date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-28 | 7,562 | Qorxulu məhəllənin didərgin uşaqları - Video | Xəqani Rüstəmov küçəsində yaşayan Füzuli rayon köçkünləri redaksiyamıza göndərdikləri məktubda güzəranlarından narazı olduqlarını, dözülməz şəraitdə yaşadıqlarını bildiriblər. Bu məktubun sorağı ilə onların yaşadığı ünvana yollandıq, görüşdük, həyat şəraitləri ilə maraqlandıq. Unudulmuş insan məskəni Evsizlikdən şikayət edən Füzuli qaçqınları taxta-dəmir divarları olan balaca komalarda yaşayırlar. İşğal altında olan bu rayonun məcburi köçkünləri 20 ildir ki, başqaları kimi isti ev ümidi ilə gözləyirlər. Bu küçə ilk baxışdan tənha bir evi xatırladır. Həyətdən çalın-çarpaz zivələr çəkilib, zivələrdən paltarlar asılıb. Bu zivələr, bu paltarlar da olmasa, burada insan oğlunun yaşadığına inanmaq çətin olar. Sanki illərdir burada həyat donub. Göydələnlərin fonunda yerə yapışmış yekə, yöndəmsiz, yastı-yapalaq evi xatırladan, pas atmış dəmir-dümürdən köynək geyinmiş bu xırda məhəllə adamda yalnız bu təəssüratı yarada bilər – haçansa insan məskəni olmuş və unudulmuş məkan. Meşəyə gələn insan Qəfildən torpağın içində oynayan balacaların qışqırtısını eşidəndə yadıma düşür ki, bura reportaj hazırlamağa gəlmişik – axı burada dərdi-səri olan adamlar yaşayır və onlar imdad üçün bizə üz tutublar. Fotoqrafımız meşəyə gələn insandan qorxan nağıl qəhrəmanları kimi bizdən ürküb-qaçan uşaqları çağırır, dilə tutur, şəkillərini çəkib isinişməyə çalışır. Deyəsən, ünsiyyətimiz alınır. Böyük həvəslə, sanki illərdir qayğıdan, mehrdən kənar olduqlarını cürbəcür hərəkətləri ilə bildirməyə can atırlar. Küçənin bütün uşaqları "fotoqraf əmi"yə şəkil çəkdirmək üçün toplanır. Həyatın daha bir nişanəsi – söyüd ağacı Yox, bura nə müharibə bölgəsidir, nə də ki, təhlükəli zona. Sanki hündür, yaraşıqlı binaların tikildiyi, göz oxşayan parkların salındığı Bakı da deyil bura. Bakı coğrafi də olmasa, ruhən bu məkandan çox-çox iraqda yerləşir. Şəhərin bütün səs-küyündən uzaq Xəqani Rüstəmov küçəsinin mistik aurası var. Heç vaxt inana bilməzsən ki, bu qədər gur insanları olan şəhərdə 11 ailənin yaşadığı sakit, baxımsız, gözdən–könüldən kənar belə bir künc də var. Elə müasir Bakının toz-dumanında itmiş, bir də söyüd ağaclarının varlığından başqa həyatın var olduğunu da burada heç nə xatırlada bilməz sənə. Bir də ki, məhəllənin kənarında tikinti işləri aparılan ərazidə oynayan uşaqların səs-küyü. Dəmir-beton oyuncaqlar Üst-başları torpaq, çirk-pasaq içində olan bu balacaların oynamağa, əylənməyə başqa yerləri yoxdur. Onların oyuncaqları da əlbəttə ki, gəlinciklər, oyuncaq maşınlar deyil. Müharibənin qoxusunu belə duymayan bu balacaların oyuncaqları da qeyri-adidir. Yaxınlıqda tikilən yeni tikililərin beton daşları, armaturları – böyüklərin dilində "inşaat materialları" adlanan bütün tör-töküntü bu balacaların sevimli oyuncaqlardır. Betonqarışdıran maşınlar yükünü boşaldanda isə onlar üçün əsil toy-bayram olur. Məhəllədə yaşayan balacalar qaça-qaça özlərini maşınlara çatdırıb onu seyr etməkdən doymurlar. Müharibədən daha qorxulu Gözünü müharibədən çox uzaqda açıb Nihad. Nə müharibə görüb, nə də ki, ana-atasının ona anlatdığı Füzulini. Nihad üçün müharibə anlayışı hər gün ayağını basdığı beton döşəmə, yağış yağanda su daman tavan və taxta divarları olan evdən qorxulu deyil. 6 yaşlı bu balaca deyir ki, yüksəkliyi ilə adamda qorxu yaradan o binaları görəndə hər dəfə yenidən bir də öz komaları yadına düşür. Onun gözündə evləri qorxulu nağıllardakı dəhşətə bənzəyir: "Gecələr soyuqdan donuram, axşamlar qorxulu yuxular görüb ayılanda üşüdüyümü hiss edirəm. Bir evimizin, evimizdə isti otağımın, otağımda yumşaq oyuncaqlarımın olmasını arzu edirəm həmişə. Amma neçə ildir bu olmur. Anama deyirəm ki, axı niyə olmur, niyə arzularım həyata keçmir? Deyir, müharibə haçan bitsə, o zaman istədiyin hər şeyin olacaq. İndi bütün uşaqlar sənin kimi yaşayır. Amma mən bilmək istəyirəm, bəs o hündür binalarda yaşayan uşaqların ölkəsində müharibə getmir?" 20 illik ev həsrəti "Yoldaşım bir əlini müharibədə itirib. Onunla belə, fəhləlik edir. Qazandığı ancaq iynə-dərmana gedir". Nihadın anası Samirə Əliyeva deyir ki, evlə bağlı müraciət etmədikləri yer qalmayıb. Amma heç bir faydası yoxdur. Nə dolanışıq yaxşıdı, nə də gün-güzəran: "Burda hamı eyni vəziyyətdə yaşayır. Güc-bəla ilə bu daxmaları tikdik. Hətta daxma demək də mümkündürsə. Küçədə qalmamaqdan ötrü. Dövlətimiz bizə ev versin, biz heç, bu uşaqlara yazığı gəlsin. Hamısı xəstəlik tapıb. Bunların gələcəyi nə olacaq?.." Nə vaxtsa köçəcəkləri günü gözləyə-gözləyə 20 illik həsrətlərinin bitməsini istəyirlər. Şər qarışanda ayrılıq Soyuq və yaşamaq üçün heç bir şəraiti olmayan kiçik komaların sakinləri ilə sağollaşanda artıq hava qaralmağa başlayırdı. Bu evlər o qədər soyuq idi ki, küçəyə çıxanda bayırdakı temperaturla heç bir fərq hiss etmədik. Balaca Nihaddan və yaşıdlarından bir gün arzuladıqları kimi isti evlərinin, qayğıdan, problemdən uzaq, əsil uşaqlıq həyatlarının olması ümidi ilə ayrıldıq. |
2014-01-28 | 7,563 | Masallıda yaşayış evi yandı | Masallı şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Masallı şəhərində ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-28 | 7,564 | Səlim Müslümov əlilə görə direktoru işdən qovdu | Yevlax şəhər sakini, əlil Nizami Kərimovun sosial müavinət ala bilmədiyi üçün özünü yandırmasından sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib. "Axar.az" ANS-ə istinadən bildirir ki, Mərkəzin direktor əvəzi Natiq Məmmədovun sözlərinə görə, Nizami Kərimov sosial təminatı kəsildikdən sonra ilk dəfə bu il yanvarın 24-də gəlib və qısa söhbətdən sonra özünü yandırıb. Baş verən olaydan sonra vəzifəsindən azad edilən mərkəzin sabiq direktoru Rövşən Məhərrəmov isə bölgə müxbirimiz Şahin Rzayevə telefonla verdiyi müsahibədə ittihamlarla razılaşmadığını bildirib. Rövşən Məhərrəmov bəyan edir ki, Nizami Kərimovun müavinətinin dayandırılması özünün səhlənkarlığı üzündən baş verib. Çünki sentyabr ayından bəri müavinət almayan Nizami Kərimov bu işin üstünə düşməyib və lazımi sənədləri toplamayıb. Bildirək ki, ünvanlı sosial yardım ala bilmədiyindən özünü yandıran Yevlax sakini 44 yaşlı Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, həyatı təhlükədə deyil. Həyatına qəsd etməyə cəhd edən Nizami Kərimov heç bir yerdə işləmədiyini və sosial təminat ala bilmədiyinə görə belə bir addim atdığını dedi. Hadisə ilə bağlı Yevlax rayon ƏSMM-dən Nizami Kərimovun 2 dəfə ünvanlı sosial yardım aldığını və bu yardımın ötən ilin sentyabr ayında dayandırıldığını bildirdilər. Xatırladaq ki, Nizami Kərimov anadangəlmə 3-cü qrup əlildir. Ailə vəziyyətinə gəlincə isə 20 il əvvəl ailə quran əlil təqribən 10 kvadradmetrlik otaqdan, mətbəx və balaca eyvandan ibarət olan evdə yaşayır. Ailə üzvlərinin sözlərinə görə mülkiyyətində olan avtomobil də istifadəyə yarasız vəziyyətdədir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır. (ANS) |
2014-01-28 | 7,565 | İlk hüquq professorunun zindan məktubları - Foto | Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktublar Azərbaycan dilinə tərcümə edilib. Bu, sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq professorunun həm ictimai mövqeyini və bütövlükdə portret cizgilərini əks etdirir. "Axar.az" həmin məktubların ən maraqlı və ibrətamiz məqamlarını oxuculara çatdırır. Məktubları oxuduqca onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı insan, daim elmi düşüncə ilə yaşayan bir alim. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbəddülatlar da özünü aydın şəkildə göstərməkdədir. Mustafa ağa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyir. Həyat yoldaşına yazdığı ilk məktublarından birində belə deyir: Həmin gecəni bütün xırdalıqları ilə xatırlayıram "Bu günlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik... Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri nə qədər sular axıb. Amma adama elə gəlir ki, bu, dünən olub - birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. Və çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub. Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmiş kitabım var. Sənin Mustafan. 28.V.1940-cı il". Müvəkkillikdən hüquq professorluğuna Bu günlərdə 115 illiyi qeyd olunan Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasında orta təhsilini başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən uğurla gəlməsinə yardımçı olub. Qeyd edək ki, M.Vəkilov görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində dünyaya gəlib. Atası Azərbaycan Xalq Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub. Mustafa Vəkilov 1919-cu ildə Bakıya gələrək Azərbaycan Xalq Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib. Fransada Sorbon Universitetinin hüquq fakültəsinə daxil olub. Azərbaycan Demokratik Respublikasının rus imperiyası tərəfindən süquta uğradılması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb, lakin M.Vəkilov öz imkanları hesabına təhsilini davam etdirməyə müvəffəq olub. Moskvada işləməkdən imtina Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə xaricdə təhsil alan tələbələrin təqaüdü bərpa edilib. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya, Kremlə gələrək orada MİK-in sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. M.Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı və xüsusilə Mühüm İşlər üzrə Xalq Məhkəməsində hakim vəzifəsində çalışıb. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunub. 1928-ci ildə M.Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub. AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına daxil olub. 1930-31-ci tədris ilinin sonlarında aspiranturanı bitirərək (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi alıb. Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq". 1935-ci ildə isə gənc alim Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. M.Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşünas alimi olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə" cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsxanadan məktublar Həbsinin üçüncü ilində həyat yoldaşına göndərdiyi məktubda yazır: "Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığıma görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim, hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən. Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alovlu bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19.IV.1942-ci il". Xanımına yazdığı son məktub Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub Vətənə dönə bilmir. Həyat yoldaşı Müqəddənisə xanıma yazdığı son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa". Lakin təəssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edir. Onun Bayıl həbsxanasından yazdığı məktubu da ailəsindən nigarançılığını əks etdirir: "Əzizim Müqəddənisə! Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qan axır, sənin olan Mustafa Vəkilov . 15.05.39-cu il. Məktublarının əksəriyyəti isə anasına ünvanlanıb: "Əziz anam! Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın, uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və ayrıca borclu bəxtsiz və əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa. 27 iyun 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası". "Əziz anam!" "Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun nə dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin. Səni, atamı, Müqəddənisanı və uşaqları bərk-bərk öpürəm. Yaxşı oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa. 23.07.39-cu il. Bakının 1 saylı Keşlə həbsxanası". Bu məktubu öz ad günümdə yazıram "Əziz anam! Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın əvvəlində Bakıdan yola salınmış bir məktub və bir poçt bağlaması almışam. Bundan sonra sizdən heç bir xəbər gəlmədi. Nə üçün yazmırsınız? Doğrudanmı indiyədək Moskvadan mənim işimə dair cavab gəlməyib? Mənim işim Moskvadan geriyə - Bakıya çatan kimi onun nəticəsinin necəliyindən - müsbət və ya mənfiliyindən asılı olmayaraq mənə yazın ki, mən bundan sonra nə etməyi, hara müraciət etməyi bilim. Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ göndərilməyib? Bu məktubu öz ad günümdə yazıram, sizə isə ehtimal ki, hardasa fevralın 10-da, Müqəddənisənin ad günündə çatacaq. Onu təbrik edir və bərk-bərk öpürəm. Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və həqiqətin yerini alacağına ümidlər məni bir dəqiqə də olsun tərk etmir. Uşaqlar necədirlər? Çingiz necə oxuyur? Hamınızı bərk-bərk öpürəm, səadət və can sağlığı arzulayıram. Məktubunuzu gözləyirəm. Bütün doğmalarıma salamlar. Oğlun Mustafa. 25 yanvar 1940-cı il. P.S. Göndərdiyiniz pulu Volqaqraddan geriyə tələb et, mənə gəlib çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa". Zindandan ailəsinə təsəlli verir Mustafa ağanın həyat yoldaşına yazdığı məktubları onun həyata baxışlarını, ailəsinin gələcəyi ilə bağlı planlarını əks etdirir. "Əzizim Müqəddənisə! Sənin məktubunun tonundan görürəm ki, bu illər ərzində əsəblərin rahatlıq görməyib, bütün bunlar mənim üçün çox kədərlidir. Lakin mən nə edə bilərəm? Mən yaxşı başa düşürəm ki, sənin üçün asan olmayıb. Bir dəqiqə də olsun sənin layiq olmadığın halda bəxtinə düşən bu ağır taleni unutmuram. Bu hallarda özümə yalnız bununla təskinlik verirəm ki, bütün bu əhvalatda mən – küçədə banditlərlə atışmanın getdiyi bir vaxt təsadüfən oradan keçən və bəxtindən gülləyə tuş gələn yol adamı qədər müqəssirəm. Bir qədər də döz, mənim əzizim. Özünü ələ al. Müharibə bitər, dünya qəhvəyi taundan xilas olar, bəşəriyyət rahat nəfəs alar və biz səninlə hələ nə qədər bəxtəvər illər yaşarıq, əlbəttə, əgər sən mənə olan münasibətini dəyişməyəcəksənsə. Və ümidvaram ki, bu münasibət dəyişməyəcək. Çünki etiraf etməliyəm ki, mən daha sən gördüyün adam deyiləm. Mən yalnız həmin adamın kölgəsiyəm. Təkcə fiziki baxımdan deyil, ən pis olan budur ki, fikirlərim və mənəvi həyatım ağlasığmaz dərəcədə zəifləyib və cılızlaşıb. Hər şeydə özüm təqsirkaram. Lakin öz təbiətimi bildiyimdən, ümidsizliyə qapılmıram. Şübhə etmirəm ki, azadlıqda, normal şəraitdə xırda təmir aparılmaqla, bir neçə aylıq sərbəst həyat fiziki və əqli baxımdan qüvvələrimi sürətlə bərpa edəcək. Sinqa xəstəliyinə qarşı iynəyarpaqlı ağacın cövhərini bir həftədir müntəzəm olaraq içməyə başlamışam və artıq bu həftə ərzində səhhətimin yaxşılığa doğru xeyli dəyişdiyini hiss edirəm. Düşünürəm ki, get-gedə daha da yaxşılaşacağam. Bircə tez-tez yazın, bilim ki, necə yaşayırsınız. Məktublarınız mənə qüvvət verir, bunlar məni həyata bağlayan tellərdir. Rica edirəm, belə gerçək vəziyyətin təsvir edildiyi məktublardan bundan sonra da yaz, hərçənd anamın sənin qanını tez-tez qaraltdığını oxumaq mənə o qədər də xoş deyil. Lakin bu məktub ailədəki gerçək vəziyyətə dair məndə heç bir şübhə yeri qoymadı və məni xeyli sakitləşdirdi. Belə məlum olur ki, atam da sağ və salamatdır, halbuki buna ümidim az idi. Çingizin ağıllı və ciddi oğlan kimi böyüdüyünü oxumaq mənim üçün çox xoş idi...". Müharibə bitdikdən sonra azad ediləcəyəm... "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mənim üçün bu ikiqat fərəhli gün yaxınlaşır. Hər gün alman banditləri üzərində qələbələrimiz haqqında yeni xəbərlər gəlir. Bu gün radio qoşunlarımızın Rostovu geri almaları haqqında fərəhli bir xəbər yaydı. Deməli, əgər sən mənə məktub yazmaqdan ötrü işdən vaxt tapa bilsən, əlaqələrimiz bundan sonra müntəzəm şəkil alacaq. Yaxud da heç olmasa, qoy sənin əvəzinə Çingiz yazsın. Axı o mənim üçün vaxt tapmalıdır. Dərsləri ki, onun bütün vaxtını almır. Ailəmə, vərdiş etdiyim namuslu əməyə, faciəli anlaşılmazlıq nəticəsində qoparılmış olduğum namuslu sovet adamlarının arasına qayıdışı gözləyə-gözləyə fiziki və mənəvi baxımdan çox yorulmuşam. Elə dəyişmişəm ki, görüşəndə məni tanımayacaqsan. Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram) mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə köynəklərimdən - gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil. Görüşənədək. Yatmaq vaxtıdır. Səni, uşaqları, atamı, anamı, əmimi, bibilərimi və bütün doğmalarımı bərk-bərk öpürəm. Tezliklə azad ediləcəyimi gözləməklə, səni bir daha ürəyimin başına sıxıram. Mustafa". |
2014-01-28 | 7,566 | Türkiyə və İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradır | Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılır. "Axar.az" Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Ərdoğan Tehrana səfəri çərçivəsində deyib. Baş nazir Ərdoğan İranda yeni hökumətin yaradılmasından sonra iki ölkənin Xarici işlər nazirlərinin hər ay görüşdüyünü və İran prezidenti Həsən Ruhaninin də yaxın zamanlarda Türkiyəyə səfər edəcəyini bildirib Ərdoğan İranda səfərdə olacağı müddət ərzində iki ölkə arasında əlaqələrin daha geniş müstəvidə inkişaf etdirilməsi çərçivəsində yeni mərhələyə qədəm qoyacağını deyib. |
2014-01-28 | 7,567 | "Vikipedia"da məşhur insanların səslərini eşitmək mümkün olacaq | "Vikipediya"nın administrasiyası açıq internet-ensiklopediya çərçivəsində "WikiVIP (Voice Intro Project)" fonotekasını yaratmağı nəzərdə tutur. Buraya ensiklopediyada məlumatları olan məşhur insanların təxminən 10 saniyəlik səs yazıları yüklənəcək. Bu yazılar gələcək nəsillərlə bərabər, müasir dövrün insanlarına da görkəmli şəxsiyyətlərin səslərini eşitmək imkanı verəcək. İlk olaraq Böyük Britaniya aktyoru, yazıçı və dramaturq Stiven Frey "WikiVIP" fonotekasına öz səs yazısını yükləyib. Fonotekanın kolleksiyasını tamamlamaq üçün bütün arzu edənlərə icazə verilsə də, səs yazıları "Vikipediya"nın redaktorları tərəfindən yoxlanıldıqdan sonra yerləşdiriləcək. ("İct.az") |
2014-01-29 | 7,568 | Putin Ukrayna ilə razılaşmaya baxmaq niyyətində deyil | Rusiya hökuməti Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Ukrayna ilə kredit verilməsi və qazın qiyməti üzrə əldə olunmuş razılaşmaya yenidən baxmaq niyyətində deyil. Bu barədə RF Prezidenti Vladimir Putin Brüsseldə Rusiya-Avropa İttifaqı sammitindən sonra bildirib. V.Putin qeyd edib: "Əgər Ukraynada müxalifət hakimiyyətə gəlsə, kredit və energetika üzrə əldə etdiyimiz razılaşmaya yenidən baxacağıqmı? Baxmayacağıq. Bizim üçün vacib deyil. Biz ki Yuliya Timoşenkonun başçılıq etdiyi hökumətlə də konstruktiv dialoq aparmışdıq". O bildirib ki, Rusiya üçün vacid olan Ukraynanın krediti ödəmə qabiliyyətidir: "Və biz əmin olmaq istəyirik ki, bu pullar qayıdacaq". Qeyd edək ki, ötən il dekabrın 17-də Moskvada Ukrayna-Rusiya dövlətlərarası komissiyanın iclasında Ukraynaya tədarük edilən Rusiya qazının qiymətinin min kubmetrə görə 268,5 dollaradək azaldılması, həmçinin RF tərəfindən Ukraynanın müstəqil avrobondlarının 15 milyard dollara alınması barədə razılaşma əldə olunub. Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir. Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. (Trend) |
2014-01-29 | 7,569 | “Qu quşu yuvası üzərindən uçarkən” – Təhlil | Povestin mükəmməl ekran yozumu Milliyyətcə çex olub ailəsini ikinci dünya müharibəsində əsir düşərgəsində itirmiş, Parisdə və Moskvada ali kino təhsili almış, 1968-ci ilin Praqa hadisələrindən sonra vətəninə qayıtmaqdan vaz keçmiş rejissor Miloş (Jan Tomas) Formanın (1932) Amerikada Ken Kizitin eyniadlı povesti əsasında 1975-ci ildə çəkdiyi "Qu quşu yuvası üzərindən uçarkən" (One Flew Over the Cuckoo’s Nest) (ssenari müəllifləri Lourens Hauben, Bo Doldmen) filmi demokratiya uğrunda mübarizənin audiovizual həllini yaradır. Səhər-səhər qapıların, əl-ayağa bağlanmış kilidlərin açılışı, dərmanların paylanması mühiti açılan ruhi xəstəxanaya yeni gətirilən xəstənin qandallardan azad olması ilə şadyanalığı yeni abı-havanı önə çəkir. Davakarlığına görə beş dəfə həbs olunmuş, on beş yaşlı qızı zorladığından sonuncu dəfə həbsxanada yatmış Mark Merfinin (Cek Nikolson) əməllərinə bəraət qazandırmaq, xəstələri təsir dairəsinə salmaq, diaqnoz qoyan həkimi ələ almaq bacarığı personajın psixoloji imkanlarını nümayiş etdirir. Və xəstələrin mənəvi problemlərini müzakirəyə çıxaran tibb bacısı Reiçitin (Luiza Fletçer) yaratdığı qalmaqalı soyuqqanlı müşahidəsi Mark Merfinin daxili iradəsini passiv müqavimətini üzə çıxarır. Amerikanın demoqrafik zümrə fərqliliyini təmsil edən xəstələr arasından zənci Vaşinqtonun etirazına baxmayaraq seçdiyi hərəkətsiz, reaksiyasız, ağır dəli hesab olunan boy-buxunlu hinduya, basketbol topunu səbətə atmağa səbirlə vadar edən Merfi özünün ali qayəsini dolayı yolla üzə çıxarır. Paralel olaraq əlil arabasındakı xəstənin çəliyi ilə "boks armudu"nu döyəcləməsi ətalətli mühitdəki həyat eşqinin alovlanmasından xəbər verir. Şərti pul vahidini təmsil edən siqaretlərlə maddi maraq oyadaraq kart oyununa cəlb etdiyi xəstələri öz mənafelərini qurmağı öyrədən Merfi məqsədini reallaşdırmaq yolunda növbəti addım atır. "Mən burada fikirlərimi, düşüncələrimi eşitmirəm" mətnini səsləndirən musiqiyə üsyan edən Merfi demokratiyanın ilkin şərtini diqqət mərkəzinə gətirir. Xəstələrə zorla qəbul etdirilən naməlum həblərə qarşı çıxmaqla qrafiki dəyişərək televizorda beysbol çempionatına baxmaq tələbini səsə qoyduran Merfinin passiv halsızların səsvermədə iştirak etməmələri - auditoriyanın passivliyi hesabına xanım Reiçitə uduzması gözönü qarşıdurmanı səciyyələndirir. Uduzan Merfinin yerindən tərpətmək istəsə də, gücünün çatmadığı əlüzyuyana güc gəlməsi məqsədi diqqət mərkəzinə gətirir. Artıq madam Reiçitin açıq müzakirələrinə, standart müalicəsinə müqavimət, çempionata baxmaq istəyənlərin çoxalması xəstəxanadakı oyanışdan xəbər verir və növbəti səsvermədə halsızlar arasından nəhayət ki, əlini qaldırmaqla hindunun qələbəni təmin etməsi çoxluğun qələbəsini təmin edir. Ancaq iclasın bağlandığını bildirməklə həlledici səsi saymayan xanım Reiçitin müqavimətindən sonra televiziya ekranındakı yad təsvir üzərində apardığı reportajla qələbənin imitasiyasını yaradan Merfi şərti qələbəni təmin edir. Beləliklə, sərbəst bazar, azad söz, müstəqil seçki kimi demokratiya təməllərinin tətbiqi mühiti canlandırır. Baş həkim, komissiya sağlam hesab etməklə mühitdən uzaqlaşdırmaq istəsələr də, başladığı işi sona çatdırmaq niyyətli Merfi ideyası uğrunda ölümə getməyə hazır olan xarakteri səciyyələndirir. Hindunun çiyninə qalxmaqla xəstəxananın hündür hasarını keçərək sükanı arxasında əyləşdiyi avtobusu marşrutdan çıxarmaqla, yolüstü götürdüyü xanım tanışı Kendi ilə birgə dostlarının psixiatriya institutunun həkimləri kimi təqdim edilməsi, gəmi ilə balıq ovunda iri balığın tutulması Merfinin xəstələrə azadlığı dadızdırması azadlığın tərənnümünə çevrilir. Təqib olunan gəminin tutulmasına baxmayaraq bu hadisədən sonra köhnə idarəçilik təməli sarsılan xəstəxanada Merfinin yaratdığı basketbol komandasının həyata davamlılığı ümumi mənzərəni dəyişir. Halsızlarla birgə oyuna qoşulan boy-buxunlu hindunun əlini uzatmaqla rəqib komandanın atdığı topun səbətdən keçməsinə mane olması yaranan ümumi canlanmanı təsdiqləyir. Hovuzdakı xəstələrə əlindəki dəyənəklə nəzarət edən sanitarın buranın xəstəxana olduğunu xatırlatması ilə öz razılıqları ilə buraya düşənləri qaçmağa təhrik edən Merfinin barışmaz ziddiyyəti hadisələri gərginləşdirir. Və artıq xəstələrin istirahət saatlarında və günlərində yataq otaqlarının bağlı olmasına, siqaretlərinin əllərindən alınmasına etirazları pozulan hüququn dərki kimi səciyyələndirilir. Bütövlükdə avtoritarlığa qarşı çıxan filmdəki "üsyanda" pəncərə arxasındakı siqareti götürmək üçün şüşəni sındırmaqla zədə alan Merfi inzibati amirliyin zorakılığının qurbanına çevrilir. Lal-kar olmadığı üzə çıxan hindu ilə Kanadaya qaçmağa qərar verən, bədəninə elektrik cərəyanı yeridildikdən sonra özünü halsızlığa vurmaqla xanım Reiçitdə məmnunluq yaradan Merfi qabartmaqla hadisəliliyi artırır. Artıq xəstələrlə dialoqa girmək məcburiyyətində qalan xanım Reiçit mühitdə yaranan balansın təsdiqinə çevrilir və məhz bu məqamda televiziya efirindən "Berlin səddinin yarılması" barədə operativ informasiyanın getməsi qlobal hadisəni ekvivalent kimi önə çəkir. Daha sağlam atasının başına gətirilənləri xatırlayan hindunun qaçmaqdan imtina etməsi fonunda, rüşvətlə gözətçini ələ alaraq Kendini rəfiqəsi Roza ilə birgə xəstəxanaya buraxdırmaqla, sanki Berlin divarının yarılmasını təkrarlayan Merfinin xanım Reiçitin mikrofonunu əlinə götürərək ayağa qaldırdığı xəstələri şəraba, rəqsə qonaq etməsi hadisələri yeniləşdirir. Və ruhu təzələnən ümidsiz xəstə Billinin bəyəndiyi Kendi ilə cinsi əlaqəsinə inzibati amirliyin müdaxiləsi, xanım Reiçitin gəlişi ilə baş alıb gedən kütləvi zorakılığa qarşı müqavimət göstərənlər arasında artıq tam sağalan Billinin sərbəstliyi yeniləşən cəmiyyət modelini təqdim edir. Xanım Reiçitin psixi təsiri ilə mənəvi zərbə alan Billinin ölümündən sonra dağ kimi güclü olduğunu deyən hindu cəzalardan sındırılan Merfiyə: "Səni də özümlə aparacağam" desə də, ağzına balış basıb öldürdükdən sonra inzibati amirliyin simvoluna çevrilən ağır əlüzyuyanı yerindən qaldırıb barmaqlıqlı pəncərədən bayıra atması, xəstəxananı su basması istibdada qarşı mübarizədən xəbər verir. Ən yaxşı film, rejissor, ssenari, iki aktyorun ifasına görə beş "Oskar"a layiq görülən bu film sənətkara dünya şöhrəti qazandırdı. |
2014-01-29 | 7,570 | Şəmkirdə toyda kütləvi dava: xəsarət alan var | Şəmkirdə toyda kütləvi dava düşüb. Şəmkir rayonu, Yeniabad kəndi ərazisində toy məclislərindən birində kütləvi dava düşüb. Dava zamanı 29 yaşlı Şəmkir sakini Mehman Fətəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Hazırda vəziyyəti ağırdır. Şəmkir polisi davada iştirak edənlərin əməliyyat-axtarış tədbirlərini davam etdirir. (Kəpəz TV) |
2014-01-29 | 7,571 | Tankın əyləc sisteminin təhlükəli testi – Video | Hollandiyada yeni istehsal olunan tankların əyləc sistemini yoxlamaq üçün çox təhlükəli bir testdən keçiriblər. "Axar.az" xəbər verir ki, son texnologiya məhsulu olan tankın əyləc sistemi mövzusunda çox iddialı olan istehsalçılar 23 nəfəri yola düzür. Arxadan sürətlə gələn tank isə adamlar olan tərəfə bir metrdən də az məsafə qalanda əyləci işə salır. Tank dayandığı üçün adamlar da uğurlu keçən testi sevinclə qeyd edirlər. |
2014-01-29 | 7,572 | Sabunçuda ikimərtəbəli ev yandı | Bakıda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-29 | 7,573 | Balakəndə yol terroru: 2 ölü - Video | Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Piyadanı vuran sürücü sonradan qəza törədib. Nəticədə piyada və özü dünyası dəyişib, sərnişini isə xəsarət alıb. Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonundan keçən hissəsində baş verib. Rayonun Qullar kənd sakini, 29 yaşlı Çingiz Saramanov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə rayon mərkəzinə hərəkət edərkən yolun kənarındakı piyada, 54 yaşlı Məryəm Bodurovanı vurub. Çinqiz Saramanov Məryəm Bodurovanı vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını hasara çırpıb. Nəticədə piyada və sürücü hadisə yerində ölüblər. Çinqiz Saramanovun avtomobilində olan sərnişin, Qullar kənd sakini 28 yaşlı Sərxan Akubayev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. (ANS) |
2014-01-29 | 7,574 | Dövlətin sərt üzünə ehtiyac varmı?! | 1993-cü ilin əvvəlləri. Prof. H.Əzimov LDU-nun rektoru idi. Yeni təsis etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyasının sıraları o zaman tələbələrin hesabına daha çox genişlənirdi. Regionda vəziyyətin mürəkkəb olmasına baxmayaraq, rəhbərlik etdiyi Universitetdə təhsilin səviyyəsi çox yüksək idi. Tam şəffaf təhsil mühiti vardı, rüşvətlə qiymət almaq istəyən tələbələrə rast gəlməzdik. O zaman Əzimovun müstəsna təşkilatçılıq və idarəçilik qabiliyyəti nəticəsində tələbələr arasında milli, dini, irqi ayrıseçkilik salmağa cəhd edən radikal qüvvələrin qarşısı ustalıqla alınırdı. Azərbaycançılıq, milli birlik ideyası təbliğ olunurdu. Yadımdadır ki, 1993-cü il, yanvar ayının 18-də N.Vəzirov adına Dram Teatrında Universitetin açılış mərasimində millət vəkili Sabir Rüstəmxanlının çıxışı sevgi və coşqu ilə qarşılandı. Tanınmış alimlərin, ziyalıların çıxışı kulturoloji mərkəzə çevrilmiş Lənkəran üçün böyük bir tarixi hadisə idi. Az sonra H.Əliyevin hakimiyyətə gəlişi Lənkəranda da sevinclə qarşılandı. Lakin bu, hələ məsələnin tam həlli demək deyildi. Universitetdə dərs deyən bəzi yerli müəllimlər də H.Əzimovun ətrafında sıx birləşir, separatçı qüvvələrin fəaliyyətini pisləyir, tələbələri onların çağırışlarına uymamağı tapşırırdı. Bəzi yerli müəllimlər isə prosesi gərginləşdirməyə, soyuqluq yaratmağa gizli şəkildə cəhd göstərirdi. Prof. Əlisa Şükürlünün dərsləri böyük-səs küyə səbəb olurdu.Səbəb də bəlli idi. Fənnin adı "Orxon-Yenisey abidələrinin dili" idi. Universitetin əsas tələbə kontingentini yerli tələbələr təşkil etdiyindən aralarında radikal talışçılıq ideyasını yayanlar da az deyildi. Belə bir vəziyyətdə separatçı qüvvələrin təsiri altında elm ocağına məkrli niyyətlərlə gələnləri öz yolundan çəkindirmək üçün ciddi bacarıq tələb olunurdu. Mənə elə gəlir ki, prof. H.Əzimovun bu istiqamətdə fəaliyyətini danmaq nankorluqdur. H.Əzimovun ən böyük tarixi xidmətlərindən biri cənub bölgəsində universitet təsis etməsi idi. Bölgə gənclərinin, xüsusilə talış uşaqlarının elmə gəlməsi, qızların təhsilə cəlb olunmasında onun misilsiz rolu oldu. Baxmayaraq ki, kadr çatışmazlığı var idi, Bakıdan ən seçmə alimlər cəlb olunurdu ki, təhsilin səviyyəsi yüksək olsun. O zaman keçid ballarının aşağı salınmasında əsas məqsəd uşaqları təhsilə cəlb etmək, mövhumatın aradan qaldırılmasına nail olmaq idi. Bu hal bölgədə gənclərimizin başqa yollara düşməsinin müəyyən qədər qarşısını aldı. Talış tələbə dostlarımız bizi doğulub-böyüdüyü kəndlərə qonaq aparar, görməli yerlərlə tanış edər, onların nə qədər mehriban, qonaqpərvər olduqlarının şahidi olardıq. Bu gün də o yerlər üçün adam darıxır. Ayrıseçkilik bilməyən, talışı türkdən ayırmayan - hamıya eyni gözlə baxan o cür saf insanlar üçün darıxmamaq olmur, sevməmək olmur. Biz 5 illik tələbə həyatımızı belə yaşamışıq, indi də o sevgi, ehtiram yaşayır. Bu bir haşiyədir bəlkə də. Yəni, biz - ən çətin anlarda belə bir olmuşuq, heç bir dedi-qoduya uymamışıq. Başqa cür də ola bilməz! Yadımdadır, Müşfiq adında bir sarışın oğlanla 2-3 nəfər gecə kirayə qaldığımız otağa hücum etdi. Əllərində də bir büküm "Talışo-sədo" qəzeti vardı. Sifarişlə gəldikləri şübhəsiz idi. Çünki biz onların fəaliyyətini qorxmadan, cəsarətlə tənqid və ifşa edirdik. Üstümə bıçaq çıxararaq zorla həmin qəzetə üzv olmağımı, onları müdafiə etməyimi istəyirdilər. Əyilməzliyim, çılğınlığım və qürurumun qarşısında çox cılız görünürdü onlar. Kim bilir, o gecə məni ölümdən xilas edən də dəyərli tələbə yoldaşım, bir otaqda kirayə qaldığım talış balası oldu. Talışın ləyaqətli oğulları kifayət qədərdir. Yetər ki, onların üstünə elə o torpaqdan çıxan bəzi qüvvələr kölgə salmasınlar. Bəzi boşboğazların, ara qızışdıran, xam xəyallarla yaşayan və talış-talış deyib çığır-bağır salanların həmin xalqın adından danışması yolverilməzdir. Saytlarda, sosial şəbəkələrdə insanları çaşdıran, türkə nifrət hissi aşılayan, millətimizi və dövlətimizi gözdən salan təbliğat və təxribat dolu çıxışlar edən kifayət qədər zərərli materiallar yer alıb. Belə təbliğat aparırlar ki, guya talışlar separatçılıq etmir, "muxtariyyət" tələb edirlər. Bu xülya ilə saxta əsərlər yazılır, özləri üçün xəritələr cızıb qondarma sərhəd müəyyən edirlər. Kövrək və naşı talış balalarının beynini yumaqla məşğuldurlar. Cənub bölgəsinin ləyaqətli insanlarını gözdən salmaq üçün min bir fırıldağa, fitnəyə əl atırlar. Onların siması sosial şəbəkələrdə daha aydın görünür. Görün tərəfdarları sosial şəbəkələrdə M.Səfərova nə yazır: "Minnətdarıq ki, siz talış adını 20 ildən sonra yenidən dövriyyəyə qaytardınız". Əslində, anlayan hər kəs üçün çox ciddi ürəkbulandıran faktdır. Belə çıxır ki, Səfərov Milli Şuraya deyildiyi kimi talışları "dövriyyədə saxlamaq" üçün göndərilib? Bəzi şəxslər bölgədə milli ayrıseçkilik, etnik qarşıdurma yaradır, qonşu rayonlara qarşı ərazi iddiaları irəli sürür, yerli sakinləri, ziyalıları təhqir edirlər. Bu gün bəzi insanların prof. H.Əzimovu ittiham və təhqir etməsi başa düşülən deyil. Prof.H.Əzimov məhz həmin talışların edə bilmədiyi elə bir xeyirxahlığa imza atıb ki, bunu ancaq korlar, nadanlar görməyə bilər. Kiçik bir haşiyə çıxım. O vaxt humanitar sahənin uşaqları ilə çox isti münasibətimiz vardı. Öz tələbə dostlarıma siyasi fəaliyyətlə məşğul olmamağı tövsiyə edirdim. Deyirdim ki, biz bura təhsil almağa gəlmişik, auditoriyalarda siyasi söhbətlər olmamalıdır, kim partiyaya üzv olursa, gedib qıraqda üzv olsun, bura təhsil ocağıdır. Bu fikrimi dərhal Əzimova çatdırırlar. Mühazirənin ən maraqlı yerində xəbər gəldi ki, səni rektor çağırır. Getdim. Onun yarızarafat, yarıciddi atmacalarına, duzlu ifadələrinə təkcə mən yox, bütün tələbə-müəllim kontingenti örəncəli idi. Duzlu replikasından xoşhal olmadığımı görüb bayram tədbiri ilə bağlı yazdığımız ssenariyə və çıxışa görə ayırdığı pul mükafatını göstərib dedi: "Tədbirlərin keçirilməsində yaxından iştirak edirsən, ancaq tələbələrin partiyaya üzv olmasına müdaxilə etməsən yaxşıdır. Biz universitetdə siyasi fəaliyyətlə məşğul olmuruq. Tələbələri bu partiyaya cəlb etməkdə məqsədimiz var. Bu partiyanın adı Vahid Azərbaycan Milli Birlik Partiyasıdır. Milli birliyimizi pozan, bu birliyə mane olan çoxlu qüvvələr var. Biz bu partiyanı xüsusilə cənubda milli-ideoloji sahədəki boşluqları doldurmaq, birliyimizi qorumaq və təbliğ etmək üçün yaratmışıq". Bu, yadımda qalan epizodlardan biridir. Mən sonralar onun bu işdə nə qədər səmimi olduğunun şahidi oldum. Hər halda gördüyüm və haqqında eşitdiklərim bunu deməyə əsas verir. O, sözügedən universitet tədbirlərində milli birliyə əsaslanan aktual çıxışlar edir, H.Əliyevin dövlətçiliyimiz üçün gördüyü işləri tədbir iştirakçılarına çatdırır, çəkinmədən separatçıları ifşa edirdi. Bir tərəfdən əhalinin H.Əliyevə böyük inamı, bir tərəfdən Qarabağda gedən müharibə, gələn şəhidlər, bir tərəfdən də separatçıların məkrli planları və vətəndaş müharibəsi. Ölkənin ən ağır vaxtlarında separatçıların Vətənə xəyanətindən - xəcalət dolu hadisələrdən 20 ildən artıq vaxt keçir. Mənə elə gəlirdi ki, üzücü və ağılsız hərəkətlərdən həmin adamlar bir ibrət dərsi götürəcək, doğru yola qayıdıb dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəklər. Çox təəssüf ki, bəziləri hələ də "xanlıq" amalı ilə yaşayır. Əksinə, keçən 20 ildə bəzi qüvvələr özlərini qara ləkədən təmizləmək əvəzinə, bir qədər də irəli gedərək "Azərbaycanlılar talış xalqını soyqırım edir" şüarları ilə ayrı-ayrı şəbəkələrdə beyinləri zəhərləməyə, Azərbaycan türklərini təhqir etməyə başladılar, hətta Vətən xainlərini "şəhid", "milli qəhrəman" səviyyəsinə qaldırdılar. Mənə elə gəlir ki, həmin şəxslərin öz fəaliyyət və niyyətlərinə ciddi korrektələr etməsi hər kəs üçün faydalıdır. Talış dili Azərbaycan dili ilə az qalsın ki, eyni vaxtdan tədqiq olunmağa başlayıb, bu gün də şıdırğı elmi-tədqiqat işləri aparılır, bölgənin etnoqrafiyası, folkloru öyrənilir və s. Belə olan halda, sosial şəbəkələrdə, digər elektron yazı vasitələrində tamamilə əsassız ideyalar suvarılmaqdadır. Dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bu qədər aşırı nifrət və kini anlamaq olmur! Çingiz xanın, Qazan xanın intiqamını niyə yerli xalqdan çıxmalısan axı?! Onlar gələndə sənin sayın nə qədər idi ki qardaşım!? Məgər o fırtınalar yerli Azərbaycan türklərindənmi yan keçmişdi? Vuruşmuşuqsa da, bir vuruşmuşuq, qırılmışıqsa da bir qırılmışıq. Arxiv materiallarına baxsanız, görərsiniz ki, hələ 1800-cü ildən bu yana "hər kənddə" bir, ya iki ailə olub, ya olmayıb. İndi 5 əsr o tərəfə keçsəniz, kimi tapacaqsınız? Şübhəsiz ki, birliyimizə xələl gətirən niyyətlər heç vaxt baş tutmayacaq, necə ki, xaricdəki havadarlarının diktəsilə hərəkət edən həmin beş-altı adam da bunu yaxşı anlayır. Həmin insanların talış xalqının arzu və istəklərinə heç bir dəxli olmadığı hər kəsə bəllidir. İnanıram ki, birliyə, bütövlüyə çağırışlarımız dövlətimizi, millətimizi təhqir edənlərə bir cavab olacaq və Azərbaycanımızın vətənpərvər talış ziyalıları cənub bölgəsini növbəti dəfə gözdən salmaq istəyən həmin gerizəkalı və xəstə təxəyyüllülərə "dur!" deyəcək! Dövlətimizin sərt addımlar atmasına da ehtiyac olmayacaq. |
2014-01-29 | 7,575 | Sudanda rus konsulu və onun həyat yoldaşı bıçaqlanıb | Sudanın paytaxtı Xartum şəhərində Rusiyanın bu ölkədəki konsulu və onun həyat yoldaşı bıçaqlanıb. Bu informasiyanı "BBC" agentliyi yayıb. Sudan polisinin verdiyi xəbərə görə, rus diplomatına və onun həyat yoldaşına Mərkəzi Afrika Respublikasından gələn miqrant xəsarət törədib. O, bunu fransız hərbçiləri tərəfindən öldürülən qardaşına görə etdiyini deyib. Qaradərili cinayətkar əlavə edib ki, o, bütün qərb sivilizasiyanın nümayəndələrini öldürmək istəyir. Xatırladaq ki, hazırda Mərkəzi Afrika Respublikasında 1600 nəfər fransız hərbçisi və bir neçə min Afrikalı sülh məramlılar döyüşürlər. (ANS) |
2014-01-29 | 7,576 | Cavid Təvəkkülün acı hekayəsi | Cavid Təvəkkül Çe (hekayə) Səhər yenicə açılmışdı. Yuxudan oyanıb bir müddət tavana tamaşa etdi. Səhərin açılmasını heç istəmirdi. Yerindən qalxmağa və bir neçə saatdan sonra həkimin ona nə deyəcəyini eşitməyə həvəsi yox idi. Qalxıb üçotaqlı mənzilində gəzişdi, diqqətlə otaqlara baxdı, sanki bir daha evini görməyəcəkdi. Divardakı köhnə fotolara baxdı. Kövrəlmədi. Pəncərədən ona baxan günəşə boylandı. Pəncərənin qarşısında yetmişinci illərdən qalma taxta stulda əyləşdi. Fikrə getdi. Keçmişini xatırladı.Vaxtıyla bu evdən eşidilən uşaq səslərini bir daha eşitdi. Xanımının uşaqlarla birgə mətbəxdən əsəbi vəziyyətdə çıxdığını xatırladı. Ah çəkdi. Nələrin və kimlərin olmadığını xatırladı bir daha... Birdən gözü ÇE-nin divarda asılmış iri foto-plakatına sataşdı. Arvadı ilə aralarındakı dialoqu xatırladı. - Bunu burdan niyə asmısan?! Apar öz otağından as... - Yox... Qoy bizə gələnlər əqidəmizi, qürurumuzu və azadlığımızı dərk etsinlər...- gülümsəyib onun boynunu qucaqladı. *** Qış yavaş-yavaş özünü göstərməyə başlayırdı. Altmış yaşı olmasına baxmayaraq, qəddini şux saxlayırdı. Əynindəki mavi gödəkcə, cins şalvar onu yaşıdlarından fərqləndirirdi. Siqaret çəkmir, içki içmirdi. Saç-saqqalı, hətta qaşları belə ağarmışdı. Sarı rəngli "Topaş" markalı maşınına yaxınlaşdı. On iki il idi öz maşınından taksi kimi istifadə edirdi. Həkimin qəbulunda çox gözləmədi. Elə həkimlə söhbət də qısa oldu, amma reanimasiyaya girməyinə izn verilmədi. - Ancaq Almaniya... Yüz min manat... *** Həkimin son cümləsi fikrindən çıxmırdı. Sükan arxasında fikrə dalmışdı. Hara getsin, kimdən alsın bu qədər pulu? Dostu olan taksi sürücüsü ona yaxınlaşdı. Onunla ordan-burdan danışmasına baxmayaraq, fikri başqa yerdə idi və dostu getdikdən sonra əlindəki dəvətnaməyə baxdı. Dostu onu oğlunun toyuna dəvət edirdi. Dəvətnamənin üz qabığında iki sevgili şəkli xoşbəxt baxışlarla ona baxırdılar. Sarı taksi şəhər yoluyla şütüyürdü. Sərnişin daşıyırdı müxtəlif ünvanlara, müxtəlif insanlar əyləşirdi maşına... O, sükan arxasında da fikirləşirdi, necə edəcəyini götür-qoy edirdi. Beş-on manatla bir həftəyə yüz min qazanmaq çətin idi. Çox götür-qoydan sonra imkanlı bir qohumugilə getməyə qərar verdi. Dərdini ona danışdı, qohumu da kömək edəcəyinə söz verdi, amma bir necə gün qohumuna zəng etsə də, onun telefonlarına cavab verən olmadı. Cümə günü məscidə getdi. Nə bir dua bilirdi, nə də bir ayə, amma ürəyindən məscidə getmək keçmişdi. Məscidin içində yer olmadığından küçədə namaz qılanlara baxaraq, ürəyində Allaha yalvarmağa başladı. Əyilib-qalxan insanlardan vəcdə gəlib o da əyilib-qalxdı. Yalvardı, kömək istədi. Ordan ayrılandan sonra yerli tv-lərdən birinə getdi. Elan verib xeyriyyəçi insanlara səsləndi. Gün boyu ümidlə gözlədi, amma iki tələbə qızdan və yeni imana gəlmiş bir gənc oğlandan başqa ona heç kim zəng etmədi. Axşam makler evində gəzişəndə o yenə də yetmişlərdən qalmış taxta stula əyləşib, divardan asılmış Çenin foto-plakatına baxırdı. Makler evi dolaşdıqdan sonra "əlli min manat" deyib evə qiymət kəsdi. *** Bu gün də hava günəşli, amma soyuq idi. Sərnişin aparırdı, küçələrdən keçirdi, ətrafa göz gəzdirirdi, sanki kimisə, elə bir adamı görəcək ki, ona bütün işlərində kömək edəcəkdi. Sərnişinləri ünvana çatdırdı və birdən gözü yaxındakı kilsəyə sataşdı. Kilsənin içindəki müqəddəslərin rəsmlərinə tamaşa etdi. Şam yandırdı. Rəsmlərdən də imdad istədi, ürəyində onlardan da kömək umdu. Kilsədəkilər onun müsəlman olduğunu anladılar, amma kimsə ona yaxınlaşıb dərdinin nə olduğunu soruşmadı. Kilsədən çıxanda yolda gənc bir qız ona salam verdi, hiss etdi ki, qız utandı salam verməyinə... Qız ona tanış gəldi, arxasınca baxdı. Xatırladı, bu onun oğlunun görüşdüyü qızdı, bir dəfə onları bulvarda görmüşdü. Onların necə qol-boyun getdiyinə kənardan baxdığını xatırladı. İndi xatırladığına sevindi, istədi qızı saxlasın və desin ki, oğlu reanimasiyadadır, amma fikrindən daşındı. *** O, bilmirdi ki, qız hər gün xəstəxanaya gedir, lakin xəstə ilə görüşə icazə verilmədiyindən hər dəfə də kor-peşman geri qayıdır. *** Günorta maşının arxa pəncərələrinə "satılır" yazılmış vərəqi yapışdırdı, tezliklə müştəri çıxacağına ümid edib dərindən köks ötürdü. *** Hamilə gəlinlə gənc ərini doğum evinə çatdırdı... İki qlamur gözəl onun maşınına necə minmişdi, bilmədi. Toydan çıxan beş sərxoş gənc onunla xeyli məzələndi... Maşında bir-bir ilə münasibətlərinə aydınlıq gətirən iki gəncə güzgüdən baxıb gülümsədi... Həyatından və işindən narazı olan orta yaşlı bir kişini dəniz sahilinə gətirdi, lap ləpədöyənə, sonra kişi görməsin deyə, kənarda gizlənib iki saat onu güddü ki, birdən özünü dənizə atar. Amma kişi dənizə baxıb, iki saat boyunca ağladı. Məktəbdən iki övladını gətirən gənc ananın uşaqlarına necə ağıllı sözlər dediyini də dinlədi. Yaşlı qadınla kişinin oğullarının onları qoyub Rusiyaya pul qazanmağa getməsi haqqında yana-yana danışdıqlarına qulaq asdı... Gecə arxa oturacaqda dodaq-dodağa öpüşən iki oğlanı qovmadı maşından... Kimlər əyləşmədi maşınına, kimlər keçmədi yollarından bu beş gündə... *** Evinə gözlədiyindən tez tapıldı müştəri. Əlli min manata aldılar onun xatirələrini... Beş min manata maşına da müştəri çıxmışdı. Evi alanlar bütün məbləği sayıb ona verdilər. Hələ bir ay da vaxt verdilər ki, özünə ev tapsın. O bu illər ərzində yığdığı altı min manatı pulun üstünə qoydu, əskinazları rezinləyib qəzet parçasına bükdü, maşının sandıqçasına qoydu və açarladı. Ən yaxşı yer bura idi, gözünün qabağı. Amma hələ doqquz min manat pul çatmırdı. Ürəyində "Allah kərimdir" dedi. Həkimin verdiyi vaxtın bitməsinə iki gün qalmışdı. *** Maşını saxladı, düşüb sinaqoqun qarşısında dayandı, içəri girməyə ürək eləmədi, eləcə ürəyində yalvarmağa başladı. Ancaq maşındakı müştərinin çağırması onu özünə gətirdi. *** Hündür şadlıq sarayının qarşısında dayanmışdı. İçəri keçib-keçməməsi haqda düşünürdü. Sonda qərar verib keçdi, pilləkənlərlə qalxdıqca musiqi sədalarını daha aydın eşidirdi. Zalın taybatay açıq qapısından bəylə gəlinin yaraşıqlı bir masa arxasında əyləşdiyini gördü. Bu neçə gündə ilk dəfə gözləri yaşardı. Özünü topladı, amma içəri girmədi. Gəcə yarısı idi artıq... Evə getmək, Çenin divarda asılmış şəklini belə görmək istəmirdi. Acdığını hiss etdi, dönər satılan köşkün qarşısında dayanıb aldığını elə ayaq üstü yedi... Maşına üç gənc yaxınlaşıb onları şəhərin kəndlərindən birinə aparmasını istədi. O, hərdən arxada əyləşmiş qızla oğlanın mübahisəsinə qulaq yoldaşı olurdu, yanında əyləşmiş cavan oğlansa, yolu göstərirdi. Uzun yoldan sonra nəhayət gəlib hündür, qaranlıq yerdə dayandılar. İlk dəfəydi belə yüksəklikdə olurdu. Burdan şəhərin işıqları göydəki ulduzlara oxşayırdı. Gözəl görüntü vardı. Arxada oturmuş oğlanın onun boynuna qəfil bıçaq zərbə vurduğu anda yanındakı cavan ürəyinə daha ağır zərbə endirdi. Yerindəcə qaldı, süstləşdi, əl-qol da atmadı. Qızla oğlanlar onun ciblərini qurdaladılar. Qırx manat pul və köhnə mobil telefonunu götürdülər, cəld maşından çıxıb, maşını da odlayıb, qaçaraq uzaqlaşdılar. Onun gözləri açıq idi. Nəzərlərini hərləyib sandıqçaya baxdı. Sakitləşdi, açılmamışdı. Sonra burdan görünən gözəl mənzərəni seyr etdi. Onunku heç gətirməmişdi, amma həyat yoldaşı tez vəfat edəndə qəddini əymədi, böyük oğlunu şəhid xəbəri gələndə fəxr etdi, indi reanimasiyada ciyərinin transplantasiya edilməsi vacib olan kiçik oğlunun halından qürurunu sındırmadı. Bütün dərdini içində çəkmək istedadı vermişdi Allah ona... Hələ ölməyib düşünmək qabiliyyətini itirməyən beynindən ani bir sual keçdi. Görəsən mən necə yaşadım, şərəfləmi? Amma sualına cavab verməyə və həyat hekayəsini xatırlamağa vaxtı qalmadı. *** Səhər həkimin kabinetindən çox imkanlı bir adam çıxdı. Adam qızının inadı ilə gəlmişdi bura... O, bütün xərcləri öz üzərinə götürdü ki, qızı xoşbəxt olsun... ... Kimsəsiz bir gənclə həyat hekayəsini yazsın. |
2014-01-29 | 7,577 | Gözəl qadınlarla ünsiyyətdən zövq alıram | Hər kəsin öz peşəsindən əlavə sevdiyi işi, məşğuliyyəti var. Öz işimizdən vaxt tapan kimi hobbimizlə məşğul oluruq və hər birimizin də sevimli məşğuliyyəti fərqli ola bilər. Muzey açmaq fikrindəyəm Gənc yazar Dilqəm Əhməd kolleksionerdir. Yazarın maraqlı da arzusu var. Belə ki, əgər ciddi kolleksiyası olarsa, muzey açmaq istəyir: "Həvəskar kolleksionerəm. Əski kitablar, fotolar, açıqcalar yığıram. Əsasən də, 1939-cu ilə qədər olan latınca nəşrləri. Nə vaxtsa, ciddi kolleksiyam olarsa, balaca bir həvəskar muzey açmaq fikrindəyəm". Şərif Ağayarın hobbisi çoxşaxəlidir. Maraq çəkən məqamlardan biri də gözəl qadınlarla ünsiyyətdən zövq almasıdır: "Filmə baxmaq, məclislərdə dostlarla qeybətləşmək, fiziki cəhətdən güclü adamların macəralarını dinləmək, dava-dalaşlarından halı olmaq... Mənim bu cür igid dostlarım var, əksəriyyəti də yerlilərimdir. Hərdən zəngləşirəm onlarla... səslərini eşidəndə sevinirəm. Hə, bir də maşın sürmək. Maşın sürəndə bütün əsəblərim dincəlir, rahatlanıram. Hətta tıxaclarda da! Bir də təbii ki, gözəl qadınlar. Gözəl qadınlarla adi ünsiyyətdən zövq alıram. Bircə şərtlə: bayağı və savadsız olmasınlar... Bir də saxta. Azərbaycanda isə saxta olmayan, bayağı və savadsız olmayan gözəl qadın tapmaq asan deyil. Deməli, qadın dostlarım azdır. Yazmaq da sənətim xaricində həm də hobbidir mənim üçün... Hətta status yazanda, çatda yazışanda dincəlirəm". Faiq Balabəylinin də özünəməxsus məşğuliyyəti var: "Mən artıq yaşlı nəsil sayılıram. Fevralın 23-də 50 yaşım olacaq. Ona görə də boş vaxtlarım ötənlərdə qalan illərimdən fərqlidir. İndi demək olar ki, boş vaxtım olmur. Ev, ailə və üstəgəl dostlarla nərd oynayıb, çayxanalarda olmaq, həftədə ən azı üç dəfə Bakı buxtasının cənub hövzəsində, dənizin sahilində olmaq, balıq tutmaq, daha doğrusu, balıqçılara "laqqırtı vurmaq", xəstələnməkdən yayınmaq və sözsüz ki, imkan tapdıqca üzgüçülüyə getməkdən zövq alıram". Yazar Qan Turalının da maraqlı hobbiləri var. O, böyük serial həvəskarıdır: "Əvvəl Azərbaycanda kimdən soruşurdun ki, hobbiniz nədir? Hamı deyirdi, kitab oxuyuruq. Amma mən kitab oxumağı boş vaxt hesab etmirəm, bu iş vaxtıdır. Mənim bir neçə hobbim var. Çox sevdiyim işlərdən biri velosiped sürməkdir. Daha sonra şahmatı çox sevirəm. Həyat yoldaşımla tez-tez şahmat oynayıram. Ən sevdiyim hobbilərdən biri də film izləməkdir. Müxtəlif xarici, türk teleseriallarına baxıram" . Cəlil Cavanşirin hobbiləri isə dəyişkəndir. Yazarın yaşına uyğun olaraq hobbiləri də dəyişir. Hazırda sevdiyi məşğuliyyəti bilyard oynamaqdır: "Hobbilərim dəyişkəndir. Məsələn, yeniyetməlik vaxtı futbol oynamağı və futbola baxmağı sevirdim. Sonra filmlər hobbiyə çevrildi. Hazırda bilyard oynamaq hobbidir. Yaxşı oynaya bilməsəm də, bu oyunu sevirəm". Kişi olsaydım, məndən əla bağban çıxardı. Yazar Sevinc El-Sevərin hobbisi marağımızı çəkdi. Əsasən kişilərə xas olan balıq tutmaq və bağbanlıq xanım yazarın hobbiləri sırasında yer alır : "Hobbim akvariumumun suyunu dəyişməkdi. Balıqlara zərər vurmadan onları kiçik torla tutmaq... Bu işi sevirəm, bir də bitkiləri əkib çoxaltmağı. Kişi olsaydım, məndən əla bağban çıxardı". |
2014-01-29 | 7,578 | Füzulinin 500 illik vəsiyyəti yerinə yetirildi - Fotolar | Görkəmli azərbaycanlı şair Məhəmməd Füzulinin 500 illik vəsiyyəti yerinə yetirilib. Şairin qəbrindən götürülən torpaqla hazırlanan səhənglə Məscidi Nəbəvidə İslam peyğəmbərinin qəbrinin olduğu yerin qapısına su tökülüb. Beləcə şairin peyğəmbərə həsr etdiyi "Su" qəsidəsində dediyi, "Dəstbusi arizusundan ölərsəm, dustlər, Kuzə eylin torpağım, sunun onunla yarə su". (Dostlar, əgər onun əlini öpmək arzusuyla ölsəm, Torpağımdan hazırlayacağınız səhənglə ona su verin) təmənnası yerinə yetirilib. ANS PRESS-in məlumatına görə, Füzulinin arzusunu Türkiyə Trabzon vilayətindəki "Cümhuriyyət Anadolu" litseyinin ədəbiyyat müəllimi Turqut Okutur və şagirdləri həyata keçiriblər. Məlumata görə, Türkiyənin Bağdad səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşı olan Fatih Tamer Füzulinin qəbrindən götürdüyü torpağı ölkəsinə gətirib. Kütahya şəhərindəki dulusçu ustalar həmin torpaqla 2 səhəng hazırlayıblar. Litseyin direktoru Həsən Suiçməz bu səhəngləri peyğəmbər qəbrinin olduğu Məscidi Nəbəviyə aparıb. Burda məscidin rəsmi şəxslərindən olan Seyyid Faris Əbu Mənsurun köməkliyi ilə Füzulinin ölüm ildönümü olan 11 yanvarda qəbrin olduğu məkanın qapısına su töküblər. Müəllim və şagirdlərlə son əsrin ən maraqlı ədəbiyyat latyihələrindən birini həyata keçirdiklərini deyən Suiçməz bunu özləri üçün şərəf qəbul etdiklərini deyib. "Türk-İslam dünyasının ən böyük şairinin təxminən 500 il əvvəlki vəsiyyətini yerinə yetirmə layihəsini həyata keçirmənin xöşbəxtliyini hiss edirik. Füzulinin vəsiyyətini yerinə yetirdik. Ümidvaram ki, onun ruhu rahatlığa qovuşub" (Anspress). |
2014-01-29 | 7,579 | Bakıda qadın yandı | Ötən gün Bakının Binəqədi rayonunda yaşayış evində partlayış olub. Binəqədi rayon Polis İdarəsindən verilən əmlumata görə, hadisə Binəqədi kəndi, II mədən ünvanında, 64 yaşlı Xəzəngül Əliyevanın mənzilində baş verib. Partlayış təbii qaz sızmasın yaranıb. Daha sonra mənzildə yanğın başlayıb. Nəticədə evin sahibəsi 64 yaşlı qadın yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub. Ev sahibəsi alovun içindən xils olunub və xəstəxanaya çatdırılıb. Lakin ev tamamilə yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır (Anspress). |
2014-01-29 | 7,580 | Nazir bu dəfə də çayçılıq etdi - Foto | Türkiyənin nəqliyyat və kommunikasiya naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir şəhərindən bələdiyyə seçkisində namizədi Binali Yıldırım çayxanaya gedərək yerli sakinlərlə söhbət edib. İzmirin problemləri barədə danışan Yıldırım bələdiyyə sədri seçiləcəyi təqdirdə şəhərdə aparacağı islahatlardan danışıb. Sakinlərin suallarına cavab verən Binali Yıldırım daha sonra çayçının yerinə keçərək jurnalistlər üçün çay süzüb. Qeyd edək ki, Ərdoğan hökumətinin ən uğurlu nazirlərindən hesab olunan Binali Yıldırım daha əvvəl taksi sürmüş, ötən həftə isə İzmirdə yerlilərlə keçirdiyi görüş vaxtı bərbər köşkünə girərək ülgüclə müştərinin üzünü qırxmışdı (Anspress). |
2014-01-29 | 7,581 | Toyda kütləvi dava - Fotolar | Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib. "Axar.az" Kəpəz TV-yə istinadən məlumat verir ki, toy məclisində xeyli miqdarda spirtli içki qəbul edən dostlar bir-biriləri ilə yersiz zarafat ediblər. Çox keçməyib ki, bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisəyə ilkin səbəb kimi sərxoş gənclərin bir-birinə nalayiq ifadələr işlətməsi göstərilir. Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, M.Fətəliyevə bıçaqla xəsarət yetirmiş şəxs onun həmyerlisi 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, X.Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. |
2014-01-29 | 7,582 | 2014-cü il dönüş ili olacaq | 2014-cü il Birləşmiş Ştatlar üçün dönüş ili olacaq. İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Konqresdə "Ölkənin vəziyyəti barədə" ənənəvi müraciətlə çıxış edən ABŞ Prezidenti Barak Obama deyib. B.Obama onun administrasiyasının cari ildə daxili və xarici siyasətinin vəzifələrinin müəyyən edildiyi müraciətdə qeyd edib: "İnanıram ki, bu il Amerika üçün dönüş ili ola bilər. ABŞ qəti səylərindən 5 il sonra 21-ci əsrdə dünyada ən yaxşı mövqedədir. O, Konqresi cari ili "Hərəkət ili" elan etməyə çağırıb: "Bu, bir çox amerikalının istədiyidir" (Trend). |
2014-01-29 | 7,583 | Bu ölkə Yay Olimpiya oyunlarına 2,3 mlrd xərcləyəcək | Braziliya hakimiyyəti 2016-cı il Yay Olimpiya oyunlarına hazırlıq mərhələsində idman obyektlərinin tikilməsinə 2,3 mlrd dollar xərcləməyi planlaşdırır. "Axar.az" APA-ya istinadən bildirir ki, bu barədə Yahoo Sports "Röyters"ə istinadən xəbər verir. Hazırda büdcə planları artıq 24 obyekt üzrə təsdiqlənib. Xərclərin yekun planı 2014-cü ilin martında, daha 28 obyekt əlavə edildikdən sonra məlum olacaq. |
2014-01-29 | 7,584 | Bərdədə zəlzələ baş verdi | Bərdədə 3,1 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yanvarın 29-u yerli vaxtla saat 02:37-də Bərdədən 22 km cənub-şərqdə, Bərdə-Ağdaş sərhəddində 32 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb (Trend). |
2014-01-29 | 7,585 | Saçları 26 yaşlı qadını öldürdü - Fotolar | İngiltərədə yaşayan 26 yaşlı bir qadın özünü mənasız məsələ üzündən öldürüb. İngiltərə mətbuatının verdiyi məlumata görə, paytaxt Londonda yaşayan Frans Varen daima sarı rəngli saçları ilə öyünüb. Lakin saçının təbii rənginin sarı olmaması qadının ən böyük dərdi olub. O, həmişə saçının rənginin dəyişəcəyindən qorxub. Ümumilikdə 4-5 dəfə saçlarının rəngini dəyişən Frans Varen, saçının sarı olması üçün əlindən gələni edib. Lakin onu bu problem həmişə narahat edib. Bu o qədər ciddi hala çevrilib ki, Frans Varen depresiyaya düşüb. Psixoloq köməyinə baxmayaraq, Frans Varen depresiyadan çıxa bilməyib. Qadın gəzmək adı ilə meşəliyə gedib və ondan bir xəbər çıxmayıb. Axtarışlar zamanı Frans Varenin meyidi meşədə ağacdan asılmış halda tapılıb. Onun intihar etdiyi məlum olub. Araşdırmalar zamanı qadının saçları üzündən depresiyadan çıxmadığı, özünü ağacdan asdığı bildirilir (Anspress). |
2014-01-29 | 7,586 | Bakıda avtomobil, Gədəbəydə bina yandı | Bu gecə Bakıda "Mazda" markalı avtomobil yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərə verir ki, yanğın paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Vətəndaşa məxsus "Mazda" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha bir yanğın isə Gədəbəyin Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binada baş verib. Nəticədə binanın dam örtüyü 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. |
2014-01-29 | 7,587 | Los Anceles Qarabağın müstəqilliyini tanıdı | ABŞ-ın Kaliforniya Ştatının Los Anceles şəhəri Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. İnformasiyada Los Ancelesin şəhər şurasının digər dövlətləri də Dağlıq Qarabağın müstəqilliyini tanımağa səslədikləri bildirilib: "Dağlıq Qarabağ bölgədə stabilliyin əsas qoruyucularından biridir. Onun azadlıq uğrunda apardığı mübarizə digər xalqların müstəqilliklə bağlı başlatdıqları mübarizənin ilham mənbəyi olub". Qeyd edək ki, bir müddət öncə Kaliforniya ştatında erməni soyqırımının 7-12-ci siniflər arasındakı dərsliklərə salınması qəbul olunmuşdu. |
2014-01-29 | 7,588 | Bir sutkada 250 atəşkəs pozuntusu - Rəsmi | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-29 | 7,589 | Təhsil Nazirliyindən "erməni qəhrəman"a cavab - Yeniləndi | 10:12 Kəlbəcər rayonunun işğalında iştirak etmiş ermənilərdən biri Sarqis Aspanyan Azərbaycanda orta məktəb dərsliklərinə hansısa yolla Azərbaycan döyüşçüsü və qəhrəman kimi düşüb. Bunu Ermənistanın term.am saytına açıqlama verən erməninin özü deyib. "Mən cəmi bir neçə gün əvvəl bilmişəm ki, azərbaycanlıyam. Şeyxi xanım adlı qadının nəvəsiyəm. Mən bunu bir azərbaycanlı qadından eşitmişəm. Həmin qadın bir erməni ilə mübahisə edib deyirdi ki, mən türkəm. Erməni isə o azərbaycanlı qadına bir neçə videoçarxın linkini göndərdi. Azərbaycanlı qadın bu videolara baxandan sonra başa düşə bilmirdi ki, mən erməni dili ilə yanaşı türk və fransız dillərini haradan bu qədər yaxşı bilirəm, bu dilləri necə öyrənmişəm". Aspanyan fotonun tarixi haqqında da danışıb. Onun sözlərinə görə, foto 1993-cü ildə çəkilib. "Orada 80 yaşlı qadın var idi. O, bizə "Nə üçün gecikdiniz? Tezliklə ermənilər şəhərə girəcək" dedi. Mən anladım ki, qadın bizi azərbaycanlı hesab edib. Ordakı qadınların arasında 81 yaşlı Şeyxi xanım da var idi. O,aşıq,şairə idi". qeyd eədk ki, fotonun məhz hansı dərslikdə dərc edildiyi açıqlanmayıb (ANS). *** 12:05 "İlkin olaraq deyə bilərik ki, bizim kitablarımızda belə bir məlumat yoxdur. Bu prossesi tam formada izləmək üçün bizə müəyyən bir müddət lazımdır". Bunu açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov orta məktəb dərsliklərimizdə erməni yaraqlısının azərbaycanlı kimi təqdim olunması ilə bağlı açıqlamasında deyib. O, erməni mətbuatında yayılan informasiya ilə bağlı araşdırma aparıldığını deyib. "Hələ ki bu şəkilin bizim hansı kitabımızda olması barədə, heç nə tapılmayıb. Belə bir şəkil yəqin tarix və ya ədəbiyyat dərsliklərimizdə ola bilər. Məsələ ilə əlaqədar olaraq araşdırma aparılır". |
2014-01-29 | 7,591 | Eşşək əti yeməyimizin səbəbi - Araşdırma | Artıq on ildən çoxdur ki, Bakının bir çox mərkəzi bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə dana əti adı altında çox vaxt camış əti satılır. Bunu başa düşmək üçün ətdən başı çıxan adamın sadəcə baxması da kifayətdir - camış əti dana əti ilə müqayisədə nisbətən ağ olur. Alıcılar əslində camış əti yediklərini bilməsələr də, aldıqları maldan çox razı qalırlar, dadına alışdıqları ət həmişə təzə olur. Satıcılar isə ətin halal və təhlükəsiz olmasına ürəkdən and içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyırlar və orada malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar nəzarəti aparıldığına əmindirlər. ANS PRESS-in araşdırması da təsdiqləyir ki, Bakı platosunun şimal-şərqində yerləşən həmin iri sallaqxanada kəsilən malların 70%-dən çoxu camış olur və peşə jarqonu ilə "Kürdəmir əti" kimi tanınan bu məhsul qəssablar arasında çox populyardır. Bəzi məhəllə qəssabları hətta özləri 80-100 kiloqramlıq bir dana kəsirlər və onun gözünə 40 kiloqram da "Kürdəmir əti" qatıb satırlar. Qazancları da az olmur - kiloqramını 5 manatdan götürdükləri əti 8 manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində 100-120 manat əlavə pul götürürlər. Belə insafdan kənar üsulla qazanılan pulu, təbii ki, halal saymaq olmaz, çünki istehlakçının aldadılması yolu ilə əldə edilir. Amma bununla belə, son günlərdə yayılan xəbərlər göstərir ki, hazır ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları istehal edən sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında satanları az qala günahsız mələk saymaq olar. Bu cür "qəssab"ların kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da at, eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz rayonun Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və eşşək sümüyü bunun bariz sübutudur. Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssislərinin fikrincə, həmin at və eşşəklərin əti, böyük ehtimalla, emal müəssisələrinə aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar həkim Fizuli Qurbanov bildirib ki, həmin atlar və eşşəklər kəsildiklən sonra ətlərinin tam çıxarıldığı aşkar edilib. "Bu, onu göstərir ki, ətlər bazara yox, emal müəssisələrinə aparılıb, yəni kolbasa, sosis və s. kimi ət məsullarının istehsalında işlədilib",- deyə Fizuli Qurbanov vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı qeyri-rəsmi kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil. Bu günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək sümükləri də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət məhsullarının satış ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ rayonunda da ətin sümükdən peşəkarlar tərəfindən ayrıldığını bildirirlər. Yəni həmin ətin qida sektoruna yönəldildiyi açıqca görünür (ANS). Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində tapılmış onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska istehsalına yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər il minlərlə at və eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə göndərilir. Bunu statistika ilə sübut etmək olar. Statistikaya görə, Azərbaycanda 76 min at və 44 min eşşək var. Adətən at və eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan əhalisi atı və eşşəyi sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən kimi onunla vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc sayılır. Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin öldüyünü gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonar harasa yox olurlar. Yəni hər il orta hesabla 7 min at və 4 min eşşək bu cür yox edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir neçə il qabağa qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi işbazlar gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at əti idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük ehtimalla həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət emalı sexlərinə yönəldilir. Yəni bir atın orta hesabla 200 kiloqrama qədər ət verdiyi nəzərə alınarsa, bu üsulla il ərzində 1500 tona yaxın at və eşşək ətinin kolbasa sexlərinə verildiyini güman etmək olar. Bu, 2012-ci ildə Azərbaycanda toplam istehsal edilmiş kolbasa məmulatlarına təxminən bərabərdir. Statistikaya görə, inişil ölkədə 1543,8 min ton kolbasa istehsal edilib ki, bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi rayonunun, 61,5 tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb. Şirkətlər kolbasa məmulatlarının ətdən ucuzluğunu Hindistandan gətirilən ucuz sümüksüz ətlə izah edirlər. Düzdür, 2012-ci ildə Hindistandan 3,5 min ton sümüksüz camış əti gətirilib. Amma onun kiloqramını Hindistanda təxminən 2 dollara verirlər. Digər xərclər nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata düşür. Yerlərdən alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha olmur, məsələn 200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat ödəyirlər. Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq evlərinə verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal hiss etmək olur. Həm də ANS PRESS-in araşdırmasına görə, at və eşşək ətinin bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa sexlərinə verilir. Rəqəmlər bu durumda ölkədə istehsal edilən kolbasa məmulatlarının təxminən yarısının at və eşşək ətindən istehsal edildiyini güman etməyə imkan verir. Əslində at ətinin qidada istifadə edilməsində böyük qəbahət yoxdur, Orta Asiyanın əksər türk respublikalarında at əti yeyilir. Həm də 1-2 illik cavan atların əti dietik sayılır və qara ciyər xəstəliklərinin dərmanıdır. Lakin Azərbaycanda kəsilən atların yaşı 10-15-i keçdiyinə görə onların əti bu özəlliklərə malik deyil. Həm də digər türk xalqlarından fərqli olaraq oğuz türkləri, yəni türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən at əti yeməyiblər. Türkmənistanda hətta ata qida məqsədi ilə kəsmək cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə məkruhdur. Burada ən təhlükəli məqam isə həmin ətlərin normal sanitariya şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan kəsilməsindədir. Yəni haramlığı bir yana, bu cür gizli kəsilən ətlər istehlak bazarına çox dəhşətli xəstəliklər bəxş edə bilər. Elə bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da, qanunvericiliyə görə, heyvan kəsimə getməzdən qabaq mütləq həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk növbədə bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: "Yəni yerli baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə baytarı bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb, hansı vaksinalar və dərmanlar vurulub. Əgər heyvana vaksina vurulubsa, onu kəsmək olmaz, müəyyən müddət keçməlidir. Çünki vaksina əslində müəyyən xəstəliklərin virusudur. Məsələn, heyvana qara yara peyvəndi edilibsə, 10 gün kəsmək olmaz; zərdabı vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini vurulubsa, heyvanı 21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda xəstəliyə qarşı immunitet yaranır və həmin virusları yox edir",- deyə DBX təmsilçisi vurğulayır. Yəni baytar heyvanın kəsimə yararlı olması barədə diri halda baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra heyvanı kəsim məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli məqam akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən sonra isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı toxumalar, içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir ki, Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə kimi iri şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq ekspertiza laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən ətlərin vəziyyətinə az-çox nəzarət etmək olur. Amma ən qarışıq vəziyyət regionlardadır. Son 20 ildə bu sahədə vəziyyət xeyli çətinləşib - heyvan sayı artıb, baytar həkimlərin sayı isə dəfələrlə azalıb. Məsələn, ölkə üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda buynuzlu mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox baytar həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu isə kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7 milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real artım isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi Azərbaycanın regionlarında fəaliyyət göstərən həkim sayı isə 1000-dən çox deyil. Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir ki, onun da praktiki olaraq bütün heyvanlara nəzarət etməsi mümkün deyil. Yəni normal baytar nəzarəti göstərilməsi üçün kiçik və orta kəndlərin hər birində bir baytar həkim, böyük kəndlərdə isə 2 və ya 3 baytar həkim ştatı açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və kəndlərdən elə də fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə dövlət ştatında olan baytar sayı 5 mini keçməlidir. Yəni indi Şəmkir kimi iri bir rayonda cəmi 20 baytar həkim var ki, onların kəsilən bütün ətlərə, kəsimə gedən bütün heyvanlara nəzarət etməsi fiziki cəhətdən mümkün deyil. DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, Azərbaycanda bu sayda baytar həkim var, yəni ştatlar açılarsa, onları kadrla təmin etmək çətin olmaz. "Beynəlxalq Epizodik Büronun xüsusi qrupu araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və rayonlarda toplam 5 minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar ştatı açarsa, təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək olar",- deyə təcrübəli baytar vurğulayır. Lakin burada vacib olan başqa bir məqam heyvanların birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan andan birka vurularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib çıxması mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə olduğunu ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən qaramal üçün pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər heyvanlar barədə bütün məlumatlar mərkəzləşmiş bazada topdanır. Bstənilən baytar birka nömrəsi ilə ölkənin istnilən yerindən internetə girərək heyvan barədə məlumat ala bilir. Yəni belə olan halda xəstə və vaksinləşdirilmiş heyvanın kəsimə verilməsi də qeyri-mümkün olur. "Bu sahədə bizdə də beynəlxalq təşkilatlarla layihələr aparılır. Artıq bütün cins atların nömrəsi var, xaricdən gətirilmiş mallara da nömrə vurulur. İndi bütün heyvanların birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu dövlət vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da güclənəcək, at və eşşəklərin, murdar və xəstə ətlərin istehlak bazarına girməsinin qarşısı alınacaq", - deyə Fizuli Qurbanov bildirir. |
2014-01-29 | 7,592 | Şəhid leytenant Səbuhi Əzizov torpağa tapşırıldı | Yanvarın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi ətəşə tutması nəticəsində döyüş növbəsində xidməti vəzifələrini yerinə yetirərkən şücaət göstərərək şəhid olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində uğrunda canını qurban verdiyi Vətən torpağına əmanət edildi. Bu barədə "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışaraq qeyd etdi ki, Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu idi. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə düşməndən alınacaq və qanı yerdə qalmayacaqdır. Sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı ki, şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsi professor-müəllim, zabit və kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant Əzizovun şəhidlik zirvəsinə yüksəldiyindən böyük qürur duyduqlarını, onun daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını, işğal altında olan tarixi torpaqlarımızdan son düşmən əsgərini geri oturtmayınca mübarizəni dayandırmayacaqlarını bəyan etdi. Şəhidin ailəsinə dərin hüzndə başsağlığı verən general zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim etdi. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış edərək bütün xalqımız kimi, qobustanlıların da şəhidlərimizin intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirdi. Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə uğurlandı. Məzar üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qobustan Rayon İcra Hakimiyyəti və digər təşkilatlar adından əklillər, gül dəstələri qoyuldu. Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edildi. Şəhid valideynləri - Rüstəm və Nəsibə Əzizovlar çox ağır itki olmasına baxmayaraq, oğlunun öz şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, "Vətən sağ olsun!", dedilər və vida mərasiminin yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi. Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş kəndin digər şəhidlərinin də məzarlarını ziyarət etdilər! |
2014-01-29 | 7,594 | Azərbaycanda ərə gedən uşaqların statistikası - Şok | "UNİSEF-in araşdırmasına əsasən Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qız ərə gedib. Bu faktı "Sexual abuse of children" (uşaqların cinsəl sui-istifadəsi) adlandıran və bununla bağlı şərh istəyən Avropalı deputata bizim hökumət deyib ki, bu uşaqların sui-istifadəsi deyil, çünki onlar ailə həyatı qurublar? Bu barədə tanınmış hüquqşünas Rəşid Hacılı Facebook sosial şəbəkəsində yazıb. R.Hacılının sözlərinə görə, hökumət əlavə edib ki, bu, Bakıdan uzaq kənd rayonlarında baş verir və hökumət bunun qarşısını ala bilmir. Nikah yaşını 18 yaş müəyyən edən və azyaşlıların cinsəl hüuqlarının pozulmasını cinayət sayan hökumət Avropalı deputata etiraf edib ki, onun qanunlarına Bakıdan o tərəfdə əməl etmirlər. Həm də bəlli olub ki, "Sexual abuse of children" (uşaqların cinsəl haqlarının pozulması) deyəndə bizim hökumət rəsmilərimiz bunu "uşaqların cinsəl istismarı" kimi anlayırmış ("AzVision.az"). |
2014-01-29 | 7,595 | Oliver Kan: “Çelsi” ÇL-i “satın aldı” | "Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan müasir futbolda pulun önəmli faktor olduğunu vurğulayıb. "Axar.az"ın verdiyi məlumata görə, Kan Çempionlar Liqasını qazanmaq üçün 300 milyon dollarlıq büdcə tələb olunduğunu bildirib: "Məhz bu qədər büdcə ilə "Çelsi" 2012-ci ildə istəyinə çatdı. Pul müasir futbolda böyük önəm kəsb edir. Məsələn, Bundesliqaya yüksəlmək üçün 20-25 milyon dollarlıq büdcə tələb olunur. Amma Çempionlar Liqasını qazanmaq üçün büdcəni 300 milyona qaldırmaq lazımdı. "Çelsi" kuboku bu yolla "satın aldı". İndi eyni yolla "Mançester Siti", "Real", "Barselona", "Bavariya" da gedir. |
2014-01-29 | 7,596 | Xətaidə yaşayış evi yandı | Xətai rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzildə dəhlizin döşəməsi 5 kv.m sahəyanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-29 | 7,597 | Rza Zərrabın mülkünə qoyulan həbs qərarı ləğv edildi | Dekabr ayının on yeddisində həbs olunmuş Rza Zərrabın mülkiyyətinə həbs qoyulması qərarı ləğv edilib. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Əbru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab üçün bu qərarı İstanbul 29-cu Sülh Cəza Məhkəməsi verib. Bu qərarla Zərrabın mülkiyyəti "satıla və ya bağışlana bilməz" qərarı ortadan qaldırılıb. Zərrabın vəkilinin Məhkəməyə təqdim etdiyi mülkiyyət siyahısında İngilis atı və şəxsi motosiklet də var. |
2014-01-29 | 7,598 | Bakı Şəhər Prokurorluğu əməliyyat keçirib | Səbail rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Axar.az"a daxil olan məlumata görə, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçıb və sonuncu aldığı xəsarətlərdən vəfat edib. Həmin faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 21061" markalı "44-BB-282" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir. |
2014-01-29 | 7,599 | Qızıl Xaç tutulan erməniyə görə fəaliyyətə başladı | Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb. Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar orqanlarla saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün danışıqlar aparır. Qeyd edək ki, yanvarın 29-da saat 15:00-da Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib və düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır. |
2014-01-29 | 7,600 | Suriyalılar “şəhid azərbaycanlılar"ın sayını şişirdir | Suriyada vuruşan azərbaycanlı mücahidlərin öldürülməsi ilə bağlı hər gün "şəhid olanlar" təbliğatı aparılır. Məqsəd bu "müqəddəs savaşda" azərbaycanlıların iştirakını qabartmaq, daim gündəmdə saxlamaq, yeni-yeni döyüşçülər cəlb etmək və dünyaya bu döyüşlərdə Azərbaycanın da iştirakını göstərməkdir. Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat verilib. Bildirilir ki, Suriya müxalifəti xüsusi ləqəblər verdiyi "azərbaycanlı döyüşçülərin" adını açıqlamadan şəklini və hardan olduğunu yaymaqla kifayətlənir, bundan mənbə kimi istifadə edən media isə nəticədə onların istədiyi təbliğatı istəmədən aparır. Mənbənin bildirdiyinə görə, Suriyada şəhid olduğu bildirilən və mediada yayılan xəbərlərdə adı keçən "azərbaycanlı döyüşçülərin" bir çoxunun adı və soyadı sonadək bəlli olmur və bunu heç araşdırmaq da kimsənin yadına düşmür. Əvəzində isə hər gün Suriyada bir azərbaycanlı mücahidin öldürüldüyü xəbəri yayılır və burdakı xəvaricilərin arasında təbliğ olunur. Bu gün "Əbu Zübeyir Azəri" adlı daha bir azərbaycanlı döyüşçünün öldürüldüyü xəbərinə diqqət çəkən qaynağımızın sözlərinə görə, bu ləqəbli döyüşçü "vaxtaşırı olaraq öldürülür": "Əbu Zübeyir Azəri adlı şəxsin öldürülməsi ilə bağlı məlumat və fotoşəkillər 2013-cü ilin 18 aprel tarixində Tvitter sosial şəbəkəsində yayılıb. Həmin zaman "Əbu Zübeyr Azəri"nin öldüyü, indi isə "diri" şəklini yayırlar. Beləliklə, statistikanı şişirtməklə təbliğat aparırlar". "Axar.az" olaraq ötən il 18 aprelində öldürülən tovuzlu "Əbu Zübeyr Azəri" ləqəbli şəxslə indi şəkili olduğu söylənən "Əbu Zübeyr Azəri"nin şəkillərini verir və müqayisəni oxucuların ixtiyarına buraxırıq. |
2014-01-29 | 7,601 | Saakaşvili yenə Putinə sataşdı | Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenə Rusiya Prezidenti Vladimir Putinə sataşıb. "Axar.az"ın məlumatına görə, nüfuzlu "The Wall Streel Journal" dərgisinə müsahibə verən Saakaşvili Ukraynada baş verən hadisələri digər ölkələrlə qarışdırmamağı tövsiyə edib. Onun qənaətinə görə, Kiyevdəki qarşıdurmalar 21-ci əsrin ilk geosiyası inqilabıdı: "Hadisələrin miqyası göstərir ki, aksiyalar tək sosial çatışmazlığa yönələn etirazlar deyil, bu, həm də iki ideologı cərəyanın - azad qərb demokratiyasının və Putin Rusiyasının qarşıdurmasıdır. Son zamanların hadisələri Putinə müəyyən güc verir: Amerika və Qərb müəyyən problemlərlə, iqtisadi böhranla üz-üzədir. Hətta o, Gürcüstan və Ermənistanı təsiri altına sala bilib. Bir qədər də irəli gedərək, Qərbi postsovet məkanından sıxışdırdığını zənn etdi, hansını ki, özünün mülkiyyəti sayır. Lakin Ukraynadakı demokratiya dalğası məsələnin əksini göstərdi". Sabiq prezident sonda bildirib ki, Avropaya baş ağrısı olan Putinin sorğu-suala çəkilməsinin vaxtı çoxdan çatıb. |
2014-01-29 | 7,602 | FHN-dən Bülbülədəki yanğınla bağlı açıqlama - Yeniləndi/Foto | Bülbülədə yerləşən Bakı Neftqazmədən Avadanlıqları Zavodunda yanğın başlayıb. Sabunçu rayonu, Bülbülə qəsəbəsində yerləşən Bakı Neftqazmədən Avadanlıqları Zavodunda yanğın baş verib. Hadisə yerində olan əməkdaşımız Ramal Abdullayevin verdiyi məlumata görə hadisə yerinə 15-ə yaxın yanğınsöndürən maşınlar cəlb olunub.Yanğın zamanı zavodun ərazisində olan yük maşını da yanıb.(xezerxeber.com) 11:45 Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonundakı yanğınla bağlı açıqlama yayıb. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir: "Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3000 kv.m olan sexin binasında vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 2000 kv.m anbar kimi istifadə olunan tikilinin yanar konstruksiyaları və içərisindəki geyim malları 900 kv.m sahədə, ona bitişik ümumi sahəsi 2000 kv.m olan "PANO" ASC-nin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və anbara bitişik dayanmış "MERCEDES" markalı yük avtomobilinin banı və banına yığılmış paltar kipləri yanıb. Anbarın və "PANO" ASC-nin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb". |
2014-01-29 | 7,603 | Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı | Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib. ANS-in məlumatına görə, kənd sakininin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilir. Bərdə Rayon İcra Hakimiyyəti hadisənin ümumiyyətlə baş vermədiyini bildirib. Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən verilən məlumata görə, özünü yandıran Alpoud sakini yanıq xəsarətləri ilə ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verəcəyik. |
2014-01-29 | 7,604 | Əziz Yıldırım Ərdoğana görə yalvardı - Video | Türkiyə voleybol liqasında keçirilən qarşılaşmaların birindən sonra maraqlı olay yaşanıb. "Fənərbaxça" klubunun qadın voleybolçuları qələbə qazanmaları münasibəti ilə, klub prezidenti Əziz Yıldırımla salamlaşarkən təhqir dolu şüarlar səslənməyə başlayıb. "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, salamlaşma anında klub tərəfdarları baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına sərt ifadələr işlədərək şüarlar səsləndiriblər. Elə bu zaman klub prezidenti barmağı ilə klub azarkeşlərini Baş naziri təhqir etməməyi xahiş edib. Həmin görüntülər sona qədər qeydə alınıb. Həmin videonu təqdim edirik. |
2014-01-29 | 7,605 | Gün ərzində 56 cinayət faktı qeydə alınıb | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınıb ki, onların da 22-si "isti izlər"lə açılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 37 nəfər tutulub. |
2014-01-29 | 7,607 | Rus politoloqdan Qarabağla bağlı şok açıqlama - Eksklüziv | "Azərbaycan Qarabağda uğur qazanmayacaq" Son günlər Qafqazda vəziyyət yenidən gərginləşib. Cəbhənin təmas xəttində ermənilərin aktivləşməsi yeni müharibə təhlükəsi ilə bağlı açıqlamaların yayılmasına səbəb olurdu. Üstəlik, Ukraynada vəziyyətin gərginləşməsi və hər iki narahatlığın arxasında Rusiya amilinin dayanması ehtimalı rusiyalı politoloq Qriqori Trofimçuka müraciət etməyimizə səbəb oldu. Beləliklə, rus politoloq Qriqori Trofimçuk "Axar.az"ın suallarını cavablandırır. Radikal şəkildə nifrət - Son günlər Ermənistanla Azərbaycan arasında vəziyyət gərginləşib. Bu situasiyanın müharibəyə qədər gəlib çatdığı güman edilir. Sizcə, hazırkı şəraitdə müharibənin başlaması nə qədər real görünür? - Azərbaycanla Ermənistan arasında konflikt uzun illər əvvəl dondurulub, yəni həll olunmayıb. Elə buna görə də tərəflər arasında savaş istənilən zaman başlaya bilər. Bu boksdakı kimidir: referi bokçuları ayırır, onlar rinqin bir tərəfinə çəkilir, qollarını boşaldır və istənilən vədə bir-birinə hücum etməyə hazır olurlar. Bir tərəfdən də Bakı heç vaxt Qarabağ probleminin güc yolu ilə həllini istisna etməyib. Ermənilər və azərbaycanlılar kütləvi informasiya vasitələrində açıq savaş aparırlar və bu müharibə bir dəqiqə belə dayanmır. Bu elə xalqlar cütlüyüdür ki, bir-birinə radikal şəkildə nifrət edirlər. Dünyada başqa bu qədər nifrətin olduğu ikinci bir yeri görə bilməzsiniz. Hətta ermənilər və türklər, şimali və cənubi kiprlilər arasında bu qədər nifrət müşahidə etmək olmaz. Bunların hamısı kifayətdir ki, növbəti proqnozu verə bilərsən. Müharibənin başlanması kimin və nə vaxt sərhədi keçməsindən asılıdır. Böyük ehtimalla bu nə Bakı, nə İrəvan, nə də Moskva üçün sərfəlidir. Mənə elə gəlir ki, müharibə kiçik insidentlə başlayacaq. Hansı ki, burada Qərbin heç bir günahı olmayacaq. Amma Qərb alovlanmış situasiyaya mütləq müdaxilə edəcək və özü də bunu idarə etməyə başlayacaq. Liviyada belə olub, Ukraynada belədir, Qarabağda da belə olacaq. Qlobal gərginlik və qeyri-stabillik getdikcə Qarabağa daha çox yaxınlaşır. Təkcə bu fakt artıq xoş olmayan proqnozların verilməsinə şərait yaradır. Azərbaycanın ordusu yaxşıdır, sadəcə... - Müsahibələrinizin birində Qarabağın Azərbaycanın tərkibinə qaytarılmayacağını bildirmişdiniz. Ümumiyyətlə, Azərbaycan konfliktdən uğur gözləyə bilərmi? - Azərbaycana Qarabağ konfliktində uğur yoxdur. Ona görə yox ki, onun pis ordusu var. Əksinə, Azərbaycanın ordusu yaxşıdır və müasir tələblərlə qurulur. Sadəcə olaraq insanlıq tarixində hələ heç vaxt böyük dövlətdən ayrılmış və ona məxsus olan parçanın geri qaytarılması müşahidə olunmayıb. Bir tərəfdən də Sovet İttifaqı əslində tam məhv olmayıb və bu gün Ukraynadakı hadisələr bizə bunu sübut edir. Hazırkı məqamda postsovet ölkələri qarşısında duran əsas məsələ əllərində olanı qorumaqdır. Güclü ordu Azərbaycana məhz belə işlərə görə gərəkli olacaq. Mən artıq demirəm ki, ABŞ və NATO-ya sovetlərin bir parçasını gücləndirmək və daha sonra axmaqcasına həmin dövlətlə problemi həll etmək sərfəli deyil. Qərb Rusiyaya qarşı olan bütün torpaqları birləşdirmək görüntüsü yaradır, amma siz başa düşməlisiniz ki, bu addım nə üçün atılır. Qərb təkcə özlərinin tarixi partnyorları ilə reinteqrasiyaya gedir. Məsələn, Almaniya kimi ölkələrlə. Amma artıq Çexslovakiya iki yerə parçalanıb. Keçmiş sovet respublikalarından bu mənada danışmaq ümumiyyətlə gülməlidir. Onların hər birində nə qədər çox ayrı, separat bölgələr olsa, bir o qədər də dünya güc mərkəzləri üçün də sərfəli olacaq. Azərbaycan SSRİ-nin tərkibində olan zaman böyük və bölünməz idi. Azərbaycan onu parçalayıb, zəiflətməkdən ötrü müharibəyə itələyəni diqqətlə izləməlidir. Amma talışları və öz saatını gözləyən digər prosesləri də yadınızdan çıxarmayın. Özünüzü məhv edənə qədər - Qafqazdan olan politoloqlar Qarabağ konfliktində daha çox Rusiyanı günahkar sayırlar. Ermənistan və Azərbaycan bu konflikti Rusiyanın ucbatındanmı həll edə bilmir? - Gəlin təsəvvür edək ki, Rusiya bu regiondan gedib. Azərbaycan və Ermənistan bu gedişdən dərhal sonra bir-birini məhv edərlər. Axı Ermənistan ordusunu Rusiyanın köməyi olmadan belə, yox saymaq üçün heç bir əsas yoxdur. Və məsələ yalnız hərbi texnikanın keyfiyyət səviyyəsində deyil. Məsələ ondadır ki, azərbaycanlılar və ermənilər praktiki olaraq eyni əhval ruhiyyə ilə müharibəyə kökləniblər. İstənilən müharibədə isə əsgərin psixoloji hazırlığı əsas faktora çevrilir. Buna görə də siz qarşılıqlı olaraq özünüzü məhv edənə qədər bir-birinizi parçalara böləcəksiniz. Və bunu sübut etməkdən ötrü heç bir eksperiment keçirmək lazım deyil. Əgər erməniləri heç nə maraqlandırmasaydı, əgər onlar Azərbaycan mətbuatına barmaqarası yanaşsaydı, onda siz torpaqlarınızı geri qaytarmaqdan ötrü bütün şansalara sahib olardınız. Amma ermənilər yatmırlar. Türkiyə Azərbaycanın özünə qarşı dayanmasından qorxur - Bəs Türkiyə necə? Onun hadisələrin gedişinə müdaxilə etmək şansı hələ də qalırmı? - Türkiyə çoxdan kömək edə bilərdi, amma Avropa İttifaqı və ABŞ-la problemləri buna imkan vermir. Türkiyə başa düşür ki, onun qərb dünyasında mövqeyi çox zəifdir və məhz buna görə də onu "avropalı xalqlar ailəsinə" götürmürlər. Amma Türkiyə qərb dünyasının bir hissəsi olsaydı, artıq çoxdan Azərbaycan adlı qardaşına kömək etmişdi. Ankaraya bu dəqiqə heç kim zəmanət vermir ki, İran və Suriyadan sonra ABŞ kürd məsələsi və digər problemlərlə Türkiyəyə tələ hazırlamayacaq. Buna görə də Türkiyə Azərbaycanın güclənməsinə kömək etmək məsələsində qərara gələ bilmir. Qorxur ki, Qərb özünə sərf edəcəyi halda tez və ya gec güclənmiş ölkəni Türkiyəyə qarşı çevirə bilər. Türkiyə heç də Azərbaycanın mövqeyini Qarabağ məsələsində birmənalı dəstəkləmir. Sadəcə sözlərdə, ondan o yanası isə yoxdur. Ukrayna parçalanacaq - Rusiya Ukraynadakı hadisələrdə də günahkar bilinir. Maraqlıdır, Ukrayna ilə bağlı hansı proqnozu verə bilərsiniz? - ABŞ və Avropa İttifaqı Ukrayna hakimiyyətinin qeyri-professionallığından istifadə edərək yalanları ilə ölkə daxilində alovu sürətləndirdi. Əgər hadisələr belə cərəyan edərsə, Ukrayna iki hissəyə qərb və şərq bölgələrinə bölünəcək. Ukrayna yenə eyni tarixlə qarşı-qarşıya qala bilər. Bu torpaqların tarixi onsuz da belə olub – hər kəs bir-biri ilə savaşıb. Ukrayna bu parçalanmaya doğru çox iti addımlarla irəliləyir. Rusiyanın miqrantlarsız yaşayışı mümkün deyil - Bəs Rusiyadakı miqrantların taleyi necə olacaq? - Miqrantlarla bağlı problem Rusiyaya onların axınının dayandığı vaxt bitəcək. Rusiya o zaman anlayacaq ki, bu onun üçün necə nəticələnə bilər. Daha sonra o işçi qüvvəsini xaricdən pulla almaq, ya da müxtəlif reklamlar vasitəsilə xarici işçiləri cəlb etmək məcburiyyətində qalacaq. Başqa bir problem isə rusların özlərinin artıq prestiji olmayan yerlərdə çalışmaq istəməməsidir. Prinsipcə işləmək istəmirlər. Fəhlə, əmək adamı peşələri çox təəssüf ki, ictimaiyyətin diqqətində olmayan şeylərdir. Bununla bərabər Rusiyada doğum göstəriciləri çox aşağıdır. Bütün bunlar göstərir ki, Rusiyanın miqrantlarsız yaşayışı mümkün deyil. Miqrantın maaşı yaxşı olsa o, Arktikada da işləyər. Amma indiki zamanda onlardan yalnız cərimə edib pul qoparmağa öyrəşiblər. Ona görə də hamı Moskvaya gəlir. Bu da problem yaradır. |
2014-01-29 | 7,608 | Ermənilər Prezidentimizi məhkəməyə verir - Absurd | "Biz İlham Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini istəyirik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zoqrabyan çıxış edib. Nairə Zoqrabyan bununla əlaqədar məsələni Avropa Şurası Parlament Assambleyasında qaldırıb. O, Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlar etməkdə günahlandırıb. Deputat həmçinin Ramil Səfərovun azadlığa buraxılması və Azərbaycanda rahat yaşamasında Prezident İlham Əliyevi günahlandırıb. Qeyd edək ki, Naira Zoqrabyanın təmsil etdiyi partiya ana müxalifətdə yer alıb. O, 23 mart 2012-ci ildə verdiyi açıqlamasında Azərbaycanın başqa ölkələrin deputatlarını pulla almaqda da günahlandırmışdı. Deputatın partiyası hazırda erməni millətçilərinə yaxınlığı ilə seçilir. O, Serj Sərkisyana qarşı sərt çıxışları ilə seçilsə də, heç vaxt onun şovinist açıqlamalarına şərh verməyib. |
2014-01-29 | 7,609 | Zirədə ağır yol qəzası baş verdi | Zirə qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 28-də saat 20 radələrində Xəzər rayonu Zirə qəsəbəsinin ərazisində qəsəbə sakini Niyazi Abdullayevin idarə etdiyi "QAZ-31" markalı və Şəki şəhər sakini Vüqar Səlimovun idarə etdiyi "VAZ-2121" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. |
2014-01-29 | 7,610 | Səlim Müslümovun yanan əlilə görə tədbir görməsi yalan çıxdı | "Hazırda orda müdür vəzifəsi boşdur. Cənab nazir iki ay əvvəl keçirdiyi kollegiya iclasında Rövşən Məhərrəmovu işdən azad edib". Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayev Yevlax şəhər sakini, əlil Nizami Kərimovun sosial müavinət ala bilmədiyi üçün özünü yandırmasından sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmovun işdən azad edilməsi ilə bağlı mətbuatda gedən iddalara cavab olaraq "Axar.az" dedi. Elman Babayevin sözlərinə görə, hazırda Rövşən Məhərrəmovun səlahiyyətlərini onun müavini icra edir: "Bir-iki günə ora yeni direktor təyin ediləcək. O ki qaldı əlilin özünü yandırması ilə bağlı olan məsələyə, bu, nazirlikdə araşdırılır və araşdırma yekunlaşan kimi mətbuata ətraflı məlumat veriləcək". Xatırladaq ki, Yevlax rayon sakini Nizami Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Mərkəzinə müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə Nizami Kərimov buna etiraz edərək özünü yandırıb. Ötən gün N.Kərimova görə nazir Səlim Müslümovun mərkəz rəhbərini işdən qovması barədə məlumat yayılmışdı. |
2014-01-29 | 7,611 | Fransa radiosunda erməni işğalından danışıldı | Yanvarın 28-də Fransanın "France Culture" radiosunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən "İşğal olunmuş ərazilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı veriliş səsləndirilib. "Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, verilişdə ermənilərin Azərbaycan torpaqlarının işğalına planlı şəkildə hazırlaşmaları, 1988-ci ildə Sumqayıt hadisələrini törətmələri və s. barədə danışılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal etdikləri, münaqişə zamanı minlərlə insanın qətlə yetirildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi dinləyicilərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar indiyədək heç bir nəticə verməyib. Verilişdə Ermənistanın iqtisadi baxımdan çətinlik çəkdiyi, bu ölkəyə xaricdə fəaliyyət göstərən erməni lobbisinin yardım göstərdiyi qeyd olunub. |
2014-01-29 | 7,612 | Sərkisyan qorxusundan maaşları qaldırdı | "Ermənistan polisinin maaşı Ukraynadakı hadisələrlə əlaqədar qaldırılacaq". "Axar.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı etibarlı mənbələrinə istinadən məlumat yayıb. Məlumatda Ermənistanda polislərin maaşının 10% qaldırılmasının nəzərdə tutulduğu bildirilib: "Ukraynadakı hadisələr hökuməti qorxuya salıb. Bu addımlar atılmaqla hökumət ən pis anda özünə qoruyucular kimi polisləri saxlayacaq. Bu artım büdcədə nəzərdə tutulmayıb. Artım gələn ay, daha sonra isə iyul ayında ediləcək". |
2014-01-29 | 7,613 | Obamadan Ukraynaya dəstək | "ABŞ Ukrayna xalqını və onun dinc etiraz haqqını dəstəkləyir". Bunu ABŞ prezidenti Barak Obama bildirib. Prezident "Biz bütün insanların öz fikrini azad ifadə etmək və ölkənin gələcəyində iştirak haqqını tanıyırıq" deyə Konqresdəki çıxışında qeyd edib. Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden bundan əvvəl Ukrayna məmurlarına sanksiyalar tətbiq ediləcəyini istisna etməmişdi.("Aznews.az") |
2014-01-29 | 7,614 | Qamət Süleymanov kafir elan olundu | "Qamət Süleymanov kafirdir, müsəlman deyil". Bu haqda məlumatı "Axar.az"a Qamət Süleymanov özü verib: "Suriyada döyüşən azərbaycanlılar və onları ora göndərənlər məni kafir kimi görür, məni dindən çıxmış hesab edirlər, onlar haqqında heç bir məlumatım yoxdur. Ən pisi də budur ki, bəzi fitnəkar qüvvələr ölən mücahidləri Suriyaya bizim göndərdiyimizi iddia edərək, adımıza qara yaxırlar. Bir daha deyirəm, biz sələfilərin radikal xəvaricilərlə heç bir əlaqəsi yoxdur". |
2014-01-29 | 7,615 | Əli Həsənov: Biz bütün vasitələrdən istifadə edirik | "Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər" "Azərbaycanın müvafiq dövlət qurumları vətəndaşlarımızın Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı məsələ ilə məşğuldur". Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: "Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər". PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: "Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir". |
2014-01-29 | 7,616 | Azərbaycanda qatar relsdən çıxdı, 15 vaqon aşdı | Azərbaycanda yük qatarı relsdən çıxması hadisəsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nair Əzməmmədovun verdiyi məlumata görə, 29 yanvar 2014-cü ildə saat 12.15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmış, 6 taxıl vaqonu aşmış və yükü dağılmışdır. İlkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır (Trend). |
2014-01-29 | 7,617 | İcra nümayəndəsi həbs olundu | Neftçala rayonu Yuxarı Qaramanlı kənd icra nümayəndəsi Baxşı Mütəllimov dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq barəsində cinayət işi açılıb. "Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib. Məlumata görə, Baxşı Mütəllimov barəsində məhkəmə araşdırması başlayıb. İcra nümayəndəsi fermerlərə ayrılan subsidiyaların mənimsənilməsində və bir neçə korrupsiya faktında ittiham olunur. Kənd sakinləri deyib ki, B.Mütəllimov müxtəlif şəxslərin adına artıq məbləğdə subsidiya yazaraq mənimsəyib. Hazırda iş Neftçala Rayon Məhkəməsindədir, faktla bağlı istintaq dinidirilməsi gedir. |
2014-01-29 | 7,618 | MHP-yə silahlı basqının görüntüsü yayıldı - Video | MHP-nin İstanbuldakı seçki qərargahının açılışında atəş nəticəsində bir nəfər ölmüşdü. Həmin anın videosu mətbuata çıxıb. "Axar.az"ın daha öncə xəbər verdiyi kimi, Türkiyənin müxalifət partiyası Milliyyətçi Hərəkat Partiyasının (MHP) seçki qərargahına basqın olmuşdu. Nəticədə bir nəfər ölmüş, bir nəfər yaralanmışdı. İndi isə həmin basqının videosu yayımlanıb. Videoda zopalarla qaçışan insanlar var. Ancaq onların arasında biri var ki, əlində avtomat var. Həmin avtomatlı şəxsin qərargahdakı bir nəfərin ölümünə səbəb olması isə hələ ki, məlum deyil. |
2014-01-29 | 7,619 | Şumaxer komadan çıxarılır | Fransanın Qrenobl şəhər xəstəxanasının həkimləri artıq 1 aydır komada olan yeddiqat "Formula-1" çempionu Mixael Şumaxeri tədrici ayıltma prosesinə başlayıblar. Fransa mətbuatının yazdığına görə, Şumaxer bu həftə başlayan komadan çıxarma prosesinə müsbət reaksiya verir. Xatırladaq ki, alman əsilli pilot dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən yıxılaraq, kəllə-beyin travması almış və koma vəziyyətinə düşmüşdü. İlk günlərdə beynindən 2 əməliyyat keçirən "Formula-1" çempionunun bədən temperaturu sonradan 35 dərəcəyədək düşürülüb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olmadığını deyirdilər. Hətta sağ qalacağı təqdirdə belə Şumaxerin iflic ola biləcəyi deyilirdi. |
2014-01-29 | 7,620 | İmamların siyasətdə nə işi var? - Açıqlama | "Turan"ın keçmiş baş məşqçisi Naci Şənsoy daim maraqlı açıqlamaları ilə diqqəti cəlb edib. "Axar.az" xəbər verir ki, hazırda Albaniya klublarından birini çalışdıran türk mütəxəssis Feysbukda siyasi fikirlər ilə gündəmə gəlib. Naci Şənsoy son günlər Türkiyədə baş verən hadisələrə özünəməxsus şəkildə münasibət bildirib: "Bu gün gözəlim Türkiyəmin siyasətində idmançı beyinimlə anlamadığım bir mövzu var. Görəsən, hazırkı cəhətlərimlə çox sevdiyim dinimin hər hansı bir məscidində imam olmaq üçün müraciət etsəm, mənə iş verərlərmi? Bəs, o qədər siyasi elmlər universitetləri durarkən, imamların siyasətdə nə işi var? Bu, tam "türksayağı" deyilmi?" |
2014-01-29 | 7,621 | PA-dan cəbhədəki gərginliyə münasibət | "Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi qeyd edib ki, Ermənistanın cəhdlərinə baxmayaraq, bu, mümkün deyil: "Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz: "Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin durumla üz-üzə qalıb. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan hakimiyyəti bölgədəki sülhə, təhlükəsizliyə, dövlətlər və xalqlar arasında sivil birgəyaşayış normalarına əsas maneənin məhz onun həyata keçirdiyi siyasətdən qaynaqlandığını gec-tez anlayacaq". |
2014-01-29 | 7,622 | İsmayıllıda yük maşını yandı | İsmayıllı rayonunda yük avtomobili yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomobilinin salonu və içərisinə yığılmış ümumi 200 kq ot bağlamasının 100 kq-ı yanıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-29 | 7,623 | Futbol ulduzunun yeni eşq macərası - Video | "Yuventus"un məşhur qapıçısı Canluici Buffonyeni sevgilisi ilə gündəmə gəlib. "Axar.az" xəbər verir ki, italyan futbolunun məşhur siması "SKY Sport İtaliya" telekanalında futbol proqramının aparıcısı olan İllario Di Amiko ilə eşq yaşayır. Hazırda bütün diqqətlər yeni cütlüyün üzərindədir. |
2014-01-29 | 7,624 | Nazirlik uğrunda qanlı savaşın - Videosu | Ukraynada müxalifətçilərin ələ keçirdiyi Kənd Təsərrüfatı Nazirliyinin binasında gedən atışmanın görüntüləri yayılıb. "Axar.az" NTV kanalının və "Radiosvoboda.org" saytının yaydığı görüntüləri təqdim edir: |
2014-01-29 | 7,625 | "Qalatasaray"ın futbolçusu Fransada həbs olundu | "Qalatasaray"ın sabiq futbolçusu Abdul Kader Keyta Fransada ciddi problemlə üzləşib. "Axar.az"ın məlumatına görə, Keyta həddindən artıq spirtli içki qəbul edərək özünənəzarəti itirib. Bundan sonra futbolçu küçədə, yoxsa tualetdə olduğunu unudaraq, təbii ehtiyacını ödəmək qərarına gəlib. Fransa polisi futbolçunu bu hərəkətinə görə həbs edib. |
2014-01-29 | 7,626 | Prezidenti məhkəməyə verən erməniyə AŞPA-dakı cavab | "Ermənistanın deputatı Zöhrabyan Azərbaycanla bağlı, xüsusilə Azərbaycan Prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi". "Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva erməni millət vəkilinə cavab çıxışı olaraq bu gün AŞPA-dakı toplantıda səsləndirib. O, Naira Zoqrabyanın Azərbaycan Prezidenti ilə bağlı irəli sürdüyü iddiaların əsassız olduğunu bildirib. "Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa, Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla, xüsusilə Azərbaycan Prezidenti ilə bağlı tamamilə yalanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz". Daha sonra millət vəkilimiz AŞPA-dakı nümayəndələrə əsas fikri Ermənistanın illərdir yürütdüyü siyasətə nəzər yetirməyə çağırıb: "Siz Ermənistan dövlətinin illərlə apardığı siyasətin - etnik təmizləmə siyasətinin mahiyyətini anlayacaqsınız. Ermənistanın apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsillərdə azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq yüzminlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla, işgəncələrlə qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdir. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq, onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Ermənistan nümayəndə heyəti bu kimi dəhşətli faktlardan danışmaq əvəzinə yalan məlumatlar və böhtanlar yağdırırlar". O, Ermənistan millət vəkillərini Assambleyaya yalan məlumatlar verməkdə günahlandırıb. Q.Paşayeva belə çıxışların vəziyyətin daha da gərginləşməsinə səbəb olduğunu bildirib. Millət vəkili Avropalı parlamentariləri Ermənistanın yalanlardan, işğaldan əl çəkməyə çağırmağa səsləyib. Qeyd edək ki, bu gün AŞPA-da çıxış edən erməni millət vəkili Naira Zoqrabyan İlham Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. O, Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlara və Ramil Səfərov məsələsində göstərdiyi millətçi mövqeyə görə suçlayıb. |
2014-01-29 | 7,627 | Kanaldan çıxan onlarla cəsəd dünyanı heyrətə saldı – Video | Suriyada Əsəd rejimi tərəfindən işgəncə ilə öldürüldükdən sonra kanala atılan, aralarında uşaq və yaşlıların da olduğu video ortaya çıxıb. "Axar.az" xəbər verir ki, ortaya çıxan videonun "Əsəd ordusu tərəfindən insanlığa qarşı törədilən cinayət" kimi tarixə düşəcəyi dünya mediasında qeyd edilib: |
2014-01-29 | 7,628 | Kraliça Elizabetdən tələb: “qənaətcil ol!” | İngiltərə parlamenti dövlətdən ildə 31 milyon (40 milyon 300 min manat) sterlinq alan Kral ailəsinin bankda bir milyon sterlinqinin (1 milyon 300 min manat) qaldığını açıqlayaraq kraliçadan qənaətcil olmağını tələb edib. "Axar.az" xəbər verir ki, kraliçanın maliyyə məsləhətçilərinin sağlam büdcə layihəsində uğursuz olduğunu iddia edən millət vəkilləri Bukingem sarayında və Vindsor Qalasında yenidənqurma işlərinin görülməsi üçün 50 milyon sterlinqə (65 milyon manat) ehtiyac olduğunu bildirib. Millət vəkilləri bu xərclərin ödənməsi üçün Kraliçanın sarayda olmadığı vaxtlarda Bukingem Sarayının tamamilə turistlərə xidmət göstərməsini istəyiblər. Xatırladaq ki, onsuz da 1993-cü ildən indiyə kimi Bukingem Sarayı hər yay turistlər üçün açıq olur. Ancaq millət vəkilləri Bukingem Sarayının bəzi məkanlarının ticarət məqsədi ilə kirayə verilməsinin də ekstra gəlir əldə etmək üçün münasib üsul olduğunu bildiriblər. |
2014-01-29 | 7,629 | Bakı Kəndlərində Demokratiya Şəbəkəsi yaradılacaq | null |
2014-01-29 | 7,630 | Zakir Həsənov polkovniki gözlənilmədən vəzifədən çıxardı | Müdafiə naziri Zakir Həsənov Nazirliyin hərbi həkim komissiyasının sədri polkovnik Vidadi Quliyevi işdən azad edib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Müdafiə naziri hərbi həkim komissiyasına yeni sədr də təyin edib. Bu, Elxan İbrahimovdur. Qeyd edək ki, Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi Səfər Əbiyevin dövründən hərbi həkim komissiyasının sədr əvəzi olan Vidadi Quliyevin karyerasında uğurlu bir başlanğıc olub. Keçmiş Müdafiə naziri Səfər Əbiyevin rütbəsini aşağı saldığı Vidadi Quliyev yeni nazirin gəlişi ilə polkovnik rütbəsinə yiyələnib. Lakin müəyyən müddətdən sonra naməlum səbəblərdən Zakir Həsənov Vidadi Quliyevi işdən azad edərək, onun yerinə Elxan İbrahimovu təyin edib. |
2014-01-29 | 7,631 | Dünyada smartfon satışı 1 milyardı ötüb | "IDC" analitik şirkətinin bu gün dərc etdiyi məlumatlara görə, ötən il tarixdə ilk dəfə dünyada satılan smartfonların sayı 1 milyard ədədi ötüb. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şirkətin hesablamasına əsasən, 2013-cü ildə pərakəndə satış şirkətləri tərəfindən 1,04 milyard smartfon tədarük edilib ki, bu da 2012-ci illə müqayisədə 38,4% çoxdur. Dünya mobil telefonları bazarında liderliyi Cənubi Koreyanın "Samsung" şirkəti edir, ondan sonra ABŞ-ın "Apple" və Çinin "Huawei" şirkətləri qərarlaşıb. Ötən il mobil telefonların baza modelləri daxil olmaqla ümumilikdə 1,8 milyard qurğu satılıb. Bu isə o deməkdir ki, 2013-cü ildə satılan qurğuların yarısından çoxunu smartfonlar təşkil edib. Məlumatda deyilib ki, smartfonların populyarlığının artması ilə əlaqədar əsas yeniliklər arasında ekran diaqonalı böyük qurğuları və qiyməti rekord səviyyədə aşağı olan aparatları qeyd etmək olar. "Bu halda əsas hərəkətverici qüvvə Çin, Hindistan və Braziliyada populyar olan, məhz ucuz smartfon modellərinin yaradılması hesab olunur. Bu ölkələrdə Yer kürəsi əhalisinin təxminən yarısı məskunlaşıb" - deyə, "IDC" nümayəndələri bildirib. |
2014-01-29 | 7,633 | Bakıda möhtəşəm kompleks - Fotolar | Bakının mərkəzində, dəniz sahilində "Baku Cresent Tower"in tikintisinə başlanılıb. Məlumata görə, iş sürətlə həyata keçirilir və dənizin qurudulmuş hissəsində tikinti işlərinə start verilib. 450 min kvadrat metr sahəsi olan layihədə bir neçə çoxmərtəbəli bina yer alır. Xəzərin sahilində süni ada üzərində inşa olunan mərkəzdə dünya səviyyəli biznes mərkəzi, 33 mərtəbəli otel, restoranlar olacaq. Layihənin icrasına 2012-ci ildə başlanılıb. 2016-cı ildə möhtəşəm mərkəzin təhvil veriləcəyi bildirilir.("publika.az") |
2014-01-29 | 7,634 | “Kəşfiyyatçının boğazına qalstuk taxmırlar ki...” | Keçmiş batalyon komandiri Etibar Əmiraslanov Tovuzda saxlanılan erməni kəşfiyyatçı haqda ilginc məlumatlar verdi. Yanvarın 28-də cəbhənin Tovuz rayonu istiqamətində təmas xəttini keçən erməni Xocayan Mamikan Tiqranoviç haqqında mətbuatda xəbər verilib. Onu yerli əhali ifşa edib saxlayıb. Xocayanın erməni hərbi kəşfiyyat qrupuna bələdçilik etdiyi deyilir. Saxlanılan kəşfiyyatçı haqda təkcə erməni mətbuatında deyil, Azərbaycan mətbuatında da birmənalı rəy yoxdur. Onun hərbi kəşfiyyatçı olmadığına dair hər iki ölkənin mediasında rəylərə rast gəlinir. Erməni tərəfi Xocayan Mamikanın ruhi xəstə olduğunu yazır. Azərbaycanda da əsasən sosial şəbəkədə bu görkəmdə hərbi kəşfiyyatçının, ya da bələdçinin olmadığı barədə mülahizələr var. Birinci Qarabağ müharibəsi zamanı Tovuz rayonunun özünümüdafiə batalyonunun komandiri olmuş Etibar Əmiraslanov bu mövzuda musavat.com-a açıqlama verib. Əfsanəvi komandir deyib ki, hərbi kəşfiyyatçının görkəmi məhz bu cür olur: "Kəşfiyyata göndəriləcək bələdçisinin saçına günlərlə daraq dəymir, üzü tüklü olur, üst-başından nimdaşlıq yağır. Bəzi hallarda elə kəşfiyyatçıların özləri də bu şəkildə kamuflyaj olunurlar ki, nəzər-diqqət cəlb etməsinlər. Kəşfiyyatçının əynində hərbi geyim, yaxud boğazında qalstuk olası deyil ki... " E.Əmiraslanov deyib ki, vaxtilə o da erməni tərəfinə kəşfiyyatçı yollayıb: "Həmin vaxt mən kəşfiyyata yolladığım qrup üzvlərinin, bələdçilərin ən azı 15 gün saçlarını yumalarına, daramalarına qadağa qoyurdum. Ona görə ki, kənardan sadə kənd insanlarına oxşasınlar, diqqət cəlb etməsinlər". Keçmiş komandir dedi ki, erməni tərəfinin Xocayan Mamikanı ruhi xəstə adlandırması təsadüf deyil: "Düşmən məkrli siyasət yeridib kəşfiyyatçını xəstə adlandırır ki, onu geri almaq asan olsun"(Musavat.com"). |
2014-01-29 | 7,635 | NATO Baş katibi Rusiyanı top atəşinə tutdu | NATO Baş katibi Anders Foq Rasmussen Ukraynaya göstərdiyi təzyiqə görə Rusiyanı ciddi tənqid edib. "Axar.az"ın məlumatına görə, Fransanın "Fiqaro" qəzetinə müsahibə verən Rasmussen bildirib ki, Avroatlantik məkana inteqrasiya barədə assosiasiya sənədinə imza atsaydı, bu, həm Ukraynanın, həm də bütün tərəflərin təhlükəsizliyinin xeyrinə olardı. Polisin aksiyaçılara təzyiqini qınayan Baş katib Ukraynanı NATO və Avropa Birliyi ilə əməkdaşlığa çağırıb. Rasmussenin sözlərinə görə, rəhbərlik etdiyi qurumun Rusiya ilə Şərqi Avropa məsələsində ciddi problemləri var: "Görünür, Rusiya NATO-nun inteqrasiyasına ciddi qısqanır" |
2014-01-29 | 7,636 | Qamət Süleymanov: "...Ölünü yemək halaldır" | Yutub şəbəkəsində Əbu Bəkr məscidinin axundu, son vaxtlar vəhabiliklə bağlı müzakirələrdə adı hallanan sələfi lideri Qamət Süleymanovun məsciddəki xütbələrindən biri yayılıb. "Axar.az"ın məlumatına görə, Qamət Süleymanov zəruri hallarda haramın halallaşmasından danışarkən müsəlmanlara ölən insanın ətinin yeyilməsinin halal olduğunu izah etməyə çalışıb. Xütbənin həmin parçasını təqdim edirik: |
2014-01-29 | 7,638 | Ramil Usubov Kollegiya iclasında polkovniki işdən qovdu | Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib. R. Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M. Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir. R. Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib. Bundan başqa, Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qamboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub. |
2014-01-29 | 7,640 | Müxaliflər bir neçə bölgəni ələ keçirdi - Video | Suriyada Əsəd rejiminə və rejimi dəstəkləyənlərə qarşı döyüşən müxaliflər Hələbdə bir sıra strateji bölgəyə hücum təşkil ediblər. "Axar.az" Azad Suriya Xəbər Agentliyinə istinadən xəbər verir ki, müxaliflər Hələbdə Hizbullah və Əsəd rejimi qüvvələrinə məxsus bir çox bina və idarə nöqtələrinə hücum edərək bir neçə bölgəni ələ keçirdiklərini bildiriblər. Müxaliflərin yaydığı görüntülərdə Hələbə aid Maarat əl-Artiq, Aziza, Xalidiyyə, Tell Şüvəni, Şeyx Lütfü, Təl əl-Nəsiriyyə bölgələrində yerləşən bir çox strateji nöqtələrə ələ keçirilib, bir çox yerdə isə böyük miqyaslı əməliyyatların davam etdiyi görülür. Hələbdə müxaliflər ilə Əsəd rejimi və rejimə dəstək verən Hizbullah üzvləri arasında yaşanan qarşıdurma anlarını təqdim edirik: |
2014-01-29 | 7,641 | Rusiya imperiyası mütləq dağılacaq – Şərh | "Rusiyanın taleyi ciddi sual altındadır və bu imperiya dağılmağa məhkumdur". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, rusiyalı politoloq Qriqori Trofimçukun bu gün Qarabağ haqqında "Axar.az"a dediyi sözləri şərh edərkən bildirib ki, Rusiya çökəcək və buna görə də rus politoloqun proqnozları özünü doğrulda bilməz. V.Quluzadə Qarabağın heç bir zaman Ermənistana güzəştə gedilməyəcəyini, rusiyalı mütəxəsisin öz dövlət maraqlarına uyğun açıqlama verdiyini söyləyib: vurğulayıb: "Trofimçuk bilməlidir ki, Rusiya Federasiyası faktiki olaraq Rusiya imperiyasıdır. İmperiya kimi bir çox cinayətlər törədib. Cinayətlərin biri də Ermənistan - Azərbaycan münaqişəsini yaratmasıdır. Rusiya Federasiyası dağılmaq üzrədir. Qoy Trofimçuk bunu düşünsün. Düşünsün ki, Tatarıstan və Başqırdıstan müstəqil dövlət olacaq. Rusiyanın gələcək taleyi ciddi sual altındadır. Tarixdə elə bir imperiya yoxdur ki, əbədi olsun. Bütün imperiyalar çöküb. Rusiya imperiyası isə iki dəfə çöküb. Bir çar vaxtında, bir də 1991-ci ildə. İndi bu imperiya da dağılmağa doğru gedir. O getsin, öz dərdinə qalsın. Qarabağ Rusiyanın olmayacaq". Rusiya son anlarını yaşayır Siyasi ekspert Zərdüşt Əlizadə də Rusiyanın son anlarını yaşadığını deyib. Politoloq Azərbaycanın Qarabağı qaytarmaq şanslarını özündə saxladığını xüsusi vurğulayıb: "Rusiyanın daha genişmiqyaslı politoloqları özləri ciddi proqnozlar veriblər ki, Rusiyanın sonu çatıb, Rusiya dağılacaq. Amma Rusiyanın dağılması məsələsinə Trofimçuk hələ də cavab vermir. Nəzərə alın ki, getdikcə iqtisadiyyatı tənəzülə uğrayan Ermənistan kimi bir ölkə batmaq üzrə olan Rusiyaya söykənir. Trofimçuk bax bunun da qabağında susur. Qarabağı indiki zamanda heç bir dövlət tanımır. Kosova müstəqil olanda onlar sevinmişdilər, elə güman edirdilər ki, Qarabağın da de yure tanınması prosesi başlayacaq. Amma hazırda Kosovanı 80 dövlət tanıdığı halda Qarabağı heç kim tanımır. Azərbaycanın resursları var və bu bizə imkan verir ki, işğal altındakı torpağımızı geri qaytara bilək". Qeyd edək ki, bu gün rusiyalı politoloq Qriqori Trofimçuk saytımıza verdiyi eksklüziv müsahibədə Qarabağın Azərbaycana qayıtmaq şansının qalmadığını bildirmişdi. O, bunu tarixdə torpağı işğal olunmuş bir ölkənin öz ərazisini yenidən bərpa etmək tendensiyasının heç vaxt müşahidə olunmaması ilə əlaqələndirmişdi. |
2014-01-29 | 7,642 | Səməd Seyidov AŞ PA-nın yeni sədri görüşüb | Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov Assambleyanın yeni sədri An Brasörlə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlama verən S.Seyidov qeyd edib ki, görüşdə Azərbaycan nümayəndə heyəti ilə AŞ PA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib: "Bilirsiniz ki, qış plenar sessiyasında xanım An Brasör Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçildi. Xanım Brasör bu posta seçiləndən dərhal sonra Azərbaycan nümayəndə heyətinin rəhbərini öz ofisinə dəvət etdi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi. Azərbaycan nümayəndə heyəti olaraq, An Brasörü AŞ PA sədri postuna seçilməsi münasibətilə təbrik etdik və öz əminliyimizi bildirdik ki, yeni sədr Azərbaycan-Avropa Şurası münasibətlərinin konstruktiv şəkildə inkişaf etməsinə dəstək verəcək və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar olaraq, lazım olan bütün dəstək və köməyini göstərəcək". (Trend) |
2014-01-29 | 7,643 | Qarabağın müstəqilliyinin tanınmasına münasibət - Rəsmi | ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi fonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbul etməyə çalışır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuat konfransında Ermənistan KİV-in Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumatları şərh edərkən deyib. E.Abdullayev qeyd edib ki, bu sənədin qəbul edilməsi erməni lobbisinin maliyyə vəsaiti sayəsində mümkün olub: "Sənədin heç bir hüquqi qüvvəsi yoxdur və deklarativ xarakter daşıyır". Onun sözlərinə görə, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul ediblər: "Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir". Mətbuat katibi bildirib ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu həmin sənədin qəbul edilməsi ilə əlaqədar öz etirazını bildirəcək. (Trend) |
2014-01-29 | 7,644 | Azərbaycan ordusu 40 erməni əsgərini öldürüb - İddia/Yeniləndi | 19:17 Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupu işğal altında olan Dağlıq Qabarağda 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, azərbaycanlı hərbçilərin erməni əsgərlərini öldürməsindən sonra işğalçı ölkə də atəşkəsi iri və kiçik çaplı silahlarla pozmağa başlayıb. Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu bir neçə dəfə Azərbaycan ərazisinə daxil olmaq istəsə də, hərbçilərimizn sayıqlığı qarşı tərəfin arzusunu ürəyində qoyub. Məlumat üçün bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin diversiya qrupunun Dağlıq Qarabağ ərazisində hansısa əməliyyat keçirməsi ilə bağlı məlumatları təkzib edib. ("Faktxəbər.com") 22:36 Düşmənin çoxsaylı itki verməsi ilə əlaqədar Türkiyə mediasında yer alan iddialara rəsmi münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Vaqif Dərgahlı "Musavat.com"a bildirib ki, düşmənin sözügedən sayda itki verməsi ilə bağlı nazirlikdə hər hansı bir məlumat yoxdur: "Hər hansı itkilər barədə dəqiq məlumatımız olanda biz onu yayırıq. Sadəcə son günlər düşmənin itkiləri haqda konkret məlumatımız yoxdur, bunun da obyektiv səbəbi var. Çünki düşmən məhv ediləndə təmas xəttinin digər tərəfində qalır və yalnız Ermənistan tərəfinin rəsmi açşıqlamasından sonra biz də itkilər haqda məlumatlı oluruq. Məsələn, bu gün Ermənistan tərəfi bir əsgərin öldüyünü açıqladı və biz də onu qeydə aldıq". Qeyd edək ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda hər hansı diversiya əməliyyatının aparılmadığını açıqlayıb. |
2014-01-29 | 7,645 | 250 subartezian quyusunun qazılması üçün 15 milyon ayrıldı | Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam izmalayıb. Sərəncamda qeyd olunur ki, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Təkcə 2013-cü ildə 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq, 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq Taxtakörpü su anbarı istifadəyə verilmişdir. Hazırda tikintisi davam edən Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində daha 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, əlavə 20 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir. Ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılmışdır. (Trend) |
2014-01-29 | 7,646 | Ermənistanda restoran sahibi güllələndi | Erməni iş adamı öz restoranı önündə vurulub. Ermənistanın paytaxtı İrəvandakı "Lili" restoranının sahibi Qriqor Xaçatryan naməlum şəxs tərəfindən güllələnib. Yaralanan restoran sahibi yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, İrəvanda bundan bir neçə müddət əvvəl də oxşar hadisələr baş vermişdi. Ümumiyyətlə, Ermənistanda bu cür silahlı insidentlər tez-tez baş verir. (ANS) |
2014-01-29 | 7,647 | Həmsədrlər regiona gəlirlər | ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tərəflərlə danışıqların davam etdirilməsidir. (Trend) |
2014-01-29 | 7,648 | Saakaşvilinin Gürcüstanda ödəyəcəyi cəriməsi qalıb | Gürcüstanın keçmiş prezidentinin administrasiyasının qazdan qanunsuz istifadəyə görə kəsilmiş cərimə bu ölkənin yeni rəhbərliyinin üzərinə qoyulacaq. "Qruziya Online" elektron nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze çıxış edib. "Mən bilmirəm, Saakaşvili onun administrasiyasında işləyənlərin qaz oğurlamasından xəbərdar idi, ya yox. Amma reallıq ondan ibarətdir ki, Saakaşvilinin administrasiyasında işləyən adamların hər gün nahar elədiyi restoran oğurluq qazdan istifadə edib. Bununla bağlı istintaq gedir. "Kaztransqaz" şirkətinin rəhbərliyinin də bu işdən xəbəri var. Həmin restoranın təxminən nə qədər qaz sərf etdiyi aydınlaşdırılacaq və bunun cəriməsi indiki hakimiyyətə kəsiləcək" - deyə keçmişdə məşhur və enerjili bir futbolçu olan indiki energetika naziri Kaxa Kaladze bildirib. Əvvəllər də xəbər verildiyi kimi, Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan prezidentinin Avlabar iqamətgahında qazdan gizli, qanunsuz istifadə halları aşkarlanmışdı. "Kaztransqaz" şirkətinin nümayəndələri prezident iqamətgahına gedən qanunsuz qaz xətti aşkarlamışdılar. Bununla bağlı Prezidnet Administrasiyasını cərimələmək nəzərdə tutulub. ("Musavat.com") |
2014-01-29 | 7,649 | Penitensiar Xidmətin 200 əməkdaşı məsuliyyətə cəlb olunub | Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaşı vəzifəsindən azad edilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a daxil olan məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb. Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi ziyanın ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin ödənilməsinə nail olunub. Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb. Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin 197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə oranlarından xaric edildiyi bildirilib. |
2014-01-29 | 7,650 | Qazaxıstan Ermənistanı dəstəkləyir | Bu gün İrəvanda "Konqress" mehmanxanasında Qazaxıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ayımdos Bozciqitovun iştirakı ilə "Qazaxstan prezidentinin xalqa müraciəti" adlı konfransa start verilib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, yerli jurnalistlərin təkidli çağırışlarından sonra səfir Qazaxıstanın Ermənistanın Gömrük İttifaqına üzvlük məsələsindəki mövqeyinə, sözügedən ölkənin mane yaratması barədə suallarına aydınlıq gətirib. O, bildirib ki, ölkəsinin mövqeyi aydındır – Qazaxıstan Ermənistanın qurumda təmsilçiliyini alqışlamaqla "Yol xəritəsi"nin tətbiqini dəstəkləyir: "Əgər Qazaxıstan bu məsələyə "hə" deyibsə, onda hansı problemdən, yaxud maneədən söhbət gedə bilər?" |
2014-01-29 | 7,651 | "Azərbaycan ordusunun tankları cəbhə xəttinə doğru irəliləyir" | Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunmuş bir məqalə Ermənistanda vahimə yaradıb. Qəzet Azərbaycan ordusunun çox sayda tankının cəbhə xəttinə doğru irəlilədiyini bildirib: "Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər". Məlumat "Yeni Şafak"a istinadən Ermənistanın "Armenian Report" portalında da dərc edilib. Ermənistan ordusunun çox sayda itki verdiyini qeyd edən portal yazır: "Erməni tərəfi belə böyük itkinin olmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin itkilərinin dəqiq sayını bildirməkdən imtina edib, yalnız qeyd edib ki, düşmən böyük sayda itki verib". (ANS) |
2014-01-29 | 7,653 | Ərdoğan Həsən Ruhani ilə Suriyanı müzakirə etdi | Türkiyə Baş naziri Ərdoğan İran prezidenti Həsən Ruhani ilə Suriya məsələsini müzakirə edib. "Axar.az" türk mediasına istinadən məlumat verir ki, Baş nazir Ərdoğan Suriya böhranı zamanı iki ölkə arasında münasibətlərin pozulmasından sonra ilk dəfə Tehrana səfər edib. Münaqişənin nizamlanması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Suriya məsələsində Türkiyə müxalifəti, İran isə Bəşər Əsəd iqtidarını müdafiə edir. Məhz Suriya böhranından sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Görüşün sonunda Türkiyə və İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması barədə bəyannəmə imzalanıb. İran prezidenti ilə görüşdən sonra Ərdoğan İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyini ziyarət edib. |
2014-01-29 | 7,654 | Keşişin çəkdiyi filmdə pedofiliya təbliğatı aşkarlandı | Rusiyanın "Təhlükəsiz İnternet Liqası" təşkilatı fransız rejissoru Abdelatif Keşişin Kann kinofestivalında mükafat almış "Adelin həyatı" filmində pedofiliya təbliğatı aşkarlayıb. Bu barədə Liqanın icraçı direktoru Denis Davıdov bildirib. "Liqanın ekspertləri filmi yoxlayıblar və yekdilliklə narahatedici nəticəyə gəliblər. Birincisi, filmdə pornoqrafiya səhnələri var. İkincisi, ssenari üzrə bütün bu səhnələrdə azyaşlılar iştirak edib",- deyə Liqa rəhbəri vurğulayıb. Liqa ekspertlərinin fikrincə, bu, pedofiliyanın təbliğidir və Rusiyada bu, qadağan edilib. Liqa bu barədə Rusiyanın istehlak şəbəkəsinə nəzarət qurumuna müvafiq müraciət göndərəcək. Jüli Maronun avtobioqrafik "Mavi - ən isti rəngdir" romanı əsasında çəkilmiş filmdə 17 yaşlı Adel adlı qızın ilk məhəbbətindən bəhs edilir. Qız 18 yaşına çatanda Emma adlı mavi saçlı qızla rastlaşır. Filmdə çox sayda erotik səhnələr var. (Anspress) |
2014-01-29 | 7,655 | Suriyada 4 günün hesabatı: 285 ölü – Video/18+ | Suriya Yerli Koordinasiya Komitəsi Əsəd ordusunun 4 gün içində ölkə daxilində 285 vətəndaşı qətlə yetirdiyini bildirib. "Axar.az" Azad Suriya Xəbər Agentliyinə istinadən xəbər verir ki, yerli komitələr 4 gün içində ölkə daxilində 28-i uşaq 21-i qadın olmaqla ümumilikdə 285 vətəndaşın rejim qüvvələri tərəfindən qətlə yetirildiyi barədə hesabat verib. Hücumlar nəticəsində Hələbdə 115, Şamda 94, Derada 21, İdlibdə 17, Xümsdə 12, Tartusda 7, Deir əz-Zorda 5, Süvəydada 1 və Hasekedə 1 vətəndaş ölüb. |
2014-01-29 | 7,656 | Rusiya Ukrayna ilə sərhədlərini möhkəmləndirir | Rusiya-Ukrayna sərhədində gömrük nəzarəti yenidən gücləndirilib, yüklərin rəsmiləşdirilməsi 15 günə kimi çəkə bilir. Bu barədə Ukrayna Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının saytına istinadən bildirir. "Qeyri rəsmi məlumatlara görə, Ukraynadan Rusiya Federasiyasının ərazisinə daşınan mallara gömrük nəzarəti və rəsmiləşdirmə prosedurlarının keçirilməsində dəyişiklik baş verib",- deyə təşkilatın saytında bildirilir. 28 yanvar 2014-cü il tarixdən tətbiq edilən nəzarət tədbirlərinə görə, gömrük nəzarəti zamanı mallara 100%-lik baxış keçirilə bilər. Həmçinin gömrükçülər malın qiymət sənədini və sertifikatını yoxlamaq üçün Moskvaya Mərkəzi Gömrük İdarəsinə göndərə bilərlər. Assosiasiyasının fikrincə, malın gömrük rəsmiləşdirilməsi bununla da 10-15 iş gününə qədər uzana bilər. Durum 2013-cü ilin avqust ayını təkrarlaya bilər. Onda iki ölkə arasında demək olar ki, bütün Ukrayna ixracatçıları üçün vəziyəyyəti çətinləşdirən gömrük rejimi tətbiq edilirdi. (ANS) |
2014-01-29 | 7,657 | Böyük öndəri anırıq - Slayd-şou | Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmmədəmin Rəsulzadənin 130 illik yubileyidir. Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilib. Qeyd edək ki, yanvarın 31-i Məhəmmədəmin Rəsulzadənin 130 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. "Axar.az"ın hazırladığı slaydı təqdim edirik. |
2014-01-29 | 7,658 | Gənc alimimiz BMT tərəfindən təltif olundu | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov BMT Beynəlxalq Təltiflər İttifaqının İctimai Təltiflər üzrə Şurasının 16 yanvar 2014-cü il tarixli qərarı ilə "Elm və təhsil sahəsində böyük uğurlarına görə" "Xidmət və Şərəf" Ordeni ilə təltif olunub. Azərbaycanlı alim BMT-nin təltiflər üzrə nüfuzlu qurumunun Ordeninə qlobal elmi-siyasi problemlər üzrə uğurlu tədqiqatları Frankfurt, Köln (Almaniya), Buxarest (Rumıniya), Brüssül, Mons (Belçika), Skopye (Makedoniya), Pekin, Şanxay, Usi (Çin), Təl-Əviv (İsrail), Tehran (İran), İstanbul, Ankara, Bursa (Türkiyə), Kiyev, Lvov, Simferopol, Yalta, Baxçasaray, Yevpatoriya, Sevastopol (Ukrayna) və digər şəhərlərdə keçirilən 30-a qədər beynəlxalq konfransda konkret elmi mühakimə və nəticələrlə çıxış etməsi, əsərlərinə və müsahibələrinə dünyanın tanınmış ekspertləri tərəfindən mütəmadi olaraq istinadlar verilməsinə görə layiq görülüb. |
2014-01-29 | 7,659 | Nazirlik Bakının qara hazır olduğunu dedi | Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin bütün istismar idarələri hava şəraitinin mümkün pisləşməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilib. Bunu ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə lazımi material ehtiyatı da hazırlanıb. ASC sərəncamında olan yollara nəzarəti həyata keçirir. Qeyd edək ki, yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. (Trend) |
2014-01-29 | 7,661 | Türkiyədə "Əl-Qaidə"nin 3 bazası var - Şok/Foto | İsrail ordusunun kəşfiyyatçısı general Aviv Koçavi Təl-Əvivdə keçirilən konfransda Türkiydə "Əl-Qaidə" terror təşkilatının 3 bazasının olduğunu bildirib. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, Koçavi xəritədə işarələnmiş qırmızı nöqtələrdə "Əl-Qaidə"nin bazalarının olduğunu bildirib. Həmin yerlər isə Türkiyənin Karaman, Osmaniyə və Şanlurfa ilçələridir. General Koçavi dəqiq bir say açıqlamasa da "Reuters" agentliyi Türkiyədəki üç nöqtədə 100 qədər "Əl-Qaidə" üzvü olduğunu açıqlayıb. Türkiyə Xarici işlər nazirliyi isə bu xəbəri təkzib edərək keçmişdə Türkiyənin "Əl-Qaidə" terror təşkilatının qurbanı olduğunu deyib. Bu iddiaların Türkiyənin təhlükəsizliyinə təhlükə törətdiyi də bildirilib. |
2014-01-30 | 7,662 | Ərdoğan Hollivud filmində – Video | Fətullah Gülənin qarğış videosundan sonra Ərdoğana da sataşıblar. "Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğanın İzmir bələdiyyə sədri namizədlərinin toplantısındakı 3D formatlı holoqram görüntüsü montajla Hollivud filmlərinə daxil edilib. |
2014-01-30 | 7,663 | Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramını imzalayıb | Ermənistanın və Gürcüstanın Müdafiə Nazirlikləri bu gün 2014-cü ildə hərbi əməkdaşlıq proqramını imzalayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin başçılığı ilə nümayəndə heyəti 28-29 yanvarda Ermənistanda olub. M. Darçiaşvili Ermənistanın müdafiə naziri Seyran Ohanyanla və baş nazir müavini David Tonoyanla görüşlər keçirib. Tərəflər arasındakı görüşlərin gedişatında iki ölkənin müdafiə inazirləri arasında əməkdaşlığın səviyyəsinin genişlənilməsi perspektivləri müzakirə edilib. Həmçinin çoxtərəfli formatlarda qarşılıqlı əlaqə imkanları müzakirə olunub. 2014-cü ilin hərbi əməkdaşlıq proqramına qarşılıqlı səfərlər, hərbi siyasət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sülhməramlı fəaliyyət və digər məsələlər daxildir. (ANS) |
2014-01-30 | 7,664 | Sabah Xəzərin statusu məsləsində ciddi dönüş olacaq | Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin sabah Astanada Xəzərin hüquqi statusu məsələsində kəskin dönüş olacağına ümid edir. Rusiyalı ekspert Qazaxıstan paytaxtında dənizin hüquqi statusu barədə Konvensiyanın işlənməsi üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində gerçəkləşəcək görüşünə böyük ümidlə baxır. Adətən belə görüşlərlə diqqəti çəkən elə bir qeyri-adiliyin olmadığını, texniki məqamları addım-adım razılaşdıran peşəkarların işlədiyini bildirən Stanislav Pritçin bir istisnanı dilə gətirib: "Amma bu görüş onunla maraqlıdır ki, Xarici işlər nazirlərinin yazda nəzərdə tutulmuş görüşü ərəfəsində keçirilir. Bu barədə Rusiya Xarici işlər nazir Sergey Lavrov bildirib. Yəni bu aralıq görüşüdür. Nazirlərin görüşü isə ciddi səviyyədir və ola bilər ki, bir ildən sonra məsələ ilə bağlı prezidentlərin sammiti olsun ". Ekspert bildirib ki, buna görə də bu dəfə dönüş gözləmək lazımdır, çünki dövlət başçıları görüşəcək: "Onlar isə hansısa bir sənədə imza atmaq, anlaşmaya qol çəkmək üçün görüşürlər". (ANS) |
2014-01-30 | 7,665 | AŞPA-dakı erməni nümayəndə heyəti qeyri-legetimdi? | Avropa Şurası Parlament Assambleyasının Latviyadan olan üzvü Lolita Çiqane Strasburqda erməni mediasına müsahibəsində Ermənistanın qurumdakı nümayəndə heyətinin legetimliyini şübhə altına alıb. "Axar.az" xəbər verir ki, Zarui Postandjanyanın nümayəndə heyəti sıralarında yer almaması səbəblərini latviyalı deputata inandırmağa çalışan erməni deputatlar istəklərinə nail ola bilməyib. İnandırma tutarlı təsir bağışlamayıb. Latviyalı parlamentari başqa bir məqama toxunub. Hələ 2013-cü ildə Ermənistanda keçirilən prezident seçkilərinə müşahidəçi qismində qatıldığını deyən Lolita Çiqane bildirib ki, özü şəxsən seçkilərin saxtakarlaşdırdığının şahidi olub: "Nə danışırsınız? Mən dairə seçki komissiyası sədrinin müxalifətdən olan namizədin səsini hazırkı prezidentə saydığını öz gözlərimlə görmüşəm", - latviyalı parlamentari deyib. |
2014-01-30 | 7,666 | Evlənmə proqramında görünməmiş dava - Video | Rusiyanın TNT kanalında evlənmə proqramlarından birində baş verən böyük dava dünya mediasının diqqətini özünə çəkib. "Axar.az"ın xəbərinə görə, canlı efirdə təhqirlərə dözməyən bəy nişanlısını təhqir edən digər gəlini vurub və beləliklə sözün əsl mənasında dava başlayıb. Həmin görüntüləri təqdim edirik. | izlesene.com |
2014-01-30 | 7,667 | Suriya bioloji silah istehsal edir - İddia | "Suriya rəhbərliyi kimyəvi silahın ləğv edilməsinə razılıq verməsinə baxmayaraq hazırda bioloji silah istehsal edir". Bu informasiyanı "France Presse" agentliyi yayıb. ABŞ Milli Kəşfiyyatının başçısı Ceyms Klepper Senatın Komitəsində etdiyi çıxışı zamanı bildirib ki, bu silah növünün istehsal edilməsi üçün Suriya hərbi bioloji proqramının bəzi detalları artıq həyata keçirilib. "Əgər onların bu tədqiqatı davam etdirilərsə, məhdud sayda bioloji silah istehsal edə bilərlər. Çox böyük ehtimalla bu silahın yaradılması prosesinə xeyli vaxt öncə başlanılıb. Ancaq ABŞ kəşfiyyatında bu haqda heç bir məlumat olmayıb", - deyə ABŞ Milli Kəşfiyyatının başçısı bildirib. Rəsmi Dəməşq hələlik Ceyms Klepperin açıqlaması ilə bağlı heç bir izahat verməyib. "France Presse" agentliyinin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Suriyanın bioloji silah istehsal etdikləri barədə ilk dəfə açıqlama verirlər. O da vurğulanır ki, Suriya hərbi bioloji proqramı haqda informasiya ölkə mediasında yayımlanmayıb. Xatırladaq ki, ötən il Suriya ABŞ-ın təzyiqi ilə kimyəvi silahın istehsalından və istifadə edilməsindən imtina edib. Hazırda rəsmi Dəməşq kimyəvi silahın hazırlanması üçün lazım olan komponentlərin məhv edilməsi ilə məşğuldur. Beynəlxalq komandanın köməyilə Suriyadan kimyəvi silahlar və ximikatlar məhv edilmək üçün dənizdə ABŞ gəmisinə yüklənir. Bu prosesin iyun ayının 30-dək bitirilməsi gözlənilir. Bütün bu proqramın həyata keçirilməsi üçün 1 milyard dolların xərclənəcəyi nəzərdə tutulur. (ANS) |
2014-01-30 | 7,668 | Mən sözümü “şifrəli mesajla” deyil, açıq deyirəm | "Yeni Müsavat" qəzetinin 29 yanvar sayında "Məhərrəm Əliyevin qardaşından şifrəli mesajlar" adlı məqalə yayınlanıb. Manşetdən yayınlanan bu məqalədə sosial şəbəkələrdə yazdığım sözlərə istinad olunsa da, qəzet yazısı təhrif olunmuş şərhlə "zənginləşdirilib". Birincisi, mənim adım Adil, soyadım Əliyevdir. Bəli, Məhərrəm Əliyev mənim qardaşımdır və mən bununla fəxr edirəm. Ailə üzvlərimiz, o cümlədən mən və qardaşım alnıaçıq insanlarıq, heç kimin yanında gözükölgəli deyilik, ona görə bizim haqqımızda ibarəli ifadələr işlədənlər, yazanlar aynaya baxsınlar, bizi özləri ilə səhv salmasınlar. Sosial şəbəkələrdə yazdığım fikirlər mənim şəxsi düşüncələrimdir, bunun qardaşımla heç bir bağlılığı yoxdur. Bu baxımdan məqalənin başlığının mənim deyil, qardaşımın adının hallandırılmasıyla yayınlanması etik qaydalara uyğun deyil. Sözünüz varsa, mənə deyin, başqalarının adını niyə hallandırırsınız? Hər kəs özünə cavabdehdir, bunu söz azadlığına, fikir plürializminə iddia edən qəzet də bilməmiş deyil. Bu ona bənzəyir ki, hansısa müxalifət partiyasının lideri və ya funksioneri açıqlama verir və ya sosial şəbəkədə nəsə yazır, həmin açıqlama və ya fikir başlığa onun adıyla deyil, yaxın qohumunun adıyla çıxarılır. Bunda məntiq varmı? İkincisi, manşetə çıxarılan başlıqda daha bir ciddi yanlışlığa yol verilib. Mən düşüncələrimi "şifrəli mesajla" deyil, açıq deyən insanam. Mənim xarakterimdə kiməsə "şifrəli mesaj" göndərmək yoxdur. Sosial şəbəkələr icad olunduqdan bu yana mən də digər soydaşlarım kimi bu imkandan istifadə edib, fikirlərimi dostlarımla paylaşıram. Hamı kimi mən də status yazır, vacib bildiyim mövzulara toxunuram. Yazdığım statuslara müsbət reaksiyalar da var, tənqid edənlərə də rast gəlinir. Demokratik cəmiyyətdə məhz belə olmalıdır. Ancaq yazdığım yüzlərlə statusun içindən birini və ya ikisini xüsusi olaraq qabardaraq, həmin statusu kontekstdən çıxarıb siyasi rəng verməyə çalışmaq qərəzdən başqa bir şey deyil. Bəli, "Yeni Müsavat"da yayınlanan "Sən mənə "haralısan" – deyə sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə..." ifadəsi mənə aiddir. Bu ifadənin altından bu gün də imza qoymağa hazıram. Bu ifadədə nə kiməsə "şifrəli mesaj" göndərmək, nə də kimisə hədəf almaq məqsədi var. Bu ifadəni facebook-da mən dünən və ya srağagün deyil, ötən ilin noyabr ayında yazmışam. Yəni yazdığım bu statusdan az qala iki aydan çox vaxt keçib. Ona görə də "Yeni Müsavat" qəzetinin iki ay öncəki fikrimi indi niyə manşetə çıxarmasını, bunun ətrafında ajiotaj yaratmaq istəyini, hansısa "xüsusi ssenarinin" tərkib hissəsi kimi göstərmək həvəsini anlaya bilmirəm. "Mən azərbaycanlıyam, türk oğlu türkəm" – bu ifadəni Azərbaycanda səsləndirə biləcək milyonlarla insan var. İndi bu insanların hamısının düşüncəsini şübhə altına almalıyıq? Mən türkəm, ancaq ləzgilər, talışlar, kürdlər, tatlar və digər millətlər də bizim qardaşlarımız, Azərbaycan pasportu daşıyan soydaşlarımızdır. Azərbaycan hamımızın vətənidir və bunu vətənimizin bütövlüyü uğrunda savaşan bütün millətlər əməlləri ilə sübut ediblər. Bunu da hər zaman vurğulayıram. "Yeni Müsavat"da mənim statusuma istinadən yazılan məqalədən isə belə çıxır ki, guya məqsədim qeyri-türklərlə mübarizə aparmaq, kimisə hədəf almaqdan ibarətdir. Kökündən yanlış yanaşmadır. Hətta "Yeni Müsavat" məlum statusumu "az qala üsyan" kimi qiymətləndirib. Qəzet bir az daha irəli gedərək mənim adi statusumu dövlətçiliyə qarşı çıxan nazirlə məntiqsiz şəkildə əlaqələndirməyə çalışıb. Mən prezidentimə, dövlətimə və millətimə sadiqəm. Prezidentin daxili və xarici siyasətini, həyata keçirdiyi islahatları cani qəlbdən dəstəkləyirəm. İnanmıram ki, bundan kiminsə zərrə qədər də şübhəsi olsun. Bizim ailə bu kursa ulu öndər Heydər Əliyevin hakimiyyət gəldiyi uzaq 1960-cı illərdən sadiqdir. Ulu öndərin ikinci dəfə 1993-cü ildə hakimiyyətinə yenidən qayıdışını da müdafiə etmişik. Ulu öndərin siyasətini bu gün layiqlə davam etdirən möhtərəm prezident İlham Əliyevin siyasətinin də fəal dəstəkçilərindənik. Əgər hansısa media orqanı iki cümləlik statusdan "uzaqgedən" nəticə çıxarırsa, onda həmin qəzet sosial şəbəkələrdəki yazıların təftişini davam etdirməklə, yüz minlərlə belə "uzaqgedən nəticələr" çıxara bilər. Gərək onda bu qəzet bütün səhifələrini ancaq həmin statusların "şifrələrini" açmağa həsr etsin. Təəssüf ki, bir statusumu əlində bayraq edən "Yeni Müsavat" həmin günlərdə yazdığım digər çoxsaylı statuslarımı görməzlikdən gəlib. Mən isə durum aydın olsun deyə, həmin günlərdə yazdığım bir başqa statusu da diqqətinizə çatdırmağı lazım bilirəm: "Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın alternativ yolla azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir: Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!" Bəs bu statusa nə sözünüz var, yoxsa vətənimin bütövlüyünün bərpası uğrunda mübarizə istəyimi də harasa, nəyəsə yozacaqsınız? İşğal davam edirsə, bölgədə vəziyyət gərgindirsə, mən fərqli nə yaza bilərəm ki? Əlbəttə, aydındır ki, millət vəkili olduğumdan sosial şəbəkələrdə yazdığım fikirlər diqqətlə oxunur və çoxsaylı rəylər verilir. Ancaq bu heç kimə əsas vermir ki, düşüncələrimlə və əməllərimlə heç bir əlaqəsi olmayan şərhləri statuslarıma yapışdıraraq qəzetinizdə tirajlayasınız. Statuslarıma şərh qoşmağa ehtiyac yoxdur. Statusun özü elə şərhdir. Yox, əgər statuslarım Sizin diqqətinizi çəkirsə, onda ya necə var elə də yayınlayın, ya da ki, mənim rəyimi öyrənin. Dostlarım da bilir ki, media nümayəndələrinə açıq insanam. Yazımı bu günlərdə yazdığım bir başqa statusla bitirmək istərdim: "Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə mənə vətənimi, dövlətimi, xalqımı və prezidentimi sevməyi qadağan edə bilməz". "Musavat.com" |
2014-01-30 | 7,669 | İki gəncin ölümünün baiskarı ölkədən qaçıb | Nərimanovdakı binanın uçmasında təqsirləndirilən ekskavatorçunun istintaqdan yayınaraq Gürcüstana getdiyi deyilir. Bakının Nərimanov rayonu ərazisində iki nəfərin ölümünə səbəb olmuş uçqun hadisəsi ilə bağlı başlanan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir. Hazırda söküntü aparılan əraziyə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Prokurorluqda söküntüdə işləyən işçilərdən izahat alınır. Ancaq ekskavatoru idarə edən şəxsdən izahat ala bilməyiblər. Buna səbəb həmin şəxsin ölkədən qaçıb, Gürcüstana sığınmasıdır. Podratçı şirkət isə onun yerinə 60 yaşlarında başqa bir fəhləni ekskavator sürücüsü kimi prokurorluğa təqdim etməyə çalışıb. Hazırda uçqunu törədən ekskavatorçunun tapılması istiqamətində axtarışlara başlanılıb. Söküntünü isə "Araz" MTK aparıb. Texniki avadanlıq müqavilə əsasında bu şirkətə verilib. Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçurularkən bədbəxt hadisə baş verib. 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu uçqunun altında qalaraq həlak olublar. Faktla bağlı dərhal Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir. ("Musavat.com") |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.