date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-01-22 | 7,047 | İstanbulda partlayış baş verib - Video | Türkiyənin İstanbul şəhərinin Bayrampaşa səmtində yerə döşənən elektrik kabelləri partlayışa səbəb olub. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, ərtafdakı sakinlər qorxudan evlərini tərk edərək küçələrə axışıblar. Məhəllədə dünən elektrik xətlərini yerin altına keçirmək üçün fəaliyyətə başlanılıb. Amma bu gün İstanbul vaxtı ilə 17:30-da elektrik xəttində partlayışlar baş verib. Partlayış 20 dəqiqə davam edib. Xəsarət alan olmayıb. |
2014-01-22 | 7,048 | Lvov şəhərində matəm elan edildi | Kiyevdə polislə müxalifət arasında baş verən qarşıdurma zamanı ölən iki nəfərin xatirəsi üçün Lvov şəhərində yanvarın 23-də matəm elan edilib. Bu informasiyanı Lvov meriyasının administrasiyası yayıb. Lvov şəhərinin meri Andrey Sadovı bildirib ki, həmin gün ictimai yerlərdə musiqi səslənməyəcək, şəhərin bir çox binalarında matəm lentləri asılacaq. Qeyri rəsmi məlumatlara görə ölənlərin adları da məlum olub. Bunlardan biri belarus millətindən olan Mixail Jiznevski, digəri isə Dnepropetrovsk vilayətinin Bereznovatovka kəndinin sakini Sergey Niqoyandır. (ANS) |
2014-01-22 | 7,050 | Qobustanda yaşayış evi yandı | Qobustan rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Təsi kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli, 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik tikilmiş talvar yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-22 | 7,051 | Kliçko Yanukoviçlə hökumətin istefasından danışdı | Ukraynanın müxalifətçi "UDAR" partiyasının lideri Vitali Kliçko Maydanda çıxış edərək prezident Yanukoviçlə müxalifət təmsilçilərinin görüşündən danışıb. Kliçkonun sözlərinə görə, başqa məsələlərlə birlikdə hökumətin istefası da müzakirə olunub. "Danışıqlar davam edir ", - deyə o vurğulayıb. (ANS) |
2014-01-22 | 7,052 | Müdafiə naziri yenidən Azərbaycanı təhdid etdi | "Onlar bizim cavab verəcəyimizdən qorxurlar və cavab da olacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, bütün provokasiyaların azərbaycanlılar tərəfindən həyata keçirildiyini bildirib: "Onlar bizim cavab verəcəyimizdən qorxurlar və cavab da olacaq. Biz sadəcə olaraq əlverişli məqam gözləyirik. Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirmir. Bütün təxribatları həyata keçirən azərbaycanlılardır". Qeyd edək ki, Ermənistan Azərbaycanı yanvarın 20-də cəbhənin təmas xəttində erməni tərəfinə xüsusi diversion qrup keçirtməklə təxribat törətməkdə günahlandırmış, Azərbaycan Müdafiə Nazirliyi isə bu bəyanatların heç birinin məntiqə əsaslanmadığı cavabını vermişdi. |
2014-01-22 | 7,053 | 2013-cü ildə Azərbaycana rekord həcmdə qızıl gətirilib - Video | Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, ötən il zərgərlik məmulatları ilə ticarət dövriyyəsinin həcmi 1 milyard dollar olub ki, bu da 2012-ci ildəki göstəricidən on dəfə çoxdur. Qızıl məmulatlarının idxalındakı artım isə daha böyükdür. 2013-cü ildə xaricdən ölkəmizə 930 milyon dollarlıq qızıl və qızıl məmulatı, həmçinin qiymətli daşlar gətirilib. Bu məbləğ 2012 -ildəkindən 58 dəfə çoxdur. Mütəxəsislərin fikrincə, bu rəqəmlər əhalinin qızıla olan tələbatının artmasından daha çox, hökümətin son illər qızıl alışı sahəsində apardığı siyasəti ilə bağlıdır. Ekspert Oqtay Haqverdiyev: "Bir iki il bundan qabaq prezident tərəfindən belə bir qərar çıxarıldı ki, gərək biz qızıl ehtiyyatımızı artıraq. 35 ton Azərbaycanda qızıl ehtiyatı olsun. Həmin o proqramı həyata keçirmək üçün bu illərdə, xüsusilədə 2013-cü ildə bizim Neft Fondu həmin o qızılı ala bildi". Qızıl ehtiyatının artırlması ilə bağlı siyasətin nəticəsində dövlət artıq 30 tona yaxın qızıla malikdir. Bu tədbirlərin əsas məqsədi fövqəladə və ya böhran vəziyyətində dövlətin fəaliyyətini təmin etməkdir. (ANS) |
2014-01-23 | 7,054 | Ordumuz Tovuzda əməliyyata başladı – Yeniləndi | 22.01.2014. 23:32 Tovuzun Əlibəyli kəndi ermənilərin atəşinə məruz qalıb. "Axar.az"a daxil olan məlumata görə, saat 21:00 radələrindən başlayan atışma hələ də davam edir. Əlibəyli kənd sakinləri saytımıza bildiriblər ki, indiyə qədər belə genişmiqyaslı gülləbaran olmayıb: iriçaplı silahlardan açılan atəşlər birbaşa kənd daxilinə istiqamətlənib. Ordumuzun cavab tədbiri barədə hələlik heç bir məlumat yoxdur. *** 23.01.2014. 00:23 Əlbəyli kəndindən aldığımız son xəbərə görə, Azərbaycan Ordusunun cavab tədbirləri başlayıb və bu cavab təkcə səngərdən cavab atəşi açmaqla kifayətlənməyib. Hazırda ermənilərin susdurulması əməliyyatının aparıldığı haqda kənddə rəy var. Əlibəyli kəndində atəş səslərinin azaldığı da bildirildi. Zərərçəkənlər barədə məlumat yoxdur. |
2014-01-22 | 7,055 | Oğurlanan müxalifətçinin meyiti tapıldı | Yanvar ayının 21-də Kiyevin Oktyabrsk xəstəxanasından oğurlanan 2 müxalifətçidən birinin – Yuri Verbiçskinin meyiti Borispol rayonunun Qnedin kəndinin yaxınlığındakı meşədə tapılıb. Onun meyiti qohumları tərəfindən tanınıb. Qeyd edək ki, oğurlanan ikinci müxalifətçi İqor Luçenko isə qaçmağı bacarıb. Onun sözlərinə görə, onları oğurlayanlar Avromaydanın kim tərəfindən maliyyələşdirildiyini öyrənməyə çalışırdılar. "Bizi döydükdən sonra meşəyə atdılar. Yuri Verbiçski lvovlu olduğuna görə onu daha çox döydülər. Bizi oğurlayanların arxasında hüquq mühafizə orqanları durur", - deyə İqor Luçenko bildirib. Ukrayna polisi isə oğurlanan müxalifətçinin ittihamı ilə razılaşmadığını bəyan edib. Bu olayla bağlı artıq cinayət işi açılıb. (ANS) |
2014-01-23 | 7,056 | Con Kerri Bəşər Əsədi terrorçular üçün maqnit adlandırdı | Prezident Bəşər Əsəd müxalifətə qarşı hərəkətləri ilə terrorçuları ölkəsinə cəlb edir. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu yanvarın 22-də, İsveçrənin Montryo şəhərində keçirilən mətbuat konfransında ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib. "Terrorçular üçün əsas maqnit Bəşər Əsədin özüdü" – deyə ABŞ rəsmisi bildirib. Kerri Bəşər Əsədin legitimliyini itirməsini vurğulayaraq, onun Suriyada keçid hökumətinin formalaşdırılmasında iştirakını yolverilməz sayıb. |
2014-01-23 | 7,057 | Türkiyədə 224 polis əməkdaşı istefaya göndərilib | Türkiyəni sarsıdan "rüşvət əməliyyatı"ndan bu yana 116 polis müdiri, 8-i təhlükəsizlik müdiri, 100 polis məmuru vəzifədən kənarlaşdırılıb. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, vəzifə yeri dəyişdirilənlərin təxmini sayı 1000 nəfərdir. Dünən axşam da bu proses davam edib. Belə ki, Narkotiklə Mübarizə İdarəsində 34, 7 polis müdiri, 36 polis olmaqla vəzifədən kənarlaşdırılıb. 100 polisin isə vəzifə yeri dəyişdirilib. |
2014-01-23 | 7,058 | Timoşenko: "...Yanukoviç artıq prezident deyil" | "Sergey Niqoyanı və adlarını hələlik bilmədiyimiz daha iki adamımız öldürəndən sonra Yanukoviç artıq Ukraynanın prezidenti deyil, qatildir". Bunu Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenko deyib. Timoşenko ölkənin çiynində poqon gəzdirən bütün insanlarına müraciət edərək, onları "qanı öz üzərilərinə götürməməyə, Yanukoviçin muzdlu dəstələrinin sıralarını tərk eləməyə və xalqın tərəfinə keçməyə" çağırıb. O, həmçinin demokratik dünyanın liderlərinə səslənərək, onlardan Ukraynada qurulan diktaturaya qarşı ikinci geniş cəbhə açmağı xahiş edib. ("Musavat.com") |
2014-01-23 | 7,059 | Terror hadisələri Pakistanı ayağa qaldırdı - Etiraz | Son zamanlar Pakistanda artan terror hadisələri ilə bağlı ölkə ərazisində etiraz nümayişi keçirilib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, paytaxt İslamabad başda olmaqlda ölkənin digər şəhərləri Qaraçi, Lahor, Quetto Peşaverədə də aksiyalar keçirilib. Nümayişçilər yolları bağlanıb, ilahələr oxunub, Taliban əleyhinə şüarlar səsləndirilib. İslamabadda başlayan aksiya digər şəhərlərlə eyni vaxtda yekunlaşdırılacaq. Qeyd edək ki, ölkə ərazisində son günlər baş verən partlayışlarda 24 əsgər, 12 polis, 36 vətəndaş olmaqla 72 nəfər öldürülüb. |
2014-01-23 | 7,060 | Unitazdan ilan çıxdı – Şok/Fotolar | Xarici ölkələrin birində qorxunc hadisə baş verib. Evdə yerləşən tualetdən piton növlü ilan çıxıb. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, ailə üzvləri bu mənzərənin vahiməsini anbaan yaşayıb. İnternetdə yayımlanan fotoşəkillər haqqında isə ətraflı məlumat verilməyib. Ancaq fotoşəkillərin nə qədər qorxunc olduğu danılmazdır. |
2014-01-23 | 7,061 | Dəcəl uşağın təhlükəli oyunu – Video | İnsanın dizlərini əsdirən bu video Hindistanda çəkilib. Bir binanın axırıncı mərtəbəsindəki evin pəncərəsindən bayıra çıxan uşaq izləyənləri həyəcanlandırıb. "Axar.az" xəbər verir ki, pəncərənin bayır tərəfinə gedib-gələn iki yaşındakı dəcəl, həvəskar operator tərəfindən çəkilib. Təhlükəli oyun oynayan uşaq bu müddətdən sonra anasının fərqinə varması ilə oyunu tamamlayıb. |
2014-01-23 | 7,062 | Oda Teatrı Moemin hekayəsini səhnələşdirib | Yeni tamaşa yanvarın 25-i və 26-sı saat 19:00-da nümayiş olunacaq. Oda Teatrı Somerset Moemin "Qisas" hekayəsi əsasında "Xəyali Qisas" adlı tamaşa hazırlayıb. Tamaşanın ilk nümayişləri yanvarın 25-i saat 19:00-da və 26-sı saat 19:00-da baş tutacaq. Tamaşanın rejissoru Anar Sadıqovdur. Rollarda: Leyla Fariz, Nihad Qulamzadə, Elmin Bədəlov, Aynur Zərrintac, Anar Əliyev və Niyazəli Məmmədzadə. Biletin qiyməti: 4 AZN Ünvan: İSR Plazanın arxası – Topçubaşov küçəsi 38-də yerləşən ZİRZƏMİ məkanı. Tel: 050 394 48 64 070 219 83 33 İnformasiya dəstəyi: "Elitar.az" saytı |
2014-01-23 | 7,063 | Azərbaycan İspaniyaya nota verdi | Yanvarın 22-də Madriddə işə başlamış "FİTUR-2014" Beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə "Qarabağ" stendinin quraşdırılması ciddi narazılığa səbəb olub. Sərginin rəhbərliyi ilə Azərbaycan tərəfi arasında, Qarabağ barədə heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, həmin stendin quraşdırılması İspaniyada yaşayan azərbaycanlıların ciddi etirazına səbəb olub. Stendin quraşdırılmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçirib. Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları stendlə bağlı etirazlarını sərgi rəhbərliyinə şifahi olaraq bildirmələrinə baxmayaraq, stend sökülməyib. Məsələ ilə bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev İspaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Qeyd edək ki, ötən il keçirilmiş sərgidə Azərbaycan da iştirak etmişdi. (AzərTac) |
2014-01-23 | 7,064 | Ukrayna müxalifəti xəbərdarlıq tətili elan etdi | Ukrayna müxalifətinin liderlərindən biri, UDAR Partiyasının rəhbəri Vitali Kliçko həmyerlilərini yanvarın 23-də "xəbərdarlıq tətili" keçirməyə çağırıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Kliçko yanvarın 22-i axşam sosial şəbəkə vasitəsilə bildirib. "Mən hər kəsə müraciət edirəm. Maydanı dəstəkləmək, hakimiyyətə etirazınızı bildirmək üçün xəbərdarlıq tətilinə çıxın", - bunu Kliçko özünün "Twitter" səhifəsində yazıb. |
2014-01-23 | 7,065 | “İnter” almanları məğlub etdi | "İnter"in Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Türkiyə toplanışı çərçivəsində "İnter" Almaniyanın "Şimal-Şərq" Regional Liqasında mübarizə aparan "Zeits" klubuyla qarşılaşıb. Klubun saytına istinadən verilən məlumata görə, oyun 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. Komandamızın heyətində Baçana Tsxadadze və Sezar Meza Kolli fərqləniblər. Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 25-də keçirəcək. Rəqibimiz Almaniyanın "Arminiya" klubu olacaq (Anspress). |
2014-01-23 | 7,066 | Rza Zərrabın döyüş fotoları yayıldı - Fotolar | Türkiyəli məşhur müğənni, "Athena" qrupunun solisti, "O Ses Türkiye" müsabiqəsinin münsiflər heyətinin üzvü Gökhan Özoğuzun növbəti maraqlı fotoları yayılıb. Türkiyə mediasına istinadən məlumatına görə, Rza Zərrabla Athana Gökhanın straykbol (Airsoft) həvəskarı olduqları ortaya çıxıb. Məlum olub ki, Straykbol yarışları klubuna üzv olan müğənni hər həftə sonu bu oyunu oynayır. Komanda yoldaşları arasında əkiz qardaşı və 17 dedkabr korrupsiya əməliyyatı nəticəsində həbs olunan iş adamı Rza Zərrab da var. Üçlüyün ötən il noyabr 2-si Beykoz Kundura Fabrikində reallaşan və "Operation Ottoman" adı verilən qarşılaşmada çəkilən fotoları oyunun Türkiyə səhifəsində yayımlanıb. Xatırladaq ki, bir müddət əvvəl məsciddə Gökhanın dəstəmaz alarkən və daha sonra dua edərkən çəkilən şəkilləri paylaşılaraq gündəmə gəlmiş, sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu (ANS). |
2014-01-23 | 7,067 | İran öz nüvə proqramını dayandırmayacaq | İran bütün Cenevrə razılaşmalarını yerinə yetirir, lakin öz nüvə proqramını tam dayandırmayacaq. İTAR-TASS-a istinadən verdilən məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. "Ağ ev bunu (İranın 20% -dək uranın zənginləşdirilməsi proqramının dayandırılması) İranın nüvə proqramının tam dayandırılmasının başlanğıcı kimi təqdim etməyə çalışır", - Zərif deyib. Zərif vurğulayıb ki, Tehran öz üzərinə müəyyən öhdəliklər götürüb və onları yerinə yetirəcək. Xüsusilə, həmin sazişdə nəzərdə tutulmuş müddət ərzində uranın zənginləşdirilməsinin 5%-dən artığı dayandırılacaq, yarım ildən sonra 20 faizə qədər zənginləşdirilmiş nüvə materiallarının bütün ehtiyatları məhv ediləcək. Bundan əlavə, İran istənilən zənginləşdirmə sentrifuqaların quraşdırılmasını və uranın zənginləşdirilməsi üzrə yeni mərkəzlərin tikintisini dayandırmalıdır. "Bu zaman biz sentrifuqaları və digər avadanlıqları sökməyəcəyik, sadəcə biz 5 faizdən artıq uranın zənginləşdirilməsini dayandıracağıq", - İranın xarici siyasət idarəsinin rəhbəri bildirib (Trend). |
2014-01-23 | 7,068 | Soçidə “qoşa unitaz” qalmaqalı - Fotolar | Soçidə Olimpiya yarışlarının keçiriləcək Biatlon Mərkəzində qoşa unitazlı ayaqyolu şəkilinin sosial şəbəkədə yayılması qalmaqal yaradıb. BBC-nin yaydığı xəbərə görə, qurumun Moskva üzrə müxbiri Stiv Rozenberq Soçidəki Biatlon obyektlərində ayaqoluna gedərkən gördüyü mənzərə qarşısında şoka düşüb. Məlumata görə, Rozenberqin girdiyi ayaqyolu iki nəfərin eyni anda istifadəsi üçün nəzərdə tutulub və burda yan-yana iki unitaz olub. Qeyd edək ki, BBC müxbirinin şəxsi Twitter səhifəsində paylaşdığı şəkillər Rusiyanın özündə müzakirələrə səbəb olub. Şəkli öz səhifəsində paylaşan Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı bu şəklin, Soçi olimpiadası üçün ayrılan 50 milyard dolların hara xərcləndiyinin bariz nümunəsi olduğunu yazıb. Bəziləri şəklə şərh yazaraq bu cür tualetlərin Rusiya məkanı üçün xarakterik olduğunu, burda qeyri-adi heç nə olmadığını bildiriblər. Bəzi internet istifadəçiləri isə Rusiya hökumətinin homoseksuallara qarşı kəskin rəftarını xatırladaraq bunu, onların könlünü almaq cəhdi kimi qiymətləndirib (Anspress). |
2014-01-23 | 7,069 | Nazirin məhkəmə prosesi bu gün keçiriləcək | Gürcüstanın sabiq Müdafiə naziri David Kezeraşvilinin məhkəmə prosesi bu gün Fransanın Provans vilayətinin Eks-an şəhərinin apellyasiya məhkəməsində keçiriləcək. Gürcüstan tərəfi Kezeraşvilinin ekstradisiyası üçün yanvarın 16-dək bütün lazımi əlavə sənədləri təqdim edib. Sabiq müdafiə naziri oktyabrın 14-də Fransadakı gürcü tərəfinin xahişi ilə həbs edilib. O, xüsusilə iri məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur (Trend). |
2014-01-23 | 7,071 | Gülər Əhmədovanın apellyasiya məhkəməsi başladı - Yeniləndi | *** 09:38 Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın apellyasiya məhkəməsi keçiriləcək. Məhkəmədə eks-deputatın özü də iştirak edəcək. Onun hüquqlarını vəkili Əfsər Talıbov müdafiə edəcək. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib ("AzVision.az"). *** 14:20 Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov vəsatətlə çıxış edib. O, Gülər Əhmədovanın dəmir barmaqlıqlar arasında çıxarılaraq vəkili ilə yanaşı oturmasını istəyib. Hakim isə bildirib ki, G. Əhmədovanın mühafizəsi və təhlükəsizliyi ilə Penitensiar Xidmət məşğul olur. Qeyd olunub ki, təhlükəsizlik və mühafizə məqsədilə bu vəsatət təmin olunmur. G. Əhmədova isə bildirib ki, dəmir barmaqlıqlar arasına salınması ona psixi təsir formasıdır: "Bakı İstintaq Təcridxanasında dələduzluqda təqsirləndirilən kifayət qədər xanım var. Heç biri dəmir barmaqlıqlar arasına salınmır. Mən hər vəziyyətdə dövlətçiliyi dəstəkləyən adamam. Burda əyləşənlər dostlarım və ailə üzvlərimdir. Biz Avropa Konvensiyasına uyğun olaraq bu vəsatəti qaldırırıq". Hakim isə bu vəziyyətin daha məqsədəuyğun olduğunu deyib. Vəkil daha sonra prosesdə audio və video yazılışın aparılması barədə vəsatət qaldırıb. G. Əhmədova isə deyib ki, birinci instansiya məhkəməsi zamanı mətbuatda bəzi yanlış məlumatlar yer alıb: "Jurnalistlər nə eşidirdilərsə, onu yazdıqlarını deyirdilər. Bu məsələ ictimaiyyətin marağındadır. Xahiş edirəm, çəkiliş aparılmasına müsbət cavab verilsin. Burda gizli nəsə danışmırıq". Hakim bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu vurğulayıb: "Müxbirlərin dəftəri, qələmi var, bunu şouya çevirməyə ehtiyac yoxdur. Hər bir şəxs vicdanla yazsın, başqa cür təqdim etməsin. Bizim qərarımız budur ki, nə indi, nə sonrakı proseslərdə auduo və video çəkilişə icazə verilir". Sonra vəkil Əfsər Talıbov birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmadığını əsas gətirərək, prosesin istintaqla aparılması barədə vəsatət verib. Daha sonra G. Əhmədova çıxış edib: "Mən müdafiəçimə təlqin etmişdim ki, məhkəmədə super aktivliyə ehtiyac yoxdur. Elşad Abdullayevin zərərçəkən kimi tanınmaması və mülki iddiasının təmin olunmamasına görə mən çox rahat idim ki, bu işə xitam veriləcək. Bu gün düşdüyümüz vəziyyət həm qəlizdir, həm də ciddi. Mən burada olmağıma baxmayaraq, hansı qərar verilməsindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyini müdafiə edib, dövlətçiliyə xidmət etməyə hazır olan adamam. Bunu ölənə kimi deyəcəyəm. Xahişlərimdən biri də budur ki, müstəntiq məhkəməyə gəlsin. Soruşmaq istəyirəm ki, hansı təxirə salınmaz hala görə xəstə adamı iki gün saxlayıb gecə vaxtı ifadəsini alırdılar. Mən heç kimdən pul almamışam və aldatmamışam. Dedim ki, yoldaşımın yanında məni həbs etməyin, nə istəyirsiniz, yazacağam. Sonra da yazdım ki, nüfuzuma xələl gəlməməsi üçün Elşad Abdullayevin tələb etdiyi pulu hissə-hissə qaytararam. Lakin bunu mətbuatda bəzəyib, başqa cür yazdılar. Mən ABŞ səfirliyinə, başqa beynəlxalq təşkilatlara teleqram vurmuşam ki, prosesə gəlsinlər. Görək, hansı əsaslarla məni cinayətkar adlandırırlar? Bəzi jurnalistlər "Gülər parlamenti", "Mandat alveri" yazıb pul qazanırlar, onlara ayıb olsun. Burada təkcə insan həyatından yox, dövlətçilikdən də söhbət gedir. Mən sübut etməliyəm ki, günahsızam. Tarix onsuz da bəraətimi verəcək. Sizdən xahiş və tələbim odur ki, şəriət məhkəməsi yox, qanunvericiliyə əsaslanan məhkəmə prosesi keçirilsin". Sonra prosesdə fasilə elan olunub. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. |
2014-01-23 | 7,072 | Müxalifət bu gün Prezident Aparatına həmlə edəcək | Ukraynada noyabr ayından başlayan aksiyalar bu gün pik nöqtəsinə çatacaq. "Axar.az"ın məlumatına görə, müxalifət liderləri bəyanat veriblər ki, əgər Viktor Yanukoviç danışıqlara gedərək iğtişaşlara son qoymağa səy göstərməsə, Prezident Administrasiyasına hücüm olacaq. Qeyd edək ki, poroseslər başlanandan ilk dəfədir bu səpkili bəyanat səslənir. |
2014-01-23 | 7,073 | ANS-in "cinçıxarma"sına britaniyalı yazardan - Reaksiya | Azərbaycanda yaşayan britaniyalı yazar Mik Ormsbi "Jurnalist cindarla qarşılaşanda nə baş verir?" adlı məqalə yazıb. Həmin məqaləni "Azadlıq.org"a istinadən təqdim edirik: Postumun başlığı zarafat kimi səslənə bilər, amma Azərbaycanda baş verən son hadisələr kontekstində bu, aktual və ciddi sualdır. Mən bu suala üç yöndən cavab verəcəm. Əvvəlcə Afrika haqda bəhs edən bir qorxunc hekayətdən başlamaq istərdim. 2002-ci ildə mən Konqo Demokratik Respublikasında (KQR) yerli jurnalistlərə təlim keçirdim. O zaman Kilanda adlı bir oğlanla tanış oldum. Onu qara magiya ilə məşğul olmaqda ittiham edirdilər və "cinini çıxararkən" bədənini yandırıb dəhşətli hala salmışdılar. Katolik rahibələr yaralarını sarısa da, Kilanda elə aqoniyada idi ki, danışa da bilmirdi. Sonra öyrəndim ki, qəddarcasına cin çıxarmaq halları Konqoda tez-tez baş verir. Bunun çox səbəbi var. Amma uşaqlar ən çox kimlərinsə gündəlik işlərinin nəhs gətirməsində "günahkar olan" cadugərlər kimi hədəfə alınırlar. Medianın bu zorakılığa reaksiyası birmənalı deyil. Kilandanın başına gələnlər haqqında ətraflı məlumat yayılmalı hadisə olsa da, yerli televiziya və radiolar bir çox hallarda buna ya ümumiyyətlə əhəmiyyət verməyib, ya da bu barədə xəbərlər yerli qəzetlərin xırda ölçülü reklamları arasında it-bat olub. Ən pisi isə o idi ki, belə hadisələr haqda xəbər yaymalı jurnalistlər uşaqları ittiham edir, onlara xətər yetirən böyüklərin "dini" və "mənəvi" cəhətdən narahatlıqlarını qabardırdılar. Sanki gənc "cadugərlər"in gücü haqda deyilənlər kimlərinsə təxəyyülünün məhsulu deyil, gerçək həyat faktı idi. Konqo boyu keçdiyim təlimlərdə mən öz yerli həmkarlarımı az tərəfkeşlik etməyə, mümkün qədər obyektiv olmağa, Kilanda kimi zəif varlıqlara qarşı zorakılıqları araşdırmağa, bu barədə xəbər yaymağa çağırırdım. Bəzi jurnalistlərin reaksiyası düzgün idi. Bəziləri mızıldanırdı ki, "bizim ənənələri anlamırsınız". Bəziləri isə yəqin düşünürdü ki, mən də cadugərəm. Mən cin çıxarmaqla məşğul olan bir neçə "ruhani" ilə görüşdüm və onlar məni "şeytanla söhbət etməyə" dəvət etdilər. Deməliyəm ki, Şeytanın ciy-ciy səsi var. O ki qaldı məni Şeytanla görüşdürən "ruhani"yə, ciddi davranışı inandırıcı olsa da, cındırından cin hürkən köynəyi əsl həqiqətin nədən ibarət olduğunun göstəricisi idi: müharibənin viran qoyduğu Konqoda əməlli-başlı iş yerinə sahib olmaq az qala mələklərin lütfü sayılır. Cadugərlik bir növ bunun alternatividir, özü də gəlirli işdir. Beş aydan sonra mən insanları yolundan sapdıran belə şəxslərin nüfuzunun artmasından narahat halda KDR-i tərk etdim. Amma həm də bu nəhəng ölkəni gəzən zaman qarşılaşdığım vicdanlı şəxslərlə bağlı xoş xatirələrim vardı. Bir də, gördüklərim mənə yeni roman üçün ideya vermişdi (bu barədə irəlidə danışacağam). Burada Bakıda baş verən hadisələr mənim sualıma ikinci cavabı tapmağa kömək etdi. "Jurnalist cindarla qarşılaşanda nə baş verir" sualına. Yaxud jurnalist cinli olduğu deyilən qızla qarşılaşanda nə baş verir? Bu halda jurnalist biganə qalmır: düşünür ki, bunu mətbuata çıxarmaq yaxşı olardı, qızı TV-dəki tok-şouya dəvət edir. Bir neçə "ekspert"lə birgə. Şou başlayır, qız əvvəlcə passiv şəkildə tamaşaçılar arasında yer alır, yanında da qardaşı. O qardaş ki, hövsələsi daralaraq jurnalistlə əlaqə saxlayıb. Aradabir qız gözünü, studiyaya çağrılmış ekspertlərdən birinə zilləyir, onun üstünə qışqırır. Həmin ekspert də mistik, fokus-mokus tipli jestlərlə ona cavab verir, sanki onu hipnoz edir. Qız təngnəfəs olur, qıvrılır və sanki "cinliymiş" kimi yerə sərilir. Prodüserlər şouya dramatik musiqi əlavə edirlər və tamaşaçılar ağızları açıq halda bu səhnəyə baxırlar. Teleyayım melodramatik tondadır və mən özümü 19-cu əsrin xaoslu, qarmaqarışıq ikipərdəli amerikan vodevillərini seyr edən kimi hiss edirdim. Amma şoudan sonrakı günlərdə baş verən bəzi hadisələr daha maraqlı oldu. Əvvəlcə, Azərbaycanın Milli Tele-Radio Şurası ANS televiziyasını "uşaqların fiziki və mənəvi inkişafına zərər vurmaqda və ictimaiyyəti hiddətləndirən qəddarlığa meydan verməkdə" ittiham edir. Daha sonra, bir nəfər həmin gənc qızla əlaqə saxlayıb görüş təyin edir və təkbətək görüşdə ona kömək edəcəyini deyir. Kimsə bu görüşü lentə alır və Youtube-a qoyur. Həmin videoya bir neçə gündə 140 min adam baxır. Həvəskar çəkiliş həmin qızı sanki trans halında divanda oturub gözünü, ona kömək etmək istəyən kişiyə zilləyib pişik kimi fısıldayan halda göstərir. O da qızın üstünə qışqırır, ucadan Qurandan nəsə oxuyur, onun çiyninə zərbə vurur, yanan kibritləri onun alnına və boynuna vurur. Bu, narahatlıq doğuran, amma baxılmaması mümkün olmayan bir səhnədir. Bir film səhnəsi kimi. Fərq bundadır ki, bu, real həyatda baş verir, baş verdiyi yer hansısa evdir və bir yaşlı qadın gözə dəyib üzünü kameradan gizlədir, sanki kimliyinin bilinməsindən ehtiyat edir. Aydın görünür ki, bu hadisələr Azərbaycanda qalmaqal yaradıb və BBC-nin yerli müxbirinin məlumatına görə, gənc qız indi bir kişinin evində qalır, deyir ki, "naxoşdur", cindar ona kömək edib və hətta həmin cindara onu təpədən-dırnağacan yandırmağa icazə verməkdən də məmnun olardı. BBC-nin müxbiri prokurorluqla əlaqə saxlayıb, ona deyiblər ki, gənc qız şikayət etməsə, kimsə "cindar"a qarşı ittiham irəli sürə bilməz. Bu da çətin baş verə. Çünki belə görünür, qızın vəziyyəti yaxşıdır. Buna ümid edək. Konqodan saysız nümunələr gətirmək olar ki, gənclər "cinli" olmaları ilə razılaşır, onları "xilas edənlərlə" eyni oyunu oynayır, amma bəzən bunun axırı faciəvi olur. Konqoda uşaqlara "cinli" deyib onları suçlayan, yaxud zorakılığa məruz qoyan böyüklər üç ilədək həbs cəzası ala bilərlər. Əgər belə bir qanunun varlığından daha çox konqolu xəbərdar olsa və onu həyata keçirməyə iradəsi çatsa, yəqin həmin qanun belə zorakı şəxslərin ipini çəkmək üçün effektiv vasitə ola bilər. Azərbaycanda isə cin çıxaranların qəddarlığını önləmək üçün qanun varmı? Yaxud belə qəddarlığın TV-də göstərilməsinin qarşısını almaq üçün? Mənim cavab verəcəyim sual deyil, amma yəqin kimsə bu suala cavab verə bilər. Böyüklərin "cinli" uşaqları "xilas etdiyi" videolar Youtube-u başına almamış bunu etmək yaxşı olardı. Yekun üçün, mən "Jurnalist cindarla qarşılaşanda nə baş verir" sualına üçüncü cavabımı deyirəm: Məsələn, mən roman yazdım. Həmin romanı yazıb çap etdirmək 10 il çəkdi. Əsər 2013-cü ilin dekabrında işıq üzü gördü. Romanda konqolu küçə uşağı sığınacaq axtarır və xarici jurnalist ona kömək etmək istəyir: Şeytansa təfərrüatda gizlənib. Süjet haqda yalnız bunu deyə bilərəm. Əsər mənim Konqoda gördüklərimə əsaslanır. Mənə ilham verənsə əvvəldə haqqında danışdığım, ağır xəsarət almış Kilanda olub. Əsərin birinci hissəsi"Child Witch Kinshasa" dekabrda nəşr olunub, ikinci hissəsi "Child Witch London" isə martda işıq üzü görəcək. Mənim romanım "Afrikanın ən qaranlıq guşələri" haqda ittihamnamə deyil. Əsərdə deylir ki, günahı yalnız başqalarında axtarma və vətəndaş müharibəsi kimi mürəkkəb situasiyalarda biz hamımız mənəvi dəyərlərdən uzaq düşə bilərik, hətta uzaq, dinc və yaşıllığı bol Londonda da. Britaniya da "cinli" uşaqlara dəhşətli işgəncələr verilməsinin, hətta onların öldürülməsi ayininin şahidi olub. Hərçənd son illərdə mən belə müdhiş qətl barədə yazmamışam. Mənim romanımın bəzi yerləri hətta komediyadır və mən ümid edirəm ki, bu xırda detallar getdikcə daha da qəlizləşən böyük və mürəkkəb mövzuya işıq tutmağa kömək edir. Uşaqların rifah halı üçün çalışan QHT-lər deyirlər ki, "cinli" uşaqlara qarşı zorakılıq dünya böyü artıb yayılmaqdadır. Cin çıxarma bəlkə də qalmaqallı televiziyanın reklamına xidmət edir. Amma bu, zarafat mövzu deyil. |
2014-01-23 | 7,074 | Xalq artistinin qohumu pul üstə döyüldü | Paytaxtın Səbal rayonu Badamdar qəsəbəsində rəqqasə və gənc müğənni restoran sahibi tərəfindən döyülüb. ANS televiziyasına müraciət edən zərərçəkənlər rəqqasə Nigar Göksal və müğənni Bəxtiyar Bilal bu iddia ilə çıxış ediblər. Döyüldüyünü iddia edən Bəxtiyar Bilal bir neçə gün əvvəl həmin restoranda keçirilən məclislərin birində müğənni kimi iştirak etdiyini deyib. Bəxtiyar həmin məclisin sonunda ona çatacaq 300 manat pulu almaq üçün ötən axşam yenidən həmin məkana gəlib. Müğənni restorana tanışı rəqqasə Nigarla birlikdə yollanıb. Amma burada onları tamaşaçı alqışlarına yox, restoran sahibinin şillə-təpiyinə qonaq ediblər. "Bəxtiyar dedi ki, pulumu ala bilmirəm, həm də maşınsızam, apar məni ora. Orada dedilər ki, pulu vermirik və bizi döydülər", - deyə Nigar Göksal bildirib. Zərərçəkənlər onların bir yox, bir neçə şəxs tərəfindən döyüldüdüklərini bildirdilər. "Orada bizim üstümüzə cumdular. Ana, bacı söyüşü söydülər. İndi pulu istəmirəm, istəyirəm ki, bizi döyənlər cəzalandırılsın", - deyə Bəxtiyar Bilal bildirib. Məlumat verilən kimi hadisə yerinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Amma həmin restoranın sahibini obyektə tapmaq mümkün olmayıb. Bölmədən ANS-ə verilən məlumata görə, artıq zərərçəkənlərin izahatları alınıb. Hazırda rəqqasə Nigar və müğənni Bəxtiyarı döyən restoran sahibinin axtarışları aparılır. Hadisə ilə bağlı həmin şəxsin də ifadəsi alınandan sonra baş verən insidentə hüquqi qiymət veriləcək. Qeyd edək ki, hadisə zamanı döyülən Bətiyar Bilal Azərbaycanın Xalq artisti müğənni Bilal Əliyevin bacısıoğludu (ANS). |
2014-01-23 | 7,075 | Qətliam kimi qəza: 20 ölü - Foto | Türkiyədə avtobus qəzası 20 nəfərin həyatına son qoyub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri şəhərində gecə saatlarında İstanbuldan Muş şəhərinə gedən sərnişin avtobusu yol dumanlı və buzlu olduğu üçün qəzaya uğrayıb. Sürücünün idarəetməsindən çıxan avtobus yol kənarına aşıb. Ağır qəza zamanı 20 nəfər ölüb, 22 nəfər ağır xəsarət alıb. Yaralılar Pınarbaşı Dövlət Xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti ağır olduğu üçün ölənlərin sayının aratacağı ehtimal edilir. |
2014-01-23 | 7,076 | Ordumuzun Tovuz hücumu: ermənilər 3 kəndi boşaltdı | "Ermənistanın Berd rayonunun (erməni saytları bu rayonu "Tavuş əyaləti" kimi təqdim edir) üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar". "Axar.az" məlumat verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib. Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib. Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Berd rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub. Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb. Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri "Axar.az"a hələ indiyə qədər belə gülləbaran olmadığını məlumat vermişdilər. |
2014-01-23 | 7,077 | Əsgərimiz özünü güllələdi | Azərbaycanda əsgər tabeliyindəki silahla özünü vurub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Alayın əsgəri Vasif Şamil oğlu Süleymanov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov faktla bağlı araşdırma aparıldığını bildirib. Qeyd edək ki, V. Süleymanov Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb. |
2014-01-23 | 7,078 | Əxlaqsız yuvası təşkil edən bağça müdiri tutuldu | Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər şəhər sakini, 1958-ci il təvəllüdlü İzahət Bəhram qızı Axundova saxlanılıb. Məlum olub ki, o, Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib. Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb. Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib. Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb. Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (EL TV). |
2014-01-23 | 7,080 | Şamil Basayev başımı kəsmək istəyirdi, amma... | O, Əfqanıstan, Dağlıq Qarabağ, Çeçenistan müharibələrində iştirak edib. 20 Yanvar əlilidir. Çeçenistan döyüşləri zamanı Şamil Basayevin ən yaxın adamlarından bir olmaqla fərqlənib. Buna görədir ki, ilk dəfə Qroznının fəxri vətəndaşı statusunu məhz ona vermişdilər. Bəlkə də çoxumuz bu adam haqqında məlumata malik deyilik. Çox təəssüf ki, o indi 5 saylı şəhər klinik xəstəxanasında müalicə alır. Beləliklə, Arif Məhərəmov - "Çeçen Arif" ləqəbi ilə özünə ad qazanmış qəhrəmanla müsahibəni təqdim edirik. Çeçenlər muzdlu olmayıb - Deyilənə görə, Şamil Basayev sizin yaxın dostunuz olub. Maraqlıdır, çeçenlər Qarabağa muzdlu döyüşçü kimi gəlmişdilərmi? - Basayevin yaxın silahdaşı idim. Onunla Çeçenistana gedəndə yaxın dostluq etdiklərimin içərisində Aslanbek Arsayev, Salman Raduyev, Cövhər Dudayev də var idi. Məni ora aparan bir amil vardı. O da çeçen dostlarımın Qarabağda şəhid olmaları idi. Sonra deyirlər ki, Azərbaycan Qarabağda muzdluları döyüşdürüb. Yox! Çeçenlər muzdlu olmayıb. Çeçenlər Qarabağa döyüş təcrübəsi keçməyə gəlmişdilər. Onlardan 1992-1993-cü illərdə eşidirdik ki, biz Azərbaycan və Gürcüstan kimi müstəqil olmaq istəyirik. Əgər bunun üçün vuruşmaq lazımdırsa, onu da edəcəyik. O adam rus kəşfiyyatına xidmət edir - Bir müddət öncə Şamil Basayevin dəstəsinin Dağlıq Qarabağda ermənilər tərəfdə təlim keçməsi ilə bağlı informasiya yayılmışdı. İndi Basayevin yaxın dostundan soruşuram: bu, doğrudurmu? - O xəbəri sizin saytda oxumuşdum. Dəqiq yadımda deyil, amma hansısa mənbəyə istinad etmişdiniz. Əslində, Şamil Basayevin dəstəsinin orada təlim keçməsi iddiası gülüncdür. Onu sizə deyən adam rus kəşfiyyatına xidmət edir. Mən demirəm ki, Basayev gəlməsəydi, biz nəyəsə nail ola bilməzdik. Basayevin özü sonralar müsahibələrində də deyirdi ki, mən döyüşməyi Qarabağda öyrənmişəm. Şamilin harada kiminlə olması önəmli deyil. Önəmli olan onun özünün dediyi sözdür. Əgər o danışıbsa, sözünü deyibsə, bu, yekun nöqtə deməkdir. - Şamil Basayev Qarabağda hansı döyüşlərdə iştirak edib? - Dəqiq məkanı demək istəmirəm. Basayev Azərbaycanın iki istiqamətində döyüşüb. Azərbaycanın Milli Qəhrəmanlarından biriylə - Rasim Əkbərovla bir yerdə döyüşüblər. Mən erməniləri qafqazlı saymıram - Öz səhifənizdə Çeçenistanda yaradılmış bir erməni briqadasından bəhs etmişdiniz. Bu məsələ haqqında bir az ətraflı danışa bilərsinizmi? - Rusların vasitəsilə Çeçenistanda çeçenlərin əleyhinə xüsusi hərbi birləşmə yaradılmışdı. Əsas məqsəd Çeçenistanın azadlığı uğrunda vuruşanları məhv etmək idi. Şamil Basayev onda çeçen televiziyasında çıxış edib bir söz demişdi: "Mən erməniləri qafqazlı saymıram. Əgər onlar qafqazlı olsaydılar, rusların köləsi olmazdılar". Sonra bizim ağır döyüşlərimiz oldu. Onda bu briqada da vuruşurdu. Hər şeylə təchiz olunmuşdular. Biz həmin briqadanı məhv etmişdik. Orada iki erməni generalı da öldürülmüşdü. Basayev başımı kəsmək istəyirdi - Deyəsən, Şamil Basayevlə heç kim mübahisə etməyə cəhd etmirdi. - Mən bir dəfə Şamil Basayevlə bərk mübahisə etmişdim. Onda ona dedim ki, sənin Abxaziyada gürcülərə qarşı döyüşməyin doğru deyil. Mənə dedi ki, sözünə fikir verirsənmi? Dedim, bəli, sözümə görə məsuliyyət daşıyıram. Sənin gürcülər xristiandır deyə, onlara qarşı vuruşmağın doğru deyil. Belə götürəndə abxazların da yarısı xristiandır. Qayıtdı mənə dedi ki, Arif, sənin yerinə başqası olsaydı, yerindəcə başını kəsərdim. Sonralar biz Salman Raduyevlə birgə Gürcüstanda 9 aprel tədbiri keçirdik. Bu tədbirə Şamil Basayev də gəlmişdi. O, camaatın qarşısına çıxdı və hər kəsdən üzr istədi. Sonra məni göstərdi. Dedi ki, mən bu kişiyə görə sizdən üzr istədim. Onda Rustavi-2 televiziyası da bunu çəkmişdi. Gürcülər səssizcə susub qalmışdılar. Lotu Bəxtiyar mənə zəng etmişdi - Qafqaz evi açılanda partlayış olmuşdu... - 1997-ci ildə Qafqaz Evinin açılışı idi. Demək olar ki, son tamamlama işləri qalmışdı. Bütün hər şey hazır idi. Onda Salman Raduyev məndən xahiş etdi ki, bəs mənə yaxşı cangüdən tap. Tapdım. Bir müddət sonra həmin oğlan arxamca qaçaraq gəldi. O, "Raduyev sizi çağırır, gedirik",- dedi. Biz maşına əyləşəndə o səhv edib Raduyevin yanında əyləşdi. Maşın hərəkət edəndə Raduyev onu sakitcə məzəmmət edirdi. Birdən partlayış baş verdi. Son dəfə Salman Raduyevi görəndə mənə bunu deyirdi ki, onu xilas edim. Sonra isə huşumu itirmişdim. Gözümü açanda isə əlim parça-parça olmuşdu. Başımın üstə Şamil Basayev dayanmışdı. Həkimlər əlimin düzəlməyəcəyini demişdilər. Onda Şamil Basayev dedi ki, öz qolunu mənə verməyə hazırdır. Həkimlər donub qalmışdılar. Sonda Almaniyadan briqada gətirməyi qərara aldılar. Mən indiyə qədər deyirəm: qoluma görə iki nəfərə borcluyam - Şamil Basayev və Heydər Əliyevə. Çeçenistandan sonra Heydər Əliyev bütün həkimlərə mənim qolumun sağaltmaqdan ötrü əmr vermişdi. - Bəs hadisənin səbəbkarı tapıldımı? - Çox keçmədi ki, Basayev səbəbkarı tapdı. Bir gün televiziyanı açdı və dedi ki, baxın, görün tanıyırsınız? Üzdən çeçenə oxşayırdı, amma onu görməmişdik. Dedi, bu, rusdur. Onda Raduyev heyrətlənmişdi. Məlum oldu ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Agentdən "niyə bizi əvvəllər öldürmədin?" soruşanda isə, "əmr ancaq açılışdan bir gün öncə gəlmişdi",- dedi. Dedilər ki, səni Lotu Bəxtiyar axtarır - Çeçenistanda xəstəxanada heç kim sizə zəng etməmişdimi? - Bir dəfə partlayışdan sonra xəstəxanada zəng gəldi. Dedilər ki, səni Bəxtiyar axtarır. Bilmədim kimi deyirlər. Telefonu götürəndə isə Lotu Bəxtiyar olduğunu eşitdim.Həbsxanadan zəng etmişdi. Mən o zaman Dağıstanda idim. Partlayışdan sonra geri vətənə qayıdırdım. Mənimlə qürur duyduğunu dedi. Sonra bir az kövrələn kimi oldu. Yadımdadır, iki dəfə mənə görə Çeçenistanda xəstəxanaya pul göndərmişdi. Bunu isə ancaq onun ölümündən sonra bildim. Birinci raket Heydər Əliyev parkına atıldı - Bəs Heydər Əliyevlə münasibətiniz necə idi? - Çox gözəl. O, adamdan razı olduğum qədər heç kimdən razı qalmamışdım. Bir dəfə Qafqaz Evinin açılışından sonra Heydər Əliyev mənə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirdim. Onun şərəfinə Çeçenistanda park saldırdım və heykəlini ucalda bildim. Amma ikinci Rus-Çeçen müharibəsi başlayanda Rusiya birinci zərbəni raketlə o parka vurdu. - Yaxşı bir yoldaş kimi Şamil Basayev haqqında indiyə qədər heç yerdə yayımlanmayan hansı məqamı deyə bilərsiniz? - Mən Qroznı şəhərinin ilk fəxri vətəndaşı olmuş şəxsəm. İndi deyəcəyim şeyləri birinci dəfə sizə söyləyirəm. Bəlkə də ömrümə az qalıb. Çünki artıq mənzilə yaxınlaşdığımı hiss edirəm. Mən Çeçenistanda əsas briqada, yəni səhra komandirlərindən biri idim. Şamil Basayev bir şeyi qərara almışdı. O, 1997-ci ildə 3000 nəfərlə Dağlıq Qarabağa girmək istəyirdi. Burada partizan savaşı aparacaqdı. Ancaq bizimkilər icazə vermədilər və hələ vaxtının çatmadığını dedilər. - Bəs bu dəqiqə özünüzü necə hiss edirsiniz? - İndi vəziyyətim ağırdır. Mən həyatımı Azərbaycana və Qafqaza qurban vermişəm. Mən və həyat yoldaşım yeganə şəxslərdənik ki, ikimiz də Prezident təqaüdçüləriyik. 20 yanvar, Dağlıq Qarabağ, ardınca isə Çeçenistan. Bəlkə də çoxları səsimə səs verməyəcək. Mən o şəxslərdənəm ki, prezident İlham Əliyev mənə görə bir neçə naziri danlamışdı. Heydər Əliyev isə şəxsən müalicəmlə maraqlanmışdı. İndi isə yenidən pisləşmişəm. Ayaqlarımın ağrısı artıq daha da şiddətlənir. Ola bilsin, bir azdan onları da kəsdilər. Bildiyim tək şey var - mən Azərbaycan üçün qarşılıqsız yaşamışam. Hərdən insan sıxılır. Ölkədən getmək istəyir. Amma yenə də "mən axı bura görə həyatımı qurban verməyə hazır olmuşam" deyə fikirləşib, yenidən fikrimi dəyişirəm. Bilmirəm, nə qədər vaxtım qalıb, amma indi də döyüşməyə hazıram. Bəlkə də müalicəmə bir az da diqqət edilsə, daha yaxşı olar. Çünki mənə vətən üçün yaşamağı öyrədiblər. P.S. Bu sözlərdən sonra müsahibimi öskürək tutdu. Nitqi kəsildi. Vəziyyəti ağırlaşdı, ağrıları şiddətləndi. Həkim çağırdım, ona ağrıkəsici vurdular və bundan sonar yavaş yavaş sakitləşib yuxuya getdi. Müəllifdən xüsusi qeyd: Müsahibəyə gedərkən Arif bəyin fotolarını çəkməyi düşünsək də, sonradan onu bu halında oxuculara göstərmək fikrindən vaz keçdik. |
2014-01-23 | 7,081 | Bir sutkada 138 atəşkəs pozuntusu - Rəsmi | Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-01-23 | 7,082 | Millət vəkili: ”Televiziyalar milləti kor etməməlidir” | "Televiziyaların işi millətin quruculuğunda iştirak etməkdir, daha onu kor etmək deyil". Bunu "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc dedi. O, cadugərliklə əlaqədar tele-layihələrin efir məkanında yer almasının tərəfdarı olmadığını bildirdi: "Bu məsələ ilə əlaqədar "Teleradio Yayımı Haqqında Qanun"da konkret yasaqlayıcı tədbirlərin qoyulması haqqında təkliflər verilə bilər. Etiraf eləmək lazımdır ki, bizim televiziyalarda bu kimi hallar təsir vasitəsi kimi geniş istifadə edilir. Mən bir millət vəkili kimi tərəfdarıyam ki, bu cür tele-layihələr efir məkanında yer almasınlar. Öz-özlüyündə bunun genişlənməsinə imkan verən dairələr fikirləşməlidir ki, bununla millətə ziyan vururlar". Millət vəkili bu kimi verilişlərin insanların üzərində hakimiyyət yaratdığını söylədi və televiziyalarda cadugərliklə bağlı yayımlanan verilişlərə qarşı gələcəkdə yasaqlayıcı tədbirlərin qəbul edilmək ehtimalının olduğunu dilə gətirdi: "Bunlar insanların normal həyatının pozulması, eləcə də adamların üzərində saxta hakimiyyətlərin qurulması ilə nəticələnir. Ona görə də parlamentdə bu haqda yasaqlayıcı tədbirlərin qəbul olunmasının tərəfdarıyam. Bunun haqqında qanun layihəsi gələcəkdə təklif oluna bilər. Bu cür saxtalığı necə cəmiyyətə ötürmək olar. Mən elə fikirləşirəm ki, televiziyaların işi millətin quruculuğunda iştirak etməkdir, onu kor etmək deyil". Qeyd edək ki, dünən Rusiya Dumasına cadugərlik, fal, sehrlə bağlı olan bütün verilişlərin televiziyalarda yasaqlanması ilə əlaqədar qanun layihəsi təklif edilib. |
2014-01-23 | 7,083 | Binəqədi polisi qazini təhqir edib? – Qalmaqal | Yanvarın 17-si, axşam saat 19:00 radələrində Niyaz Əmiraslanov adlı Qarabağ qazisini döyülüb. Bu barədə Qarabağ qazisinin özü məlumat yayıb (ANS). Qazi bildirib ki, hücum zamanı onunla bərabər Böyük Vətən Müharibəsi veteranı Vəli Əmiraslanova da xəsarət yetirilib. Əmiraslanov deyir ki, onlara hücum edənlər Azad İsgəndərov adlı iş adamının yaxınlarıdır və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları olub. Səbəb isə budur ki, Azad İsgəndərovun rəhbərlik etdiyi tikinti Niyaz Əmiraslanovun evinə gedən yolu kəsir. Qarabağ qazisi deyir ki, o, yolunun kəsilməsinə etiraz etdiyinə görə hücuma məruz qalıb. Niyaz Əmiraslanov baş verənlərlə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinə şikayət edib. "Bölmədə təhqiqatçı Natiq Teymurov "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" - deməyi mənə döyülməkdən də pis təsir elədi", - deyə Qarabağ əlili bildirib. "Riad"ın əməkdaşları xəsarət alıblar Məsələ ilə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinin tədqiqatçısı Natiq Teymurovla əlaqə saxladıq. Teymurov "Axar.az"a açıqlamasında bildirdi ki, dava ilə bağlı bölməyə birinci müraciət edənlər "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarıdır: - Yanvarın 17-si 4-cü polis bölməsinə "Riyad" Mühafizə Xidmətinin əməkdaşları ərizə ilə müraciət edərək, Niyaz Əmiraslanovun özündən və ailəsindən şikayətçi olduqlarını bildiriblər. Onlar ərizələrində yazıblar ki, obyektin mühafizəsi zamanı Niyazın özü və ailə üzvləri tərəfindən döyülüblər. Onların xəsarətləri var, özü də tibbi ekspertizadan keçiblər. Dünən Niyaz Əmiraslanovu və ailəsini bölməyə dəvət etdim ki, haqqınızda şikayət var, ifadə verin. Onlar isə gəlib ifadə verməkdən imtina etdilər və "Riyad"ın əməkdaşlarına qarşı şikayət ərizəsi ilə verdilər. Mən nə dediyimi bilirəm Tədqiqatçı Qarabağ qazisinə qarşı işlətdiyi kobud ifadələr haqqında da danışdı: - Mən onun yanında cəmi 3-4 dəqiqə olmuşam. Bir də ifadə verməkdən imtina etdiyi zaman orada olmuşam. Niyaz dedi ki, mən Qarabağ iştirakçısıyam. Sənə görə döyüşmüşəm. Sən oturmusan burada, mən döyüşmüşəm. Mən də ona dedim ki, sən mənə görə yox, Vətən üçün döyüşmüsən, torpaq üçün döyüşmüsən. Mən ona qətiyyən "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" kimi ifadələr işlətməmişəm. Mənim ağlım var, şüurum var. Nə dediyimi bilirəm. Polisə də dedim ki, məni yatızdıran sən oldun Qarabağ qazisi isə "Axar.az"a açıqlamasında bildirdi ki, hadisə yerinə gələn polislər onu aldadıblar: - Biz "Riyad"ın Mühafizə Xidmətinin əməkdaşları ilə dava edəndən sonra polis gəldi ora. Dedi ki, mən həll edəcəm məsələni. Aradan iki gün keçdi, polis bölməsindən bir nəfər gəldi ki, bəs sizin haqqınızda şikayət var, sizə qarşı cinayət işi qaldırıblar. Ondan sonra mən şikayət ərizəsi verməyə getdim. Polisə də dedim ki, məni sakitləşdirən sən oldun. Sən məni yatızdırdın, bunlar öz işlərini gördü. Gözünün içinə kimi yalan deyir Tədqiqatçı Natiq Teymurovun kobud ifadələri və nalayiq sözləri ilə bağlı yayılan xəbərə qazi bir daha aydınlıq gətirdi: - Onunla söhbətim zamanı orada vətəndaşlar da olub, polislər də. O mənə "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" dedi. Çox pis təsir etdi sözləri. İndi sizə nə deyirsə, gözünün içinə kimi yalan deyir. |
2014-01-23 | 7,084 | Ermənilər Tovuza ziyan vurdu - Komissiya yaradıldı | Ermənistan tərəfindən atəşə məruz qalan Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndlərində sakinlərin evlərinə və həyətyanı sahələrinə dəyən ziyanın hesablanması üçün komissiya yaradıldı. Tovuz Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, ötən gün Tovuz rayonunun Ağdam, Ağbulaq, Əlibəyli kəndləri və adsız yüksəkliklər atəşə tutulub. Bu zaman erməni hərbçiləri kəndlərin bir qədər yüksəklikdə yerləşən evlərini hədəf seçib. Kənd sakinlərinin evlərinin dam örtüyü, pəncərələri açılan atəş nəticəsində dağıdılıb. Sakinlərə xeyli ziyan dəyib. Artıq Rayon İcra Hakimiyyəti həmin evlərə baxış keçirib və sakinlərə dəyən ziyanın aradan qaldırılması üçün komissiya yaradılıb. |
2014-01-23 | 7,085 | Yol terroru daha iki can aldı | Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Mehman Əhmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda hərəkət edən Cəlilabad rayon sakini Pərviz Ağayevin idarə etdiyi "İsuzu" markalı avtomobilə, sonradan yolun kənarındakı hasara çırpıb. Nəticədə M. Əhmədov və sərnişini - Biləsuvar rayon sakini Vüqar Abışov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və sərnişinləri yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. |
2014-01-23 | 7,086 | Dünən ölkədə 68 cinayət baş verib | Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 41-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub. |
2014-01-23 | 7,087 | Qayıdış, yoxsa xəyanət? | Nazim Süleymanov "Neftçi"dən istefa verərkən , məşqçilər korpusunda yer alan Səmədağa Şıxlarov da komandadan getdi. Mətbuata açıqlama verən Şıxlarov bildirmişdi ki, baş məşqçi istefa veribsə, onun "Neftçi"də qalması etik cəhətdən düzgün deyil. Qeyd edək ki, Səmədağa Şıxlarov Süleymanov AZAL-da işləyərkən də onun komandasında yer almışdı. Futbol ictimaiyyəti Şıxlarovun bu addımını peşəkarlıq baxımından yüksək qiymətləndirmişdi. Ancaq sonradan vəziyyət dəyişdi. Mətbuata açıqlama verən Səmədağa Şıxlarov Nazim Süleymanovu tənqid etdi, onu tələsik addım atmaqda qınadı. Əvəzində "Neftçi" rəhbərliyini xeyli təriflədi. Nəticə özünü çox gözlətmədi. Mətbuatda yayılan məlumatlara görə, Səmədağa Şıxlarov yenidən "Neftçi"yə qayıdıb. Böyükağa Hacıyevin köməkçisi qismində yox. Şıxlarov bundan sonra "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında seleksiyaçı-məşqçi kimi çalışacaq. Şıxlarovun yenidən "Neftçi"yə qayıtması futbol ictimaiyyəti arasında birmənalı qəbul olunmadı. Çoxları bunun "Neftçi" rəhəbrliyi tərəfindən Şıxlarova verilən mükafat, Şıxlarov tərəfindən isə Nazim Süleymanova edilən xəyanət kimi qəbul edir. Məsələyə Səmədağa Şıxlarovun da münasibətini öyrəndik. Ancaq Publika.az-ın zənginə cavab verən Şıxlarov, bu məsələ barədə danışmaq istəmədiyini bildirdi: "Mən bu məsələyə toxunmaq istəmirəm. Mənim üşün bu məsələ artıq qapanıb. Bağışlayın, heç bir fikir bildirməyəcəm". Şıxlarovla bağlı məsələ aydındı. Güman ki, o da atdığı addımın mahiyyətini anladığı, cəmiyyətdə bu məsələyə hansı münasibətin formalaşdığını dərk etdiyi üçün danışmaq istəmədi. Daha doğrusu danışmağa sözü olmadı. Şıxlarovun qayıdışına Nazim Süleymanovun da mövqeyini öyrəndik. Süleymanov bu məsələyə yanaşmada da özünü olduqca elitar apardı. Nazim bəy Publika.az-a açıqlamasında Şıxlarovun seçiminə hörmətlə yanaşdığını bildirdi: ""Neftçi"dən birlikdə ayrıldıq. Hətta ayrılarkən ona Böyükağa Hacıyevin köməkçisi olmağı təklif etsələr də, Şıxlarov bundan imtina etdi. İndi seleksiyaçı-məşqçi kimi "Neftçi"yə qayıdıbsa, buna da hörmətlə yanaşıram. Səmədağa Şıxlarova gələcək işində uğurlar arzulayıram". |
2014-01-23 | 7,088 | ANS-in maşını daş-qalaq edildi, kamerası sındırıldı - Foto | 12.40 Özünü asaraq intihar edən İsa Şahmarlının hazırda dəfn mərasimində insident yaşanır. Kənd camaatı daş-kəsəklə dəfnə mane olmaq istəyir, qəbristanlığa girməyə kimsəyə izn vermir. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilir. Onlar belə bir şəxsin kənd qəbiristanlığında dəfn olunmasını qəbul etmək istəmirlər. "Axar.az"ın hadisə yerində olan müxbiri Tural Qurbanlının verdiyi məlumata görə, çəkiliş aparmaq və reportaj hazırlmaq istəyən jurnalistləri qəbiristanlığa yaxın buraxmaq istəməyən kənd camaatı ANS-in çəkiliş qrupuna sərt müqavimət göstərib. Müxbirimiz bildirir ki, qəbiristanlığa girməyə cəhd göstərən ANS-in "Alın yazısı" verilişinin çəkiliş qrupunun avtomobili daş-qalaq edilib, kamera isə sındırılıb. *** 13:45 Müxbirimiz xəbər verir ki, kənd camaatı qəbirstanlığı tərk edəndən sonra İsa Şahmarlının dostları oraya daxil ola biliblər. Onlar İ.Şahmarlının qəbrinin üstünə LGTB-nin bayrağını səriblər. Bununla bərabər İsanın dostları qəbir üzərində onunla bağlı xatirələrini bölüşüblər. Ziyarətçilər daha sonra 22 yanvarı "LGTB-nin hüquqlarının müdafiəsi günü" elan edilməsi haqqında qərar qəbul ediblər və bununla əlaqədar koordinasiya şurası yaradılıb. Şura bu qərarla bağlı imza toplayıb Milli Məclisə təqdim edəcək. |
2014-01-23 | 7,089 | Azərbaycanın ilk futbol şərhçisinin xatirə günüdür | Bu gün Valid Sənaninin anım günüdür. Azərbaycan televiziyasının ilk futbol şərhçisi, əməkdar jurnalist Valid Sənani 2011-ci il, yanvarın 23-də dünyasını dəyişib. Publika.az xəbər verir ki, Valid Sənani 12 may 1935-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayan Valid Sənani, 1957-ci il iyunun 9-da ilk dəfə televiziya vasitəsilə futbol matçını şərh edib. Uzun müddətli şərhçiliyi dövründə özünəməxsus səsi və şərhlərilə yadda qalıb. Bir sira radiooçerklərin, radiokompozisiyaların müəllifi, Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımların aparıcısı olub. |
2014-01-23 | 7,090 | Minsk qrupunun nümayəndələri Füzulidə atəşə tutuldu | ATƏT-in Minsk qrupunun nümayəndələri düşmən tərəfindən atəşə tutulub. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub. |
2014-01-23 | 7,091 | Zakir Həsənov Hava Qüvvələrinin hərbi hissəsində | Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub. Müdafiə naziri hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub. General-polkovnik Zakir Həsənov uçuş və mühəndis-texniki heyətlə keçirilən görüşdə hərbi qulluqçuların ruh yüksəkliyinin və döyüş əzminin bir daha şahidi olmuş, şəxsi heyətin diqqətinə peşəkarlığın daim artırılaraq onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsilə əlaqədar tələbləri çatdırıb. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub. Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, hazırda həyata keçirilən və planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib. |
2014-01-23 | 7,092 | Seyran Səxavət: “Biz yad kişiləri öz yataq otağımıza alırıq” | "Yağmurun qonaqları" rubrikasının bu dəfəki qonağı yazıçı Seyran Səxavətdir. Söhbətin belə maraqlı və əhatəli alınacağını gözləsək də, yazarımızın da razı qalacağını, yorulmayacağını, əksinə, bu söhbətdən məmnun olacağını gözləmirdik. Sevindik ki, qonağımızı yormadıq... Bizim səbr kasamızın altı deşikdir - Mən sizinlə təxminən iki həftə bundan qabaq danışanda dediniz ki, Bakıya gəlmirəm. Səhv etmirəmsə, Mərdəkanda yaşayırsız? Yoxsa Bakını sevmirsiniz? - Bilirsiniz, böyük şəhərlər adamlar kimidir. Mən də Bakıya elə bir adam kimi baxıram. Artıq o məni çoxdan bezdirib. Eqoistlik çıxmasın, daha çox o məni bezdirib, ya mən onu, bilmirəm... Amma hər halda o daha çox bezdirər. Çünki onun şansı, imkanları daha genişdir. 1962-ci ildə Bakıya gəlmişəm, bir- iki il İrana tərcüməçi kimi ezam olunmuşam. 4 ili çıxsaq, 1962-ci ildən bu günə qədər Bakıda yaşamışam. Bilirəm, dünyanın bütün şəhərləri inkişaf edir, qurulur. Tərsinə qurulan da var, düzünə də... Amma mənim gördüyüm Bakı demək olar ki, yoxdur. - Bakı tərsinə qurulandı, yoxsa düzünə? - Şəhərsalma var, onlarla da işləmişəm. O başqa bir mövzudur. İstəsəniz ona da toxunarıq... Biz yad kişiləri öz yataq otağımıza alırıq - İnşaat yönünü bir tərəfə qoyaq, mənəvi cəhətdən necə qurulur? - Hə, elə mənəvi cəhətdən danışmaq istərdim. O mən gördüyüm Bakı, o xoşbəxt adamlar yoxdur. Ümumiyyətlə, paytaxt nədir? - millətin Ali Baş Komandan kimi gördüyü məkan... İstəsək də, istəməsək də paytaxta baxıb düzlənirik və o zamanların paytaxtı çox gözəl idi. O böyük-kiçiyi olan paytaxtdıydı. Adam yaxın bildiyi, doğma bildiyi evə qonaq gedər. Yəni ki, orda onun üçün heç bir problem yoxdur. İndiki Bakıda nə piyada yolu var, nə maşın yolu, nə də ümumiyyətlə, sözün böyük mənasında adam yolu var. Mən bu şəhəri niyə sevməliyəm?! Bakı ilə mənimki tutmur. Bakı məni yola vermir. İçəri şəhər dağıldı. Universitetdə oxuyan zaman mən İçəri şəhərdə kirayədə yaşamışam. Mənə görə, Azərbaycanın paytaxtı Bakı, Bakının paytaxtısa İçəri şəhərdi... İçəri şəhər Azərbaycan xalqının yataq otağıdır. Biz yad kişiləri öz yataq otağımıza alırıq. Mən gəncləri qınayıram yenə... - Mən sizin qədər yaşamamışam Bakıda... Sizin gördüyünüz o Bakını görməmişəm. Amma mən də Bakını sevə bilmirəm. Üzr istəyirəm, harınlamış bir halı var... Mənə görə, şəhərlər də canlıdırlar. Onların da insana verdiyi bir hava var, ora daxil olan kimi bunu hiss edirsən. Məsələn, yaxında Kiyevdə oldum. Kiyev köhnədir, tikilməyib, olduğu kimi durur. Amma şəhərin bir ruhu var. Bakının ruhuna sanki təcavüz olunub. - İndi məsələn, gənclərin çoxu deyir ki, ağsaqqal nədir, bu, kimə lazımdır? Amma o Bakıda hər kəsə yer vardı, hamı orda rahat idi, kimsə də digərinə "sən lazım deyilsən" demirdi. Mən demirəm tikilməsin, qurulmasın, yox... Amma o özək qalmalı idı. - Deyəsən gənclərdən narazısınız?! Niyə? - Narazıyam, çünki onlara böyük imkanlar açılıb, amma imkanlarından çox-çox iddialıdırlar... Hər yerə və hər kəsə daş atırlar. - Bəlkə onlar sizə dağıdıcı görünür? Amma gəlin, bir şeyi də etiraf edək ki, gənclər bir az ortada, kimsəsiz qalıb. "Ağ saqqallıların" çoxu sözü deyir, amma birinci o sözündən özü qaçır və bütün bunlar da gənclərin gözü qarşısında olur. Onlar da bunu ağsaqqallara şamil edirlər. Sizcə, gəncləri qınamağa dəyər, yoxsa, sözünə sahib olmayıb ağsaqqallığı gözdən salanları?! - Mən gəncləri qınayıram yenə... Ağsaqqal deyəndə, vicdanlı, həqiqəti deyən, heç vaxt yalan danışmayan adam nəzərdə tutulur. Burda yaşdan söhbət getmir. Ona görə də gənclər bu elementar məntiqi özləri üçün açıb aydınlaşdırmırlar. Ağıl yaşda deyil axı, başdadır. - Amma bizdə hər saqqalı ağ olanda da ağsaqqallıq iddiası var axı... - Ola bilər, amma hər kəsə də ağsaqqallıq statusu yükləmək lazım deyil. Qoy o nə qədər fikirləşir-fikirləşsin. Məgər tək problem budur? Elə problem var ki, onun üstünə getmək lazımdı, elə problem də var ki, o zaman istəyir, vaxt istəyir. Birdən görürsən, Azərbaycan ədəbiyyatında mövqe, yer uğrunda, elm adamları, cavanlar arasında, yaşlılar arasında, yaşlılarla cavanlar arasında elə savaş gedir ki... Məncə, bu, gülməli, havayı zəhmət çəkilən, mənasız idiotizmdi. Bütün bunlardan qorunmaq istəyirsənsə, özünə arxayınsansa, yazı-pozunla məşğul ol... Məsələn, indiki cavanların bir çoxu müxtəlif istiqamətlərdə, marşrutlarda, qrafiklərdə daş atanlardı. Mən tərəfə ömrümdə bir daş atmayıblar, söhbət ondan getmir. Mən onları çox istəyirəm, həmişə də müdafiə eləmişəm. Ümumiyyətlə, nə cür səslənir-səslənsin, hər şeyi zamanın üstünə yıxmaq olmaz, zəmanədəndi-filandı kimi. Zaman nədir? Mücərrəd, bizim uydurduğumuz bir şey, insanlar da şeytanın köməkliyi ilə bütün günahlarını tökürlər o yazıq zamanın üstünə... Bəşəriyyət yaranandan bu zaman söhbəti var, guya günah zamandadır, insan nə etsin? Öz qiyamətim mini qiyamətlər şəklində - İnsan daşlamağa həmişə kimisə, nəyisə tapır... - Təbii, günahını üzərinə qoymağa nəsə axtarır. Biz bu zaman deyilən şeyi vaxt çərçivəsindən çıxarıb bir anbara çevirmişik. Nə günahımız var, yığırıq bu anbara... Bir gün bu anbar partlaya bilər və qəlpələri hamıya, hamıya dəyə bilər – lap yuxarıdan tutmuş, ta uşaq bağçalarına qədər... - Gəlin, bir anlığa təsəvvür edək ki, bu anbar bizim yer kürəmizdir. İndi bilirsiniz də, alimlər hesablayıblar ki, yer kürəsi mənfi enerji ilə yüklənib. Yer kürəsinin ətrafında bir mənfi enerji yığılıb. Bu da insanların əməllərinin nəticəsidir. Yeri gəlmişkən, siz Allaha inanırsınız? - Bəli, çox... - Yəqin, qiyamət gününə də inanırsınız? - Hə, ancaq mənə təqdim olunan şəkildə yox! Heç o qiyamət gününə ehtiyac da yoxdur. Elə qiyamət bu gün eləmək olar. Ən böyük qiyamət gələcəkdə təşkil olunacaq qiyamətdən daha dəhşətlidir. Səmimiyyətimə inanın, kiminsə haqsız yerə qəlbini qırmısansa, özün də bunu dərk etmisənsə, o, gələcəkdə təşkil olunan ümumbəşəri qiyamətdən daha dəhşətlidir. O qiyamətlə mənim işim yoxdur, heç ondan qorxmuram da... Mən öz qiyamətimi mini qiyamətlər şəklində içimdə yaşamış adamam. Ona görə də mən o təşkil olunacaq qiyamətdə olmayacağam. - İnsan bilir ki, əbədi deyil, ölümlüdür. Amma hər kəs bu dünyadan elə dördəlli yapışıb ki, sanki ölməyəcək. Ölüm həyatın ən böyük gerçəyidir. Niyə insan ən böyük həqiqəti unudur? Niyə dünyanın varidatından, dəbdəbəsindən bu qədər bərk yapışıb? Bunları əldə etmək üçün o içindəki mini qiyamətləri belə görməzdən gəlir? - Mən küçədə, şəhərdə, toyda, başqa məkanlarda müxtəlif vaxtlarda yanımdan körpə uşaq keçəndə reaksiyasız buraxmıram. Məsələn, göz vururam, onun yaşda ona uyğun hərəkət edirəm, hətta balaca qəşəngdirsə, onu bir çimdikləyirəm. İnsan da kəpənək kimidir - Bəlkə içinizdəki uşaqlığın üzə çıxmasına imkan verirsiniz? - Bəlkə də, həmin anda onlar boyda oluram. Uşaqların heç nəyə iddiası yoxdur. Hətta müharibə zamanı deyirlər ki, dinc uşaqları da bombaladılar. Halbuki başqa yaşdan olan insanları da öldürürlər. Amma həmişə uşaqları önə çəkiblər. Ona görə ki, bu uşaqdı, meydana təzə gəlib. Bu meydan da olsun dünya... Hələ ki, heç bir imkanı yoxdur günah etməyə, kirlənmə getməyib. İnsan da kəpənək kimidir... Yeri gəlmişkən, harada kəpənək çoxdursa, bil ki, ora təmiz yerdi... Hə, elə ki, o körpə başlayır böyüməyə, yavaş-yavaş kirlənir. Yeddi yaşında məktəbdə görür ki, yoldaşının qəşəng qələmi var, tənəffüsə çıxan kimi götürüb o qələmi sındırır. - Artıq insan olmağa başlayır da... - Elədir, başlayır insan olmağa, artıq proses başlayır. Bu bütün insanlara aiddir. Amma fərq də var. Bir var qələmi sındırıb "yaxşı etdim" deyən, bir də var onun ömür boyu peşmançılığını çəkən... Tutaq ki, birinci qələm sındıran yüzlərlə sındırırsa, ikinci qələm sındıran bəlkə də ikisini sındırır. Bəlkə də onun ikisində də haqlıdır?! Son dərəcədə mürəkkəb bir şeydi... Mənim "Yəhudi əlifbası" adlı romanım var. O roman belə başlayır, sanki məhkəmə qurulub, qiymət verilir hər şeyə... Bu qərara gəlinir ki, bəşəriyyət haqqında həbs-qəti imkan tədbiri seçilsin və ikinci hissə başlayır. - Hər kəs insanlıqdan narazıdır. Sanki biz güzgüdə özümüzə baxırmış kimi söyürük: "bu millət belədir, bu millətdən bir şey çıxmayacaq"... Amma "bu millət" dediyimiz elə bizik, mən, o, bir sözlə, deyinənlər. Taksiyə oturursan danışır, avtobusa, metroya minirsən danışır. Amma o avtobusdakı, metrodakıdır millət... Demək, özü-özündən narazıdır, amma özünü düzəltməyə qətiyyən cəhd göstərmir. Özünə həbs-qəti imkan tədbirinin seçilməsinə imkan yaradır. Hər kəs "bu millətdən heç nə olmaz" deyir. Məncə, sözün də enerjisi var və o bizə qayıdır. - Hörmətli Zümrüd xanım, elə bil, sizə deyilib ki, bir müsahibədə bütün problemlərdən danışaq. Bu özü böyük bir mövzudur. Bu haqda keçən əsrin əvvəllərində Üzeyir bəy, Cəlil Məmmədquluzadə, M.Ə. Sabir danışıb. Bəla ordadır ki, biz oxumuruq, bizim təhsil sistemimiz bərbaddır. Təsəvvür edin ki, bir kəndi yığıblar uçuq-sökük bir arabaya, kənardan necə görünür, bax, bizim təhsilimizin vəziyyəti elədir. - Seyran müəllim, Qarabağ haqqında əsərlərin yazılmasının əleyhinəsiniz, niyə? Yoxsa Qarabağ mövzusuna aid lirizm sizi də yordu? Ya da qorxursunuz ki, Qarabağ məsələsi də ədəbiyyata sığışıb qalacaq? - Mən düşünürəm ki, Qarabağ artıq ədəbiyyatın mövzusu deyil. Məsələn, "26-lar"da (metronun Sahil stansiyası) qatar dayananda Qarabağ şikəstəsindən kiçik bir parçanı ifa edirlər, hətta bu mənə təsir edir. Artıq Qarabağ mövzusu mədəniyyət, incəsənət mövzusu olmaqdan çıxıb. İndi söz Ali Baş Komandan tərəfindən deyilməlidir. - Məsələn, bizim Qarabağdan başqa da böyük dərdimiz var - Güney dərdimiz. Parçalanmış bir ölkəyik. Amma bizim birləşmək kimi milli hədəfimiz yoxdur. Bütövlüklə bir Azərbaycan idealı varmı? Toplumda belə bir ideal yoxdur. Ancaq ədəbiyyatda qalıb. - Mən yazar dostlarıma da qadağa eləmişəm bunu, öz aramızda təbii... Artıq neçə illərdir mən bunu deyirəm, Qarabağ haqqında Müdafiə Nazirliyinin sözü deyilməlidir. Ədəbiyyatın həll edəcəyi məsələ deyil bu... Tutaq ki, Zümrüd xanım sabah bir roman yazsın, çox sevilsin o əsər, amma bu məsələni həll edəcəkmi?! Bizim səbir kasamızın altı deşikdir - Biz o qədər hər şeyi lirikaya sığışdırırıq, bütün dərdlərimizi, qəmimizi şeirə, romanlara yükləyirik ki, sanki ürəyimizi bununla boşaldırıq. Təsəvvür edin ki, qaynayan qazan var, əgər qapaq möhkəm bağlanıbsa, buxar gec-tez partlayış verəcək. Biz də o qapağı bir az kənara itələyib buxarı buraxırıq ki, cəmiyyətdə təlatüm baş verməsin. - Bir az qəliz məsələdir bu... Xalq arasında bir deyim var, səbir kasası... Bax bizim səbir kasamızın altı deşikdir, ona görə bizim səbrimiz daşmır. Qədim filosoflardan biri belə deyir,- adı yadımdan çıxıb,- "mülkiyyəti olmayanın, vətəni olmaz"... Çox ağıllı bir fikirdir. Ümumiyyətlə, bizdə sahiblik hissi, vətənə yiyə çıxmaq cəhdi zəifdir. Çünki savadlı deyilik. - Vətənə sahib olmaq savadla bağlı ola bilər? - Sahiblik hissi bizdə olduğu kimi, ora da, bura da mənim olmamalıdır. Vətən, bağ, dağ da mənim... Savadlı, normal, vicdanlı sahiblik hissi olmalıdır. Sahiblik hissi çox möhtəşəm bir hissdir. Tutaq ki, mən evimin sahibiyəm, kimin nə işinə qalıb mənim evimə toxunmağa... - Amma ölkəyə evimiz kimi sahiblik edə bilmədik biz? - Birinci, evimizi sevməliyik, sonra qonşuları, kəndimizi, rayonumuzu, paytaxtımızı, sonra ölkəmizi... Bizim nəfəsimizsə evdən çıxıb qonşunu sevənə kimi çatır, sonra nəfəsimiz başlayır daralmağa, bu da savadsızlıqdan irəli gəlir. |
2014-01-23 | 7,093 | Bakıda sümüksüz ət satışı qadağan edildi | "Bakı Şəhər Baytarlıq İdarəsinin əmri ilə sümüksüz ətin satışı qadağan edilib". Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Mətbuat katibi bildirdi ki, mağazalarda satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçün sümüksüz ət satışının qarşısı alınır: "Mənşəyi məlum olmayan ətin satışı narahatçılıq doğurur. Buna görə də mağazalar, ət kəsim məntəqələri, eləcə də bazarlarda sümüksüz ətin satılmasının qarşısı alınacaq". Y.Xanvəli qeyd etdi ki, əmrin icrası məqsədilə rayon icra hakimiyyətlərinə, baytar həkimlərinə, eləcə də ət kəsimi məntəqələrinə xəbərdarlıq edilib: "Yalnız alıcının gözü qarşısında ət sümükdən ayrılıb satıla bilər. Yəni alıcı sümüksüz ət almaq istəyərsə, satıcıdan ətin gözü qabağında sümükdən ayrılaraq verilməsini istəyə bilər". Xüsusi icazəyə gəldikdə isə ət emalı ilə məşğul olan müəssisələr rəsmi müraciət edərək icazə almalıdılar. Y.Xanvəli qeyd etdi ki, sümükdən ayrılan ət xüsusi qablaşdırmada ola bilər: "İcazə verilərkən ətin mənşəyi, istifadəyə yararlı olub-olmadığı yoxlanılacaq. Qablaşdırılmış ətin üzərində verilən icazə, əti emal edən müəssisənin adı, ünvanı, VÖEN-i, telefon nömrələri mütləq qeyd edilməlidir. Əks halda sümüksüz ətin satışının qarşısı alınacaq". Qadağan iri marketlərə də şamil ediləcək. Əmrin tələblərinin yerinə yetirilməməsinə gəldikdə isə Y.Xanvəli dedi ki, həmin şəxs və ya sahibkar Mülki Məcəllənin tələblərinə uyğun cəzalandırılacaq ("Virtualaz"). |
2014-01-23 | 7,094 | Geyimi və hərəkəti ilə hər kəsi şoka saldı - Foto | "Fənərbaxça"nın futbolçusu Caner Erkinin həyat yoldaşı Asena Erkin son vaxtlar geyimi ilə hər kəsin diqqətini çəkib. "Axar.az"ın verdiyi məlumata görə, bundan öncə də "Power Ranger" cizgi filmi qəhrəmanının geyimində görünən Asena, ötən gecə ağ ayı geyimi ilə kameralara görüntülənib. Asena təkcə geyimi ilə yadda qalmayıb. O, həyat yoldaşının uzun saçlarını da qırxıb. |
2014-01-23 | 7,095 | Erməni ordusu təşvişə düşüb - Rəsmi | "Dünən gecə atəşkəsin pozulması görünməmiş həddə çatıb". "Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib. O, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırıb: "Azərbaycan atəşkəsi pozmaqda davam edir. Dünən gecə atəşkəsin pozulması görülməmiş həddə çatıb. İki gün ərzində atəşkəs 300 dəfə pozulub. Dünən gecə atəşkəsin pozulmasından sonra isə Ermənistan ordusunda heç bir itki yoxdur". Xatırladaq ki, dünən Ermənistan mətbuatı Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində Berd rayonunda üç kəndin boşaldıldığı haqqında xəbər vermişdi. Bu gün isə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti Ermənistanın dünən və bu gecə ərzində müxtəlif istiqamətlərdə 138 dəfə atəşkəs rejimini pozması haqqında məlumat yaymışdı. |
2014-01-23 | 7,096 | Suriyaya aid 21 yanvar hesabatı: 87 ölü – Video/18+ | Suriya Yerli Koordinasiya Komitəsi Əsəd ordusunun çərşənbə axşamı ölkə daxilində 87 vətəndaşı şəhid etdiyini açıqlayıb. "Axar.az" Azad Suriya Xəbər Agentliyinə istinadən xəbər verir ki, çərşənbə axşamı yerli komitələr ölkə daxilində 12-si uşaq, 9-su qadın olmaqla ümumilikdə 87 vətəndaş rejim qüvvələri tərəfindən öldürülüb. Hücumlarda Hələb şəhərində 55, Şamda 16, Derada 10, İdlibdə 3, Həmada isə 3 yerli vətəndaş ölüb. 21 avqusta aid bəzi videoları təqdim edirik: |
2014-01-23 | 7,097 | Şəhid olan zabitimizin adı məlum oldu - Yeniləndi | *** 15:13 Azərbaycan Ordusunun zabiti şəhid olub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı düşmən gülləsinə tuş gəlib. Hərbçi aldığı güllə yarasından şəhid olub. *** 15:48 Bu dəqiqələrdə əldə etdilən məlumata görə, Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan kapitan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərovdur ("Virtualaz"). |
2014-01-23 | 7,098 | “Halal” kolbasa sexlərinin fırıldaqları üzə çıxdı | Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 2B ünvanında yerləşən "Orxan SS" İstehsal-Kommersiya Firmasına məxsus istehsalat sahəsində hazırlanan ət məhsullarının halal olmadığı üzə çıxıb. Bu barədə "Axar.az"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həmin sexdə aparılan yoxlama zamanı müəssisənin bilərəkdən yalan reklamlar yayması və məhsulların markalanmasında qeyri-dəqiq məlumatların verildiyi müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan "CF" və "KRİSTAL" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasalarının və "Təndir" sosislərinin etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu məlum olub. Bundan başqa, "Ukrainskaya kopçennaya" kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələr verilib. "Servelat" kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, etiketində bu məlumat gizlədilib. Eyni zamanda, "Baranina", "Kristal Həvəskar", "Servelat Xəzər", "Doktorskaya", "Krakovskaya", "Oxotniciye", "Pəhriz", "Servelat" və "Solyami" kolbasaları və "Təndir" sosislərinin istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi müəyyən edilib. Nazirlik qanun pozuntusuna yol verdiyinə görə "Orxan SS" İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini bəyan edib. |
2014-01-23 | 7,099 | Nazirin işdən çıxartdığı müavin prorektor təyin edildi | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən çıxarılan Məhəmməd Bayramova yeni vəzifə verilib. Məhəmməd Bayramov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun prorektoru təyin edilib. İnstitutdan xəbəri təsdiqləyiblər. Bildirilib ki, Məhəmməd Bayramov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təsdis işləri üzrə prorektor vəzifəsinə gətirilib. 2009-cu ildən təsdis işləri üzrə prorektor işləyən Mönsüm Alışov isə bu vəzifədən çıxarılıb. Xatırladaq ki, Məhəmməd Bayramov təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, ötən ilin oktyabrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən azad edilmişdi ("Modern.az"). |
2014-01-23 | 7,100 | Rusiya Azərbaycana dərs vermək istəyir – Şərh | "Ermənilərin fəallaşmasında Rusiyanın rolu var". Bunu "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O bununla Rusiyanın Azərbaycanı cəzalandırmaq istədiyini göstərməyə çalışdığını bildirib: "Cavab çox sadədir. Əvvəl İlham Əliyev Brüsseldə NATO-nun rəhbəri Rasmussenlə görüşmüşdü. Təbii ki, bu, Rusiyanın xoşuna gəlməmişdi. Bundan sonra Rusiya sehrli düyməsinə basaraq Ermənistanı fəallaşdırıb. Bununla demək istəyir ki, əgər Qərblə hər şeyi yaxşılaşdırsan, başın ağrıyacaq". Qeyd edək ki, artıq üç gündür cəbhənin təmas xəttində atəşkəsin pozulması halları sürətlənib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda təkcə dünən və bu gecə 138 dəfə atəşkəsin pozulduğu bildirilmişdi. |
2014-01-23 | 7,101 | İlham Əliyev “Filips” şirkəti ilə əməkdaşlıqdan danışdı | İlham Əliyev Davosda "Filips" şirkətinin vitse-prezidenti Ronald de Jong ilə görüşüb. "Axar.az" xəbər verir ki, bu barədə informasiya Prezidentin rəsmi saytında yerləşdirilib. Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edilib. "Filips" şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. |
2014-01-23 | 7,102 | Zakir Həsənov şəhid əsgərimizi medalla təltif etdi | Bu gün şəhid olan əsgərimiz ölümündən sonra medalla təltif edilib. "Axar.az"ın məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Xatırladaq ki, yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! |
2014-01-23 | 7,103 | Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi | "Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil". Bu barədə "Axar.az"a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğu bildirib: "Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil. Ermənistan tərəfi dünən Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub və cavab atəşi ilə də susdurulub. Artıq Ermənistan tərəfi də mətbuatın kəndlərin boşaldılması ilə bağlı yaydığı məlumatı təkzib edib". Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib: "Cəbhənin təmas xəttində Azərbaycan Ordusu onsuz da döyüş hazırlığı səviyyəsindədir. Amma son günlər atəşkəs rejiminin tez-tez pozulması bu hazırlığın daha da artırılmasına səbəb olub". Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin atəşkəsi pozması səbəbilə Berd rayonunun üç kəndinin boşaldılması haqqında məlumat yaymışdı. Bu gün səhər isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan tərəfi təkcə dünən və bu gecə ərzində 138 dəfə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsaslansaq, son üç gün ərzində Ermənistan tərəfinin atəşkəs rejimini 286 dəfə pozublar. |
2014-01-23 | 7,104 | Macarıstan olimpiyaçıları terrorla hədələndi | Macarıstanın Milli Olimpiya Komitəsinə (MOK) Soçidə keçiriləcək olimpiada zamanı idmançıların terror məruz qalacağı ilə bağlı hədələyici məktub daxil olub. Publika.az xəbər verir ki, bu haqda "Röyter" məlumat yayıb. Macarıstan MOK-u Beynəlxalq Olimpiya Komitəsi və oyunların təşkilat komitəsinə uyğun məlumatı göndərib. Macarıstanlı təmsilçi bildirib ki, rus, ingilis dillərində yazılmış məktubda idmançılar hədələnib və onların olimpiadaya göndərilməməsinə çağırış edilib. Hədələyici məktubun İtaliya, Sloveniya, Almaniya və Slovakiyanın olimpiya komitələrinə göndərildiyi də bildirilir. |
2014-01-23 | 7,105 | Göyçayda 24 yaşlı gənc özünü asıb - Açıqlama | Göyçay rayonu Heydər Əliyev prospekti 209 ünvanında yaşayan 1990-cı il doğumlu Röyal Səmədov evinin həyətində özünü asaraq intihar edib. Bu barədə Göyçay rayonundakı mənbələrdən "Axar.az"a məlumat verilib. Faktı Göyçay rayon hüquq-mühafizə orqanları təsdiqləyib. Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunda cinayət məcələsinin 125-ci( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır. |
2014-01-23 | 7,106 | Putinin Yanukoviçi görməyə gözü yoxdur | Ukraynada baş verən hadisələrə Krım Azərbaycanlıları Cəmiyyətinin sədri Rəhim Hümbətovla aydınlıq gətiririk. - Rəhim müəllim, hələ Viktor Yuşşenkonun prezidentliyi dönəmində Ukrayna ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair sənəd imzalanmışdı. Amma Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Prezident Viktor Yanukoviç ölkəsinin Avropa Birliyi ilə assosiasiya sazişinə imza atmadı. Ukrayna prezidentini belə addım atmağa nə vadar etdi? - Həqiqətən də prezidentin bu sənədə imza atacağına böyük ümid vardı. Bu, tək sözdə deyil, müxtəlif sənədlərdə də öz əksini tapmışdı. Məsələn, ölkənin Xarici Siyasət Doktrinasında vurğulanır ki, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı lazım olan addımları atacaq. Məlumdur ki, əksər Ukrayna vətəndaşı Avropanın müxtəlif ölkələrində işləyir, çalışır və oradakı inkişafı öz gözləri ilə görür. Nəticədə ölkələrində də analoji həyat tərzi sürmək istəyirlər. Amma gözlənilmədən sözügedən sənədə imza atılmadı. Ukraynanı uzaqlaşdıran elə Avropanın özüdür - Sizcə, Yanukoviçin üzvlüklə bağlı səmimiyyətinə inanmaq olarmı? - Bilirsiniz, ekspertlər, Yanukoviç və onun ətrafı hesab edirdi ki, Avropa Ukraynaya ciddi dəstək göstərəcək. Sadə vətəndaşlar qonşu Polşanın inkişafına həsəd aparırlar. Öz gözümlə görmüşəm – Polşadan Almaniyaya qədər olan yol boyunca bu ölkə iri inşaat məkanını xatırladır. Səhv etmirəmsə, Avropa İttifaqı vaxtı ilə Polşaya 160 milyard civarında yardım göstərmişdi. Ukraynada da hesab edirdilər ki, eyni dəstəkdən onlar da yararlanacaqlar. Sammit ərəfəsi məlum oldu ki, Avropa rəsmiləri belə bir vəd verməyiblər. Baş nazir Nikolay Azarov öz çıxışında bildirdi ki, AB bizim ölkəyə yalnız 1 milyard ayırmaq gücündədir. Bu rəqəmsə onsuz da mürəkkəb durumda olan Ukrayna iqtisadiyyatının fəlakəti demək olardı. - Onda belə anlaşılmırmı ki, Ukraynanı maraq dairəsindən uzaqlaşdıran elə Avropanın özüdür? - Bunu belə də yozmaq olar. İmzalamadan imtinadan sonra Avropa rəsmilərinin bəziləri Ukraynaya qarşı haqsız davrandıqlarını səsləndirdilər. Bu aralarda iri sahibkarların toplantısı oldu və onlar Prezident Yanukoviçə müraciət edərək ölkə iqtisadiyyatının Rusiyaya bağlı olduğunu vurğuladılar. Beləliklə, demək olar ki, Yanukoviçin mövqeyindən daşınmasında həm də Rusiya faktoru rol oynadı. Qənaətimcə, Avropa bir qədər səxavətlilik göstərsəydi, mənzərə tamam başqa olardı. Avropa əməldə özünü Rusiyadan üstün göstərməliydi. - Maraqlıdır, onda aksiya iştirakçıları Yanukoviçə qarşı mövqelərində nə qədər haqlıdırlar? Onu niyə tənqid edirlər? - Etirazçılar doktrinaya istinad edirlər, hesab edirlər ki, ölkənin nicatı Avropa Birliyinə üzvlükdən keçir. Çətinliklərə baxmayaraq, hər hansı şərt olmadan quruma istiqamətlənmək lazımdır. Rusiyadakı müəyyən korrupsiya halları, ukraynalı miqrantlara qarşı mənfi münasibətlər də müəyyən rol oynadı. İnsanlar Avropa səviyyəsində həyat şəraitinə meyllidirlər. - Qeyd etdiniz ki, Rusiyada müxtəlif işlərdən kifayət qədər ukraynalı miqrant çalışır. Onların qohum-əqrəbalarının proseslərə təsiri varmı? - Meydanda daha çox Avropa meyilli vətəndaşlardı, ikincilərin təsirinin olduğunu düşünmürəm. Həmin şəxsləri rusiyameyilli edən amil budur - Bəllidir ki, Ukraynanın ən iri sənaye kompleksləri ölkənin rusdilli - şərq vilayətlərində fəaliyyət göstərir. Onda belə bir mənzərə yaranmırmı ki, prezidentə müraciət edən həmin iri sahibkarları elə Rusiya "danışdırır"? - Oliqarxlar öz pullarını saymağı bacaran insanlardı. Burada bir önəmli məqam var – həmin oliqarxların biznesi Rusiya qazı ilə çox sıx bağlıdır. Qazın qiyməti qalxarsa, onlar ciddi zərər görər. Odur ki, həmin şəxsləri rusiyameyilli edən amil budur. Təəssüflər olsun ki, Ukrayna iqtisadiyyatı olduqca bərbad vəziyyətdədir. Fəaliyyətsiz müəssisələr, köhnələn avadanlıqlar, zəif istehsalat qurğuları öz sözünü deyir. "Diktator qanunları" - Roses yeni il ərəfəsi səngidi və belə bir atmosfer formalaşdı ki, tərəflər bir-biri ilə seçkilərdə görüşəcəklər. Amma... İkinci dalğa daha şiddətli, hətta ölüm halları ilə müşayiət olunmağa başladı... - İkinci aksiyaları sürətləndirən son günlər ölkə parlamentinin qəbul etdiyi qanun layihəsi oldu. Qanun vətəndaşların hüquqlarını ciddi şəkildə məhdudlaşdırır və hətta bəzi ekspertlər sənədi "diktator qanunları" adlandırırdı. Bu, aksiya iştirakçılarını, xüsusən Avropaya meyilli vətəndaşları ciddi qıcıqlandırdı. - Maraqlıdı, nədən Yanokoviç belə tələsgənliyə yol verdi? - Belə bir gərgin vəziyyətdə sözügedən qanunun qəbulu təəccüb doğurmaya bilməzdi. Prezidenti tələsik addıma onun ətrafı sürüklədi. Qanunun müəlliflərindən biri Krımdandı - Vadim Kolisniçenko, digəri Şərqi Ukraynadandı. Onlar fikirləşirdilər ki, yəqin insanlar çağırışlar etməyə qorxacaqlar, onlar asanlıqla məsuliyyətə cəlb olunacaqlar. Bu, vətəndaşlara gediş gəlmək kimi bir amil idi. Aydın görünür ki, qanun situativ qəbul olunan sənəddir. Fikirimcə, onlar hadisələrin belə cərəyan edəcəyini öncədən görməliydilər. Putinin Yanukoviçi görməyə gözü yoxdur - Yanukoviçin rusiyameyilli prezident olması ilə əlaqədar səslənən fikirlər nə qədər əsaslıdır? - Yanukoviç prezident seçilərkən ona ən çox səs verən Krım və Ukraynanın şərqindəki seçicilər oldu. O, seçki platformasında Rusiya ilə əlaqələri genişləndirəcəyinə söz verirdi. Praktika belə göstərdi ki, hazırkı prezident hətta Viktor Yuşşenkodan da çox Avropa ilə əlaqələrin qurulmasında maraqlıdır. Məhz Yanukoviç dönəmində Rusiya ilə münasibətlərdə problemlər daha də dərinləşməyə başladı. Hətta ekspertlər də vurğulayırlar ki, Vladimir Putinin Yanukoviçi görməyə gözü yoxdur. Zənnimcə, Ukraynanın hazırki prezidenti siyasətində müstəqil olub. Ukraynada müxalifət olduqca güclüdür - Müxalifətdəki üç əsas partiya - "Udar", " Batkivşina" və "Radikallar" Yanukoviçə qarşı real gücdürlərmi? - Əlbəttə, Ukraynada müxalifət olduqca güclüdür. Hazırda bütün dünya bunu müşahidə edir. Ümumiyyətlə, ənənəvi olaraq, burada müxalifət həmişə güclü olub. - Üç müxalifət partiyası sədrlərindən hansını prezidentliyə şanslı sayırsınız? - Diqqətinizə çatdırım ki, hazırda hansısa partiyanın ayrılıqda gücündən danışmaq əbəsdir. Çünki Ukraynada həmişə söhbət şəxsiyyət amilindən gedib. Əgər bu gün "Azadlıq" partiyasının sədri Oleq Tyaqnibok prezident seçkilərinə qatılardısa, onu heç bir şansı olmazdı. Eyni zamanda, Yuliya Timoşenkonun başçılıq etdiyi "Batkivşina" hərəkatı da eyni aqibəti yaşayardı. Vitali Kliçkonu da bu sıraya aid etmək olar. Onların hər üçünün ayrı-ayrılıqda şansları elə də güclü deyil. Zənnimcə, hazırda onlar Yanukoviçə qalib gəlmək gücündə deyillər. Təəssüf ki, hər üç müxalif liderinin dövləti idarə etmək təcrübəsi yoxdur. Doğrudur, Timoşenkonun partiyası iqtidarda olub və Yaçenyuk müəyyən vəzifələri tutub, amma bu yetərli deyil. Ekspertlər yalnız - nisbətən Vitali Kliçkonu şanslı sayırlar. Meydan Vitali Kliçkonu özünə lider seçib - Rəhim bəy, belə fikirlər də var ki, əgər hər hansı fors-major hadisələr baş verməzsə və ölkə prezident seçkilərinə gedərsə, sadalanan üç partiya liderinin vahid namizədi müəyyənləşdırmək məsələsində problemləri ortaya çıxacaq. Yəni, üç liderin heç biri güzəştə getmək fikrində deyil... - Haqlısınız. Müxalifətin vahid namizəd məsələsi ortaya çıxarsa, bu post uğrunda böyük mübarizə gedəcək. Amma reallıqdır ki, meydan aktivistləri artıq Vitali Kliçkonu özlərinə lider seçiblər. Onun namizədliyi dillərdə hallanmaqdadır. Oliqarxlar həmişə hakimiyyətləri dəstəkləyiblər - Ukraynada ciddi oliqarxlar dairəsi mövcuddur. Məsələn, bu sırada "Şaxtyor" futbol klubunun sahibi Rinat Axmetovun, "Forbes" jurnalının son açıqlamasına görə, olkənin beşinci milyarderi (1,8 milyardlıq sərvətlə) olan Pyotr Poroşenkonun və digər sahibkarların adını çəkmək olar. Onlar hazırkı situasiyada prezidentin, yoxsa müxalifətin yanındadırlar? Axı, onlar ölkədəki siyasi psoseslərə ciddi təsir etmək imkanlarına malikdirlər... - Rinat Axmetov olduqca təcrübəli insandır və onun mövqeyini anlamaq çətindir. Poroşenkoya gəlincə, son günlər o, Avropaya meyilli fikirlər səsləndirməyə başlayıb. Sahibi olduğu "5-ci kanal" meydandan birbaşa yayımlar edir. Bunu müxalifətə dəstək kimi də başa düşmək olar. Amma unutmayaq ki, oliqarxlar bir qayda olaraq həmişə hakimiyyətləri dəstəkləyiblər. Rusiya Krımı ala bilər - Siz Krımda yaşayırsınız və məlumdur ki, krım tatarları Rusiyanın bu regionda nüfuzunun artmasından əndişələnir. Buna səbəb nədir? - Ən vacib səbəb ondan ibarətdir ki, Rusiya siyasətçiləri - bura Roqozini, əlbəttə Jirinovskini və digərlərini aid etmək olar – zaman-zaman Krımın Ukraynaya qeyri-qanuni yolla verildiyi, Krımın Rusiyanın ayrılmaz bir hissəsi olduğu barədə radikal fikirlər səsləndirirlər. Təbii ki, böyük sürgündən doğma yurdlarına qayıdan Krım tatarları bundan çox ehtiyat edirlər. Onların qənaətinə görə, Rusiya Ukraynanın hazırkı vəziyyətindən istifadə edərək, Krımı ala bilər. Əgər Krım Rusiyanın idarəçiliyinə keçərsə, Krım tatarlarının doğma yurdlarında öz dövlətlərini qurmaq perspektivləri sıfıra enəcək. Ən vacib məsələlərdən biri budur. - Ukraynanın tərkibində necə, bu şanslar böyükdürmü? - Bunu qeyd etməyim və vurğulamağım vacibdir – Ukrayna Krım tatarlarının doğma yurdlarına qayıtmasına ciddi maliyyə dəstəyi göstərib. Krım tatarları ümidlərini müxalifətlə bağlayırlar - Maraqlıdır, belə olan təqdirdə Krım tatarları iqtidarın, yoxsa müxalifətin mövqeyini dəstəkləyir? - Buna yalnız belə cavab vermək olar: onlara daha çox müxalifət vəd verib. İtirilmiş hüquqlarının bərpası ümidlərini daha çox müxalifətlə bağlayırlar. - Krımda vəziyyət necədir: aksiyalar keçirilirmi, yoxsa paytaxt Kiyevə üz tuturlar? - Krımda da zaman-zaman aksiyalar keçirilir, rusiyameyillilərin də mitinqləri olur. Diqqətə çatdırım ki, Krım parlamentinin rəhbərliyi yerlərdə daha çox Rusiyanın mövqeyini dəstəkləyirlər. - Rəhim bəy, bəllidir ki, Ukraynada yetərincə soydaşımız yaşayır. Azərbaycanlıların vəziyyətini anladardınız. İndiki proseslərdə onlara qarşı hər hansı təzyiqlər varmı? Xəsarət alan olubmu? - Məndə olan məlumata görə, bu günə kimi azərbaycanlılar arasında xəsarət alan olmayıb. Ümid edirik ki, olmayacaq da. Bizim hesablamalarımızda burada 400-500 minə yaxın azərbaycanlının yaşadığı müəyyənləşib. Onların bəziləri meydan aktivistlərini, digərləri isə iqtidarı müdafiə edirlər. Seçimlərində azaddırlar. Ukraynanı bütöv, çiçəklənən ölkə kimi görmək istərdik - Bəs diaspor təşkilatlarımız hansı mövqedədirlər? - Bunu xüsusi qeyd etmək istərdim: biz azərbaycanlılar Azərbaycana dost olan Ukraynanı bütöv, çiçəklənən ölkə kimi görmək istərdik. Meydandakı hadisələrin qanlı olaylara çevrilməməsi ən böyük arzumuzdur. Maraqlıyıq ki, bu siyasi böhran tezliklə öz həllini tapsın. - Ukraynanın ikiyə bölünməsi nə qədər realdır? - Fikrimcə bu, real deyil. Çünki Ukrayna Avropanın ən böyük ölkələrindən olmaqla onun bütövlüyünə həm Rusiya, həm ABŞ, həm də beynəlxalq qurumlar qarant verib. Yadınızdadırsa, Ukrayna müstəqilliyini elan edəndən sonra nüvə silahından imtina etdi və öz toxunulmazlığı haqqında sadaladığım tərəflərdən zəmanət aldı. |
2014-01-23 | 7,107 | Rasim Balayev: "Heç bir ittifaqın üzvü olmaq istəmirəm" | "Fevral ayında bu il istehsal olunacaq filmlərin adlarını açıqlayacaqlar. Onda bilinəcək ki, mənə iş verilib, ya yox. Hazırda heç bir yerdə çəkilmirəm, təqaüdçü babayam". Bunu xalq artisti Rasim Balayev bildirib. Aktyor deyib ki, vaxtı ilə onun katib olduğu Azərbaycan Kinematoqrafiya İttifaqını bağlayandan sonra işsiz qalıb: "Bizim Kinematoqrafiya İttifaqını Rüstəm İbrahimbəyova görə bağladılar. Qaldıq işsiz. Heç olmasa çəkilməsək də, bu sahədə işləyirdik. Onu da çox gördülər bizə. Sonra özləri üçün təzəsini açdılar". R.Balayevin sözlərinə görə, Kinematoqrafiya İttifaqından istefa verən gündən bu günə kimi R.İbrahimbəyovla heç bir əlaqəsi olmayıb: "Rüstəm müəllimlə heç bir əlaqəm yoxdur. Mən heç bir partiyanın, heç bir qurumun üzvü deyiləm. Olan da deyiləm, azad sənətkaram, vəssalam. O vaxtı Rüstəm müəllimin qurumundan istefa verdim. Daha heç bir ittifaqın üzvü olmaq istəmirəm" ("AzNews.az"). |
2014-01-23 | 7,108 | Ali Hərbi Məktəbdə daha bir həbs | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb. |
2014-01-23 | 7,109 | Cəbhədə irimiqyaslı döyüş əməliyyatları gözlənilirmi? | Bunlar hamısı erməni ordusunun təxribatıdır "Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Parisdə görüşü baş tutacaq. Son günlər Azərbaycan tərəfi haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədirlərinin fəaliyyətindən narazılıq bildirirlər. Ona görə də bizdə olan məlumata görə, Rusiya tərəfi ilə Amerika tərəfinin qarşılıqlı razılığı əsasında cəbhə bölgəsində qəsdən belə gərginlik yaşanır. Onu da deyim ki, bu, lokal xarakterli toqquşmalardır və heç bir gərginlik olmayacaq. Atışmalar əvvəllər var idi, indi də var, amma bunun hansısa irimiqyaslı döyüş əməliyyatlarına keçməyi istisna olunur". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliyə münasibət bildirərkən "Axar.az"a dedi. Düşmənin növbəti yalanı Üzeyir Cəfərovun sözlərinə görə, bu, iki həftədən sonra baş tutması gözlənilən İlham Əliyevlə Serj Sarkisyan görüşü ərəfəsində süni yaradılan gərginlikdir: - Yanvarın 20-də ermənilərin yaydığı məlumatda guya bizim 30 nəfərdən ibarət diversiya qrupumuz o tərəfə keçib və ermənilər 9 nəfərlə 30 nəfərin cavabını veriblər. Onların üyütdükləri yalan ki var, - guya bizim tərəf orda bir neçə cəsəd saxlayıb və geri çəkilib, - o məlumat öz təsdiqini tapmayıb. Orda daxili çəkişmələr nəticəsində bir erməni hərbçisi həlak olmuşdu. Ermənilər bu ölümdən diqqəti yayındırmaq üçün dövriyyəyə belə məlumat buraxıblar ki, guya Azərbaycan tərəfinin göndərdiyi diversiya qrupunun həmlələrini dəf edərkən erməni əsgəri ölüb. Dünən də Azərbaycan Müdafiə Nazirliyi bir açıqlama verdi". Ermənilərin təxribatına uymamalıyıq Hərbi ekspert onu da vurğulayır ki, son günlər tərəflər arasında əsəb müharibəsi gedir: - Tovuz istiqamətində əməliyyatların aparılması, Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsi xəbərləri dolaşır. Elə şeylər yoxdur. Yenə deyirəm, bu dezinformasiyalara biz uymamalıyıq. Çünki ordumuz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirirsə, buna Rusiya müdaxilə edəcək. Çünki biz bu əməliyyatı öz işğal altında olan ərazilərimizdə həyata keçirmirik. Odur ki, ehtiyatlı olub, belə təxribatlara uymamalıyıq. |
2014-01-23 | 7,110 | Birinci xanım reklama çəkildi - Video | Keçən həftə reklam çəkilişləri üçün "Miami Heat" (Mayami Hit) basketbol komandası Ağ Evdə olub. "Axar.az" xarici mətbuata əsasən xəbər verir ki, Mişel Obamanın reklam çəkilişi boyunca etdiyi əyləncəli hərəkətlər maraq doğurub. Dvayn Ueyd, Rels Alen və "Miami Heat"in məşqçisi Erik Spolstranın müsahibə verdiyi vaxtlarda Mişel Obamanın ekrana girərək alma yeməyi və komanda üzvlərinin su içmələri əyləncəli görüntülərin ortaya çıxmasına səbəb olub. Bir başqa səhnədə Amerikanın birinci xanımının müsahibə əsnasında oyuncaq səbətə top salması bütün basketbolçularda gülüş yaradıb. Qeyd edək ki, "Yutub"a dünən yüklənən videonu artıq 1 milyondan çox adam izləyib. "Axar.az" həmin videonu təqdim edir: |
2014-01-23 | 7,111 | ANS yenə məhkəməyə verir: - Ölən gəncin atasını | ANS intihar edən homoseksual gənc İsa Şahmarlının ailəsini məhkəməyə verir. Məhkəmə predmeti olacaq hadisə İ.Şahmarlının dəfn mərasimində baş verən insidentlə bağlıdır. Belə ki, dəfn mərasimindən sujet hazırlamaq istəyən ANS-in əməkdaşlarına zorakılıq nümayiş edirilib. Məlumata görə, ANS-in çəkiliş qrupu İsa Şahmarılının evinə getdiyi zaman da mərhumun atası çəkiliş qrupunun kamerasını sındırıb. Buna görə də ANS İ.Şahmarlının ailəsi ilə məhkəmədə görüşəcək. Qeyd edək ki, ANS-in İctimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov məlumatı "Bakupost"a təsdiqiləyib ("Aznews.az"). |
2014-01-23 | 7,112 | Toğrul Əsgərov: “Avtoş”, “çapar”, “jurnalist” - Foto | Olimpiya çempionu Toğrul Əsgərov şəxsi həyatından bəhs edən şəkilləri sosial şəbəkədə paylaşıb. Şəkillərdə onun maşın marağının olması, at minmək bacarığı sezilir. Olimpiya çempionumuzun kənd həyatına xas həyat tərzini xoşladığı da hiss olunur . "Axar.az" həmin şəkilləri təqdim edir: |
2014-01-23 | 7,113 | Bölmədə özünü bıçaqladı, hiyləsi alınmadı | Yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib. "Axar.az" Baş Prokurorluğun rəsmi saytına istinadən bildirir ki, bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə "Ləziz" kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib. Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib. A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib. Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır. |
2014-01-23 | 7,114 | İlham Əliyev Niderlandın Baş naziri ilə görüşdü - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırıldı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac) |
2014-01-23 | 7,115 | General Rafiq Abbasov Ramil Usubova hesabat verdi | Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə "Axar.az"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Müşavirədə çıxış edən Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hazırda ölkədə kriminogen durumun nəzarət altında saxlanıldığını bildirib. "Paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır. Hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınmış, onların 82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur". Əməliyyat müşavirəsinin yekununda çıxış edən Daxili İşlər naziri Ramil Üsubov isə polis orqanlarının 2013-cü ildə cinayətkarlıqla apardığı mübarizəsini yüksək qiymətləndirib. O, bu il insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını vurğulayıb. |
2014-01-23 | 7,116 | "Barselona" prezidenti istefa verdi | İspaniyanın "Barselona" futbol klubunun prezidenti Sandro Rossel istefa verib. İstefaya səbəb klub prezidentinin braziliyalı Neymarın transferi zamanı maliyyə fırıldağına əl atmaqda ittiham edilməsi olub. Qeyd edək ki, "Barselona" prezidenti təqribən 40 milyon avro həcmində rüşvət almaqda təqsirləndirilir. Məlumata əsasən, Neymarın transfer qiyməti bəyan edildiyindən daha çoxdur. Belə ki, Neymara görə Kataloniya təmsilçisi 57,1 milyon avro deyil, təqribən 94,4 milyon avro ödəyib. 21 yaşlı Neymar ötən il "Barselona" ilə beşillik müqavilə bağlayıb. (Trend) |
2014-01-23 | 7,117 | Nəqliyyat tarifləri dəyişib - Statistika | 2013-cü ilin dekabrında nəqliyyat və poçt tarifləri indeksi noyabr ayına nisbətən 0,3 faiz artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz aşağı düşüb. Rabitə tarifləri noyabr ayı ilə müqayisədə 6,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən "Axar.az"a daxil olan məlumata görə, ötən ilin dekabr ayında dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,9 faiz bahalaşıb. Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 3,5 və 8,9 faiz bahalaşmış, yükdaşıma tarifləri isə eyni səviyyədə qalıb. Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşmış, yükdaşıma tarifləri dəyişməyib. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tariflərində dəyişiklik baş verməyib. |
2014-01-23 | 7,118 | “Avropa Birliyi və Gömrük İttifaqı ilə bağlı qarşımızda seçim yoxdur” | "Azərbaycan Avropa İttifaqı ilə mümkün Assosiasiya nəzərdə tutmayıb. Lakin strateji tərəfdaşlıq variantını müzakirə edə bilərik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı RİA "Novosti"yə müsahibəsində bildirib. Prezident deyib: "Belə bir şey planlaşdırmırıq. Hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, "assosiasiya" sözü bizim üçün o qədər də qəbuledilən deyil. "Assosiasiyaya girmiş üzv" – bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz əldə etmək üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik". Prezident yanvarın əvvəlində Aİ ilə Azərbaycan arasındakı strateji əlaqələrin gələcək formatının gələn il müəyyənləşəcəyini söyləyib. İ.Əliyev Davosdakı çıxışında vurğulayıb ki, Azərbaycan çoxdandır, Aİ ilə bir çox istiqamətlərdə uzunmüddətli və kifayət qədər səmərəli əməkdaşlığa sahibdir: "Biz bu əməkdaşlığın istər energetika, istər iqtisadiyyat, istərsə də nəqliyyat sahələrindəki təzahüründən məmnunuq. Ölkə qarşısında Avropa İttifaqı və Gömrük İttifaqı (Gİ) ilə əməkdaşlıq məsələsi barədə seçim yoxdur. Gömrük İttifaqına üzv ölkələrlə olduqca fəal münasibətlərimiz var. Mal dövriyyəsi artır. Bütövlükdə, siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanın qarşısında heç vaxt hansısa seçim və ya alternativlə bağlı sual olmayıb. Biz həm Gİ, həm də Aİ üzvləri ilə əməkdaşlıq edirik". ("Musavat.com") |
2014-01-23 | 7,119 | Vahid Ələkbərov 289 milyonluq səhm aldı | "Luk Oil" neft şirkətinin prezidenti Vahid Ələkbərov 289 milyon rubla şirkətin 145 min qiymətli kağızını satın alıb. Hazırda onun payı 2, 415 (əvvəlki pay faizi 2,4) faiz təşkil edir. London birjasının verdiyi məlumata görə, sövdələşmə yanvarın 16-da baş tutub. Xatırladaq ki, bu, neft şirkəti prezidentinin 2014-ci ildə sayca ikinci iri alış-verişidir. 2012-ci ilin sonunda "Luk Oil"un menecerləri şirkətin aksiyalarını almağa başladılar, məhz həmin dövrdə də iri sövdələşmələr həyata keçirildi. Vahid Ələkbərov 136, 4 milyon dollar, vitse-prezident Leonid Fedun isə 123, 8 milyon dollar vəsait xərcləməli oldu. |
2014-01-23 | 7,120 | Sabirabadda yaşayış evi yandı - 1 ölü | Sabirabadda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi səhəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın kəşfiyyatı zamanı evdə Ə.M.Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 16:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-23 | 7,121 | YAP öz gəlirlərini açıqladı - 7 milyon | Yanvarın 23-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, partiyanın tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, hesabat dövründə YAP sıralarına 31 min 600 nəfərdən çox yeni üzv qəbul olunub, beləliklə, partiya üzvlərinin sayı 620 min nəfəri keçib. İclasda bildirilib ki, 2013-cü ildə YAP-ın gəlirləri 7 milyon 16 min 790 manat olub. Bunun 5 milyon 720 min 849 manatını üzvlük haqlarından, 29 min 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 min 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1 milyon 145 min 125 manatını büdcədən ayrılan vəsait təşkil edib. Ötən il bu vəsaitin 6 milyon 248 min 650 manatı xərclənib. İclasda vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb. Bildirilib ki, hesabat ilinin sonuna toplanan vəsaitin 768 min 140 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb. İdarə Heyətinin iclasının gündəliyində duran məsələlər müzakirə olunduqdan sonra YAP İdarə Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair planı qəbul edilib. ("Qafqaz.info") |
2014-01-23 | 7,122 | İlham Əliyev İsveçrə prezidenti ilə görüşdü - Foto | Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin görüşü olub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. (AzərTac) |
2014-01-23 | 7,123 | Salyanda da yaşayış evi yandı | Salyan rayonunda yaşayış evi yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonu, Arbatan kəndində (rayon mərkəzindən 3 km aralı) ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxin tavanı 36 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-23 | 7,124 | İlham Əliyev Klaus Şvab ilə görüşdü - Foto | Prezident İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb. Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bu əməkdaşlığın yaxşı imkanlarının olduğu bildirilib və əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. (AzərTac) |
2014-01-23 | 7,125 | Putin mətbuat katibini dəfələrlə utandırıb - Etiraf | Vladimir Putinin mətbuat katibi Dmitri Peskov buraxdığı "quş"lara görə dəfələrlə prezidentin önündə qızardığını bildirib. "Axar.az"ın məlumatına görə, Rusiya mediasına açıqlama verən Peskov daha çox tarixi hadislərlə bağlı bilgisində "ağsadığını" dilə gətirib: "Bu yöndə Vladimir Vladimiroviçlə rəqabət aparmaq qeyri-mümkündür. Onun fenomenal yaddaşı, tarixi bilgisi var. O, şövqlə tarixlə maraqlanır, baş vermiş hadisələri analiz edir. Xronoloji ardıcıllığı mükəmməldir. Məsələn, bir dəfə məndən soruşdu ki, Qədim Rusiyaya ilk inanclılar nə vaxt gəliblər, gözümü döyə-döyə qaldım. Anladım ki, zamanında tarix dərslərini etinasız yanaşmışam. Hər belə olaydan sonra mütaliəmə ciddi diqqət yetirməyə başlayıram". Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi 1989-cu ildə Moskva Dövlət Universitetini bitirib. İxtisasca tarixçi-şərqşünasdı. Türk dilində mükəmməl bilir. |
2014-01-23 | 7,126 | Məşhur bəstəkarımız İsraildə vəfat edib | Məşhur Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib. Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. "Şərəf nişanı" ordeni ilə təltif edilib. E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir. E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olub. E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olub. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edillər. 2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib. (AzərTac) Allah rəhmət eləsin! |
2014-01-23 | 7,127 | Millət vəkili həmkarını xəstəxanalıq etdi - Foto/Video | Türkiyədə Türkiyə Böyük Millət Məclisinin bu günki iclasında CHP-li və AKP-li millət vəkilləri arasında dava baş verib. "Axar.az"ın türk mediasına istinadən xəbərinə görə, dava zamanı CHP-li millət vəkili Bülənt Təzcan gözündən yaralanıb və xəstəxanaya aparılıb. CHP-li millət vəkili Tanju Özcan Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın prokurorluğa çağırılması barədə danışarkən məclisdə əsəblər tarıma çəkilib. AKP-li millət vəkili CHP-li millət vəkilin çıxışına müdaxilə edərək "sən sus" deyərək Bülənt Təzcana yumruq atıb. Bundan sonra ara qarışıb. Hadisədən sonra müzakirələr aparılıb və qərara alınıb ki, yumruq atan AKP millət vəkilinə qınama cəzası verilsin. |
2014-01-23 | 7,128 | İlham Əliyev: "Hər bir dövlət özü üçün siyasi yol seçib" | Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya – yeni sərhədlər" mövzusunda sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Sessiyada çıxış edən Prezident İlham Əliyev deyib: "Azərbaycana gəldikdə, biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar. Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə edirlər. Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq. Təbii ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da artmaqdadır. Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir. Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Azərbaycana gəldikdə biz bu məsələlər üzrə bundan sonra da fəal işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik". Sonra Prezident İlham Əliyev sualı cavablandırıb. - Bu əməkdaşlığın yeni təşəbbüslərin yaranmasına və artıq həyata keçirilən işlərə töhfə verdiyini nəzərə alsaq, Azərbaycan üçün hansı prioritetləri müəyyən etmisiniz? - "Hazırda əsas prioritet nəhəng enerji layihələrinin icrasıdır. Mən ötən ay icrasına başladığımız "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz boru kəməri inşa ediləcək - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcək. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq. Bununla da regional əməkdaşlıq baxımından qarşımızda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır. Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir. Daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni "İpək yolu" hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcəkdir. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı vardır. Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola bilər". (AzərTac) |
2014-01-23 | 7,129 | AGBankda qızıl maxinasiyaları – Məhkəmə | Bankların problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri daim gündəmdədir. Bu dəfə "Azəriqazbank"ın (AGBank) "borc əməliyyatı"ndan Bakı sakini Həsən Məmmədhüseyn oğlu Seyidli Apellyasiya Məhkəməsinə müraciət edib. Bu barədə "Axar.az"a məlumat verən H.Seyidli bildirib ki, 2010-cu ilin yanvar ayında AGBankdan 10 min 300 ABŞ dolları məbləğində kredit götürüb. Bunun 4 min dollarını bank müştərinin əvəzinə qoyduğu qızıllara görə yerindəcə geri alıb: "2010-cu il yanvarın 8-də imzaladığımız müqavilə ilə "AGBank"ın Sumqayıt filialından kredit götürdüm. Bank həmin pulu qızıl əşyalarının girov qoyulması şərti ilə verirdi. Mənim qızılım olmadığına görə təklif etdilər ki, sənin əvəzindən qızılı biz qoyaq, sən də pulunu ödə. Mən də razılaşdım. Dəyəri 9 min 364 dollar olan qızıl-zinət əşyalarını girov qoyduqlarını bildirdilər və həmin pulun 4 min dollarını yerindəcə məndən aldılar. Bu barədə sənədlər var. Ancaq adıma sənədləşdirilən qızılları mən görmədim". Qeyd edək ki, H.Seyidlinin apellyasiya şikayətinə dünən hakim Saqi Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılıb. "AGBank"ı məhkəmədə təmsil edən nümayəndə müştərinin adına girov kimi rəsmiləşdirilən həmin qızılların saxta olduğunu etiraf edib. Buna görə hakim məsələnin növbəti iclasda araşdırılacağını elan edərək prosesi təxirə salıb. Götürdüyü kreditin 3 min dollarını hissə-hissə geri qaytaran Həsən Seyidli ötən ilin fevralında bankdan xəbərdarlıq alıb. "AGBank"ın problemli aktivlərin idarə edilməsi üzrə baş direktoru Rizvan Baxşıyevin imzası ilə göndərilən sənəddə kreditin 2009-cu ildə götürüldüyü (halbuki kredit 2010-cu ildə götürülüb) və müştərinin banka faizlərlə birgə 35 min 187 dollar borcu olduğu bildirilib. Həmin məbləğ 5 gün müddətində ödənilmədiyindən bank Nizami Rayon Məhkəməsində borc iddiası qaldırıb. H.Seyidli bildirir ki, onun xəbəri olmadan məhkəmə "araşdırma aparıb" və 22 iyul 2013-cü ildə hakim İmran Burcayevin qərarı ilə iddia qismən təmin edilib. H.Seyidlinin faizlərlə birgə 11 min 310 dollar ödəməsi tələb edilib. Borcun qəsdən şişirdildiyini deyən H.Seyidli məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib: "Nizami Rayon Məhkəməsində qətnamə mənim iştirakım olmadan qəbul edilib. Sübutlar birtərəfli qaydada olub. Mənə məhkəmə bildirişi verilməyib. Eyni zamanda, həm iddia ərizəsində, həm də qətnamədə göstərilən məbləğ mənim götürdüyüm kreditin qalığından qat-qat artıqdır. Üstəlik, əlavə birillik faizlər hesablanıb. Bunların ləğv olunmasını tələb edirəm". Apelyasiya məhkəməsi hazırda davam edir. |
2014-01-23 | 7,130 | Yanukoviç bəyanat yaydı | Ukrayna prezidenti Viktor Yanukoviç bəyanatla çıxış edib. Prezident ölkənin bölünməzliyinə zəmanət verdiyini bildirib. "Mən buna zəmanət verirəm. Nə qədər ki, mən Ukraynaya rəhbərlik edirəm, onu bölmək heç kəsə nəsib olmayacaq" deyə prezident vurğulayıb. Prezidentin bəyanatında həmçinin ölkədə yaranmış böhranın heç bir xarici qüvvənin müdaxiləsi olmadan həll ediləcəyinə ümid ifadə olunub. ("AzNews.az") |
2014-01-23 | 7,131 | Lerikdə uşaq bağçası yandı | Lerik rayonunda uşaq bağçasında yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Lerik rayonu, Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-01-23 | 7,132 | PKK yaraqlıları Türkiyədə hərbi maşına hücum ediblər | Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin Diyarbəkir vilayətində hərbi hissələrin birinə yük daşıyan hərbi maşına hücum ediblər. PKK yaraqlıları hərbi avtomobili yandırıblar. ("Publika.az") |
2014-01-23 | 7,133 | 8 yaşındakı uşaq görənləri heyrət içində qoydu - Video | Hindistanda "İstedad sizsiniz" proqramında səhnəyə oyuncaq motosikletlə daxil olan 8 yaşındakı uşaq sərgilədiyi rəqslə görənləri heyrətlər içində buraxıb. 8 yaşdakı hindistanlı uşağın performansı bir neçə saat içində "Yutub" səhifəsində 500 min dəfə izlənilib. Həmin videonu təqdim edirik. |
2014-01-23 | 7,134 | Dilçi alim tarixçini yıxıb-sürüdü | Bir tarixçinin belə yazması sadəcə ayıbdır Tarixçi V.Salayev yazır: "ORAND sözü əslində ARVAND sözünün təhrif olunmuş formasıdır. "Səidiyyə" ("Cavahirnaməyi-Lənkaran") kitabında bu tayfa URVAND kimi qeyd olunur. ARVAND sözünün etimologiyası iki sözün bitişməsindən yaranmış: AR - ariy və VAND - tayfa. VAND sonluğu bir çox talış tayfa və nəsillərinin adlarında geniş istifadə olunmaqdadır. Ehtimal etmək olar ki, orandlılar midiyalıların ARIZANT tayfasının nəsilləridir. Hal-hazırda Lerik rayonunda İ.Əzimbəyovun bir cəfəng uydurması geniş təbliğ olunmaqdadır ki, guya "Zuvand-Orand gəlib çini-macindən, düşmənləri qırıbdılar içindən". Bu ifadə 7 əsrdir ki, bölgədə yaşayır, bunu necə danmaq olar? Belə yerdə deyirlər: Zuvand, Orand, Dırığ, Pirembel, Alar, Dilaqarda tayfalarının bu məsələyə nə dəxli var? "Zuvand" sözü e.ə VIII əsrə aid Assur mənbələrində "zuvan" şəklində türk tayfası kimi qeydə alınıb. Uran, eləcə də Oyrot tayfasının Arizantla nə əlaqəsi var? Dırığ sözünü gah "iki daş" şəklində izah edirsiniz, gah da "dığ" sözündən yarandığını iddia edirsiniz; sonra da Bəg nəsli adlandırırsınız! Yardımlıdakı Dəryavar oykoniminin ilkin forması Derikavardır. Yəni, dirik türk tayfasının adıyla bağlıdır. "Alar" adının Allara nə dəxli var axı? Bu türk tayfa adının 3 minildən artıq yaşı var. Qədim mənbələrdə də Alar şəklində qeydə alınıb. İstər Zuvan, Oran, istərsə də Alar toponimi, - bunlar bumeranq türk tayfa adlarıdır. Vallah, ayıbdır! Belə fikirlər tarixçiyə yaraşmaz: "Bu bütün siyahı deyil, sadəcə əsas istiqamətlərdir ki, bu istiqamətlərdə davamlı iş gedir. Bu siyasət nəticəsində XVIII əsrdə Şəfidaşt, XIX əsrdə Dılagarda və Pirembel kimi böyük tayfalarımızı itirdik. Daştvənd, Pornaym və Allar tayfalarını isə demək olar ki, itirməyin son mərhələsindəyik". Füzuli rayonu ərazisinə köçürülmüş Dilaqarda tayfasının talış tayfası ilə nə bağlılığı var? Heç olmasa, "Yuxarı Qarabağ toponimləri" əsərinə baxın: "1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu. Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü (Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin adının eynidir. Araz Dilağarda. Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir. 1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır. Azərbaycan dilində qobu - "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir". Hansını deyəsən, birdir, ikidir? Tarixçilərimiz bu məsələlərə aydınlıq gətirməli, həqiqəti ortaya çıxarmalı və məqsədli şəkildə ortaya atılmış ittihamlara tutarlı cavab verməlidir. |
2014-01-24 | 7,135 | Maral balası ağacların kəsilməsinə imkan vermədi – Video | Meşədə ağac kəsmək istəyən bir adama maral mane olub. "Axar.az" xəbər verir ki, Litvada maraqlı hadisə baş verib. Belə ki, meşədə ağac kəsmək istəyən bir şəxsə maral balasının mane olmağa çalışması həvəskar operator tərəfindən kameraya çəkilib. Videodan göründüyü kimi, əlində balta ilə qara bürünmüş meşəyə ağac kəsməyə gələn şəxsin qarşısına maral balası gəlir. Baltalı şəxs ağac kəsmək istədiyi zaman baş zərbələri ilə bala maral ona mane olmağa çalışır. Uzun mübarizədən sonra ağac kəsməyə gələn şəxs meşədən əliboş qayıdır. |
2014-01-24 | 7,136 | Dəm qazı terroru: Səbəblər və çıxış yolları | Dəm qazından zəhərlənərək ölən insanların sayı durmadan artır. Rəsmi statistikaya görə, dəm qazından 2012-ci ildə 485, 2011-ci ildə 685 nəfər zəhərlənib. 2010-cu ildə 390, 2011-ci ildə 685, 2012-ci ildə isə 485 nəfər Respublika Toksikoloji mərkəzə müraciət edib. Xəstəxanaya yetişmədən dünyasını dəyişənləri də bura əlavə etsək, ortaya dəhşətli statistika çıxır. Nə üçün il-ildən dəm qazından zəhərlənmələrin sayı artır? Bunun qarşısını necə almaq olar? Və səbəblər nədir? "Axar.az"a danışan qaz üzrə mütəxəssis Şükür Mirzəyev deyir ki, dəm qazından zəhərlənmələr əsasən qapalı mühitdə baş verir və əsas səbəblərindən biri təhlükəsizlik qaydalarına əməl edilməməsidir: "Dəm qazı əsasən qazdan ayrılır. Ancaq başqa yanacaq növlərindən istifadə zamanı, məsələn, kömür yandırılarkən də yarana bilir. Sadəcə, onun əmələ gəlməsinin qarşısını almaq üçün qızdırıcı vasitələr quraşdırılmış otaqlarda tez-tez havanın dəyişdirilməsi və qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər mütləq açıq olmalıdır. Sovet dövründə hər 2-3 aydan bir evlərdə istifadə edilən qaz borularını və s. yoxlayırdılar. Bu, zəhərlənmələrin qarşısını müəyyən qədər ala bilirdi. Ancaq müvafiq qanunvericiliyə görə, qaz idarəsinin işçiləri ən yaxşı halda ildə 2 dəfə evə girə bilər. Çox zaman isə, bu yoxlamalar aparılmır və aparılan yoxlamalar əsasən sayğaclarla bağlı olur". Ölüm hallarının qarşısını necə almaq olar? Ekspert dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri kimi İran sobalarını göstərir, ancaq bunun da alternativi var: "Dəm qazı metan qazının yanmasından əmələ gəlir və ölüm halları əsasən insanların ehtiyatsızlığından baş verir. İnsanlar qaz yanan otaqda tüstünün bacalardan çıxıb-çıxmamasına nəzarət etməlidir. Bir vacib faktor da budur ki, İran sobalarının tutumu ilə bizdə verilən qazın təzyiqi üst-üstə düşmür və tüstü çölə çıxır. Dəm qazı yarandıqda ona işarə verən müasir qaz cihazlarından istifadə edilsəydi, ölüm hallarının qarşısı bir xeyli alınmış olardı". Ekspert onu da dedi ki, bu cür halların qarşısını almaq üçün əhaliyə verilən qazın tərkibinə müəyyən neytrallaşdırıcı qatqılar da əlavə etmək lazımdır: "Əhaliyə verilən qazın tərkibində zəhərli elementlərin olması da mümkündür. Məişətdə istifadə olunan qaza əlavə maddələr qatılmalıdır ki, dəm qazının yayılmaından xəbər tutsun və zəhərlənmə baş verməsin". Məsələ ilə bağlı Respublika Toksikoloji mərkəzinin şöbə müdiri Azər Maqsudov bu cür zəhərlənmə hallarında nə etmək lazım olduğunu açıqladı: "Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı üzündən baş verir. Yanma prosesi zamanı ayrılan dəm qazı rəngsiz, iysiz, dadsız və s. olduğu üçün onun bəlirtiləri demək olar ki, yoxdur. Sadəcə olaraq, həmin zaman ürək döyüntülərinin artması, baş gicəllənməsi və s. hiss edilə bilər. Ancaq bu, insana görə dəyişir və ola bilsin ki, elə də hiss edilməsin. Əgər kimsə zəhərləndiyindən şübhələnirsə, ən birinci açıq havaya və oksigenin çox olduğunu bir yerə çıxmalıdır". FHN-nə deyir? Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tibbi xidməti ilə də əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, dəm qazından zəhərlənmələrlə bağlı Nazirliyin xüsusi təlimatı var və həmin təlimatda bu cür hallarda nə etmək lazım olduğu öz əksini tapıb. Təlimatda dəm qazı ilə zəhərlənmənin əlamətləri və ilkin tibbi yardım kimi nə etmək lazım olduğu öz əksini tapıb. Zəhərlənmə 3 dərəcəyə bölünüb. Yüngül, orta, və ağır. Yüngül dərəcə əsasən küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə hallüsinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü və qan təzyiqinin artması ilə müşahidə olunur. Orta ağır dərəcə, yuxuluq və hərəkətin məhdudlaşması ilə müşahidə olunur. Ağır dərəcə isə, huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması ilə müşahidə olunur və ölümlə nəticələnir. İlk tibbi yardım kimi təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar. Əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin". |
2014-01-23 | 7,137 | Altay Göyüşovdan İqbal Ağazadənin “təhrif” iradına - Cavab | "Mənim indiyə kimi bir kəlimə də İqbal Ağazadə ilə söhbətim olmayıb. Biz onunla heç vaxt görüşməmişik. Buna görə də onun şəxsimə 2003-cu ildəki hadisələrlə bağlı irad bildirməsi məntiqi deyil". Bu sözləri ilahiyyatçı alim Altay Göyüşov İqbal Ağazadənin "Musavat.com" saytına verdiyi açıqlamada "Mən 2003-cü il hadisələri ilə bağlı Altay Göyüşova demişəm ki, faktları təhrif etməyin" sözlərinə cavab olaraq "Axar.az"a bildirdi. A.Göyüşovun sözlərinə görə, 2003-cü ildə baş verən hadisələrlə bağlı heç bir təhrifə yol verməyib və fikirlərini faktlara əsaslanaraq ifadə edib: "O dövrdə Müsavatın rəhbərliyi altında Bizim Azərbaycan Bloku, Etibar Məmmədovun rəhbərliyi altında Etibar Məmmədov Bloku idi. Bu blokda Etibar Məmmədovla Əli Kərimli birləşmişdi. Bu iki blokun birləşməsi barədə danışıqlar başladı. Birləşmək üçün isə prezidentlik məsələsində güzəşt əldə olunmalı idi. Əldə edilən razılaşmaya əsasən, Etibar Məmmədov İsa Qəmbərə prezidentlik kürsüsündə güzəştə getdi. Düzdü, AMİP sədri Baş nazir postuna çoxlu səlahiyyətlər istəyirdi, amma hər halda, o, İsa Qəmbərə güzəştə getmişdi. Artıq tərəflər arasında razılığa gəlindiyi anda məlum oldu ki, Müsavat paralel olaraq Rəsul Quliyevlə danışıqlar aparır. Bu ona gətirib çıxartdı ki, Rəsul Quliyevlə koalisiya yaradaraq Bizim Azərbaycan Bloku ilə seçkilərə getdi. Əlbəttə ki, bunun yanlış addım olduğunu mən o vaxtı da qeyd etmişdim. Ən azı sosial dayağına görə Etibar Məmmədov daha güclü idi və seçkiyə Etibar Məmmədovla getmək Müsavata uğur gətirəcək addım sayılırdı. Rəsul Quliyevli ADP-nin isə real gücü yox idi". |
2014-01-23 | 7,138 | Sovet arxivindən Nazim Hikmətin videosu tapıldı | Sovet arxivindən Nazim Hikmətin 1952-ci ildə çəkilmiş videosu tapılıb. "Axar.az" xəbər verir ki, 62 il əvvələ aid olan videoda məşhur türkiyəli şair Nazim Hikmət uşaqlarla söhbət edir. Məhz bu video digər azsaylı videolardan çox fərqlənir. Çünki o anlar rəngli olaraq çəkilib. |
2014-01-23 | 7,139 | Cəbhədən son xəbər: 7 erməni əsgəri məhv edildi | Füzuli rayonu istiqamətində cəbhədə provokasiyalara cəhd edən 7 erməni hərbçisi öldürülüb. Bu barədə "AzeriDefence.com" saytına cəbhə xəttindəki Azərbaycan Ordusunun yüksək rütbəli hərbçisi məlumat verib. Ordu zabitinin sözlərinə görə, Azərbaycan tərəfi ermənilərin provokasiya planları barədə əvvəlcədən məlumatlı olub. Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb. "Bizdə olan dəqiq məlumatlara görə, öldürülmüş erməni əsgərlər Dağlıq Qarabağdan hərbi xidmətə çağrılmışlardır. Onların 3-ü düşmənin xüsusi təyinatlı dəstəsinin hərbçiləridir. Onların meyitlərinin görüntüləri belə var", - deyə zabit vurğulayıb. Cəbhə xəttində düşmənin bütün hərəkətlərinin nəzarət altında olduğunu deyən zabitin sözlərinə görə, yanvarın 21-də axşam saatlarında və ötən gün bir neçə istiqamətdə ermənilərin cəbhə xəttindəki döyüş postlarına əlavə qüvvələr yerləşdirməsi müşahidə olunub: "Bizdə olan məlumatlara görə, ermənilər vəziyyətin kritik olduğu nöqtələrə xüsusi hazırlıq görmüş hərbçilər yerləşdirir. Eyni zamanda, dünən gecə ermənilərin cəbhənin bəzi sahələrində istehkam-bərkitmə işləri apardığı qeydə alınıb və onların barəsində müvafiq tədbirlər görülüb". |
2014-01-24 | 7,140 | İlham Əliyev Həsən Ruhani ilə görüşdü - Foto | Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib. Münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac) |
2014-01-24 | 7,141 | Putindən tələbələrə piano şousu – Video | Rusiya prezidenti Vladimir Putin universitet tələbələrinin xorla oxuduğu keçmiş Sovet mahnısı "Moskvanın pəncərələri"ni pianoda müşayət edib. "Axar.az" xəbər verir ki, Moskva Fizika Mühəndisliyi Universitetini ziyarət edən Prezident Putin tələbələrin xorunu pianoda müşayət edib. Buna səbəb isə tələbələrin Putinin də onlarla bərabər oxumağı xahiş etməsi olub. Prezident isə pianoda müşayət edərək tələbələr sürpriz edib. |
2014-01-24 | 7,142 | Saatlıda yol terroru: 1 ölü, 2 yaralı | Ötən gün axşam radələrində Saatlı rayonunun Mustafabəyli kəndində ağır yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Rayon sakini Elmar Baxışəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Baxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və onun qardaşı Baxışəliyev Fikrət müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstələrə İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. |
2014-01-24 | 7,143 | Bakıda 66 yaşında kişi evində öldü | Bakıda yaşayış evində meyit tapılıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1948-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsib və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Aydın Əli Səttər oğlu Babayev hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Babayevin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. |
2014-01-24 | 7,144 | Həsən Ruhani "Cenevrə-2"də iştirakçı ölkələrə ilişdi | Suriya ilə bağlı "Cenevrə - 2" konfransına dəvət alan ancaq sonra dəvəti geri götürülən Həsən Ruhani konfrans əsnasında "Twitter" hesabında diqqət çəkəcək sözlər yazıb. "Axar.az"ın İRNA-ya istinadən xəbərinə görə, Ruhani sözlərində terrorizmə dəstək verən ölkələri günahlandırıb. İran prezidenti "Twitter" hesabında bunları yazıb: "Qan tökülməməli və terrorizmi dəstəkləyən ölkələr bu dəstəyə son verməlidir. Bəzi ölkələr terror təşkilatlarına sponsorluq edirlər. Ancaq onlar məqsədlərinə çata bilməyəcək və törətdikləri qırğının nəticələri ilə üz-üzə qalacaqlar. Terrorizm bir gün onlara sponsorluq edənləri vuracaq. Əgər bir ölkə terrorçulara dəstək verərək özünün terrordan yayına biləcəyini düşünürsə səhvə yol verir. Suriya xalqının istəklərinin yerinə yetirilməsini təmin edək və bu qanı durduraq. Ancaq bu konfransın məqsədlərinə çatacağına ciddi şübhələrim var". Qeyd edək ki, Suriyanın Xarici işlər naziri Vəlid Muallim "Cenevrə - 2" konfransındakı çıxışında Türkiyəni terrorçulara dəstək verməkdə günahlandırıb. |
2014-01-24 | 7,145 | Gülbən Ərgəni əsəbiləşdirdilər | Məşhur müğənni sosial mediada onun haqqında yazılan şərhlərdən bərk əsəbiləşib. "Axar.az" xəbər verir ki, axırıncı verilişinin qonağı olan Lətif Doğanla şəklini paylaşan müğənni belə bir şərh yazıb: "Vaxtaşırı öz şərhlərilə mənim qonaqlarıma söz atanlar, kimə və nəyə söz atdığınızın fərqində belə deyilsiniz. Əgər onun fərqində olsaydınız, onu bir daha eləməzdiniz. Musiqinin və musiqiçilərin bütün rənglərini sevirəm. Qonaqlarıma deyil, nəsə sözünüz varsa, mənə deyin. Onların hamısı mənim qonağımdır. Rok, pop, arabesk, aktyor, həkim, yazar və digərləri hamısının başım üstdə yeri var". |
2014-01-24 | 7,146 | Ukrayna müxalifəti Ternopolu ələ keçirdi | Ukraynanın Ternopol şəhərinin sakinləri cümə axşamı xalq yığıncağından sonra Ternopol dövlət vilayət administrasiyasının inzibati binasına daxil olublar. Təqribən min nəfər binanı ələ keçirib. Məlumata görə, hüquq mühafizə əməkdaşları etirazçıların yolunu kəssə də, onlar binaya daxil ola biliblər. Analoji aksiyalar digər vilayətlərdə də keçirilib. (Trend) |
2014-01-24 | 7,147 | Qənirə Paşayeva Tovuzdakı atışmadan yazdı | Milli Məclisin üzvü Tovuzun Əlibəyli kəndində son vaxtlar baş verən atışmalara, eləcə də, ötən aşam yerli qadın sakinin düşmən gülləsi ilə yaralanmasına münasibət bildirib. Millət vəkili "Facebook"da yazıb: Bu gün doğulduğum və millət vəkili olduğum Tovuz rayonunda Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq 38 yaşlı Hüseynova Ruhiyyə Əhməd qızını yaralayıblar. Görünən odur ki, Ermənistan hələ də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi cinayətlərindən əl çəkmək niyyətində deyillər. Silahsız, sivil insanları, qadınları, uşaqları atəşə tutaraq öldürmək, ailələri gözüyaşlı qoymaq kimi insanlıqdan kənar əməllərindən və çirkli xislətdən əl çəkmək niyyətində deyil təssüf ki Ermənistan. 2 gündür Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları hədəfə alırlar. Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların bütün təxribati əməllərinə layiqli cavab vermək gücündədir və verirlər. Bir az əvvəl ön cəbhədə yerləşən Əlibəyli kəndimizin sakini olan Ruhiyyə bacımızla danışdım. Qəlpələr hər iki ayağını və diz qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə gəlməyə başlayır. Keçmiş olsun diləklərimizi çatdırdım.Allah onu əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözyaşlı qoymayıb və Ermənistan Silahlı Qüvvələrinin insanlıqdan kənar arzularını gözündə qoyub. Həkimlərlə də danışdım. Ruhiyyə bacımızın tezliklə sağlamlığına tam qovuşa bilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. İnşallah qıza zamanda sağlamlığına tez qovuşar. İnşallah dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən Ermənistan layiqli cəzasını alar. Mütləq alacaq şəxsən mən buna əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza olavaq ki bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma görəcəklər. Günahsız insanların qanı və ahı yerdə qala bilməz və qalmayacaq inşallah. Ruhiyyə bacımıza bir daha keçmiş oldun və Allah onu hər zaman qorusun. Bütün ön cəbhədə yaşayan insanlarımızı da! ATƏT-in Minck qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs çıxsın. Onlar heç zaman işğalçı Ermənistanda ciddi təzyiqlər etmədilər. Etsəydilər bu gün Ruhiyyə bacımız kimi insanlar belə acılar yaşamazdılar. Amma inşallah biz özümüz bir dövlət və millət olaraq torraqlarımızı işğaldan azad edəcəyik və bu istiqamətdə hamımız birlik, bərabərlik içində daha da çox çalışmalıyıq.Ön cəbhəmizi qoruyan bütün hərbiçilərimizi, əsgərlərimizi dualarınızda unutmayın. Rəbbim onları qorusun! ("Musavat.com") |
2014-01-24 | 7,148 | Türk yazar hekayəsini “Axar.az”a göndərdi | Səmra Atasoy Minov pişik (hekayə) Uşaq hekayələrinin müəllifi Səmra Atasoy saytımızın daimi oxuçularındandır. Türkiyədə 10 yaxın uşaq hekayələrindən ibarət kitabın müəllifi olan yazarın hekayələrindən birini, "Minov pişiyi" uşaqlarınıza oxumanızı tövsiyyə edirik. Əminik ki, bəyənəcəklər… Ətrafa göz gəzdirdi, sonra başını yelləyərək yavaşca irəlilədi. Biri qarşısına çıxarsa, dərhal gizlənəcək bir yer tapacaqdı. Ağ tükləri günəşin şüaları altında parıldayırdı. Gömgöy gözləri ışıl-ışıl yanırdı. Burnunun ucundakı qırmızılıqsa yaramaz bir hava qatırdı görünüşünə… Mavrını evlərinin odunluğunun kənarında qorxudan titrəyən halda tapan Ayişə və Ecə sevincdən qışqırıb həyəcanla onu tutmağa çalışırdılar. Yazıq pişik aclıqdan və qorxudan kənara qaça bilmədi belə... Ayişə və Ecə pişiyi yavaşca qaldırdılar. Yazıq ürkək gözlərlə baxırdı qızlara, qorxudan titrəyirdi. Qızlar bir müddət tüklərini oxşadıqdan sonra ona ad qoymaq üçün fikirləşməyə başladılar. O artıq Ayişə və Ecənin kiçik oyuncağı idi. Mütləq bir adı olmalı idi. Yoxsa necə səslənəcəkdilər oyun oynayarkən pişiyə? Saatlarla ad düşündülər, fərqli-fərqli ad saydılar, yenə də heç bir adı kiçik, şirin oyuncaqlarına layiq görə bilmədilər. Ecə və Ayişə bədbin bir şəkildə bağçadakı kötüyün üzərində oturarkən kiçik qardaşları Haqqı qaçaraq qızların yanına gəldi. Ecə pişiyi saxlamağa çalışdı, amma çox gec idi, Haqqı pişiyi görmüşdü və sevinclə pişiyə yaxınlaşdı. "Minov pişik, minooov pişik!!!" deyə əllərini uzatdı. Ayişə və Ecə sevinclə bir-birlərinə baxdılar. Pişiyə bir ad tapılmışdı. Haqqı sayəsində pişiyin bir adı vardı artıq… Minov... Haqqı ehtiyatla pişiyi sığalladı. Ayişə və Ecə pişiyə nə edəcəklərini danışmağa başladılar. Minovu odunluğun kənarında buraxıb getmək heç içlərindən gəlmirdi. Haqqısa qızların problemlərinin fərqində belə deyildi. O Minovla oynamağa çalışırdı. Pişik miyoldayıb Haqqının ovucları arasından sivişib çıxmaq istəyirdi. Ən sonunda qızlar pişiyi evlərinə aparmağa qərar verdilər. Onu evin üst mərtəbəsindəki oyun otağında saxlayacaqdılar. Otaqdaki bir qutunu yuva edib analarından gizləyərək pişiyi böyüdə biləcəklərini planladılar. Ecə Haqqının əlindən pişiyi aldı, onu qoynunda gizlətdi. Ayişə də Haqqının əlindən tutub evlərinə doğru getməyə başladılar. Aralarında analarına rast olsalar pişiyi göstərmədən necə otağa çıxacaqlarını danışa-danışa evə girdilər. Haqqı, Ecənin jiletini çəkişdirib "Minov" deyə qışqırmağa başladı. Qızlar Haqqını heç cür susdura bilmirdilər. Ayişə Ecəyə baxıb: - Haqqıya görə indi anam hər şeyi öyrənəcək. Tez yuxarı çıxaq. - Yaxşı, mən çıxıram, sən burada Haqqının başını bir şeylə qat… Ecə nərdivanlara yönəldiyi anda mətbəxdən çıxan anaları Burcunun səsi eşidildi. - Qızlar, Haqqı niyə qışqırır belə? Ecə nərdivanları sürətlə çıxmağa başladı. Tam pillələrin ortasına gəlmişdi ki, pişik miyoldadı. Burcu maraqla səsləndi: - Qızlar o səs haradan gəldi? - Haqqının oyuncağıdır, Ayişə tələsik dillədi. - Yaxşı, siz bir az oynayın, atanız gəlincə yemək yeyəcəyik,- anaları mətbəxə geri döndü. Qızlar dərin bir nəfəs aldılar. Sevinclə nərdivanları çıxdılar. Otağa girdikdə pişiyi saxlamaq üçün yer fikirləşməyə başladılar. Bir müddət otaqda dolandılar. Axırda Ayişə Haqqının oyuncaq avtomobilinin qutusunu tapdı. Qutunun içinə qəzet sərib Minova yer düzəltdilər. Onu qutuya qoyanda çaşmış pişik qutunun içində dolandı. Sonunda bir kənara qıvrıldı. - Məncə açdı, yemək gətirək,- Ecə həyacanla dedi. - Yemək yeyə bilməz, balacadı, süd gətirək. Amma anam bilməsin, yoxsa pişiyi çölə atacaq. Anam görmədən burada bir müddət saxlayaq, sonra başqa yer taparıq. Ecə sürətlə mətbəxə yönəldi. Anası görmədən kasaya süd töküb yuxarı qalxdı. Kasanı qutunun içinə qoydu. Pişik ürkəkcə kasanın yanına gəldi. Əvvəl qırmızı burnuyla iylədi. Bığlarını kasaya sürtdü yavaşca, sonra südü içməyə başladı. Südü içib qurtardı. Bığları da südə bulaşmışdı, qızlara indi şirin-şirin baxırdı. Ecə gülümsəyərək: - Çox acmış Minov, bax, südün hamısını içdi... Qızlar qutunun yanına oturdular. Səssizcə onu izləməyə başladılar. Ta ki alt mərtəbədən analarının səsi gələnə qədər... Anaları onları yeməyə çağırırdı. Onlar istəksiz qalxıb yemək yeməyə endilər. Yemək yeyəndə də fikirləri Minovun yanında idi. - Anacan, mən bundan sonra yuxarı mərtəbədə dərs hazırlaşmaq istəyirəm. Haqqının səsindən diqqətim dağılır, yuxarısa səssizdir. Bunları eşidən Ecə də dərhal dilləndi. - Mən də orda hazırlayacam dərslərimi… Burcu qızlara baxdı: - Necə istəyirsiz qızlar, amma mübahisə etmək olmasın, yaxşı!? Qızlar həyəcanla: - Yaxşı etməyəcəyik. Yeməkdən sonra dərhal üst mərtəbəyə qalxdılar. Burcu maraqla qızların arxasında baxıb öz-özünə dedi: "Xeyirlisi, bunlarda bir iş var, amma qoxusu çıxar yaxında"… Ayişə və Ecə Minovun yanında saatlarla oynadılar. Kürəyini oxşadılar, tüklərini daradılar, bığını çəkişdirdilər. Zamanın necə keçdiyinin fərqinə belə varmadılar… Analarının səsini eşidənə qədər… - Qızlar, nə edirsiniz yuxarıda? Yatmaq vaxtınızdır, sabah məktəb var. Qızlar Mivovu qutuya yerləşdirib şkafın arxasında gizlətdilər. Ecə maraqla: - Birdən miyoldasa biz məktəbdə olanda?! - Səhər məktəbə getmədən əvvəl süd qoyarıq qutunun içinə. Qarını doyunca miyoldamaz bəlkə… Ayişə və Ecə narahat halda yatmaq üçün otaqlarına getdilər. Yatmadan öncə xeyli danışdılar. Minovla necə oynayacaqlarını, hətta bir gün gizlicə məktəbə aparmağı belə planladılar. Səhəri gün qalxıb yataqlarından atıldılar. Səhər yeməyindən öncə analarına görünmədən bir kasaya süd töküb gizlicə otağa götürdülüər. Minov qızları görüncə sevinclə quyruğunu yelləyib mıyoldamağa başladı. Qızlar da sevgiylə onun tüklərini sığalladılar. Onu evdə qoyub heç məktəbə getmək istəmirdilər. Yenə Burcu yeməyə çağırana qədər Minovla oynadılar. Bütün gün tənəffüslərdə də pişiklə nələr edəcəklərindən danışdılar. Evə dönməyi səbirsizliklə gözləyirdilər. Axşam məktəbdə son dərs zəngi eşidiləndə sinifdən ilk çıxan Ayişə və Ecə oldu. Evə çatanda onları qarşılayan analarının salamını belə almadan üst mərtəbəyə çıxdılar. - Qızlar nə olub? Bu nə təlaşdır? Haqqı mətbəxdən çıxıb qızların arxasınca "minov, minov" qışqırmağa başladı. Qızlar heç nəyə əhəmiyyət vermədən otağa girib qutuya doğru yürüdülər. Minov qutunun kənarında qıvrılıb mürgüləyirdi. Süd qabı da bomboş idi. Onlar səssizcə pişiyi izlədilər. Sonra ayağa qalxıb otağı tənzimləməyə başladılar. İllər əvvəl bu evə köçəndə Burcu bu üst mərtəbədəki otağı uşaqlara oyun otağı kimi düzənləmişdi ki, oyuncaqlar dağınıq halda evin hər yanına dağılmasın. Amma uşaqlar heç cür burada oyun oynamaq istəmədilər və otaq yavaş-yavaş anbara dönməyə başladı. İndi də iki gündür qızların bu otaqda vaxt keçirməsi Burcunün diqqətini çəkmişdi. Günlər keçirdi, qızlar bütün günlərini şirin bir iş otağına çevirdikləri üst mərtəbədə keçirirdilər. Məktəbdən evə gəldiklərində dərhal ora çıxır, saatlarla orada qalırdılar. Burcu israrla yatmağa, ya da yeməyə çağırırdı, ancaq o zaman otaqdan çıxırdılar. Bu vaxt ərzində də Minov sürətlə böyüyürdü. Artıq bala pişik deyildi, xeyli böyümüşdü, daha qutuya da sığmırdı. Qızlar otağının qapısını bağlı saxlayıb Minovun otaqda gəzişməsinə icazə verirdilər. Minov ayaqlarının arasında keflə gəzərkən qızlar da dərsə hazırlaşırdılar. Axşamları masada yemək yedikləri zaman uzaqdan bir miyoldama eşidiləndə qızlar karıxıb bir-birinə baxırdı. Haqqı da əllərini çırparaq "minov, minov" qışqırırdı. Havalar getdikcə soyumağa başlamışdı. Qışsa qızlara əməllicə problem yaratdı, çünki üst mərtəbə qızdırılmadığıdan qızlar daha orda vaxt keçirə bilmirdilər, Minov da üşüməsin deyə onu yun şalla bükmüşdülər. Fikirləri Minovun yanında qaldığından dərclərinə də hazırlaşa bilmirdilər. Nə edəcəklərini də bilmirdilər, analarına desəydilər evdə bir pişiyin olmasına razılıq verməzdi. O axşam dalğın vəziyyətdə yeməyə oturduqlarında anaları gülərək soruşdu: - Xeyrdir qızlar?! Qaradənizdə gəmilərinizmi batdı? Ayişə və Ecə bir-birinə baxdı, amma bir şey demədilər. Səssizcə yeməklərini yeyərkən uzaqdan bir miyoltu eşidildi. Qızlar çaşıb bir-birinə baxdı. Səs getdikcə yaxınlaşırdı. Haqqı sevinclə əl çaldı. Ayişə və Ecə cəld ayağa qalxdılar. Nərdivanlardan enən Minovu gördüklərində özlərini itirdilər. Ana və ataları da Minovu görmüşdü artıq... Minov yemək masasına doğru irəliləyirdi. Dümağ tükləri parıldayırdı. Ayişə və Ecə qorxuyla baxdılar analarına… Burçu heç reaksiya vermədən qızlara baxdı. Sonra əllərini uzatdı və Minovu qucağına aldı. Yavaşca tüklərini oxşadı. Qızlar heyrətlə analarına baxırdılar. - Bəli, qızlar, çox çaşdınız deyilmi? Siz məktəbdəykən Haqqı və mən bütün günü Minovla oynayırıq. Elə bilirdiniz ki məndən gizli saxlaya bilərsiniz? Ecə kəkələyərək soruşdu: - Nə vaxt gördünüz Minovu? - Siz davamlı üst otağa çıxanda şübhələndim. Analar uşaqlarının bir şey gizlədiyini mütləq anlayar. Mən də siz məktəbə gedincə otağa çıxdım və bu şirin pişiyi tapdım. Haqqı adının Minov olduğunu söylədi. Davamlı "Minov" deyir. Siz məktəbdəykən Minova yeməyi kim verdi bəs?! Bu günə qədər mənə söyləmənizi gözlədim. Bir daha məndən heç bir şey gizlətməyin. Aydın oldumu? Ayişə: - Əsəsbləşmədin bəs? Minov evdə qala bilərmi? Artıq onu gizlətməyimizə ehtiyac qalmadı?- deyə ard-arda suallar verirdi. - Qala bilər qızlar. Bu qış günü onu küçəyə ata bilmərik. Amma başınızı qatmasın ki, dərslərinizdən geri qalasınız. Yalnız mətbəxə girməsin, yetər. Ayişə və Ecə sevinclə atılıb düşməyə başladılar. Qızların halını görən Haqqı da aralarına girib tullanmağa başladı. Evdə bayram havası vardı. Minov qızların ayaqları arasında keflə gəzişirdi, nələr olduğunu bilmədən... Minov azad idi və bir evi vardı artıq… |
2014-01-24 | 7,149 | Bakıda 4 mərtəbəli ev yandı | Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 180 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.