date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-24
7,150
Müxalifət hakimiyyətlə danışıqlardan imtina etdi
Kiyevdə "Avromeydan" iştirakçıları yanvarın 24-nə keçən gecə Qruşevski küçəsində qarşıdurmanın davam etdirilməsinə səs veriblər. "Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb. Məlumata görə, "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və Qruşevski küçəsində qarşıdurmanın davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib. Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb. "Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə", deyə Oleq Tyaqnibok bildirib. "Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: "İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir", deyə o bildirib.
2014-01-24
7,151
Azərbaycan İsrail təcrübəsini öyrənir
Azərbaycan İsrailin kibercinayətkarlıqla mübarizə və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib. Əməkdaşlığın aspektlərinə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzinin rəhbərliyinin gələn həftə İsrailə səfəri çərçivəsində baxılacaq. Mənbənin sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən biridir. Kiberməkanda mühafizənin strategiyası üzrə İsrail modeli unikal inkişaf konsepsiyasına uyğun olaraq əldə olunmuş təcrübəyə əsaslanır (Trend).
2014-01-24
7,153
Azərbaycan hər il bu ölkəyə 10 milyon dollar investisiya yatırır
Belarus iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının illik səviyyəsi təqribən 10 milyon dollar təşkil edir. Bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə deyib. Səfir bildirib: "Biz Azərbaycana zəruri texnika təqdim etməyə hazırıq. Bunu bizim ölkə iqtisadiyyatına qoyulan investisiyalarımız hesab etmək olar. Biz iş yerləri açırıq və hazırda Gəncə Avtomobil Zavodunda təqribən 800-1000 iş yeri yaradılıb". S.Patskeviçin sözlərinə görə, hazırda Azərbaycan və Belarus tikinti sahəsində də fəal əməkdaşlıq edirlər: "Belarus şirkətləri Azərbaycana divar kağızları, dəmir-beton məmulatları tədarük edirlər, layihələndirmə sahəsində xidmətlər göstərirlər" (Trend).
2014-01-24
7,154
Xarici İşlər nazirləri bu gün görüşəcəklər
Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Eduard Nalbandyan arasında görüş keçiriləcək. Bu barədə məlumatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədəki səhifəsində yayıb. Görüş vaxtı tərəflərin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi, həmçinin iki ölkə prezidentlərinin fevralda baş tutacaq görüşlərinin vaxtının müəyyənləşəcəyi bildirilir. Xatırladaq ki, tərəflər sonuncu dəfə 2013-cü il dekabrın 5-də Ukraynanın paytaxtı Kiyevdə ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri rəhbərlərinin toplantısında görüşmüşdülər (Anspress).
2014-01-24
7,155
SSRİ çempionu öldü
Azərbaycan futboluna ağır itki üz verib. Azərbaycan futbolunun görkəmli nümayəndəsi, qapıçı Elxan Babayev vəfat edib. SSRİ idman ustası, SSRİ çempionu, "Araz", "Kəpəz", "Neftçi" komandalarının qapıçısı olmuş Elxan Babayev 2014-cü il yanvar ayının 23-də dünyasını dəyişib (Anspress).
2014-01-24
7,156
“İnternet Tanrının bir lütfüdür”
Bunu katoliklərin ruhani lideri Papa Fransis deyib. Papa Fransis internetin insanların bir araya gəlməsində böyük imkanlar yaradan Tanrının bir lütfü olduğunu ifadə edib. Ruhani lider ünsiyyət günü səbəbilə yayımladığı mesajında , "İnternet insanları görüşdürmək və birlik yaratmaq baxımından böyük imkanlar təqdim edir. Bu yaxşı haldır və Allahın bir lütfüdür" deyib. Papa sağlam ünsiyyətin insanları bir-birinə yaxınlaşdırmaqda daha təsirli ola biləcəyini vurğulayaraq, sözlərinə belə davam edib: "İnternetlə əlaqələr bizim inkişaf etməyimizi təmin edə də bilər, yolumuzu çaşdıra da bilər" (Anspress).
2014-01-24
7,157
Bakıda köşk yandı: Ölən var
Bakıda gözətçi köşkü yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-24
7,158
Orta məktəbdə müəllimə öldü
Bakı şəhərindəki orta məktəbdə ölüm hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ölüm faktı Hövsan qəsəbəsində yerləşən 76 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin ibtidai sinif müəlliməsi Tatyana Konstantinovna qəfildən yıxılaraq ölüb. Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları çağırılıb. Faktla bağlı araşdırma aparılır.
2014-01-24
7,159
Azərbaycanlı futbolçu Türkiyədə boykota əl atdı
Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"un futbolçuları məşqə çıxmaqdan imtina ediblər. "Axar.az" xəbər verir ki, buna səbəb futbolçuların uzun müddətdi maaş ala bilməməsidi. Futbolçular rəhbərliyə etiraz əlaməti olaraq boykota əl atmaq məcburiyyətində qalıblar. Maaşlar ödənməsə boykot davam etdiriləcək. Baş məşqçi Özcan Bizati xəbəri təsdiq edib.
2014-01-24
7,160
Fazil Mustafa Tofiq Yaqubluya azadlıq istədi - Foto
Millət Vəkili Fazil Mustafa "Feysbuk" səhifəsində Azərbaycan iqtidarına müraciət edərək İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını istəyib. O, bunu Yaqublular ailəsinin başına gələn son hadisələrlə əsaslandırıb və iqtidarın humanist addım atacağına ümid etdiyini bildirib. "Axar.az" Fazil Musatafanın statusunu təqdim edir: "İsmayıllı hadisələrinə görə ittiham olunanlardan biri, Müsavat Partiyasının başqan müavini, Qarabağ qazisi Tofiq Yaqublunun ailə üzvlərinin, müdafiəçisinin və sürücünün başına gələn qəza çox üzücüdür. Məncə Azərbaycan iqtidarı məhz bu anda humanist addım atmağa özündə cəsarət tapmalıdır. Məhkəmə Tofiq Yaqublu barədə həbs qəti-imkan tədbirini dəyişməlidir ki, heç olmazsa ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə bilsin. Bunun üçün hansı müraciət forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət qoyur. İnsanların faciə yaşadığı anlarda heç olmazsa mərhəmətli olmağı bacarmaq lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində müsbət nəticə əldə olunacaq. Bir daha yaralılara Allahdan şəfa diləyirəm". Xatırladaq ki, Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar. Qəza nəticəsində Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu və Müsavat Partiyasının üzvü Çingiz Əli ciddi xəsarət alıblar.
2014-01-24
7,161
Qahirədə partlayış: 3 ölü, 47 yaralı
Qahirənin mərkəzində güclü partlayış baş verib. Bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb ( Trend ). Məlumata görə, partlayışda ən azı 3 nəfər ölüb, 47 nəfər yaralanıb. Partlayışın səbəbləri hələlik məlum deyil.
2014-01-24
7,162
Sərkisyan generalını Azərbaycana görə vəzifədən qovdu
Ermənistanın Milli Təhlükəsizlik nazirinin müavini vəzifədən uzaqlaşdırılıb. "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb. Məlumata əsasən Ermənistanın Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Romik Arutyunyanın vəzifədən uzaqlaşdırılması haqqında prezident əmr verib. Onun vəzifəsindən qovulmasının səbəbləri haqqında məlumat verilməyib. Mətbuat generalın qovulmasına son günlərdə müxalifətin aktivləşməsi və cəbhənin təmas xəttinda Azərbaycan ordusu ilə münasibətlərdə Ermənistanın zəif tərəf kimi görünməsini əsas səbəb kimi göstərib.
2014-01-24
7,163
Kiyevdə etirazçılar nazirliyinin binasını ələ keçirdi
Kiyevdə etirazçılar Aqrar Siyasət Nazirliyinin binasını ələ keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, onlar binanın içində barrikadalar qurub. Etirazçılar hökumət binasını qızınmaq üçün zəbt etdiklərini bildirib.
2014-01-24
7,164
Futbolçu ölümlə hədələndi
Radamel Falkonu zədələyən futbolçu ölümlə hədələnib. "Axar.az"ın məlumatına görə, "Mont d’Or Azerq"in türk əslli futbolçusu Soner Ərtək "Monako"lu azarkeş tərəfindən ölümlə hədələnib. Futbolçu açıqlamasında Falkonun ciddi zədələdiyi üçün çox kədərləndiyini bildirib: "Ümid edirəm ki, Falko tez sağalar. Zədəsi çox ciddi olsa, Dünya çempionatına qatıla bilməsə, özümü günahkar hiss edəcəm".
2014-01-24
7,165
Bir sutkada 93 atəşkəs pozuntusu - Rəsmi
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Mosesqex, Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-24
7,166
Telman İsmayılov biznesini satışa çıxardıb – ÖZƏL
Azərbaycanlı milyarder Telman İsmayılov Ukraynadakı məşhur bazarını satışa çıxarıb. Bu barədə "Axar.az"a Odessa şəhərində yaşayan həmyerlimiz, iş аdamı Qurban Musayev bildirib. Musayevin bildirdiyinə görə, İsmayılovun Odessada böyük biznes strukturları vardı. Bunlardan ən böyüyü isə Moskvadakı məşhur "Çerkizevo" bazarını xatırladan "7-ci kilometr" adlı əşya və geyim bazarıdır. Musayevin dediyinə görə, adıçəkilən bazarda 2 mindən çox ticarət nöqtəsi var. Ukraynanın ən böyük geyim və əşya bazarlarından sayılır. "Artıq 3 gündür ki, bu bazarın satlığa qoyulması ilə bağlı xəbər yayılıb. Bazarın əsas inzibatçılarından olan Yelizar adlı yəhudi isə bizə açıq şəkildə bildirdi ki, Telman Mardanoviç belə tapşırıq verib". Həmyerlimizin dediyinə görə, İsmayılovun təcili qərarına səbəb Ukraynadakı qeyri-stabillikdir. Amma ən əsası isə odur ki, İsmayılovun bu ölkədəki biznesinin hamisi Ukrayna iqtidarındakı bəzi mötəbər şəxslərdir. İqtidarın dəyişmə ehtimalı isə İsmayılovu ağır vəziyyətə sala bilər. Ona görə də "Çerkizevo"dakı aqibəti yaşamamaq üçün azərbaycanlı milyarder bu addımı atmaq qərarına gəlib.
2014-01-24
7,167
Bir ailədə iki müəmmalı intihar
Cəmi bir neçə gün əvvəl toy çalınıb, gəlin köçürülən evdən ard-arda iki meyit çıxıb. Yanvarın 12-si əslən Lerik rayonunda olan Təhməzovlar ailəsində toy-büsat idi. Ailənin böyük qızının toyu idi, onu gəlin aparırdılar. Evdən "Vağzalı" musiqisinin sədası kəsilməmiş gəlin yoxa çıxır. Az sonra ana, 3 gün keçməmiş gəlinin bacısı üçün yas mağarı qurulur... Tükürpədən ailə faciəsi Xırdalan şəhərində yaşanıb. Milli.Az xəbər verir ki, yanvarın 22-də Xırdalanda 17 yaşı Bahar Təhməzova özünü dərmanla zəhərləyərək öldürüb. Onun özünü öldürmə səbəbi tam məlum olmasa da, bu hadisəyə qədər ailədə baş verən hadisələrin ardıcıllığı bəzi qaranlıq məqamlara aydınlıq gətirir. Əldə olunan məlumata görə, yanvarın 12-də Baharın böyük bacısı el adəti ilə gəlin köçür. Beş gün sonra bacısı evdən qaçır və axtarışa verilir. Yanvarın 19-da polis tərəfindən tapılan həmin gəlin ata evinə gələrək baş verənlərdə anasını günahlandırır. Anasına onu sevmədiyi bir oğlana ərə verdiyini, bədbəxt olduğunu, həmin adamla yaşaya bilmədiyini deyir. Böyük qızın "ana, niyə məni sevmədiyim insana verdin?" sualına valideyni cavab tapa bilmir. Cəmi bir neçə saat sonra ana özünü asır. Ananın cənazəsini aparıb Lerik rayonunda dəfn edib, 3 mərasimini verib Bakıya qayıdan ailədə növbəti vay qopur. Evin kiçik qızı, 17 yaşlı Bahar özünü dərmanla zəhərləyərək öldürür. Hazırda ailə faciəsini Abşeron Rayon Prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, hazırda istintaq aparılır. Ölümlərin səbəbinin hələ istintaqın sonunda müəyyənləşəcəyi deyilsə də, baş verənlər hər şeyi aydın göstərir... ("Aznews.az").
2014-01-24
7,168
Bakcell-in inanılmaz fırıldağı- XXL yalanı
Bakcell abunəçilərindən şirkətin onları aldatdığına dair daha bir şikayət daxil olub. Bu dəfə şikayətlər Bakcell-in "Klass XXL" taarifi ilə bağlıdır. Bakcell bu taarifə qoşulan abunəçilərə ayda 25 manat ödəməklə 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki təklif edir. Lakin abunəçilərin AzNews.az-a bildirdiklərinə görə, tarifə qoşulmaq heç də Bakcell-in reklamlarda təqdim etdiyi kimi 25 manata yox, daha bahaya başa gəlir. Buna səbəb abunəçilərin bu tarifə qoşulmaq üçün tələb olunan şərtlərdən də əlavə bir çox şərtlərə əməl etməli olmasıdır. Belə ki, taarifə qoşulmaq üçün Bakcell-in müştəri xidmətinə müraciət edən abunəçilərə 25 manatın ödənildikdən sonra yeni tarifə keçiddə problem olmayacağı vəd edilir. Lakin pul ödənildikdən sonra yeni tarifə keçid mümkün olmur. Müştəri xidməti ilə təkrar əlaqə zamanı yeni tarifə keçidin ancaq nömrənin dublikatının çıxartdırılacağı təqdirdə mümkün olacağı bildirilir. Halbuki tarifə keçidlə bağlı şərtlərdə belə bir qeyd olmayıb. Bakcell-in yeni şərtinin əsas pərdəarxası məqamı bundan sonra üzə çıxır. Abonentlərin AzNews.az-a verdiyi məlumata görə, XXL tarifinə keçmək istəyən abunəçilər müştəri xidmətinə bu istəklərini bildirdikdən və pul ödəndikdən sonra onlara tamamilə fərqli nömrədən zənglər gəlir. Zəng edən şəxslər Bakcell-ə heç bir aiddiyyətlərinin olmadığını, başqa şirkəti təmsil etdiklərini bildirərək abunəçiyə həmin tarifə keçmək üçün kömək təklif edirlər. Nömrənin dublikatını çıxartmaq üçün abunəçidən 10 manat tələb edilir. Vaxta qənaət etmək məqsədilə nömrənin dublikatının çıxarılması üçün kuryer xidməti təklif olunur ki, bunun üçün əlavə 5 manat ödəmək tələb edilir. Abunəçidən şəxsiyyət vəsiqəsinin surətini alan kuryerə 5 manat xidmət haqqı ödənilir və əlavə olaraq "hörmət" edilir. Beləliklə bir abunəçi XXL tarifinə qoşulması üçün əlavə olaraq daha 20 manata yaxın vəsait ödəməli olur. Halbuki bu barədə Bakcell-in yeni tariflə bağlı məlumatında heç bir qeyd yoxdur. Ən maraqlısı isə Bakcell-ə heç bir aidiyyəti olmadığını iddia edən və xidmət təklif edən şirkətin XXL taarifinə qoşulmaq üçün müştəri xidmətinə müraciət edən abunəçilərlə bağlı məlumatı hardan əldə etməsidir. Şikayətçilərin dediklərinin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün, AzNews.az-ın əməkdaşı da həmin tarifə keçmək üçün Bakcell-ə müraciət etdikdə eyni problemlə üzləşib
2014-01-24
7,169
İlham Əliyev Jan Filip Kurtua ilə görüşdü
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb. Görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb ("Prezident.az").
2014-01-24
7,170
Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı – Özəl
Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov işdən azad edərək sərəncama göndərdiyi ədliyyə polkovniki Rauf Kişiyevi yenidən hüquq idarəsinin rəisi vəzifəsinə təsdiq edib. Bu barədə "Axar.az"a Müdafiə Nazirliyindəki mənbələrdən məlumat daxil olub. Xəbərdə qeyd olunur ki, Rauf Kişiyev hazırda Nazirlikdə işini davam etdirir və indi də iş otağındadır . MN Hüquq idarəsinin rəisi R.Kişiyevlə bərabər, həmin idarənin işdən azad edilərək sərəncama göndərilən bir neçə əməkdaşı da yenidən öz yerlərinə qaytarılıb. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, digər idarələrin də bir neçə ay əvvəl işdən çıxarılan əməkdaşları yeni əmrlə vəzifələrinə bərpa olunublar. Xatırladaq ki, bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Rauf Kişiyevin vəzifədən azad edildiyi və onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyevin təyin edildiyi barədə məlumat yayılmışdı. Müdafiə Nazirliyi R.Kişiyevin işdən azad edildiyi barədə xəbərləri təkzib etsə də, nazirlikdəki mənbəmiz Hüquq idarəsi rəhbərinin və idarədəki bəzi əməkdaşların işə çıxmadığını bildirirdi. 23 yanvar tarixindən isə idarə əməkdaşları - müdir də daxil olmaqla - işlərinin başındadırlar. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd etdi ki, R.Kişiyevin vəzifədən çıxarılması barədə yayılan xəbərlər "Feysbuk" sosial şəbəkəsində "General-polkovnik Zakir Həsənov" səhifəsinə istinadla verilib: "Biz rəsmən bildirdik ki, bu profil saxtadır. R.Kişiyevin də vəzifədən kənarlaşdırılması ilə bağlı xəbərin heç bir əsası yoxdur və həm cənab polkovnik, həm də idarənin digər əməkdaşları əvvəlki qaydada iş başındadırlar".
2014-01-24
7,171
Suriyada daha bir azərbaycanlı öldürüldü
Suriyada daha bir azərbaycanlı öldürülüb. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan "Əbu Sənan" ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. Onun soyadı adı açıqlanmasa da, adının Vüsal olduğu bildirilir. Vüsal Bakının Qaraçuxur qəsəbəsindəndir. Mücahidlər Vüsalın fotosunu da yayıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
2014-01-24
7,172
Ermənistan informasiya müharibəsinə başladı
"Dünən Azərbaycan tərəfi 200 dəfə atəşkəs rejimini pozub". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib. Mətbuat katibi dünən Tovuz rayonunun Əlibəyli kəndində 37 yaşlı ananın yaralanmasına qarşı məntiqsiz fikirlər səsləndirib. Onun sözlərinə görə, yalnız Azərbaycan bütün istiqamətlərdə atəşkəs rejimini pozub. "Biz bildiririk ki, Azərbaycan tərəfinin sərhədlərimizi pozması nəticəsində Tavuş əyalətinin (Berd rayonu) Ayqepar kəndinin sakini olan 16 yaşlı qız uşağı ayağından güllə yarası alıb". Bununla yetinməyən A.Ovanisyan Azərbaycan Ordusunu gənc qızı qəsdən yaralamaqda günahlandırıb. O, hazırda yaralı qızın vəziyyətinin sabit olduğunu bildirib. Qeyd edək ki, dünən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun sakini, bir uşaq anası olan 37 yaşlı qadın yaralanmışdı. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda ermənilərin dünən və bu gecə ərzində 93 dəfə atəşkəs rejimini pozduğu haqqında məlumat yaymışdı.
2014-01-24
7,173
Bakıda təzə gəlin özünü asdı
Bu gecə saat 01:00 radələrində Bakının Nərimanov rayonunda yeni ailə həyatı quran təzə gəlin özünü öldürüb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən verilən məlumata görə, Çermet qəsəbəsi, Ə.Əliyev küçəsi 38 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Səfiyyə Ələkbər qızı Ağayeva evdə intihar edib. 20 yaşlı qadın özünü evin dəhlizində asıb. Onun meyitini ailə üzvləri asılmış halda tapıblar. Qeyd edək ki, Səfiyyə Ağayeva yenicə ailə həyatı qurubmuş. Qadının səhhətinin normal olduğu bildirilir. Onun nə səbəbdən intihar etdiyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir (ANS).
2014-01-24
7,174
Müdafiə Nazirliyi hərbçilərə müraciət etdi
Müdafiə Nazirliyi bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər xidmət keçmək istədikləri hissələrin komandanlığına müraciət edə bilərlər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, nazirlik məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələrini xahiş edir.
2014-01-24
7,175
Qarabağ münaqişəsində problemin 85 faizi razılaşdırılıb
"Bu günkü görüş müəyyən mübahisəli məqamların razılaşdırılması məqsədi ilə həyata keçirilir. İndiyə qədər ekspertlər işləyib və bu ekspertlər müəyyən tövsiyələr hazırlayıb. Konsensus əldə edilmiş məsələləri Xarici İşlər nazirlərinə təqdim ediblər. Xarici İşlər nazirləri də o razılaşdırılmamış məqamlar üzərində yenə fikir mübadiləsi aparacaqlar və prezidentlərin gələn ay nəzərdə tutulan görüşü üçün münaqişənin indiyə qədər prinsipial mübahisə doğran məqamları barədə təkliflər hazırlayacaqlar". Bu sözləri politoloq Qabil Hüseynli bu gün Parisdə baş tutacaq Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü şərh edərkən "Axar.az" dedi. Qabil Hüseynlinin sözlərinə görə, görüşdə müəyyən kompromislər əldə olunacaq ki, prezidentlər fikir mübadiləsi aparmaq imkanına malik olsunlar: "Ekspertlər indiyə qədər 2003-cü ildən başlayan Praqa proseslərinə söykənərək prinsipial məqamların razılışdırlması prosesini davam etdiriblər: "Düzdü, indiyə qədər tam əhəmiyyətli olmayan, amma bütövlükdə razılaşdırlmağa möhtrac olan 85 faizə qədər məsələlərin razılaşdırlması mümkün olubdur. Amma Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu və eləcə də bölgəyə sülhməramlıların gətirilməsi məsələsində dərin fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları barədə konsensus əldə etmək üçün ekspertlər müəyyən iş aparıblar". Politoloqun fikrincə, Azərbaycan tərəfi ilə Ermənistan tərəfinin mövqelərində diametral bir əkslik var: "Ermənilər deyirlər ki, bütün məsələləri razılaşdıra-razılaşdıra gedək və sonda sülh sazişi imzalayaq. Azərbaycan isə deyir ki, gəlin, böyük sülh sazişinə imza ataq ki, bütövlükdə tərəflərin sülh sazişinə doğru getdiyi öz əksini tapsın. Sonra imzalanmış sülh sazişinin içini dolduraq. Yəni ayrı-ayrı razılaşdırılmamış məqamların tədricən razılaşdırılması yolu ilə böyük sülh sazişinin hazırlanması prosesinə gedək". Referendum məsələsində fikir ayrılığı İndi danışıqlar əsasən dörd istiqamətə cəmlənib – Dağlıq Qarabağın statusu məsələsi, ərazi bütövlüyü, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi və referendum məsələsi. Demək olar ki, bunlar Madrid prinsipləri əsasında formalaşmış fikrilərdir. Azərbaycan isə Madrid prinsiplərini bütünlüklə qəbul etmir. Onun yalnız bir hissəsini qəbul edir. Sülhməramlı qüvvələrin gətirilməsi məsələsində Azərbaycanın köklü etirazı yoxdur. Sadəcə olaraq, sülhməramlı qüvvələrin hansı ölkədən gətirilməsi məsələsində Azərbaycanın öz baxışı var. Azərbaycan referendumun da Dağlıq Qarabağ miqyasında deyil, Azərbaycanda qəbul edilmiş Referendum haqqında Qanuna uyğun olaraq keçirilməsini istəyir. Ermənistan isə yalnız dağlıq Qarabağ miqyasında və Qarabağ üçün əlahiddə referendum haqqında qanunla keçirilməsini istəyir. Tərəflər İsveçrə modelini müzakirə edəcək "Onu da deyim ki, indi ATƏT-in sədri olan İsveçrə münaqişənin həlli yolunda "İsveçrə modelini" irəli sürür. İsveçrə modeli isə Dağlıq Qarabağa ən yüksək idarəetmə statusunu verir. İsveçrədə kantonlar var. Kantonların özünün parlamenti, nazirlər kabineti var, amma İsveçrənin müdafiə və xarici işlər məsələsi İsveçrə mərkəzi hakimiyyətinin əlindədir. Mənim fikrimcə, bu təklif Azərbaycanı qane edəcək. Çünki bu, Azərbaycanın ərazi bütövlüyünü təmin edir", - deyə Qabil Hüseynli fikirlərini yekunlaşdırır.
2014-01-24
7,176
“Molotov kokteyli ilə sılahlanıb, inqilaba cəhd edirlər”
Davosda jurnalistlərə açıqlama verən Baş nazir Nikolay Azarov bildirib ki, ölkəsində inqilaba cəhdlər həyata keçirilir. "Axar.az"ın məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabineti İctimaiyyətlə Əlaqələr Departamenti xəbər yayıb. Xəbərdə bildirilir ki, Azarov Davosda, "Ukraynada inqilaba cəhd olunur və bu inqilabı dəstəkləyənlər açıq şəkildə etiraf etməlidirlər ki, bəli, biz qanuni iqtidarı devirmək istəyirik. Günahsız aksiya iştirakçılarının arxasında gizlənməyə ehtiyac yoxdur", - deyə açıqlama verib. Baş nazir bildirib ki, aksiyalar zənn edilən kimi sakit tərzdə keçirilmir: "Onlar Molotov kokteylndən istifadə etməklə, dövlət idarələrini tuturlar".
2014-01-24
7,177
“İncəsənət Demokratiya Tələb Edir”
Park İnn otelinin "Füzuli" zalında "Demokratiya naminə incəsənət" (Art for Democracy) kampaniyası tərəfindən çəkilən "İncəsənət Demokratiya Tələb Edir" adlı sənədli filmin təqdimatı keçirilir. Təqdimat saat 10:30-da başlayıb, 13:00-a qədər davam edəcək. "Axar.az" xəbər verir ki, film Azərbaycanda artistik ifadə azadlığı haqqındadır və kampaniya tərəfindən hazırlanıb. Sənədli filmin rejissoru İlkin Yusifdir. Təqdimatda filmin qəhrəmanları olan incəsənət nümayəndələri də iştirak edir. Qeyd edək ki, filmdə əməkdar artist İlqar Cahangir, şair Bəxtiyar Hidayət, "Tenqri" rok qrupunun üzvləri Toğrul və Vüsal da çəkiliblər.
2014-01-24
7,178
Müdafiə Nazirliyi 7 erməninin məhvindən danışdı – Rəsmi
"Müdafiə Nazirliyi 7 erməni əsgərinin məhv edilməsi ilə bağlı xəbərlərə heç bir şərh vermir". Bunu "Axar.az"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, kütləvi informasiya vasitələrinin nümayəndələrindən informasiyaları yalnız nazirliyin rəsmi saytından götürülməsini xahiş edib: "Müdafiə Nazirliyi bu səpkili məlumatlara heç bir şərh vermir. Xəbəri alınan mənbədən dəqiqləşdirməyinizi xahiş edirik. Müdafiə Nazirliyinin məlumatları gün ərzində nazirliyin rəsmi www.mod.gov.az internet səhifəsində yerləşdirilir və kütləvi informasiya vasitələrinin nümayəndələrindən dəqiqləşdirilmiş informasiyaları bu səhifədən götürməsi xahiş olunur". Qeyd edək ki, dünən gecə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə istinadən Azərbaycan Ordusunun Füzuli rayonunun Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisini məhv etməsi haqqında məlumat yayılmışdır.
2014-01-24
7,179
Dünən ölkədə 68 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 41-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.
2014-01-24
7,180
Hərbi təyyarələrimiz cəbhə boyu uçuşlar həyata keçirir
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
2014-01-24
7,181
Xoşqədəm Hidayətqızının evi sökülür – Özəl
ATV-də yayımlanan "Səni axtarıram" layihəsinin rəhbəri və aparıcısı jurnalist Xoşqədəm Hidayətqızının evi söküləcək. Bu barədə "Axar.az"a xanım jurnalistin çalışdığı kollektivdən məlumat verilib. Bildirilir ki, Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri ilə bağlı xanım jurnalistin evi də plana düşüb. Onun yaşadığı Heydər Əliyev prospekti-79 ünvanı da söküləcək evlər siyahısındadır. Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının mövqeyini öyrəndik. X.Hidayətqızı xəbəri qətiyyətlə təkziblədi.
2014-01-24
7,182
Universitet tələbələri aksiyaya hazırlaşır
Təfəkkür Universitetinin məzunları Təhsil Nazirliyi qarşısında aksiya keçirəcək. Bu barədə məlumatı ali məktəbi 2013-cü ildə başa vuran məzunlar verib. Aksiyaya səbəb məzunların universiteti başa vurmalarından ötən müddət ərzində diplomlarını ala bilməməsidir. Məzunların sözlərinə görə, diplomlar üçün ötən ilin yayında bir dəfə pul toplanıb, ancaq diplomlar verilməyib. İndi isə yenidən məzunlardan pul tələb edilir. Lakin əksər məzunlar diplom üçün yenidən pul ödəməkdən imtina edərək, ali təhsil haqqında sənədlə təmin edilmələrini tələb edirlər. Belə bir məqamda universitetin bağlanılması xəbərlərinin yayılması tələbələrin narahatçılığını bir qədər də artırıb. Məzunların sözlərinə görə, diplomların verilməməsi Təhsil Nazirliyini rəhbərliyindəki dəyişikliklərlə əlaqələndirilir. Ötən ilki məzunların diplomlarının verilməməsini universitetdən də təsdiqləyiblər. Universitetin prorektorluğundan bildirilib ki, diplomların indiyə qədər verilməməsi texniki məsələlərlə əlaqədardır: "Diplomlar hazırlanır, yaxın günlərdə veriləcək" ("AzNews.az").
2014-01-24
7,183
Narkotik vasitələr aşkar edilərək götürüldü
Narkotik vasitələr aşkar edilərək götürülüb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakinləri Samir İbadovdan 0,199 qram, əvvəllər məhkum olunan Xanbala Məlikovdan 0,178 qram və Ağsu rayon sakini, əvvəllər məhkum olunan Ayat Məmmədovdan 0,183 qram heroin götürülüb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Nəzakət Səmədovanın, Adəm Salahovun, Rasim Seyidovun, Xatirə Əliyevanın və Sübhəddin Məhərrəmovun evlərindən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
2014-01-24
7,184
Ramil Səfərov idmançılarla görüş keçirdi - Fotolar
Yanvarın 23-də "Cənub" İdman Klubunda Milli Ordunun zabiti Ramil Səfərovla görüş keçirilib. "Axar.az"ın məlumatına görə, görüşdə Azərbaycan Kikboksing Federasiyasının səlahiyyətli şəxsləri ilə yanaşı, "Cənub" İdman Klubunun rəhbəri Samir Həsənov və gənclərdən ibarət kikboksing üzrə milli komandanın baş məşqçisi Hikmət Hacıyevlə məşqçi Elnur Həmidov da iştirak edib. Ramil Səfərov hələ Macarıstanda həbsdə olarkən 2011-ci ildə oktyabr ayında onun adına açılan "Cənub" İdman Klubunun Ramil Səfərov adına idman zalının açılışına təşəbbüs göstərən Hikmət Hacıyevə minnətdarlığını bildirib.
2014-01-24
7,185
QHT-lər aksiya keçirməyə hazırlaşır
Yanvarın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində "Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi"nin durumunun mətbuata açıqlanması ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda bir çox mətbuat nümayəndələri və QHT rəhbərləri iştirak edib. Tədbirdə Qeyri Hökümət Təşkilatlarının problemləri və qanunda edilmiş dəyişikliklərlə bağlı çıxışlar edilib. Tədbirdə Avropa Şurasına göndəriləcək bəyamnamə də səsləndirilib. Tədbirdə çıxış edən "Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi"nin üzvü Leyla Əliyeva bildirib ki, onlar hökümət nümayəndələrini də bu tədbirə dəvət etsələr də təəssüf ki, gələn olmayıb: "Biz bu tədbirdə hökümət nümayəndələrini də görmək istərdik. Şox təəssüf ki, onlar tədbirimizdə iştirak etmirlər. Amma beynalxalq təşkilatların Bakı ofislərindən yüksək səviyyədə dəstək verildi". "Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi"nin üzvü Qubad İbadoğlu öz çıxışında bildirib ki, onlar ölkə prezidentinə QHT-lər haqqında qanunla bağlı öz etirazlarını yazılı olaraq, bildiriblər: "Biz ölkə prezidentinə yazılı şəkildə müraciət etmişik. On gündən çoxdur ki, müraciət ünvanlamış olsaq da, hələ də cavab gəlməyib. Əgər nəticə olmasa, etiraz aksiyası belə keçirə bilərik" ("Musavat.com").
2014-01-24
7,186
Cinsi azlığı qorumaq da bir ləyaqətdir
İsadan İsaya Hadisələrdə mistika axtarmağı sevmirəm. Amma İsanın ölümü çox mistik oldu. Mistik tərəfləri haqqında bir az sonra... İsa kim idi? Dostumuz Ramil Qafarovun sözü ilə desək, gənclər sektorunda ictimai fəallığı olan qız və oğlanlarla ucuz kafedə oturar, çörək yeyib çıxardı. Sizin təsəvvür etdiyiniz parikli, kosmetikalı "Tiflis prospekti sakinləri"ndən deyildi. Küçədə görsəniz, hər hansı gəncdən fərqləndirməzdiniz. Daim gülərüz, sevinc dolu biri idi. İsa Şahmarlı haqqında yazı hazırlamağı qərarlaşdıranda homoseksuallığın əslində nə xəstəlik nə də insanın öz seçimi olmaması və s. yazmağı düşünürdüm. İnsanların bu cür doğulmasına görə qınamağın xərçəng xəstəsini qınamaq kimi bir şey olmasını da yazmaq olardı. Ancaq fikrimi dəyişdim. Bu cür şeylər insanların fikirlərinə təsir etmir. Əlqərəz, homoseksuallığın "təbiətdən gəlməsi" barədə nəsə yazmaq fikrim yoxdur. Bu barədə öyrənmək istəyən zəhmət çəkib "Vikipediya"ya baxa bilər. İsa haqqında bilmədiklərinizi yazacam. Bəlkə o zaman fikirləriniz az da olsa dəyişəcək və ölmüş birisinin arxasınca lənətlər yağdırmaqdan, qəbrini dağıtmaqdan, qəbri dağıdanlara haqq qazandırmaqdan əl çəkəsiniz. Ürəyinizdə pıçıldayaraq özünüzə sual edin. Narahat olmayın, heç kim eşitməyəcək. İntihar etməzdən 1 saat öncə banka gedib kredit borcunuzu ödəyərdinizmi? "Gey" olaraq doğulsaydınız, bunu açıq şəkildə deyərdinizmi? Öz idealınız uğrunda ölümü gözə alardınızmı? Homoseksuallığın yaradılışdan gəlməsini hələ də qəbul etmirsinizsə, yazının bundan sonrasını oxumasanız da olar. Vicdan Tanrının ekvivalentidir. Əgər vicdan deyilən şeyə inancınız varsa, səmimi olun və vicdanın səsini boğmayın, qoyun danışsın. İsa ANS-dən həmişə umurdu İsa həmişə deyirdi ki, özümü LGBT bayrağı ilə asacam və mənim ölümümdən sonra cinsi azlıqların hüquqlarını tanıyacaqlar, tanımasalar, bütün cinsi azlıqlar ayağa qalxacaq. Deyirdi ki, ölümümlə ANS-i rəngləyəcəm. Nəyə görəsə, həmişə ANS-dən nəsə umurdu. Yeri gəlmişkən, ANS-in "Alın yazısı" proqramının bir buraxılışı İsaya həsr ediləcək. Taleyin qismətinə bax ki, dəfnindən süjet hazırlayan TV kanal da ANS oldu; məhz ANS-in kamerası sındırıldı, maşını daşa basıldı. Niyə? Burda bir mistikamı var? Ölümün mistik tərəflərindən danışırdım... Hadisələrdə mistika axtarmağı sevmirəm. Amma İsanın ölümü çox mistik oldu. İnsan öz ideyası uğrunda, günahkarlar və günah səbəbi ilə ölümə getdi. Bu mənə İsa Məsih obrazını xatırlatdı. Onun bu ölümünü nahaq etməmək üçün İsanın özünü asdığı bayrağın rəngləri uğrunda mübarizə aparan insanların hamısı bu mübarizliyi yaymalıdırlar. Necə ki, İsa Məsihin əshabələri peyğəmbərin ölümündən sonra onun ideyasını yaşatdılar və bütün Roma imperiyasına yaydılar. Burda söhbət homoseksuallığı təbliğ etməkdən getmir. Sadəcə, onların da insan olduğunu və hər hansı bir diskriminasiyanın yanlış olduğunu anlamaq lazımdır. Yaxşı ki İsa öldü İsa kimi mübariz birisinin ölümü nə dərəcə şok effekt yaratdısa, ölümündən sonra maskaları cırılan ziyalılar da bir o qədər şok effekti yaratdı. Yaxşı ki İsa öldü. Ziyalı qiyafəsi geymiş onlarla zombinin maskası cırıldı. Bunların arasında neçə-neçə yazıçı, musiqiçi, incəsənət adamı var. Sosial şəbəkələrdə İsanın ölümü toy-bayram edənlərin bir cümləsi var: "Tolerant olun, bu da bizim fikrimizdir". Bir az düşünən insanı bu yerdə infarkt vurmalıdır. XXI əsrdə adamlar bilmir ki, ağızdan çıxan hər söz fikir deyil. Bilməyənlər üçün bir də deyək. Söz o zaman fikir sayılır ki, o, kiminsə hüququnu pozmasın, haqqına girməsin və təhqir etməsin. Əgər hər söz fikir sayılırsa, sevmədiklərimizə ən axırıncı söyüşləri yazaq və deyək ki, bu da bizim fikirimizdir və sizə tolerant olmaq düşür. Xəqani Hasın öz yazılarında qeyd etdiyi bir nüans var: "Sənin kimi olmayanların hüquqlarını qorumaq hər bir ləyaqətli insanın borcudur". Bir ağdərili kimi qaradərilinin hüquqlarını, bir azərbaycanlı kimi qeyri-azərbaycanlının, bir heteroseksual kimi homoseksualın hüquqlarını müdafiə etməliyik. Müdafiə etmək onunla eyni olmaq və ya eyni düşünmək demək deyil. Bir ateist kimi hicab azadlığını dəstəkləyəndə müsəlman, bir homoseksualın hüquqlarını müdafiə edəndə homoseksual olmursan; sadəcə olaraq sənin kimi olmayanı qoruyursan. Məncə, bu, əsl ləyaqət və ən böyük fəzilətdir.
2014-01-24
7,187
Səfər Əbiyevin yaxın adamı həbs olundu
Sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan keçmiş hərbçi Elxan Hacıyev həbs olunub. "Axar.az"ın "AzNews.az"a istinadən veridyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin keçmiş miçmanı bir neçə gün əvvəl dövlət əmlakının mənimsəməkdə, tutduğu postdan istifadə edərək, vətəndaşları aldatmaqda ittiham edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib. E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, onun oğlu Rövzat Hacıyev HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. Xatırladaq ki, Elxan Hacıyev Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs edilən "İnamla hüquq" MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəfin şahidi kimi ifadə verib. B.Məmmədov evləri plana düşmüş sakinləri müdafiə etdiyi üçün Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs olunub. Məhkəmə hüquq müdafiəçisini 8 il müddətinə azadlıqdan məhrum edib. E. Hacıyevin Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış vəsaitin mənimsənilməsində iştirakı haqda da mediada məlumatlar yer alıb. E. Hacıyevin hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. kimi cinayətlərdə də adı hallanıb. Onu da xatırladaq ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin 2013-cü il aprelin 2-də, axşam saatlarında evinə qayıdarkən döyülməsi faktı ilə bağlı şübhəli şəxs kimi ifadəsi alınan şəxslərdən birinin də Elxan Hacıyev olduğuna dair məlumat da açıqlanmışdı.
2014-01-24
7,188
Türkiyə Yunanıstandan öz agentlərini istəyir
Yunanıstanıən qırmızı bülletenlə axtarışa verdiyi "Postbank"ın İdarə Heyətinin keçmiş sədri Anqelos Filipidis 11 yanvar tarixində İstanbulda yaxalanıb. "Axar.az" "CNN Türk"ə istinadla xəbər verir ki, Türkiyə Filipdisi 2 MİT və bir DHKP-C terrorçusu ilə dəyişdirmək istədiyini bildirib. Xatırladaq ki, Filipidis "Postbank"ın İdarə Heyətinin sədri olduğu müddətdə biznesmenlərə rüşvət qarşılığında 500 milyon avro təminatsız kredit verməkdə ittiham olunur.
2014-01-24
7,189
Dünən dəfn edilən gəncin qəbrini dağıtdılar? - Foto
Yanvarın 22-də intihar edən gənc homoseksual İsa Şahmarlının məzarının dağıdıldığı barədə məlumat yayılıb. Xəbərin düzgünlüyünü yoxlamaq üçün, ANS-in əməkdaşı hadisə yerinə yollanıb. Anspress-in məlumatına görə, ANS kanalının əməkdaşı Gülnar Orucovanı İsa Şahmarlının dəfn olunduğu Binə qəsəbəsindəki qəbristanlıqda bir neçə nəfər qarşılayıb. Özünü Emil, İsanın əmisi kimi təqdim edən şəxs ANS-in əməkdaşlarının çəkiliş aparmalarına mane olmağa çalışıb. Sonradan çəkilişə şərait tapan müxbirlər, qəbirin üzərindəki cinsi azlıqlara məxsus bayrağın və güllərin götürüldüyün şahidi olub. Qəbirin üstündə ayaq izləri də olub. Lakin qəbir dağıdılmayıb. Qəbristanlıqdakı mollaların dediklərinə görə, məzarı tez-tez ziyarət edirlər. Qeyd edək ki, yanvarın 22-də Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib. Özünü asan İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib. İsa Şahmarlı intihar etmədən öncə Facebook hesabında dostları ilə vidalaşıb: "Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida".
2014-01-24
7,190
Rövşən Almuradlı Sabir Rüstəmxanlının müşaviri oldu
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında yeni təyinatlar olub. Partiya sədri Sabir Rüstəmxanlının sərəncamına əsasən, tanınmış kinorejissor Rövşən Almuradlı partiya sədrinin mədəniyyət məsələləri üzrə müşaviri, Şəfəq Qulusoy VHP-nin Ümumi Şöbəsinin müdiri təyin olunublar. Bu barədə "Axar.az"a partiyanın mətbuat xidmətindən məlumat verilib.
2014-01-24
7,191
Həzi Aslanovun vəfatından 69 il ötür
Bu gün Həzi Aslanovun anım günüdür. "Axar.az" xəbər verir ki, 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Aslanovun vəfatından 69 il keçir. Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi Kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol göndərişi ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb. Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
2014-01-24
7,192
Şahin Mustafayev sahibkarlarla görüşdü
Ötən il ölkədə 28 yeni quşculuq təsərrüfatı istifadəyə verilib. 2014-cu ildə isə daha 11 müəssisənin fəaliyyətə başlaması gözlənilir. Bu barədə bu gün İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədovun quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşündə məlumat verilib. Əlavə edilib ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondu müasir texnologiyalara əsaslanan və illik istehsal gücü 55 min ton quş əti, 84 milyon ədəd damazlıq yumurta və 164,5 milyon ədəd əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 milyon manatdan çox güzəştli kredit verilib. Son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97,3 min tona, o cümlədən, sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb. Qeyd edək ki, 40-dan çox quşçuluq təsərrüfatının, Sahibkar Təşkilatları Milli Konfederasiyası rəhbərlərinin iştirak etdiyi görüşdə quşçuluq sahəsinin inkişafı perspektivləri müzakirə edilib. Quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi və bu sahədə ixrac potensialının yaradılması üçün geniş imkanların olduğu bildirilib. Sonda İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Quşçuluq Cəmiyyəti nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərar alınıb. İşçi qrupuna quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün görüləcək tədbirlər barədə təkliflər hazırlamaq tapşırılıb.
2014-01-24
7,193
Suriyada qadınlar da vuruşur - Video
Axar.az" xəbər verir ki, dünən gecə saatlarında Suriya müxalifləri ərləri ilə vuruşmağa gedən bir qrup suriyalı qadının videosunu yayıb. Videoda çarşab (fəs) geyinən qadınların silahları deyə-gülə söküb-yığdıqları aydın görünür.
2014-01-24
7,194
İntiharla bağlı kampaniya başladı
2014-cü ilin ilk 23 günü ərzində mətbuata məlum olan 21 intihar hadisəsi qeydə alınıb. Bu, Azərbaycanımızda gərginliyin və insanların özünü ifadə etmə probleminin kuliminasiya nöqtəsinə çatmasının sübutudur. "Dalğa" Gənclər Hərəkatının (Dalğa GH) mətbuat xidməti bu barədə press-reliz yayıb. Press-relizdə bildirilir ki, təşkilat mövcud problemi ictimailəşdirmək üçün fləş-mob və kampaniyalar keçirib: "Lakin intiharın günü-gündən artması mövcud problemin həlli üçün fəaliyyətin genişləndirilməsini vacib edir. Bütün bunlarla yanaşı Azərbaycanda fəaliyyət göstərən Azad LGBT Təşkilatının rəhbəri İsa Şahmarlının intihar etməsi cəmiyyətdə böyük sarsıntı yaratdı. İntiharların sayının artması qorxusu, özünə qəsd hallarının adiləşməsi və bu istiqamətdə hər hansı bir ciddi addımların atılmaması səbəbindən Dalğa GH İdarə Heyəti qərarlar qəbul edib və bu istiqamətdə təşəbbüslə çıxış edir: 1. Dalğa GH-nın nəznində insanlara təmannasız pisxoloji yardım göstərəcək Mərkəz yaradılacaq. 2. İnsanları intihar həddinə çatdırılması ilə bağlı mövcud qanunvericiliyin daha da sərtləşdirilməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırılacaq. 3. Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarını cəlb edərək "Yaşa ki , yaradasan!" kampaniyasına başlanılacaq. Dalğa GH hər bir vətəndaşı Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş "... İnsan və Vətəndaş hüquqlarını, azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır." qanuna hörmətlə yanaşmağa çağırır" ("Müsavat.com").
2014-01-24
7,195
Qadınları Dubaya aparan şəxs tutuldu
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri müsbət nəticə verib. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Şirvan şəhər sakini Mehriban İbrahimovanın qadınları Dubaya apararaq cinsi istismara məruz qoyması faktı aşkarlanıb və M.İbrahimova həbs edilib.
2014-01-24
7,196
Mikayıl Cabbarov yeni əmr imzalayıb
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Nazirlikdən verilən məlumata görə, əmrə əsasən ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılacaq. Əmrdə qeyd olub ki, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilib. Sənəddə göstərilib ki, əmr 2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən qüvvəyə minəcək. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb (ANS).
2014-01-24
7,197
Ermənistan cəbhədəki gərginliyin səbəbini açıqladı – Rəsmi
"Dağlıq Qarabağ konflikti artıq müharibə yolu ilə həll olunub". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, hazırda cəbhədə yaranmış gərginliyin 20 Yanvar faciəsi ilə əlaqədar olduğunu bildirib. "Qara Yanvarla əlaqədar cəbhədə bu dəqiqə gərginlik var. Onlar anlaya bilmirlər ki, həmin dövrdə ermənilərə qarşı genosid həyata keçirilirdi. Dağlıq Qarabağ konflikti artıq müharibə yolu ilə həll olunub. Hazırda bölgədə müharibənin baş verməsi nəzəriyyəsi çox aşağıdır". Qeyd edək ki, son 4 gün ərzində Ermənistan Silahlı Qüvvələri 376 dəfə atəşkəs rejimini pozublar.
2014-01-24
7,198
İlham Əliyev: “Biz təkcə azadlığa qovuşmamışıq,...”
Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib. Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: "Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm". Qəbulda çıxış edən Prezident İlham Əliyev əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığını bildirib: "Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır". Prezident bildirib ki, Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır: "Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq". Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir: "Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir. Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni "İpək Yolu"dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir". İlham Əliyevin sözlərinə görə, təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olub: "Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir. Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir". Prezident qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir: "Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib. Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram".
2014-01-24
7,199
Şəhid olan zabitimiz - Foto
Dünən şəhid olan kapitan Elnur Cəfərovun sosial şəbəkədə yeni fotoları yayımlanıb. Fotoları jurnalist Məhəmmədəli Qəribli paylaşıb. Şəhid zabitimiz hələ ki, dəfn olunmayıb. Qeyd edək ki, dünən Elnur Cəfərov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. O, 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb. Bu müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib ("Qafqazinfo").
2014-01-24
7,200
MAQATE İran üçün 6 milyon avro istədi
MAQATE-nin Baş direktoru Yukiya Amano Cenevrə razılaşmasının yerinə yetirilməsini yoxlamaq üçün İrandakı müfəttişlərin sayının artırılmasına əlavə 6 milyon avro vəsaitə ehtiyac olduğunu bildirib. Xatırladaq ki, Cenevrə razılaşmasının reallaşması üçün yanvarın 20-də tərəflər birinci mərhələyə başlayıb.
2014-01-24
7,201
Azərbaycan İranla İsrail arasında vasitəçilik edir? – Şərh
Davosda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin İsrail liderləri ilə görüşdən sonra İran prezidenti ilə müzakirələr aparması diqqətdən yayınmadı. Bəzi müşahidəçilər İran-İsrail münasibətlərində bölgədə sürətlə nüfuz qazanan Azərbaycanın vasitəçilik missiyasının mümkünlüyü versiyasını irəli sürdülər. Bu iddialar nə qədər həqiqətə uyğundur? İsrail Azərbaycana daha yaxındır "Azərbaycan prezidentinin hər dəfə Davosda İsrail liderləri ilə görüşməsinin özü artıq hər şeyi sübut edir". Bunu "Axar.az"a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vasitəçiliyi istisna edərək dedi. Onun sözlərinə görə, İsrail Azərbaycana daha yaxın ölkədir: - İranda prezident seçkisindən sonra Azərbaycan lideri ilə heç bir görüş olmamışdı və bu görüşü protocol görüşü adlandırmaq olar. Bizim İsraillə əməkdaşlığımız isə daha sıxdır. Biz İsraildən başqa ölkələrdən ala bilməyəcəyimiz silahları alırıq, İsrailsə neftimizin alıcısıdır. Həmçinin İsrail ərazi bütövlüyümüzü tam dəstəkləyir. Amma İran yenə də Ermənistan və onların diplomatları ilə əlaqədədir. Yəni İrandakı yeni prezident seçkilərindən sonra da bu ölkənin Azərbaycana qarşı münasibətində müsbətə doğru heç nə dəyişməyib". E.Şahinoğlu hazırda İranla münasibətlərin yüksək səviyyədə olmamasının əsas səbəbini Ermənistan amili ilə əlaqələndirdi: - Biz də istəyərdik ki, İranla münasibətlər yüksək səviyyədə olsun, amma İran hələ də Ermənistana dəstək verir, Xəzərin statusunun müəyyənləşdirilməsini ləngidir, bir sıra terrorçular oradan Azərbaycana keçib aranı qatmaq istəyirlər.
2014-01-24
7,202
Azərbaycanda halal kolbasa istehsal olunmur - Rəsmi
Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: "Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb". R.Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində "halal" sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil".
2014-01-24
7,203
Ermənilərin 10-dək hərbçisi məhv edilib – Video
Cəbhənin Ağdam istiqamətində atışma səsləri eşidilib. "Axar.az" xəbər verir ki, ANS-in çəkiliş qrupu birbaşa atəş səslərinin içindən xəbər hazırlayıb. Ağdamın Orta Qərvənd kənd sakinlərinin sözlərinə görə, son vaxtlar atəş səsləri heç dayanmır. Kənd bələdiyyəsinin sədri Habil Abbasov qeyd edib ki, atəş səslərindən dolayı kənd sakinləri heç əkin sahələrinə də gedə bilmir. ANS Xocavənd və Füzuli istiqamətlərində ermənilərin 10-a qədər hərbi qulluqçusunun məhv edildiyini də xəbər verib.
2014-01-24
7,204
Milli Məclisdən notbuk qadağası ilə bağlı açıqlama - Rəsmi
"Smartfon və androidlərlə bağlı məlum qərar veriləndə notbuk və planşetlər də nəzərdə tutulurdu. Ona görə burda yeni heç nə yoxdur". Bunu noutbukların da parlament binasına buraxılmasına qoyulan qadağa barədə xəbərlərə münasibət bildirən Milli Məclisin Mətbuat katibi Akif Nəsirov "Axar.az"a dedi. A.Nəsirovun sözlərinə görə, jurnalistlərin Milli Məclis binası daxilində kompüter və internetlə təmin edilməsində isə heç bir problem yoxdur: "Milli Məclis hər zaman jurnalistləri zəruri texniki avadanlıqlarla təmin edib. Məlumatı öz texniki vasitələri ilə göndərmək istəyənlər də smartfon olmayan telefonlardan istifadə edərək peşə fəaliyyətlərini yerinə yetirə bilərlər".
2014-01-24
7,205
Bakıda köhnə “İnturist”in bənzəri tikilir
Bakıda tikilməkdə olan otel binası quruluşu və layihəsi ilə paytaxt sakinlərinin diqqətini cəlb edib. Bayıl qəsəbəsi yaxınlığında, bir vaxtlar "Salyan Avtovağzalı" kimi tanınan obyektin ərazisində tikilən otel binası demək olar ki, köhnə "İnturist"in eynisidir. İnşaat sahəsində işləyənlər də binanın Bakının məşhur otelinin layihəsi əsasında tikildiyini etiraf ediblər. Onların sözlərinə görə, yeni otelin adı hələlik dəqiqləşməyib. Otel bu ilin sonlarınadək istifadəyə verilməlidir. Xatırladaq ki, Azneft dairəsi yaxınlığında yerləşən köhnə "İnturist"də baş verən yanğınlardan sonra binanın bir hissəsi sökülüb. Qalan hissəsi isə fəaliyyətsiz qalıb. Daha sonra bina təmir olunsa da, köhnənin görkəmində inşa edilməyib ("Publika.az").
2014-01-24
7,206
Tacikistan “ov/yev”lərdən imtina edir
Tacikistanın Kənd Təsərrüfatı naziri Kosim Kosimov Baş prokurorun rus sonluqlu soyadların hələ də əksəriyyət təşkil etməsinə ciddi iradından sonra soyadının dəyişdirilməsi üçün sənədlərini müvafiq instansiyaya göndərib. "Axar.az"ın Rusiya mediasına istinadla məlumatına görə, Baş prokuror əhali arasında vətənpərvərlik hisslərinin azlığından gileylənib. Bundan nəticə çıxaran nazir xahiş edib ki, ona "Kosimov" yox, "Roxbar" (rəhbər) soyadı ilə müraciət etsinlər. Qeyd edək ki, Baş prokuror Şerxon Salimzoda olaya iqtidaryönümlü "Cümhuriyyət" qəzetində böyük bir məqalə həsr edib. Statistik göstəriciləri dilə gətirən Salimzoda vurğulayıb ki, son 3 il ərzində müxtəlif ali elm ocaqlarında 515 nəfərdən yalnız ikisi tacik soyadlıdır. Onu da qeyd edək ki, 2007-ci ildə Tacikistan Prezidenti İmomali Rohman da soyadındakı "ov" sonluğundan imtina edib. Digər dövlət məmurları da analoji addım atıb.
2014-01-24
7,207
“Azəriqaz”dan MKT sahiblərinə sərt xəbərdarlıq
"Azəriqaz" İstehsalat Birliyi mənzil-tikinti kooperativlərinə (MKT) xəbərdarlıq etdi. "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, bəzi MKT sahibləri öz vəzifələrini yerinə yetirmədiyindən sakinlərin haqlı iradları ilə qarşılaşılaşırlar: "Onlar iradlardan yayınmaq üçün "Azəriqaz"ın adını hallandırırlar. Bu qətiyyən həqiqətə uyğun olmayan bir mövqeydir. Çünki həmin binaların sakinləri özləri də bilirlər ki, mənzilər satılan zaman bütün infrastruktur təmin olunmalıdır". A.Ağayev əlavə edib ki, çox mərtəbəli binalara qaz xətlərinin çəkilməsi, sayağacların qurlaşdırılması "Azəriqaz"ın vəzifəsi deyil: "Burada qaydalar fərqlidir və burada bizim qurumun heç bir rolu yoxdur. Binaya qaz verilməsi üçün mənzil-tikinti kooperativlərinin sahibləri tərəfindən bütün lazimi sənədlər əvvəlcədən olmalıdır. Bu sənədlər və lazimi infrastruktur olmadan heç bir hündürmərtəbəli bina qazlaşdırılmayacaq. Bütün lazımı işlər də sahibkarlar tərəfindən görülməlidir və bizlik burada heç nə yoxdur. Bir daha onlara bildiririk ki, ictimai rəyi çaşdırmasınlar. Öz məəsuliyyətlərini "Azəriqaz"ın üzərinə yönəltməsinlər. Sözü gedən binaların tikintisini həyata keçirən sahibkarlar diqqətli olmalıdırlar". O qeyd edib ki, "Azəriqaz" satış həyata keçirən qurum kimi qazın satışında maraqlıyıq: "Təkcə ötən il ərzində 149 hündürmərtəbəli binanı təbii qazla təmin etmişik və bu da 2012-ci illə müqayisədə təxminən iki dəfə çoxdur. Bu il daha çox hündürmərtəbəli binanı təbii qazla təmin etməkdə maraqlıyıq".
2014-01-24
7,208
Avro 2016 - Azərbaycan 5-ci səbətdə
2106-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının püşkatması fevralın 23-də keçiriləcək. Püşkatma mərasimi Fransada baş tutacaq. 53 komandanın qatılacağı püşkatmadan sonra 9 qrup müəyyənləşəcək. İlk iki pilləni tutan komandalar Fransaya birbaşa vəsiqə əldə edəcək. Ən yaxşı nəticə göstərən 3-cü pillənin sahibi də Avropa çempionatının final mərhələsinə birbaşa qatılacaq. Digər vəsiqələr pley-off oyunlarından sonra məlum olacaq. Azərbaycan milisi 5-ci səbətdə yer alıb. Qeyd edə ki, meydan sahibi Fransa seçmə mərhələ oyunlarına qatılsa da, onların nəticələri turnir cədvəlində qeydə alınmayacaq. Səbətlər: 1-ci səbət İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya-Herseqovina 2-ci səbət Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çex Respublikası, Macarıstan, İrlandiya 3-cü səbət Türkiyə, Serbiya, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa 4-cü səbət Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus 5-ci səbət İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr 6-cı səbət Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer Adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq, Fransa
2014-01-24
7,209
Zakir Həsənov daha bir hərbi hissədə - Foto
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub. Z.Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqəti daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub. Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.
2014-01-24
7,210
Cəbhənin Füzuli istiqamətində nə baş verir? - Özəl
Sosial şəbəkələrdə cəbhənin Füzuli istiqamətində yüksək gərginliyin olduğu barədə məlumatlar yayılıb. Bildirilir ki, erməni hərbi birləşmələri Füzulinin Şükürbəyli kəndi istiqamətində hücuma keçiblər və nəticədə Azərbaycan ordusunun bir əsgəri şəhid olub. Bu dəqiqələrdə "Axar.az"ın Füzulidəki mənbələrdən əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir və təmas xəttində sakitçilik hökm sürür. Mənbə onu da bildirir ki, Füzulidə atəşkəsin pozulması yanvarın 22-də və 23-də qeydə alınıb. Onda da cavab atəşi ilə düşmən susdurulub. Bundan sonra tərəflər arasında heç bir insident qeydə alınmayıb.
2014-01-24
7,211
Heydər Əsədov Aİ-nin nümayəndələri ilə görüşdü - Foto
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Madalena Mard ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən "Axar.az"a verilən məlumata görə, görüşün əsas məqsədi nazirliklə Aİ arasında birgə əməkdaşlıq məsələləri və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olub. Nazir Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini qeyd edib, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında "Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı"nın (büdcəyə dəstək layihəsi) uğurla həyata keçirildiyini, bu layihənin cari ildə də davam etdirilməsinin məqsədəuyğun hesab etdiyini bildirib, Aİ ilə əlaqələrin sürətlə inkişaf etdiyini və konkret sahələrdə öz əksini tapdığını xüsusilə vurğulayıb. O, layihə çərçivəsində ötən il üçün nəzərdə tutulmuş fəaliyyətlərin ərzaq təminatı və baytarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Vahid Milli İstinad Laboratoriyasının yaradılması və regional baytarlıq laboratoriyaların bərpası, işçilərə təlim keçirilməsi, müvafiq akkreditasiyanın alınması, baytarlıq məntəqələrinin, sallaqxanaların və taxıl elevatorunun tikintisinə dəstək, kənd təsərrüfatı sahəsində müəllim və tələbələrin xaricdə təhsilinin təkmilləşdirilməsinin həyata keçirildiyini səfirin diqqətinə çatdırıb. H.Əsədov gələcək əməkdaşlıq üçün prioritet hesab edilən sahələri, xüsusilə, aqrar sahədə xidmət sahələrinin özəlləşdirilməsi, struktur islahatların aparılması üzrə beynəlxalq ekspertlərin dəvət olunması, süni mayalanma sisteminin yenidən qurulması, peşə təhsili, ərzaq və qida təhlükəsizliyi, kənd təsərrüfatını elektronlaşdırılması və digər sahələr üzrə Avropa İttifaqı tərəfindən həm texniki, həm də büdcəyə dəstəyin olmasının vacibliyini bildirib. M.Mard Aİ tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirilməsini qeyd edib və gələcək üçün üç prioritet istiqamətdən birinin də kənd yerlərinin və regionların inkişafı olduğunu bildirib. Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən səfir birgə ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində birgə əməkdaşlığın davam etdirilə biləcəyini və bu məqsədlə işçi qurupunun yaradılmasının vacibliyini bildirib. O, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixrac imkanlarının daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib. Xanım M.Mard fəaliyyəti dövründə Avropa İttifaqı ilə Azərbaycan arasında aqrar sahədə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
2014-01-24
7,212
Ramil Usubov müşavirə keçirdi
Bu gün Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalında Tibb İdarəsi əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib. "Axar.az" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müşavirəni açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq respublikamızın 2013-cü ili uğurla başa vurduğunu, bütün sahələrdə mühüm irəliləyişlər baş verdiyini və bunun daxili işlər orqanlarından da yan keçmədiyini bildirib. O deyib ki, son on ildə dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarını maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, ən müxtəlif təyinatlı onlarca obyekt, o cümlədən DİN-in Arif Heydərov adına Respublika Hospitalının beynəlxalq standartlara cavab verən, çoxprofilli yeni inzibati binası tikilərək istifadəyə verilib. Tibbi xidmətin müasir səviyyədə təşkil olunması üçün mövcud imkanlardan geniş istifadə olunduğu, ilk növbədə, xəstəliyin daha əvvəl aşkarlanması və qarşısının alınmasında səyyar tibbi baxışların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər bütövlükdə iş keyfiyyətinin və bu sahədəki müvafiq göstəricilərin yüksəlməsinə imkan verib. Daha sonra nazir Tibb İdarəsinin və A.Heydərov adına Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim edib və əmin olduğunu bildirib ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq, tibb işçilərimiz bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığının keşiyində ayıq-sayıq dayanacaqlar. Tibb İdarəsinin rəisi Mahmud Yusifov və Hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz veriblər.
2014-01-24
7,213
Şahin Mustafayev Henri Kerali ilə görüşdü - Foto
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ş.Mustafayev müasir beynəlxalq təcrübənin tətbiq olunması, nəzarət və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi nöqteyi-nəzərindən beynəlxalq maliyyə institutları ilə müştərək icra olunan layihələrin ölkə üçün əhəmiyyətindən bəhs edərək bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlığa xüsusi diqqət verildiyini vurğulayıb. Qeyd edilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 50 layihə çərçivəsində 3,2 mlrd. dollar kredit ayrılıb. Hazırda 17 layihənin icrası davam edir. Bu ilin yanvarın 10-da İqtisadiyyat və Sənaye Nazirliyində Dünya Bankı ilə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi üzrə əlavə maliyyələşmə sazişi imzalanıb. 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası, ölkə üzrə məişət tullantıları strategiyasının, habelə müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulur. Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində Dünya Bankı ilə əməkdaşlıq barədə müzakirələrin aparılması da məqsədəuyğun hesab edilib. Görüşdə, həmçinin Azərbaycanda sənaye parklarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təşkili istiqamətində Dünya Bankı ekspertləri ilə müvafiq danışıqların aparıldığı, sənaye parklarının tənzimləyici sənədlərinin təkmilləşdirilməsi, potensial rezidentlər üçün təşviqat tədbirləri, o cümlədən təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi diqqətə çatdırılıb, regionların sosial-iqtisadi inkişafına dəstək verilməsi çərçivəsində Azərbaycanın müxtəlif rayonlarında, xüsusilə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərin yaxınlığında pilot sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. H.Kerali Dünya Bankının ölkəmizlə əməkdaşlıq sahəsində fəaliyyətini Azərbaycan hökumətinin müəyyənləşdirdiyi prioritetlərə uyğun şəkildə qurulduğunu vurğulayıb və hazırlanmaqda olan 2015-2019-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafının əsas hədəflər kimi müəyyən olunacağını qeyd edib.
2014-01-24
7,214
Motodromda sakinlərin qazı kəsilib - Video
Xocahəsən qəsəbəsi Motodrom yeni yaşayış massivində yaşayan bir qrup məcburi köçkün qışın günündə qazsız qalıb. Səbəb isə onların 3 il bundan əvvəlki borclarıdır. Daha doğrusu sakinlər borclarının olmadığını iddia etsələr də qaz idarəsi bununla razılaşmır. Ərazidə 2011-ci ildən smart kart tipli sayğac quraşdırılıb və 3 ildir sakinlər dövlətin verdiyi limit daxilində təbii qazdan istifadə ediblər. Həm də heç bir problemsiz. Amma ötən ilin payızında sakinlərə 2010-cu ildə yəni mexaniki sayğac olan dövrdən borcları olduğu bildirilib. Sakinlər deyir, o gundən bu günə, ya qazı kəsirlər, ya da təzyiqi o qədər aşağı salırlar ki, istifadə edə bilmirik. Sakinlər idda edirlər ki, onlara daha əvvəl hər hansı borc barədə bir kəlmə belə deyilməyib. Və bu borcla bağlı hər hansı sənədə imza atmayıblar. Şikayətçi Nuriyyə Abbasova: "Əgər 2010-cu ildə mənim 200 manat borcum var idisə, niyə mənə 2011-ci ildə smart kart qoyulanda demirdilər ki, sənin borcun var. 3 ildən sonra deyirlər ki borcun var. Aktını özləri yazıb özləri də qol çəkiblər. Hökümətin mənə verdii limiti kim işlədib ki, hələ mənə 230 manat borc yazıblar". Məsələ ilə bağlı Azəriqaz İB-də olduq. Qurumun Mətbuat xidmətinin rəhbəri Araz Ağayev sakinlərin borcla bağlı xəbərdar edilməməsi iddiasını əsassız hesab edir. Qurum rəsmisi deyir smart kart tipli sayğac qoyulandan sonra hər dəfə ödənilən məbləğin 30 faizi həcmində borca görə çıxılıb. Lakin bu müddət ərzində debütor borc qapanmadığından sakinlərə onu tam ödəmələri bildirilib. Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev: "Mexaniki sayğaclar smartkart tipli sayğaclarla əvəz olunan zaman Azəriqaz" İB tərəfindən həmin abonentlərə bir növ şərait yaradılıb ki borclarını hissə-hissə ödəsinlər. Bu boclar havadan götürülmədiyindən həmin abonentlərin istifadə etdikləri təbii qaza görə yaranan borclardır. Yenə də buna baxmayaraq xahiş edirik ki, problemi olan abonentlər yerli qaz istismar sahəsinə yaxınlaşsınlar və onların problemi araşdırılsın. Hər halda Binəqədi rayon qaz istismar sahəsi problemlə bağlı yenidən araşdırmağa aparmağa hazırdır. İndi qalır sakinlərin idarəyə fərdi şəkildə müracəit etməsi. Yalnız bu zaman kimin borcunun olub-olmaması tam aydın olacaq. O vaxta kimi ümid edək ki, yerli qaz idarəsi də sakinləri bu fəsildə sınağa çəkməyib onlara güzəştə gedər. (ANS)
2014-01-24
7,215
Alişan Bakıda - Foto
Türkiyəli müğənni Alişan Bakıdadır. İfaçı paytaxtımıza prodüser Anar Mədətovun dəvəti ilə gəlib. Sənətçi bu gün keçiriləcək toy mərasimlərindən birində iştirak edəcək. Alişanın sözlərinə görə, uzun müddətdən sonra Azərbaycana ilk dəfə səfər edib: "Bakını sevirəm. Bura çox dəyişib". Müğənni həmçinin deyib ki, yerli müğənnilərdən Aygün Kazımova və Röyanı bəyənir. Xatırladaq ki, Alişanla bərabər "Slivki" qrupunun keçmiş solisti Karina Koks da toyda oxuyacaq. Mərasimin aparıcısı isə Nərgiz Cəlilovadır (Axşam.az).
2014-01-24
7,216
Futbol, yoxsa karate? - Video
Braziliya Gənclər Liqasında "Novo" ilə "Internacional" futbol klublarının qarşılaşması zamanı Luis Henrike, Rafinhanın sinəsinə elə bir təpik atıb ki, hər kəs dəhşətə gəlib. "Axar.az" həmin görüntüləri təqdim edir.
2014-01-24
7,217
İsmayıllıda velosiped zolağı salınacaq
Bu gün İsmayıllıda rayonun sosial-iqtisadi inkişafının perspektiv layihələrinin müzakirəsinə həsr olunan toplantı keçirilib. Tədbirdə slayd vasitəsi ilə gələcəkdə inşa ediləcək institut və kollec binalarının, velosiped zavodunun, eləcə də bir sıra küçə və prospektlərin, bununla yanaşı yeni salınmış parkların maketləri nümayiş etdirilib. Bu çərçivədə İsmayıllıda 6 km uzunluğunda velosiped zolağı salınacaq. Artıq rayon ərazisində zavodun təməl qoyulma işlərinə başlanılıb. Zavod ərazisi hasarlanaraq tikinti üçün hazır vəziyyətə gətirilib. Zavodda velosipedlə yanaşı, əlil arabaları, uşaq arabaları və "samokat" istehsal olunacaq. Toplantıda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərlə görüş keçirib. Görüşdə millət vəkili Novruz Aslanov, iqtisad elmləri doktoru professor Rəsul Balayev də iştirak edib. (ANS)
2014-01-24
7,218
Ukrayna müxalifəti daha bir şəhəri ələ keçirdi - Video
Ukraynanın Xmelnitsk şəhərində nümayişçilər vilayət administrasiyasının binasını tutublar. Binada həm də vilayət şurası yerləşir. Bina vilayət şurasının iclası zamanı tutulub. Gündəlikdə Ukraynada təcili prezident seçkilərinin keçirilməsi səs verməyə qoyulub. Vilayət şurası yekdiliklə yeni prezident seçkilərinin keçirilməsinə səs verib. Lakin nümayişçilər vilayətin qubernatoru Vasili Yaduxun istefasını tələb ediblər. Onlar qubernatorun kabinetinə hücum ediblər. Toqquşma baş verib, mebel və şəkillər yandırılıb. Toqquşma 30 dəqiqə sürüb, sonra yerli müxalifət başçısı Yuri Smal vilayət rəhbərliyi ilə danışıqlara başlayıb. (ANS)
2014-01-24
7,219
Rus gəmiləri şəhid meyitlərini Bakıdan necə çıxardılar? - 1990
əvvəli burada: I yazı II yazı 1990-cı ilin qanlı yanvar hadisələrinin 24-cü ildönümündə o günlərlə bağlı əlimdə olan faktları, apardığım qeydləri bir də nəzərdən keçirirəm. Mülki gəmilərin öz aralarında və hərbiçilərlə apardıqları rabitə danışıqlarının audio-kasetinə qulaq asıram. Onsuz da yaddaşımdan çıxmayan o dəhşətli günləri yenidən yaşayıram. Yanvarın 24-nə qədər Rus-sovet hərbiçiləri ilə gəmilərimizin arasında hər axşam amansız döyüş getdi. Silahsız olan mülki gəmilər hərbi gəmilərin açıq dənizə çıxmaq istəyininin qarşısını tamamilə kəsmişdi. Onlara bazadan çıxmağa imkan vermirdilər. Dənizçilərimizə verilən məlumatlarda hərbiçilərin şəhidlərimizin meyitlərini hərbi gəmilərə yükləmələrindən bəhs edilirdi. Bu onların törətdiyi faciənin miqyasını azaltmağa cəhd idi. Yanvarın 22-si, 23-ü axşam yenə də gəmilərimizə hücumlar oldu. Başqa yolum yox idi, "taran" tətbiq etdim Yanvar hadisələri zamanı "Neftqaz-64" gəmisinin kapitanı Rövşən Dəmirov o günləri belə xatırlayır: "Yanvarın 21-də bizə xəbər gəldi ki, iki hərbi gəmi meyitlərlə doldurulub və dənizə çıxmağa hazırlaşır. Buna yol vermək olmazdı. Qərar qəbul olunmuşdu. Mane olmalıydıq. Maşın şöbəsinə göstəriş verdim ki, mühərrikləri hazırlasınlar. Lövbəri yığıb hərbi gəmilərin çıxacağı istiqamətə yönəldik. Bir neçə dəqiqədən sonra bizim sağ tərəfimizdə, təxminən bir mil məsafədə iki hərbi gəminin hərəkət işıqlarını söndürərək gizlincə buxtadan çıxmağa cəhd etdiyini gördük. Bir az yaxına buraxıb, sonra projektorlardan güclü işıq salaraq onlara işarə verdim ki, dayansınlar. Hərbi gəmilər mənim işarəmə və tələbimə məhəl qoymadan avtomat və pulemyotlardan projektorlara atəş açdılar. Artıq yaxınlaşmışdım onlara. Gəmilər arasındakı məsafə o qədər az idi ki, ağır yük gəmisi ilə manevr etmək mümkün deyildi. Bu vaxt arxadan gələn torpedalı hərbi gəmi bizi atəşə tutdu. Başqa çıxış yolum yox idi. Gəmini qarşıdakı hərbi gəminin üzərinə sürətlə sürdüm. Bizi atəşlə qarşıladılar. Artıq 3 gəminin güllə yağışı altında idik. Silahımız olmadığı üçün "taran" tətbiq edib, hərbi gəmiyə çırpıldım. Yüksək sürəti olan hərbi gəmi manevr edə bildi. Ona görə də onları batıra bilmədim. Lakin ağır zərbə alan hərbi gəmi döyüş mövqeyindən uzaqlaşmağı bacardı. Aramsız atəşlər səngimək bilmirdi. Köməkçiyə əmr verdim ki, bədbəxt hadisələr zamanı, gəmi batarkən işarə verilən işıqları yandırsın. Bundan sonra hərbiçilər mənim gəmimin gövdəsinin deşildiyi qənaətinə gəlib, tez bazaya qayıtdılar". Yaralı gəmiyə ana sığalı Yanvarın 22-si səhər tezdən "Neftqaz-64" gəmisi Dəniz vağzalının körpüsünə yan alır. Şəhər sakinləri gəmidəki güllə yaralarına baxaraq dənizçilərimizlə fəxr etdiklərini deyirdilər. Ağbirçək bir ana əzizinin yarasını sığallayırmış kimi əlini gəminin gövdəsindəki güllə yerlərinə çəkir və göz yaşı tökürdü. Gəmilərimizin müqavimətini silah-sursatla qıra bilməyəcəkləri qənaətinə gələn hərbiçilər hiylə işlətməli oldu. "Sabit Orucov" gəmisi və dənizçilərimizin qərargahı ilə əlaqə saxlayaraq sərhədi qorumaq üçün növbə çəkməyə gedən hərbi gəmilərə yol verilməsini xahiş etdilər. Dənizçilərimiz bir şərtlə razılıq verdi ki, gəmilər tərəfimizdən yoxlanılacaq. Orada sözügedən meyitlər olmasa, açıq dənizə çıxa bilərlər. Sözsüz ki, buna da razılıq verməyən hərbiçilər gecədən keçmiş yenidən hücuma atıldı və yenidən müqavimətlə qarşılaşdılar. Onları qorxudan məsələlərdən biri də əgər ordu şəhərdən çıxmasa, sahil boyu yerləşən Neftayırma zavodlarına od vurub yandırmaq hədəmiz idi. Yanvarın 23-ü gündüz bütün günü hərbiçilərlə dənizçilərimiz arasında danışıqlar getdi. Onlar Buxtanı boşaltmağı əmr edir, dənizçilərimiz isə şəhərdə baş verən soyqırıma görə SSRİ rəhbərlərinin məsuliyyəti öz üzərinə götürüb, xalqdan üzr istəmələrini və ordunun çox qısa müddətdə şəhəri tərk etməsini tələb edirdi. Dənizçilərimiz niyə aldandı Həmin axşam yenidən hərbiçilərin ailə üzvlərinin bir torpedasız gəmi ilə şəhərdən çıxarılmasına şərait yaratmağımızı istədilər. "Sabit Orucov" gəmisində uzun-uzadı müzakirələr aparıldı. İlk dəfə olaraq dənizçilərimiz arasında fikir ayrılıqları baş verdi. Bir qisim kapitan hərbiçilərə bu şəraitin yaradılmasını, digər qisim isə buna yol verməməyi dəstəklədi. "Onların ailələri çıxarıldıqdan sonra tam arxayın olacaqlar və qırğın yenidən başlana bilər" fikrində olanların içərisində mən də vardım. Lakin qərar verildi ki, onların bir gəmisini buraxaq, bir şərtlə ki, gəmidə olan qadınlar, uşaqlar göyərtəyə çıxsın və biz göyərtəni işıqlandırıb bunun həqiqət olduğunu bilək. Hərbiçilər qadınların və uşaqların çox qorxduğunu səbəb göstərərək, bunun Buxtanın içərisində etməyin təhlükəli olduğnu dedilər. Razılıq əldə olundu ki, bizim gəmilərlə onların bir gəmisi eyni zamanda açıq dənizə tərəf hərəkət etsin. Nargin adasına yaxın bir yerdə qadın və uşaqlar göyərtəyə çıxsınlar. Beləliklə, bazadan dənizə tərəf çıxan kanallar dənizçilərimiz tərəfindən boşaldılır. Rus hərbi gəmisi hərəkətə başlayır. Deyilən məsafədə və müşahidə olunacaq yerə qədər hərəkət edən Müzzəfər Əliyevin kapitan olduğu "Babazadə" gəmisi qəflətən atəşə tutulur. Qarmaqarışıqlıqdan istifadə edən və dəniz yolunun açıqlığından bəhrələn yüksək sürətli hərbi gəmi Narginin arxasına keçir və uzaqlaşır. Hərbi gəmilərdə isə meyitlərin, yoxsa hərbçi ailələrinin olması o gün-bu gün - hələ də sirr olaraq qalır. Bakı buxtasında fövqəladə vəziyyət 1990-cı ilin yanvar ayının 24-də SSRİ müdafiə naziri Dmitri Yazovun əmri ilə Bakı buxtasında fövqəladə vəziyyət elan olundu. Gündüz saat 14.30-da Sovet-rus ordusunun tanklardan, BMP-lərdən, vertolyotlardan atdığı yayılım atəşlər gəmilərimizi dəlik-deşik etdi. Admiral Sidorovun "Drama na more, kto vinovat" sərlövhəli Azərbaycan xalqına müraciəti yayıldı. Həmin müraciətdə deyilirdi: "Dəniz quldurlarının Sovet Ordusuna qarşı törətdikləri cinayət qurtarmaq bilmir. Onların gəmilərindən biri – "Vodaley-4" gəmisi sahilə doğru hücum etmiş, iki Sovet əsgərini öldürmüş, bir-neçə əsgəri isə yaralamışdır". Həmin gün bütün gəmilərimizə desant yeridildi. Dənizçilər döyülür, işgəncələrə məruz qalırdı. Dənizçi liderlərdən kapitanlar - Ağalar İbrahimov, Mövlud Əliyev, Vəfadar İbrahimov, Murad Əliyev, Yulian Radçenko, Maarif Əliyev, Hidayət Atakişiyev, Elxan Hüseynli və ümumilikdə 43 dənizçi həbs olunaraq Rusiyanın Ulyanovsk və Orenburq şəhərlərinin təcridxanalarına göndərildi. Hadisələr zamanı "Neftqaz-19" gəmisinin kapitanı olan bakılı rus Yulian Radçenko həbs olunduğu günü belə xatırlayır: "Yanvarın 24-də "Sabit Orucov" gəmisində kapitanların iclasından sonra gəmini baş köməkçiyə tapşırıb evə getmək istədim. Bir aydan çox idi ki, evə getməmişdim. Son hadisələrlə bağlı da bir qədər narahatçılıq vardı. Lakin fikrimi dəyişdim. Bu ağır gündə dənizçilərimizin yanında olsam, daha yaxşı olar deyə, fikirləşdim. Həmkarlarımdan ayrılmaq kişilikdən deyildi. Mən Azərbaycanda doğulmuşam, burda böyümüşəm, rus da olsam, özümü sizlərdən ayrı hiss edə bilmirəm. Bura mənim də vətənimdir. Demək, mənim vətənimə təcavüz olunub. Təxminən 15.30-da məni həbs etdilər. Dəniz vağzalının restoranında sənədlərimi yoxladılar. SSRİ Daxili İşlər Nazirliyinin polkovniki kimi özünü təqdim edən zabit sənədlərimə baxıb soruşdu: - A vı po naçionalnosti russkiy? - Ruskiy. - A çto vı zdes delaete? - Eto u vas xoçu sprosit? - Nu niçeqo, koqda mı uydyom, vı posmatrite çto s vami budet! - İz za taqo, çto vı prişli, nam ruskim stalo xuje. Y. Radçenko deyir ki, bax, onda mənə məlum oldu ki, Moskvadan gələnlər yerli əhali arasında qarşıdurma yaratmaq istəyirmiş. Bu gün Xəzər dəniz Neft Donanmasında yüzlərlə gənc işləyir. Onlar 20 yanvar hadisələri zamanı dənizçilərimizin göstərdiyi qəhrəmanlıq tarixini eşitdikdən sonra bu sənəti seçdiyini fəxrlə deyirlər.
2014-01-24
7,220
Elmar Məmmədyarov Edvard Nalbandyan ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb: "Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan E.Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılsa, bir o qədər qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar". Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir". (Trend)
2014-01-24
7,221
İlham Əliyev Davosda Fransanın Xarici İşlər naziri ilə görüşdü
Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışılıb. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Fransua Ollandın salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Fransa prezidentinə çatdırmağı xahiş edib. (AzərTac)
2014-01-24
7,222
“Ermənistan müharibə istəmir, əgər..."
"Ermənistan müharibə istəmir, amma əgər onu məcbur etsələr, bizim müharibədən başqa yolumuz yoxdur. Bilirsinizmi, belə bir mühitdə hərbi əməliyyatların başlaması ehtimalını hətta mən də istisna edə bilmirəm. Çünki bizim ölkəmizdə ən azı iki adam - prezident və müdafiə naziri - bunu görünür, mütləq nəzərə almalıdırlar ki, hərbi əməliyyatlar məhz sabah da başlaya bilər. Lakin mən hərbi əməliyyatların yaxın gələcəkdə başlaya bilməsi ehtimalını hələ görmürəm. Amma yenə deyirəm, əgər bizi müharibəyə məcbur eləsələr, biz döyüşməyə məcbur olacağıq". Bu sözlər Ermənistan prezidenti Serj Sərkisyana məxsusdur. S.Sərkisyan bu sözləri yerli jurnalistlərin suallarını cavablandırarkən deyib. Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərindəki hərtərəfli üstünlüyü barədəki informasiyaları şərh edən S.Sərkisyan etiraf edib ki, Ermənistan büdcəsindən orduya ayrılan vəsait o qədər də böyük deyil. Amma o, əlavə edib ki, erməni ordusu silah-sursat sarıdan korluq da çəkmir. "Ordu elə bir orqanizmdir ki, onun yeni silah-sursata daim ehtiyacı olur. Biz müharibə istəmirik, aydındır ki, bunu istəmirik. Amma əgər bizi buna məcbur eləsələr, döyüşməkdən ayrı yolumuz qalmayacaq. Digər tərəfdən də münaqişəni sülh yolu ilə həll eləmək üçün əlimizdən gələn hər şeyi edirik" - deyə Ermənistan prezidenti bildirib. ("Virtualaz.org")
2014-01-24
7,223
İstanbulda erməni məktəbi yandı - Video
Türkiyənin İstanbul şəhərində 194 ildir ki, fəaliyyət göstərən tarixi erməni məktəbində yanğın olub. Yanğın Fatihdə yerləşən məktəbin qonşuluğunda yerləşən yaşayış binasından başlayıb. Həmin dəqiqələrdə erməni məktəbində dərs saatı imiş. Şagirdlər və müəlimlər sürətlə məktəbi tərk ediblər. Məktəbdə 86 erməni uşaq oxuyur. Yanğın söndürənlər alovu söndürüblər. (ANS)
2014-01-24
7,224
Bidzina İvanişvili QHT yaratdı
Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili "Vətəndaş" adlı qeyri-hökumət təşkilatı yaradıb. "Axar.az"ın Gürcüstan mediasına istinadən məlumatına görə, rəsmi olaraq, yanvarın 23 –də qeydiyyatdan keçən təşkilatın sədri İvanişvilinin özü seçilib. Təşkilatın gələk planları, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat yanvarın 28-də keçiriləcək mətbuat konfransında veriləcək.
2014-01-25
7,225
Türk sənətçisindən Qənirə Paşayevaya hədiyyə - Foto
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Bir millət, iki dövlət" adlı Türk Musiqi Axşamı keçirilib. "Axar.az" xəbər verir ki, tədbirin açılışını Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, millət vəkili Qənirə Paşayeva və Türkiyənin Azərbaycandakı səfiri Alpay Coşqun edib. Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda reallaşan tədbirdə akademiyanın türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri- müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şenlendirici, solistlər Mehmet Bitmez, Ercüment Ekin, Elif Nun, Kadir Verim, Gürkan Çakmak, Osman Özel, Ceyhun Çelikten, Coşğun Karademir, Emirhan Kartal, Ergün Şenlendirici, Ata Bahri Çağlayan və başqaları - çıxış ediblər. Maraqlı çıxışlardan birini ifa edən Osman Özel sonda Azərbaycan bayrağını öpərək səhnədən tamaşaçılar içinə gəlib, bayrağımızı millət vəkili Qənirə Paşayevaya təqdim edib. Bu, zalda böyük coşqu ilə qarşılanıb. Konsertin sonunda isə bütün tələbə və doktorantlar diplomla mükafatlanıblar.
2014-01-24
7,226
Özbək milyarder populyar sosial şəbəkəni ələ keçirdi
Postsovet məkanında geniş yayılmış "VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov öz səhmlərini satıb. Yeni səhmləri özbək milyarder Alişer Usmanovun ortağı İvan Tavrinə məxsus "Meqafon" şirkəti alıb. Daha öncə Usmanov "Mail.Ru Group" vasitəsi ilə "VKontakte"nin səhmlərinin 40%-ə qədər nəzarət edirdi. İndi biznesmen ona yaxın qruplar vasitəsi ilə "VKontakte"nin səhmlərinin 52%-nə nəzarəti ələ keçirib. Hazırda "Vkontakte"nin istifadəçilərinin sayı 91 milyondan artıqdır. Qeydiyyat pulsuzdur, hər kəs orada qeydiyyatdan keçə bilər. Sayt dünyanın bir çox dillərinə tərcümə olunub. Onun Azərbaycan dilində də versiyası var. (ANS)
2014-01-24
7,227
MAR-da qırğın davam edir: 50 müsəlman öldürüldü
Mərkəzi Afrika Respublikasında kəndlərə edilən basqınlar nəticəsində 50-dən çox müsəlman qətlə yetirilib. "Axar.az" xəbər verir ki, "Amnesty International" qırğının dayandırılması üçün vasitəçilərə çağrış edib. Ölkədə olan 4600 əsgərdən 3200 birlik paytaxt Banquda yerləşdirilib. Fransanın göndərdiyi əsgəri birliyin çox az qismi hadisə yerinə çatıb. "Amnesty International"ın nümayəndəsi Joanne Mariner əsgərlərin müsəlmanları qoruya bilmədiyini deyib.
2014-01-24
7,228
ATƏT-in sülhə inamı azalıb
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən zorakılıqla əlaqədar öz narahatlıqlarını bildiriblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşün nəticəsinə görə təşkilatın bəyanatında deyilir. Həmsədrlər vurğulayıblar ki, son zamanlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır. Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı həmçinin sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləriylə danışıqların davam etdirilməsi görə yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar. Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar. (Trend)
2014-01-24
7,229
Füzulidə atışma başladı – Son dəqiqə
Bu gün gündüz saatlarında cəbhə xəttində qeydə alınan nisbi sakitlik bu dəqiqələrdə güllə səsləri ilə əvəz olunub. "Axar.az"ın Füzuli rayonundakı mənbələrdən əldə etdiyi məlumata görə, erməni silahlı birləşmələri Füzulinin Aşağı Əbdülrəhmanlı kəndi istiqamətindən Ordumuzun mövqelərini şiddətli atəşə tutublar. Azərbaycan Ordusu cavab atəşi açmağa məcbur olub. Hazırda sürəkli atəş səsləri Aşağı Əbdülrəhmanlı kəndində eşidilməkdədir.
2014-01-24
7,230
Şəhidimiz Elnur Cəfərov dəfn edildi - Foto
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Tərtərin Çiləbyurd kəndi yaxınlığında şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Elnur Cəfərov torpağa tapşırılıb. Kapitanın dəfn mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak edib (ANS).
2014-01-25
7,232
Ukraynada toqquşmalar yenidən başladı
Ukraynanın mərkəzində hüquq-mühafizə orqanları ilə mitinqçilərin toqquşması yenidən qızışıb. "Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, "Berkut" xüsusi təyinatlıları Kiyevin mərkəzi küçəsi olan Qruşevskidə aqressiv kütləyə qarşı işıqsaçan bombadan istifadə edir, qarşı tərəf isə öz növbəsində yanar butulkalar atırlar. 2 gün ərzində Ukrayna Prezidenti Viktor Yanukoviçlə müxalifət liderlərinin görüşü ərzində Qruşevskidə sakitliyə riayət edirdilər. Amma bu gün axşamdan başlayaraq, toqquşmalar yenidən başlayıb.
2014-01-25
7,233
Misir diplomatını oğurladılar
Naməlum şəxslər Misirin Livan paytaxtı Tripolidəki səfirliyinin əməkdaşını oğurlayıblar. "Axar.az"ın məlumatına görə, bu xəbəri Assoşiayted Press Misirin XİN təmsilçisi Badra Abdellatiyə istinadən yayıb. Abdellatinin sözlərinə görə, attaşe administrativ səbəblərdən oğurlanıb. Səfirlik baş verən hadisəni aydınlaşdırmağa çalışır. Qeyd edək ki, Müəmmər Qəzzafidən sonra Liviyada vəziyyət olduğu kimi qalır: hakimiyyət silahlı dəstələri zərərsizləşdirə bilməyib. Silahlıların diplomatik nümayəndələrə qarşı bu cür addımı ilk dəfə deyil. Həftənin əvvəlində Tripolidə Koreyanın ticarət və investisiya əlaqələri agentliyinin başçısı oğurlanmışdı.
2014-01-25
7,234
Qaraçuxur qəsəbəsində güclü yanğın: 3 ev yandı - Foto
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində güclü yanğın hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, yanğın Kamil İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon dövlət yanğından mühafizə hissəsinin 4 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub. Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərin 3-ü yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.
2014-01-25
7,235
Cavad Zərif: "Əcnəbilər Suriyanı tərk etsinlər"
İranın Xarici işlər naziri Cavad Zərif Suriyada döyüşən xarici ölkə vətəndaşlarının ölkəni tərk etməsi barədə çağırış edib. "Axar.az" xəbər verir ki, Dünya İqtisadi Əməkdaşlıq forumu Davos iclaslarında iştirak edən Cavad Zərif ona ünvanlanan "Suriyada tərəf tutursunuz?" sualına cavab olaraq bildirib ki, "biz bu məsələdə tərəf tutmuruq, bu anlayış məsələsidir". Suriyada insanların vəhşicəsinə qətlə yetirildiyini bildirən Zərif bununla da terrorçulara şərait yaradıldığını deyib. Suriya böhranının həll edilməli olduğunu və orada sabitliyin yaradılması üçün döyüşən xarici ölkə vətəndaşlarının da Suriyanı tərk etməli olduğunu bildirib. "Hizbullahın Suriyadan çıxması çağırışını edə bilərsinizmi?" sualına isə Zərif əlimizdən gələni edərik deyib.
2014-01-25
7,236
Misirdə 3 dəhşətli partlayış: 4 ölü, 51 yaralı
Misirdə Hüsni Mübarəkin devirilməsinin ildönümə bir neçə gün qalmış partlayışların ardı-arası səngimir. "Axar.az"ın əldə etdiyi məlumata görə, Misirin paytaxtı Qahirədə səhər saatlarında Təhlükəsizlik İdarəsi yaxınlığında partlayış baş verib. Belə ki, avtomobildə yerləşdirilən bomba partladılıb. Misir Səhiyyə Nazirliyi hücum nəticəsində 4 nəfərin öldüyünü, 51 nəfərin isə yaralandığını bildirib. Əldə edilən məlumata görə, bir hücumda ən azı 1 tonluq partlayıcıdan istifadə edilib. Qahirənin qərbində isə metro stansiyası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində 15 nəfər yaralanıb. Digər partlayış isə piramidalara yaxın ərazilərdə törədilib.
2014-01-25
7,237
Davudoğludan Suriya ilə bağlı önəmli açıqlamalar
Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu Davosda Suriya ilə bağlı önəmli açıqlamalar verib. "Axar.az" türk mediasına istinadən məlumat verir ki, Davosda Yaxın Şərqə həsr edilən konfransda çıxış edən Davudoğlu Türkiyənin suriyalı olmayanların Suriyanı tərk etmələrini istədiyini deyib. Daha sonra türkiyəli nazir bildirib ki, hərbi yol problemin həllində tək vasitə deyil. Davudoğlu Suriyada baş verənlərdə Suriya rejmini günahlandırıb.
2014-01-25
7,238
“Feysbuk” istifadəçilərini itirə bilər
ABŞ-ın Nyu Çersi ştatının Prinston Universitetinin əməkdaşları Con Kannarella və Coşua Spekler sosial şəbəkələrlə bağlı araşdırmalarını dərc ediblər. Onların qənaətinə görə, 2015-2017-ci illərdə "Feysbuk" şəbəkəsi istifadəçilərinin 80 faizini itirə bilər. "Axar.az"ın məlumatına görə, alimlər "Nielsin" kompaniyasının hesabatlarına əsaslanaraq bu qənaətə gəliblər. "Nielsin"in açıqlamalarında bildirilir ki, 2012-ci ildə "Feysbuk" sosial şəbəkəsi bir gündə 11 milyon unikal istifadəçisini itirib.
2014-01-25
7,239
Rusiya Azərbaycanı şantaj edir – Səbəb
"Azərbaycan neytral qalsa, Rusiya öz iradəsini qəbul etdirmək işində daha şanslı olacaq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, hazırda Rusiyanın Azərbaycanı Ermənistan vasitəsiylə şantaj etdiyini bildirib: "Mənə elə gəlir ki, bu atəşkəs pozulmaları nazirlərin görüşü ərəfəsində şantajdır. Rusiya status-kvonun saxlanmasında maraqlıdır, amma bunu açıq ifadə edə bilmir. Bütün məsuliyyəti tərəflərin üzərinə atmağa çalışır. Görünür, həmsədrlərin əlində tərəflər üçün maraqlı təkliflər var. Rusiya ehtiyat edir ki, bu, qəbul oluna bilər. Buna görə Lavrovun çıxışına diqqət etmək lazımdır. O, bütün məsuliyyəti Minsk Qrupunun digər - qərbli həmsədrlərinin və iki tərəfin boynuna atdı. Guya Rusiya prosesdə yoxdur və ona heç bir müdaxilə etmir. Amma əslində hər iki tərəfə də daha böyük təsiri olan Rusiyadır". Ə.Oruclu hazırda Azərbaycanın Rusiyanın şantajına məruz qalmasını ölkənin yürütdüyü balanslı siyasətlə əlaqələndirib. "Həm Rasmussenlə görüşdə, həm də Davosda Azərbaycan prezidenti inteqrasiya məsələlərinə çox ehtiyatla yanaşdığını nümayiş elətdirdi. Bu, məsələnin üzdə olan tərəfidir. Mahiyyət odur ki, Azərbaycan neytral qaldıqca, Rusiya öz iradəsini qəbul etdirmək üçün şantajlarını davam etdirəcək. Məncə, çarə balanslı siyasətdən imtina edib, birbaşa Qərbə üz tutmaqdır".
2014-01-25
7,240
Oqtay Şirəliyevin bankir oğlu - Foto
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. Budəfəki təqdimatımız Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev barəsindədir. Qeyd edək ki, Oqtay Şirəliyev Azərbaycan prezidentinin 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Bu təyinatadək o, Respublika Diaqnostika Mərkəzinin rəhbəri olub. Tibb elmləri doktoru, professor, 64 yaşlı Oqtay Şirəliyev artıq 9 ildir Azərbaycan səhiyyəsinə rəhbərlik edir. Murad Şirəliyev səhiyyə nazirinin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır. Murad Oqtay oğlu Şirəliyev 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb. 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr təhsili alıb, həm də fərqlənmə diplomu ilə bitirib Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. Bir sıra elmi məqələlərin müəllifi olan nazir oğlu əmək fəaliyyətinə 1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən isə bank sektoruna işə düzələn M.Şirəliyev "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü olub. 2005-ci ildə o, "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib. Rus, ingilis, fransız və alman dillərini bilir. Ailəlidir, 1 övladı var. ("Modern.az")
2014-01-25
7,241
Akula Tolikin milis sevgilisi
Mənim Akula ilə dostluğum ikimizin arasında baş verən mübahisədən başlamışdı. Doğrusu, həbsxana həyatında tanış olduğum və bu gün də əlaqə saxladığım insanların bəziləri ilə ünsiyyətə mübahisələrdən başlamışıq. Necə deyərlər, əvvəlcə çəkişib, sonra bərkimişdik. Akula Toliklə də aramızda yaşanan mübahisəmizin sonu sözün həqiqi mənasında çoxlarının qibtə edəcəyi səmimi münasibətə çevrildi. Etiraf edim ki, bu mübahisədə günahkar mən idim. Sən mənim başımı nə ilə "sravnit" edirsən?" Hadisə belə olmuşdu. Bir dəfə Akula mənə: "Dur, əlini yu, bayaqdan sənə fikir verirəm, əlini hara gəldi sürtüsən",- deyə hökm etdi. 25-ci "xata"ya "düşdüyüm" günün səhəri bu bədheybətin mənə belə münasibəti, əlbəttə ki, ürəyimcə olmadı. Həm də ilk gündən necə qarşılanmağın və özünü necə göstərməyin sonrakı həyatını necə yaşamağın demək idi. İlk dəfə tutulsam da, mənim həm də dənizçi olmağım, gəmidə uzun müddət torpaqdan və insanlardan təcrid olunmuş halda yaşamağım bir növ həbsxana həyatına alışmış kimiydim. Akulaya: - Əvvəlcə, sən əllərini yu, səhərdən daz başına sürtürsən,- deyib, cavab qaytardım. Görünür belə cavab gözləmirdi: - Ey, tı, ne... sebya, sən mənim başımı nə ilə "sravnit" edirsən?" – yarı rus, yarı Azərbaycanca çımxırıb yerindən qalxdı. Əlbəttə, Tolik pərt idi və mənim dikbaşlığımın dava-dalaşla bitəcəyini kameradakılar səbirsizliklə gözləyirdilər. Amma belə olmadı. Tolik nə fikirləşdisə, "yaxşı, jurnalist, səninlə hələ sonra danışarıq, görək, özünü necə göstərəcəksən",- deməsi kameradakı "mutilşik"lərin kefinə soğan doğradı. Ağamirzənin köməkçisi Akula ilə münasibətimiz isə tam mənada mənim bir İran İslam Respublikasından olan dustağı müdafiə etməyimdən sonra başladı. Əslən Ərdəbildən olan və narkotik üstündə həbs olunan Baba adlı birisini kamerada davamlı olaraq təmizlik işlərinə və çay dəmləməyə vadar etmələrini düzgün hal hesab etmədim: - Bəs deyirdiniz, bura qardaşlıq "xata"sıdır, indi nə oldu, qərib adamı, kimsəsizi belə "qonyat" edirsiniz? - deməyimə Tolik haqq qazandırdı. Baba mənə yazıq-yazıq baxdı və gözləri yaşardı. Yaşı 50-ni keçmiş birinə bu münasibət haqsızlıq idi. Həm də dustaqlar, əslində bununla türmənin yazılmamış qanunlarını pozudrdular ki, həmin qanunları da mən elə onlardan öyrənirdim. Masallıdan olan Xanlar kişi, lənkəranlı Füzuli, Sumqayıtdan olan güləşçi Əsgər və digərləri mənimlə bir məsələdə razılaşmadılar: - Şair, sən düzgün etmədin, bu adam özü xidmət etməyə meyillidir,- dedilər. Hər halda, mən müdafiəmi axıra qədər etdim və "smatriyaşşi"miz Mir Aqilin "Şair düz deyir, Akula da belə düşünür, mən də bu qənaətdəyəm, haqsızlıq olmaz",- deməsi məsələnin "sülh" yolu ilə həll olunmasına səbəb oldu. Amma cənublu qardaşımız yenə də heç kəsə aman vermədən əvvəlki işlərini görürdü. Xatanı silib-süpürən, tez-tez çatı təmizləyən Baba "kutoka"- ərzaq rəfinə baxan Ağamirzənin köməkçisi kimi küncdə oturdu. Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi Akula deyirdi: - Mən çox böyük əməlliyyatlarda iştirak etmişəm. Bizim "qruppirovka"nın hakimiyyətlə sıx əlaqəsi vardı. Təsəvvür elə, Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi və qardaşların xətasız qalmasına da yardımçı olmuşdu. Mənə isə diqqət daha çox idi. Çətin əməliyyatlara mən göndərilirdim. Fin körfəzində qətl Tolikə inanmamaq olmurdu. Bir dəfə italiyadan olan iş adamlarını necə Fin körfəzi tərəfə apardıqlarını, öldürüb dənizə atdıqlarını danışdı: - Piterə 4 vaqon çaxır gətirmişdilər. Pulunu guya biz verəcəkdik. Görüşdük. 3 nəfər idilər. Onları maşına otuzdurub guya şəhər kənarına istirahətə aparırdıq. Dənizin qırağında var-gəl etmək adı ilə maşından düşdük. Elə mehriban idilər ki... amma öldürməli idik... Xəfiyyə ilə sevgi Tolik hadisələri bütün təfsilatı ilə nəql edirdi. Bir dəfə gənc bir rus qadının onunla dostluq etmək istədiyini və bu dostluğun çox uzağa getdiyini söylədi: - Qadın mənə vurulmuşdu. Bu qədər istəyin qarşısında dözə bilmirdim. Xaraktercə kobud admam. Amma çox gözəl idi, qadının kişiyə olan hərisliyi də bunda tamamilə fərqli idi. Pişik kimiydi: sığalı sevirdi, həm də sevişərkən pələng kimi az qalırdı adamı yeyə. Qərara almışdım ki, münasibətə son qoyam. Çox şeyə burnunu soxur, dostlarımla da maraqlanırdı. Nə isə, ona dedim ki, bizimki bura qədərdi, mən Bakıya - atamın yaşadığı şəhərə gedirəm. Aralandım ondan. Amma yenə axtarıb məni tapdı. Sevirdi məni, dedi, mənimlə qalsan, sənə bir məsələni etiraf edərəm. Nəyi etiraf edəcəyini soruşdum. Milis işçisi olduğunu, mənimlə xüsusi tapşırıqla tanış olduğunu, lakin gerçəkdən sevməyə başladıqdan sonra mən və dostlarım da bilmədən bizləri mühafizə etdiyini, lazım olan informasiyaları milis şöbəsinə çatdırmadığını dedi. Könlünü qırmadım, bir neçə gün qonağı oldum. Amma bir şərtlə: "Səninlə yaxınlıq edəndə milis formanı əyninə gey",- dedim. Razılaşdı. Əynində milis forması olarkən yaxınlıq edəndə gözlərimi yumur və tanıdığım bütün paqonluları xəyalımda canlandırırdım. Bəzən bu məqamlarda bu akt çox uzun çəkirdi. Qadına həm xoş olurdu, həm də soruşurdu ki, niyə belə uzun çəkir? Deyirdim, tək deyilsən, sənin simanda bütün kollektivinizi "oformit edirəm". Sektanın pul kassası və Tolikin rəhmi Akula Bakıda qeyri-qanuni fəaliyyət göstərən bir dini sektanın ofisinə hücumla bağlı uğursuz əməliyyatdan sonra həbs olunmuşdu. Daha doğrusu, əməlliyyat uğurla başa çatsa da, sonradan xəfiyyələrimizin səyi nəticəsində aşkarlanmışdı. Əvvəlcə sektanın gecə gözətçisi ilə bir neçə dəfə "təsadüfən" rastlaşıb münasibət quran "qonaqlar" bu təsadüfi qarşılaşmanı yeyib-içmək məclislərinə, ordan da dostluq səviyyəsinə qədər uzada bilmişdilər. İş o yerə çatıbmış ki, gecə keşikçisi olan "dost" onları sektanın içərisinə də buraxırmış. Hazırlıqlı olan dostlar yeyib-içirmişlər. Tolik yığılan ianələrin yerini və məbləğini dəqiq öyrənmək üçün sektaya üzv yazılır, ayinlərdə iştirak edir və ianə verir. Bir müddətdən sonra "kahinlərin" sevimlisi olan Tolik pulların hansı otaqda, hansı seyfdə və təxmini miqdarını hesablaya bilir. Gecənin birində yenə də yeyib-içmək məclisi qurulur. Tolik deyir, gözətçinin öldürülməsinə imkan verməyib: "Ona hədə-qorxu gəldik, əl-qolunu bağladıq, gözünün altını qaraltdıq ki, desin basqın olub. Hələ pul da boyun olduq. Amma o əclaf bizi ələ verdi. Düzdür, ifadəsində mənim ona yazığım gəldiyini, öldürməyə qoymadığımı deyib". Akula 9 il həbs cəzası alıb, 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. İndi çox güman ki, azadlıqdadır.
2014-01-25
7,242
Bakıda yük avtomobili yandı
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin yanar hissəsləri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-25
7,243
Milis əməkdaşı qətlə yetirilib
Kiyevdə "Berkut" yataqxanasında yaşayan milis əməkdaşı qətlə yetirilib. "Axar.az" APA-ya istinadən bildirir ki, bu barədə İTAR-TASS agentliyi xəbər yayıb. Atəş nəticəsində baş nahiyəsinə dəyən güllə milis əməkdaşının ölümünə səbəb olub. Onun meyitini yaxınlıqdakı tikintinin gözətçiləri aşkar edib. Şahidlər hadisə yerindən iki nəfərin qaçdığını bildiriblər. Müəyyən edilib ki, qətlə yetirilən şəxs dövlət mühafizə xidmətinin Qoloseyev rayonu milis idarəsinin 27 yaşlı əməkdaşıdır. O, yaşadığı "Berkut" yataqxanasına silahsız yollanırmış. Hazırda operativ istintaq qrupu hadisənin təfərrüatlarını araşdırır.
2014-01-25
7,244
Güc tətbiq edilməsi bu münaqişəni həll etməyəcək
Güc tətbiq edilməsi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf cümə günü bildirib. "Biz hesabatları görmüşük və hər yedə oluğu kimi burdad insan itkilərinə çox kədərlənirik. Bizim pozisiya dəyişməz olaraq qalır - güc tətbiq edilməsi bu münaqişəsini həll etməyəcək. Biz tərəfləri güc tətbiq edilməsində və güclə təhdid edilməsində vaz keçməyə çağırırıq", - Harf bildirib. Onun sözlərinə görə, ABŞ əvvəlki kimi münaqişənin sülh nizamlanmasının nailiyyəti üçün Azərbaycanla və Ermənistanla iş aparılmasına sadiqdir (Trend).
2014-01-25
7,245
Məşhur müğənninin deportasiyası tələb edilir
Amerikalılar ABŞ hakim orqanlarından Castin Biberdən pasportunu geri almağı və özünü isə ölkəsinə deportasiya etmələrini tələb edib. "Ria Novosti" saytının verdiyi məlumata görə, bu barədə məlumat Ağ Evin saytında dərc olunub. Saytın bölməsində "We, The people" (Biz, xalq") adlanan petisiyaya həsr edilmiş yanvarın 23-dən imza toplanmasına başlanılıb. Elə həmin gün musiqiçi növbəti dəfə skandal qəhrəmanı olub. Mayami - Biç kurort şəhərinin polisi Biberi saxlayıb və onu küçə yarışlarında iştirakda, avtomobili sərxoş halda sürdüyünə görə və polisə qarşı gəlməkdə günahlandırıb. Saxlanıldıqdan sonra o etiraf edib ki, yarışdan əvvəl spirtli içki qəbul edib, marixuana çəkib, həm də göstərişi olmayan preparat qəbul edib. Daha sonra o, zaminə buraxılıb. "Biz istərdik ki, təhlükəli, narkotikdən həddən ziyadə istifadə edən Castin Biber ölkədən deportasiya olunsun, onun yaşıl kartı (GREEN CARD) əlindən alınsın. O sadəcə bizim xalqımız üçün təhlükə deyil, eyni zamanda bizim gənclərimizə pis nümunədir. Biz, xalq, istərdik Castin Biberi cəmiyyətimizdən uzaqlaşdıraq",- deyə petisiyada deyilir (Anspress).
2014-01-25
7,246
Bakıda incəsənət festivalı keçiriləcək
Sabahdan 7 fevrala qədər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək. "Axar.az" Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və "ART Council" da keçiriləcək.
2014-01-25
7,248
ABŞ Qarabağla bağlı bəyanat yaydı
Güc tətbiq edilməsi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf cümə günü bildirib. "Biz hesabatları görmüşük və hər yedə oluğu kimi burdad insan itkilərinə çox kədərlənirik. Bizim pozisiya dəyişmək olara qalır - güc tətbiq edilməsi bu münaqişəsini həll etməyəcək. Biz tərəfləri güc tətbiq edilməsində və güclə təhdid edilməsində vaz keçməyə çağırırıq", Harf bildirib. Onun sözlərinə görə, ABŞ əvvəlki kimi münaqişənin sülh nizamlanmasının nailiyyəti üçün Azərbaycanla və Ermənistanla iş aparılmasına sadiqdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən zorakılıqla əlaqədar öz narahatlıqlarını bildiriblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşün nəticəsinə görə təşkilatın bəyanatında deyilir. Həmsədrlər vurğulayıblar ki, son zamanlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır.Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı həmçinin sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləriylə danışıqların davam etdirilməsi görə yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar. Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar.
2014-01-25
7,249
Bir sutkada 201 atəşkəs pozuntusu - Rəsmi
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-25
7,250
Ramil Usubov idarə rəisini işdən çıxardı
10:03 Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlu vəzifəsindən azad edilib. Baş İdarəyə çevrildikdən sonra Daxili işlər naziri Ramil Usubov C.Şıxəliyevin yenidən Baş İdarənin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalamayıb. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, hazırda idarənin rəisi vəzifəsini əvvəllər rəis müavini olmuş İmran Nəcəfov yerinə yetirir. Məlumat üçün bildirək ki, İ.Nəcəfov 1954-cü ildə Bakı şəhərində anadan olub.1984-cü ildə Volqoqrad şəhərinin Ali İstintaq Akademiyasının əyani şöbəsini bitirib. 1977-ci ildən Daxili İşlər Orqanlarında xidməti fəaliyyətə başlayıb. 1984-2003-cü illərdə istintaq və əməliyyat aparatlarında müxtəlif vəzifələrdə işləyib. 2003-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2006-cı ilin yanvar ayindan avqust ayinadək Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib. 2006-cı ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. *** 10:53 Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Axar.az"a məlumatı təsdiqləyərək, polkovnik Cavad Şixəliyevin yaş senzi ilə bağlı təqaüdə göndərildiyini bildirib. Mətbuat xidmətindən o da əlavə olunub ki, idarəyə rəis təyinatı ilə bağlı mediaya əlavə məlumat veriləcək.
2014-01-25
7,251
Avtobus qəzası: 1 ölü, 25 yaralı
Ankarada İstanbul şosesində qəza olub. Eyni istiqamətdə hərəkət edən Gökhan Ərsoyun idarə etdiyi "34 VKM 61" nömrəli sərnişin avtobusu ilə Süleyman Oğuzun idarə etdiyi "34 TE 8351" nömrəli təzə avtomobillər daşıyan TIR toqquşub. Baş verən qəzada avtobusun sürücüsü Sərdar Özdəmir yerindəcə ölüb, 25 sərnişin də yaralanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzanı görən yoldakı digər sürücülər təcili yardıma zəng vurublar. Hadisə yerinə çoxlu təcili yardım avtomobili gəlib. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıblar, ölən sürücü toqquşmanın təsirindən TIR-ın altına düşüb. Təxminən saat yarım çalışandan sonra sürücünün cəsədi TIR-ın altından çıxarılıb.
2014-01-25
7,253
Konqresmenlər ermənilərin hücumuna haqq qazandırdı
"Konqres Azərbaycanın maliyyələşdirilməsini dayandırmalıdır". "Axar.az" xəbər verir ki, bu iddia ilə ABŞ konqresmeni Adam Şif çıxış edib. O, Azərbaycanı məsuliyyətsizlikdə günahlandırıb: "Azərbaycan sülh istəyir və buna görə də cəmiyyəti buna hazırlamalıdır. Biz Azərbaycanın Ramil Səfərov məsələsində göstərdiyi aqressiyaya qarşı ədalət tələb etməliyik. Biz Azərbaycana göstərməliyik ki, buna dözməyəcəyik". Konqresmen Bred Şerman isə daha da irəli gedərək Azərbaycanın sülh tərəfdarı olmadığını deyib. O, Qarabağın müstəqil dövlət olduğunu bəyan edib. Bundan sonra isə Azərbaycanı erməni əsgərini öldürməkdə günahlandırıb. Qeyd edək ki, hər iki konqresmen ABŞ-da ermənilərin əsas müdafiəçisi olaraq tanınmaqdadırlar. Onlar erməni soyqırımı və Dağlıq Qarabağın müstəqil respublika kimi tanınması kimi iddialı çıxışıları ilə məşhurlaşıblar.