamsk reysinin ləğv edilməsindən sonra bu məsələnin də gündəmə gəldiyini bildirib. O, hələlik reysin ləğv olunma səbəbinin rəsmən açıqlanmadığını deyib. Mənbə həmçinin bu yaxınlarda Bakı-Kazan reysinin ləğv oluna biləcəyini deyib. Qeyd edək ki, hər iki reys bir zamanlar "Tatarıstan" şirkəti tərəfindən həyata keçirilib. "Tatarıstan" şirkəti 2013-cü il dekabrın 31-də ləğv olunub. Onun ləğv olunma səbəbi kimi lisenziya müddətinin bitməsi göstərilib. Bunun noyabrın 17-də Tatarıstan aviaşirkətinə məxsus olan təyyarənin qəzaya düşməsi ilə bağlı olduğu da deyilir. Hazırda Bakı-Kazan aviareysini "Ak Bars Aero" həyata keçirir.
2014-01-30
7,730
Elmar Məmmədyarov Almaniyaya yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb. "Axar.az" XIN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar-2 fevral tarixlərində keçiriləcək.
2014-01-30
7,731
Lənkəranda bank işçisinə cinayət işi açıldı
"Rabitəbank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə "Axar.az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "RabitəBank" ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2014-01-30
7,732
Zakir Həsənov səfirlə görüşdü
Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zoran Vayoviçi qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib. General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib. Öz növbəsində səfir Zoran Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.
2014-01-30
7,733
Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - Aksiya
Ağcabədi rayonunda məskunlaşan Laçından olan məcburi köçkünlər bu gün günorta saatlarında Bəhramtəpə-Mingəçevir şosesinin 90-cı kilometrliyində etiraz əlaməti olaraq yolu bağlayıblar. Şosenin Ağcabədi rayonundan keçən hissəsində yolu bağlayan məcburi köçkünlərin aksiyasına səbəb otlaq sahələrinin zəbt edilməsi olub. Məcburi köçkünlərin sözlərinə görə, otlaq sahələri fermer tərəfindən zəbt olunub. Bundan başqa kommunal xidmətlərin səviyyəsinin aşağı olmasından, xüsusən elektrik enerjisinin verilməsindəki problemlərdən şikayətlənən məcburi köçkünlər əlaqədar qurumlardan problemlərin həllini tələb ediblər. Etiraz aksiyası 2 saat davam edib və polisin müdaxiləsindən sonra şosedə hərəkət bərpa olunub ("AzNews.az").
2014-01-30
7,734
Suriyaya gedən azərbaycanlılarla bağlı qanun - Təklif
Dini icmaların cəmiyyət qarşısında hesabatlılığının təmin edilməsi üçün qanunvericilikdə mütləq dəqiqləşdirmə aparılmalıdır. Bundan əlavə, Milli Məclis Azərbaycan vətəndaşlarının dövlətin müvafiq icazəsi olmadan xarici ölkələrdəki silahlı münaqişələrdə iştirakının qadağan edilməsi, qanunsuz olaraq bu döyüşlərdə iştirak edənlərin, eləcə də bu işdə vasitəçilik edənlərin ciddi cəzalandırılmasını müəyyən edən qanun qəbul etməlidir. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib ( Trend ). Onun sözlərinə görə, ayrı-ayrı müsəlman ölkələrində radikal dini qruplaşmalar geniş miqyasda özlərinə dayaq qazanmağa çalışırlar. Azərbaycanda da müxtəlif dairələr ölkədə dini etiqad azadlığının geniş miqyasda bərqərar olmasından öz planları üçün istifadə etmək istəyirlər. Sanki bu qüvvələr qlobal ərazilərdə hansısa planlarını reallaşdırmağa çalışırlar: "Bu sirr deyil ki, İslam etiqadında olan ayrı-ayrı təmayüllər Azərbaycanda da müəyyən mərhələdən sonra kəskin tələblərə və hərəkətlərə keçə bilərdilər. Onları kimsə silahla təmin etsəydi, artıq bu gerçək təhlükəyə çevrilmiş olacaqdı. Bu mənada sələfilər, vəhabilər, xəvariclər, təkfirçilər və digər radikal dini qruplaşmalar müəyyən səviyyədə ümumi təhlükəsizliyimizə xələl gətirirlər. Biz ilk növbədə nəzərə almalıyıq ki, Suriyaya gedən azərbaycanlılar bu qrupların əlində illərlə zombiləşən, həddindən artıq dini-ideoloji təbliğatın altında özünün real düşüncə sistemindən çıxan, istənilən ərazilərdə döyüşməyə hazır olan və az qala dünya legionerinə çevrilmiş insanlardır. Belə demək mümkünsə, onlar yemdirlər. Onların üzərində siyasi, həmçinin maddi qazanc əldə edən dairələr var. Çünki insanları Suriyada savaşa aparanlar elə-belə hərəkət edən şəxslər deyillər. Bundan əlavə, "Hizbullah" tərəfdən döyüşən azərbaycanlılar üçün bölgədə hansı dövlətin keçid ünvan olduğu, onun himayəçisinin kimliyi, Suriyada Bəşər Əsəd rejiminin qorunması üçün kimlərin beynəlxalq himayədarlıq etdiyi də Azərbaycanda heç kimə sirr deyil". Z.Orucun fikrincə, Azərbaycanda dini icmaların cəmiyyət qarşısında hesabat vermələri ilə bağlı da bəzi dəqiqləşdirmələrə ehtiyac var: "Biz ilk növbədə nəzərə almalıyıq ki, ayrı-ayrı təmayüllü həmin dini qruplar harada hesabat verməlidirlər? Ümumiyyətlə, onların fəaliyyətinin cəmiyyət qarşısında hesabatlılığı necədir? Bu, Dini İşlər üzrə Dövlət Komitəsində, yoxsa başqa bir təsisatda olmalıdır? Hesab edirəm ki, bununla bağlı müddəalar qanunvericilikdə mütləq dəqiqləşdirilməlidir, onun çərçivəsi yaradılmalıdır". Millət vəkili hesab edir ki, Suriyada döyüşən azərbaycanlılar ölkəyə dönərlərsə, onlar birmənalı olaraq cinayət məsuliyyətinə cəlb edilməlidir: "Onlar bilməlidirlər ki, qanunu pozublar. Bu gün Suriyada, sabah başqa bir ərəb ölkəsində, birigün üçüncü dövlətlərdəki döyüşlərdə iştirakçılıq fərarilik, düşmən tərəfə keçmək qədər sərt şəkildə cəzalandırılmalıdır. Əgər biz bunu etməsək, sonra vəziyyət daha acınacaqlı olacaq. Etiraf edək ki, son 20 ildə ilk dəfədir ki, ortaya belə bir problem çıxır. Bu halda biz ən azı bundan sonra ora getmək istəyənlərin qarşısını almaq üçün təsirli mexanizm tapmalıyıq. Valideyn polis orqanlarına müraciət edir, hüquq mühafizə orqanları konkret addım üçün hüquqi müddəalara əsaslana bilmirlər. Bunu parlament olaraq biz yaratmalıyıq. Yəni belə döyüşçülər hansı mərama xidmət etməsindən asılı olmayaraq, Azərbaycana qayıdırlarsa, bilməlidirlər ki, dövlət və qanun qarşısında cavab verəcəklər. Mən bu məsələni parlamentin yaz sessiyasında təklif kimi mütləq irəli sürəcəyəm". Onun fikrincə, Suriyada döyüşlərə getmiş həmin adamlarla yanaşı, bu istiqamətdə təbliğat və təşviqat işləri aparan şəxslər, vasitəçilər də Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşımalıdırlar: "Həmin şəxslər ümumən qanundakı boşluqdan özlərinə geniş şəkildə immunitet düzəldiblər. Faktiki olaraq, dünyanın hansı tərəfindən olsaydı, bu adamlar birbaşa terror tərəfinin iştirakçısı hesab edilərdilər. Bizdə isə gerçəklik budur ki, biz hər hansı müddəalarla onlara konkret təsir edə bilmirik. Ona görə də bu cinayətkar əməlin bütün tərəflərinə qarşı təqib əməliyyatlarının keçirilməsi üçün parlament səviyyəsində, qanunvericilik qaydasında addım atılmalıdır. Bizdə qanunsuz silahlı birləşmələrdə iştirakla bağlı məsuliyyəti müəyyən edən müddəalar olsa da, bu yalnız Azərbaycanın daxili üçün nəzərdə tutulub, xarici ölkələrə isə bunun heç bir aidiyyəti yoxdur. Bu hal indiyədək bizim qanunvericiliyimizdə olmayıb. Özü də qanun təkcə Suriya üçün verilməməlidir. Qanun təkrarlanan ictimai münasibətləri tənzimləyir. Burada da artıq təkrarlanma faktı var. Bu halda qanunvericilik səviyyəsində müdaxiləyə tam zəmin yaranıb". Qeyd edək ki, 2 gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb. Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək edirlər.
2014-01-30
7,735
Azərbaycanda şadlıq evləri ilə bağlı qorxulu açıqlama
Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri cəzalandırılıb. "Axar.az"ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təkcə 2013-cü ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 3 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib və 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922, mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 113 nəfər zərərçəkən olub. O cümlədən 9 botulizm hadisəsi baş verib və bu səbəbdən 17 nəfər zərərçəkib.
2014-01-30
7,736
Azərbaycanda sələfi qruplar arasında dava qızışır - Video
Əlixan Musayev barəsində növbəti ittihamlar yayıldı, "Ləzgi" və Müşfiqabad məscidlərinin radikallara bağlı olması iddia edilir. Ötən həftə sələfi icması ruhaniləri Qamət Süleymanov və Əlixan Musayev arasında qalmaqal barədə yazmışdıq. Qamət Süleymanov və tərəfdarları bəyanat yayaraq Əlixan Musayevi təkfirçi qruplara qoşulmaqda ittiham edib. İkincisi isə bəyanat yayaraq Q.Süleymanovu fitnə yaratmaqda günahlandırıb. Sələfi ruhanilər arasında ittihamlar bu dəfə internet üzərindən davam edir. Sosial şəbəkələr və "youtube" saytında bu ruhaniləri tənqid edən yazılar və videoroliklər yayımlanır. Ötən gün daha bir məlumat Əlixan Musayev barəsində yayılıb. Məlumatda qeyd olunur ki, Əlixan Musayev haqqında deyilənlər öz təsdiqini tapır. Sitat: "Getdikcə vəziyyətinin pisləşdiyini görən Əlixan Musayev öz cihadçı tələbələri ilə mənhəci doğru olan digər Mədinə tələbələrinə qarşı virtual müharibəyə başlayır. Çünki Əlixan Musayev özü də yaxşı bilir ki, plan üzərində hərəkət edir. Türkiyənin İran agenti Mustafa İslamoğu ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda eyni vəzifəni yerinə yetirən Əlixan Musayev verilən tapşırığı çox ustalıqla həyata keçirir". Məqalədə qeyd olunur ki, "ona verilən tapşırıq bundan ibarətdir ki, nə edirsənsə et, Azərbaycanda islam dəvətçilərinin, doğru yolda olan, metodları doğru olan elm tələbələrini, islam dəvətçilərini qarala, onların arasına nifaq toxumlarını səp. Onlara müxtəlif ittihamlar de. Beləliklə Azərbaycanda sünni dəvətinin qarşısını kəs. Əlixan da bunu hələlik ustalıqla həyata keçirir. Son vaxtlar başda Əlixan olmaqla onun cihadçı dostları indi Mədinə tələbəsi olan Qamət Süleymanov haqqında yeni məsxərə hazırlayıblar. Əgər hüquq-mühafizə orqanları Əlixanı bu əməlindən çəkindirməsə Azərbaycanda təhlükənin genişlənəcəyini düşünmək olar. Buraya siz artıq radikalların iki məscidi "Ləzgi" və Müşfiqabad məscidlərini də Əlixan vasitəsi ilə ələ keçirdiklərini qeyd edin. Həmçinin Əlixanın tapşırığı ilə özündən və yalnız köməkçisi Mübariz Qurbanovdan başqa heç kimə həmin məscidlərdə xütbə verilməsinə icazə verilmədiyini də əlavə edin. Qamət haqqında Əlixanın hazırlatdığı videonu sizə göndəririk". Qeyd edək ki, göründüyü kimi bu məlumat rəqib qruplaşmalar arasında mübarizənin növbəti mərhələsidir. Artıq video-portallarda bu cür videoların sayı çoxalmaqdadır. Hər iki tərəf müxtəlif məqamlardan yararlanaraq biri birinə zərbə vurmağa çalışır ("Musavat").
2014-01-30
7,737
Əsgərlər narkotikdən istifadə edib işgəncə verir - Video
Suriyada yerli sakinlərə vəhşicəsinə işgəncə verərək öldürən Əsəd rejimi əsgərlərinin çoxunun qətliam törədərkən narkotikin təsiri altında olduğu bildirilib. "Axar.az" Azad Suriya Ordusuna məxsus sayta istinadən xəbər verir ki, Suriyada müxaliflər və hökumət qüvvələri arasında davam edən qarşıdurmaları və son dəqiqə hadisələrini yayımlayan bir TV kanalı yeni bir video yayımlayıb. Yayımlanan videoda hökumət əsgərlərinin qarşıdurmalardan əvvəl qorxmamaq, ya da yerli vətəndaşlara işgəncə verəndə cəsarətli olmaq üçün narkotik həblərdən istifadə etdikləri müşahidə edilir. Həmin videonu təqdim edirik:
2014-01-30
7,738
Prezidentimizin toy şəkli
Ölkənin birinci xanımı Mehriban Əliyevanın "Feysbuk"da olan rəsmi səhifəsində prezident İlham Əliyevlə toy günlərinə məxsus unikal foto paylaşılıb. "Axar.az" həmin fotonu təqdim edir:
2014-01-30
7,739
Zakir Həsənov vitse-admiralı işdən çıxarıbmı?
Müdafiə Nazirliyinin polkovniki işdən çıxarılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nazirlikdə şöbə rəisi vəzifəsində çalışan polkovnik Mahmud Ağadadaşov yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb. Mətbuat xidmətindən həmçinin Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov işdən çıxarılması barədə xəbərlər təkzib edilib. Qeyd edək ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən saytımıza daxil olan məlumata görə, ehtiyata göndərilən polkovnik Mahmud Ağadadaşovun hazırda heç kim təyin edilməyib. Xatırladaq ki, hərbi ekspert Üzeyir Cəfərov bir neçə dəqiqə əvvəl öz feysbuk səhifəsində Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri həyata keçirildiyini yazıb: "Bu gün Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov tutduğu vəzifədən azad edilərək məzuniyyətə göndərilib. Onun vəzifələrini isə HDQ-nin qərarhah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edir. Yaxın günlərdə komandan vəzifəsinə çoxlarını şoka salacaq bir şəxsin təyin ediləcəyi bildirilir".
2014-01-30
7,740
Bakı-Şamaxı yolunda ağır qəza: 1 nəfər öldü
Bakı-Şamaxı yolunun 70-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. "Axar.az"a Dövlət Yol Polisindən daxil olan məlumata görə, 10 ET 878 dövlət nömrə nişanlı VAZ 2105 markalı avtomobillə 90 SH 032 nömrəli VAZ 21 723 markalı "Priora" və 10 LR 600 nömrə nişanlı "Mersedes" avtomobili toqquşub. Nəticədə VAZ 2105 markalı avtomobildə olan Göyçay rayon sakini Rəşad Niman oğlu Məmmədov hadisə yerindəcə keçinib. Dövlət Yol Polisi hadisə ilə bağlı araşdırma aparır.
2014-01-30
7,741
210 milyon dollarlıq stadion tikilir
Braziliya prezidenti Dilma Ruzev və FİFA-nın baş katibi Cerom Valke Natal şəhərindəki "Arena das Dunas" stadionunun açılışında iştirak ediblər. "Axar.az" xəbər verir ki, DÇ-2014 zamanı bu arenada qrup mərhələsinin 4 oyunu keçiriləcək. 42 min 86 nəfərlik tutuma malik "Arena das Dunas" stadionu xüsusi olaraq mundial üçün istifadəyə verilən 7-ci stadiondur. Stadionun inşası 210 milyon dollara başa gəlib. Bu da ilkin mərhələdə nəzərdə tutulandan 15 faiz çoxdur. Ümumilikdə, Braziliyada 12 stadionun tikintisi və yenidənqurulması üçün artıq 4 milyard dollar xərclənib. Bu da birinci sərmayə planının ikiqat artması anlamını verir.
2014-01-30
7,742
NK büdcə layihəsi ilə bağlı sərəncam qəbul edib
Nazirlər Kabineti 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması və Prezidentə təqdim olunması məqsədi ilə sərəncam qəbul edib. Sərəncamda deyilir ki, Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2014-cü il sentyabrın 15-dək, İqtisadiyyat və Sənaye Nazirliyi növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını və digər sənədləri hazırlayıb Prezidentə təqdim olunması üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər. Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2013-cü ilin ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək, həmçinin növbəti büdcə ili və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq əlaqədar nazirliklərə və təşkilatlara çatdırılmasını təmin etmək tapşırılıb. Bundan başqa, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2014-cü il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə müvafiq məlumatları isə iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Sərəncama əsasən, Maliyyə Nazirliyinə 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2014-cü il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2014-cü il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2014-cü il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2014-cü il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tapşırılıb. İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü il üçün dəqiqləşdirilmiş, 2015-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun 2015-ci il üçün ilkin proqnozlarını 2014-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2014-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Həmçinin 2015-ci il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantı 2014-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantı isə avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmalıdır. Vergilər Nazirliyinin regional və yerli bölmələrinə növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2014-cü il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb. Sərəncamda daha sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılır və bələdiyyələrə tövsiyə edilir ki, lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2014-cü il iyulun 15-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Nazirliklərə, komitələrə və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlara tapşırılıb ki, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər. Habelə dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatlar hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və növbəti üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir. Sərəncama əsasən, Nəqliyyat Nazirliyinə "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyinə isə "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tapşırılıb. Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə tövsiyə edilib ki, "Büdcə sistemi haqqında" qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2014-cü il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2014-cü il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidirlər. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflər isə Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Sərəncamda Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə lazım olduqda, ölkənin növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etmək tapşırılıb. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycanın Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər. (Trend)
2014-01-30
7,743
"Rusiyanın Azərbaycana silah satmasını yasaqlaya bilmərik"
Çexiyada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan öz həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bir sıra mübahisəli məsələlərə aydınlıq gətirib. Sərkisyan "Rusiya Azərbaycanla hərbi əməkdaşlığı genişləndirdiyi halda Ermənistanı tələm-tələsik Gömrük İttifaqına qoşulmağa nə vadar edib" sualını o, belə cavablandırıb: "Hər bir işi tez və keyfiyyətli görmək lazımdır. Gömrük İttifaqına girmək qərarı vermişiksə, bunu tez eləmək lazımdır, vaxt itirməyə nə lüzum? Əgər qərarımızın əsasında milli mənafe dayanıbsa, onda onu mümkün qədər tez həyata keçirmək gərəkdir. Gömrük İttifaqı hərbi yox, iqtisadi qurumdur. Rusiya-Ermənistan strateji əməkdaşlığını da şübhə altına qoymaq lazım deyil. Bəli, Rusiya Azərbaycanla da əməkdaşlıq edir. Ancaq bu, o demək deyil ki, bizim hüququmuz və imkanımız var ki, Rusiya tərəfinə bu əməkdaşlığı qadağan edək". ("Musavat.com")
2014-01-30
7,744
Nəqliyyat Nazirliyi müfəttiş qoçuluğuna reaksiya verməyib
"Hadisədən sonra nə həmin vətəndaş, nə də Nəqliyyat Nazirliyindən heç kim mənimlə əlaqə yaratmayıb. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi bu məsələni araşdırıb, əməkdaşını daxili təlimata uyğun cəzalandırmalıdır. Onu da bildirim ki, son vaxtlar Nəqliyyat Departamentinin işçilərindən şikayətlər çox olur. Buna qarşı bir cəza tədbiri görülməlidir ki, digər işçilərə də görk olsun". Bu sözlərin müəllifi ötən gecə Bakı şəhərində baş verən avtoqəzada peşə fəaliyyətini yerinə yetirərkən Nəqliyyat Nazirliyinin əməkdaşı Vidadi İsmayılov tərəfindən fiziki təzyiqlərə məruz qalan APA TV-nin əməkdaşı jurnalist Mahir Məmmədlidir. Mahir Məmmədli "Axar.az"a açıqlamasında hadisəni belə şərh etdi: "Biz bir az gec gedib çatdıq ora. Ora çatana qədər qəza törədən avtomobilin sahibi ilə "Space" televiziyasının əməkdaşları arasında insident yaşanmışdı. Biz onu çəkəndə telefonla danışırdı, səhv etmirəmsə, Nəqliyyat Nazirliyinin əməkdaşları ilə söhbət edirdi, çünki ora Nəqliyyat Departamentinin işçiləri gəlmişdi. Telefonla danışıb qurtarandan sonra cumdu bizim operatorun üstünə. Mən onun qabağına keçərək dedim ki, biz işimizi görürük. Bundan sonra mənim üstümə cumdu, mən də məcbur olub qarşılıq verdim. Qarşılıq verməyimdə əsas məqsədim kameranı qorumaq idi. Çünki belə vəziyyətlərdə kameraya xələl gətirirlər. Bundan sonra Nəqliyyat Nazirliyinin işçiləri gəldi. Onlar onun adından üzrxahlıq elədilər ki, əsəbidir, fikir vermə". Xatırladaq ki, yanvarın 30-u gecə saatlarında Bakı şəhərində 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yol kənarındakı səkiyə çırpılıb. Hadisə yerində jurnalistlərlə avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu arasında insident yaşanıb.
2014-01-30
7,745
Səfirliklərdə Rəsulzadənin yubiley tədbirləri keçirilir - Rəsmi
"Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Kanadada tədbir keçirilib". Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidentinin 2013-cü il 22 noyabr tarixli sərəncamına uyğun olaraq, Kanadanın Karlton Universitetində "Azərbaycan: dünən və bu gün" adlı konfrans keçirilib". Onun sözlərinə görə, Rəsulzadənin 130 illik yubileyinin hansı xarici ölkələrdə keçirilməsi haqqında qabaqcadan məlumat vermək doğru deyil: "Bildiyiniz kimi, xarici ölkələrdə tədbirlərin keçirilməsinə başlanılıb. Diplomatik nümayəndəliyimiz də bununla bağlı tədbirlər keçirə biləcəyik. Amma, tədbir keçirilmədən heç nə deyə bilmərəm. Tədbir keçirildikcə məlumat verəcəyik". Qeyd edək ki, yanvarın 31-i Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. ("Modern.az")
2014-01-30
7,746
Azərbaycan Rusiyaya şərtlərini qəbul etdirmək istəyir - İddia
"Rəsmi Bakı Rusiyanın ağır vəziyyətindən istifadə edərək, öz şərtlərini qəbul etdirmək istəyir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə erməni politoloqu Manvel Sərkisyan çıxış edib. O, Azərbaycanın Rusiyaya öz şərtlərini qəbul etdirmək istədiyini bildirib: "Bu, Azərbaycanın əvvəldən adını çəkdiyi hərbi diplomatiyadır. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşündən sonra Elmar Məmmədyarov deyir ki, hər şey ərazi bütövlüyümüz çərçivəsində həll olunacaq. İndi də Ukrayna hadisələrindən istifadə edərək Rusiyaya şərtlərini qəbul etdirməyə çalışırlar. Rusiya Azərbaycana silah satıb düşmənimizi gücləndirir. Artıq bu ölkəylə münasibətlərə baxmaq vaxtı gəlib çatıb". Qeyd edək ki, bu gün politoloq Vəfa Quluzadə saytımıza açıqlamasında Ukraynadakı hadisələrin cəbhədəki gərginliklə əlaqəli olduğunu bildirmişdi. O, rəsmi Kremlin bununla Qərbə mesaj göndərdiyini demişdi. Xatırladaq ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində gərginlik yaşanır.
2014-01-30
7,747
QHT-lər haqqında qanunlara əlavələr ediləcək
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Milli Məclisin 17 dekabr 2013-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara etdiyi əlavə və dəyişikliklər müzakirə olunacaq. Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, toplantıda adıçəkilən qanunlara edilən əlavə və dəyişiklikləri hazırlayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Ədliyyə Nazirliyi və QHT-lərdən olan ekspertlərin iştirakı nəzərdə tutulur. Şuranın ofisində baş tutacaq görüşdə qanunvericiliyə edilən son əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.
2014-01-30
7,748
Azərbaycanda şaxta rekord həddə çatacaq - Video
Hidrometeroloqların soyuq hava şəraiti ilə bağlı proqnozları özlərini doğruldur. Axşamdan başlayaraq şimal bölgəsində qar müşahidə olunur. Temperatur birdən-birə dağlıq ərazilərdə - 8-9, rayon mərkəzlərində -3-5 dərəcəyə qədər düşüb. Quba ərazi hidrometeoroloji müəssisəsinin məlumatına görə, dağlıq ərazilərdə qarın hündürlüyü 15 sm çatıb, Bakı-Quba-Rusiya yolu buz bağlayıb. Bu günlər ümumiyyətlə, bütün ölkə üzrə şaxtanın rekord həddə çatacağı proqnozlaşdırılır. Anormal soyuqların ölkə ərazisində dağlıq və dağətəyi rayonları əhatə edəcəyi gözlənilir. Bu gündən ölkə ərazisində qeyri-sabit hava şəraiti və yolların buz bağlayacağı proqnozlaşdırılır. Ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Baş Dövlət Yol Polisi idarəsi axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə sürücülərə xəbərdarlıq edib. Bu səbəbdən bəzi avtomobillərin həmin istiqamətlərdə hərəkətlərinə məhdudiyyət qoyulacaq, əsasən Şamaxı, Ağsu aşırımları tərəfində hərəkət edən avtomobillərin sürücüləri diqqətli olmalıdırlar. Bəzi Avropa ölkələrində qarlı hava şəraiti hökm sürür. Bolqarıstan Bolqarıstanda güclü qar və külək həyatı iflic edib. Ölkənin böyük bir hissəsində tüğyan edən çovğun artıq 4 nəfərin ölümünə səbəb olub. Şaxtalı hava ölkənin şərqində onlarla kəndi işıqsız və içməli susuz qoyub. Güclü qar yağması yolların bağlanmasına və nəqliyyatın hərəkətinin iflic olmasına gətirib çıxarıb. Kəskin hava şəraiti ilə əlaqədar Bolqarıstanda yüzlərlə məktəbdə tətil elan edilib. Qara dənizdəki əsas liman olan Varna limanı da bağlanıb. Moskva Rusiyanın paytaxtı Moskvada isə rekord şaxta qeydə alınıb. Şəhərdə temperatur mənfi 26 dərəcəyədək, Moskva vilayətində isə mənfi 30 dərəcəyədək düşüb. Moskva Şəhər Nəqliyyat İdarəsi şaxtalı havada sakinlərin dayanacaqlarda gözləmə müddətini azaltmaq məqsədilə xəttə əlavə avtobus, tramvay və trolleybuslar buraxıb. Moskvada şaxtalı havanın bu həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır. Meteoroloqlar Moskva vilayətində temperatunun yanvarın sonları üçün səciyyəvi olan temperaturdan 10 dərəcə aşağı olduğunu bildirirlər. (ANS)
2014-01-30
7,749
Ramiz Mehdiyevin əsəri Litva dilinə tərcümə edilib
Görkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" adlı tarixi oçerki diasporumuzun xətti ilə litva dilində yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "Axar.az"a verilən məlumata görə, oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 və 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında "Azerbaidžaniečių genocido realijos" başlığı altında dərc olunub. Əsər litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik R.Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub. Qeyd edək ki, akademik R.Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdıraraq üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb. Litva Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsər digər elmi-tarixi məziyyətlərlə yanaşı, Azərbaycan tarixinin, həm də ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Xatırladaq ki, Litva xalqı azadlığa gedən yolda dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsi ilə bilir. Belə ki, 20 yanvar Bakı hadisələrindən bir il sonra - 13 yanvar 1991-ci ildə litvalılar Vilnüs qanlı hadisələrini yaşayıblar. Buna baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərin məzmunlu formada təhlil edib açıqlayan əsər yox idi. Buna görə də akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" əsərinin litva dilinə tərcümə edilib dərc olunması Litvada azərbaycanşünaslığın irəliləyişi üçün verilmiş əhəmiyyətli bir töhfədir. Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik R.Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək və Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsil səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Litva ictimaiyyətinin marağını nəzərə alaraq, yaxın zamanlarda kitabın tam şəkildə litva dilində nəşr edilməsi nəzərdə tutulub.
2014-01-30
7,750
Əhmədinecatın bənzərindən etiraflar
İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinecatın bənzəri Mahmud Basiri İSNA informasiya agentliyinə qalmaqallı müsahibə verib. "Axar.az"ın Rusiya mediasına istinadən məlumatına görə, Basiri keçmiş prezidentə çox oxşadığından 8 il ərzində filmə çəkilmək qadağası ilə üz-üzə qalıb. 66 yaşlı Basiri iranlı televiziya tamaşaçılarına çəkildiyi yumoristik rollarla tanınır. O, bildirib ki, Əhmədinecat prezident seçildikdən sonra vəkillər ona zəng vuraraq kinolarda çəkiliməyi yasaq ediblər. Hətta Basirinin şəkilləri reklam plakat və çarxlarından yığışdırılıb. Artıq bunlar arxada qalıb. Aktyor bu yaxınlarda prodüserlər tərəfindən Əhmədinecatı əks etdirəcək qısa rol təklif olunduğunu açıqlayıb: "Rejissorlar sabiq prezidentin pencəyinə uyğun geyim axtardılar, lakin mən imtina etdim. Dedim ki, nə vaxt hörmətli Əhmədinecat razılıq verərsə, məmnuniyyətlə onun rolunu oynayaram".
2014-01-30
7,751
Baş nazirin qalmaqallı görüntüsü - Video
Gürcüstanın baş prokurorluğu keçmiş yüksək çinli məmurların barəsində internetdə yeni yayılmış videoçarxın istintaqına başlayıb. Yanvarın 29-da "YouTube"da yayılmış videoçarxda Baş nazir Vano Merabişvili hərbi geyimli bir qrup insanla danışır və bildirir ki, ona "iki meyit" gətirməlidirlər. "Mən iki adamı istəyirəm, mənə iki meyit lazımdır. Bu iki meyiti mənə gətirin. Vəssalam. Mükafatı böyükdür", - deyə Merabişvili bəyan edir. Kadrlarda başqa siyasətçilər də yer alır. Çarxın sonunda Gürcüstanın keçmiş prezidenti peyda olur və soruşur: "Vano hardadır?" Ehtimal edilir ki, videokadrlar 2009-cu ilin may ayında Muxrovani hərbi bazasında baş verənlərlə bağlıdır. Hakimiyyət hərbi hissədə qiyam olduğunu bəyan edirdi. Prokurorluq Muxrovanidə xüsusi əməliyyat keçirilməsinin qanuniliyini yoxlayacağını bildirib. Xatırladaq ki, eks baş nazir Vano Merabişvili hazırda həbsxanadadır və onun haqqında məhkəmə işi aparılır. (ANS)
2014-01-30
7,752
Rusiya Qarabağla bağlı çağırış etdi - Rəsmi
Rusiya Dağlıq Qarabağ ərazisində vəziyyətin gərginləşməsindən narahatdır və münaqişə tərəflərini sərhəddə vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir. Məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsindən narahatıq. Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında ölənlər var. Dinc sakinlər arasında yaralananların olduğu bildirilir. Hesab edirik ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ciddi şəkildə çətinləşə bilər. Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir". Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb. Hətta ermənilərin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazilərinə girərək əməliyyatlar aparmağa çalışıblar. Bu zaman onların çoxlu sayda itki verdikləri bildirilir. Eyni zamanda, atəşkəsin tez-tez pozulması nəticəsində Azərbaycan Ordusunun iki zabiti şəhid olub. Yanvarın 28-də isə ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd edərkən ələ keçirilib. (Trend)
2014-01-30
7,753
Şəmkirdə minik avtomobili yandı
Şəmkirdə minik avtomobili yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Şiştəpə kəndində "Volvo" markalı minik avtomobilinin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-30
7,754
Məhəbbət Kazımov – ilk məhəbbətim
Yanvarın 27-də eşitdiyim bu xəbərə inanmadım. Növbəti iş günlərindən biri olsa da, bu gün yəqin ki, yaddaşımdan heç çıxmaz. İş yoldaşımın yaxınlaşaraq, "Məhəbbət Kazımov rəhmətə gedib" deməsi əlimi-qolumu boşaltdı. İndi haqq dünyasında olan sevimli müğənni ilə bu günlərdə müsahibə götürəcəkdim. Söhbətin sualları da müzakirə olunmuşdu. Bu mənim ilk müsahibəm olacaqdı. Usta yazarlarımız deyir ki, jurnalistin ilk müsahibəsi ilk məhəbbət kimidi... Müğənni ilə zəngləşib, vədələşmişdik. Xəbərin şokunda sənətçinin telefonuna zəng etmək istədim. İnana bilmirdim. Lakin rəqəmləri sona qədər yığa bilmədim, bacarmadım. Bir neçə dəqiqədən sonra isə bütün mətbuat bu qara xəbəri paylaşırdı... Mən onun zəngini, səhhətinin yaxşılaşdığını deyəcəyini gözləyirdim, qəfil gələn ölüm xəbərini yox. Müsahibə götürmək istəyim də elə onun ağır xəstə olmasından yaranan istək idi. İstəyirdim ki, tanınmış müğənnimizi müsahibə vasitəsi ilə tamaşaçıları, sevənləri ilə görüşdürüm. Zəngimdən məmnun qalmışdı. Amma səsindəki yorğunluq və təngnəfəslikdən hiss etmişdim ki, Məhəbbət bəyin səhhəti heç də yaxşı deyil. Elə özü də bunu təsdiqləmişdi: "Həkim nəzarətindəyəm, yaxşı olan kimi sizinlə əlaqə saxlayacağam". Verəcəyim suallardan biri də onun doğulub boya-başa çatdığı Laçın haqda olacaqdı. Bəlkə də ən kövrək yeri Laçın idi. Axı dəfələrlə özü demişdi ki, orada, o dağların qoynundakı sevimli yurdda konsert vermək, "Laçınım" mahnısını ifa etmək istəyir. Elə haqq dünyasına qovuşduqda da doğma yurdunda dəfn olunmağı dilinə gətirərdi. Çox heyf, o bu arzuya çata bilmədi. Mənim onunla həmsöhbət olmaq arzum, Məhəbbət Kazımovun müqəddəs arzusunun yanında heç nə olsa da, mənim gerçəkləşdirə bilmədiyim istək də məni çox üzəcək... Ona verəcəyim suallar ancaq o səsin, o nəfəsin, istedadın adına hazırlanmışdı... Qulaqlarımda hələ də o səsdir: "Qurudub göndərmə bənövşələri", "Belə qəmli dayanma". Və əsrarəngiz səsin içindəki haray: "Laçınım, Laçınım, Laçınım mənim"... Bir də ölməz Məmməd Arazın sözlərinə oxuduğu "Duman salamat qal, dağ salamat qal"...
2014-01-30
7,755
Qəzet redaktorları bir araya gəldilər - Video
Qəzet və jurnalların köşklərdən və metro keçidlərindən yığışdırılmasına etiraz əlaməti olaraq qəzet redaktorları bir araya toplaşdı. Onlar küçə ticarətində mətbuatın yığışdırılmasını aradan qaldırmaq üçün tədbirlərin görülməsini vacib sayan media nümayəndələri mətbuatın yayımına qoyulan qadağanın mətbuata qoyulan qadağa kimi qiymətləndirərək, bu yolda mübarizəni sona kimi aparacaqlarını bildirdilər. Yayım Assosasiya və qəzet redaktorları bununla bağlı prezident administrasiyasına təkliflər planı hazırlayıb göndəriblər. (ANS)
2014-01-30
7,756
Konqresmen müxbiri canlı yayımda təhdid etdi – Video
ABŞ konqresmeni Maykl Qrim kamera qarşısında eyvandan atmaqla təhdid etdiyi müxbirdən üzr istəyib. "Axar.az" xəbər verir ki, Respublikaçılar partiyasının Nyu-York Konqresinin üzvü Maykl Qrim "NY1" kanalının müxbiri Maykl Skotoya "bir də mənə belə suallar versən, səni eyvandan ataram" deyərək təhdid etmişdi. İctimai qınaqlara tuş gəldiyi üçün bu gün üzr istəyib.
2014-01-30
7,757
Moskva Suriya müxalifəti ilə danışıqlara başlayır
Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba gələn çərşənbə axşamı Moskvaya səfər edəcək. "Cənab Carba Rusiya tərəfinin fevralın 4-də Moskvaya səfər etməsi barədə dəvətini qəbul edib", - Carbanın müşaviri bildirib. Xəbər verildiyi kimi, Rusiya XİN-i Milli koalisiyanın ünvanına dəfələrlə Moskvaya səfər etməsi barədə dəvət göndərib, lakin tərəflər əlverişli vaxtını razılaşdıra bilmirdilər. Milli koalisiyasının Baş katibi Bədr Camus bəyan edib ki, təşkilat Rusiya nümayəndələri ilə hər hansı görüşü alqışlayır, xüsusən də əgər onlar tərəflər arasında dialoqun daha da inkişafına müsbət təsir olacaq. (Trend)
2014-01-30
7,758
Erməni əsgər anaları yenidən aksiyaya çıxdılar - Video
Ermənistanda əsgər anaları bu gün yenidən aksiya keçiriblər və prezident Serj Sarkisyandan övladlarının ölümünün ədalətli araşdırılmasını tələb ediblər. "Axar.az"ın Ermənistan mediasına istinadən məlumatına görə, ölən hərbçi Tiqran Oqancanyanın anası Qoar Sarkisyan mediaya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vardan Avetisyanla görüşlərinin detallarını dilə gətirib. Onun sözlərinə görə, V.Avetisyan söz verib ki, anaların tələblərinin ədalətli həlli üçün xüsusi müraciət hazırlayacaq: "Bu illər ərzində hüquq mühafizə orqanı nümayəndələri uşaqlarımızın ölümünü ədalətli araşdırmadığına görə, Serj Sarkisyanla şəxsən görüşməyə qərar verdik. Görüşdük də, o, qəfəs arxasından bizə söz verdi ki, lazımı göstəriş verəcək. Lakin yalan ümid veribmış". Onun sözlərinə görə, yanvarın 28-də polis onlara qarşı xüsusi qəddarliq göstərib: "Təsəvvür edin, bütün hüquq sistemi bu analardan qorxur. Bizim uşaqları qətlə yetirən zabitləri aşkar etməyincə susmayacağıq". Xatırladaq ki, yanvarın 28-də də əsgər anaları övladlarının zabitlər tərəfindən qətlə yetirilməsi hadisəsinin illərdir ki, doğru-dürüst araşdırılmamasından narazılıq etmiş və aksiya keçirmişdilər. Polis zorakılığı ilə üzləşən əsgər anaları növbəti dəfə aksiya keçirməyə hazırlaşırlar.
2014-01-30
7,759
Ukraynada bir gecədə 140 həbs - Etiraz
Ukraynada keçirilən aksiyalar zamanı 234 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlardan 140-ı həbs edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Baş Prokurorluqdan verilən açıqlamada 500-dən çox etirazçının yaralandığı və 4 nəfərin də həyatını itirdiyi bildirilib. Qeyd edək ki, dünən Ukrayna parlamentində "amnistiya haqqında" qanun qəbul edilmiş, ancaq müxalifət bu qanunu rədd edərək aksiyaçıların Maydanı tərk etməyəcəyini açıqlamışdı.
2014-01-30
7,760
Yerdən 4 min metr yüksəklikdə dəhşət – Video
Havada uçmaq üçün paraşütlə tullanan Ceyms Li adlı idmançı saniyələr sonra 4 min metr yüksəklikdə başqa bir idmançı ilə toqquşaraq huşunu itirib. "Axar.az" xəbər verir ki, İngiltərənin Viltşaye şəhərində baş verən bu hadisə nətcəsində əl işarəsi ilə yaxşı olub-olmadığını soruşan idmançılar cavab almadıqları üçün Linin paraşütünü açaraq baş verə biləcək faciənin qarşısını alıblar.
2014-01-30
7,761
Prezidentin gərgin müzakirədən unikal görüntüsü yayıldı
Ukrayna Prezidenti Viktor Yanukoviçin xəstəxanaya aparılmasının səbəbi qripə yoluxması deyil, axşamkı gərgin müzakirələrdən sonra özünü narahat hiss etməsidir. "Axar.az"ın məlumatına görə, Röyter agentliyini müxbirinin dünən gecə Ukrayna Prezidentinin yanında hökumət üzvlərinin görüşü zamanı qapı arasından çəkdiyi unikal şəklin yayılması bu versiyanın səslənməsinə səbəb olub. Şəkildən də görünür ki, hökumət üzvləri gərgin keçən müzakirədə başlarını əlləri arasına alıblar, qalstukunu çıxaran Yanukoviçin isə bu gərginlikdən səhhətində problem yarandığı ehtimal olunur. Qeyd edək ki, "Amnistiya qanunu" qəbul edilməsinə baxmayaraq, müxalifət Maydandan çəkilməyəcəyini açıqladı. Bundan sonra isə Yanukoviçin xəstəxanaya yerləşdirildiyi xəbəri yayıldı. Prezidentin mətbuat katibliyi Yanukoviçin xəstəxanaya qripə yoluxması səbəbindən yerləşdirildiyini açıqlayıb.
2014-01-30
7,762
Suriyaya gedənlər barədə sensasiya - Video
ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper senatın Kəşfiyyat komitəsi qarşısında verdiyi hesabatda Suriyada döyüşən əcnəbilərlə bağlı sensasion açıqlama verib. Ceyms Klepper "Əl-qaidə" qruplarının terrorçular hazırlamaq və onları sonradan öz ölkələrinə yollamaq üçün xüsusi təlim düşərgələri Suriyada yaratdıqlarını bildirib. Klepper Suriyada Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfərin döyüşdüyünü, onların 7 minə qədərinin Avropa dövlətləri də daxil olmaqla 50 müxtəlif ölkədən olduğunu bildirib. ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, artıq Amerika və Avropa ölkələrindən olan xeyli sayda əcnəbi döyüşçü öz vətənlərinə qayıdıb. Suriyaya döyüşmək üçün gedənlərin qarşısını almaq üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyindən verilən məlumata görə Suriyaya gedənlərin böyük əksəriyyəti təhsil almaq, işləmək, turist və ziyarət adı ilə ölkədən çıxırlar. Onlar qanuna zidd əməl törətməyiblərsə, barəsində məhkəmə istintaqı aparılmırsa, o zaman polisin həmin şəxsi saxlamaq səlahiyyəti yoxdu. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, Dövlət Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağının bildirib. Suriyaya döyüşmək üçün gedənlərlə bağlı verilən fətvadan sonra bəzi radikal dini məzhəblər Qafqaz Müsəlmanları İdarəsinin belə bir fətva vermə səlahiyyəti olmadığına dair fikirlər səsləndirirlər. Din xadimləri isə hesab edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dindarların fikirlərini nəzərə alır və bu fətvalar şəriət qaydalarına əsaslanır. Ona görə də Qafqaz Müsəlmanları idarəsinin tam olaraq belə bir fətva vermə səlahiyyəti var. Bütün Qafqazın Şeyxi də etiraf edir ki, qurumun verdiyi bu fətvadan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə, hətta özünə qarşı da təzyiqlər olacaq. Çünki verilən bu fətva radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Dindarlar hesab edirlər ki, Azərbaycanda radikal dini cərəyanların ciddi sosial dayağı yoxdur. Onlar ölkəmizdə kiçik qruplaşma halında fəaliyyət göstərirlər və əsas məqsədləri də öz fəaliyyətlərini genişləndirməklə Azərbaycandakı dini tolerantlıq mühitinə zərbə vurmaqdır. Ekspertlər hesab edirlər ki, ona görə də radikal dini cərəyanlar ayrı-ayrı din xadimlərini hədəfə almağa cəhd edirlər. (ANS)
2014-01-30
7,763
Bakıda qarla birgə dərd də başladı - Foto
Bakıda qar yağmağa başlayıb. Təxminən bir saatdır paytaxtda qar yağır. Qar yağmağa başlayan kimi problemlər də başlayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhərin müxtəlif yerlərində tıxaclar yaranıb. Ən ciddi vəziyyət Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarındadır. Yasamal rayonundakı "Qələbə" dairəsində tıxacın uzunluğu 500 metri ötüb. Artıq paytaxtda qarlı havanın ilk yol qəzaları qeydə alınmağa başlayıb. Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. ("Musavat.com")
2014-01-31
7,764
M.Ə.Rəsulzadə Türkiyədə anılacaq – Rəsmi
Ankarada Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. Bu barədə "Axar.az"a Azərbaycanın Türkiyədəki səfirliyinin Mətbuat Xidmətinin rəhbəri Elsəvər Salmanov məlumat verib. O, tədbirdə əsasən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin iştirak edəcəyini bildirib. Mətbuat katibi eyni zamanda Türkiyədə təhsil alan tələbələrimizin də burada olacaqlarını qeyd edib. "Tədbirə Azərbaycandan Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Sabir Rüstəmxanlı, Yaqub Mahmudov və Tamerlan Axundov qatılacaqlar. Türkiyədən kimin tədbirdə iştirak etməsinə hələ qərar verilməyib. Sabah bunlar haqqında dəqiq məlumat veriləcək". Qeyd edək ki, bu gün - 31 yanvarda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin qurucularından olan böyük öndər Rəsulzadənin 130 illik yubileyi dövlət səviyyəsində keçirilir.
2014-01-31
7,765
Qadınıyla görüşmədən övladı dünyaya gəldi
İsrail əsgərləri tərəfindən tutulmuş bir fələstinli məhbusun xanımı onun nütfəsini qaçaq yolla əldə edib və süni mayalanma ilə uşaq həyata gətirib. "Axar.az" ərəbdilli mətbuata istinadən xəbər verir ki, İsrail həbsxana qanunlarına görə məhbusla fiziki təmasda olmağa heç kimə icazə verilmir. Yalnız kiçik uşaqlar atasını, ya da qohumunu görüşə gəldikdə qucaqlaya bilər. Elə isə o qadın yoldaşının nütfəsini necə əldə edib? Məsələ belə olub: məhbusun azyaşlı qohumu onunla görüşə gəlib və o, qablaşdırdığı nütfəni uşağın cibinə qoymaqla həbsxanadan çıxarıb. Atanın qaçaq nütfəsindən Həsən adlı uşaq dünyaya gəlib. Xatırladaq ki, bu, İsrail həbsxanasından yayılan eyniməzmunlu ikinci hadisədir. Bir müddət əvvəl də fələstinli qadın anoloji addım atmış və bu "qaçırılmaya" şəxsən başçılıq etmişdi...
2014-01-31
7,766
Qarlı havada yol terroru davam edir: 4 ölü - Yenilənib
Ağstafa rayonunda ağır yol qəza hadisəsi baş verib. Bu gün saat 22:00 radələrində Qazax-Ağstafa yolunda faciəvi yol qəzası baş verib. Hadisə "BMW" markalı avtomobilin yoldan çıxması nəticəsində yaşanıb. Qarın yağması ilə yolun sürüşkən olması avtomobilin körpünü keçmək istəyərkən aşmasına səbəb olub. Hadisə nəticəsində 2 nəfərin dünyasını dəyişdiyi və yaralıların da olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşını ayırıb meyitləri və yaralıları çıxarıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb. Yaralılar barədə ətraflı məlumat veriləcək. (ANS) 2:00 Dünən saat 22:00 radələrində Qazax-Ağstafa yolunda faciəvi yol qəzasında yaralanan 2 nəfərin də öldüyü deyilir. Xatırladaq ki, avtomobildə olan digər 2 nəfər hadisə yerində dünyasını dəyişmişdi. Yol sürüşkən olduğundan avtomobil körpünü keçmək istəyərkən aşıb və 10 min voltluq gərginliyi olan dəmiryolu xəttinin üzərinə düşüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşını ayırıb meyitləri çıxarıblar. Qəzada dünyasını dəyişənlərin kimliyi haqqında məlumat verilmir.
2014-01-31
7,767
Bu reklam bir gündə 15 milyondan çox izlənildi - Video
Bu həftə sonu ABŞ-ın Nyu-Cersi ştatında "Sitl Sihoks" ilə "Denver Bronkos" komandaları arasında oynanacaq "Super Boul" oyununun finalından əvvəl firmalar müxtəlif reklam kampaniyaları təşkil edib. O reklamlardan biri "Yutub"da bir gündə 15 milyondan çox izlənilib. O videonu təqdim edirik:
2014-01-31
7,768
Yol polisi Rəqsanəni hədələdi
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova qayda pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını bildirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Xeberlent.az"a məsələ ilə bağlı münasibətini bildirib. Onun sözlərinə görə, qanun hamı üçün eynidir: "Sadəcə, hörmət əlaməti olaraq, DYP əməkdaşları bizim bir çox incəsənət və digər tanınmış dövlət xadimlərini yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxırlar. Lakin bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar. Nə edək ki, bizim xanım sürücülərə hörmətimiz var. Bu hadisəni nəzərə alıb daha da ciddi tədbirlər görəcəyik. İndi görək bu hadisədən sonra Rəqsanə və digər tanınmışların özləri və balaları necə can qurtaracaqlar. Mənim qızım keçiddən istifadə etməyib cərimələnərkən, nə atasının adını verib, nə də bir şey. Hətta cəriməni qızım öz pulu ilə ödəyib. Bundan sonra heç kimə hörmət edilməyəcək".
2014-01-31
7,769
Məşhur müğənnini səhnədə cərəyan vurdu – Video
Minlərlə tamaşaçının qarşısında baş verən dəhşət anları mobil telefon vasitəsi ilə saniyə-saniyə kameraya çəkilib. "Axar.az" xəbər verir ki, Argentinanın Rançillos şəhərində minlərlə tamaşaçının qarşısında konsert verən "Alkalas" qrupunun solisti Nolberto səhnənin dirəyindən tutduğu zaman elektrik cərəyanı vurub. Qolundan tüstü çıxdığı zaman bir anda titrəməyə başlayan Nolberto səhnədən yıxılıb. Lakin bir neçə dəqiqə sonra ayağa qalxaraq professionallığını nümayiş etdirərək konsertinə davam edib.
2014-01-31
7,770
Piton turistlərə meydan oxudu - Video
Gəzinti sırasında turistlər maraqlı olduğu qədər də təhlükəli hadisə ilə üz-üzə qalıb. "Axar.az" məlumat verir ki, avtomobilin sürücüsü bir neçə dəfə maşını yolun digər tərəfindən sürmək istəsə də piton ilan buna imkan verməyib. İlanın özündən onlarla qat böyüklükdəki maşına meydan oxuması turistlərin kamerasına belə əks olunub.
2014-01-31
7,771
Özünü qatarın altına atdı, burnu belə qanamadı – Video
Gənc qız özünü qatarın altına atsa da, zərrəcə zədə almayıb. "Axar.az"ın məlumatına görə, hadisə Avstraliyada baş verib. Psixoloji sarsıntı keçirən gənc qız özünü yük qatarının altına atıb. Lakin üstündən tonlarca ağırlığında qatar keçməsinə baxmayaraq, burnu belə qanamayıb və ayağa qalxıb. Gənc qız özünü qatarın altına atdığı anın videosuna baxdıqdan sonra "şok" olduğunu və başqalarının da eyni səhvi etməməsini tövsiyə edib. O özünü qatarın altına atan zaman içkili olduğunu söyləyib: "Qatarın altında olanda şüurum üstümdə idi. Qatarın başımın arxasına dəydiyini hiss edirdim. Bu həyatımda etdiyim ən axmaq hərəkət idi. Bəzi axmaq hərəkətlər etmişdim, amma bu hərəkətimdən həqiqətən də utanıram". Gənc qız bütün bunlara baxmayaraq, çox şanslı olduğunu və bu hadisənin həyatını çox dəyişdiyini sözlərinə əlavə edib: "Həyat problemlərimizi böyütməyəcək qədər gözəldir".
2014-01-31
7,772
Kişinin mədəsindən oyuncaq ayı çıxdı - Foto
Türkiyədən bir kişinin mədəsindən əməliyyatla 6 cism çıxarılıb. "Axar.az" xəbər verir ki, Van şəhərində Ərhan Özbilir adlı bir kişi mədəsindəki rahatsızlığa görə xəstəxanaya müayinəyə gedib. Həkimlər gördüklərindən təəccübləniblər. Çünki xəstənin mədəsində qol saatı və oyuncaq ayı kimi əşyalar olub. Vəziyyəti ağır olan xəstə əməliyyat edilib. Əməliyyatla Ozbilirin mədəsindən ümumilikdə 6 müxtəlif cism çıxarılıb. Həkimlər bildirib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Məlumata görə, Ərhan Özbilir psixoloji gərginlik keçirdiyi üçün həmin cismləri udub.
2014-03-26
7,773
Keçmiş əsgərin ümidi təkcə Allaha qalıb – Ana fəryadı
01-31 09:00 1988-ci il təvəllüdlü Vüsal Bağıyev böyrək çatışmazlığından əziyyət çəkir. İsmayıllı rayon sakini olan Vüsal Gəncə şəhərində hərbi xidmətini başa vurandan 6 ay sonra böyrəyindən şikayət edib. Dövlət qeydiyyatına isə bir ay sonra düşə bilib. O, Azərbaycanda ilk dəfə böyrək transplantasiyasının həyata keçirildiyi xəstələrdəndir. Ona anasının böyrəyi köçürülüb. Neftçilər xəstəxanasının həkimləri Elnur Fərəcov və Mircəlal Kazimi tərəfindən Şamaxı rayon Diaqnostika mərkəzində dövlət hesabına əməliyyat olunan Vüsalda əməliyyatdan iki gün öncə Hepatit B virusu aşkarlanıb, amma anası Saçlı Cəlilovanın "Axar.az"a dediyinə görə, həkimlər tələm-tələsik ona qarşı iynə vurublar. Qara günlər başlayır 2011-ci il oktyabrın 16-da əməliyyat olunan Vüsal Bağıyevin əsl problemi də bundan sonra başlayıb. Şamaxı rayon Diaqnostika Mərkəzində hər həftə dializə gedən Vüsal həkimlərin səhlənkarlığı nəticəsində Hepatit C virusuna yoluxub. Vüsalın anası deyir ki, Şamaxı Diaqnostika Mərkəzinin Dializ şöbəsində təkcə onun oğlu deyil, çox adam Hepatitə yoluxub. Beləliklə, Vüsalın 2013-cü ilin yanvarında əməliyyat olunan böyrəyi yenidən öz fəaliyyətini dayandırıb. Dözməyən ana böyrəyi Vüsalın redaksiyamıza üz tutan anası Saçlı xanım isə yeni əməliyyat üçün imkanlı şəxslərdən kömək istədiyini bildirdi: "Evimi kreditə qoyub "Xalq Bank"dan 17 min pul götürmüşük. Əməliyyatdan başqa hər bir analizə, dərmanlara götürdüyüm pulun hamısını ödəmişəm. Hər ay oğlumu Neftçilər Dövlət xəstəxanasına analizə gətirirəm, hər dəfə gətirəndə 100 manat pul veririk laboratoriya şöbəsinə. İndi Vüsalı yenidən əməliyyat etdirmək lazımdır. Mənim ona verdiyim böyrək də fəaliyyətini itirdi, indi yenidən donor axtarırıq. Əməliyyat üçün isə 35 minə yaxın pul lazım olduğunu deyirlər". Atası da öz böyrəyini verə bilər, amma... Vüsalın qanında Hepatit C virusu isə İran İslam Respublikasında həkimlər tərəfindən aşkarlanıb. Bildirilib ki, Vüsal ikinci dəfə əməliyyat oluna bilməz. Amma Neftçilər Dövlət Xəstəxanasının həkimi Mircəlal Kazimi və Elnur Fərəcov bunun əksini deyib. Saçlı xanım deyir ki, Vüsalın atası ona donor ola bilər, amma əvvəlcə ürək əməliyyatı olunmalıdır. Saçlı Cəlilova maddi imkanlarının olmadığı üçün bu əməliyyatın mümkünsüz olduğunu bildirir: "Ümidimiz bir Allaha qalıb..." *** 03-26 16:10 Əlacsız anaya yardım etmək istəyənlər bu hesab nömrəsi ilə əlaqə saxlaya bilərlər: AZ88MUGA410103801002201 AZM 15 MUĞAN BANK Əlaqə telefonları: 055 866 66 49 Fazil (atası), 055 468 58 78 (Vüsal), 055 249 55 02 (anası)
2014-01-31
7,774
Bu gecə Bakıda 3 təcili yardım maşını batıb
Bu gecədən paytaxta yağmağa başlayan güclü qar fasiləsiz olaraq əhaliyə xidmət göstərən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də mənfi təsir göstərib. Stansiyadan verilən məlumata görə, gecə saatlarında bir neçə maşın yolda qalıb. "Baxmayaraq ki, stansiyanın ixtiyarında olan təcili yardım maşınları qış mövsümünə tam hazırdı. Lakin yenə də müəyyən problemlər yaranıb", - deyə stansiyadan bildirilib. Çağrışla gedən 3 təcili yardım maşını yolda batıb. Həmin maşınların çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri çağrılıb. Bundan başqa, çağırışa gedən maşınların hərəkəti paytaxt yollarında olduqca çətinləşib. Bu da həkimlərin xəstələrin yardımına çatmasında müəyyən çətinliklər yaradıb (Anspress).
2014-01-31
7,775
Arvadını və özünü yandıran ər öldü – Foto
Türkiyənin Aksaray şəhərində 4 uşaqlı bir ailədə dəhşətli hadisə yaşanıb. "Haberler"ə istinadən verdiyi məlumata görə, Aksarayda həyat yoldaşı Əminə Akyolun və özünün üstünə benzin tökərək yandıran Əli Akyol müalicə olduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə mübahisə nəticəsində yaranıb. Qəzəblənən ər evdə içində benzin olan bidonu götürüb. Əvvəl həyat yoldaşının, sonra isə öz üstünə töküb və alışqanı yandırıb. Qonşuların müdaxilə etməsilə ər-arvad söndürülüb. Ər və arvad təcili yardımla dövlət xəstəxanasına aparılıblar. Özünü yandıran ər ölsə də, həyat yoldaşı Əminə Akyolun vəziyyəti ağır olaraq qalır (Anspress).
2014-01-31
7,777
Beyləqanda ev yanıb, xəsarət alan var
"Axar"az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər qadın əl və üz nahiyyəsindən yüngül yanıq xəsarətləri alıb və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.