date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-26 | 7,358 | Yol terroru: 1 ölü, 1 yaralı | Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb. Sürücüsünün kimliyi hələlik məlum olmayan "Qazel " markalı mikroavtobus aşaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib. "Qazel"in sərnişini Dondar quşçu kənd sakini 19 yaşlı Elşən Nəzərov ağır yaralanaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə hazırda zərərçəkmişin vəziyyəti kafidir. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır (ANS). |
2014-01-26 | 7,359 | "Neftçi" son oyunda məğlub oldu | "Neftçi" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib. Bakı təmsilçisi Polşanın "Slask" klubu ilə qarşılaşıb. Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Son Azərbaycan çempionu 50-ci dəqiqədə Elvin Yunuszadə ilə hesabı açsa da, rəqib 1 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu qoldan sonra polyaklar daha iki dəfə fərqləniblər - 1:3. Matç bu hesabla da başa çatıb. Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlmişdi. "Fənərbaxça" və "Metallurq" (Ukrayna) ilə qarşılaşmalarda isə hesab açılmamışdı. Qazaxıstanın "Tobol" klubunu isə 4:2 hesabı ilə məğlub etmişdi. (Trend) |
2014-01-26 | 7,360 | Oğuzda ovçu dağdan yıxılaraq öldü | Azərbaycanın Oğuz rayonunda ovçu ölüb. "Axar.az" APA- ya istinadən xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün rayonun Xaçmazqışlaq kənd sakini, 33 yaşlı Məmmədbağır Aydın oğlu Seyidəliyev ov etmək məqsədi ilə dağa qalxıb. Qarlı hava şəraiti olduğundan yüksəklikdən sürüşərək yıxılan M. Seyidəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. M. Seyidəliyevin meyiti tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. |
2014-01-26 | 7,361 | Bakıda qadın özünü dənizə atıb | Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir qadın intihara cəhd edib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qadın özünü dənizə atıb. Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb ediliblər. Hadisə yerində məlum olub ki, qadını xilas etmək üçün bir nəfər kişi də özünü dənizə atıb. Onların hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər. |
2014-01-26 | 7,363 | Yevlaxda yaşayış evi yandı | Yevlaxda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-ə istinadən xəbər verir ki, Yevlax şəhərində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 48 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-26 | 7,364 | Prezidentdən Heydər Əliyev haqda gözlənilməz sözlər | Dağıstan Respublikasının prezidenti Dövlət Universitetinin tələbələri ilə görüşüb. "Axar.az" xəbər verir ki, Rusiyada ənənəvi olaraq keçirilən Tələbə gününə həsr olunmuş görüş tələbələrlə dialoq şəklində keçib. Tələbələrdən birinin "Ramazan Abdulatipov kimləri həyatda öz müəllimləri hesab edir?" sualına prezident maraqlı cavab verib. "Düşünürəm, əsas müəllimim - anam, atam, xalam, məktəbdə ilk siniflərdə dərs verən müəllimim Varvara İvanovnadır. Onun o vaxt 19 yaşı var idi və bizim üçün ilahə idi. Hamımız ona aşiq olmuşduq. Bu hislərin sayəsində kitabları oxumağa başladım. Beşinсi sinifdə oxuyanda Varvara İvanovna kitabxanada işləyirdi. Və mən hər gün kitabxanaya gedirdim. Sonra o məni yoxlamağa başladı ki, götürdüyüm kitabları oxuyuram, ya yox. Səhər saat beşdə dururdum, kitablarımı oxuyub nahardan sonra kitabxanaya gedirdim... Xunzaxdan Məhəmməd Karaeviçi - məktəb direktorunu yaxşı xatırlayıram. Abilovanı, Haсı Həmzat Həmzətovu öz müəllimlərim hesab edirəm. Rəsul Həmzətov da müəllimim idi. Heydər Əlirza oğlu Əliyevi isə siyasət müəllimim hesab edirəm, biz uzun müddət bu müdrik insanla ünsiyyət saxlayırdıq. Mənim namizəd və həkim işi rəhbərim olmuş Tatyana Yuryevna Burmistrova. Mərkəzi Seçki Komissiyasının bölmə müdiri Vyaçeslav Mixaylov. Sonuncu müəllimimsə Vladimir Vladimiroviç Putindir. Məndən daha gənс olsa da, ondan çox şey öyrənmişəm. O, Rusiya Federasiyasının Prezident Administrasiyası başçısının müavini olaraq ərazilərə nəzarət edirdi, mən də Rusiya Federasiyası Hökumətinin sədr müavini vəzifəni tutaraq ərazilərə nəzarət edirdim. Onunla işləmək çox rahat idi. Biz işdə və bağda qonşuyduq. Məhəmmədəli Məhəmmədovu da müəllimim hesab edirəm - çox müdrik insandır. Mən indi də ondan öyrənməyə davam edirəm". |
2014-01-26 | 7,365 | Fransa Almaniyadan hərbi dəstək gözləyir | Fransa Afrikada baş verən hadisələrlə bağlı Almaniyadan dəstək gözləyir. "Axar.az" xəbər verir ki, bu barədə Almaniya Federal Müdafiə naziri Ursula von der Leyen deyib. Leyen bildirib ki, Malidə Almaniyanın 99 əsgəri var. Lazım olarsa Almaniya Malidəki əsgərlərinin sayını 250-yə çatdıra bilər. Bu addımı isə Fransa Almaniyadan gözləyir. BMT-nin hesabatlarında qeyd edilir ki, Malidə soyqırım təhlükəsi yaranıb. Avropa Birliyi ölkələri burada baş verəcək hadisələrin qarşısını öncədən almalıdır. |
2014-01-26 | 7,366 | Qadın xilas etməsəydi, o olmayacaqdı | 1894-cü ildə adı heç bir qaynaqda göstərilməyən rahibə bir qadın öz həyatını riskə ataraq 4 yaşında bir oğlan uşağını çayda boğulmaqdan xilas edib. "Axar.az"ın əldə etdiyi məlumata görə, qadının xilas etdiyi bu uşaq Adolf Hitler olub. Qeyd edək ki, Hitler bir neçə dəfə başqalarının köməyi ilə ölümdən xilas olub. |
2014-01-27 | 7,367 | 8 qat "Qremi" mükafatçısı musiqi ifa etməkdə acizdir | Dünyanın ən böyük musiqi mükafatlarından biri hesab edilən "2014 Qremi" mərasiminin başlanmasına saatlar qala məhşur müğənni Teylor Svift hələ də ifa edəcəyi musiqini seçməkdə qərarsızdır. "Axar.az" xəbər verir ki, qərarsız qalan Svift isə çarəni fanatlarından kömək istəməkdə tapıb. Belə ki, Svift "Twitter" hesabında "bu gün məşqdəydim, amma hələ də hansı musiqimlə səhnə alacağımı seçə bilmirəm, siz hansını istərdiniz?" deyə tvit atıb. Ancaq hələ də Teylorın hansı musiqini ifa edəcəyi bəlli deyil. Qeyd edək ki Teylor Svift müğənni kimi fəaliyyət göstərdiyi 8 ildə 8 "Qremi" alıb və ən çox bu mükafata sahib olan məhşurların siyahısındadır. |
2014-01-26 | 7,368 | Putinin sevimli döyüşçüsü ukraynalıya məğlub oldu - Video | Sankt-Peterburq şəhərində keçirilən qarışıq döyüş üzrə görüşdə ukraynalı Dmitri Sosnovski məşhur rusiyalı döyüşçü Aleksandr Yemelyanenkoya qalib gəlib. Sosnovski rəqibini birinci raundda məğlub edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı Aleksandr Yemelyanenko (24-7) hələ indiyə qədər məğlub olmayan 24 yaşlı Dmitri Sosnovskinin fəndlərinin qarşısında aciz qalıb. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin sevimli idmançılarından olan Aleksandr Yemelyanenko əfsanəvi Fyodr Yemelyanenkonun qardaşıdır. O, qarşıq döyüşlər (MMA) üzrə idman növünün ən məşhur təmsilçilərindəndir. |
2014-01-26 | 7,369 | Həsən Ruhani İranın nüvə proqramından danışdı - Video | "İranın xoşbəxt gələcəyi var". Bu sözləri 5 ay öncə İran İslam Respublikasının prezidenti seçilən Həsən Ruhani "Euronews" televiziyasının müxbiri İzabel Kumarla müsahibəsi zamanı deyib. İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak edən İran prezidenti müsahibəsində İranın nüvə proqramı çərçivəsində dünyanın aparıcı dövlətləri ilə əldə edilmiş razılaşmadan və İrana qarşı tətbiq edilmiş bəzi beynəlxalq sanksiyaların aradan qaldırılmasından söz açıb. – Cənab prezident, çox sağ olun ki, bizim proqramda iştirak etməyə razılıq verdiniz. Sizin Davosa gəlişiniz tarixi bir hadisədir, çünki bu səfər İran prezidentinin son 10 il ərzində Avropaya, xüsusilə də Ümumdünya İqtisadi Forumuna ilk gəlişidir. Sizin gəlişiniz bu inamsızlığa bir son qoymuş oldu. Siz bu forumda dünya liderləri ilə görüşünüzdə istər iqtisadi, istərsə də siyasi müstəvidə nə gözləyirsiniz? Həsən Ruhani – Mən sizə və sizin telekanalınıza minnətdarlığımı bildirirəm. Davosda keçirilən Forum çox əhəmiyyətlidir. Burada kainatın demək olar ki, bütün ölkə rəsmiləri iştirake dirlər. Forumun seminarlarında iqtisadi sahədə mövqelərin yaxınlaşaması üçün müxtəlif düşüncə tərzləri var. Mən Forumda iştirakım zamanı İranda keçirilən prezident seçkilərindən sonra ölkdə hökm sürən siyasi və mədəni perspketivlərin və onun həlli yollarını izah edəcəyəm. Qoy hamı bilsin ki, hazırkı İran bütün dövlətlərin iqtisadi əməkdaşlığı üçün açıqdır və bizim ölkə iqtisadi fəlaiyyət üçün böyük bir bazadır. – İsveçrənin Davos şəhərində eyni vaxtda Suriyanın gələcəyi ilə intensiv danışıqlar gedir. İranın "Cenevrə-2" konfransına qatılması ertələnib. Siz bu haqda nə deyə bilərsiniz? Həsən Ruhani – Biz inanırıq ki, Suriyada baş verən qırğınların qaşısını almaq biz insanların birbaşa vəzifəsidir. Bu regionda stabilliyin qorunmasında İran da maraqldır və biz Suriyada gedən vətəndaş müharibəsini sakit seyr edə bilmərik. İranın "Cenevrə-2" konfransına dəvət edilməsi haqda isə deyə bilərəm ki, biz Suriya xalqına kömək etmək üçün istənilən görüşə hazırıq. Bəli, təəssüf edirik ki, İran bu konfransda iştirak eməyəcək. Mən özümə görə yox, ölkəmin o konfransa iştirak edə bilməməsinə görə heyfslənirəm. BMT-nin bu addımı məni məyus edib. Belə hərəkətləri ilə onun nüfuzu aşağı düşür. Suriya xalqına kömək etmək bizim borcumuzdur. (ANS) |
2014-01-27 | 7,370 | Futbol tarixində belə bir hesab olmayıb | 16-0, 31-0 və s. kimi hesablarla bitən futbol oyunları ilə bağlı nəticələri eşidəndə hər birimiz təəccüb hissi keçiririk. İndi deyəcəyimiz hesab isə ümumiyyətlə, gözlənilməz olacaq. 149-0! "Axar.az"ın məlumatına görə, "Ən uğursuz futbol oyunu" olaraq tarixə keçən iki Fransa komandası arasındakı oyunun maraqlı bir cəhəti də var. Belə ki, qolların çoxunu rəqib komanda vurmayıb. Elə məhz "SOl’emyrne" adlanan komanda öz qapısına səhvən qollar vurub. 149 qolun böyük əksəriyyətini məhz onların vurduğu qollar təşkil edir. |
2014-01-27 | 7,371 | Qapanlı kəndi güllə altında - Video | Artıq bir həftədir ki, Tərtərin Qapanlı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalır. Qapanlı sakini Süleyman Əliyevin ailəsi də ötən gecə qarşı tərəfin hədəfinə tuş gəlib. Xoşbəxtlikdən güllə beton piltəyə dəyib. Kənd sakinləri bu cür atəş səslərinə artıq öyrəşiblər. Qapanlı sakini Süleyman Əliyev: "Güllələr evə dəyir. Bax bu güllədə evə girib. Ötən gecə olub. Ermənilərlə 100 metr məsafəmiz var, ona görədə biz daha çox hədəfdə oluruq. Amma mən nə ermənidən qorxuram nədə bir şey. Əmr versinlər döyüşək! " Atəşkəsin intensiv pozulmasına baxmayaraq, kənddə həyat davam edir. Lakin, bəzi sakinlər ehtiyyatı əldən verməmək üçün qarşı tərəfin açıq aydın müşahidə edə biləcəyi ərazilərə çıxmırlar. Çünki bir neçə gün öncə Ermənistan ordusu mövqelərimizi atəşə tutmaqla yanaşı həmdə mülki əhalini hədəfə alıb. Qapanlı sakini Zeynəb Süleymanova: "Bax bax o uşağı nətər atəşə tutdularsa qoyuna dəydi güllə qoyunu qan apardı. Özüdə gizləndi qoyunun dalında. Düşmən mövqelərinə 100 metr məsafədə yerləşən Qapanlı əsasən iri çarplı silahlardan atəşə tutulur. Bunu evlərin damında və qapıların üzərində olan güllə izlərindən başa düşmək olur". Hazırda Qapanlıda bir çox həyətlərdə sakitlik hökm sürür. Əksər torpaqlar erməni postalarından açıq aydın görünür ona görədə əhali əkin sahələrinə çıxa bilmir. Kənd sakinlərinin dediyinə görə atəşkəs son günlər daha da intensivləşib. Qapanlı sakini Nizami Abbasov: "Hələ heç belə atmamışdılar. Mən illərdir burda yaşayıram. Indi demək olar ki, hər gün atırlar gecə-gündüz özüdə iri çarplı pulemyotlardan". Qapanlı sakini, Məhər Hüseynov: "Neynəyəcək erməni bizə? Həmişə bizə möhtac olan xalq olub. Elə belə özlərini göstərirlər. Biz illərdir bu hiyləni görmüşük. Hürüb-hürüb dayanacaq". Mövqelərimizin atəşə tutulması nəticəsində milli ordunun zabiti kapitan Elnur Cəfərov şəhid olub. O, Tərtərdə yerləşən mövqelərimizə açılan atəş nəticəsində həlak olub. Operatorum Samirlə birlikdə zabitin şəhid olduğu Çiləbür kəndi yaxınlığına yollandıq. Hazırda Tərtərin ən sonuncu kəndindəyik, bura qırmızı kənddir. Bizdən bir neçə yüz metr qarşıda qarşı tərəfin mövqeləridir. Kənd Azərbaycanın nəzarəti altında olsada burda yaşayış yoxdur.. Çünki bu kənd hər gün, hər saat atəşə tutulur. Gördüyünüz kimi burdakı evlərində bəziləri dağıdılıb yandırılıb və bura bir xarabalığı xatırladır. Ərazi birinci Qarabağ müharibəsi zamanında partlamamış hərbi silah sursatla çirklənib.Yəni burada tank və piyada əleyhinə minalara rast gəlmək hər an mümkündür. Qarşıya getmək təhlükəli olduğundan geri qayıtmağa məcbur olduq. Hər halda bu bir müxbir və operator kimi görəcəyimiz işin yekunu idi. Bir vətəndaş kimi isə sadəcə başlanğıcı... (ANS) |
2014-01-27 | 7,372 | ABŞ kəşfiyyatçısının Rusiyanı tərk etməyə niyyəti yoxdur | ABŞ-ın sabiq kəşfiyyatçısı Edvard Snouden Amerikanın iqtisadi sahədə də məlumat topladğını deyib. "Axar.az"ın verdiyi xəbərə görə, sabiq kəşfiyyatçı ABŞ-ın iqtisadi sahədə maraqlarını belə analiz edib: "Əgər ABŞ-ın "Siemens" şirkəti onun milli maraqları daxilindədirsə, ölkənin milli təhlükəsizliyinə aidiyyatı olmasa belə məlumat toplayır". Almaniya televiziyasına müsahibə verən Snouden Rusiyadan 1 illik sığınacaq alıb və özünün bildirdiyinə görə, daha uzun müddət orada qalmağı düşünür. Qeyd edək ki, Snoudenin sızdırdığı məlumatlar arasında alman Baş nazir Angela Merkelin də mobil telefonunun dinlənildiyi məlum olmuş və iki ölkə arasında gərginlik yaşanmışdı. |
2014-01-27 | 7,373 | Bred Pitt Ancelinaya görə əməliyyat olundu | Məşhur Hollivud aktyoru Bred Pittin doğum günündən öncə plastik əməliyyat etdirdiyi məlum olub. "İn Touch" jurnalı hər zaman əməliyyata qarşı olduğunu dilə gətirən Pittin ötən ilin sonlarında bu addımla çıxış etdiyini və köhnə görünüşünə qovuşduğunu yazıb. Bredin cərrahı bu haqda danışaraq onun botoks etdirdiyini deyib: "Botoksla yanaşı, onun gözaltı torbalarını da əməliyyatla yox etmişik. Bundan başqa üzündə bir sıra dəyişikliklər aparılıb". Özündən 13 yaş kiçik Hollivud aktrisası Ancelina Coli ilə evli olan Bred Pittə yaxın bir mənbə də bu fikri təsdiqləyib: "Bred özünə baxmağı sevən kişidir. Hər zaman görünüşünə diqqət yetirir. Nəzərə alsaq ki, özündən 13 yaş kiçik həyat yoldaşı və 6 uşağı var, bunu anlamaq olar". ("Axsam.az") |
2014-01-27 | 7,374 | Laçının yeni görüntüləri yayıldı - Video | Laçının yeni video görüntüsü yayılıb. Ermənistanın Artsakh TV kanalı Azərbaycanın işğal olunmuş Laçın rayonunun Pircahanlı kəndindən reportaj hazırlayıb. Pircahan - Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənddir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Pircahan kəndi rayon mərkəzindən təxminən 35 km qərbdə yerləşir. Həmin video-görüntünü təqdim edirik. ("Avropainfo") |
2014-01-27 | 7,375 | Papanın sülh göyərçinlərini quşlar vurdu - Foto | Roma papası Françeskonun dünyada sülh üçün havaya buraxdığı iki göyərçin digər quşların hücumuna məruz qalıb. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, Vatikanın San Pietro meydanında on minlərlə adamın müşahidəsi altında sərbəst buraxılan göyərçinlərə qağayı və qarğa hücum edib. Həmin görüntüləri fotolarla təqdim edirik. |
2014-01-27 | 7,376 | Yol terroru: 2 ölü | Dünən Qobustan rayonu, Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində "Mersedes", "VAZ" və "Mitsubişi" markalı minik avtomobilləri toqquşub. "Axar.az" xəbər verir ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və qadın sərnişini hadisə yerində aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsinin içində sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:27-də başa çatıb. |
2014-01-27 | 7,377 | 16 ildən sonra Fəthullah Güləndən ilk - Foto | Uzun illərdir ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Gülən camaatı"nın lideri Fəthullah Gülən 16 ildən sonra bir telekanala müsahibə verib. Gülən öz evində "BBC News Hour" proqramı üçün Tim Franksa, dünya xəbərlər xidməti üçün Güney Yıldıza müsahibə verib. Məlumata görə, Fəthullah Gülənin İngiltərə mətbuatına verdiyi müsahibə bu gün BBC telekanalında yayımlanacaq. BBC türkcə səhifəsinin Tvitter hesabında yazılan mesajda müsahibənin vaxtı da bildirilib. "Türkiyənin gündəmindəki şəxs BBC-nin suallarına cavab verdi. Gülənlə xüsusi müsahibə bazar ertəsi günü saat 08.00-də (Bakı vaxtıyla 12.00) BBC-də" - deyə mesajda bildirilib (Anspress). |
2014-01-27 | 7,378 | Bakıda 4 otaqlı ev yandı | Bakı şəhərində birmərtəbəli evdə yanğın olub. Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-27 | 7,379 | Fransa prezidentinə qarşı "Qəzəb günü" | Fransa prezidentinin şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda paytaxt Parisdə minlərlə insan Fransua Oland və onun mərkəzi hökumətinə qarşı kütləvi yürüş keçirib. Paris küçələrinə axışan 50-ə yaxın təşkilat və cəmiyyətin fəalları aksiyaya "Qəzəb günü" adı verib. "Fransızlar hiddətə gəlib" şüarlı plakat daşıyan etirazçılar yüksək işsizlik səviyyəsi, vergilər, yaşayış üçün tələbatlar və fərdi azadlıqlarla bağlı problemlərdən gileylənib. Oland seçki kampaniyası dönəmlərində verdiyi vədlərə xilaf çıxan sosialist siyasətçi, Fransa tarixinin ən pis prezidentlərindən birinə çevrilib. Olandın populyarlığına ən çox həyata keçirdiyi ixtisar siyasəti, məşğulluqla bağlı ölkədə baş alan problemlər təsir göstərib. "Adi insanlara qulaq asmayan hökümətə qarşı qəzəbliyik. O adi insanlar ki, bazar günləri etiraza qalxısır, bütün həftəni işləyir və vergisini ödəyir. Hökümətin xərclədiyi pullar bizim pullardır, onlar bu pullardan səmərəli istifadə etməlidir" - deyə etirazçılardan biri bildirib. Olanda qarşı etirazlara davam etdiyi bir vaxtda, Fransa prezidentinin yollarını ayırdığı keçmiş birinci xanım Trietveyler Hindistana humanitar səfər edib. Mumbay ordusunda qonağı böyük jurlalist izdihamı qaşılayıb (Anspress). |
2014-01-27 | 7,380 | Aydın Əliyev: "135 kq narkotik tutulub" | Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin müsahibəsi - İlk növbədə, gömrük xidməti işçilərinin qarşıdan gələn peşə bayramı və Azərbaycan gömrük sisteminin yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq Trend İnformasiya Agentliyi adından şəxsən Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. - Təşəkkür edirəm. - Cənab sədr, Siz 2013-cü ildə Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz və 2014-ci ildə gömrük nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində hansı tədbirlər planlaşdırılıb? - Əvvəla onu qeyd edim ki, müstəqil Azərbaycanın 1992-ci il yanvarın 30-da yaranan ilk gömrük qurumu xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi formalaşaraq, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə icra edir. Ölkəmizin gömrük sisteminə diqqət və qayğının nəticəsidir ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü müəyyən edildi. Həmin il Dövlət Gömrük Komitəsinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə ümummilli liderin tapşırıq və tövsiyələri Azərbaycan gömrük sisteminin dünya gömrük ailəsinə inteqrasiyasını sürətləndirdi, onu iqtisadi təhlükəsizliyimizin etibarlı təminatçısına çevirdi. İlk mərhələdə gömrük sisteminin qanunvericilik bazası təkmilləşdirildi. 1997-ci ildə ulu öndərin sərəncamı ilə "Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsi" təsdiq edildi. Elə həmin il "Gömrük Məcəlləsi" və "Gömrük Tarifi" haqqında qanun da qüvvəyə mindi. 1999-cu ildə isə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə qəbul olundu. Azərbaycan gömrüyünün inkişaf dinamikası son 10 ildə də uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin də həyatından yan keçmədi, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində quruldu. Bu sahədə həyata keçirilən islahatlar gömrük qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə davamlı töhfə verdi. Beynəlxalq aləmə inteqrasiya nəticəsində Azərbaycan gömrüyü daha müasir və dünya standartlarına uyğun yeni mərhələyə qədəm qoydu. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamın uğurlu icrası ilə daha da sürətləndi. Proqrama əsasən, 5 il ərzində gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması təmin edildi, gömrük nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırıldı və gömrük prosedurları avtomatlaşdırıldı, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə gücləndirildi, gömrük infrastrukturu inkişaf etdirildi, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq genişləndirildi. 2009-cu ildən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə başlanması, 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük Məcəlləsi, elə həmin il Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq olunması bu prosesə öz töhfəsini verdi. Azərbaycan gömrüyü ötən ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Dövlət Gömrük Komitəsi 2013-cü ildə nəzərdə tutulan 1 milyard 380 milyon manat illik büdcə proqnozu əvəzinə 1 milyard 383,2 milyon manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır. Dövlət Gömrük Komitəsi bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır. Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları ilə təchiz olunan bu obyektlərdə müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün də geniş imkanlar yaradılıb. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri qurulub. İstifadəyə verilən bütün məntəqələrdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, həmçinin kinoloji xidmət yaradılıb. Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar əməkdaşlara işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. 2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12 475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yer tutur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185 qram həşiş, 18 kq 223,834 qram tiryək, 37 kq 717, 571 qram heroin, 198,567 qram kokain, 35 kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfetamin, 217,723 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanının icrasının təmin olunması məqsədilə 2013-cü ildə Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının və əməliyyatlarının gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin beynəlxalq standartlara uyğun qaydada həyata keçirilməsi üçün 17 hüquqi normativ sənəd layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razlaşdırıldıqdan sonra Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunub. Bununla yanaşı, qeyd olunan sahədə bir sıra digər hüquqi normativ aktların layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razlaşdırıldıqdan sonra təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli sərəncamında qeyd olunan bilavasitə dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən konkret səlahiyyətlərin bölgüsü, müvafiq dəqiqləşdirmələrin aparılması, təkrarçılığın aradan qaldırılması nəzərdə tutulub və məsələ ilə bağlı normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinə dair təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilib. Bundan əlavə, gömrük nəzarəti əməliyyatlarının tezləşdirilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə gömrük orqanlarının müasir tipli texniki nəzarət vasitələri ilə təchiz olunması və gömrük infrastrukturun genişləndirilməsi sahəsində də işlər davam etdirilir. Eyni zamanda, Komitənin 2014-cü il üçün İş Planına uyğun olaraq aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulub: - "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanında müəyyən edilən aidiyyəti işlərin görülməsi, Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı"nda nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi; - Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanmasının və sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətinin daha təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi; - gömrük sərhəd-buraxılış məntəqələrində gömrük nəzarəti prosedurlarının tətbiqi zamanı işin səmərəliliyinin və bu sahədə çalışan gömrük əməkdaşlarının peşə biliklərinin və təcrübələrinin artırılması məqsədilə tədbirlərin görülməsi; - əqli mülkiyyət hüquqlarının qorunması üzrə hüquq sahiblərinin müraciəti əsasında aidiyyəti işlərin görülməsi; - beynəlxalq yükdaşnma əməliyyatlarının daha da tezləşdirilməsi və bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində "BYD kitabçası ilə Beynəlxalq Yük Daşımaları Gömrük Konvensiyası üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə İşçi Qrupu, BYD Konvensiyası"nın İnzibati Komitəsi və digər qurumlar tərəfindən Konvensiya çərçivəsində həyata keçirilən işlərin nəzarətdə saxlanılması; - Azərbaycan Respublikasında BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarına buraxılmasına dair icazələrin verilməsi ilə bağlı zəruri işlərin yerinə yetirilməsi; - BYD tranzit sisteminin iştirakçı tərəfləri ilə (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və s.) qarşılıqlı məlumatlandırma, əlaqələndirmə və işgüzar əməkdaşlığın həyata keçirilməsi işlərinin davam etdirilməsi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli, 7 nömrəli Qərarı ilə təsdiq olunmuş "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"ndan gömrük nəzarəti üzrə irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi; - gömrük orqanlarında texniki nəzarət vasitələri ilə işləyən gömrük əməkdaşlarının peşəkar biliklərinin artırılması məqsədi ilə təlim seminarlarının təşkil edilməsi; - yeni qüvvəyə minmiş normativ hüquqi aktların müddəalarının gömrük əməkdaşları tərəfindən mənimsənilməsi məqsədilə seminar və məşğələlərin təşkili və keçirilməsi, Dövlət Gömrük Komitəsinin yeni işə qəbul edilmiş əməkdaşlarının gömrük işinə dair biliklərinin artırılması ilə bağlı Gömrük Akademiyasında müvafiq qaydada təşkil edilən kurslarda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məsələlərini özündə əks etdirən mövzular üzrə mühazirələrin və məşğələlərin keçirilməsi. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli Qərarının icrası ilə bağlı ölkəyə idxal olunacaq avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilməsi ilə bağlı ölkə ərazinə gətirilən avtonəqliyyat vasitələrinə nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. - Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar nə zaman meydana çıxacaq və onların fəaliyyəti gömrük brokerlərindən nə ilə fərqlənəcək? - Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş hüquqlar çərçivəsində səlahiyyətli iqtisadi operator tərəfindən malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları" qüvvəyə minmişdir. Gömrük qanunvericiliyinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Səlahiyyətli iqtisadi operator isə malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir. - Bugünkü gömrük tarifləri ölkə iqtisadiyyatının tələblərinə nə dərəcədə cavab verir? Ortamüddətli perspektivdə onlar necə dəyişəcək? - İlk növbədə qeyd etmək istəyirik ki, hazırda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verməkdədir. Bildiyiniz kimi, respublikamızda uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyası özünü doğrultmaqdadır. Belə ki, yola saldığımız hər ötən il ümumi daxili məhsul kimi strateji göstəricilərin artımı ilə yadda qalır. Son illərin dünya iqtisadiyyatı üçün böhranlı illər olduğunu nəzərə alsaq, ümumi daxili məhsulda artımın müşahidə olunması çox sevindiricidir, çünki bu artım qeyri-neft sektorunun hesabına baş vermişdir. Qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Belə ki, hazırda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqdsədi ilə zərurət yarandığı təqdirdə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşdur. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə bir sıra hazır məhsullara ən yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunur. Eyni zamanda, Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların tətbiqi ilə bağlı möhkəm hüquqi əsaslara söykənən yeni "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəyə minmişdir. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası nəzərə alınmaq şərti ilə ortamüddətli perspektivdə bir sıra qanunvericilik aktlarının, o cümlədən "Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri hazırlanmaqdadır. - Aydın müəllim, bu gün Gömrük Komitəsi hansı yeni elektron xidmətlər üzərində işləyir? 2014-cü ildə hansı yeni elektron xidmətlər tətbiq ediləcək? - Dövlət Gömrük Komitəsi tərəfindən gömrük xidmətinin göstərilməsi sahəsində şəffaflığın təmin edilməsi və vətəndaş-məmur təmasının aradan qaldırılması sahəsində mühüm işlər görülür. Bu sahədə elektron gömrük xidmətlərinin önəmli rolu vardır. Hazırda Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə 9 adda elektron xidmət göstərilir və bu xidmətlərin hamısı ödənişsiz əsaslarla həyata keçirilir. Hazırda aşağıdakı xidmətlər üzərində iş gedir: - "e - Gömrük Bəyannaməsi/Mal": Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları idxal və ixrac etmək istədikləri mal və nəqliyyat vasitələrini internet üzərindən bəyan edə biləcəklər; - "e - Monitorinq": XİF iştirakçıları rəsmiləşdirmək istədikləri mal və nəqliyyat vasitələri üzərində rəsmiləşdirmə prosesinin gedişini internet üzərindən izləyə biləcəklər; - "e - Gömrük Ödənişləri" elektron xidmətinin tətbiq sahəsinin genişləndirilməsi. Bu xidmətlərin 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. - Azərbaycan-İran sərhədindəki ötən ildə yaranmış problemlərlə əlaqədar olaraq iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüşlərin nəticələri necə olub? Gələcəkdə bu cür problemlərin təkrarlanmaması üçün hansı addımlar atılacaq? - İlk növbədə onu qeyd edim ki, İran İslam Respublikası ilə həmsərhəd olan gömrük idarələrinin rəhbərləri mütəmadi olaraq ikitərəfli görüşlər keçirir, qarşıya çıxan problemlərin yerindəcə həll olunması istiqamətində konkret addımlar atılır. O ki qaldı ötən il yaranmış problemə, qeyd edim ki, bu məsələ qismən də olsa həllini tapıb. Lakin bəzi məqamlar var ki, onlara iki ölkənin gömrük xidməti rəhbərlərinin görüşündə aydınlıq gətiriləcək. Bu günlərdə İran İslam Respublikası Baş Gömrük İdarəsi sədrinin müşaviri Məhəmməd Hüseyn Bağinayətlə görüşümdə iranlı həmkarımı respublikamıza rəsmi səfərə dəvət etmişəm. O da öz növbəsində İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Məsud Kərbasianın rəsmi dəvətini mənə çatdırıb. Ümidvaram ki, yaxın zamanlarda gerçəkləşəcək görüşdə bir sıra vacib məsələlər müzakirə olunacaq. - Avro-4 ekoloji normalarının tətbiqi ilə bağlı avtonəqliyyat vasitələrinin gömrük giymətləndirilməsində dəyişiklik edilməsinə nə qədər ehtiyac var? - Avro-4 standartlarının tətbiq olunmasının alıcının sövdələşmə qiymətinə birbaşa təsiri olmadığından bununla bağlı avtonəqliyyat vasitələrinin gömrük qiymətləndirilməsində dəyişiklik edilməsinə də zərurət yaranmır. Belə ki, idxal edilən avtonəqliyyat vasitələrinin cavab verdiyi standartlardan asılı olmayaraq, gömrük qiymətləndirilməsi QATT-ın Gömrük qiymətləndirilməsi üzrə VII maddəsinin tətbiqi haqqında Razılaşmaya uyğun olaraq, 6 qiymətləndirmə üsulu (malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə) əsasında həyata keçirilir. - Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə tətbiq edilən yol vergisinin dərəcələrində dəyişiklik edilməsi gözlənilirmi? - Hazırda tətbiq edilən yol vergilərinin dərəcələrində hər hansı bir dəyişiklik edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən heç bir təklif irəli sürülməmişdir. - Rusiya parlamenti malların internet vasitəsilə xaricdən alınması və idxalı qaydalarına dəyişiklikləri müzakirə edir. Bu dəyişikliklərin qəbulu ilə internet vasitəsilə aparılan ticarətin şərtləri sərtləşdiriləcək. Dəyişikliklərə səbəb kimi təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri göstərilir. Azərbaycanda oxşar dəyişikliklərə ehtiyac varmı? Gələcəkdə Rusiya təcrübəsinə uyğun olaraq internet-ticarətlə əlaqəli olan normativ və prosedurların sərtləşdirilməsi planlaşdırılırmı? - Fikrimcə, Rusiyada keçiriləcək Qış Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu kimi dəyişikliklərə zərurət yaranıb. Lakin Azərbaycanda siyasi sabitlik hökm sürür, ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Məhz buna görə də qeyd etdiyiniz dəyişikliklərə hazırkı dönəmdə ehtiyac duyulmur (Trend). |
2014-01-27 | 7,381 | Yol terroru: 5 nəfər xəsarət aldı | Ölkə daxilində yol terroru davam etməkdədir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, bu gün səhər saatlarında Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində, Dostluq kinoteatrının qarşında iki minik avtomobili toqquşub. "Ford" və "VAZ-2107" markalı minik avtomobilllərinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn Təcili Yardım maşınları avtomobillərin içərisində sıxışıb qalan 20-25 yaş arası xəsarət alan insanları Bakı Şəhər 1 saylı Kilniki Tibbi Mərkəzə aparıblar. Xəsarət alanlardan ikisinin qadın, üçünün işə kişi olduğu bildirilir. Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır (Anspress). |
2014-01-27 | 7,382 | 50 yaşlı qadın dəm qazından zəhərləndi | Bu gün səhər saatlarında Quba şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Regional TV xəbər verir ki, şəhərin Fətəlixan küçəsi, 1 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Kəmalə Musayeva hamamda dəm qazından zəhərlənib. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin orta-stabil olduğu bildirilir. Fakt araşdırılır (Trend). |
2014-01-27 | 7,383 | İranda güclü zəlzələ | Bu gün səhər saatlarında İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews-a məlumat verir. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:16-da qeydə alınıb. Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur (Trend). |
2014-01-27 | 7,384 | MHP-nin seçki qərargahına basqın: 1 ölü, 4 yaralı | Türkiyədə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbuldakı seçki qərargahına naməlum şəxslər silahlı basqın edib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib. Məlumata əsasən, basqın nəticəsində partiyanın İstanbul bürosunun üzvlərindən biri ölüb, 4 nəfəri isə yaralanıb. Məlumatda o da qeyd olunur ki, İstanbul polisi silahlı basqında iştirak edənlərin axtarışına başlayıb. Faktla bağlı cinayət işi açılıb (Trend). |
2014-01-27 | 7,385 | Prezidentin mətbuat katibi bayraq qalmaqalından danışdı | Davos Forumu çərçivəsində keçirilən Azərbaycan və İsrail prezidentlərinin görüşündə masanın üzərində ölkə bayrağının görünməməsi mətbuatın diqqətindən yayınmayıb. Bununla əlaqədar bütün problemli məqamlara Prezidentin mətbuat katibinin rəhbəri Azər Qasımov "Musavat.com"da aydınlıq gətirib. - Azər bəy, Azərbaycan və İsrail prezidentlərini Davos görüşü zamanı Azərbaycan bayrağının masa üzərinə qoyulmamasının səbəbi barədə nə deyə bilərsiniz? - Davos kimi böyük, çoxsaylı dövlətlərin iştirak etdiyi forumlarda elə görüşlər olur ki, nə arxada, nə masa üzərində bayraq olmur. Yəni bu cür forumlarda görüşlər həddindən artıq çox və qrafik sıx olur deyə, hansısa ölkənin bayrağının qoyulması elə bir əhəmiyyət kəsb etmir. İkitərəfli görüşlərdə, yaxud qarşılıqlı səfərlər zamanı isə əlbəttə ki, dövlət atributları mühüm rol oynayır. Davos Forumunda kiçik görüş otaqları olur, çünki orda yer çatışmır, xeyli şəxslər bir-biri ilə görüşür. Ona görə də texniki baxımdan belə məsələlər mahiyyət kəsb etmir. - Ancaq görüş otağında yalnız İsrail bayrağı qoyulub deyə, bu, diqqət cəlb edib. Əks təqdirdə ortaya heç bir sual çıxmazdı... - Məsələnin mahiyyətini mən yuxarıda izah etdim. Elə vəziyyət olur ki, heç bir ölkə prezidentinin arxasında və ya masa üzərində hər hansı bayraq olmur. Yaxud elə vaxt olur, bayrağı biri qoyur, o birisi qoymur. Böyük forumlar zamanı elə vaxt olur ki, bir neçə ölkənin nümayəndə heyətləri qapının arxasında gözləyirlər ki, o biri nümayəndə heyətlərinin görüşü bitsin və onlar içəri daxil olsun. Çünki otaqlar az olur və onlarla görüşlər eyni vaxta təsadüf edir. Hətta görürsən dövlət başçıları da digər görüşün bitməsini və həmin otağa girmələrini gözləyirlər. Yəni belə hallar olur və tam məsuliyyətimlə deyirəm, bunun hər hansı bir siyasi, yaxud başqa mənada əhəmiyyəti yoxdur. - Ancaq bir zamanlar İrandakı görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması halı baş vermişdi və onda da qalmaqal olmuşdu. Odur ki, bayraq məsələsinə cəmiyyətdə həssas münasibət var... - O vaxt qalmaqal oldu və izahatı da verildi. Ancaq indi belə şeylər olmur. Bütün bunlar hamısı texniki əhəmiyyət kəsb edir. Tam səmimi deyirəm, burada başqa məqam axtarmaq lazım deyil. |
2014-01-27 | 7,386 | Yol terroru: piyada öldü | Salyan rayonunda yolu keçən piyada yük avtomobilinin altında qalaraq ölüb. "Axar.az" xəbər verir ki, hadisə ötən gün gecə 23:50 radələrində Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində rayonun Qalalı yaşayış massivində qeydə alınıb. Rayonun Xalac kənd sakini, 39 yaşlı İnşallah Heybət oğlu Qədirov yolu keçərkən yük maşını tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. |
2014-01-27 | 7,387 | Bir sutkada 204 atəşkəs pozuntusu - Rəsmi | Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 204 dəfə pozulub. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ağdam kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Nəmirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-27 | 7,388 | Doktoranturaya qəbul qaydaları dəyişdi | Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, indiyə qədər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilib. Dəyişikliyə əsasən, bundan sonra doktoranturaya qəbul ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən müəyyən edilən müddətlərdə hər il keçiriləcək. |
2014-01-27 | 7,389 | Əvəz Zeynallı istintaq təcridxanasına gətirilib | Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə proses davam etdiriləcək. Baş redaktorun məhkəməyə gətirilməsilə bağlı vəkil E.Sadıqovun verdiyi vəsatət qəbul olunub. Ə.Zeynallı bu məqsədlə 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı istintaq təcridxanasına gətirilib. Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib. Mətbuat Şurası 2011-ci ildə "Xural"ı "reket qəzet" elan edib və qəzetin adını "qara siyahı"ya salıb. Əvəz Zeynallı Şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Əvəz Zeynallı Apellyasiya şikayəti verib. ("Müsavat.com") |
2014-01-27 | 7,390 | Banklar faizləri endirməyə başladı | Xəbər verildiyi kimi Mərkəzi Bank (MB) ölkədə fəaliyyət göstərən banklara müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verilməsini qadağan edib. Eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyub. "Axar.az" "Publika.Az"a istinadən məlumat verir ki, MB-nın qadağaları son 1 ildə istehlak kreditlərini genişləndirən bankların faiz dərəcələrinin düşməsinə gətirib çıxarıb. Belə ki, "Bank of Baku", eləcə də "Unibank" kimi kommersiya bankları bank faizlərində 5-6 faizə qədər endirimə başlayıblar. Mütəxəssislərin fikrincə, banklar bununla itirilmiş gəlirlərini kompensasiya etmək istəyirlər.Belə ki, arayışla kredit prosedurun çətinləşməsinə gətirib çıxardığından əhali üçün kreditləri cəlbedici etməyə çalışırlar. Nəzərə çatdıraq ki, ötən il banklar 15.2 milyard manat kredit veriblər. Kreditlər üzrə faizlər 24 faiz təşkil edir.Əmanətlərin sığorta faizi isə 10 faizdir. |
2014-01-27 | 7,391 | Baş Qərargah rəisi Azərbaycana səfərə gəldi | Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, yanvarın 27-də Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir. Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəsmi səfəri yanvarın 30-dək davam edəcək. |
2014-01-27 | 7,392 | Suriyada daha bir azərbaycanlı döyüşçü öldürüldü | Suriyada daha bir azərbaycanlı öldürülüb. "Axar.az" APA-ya istinadən məlumat verir ki, mücahidlər həmin azərbaycanlının fotosunu yayıblar. "Muhammed" ləqəbli azərbaycanlının Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-01-27 | 7,393 | Polşa klubunun rəsmi saytı “Neftçi”yə sataşdı - Video | Antalyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib. "Axar.az" xəbər verir ki, "ağ-qaralar" Polşanın "Slensk" klubu ilə qarşılaşıb. Oyun Polşa klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qoluna 48-ci dəqiqədə Elvin Yunuszadə imza atıb. Matçdan sonra Polşa klubunun rəsmi saytı oyunla bağlı xəbər yerləşdirib və "Neftçi"yə söz atıb. Başlıq isə belədir: "Azərbaycan çempionunu problemsiz məğlub etdik". Xəbərdə oyundan əvvəl "Neftçi"nin özündənrazılığı və onlara əhəmiyyət verməməsi xüsusi vurğulanıb. |
2014-01-27 | 7,394 | Erməni qəzetindən Turqut Özalla bağlı şok iddia | "Turqut Özal erməni soyqırımının rədd edilməsi məsələsini həll etmək niyyətində idi". "Axar.az" xəbər verir ki, bu informasiya "The Armenian Weekly" qəzetində yer alıb. Qəzet Turqut Özalın Ermənistanı blokadaya salmaq niyyətində olmadığını bildirib: "Turqut Özal daha praqmatik siyasətçi idi. O, erməni soyqırımı ilə əlaqədar zərərçəkənlərə maliyyə yardımı ayrılması ilə bağlı əmr imzalamışdı. Maliyyə məbləği də bəlli idi. Lakin 1993-cü ildə Özalın qəfil ölümü işi yarımçıq saxladı". Qeyd edək ki, Türkiyənin mərhum prezidenti Turqut Özalın zamanında Ermənistanla sərhədlər bağlanmışdı. Türkiyə bu addımı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsiylə əlaqələndirmişdi. 1993-cü il aprel ayının əvvəllərində sərhədlər rəsmi olaraq bağlı elan edilmişdi. |
2014-01-27 | 7,395 | VHP: “Ömər Məmmədov heç siqaret də çəkmir” | Vətəndaş Həmrəyliyi Partiyası gənc fəal Ömər Məmmədovun həbsi ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən "Axar.az" daxil olan məlumata görə, VHP üzvü Ömər Məmmədovun həbs səbəbi kimi narkotik ittihamının irəli sürülməsindən partiya narahatlıq ifadə edib: "Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən "Cyprus İnternational" universitetinin tələbəsidir. 11 may 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının üzvüdür. 2013-cü ildə bir qrup gənclə "Axın" hərəkatını təsis ediblər. Fəal içtimaiyyətçi, yüksək intelekt sahibi olan və heç siqaret belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması təəssüf doğurur". Bəyanatda VHP bu həbsi pisləyib və hüquq mühafizə orqanlarından məsələyə obyektiv mövqe nümayiş etdirmələrini gözlədiyini vurğulayıb. |
2014-01-27 | 7,396 | Putinin Yanukoviçdən Olimpiada tələbi | Vladimir Putin Viktor Yanukoviçə Soçi Olimpiadasına qədər bütün hadisələrə son qoymağı tapşırıb. Axar.az xəbər verir ki, bu iddia ilə Batkivşina Partiyasının millət vəkili Vladimir Aryev çıxış edib. O, artıq bu tipli məsələlərdə Putinin Yanukoviçə qarşı dözümlü olmadığını bidirib: "Putin Yanukoviçdən Soçi Olimpiadasına qədər Maydan hadisələrinə son qoyulmasını tələb edib. Ən azından Olimpiada bitənə qədər bu hadisələrə ara verilməsi istənib. Ona görədir ki, müxalif deputatlara vəzifə təklif edilib". Qeyd edək ki, keçən həftə Yanukoviç Ukrayna müxalifət partiyalarının liderləri ilə görüşmüşdü. O, bu görüşdə Batkivşina Partiyasının sədr əvəzi Arseni Yaçenyuka baş nazir, UDAR Partiyasının sədri Vitali Kiliçkoya isə baş nazirinin humanitar məsələlər üzrə köməkçisi postunu təklif etmişdi. Hər iki müxalifət lideri təklifi rədd etmişdilər. |
2014-01-27 | 7,397 | Soçinin meri: “Qafqazda gey olmur” | Qış Olimpiya oyunlarının keçiriləcəyi Soçi şəhərinin meri Anatoliy Paxomov bildirib ki, onların şəhərində cinsi azlıqların nümayəndəsi yoxdur. "Axar.az" xəbər verir ki, mer mətbuata verdiyi açıqlamada Soçinin qonaqpərvər şəhər olduğunu bildirib: "Bizim qonaqpərvərliyimiz Rusiya qanunlarına hörmət edən hər kəsə şamil olunur. Biz sadəcə, deyirik ki, öz adətlərinizi başqalarına yoluxdurmayın, bu sizin işiniz, sizin həyatınızdır. Qafqazda belə adətləri alqışlamırlar. Bizim şəhərdə gey yoxdur". Qeyd edək ki, Soçidə qış olimpiya oyunları fevralın 7-dən 23-dək keçiriləcək. |
2014-01-27 | 7,398 | Bakı İstintaq Təcridxanasında intihar olub | Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, təcridxanada saxlanılan Nicat İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. |
2014-01-27 | 7,399 | Müsəlmanların ölkəyə girişi yasaqlanır | Danimarka məclisi müsəlman miqrantların ölkəyə girişinin qadağan olunmasını müzakirə edir. "Axar.az" xəbər verir ki, müzakirəni açan Danimarka Xalq Partiyasının (DXP) üzvləri anti-müsəlman partiya olduqlarını açıqlayıb. Müxalifətdəki digər sağ yönlü partiyaların birmənalı yanaşmamasına baxmayaraq, DXP millət vəkillərinin çoxu ölkəyə müsəlman miqrantların girişinin dayandırılmasını tələb edib. |
2014-01-27 | 7,400 | 10 ən aktiv millət vəkilinin adı açıqlandı | "Mehriban Əliyeva sosial şəbəkələrin və medianın ən aktiv millət vəkilidir". "Ağ Yol" Vətəndaş Hərəkatının mətbuat xidmətindən "Axar.az"a göndərilən məlumatda bildirilir ki, Hərəkat 2013-cü ilin media və sosial şəbəkələr üzrə ən aktiv millət vəkillərinin seçilməsi ilə bağlı sorğu keçirib. Feysbuk sosial şəbəkəsində keçirilən sorğuya əsasən Milli Məclisin 10 üzvü ən aktiv millət vəkili olaraq seçilib. Geniş müzakirəyə səbəb olan sorğuda bəzi millət vəkillərinin ictimaiyyətə və mediaya qapalı olduqları təəssüflə vurğulanıb. Keçirilən sorğuya görə, sosial şəbəkələrin ən aktiv millət vəkili Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olub. Mehriban Əliyevanın feysbuk səhifəsinin üzvləri 100.000 nəfərdən artıqdır. Eyni zamanda Heydər Əliyev Fondunun da feysbuk səhifəsi da var ki, bu səhifə də bir çox xususiyyətlərinə görə feysbukun ən aktiv səhifələrindən hesab olunur. Bundan sonrakı pillədə millət vəkili Rövnəq Abdullayev dayanır. Rövnəq Abdullayevin feysbuk profili və onun rəhbərlik etdiyi SOCAR-ın feysbuk səhifələri ən aktiv səhifələrindəndir. Millət vəkilləri Qənirə Paşayeva və Azay Quliyev sosial şəbəkələrdəki aktivliyinə görə növbəti pillələrdədir. Qənirə Paşayevanın feysbuk profili abunəçilərinin sayına görə ən iri profillərdən hesab olunur. Xanım millət vəkili bu profilindən gündəlik paylaşımlar edir. Millət vəkili Azay Quliyevin də profili və səhifəsi aktiv olaraq gündəlik fəaliyyət göstərir. Millət vəkilinin rəhbərlik etdiyi Prezident yanında QHT-lərə Dövlət Şurasının da feysbuk səhifəsi və profili də sosial şəbəkələrdə aktivdir. Bundan sonrakı pillələri ardıcıl olaraq Adil Əliyev, Fazil Mustafa, Aydın Mirzəzadə, Əli Məsimli, Zahid Oruc, Fuad Muradov bölüşür. |
2014-01-27 | 7,401 | Məhəbbət Kazımov dünyasını dəyişdi - Video | null |
2014-01-27 | 7,402 | Səlim Müslümov mətbuat xidmətinə yeni rəhbər təyin etdi | Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin yeni mətbuat xidmətinin rəhbəri məlum oldu. "Axar.az" xəbər verir ki, bu barədə Nazirliyin Aparat rəhbəri Əjdər Ol məlumat verib. Bildirib ki, nazirliyin yeni mətbuat katibi vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbnəri Elman Babayev icra edəcək. Ə.Olun sözlərinə görə, E.Babayevin yeni vəzifəsi ilə bağlı gün əmr veriləcək. Qeyd edək ki, 2012-ci ildən bu günə qədər bu vəzifəni İlham Məmmədov yerinə yetirirdi. O, bir neçə gün əvvəl vəzifəsindən istefa vermişdi. Xatırladaq ki, Elman Babayev bu vəzifəyə qədər "Kaspi" qəzetində, "Trend" İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən isə Dövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.(Azvision.az) |
2014-01-27 | 7,403 | Yevlaxda əlil intihara cəhd etdi - Yeniləndi | Yevlax rayon sakini Nizami Yusif oğlu Kərimov bu gün səhər saatlarında özünü yandırıb. "Axar.az"a Yevlax rayonundakı mənbədən daxil olan məlumata görə, bu gün səhər saatlarında Yevlax rayon sakini 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Fonduna müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə, Nizami Kərimov buna etiraz edərək özünü yandırıb. Xəstənin vəziyyəti çox ağırdır. Hadisəni diqqətdə saxlayacağıq. *** 12:12 Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Fonduna müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm". Yevlax rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi ilə əlaqə saxlamağa çalışırıq. Hələ ki, zənglərimizə cavab verən olmayıb. |
2014-01-27 | 7,404 | Vaterloo Universiteti Bakıda seminar təşkil edəcək | Fevralın 10-13-də Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Azərbaycana səfər edəcəklər. Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib. Səfər çərçivəsində Bakının bir neçə orta məktəbində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumat veriləcək. Bununla yanaşı, riyaziyyat fənninin müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, seminarla yanaşı Vaterloo Universitetində ali təhsil almaq istəyən abituriyentlərin də müraciətlərinə baxılacaq. Onlar http://www.ouac.on.ca internet saytı vasitəsilə müraciət edə bilərlər. Saytda qeydiyyatdan keçmiş və qəbul üçün tələb olunan sənədləri (orta məktəb qiymətləri, ingilis dili sertifikatı) təqdim edən abituriyentlərə Bakı Təhsil Məlumat Mərkəzində (C. Cabbarli kuc-40) Vaterloo Universitetinə qəbul kağızı veriləcək. İngilis dili üzrə TOEFL və ya İELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün Vaterloo Universitetinin ingilis dili testi pulsuz təqdim ediləcək. Qeyd edək ki, abituriyentlər daha geniş məlumat almaq üçün [email protected] e-mail ünvanına müraciət edə bilərlər. |
2014-01-27 | 7,405 | Bank işçisi Kəşfiyyat İdarəsinin rəisi təyin edildi – Rəsmi | "Xalq Bank"ın Mühafizə Xidmətinin rəhbəri Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. "Axar.az"a daxil olan məlumata görə, "Xalq Bank"ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilb. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib. Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib: "Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir". Qeyd edək ki, "Xalq Bank"dan "Axar.az"a verilən məlumatda İlqar Mazanovun bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verdiyi bildirildi. |
2014-01-27 | 7,406 | Mədət Quliyevin işçisi tiryəklə tutuldu | Təcridxanaya narkotik maddə keçirmək istəyən Penitensiar xidmətin zabiti xidmətdən azad olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1(bir) ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb. Ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub. |
2014-01-27 | 7,407 | Füzulişünas alim kitab çap etdirdi | Tanınmış füzulişünas alim, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Sufizm" adlı kitabı işıq üzü görüb. "Axar.az" xəbər verir ki, Azərbaycan və ingilis dillərində "Aspoliqraf LTD" nəşriyyatında çap olunan kitabda Sufizmin (təsəvvüf) zaman-zaman bütün bəşəriyyəti düşündürən aktual problemlərdən biri kimi, mənşəyində islam amili dayanan bu fəlsəfi təlim Məxluqun Xaliqə qovuşmaq arzusunu mistik məhəbbət yolu ilə reallaşdırmasından söhbət açılır. Müəllif, illərlə apardığı bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, sufizmin mənşəyi və mahiyyətini, türk sufizminin Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir. Olduqca çətin problemi sadə və anlaşıqlı dildə araşdıran bu kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur. |
2014-01-27 | 7,408 | Dünən ölkədə 43 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 19 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 16 nəfər tutulub. |
2014-01-27 | 7,409 | Xəzər Gəmiçiliyində müdhiş qaçaqmalçılıq faktı – Şok sənəd | Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Zəngəzur" gəmisi qaçaqmalçılıq yolu ilə xam neft daşınması həyata keçirib. "Axar.az"ın əldə etdiyi sənədlərdə göstərilir ki, "Zəngəzur" gəmisi 2013-cü il may ayının 3-də kapitan Rasim Nəzərovun rəhbərliyi ilə beynəlxalq konvensiyaların əksinə gedərək, qanunsuz olaraq sahildən 40 mil məsafədə dayanıb. May ayının 7-də isə "Zəngəzur" gəmisinə Qazaxıstanın "Abay" və Rusiyanın "Aleksandr" gəmilərindən yük götürülməsi ilə bağlı 121 nömrəli radioqrama daxil olub. Radioqramaya əsasən, "Zəngəzur" gəmisi may ayının 8-də, saat 10:15-də 4.000 ton xam neft götürmək məqsədilə "Abay" gəmisinə yaxınlaşıb. Həmin gün saat 15:00-da gəmidən yükləmə başlanılıb və may ayının 10-u saat 08:00-da yükləmə başa çatdırılıb. May ayının 10-u saat 12:55-də "Zəngəzur" gəmisi "Abay" gəmisindən aralanıb. "Zəngəzur" 9.500 ton xam neftlə yola çıxır Bundan 4 gün sonra, may ayının 14-ü saat 20:00-da Rusiyanın "Aleksandr" gəmisi "Zəngəzur" gəmisinə yaxınlaşsa da, yükdaşımaya ertəsi gün saat 14:30-da başlanılıb. May ayının 16-da saat saat 08:30-da "Aleksandr" gəmisindən 5.000 ton xam neftin "Zəngəzur" gəmisinə yüklənməsi başa çatdırılıb. Rusiyanın "Aleksandr" və Qazaxıstanın "Abay" gəmilərindən ümumilikdə 9.500 ton olan xam neft götürən "Zəngəzur" gəmisi may ayının 20-si yola düşərək bir gün sonra saat 21:30-da Səngəçal terminalına çatıb. Gəminin qeyd kitabında yazılanlar Bütün məlumatlar "Zəngəzur" gəmisinin qeyd kitabında rəsmiləşib və kapitan Rasim Nəzərovun imzası ilə təsdiqlənib. Beynəlxalq konvensiyalara görə, sahildən 40 mil kənarda yük mübadiləsi qadağan edildiyi halda kapitan niyə bu qanunsuzluğa gedib? Nəzərə alsaq ki, belə qanunsuzluqlar yalnız qaçaqmal daşınmalarında yol verilir, onda gəminin qeyd kitabında əksini tapan bu məqamlar daha çox diqqət çəkir. Kapitan faktı təsdiqləyir Məsələ ilə əlaqədar 2013-cü il may ayında "Zəngəzur" gəmisinə kapitanlıq etmiş Rasim Nəzərov "Axar.az"a faktı təsdiqləyərək, rəhbərliyin əmrini yerinə yetirdiyini dedi: "Bu hadisə baş verib, amma burda mənim heç bir günahım yoxdur. Mən siravi kapitanam və yükdaşımanı da idarədən mənə verilən əmrə əsasən yerinə yetirmişəm. İşimi sənədli-sübutlu şəkildə görmuşəm". Mətbuat xidmətinin rəisi inanmır Xəzər Gəmiçiliyi QSC-n mətbuat xidmətinin rəisi Vüqar Sadıqov isə hadisədən xəbərsiz olduğunu bildirdi və sahildən 40 millik məsafədə yük götürmənin qanuna zidd olduğunu qeyd etdi: "İnanmıram ki, gəmi bu məsafədə yük götürsün". Mövzuya qayıdacağıq... |
2014-01-27 | 7,411 | Çayxanada əxlaqsızlıq yuvası aşkarlandı | Şəmkirdə əxlaqsızlıq yuvası aşkarlanıb. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin 20 Yanvar küçəsində yerləşən ticarət mərkəzində Seyfəli kənd sakini Qəhrəman Qəhramanov icarədə işlətdiyi çayxanada əxlaqsızlıq yuvası saxladığına görə saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Bundan başqa İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zülfiyyə İsgəndərovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparması müəyyən edilib. Araşdırma aparılır. |
2014-01-27 | 7,412 | Yüksək rütbəli zabit həbs olundu | Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib. "Axar.az" "Aznews.az"a istinadən məlumat verir ki, HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. S.Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur. Xatırladaq ki, həbs olunan zabit keçmiş Müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb. |
2014-01-27 | 7,413 | Telefonla tutulan xidmət əməkdaşı işdən qovuldu | Penitensiar xidmətin daha bir əməkdaşı xidmətdən qovulub, barəsində olan materiallar prokurorluğa göndərilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 26-da Penitensiar xidmətin əməkdaşları tərəfindən Qobustanda yerləşən həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib ( Trend ). |
2014-01-27 | 7,414 | Zabitimiz Qapanlıda şəhid olub - Yeniləndi | *** 14:27 Düşmənin cəbhə bölgəsində təxribatları davam edir. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Nəticədə Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar! Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. *** 15:22 Şəhid olmuş zabitimizin cəbhənin hansı istiqamətində düşmən gülləsinə tuş gəlməsi bəlli olub. "Axar.az" xəbər verir ki, leytenant Əzizov Səbuhi Rüstəm oğlu Tərtər rayon Qapanlı kəndi istiqamətində həlak olub. |
2014-01-27 | 7,415 | Azərbaycan və Ermənistan ordusunun hərbi gücü – Statistika | Son 3 gündə Azərbaycan və Ermənistan ordusunun təmas xəttində atəşkəs 500 dəfədən çox pozulub. Gərginlik o yerə qədər gəlib çıxıb ki, müharibənin baş verə biləcəyi məsələsi gündəmdən düşmür. Bəs, müharibə baş verərsə, bizi nə gözləyir? Orduların müqayisəsi hansı ehtimala imkan tanıyır? Hər iki ordunun gücü, imkanları, sahib olduğu texnikaya nəzər salaq. Hərbi büdcə Azərbaycan: 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Ermənistan: 2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Canlı qüvvə Azərbaycan: 126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur. Ermənistan: 60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər. Texnika Azərbaycan: Helikopterlər: Mi-35M: 24 ədəd döyüş helikopterləri Dövlət Sərhəd Xidmətinin arsenalına daxil olunur. Mi-24: 70 ədəd hücum helikopteri, T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı), Mi-2: 10 - ədəd Mi-6: 15 - ədəd Mi-8: 18 ədəd Mi-17-1V: 72 ədəd Mi-17-1Ş: 14 ədəd Mi-172: 1 - ədəd Ka-32: 12 - ədəd Eurocopter Super Puma: 2 - ədəd AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən, 2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək) AW-189: 2 Təyyarələr: MiG-29: 49 ədəd kəşfiyyat təyyarələri, Su-24: 8 ədəd bombardımançı təyyarə Su-25: 33 - ədəd (11 ədədi Belarusiya istehsalı) JF-17: 24 ədəd qırıcı təyyarə L-39: 22 ədəd təlim döyüş təyyarəsi İl-76: 3 ədəd (nəqliyyat təyyarəsi) An-12: 1 ədəd (nəqliyyat təyyarəsi) An-24: 1 ədəd (nəqliyyat təyyarəsi) Tu-134A: 1 ədəd (nəqliyyat təyyarəsi). Pilotsuz təyyarə Aeronautics Orbiter: 45 ədəd Aeronautics Aerostar: 60 ədəd Searcher – 42: ədəd Hermes 450: 40 ədəd Heron: 5 - ədəd. Yerli istehsallar: Snayperlər: "İstiqlal", "Yalquzaq", "Mübariz" Zirehli texnika: Matador, Marauder, Gürzə patrul maşını. Avtomatlar: "Xəzri", "Hücum" (tüfəng), "Şimşək" Tapança: "Zəfər", "Zəfər-K", "İnam" Minaatanlar: HE Mortar Bomb 120 mm. Reaktiv yaylış atəş sistemləri: Çoxtərəfli 107 mm kalibrli raketlər. TR-107 və TRB-107 raketləri 11 km-ə qədər yerləşən hədəfi vura bilir. Ermənistan: Su-25: 15 ədəd (hücum təyyarəsi)+ 6 ədəd (səhih deyil) Su-27: 4 ədəd MiQ-25PD: 1 ədəd İl-76 – 2 ədəd (yük təyyarəsi) Mi-24 helikopteri – 12 ədəd MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir) Qeyd: Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir. |
2014-01-27 | 7,416 | Türkiyədə avtobus aşıb: 9 ölü, 30 yaralı | Türkiyənin Sivas şəhərində dəhşətli yol qəzası baş verib. Yıldızeli rayonunda sərnişin avtobusunun aşması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər də xəsarət alıb. Bu barədə "İhlas" xəbər agentliyi məlumat verir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedici briqadaları cəlb edilib. Vandan Ankaraya gedən sərnişin avtobusunun Sivas yollarında buzlaşma səbəbindən aşdığı bildirilir. Avtobusda 42 nəfər sərnişin olduğu bildirilir. Qəza nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur (ANS). |
2014-01-27 | 7,417 | Köhnə maşınların əvəzinə yenisi verilə bilər - Özəl | Avro-4 standartlarına uyğun olmayan avtomobillərin əhalidən alınmasına sığorta şirkətləri köməklik edəcək. Bu barədə informasiya "Axar.az"a özəl mənbədən daxil olub. Mənbə köhnə avtomobillərlə bağlı ortaya iki əsas şərtin qoyulacağını deyib. O, avtomobillərin müəyyən kompensasiya müqabilində ya məhv olunacağını (metalalom), ya da bununla razı olmayan şəxsin köhnə maşınından istifadə etməsinə qadağa qoyulacağını söyləyib. Köhnə maşınların əvəzinə əhaliyə yenilərinin götürülməsinin təklif ediləcəyi də verilən xəbərlər sırasındadır. Bildirilir ki, maşın kreditə götürüldükdən sonra ilkin ödənişin siğorta şirkətləri tərəfindən ödənəcəyi nəzərdə tutulur. Avtomobilin qiymətinin yerdə qalan məbləğini isə maşın sahibi özü aybaay ödəyəcək. Xəbərə aydınlıq gətirməsi üçün bir neçə siğorta şirkəti ilə əlaqə saxladıq. Hazırda ölkədə fəaliyyət göstərən siğorta şirkətləri bununla bağlı heç bir məlumata sahib olmadıqlarını bildirdilər. Qeyd edək ki, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuata bu günkü açıqlamasında ekologiyaya zərər vuran köhnə avtomobillərin alışı, yaxud da onlardan imtinaya görə kompensasiyanın ödənilməsinin qəbul ediləcək mümkün qərarların sırasında olduğunu demişdi. O, Avro-4 standartlarının ilk növbədə minik avtomobillərinə, bir az sonra isə yük və dəmir yol nəqliyyatına da aid ediləcəyini söyləmişdi. |
2014-01-27 | 7,418 | Millət vəkili: “Türk oğlu türkəm” | "Sən mənə "haralısan?" – deyə sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə..." "Axar.az" xəbər verir ki, bu sözlər Azərbaycanın Kinqboksinq Federasiyasının sədri, millət vəkili Adil Əliyevin "turkiyehaberajansi.com" saytının "Müsafir qələm" rubrikasında gedən yazısında deyilir. Sayt millət vəkilinin bu fikirləri sosial şəbəkələrdən birində paylaşdığını bildirib. Yazı bu cür davam edir: "Hamınızın doğulduğu bölgəni sevdiyinizi və adətlərinizə hörmətlə yanaşdığınızı bilirəm. Hamı öz yerinin adətləri, təbii sərvətləri və məşhur şəxsləri ilə fəxr edir. Ancaq unutmayın, gücümüz birliyimizdə və bərabərləyimizdədir. Heç kim deyə bilməz ki, mənim doğulduğum bölgə olmasaydı, türk dünyası olmayacaqdı, ya da Azərbaycan müstəqil olmayacaqdı. Ona görə hamımız çox da çətin olmayan, "haralısan?" sualını verməmək üçün əvvəlcə özümüzdən başlamalıyıq. Məncə, doğulduğumuz bölgənin adı pasportumuza yox, şəxsiyyət vəsiqəmizə yazılmalıdır. Biz sizinlə inkişaf edən Azərbaycanımızı daha da inkişaf etdirmək üçün qüvvələrimizi birləşdirməliyik. Daha böyük uğurlara imza atmalıyıq" qeyd edən millət vəkili öz əlifbamızın da olmasını çox arzuladığını bildirib: "Bu arzuları həyata keçirtmək istəyənlərə yardım etmək üçün hazıram". |
2014-01-27 | 7,419 | Yevlax polisi özünü yandıran şəxsdən danışdı - Rəsmi | "Hazırda özünü yandıran şəxslə bağlı araşdırma aparılır". Bu barədə "Axar.az"a Yevlax Rayon Polis İdarəsindən məlumat veriblər. Növbətçi hissədən Polis İdarəsinə məlumatın yarım saat əvvəl daxil olduğu bildirilib: "Bu dəqiqə onun özünü harada, necə yandırdığı haqqında məlumat yoxdur. Hazırda özünü yandıran şəxslə bağlı araşdırma aparılır. Bizə yarım saat əvvəl təcili yardımdan məlumat daxil olub". Qeyd edək ki, Yevlax rayon sakini Nizami Yusif oğlu Kərimov bu gün səhər saatlarında özünü yandırıb. |
2014-01-27 | 7,420 | Şeyx Suriyada ölən azərbaycanlıları müzakirə edir | Sabah saat 11.00-da Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Şeyxülislam Allahşükür Paşazadə geniş tərkibli iclas keçirəcək. Bu barədə açıqlamasında QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurulla məlumat verib. Onun sözlərinə görə, iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət orqanlarının rəsmiləri, Milli Məclis üzvləri dəvət olunublar: "İclasda bir çox dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələrin keçirilməsi gözlənilir. İclasın sonunda Qafqaz Müsəlmanları İdarəsinin müraciəti də olacaq" ("Publika.Az"). |
2014-01-27 | 7,421 | Ərdoğan yeni binasında dinləmələrin qarşısını alır – Fotolar | 2011-ci ilin noyabr-dekabr ayları arasında Baş nazirin ofisində və evində dinləmə cihazları tapıldığı üçün yeni binada "telequlaq" üçün xüsusi tədbirlər görülüb. "Axar.az" xəbər verir ki, Ankaranın Atatürk Meşə Fermasının içində 150 hektarlıq ərazidə inşası davam edən nazirlik binasında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Dinləmə ehtimalını sıfra endirən özəl tədbirlərin görüldüyü otaqda, səsləri parçalayan xüsusi cihazlar yerləşdiriləcək. Həmçinin binada polis və ya xüsusi təhlükəsizlik əməkdaşlarının yerinə son texnologiya məhsulu olan təhlükəsizlik sistemləri ilə təchiz ediləcək, 3 min kamera sistemi qurulacaq. Binanın ən geci may ayında istismara veriləcəyi gözlənilir. |
2014-01-27 | 7,422 | An Brassör AŞPA-nın yeni sədri seçilib | Bu gün Avropa Şurası Parlament Assambleyasında qurumun sədri vəzifəsinə seçki keçirilib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, lüksemburqlu xanım An Brassör (Anne Brasseur) lehinə 165, əleyhinə 125 səs olmaqla AŞPA-nın yeni sədri seçilib. A. Brassör seçkidə müstəqil namizəd kimi iştirak etmiş Avropa Demokrat Qrupunun sabiq lideri, britaniyalı Robert Valteri məğlub edərək daha çox səs toplaya bilib. Qeyd edək ki, 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri idi və bu vəzifəyə onun namizədliyi öz qrup üzvləri tərəfindən 2013-cü ilin oktyabr ayında irəli sürülmüşdü. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun idi. Xanım An Brassör Lüksemburq parlamentinin üzvüdür və öz ölkəsində Demokrat Partiyasını təmsil edir. O, Lüksemburq nümayəndə heyətinin tərkibində 2009-cu ildən AŞPA-da fəaliyyət göstərir. An Brassör bu vəzifədə, mandatı 2015-ci ildə bir dəfə yenilənməklə, 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək. |
2014-01-27 | 7,423 | Azərbaycan iddialı bir filmlə Avropaya gedir - Video | 2013-cü ilin oktyabrında çəkilən sənədli filmin artıq bütün tamamlanma işləri görülüb. Sənədli film kəndin bütün tarixini, fərqli memarlığını, əhalisinin yaşayış tərzini özündə əks etdirib. Bu haqda filmin rejissoru Elvin Abdullayev "Axar.az"a danışarkən deyib. Filmdə Xınalıq kəndinə aid ən xırda detal, hətta çobanlarının qışlaqdan yaylağa köçmə prosesi belə öz əksini tapıb. Avropada yayımlanması nəzərdə tutulan filmin rejissoru Elvin Abdullayev bildirdi ki, Filmin adı "Far far away", yəni "çox-çox uzaqlarda" anlamına gəlir: "Bizim filmi çəkmək üçün heç də böyük komandaya ehtiyacımız olmadı. Dörd nəfərlik heyətlə - operator Mətləb Yaquboğlu, assistentlərim Emil Əliyev, Taleh Bağırzadə və mən komandanı təşkil etdik. Filmin ən çətin və maraqlı məqamı ondan ibarət oldu ki, digər sənədli filmlərdən fərqli olaraq "Far far away"da kiminsə nəyisə izah etməsi və ya kadrarxası səslər yoxdur. Düşünürəm ki, film xarici festivallardan əliboş qayıtmayacaq". Filmin prodüseri isə finlandiyalı Elsa Sysserdir. 1 saat 10 dəqiqədən ibarət olan filmin Avropada yayımı gözlənilir. Filmdə şərq musiqisindən istifadə olunub. Qeyd edək ki, film Xınalıq çobanlarının qışlağa çatması və xınalıqlı qoca nənənin nəvəsinə lay-lay deməsi ilə yekunlaşır. |
2014-01-27 | 7,424 | Kamran Əliyev Baş prokurora müavin gəlir | Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətləri artırılır. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara əlavə və dəyişikliklər təklif edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğunun idarə və müstəqil şöbə rəislərinin, Hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir. Qanuna təkli olunan 18.3.2-1-ci maddəsinə əsasən isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). "Prokurorluq haqqında" qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir. Eyni zamanda qanuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat - axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq. İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsi ilə Azərbaycan Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək (hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir). Edilən əlavə maddədə o da göstərilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə baş prokurorun müavini hesab edilən baş idarənin rəisi rəhbərlik edəcək. İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). Qanunlara edilən əlavə və dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
2014-01-27 | 7,425 | Bərdə sakini özünü güllələdi | Bərdə sakini özünü güllələyib. Məlumata görə, Bərdə rayonu, Xanərəb kənd sakini 1982-ci il təvəllüdlü Elmir Xəlil oğlu Xəlilov özünə odlu silahdan atəş açıb. Yaralı dərhal ailə üzvlərinin köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məumata görə, onun üzərində 6 saatdan çox müddətdə əməliyyat aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır ("EL TV"). |
2014-01-27 | 7,426 | “Neftçi”nin oyunçusu ailə şəkillərini yaydı - Foto | "Neftçi"nin kamerunlu forvardı Ernest Titi Nfor feysbuk profilində yeni fotolarını paylaşıb. "Axar.az" xəbər verir ki, o bu dəfə həyat yoldaşı Loes Aişa ilə birlikdə olan görüntüləri yayımlayıb. Şəkilləri "Sevgidən gözəl heç nə yoxdur" adlı albom altında toplayan Nforun yoldaşının hamiləliyindən xoşbəxt olduğu sezilir. |
2014-01-27 | 7,427 | İlham Əliyev Hondurasın prezidentini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Honduras Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm"("AzərTac"). |
2014-01-27 | 7,429 | Müdafiə Nazirliyinin 15 kompüteri ələ keçirilib | Naməlum hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə etməklə fişinq hücumu həyata keçirib və Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) təcili məlumatı imitasiya edən məktub vasitəsilə ölkənin bir sıra kompüterlərini yoluxdurub. Bu barədə İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan "Seculert" şirkəti məlumat verib. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi elektron səhifəsinə istinadən bildirir ki, şirkətin texniki direktoru Aviv Raffın sözlərinə görə, yanvarda hakerlər 15 kompüter üzərində müvəqqəti nəzarətə nail olublar. Həmin kompüterlərdən biri Fələstin ərazisini izləyən İsrail Mülki Administrasiyasına məxsus olub. "Seculert" nümayəndəsi Müdafiə Nazirliyinin şəbəkəsinə haker hücumunun arxasında Fələstin hakerlərinin durduğunu ehtimal etdiyini qeyd edib. "Seculert"in məlumatına görə, şəbəkəyə müdaxilə üçün "[email protected]" ünvanından dövlət xidməti əməkdaşlarının elektron poçtlarına göndərilən "Xtreme RAT" zərərli proqramından istifadə edilib. Kompüter hücumu üçün ABŞ-da yerləşən serverlərdən istifadə olunsa da, ekspertlər hücumu Fələstin hakerlərinin həyata keçirdiyini iddia edib. |
2014-01-27 | 7,430 | Məhəmməd Əlini oğlu ilə görüşməyə qoymurlar - Foto | Boks əfsanəsi Məhəmməd Əlinin oğlu atası ilə görüşə bilməməsindən şikayətlənib. "Axar.az" xəbər verir ki, boksçunun öz adını daşıyan 41 yaşlı oğlu atasının 4-cü arvadının – analığının onların görüşünə hər dəfə müxtəlif bəhanələrlə mane olduğunu deyib. Əfsanə boksçunun oğlu yoxsulların yaşadığı məhəllədə məskunlaşıb. O, analığınının atasıyla telefonla danışmasına belə, izn vermədiyini bildirib: "Problemləri başlayanda atam tez Lonni ilə evləndi. Bundan sonra artıq biz onu görə bilmədik. Onun öz qardaşını belə görməsi mümkün deyil, səbəbi Lonnidir. Mən atama 72-ci yaş günü zəng etməyə çalışdım. Lakin cavab vermədi. Ona zəng edən zaman arvadı deyir: ya duşdadır, ya terapiyadadır, ya da yatır. O qadın hər cür vasitələrlə bizim görüşümüzə mane olur. Lonni atamızı əlimizdən aldı. Atam indi məni görmək, mənimlə danışmaq istəmir. Çünki Lonni mənim haqda atama yalan sözlər danışıb. Atam ağır parkinson xəstəsidir. Onunla bir az vaxt keçirmək istəyirəm, amma qoymurlar". Qeyd edək ki, Məhəmməd Əlinin 7 qızı, Məhəmməd Əli və Əssəd adlı iki oğlu var. Onun qızı Leyla Əli də atası kimi boksçudur. |
2014-01-27 | 7,431 | Mübariz Mənsimovun iki işçisi həbs olunur - Rəsmi | "Pal Süd Dağıtım" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb. İdarədən "Axar.az"a verilən məlumata görə, cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. Xatırladaq ki, PalSüd MMC 45 min işçisi olan PALMALİ Şirkətlər Qrupuna aid 48 müəssisədən biridir. 2005-ci ildə Bakıda "NurSüd MMC" süd və süd məhsulları emalı zavodu təsis edilib. 2008-ci ilin əvvəlindən etibarən "PalSüd" ticarət nişanı altında geniş çeşiddə süd məhsulları istehsalına başlanılıb. PalSüd MMC PALMALI Şirkətlər Qrupunun qida sənayesi sahəsində təmsil edən ilk şirkətdir. Baş ofisi İstanbulda yerləşən PALMALİ Şirkətlər Qrupunun rəhbəri isə Mübariz Mənsimovdur. |
2014-01-27 | 7,432 | ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri ləğv edilib | ABŞ-ın müdafiə naziri Çak Heygelin Türkiyəyə səfəri ləğv edilib. Bu barədə "Hurriyet Daily News" qəzeti məlumat verir. Səfərin ləğv edilməsi səbəbləri məlum deyil. Qeyd edək ki, Ç.Heygel bu gün Türkiyəyə səfər etməli idi ( Trend ). |
2014-01-27 | 7,433 | “Bərdə Yağ Pendir Az Qida” MMC-nin əməkdaşları cəzalandırıldı | "Bərdə Yağ Pendir Az Qida" MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb. "Axar.az" APA- ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı cəmiyyətin satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri qulluq mövqelərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilmiş pul vəsaitlərini mənimsəməklə cəmiyyətə külli miqdarda 32.115 manat ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir. |
2014-01-27 | 7,434 | Elmar Məmmədyarov Filipp Lefortu qəbul etdi | Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu xüsusi nümayəndə kimi missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Axar.az"a Xarici İşlər Nazirliyi Mətbuat Xidmətindən məlumat veriblər. Görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılması vacibliyini vurğulanıb. Həmçinin nazir Elmar Məmmədyarov cari ilin 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə məlumat verilib. |
2014-01-27 | 7,435 | Bakıda QİÇS yayanlarla bağlı açıqlama – Rəsmi | "Bütün bu deyilənlər təxribatdan başqa bir şey deyil". Bu sözləri Bakıda qəsdən QİÇS virusu yayanlarla bağlı "Axar.az"a danışarkən DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi. "Bu hadisə ilə bağlı Polis və Hüquq Mühafizə orqanlarına heç bir müraciət daxil olmayıb və heç bir zərərçəkmiş vətəndaş müraciəti yoxdur". Xatırladaq ki, bu günlərdə feysbuk sosial şəbəkəsində kifayət qədər qorxu doğuracaq bir informasiya insanlar arasında sürətlə paylaşılır. Yayılan xəbərdə deyilir: "Bakıda QİÇS virusunun daşıyıcısı olan bəzi manyaklar peyda olub ki, onlar sağlam insanları həmin xəstəliyə yoluxdurmaq məqsədilə öz şprislərini onlara batırır. Bu günlərdə QİÇS xəstəsi olduğu ehtimal edilən biri öz şprisini avtobusda bir qızın qoluna batırıb və dərhal qaçıb. Məlumatda yer alan başqa hadisə, deyilənə görə, "28 MALL" ticarət mərkəzinin kino zalında baş verib. Yazıda o da qeyd olunur ki, artıq bu yolla adı çəkilən virusa artıq 2 nəfər yoluxdurulub". |
2014-01-27 | 7,436 | Ermənistanın ən yaxın tərəfdaşı ondan üz çevirdi | "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəddə baş verənlərə qarışmaq niyyətində deyil". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov çıxış edib. O, Ermənistan və Azərbaycan arasında son günlər baş verən atəşkəs faktlarına toxunaraq, cəbhənin təmas xəttində baş vermiş hadisələrə təşkilatın müdaxilə etməyəcəyini bildirib: "Mən birinci dəfədir bunu eşidirəm. Ermənistan və Azərbaycan arasında cəbhənin təmas xəttində baş vermiş hadisələrə görə KTMT müdaxilə etməyəcək və etmək niyyəti də yoxdur". Qeyd edək ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində vəziyyət gərginləşib. |
2014-01-27 | 7,437 | Azərbaycanda yeni cərimə qaydaları tətbiq olunacaq | Azərbaycanda bütün hallar üzrə inzibati xətalara görə cərimələrlə bağlı yeni qaydalar tətbiq edilir. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 25.6-1, 425.1.1-1 və 426.1.5-1 və 426-1 maddələri əlavə olunur. Dəyişikliklər layihəsində əsas mahiyyət inzibati xətalara görə müvafiq hallarda yeni qaydada – şərti olaraq cərimələrin tətbiq olunmasıdır. Layihəyə əsasən inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimə ödənilməyə bilər. Yeni 426-1 maddəsinə görə, eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün müddət nəzərdə tutulacaq. Bu müddət 1 aya qədər, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq 1 aydan 2 aya qədər müəyyən olunacaq. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
2014-01-27 | 7,438 | "Qalatasaray"da şok ayrılıq - Son dəqiqə | *** 19:13 "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Qalatasaray" mərakeşli ulduz Amrabatı İspaniyanın "Malaqa" klubuna icarəyə verib. Xatırladaq ki, keçid bu dəqiqələrdə baş tutduğundan iki klub arasındakı anlaşmanın detalları barədə hələ ki, məlumat verilmir. *** 19:45 Nordin Amrabatın "Malaqa"ya keçidinin detalları məlum olub. Futbolçunun keçidinə görə "Qalatasaray" İspaniya klubundan təzminat almayacaq. İki klub arasında razılaşmaya əsasən, Amrabat yeni klubunda keçirəcəyi altı aylıq icarə müddətində "Qalatasaray"da aldığı maaş qədər məvacib alacaq. Qeyd edək ki, mərakeşli ulduz 2012-13 mövsümündə "Kayserispor" klubundan 8 milyon avroya transfer olunmuşdu. |
2014-01-27 | 7,439 | ANS-in keçmiş əməkdaşı saxlanıldı – İttiham | Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər İsrafilov tutulub. Bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Məlumatda qeyd edilir ki, Azər İsrafilov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. İttihama əsasən, A. İsrafilov vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Xətai rayon Məhkəməsi isə A. İsrafilovun barəsində başlanan cinayət işinin yenidən araşdırılması ilə bağlı qərar qəbul edib. Saxlanılan Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb. ("AzNews.az") |
2014-01-27 | 7,440 | Zakir Həsənov özbək generalla görüşdü | Yanvarın 27-də Azərbaycan Müdafiə Nazirliyində Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, əvvəlcə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Ş.Normatovu qəbul edib. Hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Ş.Normatovu qəbul edib. Müdafiə naziri qonağı salamlayaraq, iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb. Müdafiə naziri bildirib ki, eyni zamanda, işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi yolunda, xalqımızın dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır. Ş.Normatov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib. Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov, Özbəkistan Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi polkovnik Atabek İbadullayev və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev də iştirak ediblər. |
2014-01-27 | 7,441 | Radikal islamçılar hərbi helikopteri vurdular – Video | Misirdə radikal islamçılar Sina yarımadasında Misir ordusuna aid bir hərbi helikopteri yerdən raket ataraq məhv edib. Yaraqlılar raketin od tutmasından helikopterin düşməsinə qədər hər anı kameraya çəkib. "Axar.az" xəbər verir ki, terror təşkilatı Sina yarımadasının şimalındakı Şeyx Züveyd qəsəbəsi yaxınlarında vurulan helikopterdən sağ qalan olmadığını bildirib. Misir hökuməti də helikopterdə olan beş hərbçinin öldüyünü təsdiq edib. |
2014-01-27 | 7,442 | Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək | Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 31 yanvar 2014-cü il tarixində saat 11:00-dan Göygöl şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Göygöl şəhəri, H.Əliyev prospekti 1) 30 yanvar 2014-cü il tarixində saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. |
2014-01-27 | 7,443 | Səməd Seyidov yenidən AŞPA vitse-prezidenti seçilib | Bu gün AŞPA-nın qış sessiyasında quruma sədr seçilməsindən sonra Assambleyanın vitse-prezident postuna seçkilər keçirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, AŞPA-ya bu gün 19 vitse-prezident seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən vitse-prezident postuna seçilib. |
2014-01-27 | 7,444 | Səlim Müslümovdan yeni şok xəbər - Video | Tətbiq olunacaq yeni sistemdən sonra ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən isə sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Avtomatlaşdırılımış sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytına daxil olub öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər. Yaradılan mərkəzləşdirilmiş sistem vasitəsilə nazirlik rəsmiləri digər dövlət qurumlarının məlumat bazasına daxil olur və müraciət edən şəxs haqqında lazımı məlumatları əldə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Səlim Müslümov: "Bizim İnformasiya Texnologiyaları şöbəmiz Ədliyyə Nazirliyi və Əmlak komitəsi ilə bu işləri aparır. Eyni zamanda dövlət yol polisi ilə də danışıqlar gedir. Elə düşünürəm ki, il ərzində biz buna nail olacağıq və yerli məmurların bu prosesdə heç bir rolu olmayacaq". Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə Ünvanlı Sosial Yardımın təyin olunması məsələsində şəffaflığı təmin etməkdir. Ünvanlı Sosial Yardımın verilməsinə 2006-cı ildən start verilib. Əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır. (ANS) |
2014-01-27 | 7,445 | Azay Quliyev "Avropa Mərkəzi"nin rəhbərləri ilə görüşüb | Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev "Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi"nin rəhbərləri ilə görüşüb. Şuranın mətbuat xidmətindən verilən məlumata görə, təşkilatın rəhbərlərindən olan Zora Papova təmsil etdiyi QHT haqqında məlumat verərək konfliktlərin aradan qaldırılması, post-konflikt dövründə təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşdıqlarını bildirib. O, Almaniya və Danimarkada federal və yerli hökumətlərlə sıx əlaqələrinin olduğunu, həmçinin ATƏT, AŞ PA və Aİ-nin dəstəyi ilə bir çox layihələr icra etdiklərini qeyd edib. Görüşdə Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsi, konfliktlərin həlli, ölkəmizin vətəndaş cəmiyyəti modelinin və Şuranın təcrübəsinin yayılması məsələləri geniş müzakirə edilib. Müzakirələr zamanı Şuranın nümayəndə heyətinin 2014-cü ilin mayında Almaniya və Danimarkaya səfər proqramı da nəzərdən keçirilib. Səfər çərçivəsində "Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi"nin Şuranın dəstəyi ilə həyata keçirdiyi "Stabil gələcək naminə əməkdaşlıq: millətlərarası və mədəniyyətlərarası dialoq sülhün və davamlı inkişafın təmin edilməsində alət kimi" adlı layihəyə uyğun olaraq Şuranın nümayəndə heyəti birgə yaşayışın Almaniya və Danimarka modeli ilə tanış olacaqlar. QHT layihə çərçivəsində bərabərhüquqlu şəkildə, sülh şəraitində yaşayışın müsbət nümunələrindən olan alman və danimarkalıların birgə yaşayış modeli haqqında hesabat hazırlayacaq. Bu sənəd dünya ictimaiyyətinə və Ermənistana münaqişələrin həlli yolunun etnik təmizləmə və işğal deyil, əməkdaşlıq, mehriban qonşuluq və birgə, sivil yaşayış olduğunu çatdıracaq. A.Quliyev Şuranın fəaliyyəti haqqında qonaqlara məlumat verərək xarici QHT-lərlə əməkdaşlığın prioritet sahə olduğunu qeyd edib. Şura sədri, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından və əməkdaşlığın gələcək istiqamətləri barədə danışıb. Təşkilat nümayəndələri müxtəlif dövlət, QHT və KİV nümayəndələri ilə də görüşlər keçirəcək. (Trend) |
2014-01-27 | 7,446 | Gürcüstan müsəlmanlara pul ayırdı | Gürcüstanda 4 dini konfessiya dövlətdən dotasiya alacaq. "Axar.az" gürcü mətbuatına istinadən məlumat verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, gürcü Pravoslav Kilsəsindən başqa müsəlman icmaları, erməni apostol və katolik kilsələri, həmçinin yəhudi birlikləri dövlət büdcəsindən yardım alacaqlar. Bərabər şəkildə bölüşdürüləcək vəsait 2,5 milyon dollar civarında olacaq. |
2014-01-27 | 7,447 | Daşnaksütyun Nalbandyanın qarşısında tələb qoydu | "Ermənistan mütləq xarici siyasətini dəyişməlidir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Daşnaksütyun Partiyasının nümayəndəsi Kiro Manoyan çıxış edib. O artıq Qarabağın danışıqlarda təmsil olunmaq vaxtının gəlib çatdığını bildirib: "Son hadisələr də göstərir ki, Dağlıq Qarabağın danışıqlar masasında tam hüquqlu üzv kimi təmsil olunma vaxtı çatıb. Bunu isə vasitəçilər təmin etməlidirlər". |
2014-01-27 | 7,448 | ABŞ mətbuatı Tovuz hadisələrində Ermənistanı suçladı - Video | ABŞ-ın "Turner Radio Network" portalı yanvarın 24-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunda hər iki ölkənin silahlı qüvvələrinin toqquşmasının ilk səbəbkarının Ermənistan tərəfinin olduğunu bildirir. Öz yazısını toqquşmanın video görüntüsü ilə dəstəkləyən portal həmin gün erməni qoşunlarının sərhəddə duran Azərbaycan ordusuna hücum etdiyini bildirib. Toqquşma zamanı 39 nəfərin həlak olduğunu bildirən portal daha sonra qeyd edib: "Hərbi ekspertlərin fikrincə, müharibənin başlanması ehtimalı böyükdür. Türkiyə və ABŞ Azərbaycanı dəstəkləyəcək. Rusiya Ermənistanı dəstəkləyir və orada hərbi bazaları var". Politoloq Qabil Hüseynlinin fikrincə, Qarabağda Azərbaycan - Ermənistan (Rusiya) müharibəsi yenidən başlayarsa, ABŞ və Türkiyənin bu münaqişəyə qarışacağına inanmaq mümkün deyil. "Amerika hansı ölkədən çıxırsa, orada həll edilməmiş münaqişələr qoyub gedir. Yəni hansısa münaqişəni həll etmək ABŞ-ın siyasətinə uyğun deyil. Həm də Barak Obamanın dövründə ABŞ-ın Rusiya ilə hər hansı bir münaqişəyə gedəcəyinə inanmaq düzgün deyil. Türkiyəyə gəldikdə isə, böyründə baş verən Suriya münaqişəsinə qarışmağa cürət etmir, Rusiyaya qarşı necə çıxa bilər?",- deyə Qabil Hüseynli vurğulayıb. Politoloq indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll ediləcəyini bildirib. "Rusiya indiki halda Qarabağda müharibənin dondurulmasına çalışır. Azərbaycan da münaqişənin dinc yolla həll edilməsinə sadiqliyini ardıcıl nümayiş etdirir. ABŞ-dan yayılan həmin video görüntülərə gəldikdə isə, müasir elektron vasitələrin yardımı ilə kosmosdan çəkilib. Amerika həmin görüntüləri yaymaqla öz hərbi qüdrətini nümayiş etdirmək istəyir", - deyə Qabil Hüseynli vurğulayır. (ANS) |
2014-01-27 | 7,449 | Kreditlərin ləğvi maşın satışına təsir edibmi? - Sorğu | Hazırda alıcaların böyük hissəsi maddi durumları ilə əlaqədar kreditlə avtomobil almağa daha çox üstünlük verir. Son bir neçə ildə bu proses kifayət qədər geniş yayılıb və avtomobillərin böyük əksəriyyəti məhz kredit yolu ilə alınır. Təbii ki, avto-kreditlərin dayandırılması maşın satışına təsirsiz ötüşə bilməz. Bəs, real vəziyyət necədir? Avtomobil satışı həyata keçirən avtosalonların satış menecerlərinin və sahiblərinin rəyini öyrənmək üçün paytaxtda yerləşən bir neçə avtosalona yollandıq. Satışımız sıfırdır "100 cars" avtosalonunun satış təmsilçisi Orxan Əlibəyoğlu: - Kreditlərin ləğv edilməsi satışa çox təsir edib. Bu gün alıcıların 90 faizi kreditlə avtomobil alanlardır. Onlar kredit üçün bizə müraciət edir, biz də banklara zəng edirik. Banklar da birmənalı olaraq kredit vermir. Son bir həftə ərzində satışımız sıfırdır. Bu qərarın bizə heç bir təsiri yoxdur "Avto 101 salon"un satış üzrə məsləhətçisi Elvin Nəbili: - Kreditin bağlanmasının o avtosalonlara təsiri olar ki, onlar nisbətən aşağı qiyməti olan avtomobillər satırlar. Bizim avtosalonda aşağı qiymətli avtomobillər olmadığına görə, bu qərarın bizə heç bir təsiri yoxdur. 200.000 AZN-lik avtomobili kim kreditlə götürər? Bu tip avtomobillərin alıcıları nağd pullarını verib maşın alırlar. Bir sözlə, satışımız əvvəlki qaydadadır. Son bir həftə ərzində haradasa 3-4 avtomobil satmışıq. Alıcı gəlsin, nağd pulunu versin, maşınını aparsın "Avto full" avtosalonunun sahibi Cahangir Şahbazov: - Kredit olmasa yaxşıdır. Yüz minlik maşının qabağını beş minə çıxarırsan, sonra da heç bir ödəniş olunmur. Bu da dövlətin büdcəsinə ziyan vurur. Ümumilikdə kreditin ləğv edilməsinin bizə heç bir təsiri yoxdur. Alıcı gəlsin, nağd pulunu versin, maşınını aparsın. Son on gün ərzində 3-4 maşın satmışıq. Satış dayanıb "Azfloor" avtosalonunun satış məsləhətçisi İbrahim Rüstəmov: - Son on gün ərzində demək olar ki, satış həyata keçirməmişik. Bir sözlə, satış dayanıb. Ümid edirik ki, kreditlər bərpa olunacaq. İki ay əvvəl satış hansı vəziyyətdə idisə... "Mersedes-Benz" avtosalonunun satış meneceri Fariz Hüseynov: - İki ay əvvəl satış hansı vəziyyətdə idisə, bu gün də həmin vəziyyətdir. Yəni kreditin bağlanması satışda bir o qədər də rol oynamayıb. |
2014-01-27 | 7,450 | Bakıda ev yandı | Bakı şəhərində üçmərtəbəli evdə yanğın olub. Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 3 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb |
2014-01-27 | 7,451 | Türkiyə "soyqırım"la bağlı bütün arxivlərini açdı | Türkiyə tarixçilər üçün bütün arxivlərini açıb. Bu barədə Türkiyə Prezidenti Abdulla Gül fransalı həmkarı Fransua Ollandla Ankarada bazar ertəsi birgə mətbuat konfransında deyib. "Nəsildən-nəsilə ağrı vermək düzgün olmazdır. Tarixi tarixçilərə vermək lazımdır. Biz bütün arxivlərimizi açmağa hazır idik və açdıq. Türkiyə qanunlarında müzakirələr üçün bəzi maneələr mövcud idi, lakin biz bu qanunlarda dəyişiklik etdik. Türkiyədə bütün məsələləri müzakirə etmək olar", - Türkiyə prezidenti bildirib. Ollandın sözlərinə görə, hazırda ötən hadisələrin araşdırılması üzrə işlər aparılır. "Bütün lazım olanı edəcəyik ki, cəmiyyət düzgün məlumatlandırılsın", - Olland deyib. Qeyd edək ki, Fransua Ollandın Türkiyəyə səfəri son 22 il ərzində Fransa prezidentinin ilk rəsmi səfəridir. (Trend) |
2014-01-27 | 7,452 | Yazıçıdan kitab yandırmağa qarşı kampaniya | "Bildiyiniz kimi, bir müddət öncə gənc şair, rəssam Fərhad Yalquzaq cəmi 50 ədəd kitabı satıldığına görə qalan kitablarını, ardınca da "Çətir" nəşriyyatı Bukovskinin satılmayan kitablarını yandırdı. Adətən, kitablar oxucuların maraq dairəsinə daxil olmadığına görə satılmır". Bu sözləri "Axar.az"a açıqlamasında gənc yazar Dilqəm Əhməd dedi. O bildirdi ki, bunun bir səbəbi də kitab mağazalarının az olmasıdır: "Amma digər mühüm səbəb də odur ki, kifayət qədər mağaza yoxdur, bəzi mağazalarda monopoliya var və 500-1000 ədəd tirajı olan kitablar mağazalara paylanıla bilmir. Bu məqsədlə düşündük ki, aksiya təşkil edək, evlərdə, anbarlarda kitabları yığılıb qalan müəlliflər oxucularla görüşüb kitabları maya dəyərinə satsın". Gənc yazar həmkarlarını utanmamağa və aksiyaya qoşulmağa çağırdı: "Burada utanılacaq bir şey yoxdur. Ona görə də mən müəlliflərə səslənirəm ki, aksiyamıza qoşulun, kitablarınızı gətirin, oxuculara satın. Aksiya üçün məkan təşkil edən VHP rəhbərliyinə də təşəkkür edirəm" |
2014-01-27 | 7,453 | Elza Seyidcahanın oğlu jurnalisti ölümlə hədələdi | Müğənni Elza Seyidcahanın oğlu, skripka ifaçısı Ələkbər jurnalist İntiqam Valehoğluna zəng vuraraq, onu hədələyib. Jurnalistin verdiyi məlumata görə, buna səbəb yanvar ayının 8-də ANS telekanalında yayımlanan "Adam içində" verilişində etdiyi çıxışdır: "Həmin verilişdə Elza Seyidcahanla ciddi mübahisəmiz oldu. Amma efir ərzində ona qarşı heç bir təhqiramiz ifadə işlətməmişəm. Elza Seyidcahanın oğlu Ələkbər isə mənə zəng vuraraq onun şəxsi həyatı barədə yazan jurnalistlər haqda nalayiq ifadələr işlətdi. Sonra isə məni ölümlə hədələməyə başladı. Deyim ki, nəinki Ələkbərdən, heç kimdən zərrə qədər qorxum yoxdur. Amma hər ehtimala qarşı bu məsələni ictimailəşdirmək qərarına gəldim. Ələkbərlə olan söhbətimizin audioyazısı da məndədir. Ələkbərin səsini özünə xəbərdarlıq edərək yazmışam. Əgər belə hal bir daha təkrarlansa, həmin səs yazısını ərizəmlə birlikdə hüquq mühafizə orqanlarına təqdim edəcəyəm". Jurnalist bildirib ki, indiyə kimi əməkdar artistin oğlu ilə heç bir tanışlığı olmayıb: "Ələkbərin adını anasına görə eşitmişəm. Sadəcə mənə maraqlı olan odur ki, bu adam verilişdən 15 gün sonra mənə zəng vurub. Danışığından da açıq-aşkar hiss olunurdu ki, verilişdəki söhbətlərdən tam xəbərdar deyil" ("Aznews.az"). |
2014-01-27 | 7,454 | Jurnalistlər AŞPA-da aksiya keçirdi | Yanvarın 27-də Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlər AŞPA-nın getməkdə olan prezidenti Jan-Klod Minyonun mətbuat konfransında etiraz aksiyası təşkil ediblər. Onlar sinələrinə üzərində "Press" yazısı olan plakatlar asıblar. Türkiyəli jurnalist Kayhan Karaca Amerikanın Səsinə deyib ki, insan hüquqları, demokratiya, qanunun aliliyi, media azadlığı Avropa Şurasının dəyərləridir. Lakin Karacanın sözlərinə görə, Avropa Şurası son illər media azadlığına lazımi diqqəti yetirmir. AŞ iqtisadi böhranla əlaqədar qurumun işini işıqlandıran medianın büdcəsini kəskin şəkildə azaldıb. O həmçinin vurğulayb ki, daimi əsaslarla akkreditə olunmuş jurnalistlərin işi üçün otaqlar da jurnalistlərin birgə səyləri sayəsində ayrılıb. Bundan başqa, Avropa Şurası böhranla əlaqədar Şərqi Avropa ölkələrindən və postsovet məkanından AŞPA sessiyalarına dəvət edilən jurnalistlərin sayını azaldıb. (Amerikanın Səsi) |
2014-01-27 | 7,455 | Şəkidə 54 yaşlı kişi intihar edib | Şəkidə 54 yaşlı kişi intihar edib. "Axar.az" APA-ya istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb. Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü hələ ki istintaqa naməlum səbəbdən yaşadığı evin həyətyani sahəsində tikilmiş altıaçıqdan asaraq intihar edib. Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. |
2014-01-27 | 7,456 | Bütün dünyanı dəhşətə gətirən – Video +16 | "Allah sənə lənət eləsin, ey Bəşər" Suriyada Əsəd rejimi yerli vətəndaşları, xüsusilə uşaqları qətlə yetirməyə ara vermir. Şamın Dariyyə bölgəsi bombalanma nəticəsində yerlə-yeksan edilib, hücumda çoxlu ölü və yaralı olduğu bildirilib. "Axar.az" Suriya Xəbər Agentliyinə istinadən xəbər verir ki, bölgədə yerləşən bir xəstəxanada çəkilən görüntülər ürək dağlayır. Hücumlarda biri ölən, o biri isə yaralı vəziyyətdə onun yanında uzanan iki qardaşın görüntüsü adamı dəhşətə gətirir. Yaxınlaşdırın, yaxınlaşdırın, onu öpəcəm... Qardaşının cəsədini çarəsizcəsinə izləyən balaca uşağın qardaşına üz tutaraq dediyi son sözlər çox dəhşətlidir: "Məni tək qoyub hara gedirsən? Nə olar, mənimlə danış! Onu yaxına gətirin, gətirin, onu öpmək istəyirəm. Allah sənə rəhmət eləsin, qardaşım", - deyərək qardaşını itirən balaca Suriyalı sonda onların bu vəziyyətə düşməsinə səbəb olan Əsəd rejimini də unutmayaraq: "Allah sənə lənət eləsin, ey Bəşər", -deyir. |
2014-01-27 | 7,457 | Bil Geyts bir dəqiqənin içində mat oldu – Video | Dünyanın ən professional qrossmeysteri ilə oynayan dünyanın ən varlı adamı Bil Geyts sadəcə bir dəqiqə içində mat olub. "Axar.az" xəbər verir ki, Norveçdə bir TV proqramına qonaq olan "Maykrasoft" əfsanəsi Bil Geyts dünya səviyyəsində bir çox mükafat sahibi olan norveçli qrossmeyster Maqnus Karlsen ilə "qısa" şahmat oyunu oynayıb. Ancaq işlər Geytsin gözlədiyi kimi getməyib və sadəcə bir dəqiqənin içində Geyts məğlub olub. |
2014-01-27 | 7,458 | Vaxtı keçmiş ərzaq satanlar cərimələndi | Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlardakı mağazalardan ümumilikdə 780 kilodan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. İqtisadiyyat və Sənaye Nazirliyindən "Axar.az"a verilən məlumata görə, həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. İstifadə müddəti keçən ərzaqları satan mağazalardan 3-ü Sabunçu, 6-sı Nəsimi, 1-i Səbail rayonlarında, eləcə də Sumqayıt, Şəki şəhərlərində, Quba, Şəmkir, Samux, Göycay, Yevlax, Şirvan, Xudat, İsmayıllı, Balakən, Astara, Tərtər rayonlarında fəaliyyət göstərən fiziki şəxslərə məxsus olub. Monitorinqlər zamanı qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur. |
2014-01-27 | 7,459 | Şəkidə evlərin birində qadın meyiti tapılıb | Bu gün axşam saatlarında Şəkidə qadın evində ölü tapılıb. Hadisə Məmməd Əmin Rəsulzadə küçəsi, bina 168 a, ev 3-də baş verib. Məlum olub ki, cəsəd 1965-ci il təvəllüdlü Paşayeva Səlfinaz Həmid qızına məxsusdur. Belə ki, qonşuları evin işıqlarının yanılı olduğunu, lakin bir neçə gündür qadından səs səmir gəlmədiyini görüb və mərhumun yaxınlarına müraciət ediblər. Evin qapısı açıldıqda isə 49 yaşlı qadının cəsədi ilə rastlaşıblar. Mərhumun hansı səbəbdən ölməsi isə hələlik məlum deyil. Qeyd edək ki, Səlfinaz Paşayeva evdə tək yaşayırdı. Faktla bağlı Şəki şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaqdan sonra məlum olacaq ("Kanal S"). |
2014-01-27 | 7,460 | Otuz altı il sonra həbs olundular – Məşhur tarixçə | Məşhur "Şərəfli oğlanlar" ("Goodfellas") adlı filmə 6 milyon dollarlıq yardım edən soyğunçular düz 36 il sonra həbs olunublar. "Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, beş soyğunçudan biri Vinsent Asaron olub. O, 1978-ci ildə Nyu Yorkun JFK aerodromunda reallaşan soyğunda iştirak edib, lakin bu yaxınlarda düz 36 il sonra təqsirli bilinərək həbs olunub. "Lufhansa" hava yollarının yük hissəsində reallaşan silahlı soyğunda 5 milyon dollar nağd pul və 1 milyon dollarlıq ləl-cəvahirət oğurlanmışdı. "Şərəfli oğlanlar" ("Goodfellas") adıyla səhnələşdirilən filmdə baş rolda Robert De Niro oynayıb. Onların törətdiyi cinayət o dövrün ən böyük nağd oğurluğu olaraq qeydə alınıb. Oğurlanan pullar axtarılsa belə, heç vaxt tapılmayıb. İstintaqın bu qədər uzanmasının səbəbi isə soyğuna qarışan şəbəkə üzvlərinin bir-bir öldürülməsi göstərilir. Soyğundan sonrakı iki il ərzində hadisə ilə əlaqədar ən azı 6 cinayət törədilib. FTB iyun ayında araşdırma aparmış, soyğunu planlaşdıran və şübhəli bilinən Ceyms Burkun evinə aid ərazidə qazıntı apararaq, yeni dəlillər tapmışdı. Xatırladaq ki, Ceyms Burk məşhur oyunçu Robert De Nironun çəkildiyi "Şərəfli oğlanlar" ("Goodfellas") filminə oğurluq etdiyi pullarla dəstək olub və film ərsəyə gəlib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.