date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-27 | 7,461 | Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir? | Ötən ilin dekabrında baş verən qarşıdurmadan sonra cərəyan daxilində bölünmə dəqiqləşib. Son günlər radikal dini cərəyanlar mövzusu Azərbaycanda yenidən aktuallaşıb. Suriyada gedən daxili müharibəyə qatılan onlarla azərbaycanlının məhz bu cür təkfirçi, radikal cərəyanların üzvü olması və hər gün artan ölüm xəbərləri ölkədə ciddi narahatlığa səbəb olub. Artıq radikal təfəkkürlü dindarların varlığı və saylarının durmadan artması ölkə ictimaiyyətini də narahat etməyə başlayıb. İctimai rəyin diqqətinin bu mövzuya yönəlməsinin daha bir səbəbi isə yerli sələfi liderlər arasında başlayan qarşıdurma oldu. Qamət Süleymanov və Əlixan Musayev arasında başlayan qarşılıqlı ittihamlarla dolu bəyanatlar bu dini təriqət daxilində ciddi qarşıdurmaların olduğunu göstərir. Ötən həftə isə Azərbaycanda sələfilərin (vəhhabilərin) ən çox yayıldığı bölgələrdən olan Sumqayıtda cərəyanın liderlərindən olan Zöhrab Şıxəliyev xeberle.com saytına müsahibə verib. Z.Şıxəliyev cərəyanın ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir və özünün dediyinə görə, üçmərtəbəli evini sələfilərə ibadət etmələri üçün istifadəyə verib. Qeyd edək ki, Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin şəhər cümə məscidini ələ keçirmək cəhdi zamanı da gündəmə gəlmişdi. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi. Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur olmuşdular. Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin onların tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu deyib. Və əlavə edib ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır. Qeyd edək ki, Z.Şıxəliyev ruhani olmasa da, Sumqayıtda sələfilərin, başqa sözlə Q.Süleymanov tərəfdarlarının əsas simalarından biridir. Özünün bildirdiyi kimi, həqiqətən şəxsi evini cərəyan nümayəndələrinin ixtiyarına verib. Q.Süleymanova yaxın olan bu şəxs şəxsi mülkünü sələfilərin ibadət və tədrisi mərkəzinə çevririb. Verilən məlumatlara görə, Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə qadınlar ibadətə və dərslərə yığışırlar. Hər otaqda isə səsgücləndiricilər var. Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda dərslər təşkil edilir. Qamət Süleymanov, Əlixan Musayev, Muxtar və daha bir neçə sələfi ruhaniləri gələrək, dini dərslər təşkil edirlər. Eyni zamanda, yalnız cümə günü dərslər keçilmir. Ancaq hər cümə camaat namazı qılınır və özbək aşı məclisi təşkil olunur. Əldə etdiyimiz məlumata görə, daha əvvəl bu qrupun üzvləri Ceyranbatan məscidinə yığışsa da, ötən ilin yazında Sumqayıtda yeni məscidin açılışından sonra sələfilər də fəallaşaraq, məscid tələb ediblər. Belə ki, sələfilər Ceyranbatan məscidindən uzaqlaşdırıldıqdan sonra, Sumqayıt məscidini ələ keçirməyə çalışıblar. Ancaq məsciddə camaat namazı qılmaq tələbi ilə gələn sələfilərin iddialarının reallaşmasının mümkünsüz olduğu izah edildikdən sonra, camaat üzvləri yenidən Ceyranbatan məscidinə geri dönüb... Öz mülkünü dindaşlarının ixtiyarına verən Zöhrab Şıxəliyevin imkanlı şəxslərdən olduğu, daha əvvəllər qızıl ticarəti ilə məşğul olduğu da bildirilir. Maraqlı daha bir məqam isə Z.Şıxəliyevin doğma qardaşının nüfuzlu şiələrdən olmasıdır. "Yeni Müsavat"a məlumat verən mənbənin bildirdiyinə görə, bu qruplaşma ilə əsasən xaricə döyüşçü göndərən təkfirçi vəhhabilər arasında münasibətlər soyuqdur və hətta düşməncəsinədir. Ötən il dekabrın 11-də Sumqayıtda baş verən atışmadan sonra aparılan həbslər nəticəsində məlum olmuşdu ki, qarşıdurma sələfi qruplaşmalarının daxilində yaranıb və mübahisəyə səbəb olan da qrupdaxili fikirayrılıqlarıdır. Sumqayıtda radikal görüşlü təkfirçi vəhhabilər də geniş yayılıblar. Onların əsas fəalları sırasında Ceyhun və Elmar adlı şəxslərin adları çəkilir. Ancaq bu şəxslər qruplaşmanın lideri deyillər, daha çox güc sahiblərii və fəallar kimi tanınıblar. Ötən ilin dekabrında Sumqayıtda baş verən atışmada Elmarın da adı hallanırdı. Qeyd edək ki, Sumqayıtda təkfirçi vəhhabi qruplaşmalarının izləri ilk dəfə 2007-2008-ci illərdə görünməyə başlayıb. Həmin vaxt MTN Sumqayıtda da əməliyyat keçirmiş və biri ərəb olmaqla, bir neçə nəfər həbs olunmuşdu. Əbu Cəfər ləqəbli ərəbin, eləcə də, həbs olunan digər təkfirçilərin "Meşə Qardaşları" qruplaşmaları ilə bağlantıları üzə çıxmışdı. Xatırladaq ki, dekabrın 11-də Sumqayıtda bir qrup şəxs arasında atışmada iştirak etməkdə şübhəli bilinərək, həbs olunanların sayı 14 nəfərə çatıb. ("Musavat.com") |
2014-01-27 | 7,462 | Tuyqun Nadirov həbs olunan azarkeşləri günahkar çıxartdı | "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "futbolinfo.az" saytına verdiyi müsahibədə ötən il avqustun 25-də Lənkəranda keçirilən "Böyük oyun"da həbs olunan azarkeşlərlə bağlı danışıb. "Axar.az" xəbər verir ki, vitse-prezident həbs olunan azarkeş Elman Tağıyevin (Eliko) ictimaiyyətə ünvanladığı məktubla bağlı fikirlərini bildirib. O, dolayısı ilə həbs olunan azarkeşləri günahkar çıxardıb: "O azarkeşlərlə bağlı həm şəxsi mövqeyimi, həm də klubun mövqeyini bildirmişəm. Bilmirəm o məktubu kim yazıb və ya kimsə kiminsə adından yazıb. Mən bildiyimə görə içəridə internet yoxdu. Yəqin ki, əl ilə yazıb göndərib. Amma bizim "Xəzər Lənkəran" klubuna o azarkeşlər adından bir dənə də olsun məktub gəlməyib. Amma biz klub olaraq məhkəməyə nümayəndə də göndəririk, onların ailələri ilə də maraqlanırıq. Bir neçə valideynlə söhbət etmişik. Azarkeşlərin durumları ilə də maraqlanırıq. Sağlamlıqları ilə, vəziyyətləri ilə. Məktub mənim üçün sürpriz oldu. Əgər kimsə onu yazırdısa, klubun ünvanına göndərə bilərdi. Çıxıb populist çıxışlar etmək, gündəmə gətirmək, klub rəhbərini pisləmək mənə nəsə qəribə gəldi. Bu, daha çox nəyəsə xidmət etməyə bənzəyir. Amma biz o azarkeşlərlə maraqlanırıq və maraqlanacağıq da. Məhkəməyə nümayəndəmizi də göndərəcəyik. Biz qanuna təsir edə bilmərik. Qanun hamı üçün qanundu. Mən də sabah qanuna zidd iş görsəm, cəzamı çəkəcəm. Azərbaycan qanunvericiliyi qarşısında biz hamımız eyni hüquqlu şəxslərik". |
2014-01-27 | 7,463 | Rusiyada türk kanalı yayıma başladı | Hər kəsin gözlədiyi TMB RU (ТВОЙ МИР ВОСТОК) telekanalı artıq yayıma başlayıb. "2014-cü il yanvarın 22-sindən etibarən efirdə olan telekanal 85°-də yerləşən Gorizont 4 peyki üzərindən açıq yayıma çıxıb. Telekanalın əsas məqsədi keçmiş MDB ölkələri ərazisində Şərq, xüsusən də Türk mədəniyyətini, adət-ənənələrini və musiqisini rus dilində təbliğ etməkdir. Qeyd edək ki, TMB RU telekanalının yayım əhatəsi çox genişdir". Bunu telekanalın icraçı direktoru Kənan Musayev bildirib. "Yayım əhatəsinin geniş olması ən müsbət cəhət olsa da, bir o qədər də məsuliyyət deməkdir. Hazırda kanalımız Yaponiyadan – yəni Şərqin başlanğıcından İstanbula, daha doğrusu, Şərqin digər sərhəddinə kimi bütün ərazini əhatə edir. Bu, bütün Şərq dəməkdir. Müxtəlif dillər, müxtəlif zövqlər və düşüncə tərzləri... Şərq axı özu-özlüyündə zəngin və rəngarəngdir. Bu rəngarəngliyi tam və dolğun olarağ tamaşaçıya çatdırmaq çox çətindir, amma şərəflidir. TMB RU rus dilində və keçmiş MDB ölkələrində də yayımlanır. Rusdilli auditoriyaya Şərq və TÜRK mədəniyyətini doğma dillərində çatdırmaqda işin daha bir nüansıdır. Amma inanıram ki, biz bu işin öhdəsindən gələcəyik", - deyə televiziyanın icraçı direktoru Kənan Musayev bildirib. Kənan Musayev onu da qeyd edib ki, TMB RU-nun "Türk Musik Birliyi" kimi tanığımız TMB telekanalından bir çox fərqləri də var. Onun sözlərinə görə, bu, ən əsası kanalın yayım dilində özünü büruzə verir. Amma fərqlər tək bununla bitmir. TMB RU tək Türk və Şərq dünyasının musiqisini yayımlamaqla kifayətlənməyəcək. Şərq xalqlarının tarixi, adət-ənənələri və Şərq mətbəxi və hətta Şərq rəqsləri ilə tamaşaçıları tanış edəcək. Belə ki, MDB məkanında ilk dəfə olaraq oriental rəqs üzrə şou müsabiqəsinin hazırlığına artıq start verilib. Bu müsabiqədə Ərəb dünyasının şou nəhəngi MBC-nin dəstəyi də danılmazdır. TMB RU efirində Azərbaycan musiqisi və mədəniyyətini də təbliğ etmək imkanımızın olmasından xususi qürur duyuram. Azərbaycan bayrağının efirimizdə dalğalanmasını ilk dəfə görəndə sözün düzü, bir az kövrəldim. Azərbaycan Şərqin flaqman ölkəsidir. Həm mədəniyətdə, həm musiqidə deyərdim ki, hətta bütün sahələrdə... Şərqdə ilk demokratik respublika, ilk opera, ilk qadın bəstəkar və bir cox ilklər məhz Azərbaycanındır. Millətimizin xüsusi və zəngin mədəni irsini tamaşaçılara çatdırmaq lazımdır. Bütün bunlarla yanaşı, TMB RU Şərq kinosu ilə bağlı silsilə programlar və Şərq kinosunun ən parlaq nümunələrini də yayımlayacaq. Bir sözlə, planlarımız çoxdur və bütün sirləri öncədən açmaq istəməzdim. Kanalımızın şüarı isə "GÜNƏŞ ŞƏRQDƏN DOĞUR"dur. Bizim də qarşımızdakı bütün Şərq dünyasınının GÜNƏŞİ olmaqdır. Gəlin razılaşaq ki, Qərb aləmi bir çox elmi və mədəni uğurlarına görə məhz Şərqə borcludur". TMB RU kanalını 85°- də yerləşən Gorizont peykindən aşağıdakı ayarlar ilə izləyə bilərsiniz. Tezlik: 11720 Horizontal FEC: ¾ SR 28,800 Məlumat üçün bildirək ki, tez bir zamanda TMB RU kanalının yayımını Bakı şəhərinin KTV və digər kabel şəbəkələrindəndə izləyə biləcəksiniz. |
2014-01-27 | 7,464 | Rusiyadan ABŞ-a tələb: "Dərhal bağlayın" | Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan Quantanamo həbsxanasının bağlanmasını tələb edib. "Axar.az" rus mediasına istinadən xəbər verir ki, Rusiya nümayəndələrinin Quantanamo həbsxanasını ziyarət etdikdən sonra hesabatı Rusiya Xarici İşlər Nazirliyini ciddi addımlar atmağa məcbur edib. Belə ki, Rusiya həbsxanada insan hüquqlarının kobudcasına pozulmasını əsas gətirərək, ABŞ-dan həbsxananın bağlanmasını tələb edib. Rusiya Xarici İşlər Nazirliyi 2012-ci ilin yanvarında da 100 səhifəlik hesabat hazırlamış və məhkumlara işgəncələr verilməsinə dair faktlar irəli sürərək rəsmi Vaşinqtonu tənqid etmişdi. Rus mətbuatına görə, Amerika kəşfiyyatı Quantanamo həbsxanasındakı təxminən 150 məhkumdan biri - Rusiya vətəndaşı Ravil Minqazovun Pakistanda terrorşu düşərgədə təhsil aldığı zaman həbs edildiyini iddia edir. Ancaq Rusiya tərəfi 2002-ci ildən bu yana Minqazovla bağlı rəsmi olaraq istintaq əməliyyatının aparılmadığını bildirir. |
2014-01-28 | 7,465 | Dünyanı aldadan 6 foto | İnsanların müxtəlif zamanlarda gerçək sandığı fotoşəkillərin bu günümüzdə düzəlmə şəkil olduğu ortaya çıxınca bir vaxtlar necə aldadıldığımızın fərqinə indi varırıq. Cəmiyyətdə müxtəlif yöndə fikir formalışdıran, əslində isə montaj olan bu şəkillərin bir neçəsini təqdim edirik. 1. Şimali Koreyanın köhnə lideri Kim Jong Elin 2010-cu ildə çəkilmiş bu fotoşəkilə sonradan əlavə olunduğu görünür. Fotoşəkildə liderin və əsgərlərin kölgələri fərqli istiqamətə düşüb. 2. İran İnqilab Keşikçiləri iyun ayındakı bomba sınağında 9 ballistik mərmiylə dünyaya bir mesaj vermək istəyib. Ancaq mərmilərdən biri işə düşməyincə, "fotoşop"la başqa bir fotoşəkil hazırlanıb. 3. Meksika körfəzindəki neft sızıntısına cavabdeh olan "BP"nin "fotoşop" oyunu mətbuata belə əks olunmuşdu. Sonradan şirkət ssözçüsü Skot Dean mərkəzə aid fotoşəklin üzərində fəaliyyət səviyyəsini daha yüksək göstərmək məqsədilə iş görüldüyünü etiraf edib. 4. Bloqçu Bryan Barretin diqqət çəkdiyi görüntüdə "BP" vertolyotlarından biri görünür. Ancaq helikopterin havada, yoxsa yerdə olduğunu aydınlaşdırmaq olmur. Görüntüdə həm idarə qülləsi, həm də dənizdəki gəmilər var. Yüksəklik ölçən cihaz çox aşağı səviyyəni əks etdirir. 5. İosif Stalin diktatorluğu müddətində uyğun hesab etmədiyi bir çox fotoşəkildə dəyişiklik etdirib. Stalin bəzən şəkillərdə xoşlamadığı bir adamı yanından sildirib, bəzən də kafi görünməyən izdihamdakı adamların sayını artırmağı əmr edib. 6. "Lightly Braised Turnip"də nəşr olunan yalan xəbərdə Fukuşima nüvə stansiyasından gələn radiasiyadan şüalanaraq 50 metr uzunluğa çatan bir balığın Kaliforniya sahilinə çıxdığı bildirilmişdi. Bu görüntü ictimai mediada da böyük əks-səda oyatmağı bacarmışdı. Ancaq qısa müddət sonra canlının oktyabr ayında İspaniyanın Kantabria bölgəsindəki La Arena çimərliyinə üz tutan 9 metrlik "mürəkkəb balıq" olduğu ortaya çıxmışdı. |
2014-01-28 | 7,466 | Balakəndə yol terroru: 2 ölü, 1 yaralı | Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələn yol qəzası yanvarın 27-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayonu Qullar kənd sakini, 1985-ci il təvəllüdlü, Saramanov Çinqiz Məhəmməd oğlu idarə etdiyi "VAZ 2106" markalı, 08 BD 169 dövlət nömrə nişanlı avtomobillə Qullar kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun kənarındakı piyada, Qullar kənd sakini 1960-cı il təvəllüdlü Bodurova Məryəm Cəlal qızını vurub. Çinqiz Saramanov Məryəm Bodurovanın vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını yolun kənarındakı hasara çırpıb. Baş vermiş qəza nəticəsində piyada Məryəm Bodurova və Çinqiz Saramanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Çinqiz Saramanovun avtomobilində olan sərnişin, Qullar kənd sakini 1986-cı il təvəllüdlü Akubayev Sərxan Nadir oğlu isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Balakən MRX-dan APA-ya verilən məlumata görə, Sərxan Akubayevin hazırda vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxanada aparılır. Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. |
2014-01-28 | 7,467 | 45 min bayraqla dünya rekordu qırıldı - Video | Argentinalı fanatlar stadionda 45 min bayraq yelləyərək rekord qırdılar. "Axar.az" xəbər verir ki, dünən "River Pleyt" və "Boka Xuniors" klubları arasında baş tutan matçda yerli azarkeşlər rekorda imza atıblar. Stadionda 45 min bayraq yelləyən "River Pleyt" azarkeşləri bir futbol meydançasında ən çox yellənən bayraq sayına görə "Ginnesin Rekordlar Kitabı"na düşüblər. Qeyd edək ki, daha əvvəlki rekord 35 min bayraqla İspaniyanın "Valyadolid" klubunun azarkeşlərinə məxsus olub. |
2014-01-28 | 7,468 | Tuba Büyüküstündən müğənniyə sərt reaksiya | Türkiyəli aktrisa Tuba Büyüküstün müğənni İzzət Yıldızhanın sözlərinə sərt reaksiya verib. İzzətin "Uşaqlarımın anası ilə 22 ilim keçdi. Yeri gələndə yumruq da vurdum. Bu şiddətdir? Təhsili ilə bağlı problemlər olanda uşaqlarıma da sillə vururam. Həır ailədə qadınlar belə halla üzləşir. Bəzən bu, sevgini gücləndirir" deməsi hər kəsi təəccübləndirib. Tuba da Tvitter sosial şəbəkəsi vasitəsilə məsələyə münasibət bildirib. "Bəzi şəxslər acizliyini qürurla nümayiş etdirirlər" yazan aktrisa daha sonra səhv başa düşülməkdən qorxub: "Yazdığım şərh fərqli yozuldu. Bu, qəzetdə oxuduğum və şiddəti normal təqdim edən bir xəbərə aid idi". ("Axsam.az") |
2014-01-28 | 7,469 | Ermənilər müharibəyə başladı: “Xalq Cəbhəsi” dağıdıldı - Video | Azərbaycan-Ermənistan ordusunun təmas xəttində atəşkəsin pozulması və atışma sədaları virtual aləmə də sirayət edib və ermənilər bu məkanda da ənənəvi olaraq ilk atəşi açıblar. Erməni hakerlər "Xalq cəbhəsi" qəzetinin internet səhifəsini (http://www.xalqcebhesi.az) dağıdıblar. "Axar.az"ın məlumatına görə, qəzetin internet ünvanında erməni hərbi təlimini əks etdirən video-çarx yerləşdirilib. Bununla ermənilər qüdrətlərini göstərməyə çalışırlar. Hücum gecə saatlarında olduğundan, qəzet və sayt rəhbərliyinin münasibətini öyrənə bilmədik. |
2014-01-28 | 7,470 | Ərdoğan erməni fotoqrafın şəklini çəkdi - Foto | Erməni mətbuatı baş nazir Rəcəp Tayyib Ərdoğanın erməni mənşəli fotoqraf Ara Gülərin şəklini çəkməsi barədə foto şəkillər yayıb. Hadisə 2012-ci ildə Ərdoğanın Gülərə "Böyük ədəbiyyat və incəsənət" mükafatını təqdim etməsi zamanı baş verib. Onda Ərdoğan səhnəyə çıxaraq Güləri öz kamerası ilə çəkməyə başlayıb. Erməni fotoqraf daha sonra Ərdoğana zarafatla "Şəkili sizdən necə götürə bilərəm?" deyə soruşub. Ara Gülər 1928-ci ildə İstanbulda doğulub. Fotoqraf kimi fəaliyyətə 1950-ci ildə "Yeni İstanbul" qəzetində fəaliyyətə başlayıb. (ANS) |
2014-01-28 | 7,471 | Bu günün hava proqnozu | Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında duman, çiskin olacaq, gün ərzində isə havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 2-4°, gündüz 4-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 3-8°, dağlıq ərazilərdə 10-12° şaxta, gündüz 0-4° isti, bəzi yerlərdə 5°-dək şaxta təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-4°, gündüz 4-9° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 3-5°, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun günü-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq. Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2-4° isti, 30-da 0°-yə yaxın, 31-də isə minimal temperaturun 2-4° şaxta olacağı gözlənilir. Şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Prosesin gedişatı ilə əlaqədar hər gün dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır. |
2014-01-28 | 7,472 | Heminqueyin tövsiyyə etdiyi 16 kitab | 1934-cü ildə adı məlum olmayan gənc yazar məşhur ABŞ yazarı Ernest Heminqueyin evini ziyarət edib. Bu ziyarətdən istifadə edərək Heminqueydən bəzi tövsiyələr alıb. Tövsiyələrin içərisində "oxunması vacib olan" qeydilə verilən bəzi kitabların siyahısı da yer alıb. "Axar.az" həmin siyahını təqdim edir: 1) Mavi Otel - Stiven Kreyn 2) Açıq qayıq - Stiven Kreyn 3) Madam Bovari - Qustav Flober 4) Dublinlilər – Ceyms Coys 5) Qırmızı və Qara – Stendal 6) İnsan əsarəti - Somerset Moem 7) Anna Karenina - Lev Tolstoy 8) Hərb və Sülh - Lev Tolstoy 9) Buddenbruklar - Tomas Mann 10) Yağış və ayrılıq! - Corc Mur 11) Karamazov qardaşları - Fyodor Dostoyevski 12) İngilis şeirinin Oksford kitabı 13) Nəhəng otaq - E.E. Kammings 14) Uğultulu Təpələr - Emili Bronte 15) Uzaqda və Çoxdan - V.H. Hudson 16) Amerikalı - Henri Ceyms |
2014-01-28 | 7,473 | Polisi şantaj edən jurnalist saxlanılıb - Video | Özünü informasiya agentliyinin rəhbəri kimi təqdim edən Rasim Əlizadənin yol polisləri haqqında dediyi sözlər geniş səs-səda doğurub. Rasim xoşagəlməz sözləri Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının onun avtomaşını cərimə dayanacağına aparandan sonra deyib. Amma bir məsələ var ki, polislər Rasimin idarə etdiyi nəqliyyat vasitəsini əbəs yerə aparmayıblar. Uzun illərdir ki, sükan arxasında oturduğunu deyən Rasimin heç sürücülük vəsiqəsi də olmayıb. Özünün də dediyi kimi polislərin qanuni hərəkətlərindən hiddətlənən Rasim hirsini rəhbəri oduğu agentliyə qərəzli müsahibə verməkdə görüb. Polis idarəsinə gətirilən zaman isə özünü jurnalist kimi təqdim edən Rasimin başqa qanuna zidd əməlləri də ortaya çıxıb. Sən demə o, səlahiyyətindən istifadə edərək Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq da edib. Hazırda Rasim Əlizadə barəsində toplanan materialların araşdırılması davam etdirilir. Bundan sonra Rasim əvvəlki əməlləri ilə bərabər polisin şərəf və ləyaqətini təhqir ediyi üçün də qanun qarşısında cavab verəcək. (ANS) |
2014-01-28 | 7,474 | Kitablardan oyma sənəti - Fotolar | İndi baxacağınız şəkilləri görəndə bir şeyi anlayacaqsınız. Kitabları ancaq oxumaqla gözəl şeylər qazanmaq azmış, onlar həm də oyma sənəti kimi də bizim zövqümüzü oxşaya bilərmiş... |
2014-01-28 | 7,475 | Mobil operatorlar vətəndaşa necə ziyan vurur? | Mobil rabitə xidmətləri gündəlik həyatımızın bir hissəsi olduğundan bu sahədəki problemlər daim aktualdır. Son günlərdə "Azercell" abunəçilərinin danışıq kartlarındakı səthin tam pozularaq korlanmasından şikayətləri artıb. Narazılıqlarını "Axar.az"la bölüşən vətəndaşlar şirkətin bu məsələyə biganə münasibətindən şikayətləniblər. Onların bildirdiyinə görə, ayrı-ayrı vaxtlarda aldıqları 1 və 3 manatlıq danışıq kartlarını silərkən kodun da pozulmasına şahid olublar. Lakin bu zaman kəsici və digər dəmir alətlərdən istifadə edilməyib. Vətəndaşlar bunu kartların keyfiyyətsiz istehsalı ilə əlaqələndiriblər. Qeyd edək ki, belə problemlər bütün mobil operatorların xidmətində ortaya çıxır. Lakin bu zaman müştərilərin hüquqlarını təmin etmək məqsədilə yaradılan "Müştəri xidmətləri"nə yaxınlaşaraq korlanan danışıq kartlarını balansa yükləmək mümkündür. Həmin xidmətlər isə hər yerdə əlçatan deyil. Yəni, danışıq kartını yükləmək üçün ətraf qəsəbələrdən şəhərə gəlmək məcburiyyətində qalan şəxs bunun üçün nə qədər vaxt və əlavə yol xərci sərf etməlidir. Bu isə hər zaman mümkün olmur və vətəndaşlar ödədikləri vəsaiti itirmək məcburiyyətində qalırlar. Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin aşağı düşməsi isə mobil operatorun abunəçisini itirməsi ilə nəticələnə bilər. Lakin eyni problemlər bütün xidmətlərdə yaşandığından vətəndaşların seçim etmələri də əngəllənir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kartların keyfiyyətsiz buraxılmasını istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, son vaxtlar danışıq haqlarının səbəbsiz yerə silinməsi ilə bağlı müraciətlər də artıb. Abunəçilərin narazılıqlarına aydınlıq gətimək üçün "Azercell" şirkətinə müraciət etdik. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, abunəçilərin korlanan kartlarla bağlı heç bir narazılığı qeydə alınmayıb: "Qeyd etdiyiniz məqamla bağlı bildirmək istərdik ki, məbləğ kodlarının pozulma halları daha çox abunəçilərin ödəmə kartlarındakı səthi iti alətlərlə (bıçaq, açar, qayçı ucluğu) pozmağa çalışarkən baş verir. Bu zaman kartın kağız səthi də pozula bilir. Hal-hazırda abunəçilər tərəfindən həmin kartların istifadəsi ilə bağlı narazılıq halları qeydə alınmayıb. "Azercell" şirkəti isə öz növbəsində, hər zaman abunəçilərə təqdim olunan məhsulun keyfiyyətinin daha da artırılması üzərində çalışır". Onu da deyək ki, son vaxtlar ticarət mərkəzlərində, supermarketlərdə danışıq kartlarının satışı dayandırılıb. Əvəzində həmin obyektlərdə "eManat" və "Milli ÖN" ödəmə terminalları quraşdırılıb və digər ödənişlərlə yanaşı mobil danışıq haqlarının da həmin terminallar vasitəsilə həyata keçirilməsi tövsiyə olunur. Bu xidmət ölkəmizdə yeni olduğundan vətəndaşların heç də hamısı, xüsusilə yaşlı insanlar ondan yetərincə yararlana bilmirlər. Həmin şəxslərin adi danışıq kartlarından istifadə etmək məcburiyyətində olduğunu nəzərə alaraq bu xidmətin keyfiyyətinə diqqət yetirilməsi vacibdir. |
2014-01-28 | 7,476 | Qremmi-2014 mərasimini Cey Zi və Beyons açdı | ABŞ-da 56-cı Qremmi mükafatının açılış mərasimi baş tutub. "Axar.az" xəbər verir ki, bu ilki açılış mərasimi dünyanın ən məşhur cütlüyünə - Beyons və Cey Ziyə həvalə olunub. Onlar müğənninin "Beyons" albomuna daxil olan "Drunk in love (Sevgidə sərxoşluq) mahnısını ifa ediblər. |
2014-01-28 | 7,477 | İbrahimoviçin çəklidiyi reklam rekord qırdı - Video | PSJ-nin futbolçusu Zlatan İbrahimoviç "Volvo" markalı avtomobilin reklam çarxında çəkilib. "Axar.az" xəbər verir ki, reklam çarxı rekord qırıb. Onu qısa müddət ərzində 1 milyondan çox insan izləyib. |
2014-01-28 | 7,478 | Məşhur “Drakula” müəllifinin itmiş gündəliyi tapıldı - Foto | "Drakula" əsərinin müəllifi Brem Stokerin gündəliyi tapılıb. "Axar.az" xəbər verir ki, Brem Stokerin itkin gündəliyində müəllifin 1871-1882-ci illər arasında yaşadığı qeydlər yer almaqla bərabər, qotik ədəbiyyatının ən yaxşı nümunələrindən sayılan "Drakula" əsəri ilə bağlı bir çox maraqlı məlumat da yer alıb. Stokerin Dublin qalasında məmur olaraq çalışdığı dövrü əhatə edən gündəlik yazarın böyük nəvəsi Noel Dobbsun evinin tavanından tapılıb və Stokerin böyük qardaşının oğlu Dakr Stoker və Transilvaniya "Drakula" dərnəyindən doktor Elizabet Miller tərəfindən kitablaşdırılır. Qeyd edək ki, Stokerin hansı yazarlardan ilham aldığının ipuclarını da bu gündəlikdə tapmaq mümkündür. |
2014-01-28 | 7,479 | Can Atəşdən Məryəm Üzərliyə sürpriz təklif | Can Atəşin vicdan əzabı və ailə təzyiqinə dözməyərək, körpəsini dünyaya gətirəcək Məryəm Üzərliyə sürpriz təklif edildiyi irəli sürülüb. "Axar.az" xəbər verir ki, səkkiz aylıq hamilə olan aktrisanın doğum vaxtı yaxınlaşarkən keçmiş sevgilisi, iş adamı Can Atəşdən sürpriz bir təklif gəlib. Məşhur iş adamı, doğum vaxtı keçmiş sevgilisinin yanında olmaq üçün adam göndərib: "İcazə ver, doğum anında yanında olum",- sözlərinin dediyi iddia edilib. Xatırladaq ki, "Sabah" qəzetində yer alan xəbərə görə, Üzərlini hamiləykən tərk etdiyi üçün hədəfə çevrilən Can Atəş hələ o vaxt "üstümə düşən məsuliyyətin fərqindəyəm" sözlərini demişdi. |
2014-01-28 | 7,480 | Arıqlama üçün üç günlük detoks diyeti - Sınanılmış | Üç gün müddətinə davam edən bu möcüzəvi detoks diyeti sayəsində artıq çəkidən xilas ola biləcəksiniz. Birinci gün: Səhərdən günortaya qədər ilıq yaşıl alma kompotu içəcəksiniz. Hazırlanması: Dilimlənmiş 3 ədəd qabıqlı yaşıl alma 3-4 ədəd darçın qabığı 5-6 ədəd qərənfil 10-15 ədəd kişmiş Bütün vasitələri qaynadın və soyudun. Kompotun dənələrini blenderdən də keçirə bilərsiniz (zövqə görə). Mütləq ilıq olaraq istifadə edin. Günortadan gecə yatana qədər: Kələm şorbası Hazırlanması: Bir ədəd balaca ağ kələm 1 baş soğan 3-4 diş sarımsaq 1 dəstə cəfəri Bir neçə ədəd bibər 1 çay qaşığı timin yağı 1 çay qaşığı zəncəfil 2-3 çay qaşığı zeytun yağı Bütün vasitələri qaynadın və soyudun. Blenderdən keçirə bilərsiniz. Mütləq ilıq halda istifadə edin. Ayrıca gün ərzində meyvə yeyin. Şüyüd çayı, yaşıl çay içsəniz daha yaxşı olar. İkinci gün: Gün ərzində yalnız çiy qidalar istifadə ediləcək. Səhər: 2 ədəd yaşıl alma və 2 ədəd xiyar yeyin. Günorta: Bol yaşıl salat (içində qətiyyən pomidor olmamalı, göy tərə əlavə olunsa yaxşı olar). 6-7 qaşıq yağsız qatıq, iki saatdan bir yaşıl alma və xiyar yeyin. Axşam: Yarım kiloya qədər az qaynadılmış balqabaq və 2-3 qaşıq yağsız qatıq istifadə edin. Yatmazdan əvvəl: yaşıl alma yeyin. Üçüncü gün: Səhər: Stəkan yarım yağlı süd 2-3 ədəd qoz içi Günorta: Az miqdarda zeytun yağı ilə qaynadılmış yarım kiloya qədər balqabaq və 6-7 qaşıq yağsız qatığı əlavə edin və yeyin. Axşam: Soğan-sarımsaqla bişirilmiş təzə paxla, gül kələmi ya da ispanaq kimi yaşıl bir tərəvəz əlavə edin və yeyin. Yatmazdan əvvəl: 2-3 ədəd kivi istifadə edin. Qeyd: gündəlik diyet müddətində əlavə olaraq bolluca ilıq maye (yaşıl çay, şüyüd çayı) bunlardan içməyi unutmayın! |
2014-01-28 | 7,481 | Yaşıl yarpaqlı tərəvəzlərin faydaları | Yaşıl yarpaqlı tərəvəzlər xərçəng xəstəliyindən qarşısını alaraq qoruyur. Sağlamlıq baxımından son dərəcə əhəmiyyətli olan bu tərəvəzlərin faydaları: Qara kələm: A, C, K, B6 vitaminləri, kalsium və maqnezium baxımından yüksək dəyərlərə malikdir. Eyni zamanda antioksidanla zəngin olan qara kələm xərçəngin qarşısını alır və xolesterolu aşağı salır. Gül kələmi: C, K, A vitaminləri, dəmir və kalsium ehtiva edir. Sağlamlıq ağrısından olduqca faydalıdır. İspanaq: Dəmir, kalsium və az qala bütün vitaminləri ehtiva edir. Eyni zamanda prostat xərçənginə qarşı da əhəmiyyətlidir. Kələm: Kələm xərçəngdən qorunmaq üçün ən yaxşı tərəvəzdir. Ayrıca həzm sistemi və ürək sağlamlığı üçün çox faydalıdır. Turpun yarpaqları: Bütün başqa yaşıl tərəvəzlər kimi kalsium baxımından zəngindir. A, K və C vitaminləri, antioksidan və lif ehtiva edir. |
2014-01-28 | 7,482 | Samuxda yol terroru: Sürücü yaralanıb | Bu gün gecə saat 01:00 radələrində Samux rayonu Qarayeri qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. VAZ 2107 markalı avtomobil adıçəkilən qəsəbədə yüksək sürətlə dönmə əməliyyatını yerinə yetirərəkən idarəetməni itirib. Avtomobil əvvəlcə yol kənarında bardürlərə, daha sonra ağaca çırpılıb. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində VAZ-ın sərnişini, Gəncə şəhər sakini Zaur Zeynalov ağır bədən xəsarətləri alaraq dərhal Gəncə şəhər Təcili Tibbi Yarım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. |
2014-01-28 | 7,483 | Qripdən ölənlərin sayı 135 nəfəri ötüb | İlin ilk 23 günü ərzində Meksikada qrip epidemiyası səbəbindən həyatını itirənlərin sayı 130-u ötüb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, 2014-cü il, yanvarın 16-sı ilə müqayisədə, ölənlərin sayı həftə ərzində 322% artıb (ayın ilk 16 günündə 32 nəfər ölüb). Belə ki, 123 nəfər "donuz qripindən" dünyasını dəyişib, 10 nəfər - "A", 2 nəfər "B" və H3N1 viruslarının qurbanı olub. "Axar.az" APA-ya istinadən bildirir ki, ölüm hallarının ən çoxu Aşağı Kaliforniya ştatında (21), İdalqo ştatında (12) və ölkənin Federal dairəsində baş verib (13). Xatırladaq ki, ilk dəfə "donuz qripi" epidemiyası 2009-cu ildə məhz Meksikada baş qaldırıb. |
2014-01-28 | 7,484 | Qaxda yol terroru: üç nəfər xəsarət alıb | Qaxda baş verən yol nəqliyyat hadisəsində üç nəfər Zaqatala rayon sakinləri xəsarət alıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası yanvarın 27-i axşam saatlarında Qax-Qorağan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Əliabad qəsəbə sakini, 35 yaşlı Natiq Məmmədov idarə etdiyi "Mersedes" markalı, 62 BH 178 dövlət nişan nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, qarşısına qəfildən at çıxması səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Natiq Məmmədov, onun Zaqatala rayonu Əliabad qəsəbəsindən olan sərnişinləri 58 yaşlı Qurban Ulxanov və Qurban Ulxanovun 25 yaşlı oğlu Cəmal Ulxanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Qax MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Natiq Məmmədovun və Qurban Ulxanovun vəziyyəti orta stabil, Cəmal Ulxanovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hər üç yaralının müalicəsi Qax MRX-nın cərrahiyə şöbəsində aparılır. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. |
2014-01-28 | 7,485 | XİN Ukraynanı müxalifətlə kompromisə gəlməyə çağırır | Türkiyə XİN Ukrayna hökumətini müxalifətlə kompromisə gəlməyə və bununla da münaqişəni daxildə həll etməyə çağırır. Anadolu agentliyinə istinadən məlumat verilir ki, Nazirliyin bəyanatında deyilir ki, Türkiyə Ukraynada hadisələrin gedişatını diqqətlə izləyir. "Türkiyə ümid edir ki, Ukrayna hökuməti ölkə daxilində müxalifətlə danışıqlar vasitəsilə münaqişənin həll edəcək. Tərəflərə kompromis əldə etmək lazımdır", - XİN-in məlumatında deyilir (Trend). |
2014-01-28 | 7,486 | Müəmmalı qadın ölümü | Bu gün səhər saat 06:00 radələrində Bakının Səbail rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Salyan şosesində qadın meyiti tapılıb. Araşdırmalar zamanı dünyasını dəyişən qadının təxminən 50 yaşında olduğu məlum olub. Aparılan tibbi müayinə zamanı qadının avtomobil zərbəsindən öldüyü bilinib. Hazırda dünyasını dəyişən qadının kimliyi və onu vuran sürücünün şəxsiyyəti araşdırılır. Faktla bağlı araşdırma aparılır (Anspress). |
2014-01-28 | 7,487 | Masallıda avtomobil yandı | Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. |
2014-01-28 | 7,488 | Neft yenidən ucuzlaşıb | Yanvarın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,92 dollar və ya 0,9% azalaraq 1 barelə görə 95,72 dollar təşkil edib. "Axar.az" "APA-Economics"ə istinadən xəbər verir ki, yanvarın 27-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,19 dollar və ya 1,1% azalaraq 106,61 dollar olub. |
2014-01-28 | 7,489 | İstanbulda bələdiyyə binasına silahlı hücum olub | Bu gün səhər naməlum silahlılar İstanbulda Şişli bələdiyyəsinin binasına silahlı hücum ediblər. Məlumata görə, bu barədə çərşənbə axşamı "Haber7" telekanalı xəbər yayıb. Telekanalın məlumatına görə, bələdiyyə binası avtomat silahlardan atəşə tutulub. Zərərçəkən yoxdur. Faktla bağlı təhqiqat aparılır ( Trend ). |
2014-01-28 | 7,490 | Bir sutkada 196 atəşkəs pozuntusu - Rəsmi | Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 196 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Şıxlar, Cəvahirli, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-28 | 7,491 | Bakıda kişi yıxılaraq öldü | Bu gün saat 09:30-da Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb. Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hündürlükdən yıxılan şəxsin öldüyü bildirilir. Hələlik hadisənin nə səbəbdəb baş veriyi və təfərrüatlar barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisə haqqında əlavə məlumatlar veriləcək (ANS). |
2014-01-28 | 7,492 | Qamət Süleymanov Mir Şahinə rədd cavabı verdi - Video | ANS-in "Hesabat"ında vəhabilərlə bağlı efirə gedən və "Cənnətin orijinalı ərəb ərazisində deyil" başlığı ilə mediada da dərc olunan Mir Şahinin müəllif fikirlərinə sələfilərin lideri sayılan Qamət Süleymanov cavab verib. Qamət Süleymanov "Qamət Süleymanov Mir Şahinə rədd cavabı verdi" adı ilə mediaya göndərdiyi video müsahibəsi "Mir Şahinin bəzi iftiralarına cavab" sözləri ilə başlayır. Bunu deməyə ancaq Mirşahin Ağayevin cürəti çatır... (video-müsahibə) - ANS kanalının "Hesabat" proqramında Suriyaya gedən azərbaycanlılarla bağlı məlumat verildi. Bu proqramda səslənən iddia və fikirlər haqqında sizin fikirlərinizi öyrənmək Azərbaycan müsəlmanları üçün maraqlı olardı. Birinci sual odur ki, proqramda sələfilər, vəhabilər, xəvaricilər və təkfirçilər hamısı eyni qrup kimi səsləndi. Sizin buna münasibətiniz necədir? - Təbii ki, qardaşlar göstərdilər o proqramı mənə. Həmişəki kimi bu səhvdir. Kim belə danışır, kim belə edir, səhv edir. Birincisi, vəhabilik yoxdur. Ola bilsin ki, cəmiyyətdə müəyyən tərəflər var. Onlar istəyirlər ki, bu söhbət qalsın. Və istəyirlər ki, hansısa tərəf özünə desin ki, "bəli vəhabilər bizik". Mən yenə deyirəm biz vəhabi olsaq deyərik ki, "biz vəhabiyik". Amma biz vəhabi deyilik. Ümumiyyətlə vəhabi deyə bir şey olmayıb. O ki qaldı sələfilərlə təkfirçiləri bir edənə, ya o adamın savadsızlığından irəli gəlir, ya da qərəzli xarakter daşıyır. Başqa bunu mən heç cür adlandıra bilmərəm. Çünki sələfilik ayrı bir yoldur. Bu peyğəmbərlərin, səhabələrin yoludur. Bu yol da radikallığın əleyhinədir. Və biz həmişə radikallığın əleyhinə olmuşuq. Özünüz də şahidsiniz ki, dövlətdə gedən müəyyən proseslərə qoşulmamışıq. Baxmayaraq ki, dəfələrlə dəvət də olunmuşuq. Ancaq biz qoşulmamışıq. Ona görə sələfilər Azərbyacanda xüsusən seçilirlər. Ki, nə nümayişə, nə hakimiyyətə qarşı, nə təfriqəçilik, nə radikallıq - əksinə, biz həmişə belə fikirlərin əleyhinə olmuşuq. Və belə adamlar tərəfindən də həmişə hücuma məruz qalmışıq. Ona görə yenə qeyd edirəm: kim ki, bizi o radikallarla bir tutur, o, ya savadsızdır, cahildir dini cəhətdən, ya da qərəzli xarakter daşıyır. Vəssalam! Mən bunu başqa cür adlandıra bilmərəm. - Verilişdə partlayıcılar və qorxunc kadrlar göstərildi. Sıravi izləyicidə elə bir təsəvvür yaratdılar ki, sanki sələfilər bunu dəstəkləyir. Bu, doğurdan da belədirmi? - Görsənir ki, veriliş qərəzlidir. Yəni sələfiləri pis göstərmək istəyirdilər. Əlhəmdülillah, sələfilər bu cür əməllərin əleyhinədirlər. Heç vaxt dəstəkləməyiblər. Ümumiyyətlə, biz deyirik ki, o partlayışlar, insanın özünü partlatmağı və ya gedib bazarda, metroda, vağzalda partlayış etməyinin İslamla heç bir əlaqəsi yoxdur. Biz heç vaxt belə əməlləri dəstəkləməmişik. Əleyhinə olmuşuq və əleyhinə də olacağıq. Bu, növbəti yalanlardan biridir bizə qarşı. - Aparıcı qeyd etdi ki, əvvəllər sələfilərin sayı az olub. Və o zaman bizə qarşı çox danışırdılar. İndi isə sələfi camaatı çoxaldığına görə ancaq pıçıldaya-pıçıldaya danışırlar. Belə çıxır ki, bunu deməyə ancaq Mirşahin Ağayevin cürəti çatır. - Təbii ki, bu da düz deyil. O vaxt çox danışırdılar, amma bizim azlığımıza görə yox, sadəcə, bu barədə maarifçilik yox idi. Ona görə elə bilirdilər nəsə yad dindir, başqa din adlandırırdılar bizi, sonra beşinci məzhəb adlandırırdılar bizi. İndi isə sadəcə, insanlar müəyyən qədər maarifləniblər bu məsələdə. Ona görə söhbətlər azalıb. Çünki sərhədlər açıldı, camaat xüsusən Məkkəyə getdi-gəldi. Və xüsusən dünyanın başqa ölkələrini gedib, gördülər. İnsanlarda məlumat daha genişləndi. Bu onunla bağlıdır. Yoxsa o vaxt çox danışırdı. İndi qorxurlar, az danışırlar və ya kimsə igidlik edir – bunlar boş söhbətlərdir hamısı. - Proqramda göstərildi ki, Qəzzafini və Mübarəki sələfilər deviriblər. İndi də Əsədi məhz sələfilər hakimiyyətdən salmaq istəyirlər. Sizcə bu belədir? - Yenə də gülünc fikirlərdir. Və görsənir ki, adam oradakı prosesləri dərindən bilmir. Bu Qəzzafini, həmçinin Mübarəki, həmçinin Əsədi xalq devirir, sələfilər yox. Xalq. Əsədi Mübarəklə və ya Qəzzafi ilə müqayisə etsək, onun halı daha pisdir. Əsədə qarşı çıxmağın əleyhinə idik. Ona görə də xalqın hamısını sələfi eləmək doğru deyil. Sadəcə, məsələlərə başqa cür don geyindirilir. Ümumiyyətlə, jurnalist bir məlumat verəndə onu dəqiqləşdirməlidir. Bu Azərbaycandakı jurnalistlər arasında hələ ki, tam şəkildə formalaşmayıb. Məsələn bəzi jurnalistlər bəzi məsələlərdən danışırlar (xüsusən dini mövzulara aid olan məsələlərdən), oxuyanda görürsən ki, adam məsələni heç özü düzgün başa düşməyib. Ona görə belə danışır. Məhz buna görə bu cür məsələlərdə mütəxəssis danışmalıdır. Onlar fikir bildirməlidirlər. Bu, düzgün addım olar. Xüsusən televiziya, radio və ya qəzet vasitəsi ilə hər adam çıxıb nə isə danışsa, bir kəlmə belə fitnəyə səbəb ola bilər. Ona görə belə məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır. Xüsusən də dini məsələlərdə. Xüsusən cürbəcür əqidələrə aid olan məsələlərdə. Hər bir jurnalist buna riayət eləsə, bu, daha düzgün olar, düzgün addım atmış olarlar. - İddia olunan ittihamlardan biri də sələfi camaatından başqa hamının cəhənnəmlik olmasıdır. Yəni sələfilər belə fikirləşir? Daha ətraflı videoda: Mir Şahinin sözügedən sujetini təqdim edirik: |
2014-01-28 | 7,493 | Fransa prezidenti Azərbaycana səfər etməyi planlaşdırır | Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır. "Axar.az" APA- ya istinadən xəbər verir ki, bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur. Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər. Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, F. Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib. Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir. |
2014-01-28 | 7,494 | Məleykə Əsədova Aygün Kazımovanı təhqir etdi | Xalq artisti, Akademik Milli Dram Teatrının aktirisası Məleykə Əsədova Aygün Kazımovanı təhqir edib. O, bu barədə özünün Feysbuk səhifəsində yazıb. Onun fikirincə, A.Kazımova musiqi aləmini meymun sifətinə salıb: "Bu gün Xalq artisti Aygün Kazımova musiqi- şou aləmini meymun, klon sifətinə salıb. Əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gündə ad günü keçirib hörmətsizlik eləyiblər" ("AzNews.az"). |
2014-01-28 | 7,495 | Brazilyada etiraz: “Dünya çempionatına gəlməyin”- Foto | Braziliya vətəndaşları bu ölkədə keçiriləcək Dünya Çempionatı ilə bağlı etirazlarını davam etdirirlər. "Axar.az" xəbər verir ki, bu dəfə Braziliyanın Sao Paulo şəhərində çempionatın keçirilməsi üçün ayrılan büdcənin çoxluğundan şikayətlənən minlərlə adam etiraz nümayişi keçirib. Nümayişçilər üzərində "Dünya çempionatına gəlməyin" yazılmış plakatlarla şəhər mərkəzinə daxil olublar. Bir qrup fəalın təhlükəsizlik işçilərinə hücum etməsindən və ətrafdakı mağazaların vitrinlərini qırmasından sonra polis kütləyə plastik güllə və gözyaşardıcı qazla müdaxilə edib. Etirazlar zamanı 100-dən çox adamın həbs edildiyi bildirilir. |
2014-01-28 | 7,496 | Suriyada daha bir azərbaycanlı döyüşçü öldürüldü | Suriyada daha bir azərbaycanlı öldürülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı "Azəri şəhid Orxan Rəhimullah" kimi təqdim olunub. Lakin onun soyadı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-01-28 | 7,497 | Bakıda 47 yaşlı kişi dərmandan zəhərlənərək öldü | Bu gecə Bakının Səbail rayonunda ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən verilən məlumata görə, Salyan şosesi 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Pris Eldaş oğlu Qasımov dərmandan zəhərlənib. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun xeyli miqdarda dərman həbləri qəbul etdiyi bildirilib. Deyilənlərə görə, 47 yaşlı kişi bilərəkdən çoxlu sayda dərman qəbul edib. Lakin rəsmi olaraq hadisənin intihar olduğu barədə məlumat yoxdur. Ölüm hadisəsinin dəqiq səbəbləri bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. |
2014-01-28 | 7,498 | Bakıda məktəb yandı | Suraxanı rayonunda məktəbdə yanğın olub "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli orta məktəbin 1-ci mərtəbəsində kitab rəfi 2 kv.m sahədə yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-28 | 7,499 | Amerikalı həmsədr Qarabağdan yazdı | Ceyms Uorlik: "Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir". ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik təmas xəttində qeydə alınan ölümlərdən təəsüflənib. Həmsədr Azərbaycan və Ermənistanı "Twitter" səhifəsindən sülhə səsləyib. "Münaqişə tərəfləri sülh əldə etməyə çalışmalıdır. Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir". Qeyd edək ki, daha öncə də amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün bütün tərəflər daha çox siyasi öhdəlik götürməli olduğunu bildirmişdi. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində qeyd edib ki, indiki status-kvo qəbuledilməzdir. Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüşün yekunu üzrə bəyanatında qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər (ANS). |
2014-01-28 | 7,500 | Qənirə Paşayevanın hekayəsi: "Mənim nənəm" | İnsan sevdiyindən ayrı yaşaya bilər amma... paylaşa biməz..! Babam nənəmə dəlicəsinə aşiq olub. Hətta o qədər dəlicəsinə ki, evli və iki uşaq atası olmasına baxmayaraq, onu – nənəmi qaçırıb. Nənəm o zaman çox gənc və dünyalar gözəli imiş. Babam da bölgənin ən yaraşıqlı kişilərindən biri. (– Necə deyərlər, onların – bir yaraşıqlı dəliqanlı ilə bir dünyalar gözəlinin yolu hardasa kəsişməzdimi?!.) Eşqi o qədər güclü olub ki, babamın... nə ailəsi, nə övladı, nə də toplumdakı nüfuzuna ciddi zərər gələcəyi qorxusu sevdasından əlçəkməsinə səbəb ola bilməyib. Bu hekayənin ən günahsız insanı hər şeydən xəbərsiz nənəm isə bir gün qəfildən babam tərəfindən qaçırılıldığında acı bir gerçəklə üz-üzə idi: babamın ailəsi və iki övladı var idi..! Amma ondan daha dəhşətli gerçək nənəmin də qısa zamanda babama dəlicəsinə aşiq olması idi. Uzun sözün qısası, babam nənəmlə evlənir və birgə ailə həyatına başlayırlar... amma babamın başqa bir yerdə yaşayan ilk həyat yoldaşı və övladları nənəmin vicdanını rahat buraxmır, təbii... Babam ailəsinə yaxşı baxsa da, uşaqların atasından qıraqda qalmasına nənəmin vicdanı yol vermirmiş və sonda o həyatının ən böyük yanlış və ən böyük doğru qərarını alır..! – Babamın birinci həyat yoldaşı və övladlarının da onlarla birlikdə yaşamasına razı olur. Birlikdə yaşamağa başlayırlar və o aralar anam doğulur. Amma bu birlikdə yaşamaq uzun sürmür, qısa zaman sonra bir gün nənəm paltarlarını toplayıb qızını da götürüb köçür atasının yurduna... Babam dəli kimi olur, onun üçün sevdiyi qadından ayrılmaq faciənin ta özü idi... – Qərarlı nənəm bir daha o evə dönmür. Gözəlliyinə baxmayaraq, bir daha heç kimsəni sevmir, ərə getmir, sevgisinə xəyanət etmir... Balaca idim və onların ayrı yaşamasını istəmirdim – uşaq qısqanclığı ilə... Bir dəfə, "babamı hələ də sevirsənmi?" deyə sual etmişdim... – Eləcə üzümə baxmışdı... – gözlərinin dərinliyində gizlənənləri indi daha yaxşı anlaya bilirəm. Babam öləndə yasa gəldi... Hamı diqqətlə ona baxırdı. Nə edəcək? – deyə... Bir qıraqda oturdu... arabir cənazəyə doğru baxırdı... sevdiyiylə doğru-düzgün halallaşa da bilmirdi. Mən isə babamın cənazəsi yanında oturub gözüyaşlı ona baxırdım. Dəhşətli bir mənzərə idi. O sevdiyi insanı doyunca ağlaya bilmək, son dəfə ona sarıla bilmək, bilmirəm, bəlkə də illərlə ürəyində gəzdirdiyi son sözləri ona pıçıldamaqdan, hayqırmaqdan belə məhrum idi... Ən ağır onun acısı idi... amma gəlmişdi... Demək, sevdiyin insanı qara torpaqla paylaşmaq başqa biri ilə paylaşmaqdan daha asan imiş... Sual vermirdim... Yaraları o günkü kimi təzə idi... Sadəcə içindəki sevgi boşluğunu doldurmaq istəyirdim uşaq nəvazişləri ilə... Onu doyunca öpdüm amma içimdə mənə rahatlıq verməyən sualı təkrar verdim: "Niyə getdin, niyə ayrıldın?" dedim... "Paylaşa bilmədim" dedi – qısa və konkret..! İnsan sevdiyindən ayrı yaşaya bilər amma onu paylaşa biməz... Nənəm dünyasını dəyişəndə... "onu da babamın yanında basdıraq" demək istədim. Babamın yanında nənəmdən öncə rəhmətə getmiş o biri nənəm dəfn edilmişdi... – xatıladım və ürəyimdən keçənləri heç kimə demədim. Çünki belə bir vəsiyyət etməmişdi. Etməzdi də..! Orda da dözə bilməzdi... Paylaşa bilməzdi... Ayrıca dəfn etdik... Bütün böyük sevgilərdə olduğu kimi... Şair demiş, "AYRILIQLAR SEVGİYƏ DAXİLDİR..!" |
2014-01-28 | 7,501 | Şeyx fətva verdi: “Suriyada ölənlər şəhid deyil” | Bu gün Təzə Pir məscidində Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə geniş tərkibli iclas keçirib. İclasda bir çox dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələr aparılıb. "Axar.az"ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, dövlət orqanlarının rəsmiləri və deputatların iştirakı ilə keçən müzakirədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası fətva yayıb. Fətvada bildirilir: "Bismillahir-rəhmanir-rəhim! QMİ Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən, ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq, aşağıdakıları bildirməyi vacib sayır: İslam dinində şəhidlik — iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yuksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı vardır, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edir. Şəhidlik fəlsəfəsinə görə, müqəddəs hədisi-şərifdə buyurulduğu kimi, Vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhadətin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdir. Əqidə, iman Vətən təəssübü ilə tamamlanmırsa, kamil deyildir, belə ki, Peyğəmbərimiz Mühəmməd Salavatullahın buyurduğu kimi, "Vətəni sevmək (qorumaq) imandandır". Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi vardır, torpaqlarının 20 faizi erməni ekstremistləri tərəfindən işğala məruz qalmışdır, Xocalı qətliamının acısını bugünədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Mühəmməd (S) buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir. QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmaga yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələalma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar. Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucaltmışıq. Biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrıseçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, dövlətimizin "Dini etiqad azadlığı haqqında" Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir. Qazılar Şurası qərara alır ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar. Ümidvarıq ki, xalqımız, dindarlarımız İslamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərinin hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcəkdir, inşallah! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!" |
2014-01-28 | 7,502 | Şeyx rəsmiləri Təzə Pirə topladı | Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Təzə Pir məscidində geniş tərkibli iclas keçirir. "Axar.az" xəbər verir ki, iclasda bir sıra dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələr aparılır. Tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə bəzi dini cərəyanların xarici qüvvələr tərəfindən idarə olunduğunu bildirib: "Bizdə ənənəvi olaraq süni və şiə məzhəbinin nümayəndələri olub. Sonradan yaradılan dini cərəyanlar isə xarici qüvvələr tərəfindən idarə edilir. Mən elə bilirəm ki, onlar həm də Ermənistana xidmət edən qüvvələrdir. Şəxsən mən özüm heç vaxt vəhabi, nurçu haqqında heç nə deməmişəm. Düşünmüşəm ki, bəlkə düzələrlər. Adını vəhabi, sələfi qoyursan, nə qoyursan qoy, öz ibadətini elə, vəssəlam. Amma təbliğ və təşviq etmək ölkənin qanunlarına ziddir. Bu kimi hallar qanun çərçivəsində cəzalandırılmalıdır". Xatırladaq ki, bu tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, dövlət orqanlarının rəsmiləri və bəzi deputatlar da iştirak edirlər. |
2014-01-28 | 7,503 | Şeyx bəzi məmurları sərt tənqid etdi - Şok | "Mən Mir Şahinin danışdıqlarına qulaq asdım, tüklərim biz-biz oldu. Dedikləri çox düz idi. Cəmiyyəti maarifləndirmək lazımdır". "Axar.az"ın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzə Pirdəki toplantıda deyib. Şeyx qeyd edib ki, Azərbaycanda cavan uşaqları aldadaraq, cənnət vəd edərək xaricə göndərənlər küfr edirlər. Onları ata-analarından ayıranlar necə cavab verəcəklər? "Bizim Qarabağ boyda dərdimiz var. Biz öz qeyrətimizi çəkməliyik. Bu qeyrət qala-qala, Suriyada şəhadət adı ilə getmək şəhidlik deyil. Hətta onların çoxu pul qarşılığında gedir ora. Bu cihad deyil. Orada ölənlər şəhid deyil. Mən inanıram ki, dövlət bununla bağlı lazımi tədbir görəcək. Hesab edirəm ki, bu məsələdə günah ziyalı, məmur təbəqəsində də var. Bir sıra məmur var ki, onlar dövlət stolunda oturub pul qazanır, amma övladları başqa məzhəblər adı ilə dövlətə qarşı mübarizə aparır. Qoy hamı eşitsin, bilsin! İndiyə qədər deməmişdik, amma indi veriləcək fətvaya əməl etmək bizim boynumuza düşür. Biz çalışmalıyıq ki, dövlətə yardım edək". Şeyx daha sonra Suriyada döyüşə gedən azərbaycanlılara səslənib: "Suriyada döyüşənlər gəlsələr, dəyişsələr, radikal olmadan öz ibadətlərini etsələr, biz onlara əl dəyməyəcəyik. Mən Şeyx olaraq onlara müraciət edirəm, onları bu əməllərindən əl çəkməyə çağırıram. Başqa dövlətlərin çağırışlarına uymasınlar. Axı siz Azərbaycan vətəndaşlarısınız!" |
2014-01-28 | 7,504 | Ermənilər Ağdamda daha bir evi atəşə tutublar | Dünən gecə Ağdam istiqamətində atəşkəsi pozan erməni silahlı bölmələri rayonun Çıraqlı kənd sakini Bilal Hüseynovun evini hədəf alıblar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, evin işıq gələn pəncərələri nişan alınsa da, güllələr divara dəyib. Düşmənin üç tərəfdən aydın müşahidə apara bildiyi Çıraqlı sakinlərin təhlükəsizliyi üçün istinad divarları inşa olunub. Amma buna baxmayaraq, bəzi evlər hələ də açıq hədəf olaraq görünür. Ermənilər gecələr intensiv şəkildə atəşkəsi pozmağa başlayıblar. Xatırladaq ki, son 20 gündə artıq bir neçə dəfə ermənilər Çıraqlı kəndində yaşayış evlərini atəşə tutublar. |
2014-01-28 | 7,505 | Türkiyəli həkim Azərbaycanda çalışdığı klinikada intihar edib | Bakıda türkiyəli həkim intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün rayonun Həsən Əliyev küçəsi-116 ünvanında yerləşən "Medistyle" klinikasında qeydə alınıb. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib. Prokurorluqdan, həmçinin bildiriblər ki, H. Karadeniz ixtisasca anestezioloq olub. H. Karadenizin Türkiyədə mülk problemləri olduğu üçün intihar etdiyi ehtimal edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb. |
2014-01-28 | 7,506 | FİFA Tofiq Bəhramovu haqsız çıxartdı - Şok! | FIFA dünya futbolunda bu günədək qeydə alınmış ən önəmli 11 hakim səhvini açıqlayıb. "Axar.az" xəbər verir ki, Tofiq Bəhramov siyahının birincisi olub. 1. 30 iyun 1966-cı ildə keçirilən dünya çempionatının İngiltərə - Almaniya finalının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 101-ci dəqiqədə ingilis Hurstun zərbəsi dirəyin içində yerə dəyir və meydana dönür. Matçın baş hakimi Qottfried Dienst köməkçisi, azərbaycanlı Tofiq Bəhramovla müzakirədən sonra qolu qeydə alıb və İngiltərə 3:2 hesabı ilə önə keçib. Xəbərdə qeyd olunur ki, Dienst və Bəhramov ortaq bir dil bilmədikləri üçün işarələrlə anlaşıblar. 2. DÇ-2010-un 1/8 finalında Almaniya İngiltərəni 2:1 hesabı ilə udduğu zaman ingilis Frank Lempardın zərbəsindən sonra top üst dirəyin içindən qapı xəttini keçsə də, hakimlər qolu qeydə almayıb. 3. DÇ-1986-nın 1/4 finalında Argentina - İngiltərə matçında Dieqo Maradona topu əli ilə qapıya salıb. Lakin hakim qolu qeydə alıb. Matçdan sonra Maradona topa toxunduğu əlini "Tanrının əli" adlandırıb. 4. 1994-cü ildə Almaniya Bundesliqasının "Bavariya" və "Nürnberq" arasındakı matçında Münhen təmsilçisinin oyunçusu Tomas Helmerin zərbəsindən sonra top qapı xəttinin yanından meydanı tərk etsə də, hakim qol qeydə alıb. "Nürnberq"in etirazından sonra matç yenidən keçirilib. 5. DÇ-2002-nin 1/8 finalının İtaliya - Cənubi Koreya matçında hakim Biron Moreno italyanların təmiz qolunu saymayıb. Daha sonra referi Françesko Tottiyə hakimi aldatmağa çalışdığı üçün qırmızı vərəqə göstərib. Nəticədə İtaliya mübarizəni dayandırıb. 6. Belçika çempionatının "Anderlext" - "La Louvyere" matçında meydan sahiblərindən Bessiqonun 20 metrdən vurduğu zərbədən sonra top havada partlayıb və qapıya daxil olub. Matçın baş hakimi bu epizodda qol qeydə alıb. Matçdan sonra edilən etirazla bağlı qərarın verilməsi aylarla yubanıb və nəticə dəyişməyib. 7. Cari mövsümün ilk yarısında Almaniya Bundesliqasında keçirilən "Hoffenhaym" - "Bayer" matçında Kiesslinqin baş zərbəsindən sonra top yan tərəfdən toru dələrək qapıya daxil olub. Buna baxmayaraq matçın baş hakimi qol qeydə alıb. "Hoffenhaym" etiraz etsə də, FIFA-nın "hakimin qərarı dəyişməz" qaydası və federasiyanın tövsiyyəsi ilə İdman Arbitaj Məhkəməsindəki şikayət ərizisini geri götürüb. Maraqlıdı ki, həmin qarşılaşmanı idarə edən referi Briç və köməkçiləri DÇ-2014-ə təyinat alıb. 8. 2007-ci illə "Mançester Yunayted"lə "Lill" arasında keçirilən Çempionlar Liqası matçında ingilislər cərimə meydançasının yaxınlığında sərbəst zərbə qazanıb. "Lill"in qapıçısı canlı sədd qurduğu bir vaxtda Rayan Giqqz topu boş qapıya vurub və hakim qolu qeydə alıb. 9. 2011-ci ildə Asiya Çempionlar Liqasının "Əl Saad" - "Suvon Bluevinqs" matçında futbolçulardan biri zədələnib yerdə qalarkən qol vurulub. Hakim həmin qolu sayıb. 10. Cari mövsüm keçirilən Çempionlar Liqasının "Şalke 04" - "Bazel" matçında Almaniya klubunun 4 futbolçusu ofsaydda olduğu vaxt, Joel Matip topu qapıya göndərib. Matip zərbədən əvvəl ofsaydda olduğu üçün bir qədər gözləsə də, hakim oyundankənar vəziyyət qeydə almayıb. 11. 2009-cu ildə keçirilən Fransa və İrlandiya arasında dünya çempionatının seçmə mərhələsinin play-off matçında Anri topu əli ilə Qallasa ötürüb. Sonuncu onu qapıya göndərib və matç 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən İrlandiya DÇ-2010-a vəsiqə qazana bilməyib. |
2014-01-28 | 7,507 | Vəhabilərin məscidi bağlanır - Çağırış | "İçəri şəhərdə fəaliyyət göstərən Aşurbəy məscidində xoşagəlməz hadisələr var. Yaxın vaxtlarda bu məsələ həll olunmasa, orada vətəndaş qarşıdurması baş verə bilər". "Axar.az" xəbər verir ki, bu barədə İçəri şəhər Cümə məscidininin axundu Hacı Surxay Məmmədli bildirib. O, deyib ki, məsciddə bir sıra radikal fikirlər səsləndirilir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu, harda yazılıb? QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır: "Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhabilik, təkfirçilik, xəvariclərdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu harda yazılıb?". Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq: "Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq". |
2014-01-28 | 7,508 | Doku Omarovun növbəti terror hədəfi Ermənistandır - İddia | "Doku Omarov Ermənistandakı rus obyektlərində terror törətmək niyyətindədir". "Axar.az" xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat ölkədə rus obyektlərinin çoxluğunu nəzərə alaraq, bu addımın atılacağını bildirib: "Konkret olaraq harada terror aktının baş tutacağı bəlli deyil. Amma ölkədəki rus obyektləri Rusiyadakılara nisbətən zəif qorunduğuna görə əsas hədəf olaraq buranın seçildiyi bəllidir". Qeyd edək ki, Doku Omarov Qafqaz İmaratının rəhbəri hesab edilir. Bu yaxınlarda Çeçenistan Prezidenti Ramzan Kadırov onun ölümü ilə bağlı açıqlama versə də, sonradan xəbər təsdiqini tapmamışdı. ABŞ isə Doku Omarov haqqında informasiya verən şəxs üçün 5 milyon dollar pul təyin edib. |
2014-01-28 | 7,509 | Ukraynanın baş naziri istefa verdi | Ukraynanın baş naziri Nikolay Azarov istefa verib. Bu barədə Ali Radanın deputatı Arsen Avakov öz facebook səhifəsində məlumat yayıb. Deputat baş nazirin istefa səbəblərini açıqlamayıb. Baş nazir özü isə istefasının səbəblərini açıqlayıb. N. Azarov istefasının səbəbini ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün ictimai-siyasi cəhətdən əlavə kompromislərin əldə edilməsinə və böhranın sülh və dinc yolla həllinə xidməti məqsədi ilə atdığını bəyan edib. N.Azarov baş nazir postunda işlədiyi müddəti qiymətləndirərək deyib ki, bu çətin illər ərzində Ukraynanın bir demokratik Avropa ölkəsi kimi inkişaf etməsinə xidmət edib: "Mən Ukrayna xalqının maraqlarına uyğun olaraq qərar vermişəm və ona görə də ölkənin hər bir vətəndaşının gözünə açıq baxa bilərəm" ("Avropa.info"). |
2014-01-28 | 7,510 | M.Ə.Rəsulzadənin sonuncu səs yazısı - Video | Üç gündən sonra Azərbaycan tarixində silinməz iz qoymuş dahi insan, dövlət qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümü tamam olur. "Axar.az" Rəsulzadənin 1953-cü il 28 may tarixində, ADR-in yaradılmasının 35-ci ildönümü münasibəti ilə Almaniyada "Azadlıq" radiosunda lentə alınmış səs yazısını və onun stenoqramını təqdim edir: "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qırmızı istibdad zülmü altında inləyən əziz vətənimizdə, 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar". Bu sözləri Şərqdə ilk demokratik respublikanın banisi Məhəmməd Əmin Rəsulzadə demişdi. Bəli, bu gün "28 Mayıs"ımız yenidən doğub və biz bu gün yenidən müstəqilik. Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin 31 yanvar tarixində Novxanı kəndində doğulub. |
2014-01-28 | 7,511 | Mit Romni Putini Obamadan üstün saydı | ABŞ prezidentliyinə keçmiş namizəd, Respublikaçılar Partiyasının üzvü Mitt Romni hesab edir ki, Barak Obama ilə müqayisədə Vladimir Putin öz rolunun öhdəsindən daha layiqincə gəlir. "Axar.az"ın məlumatına görə, NBC telekanalına müsahibə verən Romni Rusiya liderinin dünya arenasında müxtəlif məsələlərin həllində Amerika prezidentinə dönə-dönə qalib gəldiyini diqqətə çatdırıb. Romni ABŞ və Rusiyanı rəqib sayaraq Putini Suriya prezidenti Bəşər Əsədi müdafiə etməkdə, Edvard Snoudenə sığınacağın verilməsində yardımçı olmaqda qınayıb. Barak Obmaya prezident seçkilərində məğlub olan Romni son illər ABŞ-la müqayisədə dünyada Rusiyanın statusunun artdığını da dilə gətirib. |
2014-01-28 | 7,512 | AKP millət vəkilindən şok korrupsiya etirafı – Video | "Solçular iqtidarda az müddətdə olduğu üçün korrupsiyayla da az məşğul olublar". "Axar.az" xəbər verir ki, dünən "CNN Türk"də "Aykırı Sorular" proqramına qonaq olan Türkiyə Millət Məclisinin AKP-dən olan millət vəkili və Konstitusiya Komissiyasının sədri Bürhan Quzu 17 dekabr korrupsiya əməliyyatları ilə bağlı sualları cavablandırarkən "Solçular iqtidarda az müddətdə olduğu üçün korrupsiyayla da az məşğul olub" cümləsi ilə bərabər bunları deyib: "Məsələn, səhər oyanıb gördük ki, Daxili İşlər nazirinin oğlu, Ədalət nazirinin oğlu, Baş nazirin oğlu həbs olunub. Bu, inkişaf etmiş ölkələrdə olsaydı "halal olsun" deyərdik. Ancaq bu Türkiyədə inkişaf etmiş demokratiyanın təzahürü deyil. Bu, "mən səni də həbs edə bilərəm" deməkdir". |
2014-01-28 | 7,513 | Nazir özünü yandıran əlildən danışdı | Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib. Aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətininin orta ağır olduğunu deyir. Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzinn qarşısında üzərinə benzin tökərək yandırmışdı. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib. Hadisə ilə bağlı ANS-ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bilirib. |
2014-01-28 | 7,514 | Qafqaz İmarəti Putinə qarşı cihada səslədi – Mətn | Qafqaz İmarəti rusları Putinə qarşı savaşmağa səsləyib. "Axar.az" xəbər verir ki, Qafqaz İmarətinin cihada çağırışıyla bağlı yaydığı bu informasiya ilk olaraq Röyter agentliyində yer alıb. Mücahidlərin yaydığı məlumat "Rusiyaya xəbərdarlıq edilmişdi" başlığı ilə dərc olunub. Məlumatın tam mətnini təqdim edirik: "Kafirlər müsəlmanların yaxınlarını itirdiyi zaman nələr keçirdiklərini, qan və ağrını hiss etməyənə qədər başa düşməyəcəklər. Son illər rus kafirləri Qafqazda (nəinki Qafqazda) 200 min insanı qətlə yetiriblər ki, bunların da 40 minini azyaşlı körpələr təşkil edir. İtkin düşənlərin sayı isə minlərlədir. Burada biz hələ bombardman, yaxud hərbi əməliyyatlar zamanı yoxa çıxanları söyləmirik. Burada biz kafirlərin hər gün tutduqları və hələ də tutulan, izsiz yoxa çıxarılan insanlardan bəhs edirik. On minlərlə müsəlman öz evlərini tərk edərək dünyanın müxtəlif yerlərində təhlükəsiz həyat axtarışı ilə məşğuldurlar. Bu, təkcə son 20 il ərzində vətənini tərk edənlərin statistikasıdır. Çar dövründən başlayaraq nə qədər insan yaşadığı yerləri tərk edərək dünyanın müxtəlif bölgələrində kasıb həyat tərzi sürməyə başlayıb?! Bəs nə qədər insan qəribçilikdə aclıqdan və soyuqdan həlak olub? On minlərlə. Biz heç kimi və heç nəyi unutmamışıq. Rusiya özünün qanlı siyasətinə görə çox ağır cavab verəcək, İnşallah! Hətta sərhədlərdən kənardakı kafirlər belə qaçqınları saxlamır, Rusiyaya deportasiya edir. Kreml banditlərinin əmri ilə onlar əzab və ölümlə qarşı-qarşıya qalırlar. Bu vaxt isə rus anaları və arvadları öz oğul, qardaş və ərlərini Qafqazda vəhşilik törətməyə göndərirlər. Özləri isə onların maaşları hesabına qayğısız həyat yaşayırlar. Deyəsən, onlar düşünürlər ki, pullar qoxumur. Əgər yeni, doğru addımların atılmasında kömək olunmazsa, bu pullar onlar üçün çox ağır qoxuya çevriləcək. Qanın və göz yaşının qoxusuna. Volqoqradlılar artıq özlərinə düşən payın bir hissəsini dərilərində hiss ediblər. Çünki onların OMON-u bu müharibədə daha aktiv iştirakçı rolunda çıxış edir. Qoy bu, yerdə qalanlar üçün kiçik dərs olsun. Müsəlmanları qarşılıqsız öldürmək vaxtı artıq çoxdan bitib. Bu gün bir mücahid sizin şəhərlərdə yaşayan onlarla, yüzlərlə insanı öldürməyə qadirdir. Düşünməyin ki, bu hadisələr tək-tük hallarda baş verəndir və sizin üçün itkilər görünməz olacaq. Partlayışların sayı bundan sonra yalnız artacaq və onlardan bəziləri sizi də öz ağuşuna alacaq. Rusiyada Kreml siyasətinə qarşı mitinqlər keçirəndə bizim əmir Dokku Əbu Osman sizin aranızda partlayışların baş verməsini əngəlləyəcək əmr imzalamışdı. Ancaq bu, sizin başçılarınız tərəfindən qorxaqlıq kimi qəbul olundu və müsəlmanlara qarşı şiddət daha da artdı. Qadın və uşaqların yaşadığı onlarla ev yandırıldı və bombalandı. Soyğunçuluğun miqyasını yalnız tək olan Allah bilir. Hələ bu azmış kimi Putin bir müddət öncə Rusiyaya maddi zərər vuran şəxslərin qohumlarının əmlakının müsadirə olunması haqqında əmr imzaladı. Bununla da onlar günahsız insanları cəzalandırmağı qarşılarına məqsəd qoydular. Cihada və ya təkcə islama inandığına görə məsuliyyətə cəlb olunanlara qarşı Rusiya həbsxanalarında dəhşətli əzab verməklə yanaşı namaz qılmağa da imkan verilmir. Bizim qardaş və bacılarımız olan rus müsəlmanlarına qarşı isə xüsusi vəhşilik nümayiş etdirilir. Məktəblərdə qızların hicab taxmağına qadağa qoymaqla yanaşı, müsəlman məktəb və bağçalarına da qadağa qoyulur. Dünyaca məşhur yüzlərlə islam aliminin kitablarına ekstremist ədəbiyyat adı verilərək yayımlanmasına qadağa qoyuldu. Nəhayət müqəddəs Quranın da rus dilinə tərcüməsi qadağan edildi. Bütün söylənilənlərin hər biri yalnız aysberqin görünən tərəfidir. Müsəlmanların əzab-əziyyətlərini sözlərlə təsvir etmək olmaz, onları gərək hiss edəsən. Bütün olanlardan sonra isə bu gürzə (Putin) Volqoqrada gəlir və "bizim bandamız əməliyyatlar zamanı qadın və uşaqlara xüsusi qayğı göstərir" deyə çıxış edir. Biz bilirik ki, qəddar Rusiya hakimiyyətinin öz əməllərini anlamaq və bizim haqlı tələbimizə adekvat cavab vermək şansı yoxdur. Lakin sağlam düşüncəli və uzaqgörən ruslara müraciət edirik. Əgər bu müharibənin dayanmasını istəyirsinizsə, o zaman siz aktivləşməli və vəhşiyə qarşı mübarizəyə başlamalısınız. Rusiyada hakimiyyət başında yəhudilər və masonlar, ümumiyyətlə, rus xalqı və müsəlmanların həyatının heç bir önəm kəsb etmədiyi şəxslər dayanır. Onlar bizi qarşı-qarşıya qoyaraq öz əllərini kirlətmədən kənardan hamını müşahidə edirlər. Bu boyunduruqdan canınızı qurtarın, yoxsa siz özünüz də əziyyət çəkəcəksiniz. Kremlin banda rəhbərləri savaşlardan milyardlar toplayaraq sizin övladlarınızı yem edirlər. Onları başsız etməyəcəyiniz günə qədər sizə rahat həyat yoxdur. Rusiya öz qoşunlarını geri çəkənə, müsəlmanlara öz torpaqlarında rahat həyat olmayana qədər siz də özünüzü təhlükəsizlikdə hiss etməyəcəksiniz. Bizim qurbanlarımız sizinkilərdən fərqli olaraq boşuna deyil. Biz Allaha üçün öz qəlblərimizi qurban verdiyimizə görə xoşbəxtik, çünki bizim ölülərimizi cənnət gözləyir. Yaradana və onun dininə qarşı çıxdığınıza görə, siz cəhənnəmdə yanacaqsınız. Sonra deməyin ki, sizə xəbərdarlıq edilməmişdi". |
2014-01-28 | 7,515 | Aksiyaçılar Ukraynada 12 şəhərin valiliyini ələ keçirdi – Video | 2013-cü ilin 21 noyabr tarixindən başlayan aksiyalar hələ də davam edir. Aksiyaçıların işğal etdiyi şəhər valiliyinin sayı 12-yə yüksəlib. "Axar.az" xəbər verir ki, aksiyaçılar Kiyev, Vinnitsa, Himelnitski, Rivne, Volın, Ternopıl, Çernivtsi, Poltava, İvano-Frankivsk, Jitomir, Lviv və Çernigiv şəhərlərindən sonra Dnepropetrovsk, Zaporoje, Sumı və Çerkasiy şəhərlərində aksiyalara davam edən etirazçılar valilik binalarını ələ keçirməyə cəhd ediblər. |
2014-01-28 | 7,516 | Tibb bacılarına maşınını yuduzduran Baş həkim danışdı | "Bəli, o maşın mənimdir. Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir". Bu sözləri "Axar.az"a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı "Toyota" markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə dedi. O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar: "Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?" Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil: "Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Onu da deyim ki, özüm könüllü olaraq bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm. Həm də Yeni Azərbaycan Partiyasının Şura üzvü və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüyəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm". Xatırladaq ki, gördüyünüz fotoşəkil sosial mediada böyük marağa səbəb olub. Sosial şəbəkədə əməkhaqlarının azlığından şikayətlənən tibb bacılarına Baş həkimin maşınını yuduzdurmaqla əlavə pul verməsi məsələsi müzakirə olunur. |
2014-01-28 | 7,517 | Baş nazir Müdafiə Nazirliyində: Döyüş hazırlığı müzakirəsi | Baş nazir Artur Rasizadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər. Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib. |
2014-01-28 | 7,518 | Aşurbəy məscidinin bağlanması təklifinə sərt təpki | "Aşurbəy məscidi bağlanandan sonra nə baş verəcək? Bu insanlar gedib ibadətlərini harada yerinə yetirəcəklər?" Bu sözləri açıqlamasında ilahiyyatçı Elşad Miri bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının toplantısında Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin sələfi camaatının toplaşdığı Aşurbəy məscidinin qapadılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib ("Avropa.info"). Bu cür təklifləri geridə qalmış fikir hesab edən Elşad Miri məscidin qapadılmasının düzgün olmadığını deyib: "Sabah Aşurbəy məscidini bağlasan, həmin insanlar yığışacaqlar elə Hacı Surxayın axund olduğu Cümə məscidinə, sonra oranı da bağlayacaqlar, yığışacaqlar Təzə Pir məscidinə. Beləliklə bütün ibadət yerlərini bağlayacaqsınız? Məscidləri nəinki bağlamaq, əksinə, sayını artırmaq lazımdır. Sadəcə, düzgün maarifləndirmə işi aparmaq gərəkdir". Elşad Miri məscidin bağlanılması məsələsini müzakirə edən QMİ-ni də sərt şəkildə tənqid edib: "Məscidin bağlanılması təklifinin QMİ-nin toplantısında səsləndirilməsi bu qurumun geridə qalmasının göstəricisidir. Bu təklif, əslində, din adı altında sovet dövründən qalma ateist fikirin təzahürüdür". Xatırladaq ki, QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır: "Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilər, vəhabilər, təkfirçilər, xəvariclərdir". Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq: "Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq". |
2014-01-28 | 7,519 | Azarov istefadan sonra Feysbukda danışdı - Foto | "Mən konfliktin sülh yolu ilə həll olunması və ölkənin bölünməməsi üçün Prezidentdən istefamı qəbul etməyimi şəxsən xahiş etdim". "Axar.az" xəbər verir ki, bu sözləri Ukraynanın eks-baş naziri Nikolay Azarov öz feysbuk səhifəsində yazıb. O, hazırki məqamda Ukraynanın bütövlüyünü saxlamağın əsas məqam olduğunu bildirib: "Hazırki məqamda Ukraynanın vahidliyini və bütövlüyünü saxlamaq ən vacib olandır. Bu, kiminsə şəxsi planları və ambisiyalarından daha üstündür. Məhz buna görə mən bu qərarı qəbul etdim". Qeyd edək ki, bu gün Nikolay Azarov Ukraynanın baş naziri postundan istefa verib. Hazırda mətbuat qanunvericiliyə uyğun olaraq Nazirlər Kabinetinin də yaxın zamanda buraxılacağını qeyd edir. |
2014-01-28 | 7,520 | Azərbaycan Ermənistana böyük mesaj verdi – Şərh | "Ermənistanda hiss etməlidirlər ki, vəziyyət təhlükəlidir". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə dedi. O, Novruz Məmmədovun dünənki çıxışında qarşı tərəfə mesajın aydın şəkildə göndərildiyini bildirdi: "Bu açıqlamanı dərindən analiz etməyə ehtiyac yoxdur. Müharibə həmişə torpağı işğalda olan bir ölkə üçün gündəmdə qalmalıdır. Heç bir yerdə elə şey yoxdur ki, torpağın işğaldadır və sən sakit dayanmalısan. Buna görə də ordu, onun silahlanması və təlimlər lazımdır. Bu, hər zaman bir variant kimi qalacaq. Amma indi hər yerdə "müharibə olacaqmı" sualı müzakirə olunur. İndiki siyasi proseslər bunun gerçəkləşməsinə rəvac yaratmır. Başqa bir tərəfdən isə bu, həm də qarşı tərəfə mesajdır. Bu mesaj daim olmalıdır. Ermənilər bu təhlükəni daim hiss etməlidirlər. Ermənistanda hiss etməlidirlər ki, vəziyyət təhlükəlidir, təhlükəsiz vəziyyətdə yaşamırlar". Politoloq qarşı tərəfin Azərbaycanın təhlükəli olmadığını anladığı zaman danışıqlardan dərhal imtina edəcəyini deyib: "Əgər Ermənistan Azərbaycanın təhlükəsiz olduğunu hiss etsə, danışıqlara meyl etməyəcək. Elə bu danışıqlar da onlara bunu göstərir. Azərbaycan bunun vasitəsilə deyir ki, baxın, müharibə variantı var, amma gəlin, ən yaxşısı, hər şeyi sülhlə həll edək". Qeyd edək ki, dünən Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Ermənistanla müharibənin nəzəri olaraq qaldığını demişdi. Xatırladaq ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması halları artıb. |
2014-01-28 | 7,521 | İki terrorçu təşkilat Azərbaycanı hədələdi - Foto | "Meşə Qardaşları" və "Ceyşullah" hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər. Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar. "Axar.az"ın "Jam.az"a istinadən xəbərinə görə, "Meşə Qardaşları" təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq. "Meşə Qardaşları" adından yayılmış həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib. Digər məlumat isə "Ceyşullah" ("Allahın Ordusu") adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək. Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var. |
2014-01-28 | 7,522 | Gürcüstana uran keçirən erməni 4 il həbs olundu | Ermənistanın Tavuş vilayəti məhkəməsi 62 yaşlı Qrant Ohanyanı radioaktiv maddələrin qaçaqmalçılıq yolu ilə qanunsuz dövriyyəsində təqsirli bilərək 4 il müddətinə həbs qərarı çıxarıb. Gürcüstan mediasının verdiyi məlumata görə, istintaq sənədlərinə əsasən, Ohanyan 2010-cu ilin martında Gürcüstandakı tanışı Smbat Tononyandan sifariş alır. Ohanyanın istintaqa verdiyi ifadəsində bildirib ki, radioaktiv maddəni Ermənistan vətəndaşı, həmin vaxt Moskvada olan Qarik Dadayandan alıbmış: "Telefonla Dadayanın Yerevna gəlməsini razılaşdırdıq və Tononyanın adından uran üçün birincinin bank hesabına müvafiq vəsaiti köçürdük". Qeyd olunur ki, 10 mart 2010-cü ildə Yerevanda görüşən Ohanyan və Dadayan 17 qram zənginləşdirilmış uranla, erməni sifarişçi ilə görüşmək üçün Gürcüstan sərhədinə istiqamət alırlar. Gömrük buraxılış məntəqəsini məharətlə keçən cinayətkarlar ertəsi günü Gürcüstan mühafizə orqanı nümayəndələri tərəfindən saxlanılaraq Ermənistana təhvil veriliblər. Xatırladaq ki, Qrant Ohanyan məhkəmədə törətdiyi cinayəti etiraf edib. |
2014-01-28 | 7,523 | Dünən ölkədə 52 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb . Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib . Cinayət törətdiklərinə görə 39 nəfər tutulub. |
2014-01-28 | 7,524 | Nurçular Şeyxi hədələdi | Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu gün Qazılar Şurasının iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına səsləndirdiyi bəzi fikirlər ona qarşı hücumlara səbəb olub. Belə ki, özünü "Fətullah Gülən sevdalıları" adlandıran qrupun elektron poçt ünvanından mətbuata Allahşükür Paşazadəni hədələyən məktublar göndərilib. Məktubda Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmaya diqqət çəkilərək, Baş nazirin ünvanına "münafiq" ifadəsi işlədilib. Həmçinin Türkiyədə baş verən hadisələrin sonda kimin qələbəsi ilə nəticələnəcəyinə dair qeydlər yer alıb. Qafqaz Şeyxinə baş verənlərdən nəticə çıxarmaq və nurçuların adını vəhabilərlə bir sırada çəkməmək tövsiyə olub. |
2014-01-28 | 7,526 | Elçin Mirzəbəyli: “Daxili rəqabətimiz ermənilərə işləyir” | "Bizim saytın ermənilər tərəfindən vurulmasının əsas səbəbi milli məsələlərdə fəal olmağımızdır". Bu sözləri "Axar.az"a açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli dedi. O bildirdi ki, proqramçılar hücumu qismən zərərsizləşdiriblər və ümumiyyətlə, saytlarının erməni hakerləri tərəfindən vurulmasını ictimailəşdirmək fikrində deyil: "Belə bir hal baş verən kimi həmin saytın texniki işçiləri problemi tez bir zamanda aradan qaldırmalıdır. Əks təqdirdə, məlumat düşmən mətbuatında qısa zaman içərisində yayılır və onların yerləşdirdiyi fotolar uzun müddət orda qalır. İnformasiya müharibəsi gedirsə, onlar ciddi fəaliyyət göstərən saytları dağıtmağa çalışır". Elçin Mirzəbəyli yerli media qurumlarının bir-birinə olan düşmənçiliyinin də bu məsələdə rol oynadığını dedi: "Təəssüflər olsun ki, bizim proqramçılarımızın başı başqa şeylərə qarışıb. Xəbər saytlarına ölkəxarici hücumlarla bərabər, həm də ölkədaxili hücumlar olur. Bu hücumları rəqib media qurumları təşkil edir. Ona görə proqramçıların arasında da düşmənçilik olur. Belə olan halda isə ölkəxarici hücumlar yaddan çıxır və onların başı ölkə daxilindəki rəqabətə qarışır. Bu da düşmənlərimizin işinə yarayır". Xatırladaq ki, dünən gecə saatlarında "Xalq Cəbhəsi" qəzetinin saytı ("xalqcebhesi.az") erməni hakerlər tərəfindən dağıdılıb və orda erməni hərbi təlimini əks etdirən video-çarx yerləşdirilib. Hazırda sayt öz fəaliyyətini qismən bərpa edib. |
2014-01-28 | 7,527 | Sərkisyanın yeni ləqəbi: “Kök” | Cənubi Koreyanın aparıcı klinikalarından birində cavanlaşma proseduru keçən Ermənistan prezidenti Serj Sərkisyana ölkəsinin ictimai-siyasi dairələri yeni ləqəb qoyub. "Axar.az" erməni mediasına istinadən bildirir ki, belə ləqəb ona qış mövsümündə kök hüceyrələrinin köcürülməsindən sonra verilib. Hətta maraqlı hadisə baş verib: məmurlardan birinin jurnalistlərin suallarına cavabında "gözləyirlər ki, Kök göstəriş versin, sonra yerinə yetirsinlər",- ifadəsi media nümayəndələrini əməllicə çaş-baş salıb. Əvvəl məsələnin mahiyətini anlamayan müxbirlər sonradan söhbətin Sərkisyanın yeni ləqəbindən getdiyini başa düşüblər. Bu da gülüşə səbəb olub. Xatırladaq ki, kök hüceyrələri sümük iliyinin tərkibində olur. Onun onurğa sümüyünə köçürülməsi nəticəsində yeni qan hüceyrələri əmələ gəlir. Bu, funksionallığı artırır, bədənin gəncləşməsini stimullaşdırır. |
2014-01-28 | 7,528 | Baş prokuror korrupsiyanın vəziyyətindən danışdı – Müsahibə | - Cənab Baş prokuror, son günlər kütləvi informasiya vasitələrində "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunlara əlavə və və dəyişikliklər edilməsi barədə qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə verilməsi barədə informasiyalar geniş yer almışdır. Əlavə və dəyişikliklərin mahiyyəti nədən ibarədir? - İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasından Milli Məclisə daxil olmuş hər iki qanun layihəsi Azərbaycan Respublikaının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin faəliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Son illər Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndrilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilmişdir. Həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət ağentliyinin və onun tərkibində "Asan xidmət" mərkəzlərinin yaradılaraq bu şəbəkənin genişləndirilməsi, elektron xidmətlərin sayının atrırılması, korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan baxılmasının təmin edilməsi məqsədilə " 161nömrəli qaynar xətt" əlaqə mərkəzinin yaradılması və bu kimi çoxsaylı kompleks tədbirlər nəticəsində ölkəmiz korrupsiyaya qarşı mübarizədə yüksək göstəricilərə nail olmuşdur. Dövlət başçısının müvafiq Fərman və Sərəncamları, Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrası qaydasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi artırılmış, idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülmüş, dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinə qoşulmanın təmin olunması ilə bağlı işlərə başlanılmışdır. Əməliyyat–axtarış fəaliyyətinin həyata keçirilməsi kimi mühüm funksiya ilə səlahiyyətlənmiş prokurorluq orqanları qısa müddət ərzində korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan və əksər hallarda latent xarakter daşıyan çoxsaylı rüşvət cinayətlərini aşkar etmək və qarşısını almaqla uğurlu nəticələr əldə etmişlər. Təsadüfi deyil ki, qazanılan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Transparensy İnternational"ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycan əvvəlki illə müqayisədə xeyli, yəni 12 pillə irəliləmiş, eyni zamanda ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə yüksəlmişdir. 23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindəsini müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.17 yanvar 2014-cü ildə Bakı şəhərində dəyərləndərmə raundunun birinci mərhələsinin müvəffəqiyyətlə keçməsi ilə bağlı hesabatın təqdimetmə mərasimində OECD təşkilatının rəsmiləri korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə oluğunu vurğulayaraq, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirmişlər. - Yeni dəyişikliklər idarənin strukturu və səlahiyyətlərində necə əks olunacaqdır? - Nəzərdə tutulan dəyişikliklərə əsasən yeni qurum Baş idarə səlahiyyətli olmaqla, idarənin rəisi eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun yüksək statusuna uyğun olaraq vəzifəsinə görə Baş prokurorun müavini səlahiyyətlərini yerinə yetirəcəkdir. Eyni zamanda idarənin rəis müavinləri və tərkibində yaradılacaq yeni idarələrin rəislərinin də təsnifat dərəcəsinin yüksəldilməsi nəzərdə tutulur. Mövcud dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq funksiyasını yerinə yetirəcək Baş idarənin əməliyyat işçiləri, o cümlədən prokuror, müstəntiq, əməliyyatçı və texniki işçilərin sayında əhəmiyyətli dəyişikliklər baş verəcəkdir ki, bütün bunlar qurumun korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətinin daha səmərəli qurmasına şərait yaradacaqdır. - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti barədə nə deyə bilərsiniz? - Azərbaycan Respublikasının BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi fəaliyyətə başladığı andan mütəşəkkil cinayətklarlığın ən təhlükəli təzahürlərindən bu sosial hadisəyə qarşı kəskin və barışmaz mövqeyini nümayiş etdirməkdədir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə fəaliyyətini uğurla əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da artırmış, qurumun göstəriciləri və potensialı yüksələn xətlə inkişaf etmişdir. Korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi,onları doğuran səbəb və şəraitinin aradan qaldlrlması və belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir. Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün ayrı-ayrı sahələr üzrə bələdçilər, maarifləndirmə nəşrləri hazırlanmışdır. Eyni zamanda müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif kitablar buraxılmış, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu siayəsti və onun nəticələrini əks etdirən və müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq tədbirlərdə yayılması təmin edilmişdir. İstintaq olunan və tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə artmış, vurulmuş ziyanın ödəmə məbləğində əhəmiyyətli artım müşaiyət olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur. - Gözlənilən dəyişikliklərin zərurəti və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin gələcək fəaliyyət hədəfləri barədə fikirləriniz maraqlı olardı. - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində, Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Cənab Prezident cəmiyyəti ən çox narahat edən bu sosial bəla ilə işin 2013-cü ildə daha da böyük miqyasda getdiyini, bu istiqamətdə siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulamış, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan etmişdir. Son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmışdır. Dayanıqlı inkişafa yönlmiş yeni strateji vəzifələrin həyata keçirildiyi respublikamızda korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin kəsərinin daha da artırılması barədə Dövlət başçısının tapşırıqlarının daha müfəffəqiyyətlə icrası üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurum olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin statusu və səlahiyyətləri ilə bağlı dəyişikliklər zamanın tələbidir. Qarşıda duran vəzifələrin uğurla həyata keçrilməsi üçün cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühütinin daha da yaxşılaşdırılması, vətəndaşlarda korrupsiyaya qarşı dözümsüzlük iradəsinin formalaşdırılması idarənin əsas hədəfləri sırasındadır. Azərbaycan prokuroluğunun kollektivi göstərilən yüksək etimadı uca tutaraq Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mübarizə tədbirlərinin təmin olunmasını təmin edəcəkdir. |
2014-01-28 | 7,529 | Sabiq müdafiə naziri Veteranlar Şurasının sədri seçildi | Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. Bakı Şəhər Veteranlar Şurasından istefada olan polkovnik Cahangirov Məhərrəmin verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikası Veteranlar Şurasının Plenum iclası keçirilib. İclasda Şuranın sabiq sədri Əlövsət Baxışovun vəfat etməsi ilə əlaqədar, sədrliyə sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin namizədliyi irəli sürülüb və səsə qoyulub. D. Rzayev Veteranlar Şurasının sədri seçilib. İclas zamanı Vəfat etmə və Şuradan ayrılma səbəbləri ilə Rəyasət Heyətinin vakant yerlərinə 11 nəfər seçilib. Qeyd edək ki, Dadaş Rzayev, 1993-cü ilin 20 fevralından, 1993-cü ilin 17 iyununa qədər Azərbaycan Respublikasının müdafiə naziri olub (ANS). |
2014-01-28 | 7,530 | İsa Qəmbər AXCP-Müsavat savaşına son qoymağa çağırdı | "Hörmətli dostlar, Xanımlar və bəylər! Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də, hələ bitməyib." "Axar.az" xəbər verir ki, bu sözləri özünün Feysbuk səhifəsində Müsavat partiyasının sədri İsa Qəmbər AXCP üzvləri ilə aralarındakı "söz davasında atəşkəsdən" bəhs edərkən yazıb. O bildirib ki, ilk əvvəl atəşkəsə nail olmaq, daha sonra isə birdəfəlik bu davaya son qoymaq lazımdır: "Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək. Mən ilk növbədə müsavatçılara və "Yeni Müsavat"çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram". Müsavat başqanı Rəsulzadənin dostunun Bakıya gəlməsini və belə bir gündə savaşmağın doğru olmadığını da yazıb: "Bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın". |
2014-01-28 | 7,531 | Ramil Usubov polis rəislərinə tapşırıq verdi | Bu gün Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, yola saldığımız 2013-cü il Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi kursunun inkişafı, İlham Əliyevin xalqın yekdil etimadı ilə yenidən dövlət başçısı seçilməsi ilə əlamətdar olub. İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt təşkil edib. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət "isti izlərlə" açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib. Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törədən 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb. Nazir bildirib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələrlə müşayiət olunub. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilmiş, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilib. Respublikada dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb. İclasa yekun vuran nazir qeyd edib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir. Şəxsi heyətin peşəkarlıq səviyyəsi də daim artırılmalı, bu sahədə peşə hazırlığı sistemində məqsədyönlü tədbirlərin keçirilməsinə önəm verilməlidir. Ərazi polis orqanlarının rəisləri və nizami hissələrin komandirləri xidmətə qəbul prosesində namizədlərin intellektual səviyyəsinə, fiziki inkişafına və müəyyən edilmiş digər meyarlara ciddi diqqət yetirməlidirlər. Ramil Usubov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək (Aznews.az). |
2014-01-28 | 7,532 | Göyçayda ev yandı: 1 ölü | Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Mehman Muradov küçəsindəki 56 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızına məxsus ümumi sahəsi 180 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin döşəməsi və oradakı divan yanıb. Yanğın söndürülən zaman qaz sobasının yanında ev sahibi Şükufə Vəliyevanın meyiti tapılıb. Məlum olub ki, isinmək üçün sobanın yanında oturan 79 yaşlı qadın naməlum səbəbdən sobanın üstünə yıxılıb və yanaraq dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Tənha yaşayan qadının hansı səbəbdən sobanın üstünə yıxılması və orada yanaraq ölməsi faktı araşdırılır. |
2014-01-28 | 7,533 | Erməni diversiya qrupunun üzvü ilə bağlı açıqlama - Video | 17:02 Ermənistan təxribat qrupunun üzvü olduğu ehtimal edilən silahlı şəxs tutulub. Tovuz rayonun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi saxlanılıb. Verilən məlumata görə, erməni hərbçisi cəbhənin təmas xətti istiqamətindən Azərbaycana keçib. Mülki geyimdə olan şəxsin üzərində odlu silah olub. Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib ("AzNews.az"). *** 18:16 Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib. Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb. Saat 16 radələrində Tovuz rayonun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub. 20:05 Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb. "Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır. |
2014-01-28 | 7,534 | ANS “cin çıxarma”ya görə cərimələndi | Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası", "ANS Müstəqil Yayım və Media Şirkəti", "Lider TV və Radio Azərbaycan" MMC tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. Bundan əlavə iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"na xəbərdarlıq elan edilib. Həmçinin "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti" Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilib ("Az.azvision.az"). |
2014-01-28 | 7,535 | Keçmiş əsgər Quranı yerə çırpdı – Video | Amerikada bir keçmiş əsgər Ben Smit bir toplantıda İslamı təhqir edib və Quranı yerə çırpıb. "Axar.az" xəbər verir ki, keçmiş donanma əsgəri Smit bu hərəkətindən sonra salondakılardan alqış alıb. Smit "ərəb baharı", müsəlmanlıq və xəlifəlik kimi anlayışların Quranda olduğunu deyəndən sonra müqəddəs kitabı yerə çırpıb. |
2014-01-28 | 7,536 | Bu gün yazarlardan kim davaya gedərdi, kim yox - Sorğu | Son vaxtlar cəbhə xəttində narahatçılıq yaşanır. Düşmən tərəfin dəfələrlə atəşkəsi pozması əsgərlərimizin cavab atəşi ilə susdurulur. Bu bizə təskinlik versə də, müharibə hələ ki, bitməyib. Bəs görəsən qələm əhlimiz "çağırsa ellər, gedərmi davaya?" Getsələr, müsəlləh əsgərə dönə bilərlərmi? Cəbhə xəttində onların əllərində qələm, yoxsa, silah olacaq? Bu suallarla yazarlarımıza "çağırış vərəqəsi" göndərdik. Döyüşməyə gücüm var Gənc şair–tərcüməçi Cəlil Cavanşir: "Əlbəttə gedərəm. Hələ ki, döyüşməyə gücüm var, döyüşərəm",– dedi. Adam öldürmək vəhşilikdir Şair Saday Şəkərli "çağırış vərəqəmizi" alan kimi müharibəyə, onun qan-qadasına nifrət etdiyini yazdı: "Mənim davalıq halım yoxdur. Adam öldürmək vəhşilikdir. Torpaq da, can da bizim olmayandır". Yazmaq da lazımdır AYB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, şair Xəyal Rza: "Sonunu düşünən qəhrəman olmur! Vətən üçün döyüşmək də, yazmaq da, şəhid olmaq da şərəfdir. Qorxaq min dəfə ölər, igid bir dəfə, deyiblər. Düşünürəm ki, həm döyüşərəm, həm də yazaram. Gələcək nəsillər oxuya bilsin deyə, qəhrəmanlıqları yazmaq da lazımdır". Təki, ellər çağırsın bizi Yazıçı Varis Yolçuyev də çağırış vərəqəsinə "qol çəkdi", döyüşə hazır olduğunu dedi: "Müharibəyə gedib Vətən üçün döyüşmək hər kəsin müqəddəs borcudur. Hansı ampluada faydalı ola bilərəmsə, təbii həmin ampluada da davaya getməyə hazıram, təki, ellər çağırsın bizi". Mən nəsr stilində döyüşərdim Şair Qurban Yaquboğlu: "Ellər çağırsa, əlbəttə, müharibəyə getməlisən. Müharibə isə bütün şəxsi fəaliyyətin, sənətin bitdiyi müstəvidi. Orda öldürməsən, öldürüləcəksən. Ancaq açığı, yəqin mənim döyüşüm şeirin sərbəst vəznində olmazdı. Heca və əruz döyüşü də mənə yaramaz. Mən nəsr stilində döyüşərdim - sonda, epiloqda Günəş qəhrəmanın üzünə düşür. Fərqi yoxdu, qəhrəman ölüb, ya sağdı",- dedi. Bu ləkəylə yaşamaq rəzillikdir Tanınmış jurnalist Zöhrab Əmirxanlı: "Yox, Allah məni 13 yaşımdan ora qədər bədbəxt eləyib ki, heç nəyə yaramıram... Ancaq öyüd-nəsihət verə bilərəm. O zəhrimara da bu gün heç kəs burun silmək istəməz. Amma bütün ömür boyu bu ləkəylə yaşamaq rəzillikdir... gedərəm davaya". Qələm işə yaramır Yazıçı Sayman Aruz: "Gedərəm. Milli dava hamının davasıdır. Qələmin də silah olduğu vaxtlar olur. Ancaq elə vaxtlar da olur ki, qələm işə yaramır və ancaq silah götürüb torpaq və millət uğrunda candan keçməli olursan. Mən müharibə tərəfdarı olmasam da, bəzən onu qaçılmaz hesab edirəm". |
2014-01-28 | 7,537 | Vitse-spiker: “Cəbhədə lokal döyüşlər gedir” | Bahar Muradova: "Ermənilərin istər Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistan-Azərbaycan sərhədində tək dayanmadıqları bəllidir". "Vəziyyət kifayət qədər narahatedicidir. Bunun üçün də ölkə rəhbərliyi müzakirələr də, tədbirlər də keçirə bilər, müvafiq qərarlar da qəbul edə bilər. Buna çox normal və təbii yanaşıram. Hər-halda vəziyyətin nə yerdə olması, necə olması ölkə rəhbərliyi tərəfindən dəyərləndirilməlidir". Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Publika.az"a açıqlamasında Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirəyə münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, insanların narahatlığını dövlət rəsmilərinin də bölüşməsi və bu məsələ ətrafında müzakirələr aparmasını müsbət qiymətləndirir.B. Muradova cəbhədəki son durumu və Ermənistan tərəfindən atəşkəsin mütəmadi pozulmasına da münasibət bildirib. Onun sözlərinə görə, burda məqsəd danışıqlar prosesində Ermənistandan tələb olunan addımları atmamaq üçün müxtəlif provokasiyalar yaratmaqdır: "Ötən ilin sonunda danışıqlar müsbət məcraya qədəm qoymuşdu. Cənab Prezidentin də açıqladığı kimi bundan sonrakı danışıqlar prosesi Ermənistanın necə mövqe tutacağından asılıdır. Dövlət başçısı konstruktiv mövqe tutacaqları təqdirdə bir çox irəliləyişlər əldə etməyin mümkünlüyünü söyləmişdi. Görünür, bu istiqamətdə addımlar atmaq iqtidarında olmayan Ermənistan üstünlüyü təmas bölgəsində gərginliyin yaradılmasında görür. Ona görə də bu cür provokasiyalar göz önündədir. Çox təəssüf ki, cəbhədə vəziyyət artıq lokal döyüşlər xarakteri alıb və hər gün insan itkisi ilə, zabitlərimin, əsgərlərin ölümü, yaralanması ilə müşahidə olunur ki, bu da yolverilməzdir. Azərbaycan tərəfi də haqlı olaraq onların cavabını verir". Erməni tərəfinin atəşkəsi pozmağa başladığı ərəfədə ölkə rəhbərinin xarici səfərdə olması, eləcə də iki ölkə xarici işlər nazirlərinin görüşməsini də şərh edən B. Muradova bildirib ki, burda məqsəd həmin görüşlərdə diqqəti yalnız lokal döyüşlərə, atəşkəsin pozulması hallarına daha çox yönəltmək və fikri bütövlükdə prosesin yox, onu ayrıca elementi üzərində cəmləməkdir: "Ən azı bunu söyləmək olar. Diqqəti buna yönəltməkdə məqsəd o idi ki, əsas prinsiplərin razılaşdırılması, bilavasitə sazişə keçilməsi ilə bağlı fikirlər kənarda qalsın, danışıqlar yalnız bunun ətrafında getsin. Mən şəxsən belə dəyərləndirə bilərəm. O ki qaldı cənab Prezidentin ölkədən kənarda olması ərəfəsində bunların baş verməsinə, məsələyə başqa cür yanaşmaq lazımdır. Axı, Azərbaycanda elə bir gün olubmu ki, cəbhədə atəşkəs pozulmasın. Hər gün, hər gecə atəşkəs pozulur. Mən cəbhə bölgəsini təmsil etdiyim üçün vaxtaşırı bu bölgələrdə oluram. İnsanlar hər gün təhlükə altındadır. İstər sərhəd, istər təmas xətlərinə yaxın ərazilərdə bu cür ağır, gərgin bir şəraitdə yaşayırlar". Müdafiə Nazirliyinin "cəbhədə qeyri-erməni dilində komandalar verilir" açıqlamasını da dəyərləndirən vitse-spiker qeyd edib ki, belə bir açıqlama varsa, deməli, bunun əsasları da var və hansısa faktlara söykənir. "Komandanın hansı dildə verildiyi açıqlanmadığı üçün hansısa fikir söyləyə bilmərəm. Lakin istənilən halda ermənilərin istər Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistanla Azərbaycan sərhədində tək dayanmadıqları da bəllidir", - deyə B. Muradova diqqətə çatdırıb. |
2014-01-28 | 7,538 | "Azdrama"nın saytını dağıdan haker "Axar.az"a danışdı | Azərbaycan Dövlət Dram teatrının saytına haker hücumu olub. "Axar.az" xəbər verir ki, hazırda teatrın saytına (azdrama.az) daxil olanda Səddam Hüseynin şəklindən başqa heç nə görünmür. Saytı dağıdan hakerlərin sayta İraqın keçmiş prezidenti Səddam Hüseynin şəklini hansı məqsədlə qoyduqları məlum deyil. *** Maraqlısı odur ki, saytı sındıran insan özünün tvitter hesabının adını da sayta qeyd etməyi unutmayıb. Əməkdaşımızın həmin ərəb əsilli tvitter istifadəçisi ilə yazışmasından sonra bəlli olub ki, həmin haker bunu heç bir sifariş olmadan edib. O, deyib ki, saytda boşluq gördüyü zaman onları dağıdır və bu onun hobbisidir. |
2014-01-28 | 7,539 | MTN-dən radikal dini qrupların təxribatına münasibət | Milli Təhlükəsizliyin Nazirliyi (MTN) Azərbaycanda radikal dini qrupların üzvlərinin ölkə daxilində törədə biləcəyi təxribatlar barədə yayılan xəbərlərə münasibət bildirib. MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər görülür, əməliyyat şəraitinə nəzarət olunur. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün verdiyi fətvada bildirilir ki, dindarlarımız dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələalma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar. Qazılar Şurasında çıxış edənlər bəzi radikal dini qrupların hətta Azərbaycanda təxribat törətməyə çalışdıqlarını bildiriblər. QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadə isə bildirib: "Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar" |
2014-01-28 | 7,540 | Azay Quliyev Macarıstan nümayəndə heyəti ilə görüşdü | Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Macarıstanın "İnnovativ Kommunikasiya Fondu"nun rəhbərliyində təmsil olunan Adam Horvat, Balazs Szabo və Əhməd Barışçı ilə görüşüb. Şuranın dəstəyi ilə Fondun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çəkməyə başladığı film haqqında məlumat verən nümayəndə heyətinin üzvləri səfərin mövzu ilə tanışlıq xarakteri daşıdığını bildirərək ssenari üzərində işin konkret faktlara söykənərək davam etdirilməsi üçün ölkəmizdə keçirəcəkləri çoxsaylı görüşlərin mühüm əhəmiyyəti olduğunu vurğulayıblar. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və törətdiyi faciələr barədə qonaqlara məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev filmin real faktlara istinad edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş miqyasda və dolğun şəkildə çatdırılmasına yardım edəcəyinə ümidvar olduğunu bildirib. Azay Quliyev həmçinin, münaqişə ilə bağlı qəbul edilən beynəlxalq sənədlərə istinad edilməsinin və müxtəlif ölkələri təmsil edən ekspertlərin filmdə yer almasının faydalı olacağını qeyd edib. Xatırladırıq ki, filmin yaradıcı heyəti qaçqın və məcburi köçkünlərlə, sağ qalmış Xocalı sakinləri ilə, münaqişəni araşdıran qurumların nümayəndələri və ekspertlərlə görüşmək, eləcə də cəbhə bölgələrinə səfər etmək niyyətindədirlər. |
2014-01-28 | 7,541 | Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalandı | Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliya arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr keçirilib. Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb və yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb. Tədbirdə İtaliyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi də iştirak ediblər. |
2014-01-28 | 7,542 | Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verdi | "Radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır". Daxili işlər naziri Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verib. ANS PRESS-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 28-də DİN-də 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, cənab Prezidentin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: "Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır". Nazir qeyd edib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir. Nazir, general-polkovnik Ramil Usubov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək. |
2014-01-28 | 7,543 | QMİ Şeyxlə bağlı məlumatlara cavab verdi – Rəsmi | "Mətbuatda şeyxlə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". Bu barədə "Axar.az"a Qafqaz Müsəlmanlar İdarəsindən məlumat veriblər. Məlumatda QMİ-nin belə informasiyalara şərh verməkdən imtina etdiyi bildirilib: "Qafqaz Müsəlmanlar İdarəsi yayılan məlumatların qarayaxma mahiyyəti daşıdığına və heç bir əsasa malik olmadığına görə şərh verməkdən imtina edir". Qeyd edək ki, bu gün bir sıra mətbuat orqanlarına Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif adamlardan pul alması ilə bağlı məktublar daxil olmuşdu. Bir səhifəlik materialda QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs olunur. Yazının girişində Şeyxin vəhabi və nurçulardan çox danışdığı qeyd olunur və QMİ sədrindən vəhabilərdən aldığı pulların hesabını verməsi tələb olunur. Yazıda həmçinin Şeyxülislam bundan sonra danışmamaqla bağlı təhdid olunur, əks halda daha artıq ifşa ediləcəyi bildirilir. |
2014-01-28 | 7,544 | Azərbaycanda alçanın qiyməti inanılmaz həddə çatdı - Şok | Azərbaycan bazarlarinda alçanın qiyməti fantastik həddə çatıb. Bununla bağlı xəbəri "Axar.az"ın bazarlardan reportaj hazırlayan müxbiri verib. Bir neçə bazarda aparılan müşahidələrdən məlum olub ki, bu günlər alçanın bir kilosu bazarlarımızda 900-dən 1000 manata qədərdir. Bakının "Bazarstore" super marketlərinin ikisində alçanın dənəsi 7 manatdır. Bildirək ki, alça kilo ilə qiymətləndirilsə də, ədəd-ədəd satılır. "Bazarstore" satıcısının dediyinə görə, alçanın bu qədər bahalı olmasının səbəbi onun qışa qədər saxlanma şəraitinin çətinliyi ilə bağlıdır. Mövsüm vaxtı alçanın kilosunu 4 manata alan alıcılar onu xüsusi soyuducularda saxlayıb, qışda satışa çıxardırlar. Bir ton alçadan çox hissəsi saxlanma müddətində xarab oluduğu üçün yalnız məhsulun az miqdarı satışa çıxarıla bilir. Nəzərinizə çatdıraq ki, "Bazarstore" marketlər şəbəkəsindən başqa digər marketlərdə alça demək olar ki, satılmır. Nəsimi bazarında isə gördüyümüz qiymət daha da təəccüb doğurur. Burda satıcı alçanın dənəsini 15 manata təklif edir. Məhsulun qiyməti isə digər meyvələrdən fərqli olaraq nə "Bazarstore" marketlər şəbəkəsində, nə də "Nəsimi" bazarında göstərilir. Bir məsləni də xüsusi vurğulayaq ki, sadalanan obyektlərdə alça "piştaxta altından" satılır. |
2014-01-28 | 7,545 | Kəmaləddin Heydərov gürcü nümayəndələri ilə görüşüb | Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, K.Heydərov hər iki ölkə arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. V.Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Gürcüstanın daxili işlər nazirinin müavini V.Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. |
2014-01-28 | 7,546 | Bakıda şirkət əməkdaşı 37 min manatı mənimsəyib | "Ləzzət Qida Sənaye" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, "Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. |
2014-01-28 | 7,547 | Nərgiz Paşayeva qızı ilə birlikdə açılışda - Foto | Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Real məkan. Konseptual məkan" – alman fotoqrafiyası 90-cı illərdə" adlı fotoşəkillərdən ibarət sərgi açılıb. Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və paytaxtımızda belə bir sərginin açılmasını gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləyib. Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirib ki, "Müasir alman fotoqrafiyasının aspektləri" adlı tədbirlər çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının inciləri nümayiş etdirilir. Sərgidə Susanna Brügger, Tomas Demand və Haydi Şpekerin üç müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu həm Haydi Şpekerin "çəkilmiş" mücərrəd memarlıq şəkillərində, həm Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə bağlı spesifik bir polemikanı göstərir. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel belə sərgilərin açılmasının ölkələrimiz arasında mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini söyləyib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya, "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovaya və Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirən səfir hər kəsi fevralın 28-dək davam edəcək sərgi ilə yaxından tanış olmağa çağırıb. Bakıda ilk dəfə olduğunu bildirən fotoqraf Haydi Şpeker diqqətə çatdırıb ki, sərgidə təxminən otuz müxtəlif fotoşəkil təqdim edilib. Vurğulanıb ki, "Real məkan. Konseptual məkan" adlı sərgi 1998-ci ildən etibarən dünyanın 50-dək müxtəlif ölkəsində nümayiş etdirilib. Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman fotoqraflarının əsərlərini yüksək qiymətləndirib. Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova vurğulayıb ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır. Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi Şpeker "YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında gənc fotoqraflar üçün seminar keçirəcək. (AzərTac)) |
2014-01-28 | 7,548 | Erməni icmaları ilə danışıqlar nəticə verə bilər | Azərbaycan və erməni icmaları arasında dialoqun aparılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ikinci iş günündə keçirilən sərbəst dinləmələrdə ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib. Millət vəkili çıxışında Assambleyanın diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasının və münaqişə bölgəsində yaşayan Azərbaycan və erməni icmaları arasında təmasların yaradılmasının vacibliyinə yönəldiv və bunun sülh danışıqlarına töhfə verəcəyini deyib: "Azərbaycan və erməni icmaları arasında dialoqun başlanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər. Belə ki, ATƏT-in Minsk qrupu yaradılanda tərəflər kimi Azərbaycan və Ermənistan, habelə maraqlı tərəf kimi isə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında danışıqların aparılması nəzərdə tutulmuşdu. Mən əminəm ki, dialoqun başlaması danışıqlar prosesinə öz töhfəsini verə bilər. Biz bu istiqamətdə axtarışlarımızı davam etdirəcəyik. 1990-cı illərin əvvəllərində mövcud olan problemlərimizi aradan qaldırmaq üçün öz aramızda danışıqların başlanmasını təklif edirdik. İlk vaxtlarda bu, bəlkə də çətin bir proses idi. Ancaq mən tam əminəm ki, biz danışıqlar masası ətrafında oturub dialoqa başlasaq, çox şeyə nail ola bilərik və bununla da aparılan sülh danışıqları prosesinə öz töhfəmizi vermiş olarıq. Buradakı həmkarlarımdan bu dialoqu yaratmaq istəyimizə dəstək verməyi xahiş edirəm". R.Rzayev çıxışında son bir neçə gündə təmas xəttində vəziyyətin gərginləşdiyinə də toxunub: "Üç gün bundan əvvəl qoşunların təmas xəttində güclü atışmalar baş verib. Bu işdə bizə, yəni azərbaycanlılara və ermənilərə kömək edə bilməsək, gələcəkdə çox dəhşətli nəticələrlə üzləşə bilərik. Buna görə də sizə müraciət edirəm və ümid edirəm ki, siz bizə bu məsələdə əməli köməklik göstərə bilərsiniz". (Trend) |
2014-01-28 | 7,549 | Azərbaycanda ÜDM 5,8 faiz artıb | Ötən ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. "Axar.az"ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz artıb. Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32 faizini təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 1 faiz artıb. Ötən ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz) əlavə dəyər yaradılıb. Eyni zamanda informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib. |
2014-01-28 | 7,550 | Rusiya azərbaycanlı səyahətçiyə heyrandır - Video | Rusiya mətbuatı Azərbaycanın tanınmış səyahətçisi Ramil Ziyadov barədə məlumat verib, "Rossiya 1" telekanalı isə onun Pyatiqorsk şəhərinə gəlişi haqqında xüsusi reportaj hazırlayıb. Yanvarın 10-da "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşən R. Ziyadov artıq Tbilisi, Vladiqafqaz və Nalçiki geridə qoyub. Səyahətçi "Stavropolye" televiziyasına bildirib ki, uşaqlıqdan müxtəlif ölkələrdə olmaq arzusu ilə yaşayıb: "İndi mənim xəyallarım gerçək olur". Pyatiqorsk administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, şəhərdə Azərbaycan velosipedçisini mehriban qarşılayıblar: "O, burada mətbuat nümayəndələri ilə görüşüb. Rus şaxtası onu zərrə qədər qorxutmayıb. Əksinə, çətinliklər onu daha da ruhlandırır. Velosipedinə canlı varlıq kimi yanaşan səyahətçi ona "Çöl küləyi" adı verib". "Russkaya planeti"nin məlumatına görə, R.Ziyadov deyib ki, qışda dağlarda gecələmə təcrübəsi var: "Tayqanı, Qafqaz döngələrini, Qazaxıstan çöllərini qət etmişəm. Xüsusi geyim məni şaxtadan qoruyur". R.Ziyadov "Şimali Qafqaz portalı"na deyib: "Rusiyada yollarda danışdığım insanların səmimiliyini və xeyirxahlığını hiss edirəm". Rusiya mətbuatının məlumatına görə, Azərbaycan səyahətçisi velosipedin üstünlüklərini nümayiş etdirməyə çalışır: "Sağlamlığa müsbət təsir edən, ətraf mühitə ziyan vurmayan velosiped sayəsində nadir gözəlliklərin olduğu yerlərə getmək mümkündür". Qeyd edək ki, yanvarın 10-da Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşmüşdü. R.Ziyadov deyib ki, velosipedlə Gürcüstan ərazisi ilə Rusiyaya gedəcək: "Moskva, Sankt-Peterburq və Murmansk kimi iri şəhərlərdən keçəcəyəm. Bu, qış dövrünə təsadüf edəcək. Sonra marşrutum Belarus, Ukrayna, Moldova və Türkiyə ərazisi ilə davam edəcək. Bu mənim üçün böyük sınaq olacaq. Həmçinin bütün dünyaya nümayiş etdirmək istəyirəm ki, azərbaycanlılar güclü və bacarıqlıdırlar. Turne ərzində hər yerdə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri barədə danışacağam". R.Ziyadov Bərdədə öz sahəsini sataraq əldə etiyi vəsait hesabına velotur həyata keçirir. Xatırladaq ki, R.Ziyadov 2013-cü ildə beş ölkə üzrə velotur həyata keçirib. O, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisini 6 aya qət edib. Təqribən 15 min kilometr qət edən R.Ziyadov belə uzun məsafə keçmiş ilk azərbaycanlı velosipedçi olub. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdi və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" devizi altında keçirilmişdi. (Trend) |
2014-01-28 | 7,551 | Qəzzafinin daha bir oğlu həbs edildi | Niger hökuməti Liviyanın qətlə yetirilən sabiq lideri Müəmmər Qəzzafinin oğlu Səid Qəzzafini həbs edib. Onunla birgə Qəzzafi rejiminin bir sıra keçmiş funksionerləri, o cümlədən dövlət televiziyasının başçısı Abdulla Mənsur da saxlanılıb. Liviya rəsmiləri hələ ki, xəbəri nə təsdiq, nə də təkzib edib. Sədi Qəzzafi 2011-ci ilin sentyabrında Nigerə qaçıb. Tripolinin onu geri vermək barədə çoxsaylı tələblərinə baxmayaraq, Niger prezidenti Muhammed Yusef 2012-ci ildə Sədi Qəzzafiyə şəxsən siyasi sığınacaq vermişdi. ("Musavat.com") |
2014-01-28 | 7,552 | Avropa Şurası Qarabağ məsələsində aciz olduğunu etiraf etdi | Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci gününün plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland assambleya üzvləri qarşısında təşkilatın fəaliyyəti haqda hesabat verib. Daha sonra assambleya üzvləri baş katibə suallar ünvanlayıblar. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı sual verərək, AŞ-nin 10 ildir, Ermənistanın təcavüzkar siyasətinə dözməsinin, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsinin səbəblərini soruşub. T. Yaqland baş katib olduğu 5 il ərzində bu məsələdə heç bir irəliləyişin olmadığını vurğulayıb, Avropada həll olunmamış münaqişələrin hələ də qalmasından təəssüfünü ifadə edib: "Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, ancaq bu məsələdə Avropa Şurasının da üzərinə böyük məsuliyyət düşür. Çünki bu məsələnin əsasını təşkil edən insan haqları problemi Avropa Şurası üçün prioritet olaraq qalmaqdadır. Avropada "qara nöqtələr" adlandırdığımız yerlər var ki, orada Konvensiyamız təəssüf ki, qüvvədə deyil və biz oraya müdaxilə edə bilmirik". |
2014-01-28 | 7,553 | Olland Türkiyədən öldürülən PKK-lı qadınları soruşdu | Fransa prezidenti Fransua Olland Türkiyədə keçirdiyi görüşlərdə Parisdə öldürülən PKK-lı qadınlar barədə müzakirə aparıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, Olland məsələ ilə bağlı türkiyəli səlahiyyətlilərdən daha çox məlumat axtarılmasını istəyib. Türkiyəli səlahiyyətlilər isə Türkiyənin bu məsələ ilə bağlı heç bir əlaqələrinin olmadığını bildirib. |
2014-01-28 | 7,554 | ARDNŞ-dan ixtisar olunan işçilərlə bağlı yenilik | Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsi və idarəetmənin çevikliyinin artırılması məqsədilə bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın icrası ilə əlaqədar müşavirə keçirilib. "Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, müşavirədə ARDNŞ-nin aidiyyəti idarələrinin rəhbərləri, həmçinin kadr, hüquq, iqtisadiyyat və uçot idarələrinin rəisləri iştirak ediblər. ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov idarələrdə və müəssisələrdə bu prosesin gedişi ilə bağlı işəgötürənlərin məlumatını dinləyib və çıxış edərək bildirib ki, hazırda şirkətin strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə zəruri tədbirlər həyata keçirilir: "Bəzi struktur vahidlərində bir neçə pilləli idarəçilik sistemi daha çevik və operativ strukturla əvəz olunur. Bu tədbirlər ARDNŞ-nin beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslərin gedişində şirkət rəhbərliyi üçün əsas amil insan faktorudur, ləğv olunmuş idarələrdə işçilərin məşğulluğunun maksimum təmin olunmasıdır. Lakin strukturun sadələşdirilməsi prosesində bəzi müəssisələrdə müəyyən sayda işçi heyətin sərbəstləşməsi də labüddür. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin tapşırığı bundan ibarətdir ki, sərbəstləşən işçilər daim şirkətin qayğısını hiss etməli, onların mövcud vakant ştatlara yerləşdirilməsi işi tam ədalətli və şəffaf aparılmalıdır". Sərbəstləşən işçilərə münasibətdə Şirkət prezidentinin tapşırığına əsasən 3 istiqamət üzrə adekvat tədbirlərin həyata keçirildiyini vurğulayan X.Məmmədov müvafiq təlimatlandırmanın aparılmasına ehtiyac olduğunu söyləyib. Qeyd olunub ki, birinci istiqamət sərbəstləşən işçilərin ixtisas və səriştələrinə uyğun vakant ştatlar olduqca şirkətin müəssisələrində yerləşdirilməsini əhatə edir: "ARDNŞ-nin idarə və müəssisələrinə işə kənardan qəbul 3 aydır ki dayandırılıb və bütün vakant ştatlara struktur təkmilləşdirilməsi tədbirləri nəticəsində sərbəstləşən işçilər yerləşdiriləcək. Bu məqsədlə İnsan Resursları Departamenti xətti ilə test yoxlamaları keçirilməli, onların bilik və səriştələri obyektiv qiymətləndirilməlidir". Daha sonra ikinci istiqamət üzərində dayanan vitse-prezident bildirib ki, ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilər "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"a qoşularaq ixtisas dəyişməsi üçün Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Təlim Mərkəzlərində keçirilən kurslara cəlb oluna bilərlər. Bu kateqoriyadan olan sərbəstləşən işçilər Proqram müddəti (1 il) ərzində əməkhaqlarının 50%-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, Şirkətin, habelə neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər. ARDNŞ-nin Təlim Mərkəzlərinin bu istiqamətdə lazım gələn bütün tədbirləri görmək üçün tam hazır olduğunu söyləyən X.Məmmədov bildirib ki, sərbəstləşən işçilərə münasibətdə Şirkətin həyata keçirəcəyi tədbirlərin üçüncü istiqamətini ənənəvi neftçi peşələrinə malik olmayan və əsasən idarəetmə strukturlarında çalışmış şəxslərlə iş təşkil edir. ARDNŞ bu istiqamətdə də sosial məsuliyyəti öz üzərinə götürərək, sərbəstləşən işçilərə lazımi dəstək göstərməyə hazırdır. Bu istiqamət üzrə Azərbaycanda əmək bazarının diqqətlə öyrənilməsi, ehtiyac duyulan peşə və ixtisasların müəyyənləşdirilməsi, həmin ixtisaslar üzrə müvafiq kursların təşkil olunması, tədris üçün hətta lazım gələrsə, xaricdən aparıcı mütəxəssislərin dəvət edilməsi kimi tədbirlər nəzərdə tutulur. Burada qazanılacaq uğurun sərbəstləşən işçilərin yeni ixtisas qazanmaq istəklərindən asılı olduğu xüsusi vurğulanıb. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"ın icrasının həyata keçirilməsi məqsədilə yaradılmış komissiyanın sədri, ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov hazırda proqramdan xeyli işçinin yararlandığı bildirib və sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağını vurğulayıb. Müşavirədə görülən işlərlə bağlı idarə rəhbərlərinin hesabatı dinlənilib, ortaya çıxan suallar ətraflı cavablandırılıb, sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın ayrı-ayrı maddələri üzrə konkret tapşırıqlar verilib. |
2014-01-28 | 7,555 | Ermənistan ələ keçən diversantından danışdı | Bu gün təmas xəttini keçən erməni Xocayan Mamikan Tiqranoviç haqqında erməni mətbuatı açıqlama yayıb. "Axar.az" ANS-ə istinadən bildirir ki, erməni mediası Xocayanın üzüm toplamağa gəldiyini iddia edib. Xatırladaq ki, Tovuz sakini tərəfindən tutulan erməninin düşmən ordusunun kəşfiyyat-diversiya qrupunun bələdçisi olduğu rəsmən təsdiqlənib. |
2014-01-28 | 7,556 | Ağdamın Çıraqlısı: sakinlər atəş altında – Video | Erməni silahlı qüvvələrinin atəş altında saxladığı kəndlərdən biri də Ağdamın Çıraqlı kəndidir. Video-süjetdə ermənilərin mülki əhalini, kənd sakinlərini güllə atəşi altında saxladığı, evləri gülləbaran etdiyi aydın görünür. Sakinlər 10 gündən artıqdır ki, sistemli atəş açıldığını bildirirlər. Çəkiliş qrupu kənddən çıxarkən, gecə yarı kəndə açılan növbəti atəşin səsi eşidilir. Ötən gecə hazırlanan video-süjeti "Axar.az" oxucularına təqdim edirik. |
2014-01-28 | 7,557 | Erməni əsgər anaları ayağa qalxdı - Video | Ermənistanda dinc şəraitdə öldürülmüş əsgərlərin anaları bu gün İrəvanın Azadlıq meydanına etiraz mitinqinə toplaşıblar. "Armenianreport" xəbər verir ki, polislər onlara etiraz aksiyası keçiriməyə imkan verməyiblər. Əsgər anaları Opera və Balet Teatrının binasının qarşısında toplaşmaq istəyiblər, amma polis hər tərəfdən onların yolunu kəsib. Həlak olmuş əsgərlərin qohumlarını itələyərək ərazidən çıxarmağa çalışıblar. Əsgər anaları əsəbiləşərək küçəyə çıxmaq və yolu kəsməyə çalışıblar. Onlar qışqırıblar: "Rüsvayçılıq! Öz analarınıza deyin ki, bu gün nə etdiniz!" (ANS). |
2014-01-28 | 7,558 | Övlad toyu görməyən Məhəbbət Kazımovla vida - Video | Dünən səhər saatlarında dünyasını dəyişən əməkdar artist Məhəbbət Kazımovun bu gün Xırdalan Mədəniyyət evində yaxınları ilə vidalaşma mərasimi keçirilib. "Axar.az" xəbər verir ki, vida mərasiminə mərhumun yaxınları, sənət yoldaşları qatılıblar. Heç bir övladına toy etməyən əməkdar artistin vaxtsız ölümü yaxınlarını və onu sevənləri olduqca sarsıdıb. Məhəbbət Kazımovun yaxınlarının ona ölümündən sonra dedikləri ürək sözlərini təqdim edirik. |
2014-01-28 | 7,559 | Mikayıl Cabbarov koreyalı nümayəndələr ilə görüşüb | Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib. "Axar.az" Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub. Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər. Qeyd edək ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir. |
2014-01-28 | 7,560 | Rusiya dərman ixracını dayandırdı | Rusiya əczaçılıq şirkətləri dərman ixracatını dayandırıblar. Bu, dərman preparatlarına pasport verən qurumun indiyə kimi müəyyən edilməməsi ilə bağlıdır. Rusiya Əczaçılıq İstehsalçıları Assosiasiyası bildirir ki, bu, bağlanmış sazişlərin dayandırılmasına və maliyyə itkilərinə səbəb olub. Qurum çətinliklər barədə hələ 1 ay əvvəl xəbər vermişdi. Çətinlik bu ilin əvvəlindən Rusiya ərazisində GMP standartlarına keçidlə bağlıdır. Dərman istehsalına lisenziya yalnız GMP standartlarına uyğun şəkildə veriləcək. Artıq müddətsiz lisenziya almış müəssisələr isə dövlət inspeksiyasından keçərək bunu təsdiq etməlidir. 2012-ci ilin göstəricilərinə görə, Rusiyadan 636 milyon dollarlıq əczaçılıq vəsaiti ixrac edilib. (ANS) |
2014-01-28 | 7,561 | Çində quş qripi aşkar edilib | Ölkəyə idxal olunan toyuqlarda öldürücü H7N9 virusu aşkar edildiyi üçün Honq-Konqun Səhiyyə Nazirliyi bu gün 20 min toyuğun məhvinə göstəriş verib. Ağ paltarda və maskada olan işçilər toyuqları içərisində zəhərli qaz olan qara plastik torbalara yerləşdiriblər. Honq-Konqun ərzaq və səhiyyə naziri, doktor Ko Vinq-Man xəstə toyuqların ölkənin cənub Quandun bölgəsindən gətirildiyini deyib. Quş qripi virusunun aşkar edildiyi Çenq-Şa-Van bazarının sterilizasiya edildiyi və 21 gün müddətində bağlandığı, eləcə də toyuqların gətirildiyi bölgədən idxalın dayandırıldığı bildirilir.("Amerikaninsesi.org") |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.